(JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş...

17
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU QƏNAƏTLİ İSTEHSAL ÜSULLARI: TAM ZAMANINDA İSTEHSAL (JUST-IN-TIME) Bakı - 2019

Transcript of (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş...

Page 1: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU

QƏNAƏTLİ İSTEHSAL ÜSULLARI:

TAM ZAMANINDA İSTEHSAL

(JUST-IN-TIME)

Bakı - 2019

Page 2: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Kitabça Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr

tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan

Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair

Strateji Yol Xəritəsi”nin “1.1.1. Qənaətli istehsal metodları üzrə təhlil

aparılması” tədbirinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan

Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat

İnstitutunda Əlvan Süleymanova tərəfindən işlənilmişdir.

© İİETİ, Bakı, 2019

Page 3: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 3

Mündəricat

Giriş ........................................................................................................................ 4

1. Qənaətli istehsalın mahiyyəti və istehsalda tətbiqi

xüsusiyyətləri ..................................................................................................... 5

2. Qənaətli istehsal metodlarının təhlili: Tam zamanında

istehsal (Just-in-Time) ................................................................................. 11

İstinadlar ........................................................................................................... 16

Page 4: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 4

Giriş

Hazırda istehsalçı ilə istehlakçı arasındakı münasibətlərdə

daha çox istehlakçının istəkləri ön plandadır. Belə olduğu halda,

istehsal sistemlərinin və idarəetmə üsullarının tez-tez

yenilənməsi və daha da yaxşılaşdırılması vacib məsələlərdən

birinə çevrilmişdir. İstehsal prosesində səmərəliliyin təmin

edilməsi istehsalın təşkilində əsas məqsəddir. Bu baxımdan,

qənaətli istehsalın təşkili istehsalda bütün israfların qarşısının

alınmasına istiqamətlənmiş sistemdir. Qənaətli istehsalın əsas

strategiyası istehsal sürətini artırıb, axın vaxtını azaldaraq

keyfiyyət, xərclər və təchizat sistemini eyni vaxtda

yaxşılaşdırmaqdır.

Qənaətli istehsal müəssisədə lazımsız mərhələləri ləğv etmək,

bütün fəaliyyətləri sıralamaq və istehsalı yaxşılaşdırmaq üçün

davamlı olaraq fəaliyyətdə olmaqdır. Məhsulun dizaynında,

müəssisənin təşkil olunmasında və işlədilməsində, istehlakçılarla

əlaqədə, idarəetmədə və s. qənaətli istehsalın funksional olaraq

fəaliyyət göstərən elementləri mövcuddur. Buna görə də, qənaətli

istehsal, liderlik, kollektivlə işləmə, kommunikasiya kimi inzibati

məsələlərlə bilavasitə əlaqəlidir. İşçilərin istehsalda və

idarəetmədə fəaliyyətlərinin vacib olduğu qənaətli istehsal

keyfiyyət göstəricilərinin yaradılmasını tələb edir. Eyni zamanda

həm işləyən, həm də yaranan bəzi problemlərin həlli yollarının

axtarılması və müzakirə olunması üçün toplaşan işçi qrupları

qənaətli istehsalın əsasını təşkil edir.

Page 5: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 5

1. Qənaətli istehsalın mahiyyəti və istehsalda

tətbiqi xüsusiyyətləri

Qənaətli istehsalı kütləvi istehsalla müqayisədə bütün

ehtiyatların daha azını istifadə edir, işçi qüvvəsinin yarısı, istehsal

sahəsinin yarısı, avadanlıqlara qoyulan investisiyanın yarısı, lazım

olan ehtiyatların yarısından da az hissəsinin saxlanılmasını təmin

edir, çox az itki və daha da artan çeşidlilikdə məhsullar istehsal

edir. Kütləvi istehsal məhsulları bazara istiqamələndirici (push -

itələyici), qənaətli istehsal isə dartıcı (pull - dartıcı) xüsusiyyətə

malikdir.

“İtələyici” sistemlər klassik sistemlərdir. Bu sistemdə istehsal

müddəti, növbəti müddətin ehtiyacını qarşılayacaq şəkildə

istehsal aparır. İstehsal nisbətinə təsir edən bu dəyişikliklər

qrafiklərin yenidən nəzərdən keçirilməsini və müvafiq qurumlara

göndərilməsini tələb edir. Bu da vaxt tələb etdiyindən, itələyici

sistemlər ehtiyatların saxlanması ilə dəyişikliklərə

uyğunlaşdırılır. Buna görə də, bu sistemlərdə ehtiyatın olması

qaçılmazdır.

Qənaətli istehsal quruluşunda heç bir lazımsız ünsür

olmayan və səhvlər, xərclər, anbar işçiliyi, itkilər, müştəri

məmnuniyyətsizliyi kimi ünsürlərin ən az həddə olduğu istehsal

sistemini ifadə edir. Bu sistemin əsas məqsədi təşkilatlar,

texnologiyalar və sabit qiymətlər üzərində fokuslanma əvəzinə,

məhsulun istehsal və təchizat prosesinə fokuslanaraq resursları

səmərəli istifadə edəcək şəkildə istiqamətləndirməkdir. Buna

uyğun olaraq qənaətli istehsal bütün israflardan təmizləməyi

hədəfləyən bir sistemdir.

Page 6: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 6

Şəkil 1. “İtələyici” sistemlər Qeyd: * İTM – İstehsalı tamamlanacaq məhsullar

Hazır

m

əh

su

l

Hazır

m

əh

su

l

Başlanğıc Ta

kt

vrü

Xa

mm

al

Faktiki

vaxt

Faktiki

vaxt

Faktiki

vaxt

Sonra

Pro

ses

Xam

ma

l

su

rla

r

Tip

ik “

itələ

yic

i” s

iste

m

İTM

* İT

M*

İTM

*

İTM

*

Page 7: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 7

Şəkil 2. “Dartıcı” sistemlər

Qeyd: * İTM – İstehsalı tamamlanacaq məhsullar

Da

rtıc

ı sis

tem

Aktual

zaman

Aktual

zaman

Aktual

zaman

Aktual

zaman

Aktual

zaman

Aktual

zaman

Takt

Zam

an

Pro

seslə

r

Hazır

m

əh

su

l

Xam

ma

l

Takt

Zam

an

H

azır

m

əh

su

l

Başlanğıc Sonra

Kan

ban

itə

lə-

yic

i siq

nal

Kan

ban

itə

lə-

yic

i siq

nal

Kan

ban

itə

lə-

yic

i siq

nal

Kan

ban

itə

lə-

yic

i siq

nal

Kan

ban

itə

lə-

yic

i siq

nal

Kan

ban

itə

lə-

yic

i siq

nal

Hazır

hs

ul

üç

ün

Ka

nb

an

sa

si

Hazır

hs

ul

üç

ün

Ka

nb

an

sa

si

Xam

ma

l

“D

art

ıcı”

sis

tem

Faktiki

vaxt

Faktiki

vaxt

Takt

vrü

Pro

ses

Hazır

m

əh

su

l

Xam

ma

l

Takt

vrü

H

azır

m

əh

su

l

Başlanğıc Sonra

Kan

ban

dart

ıcı

siq

nalı

Kan

ban

d

art

ıcı

siq

nalı

Kan

ban

d

art

ıcı

siq

nalı

Kan

ban

d

art

ıcı

siq

nalı

Kan

ban

d

art

ıcı

siq

nalı

Kan

ban

d

art

ıcı

siq

nalı

Ka

nb

an

da

h

azır

hs

u-

lun

ye

ri

Ka

nb

an

da

h

azır

hs

u-

lun

ye

ri

Xam

ma

l

Faktiki

vaxt

Faktiki

vaxt

Faktiki

vaxt

Faktiki

vaxt

İTM

* İT

M*

İTM

*

İTM

* İT

M*

İTM

*

Page 8: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 8

Qənaətli istehsal materialları və məlumatları müştərilərin

ehtiyaclarına uyğun olaraq dəyişdirib formalaşdırmasına və əlavə

dəyər yaradaraq zaman və məkan istismar etməsinə baxmayaraq

məhsulda müştəri tələblərinə uyğun dəyər yaratmayan və

ümümilikdə əlavə dəyər yaratmayan fəaliyyətləri fərqləndirən

sistemdir.

Yekun olaraq, qənaətli istehsal, ən az resursla, ən qısa

zamanda, ən ucuz və unikal istehsalı, istehlakçının tələbinə

tamamilə uyğun olan, ona cavab verə bilən, itkisiz və ya ən az itki

ilə, eləcə də, bütün istehsal faktorlarını ən səmərəli şəkildə

istifadə edib istehsalın necə reallaşdırılmasını müəyyən edən

istehsalın təşkili sistemidir.

Sistemə məxsus əsas xüsusiyyətlər üç istiqamətdə: idarəetmə

və işçilərin iştirakı, keyfiyyət və istehsal əməliyyatları üzrə təsnif

edilir.

İdarəetmə və işçilərin iştirakı. Əsasən, şirkətin lider

vizyonu və mübarizəsi, yeni və inteqrativ məqsədləri,

uzunmüddətli strategiyası, işçlərin iştirakı və insan resurlarının

təkmilləşdirilməsi, hədəfə nail olmağa imkan verən ölçmə və

mükafatlandırma, məhsul və istehlakçıya yönəlmiş təşkilati

sistemlər, üstün kommunikasiya sistemləri və tətbiqləri, tədqiqat

və təhsil dəstəyi nəzərdə tutulur.

Keyfiyyət. Əsas keyfiyyət faktorları isə düzgün marketinq

sistemi, müştəri yönümlü məhsul istehsalı, davamlı olaraq

keyfiyyətin yaxşılaşdırılması, əsas məhsul xüsusiyyətlərinin

statistik yoxlanılması, yenilik və təcrübələrə diqqəti artırmaq,

keyfiyyət sertifikatına malik satıcılarla əməkdaşlıq edilməsidir.

Page 9: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 9

İstehsal əməliyyatları. Bu təsnifatda davamlı istehsalı axını,

həcm deyil, tələb yönümlü istehsal, istehsal mərhələlərinin sürətli

dəyişməsi, avtomatlaşdırmadan öncə standartlaşdırma və

sadələşdirmənin təmini, qoruyucu qulluq proqramları və bu kimi

tədbirlər həyata keçirilir.

Uğurlu qənaətli istehsal modelini xarakterizə edən əsas

amillər: layihə meneceri, komanda şəklində fəaliyyət,

təchizatçılarla inteqrasiya, məlumat mədəniyyəti, inteqrasiya

edilmiş mühəndislik və istehlakçı yönümlü olmasıdır. Bu amillər

ümumi keyfiyyətə nəzarət sisteminin əsasını təşkil edir. Qənaətli

istehsalda keyfiyyət anlayışı istehlakçı hər hansı bir məhsulu

alarkən həmin məhsulda istehlakçının bütün gözləntilərinin

qarşılanması və istifadə edərkən məhsuldan razı qalmasını ifadə

edir. Qənaətli istehsal sistemi hədəfə çatmaq üçün üst təbəqə

işçisindən ən aşağı vəzifəli işçisinə qədər bütün işçilərin bir bütün

halında işləməsini təmin edir, bütün sahələrdə öz işini mükəmməl

bilən işçilər yerləşdirir və avtomatlaşdırılmış avadanlıqlara

üstünlük verir. Digər tərəfdən, öhdəliklər ən aşağı təbəqəyə qədər

bütün işçilər arasında düzgün bölünür ki, bu hər bir işçinin öz

görəcəyi işini bilməsinə və daha məsuliyyətli yanaşmasına səbəb

olur. Qənaətli istehsal daha çox peşakarlıq tələb edir və iş

mühitinin buna uyğun formalaşmasını təmin edir.

Qənaətli istehsalın əsas tələbi bütün israfları aradan

qaldırmaqdır. Bu baxımdan, israf - xammal və ya mahsulun lazım

olandan çox olmasıdır. Həmçinin, istehsala dəyər əlavə etməyən,

şirkətin hədəfinə çatmasında heç bir rolu olmayan mövcud

fəaliyyətləri də ifadə edir. İsrafın əsas səbəbləri qeyri-kafi iş

üsulları, istehsala hazırlıq prosesinin çox vaxt alması, əskik

proseslər, istehsala lazım olan diqqətin göstərilməməsi, uzun

Page 10: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 10

məsafələr, lider çatışmazlığıdır. İstehsalda ümumi israfların,

əsasən, yeddi növü fərqləndirilir.

1. Avadanlıq işləyərkən işçinin gözləməsi

2. Lazımsız materialların daşınması

3. Lazımsız , əlavə dəyər yaratmayan fəaliyyətlər

4. Yarımfabrikat və hazır məhsulların anbarda qalması

5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan

təşkili

6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız qırıntılar

7. Lazım olandan çox məhsul istehsalı

Qənaətli istehsal sisteminin əsas nəticə göstəricisi ehtiyatın,

yəni vaxtından əvvəl və lazım olandan çox istehsalın minimuma

həddə qədər azaldılmasıdır. Bir şirkətin ehtiyatları nə qədər çox

olarsa, şirkətin işçi, avadanlıq, məkan və enerji sərfi o qədər çox

olacaqdır. Ehtiyat, bütün istehsal prosesi zamanı “gözləməyi”

ifadə edir. İstər istehsal olunan hissələrin, istər digər sexlərdən

gələn hazır hissələrin və son məhsulun saxlanması, bir yerdə heç

bir iş görmədən “gözləmələri” deməkdir. İstehsalın hansı

mərhələsində olursa olsun “gözləmək” məhsuldarlığı aşağı salan

və istehsalda vaxt israfına səbəb olan faktordur. Kütləvi istehsalda

əsas məqsəd, daha çox və daha sürətli istehsal etməkdir. Belə

vəziyyətdə tələb edilməyən miqdarda məhsul ehtiyatda qalır ki,

bu da əlavə maliyyə tələb edir. İqtisadi vəziyyəti yaxşı olan

müddətdə bir müəssisədə buna diqqət olunmaya bilər. Çünki,

müəssisə onsuz da maliyyə cəhətdən yaxşı vəziyyətdədir. Ancaq

iqtisadi vəziyyətin pisləşdiyi vəziyyətlərdə bu ciddi problemlər

yaradacaqdır.

Page 11: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 11

2. Qənaətli istehsal metodlarının təhlili: Tam

zamanında istehsal (Just-in-Time)

Dünyada ən yaxşı sistem kimi qiymətləndirilən qənaətli

istehsal potensialların məcmusudur. Yaponiya da daxil olmaqla

bir çox ölkələrdə qənaətli istehsala keçid edən şirkətlər bu

sistemin bəzi komponentlərini tətbiq edirlər. Qənaətli istehsal

sisteminin qismən tətbiq olunmasının əsas səbəblərindən biri

şirkətin öz sistemində yarana biləcək risklərdir. Bir müəssisə

tamamilə qənaətli istehsala keçmək üçün aşağıdakı üsulları tətbiq

etməlidir: kanban sistemi, qarışıq yükləmə və istehsalda

nizamlılıq, tək hissə axını, avadanlıqlararası/sexlər arası

sinxronizasiya, U-xətləri, poka-yoke, ümumi məhsuldar qulluq,

keyfiyyət dairəsi, tam zamanında istehsal (JIT), 5s, sürətli qəlib

dəyişmə (SMED). İstehsalın tam zamanında yerinə yetirilməsi

üçün bütün proseslərə nə zaman və nə qədər istehsal edəcəyi

barədə məlumat verən bir informasiya sisteminin yaradılması

zəruridir.

Tam zamanında istehsal - dəqiq vaxtında konsepsiyası

satılacaq məhsulun istehsalı üçün zəruri olan xammal və material

üzrə ehtiyatların həcmini mövcud məhsul buraxılışı istehsalına

uyğun səviyyədə saxlamaqdır. Bu zaman ehtiyatlarda olan

azalmanı nəzərə alaraq istehsal ediləcək məhsullar, eləcə də,

istifadə ediləcək materiallar keyfiyyət standartlarına uyğunluğu

təmin etməlidir. Bu tələb isə təkcə məhsul istehsalçısını deyil,

material təchizatçılarını da keyfiyyət tələblərini yaxşılaşdırmağa

məcbur edir. Tam zamanında istehsal sistemilə işləyən

istehsalçılar istehsal qrafiklərini elə tərtib etməlidirlər ki,

Page 12: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 12

istehsalın təşkili və hazır məhsulun saxlanması üçün tələb olunan

materiallar təyin edilmiş vaxtda və zəruri həcmdə müəyyən

edilmiş ünvanda olsun. Bu baxımdan, tam zamanında istehsal

sisteminin ardıcıl sifarişlərlə məhsul istehsalını həyata keçirən

müəssisələrdə tətbiqi məqsədəuyğundur. Bu sistemdə xammal və

materialların ehtiyatları yaradılmadığından istehsalın təşkili üçün

nə qədər material tələb olunursa, o qədər axın formalaşır. Qeyd

edək ki, tam zamanında istehsal sisteminin tətbiqi iki istiqamətdə

davamlı olmalıdır: istehsalın yerinə yetirilməsi və satışın

təşkilində. Tam zamanında istehsal sistemi ehtiyatların

minimumlaşdırılmasına, satışın çevikliyi məqsədilə kiçik

partiyalarla hazır məhsul istehsalına, eləcə də, əmtəəlik məhsulun

maksimumlaşdırılmasına, məhsulun keyfiyyətinin artırılmasına,

istehsalda və satışda vaxta qənaətə, ümumi heyətin razılaşdırılmış

fəaliyyətinə əsaslanır.

Tam zamanında istehsal sisteminin qurulması üçün

məhsullar istehsal yönümlü dizayn edilməli, təmin edilə bilən

istehsal vasitələri və prosesləri nəzərə alınmalıdır. Məhsul

dizaynında yığcam quruluş və sadəlik olmalıdır. Həmçinin, emal

axınını asanlaşdırmaq üçün iş yerini təşkil etmək, material

hərəkətlərini minimuma endirəcək və ya ortadan qaldıracaq

dəyişikliklər zəruridir. Tam zamanında istehsal sisteminin

tətbiqində işçilərin iştirakını təmin etmək üçün proqramlar

yaratmaq, işçilərin bilik və bacarıqlarından istifadə etmək,

motivasiyaedici tədbirlər həyata keçirmək zəruridir.

Həmçinin, doğru məlumatı əldə etmə istiqamətində işlər

görülməli, məlumatların doğruluğunu təmin etmək üçün

məsuliyyətli insanlar təyin olunmalı və doğruluğu ölçmək üçün

proqramlar yaradılmalıdır. Məlumatı aktuallaşdırmaq, anında

Page 13: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 13

məlumatı almaq və interaktiv qərar vermək üçün real zamanlı və

onlayn sistemlər istifadə edilməlidir.

Tam zamanında istehsal sistemi istehsalın bütün

mərhələlərində israfın qarşısı alınaraq xərclərin azaldılması

məqsədini ifadə edir. Bir müəssisədə yalnız bütün israfın qarşısı

alındığı anda “Tam zamanında istehsal” (JIT) reallaşmış olacaq. Bu

sistem məhsulun dəyərini artırmayan bütün faktorları israf kimi

qəbul edir. Bu baxımdan, istehsalın hər bir mərhələsində

keyfiyyətsizlik (satın alınan və ya istehsal edilən hissə və

məmulatlarda səhvlər) əsas israf elementləri kimi

müəyyənləşdirilmişdir. Ancaq çox zaman bu hədəflərə nail olmaq

təcrübi olaraq mümkün olmadığından, burada əhəmiyyətli olan

israfın qarşısını alıb, xərcləri azaltmaqdır. Xərcləri azaltdıqda isə

müəssisənin gəliri artacaqdır.

Tam zamanında istehsal sisteminin üstünlüyü istehsal

mühitindəki problemlərin mənfi təsirlərini azaltmağa çalışmaq

əvəzinə, problemlərin özünü müəyyən edərək, onları həll etmək

üçün davamlı tədbirləin görülməsidir. Məlumdur ki, istehsal

şəraitində yaranan bir çox problemlərin əsasında qeyri-

müəyyənlik amili mövcuddur. Qeyri-müəyyənliyin təsiri

məhsulun sistem daxilində axınına mane olaraq təzahür edir. Tam

zamanında istehsal sistemi qeyri-müəyyənlik mənbələrini

ortadan qaldırmaq məsələsinə diqqət yetirməklə məqsədləri

müəyyən edir. Tam zamanında istehsal sistemi məhsulları

səmərəli istehsal edilə biləcək dizayn etmək, emal axınını

asanlaşdırmaq üçün düzgün iş yeri seçmək, işçilərin iştirakını

təmin etmək üçün proqramlar yaratmaq, kağızla işlənən işləri

azaltmaq, qüsurlu malları və ehtiyatları azaltmaq, eləcə də,

davamlı inkişafı təmin etmək prinsiplərini üstün tutur. Bu

prinsiplər məhsuldarlığını və gəlirliliyini artırmaq istəyən hər bir

Page 14: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 14

müəssisə üçün uyğundur. Məhsuldarlığa nail olmaq üçün lazım

olan şərtlər doğru və tam məlumat, sürətli informasiya

mübadiləsi, keyfiyyətə nəzarət, israfı aradan qaldırmaqdır.

Tam zamanında istehsal sistemində əsas hədəfə nail olmaq

üçün büdcə xərclərinin nəzərə alınaraq istehsalın həyata

keçirilməsi lazımdır. Büdcə xərcləri lazımı hissələrin, lazımı

miqdarda, lazım olduğu zaman istehsal edilməsi,

avtomatlaşdırma, tələbə uyğun olaraq işçi qüvvəsi sayının

dəyişdirilməsi, işçilərin təklifləri ilə davamlı inkişafın təmin

edilməsini ehtiva edir.

Tam zamanında istehsal sistemi qeyd edilən sistemlərin

dövriyyəyə girməsi ilə təmin olunur.

tam zamanında istehsalı həyata keçirmək üçün kanban

sistemi;

tələb dalğalanmasına uyğunluğu təmin etmək üçün istehsal

tarazlaşdırma üsulları (təkrar istehsal mühitinin yaradılması);

ilkin emal müddətlərini azaltmaq üçün avadanlığın

sazlanma vaxtlarını azaltma üsulları (SMED);

istehsalda tarazlığın təmin olunması üçün əməliyyatların

standartlaşdırılması;

çevik işçi qüvvəsi anlayışını reallaşdırmaq üçün yaşayış

planlaşdırması və çoxfunksiyalı işçilər (ümumi məhsuldarlığa

nəzarət);

davamlı inkişafı təmin etmək üçün problem həll etmə

qrupları və təklif sistemləri;

avtomatlaşdırma anlayışını həyata keçirmək üçün vizual

nəzarət sistemləri;

müəssisə daxilində keyfiyyətli nəzarət yanaşmasını tətbiq

etmək üçün funksional idarəetmə modeli.

Page 15: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 15

Eyni zamanda, tam zamanında istehsal mühitində istehsalın

bütün mərhələlərində israfın aradan qaldırılması hədəfinə nail

olmaq üçün aşağıda qeyd edilən vəzifələrin həyata keçirilməsi

zəruridir:

miqdar və çeşid baxımından tələbatın gündəlik və aylıq

dəyişməsi sisteminin uyğunlaşdırılmasını təmin etmək;

hər bir prosesin növbəti prosesə yalnız yaxşı hissələr

göndərməsini təmin etmək.

Tam zamanında istehsal sistemi istehsal prosesində standart

məhsulların sabit istehsalına malik olduqda, məqbul sayda əmtəə

istehsal edildikdə, yüksək dəyərli məhsullar istehsal edildikdə,

çevik işləmə təcrübəsi və məsuliyyətli işçi qüvvəsinə sahib

olduqda, avadanlıqlar qısamüddətli qurulmaya malik olduqda

tətbiq edilə bilər.

Page 16: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 16

İstinadlar

1) Acar, Nesime. Tam Zamanında Üretim. Ankara, MPM

Yayınları. 2002.

2) http://pernerscontacts.upce.cz/PC_242011.pdf

3) http://facta.junis.ni.ac.rs/eao/eao201202/eao20120

2-04.pdf

4) http://people.brunel.ac.uk/~mastjjb/jeb/or/jit.html

5) https://www.toyota-

global.com/company/vision_philosophy/toyota_prod

uction_system/just-in-time.html

6) http://www.diyalog.com/html/israf_tanimi.html

Page 17: (JUST-IN-TIME)™naətli istehsal üsulları_Tam...5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan təşkili 6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız

H.Zərdabi prospekti, 88a, AZ1011

Bakı şəhəri, Azərbaycan Respublikası

www.ier.az

[email protected]

Faks: +99412 430 02 15

Tel.: +99412 430 02 15