Vaqif Azərbaycanryl.az/files/mpv.pdf · 2018-06-05 · Molla Pənah Vaqif - 300 2 Böyük...
Transcript of Vaqif Azərbaycanryl.az/files/mpv.pdf · 2018-06-05 · Molla Pənah Vaqif - 300 2 Böyük...
Molla Pənah Vaqif - 300
1
CƏFƏR CABBARLI ADINA RESPULİKA GƏNCLƏR KİTABXANASI
Vaqif Azərbaycan
ədəbi dilinin banisidir.
Biobiblioqrafik icmal
Bakı 2017
Molla Pənah Vaqif - 300
2
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək
qiymətin təzahürüdür.
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.
Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyi keçirilmişdir. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar.
Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 yanvar 2017-ci il.
Molla Pənah Vaqif - 300
3
Molla Pənah Vaqif (1717-1797)
Vaqif XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai
xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri
olmuşdur.
Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər
ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına
yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan
poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.
Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Belə bir
fikir var ki, onun əcdadları Məhəmməd Füzulinin də mənsub olduğu Bayat tayfasından
olub. Onun valideynləri haqqında çox az şey məlumdur. Bəllidir ki, onun babası
Süleyman, atası Mehdi, anası isə Ağqız adını daşımışlar.
Molla Pənah Vaqif yaxşı təhsil almışdır. O, fars və ərəb dillərində yaxşı danışır,
astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış
alim və pedoqoq Şəfi əfəndinin yanında oxumuşdu. Bəzi salnaməçilər belə hesab edirlər
ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Orası da məlumdur ki, Vaqif təhsilini
başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət
göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Bu zaman
onun alimliyi haqqında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox uzaqlara
yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz".
XVIII əsrin ortalarında Gürcüstan sərhəddində gərginlik yaranır və bir çox ailələr
Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi.
Bu ailə Qarabağın Tərtərbasar kəndində sığınacaq tapır. Vaqif burada da müəllimliklə
məşğul olur. Kiçik bir kəndin mollasının aldığı cüzi maaş böyük ailənin maddi ehtiyaclarını
ödəmir və Vaqifin ailəsi kasıblıq həddində yaşayır.
Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb
açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də istedadlı
şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu
saraya dəvət edirlər.
Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bunlardan birinə
əsasən, Vaqif ayın tutulması və zəlzələ olacağı haqda əvvəlcədən dəqiq xəbər verir və
bu xəbəri xana çatdırırlar. İbrahimxəlil xan bu bacarıqlı münəccimlə tanış olmaq istəyir.
Vaqifin dərin ağıl və zəkasından heyrətə gələn xan ona sarayda qalıb işləmək təklifi verir.
Başqa bir rəvayətə görə, hələ Gəncədə ikən Vaqif Gəncə xanı Cavad xana bir
şikayətçinin dilindən ərizə yazır. Ərizənin üslubu xanı o qədər valeh edir ki, o, Molla
Pənahı sarayına gətirdir. Lakin İbrahimxəlil xanın təkidli xahişi ilə şairin Qarabağa
qayıtmasına icazə verir.
Molla Pənah Vaqif - 300
4
Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məlumdur. O, əvvəlcə eşik
ağası, yəni, daxili işlər naziri, daha sonra isə baş vəzir kimi fəaliyyət göstərmişdir.
Özünün yüksək savadı və elmi biliyi ilə o, burada da hamının rəğbətini qazanır.
Görünür, Vaqif astronomiya ilə ciddi məşğul olub, bu sahədəki biliklərini təcrübi
olaraq gün tutulmalarının və bu qəbildən olan digər təbii hadisələrin müəyyənləşdirilməsi
üçün istifadə edir, astroloji biliklərini isə sarayda özünün münəccim məsləhətləri ilə
nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı da yaxşı bilib.
Belə ki, onun xan sarayının, yaşayış evlərinin, Şuşa qalasının divarlarının tikintisində
dəqiq hesablamalar aparması da bəllidir. Vaqifin zəngin kitabxanası vardı və o, daim öz
biliklərini artırmaqla məşğul olurdu. Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-
sayılması onun özünə ədəbi təxəllüs götürdüyü Vaqif ("hər şeyi bilən") adını
doğrultduğunu göstərir.
Vaqif yaradıcılığının tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, Qarabağ xanlığının
vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi
göstərə bilir.
Vaqif iki dəfə evlənmişdir. Birinci xanımının adı Qızxanım, digərininki Mədinə olub.
Qızxanım Durbənd bəyin qızı idi və gənc yaşlarında özündən çox-çox yaşlı olan Vaqifə
ərə getmişdi. Xalq arasında onun qeyri-adi gözəlliyi barədə rəvayətlər dolaşırdı. Vaqifin
bir oğlu, iki qızı olub. Onların hamısı Mədinə xanımdan olmuş uşaqlardır. Oğlunun adı
Əliağa idi, "Alim" təxəllüsü ilə şeirlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi.
Vaqif Molla Vəli Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi şairlərlə dostluq
etmişdir. Onun ən yaxın dostu isə heç şübhəsiz, həmyerlisi və bəzi mənbələrə əsasən,
uzaq qohumu Vidadi olub. Vaqif öz qızlarını Vidadinin oğlanlarına ərə vermişdir. Onların
müşairəsi (şeirləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur.
Vaqifin yaxın dostlarından biri – Hüseyn xan Müştaq 22 il Şəki xanı olmuşdu,
Vaqifin onunla da şeirləşdiyi bəllidir.
Vaqif saraya düşdükdən sonra özü sünni olsa da, xanın inandığı şiə məzhəbini
qəbul edir. Birinci vəzir olduqdan sonra xanlığın xarici siyasətinə rəhbərlik edir. O vaxt
Azərbaycanda vəziyyət çox gərgin və mürəkkəb idi. 1747-ci ildə Nadir şah Əfşarın
öldürülməsindən sonra Azərbaycanda müstəqil xanlıqlar yaranmışdı. Lakin bu xanlıqların
müəyyən iqtisadi, siyasi və hərbi uğurlarına baxmayaraq, onların başı üzərində hər an öz
müstəqilliklərini itirmək təhlükəsi dolaşırdı. Azərbaycanda aparıcı rol oynamaq uğrunda
Rusiya, İran və Osmanlı mübarizə aparırdı. Qonşu xanlıqlar və hətta Gürcüstan da
müstəqillik üçün təhlükəyə çevrilmişdilər. Fasiləsiz feodal müharibələri və güclü
qonşuların daimi basqınları Qarabağ xanlığını məcbur edirdi ki, yaxın xanlıqlarla dil
taparaq, aparıcı dövlətlərdən dəstək alsın. İbrahim xan Gürcüstanla ittifaqa girir və onlar
birlikdə Rusiyadan dəstək istəyirlər. 1783-cü ildə gürcü çarı II İrakli Rusiya təbəəliyini
qəbul edir və Vaqif bir il sonra Tiflisdə həmin ölkələr arasında müqavilənin imzalanması
Molla Pənah Vaqif - 300
5
mərasimlərində iştirak edir. Tiflisdə olduğu zaman Vaqif şəhərin tərifinə, gürcü gözəllərinə
və İraklinin oğlu şahzadə Eulona həsr olunmuş şeirlər yazır.
1783-cü ildə İbrahimxəlil xan II Yekaterinaya məktub yazaraq, ondan xahiş edir ki,
Qarabağ xanlığını Rusiya təbəəliyinə qəbul etsinlər. İbrahim xan çətin bir seçim
qarşısında qalmışdı: o ya Rusiyanı, ya da İranda hakimiyyətə gəlmiş Ağa Məhəmməd
şah Qacarı seçməli idi. İbrahimxəlil xan çox düşünmədən Rusiyaya üstünlük verir. Məsələ
onda idi ki, hələ qədim zamanlardan Qarabağ buraya köçürülmüş qacarlarla
məskunlaşdırılmış və 200 il ərzində burada qacarların Ziyadoğlular boyundan olan
şəxslər hökmranlıq etmişdi. Ağa Məhəmməd şah Qarabağ xanlığını tutmaq istəyərkən
bunu müəyyən qədər qacarların pozulmuş hüquqlarının bərpası ilə motivləndirmək fikrinə
düşmüşdü. Ağa Məhəmməd şah Qarabağa yaxınlaşdıqca, İbrahimxəlil xan II İrakli ilə
daha artıq yaxınlaşmağa başlayır.
Vaqif Ağa Məhəmməd şaha qarşı birləşmək üçün İbrahimxəlil xanın, II İraklinin,
İrəvan hakimi Məhəmməd xanın və Talış hakimi Mir Mustafa xanın danışıqlarında iştirak
edir.
Qarabağ üzərinə yürüşə hazırlaşarkən Ağa Məhəmməd şah İbrahimxəlil xandan ona
tabe olmasını və bunun rəmzi kimi oğlunu onun yanına girov göndərməsini tələb edir.
İbrahimxəlil xan buna razı olmur. 1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz
çayını keçərək, Şuşa istiqamətində irəliləməyə başlayırlar. Şuşalılar Vaqifin başçılığı
altında müdafiə olunmaq üçün hazırlıq görürlər. Şuşanın mühasirəsi uzanır və Ağa
Məhəmməd şah İbrahimxəlil xanı qorxutmaq məqsədilə öz saray şairinə tapşırır ki, ona
bir məktub yazsın. Məktub bu məzmunda olur: "Əgər məni qoruyan mənim
tanıdığımdırsa, şüşəni daş icərisində də salamat saxlar."
Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə səbəb olur və o, top atəşlərini davam
etdirmək əmrini verir. Lakin yenə heç nə alınmır. Şuşanın 33 günlük mühasirəsi qalanın
müdafiəçilərini sarsıtmır və şah məcbur olub, mühasirəni dayandıraraq, Gürcüstana yola
düşür.Qalanın müdafiəsində Vaqif özü də şəxsən iştirak etmişdi. Şairin atıcılıq məharəti
xalq arasında hətta rəvayətlər də yaradıb. Deyirlər ki, bir erməni toyunda atıcılıq yarışı
keçirilir və bu yarışdan da Vaqif qalib çıxır.
1796-cı ildə qraf Valerian Zubovun başçılıq etdiyi rus qoşunları Şamaxıdan keçərək,
Qarabağ sərhədlərinə gəlirlər. İbrahimxəlil xan öz oğlu Əbülfət xanın başçılığı ilə onun
yanına elçilər göndərir. Bu heyətə Vaqif və tanınmış Qarabağ əmirlərinin oğlanları da daxil
olurlar.
Səfarət geri dönərkən İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından
qiymətli hədiyyələr verilir. Vaqifə bahalı daş-qaşla bəzədilmiş əsa düşür. İbrahimxəlil xan
bu müddətdə II Yekaterina ilə məktublaşmasını davam etdirir. Xanın həmin məktublarının
mətnini Vaqif yazırdı və imperator tezliklə onun güclü yazı qabiliyyətini müəyyənləşdirir.
1784-cü ildə Q.A.Potyomkinə yazdığı məktubunda Yekaterina qeyd edirdi ki, İbrahim
xanın məktubları özünün ədəbiliyi və zərifliyi ilə İrandan və Türkiyədən gələn bütün
Molla Pənah Vaqif - 300
6
məktubları üstələyir. Rusiya hökmdarı öz favoritindən həmin məktubların müəllifinin
kimliyini müəyyənləşdirməyi və onun səhhəti ilə maraqlanmağı xahiş edir. 1796-cı ildə II
Yekaterina vəfat edir. Yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. Ağa
Məhəmməd şah bundan istifadə edərək, onun üzünə ağ olmuş xanları cəzalandırmaq
istəyir. Elə həmin il o, yeni yürüşə çıxır və bu yürüşünü Şuşadan başlayır. Bu dəfə
İbrahimxəlil xan qalanı döyüşsüz təslim edir və öz qohumları, yaxın adamları və kiçik
dəstəsi ilə Azərbaycanın şimalına qaçır. Lakin məlumdur ki, Vaqif, o vaxt xanın özü ilə
götürdüyü adamların içində olmayıb. İran qoşunlarının Şuşaya girməsindən bir həftə
sonra onu tutub İbrahimxəlil xanın qardaşı Məhəmmədhəsən bəyin sarayına gətirirlər.
Ağa Məhəmməd şah burada yerləşmişdi.
Şairin şimala gedən xanın dəstəsinə daxil olmamasını, bir neçə cür izah edirlər.
Yozumlardan birinə görə, guya Vaqif Cəmil ağa adlı bir şəxslə Tiflisə gedibmiş və geri
qayıdanda Ağa Məhəmməd şahın adamları onu həbs edirlər. Başqa bir izaha görə, guya
o, şahdan qaçıb canını qurtarır, ancaq Cavad xan tərəfindən tutulub, Qacara təhvil verilir.
Başqa bir ehtimal da var ki, guya şəhər hələ Qacara qədər İbrahimxəlil xanın
düşmənləri tərəfindən tutulubmuş və Vaqif də şah gəlməmişdən əvvəl həbs olunubmuş.
Qalanın döyüşsüz təslim edilməsini də bununla izah etmək olar.
Bundan sonra daha müəmmalı hadisələr baş verir. Məşhur tarixçi Mirzə Camalın
(İbrahimxəlil xan Şuşaya qayıtdıqdan sonra Vaqifin yerini məhz o tutmuşdur) yazdığına
əsasən, Vaqifi səhərə yaxın saraya gətirirlər və Ağa Məhəmməd şah tapşırır ki, səhərisi
gün onu edam etsinlər. Ən qəribəsi budur ki, Mirzə Camalın yazdığına əsasən, elə həmin
axşam o, hansısa günahlarına görə, dan yeri söküləndə özünün də üç xidmətçisini edam
etmək tapşırığı veribmiş. Ancaq Ağa Məhəmməd şah özü səhərə sağ çıxmır. Onun edam
edəcəyi həmin üç xidmətçi maneəsiz olaraq, şahın yatağına girərək, onu qətlə yetirirlər.
İran şahının qətlindən dərhal sonra Qarabağ xanlığının başına İbrahimxəlil xanın
yaxın qohumlarından olan Məhəmməd bəy Cavanşir keçir. Belə görünür ki, Vaqif xilas
ola bilər. Lakin belə olmur və baş vəzirin azad edilməsindən az sonra Məhəmməd bəy
Cavanşir onu və oğlu Əli bəyi edam etdirir. Böyük sənətkarın edam olunma səbəbləri
tarixçilər arasında müxtəlif cür yozulur.
Danışırlar ki, qətl günü fərraşlar onları xanın yanına aparmağa gəldiklərini
söyləyirlər. Yolda Əli bəy atasından soruşur ki, xan yuxarıda otura-otura bizi aşağı niyə
aparırlar? Vaqif cavabında söyləyir: "Bizi çoxlarını göndərdiyimiz yerə aparırlar". Vaqifi
Şuşada böyük şərəflə dəfn edirlər. Hətta məzarının üstündə kiçik bir məqbərə də tikilir ki,
bura da sonradan ziyarətgaha çevrilir.
Ölümündən sonra Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Şairin şeirlər
"Divan"ı da bu səbəbdən bizə gəlib çatmamışdır. İndi kitablarda nəşr olunan şeirlər isə
şairin yaradıcılığının pərəstişkarları tərəfindən bircə-bircə toplanmışdır. Onun şeirləri
aşıqların dilindən düşmürdü, xalq arasında əzbər deyilirdi. Bundan başqa şairin şeirləri
bəzi adamlar tərəfindən yazıya da alınmışdı. Lakin bütün bunları bir yerə toplamaq,
yazıya alıb, nəşr etdirmək heç də asan iş deyildi. Və ilk dəfə bu işi Mirzə Yusif Nersesov
görür. 1856-cı ildə Teymurxanşurada Vaqifin ilk kitabı çap olunur. Sonra estafet Mirzə
Molla Pənah Vaqif - 300
7
Fətəli Axundova keçir. O, çox zəngin bir material toplayaraq, məşhur şərqşünas Adolf
Berjeyə verir. Berje isə bunları 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirir. Eyni zamanda
Vaqifin irsi ilə Azərbaycan poeziyası nümunələrindən iri bir antologiya tərtib etmiş
Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov da maraqlanır. Hüseyn Əfəndi həm də
Vidadinin uzaq qohumu idi. O öz əlyazmalarını dərc etdirməsə də, bir çox
ədəbiyyatşünaslar həmin əsərə tez-tez etmişlər. Nəhayət, inqilabdan qabaqkı dövrdə
Vaqifin əsərlərinin son nəşri "Yeni həyat" qəzetinin redaktoru Haşım bəy Vəzirov
tərəfindən həyata keçirilib. İnqilabdan sonrakı dövrdə Vaqifin əsərlərinin toplanması və
nəşri sahəsində Salman Mümtazın böyük xidmətləri olmuşdur.
Vaqifin şerini ilk dəfə rus dilinə XIX əsrin 40-cı illərində polyak şairi və tərcüməçisi
Tadeuş Zabloski tərcümə etmişdir.
Vaqif yaradıcılığı təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və erməni
mühitində məşhur olmuşdur. Məlumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda
millətlərarası ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şeirləri yalnız
Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməni əlifbaları ilə yazıya alınmışdır.
Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis,
müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun
yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış
şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və
fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir.
Vaqif aşıq mühitində böyümüşdü və kütlənin zövq və təlabatını yaxşı bilirdi. Onun
yaradıcılığında qoşmanın böyük yer tutmasını da elə bununla bağlamaq olar. Məsələyə
başqa tərəfdən yanaşanda ehtimal etmək olar ki, "Divan"ı itdikdən sonra şairin yalnız
xalqın hafizəsində qalan şeirləri yazıya alınıb. Bunlar isə əsas etibarilə qoşmalar ola
bilərdi. Orası da qeyd olunmalıdır ki, qoşmaya aludəliyi Vaqifin klassik şeir növlərində
yazdığı əsərlərin dilinə və üslubuna da müsbət təsir göstərmişdir.
Vaqifin əsərlərindəki məhəbbət orta əsrlərdə yaşayıb-yaratmış Azərbaycan
şairlərinin böyük əksəriyyətinin şeirlərinə xas olan sufi-mistik rəmzlərdən tamamilə
azaddır. Vaqif öz əsərlərində həyat eşqini, məşuqəsinin gözəlliyini, hicranın acısını və
vüsalın şirinliyini inandırıcı bir tərzdə tərənnüm edir.
Şair öz əsərlərinin bütöv bir qismini Azərbaycan gözəllərinin təsvirinə həsr edib.
Vaqif az qala bütün şeirlərində məşuqənin gözlərini, qaşlarını, saçlarını, yanaqlarını,
əllərini, ayaqlarını, qədd-qamətini, can alan baxışlarını təsvir edir. Bəlkə də bu şeirlər bizə
bir qədər yekrəng görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, şairin müasirləri bu
əsərləri tamamilə başqa cür qəbul etmişlər. Kişinin qadının sifətini görmək və onunla
sərbəst şəkildə ünsiyyətə girmək imkanı olmayan müsəlman cəmiyyətində qadın gözəlliyi
daha tez və həssaslıqla anlaşılırdı. Bu mənada qadının gözəllik əlamətlərini sadəcə
sadalayan şeirlər belə o zaman oxuculara aşkarda görülməsi mümkün olmayan obrazları
tam təsəvvür etmək imkanı verirdi. O dövrün auditoriyasının emosionallıq dərəcəsi də
qat-qat yüksək idi. Bu fikri bir çox ədəbiyyatlarda təsvir olunan sufi məclisləri də sübut
Molla Pənah Vaqif - 300
8
edə bilər. Belə ki, həmin məclislərdə oxunan adi sevgi şeirləri də bəzən dinləyiciləri
bayıltmaq qüdrətinə malik olurmuş.
O dövrün kişi auditoriyası tərəfindən qadın gözəlliyinin belə həssaslıqla qəbul
edilməsi Vaqifin şeirlərini dinləyənlərə ləzzət verirdi. Çünki onlar şairin sənətkarlıq
xüsusiyyətləri sayəsində öz təsəvvürlərində bir-birinə bənzəməyən nazlı-qəmzəli, qədd-
qamətli, iri, badamı gözlü, ağbuxaqlı, alyanaqlı, od baxışlı və mütləq ağıllı-
kamallı Azərbaycan gözəllərini canlandıra bilirdilər. Vaqif də öz poeziyasının məqsədini
elə bunda görürdü. Onun şerləri oxucuda obrazın həm xarici görünüşünün, həm də daxili
dünyasının canlı təsəvvürünü yaradır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1982-ci ildə Azərbaycanın
qədim Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı böyük məqbərə
bu ölməz sənətkarın ədəbiyyatımızın inkişafı sahəsindəki xidmətlərinə və ictimai-siyasi
fəaliyyətinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin parlaq ifadəsidir. Ermənistan
silahlı birləşmələrinin Dağlıq Qarabağı işğal edərkən Vaqifin məqbərəsini dağıtması bu
təcavüzkar ölkənin mədəniyyətdən uzaq olan mənəviyyatsız simasını əks etdirir.
Görkəmli Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin anadan olmasının
300 illik yubileyinin doğma ölkəsi ilə birlikdə UNESCO və TÜRKSOY miqyasında
beynəlxalq səviyyədə qeyd olunması böyük ümummilli və bəşəri ideallara xidmət edən
böyük sənətin təntənəsidir.
Molla Pənah Vaqifin şeirlərinə yazılan mahnılar
Yalçın Rzazadə Durnalar - musiqi: Cahangir Cahangirov
Rəşid Behbudov Heyran olmuşam - musiqi: Əşrəf Abbasov
Brilliant Dadaşova Toy adamları - musiqi: Vüqar Şirinov
Rahilə Həsənova Sonalar kimi - musiqi: Qəmbər Hüseynli
Ehtiram Hüseynov Tel nazik - musiqi: Qəmbər Hüseynli
Güllü Muradova Təsnif
Molla Pənah Vaqifə ithaf edilən əsərlər
Səməd Vurğun - "Vaqif" dramı
Səməd Vurğun. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı: "Şərq-Qərb", 200.- 264 s.
Molla Pənah Vaqif - 300
9
Ramiz Mustafayev - "Vaqif" operası
“ Vaqif” operası Bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı
dramı əsasında yazılmışdır. Librettonun müəllifi Firudin Mehdiyevdir. 1960-cı ilin
23 iyununda «Vaqif» operasının Azərbaycan Dövlət Akademik opera və balet
teatrında ilk tamaşası oldu. Bəstəkar müxtəlif dövrlərdə operanı bir neçə dəfə
redaktə edərək onu daha da təkmilləşdirmişdir. Bu səhnə əsəri iki il sonra
Moskvada bəstəkarların Ümumittifaq müsabiqəsində laureat adına layıq
görülmüşdür.
Filmoqrafiya
Vaqif (film, 1968) Film Azərbaycan şairi
Molla Pənah Vaqifin həyat və yaradıcılığından bəhs
edir.
Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə
çəkilmişdir.
Molla Pənah Vaqif (film, 2011) https://www.youtube.com/watch?v=v
Molla Pənah Vaqif - 300
10
Molla Pənah Vaqifin əsərlərindən nümunələr
Qoşma Aşıq şeirinin hər bəndi dörd
misradan, hər misrası on bir hecadan ibarət olan janrına qoşma deyilir.
Ağla gözüm, ayrılırsan canandan,
Hər kəsi ki, görsən, şikayət еylə!
Öldün gеtdin, bəlkə yarı görmədin,
Kəbəyi-kuyini ziyarət еylə!
Sən mənim cananım, ruhi-rəvanım,
Ləbləri şirinim, qönçə dəhanım,
Bir saat görməsəm, tuti zəbanım,
Qоpacaq başıma qiyamət еylə!
Vaqif bir şеydadır, dоlanır bağı,
Xəstədir, dərmanı – dilbər dоdağı.
О alma yanağı, büllur buxağı,
Allah, bədnəzərdən səlamət еylə!
Təsnif
Aşıqlar cinaslı qoşmaya xüsusi təcnis adı vermişlər ki, bu da cinas qafiyələrlə
qafiyələnmiş qoşma deməkdir.
Gözəl qamət, gözəl gərdən, gözəl üz,
Gözəl оlmaz sən tək, оlsa gözəl yüz,
Molla Pənah Vaqif - 300
11
Gözəl canı munca yеtər, gözəl, üz,
Gözəl dеyil, еtmə, gözəl, alı sən.
Gözəl durub, gözəl gəzib, gözəl bax,
Gözəl kəlbəm, sal bоynuma gözəl bağ.
Gözəl sеyrü kəşt еyləyib gözəl bağ,
Gözəl, dər budaqdan gözəl alı sən.
Gözəl saqi, gözəl tutub, gözəl kəs,
Gözəl dоğra kəbab bağrım, gözəl kəs,
Gözəl canan, gözəl adam, gözəl kəs,
Bir gözəl kimsənin gözəl alısən.
Gözəl qapındadır, gözəl hеy dərin,
Gözəl sеv dеmişəm gözəl hеy, dərin,
Gözəl, Vaqif qulun, gözəl Hеydərin,
Gözəl, yеtiş dadə, gözəl Alı sən.
Müxəmməs
5 misralı bir neçə (əsasən, 5-6) bənddən ibarət olur. Bəndlərin sayı 10-15-ə də çata
bilər. Son bəndin misralarından birində müəllifin təxəllüsü verilir.
Sеvdayi-saçın, kеçsə yüz il, sərdən üzülməz,
Can riştəsi gеysuyi-sitəmkərdən üzülməz,
Məddi-nəzərim qəddi-sənubərdən üzülməz,
Dil şоvqi-tamaşayi-səmənbərdən üzülməz,
Xunin cigərim kirpiyi-xəncərdən üzülməz
Rahində sənin dil nə qədər ki, düşə şərrə,
Tiğin ilə dоğranə əgər bir nеçə kərrə,
Tоrpağımı yеllər dağıda bəhrlə bərrə,
Molla Pənah Vaqif - 300
12
Cümlə bədənim ruyi zəmində оla zərrə,
Könlüm о ruxi-mеhrü münəvvərdən üzülməz.
Yüz baği-İrəm gər оla, yüz rövzеyi-gülşən,
Yüz xüldi-bərin, mənzili-əlavü müzəyyən,
Hеç vəchlə sizdən üzümü döndərə bilməm,
Əvvəlü axır bil еşiyindir mənə məskən,
Ölsəm də, ayağım mənim оl dərdən üzülməz.
Nöqsan ki, ucundan çəkəm, еy qaşı hilalım,
Еylə sanıram, artar о gün fəzlü kəmalım,
İstər mənə mеhr еyləmə hеç, al еlə, zalım,
Sənsən gеcə-gündüz həmişə fikrü xəyalım,
Dilimdə adın hər zaman əzbərdən üzülməz.
Sən də, gözüm, Allaha baxıb, zülmü az еylə,
Pеyvəstə könül yıxsan əgər, bir də saz еylə.
Ahim tütünü gör nеcədir еtiraz еylə,
Öz Vaqifini lütf еdibən sərəfraz еylə,
Hərçənd оla şah gözü – çakərdən üzülməz.
Sən qönçə kimi hər bir еdən dəmdə yaşınmaq,
Artar bizə yüz mərtəbə оdlarına yanmaq,
Mən aşiqəm, еy gül sənə, оlmaz bunu danmaq,
Ölən günədək еyləməzəm səndən usanmaq,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Allaha şükür, lalə yanağında еyib yоx,
Dişində, dəhanində, dоdağında еyib yоx...
Bir zərrəcə zülfündə, buxağında еyib yоx,
Qaşında, gözündə, qabağında еyib yоx,
Molla Pənah Vaqif - 300
13
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Mən ha sənin оl məh üzünü görmüşəm yüz yоl,
Оl kirpiyini, şux gözünü görmüşəm yüz yоl,
Həm yоldaşını, həm özünü görmüşəm yüz yоl,
Şəkkər kimi şirin sözünü görmüşəm yüz yоl,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Mən xud dеyiləm bədnəzər, еy gözləri şəhla,
Məndən üzünü yaşırısan sən еlə bica.
Qоysan, еləyim üzünə dоyunca tamaşa,
Öldürdün axır, məndə ki, can qalmadı əsla,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Qеyridən əgər ki, еdəsən sən bu hicabı,
Billəm ki, sözündür vəli məqbulu hеsabı,
Yоxsa, məni görcək, üzünə çəkmə niqabı,
Gəl, Tanrı üçün, Vaqifə çоx vеrmə əzabı,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Müstəzad
Mövzu və məzmunca qəzəl və qəsidəyə yaxındır. Həcmi 20-40 misra arasındadır.
Bir nimtənə kim, ta оla zərbəftü nikutər,
Diba оna möhtac,
Mətnində tamam rabitə mövzunu sərasər,
Molla Pənah Vaqif - 300
14
Tək haşiyə qıyqac;
Üstündə оnun aşiqü məşuq müsəvvər,
Dil şövqünə minhac;
Ulduza şəbih nəqşi, yеri göy kimi əxzər,
Nəzzarəsi bəhhac;
Tiri-nəzəri-əhli-təmaşayə müqərrər,
Hər butəsi amac;
Içində оnun şölə vеrə tələti-dilbər,
Ta bəndеyi-vəhhac;
Görən dеyə bu mahdır, оl çərxi-pürəxtər,
Ya bəhri-pürəmvac;
Kəbə еvinin örtüyünə duta bərabər,
Simasını hüccac;
Gər düşsə ətəyi ələ, əlbəttə, tеz еylər,
Bizdən qəmi ixrac;
Əndişə nə itdir, çıxa bir də çəkə ləşkər,
Könlü еdə tarac.
Bеhəmdülla ki, Vaqif həsrətindən öldü qurtuldu,
Uçurdum can quşun, еy gül, sizin gülzarə göndərdim.
Müəşşərlər
Müəşşərin hər bəndi 10 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur.
Sonrakı bəndlərin ilk 9 misrası öz aralarında, son misrası isə birinci
bəndlə qafiyələnir. Az yayılmış şeir formasıdır.
Güllər açılmış, bu gün еyşü nişatın vəqtidir,
Guşеyi-gülzardə fərşi-büsatın vəqtidir,
Molla Pənah Vaqif - 300
15
Tazədən təcdidi-üqdi-irtibatın vəqtidir,
Bəzmi-еydi-vəslə tərtibi-nişatın vəqtidir,
Inqizayi-fəsli-güldən еhtiyatın vəqtidir,
Illəti-еşqə ilaci-buqratın vəqtidir,
Rövzеyi-rizvan üçün sеyri-siratın vəqtidir,Aşiqü məşuq ara xоş inbisatın vəqtidir,
Hər zaman şirin-şirin ixtilatın vəqtidir,
Еy büti-tutizəban gəl ki, məqalın istərəm!
M.P.Vaqif ilə M.V.Vidadinin qoşa heykəli
Ünvan:
AZ3500,Qazax,Qazax,Şəhidlər Xiyabanı
Azərbaycan poçt markasında M.P.Vaqif (2014)
M.P.Vaqifin məqbərəsinin təsvir olunduğu məktub
zərfi
Molla Pənah Vaqif - 300
16
Molla Pənah Vaqiflə Molla Vəli Vidadi arasında müaşirə
Müaşirə bədahətən söylənilir.
Vaqif
Еy Vidadi, sənin bu puç dünyada
Nə dərdin var ki, zar-zar ağlarsan?
Ağlamalı günün axirətdədir,
Hələ indi səndə nə var, ağlarsan?
Vidadi
Vaqif, nə çоx yan, baş-ayaq atarsan
Mənə dеrsən, nə bu qədər ağlarsan?
Sənin də başında məhəbbət bеyni
Əgər оlsa, еylər əsər, ağlarsan!
Vaqif
Ta cəsədin cüda оlmayıb candan,
Bil özünü artıq sultandan, xandan,
Qəriblik, ayrılıq nədir ki, оndan
Bu qədər çəkibən azar, ağlarsan?..
Vaqif
Ta cəsədin cüda olmayıb candan,
Bil özünü artıq sultandan, xandan,
Habelə ayrılıq nədir ki, ondan
Bu qədər çəkibən azar, ağlarsan?
Vidadi
Ağlamaq ki, vardır, məhəbbətdəndir,
Şikəstəxatirlik mərhəmətdəndir,
Əsil bunlar cümlə mürüvvətdəndir,
Molla Pənah Vaqif - 300
17
Olsa ürəyində, betər ağlarsan!...
Bu deyişmə tam mənası ilə “Vaqif və Vidadi dastanı” adlandırıla bilər.
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY)
tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması,
görkəmli şairi, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin
anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilin “Molla Pənah
Vaqif ili” elan edilməsi münasibətilə anma mərasimi təşkil
olunmuşdur.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Azərbaycanın və
Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli
Kitabxanasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə
TÜRKSOY-un qərargahında keçirilən mərasimdə rəsmi şəxslər, diplomatlar, Ankara
ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, şeirsevərlər və
digər şəxslər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı “Molla Pənah
Vaqif ili” və bu münasibətlə təşkil olunan mərasimlər barədə məlumat verimişdir.
TRT-nin Ankara radiosu Xorunun ifasında Vaqifin “Durnalar” şeirinə bəstələnmiş
mahnı səsləndirildikdən sonra Azərbaycan Milli Kitabxanasının arxiv fondunda
saxlanılan M.P.Vaqifin, onun haqqında yazılmış, başqa dillərə tərcümə olunmuş
əsərlərdən ibarət sərginin açılışı olmuşdur.
Rəsmi açılış mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Ankaradakı səfiri Faiq
Bağırov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva
və Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nihat Gül çıxış ediblər.
Çıxışlarda böyük şair Molla Pənah Vaqifin poeziya yaradıcılığı, onun diplomatik
səyləri, dövlət işlərindəki uğurları və digər məqamlardan bəhs olunub. TÜRKSOY-un
fəaliyyətini yüksək qiymətləndirən çıxışçılar əminliklə ifadə ediblər ki, türk xalqlarının
tarixi şəxsiyyətlərinin, o cümlədən görkəmli ədəblərin həyat və fəaliyyətinin
tanıdılmasına göstərilən diqqət türkdilli xalqları daha möhkəm tellərlə bağlayır və
qarşılıqlı olaraq tanıdır.
D.Kaseinov və N.Gül TÜRKSOY-un həyata keçirdiyi layihələrin əhəmiyyətindən,
qarşıda duran vəzifələrdən bəhs ediblər. Qeyd olunub ki, türk dünyasının parlaq ədəbi
simalarından olan Molla Pənah Vaqifin yaradıcılığına və şəxsiyyətinə göstərilən diqqət
bütün türkdilli ədiblərə olan qayğının tərkib hissəsi və davamıdır. Onun yaradıcılığı təkcə
Azərbaycan xalqının yox, bütün türk dünyasının ədəbiyyat xəzinəsi üçün tükənməz
sərvətdir. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın
Molla Pənah Vaqif - 300
18
Ankaradakı səfiri Faiq Bağırov ölkəmizdə M.P.Vaqif yaradıcılığına və şəxsiyyətinə
həmişə böyük ehtiram göstərildiyini ifadə ediblər. Diqqətə çatdırılıb ki, 1982-ci il
yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə
Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində
məqbərə ucaldılıb. Təəssüflə qeyd olunub ki, 1992-ci il mayın 8-də Ermənistanın silahlı
quldur dəstələri tərəfindən işğal olunan Şuşada bütün maddi-mədəniyyət abidələri, o cü
mlədən Vaqifin məzarı və məqbərəsi amansızcasına dağıdılmışdır.
Vaqifin yaradıcılığının həmişə böyük məhəbbətlə sevildiyini diqqətə çatdıran
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti G.Əfəndiyeva bildirib ki, onun
yaradıcılığı təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq sərvətidir. Prezident
İlham Əliyevin Molla Pənah Vaqifin 300 illik yubileyi barədə məlum Sərəncamı böyük
şairin şəxsiyyətinə göstərilən ehtiramdır. Azərbaycanın təşəbbüsü, Türkiyə və
Qazaxıstanın dəstəyi ilə Molla Pənah Vaqif UNESCO-nun “2016-2017-ci illər üçün
görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramına” daxil edilməsi onun
yaradıcılığına verilən yüksək qiymətdir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da
türk dünyasının görkəmli şəxsiyyətlərinin, o cümlədən Vaqifin bədii irsinin qorunması və
inki şafı istiqamətində əməli addımlar atmağı qarşısına məqsəd qoymuşdur.
Açılışdan sonra Molla Pənah Vaqifin həyat və yaradıcılığını əks etdirən film
nümayiş etdirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Milli Kitabxananın direktoru, professor
Kərim Tahirov, Avrasiya Yazıçılar Birliyinin sədr müavini, şair Ali Akbaş, Qazaxıstanın
TÜRKSOY-dakı rəsmi təmsilçisi, dosent Askar Turganbayev və dosent Yıldız
İsmayilova Molla Pənah Vaqif yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikirlərini
bölüşüblər. Molla Pənah Vaqif yaradıcılığının ayrı-ayrı istiqamətlərindən bəhs edən
akademik İsa Həbibbəyli və professor Kərim Tahirov bildiriblər ki, Vaqif poeziyası tarixə,
köklərə, mənəvi dəyərlərə bağlılığı, xalq ruhunu ifadə etməklə, eləcə də Azərbaycan
dilini yad təsirlərdən qorumaqla həyata vəsiqə qazanmış ədəbiyyat incisidir. AMEA-da
və Azərbaycan milli kitabxanasında Vaqif yaradıcılığını əhatə edən zəngin kitab fondu
mövcuddur. Bu əsərləri türk dünyasında tanıtmaq, eləcə də dünya ədəbiyyatı sırasına
daxil etmək qarşıda duran mühüm vəzifələrdəndir. İrəvan Dövlət Azərbaycan Dram
Teatrının aktrisası Zülfiyyə İsmayılova Vaqifin şeirlərini oxunmuşdur.
Sonra türkiyəli aşıq Selahettin Dündar sazda ifa ilə Vaqifin şeirlərindən parçalar
səslənmişdir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli
Kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyası adından TÜRKSOY-a rəsm
tablosu və dəyərli kitablar hədiyyə olunmuşdur.
Sabir Şahtaxtlı
AZƏRTAC-ın xüsusi müxbiri Ankara
Molla Pənah Vaqif - 300
19
2017-ci il noyabr ayının 4-də Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən
Beynəlxalq Kitab Sərgisində Mədəniyyət və Turizm
Nazirliyinin ,TÜRKSOY və Azərbaycan Milli
Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycanın böyük
şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar
anım tədbiri keçirilmişdir. 04.11.2017 anl.az
Qazaxda Molla Pənah Vaqifin 300 illik yubileyi
qeyd olunmuşdur. Yubiley tədbirinə şairin doğulduğu
Yuxarı Salahlı kəndindən başlanmışdır.
15-05-2017. [email protected]
M.P.Vaqifin Gəncə şəhərindəki barelyefi
Molla Pənah Vaqif - 300
20
Molla Pənah Vaqif haqqında
Vaqif yaradıcılığı ilə Azərbaycan
şeiri tarixində yeni dövr başlanır.
Həmid Araslı Ədəbiyyatımızda S.Vurğun Vaqif
obrazını əbədiləşdirdi. Vaqifi Vaqif
edən sənətdir, Səmədi Səməd edən
Vaqifdir.
Məmməd Arif
Vaqif təkcə böyük şair deyildi, o həm
də görkəmli siyasi xadim və diplomat idi,
xalq arasında da müdrik bir ağsaqqal kimi
məşhurlaşmışdı.
Səməd Vurğun
Vaqif istedadlı şair, eyni zamanda
ictimai dövlət xadimi idi.
İsmayıl Şıxlı
Vaqif şeirinin dili təbii və sadə olduğu
qədər mənalı və dolğundur.
Mirzə İbrahimov
Sadə Azərbaycan sözləri ilə camaatımızın qana biləcəyi bir
şəkildə şeir yaratmaq üçün Vaqifin üslubundan asan və əlverişli bir
üslub yoxdur. Odur ki, həmin üslub Vaqifdən sonra şairlərimiz üçün
bir qəlib şəklinə girmişdir.
Məmməd Səid Ordubadi
Molla Pənah Vaqif - 300
21
Молла Панах Вагиф
Выдающийся азербайджанский писатель Молла Панах
Вагиф родился в 1717 году в селе Салахлы вблизи
Газаха. Вагиф получил хорошее образование,
великолепно владел арабским языком и фарси. Он
обладал широкими познаниями в астрономии,
математике, музыке и поэзии.
Поначалу Вагиф преподавал в газахских, а затем в карабахских медресе.
Прибыв в Карабах, и спустя некоторое время открыв школу в Шуше, он в скором
времени стал известен среди жителей города как самый лучший преподаватель и
талантливый поэт. Правитель Карабаха Ибрагимхалил хан, приняв все это к
сведению, назначил Вагифа главным визирем.
В 1796 году, когда русские войска под командованием Валериана Зубова
подошли к границам Карабаха, Ибрагимхалил хан отправил к нему посланников
во главе со своим сыном Абульфат агой. Среди посланников были Вагиф и
сыновья известных карабахских ханов. Когда миссия возвращалась назад,
Ибрагимхалил хану и Вагифу были вручены ценные подарки от имени Екатерины
II.
В 1797 году, во время штурма Шуши Ага Мухаммед шах Каджаром,
Ибрагимхалил хан сбежал в Джар-Балакен. Каджар был убит в результате
покушения через день после захвата города. К власти пришел брат Ибрагимхалил
хана Магомед бек. Не взлюбивший Вагифа Магомед бек вскоре убил его вместе с
сыном Али. Дом Вагифа был разграблен, а рукописи сожжены. Жизнь Молла
Панаха Вагифа, обладавшего должностью и авторитетом в Карабахе, трагически
оборвалась.
Основное место в творчестве Вагифа, использующего все формы
классической восточной поэзии, занимал жанр гошма. Он создал множество ярких
примеров этого жанра в азербайджанской поэзии.
На его стихи «Журавли», «Я восхищен тобой», «Как лебеди», «Люди
свадьбы», «Тонкое тело» и многие другие написаны песни. Самед Вургун
посвятил свою драму «Вагиф» Молле Панаху Вагифу. Талантливому поэту также
посвящена одноименная опера Рамиза Мустафаева.
Molla Pənah Vaqif - 300
22
Molla Panah Vagif
Molla Pənah Vaqif (1717–1797) was an 18th-
century poet, the founder of the realism genre in the
Azerbaijani poetry and also a prominent statesman and
diplomat, vizier – the minister of foreign affairs in the
Karabakh khanate.
Vagif was born in 1717 in the village of Salahly in the Qazakh, but spent most part of
his life in Karabakh. Soon after coming to Shusha, the capital of the Karabakh khanate at
the time, Vagif became popular and beloved among the people due to his knowledge and
talents. There was even a saying: “Not every literate person can be Vagif”.
As vizier, Vagif did much for the prosperity and political growth of the Karabakh khanate.
Also, he played an important role in organizing the defense of Shusha during the
incursions of Aga Muhammad shah Qajar of Persia in 1795 and 1797.
Shah Qajar invaded Karabakh a second time in 1797, after the Russian armies that
briefly occupied the Caucasus were withdrawn on the death of Catherine II. This time,
Karabakh was undergoing a drought and was incapable of resisting. Ibrahim-Khalil khan
escaped Shusha and the city fell quickly. Vagif was imprisoned and awaited death the
following morning, but was saved when the shah was assassinated that very night under
mysterious circumstances.
The reprieve did not last long. The nephew of Ibrahim-Khalil khan, Muhammed bey
Javanshir, came to power after the now shah-less Persian army returned to Iran. Seeing
in Vagif a loyal follower of his uncle, he had Vagif and his son executed. At the time of his
death his house was plundered and many of his verses were lost.
Vagif’s remains were kept in Shusha, where a mausoleum in his name was built
during the Soviet era in the 1970s. This mausoleum was destroyed in 1992 during the
Nagorno-Karabakh War[citation needed]. The fate of Vagif’s remains is unknown.
PoetryDespite the circumstances of his death, Vagif’s poetry has persevered. His verses
were collected for the first time in 1856 and published by Mirza Yousif Nersesov. Soon
afterwards, his verses were published by Adolph Berge in Leipzig in 1867 with the
assistance of M.F. Akhundov, a prominent 19th century Azeri playwright, .
Vagif’s works herald a new era in Azeri poetry, treating more mundane feelings and
desires rather than the abstract and religious themes prevalent in the Sufi-leaning poetry
of the time. This was the main characteristic that distinguished Vagif from his
predecessors and made him the founder of the realism genre in the Azeri poetry.
The language of Vagif’s poems was qualitatively innovative as well: vivid, simple, and
closely approaching the Azeri vernacular. Vagif’s poems have had a great influence on
Azeri folklore and many of them are repeatedly used in the folk music of ashugs .
Molla Pənah Vaqif - 300
23
İstifadə edilən ədəbiyyat
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elektron kataloqu
Latın qrafikası ilə
Vaqif, Molla Pənah. Əsərləri / M. P. Vaqif ; tərt. H. M. Araslı. - Bakı : Şərq-Qərb,
2004. - 264 s. - (Klassik Azərbaycan ədəbiyyatı).
Molla Pənah Vaqif haqqında
Cəfərov Nizami Qulu oğlu. Molla Pənah Vaqif [Elektron resurs] /N. Q. Cəfərov ;
Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi. Bakı: Renessans-A, 2017.- 238 s.
Кərimli, K. Gözəllik qurbanı / K. Кərimli // El. - 2005. - № 2. - S. 89 . - Qeyd:
Azərbaycan şairi Molla Pənah Vaqif.
Türk xalqları ədəbiyyatı / tərt. N. Q. Cəfərov. III cild : Yeni dövr. - Bakı : Çaşıoğlu
: Azərbaycanda Atatürk Mərkəzi, 2007. - 320 s.
Gözəllik və həqiqət şairi M.P.Vaqifin 300-illik yubileyi münasibəti ilə hazırlanmış
metodik vəsait . F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- 27s.
Kiril qrafikası ilə
Вагиф, Молла Пəнаһ. Əсəрлəри / М. П. Вагиф ; ред. З. Əлəкбəров. -
Бакы : Азəрнəшр, 1957. - 248 с.
Вагиф, Молла Пəнаһ. Əсəрлəри / М. П. Вагиф ; ред. Б. Ҹəфəров. - Бакы :
Азəрнəшр, 1960. - 257 с.
Вагиф, Молла Пəнаһ. Əсəрлəри / М. П. Вагиф ; тəрт. А. М. Дадашзадə. -
Бакы : Јазычы, 1988. - 192 с.
Вагиф, Молла Пəнаһ. Сечилмиш əсəрлəри / М. П. Вагиф ; тəрт. Һ.
Араслы ; ред. З. Əлəкбəров. - Бакы : Азəрнəшр, 1952. - 232 с.
Вагиф, Молла Пəнаһ. Сечилмиш ше’рлəр / М. П. Вагиф ; тəрт. Һ. Араслы
; ред. С. Нəҹəфова. - Бакы : Маариф, 1978. - 159 с.
Molla Pənah Vaqif - 300
24
Вагиф, Молла Пəнаһ. Гурбан олдуғум / М. П. Вагиф ; тəрт.-ред. М. М.
Əлəкбəрли. - Бакы : Ҝəнҹлик, 1994. - 120 с.
Молла Пəнаһ һаггында
Дадашзадə, Араз Мəммəд Ариф оғлу. Молла Пəнаһ Вагиф : һəјат вə
јарадыҹылығы / А. М. Дадашзадə ; ред. Һ. М. Араслы ; Азəрбајҹан ССР
ЕА Низами адына Əдəбијјат вə Дил Институту. - Бакы : Азəрб. ССР ЕА,
1966. - 188 с.
Хəлилов, Гулу Гасым оғлу. "Вагиф" пјеси вə тарихи драм жанры / Г. Г.
Хəлилов. - Бакы : Азəрнəшр, 1964. - 183 с.
Ҹəфəров, Низами Гулу оғлу. Фүзулидəн Вагифə гəдəр / Н. Г. Ҹəфəров ;
ред. М. Ахундов. - Бакы : Јазычы, 1991. - 168 с.
Вагиф, Молла Панах. Лирика / М. П. Вагиф ; пер. с азерб. Т.
Спендиаровой [и др.] ; сост. И. Бадалбейли ; авт. предисл. А. А. Шариф. -
М. : Художественная литература, 1988. - 254 с.
Вагиф, Молла Панах. Избранное / М. П. Вагиф ; пер. А. Шафаи. - Баку :
Азернешр, 1968. - 110 с.
Dövrü mətbuat
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 yanvar 2017-ci
il) // Azərbaycan. - 2017.-13 yanvar. - № 7. - S. 3.
Bayramov, Adilxan. Molla Pənah Vaqif və "Vaqif" pyesi / A. Bayramov //
Mədəniyyət. - 2017.- 22 fevral. - № 14. - S. 12.
Həbibbəyli, İsa. Molla Pənah olan şair / İ. Həbibbəyli // Azərbaycan. - 2017.-28
fevral. - № 45. - S. 9.
Sultanova, Mehparə. Gцzəllik və sevgi şairi : TÜRKSOY-un qərargahında "Molla
Pənah Vaqif ili"nin açılışı keçirildi / M. Sultanova // Mədəniyyət. - 2017.- 3 mart. -
№ 17. - S. 3.
Sultanova, Mehparə. TÜRKSOY - un "Molla Pəhah Vaqif ili" çərçivəsində
Sakaryada konfrans keçirilib / M. Sultanova // Mədəniyyət. - 2017.- 8 mart. - №
18. - S. 5.
Molla Pəhah Vaqif - 300: Azərbaycançılıq məfkurəsi : elmi konfrans //
Mədəniyyət. - 2017.- 10 mart. - № 2. - S. 10.
Abbaslı, Tahir. Molla Pənah Vaqif / T. Abbaslı // Mədəniyyət. - 2017.- 5 aprel. - №
25. - S. 15.
Zümrüd. 111 yaşlı "Molla Nəsrəddin" / Zümrüd // Səs. - 2017.- 7 aprel. - № 59. -
S. 12.
Molla Pənah Vaqif - 300
25
"Molla Pəhah Vaqif" kitabının təqdimatı olub // Palitra. - 2017.- 14 aprel. - № 64. -
S. 13.
Cəfərov, Nizami. Xalqın böyük şairi / N. Cəfərov // Azərbaycan. - 2017.-19 aprel.
- № 81. - S. 7.
Azəri, L. Ədəbi məktəb yaratmış ölməz sənətkar : böyük şair haqqında kitabın
və elektron məlumat bazasının təqdimatı keçirildi / L. Azəri // Mədəniyyət. -
2017.- 14 aprel. - № 28. - S. 4.
Bayramov, Vaqif. Molla Pənah Vaqif və "Vaqif" pyesi / V. Bayramov //
Mədəniyyət. - 2017.- 21 aprel. - № 30. - S. 12.
Əliyeva, Aynurə. Gözəllik və həqiqət şairi / A. Əliyeva // Mədəniyyət.AZ. - 2017. -
№ 1/2. - S. 18-19.
Əliyev, Sabir. Qazaxda Molla Pənah Vaqifin 300 illik yubileyi təntənə ilə qeyd
edildi / S. Əliyev // Azərbaycan. - 2017.-17 may. - № 104. - S. 8.
Rüstəmova, Aybəniz. Sözün Vaqifi / A. Rьstəmova // Kaspi. - 2017.- 20 may. - №
89. - S. 24.
Şahverdiyev, Zəhmət. Vaqifin ədəbi-ictimai fəaliyyəti XVIII əsrin tarixi prosesləri
kontekstində / Z. Şahverdiyev // İki sahil. - 2017.- 20 may. - № 89. - S. 14.
Vəliyev, Vəli. Qazax: Böyük Azərbaycan şairinin yubileyi təntənə ilə qeyd olunub
/ V. Vəliyev // Respublika. - 2017.- 20 may. - № 107. - S. 6.
Əliyeva, Aynurə. Gözəllik və həqiqət şairi / A. Əliyeva // Mədəniyyət.AZ. - 2017. - № 1/2. - S. 18-19.
Əliyev, Kamran. Molla Pəhah Vaqif realizmi və folklor / K. Əliyev // Kaspi. - 2017.- 10 iyun. - № 103. - S. 15.
Nigar. İsa Həbibbəyli: “Molla Pənah Vaqif milli ədəbiyyatın yeni istiqamətdə inkişafına əsaslı təsir göstərib” / Nigar // Palitra. - 2017.- 22 iyun. - № 110. - S. 6.
Sultanova, Mehparə. Türküstanda "Şairlər görüşü" xoş təəssüratlarla yadda qaldı : "Molla Pənah Vaqif irsini bütün türk dünyasına yaymaq və təbliğ etmək hər birimizin borcudur" / M. Sultanova // Mədəniyyət. - 2017.- 6 sentyabr. - № 69. - S. 11 .
Kazımova,Fəridə Molla Pənah Vaqif - rəvayətləşən tarix: [Molla Pənah Vaqif -
300] / F. Kazımova // Folklor və etnoqrafiya. - 2017. - № 2. - S. 43-48 .
Rzayeva, Çinarə. Folklora bağlılığın Vaqif nümunəsi / Ç. Rzayeva // Axtarışlar:
folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix. - 2017. - № 2. - S. 29-32.
Şahverdiyev, Zəhmət. Molla Pənah Vaqifin ədəbi-ictimai fəaliyyəti XVIII əsrin
tarixi prosesləri kontekstində / Z. Şahverdiyev // Axtarışlar: folklor, ədəbiyyat, dil,
sənətşünaslıq və tarix. - 2017. - № 2. - S. 187-194 .
Molla Pənah Vaqif - 300
26
Molla Pənah Vaqifin əsərlərinin virtual sərgisi
Molla Pənah Vaqif - 300
27
İnternet resursları
Molla Pənah Vaqif - Vikipediya
https://ru.wikipedia.org/wiki/Вагиф,_Молла_Панах
https://az.wikipedia.org/wiki/Vaqif_(opera)
Molla Pənah Vaqif - Uşaq Bilik Portalı
http://portal.azertag.az/az/node/1700
Molla Pənah Vaqif–300 - Milli Kitabxana
http://anl.az/down/M.P.Vaqif.pdf
Qezeller** - ...Molla Penah Vaqif... **Ayrildiq - Facebook
https://www.facebook.com/permalink.php?story_fbid=372428929519269&id...
Вагиф, Молла Панах — Википедия
https://ru.wikipedia.org/wiki/Вагиф,_Молла_Панах
Молла Панах Вагиф: Поэт любви, красоты и радостей жизни ..
www.gumilev-center.az/molla-panax-vagif-poet-lyubvi-krasoty-i-radostej-zhizni/
Молла Панах Вагиф: первый визирь Карабахского ханства и .
https://news.day.az/culture/325250.html
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası.
Ünvan : Bakı şəhəri, Nəriman Nərimanov prospekti, 203.
Telefon : 012 538 54 46, 012 538 93 54, 012 538 54 57.
Molla Pənah Vaqif : bioblioqrafik icmal / tərt. Y. Z. Sadıqlı. - Bakı : C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 2017. – 27 s.- [email protected].