Mühazirə 5: Radikal birgə polimerləşmə və polimerlərin kimyəvi ...

12
Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir. 1 Fənn: Yüksək molekullu birləşmələr kimyası Müəllim: Yavər Cəfər qızı Qasımova Fakültə: Kimya İxtisas: Kimya müəllimliyi Kafedra: Üzvi kimya və kimya texnologiyası Təhsil pilləsi: Bakalavr Mühazirə 5: Radikal birgə polimerləşmə və polimerlərin kimyəvi reaksiyalarının xüsusiyyətləri Plan 1. Birgə polimerin differensial tənliyinin çıxarılması 2. Birgə polimerin tərkibinin monomer qarışığı tərkibindən asılılığı 3. Polimerlərin kimyəvi reaksiyalarının xüsusiyyətləri 4. Yüksəkmolekullu birləşmələrin reaksiyalarının sürətinə təsir edən amillər. 5.1. Birgə polimerin diferensial tənliyinin çıxarılması Kimyəvi tərkibinə görə fərqlənən iki və daha artıq monomerin birlikdə polimerləşmə reaksiyasına birgə polimerləşmə deyilir. Bu yolla alınan yüksək molekullu birləşmələr birgə polimerlər adlanırlar. Homopolimerləşmədən fərqli olaraq birgə polimerləşmə zamanı reaksiyada iştirak edən monomerlərin sayından və quruluşundan asılı olaraq müxtəlif sonluqlu radikallar əmələ gəlir və onlar zənciri müxtəlif sürətlə uzadırlar. Məsələn stirolla metilmetakrilatın birgə polimerləşməsi zamanı zəncirin sonunda həm stirol, həm də metilmetakrilat zvenosu olan radikallar əmələ gəlir: R' CH 2 CH C 6 H 5 CH 2 CH C 6 H 5 R + R' CH 2 C COOCH 3 CH 3 CH 2 C COOCH 3 R CH 3 + Burada R' uzanmaqda olan makroradikaldır. Aydındır ki, belə müxtəlif sonluqlu radikalların reaksiya qabiliyyətləri eyni olmur. Bu isə tərkibinə görə bir-birindən fərqlənən makromolekulların əmələ gəlməsinə səbəb olur. Birgə polimerləşmə nəticəsində alınan polimerlərin əksərıyyəti qeyri - müntəzəm qu-ruluşlu olur, yəni makromolekul zəncirində müxtəlif zvenoların yerləşmə ardıcıllığı ixtiyarı olub, nizamsızdır və zəncirin təkrar olunan quruluşca eyni hissələri yoxdur. Lakin bir çox sistemlərdə (məsələn stirol-malein anhidridi, allilfenilefiri-malein anhidiridi) düzgün növbələnmiş müntəzəm quruluşlu birgə polimerlə alınır. Belə birgə polimerlərin makromolekullarında müxtəlif

Transcript of Mühazirə 5: Radikal birgə polimerləşmə və polimerlərin kimyəvi ...

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

1

Fənn: Yüksək molekullu birləşmələr kimyası Müəllim: Yavər Cəfər qızı Qasımova Fakültə: Kimya İxtisas: Kimya müəllimliyi Kafedra: Üzvi kimya və kimya texnologiyası Təhsil pilləsi: Bakalavr

Mühazirə 5: Radikal birgə polimerləşmə və polimerlərin kimyəvi reaksiyalarının xüsusiyyətləri

Plan

1. Birgə polimerin differensial tənliyinin çıxarılması

2. Birgə polimerin tərkibinin monomer qarışığı tərkibindən asılılığı

3. Polimerlərin kimyəvi reaksiyalarının xüsusiyyətləri

4. Yüksəkmolekullu birləşmələrin reaksiyalarının sürətinə təsir edən amillər.

5.1. Birgə polimerin diferensial tənliyinin çıxarılması

Kimyəvi tərkibinə görə fərqlənən iki və daha artıq monomerin birlikdə polimerləşmə reaksiyasına

birgə polimerləşmə deyilir. Bu yolla alınan yüksək molekullu birləşmələr birgə polimerlər adlanırlar.

Homopolimerləşmədən fərqli olaraq birgə polimerləşmə zamanı reaksiyada iştirak edən

monomerlərin sayından və quruluşundan asılı olaraq müxtəlif sonluqlu radikallar əmələ gəlir və onlar

zənciri müxtəlif sürətlə uzadırlar. Məsələn stirolla metilmetakrilatın birgə polimerləşməsi zamanı

zəncirin sonunda həm stirol, həm də metilmetakrilat zvenosu olan radikallar əmələ gəlir:

R' CH2 CH

C6H5

CH2 CH

C6H5

R+

R' CH2 C

COOCH3

CH3

CH2 C

COOCH3

R

CH3

+

Burada R' uzanmaqda olan makroradikaldır. Aydındır ki, belə müxtəlif sonluqlu radikalların

reaksiya qabiliyyətləri eyni olmur. Bu isə tərkibinə görə bir-birindən fərqlənən makromolekulların

əmələ gəlməsinə səbəb olur. Birgə polimerləşmə nəticəsində alınan polimerlərin əksərıyyəti qeyri-

müntəzəm qu-ruluşlu olur, yəni makromolekul zəncirində müxtəlif zvenoların yerləşmə ardıcıllığı

ixtiyarı olub, nizamsızdır və zəncirin təkrar olunan quruluşca eyni hissələri yoxdur. Lakin bir çox

sistemlərdə (məsələn stirol-malein anhidridi, allilfenilefiri-malein anhidiridi) düzgün növbələnmiş

müntəzəm quruluşlu birgə polimerlə alınır. Belə birgə polimerlərin makromolekullarında müxtəlif

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

2

tərkibli zvenolar bir-birilə ciddi ardıcıllıqla birləsirlər:

CH2 CH

C6H5

CH

C

CH

C

O OO

CH2 CH

C6H5

CH

C

CH

C

CH2

O OO

CH

C6H5

CH

C

CH

C

CH2

O OO

Birgə polimerləşmə reaksiyası yüksəkmolekullu birləşmələrin xassələrini lazımı istiqamətdə

dəyişməyə imkan verir. Məsələn izobutilenin az miqdar (1-5%) izoprenlə birgə polimerləşməsi

nəticəsində xassələrinə görə polizobutılendən fərqlənən butil kauçuk alınır:

CH2 C

CH3

CH3

n CH2+ C

CH3

m CH CH2 CH2 C

CH3

CH3

CH2 C

CH3

CH CH2 CH2 C

CH3

CH3

CH2

Yaxud stirolun az miqdar divinilbenzolla birgə polimerləşməsindən həll olmayan, torşəkilli birgə

polimer əmələ gəlir.

CH2 CH

C6H5

HC

HC

CH2

CH2

CH2 CH CH2 CH

C6H5

CH2 CH CH2 CH

C6H5

CH2 CH CH2 CH CH2 CH CH2 CH

C6H5

CH2 CH

n + n

Birgə polimerləşmə reaksiyaları vasitəsilə homopolimerləşməyə daxil olmayan bir çox

monomerlər əsasında polimerlər almaq mümkün olur. Məsə-lən ayrılıqda polimerləşməyən malein

anhidiridi stirolla, vinilasetatla çox asanlıqla birgə polimerləşir. Monomerlərin sayı artdıqca birgə

polimerləşmə-nin xarakteri daha çox mürəkkəbləşir və onun tədqiqi çətinləşir. Bunun nəticəsidir ki,

yalnız iki müxtəlif monomerin iştirak etdiyi binar birgə polimerləşmə reaksiyaları daha ətraflı

öyrənilmişdir. Binar sistemlər üçün birgə polimerləşmə reaksiyasmın ümumi qanunauyğunluqları ilə

tanış olaq.

Fərz edək M1 və M2 monomeri birgə polimerləşmə reaksiyasına daxil olur. Aydındır ki, bu

monomer molekullarının inisiatorun parçalanmasından alınan radikalla qarşılıqlı təsirindən iki tip

radikal alınacaqdır:

R + M1 = M

1

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

3

R + M2 = M

2

M1 - uzunluğundan asılı olmayaraq sonunda M1 zvenosunun, M2 - M2 -zvenosunun olduğu

radikaldır. Bu radikallardan hər biri həm birinci, həm də ikinci monomer molekulu ilə birləşə bilər. Belə

elementar birləşmə reaksiyaları bir-birindən fərqli sürət sabitləri ilə xarakterizə olunmalıdır. Başqa

sözlə, iki müxtəlif tipli radikallarla, sürət sabitlərinə görə fərqlənən dörd uzanma reaksiyası mövcud

olmalıdır:

Bu elementar reaksiyalar əsasında ayrı-ayrı monomerlərin sərf olunma sürəti

d[M1]

dt= k11[M1][M1] + k21[M2][M1]

k22[M2][M2] + k12[M1][M2]d[M2]

dt=

ifadələri ilə müəyyən olunur.

Monomerlərin həyəcanlanma mərhələsindəki cüzi iştirakı nəzərə alınmır. Alınan ifadələri

tərəf-tərəfə böldükdə:

d[M1]

d[M2]=

k11[M1][M1] + k21[M2][M1]

k22[M2][M2] + k12[M1][M2](1)

Yuxarıda yazılan 2-ci və 4-cü reaksiyalar ardıcıl olaraq bir-birini sürətləndirdiklərindən onların

sürətləri arasında dinamik tarazlıq yaranır, yəni,

k12[M1][M2] = k21[M2][M1]

buradan

[M2] =k12[M1][M2]

k21[M1](2)

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

4

(1) ifadəsində k21[M2•][M1] əvəzinə k12[M1

•][M2] yazıb, (2) bərabərliyindən [M2•]-nin qiymətini

yerinə qoyduqdan sonra, sağ tərəfin sürət və məxrəcini [M1]/k12 kəsrinə vurub ixtisar etdikdə alınır:

d[M1]

d[M2]=

k11/k12[M1] + [M2]

k22/k21[M2] + [M1]

[M1]

[M2]

1

12

11 rk

k

və 2

21

22 rk

k

- əvəzləmələri qəbul edərək ifadəni

[M1]

[M2]

d[M1]

d[M2]=

r1[M1] + [M2]

r2[M2] + [M1](3)

şəkildə yazmaq olar.

Mayo və Luis tərəfindən çıxarılmış bu ifadə birgə polimerləşmənin differensial tənliyi adlanır.

d[M1] və d[M2], dt zaman müddətində monomerlərin reaksiyaya daxil olan miqdarı olduğundan,

onların nisbəti həmin müddətdə əmələ gələn sonsuz kiçik miqdar birgə polimerin differensial

monomer tərkibini müəyyən edir.

5.2. Birgə polimerin tərkibinin monomer qarışığı tərkibindən asılılığı

r1 və r2 kəmiyyətləri monomerlərin nisbi aktivliyi adlanırlar. Onlar hər bir radikalın «öz»

monomeri ilə birləşmə reaksiyası sabitinin «özgə» monomerlə birləşmə reaksiyası sabitinə olan

nisbətini ifadə edirlər.

Ona görə də r1 və r2 sabitlərinin qiymətlərinə görə birgə polimerin tərkibi haqqında fikir yürütmək

olar.

Hər iki radikal M1 və M2 monomerlərinin eyni dərəcədə birləşdirdiyi halı araşdıraq:

1. r1 = r2= 1 yəni k11 = k12və k21 = k22

Bu halda monomerlərin bütün nisbətlərində birgə polimerin tərkibi monomer qarışığının tərkibi

ilə eynidir. M1 və M2 zvenolarının makromolekul zəncirində yerləşmə ardıcıllığı təsadüfi, statistik

xarakter daşıyır (şəkil 1 - düz xətti)

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

5

2. r1 > 1, r2 < 1. Bu o deməkdir ki, M1, həm də M2 radikalları M1 - mo-nomeri ilə daha asan

birləşir. Bu halda birgə polimerləşmənin gedişində makromolekullar M1 monomeri ilə daha çox

zənginləşəcəkdir (2 -ci əyri).

3. r, < 1, r2 > 1, yəni ku < k12 və k22 > k2. Bu halda radikallar hər ikisi ikinci monomer molekullarmı daha asan birləşdirirlər. Deməli birgə polimer ikinci monomerlə daha zəngin olacaqdır (3-cü əyri).

4. r1 < 1, r2 < 1, yəni k11 < kl2 və k22 < k21 Bu halda monomerlərin hər ikisi birgə polimerləşməyə daha çox meyllidirlər,

başqa sözlə hər bir radikal özgə monomeri daha asan birləşdirir. Polimer makromolekulunda monomerlər nizamlı növbələnirlər (4-cü əyri) 1-ci əyri ilə kəsişən 4-cü əyri bu o deməkdir ki, kəsişmə nöqtəsinə qədər birgə polimer birinci, kəsişmə nöqtəsindən sonra ikinci monomerlə zəngin olur.

5. r1 > 1, r2 > 1, yəni k11 > k12 və k22 > k21 Bu halda hər bir monomerin ayrılıqda homopolimerləşməsi üstünlük təşkil edir.

Verilən şərt daxilində r1 və r2 bir-birindən nisbətən az fərqlənirsə onda ayrı-ayrı monomer zvenoları bloklarından ibarət blok - birgə polimer əmələ gəlir. Əgər r1 və r2 sabitləri arasındakı fərq çox böyükdürsə, onda reaksiya nəticəsində birgə polimer deyil, monomerlərin homopolimerlərinin qarışığı alınır.

Göründüyü kimi, r1 və r2 sabitləri birgə polimerləşmə reaksiyasının bir sıra mühüm qanunauyğunluqlarını öyrənmək üçün böyük əhəmiyyət kəsb edirlər. r1 və r2 sabitləri müxtəlif monomerlərin müxtəlif radikallarla birləşmək qabiliyyəti haqqında da nəzəri mülahizələr yürütməyə imkan verir. Bu mülahizələr r1 və r2 sabitləri ilə uyğun monomerlərin homopolimerləşməsinin uzanma reaksiyası sabiti əsasında edilir. Məsələn hesablamalar göstərir ki, stirol, metilmetakrilat və vinilasetatdan alınan makroradikalların stirolla birləşmə reaksiyasının sürət sabiti uyğun olaraq 1,76*102, 1,6*103 və 3,7*105 l/mol.san-dır, yəni stirolla reaksiyada vinilasetat radikalı metilmetakrilat və stirol radikalından, metilmetakrilat radikalı isə stirol radikalından daha yüksək reaksiya qabiliyyəti göstərir.

5.3. Polimerlərin kimyəvi reaksiyalarının xüsusiyyətləri

Makromolekullarında reaksiya qabiliyyətli funksional qrupların olduğu polimerlər müxtəlif kimyəvi

reaksiyalara daxil olurlar. Polimerlərin kimyəvi çevrilmələri həm mövcud polimerlərin xassələrini

lazımi istiqamətdə dəyişmək, həm də yeni polimerlər sintez etmək üçün geniş imkanlar açır.

Məs., sellülozanın kimyəvi çevrilmələri nəticəsində qiymətli sənaye məhsulları olan tüstüsüz

barıt, lif, örtüklər, elektroizoliyasiya materialları və s. alınır. Bilavasitə monomerlərdən alına bilməyən

yüksəkmolekullu birləşmələrin sintezində polimerlərin kimyəvi reaksiyalarının daha böyük əhəmiyyəti

vardır. Məs., sərbəst halda mövcud olmayan vinil spirtindən polimer almaq mümkün deyil, ona görə

də sənaye əhəmiyyətli polivinil spirtini vinilasetatın polimeri olan polivinilasetatdan onun hidrolizi yolu

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

6

ilə alırlar. Yaxud təbii və ya sintetik kauçukun kükürdlə qarşılıqlı təsirindən rezin və ebonit

məmulatları almaq mümkündür. Polimerlərin kimyəvi reaksiyaları prinsip etibarilə kiçikmolekulu

birləşmələrin reaksiyalarından fərqlənmir, lakin polimer makromolekullarının böyük ölçüləri və

fuknksional qrupların çox olması bu reaksiyalara bir sıra spesifik xüsusiyyətlər verir. Polimer

makromolekulunun kimyəvi reaksiyalarda müstəqil iştirak edən ən kiçik hissəsi elementar zvenodur.

Deməli, makromolekulda olan funksional qrupların reaksiyaları elementar zvenoların kimyəvi

reaksiyalarıdır. Kimyəvi reaksiyalarda makromolekulun ayrı-ayrı hissələrinin müstəqil iştirakı bu

reaksiyalara bəzi xüsusiyyətlər verir. Məs., kiçikmolekullu birləşmələr üçün reaksiyanın gedişi

maddənin çevrilməyə uğrayan mol. miqdarı ilə xarakterizə olunur. Polimerlərin kimyəvi

reaksiyalarında isə vəziyyət bir qədər başqa şəkil alır. Məs., poliakril turşusunun efirləşməsində bir

mol

Etil spirti polimerin bir elementar zvenosuna sərf olunur və burda «mol» anlayışı şərti xarakter

daşıyır. Polimer kimyasında mol. miqdarı elementar zvenonun kütlə vahidi ilə ifadə olunmuş molekul

kütləsinə deyilir. Çevrilməyə məruz qalan zvenolar eyni zəncirdə olduğundan zvenoların sayı

məhsulun çıxımı deyil, polimer birləşmənin kimyəvi çevrilmə dərəcəsini göstərir. Polimerlərin kimyəvi

reaksiyaları zamanı ayrı-ayrı makromolekullarda çevrilməyə uğramış zvenoların sayı müxtəlif ola bilər

və bununla əlaqədar olaraq reaksiya məhsullarının tərkibinə görə qeyri-həmcinsliyi meydana çıxır.

Polimerlərin kimyəvi reaksiyaları nəticəsində molekul kütləsinə və kimyəvi tərkibinə görə qeyri

həmcins məhsullar əmələ gəlir.

5.4. Yüksək molekullu birləşmələrin reaksiyalarının sürətinə təsir edən amillər

Yüksək molekullu birləşmələrin reakiyalarının sürətinə zəncirin quruluşu, makromolekulun

konfiqurasiya və konformasiyaları ilə əlaqədar olan effektlər təsir edir. Kiçikmolekullu birləşmələrə xas

olmayan və maddənin polimerliyi ilə əlaqədar olan bu təsir effektləri bir neçə qrupa bölünür.

1. Makromolekulun zəncir xarakterli olmasından irəli gələn ümumi effektlər (zəncir effekti).

2. Qonşu zvenolarda olan eyni və ya müxtəlif təbiətli qrupların bir-biri ilə qarşılıqlı təsiri (qonşu

effekti).

3. Makromolekulun məhlulda aldığı konformasiyaların funksional qrupların reaksiya

qabiliyyətinə təsiri (konformasiya effekti).

4. Konfiqurasiya effekti.

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

7

5. Molekuldüzümlü quruluşlar ilə əlaqədar olan effektlər. Bu xüsusiyyətləri umumi şəkildə

nəzərdən keçirək

1. Zəncir effekti. Funksional qrupun böyük ölçülü makromolekul zəncirində olması onun

reaksiya qabiliyyətinə təsir götərir. Məs. izo-penten və poliizoprendə ikiqat rabitəyə eloktrofil birləşmə

reaksiyalarının sürəti eyni deyildir. Bu, polimer zəncirində -rabitə elekronlarının yaxın və uzaq

tərtibli qarşılıqlı təsirlər nəticəsində delokallaşması ilə əlaqədar olaraq ikiqat rabitənin reaksiya

qabiliyyətinin azalmasından irəli gəlir. Polimer zəncirinin xarakteri onun kimyəvi reaksiyasının

sürətinə təsir edir. Məs., izotaktik və sindiotaktik polimetilmetakrilatın hidrolizi eyni sürətlə getmir.

Mürəkkəb efir qruplarının zəncir müstəvisinin bir tərəfində yerləşdiyi izotaktik polimer daha asan

hidroliz olur. Bu, hidroliz nəticəsində alınmış karboksil qruplarının qonşu efir qruplarının hidrolizinə

katalitik təsiri ilə əlaqədardır. İri makromolekullarda olan funksional qrupların reaksiya qabiliyyətinin

azalması özlülüyü yüksək polimer məhlullarında funksional qrupların diffuziya sürətinin və toqquşma

tezliyinin kiçik olmasından irəli gəlir.

2. Qonşu effekti. Makromolekul zəncirində olan funksional qrupun reaksiya qabiliyyəti qonşu

zvenolarda olan funksional qrupların təsirindən asılı olaraq dəyişə bilər. «Qonşu» effekti adlanan bu

cür təsir effektləri özünü müxtəlif formalarda göstərir. Bu formalardan ən çox müşahidə olunanı qonşu

qruplar arasında tsiklik kompleksin yaranmasıdır. Akril turşusunun p-nitrofenilmetakrilatla birgə

polimerinin hidrolizi uyğun kiçik molekullu birləşmənin-p-nitrofenilmetakrilatın hidrolizindən 106 dəfə

sürətlə gedir. Bu, birgə polimerdə qonşu karboksil qrupu ilə tsiklik kompleksin əmələ gəlməsi ilə

əlaqədardır:

CH2 C

C

CH3

CH2

O O

CH

CHO O

NO2

OHCH2 C

C

CH3

CH2

HO

O

CH

CO

O

NO2

HOH+

CH2 C

C

CH3

CH2

O

O

CH

C O

HOHCH2 C

COOH

CH3

CH2 CH

COOH

+

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

8

Bir çox hallarda funksional qrupun reaksiya qabiliyyətinin dəyişməsi çevrilməyə məruz qalmış

qonşu qrupun təsiri ilə baş verir. Poliüçlübutilakrilatın izobutilen ayrılması ilə gedən pirolizi 10%

çevrilmədən sonra əvvəlkindən 40 dəfə böyük sürətlə gedir. Reaksiyanın sürətlə getməsinə səbəb,

alınan karboksil qrupunun efir qrupuna aktivləşdirici təsiri ilə əlaqədardır:

3. «Konformasiya» effekti. Makromolekulun konformasiyası dəyişdikdə funksional qrupların

zəncirdəki vəziyyəti dəyişilə bilər ki, bu da onların reaksiya qabiliyyətinə təsir göstərər.

Makromolekulun yumaq yaxud spiral formasında olması funksional qrupların kimyəvi çevrilmə

sürətinə təsir edir.

Spiral formasında peptid rabitələri arasında yaranan hidrogen rəbitələri zülalda olan

çevrilmələrin sürətini azaldır. Yumaq şəklində olan zülallar üçün isə bu çevrilmələr asan gedir.

Konformasiyanın dəyişməsi reaksiyanın aparılma şəraitindən də asılı olur. Məs., yaxşı

həlledicidə reaksiya sürətlə, pis həlledicidə isə nisbətən yavaş gedir, çünkü birinci halda

makromolekul açılmış formada, ikinci halda isə yumaq, spiral və s. formada olur. Aydındır ki, sonuncu

halda funksional qrupların qarşılıqlı təsiri çətinləşir.

4. Konfiqurasiya effekti. Makromolekul zəncirində funksional qrupların fəza vəziyyəti onların

daxil olduğu reaksiyaların sürətinə xeyli təsir göstərir. Müntəzəm quruluşlu polimetilmetakrilatın

hidrolizini misal götürək:

İzotaktik polimetilmetakrilat sindiotaktik və eləcə də ataktik polimerə nisbətən daha böyük

sürətlə hidroliz olunur. Buna səbəb sabunlaşma nəticəsində alınan karboksil qrupu qonşuluqda olan

efir qrupunun hidroliz etməsinə katalitik təsir göstərir. Sindiotaktik polimerdə mürəkkəb efir qrupları

zəncir müstəvisinin müxtəlif tərəflərində yerləşdiyinə görə sabunlaşma zamanı alınan karboksil

qruplarının efir qrupunun hidrolizinə katalitik təsiri yoxdur:

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

9

Bu proses kiçik molekullu birləşmələr üçün də xarakterdir. Belə ki, malein turşusundan 100°C-

də malein anhidridi alındığı halda, fumar turşusu üçün bu reaksiya, hətta 300°C-də çox yavaş sürətlə

gedir.

5. Molekuldüzümlü quruluşlarm təsiri. Başqa effektlərə nisbətən molekuldüzümlü quruluşun

polimerin kimyəvi çevrilməsinə təsirini müəyyən etmək çətindir, çünkü molekuldüzümlü quruluşlar

funksional qrupların bilavasitə reaksiya qabiliyyətinə deyil, onların başqa molekulun təsirinə məruz

qalması imkanına təsir göstərir.

Həm amorf, həm də kristal polimerlər müxtəlif molekul düzümlü quruluşlara malik ola bilərlər və

bu quruluşların xarakterindən asılı olaraq kiçik molekullu birləşmə molekulunun polimerə diffuziyası

asan və ya çətin gedə bilər. Bu isə aydındır ki, zvenonun yaxud funksional qrupun çevrilmə

dərəcəsinə təsir göstərməlidir. Kiçik molekullu birləşmə ilə toxunma zamanı ilk növbədə polimerin

səthində olan funksional qruplar reaksiyaya daxil olur.

Polimerin daxili təbəqələrində olan funksional qrupların qarşılıqlı təsirdə olması

makromolekulların yerləşmə (qablaşma) sıxlığından asılı olur. Amorf polimerlərdə yerləşmə sıxlığı

kiçik olduğundan polimer «boş», «yumşaq» olur və kiçik molekullu birləşmənin ona diffuziyası

asanlaşır.

Kristal polimerlərdə makromolekulların yerləşmə sıxlığı böyük olduğundan polimerə diffuziya

çətindir və reaksiya sürəti də aşağıdır.

Polimer özülü axıcı hala keçdikdə molekul düzümlü quruluşlar dağılır və polimerin ayrı-ayrı

sahələrində funksional qrupların reaksiyaya daxil olması imkanı bərabərləşir. Məs., iri sferolitli

polipropilen xırda sferolitli polipropilenə nisbətən daha çətin oksidləşir.

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

10

Praktikum / Sərbəst araşdırma

Vinil qrupu saxlayan monomerlərin sintezi və polimerləşmənin gedişatına təsir edən amillər

haqqında ətraflı məlumat

Testlər

1. Birgə polimerləşmə nəticəsində alınan polimerlərin əksəriyyəti hansı quruluşda olurlar?

A) Qeyri-müntəzəm

B) Müntəzəm

C) Xətti

D) Spiralvari

E) Sindiotaktik

2. Monomerlərin sayı artdıqca birgə polimerləşmənin xarakteri necə dəyişilir?

A) Mürəkkəbləşir və tədqiqi çətinləşir

B) Sadələşir və tədqiqi asanlaşır

C) Mürəkkəbləşir və tədqiqi asanlaşır

D) Sadələşir və tədqiqi çətinləşir

E) Heç biri

3. Hansı halda birgə polimerin tərkibi monomer qarışığının tərkibi ilə eyni olar?

A) r1= r2=1

B) r1>r2

C) r1<r2

D) r1>>r2

E) r1<< r2

4. Hansı halda birgə polimerin tərkibi M2 monomeri ilə daha zəngin olur?

A) r1<1 və r2> 1

B) r1>1 və r2> 1

C) r1<1 və r2<1

D) r1>1 və r2<1

E) r1=1və r2=1

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

11

5. Radikal birgə polimerləşmə nəyə deyilir?

A) Kimyəvi tərkibinə görə fərqlənən iki və daha artıq monomerin birlikdə polimerləşmə

reaksiyasına

B) Kimyəvi tərkibinə görə fərqlənməyən iki və daha artıq monomerin birlikdə polimerləşmə

reaksiyasına

C) Əlavə məhsulların alınması ilə gedən reaksiyalara

D) Kation və anion polimerləşmə reaksiyalarına

E) Heç birinə

6. İzobutilenin az miqdar (1-5%) izoprenlə birgə polimerləşməsi nəticəsində nə alınır?

A) Butil kauçuku

B) Polivinilxlorid

C) Poliizopren

D) Polistirol

E) Heç biri

7. Müntəzəm quruluşlu birgə polimerlərin makromolekullarında müxtəlif tərkibli zvenolar bir-biri

ilə necə birləşirlər?

A) Ciddi ardıcıllıqla

B) Nizamsız

C) Şaxəli

D) Bir-biri ilə birləşmir

E) Heç biri

8. Hansı reaksiyalar vasitəsi ilə homopolimerləşməyə daxil olmayan bir çox monomerlər

əsasında polimerlər almaq mümkün olur?

A) Birgə polimerləşmə

B) Polikondeksləşmə

C) Kation polimerləşmə

D) Anion polimerləşmə

E) Heç biri

Fayl http://adpu.edu.az portalından götürülüb. Müəlliflik hüquqları qorunur. Təkrar çap zamanı istinad vacibdir.

12

9. Hansı birgə polimerləşmə reaksiyaları daha ətraflı öyrənilmişdir?

A) İki müxtəlif monomerin iştirak etdiyi binar birgə polimerləşmə reaksiyaları

B) İki eyni monomerin iştirak etdiyi birgə polimerləşmə reaksiyaları

C) Bütün birgə polimerləşmə reaksiyaları

D) Çoxlu sayda eyni monomerin iştirak etdiyi birgə polimerləşmə reaksiyaları

E) Heç biri

10. verilmiştənlikdə r1 və r2 kəmiyyətlərinə adlanır?

A) Monomerlərin nisbi aktivliyi və yaxud birgə polimerləşmə sabitləri

B) Monomerlərin kütləsi

C) Monomerlərin həcmi

D) Monomerlərin reaksiyaya daxil olan miqdarı

E) Heç biri

Ədəbiyyat

1. Əkbərov O.H., Əzizov A.Ə., Əkbərov E.O. Yüksək molekullu birləşmələr kimyası. Bakı,

Universitet nəşr., 2004

2. Əkbərov O.H., Əzizov A.Ə. Yüksək molekullu birləşmələr kimyası, Bakı, Universitet nəşr.,

2007