nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word...

46
Müasir informasiya texnologiyaları elementləri və onun təhsildə tətbiqi I Fəsil 1.1.Müasir informasiya texnologiyalarının təsnifatı və xüsusiyyətləri 1.2.Avtomatlaşdırılmış verilənlər bankı 1.3.Süni intelektual sistemlər 1.4.Tətbiqi proqram paketləri II fəsil 2.1.Avtomatlaşdırılmış informasiya sistemləri 2.2.Avtomatlaşdırılmış elmi tətqiqat sistemləri 2.3.Təhsildə informasiya texnologiyalarının əsas prinsipləri 2.4.İnformasiya və komunikasiya texnologiyalarının təlimə tətbiqləri Nəticə Ədəbiyyat

Transcript of nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word...

Page 1: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

Müasir informasiya texnologiyaları elementləri və onun təhsildə tətbiqi

I Fəsil

1.1.Müasir informasiya texnologiyalarının təsnifatı və xüsusiyyətləri

1.2.Avtomatlaşdırılmış verilənlər bankı

1.3.Süni intelektual sistemlər

1.4.Tətbiqi proqram paketləri

II fəsil

2.1.Avtomatlaşdırılmış informasiya sistemləri

2.2.Avtomatlaşdırılmış elmi tətqiqat sistemləri

2.3.Təhsildə informasiya texnologiyalarının əsas prinsipləri

2.4.İnformasiya və komunikasiya texnologiyalarının təlimə tətbiqləri

Nəticə

Ədəbiyyat

Page 2: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

R E F E R A T

Elmi-texniki inqilab insan fəaliyyətinin bütün sahələrində avtomatlaşdırılmış

vasitələr sistemindən və hesablama texnikasından istifadə etmək zərurətini yaradıb.

Təhsil prosesinin avtomatlaşdırılması prosesi də bu fəaliyyət növlərindən biridir.

Təqdim olunan dissertasiya işi “Müasir informasiya texnologiyaları elementləri və

onun təhsildə tətbiqi” mövzusuna həsr olunub. Dissertasiya işində də məhz bu

məsələ müasir informasiya texnologiyalarının təhsildə tətbiqi daha yaxından

öyrənilib və təhlil edilib. Burada bir çox müasir informasiya texnologiyalarının

təsnifatı və xüsusiyyətlərinə baxılmış, onların işləri araşdırılmış və mövzu sahəsinin

metodikası hazırlanmışdır. Eyni zamanda proqram vasitələrinin seçilməsi ilə əlaqədar

olaraq avtomatlaşdırılmış verilənlər bankı və süni intelektual sistemlər haqqında

bilgilər nəzərdən keçirilib.

Bundan başqa dissertasiya işində tətbiqi proqram paketləri araşdırılmışdır.

Məlum olmuşdur ki, tətbiqi proqram paketləri bu və ya digər məqsədlər nəzərə

alınaraq idarəedici, diaqnostik, nümayiş, əməliyyat, nəzarət, modelləşdirici və digər

növlərə ayrılır. Bu proqramlar vasitəsilə tələbələrə suallar verilir, onların

cavablarındakı səhvlər aşkar edilir, nəzarət və özünə nəzarət həyata keçirilir, müəllim

və tələbə arasındakı əks əlaqə sistemləşdirilir və məhsuldarlıq artırılır.

Beləliklə, aşağıdakı əsas tətbiq sahələrinə baxılıb:

- Nümayiş proqramları vasitəsilə EHM-in ekranında müəllimin tədris etdiyi mövzuya

dair materiallar nümayiş etdirilir.

- Generasiya proqramlarından verilmiş mövzuya aid müəyyən tip məsələlərin həllində

istifadə edilir. Bu proqramlar yoxlama işlərinin görülməsini və ya müstəqil işlənib

icrasını , hər bir tələbəyə tapşırığın verilməsini və s.-ni təmin edir.

- Əməliyyat proqram paketləri tələbələrin mustəqil məsələ həllini, çertyoçları, sxemləri

çəkmək və s. məsələləri həll etmək üçündür.

- Nəzarət proqramlarından cari və yekun bilikləri yoxlamaq üçün istifadə edilir. Bu

proqramlarla hər bir tələbənin mövzuları mənimsəmə qabiliyyətlərini

müəyyənləşdirmək olar.

Page 3: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

- Modelləşdirici proqramlar mürəkkəb eksperimentlərin immitasiyasını təmin edir. Bu

proqramlar tələbələrin elmi laboratoriyalara, konstruktorluq, arxitektorluq və s.

tədqiqat sahələrinə daxil olmasına imkan yaradır.

Page 4: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

R E F E R A T

Scientific and technical revolution has created necessity of to use from system

of means automateded in all areas of the man activities and technique of counting.

Process of automatize of the education process is/are one kinds of this activities.

Representing dissertational work has been devoted to subçect of "Müasir

informasiya texnologiyaları elementləri və onun təhsildə tətbiqi". This problem

application of modern information technologies has been learnt namely in the

dissertational work in the education more closelies and have/has been analysed.

Classification of the some modern information technologies here and considered

feature, their work investigated and methods of the area of subçect have been

prepared. Intelektual has been looked through of the etc of bank of give automateded

having connected with at the same time elect of the program means knowledge about

systems.

Envelopes of applied program have been investigated moreover in the

dissertational work. He has been known that envelopes of applied program one or

another purposes administrative diagnostic demonstration, operation take into

account, model of supervision and is/are separated to other kinds. Questions are

given with the help of these programs to students, mistakes in their answer are found

out, supervision and supervision to yourself is implemented, contrary connection

between teacher and student is systematized and productivity is raised.

So, have/has been considered area of the following basic application:

, Materials about to subçect taught in the screen of the electronic computer teacher

with the help of the demonstration programs are demonstrated.

, Definite type is used about subçect given from generation programs in the solution

of the problems. See of the tests of these programs, or have/has been developed

independently and he secures fulfilment give to each student of the task etc.

, Operation problem solution of the students program envelopes mustəqil, draw (last,

to weight) etc draughts, schemes. It is/are for solving problems.

Page 5: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

, It is used for checking current and total knowledge from programs of supervision.

Subçect (theme)s of the with/by these programs each student is/are to define

abilities of appropriation possible.

, Programs secure immitasiyasını of the complex experiments model. These programs

of the students to scientific laboratories, konstruktorluq, arxitektorluq etc.

Opportunity creates enter investigation area.

Page 6: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

Giriş

Hər bir ölkənin gələcəyi onun təhsil sistemindən güclü surətdə asılıdır. Əlbəttə

ki, ölkədə təhsilin təşkil olunması dövlət səviyyəsində həyata keçirilir. Təhsilin

pillələri olan orta məktəblər, peşə məktəbləri, ali məktəblərdə verilən hər bir səviyyə

şagird və ya tələbələrin gələcək fəaliyyətlərinə bilavasitə təsir göstərir.

Əlbəttə ki, səviyyəsindən asılı olmayaraq hər bir təhsil növü muəyyən proqram

üzrə aparılır. Tədris prosesinin keyfiyyətini artırmaq üçün elm və texnologiyaların

nailiyyətləri təhsil sisteminə də tətbiq olunur.

Bu referatda məhz yeni texnologiyaların, əsasən də kompüter

texnologiyalarının və tətbiqi proqramlar paketlərinin tədris prosesindəki rolu

haqqında araşdırma aparılmışdır.

Ən çox istifadə olunan proqramların tətbiq sahəsini aydınlaşdıraraq, onların hər

birinin ayrılıqda ali məktəb müəllimlərinin işindəki rolunu qiymətləndirilib.

Müasir dövrdə yeni informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində

idarəetmə obyektlərinin, təşkilatlarının, strukturlarının, sənaye və qeyri-sənaye

müəsisələrinin kompleks avtomatlaşdırılmasına səbəb olmuşdur. Hal-hazırda

informasiya texnologiyalarının ən səmərəli və mükəmməl tətbiq sahələrindən biri

olan verilənlər bazaları konsepsiyaları ilə qurulan Avtomatlaşdırılmış informasiya

sistemləridir. Son zamanlar yaradılan Avtomatlaşdırılmış informasiya sistemləri

sənədlərin dövriyyəsi məsələlərində, elmi-tədqiqat işlərində, tibbdə, nəqliyyatda,

arxiv təşkilatlarında və s. sahələrdə geniş tətbiq tapmışdır.

Magistr dissertasiyası aşagıdakı ardıcıllıqlarla iki fəsildən ibarətdir.

Birinci fəsil müasir informasiya texnologiyalarının təsnifatı və xüsusiyyətləri,

informasiya sisteminin yaradılama prinsiplərinə, avtomatlaşdırılmış verilənlər bankı,

süni intelektual sistemlər, tətbiqi proqram paketləri haqqında anlayışlara və mövcud

sistemlərin işlərini araşdırmağa həsr olunmuşdur. Mövcud sistemlərin işlərini

araşdırmaqla burada verilənlər bazasının sistemlərinə baxılmışdır. Verilənlər

bazasının vacib xüsusiyyətlərindən biri olan “verilənlərin mərkəzləşdirilmiş

prinsiplərlə” idarə olunmasının təşkili reallaşdırılan informasiya sistemində nəzərə

alınmış və “klient-server” arxitekturası üzrə qurulmuşdur.

Page 7: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

Magistr dissertasiyasının ikinci fəsli Avtomatlaşdırılmış informasiya

sisteminin strukturunun işlənməsi ilə əlaqədar olaraq, informasiya sistemlərinin

strukturunun elmi tətqiqat seçilməsi məsələlərinə həsr olunmuşdur. Sistemin

işlənməsi üçün informasiya obyektinin işinin tədqiq etməkdən ötrü verilənlərin təhlili

aparılmışdır. Bundan əlavə burada Təhsildə informasiya texnologiyalarının əsas

prinsipləri və İnformasiya və komunikasiya texnologiyalarının təlimə tətbiqləri

problemlərinə də toxunulmuşdur.

Page 8: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

I FƏSİL.

İNFORMASİYA TEXNOLOGİYALARI VƏ SİSTEMLƏRİ

1.1. Əsas anlayışlar: məlumat, informasiya, verilənlər, bilik

İnformasiya texnologiyasının əsas anlayışlarından olan «məlumat», «infor-

masiya», «verilənlər» və «bilik» daşıdıqları mənaya görə danışıq dilində istifa-

dələrinə uyğun gəlir.

«Məlumat» (xəbər) və «İnformasiya» anlayışlarını fərqləndirmək üçün danışıq

dilindəki bu ifadə köməkçi ola bilər: «Bu məlumat mənə heç bir informasiya vermir.»

Bu ifadə informasiya və məlumat anlayışları arasındakı aşağıdakı əlaqəni əks etdirir:

informasiya məlumat vasitəsilə ötürülür.

İnformasiya və məlumat arasındakı əlaqə qarşılıqlı-birmənalı deyildir. Eyni

informasiya müxtəlif məlumatlarla ötürülə bilər və onların içərisində heç bir

informasiya daşımıyanı da ola bilər. Əksinə eyni bir məlumat onu qəbul edənin

(istifadəçinin) maraq dairəsindən asılı olaraq müxtəlif informasiya kimi qəbul oluna

bilər. Məsələn, təyyarənin qəzaya üğraması xəbəri həlak olanların qohumları üçün

bir məna, hava yolları şirkəti üçün isə başqa bir məna kəsb edir. Eyni qəzet

məqaləsindən müxtəlif oxuçular özlərinin maraq dairələrinə uyğyn müxtəlif

informasiya götürürlər.

Beləliklə, müxtəlif çür interpretasiya (təfsir) olunan eyni məlumat müxtəlif

informasiya ötürə bilər. Müçərrəd olaraq demək olar ki, məlumatla (M) informasiya

(İ) arasındakı əlaqədə həllediçi rolu interpretasiya qaydası (q) oynayır. Bunu simvolik

olaraq belə ğəstərmək olar:

Baxılan məlumat üçün interpretasiya qaydası adətən məlumatlar çoxluğu üçün

tətbiq edilən ümumi qaydaların xüsusi halı olur.

Beləliklə, məlumatın köməyi ilə konkret obyekt, subyekt, hadisə, mühit və s.

haqqında bilik əldə edilir.

Page 9: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

Məlumat vasitəsilə əldə edilən biliklər artımına informasiya (latınça informatio)

deyilir[1]. İnformasiyanın Şennon tərəfindən təklif edilmiş kəmiyyət baxımından

təyini də elə bu fikrə əsaslanır.

«Verilən» anlayışını belə bir müçərrəd situasiya ilə izah etmək olar. Fərz edək

ki, müşahidəçi öyrənilən obyektin vəziyyəti haqqında məlumatı toplayıb, müəyyən

formada yaddaşında saxlayır. Bu halda deyirlər ki, müşahidəçinin yaddaşında

obyektin vəziyyətini əks etdirən verilənlər var.

Beləliklə, verilənlər -saxlamaq, emal etmək və ötürmək üçün müəyyən formada

qeyd olunmuş məlumatdır. İngilisçə verilənlər sözünü ifadə edən «data» termini

latınça «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilənlər bəzən konkret və ya

real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövçud

olmayan anlayışları ifadə edə bilərlər. Odur ki, verilənlər dedikdə bizim üçün

əhəmiyyətli olan istənilən hadisə və ya fikrin təsviri başa düşülür.

Ənənəvi olaraq verilənlər konkret ünsiyyət vasitələri ilə (məsələn, dil və ya şəkil

vasitəsilə) konkret daşıyıçıda (məsələn, daşda, lövhədə, kağızda) qeyd olunur. Zaman

keçdikçə verilənlərin təsvir üsulları və daşıyıçıları dəyişmişdir (məsələn, ibtidai

insanların mağaza rəsmləri,daş yzərində qədim yazılar və rəsmlər, papirus yarpağı

üzərində yazılar və s.). Əksər hallarda verilənlər təbii dildə kağız üzərində qeyd

olunur. Kompüterdə verilənlərin daşıyıçısı kimi maqnit daşıyıçısından(lent, disk, kart

və s.), çevik optik disklərdən, fləş yaddaşdan v.s. istifadə olunur.

Verilənlər ümumi halda aşağıdakı xarakteristikalarla təyin olunur: verilənlərin

adı, qiyməti, tipi və strukturu.

Verilənin adı onun mənasını (semantikasını) ifadə edir. Verilənin qiyməti isə

əslində verilənin özünü xarakterizə edir. Çünki faktlərı bir-birindən ayırmaq üçün

onları qiymətləndirmək lazımdır. Təbii dilin zənginliyi verilənlərin adları ilə

qiymətlərinin birgə təsvirinə imkan verir. Məsələn, «havanın temperaturu +30

dərəçədir» ifadəsində «+30» verilənin qiyməti, «havanın temperaturu dərəçə ilə»

verilənin adıdır. Müəyyən hallarda verilənlərin adları ilə qiymətləri bir-birindən ayrı

qeyd oluna bilər. Məsələn, qatarların hərəkət çədvəlində verilənlərin adları çədvəlin

başlığında göstərilir. Verilənlər bazalarında da verilənlərlə onların semantikası əksər

Page 10: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

hallarda bir-birindən ayrı saxlanır. Bu halda verilənlərin axtarışını və emalını əlverişli

təşkil etmək imkanı yaranır.

Verilənlərin tip xarakteristikası əsasən proqramlaşdırmada istiyadə olunur.

Verilənlərin tipləri haqqında məlumat §3.2.8-də verilir.

Qeyd edək ki, proqramlaşdırmada verilənləri həmçinin say sisteminin əsasına,

təsvir formasına, uzunluğuna görə də xarakterizə edirlər.

Verilənlər sadə informasiya elementi-bitdən başlayaraq fayla və fayllar sisteminə

qədər müxtəlif mürəkkəbliyə və təşkil səviyyəsinə malik ola bilərlər. Təşkil xarakteri,

mümkün qiymətlər çoxluğu, üzərində aparıla bilən əməliyyatlar toplusu verilənlərin

strukturunu əks etdirir. Verilənin strukturu hər bir informasiya elementinin ümumi

xarakteristikasıdır.

Verilənlərin struktur xarakteristikasına iki çəhətdən baxılır: məntiqi və fiziki

çəhətdən. Verilənin məntiqi strukturu onun kompüterdən kənar təsviri və ya

modelidir. Verilənlərin məntiqi strukturlarının müəyyənləşdirilməsi, başqa sözlə,

verilənlərin strukturlaşdırılması və onların əlverişli formada təsviri verilənlər

bazalarının layihələndirilməsinin əsasını təşkil edir [2]. Verilənin fiziki strukturu

onun kompüterin yaddaşında yerləşdirilməsi sxemini təyin edir. Ümumi halda

verilənlərin məntiqi və fiziki strukturları bir-birindən fərqlənə bilər.

«İnformasiya» və «verilənlər» məna baxımından bir-birinə çox yaxın

anlayışlardır. Lakin onlar arasında müəyyən fərq var. İnformasiya, üzərində

əməliyyat aparılan verilənlərdən alınır. Bu üsulla alınan informasiyadan əsasən

idarəetmə üçün qərarların qəbul edilməsində istifadə olunur. Məsələn, müəssisənin

baxılan ilin ayları üzrə istehsal etdiyi məhsulun miqdarı verilənlərdir, bu verilənlər

əsasında qurulmuş istehsalın gedişini əks etdirən qrafik isə informasiyadır.

Verilənlər müxtəlif səviyyəli ola bilər. Məsələn, müəssisənin aylıq istehsal etdiyi

məhsulu göstərən verilənlər ayrı-ayrı məhsul növlərinə görə aylıq verilənlərin

çəmindən, yəni həmin verilənlərin aqreqasiyasından alınır. Aqreqasiyanın müəyyən

səviyyəsində alınan verilənlər kəsb etdikləri əhəmiyyətə görə informasiya xarakterli

ola bilərlər. Beləliklə, informasiya almaq üçün verilənlərlə işləmək lazımdır.Odur ki,

Page 11: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

hər bir informasiya sistemi verilənlər bazasına malik olmalıdır. Verilənlər, aqreqasiya

və müqayisənin aşağı səviyyəsini, informasiya isə yuxarı səviyyələrini əhatə edir.

İnforomatikada çox vaxt «informasiya» və «verilənlər» terminləri sinonim kimi

işlədilir, yəni onlar arasında yuxarıda göstərilən fərq nəzərə alınmır. Biz də sonrakı

mülahizələrimizdə bu xətti tutaçağıq. Bunun səbəbi ondan ibarətdir ki, kompüterdə

saxlanan və emal olunan verilənlərin informasiya daşıyıb-daşımamasının emal

prosesi üçün əhəmiyyəti yoxdur. Nətiçəvi verilənlərin informasiya daşımasi isə

istifadəçi marağından qiymətləndirilir.

«Bilik» anlayışı da daşıdığı mənaya görə məlumat, verilənlər və informasiya

anlayışlarına yaxındır. Biliyə xas olan əsas çəhət onun müəyyən kontekstlə əlaqəli

olması və həmin kontekstdə müəyyən məna (semantika) daşımasıdır. «Bilik»

anlayışından süni intellektdə, o çümlədən, ekspert sistemlərində geniş istifadə olunur.

1.2. Avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılmasının əsas

prinsipləri

1.2.1. Avtomatlaşdırılmış informasiya sistemləri haqqında anlayış

Hal-hazırda informasiya və telekommunikasiya texnologiyalarının köməyilə bir

sıra müəsisə və təşkilatlarda avtomatlaşdırılmış informasiya-idarəetmə sistemlərinin

yaradılması cəmiyyətin aktual məsələlərindən biridir. İnformasiya sistemi (İS)

dedikdə, təyin olunmuş mövzu sahəsi haqqında bütün sorğulara hərtərəfli cavab

verən, qərar qəbuletmə prosesində insana kömək etmək üçün yaradılan texniki,

proqram, linqvistik və metodoloçi vasitələr kompleksi nəzərdə tutulur [1]. Yaradılan

İS-lər mövzu sahələri üzrə müxtəlif müəsisələrdə, optimal informasiya təlabatını

təmin etməklə ayrı-ayrı məqsədlər üçün istifadə olunur. Belə sistemlər ayrı-ayrılıqda

və ya hər hansı avtomatlaşdırılmış sistemin tərkibində layihə edilə bilər. Birinci halda

o informsiya-sorğu sistemi kimi, əsasən müəsisənin informsiya tələblərini ödəmək

üçün istifadə olunur. İkinci halda isə istifadəçilərə informsiya-axtarışı xidməti

göstərməklə yanaşı, avtomatlaşdırılmış idarəetmə sisteminin informasiya təminatı –

alt sistemi rolunu oynayır. Dinamiki informasiya modelini təmin etməkdən ötrü İS-də

baş verən dəyişikliklərə uyğun informasiya modelinin saxlanılmasına və

Page 12: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

modifikasiya üsullarına imkan verməlidir. Bundan başqa obyektlər arasındakı

əlaqələr həmin modeldə öz əksini tapmalıdır.

Quruluşu və imkanlarına görə İS-lərini dörd qrupa ayırmaq olar. Bunlar adi

(lokal) sistemlər, informasiya emalı və axtarışı sistemləri, Avtomatlaşdırılmış

sistemlər, intellektual sistemlərdir [2].

Şəkil 1.1. Avtomatlaşdırılmış informasiya sistemlərinin təsnifatı

Lokal İS-lərdə sistemə daxil olan informasiya, sistemdən alınan informasiya ilə

struktur və tərkibcə eyni olur. Yəni sorğuya cavab verən informasiya üzərində heç bir

çevrilmə əməliyyatı aparılmadan istifadəçiyə verilir. Belə İS-lərə misal olaraq

informasiya axtarış sistemlərini və sadə tipli verilənlər banklarını göstərmək olar.

İstifadəçi sorğularına tam cavab vermək üçün saxlanan informasiyanın emalı tələb

olunur. İnformasiyanın axtarışı ilə yanaşı göstərilən funksiyaları yerinə yetirən

sistemlərə informasiya axtarışı və emalı sistemləri deyilir. Funksional imkanlarına

görə bu sistemlər informasiya təhlili sistemləri və informasiya-idarəetmə sistemlərinə

bölünür. Birinci tip sistemlərdə saxlanan informasiyanın axtarışından əlavə onun

təhlili və emalı prosesləri də yerinə yetirilir. Saxlanan informasiya statik və linqvistik

baxımdan təhlil oluna bilər.

İnformasiya–idarəetmə sistemlərində saxlanan informasiyanın emalı nəticəsində

alınan obyektlərin idarə olunması məqsədilə müəyyən qərarlar qəbul edilməsi üçün

əsas götürülür. İnkişaf səviyyələrinə və funksional imkanlarına görə bu sistemlər

informasiya məsləhət və ekspert sistemlərinə bölünür. İnformasiya məsləhət sistemi

idarəetmədə qərarların qəbul edilməsi üçün verilənlər hasil edir, mümkün hallarda isə

qərarların siyahısını və hansının seçilməsi barədə məlumat verir. Ekspert

sistemlərində isə sistemin verdiyi məsləhətlər, qəbul etdiyi qərarlar haqqında

Avtomatlaşdırılmış informasiya sistemləri

Lokal (adi)

sistemlər

İnformasiya axtarışı və

emalı sistemləriİntellektual

sistemlər

Korporatv sistemlər

Page 13: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

istifadəçiyə onun başa düşəcəyi formada izahat verilir. Burada yıgılan informasiya

ayrı-ayrı faktlardan və evrestik üsullardan ibarət olur.

İntellektual İS-lərini adi informasiya sistemlərindən fərqləndirən cəhət odur ki,

burada istifadəçilərlə sistem arasınada dialoq təbii dil və ya ona yaxın olan

normallaşdırılmış dildə aparılır. Yuxarıda baxılan sistemlərin hamısı üçün intellektual

interfeys yaradıla bilər. Bu baxımdan intellektual informasiya sistemlərinin

yaradılması “süni intellekt” probleminin həllində mühüm addımlardan hesab edilə

bilər.

Avtomatlaşdırılmış informasiya sistemləri tərkibcə yuxarıda sadalanan sistemlərin

müasir texnologiyalarından sayılır. Avtomatlaşdırılmış İS dedikdə şəbəkə mühihində,

şəbəkə protokollarından biri ilə işləyən verilənlər bazasından (VB), VBİS-dən və

server proqram təminatından ibarət avtomatlaşdırılmış sistemdir. Məlumdur ki,

avtomatlaşdırılmış idarəetmə sistemi funksional və təminedici hissələrdən təşkil

olunur. Məhz Avtomatlaşdırılmış İS də bu funksional hissənin alt sistemi kimi təyin

olunur. Yəni, adı çəkilən sistemə müəsisə avtomatlaşdırılmış idarəetmə sisteminin

alternativi kimi baxıla bilər. Belə sistemlərdə həm strukturlaşmış, həm də

strukturlaşdırılmamış informasiyanın toplanması və axtarışı metodları asanlaşır.

Sistem əsasən “klient-server” arxitekturası əsasında işləyir. Bu cür arxitektura eyni

zamanda çoxlu sayda istifadəçilərin müraciətlərini təmin edir. Avtomatlaşdırılmış

sistemlərin funksional imkanları onun ayrı-ayrı komponentlərini (linqvistik, proqram

və s.) genişlənmısi hesabına əldə edilir.

Avtomatlaşdırılmış sistem həm müəsisənin strateçi informasiya sistemi kimi, həm

də effektiv mərkəzləşdirilmiş kommunikasiya şəbəkəsinin əsası kimi çıxış edir. Bu

yanaşma metodundan istifadə edərək kompüter texnikasının vasitələrini tətbiq

etməklə kağızsız texnologiya üçün optimal iqtisadi göstəricilər də əldə etmək

mümkündür. Əsasən Intranet texnologiyasına istinad edilən belə Avtomatlaşdırılmış

İS-lərdə fayl servisləri, informasiya daşıyıcıları böyük əhəmiyyətə malikdir.

1.3. Mövcud sistemlərin işlərinin araşdırılması

Avtomatlaşdırılmış informasiya sisteminin işlənməsi əsasən təşkilatı

strukturların modelləşdirilməsi, verilənlərin və biliklərin konkret təsviri üsulları,

Page 14: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

sistemin riyazi modelinin təşkili, istifadəçi interfeysinin yaradılması və şəbəkə

arxitekturalarının seçilməsi ilə əlaqədardır. İnformasiya sistemində komponentlərin

layihələndirmə mərhələləri bir-biri ilə əlaqədə olan xüsusi məsələlərlə ayrı-ayrılıqda

uyğunlaşdırılmışdır. Belə ki, müasir texnologiyalardan istifadə etməklə mövcud

problemin həlli sadələşir.

Movcud sistemlərin işlərini araşdırmaq məqsədilə məhz Avtomatlaşdırılmış

paylanmış VB-nin işlənməsi ilə əlaqədar olaraq ümumilikdə SAN, CASE, Lotus

Domino sistemlərinin yaradılma texnologiyalarına baxılmışdır [4].

Sistemin işini araşdırarkən problemin həllinə yaxın olan bir neçə yanaşma

metodlarına toxunulmuşdur. İnformasiya sistemində verilənlərin saxlanılması ilə

əlaqədar olaraq olaraq əsasən SAN (storage area network, verilənlərin saxlanma

şəbəkəsi) texnologiyasına istinad edilir. SAN serverdə verilənləri saxlayan qurgular

arasında məlumatları ötürmək üçün səmərəli və eyni zamanda məlumatların operativ

emalı üçün istifadə olunan məhsuldar şəbəkələrdəndir [5].

Verilənləri saxlanılma vasitələrini təmin etmək üçün əsas etibarilə verilənlərin

saxlanılma sistemlərinin ilkin şərtlərini aydınlaşdırmaq və yaratmaq lazımdır.

Şəkil 1.2. SAN texnologiyası əsasında verilənlərin saxlanılamsı sistemi üçün struktur

Server

Verilənlərin saxlanma

resurursları

Page 15: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

Verilənlərin saxlanılma sistemli aşağıdakılardan ibarətdir.

Bir çox verilənlərin saxlanılma sistemləri kompüterlərin informasiya

daşıyıcıları ilə əlaqələndirilərək həyata keçirilir. Xüsusilə disk massivlərindən istifadə

olunmaqla tətbiqi reallaşdırılır. Demək olar ki, hal-hazırda verilənlərin saxlanma

qurğuları kimi disk massivlərindən istifadə olunmaqla yanaşı digər informasiya

daşıyıcılarından (CD/DVD qurğuları) da istifadə olunur. İnformasiya emalının

formalaşdırılmasının məntiqi strukturu, onun saxlanması (disk daşıyıcıları və ya fayl

sistemləri) serverdə həyata keçirilir. Verilənlərə müraciət prosesi (server yaddaşında)

- xüsusi adapterlərlə quraşdırılmış (Host Bus Adapter - HBA), ayrıca protokolla

işləyən drayverlər, “Host Bus Adapter” ilə əməliyyat sistemini əlaqələndirən

vasitələr, disk tomlarının idarəedilməsi, fayl sistemi və əməliyyat sistemini

menecerini özündə cəmləşdirir. Əgər disk massivləri ayrıca qurğu şəklində icra

edilirsə, onda bu zaman serverə qoşulmuş vəziyyətdə adı çəkilən infrastrukturdan

istifadə edilir.

Protokol müraciətlərinə asılıliq halları disk massivlərində və “Host Bus

Adapter”-də reallaşdırılır. Şəkildən görundüyü kimi şəbəkədə istifadə olunan sadə

şinlərdir (Fibre Channel-FC). Bütün bunları birləşdirməklə alınmış şəbəkəni

verilənlərin saxlanılması şəklində - “Verilənlərin saxlanılması şəbəkəsi” (Storage

Area Network-SAN) adlandırmaq olar. Belə ki, burada istifadə olunan əsas

avadanlıqlar – kommutator və kommutasiya vasitələrinin FC protokolları ilə işləməsi,

FC nəqliyyat protokoluna digər protokolların tətbiqi (adətən SCSI) quraşdırıla bilər.

Bu üsulla SAN texnologiyasında verilənlərin saxlanılması üçün serverlə əlaqəsi

olan saxlanma qurğuları infrastruktura əlavə etmək məqsədəuyğundur.

Adı çəkilən infrastruktur boyük server və saxlama qurğuları ilə

əlaqələndirilmiş maksimum idarəetməyə malik, gələcəkdə vəziyyətini

genişləndirməyə imkan verən texnologiyadır. Burada monitorinq vəziyyəti elə

saxlanılmalıdır ki, ona icazəli qoşulmaq mümkün olsun. Bunu reallaşdırmaq üçün

server utilitlərinin və optimal əməliyyat sisteminin tətbiqi, yazılmış proqram

ssenariləri (CGI-skriptlər) hazırlanmalıdır. Bu tətbiqlərin hər biri verilənlərin

saxlanılma sisteminin obyektində tələb olunan idarə və nəzarət vəziyyətlərində məs.

Page 16: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

massivin disk tomları və qrupları, kommutatorun protokolları və s. reallaşdırıla bilər.

Bu texnologiya əsasən böyük miqyaslı idarəetmə sistemləri üçün nəzərdə tutulmuş və

hesablanmışdır. İxtiyari böyük sistem və böyük həcmli verilənlərin saxlanması üçün

də istifadə edilə bilər.

SAN texnologiya özündə aşağıdakı alt sistemləri və komponentləri birləşdirir.

Müasir yüksək məhsuldarlıqlı disk massivlərində FC-dən (Fibre Channel)

istifadə etməklə və serverə qoşulmaqla massiv daxilindəki disklərə müracət

mümkündür. Bu üsulla onlarla terabayta qədər disk sahələri üçün formalaşdırılmış və

xüsusi funksiyaların icrası üçün disk yerlərinin virtuallaşdırılması (əsasən VBİS və

VB-də ilə yerləşdirilən daşıyıcılar), daşıyıcılar saxlanılan yerlərə məhdudiyyətlərin

qoyulması, verilənlərin köçürülməsinin yaradılması (Point-In-Time,- PIT), eyni

zamanda massivlərdə verilənlərin replikasiyası həyata keçirilir. Burada Point-In-Time

anlayışı - əvvəlcədən təyin olunmuş zaman müddətində verilənlərin surətinin

hazırlanması və surətləri yaradan zaman lazım olan halda verilənlərin vəziyyətini

“donduran” vasitədir. Burada verilənlərin arxivləşdirilməsi və rezerv surətlərin

yaradılması və verilənlərin bərpası üçün nəzərdə tutulub. Rezerv surətlərin

yaradılması ilə informasiyanin pozulması və ya ona olunan təxribatlar proseində,

aparat və proqram təminatında konfliktlər olduğu halda mühafizə həyata keçirilir.

Rezerv surətlər sistemini mərkəzləşdirilmiş prinsiplərlə yaratmaqla optimal üsul,

minimum xərclər və administratorun işlərinin çoxunu ixtisara salmaq mümkündür.

Verilənlərin saxlanmasının idarə edilməsi, disk tomlarının nişanlanması və tətbiqi

proqram paketlərinin köməkliyi ilə yüksək səviyyədə yerinə yetirilir. Məs. Hitache

Lightning 9900V massivləri ilə Cruise Control proqtamının əlaqələndirilməsi ilə

verilənlərlə iş üzrə intensivlik barədə statistika toplamaq, disklərdə saxlanılan

verilənlərin yerlərinin dəyişdirilməsi üçün ilkin qərarların qəbulu, hansı ki,

verilənlərlərə yüksək sürətli müraciətlərlə həyata keçirilir.

Burada sistemli idarəetməyə görə sistemdə verilənlərin keyfiyyətli səviyyədə

saxlanılması üçün nəzərdə tutulub. Beləliklə, verilənləri saxlanılması sistemi, SAN

resursları daxilində aparat-proqram vasitələri daxilində aparılır. Bunlar başqa

sistemlərin inteqrasiya imkanlarına malik olub, verilənlərin saxlanma şəbəkəsinin

Page 17: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

nəzarət hissələri və onun bütün səviyyələrində disklərdən tutmuş massivlərə, serverin

fayllar sisteminə qədər sferanı əhatə edir.

Hal-hazırda CASE texnologiyasından da istifadə olunur. Modelin təsvirinin

işlənməsi üçün şərtlər aşağıda verilmiş modulların ardıcıllığı ilə aparılır.

Bu texnologiyanın tərkibinə daxil olan və ona aid proqram modulları bunlardır:

Pchnology, BPWin, ERWin, ModelMart, Paradigm Plus, RPTWin. Eyni zamanda

olun avtomatik instrumental hissələri isə layihələndirmə və kod generasiyasını təmin

edir. Bu proqram modulları aşağıdakı funksiyaları yerinə yetirir.

BPWin - struktur təşkilatların üçün verilənlərin saxlanılması məqsədilə

funksional metodoloçi modelləşdirməni dəstəkləyir və həyata keçirir. Burada

həmçinin DFD ( verilənlərin axını üçün paket) paketindən “BPWin”-də istifadə

etməklə “sənədlərin dövriyyəsi modelinin işlənməsi” üçün də istifadə edilə bilər.

CASE texnologiyasının vasitəsi olan “ERWin” modulu obyekt və atributların

eksportu üçün normallaşdırılmış VB-lər layihələndirməyə imkan verir. Bu modul

Power Builder, Access, SQL Server VBİS-ləri özündə inteqrallaşdırır. Əsasən

obyektyönlü layihələndirmədə çətin alqoritmlərin reallaşdırılmasında tətbiq edilir.

Obyektyönlü layihələndirmə dili olan UML (Unifu Modeling Language-UML)

instrumental vasitə olan “Paradigm Plus”-u dəstəkləyir. Proqram məhsulu olan Model

Mart “BPWin” və “ERWin” modellərinin işlərini sinxronlaşdırır. Paradigm Plus

modulu isə C++ və ya Çava kodlarında yazılan proqramları “ERWin” modulunda

generasiya edərək VB yaradır. “Planitium technology” modulu – instrumental

monitorinq şəbəkə (ProVision Network Monitor), vasitələrini, server VB-nin təhlilini

(SQL Compass), verilənlərin struktur üzrə yoxlanmasını (Test Bytes) və sürətli Web

serverlərin təhlilini özündə saxlayır. Beləliklə, CASE texnologiya Avtomatlaşdırılmış

mühitdə sahələr üzrə sənədləşmənin yaradılmasını təmin edir.

Lotus Domino – inteqrallaşdırılmış paket olub, verilənlərin saxlanılmasını

Avtomatlaşdırılmış şəbəkə üzrə təşkilini həyata keçirir. Bu paket 100 milyona qədər

klientləri serverə birləşdirərək, yüksək səviyyədə informasiya mübadiləsini təşkil

edir. Lotus Domino özündə məlumatların mübadiləsi üçün elektron poçt xidməti,

təqvim və planlaşdırma, təşkilat strukturunun idarə edilməsi üçün inteqrallaşdırılmış

Page 18: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

mühitdə “gropware” proqram paketini özündə birləşdirir. Ən güclü VBİS-lərdən

sayılan “Oracle”-ı tam dəstəkləyir.

Gələcəyin mütəxəssisi müasir hesablama vasitələrinin təlim prosesinə tətbiqini

bacarmalıdır. Hazırda müasir EHM-lərin tədris prosesində tətbiqi geniş vüsət

almışdır. EHM-in tərkibinə informasiyanın daxil edilməsini, saxlanılmasını,

çevrilməsini və nəticələrin verilməsini təmin edən texniki qurğular daxildir.

Son dövrlərdə kompüter təlimindən geniş təcrübə əldə edilmişdir. Ali

məktəblərdə tədrisin təşkilində istifadə olunmaq üçün müxtəlif tətbiqi proqramlar

işlənib tətbiq edilir. Hazırda müxtəlif funksional məqsədlər üçün öyrədici

proqramların yaradılması nəticəsində metodik sahələr inkişaf etdirilir. Pedoqoji və

texniki cəhətdən ən optimal variantın tapılması kütləvi tədqiqat tələb edir. Fənn

müəllimi belə proqramların tərtib edilməsində çətinliyə rast gələ biləcəyində bu cür

proqramlar ümumi proqramlar kitabxanası fondunda olmalı və kütləvi tirajla yerlərə

göndərilməlidir.

Ali məktəblərdə tədris prosesi orta məktəblərə nəzərən bir qədər mürəkkəb

prosesdir. Əslində yaxşı olardı ki, orta məktəblərdə də tədris prosesində kompüter

texnologiyaları və tətbiqi proqramlardan istifadə edilsin. Lakin biz indi bu

texnologiyaların ali məktəblərdəki tədris prosesinə tətbiqi haqqında söhbət açacağıq.

Ali məktəblərdə tədrisin avtomatlaşdırılması geniş vüsət alıb. Məhz buna görə

də ali məktəblərdə tədris olunan fənnlərin öyrədici proqram paketləri yaradılır. EHM-

lərin köməyilə təlim prosesinə yeni öyrədici metodların tətbiqi əsasən 3 istiqamətdə

olur:

1. EHM-in öyrənilməsi

2. EHM- köməyilə informasiyanın alınması

3. EHM vasitəsilə fənnlərin tədrisi.

Ali məktəblərin tədris prosesində kompüterlərin tətbiqi zaman-zaman yaxşı

nəticələr verir ki, tədris olunan fənnlər ayrı-ayrı proqram paketləri şəklində tədris

olunur. Əlbəttə ki, bu deyilən proqramları proqramçılar tərtib etməlidirlər. Lakin

proqramçı proqramın tərtibi zamanı müəllimlə sıx əlaqədar işləməlidir ki, proqram

etibarlı və uzunömürlü bir vasitə kimi istifadə oluna bilsin. Təcrübə göstərir ki, ən

Page 19: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

yaxşı proqramçı da keyfiyyətli öyrədici proqram tərtib edə bilməz. Öyrədici

proqramın ssenarisi tədris etdiyi fənni gözəl bilən müəllim tərəfindən verilir və

təcrübəli proqramçının köməyilə tərtib edilir. Öyrədici proqram praktikada yoxlanılır,

müəllimin həmkarları tərəfindən qiymətləndirilir və ancaq bundan sonra ondan geniş

surətdə istifadə olunmasına icazə verilir.

Ümumiyyətlə, ixtisasından və peşəsindən asılı olmayaraq, hər bir ali məktəb

müəllimi öz fənninin tədrisi zamanı öz işini avtomatlaşdırmaq üçün kompüter

texnologiyaları və tətbiqi proqramlardan istifadə edə bilər və etməlidir.

Tətbiq olunacaq texnologiyalar və tətbiqi proqramlar kimi aşağıdakıları misal

göstərmək olar:

MicroSoft Office

Matlab

Corel Draw

Photoshop

AutoCad

Microsoft Procect

1 C

Elektron lüğətlər, mətn tərcüməçiləri

və s. kimi tətbiqi proqramlar

Lokal və ya qlobal şəbəkələr

Uzaq məsafəli tədris (Distance Learning)

Terminal Servis

və s. kimi kompüter texnologiyaları.

İndi isə gəlin bu sadaladığımız tətbiqi proqram paketləri, kompüter

texnologiyaları və onların ali məktəblərdə tədris prosesindəki rolu haqqında ətraflı

danışaq.

MICROSOFT OFFICE

Ümumiyyətlə, MICROSOFT OFFICE paketi ayrı-ayrı tətbiq sahəli proqram

paketlərindən ibarətdir ki, onların da hər biri ali məktəb müəllimlərinin işində

Page 20: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

özünəməxsus rol ilə çıxış edir.

MICROSOFT WORD

Nəinki ali məktəb müəllimləri, ümumiyyətlə hər bir sahənin işçisi özünə lazım

olan mətni lazımi formada tərtib etməli olur. Və həmin mətni və mətn daxilində hər

hansı cədvəli, şəkli, sxemləri, fiqurları və s.-ni öz istəyinə uyğun tərtib etmək üçün o,

kompüterdə istifadə olunan mətn redaktorlarından istifadə edir. Lakin yuxarıda

sadaladığım tələbləri və ondan artıq tələbləri yerinə yetirmək üçün ən çox istifadə

olunan və istifadə üçün ən rahat olan proqramlardan biri Microsoft Word

proqramıdır.

Microsoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni

alətlər və daha da rahat interfeys təqdim edir.

Şəkil 1. MicroSoft Word proqramının əsas pəncərəsi

Ali məktəb müəllimləri də tədris ilə əlaqədar müxtəlif sənədləri tərtibetmək

üçün Microsoft Word proqramından istifadə edə bilərlər. Şəkil 1- də Microsoft Word

proqramının əsas pəncərəsi göstərilmişdir.

MICROSOFT EXCEL

Microsoft Office paketinə daxil olan Microsoft Excel proqramı öz «ağıllı»

vasitələri ilə çox istifadəçilərin köməyinə gəlir.

Bildiyimiz kimi, Excel proqramı cədvəl şəkilli verilənlərlə iş aparılması, onlar

üzərində müxtəlif standart, yəni demək olar ki, verilənlər üzərində aparıla biləcək

Page 21: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

bütün əməliyyatlar və ya funksiyalar və həm də qeyri-standart əməliyyatların yerinə

yetirilməsi, bu verilənlərin bir-birindən asılılıqlarının qrafik və ya diaqram şəklində

qurulması və s. bu kimi əməliyyatların aparalımasını təmin edərək istənilən

istifadəçiyə, və ya həmçinin ali məktəb müəllimlərinə bu və ya başqa əməliyyatları

çox tez, rahat və effektiv şəkildə yerinə yetirməyə imkan verir.

Şəkil 2. MicroSoft Excel proqramının əsas pəncərəsi

Misal kimi göstərmək olar ki, ali məktəb müəllimləri tələbələrin

qiymətləndirilməsi, hansı tələbələrin daha aktiv iştirak etməsini qrafik şəkildə daha

əyani görmək üçün Excel proqramında diaqramlardan istifadə edə bilər. Orta

qiymətin hesablanması, maksimum və ya minimum qiymətlərin və s.-lərin

hesablanmasını həyata keçirə bilər. Şəkil 2-də MicroSoft Excel proqramının əsas

pəncərəsi göstərilmişdir.

MICROSOFT POWER POINT

Əlbəttə ki, tədris prosesinin effektivliyi tədris materiallarının tələbələrə daha

aydın şəkildə təsvir olunması ilə xeyli artır. Fərdi kompüterlər və tətbiqi proqramlar

inkişaf etməzdən əvvəl bu əyaniliyi əldə etmək üçün sinif lövhələrindən, xüsusi kadr

şəkilli lentlərdən, böyüdücülərdən, diafilm qurğularından, linqofonlardan və s.-dən

istifadə olunurdu.

Page 22: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

Lakin bu vasitələr müəllimlər üçün müəyyən çətinliklər yaradırdı. Məsələn,

lövhədə hər hansı sxemi hər dəfə çəkmək müəllim üçün eyni işi hər dəfə təkrarən

etməyə məcbur edirdi. Əlbəttə ki, lövhələr həmişə lazımdır, amma çox işləri

lövhədən istifadə etmədən, əvvəlcədən hazırlayıb təqdim etmək olar.

Və yaxud xüsusi kadr şəkilli lentlərdən istifadəyə gəldikdə, onu demək olar ki,

birincisi bu lentləri əldə etmək məsələsi o qədər də asan deyildi, lazımi qurğunun

olub-olmaması və ən əsası isə müəllimin bu lentlərdə olan məlumatlarla

kifayətlənməyə məcbur olması halları bu vasitələrdən istifadə etməyin effektivliyini

xeyli aşağı salır. Bu zaman müəllim lentdə olmayan məlumatları yenidən lövhədə

çəkməklə başa salmaq məcburiyyətində qalır ki, bu da müəllimləri eyni işi hər dərsdə

təkrarən yerinə yetirməyə məcbur edir.

Böyüdücülərdən istifadə nisbətən daha effektivdir. Çünki bu zaman, misal

üçün, əgər hər hansı bir səhifənin izahı zamanı bu səhifədə hər hansı bir sxemdə və

ya düsturda dəyişiklik etmək zərurəti meydana çıxıbsa, onda bu səhifədə düzəliş edib

və ya bu səhifəni yenidən çəkib növbəti dərsdə istifadə etmək olar. Ancaq bu

dəyişikliklər hər dəfə yeni vərəqə çəkmək problemini ortaya çıxarır. Onu da

deməliyəm ki, həmin Slide vərəqlərinin qiyməti adi kağız vərəqlərdən 20-25 dəfə

bahadır.

Yuxarıda sadaladığım problemlərlə qarşılaşmamaq üçün MS Office paketinə

daxil olan MicroSoft Power Point proqramı çox gözəl və rahat vasitədir.

MicroSoft Power Point proqramından istifadə etməklə istənilən şəkildə,

istənilən sayda səhifədən ibarət istənilən effektlərlə müxtəlif cür «Təqdimatlar»

(Slide-lar) tərtib etmək olar. Bu slide-ların tələbələrə təqdim olunması üçün heç də

onların kağız üzərinə çap olunması vacib deyil.

Slide-lar tam ekran rejimində, animasiya kimi, müəyyən səslərlə, başqa

proqramların köməyilə yaradılan obyektlərin özünə qoşulmasını dəstəkləməklə

öyrətmə və öyrənmə prosesini olduqca asanlaşdırır. Şəkil 3-də MicroSoft Power

Point proqramının əsas pəncərəsi göstərilmişdir.

Yalnız onu deməliyəm ki, belə Slide-ların divardan asılmınş plakata

böyüdülməsi üçün istifadə olunan qurğu – «Projector» - un qiyməti nisbətən

Page 23: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

bahalıdır. Lakin mən bilən ali məktəblərin büdcəsi imkan verir ki, hər kafedraya heç

olmazsa 2 ədəd Projektor qurğusu verilsin.

Şəkil 3. MicroSoft Power Point proqramının əsas pəncərəsi

MICROSOFT ACCESS

Ümumiyyətlə desək, bütün idarələrdə və təşkilatlarda əvvəlki kağız üzərində

arxivlərdə saxlanılan versiyaların kompüterdə reallaşdırılması çox vacib məsələlərdən

biridir. Əlbəttə ki, bu, informasiyanı tez və operativ surətdə əldə etmək işini olduqca

asanlaşdırır. Deyilənləri kompüterdə reallaşdırmaq üçün VB texnologiyasından

istifadə olunur. Ümumiyyətlə, VB texnologiyasında verilənlərin müxtəlif

modellərindən istifadə olunur.

-Şəbəkə modeli

-İerarxiya modeli

-Relyasiya modeli

Bu modellər haqqında çox geniş danışmayıb, sadəcə onu deyəcəm ki, son

zamanlar ən geniş istifadə olunan model -relyasiya modelidir. Verilənlər bazalarını

idarə etmək üçün məşhur firmalar tərəfindən müxtəlif cür Verilənlər Bazalarını

İdarəetmə Sistemləri (VBİS) yaradılmışdır.

Page 24: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

Belə VBİS-lərdən biri də Microsoft şirkəti tərəfindən yaradılmış və MicroSoft

Office paketinin tərkibinə daxil edilmiş Microsoft Access proqramıdır.

Microsoft Access proqramı verilənlər bazası ilə işləmək üçün istifadəçilərə tam

alətlər dəstini təqdim edir. Bu proqramdan hətta verilənlər bazasının prinsipi və

qurulma qanunauyğunluqlarını bilməyən istifadəçilər belə çox rahat yararlanaraq, öz

tələblərinə uyğun cədvəllərdən ibarət verilənlər bazası yarada bilərlər.

Belə istifadəçilərə, əlbəttə ki, ali məktəb müəllimlərini də aid etmək olar. Ali

məktəb müəllimləri bu proqramdan misal üçün aşağıdakı məqsədlər üçün istifadə edə

bilərlər:

Tələbələr haqqında verilənlər bazası

Öz kitabxanasında olan kitablar haqqında verilənlər bazası

Öz fənnini, ixtisasını əhatə edən verilənlər bazaları və s.

Şəkil 4-də MicroSoft Access proqramının əsas pəncərəsi göstərilmişdir.

Şəkil 4. MicroSoft Access proqramının əsas pəncərəsi

MICROSOFT FRONTPAGE

MicroSoft FrontPage proqramı bildiyimiz kimi HTML sənədləri yaratmaq

üçün alətlər ilə zəngin tətbiqi proqram paketidir. Əslində MicroSoft FrontPage

Page 25: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

proqramı müəllimlərin işində nisbətən az rol oynayır. Bu proqram çox vaxt WEB

DESIGN sahəsi ilə məşğul olan mütəxəssislərə lazım ola bilər.

Üstün cəhəti odur ki, HTML dilindən heç xəbəri olmayan belə, istifadəçi bu

proqramın köməyilə çox asanlıqla sadə WEB-sənəd yarada bilər. Ali məktəb

müəllimlərinin işində bu proqramın rolu kimi misal üçün onu demək olar ki, qiyabi

şöbədə oxuyan tələbələr müəllimin yaratdığı bu sayta İnternet şəbəkəsi vasitəsilə

qoşula bilər və lazımi dərsləri buradan oxuya bilərlər.

Şəkil 5-də MicroSoft Front Page proqramının əsas pəncərəsi göstərilmişdir.

Şəkil 5. MicroSoft Front Page proqramının əsas pəncərəsi

MICROSOFT OUTLOOK

Əlbəttə ki, son 10 ildə İNTERNET şəbəkəsinin inkişaf etməsilə əlaqədar

Elektron poçt xidmətinin yaranması və inkişafı bu xidməti çox geniş, bəlkə də

dünyəvi istifadəçi auditoriyası üçün bir növ adi telefon xidməti kimi lazımi vasitəyə

çevirmişdir. Elektron poçt xidmətini təqdim edən ayrıca saytlar – poçt serverləri və

tətbiqi proqramlar yaradılmışdır.

Belə tətbiqi proqramlardan biri də MicroSoft Outlook proqramıdır.

Əlbəttə, bu proqramın və E_mail xidmətinin müəllim və tələbələr arasındakı

informasiya mübadiləsində rolu çox böyükdür.

Page 26: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

Bunu bayaq söhbət açdığım qiyabi şöbədə oxuyan tələbələrə aid etsəm daha da

qiymətli vasitə kimi qeyd etmək olar.

Şəkil 6. MicroSoft Outlook proqramının əsas pəncərəsi göstərilmişdir.

Şəkil 6. MicroSoft Outlook proqramının əsas pəncərəsi

MATLAB

Dəqiq elmlər ilə məşğul olan mütəxəssislər – müəllimlər və ya tələbələr riyazi

məsələlərin həlli, modelləşdirmə və s. bu kimi problemlərlə tez-tez rastlaşırlar. Belə

problemlərin həlli yuxarıda qeyd etdiyim EXCEL proqramına nisbətən daha da

professional şəkildə MATLAB proqramı tərəfindən təqdim olunan alətlər ilə təmin

olunur.

MATLAB proqramının özünə məxsus funksiyaları var ki, modelləşdirmə

məsələlərinin həllində onlardan istifadə - istifadəçinin işini olduqca asanlaşdırır.

Əlbəttə ki, ən çox dəqiq elmlərdən dərs deyən müəllimlər öz fənnlərinə aid

laboratoriya, praktiki və kurs işlərinin həllində MATLAB proqramından istifadə

etmək üçün tələbələrə bu proqramı öyrənməyi məsləhət görməlidirlər.

COREL DRAW

Əslində bu proqramın tədris prosesi ilə heç bir əlaqəsi yoxdur. Amma buna

baxmayaraq ayrılıqda bu proqram çox istifadəçilər üçün lazımi vasitə kimi istifadə

oluna bilər.

Page 27: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

Corel Draw proqramı istifadəçinin öz istəyinə uyğun şəkillərin, fiqurların

çəkilməsi onlar üzərində müxtəlif əməliyyatların aparılması üçün unikal bir proqram

təminatıdır. Şəkil 7 – də Corel Draw proqramının əsas pəncərəsi göstərilmişdir.

Şəkil 7. Corel Draw proqramının əsas pəncərəsi

ADOBE PHOTOSHOP

Corel Draw proqramı kimi Adobe Photoshop proqramı da tədris prosesi ilə o

qədər də əlaqəsi olan proqram deyil. Amma buna baxmayaraq ayrılıqda bu proqram

da çox istifadəçilər üçün lazımi vasitə kimi istifadə oluna bilər.

Adobe Photoshop proqramı şəkil formatlı sənədlərlə işləmək üçün

əvəzolunmaz vasitədir. Bu proqramın köməyilə fotomontaj işlərini böyük

müvəffəqiyyətlə yerinə yetirmək olar.

AUTOCAD

AutoCad tətbiqi proqram paketi çertyojların çəkilməsi, onlar üzərində müxtəlif

əməliyyatların aparılması və s. bu kimi işlərin yerinə yetirilməsi üçün çox gözəl

vasitədir. Bundan əlavə, AutoCad proqramının köməyilə üç ölçülü fəzada yerləşən

müxtəlif fiqurları çəkmək, onların muxtəlif müstəvilərdə kəsiyini və proyeksiyasını

vermək və s əməliyyatları yerinə yetirmək olar.

AutoCad proqramından, adətən konstruktorlar, mexaniklər və bir də Rəsmxətt,

Tərsimi həndəsə, Maşın mexanizmləri nəzəriyyəsi, Maşınqayırma və s. bu kimi

Page 28: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

ixtisaslar üzrə ixtisaslaşmış mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr tez-tez

istifadə edib, yararlanırlar. Şəkil 8 - də AutoCad proqramının əsas pəncərəsi

göstərilmişdir.

Şəkil 8. AutoCad proqramının əsas pəncərəsi

MICROSOFT PROJECT

MicroSoft Project proqramı əsasən Biznes, İdarəetmə, Menecment və s. bu

kimi ixtisas müəllimlərinə lazım ola biləcək proqram kimi qeyd oluna bilər.

Bu proqramın köməyilə biznes planlar, iş cədvəlləri yaratmaq mümkündür.

Əlbəttə ki, bunun tədris prosesinə o qədər də aidiyyatı olmasa da yuxarıda

sadaladığım ixtisaslar üzrə dərs deyən müəllimlər və ixtisas alan tələbələr öz dərsləri

zamanı bu proqramdan yararlana bilərlər. Şəkil 9 – da MicroSoft Project

proqramının əsas pəncərəsi göstərilmişdir.

Page 29: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

Şəkil 9. MicroSoft Project proqramının əsas pəncərəsi

1 C:

Ümumiyyətlə, 1C proqramlar paketi bir neçə tətbiqi proqramlardan təşkil

olunmuşdur:

1S Buxqalteriə

1S Predpriətiə

və s.

1C proqramı da tədris prosesi ilə o qədər də əlaqəsi olan proqram deyil. Amma

buna baxmayaraq ayrılıqda bu proqram İqtasadiyyatla bağlı elmlər ilə məşğul olan

müəllim və tələbələr üçün lazımi vasitə kimi istifadə oluna bilər.

ELEKTRON LÜĞƏTLƏR, MƏTN TƏRCÜMƏÇILƏRI

VƏ S. KIMI TƏTBIQI PROQRAMLAR

Əlbəttə ki, istənilən sahə üzrə işləyən hər bir şəxs hər hansı dildə hər hansı

sözün tərcüməsini öyrənməli olur. Əvvəllər bundan ötru xüsusi lüğət kitablarının

istifadəsi çox geniş yayılmışdır. Lakin bu kitablarda hər hansı sözün axtarılması bir

qədər yorucu olur. Hələ hər hansı mətnin tərcüməsindən danışsaq bu doğrudan da

insanların işçi qüvvəsini aşağı salacaq qədər yorucu ola bilər.

Buna görə də fərdi kompüterlərin inkişaf etməsilə yanaşı müxtəlif tətbiqi

proqramların yaradıldığı kimi müxtəlif firmalar tərəfindən elektron lüğətlər də

yaradılmışdır. Belə lüğətlərə misal kimi rusların düzəltdiyi «Slovarğ» lüğətini, Abbey

şirkətinin yaratdığı Abbey Lingvo elektron luğətini və s.-ni göstərmək olar.

Page 30: nazimrustamov.narod.runazimrustamov.narod.ru/diplom/Seid.doc · Web viewMicrosoft Word proqramının hər bir yeni versiyası onun istifadəçilərinə yeni alətlər və daha da

Şəkil 10. Abbey Linqvo proqramının əsas pəncərəsi

Artıq mətnlərin tərcüməsindən danışdıqda isə bu məsələnin necə də yorucu

olduğu daha aydın nəzərə çarpır. Mətnlrin tərcumə olunması üçün də müxtəlif tətbiqi

proqramlar işlənib hazırlanmışdır. Bunlara misal kimi «Sokrat», «Prompt», «Magic

Gooddy » və s.-ni göstərmək olar.

Bunlardan başqa bu proqramları işləyib hazırlayan firmaların rəsmi saytlarında

da sözlərin, mətnlərin, hətta WEB Site-ların da tərcüməsi nəzərdə tutulmuşdur. Şəkil

10- da Abbey Linqvo proqramının əsas pəncərəsi göstərilmişdir.