M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu...

104
Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı 1 AĞASƏN BƏDƏLZADƏ MƏHƏRRƏM HÜSEYNOV: ELMİ VƏ POETİK TƏFƏKKÜRÜN PARLAQ İŞIĞI "Elm və təhsil" BAKI-2018

Transcript of M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu...

Page 1: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

1

AĞASƏN BƏDƏLZADƏ

MƏHƏRRƏM HÜSEYNOV: ELMİ VƏ POETİK TƏFƏKKÜRÜN

PARLAQ İŞIĞI

"Elm və təhsil" BAKI-2018

Page 2: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

2

Elmi redaktoru: B.Ə.Xəlilov filologiya üzrə elmlər doktoru, professor

Rəyçilər: M.Q.Allahmanlı filologiya üzrə elmlər doktoru, professor

F.R.Xalıqov

filologiya üzrə elmlər doktoru, professor

Ağasən Mehdi oğlu Bədəlzadə. Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı. Bakı, 2018, 104 səh.

Kitabda müəllifin M.A.Hüseynov haqqında, onun elmi və bədii

yaradıcılığı, bədii sözün müxtəlif problemləri ilə bağlı yazılmış məqalələri və

şeir nümunələri toplanmışdır. Aşıq yaradıcılığına, bədii dil və üslubiyyat

məsələlərinə, poetik yaradıcılığın aktual problemlərinə həsr olunmuş yazılar

müasir ədəbi-nəzəri düşüncənin faktları kimi əhəmiyyət kəsb edir.

ISBN 978-9952-8176-0-7

© «Elm və təhsil», 2018

Page 3: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

3

GİRİŞ: ELMİ İSTEDADI MƏNƏVİ DÜNYASINA

YARAŞAN ALİM

Adətən elmi təfəkkürdən danışarkən, çox vaxt onu insan emosiyalarından təcrid olunmuş şəkildə düşünənlər də vardır. V.İ.Lenin bu mənada sərrast fikir söyləmişdir. O, belə deyirdi: «İnsan emosiyası olmadan insanın həqiqət axtarışı heç vaxt olmamış, yoxdur və ola da bilməz».

Bəzən dilçilik elmindən danışarkən onu quru, sxematik emosiyadan uzaq, riyazi anlayışa yaxın elm sahəsi, necə deyərlər, poeziyadan məhrum elm hesab etməklə dilin poetikasından xəbərsiz olduqlarını göstərirlər. Halbuki məşhur riyaziyyat alimi Veyerşkas deyirdi ki, qəlbən şair olmadan əsl riyaziyyatçı da olmaq mümkün deyil. Belə bir faktı da unutmaq olmaz ki, orta əsrlərdə hətta bir çox elmi fikir və tədqiqatları, nəzəri fikirləri poetik formada yazırdılar, hətta məktəb və mədrəsələrdə əlifbanı da şeir şəklində tədris edirdilər. Bualo özünün «Poeziya sənəti» adlı elmi-nəzəri fikirlərini, nəzəri tədqiqatını şeir dili ilə ifadə etmişdir. Axı sözün poetik funksiyası onun adi informativ funksiyasından fərqlənir. Poetik funksiya daşıyan əlamətlər poetizmlər adlanır. Elə bu da sübut edir ki, hətta dialektik məntiqə yox, adicə formal məntiqə görə də ən yaxşı fikir emosionallıq, ekspressivlik olmadan ürəklərdə və beyinlərdə özünə yer tapa bilməz. Sözün ekspressivliyi, ahəngdarlığı, yerində işlədilməsi fikrə yeni bir istiqamət də verə bilər. Belə bir qədim rəvayət var: «Günlərin birində bir şah qorxulu yuxu görür və rəmmalları, yuxuyozanları çağırıb tələb edir ki, onun yuxusunu yozsunlar. Rəmmallardan biri yuxunu belə yozur: «Şah sağ olsun, bu yuxu göstərir ki, sizin bütün qohum-əqrabalarınız sizdən tez öləcək.» Şah bu sözdən hirslənir və rəmmalı cəzalandırır: «Əgər mənim bütün qohum-əqrabalarım məndən tez öləcəksə onda mənim yaşamağımın nə

Page 4: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

4

mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal birinci rəmmalın dediyini bir sözün yerini dəyişməklə belə deyir: «Şah sağ olsun, siz bütün qohum-əqrabalarınızdan çox yaşayacaqsınız». Bu sözdən şahın eyni açılır və əmr edir ki, bu rəmmala 100 qızıl versinlər.» Niyə? Ona görə ki, rəmmaların hər ikisinin dediyi bir olsa da, mahiyyətcə eyni olsa da, «yaşamaq» sözü ilə «ölüm» sözü antonim kimi səslənmir. «Yaşamaq» sözü fikrə müsbət, nikbin ahəng verir, «ölüm» sözünü neytrallaşdırır. Sözün poetikası, obrazlılıq funksiyasından, təkrar edirik, bütün elm sahələrində istifadə etməklə dili «ölülükdən», «soyuqluqdan», «poetik pafosdan» məhrum etmək heç vaxt yaxşı nəticə verə bilməz və mənə elə gəlir ki, dilçilik elmində bu sahəyə daha çox yer ayırmaq lazımdır.

Bu mənada bizim istedadlı dilçi-filoloqumuz, görkəmli professorumuz Məhərrəm Hüseynovun dilin poetikası ilə bağlı gözəl, qiymətli tədqiqatları son dərəcə diqqətə, qiymətə layiq əsərlər sayılmalıdır. Onun sözün poetik funksiyası ilə bağlı tədqiqatları istər-istəməz belə bir fikri söyləməyə haqq qazandırır ki, bu sözə o, şair qəlbi ilə, poetik emosiyalarla yanaşır, zahirən adi görünən sözlərə qəlbinin odunu qarışdırır, sözü dirildir. O, müasir poeziyamızın bir çox nümayəndələrinin poeziyasından gətirdiyi faktik materialla fikrini sadəcə tədqi-qatçı fikri kimi yox, poetik fikir kimi poetik duyğularla qəlbi çır-pınan bir alim kimi özünün orijinal, fitri bir söz vurğunu kimi göstərir. Onu da demək lazımdır ki, alimin sözün poetikası haq-qında tədqiqatları hazır emosiyalardan yox, eyni zamanda ciddi, uzun və ağır, sanballı axtarışlardan, mövzuya dərin məhəbbət-dən doğur. Tədqiqat zamanı onun istifadə etdiyi ədəbiyyat siya-hısı göstərir ki, o, tədqiqat mövzusuna, tədqiqat materialına bütünlüklə hakim olmağı bacarır. Bəzən ədəbi-bədii tənqid de-dikdə tədqiqatçının təhlilə cəlb etdiyi tədqiqatlarını təhlilini təd-qiqatçının yalnız elmi əsər kimi qiymətləndirir, onun işini bədii yaradıcılıq faktı kimi qiymətləndirmirlər, necə deyərlər, tən-qidçinin təhlilini yaradıcılıq faktı kimi göstərmirlər. M.Hüsey-

Page 5: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

5

novun sözün poetikası haqqında yazdıqları əsərlər lirika kimi, mənsur şeir kimi səslənir.

Prof.M.Hüseynovu sırf dilçi adlandırmaq yarımçıq fikirdir. O, həm də istedadlı şair, həm də çox hazırlıqlı ədəbiyyatşünas-dır. Onun «Göyçə» haqqında lirik poeması dediklərimizi təsdiq edə bilər. O, müxtəlif elmlər arasında inteqrasiya, sintez yarada bilir.

İ.Kant deyirdi: «Mənim yaşadığım zamanda elm iki xəstə-liyə yoluxub: birinci xəstəliyin adı –ləyaqətli məqsədin olmama-sıdır». Buna görə də İ.Kant fəlsəfi nəzarətin olmasına ehtiyac duyurdu. Kantın fikrincə, əgər filosofun fəlsəfi gözü yoxdursa (yəni hadisələrə, faktlara fəlsəfi baxışı yoxdursa) onda o, tək-gözlüdür, (Təkgözlü məxluqdur)…..

Mən belə alimləri sikloplar adlandırıram. Belə adamlar elm eqoistləridir və onlara ikinci göz də lazımdır ki, onlar bir elm sahəsində qapanıb qalmasındar və onlar şeylərə başqalarının da gözü ilə baxa bilsinlər. Elmlərin humanistləşdirilməsi yalnız belə bir əsas üzərində dayana bilər. Şeylərə verilən qiymət insanın mənafeyinə uyğun olmalıdır, yəni tam insani qiymət olmalıdır. Kantın fikrincə, alimin ikinci gözü insan ağlının özünü dərkidir ki, bunsuz bizim biliklərimizin böyüklük mizanı yoxdur.

Məhərrəm Hüseynovun tədqiqatları Kantın göstərdiyi bu meyarlara tam uyğundur.

Məhərrəm Hüseynov tədqiqat predmetini hərtərəfli qiy-mətləndirməyi bacarır. Sözün poetikasından da danışarkən o, sö-zün estetik funksiyasını nəzəri və emprik cəhətdən qiymətləndir-məklə yanaşı, özünün intellektində olan gözəllik işartılarını, özünün daxili-estetik duyğularını da ifadə edə bilir, özünün in-tellektual qabiliyyətini göstərə bilir. Kantın dediyi kimi, predme-tin gözəlliyindən ləzzət aldıqca, bu predmetin ləyaqətini də us-talıqla qiymətləndirə bilir. Predmet nə qədər mürəkkəbdirsə, onu qiymətləndirilməsi də eləcə mürəkkəbdir. Elmi gözəllik yalnız öz işini bilən mütəxəssis üçün mövcuddur (bax:İ.Kant. Traktatı i pisğma. İzd-vo «Nauka», Moskva, 1980, str.30).

Page 6: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

6

Prof.M.Hüseynov tədqiqat predmetini candərdi seçmir, onu öz intellektinə, zövqünə, həm də humanist gərəkliliyinə, es-tetik duyğularına, elmi potensialına uyğun seçir, öz fikirlərini uğurla ümumiləşdirə bilir. Müəllif tədqiqatının əsas parametrlə-rini aşağıdakı estetik təlabata uyğun reallaşdırır və belə deyir: «… poeziya oxucuya təqdim edilən poetik ovqatın incə dilidir. Şeirin səs tonu onun daxili-mənəvi dünyasının mənalı hissələri-dir. Müdriklik poeziyanın yalnız fikirlər aləmində yox, eyni za-manda ifadə vasitələrinin şeiriyyətindədir, dilinin ahəngliyində-dir. Şeir nitqə gözəllik verir və estetik zövq mənbəyinə çevrilir» (bax: M.Hüseynov «Poeziya dilinin milli qaynaqları». Bakı, «Elm və təhsil», 209, s.4).

Beləliklə də, M.Hüseynov tədqiq etdiyi poetik faktın este-tik təhlilini verməklə bərabər, özünün də elmi-estetik istedadını, estetik fikir potensialını nümayiş etdirə bilir. Müəllif 60-80-ci illərin ədəbi intibahının səbəblərini, inkişaf mühitini göstərir, bütöv bir pleyadanın poeziyasını təhlilə cəlb etməklə, onların hər birinin yaradıcılıq laboratoriyasına daxil olmağı bacarır, bu yaradıcılığın ümumi istiqamətini, estetik qiymətini ümumiləşdi-rə bilir. Fakt bolluğu onun təhlili üçün aydın nəzərə çarpan este-tik kredosudur. Şəxsən mən bu istedadlı alimin yaradıcılığını poeziya nümunələri kimi oxuyuram və dərin estetik zövq alıram. Onun fikirləri, elmi ümumiləşdirmələri təsadüfi söz oyunu kimi, təsadüfi intellekt işartısı kimi yox, dərin təfəkkür süzgəcindən keçən, emprik müşahidə və duyum qüdrətindən doğan, canlı, hərarətli fikirlərdir, elmə söykənən fikirlərdir. İmprevizasiya de-yil, təsadüfi tapıntılar deyil,. Onun elmi nəticələri rassional xarakter daşıyır.

M.Hüseynov öz sözünü deyir. Tutuquşu kimi başqalarını yamsılamır. Onlar eşitdikləri səsi yalnız təqlid edirlər, amma de-diklərini özləri də başa düşmürlər. O, qəlbinin bütün hərarəti, yanğısı ilə, necə deyərlər, sözləri bişirib üzə çıxarır, çünki bu hə-rarətdən kənar olan fikirlər əriyib əsas fikir magistrantına qoşula bilmir, əcaib görünür. Məşhur italyan heykəltəraşı Çellarini «Tunc atlı» abidəsini yaradırmış. O ərimiş metalı qəlibə tökəndə

Page 7: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

7

başa düşür ki, metal azdır. Ona görə də camaata müraciət edir ki, kimdə metal varsa, gətirsin. Adamlar da onun müraciətini eşidib, cəngəl, bıçaq, qazan, sini və s. gətirib heykəltəraşın emalatxana-sına yığırlar. Heykəltəraş abidəni başa çatdırır, lakin abidənin örtüyü açılanda qəribə bir mənzərə görünür. Atın burnundan çəngəl, quyruğundan isə qaşıq sallanır. Sən demə, camaat çən-gəl, bıçaq gətirincə ərimiş metalın temperaturu enib və bu istilik çəngəl-bıçağı əridə bilməyib. Bədii obrazların yaradılmasında da fikirdə də, əsəri qiymətləndirdikdə gərək qəlbin yanğısı fikri əridə bilsin. Bu yanğı olmadıqda soyuq sözlər əriməmiş, həmin metal qırıqları kimi əsas aparıcı fikrin burun-qulaqlarından asılmış kimi görünür.

Tənqid sözü «nəqd» kəlməsindəndir., «nəqd» sözü isə yax-şını pisdən ayırmaq mənasındadır. Orta əsrlərdə tənqid termini kimi «elmi-nəqd» ifadəsi işlənirdi. Bu sözün mənası isə yaxşını pisdən seçmək, ayırmaq deməkdir, xalis qızılı nəqd qızıldan ayırmaq deməkdir. Tənqid elminə ona görə «elmi-nəqd» deyir-dilər ki, nəqqad bir qəlp şeyi xalis qızıl içərisindən çıxarsın, elə-cə də tənqidçi, tədqiqatçı təmiz, nöqsansız sözü qəlp sözdən ayı-ra bilsin, sözə düzgün, obyektiv qiymət verə bilsin (Bu barədə bax: Kamal Talıbzadə. Seçilmiş əsərləri. Azərbaycan Dövlət Təşriyyatı, Bakı, 1994, s.22).

M.Hüseynovun tədqiqat obyekti son dərəcə geniş və əha-təlidir. Onun tədqiqata cəlb etdiyi şairlərin sayı isə çox və onla-rın yaradıcılıq siması da rəngarəngdir. Tədqiqatçı üçün elə potensial qüvvə lazımdır ki, bunların hamısının fərqli yaradıcılıq səciyyəsini versin və öz fikirlərini vahid bir konsepsiya üstündə birləşdirə bilsin.

Müəllifin elmi qənaətləri, ümumiləşdirmələri aydın, səlis və həqiqətə uyğundur. Uzun zəhmət tələb edən bir alim axtarışı-nın nəticəsidir. O, həmin orijinal elmi fikirlərini hazır şəkildə, təsadüfən tapmamışdır, hazıra nazir olmamışdır.

Məşhur fizik Lorens belə bir maraqlı rəvayət söyləyir və bu rəvayəti belə bir həqiqətə nümunə gətirir ki, tədqiqatçının özünün «qabında» fikir enerjisi potensialı olmasa, o təsadüfən

Page 8: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

8

tapdığı, eşitdiyi fikirlərin hökmü altında qalacaq, öz analiz qabiliyyətini itirəcək. Alimin gətirdiyi misal bundan ibarətdir: «Bir dəfə iki gənc dünya səyahətinə çıxır. Onlar təsadüfən elə bir şey tapırlar ki, onu heç vaxt axtarmaq haqqında fikirləşmə-mişdirlər, onu arzulamamışlar və tapıntının mahiyyəti nədir, onu da bilmirlər, ancaq sadəcə olaraq tapıntıya ona görə sevinirlər ki, onun nə olduğunu bilməsələr də, axırı nə isə tapıblar». M.Hüseynovun tapdığı həqiqət, yəni elmi mühakimələri, faktlar gərgin axtarışların bəhrəsidir.

Bəzi tədqiqat tipli əsərlərdə fikir, qərar son dərəcə ağır, ritorik anlayışlarla yüklənmiş olur və bu təmtəraqlı, özü də irra-sional fikirlər əsas məqsədi kölgələyir, qaranlıqlaşdırır, əsas fikir aydın olmur. Fikir abstrakt anlayışlarla elə yüklənir ki, o tərpənə bilmir, çünki fikir öz dinamikasını itirir, rebusa çevrilir. Fikir yüklənir və ona görə də sürüklənir.

Fizikada işığın interferensiyası deyilən bir anlayış var: İki işıq dalğası toqquşanda qaranlıq yaradır. Bəzi tədqiqatçılar fos-for parıltısı ilə dolu, mücərrəd, təmtəraq fikirləri ilə toqquşdu-rurlar ki, bu saxta parıltılardan adamın gözləri qamaşır və əsas mətləbin işığı görünməz olur. Necə deyərlər, bir var ki, istedadlı, dərin qatlı, məramı xoş təfəkkür, bir də var ki, istedadı yox, üstüdadlı, içi boş fikir dumanı mətləbi qaranlıqlaşdırır. Onun mühakimələri dup-duru, aydın, tər-təmizdir və asanlıqla qavra-nılır.

Dahi K.Mars bu barədə gör nə qədər dəqiq fikir söyləyir: «Aydın söz aydın təfəkkürün məhsuludur». Məşhur fransız yazıçısı Rablenin «Qarqantua və Pantoqruel» romanında buna oxşar bir epizod var. Bu daha doğrusu, parodiyadır. Bu epizodda deyilir ki, iki əyan arasında çəkişmə yaranır. Ona görə də onlar məhkəməyə müraciət etməli olurlar. Lakin məhkəmə nə qədər cəhd edirsə də, mübahisəni kəsə bilmir. Çünki nə iddiaçının, nə də cavabdehin çıxışında mübahisə predmeti aydın olmur. Hər ikisi çox dumanlı şəkildə danışır. Vahid bir mövzu yoxdur. Opponentlər bir-birinə qulaq asmadan, bir-birinə etiraz edirlər. Buna görə də bu mübahisəni Pantoqruel kəsməli olur. O da belə

Page 9: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

9

bir hökm çıxarır ki, bundan heç nə başa düşülmür, amma oppo-nentlər özü də heç nə başa düşməsələr də, verilən hökmlə razıla-şırlar.

Professor Məhərrəm Hüseynovun bütün tədqiqat əsərlərin-də fikirləri dupduru suları xatırladır. Bu suların içərisində quru da aydın görünür, yaş da, çör-çöp də aydın görünür, daş da. Bu-nu onun bütün yazılarında – həm monoqrafiyalarında («Yazıçı-nın dili və üslubu», İrəvan, 1981); «Romanın üslub zənginliyi», Bakı, 1990; «Şeirşünaslıqda dil sənətkarlığı, Bakı, 2007: «Dil və poeziya», Bakı, 2008; «Poeziya dilinin milli qaynaqları», Bakı, 2009; «Sözün poetikası», Bakı, 2010; «Səsin poeziyası», Bakı, 2010; «Janr, zaman və ədəbi qəhrəman», Bakı, 2012; «Poetik frazeologiya», Almatı, 2013; «Aşıq Ələsgərin söz ümmanı», Ba-kı, 2017, dərs vəsaitində («Linqvistik təhlilin elmi-metodik əsas-ları», Bakı, 2017), publisistika və bədii əsərlərində («Göyçə nis-gili, Şorca xiffəti», Bakı, 2014; «Göyçə gölü», Bakı, 2015; «Göyçə həsrətinə həsrət qalaydım», Bakı, 2017; «Əzizxan», Ba-kı, 2018), çoxsaylı elmi məqalələrində və s. açıq-aşkar duyuruq. Elmdə nə əvvəl var, nə də axır. Əsl elm yoluna düşən alim üçün həmişə tədqiqat obyekti də var, tədqiqat enerjisi də. Məhərrəmin sözün poetikası ilə bağlı fikirləri hələ tükənməzdir və mən ona tükənməz həyat eşqi, həyat enerjisi arzulayıram. Mənəvi təmizliyinə qəlbən inanmaqla…

Ağasən Bədəlzadə

filologiya üzrə elmlər doktoru

Page 10: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

10

BİR SÖZ ÜMMANININ

KAMİL QƏVVASI

Məhərrəm Hüseynov sözün ən dürüst mənasında geniş və dərin filoloji təfəkkür diapozonu və orijinal fəhmilə seçilən, dilçilik elmində artıq özünə layiqli və halal yer tutan istedadlı alimimizdir. Özü də o, öz mənəvi təmizliyi, daxili zənginliyi ilə, elmi fikri dar çərçivədən, tapdanmış yoldan, “Prokurust çarpa-yısından” qoparan romantik dilçidir. Dilçi və romantik sözlə-rinin bir yerdə işlənməsi bəzilərinə paradoksal görünə bilər. Çünki uzun zaman dilçilik elmini quru, sxematik, romantikadan kənar elm hesab edənlər də olub. Hətta “riyazi dilçilik” nəzəriy-yəsi meydana çıxandan sonra həmin məhdud, obıvatel düşüncəli alimlər bu ifadəyə arxalanaraq, dilin romantikasını, poeziyasını bir dəfəlik dananlar da meydana çıxdı: Riyaziyyat hara, roman-tika, poeziya hara?

Məşhur riyaziyyatçı Veyerstasın sözləri həmin fikirlərin külünü göyə sovurdu: Qəlbən şair olmadan əsl riyaziyyatçı ol-maq mümkün deyil.

Axı hər hansı bir predmetdə, hadisədə, faktda romantik ün-sürü üzə çıxaran hərarətli ürək lazımdır! Ömər Xəyyam kimi! Vaxtilə Frensis Bekon deyirdi: “Biz tarix elmindən müdriklik, poeziyadan ağıllılıq, riyaziyyatdan fərasətlilik, təbiət elmlərin-dən dərinlik, özü də emprik fəlsəfi dərinlik, mənəvi zənginlik, ciddilik, məntiq və ritorikadan – mübahisə bacarığı öyrənirik”.

Frensis Bekon ona görə dilçilik elminin adını çəkmir ki, o, dilin özünü də poeziya hesab edirdi. Bir halda ki, poeziya dilsiz mümkün deyil, ən füsunkar poeziya belə yalnız dilin qüdrətilə ifadə olunur, onda dilə başqa saxta bər-bəzək – nə lazımdır! Dil poeziyanın yaradıcılığı, himayədarı bünövrəsi və poeziyanın cövhəridir. M.V.Lomonosov dövründə bütün mövcud elm sa-hələri gözəl xanımlar surətində dairəvi şəkildə təsvir edilmişdi və bu dairənin başında Dilçilik elminin obrazlı şəkli yerləşirdi. Yəni dilçilik bütün elmi fikirlərin, nəzəriyyə və postulatların

Page 11: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

11

yeganə ifadə vasitəsidir. Yaponların Dövlət Büdcəsinin böyük bir qismi Dilçilik elminin inkişafına ayrılır. Axı dil olmasa, bəşər mədəniyyətinin reallaşması da absurt olardı. Qədim dialektiklər belə hesab edirdi ki, bütün şeylər haqqında həmişə bir-birinə zidd rəylər olur. Ona görə də həmin dialektiklər mübahisə edərkən onu nəzərdə tuturdular ki, hər hansı bir şeydə bu ziddiyyətləri nəzərə almaq vacibdir. Amma mən yuxarıda dilə verilən qiymətdə qətiyyən ziddiyyət görmürəm. Dil yalnız ünsiyyət vasitəsi deyil, o həm də fikirlərin inteqrasiya vasitəsi, ən dəruni duyğuların, gerçəkliyi insan duyğularının musiqisi, dramatizmi, dialektikasıdır, insanı vəhşilərdən ayıran ən güclü fenomendir. Dil metafizik düşüncəyə sığmır!

Dil ən vacib və qiymətli materiyadır! Professor Məhərrəm Hüseynov elmi yaradıcılığının mü-

hüm bir hissəsini dilin əsas materialı olan sözün poetikasına, es-tetikasına, hətta sözün dialektikasına həsr eləmiş və onun tədqiqatları poeziyanın özü qədər cazibədar, oxunaqlı və ürəyə yatandır. Dili bəzən quru, emosionallıqdan uzaq hesab edənlər ona əsaslanır ki, oxuduqları tədqiqat əsərlərində doğrudan da quru, döyənək olmuş, şablon ifadələr tədqiqatın poeziyasını məhv edir. Dilçilikdə elə “problemlərdən” danışırlar ki, bunların praktikada heç bir əhəmiyyəti yoxdur, belə alimlər dil faktlarının parçaları kimi “taqqastrukla” bir-birinə vurub, onlardan oyuncaq kimi istifadə edir, faktları elmi mühakiməyə çevirə bilmir və onların fikirləri susuz xəmir kimi ovxalanıb bükülür.

Mən Məhərrəm Hüseynovun dilin poetikası haqqında tədqiqatlarının özünü poeziya kimi qəbul edirəm A.S.Puşkinin və V.Q.Belinskinin bəzi müasirləri belə deyirdilər ki, Belins-kinin Puşkin haqqında məqalələrindəki poeziya bəzən Puşkin poeziyasında da güclü görünür. Ona görə də V.Belinski oxucunu dediklərinə inandıra bilirdi. Vaxtilə Belinski şair Benedikovu az qala kult kimi göylərə qaldıran oxucu kütləsinə inandırdı ki, Be-nediktovun dörvlər poeziyası qəlp poeziyadır, qəlb poeziyası de-yil. Belinskinin Benediktov haqqında yazdığı ciddi məqalələrin-dən sonra xalq bu şairi bir daha oxumadı. Belinskinin “Qoqola

Page 12: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

12

məktubu Qoqolu ayıltdı, alman dahisi Hoteni tənqid edən Mentselə sərrast cavabı Menseli gözdən saldı.

Bəzən istedadsız tənqidçilər çox istedadlı, yaxud məşhur bir yazıçı haqqında ona görə yazmağa çalışır ki, qoy onunda adı bu məşhur adamın adı ilə bərabər çəkilsin, onun tədqiqatçısı hesab edilsin. Bu fakt adamın yadına İ.A.Krılovun bir təmsilinı salır. Günlərin bir günü Qartal yem üçün yerə baxır. Yerdə gəzən bir böçək Qartalın ayağından yapışır. Qartal göyə uçarkən güclü bir külək əsir. Qartalın ayağından yapışan böçək əvvəlcə sevinir ki, mən də Qartalla bərabər göylərin ənginliyinə qalxmı-şam. Birdən qəfil əsən külək böcəyi Qartalın ayağından qoparıb yerə tullayır. Qartal isə heç bir şey olmamış kimi qanadlarını şaqqıldadıb öz uçuşuna davam edir. Yəni Qartal yenə qartallı-ğında qalır! Böcəyin iddiası onun məhvinə səbəb olur!

Məhərrəm Hüseynov heç vaxt bu yolla getmir! Hansı şairin şeirlərində həqiqi poeziya varsa, onun yaradıcılığının cid-di təhlilinə keçir. Məhərrəm Hüseynovun öz dili də elə poeziyanı xatırladır! Sakit, təmkinli, lirika səpgili, sadə və an-laşıqlı. O, bəziləri kimi sadə bir poeziyanın təhlilini rebusa çevirmir və qəliz dillə yaxşı bir poeziyanı gözdən salmır.

XIX əsrin sonunda və XX əsrin əvvəllərində “Yeni hegelçilər” deyilən bir fəlsəfi təlim ingilis fəlsəfəsində hakim mövge tutmuşdu. Onlar ağıla gəlməz dərəcədə mücərrəd, anlaşılmaz fəlsəfi sistemlər yaratmış, fəlsəfi təfəkkürün in-kişafında çıxılmaz bir vəziyyət yaratmışdılar. Həmin dövrdə belə bir mücərrəd fəlsəfi sistemin əskinə olan yeni dünyagörüş yarandı – bu, analitik fəlsəfə idi Corc Mur bu fəlsəfi təlimin banisi oldu. Corc Mur deyirdi ki, biz dili düzgün tətbiq etməyəndə o, reallıq haqqında heç nə demir. Corc Mur çalışırdı ki, təfəkkür və dil üçün elə bir model, elə bir paradiqma tapsın ki, onun tətbiqi nəticəsində fəlsəfənin, məntiqin dilində heç bir anlamsızlıq olmasın. C.Mur belə düşünürdü ki, filosofların, xüsusilə mütləq idealistlərin (“Yeni hegelçilər”in təqsiri üzündən fəlsəfənin təfəkkür tərzi və dili korlanmış onun metod və ideologiyasında xroniki anlaşılmazlıq və dolaşıqlıq xəstəliyi

Page 13: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

13

kök salmışdır. (Bu barədə bax: Fərman İsmayılın “Müasir Qərb fəlsəfəsi. Fəlsəfə və analiz. Azərnəşr. Bakı, 1991, səh.98)

Corc Mur onu demək istəyirdi ki, mücərrəd və anlaşılmaz dil ən sadə fikri də mürəkkəbləşdirə bilər. Əgər Corc Mur fəlsəfi təlimi sadələşdirmək üçün yeni bir dil modeli axtarırdısa, Məhərrəm Hüseynov bu modeli elə xalqımızın öz sadə dil quruluşunda tapmışdır, sadə, anlaşıqlı dil modeli.

Professor Məhərrəm Hüseynov dilin poetikası ilə yalnız dissertasiya naminə yox, ümumən doğma dilin poeziyasına fitri vurğunluğuna görə böyük bir ehtirasla baş vurur və öz tədqiqatları ilə bu sahədə bir sistem yarada bilir. Və o, böyük Aşıq Ələsgərin söz ümmanına bir qəvvas cəsarətilə nüfuz edib, bu ümmandan çox qiymətli inciləri üzə çıxarır və öz tədqiqat səriştəsi ilə dahi Füzulinin bir beytini yada salır!

Olmayan qəvvası – bəhri – mərifət, arif degil Kim, sədəf – tərkib – təndir, lölöyi – şəhvar söz. Yəni mərifət dənizinin qəvvası olmayanlar, söz ümmanına

baş vurmayanlar heç vaxt dərk edə bilməzlər ki, insan bədəni bir dəniz sədəfidir, bu sədəfin tərkibindəki şahanə insi isə elə sözün özüdür. Məhərrəm Hüseynov məhz bir söz ümmanına, Aşıq Ələsgərin söz ümunanına baş vurur və ümmanın çox qiymətli incilərini üzə çıxarır. Bu ümman Aşıq Ələsgərin sinəsi, ləl, mirvarilər isə onun müdrik kəlamlarıdır:

Şairin sinəsi haqq bazarıdı Satdığı kəlmələr ləl, mirvariddir. Mənə elə gəlir ki, təkcə poeziyada yox, hər bir elm sa-

həsində təkcə intellekt, yaradıcılıq enerjisi, tədqiqatçılıq səriştəsi elmi təfəkkür yox, həm də bütün bu xüsusiyyətlərə təkan verən qəlb atəşi, güclü romantik vüsət də çox vacibdir.

Məhərrəm Hüseynov Aşıq Ələsgər poetikasının təhlil edərkən təhlili yalnız sırf linqvistik aspektdə lokallaşdırmışdır. O, bir həssas dilçi, erudisiyalı ədəbiyyatşünas, sözün yaxşı mənasında estetik, aşıq şeirinin füsunkar gözəlliklərini dərindən dərk edən bir qəlb sahibi, könül sərrafı kimi mötəbər söz deyir. O, sözün zahiri parıltısını, leksikasının zənginliyini təhlillə

Page 14: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

14

məhdudlaşdırmır, sözün içərisinə, məğzinə nüfuz edir, sözün musiqisinin yaranmasını təşkil edən, söz cövhərini bütünlüklə açıb tökən bir sərraf kimi çıxış edir. Aşıq Ələsgər şeirlərində bənzətmə fiqurları o qədər kamildir ki, bədahətən deyilən bu şeirlərdəki sənətkarlığı əcnəbi oxucuya – ruhu Azərbaycanlı ruhu olmayan oxucuya möcüzə kimi gəlir. Məlumdur ki, təsbeh və metaforalarda bənzəyənlə bənzədilən arasındakı oxşarlıq tə-nasübü, miqyası müəyyən bir hüdudla şərtlənməli, ölçü hissi it-məməli, obrazın hipertrofiyası deyilən bir forma yaranmamalı-dır. Əgər tərənnüm olunan gözəl bir ceyrana bənzədilirsə o za-man ceyran bədəninin müəyyən bir komponenti – onun zərifliyi, məsumluğu epitet kimi götürülür, onun (gözəlin) yaşılbaş sona-ya bənzədilməsi zamanı sonanın üzməyinin, hərəkətlərinin rə-vanlığı, onun su üzündə yaratdığı mənzərə epitet və metaforun ümumi harmoniyasını təşkil edir. Aşıq – şair gözəlliklər içərisin-dən bu vacib tərkibləri – komponentləri düzgün seçə bilmədikdə poeziya yoxsullaşır, bu təsvir ifrata varanda bənzətmə təhrifə, hətta karikaturaya da çevrilə bilər. Böyük Sabirimizin əcaib obrazına çevrilə bilər. Burada bir məsələni də xüsusilə qeyd et-mək vacibdir. Dünya ədəbiyyatında – xüsusən lirikasında (poeziyasında) təsbeh və metaforların yaranması da müəyyən mənada milli psixologiya, təbiətə, varlığa, gözəlliyə, stercotip-ləşmiş baxışla, adət və tarixən formalaşmış münasibətlərlə şərt-lənir. Məsələn, Homerin İliada poemasından ilahə Afina bayquş gözlü epiteti ilə tərənnüm edilir, halbuki Şərq poeziyasına gö-zəlin gözlərini bayquş gözünə bənzətmək gözəli karikaturaya çe-virmək demək olardı. Amma bu epitet yunanlar üçün tamamilə təbii görünmüşdür və onların təsəvvüründə bayquş gözləri hansı müsbət bir natural gözəlliyisə xatırladırmış, yaxud klassik ərəb poeziyasında xüsusən Hicaz lirikasında gözəlin gedişi, hərəkəti ilanın gedişinə bənzədilir. Yapon poeziyasında da bənzətmələr onların artıq əsrlər boyu formalaşmış gözəllik anlayışları və təsəvvürləri ilə formalaşmış və hətta normalaşmışdır. Bu məna-da Azərbaycan poeziyasında bədii təsvir, bədii ifadə vasitələri son dərəcə zəngin olmaqla bərabər, həm də bədii məntiqə, bən-

Page 15: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

15

zətmənin məntiqinə tam uyğunlaşdırılır. Aşıq Ələsgərin “Sarı-köynək” rədifli qoşması müstəsna estetik çalarları ilə bizi valeh edir. Təsvirdə gözəlin bütün hərəkətləri, görünüşü onun hərəkət-lərinə uyğun olaraq rəngarəng epitet və metaforlarla müşaiyət olunur, bənzətmələr standartlıqdan çıxır, müxtəlif vəziyyətlərə görə bu bənzətmə premetlərinin formaları getdikcə artır. Gözəlin cilvələnməsinin nə olduğunu ancaq Aşıq Ələsgər ruhunu daşıyan bir sənətkar dərk edə bilər. “Mələksən, çıxmısan cənnət bağından”. Ələsgər gözəli mələyə oxşadarkən onu cənnət məkanı ilə bağlamağı vacib bilir. Çünki mələk əfsanəvi cənnət xidmətçisidir. Bu şeirdə gözəlin sifətinin Aya bənzədilməsi də, bu gözəlin gözəlliyinin heç kəsə tay olmaması da bədii məntiqə uyğunlaşdırılmış, hər söz, ifadə öz yerində işlədilmişdir və qafiyələrin hər birinin ayrıca estetik funksiyası konkretləşmişdir: “Göndər gəlsin Ələsgərin xələtin” misrası da qətiyyən formal xarakter daşımır və Ələsgər “xələt” dedikdə qətiyyən nəməri nəzərdə tutmur. Aşıq Ələsgər üçün gözəlin əli dəyən, onun əlindən çıxan nəmər, gözəlin təmas etdiyi, nəfəsi dəydiyi hər şey gözəllik aşiqi üçün ilahi bəxşiş, ilahi mükafat olmaqla bərabər aşıq üçün mistik bir talısmandır, təbərrükdür. Məhərrəm Hüsey-nov öz kitabında belə sənətkarlıq xüsusiyyətlərinə dərindən nü-fuz edən bir alim kimi bizi, həm də Aşıq Ələsgərin ruhunu büs-bütün razı salır. Aşıq Ələsgər bir gəraylısında belə bir söz deyir: “Dişlərin dürri-gövhərdir; sərrafıyam, qanıram mən. Bu misralar onu sübut edir ki, aşıq gözəlliyini bütün zəngin ensiklopediyası-na bələddir və necə deyərlər, bu mənada o tamam ixtisaslaşıb.

Aşıq Ələsgər təbiət gözəlliklərini də misilsiz sərrafı və sehrkarıdır. Yəni onun təbiət lirikasında da yuxarıda dediyimiz poetik məziyyətləri görə bilərik. Aşığın məşhur “Dağlar” rədifli şeirində (qoşmasında) təbiət gözəlliyi ilə təsvir gözəlliyi elə sin-tez olunub ki, oxucu təbiət gözəlliklərinin təsəvvür edə - edə, həzm edə-edə eyni zamanda sözün gözəlliyini də eyni zövqlə, paralel olaraq həzm edə bilir. Bu harmoniya bizi həyata yaşa-mağa sevgiyə çağırır, o real dünyanı, nisyə dünyaya dəyişə bil-mir.

Page 16: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

16

Həsənnənə, Həsənbaba qoşadı, Xaçbulaq yaylağı bir tamaşadı Arsız aşıq elsiz necə yaşadı Ölsün Ələsgər tək qulların, dağlar!

Aşıq Ələsgər əvvəlcə iki qoşa dağın fitri gözəlliyini əlavə,

artıq, lüzumsuz bənzətmələrlə bəzəmir, iki vüqarlı dağın qoşalığının özünü gözəllik kimi təsəvvürümüzdə canlandırır. Sonra Xaçbulaq yaylağının füsunkarlığını bu gözəlliyə paralel gətirir, təbii estetik bir aləm yaranır. Bu qoşa dağları ensiz-obasız təsəvvür edə bilmir, yəni elsiz-obasız, insanlarsız, bəşərsiz gözəlliyin də absurd olduğunu oxucuya təlqin edir. El-oba bu dağlarsız, yaylaqsız, bu gözəl təbiətsiz, bulaqlarsız, çəmənliklərsiz yaşaya bilməz, ona görə də bu dağlar insana həyat verən varlıqdır, ona səcdə qılmaq, ona qul olmağın özü də təbii hissin duyğunun ifadəsidir. Bundan əlavə qədim türklərdə Dağ kultu da vardı. Yüksək dağ təpələrinin Göyə (Tenqriyə) yaxın olması bu kultu yaratmışdır.

Məhərrəmin təhlilindəki obrazlılıq, təhlilin özündəki lirik ovqat, təhlildə ürəklə dilin sinxron vəhdəti, Ələsgər poezi-yasından gətirdiyi nümunə və faktların bolluğu, fikir və ifadələ-rin aşığa olan dərin məhəbbətlə yoğrulması, quru “yavan tərif-dən” uzaqlaşması, ifadə etdiyi verdiyi analitik hökmlərin elmli-yi, dürüstlüyü savadlılığı, Aşıq Ələsgərə layiq təhlil yolu bizi ra-zı salır. Onun təhlili boş təsvirçilikdən, sxematiklikdən saxta pozadan soyuq, hərarətsiz ibarələrdən xalidir. Ona görə ki, o, Aşıq Ələsgər poeziyasındakı şeir texnikasına da dilin poeziyada, ümumiyyətlə, bədii təfəkkürün ifadəsindəki roluna da, dilimizin leksikasındakı zənginliyinə də yaxşı bələddir və nəhayət o, özü də şairdir. Məhərrəm Hüseynov da olan bu keyfiyyətlərin varlı-ğına mən hələ onun elmlər doktoru, professor olmağından çox-çox qabaq bələdəm. Ümumiyyətlə, sözün həqiqi mənasında fitri istedadı olanların adları qarşısında qarşısında istedadlı sözünü yazmağımız məcburiyyət üzündəndir. Çünki çox zaman “savadlı adam” dedikdə onun elmi dərəcəsini, onun professor olduğunu

Page 17: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

17

nəzərdə tuturlar. Amma həqiqət budur ki, savadsız adamın elmi dərəcə diplomun, professor və akademik diplomunu şişirdib, palaz boyda böyütsək də, onun savadsızlığı bu palazın altından sızıb görünəcək.

Mən fəxr edirəm ki, mənim dostum Məhərrəm belə süni şəkildə proqramlaşdırılmış robot alimlərdən deyil, onun adı və elmi üzərində heç bir fosfor parıltısı, reklam möhürü yoxdur. O, yaradıcının yaratdıqları əsasında bu yaradıcının canlı obrazını və eyni zamanda özünün tənqidçi obrazını əyaniləşdirir.

Həqiqi alimin, həqiqi şairin, milli sərvət olmasını belə bir tarixi təcrübə təsdiq edir ki, 500 ildir ki, Füzulinin şeirləri dövlət büdcəsinə bəlkə də milyonlarla gəlir gətirdiyi halda, yazıq Füzu-linin özü doqquz axsa zəhmət haqqını almaq üçün də başı daş-dan-daşa dəyib. Aşıq Ələsgər poeziyası da mərhum Heydər Əli-yevin çox sərrast ifadə elədiyi kimi böyük milli sərvətimizdir.

Məhərrəm Hüseynov Aşıq Ələsgər sənətkarlığından danışarkən ən tipik cəhətləri üzə çıxarmaqla bərabər, bəzən tipik olmayan Ələsgər fikrinin ləyaqətlərini üzə çıxarır, onları Ələsgər poeziyasında fitri istedadın ustadlıq dərəcəyə çatan fenomenləri kimi təsdiq edir.

Aşıq Ələsgər Rumi və Yunus İmrə kimi sufi deyil, amma o, bütünlüklə sufi leksikasını bələddir. Aşıq Ələsgər rəmzi olaraq sufizmin dörd yolunu mərhələsini keçməmişdir. Amma Ələsgər bu təriqətlərin hər birinin kamilləşmə prinsiplərini dərk edirdi və sufi terminlərini yerindəcə sərrast şəkildə işlədə bilirdi. O, hürufi deyildi, amma bu fəlsəfi məsləkin mahiyyətini başa düşür, onların ilahi hökmünə müqəddəsliyinə inanır, bu hərflərdən yalnız gözəlliyin real təsviri üçün istifadə edir, real gözəllikləri mistikadan üstün tuturdu.

Hələ XIII əsrdə yaşamış Şirvan şairi – aşığı Molla Qasım Xalis Sufi şairi olan Yunis İmrənin ustadı olub. Amma Molla Qasım özü sufi şair olmayıb. Dediyim odur ki, Aşıq Ələsgər poeziyasında sufizm mütləq mənada sistem şəklində yox, tərkiblə, element şəklində çox güclü olub.

Page 18: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

18

Aşıq Ələsgər poeziyası sözün həqiqi mənasında ümmanı-dır. Yəni bu poeziyada tükənməz söz inciləri sentensiya, aforizm xarakterli fikirlər istənilən qədərdir. M.Hüseyn-ov özü bir qəvvas olub, həmin ümmanın dərinliyinə nüfuz edir, başqa tədqiqatçıların bu vaxta qədər üzə çıxarmadığı zinnətləri üzə çıxardır. O, Aşıq Ələsgəri yalnız lirik şair kimi yox, həm də qüdrətli həcv və ictimai satirik kimi, moizəçi kimi yox, müdrik ustad kimi, fövqəladə talantlı şair kimi, sadə xeyirxah bir vətəndaş kimi, mərifətli, ədəb-ərkanlı el adamı kimi, qeyri-adi improvizator kimi təqdim edir. Bədahətən hazırlıqsız, ilkin qara-lamasız şeir yazmağın özü möcüzədir. Bizim həm şifahi, həm də yazılı ədəbiyyatımızda belə faktlar çoxdur, bu o deməkdir ki, bizim xalq müstəsna qabiliyyətli xalqdır. Milliyyətcə polyak olan, məşhur rus şərqşünası A.Xodzko Bakıda olarkən Cəmil adlı bir uşağın bədahətən şeir deməsinə heyran qalır. Amma, çox-çox təəssüf ki, indi REP cahil adamların nəzərində bizim bədahətən deyilən şeirlərimizlə əsassız olaraq müqayisə edilir və hətta belə cəfəng bir fikir də irəli sürülür ki, guya böyük şairimiz M.Ə.Sabir Rep Yazıb, daha doğrusu Rep söyləyib. Halbuki Sa-birin bəhri təvilləri konkret ölçülərə, bəhrlərə tabe etdirilir-mişdir. Bizim çox istedadlı ədəbiyyatşünas alimimiz, dostumuz Bəxtiyar Məmmədzadə Sabirin bəhr təvillərini dərindən təhlil edərək bu nəticəyə gəlmişdir. Ona görə də bədahətən deyilən şeirləri daxili, yaradıcı mənbəyi içəridə gizlənən bir fenomen kimi qəbul etmək vacibdir.

M.Hüseynov Aşıq Ələsgər şeirlərindəki antroponimiyaları, şəxs adlarının təsadüfi olmamağını, onların meydana gəlmə şərtlərini, səbəblərini də izah edir. Aşıq Ələsgər poeziyasında daxili bir hərəkət var, özü də bu hərəkət potensial hərəkətdir, necə deyərlər hətta kineltik hərəkətdir. Onun dünyaya baxışında metafizik, donmuş hərəkət yoxdur bu söz materiyasının hərəkəti son dərəcə fəaldır, emprik səciyyə daşıyır, real, konkret faktlara istinad edir, o, insana mücərrəd şəkildə yanaşmır: Ələsgərin təsvir və tərənnüm etdiyi insanlarda yaşamaq eşqini sevgisini, həyati ideallarını sadə bir filosof təfəkkürü ilə təqdim edir. O,

Page 19: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

19

sırf fırtınasız estetika yolunu tutmur. Onun lirikasında xalq ruhu-nun təbii substansiyası tərənnüm edilir. Aşıq Ələsgər pərvanə ki-mi özgə atəşə yox, öz atəşinə yanır və yanğısı ilə oxucunu da yandıra bilirdi.

Aşıq Ələsgərin bənzətmələri, müqayisələri sərrastlığı və orijinallığı ilə dərhal adamı cəlb edir. “Əzrayılı qanlı tutmasın anam, məni bir kipriyi peykam öldürür”, sənin ərin ölsün, mə-nim arvadım, gəzək ikimizdə yaşlı yasaği, gizli, dəruni, yasaq qoyulmuş bir hissin cəsarətlə ifadə olunması. “Dedi: nişanlıyam özgə malıyam, sındı qol-qanadım yanıma düşdü” misraları Ələsgər poeziyasının ifadə qüdrətini əyaniləşdirir.

Məhərrəm Hüseynovun elmi praktikasında ən rasional təfərrüatdan biri də budur ki, o, ümumiyyətlə, böyük sənətkarla-rın yaradıcılığını təhlil edərkən ümmanda zərif bir incini axtarıb tapa bildiyi kimi, zərif bir incinin mahiyyətində ümmanları da görür. Bu xüsusiyyət əsl alimlərin nü-fuzuna avtoritet gətirən, onu cızmaqalanmaçılıqdan, yalançı elmi ritorikadan qoruyan vacib atributdur. Bəzən belə düşünürlər ki, tədqiqatçı hər hansı bir yaradıcı şəxsiyyətə bütünlüklə vurulduqda tədqiq edilənlərin əsərindəki bəzi tipik, vacib detallar, qüsurlar görünməyə də bilər. Bu fikir kökündən səhvdir, əvvəla, ona görə ki, obyektə, predmetə güclü məhəbbət güclü işıq deməkdir, güclü işıqda isə hər şeyi bütün təfərrüatları ilə görmək mümkündür. Sonrasıda kı, nəyə görə böyük sənətkarda mütləq bir nöqsan axtarmalıyıq. Böyük sənətkarların qüsurları da onun güclü istedadından doğur. Güclü istedad öz qüsurlarının fövqündə dayanır. Mən qətiyyən nəyəsə işarə etmək istəmirəm. Mən, ümumiyyətlə, Məhərrəm Hüseynovun təhlil prinsipinin mahiyyətindən danıram. Yəni o, qələmi əlinə könülsüz götürmür. Məhərrəm ... bir şairin, müəlli-fin əsərinə zorla girişsə, öz talantına onun özünə hayıfa gələr. Amma o, lap zəif bir əsərdə potensial bir işıq görə bilirsə, o, hə-mişə işığı gücləndirir, qığılcımı nəfəsinin gücü ilə oda çevirə bilir.

Məhərrəm Hüseynovun yaradıcılıq panoramını yalnız dil-çilik problemləri ilə məhdudlaşdırmaq düzgün deyil. O, filoloq-

Page 20: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

20

dur. Filoloq “söz aşiqi” deməkdir. Söz aşiqi olmayan filoloq söz tapa bilməz, söz tapa bilsə də, onu öz yerinə qoya bilməz. Aşıq Ələsgər poeziyasına təsadüfi təkanla müraciət etmir. O, Ələs-gərin söz ümmanında bu vaxta qədər üzə çıxarılmayan “dürri-gövhərləri üzə çıxara bilirsə, həmin gövhərlərin parlaq işıqda Məhərrəmin istedadındakı estetik gövhərləri üzə çıxardır. Təsa-düfi deyil ki, onun elmi axtarışlarının çoxu sözün poetikasına, sözün estetikasına sözün fenomenal qüdrətinə həsr olunub.

Əgər sözün bu qədər qüdrəti varsa, əgər “can sözdürsə” onda söz haqqında söz demək lazımdır, qulaqlarımızı cır-maqlayan qup-quru sözlərin yeknəsəq taqqıltısı yox! Məhərrəm elmi şəkildə sübut eləyə bilir ki, Aşıq Ələsgərin sənətkar sözü onun telli sazına ilahi avaz gətiribsə, onu sazı da sözlərinə füsunkarlıq gətirib. Necə deyərlər:

Ələsgərin sözü parlaq bir səhər Pərdəylə örtülən işıq deyildi Sazını solaxoy tutan Ələsgər, Solaxay söz deyən aşıq deyildi (A.Bədəlzadə)

İstedadsız adamın adının əvvəlində yazılan professor sözü

vitrindəki ucuz malın üstündəki bər-bəzəkli etiketə bənzəyir. Məhərrəmin həm kinetik, həm də potensial alimlik enerjisi onun etiketindən çox bahalıdır. Professor sözü onun yaradıcılıq zəhməti üçün kecikmiş etiketdir. Bu sözlər sadəcə tərif deyil, tost da deyil, onun istedadının halal təsdiqidir.

Məhərrəm Hüseynov elmi məntiqlə sübut edir ki, Ələsgər poeziyası bir küll halında büllur bir lövhədir, mənzərədir. Bu lövhə hissələrə parçalansa belə öz füsunkarlığını itirməz. Məhərrəm bu söz ümmanını gəmidən, qayıqdan seyr eləmir, özü qəvvas olub bu dəryaya baş vurur.

Məhərrəm Hüseynovun estetik görüşlərində hətta ötəri yox, normativ prinsiplər ümumiləşdirməyə imkan verir ki, onun saz musiqi ilə aşıq poeziyasının sintezini lap sinxron şəkildə təhlil etməsi bu tədqiqatçının dərin, zərif, humanist təbii

Page 21: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

21

duyğularının güclü reaksiyasından irəli gəlir. Mən qətiyyətlə belə bir fikrin üstündə dayanıram ki, sehrkar saz musiqisinin təsiri gözəl poeziya nümunələri yaratmağa xeyli dərəcədə imkan yaradır və hətta cəsarətlə bunu da deyə bilərəm ki, əvvəlcə saz musiqisi, saz havaları yaranmış və bu havalar da istər-istəməz saz ustalarını şeir deməyə məcbur etmiş, onlara misilsiz şeir düməkçün atəşlə dolu ilham vermişdir, sadə desək, saz- söz yaratmışdır. Bəlkə xalqımızın bir tanrı kimi saza, sözə tapınmağı da bu səbəbdəndir. O saza ki, Koroğlunun Misri qılıncına kəsər vermiş, onu fitri aşığa – şairə çevirmişdir. Musiqinin, nəinki ayrı-ayrı fərdlərin əxlaqına, qəlbinə, tərbiyəsinə, həm də bütöv bir xalqın, bütöv bir nəslin əxlaqına təsir göstərməsinə həmişə inanmışam və indi də bu prinsipi müdafiə edirəm. Buna görə də bir tarixi faktı misal gətirmək istəyirəm. Qədim Yunanıstanın koloniyalarından olan Frakiyada Abdera adlı şəhərin adamları bütünlükdə tarixdə kobud, qəddar, səfeh, gülünc xalq kimi məşhur olmuşdur. Deyilənə görə, şəhərin Abdera adı öz axmaqlığı ilə məşhur olan qəddar çar Diamedin qızının adındandır. Diamed o qədər at həvəskarı imiş ki, öz atlarına insan əti yedirdirmiş və axırda bu Diamedin özünü də həmin atlar yemişlər. Abderlilərin ağlı olsa da, onlar heç vaxt bu ağıldan yerində istifadə etmir, düşünməyi, filosofları sevmir, ancaq kobud, qulaq cırmaqlayan musiqi havaları altında vəhşi kimi atılıb-düşürlərmiş, onlar çox və gur səsli musiqi alətlərindən istifadə edirlərmiş və onların kobudluğu haqqında çoxlu anekdotlar da vardır. Platon ümumən insanlarda, xalqda kobudluğun səbəblərini saydıqda musiqini əsas götürürdü.

Onu da qeyd edək ki, abderlərdə incəsənət üçün hər cür imkan var idi. Ancaq onlar bu imkanlardan axmaqcasına istifadə edirdilər, hamı oxuyur, rəqs edir, atılıb-düşür, vəhşi səslər çıxarır (bizim bəzi televiziya kanallarında olduğu kimi, saxta, hibrid, patologiya səviyyəsinə qalxan musiqilər kimi!). Abderılərin bütün əxlaq normaları, siyasətləri, teoloji və kosmoqonik düşüncələri yalnız kobud musiqi və rəqs prinsipləri üzərində qurulmuşdu. Platon bütün tarixi faktları ümu-

Page 22: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

22

miləşdirərək, öz estetik prinsiplərini belə ümumiləşdirirdi. Platon öz ölkəsində yüngül və kobud musiqi alətlərini ölkədən qovmaq istəyirdi. O, məsləhət görürdü ki, ancaq zərif səsli lirikadan və sitradan istifadə edilsin, kənd camaatına və çobanlara tövsiyə edirdi ki, qamış tütəklərə üstünlük versinlər. Onun fikrincə, nə ifrat dərəcədə qəm, nə də ifrat dərəcədə kədərli musiqi insan qəlbində anormal vəziyyət yaradır. Vakx və yüngül, şit mahnılar, bayağı, şıdırığı musiqi və rəqslər çirkin, erotik, ehtiraslar yaradır. Həlim, zərif musiqi isə insan qəlbinə bir həzinlik gətirir, bu kədər isə insanı müdrikləşdirir. (Bu barədə bax: Кристоф Мартин Виланд. История aбтеритов, гезд-во. Наук, 1978, стр. 11-12)

Məhərrəm Hüseynov artıq öz elmi, təhlil üslubunu forma-laşdırmış və onun üslubu dərhal seçilir. O, dili sözün, in-tonasiyanın poetikasına dərindən bələd olan filoloqumuzdur. Poeziyanın təhlilinə həmişə onu etibar etmək olar. Aşıq Ələsgərin qoşma və gəraylılarındakı misralar sazın qırılmış tel-ləridir, bu misralara ürəklə, ruhla təmas etdirsədə sevən və düşünən qəlbin musiqisi təcalla olunur. (daha Molla Sadığın Seyid Nigarı məclisindəki musiqinin yox!)

Söz möcüzəli, ilahi, mistik, bir qədər də sakramental mu-siqi alətidir. Bu fikir sadəcə bənzətmə, sadəcə obraz deyil. Saz çox qədim sehrli hiss və duyğu lüğəti, dərdi-sər, intiqam, qürur, mərdanəlik, insan bədənindəki beş hissin ifadəsindən əlavə, mənası hələ çətin anlaşılan fəlsəfə simvoludur. Onun zərif və həssas telləri, sufi və hurufi rəmzləridir. “Yanıq Kərəmi” yalnız cismini duyğuların, Kərəm yanğısının ifadəsi yox, o mistik və ilahi bir təcəlladır. Onun hər bir teli ilahi həqiqətə aparan dörd vacib pillələrin əyani şəkilləridir. Mənə elə gəlir ki, sazın telləri haçansa dibsiz keçmişin hansı dövrlərdəsə insan ürəyinin doğranmış damarlarından çəkilib və sonralar bu cismani tellərlə əvəz olunub. Bu sazın əlifbasını yalnız savadsız hesab etdiyimiz Aşıq Ələsgərin ilahi fəhmi aça bilərdi. Sazda hətta şıdırığı, yüngül, şən bir hava çalmaq istəyəndə də elə bil onun yaralarına toxunursan, tellər inildəyir, sızıldayır, ağlayır, çünki onun xəmri

Page 23: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

23

qəmdən yoğrulub, çünki insan əvvəla ağlamağı öyrənib, çox-çox səmaları gülməyi!

Ağlamaq qəlbin əsl ifadəsi, cövhəri, əsl stixiyası, gülmək isə dərdi-səri gizlətmək pərdəsidir.

Bütün bu dediklərimi ürəyi saz telləri kimi kövrək olan Məhərrəm Aşıq Ələsgər poeziyasından gətirdiyi misallarla əyaniləşdirir, fikrimizi möhkəmləndirir.

Milli xarakteri heç də ümumbəşər xarakterindən tamamilə təcrid olunmuş şəkildə başa düşmək məhdudluqdur. Milli xarakter ümumbəşər xarakterinin tərkib hissəsidir, ümumbəşər ideallarının ifadəsi olan humanizim, milli qürurunu itirməmək şərtilə başqa xalqın milli psixologiyasına hörmət etmək, hər bir xalqın xarakterindən ən bəşəri münasibətləri qiymətləndirmək mənasında ümumbəşər idealının müəyyən keyfiyyətlərinin daşıyıcısı olmaq mənasında bəşərilik anlayışının məzmununu daha da zənginləşdirir. Amma sırf milli xarakter yalnız formal komponentləri ilə fərqlənə bilər. Tarixdə elə qəribə xalqları olub ki, onların milli xarakterində qətiyyən ümumbəşər elementi olmayıb. Məsələn, antik dövrdə Afinomen kaloniyası olan Abdiri ölkəsinin camaatı öz səfehliyi, cahilliyi ilə qəribə xarakterli xalq kimi tarixə düşüblər: Onlar milli teatr yaradılmasını istəyiblər. Elə teatr istəyiblər ki, onların xarakterinə uyğun olsun, səfeh, mənasız tamaşalar olsun. Maraqlıdır ki, onlar bu səfeh tamaşaları tez-tez alqışlayırdılar səfeh bir xalqın səfeh teatrı: O, da qəribədir ki, onlar öz içərilərindən çıxan Demokriti Hippokratı dəli hesab edirdilər.

Milli xarakteri hər şeydən əvvəl milli ruh səciyyələndirir Aşıq Ələsgər poeziyasında təmiz lirikanı, azadlıq, bərabərlik və məhəbbət hisslərini ümumilikdə bütün xalqlar keçirə bilər. Amma bu poeziyada elə bənzətmələr, elə poetik fiqurlar, ifadələr var ki, onun ancaq Ələsgəri mənsub olduğu xalq dərk edə bilər. Milli ruh qanla yazılır. Təsadüfi deyil ki, Puşkinin “я помню чудное мгновение” – misrası ilə başlanan şeirində şərq ruhunun nişanəsi qalıb. Baxın, Füzulinin aşağıdakı misraları ilə Puşkin misralarındakı hiss oxşarlığına baxır. (я помню чудное

Page 24: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

24

мгновение, передомною явилась ты, как мимолëтное Виденье, как чений чистой кросоты)

İndi Füzuli misralarının sehrinə baxaq: Yar, rəhm etdiyi məgər naleyi - əfqanımıza Ki, qədəm qoydu bu gün külbeyi – ehsanımıza Bu vüsala yuxu əhvalı demək mümkün idi Yuxu getsəydi əgər dideyi – giryanımıza Aşıq Alı və sonra da onun şagirdi Aşıq Ələsgər kimi

tanınanlar saxta aşıqlıq tacını çox boş başlardan sıyırıb kənara atarlar, amma təvazökarlıq edib bu taci öz başlarına yox, aşıq poeziyasının zirvəsinə qoydular, sözün zirvəsini ilahi dərgaha ucaltdılar. Onlar xalqın qəlbində, fikrində, zehnində, təsəvvüründə, dilində misralar kimi səpələnmiş sözləri xalqdan alıb, onu al-əlvan boyunbağına çevirib, başqa bir ideal şəkildə xalqa qaytardılar. Məhərrəm Hüseynovun elmi təfəkkürünü, alim leksikasını zənginləşdirən onun aşıq poeziyasına olan tükənməz məhəbbətidir. “Əzrayılı qanlı tutmasına anam, məni bir kirpiyi peykan öldürür”. Ələsgər bu cür qeyri-adi bənzətmələri, çox adi, sadə şəkildə yerli-yerində işlədir. Onun poetik təfəkkürü, zövqü insan qəlbini məssatə kimi bəzəyir. Aşıq Ələsgər poeziyasında odlu ehtiras lavası, ildırım şaqqıltısı, hər şeyi öz yolundan süpürüb aparan tufan, qasırğa, qartal uçuşu, şir nərəsi yoxdur. Amma bunlardan daha artıq elə bir mülayim günəş hərarəti var ki, bu hərarət sakitcə yaxamızı açır, köksümüzü yandıran rentgen şüaları kimi ruhumuzun dərinliyinə qədər, iliyimizə - sümüyümüzə qədər nüfuz edir, varlığımızı qaraltmır, külə döndərmir, ona həyat ilə təzələyir, bizi sevməyə həyatdan, təbiətdən, insan sevgisindən bərk yapışmağa çağırır.

Aşıq Ələsgər öz poetik ruhu, qəlbi, sazı-sözü, fitri, istedadı ilə o qədər yüksəkdə idi ki, onu ən aşağı mərtəbədə əyləş-dirsəydilər belə hamıdan yüksək görünərdi. bu yerdə bir misal gətirmək istəyirəm: “Bir gün Abdirlilər belə qərara gəlirlər ki,

Page 25: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

25

Veneranın gözəl heykəlini düzəltsinlər. Heykəli düzəldirlər. Heykəlin özünün beş (5) fut hündürlüyü olur. Onlar fikirləşirlər ki, bu heykəli daha yüksəyə qaldırsaq, daha gözəl görünər. Buna görə də onlar beş futluq heykəli 80 futluq (heykəldən 16 fut hündür) postomentin üstünə qaldırırlar, heykəl çox hündürə qaldırıldığı üçün o qədər kiçik görünür ki, şəhərə gələn qonaqlar bu heykəli dəniz nimfası hesab edirlər və bu heykələ gülürlər. Bununla belə cahil, kobud, vəhşi abderlilər əcnəbi qonaqları belə deməyə zorla məcbur edirlər ki, dünyada bu heykəldən böyük və gözəl heykəl yoxdur. (Bax: Кристоф Мартин Виланд. История Абдеритов. (Tarixi roman) Наука. Москва, 1976. cтр.9)

Aşıq Ələsgər poeziyasında təbii ki, dini etiqadla bağlı hiss və duyğular onun dini etiqadına dəlalət edir. Amma onun şeirində xalq adət və ənənələrinə bağlılıq, sədaqət və ehtiram dini etiqaddan qat-qat güclüdür. Onu da qeyd edim ki, yaponlar öz milli adət və ənənələrini sintoizmdən üstün tuturlar (yəni dinlərindən)

Aşıq Ələsgər poeziyasında sufizm anlayışı varmı, əgər varsa, onun xarakter cizgiləri necə ifadə olunub. Bu konsepsiya şəklindədirmi, Cəlaləddin Rumidə, Yunus İmrədə olduğu kimidirmi? Bu suallara cavab vermək üçün Aşıqin öz poeziyasına müraciət etməkl vacibdir.

Əvvəlcə, ümumiyyətlə sufizm nədir? Rus şərqşünası İ.M.Filiştinski yazır: “Sufizm – İslam da

msitik-asketik cərəyandır və hələ VIII əsrdə xilafətin şərq vila-yətlərində (Suriya və İraqda) meydana gələn bir təfəkkür tərzidir. Sonrakı üç əsrdə onun fəlsəfi və dini doktrinaları qəti şəkildə formalaşmışdır... sufilərin təlimi zülm çəkən, incidilən əhalinin feodal istismarına qoru, xüsusən ortodoksal müsəlman ruhaniliyinə qarşı çevrilmiş humanist çərəyan idi. Sufizm meydana gəlməsi – həyata bədbin, ümidsiz, mənasız bir yuxu kimi, allahla heç bir əlaqəsi olmayan bir qarmaqarışıqlıq kimi baxılması ilə bağlı bir dünyagörüşüdür (bax: И.М.Филиш. тинский. Арабская классическая литература.Издво Наука,

Page 26: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

26

Москва. 1965. cтр.259). Daha sonra İ.Filistinski fikrini belə davam etdirirdi: - Sufilər insanın azad olmasını Allahla qovuşmaqda görürdülər. allaha qovuşma ekztatik şəkildə olmalıdır. Allaha qovuşma ardıcıl pillələrlə olmalıdır. Allaha qovuşma ardıcıl pillələrlə olmalıdır: a) şəriət; b) təriqət; c) mərifət və həqiqət yolları (Yenə həmin mənbədə. səh.261)

Bu fikirlərlə Aşıq Ələsgər poeziyasına yanaşsaq, o zaman bu böyük, dərin təfəkkür sahibinin poeziyasını bütünlüklə bu sxemə salmaq mümkün deyil. Çünki Aşıq Ələsgər həyat gözəlliklərini, güclü insan məhəbbətini, dünyanı onun gö-zəllərini, yaşamaq eşqini tərənnüm edən, yəni həyat eşqini mənasız, fəna hesab edən şair deyildir.

Amma Aşıq Ələsgər poeziyasında tam sistemli təlim şək-lində olmasa da, sufizm fəlsəfəsinin müddəalarını poetik şəkildə ifadə edən motivləri inkar etmək də olmur. Bir məsələni də qeyd etmək lazımdır ki, asketizmi sufizimin əsas aparıcı şərti hesab etmək düzgün deyil. İnsanları zülm edilməsinə qarşı və bundan doğan kədər hələ asketizm deyil. Aşıq Ələsgər tərki-dünya deyil, həyat gözəlliklərindən zövq alan, bu gözəllikləri cənnət gözəlliklərindən də üstün tutan bir aşiqdir. Mənim dediyim budur ki, asketizm sufi poeziyasının canı-cövhəri deyil, asketizm (zahidlik, tərki dünyalıq) dərviş stixiyası, dərviş psixologiyasıdır. Cavad Nurbaxs “Xərabatda Xanəgah. (Таверна среди Руин) əsərində bu barədə yazır: Asket (zahid, dərviş bu dünyadan uzaqlaşmaq istəyir ki, bu dünyanın zövqü-səfasından qaçıb axirət dün-yasının zövqü-səfasına hazırlaşsın. Sufilər isə bütünlüklə Allah sevgisinə bürünərək nə bu dünyada, nə də o biri dünyadakı zövqü səfadan imtina edirlər və ilahi səadəti yalnız Allahla qovuşmaqda – sufizmin dördüncü, əsas pilləsində - uluhiyyət, həqiqət mərhələsində görürlər.

Aşıq Ələsgər axirətə inanmaqla bərabər nağd dünyadan da imtina etmirdi. Hətta sufilər Qurana istinad edərək belə deyirdilər: “Kim bu dünyada kordursa, o biri dünyada da kor olacaqdır” (səh.99. Yuxarıda göstərilən kitabda)

Page 27: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

27

Cavad Nurbaxs Sufilər haqqında belə də yazır: “Sufilər belə deyir: “Bu gün öz sevgilisinin üzünü görə bilməyən, onu sabahda görə bilməyəcək. Deməli, sufi bu dünyanın cənnətini üstün tutur”. (bu barədə ətraflı bax: Джавад Нурбахш. Таверна среди руин. (семь эссе о суфизме). Н.И.Р., М., 1992, стр.99)

Bunu da nəzərdə tutmaq lazımdır ki, obrazlılıq mənasında sufi terminlərindən istifadə etmək hələ sufi təriqətinə mənsubluq deyil. Nəsimidə belə bir beyt vardır:

Səni bu lütf ilə, bu hüsnü cəmal ilə görüb, Qorxdular həq deməyə, döndülər insan dedilər

Bu beytdən də açıq-aşkar görünür ki, şairin təsvir etdiyi gözəl real insandır və beytin Allaha aidiyyəti yoxdur, əksinə real gözəlin allah dərəcəsinə qaldırılmasına haqq qazandırır. Aşıq Ələsgər də belə misralar vardır.

Qəddim əyib, qəm xirqəsin geyirəm, Məhəbbət odundan təam yeyirəm Leyli-nəhar, ya Hü: ya hu deyirəm Çıxıbdı yadımdan ibadət eylə!

Diqqət! Diqqət! Əslində yahü! Xitabi dərvişlə məxsusi idi.

“Yahü” - ərəbcə. Xyva sözündəndir mənası. “O” - yəni Allah deməkdi.

Göründüyü kimi burda dini terminlər işlənsə də, mahiyyətcə sufizmdən söhbət getmir.

Haq meyi İslama haram buyurur, Dərd tüğyan eləsə mey içmək olar.

Buradakı “mey” sözü real dünyanın meyidir. Aşıq Ələsgərin sufi aşıq olması məsələsinə gəldikdə isə

mənim fikrim belədir: Aşıq Ələsgər bütün sufi terminlərinə bələddir. O, həmin terminləri konkret obrazların, gözəllərin təsviri üçün məharətlə işlədir və sufizmin bütün prinsiplərini dərindən bilir, onlardan böyük sənətkarlıqla istifadə edir, amma

Page 28: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

28

mənim fikrimcə, o, sufizmin necə deyərlər kanonlaşmış mərhələlərini keçməmiş, mürid-mürşüd mü-nasibətləri ilə bağlı şərtləri məktəb səviyyəsində keçməmişdir. Məlumdur ki, sufizmin əsasında panteizm dayanır. Panteizmin düsturu belədir: Allah özünün yaratdığı bütün təbiətdə təcəlla edir, sufizmin düsturu isə belədir: Allah yaratdığı bəndələrinin özündə təcəlla edir. Hürufilik təlimində də bu prinsiplər gözlənilir. Sufilikdə ilahi eşq fəlsəfəsi üstünlük təşkil edir. O da məlumdur ki, sufizm və panteizm termini və rəmzlərindən istifadə edən şairlərimiz az deyil. Amma onların hamısını sufi məktəbinə daxil etmək olmaz. XIII əsr türk aşığı Yunus İmrə Sufi aşıqdır. Amma onun müəllimi Molla Qasım (mürsud mənasında yox!) Sufi aşıq hesab olunmur. XIX əsr şairimiz S.Ə.Şirvaninin “guş qıl... müxəmməsində başdan-başa panteist rəmzlər var, amma onu sufi şair hesab etmək olmaz. Cəlaləddin Rumi Xalis təsəvvüf şairi idi, Şəms Təbrizi onun murşudu idi. Məlum olduğu kimi ilk sufi şairi xorasanlı Bəyazid Bistamidir. (IX əsr) Lakin ilk sufi təlimi Bağdadlı Şeyx Cüneyd Allahın birliyi haqqında təlimini belə ifadə edir: rugh (can) Allah ilə vəhdətdədir. Sufi təlimini sistem halına salan böyük alim İmam Qəzalidir. Sufizm bu etiqadı qəbul edir. Allah insanda ərimişdir. “Panteizmin düsturu belədir: Allah təbiətdə ərimişdir.

Bu düstürları fəlsəfi kateqoriyalar ilə ifadə etsək, belə deyərik: sufizmdə subyektiv idealizm, panteizmdə isə obyektiv idealizm meyli üstünlük təşkil edir. “Sufizm – ilahi etikanı təcəssüm etdirir. O, öz arzu və ideallarını qəlb işığında tapır, intellektual sübutlarda yox. (Bax: Джавад Нурбахш. Таверна среди руин. (семь эссе о суфизме). Н.И.Р., М., 1992)

Sufilər özünün dünyəvi mövcudluğunu qurban verir, o, öz “mən”indən imtina edir, aşiq öz “mən”indən xilas olandan sonra allaha qovuşub (vəhdəti-vücud) əbədiyyətə qovuşur. Konkret olaraq sufizmdə - insan sevgisi Allaha olan məhəbbətdir.

Aşıq Ələsgərin gözəlləri isə konkret dünyəvi gözəllərdir. O, real gözəlliyi hətta sufi obrazlarla ifadə etsə belə sufi sənətkar səlahiyyətinə malik deyil, daha doğrusu sufizm onun

Page 29: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

29

poeziyasında aparıcı rol oynamır. Hətta Nəsiminin özündə də onun təsvir etdiyi gözəllər sufi obrazı hesab etmək olmaz.

Səni bu lütf ilə, bu hüsni – camal ilə görüb, Qorxdular həq deməyə, döndülər insan dedilər. Aşıq Ələsgərdə sufizm ifadə formasıdır. O, dörd mərhələni

– şəriət, təriqət, mərifət və həqiqət (uluhiyyət) pillələrinin mahiyyətini dərindən dərk etmiş, onların mahiyyətini dərindən mənimsəmiş, lakin bir təriqət sahibi kimi praktik cəhətdən yolları sufi kanonlarına uyğun keçməmişdir. Onun aşağıdakı şeirinə diqqət yetirək:

Ölməyincə bu sevdadan, Çətin dönəm, usanam. Həqiqətdən dərs almışam Təriqətdə söz qanam Şahı – mərdan sayəsində Elm içində ümmanam Dəryaların qaydasıdır Ümmana baş endirir.

XI əsrdə İmam Qəzali mistik ideyaları möminlər arasında yayırdı. Rasionalistlər iddia edirdilər ki, məntiq gücünə mütləq həqiqətə nail olmaq mümkündür. Mistiklər (sufilər) isə iddia edirdilər ki, bu həqiqətə yalnız duyğular vasi-təsilə çatmaq mümkündür.

Sufilərlə cahil din xadimləri arasında ixtilaf bir Quran ayəsi ilə bağlıdır. Allaha istinad edilən “Ənnəhulq-həqq. “O da Allahdır” cümləsini din xadimləri belə yazırlar ki, Ənnəhul-həqq sözü Allaha aiddir. Nəsimi isə onların izahını ağıla sığmayan hesab edir və həmin ayəni belə izah edirdilər ki, “o, haqdır” ifadəsini məntiqə görə Allah özü üçün deməzdi. O, haqqın qərarı Allahın yaratdığı insana verdiyi qiymətdir. “Küntün – Kənzən”. (Mən bir nə idim, insanı yaratdım ki, mən aşkar olum. Bu da məlumdur ki, Allahım iqrarına görə o, insani öz sifətində yaratmışdır! Əgər belə idisə, insanın ləyaqətini alçatmaq böyük günahıdır.

Page 30: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

30

Böyük klassik şairlərimiz, sufi şairlər, sufizm fəlsəfəsini yüksək qiymətləndirən Aşıq Ələsgər kimi böyük sənətkarlar ona görə də insan gözəlliyini, onun təmiz mənəviyyatını böyük məhəbbətlə tərənnüm edirdilər.

“Mələksən çıxmışam cənnət bağından” deyən Ələsgər insanın ucalığını beləcə təsdiq edirdi.

Hər hansı bir nəzəri konsepsiyanı, hətta izaha ehtiyacı olmayan postulatı belə dərhal təlim adlandırmaq düzgün deyil. Təlim, dünyagörüşünü bütöv bir sistem olmalıdır. Hətta mötəbər bioloqlar Pavlovun nəzəri konsepsiyalarını təlim adlandırmırlar. Təlim o zaman ola bilər ki, bu elm tamam qurtarmış, bitmiş hesab olunsun. A.S.Puşkin “Qurana nəzirələr yazmışdır. Bu nəzirələr hətta konkret Quran ayələri ilə tam uyğun gəlir. Düzdür, Puşkinin damarlarında şərqli qanı axırdı. Onun qısqanclıq üstündə ölümü də, bəzi şeirlərindəki şərq koloriti də bunu sübut edir. Amma bu şərq, müsəlman təsiri onda epizodik şəkildə idi. Məşhur alman şairi Höte “Məhəmməd” dramını yazmış, bu əsərdə şərq panteizminə inam da bəsləmiş və onun təsvirində spinoza tipli bir filosof etiqadı da vardır. Amma Höte tamam panteist deyildir. Yedyard Kiplinqin “Maugli” əsəri başdan-başa şərq koloriti ilə doludur. Hətta o, Bombeydə doğul-muşdur. Bununla belə şərq ruhu onun damarlarında yox, sadəcə ekzotik hadisələrə marağında idi. Əlbəttə mən bu faktları ümumi fikrə aydınlıq gətirmək üçün gətirərəm və Aşıq Ələsgəri qətiyyən onlarla müqayisə etmirəm. Sadəcə onu demək istəyirəm ki, Aşıq Ələsgər sufizmə dərindən bələddir, onu rəmzlərində böyük sənətkarlıqla istifadə edir. Ələsgərdə şəriətə, təriqətə, mərifətə və uluhiyyətə də layiq əvəzsiz bir ürək var. Amma onu tam sufi təliminə, sufi praktikasına yiyələnməsini iddia etmək həqiqətdən uzaq olardı. Sufizmdə, yalnız sufilərin dərk edə bildiyi rəmzlər var. Aşıq Ələsgərdə isə müəmmalı, mistik bir fikir yoxdur Nəsimi isə belə deyirdi:

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz Bu, quş dilidir, bunu Süleyman bilər ancaq

Page 31: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

31

(bax: İmaməddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, Maarif nəşriyyatı, səh.30)

Bertels təsəvvüf poeziyasının bəzi tipik əlamətlərini belə izah edir: “Təsəvvüfdə meyxana – xərəbat təkyə, sitayiş yapılan yer, meyxanaçı – saqi, pisi – müğan, mürşüd (şeyx) rəmzləri işlədilir. Meyxanada içilən şərab ilahi eşqə qovuşmaq mənasındadır (İslam dinində şərab günah, haram sayıldığına görə içgiyə aludə olanlar müxtəlif xarabatlarda toplaşıb, eyş edirdilər. meyxanaya xərabat deyilməyin bir səbəbi də budur” (Bax: словарь (суфийских терминов Mənbə: Е.Э.Бертелс. избранные труды, суфизм и суфийская литература. Изд-во. Наука, Москва. 1965, стр.126-128)

Bu tipik əlamətlər Böyük Ələsgərdə görünmür. Ona qalsa, biz S.Ə.Şirvanini də sufi şairi hesab edək.

Sizi tanrı yetirin piri-xarabata məni, Ki, bugün, saqi əlindən gileyim var mənim. Deməli, S.Əzim təsəvvüf rəmzlərindən bir obraz, ifadə

forması, bənzətmə kimi istifadə etsə də o, təsəvvüf şairi deyildir. XX əsrin məşhur yazıçısı Cürban Xəlil yaradıcılığında sufi

əlamətləri var, amma o, təsəvvüf yazıçısı deyildir. Aşıq Ələsgər dili xalq dilinin zəngin potensialına söykənir

və aşıq bu dilin xəzinəsindən sərraf kimi elə qiymətli inciləri üzə çıxarırdı ki, bunların hamısı yalnız Ələsgər poeziyasında parlaq işığını göstərə bilirdi.

Bir möcuzə idi Aşıq Ələsgər, Min aşiq içində yeri seçildi Özü sərkəndəydi, sözüdə ləşkər Rəqiblər döyüşsüz geri çəkildi. Onun söz yükünü daşısaydılar Şeyxi-xanagahi dərd göynədərdi Ələsgər dövründə yaşasaydılar. Ələsgər onlara dərs öyrədərdi.

(Ağasən Bədəlzadə)

Page 32: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

32

Aşıq Ələsgərin sözü onun sazı kimi idi. Əgər onun sazının tellərinə naşi bir əl toxunsaydı, tellər dərd edərdi, gileylənərdi və tellər dil açıb deyərdi ki, bizə yad əllər toxunub. Bizim səsimizi kallaşdırıb, lallaşdırıb. Aşığın elə sözü də belədir: onun misralarındakı sözlərin arasına Ələsgərə mənsub olmayan özgə sözü düşsə, bu səhv dərhal bilinər. Aşıq Ələsgərin söz ümmanının kamil qəvvası olan Məhərrəm Hüseynov bu fikri görün necə inkişaf etdirir: O, belə deyir: “Aşıq Ələsgərin poeziyasında mövzu və fikir genişliyi, ifadə formalarının təbiiliyi ilə qəribə formada birləşmişdir. Sənət dilinə belə yetkin duyum Aşıq Ələsgər poeziyasına möhtəşəm bir lirik səciyyə və cazibəli məzmun keyfiyyətləri gətirmişdir. Poeziya predmetinə çevirdiyi bütün anlayışlar gözəl dil vasitəsi ilə öz poetik inikasını tapmışdır. Məhz bu xüsusiyyətlərin yüksəkliyi bir daha əyani şəkildə göstərir ki, Aşıq Ələsgər üslubunun ədəbiyyatı-mızdakı əhəmiyyəti müstəsnadır”.

Aşıq Ələsgər leksikası əsrarəngiz söz müzeyidir. Bu müzeydə poetik sözün bütün çalarlarını, rənglərini, qammalarını, akustik cazibəsini, intonasiya formalarını eyni sözün cürbəcür şəkildə məna variantlarını, sözlərin bir-birinə təması nəticəsində musiqi yaranmasını müşahidə etmək olar. A.P.Çexov deyirdi ki, “kobud və ürəkdən gəlməyən” sözlərdən qaçın. Mən həddindən artıq fısıldayan, qulaq cırmaqlayan sözlərdən qaçıram və onları sevmirəm”. Aşıq Ələsgərdə belə sözlərə rast gəlmək çox çətindir. Hətta onun satirik ruhlu şeirlərində belə əndazədən çıxan vulqar söz və ifadə yoxdur. Vaxtilə abstraksionist Matya əcaib bir sənət modeli yaratmışdır və onu “letrizm” adlandırırdı. Guya bu üsul hərflər materiyasını ifadə etmək üçün yeni poetik üsuldur. Onlar elə sözləri suni surətdə yan-yana düzürdülər ki, guya onlar musiqi yaradırdı. Əslində bu üzdən iraq nəzəriyyəçilər öz qarşısında elə məqsəd qoymuşdular ki, “Qoy poeziya şairlərin öz əlləri ilə dağıdılıb-viran olsun. (Bizdə də belə bir tendensiya yox deyildir)

Şeirin gözəlliyində sözün rolunu və qiymətini başa düşmək üçün bir misal gətirməyi vacib bilirəm: Bir dini kitabda Quranın

Page 33: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

33

nə üçün şeirlə (səclə) yazılmasının səbəbi belə izah edilir: “Quran vəhy edildiyi vaxt ərəb şeiri öz inkişafının ən yüksək zirvəsinə qalxmışdı. O, dövrün ərəbləri şeiri sadəcə olaraq sevmirdi, onlar şeirə səcdə edirdilər. Şeir ərəb üçün hər şey idi. Ərəb öz varlığını şeirdə görürdü, ən güclü ərəb şairləri belə deyirdi. Zənn etməyin ki, biz Məhəmmədə inandığımız üçün baş əyirik. Bizi səcdə etdirən bu sözlərin bənzərsizliyidir. (Bax: Qurana dair 101 sual. Bakı, 1992, səh.20)

Bu faktı orta əsr alimi Sen Tuteylə də təsdiq edir. Bu mənada professor Məhərrəm Hüseynov Aşıq Ələsgər

şeirinin poetikasını belə səciyyələndirir: “Aşıq Ələsgərin şeir yaradıcılığı hər şeydən əvvəl böyük bədii dil hadisəsidir, möcüzəli bir sənət dünyasıdır, sirri tam yozulmamış fərdi üslubun təkrarolunmazlığıdır. Aşıq Ələsgər poeziyasında Azərbaycan dilinin təravəti, orijinal ifadə vasitələri, xalq ünsiyyət dilini, həm də xalq təfəkkürünü bədii-estetik zənginliyini təcəssüm etdirmişdir”.

Məhərrəm Hüseynov bu sözlərlə böyük bir həqiqəti təsdiq etməklə biz də belə bir təəssüratda yaradır ki, özümüz də bu qədər söz xəzinəsi ola-ola özgələrin leksikasından dilənməyə ehtiyac vardırmı? Özü də elmi fikir və mühakimədə yox, poeziyada buna ehtiyac varmı?

Bu fikrin aktuallığına şübhə ola bilərmi? İstedadlı filoloqumuz Məhərrəm Hüseynovun yeni təd-

qiqatı bu suala qəti və inandırıcı cavab verir.

Könülləri işığı ellər aşığı

Doğuldu söz ilə dərd çəkmək üçün, Gör neçə dərd ilə üz-üzə gəldi. Möcüzə üstündən xətt çəkmək üçün Ələsgər dünyaya möcüzə gəldi.

Page 34: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

34

Təbi daşa dəysə, daşa can gələr, Dünyanın o deyən söz gərəyiydi. Peyğəmbərin vəhyi Allahdan gələr. Onun Allahı da öz ürəyiydi. Daş da dil açardı belə təb olsa, Söz ilə sən demə buz da qızarmış! Yazanın öz qanı mürəkkəb olsa, Kağız, qələmsiz də yazan yazarmış! Yasın dərdi-sərlə hesabı yoxdur, Yaş yox, daş üzlülər dərdi tərpədir. Ürəksiz bir ömrə on ildə çoxdur, Ürəyi olançın yüz beş il nədir! Qızılı palçığa, lilə salırlar, Üz astar, astar da üz olub gedər, Sözü ki, qiymətdən belə salırlar, Qorxuram dünyadan söz ölüb-gedər! Əzəldən söz ilə yaranıbsa din, Niyə sözün hökmü qalsın yarıda? Sazın vurğunları olsaydı min-min Olmazdı dünyanın qırğınlarıda! Ələsgər sözündə bir yanar ürək, Söz var ki, içində mənası yüz-yüz Otuz cüz Quranı əzbərləyən tək, Əzbərlə Ələsgər sözünü cüz-cüz! Ələsgər qəlbində söz yanıbdısa, Pir-ocaq olmazdı o köz olmasa, Dünya ol! Sözüylə yaranıbdısa, Dünya dağılmazmı bəs söz olmasa?

Page 35: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

35

Şeir göylər üçün bir dil olubsa, Yerlə haq dərgahı sözlə səsləşib Quran da şeir ilə nazil olubsa, Ələsgər şeiri də müqəddəsləşib. Bir şlin namərdlə savaşında da, Kim bilir bir məzar necə ağladı? Bəlkə lap dünyanın o başında da Kiminsə qəlbində Göyçə ağladı. Ələsgərin sözü parlaq bir səhər, Pərdəylə örtülən işıq deyildi. Sazını solaxay tutan Ələsgər, Solaxay söz deyən aşıq deyildi. Bir möcüzə idi Aşıq Ələsgər, Min aşıq içində yeri seçildi. Özü sərdar idi, sözü də ləşgər, Rəqiblər döyüşsüz geri çəkildi. Onun söz yükünü daşısaydılar, Şeyxi – xənəgahi dərd göynədərdi Ələsgər dövründə yaşasaydılar, Aşıq sufilərə dərs öyrədərdi. Hər sözün eşqinə mən əyilmirəm, Ömür də saymıram ötən hər ömrü Neçə dövran gəlib-keçər, bilmirəm, Saz ömrü qədərdir Ələsgər ömrü!

10.11.2016

Page 36: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

36

YAXŞI Kİ, AÇILDI ÇEŞMƏNİN AĞZI

Sözsüz ki, insan da təbiətin bir parçası, bəlkə də onun ən

vacib ünsürüdür. Əgər belədirsə, insan təbiətilə ana təbiət arasında gözəgörünməz bir təbii ortaqlıq, qəribə, dialektik bir oxşarlıq vardır. İnsan öz təbiətilə həmişə torpağa çəkir, təbiəti başqa bir şəkildə təqlid etməklə təbiətin sevimlisinə çevrilir. Heraklit deyir ki, “təbiət gizlənməyi sevir: İnsan oğlu təbiətin bu sirlərinin açır, müdrikləşir, amma təbiət kimi özü də əbədi olaraq gizli qalır. Təbiət özü gizli qalmağı sevirsə, insan gizli qalmağa məcbur olur. Lakin gizli qalan ürəklərin açarı ya təsadüf olur, ya da qoruq-qaytağa, qadağaya məhəl qoymayan arzular, diləklər! İstedadın özü də çox zaman gizli qalır amma o, haçansa üzə çıxır, istedad da sevginin başqa cür təzahürüdür. M.Qorkinin obrazlı dili ilə desək sevgi “Çiçək xəstəliyi kimidir, o, insan öləndən sonra da insan sümüklərində təzahür etməlidir”. Təbiətin bütün torpaqlarında – aranında, dağında, hətta zirvələrin başında da gizli, yerlatı çeşmələr yatır. Elə sular var ki, daşların dibindən də fışqırıb çıxır, elə sular var ki, torpağın sinəsindən həzin-həzin hıçqırıb çıxır, elə sular var ki, pələng nəvəsilə qışqırıb çıxır. Amma elə sular da var ki, onlar göz yaşları kimi gizlənir, onların yanaqlara tökülməsi üçün bir səbəb lazım olur, bəzən də bu gizli suları örtən torpaq qatlarını qazıb, bu suları üzə çıxarmaq lazım gəlir. Gizli şairlik istedadını daha çox ya sevgi, ya həsrət, ya da dərin dərdli–səs üzə çıxarır. Amma onu da deyim ki, şairlik istedadı nə qədər güclü olsa da, o, zərif ürəklərdə doğulur, kövrək duyğularda təzahür edir. Belə bir istedad və alimlik istedadı olan bir insan, mənim misilsiz dostum, qardaşım, filologiya elmləri doktoru, professor Məhərrəm Hüseynovdur. Əgər mən onun şeir yazdığını əzəldən bilsəydim, onun təbiətinə, əxlaqına, daxili mədəniyyətinə, zəngin duyğularına yaraşan bir təxəllüs də seçərdim. Çox təəssüf ki, indi dırnaqarası şairlər şeir yazmamışdan qabaq özlərinə təmtəraqlı, iddialı, gurultulu təxəllüslər götürürlər. Məndən

Page 37: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

37

olsaydı, son dərəcə məhrəm olan Məhərrəm qardaşıma Məhrəm təxəllüsü verərdim. Məhərrəm Məhrəm! Eyni kökdən olan bu sözlər Məhərrəmin bütün təbiətinə hopan insanlıq nişanələridir!

Məhərrəmin ağıllı, düşünə bilən, Vətən sevgisiilə dolan, vətən həsrətilə çırpınan ürəyi oxuculara təqdim etdiyi “Göyçə gölü” adlı kitabında parlaq şəkildə görünür. Onun eyni adlı lirik poeması elə ilk misralardan bizi həsrət duyğuları ilə kövrəldir, bizi bir doğma qüssə ilə zənginləşdirir, bizi təzədən dirildir, çox yaxın tarixi faciəmizi parlaq şəkildə əyaniləşdirir, bizim vətəndaş borcumuzu qabarıqlaşdırır, bizi hərc-mərclikdən, gərəksiz çəkişmələrdən uzaqlaşdırır, ölüb mumiyalanmış hisslərimizə mübarizlik qüdrəti verir. Poemanı bütünlüklə bir həqiqət havası ilə bürüyən bir hüznlü misra, Şəhriyar misrasının ifadə etdiyi bir həsrət tikan kimi ürəyimizin başına batır. Bu ağrı bizi qəflətdə, yuxuda qalmağa imkan vermir: “Yaxşı bizi yaman günə saldılar!”

M.Şəhriyarın son müqəddəs andı, imanı, məsləki, vəsiyyəti, nəsihəti, bir qədər də dil məsələsinə görə səbəbli şair “günahlarını” yuyub aparan bu misra, bizim üçün tarixi yaddaş, Quran ayəsi ola biləcək bir xəbərdarlıq harayıdır.

Bu misra ildırım kimi şığıyıb, beynimizdəki, eynimizdəki qaranlığı işıqlandırır, bizə bir daha dostumuzla düşmənimizi tanımağa güclü işıq yandırır. Şəhriyarın “Heydərbabaya salam” poemasının poetik formasını ən yaxşı üslub kimi seçən Məhərrəm müəllim Şəhriyarın həmin misrası ilə səsləşir, onunla birləşir, ona şərik olur, bu misra ilə təzədən doğmalaşır. Görün bir Vətənin rəmzi, qiymətli nişanı, doğma yurdun məhəbbət, doğmalıq möhrü olan Göyçə gölünün namərd düşmən əlində əsir qalmasını nə qədər acı qüssə və şirin xatirələrlə çulğaşdırır:

Göyçə gölü, əlim səndən üzüldü, Yığvalıma dağ – düyünlər düzüldü, Sənsiz keçən bir an mənə yüz ildi, Səndən qaçaq ömrüm qəmə boyandı. Ürəyimdə neçə həsrət oyandı.

Page 38: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

38

Göyçə gölü, sən tək gölümə qurban, Dağlarıma qurban, çölümə qurban, Mən yolunda ölsəm, ölümə qurban, Əlim uzalıdır, sən də aç qucaq, Qucağına ürək yaxın, yol uzaq.

Vətən həsrətilə ürəyi parçalanıb, şan-şan olan ürək

sahiblərinə üz tutub, bir qardaş, bir sirdaş, bir vətəndaş kimi üz tuturam və deyirəm! Hansı daş ürək bu həsrətdən ovxalanmaz? Bu misralar bizə Günəş şüaları ilə yağış damcılarının toqquşduğu rəngarəng göy qurşağını, qövsi-güzehi xatırlamırmı? Bu misralar qəmlə qırılmaz ümidin qarışığı deyilmi? Bu qövsi-quzeydən tutqun rənglər faciəli taleyin rəngi, al rənglər isə gələcəyə inamı təmsil edən işıq rəngləridir.

Bu boyda hüznün, kədərin içində lirik qəhrəmanın ümidi ondadır ki, bu qəhrəman Vətənin bir güşəsindən qaçaq düşüb, o biri qucağına sığınıb. Bir ananın sağ qucağından, sol qucağına sırmaşıb.

Bu poemadakı poetik Şəhriyar bəndi, Puşkinin “Onegin” bəndi kimi hərtərəfli, zəngin təəssüratları, kontrastları, psixoloji reminissensiyaları, dünənlə bu günün tale yollarını ifadə üçün son dərəcə etibarlı, təsirli vasitədir. Lakin Şəhriyar bəndinin təsiri qətiyyən müstəqil, sərbəst poetik təfəkkürdən, orijinallıqdan ayrılmaq demək deyildir. Əsil poetik təsir kor-koranə təqlid deyil, özünü inkar deyil, bu təsir yol nişanıdır, bu yolu necə getmək isə yolçunun öz məharətindən asılıdır. Mənim əlli ildən sonra kəşf etdiyim şairin poeması məhz bir nisgilin təkanından doğan təsirdir. Şairin həssas qəlbinin təlatümlərini oyadan təsirdir. Gözəl bir lirika, gözəllik mənbəyi olan Göyçə gölünün kimə məxsus olmasını mənfur düşmənlərimiz də bilir. Amma cəngəllik vəhşiləri üçün ovun kimə, nəyə mənsub olması vacib deyildir. Ona ov lazımdır! Görün bu həqiqəti şair necə gözəl və təsirli şəkildə ifadə edir.

Page 39: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

39

Dədəm Qorqud “Göyçə dəngiz” deyibdir, Adicə göl demək sənə, eyibdir, Sahillərin dağdan zireh geyibdir, Geneyi yamyaşıl, qardır quzeyi, Göyçə nədir? – Təbiətin muzeyi. Heç bir dostluq və qardaşlıq hissinə, melonxolik düşün-

cələrə qapılmadan deyirəm. Bu bənd bütün zahiri və daxili məziyyətləri ilə, zəngin poetik çalarları, kontrasları, reminisensiyaların parlaqlığı, epitetlərin əlvanlığı, rəvanlığı və uyarlığı ilə bizi çox razı salır. Bütün bunlar sübut edir ki, şair öz poetik istedadını bu istedadın doğulmasından da istedad yiyəsinin yetmiş yaşına qədər qayğı ilə, üstündə əsə-əsə bu istedadı böyütmüş, ərsəyə çatdırmış və tamam orijinal bir libasda üzə çıxarmışdır.

Təşbehlərin təzəliyinə, gözəlliyinə, orijinallığına baxın: “Sahillərin dağdan zireh geyibdir!, yaxud “Göyçə nədir? Təbiətin muzeyi! Sərrast bənzətmədir. Burada “Muzey” epiteti yalnız bir zahiri obraz mənasında deyil, bir çox təbii, mənəvi, estetik, əxlaqi nişanələri ümumiləşdirən bir obrazdır! Muzeydə yalnız sənətkarın, qəhrəmanın foto şəkilləri, yaş mərhələrini göstərən eksponatları, onun zahiri pozaları deyil, orada bu qəhrəmanın hünərini, nümunəvi əxlaqını, öz xalqına bəxş etdiyi tarixi yadigarları, döyüş, mübarizə yolları, vətəninə, xalqına sevgisini, dəyanətini, vətəndaşlıq duyğularını ifadə edən zəngin elementlər var. Bu mənada Göyçə gölünü təbiətin Muzeyi adlandıran bu Muzeyin xatirəyə dönmüş bütün daxili məzmununu qəlbin, ruhun gözləri ilə görməyə dəvət edir.

Bu poemada bir dənə də olsun çeynənmiş, döyənək olmuş, gurultulu, bər-bəzəkli, daş-kəsəkli, qondarma ifadə, qafiyə jonqrulyorluğu, orta əsr Avropa poeziyasında gördüyümüz əllamə ekstravaqant misralara rast gəlmirik. Çünki burada vətən həsrəti çəkən bir şairin sıxılan, gərilən ürəyinin qanından yaranmış misralar, onun ürəyinin ritmi ilə səsləşən poetik intonasiyalar şeirin daxili strukturunu kamilləşdirir. Bu lirik

Page 40: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

40

poemada lirika şairin ürəyindən keçən qan dövranı kimi təbiidir. Poemadakı misraların ritmi vətəndaş bir şairin, vətən ağrısını, vətən nişanələrini axtaran və bu nişanələri tapmaqla təsəlli tapan bir insan ürəyinin kardioqrammasıdır. Diqqət yetirin:

Göyçə gölü, eşqin qəlbimə sindi, Göyçəli sevgisi sənin bəsindi, Dünən səndə xoşbəxt idim, bəs indi? Nədən Bağdo, Xaçik səndə öyünür, Mənim ömrüm bu sitəmlə üyünür.

Mən şairin bir bənzətməsini, Göyçə gölünü Muzeyə oxşatmasını təhlil edərkən dedim ki, bu muzeydə həm şəxsi, həm mənəvi, həm əxlaqi, həm tarixi, həm estetik nişanələr, həm də əsrarəngiz sənət, sənətkar eksponatları vardır. Bu Muzeydə Aşıq Alının, Aşıq Ələsgərin, Növrəs İmanın yanıqlı saz havalarının səsi duyulur.

Amma indi misal gətirdiyim bənddə bir həsrət sərgisi, və-tənə məhəbbət, düşmənə nifrət reaksiyasının canlı toqquşması, üz-üzə dayanan məhəbbət və nifrət duyğularının təzadlar vəhdəti vardır. Vətən gözəlliyinə qəsd edən düşmənin bu gözəlliklərə sa-hib olması, bu gözəllikdən şərab sərməstliyi qazanması qəzəblə xatırladılır. Şair bir vaxt canlı şahidi olduğu doğma yurdundakı şairanə məkanların coğrafiyasını görün necə ürək yanğısı ilə təs-vir edir:

Toxluca, Ağbulaq, Şorca, Ardanış, Cil, Babacan, Pəmbək tarixə tanış, Ağkilsə, Şişqaya, Məzrədən danış, Allah, allah, bu yerlərdə ada bax! Sözlərdəki doğmalığa, dada bax!

Bu bənddəki ürək yandıran misraları oxuduqca, mən heç bir tərəddüd etmədən bu poemanı tarixi poema adlandırıram. Elə tarixi əsərlərə baxırsan ki, orada qondarma faktlar, ibarələr içərisində tarix görünmür, tarix dumanlaşdırılır və tarixçinin subyektiv gümanları falçı iddialarına bənzəyir. Vaxtilə rus yazıçılarından biri “Vətən tüstüsü” adlı bir əsər yazıb, Stalinə təqdim etmiş, Stalin bu romanı oxuyandan sonra kitabın titul

Page 41: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

41

səhifəsində bu sözləri yazmışdır: Bu əsərdə tüstü var, amma Vətən yoxdur! Son dərəcə lakonik, çevik, mənalı dərkənar!

Bəzi tarixçilər tarixi faktlardan, hadisələrdən xammal kimi istifadə edir, tarixi yonub-yontayıb özlərinin istədiyi qəribə ideya fiqurları yaradırlar. Belə tarixçilər tarixi modernləşdirir, tarixi müasir zaman trafakretinə salır. Onlar üçün yeni zaman, indiki zaman anlayışı tarixi retrospektivi üstələyir, onlar kemiş zaman kateqoriyasını unudurlar. Bu tarixçilər keçmişlə bu gün arasındakı uçurumu aşıb keçmişin içərisinə girə bilmir, keçmişə durbinlə baxmağı üstün tuturlar. Ona görə də Hegel tarixi elmlər siyahısına salmaq istəmirdi, çünki tarixi faktları bugünkü ekspe-rimenlə sübut etmək çətindir. Burada verifikasiya – nəzəri fikir-lərin praktikada yoxlanılması çox çətindir. Buna görə əsl tarixçi faktlardan düzgün, obyektiv nəticə çıxarmağı bacarmalıdır. Onlarda xalis tarixi təfəkkürlə bərabər, təxəyyül də olmalıdır.

Əlbəttə, mənim bu mülahizələrimi yanlış, hətta yersiz he-sab edənlər də olar! Amma nahaq! Vaxtilə dahi Marks deyirdi: “Mən Fransanın iqtisadi həyatını və mənzərəsini bütün iqtisadçı-ların kitablarından daha çox Balzakın bədii əsərlərindən öyrən-mişəm!

Mən yuxarıdakı mülahizələrimizi əyaniləşdirmək üçün əsas mövzuya, Məhərrəm Hüseynovun poemasına qayıdıram. Zahirən poetik təəssürat, nostalgiya kimi görünən reminisensiya-ları oxuduqca, Azərbaycanımızın yalnız bir parçasının yox, ümumən bütün Azərbaycanımızın tarixi faciələrini ümumiləşdi-rən, mükəmməl bir tarixi əsər təsiri alırıq. Deyə bilərlər ki, bu poetik janrdır, bunun tarixə nə dəxli?

Onda mən də opponentlərə xatırladıram ki, bir zaman bir çox tarixi əsərlər, nəzəri poetik əsərləri (məs.Bualonun poetika traktatı), hətta lüğətlər belə şeirlə yazılıb. Tarixin əsas canı faktlardır. Faktları quru rəqəmlərlə də demək olar, poetik ifadə-lərlə də!

Məhərrəmin yuxarıda nümunə gətirdiyimiz bir bəndində tarix də var (yəni faciəmizin kökü xatırlanır), tarixi coğrafiya da, məkrli düşmənimizin xəyanət tarixi də, milyonlarla insanlar öz

Page 42: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

42

vətəninin doğma torpaqlarından didərgin düşməsi də, tarixi haq-sızlıq da, dünya siyasətçilərinin soyuqqanlılığı da yaddaşımızda təzələnir.

Bir millətin köklü psixologiyasını onun öz doğma mu-siqisinə, doğma sənətkarlarına, mənəvi dünyasına, tarxinə, mə-kan adlarına, bulaqlarına, təbiətinə olan real münasibətindən də bilmək olar. Biz bu poemada indi qaçqın adlandırılan insanların faciələrinin daxili xarakterlərinin tarixi köklərini də, ümumilikdə bu xalqın tarixi fizionomiyasını da öyrənə bilirik:

Göyçə gölü, möcüzəsən, düzü, sən, Göyçənin dünyaya baxan gözüsən, Ələsgərin suya dönmüş sözüsən, Səni Alı öydü, Ələsgər öydü, Qarşında dahilər, dağlar baş əydi. Sən dağlar qoynunda çırpınan ürək, Səni qucan dağlar göylərə dirək, Yolunda qazilik, şəhidlik gərək, Haray təpir içimdəki bu nida, Dilim gəlmir sənə desin – “Əlvida”!

Bu misralarda həzin, hüznlü bir musiqi, ritorika və

poetikadan azad yumşaq, məlahətli bir səda, poetik nizam, akustik gözəllik, sanki quş dimdiyində gətirilmiş sözlər, ifadələr, misralara hopmuş yurd həsrəti, saz harayı, lirik və təsirli nidalar əsl poeziyadan xəbər verir. Təsvirin dəqiqliyinə, metaforaların təbiiliyinə, dilin səlisliyinə, misraların xalq deyiminə oxşaması əsil poeziyanın atributlarıdır.

Göyçə gölü, balıqların xallıdır, Ləpələrin rəqs eləyir – “Yallı”dır, Saf suların şəkərlidir, ballıdır, Büllur bənizlisən, bilirəm yenə, Dağların dayanıb çiyin – çiyinə.

Page 43: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

43

Ulu babam qoynunu yurd seçibdi, Öpə - öpə gözündən su içibdi, Güzəranı, ömrü burda keçibdi, Səni yuxularda görməkdir peşəm, Oyananda bir dərdli ah çəkmişəm.

Bu bəndlərin misraları niyə oxucunu özünə bənd edir? Gün görmüş, saç ağartmış bir adamın söz-söhbətindən, müdrik ifadələrindən, sözün deyim tərzindən, az sözlə əhatəli fikir ifadə etməsindən doymaq olmur. Məhərrəmin bu poemasında bir dənə də olsun süni, ədalı söz yoxdur. Poema şirin bir xatirə kimi insanın ruhuna hopur, bizdə vətənə, xalqımıza məhəbbət, düşmənlərimizə isə nifrət ruhu aşılayır.

Poemanı birbaşa, nəfəsini dərmədən oxuyursan, suya həsrət bir təşnə yolçunun uzun yol gedəndən və yorğun düşəndən sonra təmiz bulaq suyuna gömüldüyü kimi, təmiz hava udduğu kimi, rahat nəfəs aldığı kimi!

Müəllifin bu poemasında vay-şivən, qıy-qışqırıq, hay-küy, söyüş-savaş, ura patriotrizmi yoxdur. Bu misralarda şairin sözü yox, həqiqətin özü üsyana qalxır və haq divanının haqsızlığına qarşı kəskin bir protest ümumiləşdirilir:

Göyçə gölü, saf suların bulandı, Yurd – yuvamız yağmalandı, talandı, “Haq – divan var” – desən, vallah, yalandı, Sədd çəkən olmadı şərin yoluna, Qanlı qandal vuruldu haq qoluna.

Burada şeirin qafiyələri təravətli, tapdanmış qafiyələr

sistemi yox dərəcəsindədir. Göyçə gölü, yad torpağa qızğına, Amansıza, kəmfürsətə, azğına, Tülküsifət, leş aşiqi quzğuna, Fürsət düşdü, şər söndürdü çırağı, Bəxtimizə yandırdığın ocağı.

Page 44: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

44

Məhərrəm Hüseynov bir filoloq, bir istedadlı dilçi alim ki-mi, sözlərin fonetik funksiyasına, nizamlı, biçimli sintaksisinə, ahəngdarlığına, sözlərin sırasına diqqətlə yanaşır, dili kəkələn-dirən, dolaşdıran söz və ifadələrdən, rebus qəlizliyindən qaçır, maksimum dərəcədə fikrin ekspressivliyinə əməl edir. “Göyçə gölü!” xitabı bütün bəndlərin başında təkrar olunsa da, mənalı, musiqi yaradan təkrir kimi səslənir, bütün bəndləri bir-birinə ümumi ideya ilə bağlayan bir zəncir rolunu oynayır, Göyçə gölü gözlərimiz önündə bir vətən simvolu kimi obrazlaşır, hey-kəl-ləşir, leytmotiv funksiyası daşıyır, təəssüratlarımızı bir mərkəz-də ümumiləşdirir, güclü nəqarat rolunu oynayır. Fikirlərin təna-sübünə, ifadə üsuluna, sərrastlığına, polifonik səslərin bir-birinə məharətlə bağlanmasına, dilimizin şirinliyinə, ifadə qüdrətinə, çevikliyinə, axıcılığına diqqət yetirək:

Göyçə gölü, tanımadıq yamanı, Gözündən kin, dişindən qan damanı, Yetişibdir ölüm-dirim zamanı. Qaynamasa əgər qeyrət qanımız, Düşəcək ayağa şöhrət-şanımız.

Bu misralarda çox məharətlə, faktları sadalanmadan, lakin

bu faktlara işarə vurmaqla tariximiz, tarixi psixologiyamız, bu psixologiyanın tərkib hissəsi olan soyuqqanlılığımız, dost-düş-məni tanımağımız böyük Sabirimiz demişkən, öz qövmümüzün başına əngəl-kələf olmağımız və buna bənzər üsyankar fikirlər, tarixi reminissensiyalarda bir patron içindəki güllələri xatırladır! Bu misralarda düşməni ifşa edən, öz ruhumuzdakı “oblomov-çuluğu, ruhi ətaləti təsdiq edən güclü bir ittiham, düşmənlə mü-barizəyə çağıran bir sanksiya ruhu vardır. Burada, necə deyərlər sözün yeri dar, mənası genişdir! Şair “Ölüm-dirim” savaşının vaxtının yetişməsi sakit, lakin amansız şəkildə ifadə olunur. Bir bəndin canlı pafosuna şahid olaq:

Göyçə gölü, dövrün nə idi qəsdi, Göyçənin bəxtinə qara yel əsdi,

Page 45: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

45

Vətəndə ölməyin yolunu kəsdi. Ciyərim od tutur, ürəyim yanır, Güllər torpağından qanqal boylanır.

Bu bəndin misralarının hər birində epitet və metaforalar bir

simvol kimi səslənir, lakin burada simvolizmin mücərrəd fikir predmetləri yoxdur, aydın, sərrast konkret gerçəklik vardır. Bu şeirlərdə aşıq şeirinin cazibəsi, ürəyəyatımlığı, axıcılığı, rəvanlığı dərhal gözə çarpır. Poemanın bir bəndindəki ritorik, cavabsız suallar çox mətləblərə işarə vurur:

Göyçə gölü, qayan dilsiz, daşın lal, Taleyində min həsrət var, min məlal, Dinclik vermir içimdəki bir sual: Niyə tapılmadı xalqın yiyəsi? Lal-kar oldu həm sünnüsü, şiyəsi!

Bəndin sonundakı, “lal-kar oldu həm sünüsü, şiyəsi”

misrası öz ruhu etibarilə vətəndaş şairimiz Sabirin öz qövmüzün başına əngəl-kələfin fəryadının bir başqa cür əks-sədası var və bu sual indinin özündə çox aktual səslənir! O boyda düşmənləri-miz ola-ola bir millət şiə-sünni münaqişəsi yaradacaq bu mə-nasız keşməkeşlər içində vətənin yaralarına biganə qalır, yad öl-kədə cihada gedənləri hələ himayə də edirlər!

Gəlin başdan-başa lirika ilə dolub-daşan ruhumuzu, qəl-bimizi öz içində əridən, pərişan könlümüzü dəniz ləpələri kimi dalğalandıran, ürəyin qəlpələri kimi üzümüzə çırpılan yaralı, nisgilli, dumanlı çiskinli, küskünlü misraları ibrət kimi götürək.

Göyçə gölü, qara yellər, sazaqlar Ötüşməyib, söz inləyər, saz ağlar. Doğmalarsız qış ah çəkər, yaz ağlar. Gölümlə elimin ülfətinə bax. Elin Göyçə gölü həsrətinə bax!

Page 46: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

46

Ayrı-ayrı poetik misraların məna və intonasiya siqlətinə baxaq. Orijinallığına, rəvanlığına, təravətinə, hərarətinə həssas olaq:

Həyat sobasında ölüm qovurdun, Göyçəli günləri göyə sovurdu. İblisdən dərs olub, şeytandan fərman Əcdadların ruhu çağırır məni. Poemada mənalı detalların sehrinə də şahid oluruq: “Qarla dolub sənə gedən yoxuşum” “Dünyanı çaşdırır hayın yalanı” “Erməni xisləti düzələn deyil” “Köksümün dağında min həsrət bitər” “Tamarzıyam, qəm geymisən əyninə” – və s. Əlli ildən artıqdır ki, Mən Məhərrəmlə dostam, sirdaşam,

bizim ruhumuzda, təbiətimizdə, dünyabaxışımızda bir yaxınlıq da var, estetik zövqümüzdə də bir eynilik var. Amma bu qədər vaxt ərzində o, bir dəfə də şeir yazmağı haqqında bir kəlmə də olsun söz deməyib, heç buna işarə də vurmayıb.

Amma bu dostumun gözlərindən, sözlərindən, onun yarı-gizlədilmiş kədərinin nişanələrindən, dərin ruh hissiyatından, gülüşlərindən, məsum baxışlarından, zərif zarafatlarından, poe-ziyaya olan ehtiraslı meylindən hiss edirdim ki, o, şeir yazmasa da, daxilən bir şair ömrü yaşayır, onun daxilində üstü örtülmüş bir şair naturası var: bu həqiqətə də bələd idim ki, şeiri, poe-ziyanı hərarətlə sevən bir adam çox-çox iddialı şairlərdən daha böyük şairdir. Axı bu da həqiqətdir ki, insan öz əzablarını gülüşlər altında da gizlədə bilir. Necə deyərlər:

Soyuqdan od qopar, istidən soyuq Bəzən baharda da rüzgar olarmış Dərdi-sər tək elə göz yaşında yox, Gülüş içində də izhar olarmış (A.Bədəlzadə)

Məhərrəm Hüseynovun vətən məhəbbəti qətiyyən fərdi xarakter daşımır, onun kədərli vətən həsrəti bir dar linza fokusunda sığışmış günəş şüalarını xatırladır, o, bu poemada ümumxalq iradəsini ifadə edir. XX əsr İspan filosofu Orteqanın

Page 47: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

47

müdrik sözlərini eşidək: “Biz nəyi seviriksə - elmi, qadını, vətə-nimizi – sevilən predmet bizim üçün zəruridir, biz onu özümü-zün bir hissəsi, bir ünsürü kimi baxırıq. Beləliklə, bu sevgidə fərdiyyət genişlənir, məhəbbət predmeti predmetlə birləşdirir”. Buna görə də Orteqa məhəbbəti ilahi arxitektor adlandırır”.

Onu da deyim ki, Məhərrəmin bu poemasında həsrət duy-ğuları ilə bərabər haqqın bir zaman qələbə çalmasına da inam vardır. Şair deyir:

Bir gün faş olacaq hayın hiyləsi Boşa çıxmayacaq haqqın gülləsi.

Onu da etiraf etməliyik ki, əsl istedadlar uzun zaman təbiət

kimi öz qiymətli gövhərlərini gizlədir. O da var ki, belə bir şairin də istedadını istedadsızlar, kəmfürsətlər gizlədir. Qara buludlar günəş şüaları gizlədən kimi. Amma sonradan qara buludlar dağılıb yox olur, günəş şüaları isə əbədi qalır.

Məhərrəm Hüseynovun bu lirik poemasını “Müsibətnamə” də adlandırmaq olar. Çünki burada bir tarixi dövrün müsibətləri əks olunmuşdur. Düzdür, əgər klassik poetikaya əsaslansaq, bu gözəl əsəri heç bir məhdud janr çərçivəsinə sığışdırmaq olmaz. Bu şeirə “mərsiyə”, “qəsidə” də demək olar, lakin yenə də bu şeir qəsidə janrının bütün xarakter cizgilərini əhatə etmir. Biz XVIII əsr lirik poeziyasında Molla Vəli Vidadinin “Müsibətna-məsini (burada Şəki-Şirvan hakimi Hüseyn xan Müstaqın sər-güzəştləri təsvir olunur), Ağa Məsihin “Mərsiyəsini”, Mirzə Yu-sif Vidadinin Gürcü hökmdarı II İraklinin oğlu Levonun ölümü münasibətilə yazılmış “Müsibətnaməsini” oxuyarkən istedadlı ədəbiyyatşünas Araz Dadaşzadənin aşağıdakı fikirlərini həqiqət kimi qəbul etməliyik. O, yazır: “Tarixi mənzumələrdə şair hadi-sələrin iştirakçısı, müəyyən bir tərəfin müdafiəçisi rolunda çıxış edir. Məhz lirik şairin estetikasına uyğun hisslərə üstünlük veri-lir. (Bax: Araz Dadaşzadə XVIII əsr Azərbaycan lirikası. Bakı, 1980, səh.140) Bu mənada Məhərrəm Hüseynovun “Göyçə gö-lü” adlı lirik poemasını tarixi mənzumə, hətta “Müsibətnamə”

Page 48: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

48

adlandırmaqda da tərəddüd etmirəm. Axı ədəbi janrların sərhəddi konkret olaraq mütləq şəkildə müəyyənləşdirilibdir. Lap elə bədii ədəbiyyata verilən tərifin özü də onun xüsusiyyətlərini tam əks etdirirmi? Axı bədii ədəbiyyat təkcə elə həyatın tam inikası deyil. V.Belinskinin dediyi kimi, həyatın təzədən ideala uyğun yaradılmışdır və Aristotelin doğru fikrinə görə, bədii ədəbiyyat (Aristoteldə, konkret olaraq poeziya) “bu belədir” əvəzinə “bu belə olmalıdır” fikri həqiqətə daha çox uyğundur. Məhərrəm Hüseynovun əsərini şərti olaraq “Müsibət-namə” yaxud, qəsidə adlandırdığımız bu gözəl əsəri klassik “Müsibətnamə”lərdə olduğu kimi yalnız bir tarixi şəxsiyyətin, fərdin faciəsini təsvir etmir. Müəllif tarixin müəyyən bir kəsiyində böyük bir el-obanın faciəsini qələmə alır. Məhərrəmin bu əsəri XVIII əsr qəsidələridən bir də onunla fərqlənir ki, burada göz yaşları içərisində ümid işıqları da görünür. Bu ümidlər qığılcım şəklində olsa, hər halda işıqdır. O da var ki, “qığılcımdan alov törəyən”, qatı duman pərdəsi arxasında yanan tonqalın işartıları görünən kimi! Bahar və payız fəsillərində aşıb-daşan çaylar öz məcrasından çıxır, öz sahillərinin geniş bir sahəsini sulayır və sonra bu sahil vadisində gözəl çiçəklər də açır! Bu vətəndaş kədərinin içində düşmən vəhşiliyinə, erməni vandalizminə qarşı güclü bir ittiham, onlara qarşı ölüm sanksiyası vardır, burada ümumxalq qəzəbi poetik təsvirlə ümumiləşdirilmişdir.

Bu əsərdə güclü protest, güclü mübarizə pafosu vardır. Bu lirik poemada qara buludlar arasında özünü göstərən Günəş şüaları da, xalqın gücünə inam da vardır. Göz yaşlarının özü də bir ittiham formasıdır. Yalnız acizlik nişanəsi deyil, öz dərdini, öz hüququnu qanmaq, nahaqla haqqı ayıra bilmək həssaslığının ifadəsidir, mübarizəyə hazır olmaq işarəsidir. Bu qəm, bu könül üsyanı arsızlığa, laqeydliyə, vətəndaş ləyaqəti olmayanlara, yaltaqlara, qaltaqlara, düşmənlərlə ortaqlığa, qorxaqlığa qarşı güclü ittiham aktıdır. Televiziya kanallarındakı hırıltılara, gurultulara, mənasız qırıltılara qarşı vətəndaş protestidir. Bu poemada bir təbiətin gözəllikləri fonunda həm müəllifin, həm də

Page 49: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

49

onun mənsub olduğu xalqın dərin estetik zövqü, gözəlliyi qiymətləndirmək, onu dərk edə bilmək faktıdır. Düşmən əlində dustaq olan bu torpaq böyük alimlər, şairlər, aşıqlar yetişdirmişdir. Bu da düşmənlərin gözünə tikən kimi batır. Bu mövzu poemanın bütün səhifələrini əhatə edir. Müəllif demək istəyir ki, vətəndən gözəl, etibarlı sevgili, vətənə məhəbbətləri güclü eşq yoxdur.

“Poemanın” üslubunda oxucuda güclü estetik təsvir yaradır və bu forma sübut edir ki, klassik şeir formalarını, xalq şeir nümunələrini unudaraq əllamə formalar axtarmaq, özgələri yamsılamaq bu xalqa yaraşmır. Xalqın poetik, etik, estetik ənənələrinə göz yummaq olmaz. Bu əsərdə yarımçıq, boğazdan yuxarı, nahəmvar söz və ifadə yoxdur. Elə sözlər, ifadələr quş dimdiyində seçilib gətirilmiş buğda dənələrini xatırladır. Deyirlər ki, durnalar başqa ölkələrə köçəndə acı qəndalaş yarpaqlarından qapanıb dilləri altına qoyurlar ki, qürbətdə vətənin acısını da olsa dadsınlar. Məhərrəm öz doğulduğu torpağın acı xatirələrini gen yarpaqlarına çevirir.

Ayrılıq böyük dərddir. Xalq bu ağrını öz bayatılarına belə ifadə edib:

Qızılgül olmayaydı, Saralıb solmayaydı Bir ayrılıq, bir ölüm, Heç biri olmayaydı.

Göründüyü kimi, bu bayatıda “ayrılıq” sözü “ölüm”

sözündən qabaq gəlir. Əslində ölümün özü də ayrılıqdır, özü də əbədi ayrılıq. Bununla belə, əsərdə qol-qanad sındıran, ümidsizliyə çağıran söz və ifadə yoxdur.

“Göyçə gölü” poemasında kədərlə ümidin, vətəndaşlıq qürurunun canlı sintezi vardır. Göz yaşları ilə ümid işığı Günəş şüalarının yağışla, göylərin göz yaşları ilə toqquşarkən yaratdığı qövsi-quzeh mənzərəsi yaranır. Ümid işıqlarının göz yaşıyla təmasından yaranan spektr əlvanlığı vardır!

Page 50: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

50

Bu əsərin poetikasına gəldikdə onu deyə bilərəm ki, burada dilimizin bütün daxili, zahiri, fonetik və sintaktik məziyyətləri üzə çıxır. Əsərdə dili dolaşdıran, onun gözəlliklərinə xələl gətirən bir dənə də söz yoxdur. Əcaib-qəraib poetik fiqurlara rast gəlmirik. Elə bil ki, böyük bir faciənin tarixçəsini müdrik bir adam bizə söyləyir. Bu poemada telli sazın nəvası səslənir.

Göyçə gölü, zaman bizə yağıdır, Səndən ayrı şərbət, bal da ağıdır, Nisgilindən dərd sinəmi dağıdır, Qəlbimi od yaxır, gözlərimi nəm, Didərginin fəryadı çox, bəxti kəm.

Poemada bəzən bir misra böyük bir tarixi fakta hadisəyə

işarə vurur, onu göz qabağına gətirir. Göyçə gölü, dünən kafir əl açdı, Bu gün dönüb siyasətə bulaşdı, Tariximin qarasına ulaşdı Haykanuşla İvan ilqara gəldi Səksən səkkizində il qara gəldi.

Bu bənddə görün hansı tarixi hadisələrə işarə vurulur. Er-

məni daşnakları ilə, Heroftrat şöhrəti qazanmış M.Qorbaçovun mənfur siyasəti, ermənilərin çirkin siyasətə bulaşması, tariximizi inkar etməsi və çaqqal kimi bizim tariximizə böhtan atıb, çaqqal kimi ulaşması. Poemada çeşmə suları kimi axıb gedən poetik ifadələr, təşbeh və metaforalar, nidalar, xitablar, qafiyə sistemi allitera-siyalar, assonans və dissonansla müəllifin həm estetik duyumunu, həm də filoloji – poetik diapazonunu təsdiq edir. Bəndlər musiqi, nəğmə lövhələrini xatırladır, bir sözlə burada əsl poeziya vardır!

Mən bu lirik poemanı demək olar ki, birnəfəsə oxudum və elə o saatda qələmi əlimə götürüb bu gözəl poeziya nümunəsi

Page 51: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

51

haqqında öz düşüncələrimi ifadə etməyə çalışıram. Nə dedimsə, ürəkdən dedim, dostumun bu poetik manifestini fəxrlə qarşıladım, sevindim və qətiyyətlə belə qərara gəldim ki, Məhərrəm müəllim kimi kövrək təbiətli insanın ruhu poeziyasız keçinə bilməz, bu ürək poeziyasız çırpına bilməz. Mən axırda onun poemasından aldığım təəssüratlara cavab olaraq, ürək sözlərimi şeirlə də demək istəyirəm. Bu şeir könüldən könülə axan əks-sədadır.

Oxudum şeirini bir nəfəsə mən, Düşdüm elə bil ki, bir qəfəsə mən. Boğuldum, boğulan bir səs içində Elə bil bir səyyar qəfəs içində Gəzdim doğma yurdu bir qərib kimi Yüz il əzab çəkən müztərib kimi. Qəm bizə şərikdir ömür boyunca. Sevinc dadar-doymaz, qəmsə doyunca Dəm çəkə bilənə qəm də oyuncaq, Qəm çəkə bilənə qəm yaraşıqdır. Könül rahatdımı meydən, məzədən? Sevinc al, qəmi də salma nəzərdən Həyatın mayası elə əzəldən, Həmişə sevinclə qəm qarışıqdır. Qayğı gündüzümüz, fikir gecəmiz Qəmlər sarayında sevinc bir kəniz Mərdin damarında qan coşğun dəniz, Namərdin qanısa bircə qaşıqdır. Dərdi var Günəşli bir gündüzün də Dərdi var gün kimi gülən gözün də. Türfə bir gözəlin qəmli üzündə, Qəm gülə sarmaşan bir sarmaşıqdır.

Page 52: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

52

Dünya da qəmlidir, küsmə dünyadan, Qəm birgə doğuldu bizlə anadan. Dünya qəm yoludur başdan-binadan, Həyat həm vurhavur, həm barışıqdır. Açıq havada da bağlı qapı var İynənin ardınca gedən sapı var Hər vaxtın suala öz cavabı var Bizim dediyimiz boş danışıqdır.

06.12.2015

Page 53: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

53

KİÇİK HEKAYƏDƏ BÖYÜK HƏYATI MƏTLƏBLƏR

Ədəbi tənqidin tarixi, lap primitiv və ibtidai şəkildə olsa

da, elə bədii söz sənətinin tarixi qədərdir. Ədəbi tənqid ədəbi prosesin fonunda doğulur, inkişaf edir və hətta püxtələşir də. Ədəbi proses və ədəbi tənqid son dərəcə mürəkkəb, ziddiyyətli, çox cəhətli bir anlayışdır və onu düzxətli, monoton estetik hadisə, dəqiq ölçülü – biçili ehkam şəkildə təsəvvür etmək də düzgün deyil. Ədəbiyyat tarixi göstərir ki, antik dövrdən başlayaraq, həmişə yeni ədəbi hadisə, forma və üslublar, janr xüsusiyyətləri elə köhnə poetikanın çərçivəsindən cücərib çıxır və köhnə çərçivəni tamam örtsə də, böyük sıçrayışla irəli gedib, görünməmiş rezonans versə də, tarixin və konkret zamanın obyektiv tələbi ilə öz inkişaf sürətini azaldır, hətta tənəzzülə uğrayır və sonra da, nə qədər paradoksal olsa da, geriyə, keçilmiş pilləyə qayıdır və yenə də qəribədir ki, bu köhnə estetik qəlibin öz içərisindən əvvəllər görünməyən, kəsf olmayan estetik meyarlar tapılır və məlum olur ki, ədəbi proses özündə həmişə ehtiyac enerji saxlayır; orta əsrlər ərəb ədəbiyyatı belə dövrü –“Keçmişə qayıdış” dövrünü yaşamışdır. Nizami poeziyası klassisizm və İntibah dövrünün bütün estetik prinsiplərindən keçdiyi bir vaxtda hələ Avropada klassisizm, intibah və humanizm anlayışları heç bərqərar olmamışdı. İntibahın özü də əhatə dairəsinə görə qlobal xarakter daşıya bilmədi və hətta onun sonrakı inkişafında ardıcıllıq görünmədi, Almaniyada İntibahı Reformasiya əvəz elədi, Rusiyada isə bu böyük ədəbi hərəkat XIX əsrdə meydana gəldi və burada böyük nəhənglər yetişdi. Məşhur fransız mütəfəkkiri Deni Didro “Ramonun qardaşı oğlu” əsərində deyirdi: “Biz bir nəfər də olsa dahi yetişdirməyən əsrə nifrət edirik.

Page 54: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

54

XX əsr də öz dahilərini yetişdirdi. Bu əsrin 60-cı illərini biz şərti olaraq İntibah dövrü adlandırsaq da, əslində bu intibahın özü də sıçrayış deyildi, özündən qabaqkı illərin xüsusən, 50-ci illərin potensialından və bir qədər də dəqiq desək unudulmuş tarixi təcrübənin reminisensiyasından irəli gəlirdi. Yəni 60-cı illərin ədəbiyyatı “göydəndüşmə ədəbiyyat olmadı və bu dialektik proses bir neçə dövrün sintezi funksiyasını daşıdı.

Bu dövrün, yəni 1960-cı illərin istər nəsrində, istərsə də poeziyasında yenə də estetik şərt mənasında humanizm, insana “təzədən baxmaq: onu aparıcı faktor kimi təqdim eləmək magistral estetik prinsipə çevrildi. Əgər 60-cı illərin fəlsəfi-psixoloji, humanist, milli kökə bağlılıq meyarları, həm də milli ruhun zəminində yetişən qlobal, bəşəri ideyalarla zəngin poeziyasını B.Vahabzadə, N.Xəzri, H.Arif və bunlardan bir qədər cavan nəsil nümayəndələri Musa Yaqub, Sabir Rüstəmxanlı, N.Kəsəmənli kimi istedadlı şairlər təmsil edirdisə, həmin dövrdəki nəsrimizi İsa Hüseynov, İsmayıl Şıxlı, Ə.Əyuslı və başqalar təmsil edirdilər. İsa Hüseynovun yaradıcılığı isə öz bədii – estetik cazibəsi ilə səssiz – küysüz ucuz tərifin qanadları üstə yox, yetgin, fitri istedad potensialı üzərində hadisəyə çevrildi və yazıçı tezliklə özünün milyonlarla oxucusunu qazandı. Və təbii ki, eyni sürətlə də ədəbi tənqidin həqiqi təhlil obyektinə çevrildi. Əlbəttə, bu da bir qanundur ki, sağlam ədəbi mühit sağlam ədəbi tənqidin inkişafına səbəb olursa, bəzən də sağlam ədəbi tənqid ədəbi prosesi və onun ayrı – ayrı faktlarını, hadisələrini, təmsilçilərini oyadır, inkişafa, intibaha çağırır. Həmin dövrdə İsa Hüseynovun tənqidçiləri yaş etibarilə bir – birilərindən fərqlənsə də, onların tənqidi mühakimələrində, baxışlarında yaxşı mənada bir ümumilik, müsbət təsdiqlə şərtlənən bir güclü analiz pafosu yarandı. Hələ çox cavan olan tənqidçilərimiz İsa Hüseynovun nəsri haqqında obyektiv, cəsarətli, heyrətləndirici sözlərini yarımçıq yox, axıracan deməyi bacaran, yüksək filoloji savadı və diapozonu olan tənqidçilər ədəbiyyatımızın üfüqlərində görünməyə başladılar. Bunlardan biri də Məhərrəm Hüseynovdur. İndi filologiya elmləri namizədi

Page 55: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

55

olan bu alimin bu əsəri yazarkən heç bir elmi dərəcəsi və titulu, ali məktəbi qurtarması haqqında diplomuda yox idi. Amma onun tənqid və təhlilində obyektivlik, fakt zənginliyi, rezonyor-luq əvəzinə ədəbi hadisəyə güclü işıq salmaq qabiliyyəti, İsa Hüseynovun nəsrimizə gətirdiyi yeni təsvir üsulunu, onun əsərlərinin bədii gücünü artıran detalları tutmaq bacarığı Məhər-rəm Hüseynovun öz istedadını da qəbul və təsdiq etdi. Ümimiy-yətlə, Məhərrəm Hüseynovun kitablarının hamısında güclü hə-qiqət instinkti vardır.

Məhərrəm Hüseynov İsa Hüseynovun yalnız hekayə-lərini təhlilə cəlb edir və dünya ədəbi prosesinin praktikasından gətirdiyi nəzəri – estetik müqayisələrlə öz fikirlərini təsdiq edir və vurğunu belə bir sınanmış, doğru hökm üzərinə gətirir ki, “sənət ölçüləri üçün meyar bədii mətnin həcmi deyil. Mahiyyət eyniyyət həcmindən asılı olmayaraq, bütün ədəbi növləri birləşdirir... yaradıcılığından və geniş təfərrüatlardan asılı olmayaraq, hər bir əsər öz dövrünün bədii salnaməsi, yarandığı zamanın bədii sənəti səlahiyyətini qazanmaq ləyaqəti ilə yaşa-maq hüququ qazanır” (səh.31) Bu doğrudan da belədir! Bədii əsəri tam qiymətləndirmək üçün bir tənqid vahidi, tənqid etalonu olmasa da, tənqidin obyektiv, ədalətli, qərəzsiz səviyyəsini ölçə bilən yeganə etalon yalnız bədii əsərdəki qüsurları göstərmək, yaxud bədii əsəri predmetsiz təriflərlə göylərə qaldırmaq, mus-son küləkləri kimi polemika axınlarını süni surətdə toqquşdur-maq funksiyası daşımamalıdır. Əsl tənqid öz dəlil – sübutları ilə, fakt və arqumentlərlə bütün mübahisələrə əsasən son qoymalı, tərəfləri razı salıb sakitləşdirməlidir. Məhərrəm Hüseynov elə tədqiqata başladığı ilk addımdan İsa Hüseynovun ilk hekayələrindəki nöqsanları göstərir və bununla o sübut edir ki, tənqidçi və ədəbiyyatşünas hətta yaradıcıllığına vurğun olduğu sənətkarın da parlaq istedadının alovundan gözlərini qamaşdır-mamalı, onun gözləri sərraf gözləri olmalıdır, düz baxmağı bacarmalıdır. Bu faktı bilmək də maraqlı olar ki, tənqid sözünü ərəb dilində kökü “nəqddir”.

Page 56: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

56

“Nəqd” zərgərlikdə əsl qızılla, saxta qızılı bir – birindən ayıran, fərqləndirən ölçü, çəki vahididir. Bu ölçü vahidindən ba-carıqla istifadə edən ustaya isə nəqqad deyilirdi. Biz həqiqi əsəri, kontrabanda yolu ilə meydana gələn saxta, cızma – qaralardan ayırıb – seçməyi bacaran istedad sahiblərinə də “münəqqid”, yaxud “tənqidçi” deyirik. Məhərrəm çox sevdiyi yazıçılardan birini-İsa Hüseynov olduğu kimi təqdim edir. O, yazıçının tən-qidə cəlb olunan hekayələri haqqında belə deyir: “Bir sıra mühüm məziyyətlərinə baxmayaraq, adlarını çəkdiyimiz hekayələr (“Bizim qızlar”, “Dan ulduzu”) bəzi sxematizmdən, sünilikdən yaxa qurtara bilməmişdir ki, bu qüsurları ədibin sonrakı əsərlərində, demək olar ki, görmürük” (səh.11).

Məhərrəm Hüseynov əsərin təhlilini elə aparır ki, bu əsərləri oxumayan adam belə həmin əsərin məzmunu ilə tanış ola bilər, lakin müəllif bu üsuldan ona görə istifadə edir ki, mühakimələri ünvansız, predmetsiz, havaya deyilən söz kimi başa düşülməsin! İsa Hüseynov yaradıcılığının başqalarından fərqlənən təsvir üsulunu, hadisələrin xaosu içərisindən ən maraqlı vacib həyat detallarını seçə bilmək bacarığını, yalnız İsa Hüseynova məxsus olan və onun istedadı ilə möhürlənmiş bədii təfəkkür tipini, fərdiləşdirmə və ümumiləşdirmə qabiliyyətini, sözün bütün estetik potensialından istifadə edə bilmək qabiliyyətini aça bilir. Kiçik hekayələrdə böyük həqiqətləri verə bilmək, sözü ucuzlaşdırmamaq, onu yerində işlətmək, başqaları üçün gülüş doğura bilən detallarda faciə ünsürlərini tapıb üzə çıxarmaq fenomenini Məhərrəm çox ustalıqla tapa bilir.

Məhərrəm Hüseynovun əsas tədqiqat predmeti İsa Hüseynovun hekayələri olsa da, o yazıçının roman və povestləri-nə də, yeri gəldikcə, üz tutur, müqayisəli təhlil aparır, müha-kimələrini dürüstləşdirir, sistemə salır və demək istəyir ki, İsa Hüseynovun yaradıcılığında varislik, ideya ardıcıllığı, estetik meyar etalonu bir – birinə gözə görünməz rabitə zənciri ilə bağlıdır. Hətta bu zəncirin halqaları formal cəhətdən bir – birindən fərqlənsələr də! Özü də bu poetika varisliyi eyni zamanda klassik nəsrimizin də potensialı ilə bağlıdır.

Page 57: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

57

İsa Hüseynovun “Kollu Koxa” povestini təhlil edərkən Məhərrəm Hüseynov ideya istiqamətini, təsdiq və inkar pafosunu düzgün müəyyənləşdirir və demək istəyir ki, çox istedadlı yazıçımızın əsərlərinin hamısında demək olar ki, onun təsirli təqdim və ifadə üsulunun duzu vardır. Kollu Koxa əsərinin baş qəhrəmanı adamlara öz hərəkət və əməllərinə, dünyagörüşlərinə, həyata baxışlarına, insana münasibətlərinə, cəmiyyət içərisində özlərini aparma rəftarına görə elə dürüst ayamalar, ləqəblər verir ki, bu ayamalar dərhal el arasında müsbət rezonans verir, ayama sahibləri Kollu Koxadan ilandan qorxan kimi qorxurlar, onu görəndə özlərini itirirlər və yeganə çarələri ona qalır ki, onlara istinad edilən qüsurları aradan qaldırsınlar! Açıq ittihamdan üzbəüz məzəmmətdən, öyüd – nəsihətdən, direktiv və hökmlərdən, hətta həbsdən belə qorxunc olan fenomenal bir üsul. İnsana, insan xarakterinə, insan mə-nəviyyatına, könül dünyasının incəliklərinə, hiss və duyğularının mürəkkəb xaosuna cəsarətli müdaxilə İsa Hüseynovun qələminə xas olan təqdirəlayiq, sınanmış xüsusiyyətlərdən biri də güclü, təsirli, sirayətedici detalların təsviri idi.

Bədii əsərin təhlili zamanı bəzən əhvalata, epizodlara daha çox diqqət yetirilir, lakin kiçik detallara, zahirən xırda görünən təfərrüatlara ikinci dərəcəli komponent kimi baxılır ki, əlbəttə belə münasibət düzgün deyildir: xəzəl olmuş bir payız yarpağının ölgün xışıltısı nəhəng bir ağacın dərin xəzan dərdini, eldən köçüb – gedən durnaların avazındakı bir qırıq, sızıltılı səsi – ayrılıq dərdinin böyüklüyünü, bir şeh damlasının böyük, qüdrətli günəşi özündə gizlədə bilməsini dərindən çəkilən bir ah nidasının milyon tonlarla dərdi – səri ifadə edə bildiyi kimi, kiçik bir detalda da böyük hekayətlərin deyə bilmədiyi mətləbi daha dürüst rəsm edilə bilər. Məhərrəm Hüseynov təhlil prosesində belə detalları göstərə bilir və təhlili sxematizmdən, deklorativ pafosdan xilas edib, onu real ünsürlərlə zənginləşdirir. O, İsa Hüseynov yaradıcılığındakı bədii psixologizmdən da-nışarkən əsərin özündən nəzəri fikri gücləndirən, sözə qüvvət

Page 58: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

58

verən bədii parçalardan istifadə edir, özü də yerli – yerində! Bu təhlil üçün çox vacibdir.

“Psixologizm” və “psixoloji analiz” anlayışlarından da-nışarkən mən bir məsələni yenə də qeyd etmək istəyirəm. Çünki, bir çox nəzəri – tənqidi məqalə və kitablarda bu iki anlayışın mahiyyəti eyniləşdirilir, fərqləri aydınlaşdırılmır. Həqiqətdə isə bunları eyniləşdirmək düzgün deyil! Bəzi ədəbiyyatşünasların fikrincə psixoloji analiz ilk dəfə Bakkaçonun “Fiyametta” əsərində tətbiq edilib (Xrapçenko M.), başqa bir ədə-biyyatşünasın fikrincə, guya psixoloji analiz ilk dəfə rus ədəbiy-yatına “sentimentalizm ədəbi cərəyanı ilə daxil olub (Monoko N.) bəziləri isə bu termini M.Y.Lermentovun poeziyası ilə əla-qələndirirlər (Ermolov V.). Əlbəttə, bu iddiaların üçü də səhvdir.

Hamıya məlumdur ki, ədəbiyyatşünaslıq və ümumən sənətşünaslıq terminlərinin hamısı bu əsərlər yaranandan sonra meydana gəlir. Məgər Nizaminin “Xosrov və Şirin”ində, Füzulinin “Leyli və Məcnun”unda, Şekspirin “Hamlet”ində psixoloji analiz yox idimi? Hətta Homerin “Odisseya” əsərində Odisseyin yolunu gözləyən Penelopanın düşüncələrində, ayrılıq iztirablarında psixoloji analiz yoxdurmu?

Lakin mənim dediyim budur ki, indiki bir çox məqalələrdə bu anlayışlar tez – tez qarşılaşdırılır. Bunların fərqini isə V.Kompaneets çox gözəl aydınlaşdırır. Onun fikri belədir: “Psixologizm” anlayışı “psixoloji analiz” anlayışından çox genişdir və onlar sinonim deyildir. Psixologizm əsərdə müəllif psixologiyasının ikikasıdır. Bu bədii priyom deyil, yəni yazıçı üçün ifadə vasitəsi deyil, yazıçının təbiəti istər – istəməz əsərdə özünü göstərir. O, bədii priyomdan çox, bədii əlamətlərindən biridir, yazıçı psixologizmi qarşısına məqsəd kimi qoymur. Psixoloji analiz isə onun üçün məqsəddir. “Psixoloji analiz” artıq bədii priyomdur. Onun müəyyən bir obyekti var. O yazıçının şüurlu hərəkətidir. “Psixoloji analiz” psixologizm kimi özünü intensiv olaraq göstərmir, müəllifin dünyagörüşündən, hadisələrin vəziyyətindən asılıdır. Deməli, psixoloji analiz şüurlu estetik prinsipdir: (Bu barədə ətraflı bax:

Page 59: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

59

В.В.Компанеец. Художественный психологизм в советской литературe (1920-ы годы). Ленинград. Наука. 1980. Стр.19).

Mən bu iki termin haqqında bir qədər təfərrüata ona görə geniş yer verdim ki, İsa Hüseynovun yaradıcılığında bu iki anlayışın konkret təzahürləri çoxdur və M.Hüseynov buna daha çox nümunələr göstərmişdir.

Məhərrəm Hüseynov İsa Hüseynov yaradıcılığını əvvəldən bu günə qədər çox yaxşı izlədiyinə görə çox maraqlı da bir nəticə çıxarır və bu nəticə onun əsərinə rəy verən istedadlı şairimiz, mərhum professor Famil Mehdinin bu fikirləri ilə həmahəngdir. “İsa Hüseynov ədəbiyyata tənqid oluna – oluna gəlmiş, tənqid olunduqca da inkişaf etmiş, püxtələşmiş, haqsız hücumlara deyil, qəlbinin, vicdanının səsinə qulaq asmış mənsub olduğu xalqın mənəvi aləminə nüfuz etməyə çalışmış, onunla birgə nəfəs almış sevincini, kədərini, dərdlərini, ağrılarını duymuş, sabaha açılan çığırlarını daş – kəsəkdən təmizləməyə səy etmiş, bəzən qanına işləyən zəhəri bir loğman kimi müalicə üçün fədakarlıq göstərmişdir”. Onu da qeyd edim ki, Famil Mehdi Məhərrəm Hüseynovun əsərinə çox obyektiv qiymət vermişdir, onu təqdir etmişdir. M.Hüseynov çox düzgün göstərir ki, İsa Hüseynovun hekayələrini vahid xətlə birləşdirən ümumi estetik məziyyətlər vardır və bu xətt həm də yazıçının humanizminin bütövlükdə parlaq ifadəsinə sübutdur. İsa Hüseynov “Xalq dastan və nağıl poetikasından gələn elementləri lirik – psixoloji təhkiyə ilə yüksək ustalıqla əlaqələndirməyə nail olur”. Məhərrəmin bu fikirləri dürüstdür və İsa Hüseynovun yaradıcı portretini tamamlayan obyektiv və dəqiq ifadələrdir.

Məhərrəm Hüseynov İsa Hüseynovun hekayələrini təhlil edərkən bu hekayələr haqqında deyilən fikirlərə də tənqidi yanaşır və razılaşmadığı fikirlərin passiv müşahidəçisi olmur, onlara güclü reaksiya verir, polemikaya girir, öz fikrini deyərkən heç bir tərəddüd eləmir.

Məhərrəm Hüseynov M.Arifin, Məsud Əlioğlunun, İ.Əfəndiyevin, Qulu Xəlilovun bəzi tənqidi fikirlərini məharətli, aydın, məntiqi təfəkkürün gücü ilə təkzib edir, özünün düzgün

Page 60: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

60

estetik meyarlara əsaslanan qənaətləri ilə yanlış fikirlərin ədalətli inkarına gəlib çıxır. Fikrimi əyaniləşdirmək üçün Məhərrəmin İsa Hüseynovun hekayələri ilə bağlı subyektiv tənqidi fikirlərdən bir neçəsini cavabını təqdim edirik: “Qeyd etmək lazımdır ki, “Cığırlar” hekayətinin qəhrəmanının ünvanına deyilən tənqidi fikirlərin özündə də birtərəflilik vardır: Kiçik bir hekayədə” məhəbbətin mənəvi qüdrətini, nəcibləndirici təsirini, böyüklüyünü göstərmək” (M.Arif) iddiası ciddi qəbul olunmadığı kimi “Qiyas və Sevər”in qarşılıqlı duyğularını, gənclik çılğınlığını xırda hisslər adı ilə əhəmiyyətsizləşdirmək obyektivlikdən uzaqdır (səh.36). Yaxud Qulu Xəlilovun dirsəklərini bir – birinə toxundurmaqla qəhrəmanlarının keçirdikləri həyacanları “yüngül ehtiraslar” kimi ittiham etməsi də oxucunu” qane edə bilməz. Koğuşluqdan, dirsək təmasının psixoloji təsvir elementləri oxucu təsəvvüründə dolğun bir harmoniya yaradır. Bu situasiyada Qiyasda Füzulinin romantik qəhrəmanı Məcnunun “Get, get sən Leyli deyilsən, ey pərizad” nidasını ummaq yəqin ki, süniliyə gətirib çıxarır: Məhərrəm, opponentlə bu yalnış iddiada güclü dəlillərlə təkzib edir, özü də böyük inam və prinsipiallıqla, qətiyyətlə! Bu da istedadın başqa bir atributu, başqa bir qütbüdür!

Mən Məhərrəm Hüseynovun təkzibləri ilə bütünlüklə razıyam: bütün aspektlərdə məhəbbət eyni rəngdə, eyni çalarda, eyni forma və məzmunda, eyni psixoloji, romantik qəlibdə, dəmir trafaretdə, eyni proyeksiyalarda, eyni doqmatik planda təsəvvür etmək məhəbbətin məzmunu, ruhunu, onun dəruni, gözəgörünməz, ilk baxışda, həzm edilməz, dərk edilməz, duyulmaz sirlərindən məhrum etmək deməkdir. Məhəbbət hisslərinin də özünün müqəddəs heroqlifləri, dərkolunmaz kəhkəşanları vardır. Bu hissləri yaşamadan, həzm və rəsm etmək mümkün deyil. Məsələn Elçinin Baladadaşın ilk məhəbbəti hekayəsində Baladadaşın ilk məhəbbəti səhər toranlığını xatırladır, onu adi sözlə izah etmək mümkün deyil. Məhəbbət günəş kimidirr. Onun mürəkkəb psixologiyası spekorləri müxtəlif zaman və məkan aspektlərində, müxtəlif maneələr

Page 61: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

61

qarşısında müxtəlif rənglərə çevrilir müxtəlif təəssüratlar qarşısında xaos və assosasiyalar yaradır. Məhəbbət duyğuları elə fenomenal duyğulardır ki, onları təkcə müşahidə etməklə yox, yalnız bu hissləri yaşamaqla, bu xəstəliyə tutulmaqla aydınlaşdıra bilərsən. Bəzən ilk məhəbbətin cilova gəlməyən, sinəyə, ürəyə sığmayan təmiz duyğu və könül ehtirasları ilk baharın daşqın çovğun və çaşqın suları kimi dərə - təpə tapmır, ölçüyə, arşına sığmır. Belə ehtiraslar konkret bir təzahür və ifadə forması, eyni ölçülü bir konvuz tez və asanlıqla fəhm edilə bilməyən şəkil, geniş yol aydınlığa, duruluğa, toranlığa işığa çıxara bilən vasitə körpü tapa bilmir, ona görə də bu gənclər tikanlar, kollar, daş-kəsəklər arasından hamar yollar – cığırlar axtarırlar. Isa Hüseynov elə buna görə də öz əsərinin adını “Cığırlar” qoymuşdu. Orta əsrlər Çin filosofu Lao – Tzsı deyirdi: “Böyük yol rəvan və düz olur. Amma nədənsə insanlar çığırlarla getməyi sevirlər”. Görünür, bu çığırların da fəlsəfi mahiyyəti vardır. Çığırlar öz təbii romantikasından əlavə həm də insan hisslərini bir o qədər yüngülləşdirən, insanların odlu – alovlu duyğularından yanan sifətlərini, dramatizmini başqalarından gizlətmək, onları sistemə salmaq, ağrı – acıları bir qədər neytrallaşdırmaq üçün imkan yaradır.. çoşqun dağ suları dağ – dərələrdə, əyri – üyrü yollarda öz sürətini bir qədər ləngidir, təsir qüvvəsini azaldır. İnsan xəlvəti çox sevir. Məhəbbət ağrılarını enişli – yoxuşlu çığırlara səpələyib yüngülləşmək üçün geniş yollardan imtina edib, dar cığırlara da sığınırlar.

Bəli, məhəbbətin belə qəribə cilvələri vardır, ona görə də, Məhərrəm Hüseynovun dediyi kimi “Çığırlar” hekayəsini sadəlövhəcinə təhlil etmək mümkün deyil. Bir neçə misala müraciət edək: Fransa inqilabının məşhur qəhrəmanlarından olan Maratı onun sevdiyi qız öldürmüşdü. Stendalın qəhrəman-larından biri öz sevgilisinin polisə satır. Şillerin “Orlcan qızı” dramının qəhrəmanı Janna Dark məğlub etdiyi düşməninin – İngilis əsgəri Dioneli ona görə öldürmür ki, Janna bu əsgərin ona baxan qara gözlərinə vurulur, əl saxlayır, düşmənə qılınc

Page 62: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

62

çala bilmir və sonra ona verilən ilahi gücdən əsər - əlamət də qalmır!

Məhərrəm Hüseynov İsa Hüseynov yaradıcılığını elə təkcə onun kiçik hekayələri fonunda səciyyələndirə bilir, yəni yazıçının hekayələrindən danışmaqla İsa Hüseynovun bədii təfəkkürünün bütün çalarlarını, onun istifadə etdiyi estetik meyar və prinsipləri, yaradıcılıq priyomlarını, yazıçının bədii intiusiyasını, fərdi sənətkar psixologiyasını məharətlə ümumiləş-dirir. Məhərrəm Hüseynov İsa Hüseynov yaradıcılığının ən orijinal cəhətlərini – süjet qurma məharətini, sadə və tipik, real hadisələr fonunda müasir cəmiyyətin gizli və aşkar yaralarını, gözəgörünməz künc – bucaqlarını dərin yazıçı müşahidəsi ilə projektor kimi işıqlandırmasını, onun orijinal tipikləşdirmə xüsusiyyətlərini konkret əsərlərdən gətirilən bədii parçalar əsas-ında əyaniləşdirir. Onu da qeyd edim ki, Məhərrəm Hüseynovun təhlilində müdrik bir sadəlik, işıqlı intellekt, səmimiyyət, inandırıcılıq, məntiq elə İsa Hüseynovun bədii əsərləri qədər təbii və cazibəlidir.

Əsərin II fəsli “İdeya – bədii təkamül və sənətkar fərdiyyəti” adlanır və fəslin adından da məlum olur ki, bu fəsildə İsa Hüseynovun əsərdən - əsərə necə təkamül yolu gəldiyi onun yazıçı fərdiyyətini formalaşdıran fərdi sənətkar intiusiyası, sözdən maksimul dərəcədə rasioanal istifadə qabiliyyəti, sözün daxili potensial və enerjisini əsərin bədii qüdrətinə sərf edə bilmək, adi detallarda belə oxucunun ruhuna hakim olmaq bacarığı ümumiləşdirilir və bir sözlə oxuculara təqdim edilən bu kitab İsa Hüseynov yaradıcılığının gələcək tədqiqatçıaları və diletant – sayıqlamasından, pedant xırdalığından uzaq kitab yazmaq istəyənlər üçün qiymətli hədiyyədir!

Page 63: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

63

SÖZÜN POETİKASI VƏ BƏDİİ DİLİN ESTETİKASI

Artıran söz qədrini, sidq ilə qədrin artırar, Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

(Füzuli) Bəşəriyyətin ən böyük, ən dahiyanə, ən qiymətli kəşfi dil

və onun konkret, əyani, son dərəcə əsrarəngiz təzahür forması olan sözdür. Söz insanın, onun mənəvi dünyasının, tükənməz ehtiraslarının, sevgisinin və nifrətinin, ləyaqət və qüsurlarının, sevinc və kədərinin, fitri psixologiyasının, potensial ruhi təlatümlərinin tərcümanıdır. Dil insan komplekslərinin misilsiz ifadəsi, söz isə onun təbii,lakin fenomenal atributu və təsdiqi, ruhun möcüzəli alternatividir.

Söz bəşər təfəkkürünün yaratdığı hüdudsuz hikmət xəzinə-sinin qızıl açarı, qəlbin ən məhrəm sirdaşı, əbədi yol yoldaşıdır. «Bibliya»da, «Quran»da və başqa müqəddəs kitablarda dil hətta yaradıcı qüvvə, ilahi kult səviyyəsinə qaldırılmışdır. Qədim ərəblər sözü müqəddəs substansiya hesab etdikləri üçün onu daşlara, ağaclara – bir sözlə, təbiət cismlərinə həkk etməyi bö-yük günah hesab edərdilər, onun Sakramental, ilahi qiymətini aşağı salmaq istəməzdilər. Dahi Nizaminin, Füzulinin, Xətainin, Saib Təbrizinin, Vaqifin, Vurğunun, Sabirin və başqa klassiklə-rimizin sözün qüdrəti qarşısında heyrətlənməsi, «yoxdan var olan» (Füzuli) ilahi qüvvənin qiyməti haqqında canlı və romantik təsəvvür yaradır. Qədim dünya mifologiyasının və ədəbiyyatının obrazlı sistemində söz, dil həmişə ən dərin və mürəkkəb təfəkkür mexanizminin açarı rolunu oynamış və «in-san həmişə öz dilinin altında gizlənmişdir» (Həzrət Əli).

Page 64: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

64

Qədim Sanskrit dilinin müqəddəs hesab edilməsi, heroqlif anlayışının «müqəddəs yazı» mənası daşıması, «Qurani-Kərim»in yazıldığı əlifbanın ilahi mənşəli olması haqqında mif sübut edir ki, sözə həmişə səmavi qüdrətə istinad edilmiş, onun sehr və cazibəsi bütün tarix boyu magik təəssürat yaratmışıdr. Bəşər dilinin yaranması, antropoloji-fəlsəfi təfəkkür sistemində ilk təbii şərtlərdən biri kimi təqdim edilməsi ona fövqəltəbii, fenomenal «obraz» istinad edilməsi bizə belə bir haqq verir ki, sözü adiləşdirmək (primitivlik mənasında), onu səmavi taxt-tacından endirmək böyük günahdır və sözə həmişə böyük mə-suliyyət, əədi cavabdehlik hissi ilə yanaşmaq çox vacib borcu-muzdu. Bu da həqiqətdir ki, bəşər dilinin inkişafı həmişə onun təbəitlə ədəbi təmasda olan təfəkkürünün inkişafı və təkamülü ilə bağlı olmuş və dilin zəngin obarzlılığı, təbiiliyi, «insaniləşdi-rilməsi» bizi əhatə edən varlığın rəngarəng təzahür formaları olan hadisə və rənglərlə bərabər böyük tarixi yol keçib zə-manəmizə gəlib çatmışdır.

Qədim bədəvi ərəb şairləri gözəl insan anlayışını daha təsirli ifadə etmək üçün təbiətin rəng və elementlərindən, təbiətin səslərindən, canlıların obrazlarından epitet və metafora kimi tez-tez istifadə edirdilər. Qədim ərəb şairlərindən biri gözə-lin elastik, romantik yerişini ilanın yerişi ilə müqayisə eləmiş, yaxud «ilanın sürünməsini» suyun axarını ilanın hərəkətinə bən-zətməklə təbiətlə insan arasındakı vəhdətin canlı təzahürü kimi qiymətləndirmək olar. Bu faktın özü də sübut edir ki, danışıq leksikamızın canlı bazisi elə təbiətin özüdür. Klassik ərəb ədəbiyyatında «Müəlləqat» şairlərindən biri – əntərə haqqında deyilir ki, o, poeziya yarışında qılınca aid 50-yə qədər epitet gətirmiş, daha sonra at, niza, dəvə haqqında metaforik obrazlar yaratmışdır.

Ərəblərin dərin inam və etiqadına görə hətta peyğəmbərlə-rin seçilməsi də onların gözəl nitq qabiliyyəti ilə müəyyənləşir-di. Onların fikrincə, Allah Məhəmmədə başqa gözəl sifətlərinə görə yox, yalnız Qureyşilər içərisində ən gözəl və bəlağətli nitq

Page 65: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

65

qabiliyyətinə görə peyğəmbərlik əta eləmişdir. Hətta, Əl Cahizin dediyinə görə, hətta Quranın özündə bəlağətli nitqin ilaha mənşəyi haqqında xüsusi ayələr vardır. Ərəb ədəbiyyatşünasları sözün heyrətamiz ifadə imkanı haqqında paradoksal, lakin çox maraqlı fikirlər irəli sürür. Onun fikrincə, söz o qədər elastik nitq vahididir ki, bu sehrli ifadə vasitəsinin köməyi ilə cismin, hadisənin bir-birinə zidd, müxalif qütblərini eyni momentdə təsdiq və iqrar etmək mümkündür. Əgər şair belə qəsidədə hər hansı bir predmeti çox tərifləyir, o biri qəsidə isə həmin predmeti çox pisləyirsə, bu faktı şairin qüsuru hesab etmək olmaz, əslində bu, şairin ustalığıdır ki, eyni zamanda təsdiqi və inkarı birləşdirir və bunu məntiqi cəhətdən əsaslandırır.1

Bu faktlar onu sübut edir ki, şair eyni predmetin müxtəlif xassələrini, təzahür formalarını yaxşı bilir və onları üzə çıxarmağı bacarır. Təbiət predmetlərinin və hadisələrinin ikili təbiəti, eyni zamanda sözün dualist təbiətini də təsdiq edir: yəni sözü gövhərə də, zəhərə də çevirmək olar. Əsgəri adlı bir ərəb ədəbiyyatşünası deyir: «Şairlərin vəzifəsi gözəl söz və fikir yaratmaqdır, həqiqəti isə peyğəmbərlər deməlidir». Bu aforizm şeirin estetik funksiyasını daha qabarıq şəkildə irəli çəkir. Aristotel «canlı insanın əsas mahiyyəti – onun nitqidir» deməklə də sözün qiymətini maksimuma yüksəldir.

Klassik Şərq poetikasında insan nitqinin gözəlləşməsi üçün sözə həssaslıqla yanaşmağı təbliğ edirlər. Məsələn: İbn Kuteybə və Cahiz kimi alimlərin fikrincə insan danışığındakı səhvlər nitqi elə eybəcər hala sala bilər ki, heç çiçək xəstəliyi də üzdə elə əcaib ləkələr qoya bilməz. Bir paradoksal faktı da qeyd eləmək istəyirəm: Ömər ibn Xəttab deyirdi ki, «qrammatikanı, peyğəmbər haqqında rəvayətləri öyrəndiyimiz kimi öyrənin!» Eyni zamanda məşhur rus şairi A.S.Puşkin də belə deyirdi:

1 Bu barÿdÿ ÿtraflı bax: В.Я.Шидфаг. Образная система Арабской

классической литературы. Наука, Москва, 1974, с.35, 100, 101.

Page 66: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

66

Как уст румяных без улыбки, Без грамматической ошибки Я русской речи не люблю. Zahirən bu iki fikir bir-birinə ziddir: Lakin əslində bu

fikirlər arasında bir yaxınlıq var: Puşkinin fikrincə əsl şeir xalq danışıq dilinə çox yaxın olmalı, akademizmdən uzaqlaşmalı, quru qrammatik normaların köləsi olmamalıdır, çünki qram-matikada rəsmi modelləşmə vardır. Qrammatikada fikirlər mən-tiqi cəhətdən düzgün, poetik cəhətdən isə ölgündür, şeiriyyətdən uzaqdır.

Ömər ibn Xəttab isə «qrammatika» dedikdə canlı xalq dili-ni nəzərdə tutur, onun təhrif olunmasına qarşı çıxırdı. Ömər ibn Xəttab rəsmi dili yox, kanonlaşmış xalq dilini nəzərdə tuturdu.

Bütün bu dediklərim əsas mətləbdən uzaqlaşmaq deyil, ək-sinə mətləbə yaxınlaşmaq, əsas fikir obyektinin komponentlərini konkretləşdirmək cəhdidir.

Məhərrəm Hüseynovun «Bədii dilin problemləri» adlı monoqrafiyasında elə həmin bu problem tədqiqat predmetinin canı-cövhəridir.

M.Hüseynov bədi dilin gözəlliklərini, qüdrətini, estetik cövhərini təşkil edən bütün konkret və əyani elementəlri, detalları bir-bir analizdən keçirir, öz fikirlərini saysız-hesabsız bədii nümunələr, ədəbi faktlarla əsaslandırır. O, poetik sözü hər tərəfdən işıqlandırır, şeirdə gözəllik yaradan söz, ifadə və meta-forların, zəngin epitetlərin bütün potensialını, emosional mənbələrini, onların gözəgörünməz sirlərini açıb-aydınlaşdırır. O, 1960-80-ci illər poeziyasının təkamül prosesini, bu prosesin dramatizm səviyyəsinə yüksəlməsinin ictimai, tarixi, hətta siyasi səbəblərini, köklərini həssas alim reaksiyası, istedadlı təfəkkür sahib kimi təhlil və izah edir, bu dövrün ədəbi prosesi fonunda yeni poetik üslubların meydana gəlməsini, formalaşmasını, hakim mövqeyə ucalmasını əsl tədqiqatçı ehtirası ilə maraqlı təhlilə cəlb edir. Müəllif həm də bu prosesi təsadüfi estetik fakt

Page 67: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

67

kimi yox, minilliklər ərzində yaranıb, kristal ənənəyə çevrilmiş klassik praktikanın dialektik davamı kimi səciyyələndirir. O, yazır: «60-cı illərin poeziyası sonrakı onilliklərin ədəbi prosesi, şeir sənətinin üfüqlərinin genişlənməsi və çiçəklənməsi üçün layiqli özül oldu, bədii yaradıcılıq sahəsində yeni meyllərin formalaşması, poetik prinsiplərin təzələnməsi ilə müşayiət olunmağa başladı» (səh.9).

Bu fikir, təkzibolunmaz elmi həqiqətdir. M.Hüseynov poetik prinsiplərin təzələnməsi dedikdə,

əlbəttə, şeir janrlarının təzələnməsini, əvvəlki estetik prinsiplərin özünü inkar etməsi məsələsini təsdiq etmir. Burada «təzələnmə» sözü təfəkkür havasının, poetik hiss və duyğuları olan baxışların təzələnməsini lirik qəhrəmanın yeni mühit və aspektdə daha humanist keyfiyyət qazanmasını nəzərdə tutdu.

Məhərrəm Hüseynov 60-cı illərin təkamül prosesini lokallaşdırmır, bu hadisəyə milli kolorit vermir, bu təkamülün qlobal mənbələrini, üfüqlərini əsaslandırır, bu təkamülün qanuni, dialektik mərhələ kimi, bədii təfəkkürün özünün spontan-daxili potensialları əsasında yarandığını faktik nəzəri materiallar əsasında şərh və təhlil edir. Yəni bu ədəbi proses çox uzun bir tarixi-estetik axıının mərhələ-mərhələ göyərmə prosesidir. Bu ədəbi proses yeni tipli intibah əlamətidir.

Müəllif yazır: «Xüsusi qeyd edilməlidir ki, fəal poetik kateqoriya kimi təzahür edən sənətkar fərdiyyəti və novator deyim tərzi kimi bədii mükəmməlliyin vəhdəti olaraq 60-cı illərdə olduqca geniş miqyas almışdır və həmin dövrdə yaranan poeziyanın daxili təkamülü ancaq Azərbaycan poeziyası ilə məhdudlaşmır (səh.10).

Bir sözlə, çox istedadlı alim, geniş filoloji diapazonu olan bu həssas tədqiqatçı 60-80-cı illərin poetik inkişaf və təkamülü-nün, inqilabi vüsətinin bütün qnoseoloji köklərini, inkişaf pillə-lərini, nəzəri və praktiki aspektlərini həmin dövr yazıçılıranıın əsərləri əsasında təhlil edir.

Page 68: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

68

Monoqrafiyada müəllif fikirlərinin əsas episentri, əsas ağırlıq mərkəzi 1960-80-ci illərin poeziyasında dil-üslub problemləri olsa da o, ədəbi prosesin keçmiş tarixinə də, klassik nümunələrə də tez-tez qayıdır və bu tarixi reminissesiyalarla, klassikadan gətirilən miallarla öz fikirlərinə təsdiq pafosu gətirir, öz nəzəri konsepsiyalarını klassik nəzəri fikirlərlə tutuşdurur. Müəllifin fikrincə ədəbiyyatımızın tarixində bədii dil problemləri sistemli, davamlı bir yol keçmiş və bu problemlər ətrafında gedən mübahisələr yalnız professional ədəbiyyatşünas və nəzəriyyəçilərin, tənqidçilərin fəaliyyət dairəsi olmamış, bu məsələ elə poeziyanın məşhur yaradıcılarının da uzun əsrlər boyu qızğın, canlı mübahisə predmetinə çevrilmişdir. Bütün bu məsələlər vaxtilə Şərq poetikasının əsas məzmununu təşkil etmiş və sonradan elmi-nəzəri doktrinaların bünövrəsini təşkil etmişdir.

M.Hüseynov 1960-1980-ci illərin poeziyasının əsas poetik xüsusiyyətlərini belə ümumiləşdirir. «Novatorluq yeniləşməyə güclü meyl, sənətkarlıq və bədiilik diapazonunun genişlənməsi, dilin emosional-ekspressiv imkanlarının üzə çıxarılması, yeni poetik leksikanın, estetik meyarların yaranması, şeir poetikası tələblərinə yeni baxış, təbiiliyin artması, Azərbaycan dilinin bütün akustik gözəlliklərinin yenidən kəşf edilməsi və nəhayət bədii şərtiliklərin əhatə dairəsinin genişlənməsi bu canlı, dramatik ədəbi prosesin ən davamlı atributlarıdır.

Yeri gəlmişkən, onu da deyim ki, novatorluq yeni söz və -ifadələrin, yeni ideyaların tapılması ilə məhdudlaşmır, ifadələ-rin, yeni ideyaların tapılması ilə məhdudlaşmır. Novatorluq ha-disə və predmetlərə, həyat faktlarına yeni fəlsəfi-estetik baxışlar sistemidir.

Müəllifin fikrincə, həyat hadisələrinə fəlsəfi münasibət filosofluq etmək deyildir, əslində böyük sənətkarlar təbii intuisi-ya ilə filosofları qabaqlamışlar.

Page 69: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

69

XIV əsr Şotland şairi Berbos belə deyirdi: «Hələ lap qə-dimlərdən şairlər bir həqiqəti filosoflardan qabaq başa dü-şürdülər ki, «insan köləliyi görmədən, azadlığı başa düşməzlər».

Məhərrəm Hüseynov 60-cı illərin poeziyasında yeni poetikanın, yeni poetik istiqamətin, yeni nəfəsin, yeni obrazların yaranmasını fikir və ideyaların sərbəstliyi, azadlığı ilə əlaqələndirir. Lakin bir çox tənqidçi və ədəbiyyatşünaslar kimi o, azadlığı sosialist formasiyasının dağılması prosesi ilə yox, poeziyamızın minillik tarixi təcrübəsinin davamı kimi qiy-mətləndirir. Çünki ədəbiyyatın yeni humanist keyfiyyətlərlə zənginləşməsi qətiyyən formasiyanın dəyişilməsi ilə bağlan-mamalıdır. Tarixi prosesi süni surətdə fraqmental kəsiklərə çevirmək düzgün deyil. Çünki lap əzəldən ədəbi prosesin dialektik təkamülü spiralvari xarakter daşıyır: onun təkamülü birdən-birə sıçrayışa çevrilir və bu sıçrayış ədəbiyyata yeni xarakter verir. Qədim Romada imperiya dövrü «ədəbiyyatın qızıl dövrü» hesab olunub, Respublika dövrü isə yox! Şekspir dövrü də, maarifçilik dövrü də sosializm dövrü deyildi. Lakin dövr tarixə sənət nəhəngləri gətirdi!

Ümumiyyətlə, azadlıq nədir? Azadlıq-heç kimin hey-siyyətinə, böyüməsinə, sərbəstliyinə xələl gətirmədən fenomenal yaşayış tərzi, yaşamaq stixiyasıdır. Azadlıq nə qədər yüksək və dominant ideal olsa da, tam sərbəstlik deyil, tam fərdi ideal deyil. Azadlıq-subyektiv həyat tərzinə çevriləndə anarxiyaya qayıdır. Başqalarının həytaına mane olan azadlıq artıq aqressiv aktdır, anormal həyat tərzidir. Mən azadlıq haqqında düşünərkən belə bir əyani, natural faktı misal gətirmək istəyirəm: Meşədə elə ağaclar var ki, onlar başqa ağacların arasından şüy bir şüa kimi göyə – azadlığa can atır, ağacların fövqünə qalxır, təmiz, aydın səmanın ağuşunda azadlıq tapır və qəribədir ki, çox zaman belə ağaclar açıq və təmiz səmada baş tərəfdən böyüyürlər. Lakin elə ağaclar da vardır ki, onlar elə gövdədən qol-qanad atır, ətrafdakı körpə və cavan ağacları öz vahiməli qanadları altında saxlayır, onları günəş işığına həsrət qoyur, onların böyüməsinə

Page 70: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

70

imkan vermir. Beləliklə, azadlıq başqalarının azadlığını əlindən almamaq şərtilə yaşamaq ehtirasıdır; Qartal azadlığı kimi, günəş azadlığı kimi, fikir və xəyal azadlığı kimi!

Azadlıq abstrakt kateqoriya deyildir, onun xəyali kon-turları, sərhədləri, ölçüləri və hətta müəyyən dərəcədə koor-dinatları və üfüqləri vardır.

Poeziya azadlığı da belədir! Nizami dövründə də, Füzuli dövründə də, sərt Nəsimi dövründə də sərbəst ideyalar irəli sürülürdü. Əslində azad poetik fikirlər qadağalar olan yerdə daha sərbəst olur: Oljas Süleymenov, Çingiz Aytmatov, Rəsul Həmzətov , B.Vahabzadə hansı fikri sərbəst deməyib? Ona qalsa, indi müstəqillik kimi qiymətləndirdiyimiz dövrdə «poeziya» daha qüvvətli olmalı idi. Mən belə deməklə bir həqiqəti bildirmək istəyirəm ki, 1960-cı illərin poeziyası tarixin konkret dövründə olduğu kimi poetik fikrin intibahı idi, poeziya tarixinin növbəti zirvələrindən biri idi.

1960-70-ci illərin poeziyasında sənətlə elmin möhkəm sintezi var idi. Bu sintez Füzuli şeirində daha güclü idi. Qustav Tlober deyirdi: «Çem dalğşe, tem İskusstvo stanovitsə bolee nauçnım, a nauka bolee xudojestvennoy, na verşine, Takova dialektika razvitiə».2

Məhərrəm Hüseynovun fikirlərində də 1960-70-ciillərin poeziyasının yeni forma, üslub, obrazlar sistemi ilə zənginləş-məsini ayrıca, əlahiddə dövrlə mütləq mənada əlaqələndirmək iddiaları yox dərəcəsindədir.

Hələ XVIII əsrdə alman mütəfəkkiri Lessinqin fikirləri bu mənada çox müasirdir: «Yeni dövrdə incəsənət öz sərhədlərini fövqəladə dərəcədə genişləndirir… Bu gün ayrı-ayrı incəsənət sahəsinin (uzun bir tarixə malik olan incəsənət növünün) sərhədlərinin genişlənməsi ilə yanaşı ümumilikdə incəsənətin hüdudları da genişlənir: bədii yaradıcılığın yeni formaları

2 Ñèòàò àøàüûäàêû ìÿíáÿäÿí àëûíìûøäûð: «Литература и живопись». Ìÿãàëÿëÿð ìÿúìóñó. Ë., Íàóêà, 1982, ñ.5.

Page 71: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

71

yaranır. Həqiqətən də müasir incəsənət sisteminin bir çox problemləri söz sənəti ilə vizual obrazların sintezi şəklində meydana çıxır».3

Hamıya aydındır ki, Lessinqin dövründə sovet imperiyası anlayışı yox idi!

Məhərrəm Hüseynovun çox qiymətli və orijinal monoqra-fiyasında əsas tədqiqat obyekti poeziyadır! Bəs poeziya nədir:

Poeziya ekstaz zirvəsində ruhun xəyallarla, gerçəklik faktları ilə toqquşmasından yaranan və şairin bütün varlığını qarsan alovdur. Poeziya ruhun özündən doğan vəhylərdir. Lakin ilahi vəhylərlə poetik vəhylər arasında başlıca fərq ondan ibarətdir ki, ilahi vəhylər məchul dərinliklərdən emanasiya yolu ilə süzülüb gəlirsə və irrasional xarakter daşıyırsa, poetik vəhylər qəlbin özündən doğur və konkretdir. Lakin poetik vəhylərin paradoksları daha qəribə olur, imperativ xarakteri daşımır, soyuq məntiq, sillogizmlərə sığmır.

Bu vəhyləri istənilən yerə, istənilən istiqamətə yönəltmək olar.

Əgər ilahi vəhyləri dəyişmək mümkün deyilsə, poetik vəh-yləri şairin dünyagörüşünə uyğun olaraq dyişmək mümkündür. Şairin öz qəlbindən doğan və ilham adlanan vəhylər öz-özlüyündə hələ sənətin materiyasıdır, onu şeirə çevirmək şairin istedadından çox asılıdr. Şair onun ruhuna çilənən və ilahi sualları həyatın, zamanın və cəmiyyətin bütün meridianlarından keçirir və onların əks-sədası canlı, hərarətli şeirə çevrilir.

Poeziya haqqında mənim subyektiv düşüncələrim belədir. Lakin bu subyektiv fikirlər, poeziyanın təbii və obyektiv qanunlarından irəli gəlir.

1960-1970-ci illərin poeziyasının yeni üslub və forma xüsusiyyətləri haqqında düşünərkən yenə də bu həqiqətə sadiq qalıram ki, poeziyada yəni keyfiyyətlər istedadın dərəcəsindən, şairin dünyagörüşündən çox asılıdır.

3 Слово о науке. Знание. Москва, 1978, с.10.

Page 72: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

72

M.Hüseynov tədqiqat obyektinə kompleks şəklində yanaşır, bu obyektin ayrı-ayrı epizodlarının hər birini təhlil etdikdən sonra fikirlərini ümumiləşdirir; o, omonim, sinonim, antonimlər sistemini, bədii stil xüsusiyyətlərini, sözün denotiv mənasını (gerçəklik hadisələrinin, yaxud onların müəyyən hissəsinin əksi), konnatativ (məcazi) mənasını və s. linqvistik hadisəli əsl elmi səriştə ilə təhlilə cəlb edir.

B.Bryusov deyirdi ki, «Poeziyanın tarixi-poeziya vasitələ-rinin tədricən kamilləşməsi tarixidir».

Bu, o deməkdir, poeziyamızın ifadə vasitələri tarixi prosesdir, bu vasitələr ayrıca bir dövrün hadisəsi deyil.

M.Hüseynov 1960-cı illərin poeziyası haqqında danışarkən bu poeziyada emosional duyğularla, intellektual təfəkkürün sintezinə xüsusi diqqət yetirir; bu, əslində əsl poeziyanın təbii əlamətləri hesab olunmalıdır.

V.İ.Lenin deyirdi: «İnsan emosiyası olmadan heç vaxt həqiqət axtarışı yoxdur və ola da bilməz».

M.Hüseynovun elə bir fikri yoxdur ki, onlar məntiqi cəhətdən əsaslandırılmasın. Aristotel dövründə belə deyirdilər: Sən öz fikirlərini bir-biri ilə müqayisə et».

Orta əsrlərdə deyirdilər: «Sən öz fikirlərini avtoritetlə uzlaşdır. İndi isə belə deyirlər: «Sən öz fikirlərini faktlarla əsaslandır».

Məhərrəm Hüseynov öz fikirlərini ancaq fakt və arqumentasiyalara etibar eləyir!

Müəllif şeirşünaslıq problemləri barədə məşhur dilçi alim və ədəbiyyatşünasların fikirlərindən bol-bol misal gətirsə də onların təsir dairəsinə düşmür, onların fikirlərini öz sözünə qüvvət kimi misal gətirir: A.Axundovun, T.Hacıyevin, M.Arifin, Yusif Seyidovun, Afat Qurbanovun, Rəhilə Məhərrəmovanın, M.Məmmədovun, Musa Adilovun, Nizami Cəfərovun, K.Vəliyevin, Yaşar Qarayevin, Şamil Salmanov və başqalarının yeni dövr poeziyamızın forma, məzmun və üslub xüsusiyyətləri

Page 73: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

73

haqqında fikirlərinin əsas cövhərini götürərək, M.Hüseynov öz fikirlərini bu müəlliflərin baxışları fonunda ümumiləşdirir.

M.Hüseynov şeir dilinin poetika və estetikası haqqında belə düzgün nəticəyə gəlir ki: «Şeir dili öz incəliyini, həssaslığını onda itirir ki, dil qaydalarına üslubi zərurətdən doğmayan müdaxilə edilsin, habelə şeir mətnini lüzumsuz yerə istehsalat terminləri ilə və dialekt sözləri ilə doldurub, anlaşılmazlıq, üslubi ağırlıq yaratmasın (səh. 96). Bu, doğrudan da belədir: hər hal poeziyanın mümkün qədər öz leksikası olmalıdır. Hətta dahi Puşkinin «Yevgeni Onegin» poemasında iqtisadi-siyasi terminlər şeirin fitri harmoniyasını pozur, poetik ruha prozaik hava gətirir.

Lakin bununla belə poeziyanın fəlsəfi məzmununu, poetikasını, estetikasını şərtləndirən elə gizli, ifadə olunmayan potensialı var ki, onu yalnız şairin özü irrasional fəhm vasitəsilə duya bilər.

Bu da bir həqiqətdir ki, şeir sənətkarlığı, şair haqqında danışmazdan əvvəl tənqidçi, yaxud tədqiqatçı, birinci növbədə müəllifin həqiqi şair olub-olmamasını müəyyənləşdirməsi vacibdir. Sənətkarlığı sənətkarlıq olan yerdə axtarmaq lazımdır (Mir Cəlal).

Söz haqqında, sözün, bədii fikrin estetikası haqqında yalnız o adamlar təsirli, dürüst, əhatəli, elmi-məntiqi fikir irəli sürə bilər ki, həmin adam qəlbən, ruhən şair olsun. Onun başında dərin elmi təfəkkür olmaqla bərabər, sinəsində közərən od parçası olsun, ürəkdən ağlamağı, sevinməyi, sevməyi, nifrət eləməyi bacaran ürək sahibi olsun, həqiqi şair kimi sevməyi bacarsın! Necə ki, Füzulini, Vurğunu sevgisiz başa düşmək olmaz, Sabiri böyük vətəndaşlıq duyğusu olmadan dərk etmək mümkün deyil!

Mən heç bir mübaliğəsiz, ifrata varmadan M.Hüseynovun belə məziyyətlərinin fitrən yarandığına şübhə edə bilmirəm. Onun gözlərində həmişə həyati dərin idrakdan doğan gözəlliyi, məhəbbəti bütün varlığı ilə duymaqdan yaranan qığılcımlar

Page 74: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

74

sayrışır, humanizm, romantik ruh, yanan ürək könüllərdən xəbər tutmaq intuisiyası, zərifliyi, qəlb incəliyi, həssaslıq, ilahi vəhy onun həyatının, naturasının əbədi əlamətləri, ruhunun və xəyallarının əsas peykləridir.

Onun həssas gözləri kiçik bir kədər havasından nəm çəkir, qəmin özündən sevinc elementlərini, sevincin özündən qəm parıltısını çəkib çıxara bilir, gözəllik, şeiriyyət, musiqi qarşısında sarsılmağı bacarır:

Şəxsən mən ömründə bir insan kimi alnını qırışdırmayan, ağlamağı, hönkürməyi, gözəllik qarşısında özünü itirməyi və bunun əvəzində «özünü yenidən tapmayan bir insanın şeir, musiqi, məhəbbət haqqında düşüncələrini ordan-burdan qapılmış kompilyasiya, ya da diletant refleksləri hesab edirəm.

Məhərrəm, qeyd etdiyim məziyyətlərə layiq insandır və buna görə də onun poeziya, poetik fikir və estetik duyğular haqqında fikirlərinin hər birində böyük həqiqət möhrü görürəm.

M.Hüseynovun təhlilində 60-cı illərin poeziyasının dilçilik aspektində təhlil edilməsi tamamilə qanunauyğunluqdur. Əslində burada qeyri-adi bir məsələ yoxdur. Poeziyanın bütün bünövrəsi, ruhu, strukturu dilə borcludur. İnsanın ilk nidaları, ilk heyrətinin ifadəsi dildir. Dil isə sözlərin canlı kompleksi, ruporudur. Dil insan varlığının mahiyyəti, poeziyası, fəlsəfəsidir. Buna görə də dil haqqında ən lakonik və ehtiraslı söz bundan ibarətdir: Dil poeziyadır, dil ünsiyyət vasitəsidir, ünsiyyət isə insanlığın ilk substansiyasıdır.

Məhərrəmin fikirlərində, sintaksisində cümlələr son dərəcə səliqəli, elastik, emosional, poeziya ilə dolu, canlı, ehtiraslı, energiya vardır. Onun fikirləri adamı yormur, onun sinəsinə rahatlıq, ilıq, məhrəm nəfəs gətirir.

M.Hüseynov şeiri xalis dilçilik mövqeyindən təhlil etsə də, onun tədqiqat obyekti söz olsa da, o sözü struktualizm səviyyəsində jonqlyor əyləncəsinə çevirmir. Söz ayrılıqda belə onun üçün poeziyadır!

Page 75: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

75

Müəllif şeirin və bədii dilin poetikası və estetikası problemlərindən danışarkən poetik gözəlliyi şərtləndirən əsas kanonları bir paradiqma çərçivəsində modelləşdirmir, ədəbi hadisələri həmişə hərəkətdə götürür, yəni onun təfsirində ştamplaş-mış estetik kateqoriya yoxdur. O, bədii dil sənətkarlığını dialektik bədii təfəkkür aktı kimi götürür. Lakin bununla belə tədqiqatçı böyük bir həssaslıqla estetik kateqoriya sxeminə daxil olan əsas komponentləri belə qruplaşdırır: xəlqilik, istedad, orijinal üslub, zəngin lüğət fondundan istifadə ustalığı, dilin oynaqlığı, bədii və fəlsəfi ümumiləşdirmə ustalığı, poetik intonasiya rəngarəngliyi, vəzn məsələsinə həssas münasibət.

Müəllif dil, vəzn, ümumiyyətlə sənətkarlıq məsələlərinə dair araşdırmaların öyrənilməsi sahəsində filoloji elmin təcrübələrini yalnız milli ədəbiyyatşünaslıq dairəsində məhdudlaşdırmır. O, dairəni genişləndirir və sonra bu fikirləri məharətlə sistemə salır, ümumiləşdirir. M.Hüseynovun üstünlüyü ondadır ki, o, ayrı-ayrı müəlliflərin (yəni şairlərin, yaxud ədəbiyyatşünasların) fərdi xüsusiyyətlərini ümumi baxışlardan ayırmağı bacarır.

Onun bütün nəzəri, emprik təfəkkür sistemi başdan-başa elmi məntiqə əsaslanır.

Məhərrəm Hüseynov monoqrafiyanın «Nəticə» hissəsində belə qərara gəlir ki, «Şeir dili haqqındakı nəzəri düşüncələr və elmi ümumiləşdirmələr bədii yaradıcılığın kamilləşmə yolunda ən etibarlı vasitələrdəndir, poetik təfəkkürün qida mənbələrindəndir. Ədəbi prosesin tərəqqisi dil problemlərinin elmi şərhinə geniş yer verilməsi də bununla əlaqədardır. Monoqrafiyanın sonunda geniş ədəbiyyat siyahısının (səh.200) göstərilməsi onu sübut edir ki, müəllif tədqiqat obyektinə son dərəcə elmi məsuliyyətlə, hazırlıqla yanaşmışdı.

Onu da qeyd edim ki, tədqiqat obyekti ilə bağlı müəllifin 40-dan çox elmi məqaləsi dərc edilmişdir. Siyahıdan məlum olur ki, M.Hüseynov bu monoqrafiyanı yazarkən 215 ədəbiyyatdan istifadə etmişdir.

Page 76: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

76

Bütün deyilənləri ümumiləşdirərək belə demək istəyirəm. Bədii dil probelmləri elm tarixində ən vacib, ən aktual problemlərdən biridir. Klassik poeziyamızın xanimanlarını, gözəlliyini amansız şəkildə talan edən yalançı poeziya mühitində, sözün, şeirin, musiqinin nüfuzdan salındığı bir vaxtda belə tədqiqat əsərlərinə, yəni həqiqi alimlərə ciddi ehtiyacımız vardır.

Mən məqaləmin sonunda istedadlı filoloq, gözəl insan, çox etibarlı dost olan Məhərrəm Hüseynovun elmi təfəkkürünün bəzi xüsusiyyətlərini monoqrafiyanın oxucularına çatdırmaq istəyirəm. Mən ümidvaram ki, belə bir sadə, təbii elmi üslub bu kitabdan istifadə edəcək tələbələr, magistrlər, müəllimlər və nəhayət savadlı oxucular üçün maraqlı olacaq və oxucular müəllifin fikirlərini tez «həzm» edəcək, cümlələrin arxasından bu mehriban pedaqoq alimin sevimli obrazını görəcəklər.

Elmi təfəkkürün təzahür və ifadə formaları üçün vahid, yekrəng etalon yoxdur. Elmi fikrin istinad etdiyi rəngarəng üsullar, mühakimə çalarları, forma əlvanlığı əslində bədii təfəkkür üçün vacib olduğu qədər onun özü üçün də müstəsna əhəmiyyətli analiz vasitəsidir və belə əlvanlıq hər şeydən əvvəl fikrin əhatə qüdrətini, fəallığını, onun ədəbi hərəkətdə olduğunu, başqa sözlə idrakın dialektik təbiətini sübut edir. Əlbəttə, elmi təfəkkürlə, bədii təfəkkürün ayrı-ayrı predmetləri, funksiyaları, səlahiyətləri vardır. Bununla bərabər, onların arasında Çin səddi də çəkmək olmaz. Hələ bu vaxta qədər heç kim sübut eləyə bilməmişdir ki, idrakın başlanğıc momentindən onun zirvəsinə qədər gedən fikir, düşüncə yollarında yalnız sillogizm, xalis məntiqi təfəkkür hegemonluq edir və guya ki, elmi fikrin obrazlı ifadəsi onun ciddiliyinə ziyan gətirir, guya onun hərəkət dairəsini məhdudlaşdırır.

Bu, qətiyyən belə deyildir. Şərqin böyük mütəfəkkirlərinin, antik dövr filosoflarının, məşhur fransız maarifçilərinin və başqa bu kimi parlaq zəkaların ən ciddi, ən kəskin fikir döyüşlərində obrazlılıq dərhal diqqəti cəlb edir. Məşhur rus tənqidçisi V.Q.Belinski hətta elmi idroakla bədii təfəkkürün sərhədlərini müəyyənləşdirmək istərkən belə onun fikirlərində obrazlı hökmlər

Page 77: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

77

daha çox üstünlük təşkil edir. Böyük Azərbaycan alimi, müstəsna bilik sahibi Xətib Təbrizinin özü də elmi düşüncələrini mücərrəd terminlərdən, ekstravaqant ifadə tərzindən uzaqlaşdırıb, elmi fikrin maksimum anlaşıqlı ifadəsinə cəhd edib, metafizik, doqmatik fikir qalıblarından qaçıb. Normativ kanonlar hər hansı fikri təsir qüdrətindən məhrum edir, fikri cılızlaşdırır, onu dini-sxolastik formula, cansız, ehtirassız düşüncə qəlibinə yaxınlaşdırır.

Elmi təfəkkürün özünün də obrazlı olması əslində iki mənbədən irəli gəlir. Birinci, ona görə ki, tənqidi fikir sahibinin özü də canlı insandır və o, öz ehtiraslı emosiyalarını, ruhi təlatümlərini gizlədə bilməz, ikincisi hər hansı bir elmi fikir hətta vahid bir metodologiyaya istinad etsə,belə onun fikirləri təkamül yolları keçir və bir fərd kimi özünü də analiz predmetindən ayıra bilmir. Nəhayət, elmi-fəlsəfi təfəkkürün özü də canlı yaradıcılıq aktı, yaradıcılıq ehtirasıdır. Yaradıcılıq ehtirası isə heç vaxt təbii obrazlılıqdan, rasional fantaziyadan, ümumən insan fikri və nitqi üçün çox vacib komponent olan epitet və metaforlardan təcrid ola bilməz. İnsan nitqi və təfəkkürü son dərəcə fenomenal, tarixi-bioloji hadisə olduğu üçün onu quru, mexaniki sillogizmlərlə bürümək mümkün deyil. İnsan nitqi və düşüncəsi heç vaxt mücərrəd, predmetsiz xarakter daşımayıb, hər hansı bir təbii fakt və hadisə ilə bağlı olub. İnsan təbii fakt və hadisələri qiymətləndirərkən də təbiətin əlamətlərindən istifadə edərək, öz mühakimələrinə enerji vermişdir, öz fikirlərini cilalamağa cəhd göstərmişdir. Əlbəttə, bədii ədəbiyyatla, elmi-tənqidi təfəkkürün ayrı-ayrı funksiyalarını da unutmaq olmaz. Hər iki təfəkkür növünün ən parlaq əlaməti sadəlik, aydınlıq və təbiilikdir. Çünki «aydın nitq aydın təfəkkürün məhsuludur» (K.Marks).

Bir belə təfəkkür sadəliyini, analiz aydınlığını Məhərrəm Hüseynovun məqalələrində açıq-aydın görə bilirik.

Page 78: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

78

ELMİ VƏ POETİK TƏFƏKKÜRÜN PARLAQ İŞIĞI

İnsan həyatını onun yarandığı ilk dövrdən məzara qədər

müşayiət edən, onu vəhşilərdən ayıran, ona bəşər statusu verən estetik duyğular, hələ dil açmamış bu təbii hisslər inkişaf edərək bəşər həyatının sonrakı pillələrində lirik duyğularla zənginləşdi və bu duyğular kompleks halda daha sonralar poeziya kimi formalaşdı. İnsan özünün bütün dərdi-sərini, çəkdiyi əzabları, sevincini, həyəcanlarını, ömür təlatümlərini bu poeziya ilə ifadə etməli oldu. İslama qədərki dövrü, adətən, cahilliyyə dövrü adlandırırdılar. Bu hökm nə formal, nə də dialektik məntiqə sığışmayan faktlara, arqumentlərə söykənməyən absurd atmacadan başqa, bir şey deyil, daha çox dinin statusunu yüksəyə qaldırmaq, hətta bir qədər də dini qısqanclığın aldadıcı münasibəti idi. Məşhur şərqşünas İ.M.Filştinski məhz islama qədərki poeziyanın xarakterini tamam başqa şəkildə özü də xalis elmi şəkildə belə ümumiləşdirir. O yazır: «İslama qədərki poeziya, xüsusi ideya və tematik zənginliklə fərqlənmirdi. Bədəvi həyatının yeksənəqliyi, təzə təəssüratların azlığı şairin təsəvvürlərini məhdudlaşdırır, ona adət etdiyi obrazların təsvirlərdən, daha zəngin assosiasiyalardan kənara çıxmaq imkanını məhdudlaşdırırdı. Lakin bununla belə, bədəvi (köçəri) həyatının primitivliyi, onun təbiətə daha yaxın olması və həyatdakı çətinlikləri həmişə aradan qaldırmaq zərurəti, quru səhrada öz mövcudluğunu qorumaq cəhdləri, öz gücünə inamını daha da gücləndirirdi. Lakin bu poeziya bədəvi şairləri öz yurduna, qəbiləsinə daha çox bağlayırdı» (Bax: İ.M.Filştinski. Arabskaya klassiçeskaya literatura. İzd-vo Nauka, Moskva, 1965, str. 23).

İslamaqədərki dövrün cahilliyyə dövrü adlandırılması bir də ona görə sağlam fikrə sığışmır ki, əslində, ərəb şeirinin əsas poetik yanr sistemi, onun başlıca priyomları elə islamaqədərki

Page 79: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

79

poeziyada formalaşmışdı. Bədahətən şeir demək həmin dövrün poetik nailiyyəti idi. Həmin dövrə formal mənfi münasibəti təkzib edən tutarlı faktlar da vardır. Bir fikrə diqqət yetirək: «O dövrün ərəbi şeiri sadəcə sevmirdi, şeirə səcdə edirdi. Şeir ərəb üçün hər şey idi, ərəb öz həyatını, gözəlliklər aləmini, öz varlığını şeirdə görürdü. Onlar belə deyirdilər: «Zənn etməyin ki, biz Məhəmmədə inandığımız üçün baş əyirik. Bizi səcdə etdirən bu sözlərdəki bənzərsizlikdir. Ərəblər Qurana şeirlə yazıldığı üçün səcdə qılırdılar (Bax: Qurana olan 101 sual. Bakı, 1982, səh.20). Bu sözlər islamaqədərki poeziyanın, xüsusən müəlliqat poeziyasının «cahilliyi» haqqındakı cahillik deyilmi?».

Təsəvvür edin ki, Günəşin od vurub yandırdığı Ərəbistan səhralarının uzaq-uzaq güşələrindən Ukaz bazarına dəstə-dəstə gələn ərəb tacirlərinin bu bazarda toplaşmasının əsas səbəbi mal alveri deyildi. Şeir yarışına, improvizasiya meydanında poetik yarışmalara qoşulmaq idi. Şeirə bu cür ehtiraslı məhəbbətin olduğu dövrü cahiliyyə dövrü adlandırmaq nə dərəcədə ədalət-lidir. Bu fikri qüvvətləndirmək üçün başqa faktlar əlavə etmək lazımdır. Ərəb ədəbiyyatı tarixində «Keçmişə qayıdış» adlanan mühüm bir mərhələ də olur. IX əsrdə xilafətdə daxili münaqişələr güclənəndə ortodoks (qəti dindarlar) «Keçmişə qayıdış» tələbini irəli sürdülər. Onlar «Yeni ədəbiyyat» deyilən ədəbi normalara qarşı qədim ərəb ədəbi formasını «bərpa etmək», keçmişə qayıdış şüarına üstünlük verdilər.

Mənim misal gətirdiyim bu tarixi faktlar və paralellər zahirən əsas məsələdən uzaqlaşmaq kimi də anlaşıla bilər. Əslində, bu tarixi reminisensiyaların mətləbə çox dəxli var. Ancaq bunları düşündükcə bugünkü cəmiyyətə biganəliyi adam-da əcaib paradoks təəssüratı yaradır. Bu boyda ədəbi nailiyyətləri, nəhəng şairləri olan xalq nə üçün bu gün poeziyanı kitaba bu qədər indifferent münasibət bəsləsin, bədii estetik zövqünün xəzinəsini yoxsullaşdırsan, ürək bulandıran, zəhlətö-kən, insan heysiyyətini alçaldan bədnam şoular üçün sino getsinlər. Axı insanın mənəvi dünyasını bu qədər yaxşılaşdıran

Page 80: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

80

amillər nədən ibarətdir? İnsan özünü niyə bu qədər ucuzlaşdırır, öz estetik zövqünü qiymətdən salır, bütün varlığı ilə kainatın tacı olan insan özünün mənəvi xəzinəsinə qəsd etsin? Antik və intibah dövrünün rəssam və heykəltəraşları Allahların və İlahələrin rəsmini və heykəllərini yaradarkən ancaq onları bir ölçü, ülgü, nümunə kimi götürürdülər. Allahların heykəllərini insan şəkilində yaradırdılar, deməli, insandan başqa, özgə bir ülgü tapa bilmirdilər. Məşhur sofist Prataqor insanı hər şeyin ölçüsü adlandırırdı. Başqa fövqaladə qüvvə düşünə bilmirdilər. Deməli, bu dahi sənətkarlar Allahlara yaraşan sifətləri başqa mistik, errasional bir aləmdə yox, məhz insanda görürdülər, bu dahilər Allahların qüdrətinə miqas kimi, ilahiliyinə nümunə kimi insanı irəli çəkirdilər. Bəs onda insan allahlara yaraşan öz ləyaqətinə, gözəlliyinə, qüdrətinə qəsd edir, öz insanlığının təmizliyini unudur, təbiətin bir parçası olduğunu duymur, öz insan obrazını təhrif edir? Axı niyə insan öz ruhunu inkar edir? Düşünmür ki, ağıl yalnız inkara çevriləndə quruyur və həmişəlik solur. Axı insan öz ağlına belə metafizik münasibətlə baxır, özünü kiçildir. Görünür, kor inam bəzən həqiqətdən üstün olur.

Bu saat da bizə öz mənəvi aləmini özünə qaytarmaq üçün güclü bir intibah vacibdir. Bu intibahın təkanverici faktorlarından ən vacibi isə estetik zövqü əvvəlki dövr səviyyəsinə qaytarmaqdır. Kitaba ehtiraslı məhəbbət lazımdır.Bu da maraqlıdır ki, Peyğəmbər «beşikdən məzara qə-dər oxu!» tələbini irəli sürdüyü halda, televiziya kanallarında Peyğəmbərin bu vəsiyyətini təbliğ edən din xadimini görmürük. Əksinə, çox vaxt belə bir iddianın şahidi oluruq ki, guya peyğəmbər «Oxu deməklə yalnız Quranı nəzərdə tuturdu». «Axı elm dalınca lazım gələrsə, Çinə də getmək lazımdır çağırışı da» məhz Peyğəmbərə məxsusdur. Demək istəyirəm ki, mənəvi intibah üçün ən böyük stimul bədii ədəbiyyata, xüsusən poeziyaya qayıtmaqdır. Əlbəttə, poeziyaya, ədəbiyyata biga-nəliyi hamıya aid etmək olmaz. Azərbaycan xalqının potensial-poetik istedadı inkaredilməzdir. Poeziya təkcə mənəvi dünyamızı zənginləşdirmir, bizi vətənimizə daha çox, xalqı-

Page 81: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

81

mızın poetik istedadına, müdrikliyinə daha böyük inam yaratmağa, estetik zövqümüzün dərinliyinə daha böyük təsir göstərir. Söhbət bizdə poetik istedadın olmamasından getmir, söhbət oxucunun azlığından gedir.

Poetik istedad fitri, potensial yaradıcılıq enerjisi, damarlarda axan qanla doğulan və vulkan kimi püskürməyə, azadlığa çıxmağa həmişə hazırdır. Xalq sərrast şəkildə belə deyir: «Poetik istedad Allah vergisidir». Bu istedad çox vaxt yeraltı çeömələr kimi qəlbin dərinliyində yatır, gizlənir. Özünü çox vaxt sucaq kimi büruzə verir, «mən varam» deyir. Onu üzə çıxarmaq üçün hansısa bir uğurlu fürsət, həvəsləndirici amil, oxucu tələbatı, oxucu məhəbbəti lazımdır. Bu sucağı yerin dərinliyi açıq dünya üzünə çıxarsın, onun qədrini bilsin, onu özünə həmdəm bilsin, onunla yaşasın, onu bir ilahi vəh kimi qəbul etsin. Amma çox vaxt bu istedad ya utancaqlıq, ya ifrat təvəzökarlıq, ya da ona qiymət qoyulmamaq, ona ədalətli münasibət bəsləməmək, istedadsızları daha irəli çəkmək kimi ikrah doğuran münasibətdən bu yaradıcılıq enerjisi bətndə yaranıb, bətndə də ölür. Belə istedadlara ədalətli münasibət isə dayaqsız çürük məntiqsiz dəlillərlə guya təkzib olunur. Həqiqi şair bal arısına bənzəyir. Axı məlumdur ki, bal arısı yalnız üzərinə qonduğu çiçəyin şirəsindən hazır bal çəkmir, təcrübəli mütəxəssislərin dediyinə görə, arının öz ağzında da çiçəklərin şirəsini bala çevirən təbii bir cövhər var. Bu cövhər çiçəklərin şirəsi ilə qarışaraq bal əmələ gətirir. Bu mənada şairlərin potensial fitri istedadı poetik zövqü, zərif ruhu, ilhamı, poetik düşüncəsi, qabiliyyəti onun gördüyü, təmas etdiyi gözəllik predmeti ilə ünsiyyətdə öz şeiri ilə şirin bal şanı yaradır, şair təbiətdə sistemsiz halda səpələnən poetik ünsürləri yığıb onlara ritmik bir forma verir, onu şeir səviyyəsinə qaldırır. Adətən, bədii ədəbiyyatı həyatın inikası kimi qiymətləndirirdilər. Marks çox dürüst deyirdi ki, «hər cür tərif birtərəflidir, yarımçıqdır». Aristotel və Belinski – bu dühaların hər ikisi sonradan poetika elminin bir başqa istedadlı nümayəndəsi, Bualo da ədəbiyyatı yalnız gerçəkliyin inikası, əksi hesab etmir, poeziyanı

Page 82: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

82

gerçəkliyin yenidən yaranması kimi qəbul edirlər. Doğrudan da, axı poeziya təkcə təqlid deyil, doqorretip foto deyil, yaradıcılıq istedadının gerçəkliyi, təzədən öz idealına uyğun yaratmaq talantıdır. Talant sözü istedadlı sənətkarlarla elə-belə təsadüfi titul kimi verilməyib, qədim Yunanıstanda ən qiymətli pul vahidinin adındandır. Deməli, istedad həqiqi şair üçün ən böyük qiymətdir. Həqiqi şair öz təəssüratlarını qəlbinin «laboratoriyasına» çəkir, bu təəssüratlara öz qəlbinin od-alovunu, hisslərini, emosiyalarını, enerjisini qatır, bu təəssüratları təzədən yaşayır. Şair təbiətin yaratdığı 7 rəngə az qala 70 çalar qatır, təbiətə borclu qalmır. Təbiətin verdiyini ikiqat gözəlləşdirir, ülviləşdirir, təbiətdən aldığı gözəlliyə təzə don geyindirir, onun başına tac qoyur, ona dil verir. Bu gözəlliyi müdrikləşdirir. Bütün bu uzun müqəddimədə əsas məqsəd budur ki, həyatda, təbiətdə poeziya heç vaxt tükənmir. Amma bu gözəlliyi qiymətləndirən, onu insan ruhuna çevirən istedadlar yenə də var və onların yaradıcılığına obyektiv qiymət vermək bizim mənəvi borcumuzdur. Bu istedadlı alim-şair Məhərrəm Hüseynovda maraqlı budur ki, əlli ildən artıq bir vaxt ərzində ünsiyyətdə olduğum, tanıdığım, dostluq etdiyim bu insanın poetik zövqünə bələd olduğum halda, onun şair olduğunu bilmirdim. Bu həqiqəti, «möcüzəni» yalnız “Göyçə gölü” haqqında yazdığı lirik poemasından sonra kəşf edə bildim. Mən bu gözəl və son dərəcə səmimi, şirin dillə Vətən, yurd həsrəti ilə dolu olan bu qəlb sahibinin bu vaxta qədər gizli qalan poetik istedadını bu poemada reallaşmasını möcüzə hesab etdim və qəribə də olsa, heyrətləndim. Ona görə heyrətləndim ki, işıq üzünə çıxmaq üçün torpağın dərinliyindən torpağın üstünə can atan çeşmələr uzun zaman özünü dustaqda saxlaya bilmir, öz varlığını sübut etməyə cəhd göstərir, qəlbin dərinliyində yarana bilən məhəbbət köksün altında uzun zaman duruş gətirə bilmir. Bu məhəbbətin gizli şəfəqləri insanın üzünə, gözünə çilənir. Bəs necə olur ki, bu adam qəlbində dərya kimi çalxalanan duyğularını, ən müqəddəs həsrət hissini sinəsi altında necə gizləbib. Sonra başa düşdüm ki, vətən həsrətli, vətən ətirli

Page 83: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

83

poeziya çoxdan bu sevimli dostumun sinəsində hazırdır, ona yalnız işıq üzü görmək lazımdır. Və bu təkan o zaman tapılır ki, artıq bu doğma vətən həsrətini yalnız gizli duyğu kimi gizlədib saxlamaq mümkün deyil, o gerçək, nağd «materiya»ya çevril-məli idi.

Dərin hissiyyatlı adamın qəlbində həmişə fitri bir poeziya yaşayır. Onu açıq fəzaya çıxarmaq üçün fövqəladə şərait tələb olunur. Bəzən istedadsız, küt bir adam zorla özünü gözə soxur, öz gərəksiz mətahını bazara çıxarır, özünə 5-6 müştəri tapır və yazdıqlarını bu zövqsüz müştəriyə sırıyır. İstedadlı adamlar isə öz istedadını üzə çıxara bilmir. Mark Tven «Bir» hekayəsində buna bənzər bir epizod tamamilə yerinə düşür: O dünyaya köçən bir adamı həyatda ona layiq olan yeri tapa bilmir. O biri dünyadan böyük istedadını reallaşdıra bilmir. O dünyanın sakinlərində bir bələdçidən soruşur ki, mən dünyanın ən böyük və ən istedadlı sərkərdəsini görə bilərəmmi? Bələdçi onu çəkib divar dibində oturub çəkmə yamayan bir pinəçini göstərir: «Budur dünyanın ən qüdrətli sərkərdəsi». Bələdçinin gətirdiyi adam heyrətdən donur və bunun həqiqət olduğuna inanmır. Pinəçi öz həyatını başdan-ayağa bütün təfsilatı ilə danışır və onunla maraqlanan adam başa düşür ki, real dünyada nə qədər belə istedadlar öz yerini tapa bilmir, istedadı boğulur və bu isdedad məhv olur. Onların yerini isə bivec, istedadsız adamlar tutur. Bilmirəm, R.Rojdestvenskinin ya Y.Yevtuşenkomu belə bir ibratamiz sözü var: «İstedadlılara kömək edin, istedadsızlar hansı yolla olursa-olsun özlərinə yer tapacaqlar». Məhərrəm Hüseynov bu təzə «Əzizxan» lirik poemasını da Şəhriyar stili ilə yazıb. Rus ədəbiyyatında «Onegin bəndi» formalaşdığı kimi bizim Azərbaycan poeziyasında da Şəhriyar bəndi xüsusi maraq doğurur və artıq çox şairlər üçün forma cəhətdən poetik etalona çevrilib. Lakin Məhərrəm kimi istedadlı şair üçün bu etalon zəncirə, buxova çevrilməyib, o, bu etalonun çərçivəsində öz istedadı, məharəti ilə ciddi poetik reveranslar etməyi bacara bilmiş, bu mücrünün içərisinə xeyli qiymətli incilər yerləşdirə bilmişdir. Şeir ithaf şeiridir. Çox istedadlı bir Əzizxan Tanrı-

Page 84: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

84

verdinin təfəkkürünə bu təfəkkürün yaratdıqlarına parlaq bir işıq salır, onun alim həyatının işıqlı panoramını tərənnüm edir, amma burada qətiyyən gurultulu potetika, baş aldadan ritorika yoxdur. İstedadlı şair öz qəhrəmanını sadəcə olaraq mədh etmir, onun parlaq alim istedadının tükənmək bilməyən potensialının miqyasını, özünəməxsusluğunu, bəhrəsinin qiymətini, onun in-sanlığını, vətəndaşlıq qeyrətini, insani duyğularını şeirə çevirir.

Məhərrəm Hüseynov bütün bunlarla bərabər, ana dilimizin füsunkarlığını, fitri cazibəsini, lirikasını, zənginliklərini, istəni-lən fikri ifadə etmək qabiliyyətini, musiqisini, ürəyəyatımlığını, rəvanlığını da nümayiş etdirə bilir. Poemanın qəhrəmanı alim Əzizxandır. 60 bənddən ibarət bu şeir çələngində şairin istedadı və böyük poetik hünəri bir də ondadır ki, o, bu bəndlərin hamısını bir konkret qafiyə sisteminə tabe etdirə bilmişdir. Daha konkret desək, şair bu qədər bəndlərin hamısında eyni tipli, lakin məna və mahiyyətcə eyni olmayan bir sistemə tabe etdirə bilmişdir. Bir-biri ilə qafiyələnmiş sözlər doğma dilimizin zənginliyini, əhatə dairəsini, ahəngdarlığını əyaniləşdirmişdir. Qafiyə sıralanması bu şəkildədir: üzü, gözü, bizi, sazı, duzu, ca-zı, qazı, razı,tazı, dazı, yazı, bizi (başqa mənada), yazı (yazmaq mənasında), qazı (qazımaq feilindən), özü, közü, dizi, azı, yüzü, ulduzu, quzu, pazı, pası, Arazı, dəryazı, buzu, qazı (dini məhkəmə mənasında), avazı, vurazı, tarazı, qarası, xülyası, dəryası, havası, derazı, tozu, yarası, sözarası, ədası, xası, balası, dayazı, pərvazı, cəfası, səfası, qayası, Arazı, ası, yası,ədası, dərdi-bəlası, bəyazı, qayası, bəhrəsi, və s. 60 bəndlik şeirə eynicinsli (oxşar) qafiyə tapmaq, bir tərəfdən, müəllifin istedadıdırsa, digər tərəfdən, dilimizin zənginliyinə sübutdur. Lirik poema epiqrafdan sonra belə başlanır:

Elmin zirvəsinə gedən yolunun Borçalıdır əzəl izi, Əzizxan! Ürfan aləmində adın gələndə Ağ olur elinin üzü, Əzizxan!

Page 85: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

85

Qəhrəmanın kimliyi oxucuya məlum olandan sonra onun daxili, mənəvi portreti, zəkası, istedadı, daxili aləminin rəngarəng zənginliyi onun həyatının bütün lirik pillələri, dramatizmi, xarakterinin bütün çalarları istedadının əhatə dairəsi poeziyanın şirin dili ilə nəzərə çarpdırılır. Poema boyu qəhrəmanın elm yolunda gördüyü işlər poeziyanın motivlərinə çevrilir və əsər mədhiyyə olma kimi bədii forma nişanəsindən qurtulur və təsvir səmimi tərənnüm yoluna düşür.

Hər kitabın bir hünərdir, min zəfər, Hər kəlamın bir müjdədir, xoş xəbər, Çovğunlara, tufanlara sinə gər, Sevindir uğurla bizi, Əzizxan! El naminə alovlanır qəlb odun, Qələminlə tariximi qorudun, Dilə gəldi ruhu Dədəm Qorqudun, Koroğlunun telli sazı, Əzizxan!

Göründüyü kimi, hər bənddə böyük məharətlə Əzizxan

Tanrıverdinin yaradıcı siması onun yaradıcılıq yolunun bir səmti yaradıcılıq yolunun əsas motivasiyaları, tipləri onların əhəmiy-yəti, qiyməti göstərilir. Onun hansı dəryaya baş vurması, orada necə qəffas olması bu dəryadan hansı inciləri çıxarması məlum olur.

Şair-Əzizxan Tanrıverdinin istedadının baş vurduğu bütün meydanlardan necə üzü ağ çıxması poeziya dili ilə konkretləşir. Bədii yaradıcılıq addımları onun istedadlı, təbii, dözümlü, savadlı, əhatəli olduğunu sanır, lakin nüfuzedici bir dillə tərən-nüm edilir. Şair qəhrəmanın alim şəxsiyyətini, onun yaradıcılıq sahələrini, tiplərini, təfəkkürünün qeyri-məhdudluğunu, çox mə-harətlə əyaniləşdirir. Bu qəhrəmanın bütöv xarakterli bir yara-dıcı fərd olmaqla bu fərdin cəmiyyət ruhu ilə ciddi inteqrasiyası xalq üçün yandığını parlaq epitetlər və metaforalarla əya-niləşdirir.

Page 86: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

86

Sözün cəngavəri, dilin mətini, Qürurla vəsf edir məmləkətini, Sevinclə qarşılar hər bir çətini, Alın yazısından razı Əzizxan! Haqqı başı üstə anmayanlara, Sözün odu ilə yanmayanlara, Səni insan kimi qanmayanlara Əldə tut noxtanı, bizi, Əzizxan!

Məhərrəm Hüseynovun məharəti ondadır ki, o, Əzizxan

Tanrıverdinin yaradıcılıq yollarının bütün gərgin dramatizmini, məhdud «obuvatel» ruhlu opponentlərlə elmi savaşını, amalla-rını, sərbəst düşüncə sahibi olduğunu, sadəliyini əyaniləşdirir. Onun alim fərdiyyətini üstünlüyünü qabarıq şəkildə ifadə edə bilir.

Uğurun çox gözə batan ox oldu, Ucaltdığın dar ayaqda yox oldu. Cibin boş olsa da, gözün tox oldu, Həmişə çox bildin azı, Əzizxan!

«Əzizxan» poemasının bir məziyyətini də xüsusi qeyd

edirəm. Poema zahirən tək qəhrəmanlıdır. Burada mürəkkəb obrazlar sistemi yoxdur. Amma poema müəllifi bu tək obrazın səciyyəsini elə təsəvvür edir ki, oxuyan xayələn bu alim-müəllim obrazının əhatəsində müxtəlif tipli obrazları, sifətləri gözümüz qabağına gətirir. Qəhrəman tələbələr qarşısında, dostlar arasında, bədnam ideya opponentləri içərisində, kitablar aləmində, xalqın əhatəsində təqdim edilir. Biz hər şeydən, əvvəl, onu vətən və xalq üçün yanan bir vətəndaş kimi görürük.

M.Hüseynovun bu əsərində, həm də «Göyçə gölü» poemasında necə deyərlər, dilimizin misilsiz obrazı da yaradılmışdır. Dilimizin zəngin leksikası, akustik gözəlliyi, hərarəti, ifadə qüdrəti, düşmənə qarşı ovxarlanmış qılıncı, dost-

Page 87: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

87

larımıza münasibətdə bənzərsiz şirinliyi, musiqiliyi müəllifin əsərində reallaşır.

Bu sözləri deyərkən bir tələbəmin dilimiz haqqında danış-dığı bir hadisəni xatırlamalı oldum. O danışırdı ki, Moskvada aspiranturada oxuyarkən mənimlə bir otaqda vyetnamlı bir aspirant yoldaşım var idi. Bir gün qohumlarımdan biri məni görməyə gəlmişdi. Biz söhbət edərkən vyetnamlı böyük maraqla üzümüzə baxıb gülümsəyirdi. Qohumum gedəndən sonra otaq yoldaşım mənə dedi: «Siz nə gözəl mahnı oxuyurdunuz». Mən ona bildirdim ki, biz nəğmə oxumurduq, biz elə-belə söhbət edirdik. O gülümsəyə-gülümsəyə dedi: «Siz xoşbəxtsiniz ki, belə musiqili diliniz var». Əlbəttə, mən bu sözləri eşidib doğma dilimizlə qürur duydum.

Məhərrəm Hüseynov görkəmli filoloqdur, dilçidir, halal zəhmətlə qazandığı professor adı var. Təkcə onun şeirlərində yox, həm də elmi əsərlərində, söhbətlərində də dilimizin şirinliyi, zənginliyi, musiqiliyi, istənilən fikri, hissi, duyğunu ifadə etmək qənaəti, şeiriyyəti, eyni zamanda kəskinliyi dərhal hiss olunur. Onun “Göyçə gölü” adlı lirik poeması bu mənada misilsiz bir əsərdir. Təkcə bu poemanı oxutmaqla vətən həsrəti bir qəribi hönkürtü ilə ağlatmaq, təkcə bir neçə sızıyla həmin hönkürtülü gözləri güldürmək olar. Məhərrəmin özü də, onun qəlbi də, ruhu da poeziya ilə doludur. Onun tər-təmiz ürəyindəki sözlər heç bir janra sığmayan lirikadır. Dilimizin füsunkarsirrlə-rini gənc nəslə öyrətmək ən böyük qəhrəmanlıqdır. Mən həmişə bu sevimli dostumdan belə gözəl əsərlər gözləyirəm. Həmişə onun istedadına, düz yoda olmağına inanıram.

Məhərrəm Hüseynovun istər elmi, istərsə də poetik təfəkküründə metafizik düçüncə yoxdur. Hər iki halda onun təfəkküründə hərəkət, dinamika vardır. Bu meyil müəyyən mənada yaponların Dzen fəlsəfəsini xatırladır. Dzen isə fiziki və ruhi təmrinlərin sistemidir. Fiziki təmrinlər insanı fiziki cəhətdən möhkəmlədirsə, ruhi psixoloji təmrinlər insan ruhunun daxili təkmilləşməsidir, öz-özünə hakim olmaq psixologiyasını təlqin edir. Daha sonra belə-belə ruhi məşqlər öz daxilinə enib,

Page 88: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

88

mənəvi-əxlaqi kamilliyə aparır. Bu zaman insan varlığı dərk etmək səviyyəsinə qalxa bilər. Dzen mövcud olmaq fəlsəfəsi ilə birləşir, şəxsiyyətin dünyagörüşündən asılı olmayaraq, dzenlə məşğul olanlar bəzən misfisizməqapılsa da, əslində, prantisizmə meyil edir, deməli, o, iki əlaməti özündə birləşdirir. Məhərrəm bəzən ən vacib əxlaqi, mənəvi keyfiyyəti öz qəhrəmanının humanist duyğularını tez-tez təkrar etmək qətiyyən pis mənada təkrarçılığa yol vermir, əksinə, lazım olan müsbət, qiymətli həqiqəti yaddaşlara, beyinlərə daha möhkəm mənimsəyir. Qəhrəmanın fərdiyyətinin səciyyəvi cizgilərini və xüsusiy-yətlərini böyüdüb yaddaşlara hopdurur. Buna görə də o, istər təbii naturanı, istərsə də insan naturasını bilavasitə yaxından seyr edir, tanıyır, obyekt və subyektin yalnız zahiri kopyasını çıxarmır, onların daxili aləmlərinin dərində gizlənmiş kökünü göstərməyə nail olur. Misal üçün belə bir qədim Dzen əfsanəsini nümunə gətirək: Müəllim öz şagirdinə təklif edir ki, qarşısındakı daşa baxsın və ondan soruşur ki, o, qarşısında nə görür. Şagird cavab verir ki, mən qabağını daş görürəm. Müəllim yenə onu məcbur edir ki, yenə daşa baxsın. Şagird yenə cavab verir ki, mən daş görürəm. Və bu dəfə şagird müəllimin sualına cavab verə bilmir. Müəllim bu dəfə ona belə deyir: “Bax, indi bu daşı görə bilirsən”.

Bu hekayətin əsas fikri, məğzi ondadır ki, hər hansı bir şeydə anlayışı avtomatik əzbərləmək o predmeti hələ tanımaq deyil, belədə insan daş anlayışını avtomatik yadında saxlayır, amma insan predmeti daha yaxında, daha əyani görəndə pred-metik səciyyə və qiyməti daha dərindən anlayış xüsusiyyətlərini bütünlüklə beyninə köçürür.

F.P.Filin isə belə deyir: “Həmişə nəzərdə tutmaq lazımdır, bizim təfəkkürümüz, fotoaparat kimi passivi əks etdirmir.Bizim təfəkkürümüz fəaldır, yaradıcıdır, bizim şüurumuzdan asılı olmayaraq dünyanı dərk edir, onda olan görünməyən şeyləri də tapa bilir.

Page 89: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

89

Məhərrəm tədqiq və təsvir etdiyi predmetlərə məhz belə baxsın və buna görə də onun dediklərinə, təsvirlərinin canlılığına və təbiiliyinə inanır.

Məhərrəm Hüseynovun özünün təmiz daxili aləmi, zəngin dili, leksikasının bütün palitrası, əslində, elə öz-özlüyündə lirikadır. N.A.Nekratov, F.Tutçevin lirikası haqqında qeydlərində göstərir ki, onun şeirlərinin ləyaqəti təbiətin canlı, zərif, plastik təsviri ilə bağlıdır. Və sonra o, davam edir: “Poetik əsərlərin ən çətini odur ki, yəni elə əsərlərdir ki, onlar da zahirən heç bir məzmun, heç bir fikir, yoxdur. Amma, əslində, belə əsərlər söz vasitəsilə çəkilən peyzajdır, şəkildir, mənzərədir, özü də bir, iki, üç, dörd sözlə çəkilmiş mənzərə şəklidir. Nekratovun sözlərindən belə çıxmır ki, doğrudan da, F.Tutçevin şeirlərində heç bir məzmun yoxdur, heç bir fikir yoxdur. Bu yalnız həmin şeirlərə hələ ilkin səthi axışdan doğan qənaətdir. Nekratov spesifik təbiət lirikası janrını nəzərdə tuturdu. Bunlara da ən yaxşı nümunə F.Tutsevin şeirləridir.

Məhərrəm Hüseynovun əsərlərində həm psixologizm, həm də psixoloji analiz aspektləri vardır. Bəzi ədəbiyyatşünaslar psixologizmlə psixoloji analizi qarışdırırlar. Əslində, isə bunlar eyni anlayışlar deyil və onların arasında differensisiya aparmaq, onları fərqləndirmək lazımdır. Bu anlayışlar sinonim deyildir və onlar öz tutumu və mənasına görə bərabər estetik kateqoriyalar deyil. Psixologizm, psixoloji analizdən daha geniş anlayışdır. Psixologizm özündə müəllifin psixologiyasının əks etdirilmə-sidir ki, bu da söz sənətinin öz təbiətindən doğur, o, yazıçı psixologiyasında immanent şəkildə (daxili) təzahür edir. Çünki müəllif bir insan kimi öz əsərində görünməyə bilməz. Axı, yazıçının özü də öz əsərində obrazların öz xarakterini açır-tökür, öz-özünü ifadə edir. O, mütləq hansı şəkildəsə, hansı aspekt-dəsə, əsərdə hiss olunmalıdır, duyulmalıdır.

Amma bu sözləri psixoloji analiz üçün demək olmaz. Psixoloji analiz psixologizmdən fərqli olaraq, müəllifdən asılı-dır, yəni öz-özünə immanent şəkildə yaranmır. Yazıçı obrazın daxili psixologiyasını ruhun dərin qatlarından dartıb çıxarır.

Page 90: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

90

Vaxtilə S.V.Stalin yazıçını insan qəlbinin mühəndisi adlandırırdı və o, yuxarıdakı fikri obrazlı çəkib ifadə edirdi. N.S.Xruşşov isə kobud və ləyaqətsiz şəkildə yazılarınaşı podruçniki-əlaltıları, əl altında olanlar)

Psixologizm qeyri-şüuri doğulursa, psixoloji analiz müəllifin şüurlu münasibətindən asılıdır, onun ustadından asılıdır, onun şəxsi keyfiyyətindən asılıdır. Psixoloji amalın şüurlu estetik prinsipidir. Psixologizm - bədii priyomdur. Bədii əsərin elementlərindən biridir, yəni yazıçı psixologizmi bir məqsəd kimi qrşıya qoyulmur, amma psixoloji analiz yazıçının məqsədidir. (Bu barədə ətraflı bax: Художественный психоло-гизм в советской лите-ратуре (В 1920-е годы). Ленинград, Наука, 1980, стр.18-19).

Məhərrəm Hüseynov istər “Göyçə gölü”, istərsə də haqqında danışdığımız bu “Əzizxan” lirik poemasında, təbii ki, epitet və metaforalardan yerində istifadə edir. Amma bu əsərlərin heç birində gurultulu epitetlər yoxdur. O, obrazını ləyaqətli sadə, sakit şəkildə böyüdüb qabarıqlaşdırır.

Poetikada “anikonizm” deyilən bir anlayış var. Bu söz “ikona” kəlməsindən yaranıb. Mənası “təsvir” deməkdir. Bu sö-zü yunan mənşəli hesab etsələr də, əslində, türk dilinə məxsus-dur.

“Anikonizm” anlayışı isə “obrazsızlıqdır. Bu o deməkdir ki, bəzi əsərlərdə həqiqi mənada konkret obraz yoxdur, yəni təsvir ediləcək, gözlə görüləcək obraz yoxdur. Lakin belə əsərlər heç də pis əsərlər hesab edilməməlidir, əslində, onlar çox gözəl əsərlərdir. Məsələn; A.S.Puşkinin “Я помню чудное творение” adlı məşhur əsərində «мгновенье, чудное, гений, чистой, красоты» sözləri, əslində, gözlə görünə bilməyən obrazlardır. Şair bu anlayışları mücərrəd sözlərlə ifadə edir. Yəni onun sev-diyi gözəlin üzündə, hərəkətində gördüyü gözəllik əlamətlərini real təsvirə sığışdıra bilmir. Puşkin bu şeirdə öz lirik “obrazını” a çıxarmaq üçün ona daha uca, daha yüksək ləyaqət istinad etmək üçün bu lirik obyekti adi gözlərin bütünlüklə görə bilmədiyi ağlın, idrakın əhatə edə bilmədiyi bir gözəllik idealını,

Page 91: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

91

ona səmavi, təkrar olunmaz, cizgiləri adi sözlə ifadə olunmayan bir sifət istinad edir. Çünki onun təsvir etdiyi gözəl heç bir poetik, estetik etalona sığışa bilmir.

Biz müəllifin hər iki poemasında bu cür sözlərə şahid ola bilərik: Tanrının vurduğu naxış “Sahillərin dağdan zira geyibdir, “Göyçə gölü” kənarında bitəydim, Cənnət, behişt qucağında itəy-dim. Yaxud indi haqqında danışdığımız “Əzizxan” lirik poemasında “Ürfan aləmi”, “Alovlanır qəlb odum”, “Yazılıb alnına”, “Allaha üz çevir”, “Könül ocağı”, “Nurundan əriyir iblisin canı”, “Fəth etdiyin ürəklər”, “Qələmindən şimşək qopan el oğlu” anikonik təsvirə nümunə ola bilər.

Beləliklə, çox istedadlı şairimiz, dilçimiz, proffesorumuz Məhərrəm Hüseynovun adlarını çəkdiyimiz və çəkmədiyimiz əsərlərində biz müəllifin öz işıqlı obrazını da görürük.

Onun işıqlı qəlbi yazdığı əsərlərə nur saçdığı kimi, elmi, publisistik, poetik əsərləri də onun qəlbinin, ruhunun və təfəkkürünün parlaq işığını daha da artrır.

Bu işığa eşq olsun!

Page 92: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

92

İTHAF ŞEİRLƏRİ

DOST ÜZÜNƏ DOST SÖZÜ

Ata – baba yurdu Ulu Göyçənin, doğma Şorca kəndinin xiffəti və nisgili ilə yaşayan əziz, sevimli dostum Məhərrəmə

İnsan var, taleyi ömründən baha, İnsan var, özü nur, baxtı kəm oldu. İnsan var nəfəsi çatır allaha, İnsan var hay çəkdi, səsi bəm oldu. Ey mənim könlümün əbədi dostu, Taledə kim uddu, kimlər uduzdu. Hərə bu dünyanı bir yerə yozdu, Dünyanın sirrinə kim həmdəm oldu?! Bir kəlmən sehr olub, min könül açdı, Mehrinin odundan daş da dil açdı Neçə arzuların təzə gül açdı, Göz yaşın gül üstə tər şəbnəm oldu. Üşüdük soyuqda, yandıq istidə, Sirdir ürəklərin altı, üstü də! Oddan yuxarıda durur tüstü də, Onun min bir dərdi odda cəm oldu... Kim baxdı həyatın, ömrün dərsinə, Hər odlu sevgiyə dönməz hər sinə Dünyanın hər işi getdi tərsinə, Gecənin həmdəmi gəlib şam oldu?

Page 93: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

93

Dərdin məhrəmi var, dərdin sərti var, Hər kəsin danışan, susan dərdi var. Görünür dərdin də öz hikməti var, Həmişə sevinclə dərd bahəm oldu. Doğmadır nəfəsin, doğmadır səsin, Qoy dost nəfəsilə könlüm titrəsin. Qəlbində alovlar tutaşan kəsin, Gözündə əbədi çökən nəm oldu. Aqil adamları dərddir yaşadan, Haqqa aqil gərək, dövrana nadan, Qəm var ki, üstündə ucaldı insan, Sevinc var, axırı min çəm – xəm oldu. Bəzən od gizlənir gün qarasında, Tarix var hər qəlbin mağarasında. Mənim bir dostum var dost arasında, Əriyə - əriyə o, aləm oldu! Allah nuru çöküb məhəbbətinə, Allah sevdiyini çəkir çətinə Tale zəhər qatdı bəzən dərdinə, Bu zəhər yarama bir məlhəm oldu. Həmişə görünmür bəxtin ulduzu... Qurdlar dünyasında bir sakit quzu! Sevinci əritdi min illik buzu, Yorğun gözlərində yaş zəm – zəm oldu. Özünü dansaydı, fələk olardı, Ruhu bir dünyaya gərək olardı! Göylərdə olsaydı, mələk olardı, Ürəklərə çöküb Məhərrəm oldu.

Page 94: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

94

Belə dostluğum var, belə dostlarım, Ağlasam, gözümü silə dostlarım. Öləndə üstümə gələ dostlarım, Ölərəm, dəmərəm ömrüm qəm oldu! Baxtım gah dumana, gah çənə döndü, Ömrüm səhra idi, vaxt yenə döndü, Dəydi dost ayağı, gülşənə döndü, Səhranın üstündə bar – bəhram oldu!

05.01.2007

A ŞORCA!

Göz yaşım tutaşıb alova döndü, Yandım, külə döndüm yenə, a Şorca! Bir yurdun min illik ocağı söndü, Büründü dumana, çənə, a Şorca! Min – min arzulara möhnət çiləndi, Bircə ümid üçün könül diləndi Qəlbimdə əbədi dərd binələni, Hanı o yurd – yuva, binə, a Şorca! Ümiddən qar yağır, gümandan həsrət, Küləkdən qan damır, dumandan həsrət Bir yandan dərd vurur, bir yandan həsrət, Dönüb bir meydana, sinə, a Şorca! Hanı Qarabulaq, hanı Qazbulaq, Görsəm, bir də mənim tanımaz bulaq. Daha od söndürməz, qan yumaz bulaq, Nə deyim bu ömrə, günə, a Şorca!

Page 95: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

95

Birdən qılınc olub, mən qına dönsəm, Hökmüm nə olacaq, lap xana dönsəm? Təzədən qayıdıb, qoynuna dönsəm, Mən necə baxaram sənə, a Şorca! Yığılıb dərd olub sinəmdə bərk daş, Tutaşa – tutaşa olub ürək daş. Yoxdu Suludərə, yoxdu Dirək daş Baxt dönüb qaranlıq tinə, a Şorca! Hələ yağış dolu bir buludum var, Hələ ki, yarımcan bir umudum var, Aşkar odumdan çox, gizli odum var, Bəlkə Göy bulaqda sönə, a Şorca! Yolları çaşıram, gəzə bilmirəm, Dərdim ümman olub, üzə bilmirəm Neyniyim min birə dözə bilmirəm, Çox da ki, dözmüşəm minə, a Şorca! Koroğlu dağından çıxam, bir baxam, Baxam Göy güneyə, yağıştək yağam Daşı dərddən olan uca bir dağam Dönürəm qəzəbə, kinə, a Şorca! Böyük meşə harda, Saz düzü harda? Gen Çadır düzü də qalıbdı darda. Qərib məzar oldu, doğma diyarda, Doğma ata, baba, nənə, a Şorca! Tanrı hər ömürçün bir cür yol qoyur, Hərənin başına bir ağıl qoyur. Dinsizlər deyənə dövran qol qoyur, Mən necə inanım dinə, a Şorca!

Page 96: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

96

Ayrılıqdan ağır bir yük tapılmır, Bu dərdin kökü var, o kök tapılmır. Min illər allaha şərik tapılmır, Gətirsin dünyanı yönə, a Şorca! Dərd sərrafı gərək dərdi arttasın Ürək dərdi qoyub necə parttasın?! Aşıq Ələsgərin goru çatdasın, Tapşırdı baxtını mənə, a Şorca! Haq ayaq altında qalıb sürünür, Haqsız dolu dünya bomboş görünür. Dünyadan nə umaq, o hər gün dönür, İnsanlıq qayıda, dönə, a Şorca! Elə bir dərddəyəm, yox dərdin tayı, Namərdlər itirdi hər haqqı – sayı. Ya hamı günəşdən ala nur payı, Ya da göydə günəş sönə, a Şorca! Sən demə nağılmış, yoxmuş əjdaha, İndi əl atmağa tapılmır yaxa, Haqmı istəyirsən, haq yoxdur daha, De nə istəyirsən, de nə, a Şorca?! Ağla Göyçə gölüm, ağla bahar – qış Sənsiz mənim üçün bu dünya bom – boş! Yerin ki, çarəsi göyə qalıbmış Göylər qopub yerə enə, a Şorca! Kimi inandıraq bəs biz bu dərdə, Gör düz nə yerdədir, əyri nə yerdə. Bu dünya təzədən yarana bir də, Təzədən qiymətə minə, a Şorca!

Page 97: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

97

Aldı vətənsizlər doğma vətəni, Hanı bu vətənin gəlib – gedəni. Sinəndə göyərsin bu ümid dəni, Quş kimi enərəm dənə, a Şorca!

10.11.2006 17.10.2007-ci il

Kredo qəzeti

GÖYÇƏNİN Əzizim qardaşım

Məhərrəmə! O torpaq göynədi, o su göynədi, Bərəsi dağıldı, ovcu göynədi. “El” dedim, burnumun ucu göynədi, Elə bir yox imiş eli Göyçənin! Yarımçıq nəğməsi soldu dodaqda, Arzumuz gül açdı, dondu sazaqda Vətən buludları doldu uzaqda, Töküldü gözümdən seli Göyçənin. Daha nə fərqi var payızın, yazın, Ellərdə naləsi kəsilib sazın, Aşıq Ələsgərin goru çatdasın, Süzülüb gümandan əli Göyçənin! Çəkilmir gözümdən dağların yalı, Dəyməz bir koluna dünyanın malı Dağılıb tifaqı, küsüb xəyalı, Dərd düşüb, çalxalanıb gölü Göyçənin. Könül ayrı düşdü o tay – mağardan, Görmərik o qışdan, ta o bahardan, Şah idi, əskildi, düşdü vüqardan, Gör necə gödəldi dili Göyçənin.

Page 98: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

98

Ələsgər oylağı yadıma düşdü, Bağrımın başını ah – nalə deşdi. Neynirəm cənnəti, huri – behişti Bəsimdi bir daşlı çölü Göyçənin. Elin ağrısını can uda bilmir, Könül umduğunu unuda bilmir “Yanıq Kərəmi” də ovuda bilmir, Tapın havasını dəli Göyçənin. Durum nəylə alım sınıq könlünü, İtirib huşunu, çaşıb dilini Yağıştək yağdırın “Göyçə gülünü” Açılsın yollarda gülü Göyçənin. Qoy divan qurulsun, haq yerə ensin, Bizə dağ çəkənin çırağı sönsün. Kimə bel bağlasın, kimə güvənsin, Belə ki, qırılıb beli Göyçənin?! Gedəsi qəm deyil könlümün qəmi, Dağlar var içində, yarın sinəmi. Yerləri ağladır sazımın bəmi, Yetişmir göylərə zili Göyçənin! Başımız əyildi, dərd başdan aşdı, Fikir – xəyalımız yolunu çaşdı. Canımdan od düşdü, yandı, tutaşdı, Töküldü başıma külü Göyçənin! O haqqın yiyəsi hanı, qayıtsın, Bu yurdun şöhrəti, şanı qayıtsın Canı el – obadır, canı qayıtsın, Tutmayaq yasını ölü Göyçənin!

Page 99: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

99

Qurban, ay Məhərrəm, sınıq könlünə, Qırıldım, qardaşım qırıq könlünə, Göyçə havasını sən yığ könlünə, Qovuşsun könlünə könlü Göyçənin! Sən demə bu sular bir də durulmaz Yerini tanıyan yerə vurulmaz. Burular, yorular, ancaq qırılmaz. Allaha tərəfdir yolu Göyçənin!

“Hayıf, a dünya, səndən” kitabı. Bakı, “Təbib” nəşriyyatı, 1999, səh.104-105

GÖYƏR, QARDAŞIM! Könül sirdaşım, təmiz ürəkli qardaşıma

Neyləyək, bir allah, min – min bəndə var, Harda dağlar varsa, orda çən də var. Bu həsrət, bu möhnət, qəm ki, səndə var, Göyçə dağlarını əyər, qardaşım! Qardaş – qardaş ilə gedir yanaşı, Qoltuğu altında gizlədir daşı Özünün izinə kəm baxan naşı Sonradan dizinə döyər, qardaşım! Lil başdan gəlirsə, arxı su yumaz, Gözü yolda qalan yatar, uyumaz Soyuq sifətləri görən soyumaz, Donunu alovdan gedər, qardaşım!

Page 100: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

100

Niyə fələk bizi belə qarqayıb, Həyatdan doymayan möhnətdən doyub Daha dərd deməyi dil yadırqayıb, Dərdi göz yaşımız deyər, qardaşım! Sənin xəyalların günahsız mələk, Göyçənin gölünü görəsən gərək Özünü Göyçədə tapmayan ürək Özünü içindən yeyər, qardaşım! Nəğməm yarımçıqdır, könlün qırıqsa, Mən necə şax durum, boynun buruqsa Biz öz dərdimizi anlayırıqsa, Hələ yaşamağa dəyər, qardaşım! Kimdir axıracan yeyən qisməti, Taleyin hökmündən kimlər küsmədi? Bu ömrün baharı bizə düşmədi Ömrün payızında göyər, qardaşım!

Page 101: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

101

MÜNDƏRİCAT

GİRİŞ: ELMİ İSTEDADI MƏNƏVİ DÜNYASINA YARAŞAN ALİM ....................................................... 3 BİR SÖZ ÜMMANININ KAMİL QƏVVASI................................... 10

YAXŞI Kİ, AÇILDI ÇEŞMƏNİN AĞZI ........................................... 36 KİÇİK HEKAYƏDƏ BÖYÜK HƏYATI MƏTLƏBLƏR ..................................................................................... 53 SÖZÜN POETİKASI VƏ BƏDİİ DİLİN ESTETİKASI ....................................................................................... 63

ELMİ VƏ POETİK TƏFƏKKÜRÜN PARLAQ İŞIĞI ................................................................................... 78 İTHAF ŞEİRLƏRİ DOST ÜZÜNƏ DOST SÖZÜ.............................................................. 92 A ŞORCA! ............................................................................................ 94 GÖYÇƏNİN......................................................................................... 97 GÖYƏR, QARDAŞIM!....................................................................... 99

Page 102: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

102

AĞASƏN BƏDƏLZADƏ

MƏHƏRRƏM HÜSEYNOV: ELMİ VƏ POETİK TƏFƏKKÜRÜN

PARLAQ İŞIĞI

Page 103: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Məhərrəm Hüseynov: Elmi və poetik təfəkkürün parlaq işığı

103

Qeyd üçün ______________________________________________________________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________ ___________________________________________________

Page 104: M.Huseynov haqq?nda kitab? 1 - anl.az fileAğasən Bədəlzadə 4 mənası». Şah əmr edir ki, bu yuxuyozana 100 çubuq vurulsun. Sonra o, ikinci rəmmalı çağırır. Bu rəmmal

Ağasən Bədəlzadə

104

«Elm vÿ òÿùñèë» няшриййатынын äèðåêòîðó:

ïðîôåññîð Íàäèð ÌßÌÌßÄËÈ

Üz qabığının dizayneri: Zahid Məmmədov Tekniki redaktor: Rövşanə Nizamiqızı

×àïà èìçàëàíìûø 26.11. 2018

Øÿðòè ÷àï âÿðÿãè 6,5. Ñèôàðèø ¹ 403

Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 500

Êèòàá «Elm vÿ òÿùñèë» íÿøðèééàò-ïîëèãðàôèéà ìöÿññèñÿñèíäÿ

ùàçûð äèàïîçèòèâëÿðäÿí ÷àï îëóíìóøäóð. E-mail: [email protected] Òåë: 497-16-32; 050-311-41-89

Öíâàí: Áàêû, È÷ÿðèøÿùÿð, 3-úö Ìàãîìàéåâ äþíýÿñè 8/4.