Təsnifatda yeri :
-
Upload
judith-pruitt -
Category
Documents
-
view
99 -
download
7
description
Transcript of Təsnifatda yeri :
Təsnifatda yeri:
Qrammənfi aerob çubuqlar və
kokklar bölməsi, Pseudomonaceae
fəsiləsi, Xanthomonas cinsi
Bioloji qrupu:
Hemibiotrof
2.2 Dənli-paxlalı bitkilərin bakteriya mənşəli xəstəlikləri və onlarla mübarizə
Lobyanın bakteriozu və ya bakterial qonur ləkəliyi- Xanthomonas phaseoli (E.T.Sm.) Dowson.
Patogenin morfologiya və biologiyası. Lobya bir neçə bakteriozlarla yoluxur, lakin onların içərisində ən geniş yayılanı və zərərlisi bakterial qonur ləkəlikdir. Xəstəlik bitkinin inkişafının müxtəlif fazalarında ayrı-ayrı orqanlarda əmələ gəlir. Cücərtilərdə bakterioz dağınıq, əvvəlcə sarıyabənzər, sonra filqə yarpaqlarda qonur ləkə şəklindədir. Bəzən infeksiya filqə yarpaqlardan cücərtinin böyümə nöqtəsinə keçir, belə olduqda bitki ölür. Yaşlı bitkilərin yarpaqlarında ləkələr əvvəlcə kiçik, suluqlu və yağlıtəhərdir. Müəyyən zaman kəsiyindən sonra onlar iriləşir, səpələnir və bəzən yarpaq ayəsinin böyük hissəsini tutur. Böyüdükcə ləkə qonurlaşır, quruyur, kövrəkləşir və asanlıqla ovxalanır, nəticədə yarpaqlarda kəsiklər əmələ gəlir. Şəffaf yaşıl yarpaqlara malik sortlarda sağlam və xəstə toxuma arası sərhəddə eni 2-3 mm-ə yaxın olan xlorotik (sarıtəhər-yaşıl) zona meydana çıxır. Tünd yarpaqlara malik sortlarda belə simptomlar yoxdur.
Ekologiyası. Torpaqda Xanthomonas phaseoli uzun müddət yaşaya bilir. Xəstəliyin inkişafı üçün optimal temperatur 25-300C-dir. Güclü yağan yağışlar, havanın temperaturunun 17-180C-dən aşağı olmaması bitkilərin kütləvi yoluxması üçün ən etibarlı zəmindir. Xəstəlik törədici yağış damcıları, xüsusilə küləklə fəal yayılır. Ekssudat şəklində yoluxmuş yarpaqlardan çıxan bakteriyalar yayıla bilirlər, bu nöqteyi nəzərdən həşəratların rolu əhəmiy-yətlidir.
Yayılması. Lobyanın bakterial ləkəliyi çox geniş yayılmışdır. Ona dünyanın lobya becərilən bütün ölkələrində rast gəlinir. Xəstəliyin zərərliliyi şimaldan cənub istiqamətinə getdikcə daha da güclənir. Ən müxtəlif bakteriozlara cənub ölkələrində rast gəlinir.
Təsərrüfat əhəmiyyəti. Bakteriozun zərəri cücərtilərin məhv olması, yaşlı bitkilərin sıradan çıxması, gövdənin sınması, yarpaqların yoluxması nəticəsində bitkilərin məhsuldarlığının aşağı düşməsi ilə xarakterizə edilir. Ədəbiyyat məlumatlarına görə orta yoluxmada məhsul 15-20%, güclüdə isə müvafiq olaraq 40-50%-ə qədər aşağı düşür.
Bakteriyanın infeksiyası toxumlarda bir neçə il, bitki qalıqlarında isə onların cücərməsinə qədər saxlanılır.
Mübarizə tədbirləri. Sağlam bitkilərdən alınan toxum materialından istifadə edilməlidir. Səpindən əvvəl toxumlar fentiuramla (3-4 kq/t) dərmanlanmalı, səpin müddətinə və növbəti əkinə əməl edilməldidir. Çiçəkləmədən əvvəl bitkilərin mineral gübrələrlə yemləndirilməsi müsbət amildir.
Təsnifatda yeri:
Qrammənfi aerob çubuqlar və kokklar
bölməsi, Pseudomonaceae fəsiləsi,
Pseudomonas cinsi
Sinonimləri:
Pseudomonas pisi Sackett; Bacterium
pisi (Sackett) E.F.Smith; Phytomonas
pisi (Sackett) Bergey et. al
Bioloji qrupu:
Hemibiotrof
Noxudun bakterial yanığı – Pseudomonas syringae pv. Pisi (Sackett) Young et. al
Patogenin morfologiya və biologiyası. Bakterioz noxudun damar (boru) xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Patogen bitkinin bütün yerüstü hissələrini (gövdə, saplaq, yarpaq, yarpaqyanlığı, paxla) yoluxur. Yarpaq, gövdə və paxlalarda tünd mərkəzli qəhvəyi həlqəvi ləkələr formalaşır. Belə ləkələr geniş haşiyə ilə əhatəlidir. Toxumlarda ləkə sarı, həlqəvi, zəif basıqdır. Bakteriya boru yığınına daxil olur və soluxma törədir. İsti havalar uzun müddətli şeh və ya yağışlarla müşayət olunduqda zərərlik daha da yüksəlir. Pseudomonas syringae bakteriyasının hüceyrələri adətən 0,6-0,8 x 1,1-3,2 mkm ölçülü düz çubuqludur. Monotrix qamçı hesabına hərəkətlidir. Qrammənfidir. Patogen istirahət mərhələsinə malik deyil. Kartof aqarında koloniyaları həlqəvi, boztəhər ağ rənglidir. Böyümə üçün optimal temperatur 27-280C, maksimal 37,5 və minimal 70C-dir. İlkin infeksiya yoluxmuş bitki qalıqlarında və noxud toxumlarında gələcək mövsümə qədər yaşayır.
Ekologiyası. İnfeksiyanın yayılması üçün yüksək temperatur (25-300C) və 90%-lik havanın nisbi rütubəti tələb olunur.
Yayılması. Noxudun bakterial yanıq xəstəliyi ABŞ, Kanada, Uruqvay, İngiltərə, İrlandiya, Macarıstan, Rumıniya, Avstraliya və başqa ölkələrdə geniş yayılmışdır. MDB məkanında xəstəlik Rusiya Federasiyasının Moskva, Yaroslavl, Kirov, Voronej, Rostov, Samara və s. vilayətlərində, habelə Belorus, Qazaxıstan, Moldova, Ukraynada da qeydə alınmışdır. Noxudda bakterial yanıq xəstəliyini törədən bakteriya ölkəmizin bütün bölgələrində, xüsusilə Naxçıvan MR, Cəlilabad, Masallı və Abşeron yarımadasında daha geniş yayılmışdır.
Təsərrüfat əhəmiyyəti. Patogen noxuddan əlavə digər paxlalı bitkiləri də yoluxur. Bakterial yanıq xəstəliyinin zərəri yarpaq ayələrinin və paxlalıların saplarının ölməsi ilə ifadə edilir. Bu assimilyasiya səthinin kəskin azalmasına və bitkinin məhsuldarlığının düşməsinə səbəb olur. V.Rojkovan (1986) göstərir ki, Qazaxıstanın Kokçetan vilayətində bitkilərin yoluxması 35%-ə çatır. Moldovada güclü yoluxma zamanı məhsuldarlıq 70%-ə qədər aşağı düşür.
Mübarizə tədbirləri: Davamlı sortların becərilməsi, optimal aqrotexnika, növbəli əkin dövriyyəsinə əməl edilməli, bitki qalıqlarının ciddi surətdə məhv edilməsi, toxum materialının təmizlənməsi və s. önəmli tədbirlər hesab edilir. Bun-dan əlavə səpin qabağı toxumlar dərmanlanmalıdır: TMTD 400- 10 l/h; taçıqaren – 6l/t; vitoros -3 l/t və s. Toxumluq noxud sahələrində xəstəliyin ilkin simptomları göründükdə kontakt təsirə malik mis tərkibli fungisidlərdən (1%-li bordo məhlulu, 0,5%-li monika bordo) biri ilə çiləmə aparılır. İşçi məhlulun məsarifi 400 l/ha.
2.3 Dənli-paxlalı bitkilərin virus mənşəli xəstəlikləri və onlarla mübarizə
Lobyanın adi və ya yaşıl mozaikası – Bean yellow mosaic virus
Bu xəstəlik üçün damar yaxınlığında mozaik rəng dəyişməsi xarakterikdir. Yarpaqlar bu zaman bərabər qaydada inkişaf edə bilmir, yarpaq ayəsi deformasiya uğrayır, onun ayrı-ayrı hissələri qovuğa oxşar qabarır, ətrafları aşağıya doğru qıvrılır. Bitki böyümədən qalır, kökləri zəif inkişaf edir. Erkən güclü yoluxma zamanı kol cırtdanlaşır, çiçəkləyir və meyvə vermir. Xəstəliyin simptomları yüksək temperatur (22-280C və yuxarı) və havanın aşağı nisbi rütubətində daha ağır olur. Bean mosaic virus xəstə bitkilərdən alınmış toxumlarla ötürülür. Virus bitkidən bitkiyə müxtəlif mənənə növləri ilə (kartof, şaftalı və s. başqa) yayılır. Lobyadan başqa virus noxud, lyupin, paxla, yonca və s. bitkiləri də sirayətlənə bilir.
Mübarizə tədbirləri. Bu xəstəliklə mübarizədə bitkilərin böyümə və inkişafını dinamikləşdirən tədbirlər kompleksinə üstünlük verilməli, növbəli əkin sisteminə əməl edilməli, bitki qalıqları sahədən kənarlaşdırılaraq məhv edilməlidir. Virusun daşıyıcıları olan mənənələrlə mübarizədə insektisidlərə üstünlük verilməlidir. Bu baxımdan Bİ 58 (1 l/ha), karbofos (1,5 l/ha) səmərəli nəticələr verir.
Yarpaqlarda sarı, tezliklə yayılan ləkələrin əmələ gəlməsi ilə səciyyələnir. Bitkiyə baxdıqda xloroz olduğu kimi qəbul edilir. Yarpaqlar kövrəkləşir, əyilir. Paxlalar deformasiya uğrayır.
Fiziki və başqa xassələrinə görə bu virus yaşıl mozaika virusundan az fərqlənir. İnaktivasiya temperaturu 50-600C hər iki virus üçün eynidir. Lakin onların yayılma xarakterləri özgədir. Sarı mozaika xəstəliyini törədən virusun təbiətdə rezervatoru paxlalı otlardır (yonca, xəşəmbül) və s.
Mübarizə tədbirləri. Sağlam bitkilərdən alınan toxum materialından istifadə edilməlidir. Virusların daşıyıcıları olan mənənələrlə vaxtında mübarizə təşkil edilməlidir. Davamlı və zəif yoluxan sortlardan istifadə edilməli, alaq otları məhv edilməlidir. Bitkilərin böyüməsini sürətləndirmək üçün balanslaşdırılmış gübrə dozalarının tətbiqi önəmlidir.
Lobyanın sarı mozaikası- Bean yellow sliple virus
Medicago sativa L. Səpin yoncası
Trifolium pratense L. Çəmən üç yarpağı
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Ascomycota
şöbəsi, Euascomycetes sinfi,
Erysiphales sırası, Erysiphaceae
fəsiləsi, Erysiphe cinsi
Bioloji qrupu:
Biotrof
2.4 Yonca bitkisinin əsas xəstəlikləri və onlarla mübarizənin başlıca prinsipləri
Yoncanın unlu şehi - Erysiphe communis Grev. f. medicaginis Dietr.
Patogenin morfologiya və biologiyası. Xəstəlik iyunun sonu-iyulun əvvəllərində əmələ gəlir. Yayın sonu və payızda xəstəlik maksimum inkişafa çatır. Yarpağın hər iki tərəfində və gövdədə mitsel və konididaşıyanlardan ibarət asanlıqla silinən ağ, unlu örtük əmələ gəlir. Göbələk kleystotesilərlə bitki qalıqlarında qışlayır. Yazda kleystotesilərdən askosporlar ətrafa tullanır və ilkin infeksiyanı törədir. Vegetasiya dövrü xəstəlik konidilərlə həyata keçirilir. Konididaşıyanlar düz, demək olar ki, silindrikdir. Konidilər tək-tək, ellipsoidal-silindrik, ölçüləri 24-55 x 13,5-22 mkm-dir. Kleystotesilər dağınıq-dır, 80-150 mkm diametrli, çıxıntıları aşağı hissədə çoxsaylı, sadədir. Kisələr (3-13) qısaayaqcıqlı, 40-85 x 25-55 mkm ölçülü, 2-6 sporludur. Kisəsporları ellipsoidal, yumurtaya bənzərdir.
Unlu şeh xəstəliyinin güclü inkişafı ən isti dövrlərdən sonra müşahidə edilir, bu isə bitkilərin davamlılığının aşağı düşməsi ilə izah olunur. Xəstəlik tö-rədicinin inkubasiya müddəti 2-4 gündür.
Yayılması. Xəstəlik dünyanın isti və cənub rayonlarında geniş yayılmışdır. Ona Yaxın Şərqdən tutmuş Cənub Şərqi Asiya ölkələri də daxil olmaqla hər yerdə rast gəlinir. Patogen MDB ölkələri çərçivəsində Orta Asiya Türk Respublikalarında daha geniş yayılma arealına malikdir. Ölkəmizin Naxçıvan MR, Mil-Qarabağ, Aran rayonlarında ən geniş yayılmış xəstəliklərdən biridir.
Ekologiyası. Xəstəliyin inkişafına quru isti iqlim stimuləedici təsir göstərir. Törədici 25-300C temperaturda daha fəal inkişaf edir. Yazda tez-tez yağan qısa müddətli yağışlar isti havalarla növbələşdikdə xəstəliyin inkişafı intensivləşir.
Təsərrüfat əhəmiyyəti. Xəstəlik ot və toxum məhsulunun itkilərinə səbəb olur. Ədəbiyyatlarda verilən məlumatlara görə xəstəliyin inkişafı üçün əlverişli illərdə toxum məhsulu 25-30% azala bilir. Xəstəliyin daha bir zərəri yarpaqların assimilyasiya səthinin azalması və onların vaxtından əvvəl quruması ilə xarakterizə edilir.
Mübarizə tədbirləri. Xəstəliyə qarşı davamlı sortların yaradıl-ması və rayonlaşdırılması zəruridir. Səpindən 30 gün əvvəl toxumlar TMTD (3-4 kq/t) hesabı ilə dərmanlanmalıdır. Toxumluq sahədə xəstəliyin ilkin simptomları göründükdə fungisidlərdən istifadə etməklə çiləmə aparılmalıdır. Son illər toxumluq yonca sahələrində kumulus 4 kq/ha, skor 0,1 l/ha, tiovit djes 4 kq/ha preparatlarının növbəli tətbiqi toxum məhsulunu unlu şehdən tam mühafizə edir. İşçi məhlulun məsarifi 400 l/ha.
Təsnifatda yeri:
Chromista aləmi, Oomycota şöbəsi,
Oomycetes sinfi, Peronosporales
sırası, Peronosporaceae fəsiləsi,
Peronospora cinsi
Bioloji qrupu:
Biotrof
Yoncanın peronosporozu və ya yalançı unlu şehi - Peronospora aestivalis Syd.
Göbələyin konididaşıyanları və konidiləri
Patogenin morfologiya və biologiyası. Yarpaqların səthində olan ləkə-lər şəffaf-yaşıl, sonra solğunlaşan, dağınıqdır. Onların alt tərəfində koni-didaşıyanlardan və konidilərdən ibarət boztəhər-bənövşəyi örtük in-kişaf edir. Diffuz yoluxma zamanı parazit bütün orqanlara yayılır, yarpaqlar şəffaf-sarıtəhər görkəm alır, lentşəkilli uzanır, qıvrılır, alt tərəfində küllü miqdarda örtük var, bitkilər böyümədən və inkişafdan qalır, buğumları qısalır.
Ən güclü yoluxmalar yazda qeydə alınır. İyulun başlanğıcından av-qustun ortalarına qədər yüksək temperatur və nəmliyin çatışmaması nəticəsində xəstəliyin inkişafı dayanır, payızda törədici üçün əlverişli şərait yarandıqda xəstəlik müəyyən qədər bərpa olunur.
Təsərrüfat əhəmiyyəti. Peronosporozla orta dərəcəli yoluxmada toxum məhsulu 40,7% aşağı düşür, yaşıl kütlədə proteinin miqdarı 11,5%, güclü yoluxmada isə 15% azalır (Manutova, 1990).
Mübarizə tədbirləri. Aqrotexniki tədbirlərə əməl edilməli, diffuz yoluxmuş bitkilər sahələrdən çıxarılmalı, yazda tez biçin, müxtəlif yaşlı yonca sahələrinin təcrid edilməsi, növbəli əkində dənlilərdən sonra yer-ləşdirmə önəmlidir. Toxumluq sahələrdə fungisidlərlə çiləmələr aparıl-malıdır.
BALTİKYANI ÖLKƏLƏR
RUSİYANIN ƏKSƏR VİLAYƏTLƏRİ
UKRAYNA, BELORUS
QAZAXISTAN, QIRĞIZISTAN
AZƏRBAYCANIN DAĞLIQ VƏ DAĞ ƏTƏYİ RAYONLARI
XƏSTƏLİYİN YAYILMA AREALI
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi, Anamorfic
fungi şöbəsi, Coelomycetes sinfi,
Sphaeropsidales sırası,
Sphaeropsidaceae fəsiləsi, Ascochyta
cinsi
Müasir adı:
Phoma medicaginis Malbr. & Roum.
var. medicaginis.
Bioloji qrupu:
Hemibiotrof
Yoncanın askoxitozu – Ascochyta imperfecta Peck.
Patogenin morfologiya və biologiyası. Bitkinin bütün orqanları yoluxur. Yarpaqlarda forma, rəng və ölçülərinə görə müxtəlif ləkələr əmələ gəlir: kiçik, tünd-qəhvəyi və ya demək olar ki, qara; daha iri ləkələr də tünd qəhvəyi, ancaq şəffaf mərkəzli və sarıtəhər haşiyəli; ən iri ləkələr şəffaf-qonur və ya şəffaf sarı tünd-qonur haşiyəlidir.
Yayılması. Askoxitoz yoncanın becərildiyi bütün rayonlarda yayılmışdır.
Ekologiyası. Askoxitozun inkişafı üçün mülayim və aşağı temperatur kifayətdir. Mitselin böyüməsi üçün optimal temperatura 20-220C, piknid əmələ gəlməsi üçün 170C-dir. Erkən yaz və payız ayları çoxlu yağıntılarla müşayət olunduqda askoxitoz yoncada daha sürətlə inkişaf edir.
Təsərrüfat əhəmiyyəti. Xəstəliyin təsirindən toxum məhsulu 20-25%-ə qədər azalır.
Mübarizə tədbirləri. Toxumların dərmanlanması, bitki qalıqlarının məhv edilməsi, torpağın yaxşı işlənməsi, davamlı sortlardan istifadə önəmlidir.
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi,
Ascomycota şöbəsi, Euascomycetes
sinfi, Helotiales sırası,
Dematieaceae fəsiləsi,
Pseudopeziza cinsi.
Bioloji qrupu:
Hemibiotrof
Yoncanın qonur ləkəliyi – Pseudopeziza medicaginis (Lib.) Sacc.
Patogenin morfologiya və biologiyası. Pseudopeziza medicagi-nis məhdud ixtisaslaşmış parazitdir, yalnız üç yarpaq yonca bitkisini yoluxur. Yarpaq, saplaq, gövdə və formalaşan paxlalarda çoxsaylı kiçik (0,5-3 mm diametrli) tünd-qonur və ya qara ləkələr əmələ gəlir. Ləkələr heç vaxt birləşmirlər. Onların üzərində kisə və kisəsporları daşıyan apotesilər inkişaf edir.
Yayılması. Xəstəlik yonca becərilən Avropa, Asiya, Afrika, Ame-rika və Avstraliyanın müxtəlif ölkələrində rast gəlinir.
Ekologiyası. Xəstəliyin maksimum əmələ gəlməsi kifayət qədər isti və rütubətli havada baş verir. Aksosporlar 7-140 C temperatur və 97-100 % havanın nisbi rütubətində cücərməyə başlayır.
Təsərrüfat əhəmiyyəti. Xəstəlik nəticəsində 35%-ə qədər yarpaq tökülə bilir, nəticədə ot məhsulu kütləcə 15% aşagı düşür. Bundan əlavə belə ot qida keyfiyyətini itirir, xam zülalın miqdarı 10%-ə qədər azalır. Güclü yoluxma zamanı toxum məhsulu 60%-ə qədər azalmaqla, həm də səpin keyfiyyətini itirirlər.
Mübarizə tədbirləri. Peronosporozda olduğu kimidir.
Göbələyin kisə və kisəsporları
Təsnifatda yeri:
Fungi və ya Mycota aləmi,
Basidiomycota şöbəsi,
Urediniomycetes sinfi, Uredinales
sırası, Pucciniaceae fəsiləsi,
Uromyces cinsi
Bioloji qrupu:
Biotrof
Yoncanın pası- Uromyces striatus Schr.
Patogenin morfologiya və biologiyası. Bitkinin əsasən yarpaqları və digər yerüstü orqanları yoluxur. Sirayətlənən orqanlar üzərində qonur dağınıq uredinoyastıcıqlar müşahidə edilir. Göbələk müxtəlif sahiblidir. Patogenin etsi və yaz mərhələsi südləyən bitkisinin müxtəlif növlərində (Euphorbia gula, E.cyrarissias, E.heliosroria) əmələ gəlir.
Etsisporların uçuşması 2-3 həftə davam etdikdən sonra südləyən bitkisinin budaqları tələf olur. Xəstəlik yonca bitkisində may-iyun aylarında əmələ gəlsə də onun intensiv inkişafı avqust-sentyabr aylarında baş verir.
Yayılması. Xəstəlik geniş yayılmışdır. Dünyanın bütün qitələrində əkilən yemlik və toxumluq yonca sahələrində rast gəlinir.
Ekologiyası. Havanın temperaturu 18-220C və nisbi rütubət 40-50% olduqda patogen sürətlə inkişaf edir.
Təsərrüfat əhəmiyyəti. Sirayətlənmiş zoğlar az məhsuldar olur. Xəstəliyin nəticəsində bitki çoxlu miqdarda karbohidrat və protein itirir, toxum məhsulu 30-60% azalır. Ot məhsulu və onun qidalılıq keyfiyyətləri yüksək dərəcədə aşağı düşür.
Mübarizə tədbirləri. Yem məqsədilə becərilən sahələrdə tələb olunan aqrotexniki tədbirlər kompleksi həyata keçirilir. Aralıq sahib bitkiləri məhv edilir. Xəstəliyin ilkin simptomları göründükdə toxumluq sahədə 25% tilt ilə (0,5 l/ha) bir çiləmə aparılır.
A-uredinosporlar; B-teliosporlar
Qızıl sarmaşıq - Cuscuta sp.
Qızıl sarmaşıq - Cuscuta sp.
1. Unlu şeh xəstəliyi ilə dənli-paxlalı bitkilərin hansı orqanları yoluxur?
a) yalnız kök sistemi
b) yalnız torpaqları
c) bitkinin bütün vegetativ orqanları
d) yarpaq və paxlalar yoluxur
e) yarpaq qınları yoluxur
Özünü yoxlama üçün mövzuya aid test sualları
2.Unlu şeh xəstəliyinin törədicisinin konidilərinin cücərməsi üçün optimal şərait
a) 18-220 temperatur və 60-80% nisbi nəmlik
b)150 C-yə qədər temperatur və 100%-ə yaxın nisbi rütubət
c) 300C-dən yuxarı temperatur və istənilən nisbi rütubət
d) 25-350 C temperatur və 20%-dən yuxarı nəmlik
e) 7-100C temperatur və 40-50% nisbi nəmlik
3. Alternarioz xəstəliyinin törədicisinin infeksiya mənbəyi haradır?
a) torpağın 5-10 sm dərinliyinə tökülmüş bitki qalıqları
b) torpağın səthində olan yoluxmuş bitki qalıqları
c) toxum və sirayətlənən bitki qalıqları
d) yalnız toxumlar
e) bitkinin yoluxmuş vegetativ orqanları
4. Noxudun yalançı unlu şeh xəstəliyinin törədicisi hansı sinfə və sıraya mənsubdur?
a) Oomycetes sinfi, Perenosporales sırası
b) Oomycetes sinfi, Pythiales sırası
c) Zygomycetes sinfi, Mucorales sırası
d) Euascomycetes sinfi, Erysiphales sırası
e) Ceolomycetes sinfi, Melanconiales sırası
5. Yalançı unlu şeh xəstəliyinin konididaşıyanları necə budaqlanır?
a) dixotamik
b) simpodial
c) monopodial
d) budaqlanmır
e) zəncir formasında
6. Tünd ləkəli askoxitoz xəstəliyi ilə bitkinin hansı orqanları yoluxur?
a) paxlalar
b) toxumlar
c) gövdə və yarpaqlar
d) bitkinin bütün orqanları
e) yalnız yarpaqlar
7. Noxudun pas xəstəliyinin təsərrüfat əhəmiyyəti necədir?
a) əhəmiyyətli dərəcədə zərər vurmur
b) xəstəlik nəticəsində məhsul tamamilə itir
c) bəzən itki 25-30%-ə çatır
d) yoluxmuş toxumlar tam cücərti qabiliyyətini itirir
e) iqtisadi baxımdan yüksək zərərlidir
8. Lobyanın antraknoz xəstəliyinin törədicisi hansı sinfə və sıraya mənsubdur?
a) Coelomycetes sinfi, Sphaeropsidales sırası
b) Coelomycetes sinfi, Melanconiales sırası
c) Uredinomycetes sinfi, Uredinales sırası
d) Hyphomycetes sinfi, Hyphomycetales sırası
e) Oomycetes sinfi, Peronosporales sırası
a) yağıntılar və 25-30ºC temperatura
b) yağıntıların yoxluğu və 10ºC –yə qədər temperatur
c) yalnız 35ºC-dən yuxarı temperatur
d) nisbi rütubət 50%, havanın temperaturu 5-10ºC
e) nisbi rütubət 100% -ə yaxın və havanın temperaturu 0-5ºC
9.Lobyanın bakterial qonur ləkəlik xəstəliyi üçün optimal şərait
10. Noxudun bakterial yanığı xəstəliyi ilə bitkinin hansı orqanları yoluxur?
a) paxlalar yoluxur
b) bitkinin bütün yerüstü orqanları yoluxur
c) bitkinin yalnız yeraltı orqanları yoluxur
d) bitkinin yalnız generativ orqanları yoluxur
e) bitkinin yalnız vegetativ orqanları yoluxur
11.Lobyanın adı və ya yaşıl mozaika və sarı mozaika üçün inaktivasiya temperaturu
neçə dərəcədir?
a) 50-60ºC
b) 100ºC- yə yaxın
c) 70ºC
d) 35-45ºC
e) 10ºC-də viruslar inaktivasiya uğrayır
12.Yonca bitkisinin xəstəlikləri ilə mübarizənin xarakterik xüsusiyyətləri hansıdır?
a) kimyəvi mübarizə tədbirləri yalnız toxumluq yonca sahələrində aparılırb) heç bir halda kimyəvi preparatlardan istifadə edilmirc) istənilən yonca sahəsində təyinatından asılı olmayan kimyəvi dərmanlamalar aparılırd) yalnız aqrotexniki tədbirlər kompleksi həyata keçirilire) yalançı unlu şeh, unlu şeh kimi epifitotiya xarakterli xəstəliklərə qarşı seleksiya - toxumçuluq üsulundan istifadə edilir
Diqqətinizə görə təşəkkür edirəm !