PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 87 (29352) 5 may 2020-ci il, çərşənbə axşamı Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib Videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü koronavirusa qarşı mübarizəyə həsr olunub Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Zirvə görüşünün iştirakçıları- nı salamlayan Prezident İlham ƏLİYEV dedi: – Hörmətli Zirvə görüşünün iştirak- çıları. Mən sizi səmimiyyətlə salamla- yıram. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü qlobal pande- miyaya – koronavirus xəstəliyinə qarşı mübarizəyə həsr olunmuşdur. Zirvə görüşünün gündəliyi üzv dövlətlərlə razılaşdırılmışdır. Etiraz yox- dursa, Zirvə görüşünün gündəliyi qəbul olunur. Mən Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19-la mübarizəyə həsr olunan onlayn Zirvə görüşünü açıq elan edirəm. Dövlətimizin başçısı Zirvə görüşündə giriş nitqi söylədi. PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI – Hörmətli dövlət və hökumət başçıları. Hörmətli BMT Baş Assambleyasının sədri. Hörmətli beynəlxalq təşkilatların rəhbərləri. Zati-aliləri. Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olun- muş Metodologiyalar üzrə Kartaxe- na sənədindən çıxış edərək korona- virusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu for- matda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Təqdirəlayiq haldır ki, Qo- şulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun- muşdur. Zirvə görüşündə iştirakına görə Təmas Qrupuna daxil olan dövlətlərə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, Zirvə görüşünə qatılan BMT Baş Assam- bleyasının sədrinə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru- na və Afrika İttifaqının Komissiyası- nın sədrinə öz minnətdarlığımı ifadə etmək istərdim. BMT Baş katibi cənab Antonio Quterreşə və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komis- siyasının vitse-prezidenti cənab Cozef Borelə videomüraciətinə görə təşəkkürümü bildirirəm. 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü keçirildi. Zirvə görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı. Eyni zamanda, bu sənədlərdə 65 illiyi bu günlərdə qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu. 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycan üç il ərzində Qoşulma- ma Hərəkatına sədrlik edəcək. Bizə göstərilən böyük inam və etima- da görə bir daha minnətdarlığımı bildirirəm. Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası dünya- da vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar mey- dana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat re- aksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir. COVİD-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığor- talanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik. BMT Baş katibi Antonio Qu- terreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleya- sında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk. Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olmuşdur. Azərbaycana göstərdiyi dəstəyə və Zirvə görüşümüzdə iştirakına görə doktor Tedros Adhanom Qebre- yesusa təşəkkürümü bildirirəm. Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə görüşüdür. Sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mənim təşəbbüsüm ilə aprelin 10-da COVİD-19-a qarşı Zirvə görüşü keçirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru həmin Zirvə görüşündə də iştirak etdi və dəyərli tövsiyələrini verdi. Qoşulmama Hərəkatının “Ümumdünya Səhiyyə Təşkilatı və onun Baş direktoruna dəstək” adlı 9 aprel tarixli bəyanatını məmnuniyyətlə qeyd etmək istərdim. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi ko- ronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı. Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmişdir. Mənim sərəncamımla ilin əvvəlində Nazirlər Kabine- ti yanında operativ qərargah yaradılmışdır. Pandemiya dövründə bizim üçün prioritet məsələ insanla- rın sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salın- mış və ya ləğv edilmişdir. Mart ayı- nın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 labora- toriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilmişdir. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır. Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasın- dakı dinamika müsbətdir. Pan- demiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır. Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-nə qədər uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılıb. Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makro- iqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanıl- maqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimu- muna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılma- sı nəzərdə tutulur. Banklar tərəfindən sahibkarlara yeni verilən kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir. Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üçün vergi güzəştləri və vergi tətilləri ediləcəkdir. Bütün bunlar atılan addımların yalnız bir hissəsidir. Ümumiyyətlə, dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşlarımız tərəfindən çox yüksək qiymət verilir. Hörmətli həmkarlar, pande- miya şəraitində ölkələrimiz ara- sında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacibdir. Azərbaycan artıq Avrasi- yada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Onlarla ölkəni birləşdirən Şərq- Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılma- sında böyük rol oynamışdır. Pan- demiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir. Eyni zamanda, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Zirvə görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yara- dılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir. Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qo- şulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırıl- maqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası re- gional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur. 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oy- nadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qo- şulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assamble- yanın COVİD-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonf- rans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik. Hamımız üçün bu çətin dövrdə mən bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət edirəm. Diqqətinizə görə minnətdaram. Prezident İlham Əliyev: İndi isə sözü BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bandeyə verirəm. Ticani Məhəmməd- Bandenin çıxışı – Hörmətli Sədr, nazirlər, xanımlar və cənablar. Mən cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, bu gün bu cür mühüm tədbirə ev sahibliyi edir. Mən öz yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm və xəstəlikdən əziyyət çəkənlərə tezliklə sağalmala- rını arzulayıram. Mən bu xəstəliklə mübarizənin ön cəbhəsində vuru- şan səhiyyə işçilərinə və digər şəxslərə əhalinin sağlam və təhlükəsiz qalması üçün gördükləri işə görə təşəkkür edirəm. Bu gün üzərimizə düşən səlahiyyətlərdən çıxış edərək bildirmək istəyirəm ki, biz pandemiyanı məğlub etmək üçün verdiyi mühüm dəstəyə və göstərdiyi xidmətlərə görə Ümumdünya Səhiyyə Təşkilatının, Qoşulmama Hərəkatının üzv dövlətlərinin, vətəndaş cəmiyyəti və özəl sektorun səylərini alqışlamalıyıq. BMT-nin COVİD-19 qlobal humani- tar cavab tədbirləri planına da maliyyə dəstəyi verilməlidir. Zati-aliləri, bu gün COVİD-19 bütün dünyada milyardlar- la insanı təhlükə ilə üz-üzə qoydu. Bu gün Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, həmin insanlar 3,4 trilyon ABŞ dolları məbləğində gəlirlərini itiriblər. Qlobal səhiyyə sistemi bu gün çox ağır təzyiq altındadır və təbii ki, beynəlxalq səfərlər də dayandırılıbdır. Heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına ara- dan qaldıra bilməz. Biz BMT olaraq çox böyük məmnunluqla bu cür təşəbbüsləri dəstəkləyirik və istəyirik ki, COVİD-19 virusunun yayılmasının qarşısını alaq. Biz, həmçinin istəyirik ki, bütün dövlətlər, millətlər arasında olan qeyri-bərabərsizlik aradan qaldırılsın. Bunun üçün biz daha güclü və dayanıqlı sistem yaratmalıyıq. Eyni zamanda, biz görürük ki, inkişafda olan bir sıra ölkələrin borcları çox kəskin şəkildə artır. Bun- lardan irəli gələrək bildirmək istəyirik ki, biz cari böhranın lap ortasındayıq. Bir çox ölkələr, həmçinin öz həllini tapmayan silahlı münaqişələrdən əziyyət çəkir, münaqişələr dayandı- rılmalıdır. Biz bununla bağlı BMT-nin Baş katibi adından qlo- bal miqyasda atəşkəsin təmin edilməsi üçün çağırış etmişik. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik. Bu böhrana gəldikdə, görürük ki, biz məhz Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı onillik tədbirlər pla- nını tam həyata keçirməliyik. Biz verdiyimiz bu vədlərdən heç zaman geri çəkilə bilmərik. Əlimizdən gələni etməliyik ki, 2030-cu ilə olan Gündəliyi icra edək və Əddis-Əbəbə tədbirlər planının maliyyələşdirilməsi, onun icrası üçün ça- lışmalıyıq. Biz bununla bağlı çoxtərəfli səylərimizi nümayiş etdirməliyik. Zati-aliləri, həmçinin Birləşmiş Millətlər Təşkilatı olaraq bildiririk ki, Qoşulmama Hərəkatı da müxtəlif cavab tədbirləri görməyə başladı. Bilirik ki, insanlar və ölkələr arasında etimadın artırılması üçün təşkilatın üzv dövlətləri bir çox mühüm işlər görməyə başlamışlar. Biz artıq yeni erada ya- şayırıq, vəziyyət əvvəlki kimi deyil. Ölkələr bu gün anlayırlar ki, onlar çox böyük çətinliklər qarşısındadırlar. Bütün bunlar bizim ümumi vəzifəmizin icrası üçün vacibdir. Biz birgə işləməyə çalışmalıyıq və elə etməliyik ki, bu və ya digər əhalinin spesifik ehtiyaclarına cavab verək. Biz buna məhz çoxtərəfli əməkdaşlıq sayəsində nail ola bilərik. Yalnız belə olan halda biz prosesləri əlaqələndirə və mövcud şəraitə görə təcrid olunmuş insanlara bu yolla yardım edə bilərik. Zati-aliləri, 2030-cu ilin Gündəliyinin icrasında təhsilə də xüsusi önəm verilir. Biz çalışmalıyıq bir işçi planı tərtib edək və orada səmərəli mexanizmlər olsun ki, həm pan- demiyaya qarşı mübarizə aparılsın, həm də istədiyimiz nəticələr təmin edilsin. Biz bunu ona görə etməliyik ki, bunlar təxirəsalınmaz məsələlərdir və dünyada təhsillə bağlı məsələlər daha da dərinləşməsin. Bu gün dünya üzrə tələbələrin ümumi sayının 90 faizindən çoxu məhz bu çətinliklərlə üzləşib. Bir çox tədris ocaqları bağlanıb. Biz öz işimizi səmərəli şəkildə əlaqələndirməli və bir-birimizə dəstək verməliyik. Heç bir halda imkan yarada bilmərik ki, bu sahədə boşluq olsun. Bütün bunlar məhz sizə, sizin göstərdiyiniz əməkdaşlığa əsaslanır. Biz istərdik ki, pande- miyaya qarşı bu cavab tədbirləri uğurla nəticələnsin. Biz bilirik ki, dünya kənd təsərrüfatı sahəsində vəziyyətdən asılıdır. İnsanların ərzaqla təmin olunması, eyni zamanda, onların gəlir qazanması üçün əlimizdən gələni etməliyik ki, kənd təsərrüfatı sahəsində çalışan işçilər əhalini ərzaqla minimal itkilərlə təmin edə bilsinlər. Zati-aliləri, sizə müraciət edirəm ki, bu sahəyə inklüziv olaraq geniş şəkildə sərmayələr qoyulsun, daha müqavimətli ərzaq sistemləri qurulsun və hər bir dövlət bu sistemlə əhatə olunsun. Biz çox diqqətli olmalıyıq ki, milyonlarla insan aclıq problemləri ilə üzləşməsin. (ardı 2-ci səhifədə)

Transcript of PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi...

Page 1: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 87 (29352) 5 may 2020-ci il, çərşənbə axşamı

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib

Videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü koronavirusa qarşı mübarizəyə həsr olunubQoşulmama Hərəkatının sədri kimi

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə

həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Zirvə görüşünün iştirakçıları-nı salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Hörmətli Zirvə görüşünün iştirak-çıları. Mən sizi səmimiyyətlə salamla-yıram. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü qlobal pande-miyaya – koronavirus xəstəliyinə qarşı

mübarizəyə həsr olunmuşdur. Zirvə görüşünün gündəliyi üzv

dövlətlərlə razılaşdırılmışdır. Etiraz yox-dursa, Zirvə görüşünün gündəliyi qəbul olunur. Mən Qoşulmama Hərəkatının

Təmas Qrupunun COVİD-19-la mübarizəyə həsr olunan onlayn Zirvə görüşünü açıq elan edirəm.

Dövlətimizin başçısı Zirvə görüşündə giriş nitqi söylədi.

PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI– Hörmətli dövlət və

hökumət başçıları.Hörmətli BMT Baş

Assambleyasının sədri.Hörmətli beynəlxalq

təşkilatların rəhbərləri.Zati-aliləri.

Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olun-muş Metodologiyalar üzrə Kartaxe-na sənədindən çıxış edərək korona-virusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu for-matda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.

Təqdirəlayiq haldır ki, Qo-şulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur.

Zirvə görüşündə iştirakına görə Təmas Qrupuna daxil olan dövlətlərə təşəkkürümü bildirirəm.

Mən, eyni zamanda, Zirvə görüşünə qatılan BMT Baş Assam-bleyasının sədrinə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru-na və Afrika İttifaqının Komissiyası-nın sədrinə öz minnətdarlığımı ifadə etmək istərdim.

BMT Baş katibi cənab Antonio Quterreşə və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komis-siyasının vitse-prezidenti cənab Cozef Borelə videomüraciətinə görə təşəkkürümü bildirirəm.

2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü keçirildi. Zirvə görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı. Eyni zamanda, bu sənədlərdə 65 illiyi bu günlərdə qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu. 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycan üç il ərzində Qoşulma-ma Hərəkatına sədrlik edəcək. Bizə göstərilən böyük inam və etima-da görə bir daha minnətdarlığımı bildirirəm.

Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası dünya-da vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar mey-dana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat re-aksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir.

COVİD-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığor-talanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik.

BMT Baş katibi Antonio Qu-terreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleya-sında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk.

Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olmuşdur. Azərbaycana göstərdiyi dəstəyə və Zirvə görüşümüzdə iştirakına görə doktor Tedros Adhanom Qebre-yesusa təşəkkürümü bildirirəm. Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə görüşüdür. Sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mənim təşəbbüsüm ilə aprelin 10-da COVİD-19-a qarşı Zirvə görüşü keçirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru həmin Zirvə görüşündə də iştirak etdi və dəyərli tövsiyələrini verdi.

Qoşulmama Hərəkatının “Ümumdünya Səhiyyə Təşkilatı və onun Baş direktoruna dəstək” adlı 9 aprel tarixli bəyanatını məmnuniyyətlə qeyd etmək istərdim.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi ko-ronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı.

Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirmişdir. Mənim sərəncamımla

ilin əvvəlində Nazirlər Kabine-ti yanında operativ qərargah yaradılmışdır.

Pandemiya dövründə bizim üçün prioritet məsələ insanla-rın sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir.

Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salın-mış və ya ləğv edilmişdir. Mart ayı-nın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir.

Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılmışdır. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar Azərbaycana gətirilmişdir. Testlərin aparılması üçün ölkədə 23 labora-toriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilmişdir.

Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanmışdır.

Beləliklə, həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasın-dakı dinamika müsbətdir. Pan-demiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır.

Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq, xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-nə qədər uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılıb.

Azərbaycanda iqtisadi sabitliyi

təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makro-iqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.

Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanıl-maqla, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimu-muna uyğun olaraq iki ay ərzində vəsait ödənilir.

İşsiz şəxslərin sosial müdafiəsi üçün ilin sonuna qədər 90 min ödənişli ictimai iş yerinin yaradılma-sı nəzərdə tutulur.

Banklar tərəfindən sahibkarlara yeni verilən kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcəkdir.

Pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergiödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üçün vergi güzəştləri və vergi tətilləri ediləcəkdir.

Bütün bunlar atılan addımların yalnız bir hissəsidir. Ümumiyyətlə, dövlətin həyata keçirdiyi tədbirlərə vətəndaşlarımız tərəfindən çox yüksək qiymət verilir.

Hörmətli həmkarlar, pande-miya şəraitində ölkələrimiz ara-sında ticarətin açıq saxlanılması və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsi vacibdir. Azərbaycan artıq Avrasi-yada önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılma-sında böyük rol oynamışdır. Pan-demiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir.

Eyni zamanda, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə

əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir.

Zirvə görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yara-dılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir.

Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qo-şulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırıl-maqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası re-gional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oy-nadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır.

Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qo-şulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assamble-yanın COVİD-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonf-rans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik.

Hamımız üçün bu çətin dövrdə mən bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət edirəm.

Diqqətinizə görə minnətdaram.Prezident İlham Əliyev: İndi

isə sözü BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bandeyə verirəm.

Ticani Məhəmməd-Bandenin çıxışı

– Hörmətli Sədr, nazirlər, xanımlar və cənablar.

Mən cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, bu gün bu cür mühüm tədbirə ev sahibliyi edir.

Mən öz yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm və xəstəlikdən əziyyət çəkənlərə tezliklə sağalmala-rını arzulayıram.

Mən bu xəstəliklə mübarizənin ön cəbhəsində vuru-şan səhiyyə işçilərinə və digər şəxslərə əhalinin sağlam və təhlükəsiz qalması üçün gördükləri işə görə təşəkkür edirəm.

Bu gün üzərimizə düşən səlahiyyətlərdən çıxış edərək bildirmək istəyirəm ki, biz pandemiyanı məğlub etmək üçün verdiyi mühüm dəstəyə və göstərdiyi xidmətlərə görə Ümumdünya Səhiyyə Təşkilatının, Qoşulmama Hərəkatının üzv dövlətlərinin, vətəndaş cəmiyyəti və özəl sektorun səylərini alqışlamalıyıq. BMT-nin COVİD-19 qlobal humani-tar cavab tədbirləri planına da maliyyə dəstəyi verilməlidir.

Zati-aliləri, bu gün COVİD-19 bütün dünyada milyardlar-la insanı təhlükə ilə üz-üzə qoydu. Bu gün Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, həmin insanlar 3,4 trilyon ABŞ dolları məbləğində gəlirlərini itiriblər.

Qlobal səhiyyə sistemi bu gün çox ağır təzyiq altındadır və təbii ki, beynəlxalq səfərlər də dayandırılıbdır. Heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına ara-dan qaldıra bilməz. Biz BMT olaraq çox böyük məmnunluqla bu cür təşəbbüsləri dəstəkləyirik və istəyirik ki, COVİD-19 virusunun yayılmasının qarşısını alaq. Biz, həmçinin istəyirik ki, bütün dövlətlər, millətlər arasında olan qeyri-bərabərsizlik aradan qaldırılsın. Bunun üçün biz daha güclü və dayanıqlı sistem yaratmalıyıq. Eyni zamanda, biz görürük ki, inkişafda olan bir sıra ölkələrin borcları çox kəskin şəkildə artır. Bun-lardan irəli gələrək bildirmək istəyirik ki, biz cari böhranın lap ortasındayıq. Bir çox ölkələr, həmçinin öz həllini tapmayan silahlı münaqişələrdən əziyyət çəkir, münaqişələr dayandı-rılmalıdır. Biz bununla bağlı BMT-nin Baş katibi adından qlo-bal miqyasda atəşkəsin təmin edilməsi üçün çağırış etmişik. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik.

Bu böhrana gəldikdə, görürük ki, biz məhz Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı onillik tədbirlər pla-nını tam həyata keçirməliyik. Biz verdiyimiz bu vədlərdən heç zaman geri çəkilə bilmərik. Əlimizdən gələni etməliyik ki, 2030-cu ilə olan Gündəliyi icra edək və Əddis-Əbəbə tədbirlər planının maliyyələşdirilməsi, onun icrası üçün ça-lışmalıyıq. Biz bununla bağlı çoxtərəfli səylərimizi nümayiş etdirməliyik.

Zati-aliləri, həmçinin Birləşmiş Millətlər Təşkilatı olaraq bildiririk ki, Qoşulmama Hərəkatı da müxtəlif cavab tədbirləri görməyə başladı. Bilirik ki, insanlar və ölkələr arasında etimadın artırılması üçün təşkilatın üzv dövlətləri bir çox mühüm işlər görməyə başlamışlar. Biz artıq yeni erada ya-şayırıq, vəziyyət əvvəlki kimi deyil. Ölkələr bu gün anlayırlar ki, onlar çox böyük çətinliklər qarşısındadırlar. Bütün bunlar bizim ümumi vəzifəmizin icrası üçün vacibdir. Biz birgə işləməyə çalışmalıyıq və elə etməliyik ki, bu və ya digər əhalinin spesifik ehtiyaclarına cavab verək. Biz buna məhz çoxtərəfli əməkdaşlıq sayəsində nail ola bilərik. Yalnız belə olan halda biz prosesləri əlaqələndirə və mövcud şəraitə görə təcrid olunmuş insanlara bu yolla yardım edə bilərik.

Zati-aliləri, 2030-cu ilin Gündəliyinin icrasında təhsilə də xüsusi önəm verilir. Biz çalışmalıyıq bir işçi planı tərtib edək və orada səmərəli mexanizmlər olsun ki, həm pan-demiyaya qarşı mübarizə aparılsın, həm də istədiyimiz nəticələr təmin edilsin. Biz bunu ona görə etməliyik ki, bunlar təxirəsalınmaz məsələlərdir və dünyada təhsillə bağlı məsələlər daha da dərinləşməsin. Bu gün dünya üzrə tələbələrin ümumi sayının 90 faizindən çoxu məhz bu çətinliklərlə üzləşib. Bir çox tədris ocaqları bağlanıb. Biz öz işimizi səmərəli şəkildə əlaqələndirməli və bir-birimizə dəstək verməliyik. Heç bir halda imkan yarada bilmərik ki, bu sahədə boşluq olsun. Bütün bunlar məhz sizə, sizin göstərdiyiniz əməkdaşlığa əsaslanır. Biz istərdik ki, pande-miyaya qarşı bu cavab tədbirləri uğurla nəticələnsin.

Biz bilirik ki, dünya kənd təsərrüfatı sahəsində vəziyyətdən asılıdır. İnsanların ərzaqla təmin olunması, eyni zamanda, onların gəlir qazanması üçün əlimizdən gələni etməliyik ki, kənd təsərrüfatı sahəsində çalışan işçilər əhalini ərzaqla minimal itkilərlə təmin edə bilsinlər. Zati-aliləri, sizə müraciət edirəm ki, bu sahəyə inklüziv olaraq geniş şəkildə sərmayələr qoyulsun, daha müqavimətli ərzaq sistemləri qurulsun və hər bir dövlət bu sistemlə əhatə olunsun. Biz çox diqqətli olmalıyıq ki, milyonlarla insan aclıq problemləri ilə üzləşməsin.

(ardı 2-ci səhifədə)

Page 2: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

5 may 2020-ci il, çərşənbə axşamı2Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama

Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib (əvvəli 1-ci səhifədə)

Zati-aliləri, biz təxirəsalınmaz tədbirlər görərkən dayanmadan öz yardımlarımızı göstərməliyik. Xüsusən də bu, zəif ölkələrə aid-dir ki, onlar səhiyyə sahəsində cavab tədbirləri görsünlər və əhalisinin sosial müdafiəsini təmin etsinlər. Biz öz səylərimizi birləşdirməliyik, qeyri-qanuni maliyyə axınlarının qarşısının alınma-sında konkret tədbirləri davam etdirməliyik. Bu məqsədlə əlavə vəsaitləri səfərbər etməliyik ki, COVİD-19-un təsirlərini aradan qaldıraq.

Zati-aliləri, mən bu baxımdan Qoşulmama Hərəkatının və onun üzv dövlətlərinin göstərdiyi rəhbərlik keyfiyyətlərini alqışlayıram. Çünki onlar pandemiyanın lap başlanğıcından öz həmrəyliyini nümayiş etdirmişlər və beləliklə onlar ən yaxşı təcrübəni mübadilə etməlidirlər, bir-birinə tibbi avadanlığı və ləvazimatı çatdır-malıdırlar, ərzaq və digər bu kimi humanitar yardımları göstərməlidirlər. Mən müraciət edirəm ki, Qoşulmama Hərəkatı bu ülvi məqsədləri, bir-birinə iqtisadi yardımı və digər bu kimi halları təşviq etsin. Mən Qoşulmama Hərəkatına minnətdaram ki, onlar bir çox for-mada öz prinsiplərindən çıxış edərək, həmçinin BMT-nin Xartiyasına da dəstək vermişlər. İna-nıram ki, Qoşulmama Hərəkatı bundan sonra da öz haqlı səsini ucaldacaq və işini davam etdirəcək. Həmçinin BMT-nin Nizamnaməsi və Banduq prinsipləri çərçivəsində mühüm işlərə, beynəlxalq sülhə və təhlükəsizliyə, qanunun aliliyinə, ədalətə xidmət edəcək. İstərdim ki, tərəfdaşlığı bundan sonra da davam etdirəsiniz, COVİD-19-un məğlub edilməsi istiqamətində başladığınız işi daha da gücləndirəsiniz və biz bu çətinlikləri birgə aradan qaldıraq.

Sağ olun, cənab Prezident!

* * *Prezident İlham Əliyev: Sağ olun, cənab prezident!

İndi isə mən hamınızı BMT-nin Baş katibi cənab Antonio Quterreşin videomüraciətini dinləməyə dəvət edirəm.

Antonio Quterreşin videomüraciəti

– Bu görüşü təşkil etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm.

Cəmiyyətlərimiz ağır sınaqdan keçməkdədir. COVİD-19 bütün dünyada milyardlarla insana ciddi

iztirablar verərək və qlobal iqtisadiyyatı pozaraq, onların həyatlarında təşviş yaradıb.

O, cəmiyyətlərimiz və iqtisadiyyatlarımızın sarsıntı qarşı-sında kövrəkliyini açıq nümayiş etdirdi və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasını təhdid edərək, dərin qeyri-bərabərliyi bütün çılpaqlığı ilə üzə çıxardı.

Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir.

Bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb edir.

Etiraf etməliyik ki, inkişaf edən ölkələrə münasibətdə kifayət qədər həmrəylik göstərilməyib.

Həm pandemiyaya qarşı mübarizə prosesində səhiyyə sistemlərindəki boşluqları, həm də cəmiyyətlərinə sosial və iqtisadi təsirlərin aradan qaldırılması üçün onların genişmiq-yaslı dəstəyə ehtiyacı var.

Biz COVİD-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün və hər yerdə əlçatan olmasını və bərabərliyi təmin etməliyik.

Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin forma-laşdırılmasında əhəmiyyətli rol oynayır.

Bizim üç təxirəsalınmaz prioritetimiz var: COVİD-19 pan-demiyasına son qoymaq, onun sosial-iqtisadi təsirlərini ara-dan qaldırmaq və bərpa mərhələsindən daha güclü əsasları qurmaqda və heç kəsi kənarda qoymamaqda istifadə etmək.

Biz Dayanıqlı İnkişaf üçün 2030-cu il gündəliyinin və İqlim dəyişikliyi üzrə Paris Sazişinə dair gözləntilərin nəticəsiz qalmasına imkan verə bilmərik.

Bu münasibətlə, mən BMT-nin bütün səylərinizi dəstəklədiyini bir daha bəyan edirəm.

Sizə məhsuldar görüş arzulayıram.

* * *Prezident İlham Əliyev: Mən BMT-nin Baş katibinə bu

videomüraciətə görə təşəkkürümü bildirirəm. İndi isə söz verilir Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Tedros Adhanom Qebreyesusa.

Tedros Adhanom Qebreyesusun çıxışı

– Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev, çox sağ olun!

Hörmətli dövlət və hökumət başçıları.Hörmətli nazirlər, həmkarlar, əziz dostlar. Bu gün sizinlə bu tədbirdə iştirak etməkdən şərəf

duyuram. Məni bu tədbirə dəvət etdiyinə və Qoşulmama Hərəkatının

Təmas Qrupu qarşısında çıxış etmək imkanı yaratdığına görə Zati-aliləri cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.

Biz Ümumdünya Səhiyyə Təşkilatına Sizin verdiyiniz dəstəyi yüksək dəyərləndiririk. Mən, həmçinin fürsətdən istifadə edərək Azərbaycan xalqına, Azərbaycan hökumətinə bizə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək Zati-alinizə təşəkkürümü bildirirəm ki, Siz təşkilatımıza əlavə olaraq 5 milyon ABŞ dolları həcmində yardım göstərmisiniz.

Mən məmnunluq hissi ilə bildirmək istəyirəm ki, Ümum-dünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına və onun üzv dövlətlərinə COVİD-19 xəstəliyinə qarşı apardıqları mübarizədə onlara dəstək verir. Mən bilirəm ki, bu il Bandunq Prinsiplərinin 65 illiyi qeyd olunur. Biz bilirik əməkdaşlıq bizim

üçün çox vacibdir ki, ölkələr cavab tədbirlərini həyata keçirə bilsin, COVİD-19 xəstəliyinə qarşı mübarizə aparılsın və bu kimi digər fövqəladə halları aradan qaldırsın.

Tamamilə aydındır ki, heç bir ölkə öz ölçüsündən, resurs-larından, pul imkanlarından asılı olmayaraq, pandemiyaya qarşı təkbaşına mübarizə apara bilməz. Biz həmrəy olmalı-yıq, bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın bir kombinasiyasıdır. O, sürətlə yayılır və o, qatildir. Buna görə bizə qlobal həmrəylik və birlik lazımdır. Bu baxımdan, biz virusu önləməliyik, ondan öndə getməliyik.

Sizin davamlı çoxtərəfli işiniz və uzunmüddətli öhdəliyiniz COVİD-19-un qarşısının alınmasında çox vacibdir.

Ölkələr arasında şəffaflığın, etimadın və əlaqələndirmənin qurulması olduqca önəmlidir. Ona görə dünyanın hər bir dövləti buna hazır olmalıdır. Belə bir qlobal fövqəladə hal qarşısında həmrəylik prinsiplərindən çıxış edərək biz insanla-rı və millətləri bu səylərdə birləşdirməliyik. Əvvəlcə bildirildiyi kimi, COVİD-19 yanvar ayında pandemiya elan edildi. Həmin vaxtdan etibarən dünyanın müxtəlif guşələrinə çox sürətlə yayıldı, siyasi, sosial və iqtisadi sistemlərdə problem yaratdı. Pandemiya bizdən həm qlobal, həm də milli səviyyələrdə fövqəladə tədbirlərin görülməsini tələb etdi. Buna görə də bizim qarşımızda sadə bir vəzifə dayanır ki, biz planetimizi qorumalıyıq, eyni məqsədlərdən çıxış edərək insanları xilas etməliyik. Buna görə də biz, həmçinin burada güclü milli və alt milli səhiyyə sistemlərinin əhəmiyyətini qeyd edirik ki, qlobal təhlükəsizlik və universal səhiyyə paketi təmin oluna bilsin. Bütün cəmiyyətlərin, bu baxımdan, ehtiyac-larından irəli gələrək deyə bilərik ki, biz həlledici böhran mərhələsindəyik. Çünki burada qaçqınlar problemi var. İnsan-lar münaqişələrdən əziyyət çəkirlər. Bu gün ictimai səhiyyə üçün böhrana səbəb olan COVİD-19 inkişafda çox ciddi problemlər yaratmışdı. Bunu eşitmək ağrılıdır və dünya bu-nun şahididir. Pandemiya ilə bağlı hazırkı həlledici mərhələdə bütün dövlətlər və maraqlı olan tərəflər, o cümlədən, özəl sektorun nümayəndələri birgə çalışmalıdırlar ki, geridə qalan olmasın. Qoşulmama Hərəkatının Nizamnaməsinin təməlində duran çoxtərəflilik və beynəlxalq əməkdaşlıq dəyərlərinin gücləndirilməsi bu həlledici məqamda çox önəmlidir.

Ümumdünya Səhiyyə Təşkilatı müşahidə və erkən müəyyənetmə, şübhəli hallar zamanı təcrid, test aparma imkanlarının artırılması, xəstələrin klinik şəraitdə müalicəsi, məlumat mübadiləsi, müxtəlif sektorlar üzrə fəaliyyət, risklərlə bağlı məlumatlandırma və cəmiyyətin səfərbər edilməsi sahəsində bütün ölkələrin səylərini dəstəkləyir.

Beynəlxalq Səhiyyə Qaydaları kimi instrumentlər sayəsində səhiyyə təhlükəsizliyi ilə bağlı hazırlıqda irəliləyişə nail olunsa da, boşluqlar hələ də qalmaqdadır və milli hazırlıq səviyyəsində böyük fərq var. İstər milli, istərsə də qlobal səviyyədə hazırlıq imkanlarının artırılması istiqamətində fəaliyyətin sürətləndirilməsi vacibdir.

“Təşviş və etinasızlıq” dövrünə son qoymaq üçün dünya hadisədən sonra reaksiya verən mövqeyindən çəkilməlidir.

Əvəzində biz səylərimizi bütün cəmiyyət səviyyəsində müxtəlif sahələri əhatə edən, çoxtərəfli fəaliyyətə əsaslanan uzunmüddətli hazırlığa yönəltməliyik.

Zati-aliləri, COVİD-19 ilə mübarizədə nümayiş etdirdiyiniz liderlik və əzmkarlığınıza görə Sizə bir daha minnətdaram.

Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatı ilə əməkdaşlığa, onun üzvlərinin COVİD-19 ilə mübarizəsinə dəstək verilməsinə və mühüm prinsiplərdən olan çoxtərəflilik, milli birlik və qlobal həmrəyliyə sadiqdir.

Hərəkatın təsisçilərinin baxışına uyğun olaraq və Qoşul-mama Hərəkatının dəstəyi ilə biz bərabər, dinc və firavan dünya yarada və hər kəsə sağlamlığın bəxş edilməsi kimi mühüm məqsədimizə daha yaxşı şəkildə çata bilərik.

Təşəkkür edirəm.

* * *Prezident İlham Əliyev: Sağ olun, cənab Baş direktor.

İndi isə sözü Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamata verirəm.

Musa Faki Mahamatın çıxışı

– Mən əvvəlcə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Demək istəyirəm ki, dünyanın bütün ölkələri öz sərhədləri daxilində bu çağırışlarla üz-üzə qalıblar.

Xanımlar və cənablar, Zati-aliləri. Virusun geniş yayılması bu ilin əvvəlində baş verdi.

Əfsuslar olsun ki, bəzi gözlənilməz hallar və meyillər tüğyan

etdi, yayıldı. Biz bu halda məhz çoxtərəfli müttəfiqlik və tərəfdaşlığı, yardımı qurmağa müvəffəq olduq. Bu, Afrika qitəsində yaşayan əhaliyə lazımdır və biz bunun şahidi olmuşuq. Bu çoxtərəfli tərəfdaşlıq baş tutubdur. Biz Bandunq prinsiplərində olduğu kimi, üzv dövlətlər arasında həmrəyliyin, dostluğun öz təzahürünü tapması üçün əlimizdən gələni etmişik. Həmçinin əvvəlki vaxtlarda olduğu kimi – fövqəladə hallarda, cinayətkarlığın yayılmasının qarşısının alınması, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında birgə olmuşuq. İndi isə biz həmin həmrəyliyi bu istiqamətdə də davam etdirməliyik. Lakin bu, bir neçə həftənin, ayın işi deyil. Bu, bizim hamımızdan kollektiv tədbirlərin görülməsini tələb edir. Biz hamımız birlikdə olmasaq, səfərbər olmasaq qalib gələ bilmərik.

Qarşımızda bir faktdır ki, Qoşulmama Hərəkatının oy-nadığı rol danılmazdır, fundamentaldır, əhəmiyyətlidir. Həm ikitərəfli, həm çoxtərəfli qaydada tərəfdaşlıq, o cümlədən BMT ilə olan işçi münasibətlərimiz bizdən onu tələb edir ki, biz əl-ələ verib birgə addımlayaq. Bu virusa qarşı bütün dünya miqyasında aparılan mübarizəyə gəldikdə, istənilən hər hansı siyasi sərhədləri, hər hansı bir ideologiyanı, məfkurəni kənara qoymalıyıq. Biz nümayiş etdirməliyik ki, birgə işləməklə necə böyük ülvi məqsədlərə xidmət edən millətlərik, dövlətlərik. Bizim hamımızdan, hər birimizdən bu tələb olunur. Mövcud şərait göz qarşısındadır. Elə bir mərhələdir ki, biz güclü olmalıyıq, yalnız birlikdə olaraq ən yoxsul ölkələrə kömək edə bilərik.

Mən fürsətdən istifadə edərək, Ümumdünya Səhiyyə Təşkilatını fəaliyyətinə görə təbrik edirəm, onların əldə etdiyi nəticələri təqdir edirəm. Mən Afrika İttifaqı adından bildirmək istəyirəm ki, bu gün pandemiyanın qarşısının alınması üçün bizim də özümüzə məxsus strategiyalarımız formalaşıb. Onun iki sütunu var. Birincisi, səhiyyə, ikincisi isə sosial-iqtisadi sütun. COVID-19-a qarşı mübarizənin daha sonra hansı şəkildə aparacağımızla bağlı bizim planlarımız tərtib olunubdur. Hesab edirik ki, bu plan icra olunarsa, Afrika qitəsində bizim mübarizəmiz daha ciddi şəkildə güclənəcək. Regionumuzda olan vəziyyətlə tam tanışıq. Biz bilirik ki, hansı vəsaitlər toplanılmalıdır, hansı xam materiallar istifadə olunmalıdır. Bununla bağlı bizim ciddi əlaqələrimiz qurulubdur ki, hər hansı bir fasilə olmasın. Bu gün minlərlə müəssisə müflis olubdur. İnsanlar bu fəsadlardan davamlı şəkildə əziyyət çəkirlər. İstərdik ki, biz bundan sonra da Qoşulmama Hərəkatının timsalında dəstəyi görək, onu alaq və əhaliyə çatdıraq. Pandemiyanın qarşısının vaxtında alınması üçün Afrika dövlətlərinə, xüsusən də bəzi ölkələrə bu dəstək göstərilsin. Əgər bu olmasa, həmin dövlətlər üçün fəsadlar çox ağır olacaqdır. Afrika nəinki öz imkanlarına, həmçinin öz tərəfdaşlarının dəstəyinə arxalanır.

Biz beynəlxalq əməkdaşlığa hazırıq, buna açığıq. Biz tərəfdaşlarımızla birgə bu həmrəyliyin şahidi oluruq. Mən burada Çinin və Kubanın dəstəyini qeyd etmək istəyirəm. Onlar bizə ləvazimat yardımı göstərmişlər. Bu yardım Afrika dövlətlərinə çatdırılmışdır.

Xanımlar və cənablar, Zati-aliləri, dünya çox keşməkeşli bir vaxtını yaşayır. Biz bilirik ki, mövcud şərait böyük problemlər yaradır, bir sıra ölkələrdə bu, siyasi hadisələrə səbəb olur. Biz bu halda bütün maraqlarımızı kənara qoyub həmrəylik nümayiş etdirməliyik. Belə bir vaxtda mən bütün dünyaya müraciət edərək bildirmək istəyirəm ki, bütün siyasi və iqtisadi ölçüləri kənara qoyub, bu işlərin qarşısının alınma-sında bizə dəstək göstərilsin və Afrika qitəsi bundan yararlan-sın. Çox sağ olun!

* * *Prezident İlham Əliyev: İndi isə mən sizi Avropa İttifaqı-

nın ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətini dinləməyə dəvət edirəm.

Cozef Borelin videomüraciəti

– Avropa İttifaqı adından qarşınızda çıxış etmək üçün məni dəvət etdiyinizə görə minnətdaram.

Əgər, nə zamansa, dünyanın müxtəlif guşələrinin biri-birindən hansı şəkildə bağlı olduğunu bilmək istəyirdiksə, COVİD-19 bunu özü göstərdi. Bu, oyanış üçün qlobal çağı-rışdır. Pandemiyanın dünyanın müxtəlif yerlərində tüğyan etdiyi bir zamanda heç kəs heç bir ölkədə, heç bir regionda özünü təhlükəsiz hiss etməyəcək. Mən əlaqələndirilmiş, çoxtərəfli yanaşmaya dəstək vermək üçün bu Zirvə görüşünü keçirdiyinə görə Qoşulmama Hərəkatının təşəbbüsünü alqış-layıram. Pandemiyanın məğlub edilməsi qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb edir. Lakin əgər

biz davamlı qlobal bərpanı görmək istəyiriksə, onda yeni və innovativ çoxtərəfli tərəfdaşlıq vacib olacaq. BMT səviyyəsində cavab tədbirlərinin əlaqələndirilməsinə və qlobal miqyasda atəşkəs çağırışlarına gəldikdə, Avropa İttifaqı BMT-nin Baş katibinin göstərdiyi səyləri tam dəstəkləyir. Bu, münaqişələrin qarşısının alınması, sülh qurucu-luğu və onun möhkəmləndirilməsi baxımından sülh və təhlükəsizlik gündəliyinin yenidən can-landırılması üçün fürsətdir. Aztəminatlı əhali üçün humanitar yardıma çıxış əlyetən olmalıdır.

Ümumdünya Səhiyyə Təşkilatı virusun yayıl-masının qarşısının alınmasında çox mühüm rol oynayır. Avropa İttifaqı dünyada fövqəladə səhiyyə vəziyyətinin yarandığı dövrdə çoxtərəfli sistem daxilində Ümumdünya Səhiyyə Təşkilatının rolunu dəstəkləmək və qorumaq üçün lazımi resursları səfərbər etməkdə davam edəcək. Digər ölkələrdən və regional qruplardan dəstək almaq üçün mayın 18-də Dünya Səhiyyə Məclisində COVİD-19-la bağlı qətnaməmizin layihəsinin təkan gücündən istifadə ediləcək. Mən bu təklifin dəstəklənməsi üçün burada bu gün təmsil olunmuş ölkələrə müraciət edirəm.

Hazırkı pandemiyanın aradan qaldırılması və gələcək epidemiyalara müqavimətin qurulması bir-biri ilə yanaşı getməlidir. Biz Ümumdünya Səhiyyə Təşkilatının və digər qlobal səhiyyə təşkilatlarının hərəkətə keçmək çağırışlarını alqışlayırıq ki, təhlükəsiz, keyfiyyətli, səmərəli və əlçatan diaqnostikaya, müalicəyə və koronavirusa qarşı peyvəndlərə ədalətli, universal və bərabər çıxış formalaşdırılsın. Ümumiyyətlə, Avropa İttifaqı və onun üzv dövlətləri Ümumdünya Səhiyyə Təşkilatının ən iri donorlarıdır. Avropa İttifaqı təkcə

2019-cu ildə təşkilata 146 milyon avro ayırmışdır. Biz Ümum-dünya Səhiyyə Təşkilatına maliyyə dəstəyini gücləndiririk. Av-ropa İttifaqı bu gündən – 4 maydan etibarən 7,5 milyard avro həcmində vəsaitin toplanılması üçün digər qurumlara qoşulur.

Təxirəsalınmaz ictimai səhiyyə çağırışları ilə bərabər, beynəlxalq cavab tədbirləri insanları diqqətdə saxlamalı, bərabərsizlik aradan qaldırılmalı və hamı üçün insan hü-quqlarını müdafiə etməlidir. Biz qlobal nəqliyyat və ticarət sistemində işin pozulmalarını minimal həddə salmalıyıq və ixraca məhdudiyyətlər tətbiq etməməliyik. Xüsusən də ərzaq və tibb ləvazimatlarında təchiz xəttində ümumi düs-turdan istifadə etməliyik. Əvvəlcə söylədiyim kimi, bu pan-demiya sərhəd tanımır. Bizim Avropada faciəvi surətdə ilkin təcrübəmiz olub. Biz bütün Avropa İttifaqı ölkələrində bu böhranın yaratdığı ciddi sosial və iqtisadi itkiləri aradan qal-dırmalıyıq. Bununla belə, bu, bizi pandemiyaya qarşı qlobal mübarizəyə böyük töhfənin verilməsində çəkindirməli deyil və çəkindirmir.

Bizim “Avropa heyəti” adlı paketimiz tərəfdaş ölkələrə dəstək verəcək və xüsusən də Afrikada ən zəif ölkələrə bu günə qədər 20 milyard avrodan çox vəsait verilib. Bu gün sizin məqsədiniz üzv ölkələr arasında əsas ehtiyaclar və tələblər üzrə məlumat bazasının qurulmasından ibarətdir. Həmin məqsəd mümkün qədər səmərəli şəkildə Avropa İttifaqının bu baxımdan səylərinin təmin edilməsinə yardımçı ola bilər. Biz insan sağlamlığının və planetimizin durumunun bir-biri ilə necə bağlı olduğunu və mövcud bərabərsizliklərin bizi daha da zəiflətdiyini anlamağa başlayırıq. Bir sözlə, gəlin, bun-dan özümüz üçün dərs götürək. Aydındır ki, biz daha çox iş görməliyik. İndi heç zaman görünmədiyi kimi, biz 2030-cu ilə olan Gündəliyin tam icrasına və iqlim dəyişikliyi ilə bağlı “Paris sazişi”nə gəldikdə ümumi səylərimizə diqqət yetirməliyik.

Gəlin, bu fürsətdən istifadə edək ki, sabahın dünyası daha mükəmməl olsun. Müxtəlifliyin zənginliyini özündə tərənnüm edən dünya mövcud olsun. Vətəndaşlarımız və planetimiz qorunsun. Biz birlikdə daha səmərəli ola bilərik. Bunu nüma-yiş etdirmək bizim məsuliyyətimizdir.

Pandemiyaya qarşı birgə mübarizənin aparılması bərpa mərhələsində və pandemiyadan sonra daha səmərəli dün-yanın qurulmasında daha güclü, çoxtərəfli əməkdaşlıq üçün əsas yol olacaq. Biz Avropa İttifaqı olaraq, bu məqsədlə bütün tərəfdaşlarla işləməyə hazırıq və işləməyi arzulayırıq.

* * *Sonra Əfqanıstan İslam Respublikasının Prezidenti

Məhəmməd Əşrəf Qani, Əlcəzair Xalq Demokratik Respub-likasının Prezidenti Abdelmacid Tebbun, Kuba Respublikası-nın Prezidenti Migel Diaz-Kanel, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, İndoneziya Respublikasının Prezidenti Coko Vidodo, İran İslam Respublikasının Prezi-denti Həsən Ruhani, Mavritaniya İslam Respublikasının Pre-zidenti Məhəmməd uld Qazuani, Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa, Nigeriya Federativ Respublikasının Prezidenti Muhammadu Buhari, Pakistan İslam Respublikası-nın Prezidenti Arif Alvi, Fələstin Dövlətinin Prezidenti Mah-mud Abbas, Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksa, Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan, Cənubi Afrika Respublikasının Prezidenti Siril Rama-fosa, Toqo Respublikasının Prezidenti Faure Qnassinqbenin müraciətini oxuyan bu ölkənin Səhiyyə və İctimai Gigiyena naziri Mustafa Mljiyava, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Venesuela Bolivar Respublikasının Pre-zidenti Nikolas Maduro, Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva, Namibiya Respublikasının Vitse-pre-zidenti Nanqolo Mbumba, Belarus Respublikasının Baş naziri Sergey Rumas, Efiopiya Federativ Demokratik Respubli-kasının Baş naziri Abiy Əhməd, Hindistan Respublikasının Baş naziri Narendra Modi, Malayziyanın Baş naziri Muhiddin Yassin, Nepal Federativ Demokratik Respublikasının Baş na-ziri Şarma Oli, Vyetnam Sosialist Respublikasının Baş naziri Nquyen Xuan Fuk, Bəhreyn Krallığının Baş nazirinin müavini Şeyx Məhəmməd Bin Mübarək Əl Xəlifə, Banqladeş Xalq Respublikasının Xarici İşlər naziri Abdul Momen, Qambiya Respublikasının Xarici İşlər naziri Mamadou Tanqara, Qana Respublikasının Xarici İşlər və Regional İnteqrasiya naziri Şirli Ayorkor Botçvey, Küveyt Əmirliyinin Xarici İşlər naziri Əhməd Nasir Əl-Məhəmməd Əl-Sabah, Mavriki Respublika-sının Xarici İşlər naziri Nankoomar Bodha, Mərakeş Krallı-ğının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Nasser Bourita, Uqanda Respublikasının Xarici İşlər naziri Sam Kahamba Kutesa, İordaniya Haşimilər Krallığının Baş Nazirlik üzrə Dövlət naziri Sami Davud çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşünə yekun vurdu.

(ardı 3-cü səhifədə)

Page 3: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

5 may 2020-ci il, çərşənbə axşamı 3

Rumıniyanın AGERPRES agentliyi Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatındakı

Zirvə görüşü barədə məlumat yayıb

Rumıniyanın AGERPRES xəbər agentliyi Azərbaycan

Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olun-muş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşün barədə geniş məlumat yayıb.

Məqalədə qeyd olunub ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olundu-ğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avro-pa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilir. Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçı-larının qatıldıqları video-konfransda BMT-nin baş katibi, BMT Baş Assam-bleyasının prezidenti, Afrika

İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi də iştirak ediblər.

Bundan əlavə bildirilib ki, Azərbaycan Respubli-kasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şu-rasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının video-konfrans vasitəsilə fövqəladə

Zirvə görüşü də keçirilib. Türk Şurası dünyada dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görü-şü keçirən ilk beynəlxalq təşkilatdır.

İqbal HACIYEV, AZƏRTAC-ın

xüsusi müxbiri

Buxarest

Misir mətbuatı Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş

Zirvə görüşünə geniş yer ayırıb

Rəsmi MENA informasiya agentliyi, “Youm7”, “Axbarelyoum”, “Aldiplomacy” və digər mətbuat orqanlarında bu mühüm tədbir haqqında məqalələr, dövlət başçısı Əbdülfəttah əs-Sisinin çıxışı dərc edilib. Bundan başqa, Misir Prezidentinin Zirvə görüşündə iştirakı ilə bağlı videomaterial “Axbarelyoum” nəşrinin “YouTube” kanalında da yerləşdirilib.

Materiallarda qeyd olunub ki, Misir Pre-zidenti yeni növ koronavirusun hamı üçün təhlükə törətdiyi bir vaxtda mühüm Zirvə görüşünün keçirilməsi kimi nəcib təşəbbüsə görə Azərbaycanın dövlət başçısı, Qoşulma-ma Hərəkatının sədri İlham Əliyevə və Birin-ci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib, ölkəmizin rəhbərliyini müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. O, həmçinin koronavirusdan

həyatını itirənlərin ailələrinə başsağlığı verib, xəstələrə tezliklə şəfa tapmalarını arzulayıb.

Pandemiyanın ciddi sosial, iqtisadi və siyasi fəsadlarını xatırladan Əbdülfəttah əs-Sisi vurğulayıb ki, Zirvə görüşündə ifadə edilən qlobal həmrəylik çağırışı olduqca mü-hümdür. O, Misirin Qoşulmama Hərəkatının təsisçilərindən biri olduğunu xatırladaraq, bu qrupun koronavirus pandemiyasının qarşısının alınmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Misirin dövlət başçısı bu məqsədlə zəruri tibbi və profilaktik materialların təmini, koronavirusa qarşı vaksinin və dərmanların hazırlanması üçün maliyyə vəsaitinin ayrılması, inkişaf etməkdə olan ölkələrə, xüsusən Afrika qitəsi dövlətlərinə yardım edilməsi, onların borcla-rının təxirə salınması, pandemiyanın ərzaq təhlükəsizliyinə mənfi təsirinin azaldılması təkliflərini səsləndirib.

Azərbaycanın dövlət başçısına bir daha təşəkkürünü bildirən Əbdülfəttah əs-Sisi əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin sədrliyi dövrü Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə nail olunması istiqamətində uğurlu mərhələ olacaq.

Oqtay BAYRAMOV, AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

PREZIDENT ILHAM ƏLIYEVIN YEKUN ÇIXIŞI– Mən bütün çıxışçılara

təşəkkür edirəm. Gündəliyimizin növbəti müddəasına keçirik. Bu da Yekun Bəyannaməmizin qəbul edilməsidir. Bəyannamə artıq razılaşdırılıb. Bu səbəbdən, Bəyannaməni bununla da qəbul olunmuş hesab edirik. Konstruk-tiv iştiraka və Bəyannamənin qəbulunda göstərdiyiniz münasibətə görə təşəkkür edirəm.

Hörmətli tədbir iştirakçıları, bizim dəvətimizi qəbul edərək Zirvə görüşündə iştirak etdiyinizə görə sizin hamınıza bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm.

Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir.

Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır.

Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir.

Eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırıl-ması məqsədilə pandemiyadan

sonrakı dövr üçün iqtisadiy-yat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə

səylərimizi daha da artırmağı-mız faydalı olardı. Zirvə görüşü Qoşulmama Hərəkatının digər

beynəlxalq təsisatlar və dünya birliyi ilə əməkdaşlığa hazır oldu-ğunu göstərdi. Hesab edirəm ki,

müzakirələrimiz həm də Təmas Qrupu formatının səmərəli bir mexanizm olduğunu nümayiş etdirdi. Gələcəkdə Təmas Qru-punun tematik alt işçi qrupları da təsis edilə bilər.

Bir daha əminliyimi bildirmək istərdim ki, biz birlikdə pandemi-yaya qalib gələcəyik.

Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü-nü bağlı elan edirəm. Təşəkkür edirəm!

* * *Qeyd edək ki, Qoşulmama

Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilib.

Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanda keçirilib. Üzv dövlətlərin yekdil dəstəyi və razılığı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədrliyini Azərbaycan Res-publikası öz üzərinə götürüb. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama

Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşul-mama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının vi-deokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koro-navirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir.

Beləliklə, Azərbaycan nəinki milli səviyyədə COVİD-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koro-navirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

AZƏRTAC

Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə Bəyannamə qəbul edilib

� Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşünün yekununda Bəyannamə qəbul edilib. AZƏRTAC Bəyannaməni təqdim edir.

COVİD-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşünün

BƏYANNAMƏSİ4 may 2020-ci il

2020-ci il mayın 4-də COVİD-19 pandemiyasının misli görünməmiş təsirləri ilə mübarizədə qlobal səylərə səmərəli töhfə vermək məqsədilə Azərbaycan Respub-likasının Prezidenti, Qoşulma-ma Hərəkatının sədri Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda COVİD-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə videokonfrans formatında görüşən biz – dövlət və hökumət başçıları

1. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və Qoşulmama Hərəkatının təsis sənədlərinin məqsədlərinə, prinsiplərinə və müddəalarına güclü sadiqliyimizi bir daha bildiririk.

2. BMT Baş Assambleyasının “2019-cu ilin koronavirus xəstəliyi ilə mübarizədə qlobal həmrəylik” adlı A/RES/74/270 və “COVİD-19-a qarşı dərman, peyvənd və tibbi avadanlıq-lara qlobal əlçatanlığı təmin etmək üçün beynəlxalq əməkdaşlıq” adlı A/RES/74/274 nömrəli qətnamələrin qəbulunu alqışlayırıq.

3. COVİD-19 pandemiyası ilə mübarizədə BMT Baş katibinin plan-larına və təşəbbüslərinə tam dəstək ifadə edirik.

4. 2020-ci ilin 25 mart tarixli “COVİD-19 pandemiyası” və 2020-ci

ilin 9 aprel tarixli “Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və onun Baş direktoruna dəstək” adlı Qoşul-mama Hərəkatının Əlaqələndirici Bü-rosunun kommunikelərini xatırladırıq.

5. Bəşəriyyət üçün ciddi prob-lem olan və birlik, həmrəylik və yenilənmiş çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal reaksiya tələb edən COVİD-19-un sürətlə yayılma-sından ciddi narahatlıq ifadə edirik.

6. Pandemiyanın misli görünməmiş təsirlərini, o cümlədən, cəmiyyətlərə və iqtisadiyyatlara, eləcə də qlobal səyahətə və ticarətə ciddi zərər verdiyini və insanların yaşayışı-na dağıdıcı təsirini tanıyırıq.

7. Həmçinin pandemiya nəticəsində ən yoxsul və ən kövrək təbəqələrin ağır şəkildə zərər çəkdiklərini və böhranın təsirinin çətinliklə əldə edilmiş inkişaf nailiyyətlərinin üstündən xətt çəkəcəyini və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olacağını qəbul edirik.

8. Mərkəzində Birləşmiş Millətlər Təşkilatı olmaqla multilateralizmə dəstəyimizi bir daha ifadə edir, BMT-nin Nizamnaməsindən və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən qaynaqlanan beynəlxalq əməkdaşlıq və multilate-ralizm dəyərlərinin qorunub saxlan-masının və möhkəmləndirilməsinin BMT-nin 3 sütununun – sülh və təhlükəsizlik, inkişaf və insan hüquq-

larının təşviqi və dəstəklənməsində fundamental olduğunu qəbul edirik.

9. Dövrümüzün ən böyük huma-nitar böhranı və fövqəladə səhiyyə vəziyyəti olan COVİD-19 pande-miyası səbəbindən getdikcə artan problemlərə beynəlxalq ictimaiyyətin səmərəli cavabını təmin etmək məqsədilə məsləhət, təlim, avadanlıq və insan həyatını xilas edən xidmətlər də daxil olmaqla ön xətdə hazırda oynadığı kritik rol və rəhbərliyi tanı-yaraq ÜST və onun rəhbərliyinə tam dəstəyimizi ifadə edirik.

10. Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini milli, regional və beynəlxalq səviyyələrdə bu bəlaya qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlıqlarını möhkəmləndirməyə çağırırıq.

11. Xüsusi vurğulayırıq ki, bu tip qlobal fövqəladə vəziyyət qarşı-sında həmrəylik ruhu səylərimizin mərkəzində olmalıdır və dərman vasitələri, tibbi avadanlıq və material-lar, qidaya, təcrübə mübadiləsinə eh-tiyacı olan insanların təmin edilməsi istiqamətində həmrəyliyin və başqa-larının ehtiyacına laqeyd qalmamaqla əməkdaşlığın üstün gəldiyi yerdə yüksək səviyyəli etik və humanist yanaşma tələb olunur.

12. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq Hərəkata üzv dövlətlərə qarşı tətbiq olunan birtərəfli məcburiyyət tədbirlərinin elan olunması və tətbiq edilməsini kəskin şəkildə pisləyir, beynəlxalq hüquqa uyğun ola-raq belə tədbirlərdən zərər çəkən dövlətlərə dəstəyimizi ifadə edir və beynəlxalq ictimaiyyəti COVİD-19 pandemiyasına milli cavabların səmərəliliyini təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ya beynəlxalq hü-ququn prinsipləri ilə ziddiyyət təşkil edən belə tədbirlərin istifadəsinin ləğv edilməsi istiqamətində təcili və

səmərəli tədbirlərin qəbul edilməsinə çağırırıq.

13. Məlumat, elmi bilik və ən yaxşı təcrübə mübadiləsi ilə və ÜST tərəfindən tövsiyə olunan müvafiq qaydaları tətbiq etməklə, pande-miyanın nəzarətdə saxlanması, azaldılması və məğlub edilməsi üçün intensivləşdirilmiş beynəlxalq əməkdaşlığa çağırırıq.

14. Üzv dövlətlərin iqtisadiyyatla-rına pandemiyanın mənfi təsirlərinin qarşısını almaq üçün birgə səylərin göstərilməsinin vacibliyini vurğula-yırıq.

15. COVİD-19 nəticəsində yaxın-larını itirmiş ailələrə dərin hüznlə baş-sağlığı verir və hazırda COVİD-19 ilə mübarizə aparan və müalicə olunan bütün insanlarla həmrəy olduğumuzu bildiririk.

16. Tibbi heyətin və səhiyyə işçilərinin bu humanitar fövqəladə vəziyyətdə böyük töhfələrinə və fədakarlıqlarına görə minnətdarlığımızı bildiririk.

17. Sədrlik tərəfindən mümkün dəstək və kömək üçün bütün do-nor ölkələrə, beynəlxalq humanitar təşkilatlara, beynəlxalq maliyyə institutlarına, sosial məsuliyyət layihələri həyata keçirən transmilli özəl təsisatlara və başqalarına təqdim olunacaq Qoşulmama Hərəkatı üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələbatlarını ehtiva edən məlumat bazasının işlənməsi məqsədilə Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılmasını qərara aldıq.

18. Bu vaxtında və dəyərli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycan Res-publikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri Zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

AZƏRTAC

OPERATİV QƏRARGAH: Azərbaycanda koronavirusa 52 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq evə buraxılıb

� Azərbaycan Respublikasında 52 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Nazirlər Kabineti yanında

operativ qərargahdan bildirilib ki, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəkərli diabet, xronik

ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus

infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama

Hərəkatının Təmas Qrupu forma-tında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü Misir mətbuatının diqqət mərkəzindədir.

Page 4: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

5 may 2020-ci il, çərşənbə axşamı4

Bununla belə, virusa yoluxan-ların, həyatını itirənlərin sayı gün-bəgün artır. Saatbasaat dəyişən rəqəmlər insanlığın üzləşdiyi böyük çağırışdan, milyonların faciəsindən xəbər verir. İtkilər fərqlidir – hər qitəyə, hər ölkəyə, hətta hər şəhərə görə dəyişir. Rəqəmlərin müqayisəsi ölkələr üzrə virusla mübarizənin səmərəliliyini ortaya qoyur. Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir.

Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq vaxtında qəbul edilən düzgün qərarlar itkiləri minimuma endirməyə imkan yaradıb. Dövlət əhalinin ən müxtəlif təbəqələrinə maksimum sosial dəstək göstərir. Təsadüfi deyil ki, Azərbaycan koro-navirusa qarşı mübarizə tədbirləri-nin effektivliyi ilə seçilən ölkələr sırasında yer alıb.

Söhbətimiz dünyanı sarsıdan COVİD-19 barədə, Azərbaycan Prezidentinin və dövlətimizin pan-demiyaya qarşı mübarizə strate-giyası, həmçinin yaşadığımız çətin günlərin bu və digər mühüm məqam ları haqqındadır.

Dünyanı sarsıdan yüz günÖlkəmizdə pandemiya şəraitində

atılan addımları, Prezidentin problemə strateji yanaşmasının üstünlüklərini realistcəsinə qiymətləndirmək üçün, təxminən, son 100 gün ərzində dünyada və məmləkətimizdə cərəyan edən hadisələrə nəzər salmağa ehtiyac var. Yəni qlobal problem özünə qlobal prizmadan baxış tələb edir.

Dekabrın 31-də yeni koronavirusun törətdiyi xəstəlik barədə ilk informasiya yayıldı. Bu xəstəlik çox keçmədən epidemiyaya çevrilsə də, dünya nə baş verdiyinin fərqində deyildi. Amerikada, Avropada elə güman edirdilər ki, virusun onlara əli çatmaz. Dünya sanki bir anlığa qloballaşdığını unutdu və bu, ona çox baha başa gəldi. Söhbət artıq 3,5 milyondan çox yoluxmadan, 250 minə yaxın itirilmiş insan həyatından gedir. Virusun yayılmağa başlamasından ötən dövrü sözün birbaşa mənasında dünyanı sarsıdan günlər adlandırmaq olar. Yüz günə yaxındır ki, insanın virusla amansız çarpışması gedir və bunun nə vaxt bitəcəyini hələlik heç kəs dəqiq bilmir.

Bu yüz gündə nələr baş verdi, hansı mənzərələrin şahidi olduq?

Həyəcan təbili ilk olaraq yanvarın ortalarında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən çalındı. Bəzi ölkələr dərhal hərəkətə keçdi. Bəziləri buna ciddi yanaşmadı. Maraqlıdır ki, koronavirusla bağlı ən ağır vəziyyət fövqəldövlət olan ABŞ-da, öz səhiyyə sistemi ilə öyünən Avropada müşahidə olunur. Dünya üzrə yoluxmaların və ölüm hallarının böyük əksəriyyəti “varlı” Qərbin payına düşür. Paradoks olsa da, reallıq belədir. Almaniyanın populyar nəşrlərindən birinin gəldiyi qənaət diqqət çəkir: Avropa müharibədən sonra ən böyük sınaqla üzləşib. O, uğursuzluq ardınca uğursuzluğa düçar olur. Əgər belə getsə, Avropa İttifaqı dağıla bilər.

Hər bir dövlətin pandemiya ilə bağlı öz siyasəti, necə deyərlər, “milli” yanaşması var. Kim harada səhvə yol verdi, kim tədbir görməkdə gecikdi, yaxud problemi ciddiyə almadı? Bu kimi suallara cavab verməyi zamanın öhdəsinə buraxaraq, məsələnin insani tərəflərinə, ürək ağrıdan mənzərələrə nəzər salmaq istərdik. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciətində qeyd etdiyi bir fikri xatırlamaq yerinə düşər: “Özgə dərdi olmur. Ağrı və iztirablar sərhəd tanımır”.

Mehriban xanımın təbirincə desək, “səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə, epidemiyanın yayılmasının qarşısını ala bilmədilər”. Doğrudan da, xəstəlik o qədər sürətlə yayılır ki, istənilən ölkənin səhiyyə sistemini çökdürə bilər. İnkişaf etmiş bəzi ölkələrdə xəstəxanaların dolub-daşdığının, xəstələrin dəhlizlərdə yerləşdirildiyinin, müalicə imkanlarının tükəndiyinin şahidiyik. Elə ölkələr oldu ki, xəstələr arasında seçim etmək məcburiyyətində qaldı. Qocalar evlərində yüzlərlə insan taleyin hökmünə buraxıldı.

Təbii ki, vəziyyət bu cür nəzarətdən çıxsaydı, bizi də oxşar aqibət gözləyə bilərdi. Üstəlik virus artıq qonşuluğumuza gəlib çatmışdı. Gediş-gəlişin gur olduğu sərhəd bölgələrində epidemiya hər an alovlana bilərdi.

Azərbaycan hökumətinin həmin vaxt və sonradan atdığı addımlar, qəbul edilən qərarlar göstərdi ki, vəziyyət gecə-gündüz Prezidentin

nəzarətindədir. O, hadisələrin gedişini diqqətlə izləyir, risklər öyrənilir və dəqiq qiymətləndirilir.

Mərkəzində insan həyatı dayanan müdrik strategiya

həm də Azərbaycan həkiminə inamı qaytardıKoronavirusla mübarizəni bəzən

müharibə ilə müqayisə edirlər. Hər bir müharibədə sərkərdənin döyüş strategiyası və dəqiq taktikası olur. İndiki halda isə bu çətindir: bir tərəfdən düşmən gözə görünmür, digər tərəfdən vəziyyət çox sürətlə dəyişir.

Bu mürəkkəbliyə baxmayaraq, Prezident İlham Əliyevin problemə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları əsas məqsədə– virusun yayılmasının qarşısının alınmasına və yoluxma zəncirinin qırılmasına gətirib çıxardı. “Bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”,– deyən Azərbaycan Prezidentinin siyasəti pandemiyanın ilk günündən buna hədəflənmişdi. Sərt və qabaqlayıcı tədbirlər nəticəsində vəziyyəti çox keçmədən nəzarətə almaq mümkün oldu. Yoluxanlarla sağalanların say nisbətində müsbət dinamika yarandı. Azərbaycan səhiyyəsi, o cümlədən, tibb işçiləri çətin sınaqdan çıxmaq iqtidarında olduqlarını nümayiş etdirdi.

Koronavirus xəstələri əksəriyyəti son illərdə tikilmiş 20-dən çox dövlət xəstəxanasında mükəmməl müalicə alıb və almaqdadır. Epidemiyanın tüğyan etdiyi günlərdə 575 çarpayılıq ən müasir “Yeni klinika”nın açılması, Sumqayıt Kimya Sənayesi Parkında gündə 250 min tibbi maska istehsal edən müəssisənin işə salınması böyük üstünlüyümüz oldu. Hazırda Prezidentin göstərişi ilə modul tipli 10 xəstəxana inşa olunur. Bu xəstəxanaların işə düşməsi 2 min əlavə çarpayı deməkdir. Mart ayında istifadəyə verilmiş 1000 çarpayını, bu gün fəaliyyət göstərən 18 laboratoriyanı, həkimlərimizin yüksək peşəkarlığını və fədakarlığını da buraya əlavə etsək, səhiyyə sistemimizin bugünkü mənzərəsi və görülmüş işlərin miqyası tam aydınlaşar.

Müharibə termini ilə desək, bu gün ön cəbhədə vuruşan səhiyyə işçiləridir – həkimlər, tibb bacıları, sanitarlar, laborantlar və başqalarıdır. İnsan həyatı uğrunda mübarizədə yüksəkixtisaslı səhiyyə işçilərindən ibarət böyük bir ordu iştirak edir. İxtisasca həkim olan Birinci vitse-prezident Mehriban Əliyevanın “Instagram” səhifəsində paylaşdığı fikirlər fədakar tibb işçilərinin əməyinə verilən yüksək qiymət kimi diqqət çəkir: “Bu günlərdə biz həkim peşəsinin niyə müqəddəs missiya adlandırıldığını yenidən dərk edirik. Bu peşə həqiqətən də həmişə dərin zəka və yüksək bacarıq tələb edib. Amma bu gün bizim tibb işçilərimizdən həm də böyük şəxsi cəsarət tələb edir. Onlar bu çətin sınaqdan şərəflə çıxırlar”.

Azərbaycanın COVİD-19 xəstəli-yinin müalicəsinin öhdəsindən bacarıqla gəldiyini yoluxma və ölüm hallarının müqayisəsində aydın görmək olar: İndiyədək koronavi-rusa yoluxmuş 1932 nəfərin 1441-i sağalıb, cəmi 25 ölüm halı qeydə alınıb. Hər iki göstərici üzrə istər ən yaxın qonşularımız – İran, Rusiya və Türkiyə, istərsə də ən çox inkişaf et-miş Avropa ölkələri – İtaliya, İspani-ya, Fransa, Böyük Britaniya, Belçika ilə müqayisədə qat-qat yaxşı vəziy-yətdəyik. Azərbaycan əhali sayına nisbətdə yoluxma və ölüm hallarının ən aşağı səviyyədə olduğu nadir ölkələrdən biridir.

Prezidentimizin uzaqgörənliyi, müdrik qərarları, riskləri düzgün dəyərləndirməsi, xalqımızın həm-rəyliyi hadisələrin ən pis yöndə inki-şaf etməsinin qarşısının alınmasına vəsilə oldu və Azərbaycan həkiminə olan inamı qaytardı.

Müdrik qərarlar və epidemiya riskinin önünə

keçən milli həmrəylikSon 100 ildə bu miqyasda pan-

demiya görünmədiyindən, təbii ki, ona qarşı mübarizə vasitələri və təcrübəsi də yoxdur. Belə vəziy-yətdə necə hərəkət etməli, nədən başlamalı? Hər bir ölkə bu suala öz-özlüyündə cavab axtarır, öz siyasəti-ni formalaşdırır.

İlk vaxtlar ölkədən-ölkəyə dəyi-şən fərqli yanaşmalar görürdük. Bəzi Avropa ölkələrində hesab edirdilər ki, nə qədər insan yolu xur-yoluxsun, səhiyyə sistemi bunun öhdəsindən gələcək. Yaxud Böyük Britaniya əhalinin virusa kütləvi yoluxması ilə “milli” immunitet ya-ranacağını düşünür, adi qaydada yaşamaqda davam edirdi. Ümum-dünya Səhiyyə Təşkilatının həyəcan

təbili çalmasına, təhlükənin ildırım sürətilə yaxınlaşmasına əhəmiyyət verməyən İtaliya və İspaniyada min-lərlə futbol fanatı virusu şəhərdən-şəhərə, ölkədən-ölkəyə daşıyırdı.

Məsələnin ciddiyə alınmaması, ləngimələr, hökumətlərlə cəmiy-yətlər arasında fikir ayrılıqları acı nəticələrə gətirib çıxardı. Bugünkü qlobal tablo çox kədərlidir: ABŞ – 1 milyon 188 min yoluxma və 68 min 602 ölüm; İtaliya müvafiq olaraq 210 min və 28 min 884; Böyük Britaniya 186 min və 28 min 446; İspaniya 247 min və 25 min 264; Fransa 168 min və 24 min 895 nəfər... Yaxud Avropanın mərkəzi olan Belçika əhalinin hər 100 min nəfərinə düşən koronavirus qurbanlarının sayına görə dünyada birinci yerdədir.

Parlaq təcrübələr də mövcuddur və bu sırada ən çox Cənubi Ko-reyanın, Yaponiyanın, Sinqapurun, elə Çinin özünün adı çəkilir. Bu siyahıya tam haqlı olaraq Azər-baycan da əlavə edilə bilər. Bizim ən böyük üstünlüyümüz virusla iki cəbhədə eyni qətiyyətlə mübarizə aparmağımızdır. Belə ekstremal vəziyyətlərdə sağlamlıq və sosial müdafiə amilləri gərək bir-birini qoşa qanad kimi tamamlasın. Prezident İlham Əliyevin siyasəti məhz bu yöndədir. Dövlətimizin başçısının dərin bilikləri, erudisiyası və uzaqgörənliyi qəbul edilən qərar-ların, atılan addımların ardıcıllığını, sistemliliyini, effektivliyini şərtləndi-rir. Azərbaycanın koronavirusla mübarizədə qazandığı üstünlüyü ilk olaraq burada axtarmaq lazımdır. Hadisələrin gedişinə və yığcam xronologiyaya nəzər salsaq mətləb öz-özlüyündə aydın olacaq.

Yanvarın 29-da Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının rəhbəri belə bir bəyanatla çıxış etdi: “Bütün dünya hazır olmalıdır. Bütün dünya hərəkətə keçməlidir və episentrdən və ya digər mərkəzdən meydana çıxacaq vəziyyətə cavab verməlidir”.

O vaxt virus yenicə yayılmağa başlamış və hələ pandemiya elan olunmamışdı. Lakin hadisələrin sonrakı gedişi göstərdi ki, bir çox ölkələrin liderlərindən fərqli olaraq Prezident İlham Əliyev o vaxtdan Vətənini və xalqını bu müdhiş bəladan necə qorumaq barədə düşünür, planlar cızırdı. Belə ki, Baş nazirin sədrliyi ilə yanvarın 28-də hökumət komissiyası yaradıldı və iki gün sonra müvafiq fəaliyyət planı təsdiqləndi.

İranda koronavirusa ilk yoluxma barədə xəbər fevralın 19-da gəldi və həmin vaxtdan etibarən Biləsuvar və Astara sərhəd-keçid məntəqələrində buraxılışın yeni qaydaları tətbiq olunmağa başlandı, məhdudiyyətlər vəziyyətdən asılı olaraq getdikcə sərtləşdirildi. Tərəflərin qarşılıqlı razılığına əsasən fevralın 29-da İranla, sonrakı günlərdə isə qonşu Gürcüstan, Türkiyə və Rusiya ilə sərhədlər bağlandı. Azərbaycan öz sərhədlərini bağlayan ilk ölkələrdən biri oldu.

İlk vaxtlar xəstəlik ölkəyə xaricdən gələn insanlarda müşahidə olunurdu və bir müddət sonra daxildə yoluxma halları üzə çıxdı. Bundan sonra bütün qüvvələr və resurslar gözəgörünməz düşmənlə mübarizəyə səfərbər edildi. Vəziyyəti vahid mərkəzdən idarə etmək və birgə fəaliyyət göstərmək məqsədilə fevralın 27-də Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı.

İlk addım olaraq martın 3-dən bütün təhsil müəssisələrində dərslər dayandırıldı (sonradan məlum oldu ki, Azərbaycan həmin vaxt dünya üzrə məktəbləri bağlayan ilk 12 ölkədən biri idi). Sonrakı günlərdə vəziyyətdən asılı olaraq ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq edildi,

xüsusi karantin rejimi elan olundu. Nəhayət, martın 30-da COVİD-19 infeksiyasının ölkəmizə geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edildi.

Zənnimcə, məhdudiyyətləri bir-bir sadalamağa və təfərrüata varmağa ehtiyac yoxdur. Bu günləri hər kəs öz həyatında yaşayıb və yaşamaqdadır. Önəmlisi odur ki, koronavirusa qarşı mübarizə tədbirləri səmərə verir və vəziyyət hər ötən gün yaxşılığa doğru dəyişir. Nəhayət, səbirsizliklə gözlənilən qərar verildi. Aprelin 27-dən və mayın 4-dən məhdudiyyətlər mərhələli şəkildə yumşaldılmağa başladı.

Əslində, bu cür fövqəladə vəziyyətlərdə çıxarılan qərar nə qədər mükəmməl və mühüm olsa da, işin yalnız bir tərəfidir. Yəni hökumətin öz sərt üzünü göstərməsi, sərbəst hərəkətə qadağa qoyulması birmənalı qarşılanmaya bilər. Bir qədər əvvəl ABŞ və bəzi Avropa ölkələrinin timsalında qeyd etdiyimiz epizodlarda cəmiyyətin iqtidarla həmrəy olmaması, karantin qaydalarını pozması öz mənfi, hətta faciəvi izlərini qoyub. Ölkəmizə gəlincə, fərqli, ürəkaçan mənzərəni görməmək olmaz. İnsanlar məhdudiyyət tədbirlərindən sıxılsa da, öz lideri, dövləti və hökuməti ilə həmrəylik nümayiş etdirir. Beləliklə, koronavirusla mübarizədə əsas silah olan sosial təcrid siyasəti uğurla reallaşır. Digər əsas hədəf vaxt qazanmaq idi və biz bunu da bacardıq. Nəhayət, tunelin sonunda işıq görünməyə başladı.

Qlobal təhlükəni ən az itkilərlə dəf edə bilməyimizin bir əsas şərti də bu oldu: xalq-iqtidar birliyi və hər cür virusdan güclü olan milli həmrəylik. Çətin sınaq daha bir həqiqəti ortaya qoydu: biz birlikdə güclüyük!

Virus üzərində tam qələbədən danışmaq hələ tez olsa da (bu, tibbin işidir, peyvənd tapılmasına bağlıdır), əminliklə demək olar ki, Prezident xalqını pandemiya risklərindən maksimum dərəcədə qoruya bildi.

Hər bir vətəndaşın yanında olan Prezident və

hər bir vətəndaşına sahib çıxan dövlət

Pandemiya vəziyyətində hər bir dövlətin qarşısında iki əsas seçim dayanır: insanların həyatını qorumaq və iqtisadiyyatı xilas etmək. Azərbaycan o ölkələrdəndir ki, iqtisadi riskləri nəzərə almadan və tərəddüd etmədən birinci variantı seçdi. Bununla da sosial dövlət olduğunu bir daha təsdiqlədi.

Sirr deyildi ki, məhdudlaşdırıcı tədbirlər iqtisadi inkişafa böyük zərbə vuracaq, büdcə gəlirləri azalacaq. Digər tərəfdən, Prezident karantin rejimindən zərər çəkən insanları, xüsusən kiçik sahibkarları, muzdla çalışanları, işsizləri və əhalinin digər həssas təbəqələrini düşünürdü. İnsanlar əmin idilər ki, hər zaman vətəndaşın yanında olan Prezident bu dəfə də onları tək qoymayacaq.

Belə də oldu. Hər bir vətənda-şına sahib çıxan dövlət çox mühüm iki dəstək paketi təqdim etdi.

Bu haqda söhbəti davam etdirməzdən əvvəl epidemiya dövründə əhalinin sosial müdafiəsi sahəsində görülən tədbirləri ardıcıllıqla nəzərdən keçirək. Martın 19-da Prezident İlham Əliyev pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa, sahibkarlıq subyektlərinə təsirinin azaldılmasını nəzərdə tutan sərəncam imzaladı. Çox geniş

spektrli sərəncama əsasən yuxarıda qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı. Həmçinin pandemiyanın ölkə həyatının ayrı-ayrı sahələrinə təsirini qiymətləndirmək və təkliflər hazırlamaq üçün İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlərinin və Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə dörd işçi qrup yaradıldı. Pandemiyanın yaxın və orta müddətdə biznes mühitinə təsirini azaltmaq, iqtisadi artımın davam etməsini dəstəkləmək, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyənləşdirmək, sahibkarlıq subyektlərinə dövlət dəstəyi göstərmək, makroiqtisadi sabitliyi qoruyub saxlamaq istiqamətində və digər istiqamətlərdə təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim olundu. Hökumətin sonrakı qərarları bu təkliflər əsasında qəbul edildi.

Sərəncamda məşğulluq və əhalinin sosial müdafiəsi məsələsinə xüsusi yer ayrılıb. Nəticədə pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi, həmçinin yaxın və orta müddətdə məşğulluq tədbirləri gücləndirilib.

Dövlət başçısının müvafiq sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında yuxarıda qeyd olunan istiqamətlər üzrə 10 tədbir əksini tapıb. Bu tədbirlərin 2,5 milyon insanı əhatə etməsi sosial dəstəyin indiyədək görünməmiş miqyasından xəbər verir.

Bir neçə əsas məqama diqqət yetirək. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən çox işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib, sahibkarlara müraciət olunub. Qırx dörd min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq.

Əhalinin məşğulluq imkanlarının artırılması məqsədlə DOST İş Mərkəzi tərəfindən 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb.

Pandemiya nəticəsində işsiz qalan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə həyata keçirilir. Prezidentin tapşırığı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və aprel-may aylarını əhatə edəcək. Aprelin 1-dən ünvanlı sosial yardım alan ailələrin sayında 10 min artım olub. Ümumilikdə, 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramından faydalanır.

Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və hazırda digər dövlət dəstəyi mexanizmləri üzərində iş aparılır.

Təbii ki, sosial dəstək paketləri böyük xərc tələb edir, dövlət büdcəsi üçün böyük yükdür: vergi güzəştləri də daxil olmaqla 3,5 milyard manat. Dövlət bu xərci ciddi iqtisadi risklər fonunda çəkir. Əgər güclü iqtisadi imkanlar olmasaydı, sosial siyasəti uğurla aparmaq da mümkün olmazdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən inqilabi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixrac potensialının artırılması istiqamətində atılan addımlar nəticəsində ölkəmiz kifayət qədər güc toplayıb.

Təkcə bir neçə misal çəkmək yetər ki, son 15 ildə ümumi daxili məhsul 64 milyard manat artaraq 2019-cu ildə 81 milyard 681 milyon manata çatıb, yəni, beş dəfəyə yaxın çoxalıb. Bu ilin əvvəlinə ölkənin strateji valyuta ehtiyatları rekord həddə yüksələrək 52 milyard dollar təşkil edib. Valyuta ehtiyatları xarici borcu beş dəfədən çox üstələyir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir.

İqtisadiyyatı və maliyyə imkanları ildən-ilə artan Azərbaycan borc alan ölkədən, borc verən ölkəyə çevrilib. Pandemiya səbəbindən Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edən 150 ölkə arasında Azərbaycanın olmaması qürurvericidir. Azərbaycan bu çətin günlərdə pul üçün heç bir qapını döyməyib, əksinə, dost ölkələrə imkan daxilində yardım əli uzadıb.

Karantin rejiminin iqtisadiyyata mənfi təsirləri qaçılmazdır. Bu və digər risklərə baxmayaraq dövlət imkansız vətəndaşlara, zərər çəkmiş sahibkarlara yardım etməyi özünə borc bilir. Xalq da öz növbəsində bunu qiymətləndirir, dövlətinə

hamılıqla dəstək olur. Göstərilən diqqət və qayğıdan riqqətə gələn vətəndaşlardan Prezidentə minlərlə məktub ünvanlanır. Bir hissəsi AZƏRTAC-ın kanalları ilə yayılan məktublarda sadə insanlar minnətdarlıq hisslərini səmimi şəkildə ifadə edirlər. Onların alqış nidaları dövlətin koronavirusla mübarizəsinə kölgə salmaq istəyən marginal qrupların və radikal müxalifətin səsini eşidilməz edir.

Yeri gəlmişkən, koronavirus la mübarizədə zəfərə yaxınlaşmağı-mızda qarşılıqlı dəstək mühüm rol oynayır. Mənəvi və maddi dəstəyin bir-birini tamamlaması əlavə güc mənbəyidir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu sınaq günlərində xalqa müraciəti, “Ins-tagram” səhifəsində etdiyi səmimi paylaşımlar mənəvi dəstəyin parlaq nümunələridir. Mehriban xanım müdrik xalqımızın ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət kimi gözəl xüsusi-yyətləri sayəsində bu ciddi çağırışın öhdəsindən gələ biləcəyimizə əminliyini vurğulayır. Hər kəsi dövlət tərəfindən görülən tədbirlərin vacib-liyini birmənalı olaraq anlamağa, maksimum vətəndaş məsuliyyəti nümayiş etdirməyə səsləyərək deyir: “Məhz bu cür bir-birimizi qayğı ilə dəstəkləyərək, dözüm və anlayış göstərərək taleyin hökmü ilə üzləşdi-yimiz qorxunc sınaqdan üzüağ çıxıb koronavirus üzərində qələbədən sonrakı həyat üçün hər kəsi qoruya bilərik. Bu qələbə mütləq baş tuta-caq. Mən bu qələbəyə inanıram”.

Pandemiya ilə mübarizəyə qlobal töhfələr və örnək

ola biləcək təcrübəZaman belə bir həqiqəti

təsdiqləyir ki, pandemiya ilə mübarizədə ümumi düşmənə qarşı birlikdə vuruşan ölkələr qalib gələcək. Bu mənada, Azərbaycanın öncüllüyü diqqət çəkir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən Zirvə görüşü COVİD-19 ilə mübarizədə beynəlxalq və regional əməkdaşlığa ilk və ciddi çağırış oldu. Zirvə görüşünə qatılan dövlət başçıları Azərbaycan Prezidentinin bu məsələdə liderliyini yüksək qiymətləndirdilər. Türk Şurasının Zirvə görüşü bu çətin dövrdə ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın böyük önəm daşıdığını ortaya qoydu.

Azərbaycan Prezidenti, həmçinin Qoşulmama Hərəkatının təmas qrupu formatında “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənən və təqdir olunan bu təşəbbüs koronavirusa qarşı beynəlxalq əməkdaşlıq istiqamətində Azərbaycanın liderliyinin daha bir nümunəsidir.

Azərbaycan pandemiyadan əziy-yət çəkən ölkələrlə özünəməxsus həmrəylik nümayiş etdirir. Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya, İspaniya, ABŞ, Türkiyə, Gürcüstan və digər ölkələrin dövlət bayraqlarının, həmçinin beynəlxalq təşkilatların bayraqlarının proyeksi-ya olunması xeyirxah məram kimi rəğbətlə qarşılanıb.

Ölkəmiz pandemiyanın başlanğıcından Ümumdünya Səhiy-yə Təşkilatı (ÜST) ilə sıx əmək-daşlıq edir. Azərbaycan Təşkilata 5 milyon ABŞ dolları vəsait ayırıb. Vəziyyətin dəyərləndirilməsi üçün Azərbaycana gələn mütəxəssis-lərdən ibarət heyət ölkəmizdə pan-demiya şəraitində zəruri tədbirlər görüldüyünü bildirib, həmçinin müəyyən tövsiyələr verib. Daha

sonra ÜST bəyanat yayaraq Azər-baycanı koronavirusla mübarizə sahəsində nümunə kimi göstərib. ÜST-ün Baş direktoru Tedros Ad-hanom Qebreyesus Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirərək deyib: “Mən Azərbaycan Prezidentinin bu mübarizədə milli, regional və qlobal səviyyədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”.

Eyni zamanda, pandemiya ilə mübarizədə Azərbaycan modelinə artan marağı da görürük. Bu model və təcrübənin əsas üstünlüklərindən biri qəbul edilən qərarların icra me xanizminə malik olmasıdır. Prezidentin rəhbərliyi ilə dövlət strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərindən, hö-kumət üzvlərindən və mütəxəssis-lərdən ibarət komanda gecə-gündüz işləyir. Biz bu gün ciddi məhdudiy-yətlər və dövlətin sərt üzü ilə yanaşı, Prezidentin huma nistliyini və qayğıkeşliyini bir arada görürük ki, bu da çox önəmlidir.

Azərbaycan bir çox ölkələrdən qabağa düşərək Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratdı. Dövlət ilk olaraq Fonda 20 milyon manat vəsait ayırdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva birillik əməkhaqlarını fonda ianə etdilər. Sonradan bu təşəbbüs genişlənərək xalqımızın xeyirxahlıq ənənələrinə yeni nəfəs verdi.

Vəziyyəti düzgün qiy-mətləndirmək və böhranla fasiləsiz məşğul olmaq üçün səmərəli işləyən komanda yaradılması, əhalinin həs-sas təbəqələrinə hərtərəfli dəstək tədbirləri, ümumilikdə koronavirusla mübarizədə Azərbaycanın təcrübə-si barədə ölkəmizdən kənarda da müsbət fikirlər səslənir. Heç bir şərh vermədən Avropa Yenidənqur-ma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin çıxışından bir sitatı diqqətə çatdırmaq istərdim: “Hesab edirəm ki, ötən bir neçə ay Azərbaycanın gözəl hekayəsi sayıla bilər. Sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkəsiniz. Gün gələcək, Azərbaycanla müqayisə aparılacaq. Gələn il bizim illik iclasımız olacaq və növbəti 2-3 il ərzində biz ölkələr üzrə dəyərləndirmə aparacağıq. Azərbaycan burada artıq öndədir”.

Dünya ölkələri bir-birinə baxır, müsbət təcrübədən bəhrələnir, ya-xud haradasa yol verilən səhvlərdən ibrət dərsi götürür. Bu mənada çox ibrətamiz olan iki situasiyaya daha ətraflı nəzər salaq. Xatırlayırsınızsa, Britaniya ilk vaxtlar tam fərqli mövqe tutmuşdu və heç bir məhdudlaşdırıcı tədbir görmürdü. İtirilmiş vaxt bri-taniyalılara baha başa gəldi. Pan-demiyanın başlanğıcında Avropa ölkələrinin əksəriyyətindən az zərər çəkən ölkə indi koronavirusdan ölüm hallarının sayına görə İtaliyadan sonra ikinci yerdədir. Sonradan ciddi karantin tədbirləri görülsə də, yoluxma və ölüm hallarını azaltmaq mümkün olmur.

Yaponiyanın Hokkaydo adasın-da baş verən əhvalat isə dünya ölkələrinin bir çoxunun məhdudiy-yətləri hədsiz yumşaltması fonunda daha ibrətamiz və səciyyəvi görünür. Fevralın sonlarında fövqəladə vəziyyət rejimi tətbiq edilən adada atılan qabaqlayıcı addımlar, uğurlu karantin dünyaya örnək göstərilir-di. Nəticədə martın ortalarınadək yeni yoluxma sayı sıfır nöqtəsinə yaxınlaşdı. Martın 19-da fövqəladə vəziyyət rejimi tam aradan qaldırıldı, aprelin əvvəlində məktəblər açıldı. Bundan cəmi 26 gün sonra epidemi-ya adanı ikinci dəfə, özü də daha sərt vurdu. Bu dəfə yoluxanların sayı gündə orta hesabla 300-ə qalxdı. Mütəxəssislər virusla belə ehtiyatsız davranışı Hokkaydonun uğur hekayəsinin üstündən xətt çəkən kobud səhv adlandırırlar.

* * *Tarixboyu xalqları çətin və

böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Böyük çağırışlar zamanı hər bir liderin üzərinə düşən əsas vəzifə məhz xilaskarlıq missiyasıdır.

Xatırlayın, 1993-cü ildə Heydər Əliyev ümummilli lider olaraq Azər-baycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndərimizin siyasi varisi İlham Əliyev bu missiyanı indi pandemiya zamanı inamla və uğurla yerinə yetirir. Biz Prezidentimizlə bir-likdə çox çətinliklərdən, sınaqlardan çıxmışıq. Koronavirusa da mütləq qalib gələcəyik. Əlbəttə, yenə də birlikdə!

Aslan ASLANOV AZƏRTAC-ın

İdarə Heyətinin sədri OANA-nın vitse-prezidenti

Böyük çağırış və liderin xilaskarlıq missiyasıPrezident İlham Əliyevin koronavirusla mübarizəyə strateji baxışı bir uğur hekayəsidir

T əxminən yüz gündür ki, dünya gözəgörünməz düşmənlə – koronavirusla “ölüm, ya olum” savaşı aparır. Ciddi və sərt təcrid tədbirləri görülür.

Sərhədlər bağlanıb. Təyyarələr uçmur. Qatarlar hərəkət etmir. Məktəblərdə dərslər dayandırılıb. Bütün kütləvi tədbirlər və idman yarışları ləğv edilib. İzdihamlı küçə və meydanlar, park və xiyabanlar səssizliyə bürünüb. Planetin 7 milyard əhalisinin yarısı – təxminən, 4 milyard insan evə qapanıb.

Page 5: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

5 may 2020-ci il, çərşənbə axşamı 5İlin əvvəlindən bəri planetimizdə

yaşanan yeni koronavirus pandemiyası dünya dövlətlərini qəfil yaxaladı. Mənbəyi-mənşəyi, çarəsi-davası bəlli olmayan, gözəgörünməz, amansız düşmənə qarşı dünyanın hər yerində mübarizə başlandı. Lakin bu mücadilə fərdi şəkildə təşkil olunduğuna, həmçinin məsələyə ciddi və ya qeyri-ciddi yanaşıldığına görə, heç də hər yerdə istənilən səmərəni vermədi. Xəstəliyə yoluxanların, ölüm-itimin sayı çox sürətlə artdığına görə planetin hər bir güşəsində “həyəcan təbili” çalındı, infeksiyaya qarşı tədbirlərin və müxtəlif qadağaların sayı kəskin şəkildə artdı. Lakin yenə də gözlənilən səmərə alınmadı.

Azərbaycan Prezidenti cənab İlham Əliyev isə başqa dövlətlərin pandemiyaya qarşı mübarizədə yol verdiyi səhv və nöqsanları təkrarlamadı. Daha düzgün və qabaqlayıcı tədbirlər gördü. Ölkədə vəziyyət nəzarət altına düşdü, uğurlu nəticələr alındı. Xalqımız da bu tədbirləri razılıq hissi ilə qarşıladı, öz liderinin ətrafında daha sıx birləşdi.

Azərbaycan Prezidenti və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfransı vasitəsilə fövqəladə Zirvə görüşünü keçirərək, qlobal təhlükəyə çevrilmiş koronavirus pandemiyasından daha az itki ilə xilas olmağın yollarını müzakirə etdi. Tədbirdə çox böyük əhəmiyyət kəsb edən fikir mübadiləsi aparıldı və birgə mübarizənin təşkilinin vacibliyi bildirildi.

Məlum olduğu kimi, Azərbaycan BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan və öz tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına 2019 – 2022-ci illər ərzində sədrlik edir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi, təşkilatın təmas qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr edilmiş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı oldu və onu uğurla başa çatdırdı. Mütəxəssislər pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin, beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsi sahəsində bu tədbirlərin əhəmiyyətini xüsusi vurğulayır və Azərbaycan liderinin təşəbbüslərini alqışlayırlar.

Azərbaycan Prezidentinin böyük zəfəri, bax, belə məqamlarda özünü göstərir və ona ünvanlanmış minnətdarlıq məktublarında da təsdiqini tapır.

Gördüyünüz tədbirlər səmərəsini verir

Cənab Prezident!Koronavirus pandemiyasının bütün

dünyanı bürüdüyü bir vaxtda Sizin tərəfinizdən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan az itkilərlə çıxmaq üzrədir. Buna görə Sizə xüsusi təşəkkür edirəm. Həm də ona görə təşəkkür edirəm ki, yaşadığımız karantin günlərində Sizin göstərişinizlə aqrar sahədə çalışan şəxslərə xüsusi diqqət və qayğı göstərildi, eyni zamanda, fəaliyyətimizə heç bir məhdudiyyət qoyulmadı.

Mən 70 hektar taxıl sahəmi rahat suvardım, gübrələmə və dərmanlama işlərini normal apardım, Sabirabad və Kürdəmir rayonları ərazilərində əkəcəyim 170 hektar pambıq sahəsində normal arat apara bildim və bu günədək həmin sahələrin 100 hektarında çiyid səpini işlərini aparmışam və bəzi sahələrdə çıxış almışam. Nəzərinizə çatdırım ki, həmin pambıq sahələrindən 120 hektarını özüm düzəltdiyim xüsusi səpin aqreqatı vasitəsilə Çin (qoşacərgə) üsulu ilə əkirəm.

Cənab Prezident, 4 il bundan qabaq pambıqçılığın inkişafı təşəbbüsü ilə keçirdiyiniz müşavirə şəxsən mənim və digər pambıqçıların həyatında çox əhəmiyyətli rol oynadığı üçün

Respublika Fermerlər Şurasının üzvü kimi, Sizə dərin minnətdarlığımı bildirirəm. Bir daha təşəkkür edirəm, cənab Prezident!

Hörmətlə, Əfras Əmir oğlu Əsgərov,

Sabirabad rayonu, Zəngənə kəndi.

Şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram

Hörmətli cənab Prezident!Mən, uzun illər xalqımızın milli

sərvəti olan muğam sənətinin inkişafına xidmət edən bir ailənin üzvü kimi, bu məktubu Sizə yazmaqdan böyük məmnunluq duyuram. İlk olaraq onu qeyd edim ki, həyat yoldaşım mərhum xanəndə Vahid Abdullayev ömrünün böyük hissəsini muğam sənətinin təbliğinə və inkişafına sərf edib. Mən özüm də muğam təhsili aldığım üçün həyat yoldaşımın vəfatından sonra həm muğam sənətimizin təbliğ olunması, həm də bir xanəndə ailəsinin üzvü kimi, həyat yoldaşımın sənət yolunu davam etdirmək üçün bir çox musiqi ocaqlarında muğam sənətini gənc nəslə öyrədirəm.

Son illərdə ölkəmizin Birinci vitse-prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə muğam sənətinə artan maraq, dövlət miqyasında muğam sənətinin inkişafı naminə göstərilən diqqət muğama yeni həyat, yeni bir nəfəs verdi. Xüsusi olaraq vurğulamaq istərdim ki, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Azərbaycan muğam sənətinin inkişafı və qorunması məqsədilə “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri-2” musiqi albomunu nəşr etdirməsi və bu albomda həyat yoldaşım Vahid Abdullayevin də sənətinin və səs yazılarının yer almasını ailəmizə və onun sənətinə verilən böyük bir dəyər kimi yüksək qiymətləndirirəm. Həmçinin böyük oğlum, gənc muğam ifaçısı Valid Abdullayev də atasının sənətini davam etdirir. O, Mehriban xanımın muğam sənətinə qayğısının bir nəticəsi olaraq Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında reallaşan 6-cı Muğam televiziya müsabiqəsinin qalibi olub.

Cənab Prezident, son vaxtlar Sizin ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə həyata keçirdiyiniz tədbirlər, aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması və ümumiyyətlə, bu istiqamətdə

atdığınız bütün addımlar dövlətimizlə vətəndaş arasında olan birliyin bariz nümunəsidir. Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz bu tədbirlərə görə həm öz adımdan, həm də ailəmizin adından Sizə minnətdarlığımı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Allah Sizi Azərbaycan xalqının başı üzərindən əksik etməsin!

Hörmətlə, Kamilə Soltan qızı Abdullayeva,

M.Maqomayev adına 26 saylı musiqi məktəbinin muğam müəllimi,

Bakı şəhəri.

Xalqımız Sizə inanır və etimad göstərir

Möhtərəm Prezidentimiz!Son vaxtlar dünyada bir kabusa

çevrilən COVID-19 pandemiyası Azərbaycanda da müəyyən narahatlıq və təlaş yaratsa da, Sizin çevik və uzaqgörən siyasətiniz sayəsində epidemiyanın respublikamızda geniş miqyas almaması üçün vaxtında atılan müvafiq qətiyyətli addımları xüsusi minnətdarlıq hissi ilə vurğulayırıq. Siz təkcə öz xalqınızı deyil, bütün bəşəriyyəti düşünən, insanların rifahı naminə yorulmadan səy göstərən etibarlı lider olduğunuzu möhtəşəm fəaliyyətinizlə nümayiş etdirirsiniz. Xalqımız Sizə inanır, sonsuz etimad göstərir.

Bütün dünyanın qarşısında aciz qaldığı pandemiya ilə mübarizədə Sizin rəhbərliyinizlə həyata keçirilən qətiyyətli və humanist tədbirlər xalqın Sizə olan sevgisini və inamını daha da artırdı. Xalqımızın birliyinə, həmrəyliyinə yeni nəfəs verən, bu məsuliyyətli dönəmdə səfərbər edən “Biz birlikdə güclüyük!” çağırışınız hamımızı qürurlandıran həyati şüara çevrildi.

Ölkə vətəndaşlarının sağlamlığının etibarlı qorunmasının təşkili məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, qısa müddətdə müasir standartlara uyğun yeni tibb müəssisələrinin qurulması və istifadəyə verilməsi, zəruri tibbi avadanlıq və ləvazimatlarla təmin edilməsi, karantin rejiminin tətbiqi, yeni növ infeksiyanın genişlənməsinin qarşısının alınmasına profilaktik tədbirlər uğurlu nəticələrini göstərməkdədir. Sizin tapşırığınızla əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması, virusla mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinin əməkhaqlarının artırılması, pandemiya ilə əlaqədar işə gedə bilməyən şəxslərin əməkhaqqının saxlanılması, pandemiyadan zərər görən sahibkarlara verilən maliyyə

dəstəyi, imkansız ailələrə yardımların edilməsi rəğbətlə qarşılanır. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən də çıxaracaqsınız.

Cənab Prezident, müstəqil Azərbaycanın vətəndaşı olmağımdan keçirdiyim fəxarət hisslərini çatdıraraq, hər zaman çətin məqamlarda da xalqın yanında olduğunuza görə Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizin daha da inkişafı, gələcək nəsillərin xoşbəxtliyi naminə fəaliyyətinizdə

uğurlar, Sizə və ailənizə cansağlığı arzu edirəm!

Hörmətlə, Məzahir Qurban oğlu Əhmədov,

Binəqədi Rayon Ağsaqqallar Şurasının üzvü,

Bakı şəhəri.

Azərbaycan dünyaya örnək olduMöhtərəm cənab Prezidentimiz!Bir gənc olaraq Sizin bu çətin vaxtda

xalqımız, dövlətimiz üçün gördüyünüz işləri dəyərləndirməyə bilmərəm. Hər zaman Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini, rifahını üstün tutmusunuz. Sizin atdığınız addımlar, gördüyünüz bütün işlər ölkəmizdə milli həmrəyliyi bu günə qədər müşahidə olunmayan dərəcədə artırıb. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz xalq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdirdik, bir-birimizə kömək edirik, xüsusilə, aztəminatlı ailələrə. Təbii ki, ilk növbədə, dövlət, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər Sizin rəhbərliyinizlə xalqımıza xas olan ülvi xüsusiyyətləri nümayiş etdirdilər.

Bəşəriyyətin böyük bir bəla ilə mübarizə apardığı zamanda Sizin vaxtında həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərlə ölkəmiz bu virusdan az zərər çəkən dövlət kimi dünyaya örnək oldu. İlk olaraq təhsil müəssisələrində dərslərin dayandırılması biz tələbələrin sağlamlığının və təhlükəsizliyinin Sizin üçün nə qədər önəmli olduğunu bir daha sübut etdi. Evdə qalmağımıza baxmayaraq, bir gün də olsun təhsilimizdən geridə qalmadıq. Sizə və ailənizə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə, Kərəm Kənan oğlu Əfəndi,

Qazax rayonu.

Axıska türkləri də SizinlədirMöhtərəm Prezidentimiz!Mən bir Azərbaycan vətəndaşı və

burada yaşayan 75 min Axısqa türkünün nümayəndəsi kimi, bu məktubu Sizə böyük qürur hissi ilə yazıram. Sizin fəaliyyətinizi bütün Axısqa türkləri bəyənir və yüksək qiymətləndirirlər. Biz Sizin apardığınız daxili və xarici siyasəti daim bəyənir və dəstəkləyirik. Sizi sevməyimizin və dəstəkləməyimizin əsas səbəbi Azərbaycan xalqının, eləcə də azsaylı xalqlar arasında biz Axısqa türklərinin xoşbəxtliyi və firavan yaşaması üçün yorulmadan çalışmağınızdır.

Azərbaycanın bütün uğurları ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsidir. Bu uğurlu siyasətin davamlı olması üçün Sizin kimi dövlət başçısına çox ehtiyacımız var. Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısın alınması üçün görülən tədbirlərə, vaxtında atılan addımlara, insanların sağlamlığını, təhlükəsizliyini, rahatlığını və rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarıq. Azərbaycan vətəndaşlarına göstərdiyiniz qayğı ilə bunu bir daha nümayiş etdirdiniz. Gördüyünüz bütün işlərə, ölkəmiz və xalqımız üçün göstərdiyiniz tarixi xidmətlərə görə Axısqa türkləri, Saatlı əhalisi, rayonun Fətəlikənd kəndinin sakinləri adından və ailəmin adından Sizə və birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!

Dərin hörmətlə, Məhəmməd Cəngiz oğlu İsayev, Saatlı rayonu, Fətəlikənd kəndi.

Fəxr edirik ki, Sizin kimi müdrik liderimiz var

Möhtərəm cənab Prezident!Azərbaycan xalqı həmişə Sizə

arxalanıb, Sizə güvənib. Dünyada geniş vüsət almış yeni növ koronavirus pan-demiyasının ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Sizin rəhbərliyinizlə görülən qabaqlayıcı və təxirəsalınmaz tədbirlər bütün ölkə əhalisi kimi, biz qax-lılar tərəfindən də müsbət qarşılanır. Bu sahədə görülən işlər – Nazirlər Kabineti yanında operativ qərargahın yaradılması, xüsusən də dünya azərbaycanlılarının

həmrəyliyinin bariz nümunəsinə çevrilən Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edilməsi, həmçinin “Yeni klinika” tibb müəssisəsinin açılışı bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür, hər bir vətəndaşın qayğısına qalır, onun sağlamlığını hər şeydən üstün tutursunuz. Məhz Sizin gərgin əməyinizin və düzgün siyasi strategiyanızın nəticəsidir ki, səhiyyə sistemində davamlı olaraq aparılan islahatlar, tibb mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi, tibb işçilərinin peşəkarlığının artırılması istiqamətində görülən işlər, yeni xəstəxanaların tikilməsi koronavirus pandemiyası dövründə xalqın sağlamlığının qorunmasına və bu bəladan daha az itkilərlə xilas olmasına şərait yaradıb. Bütün bunlar Sizin xalqın rifahını, sağlamlığını, Vətənə sevginizi hər şeydən üstün tutmağınızın bariz nümunələridir.

Hörmətli cənab Prezident, zaman bir daha göstərdi ki, Siz həmişəki kimi, bu çətin günlərdə də xalqımızın yanında oldunuz. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız azərbaycanlıları birləşdirdi. Fəxr edirik ki, xalqını sevən, millətinə bağlı, ölkəsinin qüdrətini daha da artıran müdrik liderimiz var. Doğrudan da, biz Sizinlə güclüyük, varlığınızdan güc alırıq. Tanrı Sizi qorusun!

Hörmətlə, Nazlı Zəkəriyyə qızı İsmayılova,

Qax rayonu.

Təqdim etdi: Qüdrət PİRİYEV,

“Xalq qəzeti”

Müasir dövrümüzdə “Böyük şəxsiyyət” faktoru ilə bağlı zəka sahibləri arasında fikir mübadilələri gedir. Böyük şəxsiyyət kimə demək olar? Mütəxəssislərin əksəriyyətinin fikrincə,

belə şəxsiyyətlər yalnız mənsub olduqları xalqın, yaşadıqları ölkənin mənafeyini düşünənlər deyil, həm də dünya dövlətlərinin və millətlərinin, bütövlükdə, bəşəriyyətin taleyinə sahib çıxanlar, başqa sözlə, insanlıq borclarını yerinə yetirənlərdir. Belə insanların ən yüksək mənəvi kamillik səviyyəsi bu məsələdə bəlli olur. Həm də belə şəxsiyyətlərin böyüklüyü konkret zamanda, xüsusən, ağır situasiyalarda daha aydın şəkildə üzə çıxır…

Böyük şəxsiyyətin möhtəşəm zəfəri

– Mən ilk növbədə, ölkəmizdə möhtərəm Prezidentin bu sahədəki fədakar fəaliyyətini dərin minnətdarlıq hissi ilə qeyd etməyi özümə borc bilirəm. Dövlətimizin başçısı bu çətin günlərdə həqiqətən yüksək idarəçilik səriştəsi və həqiqi liderlik məharəti nümayiş etdirməklə, xalqımızın qəlbində özünə bir daha əbədi sevgi və rəğbət qazandı.

Eyni zamanda, qürur hissi ilə vurğu-lamaq istəyirəm ki, son iki ay ərzində ölkəmizdə infeksiya ilə mübarizədə həmkarlarım, çox sayda həkimlər və tibb bacıları böyük əzm və qeyrətlə çalışıb-lar və bu gün də Azərbaycan səhiyyəsi dərin məsuliyyət hissi ilə əhalinin sağ-lamlığı üçün əlindən gələni edir.

Yeri gəlmişkən, bu günlərdə dövlətimizin başçısı cənab İlham Əliyev Baş prokuror Kamran Əliyevin

video formatda qəbulu zamanı səhiyyə işçilərinin fədakar əməyini xüsusi qeyd etdi. Möhtərəm Prezidentin əməyimizə

verdiyi bu yüksək qiymət bizi daha həvəslə işləməyə sövq edir.

Bu yerdə həkimləri indi çox narahat edən bir məqamı dilə gətirmək istəyirəm. Hörmətli oxu-cular, əziz soydaşlarım! Unutmayın ki, bu gün ölkəmizdə pandemiya ilə mübarizə hələ tam bitməyib. Belə ki, COVİD-19 xəstəliyi uzunmüddətli mübarizə tələb edir. Buna görə də bundan sonra da əhali tərəfindən bir çox zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir.

Təəssüf ki, müşahidələr göstərir ki, əhalinin bir qismi, xüsusilə bəzi gənclər infeksiyaya “sanki meydan oxumaq” fikrinə düşüblər. Belə ki, şəhərdə tibbi maska taxanların sayı azalmağa baş-layıb. Bu, böyük səhvdir. Bir təcrübəli həkim kimi bir daha deyirəm: bu xəstəliklə zarafat emək olmaz! Unutmaq olmaz ki, söhbət hər birimizin, bütövlükdə millətin sağlamlığından gedir. Sözümün canı budur ki, bundan sonra da, ayıq-sayıq olmalı, özümüzü, doğmalarımızı, xalqımızı risk altında qoymamalıyıq.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

Həkim məsləhəti: Təhlükə tam sovuşmayıbHər bir xalqın, dövlətin tarixində çətin, tale-

yüklü məqamlar olur. COVİD-19 pandemi-yası təkcə ayrı-ayrı ölkələrin əhalisi üçün

deyil, bütün bəşəriyyət üçün ciddi təhlükə yaradıb. Bu ümumi bəlaya qarşı hər bir dövlət, əsasən öz sərhədləri və imkanları çərçivəsində mübarizə aparır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bu istiqamətdə atılan addımların, görülən işlərin səmərəsi göz qarşısındadır. Son günlər bir sıra qaydalar xeyli yumşaldılıb. Bununla bərabər, xəbərdarlıq edilib ki, vətəndaşlar arxayınlığa yol verməməli, sanitar-gigiyenik, sosial izolyasiya və başqa tələblərə ciddi əməl etməlidirlər. Bu barədə söz düşəndə Bakı şəhəri, Səbail rayonundakı 3 saylı təcili tibbi yardım stansiyasının həkimi Cəfər Yəhyayev dedi:

Koronavirusla mübarizədə qaydalara əməl etməsək,

böyük fəlakətlə qarşılaşa bilərik

COVID-19 kifayət qədər təhlükəli xəstəlikdir. Buna görə də pandemiyanın bundan sonra dünyada özünü necə göstərə biləcəyi ilə bağlı heç bir məlumat olmasa da, biz ehtiyatımızı əldən verməyərək, dövlətimiz tərəfindən tövsiyə edilən təlimatlara uyğun davranmalıyıq.

Ölkəmizdə pandemiya ilə bağlı prosesə vaxtında müdaxilə xəstəliyin ən təhlükəli həddə çatmasının qarşısını aldı, bununla

əlaqədar məhdudlaşdırıcı tədbirlərin görülməsi də qısa müddətdə nəticə verdi. Ancaq arxayınlaşmağımız xəstəliyin yeni dalğası üçün zəmin yarada bilər. Bütün dünya mütəxəssisləri bildirirlər ki, koronavirus uzunmüddətli davam edə biləcək pandemiyadır və ikinci dalğanın başlanması da istisna olunmur.

Bu mənada, sağlamlığın qorunması öhdəliyi vətəndaşların üzərindədir. İnsan sağlamlığına

hər hansı bir təhlükə varsa, onu heç nəyə qurban vermək olmaz. Odur ki, diqqətli olmalıyıq, dövlətimizin bütün çağırışlarını diqqətdə saxlayıb, problemin tezliklə aradan qaldırılmasına dəstəyimizi nümayiş etdirməliyik. Vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı və karantin rejiminə ciddi əməl etməlidirlər ki, xəstəliyə yoluxma sayının artması ilə üz-üzə qalmayaq. Çünki biz cənab Prezidentin ifadə etdiyi kimi, birlikdə güclüyük.

Bir sözlə, qaydalara əməl etməsək, hadisələr ziyanımıza işləyər və böyük fəlakətlə qarşılaşa bilərik.

Zaur MİRZƏZADƏ, Dünya Azərbaycanlıları

İctimai Maarif Mərkəzinin rəhbəri

Ölkəmizdə virusun aşkarlandığı ilk gündən dövlət başçısının tapşırığına əsasən bu bəşəri bəla ilə ciddi mübarizə aparılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, respublikamızda ölüm faizi nisbətən aşağı səviyyədədir. Buna baxmayaraq, vətəndaşlarımız karantin rejiminə ciddi riayət etməlidirlər. Hər birimizin bu prosesdə dövlətə dəstək olmağımız, pandemiyanın ikinci dalğasına rəvac verəcək səbəblərdən çəkinməyimiz ən ümdə məsələlərdəndir. Hər şeydən öncə, bu, hamımızın vətəndaşlıq borcudur.

Page 6: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

5 may 2020-ci il, çərşənbə axşamı6Prezidentə təşəkkür məktubları: Siz xalqımızın

xilaskarısınız, Allah da Sizi qorusun!

Təbii ki, görülmüş tədbirlər bu gün öz müsbət nəticəsini verməkdədir. Neçə vaxtdır ki, Azərbaycanda COVİD-19-a qarşı mübarizədə müsbət dinamika özünü göstərir, xəstəlikdən sağalma halları yoluxma hallarını üstələyir. Bunu Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin və Azərbaycan səhiyyəsinin böyük qələbəsi hesab etmək olar.

Prezidentin təşəbbüsü ilə həm də pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əmək haqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan 600 minə yaxın insan bu gün dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əmək haqları tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Bir daha təsdiq olunur ki, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Bu gün 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların əksəriyyəti son 16 il ərzində tikilib. O cümlədən, 575 çarpayılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilmiş ATU-nun Tədris-Terapevtik və Cərrahiyyə klinikalarında da xəstələr müalicə alırlar. Bölgələrdəki mərkəzi rayon

xəstəxanalarında, o cümlədən Goranboy, Qazax və Şəmkir şəhərlərindəki xəstəxanalarda da xəstələr yerləşdirilib. Dövlət başçısının göstərişi ilə hazırda ölkəmizdə modul tipli 10 xəstəxana da inşa edilməkdədir.

Son günlər ərzində Azərbaycan Prezidentinə ünvanlanan minlərlə məktub da göstərir ki, xalq dövlət tərəfindən görülmüş bütün bu tədbirləri, çox yüksək qiymətləndirir. Xüsusən, insanların sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı tədbirlər insanlarımız tərəfindən razılıq hissi ilə qarşılanır.

Hacıqabul rayonundan 13 yaşlı Tahirov Emil Prezidentə təşəkkürünü belə ifadə edib: “Möhtərəm cənab Prezident! Sizi səmimi qəlbdən salamlayıram. Ölkəmizdə pandemiya ilə mübarizədə yaxşı nəticələr əldə olunmasına görə Sizə təşəkkür edirəm. Bu nəticələrdə Sizin böyük əməyiniz var.

Azərbaycanda təhsilə böyük diqqət göstərilir. Buna görə də Sizə və Mehriban xanıma minnətdarlığımı bildirir, yeni uğurlar arzulayıram. Hər şeyə görə çox sağ olun, əziz Prezidentimiz!”

Mingəçevir şəhərində məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Xuduyev Təvəkkül məktubunda ölkəmizin dilbər guşələrindən birində anadan olduğunu, lakin mənfur ermənilərin işğalçılıq siyasəti üzündən elindən, yurdundan köçkün düşdüyünü, hazırda dövlət tərəfindən Mingəçevir

şəhərində salınmış Yeni Həyat qəsəbəsində yaşadığını bildirir. Onun yazdığına görə, işsiz kimi qeydiyyatda olub. Xüsusi karantin rejimi ilə əlaqədar heç bir işlə məşğul olmasa da, dövlətimiz onu birdəfəlik ödəmə ilə təmin edir. O, bu maddi dəstəyə, eləcə də koronovirusla mübarizədə həyata keçirilən digər tədbirlərə görə qəsəbə sakinləri adından dövlət başçısına minnətdarlığını ifadə edib: “Allah Sizi və xalqımızı qorusun!”

Yardımlı rayonundan Canəliyev Alıqulu Bəgəli oğlu və Mirağazadə Əhmədağa Mirağa oğlu Prezidentə ünvanladıqları məktubda ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanı böyük bəladan qurtardığını yaxşı xatırladıqlarını, indi isə onun layiqli davamçısı kimi Prezident İlham Əliyevin xalqı bu ağır xəstəlikdən qurtarmaq üçün var gücü ilə çalıışdığını qeyd edirlər: “Siz vədlərinizi öz işinizlə sübut etdirsiniz. Hər bir azərbaycanlı Sizin üçün insan amilindən yüksək bir amalın olmadığını dərk edir. Cənab Prezident, Siz çox uzaqgörən, humanist, müdrik və alicənab insansınız. Tutduğunuz bu haqq yolunda Sizə uğurlar

arzulayırıq. Bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə Yardımlı rayonunun Sırıq və Tilə kəndlərinin ağsaqqalları adından dərin təşəkkürümüzü bildiririk”.

Bakının Nərimanov rayonundan olan sakinlər Mikayılov Səhrab Mürşüd oğlu, Həsənov Miri Bilal oğlu və İbrahimova Səmayə Abdulla qızı birgə məktublarında dünyəvi bəla olan koronavirusla bağlı ölkəmizdə görülmüş qabaqlayıcı tədbirlərə və xalqımızı böyük fəlakətdən xilas etdiyinə görə Azərbaycan Prezidentinə təşəkkürlərini bildirirlər. Onların fikrincə, yaşadığımız bu gərgin günlərdə vətəndaşlarımızın maddi vəziyyətinin nəzərə alınması, onların hərtərəfli qayğı ilə əhatə olunması xüsusi minnətdarlığa layiqdir: “Biz, sadə vətəndaşlar fəxr edirik ki, millətimizin qeydinə qalan, onun sağlamlığını hər şeydən üstün tutan Sizin kimi Prezidentimiz var!”

Salyan rayonunun Kərimbəyli kəndindən Fətiyev Aqil Kamil oğlu, Hüseynov Orxan Mehdi oğlu, Vəliyeva Humay Xeybər qızı, Əkbərova Səbinə Famil qızı, Mahmudov Fərəhman Ağahüseyn oğlu və başqaları

yazırlar: “Hörmətli cənab Prezident! Bu gün dünyanın böyük bir bəla ilə üz-üzə qaldığının şahidiyik. Dünyada qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyiniz qərarlar, gördüyünüz təxirəsalınmaz tədbirlər, ən əsası, Sizin çağırışınızla xalqımızın həmrəyliyə dəvət olunması çox mühüm təşəbbüs və addımlardan oldu.

Cənab Prezident, Siz hər zaman vətəndaşların yanında olub, onların sevincinə də, kədərinə də şərik çıxmısınız. Biz Azərbaycan xalqı olaraq inanırıq ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq çıxacağıq. Yaşlı nəslin nümayəndələri olaraq dövlətimiz tərəfindən bizə göstərilən qayğıya görə Sizə minnətdarıq. Siz xalqımızın xilaskarısınız, Allah da Sizi qorusun!”

Ucar şəhərindən Maxsudov Hamiz və Ələsgərov Xəzər də dövlət başçısının Azərbaycan xalqının sağlamlığı, sosial rifahı üçün göstərdiyi fədakarlıqları çox yüksək qiymətləndirdiklərini ifadə ediblər. Onların fikrincə, xalqımız

bu ağır bəladan məhz Prezidentin həyata keçirdiyi məqsədyönlü işlər, vaxtında gördüyü tədbirlər hesabına xilas ola bilib. Azərbaycan lideri bütün dünyaya sübut edib ki, hər bir işdə olduğu kimi, koronavirusla mübarizədə də doğru yol tutmuşuq. Uğurlu yol seçmək və bu yolla inamla addımlamaq böyük bacarıq və qətiyyət tələb edir. “Cənab Prezident, Sizi dəstəkləyir, Sizə uzun ömür, cansağlığı arzulayırıq! Siz Azərbaycan xalqının fəxrisiniz!”

Goranboy rayonunun Qarqucaq kəndindən Nəcəfov İlham İsa oğlu Azərbaycan Prezidentinin apardığı siyasəti bəyəndiyini və alqışladığını bildirir, xüsusilə, pandemiya dövründə daim xalqın yanında olduğunu qeyd edir: “Biz Milli Qəhrəman ailəsi olaraq, daim Sizin qayğı və diqqətinizi hiss etmişik. Cənab Prezident, əminəm ki, Sizin Ali Baş Komandan kimi apardığınız ordu quruculuğu sayəsində milli ordumuz və xalqımız erməni mənfurlarını işğal edilmiş ərazilərimizdən qovub çıxararaq Azərbaycan bayrağını o torpaqlarda dalğalandıracaq”.

Yardımlı rayonunun Ostayır kəndindən 90 yaşlı Nəbiyev Ağagül ulu öndər Heydər Əliyevin dövründə uzun illər məsul vəzifələrdə çalışdığını, indiki koronavirus zamanında xalqımızın sağlamlığı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan bütün addımları dəstəklədiyini yazır: “Bir daha əmin oldum ki, xalqımızın həyatı, sağlamlığı Sizin üçün hər şeydən üstündür”.

O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaşadığı kəndin aztəminatlı ailələrinə göndərdiyi ərzaq yardımının insanlar tərəfindən yüksək qiymətləndirildiyini qeyd edir.

Bunlardan əlavə, Salyan rayonunun Qarabağlı kəndindən N.Xəlilov adına tam orta məktəbin şagirdləri Zeynallı Rəşidə və Rəşid, Ağcabədi rayonunun Kürdlər kəndindən şəhid anası İbrahimova Səringül Məmməd qızı, Bakının Binəqədi rayonundan Qarabağ müharibəsi veteranı Quliyev Abbas Heyder oğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Tərtər regional bölməsinin üzvləri Məmmədzadə Vidadi (1-ci qrup müharibə əlili), Əliyev Mətləb (Çernobıl əlili), Məmmədov Sətər, Məmmədov Ayaz və Heydərov Nizami, Qubadlı rayonundan məcburi köçkünlər Məmmədov İsmayıl Hümmət oğlu, Hacıyeva Vüsalə Bəhrəm qızı,

Dünyamalıyeva Pərvanə Vəliş qızı və Hüseynova Nüşabə Kamran qızı, Cəbrayıl rayonundan məcburi köçkün Muradov Nüsrət Qüdrət oğlu, Bakının Qaradağ rayonundan Abdullayev Ayxan, Bərdə rayonundan 7-ci sinif şagirdi Səlimov Sakit, Abşeron rayonunun Saray qəsəbəsindən Əməkdar müəllim Hüseynova Təyyibə Yəhya qızı, Bakının Səbail rayonundan Həsənova Xədicə Fərrux qızı, Xocavənd rayonundan Xəlilzadə Zahid Raqif oğlu, Salyan rayonunun Yeni Uluxanlı kəndindən tələbələr Süleymanlı Vüsalə İsrafil qızı və Müslümov Maqsud Rizvan oğlu, Zərdab rayonundan Abdullayev Natiq Rahil oğlu, Mustafayev Mustafa Abış oğlu və Əlyarlı Nürəddin İlqar oğlu, Bakının Xətai rayonundan Ermənistandan qaçqın düşmüş Qaziyev Murtuz Yaqub oğlu, Bakının Qaradağ rayonunda məskunlaşmış Füzuli rayonundan məcburi köçkün İsmayılov Atabəy Xəzər oğlu və başqaları koronavirusla mübarizədə qəbul etdiyi qabaqlayıcı və qətiyyətli qərarlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

Suraxanıdan Əhmədov Rafiq Bəylər oğlu, Tovuzun Düz Qırıqlı kəndindən Məhərrəmov Ədalət, Daşkəsəndən Hüseynova Şəbnəm Firudin qızı, Cəlilabadın Əliabad kəndindən Şahzadə Rəvazi Sənaf oğlu, Salyanın Xələc kəndindən Ağabəyli Naseh Əlibəy oğlu, Rayon Mərkəzi Xəstəxanasının həkimi Ağabəyova Tehran, rayon sakini Mənəfova Vüsalə Sabir qızı, Bərdənin Dəymədağıldı kəndindən Məmmədov Rahib Rafiq oğlu, Zərdabdan Məmmədquliyeva Aysel, Masallıdan Rufullayeva Cəmilə Nəsirağa qızı, Sumqayıtdan Abbasova Ləman Cahangir qızı, Cəbrayıln Böyük Mərcanlı kəndindən Musayev Mahmud Musa oğlu, Göygöldən Əliyeva Bəsdi Qələndər qızı, Göyçayın İncə kəndindən Muradov Asif Qurban oğlu, Şirvandan Qasımova Fatma Məhəmmədəli qızı, Xəzər rayonunun Mərdəkan qəsəbəsindən Şirinova Mər ziyyə Cəmal qızı, Kürdəmir rayonundan Mürsəliyeva Gülnamə Əlağa qızı və Ağsunun Təklə kəndindən Sabirov Cüməqulu da Azərbaycan Prezidentinə təşəkkür məktubları ünvanlayıblar.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə davam etməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər nəticəsində

artıq xüsusi karantin rejiminin yumşaldılması istiqamətində addımlar atılır. Bütün bunlar ölkədə görülmüş qabaqlayıcı tədbirlərin səmərəliliyindən xəbər verir. Prezident İlham Əliyev ayrı-ayrı görüşləri zamanı dəfələrlə bəyan edib ki, bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qabağını almaq, yoluxma zəncirini qırmaq olub. Dövlət başçısı deyib: “Görülmüş bütün tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu tədbirlərin mərhələ-mərhələ sərtləşdirilməsi, eyni zamanda, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi, hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir”.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI № 163 Bakı şəhəri, 1 may 2020-ci il

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadıl-ması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqın-da” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi ya-randıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılsın.

2. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır.

3. 2020-ci il 4 may saat 00:00-dan etibarən:3.1. “Koronavirus (COVID-19) infeksiyasının

Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 120 nömrəli Qərarının 3-cü hissəsi ilə fəaliyyəti qa-dağan edilmiş iş və xidmət sahələrinin fəaliyyəti aşağıdakı qaydada bərpa olunsun:

3.1.1. ticarət və ictimai iaşə obyektləri üzrə:1. Bakı, Sumqayıt, Gəncə və Lənkəran

şəhərlərinin və Abşeron rayonunun ərazisində - bütün ticarət obyektləri (iri ticarət mərkəzləri istisna olmaqla):

2. digər inzibati ərazi vahidlərinin ərazisində - bütün ticarət və ictimai iaşə obyektləri, o

cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər;

3.1.2. bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti, kosmetik xidmətlərin göstərilməsi (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);

3.2. aşağıdakı inzibati ərazi vahidlərinin ərazisində nəqliyyat vasitələrinin (ictimai nəqliyyatla sərnişindaşıma istisna olmaqla) rayon-lararası və şəhərlərarası sərbəst hərəkəti təmin edilsin:

3.2.1. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu;

3.2.2. digər inzibati ərazi vahidlərinin ərazisi (Gəncə və Lənkəran şəhərlərinin ərazisi istisna olmaqla);

3.3. xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər, audit, hüquqi, konsaltinq xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər);

3.4. “DOST” mərkəzlərində aşağıdakı dövlət xidmətlərinin göstərilməsi xüsusi karantin rejimi-nin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi qaydada elektron növbə alınmaqla təmin edilsin:

3.4.1. sosial ödənişlərlə bağlı hazır bank kart-larının vətəndaşlara təqdim edilməsi;

3.4.2. ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar maddi-məişət şəraitinin müayinəsi.

4. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci hissədə “4 may” sözləri “31 may” sözləri ilə əvəz edilsin;

4.2. 3.1-ci bənddə “bu Qərarın 4.6-cı bəndində göstərilənlər istisna olmaqla, digər ticarət obyektlərində (ticarət mərkəzləri da-xil olmaqla)” sözləri “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində ticarət mərkəzlərində (həmin ticarət mərkəzlərində yerləşən müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

4.3. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.4. masaj və hamam xidmətləri;”;4.4. 4.6-cı bənd aşağıdakı redaksiyada

verilsin: “4.6. pərakəndə və topdan satış üzrə: 4.6.1. Azərbaycan Respublikasının ərazisində

bütün ticarət obyektləri (ticarət mərkəzləri istisna olmaqla);

4.6.2. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisi istisna olmaqla, digər inzibati ərazi vahidlərinin ərazisində ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər;”;

4.5. aşağıdakı məzmunda 4.12-ci və 4.13-cü bəndlər əlavə edilsin:

“4.12. bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti, kosmetik xidmətlərin göstərilməsi (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət).”;

4.13. xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər, audit, hüquqi, konsaltinq xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər).”.

5. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1-ci hissədə “4 may” sözləri “31 may” sözləri ilə əvəz edilsin;

5.2. həmin Qərara 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı”nın 5-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“5. Pərakəndə və topdan satış üzrə: 5.1. Azərbaycan Respublikasının ərazisində

bütün ticarət obyektləri (ticarət mərkəzləri istisna olmaqla);

5.2. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisi istisna olmaqla, digər inzibati ərazi vahidlərində ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər.”;

5.3. aşağıdakı məzmunda 11-ci və 12-ci hissələr əlavə edilsin:

“11. Bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti, kosmetik xidmətlərin göstərilməsi (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət).”;

12. Xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər, audit, hüquqi, konsaltinq xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər).”.

6. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1-ci hissədə “4 may” sözləri “31 may” sözləri ilə əvəz edilsin;

6.2. aşağıdakı məzmunda 1.13-cü bənd əlavə edilsin:

“1.13. Bu Qərarın tələbləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisinə şamil olunur.”.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR

KABİNETİNİN QƏRARI№ 162 Bakı şəhəri, 1 may 2020-ci il

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasi-yaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II kitab), maddə 2730; 2019, № 5, maddə 984, № 7, maddələr 1318, 1330) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.1-ci və 3.2-ci bəndlərinə “hüququ olmayan” sözlərindən sonra “(“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla)” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

Page 7: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

Azərbaycanın tarixinin son 16 ilində əldə olunmuş nailiyyətlər, ölkəmizin dünya birliyində reytin-qinin yüksəlməsi, mövqeyinin daha da möhkəmləndirilməsi, əhalinin həyat təzinin yüksəldilməsi bir daha təsdiqləyir ki, ölkəmiz post-sovet məkanı, o cümlədən, uzun müddət müstəqillik tarixi olan bir sıra dövlətlərlə müqayisədə sürətli inkişaf yoluna qədəm qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi bu yol Azərbaycanı dünya birliyində maraq dairəsinə çevirib və respubli-kamızla əməkdaşlıq edən dövlətlərin sayı ildən-ilə artır. Son illər həyata keçirilən genişmiqyaslı islahatlar, demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsi insan hüquq və azadlıqlarının müdafiəsi yolunda atılan qətiyyətli addımlar respublika-mıza olan marağı daha da artırıb.

Peşəkarlardan ibarət kadr bazası

Prezident İlham Əliyevin bütün sferalarda keyfiyyət dəyişikliyinə nail olmaq üçün gerçəkləşdirdiyi islahat-lar xalq tərəfindən böyük razılıqla qarşılanır. Dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən islahatlar nəticəsində idarəetmədə yeni, çevik, operativ model yarandı. İslahatların fəlsəfəsini, hədəflərini dərk edən və bunu müasir tələblər səviyyəsində həyata keçirməyi bacaran, intellek-tual səviyyəli, milli dəyərlərə sadiq, müasir dünyagörüşlü gənclərdən və peşəkarlardan ibarət kadr bazasının formalaşdırılması ölkəmizin dünya birliyinə sürətli inteqrasiyası baxı-mından mühüm əhəmiyyət kəsb edir. İslahatlar, həmçinin dövlətin sosial və humanitar siyasətində, özəl sektorda,

bütövlükdə, ölkənin inkişafında, məhkəmə-hüquq sisteminin müasir dövrün reallıqlarına, Azərbaycan dövlətinin təməl prinsiplərinə uy-ğunlaşdırılmasında da özünü büruzə verdi.

Ekspertlərin vurğuladıqları kimi, dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən, bu gün də davam etdirilən struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaqla yanaşı, cəmiyyətdə forma-laşan yeni çağırışlara və iqtisadiyyat-da baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks isla-hatlar ölkəmizə “dünyada ən islahatçı ölkə” imici qazandırdı.

Kompleks sosial islahatlar Dünyanı maliyyə və iqtisadi

böhran bürüdüyü bir vaxtda da ölkəmiz inkişaf yolundan dayan-mayıb, nəzərdə tutulan layihələr uğurla icra olunub, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər səngimir. Bu baxımdan, Prezident İlham Əliyevin 25 fevral 2019-cu il tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı diqqəti daha çox cəlb edir. Bu sərəncam, demək olar ki, əhalinin bütün həssas təbəqəsini, aztəminatlı ailələri, əlilləri, əmək qabiliyyəti məhdud uşaqları, müharibə vete-ranlarını, əmək əlillərini əhatə edir. Həmin sərəncamla bu qəbildən olan insanların sosial müdafiəsi daha da gücləndirildi.

Ümumiyyətlə, Azərbaycan dövlətçiliyi tarixində sosialyönümlü il kimi yadda qalan 2019-cu ildə dövlət başçısı tərəfindən imzalanan sərəncam və fərmanlar, qəbul edilən sosial paketlər, icra olunan layihələr ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasında mühüm rol oynadı. Xatırladaq ki, bu sənədlərin icrası ilə bağlı 4 milyon 200 min nəfər Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşdırıldı. 2019-cu ilin əvvəllərindən başlayaraq, Prezident İlham Əliyev tərəfindən xalqımızın sosial təminatının gücləndirilməsi, həyat şəraitinin daha da yaxşılaşdı-rılması istiqamətində imzalanan bir çox fərman və sərəncamlar əhalinin hədsiz sevincinə səbəb olmuşdur.

Prezident tərəfindən həyata keçirilən kompleks sosial isla-hatlar nəticəsində pensiyalar, əməkhaqları, sosial müavinətlər, təqaüdlər artırılıb, banklara on min dollara qədər kredit borcu olanların problemi həll edilib. Bir il ərzində minimum əməkhaqqının iki dəfə artırılması dövlətin öz vətəndaşına münasibətinin göstəricisidir. Qeyd etmək lazımdır ki, maaş artımı təkcə büdcə təşkilatlarında deyil, eyni zamanda, özəl sektorda çalışanlara da şamil edilib. Prezidentə inanan və güvənən hər bir Azərbaycan vətəndaşı görür ki, ölkədə ardıcıl olaraq həyata keçirilən sosial proq-ramlar, layihələr onların rifahının yüksəldilməsi yolunda atılan addım-lardır. Bütün bunlar “siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının

dayandığını” təsdiqləyən faktlardır. Eyni zamanda, sosial rifah dövlətinin qurulması ölkə Prezidentinin yeni islahatlar kursunun strateji xəttini təşkil edir.

Kadr və struktur islahatları, əslində, bir-birini tamamlayan ümumi islahatlar siyasətinin təzahürüdür. Prezident İlham Əliyev bu məsələyə münasibət bildirərkən deyib ki, islahatlar müxtəlif dövrlərdə, müxtəlif templə və səmərə ilə həyata keçiri-lib. Sonuncu prezident seçkilərindən sonra ölkə başçısının andiçmə mərasimindəki çıxışında islahatla-rın yeni mərhələsi elan edildi və bu islahatlar ardıcıl şəkildə reallaşdı-rılmağa başlandı. O cümlədən, kadr islahatları ilə bağlı olan məsələlər də öz həllini tapdı. Dövlət başçısı vurğulayıb ki, yeni hökumətdə müasir dünyagörüşünə malik olan gənclər, eyni zamanda, təcrübəli kadrlar təmsil olundular və onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələrini görməyə başladıq. Prezident Administrasiyasında çox ciddi struktur və kadr islahatları aparıldı, Nazirlər Kabineti yenidən formalaşdı. Nəticədə vəzifələrə yeni simalar gətirildi, eyni zamanda, struk-tur dəyişikliyi edildi.

Yerli icra orqanlarında mütəmadi olaraq aparılan kadr dəyişikliyi xalq tərəfindən rəğbətlə qarşılanır. Son vaxtlar bir sıra rayonların icra hakimiyyəti başçıları və onların yaxın ətrafının törətdiyi cinayət əməlləri bir daha təsdiqləyir ki, kadr islahat-larının aparılması labüddür. Təbii ki,

korrupsiya və rüşvətxorluq hallarına aludə olmuş vəzifəli şəxslərə heç bir güzəştin olunmaması və onaların qanun qarşısında cavab vermələri də aparılan islahatların uğurlarıdır. Gö-ründüyü kimi, ölkədə aparılan geniş-miqyaslı islahatların əsas məqsədini respublikamızda mövcud ab-havanı daha da sağlamlaşdırmaq, xoşagəlməz halların qarşısını almaq təşkil edir.

Həmrəyliyə və birliyə çağırış

Həyata keçirilən düşünülmüş islahatlar dövlət başçımızın andiçmə mərasimindəki nitqində dediyi “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin” – fikrinin təsdiqidir. Bunu parlamentin yenidən formalaşdırılması zamanı müxalifət partiyaları və bitərəf təmsilçilərə etimad göstərilməsi, onların mühüm vəzifələrə təyin olunması da təsdiqləyir. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hər birimiz bundan qürur duymalıyıq. Hazırda Milli Məclisin rəhbərliyində və komitələrdə müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması, mövqeyindən asılı olmayaraq, siyasi partiyaların nümayəndələri arasında ayrı- seçkilik qoyulmamasından xəbər verir. Düşünülmüş şəkildə həyata keçirilən islahatlar ölkədə həmrəyliyin və birliyin heç zaman olmadığı ən yüksək səviyyəyə çatmasında mühüm rol oynayıb.

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində də bu məsələ öz əksini tapdı. Dövlət başçısının tapşı-rığı ilə Prezident Administrasiyasının bütün siyasi partiyalara dialoq təklifi etməsi həmrəyliyə və birliyə çağırış kimi qiymətləndirilməlidir. Əksər müxalifət partiyalarının sədrləri siyasi dialoq təklifini çox ciddi addım, eyni zamanda, həmrəyliyə, birliyə çağırış kimi dəyərləndirərək bu təklifi məmnuniyyətlə qəbul ediblər. Hətta, görüşlərdə iştirak da ediblər. Bu, bir faktdır ki, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsi üçün həmrəylik və birlik, o cümlədən, iqtidar-müxalifət dialoqu vacibdir. Ölkə başçısının dediyi kimi, “Biz birlikdə güclüyük!”. Siyasi dialo-qun zərurliyi dövlət başçısının da diqqət mərkəzindədir. Onun “ Bu gün

Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür!” fikri reallıqdır. Hər bir siyasi partiya sədri bu reallığı qəbul etməlidir.

Prezident İlham Əliyev siyasi dialoq təşəbbüsünün bəyənilməsindən məmnunluğunu bildirib: “Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya verib, faktiki olaraq, siyasi dialoq artıq başlayıb. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır”.

Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də radikal müxalif qruplaşma xalqın sağlamlığının və həyatının, dövlətin təhlükəsizliyinin böyük sınaq qarşısında olduğu bir vaxtda yenə də dönük və xəbis xislətlərinə sadiq qaldılar. Onlar heç bir əsası olmayan bəhanələrlə milli həmrəylik və birlik çağırışından yayınır, xarici ağalarının sifarişlərini yerinə yetirməklə satqın və xəyanətkar vərdişlərindən əl çəkə bilmirlər. Bəhanələri də budur ki, guya, iqtidar müxalfətə qarşı aqressivdir, qanunsuz həbslər olur, demokratik prinsiplər pozulur və s. Təbii ki, bütün bunlar bəhanədir. Axı, dövlətimizin başçısı siyasi mövqeyindən asılı omayaraq, ölkə vətəndaşları arasında heç bir fərq qoymur, hər kəsə bərabər səviyyədə münasibət bəsləyir və bütün vətəndaşların Prezidenti olduğunu

siyasi fəaliyyəti ilə bir daha nümayiş etdirir. Bir neçə faktla dedikərimi əsaslandırmaq istərdim.

Faktlar təsdiqləyir ki...

Ədliyyə Nazirliyi tərəfindən yayılan məlumatda bildirlir ki, bu yaxınlarda ölkəmizdə daha iki siyasi partiya qeydiyyata alınıb. Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyatla bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uy-ğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Bununla bağlı, hətta bu yaxın-larda Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş də keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib. Bundan başqa, daim müxalif mövqeyi ilə seçilən, həmişə iqtidarı kəskin tənqid edən Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətində ciddi problem yarananda onun ailə üzləri kömək üçün ölkə başçısına müraciət etmişdi. Prezident humanist addımını müxalifət partiyasının sədrindən də əsirgəmədi. Bu, bir daha təsdiqlədi ki, dövlət başçısı insanlara siyasi əqidəsinə görə münasibət, kin-küdurət bəsləmir, insan amilinə görə dəyər verir. Ağır əməliyyat müddətində Prezidentin şəxsi nümayəndəsinin partiya sədrinin ailə üzvləri ilə bir yerdə olub pro-sesi sona qədər nəzarətdə saxlaması insan amilinə verilən dəyərin bariz nümunəsidir. Xatırladaq ki, müxalifət partiyası sədrinin oğlu atasının həyatının ciddi təhlükə altında olduğu məqamda ölkə Prezidentinin verdi-yi dəstəyi heç vaxt unutmayacağını söyləyib.

Daha bir fakt. Bu günlərdə Ali Məhkəmənin Plenumunda REAL Partiyasının sədri İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində olan hökmlə bağlı işə baxılması və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, hər ikisinə mənəvi ziyanla bağlı kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi iqtidarın siyasi mövqeyindən asılı olmayaraq, hər kəsə bərabərhüquqlu münasibətinin daha bir təsdiqidir.

Müxalif mövqeləri ilə seçilən hər iki şəxslə bağlı bəraətverici əsaslarla xitam, eləcə də onlara kompensasiya ödənilməsinə dair qərarın verilməsi, ilk növbədə, Azərbaycan dövlətinin ali dəyərlərə, insan haqlarına, qanunun aliliyinə münasibətinin, ikincisi, məhkəmə, hüquq-mühafizə sisteminə təzyiqin olmamasının əyani sübutu-dur. Ən əsası isə dövlət başçısının insan amilinə verdiyi dəyərin bariz nümunəsidir.

Faktlar da təsdiqləyir ki, ge-nişmiqyaslı islahatlar öz bəhrəsini bütün sahələrdə göstərir. Vətənini, millətini sevən hər bir kəs dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışna qoşulmalı, həmrəylik və birlik nümayiş etdrərək Azərbaycanın dünya birliyindəki mövqeyinin daha da möhkəmləndirliməsi yolunda öz köməyini əsirgəməməlidir.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Kadr islahatları, struktur islahatları zamanında aparılır. Ümumiyyətlə, işə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır – müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Hər bir azərbaycanlının PREZIDENTI

Azərbaycanda aparılan siyasi islahatlar milli birliyi və vətəndaş həmrəyliyini yeni mərhələyə yüksəldir

Nəticə isə gözlənildiyi kimi xalqın mənafeyinə xidmət etdi: minimum əməkhaqqı, pensiyaların və aztəminatlı ailələrə göstərilən sosial yardımın məbləği artırıldı, bütün ölkə ərazisində icbari tibbi sığortaya mərhələli keçid baş tutdu. Kənd təsərrüfatının, yol-nəqliyyat in frastrukturunun, dövlət xidmətləri sektorunun genişləndirilməsi və müasirləşdirilməsi əhalinin rifah səviyyəsinin yüksəlməsinə səbəb oldu.

Nəhayət, builki parlament seçkiləri siyasi islahatların yeni mərhələsinə təkan verdi. Ölkənin müxtəlif siyasi fikir cərəyanlarını təmsil edən çoxsaylı namizədlərin böyük həvəslə iştirak etdiyi parlament seçkiləri indiyədək görünməmiş siya-si fəallıq şəraitində keçdi. Seçkilərin nəticələrinin təsdiq olunması prosesi də yeni metodologiyaların tətbiqi ilə yadda qaldı. Səsvermə və səslərin sayılması proseslərində seçki qanun-larının pozulması hallarına yol verilən

dairələrin nəticələri ləğv olundu və beləliklə, nəticəsi şübhə doğuran seçki dairələrində vətəndaşlara təkrar seçkilərdə iştirak edərək öz iradələrini tam azad və demokratik şəraitdə yenidən ifadə etmək üçün fürsət yaradıldı.

Parlamentin yeni tərkibi əvvəlki illərdən fərqli bir reallığı orta-ya çıxardı. Müstəqilliyimizin ilk illərindən başlayaraq formalaşmaqda və təkmilləşməkdə olan plüralist cəmiyyətin bütün siyasi palitrası öz əksini yeni parlamentdə tapdı. Belə bir parlamentin köhnə qaydalarla fəaliyyət göstərməsi artıq mümkün deyildi. Milli Məclisdə təmsil olunan bütün siyasi qüvvələr arasında apa-rılan dialoq parlament idarəçiliyində yeni konfiqurasiyanın meydana çıxması ilə nəticələndi. Hakim parti-yanın təmsilçiləri ilə yanaşı, müxalif və müstəqillər bloklarını təmsil edən deputatlar da parlament komitələrinin idarə olunmasında və eləcə də Milli Məclisin rəhbərliyində yer aldılar.

6-cı çağırış Milli Məclisin ölkəmizin siyasi həyatına gətirdiyi ən önəmli yenilik isə müstəqilliyimizin bərpasından sonra ilk dəfə parlamentə xanım deputa-tın sədr seçilməsi oldu. Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnu tanıyan Azərbaycan öz tarixi dövlətçilik ənənələrinə sadiqliyini bir daha nümayiş etdirdi. Ölkəmizdə çoxpartiyalı sistemin inkişafını və bütün siyasi partiyaların dövlət quruculuğu proseslərində eyni səviyyədə fəal iştirakını təmin etmək baxımından bütün baş verənləri inqilabi dəyişikliklər də adlandırmaq olar.

Bu gün iqtidar və ya müxalif yönümlü olmasından asılı olmaya-raq hər bir Azərbaycan vətəndaşı öz fikirlərinin, düşüncə və istəklərinin təmsilçisini parlamentdə və onun idarəçiliyində görə bilir. Bu isə siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın ölkənin siyasi həyatında fəal iştirak etmək imkanına malik olması deməkdir. Bu xalq – dövlət vəhdətinin ən mükəmməl ifadə for-ması olmaqla yanaşı, həm də modern siyasi mədəniyyətin göstəricisidir. Nəhayət, bu siyasi tandem xalq-dövlət münasibətlərinin və ma-raqlarının parlament müstəvisində birləşməsi deməkdir.

İslahatlar bu gün də davam etdirilir. Parlament seçkilərindən sonra ölkə rəhbərinin təşəbbüsü ilə başlanan geniş siyasi dialoq mühiti cəmiyyət daxilində qarşılıqlı etima-dın güclənməsinə xidmət etməklə bərabər, həm də müxalifət və iqtidar qüvvələri arasında münasibətlərin

qarşıdurma rejimindən əməkdaşlıq platformasına keçməsinə bir çağırışdır.

Qərəzli qarşıdurmanın heç bir hal-da və cəmiyyətin heç bir təbəqəsinə fayda gətirməyəcəyini başa düşən siyasi qüvvələr bu çağırışa cavab olaraq ölkəmizin milli maraqlarına xidmətə köklənmiş əməkdaşlığa qoşulurlar. Bu yaxınlarda Azad De-mokratlar və Yeni Zaman partiyaları-nın dövlət qeydiyyatına alınmasını da siyasi plüralizmin genişlənməsinə və siyasi sistemin inkişafına töhfə kimi dəyərləndirmək olar.

Ölkənin siyasi mühitində baş verən dəyişikliklər hakimiyyətin bütün qollarının fəaliyyətinə də öz təsirini göstərməkdədir. Bu günlərdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən REAL parti-yasının sədri İlqar Məmmədovun və İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovun məhkəmə işlərinə yenidən baxılaraq onlara bəraət verilməsi və zərərçəkmişlərə maddi təzminat ödənilməsi haqqında qətnamənin qəbul olunması da diqqətəlayiq hadisələrdən biridir. Milli maraq-ların dərki və onların qorunması naminə qarşılıqlı addımların atılması cəmiyyət daxilində siyasi etimad mühitini dərinləşdirməklə yanaşı, Azərbaycana qarşı qara piar kam-paniyaları aparan xarici qüvvələrin təsirini də neytrallaşdırır və onları dövlətimizə təzyiq etmək üçün istinad etdiyi arqumentlərdən məhrum etmiş olur.

Azərbaycanın siyasi həyatında fəal rol oynamağa iddialı olan hər bir qurumla dialoq bu gün də

davam etdirilməkdə və öz faydasını verməkdədir. Verilən məlumatlara görə, artıq 50-ə yaxın siyasi parti-ya və təşkilatın rəhbərləri iqtidar təmsilçiləri ilə görüşüb və ölkədə icti-mai-siyasi mühitin sağlamlaşdırılması üçün atılmalı addımları müzakirə ediblər. Bu, hər şeydən əvvəl, ölkə rəhbərliyinin cəmiyyətdə qarşılıqlı anlaşmanın və ictimai-siyasi sabitli-yin təmin olunması üçün siyasi dialoq ideyasına sadiqliyinin göstəricisidir.

Bu həqiqəti Prezident İlham Əliyevin yeni Baş prokuroru onlayn qəbul etdiyi zaman dediyi sözlər də bir daha təsdiq edir: “Bu gün siyasi sahədə çox genişmiqyaslı islahat-lar aparılır. Hakimiyyət tərəfindən təklif edilmiş dialoq, demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün siyasi qüvvələri bu dialoqa qoşu-laraq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.”

“Radikal” və ya “mülayim” adlan-dırılmasından asılı olmayaraq bütün siyasi qüvvələrin bu fürsətdən yarar-lanaraq yeni siyasi konfiqurasiyanı təmin etmək naminə barış mövqeyinə gəlməsi, sözün əsl mənasında, milli maraqlara xidmət nümunəsi olardı. Bütün siyasi qüvvələrin qarşılıqlı,

faydalı əməkdaşlığa doğru addımlar atması ən ümdə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də dövlətimızin möv-qeyini kifayət qədər möhkəmləndimiş olardı.

Bu gün bütün dünya pandemiya-ya qarşı gərgin mübarizə şəraitində yaşayaraq post-pandemiya dövrü-nün çağırışlarına hazırlaşmaqdadır. Bütün ölkələr üçün gözlənilməz olan qlobal pandemiyanın ilk günlərindən başlayaraq Prezident İlham Əliyevin sərəncamları ilə atılan ardıcıl addım-lar cəmiyyətimizin bu sınaqdan da az itkilərlə çıxmasına zəmin yaradır. Fors-major şəraiti həm də hökumətin bütün qurumlarının fövqəladə rejim vəziyyətində səmərəli fəaliyyət göstərə bildiyini və qarşımıza çıxa biləcək bütün maneələri birlikdə uğurla dəf etməyə qadir olduğumuzu göstərdi.

Azərbaycanın Birinci vitse-pre-zidenti Mehriban xanım Əliyevanın çağırışı ilə cəmiyyətimizdə indiyədək görünməmiş səfərbərlik ruhu yarandı və on minlərlə insan sosial cəhətdən zəif əhalinin müdafiəsi üçün könüllü fəaliyyətə keçdi. Ölkənin hər yerində insanlar arasında qarşılıqlı yardım-laşma, mərhəmət və maddi-mənəvi dəstək abı-havası hökm sürdü, yüz minlərlə vətəndaşa, on minlərlə sahibkara dövlət yardımı göstərildi. Vətəndaşlar bir daha dövlətimiz tərəfindən insan həyatına yüksək dəyər verilməsinin şahidi oldu.

Bu gün dünyanın bütün bölgələrində pandemiyadan son-ra bəşəriyyətin həyatında yeni bir dönəmin başalanacağı haq-

da fikirlər səsləndirilir. Müasir cəmiyyətlərdə insan amilinin yüksək dəyərləndirilməsi, bütün siyasi, iqtisadi və sosial nəzəriyyələrin məhz insanların mənafeyinə xidmət etməsi zərurətinin dərk olunması cəmiyyətdaxili münasibətlərin də gərginlikdən sabitliyə və qarşı-durmadan əməkdaşlığa keçməsini şərtləndirir.

Prezident İlham Əliyevin siyasi dialoq çağırışı da siyasi rəqabəti istisna etməyən qarşılıqlı əməkdaşlıq platformasına keçidi özündə ehtiva edir. Belə bir keçidin baş tutacağı halda dövlət sovet dövründən miras qalmış bütün problemlərin qısa bir za-manda aradan qaldırılmasına nail ola bilər və nəticədə ölkəmizin ahəngdar dinamika üzrə sürətli inkişaf yoluna qədəm qoyması üçün daha əlverişli şərait yarana bilər. Vətəndaşların mütləq əksəriyyəti ölkə başçısının siyasi dialoq təşəbbüsünü dəstəkləyir və bütün siyasi qüvvələrdən milli maraqlar naminə müvafiq addımların atılmasına ümid edir.

Bugünkü siyasi qüvvələr nisbətinin real mənzərəsindən də görünən odur ki, yalnız bu zərurəti dərk edən siyasi qüvvələr vətəndaşların etimadını qazana və ölkənin siyasi həyatında öz fəaliyyətini faydalı və uğurlu şəkildə davam etdirə biləcəklər. Daimi gərginlik və qarşıdurma mövqeyini seçənlər isə siyasi intihar yolunu seçmiş olacaqlar.

Cavanşir FEYZİYEV, Milli Məclisin deputatı,

fəlsəfə doktoru

2018-ci ilin prezident seçkilərindən öncə ölkə başçısı tərəfindən

köklü siyasi islahatların həyata keçiriləcəyinə dair anonslar verilmişdi. Prezident İlham Əliyev sosial-iqtisadi islahatlarla yanaşı, siyasi islahatların da canlandırılmasının vacibliyini qeyd etmiş və seçkilərdən sonra dövlət quru-culuğu sahəsində demokratik proseslərin dərinləşəcəyini vəd etmişdi. Həmin

seçkilərdən sonra ölkəmizin həyatında baş verənlər dövlət başçısı tərəfindən aparılan siyasətin düşünülmüş və dəqiq nəticəyə hesab-lanmış layihələrə əsaslandığını və bu proseslərin hər bir vətəndaşın şəxsi həyatında öz müsbət təzahürünü tapdığını göstərir. İqtisadi-sosial sahədə daha öncədən başladılmış geniş miqyaslı islahatlar seçkilərdən keçən 2 il ərzində bir sıra hökumət qurumlarının–nazirliklərin və komitələrin fəaliyyətində əsaslı dönüş yaratdı. Yüz minlərlə mövcud iş yerlərinin leqallaşdırılması və eyni zamanda, yüz minlərlə yeni iş yerlərlərinin yaradılması dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmini əhəmiyyətli dərəcədə artırdı.

Bunu ölkədə aparılan genişmiqyaslı islahatlar da sübut edir

5 may 2020-ci il, çərşənbə axşamı 7

Page 8: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

Heydər Əliyev respublikamızda hakimiyyətdə olduğu dövrdə ( 1969-1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. Hələ 1969-cu ildən, yəni ulu öndər hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri, hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. Ümummilli lider hələ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizə daha da gücləndirilmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də ölkəmizin sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.

Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi, bu məsələni ön plana çəkdi və həmin qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.

Sovet dövründə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. 1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci katibi V. Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışdır. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq

belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.

Ümummilli liderin müdrik rəhbərliyi, həyata keçirdiyi məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşüb. XX əsrin 70-80-ci illərinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarix kimi daha dərindən öyrənilməsi olduqca zəruridir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz ümummilli liderin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndər çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb və bu nailiyyətlər o vaxt hakimiyyətdə olan ümummilli liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olub.

Həmin dövrdə xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanışını şərtləndirdi. Bununla yanaşı, erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Bu məqsədlə Ağdam–Xankəndi dəmir yolu çəkildi. 1979-cu il yanvarın 12-də həmin yol ulu öndərin iştirakı ilə istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi. Həmin dövrdə bütün çətinliklərə baxmayaraq Heydər Əliyev Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəanın 1978-ci il Konstitusiyasına daxil edilməsinə nail olub.

Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. 1980-1981-ci illərdə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə abidə-məqbərə tikildi. Şuşaya səfəri zamanı Heydər Əliyev Poeziya evini açdı, Vaqif poeziya günlərində

iştirak etdi, Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış oldu və onların qorunmasına dair tövsiyələrini verdi. 1982-ci il avqustun 2-də Şuşada şair Xurşidbanu Natəvana abidə qoyuldu.

Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması xeyli dəyişdi. Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, yerli əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratmışdı.

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında, ilk növbədə, Ermənistan SSR ərazisində antiazərbaycan, antitürk təbliğatı daha da güclənməyə başladı. Bu proses M. Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi K. Dəmirçiyan Sov. İKP MK-nın Siyasi Bürosuna

qondarma “erməni soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət etmiş, Siyasi Büronun iclasını aparan M. S. Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A. Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdır. Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər.

1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev Sov. İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov. İKP MK-nın Baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha səmərəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü.

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmişdi.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri, eləcə də, dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Yalnız 1993-cü ilin ikinci yarısında Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır.

Dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən, beynəlxalq və regional

təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edirdi.

Ümummilli lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi

Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindəndir.

Heydər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan, 1994-cü il mayın 4-də Prezident Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalandı. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir.

Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasına dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirildi və dövlətimizin üçrəngli bayrağı ucaldıldı.

Bütövlükdə, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər respublikamız üçün həlledici illər olmuşdur. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməsi səmərəli əməkdaşlığımız, ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. Həmin illərdə çox ciddi islahatlar aparılmış, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmiş, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət almışdır. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi

sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir. Həmin dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.

2003-cü ildən bəri isə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Bu müddətdə Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş və müdrik siyasəti sayəsində Azərbaycan sabitlik və təhlükəsizlik adasına çevrilib. Dövlət başçısının qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasi kursuna sadiqlik və onun uğurla davam

etdirilməsi siyasəti dayanır. Prezident İlham Əliyev prezidentliyi dövründə, ilk növbədə, daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr genişlənib. Bununla yanaşı, son iki ildə ölkəmizin evsahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər – 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, 2019-cu ildə VII Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü, Qoşulmama Hərəkatının Zirvə toplantısı, Dünya dini liderlərinin II Sammiti və digər möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilib, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılıb. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri–Çıraq–Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-dən 2050-ci ilə qədər uzadılıb. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd edildi və məhz həmin gün Cənub Qaz Dəhlizinin təməli qoyulub. Bununla yanaşı, hazırda Azərbaycan, Gürcüstan və Türkiyə Bakı–Tbilisi–Ceyhan, Bakı– Tbilisi–Ərzurum və digər önəmli layihələri, o cümlədən, nəqliyyat sahəsində Bakı–Tbilisi–Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaradılıb. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən, enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Bundan əlavə, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı–Tbilisi– Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars, TANAP, TAP və digər layihələr Azərbaycanı qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir.

Həmçinin, son 16 il ərzində Azərbaycanın bir sıra yaddaqalan diplomatik uğurlara imza atması ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlət olmaqla yanaşı, yürütdüyü

müstəqil xarici siyasətinin milli maraqlara söykəndiyinin bariz nümunəsidir. Xüsusilə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Qeyd etmək vacibdir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il

oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Eyni zamanda, dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü dünyaya bir daha bəyan edərək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı, ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu bildirdi.

Bununla yanaşı, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.

Eləcə də, son illərdə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Bu baxımdan, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü zamanı çıxışında bildirib ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir və pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq, eləcə də pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır.

Ümumiyyətlə, bütün bunlar onu deməyə əsas verir ki, son vaxtlar həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq, həyata keçirilən siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib.

Elçin ƏHMƏDOV, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,

siyasi elmlər doktoru

Heydər Əliyev – dahi şəxsiyyət, görkəmli dövlət xadimi

Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq, bu siyasəti davam etdiririk. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük, onun fiziki yoxluğu şəraitində bu siyasət yaşayır və yaşayacaqdır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək

nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur.

5 may 2020-ci il, çərşənbə axşamı8

Page 9: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

SƏRT APREL, YUMŞAQ MAY…İlk növbədə, gördük ki, xalqımız ötən

günlər ərzində təmkinli davrandı, dövlətin tətbiq etdiyi məhdudiyyətləri anlayış və ləyaqətlə qarşıladı. Xalqın xeyirxahlıq duy-ğuları daha çox qabardı, minlərlə ailə sovqat aldı, nə qədər könül ovuduldu, evlər ziyarət olundu… Digər tərəfdən, sanki təbiət, hava istirahət etdi, nəfəs aldı. Rəsmi məlumatlara görə, paytaxt Bakının havası uzun illərdən bəri ilk dəfə bu qədər təmiz olmuşdur.

Dövlət orqanlarımız, əlbəttə, dövlət başçımızın şəxsi nəzarəti sayəsində yeni dönəmin şərtlərinə uyğun çalışma rejiminə köklənə bildi, müəyyən sahələrdə Azərbaycan təcrübəsi qazanıldı...

Əlbəttə, bu qəbildən olan addımların, hadisələrin siyahısını uzada bilərik, bununla belə, vacib bir məqama toxunmaqda fayda var. Bu da, ondan ibarətdir ki, hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı, bir çox vətəndaşımızda, sanki təhlükənin sovuşduğu ovqatı yaranmış kimi görü-nür. Şükür Tanrıya, itkilərimiz azdır, rəsmi statistika ümidləri artırır, dövlət nəzarəti inamı gücləndirir və s. Lakin unutmayaq ki, karantin rejimi məhdudiyyətlərinin bəzilərinin aradan qaldırılması özlüyündə nə qədər xoş təsir bağışlasa da, vətəndaşlarımız arasında virusa yoluxma hallarında artım ola, prosesin ikinci dalğası başlaya bilər. Bunu səhiyyədə çalışan mütəxəssislərimiz infeksiyaların gedişinə və illərin təcrübəsinə əsaslanıb deyirlər.

Vətəndaş fərqində olmalıdır ki, COVID-19 uzunmüddətli prosesi, xüsusi diqqəti özündə ehtiva edərək, ciddi münasibəti əskiltməməyi tələb edir. Bu səbəbdən mövcud qaydalara əməl olunma-sı, profilaktik tədbirlərin davam etdirilməsi öz zəruriyyətini saxlamaqdadır. Necə deyərlər, karantin rejimini dövlət yumşaldıb, lap yaxşı, biz özümüzsə, öz rejimimizi mümkün qədər yenə saxlayaq, bu da olsun, ikiqat yaxşı…

Tələb olunanlarsa, fövqəladə, çətin, həlli mürəkkəb məsələlər deyil, əlbəttə. Neynəməli? -- Gigiyena qaydalarına ciddi riayət edəcək, maarifləndirici proqramlara,

ədəbiyyata biganə qalmayacaq, ötən günlər ərzində sınaqdan çıxmış təmizkarlığımızı “bir nəfər hamı, hamı bir nəfər üçün” şüarı ilə davam etdirəcəyik.

Özünütəcridin, “Evdəqal!” kampaniyası-nın “yumşaq rejim”də də davam etdirilməsi ümumi işin xeyrinədir. Özəlliklə, koronavirus-la bağlı həssas qrup sayılan yaşlı insanları-mızla bağlı qayğı, diqqət azalan yox, artan qaydada davam etməlidir.

Mütəxəssislərin belə bir ortaq fik-ri var ki, xüsusi karantin rejimindəki məhdudiyyətlərin sanitar-epidemioloji ortamdan asılı olaraq mərhələ-mərhələ yumşaldılması məqsədə uyğundur. Amma epidemioloji durum tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejiminin yenidən sərtləşdirilməsi, uyğun məhdudiyyətlərin yenidən tətbiqi qaçılmaz ola bilər. Demək, rejimin sərtləşdirilməsi, ya da yumşaq qalması, əsasən, bizim hər birimizin davranışı-mızdan, anlayışımızdan, deyərdim ki, vətənpərvərli-yimizdən asılıdır.

Beləliklə, indiki durumda çox şey dövlətdən ziyadə, vətəndaşın özündən asılı-dır. Məhdudiyyətlər götürülsə belə, vətəndaş profilaktik tədbirlərə, sanitar normalara uyğun davransa, yoluxma halları artmasa, paytaxtımızda, ölkəmizdə gün-güzəran əvvəlki qaydasına qayıdar, rahat həyatın zərrin şəfəqləri üzlərə nur səpər.

Bəli, yeni ay və yeni ay boyu növbəti mərhələ başlandı.

Bu yeni ayda hər birimiz xəstəliyin yeni dalğasına yol verməməklə bağlı şəxsi örnəklər göstərmək, o cümlədən, şəxsi gigi-yena, özünütəcridə riayət, kütləvi toplantıla-ra yol verməmək, sosial məsafəni qorumaq və bu qəbildən digər addımları atmaq, qaydalara əməl etməliyik. Bu, karantinin yumşaldılması mərhələsində bizimçün bir milli, bəşəri borc olmalıdır.

Əkbər QOŞALI, Milli QHT Forumu İdarə Heyətinin üzvü

Hazırda pandemiyanın milli iq-tisadiyyata təsirlərinin azaldılması, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə önəmli tədbirlər həyata keçirilir. Azərbaycan hökuməti tərəfindən beynəlxalq müstəvidə baş verən problemin yarada biləcəyi fəsadların neytrallaşdırıl-ması istiqamətində bütün zəruri addımlar atılır.

Vergi güzəştləri pandemiyanın makroiqtisadi

sabitliyə mənfi təsirinin azaldılması məqsədi daşıyır

Nazirlər Kabinetinin Tədbirlər Planında əksini tapan istiqamətlərdən biri də ölkədə pandemiyadan zərər çəkən sa-hibkarlıq subyektlərinə dəstəyin göstərilməsidir. Bu məqsədlə Vergi Məcəlləsində və bir sıra qanun-vericilik aktlarında dəyişikliklərlə bağlı təklifər hazırlanıb.

İqtisadiyyat Nazirliyi ya-nında Dövlət Vergi Xidmətinin məlumatında respublikada pande-miyadan zərər çəkən sahibkarlıq subyektlərinə vergi sahəsində müvafiq təşviqlərin verilməsinin nəzərdə tutulduğu bildirilib. Bu-nunla bağlı Vergi Məcəlləsində dəyişikliklərə dair qanun layihəsi hazırlanıb. Dəyişikliklər sahibkar-lıq subyektləri, biznes icmaları, habelə aidiyyəti dövlət orqan-larının nümayəndələri ilə geniş müzakirə edilib, biznesin tələbləri və istəkləri nəzərə alınaraq, mü-vafiq qanun layihəsi Milli Məclisə təqdim olunub.

Qanun layihəsində pandemiya-dan bilavasitə zərər çəkən sahələr üzrə əmlak və torpaq vergiləri üzrə 2020-ci il üçün vergidən tam azadolma, mənfəət vergisi üzrə isə 75 faizlik güzəşt nəzərdə tutulur. Qeyd olunan azadolmalar-la bərabər, spesifik sahələr üzrə mövcud vergi rejimləri nəzərə alınmaqla xüsusi güzəştlər təklif edilir.

Bu gün ölkə daxilində sərnişindaşıma xidməti göstərən subyektlər, habelə istimai iaşə fəaliyyəti ilə məşğul olan sahələr üçün sadələşdirilən verginin xüsusi rejimi mövcuddur. Həmin hüquqdan yararlanan sahibkarlar üçün də sadələşdirilmiş verginin dərəcəsi 50 faiz azaldılacaq.

Pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinin iqtisa-di fəallığının kifayət qədər aşağı düşdüyü, Nazirlər Kabineti yanın-da Operativ Qərargahın qərarları əsasında həmin sahələrdə fəaliyyətin məhdudlaşdırılğı nəzərə alınaraq, onlar tərəfindən 2020-ci ildə 2019-cu ilin nəticələrinə görə cari vergi ödəmələrinin təxirə salınması və bu il ərzində bütövlükdə mənfəət (gəlir) vergisi üzrə arayışların verilməsi, habelə ödəmələrin həyata keçirilməsinin ləğvi təklif olunur. Digər tərəfdən, sahibkarlıq subyektlərinin 2019-cu ilin nəticələri üzrə mənfəət (gəlir) vergisinin bəyannamələrinin təqdim olunması və ödənişlərin edilməsinin də cari il sentyabrın 1-dək təxirə salınması nəzərdə tutulur.

Vergi Məcəlləsinə dəyişikliklər layihəsində mikro sahibkarlıq subyektləri ilə bağlı müddəalar da yer alıb. Layihəyə əsasən, mikro sahibkarlıq subyektlərinin sadələşdirilən vergi öhdəliklərinin 50 faiz aşağı salınması nəzərdə tutulub. Həmin subyektlər tərəfindən bu ilin birinci və ikinci rübləri üzrə sadələşdirilən, mənfəət (gəlir), həmçinin əmlak vergiləri üzrə hesabatların təqdim olunması, həmçinin hesablanan verginin büdcəyə ödənilməsinə 2020-ci il sentyabr ayınadək tətil verilməsi qərarlaşdırılıb.

Layihədə yuxarıda vurğu-lananlarla bərabər, sahibkarlıq subyektləri üçün nəzərdə tutulan dəstək tədbirləri çərçivəsində sosial sığorta yükünün azaldıl-ması ilə bağlı təkliflər də yer alıb.

Bununla bağlı “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər hazırlanıb və bu dəyişikliklər sahibkarlıq subyektləri, biznes ic-ması və hökumət üzvləri ilə geniş müzakirələr aparıldıqdan sonra Milli Məclisə təqdim edilib.

Pandemiyanın maliyyə bazarına təsirlərinin azaldılmasına xüsusi

diqqət yetirilirMərkəzi Bank (AMB)

koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib. Həmin qərarda fiziki şəxslərə İpo-teka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilən ipoteka

kreditlərinin, dövlət fondlarının vəsaitləri hesabına ayrılan biznes təyinatlı kreditlərin restrukturi-zasiyasını, eləcə də sığorta və kapital bazarı iştirakçılarının dəstəklənməsini əhatə edən məsələlər öz əksini tapıb.

AMB tərəfindən nəzərdə tutulan tədbirlər İqtisadiyyat Nazirliyinin müəyyənləşdirdiyi iqtisadiyyatın pandemiya-dan təsirlənmiş sahələrində fəaliyyət göstərən özəl biznes subyektlərinə, o cümlədən sahibkarlıqla məşğul olan fiziki şəxslərə kredit təşkilatları tərəfindən verilən, cari il martın 1-nə keyfiyyəti qənaətbəxş olan

və kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq kreditlərin restrukturizasiyasına imkan yara-dılacaq. Bununla bərabər, banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında həmin kreditlərin müddəti artırıla bilər. Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin rest-rukturizasiya edilməsindən asılı olmayaraq, kreditin keyfiyyəti cari il sentyabrın 30-dək pisləşdirilməyəcək.

Eyni zamanda, bu il martın 1-nə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının vəsaitləri hesabına verilmiş biznes təyinatlı kreditlərin restrukturizasiya im-kanlarının yaradılması nəzərdə tutulur. Bu tədbir nəticəsində Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilən 1 milyard manat həcmində biznes kreditləri üzrə 10 minədək iş ada-mının güzəştlərdən faydalanması üçün imkan yaranacaq.

Fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində İpo-teka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilən ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq. Bu tədbir nəticəsində 1,1 milyard manat həcmində ipoteka krediti üzrə

23 min borcalanın faydalanma-sı imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. Martın 1-dək verilən və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası sentyabrın 30-dək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək. Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100 faizdən 50 faizədək azaldılması barədə qərar qəbul edilib.

Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında sentyabrın 30-dək borc-ludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kre-dit təşkilatlarına tövsiyə ediləcək və bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyəcək. Bu müddət ərzində kredit təşkilatları tərəfindən əsas borc üzrə faizlərin hesablanması davam etdiriləcək.

Qeyd olunan tədbirlərin həyata keçirilməsinə şərait yarat-maq, biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanla-rının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış

dayanıqlıq yastığından istifadəyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur. Bu məqsədlə banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1 faiz azadılma-sı planlaşdırılır. Eyni zaman-da, bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.

Bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması istiqamətində tibbi ləvazimat və avadanlıqlar isteh-salçılarına verilən kreditlərin risk səviyyəsi 100 faizdən 20 faizə qədər azaldılacaq və beləliklə, bu sahəyə banklar tərəfindən daha ucuz və daha az kapital sərf etməklə kredit ayırmağa imkan yaradılacaq.

Mərkəzi Bank tərəfindən ko-ronavirus pandemiyasının kapital bazarı iştirakçılarına yaranmış vəziyyətin mənfi təsirinin azaldıl-ması istiqamətində də tədbirlərin həyata keçrilməsi nəzərdə tutulur. Bu məqsədlə investisiya şirkətlərinin kapital tələblərinin po-zulması müşahidə edildikdə təsir tədbirlərinin görülməsi 2021-ci il yanvarın 1-dək, investisiya şirkətləri və fond birjası tərəfindən illik audit hesabatların açıqlanması isə bu il sentyabrın 30-dək uza-dılacaq. Bununla yanaşı, qiymətli kağızları kütləvi təklif edilən və tənzimlənən bazarda ticarətə buraxılan emitentlər tərəfindən hesabatların açıqlanması da 1 ay müddətinə uzadılıb.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İctimaiyyət korrupsiya ilə mübarizə istiqamətində atılan addımları müsbət qarşılayır

Azərbaycan Prezidenti ölkənin yeni Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən, bu məsələlərlə əlaqədar bir sıra mühüm məqamlara toxundu, öz dəyərli tapşı-rıq və tövsiyələrini verdi. Dövlətimizin başçısı respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifahının daha da yaxşılaşdırılma-sı istiqamətində gerçəkləşdirilən tədbirlər, neqativ hallara qarşı mübarizənin gücləndirilməsi və qanunun aliliyinin təmin olunması sahəsində hüquq-mühafizə orqanla-rının qarşısında duran vəzifələrdən ətraflı danışdı. Həmişəki kimi, bu dəfə də cənab İlham Əliyev vəzifəyə təyin edilən şəxslərin xalqa xidmət göstərməli olduqlarını xatırlatdı və bil-dirdi ki, vəzifəli şəxslər vətəndaşların problemlərinə daim həssaslıqla ya-naşmalı, onların üzləşdikləri müəyyən çətinliklərin aradan qaldırılmasına

yardımçı olmalıdırlar: “...Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçılarının, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunan-da ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahib-karlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm. Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır”.

Burada təəssüf doğuran bir məqamı da vurğulamaq istərdim. Son vaxtlar cənab İlham Əliyevin etimad göstərib vəzifəyə təyin etdiyi bəzi şəxslər qanunazidd əməllərə, özbaşınalığa yol verdikləri üçün cəzalandırılıb. Məsələn, bir neçə gün

bundan əvvəl DTX-nin əməkdaşları tərəfindən cinayət başında yaxalanan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlara qayğı göstərmək, onların problemləri ilə maraqlanmaq, kömək etmək əvəzinə, hətta vətəndaşlara məxsus əmlaklara tamah salıb, onları ələ keçirib. Bu və buna bənzər hərəkətlər adamı dəhşətə gətirir. Görünür, belələri üçün vətənpərvərlik, vətəndaşlıq mövqeyi, dövlətçiliyə sədaqət, insanlara diqqət və qayğı göstərmək deyil, şəxsi mənafe, haram yolla sərvət toplamaq, varlanmaq hər şeydən üstündür. Şübhəsiz ki, xalqın, Prezidentin eti-mad və etibarını itirən bu cür şəxslərin gec-tez cəzalandırılmaları da təbiidir.

Bir daha vurğulayıram, icra hakimiyyəti başçıları ölkə rəhbəri tərəfindən vəzifəyə təyin ediləndə, onlara insanların qayğıları ilə maraqlanmaq, vətəndaşlara həssas

münasibət bəsləmək, bürokratik əngəllər yaratmamaq, eyni zamanda, sahibkarlığa, özəl bölməyə dəstək olmaq, investisiya mənbələri axtar-maq, yeni iş yerlərinin açılmasında təşəbbüskarlıq göstərmək ümdə vəzifə kimi tapşırılıb. İcra başçıları isə həmin tapşırıqlara laqeyd yanaşanda, bir çox hallarda isə vəzifələrindən sui-istifadə edəndə, təbii ki, cəmiyyətdə müəyyən narazılıq, sosial gərginlik halları da müşahidə olunur. Əlbəttə, dövlət başçısı həmin vəzifəli şəxslərin belə neqativ əməllərinə biganə ya-naşmır, dərhal reaksiya verir, hüquq-mühafizə orqanlarından korrupsiya və rüşvətxorluğa qarşı daha sərt mübarizə aparmalarını tələb edir.

Son günlər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının, habelə bir sıra rayonların icra hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin vəzifəli şəxsləri tərəfindən qanunazidd əməllərə yol verilməsi və bunun qarşılığında onla-rın cəzalandırılması da bir daha onu göstərir ki, ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə davamlı olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbulu zamanı vurğuladığı məqamlar da ölkə rəhbərinin Azərbaycanda korrupsiya-nın, rüşvətxorluğun kökünü birdəfəlik kəsməkdə qərarlı olmasından xəbər xəbər verir.

Hüseynbala MİRƏLƏMOV, texnika elmləri doktoru,

professor

5 may 2020-ci il, çərşənbə axşamı 9

Aprel ayı başa çatdı, yeni ay başladı və 2020-ci ildə bu, yalnız adi təqvim dəyişməsi olmayıb, bütöv bir karantin ayından ümid

ayına keçid oldu. Demək olar, ki, vətəndaşlarımız heç vaxt ölkə boyu belə karantin yaşamamışdılar. Beləliklə, hələ martdan başlamış və apreli tamamlamış karantinin indiki – yumşaldılma mərhələsində nələri müşahidə edirik, hansı fərqləri qeyd etmək mümkündür və yeni ay və aylar necə görünür – deyə düşünsək, nə deyə bilərik?

Son illərdə ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönələn tədbirlər bir sıra siyasi dəyişikliklərlə müşayiət olunur. Bu dəyişikliklər fonunda respublikada siyasi transformasiya mühiti getdikcə şəffaflaşır. Davam-lı olaraq struktur və kadr islahatları aparılır. Bütün bunlarla bərabər, beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilən kor-rupsiya ilə mübarizə tədbirləri gücləndirilir. Dövlət başçısının bir-başa rəhbərliyi altında pensiya, ünvanlı sosial yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın, həmçinin sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı vaxtaşırı önəmli addımlar atılır. Təbii ki, aparılan islahatlar, atılan addımlar ölkənin gələcək dayanıqlı inki-şafının reallaşdırılması məqsədi daşıyır.

Dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avro-panın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər bura-da hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması üçün operativ addımlar atılır

Bu gün inamla deyə bilərik ki, Azərbaycanda koronavirus pandemiyasından ölkə vətəndaşlarının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması üçün aparılan düşünülmüş siyasət və həyata keçirilən səmərəli tədbirlər nəticəsində bu bəlaya yoluxma halları məhdudlaşdırılıb. Ona görə də sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 27-dən və mayın 4-dən etibarən məhdudiyyətlərin müəyyən hissəsinin yumşaldılması, bir sıra sahələrdə isə fəaliyyətin bərpa olunması barədə qərar verilib. Bununla bərabər, hökumət sosial sahəyə dövlət dəstəyinin davam etdirilməsi, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması istiqamətində operativ addımların atılması davamlılığının zəruriliyini bildirib.

Bakıda qeyri-iş günlərində zərurət olmadan küçəyə çıxan 275 nəfər barəsində müvafiq tədbirlər görülüb

Bakı Şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu cür halların yolverilməzliyi baxımın-dan mayın 3-də – həftənin bazar günü fəaliyyətinə icazə verilən bir sıra dövlət qurumlarının və digər sahələrdə çalışan şəxslərin qeyri-iş günlərində zərurət olmadan küçəyə çıxmaları müəyyən edilib. Təkcə Bakı şəhərində bu növ pozuntulara yol verən 275 nəfər saxlanılıb. Onların

hər biri barəsində qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görülüb.

Zərurət yaranmadıqda vətəndaşlara şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri, pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir şəxsdən ciddi səbəb olmadan evdən çıxmamaları tövsiyə edilir.

Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar

işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş bəzi şəxslərin müvafiq icazələrdən sui-istifadə edərək, ciddi zərurət olmadan küçələrdə saatlarla sərbəst hərəkət etməsi, nəqliyyat vasitələri ilə avtomobil yollarında sıxlığı artırması, nəticədə isə infeksiyanın yayılmasına şərait yaranması kimi neqativ vəziyyət müşahidə olunur.

Page 10: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

5 may 2020-ci il, çərşənbə axşamı10COVİD–19: yeni mərhələ yeni məlumatlandırma tələb edir

Xüsusilə də virusun yoluxma mənbəyi kimi orqanizmə ağız və burun vasitəsilə keçdiyini nəzərə alsaq, onda əllərin gigiyenasına önəm verildiyi kimi, qəbul edilən qidalara, ərzağa da, onların satıldığı ticarət şəbəkələrinin sanitar qaydalara ciddi əməl edib-etmədiyinə də xüsusi diqqət yetirilməlidir. Bu səbəbdən ərzaq məhsulları ilə məşğul olan müəssisələrdə çalışan əməkdaşlar və əhalinin sağlamlığının qorunması məqsədilə hazırda COVİD-19 infek-siyasına qarşı aparılan araşdırmalar diqqət çəkir. Belə ki, əldə edilən məlumatlara əsasən virus hava-dam-cı yolu ilə və ya dolayı yolla kontami-nasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğuna, gözlərə və buruna toxunmaqla ötürülür.

Bir çox hallarda yoluxmuş insan-larda xəstəliyin gedişatında yüngül simptomlara rast gəlinsə də, yaşlı insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

Xəstəliyin profilaktiksına əl gigiye-nası, sosial məsafənin saxlanması, tənəffüs gigiyenası aid edilirsə, ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfek-siya edilməsi xəstəliyə yoluxma riskini azaldar. Buna görə də əsasən satışla məşğul olan müəssisələrin giriş-çıxış qapılarında, rəflərdə, piştaxtalarda alıcıları məlumatlandıran lövhələr asılmalıdır. Həmçinin məlumatlar vərəq şəklində hər bir alıcıya təqdim edilməlidir.

Kassaların qabağında 2 metrlik məsafənin gözlənilməsi, satışla

məşğul olan müəssisələrdə çalışan işçilərin birdəfəlik maska və əlcəklərlə təmin olunması, qablaşdırılmayan malların yalnız xüsusi gigiyenik vasitələrlə təchiz edilmiş işçi heyəti üzvləri tərəfindən təqdim edilməsi, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi xüsusi nəzarətdə saxlanmalıdır.

Zalların, otaqların havalandı-rılmasına, soyuducuların tempe-ratur rejiminə nəzarətə və soyuq zəncirin davamlılığına, tullantıla-rın vaxtında kənarlaşdırılmasına, xəstə işçilərin evdə qalması ilə bağlı maarifləndirmənin həyata keçirilməsinə, simptomlu şəxslərin müəssisəyə girişinə qadağa qoyulma-sına diqqət yetirilməlidir.

Müəssisələrdə həm mexaniki təmizləmə (tullantıların məkandan uzaqlaşdırılması), həm də adi təmizləmə (isti su və lazım gələrsə yuyucu vasitələrdən istifadə etməklə) aparılmalı, ardınca durulama, dezinfeksiya və dezinfeksiyadan sonra təkar durulama işi həyata keçirilməlidir.

Dezinfeksiya işləri apararkən, diqqət edilməlidir ki, qida ilə təmasda olan səthlər dezinfeksiyadan sonra yenidən su ilə durulansın. Giriş-çıxış-lar, ayaqaltlıqlar, qapı və tutacaqlar, şəxsi əşyalar saxılanan dolablar, rəflər, stellajlar, araba və səbətlər, soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, anbarlar dezinfeksiya edilməlidir.

Müəssisədəki işçi heyətinin şəxsi gigiyenası da diqqətdə saxlanmalıdır.

Qida məhsulları ilə işləyənlər saçları qapalı saxlayan baş örtüklərindən istifadə etməlidirlər. Əllərin, dırnaqla-rın gigiyenasına da fikir verilməlidir. Tibbi maskalar ağız və burun səthini örtməklə üz və maska arasında-kı boşluğu minimuma endirməklə taxılmalıdır. Maska çirklənən anda dəyişdirilməlidir. İşə başlamazdan əvvəl üst paltarı, ayaqqabı, şəxsi əşyalar qarderoba yerləşdirilməlidir. İş zamanı təmiz paltarda olmalı, çirklilər dəyişdirilməlidir. İş palta-rında müəssisədən kənara çıxmaq yolverilməzdir.

Göstərilən tövsiyə və qaydalara ciddi əməl olunmalıdır. Bacardığımız qədər özümüzü qorumalıyıq. Nəinki özümüzü, başqalarını da... İndi necə hərəkət ediriksə, bu cür də davam etməliyik. İnsanların çox olduğu yerlərə getməkdən, təmaslardan maksimum çəkinməliyik.

Əsas prinsip odur ki, məhdudiyyələrin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməsin, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi, məsafə tələbinə riayət etsinlər. Və bu min-valla koronavirusla mübarizənin

növbəti mərhələsinə başlamalıyıq. Mütəxəssislər bildirirlərsə, demək, uzun illərin təcrübələrinə əsaslanıb deyirlər. Vətəndaşların borcu Azərbaycanda koronavirusun ikinci dalğasına yol verməmək üçün bütün tələblərə, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, sosial məsafə saxla-nılması və s. məsələlərə, qaydalara riayət etməkdir.

Əminik ki, dövlət başçısının tövsiyə və tapşırıqlarının, eləcə də Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qayda və metodiki göstərişlərin icra olunması bu qara kabusun ölkəmizə qayıdışı-nın qarşısını alacaqdır. Amma bütün rəsmi sənədlərdə deyildiyi kimi, ölkə vətəndaşlarının bu tövsiyələrə lazımınca əməl etməsi də çox va-cibdir. Soydaşlarımızın geridə qalan 3-4 ayda nümayiş etdirdiyi gigiyena mədəniyyəti və vətəndaş məsuliyyəti sübut edir ki, biz qarşıda duran növbəti mərhələni də uğurla başa çatdıracağıq.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Kamaləddin Qafarov: Postneft dövrünün uğuru hüquq-mühafizə sistemi üzrə islahatların effektivliyindən çox asılıdır

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafa-rov bildirib ki, dövlət başçısı tamamilə düzgün olaraq qeyd edib ki, hazırda həyata keçirilən islahatlar birinci növbədə əhalinin sosial rifahının, hər bir Azərbaycan vətəndaşının gündəlik həyatının yaxşılaşmasına xidmət edir: “Məlum olduğu kimi, ölkə Prezidenti hələ bir neçə il bundan əvvəl bəyan edib ki, biz postneft dövrünə hazırlaş-malıyıq və bu gün, əslində, postneft dövrü ilə artıq üzbəüzük. Dünyanın neft bazarlarında pandemiya ilə bağlı müşahidə olunan iqtisadi böhran,

neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə mənfi təsir göstərib. Ona görə də müasir mərhələdə ölkəmizdə ən prioritet məqsəd qeyri-neft sek-torunun dinamik inkişafıdır və bu seqmentdə reallaşdırılan iqtisadi isla-hatlar nəticəsində postneft dövrünün uğuru təmin edilə bilər”.

K.Qafarov qeyd edib ki, Prezident İlham Əliyev digər sahələrdə həyata keçirilən islahatların prokurorluq orqanlarında da aparılmasını çox zəruri hesab etmiş və bununla bağlı sözügedən strukturların qarşısında yaxın gələcək üçün konkret vəzifələr

qoyub: “Məlum olduğu kimi, ötən ilin aprel ayında məhkəmə-hüquq islahat-ları barədə müvafiq fərman imzala-yıb və bu istiqamətdə işlər davam etməkdədir. Bu baxımdan məhkəmə-hüquq sisteminin tərkib hissəsi olan prokurorluq orqanlarında da islahatla-rın aparılması xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı videoformatda qəbul zamanı bu islahatların hüquq-mühafizə orqanlarında, konkret halda prokurorluq sistemində qaçılmaz olduğunu açıq şəkildə bəyan edib.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha ge-nişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər bir sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək da-yanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə, hüquq-mühafizə orqanlarında da, digər sahələrdə olduğu kimi, islahatla-ra böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Proku-rorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq”.

Deputat qəbul zamanı ölkədə ictimai asayişin qorunması, bəzi neqativ hallara qarşı mübarizənin ef-fektiv şəkildə aparılmasının zəruriliyi ilə bağlı məqamlara toxunulduğunu bildirdi: “Prezidentimiz prokurorluq orqanlarının qarşısında ilkin olaraq başlıca vəzifə kimi qanunun aliliyi-nin tam təmin edilməsini və bunun ədalətli cəmiyyətin qurulması üçün başlıca şərt olmasını qoydu. O, hüquq-mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarların bəzi hallarda qanunlara zidd xarakter daşımasını, sosial ədalətin pozulmasını, insan-ların haqlı olaraq narazı salındığını və beləliklə, ümumi işə böyük ziyan vurulduğunu dilə gətirdi”.

K.Qafarov sonda qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin ön plana çəkilməsi, Ağstafa, Biləsuvar, Yevlax və Neftçala rayonlarının icra başçılarının məhz bu səbəblərdən həbs edilməsi faktları göstərir ki, dövlətimiz ictimai həyatın bütün sahələrində neqativ hallara qar-şı barışmaz mövqe nümayiş etdirir və prokurorluq orqanlarında islahatların dərinləşdirilməsinə yönələn bütün bu addımlar qətiyyətli və dönməz xarak-ter daşıyır.

Ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə müxtəlif cinayət əməlləri törətmiş dəstə üzvləri həbs ediliblər

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə istintaqı tamam-lanmış və təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli-yinin sabiq əməkdaşı Vüsal Əliyevin digər cinayət əməlləri də ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Vüsal Əliyev işlədiyi dövrdə yol verdiyi qanun pozuntularının aş-kar olunmasının və anasına saxta sənədlər əsasında təqaüd təyin etdirməsi faktının üzə çıxmasın-da səbəbkar kimi işlədiyi nazirli-yin adı təhlükəsizlik səbəbindən açıqlanmayan məsul əməkdaşını günahkar bildiyindən onu döydürüb cəzalandırmaq qərarına gəlib. O, bu yolla həmin şəxsi məhkəmədə ifadəsindən imtinaya məcbur etməyə nail olmaq istəyib.

Vüsal Əliyev cari il martın 19-da barəsində keçiriləcək məhkəmə prosesində həmin əməkdaşın şahid qismində iştirakının qarşısının alınması üçün keçmiş iş yoldaşının döyülməsini təcridxanada onunla eyni kamerada qalan Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə təqsirləndirilən Mirafiq Bəşirova pul müqabilində sifariş edib. Mirafiq Bəşirov isə, öz növbəsində, azadlıqda olan qardaşı Nurlan Bəşirovla əlaqə saxlayaraq həmin şəxsin məhkəmə iclasında şahid qismində iştirakının qarşının alınmasının vacib olduğunu diqqətə çatdırıb. Nurlan Bəşirov isə tanış-ları Zaur Cəlilli, Bəhruz Əhmədov, Sərxan Çobanov, İsamuddin Babayev və Fariz Daşdəmirov ilə qabaqca-dan əlbir olan bir qrup şəxs halında

birləşərək sifarişi yerinə yetirmək üçün əvvəlcədən plan hazırlayıblar.

Belə ki, həmin şəxsə məxsus zəruri məlumatlar cinayətkar qrupun üzvü Bəhruz Əhmədov vasitəsilə əldə edildikdən sonra Sərxan Çobanov və İsamuddin Babayev martın 19-da zərərçəkənin yaşadığı evin yaxın-lığında idarə etdiyi avtomobili sax-latdırıb ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hadisədən sonra Nurlan Bəşirov, Zaur Cəlilli, Fariz Daşdəmirov, Sərxan Çobanov və İsa-muddin Babayev görüşüb vəd edilmiş pulu aralarında bölüblər.

Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxslər saxlanılıblar. Onlardan dördünün üstündən narkotik vasitə

və psixotrop maddə aşkar edilərək götürülüb.

Araşdırma zamanı, həmçinin müəyyən olunub ki, Vüsal Əliyev bu hadisədən bir qədər sonra kamera yoldaşı Mirafiq Bəşirova bu dəfə keçmiş iş yoldaşının bıçaqlanma-sı cinayətini sifariş edib. Bu sifariş əsasında Mirafiq Bəşirov tanışı Na-miq Alagözov vasitəsilə cari il aprelin 22-də həmin şəxsə yaşadığı evin qarajında bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsini təşkil edib. Namiq Alagözov da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktlarla bağlı Zaur Cəlilli, Bəhruz Əhmədov, Nurlan Bəşirov, Fariz Daşdəmirov, Sərxan Çoba-nov, İsamuddin Babayev və Na-miq Alagözov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həbsdə olan Vüsal Əliyevə və Mirafiq Bəşirova da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub. Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlət üzərinə düşəni edibİNDİ NÖVBƏ VƏTƏNDAŞLARINDIR

Nazirlər Kabuneti ya-nında yaradılmış operativ qərargahın qərarı ilə mayın 4-dən xüsusi karantin rejimi bir qədər yumşaldılıb. Bu da ölkəmizdə pandemiyaya qarşı mübarizənin müsbət effektinin nəticəsidir. Ancaq bu, insanlarda arxayınlıq ya-ratmamalıdır. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ilə söhbətimiz bu mövzuda oldu. O dedi:

– Azərbaycanda pandemiyanın yayılma təhlükəsi ilə bağlı vəziyyət Prezident İlham Əliyev tərəfindən vaxtında və düzgün qiymətləndirildi, zəruri qərarlar qəbul edil-di, qabaqlayıcı tədbirlər görüldü. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən preventiv tədbirlər sayəsində pandemiyanın geniş yayılmasının qarşı-sını almaq mümkün oldu. Bütün bunlara baxma-yaraq, Azərbaycanda da hər gün yeni yoluxma halları qeydə alınmaqda davam edir. Lakin, digər ölkələrdəki qədər sayda insan tələfatı ölkəmizdə müşahidə olunmayıb. Hər gün aldığımız məlumatda bildirilir ki, pandemiyanın yayılmasına görə, bəzi ölkələrdə yoluxanların və ölənlərin sayı daha çox olur, bəzilərində isə virusa

qarşı aparılan effektiv tədbirlərin nəticəsi ola-raq qadağalar yumşaldı-lır. Ölkəmizdə də mayın 4-dən bir sıra sahələrdə məhdudiyyətlərin yumşal-dılması barədə qərar qəbul olundu.

Bir çox hallarda viru-sa yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlara rast gəlinir. Lakin yaşlı insan-larda kəskin ağırlaşmalar müşahidə olunur. Gecəsini gündüzə qatan həkimlərimiz sağ olsunlar! Onların yorul-maz fəaliyyətləri, deyərdim ki, fədakarlığı, yüksək peşəkarlıqları sayəsində sağalanların sayı getdikcə artır. Bütün bunlar əhalinin sağlamlığının qorunması istiqamətində möhtərəm Prezidentimizin qərarlarının, tapşırıq və tövsiyələrinin, həmçinin dövlətin həyata ke-çirdiyi qabaqlayıcı tədbirlərin müsbət nəticəsidir.

Artıq respublikamızda xüsusi karantin rejiminin yumşaldılması və bəzi sahələrdə çalışan insanların fəaliyyətinə icazə verilməsi heç də koronavirus təhlükəsinin bitdiyi, virusun yoxa çıxdığı demək deyil! Bu yumşalma heç kimi arxa-yınlaşdırmamalıdır. Bizi yal-nız koronavirusa tamamilə son qoyulan, pandemiyanın kökünün tamamilə kəsildiyi gün arxayınlaşdıra bilər. Son günlər əhali arasında karantin rejiminin tələblərinə riayət etməyənlərin sayında artım müşahidə olunur. Hiss olunur ki, xüsusi rejimin yumşaldılması artıq bəzi in-sanlarda arxayınlıq yaradıb və onlar gigiyenik qaydalara biganə yanaşır, laqeydlik göstərirlər. Karantin rejiminin yumşaldılması laqeydliyə əsas verməməli, heç kim arxayınlaşmamalıdır. İnsan-lar qoruyucu vasitələrdən kütləvi halda istifadə etmir, sosial məsafəni qorumurlar. Məhdudiyyətlər götürülsə belə, hər bir kəs öz sağ-lamlığını qorumalı eləcə də ətrafdakıları yoluxdurma-maq üçün sanitar norma-lara əməl etməlidir. Dövlət üzərinə düşəni edib, indi növbə vətəndaşlarındır.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Azərbaycanda pandemiya ilə bağlı müsbət dinamika davam etdiyindən mayın ikinci yarısında ölkəmiz tamamilə karantin rejimindən çıxa bilər. Amma buna baxmayaraq, virus insanlar ara-sında qala bilər və ona görə də hətta karantin rejimi ləğv edilsə belə, hamı bir müddət bu qaydalara ciddi əməl etməlidir. Pande-miyanın ikinci dalğasının olmasına gəldikdə isə, bu prosesin baş verməsi daha çox vətəndaşlarımızdan asılıdır. Karantin rejiminin yumşaldılması prosesi gedir. Amma bu, o demək deyil ki, qayda-lara, tövsiyələrə əməl edilməsin. Buna yol vermək olmaz.

H azırda dünyanın 225 ölkəsini əhatə edən koronavirus kabusu öz acı fəsadlarını törətməkdə davam edir. Əksər ölkələrdə COVID-19 pandemi-siyası ilə ciddi mübarizə aparılmasına baxmayaraq, bu yoluxucu viru-

sun daşıyıcılarının sayı getdikcə artır. Dünyada 230 min insanın bu virusdan həyatını itirməsi də COVİD-19-un nə qədər təhlükəli olduğundan xəbər verir. Virusdan ölənlərin sayının sürətlə artması dünyanın pandemiya ilə mübarizəyə hazırlıqlı olmadığını göstərdi. Ancaq respublikamızda bu “qara kabusa” qarşı vaxtında qabaqlayıcı tədbir görüldü. Elə bunun nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın dünyada öncül ölkələrindən olması barədə məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasının

Baş prokuroru Kamran Əliyevi video-formatda qəbul edərkən irəli sürdüyü fikir və tövsiyələr postneft dövrünün xarakteristikasının dəqiq müəyyən edilməsi, islahatların labüdlüyü və bu şəraitdə hüquq-mühafizə orqanlarında genişmiqyaslı struktur dəyişikliklərinin aparılması üçün strateji istiqamət kimi dəyərləndirilməlidir.

Üç rayonun icra hakimiyyətləri başçılarının inzibati ərazi

nümayəndəliklərinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sa-birabad, Ağcabədi və Tərtər Rayon İcra hakimiyyətləri başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.

Araşdırmalarla Sabirabad Rayon İcra Hakimiyyətindən rayonun Ulacalı kənd in-zibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərovun və rayonun Quruz-ma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyevin Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək ərzaq pay-larını özlərinin yaxın qohum-larına, o cümlədən kəndin imkanlı şəxslərinə payla-malarına, M.Cəfərovun və İ.Əliyevin vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunub.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İmran Həsənovun, Aran kənd inzibati ərazi dairəsi

üzrə nümayəndəsi Məzahir Əmirahovun və müavini Allahverdi Hüseynovun vəzifə saxtakarlığına yol verərək arayışlara bilə-bilə yalan məlumatlar daxil edib ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Tərtər Ra-yon İcra Hakimiyyəti başçısı-nın Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid Məmmədov tərəfindən də eyni məzmunlu qanun po-zuntusuna yol verilib. Belə ki, Şahid Məmmədovun vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını po-zaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub.

Həmin şəxslər müvafiq rayon icra hakimiyyətləri baş-çılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.

Toplanmış materiallar üzrə Sabirabad, Ağcabədi və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublika-sının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.

Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və aztəminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçiril-miş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ədalət mühakiməsinin həyata

keçirilməsinə mane olmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib müxtəlif cinayət əməlləri törətmiş dəstə üzvləri həbs ediliblər.

Page 11: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

5 may 2020-ci il, çərşənbə axşamı 11

“GƏNCƏ SƏNAYE CİHAZ” ASC-nin 2019-cu il üzrə illik hesabatı (mühasibat balansı)

AKTİVLƏR 1 yanvar 2019-cu il

1 yanvar 2020-ci il

Torpaq, tikili və avadanlıqlar 921534.25 795389.61CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR 921,534.25 795,389.61Ehtiyatlar 320,559.93 320,559.93Qısamüddətli debitor borcları 491,104.25 491,104.25Pul vəsaitləri və onların ekvivalentlərı 0.10 0.10

Sair qısamüddətli maliyyə aktivləri 450.00 450.00

Sair qısamüddətli aktivlər 4,402.73 4,402.73CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR 816,517.01 816,517.01CƏMİ AKTİVLƏR 1,738,051.26 1,611,906.62

KAPİTAL VƏ ÖHDƏLİKLƏR Ödənilmiş nominal (nizamnamə) kapital 709,836.00 709,836.00

Kapital ehtiyatları 536,974.18 536,974.18

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

-5,078,586.18 -5,078,586.18

CƏMİ KAPİTAL -3,831,776.00 -3,831,776.00Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər 39,476.12

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər 4,995,785.38 5,063,070.00

CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR 5,035,261.50 5,063,070.00Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 247,544.82 93,591.68

Qısamüddətli kreditor borcları 287,020.94 287,020.94CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR 534,565.76 380,612.62CƏMİ ÖHDƏLİKLƏR 5,569,827.26 5,443,682.62CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR 1,738,051.26 1,611,906.62

“PASSAJ” ASC-nin 2019-cu il üzrə illik hesabatı (mühasibat balansı)

AKTİVLƏR 1 yanvar 2019-cu il

1 yanvar 2020-ci il

Torpaq, tikili və avadanlıqlar 157213.74 146208.69

CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR 157,213.74 146,208.69

Ehtiyatlar 6169.82 6169.82Sair qısamüddətli aktivlər 8,556.98 8,556.98

CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR 14,726.80 14,726.80

CƏMİ AKTİVLƏR 171,940.54 160,935.49

KAPİTAL VƏ ÖHDƏLİKLƏR

Sair uzunmüddətli öhdəliklər 171940.54 160935.49

CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR 171,940.54 160,935.49

CƏMİ ÖHDƏLİKLƏR 171,940.54 160,935.49

CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR 171,940.54 160,935.49

“Alliance Business Centre” ASC səhmdarlarının nəzərinə!

17 iyun 2020-ci il saat 10.00-da “Alliance Business Centre” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

ÜMUMİ YIĞINCAĞIN GÜNDƏLİYİ:

1. 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları haqqında hesabatın təsdiqi.

2. Digər məsələlər.Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla

cəmiyyətin əsas binasında saat 10-00-dan 13.00-dək tanış ola bilərlər.

Əlaqə telefonu – 012496-16-30.Ünvan – Bakı şəhəri. Nərimanov rayonu, Qarabağ küçəsi 22.

B İ L D İ R İ ŞHərbi qulluqçuların müayinə olunması üçün tibbi

xidmətlərin göstərilməsinin satın alınması məqsədilə 2020-ci il aprelin 18-də “Xalq qəzeti”ndə dərc edilmiş kotirovka sor-ğusunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsinin tender komissiyasının qərarı ilə “AZƏRİ MED” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tenderə maraq göstərən b ütün iddiaçılara öz təşəkkürünü bildirir, onlara işlərində müvəffəqiyyətlər arzulayır və gələcəkdə faydalı əməkdaşlığa dəvət edir.

Daxili Qoşunların tender komissiyası

“Nəsimi Bazarı” ASC səhmdarlarının nəzərinə!2020-ci il iyunun 18-də “Nəsimi

Bazarı” ASC səhmdarlarının illik ümumi yıgıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər: 1. 2019-cu il üçün maliyyə hesa-

batının müzakirəsi.2. İdarə heyəti üzvlərinin

seçilməsi.

3. Təmir-tikinti işləri ilə əlaqədar “Nəsimi Bazarı” ASC-nin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması.

4. Digər məsələlər. Ümumi yığıncaqda bütün

səhmdarların iştirakı vacibdir.Ünvan-AZ-1007, Bakı, Azadlıq

prospekti 100.Əlaqə telefonu- (050) 335 59 96.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 19 mart

2020-ci il tarixli nömrəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 Saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin yanacaq üçün odunun satın alınması məqsədilə dərc olunmuş ten-deri iddiaçıların sayı 3-dən az olduğu və yetərsay alınma-dığı üçün baş tutmamışdır.

B İ L D İ R İ ŞBaytarlıq dərman preparatları və dezinfeksiyaedici

maddələrin satın alınması məqsədilə 2020-ci il aprelin 14-də “Xalq qəzeti”ndə dərc edilmiş kotirovka sorğusunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsinin tender komissiyasının qərarı ilə “TİRCAN SUPER FERMER TƏSƏRRÜFATI” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qo-şunların Baş İdarəsi tenderə maraq göstərən bütün iddiaçı-lara öz təşəkkürünü bildirir, onlara işlərində müvəffəqiyyətlər arzulayır və gələcəkdə faydalı əməkdaşlığa dəvət edir.

Daxili Qoşunların tender komissiyası

“Salyan – Taxıl”ASC səhmdarlarının Nəzərinə!

“Salyan – Taxıl” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 29 iyun 2020-ci il saat 12.00-da keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:1.Cəmiyyətin 2019-cu il üçün maliyyə balansının təsdiqi.2. İdarə heyəti üzvlərinin yenidən seçilməsi.3.Maliyyə-təftiş komissiyasının yenidən seçilməsi.4.Digər məsələlər. Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallar-

la Salyan şəhəri, 20 Yanvar küçəsindəki inzibati binada iş günləri saat 12.00-dan 16.00-dək tanış ola bilərlər.

Ünvan – Salyan şəhəri , 20 Y anvar küçəsi.Əlaqə telefonu – 021 255- 38-31

“Salyan –Taxıl” ASC-nin idarə heyəti

Ağcabədi Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik

AÇIQ TENDER ELAN EDIRTender iştirakçılarına təklif olunur ki,

öz tender təkliflərini dövlət satınalma-larının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Ten-der təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar. Əlaqələndirici şəxs- Məmmədov Amal Cahid oğlu.

Ünvan- Ağcabədi şəhəri, F.Əlizadə küçəsi 19.

E-mail: [email protected] , 2750224 Tender 2 (iki) lot üzrə keçiriləcəkdir.Lot- 1. Abadlıq işlərinin satın alın-

ması. Lot -2. Yolların əsaslı təmiri işlərinin

satın alınması.Maraqlananlar tenderin Azərbaycan

dilində hazırlanmış əsas şərtlər toplusunu tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşa-ğıda qeyd olunan hesaba hər lot üçün 200 (iki yüz) manat məbləğdə

vəsaiti ödədikdən sonra dövlət sa-tınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-VÖEN- 3400109921 H/h- AZ86CTRE

00000000000002515432 Fond- 7Y Dövlət Xəzinədarlığı Agentliyi Kod- 210005 VÖEN-1401555071 M/h-AZ41NABZ

01360100000000003944 SWIFT BIK: CTREAZ22 Malgöndərənlər (podratçılar) iddiaçı

statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-maliyyə vəziyyəti haqqında bank arayışı;

-son bir il ərzində (fəaliyyətini da-yandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respub-likasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirilməməsi hallarının mövcud olmamasına aid arayış;

-iddiaçının nizamnaməsi; -dövlət reyestrindən çıxarış (qeydiy-

yatdan keçdiyi ölkə); -iddiaçının rekvizitləri.Malgöndərənlər (podratçılar) 1 və

4-cü bəndlərdə qeyd olunan sənədləri 27 may 2020-ci il saat 17.00-a kimi tender komissiyasına dövlət satınalma-larının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 5 iyun 2020-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklif zərfləri 8 iyun 2020-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

İctimai Televiziya və Radio Yayımları ŞirkətiAvtomobillərin illik təmiri xidmətlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDIRTender iştirakçılarına təklif edilir

ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.Adı- “Kapital Bank” ASC-nin 1 saylı

Nəsimi filialı Kod- 200112VÖEN- 9900003611M/h- AZ37NABZ

01350100000000001944S.W.İ.F.Т.: АIIBАZ2XAdı- İctimai Televiziya və Radio

Yayımları ŞirkətiH/h-AZ11AIIB

33010019441102259111VÖEN- 2000435761

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü-vafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- digər sənədlər.Sənədlər Azərbaycan dilində,

tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası-nın Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 27 may 2020-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 5 iyun 2020-ci il saat 11.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddia-çıların təklifləri 8 iyun 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

E-şərtlər toplusunu 5 may 2020-ci il saat 11.00-dan sonra əldə etmək olar.

Ağsu Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDIR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalma-larının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağı-dakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Şahməmməd Abdullayev.

Ünvan- Ağsu şəhəri, Mehdi Hüseyn küçəsi 1.

E-mail: [email protected] (020) 22 6 53 68.Tender 4 (dörd) lot üzrə

keçiriləcəkdir.Lot - 1. Cari təmir işləri üçün beton

qarışığının satın alınması.Lot - 2. Əsaslı təmir işləri üçün

beton qarışığının satın alınması.Lot - 3. Cari təmir işləri üçün tikinti

materiallarının satın alınması.Lot - 4. Əsaslı təmir işləri üçün tikinti

materiallarının satın alınması.Maraqlananlar tenderin əsas

şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər bir lot üçün 50 manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınal-

malarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat - Ağsu Suvarma Sistemləri İdarəsi

Bank rekvizitləri -VÖEN - 3500028611Ağsu rayonu üzrə Maliyyə İdarəsiH/h - AZ22AIIB

36010019445400201154VÖEN - 3500052631“Kapital Bank”ın Ağsu filialıKod - 200543VÖEN - 9900003611M/h - AZ37NABZ

01350100000000001944 SWİFT BİK AIIBAZ2Malgöndərənlər (podratçılar) iddiaçı

statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- malgöndərənin (podratçının) tam

adı, hüquqi statusu, qeydiyyatdan keçdi-yi ölkə və rekvizitləri;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanları-nın olmasına aid rəsmi arayış;

- Dövlət Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 22 may 2020-ci il saat 9.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 4 iyun 2020-ci il saat 16.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 5 iyun 2020-ci il saat 16.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

“Gəncə İnşaat Sənaye” ASC səhmdarlarının nəzərinə!22 iyun 2020-ci il saat 15.00-da Gəncə şəhəri,

Nəriman Nərimanov prospekti 38 nömrəli ünvanda “Gəncə İnşaat Sənaye” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi. 2. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.3. Cari məsələlər.Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı

(materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 626 56 01 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar.

Müşahidə şurası

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar

Xidmətlər Agentliyiyerli qurumlar üçün mətbəə və çap işlərinin satın alınması məqsədilə Kotirovka sorğusu elan edirİştirak etmək istəyənlər əsas şərtlər toplusunu

aşağıdakı ünvandan ala bilərlər.Ünvan-Bakı şəhəri, Nəcəf Nərimanov

küçəsi 7A.Əlaqə telefonu- (055) 678-45-73.Kotirovka sorğusu üçün bağlı zərflərin

qəbulunun son tarixi 7 may 2020-ci il saat 17.00-dəkdir.

Bağlı zərflər 8 may 2020-ci il saat 11.00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi 7A nömrəli ün-vandakı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin iclas zalında açılacaqdır.

Tender komissiyası

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”

ASC səhmdarlarının nəzərinə!22 iyun 2020-ci il saat 11.00-da AZ1033, Bakı şəhəri,

Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllədə, cəmiyyətin inzibati binasında, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.2. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.3. Cari məsələlər.Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materi-

alları) yuxarıda göstərilən ünvanda və ya (012) 404 77 77 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar.

Müşahidə şurası

“Günay Sığorta” ASC səhmdarlarının nəzərinə!“Günay Sığorta” ASC (Bakı şəhəri, AZ 1065, Yasamal rayonu,

İnşaatçılar prospekti 75C) səhmdarlarının nəzərinə çatdırır ki, 8 iyun 2020-ci il saat 15.00-da “Günay Sığorta” ASC-nin yerləşdiyi ünvan-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:1.Digər hüquqi şəxsin nizamnamə kapitalına investisiya edilməsi

məsələsinin müzakirəsi.Gündəlikdə nəzərdə tutulan məsələlər üzrə sənədlərlə şirkətin

yuxarıda göstərilən ünvandakı ofisində tanış olmaq mümkündür. Əlaqələndirici şəxs- Gülnarə Cavadova, telefon- 012 990 (dax.

9906).

“Akkord AN” ASC səhmdarlarının nəzərinə!22 iyun 2020-ci il saat 14.00-da AZ1069, Bakı şəhəri,

Nərimanov rayonu, Məmməd Araz küçəsi 95 nömrəli ünvanda “Akkord AN” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi. 2. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.3. Cari məsələlər.Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları)

yuxarıda göstərilən ünvanda və ya (050) 283 88 44 nömrəli tele-fonla əlaqə saxlamaqla əldə etmək olar.

manatla

manatla

Page 12: PREZIDENT ILHAM ƏLIYEVIN GIRIŞ NITQI Ticani …xalqqazeti.com › pdf › SAYT-5.pdfprinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olun-muşdur. Zirvə görüşündə

5 may 2020-ci il, çərşənbə axşamı12

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

6451

954

40 qəpik

Türkiyə

Yerli qırıcılar hazırlanacaqTürkiyədə

beşinci nəsil döyüş təyyarələrinin istehsalına başlanacaq. Bildirilir ki, bu məqsədlə Türkiyə Prezi-

denti Administrasiyası yanında Müdafiə Sənayesi Baş İdarəsinin “Milli döyüş təyyarəsi” layihəsi çərçivəsində 2023-cü ildə ilk qırıcı təyyarələrin istifadəyə verilməsi nəzərdə tutulub. Bu layihə ilə bağlı “Tusas” və “Havel-san” şirkətləri arasında əməkdaşlıq barədə razılıq əldə olunub.

Məlumatı “Anadolu” yayıb.

ABŞ

50 milyard dollar zərərAmerikalı sahib-

kar və sərmayəçi Uorren Baffetin koronavirusun ya-yılması səbəbindən cari ilin birinci rübündə 50 milyard dollar zərərə düşüb. Belə ki, ilin ilk üç ayının nəticələrinə əsasən, onun rəhbərlik etdiyi “Berk-shire Hathaway” holdinqinin xalis itkisi 49,7 milyard dollar təşkil edib. Qeyd edilir ki, holdinq ötən ilin eyni dövründə 21,7 milyard dollar gəlir əldə etmişdi.

Xəbəri “Bloomberg” verib.

Çin

Hündürlük yenidən ölçülür Çin dünyanın

ən ucqar nöqtəsi olan Como-lunqma (Eve-rest) zirvəsinin hündürlüyünü yenidən ölçməyə başlayıb. Xatırladaq ki, Çin Everestin

hündürlüyünü 6 dəfə ölçüb. İlk dəfə 1975-ci ildə həyata keçirilmiş ölçmə zamanı zirvənin hündürlüyü 8848 metr 13 santimetr, 2005-ci ildəki ölçmə zamanı isə 8844 metr 43 santimetr müəyyən edilmişdi.

Qeyd olunur ki, zirvənin yenidən ölçülməsi zərurəti bəzi alimlərin 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ nəticəsində zirvənin hündürlüyünün azalması ehtimallarına görə yaranıb.

Məlumatı “Reuters” yayıb.

İrlandiya

İxtisar planıKoronavirus

pandemiyasının sərnişindaşıma sekto-runa vurduğu “zərbə” İrlandiyanın “Ryan Air” aviaşirkətini də sarsıdıb. Bu səbəbdən şirkət 3 min əməkdaşını ixtisar edəcəyini açıqlayıb. Aviaşirkət, həmçinin 2020-ci ilin iyuluna kimi uçuşların normal rejimə keçməyəcəyini, tələbat və qiymətin 2019-cu il səviyyəsinə isə minimum iki il sonra qayıdacağını bildirib.

Xəbəri BBC verib.

İngiltərə

“Mançester Siti” birincidirCOVİD-19

virusundan sonra dünyanın ən ba-halı heyətə sahib olan klublarının yeni reytinqi dərc edilib. Bildiri-lir ki, reytinqin birinci pilləsində

İngiltərənin “Mançester Siti” klubu qərarlaşıb. Bu koman-danın heyətinin dəyəri 1 milyard avrodan çoxdur. Siya-hıda ikinci pillədə “Liverpul”, üçüncü pillədə isə “Real” qərarlaşıb. İlk beşliyi “Barselona” və PSJ komandaları tamamlayır.

Xəbəri “Transfermarkt” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Mayın 5-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 15-17, gündüz 21-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40- 45 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 7-12, gündüz 23-28 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10, gündüz 14-19 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 13-17, gündüz 25-30 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi

ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 12-17, gündüz 26-31 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 13-16, gündüz 23-28 , dağlarda gecə 12-15, gündüz 17-22 dərəcə isti olacaq.

Ramiz Vəkilov, Xosrov İmaməliyev, Rəfail Məmmədov, Mirzə Qasımov və Çingiz Əzimov “Şəmkir Su Artezian –Nur” MMC-nin direktoru Kənan İskəndərova anası

TÜKƏZBAN ƏLİYEVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Ruhsar PEKCAN: Türkiyə üçün bu gün rəqəmsallaşma ərzaq

təhlükəsizliyi qədər əhəmiyyətlidirTicarət naziri ölkə iqtisadiyyatının prioritetlərini şərh edib

Nazir vurğulayıb ki, COVİD-19 pandemiyası müasir dönəmdə rəqəmsallaşmanın əhəmiyyətini aktuallaşdırıb. Onun fikrincə, rəqəmsallaş-ma, bütövlükdə, modern texnologiyaların sürətli inkişafı hazırda ölkə üçün ərzaq təhlükəsizliyi qədər əhəmiyyətlidir.

Ticarət naziri sonra qeyd edib ki, ölkə ərazisində yeni koronavirus infeksiyası müəyyən olunduğu gündən, Türkiyənin dövlət qurumları,

icra strukturları, ictimai təşkilatlar əhalinin sağlamlı-ğını qorumaq üçün əllərindən gələni etməyə çalışıblar. Bu zaman əksər qurumlar səylərini koordinə etməyə cəhd ediblər ki, bunun nəticəsində bu istiqamətdə mübarizənin səmərəliliyi xeyli artıb, ölkədə təhlükəli virusun kütləvi yayılmasınının qarşısı alınıb.

R.Pekcanın sözlərinə görə, Türkiyədə korona-virusla mübarizə dünyanın

əksər ölkələrində olduğundan daha uğurlu təşkil edilib. O hesab edir ki, yaxın həftələr, aylar ərzində ölkə ərazisində epidemiyanı “tam məğlub etmək”mümkün olacaq.

Nazir çıxışında, həmçinin bildirib ki, hazırda əsas vəzifə ölkədə istehsal və ticarət sahələrini mümkün qədər tez bərpa etməkdir.

M.HACIXANLI, “Xalq qəzeti”

“Bu gün iqtisadi dirçəliş hökumət üçün prioritet olsa da, yalnız Səhiyyə Nazirliyinin epidemiyaya qarşı effektiv mübarizəsindən sonra bizim belə bir imkanımız olacaq. Ona görə də hər bir vətəndaşımız başa düşməlidir ki, yeni qaydalar, hətta maska taxılması, so-sial məsafənin gözlənilməsi kimi xoşagəlməz qadağalar həyatımızın bir parçasına çevrilib”, – deyə Qaxariya qeyd edib.

O, nazirlərə xəbərdarlıq edib ki, məhdudiyyətlərin mərhələli şəkildə ləğvi prosesində qarşıya çıxan suallara “açıq və şəffaf” cavab versinlər: “Hamımıza məlumdur ki, son aylarda biz fövqəladə vəziyyət şəraitində yaşayır və işləyirik. Sizin hər birinizi cəmiyyətin bütün suallarına açıq və şəffaf cavab verməyə çağırıram: niyə bu və ya digər şirkətin işləməsinə icazə verildi, başqalarına yox, niyə filan şəhər bağlandı, o birisi yox, niyə biz vətəndaşlarımız üçün ilk baxışda sərt görünən məhdudiyyətlər tətbiq

etdik. Bu suallar dəqiq cavablandırılmalıdır”.Bundan əlavə, Baş nazir deyib ki, Gürcüs-

tan hökuməti mayın 5-dən etibarən Batumi və Kutaisi şəhərlərinə giriş-çıxışı açır. “Batu-mi və Kutaisi şəhərlərində hərəkətə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılır. Tbilisi və Rustavidə isə müəyyən məhdudiyyətlər qalacaq. Bu, sərhədyanı rayonlardakı epi-demioloji vəziyyətlə bağlıdır. Düşünürəm ki, həftənin sonlarına qədər Tbilisi və Rustavi şəhərlərinin açılması məsələsi də müsbət həllini tapacaq”.

Xatırladaq ki, Gürcüstanda pandemiya ilə əlaqədar martın 21-dən mayın 22-dək fövqəladə vəziyyət rejimi tətbiq olunub. Bu günədək ölkədə 593 yoluxma və 9 ölüm faktı qeydə alınıb, 223 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Mayk Pompeo: “Koronavirus laboratoriyadan yayılıb”

Pompeo qeyd edib ki, artıq Vaşinqtonda buna dair sübutlar var. O məsələni şərh edərək deyib: “Bu virusun Uhan laboratoriyasından yayılmasını göstərən sübutlar var. Biz lap əvvəldən bunu iddia edirdik, indi bütün dünya buna tam əmin ola bilər”. Bununla belə,

dövlət katibi virusun məqsədli şəkildə və ya fövqəladə hadisə səbəbindən yayıl-ması barədə suala cavabdan yayınıb.

Daha sonra ABŞ dövlət katibi deyib:

“Biz bu suallara cavab vermək üçün bütün zəruri səyləri birləşdirmişik. ABŞ hökuməti Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə mütəxəssislər qrupunu Uhana və Çinin digər bioloji laboratoriyalarına göndərməyə çalışır, lakin rəsmi Pekin hər vəchlə buna mane olur”.

Qeyd edək ki, daha əvvəl ABŞ Pre-zidenti Donald Tramp da COVİD-19-un Çinin Uhan şəhərindəki laboratoriyada süni şəkildə yaradılması barədə sübutla-rı olduğunu bildirmişdi.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

� “Euronews” agentliyinin yaydığı məlumata görə, Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində “Taliban” yaraqlılarının avtomobili partlatması nəticəsində, azı, 18 hərbçi həlak olub.

Agentlik yazır ki, partlayış Nəhr rayonunda törədilib. Minalanmış avtomobil Əfqanıstan milli ordusu-nun və milli təhlükəsizlik idarəsinin nəzarət buraxılış məntəqəsi yaxınlığında partladılıb. Hücumun

məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında tez-tez insident baş verir. Fevral

ayının sonlarında Qətərdə ABŞ və “Taliban” 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzala-yıb. Sülh sazişi 14 ay ərzində ABŞ hərbçilərinin ölkədən

çıxarılmasını və tərəflər ara-sında dialoqun başlamasını nəzərdə tutur.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

ALLAH RƏHMƏT ELƏSİN

Belarusda Qələbə paradı keçiriləcək

“BelTA” agentliyinin məlumatına görə, mayın-9-da Belarusun paytaxtı Minskdə faşizm üzərində qələbənin 75 illiyi münasibəti ilə Qələbə paradı keçiriləcək.

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, COVİD-19 virusunun tüğyan etməsinə baxmayaraq, minlərlə adam paradın keçirilməsini istəyir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

T ürkiyənin qarşıdakı illər ərzində inkişafının prioritetləri ərzaq sektoru, səhiyyə sistemi və

rəqəmsallaşmadır. Bu fikri Ticarət na-ziri Ruhsar Pekcan Türkiyənin ticarət-sənaye palataları və birjaları birliyinin videokonfras formatda keçirilən icla-sında çıxışı zamanı deyib. Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, alman faşizmi üzərində Qələbə paradı emosial, dərin ideoloji işdir. Heç vaxt bu paradı təxirə salmaq olmaz.

Gürcüstanın Baş naziri Georgi Qaxariya dünən hökumətin iclasında bəyan

edib ki, ölkədə iqtisadi sahənin ka-rantin rejimindən çıxarılması prio-ritet məsələdir, ancaq qazanılacaq uğur epidemiyanın nə dərəcədə effektiv idarə edilməsindən asılıdır. Məlumatı “Novosti-Qruziya” verib.

Yeni koronavirus dünyaya Çinin Uhan şəhərindəki labora-toriyadan yayılmağa başlayıb. “Reuters” agentliyinin yaydığı məlumata görə, bu bəyanatla ABŞ-ın dövlət katibi Maykl Pompeo çıxış edib.

Gürcüstan Batumi və Kutaisidə məhdudiyyətləri aradan qaldırdı

“Taliban”ın hücumu nəticəsində 18 hərbçi həlak olub

“zakon. kz” nəşrinin məlumatına görə, deputatlar yeni spikerə yekdilliklə səs veriblər.

Qeyd edək ki, Maulen Aşımbayev 2019-cu ilin dekabr ayında Qazaxıstan Prezidenti Adminstrasiyası rəhbərinin müavini təyin edilib. Lakin sonra Qazaxıstan Pre-zidenti Kasım-Jomart Tokayev onu Senata deputat təyin edib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Qazaxıstan parlamentinin Senatına yeni spiker seçilib

Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin sabiq müavini Qazaxıstan parlamentinin Senatına spiker seçilib.

Yeni spiker Maulen Aşımbayev Doriqa Nazarbayevanı əvəz edib.

Ermənistan silahlı qüvvələrinin bölmələri

atəşkəs rejimini 22 dəfə pozub

� Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayo-nu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.