Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli...

72

Transcript of Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli...

Page 1: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu
Page 2: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

TƏRTİB EDƏN: Bakı Biznes Universitetinin baş Metodisti, ali dərəcəli metodist, Azərbaycan Respublikasının Qabaqcıl Maarif xadimi Əkbərli Hacıağa Hacıqulu oğlu.

RƏYÇİLƏR: 1. Hacıyev Bayram Camal oğlu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, fıl.e.d. 2. Sadıqov Fərahim Balakişi oğlu Azərbaycan Dillər Universitetinin professoru, p.c.d. 3. Zeynalova Sima Əliməmməd qızı Bakı Biznes Universitetinin dosenti, fil.e.n. 4. Bayramov Ağalar Xanlar oğlu Bakı Biznes Universitetinin dosenti. Respublikanın əməkdar artisti.

ELMİ REDAKTOR: Əmiıxanov Sabir Abuzər oğlu Bakı Biznes Universitetinin prorektoru, p.e.n.

«Biznes Universiteti» nəşriyyatı, 2005

Page 3: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

GİRİŞ

Nitq mədəniyyəti fənninin tədris edilməsində əsas məqsəd tələbələri Azərbaycan danışıq mədəniyyətinin əsaslan ilə yaxından tanış etmək, onlara sözlərin ustalıqla və sənətkarlıqla tələffüz edilməsini öyrətməkdir.

Bu kursun öyrənilməsində məqsəd onları müasir ədəbi dilimizin nomıalarma, nitq texnikasına, geniş çıxış etmək bacarığına, bədii oxu məharətinə yiyələndirməkdir. Axı, ali və orta məktəblərimiz hərtərəfli inkişaf etmiş savadlı, mədəni vətəndaşlar hazırlayır. Odur ki, onlar ailədə, ictiimai yerlərdə, təhsil ocaqlannda, işlədikləri idarə və müəssisələrdə, yüksək nəzəri, elmi səviyj/əsi, təmiz əxlaqı, nümunəvi davramşığı ilə yanaşı mədəni nitqi ilə də fərqlənməlidir.

Ünsiyyət prosesində bəzən əndazəni gözləmirik, qəbahətə yol veririk, danışığımızla başqalanmn qəlbinə toxunuruq, onları özümüzdən narazı salırıq. Nitq mədəniyyətinin yüksəkliyi, hərtərəfli inkişafı, yetkin ağılın, kamilliyin təzahürüdür. Bilik səviyyəsi aşağı olan adamlar bəzən öz fikrini izah edərkən çətinlik çəkir, dinləyənlər ondan aydın fikir əldə edə bilmir.

Odur ki, ədəbi dilin incəliklərindən düzgün istifadə edib sözü, ifadəni, cümləni öz məqamına görə işlətmək əsas şərtdir. Axı, leksik, qrammatik, orfocpik, orfoqrafik və üslubi normaları gözləmək həmsöhbətinə, dinləyicilərə güclü təsir göstərib estetik hiss oyatmaq deməkdir. İstedadı olan hər bir adam tədris edilənləri öyrənib öz üzərində ciddi çalışsa, yaxşı natiq kimi yetişə bilər. Odur ki, dildə mütləq sadə və aydın danışığa malik olmalıdır.

Respublikamızın ümummilli lideri Heydər Əliyevin dilimizlə bağlı (2001-ci ilin iyunun 18-də) tarixi Fərmanının imzalandığı vaxtdan dörd ildir ki, keçir. Bu müddət ərzində təhsil sistemində həmin tarixi sənəddən irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində xeyli iş görülmüşdür, Azərbaycan dilinin saflığı, qorunub saxlanılması naminə əlbəttə, nitq mədəniyyəti və natiqlik məharətini də inkişaf etdirmək vacib

Page 4: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

saholərdəndir. Odur ki, bir tədris ili üçün işlənib hazırlanmuş 36 saatlıq (18x18), 9 fəsildən ibarət olan proqram söz yox ki, tələbələrin nitq mədəniyyəti və natiqlik məharəti haqqındakı biliyinə daha ətraflı istiqamət verəcəkdir.

Səsi əsrlərin dərinliyindən gəlib Dövlət dili səviyyəsində müstəqil Vətənimizə xidmət edən bu dilimiz ən böyük beynəlxalq məclis və radiostansiyalarda səslənir. Hətta əcnəbi etirafları doğma ana dilimizin əvəzsiz dəyərini bizə xatırladır. Bir var ki, dilimiz haqqında özümüz deyək, özümüz eşidək, bir də var ki, bu barədə özgələrdən eşidək.

Qəlbimiz iftixar hissilə bir daha ona gorə döyünür ki, xalqımızın böyük yazıçılan, alimləri və mütəfəkkirləri doğma ana dilini ürəkdən sevib onu qorumuş və inkişafı uğrunda daim mübarizə aparmışlar. İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.F.Axıındov, C.Məmmədquluzadə, MƏ.Sabir, C.Cabbarlı, S.Vurğun kimi görkəmli söz ustalan eləcə də ali məktəb auditoriyalarında böyük natiqlik məharəti ilə uzun illər unudulmaz məruzə və mühazirələrilə çıxış etmiş profe.ssor- müəllimlərimizdən Mikayıl Rəfili, Əli Sultanlı, Mehdi Mehdizadə, Şixəli Qurbanov, Cəfər Xəndan, Zərifə Budaqova və başqalan öz bəşəri və dərin fikirlərini bu dildə ifadə etmişlər.

Səhnə ustalarımızdan Abbas Mirzə Şərifzadənin, Rza Təhmasibin, Kazım Ziyanın, Ələsgər Ələkbərovun, Hökümə Qurbanovanın, Mehdi Məmmədovun, Səməndər Rzayevin, Mikayıl Mirzənin, diktorlarımızdan Aydın Qaradağlınm geniş səs diapozonlan, səslərindən düzgün istifadə etmək qabiliyyətləri, valehedici, ahəngdar danışıqları hələ də xatirimizdən silinməmişdir hər dəfə onların haqqında danışanda birinci növbədə səsləri, düzgün tələffüzlə səlis, aydın danışıqlarıı xatırlanır, sonra isə yaratmış olduqları obrazlar göz önündə canlanır.

Sirr deyil ki, indiki şəraitdə iqtisadiyyatın mürəkkəb, ağrılı-acılı günlərində nə qədər çətin olsa da sadə əmək adamından tutmuş rəhbər vəzifədə çalışanlara qədər hamının

Page 5: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

ana dilindo modəni və gözəl danışıq qabiliyyətinə ehtiyacı vardır. İctimai həyatda daha fəal iştirak etmək, hamıya yaramaq

işində yüksək nitq mədəniyyətinə yiyələnmək üçün tələbələrə, xüsusilə parta arxasında oturduğu ilk günlərdən başlamaq lazımdır.

Bu materiallar tərtib edilərkən nitq mədəniyyətinin ümumi, ictimai və xüsusi məsələləri əhatə edilməklə, onun düzgünlüyü, dəqiqliyi və ifadəliyi də göstərilmişdir.

Page 6: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müavSİr dünya standartlarına, milli - mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır.

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV VƏ ANA DİLİMİZ Plan

keçən əsrin dil

siyasəti

1. Giriş 2. Milli liderimiz Heydər Əliyevin

70-ci illərindən hal-hazıra kimi haqqındakı mübarizəsi

3. Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması 4. Heydər Əliyevin dil siyasəti ilə bağk imzaladığı

silsilə fərmanları 5. Görkəmli dilçi alimlərin, elm və maarif xadimlərinin

möhtərəm prezidentimiz Heydər Əüyevin Azərbaycan dilinin quruculuğu və onun daha da inkişaf etdirilməsi uğrunda apardığı mübarizə

haqqında söylədiyi fikirlər.

Tarix göstərir ki Azərbaycan dili müxtəlif dövrlərdə dövlət dili kimi rəsmən elan edilib bir müddət fəaliyyət göstərsə də sonralar ölkəmizdə dövlətçiliyimizə qarşı edilən məhrumiyyətlərə görə o çox ömür sürə bilməmişdir.

Xalqımızın unudulmaz milli lideri, qeyrətli oğlu Heydər Əliyev yalnız 1969-cu ildə hakimiyyətə gəlişindən sonra o milli dilimizin xilaskan kimi tarixə öz əbədi imzasını qoydu.

Tam qətiyyətlə demək olar ki, milli liderimiz Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl

Page 7: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

dil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu yüksəltdi.

Ölkə rahbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci ilin 31 oktyabrında Konstitusiyanın Dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində AzəYbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Azərbaycançılığın təməl daşı olan «Azərbaycan dili» adı bərpa olundu.

Müstəqil Azərbaycan Respublikasının referendum yolu ilə qəbul edilən Konstitusiyasında (12 noyabr 1995-ci il) Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə) olundu.

Azərbaycan prezidentinin imzaladığı «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» 18 iyun 2001-ci il tarixli 506 saylıı Fərmanı, «Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında» 4 iyul 2001-ci il tarixli 76 nömrəli sərəncam, «Azərbaycan əlifbası vo Azərbaycan dili təsis edilməsi haqqında» 9 avqust 2001-ci il tarixli 552 nömrəli sərəncam və nəhayət bu günlərdə qüvvəyə minmiş (2 yanvar 2003-cü il) «Azərbaycan Respublikasında dövlət dili haqqnda» qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli stratcgiyasnı və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz övlad məhəbbəti öz tarixi missiyasını ləyaqətlə yerinə yetirib, Azərbaycanın XXI əsr dil siyasətinə öz əbədi imzasını həkk edib. Həmin hüquqi - normativ aktlarla’ ölkəmizdə dil quruculuğunun apancı amil olan latın qrafikalı Azərbaycan əlifbasına tam keçid məsələsi, tariximizdə ilk təcrübədə olan «Azərbaycan əlifbası və Azərbaycan günü»nün təsis edilməsi kimi tarixi hadisələr də milli mədəniyyət tariximizə Heydər Əliyevin adı ilə əbədi olaraq daxil olub.

Söz yox ki, respublikamızın çoxmilli təhsil işçiləri, professor - müəllimləri «Azərbaycan Respublikasının dövlət

Page 8: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

dili haqqında» qanundan, eləcə də ümummilli liderimiz Heydər Əliyevin di! siyasəti ilə bağlı imzaladığı silsilə fərmanlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində əllərindən gələni əsirgəməyəcək, ana dilimizə - Azərbaycan dilinə möhtəşəm abidə ucaltmış rəhbərimizin Dövlət dili ilə əlaqədar verdiyi müdıik göstərişləri, irəli sürdü^ai müddəa və ideyaların gerçəkləşməsinə var qüvvə ilə çalışacaqdır. Əlbəttə bu, bizim Vətəndaşlıq vəzifəmiz. Vətən və millət qarşısnda ziyalılıq borcumuzdur.

Bu da tarixi həqiqətdir ki, Azərbaycan dilinin həqiqi Dövlət dili statusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi artıq bir qərinəni - əsrin üçdə birini ötüb keçmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş son 33 ildə Azərbaycan dilinin hərtərəfli inkişafı, yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, Dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi möhtərəm prezidentimizin ana dilimizin inkişafına, onun sosial - siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siya.sətinin nəticəsində mümkün olmuşdur. Bu mənada son 33 ildə Azərbaycan dilinin inkişafı vo tətbiqi yolunda qazanılan zəngin təcrübə və böyük uğurlar onun adı və fəaliyyəti ilə bağlıdır. Bu şərəfli tarixi yolun başlanğıcı hələ 1970-ci ildə BDU*nun 50 illik yublcyində o dövr üçün, kommunist rejimi üçün fovqalado hadisə sayılan Respublika rəhbərinin Azərbaycan dlində çıxışı ilə başlandı. Bu tarixi çıxış ziyalılara, bütün xalqa respublika rəhbərinin Azərbaycan dilinə qayğı və ehtiramı haqda bir mesaj, xəbərdarlıq idi ki, bu proses sonralar milli özünüdərkdo müstəsna rol oynadı. Az keçmədi ki, Azərbaycan dili nüfuzlu məclislərə, dövlət əhəmiyyətli tədbirlərə yol açdı, Heydər Əliyevin qayğısı sayəsində ali məktəblər üçün dördcildlik «Müasir .Azərbaycan dili» dərsliklərinə, «Azərbaycan dilinin dialektologiyasmın

Page 9: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

əsavSİan» dəns vəsaitinə Azərbaycan SSR*in Dövlət Mükafatları verildi, təhsil raiıəssisəlorində ana dilinin tədrisinə ayrılan saatların miqdarı, Azərbaycan dili və ədəbi>y'atı ixtisası fızrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı.

Bu müdrik, düşünülmüş dil siyasəti tezliklə öz bəhrəsini verdi; məhz Heydər Əliyevin prinsipal mövqeyi, düşünülmüş taktiki gedişləri sayəsində keçmiş SSRİ kimi qapalı bir cəmiyyətdə Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına /\zərbaycan dilinin Dövlət dili olmasını təsbit edən məşhur 73- cü maddəni daxil etməyə müvəffəq oldu.

Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkıinəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özüuüdərkın keçmiş buxovlardan azad olunması, xalqın qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının vo hisslərinin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır. Azərbaycançılıq mofKurəsinin ideya - mənəvi nüvəsini isə dilimiz, ədəbiyyatımız vo tariximiz edir. Bu proses Heydər Əliyev tərəfindən çox böjmk liəssash və uzaqgörənliklə idarə olunur, tənzimi on ir. O, /Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iliyinə, .sümüyünə qədər milli lider olduğunu nümayiş etdirdi.

Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilimizin rolunu yüksək qiymətləndirərək, «Ana dili nədir'^» sualına dilçi alim səviyyəsində belə cavab verir; «Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək vo dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlanının, elm, bilik xadimlərinin fəaliyy’əti nəticəsində mümkün olur».

O, gənclovimizə məhz ana dili ə.sasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinin xarici dilləri -ingilis, alman, fransız, çin vo s. dilləri öyrənməklə, ilk növbədə öz ana dilini daha mükəmməl bilməsini tövsiyə edildi.

Page 10: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

XX əsrin ikinci yansında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatlann kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır, Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdir. Bu çox çətin bir işdir. Bunun üçün bir sıra şərtlər tələb olunur: ana dilini və onun incəliklərini yaxşı bilmək, elmin bütün sahələrinə dair məlumatlara malik olmaq, milli mədəniyyətimizi dərindən mənimsəmək , milli dili və onun problemlərini dövlət siyasətinə çevirmək, dövlət idarəçiliyində kifayət qədər səlahiyyət sahibi olmaq, heç bir çətinlikdən qorxmamaq, xalqın mənəvi sərvətlərini yaşadan insanlara, xüsusilə sadə insanlara yaxından bağlılq.

Heydər Əliyevin ən böyük xidməti dilimizə dövlət statusu verilməsi istiqamətində gördüyü əməli işlərdir. Xüsusilə son bir neçə ildə onun imzaladığı tarixi Fərmanlar və sərəncamlar bu yöndə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan yaratmışdır.

Heydər Əliyevin Azərbaycan dilinə dövlət statusu verilməsi istiqamətində gördüyü əməli işlərlə əlaqədar, ölkəmizin müxtəlif idarə və müəssisələrində, tədris ocaqlannda bir sıra yığıncaqlar, elmi - nəzəri konfranslar, məruzə və mühazirələr keçirilmişdir. Dilçi alimlərimizin, Dövlət Dil Komissiyası üzvlərinin, qabaqcıl maarif xadimlərinin, görkəmli yazıçıların, jurnalistlərin, mətbuat və teleradio əməkdaşlannın milli liderimiz Heydər Əliyevin dilimizin qorunması, inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması ilə əlaqədar gördüyü əməli işlərdən söz açmışlar.

Dövlət Dil Komissiyasının üzvü, professor Vilayət Quliyev Azərbaycan dilinin tətbiqi problemlərindən, dilimizə maraq oyadılmasının, Azərbaycan dilindən qabiliyyət imtahanı götürülməsinin vacibliyini vurğuladı.

Yazıçılar Birliyinin sədri, millət vəkili Anar Rzayev Dünya ədəbiyyatı ilə tanışlığın zəruri olduğunu söylədi.

10

Page 11: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Akademik Bəkir Nəbiyev milli liderimiz Heydər Əliyevin dilimizin müasir səviyyəyə yüksəlməsindəki rolundan, eləcə də vəzifəyə təyin olunanlan seçərkən başlıca meyar həmin şəxwslərin ana dilini mükəmməl bilməsi olmalıdır - dedi.

MEA-nın müxbir üzvü, millər vəkili Nizami Cəfərov Azərbaycan dilinin orta məktəblərdə inkişaf etdirilməsindən, ona ciddi fikir verilməsinin vacibliyini qeyd etdi.

Azərbaycan prezidenti şəxsi fəaliyyəti ilə yalnız ölkə daxilində deyil, ölkəmizdən çox-çox uzaqlarda, yüksək tribunalardan dönə-dönə sübut etmişdir ki, Azərbaycan dili müasir dünya düşüncəsinin səviyyəsinə qalxmağa layiq geniş ifadə imkanlarına malik bir dildir, dedi.

Sonra Böyükxanım Eminli (SDU), Heyder Əliyevin nitqində müraciət formalarından, auditoriya ilə bilavasitə əlaqəyə girmək məharətindən danışdı.

Aytən Hacıyeva (ADU), Azərbaycan dilinin qorunması və inkişafında Heydər Əliyevin rolundan söz açdı.

Professor Ağamusa Axundov (BDU) dedi ki. Heydər Əliyevin dil siyasətində ana dilinə hörmət, bu dili təbliq etmək əsas yer tutur, çünki ana dili xalqın tarixinin, mədəniyyətinin, milli mədəni ənənələrinin ifadəçisidir.

Professor Yusif Seyidov (ADU) «dünyaya çıxmaq, müasir elmi və siyasi informasiyanı qəbul etmək üçün» xarici dillərin öyrənilməsindən öncə ana dilinə yiyələnməyin «Azərbaycan ədəbi dilində yazmağı və danışmağı bacarmağı» vacibliyini vurğulayan Heydər Əliyevin görüşlərini çox yüksək dəyərləndirdi.

Filologiya elmləri namizədi Akif Hacıyev (AMİU) müasir Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolunda?! danışarkən dedi;

Öz dillərini unutdurmaq və «qardaşlıq dili» olan rus dilini genişləndirmək siyasəti yürüdüldüyü ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik edən Heydər Əliyev çox böyük cəsarət və uzaqgörənliklə Azərbaycanın Əsas Qanununda xalqımızın ana dilini dövlət dili kimi qəbul edilməsinə nail oldu.

11

Page 12: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Bütün bunlarla yanaşı, Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində möhtərəm prezidentimizin sonrakı dövrlərdə də böyük səyləri olmuşdur.

Heydər Əliyevin nitqi öz mükəmməlliyi, səmimiliyi ilə dünyanın ən böyük siyasi xadimlərinin, ən mahir natiqlərinin nitqi ilə müqayisə oluna bilər desək, qətiyyən səhv etmərik.

Ümumiyyətlə, Heydər Əliyevin dili ideoloji ' - fəlsəfi mükəmməlliyi, informatik zənginliyi, emosionallığı ilə örnək, onun ictimai - siyasi natiqlik sahəsindəki təcrübəsi, istedadı bütöv və perspektivliyi bir məktəbdir.

12

Page 13: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

NITQ MƏDƏNIYYƏTI HAQQLNDA ANLAYIŞ

Plan

1. Giriş

2. Nitqdə işlətmək üçün sözün seçilməsi

3. Nitqin dəqiq, aydın ifadəliyi

4. Nitqdə dilin bədii təsvir vasitələrindən istifadə etmək

yolları

5. Ədəbi dil, onun normaları və nitqin düzgünlüyü

məsələsi

Müasir Azərbaycan ədəbi dili xalqımızın tükənməz sərvətidir. Görkəmli yazıçı və alimlərimizin yaratdıqları bədii, elmi və fəlsəfi əsərlər həmin bu dildə yazılmışdır.

Lakin buna baxmayaraq, hazırda ədəbi nitqə yiyələnmək məsələsi xalqımızın ümumi mədəni səviyyəsindən hiss ediləcək dərəcədə geridə qalmışdır. Nitq mədəniyyəti yüksəlmədikcə, onun lazımi mədəni səviyyəyə çatmasını da təsəvvür etmək qeyri - mümkündür.

Nitq mədəniyyəti nə deməkdir? Nitq mədəniyy'əti, qrammatik cəhətdən cümlələri dfızgün

qurmaq, fikri aydın, dəqiq və məntiqi ardıcıllıqla, ədəbi bir dildə, bütün tələffüz normalarını gözləyərək ifadə etməyi bacarmaq deməkdir.

Özünə məxsus milli xüsusiyyəti ilo, yəni məna dəqiqliyi, lüğətinin zənginliyi və genişliyi, qrammatik düzgünlüyü, məntiqi dürüstlüyü, bədii təsvirlik və səlisi iyi ilə fərqlənən nitq mədəni nitq adlanır. Mədəni nitq şifahi cəhətdən hazırki orfoepiya (düzgün ədəbi tələffüz) normaları, yazılı cəhətdən isə orfoqrafiya və durğu işarələri noımalannın tələblərinə cavab verə biləcək səviyyədə olmalıdır.

Nitq mədəniyyətinə yiyələnmək, hər şeydən əvvəl, qrammatika, dilin lüğət tərkibi və orfoepiyası sahəsindəki ədəbi nitq normalarını mənimsəməkdən çox asılıdır. Ədəbi dil canlı ictimai bir hadisə kimi inkişaf edir və təkmilləşir. Burada

13

Page 14: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

bəzi sözlər tədricən aradan çıxır, qrammatik və orfocpik normalar dəyişir, başqa normalarla əvəz olunur, lüğət tərkibi isə başqa sözlər hesabına artır.

Nitqdə işlətmək üçün sözün seçilməsi

Qrammatikanı bilmək insana öz fikirlərini düzgün ifadə edə bilmək imkanı, dilə isə düzgün quruluş və dərk edilmə xarakteri verir. Bununla belə qrammatika yalnız yaxşı danışmağı öyrətmir, çünki düzgün danışmaq və yaxşı danışmaq dedikdə, bunlar tamamilə ayrı - ayn şcylərdir.

Demək, nitqin təkcə qrammatik cəhətdən düzgün olması ilə iş bitmir, nitq eyni zamanda aydın və ifadəli olmalıdır. Bəzən sözlərin formaca düzgün işlodilməsinə və cümlələrin düzgün qurulmasına baxmayaraq, oradakı fikirlər aydın, dəqiq və ifadəli olmaya da bilər.

Nitqin aydın, dəqiq və ifadəli olması üçün yalnız praktik cəhətdən qrammatikanı bilmək kifayət deyildir; burada yazılı mətnin və ya şifahi surətdə deyilənlərin tez, həm də düzgün dərk olunmasına kömək edən elə sözlər seçməyi bacarmaq lazımdır ki, onlar üslub tələblərini pozmadan, nitqdə irəli sürülən mənaya tamamilə uyğun gəlsin.

Təbiidir ki, çox söz bilən və onların mənasını yaxşı dərk edən adam (yəni çoxlu fəal söz ehtiyatına malik olan adam) həmişə öz fikirlərini çətinlik çəkmədən, sərbəst surətdə ifadə edə bilər. Buna görə, nitqini dəqiq və ifadəli şəklə salmaq istəyən hər kos öz ümumi mədəni səviyyəsini müntəzəm olaraq inkişaf etdirməli və fəal söz ehtiyatını artırmağa çalışmalıdır. İnsanın fəal söz ehtiyatının artması məsələsi, onun müəyyən ixtisas sahəsində məşğul olduğu işin xarakterindən, ictimai işlərdə nə dərəcədə iştirak etməsindən, təhsilindən və s.-dən asılıdır. İnsan yalnız müntəzəm surətdə klassik və müasir ədəbiyyat nümunələrini, publisist, elmi - kütləvi və fəlsəfi əsərləri oxumaqla fəal söz ehtiyatını zənginləşdirə bilər.

14

Page 15: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Bəzon elə adamlara rast gəlmək olur ki, onlar öz ana dilində danışarkən hamıya məlum olan bir çox sözlərin mənasını bilmirlər; buna görə də onlar həmin sözləri yanlış və çox vaxt olunmuş şəkildə tələffüz edirlər. Məsələn, «minnətdar» sözünü alaq. Bəziləri «minnətdar» sözünün mahiyyətini yaXşı biimədiklərindən, onu yerində işlətməyi bacarmırlar. Əgər biri qəzetdə çap olunmuş məqalə üçün onun müəllifinə: Mən sizin məqalənizə minnətdaram» deyirsə, demək burada «minnətdar» sözü yerində işlədilməmişdir. Başqa bir misal. Elə adamlar vardır ki, onlar danışarkən sözləri, onlara xas olmayan mənada işlədirlər. Belə hallarda söz şəkilcə düz işlədilsə do, mən aca yerində olmur. Məsələn: «Bu adam avaralıq, şüursuzluq və əxlaqsızlıq uğrundan şəraba tutulmuşdur» cümləsində «uğrundan» sözü yersiz işlədilmişdir. Burada «uğrundan» əvəzinə «Ü2riindən» və ya «ucundan» deyilməli idi. Yaxud «Ölülər» əsəri dövrümüzdə belə əhəmiyyətini itirməmiş və öz müəllifinə ölməz yer qazandırmışdır» cümləsində də «yer» deyil, «ad» qazandırmışdır deyilməli idi.

Ümumiyyətlə, sözləri qeyri - dəqiq, bəzən də səhv işlədənlər nə barədə danışdıqlarını yaxşı təsəvvür etməyən adamlardır. Məsələn: avstriyalı əvəzinə avstraliyalı, surət əvəzinə sürət; məhsul əvəzinə məsul, fakt (həqiqi hadisə) əvəzinə faktor (hərəkətverici qüvvə, müəyyən bir iş və ya hadisənin səbəbi) kimi sözlərin nitqdə yanlış işlədilməsini yalnız bununla izah etmək olar.

Mitqin dəqiq və aydınlığı çox vaxt sinonimlərin düzgün seçilməsindən asılıdır. Sinonimlər yaxın mənalı sözlər olsalar da, məna və üslubi xüsusiyyətlərinə görə eyni deyildirlər (məsələn: iri - böyük - yekə - nəhəng sözləri kimi).

Sinonimlər eyni məna daşıya bilsələr də, onlar danışanın əşyaya olan münasibətini müxtəlif cəhətdən ifadə edərək, ona rəngarəng üslubi xüsusiyyətlər verir (qarın, mədə, bətn, içalat sözlərini müqayisə edin). Nitqi daha da ifadəli etmək, onu səlis və rəngarəng şəklə salmaq məqsədilə sinonim sözlərdən istifadə edərkən, onların üslubi xarakteri ilə mətnin ümumi

15

Page 16: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

üslubi arasında mütləq müəyyən bir uyğunluq yaradılmalıdır. Sinonimləri bilmək, onları nitqdə düzgün işlətməyi bacarmaq dili praktik surətdə və 3mksək səviyyədə bilməyin əlamətidir.

Mənaca yaxın və bəzən do eyni olan .sözlər əşyam, hadisə vo keyfi>'yəfi müxtəlif cəhətdən xarakterizə etməyə, həm də danışanın əşyaya olan münasibətini bildərraəyə imkan yaradır. Dilçilikdə belə sözlərə sinonimlər deyilir. Sinonimlər dili ifadəli hala salmağa imkan yaradır və onu zənginləşdirir: fikri dəqiqləşdirir və yersiz işlədilən sözlərdən uzaqlaşmağa kömək edir. Sinonimsiz nitq rəngsiz, boyasız şəkil kimidir. Yazıçının dilində sinonimlərin kasıblığı, omm üslubunun, dilinin kasıblığı ilə izah olunur. Sinonimlər nitqi .zənginləşdirməklə bərabər təkrardan qaçmaq üçün əsas vasitədir.

Müəyyən bir fikir haqqında danışmaq istorkən, uyğun sözləri tapıb, üslubu pozmadan düzgün və yerli - yerində işlətmək üçün dilin lüğət tərkibi haqqında geniş təsəvvürə malik olmaq və nitq məflıurnunun nədən ibarət olduğunu tam və aydın bilmək lazımdır.

Sözlərin yanlış işlədilməsi, dialektlərdən ədəbi nitqə keçmiş tipik bir hadisə kimi, özünü ən çox azsavadlıların nitqində göstərir. Ədəbi dilin lüğət tərkibini kifayət qədər bilməmək, bəzi adamların nitqində müəyyən səhvlərin əmələ gəlməsinə səbəb olur. Belə adamlar ədəbi dildəki sözləri bilmədiklərindən çox vaxt öz nitqlərində yanlış və uydurulmuş söz və ya ifadələr işlədirlər.

Natiq səhv buraxmamaq, hər sözü yerində işlədə bilmək üçün ona aydın olmayan sözləri lüğətdən öyrənməli və ya bilənlərdən soı-uşmalıdıı.

Dil insanlar arasında ünsiyyət və fikir mübadiləsinə xidmət etmək üçün bir vasitə olduğundan, dildə ifadə edilmiş fikir dinləyici və oxucuya aydın olmalıdır. Cümlədoki mənaya uyğun olmayaraq yersiz işlədilmiş, yaxud uydurulmuş sözlər, söylənilən fikri dərk etməyi çətinləşdirir. Bundan başqa belə hallar, ədəbi dilin tələblərini yaxşı bilən adamlarda estetik cəhətdən xoşagəlməz bir duyğu və hiss əmələ gətirir. Adama

16

Page 17: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

elə gəiir ki. O, yaxşı və səliqə ilə hazırlanmış şeylər arasında pis və soliqosiz bir şey görür.

Bunlardan başqa, nitqdə mənası anlaşılmayan əcnəbi sözlər, digər ixtivsasa aid olan vo ya az işlənən bəzi ixtisar olunmuş mürəkkəb sözlərin, yaxud da məhəlli dialektizm və jarqon mənşəli sözlərin işlədilməsi də söylənilən fikrin dərk olunmasım çətinləşdirə bilər.

Nitqdə dilin bədii təsvir vasitələrindən istifadə etmək yolları

İfadənin aydın vo sadəliyi, cümlələrin qrammatik cəhətdən düzgün qurulması, sözlərin isə yerli-yerində işlədilməsi nitqin dərk olunmasım xeyli asanlaşdırır, ona ifadəlilik verir, onu parlaq, obrazlı hala salır, oxucu və ya dinləyicidə estetik zövq yaradır.

Yerində işlədilmiş ifadələr, dürüst seçilmiş cpitetlər, gözəl bənzətmə və müqayisələr, oxucu vo ya dinləyicidə nitqin məzmunundan alınacaq zövqü artırmağa kömək edir. Epitetlərin işlədilməsi yalnız həqiqi, real xasiyyət daşıdığı zaman və əşyanın ən əhəmiyyətli keyfiyyət və xüsusiyyətlərini ifadə etdikdə özünü doğrulda bilər. Epitetləri yersiz və məzmunsuz işlətmək olmaz; məsələn, xoşagəlməz yalan (iftira) və ya səssiz səs və s. bu kimi ifadələri işlətmək nə dərəcədə münasibdir? Nitqdə antonımlərdən, yəni raənaca bir-birinə əks olan sözlərdən istifadə etdikdə, əsas fikir daha parlaq nəzərə çarpır və onu daha dərindən dərk etməyə imkan yaranır.

Nitqdə təşbih vo metaforaları işlətdikdə təsvir olunan əşyanın no ilə müqayisə edildiyi dəqiq surətdə göz önünə gətirilməlidir. Təşbih vo istiarələrin real, həqiqi vo həyati olması çox mühümdür.

Mükaliməli nitqdən on çox kütləvi yerlərdə, yığıncaqlarda istifadə olunmalıdır. Burada çıxış edən öz nitqitıin dinləyicilərə nccə təsir etdiyini diqqətlə izləməlidir. Mükaliməli nitqdə əsas cəhət, onun məzmunca dərin

17

Page 18: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

olmasıdır. Məntiqi cəhətdən ardıcıl qurulmuş nitq dinləyicinin diqqətini daha yaxşı cəlb edir. Buna görə çıxış edən həmişə öz nitqini məntiqi qurmağa çalışmalıdır. Yəni o, öz çıxışını faktların təsvirində lüzumsuz olan təfərrüatlarla doldurmamalı, bilavasitə haqqında danışılan məsələ üzərində dayanmalı və ona öz münasibətini bildirməlidir.

Mühazirəçinin nitqi məzmunca o zaman dərin ola bilər ki, o, şərh etdiyi məsələ haqqnda geniş məlumata və yaxşı təsəvvürə malik olsun. Natiqdə az bildiyi və ya bilmədiyi məsələ haqqnda danışmaq məsləhət görülmür.

Müəyyən əşya və ya hadisə haqqında konkret təsəvvür olmadan «ümumiyyətlə» danışmaq və fikir irəli sürmək olmaz. Məşhur səhnə ustadı Stanislavski «ümumiyyətlə» sözünü çox qeyri-müəyyən, pis və dəhşətli söz adlandıraraq qeyd edirdi ki, bu sözdə çox böyük səliqəsizlik və qarışıqlıq vardır.

Bəzən nitq məzmunca dolğun olsa da, orada anlaşılmaz sözlər varsa, tərkibindəki cümlələr quruluşca mürokkəbdirsə dinləyicilər onu yaxşı dərk edə bilməzlər. Mühazirəçi, çıxış etməzdən qabaq dinləyicilərin hazırlığını, onalım ümumi mədəni səviyyəsini təxmini də olsa, müəyyənləşdirməlidir.

Kifayət qədər fəal lüğət ehtiyatına malik olmayan adamlar üçün qabaqcadan hazırlaşmadan, birdən-birə kütlə qarşısında çıxış etmək çətin olur. Belə adamlar danşıq zamanı qurmaq istədikləri cümlələri çox vaxt tamamlaya bilmir, işlətmək üçün zəruri sözlər seçməkdə çətinlik çəkirəlr. Bu zaman danışan, qabaqcadan nəzərdə tutulmamış yersiz fasilələr etməyə məcbur olur. Bəzən də o, həmin fasilələrdən yaxa qurtarmaq üçün öz danışığı ilə heç bir əlaqəsi olmayan bir sıra tüfeyli (demək ki, baxıb görürük ki, baxanda baxıb görürük ki, və s.) sözlər işlədir.

Bəzi adamın danışığında bu cür tüfeyli sözlərin işlədilməsi tədricən adət halına düşür və hətta o, çıxış etməyə hazır olduğu vaxtlarda belə öz nitqində həmin tüfeyli sözlərdən yaxa qurtara bilmir. Belə tüfeyli sözlərin tez - tez işlədilməsi, əlbəttə, nitqi zibilləyir, onda bir qırıqlıq.

18

Page 19: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

uyğunsuzluq vo rabitəsizlik omələ gətirir. Bu cür nitqlər dinləyicidə xoşa gəlməz bir duyğu və təəssürat yaradır.

Bu nöqsanları aradan qaldırmaq üçün hər bir çıxışı qabaqcadan ətraflı düşünmək vo yazılı şəkildə hazırlamaq məsləhətdir. Lakin natiq dinləyicilər qarşısında çıxış edərkən həmişə mətnə bağlı qalıb, yazdıqlarını üzündən oxumağa meyl etməməlidir. Çünki, adətən mətni oxuyarkən intonasiya yeknəsəq olur, bu da öz növbəsində sözləri mənasına görə bir -birindən fərqləndirməyi xeyli çətinləşdirir. Digər tərəfdən, natiq çıxışının mətnini üzündən oxuduqda oradakı intonasiya bir çox hallarda emosional vo rəngarəng olmur. Çıxış zamanı mətni üzündən oxumaq eyni zamanda danışanın düşünməsinə və lazımi intonasiyadan istifadə etməsinə mane olur və dinləyicilərin əhvalı - nıhiyyəsini izləməyə imkan vermir. Belə hallarda natiqlə dinləyicilər arasındakı rabitə də pozulur.

Natiq hər bir sözü dinləyicilərə yaxşı çatdırmaq üçün normal sürətdə danışmalı və tələsməməlidir; o, sözləri hətta, lazım gəldikdə, ayrı - ayrı sözlərdəki hecaları belə xüsusi avazla, çox aydın tələffüz etməlidir.

Ədəbi dil, onun normaları və nitqin düzgünlüyü məsələsi

Nitq mədəniyyətinin əsas şərti, əlbəttə, onun düzgünlüyüdür. Lakin düzgünlük anlayışının özü də bir sıra əlavə izahat tələb edir.

Məsələn, M.F.Axundovun «Hekayəti-molla İbrahimxolil kimyagən> komediyasında molla İbrahimxəlilin monoloqlarını nəzərdən keçirdikdə çox qəliz, mənası çətin anlaşılan, azəricə düzgün^ olmayan bir nitq görürük: «... Bu dövreyi -tərbiyət itamamə yetişdikdən sonra əczayi-iksir gərəkdir hərarəti - nariyyə vasitəsi ilə öz təkmilini itmamə yetirsin. Gili- hikmətdən yapılmış bütənin içində üç saəti - nücumənin ərzində xaricdən sair əczayi - əsrariyyə tədriclə məxlut olunmaq imdadı ilə ki, əvvəl bir cismi - maye nəzərə gəlir və sonra müncəmid olub cistni - sübut olur ...»

19

Page 20: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Burada sözlərin çoxu azəricə deyildir, çoxlu fars tərkibləri vardır, ' sözlər arasında uzlaşma yoxdur, cümlələr düzgıin qurulmamışdır, azəri tələffüzünün əksinə olaraq, bəzi sözlər təhrif edilmiş şəkildə söylənilmiş və s.

Bizim milli dilimizin vəhdəti üçün başlıca şərt, həmin dildə ümumi və məcburi ünsürlərin (yəni əsas söz ehtiyatı, tələffüzün başlıca təma3mlü, ən mühüm qrammatik kateqoriyaların) olmasıdır.

Bütün bunlara baxmayaraq, bizim hər birimizin nitqi öz xüsusiyyətinə görə başqasından fərqlənir. Burada təbii fərdi xüsusiyyətdən başqa, nitqimizdə qrup halında da bəzi ciddi fərqlər və hər şeydən əvvəl, ərazi fərqləri müşahidə edilir ki, buna da azəri dialekt və şivələrini misal göstəmıək olar.

Bəzən ayn-ayrı şivələr çox qədim və spesifik xüsusiyyətləri mühafizə edir. Lakin bütün bunlara baxmayaraq, dildə olan həmin formalar və sözlər nə qədər geniş yayılmış və təbii gözəlliyə malik olsalar da, nə qədər qədim və tarixi cəhətdən qanunauyğun sayılsalar da, həmin sözlər bu gün üçün o qədər də münasib deyildir.

Başqa sözlə desək, Azərbaycan dilində olan hər bir danışığı (nitqi) biz nitq mədəniyyəti nöqteyi-nəzərdən düzgün və səlis hesab edə bilmərik. Hətta, ən çox yayılmış şivə və jarqonlar belə ümummilli dilin yalnız müxtəlif növləri hesab olunurlar. Onlar ümummilli dilin əsasını təşkil etmirlər. Azərbaycan dilinin özəyini, bütün savadlı adamlar üçün hərtərəfli (universal) ünsiyyət forması olan bizim ədəbi dilimiz təşkil edir.

Uzun illər boyu çətin yollar keçərək, işlənib billurlaşmış Azərbaycan ədəbi dili, nitq mədəniyyəti sahəsində xalqımızın yüksək nailiyyətinə çevrilmişdir. Bizim nitq mədəniyyətimiz öz zənginliyi və ifadə formasının rəngarəngliyi cəhətdən, özünün dəqiq və yığcamlığına görə ən zəngin və mədəni nitq səviyyəsinə yüksələ bilmişdir.

Ədəbi dil xalqımızın ictimai, iqtisadi, istehsalat, elm, texnika, mədəniyyət və incəsənət sahələrində əldə edilmiş bütün nailiyyətləri mühafizə və tənzim edən bir qüvvə kimi.

20

Page 21: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

başqa sözlə desək, ictimai inkişaf və tərəqqinin qüdrətli bir vasitəsi kimi həyatımızda çox mühüm roi oynayır. Ədəbi dilin ümumi şəkildə yayılması, onun gündən-günə möhkəmlənən ən mühüm xüsusiyyətidir. Hazırda ədəbi dilin yayılma vasitələri müxtəlif növlü və çox güclüdür; belə vasitələrə misal olmaq üçün: məktəbləri, mətbuatı, radio və televiziya verilişlərini, kino və teatrları göstəmıək kifayətdir.

Ədəbi dil bütün tədris müəssisələri və nəşriyyat idarələri üçün məcburidir. Lakin ədəbi dilin qüdrəti onu icbari surətdə məktəb, mətbuat və radio vasitəsi ilə yaymaqda deyildir; onun əsii gücü xalq tərəfindən şüurlu olaraq mühafizə cdilməsindədir.

Ədəbi dil qanunlarının pozulması ictimai məzəmmətə səbəb olmalı, estetik hissləri alçaldan və ünsiyyətə mane olan bir səbəb kimi, savadsızlıq və mədəniyyətsizlik əlaməti hesab edilməlidir.

Öz danışığında həddindən artıq məhəlli söz işlədən və çıxışında şivə xüsusiyyətlərinə geniş yer verən natiqlərə iclaslarda nə cür münasibət yarandığı hamıya məlumdur.

Ədəbi dildən kənara çıxmaq, ondan uzaqlaşmaq həmişə savadlı, təhsilli adamların, xüsusən, müəlim və alimlərin, yazıçıların böyük etirazına səbəb olur. Onlar belə hallarda, nitqdə ifadə olunan ən kiçik səhvlərə görə daxili bir iztirab və əziyyət çəkirlər.

Bütün bunlarla birlikdə, ədəbi dil heç də donub qalmış heykəl deyildir; o canlı və inkişaf edən bir orqanizmdir. Ədəbi dil cəmiyyətin dəyişən və mürəkkəbləşib çətinləşən həyati tələblərinə uyğun olaraq, yeni ifadə forması və vasitələri hazırlayır, vaxtı ötmüş və özünü doğrultrnayanlan kənara atır, əldə olan ifadə forması və vasitələrini isə təkmilləşdirir.

Göründüyü kimi, ədəbi dil ümumxalq dilinə çıxan ayrıca müstəqil bir dil deyildir; o, yalnız milli dilin xüsusi normalarla idarə olunan müəyj'ən bir təbəqəsidir. Ədəbi dil, işlənib billurlaşmış nümunəvi bir dildir; o, ümumxalq dilində işlənən ifadə vasitələrinin ümumiləşdirilməsi və milli ünsiyyətin silahıdır.

21

Page 22: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Nitq mədəniyyətinin ən zəruri və ən ilkin şərti onun düzgünlüyüdür dedikdə, biz nəyi nəzərdə tuturuq,

Biz burada, hər şeydən əvvəl, nitqin hazırki dövrümüzdə qəbul olunmuş ədəbi dil normalarına tamamilə uyğun gəlməsini, nitqimizin tələffüz, orfoqrafıya, lüğət və qrammatik normalarından həm sərbəst, həm də bacanqla istifadə edə bilməyi nəzərdə tuturuq. Lakin bütün bunlara baxmayaraq, nitq mədəniyyəti anlayışı nitqin düzgünlüyü anlıyışından çox- çox genişdir; çünki ədəbi dil normalarına uyğun gələn, yəni düzgün hesab olunan hər bir nitq tam mədəni sayıla bilməz, bunun üçün başqa şərtlərə də əməl etmək lazımdır.

Nitq mədəniyyəti hər hansı bir xalqın dildən ünsiyyət vasitəsi kimi istifadə etmək qaydalannı nəzərdə tutur.

Nitq mədəniyyətinə yiyələnmək üçün dilin fonetik, İeksik, qrammatik, eləcə də orfoqrafik, orfoepik qayda- qanunları vardır ki onlan yaxşı bilmədən nitq mədəniyyətinə yiyələnmək olmaz. Odur ki, cəmiyyətin normal ünsiyyətinə xidmət edən həmin qayda - qanunlan öyrənib bilmək lazımdır.

Dilçilik elminin mötəbər mütəxəssislərinin fikrincə «nitq mədəniyyəti»nin predmetini müəyyənləşdirmək çox çətindir. Çünki burada bu və ya digər dil faktı, hadisəsi yox, üsullar, qayda-qanunlar sistemi öyrənilir.

Buradan göründüyü kimi «nitq mədəniyyəti» filologiya elminin praktiki sahəsidir, onun tərkib hissəsi olan dilçiliyin nəzəri göstəriciləri məhz «nitq mədəniyyəti»ndə təcrübi əhəmiyyət qazanır.

Dilşünaslıq elminə görə nitq mədəniyyətinin əsas şərtlərindən biri onun düzgünlüyü, dəqiqliyi və ifadəliyidir. Nitqin düzgünlüyü nitq’mədəniyyətinin birinci şərti olmaqla, həm də onun dəqiqliyini və düzgün ifadə tərzini tələb edir.

Odur ki, nitqin düzgünlüyünə, onun dəqiqliyinə və ifadəliyinə hamı çalışmalıdır. Çalışmalıdır ki, nitq aydın vo ifadə tərzinə görə düzgün olsun.

Məsələn (nitqin düzgünlüyü) qapını vurmaq-düzgün deyil, qapını döymək-düzgündür.

22

Page 23: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Nitqin dəqiqliyinə aid- qoyun sürüsü, at ilxısı düzgündür, ancaq sürü, naxır düzgün olmaqla, həm də dəqiqdir.

Nitqin ifadoliyindo isə «o, ömrünü boş-boşuna keçirdi» cümləsi həm düzgündür, həm də dəqiqdir, ancaq ifadəli deyil, «o, ömrünü yelə verdi» daha ifadəlidir, desək daha gözəldir.

23

Page 24: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

MÜASİK AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ YAXŞI

NİTQLN ƏLAMƏTLƏRİ

Plan

1. Giriş 2. Nitq vasitələrindən istifadə edilməsi y Nitqin düzgünlüyünün təmin edilməsi 4. Nitqin aydınlığı haqqında 5. Nitqin dəqiqliyi haqqında

Adoton, insan homişə ona xoş təsir buraxan fikirləri, natiqlərdən eşitdiyi və ya kitablardan oxuduğu on sərrast və münasib sözləri yadda saxlamağa çalışır.

Fikri təkcə ədəbi dilin normalarına uyğun olaraq düzgün söyləmək kifayət deyildir; burada ən sərrast və məqsədəuyğun nitq vasitələrindən də istifadə edilməlidir. Nitq mədəniyyətinin əsil idealı da budur.

Lakin nitqdə belə sözləri tapıb işlətmək o qədər də asan deyildir. Bunun üçün çox gərgin iş tələb olunur ki, buna poetik dildə «söz tapmaq əzabı» deyilir. Böyük söz ustalarından məsələn, L.Tolstoy yazıb yaradarkən öz əsərlərinin əlyazmasım on dofələrlo təkrar - təkrar işləyib dəyişdirmiş, yenidən üzünü köçürmüş və hər dəfə fikirlərini daha dəqiq və obrazlı ifadə edə bilmək üçün daha sərrast sözlər tapıb işləməyə çalışmışdır.

Yaxşı nitq danışıqda ən münasib və ən müvafiq söz seçməyi tələb edir. Yaxşı nitq o nitqə deyilir ki, orada işlədilən sözlər, nəzərdə tutulan məsələnin ifadəsi üçün iıənı yaxşı seçilsin, həm də məqsədəuyğun olsun.

Yaxşı nitq məfhumunun çox real və obyektiv bir bazası vardır ki, o da üslubiyyatdır. «Üslubiyyat» dilçüikdə fikir və hisslərimizi ifadə etmək üçün dilin ixtiyarında olan vasitələri öyrənən bir şöbədir. Bizim yazılı və şifahi nitqimiz hər şeydən əvvəl aşağıdakı üç şərti: l) nitqin düzgımlüymnü; 2) aydnlığmı və 3) dəqiqliyini təmin etməlidir.

24

Page 25: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Nitqin düzgünlüyü, yazıda və danışıqda qrammatika qaydalanm gözləməkdən ibarətdir. Nitqin aydnlığı, fikri elə İfadə etməyi tələb edir ki, dinləyici və ya oxucu asanlıqla, b.eç bir çətinlik çəkmədən fikri anlaya bilsin. Nəhayət, nitqdə dəqiqlik o deməkdir ki, nitq, danışanın fikirlərinə, yəni onun DƏ ılernok istədiyinə, tamamilə uyğun olsun. Əgər qrammatika, sözləri və ya cümlo qıırmağı dilin qəbul olunmuş nonnalarına uyğun gəlib-gəlmədiyi cəhətdən qiymətləndirirsə, üslubiyyat onları (sözləri və ya cümlə qumıağı) nitqdə aydın və dəqiq işlətmək cəhətdən qiyməlloııdirir.

Əgər qrammatika məşğələlərinin məqsədi dilin ümumi normalarını öyromnək yolu ilə nitqi mənimsətmokdirsə, üslubiyyat raoşğəlülorinin məqsədi fikir və hisslərimizin rəngarəng cəhətlərini ifadə etmək üçün dilin ixtiyarında olan bütün vasitələri öyrənməklə, nitqin aydınlıq və dəqiqliyim təmin etməkdir.

Qabaqda qeyd edildiyi kimi, gözəl nitqə yiyələnmək üçün yalnız qrammatik qaydaları gözləmək kifayət deyildir, nitqi üslubi cəhətdən do dfızgün qurmaq lazımdır; yəni elə sözlər seçməli və cio cümlələr qurulmalıdır ki, orada fikir aydın və dəqiq ifadə edilsin.

Azərbaycan dili öz zənginliyi ilə insan qəlbinin çırpıntılaını, onun hiss və duyğularını ifadə etməyə imkan verir.

Buna görə do biz zəngin söz ehtiyatım malik olmaq və sözlərdən istifadə etməyi bacarmağın əhəmiyyətini bilməliyik. Bütün böyük yazıçılar, söz ustaları öz fikirlərini, hiss və duyğularını ifadə etmək üçün zəngin söz ehtiyatmdan istifadə etmişlər. Onlar dilin təmizliyi, dəqiqliyi və gözəlliyi uğrunda ycmlı^radan mübarizə aparmışlar.

Başqalama öz fikir vo hisslərini bütünlüklə vemıəyə imkan tapmaq üçün hər şeydən əvvəl, zəngin söz ehtiyatına malik olmaq, ikincisi, müəyyən sözləri seçib işlətməyi bacarmaq lazımdır. Danışan öz nitqində hər bir sözü işlədərkən, orada ifadə ediləcək fikri no dərəcədə dəqiq vero biləcəyini qabaqcadan aydın etməlidir.

25

Page 26: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Demək, söz seçmək hələ işin bir tərəfidir. Sözlər əsasında cümlə qurmağı da bacarmaq lazımdır. Digər tərəfdən nitqin aydınlığı və dəqiqliyi yalnız münasib sÖzlər tapmaqla bitmir, eyni zamanda həmin sözləri cümlədə yerli - yerində işlətməyi bacannaq da şərtdir.

Beləliklə, danışmaq istəyən adam, öz nitqində lüzumsuz cümlə və sözlərə, təkrarlara yol verməməlidir.

İnsanın fikri çox zəngin, hissləri isə müxtəlif və rəngarəngdir. Belə mürəkkəb fikir vo hissləri ifadə etmək üçün yığcam, səlis, obrazlı bir dilə malik olmaq lazımdır. İnsan öz fikir və hisslərini başqalanna verə bilmək üçün, zəngin söz ehtiyatına malik olmalı, danışıb yazarkən lazımi sözləri seçməyi bacarmalıdır. Nitqdə işlədiləcək hər bir sözün əhəmiv^ətini, ifadə olunacaq fikir üçün onun nə dərəcədə dəqiq olmasını aydın təsəvvür etmək lazımdır. Çünki fikrin düzgün və tam ifadə edilməsində sözlərin dəqiqliyi çox mühümdür.

Biz fikrimizi düzgün, aydın vo məqsədə müvafiq surətdə ifadə etməyə çalışdığımız kimi, onu cazibəli, təsirli və bəzən emosional bir hala salmaq da istəyirik; həmin məqsədlə, nitqimizi bədii obrazlarla bəzəməyə səy edirik; bu sahədə əlimizdə olan əsas vasitələrdən biri də şübhəsiz sözdür. İnsan hər bil təsəvvürə qarşı müəyyən sözlərə malikdir; məsələn, kitab, dəftər, qələm və s. bu kimi sözlərin cəmiyyət içərisində şərtləndirilmiş və müəyyən mənası vardır. Lakin həyatda əşya və təsəvvürlər o qədər çoxdur ki, bunları tamamilə müstəqil və ayrı-ayrı sözlərlə ifadə etmək çətindir, bəzən də mümkün deyildir. Axı, biz bir sözdən müxtəlif şəkildə istifadə etməyə və ona müxtəlif mənalar verməyə məcburuq. Məsələn, «dil» sözünü alaq. Bu söz yəni dil, əsasən insan və heyvanların ağızlarında olan bir üzvü (ət parçasını) bildirir. Amma «dilimiz zənginləşir» cümləsində dil sözünün mənası tamamilə başqadır.

Yaxud, zənginləşmək, dövlətə, sərvətə malik olmaq deməkdir. Göründüyü kimi yuxarıdakı cümlədə hər iki söz, əsas mənasından ayrılmış vo başqa mənada işlənmişdir. Yəni

26

Page 27: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

«dilimiz zənginloşir» demək, «sözlərimiz çoxalır» deməkdir. Məlumdur ki, «sözlərimiz çoxalır» cümləsinə nisbətən «dilimiz zənginləşir» cümləsinin doğurduğu təsir əlbəttə, daha qüvvətli və daha canlıdır.

Beləliklə, yuxarıdakı cümlələrdə işlədilən «söz», «dil»in əsil mənasnı ifadə etmədiyi kimi, «çoxalmaq» da, «zənginləşmək» sözünün əsil mənasını ifadə etmir. Bürada sözlər müəyyən səbəbə, əlaqə və münasibətə görə daha başqa bir mənada işlədilmişdir.

Demək, sözlər müəyyən bir məna üzərində donub qalmır, onlar müxtəlif fikir vo hissləri ifadə edərkən vəzifələrində çox elastiki olur. İnsanlaı öz ifadələrinə bədii və təsviri boyalar vennək üçün sözlərin bu xüsusiyyətlərindən geniş istifadə edə bilərlər.

27

Page 28: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

NITQ MƏDƏNİYYƏTİ MİLLİ MƏDƏNİYYƏTİN

TƏRKİB HİSSƏSİDİR

Plan

1. Giriş 2. Dil mədəniyyət göstəricilərindən biridir 3. Danışıq mədəniyyətinin əsas cəhətləri 4. Nitq vasitələrindən məqsədəuyğun şəkildə istifadə

edilməsi 5. Müasir ədəbi dilimizin bəzi aspektləri

Hələ orta məktəb dərsliklərindən öyrənmişik ki, hər hansı millətin öz mədəniyyəti var. O, mədəniyyətin göstəricilərindən də biri, o xalqın şifahi, həm də yazılı nitqidir. ^4üşahidələr göstərir ki, Azərbaycan dili öz səlisli^d, ifadə imkanlarının gcnişliyinə görə dünyanın ən inkişaf etmiş zəngin dilidir. O, fonetik, leksik, həm də qrammatik quruluşuna görə dünyanın ən inkişaf etmiş zəngin dillərindən biridir.

Qədim dövrün şifahi, həm də yazılı ədəbi)^atı da bu dildə yaranıb inkişaf etmişdir. Bu da xalqımızın ən qədim və zəngin nitq mədəniy)'ətindən xəbər verir.

Odur ki, xalq özü milli mədəniyyətinin, eləcə də öz nitq mədəniyyətinin qoruyucusu olmalıdır, Dünyanın keçmiş söz ustaları kimi bizim söz ustalarımız da öz doğma Azərbaycan dilinə əsaslanaraq onun inkişafı və daha geniş yayılması uğrunda yorulmadan çalışmışlar.

Nitq mədəniyyəti öz funksiyasına görə ümumi və xüsusi xarakterə malikdir.

Həmişə olduğu kimi bu gün yenə də nitqin .düzgünlüyü cəmiyyətdən tələb olunur. Odur ki, dilin qayda - qanunlarına hamının eyni dərəcədə riayət etməsi tələb edilir. Başqa formada ola da bilraiz. Axı sözün düzgün tələffüzünü, düzgün yazılışı, cümlənin quruluşunu, hətta onun leksik mənasını hamı eyni cür qavramır. Əlbəttə bu əgər belə olmasaydı, dil öz əsa.s vəzifəsi olan ünsiyyət funksiyasını yerinə yetirə bilməzdi.

28

Page 29: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Nitq mədəniyyətinin elə məsələləri do vardır ki, o, xüsusi səciyyəyə malikdir. Axı hamı eyni cür dəqiq danışıb yazmır, nitqi gözəl deyil, nitqin gözəlliyi hərədə bir cür təzahür edir.

Söz yox ki, nitq mədəniyyətinin ümumi məsələləri onun xüsusi məsələləri ilə birbaşa bağlıdır. Əlbəttə sözə yeni məna çalarlan qazandırmaq olar, cümləni adi nitqdə işlədildiyi şəkildə deyil, xüsusi formalarda işlətmək də mümkündür, ancaq bu zaman ümumi tələblər gözlənilməlidir.

Ümumi tələbləri gözləməyən nitq kimi xüsusi gücü olmayan nitq də yüksək mədəni nitq sayılmır. Ona görə do hər bir azərbaycanlı onu dərindən mənimsəməklə ana dilindən lazımi səviyyədə istifadə etməyə, gözəl danışıb yazmağa borcludur.

Yer üzünün əşrəfi sayılan insanın ən gözəl əlamotiorindən bin də onun saf, səli.s, aydın, dəqiq məntiqi damşmaq və yazmaq vərdişinə yiyələnməsidir. Gözəl danışmaq qabiliyyəti insan mədəniyyətinin mühüm tərkib hissəsidir. Nitq vasitələrindən məqsədəuyğun və təsirli istifadə etmək özü də bir məharətdir. Danışan o zaman gözəl nitqə malik ola bilər ki, o canlı danışıq dilini ədəbi dil üçün xarakterik olan söz və ifadəni tərkib halında uyuşdura bilsin, onlardan düzgün istifadə etsin. Bu cəhətdən müəllimin danışığı, nitqi nümunəvi olmalıdır. Axı dərsdə, yaxud hər hansı məsələnin başqa yerlərdə müzakirəsində o, öz sözü ilə işin əsl mahiyyətini açıb izah etməli və ürəklərə yol tapmalı olur.

Belə nitq ola bilməz ki, dinləyicini ardınca apara bilməsin. Dili mükəmməl bilmək, sözləri düzgün, yerinə görə seçib işlətmək, fikri isə məntiqi, aydın izah edə bilmək ustalıqdır, müəllim üçün xüsusilə məharətdir. Bu qabiliyyəti, yəni doğma ana dilində savadlı yazıb oxumağa, səlis danı.şmağa yiyələnmək, şagird və müəllimlərin müqəddəs vəzifəsidir.

Milli mədəniyyətimizin tərkib hissəsi olan nitq mədəniyyəti fənninin əsas məqsədi və vəzifəsi bu gün parta

29

Page 30: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

arxasnıda oturan toləbəlori Azərbaycan danışıq mədəniyyətinin əsaslan ilə yaxından tanış etmək, onlara sözlərin ustalıqla və sənətkarlıqla tələffüz edilməsini öyrətməkdir. Əsas məqsəd müasir ədəbi dilimizin normalarına, nitq və orfoepiya texnikasına, geniş çıxış etmək bacanğına, bədii oxu məharətinə yiyələndirməkdir. Axı, ali və digər məktəblərimiz hərtərəfli inkişaf etmiş savadlı, vətəndaşlar hazırlayır. Onlar ailədə ictimai yerlərdə, təhsil ocaqlannda, işlədikləri idarə və müəssisələrdə, rəhbərlik etdikləri digər sahələrdə yüksək nəzəri, elmi səviyyəsi, təmiz əxlaqı, nümunəvi davranışı və mədəni nitqi ilə fərqlənməlidirlər.

Təcrübə göstərir ki, ünsiyyət prosesində bəzən əndazəni gözləmirik, qəbahətə yol veririk, danşiğımızla başqalarının qəlbinə toxunumq, onları özümüzdən narazı salınq.

Nitq mədəniyyətinin və natiqlik məharətinin yüksəkliyi hərtərəfli inkişafın, yetkin ağlın, kamilliyin təzahhürüdür. Nitq mədəniyyəti, aşağı səviyyədə olan şəxs bəzən öz fikrini izah edə bilmir, dinləyənlər ondan aydın fikir əldə edə bilmirlər. Odur ki, ədəbi dilin incəliklərindən düzgün istifadə edib sözü, ifadəni, cümləni öz məqamına görə işlətmək əsas şərtdir. Axı, leksik, qrammatik, orfoepik, orfoqrafik və üslubi normalan gözləmək həmsöhbətinə, dinləyicilərə güclü təsir göstərib estetik hiss oyatmaq deməkdir. Əlbəttə, istedadı olan hər bir adam tədris edilənləri öyrənib öz üzərində ciddi çalışsa, yaxşı natiq kimi yetişə bilər.

Nitq mədəniyyəti dedikdə bilməliyik ki, o danışan şəxsin ədəbi dilin orfoepik, leksik, üslubi və qrammatikanın və digər sahələrinə əsasən fikrin ümumiləşdirilməsi, normalaşmış səviyyələrə uyğun şəkildə öyrənilməsi, izah edilməsi deməkdir.

Müşahidələr göstərir ki, bir dərsin gedişində bu istək və arzuya çatmaq olmur. Ona görə də sinifdənxaric və məktəbkənar məşğələlərdə nə qədər səmərəli iş gömlsə, bu, həmin vərdişlərə bir o qədər dərindən yiyələnməyə kömək edər. Təcrübə göstərir ki, uzun illər möhkəmlənmiş nitq qüsurlanm təmizləmək heç də asan başa gəlmir, bu olduqca gərgin əmək tələb edir.

30

Page 31: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Lakin müəyyən hallarda müəllimlər özləri qüsurlu nitqləri ilo şagirdlərinə «örnək» olurlar. Bəzi müəllimlər nitqinə o qədər də fikir vermir, danışıqlarında lüzumsuz (kəlocəm, gedəcəm, gəlifdi, gedifdi, nöş, gəlitdi, gcditdi, inoqda, voobşe və s.) bəzən də alınma rus, Avropa, türk, fars, ərəb sözlərini işlətməklə fəxr edirlər.

Belələri ədəbi dilimizin normalarını onun etik qaydalarını bayağılaşdınb pozurlar. Tələffüz zamanı dilimizin qol-qanadını sındırıb, onun ahəngini, intonasiyasnı pozurlar. Əlbəttə belələrinə qarşı hamı mübarizə aparmalıdır. Məncə, peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir kos cəmiyyətdə öz mədəni nitqilə seçilsə, ürəklərə daha tez yol tapar. Axı, gözəl danışmaq özü də bir mahnıdır.

Poeziyamızın iftixarı olan Səməd Vurğun demişkən <ocalqın böyük bir dövləti do vardır. 0, da xalqımızın dilidir. Dil xalqın namusu, tarixi, vicdanı deməkdir. Biz dil məsələsini hər bir yerdə göz bəbəyimiz kimi gözləməliyik».

Sözü ucuz tutmaq olmaz. Onun qədrini, qiymətini və yerini bilməliyik.

Biz, Azərbaycanın hər bir ziyalısı-müəllimi, tələbəsi, həkimi, mühəndisi, təbliğatçısı, radio və mətbuat işçisi ixtisasımızdan, peşəmizdən asılı olmayaraq, dilimizi hər yerdə, hər zaman qorumalıyıq.

Biz istərdik ki, bağçada tərbiyəçilər də uşaqlann nitqinə diqqət versinlər. Orta məktəblərimizdə müəllimlərimiz öz şagirdlərinə ana dilinin gözəlliyindən tez-tez danışsınlar. Professorlarımız ali məktəblərin auditoriyalarına girəndə özləri iiə Nəsimi, Füzuli, Vaqif, Ələsgər poeziyasının xoş ətrini gətirsinlər.

Radio və televiziya verilişlərində «Xalq yaradıcılığı bulağı» daha gür səslənsin. Mətbuat səhifələrində Mirzə Cəlilin, 'Nəriman Nərimanovun nəfəsi duyulsun. Alimlərimiz öz əsərlərini sadə, aydın, kütləvi bir dildə yazsınlar.

Biz arzu edərdik ki, elmi məclislərimizdə, iclas zallarımızda həmişə doğma dilimizin əzəmətini duj^aq, gözəl ahəngini hiss edək.

31

Page 32: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

NITQ TEXNİKASI VƏ ORFOEPİYA HAQQINDA

Plan

1. Giriş

2. Danışıq səslərindən düzgün istifadə edilməsi 3. Danışıq üz\ləri və danışıq cihazları haqqında 4. Səs registrlərinin təhlili 5. Orfoepiya-tələffüz normaları haqqında

Azərbaycan dili zəngin va son dərəcə inkişaf etmiş dildir. İ.Nəsimi, M.FüzuIi, M.P.Vaqif, M.F.Axundzado, C.Məmraədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun kimi görkəmli söz ustalan Öz dərin, bəşəri fikirlərini bu dildə ifadə etmişlər. Bu dildə gözəl danışmaq texnikasına yiyəlib, onun qorunub saxlanması və inkişafı uğrunda daim mübarizə aparmışlar.

Azərbaycan dili bugünkü səviyyəsinə birdən-birə düz yolla gəlib çatmamışdır. Bu dil hər cür yabançı təsirlərə qarşı inadlı mübarizə şəraitində inkişaf edib təkmilləşərək sadə danışıq tərzinə gəlib çatmışdır. Söz yox ki, bugünki sadə danışıq özü də nitq texnikası və orfoepiya qaydalarına, səlis və gözəl tələffüzlə bərabər, sözlərdəki heca vurğularına düzgün əməl etməyi tələb edir. Eləcə də psixoloji fasilələrdən düzgün istifadə etməklə yanaşı, nəfəsalma qaydalamı gözləməlidir. Səs registrlərindən düzgün istifadə etməklə danışan fiziki cəhətdən əziyyət çəkməməlidir. Düzgün tələffüz etmək qaydalamı mənimsəməklə texniki incəlikləri də hərtərəfli qavramalıdır.

Nitq texnikasnda vacib olan şərtlərdən biri danışıqda səslərin düzgün və aydın səslənməsidir. Danışıq səsləri hər şeydən əvvəl ictimai ünsiyyətin ən kiçik silahı olan dilə məxsusdur. Onun meydana gəlməsi və tələffüz edilməsi üçün vasitəçilik edən danışıq üzvləri, danışıq cihazları vardır. (Ağız aparatı, broaxlar, udlaq, ağız boşluğu, sərt damaq, səs telləri, burun boşluğu, yuvalar, damaq pərdəsi, dişlər, dodaqlar, all

32

Page 33: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

çonə, əsəb sistemi, beyin, ağ ciyər, nəfəs borusu). Səslərin yaranıb təşəkkül etməsində bu üzvlərin hər birinin özünə məxsus müəyyən vəzifəsi vardır.

Məlumdur ki, nitq texnikası diksiya, nəfəs və səs anlayışlannı təmsil edir. Ümumiyyətlə nitq texnikası anlayışı izah edilərkən onun fəaliyyəti, nitq aparatının vəziyyəti, ifadə, eşitmə, görmə, nəfəs orqanlan və tipləri göstərilməlidir. Diksiya, artikulyasiya orqanları, danışıq qabiliyyəti haqqında məlumat verilməlidir.

Nitqin bədii cəhətlərinə emosional, obrazlı ifadəlilik də daxildir. Bu da bədii ifadəlilik adlanır. Nitqin ifadəliliyi danışıq aparatının düzgün qurulması, nitq texnikası ilə sıx bağlıdır. Kütlə qarşısnda danışan şəxs, hər şeydən əvvəl, yaxşı eşidilməlidir. Nitqin yaxşı eşidilməsi əsas şərtlərdəndir. Bunun üçün kifayət qədər cingiltili səsə malik olmaq lazımdır. Səsin cingiltililiyini isə gür səs anlayışı ilə qarışdırmaq olmaz. Səs orta qüvvəyə də malik ola bilər. Əsas məsələ onu yalnız yaxında oturan dinləyicilərə deyil, həm də arxa sıralara qədər, mühazirə gedən yerin hər tərəfinə çatdınnaqdan ibarətdir.

Bütün bunlar isə səsin qüvvə və dərəcəsindən istifadə etmək məsələsi ilə əlaqədardır. Səsin keyfiyyəti - elastikliyi və davamlılığı, məşqlər nəticəsində əldə olunur və praktik vərdişlər vasitəsi ilə möhkəmlənir. Belə ki, səsin inkişafı nəfəsin inkişaf etdirilməsi ilə əlaqədardır. Lakin yalnız nəfəsin inkişaf etdirilməsi də səsin eşidilməsindən ötrü tam əsas deyildir. Əksər halda səsin guruluşu ucundan çox gur danışan adamların sözləri yaxşı eşidilmir. Bu sözlər aydın şəkildə qulağa çatmır.

Nitqin eşidilmə dərəcəsi yalnız səs vasitəsilə müəyys^nləşmir. Bununla yanaşı olaraq tələffüz də səsin eşidilmə dərəcəsinə qüvvətli təsir göstərir. Odur ki, natiq mətndəki və ya şifahi söylədiyi sözləri tam aydın bir şəkildə tələffüz etməli, aramla, tələsmədən danışmalıdır.

Sözlərdə ayrı - ayrı səslər, xüsusilə, sait səslər aydın eşidilməlidir. Boğaz səslərinin tələffüzündə də diqqətli olmaq vacibdir. Burada hər hansı bir qüsura qətiyyən yol vermək

.13

Page 34: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

olmaz. Məsələn, «r» hərfini düzgün tələffıiz edə bilməmək, «ş» hərfini «s» kimi toloffıız etmək, «c» hərfini «ç» kimi tələffüz etmək və s.

Natiq aydın tələffüzə malik olmaq üçün hər gün qiraətlə təmkinlə məşğül olmalı və öz üzərində diqqətlə müşahidələr aparmalıdır, Bundan əlavə, aktyor və natiqin nitqindən yaxşı eşidilməkdən əlavə, düzgün tələffüz də tələb olunur. Danışıqda, tələffüzündə müəyyən qüsurlar mövcuddursa, natiq onlann aradan qaldırılmasndan ötrü öz üzərində səbr və təmkinlə işləməlidir.

Molumdur ki, bunlann hamısı nitqin texnikasına şamildir. Bunlar üç bölmədən: birincisi, diksiya, ikincisi, tənəffüs (nəfəs); üçüncüsü, səs üzərində işdən ibarətdir.

Nitq texnikası üzərində iş qulağın nəzarətinə əsaslanan ilk mərhələlərdəndir. Nitqin texniki cəhətdən işlənməsi (cilalanması) musiqi alətlərinin yoxlanılmasına və təmirinə oxşayır. Texniki cəhətlərin zəifliyi, keyfıy^’ətsizliyi üzündən nitq çox şey itirir. İfa olunan gözəl muğamın təsir qüvvəsinə pis musiqi aləti ciddi xələl gətirdiyi kimi, qüsurlu tələffüz də dolğun mündəricəli, gözəl ifadələrlə zəngin olan mətnin anlaşılmasına ziyan verir.

Natiq öz nitqinin ifadəliliyinə fikir verərkən irəlidə haqqında ətraflı danışdığımız iki cəhətə: 1) nitqin məntiqinə və 2) nitqin bədiiliyinə diqqət yetirməlidir.

Dilçilik sahəsində ədəbi tələffüz normalarını öyrənən bölməni orfoepiya adlandınrlar. O, danışıqda tələffüzün asan tənzimlənməsinə xidmət edir. Orfoepiya nitq mədəniy>'ətinin yüksəlməsinə xidmət edən əsas vasitələrdən biridir. O, düzgün danışıq qaydalamı müəyyənləşdirir. Danışıq səslərini, söz əvvəli, sözortası, sözsonu mövqedə, fonetik hadisələr, intonasiya və vurğu məsələlərini əhatə edir. Orfoepiya qaydalama əsasən dilimizdə işlənən iki və çox hccalı sözlərin sonunda cingiltili samit öz avaznı itirərək kar samit kimi tələffüz olunur.

Natiq müasir Azərbaycan ədəbi dili fənninin əsas şöbələri və bəhsləri olan fonetika, orfoepiya., orfoqrafıya.

34

Page 35: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

IckvSİkologiya, frazcologiya, morfologiya vo sintaksislə tanış olmağa, bu bəhslorin bəzilorini iso mükəmməl öyrənməyə xüsusi səy və maraq göstərməlidir. O, müasir Azərbaycan dilinin orfoepiyasnı isə daha əsaslı və dərindən bilməlidir. Çünki «ədəbi dilin yazılı qolu dilin fonctik sistemini yazıda ümumiləşdirilmiş halda sabitləşdirən orfoqrafik normalarla təzahür etdiyi kimi, ədəbi dilin şifahi qolu da dilin fonetik sistemini tələffüzdə ümumiləşdirilmiş halda sabitləşdirən tələffüz normalan ilə təzahür edir ki, buna daha konkret halda orfoepiya qaydaları - normalan deyilir».

Natiq tələffüz qayda - qanunlarını sistemli məcmuəsinə - orfoepiyaya, həmçinin tələffüz üslublarına ciddi şəkildə riayət etməlidir. Məlumdur ki, «dilin fonetik imkanlannm hər növü, hər cür təzahüm, hətta' səslərin məxrəcləri üzrə tələffüzü, vurğu, intonasiya, sürət kimi məsələlər, eləcə də natiqlik, səhnə dili kimi spesifik məsələlər do geniş mənada tələffüz üslubları anlayışına ya tam və ya qismən daxildir».

Natiq - mühazirəçi orfoepiyanın əsasnı təşkil edən nomıativ üslubda danışmalıdır. O, özünün nitqində kitab (hərfi tələffüz) və adi danışıq üslubuna qətiyyən yol verməməlidir. Lakin bəzi natiqlər sözlər necə yazılırsa, eləcə də tələffüz edir, beləliklə, öz nitqlərində kitab üsulubuna (hərfi tələffüzə) qüvvətli meyl göstərirlər.

Natiqlərimizin bəziləri isə adi danışıq üslübunda danışırlar. Onların nitqlərində dialekt xüsusiyyətləri geniş yer tutur. Nitqlərində bu üslubların hər üçünə yol verən natiqlərə do çox təsadüf olunur.

Natiq də bir növ teatr, kino, radio kimi səlis, rəvan ədəbi tələffüz normalarına tam cavab verən obrazlı dilin yalnız təbliğatçısı deyil, həm də ustası olmalıdır. O, fikirlərini dəqiq və məntiqi aydınlıqla, savadlı ifadələrlə, tələffüz normalanna müvafiq tərzdə öz dinləyicilərinə çatdırmağı bacarmalıdır. Natiq öz nitqində düzgün tələffüz qaydalarına-orfoepiyaya əməl etməlidir.

Yazı mədəniyyəti üçün orfoqrafıyanın əhəmiyyəti nədirsə, şifahi nitq üçün də orfoepiyanın əhəmiyyəti eləcədir.

35

Page 36: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Natiq ədəbi dilə xalq dilinin gözəl xüsusiyyətlərini müntəzəm surətdə gətirməlidir. Yerli dialektlərdən uzaq qaçmalıdır. O öz nitqində tələffüz qaydaları və normalanna düzgün riayət etməkdən ötrü uzun müşahidələr aparmalı vo bunlan elmi cəhətdən dərindən öyrənməlidir. Alınma sözlərin bir qismindən söz əvvəlinə, söz ortasına və söz axınna düşən vurğulara çox təsadüf olunur. Məhz buna görə də natiq opera, kafedra, burjuaziya, aristokratiya, demokratiya, dialoq, dollar, kilometr, partnyor və s. söz, həmçinin heca vurğularına düzgün riayət etməlidir.

Natiq hər hansı məsələdən nə dərəcədə savadlı, əhatəli şəkildə danışırsa-danışsın, hətta bir müddət auditoriyanın diqqətini nə dərəcədə özünə cəlb edirsə etsin, fərqi yoxdur, əgər o, bir neçə belə söz və heca vurğusunda səhvə yol vermiş olarsa, dinləyicilərin «diqqət qapısını» öz üzünə örtəcəkdir.

Natiq danışıq zamanı nitq axını parçalarının müxtəlif fonetik çalarlıqda necə tələffüz olunmasına etinasız qala bilməz. O, müvafiq sözlərdəki hecalann, cümlələrdəki sözlərin vurğulanna çox diqqətli olmalıdır. Onun nitqində heca vurğusu, (söz vurğusu), məntiqi vurğu, həyəcan vurğu və s. yerli - yerində işlənməlidir. O, vurğulu hecanı müxtəlif çalarda tələffüz etməyi yaxşı bacarmalıdır. Bir vintin düşməsi və ya yerində bağlanmaması nəticəsində nəhəng bir maşın işləmədiyi, yaxud da pis işlədiyi kimi, sözlərdəki vurğular da yerində işlənmədikdə onlar (sözlər) müxtəlif cəhətlərdən nöqsanlara məruz qalır: mənaları itir, mənanı tam ifadə etmir, sözün gözəlliyinə xələl gətirir, onun ahəng və musiqisini pozur.

Natiq həm güclü vurğuya (dinamik vurğu), həm də avazlı vurğuya (tonik vurğu) diqqət yetirməlidir.

Həqiqi natiqin nitqi ehtiras, hiss - həyəcandan məhrum olmur. Odur ki, bu məqsədlə o, müvafiq fikir və mülahizələrini şərh edərkən avazlı vurğulardan istifadə etməyə bilməz.

36

Page 37: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN

NORMALARI

Plan

1. Giriş' 2. Fonetik norma haqqında 3. Leksik norma 4. Qrammatik norma 5. Dilimizdə orfoqrafik və orfoepik normalar

Dünyanın inkişaf etmiş ədəbi dilləri kimi müasir Azərbaycan ədəbi dili də mükəmməl, sabit normalara malikdir. Dilimizin bu normaları dialekt, yaxud şivələrinə məxwsus normalardan və xalq danışıq dilindəki qeyri mükəmməl, qeyri sabit normalardan fərqlənir. Bu normalıhq söz yox ki ədəbi dilin nisbi sabitliyindən, əhatəliyindən və dilin daxili quruluşunu əks etdirməsindən irəli gəlir.

Dilimizin daxili quruluşunu, onun fonetikası, leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Orfoqrafik və orfoepik nonnalar da dilimizin fonetik və qrammatik normaları əsasında yaranır.

Ədəbi dilin normalan (fonetik, leksik və qrammatik) bir sistem olsa da, onların müstəqilliyi də vardır. Ədəbi dilin normalanna riayət etmək nitq mədəniyyəti üçün tələb olunan əsas şərtlərdən biridir.

Leksik norma isə hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu yerində işlətməyi tələb edir.

Söz məqamına görə öz yerində işlənmirsə, demək fikir dfızgün ifadə olunmur və nitq mədəniyyətinin tələbi ödənilmir.

Nitq mədəniyyəti tələb edir ki, sözdən düzgün istifadə edilməklə yanaşı, onun dəqiq və ifadəli olmasına, məna incəliklərinə də diqqət yetirilməlidir.

Beləliklə fonetik norma sözü düzgün tələffüz etməyi; düzgün yazmağı, leksik norma sözlərin mənasından düzgün

37

Page 38: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

istifadoni təlob etdiyi kimi, qrammatik norma da həmin sözlərin nitqdə düzgün əlaqələndirilməsini, sözlər və cümlələr arasındakı əlaqələrin düzgün qunılmasını tələb edir.

Sözün ədəbi dildəki tələffüz qaydası orfocpik norma adlanırsa, sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik nonna adlanır.

Orfocpik, həm də orfoqrafik normalar dilin fonetik quruluşu, xüsusilə də onun xarakterik əlaməti olan ahəng qanun ilə müəyyən edilir.

Azərbaycan dilində bəzi sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən fərqlər vardır.

'Elə sözlər də vardır ki, onları tələffüz ediidiyi kimi yazmaq, yaxud əksinə, yazıldığı kimi tələffüz etmək səhvdir. Məsələn, (otax) deyilir, otaq yazılır, (məıllim) deyilir, müəllim yazılır.

Fonetik normanın iki şəkildə təzəhhürü: düzgün tələffüz təzəhhürü (orfoepiya) və düzgün yazı təzahürü (orfoqrafıya) kimi.

Nitq mədəniyyəti ədəbi dilimizin keşiyində duraraq onu qoruyur, ayrı - ayn fərdlərin bu sahədə yol verdiyi qüsurları ümumiləşdirib təhlil edir, həmin nöqsanlan aradan qaldırmaq üçün tövsiyələr verir, yollar göstərir. Söz yox ki ədəbi dilin normalar sistemi nitq mədəniyyətinin başlıca mövzusudur.

Dilimiz tədricən inkişaf prosesində cilalanır, bir sıra sözlər, şəkilçilər, söz birləşmələri, deyim tərzləri sıradan çıxır, yenisi ile əvəz edilir. Beləliklə, «köhnəlmiş» .sözlər, şəkilçilər və deyim tərzləri ilə yeni yaranmış bir növ «opozisiya» təşkil edir, hər ikisi varianta çevrilir: topraq - torpaq; kiprik - kirpik; köprü -körpü; sevməkdən - sevmə; kim - ki; köçübən - köçüb; ola kim -bəlkə və s.

Dilimiz qohumluq' cəhətdən «türk dilləri ailosi»nə daxildir. Bu ailəni əhatə edən dillər lüğət tərkibinə, fonetik vo qrammatik sisteminə görə bir - birinə çox yaxındır. Xüsusən Azərbaycan, türkmən, türk və qaqauz dilləri arasındakı belə müştərəklik daha qabanq şəkildə nəzərə çarpır. Bir - birinə yaxınlıq və müştərəklik ədəbi dil baxımından müə)^ən

38

Page 39: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

variantların yaranmasına sobəb olmuşdur. Məsələn: göl - köl; dəmir - temir; daş - tas; saqqal - sakal; mən - ben; gözəl güzcl; ürək -yürək; tapmaq - bulmaq; uşaq - cocuq; danışmaq - konuşmaq; gözləmək - bcklemek; yazır - yazıyor; kimi - gibi; yaxşı - iyi; hazır - xəzir və s,

Dilimizin lüğət tərkibi həm öz daxili imkanları, həm də zənıri ehtiyacı ödəmək üçün başqa dillərdən alınmış sözlər hesabına zənginləşir. Ainma sözlər ilk dövrlərdə mənsub olduğu dilin strukturunu mühafizə edib saxlaya bilir. Hətta belə sözlərin bir qismi bəzi sözlərimizi sıxışdırıb ümumişləklikdən salır, passivləşdirir, get-gedə sıradan çıxarır: us-ağü; sayru-xəstə; sııçtəqsir və sair nümunələr bu qəbildən olan variantlardır. Ancaq alınma sözlər keçdiyi dildə güclü təsirə məruz qalır ya tamamilə, ya da qismən o dilin qanunlarına tabe olur. Beləliklə, əvvəlki «strukturla» yeni «struktur» bir-birindən fərqlənir. Opozisiya yaradır: poçta - poçt; adəm-adam; qaidə-qayda; tonn-ton; şəhr-şəhər, marif- maarif; sən'ət-sənət və s.

Ədəbi tələffüz - orfoepik normalar çox vaxt orfoqrafik normalarla qarşılıqlı əlaqəyə girir, biri digərinə material verir, bir-birini tamamlayır. Lakin bu iki normalar sisteminin özünəməxsus cəhətləri - tələbləri belə qarşılıqlı əlaqədən daha qabarıqdır. Orfoqrafıya və orfocpiya arasındakı fərqlər bəzən variant yaradır, bunları nəzərə almamaq olmur. Məsələn, orfoepik normaya görə ambar, gümbəz, sümbül, zəmbil, dammadı, tokqa, çakqal, haqqında deyilən - tələffüz olunan sözlər orfoqrafik nomıalann tələbi ilə belə yazılır: anbar, günbəz, sünbül, zənbil, danmadı, toqqa, çaqqal, haqqında.

Xələffıiz «üslubları»nın yaratdığı variantları da buraya əlavə etsək, misalların miqdarı çoxalar.

Normalar ədəbi dilin bütün səviyyəsini əhatə edir: fonetik normalar, leksik normalar, qrammatik normalar, orfoqrafik normalar, orfoepik normalar, üslubi normalar.

Müasir görkəmli dilçi alimlərimizdən prof. Tofiq Hacıyev normaya belə tərif vennişdir: «Norma konkret tarixi

39

Page 40: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

dövrdə kollektiv tərəfindən qəbul və etiraf olunan, üslublar arasında müvafiq şəkildə paylanan və onları təmin edən dil faktlannin müəjyən qanun dairəsində cəmləşən təzəhürudur». Bu tərif bizi tamamilə razı salır.

Sadaladığımız normalann birinci növbədə müştərək əlamətləri diqqətimizi cəlb edir.

a) Normalar ədəbi dilin özü kimi tarixi kateqoriyadır. Bu və ya digər norma konkret tarixi mərhələdə məqbul sayılır və qorunur. Həmin norma başqa bir mərhələdə-başqa bir tarixi şəraitdə öz əhəmiyyətini itirir və ya itirə bilir. Məsələn, iyirminci illərin axırlarında arslan, banna, akşam, ceneral, cahal yazmaq orfoqrafik, bakalım, gedəlim, gəliyor, yazıyor və s.işlətmək qrammatik norma idi. Otuzuncu illərdə bu Özünü doğnıltmadı, sıradan çıxdı. Həmin sözlər müasir ədəbi dilimizdə aslan, bənna, cahil, axşam, general kimi yazılır, baxaq, gedək, gəlir, yazır formasında işlədilir.

Ədəbi dilin normaları kütləvi və universal xarakter daşıyır. Yəni ədəbi dilin fəaliyyət göstərdiyi bütün ünsiyyət sahələrində-istehsalatda, ictimai-siyasi mühitdə, mədəni}^ət ocaqlannda, ailə və məişətdə, idarə və müəssisələrdə, təşkilati işlərdə - bütün funksional və nitq üslublarında normalar mühüm rol oynayır, dərk edilir, anlaşılır və əsasən qorunur.

Bu normalar ədəbi dilin həm stmktur, həm də fiınksional sistemlərini əhatə edir, özündə birləşdirir. Hər bir norma sistem daxilində sistemdir. Çünki o ədəbi dilin nisbi sabitliyini təmin edir.

Ədəbi dilin normalar sistemi özünəməxsus əlamətləri ilə bir - birindən fərqlənir. Nümunə üçün orfoqrafik normalar sisteminə diqqət yetirək.

a) Foentik, leksik, qrammatik və üslubi normalar ədəbi dilin həm şifahi, həm do yazılı növünü əhatə etdiyi halda, orfoqrafik normalar məhz yazılı növlə bağlıdır, düzgün yazını təmin edir.

b) Orfoqrafik normalar bir sistem kimi kök və şəkilçilərin, mürəkkəb sözlərin, alınma sözlərin, böyük hərflərin, ixtisar və qısaltmalann düzgün yazılışını, söz

40

Page 41: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

hissolərinin sətirdən - sətirə dümst keçirilməsini, sözlə bağlı olan bəzi durğu işarələrinin məqamına görə işlədilməsini əhatə edir, nizama salır və qoruyur.

v) Orfoqrafik normaların bir qismi şortİ xarakter daşıyır. Ə.Əfəndizadənin qeyd etdiyi kimi, xəmir, təqsir, gerçək, qəhrəman, bünövrə sözlərinin yazılışını xamır, taqsır, gerçək, qəhrəman, binövrə variantında da qəbul etmək olardı, çünki bu variantlardan birinin digərinə nisbətən üstün olduğunu sübut etmək çətindir.

41

Page 42: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

NITQDƏ ŞİFAHİ XALQ ƏDƏBİYYATI

NÜMUNƏLƏRİNDƏN İSTİFADƏ EDİLMƏSİ

Plan

1. Giriş

2. Nitqdə atalar sözləri, hikmətli sözlərin məqamına, yerinə görə işlədilməsi (nümunələrlə) 3. Sözün ecazkar təsir qüdrətindən istifadə edilməsi 4. Adət-ənənənin məişətdə rolundan istifadə edilməsi

Yüksək nitq mədəniyyətinə malik olmaq üçün şifahi xalq ədbiyyatından xüsusilə atalar sözlərindən, nağıllardan, dastanlardan, bayatılardan və s. istifadə edilməsinin böyük əhəmiyyəti vardır.

Öz yığcamlığı, son dərəcə fikir və dolğun məna ifadə edə bilmək kimi xüsusiyyətlərinə görə folklor materiallarından istifadə edilməsi nitqin daha gözəl olmasına kömək edir.

Dilin ən incə xüsusiyyətlərini özündə əks etdirən atalar sözləri, hər şeydən əvvəl obrazlı dildir. Az sözlə dərin məna yükü daşımaq baxımından nitq üçün əsil ömək rolunu oynayır.

Apanlan müşahidələr göstərir ki, ədəb-ərkan, el-oba məhəbbəti. Vətən, Vətənpərvərlik, dostluq, nəcib əxlaqi sifətlərdən bəhs edən atalar sözlərindən müxtəlif priyomlardan istifadə edilməsi nitqin təsir güvvəsini artırır.

Odur ki, nitqin daha maraqlı olması üçün məqamına görə elə nümunələr seçilməlidir ki, onlar dinləyicilərin psixologiyasına, maraq dairəsinə daha yaxın olsun. Nitqdə sözün qüdrəti barədə söylənmiş hikmətli ifadələrin nitqdə təsirli vasitələr kimi istifadə edilməsi söz yox ki, dinləyicilərdə mədəni danışıq və yüksək nitq mədəniyyəti vərdişlərinə yiyələnməyə kömək edər.

Xeyirxahlıq, müdriklik, hazırcavablıq kimi ali hissləri özündə birləşdirən natiqlik sənətində şifahi xalq ədəbiyyatının lirik, həm də epik növündən istifadə edilməlidir. Söz yox ki.

42

Page 43: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

insan belə gözəllik qarşısında heyrətə gəlir, ondan feyziyab olur. Etiraf edək ki, nitqdə şifahi xalq ədəbiyyatından nümunə

üçün gətirilən adi bir bayatını eşidəndə, ahəngdar bir musiqini dinləyəndə, cazibədar bir rəsmə baxanda, müxtəlif hisslər keçiririk, düşüftüb-daşınmaq, müdrik şəxslərin, dahilərin yaradıcılıq qüdrətinə, zəhmətinə heyran qalırıq və ürəyimizdən keçiririk ki, kaş məndə də belə məharət olaydı.

Məşhur yunan natiqi Deraosfen demişdirki: mən əgər gənclik çağında qədim yunan əsatirləri haqqında deyilmiş rəvayətlərə, şifahi xalq ədəbiyyatı nümunələrinə həvəslə qulaq asmasaydım bəlkə də natiq olmaq arzusu qəlbimdə baş qaldıiTnazdı.

Qədim dövrlərdən etibarən Azərbaycanda natiqlik sənətinin bəzi növ və şəkilləri bu və ya başqa dərəcədə yaranıb inkişaf etməyə başlamışdır.

Şifahi xalq ədəbiyyatımızın ən mühüm və ən qədim qollarından olan atalar sözləri və zərbül-məsəllərimizdə natiqlik məharəti, danışıq qabiliyyəti, söz, sözün məna dəyəri və s. haqqında maraqlı fikirlərə rast gəlirik. Məsələn, söz haqqında «Söz insanın vuran əlidir», «Söz gəldi, məqamda de gəlsin», «Söz odur ki, haqqa vara», «Söz sahibi ölsə də, söz qalar», «Söz sözü çəkər, bez arşını», «Söz sözün söykəyidir», «Söz çeynəyən çox, söz deyən az», «Sözü ağzında bişir, sonra çıxar», «Sözü at, yiyəsi götürər», «Sözü sözdən alan var», «Sözün başı axırından anlanar», «Sözün qanadı var», «Sözün doğrusu dəmiri dələr», «Sözün doğrusunu de, atı min, çap», «Sözün zahiri zərif, batini lətif olmalıdır», «Sözün ilə işin bir olsun», «Sözün yaxşısı baldan şirindir», «Sözün yalanı olmaz, yanlışı olar», «Sözünü bilməyəni bayıra atarlar», «Söyləyənə baxma, söylənənə bax», «Söz altında qalma», «Söz bir olsa, zərbi kərən sındırar», «Söz vaxtına çəkər», «Söz verər, bez vennəz», «Söz qılınc yarasından pis kəsər», «Söz dediyin dəmirdir, döyüldükcə uzanır». Danışıq ləyaqəti və məzmunu haqqında; «Danışana dil vermir, yeriyənə yol», «Danışanı adam bilir», «Danışığını yeyəsən», «Danişmaq gümüş olsa,

43

Page 44: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

danışmamaq qızıldır», «Danışıram pis olur, danışmıram his olur» vo s. Göründüyü kimi xalq müdrikliyinin sorrast və gözəl ifadəsi olan bu alalar sözləri və zərbül-məsəllərdə insanın danışıq qabiliyyətinə, dilin təsir qüvvəsinə çox yüksək qiymət verilmişdir.

Nağıl və dastanlarımızda müsbət qəhrəmanların səciyyələndirilməsi üçün «dili şirin idi», «şirin dili ilə adamın ağlını başından alırdı», «çox dilli, kamallı idi», «dilindən bal tökülürdü» və s, ifadələrinin işlənməsi heç do təsadüfi deyildir.

M.A.Qorki Ümumittifaq Sovet Yazıçılannm Birinci qurultayındakı məruzəsində demişdir:

«Qədim nağıllann, əfsanələrin, əsatirin sizə məlum olduğuna şübhə etmirəm. Lakin çox istərdim ki, bunların əsas mənası daha dərindən anlaşılsın. Bu məna qədim işçi insanlann öz əməklərini yüngülləşdinnoyə çalışmalarından, dörd ayaqlı və iki ayaqlı düşmən əleyhinə silahlanmalarından və həmçinin söz qüvəsi ilə, sehr və əfsun üsulları ilə təbiətin insana düşmən olan bəlalanna təsir etmək arzulanndan ibarətdir. Bu sonuncu daha əhəmiyyətlidir. Çünki bu, insanlann öz sözlərinin qüvvəsinə nə qədər inandıqlarını göstərir. Əfsunlar vasitəsi ilə insanlar hətta allahlara belə təsir etməyə təşəbbüs edirdilər».

Şifahi xalq ədəbiyyatımızın bütün nümunələrində «Söz qüvvəsi», «insanlann öz sözlərinin qüvvəsinə» inamı, «allahlara belə təsir etməyə» qadir olmalan və s.haqqında maraqlı fikir vo mülahizələrə çox rast gəlirik. Bu nümunələrdə insan nitqi, danışıq qabiliyyəti, sözün təsir qüvvəsi və s. təqdir və tərənnüm olunur.

Qədim şifahi xalq ədəbiyyatımızın nümunələrində: «Oğul, sənə üçqızıl verim, yoxsa üç hikmətli söz öyrədim?» sualına: «Qızıl sənin olsun, mənə üç hikmətli söz öyrət» cavabı almır.

Bütün bunlar Azərbaycan xalqının sözə, söz sənətinə, sözün ecazkar təsir qüdrətinə, danışıq qabiliyyətinə, nitqin təsir qüvvəsinə olan münasibətlərini parlaq şəkildə ifadə edir.

44

Page 45: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Hələ vaxtı ilə Azərbaycanın Alban - Aran vilayətində natiqlik sənətinə xüsusi maraq bəslənilirdi. O dövrdə natiqlər böyük hörmətə malik idilər. VII əsr şairlərindən Dovdəyin müasiri, məşhur Aran tarixçisi Musa Kalankaytuklu yazır: «Dəvdək, dövrünün bütün elmlərinə bələd, müdrik bir filosof, gözəl natiq və ustad şair idi ...». Məşhur tarixçinin bu qeydləri bir cəhətdən daha çox maraqlıdır; o, ustad şairdən məhəbbətlə danışarkən, hər şeydən əvvəl, onun natiqliyini do qabarıq şəkildə qeyd etməyi unutmur.

Heç təsadüfi deyildir ki, Dəvdək 33 il (636 - 669) Aranın hökmdarı olmuş şöhrətli və qüdrətli Azərbaycan sərkərdəsi Cavanşirin həlakı münasibəti ilə 1300 il bundan qabaq yazdığı «Böyük hökmdar Cavanşirin ölümünə ağı» adlı qəsidəsində həmin sərkərdənin yüksək keyfiyyətlərindən danışarkən, natiqlik bacarığını da onun ən gözəl məziyyəti kimi tərənnüm etmişdir:

Qollarına toplasa da min igidin qüvvətini. Çiçəkləri asta üzər, gülü ehmal dərərdi o, Danışarkən, dodağından mirvarilor saçılardı, Əxlaqı saf, ruhu yüksək, könlü odlu bir həvəsdə...

Zəmanəsindəki bütün bu hadisəiərin dərin müşahidəçisi olan Nizaminin poeziyasında bədii söz, insan nitqinin təsir qüdrəti, natiqlik haqqında son dərəcə qiymətli fikir və- mülahizələrə rast gəlirik. Nizami deyirdi ki, dünyanın gözü ilk dəfə sözlə açılmışdır. O, sözü «Hər cür möhkəm qalanın açarı» və hər bir «hikmətin gövhəri» adlandınrdı. O, bəzən belə bir əqidənin üzərində dayanırdı ki, sirli bir təsadüf, tutarlı bir söz bu və ya başqa hökmdarın siyasətini kökündən dəyişdirə bilər. Sözün təsiri altında qəddar bir zalım mərhəmətli insana, qaniçən canavaf isə məsum bir quzuya çevrilə bilər.

Azərbaycan ədəbiyyatında bədii kəlamın şöhrətini üluqlərdən - üfüqlərə yayan, söz bayrağını günəş tacı ilə yanaşı tutan dahi Nizami insan nitqinin ecazkar təsir qüdrətini poetik bir dildə təsbit və tərənnüm etmişdir. Bu ölməz söz ustadı «Sirlər xəzinəsi» əsərində sözün şərəfinə («Söz haqqında») xüsusi fəsil də ayırmışdır:

45

Page 46: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

o zamandan ki, qələm yazı yazdı, dürr saçdı Bu dünyanın gözünü ilk dəfə sözlə açdı. Yalnız sözlə qazandı kainat bu şöhrəti, Bir bu qədər dedilər azalmadı qiyməti. Söz eşqin lüğətində öz canımızdır bizim, Doğan hər fikir, xəyal, buna heç şübhə olmaz, Etdi söz quşların qanadlannda pərvaz. Yeniliklər törədən bu qoca kainatda Sözdən kəskin və incə bir şey tapılmaz hətta. Azərbaycan xalqı türkdilli xalqlardan biridir, buna görə də

qədim müştərək abidələrə babalarından qalan bir miras kimi baxa bilər. Ancaq xalqımızın natiqlik sənətini, onun inkişaf yollarını, cəmiyyətdəki rolunu müştərək abidələrsiz do müəyyənləşdirmək olur.

Araşdırdığımız mənbələrdə diqqətimizi birinci növbədə «şirin dil» ifadəsi cəlb edir. Bu ifadənin əlliyə qədər sinonimi işlədilib. Nə qədər atalar sözləri, xalq məsəlləri yaradılıb, bayatı deyilib; «Şirin dil ilanı yuvadan çıxarar», «Yağlı plovun yoxsa, yağlı dilin olsun», «Söz var adamı dağa çıxarar, söz var dağdan endirər», «Şirin dil min evi yeyər, acı dil bir evi də yeyə bilməz» və s. Bayatılanmızın birində deyilir:

Əziziyəm yaxşı gül. Yaxşı danış, yaxşı gül. Bülbül ürəkdən oxur Bağda görsə yaxşı gül. Diqqət edin: Yaxşı danış, yaxşı gül! Elə danış ki, qulaq

asanlar ləzzət alsın, sənə ikrahla baxmasmlar. «Dama-dama göl olar» deyiblər. Şirin danışa - danışa, sözün işlənmə məqamlannı gözləyə - gözləyə, adi söhbətlərində dinləyicisinə natiqlik məharəti inkişaf edir, sonralar bÖ3dik auditoriyalarda nüfuz qazanır. Müdrik babalarımız nitqin gözəlliyini ağlın gözəlliyi kimi qiymətləndimıişlər. Kişinin şirin dilli olması, natiqlik məharəti igidlik, qoçaqlıq, qəhrəmanlıq, mərdlik, səxavətlilik, müdriklik və s. məziyyətlərə bərabər tutulmuşdur. Qadınlarımıza isə başqa meyarda yanaşılmışdır: şirin dili, cazibəli danışığı olmayan

46

Page 47: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

gözol sayılmamışdır. Démoli, məharətli danışıq gözəlin başlıca məziyyətinə çevrilmişdir.

Natiqlik sənəti xalqımızın ictimai - siyasi həyatı, məişəti, adət - ənənəsi, təhsil ocaqları və bədii təfəkkürü ilə bağlı şəkildə inkişaf etmişdir.

Dastanın 'əvvəlində deyilən ustadnamələr, hadisələrin gərgin inkişafı zamanı qəhrəmanın daxili aləminin şerlə verilməsi, nağılın şirin yerində hadisəni qəflətən kəsib bir gülməli qaravəlli deyilməsi, bir çox nağıl bəzəkləri (nağılın başlanğıc və sonluq forması, gözəlin tərifi, yatmış gözəlin tərifi, qəhrəmanın geyinməsi, yol getməsi, düşdüyü şəraitin, yerin qorxulu olması və s.) müxtəlif bədii vəzifələr daşıdığı kimi, həm də dinləyicilərin diqqətini ələ almaq, onlan hadisələrlə yaşatmaq məqsədi güdən bədii natiqlik priyomlandır. Bu priyomlardan bəzilərinə diqqət edək. Nağılın başlanğıcı «Badi - badi giriftar, hamara-hamam içində, xəlbir •saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin budu batdı; hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Biri var idi, biri yox idi... ». («Oğlanla nurani kişi» nağılından).

Adət - ənənənin, məişətin rolundan nitqdə istifadə edilməsi

Adət - ənənə, məişət tərzi natiqliyin inkişafinda mühüm rol oynayır. Bu cəhət başqa xalqlarda da özünü göstərir.

Ən qədim dövrlərdən bu vaxta qədər xalqımızın toy- düyünlərində, bayramlarında, məişətlə bağlı olan başqa şənliklərində ozanlar, yanşaqlar, nəhayət, aşıqlar fəal iştirak etmiş, indi də iştirak edirlər. Uzun qış gecələrində məharətlə naqqalların söylədiyi nağıllara, aşıqların ifa etdiyi dastanlara babalarımız, nənələrimiz azmı qulaq asmışlar! Hətta bəzi aşıqlar döüşlərə gedib igidlərimizi qəhrəmanlığa çağırıblar. Ə.Haqverdiyev «Azərbaycanda teatr» adlı məqaləsində yazır: «Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq

47

Page 48: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayırdılar. Bu toplantıya «yuq» deyərdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi «dəvət edilmiş «yuqçular» ikisimli «qobuz» çalıb oynayırdılar. Yuqçu əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb onu tərifləyərdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəmanı üçün ağı deyərdi».

Göründüyü kimi, qobuz çalanlar - ozanlar yas məclislərinə gələnlərə də güclü təsir göstərmişlər.

Dastanı gözəl ifa etmək, dastan gecəsi keçirmək, dinləyiciləri razı salmaq yalnız ustad aşıqlara nəsib olurdu.

Dastan və nağıllarımızın kompozisiyası natiqlik sonəti baxımından çox maraqlıdır.

48

Page 49: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

NATİQLİK SƏNƏTI HAQQINDA

Plan

L Giriş

2. Nitqin sadə, yığcam və dəqiqliyi haqqında 3. Natiqlik sənətinə verilən əsas tələblər

4. Nitqə müvəffəqiyyət qazandıran amillər

Nitqinə, danışığına yüksək peşəkarlıqla yanaşıb başqalarından fərqli olaraq onun dəqiqliyinə, düzgünlüyünə, bütün ədəbi-bədii normalarına əməl etməklə gözəl ifadə tərzilə fərqlənən adamlan natiq adlandırmaq olar.

Natiqlik - bu yolda yorulmadan əmək sərf edib onun bütün incəliklərini özündə birləşdirən dəqiq peşəkarlıq tələb edir. Bu tələblə natiqlik sənətini yüksək profesional fəaliyyət sahəsi kimi anlamaq lazımdır. Natiqlik sənətinə malik olan adamlar gözəl, anlaşıqlı və ifadəli danışığa malik olmaqla, həm tərəf müqabilini, həm də auditoriyanı ələ ala bilmək məharətinə malik olmalıdır.

Dinləyiciləri yonnamaq üçün nitqin yığcamlığına, ifadə tərzinə aid olan tələblərə əməl etməklə, onun intonasiyasına, ritminə uyğun əl-qol hərəkətlərindən də məqamına görə düzgün istifadə etmək lazımdır.

Bütün bunları nəzərə alaraq natiqlik sənəti üçün auditoriya qarşısında çıxış etməyə əvvəlcədən hərtərəfli yaxşı hazırlaşmaq, götür-qoy edib konkret nəticələr çıxannaq özü də əsas məsələlərdəndir. Çünki natiqlik sənəti xalqımızm ictimai -siyasi həyatı, məişəti, adət - ənənəsi, təhsil ocaqları və bədii təfəkkürü ilə bağlı şəkildə inkişaf edir.

Yaxşı nitq sadə, dəqiq və yığcam olmalıdır

Yaxşı nitq, nitq mədəniyyətinin əsas əlamətidir. O, natiqdən danışıqda anlaşılmazlıq yarada bilən, yaxud dumanlılıq və ya mənasızlıq əmələ gətirən sözlərdən istifadə

49

Page 50: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

etməməyi tələb edir. Yaxşı nitq aydın və dəqiq olmalıdır. Nitqin aydınlığı

həmişə nitqin sadəliyini, onda istifadə olunan sözlərin hamı üçün anlaşılan və aydın olmasını tələb edir. Buna görə də nitqdə aydınlığı gözləmək üçün: dekada əvəzinə ongünlük, doktor əvəzinə həkim, əksəriyyət əvəzinə çoxluq, məxfi əvəzinə gizli və s. kimi sözləri işlətmək məsləhətdir.

Nitq o zaman sadə və təmiz hesab edilə bilər ki, orada işlədilən bütün sözlər dinləyənlərin (yəni auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin və hamı üçün aydın və anlaşıqlı olsun. Əgər biz dilçilikdə az-çox xəbəri olmayan dinləyicilərə müraciətlə «substantivləşmə maddi varlığa, materiyaya xas olan əlamətlərin maddi varlığı əvəz etməsi hadisəsinə deyilir» cümləsini işlətsək, şübhəsiz, həmin sahə üçün mütəxəssis olmayanların nitqinin sadəlik və təmizliyini pozmuş olanq, lakin bunun əksinə olaraq, biz yuxarıdakı cümlədə substantivləşmə termini əvəzinə onu izah edən başqa bir söz işlətmiş olsaq, onda dilçi alimlər qarşısndakı nitqimizin dəqiqliyi, təmizliyi pozulmuş olardı.

Demək, elmi üslubda müəyyən termindən, yəni dəqiq mənalı xüsusi sözlərdən (məsələn, psixologiya, xronologiya, feodalizm və s. bu kimi terminlərdən) istifadə edilməlidir. Əgər belə sözlərdən elmi üslubda (nitqdə) istifadə edilməzsə o zaman müəyyən fikirlər öz incəlikləri ilə ifadə oluna bilməz və həmin nitq dinləyənlər üçün aydın olmaz.

Bütün bunlarla birlikdə natiqlər dilin təmizliyindən və sadəliyindən danışarkən, xarici sözləri yersiz olaraq işlədənlərə qarşı «Müharibə elan etmək» vaxtının gəlib çatdığını göstərməklə, dili ağırlaşdıran və ifadələrində yersiz varvarizmlər (başqa dillərdən alınma sözlər) işlədənlərə qarşı çıxaraq, onları kəskin tənqid edirdi.

Görkəmli alimlərimiz öz elmi - kütləvi əsərlərində çox vaxt belə də edirlər.

Beləliklə, nitqin sadəliyi və təmizliyi, onun aydınlığı, hər şeydən əvvəl, orada istifadə edilən dil vasitələrinin çox dəqiq və məqsədəuyğun seçilməsi ilə əlaqədardır.

50

Page 51: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Nitqin yuxandakı xüsusi^'yətləri ilə (yəni onun aydın, sadə, təmiz və dəqiq olması ilə) birlikdə, praktik üslubiyyat nitqin ifadəli olmasın da tələb edir. Nitqin parlaq, kəskin və orijinallığı dinləyici və ya oxucularda hiss, həyəcan və maraq oyatmağa, onların diqqətini cəlb edib, irəli sürülən fikirlərin məzmununu daha yaxşı dərk etməyə kömək göstərir. Əksinə nitqin yeknəsəkliyi onun eyni tonla söylənməsi və yoxsulluğu, eyni sözlərin və ifadələrin tez-tez təkrarı nitqin təsir qüvvəsini azaldır, orada irəli sürülən fikirlərə qarşı oxucu və ya dinləyicidə bir növ etinasızlıq əmələ gətirir.

Nitqin dəqiqliyi üçün dilimizin zənginliyindən istifadə etmək, daha yararlı və münasib sözlər seçmək tələb olunarsa, nitqin parlaqlığı və canlılığı dedikdə, orada dilin ifadə vasitələrini bilmək və onlardan bacarıqla istifadə etmək tələb olunur.

Demək, nitq mədəniyyəti termini, sözün geniş mənasında, yalnız gözəl və aydın danışmaq qabiliyyəti, nitqi düzgün və yaxşı qura bilmək bacarığı demək deyildir. Nitq mədəniyyəti, eyni zamanda məzmunlu, ifadəli, parlaq, orijinal, həm də maraqlı nitq qurmağı bacarmaq deməkdir. Buraya qədər deyilənlərə yekun vuracaq olsaq, aşağıdakı nəticəyə gəlmək mümkündür.

Bizim dilimiz zəngin, qüdrətli və rəngarəng bir dildir. Əgər danışan adamda ümumi mədəniyyət, bilik və hərtərəfli məlumat yoxdursa, o, təkcə dili bilməklə düzgün və səlis nitqə yiyələnə bilməz. Eyni zamanda, dili sevmədən, nitqə şüurlu münasibət bəsləmədən, dilçilik və üslubiyyat sahələrinə dair müəyyən məlumata malik olmadan, ən düzgün, ən məntiqi fikirlər ifadə etmək mümkün olmaz.

Dilçilik nöqteyi - nəzərdən nitq mədəniyyəti, nitqin düzgünlüyü, yəni müasir ədəbi dilin normalannı bilməyi və ona möhkəm, həm də sərbəst yiyələnməyi nəzərdə tutur. O, nitqin üslııbca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil vasitələrinin xüsusiyyətini nəzərə almalıdır.

Yaxşı nitq həmişə, danışığımızda anla-şılmazlıq,

51

Page 52: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

ikimənalıq, uzunçuluq və buna oxşar nöqsanlar doğuran dil hadisələrinin qarşısını qabaqcadan almağa çalışmalıdır; o, mümkün dərəcədə nitqin sadə, aydın və yığcamlığına çalışmalıdır. Nitq mədəniyyəti geniş mənada məzmunlu, ifadəli, yaradıcı, parlaq, kəskin və obrazlı nitq deməkdir.

Nitq mədəniyyətinə yiyələnmək çox gərgin əmək tələb edir. Ona hazır reseptlə yiyələnmək olmaz; nitq mədəniyyətini hər bir adam özündə müstəqil surətdə, dilə şüurlu münasibət bəsləməklə inkişaf etdirə bilər.

Nitq mədəniyyəti ilə təfəkkür mədəniyyəti sözləri, eyni mənalı məfhum olmasa da, bunlann arasında sıx əlaqə və qarşılıqlı bir asıllıq vardır. Dinləyici və oxuculara nitqin şüurlu surətdə təkmilləşməsinin zəruriyyətini başa düşməkdə, onlara xüsusi dilçilik məsələlərindən baş çıxarmaqda kömək etmək çox nəcib və mühüm bir vəzifədir. Çünki dilin təmizliyi, məna dəqiqliyi və onun kəskinliyi uğrunda aparılan mübarizə, mədəniyyət silahı uğrunda apanlan mübarizədir. Bu silah nə qədər düzgün istiqamət alsa, bir o qədər qiymətli olar.

Natiqlik sənətinə verilən əsas tələblər

Mühazirəni müvəffəqiyyətlə təşkil edib aparmaq üçün natiqdən müxtəlif üsullar, rəngarəng iş qaydaları ilə bərabər, yüksək keyfiyyətli şifahi və yazılı nitqə malik olmaq da tələb olunur. Çox zaman nitq mədəniyyətinin aşağı səviyyədə olması mühazirəçinin işində təsiri zəiflədir, materialı dəqiq ifadə və izah etməyə mane olur. Bununla əlaqədar olaraq, mühazirəçinin qarşısında çox mühüm bir vəzifə, öz nitqini yaxşılaşdırıb təkmiləşdirrnək vəzifəsi durur. Mühazirəçi həmin vəzifənin öhdəsindən o zaman müvəffəqiyyətlə gələ bilər ki, o həm öz mövzusunun elmi əsaslannı, ideya - nəzəri məzmununu və metodikasını yaxşı bilsin. Demək mühazirəçi dinləyicilərə təkcə müəyyən məsələlər haqqında məlumat verməklə kifayətlənməyib, eyni zamanda onun nitq mədəniyyətini də yüksəltməlidir.

Dinləyicilərin nitq mədəniyytəinə təsir göstərməkdə

52

Page 53: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

şübhosiz ki, mühtizirəçinin nümunəvi nitqi həlledici rola malikdir. Buna görə də o, öz nitqini düzgün qurmalı, şərh edəcəyi hər hansı bir məsələni inandırcı və çox səlis bir dillə dinləyicilərə çatdırmağa çalışmalıdır. O, mühazirələrinin ideoloji cəhətdən sağlam, məzmunca dolğun, mövzu etibarilə aktual olmasına diqqət etməklə bərabər, onun leksik, qrammatik cəhətdən dəqiq, diızgün olmasına xüsusi fikir verməlidir.

Bəzi mühazirəçilərin çıxışlarındakı mühüm nöqsanlardan biri də onların kifayət qədər lüğət ehtiyatına malik olmamalan, yaxud da lüzumsuz, yeknəsək sözlər işlətmələri, ya da ağır və uzun cümlələrlə dinləyiciləri yormalarıdır.

Dil mədəniyyəti təfəkkür mədəniyyəti deməkdir. Yaxşı danışıb yazmağ üçün hər şeydən əvvəl, düzgün fikirləşməyi bacannaq lazımdır. Böyük alim N.Q.Çernışcvskinin dediyi kimi, aydın təsəvvür etmədiyin bir şeyi, aydın olmayan, dumanlı şəkildə də söyləyəcəksən; ifadənin qeyri dəqiqliyi vo dolaşıqlığı, əlbəttə, fikrin dolaşıqlığmdan meydana çıxır. Dil şüunın ifadə formasıdır; dil düzgün deyildirsə, demək şüur da qüsurludur. Əgər dil (nitq) səliqəsiz və anlaşılmazdırsa, demək, orada fikrin özü qeyri -dəqiqdir.

İrəli sürülən fikir və ifadənin başqasına asanlıqla çata bilməsinin mühüm şərtlərindən biri də nitqin dəqiq və aydın olmasıdır. Nitqin dəqiqliyi o deməkdir ki, o, danışanın yaxud yazanın fikirlərinə uyğun olsun: nitqin aydınIğı isə fikri elə ifadə etməyi tələb edir ki, dinləyici və ya oxucu asanlıqla onu anlaya bilsin. Nitqin dəqiq və aydınlığı üçün lazım olan şərtlər pozulduqda, ifadə dolaşıb qarışar, məna təhrif olunar və beləliklə də irəli sürülən hər hansı bir fikir anlaşılmaz qalar.

Nəhayət, mühazirəçi elə etməlidir ki, onun nitqində yuxarıdakı tələblərlə bərabər canlılıq, obrazlılıq, ifadəlilik və cəlbedicilik də olsun. Azərbaycan dili canlı, zərif, zəngin və qüvvətli dillərdən biridir. Bu dilin özünə məxsus orijinallığı, bədiiliyi və məlahəti vardır. Natiq mühazirə zamanı dilimizin bu geniş imkanlanndan istifadə etməyə çalışmalıdır.

53

Page 54: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

NİTQƏ MÜVƏFFƏQİYYƏT QAZANDIRAN AMİLLƏR

Nitqə müvəffəqiyyət qazandıran əsas amillərdən biri, çıxış edənin material» dərindən və yaxşı bilməsidir. Natiq nə danışacağını yaxşı bilsə, həmin materialı necə və hansı yollarla izah etmək üçün də müvafiq sözlər tapa bilər.

Materialı bilmək natiq üçün birinci dərəcəli əhəmiyyəti olan məsələdir. İnsanın zehnində söz və ifadəsiz dil materialı olmayan çıplaq fikirlər yoxdur. İnsanda hansı bir bir fikir əmələ gəlirsə o, müəyyən bir söz və ifadə əsasında meydana çıxır.

Fikirlər bir-birinin ardınca formalaşmağa başladığı zaman, həmin fikirləri bildirəcək ifadələr də səliqəyə düşməyə başlayır. Dil fikirləri formalaşdıran vasitə və eyni zamanda həmin fikirlərin ifadəsidir. İnsan sözlərin köməyi ilə fikirləşdiyindən şübhəsiz, daxili nitq səsli nitqdən fərqlənir. Əgər fikir yaxşı düşünülübsə demək, onun sözlə ifadəsi də müəyyən dərəcədə işlənmiş, «redaktə edilmiş olur».

Beləliklə, natiqə müvəffəqiyyət qazandıran zəruri şərtlərdən biri, onun materialı yaxşı bilməsidir. Nitq mədəniyyəti məsələsinə böyük əhəmiyyət vermiş məşhur tənqidçi Belinski demişdir ki, insan yalnız müəyyən bir fikrə malik olduğu zaman yaxşı danışıb yaza bilər. Yaxud o, yalnız o zaman daha yaxşı yaza bilər ki, müəyyən fikrə malik olsun, yəni özü həmin fikri yaradıb formalaşdıra bilsin, həmin fikrin müəllifi olsun və materiala yaradıcı yanaşa bilsin.

Materialı bilməkdən başqa, elə amillər də vardır ki, natiq mütləq onları nəzərə almalıdır. Məsələn, materialı eyni dərəcədə yaxşı bilən iki adamdan biri onu gözəl şərh edə bildiyi halda, o birisi onu eyni səviyyədə icra etməyi bacarmır.Dernək, materialı bilməkdən əlavə, başqa bir şərti də nəzərə almaq lazımdır. Bu şərt isə şifahi nitqin xüsusiyyətlərini bilmək və ən başlıcası səlis nitqə yiyələnməyi bacarmaqdır. Səlis nitqin başlıca xüsusiyyəti ondan ibarətdir ki, burada natiq səliqə ilə, təmiz və inandıncı danışmalı, bəziləri kimi, danışmaq əvəzinə mətni üzündən oxumamalıdır. O, hər

54

Page 55: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

bir cümləni son dəfə redaktə olunmuş və çox səlis bir şəkildə ifadə etməyə çalışmalıdır.

Natiq çıxış edərkən iki vəzifəni yerinə yetirməlidir; 1) Özü hazırladığı mətnin (mühazirə, müsahibə, məruzə və

s.) müəllifi olmalı; 2) həmin mətni bilavasitə dinləyicilərə çatdıran icraçı - olmalıdır. Demək, natiqdən təkcə yaxşı müəlliflik deyil, eyni zamanda qüsursuz şifahi nitq mədəniyyəti də tələb olunur.

Natiq evdə yazı stolunun arxasında oturub çıxışa hazırlaşarkən bir şəraitdə, dinləyicilər qarşısında çıxış etdikdə isə tamamilə başqa bir şəraitdə olur. Əgər o, ayditoriya şəraitində böyük fasilələrlə danışsa, yaxud danışıq zamanı müəyyən müddət susub, dinləyiciləri gözləməyə məcbur etsə, onda haqlı olaraq dinləyicilər belə bir sual verə bilərlər: natiq nə üçün susdu? Bəlkə onun fikirləri dolaşmış və ya nəyi isə yaddan çıxarmışdır?

Bunlardan başqa adətən, natiqlər çıxış zamanı dinləyiciləri həmişə nəzarət altında saxlamağa çalışır, o, darıxan, əsnəyən və tez-tez saat və ya qapıya baxıb zəngin vurulmasını gözləyənləri görür. Belə hallan müşahidə etmək şübhəsiz, natiqə pis təsir edir və ona öz fikirlərini yaxşı formalaşdırıb ifadə etməyə mane olur.

Şübhəsiz, natiq dinləyicilər qarşısında yalnız fikirlərini qaydaya salıb formalaşdıran bir müəllif deyil, eyni zamanda o, vəzifəsini yerinə yetirən yaxşı bir ifaçı da olmalıdır. Mühazirəçilik mədəniyyətini ifaçılıq mədəniyyəti ilə uyğunlaşdırmaq, xüsusən yeni natiqliyə başlayanlar üçün o qədər də asan iş deyildir. Lakin bu çətinliyi aradan qaldırmaq, əlbəttə, mümkündür. Bir çox natiqlərin təcrübəsi bizi əmin edir ki, natiqlik məharəti ilə mühazirə oxumaq hamı üçün mümkün olan bir işdir. Ancaq bir sıra başqa sahələrdə olduğu kimi, natiqlik də (yəni məzmunlu, təsirli, aydın vo parlaq, ifadəli danışmağı bacarmaq da) gərgin əmək və yüksək nitq mədəniyyətinə yiyələnməyi tələb edir. Çox vaxt belə suallar ortaya çıxır: nə üçün bu və ya digər adam savadlı, mədəni, məlumatlı bir adam olduğu halda, natiqliyi bacarmır? O, kütlə

55

Page 56: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

qarşısında çıxış edib, öz biliyini başqalarına verə bilmir? Bozilərini də başqa bir sual maraqlandınr. Bəlkə natiqlik məharəti insanda anadangəlmə bir istedad və ya allah vergisi kimi bir şeydir? Bu sualın cavabı qabaqda qeyd etdiyimiz kimi, qədim latın atalar sözündə daha dəqiq ifadə olunmuşdur. Orada belə deyilir: «İnsan şair kimi doğulur, lakin natiq kimi sonradan hazırlanır».

Bu bir həqiqətdir, dünyanın bir çox görkəmli natiqlərinin yaradıcılıq tarixində artıq təsdiq olunmuşdur. Belə isə nə üçün bəs bir sıra dərin məlumatlı adamlar kütlə qarşısında məharətlə çıxış edə bilmirlər? Bunun iki səbəbi vardır. Əvvələn, görünür ki, belə adamlar dinləyicilər qarşısında fikirlərini formalaşdırmaq bacarığına malik deyillər; ikincisi isə, onlar hazırladıqları mətni dinləyicilərə çatdırmaqda çətinlik çəkir, çıxış zamanı həyəcanlanırlar. Görünür onlar kütlə qarşısında müvəffəqiy>'ətli çıxış etmək üçün müəyyən təcrübəyə malik deyillər.

Natiqin auditoriya qarşısında müvəffəqiyyətli çıxışı, dili yaxşı bilməsindən və onun zənginliklərindən istifadə etməyi bacarmasından çox asılıdır. Əgər natiq, zəngin lüğət ehtiyatına, qüvvətli və tutarlı həkimanə sözlərə, müxtəlif növ cümlələrə malik olsa, onda o, çıxış üçün sərrast söz və cümlələr, müxtəlif ifadə vasitələri seçib işlədər və beləliklə də öz fikirlərini sərbəst və təsirli qura bilər. Əksinə, əgər onun lüğət, frazeoloji, qrammatik imkanlan məhduddursa, nitqi də mütləq kasıb və yeknəsəq olacaqdır. Bizim dilimiz natiqə çox zəngin və geniş imkanlar verə bilir; çünki danışmaq üçün müasir Azərbaycan dilində istənilən qədər söz tapmaq mümkündür.

Azərbaycan dilində söz ehtiyatı o qədər çoxdur ki, biz müəyyən bir məfhumu ifadə etmək üçün həmin sözün bir neçə sinonimini tapıb işlədə bilərik. Məsələn: elə aşağıdakı sözləri alaq:

1) çağırmaq, qışqırmaq, səsləmək, bağırmaq, haylamaq... 2) üz, sifət, bəniz, camal, sima ... 3) şikəst, çolaq, topal, axsaq, şil və s.

56

Page 57: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Natiqin nitq mədəniyyəti yalnız söz zənginliyindən asılı deyil, o eyni zamanda frazeoloji vasitələrdən da asılıdır. Frazcologiya dedikdə biz obrazlı, sərrast və həkimanə sözləri nəzərdə tutuRiq. Belə sözlərə, nitqimizi közəlləşdirib rəngarəng edən, onu dinləyicilərdə dərin təsir buraxa biləcək parlaq bir şəklə salan atalar sözü, zərb - məsəllər, aforizmlər və s.daxildir.

Nitqdə cürbəcür təsviri boyalardan istifadə etmək üçün dil danışana geniş imkanlar verir. Aşağıdakı misallarda obrazlı, sərrast sözlərin və aforizmlərin nə cür orijinal və dəqiq işlədilməsinə diqqət edək.

1) «İnsana arxadır onun kamalı, Ağıldır hər kəsin dövləti, malı...»

2) «Qüvvət elmdədir, başqa cür heç kəs Heç kəsə üstünlük eyləyə bilməz...»

(Nizami)

(Nizami)

3) «Yazıq o adamdır ki, vicdanı təmiz deyildir». (AS»Ptışkin)

4) «Əgər düşmən təslim olmazsa, onu məhv edərlər». (M.Qorki)

5) İnsan sözü çox vüqarla səslənir. 6) Elm ağlın çırağıdır və s. Geniş auditoriya qarşısında natiqin müvəffəqiyyətlə çıxış

etməsi, onun qabaqcadan məşğələyə ciddi hazırlaşmasından çox asılıdır. Natiq müəyyən bir mövzuya dair çıxışa hazırlaşarkən, həmin mövzuya aid onun nitq mədəniyyətinin təməli də qoyulmağa başlayır; yəni o, fikrini yaxşı ifadə^edə bilmək ,üçün təsirli və ifadəli nitq vasitələri tapmağa çalışır. Buna görə də təcrübəsi az olan gənc natiqlər çıxış etməzdən qabaq onun mətnini yazıb diqqətlə redaktə etməli və sonra bir neçə dəfə ucadan oxumalıdırlar. Dinləyicilərdə maraq oyatmaq üçün auditoriyada mətni üzündən oxumaq deyil, onun məzmununu söyləmək lazımdır. Əgər natiq çıxışa hazırlaşarkən mətni qabaqcadan təklikdə uca səslə oxumuş

57

Page 58: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

olsa, oradakı nöqsanlar ortaya çıxar və ağır cümlələr, süni kitab dili və s.bu kimi qüsurlar aradan qaldınlar.

Demək, natiq öz çıxışının mətnini yazıb hazırlarkən, yadda saxlamalıdır ki, o, auditoriyada üzündən oxumağı deyil, danışmağı nəzərə almalıdır. Bütün bunlar onu nəticədə canlı danışıq dilinə yaxmiaşmağa yönəldəcəkdir.

Demək, natiq çıxışa hazırlaşdığı zaman kitab dilindən fərqli olan, canlı danışıq dilinin xüsusiyyətlərini nəzərə almalıdır. Təcrübəli və yaxşı natiqlər həmişə mühazirəyə hazırlaşarkən söyləyəcəkləri hər bir cümləni, konspektlərinə qeyd etməmişdən əvvəl, onu yavaşca tələffüz edir, sonra isə yazırlar.

Mühazirə və məruzə zamanı yazılı mətni üzündən oxumaq, danışanın işini raəhdudlaşdınr, nitqi yeknəsəq və danxdıncı şəklə salır, natiqi, yaxud ümumiyyətlə çıxış edəni bir diktora, mətni üznndən oxuyan bir qiraətçiyə çevirir.

Bu vəziyyət isə auditoriya ilə natiq arasında zəruri olan rabitəni yaratmağa imkan vermir. Bundan başqa, dinləyicilərdə belə bir təsəvvür əmələ gəlir ki, danışan öz sözlərini deyil, başqasının sözlərini təkrar edir.

Təcrübə göstərir ki, dinləyicilər natiqin əlində konspekt görmək istəmirlər.

Mühazirə zamanı mətndə yazılanlan sözbəsöz oxumaq olmaz, burada canlı danışıq dilindən istifadə etmək lazımdır. Belə hallarda yalnız sitatları oxumaq, özü də yaxşı oxumaq zəruridir.

Kütlə qarşısında çıxış etmək, elə özlüyündə ciddi bir sənətkarlıqdır.

Natiq belə bir sənətkarlığa yiyələnməli və öz ifadəsinin səlisliyi üzərində inadla çalışmalıdır.

Natiqlik sənəti-xalq mədəniyyətinin tərkib hissəsidir. Natiq elmi səviyyəsini artırmaq və mədəni səviyyəsini yüksəltməkdən ötrü öz üzərində müntəzəm surətdə işləməlidir. Natiq anadan natiq doğulsa belə, əgər o öz üzərində işləmirsə, heç bir vaxt özünün eirni və mədəni səviyyəsini yüksəldə bilməz. O, natiqlik məharətinin

58

Page 59: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

incoliklərinə qətiyyən yiyələnə bilməz. Çünki bunun üçün səy vo zəhmət lazımdır. M.T. Sidqi çox gözəl demişdir: «dünyada cIrain ləzzətini bilmək böyük səadətdir. Amma səadət də bir xəzinədir ki, səy və qeyrət onun kilididir».

Natiqlik nitqi rəssamlığa məxsus zəngin rənglər və calarlıq, poeziyaya’ məxsus dərin sözlər, ancitekturaya məxsus ahəngdarlıq, heykəltaraşlığa məxsus aydınlıq və qabanqlıq, musiqiyə məxsus ritm və melodiya ilə olur. Bütün bunlar gözəl mənzərəli gülüstanı xatırladan bir nitqin əlvan və zəngin çiçəklərinə oxşayır.

Natiq də yazıçı kimi vSon dərəcə zəngin lüğət ehtiyatına malik olmalıdır. O dilimizin lüğət tərkibinə daxil olan aktiv sözlərdən geniş istifadə etməklə bərabər, passiv sözləri də bilməlidir. Çünki o, öz nitqində yeri gəldikdə köhnəlmiş, yaxud yeni sözlərə də müraciət etməli ola bilər.

59

Page 60: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

JESTLƏRIN VƏ MİMİKALARIN NITQDƏKI ROLU

Plan

L Giriş

2. Nitqdə əLqol hərəkətlərinin rolu 3. Üz əzələlərinin hərəkəti haqqında

4. Nitqdə intonasiyanın məziyyətləri

Nitqin ritminə emosional güc verməsinə, onun daha təsirli olmasına kömək edən mühüm şərtlərdən biri jestlərdir.

Əl-qol hərəkətlərindən yerinə görə istifadə edilməsi görkəmli natiqlərin, nitq ustalarının ən vacib saydığı şərtlərdən biridir. Lakin əl-qol hərəkətlərindən yersiz istifadə edilməsi bəzən nitqin təsirliyini artırmaq əvəzinə onu azalda bilər. Odur ki, hər bir jestdən istifadə edərkən onu yerinə görə ölçüb-biçmək lazımdır.

Müşahidələr göstərir ki, hər bir görkəmli natiqin özünəməxsus jesti vardır.

Nitq prosesində - təəccüb, narazılıq, sevinc, ehtiram və s. müxtəlif üz əzələlərinin mənalı hərəkəti, müxtəlif emosiyaların ifadə edilməsi mimika adlanır. O, nitqin anlaşılmasında sözün daha ciddi, yaxud ironiya ilə deyilməsini başa düşməkdə mühüm rol oynayır.

Natiq sozlo ifadə edilməsi mümkün olmayan fikirlərinə bəzən məqamına görə mimika vasitəsilə daha canlı emosionallıq gətirir. Nitqin daha ifadəli olması üçün intonasiyaya fikir verilməlidir.

İntonasiyada hər bir natiq nitqinin ifadəliliyinə necə dərin təsir göstərdiyini hiss etməlidir. Başqa sözlə, bu, onun ən böyük məziyyəti hesab olunur.

Gənc natiq nitqinin ifadəliliyi üçün intonasiyaya xüsusi fikir verməlidir, Çünki məhz intonasiya nitqin mündərəcəsini aşkara çıxarır, nitqə daxili atəş və hərarət gətirir. Canlı danışıq dili yazılı nitqə nisbətən çoxlu üstünlüklərə malikdir ki, həmin üstünlüklərin müəyyən qismini də məhz «musiqi tərtibatı» - intonasiya təşkil edir.

60

Page 61: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Səs öz qüvvəsi, güclülüyü, tembri, melodiyası və s. keyfiyyətləri və çalarlan ilə səciyyələnir. Bunlar isə rəngarəng və çox müxtəlif hiswslərin, insan əhvali-ruhiyyəsinin, hətta fikrin, müəyyən dərəcəyə qədər sözaltı mənanın ifadə olunmasına yardım göstərir.

Biz intonasiya əsasında danışanın ümumi əhvali- ruhiyyəsini də çox yaxşı müşahidə edirik, intonasiya müstəqim kommunikasiyanın ünsiyyət tellərini daha da möhkəmləndirir, onun auditoriyaya olan təsirini daha da artırır. «Auditoriya» və «natiq» arasında xüsusi əks əlaqə yaradır. Natiq nitq siqnallarını auditoriyaya göndərdikcə, eyni zamanda fasiləsiz olaraq nitqinin təsir dairəsi və qüvvəsi haqqında məlumat alır. Natiq bütün bunlara əsasən öz nitqinin ümumi mündərəcəsi və forması üzərində auditoriyada «işləməyə» başlayır: ixtisarlar aparır, «əlavələr edir», və s.

Natiqin nitqində hətta müvafiq bir yerdə «istifadə olunan səsin tembri» belə çox böyük əhəmiyyətə malikdir. Məlumdur ki, tembr səsin «rəngləıini» və «xarakterini» müəyyənləşdirən ən ümdə keyfıyyətlərdəndir. Tembr vasitəsilə bir musiqi alətinin səsi digərindən fərqləndiyi kimi, insan nəfəsi, insan səsi do məhz onun vasitəsi ilə həmin rəngləri kəsb edir. Azərbaycan xalqının böyük müğənnisi Bülbül yazırdı: «Səs tembri, rezonator məsələsi də ciddi diqqət tələb edən əhəmiyyətli məsələdir. Bildiyimiz kimi, sənətin zirvəsinə yüksələn adamlar öz vokal fəaliyyətinin müxtəlif dövrlərində səs tembrini saflaşdırır, cilalayır və səsi daha da incələşdirir».

Təcrübə göstərir ki mühazirə, eləcə də söhbət zamanı sevinc və ya narazılıq hissinin ifadə edilməsi hər natiqin özünə xas olan əlamətlərdir.

Natiqin üzündə, gözündə, hətta yerişində ifadə edilən hər hansı bir mimikanın-hərəkətin yerində istifadə edilməsi də tələb edilən əsas xüsusiyyətlərdəndir. Eləcə də əl-qol hərəkətlərindən yerinə görə, məqamına görə istifadə edilməsi mühazirənin daha canlı və inandırıcı təsir etməsinə səbəb olur.

Odur ki, nitqin daha yaxşı dinlənilməsinə, ecazkar qüdrətinə nail olmaq üçün onun ritminə, intonasiyasına, üz əzələlərinin məna doğuran fomıalanna həmişə fikir verilməlidir. Əl-qol hərəkətlərinin yerinə görə istifadə edilməsi tələb edilən əsas şərtlərdəndir.

61

Page 62: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

ANTİK DÖVR VƏ AZƏRBAYCANDA NATİQLİYİN, SÖZ SƏNƏTİNİN İNKİŞAF YOLLARI

Plan

1. Giriş 2. Yunan natiqlik məktəbi (Demosfcn) haqqında 3. Roma natiqlik məktəbinin (Siseron) fəaliyyəti

haqqında 4. Azərbaycanda nitq mədəniyyəti və söz sənətinin

inkişafında görkəmli elm, təhsil və sənət adamlarının

rolu

Elmin müxtəlif sahələri kimi müəyyən peşəkarlıq tələb edən natiqlik sənəti və onun tarixi də qədim və keçən illər kimi xatirlərdə yaşayır. Bu tarix bizi Qədim dünyanın, xüsusilə antik dövıün yetirdiyi görkəmli natiqləri ilə, onların iş metodları, hazırladıqları elmi-nəzəri sistem ilə tanış edir. Bu tarix Əflatun, Ərəstun, Demosfen, Siseron kimi antik dövrün ən görkəmli nümayəndələrini yada salır. Yunan və Roma natiqlik məktəblərinin fəaliyyətini, onun yaradıcılarnı xatırlayır.

Natiqlik sənəti hər xalqda özünəməxsus yollarla yaranıbdır. Məsələn, Yunan natiqlik məktəbi isə tarixdə ilk dəfə olaraq öz güclü natiqləri ilə dünyanı heyran etmişdir.

Yunan natiqlik məktəbinin yetirdiyi Antifont, Andokid, Yisi, İsey, İsokrat, Demosfen, Hiperid, Likurd, Esxin, Dinarks kimi məşhur natiqləri dünyada ən yaxşı natiq kimi tanınmışdır.

Bununla yanaşı antik dövrdə Roma natiqlik məktəbinin də böyük fəaliyyəti olmuşdur. Dillər əzbəri olan Roma natiqlik məktəbnin tanınmış nümayəndələrini mütəxəssislər 3 dövrə bölmüşdür:

1) Siserona qədərki dövr 2) Siseron dövrü 3) Siserondan sonrakı dövr. Mark Katon, Qay Qrakx, Tiberi Qrakx, Mark Antoni,

62

Page 63: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

63

Page 64: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Bu faktlar göstərir ki, uşaqlar danışıq qaydaları vo natiqlik sənəti haqqında ibtidai məlumatı «Gülüstan»dan almışdır. Bəzi ruhani məktəblərində şagirdlər arasında gözəl şer demək, nitq söyləmək «yanşmalan» keçirilmişdir.

XVI əsrin I yarısında Azərbaycan ədəbi - bədii dilinin sürətlə inkişaf etməsi natiqlik sənətinin də inkişafına müsbət təsir göstərir.

Şah İsmayılın hakimiyyəti zamanında Azərbaycan dili getdikcə daha geniş şəkildə yayıldı. Bu zaman bir çox hərbi və divanxana terminləri Azərbaycan dilində işlənirdi. Misal üçün gəzən (patrul), qamqul çərik (əsgər), qoşun, sürün (hücum), yaraq

(silah), saxlov (qazarma), yaırt (düşərgə), bayraq, darğa, ayaqçı

(qasid), çalıcıbaşı, divanbaşı, qorucubaşı, minbaşı, yüzbaşı, onbaşı və s. Şah ismayıl Xətai dövründə Azərbaycan dili dövlət dili

elan edilsə də, bu dildə yazılan əsərlərin sayı getdikcə artsa da, M.Füzulinin təbirincə desək, <dəhceyi -türki» (Azərbaycan dili) «əlfazi-namərbutü nahəmvar» hesab edənlər də az deyildi. Ziyalılar içərisində Azərbaycan dilinə xor baxan, ona biganə qalanlar çox idi.

Dahi söz ustası M.Füzulinin Azərbaycan ədəbi -bədii dilinin inkişafı sahəsindəki ölçüyəgəlməz xidmətləri nitq mədəniyyəti tariximizin qızıl səhifələrinə çevrilir.

Füzuli sözü cana bənzərdir. Can insan üçün nədirsə, söz də bir növ insan cəmiyyətində odur, insan üçün bir o qədər əhəmiyyətlidir. Axı, cəmiyyət heç bir vaxt dilsiz yaşaya büməz ... Söz (dil) bədii əsərin də əsas ünsürüdür. Bədii sözsüz (dilsiz) heç bir bədii əsəri təsəvvür etmək olmaz. Məhz buna görə do Füzuli sözü can kimi əziz və əhəmiyyətli hesab edir. O, qəsidələrinin dibaçəsində, yəni bədii müqəddiməsində həmin fikri obrazlı formada belə vermişdir: «Elə ki, mən... fərasət gözünü açdım, aləm sədəfində insandan qiymətli bir gövhər görmədim və insan gövhərində isə sözdən şərəfli cövhər tapmadım». Şair sözü «sərf qıldıqca tükənməyən xəzinə» adlandınr:

64

Page 65: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

ilahi feyzdən bir xəzinədir söz, Tükənməz, sərf qıldıqca dəmadəm.

Məcazi şablann gənci deyil bu Ki, bir həbbə götürdükdə ola kəm.

Sözün, söz .sənətinin əhəmiyyətini dərindən dərk edən şair, ömriı boyu «şer yarışında söz topunu» irəli aparmaq eşqi ilə çırpınmışdır. «Özümü ruzigarın yeganəsi görmək istəyirəm» - deyən Füzuli, öz əsərləri üzərində işləyərkən, onun ideyasına fikir verməklə bərabər, bədii dilinə, sənətkarlıq xüsusiyyətlərinə də ciddi münasibət bəsləmişdir. Onun «ciyər yandıran aşiqinə qəzəlləri» böyük və ağır yaradıcılıq əməyinin şirin bəhrəsidir. Şairin bu gün maraqla oxuduğumuz hər bir kiçik həcmli şeri son dərəcə böyük yaradıcı əməyin məhsuludur. Burada, yeri gəlmişkən, şairin aşağıdakı sözlərini də xatırlayaq: «Elə vaxtlar da olmuşdur ki, gündüz axşama qədər düşüncə dəryasına dalıb, söz almazı ilə məna gövhərini deşmüşəm. Bunu görənlər «bu məzmun anlaşılmır, bu ləfz xalq arasında işlənmir və xoşə gəlməzdir» deyə - deməz, o məzmun gözümdən düşmüş, hətta onun üzünü köçürmüşəm».

M.Füzuli eyni zamanda mahir söz ustadı və gözəl natiq olmuşdur, akademik natiqliyin inkişafında xüsusi rol oynamışdır.

Bütün bunlar göstərir ki, klassik ədəbiyyatımızda, o cümlədən də Füzuli yaradıcılığında söz və söz sənətinə, insan nitqinin gözəlliklərinə, nitq mədəniyyətinə ciddi münasibət həmi.şo mərkəzi yer tutmuşdur;

Dünyanı fəth edən dilimizdir qılınc kimi, ( Yol açmadıq qoşun gücünə bir diyarə biz, deyən dahi şair, öz böyük müəllimi Nizami Gəncəvinin söz haqqındakı poetik mülahizə və fikirlərini davam və inkişaf etdirməklə bərabər, XVI əsrdə «Söz» rədifli qəzəli ilə söz sənətinin poetik manifestini (bəyannaməsini) də yaratmışdır. Bu şer şairin söz və söz sənətinə, sözün estetik gözəlliyinə, onun insan cəmiyv'ətindəki və sənət aləmindəki mövqeyinə münasibətini aydınlaşdıran yüksək .səviyyəli bir bədii əsər və poetik

65

Page 66: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

sonəddir. Şair göstərir ki, sənətkarın da, danışan şəxsin də qiyməti

sözünün dəyəri ilə ölçülür. Riyadan uzaq olan, könüldən xəbər verən sözlər ən gözəl sözlərdir. Şair deyir; Gər çox istərsəm. Füzuli, izzətin, az et sözü. Kim, çox olmaqdan qalıbdır çox əzizi xar söz. Şair hər bir sənətkara və hər bir danışan şəxsə (natiqə) sözçülükdən, uzunçuluqdan qaçmağı tövsiyə etmişdir.

Füzuli sözün gözəlliyini odlu bir ilham və dərin bir ehtirasla tərənnüm edir. O göstərir ki, söz qədrini doğruluqla artıran, onu qiymətləndirən hər bir adam, eyni zamanda öz qədir və qiymətini artırmış olur. Çünki söz nə qədər qiymətli olsa, bir o qədər əhlinin (yəni onu danışığında işlədənin) qiymətini və hörmətini artırar. Söz sahibi ancaq Öz sözünün dəyəri ilə lazımi mövqe qazana bilər. «Söz qədrini» artırmağı tələb edən şair, şer fəzilətini dərk etməyi, şeri, söz sənətini qiymətləndirməyi insan ləyaqətinin əsas əlamətlərindən biri kimi göstərir. O yazır ki, sənətkarın, natiqin («sahib - kəlamının») ən yüksək məziyyəti və sevilməsinin başlıca səbəbi nitqindəki düzlüklə, həqiqətlə əlaqədardır. Diızlük onun nitqinə xüsusi rövnəq və gözəllik gətirir. Məhz buna görə də Füzuli sözün gözəlliyini, hər şeydən əvvəl, düzlükdə və həqiqətdə axtanrdı. Doğruluq və düzgünlüyü sənətkar üçün ən böyük məziyyət hesab edirdi:

Hər şeydən yüksəkdir sözün məqamı. Hər yerdə sevərlər sahib kəlamı. Sözün vəsfi mənim hünərim deyil. Sözün qiymətinə söz yox, yəqin bil. Gözəl yaranmışdır söz əzəl başdan. Düzlükdür ondakı hüsnü artıran. Düzlüklə artmışdır sözün qiyməti. Düzlükdür hər şeyin ilk məziyyəti.

Beləliklə, şair göstərir ki, sənətkann hünəri və qiyməti sözünün dəyərindədir. Sənətkarı «diri saxlayan»da söz, yaşadan da sənətindəki təsir qüvvəsidir.

66

Page 67: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Bütün bunlarla yanaşı ecazkar söz qüdrətindən istifadə edən unudulmaz natiqlərimiz həmişə xatirələrdə yaşayır.

Respublikamızın ali məktəb auditoriyalarında uzun illər gözəl çıxışları və mühazirələri ilə hamının diqqətini özünə cəlb etmiş Mikayıl Rəfili, Əli Sultanlı, Cəfər Xəndan, Mehdi Mehdizadə, Şixəli Qurbanov, Mehdi Məmmədov, İsmayıl Şıxlı kimi məharətli natiq - professor müəllimlərimizin səffav, bulaq suyu kimi axıcı, bal kimi şinn, musiqi kimi ahəngdar və dərin məzmunlu mühazirələri yada düşür. Onlar öz atəşin nitqləri ilə natiqlik sənətinin təməl daşlannı qoyanlar idi. Onların çıxışlanndakı məlahətli səs, vətəndaşhq qüruru, zəngin bədii dili, bəlağətli nitqi, elmi mühakimələri, auditoriyanı ələ almaq istedadı hamını valeh edirdi.

XX əsriri keçən 50 - 60-cı illərin ali mektəb məzunları arasında aparılan sorğu zamanı məlum oldu ki onlar öz unudulmaz professor - müəllimləri haqqında bir sıra yadda qalan xatirələrlə çıxış etmişlər. Əli Sultanlı (1906 -1960) elmin vo natiqlik məktəbinin sultanıdır. Onun yaddaşı saysız - hesabsız surətlər qalereyası idi, demişlər.

Mikayıl Rəfili (1905 - 1958) öz atəşin nitqi ilə natiqlik sənətinin təməl daşlarını qoyanlardan idi. O coşqun və ilhamlı nitq nümunəsi, zəngin bədii dili və elmi mühakimələri ilə həmişə bizi valeh edərdi.

Cəfər Xəndan (1910 - 1961) ali məktəb auditoriyalarında 22 il mənalı vo şirin mühazirələr oxumuşdur. Onun gur və məlahətli səsi bu gün də dostlarının və yetirmələrinin qulağında səslənir.

Şixəli Qurbanovu (1925-1967) maraqlı mühazirələri, dəyərli, çıxışları, yumorlu söhbətləri, atmacaları ilə natiqlik istedadını nümayiş etdirib hamını heyran edən alovlu-ilhamlı tribun kimi xatırlanır.

Rəvan diksiyası, gÖzəl intonasiyası, fərdi deyim maneraları, haqqında söhbət açdığı məsələni özünə məxsus mənalandırma bacarığına malik olan gözəl bir natiq -professor Mehdi Məmmədovu (1918 - 1985) xatırlayırıq. Onun teatr və

67

Page 68: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

dramaturgiyadan açdığı söhbotlori, onlara verdiyi folsəfi, montiqi təhlilləri, ifadə tərzini, ürəklərə yol tapdığını, natiqlik məharəti ilə dinləyiciləri vəcdə gətirib heyran qoyduğunu xatırlayırıq.

Onlar Azərbaycan Respublikasında natiqliyin inkişafı üçün onun nəzəri vo praktiki cəhətləri ilə məşğul olmaqla bir sıra mükəmməl nitq prinsiplərini də müə3/yənloşdirmişlər.

68

Page 69: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

OXUMAQ UÇUN MƏSI.ƏHƏT GÖRÜLƏN

ƏDƏBİYYATIN MÜXTƏSƏR SİYAHISI

1. «Dil mədəniyyəti» B. 1974 2. «Nitq mədəniyyəti məsələləri» B. 1985 3. K.ƏUyev «Natiqlik sənəti» B. 1994 4. K.Əliyev «Bəzi qəbilələrdə natiqlik sənəti» B. 1962 5. M.Əsgərov «Natiqlik sənətinin əsasları» B. 1975 6. M.Əsgərov «Bədii qiraət». B. 1973 7. M.Əhmədov «Mühazirəçinin məharəti» B.1975 8. M.Cənizadə «Səhnə danışığı texnikası haqqında qeydlər».

B.1970 9. T.Hacıyev, Ə.Quliyev, N.Cəfərov «Türk dili» 9-cu sinif

dərsliyi. B.1994 10. T.Hacıyev, N.Cəfərov «Azərbaycan dili», dərslik. B.2000 11. A.Abdullayev «Nitq mədəniyyəti və natiqlik məharəti

haqqında» B.1968 12. Y. Yusifov «Mühazirəçinin natiqlik məharəti». B.1975 13. Kazım Ziya «Səhnə dili haqqında» B.1974 14. P.Əfəndiyev «Şifahi xalq ədəbiyyatı» B.1984 15. Q.Namazov «Azərbaycan uşaq ədəbiyyatı» B.1984 16. İ.Kərimov «Gənclik və gözəllik teatrı» B.1978 17. H.Əkbərli «Orta ixtisas məktəblərin tələbələri üçün nitq mədəniyyəti fənnindən metodiki göstərişlər və yoxlama tapşırıqları B.1991 18. H.Əkbərli «Nitq mədəniyyətini aşılamaq təcrübəsindən» «Ana sözü» junıalı N?4. B.1996 19. H.Əkbərli «Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri üzrə Respublika Elmi Metodik Mərkəzi - Tövsiyəiər» B.1997 20. H.Əkbərli «Nitq mədəniyyəti fənnini tədrisi təcrübəsindən - «Azərbaycan müəllimi» qəzeti N«47 (8051)21-27.X1.2003. 21. H.Əkbərli «Nitq mədəniyyətində əsas məsələlər».

69

Page 70: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

«Azərbaycan dili və ədəbiyyat tədrisi» - jurnal N1. B.2002 22. İldınm Qasımlı «Heydər Əliyevin bioqrafiyası» B. 1998 23. H.Əliyev «Mənim idealım» B. 1999 24. «Zəmanəmizin böyük Azərbaycanlısı» B.2001 25. H.Əliyev «Təhsil millətin gələcəyidir» B.2002

70

Page 71: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

1.

2. 3.

5. 6.

7.

8.

9. 5.

11.

12.

MÜNDƏRİCAT səh.

Giriş .......................................................................... 3 Heydər Əliyev və ana dilimiz ................................... 6 Nitq mədəniyyəti haqqında anlayış .......................... 14 Müasir Azərbaycan ədəbi dilində yaxşı nitqin əlamətləri ..................................................................... 25 Nitq mədəniyyəti milli mədəniyyətin tərkib his- səsidir ..................................................................... 29 Nitq texnikası və orfoepiya haqqında .......................... 33 Müasir Azərbaycan ədəbi dilinin normaları ................ 38 Nitqdə şifahi xalq ədəbiyyatı nümunələrindən isti- fadə edilməsi ............................................. ., .......... 43 Natiqlik sənəti haqqında ........................................... 50 Nitqə müvəffəqiyyət qazandıran amillər .................. 54 Jestlərin və mimikaların nitqdəki rolu ...................... 61 Antik dövr və Azərbaycanda natiqliyin, söz sənətinin inkişaf yollan ............................................. 64 Oxumaq üçün məsləhət görülən ədəbiyyatın müxtəsər siyahısı ................................................... 71

71

Page 72: Metodisti, ali dərəcəli metodist, Azərbaycanlib.bbu.edu.az/files/book/236.pdfdil siyasətli Azərbaycanda milli özünəqayıdış milli özünüdərk və milli-azadlıq ruhunu

Yığılmağa verilmişdir: 05.10.2005

Çapa imzalanmışdır: 09.11.2005

Ofset üsulu ilə çap edilmişdir:

Kağız formatı: 60 x84 1/16

F.ç.v. 4,5 tiraj: 500

Qiyməti müiqavilə yolu ilə

«Biznes Universiteti» nəşriyyatının mətbəəsində çap olunmuşdur.