T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5...

27
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 oktyabr 2014-cü il tarixli 1045 nömrəli əmri ilə təsdiq edilmişdir Orta İxtisas Təhsilinin Dövlət Standartı Subbakalavr hazırlığı üzrə T Ə H S İ L P R O Q R A M I İxtisasın (proqramın) şifri və adı: 040507 – “Neft və qaz emalı” BAKI 2014

Transcript of T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5...

Page 1: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin

01 oktyabr 2014-cü il tarixli 1045 nömrəli

əmri ilə təsdiq edilmişdir

Orta İxtisas Təhsilinin Dövlət Standartı

Subbakalavr hazırlığı üzrə

T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 040507 – “Neft və qaz emalı”

BAKI – 2014

Page 2: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

2

1. Ümumi müddəalar

1.1. Subbakalavr səviyyəsinin 040507 – “Neft və qaz emalı” ixtisası üzrə Proqramı

(bundan sonra ixtisas üzrə Təhsil Proqramı) “Təhsil haqqında Azərbaycan

Respublikasının Qanununa”, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin

müvafiq qərarları ilə təsdiq olunmuş «Orta ixtisas təhsili pilləsinin dövlət standartı və

proqramı»na, «Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı»na və

«Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları»na

uyğun hazırlanmışdır.

1.2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati – hüquqi

formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən

040507 – “Neft və qaz emalı” ixtisası üzrə subbakalavr hazırlığını həyata keçirən

bütün orta təhsil müəssisələri üçün məcburidir.

1.3. Strukturda istifadə olunan işarələr:

İTP – ixtisas üzrə Təhsil Proqramı

ÜK – ümummədəni kompetensiyalar

PK – peşə kompetensiyaları

1.4. 040507 – “Neft və qaz emalı” ixtisasının xüsusiyyəti.

İTP –nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas

dərəcəsi:

İxtisasın şifri və adı İxtisas

dərəcəsi

Əyani forma üzrə

təhsil müddəti* Kreditlərin sayı

040507 – “Neft və qaz emalı”

Subbakalavr 3 il* 180

* Ümumi orta təhsil bazasından və qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə

qiyabi formada təhsil nəzərdə tutulduqda).

Page 3: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

3

2. Məzunun ixtisas xüsusiyyəti və kompetensiyası

2.1 Subbakalavrın ixtisas xüsusiyyəti.

Subbakalavr:

- subbakalavr peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə,

eləcə də həmin ixtisas üzrə bakalavriat təhsili almağa hazır olmalıdır;

- mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə

uyğun gələn istənilən istehsal və xidmət sahələri, təşkilatlar, idarələr, müəssisələr,

birliklər və s. işləyə bilər;

- mövcud qaydalara riayət olunmaqla, müxtəlif təhsil müəssisəsində (ali və orta ixtisas

təhsili müəssisələrində elmi və elmi-pedaqoji fəaliyyət sahələri istisna olunmaqla)

çalışa bilər.

2.2. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına

qoyulan tələblər.

2.2.1 Məzun aşağıdakı ümumi kompetensiyalara (ÜK) yiyələnməlidir:

- Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi

şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı, tarixi keçmişi

qiymətləndirməyi bacarmalıdır (ÜK -1);

- Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməli, ondan

peşə fəaliyyətində istifadə etməyi bacarmalıdır (ÜK -2);

- xarici dillərin birində ünsiyyətdə olmağı, peşə səviyyəsinin artırılmasında mühüm

əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən lüğətlə istifadə

etməyi bacarmalıdır (ÜK - 3);

- kollektivdə işləmək bacarığına, həmkarlar ilə əməkdaşlığa hazır olmağı, konfliktləri

həll etməyə və sosial adaptasiyaya qabil olmalıdır (ÜK - 4);

- öz peşəsinin mahiyyətini və sosial əhəmiyyətini başa düşməli və ona daimi maraq

göstərməlidir (ÜK- 5);

- öz fəaliyyətini təşkil etməli, peşə məsələlərinin həlli üçün tipik metod və üsullar

seçməli, onların effektivlilik və keyfiyyətini qiymətləndirməlidir (ÜK - 6);

- standart və qeyri – standart vəziyyətlərdə qərar qəbul etməli və buna görə cavabdeh

olmağı bacarmalıdır (ÜK -7);

- peşə fəaliyyətində İKT – dən istifadə etməyi bacarmalıdır (ÜK - 8);

- kollektivdə və komandada işləməli, həmkarları, rəhbərlik və istehlakçılarla effektiv

ünsiyyətdə olmalıdır (ÜK - 9);

- komanda üzvlərinin üzərinə qoyulmuş məsələlərin həllinə görə məsuliyyəti öz

üzərinə götürməyi bacarmalıdır (ÜK - 10);

Page 4: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

4

- peşə və şəxsi inkişaf məsələlərini sərbəst müəyyənləşdirməli, özünütəhsillə məşğul

olmalı, ixtisasını artırmağı planlaşdırmalıdır (ÜK - 11);

- peşə fəaliyyətində texnika və texnologiyaların tez – tez dəyişməsinə hazır olmalı,

onlardan istifadə etməyi bacarmalıdır (ÜK- 12);

- təşəbbüskarlıq və liderlik vərdişlərinə malik olmalıdır (ÜK- 13);

- beynəlxalq arenada işləmək qabiliyyətinə malik olmalıdır (ÜK- 14);

2.2.2 Məzun peşə fəaliyyətinin əsas sahələrini əhatə edən aşağıdakı peşə

kompetensiyalarına (PK) yiyələnməlidir:

- Texnoloji proseslərin əsas göstəricilərini nəzarətdə saxlamaq və onlara riayət

etmək (PK-1);

- Aparat və avadanlıqların optimal işlənmə və istismar rejimlərini nəzarətdə saxlamaq

və riayət etmək (PK-2);

- Neft və qaz emalı qurğularında qəza hallarının qarşısını almaq və belə hallar baş

verdikdə onların nəticələrini ləğv etmək (PK-3);

- Qurğuların diaqnostikasını, cari və əsaslı təmirini aparmaq (PK-4);

- ətraf mühitin qorunması tədbirlərini görmək (PK-5);

- neft və qaz emalı qurğularına texniki xidmət göstərmək (PK-6);

- aparat və avadanlıqlara istismar mərhələsində nəzarət etmək (PK-7);

- neft və qaz emalı aparatlarını cari və plan üzrə təmir etmək (PK-8);

- neft və qaz emalı qurğularında iş şəraitinin profilaktikasını və təhlükəsiz iş şəraitini

təmin etmək (PK-9);

- əmtəə neft və qaz emalı məhsullarının toplanması və nəqli ilə bağlı istehsalat işlərinin

yerinə yetirilməsinə nəzarət (PK-10);

- texnoloji proseslərin effektivliyinin müəyyənləşdirilməsi, əmtəə neft məhsullarının

artırılması üçün proseslərin tədqiq edilməsində iştirak (PK-11);

- texnoloji proseslərin gedişini kimyəvi və fiziki parametrlərdən asılı olaraq

müəyyənləşdirmək (PK-12);

- əmtəə neft və qaz məhsullarının artırılması üçün görülən işlərin texnoloji

effektivliyini müəyyənləşdirmək (PK-13);

- effektivliyin analizi və hesablanması üçün məlumatı almaq (PK-14);

- yeni aparat və materialların təcrübədən keçirilməsində, texnoloji rejimlərin

yoxlanmasında iştirak etmək (PK-15);

- bir və ya bir neçə fəhlə peşəsini və quluqçu vəzifəsini yerinə yetirmək (PK-16).

Page 5: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

5

3. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər

3.1. Məzunun peşə fəaliyyətinin xüsusiyyəti.

3.1.1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

Məzunun peşə fəaliyyətinin əsas sahələri:

- neft, qaz və neft məhsullarının emalı sahələrində işlərin təşkili və aparılması;

- neft və qaz emalı sənayesinin texnoloji prosesləri;

- neft və qaz emalı sənayesinin aparatları və avadanlıqları;

- texniki, texnoloji və normativ sənədlər;

- ilkin əmək kollektivləri;

3.1.2 Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər :

Məzun aşağıdakı fəaliyyət növlərinə hazır olmalıdır:

- neft və qaz emalı müəssisələrində texnoloji proseslərin aparılması;

- neft və qaz emalı müəssisələrinin aparat və avadanlıqlarının istismarı;

- kollektivin işinin təşkili.

- bir və ya bir neçə fəhlə peşəsinin və qulluqçu vəzifələrinin icrasını bacarmalıdır.

Page 6: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

6

3.2. İxtisas üzrə fənn bölümləri, fənlərin kreditləri, onların mənimsənilməsinin

nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan

kompetensiyaların kodları.

3.2.1. Ümumtəhsil fənlər bölümü

Fənnin

adı

Fənn bölümləri

Ümumi

saatlar

O cümlədən Fənnin

tədrisi

nəzərdə

tutulan

semestr

I semestr II semestr

ÜF-B00 Ümumtəhsil fənlər bölümü*

ÜF-B01 Azərbaycan dili (xarici dildə təhsil

alanlar üçün ) ** 60 30 30 1,2

ÜF-B02 Azərbaycan (rus) dili 60 30 30 1,2

ÜF-B03 Ədəbiyyat 60 30 30 1,2

ÜF-B04 Xarici dil 60 30 30 1,2

ÜF-B05 Azərbaycan tarixi 30 30 2

ÜF-B06 Tarix 30 30 1

ÜF-B07 İnsan və cəmiyyət 30 30 1

ÜF-B08 İqtisadiyyatın əsasları 30 30 1

ÜF-B09 Cəbr və analizin başlanğıcı 90 30 60 1,2

ÜF-B10 Həndəsə 45 45 2

ÜF-B11 İnformatika 45 45 2

ÜF-B12 Fizika 60 30 30 1,2

ÜF-B13 Astronomiya 30 30 2

ÜF-B14 Kimya 60 30 30 1,2

ÜF-B15 Biologiya 45 45 1

ÜF-B16 Fiziki coğrafiya 45 45 1

ÜF-B17 Fiziki tərbiyə 60 30 30 1,2

ÜF-B18 Gənclərin çağırışaqədərki hazırlığı 60 30 30 1,2

Cəmi 900 450 450

Page 7: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

7

*Ümumtəhsil fənləri bölümünə daxil olan fənlər Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 30.10.2006-cı il tarixli, 233 № li qərarı ilə təsdiq olunmuş

“Azərbaycan Respublikasında ümumtəhsilin konsepsiyası (Milli Kurikulumu)”na uyğun

müəyyənləşdirilir.

**Azərbaycan bölməsində bu saatlar hesabına, təhsil müəssisələrinin ixtisas profilinə

uyğun müəyyənləşdirdiyi fənlər tədris oluna bilər.

3.2.2. Kadr hazırlığı üçün tələb olunan fənlər bölümü

Fənn

bölümünün

kodu

Fənn bölümləri, onların

mənimsənilməsinin nəticələri (bilik,

bacarıq və vərdişlər baxımından)

Fənn

bölmələri üzrə

kreditlərin

sayı

Fənlər

Fənlər üzrə

kreditlərin

sayı

Qazanılması

nəzərdə tutulan

kompetensiyaların

kodları

1 2 3 4 5 6

Təhsil hissəsi

HF - B00

Humanitar fənlər bölümü***

Bu bölümdə subbakalavr

bilməlidir:

- Azərbaycan tarixinin əsas

mərhələləri və xronologiyası,

tarixi şəxsiyyətlər və əsas tarixi

hadisələr haqqında məlumatı;

bacarmalıdır:

- tarixin, keçmişin

qiymətləndirilməsinə dair öz

mövqeyini əsaslandırmağı və

fkrini ifadə etməyi;

bilməlidir:

- xarici dillərin birində danışığın

və yazının məzmununu başa

düşməli, peşəyönümlü mətnlərin

tərcüməsi üçün (lüğət vasitəsilə)

leksik (1200-1400 leksik vahidi)

və qrammatik minimumu;

bacarmalıdır:

- peşə səviyyəsinin

artırılmasında mühüm

30

HF–B0100

Azərbaycan tarixi

HF–B0200

Xarici dil

4

10

ÜK-1

ÜK-2

ÜK-3

ÜK-4

Page 8: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

8

əhəmiyyət kəsb edən və xarici

dillərdə olan ədəbiyyat və

mənbələrdən lüğətlə istifadə

etməyi;

bilməlidir:

- Azərbaycan Respublikasının

dövlət dilini (Azərbaycan

dilini).

bacarmalıdır:

-Azərbaycan dilinin

leksikonundan gündəlik və peşə

fəaliyyətində istifadə etməyi.

HF–B0300****

Azərbaycan dili

(təlim xarici dildə

olanlar üçün)

HF–B0400

Seçmə fənlər*****

10

6

İPF-B00 İxtisasın peşə hazırlığı fənləri

bölümü

Bu bölümə daxil olan fənlərin

öyrənilməsi nəticəsində

subbakalavr

bilməlidir:

peşə fəaliyyəti sahəsində tətbiqi

məsələlərin həlli zamanı riyazi

metod və anlayışları;

bacarmalıdır:

peşə fəaliyyəti sahəsində tətbiqi

məsələləri həll etməyi;

120

İPF – B0100 Riyaziyyat

4

ÜK-4

ÜK-5

ÜK-6

ÜK-7

ÜK-8

ÜK-9

ÜK-10

ÜK-11

ÜK-12

ÜK-13

ÜK-14

PK- 1

PK- 2

PK- 3

PK- 4

PK- 5

PK- 6

PK- 7

Page 9: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

9

bilməlidir:

rəsmxətin qanunlarını,

üsullarını;

dəqiqlik siniflərini və onların

cizgilərdə işarələnməsini;

konstruktor və texnoloji

sənədlərin yazılması və

oxunması qaydalarını;

cizgilərin, texniki rəsmlərin,

həndəsi fiqurların və texniki

detalların çəkilməsi qaydalarını;

texnoloji avadanlığın qrafik

təsvir edilməsini və texnoloji

sxemlərin çəkilməsini;

ölçülərin qoyulması texnikasını

və prinsipini;

sertifikasiyanın növlərini,

onların oxunması və tərtibatı

qaydalarını;

bacarmalıdır:

texniki avadanlıqların və

texnoloji sxemlərin qrafik

əkslərini yerinə yetirməyi;

həndəsi cismlərin kompleks

cizgilərini və onların üzərində

olan nöqtələrin proyeksiyalarını

yerinə yetirməyi;

detalların, onların elementlərinin

və qovşaqlarının eskizlərini,

texniki şəkillərini və cizgilərini

işləməyi;

texnoloji və konstruktor

sənədlərini qüvvədə olan

normativ – texniki sənədlərə

uyğun olaraq işləməyi;

ixtisasa uyğun olaraq cizgiləri,

texnoloji sxemləri və texnoloji

sənədləri oxumağı;

bilməlidir:

fərdi kompyuterlərin ümumi

quruluş və strukturunu;

məlumat təhlükəsizliyinin təmin

olunmasının əsas üsullarını;

İPF – B0200

Texniki rəsmxət

İPF – B0300

Peşə fəaliyyətində

İKT

6

4

PK- 8

PK- 9

PK- 10

PK- 11

PK- 12

PK- 13

PK- 14

PK- 15

PK- 16

Page 10: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

10

məlumatın avtomatik işlənməsi

və ötürülməsinin əsas prinsip və

qaydalarını;

peşə fəaliyyətində

telekommunikasiya

texnologiyalarının əsas prinsip,

üsul və xüsusiyyətlərini;

bacarmalıdır:

tətbiqi kompyuter

proqramlarından istifadə

etməklə hesabatları aparmağı;

məlumat mübadiləsi məqsədi ilə

internetdən istifadə etməyi;

lokal və qlobal şəbəkələrdən

məlumat əldə etməyi;

məlumat axtarışı, sənədlərin və

prezentasiyaların tərtibatı üçün

kompyuter proqramlarından

istifadə etməyi;

bilməlidir:

elektron cihazlarının təsnifatını,

onların quruluşu və tətbiq

sahələrini;

elektrotexnikanın əsas

qanunlarını;

keçiricilərdə, yarımkeçiricilərdə

və dielektriklərdə fiziki

proseslərin əsaslarını;

elektrik sxemlərinin

parametrlərini və onların ölçü

vahidlərini;

elektrik və elektron cihazlarının

seçilməsi prinsiplərini;

elektrik enerjisinin alınması,

ötürülməsi və istifadə olunması

üsullarını;

elektrotexniki cihazların

quruluşunu, iş prinsipini və əsas

xüsusiyyətlərini;

bacarmalıdır:

müəyyən parametr və

xüsusiyyətlərə malik elektrik

cihazlarını və avadanlıqlarını,

elektron qurğularını seçməyi;

İPF – B0400

Elektrotexnika və

elektronika

4

Page 11: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

11

texnoloji maşın və aparatların

nəzarət ötürücü elektrik

avadanlıqlarını və

mexanizmlərini düzgün istismar

etməyi;

elektrik ölçü cihazlarından və

alətlərindən istifadə etməyi və

ölçüləri çıxarmağı;

elektrik dövrələrini yığmağı;

prinsipial, elektrik və yığma

sxemlərini oxumağı;

bilməlidir:

təbii ehtiyatların növləri və

təsnifatını, ekoloji sistemin

dayanıqlı vəziyyətinin şərtlərini;

ətraf mühitin qorunmasının

vəzifələrini, Azərbaycan

Respublikasının təbii ehtiyat

potensialını və qorunan təbiət

sahələrini;

istehsal tullantılarının əsas

mənbələri və həcmini;

təbii ehtiyatlardan istifadənin və

ekoloji təhlükəsizliyin hüquqi

əsaslarını, qayda və normalarını;

təbii ehtiyatlardan səmərəli

istifadənin, ətraf mühitin

monitorinqinin, ekoloji nəzarətin

və ekoloji tənzimləmənin əsas

xüsusiyyət və üsullarını.

bacarmalıdır:

müxtəlif istehsalat fəaliyyəti

nəticəsində yaranmış ekoloji

problemləri analiz etməyi və

proqnozlaşdırmağı;

ekoloji qəza və fəlakətlərin baş

vermə səbəblərini analiz etməyi;

qaz və bərk tullantıları,

kanalizasiya sularını istifadə

etməyin üsullarını, texnologiya

və aparatlarını seçməyi;

buraxılan məhsulun ekoloji

yararlığını;

istehsal obyektində ətraf mühitin

ekoloji vəziyyətini

qiymətləndirməyi;

İPF – B0500

Təbii ehtiyatlardan

istifadənin ekoloji

əsasları

4

Page 12: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

12

bilməlidir:

üzvi maddələrdə kimyəvi

rabitənin elektron təbiətini;

Butlirolun kimyəvi quruluş

nəzəriyyəsini;

karbohidrogenlərin homoloji

sırasını;

izomerliyi;

karbohidrogenlərin

fiziki – kimyəvi xassələrini;

həmcinsli funksiyalı

birləşmələri;

müxtəlifcinsli funksiyalı

birləşmələri;

irimolekullu birləşmələri;

bacarmalıdır:

karbohidrogenlərin homoloji

sırasını qurmağı;

benzol, tolol molekullarının

modellərini hazırlamağı;

əvəzolunma reaksiyalarının

mexanizminin izahını;

karbohidrogenləri adlandırmağı;

mövzulara uyğun olan xarakterik

reaksiyaları yazmağı və onlara

aid məsələləri həll etməyi;

bilməlidir:

birinci, ikinci və üçüncü analitik

qrup kationları;

kütlələrin təsiri qanununu;

kimyəvi tarazlıq;

anionların xarakteristikasını və

təsnifatını;

maddənin analizə hazırlığını;

miqdari analizi;

qravimetrik analizi;

titrimetrik analizi;

fiziki – kimyəvi analiz

üsullarını;

İPF – B0600

Üzvi kimya

İPF – B0700 Analitik kimya

6

6

Page 13: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

13

bacarmalıdır:

birinci, ikinci və üçüncü analitik

qrup kationların xarakterik

reaksiyalarını yazmağı;

anionların xarakterik

reaksiyalarını yazmağı;

duzları analiz etməyi;

analitik tərəzi ilə işləmək

qaydalarını;

laboratoriyada təhlükəsiz

işləməyi;

bilməlidir:

quyuların texniki vəziyyətinə

nəzarətin geofiziki üsullarını;

neft və qaz yataqlarının rasional

işlənməsi tələblərini;

quyu məhsullarının toplanması

və hazırlanması texnologiyasını;

quyulardan və laylardan neft və

qazın alınma normalarını;

laya və quyudibi zonaya təsir

üsullarını;

bacarmalıdır:

yataqların işlənməsinin əsas

göstəricilərini nəzarətdə

saxlamağı;

quyuların işlənməsinin və

istismarının optimal rejimlərinin

saxlanmasını və onlara nəzarəti;

neft və qaz yataqlarında qəza

hallarının qarşısının alınmasını

və nəticələrinin aradan

qaldırılmasını;

quyuların diaqnostikasının, cari

və əsaslı təmirinin aparılmasını;

ətraf mühitin və yer

dərinliklərinin istehsalın texnogen

təsirindən qorunmasını;

yataq haqqında geoloji məlumatı

təhlil etməyi;

neft və qaz yataqlarının

işlənməsi üçün seçilmiş üsulların

əsaslandırılmasını;

İPF – B0800

Standartlaşdırma,

metrologiya və

sertifikasiya

6

Page 14: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

14

yataqların işlənmə prinsipinin

analizini aparmağı;

bilməlidir:

fizika və kimya fənninin

qarşılıqlı əlaqəsini;

atomun quruluşunu;

maddənin aqreqat hallarını;

termodinamikanın birinci və

ikinci qanununu;

kimyəvi kinetika və kimyəvi

tarazlığı;

məhlullar haqqında;

səth hadisələrini;

bacarmalıdır:

qaz qanunlarına və qaz

qarışıqlarına aid məsələləri həll

etməyi;

istilik tutumunu təyin etməyi;

yanma istiliyini təyin etməyi;

temperaturun tarazlığa təsirini

izah etməyi;

qatılığın tarazlığa təsirini izah

etməyi;

elektroliz prosesini izah etməyi;

bilməlidir:

kimya texnologiyasının əsas

qanunauyğunluqlarını;

kimya sənayesinin

xammallarını;

sulfat turşusunun alınma

üsullarını;

nitrat turşusunun alınma

üsullarını;

mineral duzlar və gübrələri;

amonyakın alınma üsulunu;

saxsı istehsalını;

yanacaqların kimyəvi emalını;

polimerlərin kimyəvi

texnologiyasını;

İPF-B0900

Fiziki kolloid kimya

İPF – B0100

Ümumi kimya

texnologiyasının

əsasları

6

6

Page 15: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

15

bacarmalıdır:

material və istilik balansını

qurmağı;

amonyak istehsalının material

balansını qurmağı;

nitrat istehsalının material

balansını qurmağı;

müvafiq proseslərin xarakterik

reaksiyalarını yazmağı;

bilməlidir:

müxtəlif mülkiyyət formalarına

malik müəssisələrdə

idarəetmənin anlayış və

prinsiplərini, kiçik kollektivlərdə

təşkilatçılığın əsaslarını;

menecmentin funksiyalarını,

növlərini və psixologiyasını;

əmək münasibətlərini

tənzimləyən qanunvericilik və

normativ aktları;

əməkdaşları təlimatlandırmağın

növlərini və üsullarını;

heyətin idarə olunmasının və

əməkdaşların əmək fəaliyyətinin

sənədləşdirilməsinin təmin

edilməsini;

neft - qaz sənayesində istehsalat -

təsərrüfat fəaliyyətini tənzimləyən

hüquqi - normativ sənədləri;

neft - qaz sənayesi müəssisəsinin

fəaliyyətinin əsas texniki -

iqtisadi göstəricilərini;

əsas istehsal fondlarını və

onların texniki – iqtisadi

dəyərləndirilməsini;

əsas dövriyyə vəsaitlərinin idarə

edilmə metodları və onlardan

istifadənin qiymətləndirilməsini;

məhsulların qiymətləndirmə

mexanizmini, müasir şəraitdə

əmək haqqının formalarını;

neft - qaz sənayesi müəssisəsinin

iqtisadi sisteminin qurulmasının

əsas prinsiplərini;

İPF – B01100 İstehsalın

iqtisadiyyatı və

menecment

6

Page 16: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

16

icraçı kollektivin işinin təşkil

olunmasının əsaslarını;

bacarmalıdır:

müxtəlif dərəcədən olan işçilərlə

işgüzar münasibətlər qurmağı;

idarəetmə qərarlarının

effektivliyini qiymətləndirməyi;

işçi heyətlə aparılan

müsahibələrdə aktiv iştirak

etməyi;

işçilərlə təlimat aparmağı;

neft - qaz sənayesinə aid zəruri

iqtisadi məlumatları tapmaq və

istifadə etməyi;

təşkilatın material, əmək və

maliyyə ehtiyatlarını

müəyyənləşdirməyi;

iş vaxtı, hasilat, əmək haqqı,

boşdayanmaların uçotunun

ibtidai sənədləşmələrini

aparmağı;

bilməlidir:

neftin kimyəvi və element

tərkibini;

neft və neft məhsullarının

ayrılma üsullarını;

destruktiv emal proseslərinin

mahiyyətini;

aralıq birləşmələr nəzəriyyəsini;

termokatalitik proseslərin

kimyasını;

neft məhsullarının təmizlənmə

üsullarını;

neft və neft məhsullarının

fiziki – kimyəvi xassələrini;

bacarmalıdır:

neft və neft məhsulunun sıxlığını

təyin etməyi;

neft və neft məhsullarının

molekul kütləsini hesablamağı;

neft məhsullarının alışma və

alovlanma temperaturunu təyin

etməyi;

İPF – B01200

Neft və qazın

kimyəvi

texnologiyasının

nəzəri əsasları

4

Page 17: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

17

karbohidrogenlərin homoloji

sırasını tərtib etməyi;

bilməlidir:

fiziki kəmiyyətlərin ölçü

vahidləri sistemini;

kimya texnologiyasının əsas

proseslərini;

hidromexaniki prosesləri;

istilik proseslərini;

kütlə mübadiləsi proseslərini;

kimyəvi prosesləri;

qarışdırıcıların süzgəclərinin

növlərini;

əsas aparatların, avadanlıqların

təsnifatını;

əsas aparat və avadanlıqların

işini və rolunu;

bacarmalıdır:

müvafiq proseslərə uyğun maddi

balansı qurmağı;

istidəyişdirici aparatları

hesablamağı;

borulu sobanı hesablamağı;

rektifikasiya kalonunun əsas

ölçülərini təyin etməyi;

reaktorları hesablamağı;

istidəyişmə proseslərinə aid

məsələ həllini;

bilməlidir:

Azərbaycan Respublikasının və

xarici ölkələrin enerji və

yanacaq balansında neft və qazın

rolunu;

neft və qazın emalı sənayesinin

inkişaf tarixini;

neftin emala hazırlanmasını;

neftin ilk distilləsinin sənaye

qurğularını;

destruktiv emal proseslərinin

təsnifatını;

bu proseslərin xarakteristikasını;

İPF – B01300

Neft – kimya

sənayesinin proses

və aparatları

İPF – B01400

Neftin ilkin və

destruktiv emal

texnologiyası

6

8

Page 18: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

18

neft xammalının pirolizini;

destruktiv emal proseslərinin

tenoloji sxemlərinin izahını;

bacarmalıdır:

neft və neft məhsullarının

fiziki – kimyəvi xassələrinə aid

məsələ həllini;

neft və neft məhsullarının istilik

xassələrinə aid məsələ həllini;

EÜDS-AVQ – nun maddi

balansını qurmağı;

kokslaşma qurğusunun maddi

balansını qurmağı;

katalitik krekinq qurğusunun

maddi balansını qurmağı;

katalitik alkilləşmə qurğusunun

maddi balansını qurmağı;

hidrokrekin qurğusunun maddi

balansını qurmağı;

hidrotəmizləmə qurğusunun

maddi balansını qurmağı;

bilməlidir:

yeni mürəkkəb texnoloji

proseslərin aparılmasında

katalizatorun rolunu;

katalizatorun əsas xüsusiyyətini;

aktivatorları;

kimyəvi çevrilmələrin sürətinə

katalizatorların təsirini;

sənayedə istifadə olunan

katalizatorları;

sintetik materiallar və

katalizatorları;

təbiətdə katalizatorlar;

bacarmalıdır:

katalizatorda suyun miqdarını

təyin etməyi;

ferium katalizatorunu hazırlamağı;

alimosilikat və seolit tərkibli

katalizatorları hazırlamağı;

katalizatorların regenerasiyasını;

İPF – B01500

Katalizator və

onların hazırlanma

texnologiyası

4

Page 19: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

19

sink-xrom katalizatorunu

hazırlamağı.

bilməlidir:

Azərbaycan neft – qaz emalı

zavodları haqqında;

rektifikasiya kalonlarının

təsnifatını;

AVQ – də işlədilən mürəkkəb

kalonlar;

vakuum kalonlarını;

vakuum yaradan aparatları;

istidəyişdirici aparatların

təsnifatını;

borulu sobaların detallarını;

termokatalitik reaktorları;

fraksiyalayıcı aparatları;

kokslaşma qurğusunun əsas

aparatlarını;

katalitik riforminq və

izomerləşmə proseslərində

işlədilən reaktorlarını;

hidrokrekinq proseslərinin

reaktorunu;

qaz emalının əsas aparatlarını;

nasoslar və kompressorlar

haqqında;

bacarmalıdır:

rektifikasiya kalonunun maddi

balansını qumağı;

istidəyişdirici aparatları

hesablamağı;

borulu sobaları hesablamağı;

koks kamerasını hesablamağı;

katalitik riforminq qurğusunun

reaktorlarını hesablamağı;

hidrokrekinq qurğusunun

reaktorlarını hesablamağı;

hidrotəmizləmə qurğusunun

reaktorlarını hesablamağı;

İPF – B01600

Neft – qaz emalı

zavodlarının

aparatları

4

Page 20: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

20

bilməlidir:

qazların sıxılmasını;

qaz emalı zavodlarına nəql

olunmasını;

qazları emala hazırlamağı;

mexaniki qarışıqlardan

təmizləməyi;

qazların qurudulmasını;

təbii qazların emalını;

maye qazların saxlanmasını və

nəqlini;

zavodda alınan karbohidrogen

qazlarının emalını;

zavod qazlarının tərkibində olan

hidrogen sulfidin istifadə

sahələrini;

bacarmalıdır:

qazların sıxılma əmsalını

hesablamağı;

qazların uçuculuğunu

hesablamağı;

Klaus üsulunun reaksiyalarını

yazmağı;

atmosferin qorunması tədbirlərini;

qazların tərkibindən nəmliyin

qarşısını almağı;

təbii və karbohidrogen qazlarını

emala hazırlamağı;

bilməlidir:

yanacaqlar haqqında;

avtomobil benzinləri üçün

texniki normaları;

yanacaqların antidetonasiya

xassəsini;

kükürdlü birləşmələrin zərərli

təsirini;

həlledicilər və yüksək oktanlı

əlavələri;

neft yağlarının tərkibini;

neft yağlarının xassələrini;

İPF – B01700

Karbohidrogen

qazlarının emalı

texnologiyası

İPF – B01800

Yanacaq və yağlar

istehsalının

texnologiyası

4

4

Page 21: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

21

neft yağlarının tətbiq sahələrini;

parafinlər, serezinlər, vazelinləri;

neft bitonlarını;

bacarmalıdır:

yanacaqların oktan ədədlərinin

təyinini;

yanacaq və yağları saxlamağı;

yanacaq və yağların nəqlini;

baş verən itkilərə qarşı mübarizə

aparmağı;

dizel yanacağının setan ədədinin

təyinini;

yağların özlülüyünün təyinini;

bilməlidir:

əmək mühafizəsi sahəsində

qanunvericiliyi;

əmək mühafizəsi və sağlamlıq

haqqında normativ sənədləri,

peşə gigiyenasının əsaslarını,

peşə sanitariyasını və yanğın

təhlükəsizliyini;

əmək mühafizəsi, şəxsi və

istehsal sanitariyasını və yanğın

təhlükəsizliyinin qayda və

normalarını;

mümkün olan təhlükəli və

zərərli faktorları və onlardan

mühafizə vasitələrini;

toksik maddələrin insan

orqanizminə təsirini;

istehsalın partlayış və yanğın

təhlükəsi baxımından dərəcələrə

bölünməsini;

yanğına və partlayışa qarşı

tədbirləri;

müəssisənin ərazisində və

istehsal yerlərində ümumi

təhlükəsizlik tələbləri;

yanğın və partlayışların əsas

səbəblərini;

istehsalatda təhlükəsiz iş

şəraitinin təmin edilməsinin

xüsusiyyətləri;

İPF – B01900

Əməyin mühafizəsi

4

Page 22: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

22

kollektiv və fərdi mühafizə

vasitələrinin saxlanma və

istifadə qaydalarını;

zərərli maddələrin maksimal

buraxıla bilən

konsentrasiyalarını (MBK);

işçilərin əmək mühafizəsi

çərçivəsində hüquq və vəzifələri;

əmək mühafizəsi haqqında

aparılacaq təlimatların növləri və

qaydalarını;

qurğu və aparatların təhlükəsiz

istismar qaydalarını;

texnoloji proseslərin və istehsalat

təlimatlarının işçilər (personal)

tərəfindən gözlənilməməsinin

mümkün nəticələrini;

bacarmalıdır:

əməyin mühafizəsinə dair,

müəyyən olunmuş nümunəyə

uyğun, sənədlərin aparılmasını,

onların yazılma müddətlərinə və

saxlanma şəraitlərinə riayət

etməyi;

ekobiomühafizə, yanğından

mühafizə, kollektiv və fərdi

mühafizə vasitələrindən istifadə

etməyi;

peşə fəaliyyəti zamanı təhlükəli

və zərərli faktorları

müəyyənləşdirməyi və analiz

etməyi;

istehsal obyektində əmək

mühafizəsinin vəziyyətini

qiymətləndirməyi;

müəssisənin ərazisində və

istehsal yerlərində təhlükəsiz

əmək üsullarını tətbiq etməyi;

əmək şəraitinə uyğun olaraq iş

yerlərinin attestasiyasını

aparmağı, o cümlədən əmək

şəraitini və zədələrdən

qorunmanı qiymətləndirməyi;

işçiləri (personalı) əmək

mühafizəsi barədə

təlimatlandırmağı;

Page 23: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

23

təhlükəsizlik texnikası, istehsal

sanitariyası və yanğın

təhlükəsizliyi qaydalarına riayət

etməyi;

İPFS – B0000*****

Peşə hazırlığının

seçmə fənləri

24

TE–B00 Təcrübələr və yekun

attestasiya

Bu bölümə aid olanların

öyrənilməsi nəticəsində

məzunlar

bilməlidir: neft – qaz sənayesinin

cəmiyyətdəki rolunu,

neft – qaz emalının inkişafını,

ixtisasın xarakterik

xüsusiyyətlərini, neft – qaz emalı

aparatlarının konstruktiv

xüsusiyyətlərini və onlara texniki

xidmətin texnologiyasını, neft –

qaz emalı aparatlarının texniki

vəziyyətinin diaqnostikasını,

aparatların istismarını.

bacarmalıdır:

neft – qaz sənayesində yeni

texnika və texnologiyaların

tətbiqini, neft – qaz sənaye

müəssisələrinin təsərrüfat

fəaliyyətini təhlil etməyi, neft –

qaz sənaye müəssisələrinin idarə

olunmasını, neft – qaz və neft

məhsullarının emalı zamanı

təhlükəsizliyin gözlənilməsini,

emal aparatlarına texniki xidmət

göstərilməsini, qulluq və təmir

işlərinin planlaşdırılmasını.

TE-B0100

Təcrübələr

TE-B0200

Yekun Dövlət

Attestasiyası

24

6

ÜK-4

ÜK-5

ÜK-6

ÜK-7

ÜK-8

ÜK-9

ÜK-10

ÜK-11

ÜK-12

ÜK-13

ÜK-14

PK- 1

PK- 2

PK- 3

PK- 4

PK- 5

PK- 6

PK- 7

PK- 8

PK- 9

PK- 10

PK- 11

PK- 12

PK- 13

PK- 14

PK- 15

PK- 16

Kreditlərin ümumi cəmi:

Fiziki tərbiyə******

180

***Ümumtəhsil fənlər bölümü yalnız ümumi orta təhsil bazasından qəbul

olunanlara aiddir.

****Azərbaycan bölməsində təhsil alanlar bu saat hesabına ixtisasın profilinə

uyğun olaraq orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdirilən

ikinci xarici dil və ya digər fənləri öyrənirlər.

*****Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara)

uyğun orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir

******Fiziki tərbiyə idman növləri üzrə bölmələrdə keçirilir.

Page 24: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

24

3.2.3 040507 “Neft və qaz emalı” ixtisası üzrə subbakalavr təhsil proqramının

yerinə yetirilməsinin müddəti:

Subbakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi

həftələr:

- ümumi orta təhsil bazasından – 198

- tam orta təhsil bazasından – 146

Nəzəri təlim üçün ayrılan həftələr:

- ümumi orta təhsil bazasından – 105

- tam orta təhsil bazasından – 75

Təcrübələr üçün ayrılan həftələr (tədris, istehsalat) – 16

İmtahan sessiyası üçün ayrılan həftələr

- ümumi orta təhsil bazasından – 35

- tam orta təhsil bazasından – 25

Tətillər üçün ayrılan həftələr – 38

Yekun dövlət imtahanına ayrılan həftələr – 4

4. Maddi-texniki, tədris bazası və kadr potensialı

4.1 Orta ixtisas təhsili müəssisəsinin 040507 “Neft və qaz emalı” ixtisasının

təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər

üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi üçün müvafiq İKT ilə təchiz

olunmuş kabinet və laboratoriyalar, kompyuter sinifləri, emalatxanalar və s. ilə

təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların orta ixtisas

təhsili müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron

kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

4.2 Fənlərin tədrisi, bir qayda olaraq, ali təhsilli müəllim heyəti tərəfindən aparılır.

Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan

şəxslər də cəlb oluna bilər.

Page 25: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

25

5. Tədris prosesinin forma və metodları

5.1 Subbakalavr hazırlığı mühazirə, seminar, məşğələ, laboratoriya, sərbəst iş,

təcrübə və s. formalarda həyata keçirilir.

5.2 Subbakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv

təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq,

laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

5.3 040507 “Neft və qaz emalı” ixtisası üzrə subbakalavr hazırlığında tədris və

istehsalat təcrübələr nəzərdə tutulur (təcrübələrin məqsəd və vəzifələri

ixtisasdan asılı olaraq müəyyənləşdirilir). Təcrübələr növündən asılı olaraq

müvafiq müəssisə, idarə və təşkilatlarda keçirilə bilər.

6. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə

6.1.Subbakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların

dövlət attestasiyası ilə yekunlaşır.

6.2.Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş

cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş

tələbələr yekun attestasiyaya buraxılırlar.

6.3.Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və

təşkilinə ayrılan müddət 4 həftədir.

6.4.Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı və ya buraxılış

işinin müdafiəsindən ibarətdir.

Page 26: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

26

6.5.Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 180

olmalıdır. İxtisas üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri

toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Orta ixtisas təhsili

müəssisələrində subbakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını

tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı

əsasında 040507 “Neft və qaz emalı” ixtisası üzrə “subbakalavr” ixtisas

dərəcəsi verilir.

6.6.Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan

Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Page 27: T Ə H S İ L P R O Q R A M I - BQ-Portal · PDF fileRiyaziyyat 4 ÜK-4 ÜK-5 ÜK-6 ÜK-7 ÜK-8 ÜK-9 ÜK-10 ÜK-11 ÜK-12 ÜK-13 -14 PK- 1 PK- 2 PK- 3 PK- 4 PK- 5 PK- 6 PK- 7 . 9

27

Razılaşdırılmışdır:

Azərbaycan Respublikası Azərbaycan Respublikası Təhsil

Təhsil Problemləri Nazirliyinin orta ixtisas təhsil

İnstitutunun direktoru sektorunun müdiri

____________ Q.Novruzov ____________ K.Mikayılov

“____”__________2014-cü il “____”__________2014-cü il

Texniki və texnoloji ixtisaslar Təhsil Nazirliyinin Elmi-metodik

üzrə Dövlət Təhsil Standartları şurasının “Neft və qaz sənayesi”

hazırlayan işçi qrupunun sədri bölməsinin sədri

____________ F.Məmmədov ____________ Z.Əhmədov

“____”__________2014-cü il “____”__________2014-cü il