Quranda şövq və həyəcan. azərbaycan (version 2)

47
QURANDA ŞÖVQ HƏYƏCAN Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali-İmran surəsi, 139) HARUN YƏHYA

Transcript of Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Page 1: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

QURANDAŞÖVQ

VƏHƏYƏCAN

Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.

(Ali-İmran surəsi, 139)

HARUN YƏHYA

Page 2: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Bu kitabda istifadə edilən ayələr Z.Bünyadov və V.Məmmədəliyevin, həmçinin

Ə.Musayevin tərcümə etdiyiQurani-kərim məallarından götürülmüşdür.

Birinci nəşr: Oktyabr 2000 İkinci nəşr: Oktyabr 2001Üçüncü nəşr: Noyabr 2004

Dördüncü nəşr: Sentyabr 2005Beşinci nəşr: Oktyabr 2005

Altıncı nəşr: İyun 2006

ARAŞDIRMANƏŞRİYYAT

Talatpaşa Məh. Əmirqazi küçəsiİbrahim Almaz iş mərkəzi

Blok: A, mərtəbə: 4 Oxmeydanı - İstanbulTel: (0 212) 222 00 88

Nəşr: Enteqre mətbəəçilikSənaye küç. Nömrə: 17 Yenibosna-İstanbul

Tel: (0 212) 451 70 70

www.harunyahya.org - www.harunyahya.net

Page 3: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

İÇİNDƏKİLƏR:

GİRİŞ

ŞÖVQ NƏDİR?

CAHİLİYYƏ CƏMİYYƏTİNİN ŞÖVQ ANLAYIŞICahiliyyə cəmiyyətini kimlər meydana gətirir?Cahiliyyə insanı dünya həyatına yönələn məqsədləri üçün şövqlənərCahiliyyə cəmiyyətinin şövqü keçib-gedən həvəslərdən ibarətdir

MÖMİNLƏRİN ŞÖVQÜMöminlərin şövqünün qaynağı Allaha olan imanları, sevgi və bağlılıqlarıdırMöminin şövqü davamlıdırMöminlər arasında şövqlə yarışıb xeyirlərdə önə keçənlər vardır

ŞEYTANIN MÖMİNLƏRİN ŞÖVQÜNÜ QIRMAQ SƏYLƏRİ

MÖMİNLƏRİN ŞÖVQÜ HANSI DAVRANIŞLARINDAN BƏLLİ OLUR? Həyatlarının sonuna qədər Allaha sadiq qalmalarındanHər an Allahın rizasının ən çoxunu axtarmalarındanDinin mənfəətlərini həmişə öz mənfəətlərindən üstün tutmalarındanGözəl əxlaqı yaşamaqda əzmlilik göstərmələrindənMallarını və canlarını Allaha təslim etmələrindənXeyirlərdə yarışıb önə keçmələrindənÇətinlik və sıxıntılara qarşı gözəl bir səbrlə səbr etmələrindənÇətinliklər qarşısında daha da şövqlənmələrindənAllahın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindənQəlbində xəstəlik olanların şövqsüzlüklərindən təsirlənməmələrindən

İNANANLARIN HƏYƏCANI NECƏDİR?

MÖMİNLƏR HANSI ŞEYLƏRİN QARŞISINDA HƏYƏCAN DUYARLAR?Allahın yaratma sənətinə qarşı duyulan həyəcanNemətlərə və gözəlliklərə qarşı duyulan həyəcanSevgi və dostluq həyəcanıYaxşıları qoruma mövzusunda duyduqları şövqİbadətləri yerinə yetirmənin verdiyi həyəcan Quran ayələrini oxumaqla duyulan həyəcan Dua etməklə duyulan həyəcan Allaha yaxınlıq üçün bir yol olan tövbə etmənin gətirdiyi şövq və həyəcanQuran əxlaqını təbliğ etmənin verdiyi həyəcanCənnəti düşünmənin verdiyi həyəcan

ŞÖVQ VƏ HƏYƏCAN MÖMİNƏ HANSI ŞEYLƏRİ QAZANDIRAR? Güc və qüvvət qazandırar

Page 4: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Allahın köməyini və dəstəyini qazandırarCənnəti qazandırar

DİNİ SƏTHİ YAŞAYAN İNSANLARIN ŞÖVQSÜZLÜYÜDini səthi yaşayan insanlar kimlərdir?Niyə möminlərlə birlikdədirlər?Qəlbində xəstəlik olanların şövqsüzlüyüAğır davranarlarAğır davranmaq bir qazanc deyil, əksinə, böyük bir ağılsızlıqdır

ŞÖVQSÜZ VƏ KÖNÜLSÜZ EDİLƏN İŞLƏRİN NƏTİCƏSİ NƏ OLAR?

ŞÖVQSÜZLÜKDƏN XİLAS OLMANIN YOLUŞövqsüzlüyün tək həlli: Allah qorxusu

NƏTİCƏ

TƏKAMÜL YANLIŞLIĞI

OXUCUYA:

Page 5: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısı ilə Allahın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək çox əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız bəlkə tək bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa, yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilməkdə və insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilməkdədir. Allahın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəslə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı bir söhbət mühiti şəklində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allahın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük bir xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən adam yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görəcək, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzi əsərlərdə görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.

YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta

təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin Gözəl Sənətlər fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bunlarla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının etibarsızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik bir külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq, adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allahın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v.) hatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayınlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını tək-tək ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq "son söz"ü söyləməyi hədəfləmişdir. Çox böyük bir hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu son sözü söyləmək niyyətinin bir duası olaraq istifadə edilmişdir.

Yazıçıın bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allahın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində

Page 6: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Dünyanın dörd bir tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub, araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqinə varar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik bir inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı axınlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allahın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli bir xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olacaq. İmanı qurtarmaq məqsədindən çox yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi açıqdır. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə görüldüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb, yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox bürünmək istəndiyi zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu açıqdır. Əks halda çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allahın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa bir vəsilə olacaq.

GİRİŞ Həyatlarının əsl məqsədi Allahın rizasını qazanmaq olan möminlər bütün gücləri ilə bu yolda çalışan insanlardır. Allah

Quranda onlardan "Allah yolunda malları və canları ilə vuruşan", yəni "səy göstərən, cəhd göstərən" insanlar kimi bəhs edir. Çünki bütün həyatlarını Allaha həsr etmiş və Allahın rizasına, cənnətinə qarşılıq sahib olduqları maddi-mənəvi hər şeylərini ortaya qoymuşlar.

İnananların Allaha qarşı güclü və qərarlı bir təslimiyyət göstərə bilmələrini və hər bir çətinliklə qarşılaşdıqlarında ruhdan düşmədən "Allah bizə bəs edər" (Ali-İmran surəsi, 173) deyə biləcək qədər yüksək bir ruha sahib ola bilmələrini təmin edən çox əhəmiyyətli bir xüsusiyyətləri vardır: Allah rizasını qazanmaq şövqü…

İmanın qazandırdığı bu şövq insanın vücudi və zehni gücünü ən yüksək səviyyəyə qaldıran və beləcə, insanın həyatı həmişə ən gözəl və ən dinc şəkildə yaşamasını təmin edən bir qüvvədir. Allah eşqindən qaynaqlanan bu həyəcan inananlara böyük bir mənəvi qüvvət, dözüm və müqavimət verər. Dəmir kimi bir iradə, cəsur və igid xarakteri qazandırar. Möminlər bu imani güc sayəsində hər bir çətinliyə ən gözəl şəkildə sinə gərə bilər və istənilən şərtlərdə bütün gücləri ilə Allahın rizasını qazanmaq üçün səy göstərməyə davam edərlər.

Allah Quranın bir çox ayəsində şövqün əhəmiyyətinə diqqət çəkmiş və möminlərin sərhəd tanımadan bir-birlərini təşviq edib gücləndirmələrini tövsiyə etmişdir. "...Möminləri də təşviq et!..." (Nisa surəsi, 84) ayəsi ilə də əmr edildiyi kimi, inananları şövqləndirmək Quran əxlaqını yaşayan insanlar üçün önəmli bir ibadətdir.

Bu ayənin işarəsi yönündə bu kitabda möminlərin həyatlarının sonuna qədər hər an daha da artan şövqlərindən bəhs edəcəyik. Məqsəd bütün inananlara şövqün nə qədər böyük bir nemət və möminlərin gücünü necə artıran bir xüsusiyyət olduğunu göstərməkdir. Eyni zamanda şövqün istənilən şərtlərdə möminləri müvəffəqiyyətli edən əhəmiyyətli bir sirr olduğunu

Page 7: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

açıqlamaq, səbr və təvəkküllə çətinliklərə sinə gərib şövqlərini itirməyənlərə vəd edilən gözəllikləri müjdələməkdir. Allahın çağırışına tabe olan möminləri hazırlamaq, təşviq edib cəsarətləndirmək və onlara "genişliyi göylərlə yer üzü qədər olan" (Ali-İmran surəsi, 133) cənnətə qovuşmaq üçün yarışmalarını bir də xatırlatmaqdır.

Ayrıca, Allahın bildirdiyi kimi, "yarışıb önə keçənlərdən" olmaq var ikən, özlərinə "orta bir yol" tutan və dini bu şəkildə yaşamağı kafi görənləri də belə böyük bir nemətin varlığını xatırladaraq hərəkətə keçirməkdir.

ŞÖVQ NƏDİR? Şövq və həyəcan əslində hər kəsin çox yaxından tanıdığı və çox vaxt yaşadığı duyğulardır. Ancaq burada şövq anlayışını

mövzu kimi götürməkdəki əsl məqsəd cəmiyyətin daxilində yaşanan şövq anlayışı ilə Quran əxlaqının insana qazandırdığı şövq arasındakı nəzərə çarpan fərqlilikləri ortaya qoymaqdır.

Ümumi mənası ilə xatırlatsaq, şövq insanın hər hansı bir mövzuya qarşı daxilən ciddi bir maraq və istək duyması və bu məqsədinə çata bilmək üçün səmimi səy göstərməsidir. Böyük-kiçik hər insanın həyatında şövqlə sarıldığı bir çox mövzu vardır. Bəzən maddi mövzularda yaşanan bu şövq bəzən də bir çox dünyəvi maraqlarda özünü göstərir... Bəzi insanlar zəngin ola bilmək, mövqe və məqam və karyera sahibi ola bilmək üçün çalışarkən bəziləri də insanlar arasında üstün mövqe əldə etmək, hörmət, etibar və tərif qazana bilmək üçün əmək sərf edərlər. Məsələn, bir şagirdin universitet imtahanından keçmək üçün göstərdiyi oxumaq əzmi, çox istədiyi yeni bir işə başlayan bir insanın işində göstərdiyi şövq və ya yaxşı qazanc gətirəcəyinə inanılan ticarət üçün göstərilən şövq və səy hər kəsə məlumdur. Ancaq bütün bu nümunələrdə qəti olaraq diqqəti cəlb edən ortaq bir nöqtə vardır ki, o da şövqün insana hər dəfəkindən çox fərqli və güclü bir xarakter qazandırmasıdır.

Bir insan şövqlə çatmağa çalışdığı bir məqsəd üçün ümumi halından çox fərqli və əzm dolu bir davranış sərgiləyə bilər. Normal şərtlərdə bu hədəfinə çatmaq üçün gözə ala bilməyəcəyi risklərə atıla bilər və yenə heç bir şeydə göstərə bilməyəcəyi qədər fədakar bir rəftarı, bu mövzuda heç düşünmədən göstərə bilər. Belə ki, sonda ağıl və qabiliyyətlərindən və bütün güclərindən ən yaxşı şəkildə istifadə edib maddi və mənəvi mənada ciddi bir güc əldə edə bilər.

Ancaq bir çox insanın şövqü qalıcı deyil. Bunun səbəbi isə heç şübhəsiz ki, bu insanların şövqlərinin möhkəm bir təmələ söykənməməsidir. Hər nə olursa olsun, şövqlərinə dəstək olan, onlara hər an güc verən qəti bir məqsədə sahib deyildirlər.

Həyatlarının sonuna qədər qəlblərində yaşadıqları şövqü əsla itirməyən yeganə insanlar isə möminlərdir. Çünki möminlərin şövqlərinin qaynağı Allaha olan imanları və Allahın rizasını, rəhmətini və cənnətini qazanmağı qarşılarına məqsəd qoymalarıdır.

Növbəti hissələrdə ətraflı şəkildə toxunacağımız bu mövzuya keçməzdən əvvəl, möminlərin şövq anlayışlarındakı bu fərqliliyin daha yaxşı aydın ola bilməsi baxımından Quran əxlaqının bilinmədiyi və tətbiq olunmadığı cahiliyyə cəmiyyətlərində hakim olan şövq anlayışını təsvir etməkdə fayda vardır.

CAHİLİYYƏ CƏMİYYƏTİNİN ŞÖVQ ANLAYIŞI Cahiliyyə cəmiyyətini kimlər meydana gətirir? Cahillik anlayışı, ümumiyyətlə, insanlar arasında bilgisizlik, mədəniyyətsizlik hesab edilir. Ancaq bizim bu kitab boyu

yer verəcəyimiz cahiliyyə insanları özlərini yaradan Allahın sonsuz qüdrət və sifətləri, insanlar üçün endirilən Qurani-kərim və din haqqında məlumatı olmayan kəslərdir. Bu kəslər Quranda bildirilən həqiqətlərə görə deyil, çevrələrindən öyrəndikləri və yanlışlıqla dolu olan bilgilərə görə yaşayarlar. Allah Quranda bu səhv düşüncəni mənimsəmiş cahiliyyə insanlarını "ataları qorxudulmamış və qafil olan" (Yasin surəsi, 6) insanlar olaraq bildirmişdir.

Qurandan, dünya həyatının keçici və sonlu olduğundan və ölümdən sonra başlayan cənnət və ya cəhənnəm həyatından qafil olan cahiliyyə insanlarının həyatları da bu bilgisizlikləri ilə düz mütənasibdir. Dolayısı ilə sevindikləri, şövqləndikləri, həyəcan duyduqları mövzular da yenə səhv və batil düşüncələrin üzərinə qurulmuşdur.

Cahiliyyə insanı dünya həyatına yönəlmiş məqsədləri üçün şövqlənər…

Page 8: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Quranda "O kəslər ki, dinlərini oyun-oyuncaq etmiş və dünya həyatı onları aldatmışdı..." (Əraf surəsi, 51) ayəsində də açıqlandığı kimi, cahiliyyə cəmiyyətində insanlar dünya həyatı haqqında böyük bir aldanış içərisindədirlər. Həyatlarının nə qədər qısa və nə qədər nöqsanlarla dolu olduğunu bildikləri halda yenə də bu keçici həyatı axirətdəki sonsuz həyatdan üstün tutarlar. Bunun ən önəmli səbəblərindən biri isə dünya həyatında əldə etməyi ümid etdikləri mənfəətləri daha asan qazanılan görmələri və axirətin varlığından şübhə etmələridir. Onların bu səhv məntiqlərinə görə, dünya hər an çata biləcəkləri kimi yaxında, axirət isə uzaqdadır.

Bu, əlbəttə ki, son dərəcə səthi bir məntiqdir. Hər şeydən əvvəl insanın dünyadakı həyatı son dərəcə qısa bir zaman hissəsinə yerləşir. Bir qismi uşaqlıq, bir qismi də yaşlılıq dövrü ilə keçən əlli-altmış il sonsuz axirət həyatının yanında heç mübahisəsiz, çox qısadır. Bundan başqa, insan bu əlli-altmış ilə yetişmədən hər an və hər hansı bir səbəbə görə də ölə bilər və yaxında zənn etdiyi dünya həyatı da bir anda yox olub gedə bilər. Və hər insan özünü heç gözləmədiyi bir anda çox uzaqda zənn etdiyi, amma əslində çox yaxın olan axirət həyatına başlayarkən görə bilər. Budur, qafil olan cahiliyyə insanları bu qısa zamanı Allahın rizasını və cənnətini qazana bilmək üçün deyil, yalnız dünya həyatını "özlərinə görə" ən yaxşı şəkildə yaşaya bilmək üçün sərf edərlər. Halbuki bütün həyatları maddi-mənəvi bir çox çətinlik və əzabla keçər.

Dolayısı ilə, bu insanların şövqləndikləri mövzular, əlbəttə, dünya həyatında əldə etdikləri kiçik məqsədlərlə məhdudlaşır. Əslində onların şövq və həyəcan zənn etdikləri hiss dünya həvəsindən başqa bir şey deyil. Dünya həyatına həvəslə bağlı olduqları üçün mənfəət əldə edə biləcəklərini ümid etdikləri böyük-kiçik hər şeyə qarşı daxilən nəfsani bir coşğu duyarlar. Bu məntiqə görə əldə edəcəkləri mənfəətlərin hər biri dünya həyatını daha yaxşı şərtlərlə yaşamalarını təmin edər. Dolayısı ilə kimiləri zəngin ola bilmək, kimiləri cəmiyyətdə yaxşı bir yer əldə edə bilmək, kimiləri də karyera sahibi ola bilmək kimi mövzularda daxilən böyük bir şövq duyarlar. Hədəfləri olan bu mənfəətlərə çatmaq üçün heç bir fədakarlıqdan çəkinməyib bütün çətinliklərə dözərlər.

Bu insanların şövq anlayışlarına gündəlik həyatdan da bir çox nümunə vermək mümkündür. Məsələn, çevrəsində etibar qazanmağı təmin edən bir diplom əldə etmək istəyən şagird hər cür çətinliyə baxmayaraq heç durmadan böyük bir səylə illər boyu çalışa bilər. Bu yolda lazım gəldiyində günlərlə yuxusuz qalmağı, yoldaşlarından və ya əyləncə yerlərindən kənar durmağı, hər səhər tezdən yola düşüb yürüməyi gözə alar. Amma eyni fədakarlığı bir dostuna kömək etmək üçün etməz. Çünki bu fədakarlıqdan əldə edə biləcəyi dünyəvi bir mənfəəti yoxdur.

Burada demək istədiyimiz insanların böyük hissəsinin şövq və həyəcanla bir işin öhdəsindən gələ bilmələrinə baxmayaraq, bunu yalnız öz mənfəətləri müqabilində etmələridir. Bu insanlar eyni şövqü Allahın rizasını və cənnətini qazandıran bir iş üçün hiss etməz, özlərinə görə dünyəvi bir mənfəət görmürlərsə, son dərəcə şövqsüz bir ruh halında olarlar.

Cahiliyyə cəmiyyətinin yalnız dünyəvi mənfəətlər üzərinə qurulmuş bu şövq anlayışına belə bir nümunə yenə vermək olar: Müflisləşmək üzrə olan bir sahibkar şirkətini bu vəziyyətdən qurtara bilmək üçün elə böyük bir istək duyar ki, ağlından, imkanlarından və zamanından ən yaxşı şəkildə istifadə edər. Eyni şirkətdə sabit bir maaşla işləyən bir işçi isə şirkəti iflasdan qurtarmaq üçün eyni şövqü duymaz, dolayısı ilə bu mövzuda ağıllı bir çıxış yolu da tapmaz. Çünki şirkət onun deyil. Şirkət müflisləşdiyində zərərə düşən adam da yenə özü deyil. Göründüyü kimi, cahiliyyə cəmiyyətlərində hər hansı bir mövzudakı şövqün və qərarlılığın təməlində, ümumiyyətlə, bu işin nəticəsində əldə ediləcək dünyəvi mənfəətlər dayanır. Şövqün dərəcəsini təyin edən də yenə mənfəətin dərəcəsidir.

Cahiliyyə cəmiyyətinin şövqü keçicihəvəslərdən ibarətdir…Cahiliyyə cəmiyyətinin şövq anlayışında diqqəti cəlb edən önəmli bir nöqtə də yaşadıqları bu həyəcanın tamamilə keçici

həvəslərə söykənməsidir. Bir şeyə qarşı daxilən ani bir maraq və həyəcan duyub yenə bunu bir anda səbəbsiz yerə itirə bilərlər. Cahiliyyə cəmiyyətlərində hər insanın həyatında böyük bir şövqlə başladığı, ancaq qısa zaman sonra bezməklə və çətinlik

görməklə yarımçıq buraxdığı saysız-hesabsız işlər vardır. Məsələn, bir musiqi aləti çalmaq üçün böyük istək duyan insanların bir çoxu qısa müddət sonra bu mövzudakı şövqlərini itirərlər və təhsillərini tamamlamadan buraxarlar. Yaxud yoxsullara kömək etmək üçün şövqlənən və dərhal işə başlayan bir insanın qısa müddət sonra həvəsi yox ola bilər və bu işdən sıxıldığını düşünməyə başlayaraq kömək işindən imtina edə bilər. Çünki bu insanlar həyatları üçün yüksək və şərəfli ideallar seçməzlər.

Page 9: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Yoxsullara kömək etmək, yaxşılıq etmək, özünü təkmilləşdirmək kimi mövzular bu insanlar üçün yalnız gəlib keçici bir həvəsdən ibarətdir. Bütün günü yaşamaq, ehtiyaclarını qarşılaya bilmək, cəmiyyətin gözündə yaxşı yer qazanacaq qədər səy göstərmək bu insanlara yetər. Bunu əldə etdiklərini anladıqları nöqtənin irəlisində heç bir şey onlara müvəffəq olmaq üçün lazımi bir mövzu olmaz. Dolayısı ilə, ehtiyac və mənfəətləri xaricindəki işlərə bəzən qısa müddətli maraq duyarlar, ancaq bunları özlərinə ideal seçmədikləri üçün dərhal sıxılar və monotonlaşarlar.

Halbuki bir insan etdiyi işin həqiqətən fayda və gözəllik gətirən bir şey olduğuna inansa, bu mövzudakı şövqü və coşğusu sonadək davam edər. Ancaq dünya və axirətlə əlaqədar gerçəklərə arxa çevirib yaşayanların arxasınca getdikləri işlərin heç biri daimi bir şövq duymağa dəyəcək qədər əhəmiyyətli deyil. Bu səbəblə də, hər şeydə çox zəif və tez itirə biləcəkləri bir şövqləri vardır. Ən kiçik bir çətinlik, müvəffəqiyyətsizlik və ya tənqiddə belə bir anda bezib yorula bilər və həvəsdən düşüb ideallarından imtina edə bilərlər. Yaxud da asanlıqla ümidsizliyə qapıla bilər və "Bu qədər əmək sərf etdim, heç bir nəticə ala bilmədim" kimi sözlərlə kədərlənib bütün şövqlərini itirə bilərlər.

Məsələn, uzun illər boyu memar ola bilmənin həyəcanı ilə yaşayan bir adam layihə şəkillərində qarşılaşdığı çətinliklər səbəbi ilə hələ bu əməlini reallaşdıra bilmədən bir anda bu mövzudakı bütün şövqünü itirə bilər. Yaxud da şəkil çəkməyə həvəsli olan bir adam bir neçə sınaqdan sonra bu işin təxmin etdiyindən daha çətin olduğunu görüb, şəkilə olan bütün marağını itirə bilər.

Ən çox rast gəlinən nümunələrdən biri isə kömək və ya təsanüd birliklərinə qoşulmaqda görünür. Ümumiyyətlə, qəzetlərdə və ya dost çevrəsində belə birliklərdə könüllü olaraq çalışan insanlarla əlaqədar hər dinləyicinin xoşuna gələn şeylərdən bəhs olunar. Həftə sonları bu insanların necə birlikdə rahat paltarlar geyinib bir məktəbi rəngləməyə getdikləri, bunu edərkən həm vicdani bir rahatlıq tapdıqları, həm də necə əyləndikləri bunları dinləyən insanlara çox cazibədar gələ bilər. Ancaq bunu yalnız ətrafında yardım birliyində işin gətirəcəyi "prestij" üçün edənlər bir neçə dəfəsindən sonra bütün maraqlarını itirərlər.

Maraqlarını və şövqlərini yenidən canlandırmağın tək yolu isə cəmiyyətdə bu işlərin təkrar eşitdirilməsi və bunu edən insanların təriflənmələridir. Əks halda, bir neçə dəfədən sonra, həftə sonu erkən qalxmaq belə bəzi insanlara çox çətin gələr və dərhal bu tərz işlərdən imtina edərlər.

Halbuki, yaxşılıq və kömək etməyi Allahın rizasına çatmaq üçün bir vəsilə kimi görən möminlər bu mövzuda heç vaxt şövqlərini itirməzlər. Çətinliklərlə qarşılaşmaq bu ideallarından onları çevirməz. Əksinə, çətinliklərə baxmayaraq etdikləri işlərin Allah qatında böyük rizaya vəsilə olacağını düşünərək sevinər və daha da şövqlənərlər.

MÖMİNLƏRİN ŞÖVQÜMöminlərin şövqünün qaynağı Allaha olanimanları, sevgi və bağlılıqlarıdır… Möminlərin yaşadığı şövq və həyəcan cahiliyyə cəmiyyətində hakim olan "mənfəətlərə dayanan şövq" anlayışından çox

fərqlidir. İnananların şövqü Allaha olan sevgilərindən və bağlılıqlarından qaynaqlanır. Onlar sevgilərini cahiliyyə cəmiyyəti kimi həvəslə dünyaya deyil, özlərini yoxdan var edən, ruzi verən, yaşadan, sonsuz mərhəmətli və şəfqətli olan Allaha yönəltmişlər.

Bunun ən əhəmiyyətli səbəbi isə möminlərin hadisələri açıq bir şüurla qiymətləndirmələridir. Özlərinə həyat verənin, hər an yer üzündəki canlı-cansız hər varlığı qoruyanın Allah olduğunun və Onun xaricində bütün varlıqların Ona möhtac olduğunun şüurundadırlar.

Allaha duyduqları sevgi və bağlılığın nəticəsi olaraq həyatları boyunca Allahın rizası üçün üçün səy göstərərlər. Allahın rizasını qazanmaq istəyi möminlərin ən əhəmiyyətli şövq və sevinc qaynağıdır. Allahın rizasını qazana bilmək və Allahın möminlər üçün hazırladığı cənnətə qovuşa bilmək arzusu onlara bitib-tükənməyən mənəvi bir güc və şövq qazandırar.

Möminin şövqü davamlıdırMöminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları

və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır! (Hucurat surəsi, 15)

Page 10: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Yuxarıdakı ayədə də göründüyü kimi, Allah Quranda möminləri "iman edib sonra da heç bir şübhəyə düşmədən Allahın rizasını qazanmaq üçün səy göstərənlər" kimi təyin etmişdir. Möminlərin bu xüsusiyyəti heç şübhəsiz ki, onların qəlblərində yaşadıqları şövqü çox açıq bir şəkildə ortaya qoyar. Çünki hər nə olursa olsun, bir ömür boyu, həm də heç bir şübhəyə qapılmadan inandıqları dəyərlərə görə səy göstərmələri ancaq imanın qazandırdığı şövqlə mümkün olur.

Möminlərin şövqlərinə belə dəstək olan bir başqa səbəb də onların "...Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!" (Əraf surəsi, 56) ayəsində bildirildiyi kimi, həyatlarının sonuna qədər qorxu və ümid arasında yaşamalarıdır. "Qorxu ilə ümid arasında yaşama"ğın mənası isə budur: İman edənlər Allahın özlərindən razı olub-olmadığından və cənnətinə layiq olan bir əxlaq göstərib-göstərə bilmədiklərindən heç vaxt tam əmin ola bilməzlər. Bu səbəblə də, hesab günündə Allahın əzabı ilə qarşılaşmaqdan çəkinər və davamlı əxlaqlarını gözəlləşdirmək üçün səy göstərərlər. Eyni zamanda Allahın rizasını, sevgisini qazanmaq üçün əllərindən gələn bütün səyi göstərdiklərini vicdani olaraq bilərlər. Bu səbəblə də, sonsuz mərhəmət sahibi olan Allahın rəhmətinə və cənnətinə qovuşa biləcəkləri mövzusunda böyük bir ümid daşıyarlar. Budur, bu iki hissi, yəni qorxu və ümidi eyni anda yaşadıqları üçün heç bir zaman göstərdikləri səyi kafi bilməz, özlərini səhv və nöqsanlardan uzaq görməzlər. "... Rəbbindən və pis haqq-hesabdan qorxurlar" (Rəd surəsi, 21) ayəsi ilə də bildirildiyi kimi, hər an Allahın əzabından çəkinərlər. Allahın dininə şövqlə sarılar, böyük bir səy göstərərlər. Allah qorxusu onların həvəsdən düşməsinə və ya zəifliyə qapılmasına mane olar və şövqlərinə davamlı şəkildə dəstək olar. Allahın iman edib saleh əməllərdə olanları cənnətlə müjdələdiyini bilmək də onları hərəkətə keçirər və canlandırar.

Göründüyü kimi, möminlərin şövqü cahiliyyə cəmiyyətinin şövq anlayışından tamamilə fərqlidir. Onların gəlib keçici həyəcanları ilə müqayisədə möminlərdə Allah inancına dayanan davamlı bir coşğudur. Allahın bu kəsilməz şövqlərinə qarşı inananlara vəd etdiyi müjdə isə belədir:

"Möminlərə Allah tərəfindən böyük bir mükafat bəxş ediləcəyi ilə müjdə ver!" (Əhzab surəsi, 47)

Möminlər arasında şövqlə yarışıbxeyirlərdə önə keçənlər vardırHər insanın imanı, Allaha olan yaxınlığı və bağlılığı bir deyil. Allah möminlərin bu mövzuda öz aralarında müxtəlif

dərəcələrdə olduqlarını bildirmişdir. Aralarında "yarışıb önə keçənlər" olduğu kimi, "orta bir yol tutanlar" və ya "qəlblərində xəstəlik olanlar" da vardır:

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik. Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük lütfdür! (Fatir surəsi, 32)

Yarışıb önə keçənlərə bu gücü verən, əlbəttə ki, Allaha olan bağlılıqları və hörmət dolu qorxularıdır. Daxilən səmimi imanları onlara Allahın rizasını qazanmaq yolunda yarışıb önə keçəcək qədər güclü bir şövq qazandırır. Quranda Allah yolunda malları və canları ilə səy göstərib önə keçən bu kəslərin Allah qatında dərəcə baxımından da üstün edildiyi bildirilmişdir:

Zərər çəkmədən əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına vəd etmişdir. Allah mücahidlərə oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir. (Nisa surəsi, 95-96)

"Orta yolu tutanlar" isə Allahın rizasını qazanmaq üçün canla-başla səy göstərmək olduğu halda orta bir yolu izləməyi seçən kəslərdir. Bu kəslərin axirətdəki durumu, əlbəttə, yarışıb önə keçənlərlə eyni olmayacaq.

Allah ayrıca, "Aranızda elələri də vardır ki, ağır tərpənər " (Nisa surəsi, 72) ayəsi ilə mömin birliyi içində şövq baxımından geri qalan üçüncü bir qrup insana diqqət çəkir. Yuxarıda “Fatir” surəsindəki ayədə bildirildiyi kimi, bu insanlar öz nəfslərinə zülm edirlər. Qurana görə bu adamların axirətdə alacaqları qarşılıq da fərqli olacaq. Yarışıb önə keçənlər Allah qatında "böyük dərəcələrlə" qarşılıq görərkən şövqsüz və ağır tərpənənlər tövbə edib bu durumlarını düzəltməsələr, etdiklərinin "boşa getdiyini" görəcəklər.

Page 11: Quranda şövq və həyəcan. azərbaycan (version 2)
Page 12: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

ŞEYTANIN MÖMİNLƏRİN

ŞÖVQÜNÜ QIRMAQ SƏYLƏRİ

Əvvəlki səhifələrdə möminlərin qəlblərindəki şövq və həyəcanın həyatlarının sonuna qədər sona çatmadığından, hər an canlı və güclü olduğundan bəhs etdik. Ancaq unutmamaq lazımdır ki, möminlərin şövqündəki bu davamlılıq və sabitlik tamamilə onların səmimi imanlarından qaynaqlanır. Yoxsa dünya həyatında yaradılan imtahanın bir gərəyi olaraq şeytan əks yöndə davamlı olaraq ciddi mübarizə aparır və özünə görə gücsüzləşdirib cansızlaşdırmaq, həyəcanlarını və şövqlərini qırmaq üçün bütün gücü ilə çalışır.

Şeytanın dünyadakı hədəfi mənasız düşüncə və vəsvəsələrlə insanları gizli şəkildə aldatmaq və beləcə, müsibətə sürüməkdir. Ayədə şeytanın bu yöndə göstərdiyi fəaliyyət "Onları hökmən sapdıracaq, xülyalara salacağam…" (Nisa surəsi, 119) şəklində ifadə edilmişdir.

Şeytan bütün insanlara olduğu kimi, inananlara da müxtəlif yollarla yaxınlaşmağa, xeyirli və gözəl olan şeyləri onlara şər kimi göstərməyə çalışar. Bəzi hadisələrin çıxış yolu olmadığını göstərib yarı yoldan geri çevirməyi və faydalı işlərin yarımçıq buraxılmasını istəyər. Hadisələri çətin göstərib insanları ruhdan salmağa, ümidsizliyə sövq etməyə çalışar. Tənbəlliyi təşviq edib işləri gecikdirməyi, iradəsizlik göstərmələrini istəyər.

Ancaq Quranda şeytanın bütün bu səylərinin və hiyləsinin əslində son dərəcə zəif olduğuna diqqət çəkilmişdir:

(Şeytan) onlara vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir. (Nisa surəsi, 120)

... Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir! (Nisa surəsi, 76)

Quranda imanı tam olaraq qavramadıqları bildirilən insanlar isə, ağıllarını və vicdanlarını lazımi kimi istifadə etmədiklərinə görə, şeytanın bu tələsinə asanlıqla düşə bilərlər. Çünki bu insanlar dilləri ilə iman etdiklərini söyləyən, amma əslində qəlblərində imanın dərinliyini yaşamayan kəslərdir. Buna görə Allahın rizasını və cənnətini deyil, dünya həyatının keçici bəzəklərini əldə etməyi hədəfləyərlər. Məqsədlərinin əslində möminlərdən tamamilə fərqli olmasına görə şeytanın çağırdığı həyatı cazibəli görər, onun səsinə razılıq verərlər. Halbuki, şeytan hər mövzuda olduğu kimi, bu mövzuda da insanları yalnız mənasız aldanışa və sonsuz əzab yurdu olan cəhənnəm atəşinə çağırır.

Səmimi möminlər isə, həyatlarını Quran əxlaqı yönündə qurduqları üçün şeytanın özlərinə hansı tələlərlə yanaşacağını, qurduğu hiylənin əslində nə qədər zəif olduğunu çox yaxşı bilən insanlardır. Bu səbəblə, şeytanın şövqlərini qırmasına əsla izn verməzlər. Quranda möminlərin bu mövzuda göstərdiyi qərarlı və səmimi davranışı belə bildirilmişdir:

Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar. Öz qardaşlarını azğınlığa sürükləyər, sonra da əl çəkməzlər. (Əraf surəsi, 200-202)

MÖMİNLƏRİN ŞÖVQÜ HANSIRƏFTARINDAN AYDIN OLUR?

Kitabın əvvəlindən bura kimi möminlərin şövq anlayışlarının nə qədər möhkəm təməllərə dayandığına və buna görə şeytanın şövq qırmaq yönündəki bütün səylərinin nəticəsiz qaldığına toxunduq. Bu hissədə isə möminlərin şövqlərinin hansı rəftarından müəyyən olduğunu bildirəcəyik.

Bu mövzuda əvvəlcə bunu deyə bilərik ki, qəlbində imanın həyəcanını yaşayan bir insanın üstünlüyü və fərqliliyi onun həyatının hər anında göstərdiyi hər davranışdan, söylədiyi hər sözdən aydın olur. Bu, elə bir diqqəti cəlb edən rəftar gözəlliyi

Page 13: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

meydana gətirər ki, eyni şövqü qəlblərində yaşayan digər möminlər bu rəftarın imandan və Allaha olan bağlılıqdan qaynaqlanan bir şövq və həyəcan olduğunun dərhal fərqində olarlar.

İnanmayanlara gəlincə, onlar da bu kəslərdəki şövqü, qərarlılığı və mənəvi gücü görərlər. Ancaq onlar həqiqi imanı tanımadıqları, Allaha könüldən bağlanmanın nə demək olduğunu, imanın necə yaşandığını bilmədikləri üçün bu əzmin və coşğunun qaynağını qavraya bilməzlər. Ancaq hər nə qədər buna ad qoya bilməsələr də, yenə də bu insanlarda digərlərində rast gəlmədikləri qorxmazlıq və igidlik xarakterinin olduğunu dərhal anlayarlar.

Bununla yanaşı, şövqün insanın hansı rəftarlarından aydınlaşdığı mövzusu möminlər üçün böyük əhəmiyyət daşıyır. Çünki insanların bir-birlərinin imanlarının dərinliyi və Allaha olan yaxınlıqları haqqında qəti bir fikir yürüdə bilmələri mümkün deyil. Bu mövzunun bilgisi Allah qatında gizlidir.

Kimin səmimi bir imana sahib olduğunu, kimin isə qəlbində xəstəlik olduğunu bilən tək güc Allahdır. Ancaq Allah bu mövzuda möminlərə yol göstərici kimi bir ölçü vermişdir. Bu ölçü möminlərin Allahı razı etmə və Onun dinini yaşama mövzusunda göstərdikləri "şövq və həyəcan"dır. Bu şəkildə möminlər həqiqətən inanan və həyatını həqiqətən Allaha həsr edənləri asanlıqla təşxis edə bilərlər. Eyni şəkildə möminlərlə təzadlıq təşkil edən şövqsüzlükləri ilə diqqəti cəlb edən insanların zəifliyi də dərhal görünər və onları imani yöndən təqviyyə edərlər.

Növbəti səhifələrdə möminlərin bu imani coşğularının hansı rəftarlarından aydınlaşdığına toxunacağıq. Bu mövzunu əhəmiyyətlə vurğulamaqdakı məqsəd isə kitabın əvvəlində də ifadə etdiyimiz kimi, bütün möminlərin çata bildikləri son həddə qədər şövqlərini artıra bilmək və geridə qalanları və ya ağır tərpənənləri təşviq edib onların da təqva sahibi ola bilmələrinə vəsilə olmaqdır.

Həyatlarının sonuna qədər Allahasadiq qalmalarından...İnsanlar həyatı boyunca özlərinə maddi və ya mənəvi baxımdan mənfəət verən bir çox fürsətlə qarşılaşa bilərlər. Belə bir

vəziyyətdə bir çoxları mənfəət əldə etmək ümidi ilə o ana qədər dəyər verdiyi hər şeydən, hətta sevdiklərindən belə asanl ıqla imtina edə bilər. Əvvəlində əsla heç bir şeyə dəyişməyəcəklərini söyləyib uğrunda bir çox çətinliyə dözdükləri və şövqlə sarıldıqları bütün mövzular bir anda bu kəslər üçün bütün əhəmiyyətini itirə bilər. Bu ziddiyyətin səbəbi isə onların "həqiqi sədaqəti" yaşamamalarıdır. Bəzən sadə bir mənfəət ümidi və ya önlərinə çıxan kiçik bir çətinlik belə onları asanlıqla sədaqətsizliyə sürüyə bilər.

Sədaqəti ən mükəmməl şəkildə yaşayan insanlar isə möminlərdir. Onlar Allaha iman edər və sonsuzadək Ona sadiq qalacaqlarına dair söz verərlər. Dünya həyatında qarşılaşa biləcəkləri heç bir şeyin Allahın rizasını qazanmaqdan daha qiymətli ola bilməyəcəyini bilərlər. Çünki sadiq olmağa ən layiq olanın yalnız uca Allah olduğunu qavramışlar. Onların sədaqətlərindəki bu qərarlılığa Quranda belə diqqət çəkilmişdir:

Möminlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də gözləyir. Onlar əsla dəyişməzlər ki, (Əhzab surəsi, 23)

O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. (Rəd surəsi, 20)

Möminlərin Allaha olan bu sədaqəti eyni zamanda onların dinə nə qədər şövqlə bağlandıqlarının da dəlilidir. Çünki heç bir dünya mənfəəti, maddi və ya mənəvi heç bir çıxar təklifi onları Allaha olan bağlılıqlarından və sədaqətlərindən döndərə bilməz. Yenə heç bir şey onlara Allahın rizasını qazanmaqdan daha sevimli və cazibəli gəlməz. Allaha olan sədaqətləri onları daim şövqlə dinə xidmət etməyə və Allahın rizasını qazanacaq işlər görməyə yönəldər. Quranda inananların bu sədaqətini belə dilə gətirdikləri bildirilir:

De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)

Allah onların bir ömür boyu şövqlə sədaqət göstərmələrinə qarşılıq onları mükafatlandıracağını bildirərək müjdələyir:

Page 14: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Allah doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə, əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Əhzab surəsi, 24)

Hər an Allahın rizasının ən çoxunuaxtarmalarından...Allah Quran ayələri ilə bütün insanlara necə bir əxlaqdan və necə bir həyat şəklindən razı olacağını bildirmişdir. Allahın bu

əmrini ən gözəl şəkildə yerinə yetirənlər yalnız "möminlər"dir. İnsanların böyük əksəriyyəti isə, Allahın bəyəndiyi həyat şəklindən xəbərdar olmalarına qarşı bunu göz ardı edərlər. Çünki bu insanların Allahın rizasını qazana bilmək kimi bir hədəfləri yoxdur. Möminlər üçün isə, Allahın rizasını və sevgisini qazana bilmək hər şeyin üzərində və hər şeydən əhəmiyyətli bir mövzudur. Bu səbəblə, Quranda bildirilən hər ayəyə çox ciddi şəkildə əməl edərlər. Bu mövzuda həyatı boyunca bir an belə əvəz verməmələri də onların şövqlərini göstərən əhəmiyyətli bir dəlildir. Belə ki, Allahın rizasını qazanmaq uğrunda nəfslərinə çətin gələn bir vəziyyətlə qarşılaşsalar, onlar yenə də bu mövzuda azacıq da olsun qorxaqlıq göstərməzlər. Əksinə, ən çətin görünən işləri belə böyük bir şövqlə yerinə yetirərlər.

Möminlərin Allahın rizasını qazanmaq mövzusunda nə qədər şövqlü olduqlarını göstərən digər bir diqqəti cəlb edən davranışları da onların həmişə "Allahın rizasının ən çoxunu" axtarmalarıdır. Bunun mənası möminlərin bir çox seçimlə qarşı-qarşıya olduqları vəziyyətlərdə bunların arasından Allahın ən çox razı olacağını ümid etdiklərini seçmələridir. Bu mövzudakı ölçüləri isə, Quran ayələri və vicdanlarıdır.

Allah Quranda inananlara ən xeyirli və Allah qatında məqbul olan həyat şəklini bildirmiş və beləcə, onlara Öz rizasının ən çoxunu qazanmağın yollarını göstərmişdir. Bundan başqa, möminlərin daxilən həyatlarının sonuna qədər bir an belə ara vermədən onlara ən doğru və ən xeyirli olanı göstərən vicdanları vardır. Vicdan insanı həmişə Allahı razı etmək üçün yönəldən bir nemətdir. Şövq sahibi olan insanlar da Qurana və vicdanlarının səslərinə ən gözəl şəkildə tabe olub həmişə Allahın ən razı olacağı şəkildə hərəkət edənlərdir.

Möminlərin bu mövzudakı şövqlərinə belə bir nümunə verə bilərik: Allah "Bəndələrimə de: “gözəl sözlər söyləsinlər..." (İsra surəsi, 53) ayəsi ilə insanların bir-birlərinə "sözün ən gözəlini" söyləmələrini bildirmişdir. Yalnız gözəl bir söz söyləmək də insanlara Allahın rizasını qazandıran bir rəftardır. Ancaq "sözün ən gözəlini söyləmək" insana Allahın rizasının ən çoxunu qazandıran, Allah qatındakı əcrini çox artıran bir davranışdır. Çünki Allah Quranda bu rəftarın daha xeyirli olduğunu bildirmişdir.

Bunun kimi yenə Allah ayələrdə edilən bir pisliyə misli qədər qarşılıq verilməsinə, ancaq bağışlamağın və qarşı tərəfə nümunəvi rəftar göstərib onu islah etməyin daha xeyirli bir davranış olduğuna belə diqqət çəkmişdir:

Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs bağışlasa və barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz! (Şura surəsi, 40)

Ayədəki ifadədən də aydın olduğu kimi, insana etdiyi pisliyin qarşılığını vermək Allahın rizasını qazanmağa uyğun bir davranışdır. Ancaq buna baxmayaraq bağışlayıb əfv etmək Allah qatında məqbul olan və insana Allahın rizasının ən çoxunu qazandıran bir rəftardır. İnsanın haqlı olduğu durumda da pislik gördüyü birisini qəzəbini boğub bağışlaması üstün bir əxlaqın göstəricisidir. Çünki belə bir vəziyyətdə insan yalnız Allahın rizasını lap çox qazanmaq üçün nəfsinin istəklərinə üstün gəlir və gözəl bir səbr göstərib yumşaq davranırlar. Bu insan "Əlbəttə, hər kəs səbr edib bağışlasa, çox bəyənilən əməllərdəndir!" (Şura surəsi, 43) ayəsi ilə də bildirildiyi kimi, səbr etməyin və bağışlamağın daha xeyirli olduğunu bilir.

Şövqlü insanların fərqliliyi həmişə ən xeyirli olan davranışları əsla qorxmadan və zəiflik göstərmədən seçmələri ilə ortaya çıxar. Hər hansı bir mühitdə olmalarından asılı olmayaraq onlar Allahın rizasının ən çoxunu axtarmaqda qərarlılıq göstərərlər. Müsəlmanların imanlarından qaynaqlanan bu şövqlərinə qarşılıq Allah onları qurtuluşa çatdıracağını, qaranlıqlardan nura çıxaracağını və doğru yola çatdıracağını bildirərək onlara müjdə verir:

Page 15: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Allah Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)

Dinin mənfəətlərini həmişəöz mənfəətlərindən üstün tutmalarından...Əvvəlki hissələrdə dediyimiz kimi, cahiliyyə cəmiyyətində insanların çoxu yaşadıqları cəmiyyətə, insanlarla olan

əlaqələrinə, hətta ən yaxın dostlarına belə mənfəət gözü ilə baxarlar. Hər hansı bir çıxar mübahisəsi olduğunda isə, heç tərəddüdsüz öz mənfəətlərinə görə hərəkət edər və ən dəyər verdikləri insanları belə bir anda unuda bilərlər. Çünki bu insanlar üçün öz mənfəətlərini qorumaq hər şeydən və hər kəsdən öndə gələn bir mövzudur.

Möminlər üçün isə durum çox fərqlidir. Əvvəlcə, onlar üçün şəxsi mənfəət kimi müstəqil bir məqsəd yoxdur. Onlar üçün ancaq dinin və möminlərin mənfəətləri söz mövzusudur. Öz mənfəətləri onsuz da dinin və möminlərin mənfəətlərinin güdülməsi ilə ən mükəmməl şəkildə qorunmuş olar. Bunun xaricində dünyəvi mənada bir mənfəət qayğısı əsla çəkməzlər. Dünya həyatında onlar üçün ən əhəmiyyətli olan Allahın rizasını lap çox qazana bilməkdir. Çünki onlara dünyada və axirətdə faydalı olan burada əldə etdikləri mənfəətlər deyil, "Allahın rizası"dır. Allahın rizası isə, daima dinin və möminlərin mənfəətinə görə davranmaqdır. Odur ki, bunu dərk edən möminlər böyük bir şövqlə hərəkət edər və həmişə dinin mənfəətlərini düşünərlər.

Burada "dinin mənfəətləri" dedikdə nəyin nəzərdə tutulduğunu açıqlamaq faydalıdır. Allah dinini bütün insanlara bir yol göstərici olaraq göndərmişdir. Dinin gərəklərini, Quran əxlaqının gözəlliyini, İslamın insanlığa gətirdiyi maddi və mənəvi bütün faydaları digər insanlara bildirmək isə müsəlmanlara verilmiş bir məsuliyyətdir. Müsəlmanlar bu məsuliyyəti həm şəxsən özləri yaşayıb ətraflarındakılara nümunə olaraq, həm də şifahi və ya yazılı şəkildə insanlara izah edərək yerinə yetirərlər. Tək bir insanın axirətinin qurtuluşuna vəsilə ola bilmək müsəlmanlar baxımından əhəmiyyətli bir ibadətdir. Odur ki, burada dinin mənfəəti kimi nəzərdə tutulan ana mövzulardan biri budur. Müsəlmanlar dini təbliğ edə biləcəyi vəziyyətlərdə və cəmiyyətin və insanların maddi-mənəvi hüzura qovuşmasına, həmçinin pisliklərin, haqsızlıqların, zülmün, əxlaqsızlığın önünün kəsilməsinə vəsilə ola biləcəyi durumlarda əsla öz mənfəətlərini düşünməzlər.

Belə vəziyyətdə möminlər lazım gələrsə, öz haqlarından da imtina edərlər. Bəzilərinin ağlına müsəlmanların bu səmimi seçimləri səbəbi ilə "avam" davrandıqları kimi səhv bir düşüncə gələ bilər. Cəmiyyətdə tez-tez istifadə edildiyi kimi, "dünyanı qurtarmaq sənə qalıb?" kimi səhv bir məntiqlə düşünənlər ola bilər. Ancaq durum onların zənn etdiyi kimi deyil. Möminlər öz mənfəətlərindən imtina edərkən dünyaya yönələn hər hansı bir hesabı düşünməzlər. Onlar etdikləri fədakarlığın qarşılığını Rəbbimizdən daha gözəli ilə gözləyirlər. Bu səbəblə də böyük bir şövqlə xidmət edər, gözəl əxlaqı təbliğ edər, insanları əbədi qurtuluşa dəvət edərlər. Allah onların şövqlü qərarlılığına qarşılıq olaraq onlara imtina etdiklərindən daha xeyirlisini verəcəyini müjdələmişdir. Dolayısı ilə öz şəxsi mənfəətlərini bir kənara qoyub dinin mənfəətlərini güdən bir insan əslində dünya və axirətdə öz adına ən çox faydanı əldə etmiş olar. Çünki göstərdiyi şövq dolu davranışı ilə həm Allahın rizasını qazanar, həm də ayədə bildirildiyi kimi, "dünya və axirətdə gözəl bir həyatı" ümid edər.

Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik (Nəhl surəsi, 97)

Möminlərin bu mövzudakı şövqlü davranışlarına gündəlik həyatın bir çox mərhələsində rast gəlmək mümkündür. Məsələn, çoxlu qazanc əldə etmək üzrə olan bir mömin cəmiyyətə və insanlara fərqli bir yöndə faydas ı olacağını görsə, heç tərəddüd etmədən öz işini bir kənara buraxıb daha təcili olan, ancaq özünə dünyaya görə heç bir mənfəət təmin etməyən xeyirli bir işə yönələ bilər. Yaxud öz ehtiyacları yönündə xərcləmək istədiyi pulu Quran əxlaqının izah edilməsi baxımından daha faydalı və səmərəli olacağını düşündüyü bir xeyir işinə dərhal yönləndirə bilər. Budur, şövq sahibi bir mömin belə bir hadisə qarşısında da öz işlərini tez bir kənara buraxıb heç bir çətinlik duymadan dinin xidmətinə qaçar.

Belə bir vəziyyətdə insanın böyük bir şövqlə öz haqlarından imtina etməsi bütün bunların özünə böyük qazanc olduğunu bilməsindən qaynaqlanar. Bəlkə maddi baxımdan əldə edə biləcəyi çoxlu gəliri göz ardı edər, hətta bəlkə də maddi bir itkiyə uğrayar, lakin hər şeydən önəmlisi tək qazanc olan "Allahın rizasını"nı qazanar. Ayrıca, mömin malı verənin də, alanın da Allah

Page 16: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

olduğunu bilir. Ona ruzi verən, malına bərəkət verən və ya qazancını artıran Allahdır. Dolayısı ilə iman edən bir insanın bu mövzuda narahat edən bir mövzu yoxdur. Allah Quranın "Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir..." (Yunus surəsi, 26) ayəsi ilə möminlərin göstərdiyi gözəl əxlaqa və şövqlü cəhdə qarşılıq onlara daha gözəlinin olduğunu bildirmişdir.

Bunu da ifadə etməliyik ki, möminlərin dinin mənfəətlərini öz mənfəətlərindən önəmli tutmaları yalnız maddi mövzular üçün keçərli deyil. Bəzən mənəvi yöndə fədakarlıq etmələri də söz mövzusu ola bilər. Məsələn, yorğun, ac və ya yuxusuz olduqları bir vaxtda xidmətə yönəlmələri lazım gələ bilər. Möminlər belə bir vəziyyətdə heç tənbəllik etmədən, ağır tərpənmədən şövqlə dərhal hərəkətə keçərlər. Çünki onlar maddi və ya mənəvi fədakarlıq etməyi bir çətinlik deyil, Allahın özləri üçün yaratdığı xüsusi bir fürsət kimi qiymətləndirərlər. Bunlar Allaha yaxınlaşmaq və Onun rizasını qazanmaq üçün can atan möminlərin şövqlə gözlədiyi mühitlərdir. Bu səbəblə, öz ehtiyaclarını qarşılaya bilmədiklərinə görə kiçik bir narahatlıq duymadan ən faydalı olan xidmətə doğru yönələrlər. Heç şübhə yoxdur ki, bu mövzuda göstərdikləri şövq və qərarlılıq imanlarının və dinə necə səmimi şəkildə sarıldıqlarının göstəricilərindəndir.

Gözəl əxlaqı yaşamaqda qərarlılıqgöstərmələrindən...Dünya həyatında özünə Allahın rizasını qazanmağı məqsəd bilən bir kimsə Allahın bəyəndiyi gözəl əxlaqı ən gözəl şəkildə

yaşamaq mövzusunda da böyük şövq göstərər. Allaha könüldən iman etməyən və Onun rizasını qazanmaq üçün daxilən hər hansı bir şövq və ya istək duymayanlar üçün isə bu, böyük bir çətinlikdir. Çünki gözəl əxlaq vicdanı və iradəni ən mükəmməl şəkildə istifadə etməyi tələb edir. Qəlbində imanın şövqünü və həyəcanını hiss etməyən insanlar bu vicdan və iradə həssaslığını göstərə bilməzlər. Bu səbəblə də gözəl əxlaqı tam mənası ilə yaşaya bilməzlər.

Dinə şövqlə sarılan möminlər isə Allahın Quranda bildirdiyi əxlaq modelini heç çətinlik çəkmədən böyük bir zövqlə yaşayarlar. Bəzən onların da nəfslərinə çətin gələn vəziyyətlər ola bilər, ancaq onlar buna baxmayaraq nəfslərini məğlub edib Allah üçün gözəl əxlaqda qərarlılıq göstərər və bunu bacardıqlarına görə də böyük bir həzz duyarlar.

Bəzən çətinlik və ya sıxıntı ilə qarşılaşar, lakin cəsur bir xarakter göstərərlər. Yaxud qəzəb duya biləcək bir davranışla qarşılaşar, amma gözəl bir səbr göstərib qəzəbini yenərlər. Pis bir rəftara gözəlliklə və yaxşılıqla cavab verərlər. Haqlı olduqları halda haqsızlığa qarşı yumşaq davranmağı, bağışlamağı seçərlər. Ən çətin və ya ən sıxıntılı anlarda belə öz haqlarından sevə-sevə imtina edər, böyük bir şövqlə başqalarını önə çəkərlər. İnananlar üçün fədakarlıq etməyi zövqlə qəbul edərlər. Bir qüsur və ya səhv etdiklərinin fərqində olduqlarında bu vəziyyəti əvəz etmək üçün canla-başla səmimi şəkildə cəhd göstərərlər. Özləri də ehtiyac içində olduqları halda Allahın əmri olduğu üçün əllərindəkini sevə-sevə yetimlərə, yoxsullara, yolda qalanlara və digər ehtiyac içərisində olanlara verərlər. Öz mənfəətlərinin əleyhinə də olsa, heç vaxt ədaləti əldən verməz, şahidlikdə dürüst olarlar. Kimsənin qüsurunu araşdırmaz, kimsənin arxasından danışmazlar. Hamısından əhəmiyyətlisi isə, bütün bu gözəl əxlaq nümunələrini yaşamaqda həyatlarının sonuna qədər böyük bir səbr və qərarlılıq göstərərlər.

Bütün bu gözəl əxlaq xüsusiyyətlərini yaşaya bilmək isə, ancaq imanın gətirdiyi şövqlə mümkün olur. Şübhəsiz ki, müsəlmanların da nəfsləri ilə mücadilə apardığı və ya şeytanın vəsvəsələri ilə qarşı-qarşıya qaldığı anlar olur. Ancaq buna baxmayaraq, vicdanlı qullar Allaha olan bağlılıqlarından və Ona yaxınlaşmaq üçün duyduqları şövqə görə Allahın bəyəndiyi əxlaqı yaşamaqda qərarlılıq göstərərlər.

Mallarını və canlarını Allaha təslimetmələrindən...Mal və can anlayışları cahiliyyə cəmiyyətinin ən əhəmiyyət verdiyi və bəlkə də həyatlarının əsl məqsədi halına gətirdikləri

iki əhəmiyyətli mövzudur. Həyatları boyunca bu iki mövzuda etibar əldə edə bilmək və üstünlük qazanmaq üçün yaşayarlar. Necə ki, Quranda mal yığıb cəmiyyətdə etibar qazanmağın insanların çoxunda bir həvəs halında olduğuna belə diqqət çəkilmişdir:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)

Page 17: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Quranın "Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz..." (Ali-İmran surəsi, 186) ayəsi ilə bütün bunların insanlar üçün bir sınaq mövzusu edildiyi bildirilmişdir. Ancaq bu gerçəyi göz ardı edən cahiliyyə cəmiyyəti insanları içlərindəki bu şəhvət səbəbi ilə mallarına və canlarına qarşı həvəslə bağlılıq göstərərlər. Ən qorxduqları mövzu sahib olduqları və ya öyündükləri şeylərə bir zərərin toxunmasıdır. Çünki bu vəziyyətdə həyatdakı əsl məqsədlərini itirəcəklər. Bu səbəblə, bütün həyatlarını mallarını və canlarını qorumağa və bu yolda mənfəət əldə etməyə həsr edərlər. Bu mövzudakı qərarlı davranışları isə, onların dünya həyatını və onun cazibəli bəzəkləri olan mal və can kimi dəyərləri böyük bir cəhalətlə Allahı razı etməkdən daha əhəmiyyətli görmələrindən qaynaqlanır.

Möminlər isə cahiliyyə insanlarının uğrunda həyatlarını həsr etdiyi bu dəyərləri Allahın rizasını və cənnətini qazana bilmək üçün heç düşünmədən bir kənara qoymuşlar. Çünki onların əsl məqsədi mal və ya mövqe baxımından güclənib dünya həyatında etibar qazanmaq deyil, Allahın rizasını qazanmaqdır. İman edənlər Allaha qulluq etmək üçün yaradıldıqlarını və dünya həyatında mal və canları ilə sınandıqlarını bilirlər.

Bununla yanaşı, inanclı bir insan sahib olduğu hər nemətin əsl sahibinin Allah olduğunu bilər. Allah bütün nemətləri onsuz da dünya həyatında istifadə etməsi üçün özünə bir əmanət olaraq vermişdir və dilədiyi anda hamısını geri almağa qadirdir. Çünki Allah kainatdakı hər şeyin hakimidir. İnsanın canı, yəni vücudu onsuz da altmış və ya yetmiş il sonra çürüyüb torpağa qarışacaq, malı isə axirətdə ona heç bir şəkildə fayda verməyəcək. Əgər insan əlindəki imkanları Allahın rizasını qazanmaq üçün istifadə edərsə, dünyada və axirətdə də gözəlliklə qarşılığını görəcək. Odur ki, bu həqiqətin fərqində olan möminlər mallarını və canlarını Allah yolunda istifadə etmək üçün, daha öncədən Allaha təslim etmişlər ki, bu təslimiyyəti təmin edən də ancaq qəlblərində yaşadıqları imanın şövqüdür. Quranda bu durum belə izah edilir:

Doğrudan da, Allah möminlərdən Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır… (Tövbə surəsi, 111)

Ayənin davamında isə möminlərə "sövdələşdikləri alış-verişə görə sevinmələri" xatırladılmışdır. Budur, bu səbəblə möminlər qəlblərində bu müjdənin sevincini və şövqünü daşıyaraq hərəkət edərlər. Lazım gəldiyində mallarını Allahın rizasını qazana biləcəkləri xeyirli işlərdə heç düşünmədən sevə-sevə xərcləyərlər. Canları ilə də sonadək dinə xidmət etməyə və Allahın rizasını qazandıran saleh əməllər görməyə çalışarlar. Əlbəttə ki, Allah yolunda lazım gəldiyində mallarına və ya canlarına zərər gələ biləcəyini də bilərlər. Ancaq onlar bunu onsuz da əvvəldən gözə almışlar. Çünki onlar bunu bir qazanc və gözəllik olaraq görürlər.

Quranda inananların Allahın rizasını qazanmaq üçün qarşılaşa biləcəkləri hər çətinliyi sevinclə qarşıladıqlarından və bunları bir gözəllik olaraq gördüklərindən belə bəhs edilmişdir:

De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik”! (Tövbə surəsi, 51-52)

Budur, ayədə bildirilən möminlərin bu sözləri onların qəlblərində yaşadıqları şövqün necə güclü olduğunu göstərir. Möminlərin mallarını və canlarını necə böyük bir şövqlə Allaha təslim etdiklərinə dair Quranda Peyğəmbərimizin (s.ə.v.) dövründə yaşanan bir nümunə köçürülmüşdür. Peyğəmbər əfəndimizin (s.ə.v.) dövründə aparılan bir döyüşə qatıla bilməyi ürəkdən arzu edən, ancaq buna görə lazımlı olan miniyi tapa bilmək üçün hər gedişlərində Peyğəmbərdən (s.ə.v.) "Sizi mindirəcək bir şey tapa bilmirəm" sözlərini eşidərək geri dönmək məcburiyyətində qalan möminlərin vəziyyəti belə izah edilmişdir:

Page 18: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”,- deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur! (Tövbə surəsi, 92)

Bu nümunə saleh bir müsəlmanın Allah yolunda malını və canını necə sevə-sevə ortaya qoya bildiyinin və bu yolda necə istək duyduğunun açıq bir göstəricisidir. Əlbəttə, hər mühitə, hər dövrə görə bir möminin göstərməsi lazım olan xidmətin şəkli də dəyişə bilər. Məsələn, Peyğəmbərimizin (s.ə.v.) dövründəki mühitdə müsəlmanların haqlarının həqiqətən müdafiə olunması lazım gəlmişdir. Ancaq içində yaşadığımız dövr fikri bir mübarizə tələb edir. Odur ki, müsəlmanların şövqlə etməyi lazım olan xidmət fikri sahədə olmalıdır. Quran əxlaqının yaşanması və gözəlliklərinin insanlara izah edilməsi mövzusunda ciddi fədakarlıqlar göstərən hər insan Rəbbimizdən bunun gözəl nəticəsini ümid edə bilər. Quranda dünyada sahib olduqları hər şeyi Allah üçün şövqlə ortaya qoyanların axirətdə alacaqları gözəl qarşılıq belə bildirilmişdir:

Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir! (Hədid surəsi, 11)

Xeyirlərdə yarışıb önə keçmələrindən...

Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Ali-İmran surəsi, 114)

Allahın Quranda "...Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın..." (Maidə surəsi, 48) əmri ilə diqqət çəkilən yarış cahiliyyə cəmiyyətlərində yaşandığı şəkildə "bir-birini əzmək" yarışı deyil, tam əksinə, gözəllikləri və xeyirləri artırmaq yarışıdır. Çünki möminlərin yarışmaqdakı məqsədləri dünyəvi bir çıxar əldə etmək və ya insanlar arasında bir üstünlük meydana gətirmək deyil. Onlar yalnız Allahın əmrlərini yerinə yetirməkdə, Onun bəyəndiyi əxlaqı yaşamaqda və Rəbbimizi razı etməkdə yarışarlar.

Belə bir yarışa girmələri Allah qorxularının və imanlarının bir gərəyidir. Çünki insanın iman mövzusundakı səmimiyyəti və ixlası Allahın rizasını qazanmaq üçün göstərdiyi cəhdlə ölçülə bilər. Allaha və axirətə iman edən bir insan daha əvvəl də ifadə etdiyimiz kimi, Allahın rizasını ən çoxu ilə qazana bilməyi və Allaha ən yaxın insan halına gələ bilməyi məqsəd bilər. Allahın özündən razı olmasını, özünə rəhmət etməsini və cənnətinə layiq görməsini istər. Bu səbəblə də, əlindən gəldiyi qədər cəhd edər. Ağlını, vicdanını və bütün gücünü ən yaxşı şəkildə istifadə edib, Quran əxlaqını və dinin hökmlərini ən mükəmməl şəkildə yaşamağa çalışar. Necə ki, Quranda möminləri Allah qatında önə keçirən ünsürün belə bir cəhdlə xeyirlərdə yarışmaları olduğu bildirilmişdir:

Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)

Ayrıca, "Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər. " (Ənbiya surəsi, 90) ayəsi ilə hz Zəkəriyyanın davranışı nümunə verilmiş və xeyirlərdə yarışmağın peyğəmbərlərdə də görünən bir xüsusiyyət olduğuna diqqət çəkilmişdir. Allahın Quranda həyatlarından nümunə verdiyi peyğəmbərlər də həyatlarını Allahın rizasını qazanmaq mövzusunda bir yarış içində keçirmişlər. Özlərinə peyğəmbər əxlaqını nümunə götürən möminlər də eyni şəkildə onların Allahın rizasını qazanmaq mövzusunda göstərdikləri bu yolu izləyərlər.

Möminlərin xeyirlərdə yarışmalarının bir başqa səbəbi də dünya həyatının çox qısa, ölümün çox yaxın olduğunu düşünmələridir. Hər an ölə biləcəklərini və belə bir vəziyyətdə də Allahın rizasını qazanmaqda kafi olan cəhdi göstərməmiş olacaqlarına görə axirətdə böyük bir peşmanlıq duyacaqlarını bilərlər. Çünki axirətə keçdikdən sonra insanın bir daha dünyaya geri dönüb xeyirlərdə yarışması, saleh əməllər görməsi mümkün deyil. Odur ki, bu səbəbdən müsəlmanlar daha çox xeyir qazanmaq üçün zamana qarşı böyük yarışa girərlər. Dünya həyatında özlərinə verilən müddətin içərisinə xeyir üçün mümkün

Page 19: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

qədər çox şey sığdırmağa çalışarlar. Bu yöndə qarşılarına çıxan hər işə şövqlə talib olar və hər fürsəti ən yaxşı şəkildə qiymətləndirməyə çalışarlar. Saleh müsəlmanların bir duası Quranda belə ifadə edilmişdir:

"Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər." (Furqan surəsi, 74)

Ayədə göründüyü kimi, inananların Allaha olan "bizi təqva sahiblərinə öndər et" şəklindəki duaları da onların xeyirlərdə yarışmaq mövzusundakı şövqlərini ortaya qoyur.

Müsəlmanlar bu şövq və qərarlılıqla Allahın "Elə ki azad oldun, qalx (dua et)!" (İnşirah surəsi, 7) əmrini ən gözəl şəkildə yaşayarlar. Bir an belə boş vaxt keçirməməyə çalışar, insanın heç vaxt Allahın rizasını qazanmaq mövzusunda özünü kafi görməyəcəyini bilərək şövq və istəklə xeyirlərdə yarışarlar. Dünyada keçirdikləri hər saniyəyə görə hesab verəcəklərini, həmçinin vicdanlarına tabe olmadıqları və ya daha xeyirlisi var ikən mənasız iş gördükləri hər ana görə məsuliyyət daşıdıqlarını unutmazlar. Bu səbəblə, öz ehtiyaclarından artıq qalan vaxtlarını davamlı olaraq "xeyirli" axtarış içərisində keçirərlər.

Allahın rizasını qazanmaq üçün vücudi və ya zehni baxımdan yorulmağın insana böyük bir qazanc olduğunun fərqindədirlər. Bu səbəblə, yorğunluğu sevinc və nəşə ilə qarşılayarlar. Onlar bunu axirət üçün önəmli bir fürsət bilər və şövqlə Allah üçün yorulmağa, bir işi bitirib dərhal Allahın rizasını qazandıran başqa işə yönəlməyə davam edərlər. Çünki onlar dünya həyatında göstərdiyi bu ciddi cəhdin "Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti qəbul olunar." (İsra surəsi, 19) ayəsində də bildirildiyi kimi, ən gözəl şəkildə qarşılığını görəcəklərini bilirlər.

Belə saleh qullar Allahın izni ilə dünyada ikən dayanmadan səy göstərib, yarışıb önə keçmələrinə qarşılıq axirətdə sonsuzadək ən gözəl məkanlarda yerləşəcək və özlərinə nemətlər veriləcəkdir:

Və öndə olanlar. Onlar öndədirlər! Onlar yaxınlaşdırılmış kimsələrdir. Onlar Nəim cənnətlərində olacaqlar. Çoxu əvvəlkilərdən, Bir azı da axırıncılardandır. Bəzənmiş taxtlar üstündə qərar tutacaq, onlara söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. (Vaqiə surəsi, 10-16)

Allah dünya həyatında Allahın rizasını qazanmaq üçün yorğunluğa talib olanlara axirətdə heç bir yorğunluq toxunmayacağını da müjdələmişdir:

Onlara orada heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər. (Hicr surəsi, 48)"Elə bir Rəbb ki, Öz lütfü ilə bizi iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə bir məşəqqət

toxunacaqdır!" (Fatir surəsi, 35)

Çətinlik və sıxıntılara qarşıgözəl səbr etmələrindən...Allah "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur..." (Mülk surəsi, 2) ayəsi ilə

dünya həyatının bir imtahan yeri olduğuna diqqət çəkmişdir. Həqiqətən də dünya həyatında meydana gələn, insanın lehinə və ya əleyhinə kimi görünən müxtəlif eniş-qalxışlar insanların həqiqi xarakterinin bilinməsi baxımından olduqca əhəmiyyətlidir. Xüsusilə, çətinlik anları insanların səmimiyyətlərini ortaya qoyan ən əhəmiyyətli anlardır.

Möminlərin diqqəti cəlb edən xüsusiyyətlərindən biri isə, çətin anlarda və firavanlıqda da eyni xarakteri, eyni səmimiyyəti və şövqü mühafizə etmələridir. Bunun önəmli səbəbi isə onların "çətinlik" anlayışına olan fərqli baxış yönləridir. Daha əvvəl də ifadə etdiyimiz kimi, onlar çətin mühitləri Allaha olan bağlılıqlarını və imanlarının gücünü isbat edəcəkləri əhəmiyyətli bir fürsət kimi qiymətləndirərlər. Bunun "qəlbində xəstəlik olanlar" ilə "Allaha könüldən iman edənləri" bir-birindən ayırmaq üçün Allahın xüsusi olaraq yaratdığı bir vəziyyət olduğunu bilərlər. Bu səbəblə, çətinlikləri bir sıxıntı olaraq deyil, əksinə, bir nemət və Allaha yaxınlaşmaq üçün bir yol olaraq görərlər. Qarşılarına çıxan bütün çətinliklərə "Mətanətlə səbr et!" (Məaric surəsi, 5) və "Rəbbin yolunda səbr et" (Muddəssir surəsi, 7) ayələrində də bildirildiyi kimi səbr edər və Allaha təvəkkül edərlər.

Page 20: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

"Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. .." (Bəqərə surəsi, 286) ayəsi ilə xəbər verildiyi kimi, Allahın güclərinin çatdığından artıq çətinlik yükləməyəcəyini bilməyin arxayınlığını və rahatlığını yaşayarlar. Əgər başlarına bir çətinlik gəlsə, bilərlər ki, bu, onların güclərinin çatdığı, yenə biləcəyi və səbrlə qarşılaya biləcəyi bir hadisədir. Buna görə də, qarşılarına hər nə qədər çətin hadisə çıxsa da, onlar bu çətinliklə şövqlə mübarizə aparar və hər bir halda Allaha qarşı təslimiyyətli bir davranış göstərərlər.

Bununla yanaşı, çətinliklərin bütün inananların qarşılaşdığı bir vəziyyət olduğunu da bilərlər. Allahın ayədə vəd etdiyi kimi, əvvəlki qövmlərin qarşılaşdığı hadisələr mütləq öz başlarına da gələcəkdir. Bu həqiqəti bilən mömin hələ bu çətinliklərlə qarşılaşmadan öncə özünü bunlara hazırlayar. İstənilən halda Rəbbimizə sadiq qalacağına, səbrdə, təslimiyyət və təvəkküldə qərarlılıq göstərəcəyinə və Allahdan razı olacağına dair Allaha söz verər. "…Allaha verilən əhd barəsində mütləq sorğu-sual olunacaqdır!" (Əhzab surəsi, 15) ayəsinin gərəyi kimi də əhdini mütləq yerinə yetirər. Dözülməz bir aclıq, kasıblıq, qorxu, yaralanmaq hətta ölüm belə olsa, bundan razı olar və Rəbbimizə qarşı şükür edici bir davranış göstərər. Minlərlə çətinlik ard-arda gəlsə belə, bütün həyatı dayanmadan bu çətinliklərin içərisində də keçsə, o, yenə də bunu bir gözəllik olaraq qiymətləndirər. Çünki bu dünyadakı bir neçə on illik çətinliyə Allah üçün gözəl bir səbr göstərdiyi təqdirdə sonsuzadək bir anlıq belə heç bir çətinlik yaşamayacağını bilər. Allahın diləməsi ilə bu şövqlü davranışı ona nemətlərin ən gözəli olan Allahın rizasını, rəhmətini və cənnətini qazandırar. Allah bir ayəsində iman edənləri çətinliklərlə sınayacağını belə xəbər vermişdir:

"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!" (Bəqərə surəsi, 155)

Ancaq bu mövzuda unudulmaması gərəkən bir xüsus yenə vardır. Möminlərin çətinliklərə səbr etmələri cahiliyyə cəmiyyətinin yaşadığı səbr anlayışından fərqlidir. Çünki cahiliyyə insanları səbr etməyi qarşılaşdıqları çətinliklərə dözmək kimi qiymətləndirərlər. Möminlər üçün çətinliklər əsla dözülməsi deyil, mübarizə ilə aşılması lazım olan hadisələrdir. Bu səbəblə, çətinlikləri aşmaq və firavanlığa qovuşmaq üçün ağıllarını və maddi-mənəvi bütün imkanlarını ən gözəl şəkildə istifadə edib qarşılaşdıqları çətinliyə həll tapmağa çalışarlar. Digər tərəfdən də özlərinə güc verməsi və qarşılaşdıqları çətinlikləri yüngülləşdirməsi üçün Allahdan kömək diləyərlər. Quranda möminlərin bu dualarına belə yer verilmişdir:

"...“Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi,

bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!" (Bəqərə surəsi, 286)

Budur, möminlərin çətinliklər qarşısında göstərdikləri bu gözəl əxlaq, səmimi cəhd, səbr və təslimiyyət onlar ın şövqlərini göstərən ən əhəmiyyətli əlamətlərdən biridir. Allaha və axirətə olan inanclarının gücü onların çətinliklər qarşısında heç bir şəkildə qorxmadan sonadək şövqlə mübarizə aparmaqlarına vəsilə olar.

Çətinliklər qarşısında daha da şövqlənmələrindən...Möminlərin imanlarını və şövqlərini göstərən ən əhəmiyyətli dəlillərdən birinin də çətinlik zamanında göstərdiyi davranış

olduğuna toxunduq. Möminlərin bu mövzuda diqqəti cəlb edən bir başqa xüsusiyyəti də çətinlik anlarında heç bir şəkildə qorxmadıqları kimi, əksinə, şövqlərini daha da artırmalarıdır. Şövqlərindəki bu artımın ən əhəmiyyətli səbəbi bu vəziyyətin Allahın bir vədi olduğunu bilmələridir.

Allah "Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?..." (Bəqərə surəsi, 214) ayəsi ilə keçmişdə yaşamış mömin birliklərinin sınandığı çətinliklərlə imtahan edilmədən insanların cənnətə girə bilməyəcəklərini bildirmişdir. Dolayısı ilə, möminlərin çətinlik və sıxıntılarla qarşılaşmaları Allahın dəyişməz qanununun dinin bir gərəyidir. Digər bir sözlə, bu şəkildə sınanmaları möminlərin əhəmiyyətli bir xüsusiyyətidir.

Allahın razı olduğu bir insan ola bilmək insanın Quranda bildirilən ayələrin hamısını birdən qarşılaşdığı hadisələrdə tətbiqi ilə mümkündür. Bu səbəblə, möminlər Allahın peyğəmbərlərə, onlarla birlikdə olan möminlərə və tarix boyunca gəlib-keçmiş

Page 21: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

bütün inananlara yaşatdığı bu ayələrin öz üzərlərində də təcəlli etməsini istəyərlər. Əlbəttə, özlərini bilərək bir çətinliyə atmazlar, lakin çətinliklərlə qarşılaşdıqlarında bu, onların şövqlərinin daha da artmasını və imanlarının daha da güclənməsini təmin edər.

Möminlərdəki bu şövq artımının bir başqa səbəbi isə, dünya həyatındakı çətinliklərin onların axirətdəki əcrlərini artırıb mövqelərini yüksəldəcəyini ümid etmələridir. Çünki çətinliyə baxmayaraq Allaha sadiq qalar, ruhdan düşmədən "Bu, Allahın və Peyğəmbərinin bizə olan vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!" (Əhzab surəsi, 22) deyənlərdən olarlar.

Allahın rizasını ümid etdikləri hər işi sevinc vənəşə ilə yerinə yetirmələrindən...Möminlərin şövqlərini ifadə edən bir başqa xüsusiyyətləri də Allahın rizasını qazanmaq və dinə xidmət etmək məqsədi ilə

etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələridir. Onların yaşadığı bu nəşə "iman nəşəsi"dir. İman nəşəsi qəlblərində gerçək imanı yaşamayanların heç bir şəkildə təqlid edə bilmədiyi, daxildən gələn səmimi bir nəşədir. Çünki bu, iman etməkdən qaynaqlanan, Allahın rizasını, rəhmətini və sonsuz cənnət həyatını ümid etməyin verdiyi bir nəşədir.

Allaha və axirətə qəti bilgi ilə iman etməyən insanlar belə bir sevinci yaşaya bilməzlər. Onlar nəşəni ancaq özlərinə mənfəət verən mövzularda biruzə verə bilərlər ki, bu da əslində cahiliyyə insanlarının yaşadığı nəşə anlayışının bir bənzəridir. Çünki cahiliyyə cəmiyyətində insanlar ancaq mənfəət ümid etdikləri işlərə görə nəşəyə qapılarlar. Ancaq bu keçib-kedən bir nəşədir. Mənfəət itkisi kimi bir vəziyyət nəşənin itirilməsi üçün kifayətdir.

İmanı qəlblərinə lazımi kimi yerləşdirməyənlər əgər Allahın rizasını qazanmaları nəfslərinə çətin gələn bir iş etmələrini tələb edirsə, bu vəziyyətdə bütün nəşələrini itirərlər. Bundan başqa, bu işi könülsüz halda yerinə yetirərək istəksiz və şövqsüz olduqlarını ifadə etməyə çalışarlar. Çünki onlar qarşılığında maddi bir qazanc görmədikləri və ya hər hansı bir ödəniş almadıqları işə xərclənən zamanı boşa keçən bir vaxt kimi qiymətləndirərlər. Allahın rizasını qazanmağın görülən bütün qarşılıqların ən gözəli və ən qiymətlisi olduğunu düşünməzlər. Bu səbəblə, sanki böyük bir külfət yüklənmiş və böyük bir fədakarlıq etmiş kimi bir davranış göstərərlər. Odur ki, möminlərin şövqlərindəki fərqlilik də bu nöqtədə ortaya çıxar. Görülməsi gərəkən işin çətin və əziyyətli olmasına baxmayaraq, onlar nəşələrindən heç bir şey itirməzlər. Çünki möminlər Allaha könüldən, yəni istəyərək və sevərək qulluq edərlər. Onun rizasını qazandıran saleh bir əməli də eyni şəkildə könüldən gələn bir şövqlə yerinə yetirərlər. Budur, bu şövq də onların davranışlarına sevinc və nəşə kimi əks olunar.

Qəlbində xəstəlik olanların şövqsüzlüyünə görətəsirlənməmələrindən...Kitabın əvvəlində hər insanın Allaha olan imanının və yaxınlığının eyni olmadığına toxunub Allaha könüldən bağlananların

olduğu kimi, qəlbində xəstəlik olan insanların da olduğuna diqqət çəkmişdik. Möminlərin arasında yaşadıqları halda həqiqətdə iman etməyən bu insanlar dilləri ilə "iman etdiklərini" söyləyər, lakin həyatlarında bu sözlərini təsdiq edən davranış göstərməzlər. İmanlarındakı bu zəiflik səbəbi ilə də Allahı razı etmək və dini gərəyi kimi yaşamaq mövzusunda son dərəcə şövqsüz olarlar. Bu insanlar öz şövqsüzlükləri səbəbi ilə həm sözləri, həm də davranışları ilə iman edənlərin şövqlərini qırıb onları ruhdan salmağı istəyə bilərlər.

Ancaq həqiqətən inananlar nə bu sözlərdən, nə də davranışlardan təsirlənməzlər. Çünki onlar Allahın "Sən səbr et. Şübhəsiz ki, Allahın vədi haqdır. Qoy qəti inanmayanlar səni etinasızlığa sövq etməsinlər" (Rum surəsi, 60) ayəsi ilə bildirdiyi kimi, ətraflarındakı bəzi insanların bu şövqsüzlüklərinin əslində qəti bir bilgi ilə inanmamalarından qaynaqlandığını bilərlər. Bu səbəblə, şövqlərini itirmədikləri kimi, əksinə, bu kəslərin dinə xidmət etmədiklərini, Quran əxlaqının yayılması üçün heç bir səy göstərmədiklərini gördükcə möminlərin mübarizə əzmi daha da artar. Həm onlara nümunə olub Quran əxlaqını xatırlatmaq, həm də özləri doğru olanı ən gözəl şəkildə yaşamaq üçün daha da şövqlənərlər.

Dəyərli böyük İslam alimi Bədiüzzaman Səid Nursi Allah rizası üçün səmimi səy göstərənlərin şövqsüz insanlara necə yanaşdıqlarını bir sözündə belə ifadə etmişdir:

"Başqalarının füturu (zəifliyi) və çəkilməsi əhli-himmətin şövqünü, səyini çoxaltmağa səbəbdir. Çünki gedənlərin vəzifələrini bir dərəcə yerinə yetirməyə özünü məcbur bilər və bilməlidirlər". (Qastamonu əlavəsi, səh 37)

Page 22: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Bədiüzzamanın yuxarıdakı sözü ilə ifadə etdiyi kimi, qəlbində xəstəlik olanların dinə xidmət etməkdən qaçdıqları hər düşüncələrində saleh möminlər dinə daha böyük şövqlə xidmət edərlər.

Şövqsüz insanların Quran əxlaqını yaşamaqda və insanlara bildirməkdə göstərdikləri zəiflik üzərlərində böyük bir məsuliyyət olduğunu bir daha yenə xatırladar. Zəif insanların gözəl əxlaqı yaşamaqdakı istəksizliyini görmək möminlərin daha gözəl bir əxlaq göstərmələrinə vəsilə olar. Qəti bilgi ilə iman etməyənlərin Allaha və elçilərinə olan itaətsizliklərinə qarşılıq inananlar həmin an "eşitdik, itaət etdik" deyərək itaətli bir rəftar göstərərlər.

Qəlbinə imanı yerləşdirməyənlər bunlar kimi daha bir çox mövzuda möminlər üçün (istəmədən də olsa) xeyirə vəsilə olarlar. Amma heç bir şəkildə şövqsüzlükləri ilə möminlərə mənfi yöndə təsir edə bilməzlər. Çünki müsəlmanlar şövqlərini və imanlarını birlikdə olduqları insanların davranışlarına görə deyil, Allahın rizasını qazanmağa görə nizamlayarlar. Bundan başqa möminlər onların din mövzusundakı zəifliklərini görməsələr də, yenə də Allahın əmrlərini yerinə yetirmək mövzusunda ən çox şövqü göstərərlər. Ancaq onları görmək möminlərə bir növ xatırlatma kimidir və bunu xeyir kimi düşünərlər. Zəiflik göstərən insan bu davranışı ilə öz axirətini göz ardı edərkən bir tərəfdən də fərqinə varmadan saleh möminlərin şövqünü qamçılamış, onları təşviq etmiş olur.

İNANANLARIN HƏYƏCANI NECƏ OLUR?

Həyəcan anlayışı Quran əxlaqından uzaq cəmiyyətlərdə bəzi hadisələr qarşısında yaşanan stress, təlaş, daxili sıxıntı kimi duyğuları ifadə edir. Bu həyəcan insana həzz deyil, əksinə, çətinlik və sıxıntı verən bir duyğudur. Müsəlmanların həyəcanı isə, Allahın sənətinə qarşı duyduqları, özlərinə verilən nemətlər üçün hiss etdikləri və sonsuz cənnət həyatını ümid edərək yaşadıqları coşğu hissidir.

Din əxlaqını yaşamayan insanların bu sıxıntılı hissləri yaşamaqlarının əsas səbəblərindən biri "təvəkkülsüzlük"dür. Təvəkkül "Allahı özünə vəkil etmək və yalnız Ona güvənib dayanmaq"dır. Cahiliyyə insanları Allahın böyüklüyünü qavrayıb təqdir edə bilmədiklərinə görə daxilən belə bir güvən və təslimiyyət yaşamazlar. Allahı vəkil etmək əvəzinə özlərinə heç bir fayda verməyən şeylərdən mədət umarlar. Bu səbəblə, qorxularından və cahiliyyə həyəcanlarından həyatı boyunca xilas ola bilməzlər.

Möminlər isə, Allaha olan təvəkkülləri sayəsində cahiliyyə cəmiyyətinin yaşadığı bu sıxıntılı duyğulardan tamamilə ayrılmışlar. Onlar Quranda məqbul olmasına diqqət çəkilən iman həyəcanını ən dərin şəkildə yaşayan kəslərdir. Çünki gördükləri hər görüntünün bir hikmətlə yaradıldığını bilən və bu hikmətləri görə bilmək üçün üzərlərində dərin düşünən insanlardır.

Vicdanlarından ən gözəl şəkildə istifadə edərək düşündüklərinə görə, ən incə detallarda gizlənən hikmətləri də asanlıqla görərlər. Buna görə də eyni hadisəyə qarşı cahiliyyə insanlarından daha çox həssas davranar, gözəlliklərdən daha çox zövq alar və daha dərin bir həyəcan hiss edərlər. İman edən bir insan gördükləri qarşısında şövq və həyəcan içində olar, çünki yoxdan yaradıldığını və belə rəngli yüz minlərlə, milyonlarla yaradılış möcüzəsinin olduğu bir dünyaya gəldiyini bilər, bunun həyəcanını duyarlar. Hər baxdığı yerdə Allahın bənzərsiz sənətini görər: kainat, ulduzlar, səma, günəş, ay, kəpənəklər, quşlar, milyonlarla heyvanlar, bitkilər, meyvələr və s. Mömin bütün bunlar qarşısında həyəcan duyar.

Növbəti səhifələrdə möminlərin yaşadığı bu həyəcanın nə qədər böyük bir nemət olduğuna toxunacaq və möminlərin həyəcan duyduğu mövzulardan bəzilərinə diqqət çəkəcəyik.

MÖMİNLƏR HANSI ŞEYLƏRİN QARŞISINDAHƏYƏCAN DUYARLAR?

Allahın yaratma sənətinə qarşı duyulan

Page 23: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

həyəcan...İnsan gözünü çevirib baxdığı hər yerdə Allahın sənətinin bir-birindən heyran edici dəlilləri ilə qarşılaşar. Bir ayədə Allah

belə bildirmişdir:

"Onun haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!" (Fussilət surəsi, 53)

Möminlər Allahın kainatın hər nöqtəsində yaratdığı nizamın mükəmməlliyi qarşısında həyəcan hissi keçirərlər. Çünki onlar bu möcüzələrin ardındakı ağılı, qüdrəti və bənzərsiz sənəti görər və Allahın böyüklüyünü düşünməyin zövqünü yaşayarlar.

Belə ki, qəflət halındakı insanların bu möcüzələrə necə laqeyd olduqlarını təəccüblə qarşılayarlar. Yalnız bir neçə dəqiqə vicdanlarının səsini dinləyib səmimiyyətlə düşünsələr, onların da Allahın sənəti və ucalığı qarşısında müdhiş bir həyəcan duyacaqlarını bilərlər. Çünki Quranın bir çox ayəsində də diqqət edildiyi kimi, Allahın yaratma sənətindəki qüsursuzluq vicdanına tabe olan hər insanın dərhal görə biləcəyi qədər təsirlidir. Möminlərin Allahın yaratmasındakı fövqəladəlikləri düşünərkən üzərlərində meydana gələn təsir bir ayədə belə bildirilmişdir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali-İmran surəsi, 191)

Vicdanlarının təşviq etdiyi mövzularda səmimiyyətlə düşünən möminlər ayədə diqqət edildiyi kimi, göylərin və yerin yaradılışının ardında Allahın sonsuz hökmranlığının və sonsuz qüvvətinin olduğunu görərlər. Allahın bunların hər birində yüzlərlə və minlərlə hikmət gizlətdiyininin fərqində olar və bu mükəmməl nizam qarşısında böyük həyəcan duyarlar. Ancaq bu, insanı narahat edən və ya təlaşlandıran cahiliyyə həyəcanı deyil, əksinə, insanın doğruya çatmasına yardımşı olan Rəhmani bir həyəcan və bir coşğudur. Bu qavrayış və həyəcan onların Allahdan başqa qulluq ediləcək bir ilah olmadığını daha yaxşı qavradıqlarının nəticəsidir. Müsəlmanlar çevrələrində yaradılan sənəti və ehtişamı düşündükcə özlərini yaradan, tək dost və vəkilləri olan Allahın qüdrətini, gücünü və böyüklüyünü daha yaxşı anlayarlar. Dərhal Allahı təsbih edib hörmətlə şanını ucaldar və ayədə keçən "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!" (Ali-İmran surəsi, 191) sözləri ilə ifadə edildiyi kimi, əzabından qoruması üçün Allaha sığınarlar.

Nemətlərə və gözəlliklərə qarşı duyulan həyəcan...Nemətlərdən və gözəlliklərdən ən çox təsirlənən və ən çox zövq alanlar möminlərdir. Çünki onlar hər şeyi Allahın

yaratdığını bilir və qarşılaşdıqları hər hadisəyə, hər varlığa Allahdan özlərinə verilən bir nemət olaraq baxırlar. Bu səbəbdən, eyni gözəllik onlar üçün digər insanlarda olduğundan daha böyük məna ifadə edir.

Gözəlliklərdən belə çox həyəcan duymaqlarının bir səbəbi də möminlərin digər insanların görə bilmədiyi detalları və incəlikləri görmələridir. Çünki ağıllarından lazımi kimi istifadə etməyən və hadisələr üzərində dərin düşünməyən insanlar, ümumiyyətlə, hadisələrin ancaq xarici, yəni səthi qismini qavraya bilərlər. Bu səbəblə, bunlardan aldıqları zövq də eyni şəkildə məhdud olur. İman edənlər isə, qarşılarına çıxan hər şeyi "iman və hikmət gözü" ilə qiymətləndirərlər. Buna görə də zövq almaq və həyəcan duymaq üçün çoxlu detal və çoxlu gözəllik görməyi bacararlar.

Möminlərin gözəllikləri digər insanlardan daha detallı görüb bunlardan daha çox təsirlənmələrinin başqa bir səbəbi də budur: Allaha qarşı təkəbbürlü bir insan Onun yaratdığı gözəllikləri və ya möcüzələri görə bilməz. Çünki Allahın gücünü təqdir etdiyində öz acizliyini də qəbul etmək durumunda qalar. Bu vəziyyəti qəbul etmədiyi üçün də gözəllikləri görsə də, bunlardan təsirlənməmək üçün mütləq bir şərh tapıb həyəcanını aparmağa çalışar. Möminlər isə, qürur və təkəbbürdən tamamilə uzaq insanlardır. Ayrıca, Allaha möhtac olduqlarını düşünərlər, buna görə gözəllikləri təqdir edib Allahın ehtişamlı yaratmasına şahidlik etməkdən çəkinməzlər. Gözəlliklər qarşısında daxildən gələn ən təbii reaksiyanı verə bilər və səmimi həyəcanı daha çox yaşaya bilərlər.

Page 24: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Məsələn, bütün gözəlliyi və təsirli olması ilə göz oxşayan rənglərdə və zövq verən ətirə sahib gül və ya bənövşə gördüklərində, əvvəlcə, bunun Allahın "Cəmil" (gözəl olan) adının, yəni Allahın gözəlliyinin bir təcəllisi olduğunu düşünər və daxilən bunun həyəcanını yaşayarlar. Sonra isə təcəllisini belə təsir edici və göz oxşayan şəkildə yaradan Allahın zatının bundan nə qədər üstün və sonsuz gözəlliyə sahib olduğunu təfəkkür edər və dolayısı ilə böyük həyəcan duyarlar.

Yenə gördükləri bütün bu gözəlliklərin özləri üçün yaradıldığını və bunun Rəbbimizdən onlara bir ehsan və lütf olduğunu düşünərlər. Bütün bunların Allahın onlara olan sevgisinin və rəhmətinin bir göstəricisi olduğunu bilməyin həyəcanını yaşayarlar. Bir tərəfdən də yaradılan bütün bu gözəlliklərin bəlkə də bir çox insan üçün heç bir məna ifadə etmədiyini, bunlardan ən çox Allahı dost bilən insanlar kimi özlərinin zövq aldıqlarını düşünməyin həzzini yaşayarlar. Allahın özlərinə bu gözəllikləri görə biləcək imkan yaratdığına, bunları qarşılarına çıxarmasına şükr edərlər.

Yenə Allahın özlərinə bu gözəllikləri görən sağlam gözlər, gözəllikləri dərk edən şüur açıqlığı və bütün bunların şükrünü edə biləcək qədər səmimi iman verməsindən də həyəcan duyarlar.

Bir çox insanın mənəvi korluq içində olduğu üçün gözəlliklərdən həzz ala bilmədiyini, amma Allahın özlərini seçib imanı sevdirdiyinə görə, gözəllikləri görüb zövq ala bilmələrinin sevincini hiss edərlər.

Bundan başqa, nemətlərin müxtəlifliyini, mükəmməl yaradılışlarını və burada görülən sonsuz ağılı düşünmələri də yenə Allaha olan heyranlıqlarını və Onun sənəti qarşısında duyduqları həyəcanı artırar.

Allahın "Sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur." (İbrahim surəsi, 34) ayəsi ilə də xatırlatdığı kimi, möminlər dünya nemətlərinin bitib tükənməyən müxtəlifliyi qarşısında həyəcanlanarlar.

Allahın bütün bunları özlərinə bir lütf olaraq verdiyini və diləsəydi, bundan çox azını vermiş ola biləcəyini düşünər, əllərindəki nemətlərə şükür etməyin həyəcanını yaşayarlar.

"Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər şükür etsəniz, sizə artıracağam. Yox, əgər nankorluq etsəniz, Mənim əzabım, həqiqətən şiddətlidir!”" (İbrahim surəsi, 7) ayəsi ilə xatırladıldığı kimi, Allahın şükür edənlərə nemətlərini daha da artıracağını düşünməkdən ötrü böyük həyəcana qapılarlar.

Allahın dünya həyatında özlərinə nemətlərlə və gözəlliklərlə keçən bir həyat və xeyir dolu bir qədər yaratdığına şükür edər, buna görə həyəcanlanarlar. İman edən insan Allahın öz üzərində qorumasını və rəhmətini hər saniyə görər. Bunun Allahdan bir lütf olduğunu bilər. Necə ki, Allah rəhmətini dilədiyinə verəndir. Əgər insan gözəl və xoşbəxt bir həyat yaşayırsa, bu, yalnız Allahdandır. Bu həqiqət bir çox ayədə vurğulanır: "Allah dilədiyini yaradar və seçər", "Qaranlıqlardan nura çıxarar", "Dilədiyini hidayətə çatdırar" və s. Nemətlər içində yaşayan bir mömin bunu Allaha borclu olduğunu bilər. Və Allahın onu seçməsi, ona gözəllikləri yaşatması, pisliklərdən onu uzaq etməsi, nemətlər içində yaratması böyük bir coşğuya qapılmasına səbəb olar. Duyduğu şövq və həyəcanla Allaha yönələr, bütün hal və davranışları ilə Onu razı etməyə çalışar.

Dünyadakı gözəllikləri gördükcə cənnəti və oradakı gözəlliklərin nə qədər qüsursuz və mükəmməl olduğunu düşünər və bu gözəlliklərə qovuşmaq ümidini daşımağın həyəcanını yaşayar.

Bütün bu sayılanlar möminlərin gözəlliklər qarşısında düşünüb həyəcanlandıqları mövzuların yalnız müəyyən olanlarıdır. Onların gözəlliklərdə gördükləri detallar isə burada sayılanlarla məhdudlaşmayacaq qədər çoxdur. Üfüqləri geniş və təfəkkür gücləri də son dərəcə yüksəkdir. İnkar edənlərin heç bir zaman dada bilmədikləri bu həzz imanlarının müsəlmanlara qazandırdığı böyük nemətdir.

Sevgi və dostluq həyəcanı...İnsanların böyük əksəriyyəti həyatları boyunca həqiqi sevgini və həqiqi dostluğu tapa bilmədiklərindən şikayətlənər və

sonda bu duyğunu yaşamağın qeyri-mümkün olduğu qərarına gələrlər. Bu təsbit cahiliyyə insanları üçün bir mənada doğrudur. Cahiliyyə sisteminin hakim olduğu insanlar arasında həqiqi sevginin və dostluğun yaşanması mümkün deyil. Çünki onlar bir-birlərini qarşılıqlı olaraq təmin etdikləri gəlir və mənfəətlərə görə sevərlər. Bu mənfəətlər sona çatdığında isə, sevgi və dostluq zənn etdikləri yaxınlıq da sona çatar.

Sevgi və dostluğu ən yaxşı bilən və ən gözəl şəkli ilə yaşayanlar isə möminlərdir. Bunun ən əhəmiyyətli səbəbi isə, kitabın əvvəlində də xatırlatdığımız kimi, onların bir-birlərini hər hansı bir mənfəət təmin etdikləri üçün deyil, yalnız vicdanlı və saleh qullar olduqları üçün sevmələridir. Onlar üçün bir insanı ən sevilən və dostluğu ən çox istənilən hala gətirən xüsusiyyət Allah

Page 25: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

qorxusu və təqvadır. Çünki təqvalı bir insan Allah qorxusundan ötrü eyni zamanda Quran əxlaqını da ən gözəl şəkildə yaşayan insan deməkdir. Quran əxlaqını yaşayan insan hansı xüsusiyyətlərə sahib olduğunda özünə sevgi duyulacağını və dost edilmək istəniləcəyini bilər və bunları ən mükəmməl şəkildə həyata keçirər. Eyni şəkildə qarşı tərəfin hansı xüsusiyyətlərinin seviləcək olduğunu təqdir edə bildiyi üçün həqiqi mənada sevməyi də bilər.

Bu anlayış davam etdiyi və insanlar arasında Quran əxlaqı ən gözəl şəkildə yaşandığı müddətdə də sevgidən və dostluqdan duyulan həyəcan heç bir vaxt sona çatmaz. Bundan başqa, insanların əxlaqı gözəlləşdikcə sevgidən və dostluqdan aldıqları həzz və həyəcan da davamlı şəkildə artar.

Onlar bir-birlərindəki mömin xüsusiyyətlərini, iman və vicdan əlamətlərini, bir-birlərinin ixlas və səmimiyyətlərini, Allah qorxularına və təqvalarına dair əlamətləri gördükcə daha da şövqlənərlər. Eyni şəkildə bərabərindəki möminlərin Allahın rizasını və sevgisini qazanmış, axirətdə üstün mövqe sahibləri kəslər ola biləcəyini ummağın həyəcanını da yaşayarlar. Çünki belə bir vəziyyətdə Allaha çox yaxın, Ona dost olmuş və bəlkə də Allahın dost etdiyi biri ilə dost olmuş olacaqlar.

Ayrıca, onların sevgiləri sonsuz birlik anlayışına dayandığı üçün heç vaxt sona çatmaz. Bu dünyada başlayan birlikləri ölümlə sona çatmayacaq, əksinə, daha da mükəmməlləşib axirətdə də sonsuzadək davam edəcək. Möminlərin sevgi anlayışı bu nöqtədə yenə cahiliyyə cəmiyyətinin sevgisindən fərqlənir. Onlar sevgi və dostluqlarında sonsuz birliyə niyyət etmədikləri üçün sədaqət, vəfa və güvənlik anlayışları da onlara görə mənasını itirir. Dost olduqlarını iddia edən iki insan bu dostluğun müddətinə sərhəd qoymuşlarsa, bu, onların hər an dostluqlarına son verən qapını açıq qoyduqları mənasını verər. Hər iki tərəfin qarşılıqlı olaraq bu ehtimalı düşünməsi onları bir-birlərinə qarşı son dərəcə təmkinli və təlaşlı hala gətirər. Bu təmkin isə, sevgi və dostluğun gərəyi olan səmimiyyəti ortadan qaldırar. Söz mövzusu insanların öz aralarındakı səmimiyyət məhduddur. Çünki dostluqlarının bitməsi durumunda göstərdikləri səmimiyyətin özlərinə zərər verəcəyini düşünərlər.

Saleh müsəlmanlarda isə, belə hesab söz mövzusu olmaz. Sonsuzluğa niyyət etmək sonsuzadək sədaqət, sevgi və yoldaşlıqda qərarlılıq göstərmək deməkdir. Odur ki, möminlərin sevgi və dostluqlarına üstünlük gətirən bu sonsuzluğa niyyət yaşadıqları sevgidən böyük bir həzz duymalarını da təmin edər. Bu, sevdikləri insanlarla cənnətdə də birlikdə olmağı ümid etməyin və sonsuza qədər sevgilərində sadiq qalacaqlarını bilməyin həyəcanıdır.

Yaxşıları qorumaq mövzusunda duyduqları şövq Allah "Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" (Nisa surəsi, 75) ayəsi ilə zülm altında olub bir xilaskar gözləyən insanların durumuna diqqət çəkmişdir. Bu ayənin bir gərəyi kimi öz haqlarını qoruya bilməyən günahsiz insanları qorumaq, onlara kömək etmək, onları təhlükəsizliyə qovuşdurmaq möminlərin vicdani bir məsuliyyətidir.

Bu məsuliyyətlərinin şüurunda olan müsəlmanlar yalnız iman etdikləri üçün, əziyyət görən insanları zülmdən qurtara bilmək mövzusunda daxilən böyük bir istək və şövq duyarlar. Güclü bir vicdana və yenə həssas bir ədalət anlayışına sahib olmaları səbəbi ilə günahsız insanların əziyyət çəkməsinə əsla göz yummazlar. Maddi-mənəvi bütün imkanlarını ortaya qoyaraq onlara kömək edərlər. Daxilən keçirdikləri şövq və həyəcan hissləri onlara bu yöndə böyük cəsarət və güc qazandırar.

Allahın möminlərə yüklədiyi bir başqa məsuliyyət də pisliklərə qarşı mübarizə aparmaq, insanları pis işlərdən çəkindirməkdir. Möminlər bu mövzuda da şövq içindədirlər; çünki pislərə qarşı mübarizə aparmaq, yer üzündə zülmü ortadan qaldırmaq, sülh və güvənlik mühitini meydana gətirmək insanlıq adına edilən ən böyük və ən şərəfli xidmətlərdən biridir. İnananların pislikdən çəkindirmək məsuliyyətlərini yerinə yetirmələrinin əhəmiyyətinə Quranda belə diqqət çəkilmişdir:

Onlar özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) pislikdən çəkindirinlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlədikləri üçün şiddətli bir əzabla məhv etdik. (Əraf surəsi, 165)

Page 26: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

ƏLAVƏ HİSSƏ:

TƏKAMÜLÜN YANLIŞLIĞI

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini rədd etmək məqsədi ilə ortaya atılan, lakin müvəffəqiyyətli ola bilməyən və elmdən kənar qalan mənasız fikirdən başqa bir şey deyil. Canlının cansız maddələrdən təsadüfən meydana gəldiyini iddia edən bu nəzəriyyə kainatda və canlılarda çoxlu möcüzəvi bir nizam olduğunun elm tərəfindən isbat edilməsi ilə dəlilsiz hala gəlmişdir. Beləcə, Allahın bütün kainatı və canlıları yaratdığı həqiqəti elm tərəfindən də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsinə dəstək olmaq üçün dünya səviyyəsində aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, tərəfli şərh olunmasına, elm adı altında deyilən yalanlara və edilən saxtakarlıqlara dayanır.

Ancaq bu təbliğat həqiqəti gizləyə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixindəki ən böyük yanılma olduğu son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə, 1980-ci illərdən sonra aparılan araşdırmalar darvinist iddiaların tamamilə səhv olduğunu ortaya qoymuş və bu gerçək bir çox alim tərəfindən də dilə gətirilmişdir. Xüsusilə, ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrdən olan çox sayda tədqiqatçı alim darvinizmin etibarsızlığını görür, canlıların mənşəyini artıq "yaradılış həqiqəti ilə" açıqlayırlar.

Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini digər bir çox əsərlərimizdə bütün elmi detalları ilə göstərdik və göstərməyə davam edirik. Ancaq mövzunu daşıdığı böyük əhəmiyyət səbəbi ilə burada da yekunlaşdırmaqda fayda vardır.

Darvini yıxan çətinliklər

Təkamül nəzəriyyəsi tarixinin qədim yunanlara qədər gedib çıxan bir nəzəriyə olmasına baxmayaraq, əhatəli olaraq 19-cu əsrdə ortaya atıldı. Nəzəriyyəni elm dünyasının gündəminə gətirən ən əhəmiyyətli yenilik Çarlz Darvinin 1859-cu ildə nəşr olunan “Növlərin mənşəyi” adlı kitabı idi. Darvin bu kitabda dünyadakı fərqli canlı növlərinin Allahın ayrı-ayrı yaratdığı həqiqətinə qarşı çıxırdı. Darvinə görə, bütün növlər ortaq bir atadan gəlirdilər və zamanla kiçik dəyişmələrlə fərqliləşiblər.

Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya dayanmırdı; özünün də qəbul etdiyi kimi yalnız bir "məntiq yürütmək" idi. Hətta Darvinin kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı uzun hissədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox əhəmiyyətli suala cavab verə bilmirdi.

Darvin nəzəriyyəsinin önündəki çətinliklərin inkişaf edən elm tərəfindən aşılacağını, yeni elmi tapıntıların nəzəriyyəsini gücləndirəcəyini ümid edirdi. Bunu kitabında tez-tez ifadə etmişdi. Ancaq inkişaf edən elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin təməl iddialarını bir-bir dayaqsız buraxmışdır.

Darvinizmin elm qarşısındakı uduzması üç təməl başlıqda araşdırıla bilər:

1) Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.2) Nəzəriyyənin qarşıya qoyduğu "təkamül mexanizmləri"nin, həqiqətdə təkmilləşdirici bir təsirə sahib olduğunu göstərən

heç bir elmi tapıntı yoxdur.3) Qalıq qeydləri təkamül nəzəriyyəsinin nəzərdə tutduqlarının tam əksinə bir cədvəl ortaya qoyur.

Bu hissədə bu üç təməl başlığını ana xətləri ilə araşdıracağıq.

Keçilə bilinməyən ilk pillə:

Həyatın mənşəyi

Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8 milyard il əvvəl ibtidai dünyada ortaya çıxan tək bir canlı hüceyrədən gəldiklərini iddia edir. Tək bir hüceyrənin necə oldu ki, milyonlarla kompleks canlı növünü meydana gətirdiyi və əgər

Page 27: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

həqiqətən bu cür bir təkamül reallaşmışdırsa, niyə bunun izlərinin qalıq qeydlərində olmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül müddətinin ilk pilləsi üzərində dayanmaq lazımdır. Haqqında danışılan o "ilk hüceyrə" necə ortaya çıxmışdır?

Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün, o "ilk hüceyrə"nin heç bir məqsəd, plan və tənzimləmə olmadan, təbiət qanunları içində təsadüfi olaraq meydana gəldiyini iddia edir. Yəni nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, bilinən ən fundamental biologiya qanunlarına zidd bir iddiadır.

"Həyat həyatdan gəlir"

Darvin kitabında həyatın mənşəyi mövzusundan heç danışmamışdı. Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə bir quruluşa sahib olduqlarını fərz edirdi. Orta əsrlərdən bəri insanların inandığı "öz-özünə törəyən nəsil" adlı nəzəriyyəyə görə, cansız maddələrin təsadüfən bir yerə gəlib canlı bir varlıq meydana gətirə biləcəklərinə inanırdılar. Bu dövrdə böcəklərin yemək artıqlarından, siçanların da buğdadan meydana gəldiyi məşhur bir düşüncə idi. Bunu isbat etmək üçün maraqlı təcrübələr aparılmışdı. Çirkli bir əskinin üzərinə bir az buğda qoyulmuş və bir az gözlədikdə bu qarışıqdan siçanların meydana gələcəyi zənn edilmişdi.

Ətlərin qurdlanması da həyatın cansız maddələrdən törəyə bildiyinə bir dəlil sayılırdı. Halbuki daha sonra aydın olacaqdı ki, ətlərin üzərindəki qurdlar öz-özlərinə meydana gəlmirlər, ağcaqanadların gətirdikləri gözlə görülməyən sürfələrdən çıxırdılar.

Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddədən meydana gələ bildikləri inancı elm dünyasında məşhur bir qəbul görürdü.

Halbuki Darvinin kitabının nəşr olunmasından beş il sonra məşhur fransız bioloq Luis Pastor təkamülə əsas təşkil edən bu inancı qəti olaraq təkzib etdi. Pastor apardığı uzun təcrübələr nəticəsində aldığı nəticəni belə yekunlaşdırmışdı:

Cansız maddələrin həyat meydana gətirə biləcəyi iddiası artıq qəti olaraq tarixə basdırılmışdır (1).

Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pastorun tapıntılarına qarşı uzun müddət müqavimət göstərdilər. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin kompleks quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə meydana gələ biləcəyi iddiasının etibarsızlığı daha da açıq hala gəldi.

20-ci əsrdəki nəticəsiz səylər

20-ci əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq bu işlər müvəffəqiyyətsizliklə nəticələnəcək və Oparin bu etirafı etmək məcburiyyətində qalacaqdı:

Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsinin tamamını əhatə edən ən qaranlıq nöqtəni meydana gətirir (2).

Oparinin yolunu izləyən təkamülçülər həyatın mənşəyi mövzusunu həll edəcək təcrübələr aparmağa çalışdılar. Bu təcrübələrin ən məşhuru amerikalı kimyaçı Stanley Miller tərəfindən 1953-cü ildə təşkil edildi. Miller ibtidai yer atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə qurğusunda birləşdirib və bu qarışığa enerji əlavə edib proteinlərin quruluşunda istifadə edilən bir neçə orqanik molekul (aminoasid) sintez etdi.

O illərdə təkamül adına əhəmiyyətli bir mərhələ kimi tanıdılan bu təcrübənin etibarlı olmadığı və təcrübədə istifadə edilən atmosferin gerçək dünya şərtlərindən çox fərqli olduğu növbəti illərdə ortaya çıxacaqdı (3).

Uzun sürən bir səssizlikdən sonra Millerin özü də istifadə etdiyi atmosfer mühitinin həqiqi olmadığını etiraf etdi (4).

Həyatın mənşəyi problemini açıqlamaq üçün 20-ci əsr boyunca aparılan bütün təkamülçü səylər davamlı müvəffəqiyyətsizliklə nəticələndi. “San Diego Scripps” institutundan məşhur geokimyaçı Jefrey Bada təkamülçü “Earth” jurnalında 1998-ci ildə nəşr olunan bir məqalədə bu həqiqəti belə qəbul edir:

Page 28: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Bu gün 20-ci əsri geridə qoyarkən hələ 20-ci əsrə girdiyimizdə sahib olduğumuz ən böyük həll edilməmiş problemlə qarşı-qarşıyayıq: Həyat yer üzündə necə başladı (5).

Həyatın kompleks quruluşu

Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda belə böyük çətinliyə düşməsinin başlıca səbəbi ən sadə zənn edilən canlı quruluşların belə inanılmaz dərəcədə kompleks quruluşlara sahib olmasıdır. Canlı hüceyrəsi insanların düzəltdiyi bütün texnoloji məhsullardan daha kompleksdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında belə cansız maddələr bir yerə gətirilərək canlı bir hüceyrə çıxarıla bilmir.

Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər əsla təsadüflərlə açıqlana bilməyəcək qədər çoxdur. Hüceyrənin ən fundamental quruluş maddəsi olan proteinlərin təsadüfi olaraq sintez edilmə ehtimalı; 500 aminoasidlik orta hesabla bir protein üçün 10950/1-dir. Ancaq riyaziyyatda 1050/1-dən kiçik ehtimallar praktik olaraq "qeyri-mümkün" sayılır. Hüceyrənin nüvəsində yerləşən və genetik məlumatı saxlayan DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. İnsan DNT-sinin ehtiva etdiyi məlumatın əgər kağıza köçürülsə, 500 səhifədən ibarət olan 900 cildlik bir kitabxana meydana gətirəcəyi hesablanmışdır.

Bu nöqtədə çox maraqlı bir dilemma əlavə var: DNT yalnız bəzi xüsusiləşmiş proteinlərin (fermentlərin) köməyi ilə cütləşə bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar yönündə reallaşır. Bir-birindən asılı olduqlarından cütləşmənin meydana gəlməsi üçün ikisi də eyni anda mövcud olmalıdırlar. Bu isə həyatın öz-özünə meydana gəldiyi ssenarisini çarəsiz duruma salır. “San Diego California” universitetindən məşhur təkamülçü professor Lesley Orqel, “Scientific American” jurnalının oktyabr 1994 tarixli sayında bu həqiqəti belə etiraf edir:

Son dərəcə kompleks quruluşlara sahib olan proteinlərin və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfi olaraq meydana gəlmələri həddindən artıq ehtimaldan kənardır. Amma bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısı ilə insan həyatın kimyəvi yollarla ortaya çıxmasının əsla mümkün olmadığı nəticəsinə gəlmək məcburiyyətində qalır (6).

Şübhəsiz, əgər həyatın təbii faktorlarla ortaya çıxması qeyri-mümkündürsə, bu vəziyyətdə həyatın fövqəltəbii bir şəkildə "yaradıldığını" qəbul etmək lazımdır. Bu həqiqət əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsini açıq şəkildə keçərsiz edir.

Təkamülün xəyali mexanizmləri

Darvin nəzəriyyəsini keçərsiz duruma salan ikinci böyük nöqtə nəzəriyyənin "təkamül mexanizmləri" olaraq qarşıya qoyduğu iki anlayışın həqiqətdə heç bir təkmillləşdirici gücə sahib olmadığının aydınlaşmasıdır. Darvin ortaya atdığı təkamül iddiasını tamamilə "təbii seleksiya" mexanizminə bağlamışdı. Bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da açıq şəkildə aydın olurdu: Növlərin mənşəyi, təbii seleksiya yolu ilə...

Təbii seleksiya təbii seçmə deməkdir. Təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun və güclü canlıların həyatda qalacağı düşüncəsinə dayanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən təhdid edilən bir maral sürüsündə daha sürətli qaçan marallar həyatda qalır. Beləcə, maral sürüsü sürətli və güclülərdən meydana gəlir. Amma, əlbəttə, bu mexanizm maralları təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.

Bu səbəbdən təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə sahib deyil. Darvin də bu həqiqətin fərqinə varırdı və “Növlərin mənşəyi” adlı kitabında "Faydalı dəyişikliklər meydana gəlmədiyi müddətcə təbii seleksiya heç bir şey edə bilməz" demək məcburiyyətində qalmışdı (7).

Lamarkın təsiri

Bəs, bu "faydalı dəyişikliklər" necə meydana gələ bilərdi? Darvin öz dövrünün ibtidai elm anlayışı içində bu sualı Lamarka əsaslanıb cavablandırmağa çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloq Lamarka görə canlılar yaşayış dövrlərində keçirdikləri fiziki dəyişiklikləri sonrakı nəsilə köçürürlər və nəsildən nəsilə yığılan bu xüsusiyyətlər nəticəsində yeni növlər ortaya

Page 29: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

çıxırdı. Məsələn, Lamarka görə zürafələr ceyranlardan törəmişdir, yüksək ağacların yarpaqlarını yeməyə çalışarkən nəsildən nəsilə boyunları uzanmışdı.

Darvin də bənzəri nümunələr vermiş, məsələn, “Növlərin mənşəyi” adlı kitabında yemək tapmaq üçün suya girən bəzi ayıların zamanla balinalara çevrildiyini iddia etmişdi (8).

Amma Mendelin kəşf etdiyi və 20-ci əsrdə inkişaf edən genetika elmi ilə dəqiqləşən irsilik qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə köçürülməsi əfsanəsini qəti olaraq rədd etdi. Beləcə, təbii seleksiya "öz başına" və dolayısı ilə tamamilə təsirsiz bir mexanizm olaraq qalmış olurdu.

Neodarvinizm və mutasiyalar

Darvinistlər isə bu vəziyyətə bir həll tapa bilmək üçün 1930-cu illərin sonlarında "Müasir sintetik nəzəriyyə"ni və ya daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiyaya "faydalı dəyişiklik səbəbi" olaraq mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici təsirlər və ya köçürtmə səhvləri nəticəsində yaranan pozulmaları əlavə etdi.

Bu gün də hələ dünyada təkamül adına keçərliliyini qoruyan model neodarvinizmdir. Nəzəriyyə yer üzündəki milyonlarla canlı növünün bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının "mutasiyalara" yəni genetik pozğunluqlara söykənən bir müddət nəticəsində meydana gəldiyini iddia edir. Amma nəzəriyyəni çarəsiz duruma salan açıq bir elmi həqiqət vardır: Mutasiyalar canlıları inkişaf etdirməzlər, əksinə, həmişə canlılara zərər verərlər.

Bunun səbəbi çox sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində yaranan hər hansı təsadüfi bir təsir ancaq zərər verər. Amerikalı genetik B. G. Ranganathan bunu belə açıqlayır:

Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı halda təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamüllü bir inkişaf meydana gətirə bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə xüsusiləşmiş bir orqanizmdə meydana gələ biləcək təsadüfi bir dəyişmə ya təsirsizdir, ya da zərərlidir. Bir qol saatında meydana gələn təsadüfi bir dəyişmə qol saatını inkişaf etdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı halda təsirsiz olar. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, onu dağıdar (9).

Necə ki, bu günə qədər heç bir faydalı, yəni genetik məlumatı inkişaf etdirən mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu görülmüşdür. Aydın olmuşdur ki, təkamül nəzəriyyəsinin "təkamül mexanizmi" olaraq göstərdiyi mutasiyalar həqiqətdə canlıları yalnız korlayan, şikəst edən genetik hadisələrdir. (İnsanlarda mutasiyanın ən çox görülən təsiri xərçəngdir.) Əlbəttə, korlayıcı bir mexanizm "təkamül mexanizmi" ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, "öz başına heç bir şey edə bilməz". Bu həqiqət bizlərə təbiətdə heç bir "təkamül mexanizmi"nin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə də təkamül deyilən xəyali müddət yaşanmış ola bilməz.

Fosil (qalıq) qeydləri:

Ara nümunələrin izi yoxdur

Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin yaşanmadığının ən açıq göstəricisi isə fosil (qalıq) qeydləridir.

Təkamül nəzəriyyəsinə görə bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəldən var olan bir canlı növü zamanla bir başqasına çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışlar. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla il davam edən uzun bir zaman kəsiyini əhatə etmiş və addım-addım irəliləmişdir.

Bu vəziyyətdə iddia edilən uzun çevrilmə müddətində saysız "ara növlər" meydana gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanan yarı balıq, yarı sürünən canlılar yaşamalıdır. Yaxud sürünən xüsusiyyətlərini daşıyarkən bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanan sürünən quşlar ortaya çıxmalıdır. Bunlar bir keçiş müddətində olduqları üçün şikəst və qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri varlıqlara "ara keçid nümunəsi" adını verirlər.

Page 30: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşamışdırsa, bunların saylı və növləri milyonlarla, hətta milyardlarla olmalıdır. Və bu əcaib canlıların fosillərinə, mütləq fosil qeydlərində rast gəlinməldir. Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının dəlilləri də yalnız fosil qalıqları arasında ola bilər (10).

Darvinin puç olan ümidləri

Ancaq 19-cu əsrin ortalarından bu yana dünyanın dörd tərəfində çoxlu fosil araşdırmaları aparıldığı halda keçiş nümunələrinə rast gəlinməmişdir. Aparılan qazıntı işlərində və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə, canlıların yer üzündə birdən-birə qüsursuz və nöqsansız bir şəkildə ortaya çıxdıqlarını göstərmişdir.

Məşhur ingilis paleontoloq (fosil alimi) Derek W. Ager bir təkamülçü olmasına baxmayaraq bu həqiqəti belə etiraf edir:

Problemimiz budur: Fosil qeydlərini detallı olaraq araşdırdığımızda istər növlər, istərsə də siniflər səviyyəsində olsun davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq; pilləli təkamüllə inkişaf edən deyil, birdən-birə yer üzündə yaranan qruplar görürük (11).

Yəni fosil qeydlərində bütün canlı növləri arasında heç bir keçiş nümunəsi olmadan qüsursuz şəkilləri ilə birdən-birə ortaya çıxırlar. Bu, Darvinin nəzərdə tutduğunun tam əksinədir. Əlavə də bu canlı növlərinin yaradıldıqlarını göstərən çox güclü bir dəlildir. Çünki bir canlı növünün öz-özünə təkmilləşən heç bir atası olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının tək izahı o növün yaradılmış olmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Douglas Futuyma tərəfindən də qəbul edilir:

Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında verilə biləcək yeganə iki açıqlamadır. Canlılar dünyada ya tamamilə mükəmməl və qüsursuz bir şəkildə ortaya çıxmışlar, ya da belə olmamışdır. Əgər belə olmamışdırsa, bir dəyişmə müddəti sayəsində özlərindən əvvəl var olan bəzi canlı növlərindən təkmilləşərək meydana gəlməlidirlər. Amma əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxmışlarsa, o halda sonsuz güc sahibi olan bir ağıl tərəfindən yaradılmış olmalıdırlar (12).

Fosillər isə canlıların yer üzündə qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxdıqlarını göstərir. Yəni "növlərin mənşəyi" Darvinin zənn etdiyinin əksinə, təkamül deyil, yaradılışdır.

İnsanın təkamülü nağılı

Təkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox gündəmə gətirdikləri mövzu insanın mənşəyi mövzusudur. Bu mövzudakı darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər bəzi varlıqlardan gəldiyini fərz edir. 4-5 milyon il əvvəl başladığı fərz edilən bu müddətdə müasir insanla ataları arasında bəzi "ara nümunə"lərin yaşadığı iddia edilir. Həqiqətdə tamamilə xəyali olan bu ssenaridə dörd təməl "kateqoriya" sayılır:

1- Australopithecus2- Homo habilis3- Homo erectus4- Homo sapiens

Təkamülçülər insanların sözdə ilk meymunabənzər atalarına "cənub meymunu" mənasını verən "Australopithecus" adını verirlər. Bu canlılar həqiqətdə soyu tükənmiş bir meymun növündən başqa bir şey deyil. Məşhur ingilis və amerikalı iki anatomiyaçı Lord Solly Zuckerman və prof. Charles Oxnardın “Australopithecus” nümunələri üzərində apardığı çox geniş əhatəli tədqiqat bu canlıların yalnız soyu tükənmiş bir meymun növünə aid olduğunu və insanlarla heç bir bənzərliklərinin olmadığını göstərmişdir (13).

Təkamülçülər insan təkamülünün bir sonrakı mərhələsini də "homo", yəni insan olaraq sinifləndirirlər. İddiaya görə “homo” ardıcıllığındakı canlılar “Australopithecus”lardan daha çox inkişaf etmişlər. Təkamülçülər bu fərqli canlılara aid fosilləri ard-arda düzərək xəyali bir təkamül sxemi meydana gətirirlər. Bu sxem xəyalidir, çünki həqiqətdə bu fərqli siniflər arasında təkamüllü bir əlaqə olduğu qətiyyən isbat edilə bilməmişdir. Təkamül nəzəriyyəsinin 20-ci əsrdəki ən əhəmiyyətli müdafiəçilərindən biri olan Ernst Mayr "“Homo sapiens”ə uzanan zəncir həqiqətdə itmişdir" deyərək bunu qəbul edir (14).

Page 31: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Təkamülçülər "Australopithecus > Homo habilis > Homo erectus > Homo sapiens" sıralamasını yazarkən bu növlərin hər birinin bir sonrakının atası olduğu təəssüratını verirlər. Halbuki paleoantropoloqların son tapıntıları “Australopithecus”, “Homo habilis” və “Homo erectus”un dünyanın fərqli bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərir (15).

Bundan başqa “Homo erectus” sinifləməsinə aid insanların bir hissəsi çox müasir zamanlara qədər yaşamış, “Homo sapiens” “Neandertalensis” və “Homo sapiens sapiens” (müasir insan) ilə eyni mühitdə yan-yana olmuşlar (16).

Bu isə, əlbəttə, bu siniflərin bir-birlərinin ataları olduqları iddiasının keçərsizliyini açıq şəkildə ortaya qoyur. Harvard Universitetinin paleontoloqlarından Stephen Jay Gould özünün də bir təkamülçü olmasına baxmayaraq darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:

Əgər bir-biri ilə paralel bir şəkildə yaşayan üç fərqli hominid (insana xas) xətti varsa, o halda bizim soy ağacımıza nə oldu? Açıqdır ki, bunların biri digərindən gələ bilməz. Bundan başqa, biri digəri ilə müqayisə edildiyində təkamüllü bir inkişaf tərzi göstərmirlər (17). Qısa olaraq mediyada və ya dərs kitablarında yer alan xəyali bəzi "yarı meymun, yarı insan" canlıların şəkilləri ilə, yəni sırf təbliğat yolu ilə dəstəklənməyə çalışılan insanın təkamülü ssenarisi heç bir elmi təməli olmayan bir nağıldan ibarətdir.

Bu mövzunu uzun illər araşdıran, xüsusilə “Australopithecus” fosilləri üzərində 15 il tədqiqat aparan İngiltərənin ən məşhur və hörmətli alimlərindən Lord Solly Zuckerman bir təkamülçü olmasına baxmayaraq ortada meymunabənzər canlılardan insana uzanan həqiqi bir soy ağacı olmadığı nəticəsinə çatmışdır.

Zuckerman bir də maraqlı bir "elm şkalası" tərtib etmişdir. Elmi olaraq qəbul etdiyi bilik sahələrindən elmdən kənar qəbul etdiyi bilik sahələrinə qədər bir yelpik hazırlamışdır. Zuckermanın bu cədvəlinə görə ən "elmi", (yəni konkret məlumatlara dayanan) bilik sahələri kimya və fizikadır. Yelpikdə bunlardan sonra biologiya elmləri, sonra da ictimai elmlər gəlir. Yelpiyin ən aşağısında, yəni ən "elmdən kənar" sayılan hissəsində isə Zuckermana görə telepatiya, altıncı hiss kimi "duyğu sonrası qəbul etmə" anlayışları və bir də "insanın təkamülü" vardır! Zuckerman yelpiyin bu yerini belə açıqlayır:

Obyektiv həqiqətin sahəsindən çıxıb bioloji elm olaraq fərz edilən bu sahələrə (yəni duyğu sonrası qəbul etməyə və insanın fosil tarixinin şərh olunmasına) girdiyimizdə təkamül nəzəriyyəsinə inanan bir adam üçün hər şeyin mümkün olduğunu görərik. Belə ki, nəzəriyyələrinə qəti inanan bu adamların ziddiyyətli bəzi qərarların eyni anda qəbul etmələri belə mümkündür (18).

Budur, insanın təkamülü nağılı da nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi fosilləri birtərəfli şəkildə izah etmələrindən ibarətdir.

Darvin düsturu!

İndiyədək araşdırdığımız bütün texniki dəlillərlə yanaşı, istəyirsinizsə, təkamülçülərin necə axmaq bir inanca sahib olduqlarını bir də uşaqların anlaya biləcəyi qədər açıq bir nümunə ilə yekunlaşdıraq.

Təkamül nəzəriyyəsi həyatın təsadüfən meydana gəldiyini iddia edir. Dolayısı ilə bu iddiaya görə cansız və şüursuz atomlar bir yerə gələrək əvvəlcə, hüceyrəni meydana gətirmişlər və sonra eyni atomlar bir şəkildə digər canlıları və insanı meydana gətirmişlər. İndi düşünək; həyatın elementi olan karbon, fosfor, azot, kalium kimi elementləri bir yerə gətirdiyimizdə bir topa meydana gələr. Bu atom topası hansı əməliyyatdan keçirilsə də, tək bir canlı meydana gətirə bilməz. İstəyirsinizsə, bu mövzuda bir “təcrübə” hazırlayaq və təkamülçülərin əslində müdafiə etdikləri, amma yüksək səslə dilə gətirə bilmədikləri iddianı onlar adına “Darvin düsturu” adı ilə arşdıraq:

Təkamülçülər çox sayda böyük bir qabın içinə həyatın quruluşundakı fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən bol miqdarda qoysunlar. Hətta normal şərtlərdə olan ancaq bu qarışığın içində olmasını lazım gördükləri vəsaitləri də bu qablara əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər amin turşusu, istədikləri qədər də (tək birinin belə təsadüfi meydana gəlmə ehtimalı 10-950 olan) zülal doldursunlar. Bu qarışıqlara istədikləri nisbətdə istilik və nəmlik versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırsınlar. Qabların başına da dünyanın ən öndə gələn alimlərini qoysunlar. Bu

Page 32: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

mütəxəssislər atadan oğula, nəsildən nəsilə köçürərək növbəti milyardlarla, hətta trilyonlarca il davamlı qabların başında gözləsinlər. Bir canlının meydana gəlməsi üçün hansı şərtlərin var olması lazım olduğuna inanılırsa, hamısını istifadə etmək sərbəst olsun. Ancaq nə etsələr etsinlər, o qablardan qətiyyən bir canlı çıxara bilməzlər. Zürafələri, aslanları, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, qovunları, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuz quşlarını, rəngarəng kəpənəkləri və bunun kimi milyonlarla canlı növündən heç birini meydana gətirə bilməzlər. Yalnız burada bir neçəsini saydığımız bu canlı varlıqları deyil, bunların tək bir hüceyrəsini belə əldə edə bilməzlər.

Qısası, şüursuz atomlar bir yerə gələrək hüceyrəni meydana gətirə bilməzlər. Sonra yeni bir qərar verib, bir hüceyrəni ikiyə bölüb, sonra ard-arda başqa qərarlar alıb elektron mikroskopunu tapan, sonra öz hüceyrə quruluşunu bu mikroskop altında izləyən professorları meydana gətirə bilməzlər. Maddə ancaq Allahın üstün yaratması ilə həyat tapar. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə ağıla tamamilə zidd bir mənasız sözdür. Təkamülçülərin ortaya atdığı iddialar üzərində bir az belə düşünmək üstdəki nümunədə olduğu kimi, bu həqiqəti açıq şəkildə göstərər. 

Göz  və qulaqdakı texnologiya

Təkamül nəzəriyyəsinin qətiyyən izah edə bilməyəcəyi bir başqa mövzu isə göz və qulaqdakı üstün qəbul etmə keyfiyyətidir.

Gözlə əlaqədar mövzuya keçməzdən əvvəl, “Necə görürük?” sualına qısa cavab verək. Bir cisimdən gələn şüalar gözdə retinaya tərs halda düşür. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beynin arxa hissəsindəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə çatır. Bu elektrik siqnalları bir silsilə əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü kimi hiss olunur. Bu məlumatdan sonra indi düşünək:

Beyin işığa bağlıdır. Yəni beyinin içi tamamilə qaranlıqdır, işıq beyinin olduğu yerə girə bilməz. Görüntü mərkəzi deyilən yer qaranlıq, işığın əsla çatmadığı, bəlkə də heç qarşılaşmadığınız qədər qaranlıq bir yerdir. Ancaq siz bu zülmət qaranlıqda işıqlı, tərtəmiz bir dünyanı seyr edirsiniz.

Üstəlik bu o qədər dəqiq və keyfiyyətli bir görüntüdür ki, 21-ci əsr texnologiyası belə hər cür imkana baxmayaraq, bu dəqiqliyi təmin edə bilməmişdir. Məsələn, bu anda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın, sonra başınızı qaldırın və ətrafınıza baxın. Bu anda gördüyünüz dəqiqlik və keyfiyyətdəki bu görüntünü başqa bir yerdə gördünüzmü? Bu qədər dəqiq bir görüntünü sizə dünyanın bir nömrəli televizor şirkətinin çıxardığı ən inkişaf etmiş televizor ekranı da verə bilməz. 100 ildir ki, minlərlə mühəndis bu dəqiqliyə çatmağa çalışırlar. Bunun üçün fabriklər, nəhəng təsisatlar qurulur, araşdırmalar aparılır, plan və dizaynlar inkişaf etdirilir. Yeni bir televizor ekranına baxın, bir də bu anda əlinizdə tutduğunuz bu kitaba. Arada böyük bir dəqiqlik və keyfiyyət fərqinin olduğunu görəcəksiniz. Üstəlik, televizor ekranı sizə iki ölçülü bir görüntü göstərir, halbuki siz üç ölçülü, dərin bir perspektivi izləyirsiniz.

Uzun illərdir ki, on minlərlə mühəndis üç ölçülü ekran düzəltməyə, gözün görmə keyfiyyətinə çatmağa çalışırlar. Bəli, üç ölçülü bir ekran sistemi düzəldə bildilər, amma onu da eynək taxmadan üç ölçülü görmək mümkün deyil, qaldı ki, bu süni bir üç ölçüdür. Arxa tərəf daha bulanıq, ön tərəf isə kağız dekorasiyası kimi durur. Heç bir zaman gözün gördüyü qədər dəqiq və keyfiyyətli bir görüntü meydana gəlməz. Kamerada da, televizorda da mütləq görüntü itkisi meydana gəlir.

Təkamülçülər bu keyfiyyətli və dəqiq görüntünü meydana gətirən mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. İndi biri sizə, otağınızdakı televizor təsadüflər nəticəsində meydana gəldi, atomlar bir yerə gəlib bu görüntünü meydana gətirən aləti meydana gətirdi desə, nə düşünərsiniz? Minlərlə adamın bir yerə gəlib edə bilmədiyini şüursuz atomlar necə etsin?

Page 33: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

Gözün gördüyündən daha primitiv olan bir görüntünü meydana gətirən alət təsadüfən meydana gələ bilmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gələ bilməyəcəyi çox açıqdır. Eyni vəziyyət qulaq üçün də keçərlidir. Xarici qulaq, ətrafdakı səsləri qulaq çanağı vasitəsilə qəbul edib orta qulağa çatdırır; orta qulaq aldığı səs titrəyişlərini gücləndirib daxili qulağa ötürür; daxili qulaq da bu titrəyişləri beyindəki eşitmə mərkəzinə verir.

Gözdəki durum qulaq üçün də keçərlidir, yəni beyin, işıq kimi səsə də bağlıdır, səs keçirməz. Bu səbəbdən çölü nə qədər gurultulu olsa da, beyinin içi tamamilə səssizdir. Buna baxmayaraq, ən dəqiq səslər beyində qəbul edilir. Səs keçirməyən beyninizdə bir orkestrin simfoniyalarını dinləyirsiniz, sıxlıq bir mühitin bütün səs-küyünü eşidirsiniz. Amma o anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada iti bir səssizliyin hakim olduğu görüləcək. Dəqiq bir görüntü əldə edə bilmək  ümidi ilə texnologiya necə istifadə edilirsə, səs üçün də eyni səylər on illərdir davam etdirilir. Səs yazma cihazları, musiqi mərkəzləri, bir çox elektronik alət, səs qəbul edən musiqi sistemləri bu işlərdən bəziləridir. Ancaq bütün texnologiyaya, bu texnologiyada çalışan minlərlə mühəndisə və mütəxəssisə baxmayaraq, qulağın meydana gətirdiyi dəqiqlik və keyfiyyətdə bir səs əldə edilməmişdir.

Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi mərkəzini  düşünün. Səsi yazdıqda mütləq səsin bir qismi itir və ya az da olsa, mütləq əngəl meydana gələr və ya musiqi mərkəzini açdığınızda hələ musiqi başlamadan bir xışıltı mütləq eşidərsiniz. Ancaq insan bədənindəki texnologiyanın məhsulu olan səslər son dərəcə dəqiq və qüsursuzdur. Bir insan qulağı heç vaxt musiqi setində olduğu kimi, xışıltı və ya əngəl qəbul etməz; səs necədirsə, tam və dəqiq bir şəkildə onu qəbul edir. Bu vəziyyət insan yaradıldığı gündən indiyədək belədir. İndiyə qədər insanların düzəltdiyi heç bir görüntü və səs cihazı, göz və qulaq qədər həssas və müvəffəqiyyətli bir qəbul edici olmamışdır. Ancaq görmə və eşitmə hadisəsində bütün bunlardan başqa böyük bir həqiqət yenə vardır.

Beyinin içində görən və eşidən şüur kimə aiddir?

Beyinin içində rəngli dünyanı seyr edən, simfoniyaları, quşların civiltisini dinləyən, gülü iyləyən kimdir?

İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn xəbərdarlıqlar elektrik siqnalı olaraq beyinə gedir. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə meydana gəldiyinə dair bir çox məlumat oxuyubsunuz. Ancaq bu mövzu haqqındakı ən əhəmiyyətli həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz: Beyində bu elektrik siqnallarını görüntü, səs, qoxu və hiss hesab edən kimdir? Beyinin içində gözə, qulağa, buruna ehtiyac duymadan bütün bunları qəbul edən bir şüur var. Bu şüur kimə aiddir?

Əlbəttə, bu şüur beyini meydana gətirən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Buna görə, hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist-materialistlər bu suallara cavab verə bilmirlər. Çünki bu şüur Allahın yaratdığı ruhdur. Ruh görüntünü seyr etmək üçün gözə, qulağa, buruna ehtiyac duymaz. Bunlardan əlavə düşünmək üçün beyinə ehtiyac duymaz.

Bu açıq və elmi həqiqəti oxuyan hər insanın beyinin içindəki bir neçə kub santimetirlik qaranlıq məkana bütün kainatı üç ölçülü, rəngli, kölgəli və işıqlı olaraq sığdıran uca Allahı düşünməli, Ondan qorxmalı, Ona sığınmalıdır.

Materialist bir inanc

Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi tapıntılarla açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, qarşıya qoyduğu təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və fosillər nəzəriyyənin tələb etdiyi ara formaların yaşamadığını göstərir. Bu vəziyyətdə, əlbəttə, təkamül nəzəriyyəsinin elmə zidd bir düşüncə olaraq bir kənara atmaq lazımdır. Necə ki, tarix boyu dünya mərkəzli kainat modeli

Page 34: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

kimi bir çox düşüncə elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsi israrla elmin gündəmində tutulmaqdadır. Hətta bəzi insanlar nəzəriyyənin tənqid olunmasını “elmə hücum” kimi göstərməyə belə çalışırlar. Yaxşı, bəs niyə?...

Bu vəziyyətin səbəbi təkamül nəzəriyyəsinin bəzi çevrələr üçün özündən əsla imtina edilə bilməyəcək doğma bir inanc olmasıdır. Bu çevrələr materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə gətirilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər. Bəzən bunu açıq şəkildə etiraf da edirlər. Harvard Universitetindən məşhur bir genetik və eyni zamanda öndə gələn bir təkamülçü Richard Lewontin “əvvəl materialist, sonra alim” olduğunu belə etiraf edir:

Bizim materializmə bir inancımız var, “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) bir inancdır bu. Bizi dünyaya materialist bir izah gətirməyə məcbur edən şey elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan “a priori”yə bağlılığımız səbəbi ilə dünyaya materialist bir izah gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də ilahi bir izahın səhnəyə girməsinə icazə verə bilmərik (19).

Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq uğruna yaşadılan bir doqma olduğunun açıq ifadələridir. Bu doqma maddədən başqa heç bir varlığın olmadığını fərz edir. Bu səbəblə də cansız, şüursuz maddənin həyatı yaratdığına inanır. Milyonlarla fərqli canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların maddənin öz içindəki qarlılıqlı təsirlərlə, yəni yağan yağışla, çaxan şimşəklə, cansız maddənin içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağıla, həm də elmə zidd bir qəbuldur. Amma darvinistlər öz deyimləri ilə “ilahi bir izahın səhnəyə girməməsi” üçün bu qəbulu müdafiə etməyə davam edirlər.

Canlıların mənşəyinə materialist zehniyyətlə baxmayan insanlar isə bu açıq həqiqəti görəcəklər: Bütün canlılar üstün bir güc, bilik və ağıla sahib olan bir Yaradıcının əsərləridir. Yaradıcı bütün kainatı yoxdan var edən, qüsursuz şəkildə təşkil edən və bütün canlıları yaradıb şəkilləndirən Allahdır.

Təkamül nəzəriyyəsi dünya tarixinin ən təsirli cadusudur

Burada bunu da ifadə etmək lazımdır ki, zehniyyətsiz, heç bir ideologiyanın təsiri altında qalmadan, yalnız ağıl və məntiqindən isitifadə edən hər kəs elm və mədəniyyətdən uzaq cəmiyyətlərin xurafatlarını xatırladan təkamül nəzəriyyəsinin inanılması qeyri-mümkün bir iddia olduğunu asanlıqla anlayacaq.

Yuxarıda da ifadə edildiyi kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir qabın içinə bir çox atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışığından zaman içində düşünən, bir çox tapıntının müəllifi olan professorların, universitet tələbələrinin, Eynşteyn, Habl kimi alimlərin, Frank Sinatra, Charlton Heston kimi sənətçilərin, bununla yanaşı ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Üstəlik, bu axmaq iddiaya inananlar alimlər, professorlar, mədəni və təhsilli insanlardır. Bu səbəblə, təkamül nəzəriyyəsi üçün “dünya tarixinin ən böyük və ən təsirli cadusu” ifadəsini işlətmək yerinə düşər. Çünki dünya tarixində insanların bu dərəcə ağlını başından alan, ağıl və məntiqlə düşünmələrinə imkan verməyən, gözlərinin önünə sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia yoxdur. Bu, qədim misirlilərin günəş tanrısı Relsə, afrikalı bəzi qəbilələrin totemlərə, Səba xalqının Günəşə ibadət etməsindən, hz İbrahim qövmünün əlləri ilə düzəltdikləri bütlərə, hz Musa qövmünün qızıldan düzəltdikləri buzova ibadətlərindən daha dəhşətli və ağıla sığmaz bir korluqdur. Həqiqətdə bu vəziyyət Allahın Quranda işarə etdiyi bir ağılsızlıqdır. Allah bəzi insanların anlayışlarının bağlanacağını və həqiqətləri görməkdə aciz duruma düşəcəklərini bir çox ayəsində bildirir. Bu ayələrdən bəziləri belədir:

Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə surəsi, 6-7)

Page 35: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

… Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)

Allah “Hicr” surəsində isə bu insanların möcüzələr görsələr belə, inanmayacaq qədər ovsunlandıqlarını belə bildirir:

Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar yenə də: “Gözümüz bağlanmış, biz sehrlənmişik”, - deyərlər. (Hicr surəsi, 14-15)

Bu qədər geniş bir kütlənin üzərində bu cadunun təsirli olması insanların həqiqətlərdən bu qədər uzaq tutulması və 150 il bu cadunun təsirini itirməməsi isə sözlə izah edilə bilməyəcək qədər heyrət verici bir vəziyyətdir. Çünki bir və ya bir neçə insanın qeyri-mümkün ssenarilərə, axmaqlıq və məntiqsizliklərlə dolu iddialara inanmaları başa düşülə bilər. Ancaq dünyanın dörd tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə gəlib fövqəladə bir təşkilat, intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, həyat üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının “cadu”dan başqa bir izahı yoxdur.

Necə ki, Allah Quranda inkarçı fəlsəfəni müdafiə edən bəzi adamların etdikləri sehrlərlə insanlara təsir etdiklərini hz Musa və firon arasında keçən bir hadisə ilə bizlərə bildirir. Hz Musa firona haqq dini izah etdiyində firon hz Musaya öz “bilikli sehrbazları” ilə insanların toplandığı bir yerdə qarşılaşmasını istəyir. Hz Musa sehrbazlara əvvəlcə onların bacarıqlarını göstərməyini deyir. Bu hadisənin açıqlandığı ayə belədir:

(Musa: ) “Siz atın” – dedi. Onlar (əllərindəkiləri və əsaları yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər. (Əraf surəsi, 116)

Göründüyü kimi, fironun sehrbazları öz “hiylə”ləri ilə (hz Musa və ona inananlar xaricində) insanların hamısını ovsunlaya bilmişlər. Ancaq onların atdıqlarına qarşı hz Musanın ortaya qoyduğu dəlil onların bu sehrini, ayədəki ifadə ilə “uydurduqlarını udmuş”, yəni təsirsiz etmişdir:

Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər. (Əraf surəsi, 117-119)

Ayələrdə də bildirildiyi kimi, daha əvvəl insanları ovsunlayaraq təsir edən bu adamların etdiklərinin bir saxtakarlıq olduğu başa düşülmüşdür. İndiki dövrdə də bir sehr təsiri ilə elm adı altında son dərəcə axmaq iddialara inanan və bunları müdafiə etmək üçün həyatını həsr edənlər əgər bu iddialardan imtina etməsələr, həqiqətlər tam mənası ilə ortaya çıxdığında və “sehr pozulduğunda” pis vəziyyətə düşəcəklər. Necə ki, təxminən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist bir fəlsəfəçi olan, ancaq daha sonra həqiqətləri görən Malcolm Muggeridge təkamül nəzəriyyəsinin yaxın gələcəkdə süqut edəcəyi vəziyyəti belə açıqlayır:

Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq olunduğu sahələrdə gələcəyin tarix kitablarındakı ən böyük zarafat vəsaitlərindən biri olacağına inandım. Gələcək nəsil bu qədər səhv və naməlum bir fərziyyənin inanılmaz bir saflıqla qəbul edilməsini heyrətlə qarşılayacaq (20).

Bu gələcək uzaqda deyil, əksinə, yaxın zamanlarda insanlar “təsadüflər”in ilah ola bilməyəcəklərini anlayacaqlar və təkamül nəzəriyyəsi dünya tarixinin ən böyük yalanı və ən şiddətli sehri olaraq təyin olunacaq. Bu şiddətli sehr böyük sürətlə dünyanın dörd tərəfində insanların üzərindən qalxmağa başlamışdır. Təkamül yalanının sirrini öyrənən bir çox insan bu yalana necə aldandığını heyrətlə düşünürlər.

Page 36: Quranda şövq və həyəcan. azərbaycan (version 2)

 

“Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Bilən Sən, hikmət sahibi Sənsən”

(Bəqərə surəsi, 32)

QEYDLƏR :

1. Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, New York: Marcel Dekker, 1977, s. 22. Alexander I. Oparin, Origin of Life, (1936) New York, Dover Publications, 1953, s.1963. “New Evidence on Evolution of Early Atmosphere and Life”, Bulletin of the American Meteorological Society, c. 63, Kasım

1982, s. 1328-13304. Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, s. 75. Jeffrey Bada, Earth, Şubat 1998, s. 406. Leslie E. Orgel, The Origin of Life on Earth, Scientific American, c. 271, Ekim 1994, s. 787. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 1898. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 1849. B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 198810. Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 17911. Derek A. Ager, “The Nature of the Fossil Record”, Proceedings of the British Geological Association, c. 87, 1976, s. 13312. Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. s. 19713. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 75-94; Charles E. Oxnard, “The Place

of Australopithecines in Human Evolution: Grounds for Doubt”, Nature, c. 258, sf. 38914. J. Rennie, “Darwin’s Current Bulldog: Ernst Mayr”, Scientific American, Aralık 199215. Alan Walker, Science, c. 207, 1980, sf. 1103; A. J. Kelso, Physical Antropology, 1. baskı, New York: J. B. Lipincott Co., 1970,

sf. 221; M. D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge: Cambridge University Press, 1971, s. 27216. Time, Kasım 199617. S. J. Gould, Natural History, c. 85, 1976, s. 3018. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 1919. Richard Lewontin, “The Demon-Haunted World”, The New York Review of Books, 9 Ocak 1997, s. 2820. Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s.43