Hazırladı : Ağıllılar qrupu

18
Hazırladı : Ağıllılar qrupu

description

Hazırladı : Ağıllılar qrupu. Mövzu. Avrasiyanın təbii zonaları. Haqqında. - PowerPoint PPT Presentation

Transcript of Hazırladı : Ağıllılar qrupu

Page 1: Hazırladı : Ağıllılar qrupu

Hazırladı:

Ağıllılar qrupu

Page 2: Hazırladı : Ağıllılar qrupu

Mövzu

Avrasiyanın təbii zonaları

Page 3: Hazırladı : Ağıllılar qrupu

HaqqındaAvrasiya materikində Yer kürəsində mövcud olan bütün təbii zonalara rast gəlmək olar. Bunun səbəbi materikin bütün iqlim qurşaqlarında yerləşməsidir. Təbii zonaların yerləşməsində materikin özünəməxsus xüsusiyyətləri var. Həmin xüsusiyyətlər Avrasiyanın təbii şəraitinin həddən çox zənginliyi və iqlim qurşaqlarının yerləşməsi, qərbdən şərqə iqlim tiplərinin dəyişməsi, kontinentallığın artması və ərazinin mürəkkəb relyef quruluşu ilə əlaqədardır.

Page 4: Hazırladı : Ağıllılar qrupu

Arkika səhraları Şimal Buzlu okeanda yerləşən adaları əhatə edir. Arktika səhraları tamamilə Artika iqlim qurşağında yerləşmişdir.

Arktika səhraları

Page 5: Hazırladı : Ağıllılar qrupu

Ondan cənuba doğru tundra və meşə-tundra zonaları uzanır. Avropa sahillərində tundra zonası ensiz dar zolaq şəklində başlayırvə şərqə tərəf onun sərhədi xeyli cənuba meyil edir. Bu xüsusiyyət qərbdən şərqə getdikcə iqlimdə kontinentallığın artması ilə əlaqədardır. Tundra zonasının xarakterik torpaqları qleyli, torflu bataqlıq torpaqlardır. Əsas bitkiləri mamır, şibyə, bataqlıq otları, tozağacı, alçaq söyüd və başqalarından ibarətdir. Tipik heyvanları şimal maralı, qütb tülküsü, ağ kəklik, qütb bayquşu, morj, suiti və başqalarıdır.

Tundra və meşə-tundra

Page 6: Hazırladı : Ağıllılar qrupu
Page 7: Hazırladı : Ağıllılar qrupu

MEŞƏLƏRAvrasiyada meşə zonası geniş sahə tutur. Meşə zonası burada üç yarımzonadan ibarətdir.

1.Tayqa meşələr2.Qarışıq meşələr

3.Enliyarpaqlı meşələr

Page 8: Hazırladı : Ağıllılar qrupu

Şimalda sahəcə daha böyük ərazini əhatə edən Tayqa meşələri zonası uzanır. Tundra və meşə-tundra zonasına nisbətən bu

zonada yay daha isti və davamlı olduğundan, ağac bitkiləri geniş sahə tutur. Tayqa zonası da Tundra zonası kimi şərqə doğru

getdikcə çox genişlənir. Şərqə doğru iqlimin kontinentallığının artdığı üçün Avropanın ensiz tayqa meşələri şərqə tərəf

genişlənir və böyük bir ərazi tutur. Tayqa zonasında soyuğadavamlı – kəskin kontinental iqlimində belə yaxşı inkişaf

edən ağac növləri, küknar və şam ağacı bitir. Tayqada podzol torpaqlar yaxşı inkişaf etmişdir. Avropa ərazisində geniş sahə tutan qarışıq və enliyarpaqlı meşələr zonası şərqə getdikcə

ensizləşir və tamamilə yoxa çıxır.

Tayqa meşələr

Page 9: Hazırladı : Ağıllılar qrupu
Page 10: Hazırladı : Ağıllılar qrupu

Avropa ərazisində geniş sahə tutan qarışıq meşələr zonası şərqə getdikcə ensizləşir və tamamilə yoxa çıxır.  Onlar yenidən yalnız şərqdə – Sakit okean sahillərində qarışıq meşələr zonası yaradır.Qarışıq meşələrdə çimli-podzal torpaqlar yayılmışdır.Burada soyuğadavamlı ağac növləri bitir. Qarışıq meşələr zonası insanlar tərəfindən çox qırılmışdır.

Qarışıq meşələr

Page 11: Hazırladı : Ağıllılar qrupu

AVROPA ƏRAZISINDƏ GENIŞ SAHƏ TUTAN ENLIYARPAQLI MEŞƏLƏR ZONASI ŞƏRQƏ GETDIKCƏ ENSIZLƏŞIR VƏ TAMAMILƏ YOXA ÇIXIR. ONLAR YENIDƏN YALNIZ ŞƏRQDƏ – SAKIT OKEAN SAHILLƏRINDƏ ENLIYARPAQLI MEŞƏLƏR ZONASI YARADIR. BU ZONADA ISTISEVƏN AĞAC NÖVLƏRI BITIR. ENLIYARPAQLI MEŞƏLƏR DƏ QARIŞIQ MEŞƏLƏRDƏ OLDUĞU KIMI INSAN TƏRƏFINDƏN ÇOX QIRILMIŞDIR.

Enliyarpaqlı meşələr

Page 12: Hazırladı : Ağıllılar qrupu

Çöl və meşə-çöl zonaları insan fəaliyyəti nəticəsində daha çox dəyişiklərə məruz qalmışdır. Bu zonalar da materikin daxilində tam zolaq əmələ gətirmir. Çöllər qərbdə Karpat dağları ətəklərindən və Qara dəniz sahillərindən başlayaraq, şərqdə Altay və böyük Xinqan dağlarına qədər geniş bir ərazidə yaranmışdır. Məhsuldar qara torpaqlar bu zonada əkinçiliyin inkişaf etməsinə səbəb olmuşdur. Zonada yay uzun və isti keçir. Səhra və yarımsəhra təbii zonaları materikdə həm mülayim qurşaqda həm də tropik və subtropik qurşaqlarda yayılmışdır. Bitki və heyvanlar aləminin kasadlığı az məhsuldar torpaqların, bəzi hallarda isə şoranlıqların inkişafı bu zonaların quru kontinental iqlimi ilə bağlıdır.

Çöl və meşə-çöl

Page 13: Hazırladı : Ağıllılar qrupu
Page 14: Hazırladı : Ağıllılar qrupu

Səhra və yarımsəhra təbii zonaları materikdə həm mülayim qurşaqda həm də tropik və subtropik qurşaqlarda yayılmışdır. Bitki və heyvanlar aləminin kasadlığı az məhsuldar torpaqların, bəzi hallarda isə şoranlıqların inkişafı bu zonaların quru kontinental iqlimi ilə bağlıdır. Okeanlardan materikə daxil olan mülayim və rütubətli hava kütlələri daxili regionlara irəlilədikcə öz rütubətliyini itirir. Buna görə daxili səhra və yarımsəhralar az miqdarda yağıntı alır.

SƏHRA VƏ YARIMSƏHRA

Page 15: Hazırladı : Ağıllılar qrupu

Subtropik codyarpaqlı həmişəyaşıl meşə və kolluqlar zonası Aralıq dənizi sahillərini əhatə edir. Bu zonada qış ayları mülayim yay ayları quru və isti keçir. Məhsuldar qəhvəyi torpaqlar inkişaf

etmişdir. Zonanın bitki örtüyü insanın təsərrüfat fəaliyyətinin təsiri ilə xeyli dəyişmişdir. Meşələr qırılmış, yerində əkin sahələri

və plantasiyalar salınmışdır. Çinin və Yaponiyanın cənubunu əhatə edən subtropik qurşağın şərqində musson meşələri geniş

sahə tutur.

Codyarpaqlı həmişəyaşıl meşə

və kolluqlar

Page 16: Hazırladı : Ağıllılar qrupu
Page 17: Hazırladı : Ağıllılar qrupu

Savanna, subekvatorial və ekvatorial meşə zonaları materikin cənub, cənub-şərq hissələrini və buradakı adaları əhatə edir. Savanna zonası subekvatorial qurşağın düzənlik sahələrində, mövsümi rütubətli meşələr zonası isə Hindistan və Hind-Çin yarımadalarının sahilboyu hissələrində və dağlıq ərazilərdə yayılmışdır. 

SAVANNA

Page 18: Hazırladı : Ağıllılar qrupu

Ekvatorial meşələr başlıca olaraq Böyük və Kiçik Zond adlarının ekvatorboyu qurşağında yerləşir. Bu meşələr daim rütubətli, həmişəyaşıl və çox zəngin

tərkibli olması ilə seçilir. Hər iki zonanın heyvanlar aləmi öz zənginliyi ilə seçilir.

Ekvatorial meşələr