Əksmənalı sözlər

18
Şəhər: Bakı şəhəri,Sabunçu rayonu Məktəb: 255№- li tam orta məktəb Sinif: III Fənn: Azərbaycan dili Müəllim: İsmayılova Zülfiyyə Süleyman q.

Transcript of Əksmənalı sözlər

Page 1: Əksmənalı sözlər

Şəhər: Bakı şəhəri,Sabunçu rayonu

Məktəb: 255№- li tam orta məktəb

Sinif: III

Fənn: Azərbaycan dili

Müəllim: İsmayılova Zülfiyyə Süleyman q.

Page 2: Əksmənalı sözlər

Mövzu: Əksmənalı sözlər Standart: 4. 1. 5Leksik və qrammatik mənasına görə sözləri adlandırır və fərqləndirir.Məqsəd:1.Əksmənalı sözləri müəyyən edir.2.Azərbaycan dilində əksmənalı sözlərin rolunu izah edir.

Page 3: Əksmənalı sözlər

Şəkillərdə nə təsvir olunub?

Page 4: Əksmənalı sözlər

Qışda soyuq , yayda isti olur.Qışda günlər qısa, yayda uzun olur.Qışda təbiət donur, yayda canlanır.Qışda səma tutqun, yayda aydın və günəşli olur.

Page 5: Əksmənalı sözlər

Tədqiqat sualıƏksmənalı sözlər qrammatikada necə adlanır və onların dilimizdə

rolu nədən ibarətdir?

Page 6: Əksmənalı sözlər

Qruplarla iş

Page 7: Əksmənalı sözlər

I qrup1) Verilmiş sözlərə əksmənalı sözlər tap və cümlə qur: Ağ- .... , isti- .... , gecə- .... , yatmaq- .... .2) Buraxılmış boşluqlara verilmiş əksmənalı sözləri düzgün əlavə et:Az, susmaq, yay, danışmaq, çox, qış................. gümüşdürsə, .............. qızıldır. ......... danış, ....... eşit........... işləyən, ......... dişləyər.

Page 8: Əksmənalı sözlər

II qrup

1)Atalar sözündə səhv düşən əksmənalı sözləri yerinə yazın:

Yaman gündə düşmən gələr dost olar,İgid odur yaxşı gündə dayansın.

Acın toxdan xəbəri olmaz.İgid gündə yüz yol ölər, qorxaq ömründə bir yol.2)Əksmənalı sözlərdən istifadə etməklə pazlı düzgün yığ.

Page 9: Əksmənalı sözlər

III qrup1)Şəkilləri əksmənalı sözlərdən istifadə etməklə müqayisəli təsvir edin:

2) Şifahi xalq ədəbiyyatı nümunələrini adlandır və əksmənalı sözlərin altından xətt çək:Ağ çala, qara toxum. Əziziyəm dilən gəzƏlim ilə əkərəm, Bağda gülə dilən gəz.Dilim ilə biçərəm. Qürbətdə xan olunca Vətənində dilən gəz.

Page 10: Əksmənalı sözlər

IV qrup

1) Uyğunluğu müəyyən et:Xəsis Nadan MüharibəAğ İri ƏliaçıqAvam Simic QaraBöyük Barış SavadlıSülh Bəyaz Kiçik2)Əksməna bildirən şəkilləri seçərək qarşı-

qarşıya yapışdır.

Page 11: Əksmənalı sözlər

Dərsliklə iş

Səhifə 68

Page 12: Əksmənalı sözlər

Krossvord

Verilmiş sözlərə əksmənalı sözlər tapmaqla krossvordu həll et və açar sözü tap.

1. Qış 2. Qalın 3. Küt 4. İsti 5. Yaşlı 6. Çirkli 7. Şən

1

2

3

4

5

6

7

Page 13: Əksmənalı sözlər

Verilmiş cümlələrdə əksmənalı sözlər hansı funksiyanı yerinə yetirir?

Novruz bayramı ərəfəsində ev – eşik təmizlənir.Qocalı – cavanlı hamı bu hərəkətinə görə onu qınayırdı.Əvvəl- axır bu sirrin üstü açılacaqdı.

Page 14: Əksmənalı sözlər

Şəkillərə əsasən əksmənalı sözləri qeyd edin

Page 15: Əksmənalı sözlər
Page 16: Əksmənalı sözlər

Ümumiləşdirmə və nəticə Bir- birinin əksi olan sözlərə antonim deyilir.Bütün məna növlərinə aid sözlər əksmənalı ola bilir.Əksmənalı sözlərdən bədii əsərlərdə, şifahi xalq ədəbiyyatı nümunələrdə geniş istifadə olunur.

Page 17: Əksmənalı sözlər

Yüz təpə boyu var bir uca dağdaYaxından yaxındır bəzən uzaq daNifrət də, sevgi də, qara da, ağ daİşıq da, zülmət də göz içindədir

Hər kəlməni, hər sözüUda-uda kağızlar,Yalanı, da götürür,Doğrunu da kağızlar.

Mən aşıq nə qarasıTellərin nə qarası

Könül sevən gözəlinNə ağı , nə qarası

Biri gedər, gəlməz,Biri yatar, durmaz.

Yol böyüyündür, su kiçiyin.

Page 18: Əksmənalı sözlər

Əksməna ifadə edən təsvir və aplikasiya yarat.

Yaradıcı tətbiqetmə