bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta...

43
Bəxtiyar Tuncay “MƏLHƏMƏ-İ KÜBRA” (ƏL-BAB, AFRİN, İDLİB) SAVAŞININ XRONOLOGİYASI VƏ HƏDİSLƏRDƏKİ TƏSVİRİ (“Həzərət Mehdi (ə) və Məlhəmə-i Kübra” kitabından bir parça) Allah Rəsulunun (s) bizlərə bildirdiyinə görə, qiyamətdən öncə İslam əhliylə ruslar (Rumlar // Bəni- Əsfər) arasında böyük bir savaş yaşanacaqır. İslam tarixi boyunca bu qədər dəhşətli bir savaş nə görülmüşdür, nə də görüləcekdir. Allah Rəsulu (S) bu savaş üçün “Məlhəmə” demişdir. Məlhəmə kəlməsi “ət' anlamına gələn “Ləhm” kəlməsindən törədilmişdir. Savaşın şiddətindən insanlar ət kimi bir-birlərinə qarışacaq ya da öldürülən insanların ətləri ətrafa dağılacaqdır (Ən-Nihayə fil Ğəribi'l Hədis vəl Əsər, 4/239). Savaş meydanı ətdən bir zəminə çevriləcək, insanların ətləri tikə-tikə doğranacaqtır (Təhzibül Luğa, 5/68). Tarixin axışını dəyişdirəcək bu önəmli hadisəni, Peygəmbərimiz (s) bütün təfsilatıyla anlatmış, ondan əvvəl və sonra yaşanacaq böyük olayları, hadisələrin təfsilatını və axışını mahir bir rəssam kimi rəsm etmişdir.

Transcript of bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta...

Page 1: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

Bəxtiyar Tuncay

“MƏLHƏMƏ-İ KÜBRA” (ƏL-BAB, AFRİN, İDLİB) SAVAŞININ XRONOLOGİYASI VƏ HƏDİSLƏRDƏKİ TƏSVİRİ

(“Həzərət Mehdi (ə) və Məlhəmə-i Kübra” kitabından bir parça)

Allah Rəsulunun (s) bizlərə bildirdiyinə görə, qiyamətdən öncə İslam əhliylə ruslar (Rumlar // Bəni-Əsfər) arasında böyük bir savaş yaşanacaqır. İslam tarixi boyunca bu qədər dəhşətli bir savaş nə görülmüşdür, nə də görüləcekdir. Allah Rəsulu (S) bu savaş üçün “Məlhəmə” demişdir. Məlhəmə kəlməsi “ət' anlamına gələn “Ləhm” kəlməsindən törədilmişdir. Savaşın şiddətindən insanlar ət kimi bir-birlərinə qarışacaq ya da öldürülən insanların ətləri ətrafa dağılacaqdır (Ən-Nihayə fil Ğəribi'l Hədis vəl Əsər, 4/239). Savaş meydanı ətdən bir zəminə çevriləcək, insanların ətləri tikə-tikə doğranacaqtır (Təhzibül Luğa, 5/68).

Tarixin axışını dəyişdirəcək bu önəmli hadisəni, Peygəmbərimiz (s) bütün təfsilatıyla anlatmış, ondan əvvəl və sonra yaşanacaq böyük olayları, hadisələrin təfsilatını və axışını mahir bir rəssam kimi rəsm etmişdir.

Dünyanın bir çox müsəlman, xristian və yəhudi esxatoloqları bu mövzuyla çox yaxından maraqlanmış, xüsusən də böyük savaşın (Məlhəmə-i Kübranın) baş verəcəyi Şam (Suriya) bölgəsinin qarışması, rusların Dabıq və Amiq bölgəsinə enməyə hazırlaşması, “Harmageddon” (Megido dağı) yaxınlarında nizamın pozulması və buranın Suriyaya yaxınlığı məsələsini dəfələrlə gözdən keçirmişlər və keçirməkdə davam edirlər.

Xristianlara görə də savaş bu məntəqədə baş verəcəkdir. Xristian dünyasının İsrail dövlətinin qurulmasına yardım etməsinin və İsraili himayə etmələrinin altında məhz bu yatmaqtadır. Yevangelistlərin inancına görə, artıq qeyd etmiş olduğumuz kimi, Harmageddonun başlangıcının ilk addımı, böyük bir müsəlman-yəhudi savaşı olacaqdır. Bu savaş indiyə qədər gördüğümüz İsrail-Fələstin və İsrail-Ərəb müharibələrindən çox geniş və çox qanlı bir şəkildə anlatılır və elə o şəkildə də planlaşdırılır. Bu savaşın ardından Həzrət Süleyman (ə) məbədi, yəni

Page 2: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

Beytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin ya da bütün müsəlmanlar arasında barış anlaşması imzalanmasına vəsilə olan şəxs olacaq. Yevangelistlərə görə, Qıyamət qopmadan öncə Həzrət İsa (ə) ikinci dəfə yer üzünə enəcək, İsanın (ə) başçılıq etdiyi Xeyir ordusu ilə bütün digərlərinin daxil olacağı Şər ordusu arasında Qıyamət Savaşı (Harmageddon) baş verəcək, Xeyir ordusu savaşdan qalib çıxacaq, yer üzündə qırx və ya min il sürəcək xoşbəxt və hüzurlu bir dövr başlayacaq, sonra da dünya həyatı sona çatacaqdır. Həzrət İsanın dönə bilməsi isə yer üzündə səhnənin hazırlanmasına bağlıdır (http://gizliilimler.tr.gg/Megiddo-Tepesi-ve-Armagedon-Savaşı).

Əldə olan hədislərdən biri Məlhəmə-i Kübranın başlanğıcının Beytül-Məqdisin, yəni III Süleyman (ə) məbədinin bərpası ilə eyni vaxta təsadüf edəcəkdir.

Muaz bin Cəbələ (r) istinadən söylənilən həmin hədisdə deyilir:"Rəsul (ə): Beytül-Məqdisin yenidən qurulması Yəsribin (Mədinənin)

xarabalığa çevrilməsidir. Yəsribin xarabəsi məlhəmənin (savaşın) çıxmasıdır. Məlhəmə Qənstəntiniyyənin (İstanbulun? Moskvanın? Romanın?) fəthidir, Qənstəntiniyyənin fəthi Dəccalin çıxmasıdır! - buyurdu. Sonra əlini xitab etdiyi şəxsin (Muazın) dizinə vurdu ve: Sənin burada oturmuş olman necə gerçəkdirsə, bu söylədiyim də eləcə gerçəktir, - buyurdu" (Müsnəd, 22023; Əbu Davud, 4294).

Hədisdə zikr edilən Qənstəntiniyyə şəhərinin adından sonra niyə mötərizə açaraq, “İstanbulun? Moskvanın? Romanın?” yazdığımızı növbəsi gəldiyində izah edəcəyik. Hələliksə qeyd edək ki, Bu hədis Armageddon savaşı ilə Məlhəmə-i Kübranın eyni şey olduğunu, Məlhəmənin başlama tarixinin Beytül-Məqdisin bərpası və Mədinənin xarabəyə çevrilməsi ilə eyni vaxta təsadüf edəcəyini düşünməyə əsas verir. Lakin digər hədislər göstərir ki, Məlhəmə Dabiq və Amiq arasında yerləşən bir yerdə başlayacaqdır. Deməli, bu halda söhbət ya iki fərqli Məlhəmə-i Kübradan ya da eyni müharibənin iki fərqli fazasından getməlidir. Yəni müharibənin birinci fazası Amiq və Dabiq arasında başlayacaq, ikinci fazaya keçid

Page 3: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

isə III Süleyman (ə) məbədinin tikilməsindən, yəni Beytül-Məqdisin bərpasından sonra baş verəcək.

Nəfi bin Ütbə bin Əbil Vəqqasdan (r) nəql edilən aşağıdakı hədis Məlhəməy-i Kübranın önəmli bir hissəsini Dəccalla müharibə təşkil edəcəyinə işarə etməkdədir:

"Hicazla (Ərəbistan yarımadasının qərb tərəfi) savaşacaqsınız, Allah sizə fəth nəsib edəcək. Sonra farslarla savaşacaqsınız, Allah sizə fəth nəsib edəcək. Sonra rumlarla savaşacaqsınız, Allah sizə fətih nəsib edəcək. Sonra Dəccalla savaşacaqsınız, Allah sizə fəth ehsan edəcək" (Müsnəd, 1540; Müslim, 2900).

Dəccalla savaş isə, çox güman ki, İsrail ərazisində olacaq.

Hədislərdə ruslardan bəzən “Bəni-Əsfər”, bəzənsə “rumlar” kimi bəhs edilir. Bir hədisdə onlar “Rumlar” kimi qeyd edilir və deyilir ki, "Rumlar Amiq və ya Dabıq adlı yerlərə enmədikcə qiyamət qopmaz...” (Müslim, 2897). Bu isə o deməkdir ki, Məlhəmə-i Kübra və ya da onun birinci fazası rusların Suriyaya müdaxiləsi ilə başlayacaqdır.

Amiq dedildikdə Amiq ovası nəzərdə tutulur. Onun əsas hissəsi Türkiyənin Xətay elində, Xətay çöküntülü sahəsinin tam mərkəzində, kiçik bir hissəsi isə Suriyadadır. Kənd təsərrüfatı baxımdan çox məhsuldar torpaqlara sahibdir. Burada vaxtilə Amiq adlı bir göl vardı. Asi çayı, eləcə də Qarasu və Afrin çayları bu gölə axırdı. Bu çaylardan Asi çayı öz mənbəyini Livanın Bekaa vadisindən alır, Suriyanın Lazkiyə (Latakiya) ərazisindən keçərək Amiq ovasına istiqamət alır. Afrin çayı isə adından da göründüyü kimi mənbəyini Suriyanın Afrin bölgəsindən alır.

Dabıq isə Suriyanın şimal-qərbində, Hələbin Əzəz bölgəsinədə yerləşən bir qəsəbədir.

Amiq və Dabıq arasında qalan bölgə, yəni Məlhəmə-i Kübranın başlamalı olduğu əraziyə Suriyanın Əzəz, Cərablus, Hələb, Afrin, Münbic, İdlib və Lazkiyə, o cümlədən Xmeymim yaşayış məntəqələri və ətrafları daxildir.

Page 4: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

Ruslar ilk öncə məhz Xmeymim və Lazkiyəyə gəldilər. Onun ardınca Türkiyənin başlatdığı “Fərat qalxanı” əməliyyatının başladığıcında Əzəz və Cərablus bölgələrinə daxil oldular.

Əməliyyat Türkiyə silahlı qüvvələrinin Cərablusdakı YPG (PYD) terrorçularını toplardan bombardımana tutması ilə başladı. Rəsmi məlumatlara görə 294 topçu atəşi ilə 81 hədəf məhv edildi. 3 saat sonra Türkiyə Silahlı Qüvvətlərinə bağlı çox sayıda tank və zirehli birlik sınırı keçərək oradakı Azad Suriya Ordusu mənsubu müsəlman türkmən və ərablərlə bir araya gəldi. İlk hücumdaca Azad Suriya Ordusu Kəklicə və Qıvırcıq qəsəbələrini ələ keçirdilər. Əməliyyat sırasında ərəb birlikləri qollarına qırmızı, türkmən birlikləri isə firuzəyi sarıqlar taxmışdılar və beləcə bir-birlərini tanıya bilirdilər. 15 saat içərisində Cərablus Azad Suriya Ordusunun əlinə keçdi. IŞİD müqavimət göstərmədən geri çəkildi. Bu səbəbdən də Türkiyə ordusu Cərablusa daxil olarkən itki vermədi. Azad Suriya Ordusunun sadəcə bir məsubu şəhid oldu. 

Cərablusun ələ keçirilməsindən sonra Suriya rejimindən təpki gəldi. Rejim Türkiyə tanklarının sınırı keçib Cərablusu nəzarət altına almasını "işğal" kimi dəyərləndirdi.

25 avqustda Türkiyə Cərablusa doğru hərəkət edən belirlenen YPG (PYD) mənsubu bir qrup terroristi Qarqamışdakı toplardan atəşə tutdu. 26 avqust günü saat 00:20-də Türkiyə SQ tərəfindən tərtib edilən mətbuat konfransında, "Fərat Qalxanı” hərəkatının davam etdiyi, bölgədə yaşayan mülki xalqın zərər görməməsi üçün hər cür tədbirin alındığı və bu mövzuda böyük həssasiyət göstərildiyi bəyan edildi. Eyni zamanda, Türkiyə SQ-inin ələ keçirdiyi torpaqları işğal etmək fikrində olmadığı və terroristlərdən azad edilən ərazilərin Azad Suriya Ordusunun ixtiyarına veriləcəyi bildirildi.

27 avqust 2016-cı il tarixində kürd terrorçularının Amerikalılardan aldıqları roketlərlə Türkiyə birliklərinə doğru açdıqları atəş nəticəsində bir tank yüngül, diğəri isə ağır zədə aldılar. 3 türk əskəri yaralandı və 1 əskər də şəhid oldu

29 avqust 2016-cı il tarixində 400 km²-lik geniş ərazidə yerləşən Tukhar Qəbir, Halvanji, Möhsinli və Ərəb Həsən Sağır kimi 43 kənd nəzarət altına alındı.

Page 5: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

30 avqust. Türkiyə SQ 21 hədəfə 108 atış atıldığını açıqladı. Eyni zamanda "tank ovcusu" kimi tanına A-10 tipli təyyarələr ilk dəfə istifadə edildi və 2 hədəf məhv edildi. Türk ordusu həmin gün Suriyanın 24 kilometr dərinliyinə qədər daxil oldu.

31 avqust. 25 hədəf uzaqvuran “Fırtına” toplarından atılan 107 atəşlə zərərsizləşdirildi. Diğər yandan sınıra tank sövqiyyəti davam etdi. Cərablusun qərbində 1 türk tankı roketlə vuruldu, 3 əskər yaralandı. Türkiyə Silahlı Qüvvələri tanka atəş açılan nöqtəni məhv etdi.

1 sentyabr. Türkiyə SQ15 hədəfə 99 atəş açıldığı barədə məlumat yaydı. Ümumilikdə 262 hedefin məhv edildiyi bildirildu. Cərablusun qərbində Zavqar, Tel-Ağbar, Şainə, Külliyə və Əs Sabuniyə kəndləri ələ keçirildi.

3 sentyabr. Türk zirehli vasitələri Kilisin Əlibəyli elçəsindən Suriyanın Çobanbəy elçəsinə, Ria qəsəbəsinə girdi. Beləcə əməliyyatın ikinci mərhələsi başladı. Gün içində Türk Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Ərəb İzzah, Ər-Fursan və Əl-Rai bölgələrində torpaq qazanmağa başladı. Türk Silahlı Qvvələri verdiyi açıqlamada IŞİD mənsublarının mövqelərindən döyüşsüz çəkildiklərini bildirdi. Beləcə, Kubba Turkuman aerodromu döyüşsüz ələ keçirildi və ilk dəfə Əl-Baba yürüşün başlanacağı söylənməyə başlandı.

4 sentyabr. Əl-Rai bölgəsinə gerçəkləşdirilən hücum nəticəsində Əzəz-Cərablus xətti də tamamən Türk Silahlı Qüvvələrinin əlinə keçdi. IŞİD bölgədən döyüşsüz geri çəkildi. Türkiyə ordusu Tuvayran, Qübbə Türkmən, Əl-Kadi, Tel-Ar, Əs-Süveydah, Vüquf və Tel-Battal bölgələrində bulunan kürd terroristlərinin mövqelərinə 293 dəfə toplardan atəş yapıldığını və 83 hədefin məhv edildiyini açıqladı.

5 sentyabr. İŞİD-in geri çəkilməsilə Əzəz-Cərablus arasındaki avtomobil yolu nəqliyyatın üzünə açıldı. 12 bölgə Türk Silahlı Qüvvələrinin əlinə keçdi.

6 sentyabr. Vüquf bölgəsində 2 türk tankına roketlərdən atəş açıldı. Türk ordusu itkilərə məruz qaldı. 3 türk əskəri şəhid oldu, əskərsə yaralandı.

Page 6: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

7 sentyabr. Şandır bölgəsindəki 4 hədəf zərərsizləşdirildi. 8 sentyabr. Kantara, Əş-Şəhid, Əl-Humran və Daşlı Höyük məhəllələri ələ

keçirildi. 9 sentyabr. Daha bir türk tankı vuruldu, 3 türk əskəri şəhid oldu, 1 əskər

yaralandı. Tel-Əli, Tel əl-Hava və Vüquf bölgələrində 4 IŞİD qərargahı yerlə bir edildi.

Həmin gün İsveçrədə Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Suriya barədə çoxpilləli plan haqqında razılığa gəldilər. Plana atəşin 7 günlüyünə dayandırılması, müxalifətin və terrorçu qruplaşmaların təsnifi və humanitar yardımların çatdırılması məqsədilə Kastello yolu ətrafında silahdan arındırılmış zonanın yaradılması daxil idi. O, sentyabrın 12-dən qüvvəyə minməli idi.

10 sentyabr. Türkiyə ordusu daha 10 hədəfi vurdu. Gün ərzində 6 mina zərərsizləşdirildi.

11 sentyabr. Türk ordusunun irəliləyişi, IŞİD-in geri çəkilişi davam etdi. Qaziantepdən döyüş bölgələrinə tank və əskərgöndərilməsi də aralıqsız davam etdi.

12 sentyabr. Türkiyə SQ əməliyyatın 20-ci günündə 845 kilometrlik sahənin nəzarət altına alındığını, irəliləyişin davam etdiyini və həyata keçirilən 2 hava hücumu ilə bir silah-sursat amparının və bir topçu mənzilinin zərərsizləşdirildiyini bildirdi.

Həmin gün Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ-ın dövlət katibi Con Kerrinin İsveçrədə sentyabrın 7-də əldə etdikləri Suriya barədə çoxpilləli plan haqqında razılaşma qüvvəyə mindi.

13 sentyabr. Rai, Əzəz və Cərablus bölgələrində kəşfiyyat, müşahidə əməliyyatları davam etdi.

Page 7: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

17 sentyabr. Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ-ın dövlət katibi Con Kerrinin İsveçrədə sentyabrın 7-də əldə etdikləri və 12 sentyabrda qüvvəyə minən Suriya barədə çoxpilləli plan haqqında razılaşma Əsəd rejiminn və Rusiyanın ona əməl etməmələri səbəbindən pozuldu.

Həmin gün ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Deyr əz-zor istiqamətində irəliləyən Əsəd qüvvələrinə havadan zərbə endirdilər. Nəticədə rejimin 60 əskəri öldü və 100 nəfər də yaralandı. Bu, İŞİD-in işinə yaradı və İŞİD dərhal şəhərin yaxınlarında yerləşən aviabazanı mühasirəyə aldı.

19 sentyabr. Hələb yaxınlarında BMT və Suriyanın Qırmızı Aypara Cəmiyyətinin birgə təşkil etdikləri humanitar yardım konvoyuna zərbələr endirildi. ABŞ bunun məsuliyyətini Rusiyanın və Əsəd rejimini daşıdığını bəyan etdi. Rusiya isə insindentə səbəb kimi ABŞ-ın müxalifətlə terrorçuların təsnifinə mane olmasını göstərdi. ABŞ da öz növbəsində Rusiyanı problemin siyasi yollarla həllinə nail olmaq üçün Bəşər Əsədə təzyiq göstərməməkdə günahlandırdı.

19 sentyabr. Ən-Nüsra Cəbhəsi Hələb ətrafında rejim qüvvələrinə və onlara dəstək verən İrana bağlı qüvvələrə hücuma keçdi.

22 sentyabr. Rejim qüvvələri havadan Rusiyanın, yerdə isə İrana bağlı qüvvələrin dəstəyi ilə Hələbi xarabazara çevirmək və dinc əhalini məhv etmək hesabına ələ keçirdilər. Şəhəri müdafiə edən Ən-Nüsra Cəbhəsinin döyüşçüləri dinc əhalini xilas edə bilmək üçün şəhər əhalisinin sağ qalan hissəsi ilə birlikdə İdlibə çəkilmək məcburiyyətində qaldılar.

3 oktyabr. ABŞ Rusiya ilə atəşkəsə nail olmaq üçün saxladığı ikitərəfli əlaqəyə son verdiyini, bununla belə, Rusiyanın Müdafiə Nazirliyi ilə koordinasiyanın davam etdiriləcəyini bəyan etdi.

16 oktyabr. Dabıq və ətrafındakı Suran və Ahterin şəhərləri Türkiyə dəstəkli Azad Suriya ordusunun nəzarətinə keçdi. Heç kəsin gözləmədiyi halda, İŞİD Dabiqi, demək olar ki, müqavimətsiz tərk etdi. Halbuki İŞİD mənsubları bura çox böyük önəm verir və aşağıdakı hədisə istinad edərək, “Rumlar”, yəni xristianlar (Rusiya) üzərində məhz Dabıqda böyük qələbə çalacaqlarına inanır və həmin günü gözləyirdilər:

Page 8: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

"Rumlar Amiq və ya Dabıq adlı yerlərə enmədikcə qiyamət qopmaz...” (Müslim, 2897).

Gözlənilmədən qarşılarına müsəlman ordular – Azad Suriya Ordusu və Türkiyə Silahlı Qüvvələri çıxdı. Bu səbəbdən də ərazi müqavimətsiz tərk edildi. Çünki önəmli olan bölgənin rusların və ya da ABŞ-ın əlinə keçməməsi, müsəlmanlarda qalması idi.

Dabıq mövzusu İŞİD-in ideoloji-siyasi təbliğatında o qədər böyük yer tuturdu ki, bu adda dərgi çıxarır və öz baxışlarını həmin jurnal vasitəsiylə geniş kütlələrə çatdırırdı. İlk nömrəsi 5 iyul 2014-cü ildə, Əl-Bağdadinin xəlifə elan edilməsindən dərhal sonra işıq üzü görən bu elektron dərgi İŞİD-in “Al-Hayat Media Senter” adlı mətbuat xidməti tərəfindən çıxarılır, “Portable Document Format” formatında bir çox saytlarda yayınlanırdı. Onun mətbu variantı bir müddət “Amazon.com” dükanlarında satılmış, fəqət ABŞ hökuməti bundan xəbər tutan kimi qarşısı alınmışdır.

14 noyabr. Suriya havasında rusların МİQ-29КR qırıcı təyyarəsi vuruldu. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığında tərəflər “terrorçulara” qarşı birgə mübarizə aparmaq barədə razılığa gəldilər.

5 dekabr. Ruslara aid SU-33 təyyarəsi vurularaq düşürüldü.21 dekabr. 14 türk əskəri şəhid oldu, 33 nəfəri də yaralandı. Buna qarşılıq

olaraq Türkyənin Hava qüvvələri 67 hədəfi bombaladı.29 dekabr. 2016-cı ilin sonlarında Rusiyanın Müdafiə Nazirliyi iki ay

müddətində Türkiyənin vasitəçiliyi ilə Suriyanın mərkəzi və şimal bölgələrinə nəzarət edən və ümumi sayları 60 mindən artıq olan silahlı müxalifət qüvvələri ilə apardığı danışıqlar nəticəsində rejimlə onlar arasında dekabr ayının 29-dan etibarən atəşkəs imzalanmasına nail oldu. Saziş BMT tərəfindən terrorist təşkilatlar kimi tanınan İŞİD və Ən-Nüsra Cəbhəsinə şamil edilmirdi. Türkiyə, Rusiya və İran arsında əldə edilən razılaşmaya əsasən Rusiya özünün Xmeymimdə yerləşən Su-24M və Su-34 bombardımançı təyyarələrinin bir qismini Suriyadan çıxartmağa, 12 ədəddən az olmamaq şərtilə onları Su-25SM qırıcı təyyarə ilə əvəz etməyə

Page 9: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

boyun oldu. Aviatexnikanın, helikopterlər də daxil olmaqla, 30-35 sayını keçməməsinə razılaşdı.

2016-cı ilin sonunda Rusiyanın Aralıq dənizində göyərtəsində 14 ədəd qırıcı (Su-33 və MiQ-29K) olan “Admiral Kuznetsov” adlı təyyarə daşıyan gəmisi, “Böyük Pyotr” atom kreyseri, “Minsk”, “Müzəffər Georgiy” və “Nikolay Filçenkov” desant gəmiləri, eləcə də kiçik ölçülü “Miraj” raket kateri lövbər salmışdı.

Buna və havadan başına yağdırılan bombalara baxmayaraq, İŞİD Palmiranı rejim qüvvələrindən və İrana bağlı qruplaşmalarından geri ala bildi. Bu, hal Rusiya və İranın nüfuzuna xeyli dərəcədə sarsıdıcı zərbə vurdu.

2017-ci illin 6 yanvarında Rusiyanın Müdafiə Nazirliyi prezident Vladimir Putinin qərarına əsasən təyyarə daşıyan “Admiral Kuznetsov” gəmisinin Surya sahillərini tərk etməkdə olduğunu açıqladı.

18 yanvar. Rusiya və Türkiyə birlikdə hərbi əməliyyat keçirdilər. Rusiyaya məxsus Su 24M və Su-34 təyyarələri İŞİD, Türkiyənin F-16 və F-4 təyyarələri YPG (PYD) mənzillərini bombaladı.

2017-ci ilin əvvəlində Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və Rusiyalı həmkarı Vladimir Putinlə əlaqə saxlayaraq, onlara Suriyadakı bütün tərəflərin atəşkəs barədə ümumi razılığa gələ bilmələri üçün Qazaxıstanın paytaxtı Astananı danışıqlar məkanı kimi təklif etdi. Təklif böyük məmnuniyyətlə qəbul edildi.

23-24 yanavar. Astana formatında ilk görüş keçirildi. Görüşdə rejimi Rusiya və İran, müxalifəti isə Türkiyə təmsil edirdi. BMT-nin vasitəçi, ABŞ-ın isə müşahidəçi rolunda çıxış etdiyi bu görüşdə ilk dəfə rejimlə müxalifət eyni masa arxasına oturduldu.

Zamin ölkələr qismində çıxş edən Türkiyə, Rusiya və İran BMT-nin nəzarəti altında monitorinq qrupunun yayadılması barədə razılıq əldə etdilər.

9 fevral. Rusiya “səhvən” Əl-Bab yayxınlarındakı Türkiyə mövqelərinə atəş açdı, nəticədə 3 türk əskəri şəhid oldu.

Page 10: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

15-16 fevral. Astana formatında ikinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.

24 fevral. Əl-Bab Azad Suriya Ordusunun əlinə keçdi. Beləcə, 198 gün davam edən “Fərat qalxanı əməliyyatı” sona çatdı. 243 yaşayış məntəqəsi və 2015 km²-lik ərazi Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun nəzarətinə keçdi.

14-15 mart. Astana formatında üçüncü görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.

Zamin dövlətlər atəşkəs rejimini hazırki vəziyyətini , əsirlərin dəyiş-düyüşünü, yeni Suriya Konstitusiyası və digər məsələləri müzakirə etdilər.

Aprelin əvvəlində İdlibdə baş vermiş kimyavi hücumun məsuliyyətin Əsəd rejimininin üzərinə düşdüyünü söylətən ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ Hüms əyalətində yerləşən Əş-Şayrat aviabazasına raket zərbələri endirdi.

3-4 may. Astana formatında dödrüncü görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.

Zamin ölkələr silahsızlaşdırılmış bölgələr barədə Memorandum imzaladılar. Sənəd İdlib, Hüms, Şərqi Quta, Dera və Kuneytra bölgələrini əhatə etməkdə idi. Türkiyə, Rusiya və İran Suriyanın torpaq bütünlüyünə tərəfdar olduqlarını bəyan etdilər.

Mayın sonunda müxalif qruplaşmalar Hümsdən çəkildilər.İyunda ABŞ və Rusiya arasında Suriyanın cənubunda silahsızlaşdırılmız bölgə

yaratmaq barədə razılıq əldə edildi. ABŞ və Rusiya nüfuz dairələrini müəyyənləşdirdilər və Fərat çayını nüfuz dairələri arasında sərhədd kimi müəyyənləşdirdilər.

4-5 iyul. Astana formatında beşinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər atəşkəs rejimini davam etdirməkdə qərarlı olduqlarını bir daha təsdiq etdilər.

Page 11: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

Sentyabrın rejim qüvvələri Deyr əz-Zor şəhərinin blokadasını qırdılar.14-15 sentyabr. Astana formatında altıncı görüş keçirildi. Görüşdə rejim və

müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər Doğu Quta, Hümsün bəzi bölgələrində, İdlibdə və ona sərhədd Lazkiyə, Hama və Hələb vilayətlərində gərginliyi azaltma zonaları yaratmağa qərar verdilər.

6-14 oktyabr. Rejim qüvvələri havadan rus təyyarələri, yerdən isə İrana bağlı qüvvələrin dəstəyi ilə İŞİD-i Deyr əz- Zor əyalətinin Məyadin şəhərindən sıxışdırıb çıxara bildilər.

30-31oktyabr. Astana formatında yeddinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər Suriya konfliktini həll etməkdə qərarlı olduqlarını bəyan etdi.

Həmişəki kimi İŞİD və Ən-Nüsra razılaşmalardan kənarda qaldı.3 noyabr. İŞİD Deyr əz-Zordan sıxışdırıldı.Bu arada Əsəd rejiminə bağlı

qüvvələr Rusiya və İranın dəstəyi ilə Fərat çayını keçərək Hişam və Tabiya qaz yataqlarından 5 km aralıda 20 km dərinliyində bir ərazidə mövqe qazandılar.

Noyabr ayında Suriya cəbhəsində baş verənlərə münasibət bildirən Rusiya prezidenti Vladimir Putin ən önəmli hadisə kimi Astana prosesini və silahdan arındırılmış gərginliyi azaltma bölgələrinin yaradılmasını qeyd etdi və fəal hərbi əməliyyatlara son qoyduğunu bildirdi. Eyni zamanda Suriyada sülhə nail olmaq üçün görülən işləri daha da dərinləşdirmək məqsədilə Soçidə Suriya xalqlarının Konqresini keçirməyi təklif etdi.

21-22 dekabr. Astana formatında səkkizinci görüş keçirildi. Tərəflər növbəti 2018-ci ilin 29-30 yanvarında Soçidə Konqres keçirilməsinə qərar verdilər. Astana prosesinin də davam etməsinin vacibliyini xüsusi qeyd etdilər.

2018-ci ilin 20 yanvarında Türkiyə Afrində ABŞ-ın silahlandırdığı PKK-YPG (PYD) terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına start verdi. Əməliyyat səhər saat 17.00-da başladı.Hərəkatın ilk mərhələsində PKK-YPG (PYD)-yə aid 7

Page 12: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

bölgədə yerləşən müşahidə nöqtəsi, mənzil və siah-sursat anbarlarından ibarət 108 hədəf, eləcə də YPG-nin əlində olan Minninq hərbi hava bazası bombardıman edldi. Əməliyyatda 8 fərqli aerodromdan qalxan 72 ədəd F-16 təyyarəsi iştirak etdi. Buna paralel olaraq, Azad Suriya Ordusu da Əzəzdən Afrin istiqamətində hərəkata keçdi.

YPG (PYD) Bəşər Əsədə müraciət edərək, ondan kömək istədilər, fəqət Rusiyanın kuklası halına gələn və Moskvanın əmri olmadan hərəkət edə bilməyən Əsəddən heç bir cavab gəlmədi. Kürd terrorçular Əl-Bab əməliyyatı zamanı olduğu kimi, bu dəfə də Suriyanın hava sahəsini Türkiyə təyyarələrinə açan Rusiyanı xəyanətdə günühlandırdılar.

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Afrindəki kürd terrorçularına yardım məqsədilə Fəratın şərqində buluna YPG (PYD) silahlılarının Fəratın qərbinə keçmələrinə yardımçı oldu. Fəqət ABŞ Rusiya ilə Suriyanı nüfuz dairələrinə böldüklərindən və Fəratın qərbi ruslara aid olduğundan Afrindəki YPG (PYD) qüvvələrinə, Fəratınn şərqində olduğu kimi, hava dəstəyi verə bilmirdi.

Türkiyə Silahlı Qüvvələri əməliyyatın səkkizinci günündə YPG (PYD)-yə aid toplam 340 hədəfin məhv edildiyini bəyan etdi. 28 yanvar 2018-ci il tarixində Burseya dağı bütünlüklə nəzarət altına alındı. Həmin gün YPG-nin qadın qolu YPJ mənsubu olan “Avesta Xabur” kod adlı bir qadın terroristin Türkiyə əskərlərinin olduğu bölgədə terror aktı törətdi.

30 yanvar. Türkiyə Silahlı Qüvvələri Afrinə havadan türkçə, kürdcə və ərəbcə vərəqələr atdı. Vərəqələrdə yerli xalq bölgədə olan kürd terrorçularına qarşı mübarizəyə səsləndi və "Afrin Afrinlilərindir" mesajı verildi. Eyni şəkildə Afrinlilərin telefonlarına da SMS-lər göndərildi. 

31 yanvar. Darmıq dağının cənub yamacında Abdullah Öcalın betondan inşa edilmiş böyük barelyefi insansız hava araçları tərəfindən bombalandı.

1 fevral. Afrinin şimalındakı Əli Qar və Zar kəndləri YPG (PYD)-dən alındı. Əli Qar və Zar kəndlərinin alınmasıyla birlikte Zəhran bölgəsi ile Şinqal kəndi arasındakı ərazi bütünlüklə nəzarət altına alındı. Afrinin şimalında böyük bir bölgə Türkiyə Silahlı Qüvvələrinin əlinə keçdi. Həmin gün Bülbül qəsəbəsi də

Page 13: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

terrorçulardan təmizləndi. Beləcə Türkiyə Silahlı Qüvvələri hərəkat boyunca ilk dəfə böyük bir bölgəni elə keçirmiş oldu.  Afrin vilayətində yerləşən kəndlərin 10-da biri Azad Suriya Ordusunun tam nəzarətinə keçdi.

17 fevral. 2018-ci ilin fevral ayı ərazində itkilərin artdığı, bir ay ərzində Türkiyə SQ-dən 32 əskərin şəhid, 170 əskərin də qazi olduğu açıqlandı. Azad Suriya Ordusunun da 60-dan çox şəhid verdiyi məlum oldu. Bu məlumatı 2018-ci tarixində Rəcəb Tayib Ərdoğan yaydı. 

19 fevral. Həmin günədək 1641 YPG terrorçusunun zərərsizləşdirildiyi məlum

oldu. Verilən məlumatlarla Türkiyə SQ tərəfindən düzənlənən hava hücumlarında bir azalma baş verdiyi diqqətə çatdırıladı. Belə ki, 20-26 yanvar arasında 340, 27 yanvar-2 fevral arasında 198, 3-11 fevral arasında 89 və 12-16 fevral tarixləri arasında 47 hava hərəkatının düzənləndiyi bildirildi. Buna səbəb kimi fevralda müsəlman döyüşçülərin bir rus təyyarəsini vurması göstərildi.

Əməliyyata qatılan Türkiyə SQ və Azad Suriya Ordusu təkcə YPG (PYD) terrorçuları ilə deyil, bölgədə olan və terrorçulara açıq dəstək verən rejim gücləri və İrana bağlı şiə qruplaşmaları ilə də çatışmalı olurdular. Rejimin və İranın dəstəyi ABŞ-ın Fəratın şərqindən göndərdiyi yeni terrorçu dəstələrin döyüş yerinə şiə qruplaşmaların nəzarətində olan ərazilərdən sərbəst keçərək gəlmələri şəklində də davam etməkdəydi. ABŞ-ın bölgəyə sövq etdiyi terrorçular içərisində İraqın Sincar bölgəsindən gələn PKK-lılar da vardı. Onlar da İrana bağlı şiə qruplaşmaların onlar üçün açdığı dəhlizdən keçib gəlirdilər.

Hərəkatın 31-ci günündə Əsəd rejimi dövlət televiziyası vasitəsilə rejimə  bağlı güçlərin kürd terrorçularına dəstək məqsədilə Afrinə sövq edildiyini rəsmən bəyan etdi. Buna cavab olaraq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  Türkiyənin buna cavabının çox ağır olacağını açıqladı.

20 fevral. Kürd terrorçularına dəstək məqsədilə Hələpdən Afrinə rejim güclərinin və İrana bağlı Haşti-Şabi güclərinin göndərildiyi, onların yük və zirehli maşınlardan ibarət “Baqir Batalyonu”na aid konvoyunun Afrin istiqamətində hərəkət etdiyi barədə məlumat əldə edildi. Türkiyə Silahlı Qüvvələri bu konvoya toplardan xəbərdarlıq atəşi açdı, nəticədə konvoy 10 km geri çəkilmək məcburiyyətində qaldı.

Page 14: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

22 Həmin gün axşam Afrinə silah-sursat daşıyan 30-40 maşınlıq YPG (PYD)  konvoyu Türkiyə ordusu tərəfindən məhv edildi. 

26 fevral. Daha 115 düşmən mövqeyi ələ keçirildi. YPG (PYD)-nin nəzarətində olan ərazilərin sahəsi daha da daraldılaraq bu ərazilərin Türkiyə sınırıyla bağlantısı bütünlüklə kəsildi. Bundan sonra çatışmalar Raco və Cin Dərəsi istiqamətində davam etdi.

6 mart. Türkiyə SQ və ASO Raconu nəzarəti altına aldı. Raco və Cin Dərəsindən Afrinə uzanan avtomobil yolları da ələ keçirildi.

12 mart. Afrin mühasirəyə alındı. Ətraf kəndlər ələ keçirildi.17 mart. Şərqdən qərbə və qərbdən şərqə irəliləyən Türkiyə ordusu Afrinin

şimalında birləşdi. 

48 saat sonra Afrin bütünlüklə Türkiyə ordusunun və Azad Suriya Ordusunun nəzarəti altına keçdi. Əməliyyat uğurla başa çatdı.

30 yanvar. Soçidə 1,5 min nümayəndənin iştirakı ilə konqres tərtib edildi. Beləcə, Astanada başlayan sülh prosesi yeni bir mərhələyə qədəm qoydu. Eyni zamanda sevimli Peyğəmbərimizin (s) 1400 il öncə bildirdikləri təsdiqini tapmış oldu. Söhbət aşağıdakı hədisdən gedir:

"Sizlər (müsəlmanlar) Rumlarla (ruslarla) güvənli bir sülh bağlayacaqsınız. Siz və onlar birlikdə arxanızdan hücum edən başqa bir düşmənlə (YPG // PYD) savaşacaqsınız. Zəfər qazanıb, qənimət mallarını alaraq savaşdan sağ-salamat çıxacaqsınız. Sonra savaşdan dönüb təpələri olan bir yerə çatacaqsınız. Orada xaç əhlindən bir adam, xaçı yuxarı qaldıraraq xaç qalib gəldi deyəcək, müsəlmanlardan bir adam da əsəbiləşərək, qalxıb o xaçı qıracaqdır, bax, o zaman Rumlar (ruslar) aranızdaki barışı pozaraq, sizinlə böyük bir savaş etmək üçün toplanacaqlar" (Əbu Davud, 4292).

Beləliklə, Soçi konqresi ilə “müsəlmanlarla ruslar arasındakı güvənli sülh” daha da möhkəmlənmiş oldu. Bundan əvvəl Astanada əsası atılan sülhdən istifadə edən müsəlmanlar Rusiyanın dəstəyi ilə, daha doğrusu, hava sahəsini açması ilə

Page 15: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

ABŞ-ı dəstəklədiyi “sarı bayraqlılar”la, başqa sözlə, YPG (PYD) ilə savaşıb zəfər çaldılar. Sülhün aradan getməsi və ruslarla böyük savaş hələ qabaqda idi. Hələliksə sülh şəraiti davam etməkdə idi.

Soçidə görüşən tərəflər Suriyanın yeni Konstitusiyası üzərində müzakirələr apardılar. Sülh danışıqları və müzakirələr BMT tərəfində terrorçu kimi tanınan İŞİD və Ən-Nüsra Cəbhəsi, eləcə də Əhrar əş-Şam, Təhrir əş-Şam, Fəyləq ər-Rəhman kimi barışmaz qruplaşmaları əhatə etmirdi. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejimi ilə onlar arasında qanlı toqquşmalar davam edir, tərəflər ağlasızmaz itkilər verirdi. Yanvarın 7-də baş verən döyüşlərdə Əsəd rejiminin briqada generalı Heydər Həsənin məhv edilməsi döyüşlərin hansı cəviyyədə getdiyinin göstəricisi idi.

7-8 fevral. ABŞ-ın hava qüvvələri Həşm şəhərində yerləşən Bəşər Əsəd güclərinə hücum təşkil etdi.

14-15 may. Astana formatında doqquzuncu görüş oldu.2018-ci ilin yayında Rusiya, gözlənildiyi kimi, müsəlmanlarla əldə edilmiş

“güvənli sülh”ü pozaraq, 4 gəərginliyi azaltma bölgəsindən 3-də hərbi əməliyyatlara başladı. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejiminə bağlı hərbi hissələr Rusiyanın havadan, İrana bağlı şiə qruplaşmalarının yerdən dəstəyi ilə Əs-Süveydə, Dera və Əl-Kunytra, eləcə də Şərqi Qutanı ələ keçirdi. Hüms və Hamanın da bir hissəsi rejim qüvvələrinin əlinə keçdi. Sözügedən bölgələr müsəlmanlardan, qadın, qoca, uşaq demədən, bütünlüklə təmizləndi və aşağıdakı həsidə deyilənlər təsdiqini tapdı:

"...Orada xaç əhlindən bir adam, xaçı yuxarı qaldırarak xaç qalib gəldi deyəcək, Müsəlmanlardan bir adam da əsəbiləşərək, o adamı öldürəcəkdir. Bax, o zaman Rumlar (ruslar) aranızdaki barışı pozaraq sizinlə (müsəlmanlarla) böyük bir savaş yapmaq üçün toplanacaqlar" (Müsnəd, 16826).

Ələ keçirilə həmin bölgələrdən Şərqi Quta üzərində xüsusi durmamız lazımdır. Çünki sevimli Peyğəmbərimiz (s) həmin bölgədə baş verən savaş barədə də xəbər vermişdi:

Page 16: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

"Böyük savaş günündə müsəlmanların çadırı (komanda qərargahı) Şamın (Suriyanın) ən xeyirli şəhərlərindən olan Dəməşq adındakı şəhər tərəfindəki Qutada olacaqdır'' (Müsnəd, 21725; Əbu Davud, 4298).

Dəməşqin şəhərin mərkəzindən 10 km şərqdə yerləşən ətraf qəsəbəsi olan Qutada Əsəd rejimi, rus və fars faşistləri onu yerlə bir etməmişdən və əhalisini köçə zorlamamışdan öncə yarısı uşaq olmaqla, 400 min əhali yaşamaqda idi. Müxalifətin əsas istinad nöqtələrindən biri hesab edilirdi. Oranın xalqı təqribən 6-7 il idi ki, rejim qüvvələri tərəfindən mühasirəyə alınmış və digər bölgələrdən təcrid edilmiş vəziyyətdə yaşayır, dirənməkdə davam edirdi. Bəşər Əsədin dinc əhaliyə qarşı 2013-cü ildə kimyəvi silah işlətməsi və tətbiq edilən sarin qazından 1729 nəfər mülki şəxsin həyatını itirməsi də onu yıprada bilməmişdi.

Əsəd və İran gücləri, Rusyanın havadan dəstəyi ilə müxaliflərin nəzarəti altındakı Şərqi Qutanı ələ keçirmək üçün 19fevral 2018-ci il tarixində hərəkətə keçmişdi. Həmin tarixdən etibarən rejim, İrana bağlı şiə qruplaşmalar və Rusiyanın savaş təyyarələri 400 min mülki əhalinin yaşadığı bölgəyə havadan və yerdən təşkil etdikləri hücumları artırdılar. Hücum nəticəsində onminlərlə insan evsiz-eşiksiz qaldı, minlərlə insan qətlə yetirildi və ya şikəst edildi. Minlərlə uşaq yetim qaldı.

BMT Təhlükəsizlik Şurasının 24 fevralda aldığı atəşkəs qərarına rəğmən rejim və dəstəkçilərinin intensiv hücumlarına məruz qalan Şərqi Qutada mülki əhali arasında ölümləri dəvam etmiş, beynəlxalq müşahidəçilərin sülhə nail olmaq barədə təşəbbüsləri nəticə verməmişdi.

3 martdan etibarən bölgəyə quru əməliyyatı başlatmış və mülki obyektlər, o cümlədən evlər, məktəb və xəstəxanalar bombalamanmağa davam etmişdi. Əsədə və İrana bağlı ələvi və şiə hərbi birləşmələr martın 11-12 – də qəsəbənin şərqindən qərbinə doğru irəliləyərək Haresta qəsəbəsini də mühasirəyə almış və Şərqi Quta bölgəsini 3 parçaya bölmüşdü.

Nəhayət, yayda başdan-başa xarabazara çevrilən Hüms, Hama və Quta əhalisi, eləcə də silahlı müxalifətin döyüşçüləri Türkiyənin yardımı ilə İdlib bölgəsinə sövq edilə bilmişdilər. Bu barbarlıq aksiyasından sonra yüzminlərlə Suriyalı

Page 17: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

Türkiyəyə pənah gətirmək məcburiyyətində qaldı və Türkiyədəki Suriyalı mültəceləein sayı 3 milyonu keçdi.

İllər ərzində Qutanı və xalqının qaniçən rejimdən və dəstəkçiləri Rusiya və İrandan müdafiə müdafiə edənəsas qüvvə Ceyş ül-İslam (İslam Ordusu) təşkilatı olmuşdur.

Peyğəmbərimizin (s) 1400 il öncə müjdələlədiyi və haqqında öygü ilə bəhs etdiyi sözügedən qurum 2013-cü ildə bir neçə xırda İslami təşkilatın birləşməsi ilə yaradılıb. 2018-ci ilə qədər Şərqi Qutada ən güclü silahlı qruplaşma olan Ceyş ül-İslamın qərargahı Dumada yerləşirdi. Təşkilat Bəşər Əsəd rejimi, Rusiya və İran tərəfindən terrorist qruplaşmalar siyahısına daxil edilsə də, nə BMT, nə də digər ölkələr onu terrorçu təşkilat kimi tanımır və Rusiyanın 2016-cı ildə onu BMT-nin terrorçu təşkilatlar siyahısına saldırması cəhdi BMT tərəfindən rədd edilmişdir.

Hazırda Hələb vilayətinin Azad Suriya Ordusunun nəzarətində olan şimal

hissəsində fəaliyyət göstərir. Onun dəfələrlə terrorizmə qarşı bəyanatlar verdiyi bilinməkdədir.

Ceyş ül-İslamın qurucusu və ilk başçısı Mühəmməd Zəhran Alluşdur. Tanınmış din xadimi Abdullah Mühəmməd Alluşun oğıu olan Mühəmməd Zəhran Alluş 1970-ci ildə doğulub, öncə Dəməşqdəki Şəriət Universitetində, daha sonra isə Mədinədəki İslam Universitetinin Şəriətşünaslıq fakultəsində təhsil alıb. Magistr dərəcəsi alıb. 2011-ci ildə Liva əl-İslam (İslam briqadası) adlı təşkilat qurub, sonra bu təşkilatın digər təşkilatlarla birləşdirilməsi ilə Ceyş ül-İslam təşkilatını yaradıb. 2015-ci ilin 25 dekabrında rusların atdığı raket zərbəsi nəticəsində şəhid olub. Qardaşı Mühəmməd Alluş təşkilatı 2017-ci ildə Astana görüşündə təmsil edib.

Mühəmməd Zəhran Alluşun şəhid olmasından sonra təşkilata İssam əl-Buvaydani başçılıq edir.

Qeyd edək ki, Ceyş ül-İslamın ən yadda qalan hərbi aksiyası Suriyanın müdafiə naziri Davud Racih və müavini Asəf Şövkətin məhv edilməsi ilə nəticələn aksiyadır.

Page 18: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

Suriya savaşının, başqa sözlə, Məlhəmə-i Kübranın sonrakı xronologiyası aşağıdakı kimidir:

17 sentyabr (2018). Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan İdlib ətrafında yaranmış gərginliyi aradan qaldırmaq üçün Soçidə bir araya gələrək İdlibdə silahlardan arındırılmış bir bölgə qurulması barədə anlaşma əldə etdilər. Razılaşmaya əsasən 15-20 kilometr derinliyində və 250 kilometr uzunluğundaki silahsızlandırma bölgəsi yaratmaq qərara alındı və bu yolla Türkiyə prezidenti Rusiya, İran və Əsəd rejiminin müsəlmanları son sığınacaq yerləri olan İdlibdən də təmizləmək planının həyata keçməsini əngəlləməyə nail oldu.

1. Razılaşma aşağıdakı müddəaları əhatə etməkdə idi. İdlib gərginliyi azaltma bölgəsi qorunacaq. Türkiyənin müşahidə nöqtələri güçləndiriləcək.

2. Rusiya İdlibdə hərbi əməliyyat və hücumlardan qaçınılması üçün gərəkli tədbirlər alacaq və mövcus status-kvo qorunacaq.

3. Silahsızlaşdırma bölgəsi yaradılacaq və bölgə 15 - 20 km olacaq.4. Silahsızlaşdırma bölgəsinin sınırları sahədəki çalışmalarla müəyyən

ediləcək.5. Bütün radikal qruplar silahsızlaşdırma bölgəsindən 15 oktyabra qədər

çıxarılacaq.6. Qarşıdurma tərəflərinə aid bütün tanklar, çox lüləli raketatanlar, toplar ve

minaatanlar da daxil olmaqla, ağır silahlar 10 oktyabrda İdlibdəki silahsızlaşdırma bölgəsinden çəkiləcək.

7. Silahsızlaşdırma bölgələrindəki monitorinqlər türk və rus əskərləri tərəfindən həyata keçiriləcək. Monitorinqlər insansız hava araçlarıyla havadan da gerçəkləşdiriləcək.

8. M4 - M5 avtomobil yolu təhlükəsizliyi ilin sonuna qədər təmin ediləcək və nəqliyyata açılacaq.

Page 19: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

9. İdlibdə sürdürülə bilən atəşkəs rejiminin təmin edilə bilməsi üçün təsirli tədbirlər alınacaq. İran, Türkiyə, Rusya ortaq koordinasiya mərkəzi təşkil ediləcək.

10. İki tərəf hər cür təzahür halında Suriyadakı terrorizmlə mübarizə mövzusunda qərarlılıqlarını təzələdi.

Razılaşmaya əsasən, İdlibdə fəaliyət göstərən ve başında Həyat Təhrir əş-Şamın durduğu təşkilatların, təşkil ediləcək silahsızlaşdırma bölgəsini tərk etmələri, ağır silahların da 15 oktyabra qədər geri çəkilməsi öngörülməkdə idi.

18 sentyabr. Gecə İsrailə aid dörd F-16 təyyarəsi Suriyanın Latakiya ərazisindəki mövqelərinə zərbələr endirdi. Bu zərbələri Rusiya istehsalı S-200 zenit-raket kompleksi vasitəsilə zərərsizləşdirmək istəyən Əsəd rejiminin əskərləri həmin sırada Xmeymin hərbi bazasına enməyə çalışan, içində rus generallarının və yüksək rütbəli zabitlərinin olduğu, Suriya ordusu üçün hərbi-tezniki ləvazimat gətirən Rusiyaya aid İl-20M yük təyyarəsini vurdular.

25 sentyabr. Xmeymin bazasına iki İl-76 hərbi yük təyyarəsi vasitəsilə çoxfunksiyalı “Krasuxa-4” tipli dalğaqarışdırıcı avadanlıqlar gətirildi.

3 oktyabr. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasını Suriyaya S-300 zenit-raket komplekslərinin çatdırıldığı barədə məlumatlandırdı.

19 noyabr. Əsəd rejiminin “baş hərbi qərargahı” İŞİDƏ qarşı Əs-Səfa vulkanik yaylasında aparılan çoxhəftəlik əməliyyatların bitdiyini bəyan etdi.

28-29 noyabr. Astana formatında 11 görüş keçirildi. Tərəflər Türkiyənin israr və təkidi ilə Suriyanın Fəratdan şərqdəki bütün ərazilərdə soyqırıma və təmizləmələrə məruz qalmış dinc müsəlman əhalinin ən son sığınacaq yeri olan İdlib bölgəsində gərginliyin azaldılması barədə Memorandum imzaladılar.

19 dekabr. ABŞ öz qoşunlarını Suriyadan çəkməyə hazırlaşdığını bildirdi. Prezident Tramp bunu İŞİD-in tamamilə məhv edilməsi ilə əlaqələndirdi.

28 dekabr. Əsədə bağlı hərbi birləşmələr ABŞ və Rusiyanın gizli razılığı əsasında Türkiyənin önünü kəsmək məqsədilə Münbicə daxil oldular.

Page 20: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

2019-cu ilin yanvarında YPG (PYD) Münbicdən çıxdığını bəyan etdi, gerçəkdə isə kürd terrorçuları öz səhra geyimlərini Suriya ordusunun uniformaları, sarı bayraqlarını da Suriya bayraqları ilə əvəz etdilər.

23 yanvar (2019). Moskvada Rusiya və Türkiyə prezidentlərinin İdlibdəki vəziyyətlə bağlı görüşü oldu. Tərflər fevralda Suriyadakı vəziyyəti müzakirə etmək üçün Soçidə Rusiya-Türkiyə-İran sammitinin keçirilməsinə qərar verdilər.

14 fevral. Soçidə Rusiya, türkiyə, İran sammiti keçirildi. Tərəflər Suriyanın ərazi bütövlüyünə tərəfdar olduqlarını növbəti dəfə təkrarladılar.

25-26 aprel. Astana formatında 12-ci görüş keçirildi.

1-2 avqust. Astana formatında 13-cü görüş keçirildi.7 avqust. Müxalifət Hamanın şimalında itirilmiş mövqelərini ələ keçirmək

üçün İdlib sərhəddi istiqamətində hücuma keçdi. Məqsəd İdlibin cənubunda, Xan Şeyhunda möhkəmlənmiş Ən-Nüsra Cəbhəsi və Ceyş əl-İzzə ilə quru əlaqəsi yarada bilmək, Hama ilə Hələbi birləşdirən M5 avtomobil yolunun daha bir hissəsini nəzarət altına ala bilmək idi. Əsəd rejimi rusların havadan və İrana bağlı şiə qruplaşmalarının yerdən verdikləri dəstəklə hücumun qarşısını, çətinliklə də olsa, ala bildi. Hər iki tərəf böyük itkilər verdi.

10-11 avqust. Əsəd rejimi hücum nəticəsində müxalifətin azad edə bildiyi Əl-Hübeyt Sükeyk yaşayış məntəqələrini geri aldı.

19 avqust. Suriya nişanlı rus təyyarələri dinc əhalini qorumaq üçün Xan-Şeyhun istiqamətinə hərəkət edən Türkiyə zirehli maşınlarını bombaladı və yolunu kəsdi. İrana bağlı şiə qruplaşmaların yerdən verdiyi dəstəklə rejim gücləri Türkiyənin 9№-li müşahidə postunu mühasirəyə aldılar və Xan-Şeyhun istiqamətində irəliləməyə başladılar. Rus təyyarələri digər şəhərlər kimi bu şəhəri də bombardıman edərək xarabazarlığa çevirdilər. Çox sayda mülki əhali məhv edildi. Müxalifət sağ qalan dinc əhalinin İdlibin içlərinə doğru qaça və canını qurtara bilməsi üçün, çətinliklə də olsa, şərait yarada bildi. Düşmənlə savaşa-savaşa geri cəkilməyə məcbur oldu. Dağılmış şəhərə daxil olan İran və rejim gücləri hər yerdə etdiklərini təkrar etdilər, yaralanan və şəhəri tərk edə bilməyən müsəlmanları işkəncə verərək məhv öldürdülər.

23 avqust. Rejim Hama vilayətini və İdlibin Xan-Şeyhun şəhərini bütünlüklə ələ keçirdiyini bəyan etdi.

Page 21: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

Rusiya və İranın əldə edilmiş razılıqları pozması, gərginliyi azaltma bölgələri işğal etməsi və ələ keçirilən bölgələrdə etnik və məzhəbi təmizləmə aparılması Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanı təcili Moskvaya getməyə məcbur etdi.

Vəziyyət ABŞ-ın nəzarəti altında olan ərazilərdə, yəni Fəratın şərqində də ürək açan deyildi. Oradada kürd terrorçuları ABŞ-ın dəstəyi ilə ərəb və türkmənlərdən, eləcə də müsəlman kürdlərdən təmizlədikləri bölgədə “kürd dövləti” qurmağın hazırlıqları içində idilər.

27 avqust. Moskvada Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirildi. Türkiyə Rusiya və İranın hücumlarını müvəqqəti də olsa, dayandırmağa və Fəratın cənubunda əməliyyat keçirmək üçün vaxt qazanmağa nail oldu.

30 avqust. Putin 31 avqust 2019 tarixndən, səhər saat 6.00-dan etibarən atəşkəs elan ediləcəyini bəyan etdi.

31 avqust. İdlibdə müvəqqəti atəşkəs elan edildi. Həmin gün ABŞ hərbi hava qüvvələri İdlibə, Hürras əd-Din təşkilatının qərargahını olduğu yerə raket zərbələri endirdi.

9 oktyabr. Türkiyə ABŞ-ın israrına rəğmən Fəratın Şərqində ABŞ-ın silahlandırdığı YPG (PYD) terrorçularına qarşı “Barış pinarı” hərəkatına başladı. ABŞ öz hərbi birliklərini, iki NATO ölkəsi qarşı-qarşıya gəlməsin deyə, bütün Türkiyə-Suriya sərhəddi boyu 30-35 km cənuba çəkməyə məcbur oldu.

Hərəkatın əsil səbəbi YPG(PYD)-nin türkiyə sərhəddində qurmağa hazərlaşdığı qondarma “dövlət”in qarşısını almaq və M4 avtomobil yolunu nəzarət altına almaq və gələcəkdə Türkiyədə bulunan 4 milyon Suriyalı qaçqını terrorçulardan azad ediləcək torpaqlarda məskunlaşdıra bilmək idi.

Əməliyyat Türkiyənin hava qüvvələrinə bağlı uçaqların hava zərbələri və Suriyanın Tel-Abyad,  Rəsuleyn, Ayn İssa və Qamışlı bölgələrini hədəf alan top atışlarıyla başladı. Gün ərzində rejim tərəfindən Nusaybinə  altı roket atıldı və nəticədə üç mülki vətəndaş öldü. Rasuleyndə YPG (PYD)-nin nəzarəti altındakı bir bölgədən Ceylanpınara  2 mina atıldı. Şanlı Urfanın Ağçaqalə, Birəcik və Ceylanpınar elçələri ilə Mardinin Nusaybin elçəsindəki bəzi nöqtələrə

Page 22: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

gerçəkləşdirilən hücumlarda üç nəfər hayatını itirdi, 46 nəfər də yaralandı. Günün sonunda Türkiyə Silahlı Qüvvələri əməliyyatın yer mərhələsinin Tel-Abyad da daxil olmaqla üç nöqtədən başladığını bəyan etdi.

YPG (PYD) Türkiyənin bombardımanda guya mülki əhalini hədəf aldığını iddia etdi, ABŞ da öz növbəsində əməliyyat sahəsində uçuşa yasaq zona qurmağa çalışdı. YPG (PYD) eyni zamanda, əməliyyata etiraz əlaməti olaraq, İŞİD-ə qarşı hücumlarını durduracağını bildirdi, Türkiyə ordusuna qarşı Rəsuleyndəki gizli hücrələrini hərəkətə keçirdiklərini bəyan etdi. 

Əməliyyatın başladığı 9 oktyabr günü ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana  bir məktub göndərdi. Ənənvi diplomatik ifadələrdən fərqli bir üslubda yazılan və 16 oktyabr günü mediaya sızan və YPG (PYD)-nin baş komandiri hesab edilən Məzlum Kobaninin daha öncə Trampa göndərmiş olduğu məktubun da əlavə edildiyi həmin məktubun məzmunu belə idi:

“Hörmətli Prezident!Xeyirli bir razılaşmaya gələk! Minlərlə insanın qətl edilməsi

məsuliyyətinin altına girmək istəməsəniz, mən də Türkiyə iqtisadiyyatını məhv etmək məsuliyyətini üzərimə götürmərəm – ki, bunu edərəm. Rahib Branson hadisəsində bunun kiçik nümunəsini göstərdim.

Bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı xəyal qırıqlığına uğratmayın. Xeyirli bir razlaşma həyata keçirə bilərsiniz. General Məzlum sizinlə müzakirə etmək və keçmişdə əsla gedə bilməyəcəkləri güzəştlərə getmək arzusundadır. Onun mənə yazdığı, mənim də yenicə aldığım məktubun surətini Sizə göndərirəm.

Bu məsələni doğru və humanistcəsinə həll etsəniz, tarix sizi xoş xatırlayar. Yaxşı işlər baş verməzsə, tarix sizi sonsuza qədər bir şeytan kimi xatırlayar. Sərt adam olmayın, axmaqlıq etməyin. Sizi daha sonra arayacağam...”

Page 23: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

Məktuba münasibət bildirən bir hökumət sözçüsü “Məktub Ərdoğan tərəfindən oxunaraq zibilliyə atıldı” dedi. Bundan başqa, “Bu məktuba verilən ən konkret cavab bu gün saat 16.00-da Barış Pınarə Hərəkatının başlamasıdır” kimi bir açıqlama da verildi.

10 oktyabr. Səhər tezdən Türkiyə Silahlı Qüvvələri rəsmən YPG (PDY)-ə qarşı hücuma keçdiklərini, bu sırada 181 hədəfi vurduqlarını və Türkiyə tərəfindən dəstəklənən 14 000 Azad Suriya Ordusu mənsubunun da hücümda iştirak etdiyi bildirildi.

Günün irərliləyən saatlarında YPG (PYD) ilə Türkiyə dəstəkli Azad Suriya Ordusu arasında Əl-Bab yaxınlarında savaş başladı. ASO Tel- Abyad bölgəsində irəliləyərək Tabatin və Əl-Müşrifah kəndlərini ələ keçirdi. Akşam saatlarında Türkiyə Silahlı Qüvvələri 11 kəndin nəzarət altına alındığını açıqladı.

Kürd terrorçularının Suriya ərazisindən Türkiyə ərazisinə atdığı roketlər sayəsində 7 mülki vətəndaş hayatını itirdi və 85 mülki şəxs yaralandı. 

11 oktyabr. Qamışlıdan açılan atəş nəticəsində Nüsaybində çəkiliş çəkən iki türk  müxbiri yaralandı. Olay Türkiyədəki TV kanallarında canlı olaraq yayınlandı. Surucda da iki mülki şəxs terrorçuların minaatandan açdığı atəşlə öldürüldü. Həmin gün Türkiyədə ümumilikdə 9 nəfər həyatını itirdi. 

Türkiyə SQ Suruça açılan atəşə qarşılıq olaraq sınırın qarşısındaki Ayn əl-Ərəbə toplardan atəş açdı. Adını “Suriya Milli Ordusu” (SMO) kimi dəyişən Azad Suriya Ordusuna bağlı qüvvələr Tel-Abyadın cənub-şərqində yerləşən Halava kəndini ələ geçirdiyini bildirdi. Türkiyə SQ və SMO daha sonra Tel-Hələfin ələ keçirildiyini açıqladı və kəndin içindən video-görüntülər yayınladı.

Həmin gün Ceyş ül-İslam Türkiyə SQ və SMO-nun hərbi əməliyyatlarına qatılacağını açıqladı.

12 oktyabr. Türkiyə SQ və SMO Suriya topraqlarının 32 km içində yer alan M4 avtomobil yoluna çatdığını və Münbic ilə Qamışlı arasındaki əlaqəni kəsdiyini açıqladı. SMO eyni zamanda Rakkanın şərqində M4 avtomobil yoluna yaxın 18 kəndi terrorçulardan təmizlədiyini bildirdi. Yerli vaxtla saat 12:00 civarında Rəsuleyn də ələ keçirildi.

Page 24: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

13 oktyabr. Türkiyə və onunla birlikdə hərəkət edən qrupların Şimali Suriyadakı hərəkatı davam etdi. “Hələb Today TV” xəbər portalı türk topçularının Tel-Abyad yaxınlarındakı bölgələrə ateş açdığını, Suriya Milli Ordusu mənsublarının kəndlərə girdiyini və 17 kəndi ələ keçirdiyini bildirdi. Türkiyə SQ və SMO səhər saatlarında Tel-Abyada bağlı Suluk qəsəbəsini də terroristlərdən təmizlədiklərini bəyan etdi. 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan əməliyyatın başlamasından bu yana Türkiyəyə minatanlardan 652 mina və roket atıldığını, nəticədə sınır bölgələrində 18 mülki vətəndaşın öldüyünü və 147-sinin yaralandığını söylədi.

Həmin gün Rusiya və İran tərəfindən dəstəklənən rejim qüvvələri terroristlərlə anlaşaraq, Münbic və Kobaniyə girəcəklərini bəyan etdilər. Xəbər YPG (PYD) tərəfindən də doğrulandı. Rusyanın Suriya özəl təmsilcisi Aleksandr Lavrentyev “Suriya hökuməti” və PYD arasındakı bu anlaşmanın ruslara aid Xmeymim hərbi bazasında əldə edildiyini bildirdi ve Rusiyanın vasitəçi olduğunu təsdiqlədi. 

Anlaşmadan qısa müddət sonra rejimin rəsmi xəbər agentliyi olan SANA “Suriya Silahlı Qüvvələrinə bağlı birliklər”in, "Türkiyənin işğalının qarşısını almaq” məqsədilə şimal bölgələrinə yeridilməyə başladığını bildirdi. Anlaşmayla birlikdə rejim qüvvələri 5 il sonra Rakkaya girdi və şəhərdə müşahidə məntəqələri qurdu.

14 oktyabr. Rusiya silahlı qüvvələri və rejim gücləri Münbicə və Türkiyə ilə sərhəddə yeridildi. Üstəlik də ruslar yenidən həmin bölgələrə qayıtmaq istəyən Amerikalıların önünü kəsdilər. ABŞ prezidenti Amerika hərbi birləşmələrinin, Əl-Tanf hərbi bazası xaric, Suriyadan çıxaralacağını bəyan etdi.

15 oktyabr. Həmin gün Türkiyə prezidenti Ərdoğan "Batıdan doğuya 444 km, kuzeyden güneye 32 km genişliğinde, ülkemizdeki mültecilerin geri döneceği güvenli bir alanın kurulduğunu ilan ediyoruz" dedi və əməliyyatın başlamasından bu yana Türkiyə SQ ve SMO tərəfindən toplam 1000 vadrat kilometrlik ərazinin ələ keçirildiyini açıqladı.

Page 25: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

Rejim gücləri Münbicin tamamını nəzarət altına aldı. ABŞ birlikləri Əsədə bağlı hərbi birliklərin Ayn əl-Ərəbə girməsini əngəllədi və hərbi konvoy Münbicə geri döndü. ABŞ birlikləri Münbicin şimal-qərbində yerləşən Dadat və Um-Mialdakı bazalarını tərk etdi. Rejim qüvvələri Əl-Təvbəyə də girə bildilər. Rusiyanın Müdafiə Nazirliyi rus hərbiçilərinin Türkiyə və Suriya orduları arasındakı zolağa nəzarəti öz əllərinə aldıqlarını bəyan etdi.

16 oktyabr. Rusiya silahlı Qüvvələrinə bağlı birliklər axşam saatlarinda Kobani şəhərinə daxil oldular. Kürd terrorçularının başçısı Məzlum Kobani müsahibəsində Təmsilçilər Məclisindəki bir neçə rəsmi şəxsin yanında oturduğu vaxt ABŞ prezidenti Donald Trampın onu telefonla aradığını, telefon danışıqında Suriya hökuməti və Rusya ilə anlaşılacağını və "Türkiyə işgalına qarşı birlikdə savaşacaqlarını" söylədiyini bildirdi.

17 oktyabr. YPG (PYD) Hələbin şimalındakı Mare şəhərində SMO-ya qarşı terror aktı düzənlədi və SMO mənsubu 6 nəfəri öldürdü. Bu terror aktında daha 9 nəfər yaralandı. Həmin gün ABŞ prezidentinin yardımçısı Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gerçəkləşən görüşdə YPG (PYD)-nin Suraiya-Türkiyə sınırından 32 km dərinliyə sahib güvənli bölgədən çəkilməsi üçün hərəkatın 120 saatlığına durdurulması barədə razılıq əldə edildi. Pens hərbi əməliyyatın durması halında ABŞ-in Türkiyəyə uyguladığı bütün embarqoların qaldırılacağını və başqa embarqo olmayacağını bildirdi. Anlaşmaya görə, 32 km-lik güvənli bölgənin Türkiyə və SMO-nun nəzarəti altında olması qərarlaşdırıldı. 

18 oktyabr. Suriya İnsan Haqları komitəsi (SOHR) Türkiyə və YPG (PYD)ni atəşkəsi poamaqda, sonuncuları bundan başqa növbəti dəfə mülki obyektləri və əhalini bombardıman etməkdə günahlandırdı.

22 oktyabr. Soçidə bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan YPG (PYD)-nin Türkiyə ilə sərhədd bölgələrdən, eləcə də Tel-Rifat və Münbicdən 30 km uzağa çəkilməsi üçün atəşkəs müddətinin 150 saat daha uzadılması barədə razılığa gəldilər. Bu məqsədlə Rusiya hərbi polisi və rejim güclərinə bağlı sınır mühafizləri hərəkat sahəsinin dışında qalan sahəyə girməsi qərarlaşdırıldı. Bundan

Page 26: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

başqa, Qamışlı şəhəri xaric,  10 kilometr uzaqda ortaq Rusiya-Türkiyə dövriyyələrinin təşkili qərarlaşdırıldı.

23 oktyabr. Rus hərbi polisləri və Kobani hərbi şurası Ayn əl-Ərəbdə (Kobanidə) dövriyyə fəaliyyətinə başladı. Ardından Qamışlının qərbindəki Amudə və Dırbasiyə qəsəbələrində Rusiya hərbi polisi ilə asayiş gücləri də eyni fəaliyyətə başladılar.  Həmin gün Türkiyə Müdafiə Nazirliyi əməliyyatın sona çatdəğənə bəyan etdi. ABŞ prezidenti Donald Tramp da bölgədə qalıcı bir atəşkəsin yarandığını, bu səbəbdən də Türkiyəyə tətbiq edilən embarqiların aradan götürüldüyünü bəyan etdi.

24 oktyabr. Rejim güclərinə aid 160 maşından ibarət bir hərbi konvoyAyn əl-Ərəbə (Kobaniyə) girdi, 1300 rejim əskərinin olduğu konvoy sınır xəttinə yerləşdi.

25 oktyabr. Rəsuleynin günüyində irərliləyişini sürdürmək istəyən SMO ilə PYD arasında çatışmalar baş verdi. Qarşıdurmaya Türkiyə SQ və rejim gücləri də qatıldı, SMO geri çəkildi, 5 türk əskəri yaralandı.

26 oktyabr. Bəşər Əsədə bağlı rejim gücləri Rəsuleyn – Tel-Tamər yolu üzərindəki bəzi kəndlərə soxulmasının ardından Türkiyə SQ və SMO ile çatışmalar yaşandı, SMO tank, uzaqvuran top və minatanlardan açdığı atəşlərlə düşməni geri çəkilməyə məcbur etdilər.

29 oktyabr. Rusiyanın Suriyadəkı Tərəfləri Uzlaşdırma Mərkəzi başqanı, general Yuriy Borenkov üst-üsə 34 min nəfərin yer aldığı 68 kürd yerror birliyinin və 3 mindən artıq silah və hərbi təçhizatın Türkiyə SQ ilə təmas xəttindən 30 kilomet geri çəkilmesinin tamamlandığını bəyan etdi. O, həmçinin rejimə bağlı əskərlərin Türkiyə sınırında, 60-ı Qamışlı və  24-ü Ayn əl-Ərəb (Kobani) bölgəsinde olmaq üzrəŞ toplam 84 keçiş-nəzarət nöqtəso qurduqlarını bildirdi.

30 oktyabr. Rejim onun hərbi birliklərinə qatılmaq istəyən PYD mənsublarını qəbul edəcəklərini bəyan etdi.

3 noyabr. Kürd terrorçuları Tel-Abyadda terror aktı törətdilər. 2020-ci il yanvarı tarixə Rusiya və İranın növbəti dəfə imzaladıqları sülhə vəəə

verdikləri sözə xəyanət etmələri və müsəlmanların son sığınacaq yeri olan İdlibə

Page 27: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

havadan və yerdən genişmiqyaslı hücum təşkil etmələri, şəhər və kəndlərin bombardımana tutulması, dinc əhalinin kütləvi şəkildə Türkiyə sınırına doğru qaçması ilə düşdü. Bu hal Türkiyənin rejimin təmizləməyə çalışdığı müsəlmanları qorumaq məqsədilə açıqdan-açığa rus və fars qüvvələri ilə savaşa girməyə məcbur etdi.

27 fevral (2020). Türkiyə Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusunun (SMO) rusların bölgə xalqına qarşı həyata keçirdikləri bombardımana cavab olaraq, İdlib əyalətində “Bahar qalxanı” adı verdikləri hərəkata başladılar. Türkiyənin müdafiə naziri Hülusi Akar hərakatın məqsədinin Adana, Astana və Soçi razılaşmalarında nəzərdə tutulmuş atəşkəsi təmin etmə, köçü önləmək, yerli xalqın və Türkiyə sınırlarının güvənliyini qorumaq olduğunu açıqladı.

Həmin gün TSQ dəstəkli müxalif güçlər, başqa sözlə, müsəlmanlar Sərakibi, Sərakibin güneyində bulunan Cubas və Dadıq kəndlərini, Kafr Battıxın cənubunda yerləşən Qadura kəndini rejim güclərindən və onlarla birlikdə hərəkət edən İrana bağlı şiə qruplaşmalarından təmizləyərək nəzarət altına aldılar. Rus qaynaqları isə Sərakibin yenidən geri alındığı iddia etdi.

Həmin gün Suriya nişanı altında uçan rus təyyarəsi Türkiyə ordusuna havadan zərbə endirdi, 34 türk əskəri şəhid oldu. Buna qarşılıq olaraq Türkiyə rəsmiləri rejim güclərinin (bu ad altında hərəkət edən rus, eləcə də İrana bağlı qruplaşmaların və kürd terrorçularının) "məşru hədəf" olduğunu açıqladı və TSQ tərəfindən 200-dən artıq hədəf topçu atışlarıyla vuruldu. 329 rejim əskəri zərərsizləşdirildi. TSQ-ya bağlı topçu birlikləri Hələbin şimalında, Nubl-Zəhra bölgəsinde bulunan Hizbullah hədəflərini də vurdu.

29 fevral. Türkiyə tərəfindən havadan və yerdən dəstəklənən müsəlman döyüşçülər İdlibin cənubundakı Dukmaq, Tel-Mabutah (Zukum), Qalaydin, Kavqafinah və Sahafun kəndlərini düşməndən təmizləyərək nəzarət altına aldılar. Həmin günTürkiyə Silahlı Qüvvələri Milli İstihbarat Təşkilatının  (MİT) əldə etdiyi gizli biliklər əsasında İdlibin Cəbəl əl-Zaviyə  bölgəsindəki üç qatlı bir binada yerləşərək kəşfiyyat məlumatları əsasında rejim qüvvələrini idarə edən

Page 28: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

yüksək rütbəli üç rejim zabitini – 124-cü alayın komandiri, general  Burhan Rahmun, general İsmayıl Əli və albay  Məzən Fərvatini ve çox sayıda rejim əskərini silahlı insansız hava araçları vasitəsilə məhv etdi.

1 Mart.Türkiyə Suriya nişanı altında uçan və dinc əhalinin bombalayan 2 rus Su-24

tipli bombardımançı təyyarəni vurub düşürdü.

2 Mart. Rejim Rusiyanın havadan İrana bağlı şiə qruplaşmalarının dəstəyi ilə Sərakib ətrafındakı bir neçə qəsəbəni ələ keçirdi. Rusiya hərbi polisi Sərakibə daxil oldu.

3 Mart. Türkiyə Əsəd rejiminə aid L-39 "Albatros" tipli rus təyarəsini məhv etdi. Həmin gün 1 türk əskəri şəhid oldu,9 əskər yaralandı.Türkiyə Silahlı Qüvvələri bölgədəki 82 rejim ünsürünü atəş altına aldı, 9 tank, 2 uzaqvuran top, 6 çoxlüləli roketatan sistemi və 2 hərbi maşın sıradan çıxarıldı, 299 nəfər düşmən əskəri öldürüldü.

4 Mart. Rejim ünsürlərinin Türkiyə Silahlı Qüvvələrini atəşə tutması nəticəsində 2 türk əskəri şəhid, 6 əskər qazi oldu. Həmin gün Türkiyənin Milli Müdafiə Nazirliyi 27 fevral 2020-ci il tarixindən, yəni Bahar Qalxanı hərəkatı başladığından bu yana 3 düşmən təyyarəsinin, 8 helikopterin,151 tankın, 47 topun, 52 çoxlüləli roketatan qurğunun, 8 “Pansır” tipli havadan müdafiə sisteminin,12 tankvuran silahın, 4 minatanın, 51 zirehli maşının, 34 silahlı pikapın, 60 hərbi yük maşınının,10 silah-sursat anbarının və 3138 nəfər düşmən əskərinin məhv edildiyini açıqladı.

5 Mart. Daha 1 türk əskəri şəhid oldu. Rus savaş təyyarələrinin İdlibin Marretmısrin qəsəbəsində bir toyuq hinində gizlənən qadın, qoca və uşaqlara düzənlədəyi hava hava hücumu nəticəsində 16 mülki şəxs həyatını itirdi, 18 nəfər də yaralandı. Son 24 saatda düşmənin 4 tankının, 5 çoxlüləli roketatanın, 3 tankvuranın məhv edildiyi, 184 rejim əskərinin zərəsizləşdirildiyi bildirildi.

Page 29: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBeytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin

Hərekat başladığı gündən bu yana məhv edilən düşmən əskərlərinin sayı 3322 nəfərə çatdı.

Prezident Rəcəb Tayib Ərdoğan İdlib problemini müzakirə etmək məqsədilə Vladimir Putin ilə Moskvada  bir araya gəldi. Təqribən 6 saatliq görüş nəticəsində İdlibdə atəşkəs təmin edildi. İki ölkənin xarici işlər naziri ortaq mətbuat konfransı keçirərək, əldə edilmiş razılaşmanın mətnini türk və rus dillərində açıqladılar.

6 Mart. Saat 00.01-dən etibarən atəşkəs qüvvəyə mindi.Mart ayının birinci yarısında İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH)

Suriyada fəaliyyət göstərən batalyonunu və Hizbullahın qərargahı Dəməşqdən, “Şüşə ev” adlanan yerdən Hələbə, daha doğrusu Hələbin 7 km cənub-qərbində yerləşən “Əl-Əsəd” hərbi akademiyasının binasına köçürüldüyü, orada “Bavar-373” tipli havadan müdafiə sistemləri quraşdırdığı barədə məlumat yayıldı. Təqribən eyni dövrdə daha iki türk əskəri şəhid edildi.

Bundan sonra hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək. Əldə olan bir hədis qarşıdakı hadisələri belə təsvir edir:

"Rumlar Amiq və Dabıq adlı yerlərə enmədikcə qiyamət qopmaz. Onlara qarşı Mədinədən bir ordu çıxar. Bunlar o gün ərz əhlinin ən xeyirliləridır. Bu ordunun əskərləri savaşmaq üzrə səf-səf düzülüncə, Rumlar: Bizdən əsir alanlarla aramızdan çəkilin ki, onları öldürək! - deyəcəklər. Müsəlmanlar da: Xeyr! Vallahi sizinlə, qardaşlarimizin arasından çəkilmərik, - deyəcəklər. Bunun üzərinə (müsəlmanlar) onlarla hərb edər. Bunlardan üçdə biri qaçar. Allah əbədiyyən bunların tövbəsini qəbul etməz. Üçdə biri qətl edilər, bunlar Allah dərgahında şəhidlərin ən fəzilətliləridir. Üçdə biri də müzəffər olar. Bunlar əbədiyən fitnəyə düşməzlər. Savaşı qazanan üçdə birlik ordu Qənstəntiniyyəni (İstanbulu? Moskvanı?) fəth edərlər. (Fəthdən sonra) bunlar, qılınçlarını zeytun ağacına asmış, qnniməti bölərkən, şeytan aralarında belə səslənər: Dəccal sizin arxanızdan ailələrinizə yetişdi!

Bunun üzərinə yola çıxarlar. Ancaq bu xəbər yanlışdır. Şama gəldiklərində (Dəccal) çıxar. Bunlar savaş üçün hazırlıq görüb səflərini düzərkən, “namaz üçün qamət oxunur” – Deyərrkən İsa ibni Məryəm enər və onlarlaa getmək istər. Allahın düşməni İsanıı görüncə, eynən duzun suda əriməsi kimi əriyər və əriyər. Əgər buraxacaq olsa, (özü-özünə) həlak olana qədər əriyəcəkdi. Ancaq Allah onu İsanın əliylə öldürər, elə ki onlara, mizrağındakı qanını göstərər" (Müslim, Fitən, 34, 2897).