BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən)...

93
BUZOV BUZOV BUZOV BUZOV Əhməd əl Həsən (ə. s) 2001

Transcript of BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən)...

Page 1: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOVBUZOVBUZOVBUZOV

Əhməd əl Həsən (ə. s)

2001

Page 2: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

1

BUZOVBUZOVBUZOVBUZOV

İmam Əhməd əl Həsən (ə.s)

Ansarullah ProductionAnsarullah ProductionAnsarullah ProductionAnsarullah Production

2016201620162016

Page 3: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

2

Bismillahir Rahmanir Rahim

İthafİthafİthafİthaf

Lə iləhə illallah kəlimələrini yüksəklərə çıxaranlara...

Kəfənlərini qaldırıb, Allah'a doğru yürüyənlərə...

Nəbilərə, Rəsullara və İmamlar'a (əleyhimussalam)...

Ey Kərim Seyyidlər,

Bu miskin adam sizə barış və bu imtiyazlı ürünü ithaf edir və

deyir ki, qəlbi, Allahın tövhidi və sizə qarşı təvazö ilə

doludur.

Zərər bizə və ailəmizə toxundu.

Ona görə bizə qarşı xeyirxah olun, Allah xeyirxah insanları

mükafatlandırar.

Əhməd əl Həsən

27 Şəvval, 1421

Page 4: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

3

Mündəricat Müqəddimə ....................................................................................................................................... 4

İblis Və’d edir ................................................................................................................................. 10

Siratul-Mustəqim (Doğru Yol) ............................................................................................ 15

Etiqad və Hökmlər ..................................................................................................................... 20

Səhih Etiqadlar ........................................................................................................................ 20

Hökmlər ........................................................................................................................................ 22

Nəbilərə (ə) nazil edilmiş ayələrdə mütləq bir dərs vardır ......................... 26

İsrailoğulları, Musanın (ə) Mövludunun intizarında ........................................ 27

Allah yolundakı mucahid Musa, Allaha hicrət edən Musa, Allaha dəvət

edən və Nəbi Musa ....................................................................................................................... 28

Buzov Fitnəsi .................................................................................................................................. 30

Tunc İlan .......................................................................................................................................... 35

Samirinin Bənzəri ....................................................................................................................... 36

Talut (ə) ............................................................................................................................................. 40

İsa (ə) ................................................................................................................................................... 43

İsanın (ə) Göndərilməsi .......................................................................................................... 44

Tövrat və İncilin Təhrif edilməsi .................................................................................... 52

İslam, İbrahimin (ə) Şəriətinin Dirilişidir .................................................................. 53

İslam, Dünyadakı bütün Səmavi Dinlərin Meyvəsidir ........................................... 56

De: Mən əvvəlki Elçilərdən ayrı olan və yeni bir bidət ortalığa çıxaran

bir şəxs deyiləm ............................................................................................................................ 58

Məkkədəki Allaha Sarı Dəvət edən Kəs, Muhəmməd (s) ..................................... 60

Allah Yolunda Hicrət .............................................................................................................. 63

Əvəzləmə .......................................................................................................................................... 67

Allah yolunda edilən hicrətdən (köçdən) sonra nə oldu? .......................... 69

Nəbinin (s) Vəfatından Sonra .............................................................................................. 71

İmam Həsənin (ə) Sülhü və İmam Rizanın (ə) Vəliəhdliyi .................................... 90

Page 5: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

4

Müqəddimə Rəhman və Rəhim olan Allahın Adı ilə. Həmd olsun Allaha. Allahın Rəhməti

Muhəmməd və onun məsum Əhlibeytinin üzərinə olsun. Allahın rəhməti müşk qoxuluların sonuncusu olan, Allahın Nuru və yər üzündə Ondan geriyə qalanın

üzərinə olsun – ruhum ona fəda olsun.

{O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “(Bir az) gözləyin ki, biz də sizin nurunuzdan alaq”– deyəcəklər. (Onlara) deyiləcəkdir: “Geriyə qayıdıb nur axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. (Münafiqlər) onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Möminlər) deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, (möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı. Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də atəşdir. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”} [Hədid (57): 13-15]

Keçmiş nəbilərin və onların qövmlərinin hekayələrində, ağıl sahibləri üçün ibrət və xatırlanacaq xatirələr yatmaqdadır. Onların qövmü bəzən nəbiləri, bəzən də Samiri’ləri izləyirdilər, bir dəfə nəbiləri dəstəkləyirdilər, sonra dəfələrlə onları yarı yolda buraxıb, zalım tağutları dəstəkləyirdilər. Bu mövzuları araşdırmaq zəruridir. Və üzərində təfəkkür etmək; bizlərə, Muhəmmədin (sallallahu əleyhi və alih) vəfatından sonrakı hadisələri başa düşməyimizə yol açacaq, yəni özündən sonrakı Vəsisinin uzaqlaşdırıb, mövqe və gücünün necə qəsb edildiyini başa düşməyimizə yardım edər. Bu hadisə ümməti elə bir faciəyə sürüklədi ki, hələ də bundan dolayı son dərəcə əziyyət çəkməkdəyik. Daha doğrusu bu hadisə bizə, Muhəmmədin (sallallahu əleyhi və alih) vəfatından sonra, Əli (əleyhissalam) və onun məsum övladlarının (əleyhimussalam) başına nələr gəldiyini başa düşməyimizə yardım edəcəkdir. Onlar, kobud gücləri sayəsində dövlətin idarəçiliyi altındakı avtoritar tağutlara görə çox əziyyətlər çəkdilər, eynilə azğın ‘Samiri’ imamlardan çəkdikləri kimi; onlar hər zaman Allah Nəbisinin şəriətinin pozulmasına yol açdılar və müsəlmanlara hörmətsizlik etdilər. Eyni zamanda, öncəki nəbilərin tarixinə baxdığımız zaman, onların başına gələn hadisələrlə günümüzdəki hadisələri müqayisə edərək, gələcəkdə baş verəcək hadisələri, Vəsilərin Möhrü olan Mehdinin (əleyhissalam) zühur edəcəyi əsnada, istər müsəlmanları alçaldan və onunla (əleyhissalam) savaşacaq olan Süfyani kimi tağutlardan, istərsə də, Samirilərdən (pis və əməlsiz alimlərdən) görəcəyi çətinlikləri qismən də olsa təxmin edə bilmə bacarığına sahib olacağıq.

Buna görə, əməli az, xətası çox olan bu miskin, bu mövzunu ələ almağı münasib görmüşdür. Bəlkə bu mövzu, bəzi möminlərin cəhənnəm atəşinə düşmələrinə əngəl olar. Önləyici tədbir, dərman etməkdən daha yaxşıdır. Əslində, Mehdiyə (əleyhissalam) qarşı savaşacaq olan Süfyani ilə və ya əməlsiz alimlərlə bərabər

Page 6: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

5

olmağın heç bir dərmanı yoxdur; həmim şərabı (cəhənnəm içkisi) içməkdən ya da cəhənnəm atəşindəki zəncirləri müalicə etməkdən başqa. Bəlkə də, dünyanın hər yerində, ədalətsizliyin kölgəsi altında qalmış, Mehdinin (əleyhissalam) haqq və ədalət yurdunu, yəni Lə iləhə illəllah (Allah'dan başqa ilah yoxdur) devletini yer üzündə təsis etmək üzrə zəmin yaratmağa çalışmaq, bəzi möminləri təşviq edəcəkdir. Amerikan zorbaları gündən günə yoxsul insanların həyatını daraldıb, yer üzü sakinlərini cəhənnəmə sürükləməkdədir. İslam ümmətinə müsəllət olan tağutlar, bu Tağuta (Amerikaya) sitayiş edirlər, elə bir tağut ki, tarixdə onun bənzərinə rastlanmamışdır. Həmçinin, ən müdafiəsiz olan müsəlman cəmiyyətləri iki şeydən əziyyət çəkirlər:

Birincisi: Amerikan tağutu və hakim tağutlar tərəfindən ziyana uğramaqdan.

İkincisi: İslam çərçivəsindəki tağutlardan – yəni, İslamı təmsil etdiklərini iddia edən bəzi əməlsiz din alimlərindən. Əslində onların bəziləri, hətta bu camaata, üstdən aşağı baxmış və onlara durğunluğu, boyun əyməyi və tağutlara təslimiyyəti öyrətməsi üçün çoxlu sayda təqibçi tapmışdır. Beləliklə, budur, zülm, aclıq və alçaltma…

Ona görə həm daxildə, həm də xaricdə davam edən savaş vardır. Kafir düşmən dayanmadan zərbə endirir, münafiq daxildən gəmirməkdədir, firon və Samiri, Pilatus və İsrailoğullarının əməlsiz alimləri...

Tağutlar dinə qarşı amansız bir savaş yürütməkdədir. Televizorlarda Qurani Kərimdən ayələr yayınlayır, ardınca da biraz keçməmiş mahnılar, yarıçılpaq qadınlar və seriallar yayınlayırlar. Bu yayınların məqsədi İslam cəmiyyətinin infrastrukturunu ortadan qaldırmaqdır. Başqa sözlə, İslamdan geriyə qalmış az miqdarda bu İslami quruluşu da, zəiflətmək istəyirlər. Keçi saqqala (vəhhabilər kimi), uzun bığa sahib olmaq, eynilə qədim zamanlardakı məcusilər kimi davranmaq istəyirlər, çünki onların gözündə İslam bu cürdür. Halbuki, hər kim Lə iləhə illəllah kəlamını zikr edərsə öldürülür, qadınları əsir edilir və evləri viran edilir. Müsibətin ən böyüyü də, aralarında bəzilərinin özlərini, Ərəb saymalarıdır. Bu etdiklərini Ərəb millətinin adı altında edirlər. Onlar qadınlara hücum edir və namuslarına təcavüz edirlər və onların həbsxanaları qadın və uşaqlarla doludur. Halbuki şərəfli bir Ərəb, döyüş əsnasında, kişilərlə döyüşər, qadınlarla deyil. Monqol və tatarlardan qalan bu vəhşilər, özlərini hansı Ərəb ilə anırlar. Onlar insanlığın üzünü qaraldaraq etdikləri günah və rəzilliklərə görə, Firon və Nəmrudun alnından utanc təri axıdırlar (atalar sözüdür, yəni hətta onlar da olsalar bu duruma utanclarından etiraz edəcəklər). Digər yandan, Samiri (əməlsiz alim) vardır ki, hər zaman, Allah Nəbisinin (sallallahu əleyhi və alih) şəriətini sapdırmaq üçün mücadilə etməkdədir. Yaxşılığa təşviq edib pislikdən çəkindirməyə, və ya Allah yolunda cihad etməyə dili ilə ya da mümkünsə əli ilə çalışmaz. Allah Rəsulunun (sallallahu əleyhi və alih) bu mövzu haqqındakı tədbirlərini unutmuşdur. O (sallallahu əleyhi və alih) belə buyurmuşdur:

Page 7: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

6

Ya mərufa (yaxşılığa) əmr edib münkərdən (pislikdən) çəkindirərsiniz, ya da içinizdəki ən pisiniz sizə müsəllət olar, beləliklə bir daha etdiyiniz dualar qəbul edilməz. [1]

İslama müsəllət olmuş qaranlıq və zorba dövlətlərdən başqa bir zorba mövcuddurmu? Nəticələr mövcuddur. Elə isə bu nəticələri əldə etmək üçün, bir ön hazırlıq görmək lazımdır. Və bu, günümüzə qədər davam edən bir müsibətdir.

Bunun kimi, bu zorbaların bugünkü İslam cəmiyyətinə müsəllət ola bilməsi, insanların da mərufu əmr edib münkərdən çəkindirməyi tərk edərək, bu fərzi unudulmağa sürükləmiş olmasının tək səbəbi, əməlsiz alimlərin bu fərzlərı tərk etmiş olmasıdır. Nə zaman bir alim, fəsada qarışsa, dünya da fəsada doğru sürüklənər (Ərəb atasözü).

Hətta bugün Müsəlmanların qəlblərində zillətin və boyun əyişin və tağutlara boyun əyişin kökünü inşa etdilər. Həmçinin dünya sevgisini, həyat sevgisini və ölüm qorxusunu qəlblərində anormal bir şəkildə yerləşdirdilər. Bu elə bir hal almışdır ki, zillət dolu bir həyatı, izzət dolu bir ölümə tərcih etməkdədirlər. Və bu şəkildə İslam devriləcəkdir, standartları da baş-ayaq görüləcəkdir. Və məzlum və yoxsul müsəlman millətlərin bu bataqlıqda hərəkətsiz və çaşqın qalması, şeytanın (lənətullah) arzulayıb, amma çata biməyəcəyi arzusudur. Doğrusu bu hal, Samiri və Firon’un arasında qalmaq kimidir! Yəni yağmalayan, qətliam və fəsad törədən əxlaqsız tağutlar ilə mərufa (yaxşılığa) əmr etməyən və münkərdən (pislikdən) çəkindirməyən əməlsiz alimlərin arasında qalmaq kimidir. Təbii ki, pərdənin arxasında Amerika zorbası bütün ipləri əlində tutmuş və oyuncaq bəbələri sağa sola hidayət etməkdədir. Beləliklə də, İslamdan geriyə adından başqa bir şey qalmayacaq.

Bugünki alimlərin öhdəsinə düşən şey, İslam ümmətinin reformasiyasına xitab etməkdir. Yəni özlərini məruz qoyduqları bu vəzifənin yükünü qəbul etmək, onlar üçün fərzdir artıq. Siz ey Şiə və Sünni din tələbə və alimləri, elminizlə əməl etmədən, mərufa əmr etmədən, münkəri nəhy etmədən, dində daşıdığınız məsuliyyətin sadəcə əqli və nəqli mövzuda təhsil almaqdan ibarət olduğunumu zənn edirsiniz? Ardınca düşdüyünüz bu əqli və nəqli təhsili, sizə aid olan qiymətsiz və uca öhdəliklərinizi – yəni ümmətin hidayətini və dini müsəlmanlara çatdırmağı – Allah yolunda cihad etdiyiniz zamandamı yerinə yetirməyi düşünürsünüz?

Əgər belə düşünürsünüzsə, onda sizə deyirəm: “Səhv edirsiniz!”. Əqli və nəqli yöndə təhsil görmək çətin deyil. Çətin olan, Əmirəl Möminin Əli (əleyhissalam) və onun əziz Əhlibeytinin (əleyhimussalam) etdiyi kimi; yeməyinizi üç gün boyunca, mədəniz aclıqdan belinizə yapışmış bir vəziyyətdəykən, yetimlərə və yolda olanlara, əsir olmuş birinə verməkdir. Ömrünü insanların xeyri üçün və onları zalımların zulmündən qorumaq üçün sərf etmək çox çətindir! Hər şeyini Allah

1 Kafi c. 5, s. 56

Page 8: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

7

yolunda vermək, eynilə Hüseynin (əleyhissalam) etdiyini etmək çox çətindir. Salam olsun sənə Ya Əba Abdullah! Atam anam sənə fəda olsun! Hər şeyini fəda etdin və geriyə heç nə qoymadın. Nə zövcələrin, nə də süddən kəsilməmiş körpən... Səni tək buraxıb, yardım etməyənlərə də, nə dəlil nə də höccət olacaq bir bəhanə yeri buraxmadın.

Bəylər, əgər siz sadəcə təhsil və ibadətlərinizlə kifayətlənsəniz, tağutların bütün arzularını yerinə yetirmiş olarsınız. Çünki onların istədiyi şey elə budur. Yəni sizi sadəcə ibadət edən və başqa heç nəyə yaramayan Abid’ə (ibadət edənə) çevirməyi istərlər. Hər nə olursa olsun, mərufa əmr etməyən və münkərdən çəkindirməyən bir şəxs, Abid sayıla bilməz! Amma buna baxmayaraq, Əhlibeytdən (əleyhimussalam) rəvayət edildiyinə görə, bir alimin məqamı yetmiş abidin məqamından daha yüksəkdir. Çünki alim, insanları təhlükədən uzaqlaşdırmağa çalışır, bununla bərabər, abid də, sadəcə öz canını qurtarmağa çalışır. İmam Sadiqdən (əleyhissalam) belə rəvayət edilmişdir:

Bizim hədislərimizi tez-tez rəvayət edib bizim şiələrimizin qəlbinin möhkəm və sabit olmasını təmin edən kəs min abid’dən daha xeyirlidir. [2]

Allah Təala buyurur:

{Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis işlərdən) çəkinələr. } [Tövbə (9): 122]

Qövmlərini xəbərdar etsinlər deyir, qəflət yuxusunda yatsınlar yox. Üstəlik bir-iki nəfəri deyil, bütün qövmü xəbərdar etsinlər. Cənablar, əgər sizin narahatçılığınız, öz canınızı qurtarmaqdırsa, onda biz din tələbəsi və ya din alimiyik deməyin. Günümüzdə bir çox adamın etdiyi kimi, Əhlibeytin (əleyhimussalam) əbasını geyinib insanları aldatmağa çalışmayın. Qoyun dərisi geymiş qurd kimi olmayın (ərəbcə atalar sözü). Getməniz gərəkən yol, dünyanı və onun mənfəəti olan şəhvət və arzuları tələb edən yol deyil. Getmeniz lazım olan yol, ənbiya və məsum elçilərin (əleyhimussalam) risalətini daşıyan, ağır yüklü bir yoldur. Onun üçün, çəkinin. Yoxsa, öz dünya və axirətinizi ziyan edəcəksəniz! İsa (əleyhissalam) buyurdu:

Murdar alimlərin məsəli, çayın ağzında ilişib qalmış böyük bir daş kimidir. Nə özü sudan içər, nə də suyun əkin ərazilərinə yetişməsinə izn verər. [3]

1971-ci ildə Seyyid Xomeyni Nəcəfdə olduğu zaman və tələbələri "Nəfs Arındırma" dərsi üçün onu gözləyərkən, o seyyid dərsə bunları deyərək başladı:

Hisslərim bunu sizə söyləməyi əmr edir. Bəzən siz bəyləri, müsəlmanların başına gələn bəlalar haqqında xəbərdar etmək lazımdır. Sonra belə dedi: Lakin siz hələ, əxlaq haqqındamı söhbət etməyimi istəyirsiniz? Biz bu müsibətlər haqqında

2 Kafi c. 1, s. 33

3 Feyzü'l Qədr c. 4, s. 206

Page 9: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

8

düşünmədikcə, Nəfsi təmizlənmiş biri şəxs ola bilmərik. Və əgər Nəfsimiz arınmış olsaydı, bu durumları düşünmüş olardıq.

Odur ki, əməlsiz alimlərə deyirəm, “Nəbilərin və rəsulların miras buraxdıqları yola dönün. Əlhəmdulillah, əlimizdəki Quranda kifayət qədər ənbiya və rəsulların keçmişləri və hekayələri mövcuddur. Və bunlara baxdığınızda, sizin yolunuzun, onların miras buraxdıqları yoldan fərqli olduğunu görəcəksiniz. Elə isə, ya ənbiya və rəsulların yoluna dönün, ya da tutduğunuz yoldan əl çəkin. Və Əmirəl Möminin Əlinin (əleyhissalam) buyurduğu kimi, Allahın yolunda yol kəsənlər olmayın. Mənim sizə söylədiklərim, İsanın (əleyhissalam) söylədiklərinin eynisidir. İsa (əleyhissalam), kibirli və əməlsiz Yəhudi alimlərinə belə buyurdu:

{Vay halınıza ey din bilginləri və Fərisilər, münafiqlər! Göylərin Mələkutunun qapısını insanların üzünə bağlayırsınız; nə özünüz içəri girirsiniz, nə də girmək istəyənləri buraxırsınız!} [İncil, Matta, Bölüm 23: 13-14]

Bugün, İslam və Müsəlmanların kökləri, məhv olmaq üzrədir. Belə bir vəziyyətdə, məndən oturub, Nəfsi təmizləmə dərslərini, verməyimi gözləyirsiniz?

Fatimənin (salamullahi əleyha) oğlu, qılıncını qınından çıxarmadan öncə oyanın. Çünki o zaman, etdiyiniz düşmənlikdən və onun qarşısındakı duruşunuzdan peşman olacağınız zamandır. Oyanın və etdiyiniz fəsad dolu yalnışlarınızı etiraf edin. Çünki bu utanc, cəhənnəm atəşinə düşməkdən daha yaxşıdır.

Bu əsnada, mən mücahid və fəal olan və dünyaya fikir verməyən və sizi zahirləri ilə, təmiz batinlərinə yönləndirən alimlərə, sayları az olsa da, yardım əlimi uzadıram, ki İmam Sadiq (əleyhissalam) da sayları az olacağını vurğulamışdır [4]. Onlar gecə gündüz demədən Tövhid kəliməsini (Allahdan başqa ilah yoxdur) və İslam ümmətinə ədaləti yayarlar. İnşaAllah, Allah onların əməllərini artıqlamasıyla bərəkət və xeyirlərə daxil edəcəkdir. Ona görə qorxmayın və narahat olmayın. Çünki, üstün olan sizlərsiniz. Allahın izni ilə, göylərdə tanınan, lakin yer üzündə tanınmayan, malı mülkü olmayan, lakin əməli çox olanların halı, arzu edilən haldır. Allah Təaladan, fəzli və rəhməti ilə, onların xidmətçiləri olmağımı nəsib etməsini və onlarla bərabər məşhur olmağı, az olan elmim, əməlim və cahilliyimlə, diləyirəm.

Niyyətim sadəcə, bacara bildiyim qədər, səhvlərimi düzəltmək və yaşamaqda olan və heç ölməyənə bağlanmaqdır ki, Allahın yolunda qınayanların qınamasından qorxmayanlardan olum. Mən Allaha sığınıram və Ona təvəkkül edirəm. Əlbət ki, Ona dönəcəyəm. Çünki mənim vilayətim Ondadır və ləyaqətlilərin vilayətini yürüdən O’dur. Dünya və axirət utancından Allaha sığınıram.

Mülk və Mələkutun Sahibinə sığınıram. Qüdrət və Cəbərrut Sahibinə təvəkkül edirəm. Və qorxub uzaqlaşdığım hər şeyə qarşı, izzət və ilahi feyz Sahibindən yardım diləyirəm. Muhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn, Əli, Muhəmməd, Əli, Cəfər, Musa, Əli, Muhəmməd, Əli, Həsən və Muhəmməd’dən (əleyhimussalam)

4 Üsul-i Kafi, c. 2

Page 10: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

9

mədəd diləyirəm. Həmd sadəcə Allaha məxsusdur. Rəhman və Rəhim olan Allahın Adı ilə;

{Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün – Firon qövmünün yanına! Onlar qorxmurlarmı?” (Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr, (belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər. Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”. (Allah) dedi: “Xeyr, (bu mümkün deyil)! İkiniz də möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik. "} [Şüəra (26): 10-15]

Page 11: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

10

İblis Və’d edir Allah buyurmuşdur:

{Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” Mələklərin hamısı (ona) səcdə etdilər. Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi. (Allah) dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?” (İblis) dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Allah) dedi: “Oradan çıx! Artıq sən qovuldun. Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”. (İblis) dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”. (Allah) dedi: “Sən möhlət verilənlərdənsən. Ancaq məlum vaxtın gününə qədər”. (İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin sadiq qullarından başqa”. (Allah) dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır”. } [Hicr (15): 28-42]

Uca Allah mələklərə əmr etdi ki, Adəm'ə (əleyhissalam) səcdə etsinlər. Bu səcdə, Adəmin (əleyhissalam) mələklərə olan üstünlüyünü etiraf edən bir əməl idi. Bu müqəddəs məxluqlar, ona öncelik tanıdılar və bu əməlləri onların mövcud olduqları aləm (ağıl aləmi) ilə uyğun gəlməkdədir. Və bu səcdə, Adəmin (əleyhissalam) bədəninə deyildi, doğrusu bu səcdə onun ruhuna və həqiqətinə idi. Daha doğrusu bu səcdə, Muhəmmədin (sallallahu əleyhi və alih) həqiqətinə, hicabı aşan kamil bir insana idi. Bu əməlin edilməsi, təvəccühləri, heç ölməyən Diri’nin (Allahın) varlığının üzərinə çəkər.

Həzrətə, Haqq Təala, səcdə fərmanını verdiyi zaman, Adəmin üzünün misalını, onu yaratdığı maddəyə əlavə etdi və sonra Allah Təala, Öz ruhundan ona üfürdü. Bir hədisdə Muhəmməd Nəbi (sallallahu əleyhi və alih) haqqında belə keçmişdir:

Allah, Adəmi Öz surətində yaratmışdır.

Və bu hədisdə keçən Allahın surəti, Quranda ifadə edilən; "Allahın əli" ya da başqa sözlə, "Uca Allahın Gücü" mənasındadır və bunun da mənası belədir: Adəm (əleyhissalam) ya da insan, ilahiyyatta bütün məxluqatın yüksələ biləcəyi mövqelərə yüksələ bilmə qabiliyyətinə sahibdir. Hər nə qədər, Adəm (əleyhissalam) o məqama ({iki yay arası qədər Allaha yaxınlaşmaq} [Nəcm (53):9]) yüksələ bilməsə də, onun nəslindən Muhəmməd Mustafa (sallallahu əleyhi və alih) o məqama çatmışdır.

İblis (lənətullahi əleyh), bu həqiqətin bir hissəsinin fərqinə vardı. Və çəkinərək, digər mələklərlə birlikdə səcdə etməyi rədd etti və sonra yer üzünə göndərildi. Sonra Adəmin (əleyhissalam) yaradılmış olduğu maddəni, özünün yaradılmış

Page 12: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

11

olduğu maddə ilə, yəni atəş ilə müqayisə edərək, öz maddəsinin, Adəmin (əleyhissalam) maddəsindən üstün olduğuna qərar verib, Adəmin (əleyhissalam) həqiqətini və onun, Allah ilə yaxınlığını görməzdən gəldi. Yəni iblis, uzun müddət etdiyi ibadətləri, yüksək və dərin elmi ilə cəhənnəmlik oldu. Çünki, Allah Təalaya ixlasla ibadət edəcəyi yerdə, öz nəfsinə ibadət etdi! Özünə ibadət edərək, başqalarından üstünlük və rütbə qazanmağa çalışdı. Sırf bu belə, onun yox olmasına kafi idi.

Ona görə də, Adəmə (əleyhissalam) səcdə etmə imtahanı, onun üçün qorxunc bir hadisə oldu və başına şimşək kimi endi və Adəmi (əleyhissalam) qısqanmasına səbəb oldu. Əgər bu mövzunu gözümüzün önündə canlandırsaq, iblisin belə dediyini görəcəksiniz: “Bu qədər ibadətdən sonra, Allah necə məndən daha üstün bir abid yaradır, özü də ən mükəmməl şəkildə, və o həddə ki, mələklərdən də yüksək bir məqama sahib olur?!” Bu pərdə onun, Adəmin (əleyhissalam) həqiqətini görməsinə mane oldu və səcdə etməmək üçün bəhanə axtarmasına səbəb oldu. Bu şəkildə, bəhanəsi ilə öz-özünü inandıraraq, Rəbbi ilə mücadiləyə qalxdı. Bu səbəpdən də, Allah Subhan və Təala’nın ona verdiyi yeganə cavab, lənət edib qovmaq oldu. Çünki iblis, zülm edən, təkəbbürlür edən və lazım olanı öyrəndiyi zaman inkar edənlərdən idi. Allah Təala buyurdu:

{Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. (Gözəl) aqibət müttəqilərindir. } [Qəsəs (28):83]

İblis (lənətullahi əleyh), tərbiyə ediləsi bir cahil deyildi. Durdurulması vacib olan bir günahkar heç deyildi. Sadəcə təkəbbürlü və lovğa bir tağut, qarşısıalınmaz bir bilgin idi. Və yeni yaradılmış bu məxluqa qarşı, vücudu kinlə doldu. Çünki Adəmi (əleyhissalam), Allah Təala’nın rəhmətindən məhrum buraxılmasına səbəb olaraq görüb, onu və övladlarını, öz düşməni olaraq mənimsəmişdi. Ona görə də, qiyamətə qədər onları doğru yoldan çıxarmaq üçün möhlət istədi. Lakin Allah Təala məlum günə qədər möhlət verdi. Məlun iblis, Adəmoğullarını doğru yoldan azdırmaqla təhdid etdi. Allah Təala buyurdu:

{(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. } [Əraf (7): 16-17]

"Məlum Gün", İmam Mehdinin (əleyhissalam) zühur edəcəyi gündür. Və hədisdə rəvayət edildiyi kimi: Əmmarın oğlu İshaqdan nəql edir:

“İmamdan (əleyhissalam) soruşdum: Uca Allah, iblis haqqında buyurduğu və möhlət verdiyi məlum gün hansı gündür? O əleyhissalam dedi: “Məlum gün, İmamın ortaya çıxacağı gündür. Beləliklə Allah onu göndərdiyi vaxt, o Kufə Məscidində olacaq. Şeytan ona gələcək və diz üstə çöküb deyəcək: Vay olsun mənə bugündən etibarən! Sonra o, şeytanın alnından tutub, [5] boynunu vuracaq. Bu, onun, şeytanın ardına düşəcəyi "məlum gündür".”

5 Biharul Ənvar, cild 274/səhifə 52.

Page 13: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

12

İncil'də, kiçik qiyamət zamanı ya da başqa sözlə, Mehdinin (əleyhissalam) xüruc zamanı, şeytanın zincirlənəcəyi yazılıb. Yuhanna'nın yuxusunda bu cür keçmişdir:

{Əlində dibsiz dərinliklərin (cəhənnəm) açarı və böyük bir zəncir olan bir mələyin göydən endiyini gördüm. Mələk əjdahanı, yəni İblis ya da Şeytan deyilən o köhnə ilanı tutub min il üçün bağladı. Min il tamamlanana qədər xalqları bir daha azdırmasın deyə onu dibsiz dərinliklərə atdı, oraya atıb girişi möhürlədi. Min il keçdikdən sonra qısa bir müddət üçün sərbəst buraxılması lazımdır. } [İncil, Nəql (20):1]

İbn Tavusdan, Allahın rəhməti üzərinə olsun, nəql edilmişdir:

İdrisin (əleyhissalam) risaləsində, şeytanı yad etmə və Allahın ona cavabı ilə bağlı bunu tapdım: O dedi ki, ey Rəbbim, onların ortaya çıxacağı günə qədər mənə möhlət ver. O Subhan və Təala buyurdu: Xeyr! Lakin sən, o "məlum günə" qədər möhlət verilənlərdənsən. Bu, arınma etdiyim və zəruri qıldığım o gündür ki, həmin gün Mən, yer üzünü küfrdən, şirkdən və günahdan təmizləyəcəyəm. O gün, ibadət edənləri Özüm üçün ayırdım. Onların qəlblərini inanc ilə imtahan etdim. Və onların qəlblərini ithaf, qətiyyət, səmimiyyət, dindarlıq, təvazökarlıq, doğruluq, nikbinlik, səbr, hörmət, qorxu, dünya üçün riyazət, Mənim üçün arzu ediləcək şəkildə doldurdum. Və onları günəşə və aya tərəfdar etdim. Və bu dünyada xəlifələr olmalarına və dinlərinə sənin təsdiqlədiyin şəkildə sahib olmalarına izn verdim. Sonra onlar Mənə ibadət edəcək və Məndən başqa heç nəyi Mənə şərik qoşmayacaqlar. Onlar vaxtlı vaxtında namaz qılar və insanlara zəkat verirlər. Onlar mərufu əmr edər, münkərdən çəkindirər. Yer üzünə katiblik verdiyim gün, heç nə heç nəyə zərər verməyəcək və heç nə heç nədən qorxmayacaq. İnsanlar arasında parazitlər və həşəratlar olacaq və onlardan heç biri digərinə zərər verməyəcək. Hər bir iynəni həşəratlardan və digərlərindən söküb alacağam. Dişləyən şeylərdən hər bir zəhəri alacaq və göydən və yerdən rəhmət yağdıracağam. Dünya ən yaxşı bitki örtüyü ilə coşacaq və meyvənin və əmbərin bütün növləri çıxacaq. Onların arasına şəfqət və mərhəmət yerləşdirəcəyəm. Sonra təsəlli edib, bərabər şəkildə paylaşacaq və sonra da kasıblara paylayacaqlar. Onların heç biri digərinə yüksəkdən (təkəbbürlə) baxmayacaq. Böyüklər kiçiklərə mərhəmət edəcək, kiçiklər də böyüklərə dəyər verəcəklər. Onlar mənim camaatımdır. Mən onlar üçün bir nəbi seçdim ki, o ən dürüst olandır. Mən onu, onların üzərinə bir nəbi və rəsul qıldım. Və mən onları, onun tərəfdarları və camaatı etdim. Bu nəsil, mənim nəbimi və dürüst adamımı, onlar üçün seçdiyim nəsildir. Bu zaman, Mənim qeyb olan elmimi örtdüyüm zamandır. Və şübhəsiz ki, bu hazırki zamandır. Mən o gün səni, atlarını, adamlarını və bütün əsgərlərini yox edəcəyəm. İndi get, o "məlum gün"ə qədər cəzası təxirə salınanlardansan. [6]

Bu hekayə alim və abid şeytanın hekayəsidir ki, o, cəhənnəmin dərinliklərinə, təkəbbürünə görə düşmüşdür. Bu hekayədə zəka sahibi və ibrət alanlar üçün xeyli öyüd və ibrətlər vardır. Hardadır ibrət alanlar, hardadır öyüd alanlar?!

6 Biharul Ənvar, cild 52/səhifə 385

Page 14: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

13

Möminlərin Əmiri Əli (əleyhissalam) buyurdu:

Allahın şeytan barəsindəki işindən ibrət götürün ki, onun uzun müddətli ibadət və bəndəliyini, çoxlu səy və təlaşını (təkəbbür və itaətsizliyinə görə) heç və puç etdi. Halbuki o, Allaha altı min il ibadət etmişdi ki, onun dünya, yoxsa (bir günü dünyanın əlli min ilinə bərabər olan) axirət illərindən olması məlum deyil (siz bilmirsiniz və dərkiniz naqisdir). (Bu, ) bir saatlıq təkəbbürlülük və itaətsizliyə görə (oldu ki, o özünü Adəmdən üstün bildi və ona səcdə etmədi)! Belə isə kim şeytandan sonra onun günahı kimi bir günah (təkəbbür və itaətsizlik) etməklə Allahın əzabından amanda qala bilər? Əsla! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah heç vaxt heç bir insanı, səbəbindən bir mələyi (şeytanı) Cənnətdən çıxardığı işlə ora daxil etməyəcək. Allahın göy əhli (mələklər) və yer əhli (insanlar) barəsindəki hökmü birdir. Onunla yaratdıqlarının heç biri arasında Onun yaranmışlara haram edib ancaq Özünə məxsus etdiyi şeyi (əzəmət və böyüklüyü) rəva bilmək barəsində icazənamə yoxdur.

Odur ki, ey Allahın bəndələri, Allahın düşməninin (şeytanın) sizi öz dərdinə (təkəbbür və itaətsizliyə) düçar etməsindən (özü kimi təkəbbürlü və itaətsiz edərək Allahın rəhmətindən uzaqlaşdırmasından), sözləri ilə sizi (doğru yoldan) saxlayaraq narahat etməsindən və qoşununun (davamçılarının) atlı və piyadalarını sizin ətrafınıza toplamasından qorxun. Canıma and olsun ki, o, kamanının yayına sizin üçün şər (azdırmaq) oxu qoyub və sizi nişan alaraq onu bərk özünə tərəf çəkib. Sizə yaxından ox atıb (ki, səhv getməsin). Və (Allahın, Qur’ani-Kərimin Hicr surəsinin 39-cu ayəsində nəql etdiyi kimi belə) deyib: «Ey Rəbbim! (Adəmə səcdə etmədiyim üçün) məni azdırdığına görə mütləq mən də yer üzündə Adəm övladlarının qarşısında günahları yaxşı göstərəcəyəm (ki, itaətdən qalsınlar) və onların hamısını azdıracağam».

Zəmanənin çətin hadisələrindən Allaha pənah apardığınız kimi, təkəbbür və məğrurluq yaradan şeylərdən də Ona pənah aparın. Əgər Allah, bəndələrindən kiməsə təkəbbürlülük və öyünmək icazəsi versəydi (bu işi kiməsə rəva bilsəydi), bu icazəni Öz peyğəmbərlərinə və dostlarına verərdi. Peyğəmbərlər və Allahın dostları zəif sayılan bir dəstə idilər ki, Allah onları aclıqla sınamışdı, çətinliklərə düçar etmişdi, qorxu yerləri ilə imtahana çəkmişdi və çirkinliklərdən təmizləyərək paklaşdırmışdı. Buna görə də varlılıq və yoxsulluğun sınaq və imtahan yerlərini bilmədiyiniz üçün Allahın razılıq və qəzəbinin (meyarının) var-dövlət və övlad sahibi olmaq olmasını güman etməyin. Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Mu’minun surəsinin 55-56-cı ayələrində) buyurur: «Məgər elə zənn edirlər ki, onlara verdiyimiz mal-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Bəlkə şüurları yoxdur və anlamırlar»...

Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Özünün təkəbbürlü və məğrur bəndələrini onların gözünə zəif görünən dostları ilə sınayır. Musa ibn İmran, qardaşı Harunla (onların hər ikisinə Allahın salamı olsun) Fironun yanına gəldi. Onların əyinlərində yun paltar, əllərində taxta əsa var idi. Onunla şərt kəsdilər ki, əgər İslamı qəbul etsə, padşahlığı davam edəcək və izzət və hörməti öz yerində qalacaq. Firon dedi: “Bu iki nəfərə təəccüb etmirsiniz ki, gördüyünüz bu yoxsul

Page 15: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

14

və xar vəziyyətdə ola-ola mənimlə möhtərəmliyimin öz yerində qalması və padşahlığımın davam etməsini şərt kəsirlər?! Bəs nə üçün qollarından qızıl bilərziklər asılmayıb?” Çünki qızılı və onu toplamağı böyük bilərək yunu və onu geyinməyi xar sandı...

Odur ki, dünyada fitnə-fəsad törətmək (onun cəzası), axirətdə zülmün ziyanı və məğrurluq və təkəbbürlülüyün pis nəticəsi barəsində Allahdan qorxun, Allahdan qorxun! Çünki fitnə-fəsad, zülm və məğrurluq şeytanın ən böyük tələ və hiyləsidir. O, elə bir hiylədir ki, öldürücü zəhər kimi insanların qəlbinə daxil olur (və onları məhv edir). Buna görə də şeytan heç vaxt aciz qalmır və heç kəsin - nə elminə görə alimin, nə də köhnə paltarına görə yoxsulun - ölüm yerini səhv salmır.

Allah, sizlərdən əvvəl olmuş ümmətləri, ancaq yaxşılığa əmr edib pisliklərdən çəkindirməyi (əmr bi məruf və nəhy əz munkəri) tərk etdiklərinə görə Öz Rəhmətindən uzaq etmişdir. Səfehləri günah işlərə əncam verdiklərinə, anlayış sahibi olanları da pisliklərdən çəkindirməyi tərk etdiklərinə görə rəhmətindən uzaq etdi. Ayıq olun! Sizlər, həqiqətən də İslam bağını kəsib atdınız, İslamın qoyduğu həddi-hüdudu qüvvədən saldınız, hökmlərini öldürdünüz. Mən, Allah yolunda olan və qınayanın qınağına fikir verməyən, çöhrələri siddiqlərin üzü, sözləri salehlərin sözü olan bir dəstədənəm. Onlar gecəni ibadətlə keçirər, gündüzün yol göstərən işarələri olarlar. Onlar Qurandan möhkəm yapışmışlar. Allahın və Rəsulunun sünnətlərini dirildənlərdir. Təkəbbürlük etməz, xəyanət etməz, pozğunçuluq etməzlər! Qəlbləri cənnətdə, bədənləri isə əməllərdədir. [7]

7 Nəhcul Bəlağə, 19-cu Xütbə.

Page 16: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

15

Siratul-Mustəqim (Doğru Yol) Allah-Təala buyurur:

{Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (onları) doğru yola yönəldirsən –göylərdə və yerdəkilərin sahibi Allahın yoluna. Şübhəsiz ki, bütün işlər Allaha qayıdır. } [Şura 52-53]

Ayədə zikr edilən “Doğru Yol”, Haqq yoludur. O yol, Allahın qullarından keçməyi istədiyi yoldur və ya başqa cür desək, o yol elə bir yoldur ki, Allahın qulunu Allaha sarı aparır. Doğru Yol, şəriətin doğru etiqad və hökmləridir ki, Haqq-Təala tərəfindən, Nəbilər və Rəsullar və Onların Vəsilərinin (ə) vasitəsi ilə, irsal edilmişdir. Hər bir əhli-təfəkkürə vacibdir ki, haqqı araşdırsın. Ta o vaxta qədər ki, ilahi əzabdan nicat verib, siratul-mustəqimdə irəliləyərək Rəbbinə sarı aparan bu yolu qət etmiş olsun. Bu maddi həyat ilə qane olub, vaxt itirmək, ölümdən belə pisdir və bu, məhv olmağın elə özüdür, və bu, cəhənnəmdir. Allah-Təala buyurur:

{Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir. } [Ənkəbut, 54]

Həqiqi Həyat, sadəcə haqqı bilmək və haqq yolunda qədəm götürməkdir. Çünki bu yolun sonunda, ağıl aləminə çatılar və bu aləm, heç zaman ölməyən Diriyə (Allaha) geri qayıtmağın yoludur və bu, cənnətdən üstün bir hədəfdir. Allah-Təala buyurur:

{Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə, bunların hamısından daha böyükdür. Bu, böyük uğurdur. } [Tövbə 72]

Allah-Təala buyurur: {Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir. } [Səcdə 17]

Beləcə, ağlı başında olan bir şəxs, bu yolda irəliləyərkən, fürsəti fövtə verməməlidir. Əgər çatması lazım olan yerə çata bilərsə, bilsin ki, Allahın mərhəmətini qazanmışdır və Allahın inayəti və rəhməti ilə, cənnətdə rahat bir formada yaşayacaqdır. Çünki o şəxs, Allahın çağırışına cavab vermişdir.

Əbu Cəfər (ə) buyurdu: “Allah-Təala ağılı yaratdıqdan sonra onu danışdırdı və ardıyca buyurdu: “Bəri gəl” ağıl da gəldi. Sonra dedi: “Geri qayıt” ağıl da geri qayıtdı. Sonra bu cür buyurdu: “İzzət və Cəlalıma and olsun ki, səndən daha çox sevimli olan bir şey yaratmamışam. Sənin nöqsansız və yaxşı vəziyyətini, ancaq sevdiyim kəslərə bəxş edərəm. Sadəcə sənə əmr edər, yalnız sənə qadağalarımı yönəldərəm. Sırf səni cəzalandırar və ancaq səni mükafatlandıraram.” [8]

8 Üsuli Kafi, cild 1/Hədis 1

Page 17: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

16

Yəni, xoşbəxt insan o kəsdir ki, Allahın çağırışına ləbbeyk demiş və Uca Allah ona gəlməyi əmr edəndə gəlmişdir. Allah-Təala buyurur:

{Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol”– deyir, o da olur. } [Ğafir 68]

Başqa bir deyişlə desək, İmamlar və Rəsulların (ə) çatdığı kimi, Allah sizlərində Ağıl aləminə çatmağınız üçün size yaratdı. Və məqsəd; bu dünyada ən uca məqama çatmaqdır. Və bu uca məqam, “Uluhiyyət Aləmi”nə ya da “İki yay arası qədər və hətta daha yaxın” (kəbə qovsəyni əv ədna) adlı məqama çatmaqdır. Bu, Mahmud məqamın sahibi elə birisidir ki, məxluqat; onun bərəkəti sayəsində yaradılmışdır. Yəni, Muhəmməd (s) və onun nəfsi də Əli (ə)-dır. Hər nə qədər bu kitabda vacib nöqtələr və xülasə şəklində zikr etmək istəsəmdə, bu məsələni biraz vurğulmaqda bir əmma yoxdur. Ki bəlkə Allah, əziz oxuyucuların duasını mənə nail edər.

Əziz mömin qardaşlarım, ilk yaradılan məxluq, Ağıldır. Və ağıl, ilk ruhani aləmdir və o, kamil aləmdir. Və ordakı məxluqat, bir-biriləri ilə öyrəşmiş (adoptasiya olmuş) şəkildə yaşamaqdadır. Oranın sakinləri, Allahın ilahi aləmlərinin ən yüksək mərtəbəsindədir və bu, sadəcə Muhəmməd (s) və Əli (ə)-a məxsus bir məqamdır. Muhəmməd (s) :

{O, ən uca üfüqdə idi. Sonra getdikcə yaxınlaşmağa başladı. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. } [Nəcm 7-9]

Və Əli (ə) da onun nəfsidir. Allah buyurur:

{Sənə bilik gəldikdən sonra kim səninlə onun barəsində mübahisə edərlərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü/ nəfsimizi və özünüzü/nəfsinizi çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək.”} [Ali İmran 61]

Hz. Muhəmməddən (s) rəvayət edildiyi kimi: “Əli, Allahın zatına toxunmuşdu və bizimlə onun (Əlinin) vasitəsi ilə danışılırdı” [9]. Və ondan aşağıda bütün məqamlar gəlməkdədir. O İki Böyüyümüz (Muhəmməd (s) və Əli (ə)), özlərinin altında olan hər şeyi əhatələyir və bilirlər. Onlardan (ə) aşağı mərtəbədə olanların hər biri, öz anlayışlarının dərəcəsinə görə, Onları (ə) tanıya bilməkdədir və heçkəs də, Onları (ə) kamil bir şəkildə tanıya bilməmişdir, Allahdan başqa! Çünki, insan ağlının çata biləcəyi ən üstün mövqe və dərəcədə, məhz Onlar (ə) dayanmaqdadır. Mahmud məqamının sahibindən (s) bu cür rəvayət edilmişdir:

“Ey Əli! Allahı heçkəs tanımamışdır, mən və səndən başqa. Və məni heçkəs tanımamışdır, sən və Allahdan başqa. Və səni heçkəs tanımamışdır, mən və Allahdan başqa.” [10]

9 Məniqi Şəhr-Aşub, cild 3/səhifə 31. Əl-Mucəmul-Ovsat lil-Təbərani, cild 9/səhifə 142. Kənzül-Ümmal, cild

11/səhifə 621. Biharul-Ənvar, cild 39/səhifə 313. 10

Muxtəsərul Bəsairud-Dərəcat, səhifə 125.

Page 18: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

17

İkinci Aləm, Mələkut Aləmidir. O aləm, xəyali/qüsursuz görüntülər aləmidir, və o aləm, yuxuda gördüklərimizə bənzər olan nəfslər aləmidir. Çünki yuxuda olarkən, fiziki olaraq mövcudiyyətimizə qarşı olan dərkimizi itiririk və mələkutdakı var oluşumuza (diqqət cəhətdən) cəmlənirik, başqa cür desək, xəyali yada ruhani var oluşumuza odaklanırıq.

Üçüncü aləm Maddə aləmidir. Bu aləm, var olması üçün fiziki nəsnələrə möhtac, fiziki qabiliyyətlərindan savayı mənəvi bir dəyəri olmayan, yoxluğa bənzər bir aləmdir və bu çatıla bilinəcək ən aşağı dərəcədir. Surət (üz), maddəyə əlavə edildikdə vücud tamamlanmış olur. Və bu yüksəlmənin vəya alçalmanın ilk dərəcəsi olur. Həmçinin, cisimlər, hər biri öz var olma dərəcələrinə əsasən; cansız (əşyalar), bitkilər, heyvanlar və insanlar olaraq bölünür.

İnsan da, ya yüksəlib gəldiyi yer, yəni ölməyən Diri olan (Həyyu la Yəmut) Məbudunun yanına geri qayıdar və Allaha yaxın olub Onun ağıl aləmində təsbih edər. Ya da, bütün dəyələrini əldən verib, Yaradana arxa çevirib, onun vasitəsi ilə heçbir şey bilinməyən və zərrə qədər də elm olmayan maddədən savayı bir şey görməz olacaq. Ona onun ən mükəmməl surətinin əlavə edilməsi xaric. Və maddəyə sadəcə olaraq surət əlavə edildikdə (insan dünyapərəstlik ilə kifayətlənsə), inəklər kimi, hətta daha artıq azğın varlıqlar kimi olar. Çünki, insan, Allaha geri qayıtmaq üçün doğuldu, amma arxa çevirdi, düşünüb hikmət sahibi olmaq üçün doğuldu, amma cəhaləti seçdi, yaşamaq üçün doğuldu, amma ölümü seçdi.

Əbu Abdullah İmam Cəfəri Sadiq (ə) buyurur:

“Allah-Təala ağılı yaratdı, və bu Onun, Öz Nurunun Ərşinin sağından yaratdığı ilk ruhani məxluqdur. Sonra isə ona bu cür buyurdu: “Arxanı çevir”, ağılda arxasını döndü. Sonra isə dedi: “Geri qayıt”, ağıl da geri qayıtdı. Sonra bu cür buyurdu: “Səni böyük bir yaradılış ilə yaratdım və səni bütün məxluqlarımının üzərinə üstün qərar verdim.” Sonra cəhaləti, dadı pis və duzlu bir dənizdən, qaranlıq bir formada yaratdı və buyurdu: “ Arxanı çevir”, cəhalətdə arxasını çevirdi. Sonra isə buyurdu: “Geri qayıt” Cəhalət isə geri qayıtmadı. Sonra isə buyurdu: “Sən zülm etdin!” və sonar cəhalətə lənət etdi.” [11]

Kamil Ağıl, Muhəmməd (s) və onun Vəsisi Əli (ə)-dır. Çünki ayədə, İmam Əli (ə), Nəbi (s)-in nəfsi olaraq bilinir.

(“… Özümüzü və özünüzü (Nəfsimizi və nəfsinizi)…”-Ali İmran;61)

İkinci olan (Cəhalət), tamamiylə cahil olandır və təkəbbürün başlanğıc nöqtəsidir və iblisi yoldan çıxardıb, cəhənnəmə vasil edəndir. İblis (l.ə) demişdir: (“Rəbbi bi ma əğvəytənii”)

(“Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə…”-Hicr;39)

Başqa cür deyişlə: “onun vasitəsi ilə məni azdırdığın şey” yada “yoldan çıxmağıma səbəb olan bilinməyən şey” və o, şəxs ya da “bilinməyən şey” olaraq

11 Üsuli Kafi, cild 1/səhifə 21.

Page 19: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

18

zikr edilmişdir [12], çünki o şey, heçbir kimliyə sahib olmayan zülmətdir və (ayədəki “ma”) kəlməsi, ağılsız birisi üçün istifadə edilir, çünki onda, ağıl deyilən bir şey yoxdur.

Bu şəkildə, Adəm (ə)-ın oğullarından biri, ibadət və həmd ilə əxlaqi dəyərlərin ən üst zirvəsinə; yəni Allaha yay və ox qədər yaxın bir məqama çatmış, ruhanilərə və muqərrəb mələklərinə muəllim olmuşdur. Və bu kamil insan, Muhəmməd (s)-dir. Adəmin mələklərə, bilmədikləri isimləri öyrətdiyi kimi. .

Əmirəl-Möminin Əli (ə) buyurur: “İnsan, danışan bir nəfs ilə yaradıldı, əgər nəfsini elm və əməl ilə daim təmiz saxlayarsa, ləl-cəvahirat kimi qalacaq və istəkləri çoxaldığı zaman, təzadların tələsindən xilas olarsa, yeddilik səma kimi möhkəm və sağlam olacaqdır.” [13]

Eyni zaman, Adəm Övladlarından elələrini tapa bilərsiz ki, özünü cəhənnəmə atmış, iç-içə olan qaranlıq və dadı acı olan bir dənizin içində üzməkdədir. Və əgər əlini xilas olmaq üçün uzadarsa, qaranlığa görə heçkim onun əlini görməz. Taki, bütün vücudu, ən kiçik bir nurdan belə binəsib olaraq, yekparə olub qaralana qədər və ağıldan yoxsul olub, cəhalətə dönənə qədər və müvazinət gətirməyən bəla olana qədər və ona rahatlıq verməyən qorxulara sahib olana qədər. . və sakitlik və rahatlıq, həmin şəxsə demək olarki heçvaxt baş çəkməz. Belə bir şəxsin, Allahın rəhmətini qazanmağa istəyi olmaz və Allaha ümid bəsləməz. Cahil olan insanlardan fərqli olaraq, İblisin özü belə qiyamət günü Allahın rəhmətindən ümidini kəsməyəcəkdir. Allah buyurur:

(“O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi.”-Ənfal;48)

Və onlar, pis və təkəbbürlü nəsflərinə görə, əsası olmayan hiyləli sözləri ilə, cinli şeytanlara təlqin edirdilər və cinlərdən olan şeytanlar, insan şeytanlarından ilham və dərs alırdılar.

Allahın buyurduğu kimi:

(“Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. (Bunlar) aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et.”-Ənam;112)

Hüruri (məşhur bir şairdir) bu cür demişdir:

“Mən, iblisin əsgərlərindən idim. Taki, rütbəm yüksəldi və tərfi oldum. Rütbəm və dərəcəm o qədər yüksəldi ki, bugün İblisin özü belə mənim ordumun içindədir. Və əgər İblis, məndən əvvəl ölüb-getsəydi belə, mən özüm pisliklərin ən əlverişli

12 Mucməul Bəyan, cild 2/səhifə 309 və digər mənbələrdə nəzər sala bilərsiniz

13 Biharul Ənvar, cild 10/səhifə 165. Mizanul-Hikmət, cild 1/səhifə 223

Page 20: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

19

üsullarını təmin edərdim və əgər mən ölüb-getsəydim, İblisin özü belə bugün bu qədər şeyi bacara bilməzdi.” [14]

Açıqlaması lazım olan bir məsələ də vardır. O məsələdə budur ki, əgər kafirlər ağıldan naqisdilərsə, və ağılı rədd edib cəhaləti seçiblərsə, necə olur ki o kafirlər bu qədər texnologiyaya (müxtəlif informasiya vasitələri, hərb, təhsil, tibb və sair sahələrdə) inkişafa nail olublar?

Bu sualın cavabını İmam Sadiq (ə) vermişdir.

İmam Sadiq (ə)-dan soruşurlar ki: “Muaviyənin sahib olduğu şey, ağıl deyilsə bəs nədir?” İmam Sadiq (ə) buyurur: “O, şeytanlıq və hiylənin bir növüdür ki, ağıla bənzəyir, amma ağıl deyildir.” [15]

Hərbir insan, mələkut aləmindən bir miqdar faydalanmışdır. Və fayda gördüyü şey, nəfsdir ki, bu nəfs də, qüsursuz şəkildə olub ağlın kölgəsinə bənzədilir. Və bu kölgə: elmin və danışmağın gücüdür ki, mələkut içində bəxş edilmişdir. Bu, susqun heyvanlar ilə bizlərin ortaq məxrəcidir, ancaq insanın güzgüsü, daha şəffafdır. Nəticə etibarı ilə, ağlın öz yüksəlişi, daha şəffaf və düzdür; beləcə onun bu kölgədəki şansı daha böyükdür. Hərkim heyvanların dünyasını araşdırarsa, bəzi heyvanların bəzi şeyləri icad etdiyini görəcəkdir. Heyvanların həyatı haqqında araşdırma aparan bəzi tədqiqatçılar və elm adamları, bu məsələni təsdiq etmiş və dəfələrlə vurğulamışlar.

Nümunə üçün: Qunduza nəzər salaq. Qunduz, əvvəlcədən hazırladığı hovuzların içində suyun səviyyəsini yüksəltmək üçün, körpüyə bənzər böyük maneələr yerləşdirir. ( Və əgər bu icad tam şəkildə bir ağıl sayılsa, necəki bugün cahillər yüksək texnologiyaya sahibdir) onda belə çıxar ki, insan övladı heyvandan daha üstün deyildir. Əgər; bu kölgəyə (dünyəvi aləmə), haqqı və ağlı görmək üçün, doğru bir şəkildə baxmazsa və bu yolda, ibadətini, şükrünü, gözəl əxlaqını kamilləşdirmək üçün qədəm götürməzsə...

Və əgər bu kölgə ilə qane olarsa, onda həmin şəxs, inək kimi, yəni səssiz heyvanlar kimi olar. Və əgər, pis əxlaq ilə öz rütbəsini birazda aşağı salarsa, onda inəkdən də betər olar.

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha. Və bizlər, elmdən ancaq cüzi bir miqdar bilirik. İlahi, məni və mömin qardaşlarımı, Öz rəhmətinə daxil eylə. Çünki, bu dünyada və axirət yurdunda, mənim Vəlim Sənsən!

14 Biharul Ənvar, cild 12/səhifə 330.

15 Üsuli Kafi, cild 1/səhifə 11. Mani Əl-Əxbar, səhifə 240. Vəsailuş-Şiə, cild 15/səhifə 206.

Page 21: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

20

Etiqad və Hökmlər

Səhih Etiqadlar Allahın varlığına və Tək olduğuna inanmaq (Tovhid), Allahın Nəbilərinə,

Rəsullarına və onların Xəlifələrinə inanmaq, Ədalətinə etiqad etmək, Allahın əmr və buyuruqlarına, Allahın qəzavü-qədərinə etiqad etmək, Bədaya [16] etiqad etmək, Cənnət və Cəhənnəmə etiqad etmək, Onun (svt) yer üzündəki Xəlifələrinin məsumluğuna inanmaq, Məlaikələrə inanmaq, Qeybə iman etmək, Ənbiya, Rəsullar və onların Xəlifələrinin dedikləri hər bir şeyə inanmaq, Səhih Etiqadlar deməkdir. Bizlər üçün, bu Həzrətlərin (ə) dediklərini yerinə yetirmək (onlardan möhkəm yapışmaq və onların addımlarını izləmək) və hər mövzuda onlardan mədət duymaqdan başqa bir yol yoxdur.

Allah-Təala buyurur:

(“De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin.”-Ali İmran;31)

Zureyrə deyir ki: İmam Cəfər Sadiq (ə)-dan soruşdum və dedim ki: Adəm (ə)-dan insan övladının zürriyyəti necə gəldi? Çünki bəziləri deyir ki, Allah Adəmə (ə) vəhy etdi ki, qızını oğlu ilə evləndirsin və beləcə bütün insanların nəsli-kökü, bacı-qardaşdan gəldi deyirlər.

İmam Sadiq (ə) buyurdu: “Bu dediklərinizdən Allah uzaqdır! Bunu deyən şəxslər, Allahın yaratdığı ən yaxşı məxluqatlarını, Ona əziz olanları, Nəbilərini, Rəsullarını, mömin və möminələri və sairini haram ilə başlayan bir fel (hərəkət) ilə yaratdığınımı iddia edirlər?! Məgər insanlardan halal və təmiz qalmaqları üçün söz alan Allah, insanları halal yoldan yaratmaq bacarığına sahib deyildimi?! Şübhəsiz ki Allah, insanların əhdini, təmiz və saf namuslu olmaqlıq üzərinə almışdır. And olsun Allaha ki, bəzi heyvanların öz bacılarının üstünə mindikdən və sonra enib əslində onun öz bacısı olduğunu öyrəndikdən sonra, öz cinsi orqanlarını dişləyib qopartdıqlarını və bu səbəbdən də öldüklərini öyrəndim. Yenə eyni şəkildə, öz anası ilə cəhalətinə görə (bilmədən), cinsi əlaqəyə girən başqa bir heyvan da, cinsi əlaqəyə girdiyinin öz anası olduğunu öyrəndikdən sonra, eyni cür etmişdir! Onda necə ola bilər ki, fəzilətə, insanlığa və elmə sahib olan insanın, belə bir şey başına gəlmiş olsun?! Gördüyünüz kimi, bu məxluqatdan olan nəsil, Nəbilərinin Əhli-Beytinin elminə sahib olmaq istəyən nəsil, elmi buyurulmuş (lazım olan) yerdən almadılar. Beləcə azğınlıq və cəhalətə uğradılar. eynilə, Allahın yaratmasının başından bəri olan, keçmişdəki məsələlər kimi...

Sonra İmam (ə) buyurdu: “Vay olsun onların halına! Bunlar (İnsanların nəslinin bacı-qardaş olduğunu deyənlər) hardan gəliblər belə?! Çünki bu mövzuda, nə Hicaz, nədə İraq fəqihləri ixtilaf etməmişdir. Və bu mövzuda, Allah qələmə əmr

16 Mütərcimin Qeydi: İlahi iradəyə əsasən qəzavü-qədərin dəyişməsinə “Bəda” deyilir.

Page 22: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

21

etdi və qələm, qorunan lövhədə cərəyan etdi və qiyamətə qədər olacaq hərbir şeyi yazdı. Və bu hadisə, Adəmin (ə) yaradılmasından 2000 il əvvəl olmuşdu. Və qələmin yazdığı bütün Allahın kitabları, bacı-qardaş münasibəti də daxil olmaq üzrə, bütün bu növ işləri haram yazmışdır. Və bizlər, bu dünyaya bu 4 məşhur kitabı görməkdəyik: Tovrat, Zəbur, İncil və Quran. Ki Allah o kitabları, muhafizə edilmiş bir lövhədə, Nəbilərinə nazil etdi. Tövratı Musaya (ə), Zəburu Davuda (ə), İncili İsaya (ə) və Quranı Muhəmmədə (s) nazil etdi. Və bu kitabların heç birində də, zərrə qədər də olsun bu iddialar halal edilməmişdir. Və bu cür iddiaları önə çəkənlər (hətta ehtimal versələr belə!), öz çirkli düşüncələrini, insanların gözündə möhkəm və salim kimi göstərməkdən başqa, hədəfləri yoxdur! Allah onların axırını gətirsin (məhv etsin)! Bu cür sözlər deyən şəxslərə nə olub belə?!” [17]

Onları ifşa edən, onların cahilliklərinə görə Muhəmmədin (s) dürüst Əhli-Beytinə (ə) qarşı dikbaşlılıq etməklərinə görə, onları rəzil-rüsvay edən Allaha həmd olsun! Onlar, Nəbilərin (ə) övladlarını zinakar etmək istədilər! (Necəki, Əllamə Təbatəbai də insanların bacı-qardaşdan əmələ gəlməsi versiyası dəstəkləmişdir!!).

Əstəğfirullah! Onlar (ə) bunlardan çox-çox uzaqdır! Və buna görədə Allah, Muhəmmədin (s) Əhli-beytinə (ə) qarşı dikbaşlıq edən (Əhli-beytin (ə) elminə zidd gedən) hər bir şəxsin, Nəbinin Sünnətini, Kitabın Möhkəm və Mutəşabih ayələrini anladıqlarını iddia edən hər bir şəxsi, eynilə Uməyyə və Əbbasilərin etdiyi kimi və onları dünyəvi məsələlərdən ötrü təqib edənlərin etdiyi kimi, İmamlar olaraq çağıran hər bir şəxsi, (əslində din ilə əlaqdar məsələlərdə cəhənnəmə sarı çağıran o dırnaqarası İmamlar!), onların üzünü qara etmişdir. Onların yoluyla gedənlərin, bugün heç bir bəhanəsi qalmamışdır. Təbiki dikbaş və təkəbbürlü deyillərsə, bəhanə icad etməyə üzləri yoxdursa və ən əsası: “Bu uçsa da keçidir!” [18] deyən inadkarlardan deyillərsə...

Etiqad mövzusunda əqidənin təməli; Bəqərə Surəsinin son qismlərində olanlardır. Ki bu xüsuslar, Nəbinin də (s) iman etdiyi məsələlərdir.

Və bunlar: Allaha inanmaq, məlaikələrə inanmaq, səmavi kitablara inanmaq və Rəsullara inanmaqdır (ki istər Ənbiya olsunlar istərsədə Övsiya olsunlar və hətta Allahın Höccəti Talut (ə) kimi nə İmam və nə də Nəbi olmayan, amma Allah tərəfindən dünyəvi liderlik üçün göndərilmiş bir Məlik olsa belə fərq etməz).

Beləcə, hər bir Müsəlmana, Vahid, Əhəd və Baqi olan Allaha inanmaq, Muhəmmədin (s) Nübüvvətinə, Məlaikələrə, Kitablara, əvvəlki Nəbilərə və onların Vəsilərinə və onların şəriət hökmlərinə inanmaq və o hökmlərə hörmət etmək

17 İləluş Şəraye, cild 1/səhifə 19

18 Bu atalar sözü, həqiqətin aşikar olmasını bilə-bilə inkar edən inadkar şəxslər üçün işlədilər. Bu atalar

sözünün qısa tarixcəsi bu cürdür: “İki çoban, vadinin o biri tərəfində siyah bir qara təhər nəsə bir şey görürlər. O iki nəfərdən biri deyir: “Bu qara şey quşdur. ” O biri isə deyir: “Xeyr! O quş deyil, keçidir. ” Beləcə o iki nəfər arasında mubahisə get-gedə qızışır və elə bu anda o qaraltı uçub gedir. Birinci çoban dedi: “Gördün? Mən sənə deməmişdim ki o quşdur?!” İkinci adam isə dedi:” Subhanallah! Keçidə uçarmış. O uçsada keçidir!!”

Page 23: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

22

vacibdir. Hətta sonradan bu hökmlər (yada bəziləri) fəsx edilmiş (ləğv edilmiş yada dondurulmuş) olsa belə! Çünki, bir vaxt onlar, Allahın şəriət hökmləri sayılırdı. Və eyni şəkildə, Muhəmmədin (s) 12 Vəsisinə (ə) inanmaq və onların səhih bir şəkildə (Qurana uğun) bizlərə çatan xəbərlərini qəbul etmək də, Müsəlmanlar üçün vacibdir. Həmçinin, 12-ci Elçi olan İmam Muhəmməd İbni Həsən Əl-Əskəri (ə)-ın həyatda olduğuna və yaşadığına və babası kimi qılıncı ilə qiyam edəcəyinə inanmaq da vacibdir. Və Onu (ə) başçı qəbul etmək, insanları Onun (ə) yoluna dəvət etmək, Onu (ə) öz canınızdan, malınızdan və övladlarınızdan da ön planda saxlamaq, hər bir Müsəlman üçün vacibdir! Və Onun (ə) adının ucaldılması üçün, məsələsinin və məzlum şəxsiyyətinin aşikar edilməsi üçün və qurulacaq dövləti üçün fəaliyyət göstərmək də vacibdir! Həmçinin Onun (ə) düşmənləri ilə, yəni bu ümmətin başına qara buludlar kimi çökən tağutlar ilə və onların kafir müttəfiqləri və əsgərləri ilə- ki onlar Hakimiyyətunnasdır və Allahın vilayətindən çıxıb, İblisin (l.ə) vilayətinə girmiş kimsələrdir- onların gücündən və say çoxluqlarından qorxmadan mübarizə aparıb, Haqq-Təalanın buyurduğu kimi, onları düşmən bilmək də vacibdir:

(“Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik! Haqsızlıqları üzündən viran qalmış evləri də budur! Həqiqətən, bunda anlayan bir qövm üçün ibrət vardır.”-Nəml;50-52).

Hökmlər Hökmlərə gəldikdə isə, bunlar Allahın Nəbilər və Rəsullar (ə) vasitəsi ilə insanlar

üçün təyin etdiyi bir qrup şəriətlərdir. Və bu hökmlərdən bəziləri, müəyyən müddət ərzində fəsh edilmiş, bəziləri dəyişdirilmiş və bəziləri də Hikmət Sahibinin (svt) elmi ilə əlavə edilmişdir. Ki Allah, hər bir zaman dilimində qulların vəziyyətinə və ölkələrə əsasən, islahatlar aparmaqda ustaddır. Və bunlar, yəni şəriət hökmlərindən bəzilərinin ləğv edilməsi, dəyişdirilməsi vəya əlavələr edilməsi məsələsi, Allahın adınnan danışan və Onun (svt) əmri ilə əməl edən məsum bir xəbərdar edici şəxs göndərilmədən, baş verə bilməz. Və hərkim ki, bundan oyanasına qaçsa (yəni, Allahın Höccəti olmadığı halda, şərii hökmlərdən dəyişlik etsə vəya muasir hökmlər adı altında səlahiyyət sahibi olmadığı halda əlavələr edərək hökmlər versə), haqq yoldan çıxmışdır. Və əgər İlahi Şəriətə (fiqhə) və İlahi Hökmlərə nəzər salsaq, görərik ki, bu məsələdə müraciət olunan şəxslər (ravilər vasitəsi ilə və ya birbaşa olaraq) məhz Onlardır (ə). Və O (ə), ruhların, bədənlərin, ölkə və iqtisadiyyatın tək islahatçısıdır. Yəni, hərkim ki, Allah adına danışan, o məsumlardan biri olmadığı halda, şəriətdən qanun çıxarsa (hökm versə), dəyişdirsə, ləğv etsə yada əlavə etsə, onda həmin şəxs, bu əməli ilə insanlara özünün ilah olduğunu iddia etmiş və məxluqatın ona sitayiş etməsini istəmiş olar. Hətta hər nəqədər açıq bir şəkildə bunu dilinə gətirməsə belə. Qurani-Kərimdə, Tövbə Surəsinin 31-ci ayəsində zikr edildiyi kimi:

(“Onlar, alimlərini və rahiblərini, özləri üçün Allahdan başqa Rəbblər qərar verdilər”)

Page 24: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

23

Çünki onlar (o alimlər), halalları haram və haramları da halal etmişlər. Və insanlar da, Allahı deyil, məhz onları təqib etmişlər. İmam Baqir (ə) bu ayənin təfsirində buyurdu:

“Onların alimlərinə və rahiblərinə gəldikdə, insanlar onlara itaət etdilər, onların sözlərinə etimad etdilər və onların öyüdlərinə uydular, onların dəvət etdiyi şeyi özlərinə din qərar verdilər, beləcə insanlar, alimlər və öndərlərinə itaət edərək, onları öz ilahları qərar qıldılar və Allahın və Kitabının və göndərdiyi Rəsullarının öyüdlərini bir kənara qoydular. Beləcə insanlar, Onların (ə) öyüdlərini rədd etmiş oldular. Və bu tərzdə, insanlar yalnız alimlərin və rahiblərin onlara təqdim etdikləri şeyləri təqib etdilər və onlara itaət edib Allaha itaətdən çıxdılar və bu ayə, Quranda bizlərin (müsəlmanların) dərs alması üçün zikr edilmişdir. [19]

Ona görədə, insan əgər bir şeyə etiqad etsə, amma həmin şey Allahdan Məsumlar (ə) vasitəsi ilə gəlib çıxmayıbsa və qeyri bir yoldan ələ gəlibsə, onda bu cür bir etiqada sahib olan şəxs, Allahdan başqasına ibadət etmiş sayılır. Və hərhansı bir şəriət hökmü deyiləndə, əgər bu hökmlər Məsumlardan gəlməyibsə, demək insanlar hökmü verən şəxsə ibadət etmiş sayılır. Çünki o (bu cür fətva verən), bu əməli ilə ilahlıq iddiası etmişdir. Halbuki Məsumların özləri belə, özlərindən hökm vermək səlahiyyətinə sahib deyillər və şəriət hökmləri ilə əlaqədar, bu hökmləri Allahdan almaq ilə mukəlləfdirlər (həmçinin hökmü fəsx edəndə, nəsx edəndə və ya dəyişdirəndə də Allahın iradəsi ilə edirlər). İmam Sadiq (ə), məşhur kitabında, Şiələrinə bu cür buyurur:

“Ey Allahın rəhməti ilə qarşılaşmış və azad olmuş sürü! Məgər Allahın sizə verdiyi xeyirlər əksik idimi? Bilməlisiz ki, Allah elmində, əmrlər və dinində, əsla kimsəyə icazə verməyib ki, Onun (svt) əmrlərinə başnı salıb öz istədiyi şeyə əsaslanıb və bu işi müqəddəs və ilahi yolda (tərəzi) qərar verib ona əsasən əməl eləsin! Allah, Quranı nazil etdi və onu hər şey üçün aydınlaşdırıcı və bəyan edici qərar verdi. Quran və onun tədrisi üçün, bir camaat (Əhli-Beyt ə. s) təyin etdi. Amma Allah, hətta öz elmindən verdiyi camaatına belə icazə verməyib ki, öz istək və nəzərləri ilə qiyas edib, qərarlar versinlər. Allah, onlara verdiyi elm vasitəsi ilə, onları tədris məsələsində ehtiyacsız qərar verərək, onları xüsusiləşdirmək və onlara verdiyi kəramətlər sayəsində də, onları hörmət və izzət sahibi etmişdir. Onlar (ə), hərbir kəsin soruşa biləcəyi şəxslərdir (Zikr Əhli) və sual soruşulanda, ona cavab verib aydınlaşdıran şəxslərdir. Onlar (ə), sual edənə cavab olaraq, Allahın izni ilə, Quran elmindən, Allaha və bütün doğru yollara hidayət olacaq qədər, (insanlara) elm verərlər. Onlar (ə), elə insanlardır ki, heçkim onların elmindən və feyzindən üz döndərməz. Təbii o şəxslərdən başqa ki, ilk yaradılışında və ilahi elmdə, Allah onları bədbəxt və yoldan azmış azğınlar olaraq bildirmişdir. Çünki Allah, həmin şəxsləri, Zikr Əhlini anlamaqdan məhrum etmişdir. Onlar, öz həva-həvəslərinə əsasən qərar verib hərəkət edərlər. Bu etdikləri işlər, ta şeytan onlara vəsvəsə etdiyi müddətcə davam edər. O

19 Təfsiri Qummi, cild 1/səhifə 298. Biharul-Ənvar, cild 1/səhifə 212

Page 25: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

24

şəxslərin, kafir və yolundan azmış azğınları, mömin bilməkləri, elə onlardan gözlənilən bir davranışdır. Onlar, bir çox məsələdə, Allahın halalını haram və haramını halal biləcəklər və əldə edilən bu nəticə, onların ən çox istədikləri şeydir. Nəbi (s) vəfat etməmişdən əvvəl, onlarla bu məsələdə sözləşmə olanda, bu cür dedilər: “Nə vaxt ki Allah, Öz Rəsulunun ruhunu alsa, müxtəlif məsələlərdə, çoxluğun ortaq qərarına (icmaya əsasən) əməl etməyə səlahiyyət sahibiyik. Qəti olaraq, Allah Rəsulunun vəfatından sonra, and içməyimizə və razılığa gəlməyimizə baxmayaraq, bunu etməyə səlahiyyətimiz çatır.” Bu formada, Allah və onun Rəsuluna qarşı çıxdılar. Və heç kəs də, onlar qədər azğın və cəzaya layiq şəxslər deyillər. Çünki onlar, öz qərar və nəzərləri ilə (ictihad ilə) kifayətlənə biləcəklərini düşündülər. And olsun Allaha ki, Allahın qulları üzərindəki haqqı, onu dinləmək və əmrlərini yerinə yetirməkdən keçər. İstər Muhəmmədin (s) yaşadığı dövr olsun, istərsə də onun (ə) vəfatından sonrakı dövr! Olmaya o Allah düşmənləri fikirləşir ki, Muhəmməd (s) ilə İslamı qəbul edənlərdən birinin, İslam dini məhz Muhəmmədin (s) öz fikri, öz sözü və öz nəzəri ilə qərarlaşıb və ona əsasən əməl edilib?! Əgər bəli deyirlərsə, onda həmin şəxslər Allaha böhtan atmışlar və əbədi olaraq azğınlardan olacaqlar. Və əgər xeyr deyib onların bu cür etmədiyi deyəcəklərsə, onda özlərinin əleyhinə olaraq höccəti tamam etmiş olacaqlar və bunu etdikləri an, Muhəmmədin (s) vəfatından sonra da, eynilə Allaha itaət edib, Onun (svt) sözünə qulaq asmaq məcburiyyətində olduqlarına inananlardan olacaqlar. Allahın buyurduğu kimi: (“Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar.”-Ali İmran;144).

Və bu ayə, ibadət edilməsi lazım olan Kimsənin, ancaq və ancaq Allah olduğunu bilməyiniz üçündür. İstər Muhəmmədin (s) yaşadığı dövr olsun, istərsə də Muhəmməddən (s) sonra. Muhəmmədin (s) yaşadığı dövr ərzində, heç kimin ixtiyarı yox idi ki, Muhəmmədə (s) qarşı çıxaraq, öz başına öz fikir və rəylərinə əsaslanıb hökm versinlər. Və həmçinin Muhəmmədin (s) vəfatından sonra da, heç kimin belə bir səlahiyyəti və belə bir şeyə izni yoxdur!” [20]

Əhli-Beyt (ə), kamil bir əqlə sahib olsalarda, Mutəşabih və Möhkəm ayələr üzərində geniş bir elmə sahib olsalar da, ayələrin sırasını, Quranın təvil və təfsirini bilsələr də, yenə də özlərindən hökm vermək səlahiyyətinə sahib deyillər. Hökmlər haqqındakı məsələlərə sadəcə, Allah və Onun Rəsulu olan Muhəmməddən (s) intiqal edirlər. Onlardan (ə) başqa şəxslərin, öz naqis ağılları ilə, ayələrin təvilinə, sırasına, Möhkəm və Mutəşabih ayələrinə qarşı olan cəhalətləri olduğu bir halda, bu məsələlərdə onlardan nə gözləmək olar?!

Əbu Hənifə, İmam Cəfər Sadiqin (ə) hüzuruna gedəndə, İmam (ə) ona bu cür buyurdu:

“Ey Əbu Hənifə! Allahın kitabını, layiqli dərəcədə tanıyırsanmı? O kitabın Nasix və Mənsuxunu ayıra bilirsənmi?” Əbu Hənifə dedi: Bəli bacarıram. İmam (ə)

20 Biharul Ənvar, cild 75/səhifə 213

Page 26: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

25

buyurdu: “Ey Əbu Hənifə! Sən elm iddiası etdin. Allah, elmi, kitab əhlindən (Kitaba aşina olan Allah Höccətlərindən) qeyrisinə verməmişdir. Vay olsun sənin halına! Elm, sadəcə bizim Nəbimizin nəslindəki bəzi məxsusi şəxslərin yanındadır. Allah, Öz kitabında, sənin lehinə bir hərf belə yaratmamışdır. Əgər sən iddia etdiyin kimisənsə, ki belə olmadığını çox yaxşı bilirəm, onda mənim verəcəyim suallara cavab ver görək...” [21]

21 İləluş Şəraye, cild 1/səhifə 90

Page 27: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

26

Nəbilərə (ə) nazil edilmiş ayələrdə

mütləq bir dərs vardır (“Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər. Allah, bilməyənlərin qəlbini belə möhürləyir. Səbrli ol! Həqiqətən də, Allahın vədi haqqdır. Qoy yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa sövq etməsinlər.” Rum;58-60)

Hər bir müsəlman, əvvəlcə İsrailoğullarının Tarixini, onların Musa (ə) və Harun (ə) ilə olan yaşayışlarını və ardınca onların İsa (ə) ilə olan yaşayışlarını (Ona qarşı necə davrandıqlarını) araşdırmalıdır. Çünki, Musa (ə) və Harunun (ə) göndərilməsi, eynilə Muhəmməd (s) və Əlinin (ə) göndərilməsi kimidir. Və Musa (ə) ilə Harunun (ə) başına gələnlər, Muhəmməd (s) ilə Əlinin (ə) başına gələn hadislərdən çox da fərqli deyildir.

Və İsrailoğullarının Musa (ə) olmadığı vaxtda (Tur dağına qalxanda) və həmçinin Musa (ə) ilə Harunun (ə) vəfatından sonra etdikləri, bu ümmətin, Muhəmmədin (s) vəfatından sonra və Əlinin (ə) vəfatından sonra etdiklərindən çox da fərqli deyildir.

Eyni zamanda, bu ümmətin, Muhəmmədin (s) Vəsilərinin Xatəmi (Möhrü) Höccət ibn əl-Həsən Əskərinin (ə) qeybə çəkilməsindən sonra etdikləri işlərdən çox da fərqli deyildir.

Həmçinin, İsanın (ə) İsrailoğullarına göndərilməsi ilə, Mehdinin (ə) bu ümmətə göndərilməsi arasında çox da böyük bir fərq yoxdur. Və Mehdinin (ə) bu ümmətdən görəcəkləri, İsanın (ə) çirkin və əməlsiz yəhudi alimlərindən gördüyü şeylərdən çox da fərqli olmayacaq.

(“Bu əhvalatları danış ki, bəlkə fikirləşələr.”-Əraf;176)

Page 28: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

27

İsrailoğulları, Musanın (ə)

Mövludunun intizarında Musa (ə) hələ Nübüvvətə çatmamışdan əvvəl, İsrailoğulları bu böyük Nəbi və

Saleh islahatçının intizarında idilər. Hətta onun doğulacağı xəbərini insanlara deyir və bir-birlərini müjdələyirdilər və bu mübarək hadisənin tez bir zamanda baş verməsi üçün hazırlıqlar edirdilər. Çünki bu müjdəsi verilən uşaq, onları zalımlardan və fironların əlindən nicat verəcək bir Xilaskar olacaqdı. Digər bir tərəfdən, fironun yandaşları, öz çirkin niyyətlərinə layiq bir formada, bu uşağın gəlişini gözləyirdilər. Çünki, həmin uşaq hələ böyüyüb boya-başa çatmadan, qiyam etmədən və hakimlik edən tağutu bərtərəf etmədən, fironların və onların batil iddialarını aşikara çıxarmadan, İsrail qəbiləsini də, tovhid mesajı ilə qurtuluş yoluna və “La İlahə İlləllah” kəlməsini yer üzündəki insanlara çatdırmağa hidayət etmədən əvvəl, onu tutub öldürərək, beləcə bu işdən xilas olmağı planlaşdırırdılar. O vəd edilmiş doğum yaxınlaşanda, firon, o illərdə doğulan oğlan uşaqlarını qətlə yetirirdi. Firon, bu etdiyi işlərlə, ilahi sünnəti dəyişdirə biləcəyini zənn edirdi. Lakin, Allah onu rüsvay edib, İlahi Güc və Tədbir qarşısında onun acizliyini göstərməyi iradə etmişdi (istəmişdi). Ona görə də Allah onun (Musanın) başlanğıcını və toxumunun inkişafını, elə Fironun öz sarayında başlatdı. Beləliklə də o vədəsi verilmiş oğlan uşağını, elə onu öldürmək üçün gecə-gündüz axtarış aparan zalım firondan başqası böyütmədi. Allah-Təala Qurani-Kərimdə buyurur: {Fironun ailəsi onu sudan tapıb götürdülər ki, axırda onlara düşmən və başlarına bəla olsun. Fironun zövcəsi dedi: “(Bu uşaq) həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürmə. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Ancaq onlar bilmirdilər. } [Qəsəs 8-9]

Halbuki Firon və onun ordusu, İsrail qəbiləsinə zülm edərək, onların oğullarını və ən yaxşılarını öldürüb əziyyət verib alçaldarkən, Musa (ə) elə fironun sarayında böyüyərək boya-başa çatmaqdaydı. Həmçinin O, sarayın çölündə məzlum xalqa qarşı edilən haqsızlıqlar və zülmlərə, və sarayın içində insanları heçə sayaraq firona boyun əydirmək üçün ya da ən azından reallığı insanlara təlqin etdirərək, mubarizədən əl çəkdirmək üçün tətbiq edilən terror və təbliğat planlarına da şahid olmaqda idi. {Firon dedi: “Mən sizə ancaq etiqad etdiklərimi bildirirəm və mən sizə ancaq doğru yolu göstərirəm.”} [Ğafir/Mumin;29]

Musa (ə), Fironun siyasətinə və onun dəstəsinə yaxından nəzər salırdı. Fironun siyasəti, Allahın dininə sədd çəkən, İsrail qəbiləsini də, öz dini etiqadlarından əl çəkdirən, fəsadın yayılmasını təmin edib, nəsilləri də bu fəsadlara sarı yönləndirən, Müqəddəs İlahi Şəriəti və dini tərk etdirmə məqsədilə planlaşdırılmış bir siyasət idi. Bu planlı siyasət, tağutların öz hakimiyyətlərini möhkəmləndirmək üçün onlara lazım olan önəmli məsələlərdəndir. Çünki insanları, məhz bu çirkli planlar sayəsində, şeytanın partiyasında olan bu tağutları aradan qaldıra bilən tək Qudrət Sahibindən, həqiqi olan tək Gücdən və həqiqi olan tək Yavərdən, yəni Allahdan ayıra bilərdilər.

Page 29: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

28

Allah yolundakı mucahid Musa,

Allaha hicrət edən Musa, Allaha

dəvət edən və Nəbi Musa (“Musa yetkinləşib kamillik dövrünə çatdıqda, Biz ona hikmət və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq. O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, (haqq yoldan) azdıran açıq-aydın bir düşməndir!”– dedi. (Musa) dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir. (Musa) dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!” Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!”– dedi. (Musa) ikisinin də düşməni olan kəsi (misirlini) yaxalamaq istədikdə o dedi: “Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürməkmi istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən”. Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! İnan ki, mən sənin yaxşılığını istəyənlərdənəm!” Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!”– dedi. O, Mədyən tərəfə yollanıb: “Ümid edirəm ki, Rəbbim mənə doğru yolu göstərsin!”– dedi.”-Qəsəs;14-22)

Musa (ə) mücadilə aləminə girərək, zalım Fironun Misir və İsrail qövmünə çəkdirdiyi əziyyət, zülm və haqsızlıqlar ilə üz-üzə gəldi. Eyni zamanda, Musa (ə) İsrail qəbiləsinin tanıdığı, eyni təmiz və muxlis və intizarı çəkilən Xilaskar Nəbi idi. Hər nə qədər də, səssizliyi ilə fironun zalımlığına və məhv olmasına yardım etmiş olsa da, Musa (ə) Fironun sarayında qalıb ona kömək edə bilməzdi. Allah, o hadisəni, yəni Fironun əsgərlərindən birinin, Musanın (ə) əli ilə öldürülməsini, məhz ona görə iradə etdi (istədi). Bu hadisə, Musanın (ə) ruhunda çox təsir qoydu. Musanı (ə) o qədər təsirləndirdi ki, (ögey) atası olan Fironun sarayında qalıb yaşamaq ilə günah iş gördüyü düşünərək, Allaha sığınıb tez-tez bağışlanma diləyərək, tövbə edirdi. Və Allah Musanı bağışlayanda, Musa bu nemətin əvəzində, and içdi ki hətta hətta səssiz olaraq olsa belə, yenə də bundan sonra əsla zalım və günahkarlarla bir yerdə qalmayacaq.

Beləliklə, Musa (ə) bu hadisədən sonra, Allah yolunda hicrət etməli idi və bu məqsədlə qorxmuş və narahat bir halda şəhərdən çıxdı. Və 10 il İsrail qəbiləsindən

Page 30: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

29

gizləndi. Və bu müddət ərzində, Mədyən bölgəsində, böyük Nəbi olan Şueybin (ə) himayəsi altında sadə və sakit bir həyat yaşadı.

Musa (ə), qoyun sürüsünə çobanlıq edirdi. Həmçinin, İsrail qəbiləsinin yanına, insanları Allaha dəvət edən cəsur İlahi bir Xəlifə və bir Nəbi olaraq qayıtmaq üçün, möminləri də, Fironun hakimiyyətindən xilas edərək, onlara rəhbərlik etmək üçün, ayrıca Misirdə əzilərək zillətə mübtəla olmuş insanları dönüb xilas etmək üçün, Şüeybdən (ə), bir çox şey öyrənirdi. Nəticə etibarı ilə, Musa (ə) ona iman gətirənlər ilə birgə, dənizdən keçdilər və Allah, firon və əsgərlərini dənizdə boğdu. Lakin, bütün bu hadisələrdən sonra, bir çox hadisələr meydana gəldi. Çünki, İsrail qövmü daha sonra, Allahın əmrlərinə qarşı çıxaraq, Musaya (ə) və Haruna (ə) itaət etməməyə başladılar. Yəni “Lə İlahə İləllah” kəlməsinin təbliğini etmək üçün, müqəddəs şəhərə girməyi və nəhənglərə qarşı Cihad etməyi qəbul etmədilər və Allaha ixlasla ibadət etməyi rədd etdilər. Buna görə də, Allah onları Sina çölündə 40 il avara/sərgərdan saxladı.

Musa (ə) və Harun (ə), bundan ötrü çox çilə çəkdilər. Bir çox şəxs, Musaya (ə) etiraz və xəyanət edərək, Haruna etiraz etdilər və həqiqət bundan ibarətdir ki, Harun (ə) bir Nəbi idi və Musanın (ə) Vəsisi idi. Buna görə də Allah əmr etdi ki, hər qəbilə öz başçısının adını, qurumuş bir çubuğun üstünə yazsın. Harun (ə) da öz adını yazdı. Sonra Musa (ə) bütün ağac çubuqlarını topladı. Allah, Harunun (ə) çubuğunun canlanıb yaşıllaşmasını iradə etdi ki, onun nübüvvətini və Musadan (ə) sonrakı vəsilik haqqını möcüzə ilə təsdiqləsin. Ancaq, bütün bu baş verənlərə baxmayaraq, yəhudilər Haruna (ə) qarşı əziyyət və xəyanətlərindən əl çəkmədilər. Hətta bir Buzov heykəli düzəldib, ona ibadət də etdilər.

Üstəlik, Harun (ə) onların etdikləri bu işə etiraz edəndə, Harunu (ə) və onun az saylı tərəfdarlarını öldürməyə cəhd etdilər. Və Yəhudilər bununla da kifayətlənmədilər və Harun (ə) və Musanın (ə) vəfatından sonra da, Tövratı təhrif edib, öz çirkin əlləri ilə, İsrail qəbiləsini Buzova sitayiş etdirən şəxsin, Harun (ə) olduğunu yazdılar.

İndi, bu böyük Nəbinin necə məzlum edildiyinə diqqət edin və Muhəmmədin (s) Vəsisi olan Əlinin (ə) məzlumiyyəti ilə tutuşdurun, ki bu hadisə ilahi bir sünnətdir və ilahi sünnətlər əsla dəyişməz!

Page 31: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

30

Buzov Fitnəsi (“De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”-Bəqərə;93)

(“Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər (bu heykəlin) onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? (Buna baxmayaraq) ona ilah kimi sitayiş edib zalımlardan oldular. Onların əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) və (haqq yoldan) azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər. Musa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda dedi: “Məndən sonra necə də yaramaz işlər görmüsünüz! Rəbbinizin əmrini qabaqlamaq istədiniz?” (Musa) lövhələri tulladı və qardaşının başından yapışıb özünə tərəf çəkdi. (Qardaşı) dedi: “Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdilər. Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma”. (Musa) dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!” Həqiqətən, buzova sitayiş edənlərə öz Rəbbindən bir qəzəb və dünya həyatında zillət üz verəcəkdir. Biz iftira yaxanları belə cəzalandırırıq. Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir.”-Əraf;148-153)

(“Musaya bu cür dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları (oda) atdıq. Həmçinin samirəli də (onu oda) atdı”. (Samirəli) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. (Buzova məftun olanlar): “Sizin də tanrınız, onun da tanrısı budur. Lakin o (bunu) unutmuşdur”– dedilər. Məgər (bu heykəlin) onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?! Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin!” Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!”– dedilər. (Musa) dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, ardımca gəlmədin? Əmrimə qarşımı çıxdın? (Harun) dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!”– deyəcəyindən qorxdum. (Musa) dedi: “Məqsədin nə idi, ey Samirəli?” O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (bəzək əşyalarının üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi”. (Musa) dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!”– deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin tanrına bax. Biz onu yandıracaq, sonra da külünü dənizə sovuracağıq. Sizin tanrınız yalnız Özündən başqa heç bir tanrı olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir.”-Taha;87-98)

Page 32: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

31

Samirinin Buzov fitnəsi, İsrail qəbiləsinin 40 illik Tih (sərgərdan qalması) dövründə, Sina çölündə avara/sərgərdan qaldıqları zaman baş vermişdi. İlahi əmrə qarşı çıxdıqları vaxt, qəlblərində kök salan fəsadı islah etmək ümidi ilə, çöldə sərgərdan vəziyyətə düşürülmüşdülər. Bu hadisə, Allahın Musaya (ə) 30 gecəlik müddət vədə verib və sonra o müddətə 10 gün də əlavə etməsi ilə meydana gəlmişdi. Allahın buyurduğu kimi:

(“Biz Musaya otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu.”-Əraf;143)

Bu görüşün müddəti, (10 gün də əlavə edilməklə) 40 gün çəkdi. Bu vəziyyət, Allahın cəhalətindən və ya Musanın (ə) yalan danışmasından ötrü belə deyildi. Çünki Allah, belə bir şeydən uzaqdır! Allah, Musa (ə) ilə 30 gecə vədələşdi amma hələ ki (o zamana qədər) baş verməmiş başqa bir məsələdən ötrü, 30 gecəlik müddətin üzərinə 10 gecə də əlavə edildi. Bu müddətin uzadılmasının səbəbi, məsələn dua, sədəqə ya da Musanın (ə) etdiyi başqa bir əmələ görə, və ya İsrail qəbiləsinin etdiyi ehmalkarlığa görədir ki, Musanın (ə) 10 gündə əlavə olaraq yəhudilərdən ayrı qalmasına səbəb oldu. Beləcə Musanın (ə) yəhudilərin gözündən 10 gün də əlavə olaraq qeybdə olması, onlara bir cəza oldu. Bilavasitə, Allahın elmində, Musanın (ə) 40 gecə gəlməyəcəyi məlum idi. Amma, Nasix və Mənsux lövhəsində (Hər şeyin ta əvvəldən qeyd edildiyi ilahi qorunmuş lövhədə), 30 gecə olacaq və əgər filan hadisə meydana gələrsə, 10 gecə də əlavə ediləcək deyə yazılmışdı. Allahın buyurduğu kimi:

(“Allah istədiyini gizlədər və istədiyini də sabit saxlayar. Qorunan Lövhə, Onun yanındadır.”-Rəd;39)

Və bu ayə, eynilə bəlaları uzaqlaşdırıb, Allahın rəhmətindən faydalanmaq naminə özümüz üçün etdiyimiz dualara bənzəyir. Əgər, hər şey sabit olsaydı və dəyişikliyə imkan verilməsəydi, dua etmək lazımsız və boş bir iş olardı.

Ancaq belə deyil. Allah ölçülər qərar vermiş və yardım əlini uzatmışdır. Beləcə, istədiyinə yardım əlini uzadar, dilədiyi qədər də dolanışığı kasad edər. O, hökm edənlərin Ən Böyüyüdür (Əhkamul-Hakimindir). Və bu, Quranda bildirilən Bədadır (Allah, Bəda məsələsindən Quranda həmin kəlməni istifadə etmədən, bəhs etmişdir: {Hər vədənin bir yazısı vardır. Allah istədiyini gizlədər/silər və istədiyini də sabit saxlayar. Qorunan Lövhə, Onun yanındadır. }[Rəd 38-39]. Bəda sözünün mənası isə; Bir hökmün vəya məsələnin vaxtının təxirə salınması və həmçinin ləğv edilməsi mənasındadır).

Bu, Quranda olan açıq həqiqətdir, amma cahillər onu inkar etdilər. Və “Allah hər şeyi sona çatdırmışdır” deyərək, Allahın əllərinin bağlı olduğunu dedilər. Bunu iddia edənlər, Yəhudilər ilə eyni mövqədə olanlardır. [22]

22 Yəhudilər deyir ki, Allahın əlləri bağlıdır, məxluqatı və digər məsələləri sona çatdırmışdır və artıq

yazılan yazılıb və olub və bundan sora da, heçnə də dəyişməz! Və Allah, belə sözlər deyənlərə qarşı bucür buyurmuşdur: (“Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Onların öz əlləri bağlansın və dedikləri sözə görə lənətə gəlsinlər! Əksinə, Onun hər iki əli açıqdır və O, istədiyi kimi verər. Əlbəttə,

Page 33: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

32

Və o 40 gecələrin birində, Samiri, Musanın (ə) qeybdə olmasından istifadə etmiş və bir Buzov düzəltmişdir. Və bu buzova, Cəbrailin (ə) atının izini qoyduğu yerdən, bir ovuc torpaq götürüb atmışdır. Beləcə, buzovun görüntüsü, inək kimi möö’ləmişdir. Yəni, onun səsi, həqiqi buzovun səsi kimi çıxmışdır.

Musa (ə) buyurdu: “Ey Rəbbim! Buzov Samiridəndir. Bəs bu böyürtü kimdəndir?” O (svt) buyurdu: “Məndən ey Musa! Onların Məndən üz döndərib Buzova sitayiş etdiklərini gördüyüm zaman, onlara daha çox fitnə vermək istədim.” [23]

Və Samiri demişdi ki, bu sizin ilahınızdır, Musanın da ilahı budur. Yəni demək istəmişdi ki, sizin ilahınız Buzovda təzahür etdi! Və İsrailoğullarının əksəriyyəti,

Rəbbindən sənə nazil edilən (Kitab) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevməz!”-Maidə;64) Və bir çox Sünni alimləri, Yəhudilər ilə bu məsələdə şərikdirlər. Onlar demişlər ki: Allah bütün məsələləri tamam edibdir. Beləcə, yazılan yazılmışdır və yazıya pozu yoxdur! Və bu məsələdə, bir çox hədislər də nəql etmişlər. Bunlardan biri, Əhmədin Musnədindədir. İbni Ömərdən nəql edilir ki: Ömər (l.ə) dedi: “Ey Allahın Rəsulu! Sənin fikrin nədir? Görəsən insanların bütün əməlləri hələ baş verməmişdən əvvəl, təqdir edilibdi yoxsa bunlar yeni bir hadisədir, yoxsa dəyişdirilibmi?” Nəbi (ə) buyurdu: “Birbaşa, insanların əməlləri, yazılana uyğun bir şəkildə gedər. Ey Xəttabın Oğlu! Əmələ davam et. Hər bir şəxsə, yaradıldığı taleyə uyğun bir şəkildə, əməl etmək imkanı verilər. Kim səadət yurdunun əhlidirsə, onda buna uyğun əməl etmək imkanına sahibdir. Am kim ki, şərr yurdunun əhlindəndirsə, ona elə buna uyğundan əməl etmək imkanı ona verilər. ”-( Musnədi-Əhməd, Hədis Nömər;32/səhifə 183. Səhihi-Buxari, cild 5/səhifə 86. Səhihi-Muslim, cild 8/səhifə 48. Təfsiri-İbni Kəsir, cild 4/səhifə 554 və digər mənbələr. Buna görədə, Sünnilər öz nəzdlərində səhih sayılan bu hədislərə əsasən, iddia etdilər ki, Allah, cəbr etməkdədir. (Cəbr əqidəsi: Allahın qullara seçmək haqqı verməməsi və onlar nə edirsə, nə iş görürsə, Allahın yazısıdır və bu işə məcburdurlar mənasında olan inancdır. Yəni bu inanc onu bildirir ki, əgər bir Allah qulu, günah iş görərsə, demək bunu etməyə məcbur idi. Yəni Allah yazıb deyə oldu və bəndə bu işi onsuzda məcburən etməli idi və bu günahı etdikdən sonrada bu azmış kimi Allah ona hələ bir cəzada verəcəkdir kimi batil əqidənin səhih olduğunu fikirləşən kəslərin inancıdır). Və biz görürük ki, Sünni Alimi Buxari də, bu inanca əsaslanaraq, Adəmin (ə) günahının məsuliyyətini, Allahın boynuna atmışdır. Əbu Hureyrədən nəql edilir ki: “Rəsulullah (ə) buyurdu: “Adəm ilə Musa, bir-birləri ilə mubahisə etdilər. Musa, Adəmə dedi: “Ey Adəm! Sən bizi məyus etdin və cənnətdən çıxartdırdın. ” Adəm isə dedi: “Ey Musa! Allah sənin ilə birbaşa danışaraq sənə böyük bir lütf nəsib elədi və Öz Əli ilə Tövratı yazdı. Allahın yaratmağa başlamasından 40 il əvvəl, Onun (c. c. ) yazdığı qəzavü-qədərə görə, məni niyə ittiham edirsən?” Beləcə, Adəm bu sözü ilə Musanın səsini kəsdi. ” ( Səhihi-Buxari, cild 3/s. 131) Əksinə Sünnilər, həqiqətlərə qarşı olan cəhalətlərinə görə, Bədanı (yazının dəyişə bilməsini vəya təxirə düşmə imkanını) inkar etdilər. Həmçinin Bədanı təsdiq edən bəzi Sünni Alimlərdə vardır. İbni Covziyyə kimi. Bu şəxs, özünün “Cəvab Əl-Kafi” Kitabının Dua bölümündə, bu məsələyə yer vermişdir. Birbaşa olaraq dilə gətirməsə belə, Rəsulullahın (ə) hədisləri ilə yada dua hörmətinə bunu təhlil edərək, Bəda qavramının doğruluğunu təsdiqləmişdir. 23

Təfsirul Qummi, cild 2/s. 62. Biharul-Ənvar, cild 13/s. 210. Nəbilərdən Ayətlər, Əl-Cəzairi, s. 268

Page 34: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

33

Samiri ilə birgə Buzovu düzəltdikləri halda, Samirinin bu sözünə inanmışdılar! Və Quranda zikr edilən bu hadisə üzərində təfəkkür etməyimiz və bu hadisəni araşdırmağımız lazımdır ki, bəlkə Allah bizə, səadətə çatmış qulların həyatını və şəhidlərin ölümünü bəxş edər; eynilə Rəsulullahın (ə) bizə Quranı araşdırıb, tədqiq edərkən, bu cür olacağımıza dair söz verdiyi kimi. [24]

Əgər bu hadisəni araşdırmağa qərar vermisinizsə, ey əzizlər, onda gəlin mənimlə birgə nəzər salaq ki, bu Samiri deyilən şəxs kim idi?! Samiri, İsrailoğullarının alimlərin bir alim idimi? Görəsən bu Samiri, munzəvi və ibadət edən bir şəxs idimi? Çünki ayədə deyilir:

(“Samiri dedi: “Mən onların görmədiklərini gördüm. Elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (Buzov heykəlinin üstünə) atdım. Nəfsim məni (buna) sövq etdi.”-Taha;96)

Ayəyə nəzər salanda görürük ki, Samiri, Cəbraili (ə) ya da qeybi məsələləri görürdü və ondan başqa heç kim bunu görmürdü. Onda, Samiri bir mucahid idimi? Onun mucahid olduğu, bu ayədə zikr edilməkdədir:

(“Tərəfdarı olan kəsi, (Musa) düşməninə qarşı kömək etməsi üçün çağırdı.”-Qəsəs;15) [25]

Ki bu, Samiridir. Beləcə, əgər bu doğrudursa, Samiri; mümkündür ki, Musanın (ə) göndərilməsindən əvvəl, Misirdəki Firon zorbasının əsgərlərini öldürən mucahid olsun!

(“Lakin Musa, unutdu”– dedilər.”-Taha;88)

Və unudan şəxs kimdir? Musa (ə), burada ilahını unutmuş və dağa çıxmışdı deyilir. Ona görə də, bu söhbət, Samirinin dilindəndir. Həqiqət isə bundan çox uzaqdır. Çünki, İsrailoğulları Musanın (ə), Allahın əmri ilə dağa getdiyini onsuz da bilirdilər. Bu baxımdan da, unutqan olan şəxs Samiri olacaqdır. Yəni, bunun mənası odur ki: Samiri, həqiqi imanı və həqiqi ilahı tərk etmişdir. , Allahın buyurduğu kimi. Bəs, nəfsinin ona bər-bəzək verərək gözəl göstərdiyi şey nədir? Həqiqət bundan ibarətdir ki, bu (nəfsin gözəl göstərdiyi şey), bütün fitnələrin qaynağıdır. Bu şey, hirs, Eqodur ki, şeytanın (l.ə) və bu dünyanın qızıla bürünmüş bəzəyidir. Çünki, pisliklərə meylli olan nəfs, ona təlqin etmişdir ki, sən Harundan daha yaxşısan! Və Samiri də nəfsinə uymuş və Haruna (ə) qarşı asi olaraq əmrinə

24 İsmail İbni Əbu Ziyad, Cəfər İbni Muhəmməddən (ə), oda atasından (ə) rəvayət edir ki: Rəsulullah

(s) buyurdu: “Quran Əhli, Nəbilər və Rəsullardan başqa, insanların qalan hamısından üstündür. Quran Əhli və onların haqqlarını naqisləşdirməyin, çünki Onlar, Allahdan olan bir məqama sahibdirlər. ” (Təvabul-Əməl, Şeyx Səduq, səhifə 99-100). 25

Təfsirul Qummidə deyilir: “... Və Allah, firon və onun səhabını suda boğan zaman, Samiri, Musanın önündə idi. Cəbrailə (ə) baxırdı və o, bir başqa məxluq halında idi. Beləcə, Cəbrailin (ə) atı, nəvaxt ki, ayağını yerə vurardı, o zaman yer tərpənərdi. Samiri bunların hamısını görürdü və Samiri, Musanın (ə) ən yaxşı əshabı idi... ” (Təfsirul-Qummi, cild 2/səhifə 61-63. ) Və bu məsələ, bir daha sübut edir ki, Samiri bir başçı idi, Musanın (ə) əshabından olub, ən qabaq sıralarda yer alırdı. Və Musanın (ə) digər ən yaxşı əshabından heçdə geri qalmırdı.

Page 35: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

34

boyun əyməmiş və təkəbbürlənmişdir. Nəfsi ona alim olduğunu, ibadət edən bir şəxs olduğunu (abid) və bəlkə də mucahid olduğunu və bəzi qeybi şeyləri yalnız onun görə bildiyini demiş və bu səbəbdən də İsrailoğullarına, Musanın (ə) yoxluğunda başçılıq etməyə, Harundan (ə) daha ləyaqətli olduğuna inandırmışdır. Və Samiri də, Harun (ə) ilə Musanı (ə) qısqanmışdır. Beləcə, təkəbbür onu dörd tərəfdən əhatə etmiş, ötəri həvəs və mənəmliyi onu əzmiş və şeytan (l.ə) onu cəhənnəmin dərinliklərində istəmiş və onu bu böyük Nəbilərə (ə) qarşı təkəbbürlü etmişdir. eynilə şeytanın özünün, vaxtiylə Adəmə (ə) qarşı təkəbbürlü olması kimi. Beləcə şeytan, Samirini, bu dəvəti ilə şirnikləndirdi, cazibəsi ilə məftun etdi və öz xəstəliyini Samiriyə keçirdi. Beləcə, hidayəti zəlalət ilə dəyişdikdən sonra, ruhunun güzgüsünün üzərinə də pərdələr endi və artıq görə bilmədi:

(“Sən, onların sənə baxdığını görürsən, halbuki onlar görməzlər.”-Əraf;198)

Və Samiri, haqqı və gözlərlə görünməyəni, duyğularla anlaşılmayanı, həqiqi İlahı unutdu. Beləcə, şirkin ən aşağı təbəqəsinə, muşabihata (bənzətməyə) qayıtdı. Onsuz da bu səbəbdən idi ki, inək kimi böyürən buzovu, yəni nəfsinin gizlətdiyini, düzəltmişdi. O dərəcədə ki, bu fitnə hələ zühur etməmişdən əvvəl, bu fitnəni ruhlarında gizlədən (mənəmlik və küfrlərini pükürmək istəyən) insanlar, çox sevincli olacaq və bu fitnədən ləzzət alacaqdılar. Onlar, gör nəqədər Musa (ə) və Haruna (ə) zülm etdilər və onlar gör nəqədər Musaya (ə) əziyyət verdilər:

(“Bir zaman Musa öz qövmünə “Ey qövmüm! Nə üçün mənə əziyyət verirsiniz? Axı siz bilirsiniz ki, mən Allahın sizə (göndərdiyi ) elçisiyəm!”-demişdi. Onlar (doğru yoldan) sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.”-Saff;5)

İsrailoğullarının əksəriyyəti, özlərini Musadan (ə) daha yaxşı zənn edirdilər. Harun (ə)-a gəldikdə isə, onun İsrailoğullarının gözündə, zərrə qədər də dəyər-qiyməti yox idi. Tövratda bu cür zikr edilməkdədir:

(“Levi oğlu Kehat oğlu Yişar oğlu Kora, Ruben soyundan Elia Övladlarından Datan, Avraam və Pelet oğlu On, cəmiyyət içində seçilən və tanınmış 250 İsrailli zadəganlarla birgə Musaya qarşı üsyan etdilər. Hamısı birlikdə Musa ilə Harunun yanına gəlid dedilər:”Çox qabağa getdiz (həddinizi aşdız!).”Bütün xalq, xalqın hər bir fərdi müqəddəsdir və Rəbb onların arasındadır. Elə isə, niyə özünüzü, Rəbbin xalqından üstün sayırsız?!” Bunu eşidən Musa, üzü üstə yerə əyildi. Sonra Korahla yandaşlarına bu cür dedi: “Sabah Rəbb, kimin özünə aid olduğunu və müqəddəs sayıldığını açıqlayacaq. Və həmin şəxsi, öz hüzuruna çağıracaq. Rəbbin, seçəcəyi şəxsi Öz hüzüruna çağıracaq.”-Qədim Əhd, Səhradakı Müddət, Bölüm;16/ ayə 1-5).

(“ Rəbb Musaya dedi: “İsrail xalqına, hər bir qəbilə başçısı üçün, 1 ədəd olmaq şərti ilə, 12 ədəd ağac çubuğu gətirməsini söylə. Hər bir qəbilə başçısının, gətirəcəyi bir çubuğun üstünə, onu gətirənin adını yaz. Levi qəbiləsinin çubuğunun üstünə, Harunun adını yaz. Hər qəbilə rəisi üçün, bir çubuq olacaq. Cəm edəcəyin çubuqları isə, aparıb Çubuqların Toplanma Çadırında sizinlər görüşdüyüm Lövhə Sandığının qabağına qoy. Seçəcəyim şəxsin gətirdiyi çubuq

Page 36: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

35

yaşıllaşacaq. İsrail xalqının səndən davamlı olaraq şikayətçi olmasına son qoyacam.” Musa, İsrail xalqı ilə danışdı. Xalqın öndərləri, hər qəbilə öndəri üçün 1 ədəd olmaq şərti ilə, 12 çubuq gətirdilər. Harunun gətirdiyi çubuqda onların arasında idi. Musa, həmin çubuqları, Lövhə Sandığının olduğu çadırda, Rəbbin önünə qoydu. Ertəsi gün Musa, Lövhə Sandığının olduğu çadıra daxil oldu. Gördü ki, Levi qəbiləsini təmsil edən Harunun gətirdiyi çubuq, filizlənmiş, tumurcuqlanıb çiçək açmış və üzərinə badam yetişmişdir. Musa, bütün çubuqları, Rəbbin (çadırının) içindən çıxarıb İsrail xalqına göstərdi. Xalq, çubuqlara nəzər saldı və hər bir qəbilə rəsisi, öz gətirdiyi çubuğu təhvil aldı. Rəbb Musaya dedi: “Ey Musa! Üsyankarlara bir dərs olsun deyə, Harunun sənə gətirdiyi çubuğunu gizlətmək məqsədi ilə, onu elə Lövhə Sandığının önündə saxla. Onların məndən şikayətçi olmaqlarına son verəcəksən; elə bir tərzdə ki, ölməsinlər.” Musa, Rəbbin ona buyurduğu kimi əməl etdi.”-Qədim Əhd, Səhradakı Müddət, Bölüm;16/ayə 1-11).

Tunc İlan (“Edom ölkəsinin əhatəsindən keçmək üçün, Qızıldənizin yolu ilə Hor Dağından ayrıldılar. Amma yolda, xalq səbirsizləşdi. Allahdan və Musadan (ə) şikayət edərək dedilər: “Səhrada ölək deyəmi bizi Misirdən çıxardız? Halbuki, burda nə çörəy var nədəki su! Hələ biz bu iyrənc yeməklərdən danışmırıq!”-Qədim Əhd, Səhradakı Say, Bölüm; 21/ayə 4-5)

Və bunun kimi Samiri və onun Buzov görüntüsü; bu günahkar laqeyd olanların ruhlarında, Musa (ə) və Haruna (ə) qarşı gizlətdikləri nifrəti və qısqanclığı yaratmaq üçün bir çıxış idi. Xüsusiylə də Haruna (ə) qarşı. Çünki, Harunu (ə) açıq şəkildə qaralamaq və onun nübüvvətini tənqid etmək çox asan idi. Çünki, Musa (ə), nümayiş etdirdiyi möcüzələr ilə, bir çox İsrail Övladının gözündə bir mövqe və güclü statusa malik idi. Və bunun kimi, Samirini izləyən bu müşriklər, Harunu (ə) və onunla birgə haqqı dəstəkləyən dəstəni zəiflətmiş və Harunu (ə) öldürməyə cəhd etmişdilər. Amma Harun (ə), bu fitnənin öhdəsindən çox peşakarcasına və Nəbilərə xass bir təcrübə və elm ilə gəlmiş və sonra Musa (ə) gələnə qədər (Tur dağından enənə qədər) gözləmişdi. Və Allah, ona zəfər nəsib etmiş, haqqı və batil inancın hökmünü, yerində, göstərmişdir:

(“Sən sitayiş etdiyin ilahına bax. Biz onu yandıracaq, sonra da külünü dənizə sovuracağıq. Sizin İlahınız yalnız Özündən başqa heç bir ilah olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir.”-Taha;97-98)

Page 37: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

36

Samirinin Bənzəri (“Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bən-zəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları (onlara) danış ki, bəlkə fikirləşələr.”-Əraf;175-176)

Bəlam ibn Baura, bəzi qeybi xəbərləri görən bir alim və abid idi. Bu kəramətinə görə, bəzi müşrik və zalım hökmdarlar, onu çağırıb xahiş etdilər ki, Musa (ə)-a bəddua etsin. Musanın (ə) çox böyük bir Nəbi olduğunu bildiyi halda, Bəlam İbni Baura, Musaya (ə) bəddua etdi. Çünki o, əslində Musanı (ə) qısqanırdı. Buna görədə, bu zalım hökmdarın, Allaha, Nəbilərə, Dinə inanmadığını bildiyi halda, yenədə Musaya (ə) bəddua etdi! Və Bəlam İbni Baura, zahirdə Allahdan başqa ilah olmadığına şəhadət vermişdi. Amma, Allahın Vəlisi və Dininə qarşı çıxması, onun həqiqətdə bir kafir olduğuna işarət edir. Bəlam ibni Baura və onun bənzərləri (Axır-Zaman Üləması), öz xətaları üzərinə olan şübhələri, bir bəhanəyə çevirir və mütləq olanı, mutəşabih edər və haqq olanı, şübhəli edərlər ki, beləcə bu yolla Allahın müqəddəsliyinə qarşı laqeydlik əmələ gəlsin.

Və hal-hazırda, mövcud olan Tövrata nəzər salanda, görürük ki, Bəlam ibni Baura Musaya (ə) bəddua etməmişdir və bununlada açıq-aşkar məlum olur ki, Tövrat, Yəhudilər tərəfindən təhrif edilmişdir (dəyişdirilmişdir). Oysaki, İmam Riza (ə)-ın hədisində bu cür zikr edilməkdədir:

İmam Əbul-Həsən Riza (ə) buyurur: “Bəlam ibni Bauraya, İsmi-Əzəmin məlumatı verilmişdi. O, bunun vasitəsi ilə dua edir və etdiyi dualar da qəbul olunurdu. Sonra, Fironun yaxınlarının arasına qoşuldu (Burda zikr edilən Firon, Misir Fironu deyildir və başqa bir Firondur. Allah hamısına lənət etsin!). Firon, Musa ilə dostlarının ardıyca düşərkən, Bəlama dedi ki: “Musa ilə onun dostlarına bəddua etki, mənim tələmə düşsünlər!” Bundan sonra Bəlam, Musanı axtarmaq üçün eşşəyinə mindi. Amma nə qədər cəhd etdisə, eşşək heç yerindən belə tərpənmədi. Bunu görcək Bəlam çox əsəbləşdi və heyvanı döyməyə başladı. Bu anlarda Allahın izni ilə heyvan dilə gəldi və Bəlama dedi: “Vay olsun sənə! Niyə məni döyürsən? Allahın Peyğəmbərini və onunla bir yerdə olanları bəddua etməyə yollanarkən, səninlə birgə getməyimimi istəyirsən?” Bu sözləri eşidən Bəlam, daha da qəzəbləndi və heyvanı döyə-döyə öldürdü. Bundan dərhal sonra isə, Bəlamın dilindən İsmi-Əzəm geri alındı.” [26]

Nəticə etibarı ilə, Bəlam ibni Baura bir alim və qeyb ilə əlaqəsi olan bir şəxs idi. Demək ki, yəqinə çatmışdı. Amma onun bu yəqini, ona heç bir fayda vermədi. Çünki o, zalım bir başçıya yönəldi və ucalıq ilə təkəbbürü seçdi. Və, Allaha qarşı

26 Təfsiri Qummi, cild 1/səhifə 248. Qissəsul-Ənbiya, səhifə 352

Page 38: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

37

ixlas sahibi də deyildi. Çünki onun nəfsi, öz daxilində, təkəbbürü, mənəmlik sevdasını, Allah Vəlilərinə qarşı duyduğu həsəd və kini gizlətməkdəydi.

Və bu ilahi imtahanda ifşa edildikdən sonra, özünü Allahın nişanəsi olmaqdan ayrı saldı, buna arxa çevirdi və içindəki qaranlığı çölə vurdu. Onun həqiqəti, dünyanın dalıyca gedib (dünyaya həsrətlə baxıb) dilini çıxardıb ləhləyən bir it formasında aşikar oldu. Amma o, zahirdə ibadət edən və Allah yolunda çalışdığını nümayiş etdirən, alim libası geyinirdi. Şeytan ona vəsvəsə etdi və həlak olmasına səbəb oldu. Beləcə oda, şeytanın bu vəsvəsəsinə uydu, onun qədəmi ilə gedib onu təqib etdikdən sonra, şeytanın sadiq bir tərəfdarına çevrildi. Oysaki, şeytan (l.ə) yəqin elmini bilirdi. Buna baxmayaraq, Adəmə qarşı təkəbbürlü olmuş və Allaha asi olmuşdu. Və eynilə bu lənətə gəlmiş Bəlam ibni Baura da, elminə və yəqininə baxmayaraq, Musanı (ə) qısqandı və onun bayrağı altına girmək və onun tərəfdarı olmaq yerinə, Musa (ə) üçün bəddua istədi. Bu səbəbdən, elm, (ona fayda vermək yerinə) Bəlamın təkəbbürünə və Musanı (ə) qısqanmağına bir səbəb olmuş oldu. Yəni, Bəlam ibni Baura; Allaha yaxınlaşmaq üçün onun vasitəsi ilə əməl edənlərə rəhmət olan elmi, özünü cəhənnəmin dərinliklərinə sövq edən bir lənət halına gətirmiş oldu.

Rəsulullahın (s) bu cür buyurduğu nəql edilir:

“Bütün alimlər həlak olmuşdur, elmi ilə əməl edən alimlərdən başqa. Əməl edən alimlər həlak olmuşdur, əməlində ixlaslı olan alimlərdən başqa. Və İxlaslı olanlar da, təhlükədədir.” [27]

Və çox təəssüflər olsun ki, əksəriyyəti özlərini alim zənn etməkdədir. Hətta, Qurani-Kərimdə, Əhli-beytdən (ə) söhbət açılan iki surəni, düz-əməlli (hədislər vasitəsi ilə) təfsir etməyə belə qadir deyillər! Əksəriyyət, bəzi fiqh hədisləri ilə məhdudlaşmış, birazını çıxmaq şərti ilə, Əhli-beyt (ə)-ın digər hədislərini heç oxumayıblarda. Onda, necə olurki özlərini alim zənn edirlər? Aristotelin minlərlə il əvvəl ortaya çıxartdığı məntiq iləmi alim olublar? Bəlkə, məntiq haqqında, bizdən daha çox elm sahibi olan bəzi ateistlər vardır?! Olmuya özlərini, bəhs etdiləri, məntiqi suallar icad etdikləri, elmi və praktiki faydadan binəsib olan digər şeyləri etdikləri üçünmü, özlərini alim zənn edirlər? Bütün bunların hamısı, lazımsız araşdırma və zaman itkisidir. [28]

27 Mizanul Hikmət, cild 1/səhifə 756. Kəşful-Xəfa, cild 2/səhifə 312. Camius-Səadat, cild 1/səhifə 220

28 Bugün, Şiə Elmiyyə-Hövzəsi, dini fəaliyyətlərdə bir metod icad etmişdir. Bunlar: Aristotel Məntiqi, Yunan

Fəlsəfəsi, Üsuli-Fiqh və Əhli-Sünnədən götürülmə Rical Elmi, və sair bu və buna bənzər əqli elmlərə dayalı fəaliyyət metodudur. Etiqadi və əməli məzhəbləri öyrənməyə gələn hovzə tələbələri, sanki bir aparata robota çevrilmişdir. Beləcə, bu elmlər, Muhəmməd (s) və Əhli-Beytin (ə) kəlmələri üzərinə hakim olmuşdur. (lazımsız metodları, haqq təlimi əzmişdir). Və o metodlardan istifadə edənlər, Muhəmməd (ə) və Ali-Muhəmmədin (ə) sözlərini, ateistlərin qurduğu o metoda əsasən təfsir etməyə başlamışlar. Buda onları, bir çox üsulsuzluğa giriftar etmişdir. Təbiki, Muhəmməd (ə) və Ali-Muhəmmədin (ə) sözləri məsələsində... Və buna görədə, onlar bir çox hədisləri rədd etmişlər! Bir çox hədisləri, bu kafir metoda olan inancları nəticəsində (öz aləmlərində) qüvvədən salmışlar. Bu elmdəki bir çox qayda-qanun, sadəcə elmi lyuks olaraq tədris edilmişdir. Çünki, bunun nəticəsində heç bir şəkildə əməli bir fayda yoxdur. Və bu həqiqəti, özləridə etiraf edirlər. Amma, bu metoddan istifadə etməyə artıq öyrəşmişlər. Və bu metodu, təndiq ediləməyəcək səviyyədə müqəddəs bir metod olaraq saymaqdadırlar.

Page 39: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

38

Məgər biz, bu sözü Rəsulullahdan (ə) bildirmirik?! Bir haldakı Rəsulullah (ə) buyurur: “Hər bir şəxs, vaxtını necə sərf etdiyi haqqında haqq-hesaba çəkiləcəkdir.” [29]

Allah-Təala Quranda buyurmayıbmı ki:

(“Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə (itaəti) əmr edərik. Onlar isə orada günah işlər görürlər. Beləcə, onun (o məmləkətin) barəsindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik.”-İsra;16)

Beləcə, saatlarla məscidlərdə oturub bəhs edən və Allahın istədiyi haqqdan və hidayətdən çox uzaq olan kəlmələr ilə, məscidi dolduran şəxslər, ehtiyatlı olmalıdır. Yoldan çox uzaq düşdülər. Elə buna görədə, Calut və onun kimilər bizə (dünya əhlinə) başçı oldu.

Rəsulullah (s) buyurur: “Ümmətim üçün elə bir zaman gələcək ki, Quranın ancaq üzü (zahiri), İslamın isə ancaq adı qalacaqdır. Onlar, İslamdan ən uzaq olan insanlar olduqları halda, İslami adlar ilə adlandırılacaqlar, məscidləri zahirən dəb-dəbəli olduğu halda, o məscidlər hidayət sarıdan bərbad olacaq. Məhz o dövrün alimləri, göy qübbəsi altındakı ən şərrli alimlərdir. Fitnə (dində azğınlıq), onlardan çıxacaq və yenədə özlərinə qayıdacaq.” [30]

Hədis bizlərə göstərir ki, məscidlər dolu olsa belə, Əhli-beyt (ə)-a sarı hidayət edən deyildir. Və bizlər, yaxşılığa əmr edib, pisliklərdən çəkindirmədiyimiz halda, özümüzü necə əməl edən hesab edə bilərik? Bir haldaki, artıq insanlar, pisliyi yaxşılıq, yaxşılığı da pislik olaraq görməyə başlamışlar!! Alimin vəzifəsi, ümməti xəbərdar etməkdir. Allah buyurur: (“... qövmlərini xəbərdar etmək üçün.”-Tövbə;122), bir iki nəfəri yox! (ayəyədə diqqət edin “qövmləri”!)

Və çox təəssüflər olsun ki, bir çox üləma bu cür deyir: “İnsanlar, din istəmirlər.” Lakin onlar dərk etmirlər ki, insanlar çəkic ilə örs arasındadır. (Örs: isti dəmiri döymək üçün, dəmirin altına qoyulan bir şeydir ki, isti dəmir onun üzərinə döyülərək formaya salınır).

Çünki bu metod, onlar üçün elmin tərəzisidir! Amma nəticə bunu göstərir ki, bu metod, tələbələri Əhli-beytdən (ə) uzaqlaşdırmaqdadır. Yəni, tələbə öz cavanlığının baharını, ateistlərin elminə sərf etməkdə, Rəsulullah (s) və onun Əhli-Beytinin (ə), elm və mənəvi zənginlik olaraq bildirdiyi Quranı, tərk etməkdədir. Yəni, hovzədə nə Quranı, nədə Muhəmməd (s) və Əhli-Beytinin (ə) hədisləri üzərində fəaliyyət göstərməməkdədir. Buna görədə, görürük ki, bir çox Hovzə tələbəsi, birazını çıxmaq şərti ilə, əksər vaxtlar Qurandan ayələri və Muhəmməd (s) və Əhli-Beytindən (ə) olan hədisləri heç xatırlamırda! Və hər kim bu həqiqətə şahid olmaq istəyirsə, bunu öyrənmək üçün, Elmiyyə-Hovzələrində tələbələrə nəyin tədris edildiyini araşdıra bilər. 29

Şeyx Səduq, Əl-Xisal vəl İlal da yazır: “Nəbi, Allahın bu ayəsi (“Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar. ”-Saffat;24) haqqında, bucür buyurur: Qulun ayağı, bu 4 şey soruşulmadan addım ata bilməz: Cavanlığında nə üçün cihad etdiyini, illərini nəyə sərf etdiyini, pulunu hardan alıb hara xərclədiyini və Biz Əhli-Beyti (ə) sevib-sevmədiyini. ” Əl-Xisal, səhifə 253. İləluş-Şəraye, cild 1/səhifə 218. 30

Üsuli Kafi, cild 8/səhifə308. Təvvabul-Əmal, səhifə 253. Biharul-Ənvar, cild 2/səhifə 109

Page 40: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

39

Çünki tağut, əsl İslam dininin onlara gəlib çatmasına maneə yaradır. Və siz (üləmalar da) təqiyyə bəhanəsi ilə (inancı gizlətməyi bir bəhanə kimi istifadə edərək), dini insanlara çatdırmağı öz üzərinizə vəzifə qərar vermirsiz.

İmam Sadiq (ə), bunun nə demək olduğunu bu cür izah etmişdir:

“Siz, bizim kömək çağırışımıza qarşı sanki kar olmusuz! “Biz filan işi edə bilmərik, çünki təqiyyə edirik”-deyirsiniz. (Sərf etmiyəndə istifa etdiyiniz) təqiyyə, sizin nəzdinizdə, ata-ananızdan da sizə daha əzizdir!” [31]

Beləcə, cahil bir şəxs, bir çox mənbələr üçün üzrlü sayıla bilər. Bəs sizə nə olub, ey İslam alimləri!! Sizin bəhanəniz nədir?!

Əmirəl-Möminin Əli (ə), bunun nə demək olduğunu bu cür izah edir:

“O (Nəbi), dərdlərinə əlac tapmaq üçün, tibb elmi ilə xəstələrinə baş çəkib dolaşan həkim kimidir.” [32]

İndi sizlər, Peyğəmbərin (s) sünnətinə əməl etdiyinizimi iddia edirsiz?!!

“İnsanlar yuxudadır, öləndə isə, oyanacaqlar...” [33]

31 Şeyx Tusi, Təhzibdə yazır: “İmam Cəfəri Sadiq (ə) buyurur: “Yer üzündə, bizdən olan və haqqı batildən ayıran

bir alim olmadıqca yer üzü davam etməz. Təqiyyə (inancı gizlətmək) o vaxt icra edilər ki, onun vasitəsi ilə qanın axıdılmasının qarşısı alınsın. Yəni, əgər təqiyyə qana çatmışsa, (yəni haqq gizliliyə gedib çıxıbsa), onda təqiyyə lazım deyil. Allah and olsun ki, sizlər bizim yardım çağırışımıza qarşı, sanki kar olmusuz və “biz bu filan işi edə bilmərik, çünki təqiyyə edirik”-deyirsiz. Təqiyyə, sizin nəzdinizdə, sizlərə ata-ananızdanda əziz olub! Bizim Qaimimiz qiyam edəndə isə, sizdən bu məsələ haqqında heç hesabatda istəməyəcək (yəni sizi dərhal cəzalandıracaq!) (Təhzibul-Əhkam, cild 6/səhifə 173. Vəsailuş-Şiə, cild 16/səhifə 235. Cəvahirul-Kəlam, cild 21/səhifə 392). 32

Əmirəl-Mömin Əli (ə), bəzi xütbələrində, Rəsulullah (ə) haqqında danışarkən buyurmuşdur: “O (Nəbi), dərdlərə dəva tapmaq üçün, tibb elmi ilə xəstələrə baş çəkən bir həkim kimidir. Dərmanlarını hazırlamış, tibbi ləvazimatlarını isitmişdir. Ehtiyac olan, onlar vasitəsi ilə, kor qəlbləri, kar qulaqları, dinməz dilləri yaxşılaşdırar. Qəflət və çaşqınlıq girdabında olanları, öz dərmanları ilə yaxşılaşdırmaq üçün, əlacları axtarıb tapar. ”-Nəhcul Bəlağə, 108-Xütbə. 33

Bu hədis, Rəsulullah (ə)-dan nəql edilmişdir. Baxın: Feyzul-Ğədir, cild 5/səhifə 72. Həmçinin Biharul-Ənvar, cild 4/səhifə 43-də də İmam Əli (ə)-dan nəql edilmişdir.

Page 41: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

40

Talut (ə) (“Musadan sonra bir dəstə İsrail Övladının başına gələnləri görmədinmi? Onlar öz Peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, onun köməyi ilə Allah yolunda vuruşaq!-dedilər. O da onlara: “Sizə vuruşma əmri olduqda, bəlkə vuruşmadız?”-söylədi. Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq.” Lakin, onlara vuruşmaq vacib olduğu vaxt, içlərindən az bir qismi istisna olmaqla, hamısı üz çevirdilər. Allah zülm edənləri tanıyır! Peyğəmbəri onlara dedi: “Allah, Talutu sizə hökmdar olaraq göndərdi.” Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda,o, necə bizə hökmdar ola bilər?”-deyə cavab verdilər. Peyğəmbəri onlara dedi: “Allah sizdən ötrü onu seçmiş, elm və qüvvəcə ona üstünlük vermişdir. Allah, Öz mülkünü istədiyinə verər. Allah,lütfü ilə geniş olandır,hər şeyi biləndir!” Peyğəmbəri onlara dedi: “Talutun hökmdarlıq əlaməti,sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir arxayınlıq, rahatlıq, həmçinin Musa və Harun nəslindən qalan şeylər vardır. Onu mələklər gətirəcək. Əgər möminsinizsə, onda sizin üçün qəti dəlil vardır.” Talut qoşunu ilə ayrıldığı zaman dedi: “Allah sizi axar bir çay vasitəsi ilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir!” Lakin onların az bir qismi istisna olmaqla, əksəriyyəti o sudan içdi. Talut və onunla birlikdə olan möminlər, çayı keçdikdən sonra (geridə qalanlar) dedilər: “Bugün bizim Calut və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur!” Allahın rəhmətinə qovuşacaqlarına inanalar isə ( Talutun sözünə əməl edən və çayı keçənlər isə) dedilər: “Neçə dəfə olubki, az bir dəstə, Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlər ilədir!” Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz! Bizə bollu səbr və dizimizə qüvvət ver! Bizə kafir qövmə qarşı zəfər nəsib elə!” Nəhayət onlar Allahın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona dilədiyini öyrətdi. Əgər Allah insanların bir qismini, digərləri ilə dəf etməsəydi,yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır. Bunlar,Allahın ayələridir ki,onları sənə doğru-düzgün bildiririk. Sən, həqiqətən, göndərilmiş peyğəmbərlərdənsən.”-Bəqərə;246-252).

Musa (ə)-ın dövründən bir müddət sonra, kafir Calut və onun əsgərləri, İsrailoğulları üzərinə hakim oldu. Onları zəiflətdi və evlərindən didərgin saldı. Və İsrailoğullarının üzərindəki bu zalım hakimliyin həyata keçməsi, onların zəif inanclarından, təqvasızlığından, yaxşılığa əmr edib, pisliklərdən çəkindirmədiklərindən və dünya həyatına təslim olmaqlarından ötürü baş vermiş məsələ idi. Cihadı tərk etdilər və Nəbilərə və İlahi buyuruqlara qarşı çıxdılar. Və İsrailoğullarının, Musadan (ə) sonrakı dövrlərdə, öz əvvəlki vəziyyətlərinə (Fironun dövründəki hala) geri dönmələrinin, bir çox başqa səbəbləri də vardır. Bu səbəblərdən biri də, onların tağuta olan təslimiyyətləridir, ki bunun əlacı da, Sina Çölündəki Qeyb olmaqlıq/ Didərginlik- də baş vermişdir. Beləcə Allah, Calut və

Page 42: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

41

onun əsgərlərinin, İsrailoğulları üzərinə hakim olmasını istədi ki, bəlkə bəziləri, ağıllarını başlarına yığıb tövbə edərlər və İsrailoğulları arasında islahatçılıq işləri başlayar deyə... Eyniylə, Sina Çölündəki, 40 illik Qeyb Olmaqlıq/Didərginlik Tih müddətində baş verənlər kimi... O dövrdə, o çöldə bir nəsil vücuda gəldi və “La İlahə İlləllah” sözünü yer üzündəki insanlara çatdırdı (Tovhidi təbliğ etdilər). Və əsasən, bu dəfə İsrailoğulları arasında, xeyirli, əməli saleh, ilahi mucahid bir nəsil yaranmışdı. Və bunlar, Talut (ə) ilə çayı keçən 313 nəfər idi. Allah, onları İlahi buyuruqlara olan sadiqliklərini, Nəbiyə və Allah tərəfindən təyin edilmiş Məlik olan Talut (ə)-a qarşı itaətkarlıqlarını imtahan etmək üçün, bu çay ilə sınandılar. Və həmçinin, bu üstün olan dəstədən başqa, daha az inanca sahib olan, bir dəstə insan da İsrailoğulları içindən əmələ gəldi. Bunlar, çaydan bir ovuc su götürüb içənlər idi. Və bu çay imtahanının, möminləri imtahan etmək və yəqin və muxlis bəndələri üzə çıxarmaq üçün önəmli bir imtahan olduğunu bilməyimiz lazımdır. Və İsrailoğullarının çaya çatdıqları zaman çox təşnə vəziyyətləri, onların necə böyük bir imtahana məruz qaldıqlarından bizə xəbərə verir. O axar çayın suyundan (bir ovucdan artıq) içənlər, susuzluqdan həlak olmamaq məqsədi ilə içdiklərini iddia etdilər. Bu məsələdəndə bizə aydın olur ki,yaşamaq, onlar üçün Allaha itaət etməkdən daha vacib idi. Amma o çayın suyunu içməyənlər üçün isə, onlar Allaha itaət etmək naminə susuzluqdan məhv olub getməyi, suyun vasitəsi ilə yaşayıb Allahın əmrindən çıxaraq itaətsizlik etməkdən daha yaxşı görürdülər. Şübhəsiz ki onlar, yəin olaraq bilirdilər ki, bu çaydan su içməyə icazə verməyən Allah, bunun əvəzində onlara daha xeyirlisini nəsib edəcək. Və bilirdilər ki, Allah, təşnə olduqları üçün onları həlak olmağa məhkum etməyəcəkdir. Və bununla bərabər, həmçinin görürük ki, bu 313 nəfər şəxs, axar çayı keçərək, Calut və onun əsgərləri üzərində böyük bir zəfər qazanmışdılar.

Və o çaydan (bir ovucdan artıq) içənlərə gəldikdə isə, onlar məğlub oldular. Allaha qarşı itaətsizlik edib ötəri həvəslərinə və şeytana uyduqlarına görə, süstlük və qüvvətsizlik hiss etdilər. Çünki, ayədə bu cür zikr edilir:

(“Onlar dedilər: “Bugün bizim Calut və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur!”)

Və bu məsələdə, onsuzda qaçınılmaz olan nəticə və ruhlarının gizlətdiyi məğlubiyyətin bir nümayişi idi.

Və iki ordu üz-üzə gəldi. Bir tərəfdə, Talut (ə) tərəfindən başçılığı edilən, Allahın dəstəsi (Hizbullah), digər tərəfdə isə, Calut (l.ə) tərəfindən başçılığı edilən, Şeytanın dəstəsi (Hizbuşşeytan). Calutun ordusu, say və hazırlıq baxımından üstün mövqedə idi. Və Talut (ə) ilə birlikdə isə, çaydan su içməyən (313 nəfər) və çaydan bir ovuc su içən bir neçə mömin, və çaydan (bir ovucdan artıq) su içən munafiqlər var idi. Döyüş başlamamışdan əvvəl, ilahi seçkin şəxslər (313 nəfər) və ilahi ümmət, Allaha sığındı və Ondan səbr və zəfər dilədi. Beləcə Allah onları zəfər ilə dəstəklədi:

(“Atdığın zaman sən atmadın, Allah atdı.”-Ənfal;17).

Page 43: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

42

Və bu ixlaslı möminlərdən (Talut (ə)-ın ordusundakı əsgərlərdən biri), Calutu öldürdü. Beləcə, Calutun ordusu məğlubiyyətə uğradı və şeytan geri dönüb dedi:

(“Mən sizdən uzağam! Çünki mən, sizin görmədiklərinizi görürəm.”-Ənfal;48).

Və Calutu öldürən bu saleh qul, Allaha ixlas ilə bağlı olan bir mömin və Allahdan başqa heç kimdən qorxmayan cəsur bir mucahid olduqdan sonra (bunu sübut edəndən sonra), Allahın seçdiyi və insanların üzərinə böyük bir Peyğəmbər və ədalətli bir hökmdar qərar verdiyi, Davud (ə)-dan qeyrisi deyildi.

(“Həqiqətən, biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: “Siz ey dağlar, siz ey quşlar! Onunla birlikdə Allahı təqdis edib şəninə təriflər deyin!”-deyə buyurduq və dəmiri onun üçün yumşaltdıq. Və Davuda dedik: “Geniş, uzun zirehlər düzəlt, onları toxuduğun zaman ölçüyə riayət et!” Və yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!”-(Səbə;10-11).

Page 44: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

43

İsa (ə) (“Kitabda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb şərq tərəfində bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərmişdik. O, ona kamil bir insan qiyafəsində göründü. Məryəm dedi: “Mən səndən Rəhmana pənah aparıram. Əgər müttəqisənsə (mənə toxunma!)” Cəbrail isə : “Mən sənə ancaq təmiz bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!”-dedi.”-Məryəm;16-19).

Allah, saff, təmiz və ixlaslı bir oğlan uşağı vermək üçün, mələklərindən birini Məryəmə sarı göndərdi. Hədislərdə bu mələk, Cəbrail (ə) olaraq bildirilir. Beləcə Allah, Məryəm (ə)-ın rəhmindəki fetusun yaranmasına vəsilə olması üçün, Mələk vasitəsi ilə, Məryəm (ə)-a ruh üfürdü. Doğuş vaxtı yaxınlaşanda isə, Məryəm (ə) bu mübarək uşağı dünyaya gətirmək üçün evindən çıxdı. Doğuşdan sonra isə, Allahın buyuruğuna itaət etmək məqsədi ilə, uşağı insanlara göstərdi. Və hələ yenicə dünyaya gəlmiş bu uşaq, hələ beşikdə olmasına baxmayaraq, insanlar ilə danışdı. Beləcə bu möcüzə, yenicə dünyaya gəlmiş o uşağın böyüklüyünə işarət edən bir əlamət və Yəhudilərin ittihamlarından uzaq olan anasının da məsumluğunun bir təsdiqi oldu. Və rəvayət edilir ki, [34] anası, onu öldürmək istəyən hökmdar Hiroddan uzaq bir yerdə böyütmək üçün, o uşağı Misirə apardı və sonra yenidən Nasiraya geri qayıtdılar.

34 Təfsirul Alusi, cild 6/səhifə 96

Page 45: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

44

İsanın (ə) Göndərilməsi İsrailoğullarının alimləri, mal-dövlət və dünyanı çox sevirdi. Buna görədə, insanlar da həmçinin dünyapərəst olmaq və mal-dövlət yığmaq ilə məşğul olub, Nəbilərin (ə) buyuruqlarını tərk edərək, olara arxa çevirməyə başlamışdılar. Əgər bir alim zəlalətə düşmüşdürsə, dünya da zəlalətə düşmüşdür. Yəni, zay olan hər bir şey, duz ilə düzələr. Amma əgər duzun özü zaydırsa, bəs onda nə etmək olar?!

Və bu vəziyyət,toxluq ilə doldurulmuş olan, cəmiyyətin yuxarı siniflərində ortaya çıxmışdır. Və ilin günləri boyunca açlıq içində olan kasıb insanlar, işçilər, bağbanlar və sair, vergi ödəməyə məruz qalmışdılar. Hətta çox işləməklərinə baxmayaraq, az bir şey xaricində yemək yeyə bilməzlər. İşləyən və yeməyən insanlar ilə, yeyən amma işləməyən insanlar və zəlaləti dəyişdirməyə fikir verməyən və öz rahatçılığı ilə məşğul olan alimlər... Və belə bir dumanlı vəziyyətdə, İsa (ə) bu sözləri demək üçün insanlara sarı göndərildi:

“Hər kim məni təqib etmək istəyirsə, onda özünü ölüm və çarmıxa çəkilməyə hazırlaşdırsın.”

Çünki bu, bir inqilab dəvəti idi. İsa (ə)-dan nəql edilir ki, o Həzrət (ə) buyurdu:

(“Sizlərə səslənirəm ey dostlarım! Bədəni öldürən amma ondan qeyri bir şey bacarmayanlardan qorxmayın. Kimdən qorxmağınızın lazım olduğunu sizə açıqlayım: Bir şəxsi öldürdükdən sonra onu cəhənnəmə atmağa qadir olan Allahdan qorxun. Bəli, sizə səslənirəm, Ondan qorxun.”-Luka İncili, Bölüm 12; ayə 4-5).

Və İsa (ə) bilirdiki, zəlalət məsələsində çoxda böyük bir dəyişikliklər meydana gəlməyəcək. Amma bu etirazın özü belə, təbiiki o cəmiyyətdə bir şok vəziyyətindən heçdə az olmayan bir vəziyyət yaradacaqdı. Hətta bu vəziyyət, yer üzündəki bəşər tarixində və ondan sonrakı dövrlərdə böyük ibrət və nəticələr almaq üçün gözləniləcəkdi. İstər bu gözləmə, yaxın gələcəkdəki səmaya yüksəliş olsun, istərsə də kiçik qiyamətdəki qayıdışdan sonra olan uzaq gələcək olmuş olsun. Yəni, İmam Mehdi Muhəmməd İbni Həsən Əl-Əskəri (ə)-ın zühurunda.

İsa (ə), İsrailoğullarına və digərlərinə göndərildi. Amma İsa (ə)-ın şəriəti, sadəcə Musanın (ə) şəriətindən kopya edildi. Və bu kopyalama üçün bir çox səbəb var idi. Bu səbəblərin içinə bunlar da daxil idi: Musanın (ə) göndərildiyi dövrdən, İsanın (ə) göndərilməsinə qədər, onların vəziyyətinə uyğun ola biləcək, Yəhudilərə impoze edilən bəzi hökmlər. Həmçinin İsrailoğullarının etdikləri zülmlərdən ötrü, nəbilərə cürət etməklərindən və onların hökmlərini heçə saymaqlarından ötrü də, bəzi haramlar, İsrailoğullarına əmr edilmişdi. İsanın (ə) göndərilməsi ilə isə, bu haramlar azaldılmışdı. Allah-Təala buyurur:

(“Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar istisna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına

Page 46: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

45

görə, onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!”-Ənam;146)

Və bəlkədə Musanın (ə) gətirdiyi şəriət qanunlarının kopyalanması (təkrarlanması) və yenilənməsinin ən önəmli səbəbləri, Yəhudi alimlərinin, şəriəti dəyişdirdiklərinə görə idi. Onlar, öz arzularına və yalanlarına istinad edərək və bəzi hədislərdə də zikr edildiyi kimi [35], bəzi zamanlarda hakimlik edən zalım hökmdarları da razı salmaq məqsədi ilə, Allahın haramını halal, halalını da haram etmişdilər. Beləcə, Samiri geri qayıtmış və Buzov da geri qayıtmışdır. Amma, bu dəfə yeni bir ad və yeni bir bədən ilə. Samiri, İsrailoğullarının alimləri baxımından, Buzov isə şəriət qanunlarının təhrif edilməsi baxımından geri qayıtmış sayılırdı.

Və bir çox Nəbilər (ə), Musanın (ə) qanunlarını təhriflərdən qorumaq məqsədi ilə göndərilsə də, azğın dəstə və ya başqa deyişlə desək, Samiri cərəyanı, idarəçiliyi öz nəzarətlərinə götürmək üçün, Nəbiləri (ə) kənarlaşdırmağa başlamışdı. Və onlar, vəhşi və çöllük həyata sürgün edilmişdi. Və bir çoxu, İsa (ə) göndərilməmişdən əvvəl öldürülmüşdü. Yəhudilərin birbaşa özlərinin öldürdüyü, Zəkəriyya (ə) kimi.

Və Yəhya (ə), yaxşılığa əmr edib, pisliklərdən çəkinməyi (yəni əmr be məruf və nəhy əz munkəri) tərk edənlər və tağutlara boyun əyib etimad göstərənlər tərəfindən öldürüldü. Zalım hökmdar Hirodes, Yəhya (ə)-ı öldürməmişdən əvvəl, o Həzrəti (ə) tutdu və onu uzun bir müddət həbsdə saxladı. Və Yəhudi alimlər də, heç bir şey etmədilər. Əksinə, bir çox alim, bu hadisəni böyük bir sevinclə qarşıladı. Və hətta, adil olmayan hökmdarı, zalım və xəbis kimi görsələr belə, onun sarayına bircə dəfə girməklədə olsa murdar olsalar belə, yenədə bu hökmdara, Nəbilərdən (ə) birini, yada əməl edən və mucahid alimləri öldürməsinə kömək etməkdə zərrə qədər də olsa tərəddüd etmədilər. Çünki o yəhudi alimləri bilirdilər ki, həmin o nəbilər, onlara məsələlər qərar qılındığı zaman, tağutları çəkib çıxartmadan və yer üzündə ilahi dövləti bərqərar etmədən, buna görədə tağutun hakimiyyətini və dövlətini dağıdıb Allahın Şəriətini yerinə gətirmədən, insanların qəlbində nəbilərin və rəsulların yerini almaq üçün, özlərini Onların (ə)

35 Muhəmməd İbni Mənsur rəvayət edir ki: İmam (ə)-dan (“Onlar yaramaz əməl etdikləri zaman:

“Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”-Əraf;28) ayəsi haqqında soruşanda, İmam (ə) buyurdu: “Heç elə bir şəxs gördünmü ki, Allahın zina etməyə, içki içməyə və ya buna bənzər haram işləri etməyə əmr etdiyini iddia etmiş olsun?” Mən dedim: “Xeyr. ” İmam (ə) buyurdu: “Elə isə, Allahın özlərinə əmr etdiklərini iddia etdikləri bu “yaramaz əməllər” sözündən məqsəd nədir?” Mən dedim: “Allah və onun Vəlisi daha yaxşı bilər. ” İmam (ə) buyurdu:” Bu ayə, imaməti qəsb edən zalım rəhbərlərlə əlaqədardır. Onlar iddia edirlər ki, Allah bunlara insanlar üzərinə rəhbər olmağı əmr etmişdir. Amma onların Sahibi, belə bir əmr verməmişdir. Allah, bu ayədə onların iddialarını rədd edir və Allaha yalan nisbət verdiklərini xəbər verir və onların mövqe və sözlərini, “yaramaz əməl” olaraq vəsf edir. ”-Üsuli Kafi, Höccət Kitabı 85. ”Əhli olmadıqları halda İmamlıq (Rəhbərlik) iddiası edən kəslərin, İmamları vəya onlardan bəzilərini inkar edənlər, Əhli olmayan kəslərin İmamlığını müdafidə edənlər” Babı. )

Page 47: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

46

varisi elan edib, əməlsiz alimlərin hakimiyyətini və mövqelərini dağıtmadan, sakit qalıb razı olmayacaqdır. Buna görədə, İsaya (ə) ilk qarşı çıxan şəxslərin, tağutlar və İsrailoğullarının din alimlərinin olması çox təbbi bir haldır. Bu alimlər, Onun (ə) göndərilişini, onu dəstəkləmək üçün gözlədiklərini deyərlər. Amma (dırnaqarası intizarını çəkdikləri şəxs) göndəriləndə, həmin o göndərilən şəxsi (ə), bu sözləri deyərkən müşahidə edərlər:

“Xidmətçim iki əlim, miniyim iki ayağım, yer üzü yatağım, daşlar isə yastığımdır. İsinməyim qış vaxtı günəşin çıxması ilə, işığım gecə ay ilə olar. Təamım aclıq, şüarım qorxu, libasım palaz, meyvəm və tərəvəzim isə, yabanı bitən şeylərdir. Gecələr fəqirlik içində və gündüzlər yoxluq içində yaşayaram. Buna baxmayaraq, yer üzündə məndən daha varlı olanı yoxdur.” [36]

Onlar İsanı (ə), zahidliyə çağıran və Allahın dəvəti ilə davranan bir halda müşahidə etdilər. Və bu vəziyyət isə onları, Allahın dəvətinə qarşı çıxan zalımlarla və onların casusları ilə birgə zidd mövqedə olmağa sarı sürüklədi.

Onlar İsa (ə)-ı, əshabına ölüm üçün hazır olmağı deyərkən, Allah yolunda öldürməyi qəbul etməyə və Allaha sarı çağırarkən də, bu yoldakı çətinliklərə sinə gərməyə çağıran bir vəziyyətdə müşahidə etdilər.

Onlar İsanı (ə), günahkarlarla, vergi yığanlarla, onları islah etmək məqsədi ilə əyləşib söhbət edərkən müşahidə etdilər.

Buna görədə, İsa (ə) o əməlsiz alimlərin mövqe-məramını və hakimliyini qüvvətləndirmək üçün, dəyərlərini ucaldıb zülmlərini davam etdirməyə şərait yaratmaq üçün gəlmədi. Birbaşa İsa (ə), o əməlsiz alimləri bu dünyadakı öz elmi və riyazəti və sadəliyi ilə ifşa etmək üçün gəldi. Buna görədə, İsrailoğullarının alimləri, onun haqqında, onun əleyhinə danışmağa başladı və onu növbə-növ yalanlar və böhtanlar ilə ittiham etməyə başladılar. Və həvariləri də, ona sarı gəlib dedi:

(“Bu zaman həvariləri onun yanına gəlib dedi: “Sən bilirsənmiki Fərisilər bu sözü eşidəndə olara çox ağır gəldi.” İsa (ə) buyurdu: “Səmavi Atamın ( ata sözü ərəbcədəki ağa, yəni “Rəbb” mənasındadır!) əkmədiyi hər bir fidan, kökündən qopub qırılacaqdır. Onları boşlayın getsin. O kor olan əməlsiz alimlər, kor olan insanların sığınacaq yeridir. Əgər kor olan kəs kor olanlara bələdçilik etsə, hamısı gedib dərəyə yuvarlanar!”-Matta İncili, Bölüm 15;12-14).

Buna görədə, İsanın (ə) önünü kəsməyə çalışan batilin qol-budağı geniş idi. Bu batilin içində; İsrail alimləri, öz ağır və böhtan dolu ittihamları ilə Həzrəti (ə) alçaltmağa çalışan Yəhudilər, kafir hökmdar Pilates və əsgərləri vardı. Və bəlkədə onlardan bəziləri təəccüblənmişdi və təəccüblərində haqqlı idilər. Çünki, İsrailoğullarından olan əməlsiz alimlərin İsa (ə) ilə olan düşmənçiliyi, zalım hökmdar Pilates və onun əsgərlərinin İsaya (ə) qarşı olan düşmənçiliyindən qat-qat

36 Qissəsul Ənbiya, səhifə 460. İdat Adai, səhifə 107. Biharul-Ənvar, cild 14/səhifə 239

Page 48: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

47

çox idi. Və məhz buna görədə, İsa (ə) bu əməlsiz alimlərin xətalarını, xalqın qarşısında ifşa etməyə başlamışdı.

(“Bundan sonra isə, İsa öz tələbələrinə və xalqa səslənərək dedi: “Din alimləri və Fərisilər, Musanın taxtında otururlar. Buna görədə, sizlərə səslənirəm və deyirəm ki, mənim dediklərimin hamısına əməl edin amma o alimlərin sözlərinə qulaq asmayın. Çünki onlar, camaata dediklərinə heç özləri də əməl etməzlər. Ağır və daşınması çətin olan yükü insanların çiyinlərinə qoyarlar, amma özləri bu yükü daşımaq üçün heç barmaqlarını belə tərpətməzlər. Etdikləri əməllərin hamısını isə, sadəcə özlərini nümayiş elətdirmək üçün edərlər. İbadət ocaqlarında ən hündür və əsas yerinə, məclislərdə isə ən seçkin və ən baş yerlərdə əyləşməkdən ötrü ürəkləri gedər. Meydanlarda insanlar tərəfindən salamlanmaqdan və insanların özlərinə “Rabbi” (Ağam) deyə səslənməklərindən zövq alarlar. Kimsə sizləri “Rabbi” (Ağam) deyə çağırmasın. Çünki sizin bircə muəlliminiz var və hamınız eyni səviyyədə qardaşlarsız. Yer üzündə heç kimə “Ata” (Ərəbcədə nəzərdə tutulan məna; Ağa) deməyin. Çünki sizin bir Atanız (Rəbbiniz/Ağanız) vardır. Oda Səmavi Atadır (Rəbbdir). Kimsə sizə “Öndər” deyə müraciət etməsin. Çünki sizin bircə Öndəriniz vardır və oda Məsihdir. Aranızda ən üstün olan, digərlərinin xidmətçisi olsun. Özünü uca tutan alçaldılacaq və özünü alçaldan ucaldılacaq. Vay olsun sizə ey Din Alimləri və Fərisilər! Ey İkiüzlülər! Səmaların hakimiyyətinin qapısını, insanların üzünə bağlıyırsız! Nə özünüz o qapıdan içəri girisiz, nədəki girmək istəyənə imkan verirsiz! Vay olsun sizə ey Din Alimləri və Fərisilər! Ey İkiüzlülər! Tək bir şəxsi belə dinə imana gətirmək üçün dənizləri və qitələri gəzib dolaşırsız. Dinə imana gələni isə, iki qat daha cəhənnəmlik edirsiz! (Çünki, Tovhidi bilməyib inkar edənə əzab verilər. Amma Tovhidi bildiyi halda, bidətə uyub haqqı inkar edənə və dində azğınlığa meyl edənə isə, ikiqat əzab verilər!). Vay olsun sizin halınıza ey kor bələdçilər! Sizlər deyirsiz ki: “Məbədin üzərinə and içənin andı sayılmaz, amma məbəddəki qızılın və dəyərli əşyaların üzərinə and içənin isə, öz andını yerinə yetirməsi lazımdır.” Axmaq korlar! Deyin görüm hansı önəmlidir, qızıl yoxsa qızılı müqəddəsləşdirən o məbəd? Yenə deyirsiz ki, “Qurbangah üzərinə and içənin andı sayılmaz, amma qurbangahdakı nəzirin üzərinə and içənin andını yerinə yetirməsi lazımdır.” Ey korlar! Hansı daha önəmlidir, nəzir edilən yoxsa nəzir ediləni müqəddəsləşdirən qurbangah? Elə isə, qurbangah üzərinə and içən, həm qurbangahın həm də qurbangahdakı hər şeyin üzərinə and içmiş olur. Məbəd üzərinə and içən şəxs də, həm məbəd, həm də məbədin sahibi Tanrı üzərinə and içmiş olar. Səmaya and içən, Tanrının taxtı, və taxtın sahibin üzərinə and içmiş olar. Vay olsun sizin halınıza ey Din Alimləri və Fərisilər! Ey ikiüzlülər! Sizlər nanənin və növbə-növ ədviyyatların onda neçə faizini pay verdiyiniz halda, Müqəddəs Kitabın daha vacib yönlərindən olan ədalət,mərhəmət və sədaqətli olmaqlığa qarşı laqeyd yanaşırsız. O biri kiçik işlərə əncam verməyi zərrə qədər ötürmədiyiniz kimi, gərək olardanda vacib olan bu əsas işləri yerinə yetirəydiz!”-Matta İncili, Bölüm;23/ayə 1-23).

Page 49: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

48

Və bizlər, gərək bu sözlərin üzərinə diqətli bir şəkildə təfəkkür edək. O dövrdə İsa (ə), bəlkədə sadəcə İsrailoğulları və onların alimlərinə xitab edirdi, və bugün isə, bizlərə xitab edir!

Və günlər ötdükcə, İsanın (ə) tələbələrinin sayı da artırdı. Və onlar, hərhansısa bir nəbinin səhabəsi kimi idi, kasıbından ta məzlum olanına qədər hamsı var idi. Və həmçinin Nəbilərin (ə) düşmənlərinin təbirincə desək: “hökmün ən vəhşi və kamilləşməmiş olanı.” [37]

Və İsrailoğullarının alimləri, İsa krallıq arzusundadır bəhanəsi ilə, onu öldürmək üçün planlar cızmağa başladılar. Və onların bu planlar üzərində işləməsinin ən önəmli səbəbi, gün keçdikcə İsanın (ə) təqibçilərinin sayının artması idi. Çünki, Romalılar Yəhudilərə hücum edərək onları yox edəcəkdi. Buna görədə, Yəhudi alimlər, İsanın (ə) öldürülməsi və yox edilməsinin, bütün insanların yox edilməsindən daha yaxşı olacağını fikirləşdilər. Buna görədə, insanlarının təhlükəsizliyinin təmin edilməsi bəhanəsi ilə, İsanın (ə) öldürülməsinin labüdlüyünü bildirdilər!!

Və bu alimlər, elə bir şəxslər idi ki, o dövrün insanların və özlərinin gözündə “Ədalətin Tərəzisi” idilər!! Və bu alimlər, Nəbilərə (ə) qarşı zalımlıq edən və qətliamlar törədən üzü dönmüş insanların nəzdində haqq olan kəslər idilər!! Çünki onlar,pisliyi bir qurtuluş olaraq görürlər. Ona görədə, Romalılar onların həyat tərzinə maneçilik etməsin, mənfəət və yaşayışlarına təhlükə yaratmasın deyə, İsa (ə) öldürülmək məcburiyyətində idi. Haqq boğulmalı və nur söndürülməli idi, ki beləcə diktatorluq, zülm və zülmət yenidən hakimlik etsin! Çünki, İsrailoğullarının Əməlsiz Alimlərinin yaşaması, ən önəmli olan şey idi:

(“Sən onları bütün insanlardan,hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki min il yaşasın,halbuki (uzun ömürlü olmaq) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!”-Bəqərə;96)

Və onlar, alçaqlığın bütün yönlərindən istifadə etmək ilə, Roma İmperatoru Sezarı, onun vəkili Pilatusu və onun lənətlik təqibçilərini, İsanı (ə) öldürmək üçün təhrik etməyə çalışdılar. Çünki onlar qorxaq idilər, və bu böyük Nəbinin nə qədər cəsur ürəkli olduğuna diqqət etmədilər.

(“Sonra Fərisilər çıxıb getdilər. İsanı, öz deyəcəyi sözlər ilə tələyə salmaq məqdəsi ilə, bir plan cızdılar. Hirodesin tərəfdarları ilə birlikdə göndərdikləri öz tələbələri İsanın yanına gəlib: “Ustadımız! Sənin dürüst bir şəxs olduğunu, Allahın yolunu dürüst bir şəkildə təlim verdiyini və heçkimi azdırmadığını bilirik. Çünki sən, insanlar arasında ayrı-seçkilik etməzsən. Bəs de görək, Sezara vergi

37 Uca Allah, öz qulu və Nəbisi olan Nuh (ə)-a nələrin deyildiyi haqqında, Qurani-Kərimdə xəbər

verməkdədir: (“Onun qövmünün inkarçı zadəganları dedilər: “Biz səni özümüz kimi bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizlərin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”-Hud;27). (“Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”-Şuəra;111).

Page 50: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

49

vermək, bu İlahi Qanunlar ilə caizdi ya yox?”-dedilər. İsa, onların pis niyyətli olduqlarını bildiyinə görə: “Ey İkiüzlülər! Məni niyə sınıyırsız? Vergi ödəməkdə istifadə etdiyiniz pulu mənə göstərin”-dedi. Onlar, İsa üçün bir dinar gətirdilər. İsa onlara: “Pulun üstündəki bu şəkil və yazı kimə aiddir?”-dedi. Onlar isə dedilər: “Bu Sezara aiddir.” Bunu eşitcək, İsa onlara üzünü tutub dedi: “Elədirsə, Sezarın haqqını Sezara, Allahın haqqını da, Allaha verin!”-Matta İncili, Bölüm 22/ ayə 15-21).

Onlar istədilər ki, İsa (ə) açıq-aşkar xalqın qarşısında Sezara vergi ödənilməsinə qarşı olduğunu elan etsin və bu işin qadağa olunmasını bildirib bu zalım insanlardan bezarlığını elan etsin. (Məqsəd İsanın (ə) təqiyyə ilə üstü örtülü dediklərini tam açıb onu öldürmək üçün bəhanə əldə etmək idi). Amma bu lənətlik xəbislər (Əməlsiz Alimlər), Sezara vergi ödədilər. Və fətva verərək dedilər ki: “Sezara vergi ödəmək, lap onun hökumətinin güclənməsinə şərait yaratsa belə, tam şəkildə caizdir!” Yəni onlar, həmişə bu tağuta kölə idilər. Və nəfsləri, yaşamağı sevdiyi və ona önəm verdiyi üçün, ödlekliklərini gizlətdi.

İsanın (ə) yuxarıda zikr etdiyimiz sözlərinin mənasına gəldikdə isə, o sözlərin mənası budur ki: “Sezara vergi ödəməyin! Çünki şəkil və dinar üstündə yazılanların bir dəyəri yoxdur. Amma əsas dəyər, dinarın düzəldildiyi qızıldadır. Və qızıl da, Allahındır!” Və bütün bu baş verənlərdən sonra, İsrailoğullarının alimləri, İsanı (ə) həbs etdi.

Və İncildə də zikr edildiyi kimi, İsanın (ə) mübarək üzünə tüpürdülər, onu vurdular, onu alçaltdılar və onu Allah haqqında yalan danışıb böhtan atmaq ilə ittiham etdilər. Sonra isə,İsanı (ə) Pilatusa təhvil verdilər. Və o alimlər, İsanı (ə) krallıq iddiası etmək ilə ittiham edərək, Roma İmperatorluğuna qarşı təhlükə və təhdid mənbəyi kimi göstərərək, Pilatusdan İsanı (ə) öldürüb çarmıxa çəkməsini istədilər. Və bu işdə çox təkid etdilər.

(“Sonra bütün kurul üzvləri qalxıb İsanı Pilatusun yanına apardılar. Onu bu cür deyərək ittiham etməyə başladılar: “Bu şəxs, bizim xalqımızı yoldan çıxarmaq istiyir! Sezara vergi verilməsinə maneə yaradır, hələ bu azmış kimi, özünün də Məsih, yəni Kral olduğunu iddia edir.” Pilatus İsaya yaxınlaşıb dedi: “De görüm sən Yəhudilərin Kralısan?” İsa isə dedi: “Bu sözü sən dedin.” Bu sözü eşidən Pilatus, Alimlərə və xalqa dedi: “Mən bu şəxsdə heç bir günah görmürəm.” Alimlər isə dedi: “Bu şəxs Yəhudiyyənin hər bir yerində öz təlimini xalq arasında yayaraq onları təhrik edir. Bu şəxs, öz təliminə ta Cəlilədən başlıyıb bura qədər gəlib çıxdı.”-Luka İncili, Bölüm 23/ ayə 1-5).

Və zalım hökmdar Pilatus, İsanı (ə) diriliş bayramında azad etmək istədi. Yəhudilər və İsanı (ə) alçaltmaq istəyən insanlar isə, bunu rədd etdilər. Və bayram günü, İsanın (ə) əvəzinə, qatillərdən bir nəfərin azadlığa çıxarılmasını istədilər. Və İsanın (ə) çarmıxa çəkilib və öldürülməsi məsələsində yenə də təkid etdilər.

Ən qəribəsi isə odur ki, həmin o alimlər, İsanı (ə) Pilatusun sarayına gətirəndə, özləri saraya girmədilər. Çünki Pilatusun kafir olduğuna inanırdılar. Və buna görədə,alimlərdən hər hansı biri (kafirin) sarayına girsəydi, nəcis sayılacaqdı.

Page 51: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

50

Amma (zahirdə nəcasat və küfrə diqqət edən Üləma!), İsanı (ə) aradan qaldırmaq üçün, hətta öz əllərini (kafir bildikləri) Pilatusun əlinin üstündə qoymaqdan belə çəkinmədilər!

Batil əhlinin, öz aralarında ixtilaf və mubahisələrinin olmasına baxmayaraq, haqq əhlini yox etmək üçün, necədə öz aralarında bir yerə cəm olub ittifaq etdiklərinə diqqət edin!!

Və bu məsələ üzərində təfəkkür edin və laqeyd olanlardan olmayın. Batil əhli, hər nə qədər yolları və əqidələri fərqli və fikirlərində ziddiyyətlər olsa da, Şeytana (l.ə) olan itaətləri və dünya sevgisi, onları bir yerə cəm edib muttəfiq olmağa sövq edər.

Hər nəysə. . onlar tələ qurdu. Amma Allah da tələ qurdu. Və Allah, tələ quranların ən xeyirlisidir. (Bu barədə Quranda da bir çox ayələr vardır). Beləcə Allah,onların İsanı (ə) öldürməklərinə icazə vermədi. Onu səmaya yüksəltdi və İsanın (ə) əvəzinə başqa birini (onun bənzərini) onların gözündə zahir etdi. Və onlar zənn etdilər ki, artıq İsanı (ə) öldürmüşlər.

Uca Allah buyurdu:

(“Bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. Kitab əhlindən elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə o da onlara şahid olacaqdır.”-Nisa;157-159).

Və Allah, İsanı (ə) ta bu dövrə qədər canlı saxladı və Mehdi (ə) haqq ilə qiyam edib dünyanı şirkdən, ateizmdən, zülm və zəlalətdən təmizlədiyi zaman; Tovhidi, ədaləti və mərhəməti insanlar arasında yaydığı zaman, İsa (ə) da,İnşallah ki səmadan yer üzünə, doğru yola hidayətçi və Rəsulullah (s)-in möhrünün qoruyucusu olaraq enəcəkdir.

Və bizlər, bu böyük Nəbilərin hekayələrini oxuyarkən,batil nə qədər çox olursa olsun,o batilin sadəcə bir köpük kimi olmasından heç şübhə etməməyimiz lazımdır. Elə bir dərəcədəki, bu köpük, dəyərsiz bir şey olaraq dağılıb aradan gedər və batil nəqədər haqqı örtməyə çalışsa da,köpüyün altında baqi qalan su kimi, haqq da baqi/əbədi qalar və insanlara fayda verər. Uca Allah buyurur:

(“O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar düzəltmək üçün insanların odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər bir köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Budur Allahın çəkdiyi misallar!”-Rəd;17)

Page 52: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

51

Və hər nə qədər batilin ağacının budaqları qalın olsa və haqqın ağacının bəzi budaqlarının üstünü örtsə və gizlətməyə çalışsa da, bir vaxt gələcək ki, batilin ağacı parçalanacaq və kökü qurudulmaq üçün cəhənnəmə aparılacaq. Və əgər haqqın ağacının, buludların arxasında əsən bircə budağı belə qalsa, o budaq böyüyəcək və budaqlanacaq, və kök salıb qalınlaşacaq. Taki, bütün insanları öz kölgəsi altına cəm edənə qədər. Çünki, haqqın ağacının kökləri yerdə möhkəm olmaqda və budaqları da səmaya yüksəlməkdədir. Uca Allah buyurur:

(“Allahın necə məsəl çəkdiyini görmürsənmi? (Gözəl söz) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər.”-İbrahim;24-27)

Page 53: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

52

Tövrat və İncilin Təhrif edilməsi Tövrat və İncilin Yəhudi və Xristianlar tərəfindən təhrif edilməsi haqqında dəlillər çoxdur. Və mən bu məsələni burda ətraflı tədqiq etməyəcəm. Çünki bu kitabların təhrif edilməsi,təfəkkür edərək oxuyan və sağlam əql və doğru düşüncəyə malik olan şəxslər arasında heçdə gizli bir məsələ deyildir. Və onların (Əhli-Kitabın) filosoflarından olan Spinoza, bu məsələni özünün “İlahiyyat və Siyasətin Elmi Tədqiqi” kitabının 8-ci Bölümündə tədqiq etmiş və qeydə almışdır. Nümunə üçün, onun yazdığı mətləblərdən bəzi paraqrafları burda qeyd edirəm:

“İşləri nizamlı saxlamaq üçün, işə əvvəlcə ilahi kitabları kimlərin yazdığı ilə əlaqədar ön sözlərlə başlayacam. Pentateuçun (Kitabi-Muqəddəsdə, Qədim Əhdin ilk 5 kitabının) muəllifinə nəzər salaq. Demək olar ki əksəriyyət, bunları məhz Musanın yazdığını düşündü. Xüsusiylə Fərisilər, bunu inadkarlıq ilə davam etdirdi. O dərəcədə ki, bunun əksini düşünən (yəni Əhdi-Qədimi Musanın yazmadığını deyən) hər bir kəsə kafir kimi baxdılar. Buna görədə, azad düşüncəyə və layiqli savada malik olan İbni Əzra, mövcud vəziyyəti açıq bir şəkildə vurğulamaq riskinə getmədi amma gizli və üstü örtülü şərtlərlə, problemi bildirməyə və izah etməyə özündə cəsarət tapdı. Mən, bu qeydimdə onları daha açıq yazmaqdan, və vəziyyəti aşikar edəcək kəlmələri seçməkdən heçdə çəkinmirəm. Burda, ardıyca, İbni Əzranın sözləri, Qanunun Təkrarının təfsirində qeyd edilməkdədir ki: İordaniyadan oyana... və sair, əgər 12-lərin sirrini bilsən... Musa öz qanunu yazdı...”

Bu qısa kəlmələrlə, Musanın bu kitabların muəllifi olmadığı açıqlanır və təsdiq edilir. Əsasən, onun muəllifi, Musadan sonra uzun müddət yaşamış, başqa bir şəxsdir. Və Musa, başqa bir kitab yazmışdır. Və bunları təsdiq etmək üçün, Spinoza bunları bildirir:

“1. Qanunun Təkrarının giriş hissəsini, Musa yazmamışdır. Çünki o vaxt İordaniyanı keçməmişdi. 2... . və sair.” [38]

Halbuki, bugün mövcud olan Tövrat və İncilin təhrif edilməsi, heçdə şübhəli bir məsələ deyildir. Yada ən azınan, təqlidin kor zəncirini qırmış hər bir azad düşüncəli insan üçün, bu məsələ sabitdir. Hardadır bu insanlar?! Əks halda, Allaha inanan bir mömin, Allahın Nəbilərinə və Onun Rəsulullarına (ə) nisbət verilən və Tövratda dolu olan bu kobudluq və ehtiramsızlığı, necə ola bilir ki, dəlil kimi ələ ala bilirlər? Və onsuzda Tövrat və İncil, insanların faydalana bilməsi üçün, bəzi tarixi mətnlər, ilahi hökm və qeybdən xəbərlər olaraq qalmışdır. Qeybdən xəbərlərin bəziləri, Nəbilər (ə) tərəfindən işlənmişdir yada mənaları işlədilmişdir. Çünki, qeybdən olan xəbərlər, Quranın gətirdiyi, Nəbinin (s) sünnətinin gətirdiyi və onun Məsum Əhli-Beytinin (ə) gətirdikləri mənalar ilə eynidir.

38 İlahiyyat və Siyasətin Elmi Tədqiqi, səhifə 266

Page 54: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

53

İslam, İbrahimin (ə) Şəriətinin

Dirilişidir (“De: “Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, hənif İbrahimin dininə yönəltdi. O heç vaxt müşriklərdən olmamışdı.” Ey Muhəmməd! De ki: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm.”-Ənam;161-163).

Muhəmməd (s) göndərilməmişdən əvvəl, Ərəbistan Yarımadasında 3 səmavi din olan Hənəfilik , Yəhudilik və Xristianlıq var idi. Və bu dinlərin hamısı, təhrifə məruz qalaraq haqq yoldan azmış halda idi. Buna görədə, həqiqət və haqqa bağlı qalan bir neçə şəxsi çıxmaq şərtiylə, deməy olarki bu dinlərin əksər təqibçiləri artıq haqq yoldan azmışdı. Dövr onlardan (haqqı izləyən bir neçə şəxsdən) yoxsun deyildi. Və Məkkəlilərin çoxsu, Hənəfiliyi dinləri olaraq qəbul edirdi. Amma bəzi batil əhli alimlər, daşdan heykəlləri gətirərək dini təhirf etdilər və bu heykəllərin, mələklərin bir forması və fiquru (bir növ təzahürü) olduğunu iddia etdilər, və insanlara yüngül yanaşdılar. Və bu heykəllərin, onları (mələkləri) müqəddəsləş-dirəcəyini söylədilər və heykəllərə müxtəlif ibadət formaları ilə yaxınlaşmağa başladılar. Və insanları da inandırdılar ki, Allah-Təala,məhz bu heykəllər vasitəsi ilə Özünə yaxınlaşmağı insanlardan istəyir. Batil əhli alimlər, insanları inandırdılar ki, həmin bu heykəllər, Allaha möhtac olmadan və ondan asılı olmadan, tam azad bir şəkildə insanlara həm fayda həmdə zərər vermək qüdrətinə sahibdir. Əsasən bu heykəlləri, Allaha şərik qərar verdilər. Əstəğfirullah! Allah bu cür işlərdən munəzzəhdir!

Və Hənəfi əqidəsi təhrif olunduqca, fiqhi hökmlər də təhriflərə məruz qalmaqda idi və təhrifçilik (dəyişdirmələr) artıq daha da asandlaşmışdı. Rəvayət edilmişdir ki, Rəsulullah (s) Əksəm İbni Covnə demişdir:

“Əmri elə bir vəziyyətdə gördüm ki, bağırsaqlarından tutulub cəhənnəmə sürüklənirdi. (Əmr İbni Luhay Əl Xuzai, Ərəblərin içinə ilk dəfə bütpərəstliyi gətirən,yayan şəxdir. Və bu iş üçün, bir neçə formada ibadətlər icad etdi və gətirdiyi inanc üçün haram ilə halalları təyin etdi). Və o,İbrahimin Dinini dəyişdirən şəxsdir və Haam-ı qoruyan ilk şəxsdir (Çox yaxınlıq edən erkək bir dəvədir. İşi bitəndən sonra tağutlara saxlanar və heç bir işdə istifadə edilməz. Onun belinə yükdə qoyulmaz), Saibəni harda istəsə orda otlaması üçün buraxan şəxsdir (cahiliyyə əhlindən olan bir şəxs xəstəlikdən şəfa tapanda vəya səfərdən qayıdanda,bütlərə bir dəvə bağışlayar və bu dəvəni aparıb bütləri muhafizə edən şəxslərə verərdi. Bu ehsanlıq dəvəyə “Saibə” deyilərdi. Artıq bu dəvə sərbəst buraxılardı,onun üstünə heçnə qoyulmaz,yunu qırxılmazdı. Və o dəvənin südü ancaq qonaqlara verilərdi), Bahiranın (südü sadəcə tağutlara verilənin) qulağına çəntik atan və Vasiləyə qulluq edən ilk şəxsdir (Vasilə-tağutlara verilən dişi dəvədir. Çünki bir dişi dəvə doğmuşdur və ilk dəfə doğandan sonra yenədə

Page 55: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

54

təkrarən bir dişi dəvə doğmuşdur). Ona səndən daha çox bənzəyən bir şəxs görməmişəm.” Bunu eşidən Əksəm dedi: “Ey Allahın Rəsulu! Qorxuram ki,ona bənzədiyimə görə mənə bir xətər gələr.” Rəsulullah (s) buyurdu: “Xeyr. Bundan ötrü sənə bir zərər gəlməz. Çünki sən möminsən,o isə kafir idi. O, İsmayılın Dinini ilk dəfə dəyişən şəxsdir. Bahiranı, Saibəni, Vasiləni, Haamı, ortalığa çıxaran ilk şəxs idi.” [39]

Başqa bir rəvayətdə isə Rəsulullah (s) buyurdu:

“Sanki Əmr İbni Luhayini görürəm, ki cəhənnəmin içindədir və öz bağırsaqlarını yerlə sürükləyir. O,saibəni uyduran ilk şəxsdir.” [40]

Məkkədəki Hənəfilərin hamısı zəlalətə düşmədi. Onların içindən, haqqa sarılan çox az bir dəstə qalmışdı. Bunlar, Muhəmmədin (s) babası, ƏbdulMutəllib, atası Abdullah və əmisi Əbu Talib idi. Rəsullullah (s)-in İmam Əli (ə)-a buyurduğu vəsiyyətində, bu məsələdən də söhbət açmış və buyurmuşdur:

“Əbdul Mutəllibin,cahiliyyə dövründə 5 sünnəti var idi ki,Allah, o sünnətləri İslam Dinində də keçərli etdi: Övladlara, öz atalarının xanımları ilə izdivac etməyi qadağan etdi. Allah-Təala bunun barəsində ayə nazil etdi: (“Qadınların içindən,atalarınızın özlərinə zövcə etdiklərini,siz özünüzə əqd etməyin.”-Nisa;22),Əbdul Mutəllib fal oxlarına əsaslanıb əməl etmirdi,bütlərə pərəstiş etmirdi və bütlər üçün kəsilən qurbanların ətindən yemirdi. O,damia deyərdiki: “Mən,babam Hz. İbrahimin (ə) Dininin təqibçisiyəm.” [41]

Və tarix kitablarından yazılmışdır ki, Seyyid ƏbdulMutəllib, Allahın ilahi vəhyi olan yuxular ilə ilham alaraq, Zəmzəm suyunun yerini tapmışdı. [42]

39 Əl-Əvail, Əhməd İbni Əbu Asim, səhifə 40. Musnədi-Əhməd, cild 2/səhifə 366. Səhihi-Buxari, cild

4/səhifə 160)

40 Əl Əvail, Əhməd İbni Əbu Asim səhifə 26. Və əvvəlki mənbələrədə nəzər sala bilərsiniz. )

41 Mən La Yəhzurul Fəqih, cild 4/səhifə 336. Məkarimul-Əxlaq səhifə 440)

42 Şeyx Kuleyni rəvayət edir: Əli İbni İbrahim və digərləri, nəql edir (rəvayət zənciri, hədisi rəvayət

edənə qədər gəlir): “Orda iki ədəd maral və beş ədəd qızıl qılınc var idi. Xuzaə qəbiləsi, Curhum qəbiləsini məğlub edəndə, Kəbəni işğal etmək niyyətinə düşdülər. Curhum qəbiləsi, 2 ədəd maral və qılıncı zəmzəm quyusuna atdı və üstünü torpaq və daşlarla örtdü. Elə etdiki adı keçən şeylər görünməsin. Qusey İbni Kilab, Xuzaə qəbiləsini məğlub edəndən və Məkkənin idarəçiliyini qazanandan ta Əbdul Mutəllib (ə)-ın dövrünə qədər, Zəmzəm quyusu sadəcə bir xəbər olaraq dillərdə gəzdi. Əbdul Mutəllib, Məkkənin sahibi oldu. Onun üçün, bu vaxta qədər heçkəsə qarşı edilməyən, böyük bir xalça sərildi Kəbənin önünə. Əbdul Mutəllib, bir gün, Kəbənin yanında Hicrdə yatmışdı. Yuxuda gördüki, bir nəfər ona yaxınlaşdı və dedi: “Təyyibəni qazı!” Əbdul Mutəllib dedi: “Təyyibə nədir?” Ona cavab verilmədi. . Həmin şəxs heçnə demədən çıxıb getdi... Əbdul Mutəllib ertəsi gün, yenə həmin yerdə yatmışdı. Bir gün əvvəl yuxusunda gördüyü şəxs, yenə yuxusuna gəldi və dedi: “Bərrəni qazı!” Əbdul Mutəllib yenə başa düşmədi. Və yenə eyni yerdə eyni yuxunu gördü. . Həmin şəxs yenə gəldi və dedi: “Məmnunəyi qazı!” və yenə uçub getdi. . Dördüncü gün, Əbdul Mutəllib yenə eyni yerdə yatdı. Yenə eyni yuxu, eyni şəxs və yenədə eyni vəziyyət. . Həmin şəxs dedi: “Zəmzəmi qazı! (üzə çıxart!)” Əbdul Mutəllib dedi: “Zəmzəm nədir?” Bu dəfə həmin şəxsdən cavab gəldi. Dedi:

Page 56: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

55

Əbu Talibə gəldikdə isə o, Hənəfilərin Seyyidi və İbrahimin (ə) vəsilərindən olan bir vəsi idi. Əsasən o, onların möhürüdür və Nəbi (s), göndərilməmişdən əvvəl də, özü Onun (s) üzərinə bir höccət idi. Göndərilmədən sonra isə, Əbu Talib Rəsulullahın (s) əshabından oldu. Yəni Əbu Talib,Məkkədəki Müsəlmanların Seyyidi idi. Və insanlar onun necə mərhəmətli bir şəxs olması haqqında, çoxlu rəvayətlər nəql etmişdilər. Xülasə, Əbu Talibin İslam dinini qəbul etməsi haqqında, hədis və təfsir kitablarında onlarla şeiri mövcuddur. Və İslam dininə dəstək olması haqqında da, bir çox hədislər vardır. Bütün bunlara baxmayaraq, Əbu Talib kafir olaraq dünyadan köçdü kimi sözlər sərf edilməkdədir. Bu sözü də, sırf Əli (ə)-a qarşı olan nifrətlərinə görə və onu qınaya biləcək əxlaqi yada dini cəhətdən heç bir xəta tapa bilmədiklərinə görə, Əlinin (ə) atasının kafir olmasını önə sürmüşlər və buda, onların Əli (ə)-a qarşı olan nifrətlərindən savayı heçnəyə görə deyildi. Əbu Talib buyurdu:

“Siz bilmirsinizmi ki, biz Muhəmmədi, eynilə Musa kimi bir Nəbi olaraq gördük? Onun əlamətləri, əvvəlki kitablarda yazılmışdı.” [43]

Onun İslam dininə keçməsinin dəlili olaraq, hətta bu sözün özü belə kafidir. Onda bəs necə ola bilərki Əbu Talib kafir olmuş olsun?! Əbu Talib, eynilə Firon ailəsindəki bəzi möminlər kimi [44], öz inancını bir müddət gizli saxlasa da, onun İslam dininə dəstək çıxması məsələsi, günorta vaxtı səmadakı günəş kimi aşikardır.

“Zəmzəm heç vaxt bitməz, dibi görünməz, hacıların suya olan ehtiyacını bərtərəf edər. O, qurbanların qanları, tərsləri tökülən yerin arasındadır. Alaca qanadlı bir qarğa, oranı dimdikləyər, orda qarışqa yuvasıda var!. . ” Əbdul Mutəllib, gördüyü bu yuxudan sonra, Zəmzəm quyusunun yerini tapıb yenidən üzə çıxarmaq üçün işə başladı. Sonra Qüreyşlilərə dedi: “4 gecədir ki, dəyərli xəzinəmiz olan zəmzəm quyusunun qazılıb yenidən tapılmasına dair yuxu görürəm. Bunu axtarıb tapmağımıza icazə verin. Onlar qarşı çıxdılar. Əbdul Mutəllibdə qərar gəldiki, axtarışı təkbaşına etsin. O vaxtda, onun Haris adında bir oğlu var idi. Oğlu ona kömək etdi. Qazı işi çətinləşəndə, Kəbənin qapısına getdi və Allaha dua edərək dedi: “Allahım! Bu mübarək quyunu tapıb çıxarmaq üçün, mənə güc-qüvvət ver. Bu işə müvəffəq olmaq üçün mənə 10 oğul ehsan et. Müvəffəq olsam, oğullarımdan birini sənə qurban edərəm. Andım olsun!. . sonra yenidən quyunun üstünü açmaq üçün işə başladı. Taki, İsmayılın (ə) təməlini atdığı daşı tapana qədər. Və suya çatdığını artıq başa düşdü. “Allahu Əkbər” deyərək təkbir gətirdi. Qüreyşlilərdə təkbir gətirdi və dedilər: “Ey Əbdul Mutəllib! Bunda səninlə şərikik. . Bunda bizimdə haqqımız var!. . ” Əbdul Mutəllib dedi:”Xeyr, haqqınız yoxdur! Mənə qazıntı işlərində kömək etmədiniz, bu, hesab gününə qədər mənim və oğullarımındır. ”-(Üsuli Kafi, cild 4/səhifə 219)

43 Məcməul-Bəyan, cild 7/səhifə 36

44 İmam Həsən Əskəri (ə) atalarından rəvayət edir: “Allah-Təala, Peyğəmbərə vəhy etdi: Mən, səni 2

qrup Şiə ilə dəstəklədim. Bir qrup Şiə, səni gizlicə dəstəkləyəcək, digər bir qrup isə açıq-aşkar. Səni gizlicə dəstəkləyənlərə gəldikdə, onların mövlası və ən yaxşısı, əmim Əbu Talibdir. Açıq-aşkar dəstəkləyənlərə gəldikdə, onların mövlası və ən yaxşısı, onun oğlu Əli İbni Əbu Talibdir. Firon ailəsindəki möminlər kimi, imanını gizlədər. ”-(Əl Ğədir, cild 7/səhifə 395. Üsuli-Kafi, cild 1/səhifə 448. Biharul-Ənvar, cild 17/səhifə 141 və sair. )

Page 57: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

56

İslam, Dünyadakı bütün Səmavi

Dinlərin Meyvəsidir Allah-Təala buyurur:

(“Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də din etdi: “Dində doğru-düzgün yol tutun və onda ayrılığa düşməyin!” Sənin dəvət etdiyin şey müşriklərə ağır gəldi. Allah istədiyi kəsi seçər və Ona üz tutanı Özünə tərəf yönəldər.”-Şura;13)

Allah-Təala buyurur:

(“De: “Mən törəmə (yalançı) bir peyğəmbər deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!” De: “Bir deyin görək, əgər bu, Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrailoğullarından da bir şahid onun bənzərinə (Tövratda görərək) şahidlik edib iman gətiribsə, siz isə təkəbbür göstərmisinizsə, zülm etmiş olmazsınızmı? Allah zalımları doğru yola yönəltməz!”-Əhqaf;9-10).

(“Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir. İbrahimin və Musanın səhifələrində.”-Əla;18-19).

İslam, Səmavi bir din olaraq, Yəhudilik, Xristianlıq vəya Hənəfi dinindən fərqli deyildir. Və yeni bir şey (bidət) də deyildir. Birbaşa olaraq, mümkündür ki bu dinlərdə, bəzi qanunların təfərrüatları fərqlidir. Və İslam, bəzi fərqli detalları ilə gəlmişdir, ki yer üzündəki bəşəriyyətin bütövləşdirici yürüyüşünə uysun. Çünki bütün dinlərin əqaidləri/əqidələri birdir. Və buda, Allaha inanmaq, Mələklərinə inanmaq, Kitablarına və Rəsullarına inanmaqdır. Çünki onlar, bir ümmətdir və dəvətləri də birdir.

Dəvəti yaxşı qavramayan və səhv cavablar verən bəzi kəslərin iddiaları bu cür olmuşdur: “Xristianlıq yada digərlərinin dəvəti,maddi həyata arxa çevirmək və sadəcə mənəvi həyata önəm vermək üzrə olmuşdur və buna görədə, müvəffəqiyyətsizliyə düçar olmuşlar. Amma İslam dini isə, hər ikisini, yəni həm ruhu, həmdə bədəni islah etmək dəvətidir. Buna görədə, bu din, ən uyğun olanıdır.”

Deyirəm ki: Həqiqət bundan ibarətdir ki,bu iddia, heçdə doğru deyildir. Və İslam dinini yaymaq istəyən şəxs, obyektiv bir tədqiqatçı olmalıdır və bunu rastgələ gəlişigözəl bir məsələ etməməlidir. Və Allahın Nəbi və Elçilərini (Muhəmməddən (s) əvvəlki Nəbilər və Rəsulları da) bilərəkdən vəya bilmədən də olsa, kiçikləşdirməməlidir. Birbaşa bu cür edərək, İslamı yaymaq bəhanəsi ilə,Allaha cəhalət və az bilməklik nisbət vermiş olar.

Ona görədə, burda bəzi Müsəlman alimlərininin, Sionistlər (Allah onlara lənət etsin) haqqında, bu cür dediklərini eşidirik: “Onların Nəbisi Süleyman və Məbədi.”

Page 58: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

57

Xeyr əzizlərim! (Süleyman və Məbəd onların deyil!). Birbaşa o, bizim Süleymanımız və bizim Məbədimizdir. Çünki, biz Müsəlmanlar, Nəbilərə və onların əsərlərinə, Yəhudilər və digərlərindən daha çox layiqik.

Allah-Təala buyurur:

(“Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər və iman gətirənlərdir. Allah möminlərin Himayədarıdır. Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. Onlar ancaq özlərini azdırırlar və bunu da hiss etmirlər. Ey Kitab əhli! Haqqa şahid olduğunuz halda nə üçün Allahın ayələrini inkar edirsiniz? Ey Kitab əhli! Nə üçün siz, bilə-bilə haqqa batil donu geyindirir və haqqı gizlədirsiniz?”-Ali İmran;68-71).

Yəni, həm İslam Dini, həm də Xristianlıq ilə Musəvilik, hamısı səmavi dinlərdir və Muhəmməd (s), İsa (ə), Musa (ə), hamısı Allahın Nəbiləridir. Və bütün bu dinlərin Dəvəti, birdir. Çünki, bu dinlər, insanları Allahın yoluna, bu yolda qədəm götürüb irəliləməyə, əxlaqi və mənəvi kamilliklərə sarı irəliləməyə dəvət etmişlər. Və Onların (ə) şəriətləri, Rəbbimin maddi dünyanı və bütün bəşəriyyəti, iqtisadi, sosial və siyasi cəhətdən islah edə biləcək şərii tətbiqlərindən bir çoxunu özündə ehtiva edir. Amma Onların (ə) kəlamlarında, diqqət edilməsi lazım olan məsələlərə, o cümlədən, insanları mütəmadi olaraq əxlaqi və mənəvi kamilliklərə və maddi dünyadan üz çevirməyə dəvət etməklərinə gəldikdə isə, bu sadəcə tarazlıq (balansı qorumaq) məsələsidir. Çünki, Onların (ə) insanlarda gördükləri şey, əxlaqi kamilliklərdən üz döndərmək və fiziki dünyaya yönəlmək, anormal bir şəkildə onun tərəfindən ələ keçirilməkdir (dünyapərəstlik). Və ayrıca bugün, İslami cəmiyyətimizdə, insanları fiziki dünyaya yönəltməyimiz lazım deyildir, ki onlar onsuzda daima dünya tərəfindən ələ keçirilmişdir və onun ardındakı şeyi (mənəviyyatı), çətinliklə görməkdədirlər. Birbaşa onları, Allaha doğru getməyə çağırmalıyıq. O (c. c. ), maddiyyat tərəfindən ələ keçirilmiş və mənəviyyatdan üz döndərmiş bu bəşərin cəzalandırılması haqqında bu cür buyurur:

(“Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.”-Hicr;3).

Yəni dünya həyatında, sadəcə çalışmaq və zövq almaqla başlarını qatsınlar. Çalışmaq, qazanmaq və Allahın onlar üçün tədarük gördüyü şeydən zövq almaq üçün, ilahi toplumdakı bəzi qruplara yönəlmək haqqında, Nəbilərin (ə) kəlamlarında zikr edilmiş şeyə gəldikdə isə- ki o məsələ digərləri ilə muqayisədə sadəcə az bir miqdar sözdür-bəlkə, möminlər arasında çox kiçik bir dəstə, Allahın onlar üçün təmin etdiyi, yaxşı maddi şeylərdən, onların zövq almaqlarından xoşhal olmadıqlarına, inandıqları üçün deyilmişdir. Və bəzi xam xəyallılar,öz iddialarına əsasən sadəcə oturub ibadət etmək istəyirlər. Və istəyirlər ki, digər insanlar gətirib çörəyi oların ağzına qoysun. Bu vəziyyətin, əslində din ilə heç bir əlaqəsi yoxdur. Çünki, bu cür bir düşüncəyə malik olan şəxs,bədəninin yorulmamasını istəyən və rahatlığına həris olan bir şəxsdir. Və qızmar günəş altında işləyən bağban, öz alın təri ilə qazandığı çörəyi,gətirib həmin şəxsin ağzına qoyar.

Page 59: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

58

De: Mən əvvəlki Elçilərdən ayrı

olan və yeni bir bidət ortalığa

çıxaran bir şəxs deyiləm Və Muhəmməd (s), əvvəlki Elçilərdən ayrı olan və yeni bir bidət ortalığa çıxaran bir şəxs deyildir. Çünki, bütün Nəbilərin və Vəsilərin dəvəti, din alimləri və Onların (ə) göndərildikləri cəmiyyətlərin zadəganları tərəfindən qəbul edilməmişdir. Muhəmməd (s), Məkkə başçıları və orda şəriət ilə mübarizə aparan alimlərlə mübarizə apardı. Yəhudi alimləri, Xristian alimləri və onların xalqından, Onu (s) kiçildən kəslər, Ona (s) iman gətirmədi. Bir haldaki onlar (əməlsiz alimlər), Onun (s) gəlişini (hələ o gəlməmişdən) müjdə verir və Onun (s) zühurunu gözləyirdilər amma buna baxmayaraq, O (s) gələndə, onu qəbul etmədilər! [45]

45 Əyyaşi Əbu bəsirdən nəql edir, Əbu Abdullah (ə) Allahın (“Əvvəllər, kafirlər üzərində qələbə üçün

yardım diləyirdilər. ”-Bəqərə;89) ayəsi haqqında buyurdu: “Yəhudilər kitablarına baxaraq, Muhəmmədin (ə) hicrət edib Əyr ilə Uhud arasında yerləşəcəyini görmüşdülər. Buna görədə, onlar o yeri axtarmağa getdilər. Onlar, Hədad deyilən bir dağın yanından keçdilər və dedilər: “Hədad və Uhud eynidir. ” (Yəni əvvəlki mətnlərdə qeyd edilən “Hədad”, elə Uhud dağıdır). Beləcə onlar, yaxın ərazilərdə yayıldılar, bəzilər gedib Fədəkdə yerləşdi və bəziləridə Xeybərdə və digərləridə Teymədə. Teymədə olanlar, bir dəfə istədilər ki başqa yerlərdə olan qardaşlarını görsünlər. Qeys qəbiləsindən olan bir bədəvi, onların yanından keçdi və onların dəvələrini kirayələdi. Onlara dedi: “Sizi, Əyr və Uhud arasına aparacam. ”Onlar dedi: “İkisini arasından keçəndə bizə xəbər elə. ” Onlar Mədinə torpaqlarına çatanda o dedi: “Bu Əyr dağıdı buda Uhud. ” Onlar, dəvələrindən düşdülər və ona dedilər: “Biz artıq istədiyimiz yerə çatdıq, artıq sənin dəvələrinə ehtiyacımız yoxdur, istədiyin yerə gedə bilərsən. ” Sonra onlar, Fədək və Xeybərdəki qardaşlarına bu cür yazdılar: “Biz, lazım olan yeri tapdıq, tez yanımıza gəlin. ” Onlarda məktubun cavabında yazdılar: “Artıq biz bu yerdə yerləşmişik, və güzəranımız yaxşıdı və biz, siz olan yerə çox yaxındayıq. Buna görədə, o (Allahın vəd etdiyi Peyğəmbər (ə) zahir olandan sonra Mədinəyə gələndə), sizə sarı sürətlə gələcəyik. ”Bu yəhudilər, Mədinə torpaqlarında mal-mülk sahibi oldular. Onlar get-gedə varlananda, bu xəbər Tubbanın qulağına çatdı və oda yəhudilərə hücum etdi. Onlar özlərini təqviyə etdilər və o onları mühasirəyə aldı. Və onlar, Tubbanın xəstə əsgərlərinin halına yanır və gecələr onlar üçün xurma və arpa atırdılar. Tubba bunu müşahidə etdi və yəhudilərə qarşı ürəyi yandı və xoşuna gəldi. Onların təhlükəsizliyini təmin etdi və onlar onun üçün öz əhəmiyyətini itirdi. Onlara dedi: “Sizin bu yaşayış yerinizi çox sevirəm. Və qərara gəlmişəmki burda məskunlaşım. ” Onlar dedi: “Bura sənlik deyil. Bura bir Peyğəmbərin hicrət yeridi və bu hadisə gələcəkdə baş verənə qədər də, heç kəs burda məskunlaşa bilməz. ” O dedi: “Onda mən gedirəm, və sizin aranızda bəzi adamlarımı saxlayıram ki, gələcəkdə o peyğəmbər bura gələndə ona kömək edib dəstək versinlər. ” Beləcə o şəxs, həmin yerdə iki qəbilə qoydu. Həmin qəbilələr, Ovs və Xəzrəc qəbilələridir. Bu iki qəbilə illər ərzində sayca get-gedə artanda, Yəhudilərin mallarına əl qoyurdular. Buna görədə, yəhudilər onları xəbərdar edib dedilər: “Muhəmməd (ə) göndəriləndə, hökmən sizləri mallarınızla birgə şəhərdən çıxaracayıq. ” Amma uzun illər sonra, Muhəmməd (s) bir Peyğəmbər olaraq göndəriləndə, ona iman gətirənlər elə Ovs ilə Xəzrəc oldu və (gözləri gələcəkdə

Page 60: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

59

Ayrıca, Bəni-İsrailin əksəriyyəti, Musadan (ə) razı deyildi və onların bəzi alimləri, ona qarşı çıxaraq Şəriəti dəyişdirməyə və insanları kiçiltməyə səy etdilər, Samiri və Bəlam İbni Baura kimi. [46]

İsa (ə)-a gəldikdə isə, Bəni-İsrailin alimlərinin əksəriyyəti və onların başçıları da,ondan razı deyildi. Çünki İsa (ə)-ın, onların arasındakı varlığı, onlar üçün bir sitəm idi və İsanın (ə) zöhdü, onları (əməlsiz alimləri) alçaldan bir utanclıq idi.

(“Və sonra İsa,Allahın sözünü unutduqlarına və özlərini boş şeylərlə məşğul etdiklərinə görə,xalqı çox şiddətlə qınadı. Allaha ibadəti tərk edib öz (dünyəvi) hirsləri və hədəfləri üçün çalışan alimləri qınadı. Allahın qanununu tərk edib,boş və mənasız əqidələrlə moizə etdiklərinə görə onları qınadı. Öz adət-ənənələri və etdiyi işlərə görə,Allahın qanununu heçə saydıqlarına görə müəllimləri qınadı. Və İsa,insanlar üçün elə hikmətli sözlər dedi ki,kiçikdən böyüyə hamısı mərhəmət üçün qışqıraraq onlar üçün dua etməsini istəyib ağladılar. Amma o gün,alimlər,yazıçılar və müəllimlərə qarşı İsa bu cür danışdığı üçün,ona qarşı kin və nifrət duyan kahinlər və rəislər ağlamayanlardan oldular. Və onlar,İsanı öldürməyi düşündülər,amma onu Allahın bir Peyğəmbəri olaraq qəbul edən xalqdan qorxduqlarına görə heçnə deyə bilmədilər. İsa,əllərini Rəbb olan Allaha sarı açdı və dua etdi. Xalqda İsa dua edə-edə “Amin! Amin!” dedilər. Dua bitdikdən sonra İsa kürsüdən endi və o gün,ardıyca gələn bir çox kütlə ilə Qüdsdən çıxdı. Və alimlər,İsa haqqında çox pis sözlər dedilər.”-(İncil,Barnaba/bölüm;12).

Və Mehdi (ə), Nəbilər və Vəsilər arasında olan atalarının, din alimləri və tağutlar sarıdan qarşılaşdığı şeylər ilə qarşılaşacaq. Və Onun (ə) müsibəti, bəzi rəvayətlərin işarət etdiyi kimi, əvvəlkilərdən daha çox şiddətli və böyük olacaq. Və Qurani-Kərimi, öz naqis ağılları və öz həva-həvəslərinə əsasən yozduqdan sonra, o kitabı (Quranı) elə İmama (ə) qarşı təfsir edən və ayələri Ona (ə) nisbət verib əleyhinə istifadə edən Din Alimləri haqqındakı hədisin, axtarılacağı (və həyata keçəcəyi) gün gəlib çatacaqdır. [47]

zühur edəcək Allah Peyğəmbərinin intizarında olan) Yəhudilər, Peyğəmbəri inkar etdilər! Bu, Allahın sözlərinin mənasıdır! -“Əvvəllər, kafirlər üzərində qələbə üçün yardım diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!”-(Təfsiri Əyyaşi, cild 1/səhifə 49)

46 O (ə), əvvəlcədən onların utanc verici davranışlarını bildirmişdi, ora baxa bilərsiniz.

47 Fazil ibni Yəsir nəql edir ki, Əbu Abdullah (ə) buyurdu: “Bizim Qaimimiz qiyam edəndə, xalqın

cahilliyi ilə qarşı-qarşıya gələcək. Elə bir cahillik ki, hətta Rəsulullahın (s) Cahilliyyə Dövründə özünə qarşı gördüyü cahillikdən də daha çox şiddətli olacaqdır. ” Mən dedim: “Axı niyə belə edəcəklər?!” İmam (ə) buyurdu: “Rəsullullah (s), qayalara, çubuqlara və oyulmuş daş və taxtalardan olan bütlərə ibadət edən insanlara sarı gəldi (onları hidayət etmək üçün). Ancaq bizim Qaimimiz (ə) gələndə, hamısının Onun (ə) təfsir etdiyi və dediklərinə cavab olaraq, onun əleyhinə təfsir edən və ona qarşı bunlarla dəlil gətirən əksəriyyət insanlarla (özlərinə “Ayətullah” deyən başı sarıqlılarla!) qarşı-qarşıya gələcəkdir. Vallahi, Onun (ə) ədaləti, insanların evlərinin içinə isti və soyuğun girdiyi kimi girəcəkdir. ”-(Ğeybəti Nömani, səhifə 307/bab 17)

Page 61: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

60

Məkkədəki Allaha Sarı Dəvət edən

Muhəmməd (s) Allah-Təala buyurur:

(“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir. Əgər onlar üz döndərsələr, de: “Mənə Allah yetər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!”-Tövbə;128-129).

Məkkə əhalisi, iki yada üç sinfə ayrılmışdı:

Birinci Dəstə: Onlar və onların təqibçiləri, Hənəfi Şəriətini təhrif etmək metoduna başçılıq edən kəslər idi. Və bu təhrif etmək metodunun içinə, yanlış qulluq etmək metodu da daxil idi. (Bu qulluq etməklik, istər inanclarda olsun, bütlərə ibadət etmək kimi, istərsədə fiqhi hökmlərdə olmuş olsun, Bahira və Haamı [48], haram etmək kimi). Və bu dəstənin nümayəndələri, insanların öz ağaları olaraq bildiyi Alimlər idi. Buna görədə, Məkkəlilərin əksəriyyətinin, bu dəstənin təqibçisi olması, olduqca təbii bir hal idi.

İkinci Dəstə: Onlar, öz atalarını gözlərini açannan bəri, o cəmiyyətdə azmış, doğru yoldan çıxmış yada azdırılmış halda görənlər idi. Amma onlar, öz pis vəziyyətlərindən heçdə xoşhal deyildilər. Birbaşa onlardan bəziləri, bu azğınlıq dolu hallarda, öz daxillərində bir inqilab halında idilər.

Üçüncü Dəstə: Onlar isə, həqiqətə, yəni həqiqi Hənəfi dininə, yada o dindən onların əlinə çatmış şeylərdən möhkəm yapışan çox kiçik bir dəstə idi. Və ən azınnan, onlar muvəhhid idilər. Nəbinin (s) göndərildiyi zaman, Onun (ə) göndərilişi, bu dəstədən olan möminlər üçün bir müjdə idi. Onlar, Onun (s) göndərilişini gözləyən və öz dini vəzifələrini nişan verməsi üçün Allaha dua edən kəslər idi. Və ayrıca Peyğəmbər (ə) da, cəhalət zülmətində çırpınan və haqqında nurunu, ədalət tərəzisini və siratul-mustəqimi axtaran hər bir kəs üçün, etibarlı bir sığınacaq və gizli bir mağara idi.

Məhz buna görə,Nəbi (s) Məkkəyə göndərildi. Kəndlərin kəndində, insanların həcc üçün getdiyi yerə və Hənəfilər üçün dini qaynağı təmsil edən şəhərə... Ərəb yarımadasındakı dini mərkəzdən islahatı başlatmaq üçün, tədris və hökmlərdə olan

48 Əyyaşi, Muhəmməd İbni Muslimdən nəql edir ki, Əbu Abdullah (ə) Allahın (“Allah, “bəhirə, saibə,

vəsilə və ham” barəsində heç bir göstəriş verməmişdir. ”-Maidə;103) ayəsi haqqında buyurdu: “Cahilliyyə dövründəki insanlar, dişi dəvə eyni vaxtda iki bala verəndə, ona ”vəsilə” (bir-biri ilə əlaqəli -doğumlar) dedilər və onlar, o dəvəni kəsməyə və yeməyə icazə verməzdilər və əgər həmin dəvə on bala verərdisə, ona bu dəfə “Saibə” deyərdilər və onun belinə minməyə yada onun ətini yeməyə icazə verməzdilər. Və Ham; dəvələrin Fəhli (həddi-buluğ dövrün olan erkək dəvə) onundan hökmünü eyni qoymuşdular və icazə verməzdilər, beləcə Allah nazil etdi və bildirdiki Allah bu cür qadağalar heç vaxt qoymamışdır. ”-(Təfsiri Əyyaşi, cild 1/səhifə 347).

Page 62: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

61

bir çox təhriflərin ona çatdığı mərkəzdən göndərildi. Və Nəbi (s), Hənəfiliyi yeniləyən və onun bəzi hökmlərini təkrar edən İslam Şəriəti ilə göndərildi. Çünki, İbrahim (ə)-ın Şəriəti, qəlblərə ən yaxın və Yəhudi və Xristianları əldə etmək üçün də, ən şanslı olanıdır. Ki onlar, İbrahim (ə)-ı müqəddəsləşdirir və onu böyük Nəbilərin (ə) atası olaraq qəbul edirlər və onun bayrağı altına girirdilər. Və muxalif olanın ittihamlarından qorxmayan cəsur Nəbi Muhəmməd (s), Allahın izni ilə, azğın şəxsləri xəbərdar etməyə başladı və tarixdə məşhur olan ev hadisəsi baş verdi.[49]

Və Nəbi (s), öz yaxınlarını, özünün göndərilməsi və nübüvvəti haqqında məlumat-landırdı. Və həmçinin o gün, Allahın izni ilə, sağlığında və vəfatından sonraki Vəsisi, Vəlisi və Xəlifəsi olan şəxsi, yəni Əli İbni Əbu Talibi (ə) tanıtdırdı. Və Allaha sarı Dəvət, Məkkədə yayılmağa başladı. Və Məkkə zadəganları, öz mənfəətlərinin təhlükə altında olduğunu görməyə başladı. Beləcə onlar, Nəbi (s)-ə zərər vermək və imkan düşəndə öldürmək üçün, İslamı və Nəbi (s)-ə və onun Vəsisinə (ə) və dayanmadan Allaha sarı Dəvət edən möminlərə zərbə endirmək üçün, cürbəcür planlar cızmağa başladılar. Və beləcə Müsəlmanların sayı da artmağa başlamışdı. Və həmçinin kafirlərin də zərəri artmağa başladı və müsəlmanlara əziyyət verməyə və Nəbini (s) səmavi dəvəti təbliğ etməkdən uzaq tutmağa başladılar.

Və beləcə Nəbi (s), ikinci addıma (yəni Allah üçün hicrət etməyə) məcbur oldu. Allah-Təala buyurur:

(“Kim Allah yolunda hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir.”-Nisa;100).

49 Əhməd öz Müsnədində nəql edir və digərləridə: Şərik ibni Əməş, oda Minhaldan, oda Əbbad ibni

Abdullah Əsədidən, oda Əli (ə)-dan nəql edir ki bu ayə; (“Və ən yaxın qohumlarını xəbərdar et. ”-Şuəra;214) nazil edildiyi vaxt, , Peyğəmbər (s) ailəsini-qohum əqrəbasını cəm etdi və 30 nəfər yığılmışdı və onlar yemək yedilər və sonra O (s) buyurdu: “Kim mənim borclarıma təminat verər, ki cənnətdə olub ailəmin içindən mənim Xəlifəm olar. ”Şureyx adını zikr etmədiy bir şəxs cavab verdi: “Ey Rəsuləllah (ə), sən bir dəniz kimisən və bu məsuliyyətin və işin öhdəsindən gələrsən. ” Peyğəmbər (ə) isə yenə dediyi sözündə qaldı və təkrar etdi: “Kim mənim borclarıma təminat verər, ki cənnətdə olub ailəmin içindən mənim Xəlifəm olar. ” Əli (ə) ayağa qalxdı və cavab verdi: “Mən, bu məsuliyyəti öz üzərimə götürəcəm. ”-Müsnədi Əhməd, cild 1/səhifə 111. Səduq “Əl-İləl” də nəql edir ki, Əli İbni Əbu Talib (ə) buyurdu: (“Və ən yaxın qohumlarını xəbərdar et. ”-Şuəra;214) ayəsi nazil edildiyi vaxt, , Peyğəmbər (s) Bəni-Əbdul Mütəllibi dəvət etdi və onlar 40 nəfər idilər və O (ə) dedi: “Sizin aranızda, kim mənim qardaşım, vəsim, varisim, vəkilim və məndən sonrakı Xəlifəm olmaq istəyər?” Peyğəmbər (ə) bu sözünü bir-bir onlara təklif etdi və onların hamısı (bu ağır) vəzifəni qəbul etmədi və Mən (Əli ə. s) dedim: “Mən olmaq istəyirəm ya Rəsuləllah (ə)!” O (ə) buyurdu: “Ey Bəni-Əbdul Mutəllib! Bu, mənim qardaşım, varisim, vəsim, vəkilim və məndən sonra sizin aranızda olacaq Xəlifəmdir!” bu sözdən sonra ordakılar gülməyə başladılar və Əlinin (ə) atası Əbu Talibə dedilər: “Muhəmməd sənə əmr etdiki, bu balaca uşağa (oğlun Əliyə ə. s) qulaq asıb itaət edəsən. ”-(cild 1/səhifə 1. Şeyx Müfid, Əl-İrşad, cild 1/səhifə 49. Mənaqibi Şəhr-Aşub, cild 1/səhifə 305 və sair bir çox qaynaqlar.

Page 63: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

62

Və Nəbi (s), İslami bir təməl və hicrət edə biləcəyi bir şəhər axtarmağa başladı və Həcc mövsümlərində insanlar ilə görüşməyə və onlara bu cür deməyə başladı:

“Məni öz xalqına sarı aparacaq bir kimsə varmı? Çünki Qureyş, Rəbbimin sözlərini təbliğ etməyimə mane oldu.” [50]

Və Qureyş, həcc mövsümündə belə, Ona (s) rahatlıq vermədi. Birbaşa insanları təhrik etməyə və Muhəmmədi (s) inkar edib onu ələ salmaq üçün təşviq etməyə başladılar. Amma O (s), mehribanlıq və səbr ilə insanlarla üz-üzə gəldi. Və nəql edilmişdir ki, O (s) bu mənaya gələn şeyi dedi:

“Rəbbim! Xalqımı əfv et. Çünki onlar bilmirlər.” [51]

Və bu kədərli hadisələrlə paralel, hicrətindən sonra Məkkəyə geri döndüya zaman, Cəfər ibni Əbu Talib ilə birgə, Həbəşistan Xrsitianlarından olan təmsilçilər və Rəsulullah (s)-in Həbəşistana gedmiş bir dəstə əshabı, Rəsulullahın (s) yanına gəldilər. Onlar, Rəsulullah (s)-in yanında əyləşdilər və Onun (s) xüsusiyyətlərini və hallarını və özləri üçün Qurandan tilavət edilən kəlamları eşitdikləri zaman, hamısı Rəsulullaha (s) iman gətirdi. Əbu Cəhl bunu eşidcək, tez onların yanına gəlib dedi:

“Biz heçvaxt sizin kimi axmaq bir Rəqbi (dəvələr və atlardan olan 10 səfər edəni yada daha artığını) görmədik!... Sizin xalqınız sizi göndərdi və sizdə bu adamın dediklərinindən xəbərdarsız. Sizin icmanız belə bu adamı himayə etmədi. Amma siz, hələ bu azmış kimi, öz dininizdən çıxıb Muhəmmədin dediyi şeylərə iman gətiribsiz!”

Onlar isə (İslamı qəbul etmiş xristianlar) dedilər: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə (bütpərəstlərə) qoşulmaq istəmirik!”

Beləcə Allah, onlar haqqında bu ayəni nazil etdi:

(“Ondan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər. Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər.”-Qəsəs;52-55) [52]

50 Müsnədi Əhməd cild 3/səh. 390; Sünəni-Darəmi, cild 2/səh. 440; Sünəni İbni Macə cild 1/səh. 73 və

s. 51

İqbalul Əmal, cild 1/səhifə 384. Biharul-Ənvar, cild 95/səhifə 167. Müsnədi-Əhməd, cild 1/səhifə 427. Səhihi-Buxari, cild 4/səhifə 151. 52

Fiqhus Sirə səhifə 126. Sirəti-İbni İshaq, cild 4/səhifə 200. Təfsiri-Qurtubi, cild 6/səhifə 356. Təfsiri İbni Kəsir, cild 3/səhifə 405. Əl-Bidayə vən Nihayə (Başlanğıc və Son), cild 3/səhifə 103.

Page 64: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

63

Allah Yolunda Hicrət Məkkə əhli və Qureyş, Nəbiyə (s) zərər vermək məsələsində təkid etdikləri zaman, O (s) hicrət etməyə məcbur qaldı və əvvəlcə Taifə, Saqifə hicrət etdi. Nəbi (s),oranın əhalisinin Özünə iman gətirəcəyinə və dəstək çıxacaqlarına ümid etdi. Amma oranın əhli, Nəbini (s) məyus etdi və onun İlahi Dəvətini qəbul etmədilər. Hətta bu azmış kimi, Ona (s) zərər də verdilər. Və O (s), özlərinə həyat bəxş edən şeyə dəvət etdiyi insanlardan bezarlıq etməyə başladı. Və insanlar, Onu (ə) məhv etməyi və həlakətə uğratmağı istədilər. Və O (s), başını yuxarı qaldırdı və kədər dolu bu sözləri dilinə gətirdi:

“İlahi, gücümdəki, məhdud qüvvətimdəki və insanlar sarıdan təhqir və alçaltma ilə olan davranışlarındakı zəifliyim üçün Sənə yalvarıram. Sən, Mərhəmətlilərin ən Mərhəmətlisisən, Sən məzlumların Rəbbisən və Sən mənim Rəbbimsən! Məni kimin himayəsi altında qoyursan? Mənə zülm edən bir düşməninmi? Yoxsa mənim məsələmin idarəçiliyini verdiyin bir dostamı (əmanət edirsən) ? Əgər Sənin mənə qarşı heç bir qəzəbin yoxdursa, mən əbədi olaraq xoşhal olacam. Ancaq və ancaq Sənin lütfün mənim üçün önəmlidir, səmaların və yerin aydınlandığı Nurunun şəni ilə sığınıram. Sənin qəzəbin məni tutmayacaq, narazılıq mənə enməyəcək. Sən razı olana qədər, dua Sənədir və güc və qüvvət ancaq Səninlədir.” [53]

Və Allah, bu dövründən sonrasında, Rəsulullah (s) üçün Ovs və Xəzrəc arasında bir dəstə hazırlamağı iradə etdi. Onu (s) Yəsribə aparmaqları üçün. Son Peyğəmbərin (ə) müjdəsinin intizarında olunan şəhərə... Onun (s) zühurunu və qiyamını gözləyən Yəhudilərin şəhərinə...

Yəhudilər, Son Peyğəmbərin (ə) intizarında olmaq və o gələndə də Ona (ə) dəstəkləmək iddiası ilə həmin şəhəri qurmuşdular. Çünki Onun (s) haqqında, əvvəlki Nəbilər (ə) müjdələr vermişdi. Beləcə yəhudilər, vəd edilən yeri axtararaq, Ləvəntdən Ərəb yarımadasına hicrət etdilər. Həmin yer, onlar üçün Uhud və Əyr dağlarının arası olaraq vəsf edilmişdi və ən sonda yəhudilər həmin yeri tapıb orda məskunlaşdılar və orada Yəsrib şəhərini qurdular. Ordusu tərəfindən təqib edilən (başçı saydıqları) Yəmən Kralı, yəhudilərin yanına gələndə, yəhudilərdən niyə bu yerlərə hicrət etdiklərini soruşdu. Yəhudilər də, həmin bu yerə, bir Nəbinin (ə) göndəriləcəyini və məskunlaşacağını bildirdilər və onun intizarında olduqlarını bəyan etdilər. Beləcə, həmin Kralda, Nəbini (ə) dəstəkləmək üçün, ailəsinin bir hissəsini Yəsribdə saxladı və onlar Ovs və Xəzrəc idi. Bir dəfə yəhudilər, həmin bu Ovs və Xəzrəc ilə mubahisə etdikləri zaman, Ovs və Xəzrəci xəbərdar etmiş və bu yerə göndəriləcək Ummi Nəbi (ə) ilə onları təhdid etmişdilər (Yəni, O (ə) gələndə ona Ovs və Xəzrəcdən şikayət edəcəklərini demişdilər). Yəhudilər, iddia etdikləri kimi, Onun (ə) intizarında olduqlarını və Onun (ə) təqibçiləri, dəstəkçiləri və həvariləri olmaq arzusunda idilər.

53 Mənaqibi Şəhr-Aşub, cild 1/səhifə 61. Biharul-Ənvar, cild 19/səhifə 22. Heysəmi, Məcməuz-Zəvaid

cild 6/səhifə 35.

Page 65: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

64

Allah-Təala buyurur:

(“Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər Onlara tanıdıqları şəxs gəldikdə isə onu inkar etdilər Allah kafirlərə lənət etsin!”-Bəqərə;89)

Və Müsəlmanlar, Məkədə əziyyətli olan uzun bir müddəti başa vurduqdan sonra, Mədinəyə hicrət etdilər. Nəbi (s), Məkkə əhalisinin onu inkar edib zərər vermiş öz xalqının kədərli və pis surətini öz yaddaşında tutaraq onlara (hicrət edənlərə) qoşuldu. Öz yanındakı iman etmiş insanlar, ən sonda onu qorxmuş və təmkinli bir şəkildə ordan çıxartdılar. Və O (s), Mədinəyə yollandı. Əvvəlcə, elə düşünülürdü ki, Yəhudilər, Onu (s) qəbul edib şəhərlərinə gəlməsi münasibəti ilə xoş və gülərüzlə qarşılayacaqlar. Ki yəhudilərdə, məhz vəd edilmiş Xatəmul-Ənbiyaya (ə) iman gətirən ilk şəxslərdən olmaq, Ona dəstək vermək və onu qarşılamaq üçün o şəhəri (Mədinəni) qurmuşdular. Amma onlar, Nəbini (ə) məyus etdi və yəhudilərin alimləri də (Son Peyğəmbərin (ə) inzitarında olmaqlarına baxmayaraq) o gələndə, şiddətlə Onun (ə) əleyhinə çıxdılar. Və insanlara da təsir edərək, Ona (ə) fikir verməməsi və Onun (ə) nübüvvətini inkar etmələri üçün, əllərində gələni etdilər. Beləcə o alimlər, öz yanlarında olan elmdən fayda götürmədilər. Hələ bu azmış kimi, öz elmlərini özləri üçün fərəhlənməli bir hal və təkəbbür vəsiləsi qərar verərək,Nəbiyə (ə) qarşı kibirli olmaq üçün bir səbəb etdilər. Allah-Təala, Qurani-Kərimdə yəhudilərə bir misal və dərs olsun deyə, onlara Bəlam ibni Bauranı misal çəkdi [54]. Ki beləcə onlar da,öz əməllərindən əl çəkərək, ağıllarını başlarına yığsın və Rəbbə sarı dönərək tövbə etsinlər deyə. Amma onlar, inadkar və təkəbbürlü idi. Onların misalı, eynilə bir leş kimi idi. Əgər o leşin üzərinə pak və təmiz olan yağış yağsa, o yenə də təmizlənməz. Əksinə, daha da çox pis iy verməyə başlayar və kiflənər.

Yəhudilərin vəziyyətinə baxsaq, görərik ki, onlar bu məsələlərə görə çaşqınlıq və təəccübə düşdülər:

Birincisi: Nəbi (s), İsrailli deyildi. Talut (ə), Yusifin qardaşı Benyaminin övladı olmasına, yəni bir İsrailli olmasına baxmayaraq, Talut (ə) Yusifin, krallıq evinin, bir övladı olmadığına görə, yada Levinin, nübüvvət evinin [55] bir övladı olmadığından ötrü, belə bir halda Yəhudilər Talut (ə)-a qarşı çıxıb onunla

54 Seyyid Əhməd (ə), Əraf Surəsində zikr edilmiş olan Bəni-İsrail alimi olan Bəlam İbni Baura

haqqındakı Allahın bu ayəsinə işarət edir: (“Onlara ayələrimizi verdi-yimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. Biz istəsəydik, bunun sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bən-zəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları (onlara) danış ki, bəlkə fikirləşələr. ”-Əraf;175-176). 55 Şeyx Kuleyni, Əbu Bəsirdən nəql edir ki, Əbu Cəfər (ə) Allahın (“Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik. ”-Bəqərə;247) ayəsi haqqında buyurdu: “O, nə Nübüvvət (Peyğəmbərlik) qəbiləsindəndir nə də ki Krallıq qəbiləsindəndir. . ”-(Üsuli Kafi, cild 8/səhifə316).

Page 66: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

65

muxalifətçilik etmişdilərsə, ona oların Nəbi (ə)-a qarşı çıxıb onunlada eyni tərzdə muxalifətçilik etmələri, gözlənilməz bir şey olmayacaqdı.

Allah-Təala buyurur:

(“Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir.”-Ali İmran;19).

İkincisi: Rəsulullahın (ə) gətirdiyi bəzi inanc və fiqhi hökmlər, Yəhudilərin təhrif edilmiş inancları və fiqhi hökmlərindən fərqli idi. Yəhudilər, öz inanc və hökmlərinin, Musanın (ə) Şəriəti olduğunu iddia edirdilər. İsa (ə) hələ göndərilməmişdən əvvəl, o inanc və hökmlərin bir çoxunun, o alimlər tərəfindən təhrif edilməsinə baxmayaraq!

Üçüncüsü: Rəsulullahın (s), Bəni-İsrail alimlərinin məqam və mövqelərini və səhv olan Dini Rəhbərliyi onların üzərindən götürəcəyi məsələsi idi. Həmçinin, Nəbinin (ə) pul bölüşdürməkdəki ədaləti, onların zövqü-səfalılıqlarını aradan qaldıracaqdı. Əgər onlar Rəsulullahın (ə) tərəfdarı olacaqdılarsa, onda özləridə bilirdiki, artıq xeyriyyə məqsədli qurumun vergisinə əllərini vura bilməyəcəkdilər. Bu məsələ, bu ayənin təfsirində zikr edilmişdir: (“Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyinizi halda, özünüzü unudursunuz? Məgər anlamırsınız?”-Bəqərə;44)

İmam Həsən Əsgəri (ə) buyurur: “Yəhudilər və onların alimlərindən olan bəzi başçılar var idi ki, xeyriyyə məqsədli olan qurumun pullarını aldılar və o pullardan yedilər və yardıma ehtiyacı olan şəxslərin əlinə o pulların çatmasına imkan vermədilər. Sonra onlar, Rəsulullahın (ə) yanına gəlməyə qərar verdilər və öz adamlarının bəzilərinə dedilər: “Bu Muhəmməd həddini aşdı! Və özünə aid olmayan şeyləri özünə nisbət verdi...” Sonra Rəsulullah (ə) bu cür buyurdu: “Ey Yəhudi Qövmü! Sizin bu başçı qəbul etdiyiniz şəxslər, sizin malınızdan etdi və sizin haqqınızdakı payınızı azaldan kafirlərdir və onlar malın yerdə qalanını paylamaq məsələsində, sizə qarşı haqsızlıq etdilər, onlar birini endirir digərini isə yüksəldirlər.” Yəhudilərin başçısıda dedi: “Bizə öz dəlilini nişan ver, Nübüvvətinin və qardaşın Əlinin vəkilliyinin dəlilini, bunu bizə bəyan elə, başqa işlərə qarışma. Sənin iddiaların səhvdir və sən, xalqımızı bizə qarşı təhrik etmək istiyirsən.” Rəsulullah (ə) buyurdu: “Xeyr! Amma Allah, Öz Nəbisinə icazə verdi və istədiki, bu müdafiəsiz insanların haqqını istəyim.” [56]

Və nəticə bu idi ki, eqoizm sevgisi və arxa çevirməklik, Bəni-İsrail alimlərini ələ keçirmişdi. Və təkəbbür, onları Ummi Nəbiyə (ə) itaətdən uzaqlaşdırmışdı və onlar, Nəbiyə (ə) iman gətirmədilər, çox az bir qismini çıxmaq şərtiylə. Və beləliklə, intizar çəkən kəslər, bu intizarlarıyla yenədə müvəffəqiyyətsizliyə düçar oldular. Eyniylə Ondan (s) əvvəl, İsa (ə) və Musa (ə)-ın intizarından olmaqda (fərəcini gözləməkdə) uğursuzluğa düçar olduqları kimi.

Və diqqət edilməsi lazım olan həqiqət bundan ibarətdir ki: Muhəmməd Nəbinin (s) (müjdəsini/fərəcini) gözləmək məsələsində uğursuzluğa düçar olmuş bu Yəhudilər,

56 Təfsirul İmamil-Əskəri (ə), səhifə 235. Biharul-Ənvar, cild 9/səhifə 309).

Page 67: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

66

Allah yolunda hicrət edərək Nəbilərin Möhrünü (Hz. Muhəmmədin ə. s) zühurunu gəlişini gözləmək üçün Yəsrib şəhərini quran kəslərin övladları idi. Allah-Təala buyurur: (“Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar.”-Məryəm;59)

Xristianlara gəldikdə isə, onlar İsa (ə) haqqında həddi aşdılar və onun həyatı haqqında məlumatlar ilə birgə, onun təlimlərinini də təhrif etdilər (dəyişdirdilər), yada “İncil vəya Yeni Əhd” deyiləni. Və bəzən, Onun (ə) sözlərini səhv başa düşdülər. Nəbilər (ə), bəzən bəzi həqiqətləri insanlara daha yaxşı açıqlamaq üçün, işarətlər, örnəklər və hikmətlər ilə danışar.

Deyirəm ki: Bu şeylərin cəmi, birləşmişdir. Və insanlar, onun içində doğru olan yolun orta yolundan çıxmaq üçün (müxtəlif) yollar taparlar, İsanı (ə) ilahlaşdırmaq, sonra da Muhəmmədin (s) Nübüvvətini və Əlinin (ə) Vəsiliyini inkar etmək üçün. Halbuki, onların bəziləri, Nəbiyə (ə) iman gətirmişdir və zikr edildiyi kimi, Nəbiyə (ə) iman gətirmiş ilk elçi, Həbəşistan Xristianlarının elçisi idi. Tövratda və bugün var olub Xristianlar tərəfindən qəbul edilən 4 İncildə, Nəbi (s) və Əli (ə) haqqında bəzi işarətlər vardır və Onun (ə) Oğullarından olan Mehdi (ə) haqqında da bir çox işarətlər vardır.

Barnabas İncilinə gəldikdə isə, orda İsa (ə)-dan bir bildiriş vardır ki, İsa (ə), Muhəmmədin (s) və “Muxtar” ləqəbi ilə işarət edilən digər bir şəxs, yada seçilmiş olanlardan birinin müjdəsini verməyə gəlmişdir. Və o şəxs (Muxtar ləqəbi ilə işarət edilən kəs), Muhəmmədin (s) dinini gün üzünə çıxaran şəxs olacaqdır. Həmçinin o (İsa ə. s), Muhəmmədin (s) yoluna və şəriətinə zəminə yaratmaq üçün gəldiyini buyurmuşdur, ki o şəriət, Onun (ə) qəusi-nuzulu (Yer üzünə enişi) əsnasında,Yer üzündəki bütün insanların şəriəti olacaqdır.

Allah-Təala buyurur: (“Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.”-Tövbə;33)

(“İslamı bütün dinlərdən üstün etsin deyə Öz Elçisini hidayətlə və həqiqi dinlə göndərən Odur. Şahid kimi Allah kifayətdir.”-Fəth;28)

(“Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.”-Saff;8-9)

Və İsa (ə)-ın bugünə qədərki varlığının ardındakı səbəb (yəni göyə yüksəldilməsinin səbəbi), İmam Mehdinin (ə) zühur vaxtında, yer üzünə enib, Allahın dinini dəstəkləyəcək şəxs olmasındadır. Və İsa (ə), Mehdi (ə) qiyam etdiyi vaxt, onun arxasında namaz qılar və iki dəstənin Şəriət Sahibindən (s) nəql etdiyi kimi, Onun (s) Hənəfi İslam Şəriəti (Əsl İslam) geri qayıdar.

Page 68: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

67

Əvəzləmə Rəsulullah (s)-in xalqı, Onun (ə) qəbiləsi, Onun (ə) şəhərinin insanları və Yəhudilər ilə Xristianların alimləri, Onu (ə) inkar etdilər və xalqın böyükləri və zadəganları, Rəsulullaha (ə) iman gətirmədilər. Amma yadellilər, yaxşı və mübarək şəhər olan Yəsrib xalqı, Rəsulullaha (ə) iman gətirib onu qəbul etdilər. Kasıblar, zəiflər və cavanlar, Rəsulullaha (ə) iman gətirdi və beləcə Allah-Təala, din alimlərini, xalqın başçılarını və Nəbinin (ə) gəlişinin intizarında olduqlarını iddia edənləri, onun Cənnətdə öz qarşısında qoyduğu, Muhəmmədin (s) seçilmiş əshabı olan başqaları ilə əvəz etdi. Və onların əksəriyyəti, Rəsulullahın (s) həyatı müddətində öldürüldü, muxtasibin şəhidləri kimi. .

Allah-Təala buyurur:

(“Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər.”-Əhzab;23)

Allah-Təala buyurur:

(“Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.”-Fəth;29)

Bir dəstə; Tarixin gedişatını dəyişdirdi və bəşərin üzünü ağ etdi: Cəfər İbni Əbu Talib, Əbu Ducanə Ənsari, Hənzələ Ğasilul-Məlailə, Zeyd İbni Harisə, Abdullah İbni Rəvaha, Miqdad, Əmmar, Cundəb İbni Cunadə (Əbu Zərr), əsli İran məmləkətindən olan Salman Muhəmmədi (İranlı olsada, İran Kürdlərindəndir) və digər bir çox səhabə... Bəlkədə tarix, fəsada və mufsidlərə qarşı döyüşmüş kəslərin arasında, bəzilərinin adını və qeydini tutmadı. . Və o kəslər, yer üzündə ucalıq istəmədilər, səmalarda tanınan və yerdə tanınmayandılar. Xeyirli bir hal və xeyirli bir qayıdış, onlarındır. Onların, Allahın yer üzündəki dininə olan dəstəkləri üçün, Nəbilərin Seyyidi olan Muhəmmədə (s) və Vəsilərin Seyyidi olan Əliyə (ə) olan dəstəkləri üçün, Allahın salavat və salamı olsun onlara və onların ailələrinə.

Və buna yaxın olan şey, Nəbilərin arasında Muhəmməddən (s) əvvəl gəlmiş kəslərin, başlarına gələnlərdir. Əvvəldədə müşahidə etdiyimiz və oxuduğumuz kimi, Yəhudi alimləri, İsa (ə)-a iman gətirməyi istəmədilər və İsanın (ə) şəhəri və yüksəltdiyi yer olan Nasirə xalqı da, İsaya (ə) iman gətirmədi. Bu məsələ, İncildə bu cür zikr edilmişdir:

Page 69: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

68

(“İsa, ordan ayrılıb öz məmləkətinə getdi. Şagirdləridə onun ardıyca yollandı. Səbt günü gəlib çatanda, İsa həvrada dərs verməyə başladı. Onun dediklərini eşidən bir çox şəxs, çaşıb qalmışdı. Onlar soruşurdular ki: “Bu adam, buları hardan öyrənib belə? Özünə verilən bu məlumatlar nələrdir? Necə bu cür böyük möcüzələr etməyi bacarır? Məryəmin oğlu, Yəqib, Yose, Yəhuda və Simonun qardaş olan çoban deyilmi bu? Bacıları burda, bizim aramızda yaşamırmı?” Və bu məsələlər olara ağır gəldi və İsanı inkar etdilər. İsa isə onlara dedi: “Bir Peyğəmbər, öz məmləkətindən, qohumları əhatəsindən və öz evindən başqa bir yerdə xor görülməz.” Orda, bir neçə xəstəni, əllərini onların üstünə qoymaqla şəfa verməkdən savayı heç bir möcüzə edə bilmədi. Xalqın necədə imansız olmasına təəccüb edirdi. İsa, əhatədə olan kəndləri gəzib dərs verirdi.”-Markos İncili, Bölüm;6)

Və həmçinin bəzi rəvayətlərdə zikr edilmişdir ki, bəzi Şiələr, Mehdiyə (ə) iman gətirməyəcəklər. Sünnilərin, Mehdinin (ə) Atalarına (ə) iman gətirmədikləri kimi...

Allahın sünnəti budur və Allahın sünnətində, heç bir dəyişiklik görməzsən.

Elə bir vəziyyət ki, bugün bəzi cahil, əməlsiz alimlər, İmam Mehdi (ə)-a özlərinin yaxın olduqlarını düşünürlər. Onlar, İmam Mehdi (ə)-a (O həzrət gələndə) əsla iman gətirməyəcəklər.

İmam Sadiq (ə) buyurur: “Qaimin qeybət günləri çox uzun olacaq. O qədər ki, həqiqət aşikar olacaq və pis bir fitrətə sahib Şiə məzhəbindən olan hər bir kəsin dönəkliyi (üz çevirməyi) nəticəsində, inanc, pislikdən təmizlənəcək (saff Şiələr qalacaq). Bu şəxslər (həmin o üz döndərənlər) Qaim (ə)-ın hökmdarlıq dövrü gəlib çatanda, varislik, güc və geniş bir əminlik intizarında olanda, munafiq olmaqlarından qorxulan kimsələrdir...” Və İmam (ə) buyurdu: “Bütün bunlar, Allahın, Öz düşməni olan İblisə verdiyi təxirə salmaq yerinə gələnə qədərdir. Nəhayət müəyyən edilmiş müddət başa çatar və kafirlərə qarşı söz və vəd həyata keçər. Allah-Təala, bu məsələni Quranda bəyan etmişdir: (“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir.”-Nur;55) Və bu məsələ də varki: (İmam Mehdinin (ə) gəlişindən əvvəl) İslamdan adınnan savayı, Qurandan yazısından savayı bir şey qalmadığı və məsələnin sahibi, onun üçün açıqlanmış bir səbəb ilə, azğınlığa sürüklənmiş qəlblər sarıdan arzu edildiyi zaman (yəni əksəriyyət İmam Mehdinin (ə) intizarında olsada, ondan üz döndərəcəklər), nəhayət insanlar arasında Qaimə ən yaxın sayılan kəslər, ona ən çox düşmən olan kəslər olacaqdır. Buna görədə, Allah Qaimi sizlərin görmədiyiniz (sizlərin kiçik saydığınız, alçaltdığınız və dəyərsiz hesab etdiyiniz şəxslərdən olan) əsgərlər vasitəsi ilə dəstəkləyəcək. Qaimin əlləri sayəsində, Nəbinin (s) Dinini (Həqiqi İslamı) aşkara çıxaracaq və o dini, bütün dinlər üzərində qalib edəcəkdir. Allaha şərik qərar verənlər (öz “ağaları”-nı ilahlaşdıran müşriklər) bundan xoşhal olmasa belə...” [57]

57 Kəmalud Din və Təmamun Niməh, səhifə 356. Ğeybəti-Tusi, səhifə 172. Biharul-Ənvar, cild 51/s.222

Page 70: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

69

Allah yolunda edilən hicrətdən

(köçdən) sonra nə oldu? Nəbi (s), Mədinə şəhərində, Allahın müqəddəs şəriətinin tədrisinə əsasən əməl edən İslami bir cəmiyyət inşa etməyə başladı. Nəbi (s), Mədinə şəhərində (bu fəaliyyətə) “La İlahə illəllah” deyərək başladı və cəmiyyətin irtibat üsulu ilə, insanların saleh olması və kamilləşməsi üçün olan yol ilə başa çatdırdı. Və o həzrətin uca əxlaqı və mubarək əlləri ilə meydana gələn möcüzələr, insanların üzərinə çox böyük bir təsir qoydu. Müsəlmanların sayı artdı və onların öz əxlaqi mükəmməlliklərinə varıb dünyanın bər-bəzəyini tərk etməklərinə şərait yaratdı. Beləcə bu qızmar və quru çöl, yaşıllaşmağa başladı. Kaşki, Muhəmmədə (s) ; insanları Rəhman və Rəhim olan Allaha dəvət etmək üçün, rahatlıq veriləydi (əziyyət edilməyəydi), lakin heyhat! Qəttəyə də [58] rahatlıq verilmədi...

Və O Həzrətdən (ə) əvvəl, nə Nəmrud İbrahimə (ə), nədə Firon Musaya (ə) rahatlıq və gün üzü verməmişdi:

(“Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram.” Musa dedi: “Mən Hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!”-Ğafir;26-27)

Və Müsəlmanlar, Mədinədə çox kiçik sayda olaraq başlayıb, Allahın lütfü ilə genişlənmiş/çoxalmış olaraq İslami varlıqlarını mudafiə etməyə başladılar. Və bəzi şeylər yerləşdikdən/oturuşduqdan sonra, İslami Dövlətin “La İlahə İlləllah” (Allahdan başqa ilah yoxdur) dövlətinin kölgəsi altına daxil olmuş insalara qarşı hakimlik edən, Tağuti hökumətlərə hücum etdilər. Orda onlar, İslama keçməyi yada Müsəlmanların ödədiyi Zəkata bərabər olan cizyəni ödəyərək, əvvəlki İlahi dinlərdən birinin üzərində qalmağı seçmişdilər. Ki bu məsələ də, Quranda olan İslamın adil bir qanunudur.

(“Dində məcburiyyət yoxdur.”-Bəqərə;256)

Xaliq-Təalanın bir dininə iman gətirməyən və ilahi bir dini olmayan kəslərə gəldikdə isə, bu şəxslərlə döyüşmək lazımdır, nəhayət onlar bunu deyənə qədər: “Allahdan başqa ilah yoxdur və Muhəmməd (s) Onun Rəsuludur.” Və beləliklə İslam dini, Allahın lütfü və Nəbinin, Vəsinin və möminlərin cihadı ilə yayıldı. Nəbi (s), öz məlhəmləri ilə gəzən bir həkim kimi idi. Əmirəl-Mömininin (ə) O həzrəti (ə)

58 “Qəttə” Göyərçin böyüklüyündə olan, bahalı və gözəl bir quş deməkdir. Ərəblər, gecə-gündüz

davamlı olaraq onu təqib edərdi və həmin quşda yatmaz, təhlükə görən kimi uçardı. Buna görədə, onu heç cürə tutmaq mümkün olmazdı. Bu ifadə, İmam Hüseyn (ə) tərəfindən, bacısı Zeynəb (s. ə)-a, düşmənləri olan vəziyyətini, mübarizəsini və yolunu, bir quş olaraq muqayisə etmək üçün deyilmişdir.

Page 71: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

70

vəsf etdiyi kimi... [59], O (s), insanların arasında, onlara yaxşılığı əmr edib pisliklərdən çəkindirərək gəzirdi. Və O (s), gecə-gündüz “Allahdan başqa ilah yoxdur” sözünü yaymaq üçün səy edirdi. Bu, O həzrətdən (s) sonra, İmamların (ə) etdiyi bir davranışdır. Ondan (s) əvvəlki Nəbilər və Elçilərin davranışı da o cür idi... İsa (ə), insanları Allaha sarı dəvət edən yer üzündəki bir səyyah idi və Nəbilərin yerdə qalanı, İbrahim (ə), Musa (ə) və digərləri də o cür idi.

Bunlar, Allahdan başqa ilah yoxdur sözünü yaymaq üçün davamlı olaraq ciddi cəhdlə çalışmağa, yaxşılığa əmr edib pisliklərdən çəkindirməyə (əmr be məruf və nəhy əz munkərə) dəvət edən O şəxslərin (ə) Qurandakı hekayələridir.

59 Əmirəl-Mömin Əli (ə), bəzi xütbələrində, Rəsulullah (ə) haqqında danışarkən buyurmuşdur: “O

(Nəbi), dərdlərə dəva tapmaq üçün, tibb elmi ilə xəstələrə baş çəkən bir həkim kimidir. Dərmanlarını hazırlamış, tibbi ləvazimatlarını isitmişdir. Ehtiyac olan, onlar vasitəsi ilə, kor qəlbləri, kar qulaqları, dinməz dilləri yaxşılaşdırar. Qəflət və çaşqınlıq girdabında olanları, öz dərmanları ilə yaxşılaşdırmaq üçün, əlacları axtarıb tapar. ”-(Nəhcul Bəlağə, 108-Xütbə. Nəhcul-Bəlağə, Muhəmməd Abduhun şərhi ilə, cild 1/səhifə 107)

Page 72: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

71

Nəbinin (s) Vəfatından Sonra Allah-Təala buyurur:

(“Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar.”-Ali İmran;144)

Nəbinin (s) vəfatından sonra olan məsələni bildirən ən yaxşı/xeyirli şəxs, Zəhra (s. ə)-dır. O (s. ə), Rəsulullaha (s) ən yaxın olan məxluqdur. O (s. ə), Rəsulullahın (ə) vəfatından sonra, Nəbinin (ə) məscidindəki xütbəsində bu cür buyurmuşdur:

“Allah-Təala Öz Nəbisinə (ə) ənbiyanın olduğu, yəni seçkinlərə ayırdığı məqama ucalmağı qərarlaşdırdığı zaman isə, sizdəki nifaq düyünləri aşikar oldu, din geyimi yırtıldı, özünü gizlətmiş azğınlar dilə gəldi və cansız qalmış düşmənlər hərəkətə keçdi. Batil əhlinin öndəri, kişnəməyə başladı, sizin aranızda dəyər qazandı, şeytan yuvasından başını çıxardıb sizləri özünə sarı dəvət etdi, sizlərin də, onun dəvətini qəbul etməyə və aldanmağa meyilli olduğunuzu gördü. Sonra, şeytan hərəkət etməyinizi istədi, sizdə hərəkət etdiz, sizin coşmağınızı istədi, sizdə vəcdə gəlib coşaraq ona uyduz. Sonra başqasının dəvəsini (öz dəvəniz olaraq) dağladınız (sizin malınız olmayan xilafəti qəsb etdiniz), və onu başqasına aid olan çeşməyə sarı sürüdünüz (yəni başqasına aid olan xilafətə əl qoyduz). Bütün bunlara, hələki Rəsuli-Əkrəm (s)-in vəfatından qısa bir müddət keçməmişdən və hələki qəlbimizin yaraları təzə olarkən, ürəyimizin qəmi sağalmadan, hətta Rəsulullahın (ə) cənazəsi dəfn edilməmişdən əvvəl əncam verdiz. “Fitnə çıxmasından qorxuruq”-deyərək, özünüzü önə çəkdiz. Amma bilin ki, siz elə fitnənin düz içinə yuvarlandız. (“Yaxşıca bilin ki, onlar bu işləri ilə, fitnənin düz içinə yuvarlanmışlar. Həqiqətəndə cəhənnəm, kafirləri əhatələ-mişdir.”) [60]

Fatimə (s. ə), xəstə yatağındaykən bir qrup qadın onun görüşünə gələrək ona belə bir sual verdilər: Peyğəmbər qızı necəsən? Xəstəliyin necə oldu? Fatimə (s. ə) belə buyurdu:

“Allaha and olsun ki, dünyanızı sevmədiyim, kişilərinizə küskün halda sabahı açdım. Onları sınadıqdan sonra uzağa atdım, sınadıqdan sonra onlara əsəbləşdim. Kəskinlikdən sonra yumşalma, ciddilikdən sonra qeyri-ciddilik, (mənəvi cəhətdən) divara çırpılmaq, nizənin (və ya kanalın) çatlaması, fikirlərin pozulması, istəklərin azması necə də pisdir! Çarəsizlikdən onun (Fədək və xilafətin) yüyənini onlara taxdım və onlara yüklədim, bütün yağmaları onlara yönəltdim. Zalım qövm xeyir görməsin, nəticəsiz qalsın, mərhəmətdən uzaq olsun. Təəssüflər olsun onlara! Onu (xilafəti), risalət mərkəzindən peyğəmbərlik və hidayət təməlindən, Ruhul-Əminin (Cəbrayılın) endiyi evdən, din və dünya işlərinə alim olanın əlindən çıxarıblar. "Bilin ki, bu böyük və aydın bir ziyandır”.

60 Əl Ehticac cild 1/səhifə 136

Page 73: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

72

Əlidən qisas almasının səbəbi nə idi? Allaha and olsun ki, onun qılıncının kimi tanımamasından, ölümə etina etməməsindən, düşmənləri çeynəməsindən, qılıncının zərbəsindən və Allah rizası üçün olan qəzəbindən ötrü ondan intiqam aldılar.

Allaha and olsun ki, əgər yoldan çəkilsəydilər (mane olmasaydılar), Rəsulullahın Əliyə qoyduğu yüyəndən (liderlikdən) və onu qəbul etməkdən imtina etsəydilər və onu (xilafət dəvəsinin cilovunu) Əliyə buraxsaydılar, bu dəvə onları doğru yola aparardı, onları (haqqı) qəbula məcbur edərdi, xalqa yumşaq davranardı, izləyənləri yorulmazdı və heç vaxt süvarisi bezməzdi. Şübhəsiz, onları həzmi asan, şirin, iki tərəfi ağzına qədər dolu və palçığa yoluxmamış bir suya aparar və suya doymuş halda geri gətirərdi.

Əli onlara, gizli və aşkarda nəsihət etdi. Xilafətə çatsaydı zənginliyə görə çox bəzənməzdi (dövlət xəzinəsindən özü üçün mal yığmazdı), susuzluğunu və aclığını təmin edəcəyi az bir miqdar istisna, dünya malından bir şey toplamazdı. O zaman kimin zahid, kimin dünyaya həris olduğu, kimin doğru danışan, kimin də yalançı olduğu ortaya çıxmış olacaqdı. “Əgər xalq inansaydı, qorxub, çəkinsəydi, həqiqətən başlarına göydən və yerdən bolluqlar (bərəkət) açardıq; Lakin onlar yalanladılar, biz də onları qazandıqları şeylərdən ötrü cəzalandıracağıq”. “Bunlardan zülm etmiş olanlara da, qazanmaqda olduqları pisliklər üz verəcəkdir və onlar (Allahı) aciz buraxa biləcək deyillər”. Ey, gəl də dinlə, zaman həyatda nə də qəribə şeylər göstərir. Heyrət edərsən, onların sözləridir heyrətləndirən. Ah bir bilsəm bunların hansı dayağa əsaslandıqlarını da nisbət etdiklərini və hansı səbəbə sarıldıqlarını! Övladlarımın əleyhinə kimlərin təşəbbüsdə olduğunu, qalib gəldiyini və onları məhv etdiyini bir bilsəm! “Nə də pis dost və yavər!” “Zalımlar üçün necə də pis bir dəyişmədir bu”. Allaha and olsun ki, bunlar xalqın liderini və çətinliklərindəki sığınacağını bir kənara itələyib alçaq və ağılsız adamları qabağa keçirdilər. O halda “gözəl iş görmüşük deyə, zənn edənlər”-in üzləri yerə sürtülsün! “Diqqət edin, əslində onlar fəsad törədənlərin özləridir, lakin bunun şüurunda deyillər”.

Vay onların halına! “Görəsən, başqalarını haqqa hidayət edən mi izlənməyə daha layiqdir, yoxsa başqası tərəfindən hidayət edilmədikce haqqı tapmayan kəsmi? Bəs nə olub sizə? Necə də hökm verirsiniz”? Diqqət edin! Bunların xilafəti yeni hamilə qalıb, o halda bir az möhlət verin də necə bir meyvə verəcəyini gözləyin! Sonra ondan dolu dənəsi böyüklüyündə (süd yerinə) təzə qan və həlak edən zəhər sağın. “Məhz burada batil yolu tutanlar ziyana uğradılar”. Və gələcəkdəkilər, əvvəlkilərin yaratdıqlarının aqibətini görüb biləcəklər.

(Artıq muradınıza çatdınız) Dünyanızdan nikbin olun və qəlbləriniz gələcək fitnələrə hazırlıqlı olsun. İti qılınclar və zorakılığın, zülmün və azğınlığın ən pisini rəva görən təcavüzkarların gücü müjdələr olsun sizə. Əhatəedici fitnələr və dövlət xəzinəsi heç kimin rəğbət etməyəcəyi qədər mal buraxan zalımların zülmü müjdələr olsun sizə! Onlar cəmiyyətinizi (məhsulunuzu) biçəcəklər. O halda həsrət və kədər olsun sizə! Haralardasınız? Həqiqətən (Allahın haqq və mərhəmət yolu) sizə itmişdir, “İstəmədiyiniz halda mı biz sizi Allahın rəhmətinə

Page 74: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

73

(doğru yola və siratəl müstəqimə (doğru yola hidayət olmaq)) məcbur edək?!” [61]

Beləliklə, Nəbinin (s) vəfatından sonra, arxada olanlar önə keçdi və öndə olanlar arxaya keçdi. Əbu Bəkr, Ömər və onların tərəfdarları, iqtidarı ələ keçirdi və Rəsulullahın (ə) Vəsisi, Əli İbni Əbu Talib (ə) uzaqlaşdırıldı və ona zərər verildi, ona və Zəhra (s. ə)-ya. Fatimə (s. ə), İmam Əlinin (ə) Əbu Bəkrə beyət etməyə məcbur etmək məqsədi ilə Ömər və bir dəstə munafiqin Xanımın (s. ə) evinə hucüm etməsindən sonra, Xanım (s. ə) vəfat etdi. Və Ömər (l.ə), Fatiməni (s. ə) şallaq ilə vurdu. Və Onu (s. ə), divar ilə qapı arasında sıxdı. Taki, Ömər (l.ə), Onun (s. ə) qabırğasını sındırdı və mismarda onun sinəsini deşdi və Onun (s. ə) körpəsini, ana bətnində olarkən siqt olmasına (düşməyinə) səbəb oldu. Xanım Zəhra (s. ə), Nəbinin (ə) bu mənaya gələn sözünü söylədiyini eşidən insanlar tərəfindən zülmə məruz qalmış və mübarizə aparılmış bir halətdə, Atasının (s) yanına getdi:

“Allah, Fatimənin qəzəblənməsi ilə qəzəblənər.” [62]

Beləcə, Allahın haramına laqeydlik etdikləri zaman və Onun (c. c. ) məxluqatının ən əşrəfini kiçik saydıqları zaman, bədbəxtlik o insanları bürüdü:

(“Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.”-Bəqərə;17)

Və Nəbi (ə) buna baxmayaraq, yaşayışında Müsəlmanları tərk etmədi. Onları özündən sonrakı Vəsiyə və Onun (ə) övladlarından olan İmamlara (ə) sarı yönləndirməkdən əl çəkib onları tərk etmədi. Çünki, Allah Onu (ə) bu iş ilə məsul etmişdi. Amma seçim etmək, gərəkdiki cəzbedici olsun. (İmtahan üçün) Samirinin olmas lazımdır... Və buzovun da olması lazımdır...

Allahın buyurduğu kimi:

(“İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır. Bəlkə yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.”-Ənkəbut;2-4)

Və əsasən, Müsəlmanları doğru yola və özündən sonrakı Vəsilər və Allahın yer üzündəki Xəlifələrinə hidayət etdiyi ilə əlaqədar, Nəbi (s)-in bəzi hədislərini seçmək istədiyim zaman, tərəddüd etdim. Hansını seçməli idim? Şiə kitabları olsun, Sünni kitabları olsun, o qədər çoxdur ki. Və əsasən, bir neçəsi ilə kifayətlənmiş olsamda, Allahdan diləyirəm ki, bunlar, din üçün bir zəfər,

61 Məainul-Əxbar səhifə 355. Təbəri, Dəlailul-İmamə, səhifə 128. Əmalut-Tusi, səhifə 376. Əl-Ehticac, cild 1/səhifə

149. Biharul-Ənvar, cild 43/səhifə 159. 62

Hənəfi Qunduzi, Yənabiul-Məvəddə, cild 25/səhifə 56. Zəhairul-Uqbə, səhifə 39. Əmali Şeyx Səduq, s.467

Page 75: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

74

müsəlmanlar üçün bir fayda və möminlər üçündə bir dəstək olmağı təmin edər İnşəAllah.

Hafiz Muhibuddin Əhməd Təbəri nəql etmişdir ki, (O, Sünni alimidir və raviləri “Zəhairul-Uqba fi Mənaqibi Zil-Qurba” kitabında zikr edilmişdir) Ənəs nəql edir ki, Rəsulullahın (s) yanında bir quş vardı və O (s) buyurdu:

“İlahi! Bu quşu mənim ilə birgə yeməsi üçün, Sənə ən əziz olan məxluqunun yanıma gəlməsini təmin et” Və bu sözdən sonra, Əli İbni Əbu Talib (ə) gəlib çıxdı və Rəsulullah (s) ilə birgə yemək yedi.” [63]

Muədə Əl Ğəfəriyya dedi: Ayişənin evində olan Nəbiyə (ə) baş çəkməyə getdim. Əli də ordan çıxırdı. Məndə, Rəsulullahın (s) bu cür dediyini eşitdim:

“Ey Ayişə! Şübhəsiz ki bu şəxs (Əli ə. s), bütün kişilərin ən əzizi və mənim üçün ən dəyərli olanıdır. Buna görədə, onun haqlarını tanı və ona zəkatını ver.” [64]

Bəra İbni Azib nəql edir ki, Rəsulullah (s) buyurdu:

“Mənim üçün Əli, bədənimdəki baş kimidir!” [65]

Mutəllib İbni Abdullah İbni Xənsəb nəql edir ki, Səqif elçiləri gəldiyi vaxt, Nəbi (ə) onlara dedi:

“Sizlər (ilahi dinlərdən heç birinə inanmayanlar), ya İslam dininə keçəcəksiz, yada sizə məndən olan (yəni özüm kimi olan) bir şəxsi göndərəcəm... Boyunlarınızı kəsməsi, oğullarınızı qul etməsi və malınızı əlinizdən alması üçün!” Ömər dedi: “Vallahi, mən hələ bugünə qədər əmirliyi (başçılığı) istəməmişdim, sinəmi qabardır və dik tutaraq, arzu edirdim ki, indi bu dəyqə Rəsulullah (ə) həmin o (təriflədiyini) şəxsin mən (Ömər) olacağını deyəcək.” Amma O (s), Əli (ə)-a sarı yönəldi və əlini tutaraq dedi: “Bu onundur, bu onundur!” [66]

Ənəs İbni Malik nəql edir ki, Rəsulullah (ə) buyurdu:

“Hər bir Nəbi, öz ümmətində bir köməkçiyə sahibdir və Əli də mənim köməkçimdir.” [67]

Əbu Əyyub nəql edir ki, Rəsulullah (ə) buyurdu:

“Şübhəsiz ki, Mələklər mənə və Əliyə salavatlar göndərdi, çünki biz namaz qılırdıq, və bizdən başqa heç kəs yanımızda namaz qılmırdı.” [68]

Əbu Zərr nəql edir ki, Rəsulullah (s) buyurdu:

63 Zəhairul Uqbə, səhifə 61. Sunəni-Tirmizi, cild 5/səhifə 300. Suhfətul-Əhadis, cild 10/səhifə 153

64 Zəhairul Uqbə, səhifə 62. Yənabiul-Məvəddə, cild 1/səhifə 245. Usdul-Ğabə, cild 5/səhifə 548

65 Zəhairul Uqbə, səhifə 63. Yənabiul-Məvəddə, cild 2/səhifə 152

66 Zəhairul Uqbə, s.64. Əbdur Rəzzaq Sənəni, Musənnəf, cild 11/s.226. Biharul-Ənvar, cild 38/s.308. Əyanuş-Şiə,

cild 1/s.354 və s. 67

Zəhairul Uqbə, s. 64. Əl-Ğədir, cild 3/səhifə 23. Cəvahirul-Mətalib fi Mənaqibi İmam Əli (ə), cild 1/s. 61 68

Zəhairul Uqbə, səhifə 64. Əl-Ğədir, cild 3/səhifə 220. Tarixi Diməşq, cild 24/səhifə 39.

Page 76: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

75

“Mən, səmaya aparılan zaman, nurdan bir taxtın üzərində oturan bir mələyin yanından keçdim və onun ayaqlarından biri qərbdə və biridə şərqdə idi və O, əlində olan bir lövhəyə nəzər salırdı və bütün dünya onun gözlərinin arasında idi və məxluqat onun dizlərinin arasında idi və onun əlləri, Şərqə və Qərbə çatırdı. Beləliklə mən dedim: “Ey Cəbrail, bu şəxs kimdir?” Cəbrail dedi: “Bu şəxs Əzraildir. Birazda yaxına gəl və ona salam göndər.” Mən yaxınlaşdım və ona salam göndərdim. O dedi: “Və salam olsun sənə də ey Əhməd (ə), əmin oğlu Əli (ə) necədi?” Mən dedim: “Sən mənim əmi oğlumu tanıyırsan ki?” Əzrail dedi: “Axı mən onu necə tanımıya bilərəm? Bir haldakı Allah-Təala mənə məxluqatın ruhlarını almağı əmr etdi. Sənin ruhun və əmin oğlu Əli İbni Əbu Talibin (ə) ruhundan savayı. Çünki Allah, sizin (Muhəmməd ə. s və Əlinin ə. s) ruhlarınızı, Öz istəyi ilə alar (mən vasitə olmaram).” [69]

Ümmü Sələmə nəql edir ki, Rəsulullah (s) buyurdu:

“Əlini sevən məni sevmişdir və məni sevən də, Allahı sevmişdir. Və Əliyə nifrət edən mənə nifrət etmişdir və mənə nifrət edən də, Allah-Təala nifrət etmişdir!” [70]

İbni Abbas nəql edir ki:

“Rəsulullah (s)-in evində, Abbas ilə birgə əyləşmişdim. Və birdən Əli İbni Əbu Talib (ə) içəri daxil oldu və salam verdi. Rəsulullah (s)-də ona cavab verdi və onun üçün ayağa qalxdı və onu qucaqladı və gözlərinin arasından öpdü və onu öz sağ tərəfində əyləşdirdi. Abbas dedi ki:

“Ey Allahın Rəsulu! Sən bu kişini necə də çox istiyirsən!” Rəsulullah (ə) buyurdu: “Vallahi, Allah onu məndən də çox istiyir. Şübhəsiz ki Allah, hər bir Nəbinin nəslini,elə digər nəbinin nəslindən qıldı. Mənim nəslimi isə, Əlidən (ə) qıldı. (Yəni, mənim nəslim, Əlinin (ə) vasitəsi ilə davam edər). [71]

İmran İbni Huseyn nəql edir ki, Rəsulullah (ə) buyurdu:

“Şübhəsiz ki, Əli məndəndir və Mən də Əlidənəm və O, məndən sonra hər bir möminin Vəlisidir.” [72]

Əbu Rafi nəql edir ki:

Əli (ə), Uhud günündə Əshabul-Livanı (ələmdarları) öldürdüyü zaman, Cəbrail (ə) bu cür dedi:

69 Mənaqibi Əli İbni Əbu Talib, cild 2/səhifə 75. Zəhairul Uqbə, səhifə 65.

70 Mənaqibi Əli İbni Əbu Talib, cild 2/səhifə 217. Mustədrəki Hakim, cild 3/səhifə 130 və sair

71 Şukəni, Nilul-Əutər, cild 6/səhifə 139. Tarixi Bağdadi, cild 1/səhifə 333. Tarixi Diməşq, cild 42/səhifə 259.

Mizanul-İtidal, cild 2/səhifə 586 72

Mənaqibi Əli İbni Əbu Talib, cild 2/səhifə 59. Zəhairul Uqbə, səhifə 68.

Page 77: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

76

“Ey Allahın Rəsulu! Şübhəsiz ki bu həqiqi bir təsəllidir.” Nəbi (s) də buyurdu: “Şübhəsiz ki, Əli məndəndir və məndə ondanam.” Cəbrail (ə) bu cür dedi: “Məndə sizin ikinizdənəm.” [73]

İbni Hamis nəql edir ki, Rəsulullah (ə) buyurdu:

“Mən səmaya aparıldım və sağdakı Ərşin ayaq tərəfinə nəzər saldım, bir kitab gördüm və oxudum ki yazılmışdı: “Muhəmməd, Allahın Rəsuludur, Mən (yəni Allah-Təala), Muhəmmədi Əli ilə dəstəklədim və Muhəmmədə Əli ilə kömək etdim.” [74]

Bureydə nəql edir ki, Rəsulullah (ə) buyurdu:

“Hər Nəbinin bir Vəsisi və Varisi vardır. Şübhəsiz ki, Əli də mənim Vəsim və Varisimdir.” [75]

Təbəri, “Vəsilik” ilə nəyin deyilmək istənildiyini təfsir etdi və dəlil olaraq rəvayətləri zikr etdi. Və iddia etdi ki,Vəsilik ilə demək istənilən şey, Nəbinin (ə), Əliyə (ə) özünü (Yəni Muhəmmədi ə. s) qüsl etməsini (öldükdən sonra meyyid qüslü verməsini) tövsiyyə etməsidir. [76]

Subhanallah! Bu insanlar, özlərini necədə çaşdırırlar və onlar bu kimi rəvayətləri görürlər, ama yenədə sağa-sola meyl edirlər!!

Ənəsdən nəql edilmişdir ki, Ənəs dedi:

“Mən, Nəbinin (ə) evində idim. O (ə) Əlinin (ə) gəldiyini gördü və bu cür buyurdu:

73 Mənaqibi Əli İbni Əbu Talib, cild 2/səhifə 316. Zəhairul Uqbə, səhifə 86.

74 Zəhairul Uqbə, səhifə 69. Mənaqibi İbni Şəhr Aşub, cild 1/səhifə 254. Məcməuz-Zəvaid, cild 9/səhifə 121.

Təbərani, Mucməul-Kəbir, cild 22/səhifə 200. 75

Zəhairul Uqbə, səhifə 71. Mənaqibi Əli İbni Əbu Talib, cild 2/səhifə 35. Yənabiul-Məvəddə, cild 2/səhifə 163. 76

Əhməd İbni Abdullah Təbəri, Zəhairul Uqbə kitabında, əvvəlki hədisi zikr etdikdən sonra, bu cür deyir: “Bu hədis doğrudursa, onda vərasət Muaz İbni Cəbəlib Ondan (ə) nəql etdiyi məsələ üzərinə həyata keçəcəkdir. O bu cür nəql edir ki, Əli (ə) buyurdu: “Ey Allahın Rəsulu (ə), Mən sizdən nəyi miras alaram?” Rəsulullah (ə) buyurdu: “Nəbilərin bir-birilərindən miras aldığını alarsan. Allahın Kitabını və Onun Nəbisinin Sünnətini.” Və tövsiyyə edilən şey, Ənəsin nəql etdiyi şey üzrə həyata keçmişdir: Nəbi (ə) buyurmuşdur: “Vasim və Varisim, borclarımı ödəyər və vədlərimi yerinə yetirər, ki Əli İbni Əbu Talibdir, Allah ondan razı olsun.” Əhrəcə Əhməd Mənaqibdə... və hərəcə İbni Sirac, yada Huseyn İbni Əlinin atalarından nəql etdiyi üzərinə, o nəql edir, Nəbi (s) Əli (ə)-a tapşırdı ki, O (s) vəfat edəndən sonra ona qüsl versin, Əli (ə) da buyurdu: “Ey Allahın Rəsulu (ə), Mən qorxuram ki, buna (bu cür kədərli bir şeyə) dözə bilmərəm.” Rəsullullah (ə) isə buyurdu: “ Mənim üzərimdə sənə köməklik ediləcəkdir.” Əli (ə) da buyurdu: “ And olsun Allaha ki, (Rəsulullah (ə) vəfat edəndən sonra ona qüsl verəndə) hər dəfə Onun (ə) bir üzvünü yana çevirmək istəsəydim, o anda o üzv özü mənim üçün çevrilirdi.” Və bu, vərasəti və tövsiyyəni inkar etmək məsələsindəki səhih hədislərdən zikr edilən şey tərəfindən dəstəklənir, və O (s) onlara bir yol vəd etmədi, Allahın kitabında olan şey, bəzi dəvə dişlərini özündə ehtiva edən lövhədəki şey və bizlərin 10 nəfərin fəzilətləri haqqında Riadun-Nadirə kitabında qərar verdiyimiz və ağıl üzərində olan yolu çıxmaq şərti ilə.”-Zəhairul Uqbə, səhifə 71.

Page 78: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

77

“Ey Ənəs! Mən dedim: “Ləbbeyk (əmrinizdəyəm)”. O (ə) buyurdu: “Bu gələn şəxs, Qiyamət Günü ümmətim üzərinə Höccətimdir.” [77]

Bəra ibni Azib nəql edir ki:

Biz Nəbi (ə) ilə səyahət edirdik. Sonra Qədiri-Xum deyilən bir yerdə dayandıq. Biz camaat namazı qıldıq və ağacın altında bir yer, Rəsulullah (ə) üçün təmizləndi. O (ə) günorta namazını qıldı və Əlinin (ə) əlinnən tutaraq buyurdu:

“Mənim hər bir möminə, özündən daha övla olduğuma şahidsinizmi?” İnsanlar da bəli dedilər. Və Əlinin (ə) əlindən tutdu və buyurdu: “Mən hər kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, ona dost olana dost ol, ona düşmən olana Səndə düşmən ol” Və bundan sonra Ömər Əli (ə) ilə görüşdü (təbrikləşdi) və dedi: “Təbriklər ey İbni Əbu Talib! Sən hər mömin kişi və qadının Mövlası oldun.” [78]

Və Mənaqib də zikr edildiyi görə, Rəsulullah (ə) bu sözü də əlavə etmişdi:

“İlahi, ona yardım edənə yardım et və onu sevəni Səndə sev.” [79]

Və bu, Qədir Hədisidir. “Dağın başındakı alovdan daha məşhurdur.”-(Bu söz, bir atalar sözüdür. Qədim Ərəblər, səyyaha yolu göstərmək üçün, dağın başında bir od qalayardılar).

Və bu hədis, iki dəstədən (Sünni və Şiə) gəlib çatan Mutəvatir bir hədisdir. (Yəni onu nəql edən şəxslər, onun haqqında yalan danışmış, uydurmuş ola bilməzlər). Amma insanlar; Rəsulullahın (ə) Əlinin (ə) Vilayətini öz Vilayətinə və öz Vilayətini də Allah-Təalanın Vilayətinə qatmasına (bir zəncivari şəkildə etməsinə) baxmayaraq, Vilayət məsələsini səhv təfsir edirlər.

Təbəri Ömərdən nəql etmişdir ki, Ömər bir şəxsə dedi:

“Vay sənin halına! Sən bu kişinin kim olduğun bilmirsən, bu mənim və hər bir möminin Mövlasıdır və Əlinin Mövlası olmadığı kəs, mömin deyildir.” [80]

Kaşki başa düşəydim!! Sən onu, öz ağan və Mövlan olaraq qəbul etmişdinsə, rastki belə idisə, Sən və tərəfdarların görəsən nə səbəbə Əlinin (ə) haqqı çeynədiz? Nə üçün onun evini yandırmaq istədiz? Daha doğrusu, onu öldürməyi planlaşdırdız. Bu məsələ, eynilə Samirinin Haruna (ə) qarşı olan qısqanclığının eynisi deyilmi? İblisin (l.ə), Adəmə (ə) qarşı olan təkəbbürü deyilmi? Və kaşki biləydim! (kinayə ilə deyilmişdir). Görəsən bu İblisə təkəbbürü kim öyrətdi və İblisi kim azdırdı!!!

77 Zəhairul Uqbə, səhifə 77. Yənabiul-Məvəddə, cild 2/səhifə 170. Cəvahirul-İmam Əli İbni Əbu Talib (ə), cild

1/səhifə 193. 78

Zəhairul Uqbə, səhifə 76. Musnədi-Əhməd, cild 4/səhifə 281. 79

Mənaqibi Əli İbni Əbu Talib, cild 2/səhifə 236. 80

Təbəri, Bişarətul-Mustafa sallahu aleyhi və alih, səhifə 362. Zəhairul Uqbə, səhifə 68. Hakim, Şəvahidut-Tənzil, cild 1/səhifə 349 və həmin mənbədə, “Vəyhəq” əvəzində “Vəyləkə” (vay olsun sənə) deyə zikr edilmişdir.

Page 79: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

78

(Qeyd:Əhməd (ə), bu məsələni digər bir yazısında ətraflı açmış və bildirmişdiki, İblisi azdıran Ömər idi. Çünki Ömər, cəhalət idi. Maraqlananlar, Əhməd (ə)-ın digər kitablarına da müraciət edə bilərlər).

Təbəri, Səd İbni Əbi Vəqqasdan nəql edir ki, Nəbi (s) Əli (ə)-a bu cür buyurdu:

“Sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra Nəbi olmayacaqdır.” [81]

Və bu hədis,dağdakı alovdan daha məşhurdur. Deyirəm ki: Əgər siz Onun (ə), Harunun Musaya olan nisbəti kimi olduğunu gördünüzsə, onda Harunun Musa (ə) üçün olan mövqeyini görməmək üçün, kor olmağınız lazım deyilmi? Məgər Quran demirmi ki, Harun Musanın xəlifəsidir?!

(“Biz Musaya otuz gecəlik vədə verdik və buna on gecə də əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Xalqımın içərisində məni əvəz et, onları islah et və fəsad törədənlərin yoluna uyma!”-Əraf;142)

Vallahi, Onun və ondan sonrakı övladlarının Vəsiliyi və onların Rəsulullahın (ə) xəlifələri olması məsələsi, Şiələrin nəql etdiklərindən əlavə, həmdə Sünnilərin Rəsulullahdan (ə) nəql etdiklərinin içində də mövcuddur və Quranın bir çox ayəsində də bəyan edilmişdir və hamısı günəşdən daha parlaqdır. Hətta, onların zikri; mövcud Tövrat və İncildə də vardır. Yəhudilər və Xristianlar keçmişdə onların xatırlanmasını yox etməyə çalışmalarına baxmayaraq. eynilə bəzi müsəlmanlar kimi... Quran və Rəsulullah (s) müsəlmanlara tövsiyyə etmiş olmasına baxmayaraq, onların zikrini yox etməyə çalışmışlar və hələdə bu günlərdə də bunu etməyə səy etməkdədirlər. Və gözləyin, şübhəsiz ki bizdə gözləyirik. Və hər kim Sünni kitablarında bu mövzu ilə əlaqədar daha çox məlumat əldə etmək istəyirsə, bu mənbələrə nəzər salsın:

Təbəri, Zəhairul-Uqba, Yənabiul-Məvəddə, Fəraidus-Simtəyn, Sunəni-Tirmizi, Musnədi-Əhməd, Əl-Mənaqib, Şafei, Mətalibus-Suul, Musnədi-Buxari, Musnədi-Muslim yada onların Səhiheyn (iki doğru/səhih kitab) adlandırdıqları məsələ, Sunəni-Əbu Davud, Nəsai, Sunəni-İbni Macə, Hakim Nişaburi, Kifayətut-Talib və digər mənbələr.

Əllamə (müxtəlif elmləri bilən), Fəqih Muhəmməd İbni Əli İbni Osman Kərraçi (ə), Şiə alimlərinin öndərlərindəndir. Və eyni zamanda, Şeyx Muhəqqiq Tusi (ə) ilə eyni dövrdə yaşamış şəxslərdəndir. O, Şiə alimləri arasında, ən üst ehtiram mərtəbəsindədir və seçimləri onun haqqında deyildiyi kimi, birinci sinif (üstün sinifdəndir). Və öz Kitabı olan Kitabi Əl-İstinsarda bu cür deyir:

“Şeyx Müfid mənə bildirdi və Əbu Cəfər Əs-Sani (ə) və onun Atalarından (ə) Əmirəl-Möminin Əli (ə)-a qədər olan sənədini (ravi zəncirini) zikr etdi; Rəsulullah (s) buyurmuşdur:

81 Zəhairul Uqbə, səhifə 63. Səhihi İbni Hibban, cild 15/səhifə 371. Təbərani, Mucməul-Əusat, cild 5/səhifə 287.

Mucəmus-Sağir, cild 2/səhifə 22.

Page 80: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

79

“Qədr gecəsinə iman gətirin, çünki, şübhə yoxdur ki ilin əmri məhz qədr gecəsində nazil olar və şübhəsiz ki, bu əmrin məndən sonrakı vulatı (sahibləri) vardır. Əli İbni Əbu Talib və onun 11 övladı.” [82]

Və İsnad ilə (yəni-filan və filanidən... onlarda Rəsulullahdan (ə) nəql etmişdir) Əbu Cəfər Muhəmməd İbni Baqir (ə)-dan, oda Cabir ibni Abdullah Əl-Ənsaridən (ə) nəql edir ki, Rəsulullah (ə) buyurdu:

“Qədr gecəsinə sadiq qalın, çünki şübəsiz ki o məndən sonra Əli İbni Əbu Talib və ondan sonrakı 11 övladı üçün olacaqdır.” [83]

Və Əbu Cəfər (ə)-dan (Yəni, İmam Baqirdən ə. s) , oda Atalarından (ə) nəql edir ki, Rəsulullah (ə) buyurdu:

“Şübhəsiz ki, Mən və ailəmdən 12 nəfər şəxs, onların ilki də Əli İbni Əbu Talibdir, yer üzünün dirəkləriyik (sütunları), Allah-Təala, yer üzü öz əhli ilə yox olub aradan getməsin deyə, Onun (Huccətullah ə. s) vasitəsi ilə onu (yer üzünü) saxlamışdır, əgər bundan belə ailəmdən 12 nəfər şəxs olmayacaqsa (İmamət etməyəcəkdisə), onda yer üzü dərhal öz sakinlərini udacaq!” [84]

Əbu Cəfər (ə)-dan nəql edilmişdir ki, Rəsulullah (ə) buyurdu:

“Mənin soyumdan, 12 uca xəlifə olacaqdır, onlar mələklərin söhbət etdiyi (muhəddis) kimsələrdir və çox ağıllıdırlar. Onlardan olan Qaim olacaqdır ki, yer üzü zülm və haqsızlıqla dolduğu kimi, onu haqq və ədalətlə dolduracaqdır.” [85]

Əbu Abdullah (ə)-dan nəql edilir ki, Rəsulullah (ə) buyurdu:

“Allah-Təala, günlərin içindən Cümə gününü seçdi, ayların içindən Ramazan ayını seçdi və gecələrin içindən isə, Qədr gecəsini seçdi. Və O (c. c. ), insanların içindən Nəbilər seçdi və Nəbilərin içindən Rəsullar seçdi və Rəsulların içindən Məni (Muhəmmədi ə. s) seçdi və məndən Əlini seçdi və Əlidən Həsəni və Huseyni seçdi və Huseyndən də Vəsilər seçdi. Və onlar, Huseynin nəslindən 9 nəfərdir, ki Onlar, bu dindən Ğəliyyinin (Həddi aşanların) azğınlıqlarını, saxtakarların oğurluqlarını və cahillərin təfsirlərini çıxaracaqdır. Onların doqquzuncusu, Onların (İmamların) içində ən zahir/aşikar olanıdır. Onların təmsilçisi və Onların Qaimidir və O, Onların (İmamların) ən yaxşısı/xeyirlisidir (əfzəlidir)” [86]

Və İmam Sadiq (ə)-ın Atalarından (ə), onlarında Rəsulullahdan (ə) nəql etdikləri şeyə gəldikdə isə, O (s) buyurmuşdur:

“Sevinin! Sevinin! Mənim ümmətimin misalı, bir yağış kimidir, ki siz o yağışın başının vəya sonun daha yaxşı olduğunu (ayırd edə) bilməzsiniz. Mənim

82 Əl İstinsar, səhifə 8. İrşadul-Mufid, cild 2/səhifə 246. Əl-Kafi, cild 1/səhifə 533. Mənaqibi Əli İbni Əbu Talib,

cild 1/səhifə 257 83

Əl İstinsar, səhifə 8. 84

Əl İstinsar, səhifə 8. Hələbi, Təqribul-Məarif, səhifə 419. 85

Əl Kafi, cild 1/səhifə 534. Əl İstinsar, səhifə 7. 86

Kəmalud-Din, səhifə 281. Muqtədabul-Əthar, səhifə 10. Əl-İstinsar, 8.

Page 81: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

80

ümmətimin misalı,bir bağça kimidir, ki bəziləri bağçadan bu il bəslənər və digərləri də gələcək il bəslənər. Hətta olabilər ki, ondan bəslənən kəslər, sonradan daha yaxşısına sahib olacaqdır, daha qalıcı və daha yüksək məhsuldarlığa. Mənimlə başlayıb 12 muvəffəq alim kəs ilə sona yetəcək bir ümmət, necə həlak ola bilər ki? Məsih İbni Məryəm isə, onların sonuncusudur. Ancaq fitnə-fəsad çxaranlar, həlak olacaqdır! Onlar məndən deyil və məndə onlardan deyiləm.” [87]

Və Əllamə İbni Əyyaş (ə), öz kitabı olan Muqtədabul-Ətharda, Səlman Farsiyə qədər olan isnad ilə nəql etmişdir ki, Salman nəql edir:

“Biz, Rəsulullah (ə) ilə bir yerdə idi. Huseyn İbni Əli (ə) isə, onu ayağının üstündə idi, O (ə) Huseynin (ə) üzünə baxdı və Ona (ə) dedi:

“Ey Əba Abdullah! Sən, seyyidlərin arasından bir seyyidsən və sən, İmam oğlu İmamsan, İmamın qardaşısan və 9 İmamın atasısan. Onların doqquzuncusu onların Qaimidir, onların İmamıdır, onların arasında ən alimidir, ən məlumatlısıdır və onların ən xeyirlisi (əfzəlidir).” [88]

Əlinin (ə) və onun 11 övladının və onların Rəsulullahın (ə) xəlifələri olması məsələsi haqqındakı dəlillər, çox saylıdır və bəlkə də, dəlillərin ən böyüyü, məhz budur:

(“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!”-Qədr;1)

Çünki bu surə işarət edir ki, Mələklər və Ruh, Nəbidən (ə) sonra, Allahın izni ilə, Onun (s) məsum xəlifələrinə nazil olar. Yada: Müsəlmanlar, onun varlığı üzərində həmfikir olmaqlarına baxmayaraq, demişlər ki, o, Nəbi (s) ilə birgə getmişdir. Və eyni zaman, həmin bu kimi sözləri deyənlər, elə özləridə hər il, ramazan ayının son 10 günündə, onu (qədr gecəsini) axtarırlar və istəyən şəxs bu cür desin: Uçsada keçidir!!!

(Tərcüməçinin qeydi: Keçi məsəlini, Əhməd (ə) inadkarlıq edib vilayəti inkar edənlər üçün çəkmişdir, ki bu məsəl, çox məşhur məsəldir. Belə ki bu, inadkar və səhv olduğu halda, düz dediyini iddia edən şəxsin məsəlidir. Belə ki, iki nəfər dost olur, və onlar səhranın ortasında, uzaqdan bir qaraltı sezirlər. Dostlardan biri deyirki, bu qaraltı quşdur. O biri dost isə deyirki, yox yox bu keçidir! Və iki dost, qaraltıya yaxınlaşdıqları zaman, görürlərki o quş imiş və həmin quş, o iki nəfəri görən kimi uçub gedir. Qaraltının quş olmasını əvvəlcədən deyən dost, qaraltının keçi olduğunu iddia edən dostuna deyir: “Gördün? Mən sənə demişdim axı bu qaraltı məhz quşdur!” O biri inadkar dost isə deyir: “Subhanallah! Keçidə uçarmış! Sən quş olduğunu iddia etsən belə, bu qaraltı, Uçsada keçidir!!”)

İmam Baqir (ə) buyurmuşdur:

“Ey Şiələr! (“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!”) surəsi ilə (muxaliflərlə) bəhs edin. Muzəffər olacaqsınız. Çünki And olsun Allaha ki, o (qədr

87 Əl Xisal, səhifə 476. Uyuni Əxbarir-Riza (ə), cild 2/səhifə 56. Kəmalud-Din, səhifə 269.

88 Muqtədabul-Əthar, səhifə 11. Biharul-Ənvar, cild 36/səhifə 372. Əl Xisal, səhifə 475-də kiçik fərq ilə. Uyuni

Əxbarir-Riza (ə), cild 2/səhifə 56.

Page 82: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

81

surəsi), Allahın Rəsulullahdan (ə) sonrakı məxluqatı üzərinə bir höccətdir və o (qədr surəsi), dininizin cütüdür və o, elmimizin məqsədidir ey Şiələr. Ey Şiələr! (“Ha, Mim. Açıq Kitaba and olsun”) ayəsi ilə bəhs edin. Çünki o, məxsusən Rəsulullahdan (ə) sonrakı əmrin hökmdarları üçündür...” [89]

İmam Sadiq (ə) Atalarından (ə) nəql edir ki, Nəbi (s) buyurmuşdur:

“Mən səmaya aparıldığım zaman, Uca Rəbbim mənə vəhy etdi...” Və hadisə davam etdi və nəhayət O (s) bu cür buyurdu: “Başımı qaldırdım və birdən Əli, Fatimə, Həsən, Huseyn, Əli İbni Huseyn, Muhəmməd, Cəfər, Musa, Əli, Muhəmməd, Əli, Həsən və onların ortasında bir inci kimi ulduza bənzəyən Höccət İbni Həsən Qaimin nurlarını gördüm, dedim: “Rəbbim. Bunlar kimlərdir belə?” O Subhanəhu və Təala buyurdu: “Bunlar İmamlardır və bu, mənim Halalımı halal, Haramımı haram edəcək Qaimdir və onun vasitəsi ilə düşmənlərimdən intiqam alacağam və o, Mənim dostlarım üçün bir təsəllidir və o, sənin Şiələrinin qəlblərini zalımlardan, nankorlardan və kafirlərdən təmizləyib mualicə edəcək kəsdir, Lat və Uzza bədən içində ortaya çıxacaq və oda onları yandıracaqdır, o gün onların yanındakı insanların azqınlığı, Buzov və Samirinin azqınlığından daha şiddətli olacaqdır.” [90]

Şeyx Səduq, həm Kəmalud-Din, həmdə Uyuni-Əxbarir-Riza da bu cür deyir: “Atam və İbni Vəliddən (nəqlən) və hədisi İmam Sadiq (ə) İmam Baqir (ə)-dan, oda Cabir İbni Abdullah Ənsaridən nəql etmişdir:

“Mən (Cabir), Fatimənin (s. ə) əlində Allahın Rəsulullaha (ə) verdiyi və Rəsulullahında Fatiməyə (s. ə) verdiyi lövhəni gördüm, orda bu cür yazılmışdı:

“Rəhman və Rəhim olan Allahın adı ilə. Bu, Uca və Həkim olan Allahdan Öz nuru, elçisi, hicabı və huccəti olan Muhəmmədə (s) olan bir Kitabdır. Ruhul-Əmin, Aləmlərin Rəbbindən kitab ilə birgə nazil oldu. Ey Muhəmməd! İsimlərimi ucalt və nemətlərimə şükr et, nemətlərimə qarşı çıxma. Şübhəsiz ki, Mən Allaham. Məndən başqa ilah yoxdur. Cəbərutu (divləri) yox edər, zalımları dağıdar, məzlumları zəfərə çatdıraram və Din Gününün Dəyyanıyam. Şübhəsiz ki, Mən Allaham. Məndən başqa ilah yoxdur. Hərkim məndən başqasının lütfünə bel bağlasa vəya mənim ədalətimdən başqa bir şeydən qorxsa, ona elə bir əzab verərəm ki, aləmlərdə heçkəsə o cür bir əzab etməmişəm. Elə isə, ancaq mənə ibadət et və mənə təvəkkül et. Mən, göndərdiyim heç bir nəbini, ömrü başa çatmadan əvvəl vəsisiz qoymadım. Mən, səni bütün nəbilərdən üstün etdim. Sənin vəsini də, bütün vəsilərdən üstün etdim və sənə şir kimi iki övlad verdim. Həsən ilə Huseyni verdim. Atasının müddəti başa çatdıqdan sonra, Həsən, elmin qaynağı olacaq, Huseyn də vəhyimin qaynağı olacaqdır. Onu şəhadətlə kəramətləndirib, sonunu səadət ilə təsdiqlədim. O, mənim yolumda şəhid olanların ən üstünüdür və mənim yanımda şəhidlərin ən ucasıdır və Mənim kamil

89 Əl Kafi, cild 1/səhifə 294. Biharul-Ənvar, cild 25/səhifə 72.

90 Kəmalud-Din, səhifə 253. Ğeybəti-Tusi, səhifə 173. Biharul-Ənvar, cild 52/səhifə 379. İlzamun-Nasib, cild

1/səhifə 169.

Page 83: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

82

sözümü onun ilə qərar qıldım. Mənim bəliğ höccətimi də ona verdim. Savabı və cəzanı onun övladları ilə qərar qıldım. Onların ilki Əlidir. İbadət edənlərin seyyidi, keçmişdəki övliyalarımın ziynətidir. Onun oğlu cəddi Mahmudun (s) adı ilə anılar, Muhəmməd Baqir. O, elmi yaran və açıqlayandır və hikmətimin mədənidir. Cəfər məsələsində (Onun İmamlığında) şübhə edənlər, həlak olacaqdır. Onu rədd edən məni rədd etmiş kimidir. Sözün doğrusu məndədir. Mən, Cəfəri əziz qılacağam. Onun şiələrini, köməkçilərini və vəlilərini xoşhal edəcəyəm. Ondan sonra gözləri kor edəcək bir fitnə qopacaq. Çünki, mənim fərz etdiyim (imamət) ipi qopmayacaqdır və mənim höccətim gizli qalmayacaq və mənim övliyalarıma dolu badələr ilə (nemətlər) təqdim ediləcək. Bu İmamlar, ərzin ən əşrəfləridir. Onlardan birini inkar edən, mənim bütün nemətlərimi inkar etmiş olar. Mənim kitabımdan bir ayəni dəyişdirən, mənə böhtan atmış olar. Vay olsun o kəslərə ki, həbibim və seçkin qulum Musa Kazımın müddəti başa çatanda, ona qarşı çıxaraq böhtanlar atacaqlar (Yəni İmam Museyi Kazimdən ə. s sonra, İmamlığın başa çatdığını deyəcəklər). Onu yalançı sayan, sanki bütün vəlilərimi yalançılıqda ittiham etmiş kimidir. Mən ona qüdrət və güc verəcəyəm. Ondan sonrakı xəlifəm Əli İbni Musa Ər-Rizadır. Onu zalım və təkəbbürlü bir şəxs öldürəcəkdir. O, saleh qulum olan Zulqərneynin inşa etdiyi bir şəhərdə dəfn ediləcək. Ən xeyirli qulum, ən xeyirsiz qulun yanına dəfn ediləcək (İmam Riza ə. s-ın qəbri olan yerdə, İmam Rizadan ə. s əlavə,O Həzrətin ayaq tərəfində, İmamların düşməni olan, İmam Rizanın ə. s atası İmam Museyi Kazimi ə. s şəhid edən Harun Ər-Rəşidin də cəsədi vardır). Haqq söz Məndəndir. Ondan sonrakı xəlifəm olan oğlu Muhəmməd ilə, onun gözlərini nurlandıracağam. Onun elminin varisi, Mənim də elmimin mədənidir. Sirrimin xəzinəsi, xalqıma olan dəlilimdir. Cənnəti ona mənzil olaraq qərar verdim. Onu, cəhənnəmin vacib edildiyi onun ailəsindən yetmiş min şəxsə, bir şəfaətçi qərar verdim və onun oğlu Əliyə səadəti xətm etdim. O, Mənim vəlim, köməkçim, qullarımın içindəki şahidim və vəhyim üzərinə əminimdir. Mənim yoluma xalqı dəvət edəni və elmimin xəzinəsi olan Həsəni, onun vücudundan yaradacağam. Sonra imaməti onun oğlu ilə tamamlayacağam. O, aləmlərə rəhmətdir. Musanın kamalı və İsanın şəni, Əyyubun səbri ondadır. Onun dövründə, övliyalarım zəlil olacaq, onların başlarını eynilə kafirlərin başları kimi bir-birlərinə hədiyyə edəcəklər. Öldürüləcəklər, yandırılacaqlar, qorxu için yaşayacaqlar. Yer üzü onların qanı ilə sulanacaq. Qadınları onların yasında fəryad edəcəklər. Onlardır mənim həqiqi vəlilərim. Onların xətrinə bütün qaranlıq fitnələri yox etmək mənim haqqımdır. Onların xətrinə zəlzələləri dayandıraram. Dərd və musibətləri də onların xətrinə bitirərəm. [91] (“Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.”-Bəqərə;157) [92]

Əbdur Rəhman İbni Salim deyir ki, Əbu Bəsir dedi:

91 Müt.: Bu mətn, Ğeybəti-Numanidən götürülmədir və digər mənbələrdə kiçik fərqliliklər ola bilər.

92 Kəmalud-Din, səhifə 308. Uyuni Əxbarir-Riza (ə), cild 2/səhifə 48. Əl Kafi, cild 1/səhifə 527. İxtisasi Mufid,

səhifə 211. Əl-Ehticac, cild 1/səhifə 84. Ğeybəti-Tusi, səhifə 145. Ğeybəti-Nömani, səhifə 71. Mənaqibi Əli İbni Əbu Talib (ə), cild 1/səhifə 255.

Page 84: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

83

“Əgər sadəcə olaraq bu hədisi eşitsən belə, bu sənə kifayət edər. Bunu, əhli olanlardan başqa hər kəsdən qoru.” [93]

Və eynisi, Biharda, Əmirəl-Möminin Əli (ə)-ın əl yazısı ilə Rəsulullah (s)-dən nəql edilmişdir [94]. Və Səhabənin eşitdiyi bütün şeylərə, Rəsulullahdan (ə) nəql etdiyi şeylərə, Onun (s) Əlinin (ə) yanındakı mövqeyinin və Onun (s) Əliyə (ə) və ondan sonrakı Vəsilər olan 11 övladını təqim etmək üçün olan seçiminə baxmayaraq, müsəlmanların əksəriyyəti, zəlalət imamlarını təqib etməyi seçdi və Buzov fitnəsinə düşüb Samiriyə qoşuldular!! Və onlar, Nəbinin (ə) vəfatında, Əliyə (ə) eynilə Bəni-İsrailin Musa (ə) olmuyanda (Dağa çıxanda) Haruna (ə) qarşı etdikləri kimi davrandılar və beləcə, Allahın onları içinə yuvarlanmamaları üçün xəbərdar etdiyi dönməklik (azqınlığa) yuvarlandılar və fitnə meydana gəldi. Allah-Təala buyurmuşdur:

(“Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə siz gerimi dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirməz. Allah şükür edənləri mükafatlandırar.”-Ali İmran;144)

Və insanlar, daban dabana arxa-arxaya geriyə döndülər, Nəbinin (ə) əshabının içində də az bir dəstəni çıxmaq şərti ilə (ki onlar 3 ilə 10 arası bir rəqəm təşkil edir) və həmin şəxslər, Əmmar, Əbu Zərr, Miqdad və Salmandır. Və sonra bir çox səhabə, həqiqətə və Əlinin (ə) muvalatına (tərəfdarı olmaqlığa) geri dönməyə başladılar. Onu (ə) atıb gedən və başlanğıcda Onun (ə) haqqını dəstəkləmədikdən və Nəbinin (ə) imaməti və xilafəti üzərinə sehrin və şərrin hakimiyyətindən ötrü gündən-günə artmağa başlamış zülmü gördükdən sonra (tövbə edib İmam Əliyə ə. s qoşuldular). Və ayrı seçkilik, beytul-maldan edilməyə başlandı. Nəhayət iş o yerə gəlib çatmışdı ki, Osman İbni Uffan (l.ə), Afrikanın beşdə birini, Mərvan İbni Həkəmə verdi [95]. Və İslam düşməni Muaviyə (l.ə), Ömər İbni Xəttabın (l.ə) höküməti dövründə, Ləvəntin Vəlisi oldu və Əbu Zəri (ə), idarə etdi (nəzarətdə saxladı). Əbu Zərr (ə), Muaviyənin bu dəb-dəbəsini və Müsəlmanların pulunu talan etməsini ortalığa çıxartdıqdan sonra, onu (Muaviyəni) alçaltdı və Ləvəntdən (Şamdan) uzaqlaşdırdı. Və ən nəhayətdə Osman İbni Uffan (l.ə), Əbu Zəri (ə) Rəbəzə çölünə sürgün edərək onu öldürmək üçün tələsdi və onu, tək tənha, məğlub bir halətdə və kasıblıq və aclıqdan əziyyət çəkərək ölməsi üçün, ölüm ilə üz-üzə qoydu. Halbuki, (Əbu Zərrdən min dəfə aşağı olan) Əbdur Rəhman İbni Əufun qızıldan olan mirası, baltaları sındırardı (yəni, onun qızılı o qədər çox idi ki, onu baltalar ilə doğrasan, balta özü qızılın say çoxluğuna davam gətirə bilməyib

93 Uyuni Əxbarir-Riza (ə), cild 2/səhifə 50. Kəmalud-Din, səhifə 311. Əl Kafi, cild 1/səhifə 529.

94 Biharul Ənvar, cild 36/səhifə 200.

95 İbni Əbil Hədid, Nəhcul-Bəlağənin şərhində deyir: “Onların üçüncüsü Osman İbni Uffan İbni Əbil Ass İbni

Üməyyə İbni Əbduş Şəms İbni Əbdul Mənafdır. Onun ləqəbi Əbu Əmrdir və anası Urvə Binti Qəriz İbni Rabiə İbni Həbib İbni Əbduş Şəmsdir. İnsanlar, Şura baş verdikdən sonra ona beyət etdilər və məsələ onun üçün tamam olduqdan sonra... və Afrika onun dövrü müddətində fəth edildi və o, bütün xumsu aldı və onu Mərvana verdi. Əbdur Rəhman İbni Hənbək Cəməhi də dedi ki: Sən, Mərvana ölkənin beşdə birini verdin... . !!”-Şərhi Nəhcul-Bəlağə, cild 1/səhifə 198.

Page 85: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

84

sınardı və təzə baltaya ehtiyac yaranardı). Və Təlhə, Osman, Səd və digərləri, daha artığına sahib idi və hamısını deməsəmdə, bunu deyirəm ki, onların sahib olduqları var-dövlət, ümumi olaraq Müsəlmanların beytul-malını əksəriyyətini təşkil edirdi. Və daha çox və ətraflı məlumat əldə etmək istəyənlər, Tarix kitablarına müraciət edə bilərlər. [96]

Və bizlər əgər Əbu Zərə desəydik ki: “Ey Əbu Zərr! Nə üçün həyatda bu qədər əziyyət və musibətlər çəkdin?” O bu sözü deyərdi:

“Əzizim olan Allahın Rəsulu (s), mənə bu cür buyurdu: “Həqiqəti söylə ey Əbu Zərr! Məndə həqiqəti dedim həmişə və həqiqət də məni tək qoydu.” [97]

Sən Mubarəksən Ey Əbu Zərr! Çünki, səni zindana atanlar alçaldıldı! Və onlar, səni öldürmədilər. Əksinə, sən onları öldürdün və onlar yaşayarkən ölü kimi oldular! Sən isə, bugünə qədər də möminlərin qəlbində həmişə dirisən! Hətta sən bizimləsən! Hər tərəfli və azad kimsənin qəldində, uca bir örnəksən! Ki onlar, olduqları hər bir yerdə, kasıbların, ehtiyacı olanların və mudafiəsiz qalanların haqqlarını tələb edərlər.

Və Rəsulullah (s)-dən sonra, muvəhhidlərin Mövlası, Əli İbni Əbu Talib (ə)-ın sözü, sənin üçün kafidir:

“Ey Əbu Zərr! Sən Allah xətrinə qəzəb etdin! Onun (c. c. ) xətrinə qəzəb etdiyin kəsə ümid bağla. Bu qövm, dünyaları xətrinə səndən qorxdu. Sən də, dinin üçün onlardan qorxdun. Səndən qorxduqları şeyi onlara burax, onlardan qorxduğun şey üçün də, onlardan qaç. Onları çəkindirdiyin şeyə nəqədər də möhtacdırlar, sən isə çəkindirdikləri şeydən tamamiylə mustəğnisən. Sabahı gün kimin qazandığını, kimin isə daha çox qibtə edildiyini biləcəksən. Hətta bu göylər və yer bir qula qapansaydı, əgər o qul Allahdan çəkinsəydi,Allah onları (göylər və yeri) təzədən insanlar üçün açardı/genişləndirərdi. Səninlə ancaq haqq dost olar, səndən ancaq batil qaçar. Onların dünyalarını qəbul etsəydin, səni sevərdilər. Dünyadan bir şeyi alsaydın, sənə aman verərdilər.” [98]

Və bu hadisədən əvvəl, İslama və müsəlmanlara bir çox hadisə və musibətlər zərbə vurdu, Əbu Bəkr, Xalid İbni Vəlidi, Malik İbni Nuveyrəni (ə) öldürmək və onun öldürüldüyü gecədə, onun zövcəsinə təcavüz etmək üçün göndərdi, niyə? Çünki Malik, Bəni-Təmim əl Bətahın zəkatını, Əbu Bəkrə ödəməyi qəbul etmədi. Çünki Əbu Bəkr (l.ə), Rəsulullahın (s) xilafətini, Müsəlmanların tanıdığı sahibindən təzyiqlərlə almışdı və onlar, Rəsulullahı (ə) Ğədiri-Xumda və digər hadisələrdə, onu xəlifə kimi təyin edərkən görmüş və eşitmişdilər. Və o şəxs də, Əli İbni Əbu

96 Şeyx Əmininin Əl-Ğədir kitabına nəzər salın: cild 8/səhifə 292 və həmçinin İbni Əbil Hədid Mötəzilinin Şərhi

Nəhcul-Bəlağə kitabına nəzər salın: cild 3/səhifə 54 və sair. 97

Rəsulullahın (s) Əbu Zərə (ə) əmrlərində nəql edilmişdir, ... Mən (Əbu Zərr) dedim ki: “Ey Allahın Rəsulu (ə), mənə daha çox anlat.” O (s) buyurdu: “Həqiqəti de, hətta həqiqət acı belə olsa.” Mən dedim: “Ey Allahın Rəsulu (ə), mənə daha çox anlat.” O (s) buyurdu: “Bir qınayanın qınağından ötrü Allahdan qorxma...”-Əmalut-Tusi, səhifə 539-541. 98

Nəhcul Bəlağə, cild 2/səhifə 17.

Page 86: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

85

Talib (ə) idi. Və ən qəribəsidə budur ki, Abbas Mahmud Əqqad (məşhur Misirli Sünni yazıçısı), Malik İbni Nuveyrənin sözlərini bu cür yazaraq keçir:

“Sizə dedim. Pulunuzu qorxmadan və sabahsı gün nə olacaq deyə nigarançılıq etmədən alın. Əgər bir şəxs təzyiqlər edəcəksə/güc nümayiş etdirəcəksə, bizdə ona bu cür deyərik: Tək bir Din vardır, və o Din də Muhəmmədin (s) dinidir.” [99]

Və Əqqad deyir:

“Böyük ehtimal ki, o şəxs, öz yaşayışı müddətində və keçirdiyi əyləncələrdə, xeyriyyə pullarından yığdığı vəsaiti israf etdi. Sonrada qalxıb bundan sitəmmi edir? Və bu ayələr ilə, tənqidçilərinə cavab verdi!!”

Kaşki biləydim, sən (yazıçı Əqqad) bu ayələri necə oxudun və bu mənanı hardan və necə çıxartdın?! Və vəziyyət bu cürdür ki, bu şəxs deyir ki; pulunuzu alın, yəni pulları onlara geri qaytarır. Və bu sözdən sonrada, yazıçı Əqqad (məna geydirmək istəyən), Malik İbni Nuveyrənin (ə) qətl edilməsini və onun xanımına təcavüz edilməsini, gizli və sanki sirrli/muəmmalı bir məsələyə döndərmək istəyir. Özüdə elə bir tərzdə ki, heç zərrə qədər də Əbu Bəkrin və Xalid İbni Vəlidin cinayətini aşikara çıxarmır. Və bundan sonrada, Xalid İbni Vəlidi (l.ə), dahi və xüsusi bir şəxs kimi qələmə almağa çalışır, ki bu Xalid (Sünnilərin nağıllarına əsasən) guya elə bir şəxs imiş ki, İslam uğrundakı Cihadlar, Xalidi o qədər məşğul edib ki, bu şəxs müsəlmanlara namaz qıldıranda (İmam camaat olanda), namazı üçün oxuyacağı bir Quran surəsini belə öyrənməyə macal tapmıyıb!! Bu nə ədalətdir ey Əqqad və ey Səd? Nə üçün; dəvələrinə belə bir formada su verirsən?!-(Bu bir atalar sözüdür. İşlərini düzgün etmiyən və onu lazımi formada icra etməyənlər üçün istifadə edilir).

Allah bizə kifayət edər və məsələri ən xeyirli şəkildə edən Odur. Və insanları, Ali-Muhəmmədə (s) hücuma keçməyə təşviq edən kəslər, yaxın bir zamanda necə bir qayıdış ilə qaytarılacaqlarını biləcəklər! Və onsuzda bu kimi məsələlər, Nəbinin (ə) vəfatından sonra çox böyük, və qeyri-qanuni məsələlər və ədalətsizliklər də çox saydadır. Və Malik İbni Nuveyrə hadisəsi, hazır olan və dinləyən şəxslər üçün daha yetərlidir. Müsəlmanların qanı, malı və mənfəətləri çeynəndi, yerdə bir şey qaldımı görən ( yəni daha nə olmalı idiki) ?!

Və bir şəxs soruşa bilər ki, nə üçün Əli (ə) qılınca əl atmadı və nə səbəbə Rəsulullah (ə) ona gələcəkdən xəbər verərək bu kimi hadisələr qarşısında səbrli olmasını istədi?!

Cavab isə, elə təhqiqdə təqdim etdiyimdə, yəni Əli (ə)-ın kəlamındadır:

“Danışsam, mənim üçün deyəcəklər ki, xilafətə tamah salıb. Sussam, mənim üçün deyəcəklər ki, ölümdən qorxduğu üçün danışmır. Keçdiyim bütün eniş-yoxuşlardan sonra olan şey, nə qədər də kədərləndiricidir. Vallahi, Əbu Talibin oğlu, bir südəmər körpənin öz anasına olan bağlılığındanda daha çox ölümə

99 Əl İsabədə, Tərcumeyi Malik İbni Nuveyrə, cild 5/səhifə 560. İbni Xəlliqan, Vəfatul-Əyan, cild 6/səhifə 14.

Məalimul Mədrəsətəyn, cild 2/səhifə 82.

Page 87: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

86

bağlıdır. Mən, elmi saxladım və əgər onu açsam, dərin quyuların ipləri kimi titrəməyə başlayarsız.” [100]

Biraz açıqlamaq kafidir, ki burda iki səbəb zikr edirəm:

Birincisi: İslam, insanların qəlblərində yerləşməmişdi, çünki onların (zehnindəki) İslam, zahiri olan idi və İslamın əhlinin dönük çıxmasından qorxulmayacaq dərəcədə olan həqiqi və sabit bir (batini olan) İslam deyildi. Çünki, insanlardan çox az bir hissəsi xaric, digər yerdə qalan əksəriyyətin vəziyyəti, möhkəm düyünlənmiş ipi açan qadının vəziyyəti kimi idi.

Allah-Təala buyurur:

(“Bədəvilər: “Biz iman gətirdik!”- dedilər. De: “Siz (hələki) qəlbən iman gətirmədiniz! Onda görədə, ancaq: “Biz müsəlman olduq!”-deyin.”-Hucurat;14)

Və Allah-Təala buyurur:

(“Əgər onun hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək tələb olunsaydı, onu mütləq edər və az bir hissəsi istisna olmaqla bunda ləngiməzdilər.”-Əhzab;14)

Və Quranda bir çox ayələr, Müsəlmanların zəif (mənəvi) vəziyyətlərinə işarət edir. Və (müsəlmanların içində çox saylı) munafiqlərin varlığı ilə də, bu nəticəni əldə etmək mümkündür. Və bunu əsas götürsək, Vəsi zahirən xoşhal və səbrli olmalıdır, eynilə Rəsulullahın (s) zahirən xoşhal və munafiqlərin və onların sözlərinə qulaq asanların yanında səbrli olması kimi. Əks halda, Rəsulullah (ə)-ın və onun Vəsisinin (ə), inşa etmək üçün 20 ildən də çox səy etdikləri bu düstur (sütun) yıxılacaqdı. Çünki bu dindən ümidvar olunan böyük fayda, Allahın nurunun yayılması və “Allahu Əkbər” bayrağının/şüarının yer üzünün hər bir nöqtəsində yüksəldilməsidir. Bu, Rəsulullahın (ə) və onun Vəsisinin (ə) dövründə həyata keçirilmədi, birbaşa Vəsilərin möhürü (Xatəmul-Vəsiyyin), Mehdi (ə)-ın dövründə həyata keçəcəkdir. Və bu, əvvəlki ümmətlərdəki ilahi bir sünnnətdir. Çünki, Musa (ə), Bəni-İsrail xalqına göndərildi və onlar, Musanın (ə) yanında dənizi keçdilər, amma Sina çölündə Musaya (ə) qarşı etiraz etdilər və ona qarşı üsyan edib Cəbərut ilə döyüşməyi qəbul etmədilər.

Allah-Təala buyurmuşdur:

(“Onlar dedilər: “Ey Musa! Nə qədər ki onlar oradadırlar, biz ora heç vaxt girməyəcəyik. Odur ki, sən və sənin Rəbbin gedin, onlarla vuruşun. Biz isə burada oturacağıq.”-Maidə;24)

Və buna görədə, onlar (yəhudi xalqı) insanlara (Cəbərutu məğlub etdikdən sonra oranın əhalisinə), Allahdan başqa ilah yoxdur sözünü gedib çatdırmağı qəbul etmədilər və Allah, onları Sina çölündə 40 il müddətində “İtkinlik/Sərgərdanlıq” (Tih) ilə cəzalandırdı.

100 Nəhcul Bəlağə, cild 1/səhifə 36.

Page 88: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

87

Və bu çölün nəticəsi, cəzanın düzəlməsi, saleh ilahi bir ümmətin gəlişi idi və onlar, bu günahkarların övladları və nəvələridir. Və onlar, Musanın (ə) Vəsisi Yuşa İbni Nun (ə) ilə birgə, Allahdan başqa ilah yoxdur sözünü daşımağı və insanlara çatdırmağı, öz boyunlarına vəzifə kimi götürdülər və Cəbərut və tağutlar ilə döyüşüb, Allahın dininə yer üzündə zəfər verdilər.

Bu ümmətdən (Muhəmməd (s) Ümmətindən) ümid edilən (xeyirli) nəticə isə, Axır-Zamandadır. Yəni, İmam Mehdinin (ə) zühurunun zamanında. Və, Allahdan ümid edirik ki, bu (Axır-Zaman, məhz) bizim zamanımızdır. Necəki bir çox rəvayətlərdə buna işarət etməkdədir və Allah ən yaxşısını biləndir.

Və daha əvvəldə zikr edildi ki, Rəsulullah (ə) buyurmuşdur:

“... Mənim ümmətimin misalı,bir bağça kimidir, ki bəziləri bağçadan bu il bəslənər və digərləri də gələcək il bəslənər. Bəlkədə bu ümmətimin son dəstəsi, kökləri sağlam, budaqları və yarpaqları gözəl, meyvələri dadlı, çox xeyirli, ədalətlərinin misli görünməmiş və hakimiyyəti uzun müddətli olacaqdır...” [101]

Rəsul (s) ümid edir ki, ümmətindən son bir dəstə, onların ən yaxşısı olmuş olsun. Hətta bəlkə də, bu ümmət, yəni Mehdinin (ə) əshabı və ənsarları; istər, bu ümmətdən, istər bəşəriyyətin yer üzündəki gedişatı boyunca olan digərlərindən olsun; özlərindən əvvəlkilərə qoşulmasın. Və onlar, bu Qudsi Hədisdə vəsf edimişdir:

“... Və o dövrə uyğun, Özüm üçün qullar seçdim, onların qəlblərini iman ilə imtahan elədim və onların qəlbləri ciddiyyət, ixlas, yəqin, təqva, hörmət, dürüstlük, mərhəmət, səbr, izzət, Allah qorxusu, dünyada zöhd və sahib olduğum istək ilə doldurdum. Və mən, onları, günəşin və ayın münadiləri qılacam və onları yer üzündəki xəlifələr edəcəm... Bunlar, Mənim dostlarımdır. Onlar üçün, seçkin bir Nəbi və xoş bir katib (sadiq bir şəxs) seçdim. Mən, onu onlar üçün bir Nəbi və Elçi qıldım. Və onları, onun üçün bir dost və köməkçi qıldım. Bu, Mənim seçdiyim bir ümmətdir.” [102]

Mehdi (ə)-ın əshabının və ənsarlarının fəziləti barəsində, məsum Əhli-beytdən (ə) gələn rəvayətlər çoxdur. Və Allah sözünü yüksəltmək və dünyanın hər bir nöqtəsində tovhidi yaymaq, onların fəziləti üçün elə kifayətdir.

İkincisi: Əmirəl-Mömin (ə)-ın səbri, onun üçün mütləq bir höccətdir. Çünki O (ə), öz haqqının nə olduğun göstərdi və sonrada əmirlik və hökumət haqqında, Özünün (ə), bu əmirliyə zahit olduğunu göstərmək üçün, insanlar ilə ixtilaf etməyi rədd etdi (amma təbiki ixtilaf etməyi rədd etmək, onlara qoşulmaq mənasında deyil). Və Əlinin (ə) hökümətə olan tələbi; həqiqi hakim qılmaq, ədaləti yaymaq və dini dəstəkləməyə görə idi. Və Əmirəl-Möminin (ə), yüz illər boyu vəziyyətini öncədən görən, bu ümmətin yerdə qalanı və onların oğulları haqqında, üstün bir fikirə sahib idi. Və O (ə), bildi ki, insanlar vəsini öz əmirliyindən nəyin uzaqlaşdırdığını (gələcəkdə) biləcəklər. Və şərr qüvvələrin gətirdiyi saxta ilahlarla (olardan

101 Əl Xisal, səhifə 476. Uyuni Əxbarir-Riza (ə), cild 2/səhifə 56. Kəmalud-Din, səhifə 269

102 İbni Tavus, Sədus Səud, s.34. Biharul-Ənvar, cild 52/s.384. İlzamun-Nasib, cild 2/s.259.

Page 89: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

88

görəcəkləri ilə) , Onun (ə) haqqının çeynənildiyini biləcəklər. Taki, zinakar və yüngül qadınların uşaqları, bu ümmətə hakim olana qədər. Və Zəhra (s. ə)-nın xütbəsində də bu məna ilə rastlaşa bilərsiz.

Fatimeyi-Zəhra (s. ə) buyurmuşdur:

“Ömrümə and olsun ki, qəzavü-qədər yazıldı, elə isə gözləməkdə olun. Taki, meyvələri yetişər, sonra da təzə qan və ölümcül zəhərdən süd ilə dolu dolçalar əyilib axana qədər. O dövrdə, yalan satanlar əzab çəkəcək və təqib edən kəslər, atalarının qurduğu şərri biləcək/dərk edəcəklər.” [103]

Və sonda, bunlardan sonra, vərasət İmam Əliyə (ə) geri qayıtdı. Və İmam (ə), insanları həqiqətə sövq etdi və onları Qibləyə doğru olan yola yönləndirdi. Amma insanlar, həqiqətin acılığı ilə bacara bilmədi (tutumları olmadı) və doğru yoldan azmaq məsələsindəki istəklərini/məqsədlərini həyata keçirdikdən sonra, əvvəlkilərdən (Əbur Bəkr, Ömər və Osmandan) öyrəndikləri ayrı-seçkilik və eqoistliyə öyrəşdikdən sonra, Əlinin (ə) ədaləti (onlara ağır gəldi) və Əlinin (ə) insanlara qarşı comərdlikdə olan bərabər hüquqlu davranışını həzm edə bilmədilər. Beləcə insanlar, Buzova ibadət etməyə və Samiriyə itaət etməyə öyrəşdikdən sonra, Əli (ə)-a itaət etməyi, Vahid və Qəhhar olan Allaha ibadət etməyi və Onun Şəriətini qəbul etməyi sevmədilər, ki Əli (ə), əvvəlkilərin fəsadı ilə parçalanmış bir cəmiyyətdə, Onun (c. c. ) Şəriəti ilə əməl etməyi istəmişdi.

Yenədə buna baxmayaraq, Əli (ə) haqq və həqiqət üçün bir bayraq yüksəltdi və insanları ona tabe olmağa hidayət etdi. Amma onlar, Əlini (ə) tərk edib məyus etdilər və Əlidən (ə) sonra da, Müsəlmanları doğru yola hidayət etmək uğrunda yaxşılığa əmr edib, pisliklərdən çəkindirmək məsələsində, heç bir şeyi əsirgəməyən Məsum Övladlarınıda tərk edib məyus etdilər. Nəhayətdə Onlar (ə), zəhərləndirilmək və qılınc ilə doğranmaq arasında qaldılar.

Əbu Heysəm İbni Teyyihan nəql edir ki:

“Əmirəl-Möminin (ə), Mədinədə xalqa bir xütbə verdi və O (ə) bu cür buyurdu:

“Həmdu Səna, Özündən başqa ilah olmayan Allaha məxsusdur. Ey aldadılmış və aldadanın fırıldağına aldanmış ümmət! Həqiqət bəyan edilmişdi. Amma onlar, yenədə ondan üz döndərdilər. Və yol açıq idi. Amma onlar, yenədə o yoldan azdılar. Amma toxumu yaran çərdəyi çıxaran Allaha and olsun ki, siz elmi qaynağından istəsəydiz, suyu öz dadı ilə içsəydiz, yaxşılığı öz yerində qərar verib, açıq olan yol ilə getsəydiz və həqiqətə öz üsulu ilə yanaşsaydız, yol da, sizin üçün gözlər önünə sərilərdi, işarətlər sizə zahir olardı və İslam sizin üçün parıldayardı. Beləcə sizlər, bəslənmiş olardınız və sizin aranızda müvəffəq olmuyan bir kəs qalmazdı və ədalət hər bir Müsəlmana və muttəfiqə qarşı tətbiq edilərdi. Amma sizlər, zülmət yolunda qədəm götürdüz, beləcə dünyanız sizlər üçün öz genişliyi ilə qaraldı. Və elm qapıları sizlər üçün bağlandı. Beləcə öz həva-

103 Məaniul-Əxbar, səhifə 355. Təbəri, Dəlailul-İmamə, səhifə 128. Əmalut-Tusi, səhifə 376. Əl-İhticac, cild

1/səhifə 149. Biharul-Ənvar, cild 43/səhifə 159.

Page 90: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

89

həvəsinizdən danışdız, dində ixtilaf etdiz və elminiz olmadığı halda Allahın dinində fətvalar verməyə başladınız. Və sizlər, gedib azğın insanları təqib etdiniz, beləcə onlar da sizi azdırdılar və sizlər İmamları (ə) tərk etdiniz və beləcə onlar da sizi tərk etdi. Sizlər, öz həva-həvəsiniz ilə hökm verərək, öz məsələnizin idarəsini ələ aldız. Bir məsələ zikr ediləndə, Zikr Əhlindən soruşduz (Əhli-beytdən ə. s), beləcə onlar sizin üçün bir fətva verdilər, sizdə dediz ki, “Bu tamamiylə bir elmdir.” (Yəni bunları bizdə edə, fətva verə bilərik deyə fikirləşdiz!) Elə isə, necə onu (Əhli-beytin ə. s hökmlərini) tərk edə bildiz, ona qarşı laqeydlik nümayiş etdirdiz və necədə ona qarşı muxalifətçilik etdiniz?! Astaca ama qəti olaraq, sadəcə az bir müdət gözləyin! Və əkdiyiniz şeyin əkininin hamısını alacaqsız və etdiyiniz və axtardığınız şeyin şərrini görəcəksiz.

Və toxumu yaran və çərdəyi çıxaran Allaha and olsun ki, siz bildiniz ki, Mən sizin Mövlanız idim və itaət etmək üçün əmr edildiyiniz şəxs idi və Mən sizin hamınızdan daha aliməm, qurtuluşunuzun elmi ilə olduğu kimsəyəm, Nəbinizin (s) Xəlifəsi, Rəbbinizin ən yaxşısı, sizin nurunuz (hidayətə çatmağınız) üçün danışan diləm və özünüzü islah edə biləcəyiniz elmməm. Beləcə astaca (amma qəti olaraq) nəql edilən şey, hamınızın üzərinə enəcəkdir, vəd edilən şey, sizdən əvvəlki ümmətlərin üzərinə enmiş şeydir. Və Allah Subhanəhu və Təala, hamınızı özləri ilə birgə qaldırılacağınız imamlarınız (rəhbərləriniz) haqqında sorğu-sual edəcək və sabahsı gün, Allah sarı getmiş olacaqsız. Amma,Vallahi, özüm üçün Talutun sahib olduğu əshab sayına sahib olsaydım, yada düşmənlərinizə qaşı çıxan Bədrdəki insanların sayına sahib olsaydım, siz həqiqətə qayıdana qədər və səmimi bir şəkildə tövbə edənə qədər qılınc ilə (zəlalət əhlini) vurardım. Beləcə bu iş, çatları bağlamaq və dostluq əlaqəsi qurmaqdan daha uyğun olan bir iş olardı. İlahi, bizim aramızda həqiqət ilə hökm et və Sən Hökm Edənlərin Ən Yaxşısısan” [104]

104 Əl Kafi, cild 8/səhifə 32.

Page 91: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

90

İmam Həsənin (ə) Sülhü və İmam

Rizanın (ə) Vəliəhdliyi Və son olaraq, Xatəmul-Ənbiyanın (s) Vəsiləri olan 12 İmamın (ə) həyatındakı, iki önəmli hadisəyə nəzər salmağımız lazımdır. O iki önəmli hadisə, bu məsələ ilə əlaqədardır:

Birincisi: İmam Həsən (ə)-ın, Tağut Muaviyə İbni Hind (l.ə) ilə sülh razılaşması

Həmin sülh, Muaviyə (l.ə) tərəfindən idarə edilmiş munafiqlərin vəziyyəti genişlənməyə və İslam torpaqlarına hakim olmağa başladıqdan sonra, və müsəlmanlar, İmam Həsən (ə)-ı tənha qoyduqdan sonra, baş vermiş məcburi bir sülhdür. Həmin sülh, eynilə Nəbi (s)-in, Hudeybiyyədə müşriklər ilə bağladığı sülh razılaşması kimidir.

Və İmam Həsən (ə) bildirdi ki, onun sülhü, Şiələrin mudafiəsi üçündür. Və onlar haqq əhlidir və onların həyatda qalması ilə, haqq, həyatta qalmış olar. Və bəsirət gözü ilə nəzər salsaq, görərik ki, İmam Həsən (ə)-ın sülh etməsi, həmçinin İmam Huseyn (ə)-ın inqilabına hazırlıq üçün də baş tutmuş məsələdir. Həmçinin həmin sülh, İmam Mehdi (ə)-ın qiyamı üçün də bir hazırlıqdır. Və İmam Həsən (ə), qılıncını qaldırmağa məcbur qaldıqda, Muaviyə (l.ə) ilə yeni bir döyüş başlandı. Bu dəfə, bu döyüş; ümməti İmam Huseyn (ə)-ın inqilabı üçün hazırlaşdırmağı məqsəd güdən, bir ictimai (təbliğ) müharibəsi idi. Ən azınnan ümmət, bu inqilabı qəbul etməyə, ona yaxşı nəzər ilə baxmağa, əlavə olaraq, inqilabdan sonra da, munasibət içində olmağa hazır olacaqdı. İmam Həsən (ə)-ın dövründə, ümmətin vəziyyətini gözləyən hər kəs biləcəkdir ki, onlar, pisliyi bir fəzilət kimi görənə qədər, bu, bir ümmətdən ümid edilmiş böyük bir hədəfdi. Çünki, bu ümmətin, məsum imamdan üz döndərmiş və Onu (ə) tək qoymuş övladları var idi (ümmətin bu cür bir keçmişi var idi). Və İmam Həsən (ə)-ın bu ictimai hərəkatı olmasaydı, Şiəlikdən nə bir ad, nədəki bir yazı əldə qalmazdı. Beləcə, İmam Həsənnin (ə) sülhü, müəyyən bir qavram daxilində baş tutmuş bir sülh razılaşması deyildi. Birbaşa, İmam Həsənin (ə) məcbur edildiyi bir atəşkəs razılaşması idi. Ki beləcə-Özü kimi olan-qardaşı İmam Huseyn (ə) da, bir inqilab ilə bu işi bacarmış olsun. Ki Onun (ə) inqilabının əks sədası/təzahürü, ta bugünə qədər də hələdə dünyanı lərzəyə gətirməkdədir.

Beləcə Əmirəl-Möminin (ə)-ın, gələcəyə və Allahdan başqa ilah yoxdur-un beynəlxalq dövlətinə nəzər saldığı kimi, İmam Həsən (ə) da, eynisini icra etmiş oldu. Və bütün məsumlar (ə), dinin bütün dinlər üzərində zəfər qazanacağı günə nəzər saldı. Bəşəriyyətin gedişatı, ümumilikdə bütünləşdirici (vahid birlik yaradan) bir gedişdir, bəzi çatışmamazlıqlar ortalığa çıxsa belə. Çünki, onun nəticəsi, İmam Mehdi (ə)-ın zühur dövründə, yer üzü insanlarının əksəriyyətinin, saleh olması ilə nəticələnəcək.

Və İmamlar (ə), bu ümmətə, bir gün, yer üzünün bütün insanlarının, İlahi Dəvəti daşımağa hidayət edə bilmələri üçün, İmamlar (ə) hər şeyi edirdilər. Onlar (ə),

Page 92: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

91

Allahın rizasını və bəşərin xeyrini, öz canlarından üstün tuturdular və yer üzü əhlinin, Allahdan başqa ilah olmadığına və Muhəmmədin (s) Onun Elçisi olduğuna iman gətirməsi olan bu uca məqsəd uğrunda, Onlar (ə) ən əzablı, ruhi və fiziki ağrılara səbr edirdilər.

İkincisi: İmam Riza (ə)-ın Vəliəhdliyi (Xəlifə Məmunun Varisi olması) Məsələsi

Və ikincisi də, İmam Rizanın (ə) Vəliəhdliyi məsələsidir. O (ə), Xəlifə Məmun Abbasinin, Özünü (ə) onun vəliəhdi olmasına məcbur etməsindən sonra, İmam (ə) bu təklifi qəbul etmək məcburiyyətində qalmışdır. Və bu vəziyyət, yenədə məcburi olaraq, Yusif (ə)-ın, Misir Kralının vəkilliyini qəbul etməsinə bənzəməkdədir; hətta bu qəbul etməklik, insanlar üçün, bəzi faydalara səbəb olmuş olsa belə. Beləcə bu, möminlər üçün bir imtahandır. Allahın Musanı (ə),Tağut Fironun (l.ə) sarayında böyüdüb yaşatdığı zaman, Bəni-İsraili imtahan etməsi kimi:

(“İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.”-Ənkəbut;2-3)

Və son olaraq, Xəlifə Məmun Abbasi (l.ə), İmam Rizanın (ə) fəaliyyətlərini zəiflətmək məsələsində müvəffəq ola bilməyəcəyini anladıqdan sonra, hətta İmam Riza (ə) onun sarayında və onun başçılığı/təzyiqi altında olmasına baxmayaraq, İmam Rizanı (ə) zəhərlədi. Və bunun kimi, son Nəbinin (ə) Vəsiləri olan İmamların (ə) həyatı, bu yer üzündəki keçmiş Nəbilərin (ə) həyatının bir surətidir.

Onlar (ə), Özlərinin mübarək qanlarını axıdan bir Tağut, və Əməlsiz Alimlərdən və həmin kəslərə uymuş və etimad göstərmiş kimsələr ilə Onları (ə) tənha qoyub, Buzova ibadət etməyi və Samiriyə tabe olmağı seçmiş bir ümmət arasında idilər, Allahın əhdlərini şərəfləndirdiyi (əhdə vəfa qılıb,Vilayətə sadiq qalan) bir neçə şəxs xaric.

Və məsələ,Xatəmul-Əusiyaya (ə), Bəqiyyətullah (ə)-a, yəni Muhəmməd İbni Həsən Əl-Məhdi (ə)-a gəldiyi vaxtda; Allah istədiki, Mehdi (ə), insanların və tağutların gözlərindən gizli qalsın. Quranı və Şəriətini, Öz qoruyuculuğu ilə qoruduğu kimi, Onuda (ə) qorumuş olsun. Taki, ümmət, Onu (ə) dəstəkləməkdə (Ənsarı olmaqda) hazır olana qədər, Onun (ə) zühur etməsinə izn verib, həqiqətləri nümayiş etdirənə qədər...

Mehdi (ə)-dan rəvayət edilmişdir ki:

“Ğeybətdən olan məsələnin səbəbinə gəldikdə isə, Allah-Təala buyurur: “Ey iman gətirənlər! Sizə deyiləcəyi xoşunuza gəlməyəcək (tutumunuz olmayacağı) şeylər barəsində soruşmayın.”-(Kəmalud-Din,səhifə 485. Ğeybəti-Tusi, səhifə 292. Əl-İhticac, cild 2/səhif 284. Biharul-Ənvar, cild 52/səhifə 92. )

Və işarət, azad kimsələr üçün kafidir. Salam olsun, Allahın yer üzündəki nuruna və qulları arasında yerdə qalan qullarına, ki onun Ataları (ə), məzlum deyə vəsf edildi və O (ə), həqiqətəndə Öz Şiələri sarıdan belə zülmə məruz qalmış kimsədir,

Page 93: BUZOV - WordPress.comYa mərufa (yaxşılığa) əmr edib münk ərd ən (pislikd ən) çəkindirərsiniz, ya da içinizd əki ən pisiniz siz ə müs əllət olar, beləliklə bir

BUZOV

92

ki onlar (zülm etmiş şiələr), Onun (ə) qeybdə və şiddətli iztirabda olmasını, az-çox olsa belə zikr edirlər.

Allahın salamı, rəhmət və bərəkəti, iman gətirən kişi və qadınların üzərinə olsun.

Rəhman və Rəhim olan Allahın adı ilə:

(“Allah kimə nur verməmişsə, artıq onun (bundan sonra) nuru olmaz.”-Nur;40)