İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep...

12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 199 (29464) 30 sentyabr 2020-ci il, çərşənbə Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısını salamlayan səfir Bilal Haye dedi: – Zati-aliləri cənab Prezident, mən Sizə Pakistanın Prezidenti və Baş Nazirinin salam- larını çatdırıram. Qardaş Azərbaycan xalqının Pakistan xalqı üçün xüsusi yeri var. Sizin də bildiyiniz kimi, Pakistan qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəkləmişdir. Bizim qəlbimiz Azərbaycan xalqı ilədir. Cənab Prezident, rəhbərliyimiz tərəfindən mənə Azərbaycanla iqtisadi əməkdaşlığın dərinləşməsi, müdafiə sahəsində münasibətlərin gücləndirilməsi və iki ölkə xalqlarının daha da yaxınlaşdırıl- ması istiqamətində çalışmaq tapşırılmışdır. Sizi əmin edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi üçün əlimdən gələni edəcəyəm. Təşəkkür edirəm. Prezident İlham Əliyev dedi: – Xoş gəlmisiniz, cənab səfir. Sizi görməyə çox şadam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əvvəla mən də sizdən ölkənizin Prezidentinə və Baş Nazirinə ən xoş salamlarımı çatdırmağınızı xahiş etmək istəyirəm. Onlarla görüşlərimi xatırlayıram. Cənab Prezidentlə bir neçə dəfə görüşmüşəm. Onunla son görüşümü- zü və onun Bakıda keçirilmiş Qoşulmama Hərəkatının sammitində fəal iştirakını xatırlayıram. Davosda Dünya İqtisadi Forumunda cənab Baş Nazirlə də görüşüm xatirimdədir. Biz ölkələrimiz arasında strateji münasibətləri, qardaş münasibətlərini bir daha təsdiqlədik. Sizin də qeyd etdiyiniz kimi, Ermənistanla Azərbaycan arasın- da münaqişənin həlli ilə bağlı ölkənizin Azərbaycana davamlı dəstəyinə görə sizə minnətdarıq. Bildiyiniz kimi, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bi- zim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaş- dırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur. Biz Azərbaycanın ərazi bütövlü- yü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hal- larda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat vermişdir. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin da- vamıdır. Keçən ay biz Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olmuşdur. Bunun nəticəsində bir mülki şəxs öldürülmüşdür. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı. Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir. Keçən ay, avqustun 23-də onlar ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdilər. Diversiya qrupunun başçısı ya- xanlanmışdır və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onla- rın müharibəyə hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. (ardı 2-ci səhifədə) Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb Aparıcı: Cənab Prezident, sağ olun ki, bu müsahibəni verməyə razılaşmısı- nız. İndi birbaşa cəbhədə nələr baş verir, artıq aviasiyadan istifadə edilməsi barədə məlumat alınır. Prezident İlham Əliyev: Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən, 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçün- cü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır. Aparıcı: İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah edin. An- kara Prezidentin və Xarici İşlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə kömək edəcək. Prezident İlham Əliyev: Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Aparıcı: İlham Heydər oğlu, beləliklə, Siz belə bir informasiyanı təsdiq etmirsiniz, üstəlik onu təkzib edirsiniz ki, bir saat bun- dan əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Söhbət F-16 və SU-25 təyyarələrindən gedir. Prezident İlham Əliyev: Bizim bu barədə məlumatımız yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki, informa- siya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yarat- maq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur. Aparıcı: İlham Heydər oğlu, Sizin ölkəniz Ermənistan tərəfindən bir neçə ra- yonun azad edilməsini nəzərdə tutan Kazan formuluna və ya hər hansı başqa formula tərəf meyil etməyə hazırdırmı? Prinsip etibarilə indi nə etmək olar? Otuz il ərzində Qarabağ münaqişəsinin gah alovlanması, gah da közərməsi şəraitində necə dönüş etməli? Nə etməli? Prezident İlham Əliyev: Bilirsiniz, Azərbaycan danışıqlarda həmişə konstruk- tivlik nümayiş etdirib. Vasitəçilik missi- yası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən, son iki ildə mən dəfələrlə və baş- qa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik. Danı- şıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün an- layış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var – Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan hal- da hansı danışıqlar prosesindən söhbət gedə bilər. Axı, ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danı- şıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danı- şıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyab- rın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçıla- rının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıq- lara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük. Aparıcı: Cənab Prezident, xahiş edirəm deyin, bazar günü nə baş verib, bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən nə olub? Prezident İlham Əliyev: Bilirsinizmi, bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleya- sının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki ya- şayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qul- luqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup ney- trallaşdırıldı. (ardı 2-ci səhifədə) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib. Prezidentin Mətbuat Xidmətinin məlumatı Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraq- lanıb. Dövlətimizin başçısı qeyd edib ki, sent- yabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb. Dövlətimizin başçısı bildirib ki, bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunla- rın nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub. Prezident İlham Əliyev bu təxribatları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıq- lar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqa- rası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı, eyni zamanda, bildirib ki, Ermənistanın müdafiə naziri yeni torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyib və bu plan reallıqda həyata keçirilir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağ- lı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqların- da olmamalıdır. Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olun- muş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensi- yasına görə beynəlxalq hüququn ciddi po- zulmasıdır və bu, müharibə cinayəti sayılır. Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb. Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir! Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar.

Transcript of İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep...

Page 1: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 199 (29464) 30 sentyabr 2020-ci il, çərşənbə

Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş

səfirinin etimadnaməsini qəbul edib

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısını salamlayan səfir Bilal Haye dedi:

– Zati-aliləri cənab Prezident, mən Sizə Pakistanın Prezidenti və Baş Nazirinin salam-larını çatdırıram. Qardaş Azərbaycan xalqının Pakistan xalqı üçün xüsusi yeri var. Sizin də bildiyiniz kimi, Pakistan qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ məsələsində həmişə dəstəkləmişdir. Bizim qəlbimiz Azərbaycan xalqı ilədir. Cənab Prezident, rəhbərliyimiz tərəfindən mənə Azərbaycanla iqtisadi əməkdaşlığın dərinləşməsi, müdafiə sahəsində münasibətlərin gücləndirilməsi və iki ölkə xalqlarının daha da yaxınlaşdırıl-ması istiqamətində çalışmaq tapşırılmışdır. Sizi əmin edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi üçün əlimdən gələni edəcəyəm. Təşəkkür edirəm.

Prezident İlham Əliyev dedi: – Xoş gəlmisiniz, cənab səfir. Sizi

görməyə çox şadam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əvvəla mən də sizdən ölkənizin Prezidentinə və Baş Nazirinə ən xoş salamlarımı çatdırmağınızı xahiş etmək istəyirəm. Onlarla görüşlərimi xatırlayıram. Cənab Prezidentlə bir neçə dəfə görüşmüşəm. Onunla son görüşümü-zü və onun Bakıda keçirilmiş Qoşulmama Hərəkatının sammitində fəal iştirakını

xatırlayıram. Davosda Dünya İqtisadi Forumunda cənab Baş Nazirlə də görüşüm xatirimdədir. Biz ölkələrimiz arasında strateji münasibətləri, qardaş münasibətlərini bir daha təsdiqlədik. Sizin də qeyd etdiyiniz kimi, Ermənistanla Azərbaycan arasın-da münaqişənin həlli ilə bağlı ölkənizin Azərbaycana davamlı dəstəyinə görə sizə minnətdarıq.

Bildiyiniz kimi, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bi-zim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaş-dırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur. Biz Azərbaycanın ərazi bütövlü-yü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hal-larda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram.

Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın

Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat vermişdir. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin da-vamıdır. Keçən ay biz Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olmuşdur. Bunun nəticəsində bir mülki şəxs öldürülmüşdür. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı.

Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir. Keçən ay, avqustun 23-də onlar ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdilər. Diversiya qrupunun başçısı ya-xanlanmışdır və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onla-rın müharibəyə hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi.

(ardı 2-ci səhifədə)

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb

Aparıcı: Cənab Prezident, sağ olun ki, bu müsahibəni verməyə razılaşmısı-nız. İndi birbaşa cəbhədə nələr baş verir, artıq aviasiyadan istifadə edilməsi barədə məlumat alınır.

Prezident İlham Əliyev: Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən, 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçün-cü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır.

Aparıcı: İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah edin. An-kara Prezidentin və Xarici İşlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə kömək edəcək.

Prezident İlham Əliyev: Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.

Aparıcı: İlham Heydər oğlu, beləliklə, Siz belə bir informasiyanı təsdiq etmirsiniz, üstəlik onu təkzib edirsiniz ki, bir saat bun-dan əvvəl Türkiyə Hərbi Hava Qüvvələri Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub. Söhbət F-16 və SU-25 təyyarələrindən gedir.

Prezident İlham Əliyev: Bizim bu barədə məlumatımız yoxdur. Lap yaxın vaxtda mənə məruzə ediblər ki, informa-siya məkanında belə bir xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bilirsiniz ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yarat-maq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur.

Aparıcı: İlham Heydər oğlu, Sizin ölkəniz Ermənistan tərəfindən bir neçə ra-yonun azad edilməsini nəzərdə tutan Kazan formuluna və ya hər hansı başqa formula tərəf meyil etməyə hazırdırmı? Prinsip etibarilə indi nə etmək olar? Otuz il ərzində Qarabağ münaqişəsinin gah alovlanması, gah da közərməsi şəraitində necə dönüş etməli? Nə etməli?

Prezident İlham Əliyev: Bilirsiniz, Azərbaycan danışıqlarda həmişə konstruk-tivlik nümayiş etdirib. Vasitəçilik missi-yası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən, son iki ildə mən dəfələrlə və baş-qa məsul şəxslər səviyyəsində bəyan etmişik ki, biz illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik. Danı-şıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün an-

layış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var – Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan hal-da hansı danışıqlar prosesindən söhbət gedə bilər. Axı, ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danı-şıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danı-şıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyab-rın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçıla-rının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıq-lara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük.

Aparıcı: Cənab Prezident, xahiş edirəm deyin, bazar günü nə baş verib, bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən nə olub?

Prezident İlham Əliyev: Bilirsinizmi, bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleya-sının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar bizim dövlət sərhədindəki ya-şayış məntəqələrimizə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qul-luqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi və Ermənistan ərazisində bizim heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri bizim ərazidən çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı. Daha sonra mənim dediyim kimi, təxribat qrupu bizim ərazimizə soxuldu, həmin qrup ney-trallaşdırıldı.

(ardı 2-ci səhifədə)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraq-lanıb.

Dövlətimizin başçısı qeyd edib ki, sent-yabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.

Dövlətimizin başçısı bildirib ki,

bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunla-rın nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub. Prezident İlham Əliyev bu təxribatları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıq-lar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqa-rası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı,

eyni zamanda, bildirib ki, Ermənistanın müdafiə naziri yeni torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyib və bu plan reallıqda həyata keçirilir.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağ-lı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqların-da olmamalıdır.

Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olun-muş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensi-yasına görə beynəlxalq hüququn ciddi po-zulmasıdır və bu, müharibə cinayəti sayılır.

Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.

Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir!

� Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar. Verilişin aparıcıları birinci olaraq sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayıblar.

Page 2: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

30 sentyabr 2020-ci il, çərşənbə2Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş

səfirinin etimadnaməsini qəbul edib

(əvvəli 1-ci səhifədə)Mən Ermənistanın açıq-aşkar yeni

müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mül-ki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən, aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz on-lara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsində azad edilmişdir. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Onlar mədəni soyqırımı törədiblər. Onlar bizim tarixi abidələrimizi dağıdıblar, bizim məscidlərimizi dağıdıblar. Onlar tərəfindən hələ dağıdılma-yan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasın-dan asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib.

İki il bundan öncə əvvəlki hökumətin cinayətkar rejimi devrildi. Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın dik-tator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. Əsas müxalifət partiyasının

lideri bu yaxınlarda həbs olunub. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Həbslər olub. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşin-yan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırma-sa, Azərbaycan onları dayandıracaq. Əgər beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala dözürsə, əgər danışıqlara şərait yaratmaq üçün mandatı olan ölkələr öz məqsədlərinə çata bilmirlərsə, heç Ermənistan onların bəyanatlarına məhəl qoymur.

Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər, Ermənistan buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur və indi onların müdafiə naziri deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. Baş nazir deyir ki, Qarabağ Ermənistandır. O, göstərir ki, təkcə ölkə daxilində və beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni xalqına yaxşı məlumdur. O, hər gün yalan danışır. Düşünürəm, o, yalan danışmaqdan dayana bilmir. Lakin Qarabağın Ermənistan olduğunu demək çirkin yalanın növbəti hissəsidir. Sonra o deyir ki, Azərbaycan Dağ-lıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir. Sonra o, Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanun-suz məskunlaşmasını bəyan edir. Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər.

Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qaraba-ğın cinayətkar xuntasının qondarma par-lamentini Şuşaya köçürməyi qərara alırlar və düşünürlər ki, biz buna dözəcəyik. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Biz heç vaxt bunun-

la razılaşmayacağıq və onlara yerlərini göstərəcəyik. Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlü-yünü bərpa edəcək.

Mən bir daha Pakistandakı qardaşlarımı-za minnətdarlığımı bildirmək istərdim. Biz bu dəstəyi hiss edirik. Biz əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edi-rik. Siz də təsəvvürünüzə gətirə bilərsiniz ki, bu mühüm məqamda yanınızda kimin durması aydın görünür. Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir – qardaş Türkiyə və qardaş Pakistan. Türkiyə Pre-zidenti, qardaşım Ermənistan–Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə bizim yanımızdadır, Azərbaycan tək deyil. Mən qardaşıma, bütün türk qardaşlarımıza, Türkiyənin bütün liderlərinə minnətdaram! Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər. Biz onlara minnətdarıq.

Biz, həmçinin, bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımı-za minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq. Cənab səfir, bir daha Prezidentə, Baş Nazirə, Xarici İşlər nazirinə, Pakistandakı bütün qardaşlarımıza təşəkkürümü çatdırın. Bizim dostluğumuz və qardaşlığımız davam edəcək.

Səfir Bilal Haye: Cənab Prezident, icazə verin vaxt ayırdığınıza görə Sizə bir daha təşəkkürümü bildirim. Sizə məlumat vermək istəyirəm ki, bu gün Qoşulmama Hərəkatının nazirlər səviyyəsində toplantısında çıxışı zamanı Xarici İşlər nazirimiz Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq işinə Pakistanın dəstəyini bir daha ifadə edəcək. Biz bildirmək istəyirik ki, sizin mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin həlli qeyri-müəyyən müddətə təxirə salına bilməz, çünki bu, ədalətli mövqedir. Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik.

Prezident İlham Əliyev: Çox sağ olun!

AZƏRTAC

(əvvəli 1-ci səhifədə)Sonra erməni tərəfi açıq-aşkar,

nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edil-miş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Kon-vensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiya-sını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nü-mayiş etdirdik, lakin onların niyyətləri baş tut-mayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yere-vanda baş tutdu. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir.

Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə bizə hücum etməzdən düz iki gün əvvəl Ermənistanın əsas müxalifət par-tiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir.

Aparıcı: Sizin mövqeyiniz aydındır. Çox sağ olun. Mümkündürsə, lap qısa cavab ve-rin: hə, ya yox. İndi cəbhədə Suriyadan olan muzdlular varmı?

Prezident İlham Əliyev: Yoxdur. Bu, növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç

bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyat-larına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.

Aparıcı: Çox sağ olun. İlham Əliyev bizimlə Bakıdan əlaqədə idi. Sizə cansağlığı arzulayırıq, görüşənədək. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Görüşənədək.

Aparıcı: İndi biz Yerevanla əlaqəyə çı-xırıq. Ermənistanın lideri, Ermənistanın baş naziri Nikol Paşinyan bizə qoşulur. Salam, Nikol Vovayeviç. İlk növbədə, biz istərdik ki, indi nələr baş verdiyini şərh edəsiniz. Çox həyəcanlı xəbərlər gəlir.

Nikol Paşinyan: Bu gün səhər belə bir xəbər aldıq ki, Azərbaycan bilavasitə Ermənistan Respublikasının ərazisindəki kəndləri bombalayıb. Bundan əvvəl isə sen-tyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağa qarşı tammiqyaslı hərbi təcavüzə başlayıblar. Onlar artıq üç gündür ki, artilleriyadan və yaylım atəşi sistemlərindən istifadə etməklə Dağlıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar. Təəssüf ki, bizdə həm hərbçilər, həm də mülki əhali arasında həlak olanlar var. Çox mühüm məqam ondan ibarətdir ki, Türkiyə faktiki olaraq bu prosesə cəlb edilib. Bizdə olan mötəbər informa-siyaya görə, hərbi təlimatçılar və yüksək vəzifəli hərbçilər indi Azərbaycanın komanda məntəqələrindədirlər və bəzi yerlərdə, hətta, hərbi əməliyyatlara rəhbərlik edirlər. Daha bir mühüm məqam. Artıq beynəlxalq mətbuatda

çoxsaylı materiallar dərc edilib ki, Türkiyə Suriya ərazisindən muzdluları cəlb edir, onları Dağlıq Qarabağa və Ermənistan Respubli-kasına qarşı müharibədə iştirak etmək üçün Azərbaycana aparır. Yeri gəlmişkən, belə bir məlumat da var ki, Azərbaycanın yaşayış məntəqələrində bu muzdlularla yerli sakinlər arasında artıq bəzi toqquşmalar baş verib. Ona görə ki, bu muzdlular həmin kəndlərdə şəriət qanunları tətbiq etməyə çalışır, mağazalara girərək tələb edirlər ki, bu mağazalar alkoqol-lu məhsullar satışını dayandırsınlar və s. və ilaxır.

Aparıcı: Cənab Paşinyan, indicə xəbər gəldi ki, Türkiyənin F-16 təyyarəsi Ermənistan silahlı qüvvələrinin Su-25 təyyarəsini vurub. Özü də bu xəbər Ermənistan Müdafiə Nazirliyinə istinadla gəlib ki, pilot həlak olub. Bu xəbər sizə məlumdurmu? Yəni, Ermənistan və Türkiyə təyyarələri artıq göydə toqquşur?

Nikol Paşinyan: Bu, artıq faktdır və mənim dediyimi bir daha sübut edir. Bilir-sinizmi aşkardır ki, həm Ermənistan, həm də Dağlıq Qarabağ erməniləri bilavasitə Türkiyənin təhdidi altındadırlar. Bizdə olan məlumata görə, Türkiyə bu münaqişəyə daha geniş qoşulmaq üçün bəhanə axtarır. Bizdə olan məlumata görə, onlar öz qoşunlarını Nax-çıvana gətirmək üçün bəhanə axtarırlar. Bu, Azərbaycanın Türkiyə, Ermənistan və İranla həmsərhəd anklavıdır. Hərçənd bizdə məlumat var ki, Türkiyə Ordusunun bəzi bölmələri artıq oradadır. Ümumiyyətlə, burada heç bir sirr yoxdur. Ona görə ki, Türkiyə qoşunları artıq avqust ayından Azərbaycandadırlar. Onlar birgə hərbi təlimlərə başlayıblar və bu məsələ həmin hərbi təlimlərin davamı kimi başlanıb.

Aparıcı: Nikol Vovayeviç, indi artıq bir çox ekspertlər Dağlıq Qarabağda hazırda baş verənlərin hamısını çox sərt şəkildə ifadə və izah edirlər. Müharibə sözü səslənir. Bu sözdən istifadə etmək nə dərəcədə korrekt-

dir, nə dərəcədə yerinə düşür və indi qan tökülməsinə son qoymaq və atəşi dayandırmaq üçün nə isə etmək olarmı?

Nikol Paşinyan: Əlbəttə, sualınız kor-rektdir. Ona görə ki, müharibə gedir. Çoxlu dağıntılar, insan tələfatı var və olduqca çox sayda hərbi qulluqçu cəlb edilib. Bu, bizim üçün çox mühüm məqamdır. Bildiyiniz kimi, XX əsrin əvvəlində XX əsrin ilk soyqırımı baş verib. Bu, Osmanlı imperiyasında baş verib və bu soyqırımının qurbanı erməni xalqı olub. Ona görə biz hamımız bunu xalqımız üçün ekzistensial təhdid kimi qəbul edirik. Faktiki olaraq biz bunu erməni xalqına elan edilmiş müharibə kimi qəbul edirik. İndi bizim xalqımız, sadəcə, özünümüdafiə hüququndan istifadə etməyə məcburdur. Nə etmək olar? Beynəlxalq birlik Azərbaycanın təcavüzkar hərəkətini və təcavüzünü qətiyyətlə pisləməlidir. Türkiyənin hərəkətləri pislənməlidir. Tələb etmək lazımdır ki, Türkiyə ümumiyyətlə bu regiondan çıxsın. Ona görə ki, Türkiyənin Cənubi Qafqazda hərbi iştirakı heç bir yaxşı şey vəd etmir. Bu, münaqişənin daha da genişlənməsinə və bu hərbi əməliyyatların, bu müharibənin miqyasının artmasına gətirib çıxara bilər. İndi beynəlxalq birlik Türkiyəni Cənubi Qafqaz-dan çıxmağa məcbur etmək və Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səy göstərməlidir.

Aparıcı: Cənab baş nazir, sizi daha ləngitməyəcəyik. Bilirik ki, siz hərbçilərlə müşavirəyə tələsməlisiniz. Çox qısa bir sual. Hazırda danışıqların hansı formatları işləyə bilər? Yoxsa bütün əvvəlki razılaşmalar artıq keçmişdə qalıb? Şərti mənada desək, sizin bir neçə rayonu azad etməyinizi nəzərdə tutan Kazan formatı, bütün bu razılaşmalar silinib, yoxsa həmin formatlar üzrə hələ hərəkət etmək olar?

Nikol Paşinyan: Bilirsinizmi, danışıq-ların formatı məsələsinə gəldikdə, biz belə təsəvvür edirik ki, danışıqlar prosesi harada başlanmışdısa, elə orada davam etməlidir. Bu, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatıdır. Konkret danışıqlara gəldikdə isə, danışıqlar üçün müvafiq şərait olmalıdır. Konkret hərbi əməliyyatlar getdiyi vaxtda danışıqlar barədə, xüsusən onların məzmunu barədə danışmaq çox çətindir. İlk növbədə, zorakılığı dayandırmaq və Azərbaycan bu formulu qəbul etməlidir ki, Dağlıq Qara-bağ probleminin hərbi həlli yoxdur. Axı, bu müharibə sıfırdan başlamayıb. Azərbaycan hökuməti uzun müddətdir ermənilərə qarşı nifrət ritorikasını inkişaf etdirir və beynəlxalq çağırışlara rəğmən uzun müddətdir hədə-qorxu gəlir ki, Dağlıq Qarabağ məsələsini hərbi yolla həll etməyə hazırlaşır. Ümidvaram, heç olmasa indiki hadisələr və indi yaranmış vəziyyət Azərbaycanı inandıracaq ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur.

Ona görə ki, Azərbaycan Silah-lı Qüvvələri öz vəzifələrini yerinə yetirə bilməyiblər. Mənə belə gəlir ki, hərbi-siyasi rəhbərlik hərbi mənada cəbhədə heç bir uğur qazana bilməyib. Yəni, onlar öz məsələsini həll edə bilməyiblər. Ümidvaram, bu, Azərbaycanı inandıracaq ki, bu münaqişənin hərbi həlli yoxdur. Dağlıq Qarabağ münaqişəsi üçün yalnız dinc və danışıqlar yolu ilə həll var. İstənilən həll təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçün, Dağlıq Qarabağ üçün məqbul olmalıdır. Qeyd etmək istəyirəm ki, mən baş nazir olanda bu münaqişənin həlli üçün konkret formul təklif edirdim və yenə davam edirəm, istənilən həll Ermənistan üçün, Dağlıq Qarabağ üçün və Azərbaycan üçün məqbul olmalıdır. Ölkələrin adlarının çəkilməsi ardıcıllığının heç bir mənası yoxdur. Mən onu nəzərdə tuturam ki, bu qərar eyni dərəcədə məqbul olmalıdır və təəssüf ki, Azərbaycan Hökuməti, Azərbaycan Prezidenti

yalnız Azərbaycan üçün məqbul olan həllə nail olmaq istəyir. Bu, mümkün deyil. Kompromis lazımdır və kompromis üçün şərait lazımdır. Bunun üçün Azərbaycan Dağlıq Qarabağa və Ermənistana qarşı təcavüzü dərhal dayandır-malıdır. Çünki bunu Azərbaycan başlayıb. Yeri gəlmişkən, bu, əvvəlcədən planlaşdırıl-mış əməliyyat idi. Əsla şübhə yoxdur ki, bu əməliyyat Türkiyə Silahlı Qüvvələri ilə birgə hərbi təlimlər zamanı planlaşdırılıb. Sağ olun.

Aparıcı: Çox sağ olun. Gəlin bunu əsas götürək ki, həll variantı Ermənistan və əlbəttə ki, Azərbaycan üçün həqiqətən məqbul olmalıdır. Münaqişənin həlli üçün heç bir hərb variantı yoxdur. Yalnız siyasət və diplomatiya. Sağ olun.

* * *Beynəlxalq ictimaiyyət qarşısında çıxış

edərkən indiyədək dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan bu dəfə də ənənəsini pozmadı. Verilişin aparıcılarının sualları qarşı-sında aciz qalan Ermənistanın baş naziri yenə də çıxışında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi.

Sonra müzakirələrdə siyasi və hərbi ekspertlər iştirak etdilər.

“Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko:

– Mən Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim. İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ, doğrudan da, böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə, doğrudan da, türk qırıcıları göndərilsəydi, bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır.

AZƏRTAC

Prezident İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin

2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının

toplantısında videoformatda çıxış edib

Cənab Baş katib!Hörmətli dövlət və hökumət başçıları.Azərbaycan “Dayanıqlı İnkişaf

Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir. Biz 2016-cı ildə əsas vəzifəsi mil-li prioritetlərin müəyyən edilməsindən, müxtəlif dövlət proqram və strategiyalarının “Dayanıqlı İnkişaf Məqsədləri” ilə uzlaşdırıl-masından ibarət olan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası təsis etmişik.

Azərbaycan “Minilliyin İnkişaf Məqsədləri”nə nail olmuş, “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında isə ciddi irəliləyiş əldə etmişdir. Bizim nailiyyətimiz “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda əks olunmuşdur. Belə ki, ora-dakı “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü pillədə qərarlaşmışdır. Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir.

Azərbaycanın iqtisadiyyatı sürətlə inki-şaf etmişdir. Son 17 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır. Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enmişdir. Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun, təqribən, 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur. Son 17 ildə Azərbaycanın iqtisadiy-

yatına 260 milyard dollardan çox sərmayə yatırılmışdır. Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Azərbaycan iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir.

Azərbaycan enerji sahəsindən əldə olu-nan gəlirlərin indiki və gələcək nəsillər ara-sında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir. Bu məqsədlə 1999-cu ildə Dövlət Neft Fondu yaradılmışdır. Yaranma vaxtı aktivlərinin 270 milyon dollar təşkil etdiyi fondun bu günə olan aktivlərinin həcmi ölkənin ümumi daxili məhsulunu üstələyir. Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkə ərazisinin 20 faizinin işğalı ilə nəticələnmişdir. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan qaçqın və məcburi köçkünlərin həyat və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görmüşdür. Bu həssas qrupdan olan şəxslərin ehtiyacla-rının təmin edilməsi üçün bu günədək 8 mil-yard manata yaxın və ya təqribən 5 milyard dollar həcmində vəsait sərf edilmişdir. 300 mindən artıq məcburi köçkün pulsuz ev və mənzillərlə təmin olunmuşdur.

Torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində meydana gəlmiş çətinliklər səbəbindən Azərbaycan

müstəqilliyinin ilk illərində beynəlxalq ictimaiyyətdən humanitar yardım qəbul edirdi. Daha sonra isə Azərbaycan özü donor ölkəyə çevrildi. Son 15 ildə Azərbaycan 120-yə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir.

COVID-19 pandemiyası dün-yanın bütün ölkələrinə mənfi təsir göstərmişdir. Milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşəcəyi gözləniləndir.

Pandemiya bizim iqtisadiy-yata da təsir etmişdir. Pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət iş yerlərinin və səhiyyənin qo-runması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır.

Pandemiyanın fəsadlarının aradan qaldırılması, iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, iş-sizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisa-

di-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri, təqribən, 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir. Pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan, yalnız daxili mənbələr hesabına həyata keçirilir. Bundan əlavə, Azərbaycan COVID-19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Pandemiyadan sonrakı dövrdə bizim əsas prioritetlərimiz – iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdən ibarətdir.

Bəşəriyyət pandemiyaya qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi Sessiyasının keçirilməsini təklif etmişdir. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi.

İnanıram ki, xüsusi sessiya pandemi-yanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir. Sağ olun!

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin

maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçı-larının toplantısında videoformatda çıxış edib. Dövlətimizin başçısının çıxışı 2020-ci il 25 sentyabr tarixində çəkilib.

Prezident İlham Əliyevin çıxışı

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb

Page 3: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

30 sentyabr 2020-ci il, çərşənbə 3

Azərbaycan əsgərinin ən güclü silahı onun sarsılmaz

vətənpərvərlik ruhudurSentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı

qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini və döyüş texnikasını aşkarlayaraq məhv ediblər.

Ümumiyyətlə, Ermənistan sistemli şəkildə cəbhə bölgəsində təxribatlar törədir. Buna görə də bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür. Cəbhədə baş verənlər Azərbaycan Ordusunun, Prezident, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük nailiyyətidir.

Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sıra-

sındadır. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Prezident, Ali Baş Koman-dan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. İndi biz ordumuzda vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq.

Ordumuzu məğlubedilməz edən “Öncə Vətəndir!” deyən oğullarımızdır. Silah-

lı qüvvələrimizi yenilməz edən həm də onun güclü silah-sursata və texnikaya sahib olmasıdır. Azərbaycan əsgərinin ən güclü silahı isə onun vətənpərvərliyidir. Çünki əsgərlərimizin hərbi-vətənpərvərlik ruhu sarsılmaz-dır. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində düşmən əsgərləri artıq silahla-rını döyüş meydanında qoyub qaçırlar.

Bu gün Azərbaycan Or-dusunun cəbhədəki uğurları, düşmənlə təmas xəttində vətənpərvər əsgərlərimizin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissi yaşadır. Ar-tıq Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür. Hər kəsdə ruh yüksəkliyi, orduya inam,

qələbəyə əminlik hissi sarsılmaz ordumuzu qələbəyə ruhlandırır. Hamı inanır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı yaşadacaq.

İndiki həssas məqamda Azərbaycan xalqını, cəmiyyətin bütün təbəqələrini fikir ayrı-lıqlarını bir kənara qoyaraq Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırıram. Biz

birlikdə güclüyük. Bu gün çox-saylı veteranlarımız da Prezident İlham Əliyevin əmrlərinə hər an müntəzirdir. İşğal altındakı torpaqlarımızın azad olunma-sında ölümə getməyə tərəddüd etməyən veteran ordusu da Vətənimiz uğrunda döyüşməyə hazırdır.

Tofiq AĞAHÜSEYNOV, Respublika Veteranlar

Təşkilatının sədri, general-polkovnik

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!Dağlıq Qarabağ bölgəsində münaqişənin gərginləşməsinə səbəb

olan Ermənistan artilleriya hücumlarını kəskin şəkildə pislədiyimi bildirmək istəyirəm.

Azərbaycan Respublikası ilə çox sıx dostluq münasibətləri olan Bosniya və Herseqovina dövləti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir.

Ümid edirəm ki, bütün bölgədə sülhə təhlükə törədən silahlı qarşıdurmalara ən qısa müddətdə son qoyulacaq və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq danı-şıqlar vasitəsilə dinc həllini tapacaqdır.

Hörmətlə,

Şefik CAFEROVİÇ, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

Mehriban ƏLİYEVA: “Qoy Uca Tanrı hər bir

azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Bu fikir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsindəki paylaşımında yer alıb.

Paylaşımda daha sonra deyilir: “Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir.

Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqe-yini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tay-yib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.

Azərbaycanın bütün

əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!

Bu gün biz azərbaycan-lılar niyyətimizlə, hərəkət və dualarımızla misli

görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”.

AZƏRTAC

Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Sentyabrın 29-da Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə edilib. Qətər dövlətinin Əmiri və Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyə dair məsələləri də müzakirə ediblər. Bu ba-xımdan Qətər dövlətinin Əmiri vəziyyəti sakitləşdirməyə, hər iki ölkənin və xalqın maraqlarının qorunması yolu ilə dialoq və diplomatik vasitələrlə iki ölkə arasında olan mübahisənin həlli üzərində işləməyə çağırıb.

Prezident İlham Əliyev bildirib ki, sentyabrın 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törədib. Ermənistanın təmas xətti bo-yunca yerləşən yaşayış məntəqələrimizi və hərbi birləşmələrimizi ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçula-rımız həlak olub. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək uğurlu əks-hücum əməliyyatları həyata ke-çirir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

YAP Ermənistanın cəbhəboyu təmas xəttində yeni hərbi təxribatları ilə əlaqədar beynəlxalq siyasi partiya təşkilatlarına müraciət ünvanlayıb

Müraciətdə deyilir: “Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri hücum edərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur. Ermənistan ordu-su tərəfindən Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki Azərbaycan əhalisi arasında həlak olan və yaralananlar var, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Ermənistanın bu növbəti təxribatının qarşısını almaq, mülki əhalini qorumaq üçün Azərbaycan Ordusu cəbhə boyunca əks-hücum əməliyyatına başlamışdır”.

YAP-ın müraciətində daha son-ra qeyd olunur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ zonasında 1994-cü ildən etibarən atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, işğalçı tərəf mütəmadi olaraq cəbhə xəttində və sərhəd bölgələrində Azərbaycanın mülki əhalisini və

yaşayış məntəqələrini hədəfə alaraq təxribatlar törətməkdədir. Ermənistan bu ilin iyul ayında Azərbaycanın münaqişə zonasına aid olmayan To-vuz rayonu istiqamətində sərhədboyu qanlı toqquşma törətmiş, avqustda isə digər bir sərhəd rayonu olan Goran-boyda kəşfiyyat-diversiya əməliyyatı həyata keçirməyə cəhd etmişdir. Bütün bunlarla kifayətlənməyən Ermənistan rəhbərliyi beynəlxalq hüquq norma-larını kobud şəkildə pozaraq işğal edilmiş ərazilərdə qeyri-qanuni şəkildə məskunlaşdırma aparır.

“Ermənistan rəhbərliyi bu cür təxribatlarla ölkə əhalisinin diqqətini hökumətin yarıtmaz daxili və xa-rici siyasətinin nəticələrindən, dərinləşməkdə olan sosial-iqtisadi və siyasi böhrandan, pandemiya ilə uğursuz mübarizədən və digər problemlərdən yayındırmağa ça-lışır. Sarkisyanın xunta rejiminin səhvlərindən nəticə çıxarmayan Paşinyanın diktatura hökuməti işğalçı siyasəti davam etdirmək və genişləndirməklə təkcə Ermənistanın vəziyyətini daha da çətinləşdirmir,

həm də bütün regionda sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu BMT Təhlükəsizlik Şurasının və bir çox digər beynəlxalq təşkilatların qətnamələrinə zidd olaraq 30 ilə yaxındır ki, işğal altında saxla-yan, bir milyon insanın tərk etməyə məcbur olduğu doğma yurd-yuvasına qayıtmasına imkan verməyən işğalçı Ermənistanın törətdiyi son təxribatlar, yaşayış məntəqələrinin atəşə tutul-ması beynəlxalq hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması deməkdir”, – deyə müraciətdə bildirilir.

YAP beynəlxalq ictimaiyyətə müraciətində daha sonra qeyd edir ki, vəziyyətin daha da gərginləşməsi, qanlı toqquşmaların yenilənməsi həm də bu illər ərzində aparıcı beynəlxalq təşkilatların, eləcə də münaqişənin tənzimlənməsi ilə məşğul olmalı olan ATƏT-in Minsk qrupunun passivliyi-nin, Ermənistanın işğalçı, təcavüzkar siyasətindən əl çəkməsi üçün lazımi təzyiq göstərməməsinin nəticəsidir.

Azərbaycanın öz ərazilərini və əhalisini müdafiə etmək hüququ vardır. Beynəlxalq təşkilatlar münaqişənin tezliklə həllini tapması üçün işğala son qoyulmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, bir milyon məcburi köçkünün öz torpaqlarına qayıtmasına dəstək göstərməlidir. Yaşadığımız XXI əsrdə dövlətlərin BMT tərəfindən tanınan sərhədlərinin

zor tətbiq etməklə dəyişdirilməsinə, təcavüzə, işğala, etnik təmizləmələrə, işğal altında olan ərazilərin qeyri-qanu-ni məskunlaşmasına yer ola bilməz və olmamalıdır.

“Yeni Azərbaycan Partiya-sı tərəfdaş siyasi partiyaları və beynəlxalq siyasi partiya təşkilatlarını Azərbaycanın ərazi bütövlüyünün və əhalisinin təhlükəsizliyinin təmin olun-ması istiqamətində mübarizəsini və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini dəstəkləməyə, 30 ildir davam edən Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləməyə, işğalın aradan qaldırılması, beynəlxalq hü-ququn və ədalətin bərqərar olunması naminə lazımi addımları atmağa çağı-rır”, – deyə müraciətdə vurğulanır.

Müraciət Yeni Azərbaycan Partiya-sının əməkdaşlıq etdiyi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına (İCAPP), Mərkəzçi Demokrat İnterna-sionalına, Türkiyənin Ədalət və İnkişaf Partiyasına, Rusiyanın “Vahid Rusi-ya” (“Единая Россия”) Partiyasına, “İsrail bizim evimizdir” partiyasına, Çin Kommunist Partiyasına, Yaponiya Li-beral-Demokrat Partiyasına, Vyetnam Kommunist Partiyasına, Qazaxıstanın “Nur Otan” Partiyasına, Macarıstanın “FİDESZ” Partiyasına, eləcə də Pa-kistanın, Cənubi Koreyanın, Malayzi-yanın, Banqladeşin, Laosun, İndone-ziyanın, Rumıniyanın, Bolqarıstanın, Serbiyanın və digər ölkələrin hakim siyasi partiyalarına və beynəlxalq təşkilatlara ünvanlanıb.

Yeni Azərbaycan Partiyası (YAP) Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı və Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı apardığı mübarizə ilə əlaqədar beynəlxalq siyasi partiya təşkilatlarına və tərəfdaş siyasi partiyalara müraciət ünvanlayıb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Həmin faktlarla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam

öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansız-lıqla qəsdən adamöldürmə), 120.2.7-

ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adamöldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma)

və digər maddələri ilə cinayət işi başlanıb.

Bundan əlavə, Ağdamın işğal olunmuş ərazilərindən cəbhənin təmas xətti boyunca Ermənistan silah-lı birləşmələrinin iriçaplı silahlardan, top və minaatanlardan açdıqları inten-siv atəş nəticəsində sentyabrın 28-də saat 7 radələrində rayonun Evoğlu kənd sakini 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlunun baş nahiyəsindən qəlpə yarası xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsinə və tibbi yardımın göstərilməsinə baxmayaraq, həlak olması faktına görə də Ağdam Rayon Prokurorlu-

ğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Sentyabrın 28-də saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub. Həmin vaxt ərazidən keçən təcili tibbi yardım avtomaşınının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan polis əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıblar.

Saat 19:00 radələrində Tərtər ra-yonunun Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış bina-sının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq

Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu, 1981-ci il təvəllüdlü Əsədov Sabir Usub oğlu həlak olub, 1984-cü il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmu-dov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Həmin faktlarla bağlı Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bundan əlavə, sentyabrın 28-də saat 18:40-da Ermənistan silahlı qüvvələri təcavüzkar əməllərini davam etdirərək mülki əhalinin yaşadığı kəndləri hədəfə almaqla milli, irqi, dini düşmənçilik və ədavət niyyəti ilə ümumi təhlükəli üsulla kənd sakinlərini qəsdən öldürmək məqsədilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə hücum edərək Şamlıq adlanan ərazini iriçaplı artille-

riyadan atəşə tutub. Atəş nəticəsində əraziyə düşən mərmi həmin vaxt orada olan kənd sakini 2000-ci il təvəllüdlü Həziyev Hilal Murad oğ-lunun sifət nahiyəsinə dəyərək onun qəsdən həyatdan məhrum edilməsinə cəhd göstərilib.

Həmin fakt üzrə Cəbrayıl Ra-yon Prokurorluğunda da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitinə uy-ğun olaraq mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Yaralıların aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi, həmçinin əmlaka vurulan ziyanın məbləğinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar da təyin olunub. Göstərilən faktlara görə başlanan beş cinayət işi istin-taqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Sentyabrın 27-də saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin artilleriya silahlarından atdığı mərmi Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğluna məxsus fərdi evin həyətinə düşüb. Həmin vaxt evdə olan 1951-ci il təvəllüdlü Qurbanov Elbrus İsa oğlu və onun ailəsinin 4 üzvü həlak olub. Habelə mərminin partlaması nəticəsində Elbrus Qurbanovun yaşadığı evə 100 min manat məbləğində maddi ziyan dəyib.

Günay Səlimzadə: Düşmənin atəşi nəticəsində mülki şəxslərin həlak olması barədə 5 cinayət işi Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib

Azərbaycanda koronavirus infeksiyasından daha 102 nəfər sağalıb,

58 yoluxma faktı qeydə alınıb � Azərbaycan

Respublikasında koronavirus infeksiyasından daha 102 nəfər sağalıb, 58 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 119 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 827 nəfər müalicə olunaraq sağalıb, 590 nəfər vəfat edib. Aktiv xəstə sayı 1702 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 110 min 279 test aparılıb. Bugünkü test sayı isə 5496-dır.

Page 4: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

30 sentyabr 2020-ci il, çərşənbə4Prezidentə yazırlar: Azərbaycan vətəndaşları bir nəfər

kimi Sizin, dövlətimizin, ordumuzun yanındadır

İsmayıllı rayonunun müharibə, əmək və silahlı qüvvələr veteran-ları adından Əlaləm Babayev yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, sen­tyabrın 27­də faşist Ermənistanın növbəti təxribatından və onla­rın bütün cəbhəboyu yaşayış məntəqələrimizi artilleriya qur­ğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində düşmənə layiqli cavab verilmişdir. Ordu­muz gün ərzində uzun illər işğal altında olan yeddi kəndimizi və ən strateji yüksəklik olan Murovdağ silsiləsini mənfur düşməndən azad etmişdir. Bu qələbələr bizi çox sevindirir. Biz çox inanırıq ki, Sizin rəhbərliyinizlə şanlı ordu­muz işğal altında olan bütün tor­paqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Çünki bizim işimiz haqq işidir”.

Bakı şəhərinin sakini Arif Əliyev: “Hörmətli cənab Prezident, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq Azərbaycan Or­dusunun başladığı uğurlu əks­hücum əməliyyatını qətiyyətlə dəstəkləyirik. Ordumuzun uğurları hər bir azərbaycanlı kimi, bizə də sevinc və sonsuz qürur hissi yaşadır. Qarabağ bizim doğ­ma dədə­baba torpağımızdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir. Azərbaycan vətəndaşları bir nəfər kimi Sizin, dövlətimizin, Ordu­muzun yanındadır. Biz əminik ki, Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla düşmən üzərində layiqli zəfər çalacaq, Azərbaycan bayrağı əzəli torpa­ğımız Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqların­dan didərgin düşən soydaşları­mız tezliklə öz yurdlarına qayıda biləcəklər. Bu haqq yolunda zəfər çalacağımıza inanırıq və bu yolda Sizə, ordumuza yeni uğurlar diləyirik”.

Bakı şəhərinin daha bir sakini Ağayar Məmmədov: “Hörmətli cənab Prezident, Sizin və çox hörmətli Mehriban xanımın Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğı bizim gələcəyə ümidimizi daha da artırır. Cənab Ali Baş Komandan, işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün ordumuza verdiyiniz tapşırıq nəticəsində silahlı qüvvələrimizin Ermənistan ordusunu darmada­ğın etməsi hər birimizdə tezliklə böyük qələbəyə qovuşacağımıza əminlik yaradıb. İnanırıq ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində az itki ilə qələbə qa­zanacağıq. Allah Sizi və ailənizi qorusun”.

Şirvan şəhərinin sakini

Leyla İbadovanın məktubunda deyilir: “Hörmətli cənab Prezi­dent, Ali Baş Komandan, mən bir vətəndaş, bir müəllim ola­raq son zamanlarda baş verən hadisələrlə bağlı atdığınız addımları bəyəndiyimizi və Sizi dəstəklədiyimizi bildirirəm. Biz başa düşürük ki, Siz Azərbaycan xalqının 30 illik nisgilinə son qoymaq üçün, şəhidlərimizin məzarlarında rahat uyuması, torpaqlarımızın işğaldan azad olunması və gələcək nəsillərin xoşbəxtliyi üçün bu addımı atmış, ölkədə hərbi vəziyyət elan edərək əks­hücum əmrini ver­misiniz. Şərəfli mübarizəmizdə sözsüz ki, şəhidlərimiz də olacaq. Ancaq biz bilirik ki, azadlıq bəxş edilmir, qan bahasına alınır. Odur ki, düşmənin amansızlığı, müharibənin dəhşəti Azərbaycan xalqını qorxuda bilməz. Keçən gün ordumuzun apardığı hərbi əməliyyatlar nəticəsində Fü­zuli rayonunun Qaraxanbəyli, Qərvənd, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, kənd Ho­radiz, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərinin azad olunması və Murov yüksəkliyinin ordumuzun nəzarəti altına keçməsi xəbəri vətəndaşlar içərisində çox böyük sevinc və nikbinlik yaradıb. İnanırıq ki, Sizin apardığınız düzgün siyasətiniz və Azərbaycan Ordusunun əzmi, şücaəti sayəsində düşmən məhv ediləcək, torpaqlarımız bütünlüklə azad olunacaq, şəhid anaları­nın yanan qəlbinə su səpiləcək. Cənab Ali Baş Komandan, əmin olun ki, bu çətin və şərəfli işdə Azərbaycan xalqı yekdilliklə Sizin yanınızdadır”.

Qobustan şəhərindən Rəssam Azadə yazır: “Hörmətli cənab Ali Baş Komandan, bu gün hamının düşüncəsi bütünlüklə Azərbaycan əsgərinin döyüş əzminə, qələbə ruhuna köklənib. Bu köklənmə vətənsevərlikdir, Azərbaycan əsgərinin gücünə, qüdrətinə inamdır, Ali Baş Komandanın əmri ilə döyüşən hərbi qulluqçularımıza vətəndaş xeyir­duasıdır. Yurdumuzun hər qarışı mənim üçün əziz və doğmadır. Vətənə xidmət etmək, onu qorumaq bizim müqəddəs və şərəfli borcumuzdur. Bu borcu ləyaqətlə yerinə yetirdiyimə görə qürurluyam. Xalqımız qəhrəman, cəsur xalqdır. Zaman­zaman Vətən oğulları yadellilərlə mübarizələrdə böyük igidlik və qəhrəmanlıqlar göstəriblər. Qanları və canları bahasına qoynunda dünyaya göz açıb yaşadıqları torpaqları qoruyublar. Bu gün bizim damarlarımızdan döyüşlərdə böyük qəhrəmanlıq və hünər göstərmiş babaları­mızın qanı axır. Biz də onların

qəhrəmanlıqlarını təkrar edərək, erməni işğalçılarını torpaqları­mızdan təmizləyəcəyik. Cənab Prezident, Ulu Tanrı bu haqq yolunda köməyiniz olsun”.

Saatlı şəhərindən Sevinc Əhədova: “Hörmətli cənab Pre­zident, Siz zamanın sınağından ləyaqətlə çıxmış bir lidersiniz. Bu sınaqlarda xalq Sizin arxanızda, Siz də xalqın önündə olmusunuz. Haqq mübarizəmizdə də qəsbkar, xəyanətkar erməni faşistləri za­man­zaman Sizin və ordumuzun layiqli cavablarını alıblar. Cənab Prezident, inanırıq ki, Sizin komandanlığınızla torpaqlarımızı mənfur düşməndən azad edəcək, bu mübarizədə qalib gələcəyik. Qadın olmağıma baxmayaraq, bu yolda Sizin əmrinizi gözləyirəm”.

Bakı sakini Tuncay Şamilzadə: “Hörmətli cənab Prezident, Azərbaycan xalqı daim Sizinlə fəxr edib, edir və edəcək də. Mən bu məktubu Sizə göz yaşları içində yazıram. Allah Sizi qorusun. Siz tək deyilsiniz, son damla qanımıza qədər Sizinləyik. Var olun! Yaxşı ki, Sizin kimi Ali Baş Komandanımız, Prezi­dentimiz var. Allah Sizi bizə çox görməsin”.

Bakının Xətai rayonunun sakini Aysel Həsənova: “Cənab Prezident, hər bir Azərbaycan vətəndaşı kimi, mən də Sizə güvənir, Sizə inanıram. Sizin siyasətinizi, ölkəmizin gələcəyi, vətəndaşlarımızın rifahı üçün qəbul etdiyiniz qərarları dəstəkləyirəm. İnşallah, işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq! Sizə güvənir, sizə arxalanırıq. Allah sizə və Vətənimizə kömək olsun”.

Binəqədi rayonun-dan Şərqiyyə Salmanova: “Cənab Prezident, Sizi və bütün Azərbaycan xalqını, azərbaycansevərləri təbrik edirəm. Ordumuzun şücaəti, Sizin uğurlu rəhbərliyiniz bizi uğura aparır. İşğal altındakı bütün torpaqlarımızın tezliklə azad

olunması xəbərini verməyinizi Uca Allahdan arzu edirəm. Mən bir Azərbaycan övladı olaraq daim Sizi dəstəkləyir, uğurla­rınızın, uğurlarımızın davamlı olmasını arzu edirəm. Gözün aydın, Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Binəqədi rayonundan Xuraman Babayeva, Esmira Məmmədova, Maya İsayeva və Namiq Nağıyev yazırlar: “Hörmətli cənab Prezident, biz Sizinlə, ordumuzun şanlı qələbə əzmi ilə qürur duyuruq. İşğal­çı düşmənə qarşı apardığınız düzgün siyasəti dəstəkləyir, Sizin arxanızda olduğumuzu bildiririk. Sizin rəhbərliyinizlə ordumuz uğurlu əməliyyatlarla xalqımızı sevindirdi. Bir neçə kəndin azad olunması xəbəri yeni qələbələrin carçısıdır. Sizin kimi Prezidentlə fəxr edirik. Qələbə bizimlədir”.

Səbail rayonundan Ay-sel Zeynalova: “Hörmətli cənab Prezident, bu məktubu yazarkən həm kövrəlirəm, həm də fərəhlənirəm. Şükür ki, o gün gəldi çıxdı. Heydər babanın da ruhu indi şaddır. Vətənimiz uğrun­da bütün şəhid olanların da ruhu indi sevinir. Təbrik edirəm Sizi, mənim müdrik Prezidentim. Bu zəfər bütün azərbaycanlılarımızın zəfəridir. Deyilməyə o qədər sözlər var ki, amma həyəcandan söz tapa bilmirəm. Siz ki, bizə bu sevinc gözyaşlarını yaşatdınız, Al­lah Sizi həmişə var eləsin. Heydər babanın bir zamanlar fərəhlə dediyi bu cümləni, indi də mən fərəhlə deyirəm: Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Qara­bağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!”.

Yevlax şəhərindən Osman Xəlilov: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bir məcburi köçkün olaraq özümə borc bilirəm ki, Sizə təşəkkürümü və minnətdarlığımı bildirəm. Azərbaycanın bütün vətəndaşları kimi, mən də hər zaman Sizin

apardığınız siyasətə inanıb Sizi dəstəkləmişəm. Sizin indi də Qa­rabağın azad olunması uğrunda göstərdiyiniz əzmi və mübarizliyi görüb susmaq mümkün deyil. Mən inanıram ki, işğal altındakı bütün torpaqlarımız yaxın vaxt­larda Sizin rəhbərliyinizlə azad ediləcək və biz məcburi köçkünlər öz doğma yurdlarımıza qayıda­cağıq. Bir məcburi köçkün gənc kimi əminəm ki, o gün uzaqda deyil. Biz gənclər Sizi sevirik, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Vətənimizin uğ­runda döyüşməyə hər an hazı­rıq, hörmətli cənab Prezident. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlarımız var. Allah şəhidlərimizə rəhmət eləsin. İnşal­lah, onların qanı yerdə qalmaya­caqdır. Allah Sizi və əsgərlərimizi qorusun”.

Türkiyənin Adana şəhərindən Efe Hüsem yazır: “Hörmətli cənab Prezident, mən Türkiyənin Adana şəhərində həkim işləyirəm. Doğma Vətən, qardaş ölkə Azərbaycanda Tibb Universitetində təhsil almışam. Erməni işğalçıları ilə cəbhədə vu­ruşan qardaşlarıma lazım olarsa ya həkim kimi, ya da bacardığım başqa iş üzrə xidmət göstərməyə hər an hazıram. Şübhəsiz, ça­ğırış etsəniz, ən qısa zamanda gələrəm. Ürəyim Sizinlədir. Allah yar və yardımçınız olsun”.

İstanbul şəhərindən Amanat Aydın: “Hörmətli cənab Prezi­dent, Azərbaycan Ordusunun düşmənə qarşı lazımi müdafiə tədbirlərini ən yüksək səviyyədə təşkil etdiyini və əks­hücumla ermənilərə sarsıdıcı zərbələr endirdiyini sosial mediadan öyrəndim. Haqsızlığı özünə məslək bilən, qardaş ölkəmin insanlarına qəsd edən, adını belə çəkməyə dilim gəlməyən aciz topluya qarşı təbii ki, gücü­nüzün yetəcəyini atalarımızdan gələn qandan bilirəm. Ancaq ehtiyac olarsa, qardaş ölkəmin

bu mübarizəsində hər zaman yanınızdayam. Türk milləti olaraq birimizə olunan haqsızlıq hamımı­za edilən haqsızlıqdır. Hər zaman qardaş ölkəmin yanında olacağı­mı bildirir, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm”.

Ankara şəhərindən Suat Mu-ratoğlu: “Hörmətli cənab Prezi­dent! Mən Türkiyə vətəndaşıyam. Xaraktersiz ermənilərin əməllərini şiddətlə qınayıram. Davanız davam, yolunuz yo­lumdur. Azərbaycan mənim də ölkəmdir. Lazım gələrsə, Sizin ölkəniz üçün də vuruşmağa, şəhid olmağa tərəddüd etmərəm. Dualarım Sizinlədir. Ehtiyac olar­sa, sevə­sevə cəbhəyə getməyə və qardaşlarımla birlikdə vuruş­mağa hazıram. Allah yardımçısı­nız olsun. Şəhidlərimizə Allah­dan rəhmət, yaralılarımıza da qısa zamanda şəfa tapmalarını diləyirəm”.

İstanbul şəhərindən Hakan Yıldız yazır: “Hörmətli cənab Prezident, qardaş ölkəmizə və bütün vətəndaşlarınıza mənim və ətrafımda olan insanların səmimi salamlarını çatdıraraq haqq işinizdə uğurlar arzulayı­ram. Əziz Prezident, mən və ətrafımda olan çoxsaylı insan­lar rəhbərliyinizlə qazanılan rəşadətli qələbə sevincini Sizinlə bölüşmək üçün yanınızda olmaq­dan şərəf duyarıq. Azərbaycan bizim ikinci Vətənimizdir. Sizi öz rəhbərimiz kimi sevir, qərarlarınızı dəstəkləyirik. Hamımızın duaları qələbə qazanmağınız üçündür”.

Tekirdağ şəhərindən Özdo-ğan Məhəmməd və Satı Levent yazırlar: “Hörmətli cənab Prezi­dent, bu çətin günlərdə Sizə yaxşı və sağlam çalışmalar və uğur­lar diləyirəm. Mənim 24 yaşım var. Vətənin bu çətin günündə azərbaycanlı qardaşlarımın ya­nında olmaq istəyirəm. Hər hansı bir əmriniz olarsa, canla­başla yerinə yetirməyə hazıram. Cənab Ali Baş Komandan, ermənilərə qarşı hərbi əməliyyatların iştirak­

çısı olmaqdan qürur duyardım. Əmrinizi gözləyirəm”.

Almaniyanın Dortmund şəhərindən Halil Deniz Kalakli yazır: “Hörmətli cənab Prezident, mən Almaniyada yaşayan türk vətəndaşıyam. Azərbaycanın Ermənistanla yaşadığı proble­mi yaxından izləyirəm. Burada bir qərar tuta bilmirəm. Hazır­da böyük narahatlıq içərisində Azərbaycan Silahlı Qüvvələrinin zəfər çalması üçün dualar edirik. Türkiyədə yaşadığım dövrdə Türk Özəl Qüvvələrində əsgərlik etmişəm. İcazənizlə Azərbaycana gəlib Sizlərlə bərabər ermənilərə qarşı vuruşmaq istəyirəm. Burada bir çox türk qardaşlarımız da Azərbaycana gəlib qardaşlarımı­za dəstək vermək istəyirlər. Eyni zamanda, Türkiyədə yaşayan həmvətənlərim də eyni duyğu və düşüncə içərisindədirlər. Artıq Ermənistana sərt bir sillə vurmağın zamanı gəlmişdir. Ermənilər türkün əsl gücünü görməlidirlər. Birlikdə onların üzərinə getməliyik. Hörmətli cənab Prezident, əmr etdiyi­niz anda yanınızda olacağımı bilməyinizi istəyirəm. Sizi və bü­tün azərbaycanlı qardaşlarımızı Allaha əmanət edirəm”.

Şanlıurfa şəhərindən Ba-bacan Eyüp: “Hörmətli cənab Prezident, ilk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirirəm. Erməni işğalçıları ilə apardığınız mübarizədə Türkiyə xalqı olaraq, sonuna qədər yanınızda olduğumuzu, duaları­mızın Sizinlə birlikdə olduğunu bilməyinizi istəyirik. Rəbbim qardaş Azərbaycanın yardımçısı olsun. Hər zaman can qardaşları­mızın yanındayıq. Tutduğunuz bu haqq yolunda Sizə zəfər arzula­yıram”.

Pakistanın Multan şəhərindən Məsud Əhməd: “Möhtərəm cənab Prezident, mən ölkənizlə dost və qardaş münasibətində olan Pakistanın vətəndaşı olaraq ölkəmin Sizin və böyük xalqınızın yanında olduğu­nu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı tam qəlbimizlə dəstəklədiyimizi bildirməkdən şərəf duyuram. Dağlıq Qarabağı və onu əhatə edən 7 rayonu işğal­dan azad etmək üçün başladığınız haqq işində Türkiyə xalqı ilə yana­şı, bizim də ürəyimiz Azərbaycan xalqı ilə birlikdə döyünür. Allahdan müqəddəs niyyətinizə çatmaq üçün xalqınıza kömək olmasını, ölkənizin daim çiçəklənmə və tərəqqi yolunda inkişaf etməsini azrulayıram. Allahın mərhəməti daim üzərinizdə olsun. Xeyirli dua­larımız Sizlərdən əksik deyil”.

Ukraynanın Kropivnitski şəhərindən Qorovaya Na-talya Vasilyevna: “Hörmətli Prezident, cənab Ali Baş Koman­dan, Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağı­ma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir. Razılığınız olar­sa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könül­lü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik”.

Azərbaycan Ordusunun Ermənistan silah-lı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. Bu, Azərbaycan vətəndaşlarının Prezident, Ali Baş Komandan İlham Əliyevə göndərdiyi təbrik və təşəkkür məktublarından da aydın görünür.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarından əlavə bir sıra xarici ölkələrin vətəndaşları da dövlətimizin başçısına məktublar ünvanlayırlar.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Alman deputatlar: Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır

� Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri, Bundestaqda sosial-demokratlar fraksiyasını təmsil edən Barbara Xendriksin fikrincə, Dağlıq Qarabağda “partlayış təhlükəli” vəziyyət yaranıb.

B.Xendriks Almaniyanın DW portalına bu barədə müsahibəsində (https://amp.dw.com/ru/boi­v­nagornom­karabahe­chto­govorjat­v­berline/a­55083696) münaqişə iştirakçılarının “ölçülüb­biçilmiş şəkildə hərəkət edəcəklərinə” ümid bəslədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, deputat vəziyyətin budəfəki gərginləşməsinə görə kimin məsuliyyət daşıması barədə qəti rəy söyləməyib, lakin onun fikrincə, əsas problem bundan

ibarətdir ki, Ermənistan beynəlxalq hüququn bu regiona tətbiqən

qüvvəsini tanımır. Alman nəşrinə müsahibəsində

“birmənalı olaraq aydındır ki, in­diki vəziyyətdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”,– söyləyən Xendriksin fikrincə, ermənilər üçün nə qədər çətin olsa da, Yerevan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır.

Almaniyanın “Yaşıllar” Partiya­sından Avropa Parlamentinin de­putatı Sergey Laqodinski isə belə hesab edir ki, Ermənistan güzəştə getməlidir. O deyib: “Ermənistan da daxil olmaqla heç bir ölkə Dağlıq Qa­rabağı müstəqil dövlət kimi tanıma­yıb”. Avropa Parlamenti deputatının sözlərinə görə, Dağlıq Qarabağa yalnız “mədəni muxtariyyət” verilməsi

barədə söhbət olmalıdır.

Vüqar SEYİDOV, AZƏRTAC –ın xüsusi müxbiri

Berlin

Əli Rəbii: Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir

� Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir.

AZƏRTAC xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqində deyib.

Ə.Rəbii qeyd edib ki, İranın Azərbaycanın ərazi bütövlüyünün tanınması və buna riayət olunmasının vacibliyi ilə bağlı möv­qeyi tamamilə aydındır. İran hökuməti indiyədək dəfələrlə BMT qətnamələri və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın qanuni haqqını tanıdığını bəyan edib.

Page 5: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

30 sentyabr 2020-ci il, çərşənbə 5

Ermənistan növbəti dəfə təxribata əl atdı. Bu dəfə erməni silahlı qüvvələri sentyabrın 27-də saat 6 radələrində genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, mi-naatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi.

12 iyul tarixində Tovuz rayonunda olduğu kimi, bu dəfə də ermənilər mülki infrastuktur obyektlərini hədəfə aldı. Ermənistan işğal etdiyi ərazilərdən davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur. Ermənistanın həyata keçirdiyi təxribat nəticəsində

bir neçə mülki şəxs həyatını itirdi, 27 nəfər yaralandı. Cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak oldu.

Dünən səhər də Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açıldı, Tərtərdə xalçaçılıq fabriki ciddi zərər gör-dü. Düşmənin mülki obyektləri atəşə tut-ması nəticəsində Tərtər şəhəri, E.Səfərov küçəsində 54 mənzildən ibarət 10 saylı bina, rayonun Şıx arx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası ya-rarsız vəziyyətə düşdü. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək beynəlxalq humanitar hüququn əsas nor-ma və prinsiplərini kobud şəkildə poza-raq dinc əhalini, çoxsaylı evləri və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Əlbəttə, həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusunun ön xətt

bölmələri düşmənin bu təxribatının qar-şısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görməyə başladı. Cəbhənin ən gərgin Tərtər–Ağ-dam və Füzuli–Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.

Artıq böyük qələbələrimiz də var. Belə ki, Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad olunub. Cəbhənin Füzuli–Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonu-

nun Böyük Mərcanlı və Nüzgar kəndləri düşməndən təmizlənib. Bundan başqa, Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad edilib.

Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin

atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. Hərbi mütəxəssislər də işğaldan azad olunan Murovdağ zirvəsinin stra-teji əhəmiyyətinin çox böyük olduğunu bildirirlər.

Təbii ki, Ermənistan qoşunlarının Azərbaycanın yaşayış məntəqələrinə və dinc sakinlərinə hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Terroru dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış cinayətkar rejim vasitəsilə təhdid dolu bəyanatlar səsləndirir, yeni ərazilər işğal etməyi planlaşdırırdı. Xatırladaq ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “rəhbəri” Araik Aratunyan Gəncə şəhərini vurmaqla hədələmişdi. Dinc mülki əhalini və obyektləri hədəfə almaq Ermənistanın ölkəmizə qarşı təcavüzünün, nifrətinin, növbəti təzahürüdür.

Bütün bunlar bir daha onu göstərir ki, terror və vandalizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan bu gün də həmin xətti davam etdirir. “Hnçaq” və “Daşnaksütyun” terrorçularının Şərqi Anadolu və Azərbaycan kəndlərini çapıb-talamaqda bir-biri ilə rəqabət aparmaları sirr deyil. Rəsmi proqramlarında terroru qarşılarına məqsəd qoyan bu partiya və cəmiyyətlərin “türkə ölüm” çağırışı ilə ta-rixin ən qanlı cinayətlərini törətmələri ha-mıya məlumdur. Ermənilərin bu siyasəti indi də davam edir. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində av-qust ayında Ermənistanın Azəbaycana

diversiya qrupu göndərməsindən danışarkən bildirdi ki, əsir düşmüş erməni hərbçisinin ifadələri planlaş-dırılmış təxribatçı diversiya qrupunun Azərbaycana terror aktları törətmək üçün gəldiyini təsdiqləyir.

Hazırda dünyanın elə bir ölkəsi yoxdur ki, erməni terrorçuları orada öz təşkilatlarını yaratmasınlar. Onlar özgə torpaqları hesabına “Böyük Ermənistan”

dövləti yaratmaq istəyirlər. Bu bədxahlar ona görə də hər yerdə terrorçuluq edir, minlərlə günahsız insanların qətlinə səbəb olurlar.

Bu gün erməni terrorizmi dünya sivilizasiyası üçün böyük təhlükədir. Onlar digər terror təşkilatları ilə əlaqə yaradır və öz məqsədlərinə nail ol-maq üçün dəridən qabıqdan çıxırlar. Məsələn, “Daşnaksutyun”, “Asala” və digər erməni terror təşkilatları Qarabağ müharibəsində yaxından iştirak etmişlər. Erməni daşnakları və bolşeviklər öz vəhşi əməllərinə don geyindirərək, törətdikləri qırğınları vətəndaş müharibəsi kimi qələmə verməyə və bununla da əsil tarixi həqiqəti ört-basdır etməyə çalışırdılar. 1918-ci ildə bir gecədə, martın 31-də təkcə Bakıda və onun ətraf kəndlərində 15 min günahsız azərbaycanlı öldürülmüşdü.

Ancaq bu gün Azərbaycan güclü dövlətdir və erməni terrorizminə və vandalizminə layiqli cavab verir. Bundan başqa, Ermənistanın kriminal-quldur rejimi təxribatlarına görə Azərbaycan Ordusundan tutarlı cavabı alır. Rəsmi İrəvandan fərqli olaraq Azərbaycan heç bir təxribata əl atmır. Prezident İlham Əliyev xalqa müraciətində bir daha açıqladı ki, Azərbaycan sadəcə olaraq öz torpaqlarını işğaldan azad etmək istəyir və öz siyasətini alnıaçıq aparır: “Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağı-dır və bu, həqiqətdir”.

Bir sözlə, erməni təxribatlarına və Ermənistanın işğalına son qoymaq məqsədilə Azərbaycan Ordusu ta-rixi missiyasını uğurla yerinə yetirir. Ölkə başçısının dediyi kimi, bu gün Azərbaycan Ordusu öz torpağında ölkənin ərazi bütövlüyünü qoruyur,

müdafiə edir: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

Şübhə yoxdur ki, Ali Baş Koman-danın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və Dağlıq Qarabağ işğaldan azad olunacaq.

“Xalq qəzeti”

Azərbaycan Ordusu qəhrəmanlıqla döyüşərək şanlı tarix yazır

Torpaqlarımızı düşməndən təmizləməliyikÖtən həftə “Xalq qəzeti”nə Azərbaycan Prezidenti

İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxış edərkən işğalçı Ermənistanın faşist dövlət simasını, onun Azərbaycana növbəti hücum planlarını növbəti dəfə ifşa etməsi ilə bağlı açıqlama vermişdim. Prezidentin Baş Assambleyanın sessiyasının ümumi debatlarında çıxışının qarşıdakı günlərdə də əsas müzakirə mövzusu olacağı, geniş rəylər doğuracağı şübhəsiz idi. Cənab İlham Əliyevin beynəlxalq ictimaiyyəti işğalçı Ermənistana sanksiyalar tətbiqinə çağırması, mövzuya münasibətdə yeni bir səhifənin də açıldığını göstərməklə, düşmənin ədalətli sülhdən uzaqlaşıb öz bədnam aqibətinə daha da yaxınlaşdığını ifadə etmişdi.

Hiyləgər Ermənistan hakimiyyəti mövcud du-rumdan sui-istifadə edərək, öz məkrli siyasətini davam etdirməkdə idi. Azərbaycanın

işğal edilmiş ərazilərində qanunusz məskunlaşma həyata keçirilir, o cümlədən erməni əsilli livanlılar işğal bölgəsinə köçürülürdü.

Qanunsuz infrastruktur layihələri həyata keçirilir, işğal bölgəsindəki ərazilərdə Azərbaycan xalqının min illərlə yaşı olan milli-mədəni irsi məhv edilir, toponimlər əsassız şəkildə dəyişdirilir və ölkəmizə məxsus təbii sərvətlər qeyri-qanuni istis-mar edilir, həmçinin müxtəlif ölkələrdən olan muzdlular, o cümlədən əliqanlı terrorçular (ASALA, PKK) Qarabağa, eləcə də, dövlət sərhədinə, işğal altındakı ərazilərimizə cəlb edilirdi.

Prezident İlham Əliyev dünyanın ən ali tribuna-sından Ermənistanın iş-ğalçılıq, faşist, anti-insani siyasətini, yeni müharibə

planlarını ifşa etdi, BMT-ni, bütün beynəlxalq ictimaiyyət təmsilçilərini Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə, Ermənistanın bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırdı.

Dünya bu çağırışları eşitmədi və Azərbaycan çox gözləməli deyildi. Çünki, Azərbaycanın mövqeyi ədalətlidir, o öz ərazi bütöv-lüyünü təmin etməlidir! Nə qədər gözləməli, daha nə qədər dözməli idik?

Və nəhayət, uzun illərdən bəri gözlədiyimiz gün yetişib. Azərbaycan Prezidentinin bütün cəbhə boyu əks hücum qərarı 3

gündür gerçəkləşir. Müdafiə Nazirliyinin məlumatına əsasən, artıq işğalda olan kəndlərimiz qüdrətli ordu-muzun gücü ilə azad edilir. Qələbənin yaxında olması şəksizdir. Buna xalqımız inanır və ordumuzun gücünə güvənir. Xalq Prezidentinə, dövlət başçımız da xalqına güvənir.

30 il gözlədiyimiz yetdi. Qələbə bizimlədir! Allah igidlərimizi qorusun! Dövlətimiz zaval görməsin! Bayrağımız uca olsun!

Əkbər QOŞALI, Milli QHT Forumu İdarə

Heyətinin üzvü

Ədalət zəfər çalacaq!

“Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çək mə yən, təcavüz siyasəti yeridən ermənilərin əsrlər boyu vəhşilik, soyqırımı törətdikləri bütün dünyaya məlumdur. Bu qədər vəhşiliklər törətdikləri hal-da, ermənilər özlərini “ədalətsizliyin qurbanı” kimi qələmə verməyə cəhd etmələrilə də tanınırlar. Əslində isə ermənilər türklərə və azərbaycanlılara qarşı dəfələrlə soyqırımı və terror aktları törətmişlər, torpaqlarımızı işğal etmişlər. Beynəlxalq ictimaiyyət yaxşı bilir ki, istər 2016-ci ilin aprel ayında, istərsə cari ilin iyun ayında törədilən hərbi təxribatlar Ermənistanın işğalçılıq siyasətinin davamıdır.

27 sentyabrda səhər tezdən Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması bir daha bu faktları isbatladı. Ancaq işğalçı Ermənistan əvvəllər olduğu kimi, bu dəfə də layiqli dərsini alır və heç bir şübhə yoxdur ki, Azərbaycan haqq mübarizəsində zəfər qazanacaq!

Müdafiə Nazirliyi: Hadrut istiqamətində düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib

� Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib.

AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib.

Page 6: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

30 sentyabr 2020-ci il, çərşənbə6Azərbaycan Prezidenti: Ordu quruculuğu

mənim fəaliyyətimdə həmişə birinci yerdədir

Xalqımız Ali Baş Komandanın və qüdrətli ordumuzun arxasındadırXalqımız Silahlıq Qüvvələrin Ali Baş

Komandanı İlham Əliyevə, Azərbaycan Ordusuna inanır və güvənir. Xalq həmişə dövlətimizin başçısı ilə həmrəy olduğunu nümayiş etdirib, bu gün də elədir. İnsanlarda qələbəyə böyük inam var. Bu inamı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, ölkəyə rəhbərlik etdiyi gündən indiyədək formalaşdırdığı güclü və qüdrətli Azərbaycan Ordusu yaradıb.

Azərbaycanın şanlı ordusu

təcavüzkar Ermənistanın alçaq niyyətlərinin qarşısını qətiyyətlə alır. Başqa ölkələrə güvənən işğalçı Ermənistan bu dəfə canını asanlıq-la qurtara bilməcəyək. Dövlətimizin başçısı xalqa müraciətində də bunu bir daha diqqətə çatdırdı: “ Bu gün Azərbaycan Ordusu Azərbaycan tor-paqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütöv-lüyünü qoruyur, müdafiə edir. Erməni

əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağı-mızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

Məlahət İBRAHİMQIZI, Milli Məclisin deputatı,

YAP Nəsimi rayon təşkilatının sədri

Şanlı ordumuzun tezliklə torpaqlarımızı azad edəcəyinə əminəm

Mədəniyyət və incəsənət xadimlərinə də bu sevincdən pay düşüb. Biz də qələbə gününü böyük səbirsizliklə gözləyirik. Azərbaycan xalqına müraciətimizlə biz münasibətimizi bildirmişik.

Bir məsələ məni həmişə narahat edir. Televiziya ekranlarında tez-tez səslənir ki, “ Biz şəhid olmağa hazı-rıq”. Mən bununla razılaşmı-ram. Biz şəhid olmağı yox, düşməni məhv etməyi təlqin etməliyik. Başa düşməliyik ki, ermənilər həmişə bizə qarşı işğal siyasəti yürüdüb. Bu gün

biz məsələni köklü şəkildə həll etməliyik. Elə olmasın ki, 10-15 ildən sonra yenidən bu məsələ qalxsın. Ermənilər böyük Ermənistan xülyası ilə yaşayırlar. Biz isə qüdrətli Azərbaycan yaradacağıq.

Prezidentimiz Təhlükəsizlik Şurasının iclasında dedi: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğa-la son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz tor-

pağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaq-larına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın da-

ğılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordu-sunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşları-mıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

Bəli, xalqımız yüksək əhval-ruhiyyədədir. Prezidentimizə, onun daim himayə etdiyi qəhrəman ordumuza inanır.

Siyavuş KƏRİMİ, Azərbaycan Milli

Konservatoriyasının rektoru,

Xalq artisti, professor

AHİK-in Ermənistanın son təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciəti

“Sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini birtərəfli qaydada pozaraq Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə edərək növbəti təcavüz aktına əl atıb. Bu hərbi təcavüz mülki əhali və hərbi qulluqçu-lar arasında xeyli sayda insan itkisinə səbəb olub. Təkcə Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndində erməni silahlı qüvvələrinin top atəşi nəticəsində 5 nəfərdən ibarət Qurbanovlar ailəsi həyatını itirib.

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, ona bitişik 7 rayonu silah gücünə zəbt etməklə kifayətlənmir, “yeni torpaqlar, yeni müharibə” istəyini dünya ictimaiyyətindən gizlətmir və beynəlxalq hüququn normalarına hörmətsizlik göstərərək məkrli niyyətini davam etdirir. Ermənistanın növbəti təcavüzü beynəlxalq hüququn fun-damental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-

şərtsiz tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humani-tar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının və onların Əlavə protokollarının kobud şəkildə pozulması deməkdir. Ermənistan 30 ildir torpaqlarımızı işğal altında saxlayır. Vaxtaşırı silahlı təxribatlar törətməklə işğal altında olan rayon və şəhərlərimizi de-fakto öz ərazilərinə qatmağa cəhd edir. 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda həyata keçirdiyi hərbi hücumlar bu niyyətin son nümunələridir.

Təbii ki, belə davam edə bilməz. Artıq Azərbaycan xalqının səbir kasası daşıb. Əhalimiz düşmən atəşləri altında yaşamaqdan yorulub.

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təcavüzünün qarşısı-nı almaq, təmas xətti boyunca yerləşən çoxsaylı yaşayış məntəqələrimizin mülki əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə, əks-hücum və cavab tədbirləri görmək məcburiyyətində qalıb. Biz özümüzü öz torpaqlarımızda

müdafiə edirik. Müdafiə tədbirləri həyata keçirilərkən beynəlxalq humanitar hüqu-qa tam riayət olunur.

Bundan sonra hər iki tərəfdən veriləcək insan və maddi itkilər üçün bütün məsuliyyət Ermənistanın siyasi və hərbi dairələrinin üzərinə düşür.

Ermənistan tərəfi saxta, dezinforma-siya xarakterli məlumatlar yaymaqla öz xalqını və dünya ictimaiyyətini çaş-dırmağa və işğalçılıq siyasətinə haqq qazandırmağa çalışır.

Biz həmkarlar ittifaqı olaraq dünya-nın aparıcı dövlətlərini, beynəlxalq qu-rumları, eləcə də beynəlxalq həmkarlar ittifaqları təşkilatlarını Ermənistanın təcavüzkar əməllərini kəskin şəkildə qınamağa, Azərbaycanın haqq işini müdafiə etməyə çağırırıq. Ermənistanın Qafqazda yürütdüyü ilhaqçı, faşist siyasəti bütövlükdə dünyamızda sabitliyə təhlükədir”.

Deputat Etibar Əliyev: İndi dünya görür ki, Qarabağ Azərbaycandır!

–Belə vəziyyətdə və bundan öncə də bütün xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirib. Dövlətimizin başçısının bütün auditoriyalarda etdiyi çıxışlar bizi ruhlan-dırır. Ölkədə hərbi vəziyyətin elan olun-ması bizim haqq işimizin xeyirinədir və torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərlə uzlaşır. Ön cəbhə ilə

arxa cəbhə üzvi surətdə bağlı olmalı-dir. Xalqın həmrəyliyi göz önündədir. Belə günlərdə hamı həmrəyilik və birlik nümayiş etdirib bir mövqedən çıxış etməlidir.

Tarix göstərir ki, Azərbaycan xalqı birləşməyi bacaran xalqdır. Düşmənin məkrli, alçaq, hiyləgər niyyəti bizim birliyimizi daha da möhkəmləndirməlidir.

Lazım olsa bizim hər birimiz gedib cəbhədə vuruşub canımızı qurban verməyə hazırıq. Vətənimizin parçalan-ması səbr kasamızı daşdırıb.

Uzun illərdir Qarabağımızdan ayrı düşməyimiz bizi sarsıdıb. Yetər! Erməni həyasızlığına və qaniçənliyinə son qoymalıyıq. Ali Baş Komandanın çıxışındakı optimist notlar “Qarabağ Azərbaycandır!” çağırışını ruhumuza hopdurur. İndi dünya da görür ki, Qara-bağ Azərbaycandır. Bizim mübarizəmiz haqq işidir və qələbə bizimlə olacaq. Biz bunu hiss etməklə yanaşı, həm də yaşa-yırıq. Və Qarabağda yaşayacağıq...

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

Biz Qarabağ qaziləri torpaqlarımızın azadlığı uğrunda döyüşə hazırıq

Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan bir neçə kəndimiz azad edilib. Xalqımızın ürəyi düşmənə qarşı savaşan Azərbaycan Ordusunun əsgər və zabitlərinin yanındadır. Ehtiyatda olan Qarabağ qaziləri də baş verənləri diqqətlə izləyir və öz dəstəklərini göstərirlər. Onlardan biri – ehtiyatda olan mayor Rafiq Bayramov bu barədə təəssüratlarını oxucularımızla bölüşdü:

–Otuz ilə yaxındır ki, Azərbaycan Ermənistanın işğalından və təcavüzündən əziyyət çəkir. Bir milyon məcburi köçkünümüz öz doğ-ma yurdlarının həsrəti ilə ya-şayır, evlərinə qayıdacaqları günü gözləyirlər. Azərbaycan bu illər ərzində beynəlxalq hüquq çərçivəsində münaqişənin həlli üçün da-nışıqlarda konstruktiv mövqe nümayiş etdirdi. Beynəlxalq hüquq və ictimaiyyət ölkəmizin ərazi bütövlüyünü tanıyır. Lakin bu illər ərzində təcrübə göstərdi ki, danışıq-ların həlledici məqamında işğalçı Ermənistan hər dəfə təxribata əl ataraq bölgədə vəziyyəti gərginləşdirir. Tovuz təxribatları bunu bir daha sübut etdi.

Düşmənin təmas xəttində deyil, iyul ayında Qarabağ-dan uzaqda Ermənistanla həmsərhəd olan Tovuzda təxribatlar törətməsi bü-tün dünyaya göstərdi ki, Ermənistanla sülh danışıqları heç bir effekt vermir. Prezi-dent İlham Əliyev hər dəfə–istər ön xəttdə əsgərlərlə, istərsə də qaçqın və məcburi köçkünlərlə görüşlərində ordumuzun istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bəyan etmişdi. Məqam yetiş-di. Bu gün Azərbaycan Ordu-su əks-hücum əməliyyatları ilə işğal altında olan bir neçə kəndimizi azad edib. İllərdir, Azərbaycan əsgəri Ali Baş

Komandanın “İrəli!” əmrinə hazır vəziyyətdə torpaqla-rımızı azad edəcəyi günü gözləyirdi. Bu gün qürur-vericidir ki, xalq dövlətin və ordunun yanındadır. Xal-

qımız Ali Baş Komandan İlham Əliyevə güvənir, onun uzaqgörən siyasəti sayəsində ordumuzun gücü ilə torpaq-larımıza qovuşacağımıza əminik. Artıq Azərbaycan Ordusu bölgədə və dünyada güclü ordulardan biri kimi ta-nınır. Azərbaycan əsgəri hər an döyüş tapşırığını yüksək səviyyədə icra etməyə hazırdır. Bu günlər ərzində biz buna şahid oluruq. Onların rəşadəti sayəsində strateji əhəmiyyətə malik Murovdağ zirvəsi düşməndən

təmizləndi. Bunlar biz qaziləri fərəhləndirir. Bir vaxtlar, Qarabağ müharibəsinin ağır illərində çətin şəraitdə Vətənin keşiyində dayandı-ğımız günləri xatırlayıram.

O zamanlar bu cür yüksək səviyyədə maddi-texniki bazamız və şəraitimiz yox idi. İndi isə ölkəmiz hər mənada öndədir.

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şura-sının iclasının keçirilməsi və ölkə başçısının əməliyyatlarla əlaqədar öz tövsiyə və tap-şırıqlarını verməsini ehti-yatda olan mayor, Qarabağ müharibəsinin iştirakçısı olaraq, diqqətlə izlədim.

Prezident bir çox va-cib məqamlara toxundu.

Bildirdi ki, Ermənistanın hərbi təxribatı planlaşdı-rılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. İlham Əliyevin Təhlükəsizlik Şura-sında çıxışı, eləcə də xalqa müraciətində səsləndirdiyi fikirlər qələbə xəbərini gözləyən xalqımıza, xüsusilə də məcburi köçkünlərə, yurd həsrəti ilə yaşayan insanlara ümid işığı oldu. “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır!” Mən də qarabağlıyam, doğma yurd-yuvadan uzaqda yaşa-maq çox çətindir. Düzdür, məcburi köçkünlər dövlətimiz tərəfindən hər cür qayğı ilə əhatə olunurlar. Lakin dogma torpağımızda yandırılmış evlərimizi yenidən tikmək arzusundayıq. Biz ehtiyatda olan qazilər dövlətimizin və Ali Baş Komandanımızın yanındayıq. Ehtiyac olarsa, biz də cəbhəyə gedərək, öz təcrübə və biliklərimizi əsgərlərimizlə bölüşməyə, torpaqlarımızı azad etməyə hər an hazırıq.

Hazırladı: Əfsanə BAYRAMQIZI,

Foto Elşən AĞALARINDIR,

“Xalq qəzeti”

E rmənistanın təcavüzkar ordusu bütün cəbhə boyu ağır artilleriyadan atəş açaraq genişmiqyaslı hücum edib. Ancaq rəşadətli ordumuz düşmənin budəfəki xəbis niyyətini də ürəyində qoydu. Möhtərəm Prezidentimizin

xalqa müraciətindən və Təhlükəsizlik Şurasının iclasındakı çıxışından sonra insanlarda qələbəyə böyük inam yaranıb. Bu qələbənin əsası 2016- cı ilin Aprel döyüşlərində və bu ilin iyul hadisələrində qoyulmuşdu. Həmin vaxt sərhədboyu ərazilərdə təxribatlar törətmək istəyən düşmənə layiqli cavab verildi.

M illi Məclisin deputatı Etibar Əliyev Ermənistanın hərbi təxribatına cavab olaraq

Milli Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurması ilə bağlı mediaya açıqlamasında deyib:

Həhayət ki, çoxdan gözlədiyimiz gün gəlib yetişdi. Davamlı olaraq həyata keçirilən düşmən təxribatlarına qarşı ordumuzun əks-hücumları başladı. Bütün Azərbaycan xalqı ordumuzun ilk döyüşlərdə qazandığı uğurlardan fərəh hissi duyur və tezliklə bu döyüşlərin qələbə ilə nəticələnəcəyinə inanır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ermənistanın son təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara müraciəti edib. AHİK-dən AZƏRTAC-a ünvanlanan müraciət mətnində deyilir:

Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir– Otuz ilə yaxındır ki, Minsk

qrupu çərçivəsində səmərəsiz da-nışıqlar aparılır. Lakin Ermənistan nəinki BMT TŞ-nin məlum qətnamələrini saya salmır, hətta, müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətinə salır. BMT də, bütün digər aparıcı beynəlxalq təşkilatlar da Azərbaycanın bu məsələ ilə bağlı haqlı mövqe-yini müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır və bu gün Azərbaycan bu təsisata sədrlik edir. Təşkilat üzvləri münaqişə ilə bağlı ədalətli qətnamə qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul edib. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələrində bizim mövqeyimiz dəstəklənir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.

Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev də Ordumuzun cəbhədə genişmiq-yaslı əks-hücuma başlaması ilə əlaqədar xalqa müraciətində bu barədə geniş məlumat verib. Dövlət başçısının sözlərinə görə, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. İyul ayında Ermənistan To-vuz istiqamətində mövqelərimizi və kəndlərimizi artilleriya atəşinə

tutub, nəticədə hərbçilərimiz və bir mülki şəxs həlak olub. Həmin vaxt Azərbaycan Ordusu düşmənə layiqli cavab verib və düşmən bir santimetr belə irəliləyə bilməyib.

Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atıb, Azərbaycana diversiya qru-pu göndərib. Lakin diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanı-lıb. O, ifadələrində açıq-aydın göstərir ki, bu, planlaşdırılmış təxribat-diversiya qrupu olub, Azərbaycana terror aktları törətmək üçün gəlib.

Ermənistanın baş naziri bir il əvvəl Xankəndidə “Qa-rabağ Ermənistandır və nöqtə” deyərək təxribatçı bəyanat səsləndirib. Lakin Prezident

İlham Əliyev buna layiqli cavab verib: “Qarabağ Azərbaycandır və nida işarəsi!” Prezident deyib: “Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda Azərbaycanın qədim şəhəri olan Şuşada qon-darma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat de-yilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşa-cağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər”.

Ermənistan işğal edilmiş tor-paqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən, Azərbaycanın qədim

şəhəri olan Şuşaya yerləşdirilib. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir.

Bu gün Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyü-nü təmin etmək üçün inadlı mübarizəyə başlayıb. Prezident haqlı olaraq deyib ki, erməni əsgərinin bizim torpağımızda nə işi var?! Bu gün bütün dünya bilir ki, Ermənistan işğalçı dövlətdir və gec-tez Azərbaycan bu işğala son qoymalıdır. Bu gün həmin an gəlib çatıb. Bütün xal-qımız Prezidentin bu istiqamətdə addımlarını dəstəkləyir. Biz haqq yolundayıq. Qələbə bizimdir!

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Azərbaycan bu gün düşmənin təxribatlarının, hü-cumlarının qarşısını almaq və özünün ərazi bütövlüyünü təmin etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Ərazilərimizin işğaldan azad edilməsi üçün ATƏT-in Minsk qrupu çərçivəsində uzun illərdən bəri aparılmış danışıqlar heç bir səmərə verməyib. BMT Təhlükəsizlik Şurasının hələ keçən əsrin 90-cı illərinin əvvəllərində qəbul etdiyi dörd qətnamədə deyilirdi ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalı-dır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır.

Bu barədə danışan ehtiyatda olan polkovnik-leytenant Əbülfət QASIMOV dedi:

Page 7: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

30 sentyabr 2020-ci il, çərşənbə 7Azərbaycan Milli Məclisinin və Pakistan

Senatının sədrləri arasında telefon danışığı olub

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zama-nı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar müzakirə olunub.

Spiker bildirib ki, 27 sentyabr tarixində səhər saatlarından etibarən Ermənistan si-lahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə

pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və artilleriya qurğuların-dan intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması işğalçı ölkə və onun hərbi-siyasi rəhbərliyi tərəfindən qəsdən və hədəflənmiş şəkildə həyata keçirilmiş təxribatdır.

Milli Məclisin Sədri mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yarala-nanların olduğunu pakistanlı həmkarının diqqətinə çatdırıb. Spiker xüsusi olaraq qeyd edib ki, vəziyyətin gərginləşməsinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Milli Məclisin Sədri ilə ATƏT Parlament Assambleyasının Prezidenti

arasında telefon danışığı olub

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, telefon söhbətində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib.

Milli Məclisin sədri bildirib ki, sen-tyabrın 27-dən etibarən Ermənistan si-

lahlı qüvvələri cəbhə xətti boyunca hərbi təxribatlar törətməyə başlayıb. Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan, mina-atan və artilleriya qurğularından istifadə edərək dinc yaşayış məskənlərini və mülki əhalini hədəfə alır. Bu isə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa əsasən, bu, Ermənistan tərəfinin hərbi təcavüzü və Azərbaycana qarşı güc tətbiq etməsi kimi qiymətləndirilir.

Spiker vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribata hazırlaş-dığı dəfələrlə beynəlxalq birliyin diqqətinə çatdırılıb.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani arasında telefon danışığı olub.

Milli Məclisin Sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının Prezidenti Georgi Tsereteli arasında telefon danışığı olub.

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın

hərbi təxribatları barədə müsahibə verib

İlk olaraq, prosesləri diqqət mərkəzində saxlayan qardaş Türkiyənin dövlət kanalına öz adından və Azərbaycan Respublika-sının Milli Məclisi adından təşəkkür edən Sahibə Qafarova qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana dəstək ifadə ediblər: “Dəyərli həmkarım Mustafa Şentop şəxsən mənə zəng edib və qardaş Türkiyənin dəstəyini ifadə edib. Eyni zaman-da, TBMM-də təmsil olunan siyasi partiyalar Azərbaycanla həmrəylik bəyanatları veriblər. Biz bu dəstəyi, həmrəyliyi çox yüksək qiymətləndiririk”.

Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı geniş məlumat verən Milli Məclisin Sədri xatırladıb ki, sentyabrın 27-də səhər saat 06:00 radələrində işğalçı ölkənin silahlı qüvvələri yenidən hücuma keçib. Bu hücumla Ermənistan yeni ərazilər ələ keçirmək niyyəti ilə hərəkət edib: “Onlar həm də sivil əhalini hədəf alıblar. Təəssüf ki, bizim həm mülki vətəndaşlarımız, həm də hərbi qulluqçularımız şəhid olub. Lakin onu da qeyd edim ki, Azərbaycan ordusu qısa müddətdə əks-hücum əməliyyatına başlayıb və düşməni geri çəkilməyə məcbur edib”.

Artıq şanlı ordumuzun bir neçə yaşa-

yış məntəqəsini düşməndən azad etdiyini vurğulayan Sahibə Qafarova əmin olduğunu bildirib ki, haqq uğrunda savaşan ordumuz ən qısa müddətdə işğal altında olan bütün torpaqlarımızı azad edəcək: “Biz öz torpaqla-rımızı azad etmək uğrunda savaş veririk. Biz illərdir işğal altında qalan ata-baba yurdumu-zu işğaldan azad etmək istəyirik və heç kəsin torpağına göz dikməmişik. Biz, bizə aid olanı geri alırıq və alacağıq”.

Müsahibəsində Azərbaycan torpaqlarının 30 ildir ki, işğal altında olduğunu xatırladan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Ermənistanın yeni müharibəyə hazırlaşdığı barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib. Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanın bu niyyəti barədə dünya ictimaiyyətinə məlumat verib. Ermənistanın bu təcavüzkar niyyəti, illərdir davam edən işğalçılıq siyasəti regionda sülhə əsas əngəldir. Azərbaycan bu işğalı aradan qaldırmaqla həm də regiona sülh və əmin-amanlıq gətirəcək.

“Hazırda Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında və bir amal uğrunda birləşib. Bu da qələbə çalmaq, torpaqları azad etməkdir. Əminik ki, o gün çox yaxındır. Çünki Azərbaycan haqq-ədalət savaşı verir. Çünki Qarabağ Azərbaycandır!”, – deyə Sahibə Qafarova qeyd edib.

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TRT Haber kanalına Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı müsahibə verib. Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 355 Bakı şəhəri, 24 sentyabr 2020-ci il

Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respub-likasının 2021-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respubli-kası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli

Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respub-likasının 2021-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin.

2. Bu Qərarın 1-ci hissəsində qeyd edilən layihələr

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanu-nunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

Ədliyyə işçiləri və hakimlər əməkhaqları fondundan Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 600 min manat köçürüblər

Ordumuza daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən onun ən yüksək səviyyədə təchizatı təmin edilir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır, Cənubi Qafqazda isə birincidir. Bunun kökündə qəhrəman

ordumuzun yüksək döyüş qabiliyyəti, müasir silah-sursat və texnika ilə təchizatı dayanır.

Torpaqlarımızın işğaldan azad olunmasında ordumuzun uğurlu hərbi əməliyyatları xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla, vətənpərvərlik hissini daha da artırıb. Vətəndaşlarımız

kütləvi könüllü yazılır, cəbhə üçün, qələbə üçün hər şey etməyə hazır olduq-larını bildirirlər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədliyyə işçiləri və hakimlər vətəndaş fəallığı və orduya dəstəklərini nü-mayiş etdirərək mütəmadi olaraq əməkhaqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.

Cəbhədə qələbələrimizdən ruhlanan ədliyyə işçiləri və hakimlər hazırda da əməkhaqları fondundan 1 milyon 600 min manatın Silahlı Qüvvələrə Yardım

Fonduna köçürülməsi qərarına gəliblər. Ordumuz ən yüksək səviyyədə təchiz

edilir, gündəlik dövlət qayğısı ilə əhatə olunur və əlavə heç bir yardıma ehtiyac yoxdur. Bu addım isə ordu ilə həmrəylik nümayişi kimi mənəvi borc hesab olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan ədliyyə və məhkəmə işçiləri bu şərəfli yolda dövlətimizin başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər.

Azərbaycanın Baş Naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

� Sentyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabineti-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tele-fon danışığı zamanı Vitse-prezi-dent Fuad Oktay Ermənistanın

təcavüzünün qarşısının alınması və işğal altındakı torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə

hazır olduqlarını bildirib.Baş Nazir Əli Əsədov

Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı Baş Nazir Əli Əsədov və Vitse-prezident Fuad Oktay ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər.

Azərbaycanın Baş prokuroru Rusiyanın Baş prokuroruna müraciət edib

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, bundan başqa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Sem-yen Baqdasarovun “Vzqlyad” qəzetində Azərbaycanın mülki əhalisinin yaşa-dığı Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərinin, o cümlədən, beynəlxalq

strateji əhəmiyyət kəsb edən Bakı-Cey-han qaz kəmərinin atəşə tutulması barədə çıxışı da yer alıb.

Bununla bağlı Azərbaycan Res-publikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova və İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə rəsmi müraciət edərək bildirib ki, sen-

tyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı əməllərini davam etdirərək, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə poz-maqla, o cümlədən, Cenevrə Konvensi-yası və BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutub, nəticədə mülki əhali arasında ölən və yaralananlar var.

Müraciətdə, həmçinin göstərilib ki, hədəf kimi əhalinin kompakt ol-duğu məntəqələr – rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər – xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Hazırkı vəziyyəti və yuxarıda qeyd

edilənləri nəzərə alaraq, Baş proku-ror Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasəti yürüdən, o cümlədən, bəyanatlarında Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208.1-ci (fede-ral qanunla nəzərdə tutulmayan silahlı birləşmənin yaradılması, habelə belə bir qurumun rəhbərliyi və ya onun maliyyələşdirilməsi), 205.2.2-ci (KİV istifadə edilməklə terror fəaliyyətlərinə, terrorizmin ictimai əsaslandırılmasına və ya terrorizmin təbliğinə açıq çağırışlar), 280.2-ci (KİV istifadə edilməklə eks-tremist fəaliyyətə açıq çağırışlar), 282.2 “b” bəndi (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması), 359.3-cü (muzdluluq) və digər maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə açıq çağı-rışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş edərək, məsələnin şəxsi nəzarətlərinə götürülməsinə ümidvar olduğunu bildirib.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 360 Bakı şəhəri, 29 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 596; 2000, № 10, maddə 764; 2001, № 3, maddə 214; 2003, № 6, maddə 342; 2005, № 7, maddə 661, № 9, maddələr 857, 858, № 12, maddə 1244; 2006, № 1, maddə 58, № 3, maddə 291, № 4, maddə 370, № 9, maddələr 819, 821, № 10, maddələr 902, 903; 2007, № 2, maddələr 185, 188, № 5, maddə 544; 2008, № 2, maddələr 114, 129, 130, № 9, maddə 853; 2009, № 10, maddə 857; 2010, № 3, maddələr 263, 264, № 8, maddə 763, № 12, maddə 1123; 2011, № 5, maddə 449, № 7, maddə 742; 2012, № 2, maddə 180, № 7, maddə 773;

2014, № 4, maddə 459; 2016, № 7, maddə 1343, № 11, maddə 1973; 2017, № 4, maddə 610, № 5, maddə 995, № 9, maddə 1728, № 10, maddə 1913, № 12 (II kitab), maddə 2548; 2018, № 6, maddə 1348, № 9, maddə 1903, № 11, maddə 2458, № 12 (II kitab), maddə 2736; 2019, № 4, maddə 781, № 7, maddə 1319; 2020, № 4, maddə 480) ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci hissədən “və ya sağlamlıq imkanlarının məhdudluğu” sözləri çıxarılsın.

2. 21-ci hissə üzrə:2.1. birinci abzasda “əlillərə (müharibə əlillərindən başqa

və sağlamlıq imkanları məhdud uşaqlara)” sözləri “əlilliyi olan şəxslərə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən başqa)” sözləri ilə və “əmək şikəstliyi” sözləri “istehsalat qəzası” sözləri ilə əvəz edilsin;

2.2. ikinci abzasda “əlilin və sağlamlıq imkanları məhdud uşağın” sözləri “əlilliyi olan şəxsin” sözləri ilə (hər iki halda), “əmək şikəstliyi” sözləri “istehsalat qəzası” sözləri ilə əvəz edilsin və həmin abzasa “sağlamlıq imkanlarının məhdudluğu”

sözlərindən əvvəl “18 yaşınadək” sözləri əlavə edilsin;2.3. üçüncü abzasda “əlillərə (vərəm xəstəliyi olan

əlillərdən başqa və sağlamlıq imkanları məhdud uşaqlara)” sözləri “əlilliyi olan şəxslərə (vərəm xəstəliyi olan əlilliyi olan şəxslərdən başqa)” sözləri ilə, “baxılanadək” sözü “müəyyən edilənədək” sözləri ilə əvəz edilsin və həmin abza-sa “sağlamlıq imkanlarının məhdudluğu” sözlərindən əvvəl “18 yaşınadək” sözləri əlavə edilsin.

3. 44-cü hissənin ikinci abzasında və 46-cı hissənin dör-düncü abzasında “əmək şikəstliyi” sözləri “istehsalat qəzası” sözləri ilə əvəz edilsin.

4. 62-ci hissənin on beşinci abzasında “sağlamlıq imkan-larının məhdudluğu” sözləri “əlillik” sözü ilə əvəz edilsin.

5. 79-cu hissənin ikinci abzasında “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.

6. 107-ci hissənin üçüncü abzasının üçüncü cümləsində “əmək xəsarəti” sözləri “istehsalat qəzası” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

Azərbaycan Respublikasının Baş Prokurorluğu Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın bu ölkədə yaşayan 20 minə yaxın erməni soydaşını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının köməyi ilə göndəriləcəyinə dair bəyanatı ilə bağlı məlumat yayıb.

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalar – Ədalət və İnki-şaf Partiyası, Cümhuriyyət Xalq Parti-yası, Milliyətçi Hərəkat Partiyası və İYİ Partiya tərəfindən 28 sentyabr 2020-ci il tarixində qəbul olunan və Ermənistanın törətdiyi növbəti təcavüz aktının və

təxribatın kəskin şəkildə qınandığı Birgə Bəyanatın Azərbaycanda böyük rəğbətlə qarşılandığı bildirilir. Sahibə Qafarova partiyaların qətiyyətli və ədalətli mövqe ortaya qoyduqları üçün öz adından və Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri adından minnətdarlığını ifadə edib.

Məktubda bildirilir ki, Azərbaycan hazırda beynəlxalq hüququn ona verdiyi

haqdan istifadə edərək Ermənistanın işğalı altında qalan torpaqlarını azad etmək üçün savaşır: "Biz sülhsevər dövlət olaraq son 30 ildə münaqişənin danışıqlar masası ətrafında, dinc yolla həlli üçün səbirlə gözlədik. Münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prinsipi əsasında həllinə dair BMT və ATƏT başda olmaqla çox-saylı beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra edilməsini tələb etdik. Lakin 30 il ərzində nə bu qərarlar Ermənistan tərəfindən icra edildi, nə də beynəlxalq ictimaiyyət Ermənistana bu qərarları icra etməsi üçün təzyiq göstərdi. Bu isə son nəticədə cəzasız qalan

Ermənistanın yenidən Azərbaycana hü-cum etməsi və yeni torpaqlar işğal etmək cəhdi ilə yekunlaşdı. Lakin Azərbaycanın şanlı ordusunun qətiyyəti ermənilərin bu cəhdini artıq boşa çıxarmışdır. Əminik ki, şanlı ordumuz bu qətiyyəti ilə ən qısa müddətdə torpaqlarımızı tam şəkildə azad edəcəkdir və Azərbaycanın ərazi bütövlü-yü təmin olunacaq".

Məktubda qeyd olunub ki, bu bəyanat Azərbaycan və Türkiyənin milli xarakter daşıyan bütün məsələlərdə hər zaman bir-birinin yanında olduğunu bir daha göstərdi.

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb.

İşğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirilir.

Page 8: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

Tezliklə bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanacaq

– Bu, ilkin nəticələr olsa da, ordumuzun hazırlığını, düşmən qüvvələrindən nə qədər üstün olduğumuzu, haqq işimizin qələbəsi üçün qətiyyətimizi ehtiva etməsi ilə özünəməxsus səciyyə daşıyır. Cənab Prezidentin dediyi kimi “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımız-da özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”.

Sentyabrın 27-də Ermənistanın yeni təxribatına qarşı ordumuz tərəfindən əks-hücum başlayandan sonra, bizi tez-tez sülhə, danışıqlara dəvət edən xarici dövlətlər, beynəlxalq qurum-lar zəhmət çəkib Azərbaycan Prezidentinin bu sözlərinə diqqət etsinlər və Ermənistanın baş nazirinin “Qarabağ Azərbaycandır. Nöqtə” anti sülh mövqeyini yada salsınlar. Məncə, belə bir diqqət onları öz çağırışlarında daha konkret ifadələrdən istifadəyə sövq edər. Bütün hallar-da işğala məruz qalan tərəflə işğalçı tərəf eyni

çağırışlar eşitməməli, hər kəs addımına layiq münasibət görməlidir. Bölgəyə sülh gəlməsinin həqiqi tərəfdarları hər kəsi öz adı ilə çağırmalı, hadlsələrə mahiyyət üzrə doğru-dürüst münasibət göstərməlidir. Çox sadə bir suala cavab soruşmaq hamımızın haqqıdır.

Bu qurumlar, təşkilatlar indiyədək Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yumduqları halda, indi niyə belə canfəşanlıq edirlər? BMT-nin 4 qətnaməsinin şərtlərinə Ermənistan biganə yanaşanda niyə susurdular? Bu havadarlar indi şəksiz qorxuya düşüblər. Çünki Azərbaycan Prezidentinin qətiyyətinə və Azərbaycan Ordusunun gücünə inanırlar. İndi hər kəs çəkilib otursun öz yerində və öz işi ilə məşğul olsun. Necə ki, Azərbaycan öz daxili işi, işğalda olan torpaqlarının azad edilməsi ilə məşğuldur. Qələbəyə yaxınıq. İnşaallah ki, çox keçməyəcək, Azərbaycan Bayrağı bütün ölkəni bəzəyəcək.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Şəhidlərimizin qisası alınırErmənistanın torpaq iddiası, vəhşiliyi, qəddarlığı nəticəsində 27 ildir ki, doğma kəndimizdən, elimizdən-obamızdan didərgin düşüb məcburi köçkün həyatı yaşayırıq. Şükürlər olsun ki, dövlət bizim üçün hər cür şərait yaradıb. Ancaq doğma dədə-baba yurdumuz, isti ocağımız bir an da olsun yadımdan çıxmır. Müstəqilliyimizin ilk illərində ölkədə nizami ordu olmadığından torpaqlarımız iş-ğal olundu. Oğlum Ələsgər Allahverdiyev 26 il əvvəl Vətənin müdafiəsi yolunda şəhid oldu.

Möhtərəm Prezidentimiz İlahm Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qisası alınır. Rayonu-muzun artıq beş kəndi işğaldan azad edilib. İn-şallah, yaxın günlərdə rayonumuz da azad edilər. Bu, hər birimizdə Qələbəyə böyük inam yaradıb. İnanırıq ki, həmin günü – Böyük Qələbəni lap tez görəcəyik. Dünyanın ən güclü ordularından biri olan silahlı qüvvələrimiz düşmənə layiq olduğu yeri göstərəcək. Biz 2016-cı ilin Aprel döyüşlərində və bu ilin iyul hadisələrində düşmən

üzərində qələbənin şahidi olmuşuq. Ermənilər həmin döyüşlərdə canlarını güclə qurtardılar, ancaq bu dəfə bütün torpaqlarımızı işğaldan azad etməliyik.

Alışan ALLAHVERDİYEV, Füzuli rayonu, şəhid atası

Bu, rəsmi məlumatdır. Hazırda illərdir, arzusun-da olduğumuz gün yetişib.

Füzulidə yurd-yuvamızı qoyub çıxandan onu ancaq yuxularımızda görmüşəm.

Gah çadır şəhərciyində, gah yataqxanalarda məskunlaşmışıq. Bir milyon-dan çox qaçqın-köçkünün yerləşdirilməsi çox çətin vəzifə idi. Sonra cənab Pre-zidentin məcburi köçkünlərə göstərdiyi diqqət, qayğı sayəsində “Qobu Park-3” ya-şayış massivindən ailəmizə 4 otaqlı mənzil verilib. Buna görə dövlət başçımıza və

onun xanımına ailəmiz, eləcə də bütün məcburi köçkünlər adından duaçıyıq.

Həmişə mən və mənim kimi məcburi köçkünlərin hamısı, dövlət başçımı-zın apardığı məqsədyönlü siyasət nəticəsində doğma yurdlarımıza qayıdacağımı-za inanmışıq. İnanmışıq ki, Prezidentimiz gecə-gündüz işğalda olan torpaqlarımızın geri alınması üçün yüksək səviyyəli tribunalardan dünya dövlətlərinə müraciət edərək, haqq səsimizi yayır.

Bu gün tarixə yazılan gündür. Doğma rayo-num Füzuli – Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Bö-yük Mərcanlı və s. kəndlər azad edilib. Belə kəndlərin sayı getdikcə artacaq. Qarabağ, işğaldan azad ediləcək. Bundan böyük sevinc ola bilərmi? Yenə yurda dönəcəyik. Ötən illər ərzində xiffətdən dünyası-

nı dəyişənlərimiz oldu. Biz Füzuliyə qədəm basanda, inanırıq ki, onların da ruhu sevinəcək, azad edilmiş yurdların səmasında dolaşa-caq. İsti ocağımızdan, doğ-ma yurdumuzdan didərgin salan qorxaq, rəzil ermənini biz yaxşı tanıyırıq. Hava-darlarına arxalanıb nə vaxta qədər fironluq edəcəkdilər? Və havadarlar bu rəzilliyi nə qədər davam etdirəcəkdilər? Cəbhədən günbəgün yeni xəbərlər gəlir. İndi ordumu-zun gücü ilə Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Bu, Prezident İlham Əliyevin uğurudur, bu onun düzgün siyasətinin nəticəsidir. Allah dövlətimizi, Prezidentimizi, ordumuzu qorusun!

Yaqut ƏLİYEVA, Füzuli rayonundan

məcburi köçkün

Dövlətimizin başçısı Ermənistan tərəfinin bu cür hərbi təxribatlar törətməsinin birinci dəfə olmadığını vur-ğulayıb. Belə ki, işğalçı ölkə bu ilin iyul ayında da Azərbaycan–Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqustda isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində başqa ölkələrdən gətirilən xarici vətəndaşların qanunsuz məskunlaşmasını reallaşdırıb. Bu isə Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi şəkildə pozul-ması deməkdir.

Prezident İlham Əliyev görüşdə onu da vurğulayıb ki, işğalçı ölkənin baş na-ziri Nikol Paşinyan respublikamıza qarşı hərbi əməliyyatlarda iştirakına məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılan mülki könüllülər dəstələri yaradıb.

Prezident İlham Əliyev söhbət zamanı Ermənistanın yeni müharibəyə hazırlaşmasını BMT Baş Assam-bleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışında da qeyd etdi-yini bildirib. Dövlətimizin başçısı, eyni zamanda, Ermənistan rəhbərliyinin şüurlu şəkildə danışıqlar prosesini pozduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistan baş nazirinin “Dağlıq Qarabağ Ermənistandır” bəyanatı danı-şıqlara ciddi zərbə vurub. “Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalı-dır” bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, belə münasibət qəbuledilməzdir və bu, Minsk qrupunun rəhbərliyi tərəfindən də vurğulanıb.

Ölkə rəhbəri BMT-nin Baş ka-tibi Antonio Quterreşlə görüşündə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütöv-lüyü çərçivəsində, işğalçı ölkənin silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olun-masının vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində bu beynəlxalq təşkilatın 75 illiyinə həsr olunan Yüksək Səviyyəli İc-lasında da bildirib ki, bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələmək və gücün tətbiqindən çəkinmək öhdəliyi götürdükləri halda, Ermənistan öz öhdəliklərini kobud şəkildə pozub və Azərbaycana qarşı hərbi güc tətbiq edib. Ermənistan Azərbaycanın Dağlıq Qara-

bağ bölgəsini və ətraf yeddi rayonunu uzun illərdir ki, işğalda saxlayıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən dörd qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, təəssüf ki, düşmən ölkə indiyədək həmin qətnamələrə məhəl qoymayıb.

O da vurğulanmalıdır ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilən 822, 853, 874 və 884 nömrəli qətnamələrində uydurma “Dağlıq Qarabağ xalqı” və onun “təyini-müqəddərat hüququ”nun adı çəkilməyib, Azərbaycana qarşı güc tətbiq edilməsi və onun ərazilərinin işğal olunması pislənilib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət etməyin vacibliyi, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiqlənib, işğalçı qüvvələrin ölkəmizin işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxa-rılması tələb edilib. Digər beynəlxalq təşkilatların qəbul etdiyi, dünya birliyinin vahid mövqeyini ifadə edən çoxsaylı sənədlər də bu ruhda tərtib olunub.

Təəccüblü deyil ki, Ermənistanın hakimiyyət orqanları münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasını təşkil edən BMT Təhlükəsizlik Şura-sının qətnamələrinin və digər müvafiq beynəlxalq sənədlərin adını çəkməkdən çəkinirlər. Aşkardır ki, Ermənistanın hakimiyyət orqanlarının münaqişəni

yalnız sülh yolu ilə nizamlanmasına sadiq olması barədə bəyanatları dəqiq müəyyən edilmiş ilhaqçı məqsədlərini maskala-maq üçün boş ritorikadan, gözdən pərdə asmaqdan başqa bir şey deyil.

Onu da deyək ki, ötən illər ərzində Ermənistan tərəfindən işğal olunan ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Xo-

calı soyqırımı törədilib. Bu məqamda onu da qeyd edək ki,

düşmən bütün təxribatlarında mülki in-sanların sıx şəkildə yaşadığı məntəqələri və obyektləri intensiv şəkildə atəşə tutur, mülki əhalini qəsdən hədəfə alır və bununla da, beynəlxalq hüquq normaları-nı, 1949-cu il Cenevrə Konvensiyasının müvafiq müddəalarını və onların əlavə protokollarını açıq-aşkar kobudcasına pozur.

Dövlətimizin başçısı BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündə bildirdiyi kimi, son vaxtlar Ermənistan işğal etdiyi ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib.

Söhbət zamanı, həmçinin Azərbaycanın təşəbbüsü ilə BMT Baş As-sambleyasının COVID-19 ilə mübarizəyə həsr olunan Xüsusi Sessiyası da müzakirə edilib və dövlətimizin başçısı bu təşəbbüsə göstərdiyi dəstəyə görə BMT Baş katibinə minnətdarlığını bildirib Prezident İlham Əliyev Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində beynəlxalq müstəvidə səylərini bundan sonra da əsirgəməyəcəyini vurğulayıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanın BMT ilə səmərəli əməkdaşlıq qurması məsələsini daim diqqət mərkəzində saxlayıb. Məhz elə bunun nəticəsidir ki, ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, hazırda isə Azərbaycan 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir.

Xatırladaq ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı on-layn formatda Zirvə görüşü ölkəmizin təşəbbüsü ilə bu ilin may ayında keçiri-lib. Eyni zamanda, cari il iyulun 10-da çağırılan BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası zamanı pande-

miyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirəsi aparılıb.

Hazırda reallaşdırılan tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pan-demiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Respublika-mız tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfəsi edilib. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə də humanitar və maliyyə yardımı göstərib.

Onu da qeyd edək ki, dünyada bu dəhşətli xəstəliyə qarşı mübarizə aparılan ilk vaxtlardan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən regional və qlobal səviyyədə COVID-19-un aradan qaldırılması məqsədilə beynəlxalq həmrəyliyin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Bu məsələnin reallaşdırılma-sı üçün dövlətimizin başçısı müəyyən təşəbbüslər irəli sürüb və əməli addımlar atıb. İlk belə addım Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət və hökumət başçıları səviyyəsində aprel ayında COVID-19-a qarşı mübarizə mövzusunda fövqəladə Zirvə görüşü keçirilməsi ilə gerçəkləşib. Mayın 4-də isə Prezident İlham Əliyevin rəhbərlik etdiyi Qoşulma-ma Hərəkatının Təmas Qrupu formatında videokonfransı keçirilib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın müharibə və

siyasi cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

� Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri müharibə və siyasi cinayətlərlə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

İcmadan verilən məlumata görə, müraciətdə deyilir ki, icma təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərindən dinc əhalinin atəşə tutulduğunu və nəticədə mülki şəxslər arasında tələfat baş verdiyi-ni, evlərin, çox mənzilli yaşayış binaların dağıdılması ilə bağlı faktları beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Həmçinin azərbaycanlı dinc əhaliyə məxsus fərdi təsərrüfatların Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində zərər çəkdiyinə diqqət yönəldilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan

münaqişəsinin həlli ilə bağlı indiyə qədər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri əsas götürərək Ermənistanın tərəfindən bu sənədlərin icrasına imkan yaradılmadığını xüsusilə qeyd edib.

İcma beynəlxalq təşkilatları təmas xəttində Ermənistan tərəfindən həyata keçirilən hərbi-siyasi cinayətlərə göz yummamağa çağırıb. İcma bəyan edib ki, beynəlxalq təşkilatların haqqı müdafiə etməməsi bu təşkilatların nüfuzuna böyük zərbə vurur.

AZƏRTAC

Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Prezident İlham Əliyev arasında keçirilən videokonfrans formatında görüşdə dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verərək, qeyd edib ki, işğalçı ölkə təmas xətti boyunca silahlı qüvvələrimizin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriya-dan atəşə tutub. Nəticədə mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

İşğalçı erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması təmin ediləcək

“Müzəffər ordumuzun şanlı tarixinə daha bir əlamətdar gün yazıldı. Əlbəttə, bu əlamətdar gün daha çox bir başlanğıc ifadə edir, hələ qarşıda gediləsi zəfər yolumuz var. Bununla belə ötən günlərdə bir neçə saat içində əldə edilən nəticələr deməyə imkan verir ki, 27 sentyabrda başlayan əks-hücum əməliyyatı tarixə yazıldı”. Bu sözləri Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva cəbhə boyu əks-hücuma keçən ordumuzun əldə etdiyi uğurlarla bağlı fikir bildirərkən vurğuladı. Deputat daha sonra qələbənin yaxında olduğuna inandığını, ordumuzun gücünə güvəndiyini bildirərək dedi:

Doğma torpaqlarımız bizi gözləyir!

Bu gün tarixə yazılacaq...

“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altın-dakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub”. Bu xəbəri televiziyada Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyəndə, sevincdən nə edəcəyimizi bilmədik.

30 sentyabr 2020-ci il, çərşənbə8

Page 9: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

30 sentyabr 2020-ci il, çərşənbə 9

Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Ermənistanın son hərbi təxribatları ilə bağlı birgə bəyanat yayıb

� Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Ermənistanın son hərbi təxribatları ilə bağlı birgə bəyanat yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda deyilir: “Sentyabrın 27-də Ermənistan silah-lı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyun-ca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

Sentyabrın 27-29-da Ermənistanın davam edən hərbi təcavüzü çərçivəsində Azərbaycanın Tərtər, Ağdam və Cəbrayıl rayonları ilə yana-şı, Goranboy, Naftalan və Daşkəsən rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.

Ermənistan tərəfi beynəlxalq hüqu-qun norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq, 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədib.

Sentyabrın 29-na olan məlumata əsasən, mülki əhali arasında 10 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Həlak olanlar arasında 13 və 14 yaşlarında iki məktəbli də var.

Sentyabrın 27-si saat 18 radələrində erməni hərbi birləşmələrinin artilleriya silahlarından atdığı mərminin Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğluna məxsus fərdi yaşayış evinin həyətinə düşməsi nəticəsində həmin vaxt evdə olan 1951-ci il təvəllüdlü Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvünün həlak olması, habelə mərminin partlaması nəticəsində Elbrus Qurbanova məxsus fərdi yaşayış evinə və evin həyətindəki yardımçı tikililərə 100 min manat məbləğində ziyan dəyməsi faktına görə Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir

qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

Bundan əlavə, Ağdam rayonunun işğal olunmuş ərazilərindən cəbhənin təmas xətti boyunca Ermənistan silahlı birləşmələrinin iriçaplı silahlardan, top və minaatanlardan açdıqları in-tensiv atəşlər nəticəsində sentyabrın 28-də saat 07:00 radələrində Ağdam rayonunun Evoğlu kəndinin ərazisinə mərmi düşüb. Nəticədə kənd sakini, 1979-cu il təvəllüdlü Paşayev Coş-qun Ənvər oğlunun baş nahiyəsindən qəlpə yarası alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi və göstərilmiş tibbi yardımlara bax-mayaraq ölməsi faktına görə həmin tarixdə Ağdam Rayon Prokurorluğun-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Sentyabrın 28-də saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon məhkəməsinin inzibati binasının yanına düşən mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan polis əməkdaşı 1994-cü il təvəllüdlü Hüsey-nov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sa-kini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb. Saat 19 radələrində Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu, 1981-ci il təvəllüdlü Əsədov Sabit Usub oğlu həlak olub, 1984-ci il

təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Həmin faktlar üzrə Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mü-vafiq maddələri ilə cinayət işi başlanıb.

Bundan başqa, sentyabrın 28-də saat 18:40-da erməni silahlı qüvvələri təcavüzkar əməllərini davam etdirərək, mülki əhalinin yaşadığı kəndləri hədəfə almaqla milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə ümumi təhlükəli üsulla kənd sakinlərini qəsdən öldürmək məqsədilə Cəbrayıl rayonunun Co-cuq Mərcanlı kəndinə hücum edərək “Şamlıq” adlanan ərazini iriçaplı artille-riyadan atəşə tutub, atəş nəticəsində qeyd edilən əraziyə düşən mərmi həmin vaxt orada olan kənd sakini 2000-ci il təvəllüdlü Həziyev Hilal Murad oğlunun sifət nahiyəsinə dəyərək sonuncunun qəsdən həyatdan məhrum edilməsinə cəhd edilib.

Həmin fakt üzrə Cəbrayıl Rayon Pro-kurorluğunda Cinayət Məcəlləsinin mü-vafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yarala-nanların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini eləcə də, mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Göstərilən faktlara görə başlanmış 5 cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Ermənistan tərəfinin məsuliyyət daşı-dığı bu müharibə cinayətlərini qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son qoyulmasını tələb edirik.

Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı yeni təcavüzünü, azərbaycanlı mülki şəxsləri və infrast-rukturu atəşə tutmasını kəskin qınama-ğa və Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humani-tar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırırıq”.

AZƏRTAC

XİN: Avropa Məhkəməsinin Ermənistanın məkrli siyasi oyunlarından kənarda dayanacağına ümid edirik

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, məlumatda deyilir:

“İlk növbədə, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıblar. Mülki əhalini və mülki obyektləri açıq və məqsədyönlü şəkildə hədəfə alan Ermənistan bu günədək hərbi qulluqçulardan əlavə, aralarında ahıl, qadın və uşaqların olduğu doqquz nəfər azərbaycanlı mülki vətəndaşı qətlə yetirib, onlarla mülki şəxsi yaralamış və çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan vurub.

Beynəlxalq humanitar hüquq və insan hüquqlarını kobudcasına pozan Ermənistan hökumətinin bu müraciəti onun ikiüzlü siyasətinin növbəti təzahürüdür.

Digər tərəfdən, nəzərə alsaq ki, hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində gedir, əslində, Ermənistanın bu müraciəti onun Azərbaycanın torpaqlarının işğalına dair ictimai etirafı kimi də başa düşülə bilər.

Görünən odur ki, Ermənistan ənənəsinə sadiq qalaraq, İnsan Hü-quqları üzrə Avropa Məhkəməsini öz siyasi oyunlarına alət etməkdən və bu müstəsna hüquq müstəvisindən çirkin siyasi məqsədlər üçün istifadə etməkdən çəkinmir. Avropa Məhkəməsinin Ermənistanın məkrli siyasi oyunlarından kənarda dayanaca-ğına ümid edirik.

Hesab edirik ki, beynəlxalq hüququn fundamental norma və prinsiplərini, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrini, beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Pro-tokollarını kobud şəkildə pozmaqda da-vam edən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Çıraqov Ermənistana qarşı iş üzrə pilot xarakter daşıyan 2015-ci il tarixli qərarını bu günədək icra etməyən Ermənistanın insan hüquq-larının müdafiəsi mexanizmlərindən sui-istifadə etmək cəhdinin qarşısı alınmalıdır.

Azərbaycanın Müdafiə Nazirliyi

tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri mülki əhalini, mülki obyektləri və mülki inf-rastrukturu hədəfə almır. Ermənistanın məqsədli şəkildə atəş nöqtələrini yaşayış məntəqələrinin yanında yerləşdirdiyini nəzərə alaraq, Müdafiə Nazirliyi işğal olunmuş ərazilərdə məskunlaşdırılmış əhaliyə hərbi obyektlərdən kənarda durmaq barədə rəsmi çağırış edib.

Onu da qeyd edək ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qa-rabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qar-şı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib. İnsan Hüquqları üzrə Avropa Konvensi-yasının 15-ci maddəsinə uyğun olaraq, Azərbaycan tərəfi hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Konvensiya üzrə bəzi öhdəliklərdən geri çəkilmə hüququndan (deroqasiya) istifadə etməsi haqqında sentyabrın 28-də Avropa Şurasının Baş katibini məlumatlandırıb.

Bildiririk ki, Azərbaycan Respubli-kasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını al-maq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində apardığı əks əməliyyatlarda beynəlxalq humani-tar hüquqa tam və qətiyyətlə riayət etməkdədir.

AZƏRTAC

Niderlandın Xarici İşlər naziri Ermənistanın növbəti təcavüzü barədə məlumatlandırılıb

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, bölgədə davam

edən gərgin vəziyyətdən narahatlığını ifadə edən Niderland Xarici İşlər naziri

tərəfləri təmkinli davranmağa çağırıb və hazırkı vəziyyəti sorğu edib.

Öz növbəsində, nazir Ceyhun Bayramov həmkarını Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktı barədə məlumat verərək bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın da-vam edən işğalçılıq siyasətinin durduğu-nu vurğulayıb.

Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüqu-qu kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Telefon danışığı zamanı Azərbaycan silahlı qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı ca-vab tədbirləri gördüyü və BMT TŞ qətnamələrinin tələbləri başda olmaqla beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Prezidentinin köməkçisi Türkiyədə akkreditə olunmuş aparıcı xarici KİV

nümayəndələrinə videoformatda brifinq verib

AZƏRTAC xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə məlumat verən Hikmət Hacıyev cəbhəboyu zonada yerləşən mövqelərimizin və yaşayış məntəqələrimizin qəsdən intensiv surətdə atəşə tutulduğunu bildirib.

Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezidentin köməkçisi indiyədək

2-si azyaşlı olmaqla 10 nəfərin həlak olduğunu və 30 nəfərin yaralandığını qeyd edib.

Habelə Hikmət Hacıyev ordumuzun əsas məqsədinin Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, ələlxüsus ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsi olduğunu bildirib.

Daha sonra Prezidentin köməkçisi jurnalistlərin suallarını cavablandırıb və onları Azərbaycana dəvət edib.

Azərbaycan və Latviyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

� Sentyabrın 29-da Xarici İşlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının Xarici İşlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Edqars Rinkeviç son günlər cəbhə bölgəsində yaşanan son dərəcə gərgin vəziyyət ilə bağlı narahat olduğunu bildirib və hazır-kı durum ilə maraqlanıb.

Nazir Ceyhun Bayramov Ermənistan rəhbərliyinin son aylar ərzində həyata keçirdiyi təxribatçı fəaliyyəti, o cümlədən, Tovuz istiqamətində hücum cəhdi, diversiya-kəşfiyyat qrupunun təxribatı Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti, eləcə də digər təxribatçı addım-lar barədə həmkarına məlumat verərək, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu qanunsuz fəaliyyətinə lazımi reaksiyanın göstərilməməsinin iş-ğalçı ölkənin 27 sentyabr tarixində yeni

təcavüz aktına imkan yaratdığını bildirib. Diqqəti xüsusilə Ermənistan silahlı

qüvvələrinin Azərbaycanlı mülki əhalini hədəfə aldığına yönəldən nazir, bu halın beynəlxalq humanitar hüququn kobud

şəkildə pozulması və müharibə cinayəti olduğunu vurğulayıb. Bölgədə yaşanan gərginliyə görə məsuliyyətin tam şəkildə Ermənistanın üzərində olduğu bildirilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Respublikasında akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (Wall Street Journal, Reuters, Voice of America, New York Times, CNN International, Politico, Deutsche Well, El Pais, El Periodico, ORF, Bloomberg və Journo) videoformatda mətbuat brifinqi verib.

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı Ermənistan tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) ünvanlanmış müraciətə dair Məhkəmənin 2020-ci il 28 sentyabr tarixində dərc edilmiş press-relizinə, həmçinin Avropa Şurasının (AŞ) kommunikasiya departamentinin rəhbərinin İHAM tərəfindən bu müraciətə qısa müddətdə baxılacağı barədə verdiyi məlumata dair xəbər yayıb.

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyib

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı Zühtü Arslan Ermənistanın Azərbaycana qarşı növbə-ti hərbi təxribatını pisləyərək, Türkiyə Konstitusiya Məhkəməsinin kollektivi

adından qardaş Azərbaycanın Vətən uğrunda şəhid olmuş əsgərlərinin, dinc əhalinin erməni işğalçıları tərəfindən qətlə yetirilməsindən kədərləndiyini bildi-rib və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, Türkiyənin daim Azər-

baycan xalqının yanında olduğunu vurğulayıb.

Sədr Fərhad Abdullayev türkiyəli həmkarına təşəkkürünü bildirərək, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu tərəfindən tezliklə azad olunacağına, insanlığa qarşı törədilmiş cinayətlərə görə erməni separatçılarının beynəlxalq hüquqa əsasən məsuliyyət daşıyacaqlarına və azad ediləcək ərazilərdə Azər-baycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpa ediləcəyinə əmin-liyini bildirib.

Sədr Zühtü Arslan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin birgə səyləri nəticəsində böl-gədə ədalətin zəfər çalacağına və qardaş ölkənin ərazi bütövlüyünün tezliklə bərpa olunacağına Türkiyə Konstitusiya Məhkəməsinin bütün hakim korpusunun inamını ifadə edib.

Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların

nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb

� Sentyabrın 29-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə cəbhədəki vəziyyət barədə məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xid-mətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin, sadəcə, hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğu-lanıb.

Əlavə olaraq, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatların beynəlx-alq hüququn prinsipləri və müharibə qa-nunları çərçivəsində aparıldığı xüsusi ilə qeyd edilmiş və qonaqları maraqlandıran suallara cavab verilib.

� Sentyabrın 29-da Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə telefonla zəng edib.

� Sentyabrın 29-da Xarici İşlər naziri Ceyhun Bayramovun Niderland Xarici İşlər naziri Stef Blok ilə telefon danışığı olub.

Page 10: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

Azərbaycan Ordusu düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi obyektlərini və döyüş texnikalarını məhv edib

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov sentyabrın 29-da keçirilən brifinqdə bildirib ki, səhər saatlarından Ermənistanın Varde-nis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artille-riya atəşinə tutulub. Bununla bağlı Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək. Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli–Cəbrayıl və Ağdərə–Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərsə də, Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq, düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.

Bildirilib ki, yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan ordusunun bölmələrinə Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib. Cəbhənin Füzuli–Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya

zərbəsi ilə məhv edilib. Səhər saat 7-8 radələrində cəbhənin Füzuli–Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz

tərəfindən məhv edilib.Polkovnik-leytenant Anar Eyva-

zov deyib ki, Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə

uğratmaqda davam edir. Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib.

Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. Nəticədə, canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun koman-danlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib. Sentyabrın 29-da səhər saatla-rından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, Azərbaycan Ordusunun ardı-cıl uğurlu döyüş əməliyyatlarından çıxıl-maz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb. Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi, əvvəlki döyüşlərdən olan köhnə vi-deomaterialları əhaliyə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını uğurı kimi təqdim etməkdir.

Hazırda döyüşlər davam edir.

Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-həmləyə başladı

– Rasim müəllim, hazırda cəbhəboyu ərazilərdə gərginlik davam edir. Azərbaycan Ordusu uzun illərdir Ermənstan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazilərimizin azad olunma-sı uğrunda döyüşləri davam etdirir. Vəziyyətin bu həddə çatmasının səbəbini nədə gö-rürsünüz?

– Azərbaycan həmişə sülh tərəfdarı olub. İstər ulu öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev keçirdikləri bütün görüşlərdə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün bütün imkanlar-dan istifadə ediblər. Ancaq Ermənistan tərəfi həmişə danışıqlar prosesindən yayınıb. Əsas məqsədləri mövcud sta-tus- kvonun saxlanılması olub. Bu, uzun müddət davam edə bilməzdi. Çünki beynəlxalq təşkilatlar, hətta 30 ilə yaxındır ki, münaqişənin nizamlanma-sında müsbət irəliləyişə nail ola bilməyən ATƏT-in Minsk qrupunun həmsədrləri də möv-cud status-kvonun saxlanılma-sının tərəfdarı olmadıqlarını bəyan ediblər. Ermənistan tərəfi yersiz bəhanələrlə, yəni heç bir tutarlı əsas göstərmədən danışıqlardan bo-yun qaçırır, işğal siyasətindən əl çəkmirdi. Hər şeyin sonu olduğu kimi, bu işğalın da bir sonu olmalıdır. Ona görə də Ermənistanın işğal siyasətinin qarşısı alınmalı idi.

– Nikol Paşinyanın Ermənistan rəhbərliyinə gəlişindən sonra danışıq-lar prosesinə birdəfəlik son qoyuldu və münaqişə daha da alovlanaraq müharibə həddinə çatdı.

– İki il əvvəl Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə çoxlarında münaqişənin dinc yolla həlli istiqamətində tədbirlər görüləcəyinə inam yaranmışdı. Çünki Paşinyan hələ hakimiyyətə gəlməzdən əvvəl küçə və meydanlarda ölkədə hər şeyin düzələcəyi, guya, Ermənistanın inkişaf yoluna qədəm qoyacağı, bütün məsələlərin demokratik yolla həll olunacağl barədə vədlər verirdi. Camaat da onun bu vədlərinə inandı. Lakin hadisələrin gedişi göstərdi ki, Paşinyanın ölkəyə rəhbərliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müsbət irəliləyiş olmadı. Əksinə, vəziyyət getdikcə ağırlaşdı və Ermənistan açıq şəkildə təxribatlar törətməyə başladı, sərhədboyu ərazilərdə dinc əhaliyə, hərbçilərə ağır artilleri-yadan atəş açdı.

Əvvəllər deyirdilər ki, bu təxribatları törədənlər, guya, Qarabağda yaşayan ermənilərdir. Ancaq son vaxtlar Ermənistan tərəfi açıq şəkildə, deyərdim ki, həyasızcasına işğalçılıq siyasətini davam etdirir və bunu artıq müharibə

həddinə çatdırıblar. Nəticədə, hərbçilərimiz və dinc sakinlər qətlə yetirildi, yaşayış məntəqələrinə ciddi ziyan dəydi.

– Ermənistanın münaqişəni müharibə həddinə çatdırması barədə Prezident İlham Əliyev beynəlxanq təşkilatları vaxtında xəbərdar etmişdi.

– Prezident İlham Əliyev Ermənistanın müharibəyə hazırlıq görməsi barədə beynəlxalq təşkilatları dəfələrlə məlumatlandırmışdı. Dövlətimizin başçısı bu günlərdə keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bunu bir daha bəyan etdi. Açıq şəkildə dedi ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdı-lar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir.

Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət

dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar. Ancaq həmişə oldğu kimi, bu dəfə də beynəlxalq təşkilatlardan səs çıxmadı. İndi isə vəziyyət gərginləşən kimi, yəni müharibəni başlayan Ermənistan məğlubiyytini hiss edən kimi əl-ayağa düşüb. Bunu əvvəldən dərk etməli idilər. İndi isə gecdir.

Özü yıxılan ağlamaz. Ermənistanın danışıqları poz-masının, təxribatlar törətməsinin qarşısını almaq üçün müharibədən başqa yol qalma-mışdı. Müharibəni başlayan da Ermənistan tərəfidir. Fikir verin, işğalçı ölkənin baş naziri və müdafiə naziri oğlanlarını Azərbaycanın işğal altında-kı ərazilərinə hərbi xidmətə göndərirlər. Baş nazirin arvadı işğal altında olan ərazilərə gələrək, əlinə silah alıb şou göstərir, silahı ölkəmizə tuşlayır. Bununla da, guya, bu ərazilərin Ermənistana məxsus olması barədə beynəlxalq aləmdə fikir formalaşdırmaq istəyirdilər. Ancaq hələ də dərk etmirlər ki, beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ əzəli və qədim Azərbaycan ərazisidir.

– Sizin fikrinizcə, Ermənistanın dövlət rəsmilərinin bu şounu göstərməkdə məqsədləri nə idi?

– Əslində, Ermənistan tərəfi müharibəni başlamaq istədiyini açıq şəkildə nümayiş etdirdi. İyul hadisələrindən sonra işğalçı ölkədə gizli şəkildə özünümüdafiə batalyonları yaratmaq adı ilə səfərbərliyə

başlanılmışdı. Həmçinin Livan-dan, Suriyadan gələn terror-çuları sərhədboyu ərazilərdə yerləşdirərək müharibəyə hazırlaşırdılar.

Düşünürəm ki, To-vuz hadisələri Qarabağ müharibəsini bir az da yaxın-laşdırdı. Ermənistanda kütləvi səfərbərlik, hətta qadınların da bu orduya cəlb edilməsi onların müharibəyə hazırlaşdığını göstərirdi. İşğalçı ölkənin bu cür davranışı Azərbaycanın səbrini daşırdı və hərbi yolla torpaqları-nı azad etmək məcburiyyətində qoydu. Düşmən tərəfi güman edirdi ki, müharibə başlayan kimi, müxtəlif ölkələrdən dəstək alacaq və Azərbaycanı asanlıqla məğlub edəcək. Ancaq hər şey gözlədiklərinin əksinə oldu.

Azərbaycan Ordusu bu dəfə Ermənistan silah-lı qüvvələrinə elə bir dərs verir ki, uzun müddət yaddaş-larından silinməyəcək. Silahlı Qüvvələrimiz bu dəfə də Ermənistan ordusnun genişmiq-yaslı təxribatının qarşısını almaq üçün əks-hücuma keçdi və işğal altında olan ərazilərimizi azad etməyə qadir olduğunu göstərdi. Artıq dünyanın müxtəlif yerlərindən, dövlət və QHT rəhbərlərindən, tanınmış siyasi xadimlərdən, ekspertlərdən Azərbaycanın haqq işinin müdafiəsi barədə məlumatlar yayılmaqdadır.

Heç bir beynəlxalq təşkilat və ya heç bir dövlət Azərbaycanı qınaya bilməz. Çünki hər bir ölkənin öz ərazisini müdafiə etməsi beynəlxalq hüquq normaları ilə tənzimlənir. Digər tərəfdən, Azərbaycanı əks-həmlə ilə öz torpaqlarını azad etməyə Ermənistanın özü məcbur etdi.

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Ermənistan qoşunları Azərbaycandan dərhal və qeyd-şərtsiz çıxmalıdır

Azərbaycanın qeyri-hökumət təşkilatları BMT-nin Təhlükəsizlik Şura-sına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, ABŞ Prezidenti Donald Trampa, Rusiya Prezidenti Vladimir Putinə, Fransa Prezidenti Emanuel Makrona müraciət ünvanlayıb. Müraciəti imzalayanlardan biri də Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyinin sədri İlqar Orucovdur. QHT rəhbəri bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Artıq üç gündür ki, Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlamışdır. Ermənistan Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alır. Bu, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları-nın kobud surətdə pozulması deməkdir.

Azərbaycanın vətəndaş cəmiyyəti dünya birliyini Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə

pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırır. Təəssüf ki, çağdaş dünya siyasətində ikili standartlar hökm sürür.

Müraciətdə deyilir: “Əgər bu ilin iyul təcavüzünə görə işğalçı Ermənistanın qanunsuz əməllərinə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Human Right Watch, Amnesty İnternational, Freedom House və digərləri tərəfindən adekvat qiymət verilsəydi və təcavüzkar cəzalandırılsaydı, indi biz Ermənistanın növbəti təcavüzünün şahidi olmazdıq”.

Azərbaycan 30 ildən çoxdur ki, Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Beynəlxalq təşkilatlar və dünyanı idarə edən böyük güclər, nəhayət, ədaləti müdafiə etməli, haqqı nahaqqa verməməlidirlər. Bunun isə bir yolu var: Ermənistan öz

silahlı qüvvələrini işğal eydiyi Azərbaycan ərazilərindən dərhal tam və qeyd-şərtsiz çıxarmalıdır.

Bəli münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında həll olunmalıdır. Azərbaycan xalqının, dövlətinin tələbi budur. Prezident İlham Əliyevin müdrik liderliyi ilə son illər ölkəmizdə uğurla təşəkkül tapmış vətəndaş cəmiyyəti fəallarının da tələbi məhz budur!

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

Haqlı mövqeyi, yurd sevgisi və hərbi gücü qardaş Azərbaycana Qələbə qazandıracaq

Dünyanın haqsevər insanları və beynəlxalq hüquqa hörmət edən ölkələri Ermənistan silahlı qüvvələrinin son günlərdə atəşkəs rejimini pozaraq Azərbaycana qarşı törətdiyi irimiqyaslı hərbi təxribatını, mülki insan

tələfatına və böyük dağıntılara səbəb olan hücumlarını dərin narahatlıqla izləyir. Düşmənin təxribatının qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatı ilə bağlı haqq işimizə dəstək olanların sayı günbəgün artmaqdadır.

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, cəbhədə düşmənə sarsıdıcı zərbələr endirməklə əldə etdi-yi ilk qələbələr qardaş Türkiyənin Egey Universitetində də məmnunluqla qarşılanıb. Çoxsaylı Azərbaycanlı alim və tələbəni öz mehriban ailəsinə daxil etmiş dünya şöhrətli bu ali təhsil və elm ocağının jurnalistka fakültəsinin kafedra müdiri, professor Müge Elden dostluq əlaqəsi saxladığı redaksiyamı-za telefon zəngi edərək erməni qaniçənlərin dinc soydaşlarımıza qarşı törətdikləri yeni vəhşilkləri həyacan və niftətlə qarşıladığını və kəskin ittiham etdiyini bildirdi:

– Ermənistanın qardaş Azərbaycana qarşı

yeni hərbi təcavüzü xəbəri məni dərindən kədərləndirməklə yanaşı, həm də bu azğınlıq və vandallığa qarşı qəzəbimi coşdurdu. Az sonra xəbər kanallarından öyrənəndə ki, Azərbaycan Ordusu işğalçı qüvvələrin burnunu ovaraq onları qətiyyətlə geri oturdur – çox duyğulandım. Quldur basqınçının zərərsizləşdirilməsi hər bir vicdanlı insanda məmnunluq doğurmalıdır. Bu basxımdan mən dünyanın bütün azad qələm sahiblərini Ermənmistanın işğalçılıq siyasətini pisləməyə, Azərbaycanın haqq işinə dəstək verməyə çağırıram.

Bu günlərdə bütün qəlbim, dualarım sizinlədir. Azərbaycanın ərazi bütövlüyü uğrunda işğalçılarla savaşda qurban gedən

şəhidlərə uca Tanrıdan rəhmət diləyirəm. Şəhid ailələrinə, Azərbaycan rəhbərliyinə və xalqına dərin hüznlə başsağlığı verirəm, yaralıların tezliklə sağalmasını arzu edirəm.

Bir anlıq tərəddüd etmədən hər zaman qardaş ölkənin – Can Azərbaycanın yanında-yıq. Haqqlı mövqeyi, yurd sevgisi və hərbi gücü qardaş Azərbaycana Qələbə qazandıra-caq. Allaha əmanət olun!

Hazırladı: Namiq QƏDİMOĞLU, “Xalq qəzeti”

Ceyhun Bayramovun Vendi Morton ilə telefon danışığı olub

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq, öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks - həmlələr həyata keçirdi-yini bildirib. Ermənistan silahlı qüvvələrinin bundan öncə ol-duğu kimi, Azərbaycanın mülki şəxslərini və obyektlərini hədəfə aldığını qeyd edən nazir bunun işğalçı ölkə tərəfindən növbəti dəfə beynəlxalq humanitar hü-ququn kobud şəkildə pozulması halı olduğunu vurğulayıb.

Nazir bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

“Xalq qəzeti”

“Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib”

Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir. Bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən, guya, geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır.

Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyat həyata keçirir.

“Xalq qəzeti”

Müdafiə Nazirliyi: Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil

“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”. Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin, guya, Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır: “Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil”.

“Xalq qəzeti”

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli–Cəbrayıl və Ağdərə–Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.

Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası

Azərbaycan Hərbi Hava Qüvvələrinin avia-siya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

Cəbhənin Füzuli–Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.

Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir.

“Xalq qəzeti”

İşğal olunan torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda ordumuzun apardığı qətiyyətli əks-hücum əməliyyatı davam edir. Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji vəziyyəti yüksəkdir. Döyüşlərdə iştirak edən hərbi qulluq-çular əsl qəhrəmanlıq nümayiş etdirirlər. Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çox sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Sentyabrın 28-də Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı olub. XİN-dən verilən məlumata görə, Dövlət Naziri Vendi Morton bölgədə gərginliyin aradan qaldırılmasının və atəşkəsə riayət olunması-nın vacibliyini vurğulayıb.

Gecə ərzində gərgin döyüşlər davam edib

Müsahibimiz Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovdur

30 sentyabr 2020-ci il, çərşənbə10

Page 11: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

Azərbaycan Ağsaqqallar Şurasının VIII qurultayı � Ağsaqqallar Prezident

İlham Əliyevin dövlətçiliyimizin qüdrətlənməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı məqsədyönlü siyasəti hər zaman dəstəkləyirlər.

Sentyabrın 29-da Azərbaycan Ağsaqqal-lar Şurasının (AAŞ) videokonfrans for-matında növbədənkənar VIII qurultayı keçirilib. Qurultayda şuranın üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin depu-tatları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qurultayı açaraq, cəbhə bölgəsində sentyabrın 27-dən başlayan erməni təxribatından danışıb. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırdığını və hər kəsin, o cümlədən ağsaqqalların əsgərlərimizin yanında olduğunu bildirib.

Şuranın ötən qurultaydan sonra vəfat etmiş sədri Fəttah Heydərovun, eləcə də dünyasını dəyişmiş digər şura üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəliyə uyğun olaraq, əvvəlcə AAŞ-ın yeni redaksiyada işlənmiş nizamnaməsi səsə qoyularaq təsdiqlənib.

Sonra çıxış edən Prezident Administrasi-yasının şöbə müdiri Ədalət Vəliyev qurultay iştirakçılarına dövlət başçısı İlham Əliyevin təbrikini çatdırıb.

Ədalət Vəliyev Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatdan danışıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbay-can Ordusunun qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib.

“Prezident İlham Əliyevin ağsaqqa-llarımızdan gözləntisi hər zaman xalqın arasında, haqqın yanında olmaları, milli birliyə xidmət etmələri, xalqımızı qələbəyə ruhlandırmalarıdır”, – deyən Ədalət Vəliyev ağsaqqalların gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak etmələrinin əhəmiyyətini vurğulayıb. “Prezidentin ağsaqqallardan digər gözlən-tiləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, ulu öndər Heydər Əliyevin azər-

baycançılıq məfkurəsini gələcək nəsillərə çatdırmaqdır. İnanırıq ki, Ağsaqqallar Şurası bu istiqamətdə səylərini daha da artıracaq”, – deyə şöbə müdiri qeyd edib.

Milli Məclisin deputatı, professor Eldar Quliyevin böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olduğu vurğulanıb və Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə onun namizədliyi irəli sürülüb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərin davamlı olmasını arzulayıb, Uca Yaradanın nəzərində ən uca mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyib. Allahşükür Paşazadə Şuşa məscidindən azan səsinin eşidiləcəyi günü səbirsizliklə gözlədiyini vurğulayıb. O, E.Quliyevin cəmiyyətdə böyük nüfuza malik olduğunu vurğulayaraq, qarşıda duran vəzifələri uğurla yerinə ye-tirəcəyinə əminliyini bildirib.

Milli Məclisin deputatları Eldar İbrahimov, Ziyad Səmədzadə və Əhliman Əmiraslanov çıxışlarında ağsaqqallarımızın cəmiyyətdəki rolundan danışıb, AAŞ sədri vəzifəsinə E.Quliyevin namizədliyini dəstəkləyiblər.

Sonra Eldar Quliyevin AAŞ sədri vəzi-fəsinə təsdiqlənməsi təklifi səsə qoyulub və qəbul olunub.

Ağsaqqallar Şurasının yeni sədri çıxış edərək ona göstərilən etimada görə min-nətdarlığını bildirib. Qeyd edib ki, vaxtilə ulu öndərimiz Heydər Əliyevin respub-lika ağsaqqallarına göstərdiyi diqqət və qayğını bu gün Prezident İlham Əliyev davam etdirir. Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının günbəgün yaxşılaşdığını vurğulayan AAŞ sədri deyib ki, ağsaqqallar Prezident İlham Əliyevin dövlətçiliyimizin qüdrətlənməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı məqsədyönlü siyasəti hər zaman dəstəkləyirlər.

Eldar Quliyev son günlər cəbhədə baş verən hadisələrə də toxunub, erməni təxribatını pisləyərək Azərbaycan əsgərinin Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə layiqli cavab verdiyini deyib, tezliklə qələbə xəbərini eşidəcəyimizə əminliyini ifadə edib. O, AAŞ-ın sədri kimi fəaliyyəti dövründə gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində addımlar atılacağını, ağsaqqalların böl-gələrə səfərlərinin təşkil olunacağını, hərbi hissələrdə müntəzəm görüşlər keçiriləcəyini bildirib.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının İdarə heyətinin üzvləri seçilib və gündəlikdəki digər məsələlərə baxılıb.

Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Polkovnik Vaqif Dərgahlı: Ermənistan ordusunun alayı

DARMADAĞIN EDİLİB � Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində

Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.

Bunu AZƏRTAC-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, nəticədə, canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyəsi üçün nəqliyyat vasitələrilə kömək göstərilməsini istəyib.

Ermənistan ordusunun hərbi hissə komandiri

MƏHV EDİLİB � Ermənistanın Eçmiədzin

rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş düşmən ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv edilib.

Bunu AZƏRTAC-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Dövlət Xidməti: Azərbaycanın hər bir vətəndaşı səfərbərlik çağırışını böyük ruh yüksəkliyi ilə qarşılayıb

� Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 2020-ci il 28 sentyabr tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, qismən səfərbərliyə cəlb edilmiş Azərbay-can vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə quru-mun qeydiyyatda olduqları idarə, şöbə və bölmələrinə gəlirlər.

Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha göstərir ki, xalqımız işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hər-bi əməliyyatlarla qürur duyur və ümumi qələbəmiz naminə nəbzi Vətən ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız

İlham Əliyevin sərəncamını təntənə ilə qarşılayır.

Çoxmillətli ölkəmizdə hər kəs Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilir. Bu gün hər bir çağırışçının dilində əsas şüar bunlardır: “Biz birlikdə güclüyük!”, “Biz zəfər çalacağıq!”. Çünki bizim işimiz haqq işidir.

“Bildiririk ki, Səfərbərlik və Hərbi Xid-mətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən

ehtiyatda olan birinci dərəcəli hərbi vəzi-fəlilər, əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun kom-plektləşdirilməsinə cəlb edilir, hərbi vəzi-fəlilərin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün müvafiq tədbirlər uğurla davam etdirilir”, – deyə Dövlət Xidmətinin məlumatında qeyd olunub.

Qələbə soraqlı günlər

Düşmən çaşqınlıq içindədir. Bir-birinin ardınca hərbi texnika və qüvvələrini itirən işğalçı Ermənistan hərbi birləşmələri ordumuzun vurduğu zərbələrə tab gətirməyib, yenə hiyləyə əl ataraq Daşkəsən istiqamətində və digər sərhədyanı ərazilərdə yaşayış məntəqələrimizi atəşə tutur. Amma düşmən bu hərəkətlərinin də adekvat cavabını alaraq işğal etdiyi ərazilərimizdən qaçmağa üz tutub. Müdafiə Nazirliyinin yaydığı məlumatları hamımız səbir-

sizliklə gözləyirik. Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib. Erməni-stan silahlı qüvvələri cəbhənin Füzuli – Cəbrayıl və Ağdərə –Tərtər istiqa-mətlərində itirdikləri mövqeləri geri qay-tarmaq üçün bir neçə dəfə əks-hücuma cəhd göstərib. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.

Dayanmadan hücuma keçən, düşmənə göz qırpmağa imkan ver-məyən Azərbaycan ordusunun bölmələri gecənin qaranlığında belə düşmənə rahat nəfəs almağa im-kan vermir. Artilleriyaçılardan tutmuş

hərbi pilotlara qədər hər bir döyüşçü üzərinə düşən tapşırıqları böyük həvəslə, qələbə əzmi, torpaqlarımızı azad görmək eşqi ilə icra edir. Gecə döyüşlərində cəbhənin Ağdərə is-tiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətində yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

Bundan başqa, cəbhənin Füzuli – Cəbrayıl istiqamətində sentyabrın 29-da səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil

texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib. Eləcə də cəbhənin Füzuli – Cəbrayıl istiqa-mətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfind-ən məhv edildiyi haqda məlumat verilib.

Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. Sentyabrın 29-da səhər saatlarından etibarən ordumuz Füzuli şəhərinin işğaldan azad olunması uğrunda hücum əməliyyat-

larını davam etdirir. Ümumiyyətlə, bütün cəbhəboyu hücuma keçən şanlı ordumuz düşmənin texnika və canlı qüvvəsini məhv edərək irəliləməkdə da-vam edir. İlk ağır zərbələr nəticəsində düşmən qüvvələrini qorxuya salan zabit və əsgərlərimiz işğaldan azad ediləcək son qarış ərazimiz də azad olunmayın-ca silahı yerə qoymayacaqlarını bəyan edirlər.

Hələ Aprel döyüşlərində öz döyüşçüləri ilə böyük rəşadət göstərən hərbi birlik komandiri, general-mayor Mayis Bər-xudarov bu dəfə daha uğurla irəlilə-diklərini deyir: “Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğal-dan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”.

İlk döyüşlərdə qazandığımız qələbələr Qarabağın azadlığına aparan yolun ilk müjdəçiləri olar, inşaallah! İşğalçı düşmən üzərində böyük Qələbə günü yaxındır!

Rahib QƏRİB, “Xalq qəzeti”

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi: Vətənimizi böyük qələbəyə aparan

Ali Baş Komandanımızla hər an birgəyik

Tədbiri açan muzeyin direktoru, Milli Məclisin üzvü Rafael Hüseynov Er-mənistanın Azərbaycana qarşı ötən əsrin səksəninci illərinin sonlarından etibarən apardığı təcavüz siyasətinin, bu işğalın nəticəsi olaraq ölkəmizin ərazisinin 20 faizinin zəbt etməsinin, 1 milyona yaxın insanın 30 ilə çatan bir müddətdə qaçqın və məcburi köçkün kimi ağır şərtlər içərisində yaşamasının, Ermənistanın qeyri-konstruk-tiv yanaşmaları nəticəsində sülh danışıqların nəticəsi qalaraq dalana dirənməsinin Azər-baycan xalqının səbir kasasını daşdırdığını bildirərək deyib: “Bütün gedişat onu göstərir ki, Ermənistan sülh danışıqlarının davam etməsində maraqlı deyil, danışıqların pozulması üçün mütəmadi olaraq müxtə-lif təxribatlar törədir. Üstəlik, Ermənistan Azərbaycana qarşı qəsbkar siyasətini genişləndirməyə davamlı cəhdlər edir, sentyabrın 27-də baş verən hadisələr də bunun əyani sübutudur. Lakin Ermənistan unudur ki, bu gün Azərbaycanın güclü və hər cəhətdən mükəmməl təchiz edilmiş ordusu, cəsur və qabil əsgəri, bu ordunun önündə gedən qətiyyətli və əzmkar Ali Baş Komandanı var. Miskin Ermənistan heç bir göstəricisi ilə Azərbaycana yaxın belə düşə bilməsə də, çürük iddiaları tükənmir, yeni işğal niyyətləri səngimək bilmir və terror-izmi dövlət siyasətinə çevirmiş cinayətkar rejim öz xalqını da uçuruma aparır.

Təcavüzkara son illərdə bir neçə dəfə layiqli cavablar verilsə də, təəssüf ki, reallıq hissini itirmiş Ermənistan bu xəbərdar-lıqlardan nəticə çıxarmayıb. Ona görə də Azərbaycan xalqı nəhayət ki, azğın düşməni yerində oturtmaq üçün Azərbaycan dövlətin-

dən qəti addımlar gözləyirdi. Prezident İlham Əliyevin ölkədə hərbi vəziyyət etməsi və xalqa müraciəti elə həmin səbəblərdən də bütün vətəndaşlarımız tərəfindən razılıq hissi və ruh yüksəkliyi ilə qarşılanıb. Milli Ordumuzun əldə etdiyi uğurlar haqqında gələn hər yeni xəbəri sonsuz sevinc və fərəh hissi ilə qarşılayırıq. Bu gün bütün xalqımız, o sıradan bizim muzeyin kollektivi də dövlət başçımızın əzmini, qətiyyətini alqışlayır, liderimizlə birgəyik, onun apardığı dərin düşünülmüş və dəqiq siyasətin ən yaxın zamanda bizi böyük qələbəyə çatacağına inanırıq”.

Tədbirdə çıxış edən muzey əməkdaşları Azərbaycanın mübarizəsinin haqq işi old-uğunu, dövlət başçısı cənab İlham Əliyevi Azərbaycan torpaqlarının işğaldan azad

edilməsi istiqamətində atdığı bütün addım-larında dəstəklədiklərini bildiriblər.

Tədbirdə Ali Baş Komandana və Milli Ordumuza son günlərin uğurlu döyüş əməli-yyatları, bir sıra yaşayış məntəqələrimizin düşmən işğalından azad edilməsi münasi-bətilə muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialı əməkdaşlarının minnətdar-lıqlarını ifadə edən müraciəti də səsləndi-rilib.

Eləcə də çıxış edən alimlər Türkiyə Respublikasına, Prezident Rəcəb Tayyib Ərdoğana bu məsul sınaq günlərində hər zaman olduğu kimi, Azərbaycana birmənalı və qəti dəstək göstərməsinə, əsl sədaqət-li qardaş olmasını növbəti dəfə bütün dünyanın gözləri qarşısında isbat etməsinə görə sevgi və ehtiramlarını ifadə ediblər.

Tədbirə yekun vuran akademik Rafael Hüseynov söyləyib ki, bu mübarizəli və şanlı günlərdə bütün ölkə bir yumruq kimidir, cəmiyyətin bütün təbəqələri, bütün vətəndaşlarımız Vətən naminə, Azərbay-can torpaqlarının təcavüzdən nəhayət ki, birdəfəlik azad edilməsi yolunda öz rəhbəri ilə birlikdədir və onun bu şərəfli yoldakı bütün təşəbbüslərini, bütün çağırışlarını qəlbən dəstəkləyir.

Bu günlər bütün Azərbaycan boyu diqqət cəbhə bölgəsinə yönəlib və hər kəs oradan gələn hər yeni zəfər müjdəsini sonsuz sevinclə qarşılayır. İnsanlarımız arzulanan böyük qələbəmizin rəhni kimi baxdıqları Ali Baş Komandanı, Milli Ordumuzu, Azərbaycan əsgərini ürəkdən dəstəkləyirlər. AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu sözlər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində sentyabrın 29-da keçirilən tədbirdə səsləndirilib. Tədbir dövlətimizin başçısı ilə həmrəylik və Milli Ordumuza dəstək çağırışlarına həsr edilib.

� Bütün varlığımızla arzuladığımız məqam çatıb artıq. Ordumuz zəfər yürüşü ilə torpaqlarımızın azadlığı uğrunda savaşa atılıb. İlk qələbələrimizin xəbərini, azad olunan ərazilərimiz haqda məlumatı Ali Baş Komandanımızın, Respublika Prezidentinin dilindən eşitmək döyüşçülərimizdə də, xalqımızda da ikiqat qələbə əzmi yaradıb. Qələbə xəbərləri döyüş ruhumuzu daha da yüksəldir, ordumuzun düşmən üzərində tam və qəti qələbəsinə addım-addım yaxınlaşırıq.

Vaqif Dərgahlı: Döyüşlərdə istifadə üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal olunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək

� Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən “S-300” zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal olunmuş ərazilərimiz istiqamətində hərəkət edir.

Bunu AZƏRTAC-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin

rəisi, polkovnik Vaqif Dərgahlı deyib. V.Dərgahlı bildirib ki, onları da Ordu-

muz tərəfindən Dağlıq Qarabağda Erməni-stan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır.

30 sentyabr 2020-ci il, çərşənbə 11

Page 12: İlham ƏLİYEV: Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan ...xalqqazeti.com/pdf/xalq 30 sep OPT.pdfSep 29, 2020  · İlham Heydər oğlu, xahiş edirəm Türkiyənin rolunu izah

30 sentyabr 2020-ci il, çərşənbə

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 3:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

028263252295

40 qəpik

Türkiyə

Turistlərin sayı azalıb2020-ci ilin yan-

var-avqust aylarında Türkiyənin turizm bölgələrini 9 milyon 271 min turist ziyarət edib. Bu turistlərin 7 milyon 255 min nəfərini əcnəbilər, 2 milyon 16 min nəfərini isə xaricdə yaşayan türklər təşkil edib. Əcnəbi turistlər

arasında Almaniya, Rusiya, Bolqarıstan və Ukrayna vətəndaşları daha çox olub.

Qeyd edilir ki, koronavirus pandemiyası Türkiyənin turizm sektoruna da təsir edib. Belə ki, bu ölkəyə gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 73,9 faiz azalıb.

Məlumatı “Anadolu” yayıb.

ABŞ

20 milyon dollar təzminat ABŞ-ın Merilend

əyalətində polis tərəfindən öldürülən qaradərili Vilyam Qrinin ailəsinə 20 milyon dollar təzminat ödəniləcək. Bu, polis zorakılı-ğına görə ölkədəki ən yüksək təzminatdır. Qeyd edək ki, qaradərili Vilyam Qrin bu il yanvarın 27-də polisin açdığı atəş nəticəsində dünyasını dəyişib

Məlumatı CNN yayıb.

Yaponiya

Ayda zavod tikiləcək Yaponiyalı

alimlər Ayda yanacaq emalı zavodunun tikinti-sini planlaşdırırlar. Bildirilir ki, zavo-dun Ayın Cənub qütbündə tikilməsi məqsədəuyğundur.

Alimlər ayın səthində buz yataqları tapacaqlarına inanırlar. Mütəxəssislər bildirirlər ki, orada istehsal olunan su oksigen və hidrogenə bölünəcək, daha sonra yanacağa çevriləcək ki, bu da minlərlə kilometrə qədər məsafədə Ayda hərəkətə imkan verəcək. Yaponiyada zavodun tikinti-sinin 2035-ci ilə qədər başa çatacağı gözlənilir.

Xəbəri “Jiji-Press” verib.

İsveçrə

Qurbanların sayı 1 milyonu ötübDünyada

koronavirus-dan ölənlərin sayı 1 milyon nəfəri ötüb. Son məlumata görə, dünyada 33 milyon 542 min 743 nəfər virusa yoluxub, 24 mil-yon 871 min 837 nəfər xəstəlikdən sağalıb, 1 milyon 6 min 90 xəstə koronavirusun qurbanı olub.

Qeyd edək ki, ən çox ölüm halı (209 min 777 nəfər ) ABŞ-da qeydə alınıb.

Xəbəri “Worldometers” verib.

İspaniya

Messinin rekordu təkrarlandı“Barselona”nın

futbolçusu Ansu Fati Lionel Mes-sinin rekordunu təkrarlayıb.

17 yaşlı hücumçu buna La Liqanın üçüncü turun-da “Vilyareal”la

(4:0) matçda nail olub. O, 15-ci və 19-cu dəqiqələrdə fərqlənməklə dubl edib. Bununla da Fati son 20 ildə Kata-loniya klubunda oyunun ilk 20 dəqiqəsində iki qol vurmağı bacaran ikinci futbolçusu olub.

Xatırladaq ki, “Barselona”da bu nəticəni göstərən ilk oyunçu isə Lionel Messidir. O, 8 il əvvəl La Liqanın 2012–2013-cü illər mövsümündə bunu bacarıb.

Xəbəri “Futbol.ua” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Sentyabrın 30-da

 Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Gecə 15-17, gündüz 22-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütunu-na enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmur-suz keçəcək. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 24-29 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 7-11, gündüz 13-16 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. La-kin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 12-16, gündüz 21-26 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsma-yıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaç-maz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 9-14, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayon-larında gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 23-25, dağlarda gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq.

12R.T. Ərdoğan ilə B.Conson arasında

TELEFON DANIŞIĞI OLUB

Xəbərdə deyilir ki, telefon danışığı zamanı tərəflər başda Şərqi Aralıq dənizi regionundakı vəziyyət və Ermənistanın Azərbaycana hücumu nəticəsində region-da yaranan gərginlik olmaq-la, bir sıra mühüm regional məsələlər müzakirə edilib.

Ermənistanın Azərbaycana qarşı hücum-ları nəticəsində başlayan silahlı qarşıdurmalara toxu-nan R.T.Ərdoğan bölgədə sülh və sabitliyə nail olmaq üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalı olduğunu qeyd edib. BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı dörd qətnaməsi mövcuddur. 30 ilə yaxındır ki, rəsmi İrəvan həmin sənədlərə məhəl qoy-mur və bununla da regionda sabitliyin bərqərar olunması-na imkan vermir.

R.T.Ərdoğan Şərqi Aralıq dənizində baş verən proseslərə toxunarkən vurğu-layıb ki, bu məsələdə maraqlı tərəflər “ədalətli və obyek-tiv” mövqe sərgiləməlidir.

Təəssüf ki, Yunanıstan və onu dəstəkləyən bir sıra ölkələr Türkiyənin milli maraqlarını nəzərə almaq istəmirlər.

Nəzərə alınmalıdır ki, Türkiyə Aralıq dənizi sahillərində ən böyük əraziyə malik ölkədir. Rəsmi Ankara problemin danışıqlar yolu ilə həllinə tərəfdardır. Yuna-nıstan hökuməti əvvəllər danışıqlara qəti etiraz etsə də, son vaxtlar mövqeyini “yumşaldıb” və Ankara ilə müzakirələr aparmağa razılıq verib.

Türkiyə və Böyük Brita-niya liderləri iki ölkə ara-sında ticarət əlaqələrinin genişləndirilməsi məsələsinə də toxunublar. Qeyd ediblər ki, ticarət dövriyyəsinin həcmini artıraraq 20 mil-yard dollar səviyyəsinə çatdırmaq mümkündür. NATO üzvü olan iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlədirilməsinin vacib olduğu da vurğulanıb.

M.HACIXANLI, “Xalq qəzeti”

Ukrayna Prezidenti administrasiyasından verilən məlumata görə, dövlət başçısı deyib: “Bu gün ölkəmizin qarşılaşdığı çağırışları nəzərə alaraq deməliyəm ki, Avropaya, Avropa İttifaqına doğru dəyişməz kursumuz əvvəllər olduğundan daha da aktualdır”.

Zelenskinin sözlərinə görə, Avropa İttifaqının Kiyevi dəstəkləməsi də olduqca vacibdir. Ukrayna Prezidenti qeyd edib ki, Kiyev Avropa İttifaqının daxili bazarına giriş imkanlarının genişləndirilməsi, assosiasiya haqqında sazişin ticarətlə bağlı hissəsinin yenilənməsi haqqında razılığa gəlinməsi, eləcə də Ukrayna biznesinin Avropa İttifaqı bazarlarına daxil olmasının sadələşdirilməsi məsələlərini müzakirə etməyə çalışır.

Ukrayna Prezidenti administrasiyasının məlumatında daha sonra qeyd edilir ki, video-

konfrans zamanı Aİ ilə Krım məsələsi üzrə beynəlxalıq platforma yaradılması, Aİ-nin vəsaiti hesabına Xolokost mövzusu ilə bağlı xatirə muzey-kompleksinin qurulması kimi məsələlər də müzakirə olunub.

Xatırladaq ki, Avropa İttifaqı– Ukrayna sammitinin oktyabrın 6-da Brüsseldə keçirilməsi nəzərdə tutulur. Sammit əvvəlcə oktyabrın 1-nə planlaşdırılmışdı. Ancaq həmin gün Avropa İttifaqının sammiti işə baş-layacaq. Məsələ bundadır ki, Aİ sammiti də əvvəlcə sentyabrın 24-25-də keçirilməli idi. Onun vaxtının dəyişməsi Aİ Şurasının sədri Şarl Mişelin koronavirusa yoluxması ilə bağlı şübhələrlə əlaqədar idi. Sonradan Mişelin testlərinin nəticəsi mənfi çıxmışdı.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Koronavirus Avstriya iqtisadiyyatına AĞIR ZƏRBƏ VURUB

Mənbə yazır ki, cari ilin üçüncü rübündə ÜDM-də azalma 12,1 faiz olub. Avstriya Statistika İdarəsinin rəhbəri Tobias Tomas rəqəmləri şərh edərkən bildirib ki, ölkə iqtisadiyyatın-da belə güclü geriləmə İkinci Dünya müharibəsindən bəri qeydə alınmayıb.

Qeyd olunur ki, Avstriya-da lokdaunun mart ayında tətbiq edilməsinə baxmaya-raq, birinci rübdə də iqtisadi göstəricilər ürəkaçan olmayıb və geriləmə 3,4 faiz olub. Bu

isə həmin vaxt pande-miyanın Çində başla-

ması səbəbindən ixracyö-nümlü şirkətlərin bu ölkə ilə əlaqələrinin zəifləməsindən irəli gəlib.

Hesabatda nəzərə çarpan məqamlardan biri isə pande-miyanın ölkədaxili iqtisadiy-yatın ən çox hansı sahələrinə zərbə vurması ilə bağlı olub. Qeyd edilib ki, əsas çətinlik xidmət sektorunda müşahidə olunub və əsasən turizm və qastronomiya sektoru (65,2 faiz), asudə vaxtın təşkili və mədəni tədbirlər sahəsi (27 faiz) gəlirlərini itirib. Mənzil,

səhiyyə, ictimai idarəçilik, in-formasiya və kommunikasiya sahəsində dəyişiklik olmayıb, ərzaq məhsulları və fərdi is-tehlak mallarının satışında isə artım müşahidə olunub.

T.Tomas qeyd edib ki, pandemiyanın ikinci dal-ğasında lokdaun qərarının veriləcəyi təqdirdə ölkə iqtisadiyyatının tənəzzülü uzunmüddətli xarakter ala bilər. Belə olarsa, proqnozlara görə, gələn il üçün iqtisadi artım 1,4 faizə düşəcək.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

�Dünyada COVID-19 virusundan ölənlərin sayı 1 milyonu keçib. Avropa koronavirusla mübarizəni daha da gücləndirir. Bir çox Avropa ölkələri isə karantin rejimini daha da sərtləşdirir.

Britaniyada özünütəcrid qaydalarını pozanlar 10 min funt-sterlinq məbləğində cərimə olunacaqlar. Belçika hökuməti bütün əyləncəli tədbirlərini ləğv edib.

Çexiyada isə virusa yoluxanların sayı art-dığından ölkənin Səhiyyə Nazirliyi fövqəladə vəziyyət rejiminə keçməyi təklif edib. Qonşu

Slovakiyada da oktyabrın 1-dən fövqəladə vəziyyət rejimi elan edilib.

İtaliyanın bəzi əyalətlərində idman və digər oyunlar yasaq edilib. Karantin rejimi sərtləşdirilib.

Qəzənfər QASIMOV,”Xalq qəzeti”

Bildirilir ki, “Ən innovativ şirkətlər” adlı tədqiqat çərçivəsində şirkət tərəfindən dünyanın müxtəlif bazar-larında ən perspektivli və sürətlə inkişaf edən oyunçular müəyyənləşdirilir. Hazırkı reytinq 2019-cu ilin avqustun-dan oktyabrınadək planetin 2500 iri şirkətinin rəhbərləri arasında keçirilən sorğunun

məlumatlarına əsaslanır. Rey-tinq iştirakçıları dörd parametr üzrə qiymətləndirilib: innovasi-ya sahəsində bütün rəhbərlərin səsinin sayı, səhmlərin ümumi gəlirliyi, eyni sahə üzrə şirkət rəhbərlərinin səsinin sayı, müxtəlif sahələrdə səslərin sayılması üçün indeks (bu göstərici ilk dəfə reytinqə daxil edilib).

“Samsung Electronics” beynəlxalq şirkət tərəfindən bu il ən innovativ seçilən şirkətlərin ilk beşliyinə daxil olub. 2020-ci ildə Cənubi Koreya nəhəngi ardıcıl üçüncü dəfə reytinqin beşinci pilləsində

qərarlaşıb. Bundan başqa, “Boston Consulting Group”un 14 illik hesabatı tarixində şirkət ən yaxşılar iyirmiliyini bir dəfə olsun belə tərk etməyib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasın-da telefon danışığı baş tutub. “Anadolu” agentliyi dünən bu barədə Türkiyə Prezidenti Administrasiya-sının rəsmisinə istinadən məlumat yayıb.

Liderlər Dağlıq Qarabağ və Şərqi Aralıq

dənizindəki vəziyyəti müzakirə ediblər

Ukraynanın Avropa İttifaqına inteqrasiya kursu hazırda əvvəllər olduğundan daha aktualdır. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Parlamen-tinin deputatları ilə videokonfrans formatında görüşü zamanı bəyan edib. Məlumatı “İnterfaks.ru” verib.

Avropa İttifaqına inteqrasiya bu gün daha aktualdır

Avropada koronavirusa qarşı mübarizə gücləndirilirAvropada koronavirusa qarşı mübarizə gücləndirilir

“Euronews” agentliyinin yaydığı məlumata görə, koro-navirus pandemiyası Avstriya iqtisadiyyatına İkinci Dünya müharibəsindən bəri ən ağır zərbəni vurub. 2020-ci ilin ikinci rübündə ölkədə ümum-daxili məhsulun həcmi (ÜDM) 14,3 faiz aşağı düşüb, turizm və digət ticarət müəssisələri ötən illə müqayisədə dövriyyələrinin 60 faizindən çoxunu itirib.

“Samsung” dünyanın ən innovativ şirkətləri siyahısına daxil olub

“Boston Consulting Group” beynəlxalq şirkəti dünyanın 20 ən innovativ şirkətinin açıqlandığı illik tədqiqata yekun vurub. Bildirilir ki, Cənubi Koreyanın “Samsung Electronics” şirkəti də sözügedən siyahıya daxil olub. Bu barədə “Hi-tech-news” məlumat yayıb.

Statistika Komitəsi yeni Tvinninq layihəsinə başlayıb

Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, layihə Finlandiya Statistika İdarəsi (konsorsium rəhbəri), Litva Statistika Departamenti və Niderland Mərkəzi Statistika

Bürosundan ibarət konsorsium tərəfindən həyata keçirilir. Əsas benefisiar təşkilatlar Dövlət Statistika Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir.

On yeddi ay davam edəcək bu Tvinninq layihəsinin ümumi məqsədi Azərbaycanda özəl sektorun/kiçik və orta biznesin fəaliyyətinə dair məlumatların toplanması,

işlənilməsi, təhlili, nəşri və yayımlanması sahəsində yerli mütəxəssislərin potensialının artırılmasından ibarətdir. Layihə çərçivəsində statistik biznes reyestrlərini təkmilləşdirmək və istifadəçilərin biznes statistikasına olan tələbatı nəzərə alınmaqla biznes statistika-sının metodologiyasını Aİ standartlarına uyğunlaşdırmaq məqsədilə Dövlət Statistika Komitəsinin və Dövlət Vergi Xidmətinin po-tensialının artırılmasını hədəfləyən missiyala-rın həyata keçirilməsi nəzərdə tutulub.

Sentyabrın 29-da Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsinin rəsmi açılış tədbiri videokonfrans formatında keçirilib.