Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki...

68
Qeyri-rəsmi tərcümə Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin nömrəsi: 45353-001 (RETA 8015) İyun 2015 Mərkəzi və Qərbi Asiyada Su Ehtiyatları Sektoru üzrə Strategiyaların işlənib hazırlanması: Azərbaycan Respublikası Məsləhətçilər qrupu tərəfindən hazırlanıb: Ramçand Oad, Dennis Viçelnz, Ted Patterson, Stiv Parsons Bu hesabat AİB-in və ya Hökumətin fikirlərini əks etdirmir və onun məzmununa görə AİB və Hökumət məsuliyyət daşımır. Asiya İnkişaf Bankı və Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Hökuməti

Transcript of Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki...

Page 1: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

Qeyri-rəsmi tərcümə

Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin nömrəsi: 45353-001 (RETA 8015) İyun 2015

Mərkəzi və Qərbi Asiyada Su Ehtiyatları Sektoru üzrə Strategiyaların işlənib hazırlanması: Azərbaycan Respublikası

Məsləhətçilər qrupu tərəfindən hazırlanıb:

Ramçand Oad, Dennis Viçelnz,

Ted Patterson, Stiv Parsons

Bu hesabat AİB-in və ya Hökumətin fikirlərini əks etdirmir və onun məzmununa görə AİB və Hökumət məsuliyyət daşımır.

Asiya İnkişaf Bankı və

Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Hökuməti

Page 2: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının
Page 3: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

Valyuta vahidi - Manat (15 may 2015-ci il tarixinə)

$1.00 = 1.03 Manat (2014-cü ilin sentyabr-dekabr aylarında Azərbaycanda bu araşdırma aparılan zaman

valyuta məzənnəsi $1,00 = 0,75 manat idi. Hesabatda verilən bütün valyuta dəyərləri bu məzənnə ilə

göstərilib).

Abreviaturalar

AİB – Asiya İnkişaf Bankı AMST – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti AZN – Azərbaycan manatı milyard – Milyard kubmetr KTƏ – kənd təsərrüfatı üçün yararlı ərazi ƏMFP – Ətraf Mühitlə bağlı Fəaliyyət Planı AK – Avropa Komissiyası ŞAQMA – Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ölkələri) BMT ƏKTT

– Avropa İttifaqı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

ÜDM – Ümumi Daxili Məhsul QEF – Qlobal Ekologiya Fondu CİS – Coğrafi İnformasiya Sistemləri GİSS – Kosmik Elmlər üzrə Qoddard Universiteti GHL – Geofiziki Hidrodinamika Laboratoriyası KTİBF SSİ

– Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond Suvarma Sistemləri İdarəsi

SEKİ – Su Ehtiyatlarının Kompleks İdarə edilməsi Planı JICA – Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ASC – Açıq Səhmdar Cəmiyyəti KfW – Almaniya İnkişaf Bankı İMK – İcazə verilən maksimum konsentrasiya mkm – Milyon kub metr m3/s – Saniyəyə kub metr ETSN – Ekologiya və Təbii Sərvətlər Nazirliyi MHD – Milli Hidrometeorologiya Departamenti (ETSN-in) MSD MSS

– Milli Siyasət Dialoqu Milli Su Strategiyası

İƏİT – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ASC – Açıq Səhmdar Cəmiyyəti İTX – istismar və texniki xidmət PXB – Polixlorinləşmiş Bifenillər NÖRİT – Birləşmiş Krallığın Meteoroloji xidmət idarəsinin İqlimin Modelləşdirilməsi

Sistemi (Nəticələrin Öyrənilməsi üzrə Regional İqlimlərin Təmin edilməsi) CHİP – Çay Hövzəsinin İdarə Edilməsinin Planlaşdırılması SEDA – Su Ehtiyatları Dövlət Agentliyi İBİA SİDP

– İsveç Beynəlxalq İnkişaf Agentliyinin Sosial-iqtisadi İnkişaf üzrə Dövlət Proqramı

İMK – İkinci Milli Kommunikasiya (BMT İDÇK) TY – Texniki Yardım MDBTY – MDY-ə Texniki Yardım (Aİ-nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı BMT – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası UNESCO – Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı BMT İDÇK – Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişiklikləri haqqında ÇərçivəUSAID – Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi DB – Dünya Bankı SÇD – Su Çərçivə Direktivi SİB İDL – Sudan İstifadə Edənlər Birliyi

SİB İnkişafın Dəstəklənməsi Layihəsi

Page 4: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

ÇƏKİ VƏ ÖLÇÜ CƏDVƏLİ

ha – hektar

km – kilometr km2 – kvadrat kilometr m – metr m3 – kub metr

QEYDLƏR (i) Azərbaycan Hökumətinin maliyyə ili (Mİ) 31 dekabrda başa çatır. Təqvim ilindən

əvvəlki Mİ maliyyə ilinin başa çatdığı ili göstərir. (ii) Bu hesabatda "$" işarəsi ABŞ dolları deməkdir.

Page 5: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

MÜNDƏRİCAT

ÖN SÖZ QISA İCMAL

iv v

1. GİRİŞ 10

1.1 Məqsəd 10

1.2 Su Strategiyası üzrə Motivasiya 10

1.3 Məqsədlər, Strategiyalar və Taktikalar 11

1.4 Bu Tədqiqat 12

1.5 Hesabatın Strukturu 13

HİSSƏ A: SU EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ 14

2. MİLLİ ÇƏRÇİVƏ 15

2.1 Ölkənin yerləşdiyi ərazi 15

2.2 İqlim 15

2.3 Əhali 16

2.4 İqtisadiyyat 17

3. SU EHTİYATLARI 20

3.1 Yağıntı 20

3.2 Səth suları 21

3.3 Qrunt suları 21

3.4 Suyun Minimum Keyfiyyəti 22

3.5 Sel suları 22

3.6 İqlim dəyişiklikləri 23

4. SUDAN İSTİFADƏ 25

4.1 Kənd təsərrüfatı 25

4.2 Yerli 26

4.3 Sənaye və Energetika 26

4.4 Ətraf Mühit və Rekreasiya 27

5. SU TƏSƏRRÜFATI 28

5.1. Fiziki Xüsusiyyətlər 28

5.2. Suyun Monitorinqi 28

5.3. Su Siyasəti və Qanunvericiliyi 29

5.4. Müəssisələr 29

5.5. Su Sektorunun Maliyyələşdirilməsi 31

5.6. Daşqın və Quraqlığın İdarə Edilməsi 32

5.7. Su Sektorunda İslahatlar 33

6. KƏND TƏSƏRRÜFATI, İRRİQASİYA VƏ TORPAQ DRENAJI 35

6.1 Ümumi baxış 35

Page 6: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

iii

6.2 Əkin sahələri və Məhsul yığımı 35 6.3 Hökumətin siyasəti – Kənd təsərrüfatı üçün subsidiyalar 38 6.4 Ərzaq Təhlükəsizliyinin Təmin Edilməsi 39 6.5 İrriqasiya və Drenaj 40 6.6 İnvestisiya Gəlirləri 40

HİSSƏ B 43 SU STRATEGİYASININ HAZIRLANMASI 44

7. SU STRATEGİYASI İSTİQAMƏTİNDƏ DƏYİŞİKLİK FAKTORLARI 44 7.1 Demoqrafiya və İqtisadi İnkişaf 44 7.2 Ətraf Mühit və İqlim Dəyişikliyi 44 7.3 Su Təşkili və İdarəçiliyində dəyişkən cavabdehliklər 44 8. ƏSAS PROBLEMLƏR VƏ İMKANLAR 45

8.1 Transsərhəd çayları - Suyun Keyfiyyəti və Həcmi ilə bağlı məsələlər 45 8.2 Su tələbatının artmasının idarə edilməsi 46 8.3 Kənd təsərrüfatı - İrriqasiya, Drenaj və Aşağı Məhsuldarlıq 47 8.4 Su ilə bağlı olan risklərin idarə edilməsi - Daşqın və Quraqlıq 49 8.5 Təkmilləşmiş Su Təsərrüfatı üzrə Su İdarəçiliyi 50

9. SİYASƏT MÜHİTİ 51 9.1 Cari Təşəbbüslər 51 9.2 Potensial Gələcək Təşəbbüslər 52

10. STRATEGİYANIN HAZIRLANMASI 53 10.1 Gələcəyin Vizuallaşdırılması 53 10.2 Məqsəd və vəzifələrin formalaşdırılması 53 10.3 Strategiya Bazası 54

11. POTENSİAL İNVESTİSİYALAR 59 11.1 Müəssisələrə sərmayənin yatırılması 59 11.2 Su Resurslarının Monitorinqi və Məlumatların İdarə Edilməsinə Sərmayənin Yatırılması 59 11.3 İrriqasiya və Drenaja sərmayənin yatırılması 59 11.4 Kənd təsərrüfatının genişləndirilməsi və Təhsilə sərmayənin yatırılması 61

12. STRATEGİYANIN İCRASI 63 12.1 Strategiya üzrə investisiya planlarının müəyyənləşdirilməsi 63 12.4 Monitorinq və qiymətləndirmə (MQ) 64

İSTINADLAR 65

Page 7: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

ÖN SÖZ

1. Azərbaycan Respublikasında su qeyri-kafi və dəyərli bir resursdur, burada orta illik yağıntının miqdarı 450 mm-dən az olur. Cənubi Qafqazın iki iri çayı olan Kür və Araz bütün ölkə boyu axaraq suvarma kənd təsərrüfatı üçün məqsədəuyğun olan məhsuldar ovalıq-düzənliyi formalaşdırır. Bütün sektorlar - kənd təsərrüfatı, ticarət, sənaye və bələdiyyələr - həm çay axınlarında, həm də Xəzər dənizinə şirin suyun axıdılmasında həmçinin ekoloji gözəllik bəxş edən bu çaylardan istifadə edir. Beləliklə, ölkə rəqabətli sektorların tələblərinə istiqamətlənməklə məhdud su təminatından istifadəni tənzimləyən və genişləndirən siyasətlərin həyata keçirilməsi və investisiyaların dəstəklənməsindən mənfəət əldə edəcək. Belə siyasət və investisiyalar milli su strategiyasının əsasını formalaşdıracaq.

2. Kənd təsərrüfatı sektoru əsasən ölkənin şirin su ehtiyatının əsas hissəsini tələb edir və bu asılılıq iqlim dəyişikliyi ilə vaxtaşırı olaraq dəyişə bilər. Əhalinin artması və ölkə iqtisadiyyatındakı artımla digər sektorlarda da gələcəkdə daha çox su tələbatı yaranacaq. Beləliklə, ölkə hökuməti milli su strategiyasının hazırlanması ilə yanaşı, kənd təsərrüfatı üçün gələcəyə baxışı da formalaşdırması çox məqsədəmüvafiq olardı.

3. Bu hesabat Asiya İnkişaf Bankının cəlb etdiyi məsləhətçilər tərəfindən hazırlanmışdır. AİB Rezident Missiyası İdarəsi və Fövqəladə Hallar Nazirliyi özünün Su Ehtiyatları Dövlət Agentliyi vasitəsi ilə komandaya ölkə daxilində yardım etmişdir. Dr. Ramçard Oad Komanda rəhbəri və Su Ehtiyatları Mütəxəssisi; Ted Patterson İrriqasiya və Drenaj Mühəndisi, Stiv Parsons Hidroloq və Dennis Vixelns İqtisadçı qismində xidmət göstərmişdir. Həmçinin yerli məsləhətçilər olan Rafiq Verdiyev, Niyazi Süleymanov və Fərda İmanov komandaya yardım etmişdir.

4. Məsləhətçi komandası Bakıda bir çox insanın göstərdiyi isti münasibətə və texniki dəstəyə, eyni zamanda təşkilati işlərə göstərə minnətdarlığını bildirir. Cənab Arif Axundov və Su Ehtiyatları Dövlət Agentliyindəki digər mütəxəssislər maraqlı tərəflərdən lazımi informasiyanın əldə edilməsində komandaya yardım göstərmişdir. AİB-in Ölkə üzrə rəhbəri Olli Noroyono və Proqram koordinatoru Yaqut Ertenlice, eyni zamanda onların işçi heyəti maraqlı tərəflərlə seminarlar və hökumət təşkilatları ilə görüşlər təşkil etmişdir. AİB-in Proqram üzrə məsul şəxsi Axtar Əli və onun həmkarı Mariz İqaya lazımi rəhbərlik və logistik dəstək göstərmişdir. Göstərilən bütün yardımlara görə minnətdarlığımızı bildiririk.

Ramçand Oad, Dennis Vixlens, Stiv Parson və Ted Patterson: 30 iyun 2015-ci il.

Page 8: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

v

QISA İCMAL 1. Bu hesabat Azərbaycan üçün milli su strategiyasının hazırlanması məqsədi ilə Azərbaycan Respublikasında mövcud olan su ehtiyatlarının qiymətləndirilməsidir. Biz suyun mövcudluğu və idarəçiliyinin ümumi təhlili verir, gələcəkdə su təminatı və tələbləri istiqamətində baxışı təsvir edirik. Biz su ilə əlaqədar olan problemləri, eyni zamanda həmin problemlərin aradan qaldırılması imkanlarını müəyyənləşdirir və təhlil edirik. Bu təhlil əsasında biz ölkə üzrə baxış və hədəfləri, strategiya komponentlərini, sözügedən infrastruktura yatırılan investisiyaları və institusional təkmilləşdirmələri ehtiva edən su strategiyasını formalaşdırırıq.

2. Azərbaycanda kontinental iqlim hakimdir. Yağıntının illik miqdarı şərq ərazilərdə təxminən 300 mm-dən qərbi dağlıq ərazilərində 1,000 mm-dən çoxa qədər dəyişir. Cəmi bərpa olunan səth su ehtiyatları ildə təqribən 30 milyard m3-dir. İki əsas çay (Kür və Araz) məqsədəuyğun kənd təsərrüfatı torpaqları formalaşdıraraq ölkə boyu hərəkət edir. Ölkə həmçinin əsasən Böyük və Kiçik Qafqazın dağətəyi hissəsində və Kür-Araz ovalığının allüvial çöküntü zonasında yerləşən qrunt su ehtiyatlarına da malikdir. Kür-Araz ovalığına düşən orta illik yağıntının miqdarı 400 mm-dən azdır ki, bu da əkinçilik üçün kafi deyil. Belə iri kənd təsərrüfatı zonasında yüksək məhsuldarlıq əldə etmək üçün suvarma tələb olunur.

3. Azərbaycanın su ehtiyatlarının təxminən üçdə ikisi ölkə kənarından gəlir. Həm Kür, həm də Araz çayları ölkə sərhədlərini keçir. Bununla da Azərbaycana daxil olan suyun həcm və keyfiyyətinə mənbə ölkələrindəki fəaliyyətlər də təsir edir. 2013-cü ildə Azərbaycanda illik su istehlakı təxminən 12.5 milyard m3 olmuşdur ki, bunun da təxminən 8.23 milyard m3 -i lazımi formada istifadə edilmiş və təxminən 4.28 milyard m3 itki kimi qeydə alınmışdır. Suya olan tələbat əhalinin çoxalması və iqtisadi inkişafla gələcəkdə artacaq. İqlim dəyişikliyi də xüsusən kənd təsərrüfatı sahəsində gələcək su tələbatlarına təsir edəcək. Azərbaycan üçün milli su strategiyası məhdud su ehtiyatlarının geniş şəkildə paylanmasını və bütün sektorlarda səmərəli formada istifadə edilməsini təmin etmək məqsədi ilə siyasət və investisiyaların müzakirəsini özündə ehtiva edir.

4. Azərbaycanda su ehtiyatları ilə bağlı başlıca problemlər kənd təsərrüfatı, sənaye və məişətdə suya olan tələbatın artması; suyun keyfiyyətinin azalması; su ilə əlaqədar risklər, o cümlədən daşqın və quraqlıq; kənd təsərrüfatında torpağın az məhsuldar olması və sudan istifadəni ehtiva edir. Kənd təsərrüfatı sektoru ölkənin sosial və iqtisadi inkişafı üçün strateji əhəmiyyətə malikdir, belə ki, işçi qüvvəsinin təxminən 40%-ini gəlir və iş yeri ilə təmin edir, eyni zamanda, ictimai iaşə və milli ərzaq təhlükəsizliyini təmin edir. Kənd təsərrüfatı sahəsi çaylardan gələn suyun təxminən 70%-ni istifadə edir, kənd təsərrüfatında torpaq və suyun məhsuldarlığının genişləndirilməsi üçün mühüm imkanlar mövcuddur. Məhsul istehsalının əksər hissəsi Kür-Araz çayı hövzəsindəki suvarılan torpaqlardan götürülür və məhsuldarlıq beynəlxalq standartlardan aşağıdır (Dünya Bankı, 2012).

5. Hazırda su təsərrüfatı üzrə təşkilati struktur ölkənin su ehtiyatlarından optimal istifadənin təmin edilməsi üçün kafi deyil, lakin təkmilləşdirilə bilər. Bir sıra məqsədlərin, o cümlədən ərzaq təhlükəsizliyi, kommunal-məişət sularının təminatı, kommersiya və sənaye tələbatı, ekoloji tələblərin qarşılanmasında suyun səmərəli şəkildə bölüşdürülməsinin və istifadəsinin təmin edilməsi başlıca problemdir. Su ehtiyatlarının inkişafı və təkmilləşdirilməsinin bütün aspektləri ilə əlaqədar mərkəzi planlaşdırma və nəzarət üzrə mərkəzi hökumət təşkilatının olması çox faydalı olardı. Digər ölkələrdə yaxşı nəticə verən fəaliyyətlərə transsərhəd koordinasiya, su siyasəti, qanunvericilik, planlaşdırma, nizamlama və suyun monitorinqini həyata keçirən Su Ehtiyatları Nazirliyinin təsis edilməsi daxildir. Bəzi ölkələr mərkəzi su təşkilatı rolunda çıxış edən Milli Su Orqanı və ya Milli Su İdarəsini təsis etmişdir.

Page 9: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

6. İnformasiyanın əldə edilməsi və qərar vermə üçün istifadə edilməsi məqsədi ilə institusional potensialın genişləndirilməsi istiqamətində atılan addımlar milli su strategiyasının hazırlanması zamanı nəzərə alınmalıdır. Suyun keyfiyyəti və həcmi Azərbaycanda monitorinq edilir və həmin informasiya su təsərrüfatının təkmilləşdirilməsi üçün istifadə edilə bilər. Qrunt sularının mövcudluğu və keyfiyyətini təsvir edən informasiya xüsusilə mühümdür. Qərar vermənin dəstəklənməsində informasiyanın idarə edilməsində institusional potensial təhsil, təlim və tətbiqi tədqiqat vasitəsi ilə təkmilləşdirilə bilər. Daşqın və quraqlıq nəticəsində dəymiş ziyanın minimuma endirilməsi də koordinasiyalı planlaşdırma, idarəetmə və bir neçə hökumət təşkilatlarını cəlb edən cavab tədbirlərini tələb edir. Ölkə üzrə hidrologiya, hava, su təminatı və tələbatını təsvir edən real vaxt rejimli informasiyanın toplanması və bölüşdürülməsini genişləndirməklə planlaşdırma və idarəetmə genişləndirilə bilər.

7. Azərbaycanda, xüsusilə də səth sularının keyfiyyəti əsaslı diqqət tələb edən bir məsələdir. Gürcüstan-Azərbaycan sərhədində toplanmış məlumatlar fenol, neft məhsulları, metal və sulfatlar üzrə icazə verilən maksimum konsentrasiyalardan (İMK) daha yüksək miqdarın olduğunu göstərir. Azərbaycana daxil olan Araz çayının sularının tərkibində mis, molibden və digər ağır metallar üzrə İMK-lərin çox olduğu barədə məlumat verilir. Azərbaycanda həmçinin daşqın və quraqlığın idarə edilməsinin təkmilləşdirilməsi üçün də tədbirlərin görülməsi tələb olunur, belə ki, bu hadisələr müəyyən dövrlərdə meydana gəlir və adətən canlılara və əmlaka əsaslı təsir göstərir.

8. Azərbaycanda əsaslı su infrastrukturu, o cümlədən iri bəndlər və rezervuarlar, ekstensiv suvarma paylama şəbəkəsi mövcuddur. Son illərdə kənd təsərrüfatı sahəsi məhsuldarlığın saxlanılması və genişləndirilməsi üçün lazım olan sərmayəni əldə etməmişdir. Suvarma kanallarının əksəriyyəti əsaslı daşınma və əməliyyat itkiləri ilə nəticələnərək gilləşmişdir. İrriqasiya səmərəliliyini təkmilləşdirmək və məhsuldarlığı artırmaq üçün təkmilləşdirilmiş idarəetmə ilə çulğaşan bərpa və müasirləşdirmə işləri tələb olunur. Kənd təsərrüfatı torpaqlarının müvafiq drenajı da suvarma kənd təsərrüfatı üçün zəruridir. Daşqınlara qarşı təhlükəsizlik məsələlərinə gəldikdə isə, daşqınların proqnozlaşdırılması üzrə effektiv sistemin qurulması, meteoroloji stansiyalar və telemetrik şəbəkənin bərpa edilməsi, eyni zamanda məqsədəuyğun fəaliyyət göstərməsi üçün yenilənməsi tələb olunur.

9. Yuxarıda qeyd edilən problem və imkanları nəzərə alaraq, su strategiyasının hazırlanmasında ümumi məqsəd "müvafiq keyfiyyətli suyun məqsədəuyğun miqdarının Azərbaycanın iqtisadi və sosial inkişafı üçün mövcud olmasını təmin etmək, dayanıqlı ekoloji idarəetmə üzrə suyun paylanması tələblərini tam şəkildə qarşılamaq"dır. Milli su strategiyasının arzu olunan nəticə və komponentləri aşağıdakılardan ibarət olacaq: (i) Bütün sosial və iqtisadi məqsədlər üçün keyfiyyətli suyun tam şəkildə əldə edilməsi; (ii) Həm kəmiyyət. həm də keyfiyyət baxımından transsərhəd sularının idarə edilməsi üzrə sərhədyanı ölkələrlə effektiv əməkdaşlıq mexanizminin olması; (iii) İnfrastruktura sərmayələrin yatırılması və daha yaxşı su təsərrüfatı təcrübələri, eyni zamanda fermerlərin digər məlumatlarla və texniki yardımla təmin edilməsinin təkmilləşdirilməsi ilə müasirləşdirilmiş kənd təsərrüfatı sektoru; (iv) Su təsərrüfatı və idarəçiliyinin təkmilləşdirilməsi, o cümlədən, səth və qrunt suları üzrə suyun daha yaxşı monitorinqi və məlumatlar sistemi və (v) İqlim dəyişikliyə tam uyğunlaşma və daşqın və quraqlıqlar daxil olmaqla fövqəladə su şəraitləri səbəbindən meydana gələn risklərin idarə edilməsi bacarığı.

Page 10: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

1. GİRİŞ 1.1 Məqsəd

1. Bu hesabat dayanıqlı əsasda sosial və iqtisadi inkişaf naminə mövcud su ehtiyatlarının səmərəli idarəçiliyinin təşviqi üçün milli strategiyanın hazırlanması məqsədi ilə Azərbaycan Respublikasında mövcud olan su ehtiyatlarının qiymətləndirilməsidir. Biz suyun mövcudluğu və idarəçiliyinin ümumi təhlilini verir, gələcəkdə su təminatı və tələbləri istiqamətində baxışı təsvir edirik. Biz iqtisadiyyatın bütün sektorlarını, o cümlədən kənd təsərrüfatı, məişət və sənaye sahəsində su istifadəsi, ekoloji su bölgüləri, daşqın və quraqlıq daxil olmaqla təbii fəlakətlərdə suyun idarə edilməsini nəzərə alırıq. Biz su ehtiyatlarının idarə edilməsində ölkə hökumətinin qarşılaşdığı əsas problemləri təhlil edir və təkmilləşmə seçimlərini müəyyənləşdiririk. Daha sonra bu seçimlərin ən yaxşı formada reallaşdırılması üçün strategiyanı formalaşdırırıq, bura ölkə məqsədi və vəzifələrinin təsis edilməsi, habelə arzu olunan nəticələr, tələb olunan institusional təkmilləşdirmə və investisiyalarla strateji çərçivə daxildir. Su sahəsi ilə əlaqədar bütün hökumət idarələri və maraqlı tərəflər strateji çərçivəni tam qurduqda, strateji çərçivəyə gələcək inkişaf planlarını və müvafiq sərmayələri əlavə etdikdə milli strategiya tamamlanmış olacaq.

1.2 Su Strategiyası üzrə Motivasiya

2. Azərbaycan gələcək ərzaq və enerji təminatını təmin etmək, ətraf mühitin cazibədarlığını saxlamaq və milli təhlükəsizliyin digər komponentlərini əldə etmək məqsədi ilə su təsərrüfatında islahatlar istiqamətində siyasət və proqramları nəzərə alır. Bu məqsədlərə nail olmaq üçün ölkə su təminatı və tələbatı baxımından bir çox problemləri həll etməlidir. Bura daxildir: su ehtiyatlarının çirklənmədən daha yaxşı mühafizəsi, sudan istifadənin səmərəliliyi istiqamətində təkmilləşdirmə işləri, daşqın və quraqlığın daha yaxşı planlaşdırılması və idarə edilməsi, su xidmətlərinin dayanıqlı idarəçiliyi və təminatı naminə su istifadəçilərindən əldə edilən gəlirlərin müvəffəqiyyətlə toplanması (İƏİT\ƏMFP, 2014).

3. Belə problemlərin koordinasiya edilmiş metodla hökumətin bütün səviyyələrində digər maraqlı tərəfləri cəlb etməklə və siyasət alətlərinin davamlılığını təmin etməklə həll edilməsi üçün milli su strategiyası tələb olunur. 2010-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (BMT AİK) Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə Milli Siyasət Dialoqu vasitəsi ilə su strategiyasının hazırlanmasında Hökumətə yardım etmişdir. BMT AİK həmçinin suyun mövcudluğu, paylanması və kənd təsərrüfatında idarə edilməsi məsələlərini ehtiva edəcək kənd təsərrüfatı üzrə strategiya sənədinin hazırlanmasında da yardım edir.

4. Azərbaycan şərqdə düzənliklərdən tutmuş qərbdə dağlıq ərazilərə qədər orta yağıntı miqdarı və temperatur fərqləri ilə kontinental iqlimə malikdir. Kənd təsərrüfatına yararlı Kür-Araz düzənliyində orta illik yağıntının miqdarı 400 mm-dən azdır ki, bu da əkinçilik üçün kifayət etmir. Yuxarı dağlıq qərbi ərazilərdə orta illik yağıntının miqdarı 600 mm-dən çoxdur. Bir sıra məlumat mənbələri Azərbaycanda cəmi bərpa olunan su ehtiyatlarının səth suları üzrə ildə təxminən 30 milyard kub metr (milyard m3) olduğuna dəlalət edir (Arif Axundov, 2014). Səth sularından orta illik istifadə təxminən 12 milyard m3 və yaxud illik səth suları ehtiyatlarının təxminən 30 milyard m3-nin təqribən 40%-ni təşkil edir1 (ƏKT, 2009). Beləliklə, ümumi perspektivdən hazırki tələbatın ödənilməsi üçün su təminatı kifayət etmir və ölkənin səth su ehtiyatlarının daha da inkişaf etdirilməsi potensialı vardır. Suyun keyfiyyəti ilə bağlı məsələlər, kənd təsərrüfatının məhsuldarlığı, torpaqların şoranlaşması və bataqlıqlara çevrilməsi, digər sektorlarda suya olan rəqabətli tələbatlar su ehtiyatları üzrə milli strategiyanın hazırlanması konteksti baxımından nəzərə alınmalıdır.

1 Nəzərə alın ki, faktiki çay su ehtiyatı mövcud axar suların təxminən yarısını təşkil edir. Bu fərqin səbəbi Xəzər dənizinə axıdılan sular və canlı təbiət naminə təbiətin mühafizəsi daxil olmaqla digər ekoloji məqsədlərdir. Bu həmçinin su saxlayıcı qurğulara sərmayə qoyuluşu üçün gələcək potensialı da vurğulayır.

Page 11: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

11

5. Azərbaycanda su fəsil və bölgələr üzrə qeyri-bərabər şəkildə paylanmışdır. Böyük Qafqazın dağlıq əraziləri rütubətli fəsildə uzun müddətli daşqın və tez-tez baş verən sel hadisələrinə, quraqlıq zamanı isə qısa fasilələrlə quru iqlimə məruz qalır. İki əsas çay (Kür və Araz) məqsədəuyğun kənd təsərrüfatı torpaqları formalaşdıraraq ölkə boyu hərəkət edir. Kür-Araz ovalığında əkinçilik irriqasiyanı tələb edir, halbuki əksər fermerlər yağıntı və əlavə suvarmadan istifadə etməklə payızlıq2 buğda və arpa istehsal edir. Azərbaycanda il ərzində istehlak edilən suyun əsas hissəsi kənd təsərrüfatının payına düşür, hər il əldə edilən kənd təsərrüfatı dəyərinin təxminən 90%-i suvarmanın payına düşür. Buna görə də kənd təsərrüfatı sektorunun yeni bir istiqamətə ehtiyacı var, belə ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda istifadə olunan suyun əksər hissəsi kənd təsərrüfatının payına düşür.

6. 1990-cı illərə qədər Azərbaycanın şəhər su təminatı sistemi, çirkab suların toplanması və təmizlənməsi zavodları yerli idarələrin "su kanalı" təşkilatları tərəfindən idarə edilirdi. Boru vasitəsi ilə verilən su təminatı sistemləri Bakı əhalisinin 95%-nə, digər kiçik şəhərlərdə yaşayan əhalinin təxminən 83%-nə xidmət göstərmişdir. Son illərdə su təminatı və təmizlənmə qurğularının bəzisi köhnəlmişdir. Bəzi sistemlərdən sızma halları yüksəkdir, lakin sənədləşdirilməsi zəif aparılmışdır, su təminatı tam sayğaclaşdırılmamışdır. Hökumət Yoxsulluğun Azaldılması və Dayanıqlı İnkişaf Dövlət Proqramının bir hissəsi olaraq, bütün şəhər və kəndlərin etibarlı su təminatı sistemi və tam kanalizasiya xidmətləri ilə təmin edilməsi hədəfini qəbul etmişdir (Azərbaycan Hökuməti, 2008).

7. Gələcəyə baxsaq, Azərbaycanda suya olan tələbat artacaq, illik su təminatı eyni olacaq yaxud iqlim dəyişikliyinin təsiri ilə cüzi dəyişikliyə məruz qalacaq. Su rəqabəti də şəhər və kənd ərazilərində istehsalat sektorları daxilində və bu sektorlar arasında artacaq. Su ehtiyatlarının ölkə maraqlarına uyğun inkişaf etməsini, suyun bütün sektorlara paylanması və onlar tərəfindən səmərəli yolla istifadə edilməsini təmin etmək məqsədi ilə institusional təkmilləşdirmə və sərmayə qoyuluşları tələb olunacaq. Bu institusional təkmilləşdirmə və sərmayə qoyuluşları Azərbaycanda su ehtiyatlarının inkişafı üzrə uzunmüddətli baxışı təsvir edən, istehsalat, ticarət, məişət, ətraf mühitdə suyun mühüm rollarının olduğunu qəbul edən milli su strategiyasına uyğun olmalıdır.

8. Milli su strategiyasının hazırlanması prosesi Azərbaycanda sosial və iqtisadi inkişafla bağlı ətraflı məsələlərə aid hərtərəfli müzakirələri ehtiva etməlidir. Hazırda ölkə ÜDM-sinin çox hissəsi neft və qaz hasilatı və satışından gəlir. Həmin ehtiyatların məhdud olmasını nəzərə alaraq, xammal sektorunun nisbi mühümlüyü gələcəkdə müəyyən bir zaman ərzində qaçılmaz olaraq azalacaq. Həmin azalmaya qədər Azərbaycan iqtisadi artım üzrə arzu olunan yerlərin əldə saxlanılması, kənd və şəhər ərazilərində həyat səviyyəsinin yüksəldilməsinin davam etdirilməsi məqsədi ilə plan tərtib etməli və zəruri sərmayələri yatırmalıdır.

1.3 Məqsədlər, Strategiyalar və Taktikalar

9. Strategiyalar yaxşı müəyyən edilmiş məqsəd və vəzifələr kontekstində ən yaxşı şəkildə təsvir edilir. Strategiyanın məqsəd və komponentləri müəyyən edildikdən və razılaşdırıldıqdan sonra strategiyanın icrası üçün ən münasib yanaşma müəyyən edilə bilər. Strategiyanın komponentlərinin ən yaxı təsirə malik olması naminə icra edilməsi zamanı taktiki məsələlər mühüm rol oynayacaq. Məlum olduğu kimi, geniş strategiyanın komponentlərinin icra edilməsi üçün strategiya uzunmüddətli perspektivi, taktiki məsələlər isə qısa müddətli fəaliyyətləri ehtiva edir.

10. Ölkə əhəmiyyətinə malik olan məsələlər strategiyaları və strateji investisiyaları cəlb edir. Strategiyalar uzunmüddətli və geniş çərçivəli təsirlərə malik olmaqla infrastruktur və institusional təkmilləşdirmələrə qoyulan investisiyaları cəlb edir. Strategiyalar müəyyənləşdirildikdən sonra strateji məqsədlərə nail olmaq üçün müvafiq taktikalar və fəaliyyətlər icra edilə və lazım gəldikdə yenilənə bilər. Azərbaycanda bir real milli hədəf iqtisadi

2 Azərbaycanda qış əkinçiliyi dedikdə payızlıq buğda və ya payızlıq arpa nəzərdə tutulur.

Page 12: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

12

artımı saxlamaq və sosial rifahın artırılmasını davam etdirmək ola bilər, baxmayaraq ki qaz və neft satışlarından gələn gəlir gələcəkdə azalacaq. Sosial və iqtisadi inkişaf, ətraf mühitin idarə edilməsi üçün müvafiq keyfiyyətli suyun mövcud olmasının təmin edilməsi milli su strategiyası üçün birinci dərəcəli məqsəd ola bilər. Kənd təsərrüfatı və digər qeyri-neft sektorlarının gələcəkdə milli ÜDM-ni əhatə edən iqtisadi fəaliyyətlər qrupunda yenidən əhəmiyyətə malik olacağı güman edilir və su kənd təsərrüfatı sektorunda zəruri elementdir.

11. Kənd təsərrüfatından başqa, milli su strategiyası üçün dörd əlavə məsələnin münasib olduğu görünür. Bura suyun keyfiyyəti, qrunt suları, su və kanalizasiya xidmətlərinin genişləndirilməsi, daşqın və quraqlığın idarə edilməsi daxildir. Azərbaycanda səth sularının əksəriyyətinin qonşu ölkələrdən daxil olduğunu, orada isə suyun keyfiyyətinin kənd təsərrüfatı, sənaye və şəhərin axar çayları ilə azaldığını nəzərə alaraq, suyun keyfiyyəti ilə bağlı problemlər daha qabarıq məsələlərdir. Həm birbaşa, həm də birbaşa olmayan mənbələrdən Azərbaycan daxilində də suyun çirklənməsi baş verir. Çirkləndiricilər bir sıra istifadə məqsədləri üçün, o cümlədən suvarma, içməli su və ətraf mühitin sağlamlaşdırılması məqsədləri üçün suyun keyfiyyətini yararsız hala salır.

12. Strategiya suyu çirkləndirən həm daxili, həm də xarici mənbələrə tam diqqət yönəltməklə səth sularının keyfiyyətinin artırılması məsələsinə baxmalıdır. Strategiya həmçinin qrunt sularının istifadəsini optimallaşdırmaq ehtiyacını da nəzərdən keçirməlidir. Azərbaycanda qrunt sularının illik axını mövcud səth sularının həcmindən olduqca azdır, qrunt suları içməli suyun və bəzi ərazilərdə əlavə suvarmanın mühüm mənbəyidir. Qrunt sularının istifadəsi çoxməqsədli xarakterə malikdir və quraqlığın mənfi təsirlərini aradan qaldırmaq üçün effektiv şəkildə istifadə edilə bilər. Xüsusən də iri çayların töküldüyü su hövzələrində qrunt suların necə idarə edilməsini təsvir edən hərtərəfli bir plan ölkənin qrunt su ehtiyatlarından daha böyük nəticəni almağa yardım edəcək.

13. Artıq Hökumət su təminatı və kanalizasiya xidmətlərinin bütün ölkə üzrə genişləndirilməsi proqramını icra etməkdədir və bu fəaliyyət, əlbəttə ki, davam etdirilməlidir. Bu həmçinin xüsusilə də kənd ərazilərində kənd təsərrüfatı üçün su təminatını inkişaf etdirmək və suyun keyfiyyətini artırmaq üçün digər fəaliyyətlərlə yanaşı, xidmətlərin genişləndirilməsi üzrə təlimatların hazırlanmasına da yardım edəcək. Su təminatı və kanalizasiya xidməti suyun keyfiyyətində əsaslı təsir göstərir və xidmətin genişləndirilməsi istiqamətində atılan addımlar suvarma sistemlərinin genişləndirilməsi istiqamətində atılan addımlarla birlikdə planlaşdırıla bilər. Daşqın və quraqlıq hadisələrinin baş verdiyi tezlikləri nəzərə alaraq, belə hadisələrin idarə edilməsi ilə bağlı məsələlər Azərbaycan üçün xüsusilə münasibdir. Daşqın və quraqlıqların idarə edilməsi üzrə proqramlar monitorinq, planlaşdırma, cavab tədbiri və adaptasiya kimi komponentləri özündə birləşdirməlidir.

1.4 Bu Tədqiqat

14. Bu Tədqiqat Azərbaycanın su ehtiyatları və sektorun üzləşdiyi əsas problemlərin hərtərəfli baxış və təhlilini ehtiva edir. Burada problemlər təhlil edilir və spesifik sosial-iqtisadi mühitdə mövcud olan əlverişli imkanlar müəyyənləşdirilir. Qeyd olunan problemlərin həlli üçün milli su strategiyasına (MSS) olan ehtiyac bu tədqiqatda vurğulanır və hərtərəfli MSS üzrə zəruri çərçivə təqdim edilir. Bu çərçivənin tam MSS-ə keçməsi bütün hökumət təşkilatları tərəfindən su təminatı ilə əlaqədar müvafiq sektorları üzrə aralıq və uzunmüddətli inkişaf və investisiya planlarının hazırlanmasını tələb edəcək.

15. Tədqiqat zamanı mövcud ikinci dərəcəli məlumatlar nəzərdən keçirilmiş, maraqlı tərəflərlə iki geniş məşvərət aparılmış, su təsərrüfatına cəlb edilmiş əsas nazirliklər, müəssisələr və şirkətlərin nümayəndələri ilə bir sıra görüşlər keçirilmiş və onlardan müvafiq məlumatlar toplanmışdır. Tədqiqat Hökumətin ali orqanları, siyasət qurucuları, menecerlər, yerli və beynəlxalq təşkilatlar, təhsil işçiləri və su təminatı məsələləri üzrə ekspertlərin təcrübə və töhfələrindən faydalanmışdır. Hökumət nazirlikləri və digər maraqlı tərəflərin iki təhlili yekun hesabatın təkmilləşdirilməsinə yardım etməlidir (Hesabatın öncəki versiyalarına dair müxtəlif

Page 13: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

13

maraqlı tərəflərin verdiyi şərhlərə komandanın verdiyi cavablar A və B Əlavələrində təqdim edilmişdir).

1.5 Hesabatın Strukturu

16. Əsas hesabat iki hissədən ibarətdir:

Hissə A: Su Ehtiyatlarının Qiymətləndirilməsi

Ölkə üzrə və əsas sektorların su ilə təminatı və suya olan tələbatının təhlili Hissə B: Milli Su Strategiyasının hazırlanması

Su Strategiyası İstiqamətində Dəyişiklik Faktorları Su ilə əlaqədar problemlərin və təkmilləşdirmə imkanlarının

müəyyənləşdirilməsi və təhlili, Strateji Çərçivə: ölkənin hədəf və məqsədlərinin, arzu olunan nəticə və

göstəricilərinin təsis edilməsi Potensial investisiyalar və institusional təkmilləşdirmələr.

Biz həmçinin seçilmiş ərazilər haqqında əlavə informasiya üçün dörd əlavə

hazırlamışıq. Bunlar aşağıdakılardır: Əlavə A: Azərbaycanda su ehtiyatlarının idarə edilməsi üzrə müəssisələr Əlavə B: Azərbaycanda kənd təsərrüfatının dirçəldilməsi Əlavə C: Azərbaycan üçün su ehtiyatlarının qiymətləndirilməsi Əlavə D: Azərbaycanda suvarma və drenaj alt sektoru

Page 14: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

14

HISSƏ A: SU EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ

Page 15: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

15

2. ÖLKƏ HAQQINDA 2.1 Ölkənin yerləşdiyi ərazi

17. Azərbaycan Xəzər dənizinin qərb sahillərində yerləşir, şərq hissədən Cənubi Qafqaz regionu yerləşir (Şəkil 1), ərazisi 8.64 milyon hektardır (ha), 2015-ci ildə isə əhalisi 9.7 milyon olmuşdur (ƏKT, 2015). Təxminən 4.75 milyon ha kənd təsərrüfatı torpaqları, təxminən 1.0 milyon ha isə meşə torpaqları hesab olunur. 2015-ci ildə əkin əraziləri 2.06 milyon ha, yəni cəmi kənd təsərrüfatı torpaqlarının 43%-ni təşkil etmişdir.

N

Şəkil 1. Azərbaycan Xəritəsi 2.2 İqlim

18. Azərbaycanda yeddi iqlim qurşağından doqquzu mövcuddur. Kür-Araz ovalığında, Abşeron yarımadasında və Lənkəran ovalığında orta illik temperatur təxminən 15o C-dir. Dağlıq ərazilərə yaxın yerlərdə 2,000 m hündürlükdə temperatur təqribən 50 C, 3,000 m hündürlükdə isə 2o C-dir. Ən çox illik yağıntılar daha hündür dağlıq qərb regionuna düşür, ən az yağıntı isə şərqə, Abşeron yarımadasına düşür. Ölkənin təxminən 43%-i dəniz səviyyəsindən 1,000 m-dən çox hündürlükdə yerləşir (ƏKT, 2009).

Page 16: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

16

19. Azərbaycanın iqlim qurşaqları altı kateqoriya üzrə bölünə bilər3:3

(i) 400 m hündürlüyə qədər Kürün mərkəzi ovalıq hissəsində yarımsəhra və quru çöl Samur çayının mənsəbindən Qızılağac körfəzinə, Araz çayı boyunca Naxçıvan düzənlikləri və 1,000-dən az hündürlükdə Talış dağları vadisinə qədər Xəzər qurşağı. İllik yağıntılar potensial buxarlanmanın 15-50%-ni təşkil edir. Qış fəsli adətən soyuq, Araz çayı ovalıqlarında və Talış dağlarının vadilərində sərt keçir. Yay fəslində temperatur 40o C-i keçə bilir.

(ii) Yarımsəhra və quru çöl iqlimi soyuq qışı və quraq, isti yayı ilə xarakterizə olunur.

(iii) Böyük Qafqazın cənub yamaclarında (hündürlüyü 1,000 m-dən az olan), 200-500 m aralığında Qanıx-Əyriçay vadisində, 400-1,500 m aralığında Kiçik Qafqazın şimal və şərq yamaclarında qışı mülayim, quru keçən mülayim iqlim hakimdir. İllik yağıntılar potensial buxarlanmanın 50-100%-ni təşkil edir.

(iv) Lənkəran-Astara bölgəsi də yayı quraq keçən mülayim isti iqlim hakimdir. İllik yağıntılar potensial buxarlanmanın 100-150%-ni təşkil edir. Qış soyuq, yay isti və quraq, payız yağıntılı keçir. May ayından avqusta qədər iqlim adətən quru olur, əkinçilik üçün suvarma tələb olunur.

(v) 1,500 və 2,700 m hündürlüklərdə Böyük Qafqazın cənub yamaclarında, o cümlədən meşə, subalp və alp qurşaqlarında il boyu çox yağıntılı sərt iqlim hakimdir. İllik yağıntılar potensial buxarlanmanın 150-200%ni təşkil edir. Qış fəsli soyuq, yay fəsli sərin keçir.

(vi) Böyük və Kiçik Qafqazın 2,700 m-dən hündür olan ərazilərində və Naxçıvanın 3,200 m-dən hündür ərazilərində alp-tundra iqlimi hakimdir. İllik yağıntı potensial buxarlanmanın 100-200%-dən çoxunu təşkil edir. Həm qışı, həm də yayı soyuq keçir. Bəzi yerlərdə qar növbəti qışa qədər ərimir.

2.3 Əhali 20. Azərbaycanın əhalisi 1950-ci ildən 2015-ci ilə qədər 2.9 milyondan 9.7 milyona artmışdır. 1950-ci ildə 40% təşkil edən şəhər əhalisi 2010-cu ildə 53%-ə artmışdır. Azərbaycanlılar əhalinin təxminən 92%-ni, ləzgi və ruslar isə 1.4%-ini təşkil edir. Əhalinin təxminən 45%-i 25 və 54 yaş aralığındadır, 22.7%-i uşaqlar (0-14 yaş), 17.5%-i gənclərdir (15-24 yaş) və 14.8%-in yaşı 55-dən yuxarıdır. Əhalinin artım səviyyəsi 1990-cı illərdə kəskin şəkildə azaldı, 2000-ci illərin əvvəllərində artaraq 2008-ci ildə 1.2% oldu (Şəkil 2). Hazırki təxminən 1.0% artım səviyyəsinin gələcəkdə azalmağa davam etməsi, əhalinin sayı təxminən 10.6 milyona çatdıqda 2040-cı ildə sıfıra çatacağı gözlənilir (Şəkil 2).

21. Əhalinin artım səviyyəsinin təxminən 1.0% olduğuna və azaldığına baxmayaraq, Azərbaycan əhalisi 2040-cı ildən sonra da artmaqda davam edəcək. Çoxsaylı əhali və adambaşına artan gəlirlər kənd təsərrüfatı, sənaye, məişət və ekoloji məqsədlər üçün suya olan tələbatın artmasına səbəb olacaq. Rəsmi hesablamalara görə, ölkə üzrə yoxsulluq səviyyəsi 2001-ci ildən 2011-ci ilə qədər 50%-dən 7.6%-ə azalmışdır. Yoxsulluğun azalmasının əsas səbəbi neft və qaz hasilatından əldə olunan gəlirlərin məktəb, universitet, xəstəxanalar və sosial proqramların müasirləşdirilməsinə yatırılması olmuşdur (İƏİT, 2011).

3 http://en.wikipedia.org/wiki/Climate_of_Azerbaijan. 19 may 2015-ci ildə əldə edilmişdir.

Page 17: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

17

Əhali,

min

Əhalin

in a

rtım

viyy

əsi

Şəkil 2. Əhali və əhalinin artım səviyyəsi (1992-ci ildən 2050-ci ilə qədər) İl

Mənbə: ƏKT, 2015.

2.4 İqtisadiyyat

22. 1991-ci ildə müstəqilliyin əldə edilməsinə qədər Azərbaycan iqtisadiyyatı əsasən kənd təsərrüfatına əsaslanırdı. 1990-cı və 2000-ci illərdə ölkə mərkəzdən planlaşdırılan kənd təsərrüfatından neft sənayesinə əsaslanan bazar iqtisadiyyatına keçid etdi. 2005-ci ildən 2008-ci ilə qədər enerji sektorunda sürətli inkişafla Azərbaycan iqtisadiyyatı 24% orta illik ÜDM ilə əhəmiyyətli dərəcədə genişlənmişdir. Həmin illər ərzində qeyri-neft sektorları illik 12%-ə qədər artmışdır. 2008-ci ildə qlobal iqtisadi böhran səbəbindən ÜDM ümumilikdə 9%, qeyri-neft sektorunda 3% azaldı. Şərqi Avropa və Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə 2008-2009-cu illərdə baş verən beynəlxalq maliyyə böhranı Azərbaycana çox təsir göstərməsə də, neft və qaz gəlirlərinin kəskin şəkildə azalması bu ölkənin enerji şokları və kommunal qiymətlər riskinə həssas olduğunu aşkar etdi (İƏİT, 2011).

23. Kənd təsərrüfatı 2009-cu ildə 3.5% müsbət artıma malik olmuşdur ki, daha sonralar 2010-cu ildən 2012-ci ilə qədər təqribən 8.6%, 2013-cü ildə isə illik 8.2% artıma malik oldu. Belə sağlam artım ölkədə yoxsulluq səviyyəsini əhəmiyyətli dərəcədə azaltdı. 2013-cü ildə əhalinin yalnız 6%-i 2001-ci ildəki 50% göstərici ilə müqayisədə yoxsul hesab edilmişdir.4 Bununla belə, neft və qaz ehtiyatlarının məhdudluğunu nəzərə alaraq, Hökumət enerji sektorundan asılılığı azaltmaqla iqtisadi artım mənbələrini artırmalıdır. Kənd təsərrüfatında məhsuldarlığı artıran sərmayələr gələcək inkişaf imkanlarını genişləndirən iqtisadi diversifikasiya proqramının mühüm komponentlərini təşkil edəcək (Siaretta və Nəsirov, 2012).

24. Hökumət nəqliyyatı təkmilləşdirmək, su təminatı və kanalizasiya xidmətlərindən istifadə imkanlarını genişləndirmək, kommunikasiya və informasiya texnologiyasını genişləndirmək istiqamətində məqsədyönlü proqramları icra etməkdədir (Azərbaycan Hökuməti, 2008). Enerji sənayesinin sürətli inkişafı ilə kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı çəkisi Sovet dövrlərindən 2012-ci ilə qədər təxminən 35%-dən 5.5%-ə azalmışdır. Bununla belə, kənd təsərrüfatı ölkənin sosial və iqtisadi inkişafı üçün hələ də strateji əhəmiyyətə malikdir, belə ki, bu sektor işçi qüvvəsinin təxminən 40%-ni gəlir mənbəyi və iş yeri ilə təmin edir. 1990-cı illərin sonlarında Hökumət geniş torpaq islahatlarını həyata keçirdi ki, bu zaman kolxoz-sovxoz və dövlət torpaqları kənd sakinləri arasında bölüşdürüldü, bu isə əkinçilik və maldarlığın artmasına gətirib çıxardı (Azərbaycan Hökuməti, 1996a). 2000-cin ilə qədər kənd əhalisinin təxminən 97%-i ailəyə 2.3 ha əraziyə malik torpaq hüquqlarını əldə etdi.

4 2001-ci il məlumatlarına əsasən yoxsulluq xətti adambaşına ayda 120,000 AZM (köhnə manat) və ya 30 ABŞ dolları təşkil edir.

Page 18: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

18

25. Fermer fəaliyyətinin dəstəklənməsi üçün müvafiq olan torpağın həcmi bölgədən bölgəyə fərqlənir, Sabirabadda 2.1 ha, Salyanda 4.2 ha, Bərdədə 13 ha (Dövlət Statistika Komitəsi, 2005; Rzayev, 2007). 2000-2012-ci illər üzrə sorğu sualları Azərbaycanda ailə təsərrüfatlarının orta həcminin təxminən 2 ha olduğunu göstərir (ECA, 2012). Bilik və ixrac bazasını, əlverişli iqlim və coğrafi yerləşməsini nəzərə alaraq. kənd təsərrüfatı istifadəsiz qalmış mühüm inkişaf imkanlarına malikdir. Hazırda bu sektor az məhsuldarlığa malik kənd təsərrüfatı ilə xarakterizə olunur.

Page 19: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

19

25. İrriqasiya infrastrukturunu bərpa etmək, ərzaq emalı və marketinq müəssisələrini inkişaf etdirmək və Kənd təsərrüfatı üzrə Tədqiqat Mərkəzini təsis etmək məqsədi ilə yaradılmış Ərzaq Məhsullarının Etibarlı Təminatı Proqramı (2008-2015; Azərbaycan Hökuməti, 2008) daxil olmaqla kənd təsərrüfatının təkmilləşdirilməsi üzrə bir sıra strateji proqramlar Hökumət tərəfindən yenicə icra edilmişdir. 2006-cı il Prezident Fərmanı ilə təsdiq edilmiş Meliorasiya və İrriqasiya haqqında Dövlət Proqramında irriqasiya alt sektorunun inkişafı strategiyası vurğulanaraq su ehtiyatları və irriqasiya sektorunun təkmilləşdirilməsi məsələsi qeyd edilmişdir (Azərbaycan Hökuməti, 2006).

26. Azərbaycan 2004-2008 və 2009-2013-cü illər üzrə sosial-iqtisadi inkişaf (SİDP) istiqamətində dövlət proqramını icra etmişdir. SİDP yeni müəssisələr və iş yerləri açmaqla, ictimai iaşə və sosial infrastrukturun keyfiyyət və həcmini genişləndirməklə, biznes mühitini təkmilləşdirməklə, infrastrukturu inkişaf etdirməklə və yoxsulluğu azaltmaqla qeyri-neft sektorunda yüksək artım səviyyəsinə səbəb olmuşdur. Yoxsulluğun Azaldılması və Dayanıqlı İnkişaf üzrə Dövlət Proqramı da (2008-2015) yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasına yardım etmişdir. Azərbaycanın 2020-ci il Baxış sənədi ölkənin aşağıdakı məqsədlərini təsvir edir: rəqabətə davamlı iqtisadiyyata nail olmaq, kommunikasiyaları yeniləmək, biliyə əsaslanan cəmiyyəti formalaşdırmaq, insan kapitalını inkişaf etdirmək və vətəndaş cəmiyyətini genişləndirmək, mədəni irs və ətraf mühiti qorumaq, müəssisə və qanunvericiliyi təkmilləşdirmək. Baxışın əsasında 2020-ci ilə qədər Azərbaycanın iqtisadi və siyasi cəhətdən inkişaf etməsi, rəqabətə davamlı bir ölkə olmasıdır.

Page 20: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

20

3. SU EHTİYATLARI

3.1 Yağıntılar

28. Azərbaycanda uzunmüddətli, orta illik yağıntı təxminən 450 mm-dir5, bu isə 38.7 milyard m3 illik həcmə bərabərdir (ƏKT Aquastat, Azərbaycan üzrə Ölkə Nəşri). Aylıq düşən yağıntının miqdarı il ərzində və ölkə əraziləri üzrə əsaslı şəkildə fərqlənir, bu isə su ehtiyatlarına, əldə edilməsinə, saxlanması və idarə edilməsinə mühüm təsir göstərir. Ümumiyyətlə, Azərbaycanın qərb zonalarında yağıntının miqdarı çox, şərq zonalarında isə azdır.

29. Azərbaycanda aylıq yağıntılar yazda (aprel-iyun) və payızda (sentyabr-noyabr) yağıntılı mövsümlərin olmasına əsaslanaraq ikitərəfli paylanma ilə xarakterizə olunur. Azərbaycanda müxtəlif ərazilər və ümumilikdə ölkə üzrə orta aylıq yağıntı miqdarı 1990-2009-cu illər üzrə Dünya Bankının İqlim Dəyişiklikləri haqqında İnformasiya Portalından götürülmüş hesablamalara əsasən 1-ci Cədvəldə verilmişdir. İllər üzrə yağıntının miqdarı ölkə üzrə əsaslı şəkildə fərqlənir, ən çox yağıntı ölkənin şimal-qərbində Cənubi Qafqaz Dağlarına, həmçinin ucqar cənub-şərqdə Lənkəran bölgəsinə düşür. Ən az yağıntı aşağı Kür-Araz ovalığına və Bakı yaxınlığında Xəzər dənizinin sahil bölgəsinə düşür.

30. Azərbaycanın qərb hissəsinə çox düşən yağıntılar suvarma aparılmadan payızlıq taxılın yetişdirilməsi (qışlıq taxıl nəzərdə tutulur), artıq suyun anbarlarda saxlanılması imkanını verir. Həqiqətən də, daşqınlara nəzarət etmək və suvarma üçün ifrat suyu saxlamaq məqsədi ilə iri Mingəçevir Su Anbarı daxil olmaqla Azərbaycanın qərb hissəsində bir sıra su anbarları tikilmişdir. Azərbaycanın qərb zonasında fəaliyyət göstərən fermerlər suvarma aparmadan payızlıq taxıl istehsal edə bilər, baxmayaraq ki, yağıntının miqdarı əkinçilik üçün su tələblərinin qarşılanması üçün kifayət etmədikdə məhsuldarlıq illər üzrə məhdud olacaq. Azərbaycanın şərq hissəsində suvarma aparılmadan əkinçilik mümkün deyil.

Cədvəl 1. Azərbaycanda orta aylıq yağıntılar

Məntəqələr 1990-2009-cu illər üzrə orta aylıq yağıntılar (mm)

Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust

Sentyabr

Oktyabr

Noyabr

Dekabr

İllik

Azərbaycan 22.2 26.5 39.6 51.6 59.9 51.2 25.8 23.0 29.4 41.4 28.0 23.0 421.6

Bakı 20.8 13.0 19.8 25.9 24.1 18.8 13.8 11.1 34.4 38.4 24.3 17.7 262.1

Gəncə 19.1 15.3 31.7 74.3 61.4 68.8 45.0 28.1 24.5 51.6 27.9 28.2 475.9

Qazax 19.9 24.3 40.5 92.4 81.4 103.3 51.6 42.4 32.0 48.1 37.4 39.3 612.6

Lənkəran 212.0 192.6 206.6 194.5 119.6 97.2 79.1 82.3 106.9 128.2 185.4 184.8 1789.2

Salyan 28.4 22.5 26.1 41.2 25.8 17.8 10.5 10.4 30.9 42.9 29.3 25.8 311.6

Zaqatala 26.4 23.8 46.5 91.8 99.2 102.8 74.0 54.9 49.4 53.6 46.3 47.1 715.8

Naxçıvan 20.4 15.6 45.5 85.7 75.0 46.8 45.2 20.9 17.6 44.4 31.4 30.4 478.9

Mənbə: Dünya Bankı, İqlim dəyişiklikləri haqqında İnformasiya Portalı, may 2015.

5 Orta illik yağıntı orta aylıq yağıntıların cəmidir. 1-ci Cədvəldə Azərbaycan üzrə orta illik yağıntı 421 mm göstərilir.

Page 21: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

21

3.2 Səth Suları 31. Cəmi bərpa olunan səth su ehtiyatları ildə təqribən 30 milyard m3-dir (nəzərə almaq lazımdır ki, bu, 28-ci bənddə qeyd edilən ildə təxminən 38.7 milyard m3 yağıntının nəticəsində meydana gələn səth sularıdır). Ölkə daxilində yaranan illik səth su ehtiyatları təqribən 7.5 milyard m3 -dir və qonşu ölkələrdən gələn illik su axınları təqribən 22.5 milyard m3 təşkil edir. İldə təqribən 6.5 milyard m3 qrunt su ehtiyatı bərpa olunur. Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən komandaya təqdim edilmiş ən son şəkillər illik səth su ehtiyatlarının 28.5-dən 30.5 milyard m3-ə qədər olduğunu göstərir. Quraqlıq dövrlərində illik səth su təminatı 22.6 milyard m3 -ə qədər aşağı ola bilər (Axundov, 2014). Biz səth su ehtiyatları üçü 30 milyard m3 rəqəmini qəbul etmişik və su təchizatı üzrə təhlillərimizdə istifadə etmişik.

32. Azərbaycan iki beynəlxalq hövzə daxil olmaqla dörd iri çay hövzəsinə malikdir: Kür və Araz, iki daxili sahil hövzəsi, biri Samur və Kür çayları arasında olmaqla şimal-şərqdə, digəri isə Lənkəran rayonunda olmaqla cənub-şərqdə yerləşir (Şəkil 1). Kür və Araz çayları birlikdə ölkənin ən iri hövzəsini formalaşdırır. Kür çayı şimal-şərqi Türkiyədə yerləşən Qars yüksəkliyindən başlayır, Gürcüstandan keçərək şimal-qərbdə Azərbaycan sərhədlərinə daxil olur və Xəzər dənizinə tökülür. Bu çay 58,000 km -in (31%) Azərbaycana düşdüyü 188,000 km2 hövzəni formalaşdıraraq 1,515 km uzunluğa malikdir (BMT AİK, 2011). Gürcüstandan il ərzində daxil olan sular təxminən 10.3 milyard m3 təşkil edir (Axundov, 2014). Araz çayı da öz mənşəyini Türkiyənin şimal-şərqindən götürür, Türkiyə və Ermənistan sərhədləri vasitəsi ilə Azərbaycana daxil olur. Bu çay sərhədin təxminən 100 km-liyində Kür çayına axır. Araz çayının əsas qolunun və qonşu ölkələrdən gələn qollarının təqribi illik axını 12.2 milyard m3 təşkil edir ki, bununla da Azərbaycana daxil olan illik transsərhəd suları 22.5 milyard m3-ə çatır.

33. Ölkənin şimal-şərqində yerləşən Samur çayı öz mənşəyini Rusiyadan götürərək Azərbaycanla sərhədin bir hissəsini formalaşdırır. Hesablanmışdır ki, illik axınlar 2.4 milyard m3 təşkil edir ki, bunun da yarısı Azərbaycan üçün mövcud hesab edilir. Daxili hövzələr Samur və Kür çayı hövzələri arasında şimal-şərqdə Xəzər dənizinin sahil çay hövzələrindən, şimal-şərqdə, Kür çayı hövzəsinin cənubunda Lənkəran rayonunda Xəzər dənizi sahil çay hövzələrindən ibarətdir.

3.3 Qrunt suları

34. Böyük Qafqaz sıra dağları, Kiçik Qafqaz sıra dağları və Kür-Araz ovalığı kimi üç coğrafi rayon daxilində Azərbaycanın 18 hidrogeoloji hövzələri mövcuddur (Ələkbərov, c.2000). İçməli və orta dərəcədə minerallaşmış qrunt sularının əksəriyyəti Kür-Araz ovalığında və Samur-Qusarçay vadisinin məsaməli-lay hövzəsində meydana gəlir (Şəkil 3).

35. Bərpa olunan qrunt sularının həcmi və çəkilmə üçün mövcud həcm fərqlənir və bəzən cari dövrü əks etdirmir. Azərbaycandakı su hövzələri yağıntı, çay axını və kanallardan sızmalarla qidalanır (Ələkbərov, c.2000). Ələkbərov və İmanov (2010) bildirir ki, hər il 9 milyard m3 qrunt suyu istifadə üçün hazır olur. İllik bərpa olunan su ehtiyatı təxminən 6.5 milyard m3-dir, bunun da 4.35 milyard m3-i iri çayların əsas axınını təşkil edir. Belə ki, faktiki qruntu su ehtiyatları 2.15 milyard m3-dir (ƏKT 2009; istinad edilib BMTİP\QEF, 2013a). Ən iri qidalanma mənbəyi Kür və Araz çaylarıdır, bu çaylar qonşu ölkələrdən ağır çirkləndirici yüklərini daşıyaraq Azərbaycandakı qrunt suların keyfiyyətinə potensial olaraq zərər yetirir (Ələkbərov və İmanov, 2010).

Page 22: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

22

Şəkil 3. Azərbaycanda Qrunt sularının Yeri

Şərti işarələr: İstifadə olunan qrunt suların vahid dəyəri, saniyədə litrlə (l\s)

1: 0.1 l/s-ə qədər, 2: 0.1 - 1.0 l/s, 3: 1 - 10 l\s, 4: 10 l\s-dən böyük, 5: mövcud olan qrunt sular üzrə fərqli dəyərə malik ərazilərin sərhədləri

Mənbə: Ələkbərov, c. 2000. Azərbaycanın Qrunt suları. Bu, tarixi göstərilməyən və nəşr edilməmiş 16 səhifəlik hesabatdır.

3.4 Suyun Minimum Keyfiyyəti

36. Azərbaycanda yenidən dövr edən və istifadə edilən suyun həcmi 2000-ci ildən etibarən 1.5 milyard m3-dən 2.5 milyard m3 arasında dəyişir, 2002-ci il istisnalıq təşkil edir, bu ildə yenidən dövr edən suyun həcmi 1.0 milyard m3-dən az olmuşdur. Bununla da əksər illərdə yenidən dövr edən suyun həcmi səth su mənbələrindən çəkilən həcmin 15%-indən 21%-inə qədər dəyişmişdir6. Kənd təsərrüfatı drenaj sularının toplanması və təkrar istifadəsini optimallaşdırmaq imkanları mövcuddur. Suvarma və drenaj sisteminin bölmələri gələcəkdə bərpa ediləcəyi və təkmilləşdiriləcəyi üçün yerüstü və yeraltı drenaj sularının toplanması və təkrar istifadəsinə dair müddəa salına bilər. Lakin qəbul edilən norma daxilində torpağın şoranlığının saxlanması istiqamətindəki təcrübələrdən istifadə edilməsi mürəkkəb idarəetmə texnikalarını, habelə su axınlarının həcminin və şoranlıq səviyyələrinin müasir real vaxt rejimli monitorinqi tələb edir.

3.5 Sel suları

37. Kür çayı hövzəsində daşqınlara 1953-cü ildə Mingəçevir Su Anbarının tikilməsinin əsaslı təsiri olmuşdur. Həsənova və İmanov (2010) məlumat verir ki, su anbarının

6 Məsləhətçi komandası suyun təkrar istifadəsinə dair verilmiş bu rəqəmlərə çox şübhə ilə yanaşır

Page 23: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

23

tikilməsindən əvvəl əksər illərdə yazın sonların və yayın əvvəllərində, qarların əriyən vaxtlarında Kürün aşağı vadisi daşqına məruz qalırdı. Su anbarının və daha kiçik Şəmkir bəndinin (1982), eləcə də Araz çayı üzərində Araz su bəndinin (1971) tikintisinin başa çatmasından sonra daşqın hadisələri nəzərə çarpacaq dərəcədə azalmışdır. Beləliklə, Azərbaycanda potensial sel sularının əksəriyyəti Kür və Araz çayları üzərindəki iri və kiçik su bəndlərinin tikintisi və fəaliyyəti ilə artıq inkişaf etmişdir. Mingəçevir su anbarı ilin digər vaxtlarında ildə 2.5 milyard m3 yağış sularını saxlayır. Ölkədə olan digər su anbarları olduqca kiçikdir, lakin ortalama olaraq belə gözlənilir ki, ölkə daxilində hər il istifadə üçün 3 milyard m3 yağış suları həmin anbarlarda saxlanılır. 3.6 İqlim dəyişikliyi

38. Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişiklikləri haqqında Çərçivə Konvensiyası (İkinci Milli Kommunikasiya) iqlim dəyişikliyinin Azərbaycanın su ehtiyatlarına mümkün təsirlərini qiymətləndirmişdir (ETSN, 2010). Birləşmiş Krallığın İqlim dəyişikliyi üzrə Hadley Mərkəzi PRECIS 1.4 modelləşdirmə sistemindən istifadə edərək modelləşdirməni həyata keçirmişdir. Modelləşdirmə proqnozları 2021-2050 və 2071-2100-cü illəri əhatə edir.

39. 2021-2050-ci illər üzrə modelləşdirmə Azərbaycanda yağıntının miqdarının 1961-1990-cı illərlə müqayisədə 10%-20% artacağını göstərir. Bu artımlar bölgələr üzrə fərqlənir - Naxçıvanda 0%-10%, ölkənin şərq hissəsində isə 20%-dir. 2021-2050-ci illərdə temperaturun 1.5-1.60 C-ə çatacağı gözlənilir ki, bu da buxarlanmanın miqdarının gün ərzində 0.4 mm-1.2 mm-ə qədər artacağına gətirib çıxaracaq. Su ehtiyatlarının modelləşdirilməsi göstərir ki, bu dəyişikliklər mövcud ehtiyatlara az təsir edəcək, Araz çayı hövzəsində su ehtiyatlarının azalması ölkənin şərq hissəsində gözlənilən əlavə ehtiyatlarla kompensasiya ediləcək.

40. 2071-2100-cü illər üzrə yağıntının miqdarının ölkənin qərbində 20% olmaqla şərq hissəsinə qədər 80% artacağı gözlənilir. Temperaturun 3-60 C-ə qədər artacağı gözlənilir, 1961-1990-cı illərlə müqayisədə ölkənin əksər hissəsində 50 C qədər artım gözlənilir. Modeldə yağıntının miqdarı üzrə ən çox proqnozlaşdırılan artımlar şübhəlidir, hesabatda qeyd edilir ki, 2071-2100-cü illər üzrə su ehtiyatlarının 15% azalması proqnozları daha realdır. Azərbaycanda iqlim dəyişikliyi istiqamətində görülən digər tədbirlər zamanı gözlənilən dəyişikliklərə dair müxtəlif proqnozlar verilmişdir. Azərbaycanda ETSN-in Milli İqlim Dəyişmələri Mərkəzi GİSS (Qoddard Kosmik Elmlər İnstitutunun modeli) və GFDL-3 (Geofiziki Hidrodinamika Laboratoriyasının modeli) modellərindən istifadə etmişdir.

41. İqlim Dəyişmələri Mərkəzi də Emissiya Planları üzrə Xüsusi Hesabatın iqlim proqnozlarını nəzərdən keçirmişdir və su ehtiyatlarının 2100-cü ilə qədər 10-15% azalması ilə bağlı Azərbaycan Elmlər Akademiyası tərəfindən verilən iqlim dəyişikliyi proqnozları ilə razıdır (Cədvəl 2).

42. İqlim dəyişikliyinin əkinçilik üçün tələb olunan su ehtiyatlarına təsiri. İqlim dəyişikliyi səbəbindən suvarma kənd təsərrüfatı sahəsi də yüksək temperaturun təsirinə məruz qalacaq. 2021-2050-ci illərdə buxarlanma normasının günə 0.4 mm-dən 1.2 mm artması ilə suvarma tələbləri 15-20% arta bilər. 2071-2100-cü illərdə əkinçilik üçün su tələbatları yüksək temperatur səbəbindən daha çox olacaq, lakin əkinçilik üçün suvarma tələbatı yağıntının miqdarının artması ilə əhəmiyyətli dərəcədə kompensasiya edilə bilər. ETSN-in İqlim dəyişmələri və Ozon Mərkəzi ölkə daxilində "gözlənilən iqlim dəyişikliyinin təbii ekosistemlərə və iqtisadiyyata potensial təsirlərini qiymətləndirməyə" cavabdehdir və bu səbəbdən iqlim dəyişikliyinin təsirləri və su tələbatı haqqında başlıca informasiya mənbəyi olmalıdır. BMT-nin İqlim dəyişiklikləri haqqında Çərçivə Konvensiyasına üçüncü milli təqdimatın hazırlanması prosesinə start verilmişdir və

Page 24: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

24

hesabat tezliklə hazır olacaq (mart 2015). Bu proses mümkün iqlim dəyişikliyi üzrə təkmilləşdirilmiş proqnozlar verəcək və təsirləri tezliklə meydana çıxacaq.

Cədvəl 2. İqlim dəyişikliyinin su ehtiyatlarına potensial təsirləri.

Proqnoz (50 il və ya qeyd edildiyi kimi)

Potensial səth su ehtiyatları (% cari)

GİSS 86

GFDL-3 81

SRES_A2 79

Azərbaycan Elmlər Akademiyası 90

2021-50-ci illər üzrə PRECIS modeli 100

2071-2100-cü illər üzrə PRECIS modeli 80-85

Birləşmiş Krallığın İqlim dəyişikliyi üzrə Hadley Mərkəzi

Page 25: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

25

4. SUDAN İSTİFADƏ

43. 2013-cü ildə Azərbaycanda illik su istehlakı təxminən 12.5 milyard m3 olmuşdur ki, bunun da təxminən 8.230 milyard m3 -i lazımi formada istifadə edilmiş və təxminən 4.28 milyard m3 itki kimi qeydə alınmışdır (Cədvəl 3). Su təchizatının əsasən suvarma, şəhər və digər istifadə məqsədləri, habelə suvarma torpaqları üçün daşınması ilə bu itkilər olduqca yüksəkdir - təxminən 35%.

44. Suvarma kənd təsərrüfatı ümumi su istehlakının təxminən 40-50%-ni istifadə edən ən böyük su istehlakçısıdır. Səth sularının təxminən 15-20%-i sənayenin payına düşür, kommunal-məişət və içməli su həcmi isə daha kiçikdir. Bu göstəricilər müxtəlif istifadə məqsədləri üçün ümumi şəkildə qəbul edilsə də, dəqiq su paylanması mexanizmi aydın olmayaraq qalmaqdadır. Ekoloji sularla əlaqədar çaylarda saxlanılmalı olan minimum axınlarla bağlı keçmiş Sovet dövründə bağlanmış razılaşma vardır. Kür və Araz çayları üçün minimum ekoloji axınlar Kür üzrə 175 m3/s, Araz üzrə isə 35 m3/s-dir (ETSN ilə komanda görüşü, 29 sentyabr 2014).

Cədvəl 3. Səth su istehlakı və istifadəsi (milyard m3)

Su istehlakı 2000 2005 2007 2008 2009 2010 2011 2012 2013

Təbii su ehtiyatlarından çıxarılan cəmi su

11.11

12.05

12.27

11.74

11.43

11.57

11.78

12.48

12.51

Cəmi su istehlakı

6.6

8.61

8.37

7.89

7.64

7.72

8.01

8.25

8.23

Suvarma

3.82

5.71

5.84

5.47

5.59

5.50

5.75

5.77

5.75

Kommunal-məişət

məqsədləri üçün istifadə

0.45

0.52

0.36

0.35

0.38

0.41

0.40

0.28

0.31

Sənaye məqsədləri üçün

istifadə

2.32

2.36

2.16

2.04

1.64

1.74

1.76

2.10

2.06

İçməli su

0.08

0.06

0.05

0.04

0.05

0.05

0.05

0.04

0.05

Təkrar dövriyyə edilən və ardıcıl olaraq istifadə edilən su

1.88

2.22

2.08

2.49

1.89

1.79

1.79

2.20

2.18

Su itkiləri

3.05

3.46

3.90

3.85

3.79

3.85

3.77

4.24

4.28

4.1 Kənd təsərrüfatı

45. Azərbaycanda su istehlakının böyük hissəsi suvarma kənd təsərrüfatının payına düşür. 2000-ci ildən 2013-cü ilə qədər səth sularından alınmış suyun təxminən 40-50%-i suvarmaya ayrılmışdır (Cədvəl 3). Azərbaycanın əkin torpaqlarının böyük hissəsinin su tələblərini dəstəklədiyi üçün suvarma ölkənin həm kənd təsərrüfatı, həm də iqtisadiyyatı üçün zəruridir (Dünya Bankı, 2012). Məlumata görə, hazırki suvarılan ərazi 1.45 milyon ha, ümumi əkin torpaqları isə 2.1 milyon ha-dır. Biz kənd təsərrüfatı sahəsində sudan istifadə mövzusunu hesabatın Kənd təsərrüfatı, İrriqasiya və Drenaj adlı xüsusi fəslində daha ətraflı təsvir edirik. 4.2 Yerli

46. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kommunal-məişət təminatı üçün həm səth sularından, həm də qrunt sularından istifadə edir. “Azərsu”yun verdiyi məlumata görə, təchiz edilən suyun təxminən beş biri qrunt sularından götürülür. 80 kiçik şəhərdən 40-ı qrunt suyu ilə təmin edilir, 32 şəhərdə isə qrunt suları su təminatının yeganə mənbəyidir (“Azərsu” ASC ilə komanda görüşü, 25 sentyabr 2014).

Page 26: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

26

47. Bakı şəhəri üçün yüksək keyfiyyətli içməli su şəhərdən müəyyən məsafədəki bir sıra mənbələrdən əldə edilir:

Xaçmaz (əsası 1956-cı ildə qoyulmuşdur; planlaşdırılan axın gücü 2.65 m3/s təşkil edir)

Şollar xətləri (1917, 1937; Bakıdan 187 km məsafədə yerləşir, planlaşdırılan axın gücü 1.5 1.5 m3/s təşkil edir)

Ceyranbatan su anbarı (Samur-Abşeron kanalı vasitəsi ilə Samur çayından qidalanır)

Yeni inşa edilmiş Oğuz-Qəbələ-Bakı su boru xətti layihəsi 5 m3/s planlaşdırılan axın gücü ilə içməli suyu Bakıya gətirə bilər.

48. Azərbaycan həm şəhər, həm də kənd ərazilərində su təminatı və kanalizasiya xidmətlərini genişləndirərək son illərdə nəzərəçarpacaq irəliləyiş əldə etmişdir. Ölkə əhalisinin sayı 2000-ci ildə 8.1 milyondan 2011-ci ildə 9.3 milyona qədər artdığı, şəhər ərazilərində yaşayan vətəndaşların sayı 51%-dən 54%-ə çoxaldığına görə kanalizasiya xidmətlərinin əhatə dairəsi şəhər sakinlərinin 73%-indən 86%-nə qədər artmışdır (ÜST, 2013). Kənd ərazilərində kanalizasiya xidmətlərinin əhatə dairəsi 2000-ci ildə 50%-dən 2011-ci ildə 78%-ə qədər artmışdır, bununla da ölkə üzrə kanalizasiya xidmətlərinin norması 2000-ci ildə 62%-dən 2011-ci ildə 82%-ə qədər artmışdır.

49. Azərbaycanda təkmilləşmiş su təminatından istifadə də bilən şəhər sakinlərinin sayı 1990-cı ildən 2011-ci ilə qədər 88% olmaqla sabit qalmışdır, lakin mərkəzləşdirilmiş su təminatından istifadə edə bilən əhalinin sayı isə 1990-cı ildə 67%-dən 2000-ci ildə 72%-ə, 2011-ci ildə isə 78%-ə qədər artmışdır (ÜST, 2013). Kənd ərazilərində nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir, təkmilləşmiş su təminatından istifadə edənlərin sayı 1990-cı ildə 49%-dən 2000-ci ildə 59%-ə, 2011-ci ildə isə 71%-ə qədər artmışdır. Bununla belə, əksər kənd sakinləri mərkəzləşdirilmiş su təminatından istifadə edə bilmir. Kənd sakinlərinin 2011-ci ildə sadəcə 20%-nin mərkəzləşdirilmiş su təminatına çıxışı olmuşdur.

50. 2005-ci ildə Azərbaycanın 75 mühüm şəhər və qəsəbəsindən 16-sında çirkab suların təmizlənməsi qurğuları işləyirdi, həmin qurğuların hamısı Sovet dövründə inşa edilmişdir və əksəriyyəti tam şəkildə fəaliyyət göstərə bilmirdi (AİB, 2005; Puri və Romanenko, 2006). Qeyd olunan ildə həmçinin Bakının da daxil olduğu Abşeron yarımadasında sakinlərin təxminən 78%-i çirkab suların toplanması sistemi ilə əlaqələndirilmişdir. Bu məlumatların bir qədər köhnə olmasına baxmayaraq, Azərbaycanda çirkab suların toplanması, təmizlənməsi və təkrar istifadəsini genişləndirmək üçün əsaslı investisiyaların tələb olunduğu güman edilir. Bu kimi tədbirlər kənd təsərrüfatında və torpaqların suvarılması üçün istifadə ediləcək suyu meydana gətirə bilər. ƏKT (2009) və Sato. (2013) hesabatında qeyd edilir ki, 2005-ci ildə Azərbaycanda hasil olunan çirkab suların 0.659 milyard m3 -dən 0.161 milyard m3 -- təmizlənmiş və qeyd edilən məqsədlər üçün istifadə edilmişdir.

4.3 Sənaye və Energetika

51. Sənaye suları tələbləri sənaye qurğuları üzrə təyin edilmiş normaları əks etdirən lisenziyalarda verilmişdir. Ən iri lisenziyalı su istifadəsi hidroenerji formasında energetika hasilatı və istilik enerjisi zavodlarının soyudulmasında olur. Ən iri su elektrik stansiyası Kür çayı üzərində yerləşən və 402 MW gücə malik olan Mingəçevir su anbarında, mənbəyini Mingəçevirdən götürən və 380 MW gücə malik olan Şəmkir su anbarında yerləşir. Soyutma suyu üçün təxmin edilən milli tələb ildə 2.4 milyard m3 -dir. Bu suların əksəriyyəti istilik energetikası qurğuları ilə axır və daha yüksək temperaturda yenidən çaya qayıdır. Su elektrik turbinlərindən il ərzində 14 milyard m3 su axıdılır. Bu su həcmi enerji hasilatından sonra ilkin vəziyyətini dəyişmədən birbaşa çaya qayıdır. Su enerjisinin hasilatı əsas istehlak edilən su deyil və ölkənin su ehtiyatlarına əlavə tələbat qoyulmadan ölkə gələcəkdə əlavə su elektrik stansiyasını inşa etməyi planlaşdırır (BMTİP\QEF, 2013d).

Page 27: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

27

4.4 Ətraf mühit və rekreasiya 52. Kür və Araz çaylarının suyu həm öz axınları boyu, həm də Xəzər dənizinə töküldüyü yerlərdə ekoloji gözəlliklər yaradır. Çayların daxili axınları üzrə tələblərdən və dənizə axıdılması üzrə hədəflərdən (illər və fəsillər üzrə) məlumatlı deyilik. Buna görə də ətraf mühitin təkmilləşdirilməsi üçün tələb olunan suyun həcmini təxmini olaraq hesablaya bilmirik. Bizə məlumdur ki, Mingəçevir su anbarı həmçinin rekreasiya məqsədləri üçün istifadə edilir, lakin bu fəaliyyət istehlak su istifadəsinə aid deyil.

Page 28: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

28

5. SU TƏSƏRRÜFATI 5.1. Fiziki Xüsusiyyətlər

53. Azərbaycanda ümumi saxlama qabiliyyəti 21.5 milyard m3 olan 140 rezervuar vardır ki, onlardan təxminən 10.9 milyard m3 -indən istifadə edilə bilir (ƏKT, 2009; BMTİP\QEF, 2013d). Bunlardan ən böyüyü 1953-cü ildə istismara buraxılan Mingəçevir su anbarıdır, bu su anbarının saxlama qabiliyyəti 15,370 milyon m3-dir. Digər iri su anbarlarına daxildir: Saxlama qabiliyyəti 2,677 milyon m3 olan Şəmkir (1982-ci ildə istismara verilmişdir); saxlama qabiliyyəti 1,254 milyon m3 olan Araz (1971-ci ildə istismara verilmişdir) və saxlama qabiliyyəti 565 milyon m3 olan Sərsəng (1976-cı ildə istismara verilmişdir). Su anbarlarının əksəriyyəti su saxlama, hidroenerji hasilatı və daşqınlardan mühafizə daxil olmaqla bir sıra funksiyaları yerinə yetirir. Saxlama su anbarlarından başqa, suyu suvarma və digər məqsədlər üçün çəkən, iri axın və çaylar üzərində yerləşən on altı bənd qurğusu da vardır.

54. 2013-cü ildə bütün suvarma kanallarının, o cümlədən qidalandırıcı kanallar və kənd təsərrüfatı daxili kanalların təxmini uzunluğu 52,000 km olmuşdur ki, bunun da 5%-indən azı beton örtüklə bərkidilmişdir. Ən iri kanallar Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur-Abşerondur, bunların hamısı torpaq kanallarıdır. Mingəçevir su anbarının cənub-şərqindən Araz çayına axan Yuxarı Qarabağ kanalının uzunluğu 174 km, axın gücü isə saniyədə 113.5 m3-dir (m3\s). Təqribən 85,000 ha kənd təsərrüfatı torpağı bu kanal vasitəsi ilə suvarma suyunu əldə edir. Yuxarı Şirvan kanalı da Mingəçevir su anbarından başlayaraq Ağsu çayının şərqinə axır. Onun uzunluğu 126 km, gücü 78 m3/s-dir və təxminən 91,100 ha ərazini suvarma suyu ilə təmin edir.

55. Azərbaycanın suvarma kanallarının və suya nəzarət qurğularının əksəriyyəti, habelə ekstensiv drenaj sistemi Sovet dövründə inşa edilmişdir və onların əksəriyyəti hazırda təmir, yenidən qurulma və müasirləşdirmə işlərindən faydalanacaq (BMTİP\QEF, 2013a, səhifə 10).

5.2. Suyun Monitorinqi

56. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bütün səth sularının, o cümlədən transsərhəd sularının keyfiyyətinin monitorinqinə cavabdehdir. ETSN-in Hidrometeorologiya və Geoloji Kəşfiyyat Departamentləri iqlim, çay, göl və qrunt sularına nəzarət edir. Hidrometeorologiya Departamenti yağıntı, hava temperaturu, iri çaylarda axın, dərinlik və ora axıdılan sulara nəzarət edir. Geoloji Kəşfiyyat Departamenti qrunt sularının keyfiyyəti və qrunt sularının səviyyəsinin artımlarına nəzarət edir.

57. Bir sıra digər təşkilatlar da öz səlahiyyətləri çərçivəsində su ehtiyatlarını nəzarətdə saxlayır. Məsələn, Meliorasiya və Su Təsərrüfatı ASC əsas və yardımçı suvarma kanallarında çəkilən suyun həcmi, “Azərsu” və sudan istifadə edənlərin birliyinə (SİB) verilən su, habelə baş drenaj sistemlərindən axıdılan sulara nəzarət edir.

58. 2011-ci ildə yaradılmış Su Ehtiyatları Dövlət Agentliyi (SEDA) daşqınların azaldılması məqsədi ilə iri su anbarları üçün fəaliyyət qaydalarını hazırlayır. Bənd və su anbarlarını planlaşdıran, inşa edən və istismara verən Meliorasiya və Su Təsərrüfatı ASC əsas su paylayıcı şəbəkəni işlədir, Azərsu və SİB-lərə verilən suyun miqdarının qeydiyyatını aparır. “Azərsu” ASC müştərilərə verilən suyun həcmi və keyfiyyətinə nəzarət edir.

8 Sərsəng su anbarı işğal edilmiş ərazidə yerləşir və hazırda Azərbaycan hakimiyyətinin

nəzarəti altında deyil.

Page 29: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

29

5.3. Su Siyasəti və Qanunvericiliyi 59. Azərbaycanda su siyasəti qanunvericilik, xüsusilə də 1997-ci Milli Su Məcəlləsi ilə icra edilir (Azərbaycan Hökuməti, 1997). Bu Məcəllə əsasında bir sıra qanunlar və nizamnamələr, o cümlədən Su Təchizatı və Çirkab Sular haqqında qanun, Meliorasiya və İrriqasiya haqqında qanun (Azərbaycan Hökuməti, 1996b), Hidrometeoroloji Fəaliyyətlər haqqında qanun və Hidrotexniki Qurğuların Təhlükəsizliyi haqqında qanun qəbul edilmişdir. Su siyasəti həmçinin Milli Planlar, Dövlət Proqramları və Fəaliyyət Planları ilə də icra edilir. 1996-cı ilin sonuna qədər Hökumət Dünya Bankının dəstəyi ilə Ətraf Mühitlə bağlı Milli Fəaliyyət Planını hazırladı, bu plan su ehtiyatlarının mühafizəsi və idarə edilməsinin mühümlüyünü vurğulayır.

60. Azərbaycanın Dövlət Su Siyasəti təmin edir: 1) beynəlxalq su keyfiyyəti standartlarına uyğun olaraq, bütün vətəndaşların içməli su ilə təmin edilməsi, 2) iqtisadi ehtiyaclar və su ehtiyatlarından dayanıqlı istifadə arasındakı balans və 3) hazırki və gələcək nəsillərin ekoloji cəhətdən dayanıqlı metodla sudan istifadə hüququ.

61. Bazar iqtisadiyyatına keçid iqtisadi və siyasi islahatların həyata keçirilməsi zamanı ekoloji problemlərin nəzərə alınması üçün unikal imkan verir. 18 fevral 2003-cü ildə Hökumət Ekoloji Kontekstdə Dayanıqlı Sosial-İqtisadi İnkişaf üzrə Milli Proqramı qəbul etmişdir. Proqramın bir bölməsi su siyasəti məsələlərinə həsr edilmişdir. Milli Proqrama əsasən, 2010-cu ilə qədər "ölkədəki hər bir şəxs keyfiyyətli su ilə təmin ediləcək" (Azərbaycan Hökuməti, 2003). Bu Proqram iqtisadi stimullar təmin etməklə, içməli suyun keyfiyyətini artırmaqla, ətraf mühit haqqında qanunları yeniləməklə və transsərhəd çaylarındakı çirklənməni azaltmaqla sudan səmərəli istifadəni təşviq edir.

62. Azərbaycan Avropa İttifaqı ilə geniş əməkdaşlıq proqramının bir hissəsi kimi, Avropa Qonşuluq və Tərəfdaşlıq Mexanizmi çərçivəsində 2007-2013-cü illər üzrə Ölkə Strategiya Sənədində ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində prioritet əraziləri müəyyənləşdirir (Voloşin, 2014). Aİ-də su ehtiyatları ilə bağlı ən mühüm qanunvericilik əsas prinsiplər və məqsədləri müəyyənləşdirən, su ehtiyatlarının kompleks idarəçiliyi üzrə çərçivəni təmin edən Su Çərçivə Direktividir (BMTİP\QEF, 2013). Bu Direktiv Azərbaycan dilinə tərcümə edilmişdir və su ehtiyatlarının kompleks idarəçiliyi prinsiplərinə uyğun olaraq, Qanıx və Gəncəçay hövzələrində çay hövzəsinin idarə edilməsi üzrə pilot planı icra etmək üçün bir sıra hökumət idarələri tərəfindən istifadə edilməkdədir.

5.4. Müəssisələr

63. Bir sıra nazirliklər, idarə və açıq səhmdar cəmiyyətləri Azərbaycanda su ehtiyatlarının idarə edilməsinə cavabdehlik daşıyır. Əsas cavabdeh nazirliklər ETSN; suvarma məqsədləri üçün su ehtiyatlarının idarəçiliyi ilə məşğul olan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC); şəhər və sənaye su təminatına cavabdehlik daşıyan “Azərsu” ASC-dir (Cədvəl 4). Fövqəladə Hallar, Kənd təsərrüfatı, Energetika və Səhiyyə Nazirlikləri də su ehtiyatları ilə bağlı marağa və cavabdehliklərə malikdir.

64. Su təminatı üzrə xidmət haqlarını müəyyənləşdirən Tarif Şurası və su ehtiyatları haqqında məlumatları qeydə alan Dövlət Statistika Komitəsi daxil olmaqla Azərbaycanda bir sıra digər idarələr də su təsərrüfatı üzrə müəyyən cavabdehliklərə malikdir. Bundan başqa, kiçik torpaq sahələrinə malik fermerləri təmsil edən bir çox SİB-lər, habelə irriqasiya və drenaj şəbəkələrinin idarə edilməsi və texniki xidmətinə cavabdeh olan, Meliorasiya və Su Təsərrüfatı ASC-nin texniki irriqasiya departamentləri də vardır. Qısa sözlə desək, hazırda su ehtiyatları ilə əlaqədar səlahiyyətlərə malik bir çox müəssisələr vardır (Cədvəl 4).

65. Su ehtiyatları sahəsinə cəlb olunan təşkilatlardan heç biri çay hövzələrinə hərtərəfli nəzarət etmək funksiyasına malik deyil. Sektorlar üzrə su ehtiyatlarının paylanması, sudan istifadənin icazələr əsasında tənzimlənməsi və su ilə bağlı mübahisəli məsələlərin həll edilməsi ilə əlaqədar qərarların verilməsi səlahiyyəti bu funksiyaya daxil ola bilər.

Page 30: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

30

Nazirlik, Departament və ya Şirkət

Su ilə əlaqədar cavabdehliklər

Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyi Daşqınların azaldılması ilə bağlı iri su anbarları üzrə fəaliyyət

qaydalarını hazırlayır; səth və qrunt su ehtiyatlarına nəzarət edir. ETSN Milli Hidrometeorologiya Departamenti

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti

Su ehtiyatları ilə əlaqədar hökumət siyasətlərində və planlaşdırmalarında iştirak edir, səth sularında suyun keyfiyyətinə nəzarət edir.

Xəzər Dənizinin Ətraf Mühitinin Monitorinqi İdarəsi

Su axarlarına axıdılan suların ölçü işlərini həyata keçirir, səth və qrunt sularının keyfiyyətinə nəzarət edir.

Milli Geoloji Kəşfiyyat İdarəsi

Kənd Təsərrüfatı Nazirliyi Su ehtiyatları və irriqasiya ilə bağlı Hökumət siyasətlərində iştirak edir, Xidmətin səlahiyyətinə daxil olan məsələlərdə fermerlərə texniki dəstək göstərir

Səhiyyə Nazirliyi İçmək və digər məişət məqsədləri üçün əhaliyə verilən suyun keyfiyyətinə nəzarət edir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

"Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

Ölkənin su infrastrukturunu planlaşdırır və qurur, irriqasiya və drenaj infrastrukturunu idarə edir, fermerlərə suvarma sularının verilməsini təşkil edir.

“Azərenerji” ASC Hidroenerji və digər enerjini; əhalinin elektrik enerjisi ilə təminatını

“Azərsu” ASC Məişət və sənaye sahələrini su ilə təmin edir. Su mənbələrini təşkil və idarə edir, məişət və sənaye məqsədləri üçün nəzərdə tutulan su

Cədvəl 4. Su təsərrüfatına cəlb olunmuş əsas müəssisələr

Dövlət Fitosanitar Nəzarət Xidməti

kənd təsərrüfatı.

66. ETSN su ehtiyatlarının planlaşdırılması üzrə hüquqi səlahiyyətə malikdir. Əvvəllər bu planlaşdırma Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin öhdəliyi idi, Nazirliyin əvvəlki dövrlərdə həyata keçirdiyi iş əksər su ehtiyatlarının planlaşdırılması ilə bağlı verilən qərarların əsasını təşkil edir. Bir sıra hökumət idarələri daşqınların idarə edilməsi və daşqından mühafizə məsələləri üzrə öhdəlikləri bölüşür. SEDA idarəetmə öhdəliyinə malikdir, ETSN və Meliorasiya və Su Təsərrüfatı ASC isə həm də əsaslı öhdəlik sahələrinə malikdir. Xüsusilə də ETSN daşqınların proqnozlaşdırılması üzrə, Meliorasiya ASC isə daşqınlardan mühafizə infrastrukturu sisteminin texniki xidməti və yenilənməsi üzrə cavabdehliyə malikdir. ETSN suyun keyfiyyətinin idarə edilməsi üzrə əsas öhdəliyə malikdir, bura su ehtiyatlarına axıntıların monitorinqi, icazə verilməsi və ətraf mühit istiqamətində qaydaların hüquqi qüvvə alması daxildir. Çaylara ekoloji axıntıların tənzimlənməsi öhdəliyi isə tam aydın deyil. Lakin ETSN tərəfindən toplanan və saxlanan monitorinq məlumatları ekoloji axınlar üzrə tələblərin təkmilləşdirilməsi və həyata keçirilməsi üçün istifadə edilə bilər.

67. Su ehtiyatlarının kompleks idarəçiliyi və çay hövzələrinin planlaşdırılması üzrə faydalar və əməkdaşlıq institusional koordinasiyanı təkmilləşdirən bir sıra fəaliyyətlər vasitəsi ilə əldə edilə bilər (BMTİP\QEF, 2013):

Suyun tənzimlənməsi və idarə edilməsinə xüsusi diqqət yetirərək institusional

funksiyaların yenidən formalaşdırılması, Müəssisələr arasındakı əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi və

Page 31: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

31

Su ehtiyatlarının idarəçiliyinə cəlb olunmuş bütün əsas maraqlı tərəflər və tərəfdaşlara açıq olan məlumatların səmərəli şəkildə bölüşdürülməsi və kompleks məlumat bazalarının yaradılması.

5.5. Su Sektorunun Maliyyələşdirilməsi

68. Şəkil 4-də büdcə ayrılmaları üzrə məlumatlarda göstərildiyi kimi, Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” ASC-lərə çox büdcə ayrılır. 2008-ci ildən 2013-cü ilə qədər Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan büdcə vəsaitləri təxminən 400 milyon AZN-dən 900 milyon AZN-ə qədər artmışdır (şəkil 4). Təşkilatlar da həmçinin müxtəlif məbləğlərdə xarici investisiya əldə edir. Meliorasiya və Su Təsərrüfatı ASC 2012-ci ildə 77 milyon AZN xarici investisiya əldə etmişdir. İnfrastrukturun qurulması, yenidən hazırlanması və müasirləşdirilməsi üçün həm xarici, həm də daxili maliyyə resurslarından istifadə edilir, lakin əmək haqqı, sistemin fəaliyyəti və texniki xidmət daxil olmaqla dövri xərclər adətən yalnız yerli resurslar hesabına qarşılanır. İnfrastruktur layihələrinin maliyyələşdirilməsinin dəstəklənməsi məqsədi ilə xarici kredit və qrant vəsaitlərindən geniş formada istifadə edilir (BMTİP\QEF, 2013; səhifə 23).

69. “Azərsu” ASC şəhər və kənd əhalisini su ilə təmin etmək üçün infrastrukturun inkişafında diqqətəlayiq işlər görmüşdür. Bu, son onillikdə hökumət tərəfindən ayrılan geniş büdcə vəsaitləri və xarici investisiyalar hesabına əldə edilmişdir. Bununla belə, kanalizasiya qurğuları və təmizlənmə qurğularına xüsusilə də kənd yerlərində diqqət artırılmalıdır. Müvafiq olaraq, Meliorasiya ASC də iri su anbarlarının, irriqasiya paylama və kənd təsərrüfatı drenaj şəbəkələrinin, ölkənin daşqınlardan mühafizə infrastrukturunun qurulması, fəaliyyət göstərməsi və idarə edilməsi istiqamətində nəzərəçarpacaq işlər görmüşdür. Yuxarıda “Azərsu” ilə bağlı qeyd edildiyi kimi, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən də əlavə təkmilləşdirmə və yenilənmə işləri tələb olunur.

Şəkil 4. Su təşkilatları üzrə ayrılan büdcə vəsaitləri

Mənbə: BMTİP\QEF, 2013. Azərbaycan Milli SEKİ Planı, səhifə 23.

70. Meliorasiya və “Azərsu” ASC-lər su istifadəçilərindən kifayət qədər gəlir əldə etmir. Su təchizatı ilə məşğul olan şirkətlər normal fəaliyyəti və istismar xərclərini maliyyələşdirmək məqsədi ilə istifadəçilərdən kafi xidmət haqlarını toplamalıdır. İrriqasiya xidmətlərinin göstərilməsi ilə əlaqədar xərc və gəlirlər nümunəsi ölkə üzrə şəraiti təmsil edən bir irriqasiya sistemindəki maliyyə boşluğunu göstərir (zəhmət olmasa, aşağıdakı xanalı cədvələ baxın). Salyan rayonunda Meliorasiya və Su Təsərrüfatı ASC 1,000 m3-ə 5-10 AZN olmaqla orta xərclə SİB-lərə su verir. SİB-lərin əldə etdiyi ödəniş isə m3-ə 0.5 AZN-dir. SİB-lər 1,000 m3-ə 2.0 AZN ödəyən üzvləri su ilə təmin edir. Davamlı fəaliyyət və texniki xidmət üçün SİB tərəfindən tələb olunan orta ödəniş 1,000 m3-ə 10-17 AZN-dir.

Page 32: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

32

Bu nümunədə nə Meliorasiya və Su Təsərrüfatı ASC, nə də SİB hökumətdən daimi subsidiya almadan su təminatı xidmətini davamlı olaraq göstərmək üçün kifayət qədər gəlir toplamır.

İrriqasiya sularının təminatı haqları üzrə nümunə

• SİB tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC-yə ödəniş = 1000 m3-ə 0.5 AZN. • Tələb olunur = 1000 m3-ə 5-10 AZN. • Fermerdən SİB-ə edilən cari ödəniş: 1000 m3-ə 2.5 AZN. • Davamlı fəaliyyət və texniki xidmət üçün tələb olunur = 1000 m3-ə 10-17 AZN.

Mənbələr: 2014-cü il Salyan rayonunda Meliorasiya və Su Təsərrüfatı ASC və SİB-lə keçirilən

komanda müsahibələri. Bu məlumatlar da Dünya Bankının 2012-ci il məlumatlarıdır. 5.6. Daşqın və Quraqlığın İdarə Edilməsi

71. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST\ROE, 2010) daşqın təhlükələrinin paylanmasına dair xəritə hazırlamış və BMTİP-QEF (2013) ölkədə başlıca daşqın təhlükələrinin olduğu yerlərin göstərilməsi üçün həmin xəritəyə istinad etmişdir. "Çox" və "daha çox" daşqın riskini daşıyan ərazilər əsas Kür və Araz çaylarının vadiləri, habelə Böyük Qafqazın dağ vadiləridir. Həmçinin UNESCO-nun ekoloji əhəmiyyətə malik Ramsar əraziləri siyahısına daxil edilmiş bataqlıq ərazisi - Qızılağac Dövlət Qoruğunun yaxınlığında Kürün aşağı axarlarının cənub bölgəsindəki ərazi də sadalanan riskli ərazilərə daxildir. Azərbaycanda üç növ daşqın hadisəsi baş verir:

(i) Araz və Kür iri çay sistemi ilə əlaqədar olaraq çay daşqınları, (ii) Yağıntılar və qarların əriməsi nəticəsində yüksək dağlıq ərazilərdə dağ sel

daşqınları, Müvafiq torpaq sürüşmələri və dağ yamaclarının sürüşməsi baş verə bilər və

(iii) Xəzər dənizinin səviyyəsinin artması ilə kəskinləşən sahil daşqınları. 72. İqlim dəyişikliyi üzrə Azərbaycan tərəfindən BMT Forumuna göndərilən ikinci təqdimatın məlumatları il ərzində baş verən daşqın hadisələrinin sayının son illərdə artdığını göstərir. Bu artım iqlim dəyişikliyinin təsirləri ilə əlaqələndirilsə də ETSN hesabatı həmin dəyişikliklərə dair rəy bildirmir.

73. Daşqınların idarə edilməsi ilə əlaqədar başlıca təşkilatlar Meliorasiya və Su Təsərrüfatı ASC və SEDA-dır. Meliorasiya fəaliyyətləri planlaşdıran və icra edən, habelə su ehtiyatlarını idarə edən bir neçə departamentə malikdir. Meliorasiya və Su Təsərrüfatı ASC yerli idarələrə malikdir, məsələn, hər bir rayonda irriqasiya və daşqından mühafizə qurğularının fəaliyyəti və texniki xidmətini həyata keçirən İrriqasiya Sistemləri Departamenti (İSD). SEDA-nın yerli işçi heyətinin sayı ölkənin iri bənd və su anbarlarının idarə edilməsi və texniki istismarı üçün tələb olunan iş həcmi ilə müqayisədə məhduddur.

74. Azərbaycanda su ehtiyatlarının əvvəlki qiymətləndirmələri zamana və ya mövsümə görə dəyişmələri təsvir etmək əvəzinə, su ehtiyatlarının orta göstəriciləri barədə məlumat verir. Dəyişmələri təsvir edən təfsilatlı məlumatlar olmadan quraqlıq hadisələrinin baş vermə tezliyini və ya əhəmiyyətlilik dərəcəsini qiymətləndirmək çətindir. Su Problemləri İnstitutunun mövcud su ehtiyatlarının qiymətləndirilməsi istiqamətində davam etdirdiyi işi su təminatındakı dəyişmələr və quraqlıq hadisələrinin potensial təsirlər barədə məlumat verəcək.

75. Əvvəlki tədqiqatlar Azərbaycanda kəskin quraqlıq hadisələrinə dair az məlumat verir. 2014-cü il xüsusilə quraq il kimi müəyyən edilsə də, bu təsirlər kənd təsərrüfatının əksər hallarda yağıntılara əsaslandığı və fermerlərin suvarmada kiçik çaylardan istifadə etdiyi Böyük Qafqazın yamaclarında lokallaşmışdır.

Page 33: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

33

Azərbaycanın su ehtiyatlarının əksər hissəsi Kür-Araz hövzəsində mərkəzləşmişdir, burada Mingəçevir su anbarı illik quraqlıq hadisələrinin potensial təsirlərinin kompensasiya edilməsi imkanını verir. Bu su anbarı həmçinin quraq mövsümlər zamanı həm kənd təsərrüfatı, həm də ekoloji məqsədlərin əldə edilməsi üçün çay axınlarının koordinasiyasına da imkan verir.

5.7. Su Sektorunda İslahatlar

76. Bir sıra nazirliklər və ASC-lər suyun inkişafı və idarə edilməsi ilə bağlı layihələr icra etməkdədir. SEDA Milli Su Strategiyasının dəstəklənməsində səth və qrunt sularını qiymətləndirir. Meliorasiya ASC Bakıda və Abşeron yarımadasında içməli suyun təhlükəsizliyini təmin etmək məqsədi ilə Taxtakörpü su anbarı daxil olmaqla bir neçə yeni su anbarı və kanalı, habelə Şəmkir çayı üzərində su anbarı və hidroenerji qurğusunu tikməkdədir (Kür çayının qolu). Meliorasiya və Su Təsərrüfatı suvarma suyunu təmin etmək üçün hazırda istifadə edilən Şəmkirçay su anbarı üzərində üç hidroenerji stansiyasını inşa etməyi planlaşdırır.

77. “Azərsu” ASC içməli su təminatı və kanalizasiya xidmətlərinin genişləndirilməsi üçün qurğular inşa edir. Çirkab suların təmizlənməsi üzrə yeni qurğular 29 şəhər üçün nəzərdə tutulub və Kür-Araz hövzəsində 21 şəhərdə inşa edilməkdədir. 2015-ci ilə qədər bütün iri şəhərlər və yaxınlıqda yerləşən kəndlər Çirkab Suların Təmizlənməsi Qurğusu Şəbəkəsinə qoşulacaq. Digər yaşayış yerləri 2030-cu ilə qədər şəbəkəyə qoşulacaq. Yeni inşa edilən bütün qurğuların beynəlxalq standartlara cavab verməsi tələb olunur. “Azərsu” da 2030-cu ilə qədər Azərbaycanın bütün yaşayış ərazilərini davamlı (gündəlik, 24 saat) və yüksək keyfiyyətli su ilə təmin etməyi planlaşdırır.

78. Azərbaycan Hökuməti su sektorunun idarə edilməsini təkmilləşdirmək məqsədi ilə layihələrin icrası və planlaşdırılmasında Dünya Bankı, AİB, KfW və JICA kimi beynəlxalq inkişaf təşkilatları ilə fəal əməkdaşlığa can atır. 2003-cü ildən etibarən Hökumət daxili kənd təsərrüfatı irriqasiya sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi, təkmilləşdirilmiş sistemlərin idarə edilməsi üçün SİB-lərə verilməsi istiqamətində Dünya Bankının dəstəyi ilə üç layihə həyata keçirmişdir.

79. İrriqasiya və Drenaj İnfrastrukturunun Yenidən Qurulması və Tamamlanması Layihəsi (İDİYL) və İrriqasiyanın Paylanması Sistemi və İdarəetmənin Təkmilləşdirilməsi Layihəsi (İPSİTL) Meliorasiya ASC tərəfindən həyata keçirilmişdir. 80,000 ha-dan artıq əraziyə xidmət göstərən daxili kənd təsərrüfatı irriqasiya sistemləri tamamlanmışdır, əlavə 82,000 ha əraziyə xidmət göstərən sistemlərə dair işlər icradadır. Üçüncü layihə SİB İnkişafın Dəstəklənməsi Layihəsi (SİBL) fermer birliklərinin daha da gücləndirilməsi istiqamətində icra edilməkdədir. Bu layihələr uğurlu hesab edilir, irriqasiya və drenaj sistemlərinin yenidən qurulması və yenilənməsi üçün yaxşı bir model təqdim edir (Dünya Bankı, 2012).

80. AİB “Azərsu”yun su təchizatı fəaliyyətlərinin 1 milyard ABŞ dolları məbləğinə yaxınlaşan başlıca maliyyə mənbəyidir. AİB həmçinin Hökumətin Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramını dəstəkləyir və yoxsulluğun azaldılması üzrə tərəfdaşlıq prosesinə başlamışdır. Bu Texniki Yardım tapşırığı ilə başlayaraq AİB həmçinin su ehtiyatlarının kompleks və dayanıqlı idarəetməsini vurğulayaraq ölkənin fəaliyyət strategiyasının hazırlanmasında da yardım edəcək.

81. Yüksək prioritetliyə malik digər proqram su siyasəti islahatı olmuşdur, o cümlədən su hövzələri və kompleks su ehtiyatları idarəçiliyi əsasında su təsərrüfatı prinsiplərinə uyğun olması üçün strategiyanın hazırlanması və müvafiq qanunvericilik. Avropa İttifaqı Aİ Su Təşəbbüsü çərçivəsində Milli Siyasət Dialoqu (MSD) vasitəsi ilə bu tədbirləri dəstəkləmişdir. Bu növ dialoqlar qanunvericilik və inzibati çərçivələri təkmilləşdirir, prioritetlərin müəyyənləşdirilməsində ölkələrə yardım edir, dəstəyə ehtiyacı olan layihələri müəyyənləşdirir və su təsərrüfatı ilə bağlı problemləri həll etməyə çalışan ölkələrdə potensialı artırır.

Page 34: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

34

AİB maraqlı tərəflərlə məşvərəti dəstəkləmək və onların iştirakın təmin etmək, habelə planlaşdırma, informasiya mübadiləsi, monitorinq və məsləhət xidmətlərini təkmilləşdirmək məqsədi ilə çay hövzəsi təşkilatlarının qurulmasını dəstəkləyir (AİB, 2003).

Page 35: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

35

6. KƏND TƏSƏRRÜFATI, İRRİQASİYA VƏ TORPAQLARIN DRENAJI Ümumi baxış

82. Kənd yerlərində yaşayan sakinlərin çox hissəsi öz yaşayış təminatını ya sahibkar kimi, ya işçi kimi, ya da kənd təsərrüfatı məhsullarının istehsalı və satışında çalışan digər birisi kimi kənd təsərrüfatı sahəsində qurur. Buna görə də kənd təsərrüfatı sektorunun Azərbaycanın ÜDM-sinə artıq çox fayda vermədiyinə baxmayaraq, bu sektor kənd ərazilərində yaşayan əhalinin mühüm iş yeri və yaşayış təminatıdır. 2011-ci ildə ölkə ÜDM-sinin 64 milyard dollarında kənd təsərrüfatı, balıqçılıq və meşəçiliyin payı sadəcə 5.8 milyard dollar və yaxud 9% təşkil etmişdir (Aİ\ƏKT, 2012). Kənd təsərrüfatı ölkənin əmək qüvvəsinin təxminən 38%-ni və qadın işçi qüvvəsinin 40%-ni özündə birləşdirir (Merkle və həmkarları, 2012). Son illər kənd təsərrüfatının əmək qüvvəsinin artım səviyyəsi azalmışdır, lakin bu sektora cəlb olunanların sayı artmışdır. 2013-cü ildə kənd təsərrüfatı sektoruna təxminən 1.08 milyon şəxs cəlb edilmişdir (ƏKT, 2015).

83. Kənd yerlərində məşğulluq mənbəyi kimi kənd təsərrüfatının əhəmiyyətinə baxmayaraq, bu sektora dövlət az investisiya ayırır. 2012-ci ildə kənd təsərrüfatı sahəsi üzrə ayrılan ölkə büdcəsi 580 milyon dollar, yaxud həmin ildə cəmi xərclərin sadəcə 2%-ini təşkil etmişdir (Aİ\ƏKT, 2012). Kənd təsərrüfatı sahəsinə qeyri-müvafiq investisiya 1990-cı illərin əvvəllərindən müşahidə edilən istehsalın zəifləməsinə söykənir. Həmçinin il ərzində ölkədə istehlak edilən suyun kifayət qədər böyük hissəsi kənd təsərrüfatına yönəlir. Yay əkinçiliyi irriqasiya tələb edir, fermerlər həmçinin payızda buğda və arpa sahələrini də suvarır. Azərbaycanda ət və süd istehsalı, daha sonra isə buğda, meyvə və tərəvəz istehsalı kənd təsərrüfatı məhsullarının ən böyük illik dəyərini təşkil edir.

84. Azərbaycanda əkinçilik və otarma məqsədləri üçün uyğun olan 4.9 milyon ha-dan təxminə 1.5 milyon ha-ı suvarılır. Suvarılan torpaqların bəzisi subasma və yüksək şoranlıq səbəbindən korlanır ki, bunun da səbəbi adətən zəif su idarəçiliyi və qeyri-səmərəli drenaj sistemi olur. Təxminən 1.1 milyon ha sahə orta şoranlıqdan kəskin şoranlığa qədər problemlərə məruz qalmışdır, təxminən 0.4 milyon ha sahə isə yüngül dərəcədə şoranlaşmışdır (Dünya Bankı, 2013). Azərbaycanda və regiondakı digər ölkələrdə suvarılan kənd təsərrüfatının əksər müşahidəçiləri Sovet İttifaqının dağılmasından sonra pis vəziyyətə düşmüş geniş irriqasiya və drenaj sistemlərinin yenidən qurulması ehtiyacını vurğulamışdır. İrriqasiya və drenaj şəbəkəsinin kollektiv idarəçiliyinin dəstəklənməsi üçün institusional struktur olmamışdır. İri kanalların, nasos stansiyalarının və derivasiya qurğularının fəaliyyət göstərməsi və texniki cəhətdən istismar edilməsi üçün fərdi ailələr az stimula və məhdud kapital ehtiyatlarına malik olmuşdur.

Əkin sahələri və Məhsul yığımı

85. Kollektiv ferma sisteminin dağılmasından sonra Azərbaycanda kənd təsərrüfatı ərazisinin və hasilat dəyərinin əksər hissəsini kiçik, özəl ferma təsərrüfatları təşkil etmişdir. 2011-ci ildə kiçik və iri ferma təsərrüfatlarını işlədən özəl sahibkarlar əldə edilən kənd təsərrüfatında 5.8 milyard dollar dəyərin 5.5 milyard dollarını (93%) bəxş etmişdir (Aİ\ƏKT, 2012). Özəl sektor daxilində ixtisaslı kənd təsərrüfatı istehsalçılarının 67%-i ailə təsərrüfatları, 33%-i kiçik ferma təsərrüfatları və yalnız 0.2%-i iri ferma təsərrüfatları olmuşdur (ƏKT, 2012).

86. Əkilmiş sahələr 2000-ci ildə təxminən 1.0 milyon hektardan (ha) 2013-cü ildə 1.6 milyon ha-a qədər artmışdır ki, bunun da təxminən 1.5 milyon ha-nı kiçik, özəl ferma təsərrüfatları təşkil etmişdir (Şəkil 5). Göstərilən ərazidəki 2000-ci ildən etibarən meydana gələn artımın əsas səbəbi kiçik payızlıq toxumlarının və yemin istehsalındakı artımlardır. Pambıq istehsalı 2000-ci ildə təqribən 100,000 ha-dan 2014-cü ildə 20,000 ha-a qədər azaldı, lakin tərəvəz əkilmiş ərazi qeyd edilən dövr ərzində təxminən 60,000 ha-dan 80,000 ha-a

Page 36: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

36

qədər artmışdır. Qarğıdalı və kartof əkilmiş sahələr də artmışdır, lakin şəkər çuğunduru əkilmiş sahələr 10,000 ha-dan az olaraq qalmışdır.

Şəkil 5. Bütün məhsulların əkildiyi sahələr, 2000-2014-cü illər, 1,000 ha

Əkilmiş ərazi, 1000 ha 1800 1650 1500 1350 1200 1050 900

00 02 04 06 08 10 12 14 İl

Bütün təsərrüfatlar, Kiçik təsərrüfatlar, 1000 ha

1000 ha

Mənbə: Azərbaycan statistikası, www.azstat.org.

87. Azərbaycanda əsas məhsul yığımı müəyyən zamandan bir yalnız kiçik artımlar nümayiş etdirərək uzun illər sabit qalmışdır. 2000-ci ildən bəri arpa yığımları 2.0-2.5 ton\ha səviyyəsində qalmışdır, buğda yığımları isə təxminən 2.7 ton\ha olmaqla sabit qalmışdır (www.Azstat.org). Həmin vaxt ərzində pambıq yığımları ortalama 1 ton\ha-dan 2 ton\ha-a artmışdır, lakin bu, pambıq əkilmiş sahələrin 100,000 ha-dan 20,000 ha-a azaldığı vaxt baş vermişdir. Meyvə və giləmeyvə yığımları ortalama təxminən 6 ton\ha-dan təxminən 7 ton\ha-a qədər artmışdır (www.azstat.org).

88. Tərəvəz, toxumluq qarğıdalı və kartof üzrə orta məhsuldarlıq müəyyən vaxtdan bir daha nəzərəçarpacaq formada artmışdır, şəkər çuğunduru üzrə orta məhsuldarlıq isə digər məhsullara nisbətən fərqli olmuşdur (www.Azstat.org). Tərəvəz məhsuldarlığı təqribən 13 ton\ha-dan 15 ton\ha-a qədər artmışdır, qarğıdalı məhsuldarlığında isə 3 ton\ha-dan 5 ton\ha-a qədər artım müşahidə edilmişdir. Kartof yığımları 2000-ci ildən etibarən 8 ton\ha-dan 15 ton\ha-a qədər artaraq, demək olar ki, iki dəfə çoxalmışdır (www.Azstat.org). Şəkər çuğunduru üzrə orta məhsuldarlıq 2005-ci ildən bəri artmışdır, eyni ildə şəkər çuğunduru əkilmiş sahələr 3,000 ha-dan 8,000 ha-a artmışdır. Məhsul yığımlarının artması ölkədə yeni yaradılmış iri miqyaslı korporativ şəkər çuğunduru fəaliyyətinin verdiyi töhfəsi ilə əlaqədar ola bilər.

89. Bir çox ferma təsərrüfatları mal-qaranı ət və süd mənbəyi olaraq saxlayır. Heyvanlar artıq kənd təsərrüfatı avadanlığının işlədilməsində istifadə edilmir (Aİ\ƏKT, 2012). Mal-qara, qoyun və quşçuluq 2000-ci ildən etibarən 40%, 50% və 70% artmışdır (Şəkil 6). 2014-cü ildə Azərbaycanda təxminən 2.7 milyon mal-qara və camış, 8.6 milyon qoyun və keçi, 25.2 milyon quş olmuşdur (www.azstat.org). Süd və ət istehsalının bazar dəyəri fərdi məhsulların bazar dəyərindən çoxdur. 2012-ci ildə süd istehsalının təxmini dəyəri 502 milyon dollar, mal-qara,

Page 37: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

37

qoyun və toyuq-cücə istehsalının təxmini dəyəri isə 640 milyon dollar təşkil etmişdir (www.Azstat.org). Birlikdə götürdükdə 2012-ci ildə süd və ət istehsalının cəmi dəyəri (1,142 milyon dollar) həmin ildə kənd təsərrüfatı istehsalının dəyərinin təxminən 50%-ni təmsil edir. Meyvə istehsalı kənd təsərrüfatı dəyərinin təxminən 17%-ni, tərəvəz istehsalı isə 12%-ni təmsil edir.

Page 38: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

38

Buğda və kartof bir yerdə 2012-ci ildəki kənd təsərrüfatı istehsalı dəyərinin təxminən 14%-ni təşkil edir.

Şəkil 6. Mal-qaranın indeks sayı (il 2000 = 1.00), 2000-2014-cü illər

İndeks (İl 2000 = 1.0) 1.8

1.6

1.4

1.2

1.0 0.8

il 00 02 04 06 08 10 12 14

Mal-qara, camış qoyun, keçi Quşçuluq

Mənbə: Azərbaycan statistikası, www.azstat.org.

6.3 Hökumətin siyasəti – Kənd təsərrüfatı üçün subsidiyalar

90. Hökumət ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə buğda istehsalını dəstəkləyir. Son illərdə yerli buğda istehsalı buğda istehlakının 50-60%-ni təşkil etmişdir, idxal məhsulları isə digər 40-50%-i təmsil etmişdir (www.Azstat.org). Yerli istehlak üçün mövcud buğdanın ortalama miqdarı adambaşı, il üzrə və dövrlər üzrə təxminən 200-220 kq səviyyəsində qalmışdır (www.Azstat.org). Yerli istehsal və idxal məhsulları proqramı Azərbaycanda dənli bitkilər, ət və tərəvəz təminatında uğurlu olmuşdur. Sovet İttifaqının dağılmasından sonra kaloriya\adam\gün göstəricisi 2,500 kaloriya\adam\gün-dən təxminən 3,000 kaloriya\adam\gün-ə artmışdır (www.Azstat.org).

91. Hökumət gübrə, toxum istehsalının subsidiyalaşdırılması, mexanizm, birbaşa transferlər və vergilərin azaldılması vasitəsi ilə kənd təsərrüfatı istehsalçılarına dəstək göstərir. Birbaşa transferlər əkilmiş sahələr üçün 40 AZN ödəniş\ha\il, buğda, arpa və ya düyü əkilmiş sahələr üçün əlavə 40 AZN\ha\il təşkil edir (Aİ\ƏKT, 2012; AK\ƏKT, 2013). Hökumət həmçinin bazar dəyərinin 50%-də olmaqla fermerlərə gübrə və buğda toxumlarını da verir. Bu ödənişlər son illərdə Azərbaycanda pambıq və tütün istehsalının azalmasında rol oynamışdır, belə ki, buğda və digər dənli bitkilərin əkildiyi ərazilər artmışdır (Aİ\ƏKT, 2012).

92. Buğda, arpa və düyüyə görə ödənişlər əsas ərzaq məhsullarının istehsalının təşviq edilməsində Hökumətin marağını əks etdirir. Fermerlər geniş sahələrdə buğda əkmişdir, bununla da 2012-ci ildə buğda və düyü istehsalçılara əlavə subsidiya ödəmələrinin cəmi 25 milyon AZN təşkil etmişdir (AK\ƏKT, 2013). Həmin fermerlər əldə edilən məhsullara görə əlavə 64 milyon AZN gəlir əldə etmiş və Dövlət Taxıl Fonduna təhvil verdikləri buğdaya görə bazar qiymətlərindən yuxarı gəlir əldə etmişdir.

Page 39: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

39

Sonuncu komponent istehsal qiymətlərinin Hökumət tərəfindən dəstəklənməsi ilə mümkün olmuşdur. 2010-cu ildə Azərbaycanda Hökumət tərəfindən dəstəklənən buğda dəyəri 288 dollar\ton olmuşdur, halbuki Rusiya, Ukrayna və Qazaxıstanda buğdanın istehsal qiyməti müvafiq olaraq 127, 136 və 148 dollar olmuşdur (AK\ƏKT, 2013).

93. Buğda, arpa və düyü istehsalının hökumət tərəfindən maliyyə cəhətdən dəstəklənməsi ərzaq təhlükəsizliyindən daha çox ölkənin daxili resurslarla ərzaq təminatının əldə edilməsi istiqamətindəki siyasət məqsədini əks etdirir. Buğda və düyü ilə müqayisədə, meyvə və tərəvəz istehsalından təsərrüfat səviyyəsində əldə edilən gəlir daha çoxdur. 2013-cü ildə buğda istehsalı üzrə təxmini gəlir 237 AZN\ha, kartof, tərəvəz və yemiş üzrə təxmini gəlirlər müvafiq olaraq 2,543 AZN, 2,113 AZN və 1,450 AZN\ha təşkil etmişdir (AK\ƏKT, 2013). Burada qeyd edilməlidir ki, kartof, tərəvəz və yemiş üzrə irriqasiya su tələbatı buğda və arpa ilə müqayisədə olduqca daha çoxdur. Bu, Azərbaycanda fermerlərin meyvə və tərəvəz məhsullarının orta səviyyədə istehsal etdiyi halda, taxıl istehsalının son illərdə əkilmiş ərazilərin yarısından çoxunda məskunlaşması səbəbini izah edir.

a. Ərzaq Təhlükəsizliyinin Təmin Edilməsi 94. Əhalinin artması və orta gəlirlərin çoxalması ilə ərzaq tələbatı da son illərdə artmışdır. Bu tələbat buğda və arpa əkin sahələrinin artması, həmçinin taxılın beynəlxalq bazarlara çıxarılması ilə qarşılanmışdır. Hökumət subsidiyaları təsərrüfat səviyyəsində əkin istehsalı seçimlərinə təsir edir və bir çox fermerlər daha yüksək gəlirlər əldə edir. Fermerlər tərəfindən əldə edilən etibarlı irriqasiya su təminatı da əkin məhsullarının seçiminə təsir edən başlıca faktordur. Azərbaycanda kənd təsərrüfatının subsidiyalaşdırılması proqramı bahalıdır, təsərrüfat və emal səviyyələrində bazar siqnallarının qərar verən şəxslərə gəlməsinə imkan verilmir.

95. Bu sektora həm özəl, həm də dövlət mənbəyindən qoyulan əvvəlki investisiyalar arzu olunan məhsuldarlıq səviyyəsinin saxlanılması üçün kifayət etməmişdir. Nəticədə, kənd təsərrüfatında torpaq və su ehtiyatlarının şəraiti müəyyən zamandan sonra korlanmışdır, məhsullardan istifadə zəifləmiş, məhsul yığımları arzu olunan səviyyəyə qədər artmamışdır. Torpaqların keyfiyyətinin azalması məhsuldarlığa da mənfi təsiri göstərmiş, aşağı məhsul yığımı fermerlərin məhsuldarlığın artırılması istiqamətində görəcəyi potensial tədbirləri azaltmışdır. Məhdud maliyyə vəsaitlərinə malik kiçik fermerlər resursların zəifləməsi və qeyri-müvafiq investisiya kimi səmərəsiz bir dövrdən özlərini çıxarması üçün özəl sektor və ya hökumətin təklif etdiyi yardıma ehtiyacı olacaq. Hökumət ölkənin buğdaya olan tələbatının çox hissəsinin istehsalı və taxıl idxalının azaldılması məqsədi ilə buğda istehsalını artırmaqda maraqlıdır. Ərzaq təhlükəsizliyi, sözsüz ki, mühüm məqsəddir, lakin yerli taxılçılıq üzrə özünütəminat o qədər də səmərəli bir proqram deyil. Beynəlxalq bazarlarda buğda və digər taxıl mənbələri mövcuddur və taxılın qiyməti, ümumiyyətlə, ucuzdur.

96. Azərbaycanda yerli və beynəlxalq bazarlarda satış üçün daha dəyərli məhsulların istehsalının artırılması, eyni zamanda, az dəyərli məhsulların istehsalının azaldılması daha ağıllı bir strategiya olardı. Daha dəyərli məhsullar məşğulluq imkanlarının yaradılmasında, gəlirlərin artırılmasında, xüsusilə də kənd yerlərində əhalinin yaşayış səviyyəsinin artırılmasında yardımçı olardı. Bu həmçinin müəyyən dövrlərdə daha yüksək məhsul yığımı əldə etməyə imkan verəcək təbii və fiziki kapitala daha çox sərmayənin qoyulması üçün fermer və fermer birliklərinin qarşısında imkanlar da yaratmış olur. Daha dəyərli məhsul seçimləri kənd təsərrüfatında suyun artım dəyərini çoxaldacaq, bununla da fermerlər suyu daha ağıllı idarə etmək, sistem itkilərini azaltmaq, səmərəli irriqasiya və drenaj strategiyalarını icra etmək üçün daha çox stimula malik olacaq. Fermerlər həmçinin irriqasiya xidmət haqlarının ödənilməsinə daha çox səy göstərəcək ki, bununla da SİB-lərin dəstəklənməsi üçün zəruri olan maliyyə vəsaitləri təmin ediləcək. Kənd təsərrüfatına yönəldilən investisiyalar və siyasət mühitindəki innovasiyalar bu sektorda sudan daha müdrik şəkildə istifadə edilməsinə gətirib çıxaracaq, bu isə Azərbaycanda torpaq və su təsərrüfatına müsbət təsirlərini göstərəcək.

Page 40: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

40

b. İrriqasiya və Drenaj

97. Azərbaycanın 2.1 milyon ha kənd təsərrüfatı torpaqlarından təqribən 1.45 milyon ha-ı irriqasiya üçün təchiz edilmişdir (Dünya Bankı, 2012). 1913-cü ildə yalnız 582,000 ha ərazidə suvarılma işləri aparılmışdır. İrriqasiyanın intensiv inkişafı 2-ci Dünya Müharibəsindən sonra baş vermişdir, 1975-ci ilə qədər irriqasiya üçün təchiz edilən ərazilər təxminən 1.17 milyon ha-a çatmışdır. 1995-ci ilə qədər 1.45 milyon ha ərazi suvarılmış və ərazi üzrə göstərici həmin dövrdən etibarən sabit olaraq qalmışdır.

98. Kür-Araz ovalığında yay məhsullarının istehsalı hər hektara təxminən 7,500 m3 irriqasiya suyunu tələb edir (bax Əlavə D). Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən istifadə edilən irriqasiya normaları pambıq və qarğıdalı daxil olmaqla hər hektara təxminən 5,000 m3 suyun çatdırıldığını göstərir. Bu həcm irriqasiya tələbatının təxminən 60%-ni təşkil edir (Dünya Bankı. 2012: Cədvəl 1, səhifə 1). Beləliklə, yay məhsulları tez-tez su çatışmazlığı ilə qarşılaşdığı şəraitlərdə becərilir. Pambıq istehsalı Azərbaycanda yay mövsümündə su çatışmazlığı nəticəsində aşağı məhsuldarlıq səbəbindən olduqca çox azalmışdır.

99. Buğda Azərbaycanda əsas payızlıq məhsuludur, 2013-cü ildə əkilmiş ərazinin təxminən 40%-ni təşkil etmişdir. Fermerlər qəbul edir ki, Kür-Araz ovalığında illik yağıntının 75%-indən çoxu payızlıq buğdanın becərilmə dövründə düşür (oktyabr-iyun). İrriqasiya sularının məhdud və etibarsız təminatını nəzərə alaraq, buğda istehsalı riskin azaldılması istiqamətində planlaşdırılmış bir strategiyadır. Kür-Araz hövzəsi ovalığında məhsulların suya olan tələbatının təxminən 40%-i tez-tez düşən yağıntılar hesabına ödənilir. Qeyri-müvafiq irriqasiya suları buğda və digər məhsul yığımlarını azaldır. Son illərdə orta buğda yığımı hər hektara 2.5 tondan da azdır, bu isə digər ölkələrdə əldə edilmiş məhsul yığımlarından olduqca kiçikdir (Dünya Bankı, 2012: Cədvəl 2, səhifə 2).

100. Şoranlaşmış drenaj sularını toplamaq və kənarlaşdırmaq məqsədi ilə Azərbaycanda suvarılan əksər təsərrüfat sahələri üçün yerüstü və ya yeraltı drenaj sistemləri tələb olunur, əks halda, subasma hadisəsi olacaq və yaxud torpaqlarda şoranlaşmanın səviyyəsi artacaq. Azərbaycanda suvarılan torpaqların təxminən 610,000 ha -ı (42%) drenaj sistemi ilə təchiz edilmişdir. Toplanmış drenaj sularının əksər hissəsi iri kollektorlar vasitəsi ilə Xəzər dənizinə axıdılır. Drenaj sistemləri və kollektorların hamısı planlaşdırıldığı kimi fəaliyyət göstərmir. Hesablamalar göstərir ki, drenaj sistemi ilə əvvəllər təchiz edilmiş ərazilərin yarı hissəsində təmir və bərpa işləri tələb olunur (Rzayev, 2007). Bundan başqa, 200,000 ha ərazidə yeni drenaj sistemlərinin qurulması tələb olunur, burada qrunt sularının səviyyəsinin artması kənd təsərrüfatı məhsuldarlığına zərər yetirir (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində mütəxəssislərlə məsləhətçi komandanın görüşü, 24 sentyabr, 2014).

c. İnvestisiya Gəlirləri

101. Dünya Bankı iqlim dəyişikliyinə uyğunlaşma üzrə alternativ tədbirləri nəzərə alaraq bu kontekst çərçivəsində irriqasiyaya yatırılan investisiyaların potensial xalis gəlirlərini hesablamışdır (Ahouissoussi və həmkarları, 2014). İnvestisiyalar və potensial gəlirlər üç kənd təsərrüfatı bölgəsinin hər biri üçün təqdim edilir: 1) Yağıntıların çox düşdüyü, 2) Suvarılan və 3) Yağıntıların az düşdüyü (Cədvəl 5). Yağıntıların çox düşdüyü bölgə Azərbaycanın qərb və şimal hissəsindəki dağlıq ərazilərin əksəriyyətini, Suvarılan bölgə isə mərkəzi, geniş düzənlik ərazisini ehtiva edir. Yağıntıların az düşdüyü bölgə Xəzər dənizi sahillərində yerləşir. Azərbaycanın cənub-qərb hissəsində yerləşən Naxçıvanda həm yağıntıların miqdarı çox olur, həm də suvarılan ərazilər vardır. Dünya Bankının təhlilinə iki növ investisiya daxildir: 1) köhnə irriqasiya sistemlərinin yenidən qurulması və 2) yeni irriqasiya sistemlərinin inşa edilməsi.

Page 41: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

41

Cədvəl 5. 2015-2050-ci illər üzrə seçilmiş investisiyaların təxmin edilən gəlirləri Gəlirlərin təxmin edilən artımı

Təxmin

edilən xərclər

Xalis gəlirlərin təxmin edilən artımı

Yağıntıların çox düşdüyü kənd təsərrüfatı rayonu (2015-2050-ci illər üzrə CD, 2011-ci ildə 1,000 ABŞ dolları) Köhnə irriqasiya sistemlərinin yenidən qurulması

Yağışla qidalanan pambıq

6.4-dən 18-ə 2.70 3.7-dən 15-ə

Yağışla qidalanan kartof 17 -dən 28-ə 14 -dən 25-ə

Yeni irriqasiya sistemlərinin inşa edilməsi

Yağışla qidalanan pambıq

6.4-dən 18-ə 8.80 -2.4-dən 9.3-ə

Yağışla qidalanan kartof 17 -dən 28-ə 8.4-dən 19-a

Suvarılan kənd təsərrüfatı rayonu

Köhnə irriqasiya sistemlərinin yenidən qurulması

Yağışla qidalanan pambıq

8.3-dən 20-ə 2.70 5.7-dən 17-ə

Yağışla qidalanan kartof 18 -dən 29-a 15 -dən 26-a

Yağışla qidalanan üzüm 1.5-dən 9-a -1.1-dən 6.3-ə

Yeni irriqasiya sistemlərinin inşa edilməsi

Yağışla qidalanan kartof 18 -dən 29-a 9.1-dən 20-ə

Yağışla qidalanan üzüm 1.5-dən 9-a 8.80 -7.2-dən 0.2-ə

Yağıntıların az düşdüyü kənd təsərrüfatı rayonu

Köhnə irriqasiya sistemlərinin yenidən qurulması

Yağışla qidalanan pambıq

2.6-dan 9.8-ə 2.70 -0.1-dən 7.1-ə

Yağışla qidalanan kartof 11 -dən 23-ə 8.2-dən 21-ə

Yeni irriqasiya sistemlərinin inşa edilməsi

Yağışla qidalanan üzüm 2.6-dan 9.8-ə 8.80 -6.2-dən 1-ə

Yağışla qidalanan kartof 11 -dən 23-ə 2.1-dən 15-ə

Mənbə: Ahouissoussi və həmkarları, 2014, Cədvəllər 4.1, 4.2, 4.3, səhifə 75-77.

Page 42: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

42

102. Dünya Bankının təhlilləri göstərir ki, xalis gəlirlərin təxmin edilən potensial artımları irriqasiyaya qoyulan sərmayələr səbəbindən təhlilə daxil edilən istənilən kənd təsərrüfatı rayonunda pambıq və kartof məhsulları üzrə olduqca müsbətdir (Cədvəl 5). Üzüm istehsalında xalis gəlirlərin təxmin edilən potensial artımları həm mənfi, həm də müsbət səviyyələri ehtiva edir. Qısa sözlə desək, irriqasiya və suvarmaya qoyulan investisiyalar, habelə kənd təsərrüfatına təsir edən ölkə siyasətində aparılan yeniliklər Azərbaycanda kənd təsərrüfatının məhsuldarlığına və su təsərrüfatına əsaslı təsirlər göstərəcək. Əksər fermerlər hazırda az məhsul yığımı verən payızlıq toxumlar becərir, belə ki, həmin məhsullar payız fəslində yağan yağışlarla qidalana bilər, bununla da payız yağıntıları və yaxud irriqasiya sularının məhdud olması riski azaldılır. Su təchizatının həcmini və etibarlığını artıran, habelə relyefi qrunt sularının səviyyəsinin çoxalmasından və şoran torpaqlardan qoruyan investisiyalar fermerlərə imkan verəcək ki, öz məhsul çeşidlərini artıraraq daha dəyərli alternativlərdən istifadə edə bilsinlər. Bundan başqa, fermerlər irriqasiya və drenaj sistemlərinin istismar və texniki xidmətinin dəstəklənməsi üçün lazım olan gəliri əldə edəcək, bununla da su istifadəçi birliklərinin maliyyə sabitliyi artacaq. Kənd təsərrüfatının inkişafı, kənd yerlərində infrastrukturun qurulması, təchizat zənciri və bazara giriş üzrə əlavə investisiyalarla yanaşı, irriqasiya və drenaj sistemi üzrə əsaslı investisiyalar təsərrüfat sahibləri üçün müsbət nəticələr və bölgələrdə inkişafa səbəb olaraq kənd təsərrüfatını hazırki, aşağı səviyyəli müvazinətindən çiçəklənən, bazaryönümlü istehsal sisteminə qaldıra bilər.

Page 43: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

43

HİSSƏ B SU STRATEGİYASININ HAZIRLANMASI

Page 44: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

44

7. SU STRATEGİYASI İSTİQAMƏTİNDƏ DƏYİŞİKLİK FAKTORLARI

7.1 Demoqrafiya və İqtisadi İnkişaf

103. Azərbaycanda suya olan tələbat əhalinin və gəlirlərin artması səbəbindən çoxalacaq. Əhalinin artım səviyyəsinin təxminən 1.0% olduğuna və azaldığına baxmayaraq, əhali 2040-cı ilə qədər artmaqda davam edəcək. Suya artan tələbat kommunal xidmət sektorunda nisbətən qeyri-sabit sudan istifadə ilə müəyyən dərəcədə məhdudlaşdırılacaq. Bundan başqa, təsərrüfatda istifadə edilən suyun əksər hissəsi kənd təsərrüfatı, landşaft və digər məqsədlərdə təkrar istifadə üçün bərpa ediləcək və təmizlənəcək. Bu baxımdan təsərrüfatda istifadə edilən əksər sular qənaətli şəkildə istifadə olunmur. Beləliklə, çirkab suların bərpası, təmizlənməsi və təkrar istifadəsinə qoyulan investisiyalar əhalini artımının təsirlərini məhdudlaşdıracaq.

104. Urbanizasiya və həyat tərzindəki dəyişikliklər də gələcəkdə su tələbatlarına təsir edəcək. Əhali artımının müşahidə edildiyi iri və orta ölçülü şəhərlərdə su təchizatı, kanalizasiya və suların təmizlənməsinə investisiyaların qoyulması tələb olunacaq. Həmçinin etibarlı su mənbələrinə də ehtiyac yaranacaq, həm qrunt sularını, həm də səth su ehtiyatlarını ehtiva edəcək. Azərbaycan artıq Bakı şəhəri üzrə etibarlı su təchizatının inkişaf etdirilməsinə investisiya yatırmışdır. Su və kanalizasiya xidmətlərinin hələ məqsədəuyğun formada olmadığı digər şəhər və kənd ərazilərində də oxşar investisiyalara ehtiyac vardır. 7.2 Ətraf Mühit və İqlim Dəyişikliyi

105. Gəlirlərin artması ilə ətraf mühit nümunələrinə olan tələbat da artacaq. Azərbaycan və qonşu ölkələrin əhalisi Kür, Araz və digər çaylarda, eləcə də Xəzər dənizində daha yüksək keyfiyyətli suyun olmasını arzu edəcək. Ümumi gəlirlərin daha yüksək səviyyədə olması kənd ərazilərində su təchizatı və kanalizasiya xidmətlərinin genişləndirilməsi məqsədini daşıyan investisiyalarla yanaşı, suyun keyfiyyətinin artırılması istiqamətində ölkə investisiyalarını labüd edəcək. Milli su strategiyasının hazırlanmasında biz su təchizatının genişləndirilməsi üçün investisiyaların ayrılmaz komponenti kimi suyun keyfiyyəti istiqamətində yatırılacaq investisiyaları da nəzərə almalıyıq. Azərbaycan daxilində və mənbə ölkələrində suyun çirklənməsinin azaldılması istiqamətində görülən tədbirlər kənd təsərrüfatı, şəhər ərazilərində su təchizatı və ekoloji məqsədlər üçün çay sularının istifadə dəyərini artıracaq.

106. İqlim dəyişikliyi Azərbaycanda yağıntı və temperatur xüsusiyyətlərini dəyişəcək. Bəzi ərazilərə çox yağıntı, bəzilərinə isə az yağıntı düşəcək. Suyun saxlanması məqsədlərinə yönləndirilən investisiyalar illik yağıntı miqdarı və dəyişkənliyində yaranan fərqlərə uyğunlaşma qabiliyyətini artıracaq, həmçinin kənd təsərrüfatının iqlim dəyişikliyinə qarşı həssaslığını azaldacaq. Suvarma kanalları və drenaj şəbəkəsi kimi su infrastrukturunun digər formalarına yatırılan investisiyalar da su paylayıcı sistem daxilində yaranan itkiləri azaltmaqla iqlim dəyişikliyinə qarşı müqaviməti artıracaq.

7.3 Su Təşkili və İdarəçiliyində dəyişkən öhdəliklər 107. Azərbaycanda su ehtiyatlarının idarə edilməsi üzrə öhdəliklər ETSN, SEDA, Meliorasiya ASC və “Azərsu” daxil olmaqla bir sıra nazirliklər və təşkilatlar arasında paylanmışdır. Bu strukturun nəticəsi əvvəllər qənaətbəxş olmuşdur və həmçinin hazırki dövr üçün də fayda verməkdədir. Lakin gələcəkdə su təchizatı, suyun paylanması, suyun keyfiyyəti məsələləri üzrə başlıca öhdəliklərin vahid dövlət orqanı tərkibində birləşdirilməsinin nəzərə alınması faydalı olardı. Suya olan tələbat artdığına görə su təchizatı və su ehtiyatlarının təkmilləşdirilmiş üsulla paylanması istiqamətində yatırılan investisiyalarla bağlı qərarlar, həmçinin suyun keyfiyyəti, çirkab suların bərpa edilməsi və

Page 45: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

45

təkrar istifadə üzrə yürüdülən siyasət əhəmiyyətə malik olacaq. Beləliklə, geniş spektrdə texniki biliklərə malik olan mütəxəssislərin cəmləşdiyi vahid bir orqan daxilində hərtərəfli su siyasəti və investisiyalarının hazırlanması zəruri ola bilər. 108. Kənd təsərrüfatı Azərbaycanda su ehtiyatlarının əksər hissəsini istehlak edən sektor olmaqda davam edəcək. Kənd ərazilərində gəlirlərin və ərzaq təhlükəsizliyini artırmaq üçün zəruri olan kənd təsərrüfatı məhsuldarlığına yönəldilən investisiyalar təsərrüfat sahələrində istifadə edilən suyun dəyərini artıracaq. Nəticədə, su istifadəçiləri suyun mühafizəsini və daha yaxşı idarəetmə təcrübələrini getdikcə daha çox dəyərləndirəcək. İrriqasiya, drenaj və kənd təsərrüfatı məhsuldarlığın yönləndirilən investisiyalar daha yaxşı su idarəçiliyinə və suyun mühafizəsinə səbəb olacaq. Bundan başqa, kənd təsərrüfatı elə bir sektordur ki, normal hava dəyişikliyi və ya iqlim dəyişikliyi nəticəsində yaranan təchizat nizamsızlığı istiqamətində su paylanması illər üzrə dəyişdirilə bilər. Bu səbəblərdən - kənd təsərrüfatında istifadə edilən geniş həcmli su və illər üzrə su paylanmasının düzəldilməsi - Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Azərbaycanda su ehtiyatları ilə əlaqədar olan siyasi müzakirələrə və investisiya qərarlarına qoşulmalıdır.

109. Şəhər kənarı kənd təsərrüfatına qoyulan investisiyalar da əsas bölgələrdə su təsərrüfatını, hasilatını və məşğulluğu artıracaq. Urbanizasiyanın artması ilə şəhərlərdə hasil olunan çirkab suların həcmi, onların təmizlənməsi və təkrar istifadəsi tələbləri də vaxtaşırı olaraq artacaq. İri və orta ölçülü şəhərlərin kənarındakı kənd təsərrüfatı əraziləri tam təmizlənmiş və nisbətən təmizlənmiş çirkab sularına olan tələbatın hazır mənbələrini təmin edəcək. Suyun keyfiyyəti və əhalinin sağlamlıq məsələlərinin nəzərə alınması ilə çirkab suların təmizlənməsini və təkrar istifadəsini təşviq edən strategiyalar şəhərkənarı kənd təsərrüfatını genişləndirərək şəhər ərazilərində ərzaq və qidalanmaya, habelə kənd təsərrüfatı sektorunda gəlirlərin artmasına müsbət təsirlərini göstərəcək. 8. ƏSAS PROBLEMLƏR VƏ İMKANLAR

110. Biz bir sıra problemləri müəyyənləşdirmişik: (i) transsərhəd çayları və əlaqəli suların keyfiyyəti və həcmi məsələləri, (ii) suya artan tələbatın idarə edilməsi, (iii) suvarma kənd təsərrüfatında suyun miqdarının və məhsuldarlığın az olması, (iv) su ilə əlaqədar təhlükələrin idarə edilməsi və (v) suyun təşkili və idarəçiliyi. Su ehtiyatlarının müvafiq monitorinqi, məlumatların idarə edilməsi və qərar vermə prosesində ondan istifadə müəyyənləşdirilən problemlərin əksəriyyətinə aid olan mühüm məsələdir. Biz problemlərə dair izahat verir və su ehtiyatlarının dayanıqlı idarəçiliyini genişləndirəcək metodlarla həmin problemlərin həll edilməsi üçün mövcud imkanları təsvir edirik.

8.1 Transsərhəd çayları - Suyun Keyfiyyəti və Həcmi ilə bağlı məsələlər

111. Problem. Azərbaycanda, xüsusilə də Kür və Araz çaylarında səth sularının keyfiyyəti əsaslı diqqət tələb edən bir məsələdir. Bu hövzədəki ölkələrdən daxil olan çirkab su yükünün təxminən 80%-i səth sularına axıdılır (Kampana və həmkarları, 2012). Gürcüstan-Azərbaycan sərhədində toplanmış məlumatlar fenol, neft məhsulları, metal və sulfatlar üzrə icazə verilən maksimum konsentrasiyalardan (İMK) daha yüksək miqdarın olduğunu göstərir. Azərbaycana daxil olan Araz çayının sularının tərkibində mis, molibden və digər ağır metallar üzrə İMK-lərin çox olduğu barədə məlumat verilir (BMTİP\GDF, 2013b: Suyun Keyfiyyətinin Qiymətləndirilməsi).

112. Transsərhəd çaylarında axınların miqdarı idarəetməni çətinləşdirməklə fərqlənir və Azərbaycana daxil olan çay axınları vaxtaşırı olaraq azalmışdır (BMTİP\QEF, 2013c). Dövri və məkan fərqləri ölkənin müəyyən bölgələrində su kasadlığını yaradır.

113. Qiymətləndirmə. Transsərhəd çaylarının aşağı axarlarında yerləşən ölkələr adətən aşağıdakı problemlərlə qarşılaşır: (i) suyun keyfiyyətinin korlanması, (ii) vaxtaşırı

Page 46: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

46

olaraq suyun axınlarının dəyişməsi, (iii) kritik dövrlərdə çay axınlarının a olması (məsələn, yayda məhsul mövsümündə), (iv) çay ekosisteminin korlanması və (v) proqnoz edilməyən daşqınlar.

114. ETSN-nin təqdim etdiyi məlumat təsdiqləyir ki, suyun keyfiyyəti Azərbaycanın daimi problemidir.7 Kənd ərazilərində yaşayan əhalinin çoxu təhlükəsiz içməli sudan kifayət qədər istifadə edə bilmir, ölkənin göl və çayları həm üzvi, həm də qeyri-üzvi maddələrlə çirklənir (BMTİP\QEF (2013b). Mənbə ölkələrində meydana gələn çirklənmənin əsas hissəsi Kür və Araz çaylarına çatır, lakin Kür çayı deltasında və Abşeron yarımadasında yerləşən əksər ərazilər xlorin pestisidlərin qalıqları, eləcə də kənd təsərrüfatı və sənaye emalı qurğularından buraxılan digər kimyəvi maddələrlə çirklənir (De Mora və həmkarları, 2004; Əliyeva və həmkarları, 2012, 2013).

115. İmkanlar. Transsərhəd çaylar vasitəsi ilə Azərbaycana daxil olan səth sularının keyfiyyətinin və həcminin artırılması üçün regional əməkdaşlığa ehtiyac vardır. Beləliklə, Azərbaycan suyun keyfiyyəti ilə bağlı beynəlxalq müzakirələrdə iştirak etməyə davam etməlidir. Transsərhəd çayların idarə edilməsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm beynəlxalq dəstək mövcuddur. BMT AİK-in maliyyələşdirdiyi Milli Siyasət Dialoqları və BMTİP-QEF-in layihəsi təklif olunan dəstəklər sırasındadır. Bu sahədə irəliləyişlər zəifdir, çünki Gürcüstan və Ermənistan transsərhəd sulara dair Helsinki konvensiyasını hələ imzalamayıb (Birləşmiş Millətlər Təşkilatı, 2014).8

116. Azərbaycan çirkləndiricilərin miqdarı və nəqlini daha yaxşı başa düşmək üçün suyun ölçülməsi və monitorinqinə investisiyalar yatırmağa davam edə bilər. Ölkə həmçinin kənd və şəhər ərazilərində çirkab suların təmizlənməsi qurğularını yeniləməyə davam edə bilər, yüksək potensiala malik ərazilərdə investisiyaların prioritetləşdirilməsi suyun keyfiyyətinin artmasına gətirib çıxarır. Azərbaycan həmçinin suyun keyfiyyəti üzrə hədəflər, investisiya tələbləri, suyun verilmə qrafikləri üzrə proqram hazırlaya bilər ki, bu da suyun keyfiyyəti üzrə regional məqsədlərin əldə edilməsi istiqamətində beynəlxalq dəstəyi təmin etmək üçün təlimat rolunu oynaya bilər.

117. Azərbaycanda qrunt suları ümumilikdə yüksək keyfiyyəti ilə xarakterizə olunur, ənənəvi olaraq kənd təsərrüfatı və sənaye məqsədləri üçün istifadə edilir (Ələkbərov, c.2000). Lakin ovalıq ərazilərdə ilk növbədə geoloji xüsusiyyətlər, irriqasiya sularının qeyri-düzgün idarəçiliyi, zəif yerüstü və yeraltı drenaj şəbəkəsi səbəbindən qrunt sularının tərkibi çox duzlu olur. Qrunt suları məişətdə əsas su mənbəyi olduğuna görə onun keyfiyyəti sağlamlıq üçün mühümdür.

118. Hidroloji axınlarda yaranan fərqlərin səbəbi birbaşa səth və qrunt su obyektlərindən suyun çıxarılması kimi bir sıra müdaxilələri, suyun saxlanması, urbanizasiya və meşələrin qırılması səbəblərindən buxarlanmanın artmasıdır. Bu günə qədər Kür-Araz hövzəsində kəskin su qitlığı yaranmamışdır və ardıcıl su çatışmazlıqları əhaliyə heç bir ciddi təhlükə törətməmişdir. Bununla belə, hövzədə əhalinin artması və sürətli iqtisadi inkişaf səth və qrunt su ehtiyatlarına olan tələbatı artıracaq. İqlim dəyişikliyi orta və uzun müddətli əks təsirlərə malik ola bilər (BMTİP\QEF, 2013c).

8.2 Su tələbatının artmasının idarə edilməsi

119. Problem. Azərbaycanda xüsusilə də irriqasiya məqsədləri üçün sudan istifadənin daha da inkişaf etdirilməsi idarəetmə potensialı, infrastruktur və mövcud su ehtiyatları ilə məhdudlaşır. Məhdud su ehtiyatlarının, sudan səmərəli istifadəni və idarəçiliyi dəstəkləyən

7 Beynəlxalq təşkilatların dəstəyi ilə ETSN-in işlətdiyi monitorinq şəbəkəsi (xüsusilə də Kür və Xəzər dənizi hövzələri daxilində Aİ tərəfindən maliyyələşdirilən layihələr) 8 Birləşmiş Millətlər Təşkilatının Saziş Toplusu, Fəsil XXVII Ətraf mühıt. 8 dekabr 2014-cü ilə olan vəziyyət. https://treaties.un.org/pages/ViewDetails.aspx?src=TREATY&mtdsg_no=XXVII-5&chapter=27&lang=en

Page 47: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

47

idarəetmə sistemlərinin təmin edilməsinə ehtiyac vardır. 120. Qiymətləndirmə. Təxminən 12.5 milyard m3 təşkil edən illik su istehlakı təqribən 30 milyard m3 mövcud su təchizatından da azdır. Belə ki, illik əsasda mövcud su təchizatı tələbatın qarşılanması üçün kifayət edir. Bununla belə, il ərzində suların səviyyəsinin yüksək və aşağı olduğu dövrlər olur. Su səviyyəsinin çox olduğu dövrlərdə artıq suları saxlamaq üçün idarəetmə potensialı və infrastruktur mövcud deyil, buna görə də onlardan su çatışmazlığı vaxtlarında istifadə edilir. Bundan başqa, çıxarılan suyun təxminən 35%-i qənaətli şəkildə istifadə edilmir, əksinə, daşınma və paylanma sistemlərində itki yaranır.9

121. Ümumiyyətlə, Azərbaycanda illik su təchizatı illik tələbatın qarşılanması üçün kifayət edir, lakin su qıtlığı yaşayan bölgələr və dövrlər də vardır. Kənd təsərrüfatı istehsalının əksər hissəsi Kür-Araz ovalığının payına düşür, burada mövsüm ərzində yay məhsullarının becərilməsi üçün yağıntılar kifayət etmir. İrriqasiya tələb olunur və su paylayıcı sistem bölgədəki bütün təsərrüfatlara vaxtlı-vaxtında su təminatını çatdırmaq potensialına malik deyil. Beləliklə, məhdud irriqasiya suları və digər problemlər, məsələn, yüksək keyfiyyətli toxumların əldə edilməməsi, ucuz gübrələrin olmaması, texniki yardım və maliyyə krediti məsələləri məhsul yığımlarının qarşısını alır. İçməli su əhalinin təminatı üçün kifayət edir, lakin bütün sakinlərin etibarlı, mərkəzləşdirilmiş su təchizatına çıxışı yoxdur. Hökumət ölkədə su və kanalizasiya xidmətlərinin genişləndirilməsi məqsədi ilə diqqətəlayiq bir kampaniyaya qoşulmuşdur.

İmkanlar. Sektorlar üzrə və suyun monitorinqi və təhlili ilə su təchizatı və tələbatını daha yaxşı başa düşmək istiqamətində görülən tədbirlər su təsərrüfatında təkmilləşdirmələrin stimullaşdırılmasında yardımçı olacaq. Tələbat baxımından səmərəli su istifadəsinin təkmilləşdirilməsinə xüsusilə də suvarma kənd təsərrüfatı sektorunda yüksək prioritet verilməlidir. Bu, kanalların təkmilləşdirilməsi, su səviyyələrinə nəzarət və ölçmə qurğularının quraşdırılması kimi fiziki tədbirlər vasitəsi ilə icra edilə bilər. Suyun paylanması, irriqasiya və kommunal xidmət haqları kimi səmərəli idarəetmə üçün stimul yaradan strategiyalar da məqsədəuyğundur. Çay hövzələrində su tələbatının idarə edilməsi suyun məhdud olması və suyu səmərəli idarəçiliyi təcrübələrinin bütün su istifadəçiləri tərəfindən tətbiq edilməsinin vacibliyi məlumatlılığın artırılmasına daxildir.

122. Su təchizatı ilə əlaqədar kənd təsərrüfatı, şəhərlər və digər sosial ehtiyaclar üçün mövcud su həcminin artırılması istiqamətində tədbirlər görülə bilər. Su səviyyəsinin çox olduğu dövrlərdə suyun saxlanması və az olduğu dövrlərdə istifadəyə buraxılması ilə su kasadlığı yaşanılan mövsümdə bu problem aradan qaldırıla bilər. Daşınma və paylanma sistemlərində su itkilərinin yaranmasını minimuma endirməklə mövcud su ehtiyatı artırıla bilər. Suyun mühafizəsi üzrə müvafiq tədbirlərə yağış sularının toplanması, çirkab suların toplanması və təkrar istifadəsi daxildir. Yağış sularının toplanması məişət məqsədləri üçün lazım olan keyfiyyətli suyu təmin edə bilər. Qrunt sularının inkişafı da məişətdə və irriqasiyada istifadə üçün əlavə su təchizatını təmin edə bilər.

8.3 Kənd təsərrüfatı - İrriqasiya, Drenaj və Aşağı Məhsuldarlıq

123. Problem. Suvarılan ərazilərdə məhsul yığımları irriqasiya sularının azlığı səbəbindən azdır (buğda yığımları orta hesabla 2.5 ton\ha-dır). Əkilmiş məhsulların suya ən çox tələb duyduğu dövrlərdə bütün suvarılan əraziyə xidmət göstərmək üçün bəzi kanalların su gətirmə qabiliyyəti kifayət etmir. Azərbaycanda suvarma kanallarının 90%-indən çoxu əsaslı daşınma və əməliyyat itkiləri ilə nəticələnərək gilləşmişdir (Dünya Bankı, 2012; səhifə 15).

9 Qeyd edilməlidir ki, irriqasiya kanallarında yaranan su "itkiləri" qrunt sularının bərpasına yardım edir, kanallar boyu əkilmiş ağac və digər bitkilərə sərf edilir.

Page 48: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

48

124. Kənd təsərrüfatı drenaj sistemləri Azərbaycanda 600,000 ha-dan çox suvarılan torpaqlara xidmət göstərir, lazımi texniki təmirin olmaması səbəbindən həmin sistemlərin, demək olar ki, yarısı müəyyən dərəcədə korlanmışdır (Rzayev, 2007). Bundan əlavə, torpaqların şoranlaşması və subasma drenaj sistemi xidməti olmayan ərazilərdə məhsuldarlığı zəiflədir və məhsul istehsalı imkanlarını məhdudlaşdırır. Drenaj sisteminin korlanması kənd təsərrüfatı məhsuldarlığının qarşısında dayanan digər ciddi bir maneədir.

125. Qiymətləndirmə. Azərbaycanda geniş irriqasiya sistemləri infrastrukturu vardır. Bununla belə, kanal sisteminin fəaliyyəti uzun illər istifadədən və qeyri-düzgün texniki istismardan sonra köhnəlmişdir. Bir çox əsas və ikinci dərəcəli kanallar davamlı fəaliyyət göstərmə imkanına malik deyil. İrriqasiyanın səmərəliliyini və məhsul istehsalını artırmaq üçün yeniləmə və bərpa, təkmilləşdirilmiş idarəetmə (o cümlədən, müvafiq İstismar və texniki xidmət) tələb olunur.

126. Hökumət təsərrüfat səviyyəsində irriqasiya paylama sistemlərini yenidən qurmaq və təkmilləşdirmək, daha sonra onların idarə edilməsini SİB-lərə tapşırmaq məqsədi ilə Dünya Bankı, KTİBF və digər donorlarla əməkdaşlıq edir (Dünya Bankı, 2012: səhifə 4). Son illərdə 80,000 ha-dan artıq əraziyə xidmət göstərən daxili kənd təsərrüfatı irriqasiya sistemləri Dünya Bankı və KTİBF-in yardımı ilə tamamlanmışdır, əlavə 82,000 ha əraziyə xidmət göstərən sistemlərə dair işlər icradadır. Bu işin suvarılan ərazinin balansında icra edilməsi üçün əlavə 900 milyon dollar tələb olunur (Dünya Bankının SİB İcra Qrupu ilə müsahibəsi; 26 sentyabr 2014).

127. Kür-Araz çayı hövzəsində sudan qeyri-səmərəli istifadə problem kimi qeyd edilir. Sukeçirici torpaq ərazilərindən keçən torpaq suvarma kanalları yaxınlığında daşınma itkiləri nəzərəçarpacaq dərəcədədir, suya nəzarət edən müvafiq qurğuların olmaması mühüm fəaliyyət itkilərinə səbəb olur. Əsas səbəblərə daxildir:

Müvafiq istismar və texniki xidməti təmin etmək üçün dövri xərclərin qeyri-səmərəli

olması, İrriqasiya sistemlərinin yenidən qurulması və müasirləşdirilməsi istiqamətində kapital

investisiyasının olmaması və Su ehtiyatlarının kompleks idarəçiliyi və çay hövzəsinin idarə edilməsi üzrə

strategiya və qanunvericilik çərçivəsinin əsaslandığı hidroloji qaydalar barədə məlumatsızlıq (Dünya Bankı, 2012).

128. Ölkədə mövcud olan qeyri-funksional drenaj sistemlərinin yenidən qurulması, subasma ərazilərinin drenaj relyefi ilə təmin edilməsi və arx sisteminin yenidən qurulması prioritet ehtiyaclardır. Qurulmuş drenaj sisteminin 50%-indən çoxunun yenidən qurulması və təkmilləşdirilməsinə ehtiyac vardır. Drenaj xidməti tələb edən əlavə ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsində qrunt sularının səviyyəsi və şoranlıq şəraitlərinin ölkə üzrə qiymətləndirməsi kömək edəcək. Kənd əhalisinin iş yeri və ərzaq təhlükəsizliyi ilə təmin edilməsində suvarma kənd təsərrüfatının hərtərəfli rolunu nəzərə alaraq, mövcud drenaj sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi, qrunt suların səviyyəsinin yüksək olduğu ərazilərdə drenaj relyefinin təmin edilməsi əsas prioritet olmalıdır.

129. İmkanlar. İrriqasiyanın səmərəliliyini və məhsul istehsalını artırmaq üçün yeniləmə və bərpa, təkmilləşdirilmiş idarəetmə (o cümlədən, müvafiq İstismar və texniki xidmət) tələb olunur. Meliorasiya və Su Təsərrüfatı ASC İrriqasiya Baş Planının hazırlanmasının bir hissəsi kimi fəaliyyəti təkmilləşdirmək üçün prioritet imkanların müəyyənləşdirilməsində əsas sistem infrastrukturunu və idarəetməsini hərtərəfli şəkildə qiymətləndirməli, daha sonra qiymətləndirmənin nəticələrinə müvafiq olaraq fiziki yenilənmə proqramını hazırlamalıdır. Təsərrüfat daxili sistemlərlə əlaqədar Meliorasiya və Su Təsərrüfatı ASC yenidən qurulacaq və SİB-lərə veriləcək sistemləri prioritetləşdirməli və

Page 49: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

49

təsnifatlandırmalıdır ki, müəyyənləşdirilən qruplar müxtəlif potensial donorların marağına uyğun olsun.

130. Meliorasiya və Su Təsərrüfatı ASC suvarılan torpaqlar (1.5 milyon ha) və drenaj edilmiş torpaqlar (600,000 ha) daxil olmaqla bütün kənd təsərrüfatı torpaqlarında qrunt sularının səviyyəsinin qiymətləndirməsini təqdim edəcək milli drenaj planını hazırlayarkən su səviyyələri, torpaq və suların duzluluq səviyyələri haqqında məlumatlardan ibarət məlumat bazasını hazırlamalıdır. Bu plan drenaja olan ehtiyacı müəyyənləşdirəcək və drenaj xidmətinin təkmilləşdirilməsi üzrə ən yaxşı metodları təsvir edəcək. Bundan başqa, açıq drenaj sistemi ilə, yaxud təmiz qrunt suları ərazisindəki drenaj quyuları vasitəsi ilə təxminən 150,000 ha ərazi üçün əsasən qapalı maili drenaj sistemlərindən ibarət olmaqla drenaj xidmətləri əlavə olaraq 200,000 ha suvarılan torpaqlara qədər genişləndirilməlidir. Su və şoranlıq səviyyələrinin real vaxt rejimində təhlilinin aparılması məqsədi ilə həm mövcud, həm də yeni drenaj sistemləri üzrə monitorinq şəbəkəsinin yaradılması da faydalı olardı.

8.4 Su ilə bağlı olan risklərin idarə edilməsi - Daşqın və Quraqlıq

131. Problem. Daşqın və quraqlıq kimi fövqəladə hadisələr adətən canlılara və əmlaka ciddi zərər yetirir.

132. Qiymətləndirmə. Daşqınların proqnozlaşdırılması imkanları və xəbərdarlıq sistemi hazırda çox məhduddur. Bir çox meteoroloji stansiyalar və telemetrik şəbəkələr də hərtərəfli yenidənqurma və müasirləşdirmə işlərindən faydalanacaq. Rayon şöbələrinin daşqınları proqnozlaşdırma qabiliyyəti xəbərdarlıq sisteminin inkişafı ilə artırıla bilər. Daşqınların zonalaşdırılması mühüm bir qeyri-struktural ölçmədir, bu, inkişafın daşqınlara meylli olan ərazilərdən kənarlaşdırılması ilə daşqınların yetirdiyi zərər üzrə uzunmüddətli potensialı minimuma endirir.

133. Su sektoruna cəlb edilmiş bir sıra təşkilatlar suyun səviyyəsi, həcmi və keyfiyyətini bir çox ərazilərdə və fərqli dövrlərdə təsvir edən külli miqdarda məlumat toplayır. Məlumatların yalnız müəyyən bir hissəsi ictimaiyyətə açıqdır. Məlumatların əksəriyyəti daxili məlumat qurğularında saxlanılır və onların əldə edilməsi asan olmur. Bu isə tədqiqatçı-alimlər, tələbələr, müstəqil elm adamları və donor təşkilatları tərəfindən məlumatların istifadəsini, bu sektorda tədqiqat və innovasiyanı məhdudlaşdırır. 134. İmkanlar. Daşqınların idarəçiliyinin təkmilləşdirilməsini vurğulayan başlıca imkan daşqın prosesinin başa düşülməsi olmalıdır. Buna görə də (i) bilik bazasının təkmilləşdirilməsi və gücləndirilməsi, (ii) daşqınların təhlil edilməsi qabiliyyətinin təkmilləşdirilməsi üzrə əsaslı potensial vardır.

135. Yağıntıların miqdarı və çayların səviyyəsi üzrə hərtərəfli monitorinq sistemi, çayların səviyyəsi və daşqınların proqnozlaşdırılması modelləri, habelə xəbərdarlıq sistemi daşqın və quraqlıq hadisələrinin potensial zərərlərinin azaldılmasına kömək edə bilər. Bu formada təkmilləşdirilmiş bilik bazası həmçinin daşqın və quraqlıq mexanizmlərinin daha ətraflı başa düşülməsini təmin edəcək. Eyni zamanda fövqəladə hadisələrin effektiv surətdə idarə edilməsi və daşqın riskinin minimuma endirilməsi üçün daşqın və təhlükə zonalarının xəritələndirilməsi də tələb ediləcək. Su səviyyələrinin tənzimlənməsi, su anbarlarının idarə edilməsi, hidroloji və iqlim monitorinqi və modelləşdirilməsi vasitəsi ilə daşqınlar haqqında əvvəlcədən məlumat verilməsi də risklərin azaldılması istiqamətində mövcud olan bir imkandır. Müvafiq olduqda lazımi şəkildə hazırlanmış daşqın idarəetmə infrastrukturunun təmin edilməsi də nəzərə alınmalıdır.

136. Daşqınlarla əlaqədar əvvəlki təcrübələr göstərir ki, (i) iştirakçı təşkilatların dəqiq vəzifə və öhdəliklərinin müəyyənləşdirilməsi, (ii) səmərəli informasiya mübadiləsi mexanizmi, (iii) xilasetmə və bərpa işlərinin icrası üçün müvafiq resurslar və (iv)

Page 50: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

50

təşkilatların və onların işçi heyətinin müvafiq olaraq təlimləndirilməsi daşqın və quraqlıq hadisələrinin təsirlərinin effektiv şəkildə idarə edilməsi üçün tələb olunur. Həmçinin təsirə məruz qalmış əhalinin rolu da fövqəladə hadisələrin idarə edilməsində nəzərə alınmalıdır. Strukturun əksər hissəsi artıq mövcuddur, bu təşəbbüs üçün vəzifə və öhdəliklərin yenidən formalaşdırılması müəyyən təlim fəaliyyətləri tələb ediləcək.

137. Kür-Araz çay sistemində yaranan daşqın hadisələri ilə əlaqədar mümkün həll yollarına daxildir: (i) daşqınları minimuma endirməklə irriqasiya və hidroenerji hasilatının verdiyi faydaları optimallaşdırmaq məqsədi ilə su anbarlarının kompleks idarəçiliyi; (ii) hidroloji və iqlim monitorinqi və modeli vasitəsi ilə mümkün daşqınlar barədə əvvəlcədən məlumat verilməsi və (iii) mövcud kanal sistemində əsas məhdudiyyətlərin həll edilməsi üçün tikinti layihələri və daşqın riskini daşıyan ərazilərdə daşqından mühafizə üçün qum talaları.

8.5 Təkmilləşmiş Su Təsərrüfatı üzrə Su İdarəçiliyi

138. Problem. Bir sıra müəssisələr su ehtiyatlarının idarə edilməsi üzrə öz səlahiyyətlərinə uyğun öhdəliklərə malikdir. Su ehtiyatlarının planlaşdırılması, koordinasiyası, monitorinqi və qiymətləndirilməsi, şəffaf formada idarə edilməsinə cavabdehlik daşıyan mərkəzi bir qurum mövcud deyil. Bu səbəbdən qeyri-effektiv koordinasiya və informasiyanın şəffaf şəkildə paylanması su təsərrüfatında müxtəlif problemlər yaradır. Məqsədəuyğun su idarəçiliyi və nəzarətinin təmin edilməsi öhdəliyinə və həmin öhdəliyin yerinə yetirilməsi üçün lazımi resurslara malik mərkəzi su qurumu mövcud deyil.

139. Qiymətləndirmə. Su sektorunun institusional bazası əlaqədar təşkilatlar arasında inteqrasiya və koordinasiyanın olmamasından əziyyət çəkir. Müəssisələr arasındakı məlumat mübadiləsi olduqca qeyri-rəsmidir və informasiya mübadiləsi lazım gəldikdə aparılır. Kommunikasiya və məlumat mübadiləsi su təsərrüfatı qurumları və su, torpaq, kənd təsərrüfatı, ekologiya və digər müvafiq sahələrdə fəaliyyət göstərən təşkilatlar arasında təkmilləşdirilə bilər.10 Bundan başqa, qiymətləndirməmiz göstərir ki:

(i) Sənaye, şəhər və kommunal-məişət, irriqasiya, ekoloji axarlar daxil olmaqla

bütün sektorların planlaşdırılan ehtiyaclarına uyğun olaraq proqnoz edilən gələcək su ehtiyatlarını hazırda nəzərə alan mərkəzi planlaşdırma qurumu mövcud deyil.Müxtəlif alt sektorların mövsümdən sonrakı tələbatının qarşılanması üçün su anbarlarında saxlanan müvafiq su ehtiyatları idarə edilməli. daşqın təhlükəsinin minimuma endirilməsi üçün çay sistemi və infrastrukturunun kompleks idarəçiliyi tələb olunur;11

(ii) Həm su ehtiyatlarının mövcudluğu, həm də hər bir sektora ayrılan su və

ondan istifadə üzrə hərtərəfli kəmiyyət və keyfiyyət monitorinqi sisteminə ehtiyac vardır. Belə bir monitorinq sistemi arzu olunan hər bir vaxt çərçivəsi üçün məqsədyönlü və düzgün su balansının hazırlanmasına imkan verəcək, məlumat boşluqlarını kənarlaşdıracaq və məlumatların toplanması işlərində təkrarçılığı aradan qaldıracaq;

140. İmkanlar. Mövcud müəssisələrin potensialı ilə müasir su təsərrüfatı strukturu formalaşdırıla bilər. Maraqlı tərəflərlə məşvərətlər zamanı potensialın gücləndirilməsi imkanları və əlavə tədbirlər müəyyən edilmişdir.

10 İnstitusional Çərçivə adlı Əlavə A-da Azərbaycanda su təsərrüfatının institusional aspektləri barədə daha təfərrüatlı informasiya verilir. 11 Bu vəziyyət Su Ehtiyatları Dövlət Agentliyinin son vaxtlarda gördüyü tədbirlərlə təkmilləşməkdədir.

Page 51: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

51

(i) Bir çox nazirlik və təşkilatları ehtiva edən Azərbaycan üzrə Milli Su Siyasəti Dialoqu su sektorunda çıxış edən bəzi təşkilatlar arasındakı koordinasiya mexanizmini təmin edir. Belə koordinasiya mexanizmləri, o cümlədən qonşu ölkələrlə transsərhəd müzakirələri davam etdirilməli və dəstəklənməlidir.

(ii) Mərkəzi bir qurum, məsələn, kabinet səviyyəsində əlaqələndirici kommissiya və nəzarət şurası dayanıqlı su idarəçiliyi naminə koordinasiyanı təkmilləşdirə bilər.

(iii) Azərbaycan üzrə dayanıqlı su idarəçiliyinin nəzərə alınması üçün çay hövzələri və onları idarə edən qurumlar təbii əsas yaradır. Müstəqil Su Ehtiyatları Nazirliyi və yaxud Milli Su Qrupu da nəzərə alına bilər. Qrup rəqabətli sektorlar üzrə ayrılacaq su ehtiyatlarını müəyyənləşdirməli və icra etməlidir. Qrup su ayrılması və istifadəsinə dair icazə sisteminə nəzarət edəcək, icazə verilən bütün fəaliyyətlər zamanı sudan səmərəli istifadəni təmin edəcək. Bu qrup həmçinin hərtərəfli və informativ su monitorinqi proqramına da nəzarət edəcək.

9. SİYASƏT MÜHİTİ

9.1 Cari Təşəbbüslər

142. Milli su strategiyası. Hökumət hazırda su ehtiyatlarının təmin edilməsi məqsədi ilə bir sıra mühüm siyasət təşəbbüslərini yerinə yetirir. SEDA su təminatı və tələbatının hərtərəfli formada qiymətləndirilməsini həyata keçirir və milli su strategiyasının hazırlanmasında bu informasiyadan istifadə etməyi planlaşdırır. Həmçinin Meliorasiya ASC özünün Su Problemləri İnstitutu vasitəsi ilə su ehtiyatlarının qiymətləndirilməsinə və su ehtiyatları üzrə inkişaf planlarının hazırlanmasına cəlb olunur.

143. Transsərhəd suların idarə edilməsi. Hökumət qonşu ölkələrdən Azərbaycana daxil olan çaylarda suyun həcmi və keyfiyyətinə xüsusi diqqət yetirməklə transsərhəd əlaqələri və resurslarının daimi təhlükəsizliyini təmin etmək məqsədi ilə beynəlxalq sazişlərin əldə edilməsinə fəal surətdə qoşulur. Milli siyasət dialoqları bu kontekstdə effektiv olmuşdur və hökumət belə təşəbbüslərdəki iştirakını davam etdirməyi planlaşdırır (BMTİP\QEF; 2013a, b, c).

144. Su İdarəçiliyinin Təhvil Verilməsi. Hökumət Azərbaycanın insan və təbii, o cümlədən su ehtiyatlarının ən yaxşı şəkildə idarəçiliyinin əldə edilməsi məqsədi ilə institusional islahatlar aparır. Hökumət təbii ehtiyatların idarə edilməsi öhdəliyinin ehtiyatlardan istifadəyə ən çox marağı olan qurumlar çərçivəsində desentralizasiyasını davam edir İki başlıca su təminatçıları olan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar Cəmiyyətləri kimi strukturlaşdırılmışdır. Həmçinin, hökumət suvarma sularının daha yaxşı paylanmasını idarə etmək və səmərəli istifadəsini təmin etmək məqsədi ilə fermerləri SİB-lərdə birləşməyə həvəsləndirmişdir.

145. Kənd təsərrüfatının dirçəldilməsi. Kənd təsərrüfatının inkişafı sənaye və istehsal sahələri ilə müqayisədə geri qalıb hökumət bu sektorun dirçəldilməsi istiqamətində çalışır. 16 yanvar 2014-cü il Prezident fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinə istehsal, emal, marketinq və ətraf mühit məsələlərini xüsusi vurğulamaqla kənd təsərrüfatı sektorunun təkmilləşdirilməsi üçün strategiya hazırlamaq tapşırığı verilmişdir. Kənd Təsərrüfatı Nazirliyi Aİ-nin yardımı ilə Kənd təsərrüfatı üzrə Strategiya Layihəsini hazırlamışdır (Azərbaycan Respublikasında Kənd təsərrüfatı üzrə İnkişaf Strategiyası, ikinci versiya: 3 noyabr 2014).

Page 52: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

52

9.2 Potensial Gələcək Təşəbbüslər 146. Həmçinin bir sıra əlavə tədbirlər də su idarəçiliyini təkmilləşdirə bilər. Bu hesabatın növbəti fəsillərində hazırladığımız su strategiyasının komponentləri aşağıdakı tədbirləri ehtiva edir:

(i) Su ehtiyatlarının məqsədyönlü idarəçiliyi və nəzarəti üzrə institusional öhdəliklərin

genişləndirilməsi Su idarəçiliyi öhdəliklərini su istifadəçiləri çərçivəsində desentralizasiya edilməsinə davam etmək, istifadəçilərin səmərəli su idarəçiliyi təcrübələrindən yararlanmağa çağırılması məqsədi ilə müvafiq qiymətlər, ayrılacaq su ehtiyatları və digər strategiyaların mövcudluğunu təmin etmək.

(ii) Su təchizatı proqnozlarına risk və qeyri-müəyyənliklərin daxil edilməsi və su tələbatının iqtisadi komponentlərin yerinə yetirilməsi məqsədi ilə su təchizatı və tələbatının qiymətləndirilməsi üzrə müntəzəm proqramın icrası.

(iii) Kənd təsərrüfatı, sənaye və yaşayış yerlərini etibarlı su ilə təmin etmək məqsədi ilə lazım gəldikdə yeni infrastruktur və avadanlıqlara sərmayə qoyulması, bu sərmayələrin xərclərinin təchiz edilən suyun qiymətləri ilə mütənasib olmasını təmin etmək.

(iv) Eyni zamanda, su ehtiyatlarının qiymətləndirilməsi, daşqınların proqnozlaşdırılması və quraqlıq hadisələrinin idarə edilməsini təkmilləşdirmək məqsədi ilə infrastruktur və avadanlıqlara da sərmayə qoyuluşu edilməlidir.

(v) Kənd təsərrüfatı sektorunun iqtisadi cəhətdən dirçəldilməsi məqsədi ilə mövcud irriqasiya, drenaj sistemi və sudan təkrar istifadə üzrə təkmilləşdirmə işlərinin dəstəklənməsi.

(vi) Su ehtiyatlarının və məlumatların idarə edilməsinin hərtərəfli monitorinqi. Suyun monitorinqi üzrə məhdud sistem artıq mövcuddur və müxtəlif təşkilatlar tərəfindən idarə edilir. Yağıntılar, potensial buxarlanma su səviyyələrinin ölçülməsi, su anbarları və göllərdə suyun səviyyəsi, qrunt sularının səviyyəsi barədə yeni məlumat bazası və məlumat mübadiləsi çox yardımçı olacaq. Məlumatların toplanması və hesabatvermə tədbirlərinin təkmilləşdirilmiş regional koordinasiyası da mühüm məsələdir.

Page 53: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

53

10. STRATEGİYANIN HAZIRLANMASI 10.1 Gələcəyin Vizuallaşdırılması

147. Milli su strategiyasının hazırlanması prosesindəki ilkin addım iqtisadi artım və inkişafın arzu olunan trayektoriyasını vizuallaşdırmaq və həmin trayektoriyanın əldə edilməsində su ehtiyatlarının rolunu təsvir etməkdir. Dağ-mədən və neft sektorlarının gələcəkdə iqtisadi artım faktorları kimi rolunun azalması ilə digər sektorlar iqtisadi artım və inkişafın saxlanmasında nisbi əhəmiyyətə malik olacaq. Kənd təsərrüfatı, xidmət sahəsi, turizm və maliyyə həmin sektorlar sırasında yer alacaq. Əhali artımı və daha yaxşı yaşayış meylləri urbanizasiyasını sürətləndirəcək. Həmçinin, sənaye sektorunun da orta tempdə inkişaf edəcəyi gözlənilir. Gözlənilən inkişaf ekoloji nəticələrə gətirib çıxara bilər. Bütün bu sektorlar gələcəkdə öz inkişafları naminə səmərəli və təhlükəsiz su təchizatını tələb edəcək.

148. Vizuallaşdırma prosesi əhali tendensiyalarının ehtiyatlara olan tələbatların və bazar imkanlarının təhlillərindən faydalanacaq. Həmin əhalinin dəstəklənməsi üçün su ehtiyatlarının planlaşdırılması ərzaq, su təchizatı və kanalizasiya xidmətlərinin müvafiq olaraq artacağını da proqnozlaşdırmalıdır. İqtisadi fəaliyyətlər qrupu neft və qaz sektorundan xidmət, turizm və maliyyə sahəsinə keçdiyi üçün planlaşdırma həmçinin suya olan kommersiya və sənaye tələbatlarında güman edilən dəyişiklikləri də nəzərə almalıdır. Kənd təsərrüfatının planlaşdırılması bazar tələblərinə cavab olaraq və həmçinin kənd təsərrüfatında torpaq və su ehtiyatlarının keyfiyyəti artdığına görə məhsul seçimlərində güman edilən dəyişikliklərin planlaşdırılmasından başqa, əkin, suvarılan və məhsul yığımı ərazilərində artım dərəcəsi də nəzərə alınmalıdır. Planlayıcılar su paylayıcı sistemlərdəki təkmilləşdirmələrin, məhsul seçimlərindəki dəyişikliklərin və təsərrüfatdaxili irriqasiya metodlarındakı təkmilləşdirmələrin kənd təsərrüfatının suya olan tələbatına xalis təsirlərini hesablamalıdır.

149. Ümumiyyətlə, vizuallaşdırma prosesi hər bir sektor üzrə fəaliyyətlərin dəstəklənməsi üçün tələb olunan suyun həcmi və keyfiyyətinin təxmini hesablamaları ilə birlikdə gələcəkdə iqtisadi fəaliyyət üzrə bir sıra planları ərsəyə gətirməlidir. Hər bir plan üzrə fəaliyyətlərin dəstəklənməsi məqsədi ilə su ehtiyatlarının ümumilikdə, vaxt çərçivəsi və coğrafi məkan üzrə kafi olmasını təmin etmək üçün su ehtiyatlarının hesablanması və su balansı vizuallaşdırma prosesinə qoşulmalıdır. Həmçinin iqlim dəyişikliyinin kənd təsərrüfatına və digər sektorlara potensial təsirlərinin təhlili, alternativ planların nəzərə alınması zamanı dəyişkənliklərə yol verilməsi də yardımçı olacaq.

10.2 Məqsəd və vəzifələrin formalaşdırılması

150. Gələcək planlaşdırıldıqdan və alternativ planlar üzrə təsvir edildikdən sonra Hökumət milli su strategiyasının standart bloklarının və ya komponentlərinin hazırlanması üçün əsas yaradacaq məqsəd və vəzifələrin müəyyən edilməsinə start verə bilər. Məsələn, əgər külli miqdarda yüksək dəyərli məhsullar istehsal edən çiçəklənən kənd təsərrüfatı arzu olunan plana daxildirsə, o zaman vaxtlı-vaxtında və etibarlı irriqasiya təchizatının təmin edilməsi məqsədi müvafiq olur. Ölkənin bütün kəndlərində su təchizatı və kanalizasiya xidmətlərinin genişləndirilməsi məqsədi elan edilmişdir. Həmin məqsədin əldə edilməsi üzrə strategiya irriqasiya təchizatının genişləndirilməsi və qrunt suların idarəçiliyinin təkmilləşdirilməsi məqsədləri ilə birlikdə nəzərə alınmalıdır belə ki, müəyyən fəaliyyət və investisiyaların koordinasiyası ilə effektivlik əldə edilə bilər.

151. Daşqın və quraqlıq hadisələrinin zərərlərinin gələcək planda məhdudlaşdırılması mühüm məsələ olduğu üçün bu məqsəd də əvvəlcədən müəyyən edilmişdir. Bununla belə, zərərlərin minimuma endirilməsi üzrə strategiya digər məqsədlərin və həmin məqsədlərə çatmaq üçün strategiyaların nəzərə alınmasından faydalana bilər. Məsələn kənd təsərrüfatı sahəsi daşqın və quraqlıq hadisələrinin təsirinə məruz qalır hər bir hadisənin yetirdiyi potensial təsirlər əsaslı ola bilər. Daşqın və quraqlıqdan mühafizə sahəsinə yönləndirilən optimal investisiyalar məhsul seçimləri, daşqın və quraqlığın xüsusi məhsullara olan potensial təsirlərinin nəzərə alınması ilə fərqlənə bilər.

Page 54: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

54

152. Ölkə üzrə, regional və ümumi səviyyəli planlaşdırma fəaliyyəti sudan istifadə edən bütün sektorlar haqqında məlumatların toplanması üçün tələb olunur. Sudan istifadə edən hər bir sektor və fövqəladə hallarla məşğul olan sektor özlərinin gələcək su ehtiyaclarını dərindən qiymətləndirmək üçün ilkin addım atmalıdır. Məsələn Kənd Təsərrüfatı Nazirliyi Aİ-nin yardımı ilə Kənd təsərrüfatı üzrə Strategiya Layihəsini hazırlamışdır (Azərbaycan Respublikasında Kənd təsərrüfatı üzrə İnkişaf Strategiyası, ikinci versiya: 3 noyabr 2014). Bu, yaxşı bir başlanğıcdır, çünki bu fəaliyyətin nəticəsi milli su strategiyasının hazırlanmasında mühüm baza xidmətini göstərəcək. Müvafiq olaraq, ETSN-in Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişiklikləri haqqında Çərçivə Konvensiyası ilə iqlim dəyişikliyi təşəbbüsü də müsbət bir addımdır.

10.3 Strategiya Bazası

153. Biz indi su ehtiyatlarının idarə edilməsi üzrə Azərbaycanın milli plan və məqsədini çərçivəyə sala bilərik. Bu, belə qeyd edilə bilər: "müvafiq keyfiyyətli suyun məqsədəuyğun miqdarının Azərbaycanın iqtisadi və sosial inkişafı üçün mövcud olmasını təmin etmək, dayanıqlı ekoloji idarəetmə üzrə suyun paylanması tələblərini tam şəkildə qarşılamaq". Bu ölkə planının/hədəfinin əldə edilməsi üçün MSS-in komponentlərini və standart bloklarını müəyyənləşdirməliyik. Su sektoru üzrə bütün maraqlı tərəflərlə razılaşdırıldıqdan sonra strategiyanın komponentləri müvafiq institusional təkmilləşdirmələr və investisiyalar vasitəsi ilə icra edilə bilər. Su ilə əlaqədar problem və imkanların təhlilinə əsaslanaraq, biz MSS üzrə aşağıdakı komponentləri təklif edirik (komponentlər daxil olmaqla MSS-in qısa icmalı, lazım olan investisiyalar və nəticə göstəriciləri 6-cı Cədvəldə verilir)

Strategiya Komponenti 1. Milli su informasiya sistemi. Bütün səth və qrunt suları üzrə hazırlanmış və istifadə edilmiş səmərəli su monitorinqi və informasiya sistemi MSS-in mühüm struktur elementidir. Ölkənin su sektoru suyun monitorinqi üzrə müasir qurğulardan, xəbərdarlıq üçün effektiv model və mexanizmlərdən istifadə edərək müvafiq proqnozlardan faydalanacaq. Suyun monitorinqi sistemi bütün iri su anbarlarında, çay və su obyektlərində yenilənəcək\quraşdırılacaq. Qrunt sularının statusu məlumdur, onların axıdılması və bərpası balansları müəyyənləşdirilir, suyun keyfiyyəti xəritələndirilir. Bazalaşdırılan və effektiv şəkildə icra edilən qrunt suları üzrə qaydalar, habelə qrunt sularının monitorinqi bütün maraqlı tərəflərə açıq olan məlumatları təmin edir. Mərkəzi məlumat bazası və su səviyyələrinin proqnozlaşdırılması üzrə modelləşdirmə sistemi hazırlanacaq ki, bu da gündəlik proqnozları təqdim edəcək. Bu məlumat bazası veb əsasda olacaq və ödəniş etmədən istifadəsi mümkün olacaq. Komponent 2. Su infrastrukturu Müasir irriqasiya və torpaq drenajı infrastrukturuna yatırılan investisiyalar vasitəsi ilə kənd təsərrüfatında torpaqların məhsuldarlığını və sudan səmərəli istifadəni artırmaq məqsədi ilə kənd təsərrüfatı sektoruna xüsusilə yeni yanaşma lazımdır. Azərbaycan Dövlət Proqramı (2006-2015) irriqasiya və drenaj şəbəkəsində 11 prioritet məsələni müəyyənləşdirmişdir. Bura daxildir: (i) mövcud infrastrukturun yenidən qurulması və təkmilləşdirilməsi, (ii) torpaqların yaxşılaşdırılması, (iii) irriqasiyanın genişləndirilməsi12, (iv) daşqınlardan mühafizə, (v) su ehtiyatlarının saxlanması və (vi) tədqiqat və təlim.

Meliorasiya və Su Təsərrüfatı ASC İrriqasiya Baş Planının hazırlanmasının bir hissəsi kimi fəaliyyətlərin təkmilləşdirilməsi məqsədi ilə prioritet imkanları

12 Komanda məhz suvarılan ərazilərin genişləndirilməsi seçimini təsdiqləmir. Biz gözləyirik ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin baş planı istiqamətində həyata keçirdiyi tədbirlər xam torpağın sonrakı işlənməsinə məruz qalacaq hazırki suvarılan ərazilərdə həm məhsul yığımı, həm də əkinçilik işlərinin genişləndirilməsini ehtiva etsin.

Page 55: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

55

müəyyənləşdirməklə əsas sistem infrastrukturu və idarəçiliyini hərtərəfli formada qiymətləndirməlidir. Ölkədə olan qeyri-funksional drenaj şəbəkələrinin yenidən qurulması, yenicə su basmış ərazilərdə drenaj relyefinin təmin edilməsi və kanalizasiya sisteminin yenidən qurulması sektorun prioritet ehtiyaclarıdır və Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən hazırlanmış Drenaj Baş Planında müvafiq şəkildə müəyyən ediləcək.

Komponent 3. Cavabdeh və səmərəli müəssisələr və təkmilləşdirilmiş idarəçilik. Şəffaf, müştərək, səmərəli və effektiv su idarəçiliyi tələb olunur. Hökumət aşağıdakı fəaliyyətlər vasitəsi ilə su təşkilatçılığı və idarəçiliyi potensialını artırmalıdır: (i) sudan istifadə üzrə suyun şəffaf və qərərsiz bölüşdürülməsini təmin etmək, (ii) transsərhəd çay sularının həm kəmiyyət, həm də keyfiyyət baxımından idarəçiliyini daha yaxşı təşkil etmək məqsədi ilə qonşu ölkələrlə effektiv əməkdaşlığı davam etdirmək, (iii) iqlim dəyişikliyinə uyğunlaşmanı və daşqın və quraqlıq daxil olmaqla su ilə əlaqədar fövqəladə hadisələrlə bağlı risklərin idarə edilməsi bacarığını təşviq etmək və (iv) strategiya və investisiyaların planlaşdırılması və icrasında benefisiarların iştirakını təmin etmək.

Komponent 4. Sudan səmərəli istifadəni genişləndirmək və daşqın və quraqlıq hadisələrinin təsirlərini azaltmaq Su ehtiyatları üzrə həyata keçirdiyimiz qiymətləndirməmiz göstərir ki, mənbədən götürülən suların təxminən 35%-i daşınmaz və paylanma sistemində itkiyə gedir. Bu "itki"nin müəyyən faydalarının olmasına baxmayaraq, məsələn, qrunt sularının bərpası; daşındığı məqsədə son nəticədə xidmət etmir (suvarma və yaxud kommunal-məişət məqsədləri). Bu itkilər həm suvarma kanallarında, həm də sənaye və kommunal-məişət məqsədləri üçün su təchizatı şəbəkəsində meydana gəlir.

Sudan istifadənin səmərəliliyinin artırılması tələb edəcək: (i) şəhər əhalisinin 90%-nin, kənd əhalisinin 40%-nin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya xidmətləri ilə əmin edilməsi, (ii) gilləşmiş suvarma kanallarının və əlaqədar nəzarət qurğularının yenidən qurulması və yenilənməsi, (iii) həm su paylanmasında, həm də təsərrüfatdaxili sistemlərdə sudan istifadə və suyun idarəçiliyi təcrübələrinin təkmilləşdirilməsi. Bu komponent çərçivəsində yatırılan investisiyalar 90% istifadəçinin su tələbatını qarşılayaraq irriqasiya su təchizatını təmin edəcək. Eyni zamanda, mövcud su təchizatı sənaye və ekoloji sektorların planlaşdırılan su tələbatının qarşılanması üçün kifayət edəcək.

Komponent 5: Su idarəçiliyinin daha yaxşı koordinasiya və nəzarəti üçün mərkəzi su qurumu. Məqsədəuyğun su idarəçiliyi və nəzarətinin təmin edilməsi öhdəliyinə və həmin öhdəliyin yerinə yetirilməsi üçün lazımi resurslara malik qurumun yaradılması (Qrup və ya Nazirlik) Hökumət tərəfindən nəzərə alına bilər. Bu Qrup rəqabətli sektorlar üzrə ayrılacaq su ehtiyatlarını müəyyənləşdirməli və icra etməlidir. Qrup su ayrılması və istifadəsinə dair icazə sisteminə nəzarət edəcək, icazə verilən bütün fəaliyyətlər zamanı sudan səmərəli istifadəni təmin edəcək. Bu qrup həmçinin hərtərəfli və informativ su monitorinqi proqramına da nəzarət edəcək.

Page 56: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

56

Cədvəl 6. Azərbaycan üzrə su strategiyasının qısa icmalı № Komponent İnvestisiyalar\Tədbirlər Göstəricilər

1 Milli su informasiya sistemi

Ehtiyac və imkanların qiymətləndirilməsi;

Tədbirlər proqramının, icra və investisiya planlarının hazırlanması, tədbirlərin prioritetləşdirilməsi.

Gələcək monitorinq şəbəkələri və monitorinq məlumatlarının emalı üzrə hərtərəfli planın hazırlanması

Avadanlıqların satın alınması, məlumat idarəetmə sistemlərinin qurulması və təkmilləşdirilməsi

Hidroloji məlumat istifadəçiləri üçün məsləhət xidmətlərinin hazırlanması

Yeni monitorinq və məlumat idarəetmə sistemlərindən istifadəyə dair təlim, Mövcud su monitorinqi, qiymətləndirmə və informasiya sisteminin qiymətləndirilməsi

Ehtiyacların qiymətləndirilməsi hesabatının hazırlanmış və təsdiq edilmişdir (İl 1);

İcra və investisiya planları təsdiq edilmişdir (İl 1-2);

Prioritet layihələrə start verilmişdir (il. 3).

Hidroloji məlumatların hazırlanması, istifadəçilərə açıq olması və keyfiyyəti (İl 5-6)

2 Su infrastrukturu

Mövcud irriqasiya və drenaj qurğularının ölkə üzrə qiymətləndirməsini həyata keçirmək,

Həm irriqasiya, həm də kənd təsərrüfatı drenajı üzrə təfsilatlı baş planları hazırlamaq,

Aşağıdakı fəaliyyətlər üzrə texniki-iqtisadi əsaslandırmaları həyata keçirmək: (a) əsas irriqasiya sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi, (b) təsərrüfatdaxili irriqasiya sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi, (c) mövcud kənd təsərrüfatı drenaj şəbəkəsinin yenidən qurulması və təkmilləşdirilməsi, (d) yeni kənd təsərrüfatı drenaj şəbəkəsinin inşa edilməsi

Layihələndirmə işlərini yekunlaşdırmaq və ilkin müqavilələri tenderə çıxarmaq. Mövcud su infrastrukturunun vəziyyətini qiymətləndirmək

Növbəti 10-20 il ərzində icra etmək

Ehtiyacların qiymətləndirilməsi hesabatı Qısa müddətli-aralıq müddət:

İrriqasiya və drenaj baş planları təsdiqlənmiş və icra edilmişdir, İl 1;

Yüksək prioritetliyə malik investisiyalar üzrə ardıcıl texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri 2-ci il ərzində həyata keçirilmişdir;

3-cü ildən 7-ci ilə qədər yüksək prioritetliyə malik layihələr üzrə inşaat işləri.

Uzunmüddətli: məhsul yığımları artmış, İstismar və texniki dəstək xərcləri azalmışdır. hazırlanmış və təsdiqlənmişdir (İl 1).

Page 57: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

57

№ Komponent İnvestisiyalar\Tədbirlər Göstəricilər

3 Cavabdeh müəssisələr və təkmilləşdirilmiş idarəçilik

Mövcud müəssisələri və təkmilləşdirmə ehtiyacını qiymətləndirmək

SEKİ prinsiplərinə uyğun olaraq çay hövzəsinin inkişaf etdirilməsi məqsədi ilə həmsahil ölkələrindəki maraqlı tərəflərin cəlb edilməsi üzrə genişləndirilmiş proqramlarını hazırlamaq.

Suyun keyfiyyətinin monitorinqi proqramlarının genişləndirilməsi üzrə təfsilatlı təkliflər hazırlamaq.

Genişləndirilmiş monitorinq potensialı üzrə institusional inkişafı dəstəkləmək məqsədi ilə avadanlıqların və texniki yardımın satın alınması.

İnvestisiya və icra planlarını hazırlamaq tədbirləri prioritetləşdirmək

Növbəti 10-20 il ərzində icra etmək

Ehtiyacların qiymətləndirilməsi hesabatı hazırlanmış və təsdiq edilmişdir (İl 1-2);

İcra və investisiya planları təsdiq edilmişdir (İl 2-3);

Prioritet tədbirlərə start verilmişdir (il 3-4)

Genişləndirilmiş monitorinq məlumatlarının istifadəçilərə açıq olması (İl 5-6)

Transsərhəd çayları üzrə modelləşdirmənin hazırlanmasına dair yekun hesabat (İl 6)

SEKİ prinsiplərinə uyğun olaraq çay hövzəsinin idarəetmə sistemlərinin hazırlanmasına dair ictimai informasiya (İl 5-9)

4 Sistem layihələri və istifadəçi səviyyəsində su itkilərini və səmərəliliyini qiymətləndirmək

Bütün sektorlar üzrə ehtiyacların qiymətləndirilməsi hesabatları (Kənd təsərrüfatı, kommunal-məişət və ətraf mühit (2-3 il)

Page 58: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

58

Sudan səmərəli istifadəni genişləndirmək və fövqəladə su hadisələrinin təsirlərini azaltmaq

İnvestisiya və icra planlarını hazırlamaq, nəticələrə nəzarət etmək

Daşqınların idarə edilməsi planlarını hazırlamaq

Risklərin azaldılması planını icra etmək və nəticələrə nəzarət etmək

Daşqın və quraqlıq hadisələri barədə əvvəlcədən məlumat vermək üçün gələcəkdə real vaxt rejimli monitorinq sistemi üzrə hərtərəfli plan hazırlamaq

Daşqınların idarə edilməsi üzrə DSS-in hazırlanması işini müqavilələşdirmək və DSS məlumatlarından istifadəyə dair texniki məsləhəti təmin etmək;

Monitorinq sistemi üçün avadanlıqların satın alınması;

Cənubi Qafqaz regionunda daşqınların təsirinin azaldılması üzrə texniki yardımı müqavilələşdirmək

Quraqlıq hadisələrinin təsirlərinin azaldılması üçün su anbarlarının idarə edilməsi və resursların paylanması prosesləri, o cümlədən quraqlı hadisələri üzrə xəbərdarlıq sistemlərinin hazırlanması istiqamətində TY

Sudan səmərəli istifadə

üzrə investisiya, icra və monitorinq planı hazırlanmış və icra edilmişdir (5-10 il)

Daşqınların proqnozlaşdırılmasına və xəbərdarlıq sistemlərinə dair ehtiyacların qiymətləndirilməsi hesabatları; suyun keyfiyyətinin idarə edilməsi və torpaqların korlanmasının qarşısını almaq (1-3 il)

Daşqınların idarə edilməsi, suyun keyfiyyətinin mühafizəsi və torpaqların korlanmasının qarşısının alınması üzrə investisiya və icra planları (10-20 il)

İnkişaf, icra və investisiya planları təsdiq edilmişdir (İl 1-2)

Prioritet layihələrə start verilmişdir (il 3)

Texniki yardım müqavilələri üzrə yekun hesabatlar (İl 5-6)

5 Daha yaxşı koordinasiya və nəzarət üçün mərkəzi su qurumunu təsis etmək - Nazirlik və yaxud Milli Su Təşkilatı

Müxtəlif məqsədlər üçün su ehtiyatlarını paylayır, bütün su təşkilatları arasında koordinasiyanı təşkil edir, tədbirlərə nəzarət edir və mübahisələri həll edir

SEKİ yanaşmalarını və digər ən yaxşı təcrübələri dəstəkləyir.

Mərkəzi su qurumu yaradılmışdır (1 il); bütün müvafiq su müəssisələri ilə razılaşdırılmışdır

SEKİ və digər ən yaxşı təcrübələrin icra edilməsi (2-3 il)

Fəaliyyətin monitorinq və qiymətləndirilməsi. Yeniləmələri həyata keçirmək

Page 59: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

59

11. POTENSİAL İNVESTİSİYALAR

Yuxarıda qeyd edilən strategiya komponentlərinə uyğun olaraq biz həmçinin müvafiq investisiyalar və icra edilə biləcək fəaliyyətləri də təklif etmişik (Cədvəl 6). Biz indi strategiyanın icrasında birinci prioritetliyə malik olacaq bir sıra investisiya və layihələri təfərrüatı ilə təsvir edirik. Biz institusional təkmilləşmə üzrə dəstəkdən ibarət fəaliyyəti təsvir edirik, iki fiziki infrastruktura qoyulan investisiyaları, biri isə təhsil və sosial dəstəyə yatırılan investisiyaları ehtiva edir.

11.1 Müəssisələrə sərmayənin yatırılması

154. MSS-də müəyyən edildiyi kimi fəaliyyətlərin nəzarəti, planlaşdırılması və koordinasiyası üçün mərkəzi su qurumuna ehtiyac vardır. Milli Su Qrupu (MSQ) müxtəlif sektor məqsədləri üzrə su ehtiyatlarının ayrılması daxil olmaqla çay hövzəsi səviyyəsində mərkəzi idarəetmə və nəzarəti təmin edəcək. MSQ su ehtiyatlarına aid olan ixtisaslardan ən azı biri üzrə nəzərəçarpacaq təcrübəyə malik olan, su ehtiyatları sektorunda fəaliyyət göstərən digər nazirliklərdə heç bir vəzifədə çalışmayan təyin edilmiş beş üzvdən ibarət ola bilər. Üzvlər Baş nazir tərəfindən təyin edilə, Parlament tərəfindən təsdiqlənə bilər. Tanınmış alimlər, müvafiq nazirliklərin təqaüddə olan mütəxəssisləri və özəl sektor nümayəndələri təyin edilmiş üzvlər sırasında yer ala bilər. Hər hansı xüsusi bir nazirlik qarşısında heç bir cari öhdəlik daşımadan nəzarət qrupunun təşkil edilməsi əsas məqsəd olacaq. MSQ-da həyata keçirilən xidmətlər müəyyən bir dövr, məsələn dörd il müddətinin iki rübü ilə məhdudlaşdırıla bilər. İkinci rüb üzrə xidmətlər üçün Baş nazir tərəfindən təkrar təyin edilməli, Parlament təkrar təsdiq verməlidir.

155. Üzvlər ən azından bir su ehtiyatı sektorunda diqqətəlayiq təcrübəyə malik olmalıdır. Ən yaxşısı o olardı ki, aşağıdakı təcrübələrə malik olan bir üzv hər zaman bu Qrupa daxil edilsin:

Kənd təsərrüfatı və Balıqçılıq Kommersiya və Sənaye Ekologiya və Təbii Sərvətlər Hidrologiya və Mühəndislik Su təchizatı və kanalizasiya

156. Qrupun beş üzvündən biri növbəli əsasda iki ildən bir Sədr rolunda çıxış edə bilər. Bu plan qeyd edilən məsələlərə dair sadəcə bir təklifdir və tədqiqatın nəticəsini əks etdirmir.

11.2 Su Resurslarının Monitorinqi və Məlumatların İdarə Edilməsinə Sərmayənin

Yatırılması 157. Hökumət hidroloji informasiya şəbəkəsinin yenilənməsi üzrə icrada olan proqramın bir hissəsi kimi su monitorinqi imkanları, məlumatların saxlanması və təhlilini genişləndirmək və təkmilləşdirmək istiqamətində yatırılacaq investisiyaları nəzərə ala bilər. Daşqın, quraqlıq və suyun keyfiyyəti məsələlərinin daha yaxşı idarəçiliyi və proqnozlaşdırılmasına dəstək olaraq, hidroloji informasiyanın real vaxt rejimində təhlili və hesabatların hazırlanması əsas məqsədlərə daxildir.

158. Avadanlıqların satın alınması və məlumatların toplanması, idarə edilməsi və təhlili kimi mövzulara dair təlimin təşkil edilməsi mühüm olacaq. Müvafiq satınalmalara daxil ola bilər:

Hidrometeorologiya üzrə müasir avadanlıqlar: avtomatik meteostansiyalar, çay axarlarının ölçülməsi üçün akustik-Dopler cərəyan profaylerləri (ADCP), hidrometrik sayğaclar, kabel kanallar, avtomatik su səviyyəsi rekorderləri.

Başlıca hidrogeoloji ölçmə məntəqələrində su səviyyəsi rekorderləri. Yeni hidrogeoloji monitorinq avadanlıqları: quyu registratorları, şoranlıq zondları, su

səviyyəsi dozatorları, diferensial GPS, sahə sularının keyfiyyətini ölçülməsi üçün cihaz.

Page 60: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

60

Sahə ölçmə alətləri, suyun keyfiyyətinin ölçülməsi üçün semplinq və laboratoriya avadanlıqları.

Əsas monitorinq məntəqələri üçün real vaxt rejimində çalışan məlumat ötürücü və qəbuledici avadanlıq: bir neçə avtomatik su səviyyəsi rekorderi (su anbarları, çaylar, qrunt suları) meteostansiyalar və su keyfiyyəti üzrə başlıca semplinq məntəqələri.

Ofis və sahə üçün kompüterlər və məlumat bazası serverləri. Məlumatların daxil edilməsi və idarə edilməsi, məlumatların saxlanması və məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün proqram təminatı (o cümlədən məlumatların yoxlanması və təsdiqi).

Əsas məlumat bazalarına inteqrasiya edilməsi məqsədi ilə sudan istifadə haqqında məlumatların əldə edilməsi üçün kompüterlər.

Şəbəkə idarəçiliyi, məlumatların əldə edilməsi məlumatların emalı, məlumatların paylanması üzrə yeni prosedur və proseslərin planlaşdırılması.

Yeni prosedurlar, yeni avadanlıqlardan istifadə və yeni proqram təminatından istifadə üzrə təlim.

Azərbaycanda müasir su təsərrüfatına dəstək verə biləcək təşkilatların inkişaf etdirilməsi üçün institusional inkişaf və potensialın gücləndirilməsi.

159. Bu proqrama həmçinin daşqınların proqnozlaşdırılması sistemlərinə dəstək də daxil ola bilər, lakin bunlar ayrı-ayrılıqda hazırlanmalıdır. Daşqınlardan mühafizə məsələsinin növbəti layihəyə daxil edilməsi daha yaxşı olardı.

11.3 İrriqasiya və Drenaja sərmayənin yatırılması

160. Əsas potensial investisiyaların dörd kateqoriyası vardır ki, mövcud irriqasiya və drenaj infrastrukturunu yenidən quracaq və müasirləşdirəcək, həmçinin əlavə alt sektor infrastrukturunu təmin edəcək:

(i) Başa çatdırılmış qurğuların idarə edilməsi üçün onların su istifadəçiləri birliklərinə təhvil verilməsi məqsədi ilə təsərrüfatdaxili irriqasiya infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsinin davam etdirilməsi.

(ii) Əsas irriqasiya infrastrukturunun, o cümlədən əsas və ikinci dərəcəli kanalların, suötürücü qurğuların və nasos stansiyalarının hərtərəfli formada yenidən qurulması və müasirləşdirilməsi. Meliorasiya ASC ilə aparılan müzakirələr göstərir ki, bu tədbirlər çərçivəsindəki ilkin addımlardan biri kimi təşkilat özünün ətraflı qiymətləndirmə və planlaşdırma tədqiqatlarını aparmamış xərclər bilinməyəcək;13

(iii) Həm qapalı, həm də açıq drenaj və kollektor sistemi daxil olmaqla 610,000 ha ərazini əhatə edən mövcud drenaj şəbəkəsinin hərtərəfli şəkildə yenidən qurulması və müasirləşdirilməsi; və

(iv) Əlavə 200,000 ha suvarılan torpaqlarda drenajın təmin edilməsi. Tələb olunan bu qurğuların təfərrüatlı qiymətləndirməsi və planlaşdırma tədqiqatı bu fəaliyyət çərçivəsindəki ilkin addım kimi həyata keçiriləcək, həm mövcud, həm də yeni drenaj sistemləri üzrə monitorinq şəbəkəsini ehtiva edəcək. Bu həm su, həm də şoranlıq səviyyələrinin real vaxt rejimində təhlil edilməsinə imkan verəcək.

161. Növbəti 15-20 ildə irriqasiya və drenaj sistemlərində əsaslı investisiyalar tələb olunacaq. Hökumət və donorlar qısa və aralıq müddətlərdə maliyyələşdirmə tələb edəcək layihələrlə bağlı ilkin əlamətlərdən faydalanacaq. Bu investisiya paketləri və mümkün emal və

13 AMST ASC tərəfindən hazırlanacaq irriqasiya inkişaf baş planı hazırda mərkəzləşdirilmiş su təchizatı ilə təmin

edilən ərazilərə qravitasiyalı suvarmanın gətirilməsi üçün əlaqədar paylama işləri ilə birlikdə bir sıra iri suötürücü qurğuları uzun müddətə ehtiva edəcək.

Page 61: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

61

icra üçün vaxt çərçivələrinə daxildir: (i) İrriqasiya və drenaj baş planlarında yardım edilməsi üçün Meliorasiya və Su

Təsərrüfatı ASC üçün Texniki Yardım (TY) krediti. Bu TY Hökumətin təsdiqi ilə hazırlana və icra edilə bilər, təxmini büdcə 8.0 -10 milyon dollar hesablanmışdır.

(ii) Təsərrüfatdaxili irriqasiya sisteminin təkmilləşdirilməsi üzrə əlavə paketlər Dünya

Bankının maliyyələşdirdiyi və hələ davam etməkdə olan işinə uyğun hazırlanmışdır. (iii) 50,000 ha ərazidə qapalı horizontal drenajlardan ibarət yeni drenaj qurğularının ilkin

paketi. Hər paket qısa şəkildə aşağıda təsvir edilmişdir. 162. İrriqasiya və Drenaj Sektorunda Perspektiv Planlaşdırma üzrə TY Krediti Hökumətin təsdiqi ilə həm irriqasiya, həm də drenaj alt sektorlarında perspektiv planlaşdırma prioritet investisiya ola bilər. Təklin olunan TY Krediti İrriqasiya və Drenaj baş planlarının hazırlanması, texniki-iqtisadi əsaslandırmaların həyata keçirilməsi, hər alt sektor planında nəzərdə tutulan ilkin investisiya üzrə yekun layihələrin hazırlanmasında Meliorasiya ASC-ni lazımi yardımla təmin edəcək.

163. Təsərrüfatdaxili irriqasiya sisteminin təkmilləşdirilməsi üzrə əlavə paketlər: Meliorasiya və Su Təsərrüfatı ASC beynəlxalq donor və çoxtərəfli maliyyə təşkilatlarının maraqlarına uyğun olaraq, icrada olan bu proqram çərçivəsindəki irriqasiyanın yenidən qurulması və təkmilləşdirmə işlərini müvafiq investisiyalar çərçivəsinə daxil edəcək. Meliorasiya və Su Təsərrüfatı ASC və Dünya Bankı təsərrüfatdaxili sistemlərə dair qalan yenidənqurma və təkmilləşdirmə işlərinin ümumi büdcəsini 800-900 milyon dollar aralığında hesablamışdır. Bütün əlavə paketlər hazırda icrada olan işlərdən sonra hazırlanacaq və fiziki təkmilləşdirmə işlərinə əlavə olaraq, su istifadəçi birlikləri üçün təşkilatı güclənməni təmin edəcək. Bu proqram çərçivəsindəki bütün əlavə işlər üzrə icraçı agentlik Meliorasiya ASC və müvafiq Rayon İrriqasiya Departamentləri (RİD) olacaq.

164. Yeni Kənd Təsərrüfatı Drenajları üzrə İlkin Paket: Drenaj Baş Planı tədqiqatının nəticələrinə və yuxarıda qeyd edilən ilkin investisiya çərçivəsində maliyyəşdirilmiş bu paketin sonrakı layihəsinin hazırlanmasına əsaslanaraq, belə gözlənilir ki, bu alt layihə qrunt sularının yüksək səviyyəsinə məruz qalmış təxminən 50,000 ha irriqasiya torpaqlarında müvafiq çınqıl paketlərinə bükülmüş horizontal şəkildə deşilmiş plastik drenajların qurulmasını maliyyələşdirəcək.14 Planlaşdırma tədqiqatında müəyyən ediləcək birinci alt layihə texniki-iqtisadi cəhətdən əsaslandırılacaq, daha sonra yekun layihələndirmə aparılacaq. Bura yuxarıda qeyd edilən 50,000 ha ərazinin drenajı, əlaqədar drenaj monitorinqi, tikintiyə nəzarət üzrə məsləhətçilər, nəqliyyat və ofis avadanlıqları, həm fiziki, həm də maliyyə məsələləri üzrə gözlənilməz müddəaları ehtiva edəcəyi güman edilir.

11.4 Kənd təsərrüfatının genişləndirilməsi Təhsilinə sərmayənin yatırılması

165. Suyun idarə edilməsi, hasilatı və marketinq fəaliyyətləri üzrə fermerlərə məsləhət verən işçi heyətinin sayı və keyfiyyətinin artırılması da faydalı olardı. Bilik və təcrübələrin artırılması üzrə işçi heyət Azərbaycanda xüsusilə mühüm rola malikdir, əksər kiçik fermerlər təsərrüfat işlərini bir vəzifə kimi seçməmişdir, sadəcə Sovet İttifaqının gözlənilməmiş bir vaxtda dağıldığı 1990-cı illərin əvvəllərində birdən-birə fermer olmuşlar. Həmin vaxt iri dövlət fermaları dağıldı, torpaq ferma işçiləri və onların ailələri arasında paylandı. Yeni fermerlər müstəqil təsərrüfat işlərinin bir çox aspektləri üzrə az təcrübəyə və

14 Hazırki drenaj ərazilərində istifadə edilən drenaj metodlarına əsaslanaraq və torpaq islahatı nəticəsində açıq sahə drenajlarına əlavə maneələri nəzərə alaraq, yeni drenaj ediləcək 200,000 ha ərazidən 150,000 ha-da qapalı horizontal drenaj aparılacağı güman edilir. Açıq sahə drenajlarının inşası əkin sahələrini maliyyə üçün tələb olunan minimum səviyyəyə qədər azaltmaqla kiçik təsərrüfatları aradan qaldıra bilər.

Page 62: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

62

yaxud heç bir təcrübəyə malik deyildi. Yeni təsərrüfat sahiblərinin əksəriyyəti məhsul istehsalı və marketinq imkanları barədə kafi anlayışa malik deyil, əksəriyyəti bilik və təcrübələrin genişləndirilməsi xidmətinin məsləhət və təlimatında əsaslı şəkildə faydalanacaq.

166. Hökumət AİB-in dəstəyi ilə kənd təsərrüfatının genişləndirilməsi işlərində potensialı artıracaq təlim və təhsil proqramlarına investisiya yatırmağı nəzərə ala bilər. Məsələn, AİB Azərbaycanın müvafiq universiteti ilə birlikdə Bilik və Təcrübələrin artırılması üzrə Təlim və Təhsil Proqramının yaradılmasını dəstəkləyə bilər. Bu proqramın bir məqsədi fermerlərə, təsərrüfat kooperativlərinə və su istifadəçi birliklərinə yardım edəcək, yüksək səviyyədə təlimləndirilmiş və motivasiya edilmiş işçilərin sayının artırılması olacaq.

167. Bilik və Təcrübələrin artırılması üzrə Təlim və Təhsil Proqramı (BTTTP) seçilmiş texniki sahələrdə təlimi əks etdirən sertifikatlar təqdim edə bilər. Məsələn, BTTTP aqronomluq, bağçılıq, baytarlıq və ya hidrologiya üzrə 4 illik dərəcəyə malik olan şəxslər üçün Kənd Təsərrüfatı Biliklərinin Genişləndirilməsi üzrə 12 aylıq proqram təklif edə bilər. Qeyd edilən dərəcəyə malik olmayan şəxslər üçün isə 24 aylıq proqram təklif edilə bilər. Bundan başqa, BTTTP kənd təsərrüfatı sahəsində suyun idarə edilməsi bacarıqlarını artırmaq istəyən fermerlər, regional su idarələrinin və su istifadəçi birliklərinin işçiləri üçün Su İdarəçiliyi üzrə 6 aylıq Sertifikat Proqramını təklif edə bilər. Bu sertifikat proqramı müraciət və proqramın dəyərini artırmaq məqsədi ilə yalnız orta məktəb diplomunu tələb edə bilər.

168. AİB-in BTTTP-yə dəstəyi yeni qurğuların inşası və avadanlıqlarla təminatı üçün maliyyə, müəllimlərin cəlb edilməsi və saxlanması, iştirakçılar üçün təqaüdlərin maliyyələşdirilməsini ehtiva edə bilər. İl ərzində proqramı başa vuran məzunların sayı üzrə hədəflər qurula bilər 10 il ərzində 10,000-20,000 yüksək təlimləndirilmiş işçi ümumi hədəf kimi qoyula bilər. Azərbaycanda 800,000-dən artıq kiçik miqyaslı təsərrüfatların olduğunu nəzərə alaraq, kənd təsərrüfatı biliklərinin genişləndirilməsi üzrə çoxsaylı işçilər ödənişli formada işə götürülə bilər. 10 il ərzində 20,000 yeni peşəkar işçinin təlimləndirilməsi iki və daha artıq universitet şəhərciyində regional proqramların hazırlanmasını tələb edə bilər.

169. Təsərrüfat istehsalının genişləndirilməsindən əlavə, kənd təsərrüfatı və su təsərrüfatı sahələrində çalışan işçilərin təlim və təhsilinə sərmayə qoyulmasının bir əsaslandırması da Azərbaycanda kənd təsərrüfatı anlayışının artırılmasıdır. Bu proqram həmçinin təlimçilər və yeni işçi heyəti üçün kənd yerlərində çoxsaylı iş yerlərini də tələb edəcək.

Page 63: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

63

12. STRATEGİYANIN İCRASI

12.1 Strategiya üzrə investisiya planlarının müəyyənləşdirilməsi

170. İnvestisiya planı alt sektorlar və qoyulan prioritetlər üzrə fərdi investisiya paketlərini ehtiva edəcək. Hər bir investisiya paketi üçün başlanğıc tarix, başa çatma tarixi və gözlənilən xərclər təqdim edilməlidir (İllustrativ investisiya planı layihəsi üçün 7-ci Cədvələ baxın). İnvestisiya planı və fəaliyyət planının hazırlanması bütün hökumət və qeyri-hökumət tərəfdaşlarının fəal iştirakını və koordinasiyasını özündə cəmləşdirməlidir. Su sektoru ilə əlaqəsi olan bütün hökumət təşkilatları özlərinin aralıq və uzunmüddətli inkişaf planlarını hazırlayacaq. Aralıq inkişaf (10-15 il) su sektorundakı investisiyaları vurğulamaqla ümumi sektor planını təmin edəcək.

171. Məsləhətçi komanda su strategiyasının əsas elementlərini hazırlamışdır ki, bu da hökumətə investisiya planının hazırlanması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər üçün faydalı təlimatları təmin edə bilər. Bundan əvvəl isə hökumət departamentləri və bütün digər maraqlı tərəflər su strategiyasına dair razılığa gəlməlidir. Bunun icrası çox da çətin olmayacaq, belə ki, su strategiyası su sektoru ilə əlaqəsi olan bütün hökumət və qeyri-hökumət tərəfdaşlarının fəal iştirakı ilə hazırlanmışdır. Gələcəyə Baxış Dövlət Proqramı 2020 və bu hesabatda təqdim edilmiş strategiya komponentləri təlimat rolunda çıxış edə bilər, lakin müvafiq hökumət təşkilatları arzu olunan investisiya planlarını hazırlaya bilər.

Cədvəl 7. İnvestisiya Planına dair nümunə

Sektor

İcraçı Agentlik

İnvestisiya Paketi

Prioritetlik və Vaxt Çərçivəsi

Smeta xərcləri

($)

Milli Su İnformasiya Sistemi

ETSN SEDA

Su resurslarının monitorinqi və məlumatların idarə edilməsinə dair təfərrüatlı plan hazırlamaq

1-ci Prioritet. Layihənin başlanğıcı: Layihənin başa çatması:

Su infrastrukturu - İrriqasiya

Meliorasiya və Su Təsərrüfatı ASC

Su təminatı kanallarının və əlaqədar nəzarət qurğularının yenidən qurulması və yenilənməsi.

1-ci Prioritet Layihənin başlanma tarixi: Layihənin başa çatma tarixi:

Su Təsərrüfatı və İdarəçiliyi

Mövcud su müəssisələrinin və inkişaf imkanlarının qiymətləndirilməsi

1-ci Prioritet Layihənin başlanma tarixi: Layihənin başa çatma tarixi:

Su ilə əlaqəli olan təhlükələr

Meliorasiya və Su Təsərrüfatı ASC, SEDA.

Daşqınların idarə edilməsi üzrə DSS-in hazırlanması işini müqavilələşdirmək və DSS məlumatlarından istifadəyə dair texniki məsləhəti təmin etmək

Page 64: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

64

12.2 Maraqlı tərəflərin iştirakı 172. Azərbaycanın Su Strategiyasının effektiv və şəffaf icra metodu su ehtiyatlarının uzunmüddətli mühafizəsi və səmərəli idarə edilməsinin təmin olunması üçün mühümdür. Bu icra çərçivəsinin inkişafı həm cari, həm də gələcək su tələbatını nəzərə alan, ekosistemlərin mühafizəsini təmin edən müştərək bir proses olacaq. Bütün maraqlı tərəflərin və benefisiarların iştirakı inkişaf fəaliyyətlərinin planlaşdırılması və icrası üçün mühümdür. Qanunvericiliyin dəstəklənməsi su ehtiyatlarının idarə edilməsi sahəsində müvafiq beynəlxalq əməkdaşlığa yol verən beynəlxalq normalara cavab verməsi metodu ilə su sektorunun tənzimlənməsi və idarə edilməsi üzrə müvafiq vəzifə və öhdəlikləri təmin etməlidir. Su qanunvericiliyi, məsələn, su götürülməsinə icazə verən və çirkab suların axıdılmasını qadağa edən qanun, vaxt məhdudiyyətli olmalı (yəni dövri baxış və təhlillərə əsaslanmalıdır) və lisenziya və icazə vərəqələrində qeyd edilən şərtlərə su istifadəçiləri tərəfindən riayət olunmasını təmin etmək məqsədi ilə müvafiq qaydada monitorinq edilməlidir.

12.3 Maliyyələşmə

173. Su strategiyasının iqtisadi miqyasının təhlili və gücləndirilməsi vacibdir. Təfərrüatlı təhlil: (i) iqtisadi inkişafa yardım edəcək üsullu milli strategiyanı maliyyə cəhətdən dayanıqlı edəcək, (ii) su siyasəti və strategiyasını dayanıqlı maliyyə cığırına salacaq, (iii) iqtisadi alətlərdə islahatlar aparacaq, (iv) su siyasətləri və iqtisadi inkişaf arasında əlaqə yaradacaq. Dayanıqlı strategiyanın əldə edilməsi istiqamətindəki ilk addım siyasət qurucularında olan iqtisadi alətlərin siyahısını hazırlamaqdır, belə ki, bu alətlər su xidmətlərinin maliyyələşdirilməsi, səmərəli su təsərrüfatı təcrübələrinin dəstəklənməsi və aşağı xərcli seçimlərin maliyyə imkanlarının genişləndirilməsi üçün gəlirləri formalaşdıra bilər. İqtisadi alətlərin ümumi istifadədə olan bəzi formaları: su çıxarmaya görə cərimə və ya haqlar, çirklənməyə görə cərimələr, su xidmətləri tarifləri, ekosistem xidmətləri üzrə ödənişlər.

12.4 Monitorinq və qiymətləndirmə (MQ) 174. Monitorinq və qiymətləndirmə planı su strategiyasının müvəffəqiyyətli icrası üçün vacibdir. Bu plan təmin edəcək ki, strategiyanın komponentləri və arzu olunan nəticələr qısa və aralıq müddətlərdə planlaşdırıldığı kimi əldə edilsin və uzunmüddətli hədəflər əsas diqqət mərkəzində saxlanılaraq əldə olunsun. Arzu olunan nəticələr qısa və orta müddətlərdə əldə edilmirsə, planlaşdırılan investisiyalar və tədbirlərə müvafiq qaydada dəyişikliklər edilə bilər.

175. MQ planı hər bir investisiya üzrə göstəriciləri müəyyənləşdirməli, investisiyaların hər bir strategiya komponentinin məqsədlərinə cavab verib-vermədiyini (yaxud arzu olunan nəticələrin əldə edilməsinə töhfə verib-vermədiyini) bilmək üçün bu göstəriciləri qiymətləndirməlidir. Belə olduqda seçilmiş göstəricilər qiymətləndirməlidir.

Page 65: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

65

İSTINADLAR Ahouissoussi, N., Neumann, J.E., Srivastava, J.P., Okan, C., Boehlert, B.B., Strzepek, K.M. 2014. Azərbaycanın kənd təsərrüfatı sistemlərinin iqlim dəyişikliyinə həssaslığının azaldılması Dünya Bankının araşdırmaları. Vaşinqton, KƏ: Dünya Bankı.

Axundov, A. 2014. Su Strategiyası üzrə İlkin Məşvərət Xarakterli Tərəfdaş Seminarındakı təqdimatda verilən məlumatlar. AİB Rezident Missiyası, Bakı, 1 oktyabr 2014.

Ələkbərov A., c.2000, tarix yoxdur. Azərbaycanın Qrunt suları, 16 səhifə.

Ələkbərov, A. İmanov, F. 2010. Azərbaycanın Transsərhəd Suları: Cari Şərait, Problem və Qabaqlayıcı Tədbirlər. "Transsərhəd Suları: Problemlər və Yeni İstiqamətlər"də təqdim edilmişdir, Beynəlxalq Su Ehtiyatlarının İdarəçiliyi Proqramı (BSEİP), UNESCO-IHE, Paris.

Əliyeva G., Halsall C., Ələsgərova K., Avazova M., İbrahimov Y., Ağayeva R. 2013. Azərbaycanda daimi üzvi çirkləndiricilərin varisi: Keçmişdə istifadənin və cari çirklənmənin qiymətləndirilməsi. Ekologiya Elmi və Çirklənmə üzrə Tədqiqat 20(4), 1993-2008.

Əliyeva G. Kürkova R., Hovorkova İ. Klanova J., Halsall C. 2012. Azərbaycanda atmosfer havası və torpaqda mövcud olan orqanoxlorin pestisidləri və polixlorinləşmiş bifenillər. Ekologiya Elmi və Çirklənmə üzrə Tədqiqat 19(6), 1953-1962.

Asiya İnkişaf Bankı (AİB), 2003. Hamı üçün su: Asiya İnkişaf Bankının Su Siyasəti. Asiya İnkişaf Bankı, Manila, 55 səhifə.

Asiya İnkişaf Bankı (AİB), 2005. Azərbaycan: Ölkə üzrə Ətraf Mühitin Təhlili. Asiya İnkişaf Bankı, Manila, 137 səhifə.

Campana, M.E., Vener, B.B., Lee, B.S. 2012. Cənubi Qafqazın Kür-Araz hövzəsində su strategiyası, su siyasəti və təhlükəsizliyi. Müasir Su Tədqiqatı və Təhsili Jurnalı 149, 22-32.

Ciarreta, A., Nəsirov, S. 2012. Azərbaycanın neft və qaz sektorunda inkişaf tendensiyaları: Nailiyyətlər və problemlər. Enerji Siyasəti 40 (1), 282-292.

De Mora, S., Villeneuve, J.-P., Sheikholeslami, M.R., Cattini, C., Tolosa, I. 2004. Xəzər dənizinin çöküntülərində orqanoxlorinləşmiş maddələr. Dəniz hövzəsinin çirklənməsi qəzeti 48(1-2), 30-43.

Avropa Komissiyası (Aİ), 2007. Azərbaycan Respublikasının 2007-2013-cü illər üzrə Strategiya Sənədi. Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA).

Avropa Komissiyası \ Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (AK\ƏKT), 2013. İnkişaf, ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılması istiqamətlərində əlavə töhfələri verməsi məqsədi ilə kənd təsərrüfatına yönləndirilən subsidiya siyasətinin yenidən formalaşdırılmasına dair tövsiyələr. Azərbaycan üzrə Konsepsiya Qeydi, buradan əldə edə bilərsiniz: www.fao.org, 2 səhifə.

Page 66: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

66

Kənd təsərrüfatı üzrə Avropa Komissiyası (KAK), 2012. Avropada torpaq islahatı və təsərrüfat fəaliyyəti: 20 illik perspektiv. Otuz yeddinci sessiya, Bakı, Azərbaycan, 17-18 aprel, Gündəlik mövzusu 4, 15 səhifə.

Avropa İttifaqı \ Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (Aİ\ƏKT), 2012. Şərqi tərəfdaşlıq ölkələrində kənd təsərrüfatı və kənd yerlərinin inkişafının qiymətləndirilməsi: Azərbaycan Respublikası. Budapeşt: ƏKT-nin Avropa və Mərkəzi Asiya üzrə Regional İdarəsi, 66 səhifə.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKT), 2006. Evotranspirasiya - Məhsulların Su Tələbatının Qiymətləndirilməsi üzrə Təlimatlar. İrriqasiya və Drenaj Sənədi 56, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Roma, İtaliya.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKT), 2009. Orta Şərq Regionunda İrriqasiya Rəqəmlərlə: AQUASTAT Sorğu – 2008. ƏKT Su Hesabatları 34. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Roma, İtaliya.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKT), 2012. Şərqi Avropa və Mərkəzi Asiya üzrə aqrosənaye inkişaf konsepsiyası: Azərbaycan. Roma: ƏKT, 16 səhifə.

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKT), 2015. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, ƏKTSTAT Statistika Məlumat Bazası, Burada əldə etmək olar: .//faostat3.fao.org/download/O/OA/E. FAO, Rome.

Azərbaycan Hökuməti, 2008. Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması Və Dayanıqlı İnkişaf Dövlət Proqramı 2008-2015.

Azərbaycan Hökuməti, 2004. 2004-2008-ci illər üzrə Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı (11 fevral 2004).

Azərbaycan Hökuməti, 2003. Ekoloji Kontekstdə Dayanıqlı Sosial-İqtisadi İnkişaf üzrə Milli Proqram. 18 fevral 2003.

Azərbaycan Hökuməti. 1997. Azərbaycan Respublikasının Su Məcəlləsi, 418-1G saylı, 26 dekabr 1997-ci il tarixli Qanun. Bakı, Azərbaycan.

Azərbaycan Hökuməti. 1996a. Azərbaycan Respublikasının Torpaq İslahatı haqqında Qanun. 166 saylı, 16 iyul 1996-cı il tarixli Qanun Bakı, Azərbaycan.

Azərbaycan Hökuməti. 1996b. İrriqasiya və Torpaqdan İstifadə haqqında Qanun. 492 saylı, 14 sentyabr 1996-cı il Qanunu. Bakı, Azərbaycan.

Həsənova N., İmanov, F. 2010. Azərbaycanda Ərzaq İdarəçiliyi. Kənd Ərazilərində İnfrastruktur və Ekologiya 11, 127-134. Buradan əldə etmək olar: http://www.infraeco.pl/pl/art/a_15718.htm?plik=697

Page 67: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

67

İmanov F. 2008. Azərbaycanda Kür çayı hövzəsinin su infrastrukturu. Çay hövzəsinin idarə edilməsinə dair Beynəlxalq Konqres üçün hazırlanmış sənəd. Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan.

Merkle, R., Meerbach, D., Əhmədova, A., Bağırzadə, M., Dideron, S., Civadzadə, L. Rüstəmova, S. 2012. Azərbaycanda Su İstifadəçi Birliklərində qadınların rolunun genişləndirilməsi. Dünya Bankı, Vaşinqton, KƏ. 78 səhifə.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), 2010. Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişiklikləri haqqında Çərçivə Konvensiyasına İkinci Milli Kommunikasiya. Bakı, 2010.

Onder H. 2013. Azərbaycan: Resurslarla Zəngin İqtisadiyyatda İnkluziv İnkişaf. Vaşinqton, KƏ: Dünya Bankı

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), 2011. Şərqi Avropa və Cənubi Qafqazda İnkişaf: Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna. İƏİT İnkişaf Mərkəzi. İƏİT, Paris. ISBN: 9789264113039. 296 səhifə.

İƏİT\ƏMFP, 2014. Milli Siyasət Dialoqunun Rəhbər Komissiyasının Üçüncü İclası, Bakı, 23 yanvar 2014. Şəhərdə Qrunt suların İdarəçiliyi və Dayanıqlığı. NATO Elmlər seriyası, 74-cü Cild, 2006, səh. 471-478.

Puri, S., Romanenko, T. 2006. Azərbaycanın su ehtiyatlı ikinci dərəcəli şəhərlərində su təchizatı və kanalizasiya sektorunun təhlili. Şəhərdə Qrunt suların İdarəçiliyi və Dayanıqlığı. NATO Elmlər Seriyası 74, 471-478.

Rzayev, M.A.O. 2007. Azərbaycan Respublikasında cari irriqasiya sisteminin idarə edilməsi xüsusiyyətləri. İrriqasiya və Drenaj 56(5), 551-563.

Sato, T., Qadir, M., Yamamoto, S., Endo, T., Zahoor, A. 2013. Çirkab suların hasilatı, təmizlənməsi və istifadəsi haqqında məlumatlara qlobal, regional və ölkə səviyyəsində olan ehtiyac. Agric. Su Təsərrüfatı 130, 1-13.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2005. Azərbaycanda Ərzaq Təhlükəsizliyi, 2005. Statistik məlumatların toplanması (Azərbaycan dilində).

Sutton, W., Srivastava, J.P., Neumann, J. 2013. Üfüqdən Kənara: İqlim Dəyişikliklərinin Təsirləri və Uyğunlaşma Tədbirləri Şərqi Avropa və Mərkəzi Asiyada Kənd təsərrüfatını Necə Dəyişəcək. Vaşinqton, KƏ: Dünya Bankı.

TACIS, 2010. Müstəqil Dövlətlər Birliyinə Avropa İttifaqının texniki yardım proqramı: 1991-2007

UNDP/QEF, 2013a. "Kür-Araz çayı hövzəsində transsərhəd deqradasiyanın azaldılması" layihəsi çərçivəsində hazırlanan Azərbaycanda Su Ehtiyatlarının Kompleks İdarə edilməsi (SEKİ) Planı.

Page 68: Texniki Yardım üzrə Məsləhətçinin Hesabatı Layihənin ......MDB TY – MDY -ə Texniki Yardım (Aİ -nin yardım proqramı) BMT İP – Birləşmiş Millətlər T əşkilatının

68

UNDP/QEF, 2013b. BMT AİK Suyun Keyfiyyətinin Qiymətləndirilməsi. "Kür-Araz çayı hövzəsində transsərhəd deqradasiyanın azaldılması" layihəsi çərçivəsində hazırlanıb.

UNDP/QEF, 2013c. Qısa İcmal. "Kür-Araz çayı hövzəsində transsərhəd deqradasiyanın azaldılması" layihəsi çərçivəsində hazırlanıb.

UNDP/QEF, 2013d. Kür-Araz çayı hövzəsində transsərhəd deqradasiyanın azaldılması. Analitik tədqiqatlar: İqlim dəyişiklikləri. 66 səhifə.

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (BMT AİK), 2011. Transsərhəd çaylar, göllər və qrunt suları ilə bağlı ikinci qiymətləndirmə. Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya. Nyu York və Cenevrə, İSBN 978- 92-1-117052-8, 448 səhifə.

Birləşmiş Millətlər Təşkilatı, 2008. Su ehtiyatlarının kompleks idarə edilməsinə dair hesabat və sudan səmərəli istifadə planları. BMT-Su. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti.

Vardanyan, M. Volk. R. 2014. Cənubi Qafqazda ortaq su ehtiyatları üzrə transmilli əməkdaşlıq: USAİD tədbirlərinə dair fikirlər. Burada: Su məsələləri və münaqişə sonrası sülhməramlılıq, E. Weinthal, J. Troell və M. Nakayama (red.). London: Earthscan.

Voloşin, G. 2014. Avropa İttifaqının Mərkəzi Asiyada Normativ Gücü. Nəşr olunub: Palqreyv Makmillan, Birləşmiş Krallıq ISBN: 978-1-137-44394-6 PDF.

Dünya Bankı, 2013. Dünya Bankının Azərbaycanın Suvarma və Drenaj sektorundakı fəaliyyətlərinin icmalı. Sənəd 75967. Vaşinqton: Dünya Bankı.

Dünya Bankı, 2012. Dünya Bankının Azərbaycanın Suvarma və Drenaj sektorundakı fəaliyyətlərinin icmalı. Noyabr 2012. Vaşinqton: Dünya Bankı.

Dünya Bankı. 1996. Azərbaycan - Təsərrüfatın Özəlləşdirilməsi Layihəsi. Ümumdünya İnkişaf Mənbələri, ÜİM 1996. Vaşinqton, KƏ:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), 2013. Kanalizasiya və içməli su sahəsindəki irəliləyişlər: 2013-cü ildə yenilənib. ISBN 978 92 4 150539 0. Ümumdünya Səhiyyə Təşkilatı, Cenevrə.