MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK...

20
AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ MƏDƏNİYYƏTŞÜNASLIQ ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK DƏRS PLANI (5-7 illik təhsil üzrə) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbələri ilə razılaşdırılmışdır. Bakı - 2016 1

Transcript of MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK...

Page 1: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

MƏDƏNİYYƏTŞÜNASLIQ ÜZRƏ ELMİ-METODİKİ MƏRKƏZ

MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK DƏRS PLANI

(5-7 illik təhsil üzrə)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbələri ilə razılaşdırılmışdır.

Bakı - 2016

1

Page 2: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

Buraxılışa məsul: Rafiq BayramovAzərbaycan Respublikası Mədəniyyətvə Turizm Nazirliyi Aparatının rəhbəri

Redaktor: Leyla RzayevaMədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsinin metodisti

Rəyçi: Leyla MəmmədovaÜ.Hacıbəyli adına Bakı MusiqiAkademiyasının professoru, sənətşünaslıq namizədi

Müəlliflər: Rauf İmanovMədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsinin sektor müdiri–baş metodist, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünas

Lalə MusayevaMədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsinin metodisti

2

Page 3: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

"Mıısiqi savadı və musiqi dinləmə" fənni üzrə gündəlik dərs planınaRƏY

"Musiqi savadı və musiqi dinləmə" fənni üzrə gündəlik dərs planı incəsənətməktəblərində 5-7 illik təhsil üzrə təhsil alan şagirdlər üçün nəzərdə tutulmuşvə tədris səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət daşıya bilər. Re-spublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində bütünixtisaslar üzrə, Azərbaycan və xarici ölkələrin musiqi ədəbiyyatı, xalq yaradıcılığıvə digər nəzəri fənlər tədris olunur. Müxtəlif siniflər üzrə Azərbaycan musiqiədəbiyyatı, o cümlədən ümumi musiqi ədəbiyyatı, xalq yaradıcıhğı və digərnəzəri fənlər üzrə dərsliklər, metodiki tövsiyələr Mədəniyyət və TurizmNazirliyi tərəfmdən çap olunmuş, uşaq musiqi, incəsənət məktəbləri həminvəsaitlərlə təmin olunmuşlar. Musiqi dərslərinin mühüm bir mərhələsini"Musiqi savadı və musiqi dinləmə" fənni üzrə gündəlik dərs planı təşkil edirvə tədris prosesində mənimsənilmiş biliklərin tətbiq vasitəsilə fəal bacarıqlaraçevrilməsini, şagirdlərdə yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasını təminedir. Fənnin keçirilməsi zamanı mahnı oxuma, musiqi dinləmə, musiqili-ritmik hərəkət, sadə uşaq musiqi alətlərində çalmaq, improvizə etmək, musiqiəsərlərinin məzmununu səhnələşdirmək kimi məzmun xətti əsas hesab olunur.

Müasir dövrdə Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətindəuşaq incəsənət məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsi baxımındantəqdim olunmuş "Musiqi savadı və musiqi dinləmə" fənni üzrə gündəlik dərsplanı əhəmiyyətli xarakter daşıyır. Bu dərsin mərhələlərindən göründüyü kimi,XX əsrin sonlarında "Musiqi" fənni üzrə işi "Mahnı oxuma", "Musiqi dinləmə"və "Not savasının verilməsi" kimi mərhələlərdən ibarət olurdu. Bu dərslərdəfənlərarası əlaqə, inteqrasiya (fəndaxili və fənlərarası) kimi, məktəblilərinbilik, bacarıq və vərdişlər sisteminin inkişaf etdirilməsi baxımmdan bu fənnüzrə gündəlik dərs planının mühüm əhəmiyyəti var.

"Musiqi savadı və musiqi dinləmə" fənni üzrə gündəlik dərs planının çapolunub, uşaq incəsənət məktəblərində istifadə olunmasını məqsədəuyğun hesabedirəm.

3

Page 4: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

İzahat vərəqəsi

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin xoreoqrafiyaşöbəsində tədris olunan musiqi dərslərinin mühüm bir mərhələsini“Musiqi savadı və musiqi dinləmə” fənni təşkil edir. Bu fənnin tədrisindəəsas məqsəd şagirdlərə musiqi əsərlərini qavramaq və dinləməkvərdişlərini aşılamaq, ümumilikdə musiqiyə olan marağı artırmaq.Həmçinin, uşaqların adi musiqi dilinin əsas xüsusiyytələrini və emosionaltəsirini duyması, onların musiqi tərbiyəsinin formalaşmasında əhəmiyyətlirol oynayır.

“Musiqi savadı və musiqi dinləmə” fənninin tədrisində məqsədşagirdin milli, eləcə də Avropa və müxtəlif xalqların musiqisi iləyaxından tanış olmasıdır. Həmçinin, şagird elementar musiqi savadınıartırmalı, musiqi zövqünü daha da inkişaf etdirməlidir.

Tədris prosesində rəqs ifaçılığı ilə məşğul olan şagirdlərdə yaradıcılıqqabiliyyətlərinin üzə çıxarılmasında, onlarda musiqi incəsənəti vənəzəriyyəsi haqqında müəyyən bilik və təsəvvürlər yaratmaqla intelektualsəviyyələrinin inkişafında “Musiqi savadı və musiqi dinləmə” proqramıxüsusi əhəmiyyət kəsb edir. Proqram siniflər üzrə mövzularınmənimsənilməsində praktik əhəmiyyət baxımından şagirdlərdə musiqimədəniyyətinin formalaşmasında həlledici rol oynayır. Dinləmə zamanıyeri gəldikcə musiqi nümunələrinin melodik xüsusiyyətləri, dinamika,registr, ritm, temp, musiqi janrları və quruluşu, səslərin və musiqialətlərinin, xor və orkestrin tembri haqqında şagirdlərə lazımi məlumatverilməlidir. Musiqi nümunələrinin estetik-emosional əsaslardasəsləndirilməsi və qavranılması onlarda musiqi dinlənilməsinə xüsusimaraq oyada bilər. Belə ki, musiqi dinlənilməsi zamanı musiqi əsərlərininmüzakirəsində şagirdlərin iştirakının təmin olunması, istedadlı şagirdlərinfərdi yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün müvafiq imkanlardansəmərəli istifadə olunması şagirdlərdə musiqini düzgün duymaq vəqavramaq bacarığını, mənəvi aləmin zənginləməsini inkişaf etdirir.Belə yanaşma həmçinin, onlarda düşünmə qabiliyyətinin, fantaziyasınındaha da inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb edir.

4

Page 5: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

Musiqi dərslərində musiqi əsərlərinin professional ifaçılar tərəfindənCD diskə yazılmış nümunələrinin və eləcə də foneteka, video mətn vəs. əsərlərin dinlənilməsi məsləhət görülür.

Proqram – siniflər üzrə geniş mövzuları özündə əks etdirərək uşaqincəsənət məktəblərinin I-V siniflərində dərs deyən müəllimlər üçünnəzərdə tutulmuşdur.

I sinifI yarımil

1-ci dərs: Dərsin təşkili . Musiqi savadı və musiqi dinləmənin məqsəd və vəzifələri. Musiqi haqqında ümumi söhbət.

2-ci dərs: Musiqidə müxtəlif emosional hisslərin təcəssümü.

3-cü dərs: Musiqidə real və fantastik obrazların təcəssümü.

4-cü dərs: Fortepiano aləti ilə tanışlıq. Fortepiano klaviaturası iləiş. Registr.

5-ci dərs: Oktavalar haqqında məlumat.

6-cı dərs: Not sətri. Kaman açarı. I oktavanın notları ilə tanışlıq.

7-ci dərs: Notların uzunluğu (uzun və qısa notlar), not sətri (ritmik məşğələlər).

8-ci dərs: I oktavanın notları.

9-cu dərs: Musiqi janrları haqqında ümumi məlumat və mahnı janrı, mahnıların müxtəlifliyi.

5

Page 6: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

10-cu dərs: Lay-lay mahnıları, Uşaq,Qəhrəmani mahnılar, Himn haqqında məlumat.

11-12-ci dərslər: Rəqs janrı. Rəqs janrının növləri haqqında məlumat (kişi və qadın rəqsləri).

13-cü dərs: Azərbaycan xalq rəqsləri haqqında məlumat. Musiqi nömrələri: “Uzundərə”, “Tərəkəmə”,“İnnabı”, “Cəngi”, “Qəşəngi”, “Yallı” və s.

14-cü dərs: I oktavanın notlarını təkrar etmək. II oktavanın notlarının yazılışı.

15-ci dərs: Yarım ton və ton, alterasiya işarələri (yazılış qaydaları).

16-cı dərs: Ölçü, Aksent haqqında.

17-ci dərs: Musiqi, cümlə, ibarə haqqında məlumat.

18-ci dərs: Sorğu.

II yarımil

1-ci dərs: 2/4, 3/4, ölçüsündə kiçik musiqi nümunələrinin oxunması. (Musiqi nömrəsi: T.Quliyev “Bizim bağ” mahnısı).

2-ci dərs: Bas açarı. Verilən kiçik melodiyanı kaman açarından bas açarına köçürmək.

3- cü dərs: Pauzalar (susan notlar). Yazılış qaydası. Pauzların musiqidə əhəmiyyəti. Xalq mahnısı “Laçın”.

6

Page 7: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

4- cü dərs: Lad haqqında ümumi anlayış (Major və minor ladı haqqında). Sabit və qeyri-sabit səslər.

5-ci dərs: Qamma haqqında anlayış. Do major qamması. Do major qammasını 2/4 , 3/4 ölçüsündə oxumaq.

6-cı dərs: Do major qammasında intonasiya məşğələləri. Q.Qarayev Prelüd №1, A.Zeynallı “Uşaq suiatası”ndan pyeslər.

7-ci dərs: Aparıcı səslər. Tetraxordlar.

8-ci dərs: Transpozisiya haqqında məlumat.

9-10-cu dərslər: Kiçik melodiyaları ↑ və ↓ transpozisiya etmək.

11-12-ci dərslər: Məzmun və forma haqqında ümumi məlumat. (Kuplet, 2-3 hissəli forma, rondo və s.).

13-cü dərs: Musiqidə “İlin fəsilləri” mövzusu. Bu mövzuya bəstəkarların müraciəti (A.Vivaldi).

14-cü dərs: İnterval haqqında məlumat (xalis, böyük və kiçik intervallar).

15-16-cı dərslər:İnterval haqqında məlumat.(artırılmış, əskidilmiş intervallar).

17-ci dərs: Keçirilənlərin təkararı.18-ci dərs: Sorğu.

7

Page 8: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

II sinifI yarımil

1-ci dərs: Dərsin təşkili.

2-ci dərs: Musiqi alətləri haqqında məlumat. Azərbaycan xalq çalğı alətləri haqqında ümumi məlumat.

3-cü dərs: Klassik musiqi alətləri haqqında məlumat.

4-cü dərs: Simli alətlər haqqında məlumat.

5-ci dərs: Nəfəsli alətlər haqqında məlumat.

6-cı dərs: Zərb alətləri haqqında məlumat.

7-ci dərs: Müxtəlif musiqi alətlərinin eşitmə yolu ilə təyini (tembr).

8-ci dərs: Azərbaycan bəstəkarları haqqında məlumat.

9-cu dərs: Ü.Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat.

10-cu dərs: Ü.Hacıbəylinin əsərləri.

11-ci dərs: M.Maqomayevin həyat və yaradıcılığı haqqında məlumat.

12-ci dərs: M.Maqomayevin əsərləri.

13-cü dərs: Q.Qarayevin həyat və yaradıcılığı haqqında məlumat.

8

Page 9: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

14-cü dərs: Q.Qarayevin əsərləri.

15-ci dərs: Rəqsin xalq yaradıcılığında xüsusi yeri və onun başqajanrları (Mahnı, Marş ).

16-17-ci dərslər:Musiqi nömrələrinin dinləyişi: “Kolxoz”, “Azərbaycan”,“Şalaxo”, “Şəki”, “Qaytağı”,“Heyvagülü”, “Vağzalı”, “Qıtqılıda”, “Xalabacı”, “Mirzəyi”, “Uzundərə” rəqsləri.(“Çahargah” və “Şüştər” muğamları haqqında(məlumat).

18-ci dərs: Sorğu.

II yarımil

1-ci dərs: Marş janrı. Marş janrı haqqında məlumat. (Musiqi nümunələri: C.Quliyev “Əsgər marşı”, Q.Qarayev -“Dəniz neftçilərinin marşı”, M.Maqomayev “Radio marşı”).

2-ci dərs: Marşın növləri.3-cü dərs: Azərbaycan xalq rəqsləri, marş musiqisi. Eşitməklə

təyin edilməsi.

4-5-ci dərslər: Musiqi ifadə vasitələri, növləri haqqında məlumat. (melodiya, ritm, temp).

6-7-ci dərlər: Çoxsəsli musiqi haqqında məlumat. (Homofon, polifonik musiqi).

8-ci dərs: Xor musiqisi haqqında məlumat (səsin növləri).

9

Page 10: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

9-10-cu dərslər:Xor musiqisinin müxtəlif növləri haqqında məlumat.

11-ci dərs: Romans jnarı haqqında ümumi məlumat.

12-ci dərs: Azərbaycan bəstəkarlarının yaradıcılığında romans janrı.

13-14-cü dərslər: Romansların dinlənilməsi.

15-16-cı dərslər:Simfonik və kamera orkestri haqqında məlumat.

17-ci dərs: Keçirilənlərin təkrarı.

18-ci dərs: Sorğu.III sinifI yarımil

1-ci dərs: Dərsin təşkili.

2-ci dərs: Major və minorun təkrarı.

3-cü dərs: İntervalların təkrarı.

4-cü dərs: Akkord və onun növləri (3 səsli, əsas üçsəsliklər).

5-6-cı dərslər: Müxtəlif ölçülü solfecio nömrələri.

7-8-ci dərslər: Çalğı alətlərinin təkrarı.

9-cu dərs: Müxtəlif mövzulu rəqslər. Qadın adları ilə bağlı rəqslər: “Gülgəz”, “Güləbatın”, “Xalabacı” və s.

10

Page 11: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

10-cu dərs: Müxtəlif mövzulu rəqslər. Rənglərlə bağlı rəqslər: “İnnabi”, “Darçını” və s. (“Rast” muğamı haqqında məlumat).

11-ci dərs: Müxtəlif mövzulu rəqslər. Yer adları ilə bağlı rəqslər: “Azərbaycan” “Əskərani” və s.

12-dərs: Müxtəlif mövzulu rəqslər. Azərbaycan ərazisində yaşamış tayfalarla bağlı rəqslər: “Tərəkəmə”, Kürdü”,“Əfşarı” və s.

13-cü dərs: Müxtəlif mövzulu rəqslər. Rəqs zamanı istifadə olunan əşyalarla əlaqəli rəqslər: “Nəlbəki”, “Qavalla rəqs” və s.

14-cü dərs: Müxtəlif mövzulu rəqslər. Qəhrəmani rəqslər: “Cəngi”, “Qazaxı”, “Qaytağı”, “Misri” və s.

15-ci dərs: Müxtəlif mövzulu rəqslər. Qadın əməyi ilə bağlı rəqslər: “Həsri basma dolan gəl”. Kişi əməyi ilə bağlı rəqslər; “Çobanı”, “Araba” və s.

16-cı dərs: Ənənəvi rəqslər: “Səməni” “Kos-kosa” və s., kütləvi rəqslər:“Yallı”, “Halay” və s. Kütləvi rəqslər

17-ci dərs: Rəqsləri müşayiət edən instrumental ansambllar haqqında məlumat.

18-ci dərs: Sorğu.

11

Page 12: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

12

II yarımil

1-2-ci dərslər: Keçirilən Azərbaycan xalq mahnı və rəqslərinin eşitmə yolu ilə təyini.

3-4-cü dərslər: Polyak xalq rəqsləri: “Mazurka”, “Polonez”.

5-ci dərs: İrland xalq rəqsləri.

6-cı dərs: Macar xalq rəqsləri.

7-ci dərs: Müasir rəqslər.

8-ci dərs: Avropa xalqlarının rəqsləri.Vals janrı haqqında: Q.Qarayev “Yeddi gözəl” baletindən “Vals”, F.Əmirov “12 miniatür-vals”, T.Quliyev “Vals”, .İ.Çaykovski,F.Şopen və s.

9-cu dərs: Asiya xalqların rəqsləri.

10-cu dərs: Müxtəlif xalqların rəqsləri və eşitmə yolu ilə təyini.

11-ci dərs: Opera musiqisi haqqında söhbət. Azərbaycan operalarında istifadə olunan rəqslər.

12-13-cü dərlər:Dram tamaşalarına yazılmış musiqi əsərləri: E.Qriq “Per Günt” süitası və s.

14-15—ci dərslər:Proqramlı təsviri musiqi haqqında anlayış. P.İ.Çaykovski “İlin fəsilləri” fortepiano silsiləsi, A. Zeynallı “Uşaq süitası”, S. Hacıbəyov “Karvan” simfonik lövhə süitasından “Səhər”, R.Şuman “Karnaval”və s.

Page 13: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

16-cı dərs: Balet janrı haqqında ümumi məlumat.

17-ci dərs: Balet janrı haqqında. Ə.Bədəlbəyli “Qız qalası”, Ə.Abbasov “Qaraca qız” baleti.

18-ci dərs: Yekun sorğu.

IV sinifI yarımil

1-ci dərs: Dərsin təşkili.

2-ci dərs: Opera janrının tarixi haqqında ümumi məlumat.

3-4-cü dərslər: Operanın növləri haqqında ümumi məlumat.

5-6-cı dərslər: Operanın əsas tərkib hissələri haqqında məlumat.

3-4-cü dərslər: Ü.Hacıbəylinin “Leyli və Məcnun” və “Koroğlu” operaları haqqında məlumat.

5-6-cı dərslər: M.Maqomayev “Şah İsmayıl” operası haqqında məlumat.

7-8-ci dərlər: M.Qlinka “İvan Susanin” operası haqqında məlumat.

9-cu dərs: Oratoriya janrı haqqında məlumat.

10-cu dərs: Azərbaycan bəstəkarlarının yaradıcılığında oratoriya janrı haqqında məlumat (V.Adıgözəlov “Çanaqqala” və“Qarabağ şikəstəsi” oratoriyaları).

13

Page 14: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

11-ci dərs: Klassizm haqqında məlumat.

12-ci dərs: İ.S.Baxın həyat və yaradıcılığı haqqında məlumat.

13-cü dərs: İ.S.Baxın Orqan musiqisi haqqında məlumat.

14-15-ci dərslər: V.A.Motsartın həyat və yaradıcılığı haqqında məlumat.

16-17-ci dərslər: L.V.Bethovenin həyat və yaradıcılığı haqqında məlumat

18-ci dərs: Sorğu.

II yarımil

1-ci dərs: Kantata janrı haqqında ümumi məlumat.

2-3-cü dərslər: Azərbaycan bəstəkarlarının yaradıcılığında kantata janrı.

4-cü dərs: Romantizm cərayanı haqqında ümumi məlumat.

5-6-cı dərslər: F.Şopenin həyat və yaradıcılığı haqqında məlumat.

7-ci dərs: F.Şopen. Mazurka, Polonez, Vals.

8-ci dərs: F.Şopen. Etüd, Sonata, Ballada. 9-10-cu dərslər:R.Ştrausın həyat və yaradıcılığı haqqında məlumat.

11- dərs: F.Şopen, R.Ştrausun əsərlərinin dinləyişi (sərbəst seçim).

14

Page 15: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

12-ci dərs: İmpressionizm cərəyanı haqqında məlumat.

13-cü dərs: K.Debüssinin həyat və yaradıcılığı haqqında məlumat.

14- dərs: M.Ravelin həyat və yaradıcılığı haqqında məlumat (“Balero”).

15-16-cı dərslər: Musiqi dinlənilməsi.

17-ci dərs: Keçirilənlərin təkrarı.

18-ci dərs: Yekun sorğu.

V sinifI yarımil

1-ci dərs: Dərsin təşkili.

2-ci dərs: Aşıq janrı haqqında məlumat.

3-cü dərs: Aşıq musiqisi (Saz aləti).

4-cü dərs: Keçmiş və müasir dövrün aşıqları.

5-ci dərs: Muğam janrı haqqında məlumat. Muğam-lad.

6-cı dərs: Rast məqamı haqqında anlayış. Rast məqamında yazılan xalq mahnıları:“Almanı atdım xarala”, “Aman nənə” və s.

15

Page 16: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

7-ci dərs: Rast məqamı haqqında anlayış. Rast məqamında yazılan xalq rəqsləri: “Turacı”, “Brilyantı”, “Darçını” və s.

8-ci dərs: Rast məqamında bəstəkar mahnıları: F.Əmirov “Qatar”, Q.Hüseynli “Cücələrim”, Niyazi “Arzu romansı” və s.

9-cu dərs: Şur məqamı haqqında anlayış.Şur məqamında yazılmış xalq mahnıları: “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “Bazarda alma” və s.

10-cu dərs: Şur məqamı haqqında. Şur məqamında xalq rəqsləri: “Bakı”, “Qəhrəmani”, “Qızılgül” və s.

11-ci dərs: Segah məqamı haqqında anlayış. Segah məqamında yazılan xalq mahnıları:“Evləri var xanə-xanə”, “Şuşanın dağları”, “Bəri bax” və s.

12-ci dərs: Segah məqamı haqqında anlayış. Segah məqamında yazılan xalq rəqsləri: “Tərəkəmə”, “Vağzalı”, “Mirzeyi”, “Qəşəngi”, “Qıtqılıda” və s.

13-cü dərs: Segah məqamında yazılan bəstəkar mahnıları: “Ü.Hacıbəyli “Sənsiz” romansı, “Arşın mal alan” musiqili komediyasından “Asiyanın rəqsi” və s.

14-cü dərs: Bayatı-Şiraz məqamı haqqında anlayış. Bayatı-Şiraz məqamında yazılan xalq mahnıları: “Küçələrə su səpmişəm”, “Laçın”, “Aman ovçu”, “Qubanın ağ alması” və s.

15-ci dərs: Bayatı-Şiraz məqamı haqqında anlayış. Bayatı-Şiraz

16

Page 17: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

məqamında yazılan xalq rəqsləri:“Qazağı”, “Nəlbəki” və s.16-cı dərs: Bayatı-Şiraz məqamında yazılan bəstəkar əsərləri:

Q.Qarayev “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”, T.Quliyev “Bakı haqqında mahnı” və s.

16-17-ci dərslər: Rast, Şur, Segah, Bayatı-Şiraz məqamlarının təkrarı və bu məqamda yazılan xalq mahnı və rəqslərin eşitmə yolu ilə təyini

18-ci dərs: Sorğu.

II yarımil

1-ci dərs: Çahargah məqamı haqqında anlayış. Çahargah məqamında yazılan xalq mahnıları: “Ay qız” və s.

2-ci dərs: Çahargah məqamı haqqında anlayış. Çahargah məqamında yazılan xalq rəqsi: Şalaxo və s.

3-cü dərs: Çahargah məqamında bəstəkar əsərləri: Ü.Hacıbəyli “Cəngi” pyesi, Q.Qarayev “Yeddi gözəl” baletindən “Vals” və s.

4-cü dərs: Hümayun məqamı haqqında anlayış. Hümayun məqamında yazılan xalq mahnıları (sərbəst seçim).

5-ci dərs: Hümayun məqamı haqqında anlayış. Hümayun məqamında yazılan xalq rəqsləri. (sərbəst seçim).

6-cı dərs: Hümayun məqamında yazılan bəstəkar əsərləri (sərbəst seçim).

7-ci dərs : Şüştər məqamı haqqında anlayış. Şüştər məqamında

17

Page 18: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

yazılan xalq mahnıları: “Gözəlim sənsən”, “Aman kəklik əlindən”, “Girdim yarın bağçasına”, “Gül bağçalar” və s.

8-ci dərs: Şüştər məqamı haqqında anlayış. Şüştər məqamında yazılan xalq rəqsləri: “Uzundərə”, “Yüz bir”, “Dağ çiçəyi” və s.

9-cu dərs: Çahargah, Şüştər, Hümayun məqamlarının təkrarı və bu məqamda yazılan xalq mahnı və rəqslərin eşitmə yolu ilə təyini.

10-cu dərs: Zərbi muğam haqqında məlumat. Azərbaycan məqamlarının təkrarı və bu məqamda yazılan xalq mahnı və rəqslər. Eşitmə yolu ilə təyini.

11-ci dərs: Simfonik muğam janrı haqqında məlumat.

12-13-cü dərslər:Musiqi dinlənilməsi: F.Əmirov “Şur” , Niyazi “Rast”simfonik muğamları.

14-cü dərs: Caz musiqisində muğamın işlənməsi.

15-ci dərs: Caz sənəti haqqında ümumi məlumat.

16-cı dərs: Caz musiqisinin dinləyişi.

17-ci dərs: Keçirilənlərin təkrarı.

18-ci dərs: Sorğu.

18

Page 19: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

İstifadə olunmuş ədəbiyyat siyahısı

1. Ü.Hacıbəyli. “Azərbaycan xalq musiqisinin əsasları”.,Bakı., 20102. “Azərbaycan xalq musiqisinin antalogiyası”. I cild., Bakı., 20033. “Azərbaycan xalq musiqisinin antalogiyası”. II cild., Bakı., 20034. “Azərbaycan xalq musiqisinin antalogiyası”. III cild., Bakı., 20045. “Azərbaycan xalq musiqisinin antalogiyası”. IV cild., Bakı., 20056. “Azərbaycan xalq musiqisinin antalogiyası”. V cild., Bakı., 20057. “Azərbaycan xalq musiqisinin antalogiyası”. VI cild., Bakı., 20068. “Azərbaycan xalq musiqisinin antalogiyası”. VII cild., Bakı., 20079. Azərbaycan xalq rəqs melodiyaları. Bakı., “Azərnəşr”., 196610. Bakıxanov Ə. Azərbaycan ritmik muğamları., Bakı., 196811. Eldarova Ə. “Azərbaycan aşıq sənəti”., Bakı., 198612. İsmayılov M.S. “Azərbaycan xalq musiqisinin janrları”., Bakı.,“İşıq” nəşriyyatı., 198413. İsmayılov M.S. “Azərbaycan xalq musiqisinin məqam və muğamnəzəriyyəsinə dair elmi-metodiki oçerklər”., Bakı., “Elm” nəşriyyatı., 199114. İsazadə Ə., Məmmədov N. “Azərbaycan xalq mahnıları və oyunhavaları”., Bakı., 197515. Məmmədov T. “Azərbaycan xalq-professional musiqisi: aşıq sənəti”.Bakı., “Şur” nəşriyyatı., 200216. “Azərbaycan xalq musiqisi” oçerklər. Bakı, Elm.,1981.147 s.17. Azərbaycan xalq mahnıları /İşləyənlər S.Rüstəmov; F.Əmirov; T.Quliyev.- I cild.- Bakı: Azər. Döv. Mus. Nəşr. , 1956.- 147 s.18. F.Bədəlbəyli, O.Rəcəbov, G.Abdullazadə, N.Mustafeyav.“Azərbaycan xalq rəqslərinin fortepiano üçün işləmələri. – Bakı:“Mütərcim”, 201119. Abdullayeva S. “Azərbaycan xalq çalğı alətləri”., Bakı, “Adiloğlu”,2002, 454 s. 20. Qasımova S., Bağırov N. “Azərbaycan xalq musiqi yaradıcılığı”,Bakı, 200521. Quliyev T. “15 Azərbaycan xalq rəqsi”. Bakı, 1955. 30 s.22.Zöhrabov R.F. Muğam. B., “Azərnəşr”, 1991. 119 s.23.Məmmədov T. Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti.Bakı, “Şur” nəşriyyatı, 2002, 96 s.24.Seyidova S. Qədim Azərbaycan mərasim musiqisi. Ali və orta ixtisasmusiqi məktəbləri üçün dərs vəsaiti. “Mars-Print”, Bakı, 2005, 118 s.

19

Page 20: MUSİQİ SAVADI VƏ MUSİQİ DİNLƏMƏ” FƏNNİ ÜZRƏ GÜNDƏLİK …music.mctgov.az/M0/70/2017/10/documents/20171026_164022_1509050422_2b… · registr, ritm, temp, musiqi janrları

Yığılmağa verilmişdir. 04.10.2016Çapa imzalanmışdır. 07.10.2016

Ofset çap kağızı.Format:60x84 1/16

Həcmi 1,75 ç.v.Sifariş № 80Tiraj 1000