EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün,...

48
1 Bölmə EF2: Təlim : Təbiət yanğınlarına qarşı mübarizə üsulları və taktikaları Giriş: Bu təlim materialları “EuroFire, Səviyyə 2” səriştəlilik standartlarının “EF2: Təbiət yanğınlarına qarşı mübarizə üsulları və taktikalarına” uyğundur. Bu sənəd təbiət yanğınlarına qarşı mübarizə aparan şəxslər üçün təbiət yanğınlarının və ya qəsdən törədilən yanğınların qarşısını almaq məqsədilə tətbiq edilə biləcək üsul və taktikalara giriş sənədidir. Bu sənəd: yanğınla mübarizə əməliyyatının sadə olduğu, risk səviyyəsinin, mürəkkəblik dərəcəsinin və yanğının yayılma xarakterinin aşağı olduğu və operatorun birbaşa nəzarəti altında olan hallar üçün nəzərdə tutulmuşdur. Yanğın idarəetmə üsulları ilə bağlı bütün milli və yerli qanunlara riayət olunmalıdır. Bundan başqa, əməliyyatlara başlamazdan yerli torpaq sahibləri ilə məsləhətləşmək və ya onların icazəsini almaq lazım ola bilər. Bu bölmə üzrə təlim formal təlim, mentorluq və kouçinqin kombinasiyası şəklində təqdim edilə bilər. Özünü təlim materialla bağlı bilik anlayışlarla məhdudlaşdırılmalı, onların praktikada tətbiqi yalnız birbaşa nəzarət altında həyata keçirilməlidir. Bu bölmə üzrə nominal/şərti/nəzarət altında öyrənmə saatları 40-50 saatdır. “EuroFire” pilot layihədir. Təlim materialı davam edən prosesin tərkib hissəsi kimi qiymətləndiriləcək. Əlaqə blankını www.euro-fire.eu saytından əldə edə bilərsiniz. Bu materialın potensial auditoriyası təbii yanğınlarla mübarizə üzrə tam və ya yarımştat əsaslarla fəaliyyət göstərən yanğınsöndürmə xidmətlərinin, kənd təsərrüfatı obyektlərinin, heyvan və balıq ovu resurslarının, təbiəti mühafizə orqanlarının, təbii otlaqların və istirahət zonalarının məsul işçiləridir. “EuroFire” səriştəlilik standartları və risklərin idarə edilməsi ilə əlaqələr Səh.1

Transcript of EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün,...

Page 1: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

1

Bölmə EF2: Təlim: Təbiət yanğınlarına qarşı mübarizə üsulları və taktikaları

Giriş:

Bu təlim materialları “EuroFire, S ə v i y y ə 2” səriştəlilik standartlarının “EF2: Təbiət yanğınlarına qarşı mübarizə üsulları və taktikalarına” uyğundur. Bu sənəd təbiət yanğınlarına qarşı mübarizə aparan şəxslər üçün təbiət yanğınlarının və ya qəsdən törədilən yanğınların qarşısını almaq məqsədilə tətbiq edilə biləcək üsul və taktikalara giriş sənədidir. Bu sənəd: yanğınla mübarizə əməliyyatının sadə olduğu, risk səviyyəsinin, mürəkkəblik dərəcəsinin və yanğının yayılma xarakterinin aşağı olduğu və operatorun birbaşa nəzarəti altında olan hallar üçün nəzərdə tutulmuşdur. Yanğın idarəetmə üsulları ilə bağlı bütün milli və yerli qanunlara riayət olunmalıdır. Bundan başqa, əməliyyatlara başlamazdan yerli torpaq sahibləri ilə məsləhətləşmək və ya onların icazəsini almaq lazım ola bilər. Bu bölmə üzrə təlim formal təlim, mentorluq və kouçinqin kombinasiyası şəklində təqdim edilə bilər. Özünü təlim materialla bağlı bilik və anlayışlarla məhdudlaşdırılmalı, onların praktikada tətbiqi yalnız birbaşa nəzarət altında həyata keçirilməlidir.

Bu bölmə üzrə nominal/şərti/nəzarət altında öyrənmə saatları 40-50 saatdır. “EuroFire” pilot layihədir. Təlim materialı davam edən prosesin tərkib hissəsi kimi qiymətləndiriləcək. Əlaqə blankını www.euro-fire.eu saytından əldə edə bilərsiniz. Bu materialın potensial auditoriyası təbii yanğınlarla mübarizə üzrə tam və ya yarımştat əsaslarla fəaliyyət göstərən yanğınsöndürmə xidmətlərinin, kənd təsərrüfatı obyektlərinin, heyvan və balıq ovu resurslarının, təbiəti mühafizə orqanlarının, təbii otlaqların və istirahət zonalarının məsul işçiləridir.

“EuroFire” səriştəlilik standartları və risklərin idarə edilməsi ilə əlaqələr Səh.1

Page 2: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

2

Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların bölmələri aşağıdakılardır: bölmənin adı, elementin adı(adları), bölmə haqqında məlumat, açar sözlər və ifadələr, sizdən tələb olunan məsələlər, elementin əhatə etdiyi məsələlər və bilməli və anlamalı olduğunuz məsələlər. Bütün “EuroFire” səriştəlilik standartlarına dair yardımçı materiallar təlimin keçilməsinə çevik yanaşma üçün nəzərdə tutulmuşdur. Onlar konkret auditoriyaya uyğunlaşdırılmaq üçün dəyişdirilə və ya uyğunlaşdırıla bilər. Bu bölmə üzrə təlim materialı bütün təlim nəticələrinin səriştəlilik standartları çərçivəsində əhatə olunmasını təmin etmək məqsədilə, digər bölmələri üzrə yardımçı materiallarla birgə istifadə olunmalıdır. Aİ-nin hər bir ölkəsində Sağlamlıq və Təhlükəsizlik üzrə spesifik qanunvericilik kimi qəbul edilmiş Avropa İttifaqının müxtəlif Təhlükəsizlik direktivləri mövcuddur. Bu qanunvericilik iş yerində təhlükəsizlik texnikası və əməyin mühafizəsi işin yaxşılaşdırmaq və iş qəzaları və xəstəlikləri azaltmaq üçün nəzərdə tutulmuşdur. Yerli, orqanınız və ya təşkilatınız üçün nəzərdə tutulmuş təhlükəsizlik haqqında bütün lazımi qanunvericilik, risklərin idarə edilməsi siyasəti və prosedurlarına əməl olunmalıdır.

Pulsuz (birgə) təlim:

EF 1 - Təbii yanğınla mübarizə tədbirləriniz sizin özünüz və başqaları üçün risklərin azaldılmasını təmin etməlidir.

Əlavə öyrənmə:

EF 3 – Təbiət yanğınları ilə əlaqədar komanda daxilində və nəzarətçilərlə əlaqə (hazırlanacaq) EF 4 - Təbiət yanğınlarına qarşı mübarizə məqsədilə əl alətlərindən istifadə EF 5 – Təzyiqli sudan istifadə etməklə təbiət yanğınlarına qarşı mübarizə (hazırlanacaq) EF 6 Təbiət yanğınlarına qarşı əks yanğın üsullarından istifadə

Təlim məqsədləri:

Təlimin sonunda aşağıdakıları bacarmalısınız:

1. Meşə yanğınlarının xarakterini anlamaq

2. T ə b i ə t y a n ğ ı n l a r ı n ı n q a r ş ı s ı n ı a l m a q ü s u l l a r ı

Səh.2

Page 3: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

3

Açar sözlər və ifadələr:

Ara sahələr, Nəzarət zolağı, A ğ a c l a r ı n t a c h i s s ə s i n d ə Y a n ğ ı n , Birbaşa Hücum, Cinah, Ərsin, Yanğının yayılma xarakteri, Yanğın Təhlükəsi, Y a n ğ ı n l a r ü ç ü n ə l v e r i ş l i h a v a ş ə r a i t i , Yanğının əhatə dairəsi, Yanğın Riski, Yanan material, Yanğın g ü c ü , Y a n ğ ı n T ə c h i z a t ı O f i s i , Yanğın Tipi, Alovun uzunluğu , Yanlardan mübar izə , Yer yanğını, Ucluq, Dayaq, Dolayı yolla mübarizə, Mənbə, Y a y ı l m a s ü r ə t i , Ləng yanğın, Mənbə yanğını, Y e r ü s t ü y a n ğ ı n , Relyef, Meşə yanğını Səh.3

Page 4: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

4

I. Meşə yanğınlarının yayılma xarakterinin müəyyənləşdirilməsi

Meşə yanğını

Meşə yanğını dedikdə bitki örtüyünü, kənd təsərrüfatı resurslarını və insanların binalarını yandıran, həm kənd, həm də şəhər yerlərində baş verən nəzarətsiz yanğınlar nəzərdə tutulur. Buraya torf, ot, kol-kos və meşə yanğınları daxildir. Yanğınla mübarizə fəaliyyətləri həyata keçirməzdən əvvəl, yanğının baş verməsinə səbəb olan əsas fiziki prosesləri və yanğının yayılma xarakterinə təsir edən ekoloji amilləri başa düşmək vacibdir.

Yanğın üçbucağı

Yanğın üçbucağı yanğının baş verməsinə səbəb olan üç elementi əks etdirir. Bu elementlərdən biri aradan qaldırıldıqda, yanğın sönəcək.

· Oksigen yanar maddəni yandırmaq üçün zəruri olan hava komponentidir və təbii mühitdə hazır şəkildə mövcuddur. Hava, külək şəklində, meşə yanğınlarının yayılma xarakterinin formalaşmasında mühüm rol oynayır.

· İstilik alışqan materiala yanğın törətmək üçün havada oksigenlə qarışaraq buxar ayırmaq üçün lazım olan enerjidir. Yanan material alovlanma nöqtəsinə çatmaq üçün bir çox yollarla qızdırıla bilər.

· Yanan material yanmaq üçün hazır olan hər hansı alışqan material və ya bitki örtüyüdür. Yanacağın növü, miqdarı, quruluşu və rütubət həcmi yanğının yayılma xarakterinə təsir göstərəcək.

OKSİGEN (HAVA) İSTİLİK

YANAN MATERIAL

Şəkil 1.1 Yanğın üçbucağı

Səh.4

Page 5: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

5

Keçiricilik qabiliyyəti

Yanğının istiliyi konveksiya, radiasiya və keçiricilik qabiliyyəti vasitəsilə digər yanacağa ötürülə bilər.

· Konveksiya istiliyin hava vasitəsilə hərəkət etməsidir. Meşə yanğınları baxımından, konveksiya alovun qarşısında həm yüksələn, həm də hava vasitəsilə yanlara hərəkət edən istilikdir. Yanğınların sürətlə genişlənməsinə səbəb ola biləcək həddən artıq qızan qazlar yanğının önündə yanan materialları həddən artıq qızdırdiğından, konveksiya istiliyin ötürülməsinin ən mühüm formasıdır.

İSTİ HAVA

Soyuq Soyuq Hava Hava

Şəkil 1.2. Konveksiya

· Radiasiya vahid mənbədən dalğalar və ya şüalar formasında bütün

istiqamətlərdə yayılan istilikdir. Yanan yanan materiallar istiliyi bütün istiqamətlərdə yayır və yanmamış yanan materialların ilkin qızmasına təkan verir. Günəş şüalanma istiliyinin digər bir mənbəyidir.

Səh.5

Page 6: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

6

RADİASİYA Şəkil 1.3. Radiasiya

Səh.6

Page 7: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

7

· Keçiricilik qabiliyyəti bərk cisim vasitəsilə istiliyin aşağı temperaturlu sahədən yüksək temperaturlu sahəyə keçməsidir. İstilik birbaşa əlaqə vasitəsilə bir cisimdən başqa cismə keçir. İstiliyi qəbul edən cismin strukturu keçiricilik qabiliyyətinin sürətini müəyyən edəcək. Bir çox bitki növləri kimi, ağac istiliyi nisbətən pis keçirdiyindən, keçiricilik qabiliyyəti meşə yanğınlarında nisbətən az rol oynayır.

Şəkil 1.4. Keçiricilik qabiliyyəti Yanğın şəraiti

Yanğın şəraitinə yanğının yayılma xarakterini müəyyənləşdirən bütün ətraf mühit amilləri daxildir. Yanğının yayılma sürəti və intensivliyi həmin ətraf mühit amillər əsasında müəyyən edilir. Yanğın şəraiti üç əsas komponentdən ibarətdir: yanan material, hava və relyef. Səh.7

ZƏİF İSTİLİK

TRANSFERİ

Page 8: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

8

YANAN MATERİALIN XÜSUSİYYƏTLƏRİ

HAVA TOPOQRAFİYA

İSTİLİK

OKSİGEN (HAVA)

YANAN MATERIAL

Şəkil 1.5 Yanğın şəraiti

Səh.8

Page 9: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

9

1. Yanan material

Yanan material yanğın şəraitinin analizi zamanı nəzərə alınmalı olan ən mühüm amillərdən biridir. Yanan materiallar aşağıdakı xüsusiyyətlərinə əsasən yanğının yayılma xarakterinə birbaşa təsir göstərəcək:

· Sinif · Tip · Ölçü və Kəmiyyət · Yerləşmə · Rütubət həcmi

Yanan materialın sinfi

i. Torpağın səthinə yaxın bitkilərdən ibarət yanan materiallar quru humus, ağac kökləri, torf və torpaqla örtülmüş digər üzvi maddələr də daxil olmaqla, torpaq qatının altındakı üzvi maddələrdir. Bu yanan maddələrdə yanğının yayılma xarakteri tədricən yanma və ya yayılma sürəti olduqca aşağı olan yanğınla məhdudlaşsa da, günlərlə, həftələrlə və hətta aylarla davam edə bilər.

ii. Torpağın səthindəki yanan materiallar yerüstü yanan materiallarla ağacların taclarından ibarət yanan materiallar arasında quru humus qatı üzərində yerləşən yanan bitki örtüyüdür. Bu tip yanan materiallara dair nümunələrə qurumuş kötüklər və budaqlar, kol, ot, süpürgə kolları, gənc ağaclar və s. daxildir.

iii. Ağacların taclarından (torpaq səthində olmayan) ibarət yanan

materiallar torpaqla birbaşa təmasda olmayan kök üzərində və ya budaqlarda olan yanan materiallardır. Bu sinfə pilləli yanan materiallar və meşə və ya kol örtüklərinin yuxarı səviyyəsi daxildir. Meşə yanğınlarının yayılma sürəti yanğının ağacların başlarından ibarət yanan materiallara çatması və yayılması baxımından ifrat dərəcədə olmalıdır.

Səh.9

Page 10: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

10

Şəkil 1.6 Yanan materialların növləri

Səh.10

HÜNDÜRBOY BİTKİLƏRDƏN ALINAN YANAN MATERIAL

YARPAQLAR BUDAQLAR

ALÇAQBOY BİTKİLƏRDƏN ALINAN YANAN MATERIAL

AŞAĞI BUDAQLAR İRİ KOLLAR ŞİBYƏLƏR

TORPAĞIN SƏTHİNƏ YAXIN BİTKİLƏRDƏN ALINAN YANAN MATERIAL AĞAC YARPAQLARI KÖKLƏR TORF

YERÜSTÜ YANAN

MATERIAL EHTİYAT-

TULLANTILAR OTLAR KOLLAR ŞİTİLLƏR QURUMUŞ BUDAQLAR

Page 11: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

11

Ölçü və Kəmiyyət

Yanan materialların iki əsas kateqoriyası mövcuddur:

i. Tezalışan xırda yanan materiallara xırda budaqlar, ot və ya yarpaqlar aiddir. Bu yanan materiallar tez quruyur və alovlanır. Onlar tez-tez yanğının intensivliyinə və yayılmasına təsir göstərən əsas amillərə çevrilir.

ii. Ağır və ya iri yanan materiallara böyük diametrə malik kötüklər və ya budaqlar aiddir. Bu yanan materiallar tez-tez yanğın zərbəsi keçdikdən sonra da uzun müddət yanmağa davam edir.

Yanmaq üçün hazır olan yanan materialların miqdarı yanğının gücünə və yayılma sürətinə təsir göstərəcək. Tezalışan xırda yanan materialların miqdarının çox olması yanğın ocağında yanğının gücünün artmasına, ağır yanan materialların miqdarının çox olması isə yanğın zərbəsi keçdikdən sonra uzun müddət davam edən zəif güclü yanğına səbəb olacaq.

Yerləşmə

Yanan materiallar həm üfüqi, həm də şaquli yerləşə bilər.

i. Bir-birinə yaxın və uzaq məsafədə yerləşən müxtəlif ağac növləri və ağac qalıqlarından ibarət bir meşə təsəvvür edin - bu üfüqi yerləşmədir. Ətrafa səpələnmiş yanan materiallar nisbətən aşağı güclə, bir-birinə yaxın iri həcmli materiallar isə yüksək yanma gücü ilə yanan material.

ii. Şaquli yerləşmə yanan materialların həcmi və torpağın səthinə yaxın bitkilərdən ibarət yanan material səviyyəsindən ağacların taclarından ibarət yanan materialların səviyyəsinədək paylanmasına aiddir.

Yanan materialın rütubət səviyyəsi

Bitki örtüyü kütləsindəki rütubətin miqdarı onun yanma asanlığına və gücünə təsir edəcək. Yanan materialın rütubət səviyyəsinə təsir edən ətraf mühit amilləri nisbi rütubət , yağıntı, havanın temperaturu və müəyyən dərəcədə kölgə cəhət, yamac, yüksəklik və s. kimi amillərdən ibarətdir. Yüksək rütubət səviyyəsinə malik yanan material, yeni yağmış yağış, yüksək rütubət və ya su mənbəyinə yaxınlıq nəticəsində, yanmazdan əvvəl daha böyük ilkin qızma tələb edəcək. Aşağı rütubət səviyyəsinə malik yanan material olduqca az ilkin qızma tələb olunmaqla yüksə güc və sürətli yayılma tezliyi ilə yanan material. Səh.11

Page 12: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

12

Cədvəl 1.1 Yanan materialın rütubət səviyyəsi

Yanan materialın rütubət səviyyəsi

Yanan material Rütubət səviyyəsi Xırda yanan materiallar Nəmliyini asanlıqla itirir və tez quruyur və

yanğının baş vermə ehtimalını gücləndirir. Ağır yanan materiallar Nəmliyini asanlıqla itirmir və xirda yanan

materiallara nisbətən yanğının baş verməsi üçün daha uzun müddət və istilik enerjisi tələb edir.

Yüksək rütubət səviyyəsinə malik yanan material

Daha uzun ilkin qızma, eləcə də böyük həcmdə istilik enerjisi tələb edir.

Aşağı rütubət səviyyəsinə malik yanan material

Tez quruyur və alışır, sürətlə və yüksək güclə yanır.

2. Hava

Hava yanğın mühitinin ən dəyişkən komponenti olmaqla, meşə yanğının istiqamətini sürətlə dəyişir. Hava olduqca gözlənilməz ola bilər və onun yanğının xarakterinə təsirinə qiymət verməmək olmaz. Əsas hava elementləri bunlardır:

• Nisbi rütubət • Havanın temperaturu • Külək • Yağıntı • Gündəlik/gecə tərəddüdləri

Nisbi rütubət

Nisbi rütubət havanın rütubət səviyyəsinin ölçüsüdür. Nisbi rütubətin meşə yanğınlarının xarakterinə təsirini nəzərdən keçirərkən bir sıra fərziyyələr irəli sürülə bilər:

i. Nisbi rütubət quru və xırda yanan materialların rütubət səviyyəsinə birbaşa təsir göstərir. Yaş yanan materiallar isə nisbi rütubət dəyişikliyi səbəbindən eyni dərəcədə təsirə məruz qalmır.

ii. Nisbi rütubət səviyyəsi yüksək olduqda, qurumuş və canlı yanan materialların yüksək nəmlik səviyyəsinə malik olacağı gözlənilə bilər və onlar asanlıqla yanmayacaq. Əksinə, nisbi rütubət səviyyəsi aşağı olduqda, qurumuş və canlı yanan materialların aşağı nəmlik səviyyəsinə malik olacağı gözlənilə bilər və onlar asanlıqla yanan material.

ii. Hava proqnozlarında aşağı nisbi rütubət səviyyəsi yanğının xarakterinin güclü olacağının əlamətidir, yüksək nisbi rütubət səviyyəsi isə, adətən yanğının xarakterinin az güclü olacağından xəbər verir.

Səh.12

Page 13: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

13

iv. Nisbi rütubət səviyyəsi, demək olar ki həmişə, məlum qanunauyğunluq əsasında artacaq və düşəcək (aşağıdakı Şəkil 1.7-yə baxın). Nisbi rütubət səviyyələri səhər və axşam ən aşağı səviyyədə, günortadan sonra isə ən yüksək səviyyədə olacaq.

v. Bir qayda olaraq, nisbi rütubətin ən aşağı, temperaturun isə ən yüksək səviyyədə olduğu günortadan sonra yanğın özünün ən böyük gücü ilə baş verəcək.

vi. Nisbi rütubət və temperatur arasında əlaqələri aşağıdakı cədvəldən görmək olar.

YANAN MATERİALIN MAKSİMAL İNTENSİVLİYİ NİSBİ RÜTUBƏTLİLİK TEMPERATUR

Şəkil 1.7 Nisbi rütubət səviyyəsi/yanğının intensivliyi

Hava temperaturu

Hava temperaturu yanan materialın həm nisbi rütubətinə, həm də rütubət həcminə birbaşa təsir göstərir. Hava temperaturunun artması iki təsirə malik olacaq:

i. Nisbi rütubət azalacaq və nəticədə yanğının yayılma tezliyi artacaq.

ii. Yanan materialın rütubət həcmi azalacaq və nəticədə yanan materialın qurumasına və daha sürətlə alışmasına səbəb olacaq.

Bu səbəbdən güman etmək olar ki, daha yüksək hava temperaturları yanan materialların daha isti, daha quru və daha asan alışmasına səbəb olacaq. Səh.13

Page 14: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

14

Külək

Bütün hava amilləri arasında yanğının yayılma xarakterinə ən böyük təsir edən küləkdir. Külək yanğının yayılma sürətinə və istiqamətinə birbaşa təsir göstərir. Güclü külək yanğının intensiv və sürətli hərəkəti ilə nəticələnəcək. Külək yanğının yayılma xarakterinə aşağıdakı yollarla təkan verəcək:

i. Külək yanğının gücünü daha da artıran daha çox oksigen (hava) təmin edir.

ii. Külək yanğının istiqamətinə güclü təsir göstərəcək. iii. Külək yanğından əvvəl yanan materialların quruyaraq alışacağı

sürəti artırmaqla yanğının alovlarını yanan materiala doğru yönəldəcək (və ya əyəcək), eləcə də yanan materialların yanmasına səbəb olacaq yanğının sürətini artıracaq.

iv. Külək əsas yanğın dalğasından öncə yanan közləri və külləri

dağıtmaqla “ocaq yanğınları” adlandırılan yeni yanğınlara səbəb olacaq.

KÜLƏK

Şəkil 1.8 Küləyin meşə yanğınına təsiri

Külək və onun meşə yanğınları ilə əlaqəlilik baxımından bir sıra digər amillər mövcuddur:

i. Küləyin istiqaməti dedikdə, küləyin əsdiyi istiqamət nəzərdə tutulur (yəni cənub küləyi cənubdan əsən və torpaq boyunca şimal istiqamətində hərəkət edən küləkdir).

Səh.14

Page 15: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

15

ii. Torpağın xüsusiyyətləri (landşaft) küləyin sürətinə və istiqamətinə təsir göstərə bilər. Məsələn, küləklər kanyon və ya dərə vasitəsilə bir az fərqli istiqamətdə və daha sürətlə əsə bilər.

iii. Küləyin istiqaməti və sürəti olduqca dəyişkəndir və hər an əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu dəyişikliyə tufanlar kimi meteoroloji şərait və ya yerli küləklərin xüsusiyyətləri təsir göstərə bilər.

iv. Küləyin dəyişkən olması meşə yanğınlarının istiqamətini və sürətini anidən dəyişə bildiyindən, bu amil yanğınsöndürənlər üçün son dərəcə əhəmiyyətli məsələdir. Bu amil, istənilən yanğın şəraitində, xüsusilə yanğın cinahlarında və ya intensiv yanğın ocağında yanğınla mübarizə aparan yanğınsöndürmə briqadaları tərəfindən mütləq nəzərə alınmalıdır. Küləyin istiqamətinin dəyişməsinin yanğına təsiri aşağıda Şəkil 1.9-da verilmişdir .

ŞİMAL-QƏRB KÜLƏYİ İSTİQAMƏTİ DƏYİŞƏN KÜLƏK CƏNUB-QƏRB KÜLƏYİ

Şəkil 1.9 Küləyin istiqamətinin dəyişməsinin yanğına təsiri

v. Meşə yanğınları özləri külək yarada bilərlər. İsti hava konveksiya sütunu vasitəsilə havaya qalxdığından, yanğının güclü soyuq hava axınları hər tərəfdən yanğın ocağına daxil olacaq. Külək axını yanğının yayılma sürətini artıracaq.

Yağıntı

Daha çox yağıntının həcmindən və davam etmə müddətindən asılı olaraq, yağışların yanğının yayılma xarakterinə təsir dərəcəsi çox fərqli ola bilsə də, yağış meşə yanğınlarına söndürücü təsir göstərəcək:

i. Uzun müddət ərzində aramsız və davamlı yağış yağdıqda, yanan materiallar daha çox rütubəti özünə çəkəcək və asanlıqla alışmayacaq.

ii. Qısa müddət ərzində yağan leysan yağış torpağın səthindəki yanan materiallara elədə ciddi təsir göstərməyəcək və onlar yanmağa meylli olacaqlar.

Səh.15

Page 16: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

16

Gündüz və gecə fərqləri

Gecə vaxtı meşə yanğınlarının yayılma xarakteri gündüz vaxtına nisbətən olduqca fərqlidir. Yanğının fəallığı çox vaxt (lakin, həmişə yox) gecə vaxtı nisbətən aşağı olur və bəzən meşə yanğınlarının söndürülmə səyləri üçün əla imkanlar verə bilər. Səh.16

Page 17: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

17

3. Landşaft

Yerin forma və xüsusiyyəti meşə yanğınının davam etdiyi müddət ərzində əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu amil yanğının istiqamətinin və yayılma sürətinin müəyyənləşdirilməsində böyük rol oynayacaqdır. Külək kimi hava amilləri landşaftın formasından asılı olaraq dəyişə bilər. Yanğının yayılma xarakterinə təsir göstərən əsas landşaft xüsusiyyətləri aşağıdakılardır:

· Yamac · Cəhət · Relyef

Yamac

Yamacın yoxuş istiqamətində yanan atəş yanğından öncə yanmamış materialları səthdə olduğundan daha sürətlə qızdıran daha konvektiv və şüalanma istiliyi yaradır. Yamac nə qədər dik olarsa, sözü gedən təsir daha böyük olur. Bunun əksi Yamacın eniş istiqamətində yanan atəş üçün doğrudur. Yamacın yanğının yayılma xarakterinə təsirini nəzərdən keçirərkən aşağıdakı ümumi qaydalar nəzərə alınmalıdır:

i. Yamacın hər 10° artımı müqabilində, yanğının yayılma sürəti iki dəfə artır.

ii. Yamacın hər 10° azalması müqabilində, yanğının yayılma sürəti iki dəfə azalır. KONVEKSİYA RADİASİYA Şəkil 1.10 Yüksəkliyə qalxmanın yanğının yayılma xarakterinə təsiri Səh.17

Page 18: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

18

KONVEKSİYA KÜLƏYİN İSTİQAMƏTİ

Şəkil 1.11 Aşağıya doğru hərəkətin yanğının yayılma xarakterinə təsiri

Cəhət

Yamacın cəhəti onun istiqamətləndiyi səmtdir (şimal, şərq, cənub və ya qərb). Cəhət meşə yanğınlarının yolla yayılma xarakterinə iki yolla təsir edir:

· İlkin qızmaya təsiri · Bitki örtüyünə təsiri

i. İlkin qızmaya təsiri

· Yanğının baş verdiyi yamacın relyef xüsusiyyətləri yanğının yayılma xarakterinə qısa müddətli (bir gün ərzində) təsir göstərəcək. Cənub istiqamətli yamac gün ərzində daha çox günəş işığı qəbul edəcək, bu da, yanan materialların ilkin qızma həddini artıracaq. Əksinə, şimal istiqamətli yamac gün ərzində az günəş işığı qəbul edəcək və yanan materiallar soyuq qalacaq. Nəticədə, yanğının yayılma xarakteri cənub istiqamətli yamacda şimal istiqamətli yamaca nisbətən daha güclü olacaq. Şərq və qərb istiqamətli cəhətlərdə vəziyyət dəyişəcək, lakin, cənub və şimal istiqamətli yamaclar arasındakı vəziyyətə uyğun gələcək.

Səh.18

Page 19: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

19

ii. Bitki örtüyünə təsiri

Bitki örtüyünün növü və miqdarı qismən cəhət vasitəsilə müəyyən edilir. Şimal yarımkürəsində:

· Cənub istiqamətli yamaclarda seyrək bitki örtüyü ilə adətən günəşli və quru hava şəraiti hökm sürəcək.

· Şimal istiqamətli yamaclarda daha kölgəli və nəmli hava şəraiti hökm sürəcək.

· Şərq və qərb istiqamətli yamaclarda vəziyyət cənub və şimal istiqamətli yamaclardakı vəziyyətin təxminən ortasına uyğun gələcək. Bu yamacların təyinatı yerdən yerə fərqlənməklə, əsasən coğrafi yerinə və yerli hava şəraitinə uyğun olaraq dəyişəcək.

Meşə yanğınının yayılma xarakteri müxtəlif günəş işığı, bitki örtüyü və rütubət həcmi cəhətləri baxımından təsirə məruz qalacaq.

CƏNUB YAMACI ŞİMAL YAMACI YAŞ DAHA QURU

DAHA KÖLGƏLİ DAHA GÜNƏŞLİ DAHA SOYUQ YANAN DAHA İSTİ YANAN MATERİALLAR MATERİALLAR

Şəkil 1.12 Cəhətlərin yanğının yayılma xarakterinə təsiri (şimal yarımkürəsi)

Relyef

Relyef torpaq sahəsinin səthinin fiziki xüsusiyyətləridir. Torpaq formaları yanğının yayılma xarakterinə təsir edəcək. Vadilər, dağ silsilələri, kanyonlar, dağlar və ya düzənlik sahələr meşə yanğınlarının istiqaməti, sürəti və intensivliyinə müxtəlif təsir göstərə bilər. Səh.19

Page 20: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

20

i. Külək və relyef

Relyef küləyin istiqamətinə və sürətinə təsir göstərəcək. Su kimi, külək də torpağın konturlarından keçməklə ən aşağı və ən asan marşrutla əsir. Bu əlaqələrə dair bəzi nümunələr bunlardır:

· Dağlarda və ya təpələrdə, küləklər ümumi külək istiqamətindən asılı olmayaraq dərələr və yarğanlarla yuxarı və ya aşağı istiqamətdə əsməyə meyllidirlər.

· Lokal küləklər relyefə uyğun yarana bilər. Gündüz vaxtı yüksəkliyə doğru əsən külək gecə vaxtı aşağıya doğru əsə bilər.

Səh.20

Page 21: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

21

· Dağ silsiləsinin külək tutmayan tərəfi (yəni küləyin əsmə istiqamətinin

əksi) üstünlük təşkil edən küləyin əksi istiqamətində əsən burulğan küləklərə məruz qala bilər.

Şəkil 1.13 Külək tutmayan yamacda burulğan

ii. Dağ silsilələri

Dağ silsiləsinin zirvəsinə doğru yayılan yanğının sürəti və intensivliyi arta və qeyri-sabit xarakterə malik ola bilər.

iii. Kanyonlar, yarğanlar və dağ çökəkləri

Dar yarğanları, dağ çökəkləri və kanyonlar yanğını dar və sürətli məcraya yönəldə bilər. Torpağın forması həm alovun, həm də küləyin yanğının yayılma xarakteri baxımından bu amillərin maksimum təsirə malik olduğu sahəyə yönəlməsinə şərait yaradacaq. Bu hadisə, həm də baca effekti kimi tanınır. Baca effektinin təsirinə məruz qalan yanğın alovun ekstremal şəkildə yayılmasına səbəb olacaq və dar relyef vasitəsilə sürətlə hərəkət edəcək. Səh.21

Page 22: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

22

KÜLƏYİN İSTİQAMƏTİ

Şəkil 1.14 Baca effekti

Səh.22

Page 23: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

23

Meşə yanğının yaranması

Bu meşə yanğınlarının müxtəlif tiplərinin xüsusiyyətlərini, eləcə də meşə yanğının müxtəlif hissələrinin təsnifatını bilmək vacibdir. Həmçinin, yanğının alışma nöqtəsindən fəal meşə yanğınınadək çatma yollarını və yanğının yaranmasına təkan verən amilləri bilmək vacibdir.

1. Yanğın tipləri

Meşə yanğınları adətən yanan materialın növünə (torpaq səthinə yaxın, torpaq səthində və ya hündürboy ağaclarda) uyğun təsnif edilir. Meşə yanğınlarının müxtəlif növləri haqqında anlayışa malik olmaq vacibdir, çünki onların hər biri müxtəlif söndürmə üsulları tələb edir.

· Torpaq səthinə yaxın · Torpaq səthində · Ağacların başında · Mənbədə

i. Torpaq səthinə yaxın yanğın yerüstü zibillərin altındakı və kök sistemlərindəki üzvi materialları yandırır. Yanğın torfu, humus qatını, kökləri və basdırılmış tullantılar kimi digər yanan materialları yandırır. Sözü gedən yanğının xüsusiyyətlərinə daxildir:

• Heç bir alov olmadan və az tüstü ilə tədricən yanmadır. • Yanğınlar həftələrlə və ya aylarla nəzərə çarpmadan baş verə bilər və torpağın səthindəki potensial yanan materialları yenidən alovlandıra bilər. • Dərin torpaq qatı və ya böyük həcmdə üzvi material olan ərazidə baş verə bilər. • Adətən torf yanğınları şəklində baş verə bilər.

ii. Torpaq səthində yanğınlara meşədəki zibillərin və pöhrələrin, ot və kol və ya yer səthindən azca yuxarı səviyyədə yerləşən digər bitki örtüyünün yanması daxildir:

• Meşə yanğınının ən çox rast gəlinən növüdür. • Yanğının yayılma xarakteri ən zəif və ən ifrat yanğın arasında dəyişə bilər. • Yanğının yayılma xarakterinə təsir göstərən amillərin (hava, yanan material və landşaft) ağır təsirinə məruz qalır.

Səh.23

Page 24: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

24

iii. Ağacların başında yanğın güclü yerüstü yanğınlardan əvvəl ağacların tac hissəsində əmələ gəlir. Güclü yerüstü yanğın nəticəsində yaranan konvektiv və şüalanan istilik ağacların başlarını alovlandırır və ağacların başında əmələ gələn yanğın yerüstü yanğından müstəqil formada yanır. Sözü gedən yanğının xüsusiyyətlərinə daxildir:

·• Yanğının ən ekstremal yayılma formasına malikdir, meşə yanğınının ən sürətlə irəliləyən növüdür və təbii mühitə olduqca dağıdıcı təsir göstərir.

• Güclü yerüstü yanğınlar ağacların başında əmələ gəlmiş yanğın

söndükdən sonra qısa müddət ərzində davam edir. • Mənbə yanğınları böyük sayda yarana bilər və bəzi bu cür yanğınlar

əsas yanğından əvvəl baş verə bilər. • Adətən, bu cür yanğın güclü külək və ya dik yamac səbəbindən yalnız

qısa məsafələrə yayılır.

iv. Mənbə yanğınları əsas yanğın mənbəyinin qarşısında alışmış yeni yanğınlar və ya tüstü sütunu vasitəsilə isti hava səbəbindən qalxmış və daha sonra əsas yanğın mənbəyinin qarşısında toplanmış yanan tullantıların yanmasıdır. Sözü gedən yanğının xüsusiyyətlərinə daxildir:

• Hər bir mənbə yanğını əsas yanğından ayrıdır və onların yayılması və intensivliyi yerindən asılı olaraq əsaslı şəkildə dəyişir. • Mənbə yanğınları fövqəladə yanğın gücünün olmasının və ya bu cür yanğın potensialının formalaşmaqda olduğunun göstəricidir. • Mənbə yanğınları qabaqcadan proznozlaşdırıla bilmədiyindən və əsas yanğından müstəqil şəkildə ikinci və ya üçüncü ən sürətlə artan yanğın olmaq potenialı olduğundan, yanğınsöndürənlər üçün son dərəcə təhlükəlidir.

Səh.24

Page 25: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

25

MİNERAL TORPAQ

Şəkil 1.15a Meşə yanğınlarının növləri – torpaq səthinə yaxın yanğın

Səh.25

Page 26: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

26

Şəkil 1.15b Meşə yanğınlarının növləri – torpaq səthində yanğın

Şəkil 1.15c Meşə yanğınlarının növləri – ağacların başında yanğın

2. Meşə yanğınlarının komponentləri

Bu və ya digər meşə yanğınının komponentlərini təsvir etmək məqsədilə istifadə olunan ümumi terminlər mövcuddur. Meşə yanğınının əsas komponentləri barədə anlayış meşə yanğını hallarının operativ məruzə edilməsi baxımından vacibdir. Meşə yanğınının komponentlərinə aşağıdakılar daxildir: Səh.26

Page 27: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

27

· Başlama nöqtəsi · Alt tərəf · Cinahlar · Əsas yanğın · Uc tərəflər · Aralar · Perimetr · Yanğın parçaları

ALT TƏRƏF YAN TƏRƏFLƏR UC TƏRƏF

BAŞLAMA

NÖQTƏSİ

YAN

TƏRƏFLƏR YANĞIN PARÇASI

UC TƏRƏF ƏSAS YANĞIN UC TƏRƏF YANĞIN PARÇASI Şəkil 1.16 Meşə yanğınlarının komponentləri

i. Başlama nöqtəsi yanğının başladığı yerdir. Onu asanlıqla müəyyən etmək mümkün ola və ya olmaya bilər.

ii. Yanğının Alt tərəfi başlama nöqtəsindən arxadakı hissədir.

iii. Yan tərəflər çox zaman yanğının aşağı və orta yayılma yerlərini əhatə edən yan hissələrdir.

iv. Əsas yanğın hissəsi ən yüksək yanğın gücünə və ən sürətli yayılma sürətinə malik olmaqla, yanğının ön hissəsidir.

iv. Uc tərəflər əsas yanğın və ya yan tərəflərdən kənara yayılmaqla, yanğının dar zolaqlarıdır.

Səh.27

ARALAR

Page 28: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

28

vi. Aralar alovun üç tərəfdən əhatə edə biləcəyi uc tərəflər arasında olmaqla, əsas yanğın boyunca və ya əsas yanğının qarşısındakı sahələrdir.

vii. Perimetr yanğının kənar qövsüdür.

viii. Yanğın parçaları köz və ya digər yanan material tərəfindən əsas yanğının qarşısında və ya ondan aralıda alışan yeni yanğınlardır.

Səh.28

Page 29: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

29

3. Meşə yanğınının yayılması

Meşə yanğınının yayılması yanğının yayılma xarakterini müəyyən edən hava, relyef, və yanan materialın xüsusiyyətlərindən asılıdır. Meşə yanğını zamanı, hava, relyef, və yanan material amilləri yanğına təkan verdikdə, yanğına meyllilik baş verir. Meylliliklə müşayiət olunan meşə yanğınları yanğının ifrat yayılma xarakterini nümayiş etdirir və yüksək dağıdıcı təsirə malik ola bilər. Hava, relyef və yanan material ümumi kateqoriyaya ərzində, külək, torpaq forma və yanan material təşkili qüvvələr böyük şəklində və ya meşə Yanğını yayılmışdır model təsir olacaq. Aşağıdakı şəkils bu amillər meşə Yanğını yayılması var ki, əsas təsirini göstərir.

i. Külək və ya yamac amilinin cüzi və ya heç bir təsiri olmadan yayılan yanğın

Şəkil 1.17 Küləyin və ya yamacın kiçik təsirindən başlayaraq heç bir təsirinin olmadığı yanğın forması

Yanğın sakit gündə və nisbətən bərabər yanan material paylanması ilə düz yerdə başladıqda, yanğının bu yayılma tipi baş verir. Yanğının perimetri alışma nöqtəsindən dairəvi vəziyyətdə bərabər şəkildə yayılır və yanğının yayılma sürəti ləng olur. Səh.29

Page 30: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

30

ii. Mülayim külək və/ya relyefin təsiri ilə baş verən yanğın

KÜLƏYİN İSTİQAMƏTİ/ YUXARI YAMAC

Şəkil 1.18 Orta səviyyəli küləyin və (və ya) yamacın təsirinə məruz qalan yanğın forması

Orta küləyin təsiri ilə alovun konveksiya sütunu əsas yanğın hissəsinə qalxır və yanmamış yanan materialların qızmasına təkan verir. Orta dikliyə malik yamac da eyni qaydada yanmamış yanan materialların qızmasına təkan verir. Diaqram yanğının yayılma xarakterindəki bu artımı və yanğın yayılmasının yekun vəziyyətini göstərir. iii. Güclü külək və/yaxud relyefin təsiri ilə yanğın KÜLƏYİN İSTİQAMƏTİ/ YUXARI YAMAC

Şəkil 1.19 Güclü küləyin və (və ya) yamacın təsirinə məruz qalan yanğın forması

Cüclü külək və ya dik yamacın təsiri altında (ən çox maillik amilinin təsiri nəticəsində) yanğının yayılma tendensiyası əsas yanğın yerlərində yanğının intensivliyi səbəbindən elliptik formaya bənzəyir. Hərəkətedici qüvvələr Şəkil 1.18-də olduğu kimidir, lakin daha böyük əhatə dairəsinə malikdir. Səh.30

Page 31: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

31

II. Bitki örtüyü yanğınlarına nəzarət

Meşə yanğınına yanaşma

Meşə yanğını hadisəsinə ilkin reaksiya yanğının ram edilməsi baxımından əhəmiyyətlidir. Təsirli reaksiya yanğının yerini düzgün müəyyənləşdirməkdən, hadisə yerinə gəlməzdən əvvəl müəyyən edilə biləcək yanğının yayılma xarakteri əlamətlərini başa düşmək və özünüzün və ya başqalarının təhlükəsizliyini riskə atmadan yanğın yerinədək ən səmərəli marşrutun seçilməsindən asılıdır.

Yanğın barədə məlumat verildikdə:

• Yanğının dəqiq yerini bildiyinizdən əmin olun və ya yanğının yalnız ümumi yeri məlum olduqda, daha dəqiq yeri müəyyənləşdirmək üçün əraziyə təhlükəsiz çıxış yerini müəyyən edin.

• Təhlükəsiz və birbaşa marşrutu müəyyən etmək üçün xəritələrə və ya havadan çəkilmiş fotoşəkillərə istinad edin.

• Yanğın hadisəsini xəbər vermiş şəxsdən bütün müvafiq məlumatları alın.

Yanğın yerinə aparan yolun marşrutu:

• Cari və gözlənilən hava şəraitini nəzərə alın. • Meşə yanğınına yanaşma ilə bağlı qəbul edilə biləcək yanğının yayılma

xarakteri göstəricilərini nəzərdən keçirin. Tüstü sütununun forması, rəngi və ölçüsü sizə nə deyir?

TÜSTÜNÜN RƏNGİ QATI AĞ BOZ QARA QARA MIS/BÜRÜNC YANACAĞIN NƏMLİYİ YANĞININ İNTENSİVLİYİ

Şəkil 2.1 Dörd müxtəlif tüstü sütunu

Səh.31

NƏM YANACAQ

ORTADAN YÜKSƏYƏ

QURU YANACAQ

YÜKSƏKDƏN ÇOX YÜKSƏYƏ

ÇOX QURU YANACAQ

OLDUQCA YÜKSƏK

ÇOX NƏM YANACAQ

ZƏİF

Page 32: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

32

· Yanğın sahəsi barədə təsəvvürlərinizi nəzərdən keçirin. Sahədəki bitki növləri hansılardır? Ən ümumi relyef xüsusiyyətləri hansılardır? Hər hansı xüsusi yerli hava amilləri nəzərə alınmalıdırmı?

Səh.32

Page 33: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

33

Söndürmə üsulları

Yanğın üçbucağını təşkil edən üç elementdən birinin aradan qaldırılması və ya “yanğın üçbucağının sındırılması” yanğını uğurla ram etməyə imkan verir. Yanğın üçbucağının bir elementini aradan qaldırmaq məqsədinə xidmət göstərən bir çox ümumi yanğınsöndürmə strategiyaları mövcuddur.

1. Oksigen təchizatının qarşısının alınması

Bu, yanğına torpaq atmaqla və ya əl alətlərindən istifadə etməklə yanğını kənarlardan “boğmaqla” edilə bilər. Köpük də oksigen təchizatının qarşısını alır. OKSİGEN/HAVA İSTİLİK YANACAQ

Şəkil 2.2 Pozulmuş yanğın üçbucağı (oksigen)

2. İstinin qarşısının alınması

Su buxar vasitəsilə istilik enerjisini özünə çəkir. Suyun vurulması yanğının söndürülməsinin çox effektiv yoludur. Su alışmanın baş verdiyi əsas yanma ocağına yönəldilməlidir. Səh.33

Page 34: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

34

23

OKSİGEN/HAVA İSTİLİK YANACAQ

Şəkil 2.3 Pozulmuş üçbucaq (istilik)

Səh.34

Page 35: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

35

3. Yanan materialın kənarlaşdırılması

Yanan materialın kənarlaşdırılması ilə bağlı üsullar “susuz yanğınsöndürmə üsulları” kimi tanınır. Nəzarət zolağı yaratmaq üçün əl alətlərindən istifadə və ya texniki vasitələrdən istifadə etməklə “yanğın arakəsmələri” yaratmaq səmərəli susuz yanğınsöndürmə üsullarıdır. Yanğına yanğınla cavab və digər yandırma əməliyyatları da yanan materialın yanğının qarşısından kənarlaşdırılmasına dair nümunələrdir. OKSİGEN/HAVA İSTİLİK YANACAQ

Şəkil 2.4 Pozulmuş üçbucaq (yanan material)

4. Mübarizə üsullarının kombinasiyası

Bir çox hallarda, meşə yanğınının uğurla söndürülməsi mübarizə üsullarının kombinasiyası sayəsində mümkün olur. Yanğına torpaq atmaqla oksigen təchizatının aradan qaldırılması meşə yanğınının “qalan yanğın ocaqlarının söndürülməsi” mərhələsi üçün daha uyğundursa, yanğının qarşısındakı yanan materialların təcrid edilməsi əsas yanğın yerini zəiflətmək və meşə yanğınını nəzarətə almaq üçün istifadə edilə bilər.

Meşə yanğınının söndürülməsi

Meşə yanğının söndürülməsində istifadə olunan alətlər coğrafi şəraitdən asılı olaraq ciddi şəkildə fərqlənir. Səmərəliliyə nail olmaq üçün, meşə yanğının söndürülməsində istifadə olunan alətlərdən nə zaman və harada istifadə etməklə bağlı anlayış əldə etmək baxımından vacibdir.

Səh.35

Page 36: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

36

Meşə yanğının söndürülməsində istifadə olunan alətlərə aşağıdakılar aid edilə bilər:

· Əl alətləri · Texniki alətlər · Su avadanlıqları · Alovlandırma avadanlıqları · Ağır texnika · Aviasiya resursları

1. Əl alətləri

İstifadə qaydası

· Birbaşa, Paralel və Dolayı Söndürmə

· Yanğın əleyhinə xəttin və zolağın çəkilməsi

Tövsiyələr:

• Bəzi əl alətləri çoxfunksiyalı olduğu halda, bəziləri yalnız xüsusi işlər üçün nəzərdə tutulmuşdur.

• Coğrafi ərazidən və ya yanan materialın növündən asılı olaraq, bəzi vasitələr müəyyən vəzifələr üçün digər vasitələrdən daha uyğun ola bilər.

Əsas əl aləti nümunələri:

· Balta

· Bel · Kürək · Kərki · Monometr · Dırmıq · Külüng · Gorgui · Külüng-balta · Sleşer · Əyri bıçaq · Çiyin çantası · Yanğın əleyhinə toxmaq · Püskürdücü

*Əl alətləri ilə daha yaxından tanış olmaq üçün, “EF4: Bitki örtüyü yanğınlarına nəzarət zamanı istifadə olunan əl alətləri” moduluna müraciət edin.

Səh.36

Page 37: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

37

2. Texniki alətlər

İstifadə qaydası

• Ağacları, kolları və ya xırda budaqları kəsərək yanğın əleyhinə zolaq yaradın.

• Tez-tez yoğun ip hazırlamaq və ya yanan materialları mövcud yanğın yerindən (yəni yol və ya zolaq) təmizləmək üçün istifadə edilir.

Tövsiyələr:

· Texniki alətlər yalnız təlim keçmiş və ixtisaslı şəxslər tərəfindən istifadə olunmalıdır. · Fərdi mühafizə vasitələri geyinmək lazımdır.

Texniki alətlərə dair nümunələr:

· Kolqıran · Elektrik mişarı

3. Su avadanlıqları

İstifadə qaydası

· Birbaşa və Paralel Söndürmədə idtifadə olunur.

· Yaş zolaq yaratmaq, nəzarət olunan yanma xəttini soyutmaq və yanma nöqtələrini ləğv etmək məqsədilə birbaşa alova qarşı tətbiq edilə bilər.

Tövsiyələr:

• Su Təchizatı/Mənbələri • Su mənbələri çox vaxt məhdud olduğundan, suya qənaət vacibdir. • Coğrafi ərazidən asılı olaraq, su yanğınsöndürmə avadanlıqlarının (yəni boru,

hidrantlar, birləşdirici hissələr, su sistemləri və s.) çoxsaylı növləri, markaları və işlətmə üsulları mövcuddur.

Su avadanlıqları nümunələri:

· Daşına bilən nasoslar

· Yanğınsöndürmə avadanlıqları/mühərriklər · Çiyin çantası

Səh.37

Page 38: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

38

4. Alovlandırma avadanlıqlarından istifadə qaydası

• Paralel və dolayı söndürmə • Alovlandırma əməliyyatları və ya nəzarət zolağı perimetri çərçivəsində

yanmamış yanan materialın yandırılması: • Alovlanma avadanlıqlarından istifadə yeni təhlükələr yaradır. • Müvafiq ixtisaslı personal bütün alovlandırma əməliyyatlarını həyata

keçirmək üzrə məsuliyyət daşımalıdır. • Alovlandırma əməliyyatları diqqətlə planlaşdırılmalı və icra olunmalıdır.

Alovlandırma avadanlıqları nümunələri:

· Alovlandırma məşəli

· Dizel odluq

* Qazla işləyən odluq * Alovlandırma avadanlıqları və işləmə üsulları ilə daha yaxından tanış olmaq üçün, “EF6 Bitki örtüyünü alovlandırma üsullarının tətbiqi” təlim moduluna istinad edin. 5. Ağır texnika

İstifadə qaydası

· Birbaşa, Paralel və Dolayı Söndürmə

· Qısa müddətdə yanğın əleyhinə irihəcmli xətlər və ya yanğın əleyhinə zolaqlar yaratmaq məqsədilə istifadə olunur. · Yanğınsöndürmə briqadalarını daşımaq məqsədilə istifadə olunur.

Tövsiyələr:

· Ağır texnikanın ətrafında təhlükəsizlik qaydalarına riayət edin.

Ağır texnika nümunələri: · Buldozer · Traktor və çalovu · Qreyder · Daşıma avtomobilləri

6. Aviasiya resursları

İstifadə qaydası

· Birbaşa, Paralel və Dolayı Söndürmə · Yardımçı qurğular · Yanma nöqtələrini “əzmək”, yanğının yayılma xarakterinin yüksək olduğu

taktiki mühüm sahələrə və ya söndürmə sahələrinə dəstək vermək məqsədilə istifadə olunur.

Səh.38

Page 39: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

39

Tövsiyələr:

• Təkcə aviasiyadan istifadə effektiv yanğınsöndürmə üsulu deyil. • Yanğınsöndürənlər meşə yanğını zamanı aviasiya ilə işləyərkən təhlükəsiz protokolun riayət etməklə, əməliyyatlara dəstək verən aviasiya ilə birlikdə işləməlidirlər.

Aviasiya resursları nümunələri:

· Təyyarələr

· Helikopterlər

Nəzarət zolağı və yanğın əleyhinə xətt Nəzarət zolağı yanğına nəzarət etmək üçün istifadə olunan bütün inşa edilmiş və ya mövcud təbii yanğın maneələri ilə əlaqədar istifadə edilən anlayışdır. Mövcud nəzarət xətlərinə dair bəzi nümunələrə daxildir: çaylar, göllər, gölməçələr, qaya uçqunları, seyrək yanan materiallar, yollar, kanallar və ya əvvəllər yanmış (sönmüş) sahələr. Yanğın əleyhinə zolaqlar alışqan materialın yayılaraq və ya hərəkət edərək mineral torpağa keçdiyi hər hansı təmizlənmiş zolaqlara və ya nəzarət zolağınin bir hissəsinə şamil olunur. Yanğın zolağı iki məqsəd üçün çəkilir:

• Yanan materialları kənarlaşdırmaq üçün alovlandırma işlərinə başlanılan “təhlükəsiz zolaq” yaratmaq. • Yanmış sahəni yanmamış sahədən təcrid etmək.

Hər hansı nəzarət zolağı istinad nöqtəsindən başlanmalıdır. Bu, qurulmuş nəzarət zolağının ətrafında yanğının qarşısını alan yanan materialın zəif olduğu mövcud sahədir (yəni, yol və ya cığır, qayalıq sahə, əhəmiyyətli zolaq və ya artıq yanmış torpaq). * Nəzarət zolaqları ilə daha yaxından tanış olmaq üçün, “EF4: Bitki yanğınlarına qarşı mübarizə zamanı əl alətlərindən istifadə” təlim moduluna istinad edin.

Meşə yanğınlarını söndürmə üsulları

Meşə yanğınını nəzarət altına almaq üçün istifadə edilən strategiya(lar) bir sıra amillərdən, o cümlədən, yayılma sürəti, intensivliyi, mövcud resurslarla bağlı risklər, mövcud resursların həcmi, yeri və tipi və digər amillərdən asılıdır. Meşə Yanğınlarının söndürülmə üsullarının iki geniş kateqoriyası vardır:

• Meşə yanğınını təhlükəsiz və effektiv şəkildə söndürmək mümkün olduqda, həmlə strategiyalarından istifadə olunur. Meşə yanğınlarının söndürülmə fəaliyyətlərinə bir və ya bir neçə strategiyanın kombinasiyası daxil ola bilər.

Səh.39

Page 40: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

40

• Yanğının sürəti təhlükəsiz söndürmə baxımından həddən artıq sürətli olduqda, yanğınsöndürmə resursları məhdud olduqda və ya yüksək əhəmiyyətli sahələrlə bağlı risk mövcud olduqda, müdafiə strategiyalarından istifadə edilir.

Həmlə strategiyaları

1. Birbaşa Söndürmə

i. Əsasən yanğınsöndürənlərin asanlıqla və təhlükəsiz şəkildə sahəyə çıxışının olduğu aşağı intensivliyə malik meşə yanğınlarında istifadə edilir.

ii. Təcrid zolağının çəkilməsi də daxil olmaqla, mübarizə səyləri nəzarət

zolağına çevrilən yanğın perimetri üzrə aparılır. iii. Söndürmə səyləri zamanı arxadan başlamaqla əsas yanğın

istiqamətində davam etdirilməklə, meşə yanğınının cinahlarına diqqət yetirilməlidir.

iv. Yanğın əleyhinə zolağın çəkilməsinə istinad sahəsindən (yəni, yol, çay

və ya yanğının yayılma şanslarını minimuma endirmək üçün yandırılmış sahə) başlanılmalıdır.

Üsullar

· Kanat düzəltmək və ya əl alətləri, texniki alətlər və/yaxud ağır texnikadan istifadə etməklə yanğının hüdudlarını yanğından təcrid etmək;

· Yanğın texnikasından, yanğın şlanqından və ya çiyin çantalarından istifadə etməklə, alova su vurmaq. Yanğının ətrafına su və ya yanğın əleyhinə köpük vurmaq üçün hava qurğularından istifadə etmək.

Üstünlükləri

• İşləmək üçün ən təhlükəsiz yer (bir ayaq qara və ya yanmış sahədə saxlamaq olar)

• Ərazinin minimal hissəsi yanır. • Yanğının yayılma potensialını dərhal azaldır. • Daha mürəkkəb yanğın söndürmə strategiyalarına ehtiyacı aradan qaldırır.

Çatışmayan cəhətləri

• Yanğınsöndürənlər yanğına yaxın olduqlarından, istilik və tüstünün təsirinə məruz qala bilərlər. • Nəzarət zolağı qeyri-müntəzəm şəkildə çəkilir. • Təbii və ya mövcud maneələrdən yararlanmaq mümkün olmur.

Səh.40

Page 41: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

41

QRUP 1

QRUPUN İSTİQAMƏTİ

NƏZARƏT XƏTTİ LÖVBƏR NÖQTƏSİ

QRUPUN İSTİQAMƏTİ QRUP 2

Şəkil 2.5 Birbaşa həmlə (yan tərəflərdən)

2. Paralel Söndürmə

i. Yanğının hüdudları boyunca söndürülmək üçün olduqca güclü olan aşağı və ya orta səviyyəli yanğınlar zamanı, nəzarət zolağı kimi mövcud təbii maneədən istifadə etmək və yanmamış sahələri və ya hissələri nəzarət zolağına daxil etmək məqsədilə istifadə olunur.

ii. Nəzarət zolaqları yanğın həddindən qısa bir məsafədə, lakin ona paralel şəkildə çəkilir.

iii. Nəzarət zolağı ilə yanğının hüdudu arasında məsafə yanğının yayılma

xarakterindən, cari və gözlənilən hava şəraitindən, ərazinin quruluşundan və yanğının hüdudu ilə təklif olunan nəzarət zolağı arasındakı yanan materialın növündən asılıdır.

iv. Nəzarət zolağı və yanğının hüdudu arasındakı sahə onun

təhlükəsizliyini təmin etmək məqsədilə nəzarət zolağınin çəkilməsindən sonra “yandırıla” bilər.

v. Yanğının istiqaməti və ya xarakteri ilə bağlı dəyişikliklərə diqqətlə

nəzarət edilməlidir. vi. Təcrübəli nəzarətçi tələb olunur.

Səh.41

LÖVBƏR NÖQTƏSİ

Page 42: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

42

Üsullar

• Əl alətləri, ağır texnika, və ya mövcud maneələrdən istifadə edərək nəzarət zolağı çəkilməlidir.

• Yandırıcı vasitələrdən istifadə etməklə bitki örtüyü yandırılmalıdır. • Yandırma əməliyyatlarının ardından nəzarət zolağını soyutmaq üçün sudan

istifadə edin.

Üstünlükləri

• Birbaşa və daha təhlükəsiz nəzarət zolağı • Komandalar sıx duman və gərgin istilik şəraitində işləmirlər. • Əvvəlcədən mövcud olan təbii maneələrdən istifadə olunur. Çatışmayan cəhətləri

• Yandırma əməliyyatları üçün əlavə mürəkkəblik törədir. • Yeni yanğın potensialı yaradır və ya yanğının yayılma xarakterinini artmasına səbəb

olur. • Ümumi yanğın sahəsi istər-istəməz genişlənir. • Yanğın və komandalar arasında yanmamış yanan material qalır. YANĞIN SÖNDÜRƏN NƏZƏRDƏN KEÇİRMƏ MAYE DAMÇI MƏŞƏLİ

Şəkil 2.6 Paralel həmlə Səh.42

LÖVBƏR NÖQTƏSİ

BAŞLANĞIC NÖQTƏSİ

LÖVBƏR NÖQTƏSİ

Page 43: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

43

3. Dolayı Söndürmə

i. Böyük intensivliyə malik meşə yanğınları, böyük fiziki sahə və ya məhdud çıxış imkanına malik meşə yanğınları zamanı istifadə olunur.

ii. Bu strategiyada çox vaxt hücum strategiyası kimi yanğından istifadə (yəni,

əks yanğın) edilir.

iii. Yanğından kifayət qədər aralı məsafə yerləşən mövcud təbii maneələrdən və ya inşa edilmiş nəzarət zolağından istifadə edilir.

iv. Nəzarət zolağı və yanğının hüdudu arasında məsafə yanğının yayılma

xarakteri, cari və gözlənilən hava şəraiti, ərazi və yanğının hüdudu ilə təklif olunan nəzarət zolağı arasında yanan materialın növündən asılı olacaq.

v. Dolayı söndürmə zamanı əks alovlandırmanın iki üsulundan istifadə edilə

bilər. Birinci üsulun tətbiqi zamanı, əsas yanğın və nəzarət zolağı arasındakı bitki örtüyü “yandırılmaqla” yanan material əsas yanğından kənarlaşdırılır. İkinci üsulun tətbiqi zamanı isə, düzgün ərazi və hava şərtlərinə uyğun olaraq, nəzarət zolağından başlayaraq yavaş-yavaş yanma üçün “əks yanma” tətbiq edilir və bu yolla yanan material əsas yanğından təcrid edilir.

vi. Təcrübəli nəzarətçi tələb olunur.

Üsullar

• Əl alətləri, ağır texnika, təbii maneələrdən istifadə edərək nəzarət zolağı salın. • Yandırıcı vasitələrdən istifadə etməklə bitki örtüyü yandırılmalıdır. • Yandırma əməliyyatlarının ardından nəzarət zolağını soyutmaq üçün sudan

istifadə edin.

Üstünlükləri

• Nəzarət zolağı əlverişli relyefdə yerləşdirilə bilər. • Təbii və ya mövcud maneələrdən istifadə edilir. • Komandalar istilik və tüstüdən uzaqda işləyirlər. • Yanğının yayılma xarakterindəki dəyişikliklərə operativ cavab vermədən, nəzarət

zolağı çəkmək və yandırma əməliyyatları aparmaq üçün vaxt verir.

Çatışmayan cəhətləri

• Ümumi yanğın həcmini artırır. • Hava şəraitində gözlənilməz dəyişikliklər səbəbindən, əks yanğın nəzarətdən

çıxa bilər. • Zolaq çəkilişi və əks yanğın əməliyyatları əsas yanğın nəzarət zolağına

çatmazdan əvvəl yekunlaşmaya bilər. • Əməliyyatların mürəkkəbliyi artır. • Yanğının güclü yayılma xarakteri əsas yanğın və əks yanğın toqquşduğu zaman

baş verməklə, yanğının yayılma şansını artıra bilər. Səh.43

Page 44: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

44

LÖVBƏR XƏTTİ

NƏZƏRDƏN KEÇİRMƏ

QRUP 3

NƏZƏRDƏN KEÇİRMƏ

YANĞINSÖNDÜRƏN DAMCI MƏŞƏLİ MAYE 1

DAMCI MƏŞƏLİ YANĞIN-SÖNDÜRƏN MAYE 2 KÜLƏYİN NƏZARƏT İSTİQAMƏTİ XƏTTİ

Şəkil 2.7 Dolayı söndürmə

4. Üsulların kombinasiyası

Meşə yanğınlarını nəzarət altına almaq üçün, çox vaxt üsulların kombinasiyasından istifadə edilir. Meşə yanğını zamanı və ya onun bir hissəsi ilə əlaqədar hansı üsuldan istifadə etmək qərarı aşağıdakılardan asılıdır:

· Yanğının yayılma sürəti · Yanğının intensivliyi · Yanğının qarşısındakı yanan material · Relyef · Mövcud resurslar · Yanğına müdaxilə etmək imkanları · Təhlükədə olan insanlar və ya əmlaklar.

Meşə yanğını hər tərəfdə eyni intensivliklə yanmır. Meşə yanğını bir çox müxtəlif bitki növlərinin yandırmaq üçün kifayət qədər böyük ola bilər. Hava, relyef və cəhət bir tərəfə başqa tərəfə nisbətən fərqli şəkildə təsir edə bilər. Bunun nəticəsində, meşə yanğınını söndürmək üçün daha çox həmlə strategiyalarının kombinasiyasından istifadə olunur.

Səh.44

NƏZƏRDƏN KEÇİRMƏ

QRUP 1

Page 45: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

45

Müdafiə strategiyaları

Bu strategiyalardan əsas yanğın təhlükəsiz söndürmə üçün həddən çox güclü olduqda və ya yanğın uzaq olduqda və kifayət qədər resursları səfərbər etmək çətin olduqda istifadə edilə bilər. Müdafiə strategiyalarına dair nümunələrə aşağıdakılar daxildir:

· Konstruksiyalar, yaşayış məntəqələri və ya yüksək əhəmiyyət kəsb edən digər sahələrin ətrafında müdafiə sahəsi yaratmaq;

· Dağıdıcı meşə yanğınından qorunmaq üçün, müdafiə sahəsini fərdi və

ya komanda vasitəsilə yandırmaq.

· Ucqar sahədə böyük meşə yanğınının yalnız yayılma xüsusiyyətlərini müşahidə etmək.

Söndürmə strategiyasının seçilməsi

Yanğının baş vermə xüsusiyyəti söndürmə əməliyyatlarında istifadə ediləcək strategiyaya birbaşa təsir göstərir. Bu əlaqəlilik aşağıdakı cədvəldəki kimi şərh edilə bilər:

Cədvəl 2.2: Alovun uzunluğu, alətlər, metodlar strategiyaları

0 – 0.5

Adətən bu cür yanğınlar öz-özünə sönür. 0.5 – 1.5

Yanğının intensivliyi zəifdir. Birbaşa həmlə zamanı əl alətləri istifadə oluna bilər.

1.5 – 2.5

Yanğın əl alətləri ilə birbaşa söndürülmə üçün həddən artıq intensivdir. Təzyiqli su ya buldozerlərə ehtiyac ola bilər. Yanlardan həmlə/paralel söndürmə tövsiyə olunur.

2.5 – 3.5

Yanğın nəzarət zolağından birbaşa söndürülmə üçün həddən artıq intensivdir. Helikopterlərə və yanğınsöndürən təyyarələrə ehtiyac ola bilər. Alovun lokal uzunluğundan asılı olaraq, yanlardan həmlə/paralel söndürmədən istifadə edilə bilər.

3.5 – 8

Olduqca intensiv yanğın Əks yanğın və əks alovlandırma əsas yanğını zəiflədə bilər. Alovun lokal uzunluğundan asılı olaraq, yanlardan həmlə/paralel söndürmə tövsiyə olunur.

8m+

Yanğının fövqəladə yayılma xarakteri Müdafiə strategiyaları tövsiyə olunur.

* Rəngli şəkildə verilmiş qrafalar yanğını nəzarət altına almaq üçün həmlə strategiyalarının istifadə edilə biləcəyi yanğın uzunluğunu göstərir.

Səh.45

Page 46: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

46

Komanda işi

Komanda işi xam torpaqlarda uğurlu yanğınsöndürmə üçün vacibdir. Yanğının sömdürülməsi ilə bağlı demək olar ki, hər bir komanda işinin tərkib hissəsi kimi həyata keçirilir. Komanda üzvü kimi, meşə yanğınlarının söndürülmə əməliyyatları zamanı şəxsən və ya radio vasitəsilə digər komanda üzvləri ilə əlaqə saxlamalısınız. Aşağıdakı mühüm cəhətləri yadda saxlamaq lazımdır:

• Təlimatları anladığınızdan və onların digər komanda üzvlərinin təlimatları ilə bağlı olduğundan əmin olun.

• Komanda üzvləri və nəzarətçi ilə tez-tez əlaqə saxlayın. • Komandanın işinin ümumi məqsədini anlayın. • Komanda üzvlərinin ehtiyaclarına hörmətlə yanaşın. • Həm özünüzün, həm də komanda üzvlərinizin evakuasiya halında komandanın

təxliyə planından xəbərdar olduqlarına əmin olun. Meşə yanğınlarının söndürülməsi zamanı istifadə olunan ifadələr

Hər hansı meşə yanğını hadisəsi zamanı yanğının söndürülməsi ilə əlaqədar işlənən 4 ifadə mövcuddur. B u m ə r h ə l ə l ə r ü m u m i l i k d ə h ə l l e d i c i z ə r b ə , l o k a l l a ş d ı r m a , n ə z a r ə t , l ə ğ v e t m ə v ə n ö v b ə k i m i t a n ı n ı r .

• Həlledici zərbə yanğının intensivliyinin azaldılması və yayılmasının ləngidilməsi və ya dayandırılmasına yönəlik ilkin söndürmə işidir.

• Lokallaşdırma yanğının perimetri ətrafında nəzarət zolağı yaradıldıqda və yanğının irəliləməsinin qarşısı alındıqda baş verir.

• Yanğına nəzarət nəzarət xətlərinin təkmilləşdirildiyi və yanğının

genişlənmə şansının olmadığı təmin edildikdə baş verir. • Ləğvetmə və növbə yanğın nəzarətə alındıqdan və heç bir təkrar alışma

şansı olmayanadək yanan sahənin söndürülməsindən sonra başlanır. Yanğın perimetri ətrafında növbə çəkmək yanğının nəzarət zolaqlarından kənara çıxmayacağını təmin etmək üçün kömək edir. Yanğın bu mərhələ başa çatdıqdan sonra “söndürülmüş” hesab edilə bilər.

Səh.46

Page 47: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

47

İstinadlar:

Australasian Fire Authorities Council Limited. (2005). Respond to wildfire. East Melbourne Victoria: AFAC Limited.

National Rural Fire Authority. (2005). Demonstrate knowledge of personal safety at vegetation fires. Wellington, New Zealand.

Teie, W.C. (2005). Firefigher’s handbook on wildland firefighting (Strategy, Tactics, and Safety). Rescue, California, United States of America: Deer Valley Press.

Teie W.C. (1997), Fire officers handbook on wildland firefighting, Rescue, California, United States of America: Deer Valley Press

34

Page 48: EuroFire, 2 EF2...2 Gözlənilən təlim nəticələrini tam şəkildə anlamaq üçün, “EuroFire” səriştəlilik standartlarına istinad edilməlidir. Sözü gedən Standartların

48

Məsuliyyətdən İmtina bəyanatı

Yuxarıdakı informasiyaların (“İnformasiya”) dəqiq və “Global Fire Monitoring Center”, “International Association of F i r e a n d Rescue Services” v ə “ Rural Development Initiatives Ltd” (birlikdə “EuroFire Partners”) bu sənədin hazırlanma tarixində cari müsbət təcrübə olduğunu hesab etdiyi şəkildə hazırlanması üçün bütün imkanlardan istifadə edilmişdir. Onun məzmununun mükəmməl olduğu iddia edilmir və yenidən nəzərdən keçirilə bilər.

İnformasiya yalnız ümumi məlumatlandırma məqsədləri üçün nəzərdə tutulmuşdur və konkret məqsəd üçün istinad olunmalı olan məlumatları ehtiva etmir. İnformasiya hər hansı bir üzv qrupun öz qanun-qaydaları və ya tövsiyələri və hər hansı müvafiq professional orqanlarının məsləhəti ilə birlikdə istifadə üçün nəzərdə tutulmuşdur. Hər hansı xüsusi fəaliyyətə görə müvafiq riskləri tamamilə nəzərə almaq baxımından, bu informasiyanı oxuyan şəxs və ya qrup tam məsuliyyət daşıyır. “EuroFire” Tərəfdaşları və onların müvafiq işçiləri və ya agentləri bu İnformasiyada yer almış hər hansı bir səhvlər, buraxılmış müddəalar və ya yanlış bəyanatlara və bu İnformasiyaya istinad etməklə hərəkət etmiş və ya hər hansı hərəkətdən çəkinmiş hər hansı şəxsə dəymiş hər hansı zərər, ziyan və ya narahatçılığa görə məsuliyyətdən azaddırlar (qanunla icazə verilən maksimum dərəcədə).

[İnformasiya müəllif hüquqları və əqli mülkiyyət qanunları ilə mühafizə olunur və aydın və yazılı tərzdə ifadə edilmədikcə və ya fərqli şəkildə yazılı razılıq əldə olunmadıqca, İnformasiyadan müvafiq təsdiq əsasında yalnız şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə edə və onun surətini çıxara bilərsiniz.] İnformasiyanın təqdim edilməsi və sizin ondan istifadəniz Şotlandiya qanunlarına uyğun olaraq təfsir və şərh edilir və İnformasiyadan istifadə edən bütün şəxslər İnformasiya və onun istifadəsi ilə bağlı hər hansı iddia və ya digər tədbirlərlə bağlı yekun müraciəti Şotlandiya məhkəmələrinə etməlidirlər.

EuroFire © İyil 2008 EuroFire Avropa Komissiyasının dəstəyi ilə yaradılmışdır. Bu sənəddə təqdim edilmiş məlumatlar yalnız müəllifin fikirlərini əks etdirir və Kommissiya sənəddəki məlumatlardan hər hansı şəkildə istifasdəyə görə heç bir məsuliyyət daşımır.