KOMPUTER MONİTORU

19
KOMPÜTER MONİTORU

Transcript of KOMPUTER MONİTORU

Page 1: KOMPUTER MONİTORU

KOMPÜTER MONİTORU

Page 2: KOMPUTER MONİTORU
Page 3: KOMPUTER MONİTORU

Monitor - verilənləri xaric edən,

informasiyanı vizual əks etdirən (mətn,

cədvəl, şəkil, çertyoj və s. şəklində)

qurğudur.

Page 4: KOMPUTER MONİTORU

1. CRT (Cathode Ray Tube) - elektron şüa borusu, böyük

ölçülü monitorlar;

2. LCD (Liquid Crystal Display) - kristal maye ekranlı,

yastı panelli monitorlar;

3. PDP(Plasma Display Panel) - plazma ekranlı, xüsusi

texnologiya ilə hazırlanan yastı, böyük ölçülü

monitorlar.

Page 5: KOMPUTER MONİTORU
Page 6: KOMPUTER MONİTORU

CRT monitorun əsas elementi elektron şüa borusudur. Onun içəri

tərəfdən ön hissəsi lüminoforla – üzərinə cəld elektronlar

düşdükdə işıq şüalandıra bilən xüsusi maddə ilə örtülmüşdür.

Page 7: KOMPUTER MONİTORU

Lüminofor üç əsas rəngin qırmızı, yaşıl və göy rənglərin nöqtələr

yığımı şəklində üstdən çəkilir. Bu rənglər ona görə əsas adlanır ki,

onların (müxtəlif nisbətlərdə) birləşməsi ilə spektrin hər rəngini təsvir

etmək olar.

Page 8: KOMPUTER MONİTORU

Elektron oxunması ekranın sol üst tərəfindən başlayaraq

soldan sağa doğru, aşağı istiqamətdə aparılır.

Page 9: KOMPUTER MONİTORU

Lüminoforun nöqtələr yığımı üçbucaq üçlüklər üzrə yerləşirlər. Üçlüklər

təsvirin formalaşdığı pikseli – nöqtəni meydana gətirir (ingiliscə pixel –

picture element, şəklin elementi).

Page 10: KOMPUTER MONİTORU

TRINITRON MONITORU

Sony şirkətinin istehsalı olan Trinitron monitorlarında daha fərqli

bir kölgələndirmə texnologiyası istifadə edilir. Әvvəlki şəkildə də

göründüyü kimi, ekranın üst hissəsindən alt hissəsinə doğru uzanan riyazi

matris şəklində bir kölgələndirmə maskası istifadə edilmişdir. Struktur

olaraq tamamilə fərqli olsalar da, hər iki kölgələndirmə maskası əsas

işlərini yerinə yetirir və elektron şüalarının yanlış hədəfdəki piksellərə

düşməsinə mane olurlar. Trinitron monitorlarındakı riyazi matris, elektron

tapançadan, kölgələndirmə maskasına nəzərən daha çox enerji aldığı

üçün surət nisbətən daha parlaq əks olunur. Bundan başqa surətin

yerləşdiyi sahənin hər nöqtəsindən dəqiq görünə bilməsi və radiasiyanın

daha az olması Trinitron monitorlarının üstün xüsusiyyətlərindəndir.

Trinitron monitorları ilə əlaqədar istifadəçilərin ən böyük şikayəti, ekran

üzərində incə xətlərin görünməsidir.

Page 11: KOMPUTER MONİTORU

RGB (RED-GREEN-BLUE – QIRMIZI-YAŞIL-GÖY)

MONITORLARI

Әn köhnə

və ən problemli monitorlardır. RGB monitorlarıkeyfiyyətinin aşağı

səviyyədə və piksellərinin çox böyük olmasınabaxmayaraq, piksellər

daxilində üç əsas rəngi birləşdirir. 9 çıxışlıbirləşdiricisi ilə CGA (Color

Graphics Adapter – Rəngli Qrafik Adapter) ekrankartlarına uyğun olaraq

işləyir və sadəcə 16 rəngi dəstəkləyir.

Page 12: KOMPUTER MONİTORU

EGA

(ENHANCED GRAPHICS ADAPTER – YÜKSӘLDILMIŞ QRAFIK

ADAPTER) MONİTORU

RGB monitorlarından daha yüksək

dəqiqliyə malik olan 9 çıxışlı birləşdiricisi olan EGA

monitorlar da EGA

(Enhanced Graphics Adapter – Yüksəldilmiş Qrafik

Adapter) ekran

kartları ilə işləyir. EGA monitorları ilə birlikdə

ümumilikdə monitorların rəng dəstəyi 64 rəng oldu.

Page 13: KOMPUTER MONİTORU
Page 14: KOMPUTER MONİTORU

Bir maddə təbiətdə bərk, maye və qaz halında olur. Maye kristal

(liquid crystal) maye ilə bərk arasında olan maddədir. Maye kristalda

molekullar bərk maddələrdə olduğu kimi eyni istiqamətdə sıralanmışdır,

ancaq bu molekullar maye molekullarda olduğu kimi, bir-birilərinin

ətrafında sərbəst olaraq aşağı sürətlə hərəkət edirlər. Maye kristal

həqiqətdə maye halına daha yaxındır. Maye kristalın xüsusiyyətlərindən

biri də istiliyə həssas bir maddə olmasıdır. Buna görə təbiətdə çox

müxtəlif şəkillərdə ola bilirlər. LCD monitorlarında təbiətdəki bir çox

maye kristal növü içərisindən “nematic” adı verilən tip istifadə edilir. Bu

maye kristal tipinə xüsusi olaraq TN (twistec nematic – ikiqat sıxılmış) adı

verilmişdir. TN təbiətdə qıvrılmış halda olur, lakin tətbiq edilən elektrik

axını ilə böyük ölçüdə hazırlana bilir.

Page 15: KOMPUTER MONİTORU

LCD ekranının daxilində iki ədəd istiqamətləndirilmiş şüşə lövhə

olur. Hər bir lövhənin bir üzünə istiqamətləndirilmiş məlumatları verən bir

plyonka yerləşdirilmişdir (Şəkil 18.). Lövhələrin digər üzlərində

yerləşdirilən kiçik mikroskopik kanallara polimer adı verilmişdir. Üzdə olan

kiçik kanalcıqlar şüşə lövhə ilə eyni istiqamətləndirilmişdir. Polimer adı verilən

maddələrin üst hissəsi sıxılmış maye kristal (nematic liquid

crystal) ilə örtülmüşdür. Maye kristal molekulları da kiçik kanallar ilə eyni

istiqamətdə istiqamətləndirilmişdir. Başqa bir şüşə lövhə eyni şəkildə

hazırlanaraq birinci lövhənin üst tərəfinə 90o-lik bucaq altında

yerləşdirilmişdir.

Page 16: KOMPUTER MONİTORU

LCD MONITORLARI MÜXTӘLIF TEXNOLOGIYALARDAN ISTIFADӘ EDILӘRӘK

ISTEHSAL EDILIR. BUNLARDAN ӘN ÇOX BILINӘN VӘ GENIŞ OLARAQ ISTIFADӘ

EDILӘN ÜÇ

NÖV HAQQINDA MӘLUMAT VERӘCӘYIK:

Sadə-yastı (common plane) – LCD ekranlarının ən sadəşəkildə istehsal edilən modellərindən biridir. Daha çoxsaat, havanın istilik dərəcəsi, reklam lövhələri və s. üçünistifadə edilir. Piksellərin sayı çox azdır;

Qeyri-fəal matris (passive matrix) – LCDtexnologiyasının istifadə edildiyi daha təkmilləşdirilmişbir monitordur. İki şüşə parçası istifadə edilərəkhazırlanmşdır. Qeyri-fəal matris ekranlarının istehsalıasandır, lakin bəzi çatışmayan cəhətləri var. Yeniləməsürətinin aşağı olması istifadəçilərin ən çox şikayətçiolduqları haldır.

Fəal matris (active-matrix) – LCD ekranının bu tipi TFT(Thin Film Transistors – Nazik Plyonka Tranzistorlar)texnologiyası ilə istehsal edilmişdir.

Page 17: KOMPUTER MONİTORU
Page 18: KOMPUTER MONİTORU

Keçən əsrin 90-cı illərində kompüter texnologiyasında

yastı panelli plazma monitorlarının istehsalına başlandı.

Plazma monitorların ekranlarının ölçüləri artsa da,

onların çəkisi, eləcə də ekranın qalınlığı da azalır.

Plazma monitorlarının iş prinsipi inert (ətalətli,

fəaliyyətsiz) qazlardan - helium, arqon, neon və ksenon

ilə doldurulmuş boruşəkilli neon lampalarının iş

prinsipinə çox oxşayır. Plazma monitorunun ekranında

minlərlə kiçik nöqtələr – piksellər ardıcıl olaraq yanırlar.

Page 19: KOMPUTER MONİTORU

İstifadə olunmuş ədəbiyyat:

• A.B.Babayev, E.V.Seyidzadə “Fərdi kompüterinelement vasitələri və periferiya qurğuları” dərsvəsaiti, Bakı, 2008

• N.Allahverdiyeva, M.Namazov “Kompüter vəinformasiya-kommunikasiya texnologiyaları”mühazirələr konspekti 1-ci hissə, Bakı, 2012