Nizami gəncəvi

32
NIZAMI GƏNCƏVI HAQQINDA.

Transcript of Nizami gəncəvi

Page 1: Nizami gəncəvi

NIZAMI GƏNCƏVI HAQQINDA.

Page 2: Nizami gəncəvi

Hazırladı:İ.Məmmədov adına məktəb-liseyin V xis sinif şagirdi İsayeva Gülnar.

Page 3: Nizami gəncəvi

AZƏRBAYCANIN DAHİ ŞAİRLƏRİNDƏN BİRİ DƏ NİZAMİ

GƏNCƏVİDİR.

Page 4: Nizami gəncəvi

NİZAMİ GƏNCƏVİ 1141-Cİ İLDƏ GƏNCƏ ŞƏHƏRİNDƏ ANADAN OLMUŞDUR.

Page 5: Nizami gəncəvi

NIZAMI TƏHSILINI GƏNCƏ MƏDRƏSƏLƏRINDƏ ALMIŞ, DAHA SONRA ŞƏXSI MÜTALIƏ YOLU ILƏ O DÖVRÜN ELMLƏRINI MÜKƏMMƏL ÖYRƏNMIŞ, XÜSUSƏN DƏ YAXIN ŞƏRQ XALQLARININ ŞIFAHI VƏ YAZILI ƏDƏBIYYATINA YAXINDAN BƏLƏD OLMUŞDUR. TÜRK DILINDƏN BAŞQA ƏRƏB VƏ FARS DILLƏRINI DƏ MÜKƏMMƏL BILƏN ŞAIRIN YUNAN DILI ILƏ DƏ TANIŞ OLDUĞU, HƏMÇININ QƏDIM YUNAN TARIX VƏ FƏLSƏFƏ SINI, ASTRONOMIYA, TIBB VƏ HƏNDƏSƏ ELMLƏRINI YAXŞI MƏNIMSƏDIYI ƏSƏRLƏRINDƏN AYDIN GÖRÜNÜR. ÖMRÜ BOYU GƏNCƏ DƏ YAŞAMIŞ, SARAY ŞAIRI OLMAQDAN QƏTIYYƏTLƏ IMTINA ETMIŞ, HALAL ZƏHMƏTI ILƏ DOLANMIŞDIR. TƏQRIBƏN 1169/1170-CI ILDƏ DƏRBƏND HÖKMDARI SEYFƏDDIN MÜZƏFFƏRIN KƏNIZ KIMI HƏDIYYƏ GÖNDƏRDIYI QIPÇAQ QIZI AFAQ (APPAQ) ILƏ EVLƏNMIŞ, 1174-CÜ ILDƏ OĞLU MƏHƏMMƏD ANADAN OLMUŞDUR.

Page 7: Nizami gəncəvi

NİZAMİ GƏNCƏVİNİN XƏMSƏSİ HAQQINDA.Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.

Page 8: Nizami gəncəvi

Sirlər xəzinəsi haqqInda

"Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Bu əsərdə dahi Azərbaycan şairi Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir.Nizaminin ilk poeması "Sirlər xəzinəsi" (1174-1175) "Xəmsə"nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur.

Page 10: Nizami gəncəvi

Xosrov və Şirin poeması

"Xosrov və Şirin" poeması Nizaminin romanik əsərlərinin əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur.

Page 11: Nizami gəncəvi

Xosrov və ŞİRİN

Page 12: Nizami gəncəvi

Leyli və məcnun poeması

"Leyli və Məcnun" "Xəmsə"nin üçüncü poemasıdır. Nizami Gəncəvi bu qədim məhəbbət əfsanəsinə ustad qələmilə bəzək vurmuş, onu bədii yüksəkliyə qaldırmışdır. Şairin yaratdığı bu məhəbbət dastanı dünya ədəbiyyatı xəzinəsinin ən qiymətli incisinə çevrilmişdir. Nizaminin "Leyli və Məcnun" poeması 1188-ci ildə yazılmışdır. Şirvan hökmdarı Əxistanın sifarişi ilə yazılmış "Leyli və Məcnun" poemasında Nizami Yaxın və Orta Şərq xalqları arasında geniş yayılmış məhəbbət əfsanəsini ilk dəfə ədəbiyyata gətirmiş, vicdan və sevgi azadlığı haqqında ölməz bir dastan yaratmışdır. Şair qadın hüquqsuzluğundan, qadının əşya kimi satılıb alınmasından, feodal adət-ənənələrindən söhbət açır, insan adını uca tutmağa, ali məqsədlərə qulluq etməyə, mərd və mübariz olmağa çağırır.

Page 14: Nizami gəncəvi

Yeddi gözəl poeması

Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərdən biridir. Nizami Gəncəvi bu əsəri 1197-ci ildə tamamlamış və onu Marağa hakimi Ələddin Körpə Arslana ithaf etmişdir. Poemanın mövzusu qədim İran tarixindən götürülmüşdür. Əsərdə təsvir olunan hadisələrinmərkəzində Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gur dayanır. Şair əsərdə onun həyatını əks etdirmək adı altında, öz dövrü haqqında kəskin tənqidi fikirlər, romantik düşüncələr dolu bir əsər yaratmışdır. "Yeddi gözəl" adı rəmzi məna daşıyır. Lakin əsərə verilən bu romantik addan düzgün nəticə çıxarmaq lazımdır. Burada söhbət təkcə Bəhramın gözəllərlə əylənməsindən getmir, şairi düşündürən hökmdar və xalq problemi bu poemanın da mərkəzi xəttini təşkil edir. Bəhram ölkəni idarə etməyi əmək adamlarından çobandan öyrənib. O, fitnənin sözləri qarşısında öz səhvini başa düşüb haqsız hərəkətlərindən peşman olur. Şair ölkənin abadlaşması, xalqın firavan yaşaması üçün hökmdarı ədalətli olmağa, xalqa arxalanmağa çağırır.

Page 16: Nizami gəncəvi

İSGƏNDƏRNAMƏ POEMASI

Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan əsərlərindən sonuncusu İsgəndərnamə poemasıdır. Bu Poemanın 1200-1203-cü illər arasında yazıldığı ehtimal edilir. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır.İyirmi min misraya yaxın olan "İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə", ikinci hissə "İqbalnamə" adlanır. "Şərəfnamə" Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, "İqbalnamə" isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. "Şərəfnamə" Abdulla Şaiq, "İqbalnamə" isə Mikayıl Rzaquluzadə tərəfindən fars dilindən Azərbaycan dilinə tərcümə edilmişdir.

Page 17: Nizami gəncəvi

İSGƏNDƏRNAMƏ

Page 18: Nizami gəncəvi

Nizami Gəncəvinin dünya səviyyəsində tanınması haqqında.

20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı olub. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırıb. Professor bildirmişdir ki, dahi Nizaminin yaradıcılığı Azərbaycan xalqına xidmət etməklə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıyır. “Nizamini İtaliyada da yaxşı tanıyırlar”, - deyən alim xalqımızın dahi oğlunun əsərlərinin italyan dilinə tərcümə edildiyini və sevildiyini, onun bütün yaradıcılığının bəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırib.

Page 20: Nizami gəncəvi

Nizami Gəncəvinin 850 illikmünasibəti ilə SSRİ-nin 1rublluq monetası.

Page 22: Nizami gəncəvi

XOSROV VƏ ŞİRİN POEMASINDAN ŞEİR.

Eşqdir mehrabı uca göylərin,Eşqsiz, ey dünya, nədir dəyərin?!Eşqin qulu ol ki, doğru yol budur,Ariflər yanında, bil, eşq uludur....Eşqsiz olsaydı xilqətin canıDirilik sarmazdı böyük cahanı.Eşqsiz bir adam bir neydir - qırıq,Yüz canı olsa da, ölüdür artıq.

Page 23: Nizami gəncəvi

LEYLİ VƏ MƏCNUN POEMASINDAN.

Bir çox sifətlər var insanda hələ,Almasan yaxşıdır onları dilə.Pis sözü ağzına alınca insan,Qarnında öldürsə yaxşıdır, inan.Bu dünya dolanıb döndükcə ruzgar,Qoy səndən yaxşı söz qalsın yadigar.

Page 24: Nizami gəncəvi

NİZAMİ GƏNCƏVİNİN “SƏNSİZ” ŞEİRİ.

Hər gecəm oldu kədər qüssə fəlakət sensiz Hər nəfəs çəkdim hədər getdi o saət sənsiz.

Sənin ol cəlb eyləyən vəstlinə and içtim inan Hicrinə yandı canım yox daha taqət sənsiz.

Başqa bir yarı necə axtarım ey nazlı mələk Bilmirəm səndə dedin "Yox yarə hacət sənsiz".

Sən mənim qəlbimə hakim sənə qul oldu könülSən əzizsən mənsə ucuz bu heçəm afət sənsiz.

Ne gözüm var arayım mən səni bəxtim də ki yox Nə də ki qaçmağa var məndə bir cəsarət sənsiz

Sən Nizamidən əgər arxayın olsan da gülüm Gecə gündüz arayıb olmadı rahət sənsiz.

Page 25: Nizami gəncəvi

Nizami gəncəvinin hikmətli sözləri “Sirlər xəzinəsi” poemasından.

══════ ۩۞۩ஜ ஜ════════════Eşqinlə atəçə dön, nifrətinlə buza dön,

El yolunda günə dön, aya dön, ulduza dön!

Yaxşılığı əzəldən adət etsən özünə,

Yaxçılığın hər yanda qapı açar üzünə.

══════ஜ ஜ۩۞۩═══════════

Page 26: Nizami gəncəvi

Nizami Gəncəvinin Qəzəllərindən.

Fəxr elə yar ki, barını çəkirəm,Saf ürəkdən qubarını çəkirəm.

Sərxoşam, bir şərabdır eşqin.Bu səbəbdən xumarını çəkirəm.

Mən zəlili kənara atma, gülüm,Səni ağuş baharıma çəkirəm.

Ruzigarım keçirsə cövrinlə, Ürəyindən o narını çəkirəm.

Qoyma solsun çiçəklənən əməlim,Hər zaman intizarını çəkirəm.

Bülbüləm mən, Nizami, gülşəndəGülümün ahü zarını çəkirəm.

Page 28: Nizami gəncəvi

Nizami gəncəvinin Goranboydakı yeni heykəli.

Page 29: Nizami gəncəvi

MEKSİKADA DAHİ ŞAİRİN HEYKƏLİ.

Page 30: Nizami gəncəvi

NİZAMİ GƏNCƏVİ 1209-cu ildə Gəncə şəhərində vəfat

etmiş və orada da dəfn edilmişdir.

Page 32: Nizami gəncəvi

SON