Beynəlxalq yarışlar

459
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT TABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────── 1 VIII FƏSİL Beynəlxalq yarışlar MÜNDƏRİCAT Beynəlxalq yarışlar ..................................................................................................................... 13 Gimnastika ..............................................................................................................................................14 Gimnastika Federasiyasının yeni prezidenti seçildi ....................................................................14 Azərbaycan paytaxtında daha bir idman bayramı keçiriləcək .................................................... 15 Bakıda Bədii Gimnastika üzrə Dünya Kubokunun ikinci mərhələsi başlanmışdır ..................... 16 Azərbaycanın Baş naziri İlham Əliyevin dövlət televiziyasının müxbirinə müsahibəsi ...........16 Bakıda Bədii Gimnastika üzrə Dünya Kubokunun ikinci mərhələsi uğurla başa çatdı ..............18 Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Gimnastika Federasiyasının nümayəndə heyətini qəbul etmişdir ............................................................................................ 19 Bakıda Bədii Gimnastika üzrə Dünya Kuboku mərhələ yarışının təntənəli açılış mərasimi. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir ..............................................22 Bakıda gimnastika üzrə dünya çempionatının açılış mərasimi olub 47 ölkəni təmsil edən gimnast qızlar dövlət bayraqları altında yarış meydanına çıxıblar .............................................23 Dünya çempionatının bağlanış mərasimi Bədii gimnastika üzrə XXVII dünya çempionatı başa çatdı .............................................................................................................................................24 Bədii gimnastika üzrə XXVII dünya çempionatı ilin ən yaddaqalan yarışıdır ........................... 25 Avropa Gimnastika İttifaqı rəsmilərinin Bakıya səfəri basa çatıb. Onlar qitə çempionatını hazırlıqla bağlı təşkilati işlərdən razı qalıblar ............................................................................26 Paytaxtımızda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının püşkü atıldı ..............27 Yeniyetmə gimnastlarımızın uğuru ............................................................................................. 28 Azərbaycanın Bədii Gimnastika üzrə qrup hərəkətləri komandası dünya kuboku yarışlarında 7- ci yeri tutmuşdur ......................................................................................................................... 29 Azərbaycanın gimnast qızları Olimpiya lisenziyaları uğrunda mübarizə aparırlar .................... 30 Azərbaycan gimnastı Aliyə Qarayeva dünya çempionatında dördüncü yeri tutmuşdur ............31 Bədii gimnastika üzrə ikinci olimpiya lisenziyası qazanılmışdır................................................ 32 Azərbaycan gimnastı Aliyə Qarayeva bürünc mükafata layiq görülmüşdür .............................. 33 Azərbaycan gimnastı Şakir Şıxəliyevin Avropa çempionatında debütü uğurlu olmuşdur ........34 Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlanır ........................................................ 35 Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatının açılış mərasimi olmuşdur ..............36 Avropa Gimnastika İttifaqının rəsmiləri ölkəmizdə gimnastikanın inkişafından razıdırlar ......37 "Gimnastlarımızın dünya çempionatına hazırlığını yüksək qiymətləndirirəm" ......................... 38 Azərbaycan gimnastları bədii gimnastika üzrə dünya çempionatında topla hərəkətlərdə çıxış etmişlər ........................................................................................................................................40 Bədii gimnastika üzrə dünya çempionatına yekun vuruldu ........................................................ 41 Azərbaycanı dünya kuboku yarışlarında iki gimnast təmsil edəcəkdir.......................................42 Aliyə Qarayeva İspaniya turnirində üçüncü yeri tutmuşdur ....................................................... 43 Dünya çempionatı start götürdü ..................................................................................................44 Azərbaycan gimnastı Aliyə Qarayeva Moskvada keçirilən dünya çempionatının bürünc medalına layiq görülmüşdür........................................................................................................45 Aliyə Qarayeva: Özünə qalib gəlsən, başqalarına da qalib gələrsən .........................................46 Gimnastımız İtaliya çempionatında uğurla çıxış edib.................................................................47 Azərbaycanın qadın gimnastları İsraildə keçirilən Qran-pri yarışlarında səkkiz medal qazanmışlar .................................................................................................................................48 Bürünc medalın bir addımlığında ............................................................................................... 49 Azərbaycanın iki yeniyetmə gimnastı Polşada keçirilən turnirin qalibi olmuşdur .................... 50

Transcript of Beynəlxalq yarışlar

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

1

VIII FƏSİL

Beynəlxalq yarışlar

MÜNDƏRİCAT

Beynəlxalq yarışlar ..................................................................................................................... 13 Gimnastika .............................................................................................................................................. 14

Gimnastika Federasiyasının yeni prezidenti seçildi .................................................................... 14 Azərbaycan paytaxtında daha bir idman bayramı keçiriləcək .................................................... 15 Bakıda Bədii Gimnastika üzrə Dünya Kubokunun ikinci mərhələsi başlanmışdır ..................... 16 Azərbaycanın Baş naziri İlham Əliyevin dövlət televiziyasının müxbirinə müsahibəsi ........... 16 Bakıda Bədii Gimnastika üzrə Dünya Kubokunun ikinci mərhələsi uğurla başa çatdı .............. 18

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Gimnastika Federasiyasının

nümayəndə heyətini qəbul etmişdir ............................................................................................ 19

Bakıda Bədii Gimnastika üzrə Dünya Kuboku mərhələ yarışının təntənəli açılış mərasimi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir .............................................. 22 Bakıda gimnastika üzrə dünya çempionatının açılış mərasimi olub 47 ölkəni təmsil edən

gimnast qızlar dövlət bayraqları altında yarış meydanına çıxıblar ............................................. 23

Dünya çempionatının bağlanış mərasimi Bədii gimnastika üzrə XXVII dünya çempionatı başa

çatdı ............................................................................................................................................. 24

Bədii gimnastika üzrə XXVII dünya çempionatı ilin ən yaddaqalan yarışıdır ........................... 25 Avropa Gimnastika İttifaqı rəsmilərinin Bakıya səfəri basa çatıb. Onlar qitə çempionatını

hazırlıqla bağlı təşkilati işlərdən razı qalıblar ............................................................................ 26

Paytaxtımızda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının püşkü atıldı .............. 27 Yeniyetmə gimnastlarımızın uğuru ............................................................................................. 28

Azərbaycanın Bədii Gimnastika üzrə qrup hərəkətləri komandası dünya kuboku yarışlarında 7-

ci yeri tutmuşdur ......................................................................................................................... 29

Azərbaycanın gimnast qızları Olimpiya lisenziyaları uğrunda mübarizə aparırlar .................... 30 Azərbaycan gimnastı Aliyə Qarayeva dünya çempionatında dördüncü yeri tutmuşdur ............ 31

Bədii gimnastika üzrə ikinci olimpiya lisenziyası qazanılmışdır ................................................ 32

Azərbaycan gimnastı Aliyə Qarayeva bürünc mükafata layiq görülmüşdür .............................. 33 Azərbaycan gimnastı Şakir Şıxəliyevin Avropa çempionatında debütü uğurlu olmuşdur ........ 34

Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlanır ........................................................ 35 Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatının açılış mərasimi olmuşdur .............. 36 Avropa Gimnastika İttifaqının rəsmiləri ölkəmizdə gimnastikanın inkişafından razıdırlar ...... 37

"Gimnastlarımızın dünya çempionatına hazırlığını yüksək qiymətləndirirəm" ......................... 38 Azərbaycan gimnastları bədii gimnastika üzrə dünya çempionatında topla hərəkətlərdə çıxış

etmişlər ........................................................................................................................................ 40 Bədii gimnastika üzrə dünya çempionatına yekun vuruldu ........................................................ 41

Azərbaycanı dünya kuboku yarışlarında iki gimnast təmsil edəcəkdir....................................... 42 Aliyə Qarayeva İspaniya turnirində üçüncü yeri tutmuşdur ....................................................... 43 Dünya çempionatı start götürdü .................................................................................................. 44 Azərbaycan gimnastı Aliyə Qarayeva Moskvada keçirilən dünya çempionatının bürünc

medalına layiq görülmüşdür ........................................................................................................ 45

Aliyə Qarayeva: Özünə qalib gəlsən, başqalarına da qalib gələrsən ......................................... 46 Gimnastımız İtaliya çempionatında uğurla çıxış edib................................................................. 47 Azərbaycanın qadın gimnastları İsraildə keçirilən Qran-pri yarışlarında səkkiz medal

qazanmışlar ................................................................................................................................. 48 Bürünc medalın bir addımlığında ............................................................................................... 49 Azərbaycanın iki yeniyetmə gimnastı Polşada keçirilən turnirin qalibi olmuşdur .................... 50

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

2

Aliyə Qarayeva Çində Dünya Universiadasında çıxış edəcəkdir ............................................... 51

Azərbaycan gimnastları Fransada keçirilən dünya çempionatında iştirak edirlər ..................... 52

Azərbaycan gimnastı Brnoda keçirilən turnirdə beş medal qazanmışdır .................................... 53 Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edirlər ........................................................ 54 Aliyə Qarayeva Qran-pri yarışlarının Moskva mərhələsində gümüş mükafat qazanmışdır ....... 55 Aliyə Qarayeva Qran-pri mərhələsində gümüş medal qazanmışdır ........................................... 56 Azərbaycan gimnastları Kiyevdə beynəlxalq turnirdə 7 medal qazanmışlar ............................. 57

Azərbaycan gimnastı dünya klub çempionatında 4-cü yeri tutmuşdur ....................................... 58 Azərbaycan gimnastı Aliyə Qarayeva “Fair Play” mükafatının laureatı olmuşdur .................... 59 Yaponiyada gimnastika üzrə klublar arasında dünya çempionatında “Neftçi” beşinci yeri

tutmuşdur .................................................................................................................................... 60 Gimnast qızlarımız İtaliyada və Macarıstanda,gimnast oğlanlarımız isə Rusiyada birinci yeri

tutmuşlar...................................................................................................................................... 61

Mariya Durunda “A1” seriyasından ikinci nəticə göstərmişdir .................................................. 62

Bakıda bədii gimnastika üzrə XXX Avropa çempionatının təntənəli açılış mərasimi

keçirilmişdir ................................................................................................................................ 63 Bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi yığmamızın Avropa

çempionatındakı çıxışını yüksək qiymətləndirmişdir ................................................................. 64 Gimnastika üzrə açıq Azərbaycan çempionatının açılış mərasimi keçirilib ............................... 65

Azərbaycan gimnastı Fransada bir dəst medal qazanıb .............................................................. 66

Azərbaycan gimnastı “World Challenge Cup” turnirində qızıl medal qazanıb .......................... 67 Bakı-2015: Gimnastika yığmamız bürünc medal qazanıb .......................................................... 68 Azərbaycan gimnastları 2015-ci ildə rekord miqdarda medal qazanıblar .................................. 69

Azərbaycan gimnastları dünya kuboku yarışlarında iştirak ediblər ............................................ 70 “Ocaq Sport” komandası klublararası dünya çempionatında dördüncü yeri tutub ..................... 71

Bakı bədii gimnastika üzrə dünya kuboku yarışının növbəti mərhələsinə ev sahibliyi edəcək .. 72

Aerobika gimnastlarımız “Suzuki World Cup” yarışında iştirak ediblər ................................... 73

Kazanda mövsümün bədii gimnastika üzrə son dünya kuboku yarışı yekunlaşıb ...................... 74 Azərbaycan gimnastı Dünya Kuboku yarışında qızıl medal qazanıb ......................................... 75 Azərbaycan gimnastı “Happy Cup” beynəlxalq turnirində 4 qızıl və 1 gümüş medala sahib olub

..................................................................................................................................................... 76 Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar ..................... 77

Bakıda idman gimnastikası üzrə dünya kubokuna start verilib .................................................. 78 Avarçəkmə .............................................................................................................................................. 79

Azərbaycan duetinin London Yay Olimpiya Oyunlarına lisenziya qazanması üçün 53 saniyə

çatmamışdır ................................................................................................................................. 79 Nataliya Mustafayeva akademik avarçəkmə üzrə dünya kuboku yarışlarının ikinci

mərhələsində yarımfinala yüksəlmişdir ...................................................................................... 80 Azərbaycan idmançısı Aleksandr Aleksandrov akademik avarçəkmə üzrə dünya çempionu

olmuşdur...................................................................................................................................... 81 Azərbaycan idmançısı akademik avarçəkmə üzrə dünya çempionatında mübarizəyə başlayır . 82 Azərbaycan yığmasının avarçəkəni yeni ulduz adlandırılıb ....................................................... 83

Mingəçevir birinci Avropa Oyunlarına hazırlaşır ....................................................................... 84 Mingəçevirdə avarçəkmə üzrə beynəlxalq reqatanın qalibləri məlum olub ............................... 86 Valentin Demyanenko: Rio Olimpiadası Azərbaycan üçün avarçəkmə idman növündə də

uğurlu oldu .................................................................................................................................. 87 Voleybol ................................................................................................................................................... 88

Azərbaycan voleybolçuları Avropa Kubokunun sahibkarlarıdır ................................................ 88 Avropa Top Komanda Kuboku. Final. Bakı-2002 ...................................................................... 89 Azərbaycan voleybolçularının növbəti qələbəsi ......................................................................... 91 Bakıda Voleybol üzrə Olimpiya lisenziya turniri başlandı. Azərbaycan Prezidenti İlham Əliyev

turnirin təntənəli açılış mərasimində iştirak etmişdir .................................................................. 92

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

3

Yığmamız Avropa inkişaf kubokunda yeddincidir ..................................................................... 93

Prezident İlham Əliyev voleybol federasiyasının rəhbərlərini, qadınlardan ibarət yığma

voleybol komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir .............................................. 95 Azərbaycan millisinin üzvü Natalya Məmmədova Avropanın ən yaxşı qadın voleybolçusu

adına layiq görülmüşdür.............................................................................................................. 97 Faiq Qarayevin yetirmələri Beynəlxalq turnirdə iştirak edəcəklər ............................................ 98 Azərbaycanın qadın voleybolçuları İspaniya komandasını məğlub etmişlər ............................. 99

“Azərreyl” klubunun Avropa “Çağırış kuboku” yarışlarında ilk rəqibi Maltanın “Paola”

komandası olacaqdır ................................................................................................................. 100 “Rabitə” klubu voleybol üzrə Türkiyə millisi ilə yoldaşlıq oyunu keçirmişdir ........................ 101 Bakının “Azərreyl” voleybol klubu Çellenc kuboku yarışlarında qələbə seriyasını davam

etdirir ......................................................................................................................................... 102

Azərbaycanın “Lokomotiv” voleybol klubu “Çellenc Kuboku” yarışlarının yarımfinalına

çıxmışdır.................................................................................................................................... 103

Voleybol üzrə Azərbaycan yığması Avropa çempionatının final mərhələsində iştirak edəcəkdir

................................................................................................................................................... 104 Bakının “Rabitə” voleybol komandası dünya çempionudur! ................................................... 105 Azərbaycan voleybolçu qadınların klublararası dünya çempionatında qızıl medal qazanan

dördüncü ölkədir ....................................................................................................................... 106

“Azərreyl” voleybol komandası Çempionlar liqası yarışlarında növbəti qələbə qazanmışdır . 107

Azərbaycanın “Rabitə” komandası dünya klub çempionatının gümüş mükafatını qazanmışdır

................................................................................................................................................... 108 Bakının “Lokomotiv” klubu ABŞ millisinin voleybolçusunu heyətinə cəlb etmişdir ............. 109

Bakı yenidən Çempionlar Liqası yarışlarının “Dördlər finalı”na ev sahibliyi edəcəkdir ......... 110 Tokioda qadın voleybolçular arasında “Qrand Çempionlar Kuboku – 2013” turniri keçirilir . 111

“Bakı-2015”də Avropa çempionatının final mərhələsində mübarizə aparmış voleybol

komandaları yarışacaqlar .......................................................................................................... 112

Azərbaycanın kişi və qadın voleybolçularının Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib

................................................................................................................................................... 113 Çempionlar Liqası yarışlarında iki Azərbaycan klubu üz-üzə gələcək ..................................... 114

Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi ilə bağlı viza proseduru

sadələşdirilir .............................................................................................................................. 115

Voleybolçularımız Tbilisidə “Bahar kuboku” yarışlarının qalibi olublar ................................. 116 Azərbaycanın qadın voleybolçularının yarımfinal şansı ........................................................... 117 Avropa çempionatının mükafatlandırma mərasimi keçirilib .................................................... 118 Azərbaycan voleybolçuları dünya çempionatının C qrupunda oynayacaqlar ........................... 119

Boks........................................................................................................................................................ 120 Azərbaycan boksunun yeni inkişaf mərhələsi ........................................................................... 120 Yeniyetmə boksçuların IV Avropa çempionatının açılış mərasimində Milli Olimpiya

Komitəsinin prezidenti, millət vəkili İlham Əliyevin çıxışı ..................................................... 122 Yeniyetmə boksçuların IV Avropa çempionatı iştirakçılarının şərəfinə keçirilən ziyafətdə MOK

prezidenti, millət vəkili İlham Əliyevin çıxışı .......................................................................... 123

Yeniyetmələrin boks üzrə I Dünya çempionatı Bakı-2001 ....................................................... 124 Yeniyetmə boksçuların Dünya Çempionatının açılış mərasimində MOK prezidenti, millət

vəkili İlham Əliyevin çıxışı ....................................................................................................... 124 Boks üzrə Beynəlxalq Turnirin açılışı zamanı Azərbaycan Milli Olimpiya Komitəsinin

prezidenti, millət vəkili İlham Əliyevin çıxışı .......................................................................... 126

Boks üzrə Beynəlxalq Turnirin açılış mərasimi. Azərbaycan Milli Olimpiya Komitəsinin

prezidenti, İlham Əliyevin çıxışı ............................................................................................... 127 Boks üzrə Beynəlxalq Turnir başa çatmışdı ............................................................................. 128

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev turnirin gedişi zamanı Azərbaycan

televiziyasına müsahibə vermişdir ............................................................................................ 128

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

4

Azərbaycan boksçuları Olimpiya oyunlarına daha 3 lisenziya qazandılar. Azərbaycan

Prezidenti İlham Əliyev boks üzrə lisenziya turnirinin yarımfinal görüşlərində olmuşdur ...... 130

Boksçularımız Ənvər Çoudri turnirində 8 qızıl, 1 gümüş və 5 bürünc medal qazandılar ....... 131 Azərbaycan boksçuları Çexiyada keçirilən beynəlxalq turnirdə bir gümüş və üç bürünc medal

qazanmışlar ............................................................................................................................... 132 Boksçumuz Pekin-2008-ə lisenziya qazandı............................................................................. 133 Azərbaycan boksçusu Şahin İmranov Pekin Yay Olimpiya oyunlarına lisenziya qazandı ..... 134

Bakıda boks üzrə dünya çempionatı başlamışdır ...................................................................... 135 Azərbaycan boksçuları 2011-ci ilin ilk beynəlxalq yarışında öz qüvvələrini sınayacaqlar ..... 136 Azərbaycan boksçuları Vətənə 3 medalla qayıdırlar ................................................................ 137 Azərbaycan boksçuları beynəlxalq turnirdən bürünc medallarla dönmüşlər ............................ 138 Azərbaycan Boks Federasiyasının prezidenti Avropa çempionatında uğurla çıxış etmiş

idmançılarla görüşmüşdür ......................................................................................................... 139

Avropa birinciliyində beş boksçumuz medalı özünə təmin edib .............................................. 140

Bakıda boks üzrə dünya çempionatı başlanmışdır .................................................................... 141 Azərbaycanın boks üzrə yığması dünya çempionatında ümumi komanda hesabında üçüncü

yeri tutmuşdur ........................................................................................................................... 142 Daha bir boksçumuz London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmişdir ............... 143 Boksçularımız Belarusda keçirilən beynəlxalq turnirdə iki medal qazanmışlar ....................... 144

Dünya birinciliyində iştirak edən boksçularımızın ilk rəqibləri müəyyənləşmişdir ................. 145

Azərbaycan boksçuları İrəvanda keçirilən dünya birinciliyində uğurla çıxış edirlər ............... 146 Boks üzrə dünya çempionatında uğurla çıxış etmiş Azərbaycan milli komandasının üzvləri

Vətənə qayıtmışlar .................................................................................................................... 147

Azərbaycanın üç boksçusu Avropa birinciliyinin final mərhələsinə yüksəlmişdir ................... 148 Yeniyetmə boksçularımız Avropa birinciliyində dörd medal qazanmışlar .............................. 149

Azərbaycan boksçuları Rusiyada keçirilən beynəlxalq turnirdə yeddi medal qazanıblar ........ 150

Azərbaycanın iki boksçusu beynəlxalq reytinq cədvəlində birinci pillədə qərarlaşıb .............. 151

Azərbaycan boksçuları Avropa Oyunlarına İtaliyada hazırlaşacaqlar ...................................... 152 Teymur Məmmədov: Olimpiya Oyunlarında bayrağımızı qaldırmaq istəyirəm ...................... 153 “Böyük İpək yolu” beynəlxalq turniri IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri

daşıyır ........................................................................................................................................ 154 Sərbəst güləş .......................................................................................................................................... 156

Sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnirin açılışında Milli Olimpiya Komitəsinin

prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti İlham Əliyevin çıxışı .................................... 156 Sərbəst Güləş üzrə 45-ci Avropa Çempionatı. Bakı-2002 ........................................................ 157

Bakıda sərbəst güləş üzrə 45-ci Avropa çempionatının təntənəli açılış mərasimi. Azərbaycan

Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmişdir .............................................................. 159 Azərbaycan MOK-un prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin çıxışı ..................... 159 Nazim Əlicanov – Avropanın sərbəst güləş üzrə çempionudur ................................................ 160

Azərbaycanda üçüncü Avropa çempionatı ............................................................................... 161 Bakıda sərbəst güləş üzrə beynəlxalq yarış başlandı ................................................................ 162 Azərbaycan Prezidenti İlham Əliyev sərbəst güləş üzrə Dünya Kuboku yarışlarının qonaqları

ilə görüşmüşdür ......................................................................................................................... 163 Prezident İlham Əliyev güləş federasiyasının rəhbərlərini, Avropa çempionatlarında medal

qazanan idmançıları və onların məşqçilərini qəbul etmişdir .................................................... 165 Prezident İlham Əliyevin Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael

Martinettini ilə görüşü ............................................................................................................... 167

Güləşçilərimiz Avropa çempionatına hazırlaşırlar ................................................................... 168 Paytaxtımızda hərbiçilərin güləş üzrə XXIV dünya çempionatına start verildi ....................... 169 Azərbaycan güləşçiləri ötən il 49 medal qazanmışlar ............................................................... 171

Pəhləvanımız 5-ci yüksək titulunu Sofiyada qazandı ............................................................... 172

Azərbaycan pəhləvanı Avropa çempionatının bürünc medalçısı olmuşdur .............................. 173

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

5

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatına hazırlıq işlərinin səviyyəsini mütəxəssislər

yüksək qiymətləndirirlər ........................................................................................................... 174

Bakıda güləş üzrə dünya çempionatı başlamışdır. Yarışlarda yüzdən çox ölkənin idmançısı

iştirak edir ................................................................................................................................. 175 Azərbaycan pəhləvanı Fərid Mansurov dünya çempionudur ................................................... 176 Azərbaycan güləşçisi Pekin olimpiadasına lisenziya qazanmışdır ........................................... 177 Bakıda dünya çempionatı yüksək təşkil olunmuşdur ................................................................ 178

Azərbaycan idmançısı Yuliya Radkeviç Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır

................................................................................................................................................... 179 Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Pekin Olimpiya Oyunlarına lisenziya

qazanmışdır ............................................................................................................................... 180 Bakıda keçirilən güləş üzrə dünya çempionatı başa çatmışdır. Azərbaycanın 5 güləşçisi Pekin

Yay Olimpiya OyunlarIna lisenziya qazanmışdır ..................................................................... 181

Azərbaycan güləşçisi Finlandiyada erməni rəqibinin kürəyini yerə vuraraq, Avropa çempionu

adını qazanmışdır. Bununla idmançımız Pekin Olimpiya oyunlarına lisenziya qazanmışdır ... 182 Azərbaycan güləşçiləri dünya çempionatında 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmışlar

................................................................................................................................................... 183 Azərbaycan güləşçiləri beynəlxalq turnirdən yeddi medalla qayıtmışlar ................................. 184 Bakıda start götürəcək güləş üzrə Avropa çempionatı dünya idman ictimaiyyətinin diqqət

mərkəzindədir............................................................................................................................ 185

Üç Azərbaycan idmançısı Avropa çempionatının finalına çıxmışdır ....................................... 186 Azərbaycan yığması Avropa çempionatının favoritlərindən biridir ......................................... 187 Bakıda keçirilən güləş üzrə Avropa çempionatının birinci günü başa çatmışdır ...................... 188

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Belarusda keçirilmiş beynəlxalq turniri ikinci

pillədə başa vurmuşdur ............................................................................................................. 189

Azərbaycan güləşçiləri Mahaçqalada keçirilmiş beynəlxalq turnirdə 3 medal qazanmışlar ... 190

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanmışdır .................................. 191

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə iki gümüş və bir bürünc medal qazanmışlar ....... 192 Yunan-Roma və qadın güləşi üzrə Azərbaycan milli komandalarının Avropa Kuboku yarışları

üçün heyəti açıqlanmışdır ......................................................................................................... 193

Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb ....................................... 194 Güləşçilərimiz İstanbuldan Vətənə üç medalla qayıdıblar ....................................................... 195

Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında doqquz medal qazanıb .......................... 196 Azərbaycan güləşçiləri 2015-ci ildə 328 medal qazanıblar ...................................................... 197 Bakıda güləş üzrə beynəlxalq turnirin açılış mərasimi olub ..................................................... 198 Bakıda keçirilən beynəlxalq turnirdə sərbəst güləşçilərimiz 25 medala sahib olublar ............. 199

Dünya çempionatında Azərbaycan yeddi qadın güləşçi ilə təmsil olunacaq ............................ 200 Cüdo ....................................................................................................................................................... 201

Azərbaycan Milli Olimpiya Komitəsinin on illiyinə həsr olunmuş cüdo üzrə beynəlxalq yarışın

təntənəli açılışı .......................................................................................................................... 201 Həzi Aslanovun xatirəsinə həsr olunmuş Beynəlxalq yarış ...................................................... 202 Beynəlxalq yarış başa çatdı ....................................................................................................... 203

İlham Əliyev: "Azərbaycanda güclü cüdo məktəbi mövcuddur" ............................................. 204 Bakıda yeniyetmə cüdoçuların Avropa çempionatı başlamışdır............................................... 205 Cüdo üzrə Bakının yığma komandası beynəlxalq turnirdə dörd medal qazanmışdır .............. 206 Cüdoçuların İtaliya və Danimarkada uğurlu çıxışı ................................................................... 207 Bakıda paralimpıyaçı cüdoçular arasında Avropa çempionatı keçiriləcəkdir .......................... 208

Azərbaycan cüdoçusu Elnur Məmmədli dünya çempionatının gümüş mükafatçısıdır ............ 209 Azərbaycanın daha bir cüdoçusu dünya kuboku turnirinin bürünc medalını qazanmışdır ...... 210 Azərbaycanın 7 cüdoçusu Pekin Yay Paralimpiya oyunlarında iştirak etmək hüququ

qazanmışdır ............................................................................................................................... 211

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

6

Yerevanda cudo üzrə gənclər arasında keçirilən qitə çempionatında Azərbaycan dövlət himni

səslənmişdir ............................................................................................................................... 212

Elxan Məmmədov dünyanın ən güclü cüdoçularının turnirində beşinci yeri tutmuşdur ......... 213 Azərbaycan idmançısı dünya kuboku turnirində bürünc medal qazanmışdır ........................... 214 Olimpiya çempionu Elnur Məmmədli dünya kubokunun qalibi olmuşdur ............................. 215 Cüdo üzrə beynəlxalq “Masters” turnirinin təntənəli açılış mərasimi keçirilmişdir ................. 216 Bakıda “World Masters” beynəlxalq turniri başa çatdı ............................................................ 217

Azərbaycan cüdoçuları Avropa kuboku yarışlarında 16 medal qazanmışlar ............................ 218 Azərbaycan cüdoçusu Elnur Məmmədli ikiqat Avropa çempionu adını qazanmışdır .............. 219 Azərbaycan millisi dünya çempionatını lisenziya sayında dördüncü yerdə bitirmişdir .......... 220 Cüdo üzrə Dünya Kuboku yarışlarının təntənəli açılış mərasimi olmuşdur ............................. 221 Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlamışdır ......................................... 222

Kamran Məmmədov güləş üzrə yığmamıza London Yay Olimpiya Oyunlarına doqquzuncu

lisenziyanı qazandırmışdır ........................................................................................................ 223

Cüdo üzrə Azərbaycan yığması Avropa Kubokunda bürünc medal qazanmışdır .................... 224 Avropa çempionatından qayıtmış gənc cüdoçularla görüş keçirilmişdir .................................. 225 Beynəlxalq Сüdo Federasiyası noyabr ayı üçün yeni reytinq cədvəlini açıqlamışdır .............. 226 Gəncəli cüdoçular Türkiyədə keçirilən beynəlxalq yarışda dörd medal qazanmışlar............... 227 Azərbaycan cüdoçuları dünya çempionatında uğurla çıxış edirlər ........................................... 228

Azərbaycan cüdoçusu Sloveniyada keçirilmiş beynəlxalq turnirdə qızıl medal qazanmışdır .. 229

“Bakı-2015” ilk Avropa Oyunlarının cüdo proqramına salınmış paralimpiya yarışlarında

Azərbaycanı iki idmançı təmsil edəcək .................................................................................... 230 Paralimpiyaçı cüdoçularımız dünya kuboku yarışlarının ilk günündə iki medal qazanıblar .... 231

Azərbaycan cüdoçularından Samsun Qran-prisində üç medal ................................................. 232 Beynəlxalq Cüdo Federasiyası Olimpiya reytinq cədvəlini açıqlayıb ...................................... 233

Azərbaycan millisi Kubada keçirilən cüdo üzrə yarışda 59 ölkə arasında 2-ci yeri tutub ........ 234

Varşavada Avropa çempionatında tarix yazan Azərbaycan cüdoçuları Bakıya qayıdıblar ...... 235 Taekvando ............................................................................................................................................. 236

Bakıda taekvondo üzrə Avropa Olimpiya lisenziya turnirinin təntənəli açılış mərasimi.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində olmuşdur ......................................... 236 Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Taekvondo Federasiyasının Prezidenti

Çanqvon Çunu qəbul etmişdir................................................................................................... 238 Taekvondo üzrə yığmamızın aktivi 10 medalla zənginləşdi ..................................................... 239 Bakıda taekvondo üzrə komandalararası Avropa Kuboku yarışlarının təntənəli açılış mərasimi

keçirilmişdir .............................................................................................................................. 240

Bakıda taekvondo üzrə lisenziyalı turnirin keçirilməsi vaxtı müəyyənləşmişdir ..................... 241 Beynəlxalq turnirdə Azərbaycan taekvondoçuları 8 medal qazanmışlar .................................. 242 Azərbaycan taekondoçuları növbəti beynəlxalq yarışda uğurla çıxış etmişlər ......................... 243 Azərbaycanlı taekvondoçu Ramin Əzizov Almaniya açıq çempionatının bürünc medalını

qazanmışdır ............................................................................................................................... 244 Azərbaycan taekvondoçuları Las-Veqasda keçirilən “US Open” turnirində 5 medal

qazanmışlar ............................................................................................................................... 245

Azərbaycan taekvondoçuları Türkiyədə keçirilmiş beynəlxalq turnirdə beş medal qazanmışlar

................................................................................................................................................... 246 Azərbaycan taekvondoçuları İsveçrədə keçirilmiş beynəlxalq turnirdə dörd medal qazanmışlar

................................................................................................................................................... 247 Azərbaycan parataekvondoçuları Arubada keçirilmiş dünya çempionatında 15 medal

qazanmışlar ............................................................................................................................... 248 Azərbaycan taekvondoçuları “Paris Open” açıq beynəlxalq turnirində iştirak edəcəklər ....... 249 Taekvondo üzrə yığma komandamız gənclər arasında XIX Avropa birinciliyində beş medal

qazanmışdır ............................................................................................................................... 250

Azərbaycan taekvondoçusu dünya reytinq siyahısında liderliyini davam etdirir ..................... 251

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

7

Bakıda taekvondo üzrə yeniyetmələr arasında birinci dünya çempionatının təntənəli açılış

mərasimi keçirilib ..................................................................................................................... 252

Birinci Avropa Oyunlarının proqramına daxil olan taekvondo yarışlarında 128 idmançı iştirak

edəcək........................................................................................................................................ 253 Azərbaycan taekvondoçusu Rusiyada keçirilən Avropa çempionatında gümüş medala layiq

görülüb ...................................................................................................................................... 254 İstanbulda keçirilən turnirdə Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımız Vətənə

qayıdıblar .................................................................................................................................. 255 Azərbaycan taekvondoçuları komandalararası dünya çempionatının yarımfınalında Türkiyə ilə

qarşılaşacaq ............................................................................................................................... 256 IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışında 40 ölkədən idmançının iştirakı

təsdiqlənib ................................................................................................................................. 257 Bodibildinq ............................................................................................................................................ 258

Bakıda bodibildinq üzrə Avropa çempionatı. Bakı-2001 ......................................................... 258 Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çıxışı ................................................. 259 Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının

prezidenti Rafael Santonxani qəbul etmişdir ............................................................................ 260 Bakıda Avropa Bodibildinq və Fitness Federasiyasının konqresi keçirilmişdir ....................... 261

Azərbaycan idmançıları Bakıda keçirilən bodibildinq üzrə 64-cü dünya çempionatında 3 medal

qazanmışlar ............................................................................................................................... 262 Azərbaycan idmançısı Vüqar Verdiyev “Arnold Classic-2011” beynəlxalq festivalın bürünc

medalını qazanmışdır ................................................................................................................ 263

Azərbaycan bodibilderləri Avropa çempionatında çıxış etmişlər ............................................. 264 Azərbaycan idmançıları bodibildinq üzrə İrkutskda keçiriləcək beynəlxalq turnirdə iştirak

edəcəklər ................................................................................................................................... 265 Azərbaycan idmançısı Məhəmməd Paşayi bodibildinq üzrə 66-cı dünya çempionatında gümüş

medal qazanmışdır .................................................................................................................... 266 Azərbaycan idmançıları bodibildinq üzrə İrkutskda keçiriləcək beynəlxalq turnirdə iştirak

edəcəklər ................................................................................................................................... 267

Azərbaycan bodibildinqçiləri beynəlxalq turnirdə üç medal qazanıblar .................................. 268 Klassik bodibildinq üzrə dünya çempionatında Azərbaycan millisi bir gümüş medal qazanıb269

Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası birinci Avropa Oyunlarının təşkilini yüksək

qiymətləndirib ........................................................................................................................... 270 Həndbol ................................................................................................................................................. 271

Həndbol üzrə Beynəlxalq yarış başlandı ................................................................................... 271 Həndbol üzrə Beynəlxalq Turnir. Bakı, may 2002 ................................................................... 272 Həndbol üzrə Azərbaycan yığmasının rəqibləri müəyyənləşmişdir ......................................... 273 Azərbaycanın həndbolçu qızları Çağırış Kuboku yarışlarında mübarizəni dayandırmışlar .... 274 Qadın həndbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk

oyununu keçirmişdir ................................................................................................................. 275 Bakının ABU həndbol komandası Polşanın “Politexnika” kollektivi ilə qarşılaşacaqdır ........ 276

Həndbol üzrə Azərbaycan millisi Portuqaliya yığmasına qalib gəlmişdir ................................ 277 Bakının ABU həndbol komandasının Çellenc kuboku yarışlarının səkkidəbir final

mərhələsindəki potensial rəqibləri müəyyənləşmişdir .............................................................. 278 Həndbol üzrə Azərbaycan millisi Rusiyada keçirilmiş Beynəlxalq turnirdə gümüş medal

qazanmışdır ............................................................................................................................... 279

Bakının ABU həndbol komandası Çellenc kuboku yarışlarında iştirakını yekunlaşdırıb ........ 280 Bakının ABU həndbol komandası Çellenc kuboku turnirində ilk oyununu keçirib ................. 281 Kişi həndbolçularımız beynəlxalq turnirdə daha bir qələbə qazanıblar .................................... 282

Karate .................................................................................................................................................... 283 Bakıda “Prezident Kuboku” uğrunda karate üzrə Beynəlxalq Turnir başlamışdır ................... 283 Azərbaycanı beynəlxalq turnirdə təmsil edəcək karateçilərin adları məlumdur ....................... 284

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

8

Rəfael Ağayev karatenin WKF versiyası üzrə dördüncü dəfə dünya çempionu olmuşdur ..... 285

Azərbaycan idmançıları Ümumdünya Döyüş Sənəti Oyunlarında iştirak edəcəklər ................ 286

Karate üzrə III beynəlxalq “Baku Open” turniri başlamışdır ................................................... 287 Azərbaycan karateçiləri “Moskva ulduzları” dünya paytaxtları kuboku yarışlarında uğurla çıxış

etmişlər ...................................................................................................................................... 288 Azərbaycan idmançısı Səlahət Həsənov kyokuşin karate üzrə Avropa çempionu olmuşdur .. 289 Azərbaycan idmançıları Fransada keçirilən karate üzrə dünya çempionatında uğurla çıxış

etmişlər ...................................................................................................................................... 290 Azərbaycan karateçiləri 6-cı beynəlxalq “Moskva ulduzları” turnirində iştirak edəcəklər ...... 291 Polşada keçirilən dünya çempionatında iki karateçimiz fərqlənib ............................................ 292 Karate üzrə 55-ci Avropa çempionatı 2020-ci ildə Bakıda keçiriləcək .................................... 293 Azərbaycan karateçisi 12-ci dəfə Avropa çempionu adını qazandı .......................................... 294

Azərbaycan karateçiləri “Paris Open” beynəlxalq turnirini iki gümüş medalla başa vurublar 295

Karate üzrə Azərbaycan millisi Mərakeşdə beynəlxalq turnirdə iştirak edəcək ....................... 296 Ağır atletika .......................................................................................................................................... 297

Ağır atletikada uğurlar .............................................................................................................. 297 İlham Əliyev: "Azərbaycanın Ağır Atletika Federasiyası başqa federasiyaların arasında

birincilər sırasındadır" ............................................................................................................... 299

Yığmamız AC-dan iki "kiçik" bürünc medalla qayıdır............................................................. 300 Hafiz Süleymanov dünya çempionu adını qazanmışdır ............................................................ 302 Azərbaycanın veteran ağır atletləri dünya çempionu olmuşlar ................................................. 303 Ağır atletika üzrə Avropa çempionatında iştirak edəcək. Azərbaycan yığmasının tərkibi

müəyyən olunmuşdur ................................................................................................................ 304 Azərbaycan idmançısı ağır atletika üzrə dünya çempionatında gümüş medal qazanmışdır ..... 305

Beynəlxalq Ağır Atletika Federasiyasının növbəti konqresi Bakıda keçiriləcəkdir ................. 306 Azərbaycan idmançıları ağır atletika üzrə Avropa birinciliyində iştirak edirlər ...................... 307

Ağır atletika üzrə Azərbaycan millisi Polşada keçirilən dünya çempionatında altıncı olmuşdur

................................................................................................................................................... 308 IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku yarışlarında 23 ölkədən ağır atletlər birincilik

uğrunda mübarizə aparacaqlar .................................................................................................. 309 Ağır atletika üzrə Avropa çempionatında on iki idmançımız gücünü sınayacaq ..................... 310

Azərbaycanın ağır atletləri Avropa çempionatında mübarizə aparacaqlar .............................. 311 Bakıda ağır atletika üzrə beynəlxalq turnirdə yeddi ölkədən idmançılar mübarizə aparacaqlar

................................................................................................................................................... 312 Bakıda ağır atletika üzrə beynəlxalq turnirin qalibləri müəyyənləşib ...................................... 313

Ağır atletlərimiz Tailandda VII dünya çempionatında iştirak edəcəklər .................................. 314 Futbol ..................................................................................................................................................... 315

"Neftçi" çempionlar liqasının ikinci təsnifat mərhələsinin ilk görüşünü keçirmişdir. Azərbaycan

prezidenti İlham Əliyev oyunu izləmişdir ................................................................................ 315

Azərbaycanın Yığma Komandası 2006-cı il Dünya Çempionatının seçmə oyunlarında ilk

görüşünü keçirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev yarışı izləmişdir ........................ 316

Azərbaycan Prezidenti İlham Əliyev "Neftçi" futbol komandasının üzvlərini qəbul etmişdir . 317 Lənkəranda "Xəzər-Lənkəran" futbol klubunun stadionu ilə tanışlıq....................................... 320 "MKT-Araz" futbol klubunun yeni stadionu istifadəyə verilmişdir ......................................... 321 Azərbaycan yığması beynəlxalq futzal turnirinin qalibi olmuşdur ........................................... 322 Azərbaycan futzalçıları yarımfinala çıxmışlar .......................................................................... 323

“Araz” klubunun mübarizə aparacağı 3-cü qrupun oyunlarını idarə edəcək hakimlər və UEFA

nümayəndələri müəyyənləşmişdir............................................................................................. 324 Futzal üzrə UEFA kubokunun elit-raundunun keçiriləcəyi ölkələr müəyyənləşmişdir ............ 325 “Araz” klubunun rəqibləri müəyyənləşmişdir .......................................................................... 326 Bakının “İnter” futbol klubu “Birlik kuboku”na sahib olmuşdur ............................................. 327

Dünya çempionatın rəsmi sloqanı Lənkəranda təqdim edilmişdir ............................................ 328

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

9

Futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”-yə start

verilmişdir ................................................................................................................................. 329

Azərbaycanda futbol üzrə dünya çempionatı başlayır .............................................................. 330 UEFA prezidenti Azərbaycanda keçirilən dünya çempionatının final oyununu izləyəcəkdir . 331 İspaniya La Liqasında “Atletika” komandası “Real” ilə oyuna üzərində “Odlar Yurdu

Azərbaycan” yazılmış geyimlə çıxacaqdır ................................................................................ 332 Yığmalarımızın rəqibləri müəyyənləşəcəkdir ........................................................................... 333

UEFA futbol üzrə 17 və 19 yaşadək qızlardan ibarət milli komandaların reytinq siyahısını

açıqlamışdır ............................................................................................................................... 334 Azərbaycanın futbol yığması Bişkekdə Qırğızıstan komandası ilə heç-heçə oynamışdır ........ 335 Azərbaycan millisi “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində ilk qələbəsini qazanıb ..... 336 “Qarabağ”–“Tottenhem” qarşılaşmasında qonaqlar minimal hesabla qalib gəliblər ................ 337

“Qəbələ” futbol klubu Ukraynanın “Dnepr” komandası ilə qarşılaşıb ..................................... 338

Azərbaycanın U-17 millisi Monteneqroda ikinci olub ............................................................. 339

Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib .... 340 Otüstü xokkey ....................................................................................................................................... 341

Xokkeyçilərimizin Avropa meydanlarındakı çıxışına yekun vuruldu ...................................... 341 Prezident İlham Əliyev Otüstü Xokkey Federasiyasının rəhbərlərini, "Atasport" komandasının

üzvlərini və məşqçilərini qəbul etmişdir ................................................................................... 342 Azərbaycan xokkeyçiləri Avropa çempionatının yarımfinalına çıxmışlar .............................. 343 Azərbaycanın qadınlardan ibarət otüstü xokkey üzrə millisi dünya çempionatının seçmə

oyunlarına hazırlaşır .................................................................................................................. 344

Azərbaycanın gənc otüstü xokkeyçiləri Avropa çempionatında iştirak edəcəklər ................... 345 Otüstü xokkeyçilərdən ibarət Azərbaycan yığması Rusiya millisinə qalib gəlmişdir .............. 346

Gənc xokkeyçilərimizin rəqibləri bəlli olmuşdur ..................................................................... 347 Otüstü xokkey klublarımız Avrokuboklara yollanır ................................................................. 348

Portuqaliyada otüstü xokkey üzrə Avropa birinciliyi keçiriləcəkdir ........................................ 349 Otüstü xokkey üzrə kişilərdən ibarət Azərbaycan millisi Qətərdə keçiriləcək beynəlxalq

turnirdə iştirak edəcəkdir .......................................................................................................... 350

Kişi xokkeyçilərdən ibarət Azərbaycan milli komandası Dünya Otüstü Xokkey Liqası

yarışlarının növbəti mərhələsinə vəsiqə qazanmışdır ............................................................... 351

Azərbaycanın kişi otüstü xokkeyçilərdən ibarət komandası Avropa çempionatında iştirak

etmişdir...................................................................................................................................... 352 Kişi otüstü xokkeyçilərdən ibarət Azərbaycan millisi yenidən Çexiya yığması ilə qarşılaşacaq

................................................................................................................................................... 353 Basketbol ............................................................................................................................................... 354

Prezident İlham Əliyev Basketbol Federasiyasının rəhbərlərini, milli basketbol komandasının

üzvlərini və məşqçilərini qəbul etmişdir ................................................................................... 354 Ümumdünya Makkabi oyunları başa çatmışdır ........................................................................ 356

Basketbol üzrə Azərbaycan yığmasının Avropa çempionatındakı rəqibləri məlum olmuşdur357 Azərbaycanlı basketbolçular beynəlxalq turnirdə uğurla çıxış etmişlər ................................... 358

Ankarada tələbələrin beynəlxalq idman yarışları başlanmışdır ................................................ 359 Azərbaycan yığması Qazaxıstan klubunu darmadağın etmişdir ............................................... 360 Basketbol üzrə “Avro-2013”-ün seçmə mərhələsinin təqvimi müəyyənləşmişdir ................... 361 FİBA Azərbaycan Basketbol Federasiyası ilə birgə “3x3” proqramının həyata keçirilməsini

nəzərdə tutmuşdur ..................................................................................................................... 362

Bakıda Beynəlxalq Basketbol Federasiyasının təlimatçısı Nakiç Davorinin rəhbərliyi altında

hakimlər üçün seminar keçirilmişdir ......................................................................................... 363 Azərbaycan idmançısı “Red Bull King of the Rock-2013” final oyunlarında iştirak etmişdir. 364 Basketbol üzrə Azərbaycan millisi Gürcüstanda keçirdiyi yoldaşlıq oyunlarının hamısında qalib

gəlib ........................................................................................................................................... 365

Basketbol üzrə U-16 millimiz İranda gümüş medal qazanıb .................................................... 366

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

10

Basketbolçularımız “Novruz-2017” beynəlxalq turnirinin gümüş medalını qazanıblar ........... 367 Şahmat ................................................................................................................................................... 368

Azərbaycan şahmatçılarına dövlət qayğısı ................................................................................ 368 Gənclər arasında Avropa şahmat çempionatı start götürdü ...................................................... 369 Gənclər arasında şahmat üzrə Avropa çempionatı .................................................................... 370 Final qarşılaşmaları ................................................................................................................... 371

Teymur Rəcəbov Veyk-an-Zee turnirinin qalibidir .................................................................. 372 Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti seçilmişdir ............................................. 373 Teymur Rəcəbov yenidən liderlər qrupundadır ........................................................................ 374 Şahmat üzrə Azərbaycan yığma komandası Avropa çempionu olmuşdur .............................. 375 Azərbaycan komandası dünya çempionatında 3-cü yerə yüksəlmişdir .................................... 376

Azərbaycan şahmatçıları dünya çempionatının liderləri sırasındadırlar ................................... 377 Azərbaycan qrossmeysteri Eltac Səfərli FİDE–nin yüksək reytinqə malik 20 gənc şahmatçısı

siyahısındadır ............................................................................................................................ 378 Azərbaycan şahmatçısı İtaliyada beynəlxalq turnirin qalibi olmuşdur ..................................... 379 Azərbaycan şahmatçıları Sevilya turnirində müvəffəqiyyətlə mübarizə aparırlar ................... 380 Beynəlxalq Şahmat Federasiyası yeni reytinq cədvəlini açıqlamışdır ...................................... 381 Şahmat Olimpiadası-2016 Azərbaycanda keçiriləcək .............................................................. 382

Bakıda şahmat üzrə dünya kuboku yarışlarına və Dünya Şahmat Olimpiadasına Azərbaycanın

ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanmışdır ............................................................... 383 Avropa çempionları Vətənə dönmüşlər .................................................................................... 384 “Qatar Masters Open 2014” turnirində ən yaxşı nəticə Azərbaycan şahmatçılarına məxsusdur

................................................................................................................................................... 385 İslandiyada “Reykyavik Open 2015” beynəlxalq şahmat turniri keçiriləcək ........................... 386

Azərbaycan şahmatçıları “Aeroflot Open 2015” beynəlxalq turnirində uğurla çıxış edirlər .... 387 Gənclər və idman naziri İsveçrədəki görüşlərində Azərbaycanda keçiriləcək yarışlar barədə

məlumat verib ........................................................................................................................... 388 Hollandiyada beynəlxalq şahmat turnirində yarışan idmançılarımız heç-heçə ediblər ............ 389 Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək ................................. 390

Azərbaycan komandaları Bakı Şahmat Olimpiadasının ikinci turunda uğurla mübarizə aparıblar

................................................................................................................................................... 391

ABŞ və Çin şahmatçıları Bakı Olimpiadasının qalibi olublar .................................................. 392 Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib ...... 393 “Shamkir Chess-2017” şahmat turnirinin beşinci turuna start verilir ....................................... 395 Teymur Rəcəbov: Dünya şahmat tacı uğrunda mübarizə aparmaq istəyirəm .......................... 396

Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Avropa çempionu olub ............................ 398 Azərbaycan şahmatçısı iddiaçılar turnirinə qələbə ilə başlayıb ................................................ 399

Tennis .................................................................................................................................................... 400 Azərbaycan tennisçiləri beynəlxalq turnirlərdə iştirak edəcəklər ............................................. 400

Azərbaycan yığmasının stolüstü tennis üzrə Avropa çempionatındakı rəqibləri müəyyən

edilmişdir .................................................................................................................................. 401

Azərbaycan tennisçiləri beynəlxalq turnirin qalibləridir .......................................................... 402 Azərbaycan növbəti beynəlxalq turnirlərə ev sahibliyi edəcəkdir ........................................... 403 Azərbaycanlı tennisçilər Avropa çempionatında iştirak edirlər ................................................ 404 2011-ci ildə Azərbaycanda, Belçikada və ABŞ-da yeni tennis turnirləri keçiriləcəkdir .......... 405 İstanbulda qadın tennisçilər arasında dünya çempionatı başlamışdır ....................................... 406

Stolüstü tennis üzrə Azərbaycan milli komandaları Avropa təsnifat çempionatının I

mərhələsində iştirak etmişlər .................................................................................................... 407 Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq təlim-məşq toplanışına qatılmışlar .................. 408 Stolüstü tennis üzrə Avropa “Top-16” turnirinin rəsmi açılışı olub ......................................... 409 Azərbaycan Prezidenti İlham Əliyev Avropa Stolüstü Tennis Birliyinin prezidentini qəbul edib

................................................................................................................................................... 410

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

11

Azərbaycanda keçirilən beynəlxalq idman yarışları həm də multikulturalizm prinsiplərinə

sadiqliyin göstəricisidir ............................................................................................................. 411

Stolüstü tennisçilərimiz qızlar arasında İsveçdə keçirilən açıq turnirdə fəxri kürsüdə yer alıb 412 Üzgüçülük .............................................................................................................................................. 413

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 11 medal qazanmışlar ......................................... 413 Azərbaycanın yeniyetmə üzgüçüləri Gürcüstanın açıq çempionatında iştirak edəcəklər ........ 414

Üzgüçülük üzrə dünya çempionatında Azərbaycanı 3 idmançı təmsil edəcəkdir .................... 415 Almaniyada paralimpiyaçıların üzgüçülük üzrə Avropa çempionatı başa çatmışdır ............... 416 Azərbaycan idmançısı İslam Həmrəyliyi Oyunlarının üzgüçülük yarışlarında gümüş medal

qazanmışdır ............................................................................................................................... 417 Üzgüçülük üzrə yığma komandamız Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək

................................................................................................................................................... 418 Azərbaycan üzgüçüsü Şotlandiyada ikinci olub ....................................................................... 419

Paralimpiyaçılarımız Polşa açıq çempionatında uğur qazanıblar ............................................. 420 Üzgüçülük üzrə qış çempionatına start verilib .......................................................................... 421

Yüngül atletika ..................................................................................................................................... 422 Azərbaycan atletləri Volqoqradda beynəlxalq turnirdə bir qızıl, iki bürünc medal qazanmışlar

................................................................................................................................................... 422 Bakıda Aleksandr Antipovun xatirəsinə həsr olunmuş Beynəlxalq Atletika turnirinin qalibləri

məlum olmuşdur ....................................................................................................................... 423 Atletikanın inkişafına dair yeni strateji plan hazırdır ................................................................ 424

Ramil Quliyev Azərbaycan rekordunu təzələmişdir ................................................................. 425 Ramil Quliyev Yüngül atletika üzrə Avropa çempionatında çıxış edəcəkdir .......................... 426

Azərbaycan paralimpiyaçısı dünya çempionu oldu .................................................................. 427 Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndirir . 428 Beynəlxalq Paralimpiya Komitəsi atıcılıq üzrə dünya reytinq cədvəlini açıqlamışdır ............. 429

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası Azərbaycan sprinteri ilə əlaqədar

qərar qəbul etmişdir .................................................................................................................. 430

Azərbaycan yığması yüngül atletika üzrə dünya çempionatında iştirak edir ............................ 431 Azərbaycan olimpiyaçıları yüngül atletika üzrə Avropa çempionatında çıxış edəcəklər ......... 432

Azərbaycanlı yüngül atlet dünya çempionatının finalında çıxış etmişdir ................................. 433 Azərbaycanlı yüngül atlet Avropa çempionatında ikinci qızıl medal qazanmışdır .................. 434 Azərbaycan idmançısı Polşada keçiriləcək yüngül atletika üzrə qış dünya çempionatında iştirak

edəcəkdir ................................................................................................................................... 435

Azərbaycan atleti veteranlar arasında Avropa çempionatında bürünc medal qazanıb ............. 436 Azərbaycanlı atlet Qazaxıstanda beynəlxalq yarışda qızıl medal qazanıb ............................... 437 Naxçıvan Muxtar Respublikası beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib ................. 438

Qılıncoynatma ....................................................................................................................................... 440 Bakıda qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatının açılış mərasimi

olmuşdur.................................................................................................................................... 440

Azərbaycan qılıncoynadanları dünya çempionatının rəqibləri məlumdur ................................ 441 Səbinə Mikina və Sevil Bünyatova qılıncoynatma üzrə dünya çempionatında iştirak edirlər 442 Azərbaycan şpaqaçısı Qran-pri turnirinin mərhələ yarışlarında 28-ci yeri tutmuşdur............. 443 Azərbaycan şpaqaçıları Anatoli Samburovun xatirəsinə həsr olunmuş Ümumrusiya turnirində

3-cü yeri tutmuşlar .................................................................................................................... 444

Azərbaycan qılıncoynadanları Gürcüstanın açıq çempionatında səkkiz medal qazanmışlar .. 445 Azərbaycan qılıncoynadanları Avropa çempionatında iştirak etmişlər .................................... 446 Azərbaycanlı idmançı qılıncoynatma üzrə beynəlxalq turnirdə qızıl medal qazanmışdır ....... 447 Slovakiyanın paytaxtı Bratislavada qılıncoynatma üzrə Avropa Olimpiya təsnifat turnirində

Azərbaycan idmançıları da iştirak edəcəklər ............................................................................ 448 Azərbaycan qılıncoynadanları Dünya Kuboku yarışlarında iştirak etmişlər ............................ 449 Azərbaycan qılıncoynadanları beynəlxalq turnirlərdə uğurla çıxış etmişlər ............................ 450

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

12

Kazanda keçirilən 27-ci Dünya Universiadasının üçüncü günündə on iki Azərbaycan idmançısı

mübarizə aparacaqdır ................................................................................................................ 451

Paralimpiyaçılarımız İtaliyada keçiriləcək qılıncoynatma üzrə dünya kuboku yarışında iştirak

edəcəklər ................................................................................................................................... 452 Azərbaycan qılıncoynadanı Pekində keçirilmiş dünya kuboku yarışlarında iştirak etmişdir .. 453 Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə uğurla çıxış ediblər .................................. 454 Qılıncoynadanlarımız Fransada bürünc medal qazanıblar ........................................................ 455

Qılıncoynadanımız Sabina Mikina ABŞ Qran-prisində bürünc medal qazanıb ....................... 456 “Neftçi İdman Klubu”nun qılıncoynadanları ölkə birinciliyində beş medal qazanıblar ........... 457 Qılıncoynadanımız Kənan Əliyev dünya kuboku yarışlarına uğurlu start verib ...................... 458 Azərbaycan qılıncoynadanı “Satellite” turnirində altıncı yeri tutub ......................................... 459

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

13

V FƏSİL

Beynəlxalq yarışlar

Azərbaycan Prezidenti Heydər Əliyev öz çıxışlarından birində demişdir: "Keçmiş dövrlərdə də, əsrlərdən-

əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür idman oyunlarında

nümayiş etdirənlərimiz də olubdur. Ancaq məlum səbəblərə görə bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb,

dünya miqyasına çıxmayıbdır." Məlum səbəblər ölkənin müstəqil olmaması idi. Sovetlər İttifaqının tərkibində

olan Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər, o cümlədən yüksək səviyyəli beynəlxalq yarışları keçirmək

mümkün olmamışdır. Azərbaycan yalnız müstəqillik əldə etdikdən sonra belə bir imkanı əldə edə bilibdir. Lakin

həmin imkanın özündən istifadə etmək də o qədər asan deyildi. Ermənistanın ölkəmizə təcavüzü, Azərbaycan

həqiqətlərinə başqa don geydirilməsi idman nümayəndə heyətlərinin belə bu diyara gəlməsinə mane olurdu.

Ərazisində müharibə odları hələ sönməmiş Azərbaycana nəinki beynəlxalq yarışlar salmağa, hətta bir komanda

göndərmək üstündə hay-küy qaldırılırdı.

1997-ci ildə Milli Olimpiya Komitəsi ölkənin beynəlxalq idman nüfuzunu artırmaq, Azərbaycanın

müstəqil dövlət kimi mötəbər idman yarışlarını təşkil edib keçirməyə qadir olduğunu sübut etmək sahəsində

ciddi iş görməyin vacibliyini ön plana çəkdi. Bunun üçün birinci növbədə beynəlxalq əlaqələri qüvvətləndirmək,

beynəlxalq yarış və turnirlər təşkil etmək tələb olunurdu. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti

Ənvər Çoudrinin şərəfinə Bakıda keçirilən boks yarışları ilk belə turnir oldu. Ənənəvi boks turniri öz arxasınca

kadetlər arasında Avropa çempionatını, sonralar dünya çempionatını Bakıya gətirməyə imkan verdi. Beynəlxalq

əlaqələrin düzgün məcraya salınması digər idman növlərində də mötəbər yarışların Azərbaycanda keçirilməsinə

əsaslı zəmin yaratdı. Beləliklə, Milli Olimpiya Komitəsi qarşısına qoyduğu daha bir məqsədi həyata keçirtdi.

Azərbaycanda beynəlxalq yarışların keçirilməsinin mümkünsüzlüyü haqqındakı mif dağıdıldı. Bakı dünyanın

idman mərkəzlərindən biri kimi ad qazanmağa başladı. Beləliklə, Azərbaycanda dalbadal müxtəlif beynəlxalq

yarışların keçirilməsi reallaşdı. Milli Olimpiya Komitəsinin bilavasitə iştirakı ilə təşkil olunmuş belə yarışlar,

onların təşkili və gedişinə ötəri də olsa nəzər salaq.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

14

Gimnastika

Gimnastika Federasiyasının yeni prezidenti seçildi

Milli Olimpiya Komitəsində Azərbaycan gimnastika federasiyasının seçki konfransı keçirildi. AzərTAc

müxbirinə Gənclər, İdman və Turizm nazirliyinin mətbuat xidmətində xəbər verildiyi kimi, konfransda çıxış

edən nazir Əbülfəz Qarayev, idman veteranları federasiya fəaliyyətinin aktivləşmə və Azərbaycan gimnastika

idmançılarının beynəlxalq yarışlarda yüksək mükafat qazanması şöhrətinin bərpa olunması zəruriyyətini qeyd

etdilər.

Ölkənin ictimai həyatında böyük təcrübəsini və federasiya üzvlərinin bir çox müraciətlərini nəzərə alaraq

gimnastika federasiyasının prezidenti "Azərbaycan mədəniyyətinin dostları fondunun" prezidenti Mehriban

Əliyeva seçildi.

Konfransda çıxış edən Mehriban Əliyeva federasiya üzvlərinə öz təşəkkürünü bildirdi və iştirakçıları

inandırdı ki, həmin idman növünün inkişafı üçün əlindən gələni edəcəkdir.

12. 10. 2002

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

15

Azərbaycan paytaxtında daha bir idman bayramı keçiriləcək

MOK rəhbəri İlham Əliyevin Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi ilə

görüşündə Bakıda təşkil olunacaq gimnastika üzrə Dünya kuboku yarışlarına hazırlıq müzakirə edilib.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Beynəlxalq

Gimnastika Federasiyasının prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Bruno Qrandi başda olmaqla

Federasiyanın nümayəndə heyətini qəbul edib.

İlham Əliyev qonaqları MOK üzvləri adından salamlayaraq, onlara Azərbaycanda idmanın inkişafı

haqqında ətraflı məlumat verib. MOK prezidenti bildirib ki, ölkəmiz idmanın bir çox növlərində xeyli tərəqqi

əldə edib, Azərbaycan idmançıları Sidneydə keçirilmiş Olimpiya oyunlarında yaxşı nəticələrə nail olublar.

İlham Əliyev gimnastikanı Olimpiya oyunlarının mühüm hissəsi və idmanla incəsənətin vəhdət təşkil etdiyi növ

adlandıraraq bildirib ki, Azərbaycan Gimnastika Federasiyasının yeni rəhbərliyinin səyləri sayəsində uşaqlar və

gənclər arasında gimnastikaya maraq artıb. MOK-un və Milli Gimnastika Federasiyasının başlıca məqsədi

gimnastlarımızın Olimpiya oyunlarında iştirakı üçün lisenziyalar qazanmaqdır.

Daha sonra İlham Əliyev Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, müxtəlif

federasiyaların ölkəmizdə idmanın inkişafına yönəldilmiş birgə fəaliyyətindən danışıb. O, qonaqları əmin edib

ki, bu təşkilatlar cari ilin yayında Bakıda gimnastika üzrə Dünya kuboku uğrunda mərhələ yarışlarının və 2005-

ci ilin avqustunda dünya çempionatının uğurla keçirilməsi üçün səylərini əsirgəməyəcəklər.

Bruno Qrandi səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək bildirib ki, onların səfərində əsas

məqsəd gimnastika üzrə iki mötəbər yarışın keçiriləcəyi Azərbaycanın idman komplekslərindəki şəraitlə tanış

olmaqdır. O vurğulayıb ki, Beynəlxalq Gimnastika Federasiyası yerli federasiyalarla əlaqələrə çox böyük diqqət

yetirir, onlara hər vasitə ilə kömək etməyə çalışır. Bu baxımdan, Azərbaycan Gimnastika Federasiyası diqqət

mərkəzindədir, çünki o, Bakıda belə genişmiqyaslı yarışların keçirilməsi ilə əlaqədar çox iş görməli olacaqdır.

Bu yarışlardan ən əhəmiyyətlisi 55-dək ölkənin idmançılarının iştirakı ilə keçiriləcək və gedişini 200-dən

çox jurnalist işıqlandıracaq dünya çempionatıdır. "Çempionatın keçirildiyi günlərdə şəhəriniz bütün dünyanın

diqqət mərkəzində olacaq, ona görə də turnirə yaxşı hazırlaşmaq üçün biz fəal əməkdaşlıq etməliyik" - deyə

qonaq əlavə edib. Onun sözlərinə görə, Bakının idman qurğuları yüksək səviyyədədir, başçılıq etdiyi federasiya

isə texniki yardım göstərəcək. Sonra İlham Əliyev və Bruno Qrandi bu məsul yarışların təşkili ilə bağlı bir sıra

digər məsələləri müzakirə etdilər. Qəbulda Gənclər, İdman və Turizm naziri Əbülfəs Qarayev, Milli Gimnastika

Federasiyasının prezidenti Mehriban Əliyeva iştirak ediblər.

“Bizim Əsr”, 28 aprel 2003-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

16

Bakıda Bədii Gimnastika üzrə Dünya Kubokunun

ikinci mərhələsi başlanmışdır

Avqustun 9-da Bakıda, İdman-Konsert Kompleksində bədii gimnastika üzrə Dünya kubokunun ikinci

mərhələsi start götürmüşdür. Yarışlarda 17 ölkənin - Azərbaycan, Rusiya, ABŞ, Gürcüstan, Estoniya,

Macarıstan, İtaliya, Hindistan, İspaniya, Qazaxıstan, Özbəkistan, Belarus, Bolqarıstan, Böyük Britaniya,

Almaniya, İsrail və Yaponiyanın idmançıları iştirak edir. Onların arasında Alina Kabayeva və İrina Çaşina

(Rusiya), İnna Jukova (Belarus), Elizabet Paiseva (Bolqarıstan), Almudena Sid (İspaniya) kimi dünya şöhrətli

gimnastlar da var. Bu, respublikamız Beynəlxalq Gimnastika Federasiyasına daxil olduqdan sonra Bakıda bədii

gimnastika üzrə keçirilən ilk mötəbər yarışdır. Bu yarışın paytaxtımızda keçirilməsində Azərbaycan Bədii

Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın böyük rolu var.

Yarışda ölkəmizi 5 idmançı - Dinara Gimatova, Dina Qorina, Valeriya Yeqay, Nurcahan Əsgərova və Vəfa

Hüseynova təmsil edirlər.

Həmin günün səhəri idmançı qızların müsabiqədənkənar çıxışları oldu, sonra "B" qrupunda mübarizə aparan

gimnastlar öz ustalığını nümayiş etdirdilər. Müsabiqədənkənar çıxış edənlər arasında ən yaxşı nəticələri Rusiya

idmançıları göstərdilər. Azərbaycan idmançısı Valeriya Yeqay 20,5 bal toplayaraq, bu kateqoriyada 4-cü yeri

tutdu. "B" kateqoriyasında Rusiya, İspaniya və İsrail idmançıları fərqləndilər.

Axşam isə yarışların təntənəli açılış mərasimi oldu. Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş

nazir, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz

Mehdiyev, Baş nazirin birinci müavini Artur Rasizadə, Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti

Mehriban xanım Əliyeva iştirak edirdilər.

Mərasim bədii proqramla başlandı. Proqramda milli musiqi alətlərində ifa olunan melodiyalar səsləndi, rəqs

kollektivləri çıxış etdilər.

Sonra iştirakçıların paradı başlandı.

Mərasimi respublikanın Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev açdı.

Azərbaycanın Dövlət himni əzəmətlə səsləndi.

Qədim Qız qalasının maketi üzərində turnirin məşəli alovlandırılırdı. Dünya və Avropa çempionları adına

layiq görülmüş Rusiya Federasiyasının yığma komandası nümunəvi proqramla çıxış etdi.

Bakı İdman-Konsert Kompleksində "Olimpiya marşı" səsləndirildi. Açılış mərasiminə toplaşmış 8 mindən

çox tamaşaçı ölkəmizin idmançılarının olimpiya oyunlarında çıxışlarından bəhs edən videokadrların nümayişini

gurultulu, sürəkli alqışlarla qarşıladılar.

Rəsmi hissə başa çatdıqdan sonra "A" kateqoriyası üzrə yarışlara start verildi. İdmançılar çoxnövçülükdə

şəxsi birincilik uğrunda mübarizəyə başladılar.

Şəxsi birincilikdə Rusiya idmançısı Alina Kabayeva 108,13 bal toplayaraq qalib gəldi. Onun həmyerlisi

İrina Çaşina gümüş medalın sahibi oldu. 102,03 bal toplayan Azərbaycan idmançısı Dinara Gimatova bürünc

medal qazandı. Medalları Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva,

Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev və Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika

üzrə Texniki Komitəsinin prezidenti xanım Eqle Abruzini təqdim etdilər.

Avqustun 10-da ayrı-ayrı növlər üzrə yarışlar keçiriləcək və turnirin təntənəli bağlanış mərasimi olacaqdır.

Azərbaycanın Baş naziri İlham Əliyevin dövlət televiziyasının müxbirinə

müsahibəsi

Avqustun 9-da Azərbaycanın Baş naziri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Azərbaycan

dövlət televiziyasının müxbirinə müsahibə vermişdir.

SUAL: İlham müəllim, son vaxtlar Azərbaycanda beynəlxalq yarışların, müxtəlif idman tədbirlərinin

keçirilməsi ənənə halını almışdır. Bədii gimnastika üzrə bugünkü yarışın keçirilməsi də Azərbaycanın idman

tarixində mühüm hadisə deyilmi?

CAVAB: Mən razıyam. Doğrudan da bu, Azərbaycanın idman tarixində mühüm hadisədir, əlamətdar bir

haldır. Artıq bir neçə dəfə Azərbaycanda beynəlxalq yarışlar, dünya, Avropa çempionatları, kubok yarışları

keçirilibdir. Bu, onu göstərir ki, beynəlxalq idman qurumlarının Azərbaycana münasibəti çox xoşdur, bizim

fəaliyyətimiz çox yüksək qiymətləndirilir. Biz də hər bir beynəlxalq yarışın təşkilində çalışırıq ki, onu ən yüksək

səviyyədə keçirək. Bundan əlavə, deyə bilərəm ki, Azərbaycan dünyada, bəlkə də, yeganə bir ölkədir ki,

Olimpiya oyunlarına hazırlıq mərhələsində burada idmanın üç növü üzrə lisenziya turnirləri keçiriləcəkdir.

Azərbaycanda boks, taekvondo və voleybol üzrə beynəlxalq turnirlər keçiriləcəkdir ki, bu da öz növbəsində

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

17

idmançılarımıza daha da gözəl şərait yaradacaqdır. Bilirsiniz ki, Azərbaycanda idman sürətlə, hərtərəfli inkişaf

edir. İdmançılarımız beynəlxalq yarışlarda gözəl nəticələr göstərirlər. Azərbaycanda idmanın maddi-texniki

bazası ən yüksək səviyyədə yenidən yaradılıbdır. Əlbəttə, beynəlxalq yarışların Azərbaycanda keçirilməsi

ölkədə idmana böyük bir təkan verir, gənc, yeniyetmə idmançılarımız, uşaqlar bunu görüb həvəslənirlər.

Əminəm ki, bu, həm də Azərbaycanda idmanın kütləviliyinə gətirib çıxaracaqdır. Əsas məqsədimiz də məhz

budur. Yəni, uşaqlarımız idmanla məşğul olsunlar, öz fiziki sağlamlığını möhkəmləndirsinlər və Azərbaycanda

gözəl, fiziki və mənəvi cəhətdən güclü nəsil yetişsin.

SUAL: İlham müəllim, bugünkü idman bayramında 17 ölkədən nümayəndə heyəti iştirak edir. Beynəlxalq

təşkilatların nümayəndələri də bu tədbirə qatılıblar. Belə bir idman yarışlarının Azərbaycanda keçirilməsini

ölkəmizdəki ictimai-siyasi sabitliyin davamlı xarakter alması ilə də izah etmək olarmı?

CAVAB: Şübhəsiz. Əgər Azərbaycanda ictimai-siyasi sabitlik olmasaydı, təbii ki, belə turnirlərin,

yarışların keçirilməsi də qeyri-mümkün olacaqdı. Azərbaycanın ən böyük sərvəti ondadır ki, Heydər Əliyevin

rəhbərliyi altında son on ildə ölkədə sabitlik, ictimai-siyasi asayiş hökm sürür. Bu, xalqımız, ictimaiyyətimiz

üçün ən böyük sərvətdir, ən böyük qazancdır. Əlbəttə, belə bir rahat, sakit şəraitdə hər bir idman tədbirini, digər

tədbirləri keçirmək mümkündür. Mən sizə deyə bilərəm ki, Beynəlxalq Gimnastika Federasiyasının

nümayəndələri təxminən bir neçə ay bundan əvvəl təftiş məqsədi ilə Azərbaycana gəlmişdilər və burada bizim

imkanlarımızı öyrənmiş, mövcud idman qurğuları ilə tanış olmuşdular. Onlar bizə böyük məmnuniyyət hissi ilə

bildirmişdilər ki, Azərbaycanda nəinki idmanla məşğul olmaq üçün imkanlar, böyük beynəlxalq yarışlar

keçirmək üçün gözəl idman qurğular var, eyni zamanda, ölkədə gözəl əhval-ruhiyyə, ab-hava hökm sürür. Bütün

bu amillər ölkəmizdə belə yarışların keçirilməsinə imkan verir. Əminəm ki, gələcəkdə də Azərbaycanda neçə-

neçə beynəlxalq yarışlar, çempionatlar keçiriləcəkdir. Bu da öz növbəsində bizim idmansevərlərimizi

sevindirəcəkdir.

SUAL: Siz indi ölkəmizdəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Yəni narahatçılıq üçün hər

hansı bir əsas varmı?

CAVAB: Narahatçılıq üçün heç bir əsas yoxdur. İctimai-siyasi vəziyyət sabitdir. Hər şey qaydasındadır.

Azərbaycan inkişaf edir, irəliyə gedir. Azərbaycan qarşıda qoyduğu bütün vəzifələri həyata keçirir . Əminəm ki,

bundan sonra da belə olacaqdır.

SUAL: İlham müəllim, respublika ictimaiyyəti Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı

xəbərləri maraqla, ümidlə izləyir. Şükürlər olsun ki, Amerika Birləşmiş Ştatlarından nikbin xəbərlər alınır.

Cənab Prezidentin səhhəti ilə bağlı son məlumat necədir?

CAVAB: Mən deyə bilərəm ki, - ictimaiyyət də bunu bilir, - cənab Prezident ora çatandan sonra Klivlend

klinikası dövlətimizin başçısının sağlamlığı ilə bağlı rəsmi məlumat vermişdi. O da mətbuata çatdırılmışdır.

Eyni zamanda, deyə bilərəm ki, mən bu gün cənab Prezidentlə iki dəfə telefonla danışdım. Oranın vaxtı ilə

dünən axşam saat on bir, bizdə səhər saat səkkiz idi. Bir də günorta, saat 4-də danışdım. Cənab Prezidentin

səhhətində heç bir problem yoxdur. Özünü çox yaxşı, gümrah hiss edir. Əhval-ruhiyyəsi də yaxşıdır. O da

bilirdi ki, bu gün Azərbaycanda belə bir mötəbər idman yarışı keçirilir. Xahiş etmişdi ki, mən onun salamlarını,

ən xoş arzularını Azərbaycan xalqına çatdıram. Mən də bunu məmnuniyyətlə edirəm. Allaha şükürlər olsun ki,

cənab Prezidentin müalicəsində çox müsbət dəyişikliklər vardır. Əminəm ki, yaxın gələcəkdə o, Vətənə

dönəcəkdir. Çox sağ olun.

11. 08. 2003

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

18

Bakıda Bədii Gimnastika üzrə Dünya Kubokunun

ikinci mərhələsi uğurla başa çatdı

Avqustun 10-da Bakının İdman-Konsert Kompleksində bədii gimnastika üzrə Dünya kubokunun ikinci

mərhələsinə yekun vurulmuşdur. Xəbər verdiyimiz kimi, yarışlarda 17 ölkənin - Azərbaycan, Rusiya, ABŞ,

Gürcüstan, Estoniya, Macarıstan, İtaliya, Hindistan, İspaniya, Qazaxıstan, Özbəkistan, Belarus, Bolqarıstan,

Böyük Britaniya, Almaniya, İsrail və Yaponiya idmançıları iştirak edirdilər. Onların arasında Alina Kabayeva

və İrina Çaşina (Rusiya), İnna Jukova (Belarus), Simona Peyçeva (Bolqarıstan), Almudena Gid (İspaniya) kimi

dünya şöhrətli gimnast qızlar var idi. Bu yarışın paytaxtımızda keçirilməsində Azərbaycan Bədii Gimnastika

Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın böyük rolu vardır.

Yarışlarda ölkəmizi beş idmançı - Dinara Gimatova, Dina Qorina, Valeriya Yeqay, Nurcahan Əsgərova və

Vəfa Hüseynova təmsil edirdilər.

Avqustun 9-da çoxnövçülükdə qalib adını tanınmış Rusiya gimnastı Alina Kabayeva qazanmış, ikinci yeri

onun həmvətəni İrina Çaşina tutmuşdur. Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq, Dinara Gimatova

Dünya kuboku yarışlarında mükafata layiq üçüncü yerə çıxmışdır.

Yarışların birinci gününün yekunlarına əsasən, 8 gimnast - Alina Kabayeva, İrina Çaşina (Rusiya), Simona

Peyçeva, Yelizavet Paisiyeva (Bolqarıstan), İnna Jukova, Svetlana Rudalova (Belarus), Almudena Gid

(İspaniya) və Dinara Gimatova (Azərbaycan) finala çıxaraq, ayrı-ayrı hərəkətlərdə qalib adı uğrunda mübarizə

aparmışlar.

Həlqə ilə hərəkətlərin yerinə yetirilməsi yarışlarında gərgin mübarizə getmişdir. İrina Çaşina və Alina

Kabayevə müvafiq surətdə qızıl və gümüş, Simona Peyçeva bürünc medal qazanmışlar. Dinara Gimatova

Peyçevaya cəmi bir neçə bal uduzaraq, 4-cü yeri tutmuşdur.

Sonra qızlar topla hərəkətlərdə yarışdılar. Bu növdə də Rusiya nümayəndələri fərqlənərək, ilk iki yeri öz

aralarında bölüşdülər. Lakin bu dəfə Alina Kabayeva qalib gəldi. Gümüş medala onun komanda rəfiqəsi Çaşina

layiq görüldü. Yaxşı texnika və yüksək artistizm nümayiş etdirən həmyerlimiz Dinara Gimatova bürünc

mükafata sahib oldu.

Gürzlərlə hərəkətlərdə də ilk üç yerə həmin gimnastlar çıxdılar. Alina Kabayeva yenə qızıl medal qazansa

da, gümüş mükafatı Azərbaycan komandasının üzvü əldə etdi, "bürünc" Çaşinaya verildi.

Yarışların sonuncu növündə - lentlə hərəkətlərdə rusiyalılar Alina Kabayeva və İrina Çaşina, belaruslu İnna

Jukova qüsursuz çıxış etdilər. Onlar fəxri kürsüyə də bu ardıcıllıqla çıxdılar.

Bakı turnirində uğurlu çıxışına görə xüsusi kubok mütləq Avropa və dünya çempionu Alina Kabayevaya

təqdim edildi.

Beynəlxalq Gimnastika Federasiyasının vitse-prezidenti Andre Qaisbuxler yarışların bağlanış mərasimində

çıxış edərək bildirdi ki, gimnastların mübarizəsi yüksək səviyyədə keçdi, idmançılar və onların məşqçiləri,

hakimlər, qonaqlar üçün çox əlverişli şərait yaradılmışdı. O, buna görə Milli Olimpiya Komitəsinin rəhbərliyinə

və şəxsən Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdi. O

dedi ki, gələn ilin aprelində Bakıda Dünya kuboku yarışları, 2005-ci ildə isə idmanın bu növü üzrə Dünya

çempionatı keçiriləcəkdir.

Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi adından Andre Qaisbuxler bu idman təşkilatının

bayrağını Mehriban xanım Əliyevaya təqdim etdi.

Bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələsi bu ilin payızında İspaniyanın Saraqosa

şəhərində keçiriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

19

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev

Beynəlxalq Gimnastika Federasiyasının nümayəndə heyətini

qəbul etmişdir

Aprelin 25-də Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un

inzibati binasında avqustun 7-11-də paytaxtımızda keçiriləcək bədii gimnastika üzrə Dünya kubokunun A

kateqoriyalı mərhələsinə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün ölkəmizə gələn Beynəlxalq Gimnastika

Federasiyasının prezidenti Bruno Qrandi, baş katib Norbert Buşe, baş katibin müavini Andre Quisbuhler və

bədii gimnastika üzrə Texniki Komitənin rəhbəri xanım Egle Abruzzinidən ibarət nümayəndə heyətini qəbul

etmişdir.

Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev qonaqları salamlayaraq

dedi:

- Hörmətli cənab prezident, hörmətli qonaqlar!

Çox şadam ki, ölkəmizə səfər etmisiniz. Ümid edirəm ki, səfəriniz maraqlı və məhsuldar keçəcəkdir.

Bilirəm ki, bizim idmanımızın vəziyyəti ilə tanış olmaq istəyirsiniz. Əlbəttə, bir sıra idman növləri ölkəmizdə

yaxşı inkişaf etmişdir. Sidney Olimpiya Oyunlarında qazanılmış nailiyyətlər də bunu sübut edir. İnkişafa yeni

başlamış idman növlərinin də böyük gələcəyi vardır. Bunlardan biri də dünyada populyar idman növlərindən

sayılan gimnastikadır. İdmanı və incəsənəti özündə birləşdirən gimnastikaya da ölkəmizdə böyük diqqət

yetirilir. Biz beynəlxalq təcrübədən istifadə etmək və iş üsulunu təkmilləşdirmək üçün beynəlxalq təşkilatlarla

əməkdaşlığa üstünlük veririk.

İdmanın inkişafında əsas amillərdən biri də idmançıların beynəlxalq yarışlarda iştirakını təmin etməkdir. Biz

bunun üçün hər cür şərait yaradırıq.

Bədii gimnastika üzrə Dünya Kuboku mərhələ yarışlarının Azərbaycanda keçirilməsi təqdirəlayiq haldır.

Əminəm ki, bu yarış da çox yüksək səviyyədə təşkil olunacaqdır. Artıq bir sıra beynəlxalq yarışları keçirmək

təcrübəmiz vardır. Ölkəmiz həm dünya, həm Avropa çempionatlarına, habelə beynəlxalq turnirlərə ev sahibliyi

etmişdir. Hazırda Azərbaycanda 3 lisenziya turnirinin keçirilməsi nəzərdə tutulub. Hesab edirəm ki,

Azərbaycanda gələcəkdə daha çox beynəlxalq yarışlar keçiriləcəkdir. Əminəm ki, bədii gimnastika üzrə Dünya

kuboku mərhələ yarışlarının da ölkəmizdə təşkil olunması gimnastikamızın inkişafına, idmançılarımızın

beynəlxalq arenada uğurlu çıxışlarına etibarlı zəmin yaradacaqdır.

Mən çox şadam ki, siz bizimlə ikitərəfli əməkdaşlıq etmək fikrindəsiniz. Doğrudan da, bizdə idmana qayğı

və diqqət hərtərəflidir və idmana rəhbərlik edən bütün qurumlar vahid bir komanda şəklində fəaliyyət

göstərirlər. Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi və federasiyalar düşünülmüş və

məqsədyönlü vahid proqram əsasında fəaliyyət göstərən qurumlardır. Əlbəttə, biz öz tərəfimizdən əlimizdən

gələni edəcəyik ki, gimnastika Azərbaycanda inkişaf etsin, Azərbaycan idmançıları uğurlar qazansın və

ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil etsinlər.

Uzun illər bu idman növü, necə deyərlər, unudulmuşdu. Ancaq federasiyaya yeni rəhbərlər gələndən sonra

biz bu sahədə də irəliləyiş hiss edirik. Uğura nail olmaq üçün onlarda da böyük arzu və istək var. Mən əminəm

ki, onlar bu məqsədlərinə çatacaqlar. Əlbəttə, bu işdə Beynəlxalq Gimnastika Federasiyasının dəstəyinə ehtiyac

var və mən inanıram ki, sizin köməyinizlə Azərbaycan gənc, müstəqil və son illər ərzində idmanın müxtəlif

növlərində uğurlar qazanmış ölkə kimi bu idman növünü də inkişaf etdirəcəkdir.

Əsas məqsədimiz ondan ibarətdir ki, gimnastikada güclü baza yaransın, yaxşı idmançılar yetişsin, eyni

zamanda, gənclər və yeniyetmələr də bu idman növü ilə məşğul olsunlar. Gimnastika həm də incəsənətdir və

seyr etmək üçün gözəl idman növüdür. Vaxtımız çox az olsa da, Olimpiya oyunlarına lisenziya qazanmağa və

gimnastlarımızın Afinada iştirakını təmin etməyə çalışırıq.

Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi federasiya ilə birlikdə bu istiqamətdə artıq

fəaliyyət göstərir və əminəm ki, gələcəkdə yaxşı nəticələrimiz olacaqdır.

Bir daha sizə təşəkkürümü bildirirəm, ümid edirəm ki, Azərbaycana səfəriniz maraqlı keçəcək və bu,

gələcək əməkdaşlığımız üçün başlanğıc olacaqdır.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi səmimi qəbula görə Milli Olimpiya

Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

- Sizinlə görüşdüyüm üçün çox şadam. Azərbaycana səfərimiz avqust ayında Bakıda keçiriləcək Dünya

kuboku mərhələsinə hazırlıq məqsədi daşıyır. Səfər proqramında yerli federasiyanın nümayəndələri ilə yaxından

tanış olmaq, bu sahənin imkanlarını öyrənmək, habelə əməkdaşlığımızın perspektivlərini müzakirə etmək

nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

20

Səfər müddətində xüsusilə yarışın düzənlənəcəyi yeri və təşkilati məsələləri nəzərdən keçirəcəyik. Hesab

edirəm ki, sizin bu sahədə gözəl bazanız var və Azərbaycanda dünya çempionatını da keçirmək mümkündür.

Qeyd edim ki, dünya çempionatında təxminən 50-55 ölkənin hərəsindən bir gimnast və çoxlu sayda hakim

iştirak edəcəkdir. Bu isə o deməkdir ki, bir həftə ərzində bütün dünyanın diqqəti buraya yönələcək və Bakı bədii

gimnastikanın paytaxtına çevriləcəkdir. Yarışı bir çox xarici telekanallar işıqlandıracaqlar. Bu baxımdan, turnir

çox böyük əhəmiyyətə malikdir və ciddi hazırlıq tələb edir.

Bildiyiniz kimi, 2005-ci ilin dünya çempionatını da Bakıda keçirməyi planlaşdırmışıq. Bu barədə artıq öz

aramızda danışıqlar aparmış və yekdil fikrə gəlmişik.

Ümumiyyətlə, beynəlxalq federasiya gimnastika idman növünün kütləviliyinə çalışır. Bu məqsədlə

"gimnastikada" adlanan yarışlar təşkil olunur. İyul ayında Lissabonda keçiriləcək "gimnastikada"da 25 minə

yaxın iştirakçı mübarizə aparacaqdır.

Bizim əsas məqsədimiz ölkələrə gimnastika sahəsində müvafiq yardım göstərməkdir. Bir sözlə, bu gün

bütün gücümüzlə gimnastikaya daha çox insanı cəlb etməyə çalışırıq. Çempionatın keçirildiyi günlərdə

şəhəriniz bütün dünyanın diqqət mərkəzində olacaqdır, ona görə də turnirə yaxşı hazırlaşmaq üçün biz fəal

əməkdaşlıq etməliyik.

Bir daha səmimi qəbula görə Sizə öz təşəkkürümü bildirirəm.

Sonra İlham Əliyev və Bruno Qrandi bu məsul yarışların təşkili ilə bağlı bir sıra digər məsələləri müzakirə

etdilər.

"Əməkdaşlığımız Azərbaycanda gimnastikanın inkişafına şərait yaradacaqdır"

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti bu fikirdədir.

Ötən ilin sonlarında Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi möhkəmləndirildikdən sonra

gimnastikamız da inkişaf etməyə başladı. Qısa müddət ərzində bu sahədə görülən işlər, irəliyə doğru atılan

mütərəqqi addımlar artıq öz bəhrəsini verməkdədir. Belə ki, bir-birinin ardınca keçirilən ölkədaxili yarışlar,

təlim-məşq toplanışları, beynəlxalq arenada qazanılan nailiyyətlər gimnastikamızın uğurlu gələcəyindən xəbər

verir.

Ölkə gimnastikasının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar aparan Azərbaycan Gimnastika

Federasiyasının rəhbərliyi beynəlxalq qurumlarla da sıx əlaqələr qurub və qarşılıqlı əməkdaşlığa başlayıb.

Təsadüfi deyildir ki, Beynəlxalq Gimnastika Federasiyasının Afinada keçirilən 74-cü konqresində Dünya

kubokunun A kateqoriyalı mərhələlərindən birinin avqust ayının 7-11-də Bakıda keçirilməsi qərara alınıb.

Aprelin 24-də ölkəmizdə idmanın, xüsusilə gimnastikanın səviyyəsi, Dünya kubokunun paytaxtımızda

keçiriləcək mərhələsinə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün Beynəlxalq Gimnastika Federasiyasının

prezidenti Bruno Qrandi, baş katib Norbert Buşe, baş katibin müavini Andre Quisbuhler və bədii gimnastika

üzrə Texniki Komitənin rəhbəri xanım Egle Abruzzinidən ibarət nümayəndə heyəti Bakıya gəlmişdir.

Binə Hava Limanında nümayəndə heyətini Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay

Həsənov, federasiyanın baş katibi Çingiz Şamilov və KİV nümayəndələri qarşılamışlar. Hörmətli qonaqları

qarşılayanlar arasında olan "Olimpiya dünyası" qəzetinin əməkdaşları elə hava limanındaca beynəlxalq

qurumun rəhbərlərindən oxucularımız üçün eksklüziv müsahibələr almışlar.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi:

- Ölkəmizə səfərinizin məqsədini açıqlamağınızı xahiş edirik.

- Bu mənim Azərbaycana ilk səfərimdir. Ölkəniz bədii gimnastika üzrə Dünya kubokunun mərhələ

yarışlarına ev sahibliyi edəcəkdir. Gəlişimizin əsas məqsədi təşkilati işlərlə və ümumiyyətlə, yarışın keçirilməsi

üçün yaradılan şəraitlə tanış olmaqdır. Əminəm ki, artıq bir neçə beynəlxalq səviyyəli yarışlara ev sahibliyi

etmiş və böyük təcrübə qazanmış Azərbaycan bu işin öhdəsindən layiqincə gələcək və yarış yüksək səviyyədə

keçiriləcəkdir.

- Gələcəkdə Azərbaycan Gimnastika Federasiyası ilə əlaqələrinizi hansı səviyyədə quracaqsınız?

- Bu daha çox milli federasiyanın işindən asılı olacaqdır. Azərbaycan Gimnastika Federasiyasının indiki

fəaliyyəti əməkdaşlığımızın yüksək səviyyədə davam edəcəyinə zəmanət verir. Ümid edirəm ki, əməkdaşlığımız

ölkənizdə gimnastikanın da inkişafına şərait yaradacaqdır.

- Bədii gimnastika üzrə Dünya kuboku mərhələ yarışlarının Bakıda keçirilməsi barədə qərarınız hansı

zərurətdən yarandı?

- Gimnastikanın kütləvi inkişafına nail olmaq üçün yarışları dünyanın müxtəlif yerlərində keçirməyə çalışır,

bu idman növünün geniş təbliğinə nail olmaq istəyirik. Əminəm ki, biz öz seçimimizdə yanılmamışıq və belə

mötəbər bir turnirin Bakıda keçirilməsi burada bədii gimnastika idman növünün inkişafına təkan verəcəkdir.

Beynəlxalq Gimnastika Federasiyasının Baş katibi Norbert Buşe:

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

21

- Azərbaycan gimnastikası haqqında hansı məlumatlara maliksiniz?

- Əvvəlcə səmimi olaraq bildirim ki, Azərbaycana gəldiyim üçün çox şadam. Hələ keçmiş SSRİ dövründə

sizin gimnastlarınız beynəlxalq yarışlarda uğurla çıxış edirdilər. Bu baxımdan gözəl ənənəyə və güclü bazaya

maliksiniz. İnanıram ki, Azərbaycan gimnastikası gələcəkdə daha böyük uğurlar qazanacaqdır. - Gələcəkdə də

bu cür yarışların Azərbaycanda keçirilməsi planlaşdırılırmı?

- Əlbəttə, belə qərara almışıq ki, 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatını məhz Bakıda

keçirək. Hesab edirəm ki, bu səviyyəli yarışların Azərbaycanda keçirilməsi ənənəyə çevriləcəkdir.

Dünya kuboku mərhələ yarışının Azərbaycanda təşkil edilməsinə bədii gimnastika üzrə Texniki Komitənin

rəhbəri xanım Egle Abruzzini də öz münasibətini bildirdi:

- Dünya kubokunun mərhələ yarışına ev sahibliyi etmək üçün Azərbaycanın öz namizədliyini irəli sürməsi

sevindirici haldır. Hesab edirəm ki, Azərbaycan Gimnastika Federasiyası bu işin öhdəsindən layiqincə

gələcəkdir. Azərbaycan bədii gimnastika məktəbinin səviyyəsi göstərir ki, gimnastlarınız final mərhələsində

uğurla çıxış edə biləcəklər.

- Beynəlxalq federasiya yarışların keçirilməsi qaydalarında yeniliklər edibmi?

- Son illər bu sahədə çox işlər görülüb. Əsasən yeni qiymətləndirmə sisteminin tətbiqini qeyd etmək

istərdim. Qiymətləndirmədə bəzi çətinliklər yaratsa da, bu yenilik bütövlükdə gimnastikanın inkişafına xidmət

edir.

"Olimpiya dünyası", 29 aprel 2003-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

22

Bakıda Bədii Gimnastika üzrə Dünya Kuboku mərhələ yarışının təntənəli açılış mərasimi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Aprelin 23-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə Dünya

kuboku mərhələ yarışının təntənəli açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti

Mehriban Əliyeva mərasimdə iştirak edirdilər. Kompleksə toplaşanlar dövlətimizin başçısını alqışlarla

qarşıladılar.

Yarışda Azərbaycan idmançıları ilə bərabər, dünyanın daha 22 ölkəsinin - Almaniya, Türkiyə, Belarus,

Bolqarıstan, Rusiya, İspaniya, Gürcüstan, İtaliya, Çexiya, Estoniya, Finlandiya, İsrail, Polşa, Özbəkistan,

Macarıstan, CAR, Qazaxıstan, Yunanıstan, Yaponiya, Hindistan, Portuqaliya və İsveçin 47 gimnastı iştirak edir.

Ölkəmiz bu yarışda 5 gimnastla təmsil olunur. Komandamızın lideri, Afina Olimpiadasına lisenziya

qazanmış Dinara Gimatova ilə birlikdə Anna Qurbanova, Vəfa Hüseynova, Dina Qorina və Valeriya Yeqay da

mübarizə aparırlar.

Beynəlxalq Gimnastika Federasiyasının, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və

Turizm Nazirliyinin, Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın gedişi televiziya

ilə dünya ölkələrinə yayımlanır.

Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Xalqımızın ümummilli lideri Prezident Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik

sükut elan edildi.

Gənc gimnastların nümunəvi çıxışından sonra idmançılar milli bayraqlar və musiqi sədaları altında salona

daxil oldular.

Sonra müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına,

idmançılara göstərdiyi diqqət və qayğıdan bəhs edən, Milli Olimpiya Komitəsinin və Gimnastika

Federasiyasının fəaliyyətini əks etdirən sənədli kadrlar göstərildi.

Mərasimi Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev açdı.

Sonra "B" və "A" qruplarında çıxış edən gimnastlar həlqə və topla hərəkətləri yerinə yetirdilər. "B"

qrupunda Azərbaycan gimnastı Anna Qurbanova, "A" qrupunda isə tanınmış Rusiya idmançısı Alina Kabayeva

birinci oldular. Azərbaycan idmançısı, olimpiya lisenziyasının sahibi, ikiqat ölkə çempionu Dinara Cimatova

çıxışlarının yekunlarına görə hərəkətlərin bu növlərində 8 finalçı sırasına çıxdı.

Axşam 8 güclü idmançının, o cümlədən Azərbaycan yığmasının üzvləri Dinara Cimatova və Anna

Qurbanovanın iştirakı ilə final yarışları keçirildi. Həlqə ilə təmrinlərin yerinə yetirilməsində 26.500 bal toplayan

Alina Kabayeva qalib gəldi. Bu qrupda gümüş medalı onun komanda üzrə rəfiqəsi İrina Çaşina (25.300), bürünc

medalı isə Qazaxıstan gimnastı Aliyə Yusupova (24.650) qazandılar.

Topla hərəkətlərdə qızıl medala Alina Kabayeva (26.975), gümüş medala Aliyə Yusupova (26.100), bürünc

medala isə İrina Çaşina (25.450) layiq görüldülər.

Aprelin 24-də gürz və lentlə hərəkətlər üzrə yarış keçiriləcəkdir.

Açılış mərasimində Milli Məclisin sədri Murtuz Ələsgərov, nazirlər, konsern və komitələrin rəhbərləri,

xarici ölkələrin Bakıdakı səfirləri iştirak edirdilər.

24. 04. 2004

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

23

Bakıda gimnastika üzrə dünya çempionatının açılış mərasimi olub

47 ölkəni təmsil edən gimnast qızlar dövlət bayraqları altında

yarış meydanına çıxıblar

Dünən Bakıda, Heydər Əliyev adını İdman - Konsert kompleksində bədii gimnastika üzrə 27-ci

dünya çempionatının təntənəli açılış mərasimi olub. Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə

olan Latviya prezidenti xanım Vayra Vike-Freyberqa mərasimdə iştirak ediblər. Açılış mərasimi

teatrlaşdırılmış bədii proqramla başlanıb. 47 ölkəni təmsil edən gimnast qızlar dövlət bayraqları altında

yarış meydanına çıxıblar. Mərasimi Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım

Əliyeva açıb. Mehriban Əliyeva çıxışında bildirib ki, Azərbaycanın idman tarixi olduqca zəngindir. İdmançılarımız bir

sıra beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizin səslənməsinə nail olublar. Biz

bununla fəxr edirik. "Bu gün Azərbaycanın idman tarixin-də yeni səhifə açılır - ilk dəfədir ki,

Azərbaycanın paytaxtı Bakı şəhərində olimpiya idman növü üzrə dünya çempionatı keçirilir. Bu şərəf

başqa idman növlərinə də nəsib ola bilərdi. Ölkəmizdə son illər idmanın fantastik sürətlə inkişafı bunu

deməyə əsas verir və mən inanıram ki, bu, gələcəkdə belə də olacaq. Lakin dünya miqyaslı belə bir hadisə

ilk dəfə məhz bədii gimnastikada baş verir" deyən Mehriban Əliyeva bildirib ki, bədii gimnastika təkcə

idman növü deyil. Bədii gimnastika gözəllik, zəriflik, yüksək sənət rəmzidir. Biz bu çempionatın keçirilməsini

arzulayırdıq və arzumuz həyata keçdi.

Belə bir çempionatın ölkəmizdə keçirilməsini Azərbaycan idmanına verilən yüksək qiymət kimi

dəyərləndirən Mehriban Əliyeva qeyd edib ki, bədii gimnastika üzrə 27-ci dünya çempionatının Azərbaycanda

keçirilməsi bir çox insanın əməyinin bəhrəsidir. Bu, ilk növbədə, Beynəlxalq Gimnastika Federasiyasının

rəhbərliyinin qəbul etdiyi qərarın nəticəsidir. Bu, Azərbaycan Gimnastika Federasiyasının uğurlu fəaliyyətinin

nəticəsidir. Çempionatın Təşkilat komitəsi üzvlərinin zəhmətidir.

Çıxışının sonunda Mehriban Əliyeva bildirib ki, dövlət başçısının qayğısı, yardımı, diqqəti olmasaydı, yəqin

ki, belə bir çempionatın keçir-ilməsi yalnız arzu olaraq qalardı.

Sonra Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi çıxış edib. Bruno Qrandi çıxışında

bildirib ki, bu dünya çempionatında həyatımızın çətin məqamlarını, gündəlik problemlərimizi bir az da olsa

unudub, maraqlı və mənalı anlar yaşamaq üçün gözəl imkan əldə edəcəyik. Bu, həm də bizim hamımız üçün

Bakıda, Azərbaycanda - gözəl ənənələrin yaşadığı və gələcəyə qəti addımlarla irəliləyən bir ölkədə qonaq olmaq

üçün gözəl fürsətdir. "Təsəvvürünüzə belə gətirə bilməzsiniz ki, Bakıdakı Təşkilat komitəsi bütün dövlət

orqanlarının, könüllülərin və sponsorların dəstəyi ilə dünya çempionatını texniki göstəricilər və

yaradıcılıq baxımından əsil sənət əsərinə çevirmək üçün nə qədər qayğı, peşəkarlıq və canfəşanlıq

göstərib. Məhz buna görə də onlara dərin minnətdarlığınızı bildiririk" deyə Bruno Qrandi vurğulayıb. Sonra andiçmə mərasimi olub. Hakimlər adından Beynəlxalq Gimnastika Federasiyasının hakimi İzabel

Dekonsiyo, gimnastlar adından Azərbaycan təmsilçisi Vəfa Hüseynova and içiblər. Beynəlxalq Gimnastika

Federasiyasının Prezidenti Bruno Qrandi 27-ci dünya çempionatını açıq elan edib.

R. Əhməd

“Səs”, 4 oktyabr 2005-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

24

Dünya çempionatının bağlanış mərasimi

Bədii gimnastika üzrə XXVII dünya çempionatı başa çatdı

Üç halqa iki gürzlə hərəkətlərin final mərhələsi başa çatdıqdan sonra çempionatın rəsmi bağlanış mərasimi

oldu. Tədbiri giriş sözü ilə açan Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov

ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışdı: "Biz fəxr edirik ki, son illərdə ölkəmiz dünyanın

idman mərkəzlərindən birinə çevrilmişdir. Bu, hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, ictimai, mədəni və sosial inkişafın, idmana

diqqət və qayğının dövlət səviyyəsində olmasının nəticəsidir". Federasiyanın vitse-prezidenti çıxışının

sonunda 27-ci dünya çempionatı Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya, Beynəlxalq Gimnastika

Federasiyasının (FİG) rəhbərliyinə, Milli Olimpiya Komitəsinə, Gənclər, İdman və Turizm Nazirliyinə,

həmçinin bütün azarkeşlərə və idmançılara öz təşəkkürünü bildirdi.

Altay Həsənovdan sonra çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi də 27 -

ci dünya çempionatını yüksək səviyyədə təşkil etdiklərinə görə Azərbaycan Gimnastika Federasiyasına və onun

prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti Cənab

İlham Əliyevə, Gənclər, İdman və Turizm Nazirliyinə, sponsorlara və yerli orqanlara minnətdarlığını bildirdi.

Bundan başqa, federasiya rəhbəri AGF-in prezidenti Mehriban xanım Əliyevaya bayraq və xüsusi medal təqdim

etdi. O, AGF-in vitse-prezidenti Altay Həsənov və Təşkilat Komitəsinin icraçı direktoru Namiq Əmiraslanova

da xüsusi medallar təqdim etdi.

Sonda Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva FİG-in bayrağını Bruno

Qrandiyə qaytardı. FİG rəhbəri isə həmin bayrağı 2007-ci ildə Yunanıstanda keçiriləcək bədii gimnastika üzrə

dünya çempionatının Təşkilat Komitəsinin sədrinə təqdim etdi.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi dedi: "Bakıda keçirilən dünya

çempionatı tarixə çevrildi, lakin biz bu şəhəri, sizin qonaqpərvərliyinizi heç vaxt unutmayacağıq.

Bununla da mən bədii gimnastika üzrə 27-ci dünya çempionatını bağlı elan edirəm. 2007-ci ildə

Yunanıstanda - Patrasda görüşənədək". Bağlanış mərasimi daha-sonra bədii hissə ilə davam etdi.

“Olimpiya dünyası”, 11-14 oktyabr 2005-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

25

Bədii gimnastika üzrə XXVII dünya çempionatı ilin ən yaddaqalan yarışıdır

Başa çatmaqda olan 2005-ci il ölkəmizin idman həyatında baş verən mühüm hadisələrlə yadda qaldı.

İdmançılarımız bir sıra beynəlxalq yarışlarda uğurla iştirak edərək, yüksək nəticələrə imza atdılar. Ümumilikdə

isə, təmsilçilərimizin il ərzində keçirilən rəsmi beynəlxalq yarışlarda qazandığı medalların sayı 213-ə çatdı.

Aprel ayında Səudiyyə Ərəbistanında 55 müsəlman ölkəsinin iştirakı ilə təşkil olunmuş I İslam Həmrəyliyi

Oyunlarından atletlərimiz vətənə 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) döndülər. Avropa çempionatlarında

yunan-roma güləşi üzrə Vitali Rəhimov, cüdo üzrə Elçin İsmayılov, taekvondo üzrə Niyaməddin Paşayev,

dünya çempionatında isə ağır atletika üzrə Nizami Paşayev qızıl medallara sahib çıxdılar.

Paytaxtımız bədii gimnastika üzrə bir neçə mötəbər beynəlxalq yarışa ev sahibliyi etdi. May ayında Heydər

Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Gimnastika Federasiyasının kuboku uğrunda keçirilən

yarışda komandamız fərdi mübarizədə medal qazanmış ölkələr sırasında ikinci pillədə qərarlaşdı. Oktyabrın 3 -

9 - da ölkəmizdə təşkil edilən XXVII dünya çempionatında isə gimnastlarımız komanda hesabında 47 ölkə

arasında 5-ci oldular. İdmançılarımızın 2005-ci il ərzində qazandıqları nailiyyətlər bununla bitmir. Belə ki,

qadın voleybolçularımız dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqla yanaşı, həm də dünya

"Qranpri" yarışlarının Avropa təsnifat turnirində qalib adını qazandılar. Otüstü xokkey üzrə "Atasport"

komandası Avropa milli komandalarının Bakıda keçirilən “Trofi" turnirində azarkeşlərinə qələbə sevinci bəxş

etdi.

Cari ili yeniyetmə idmançılarımız üçün də uğurlu saymaq olar. Belə ki, iyun ayında İtaliyanın Liqnano

şəhərində keçirilmiş Avropa yeniyetmələrinin Olimpiya Festivalında həmyerlilərimiz 2 qızıl və 4 bürünc medala

yiyələndilər. Mayın 5-9-da Bakı Olimpiya İdman Kompleksində ümummilli liderimiz Heydər Əliyevin

xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə də yeniyetmələrimiz nəyə qadir olduqlarını bir daha

nümayiş etdirdilər. Onlar yarışda 9 qızıl medal qazanaraq, ümumi komanda hesabında 9 ölkə arasında birinci

yerə yüksəldilər.

Bəs görəsən, "Olimpiya dünyası”nın çoxsaylı oxucuları üçün 2005-ci ilin ən yaddaqalan beynəlxalq yarışı

hansı olub? Bu dəfə də ənənəmizə sadiq qalaraq, paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğuda iştirak edən

86 nəfərdən 36-sı (41,9%) paytaxtımızın ev sahibliyi etdiyi bədii gimnastika üzrə XXVII dünya çempionatının,

25 nəfər (29,1%) aprel ayında Səudiyyə Ərəbistanında təşkil edilmiş I İslam Həmrəyliyi Oyunlarının ilin ən

yaddaqalan yarışı olduğunu bildirdi. Respondentlərdən 19-u (20,9%) Qətərin paytaxtı Dohada təşkil edilmiş ağır

atletika üzrə dünya çempionatını 2005-ci ilin ən yaxşı beynəlxalq turniri kimi gördüyünü vurğuladı. Qeyd edək

ki, həmin yarışda 94 kq çəkidə mübarizə aparan həmyerlimiz Nizami Paşayev ikinci dəfə dünya çempionu adını

qazanmışdı. Rəyi soruşulanların 6-sı (8,1%) üçün isə pəhləvanımız Vitali Rəhimovun qızıl medala layiq

görüldüyü yunan-roma güləşi üzrə 52-ci Avropa çempionatı yaddaqalan olub.

“Olimpiya dünyası”, 31 dekabr - 6 yanvar 2005-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

26

Avropa Gimnastika İttifaqı rəsmilərinin Bakıya səfəri basa çatıb.

Onlar qitə çempionatını hazırlıqla bağlı təşkilati işlərdən razı qalıblar

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına hazırlıq səviyyəsini yoxlamaq üçün

paytaxtımıza gəlmiş Avropa Gimnastika İttifaqı (UEG) nümayəndə heyətinin səfəri başa çatıb. Bu təşkilatın direktoru Manfred Kuxt və Texniki Komitəsinin prezidenti Hayde Bruneder Bakıda olduq-

ları müddətdə Təşkilat Komitəsinin iclasında iştirak edib, Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baş

çəkib, "Lider-TV"nin nümayəndələri ilə görüşüb və ümumilikdə, görülən işlərdən razı qalıblar. Məlum olub ki,

Avropa çempionatını "Eurosport" kanalı da yayımlayacaq.

Qonaqlar yola düşməzdən əvvəl səfər barədə fikirlərini bildiriblər. Avropa Gimnastika İttifaqının

direktoru Manfred Kuxt təşkilatı işlərdən razı qaldığını və qitə çempionatının uğurla keçəcəyini bildirib: "UEG

yarışlara iki həftə qalmış arenanın Təşkilat Komitəsinə təhvil verilməsi barədə dövlət zəmanəti alıb. Bu, imkan

verəcək ki, kompleks çempionatın açılış mərasiminə qədər tam yararlı vəziyyətə düşsün.

Düşünürəm ki, bu Avropa çempionatı, səviyyəsinə görə 2005-ci il dünya çempionatından daha yaxşı

keçəcək. Axı ən güclü gimnastlar məhz Avropa çempionatında bir yerə toplaşırlar. Gələn il isə onları Pekin

Olimpiadası gözləyir.

Hazırda Avropa çempionatlrında Rusiya və Ukrayna gimnastları lider hesab olunurlar. Digər ölkələrin

nümayəndələri onlarla rəqabətə girməyə çətinlik çəkirlər. Ona görə də UEG bu idman növünü ayrı-ayarı

ölkələrdə inkişaf etdirmək üçün xüsusi proqram hazırlayıb ki, bunun nəticəsində həmin ölkələrin təmsilçiləri

liderlərlə real rəqabət apara bilsinlər. Bu mənada, hesab edirəm ki, Azərbaycanı nümunə göstərmək olar.

Burada bədii gimnastikanın inkişafı geniş vüsət alıb.

Azərbaycan gimnastları, ən azı, yarışların jurnalına çıxmaq iddiasında ola bilərlər. Sizin idmançıların

inkişafı göz qabağındadır, onlar səviyyələrini günbəgün artırırlar və ümidvaram ki, çempionatda özlərini ən

yaxşı tərəfdən göstərəcəklər. Azərbaycanda idmana göstərilən dövlət qayğısı və Azərbaycan Gimnastika

Federasiyasının yüksək təşkilatçılıq bacarığını nəzərə alaraq, əminliklə deyə bilərəm ki, 2007-ci il Avropa

çempionatı yüksək səviyyədə keçəcək".

Avropa Gimnastika İttifaqı Texniki Komitəsinin prezidenti Hayde Bruneder də yarışa hazırlığın

gedişindən razı qaldığını vurğulayıb. O, bu çempionatda bir sıra rekordların qeydə alınacağını bildirib: "Xalça

sahibləri doğma divarlar arasında sürprizə imza ata bilərlər. Moskva və Tye turnirlərində bürünc medallar

qazanmış Aliyə Qarayevanın və son illərdə Azərbaycan bədii gimnastikasının əldə etdiyi nailiyyətlər onu

deməyə imkan verir ki, sizin idmançılar liderlərlə rəqabətə girmək iqtidarındadırlar.

Qeyd edim ki, bu çempionatdan bəzi rekordlar da gözləyirik. Məsələn, mən Avropa çempionatında 25

qrup komandasının iştirak etdiyini xatırlamıram!

Təşkilati işlərlə bağlı onu bildirmək istəyirəm ki, Avropa çempionatına hazırlıq yüksək sürətlə gedir və

bu da sevindirici haldır. Təşkilat Komitəsinin iclasında gördüyüm anons çarxı məni heyrətə gətirdi. Yarışların

yüksək səviyyədə keçəcəyi mən-də zərrə qədər də olsun, şübhə doğurmur.

Bakıya qitənin ən güclü gimnast-ları gələcəklər. Bu, o deməkdir ki, biz gərgin mübarizənin şahidi

olacağıq. Həm də bu çempionat Patrasda keçiriləcək lisenziya xarakterli dünya çempionatına hazırlıq mərhələsi

kimi dəyərləndirilir.

Aprelin 26-da Texniki Komitənin kollektivi ilə yenidən Bakıya gələcəyəm. Mən komitənin altı üzvü ilə

iclas keçirəcəyəm. İki gün sonra (aprelin 28-də) isə Avropa çempionatının püşkü atılacaq və fərdi gimnastların,

eləcə də qrup komandalarının çıxışlarının ardıcıllığı müəyyənləşəcək.

Xatırladım ki, Bakıda fərdi yarışlarda 31 ölkənin təmsilçiləri mübarizə aparacaqlar. İştirakçı

komandaların siyahısı isə iyunun 6-dan gec olmayaraq müəyyənləşəcək".

“Olimpiya dünyası”, 21-23 aprel 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

27

Paytaxtımızda keçiriləcək bədii gimnastika üzrə

Avropa çempionatının püşkü atıldı

Şəxsi yarışlarda gimnastlarımız xalça üzərinə 4-cü çıxacaqlar

Aprelin 28-də "Hyatt Regensy" hotelində iyunun 29-dan iyulun 2-nə kimi Bakıda təşkil olunacaq bədii

gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimi keçirildi. Avropa Gimnastika İttifaqı Bədii

Gimnastika üzrə Texniki Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun prezidenti Haydı Bruneder

(Avstriya), komitənin üzvləri Jeilbert Jannada (İsveçrə), Nataliya Kuznıina (Rusiya), Mariya Tereza Nadal

(İspaniya), Atanasiya Çarana (Yunanıstan), Mariya Petrova (Bolqarıstan), Azərbaycan Gimnastika

Federasiyasının nümayəndələri və media işçiləri iştirak edirdilər.

Püşkatma nəticəsində Avropa çempionatında gimnastların xalça üzərinə hansı ardıcıllıqla çıxacaqları

müəyyənləşdi. Püşkə əsasən, Azərbaycan yeniyetmələrin qrup hərəkətləri üzrə yarışlarda 10-cu çıxış edəcək. Bu

növdə birinci Slovakiya gimnastları öz məharətlərini nümayiş etdirəcəklər. 25 komandanın qatılacağı

çempionatın final mərhələsi iyulun 1-də keçiriləcək. Həlledici mərhələyə isə, həmişə olduğu kimi, 8 qrup

komandası vəsiqə qazanacaq.

Böyüklərin ip, halqa, lent və gürzlə şəxsi çıxışlarına gəlincə, komandalar 3 qrupda mübarizə

aparacaqlar. Azərbaycan gimnastları Rusiya, Ukrayna, Bolqarıstan, İspaniya, Çexiya, Belarus, İsrail,

Yunanıstan, Sloveniya kimi güclü ölkələrin yer aldıqları A qrupunda çıxış edəcəklər. Təmsilçilərimiz xalça

üzərinə Sloveniya, Yunanıstan, İsrail idmançılarının çıxışlarına baxdıqdan sonra çıxacaqlar. Bu isə belə

mötəbər bir yarışda olduqca yaxşı haldır. Qeyd edək ki, Avropa çempionatında ölkəmizin idman şərəfini 3

gimnast qoruyacaq. Qrupun çıxışlarını Rusiya komandası yekunlaşdıracaq.

Daha 10 ölkənin daxil olduğu B qrupunda isə əvvəlcə Polşa gimnastları öz məharətlərini göstərəcəklər.

Nəhayət, qitənin ən zəif komandalarının yer aldıqları C qrupundan xalça üzərinə birinci Norveç gimnastları

çıxacaqlar.

Yarışların final mərhələsi iyulun 1-də keçiriləcək. Azərbaycanı, eləcə də digər iştirakçı ölkələri Avropa

çempionatında təmsil edəcək gimnastların adları iyunun 6-na kimi müəyyənləşməlidir.

Böyüklər arasında ip, halqa, lent və gürzlə çıxış edəcək komandalar

A qrupu B qrupu C qrupu

1. Sloveniya 1. Polşa 1. Norveç

2. Yunanıstan 2. Avstriya 2. Gürcüstan

3. İsrail 3. Slovakiya 3. Kipr

4. Azərbaycan 4. Fransa 4. Belçika

5. Belarus 5. Latviya 5. Makedoniya

6. Çexiya 6. İtaliya 6. Böyük Britaniya

7. İspaniya 7. Türkiyə 7. Litva

8. Bolqarıstan 8. Finlandiya 8. Xorvatiya

9. Ukrayna 9. Estoniya 9. Portuqaliya

10. Rusiya 10. Macarıstan 10. Almaniya

11. İsveç

Qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət komandalar AÇ-də aşağıdakı ardıcıllıqla çıxış

edəcəklər: 1. Slovakiya, 2. Bolqarıstan, 3. Macarıstan, 4. Gürcüstan, 5. Rumıniya, 6. İsveçrə, 7. Finlandiya, 8.

Çexiya, 9. Portuqaliya, 10. Azərbaycan, 11. İsrail, 12. Latviya, 13. Yunanıstan, 14. Litva, 15. İspaniya, 16.

Türkiyə, 17. Rusiya, 18. Belarus, 19. Estoniya, 20. Polşa, 21. Ukrayna, 22. İtaliya, 23. Avstriya, 24. Almaniya,

25. Norveç.

“Olimpiya dünyası”, 1-4 may 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

28

Yeniyetmə gimnastlarımızın uğuru

Azərbaycanın yeniyetmə gimnastlardan ibarət qrup hərəkətləri komandası Polşada keçirilən beynəlxalq

turnirin qalibi olmuşdur. Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə

bildirmişlər ki, Nigar Mirzəyeva, Ceyla Quliyeva, Əzizə Səlimbəyova, Esmira Orucova, Cəmilə Hüseynova və

Aelita Xələfovadan ibarət qrup yarışların elə birinci günündən 5 cüt gürzlə çıxış edən komandaların siyahısına

başçılıq etmişdir. İdmançılarımız finalda da bu alətlə çıxış edərək proqramı səhvsiz yerinə yetirmişlər.

Komandanın məşqçisi Natalya Bulanova demişdir: “Biz Avropada güclü sayılan Polşa və Slovakiya

qruplarına qalib gəldik. Qızlar mükəmməl çıxış etdilər. Rusiya mütəxəssisi İnna Bıstrova ilə son təlim məşq

toplanışları uğurlu olmuşdur. Zənnimcə, Bakıda keçiriləcək Avropa çempionatı ərəfəsində bu, çox yaxşı

nəticədir”.

Yaşlılardan ibarət qrup da Polşadan medalsız qayıtmamışdır. Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya

Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Anastasiya Makarova 5 iplə ikinci yeri tutmuş, 3 halqa və 4

gürzlə təmrinlərdə isə bürünc medal qazanmışlar. Qrup ikinövçüklükdə Sankt-Peterburq və Polşa

komandalarından sonra 3-cü yeri tutmuşdur.

Şəxsi birincilikdə isə Zeynəb Cavadlı iştirak etmişdir. O, Sankt-peterburqlu gimnastla 6-cı yeri

bölüşmüşdür.

Dinara Gimatova isə Burqasda başa çatan Qran-pri mərhələ yarışlarında lentlə hərəkətlərdə 3-cü yeri

tutmuşdur. D.Gimatova çoxnövçülük yarışlarında bolqarıstanlı gimnasta cüzi fərqlə uduzaraq, üçüncü yerə

çıxmışdır. 5 qızıl medalın hamısını moskvalı V.Sesina qazanmışdır.

AzərTAc

8 may 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

29

Azərbaycanın Bədii Gimnastika üzrə qrup hərəkətləri komandası

dünya kuboku yarışlarında 7-ci yeri tutmuşdur

Azərbaycanın qrup hərəkətləri komandası Təl-Əvivdə keçirilən bədii gimnastika üzrə Dünya Kuboku

yarışlarında 7-ci yeri tutmuşdur. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın

müxbirinə bildirmişlər ki, idmançılarımız 3 halqa və 4 gürzlə hərəkətlərin icrasından sonra 14.225 balla 7-ci

yerə sahib olmuşlar. Kollektiv 5 iplə finalda da elə bu qədər bal toplayaraq, 9-cu nəticəni göstərmişdir. İsraildə

qələbəni proqramın hər iki növündə qalib gələn Rusiya gimnastları bayram etmişlər.

Gimnastlarımız bu həftə Banqkokda keçiriləcək Dünya Universiadasında da iştirak edəcəklər. Aliyə

Qarayeva və Anna Qurbanova avqustun 15-17-də keçiriləcək turnirdə iştirak etmək üçün Tailandın paytaxtına

yola düşmüşlər.

AzərTAc

13 avqust 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

30

Azərbaycanın gimnast qızları Olimpiya lisenziyaları uğrunda mübarizə aparırlar

Dörd idmançımız - Aliyə Qarayeva, Dinara Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı Patrasda

(Yunanıstan) keçirilən bədii gimnastika üzrə 28-ci dünya çempionatında Azərbaycanın yığma komandasının

heyətində çıxış edirlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə

bildirmişlər ki, püşkatmanın nəticələrinə görə, gimnast qızlarımız “C” qrupunda Ukrayna, Qazaxıstan,

Yunanıstan və İsrail nümayəndələri ilə birlikdə yarışırlar.

Yarışlarda qrup hərəkətləri komandamız da iştirak edir. “B” qrupunda çıxış edən komandaya Vəfa

Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Anastasiya Makarova

daxildirlər. Bu qrupda onların rəqibləri Yaponiya, Yunanıstan, Fransa, Ukrayna, İspaniya və Rusiya

komandaları olacaqdır.

Çempionatda dünyanın 50 ölkəsini təmsil edən 148 gimnast qız və 27 qrup yarışır. Xarici

mütəxəssislərin fikrincə, azərbaycanlı gimnastlar Bakıda keçirilmiş Avropa birinciliyində qazandıqları böyük

uğurdan sonra yenə yüksək yerlər tutmağa iddiaçılar sırasında olacaqlar. Qarayeva Yunanıstana Avropa

çempionu kimi, Gimatova və Qurbanova isə Avropa çempionatının bürünc medalçıları kimi gəlmişlər.

Dünya çempionatında 9 dəst medal uğrunda mübarizə gedəcəkdir. Ən başlıcası isə, Pekin Olimpiadasına

lisenziyaların sahibləri müəyyən ediləcəkdir. Beynəlxalq Federasiyanın Texniki Komitəsi tərəfindən Olimpiada

üçün iştirakçıların seçim qaydalarına edilmiş dəyişikliklərə müvafiq olaraq, indi ixtisaslaşma proseduru belədir:

hər ölkədən ən çoxu bir idmançı olmaqla, çoxnövçülüyün finalında ilk 12 yeri tutmuş gimnast qızlar və 13-24-

cü yerləri tutan idmançıların ən yaxşı nəticələr göstərmiş 8-i lisenziya alacaqdır.

Yarışların ilk günü - sentyabrın 16-da Aliyə Qarayeva, Anna Qurbanova və Dinara Gimatova ip ilə

hərəkətlər göstərmişlər. Qarayeva daha yaxşı nəticə göstərmişdir (16,35 bal). Bu növdə o, hələlik 4-cü yeri

tutur. 16,2 bal toplayan Qurbanova 6-cı yerdədir. 15,45 bal toplamış Gimatova isə yarış cədvəlində 11-ci yeri

tutur.

Komanda birinciliyində 48 bal toplayan azərbaycanlı gimnastlar Ukrayna, İsrail və Bolqarıstan

komandalarını geridə qoyaraq 3-cü yeri tuturlar. İlk iki yerdə isə Rusiya və Belarus komandalarıdır.

Şəxsi çoxnövçülükdə Aliyə hələlik 9-cu, Anna 11-ci, Dinara isə 20-ci yerdədir.

Nümayəndə heyətlərinin iştirakı ilə açılış mərasimi Patrasın mərkəzində yerləşən antik amfiteatrda

keçirilmişdir. Təşkilatçılar çempionat iştirakçılarını 50 ölkənin hər birinin dilində salamlamış, Yunanıstanın

mədəniyyəti və tarixini, adət və ənənələrini nümayiş etdirmiş, estrada qrupu tamaşaçıları şövqə gətirən “sirtaki”

rəqsini ifa etmişdir.

Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidenti Bruno Qrandi iştirakçılara qələbə sevinci

arzulayaraq, çempionatı açıq elan etmişdir.

Yarışların 2-ci günü ip və halqa ilə hərəkətlərin final mübarizəsi ilə başa çatacaqdır. Sentyabrın 22-də

Azərbaycanın qrup komandası da medallar uğrunda mübarizəyə qoşulacaqdır.

AzərTAc

17 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

31

Azərbaycan gimnastı Aliyə Qarayeva dünya çempionatında dördüncü yeri

tutmuşdur

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,

gimnastımız Aliyə Qarayeva Patrasda (Yunanıstan) keçirilən bədii gimnastika üzrə dünya çempionatında

dördüncü yeri tutmuşdur. O, finalda halqa və iplə hərəkətləri yerinə yetirmişdir.

Yarışlarda mükafata layiq yerləri Rusiya, Ukrayna və Belarus gimnastları tutmuşlar.

AzərTAc

17 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

32

Bədii gimnastika üzrə ikinci olimpiya lisenziyası qazanılmışdır

Azərbaycan gimnastı Aliyə Qarayeva 2008-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarına ikinci

olimpiya lisenziyası qazanmışdır.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki,

A.Qarayeva Patrasda (Yunanıstan) keçirilən Dünya çempionatının çoxnövçülük finalında 68,45 balla beşinci

yeri tutmuşdur.

AzərTAc

22 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

33

Azərbaycan gimnastı Aliyə Qarayeva bürünc mükafata layiq görülmüşdür

Azərbaycan gimnastı Aliyə Qarayeva Pekində keçirilən olimpiyaqabağı test turnirində yaxşı nəticə

göstərmişdir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər

ki, A.Qarayeva çoxnövçülük yarışlarında 16 iştirakçı arasında 3-cü yeri tutaraq, finala vəsiqə qazanmışdır. O,

yarışların həlledici mərhələsində proqramın 4 növü üzrə topladığı xalların ümumi sayına görə rəqiblərindən bir

bal artıq qazanaraq 3-cü pilləyə sahib olmuşdur.

Aliyə ayrı-ayrı növlərdə - halqa ilə kompozisiyaya görə ikinci, gürz və lentlə hərəkətlərə görə isə

üçüncü nəticəni göstərmişdir.

Azərbaycan gimnastı yarışların yekunlarına həsr olunmuş mətbuat konfransında Çin Xəbərlər Agentliyi

müxbirinin sualına cavabında demişdir: “Bürünc medal almağıma hələ də inana bilmirəm. Başa çatmaqda olan

il mənim üçün çox uğurlu olmuşdur. Mən Avropa çempionu, qitə və dünya çempionatının bürünc mükafatçısı,

Qran-pri yarışlarının mükafatçısı olmuşam. Ümidvaram ki, uğur gələn il də üzümə güləcəkdir. Çünki mən daha

səylə və inadla məşq edəcəyəm”.

Test turniri 2008-ci il Pekin Olimpiadası yarışlarının bir növ güzgüsüdür. Çünki Olimpiadada bədii

gimnastika üzrə medallar yalnız çöxnövçülükdə oynanılacaqdır.

Azərbaycanın Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova

və Anastasiya Makarovadan ibarət qrup komandası ikinövçülük yarışlarında 10-cu yeri tutaraq, Pekin

Olimpiadasına vəsiqə qazanmışdır.

Mətbuat xidmətindən bildirmişlər ki, gimnastlarımızın çıxışlarını başda Yaşar Əliyev olmaqla

Azərbaycanın Çindəki diplomatik nümayəndəliyinin əməkdaşları, habelə bu ölkədə təhsil alan çoxsaylı

azərbaycanlı tələbələr dəstəkləmişlər.

Səfir Y.Əliyev A.Qarayevanın bürünc medal alması münasibətilə təşkil etdiyi qəbulda gimnastlarımıza

xatirə medalları bağışlamışdır. O demişdir: “Arzu edirəm ki, bu xatirə hədiyyələrinə Olimpiadada qazandığınız

medalları da əlavə edə biləsiniz”.

AzərTAc

8 delabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

34

Azərbaycan gimnastı Şakir Şıxəliyevin Avropa çempionatında

debütü uğurlu olmuşdur

Lozannada kişilər arasında idman gimnastikası üzrə 28-ci Avropa çempionatı başa çatmışdır.

40 ölkədən 300 gənc və yeniyetmə idmançının iştirakı ilə keçirilən yarışlarda Azərbaycanı gənc gimnast

Səbuhi Aslanov və beynəlxalq yarışda ilk dəfə çıxış edən Şakir Şıxəliyev təmsil etmişlər.

Şakir Şıxəliyev 6 alətdə səlis, ən başlıcası isə bir dəfə də yıxılmadan çıxış edərək, məşqçilərin etimadını

doğrultmuşdur. Nəticədə o, çoxnövçülükdə 140 iştirakçı arasında 47-ci yeri tutmuşdur. Hakimlər dayaqla

tullanmanı Ş.Şıxəliyevin ən yaxşı çıxışı kimi qeydə almışlar. Bu növdə o, 31-ci nəticəni göstərmişdir.

Yalnız 2 alətdə çıxış edən Səbuhi Aslanov da ən yaxşı nəticəni dayaqla tullanmada göstərərək, 65-ci

yeri tutmuşdur.

Avropa çempionatı Azərbaycanın beynəlxalq dərəcəli 2 hakiminin - Rza Əliyevin və Elşən Əliyevin

debütü ilə də yadda qalmışdır. Onlar həm təsnifat, həm komanda, həm də şəxsi finallarda hakimlər kollegiyasına

daxil edilmişlər. Avropa və beynəlxalq gimnastika federasiyalarının texniki komitələrinin rəhbərləri

azərbaycanlı hakimlərin fəaliyyətini müsbət qiymətləndirmişlər.

Yeniyetmələr arasında komanda hesabında Avropa çempionu Böyük Britaniya gimnastları olmuşlar.

İkinci yeri Rusiya, üçüncü yeri isə Almaniya komandaları tutmuşlar. Sonuncu komandanın məşqçilərindən biri

həmvətənimiz, tanınmış Azərbaycan gimnastı, 1992-ci il Barselona Olimpiadasının çempionu Valeri Belenkidir.

Bu il 40 illik yubileyini qeyd edən mütəxəssis demişdir: "İndi deyə bilərəm ki, təkcə gimnast kimi deyil, həm də

məşqçi kimi Avropa medalçısıyam".

AzərTAc.

14 may 2008-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

35

Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlanır

Mayın 15-dən 17-dək Bakıda keçiriləcək bədii gimnastika üzrə 25-ci Avropa çempionatı yeni olimpiya

dövrəsində ən iri beynəlxalq yarışlardan biri olacaqdır. Bu yarışma 2009-cu ilin sentyabrında Yaponiyanın Mie

şəhərində keçiriləcək dünya çempionatı qarşısında mühüm mərhələdir.

Beynəlxalq Gimnastika Federasiyasının saytında yerləşdirilən məlumata görə, dörd növ üzrə – ip, top, lent

və halqa ilə hərəkətlərdə seçmə raundda 75 gimnast fərdi qaydada mübarizə aparacaqdır. Bu yarışmada həm

çoxnövçülük, həm də ayrı-ayrı hərəkətlər üzrə çempionlar və finalçılar müəyyən ediləcəkdir.

Adətən yeni olimpiya dövrəsinin əvvəlində olduğu kimi, Bakı çempionatında da xalça üzərinə bir sıra

yeni iştirakçı çıxacaqdır. Lakin bu günün “ulduzlar”ı da Rusiya triosu – Yevgeniya Kanayeva (olimpiya

çempionu, 2008-ci ildə Turində keçirilmiş Avropa çempionatının qalibi), Vera Sesina və Olqa Kapranova

(Turin çempionatının bürünc mükafatçısı) ilə təmsil olunacaqlar.

Ukrayna həmişəki kimi, Pekin Olimpiadasının bürünc mükafatçısı, 2007-ci ilin dünya çempionu və Turin

çempionatının gümüş mükafatçısı Anna Bessonovaya ümid bəsləyir. Bakı çempionatında Ukraynanı Bessonova

ilə yanaşı, iki yeni gimnast – Alina Maksimenko (1991) və Darya Kuşnerova (1992) təmsil edəcəkdir. Keçən il

Turində yeniyetmələr arasında iki növ üzrə finala çıxmış Qanna Rizaddinova isə Ukrayna komandasının ehtiyat

iştirakçısıdır.

Belarus komandasına Lyubov Çarkaşina (Turin çempionatında 11-ci yer), Svetlana Rudalova və Melina

Stanyuta (2008-ci ildə yeniyetmələr arasında iki növ üzrə gümüş mükafatçı) daxildir.

Bolqarıstan gimnastları Bakıya yeni komanda ilə gəlmişlər – Silviya Miteva (1986), Bilyana Prodanova

(1991) və Monika Minçeva (1990). İtaliya komandasının ən təcrübəli gimnastı Yuliyeta Kantaluppi (1985)

Kyara Yanni (1991) və Alikata Terranova (1992) ilə birgə mübarizə aparacaqdır.

Avstriya nümayəndəsi Karolina Veber (1986) cari mövsümün ilk turnirlərində uğurlu nəticələr

göstərmişdir (dünya kubokunda 4-cü yer). Fransa gimnastlarını yalnız bir idmançı – Turində çoxnövçülük üzrə

finalçı Delfin Ledu ilə təmsil edir. Almaniya komandasında fərdi qaydada çıxış edəcək gimnastlar yoxdur.

Onlar yalnız yeniyetmələr arasında qrup yarışlarında iştirak edəcəklər. İsrail nümayəndələri İrina Rizenson

(1988, Pekin olimpiadasında 9-cu və Turin çempionatında 8-ci yer) və Neta Rivkinin (1991, Turin

çempionatında 11-ci yer) azarkeşləri də onlardan yaxşı nəticələr gözləyirlər.

Polşa yığma komandasına Turində 13-cü yeri tutmuş Yoanna Mitroş (1988) və çoxlarının hələ tanımadığı

Angelika Paradovska (1992) daxildir.

İspaniyalı Almudena Sidin pərəstişkarları son 10 ildə ilk dəfə onu bu cür sanballı yarışların iştirakçıları

sırasında görməyəcəklər: Almudena idman karyerasını başa çatdırmışdır. Bu dəfə onun ölkəsini Karolina

Rodriges (1986) və Marina Fernandes (1991) təmsil edəcəklər.

Azərbaycan gimnastları da layiqli rəqib olduqlarını göstərməyə hazırlaşırlar. Komandamıza bədii

gimnastikada artıq öz sözlərini demiş Aliyə Qarayeva (1988, Pekində 6-cı yer) və Anna Qurbanova (1986) ilə

yanaşı, iki ümidverici gimnast – Zeynəb Cavadlı (1991) və bu ilin baharında beynəlxalq turnirlərdə yaxşı

nəticələr göstərmiş Samirə Mustafayeva (1993) daxildir.

“İki sahil.-2009.-15 may.-N.89.-S.8.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

36

Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatının açılış mərasimi olmuşdur

Mayın 15-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə 25-ci

Avropa çempionatı start götürmüşdür. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak edir.

Açılış mərasimində Azərbaycan folklor süjetlərindən istifadə edilməklə səhnələşdirilmiş tamaşa təqdim

edilmişdir.

Tamaşa başa çatandan sonra Azərbaycanın Dövlət himni səslənmiş, çempionatın iştirakçısı olan

komandaların rəsmi-keçidi olmuşdur.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd etmişdir ki, ölkəmizdə bədii

gimnastika sürətli inkişaf dövrünü yaşayır. Pekin Olimpiadasında bədii gimnastika üzrə şəxsi birincilikdə

azərbaycanlı gimnastlardan birinin 6-cı yeri, qrup birinciliyində isə ölkəmizin komandasının 7-ci yeri tutması

böyük nailiyyətdir. Bütün bunlar Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin

və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bədən tərbiyəsinə və idmana

qayğısı və diqqəti sayəsində mümkün olmuşdur.

Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropulos qeyd etmişdir ki, 2007-ci ildə Bakıda

Avropa çempionatının uğurlu təşkilindən sonra Avropa Gimnastika İttifaqı 25-ci, yubiley qitə birinciliyinin

Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etmişdir. O, yarışların yaxşı təşkil edilməsinə görə ölkəmizin

rəhbərliyinə və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmiş

və iştirakçılara uğurlar arzulamışdır.

Çempionatın ilk günündə 3 qrupda seçmə yarışlar keçirilmişdir. Azərbaycanlı idmançılar Anna

Qurbanova və Aliyə Qarayeva qitənin ən yaxşı gimnastlarının təmsil olunduğu A qrupunda çıxış etmişlər.

Qurbanova lentlə hərəkətlərin yekununa görə 25,850 xal toplayaraq üçüncü yerə çıxmışdır. Top ilə hərəkətlərdə

Annanın çıxışı 26,475 xal ilə qiymətləndirilmiş və o, dördüncü yeri tutmuşdur. Əvvəlcə lent ilə, sonra isə halqa

ilə hərəkətlər nümayiş etdirmiş Aliyə Qarayeva bu növlər üzrə, müvafiq surətdə 26,600 və 25,900 xal

toplayaraq dördüncü yeri tutmuşdur.

Yarışların ilk günündən sonra Azərbaycan yığma komandası 104,475 xal ilə üçüncü yerdədir.

Komanda birinciliyində hələlik ən yaxşı nəticə göstərən Rusiya yığma komandası 110,650 xal toplayaraq

birinci yeri, Ukrayna idmançıları isə 105,200 xal ilə ikinci yeri tuturlar.

Şəxsi birincilikdə Rusiya nümayəndəsi Yevgeniya Kanayeva daha yaxşı nəticə göstərmişdir. O, ip ilə

hərəkətlərdə 28,850 xal, halqa ilə hərəkətlərdə 28,500 xal toplamışdır.

Mayın 16-da gimnastlarımızın çıxışları davam edəcəkdir. Bu dəfə A.Qurbanova və A.Qarayeva ilə yanaşı,

Zeynəb Cavadlı da mükafatlar uğrunda mübarizəyə qoşulacaqdır. Həmin gün yeniyetmələrdən ibarət qrup

komandaları arasında seçmə yarışlar da keçiriləcəkdir.

AzərTAc.

“Xalq qəzeti”.-2009.-16 may.-N 104.-S.2.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

37

Avropa Gimnastika İttifaqının rəsmiləri ölkəmizdə

gimnastikanın inkişafından razıdırlar

Mayın 14-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ölkəmizdə bədii gimnastika üzrə

keçiriləcək 25-ci Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirildi. Tədbirdə Azərbaycan Gimnastika

Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov, federasiyanın baş katibi Fərid Qayıbov, Avropa

Gimnastika İttifaqının (AGİ) prezidenti Dimitrios Dimitropulos, AGİ-nin bədii gimnastika üzrə Texniki

Komitdsinin prezidenti Hayde Bruneder, qurumun vitse-prezidenti Andraş Sabo, Avropa Gimnastika İttifaqının

sponsoru Və rəsmi partnyoru "Stadler Trains" MMC-nin Macarıstandakı icraçı direktoru Zoltan Dunai və bədii

gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva iştirak edirdilər.

Konfransı giriş sözü ilə açan Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin rəhbəri Şahin

Kazımzadə Avropa çempionatının ölkəmizdə ikinci dəfə keçirildiyini qeyd etdi. O, üç gün davam edəcək

yarışda 32 ölkədən 186 gimnastın qüvvəsini sınayacağını bildirdi.

Sonra AGF-nin vitse-prezidenti Altay Həsənov ölkəmizdə gimnastikanın yüksək səviyyədə inkişaf

etməsindən danışdı: "Azərbaycanda gimnastika idman növü ilə məşğul olanların sayı ilbəil artır. Bu sahədə əldə

olunan uğurlar göz qabağındadır. Gimnastikaya həvəs göstərənlərin sayı paytaxtla yanaşı, bölgələrdə də çoxalıb.

Məsələn, Gəncədə bədii gimnastika, Dəvəçidə akrobatika gimnastikası, Sumqayıt və Balakəndə idman

gimnastikası inkişaf edir". Gimnastlarımızın qitə çempionatına hazırlığına münasibət bildirən Altay Həsənov bu

yarışda təmsilçilərimizə böyük ümidlər bəslədiyini vurğuladı: "Gimnastlarımız bu yarışda uğurla iştirak etmək

üçün yüksək səviyyədə hazırlıq prosesi keçiblər. Sözsüz ki, onlardan medal gözləyirik. Amma idmanda heç kim

məğlubiyyətdən sığortalanmayıb".

Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropulos Avropa çempionatının ikinci dəfə

paytaxtımızda keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Azərbaycanda bədii gimnastikanın yüksək

sürətlə inkişaf etdiyini dəyən D. Dimitropulos mətbuat konfransında daha çox sayda KİV nümayəndəsinin

olmasını ölkəmizdə gimnastikaya göstərilən maraqdan irəli gəldiyini söylədi. Azərbaycanın gimnastika növü

üzrə aparıcı idman ölkələrindən biri olduğunu vurğulayan AGİ-nin prezidenti təmsilçilərimizin mötəbər

yarışlarda böyük uğurlara imza atdığını dedi. Quram prezidenti paytaxtımıza səfərindən məmnun qaldığım

nəzərə çatdırdı: "Burada biz diqqət və qayğı ilə əhatə olunuruq. Buna görə də özümüzü evimizdəki kimi hiss

edirik. Qısa vaxt ərzində Bakıda bir sıra dəyişikliklərin şahidi oldum. İki il bundan əvvəl Azərbaycanda səfərdə

olarkən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə

görüşmüşdüm. Görüş zamanı cənab İlham Əliyev qeyd etmişdi ki, növbəti qitə çempionatının da Azərbaycanda

keçirilməsini istəyir".

Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva komandamızın uğurlu çıxış üçün

kifayət qədər şansı olduğunu dilə gətirdi: "Əvvəlcədən proqnoz vermək istəmirəm. Yarışda fərdi növlərdə Aliyə

Qarayeva, Anna Qurbanova kimi güclü gimnastlarımız mübarizə aparacaqlar. Yeniyetmələrdən ibarət qrup

yığmamız isə belə mötəbər turnirdə ilk dəfə çıxış edir. Ümid edirəm ki, onlar öz imkanlarından maksimum

istifadə edəcəklər. Qeyd edim ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva

gimnastlarımızın yüksək səviyyədə məşq keçmələri üçün hər cür şərait yaradıb".

Sonda Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropulos və "Stadler Trains" MMC-nin

Macarıstandakı icraçı direktoru Zoltan Dunai arasında üçillik müqavilə imzalandı. Qeyd edək ki, bu şirkət bir

sıra idman təşkilatlarına himayədarlıq edir.

“Olimpiya dünyası”.-2009.-15-18 may.-N.32.-S.2.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

38

"Gimnastlarımızın dünya çempionatına hazırlığını yüksək qiymətləndirirəm"

Komandamız son məşqləri Bakı Olimpiya Kompleksində keçir

Xəbər verdiyimiz kimi, sentyabr ayının 7-13 - də Yaponiyanın Miye şəhərində bədii gimnastika

üzrə növbəti dünya çempionatı təşkil olunacaq. Dünya çempionatında ölkəmizin idman şərəfini fərdi

növlərdə Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı, Samirə Mustafayeva, qrup hərəkətlərində

isə Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prasolova, Valeriya Yeqay, Ceyla Quliyeva və Stefani

Trayanovadan ibarət komanda qoruyacaq. Нəт fərdi, həm də yığma komanda mötəbər yarışa hazırlıq

məqsədilə bir neçə xarici ölkədə təlim-məşq toplanışlarında olub. Hazırda fərdi növlərdə mübarizə

aparan gimnastlarımız dünya çempionatına son hazırlığı Yaponiyanın Tokio şəhərində keçirir. Qrup

һəгəкдиəп üzrə yığma komandamız isə Bakı Olimpiya Kompleksində məşqlərini davam etdirir. Təlim-

məşqlərə sentyabrın 8-də yekun vurulacaq. Gimnastlarımızın dünya çempionatına hazırlığı barədə ətraflı

məlumat almaq üçün bədii gimnastika üzrə yığma komandamızın baş məşqçisi Mariana Vasilyeva ilə

görüşdük. Baş məşqçi təmsilçilərimizin dünya çempionatı ərəfəsində çıxış etdikləri yarışlar, keçirilən

təlim-məşqlər və son hazırlıq barədə bizə ətraflı məlumat verdi.

- Qrup yığmamızın dünya çempionatına hazırlığı песə gedir?

Mötəbər yarışa əvvəlcədən müəyyənləşdirilmiş plan əsasında hazırlaşırıq. Məlumat üçün bildirim ki, buna

qədər komandamız dünya kubokunun mərhələ yarışları və bir neçə beynəlxalq turnirdə bacarığını nümayiş

etdirib. Gimnastlarımız İtaliyanın Pesaro şəhərində keçirilmiş Dünya kubokunun mərhələ yarışında 3 lent\2 ipli

hərəkətlərdə çıxışa görə (23,7 xal) beşinci, ikinövçülükdə isə altıncı (44,625 xal) nəticəni göstərmişdi. İyun

ayında Hollandiyanın paytaxtı Amsterdam şəhərində bədii gimnastika üzrə beynəlxalq "Amsterdam Masters "

turnirində gimnastlarımız yüksək səviyyədə çıxış edərək üç dəfə (çoxnövçülük, 5 ip, 3 lent/2 ip) fəxri kürsünün

birinci pilləsində yer alıb. Qrup yığmamız çoxnövçülük üzrə yarışlarda da qızıl medala sahib çıxdı. Avqust

ayının əvvəlində Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışında qrup

hərəkəti üzrə yığma komandamız çoxnövçülük yarışlarında 50,30 xalla ikinci nəticəni göstərdi. Komandamızın

ауп-ауп növlər üzrə keçirilən final yarışlarında da çıxışı uğurlu alındı. Gimnastlarımız 5 halqa (24,55 xal) və 3

lent/2 iplə hərəkətlərin icrasına görə fəxri kürsünün üçüncü pilləsində qərarlaşdı. Bugünlərdə Belarusun paytaxtı

Minskdə keçirilən Dünya kubokunun mərhələ yarışlarında 5 halqa ilə hərəkətlərin finalında 25,7 xalla beşinci

olduq. Qrup yığmamız 3 lent/2 iple səkkizinci (24,15 xal) yeri tutdu. Komanda-mız çoxnövçülük yarışlarının

yekununa görə 19 yığma arasında yeddinci yerlə kifayətləndi. Qeyd edim ki, Minskdə təşkil olunan mərhələ

yarışında dünya çempionatında çıxış edəcək komandalar iştirak edirdi. Komanda üzvlərinin bu yarışlarda əldə

etdikləri nəticəni yüksək qiymətləndirirəm. Amma bununla kifayətlənməməliyik. Dünya çempionatına çox az

vaxt qalır. Biz məşqlərimizi daha da gücləndirməliyik. Hazırda komandanın üzvləri Bakı Olimpiya

Kompleksində hər gün bir neçə saat məşq keçir. Sentyabr ayının 8-də məşqlərə yekun vurulacaq. Qeyd edim ki,

qrup yığmamızın dünya çempionatına hazırlığında yığma komandanın məşqçiləri Yasena Kuyumciyeva,

Natalya Bulanova və Leyla Qəmbərova yaxından kömək edir.

- Fərdi növlərdə qüvvəsini sınayacaq gimnastların hazırlığından necə, razısınızmı?

- Dünya çempionatında fərdi növlərdə Azərbaycanı təmsil edəcək gimnastların hər biri öz şəxsi

məşqçisinin rəhbərliyi altında məşqlərini davam etdirirlər. Gimnastların hər biri yeni proqramla çıxış edəcək.

Onlar bu proqram üzərində məsuliyyətli işləyirlər. Gimnastlarımızın dünya çempionatına hazırlığını yüksək

qiymətləndirirəm. Qızlarımız dünya çempionatı ərəfəsində Tayvanda təşkil olunan VIII Ümumdünya Oyunları,

Kiyevdə və Minskdə keçirilən Dünya kubokunun mərhələ yarışları və bir neçə beynəlxalq turnirlərdə iştirak

edərək mükafatalayiq yerlər tutublar. Yeri gəlmişkən, qeyd edim ki, Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb

Cavadlı və Samirə Mustafayeva hazırda Yaponiyanın Tokio şəhərindədirlər. Gimnastlarımız burada son təlim-

məşqlər keçirlər. Buna qədər təmsilçilərimiz Rusiya gimnastları ilə birgə bir neçə təlim-məşq toplanışında

iştirak ediblər. 2007-ci ildə Yunanıstanda keçirilən dünya çempionatında Dinarə Gimatova, Aliyə Qarayeva və

Anna Qurbanovadan ibarət yığmamız komanda hesabında bürünc medal qazanmışdı. İnanıram ki,

gimnastlarımız növbəti dünya çempionatında da uğurla çıxış edərək mükafatçılar sırasında yer alacaqlar.

- Qrup yığmamız dünya çempionatına hazırlıqla bağlı Bolqarıstanda ay yarım təlim-məşq

toplanışında olub. Məşqlərdə əsas diqqət пəуə yönəlmişdi?

- Bildiyiniz kimi, komandamız mötəbər yarışa hazırlıq məqsədilə əvvəlcə Bolqarıstanın paytaxtı Sofiyada

məşhur " Levski " klubunda təlim-məşq keçdi. Sonra gimnastlarımız Burqas şəhərinin "Mladost " zalında təşkil

olunan məşqlərdə iştirak etdi. Təlim-məşqlər çox uğurlu keçdi. Məşqlərin gimnastlarımızın təcrübə əldə

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

39

etmələri baxımından böyük əhəmiyyəti oldu. Düzdür, qızlarımız çıxışları zamanı bezi səhvlərə yol verdilər.

Telim-məşqlərdə əsas diqqət həmin səhvlərin növbəti yarışlarda bir daha təkrarlanmamasına yönəldilmişdi.

I - Dünya çempionatına bir песə gün qalır. Komandamızın üzvləri yarışa psixoloji сəhəətəп

hazırdırlarmı?

- Komanda üzvləri arasında psixoloji hazırlığın səviyyəsi müxtəlifdir. Yığmada müxtəlif yaş qrupları üzrə

gimnastlar mübarizə aparır. Bundan başqa, onlar təcrübə baxımından da biri-birindən fərqlənirlər. Ümumilikdə

götürdükdə, qrup komandamızın üzvlərinin psixoloji hazırlığını normal qiymətləndirirəm.

- Qrup komandamız proqramlarını hansı musiqinin sədalan altında icra edəcəklər?

- Bilirsiniz ki, bədii gimnastikada musiqi əsas rol oynayır. Gimnastlarımız halqalarla hərəkətləri

xorvatiyalı bəstəkar Maksim Mrvitsanın, lent və iplərlə hərəkətləri isə Covanni Morandinin əsərinin sədalan

altında icra edəcəklər. Musiqini komanda üçün mən seçmişəm. Bu seçim komanda üzvləri tərəfindən bəyənildi.

Düşünürəm ki, qrup yığmamızın dünya çempionatındakı çıxışı gimnastika sevərlər tərəfindən rəğbətlə

qarşılanacaq. Qeyd edim ki, gimnastlarımız çempionatda yeni geyimdə bacarıqlarını nümayiş etdirəcəklər.

- Dünya çempionatında mübarizə aparacaq rəqiblərimiz barəsində nə deyə bilərsiniz?

- Mötəbər yarışda bizim əsas rəqiblərimiz dünya reytinqində ilk onluqda yer alan komandalar olacaq.

Çempionatda 19 komanda mübarizə aparacaq. Rusiya, Belarus, Ukrayna, Bolqarıstan, İtaliya, Yaponiya, İsrail,

Almaniya yığmaları həmişəki kimi güclü yığmalardır. Azərbaycanın qrup komandası da rəqib komandalarla

bərabər səviyyədədir. Düşünürəm ki, təmsilçilərimiz bu yarışda bütün bacarıqlarını nümayiş etdirərək yüksək

nailiyyət qazanacaqlar. - Dünya çempionatında qrup komandamızdan hansı nəticəni gözləyirsiniz?

- Əvvəlki turnirlərdə komandamızın çıxışını və son telim-məşqləri nəzərə alsaq, deyə bilərəm ki, dünya

çempionatında yığmamız ilk səkkizlikdə yer ala bilər. Hesab edirəm ki, bu, komandamız üçün böyük nəticə

olacaq. İndiyə qədər qrup yığmamız iki dəfə dünya çempionatında mübarizə aparıb. Təmsilçilərimiz birinci dəfə

2005-ci ildə Bakıda təşkil olunan XXVII dünya çempionatında qüvvəsini sınamışdı. Yarışda yığmamız lentlə

hərəkətlərin final mərhələsində 10,650 xalla səkkizinci yerdə qərarlaşmışdı. 2007-ci il-də Yunanıstanın Patras

şəhərində təşkil olunan növbəti dünya çempionatında qrup yığmamız 30 xalla ilk onluqda yer alaraq, həm do

Pekin Olimpiadasına lisenziyanı təmin etmişdi. Pekin - 2008-də isə təmsilçilərimiz yeddinci nəticəni

göstərmişdi.

Esmira Orucova.

“Olimpiya dünyası”.-2009.-28-31 avqust.-N 60.-S2.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

40

Azərbaycan gimnastları bədii gimnastika üzrə dünya çempionatında

topla hərəkətlərdə çıxış etmişlər

Bakı, 9 sentyabr (AzərTAc). Sentyabrın 9-da Yaponiyanın Mie şəhərində bədii gimnastika üzrə dünya

çempionatında top və lent ilə hərəktlərdə ilk yarışlar keçirilmişdir. Topla hərəkətdə Aliyə Qarayeva 27 xal,

Anna Qurbanova 24,900 xal, Zeynəb Cavadlı 22,650 xal qazanmışlar.

Sabah idmançılarımız lentlə hərəkətlərdə çıxış edəcəklər. Sentyabrın 10-da komanda birinciliyi başa

çatacaqdır. Azərbaycan yığması (229,625) Ukraynadan 0,175 xal geri qalaraq 4-cü yerdədir. Birinci yeri Rusiya

(253,075), ikinci yeri isə Belarus (237,200) tutur.

AzərTAc

9 sentyabr 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

41

Bədii gimnastika üzrə dünya çempionatına yekun vuruldu

Sentyabrın 7-də Yaponiyanın Mie şəhərində start götürən bədii gimnastika üzrə dünya

çempionatına ayın 13-də yekun vurulub. Yarışda ölkəmizi fərdi növlərdə Aliyə Qarayeva, Anna

Qurbanova, Zeynəb Cavadlı və qrup hərəkətləri üzrə yığmamız təmsil ediblər:

Çempionatın ilk günlərində gimnastlarımızın əldə etdikləri nəticələr barədə ötən sayımızda xəbər

vermişdik. Xatırladaq ki, yarışda Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlıdan ibarət yığmamız

komanda hesabında 258,525 xalla üçüncü olub. Birinci yeri 282,175 xalla Rusiya gimnastları tutublar. Belarus

komandası isə 262,825 xalla gümüş medal qazanıb. Ayrı - ауrı hərəkətlərin finalında lentlə çıxışı da 27,325 xal

toplayan gimnastımız Aliyə Qarayeva isə gümüş medala layiq görülüb. Qeyd edək ki, bu ilin may ayında bədii

gimnastika üzrə ölkəmizdə keçirilən Avropa çempionatında da gimnastlarımız komanda yarışlarında bürünc

medala yiyələnmişdilər.

Dünya çempionatının son iki günü qrup hərəkətləri üzrə yığmalar bacarıqlarını nümayiş etdiriblər. Qrup

hərəkətləri üzrə yığmamızın heyətində yer alan Vəfa Hüseynova, Ceyla Quliyeva, Valeriya Yeqay, Dina Qorina,

Anastasiya Prasolova və Stefani Trayanovanın ilkin təsnifat mərhələsində 5 halqa ilə çıxışları 25,600 xalla, 3

lent/2 iplə çıxışları isə 24,900 xalla qiymətləndirilib. Nəticədə final mərhələsinə vəsiqə qazanan gimnastlarımız

5 halqa ilə hərəkətlərin icrasına görə 23,475 xal toplayaraq 7-ci pillədə qərarlaşıblar. 3 lent/2 iplə hərəkətlərin

finalında isə təmsilçilərimiz 25,225 xalla 6-cı olublar; 5 halqa ilə hərəkətlərdə qələbəni Rusiya qrup yığması, 3

lent/2 iplə hərəkətlərin icrasında isə İtaliya gimnastları qazanıblar. Qrup yığmamız iki hərəkətin cəminə əsasən

50.500 xalla (5 halqa və 3 lent, 2 ip) çoxnövçülük yarışında 4-cü yeri tutub.

Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında bədii gimnastika üzrə Rusiya Bədii Gimnastika

Federasiyasının prezidenti və yığma komandanın baş məşqçisi İrina Vinerin qrup yığmamızın dünya

çempionatındakı çıxışı ilə bağlı fikirləri yer alıb. "Azərbaycan komandasının əla çıxışı! Gözəl məşqçi və

аnsambl. Bütün Rusiya nümayəndə heyəti Azərbaycan gimnastlarına azarkeşlik edirdi. İki finaldan ikisi

- yaxşı nə ola bilər? Azərbaycan komandasına uğurlar və özünəinam arzulayıram. Unutmayın, şans

həmişə var. Sadəcə, onu vaxtında və düzgün istifadə etmək lazımdır", -deyə o bildirib. Qeyd edək ki,

Nataliya Bulanova dünya çempionatında ölkəmizi hakim kimi təmsil edib.

“Olimpiya dünyası”.-2009.-15-17 sentyabr.-N.65.-S.3.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

42

Azərbaycanı dünya kuboku yarışlarında iki gimnast təmsil edəcəkdir

Bakı, 6 yanvar (AzərTAc). Yanvarın 29-31-də Kanadanın Monreal şəhərində keçiriləcək bədii gimnastika

üzrə dünya kuboku yarışlarında ölkəmizi iki gimnast qız təmsil edəcəkdir. Bunu Azərbaycan Gimnastika

Federasiyasının mətbuat xidmətindən bildirmişlər.

Perspektivli gimnast Elvin Ağadadayev yanvarın ortalarında Minskin “Stayki” Olimpiya İdman

Kompleksində təlim-məşq toplantısında iştirak edəcəkdir.

Qeyd edək ki, İstanbulda keçirilən idman gimnastikası üzrə “Bosfor kuboku” beynəlxalq turnirində 14

yaşlı Elvin 4 medal qazanmışdır. O, idman atı üzərində hərəkətlərdə qızıl, tirdə hərəkətlərdə gümüş, halqalarda

və çoxnövçülükdə isə bürünc medal qazanmışdır.

AzərTAc

6 yanvar 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

43

Aliyə Qarayeva İspaniya turnirində üçüncü yeri tutmuşdur

Bakı, 17 may (AzərTAc). İspaniyanın Marbelye şəhərində bədii gimnastika üzrə Qran-Pri yarışları başa

çatmışdır. Həmin yarışlarda Azərbaycan gimnastları Aliyə Qarayeva və Anna Qurbanova da iştirak etmişlər.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışların sonuncu günü ayrı-ayrı final

görüşləri olmuşdur. Aliyə Qarayeva lentlə hərəkətlərdə 27.55 bal toplayaraq üçüncü yeri tutmuşdur. Azərbaycan

gimnastı yalnız rusiyalı Yevgeniya Kanayeva və Darya Kondakovadan geri qalmışdır.

Aliyə Qarayeva iplə (26.375 bal) və halqa ilə (25.925) hərəkətlərdə final yarışmasında yeddinci yeri

tutmuşdur.

Anna Qurbanova topla finalda çıxış etmiş, 26.45 balla beşinci yeri tutmuşdur.

Aliyə Qarayeva Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibəsində demişdir: “Bir

həftə bundan əvvəl komanda üzrə rəfiqəm Anna Qurbanova Fransada keçirilmiş yarışlarda üçüncü yeri

tutmuşdur. Bu dəfə isə növbəti bürünc medal mənə qismət olmuşdur. Qarşıda bizi Minsk (21-23 may) və

İnsbruq (11-13 iyun) yarışları gözləyir. Belə ki, ciddi çalışmalıyıq”.

İspaniyada keçirilmiş Qran-Pri yarışlarının ilk günü çoxnövçülük üzrə medallar uğrunda mübarizə

aparılmışdır. Aliyə Qarayeva 27 iştirakçı arasında 104.725 bal toplayaraq 13-cü yeri tutmuşdur. Çoxnövçülük

üzrə yarışların qalibi isə olimpiya çempionu Yevgeniya Kanayeva (Rusiya) olmuşdur.

Yaxin yarışlara gəldikdə isə mayın 19-da Moskvada “Alina-2010” beynəlxalq bədii gimnastika festivalı

keçiriləcəkdir. Həmin yarışlarda ölkəmizi Azərbaycanın qrup komandası təmsil edəcəkdir.

AzərTAc

17 may 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

44

Dünya çempionatı start götürdü

Xəbər verdiyimiz kimi, dünən Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə XXX dünya çempionatına start verilib. Mötəbər yarışda dünyanın 55 ölkəsindən 800-ə qədər gimnast xalça üzərində bacarığını nümayiş etdirəcək. Çempionatda şəxsi yarışlarda ölkəmizin idman şərəfmi Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva, qrup yarışlarında isə Ceyla Quliyeva, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Ayelita Xələfova, Stefani Trayanova və Yevgeniya Jidkova qoruyur.

Yarışların proqramına əsasən, dünən və bu gün A, B, C və D qrupunda şəxsi növlər üzrə çıxış edən gimnastlar ip və halqa ilə hərəkətləri icra edəcəklər. Ayın 22-23-də idmançılar top və lentlərdə mübarizə aparacaqlar. Sentyabrın 24-də çoxnövçülük üzrə final yarışları keçiriləcək. Ayın 25 - 26-da isə qrup komandalarının çoxnövçülük yarışları (5 halqa və 3 lent/2 ip) və final mərhələsi olacaq. Dünya çempionatının qalib və mükafatçıları sentyabrın 26-da məlum olacaq.

Xatırladaq ki, son dünya çempionatı ötən ilin sentyabr ayında Yaponiyanın Mie şəhərində keçirilib. Yarışda ölkəmizi fərdi növlərdə Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və qrup hərəkətləri üzrə yığmamız təmsil edib. Gimnastlarımız bu yarışda da möhtəşəm çıxışları ilə yadda qalıblar. Belə ki, Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlıdan ibarət yığmamız komanda hesabında bürünc medal qazanıb. Ayrı-ayrı növlər üzrə keçirilən yarışlarda Aliyə Qarayeva topla hərəkətlərin finalında ikinci olub. Yarışda qrup komandamızın ilkin təsnifat mərhələsində 5 halqa ilə çıxışı 25,600 xalla, 3 lent/2 iplə çıxışı isə 24,900 xalla qiymətləndirilib. Finalda komandamız 5 halqa ilə hərəkətlərin icrasına görə 7-ci pillədə qərarlaşıb. 3 lent/2 iplə hərəkətlərin finalında isə gimnastlarımız 6-cı olublar. Qrup yığmamız iki hərəkətin ceminə əsasən çoxnövçülük yarışlarında 4-cü nəticəni göstərib. Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti və bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi İrina Vinerin qrup yığmamızın dünya çempionatındakı çıxışı ilə bağlı fikirləri yer alıb:

"Azərbaycan komandasının əla çıxışı! Gözəl məşqçi və ansambl. Bütün Rusiya nümayəndə heyəti Azərbaycan gimnastlarına azarkeşlik edirdi. İki finaldan ikisi - yaxşı nə ola bilər? Azərbaycan komandasına uğurlar və özünəinam arzulayıram. Unutmayın, şans həmişə var. Sadəcə onu vaxtında və düzgün istifadə etmək lazımdır", - deyə İ. Viner bildirib.

“Olimpiya dünyası”.-2010.-21-23 sentyabr.-N.65.-S.1,2.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

45

Azərbaycan gimnastı Aliyə Qarayeva Moskvada keçirilən

dünya çempionatının bürünc medalına layiq görülmüşdür

Bakı, 22 sentyabr (AzərTAc). Moskvanın “Olimpiysk” idman kompleksində ip və halqa ilə hərəkətlərin

final yarışları keçirilmişdir. Azərbaycan idmançısı Aliyə Qarayeva hər iki növdə finala çıxmışdır. Halqa ilə

hərəkətlərdə gimnastımız Ukrayna və Belarusdan olan rəqiblərini geridə qoymuşdur.

A.Qarayevanın halqa ilə çıxışından sonra Ümumrusiya Gimnastika Federasiyasının başçısı İrina Viner

bildirmişdir: “Bax, indi mən əsl Aliyə Qarayevanı gördüm”. İdmançı özü bildirmişdir ki, çıxışından razıdır.

Qarayeva demişdir: “Mən anlayıram ki, bəlkə də tamaşaçıların sezmədiyi səhvlərim də olmuşdur. Moskvada

keçirilən dünya çempionatında halqa ilə hərəkətlərdə bürünc medal qazanmağımdan razıyam”.

AzərTAc

22 sentyabr 2010

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

46

Aliyə Qarayeva: Özünə qalib gəlsən, başqalarına da

qalib gələrsən

Moskva, 22 sentyabr (AzərTAc). Azərbaycan idmançısı, bədii gimnastika üzrə Avropa çempionu,

dünya çempionatının bürünc mükafatçısı Aliyə Qarayeva AzərTAc-ın müxbirinə müsahibəsində bildirmişdir ki,

Moskvadakı yubiley çempionatında Azərbaycan gimnastlarının çıxışları hələ təzə başlanır. O demişdir: “Biz

hələ indi sürət toplayırıq. Başlanğıcda vəziyyət pis deyildi, istərdik ki, çıxışımızı bu qayda ilə və daha yaxşı

davam etdirək”.

A.Qarayeva komandamızın əhval-ruhiyyəsinin yaxşı olmasını vurğulayaraq Gimnastika Federasiyasının

prezidenti Mehriban xanım Əliyevaya idmanın bu növünün inkişafı üçün yaradılmış şəraitə görə minnətdarlığını

bildirmiş, məşqçilərə və çoxsaylı azərbaycanlı azarkeşlərə təşəkkür etmişdir.

O demişdir: “Biz zalda olan həmvətənlərimizin dəstəyini hiss edirik və bu, bizim üçün çox vacibdir. Sağ

olsunlar ki, bizim yarışlara gəlirlər”. Rəqiblərə münasibət barədə sualın cavabında A.Qarayeva demişdir: “Biz

yarış zamanı başqalarına baxmırıq. Prinsipimiz belədir: “Özünə qalib gəlsən, başqalarına da qalib gələrsən”.

Rəqiblərimizlə yalnız xalça üzərində yarışırıq, həyatda isə münasibətlərimiz çox yaxşıdır”.

Asya Hacızadə

AzərTAc-ın xüsusi müxbiri

Moskva

22 sentyabr 2010

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

47

Gimnastımız İtaliya çempionatında uğurla çıxış edib

İtaliyanın Aretso şəhərində bədii gimnastika üzrə bu ölkənin klub çempionatının ikinci turu keçirilib.

Bu çempionatda Azərbaycanı iki aparıcı gimnastımız - Aliyə Qarayeva və Anna Qurbanova təmsil ediblər.

Aliyə Qarayeva A2 seriyasında yarışan "Ritmika" komandasının heyətində çıxış edib. Aretsoda o, halqa

və lentlə hərəkətlər göstərib. Aliyənin lentlə kompozisiyaya görə qazandığı balların miqdarı bütün iştirakçılar

arasında ən yüksək olub. Onun təmsil etdiyi klub ümumi hesabda 141,125 bal nəticə ilə üçüncü yeri tutub.

A1 seriyasında çıxış edən Anna Qurbanova isə "Komense" klubunun idman şərəfini qoruyub. O, halqa

ilə çıxışlarda ikinci yeri tutub. Qurbanovadan yaxşı nəticə göstərən yeganə idmançı "Armonia" klubunu təmsil

edən rusiyalı Darya Kondakova olub. Həmyerlimizin komandası 135,6 bal nəticə ilə doqquzuncu yerə layiq

görülüb.

“Olimpiya dünyası”.-2010.-9-11 noyabr.-N.77.-S.1

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

48

Azərbaycanın qadın gimnastları İsraildə keçirilən Qran-pri yarışlarında

səkkiz medal qazanmışlar

Bakı, 7 mart (AzərTAc). Azərbaycanın qadın gimnastları Qran-pri seriyalı turnirlərdə medallar

qazanmaqda davam edirlər. Moskvadan sonra indi də İsrailin Holon şəhərində mükafatlar əldə edilmişdir.

AzərTAc Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli

komandamızın lideri Aliyə Qarayeva İsraildə keçirilən yarışlarda üç dəfə bürünc mükafatın sahibi olmuşdur.

Aliyə Qarayeva əvvəlcə çoxnövçülük üzrə yarışlarda rusiyalı gimnastlar Yevgeniya Kanayeva və Darya

Dmitriyevna ilə, sonra isə halqa və topla hərəkətlərdə Rusiyanın qadın gimnastı Darya Kondakova ilə rəqabət

aparmışdır.

Azərbaycan gimnastı Zeynəb Cavadlı da Bakıya xoş əhval-ruhiyyə ilə qayıdır. O da üç medal

qazanmışdır. Həmin medallar Qran-pri turnirində deyil, beynəlxalq yarışlarda əldə edilmişdir. Gözəl perspektivi

olan Zeynəb Cavadlı çoxnövçülük, topla və lentlə hərəkətlər üzrə yarışlarda üçüncü olmuşdur.

Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva demişdir: “Gənc gimnastlar arasında keçirilən turnirdə

yarışmış 13 yaşlı Gülsüm Şəfizadənin qazandığı bürünc medalı çox mühüm qələbə hesab edirəm. Hələ çox gənc

olan bu idmançının ustalığını artıq bir çox mütəxəssislər qiymətləndirmişlər və Gülsüm Şəfizadənin

çoxnövlüçülük üzrə yarışlarda dördüncü yeri tutmasının özü çox şey deyir.

Təbii ki, gənc gimnastlardan ibarət qrup komandamızın uğurları məni çox sevindirir. Bu komanda

dalbadal üçüncü dəfədir ki, gümüş medala layiq görülür. Gimnast qızlarımız hər dəfə xalça üzərində daha böyük

uğurlar qazanırlar. Buna görə də Lalə Yusifova, Ayişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı,

Siyanə Vasilyeva və Yekaterina Prokopenkodan ibarət qrupun beş iplə hərəkətlərdə əldə etdiyi ikinci yerı

qanunauyğun hesab edirəm. Birinci yeri yenə Rusiya idmançıları tutmuşlar, üçüncü yer isə İsrail idmançılarına

qismət olmuşdur.

Azərbaycan gimnastlarını qarşıda daha bir yarış gözləyir. Martın 12-13-də Riqada “Baltic Hoop”

beynəlxalq turniri keçiriləcəkdir. Həmin turnirdə Azərbaycanı Zeynəb Cavadlı və gənc gimnastlardan ibarət

qrup təmsil edəcəkdir.

AzərTAc

7 mart 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

49

Bürünc medalın bir addımlığında

Bakı, 18 aprel (AzərTAc). Yunanıstanın Kalamat şəhərində bədii gimnastika üzrə Dünya Kubokunun

növbəti mərhələsi başa çatmışdır. Azərbaycanı həmin yarışlarda Aliyə Qarayeva, Zeynəb Cavadlı və ölkəmizin

qrup komandası təmsil etmişdir.

AzərTAc Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yığma

komandamızın lideri Aliyə Qarayeva Dünya Kubokunun bütün final yarışlarında iştirak etmiş, halqa ilə

hərəkətlərdə yaxşı nəticə göstərmiş, 27,6 balla dördüncü yeri tutmuşdur. Aliyə bürünc medal qazanmış rusiyalı

Darya Kondakovadan cəmi onda bir bal geri qalmışdır.

Aliyə Qarayeva çoxvövçülük üzrə yarışların nəticələrinə görə rusiyalı gimnastlar Darya Dmitriyeva və

Kondakovadan, habelə Belarus idmançısı Lyubov Çarkaşinadan sonra dördüncü yerlə kifayətlənmişdir.

Azərbaycan gimnastı gürzlə, lentlə və topla mübarizədə səkkizinci olmuşdur. Final yarışlarında Kondakova

(topla və lentlə hərəkətlərdə), Çarkaşina (halqa ilə), Bolqarıstan idmançısı Silviya Miteva (gürzlə) qalib

gəlmişlər.

Azərbaycanın digər gimnastı Zeynəb Cavadlı çoxnövçülük üzrə yarışlarda 36 iştirakçı arasında 14-cü

nəticəni göstərmişdir.

Azərbaycanın Ceyla Quliyeva, Səbinə Abbasova, Anastasiya Prasolova, Aelita Xələfova, Stefani

Trayanova və Yevgeniya Jitkovadan ibarət qrup komandası ikinövçülük üzrə yarışlarda 5 topla hərəkətlərdə

finala çıxmış və dördüncü yeri tutmuşdur. İsrail komandası birinci, Bolqarıstan komandası ikinci, Fransa

gimnastları ilə üçüncü olmuşlar.

Azərbaycan gimnastlarını qarşıda dünya kubokunun aprelin 21-24-də Nijni Novqorodda keçiriləcək

növbəti mərhələsi və bu həftənin axırında ölkəmizin 3 idmançısının - Gülsüm Şəfizadə və Ləman Dadaşlının,

habelə Ləman Hacızadənin iştirak edəcəyi gimnast qızlar arasında Minskdə təşkil olunacaq beynəlxalq turnir

gözləyir.

AzərTAc

18 aprel 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

50

Azərbaycanın iki yeniyetmə gimnastı Polşada keçirilən turnirin

qalibi olmuşdur

Bakı, 17 may (AzərTAc). Azərbaycanın iki yeniyetmə gimnastı bu günlərdə Polşanın paytaxtı Varşavada

keçirilən beynəlxalq turnirin qalibi olmuşdur.

AzərTAc Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 10 yaşlı Leyli

İbrahimova çoxnövçülükdə öz yaş dərəcəsində qızıl medal qazanmışdır. Bu, gimnastımızın son vaxtlar əldə

etdiyi ikinci mükafatdır. O, bu ilin aprel ayında Rusiyada keçirilmiş yarışların gümüş mükafatçısı olmuşdur.

İkinci qızıl medalı 2002-2003-cü illərdə anadan olmuş gimnastlar arasında yarışlarda iştirak edən 8 yaşlı

Aydan Ağayeva qazanmışdır.

Azərbaycanın daha bir gimnastı, 2003-cü il təvəllüdlü Ləman Hüseynova turnirin təşkilatçılarının təsis

etdikləri xüsusi mükafata layiq görülmüşdür.

Məşqçilərin bildirdiyinə görə, bu idmançılarımız və digər gimnast qızlarımız mayın axırlarında Rusiyanın

Zveniqorod şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq turnirdə iştirak edəcəklər.

AzərTAc

17 may 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

51

Aliyə Qarayeva Çində Dünya Universiadasında çıxış edəcəkdir

Bakı, 8 avqust (AzərTAc). Azərbaycan gimnastı Aliyə Qarayeva bir gün əvvəl Budapeştdə keçirilmiş

“Gracia Cup” beynəlxalq turnirinin qalibi olmuşdur.

AzərTAc Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki,

çoxnövçülük yarışlarında dörd hərəkətin hər birinin öhdəsindən məharətlə gələn milli komandamızın lideri

turnir cədvəlində birinci yerə yüksəlmişdir.

A.Qarayeva demişdir: “Təbriklərə görə çox sağ olun! Macarıstanda uğurla çıxış etməyimin səbəbi yaxşı

fiziki formada olmağım və Xorvatiyada keçirdiyim səmərəli təlim-məşq toplanışlarıdır. Bütün hərəkətlər həm

quruluşundakı yeniliklər, həm də səlis icra ilə fərqlənmişdir. Bu hərəkətlər tamaşaçıların və xüsusən hakimlərin

xoşuna gəlmişdir. Bu da sentyabrda Fransanın Monpelye şəhərində keçiriləcək və London Olimpiadasına

lisenziyaların oynanılacağı dünya çempionatı ərəfəsində çox əhəmiyyətlidir. Dünya çempionatından əvvəl

növbəti turnir avqustun 15-23-də Çində keçiriləcək Dünya Universiadası yarışlarıdır. Mən bu yarışlarda da

yüksək yerlər uğrunda mübarizə aparacağam”.

Macarıstan turnirinin digər mükafatçıları isə İsrail və Koreya təmsilçiləri olmuşdur. Azərbaycan

gimnastları Anna Qubanova və Samirə Mustafayeva müvafiq olaraq 5-ci və 6-cı yerləri tutmuşlar.

Qarşlıdan gələn dünya çempionatı təkcə gimnastlarımızı narahat etmir. Milli yığmamız da bu yarışa ciddi

hazırlaşır. Səbinə Abbasova, Anastasiya Prasolova, Aelita Xələfova, Yevgeniya Jidkova, Stefani Trayanova və

Ceyla Quliyevadan ibarət qrup komandası, fərdi proqram üzrə çalışan Zeynəb Cavadlı yığmanın baş məşqçisi

Marianna Vasilyovanın rəhbərliyi altında Qusar Olimpiya Mərkəzində təlim-məşq toplanışlarındadır.

M.Vasilyovanın sözlərinə görə, Zeynəb və qrup komandası Dünya Kuboku yarışlarının Bolqarıstanda (18-22

avqust) və İsraildə (24-28 avqust) keçiriləcək mərhələ yarışlarında ilin ən əsas yarışına hazırlıq səviyyələrini

yoxlayacaqlar.

AzərTAc

8 avqust 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

52

Azərbaycan gimnastları Fransada keçirilən dünya çempionatında

iştirak edirlər

Bakı, 19 sentyabr (AzərTAc). Sentyabrın 19-da Fransanın Monpelye şəhərində bədii gimnastika üzrə 31-

ci dünya çempionatı start götürmüşdür.

Yarışların ilk günündə gimnastların bir qismi halqa ilə, digərləri top ilə çıxış etmişlər. Azərbaycan

gimnastları Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı halqa ilə çıxış etmişlər. 28,175 bal qiymət

almış A.Qarayeva səhər sessiyasında bu predmetlə xalça üzərinə çıxmış idmançılar arasında liderdir. 25,500 bal

nəticə göstərmiş A.Qurbanova 7-ci, Z.Cavadlı isə (25,450) 8-ci yeri tutur.

Dünya çempionatının cədvəlinə uyğun olaraq sentyabrın 20-də A.Qarayeva, A.Qurbanova və Z.Cavadlı

top ilə çıxış edəcək, sonra isə top və halqa hərəkətlərin final mərhələsi olacaqdır.

Xatırladaq ki, çoxnövçülüyün finalında şəxsi yarışlarda 2012-ci il Olimpiadasına 15 vəsiqə

oynanılacaqdır. Hər ölkə ən çoxu iki lisenziya qazana bilər. Yarışların son iki günündə keçiriləcək qrup

turnirində isə Londona 6 vəsiqə uğrunda mübarizə gedəcəkdir. Burada Azərbaycanı Anastasiya Prasolova,

Ceyla Quliyeva, Aelita Xələfova, Stefani Trayanova, Səbinə Abbasova və Yevgeniya Jidkova təmsil edəcəklər.

Dünya çempionatı vasitəsilə Olimpiadaya vəsiqə ala bilməyən idmançılar gələn ilin yanvar ayında

Londonda keçiriləcək seçim turnirində iştirak edə bilərlər.

AzərTAc

19 sentyabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

53

Azərbaycan gimnastı Brnoda keçirilən turnirdə beş medal qazanmışdır

Bakı, 17 oktyabr (AzərTAc). Azərbaycan gimnastı Aliyə Qarayeva Qran-pri seriyasından Çexiyanın

Brno şəhərində keçirilən turnirdə beş bürünc medal qazanmışdır.

Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, milli yığmanın lideri

yarışların artıq ilk günündə öz ustalığını sübut etdi. Çoxnövçülük turnirində A.Qarayeva 114.65 bal toplayaraq

3-cü yeri tutmuş və bütün 4 finala çıxa bilmişdir. Gimnastımız yalnız Rusiya dueti – Yevgeniya Kanayeva və

Darya Dmitriyevadan geridə qalmışdır.

Yarışların ikinci günü Azərbaycan gimnastına daha 4 mükafat gətirmişdir. Qarayeva yenə də “bürünc”

müvəffəqiyyətini təkrarlamışdır, amma artıq ayrı-ayrı predmetlərlə.

Qarayeva demişdir: “Fransada keçirilmiş dünya çempionatından sonra ikihəftəlik fasiləm oldu, mən öz

çıxışlarımdan, həmçinin hakimlərin mənə verdikləri qiymətlərdən çox razıyam.

Bu il yenə də A1 seriyası üzrə İtaliyanın klub çempionatında çıxış etməyə dəvət olunmuşam. Oktyabrın

22-də keçiriləcək birinci turda iştirak etmək üçün Fabrianoya yollanıram”.

Digər idmançılarımız İzmirə yollanacaqlar. Oktyabrın 20-dən 23-dək Türkiyənin bu şəhərində

Azərbaycan gimnastlarının iştirakı ilə beynəlxalq turnir keçiriləcəkdir.

AzərTAc

17 oktyabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

54

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edirlər

Bakı, 3 dekabr (AzərTAc). Yunanıstanın Larissa şəhərində yeniyetmə gimnastlar arasında ənənəvi

“Larissa Cup” beynəlxalq turniri başlamışdır.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yarışda

azərbaycanlı idmançılar Aynur Cabbarlı və Ləman Hacızadə, Yekaterina Prokopenko və Nilufər Niftəliyeva

mübarizə aparırlar.

Turnirdə gimnastlarımız məşqçi Liya Kolesnikovanın rəhbərliyi altında iştirak edirlər. Hakimlər

korpusunda ölkəmizi Natalya Bulanova təmsil edir.

AzərTAc

3 dekabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

55

Aliyə Qarayeva Qran-pri yarışlarının Moskva mərhələsində

gümüş mükafat qazanmışdır

Bakı, 27 fevral (AzərTAc). Qran-pri yarışlarının bu il Moskvada keçirilmiş birinci mərhələsində

Azərbaycan gimnastı Aliyə Qarayeva gümüş mükafat qazanmışdır.

AzərTAc Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, milli

komandamızın lideri top ilə hərəkətlərin finalında rusiyalı dünya çempionu Darya Kondakovadan yarım xal çox

toplayaraq ikinci yeri tutmuşdur. Bu hərəkətlərdə birinci yeri Rusiyanın digər nümayəndəsi, dünya çempionu

Darya Dmitriyeva tutmuşdur.

Qarayeva demişdir: “Bu turnirdə mən üç yeni hərəkət – halqa, top və gürz ilə hərəkətlər nümayiş

etdirdim. Lent ilə kompozisiya əvvəlki kimi qalmış, lakin biz bu hərəkətə də bir qədər düzəliş etmişdik.

Bütövlükdə mən öz çıxışımdan razıyam, hərçənd, əşyaların itirilməsi və daha cüzi səhvlər oldu. Mən hələ çox

işləməliyəm. Həmişəki kimi vaxtım çatmır. Məşqlərdə hər şey yaxşı alınır. Lakin yarışlarda da hər şeyin yaxşı

olması vacibdir. Mənim uğurlarımı təkcə məşqçim deyil, tamaşaçılar və hakimlər də görməlidirlər. Mən çıxış

etməyi çox xoşlayıram və tamaşaçıları sevindirmək istəyirəm. Ötən illə müqayisədə bu il özümü qat-qat inamlı

hiss edirəm. Düşünürəm ki, bu il mənim üçün pis başlamır. Əlbəttə, Olimpiya mövsümü ilə əlaqədar

həyəcanlanıram, lakin öz emosiyalarıma nəzarət etməyi bacarmalı və çox həyəcanlanmamalıyam”.

Yarışlar başa çatandan sonra olimpiya çempionu Alina Kabayeva Aliyə Qarayevaya artistizmə görə xüsusi

mükafat da təqdim etmişdir.

Yuniorların beynəlxalq turnirində bizim gimnastlar arasında ən yaxşı nəticəni 14 yaşlı Nilufər Niftəliyeva

göstərmişdir. O, gürz ilə hərəkətlərdə 6-cı yeri tutmuşdur. Komanda hesabında isə Nilufər Niftəliyeva, Mənsurə

Bağıyeva, Gülsüm Şəfizadə və Yekaterina Prokopenko Azərbaycanı 35 ölkə arasında 8-ci yerə çıxarmışlar.

Azərbaycan gimnastlarının növbəti startı Latviya paytaxtında keçiriləcək Baltic Hoop beynəlxalq turniri

olacaqdır. Martın 9-dan 12-dək keçirilən bu turnirdə ölkəmizi Aliyə Qarayeva və Lalə Yusifova təmsil

edəcəklər.

AzərTAc

27 fevral 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

56

Aliyə Qarayeva Qran-pri mərhələsində gümüş medal qazanmışdır

Bakı, 2 aprel (AzərTAc). Azərbaycan gimnastı Aliyə Qarayeva Fransanın Tye kantonunda gimnastika

üzrə Qran-pri yarışlarının ikinci mərhələsində gümüş mükafat qazanmışdır.

AzərTAc Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, milli

komandamızın lideri lent ilə hərəkətlərin finalında ikinci yeri tutmuşdur.

Bir sıra mütəxəssislərin yekdil fikrincə, Aliyə bu yeganə mükafatı rusiyalı gimnastlarla kəskin rəqabət

şəraitində qazanmışdır. Qarşıdan gələn iri yarışlar ərəfəsində bu mükafat xüsusi əhəmiyyət kəsb edir. Fəxri

kürsünün bütün pillələrində rusiyalı gimnastların dayanması faktını nəzərə alsaq deyə bilərik ki, A.Qarayeva

əslində çoxnövçülükdə də ikinci nəticə göstərmişdir.

Qran-pri mərhələsində ölkəmizin digər təmsilçisi olan qrup komandasının bəxti o qədər də gətirməmişdir.

Hakimlərin qərarına əsasən, çoxnövçülükdə yalnız 11-ci yerlə kifayətlənməli olmuş komandamız bazar günü

keçirilən final yarışlarında iştirak edə bilməmişdir. Lakin milli yığma komandanın baş məşqçisi Mariana

Vasilevanın dediyinə görə, qızlarımız ruhdan düşmür və aprelin 13-15-də Pesaroda (İtaliya) keçiriləcək Dünya

Kuboku mərhələsində uğurla çıxış edəcəyinə ümid bəsləyirlər.

Müxtəlif Qran-pri və dünya kuboklarında iştirak etməyi hələlik yalnız arzulayan yunior gimnastlarımız

isə Alina Kabayevanın xeyriyyə fondu tərəfindən Nijnekamskda təşkil edilmiş beynəlxalq Alina-2012

festivalının seçmə turnirində çıxış etmişlər. “Kuklalar” adlı nümunəvi çıxış proqramı yerli tamaşaçılar və ciddi

münsiflər heyəti tərəfindən çox yaxşı qarşılanmış qızlarımızın fərdi göstəriciləri də onların pərəstişkarlarını

sevindirmişdir.

Məsələn, 12 yaşlı Jalə Piriyeva öz yaşıdları arasında ən yüksək nəticə göstərmişdir. Gülsüm Şəfizadə

(1998) ikinci yeri tutmuş, 15 yaşlı Mənsurə Bağıyeva isə öz yaş kateqoriyasında üçüncü mükafata layiq

görülmüşdür.

AzərTAc

2 aprel 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

57

Azərbaycan gimnastları Kiyevdə beynəlxalq turnirdə

7 medal qazanmışlar

Bakı, 7 may (AzərTAc). Düz bir ay sonra Ukraynanın və Polşanın yaşıl meydanlarında futbol üzrə

Avropa çempionatının final mərhələsi başlayacaqdır. Məlum olduğu kimi, finalda çıxış etmək milli

komandamıza nəsib olmamışdır. Lakin həmin yerlərdə heç də az populyar olmayan digər Olimpiya idman

növünü təmsil edən idmançılarımız nəinki Kiyevdə yarışmağa, üstəlik finallarda məharətlə çıxış etməyə nail

olmuşlar.

AzərTAc Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, gənc gimnastlarımız

Ukrayna paytaxtında beynəlxalq turnirdə yeddi medal qazanmışlar. 15 yaşlı Bahar Əsgərova çoxnövçülük

yarışlarında ikinci yeri tutmuş, daha iki finalda yarışaraq, ən yaxşı nəticəni gürzlə hərəkətlərdə göstərmiş,

dördüncü yeri tutmuşdur. 2001-ci il təvəllüdlü Zöhrə Ağamirova da çoxnövçülük yarışlarında ikinci nəticəni

göstərmiş, topla hərəkətlərdə bürünc medal qazanmışdır.

Komandamıza 3-cü gümüş mükafatı çoxnövçülük yarışlarında 8 yaşlı Arzu Cəlilova gətirmiş, onun yaşıdı

Zərniyar Əliyeva elə həmin proqramda bürünc medala, iplə hərəkətlərdə gümüş medala sahib olmuşdur. Zərifə

Bəşirova topla hərəkətlərdə üçüncü nəticə göstərmişdir.

Gimnastların məşqçisi Nurcahan Əsgərova bildirmişdir ki, bütün Kiyev qarşıdan gələn futbol bayramı

həyəcanı yaşamasına baxmayaraq, istirahət günü yarış zalları idmanın bu zərif növünün həqiqi xiridarları ilə

dolmuşdu. O demişdir: “Sizə deməliyəm ki, hər kompozisiya, gimnastların, xüsusən, bizim gimnastların

məharətli çıxışları sürəkli alqışlarla qarşılanmışdır”.

Azərbaycan gimnastlarının kompozisiyaları Avropanın digər paytaxtında – Sofiyada Dünya Kubokunun

mərhələ yarışlarında da alqışlarla qarşılanmışdır. Qrup komandası finalda 5 topla çıxış edərək, bir gün əvvəl

çoxnövçülük yarışlarında olduğu kimi, 8 ən güclü komandanı tamamlamışdır.

Milli komandanın baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, o qrupun final mərhələsində

çıxışından razı qalmışdır. Kollektivin üç ay əvvəl yenidən yaradılmasına baxmayaraq, qızlar göstərişli

emosional kompozisiya nümayiş etdirmişlər. Lalə Yusifovaya gəldikdə isə o ikinci onluqda yer alsa da, əvvəlki

mərhələ ilə müqayisədə qiymətləri daha yüksək olmuşdur.

L.Yusifova, habelə milli komandanın lideri Aliyə Qarayeva Fransada Dünya Kubokunun növbəti mərhələ

yarışlarında, Ayişə Mustafayeva və Səbinə Qaratova Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər.

AzərTAc

7 may 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

58

Azərbaycan gimnastı dünya klub çempionatında 4-cü yeri tutmuşdur

Bakı, 1 oktyabr (AzərTAc). AzərTAc Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə

istinadən xəbər verir ki, on beş yaşlı Azərbaycan gimnastı Marina Durunda ondan yaşca böyük rəfiqələri Aliyə

Qarayeva və Lalə Yusifova ilə birlikdə gündoğan ölkənin paytaxtında başa çatmış dünya klub çempionatında

“Neftçi” kollektivinin triosunu təşkil etmişdir.

Medal iddiasında olmasa da sonda klubun 5-ci yer tutmasında onun da mühüm xidməti olmuşdur.

Durunda özü Tokyo Gymnasium Metropolitain sarayında Yaponiya tamaşaçılarının ara verməyən alqış sədaları

altında finalda yeniyetmələr arasında turnirin 4-cü pilləsinə çıxmışdır. Medalları Belarus, Rusiya və Ukrayna

gimnastları bölüşdürmüşlər.

Ölkə yığmasının baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, “Marinanın final çıxışında halqanı

itirməsi onun pyedestala yaxınlaşmasına imkan verməmişdir. Lakin əminəm ki, o, daha yaxşı çıxış edə bilər və

edəcəkdir, biz buna çalışacağıq. Digər tərəfdən, səkkiz iştirakçı arasında finala çıxa bilmiş L. Yusifovaya görə

şadam (8-ci yer). Nəticədə həlledici mərhələdə yalnız Rusiya, Belarus və Azərbaycanın hərəsinin 2

nümayəndəsi olmuşdur”.

Komandanın liderinə gəldikdə isə, Qarayeva öz çıxışlarını, komandası kimi, 5-ci yerdə başa çatdırmışdır.

Bu yarışda qalib bu yaxınlarda Londonda keçirilmiş olimpiadanın vitse-çempionu rusiyalı Darya Dmitriyeva

olmuşdur.

Qarşıdakı həftə sonu gimnastika yarışları ilə zəngin olacaqdır. L.Yusifova və M.Durunda İtaliyada

keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

AzərTAc

1 oktyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

59

Azərbaycan gimnastı Aliyə Qarayeva “Fair Play” mükafatının laureatı olmuşdur

Bakı, 17 dekabr (AzərTAc). Azərbaycan gimnastı Aliyə Qarayeva ölkəmizin Milli Olimpiya Komitəsi

tərəfindən bu il təsis edilmiş “Fair Play” mükafatının laureatı olmuşdur.

AzərTAc Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Milli

Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayevin başçılıq etdiyi xüsusi komissiya vicdanlı rəqabət

prinsiplərinə sadiq olan ən yaxşı idmançı kimi Aliyə Qarayevanı seçmişdir.

“Fair Play” ideyaları Moskvada keçirilmiş beynəlxalq “Spartak” kuboku yarışlarında da əsas amillərdən

biri olmuşdur. Halqa və lent ilə final hərəkətlərində yüksək ballar (müvafiq surətdə 28,9 və 29,1 bal) toplayan

Qarayeva iki dəfə bu yarışların qalibi olmuşdur.

Paralel olaraq Moskva yaxınlığındakı Zveniqorod şəhərində yuniorların turniri keçirilmişdir. Bu

yarışlarda Bakı gimnastika məktəbinin 7 yetirməsi iştirak etmişdir. Onlardan biri – 2001-ci il təvəllüdlü İlahə

Məmmədova 3-cü yeri tutmuşdur. Turnirdə ilk iki yer rusiyalı idmançılara nəsib olmuşdur. Azərbaycanı təmsil

edən digər gimnastlar öz yaş qruplarında 4-8-ci yerlərlə kifayətlənməli olmuşlar.

Yeni il ərəfəsində isə ölkəmizin milli komandasının gimnastları ənənəvi bayram şousunda iştirak

edəcəklər. Onlar dekabrın 26-da Bakı Olimpiya İdman Kompleksində ən balaca tamaşaçılar üçün təşkil edilən

“Şəhrizadın ən gözəl nağılı” adlı Yeni il Qala-müsamirəsinin qonaqları olacaqlar.

AzərTAc

17 dekabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

60

Yaponiyada gimnastika üzrə klublar arasında dünya çempionatında

“Neftçi” beşinci yeri tutmuşdur

Bakı, 28 oktyabr (AzərTAc). Gündoğar ölkədə gimnastika üzrə klublar arasında dünya çempionatı başa

çatmışdır. Bu çempionatda Azərbaycanı “Neftçi” kollektivinin triosu – gənc gimnast Jalə Piriyeva ilə onun

nisbətən yaşlı rəfiqələri Lalə Yusifova və Marina Durunda təmsil edirdi.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətində AzərTAc-a bildirmişlər ki, Jalə Piriyeva

çempionatda medal ala bilməsə də, buna çox yaxın idi. Yekunda komandamızın kifayət qədər yüksək, beşinci

yer tutmasında Jalənin də xidməti az olmamışdır. Piriyeva özü “Tokyo Gymnasium Metropolitain” stadionuna

toplaşmış yaponiyalı tamaşaçıların alqış sədaları altında yuniorların turnirində finala çıxmış və bu mərhələdə 4-

cü yeri tutmuşdur.

Komandanın liderlərinə gəldikdə isə Durunda 6-cı, Yusifova 8-ci yeri tutmuşdur. Rusiyanın “Qazprom”

komandasının gimnast qızları hər üç turnirin qalibi olmuşlar.

Adalar diyarı Yaponiyada dünyanın 19 klubu gimnast qızların ən yaxşısını aşkar edən müddətdə Pireney

yarımadasında, Lissabonun mərkəzindən 20 dəqiqəlik məsafədə yerləşən Odivelaşda gənc akrobatlar arasında

qitə çempionatı keçirilmişdir.

Qadınların qoşa yarışlarında Aynur Hüseynova, Nərmin Ramazanova cütlüyü proqramın bütün final

növlərində beşinci yerləri tutmuşlar. Bu qızların balans hərəkətində bürünc mükafatlar alması üçün təqribən

yarım bal çatmamışdır.

Gənclər arasında Avropa çempionatında Azərbaycanı təmsil edən Elçin Əlibəyov–Emin Gülməmmədli

dueti də final raunduna çıxmış, bu mərhələdə sürətli hərəkətlər üzrə 5-ci yeri, çoxnövçülükdə isə 8-ci yeri

tutmuşdur.

AzərTAc

28 oktyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

61

Gimnast qızlarımız İtaliyada və Macarıstanda,gimnast oğlanlarımız isə

Rusiyada birinci yeri tutmuşlar

Bakı, 4 noyabr (AzərTAc). A1 seriyasından İtaliya klub çempionatının ikinci turu Azərbaycanın

gimnast qızlardan ibarət komandasının qələbəsi ilə başa çatacaqdır. Burada ölkəmizi aparıcı gimnastlardan biri

olan Marina Durunda təmsil edir.

AzərTAc Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Kyete

şəhərindən olan “Armonia di Abruttso” klubu çox cəhətdən məhz Durundanın sayəsində rəqiblərini

qabaqlamışdır. Belə ki, halqa ilə hərəkətlərə görə 17,8 bal toplamış Marina həmin alətlə çıxış edən iştirakçılar

arasında ən yüksək nəticə göstərmişdir. Cəmi 100,95 bal toplamış bu komandanın aktivində 50 xal vardır.

Marinanın klubu San-Corcionun “Gimnastika” komandasından 6 xal irəlidədir. Bu komandanın aparıcı gimnastı

Ukrayna nümayəndəsi Qana Rizatdinovadır. Çempionatda üçüncü tur noyabrın 16-da, 2016-cı il Olimpiya

Oyunlarının paytaxtı olmuş Turin şəhərində keçiriləcəkdir.

2019-cu ildə Universiadaya – miqyasına görə Olimpiya Oyunlarından sonra dünyada ikinci ən mühüm

idman tədbirinə ev sahibliyi etməyə namizəd olan Budapeştdə isə yunior gimnast qızlar arasında beynəlxalq

turnir başa çatmışdır. Burada “Neftçi”nin gimnast qızları uğurla çıxış edərək 3 qızıl və 2 gümüş medal

qazanmışlar.

2004-cü il təvəllüdlü Arzu Cəlilova çoxnövçülükdə və predmetsiz hərəkətlərdə qalib gəlmiş, ip ilə

hərəkətlərdə isə ikinci yeri tutmuşdur. 10 yaşlı Əzizə Bayram top ilə hərəkətlərdə birinci olmuş, 2005-ci il

təvəllüdlü Dəniz Yusubova isə ip ilə hərəkətlərdə gümüş mükafata layiq görülmüşdür.

İdman gimnastikası ilə məşğul olan oğlanlarımız da yaxşı çıxış etmişlər. Vladimir şəhərində keçirilən

turnirdə yığmamızın yunior gimnastları Kamran Hacıyev (1998-ci il) və Anton Yaşin (1997-ci il) 4 qızıl və 3

gümüş medal qazanmışlar.

Hakimlər paralel qollar və turnikdə hərəkətlərin finalında, habelə təkanla tullanmada Kamranı bütün

rəqiblərindən üstün tutmuşlar. Sərbəst hərəkətlərdə və halqa ilə təmrinlərdə Anton Yaşin qalib gəlmiş, Kamran

Hacıyev isə ikinci yerlə kifayətlənməli olmuşdur. Çoxnövçülükdə Anton gümüş medal qazanmış, Kamran isə

dördüncü yeri tutmuşdur.

AzərTAc

4 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

62

Mariya Durunda “A1” seriyasından ikinci nəticə göstərmişdir

Bakı, 18 noyabr (AzərTAc). “A1” seriyasından İtaliya klub çempionatının üçüncü turu Azərbaycanın

aparıcı gimnastlarından biri olan Mariya Durundanın idman şərəfini qoruduğu komanda üçün uğurlu olmuşdur.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Kyeti şəhərindən olan

“Armonia di Abruttso” klubu M.Durundanın çıxışları sayəsində gümüş mükafatlar qazanmışdır. Məsələn,

gürzlərlə hərəkətlərə görə M.Durundaya 17,14 bal verilmişdir ki, bu da onun komanda yoldaşları arasında ən

yüksək nəticədir. “Armonia di Abruttso” cəmi 296.1 bal toplamışdır. Aktivində artıq 72 xalı olan komanda

turnir cədvəlində əvvəlki kimi birinci yeri tutur. Marinanın klubu payızın son günü keçiriləcək final turundan

əvvəl Ukraynadan olan dünya çempionu Hanna Rizatdinovanın başçılıq etdiyi “Gimnastik” (San-Corcio)

klubunu 3 xal qabaqlayır.

Apennin yarımadasında gərgin mübarizə getdiyi anlarda Balkan yarımadasında gimnastlar arasında

dünya çempionları müəyyənləşirdi.

17-18 yaş qrupunda yarışan Mixail Malkin Sofiyada uğurla çıxış etmişdir. Seçim yarışlarının

nəticələrinə görə o, ən yaxşı səkkiz gimnast arasında turnirə vəsiqə qazanmışdır. Lakin final yarışında üçqat

salto zamanı səhvə yol verdiyi üçün səkkizinci yerdə qərarlaşmışdır.

Tamblinq üzrə turnirin həmin qrupdan olan ikinci iştirakçısı Aydın Əliyev 27-ci yeri tutmuşdur.

Yaşlı gimnastlar arasında yarışlarda isə Ruslan Ağamirov ilk dəfə batut üzrə dünya çempionatında çıxış

etmişdir. Onun debütü 90 iştirakçı arasında 44-cü yerlə nəticələnmişdir.

AzərTAc

18 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

63

Bakıda bədii gimnastika üzrə XXX Avropa çempionatının təntənəli açılış mərasimi keçirilmişdir

Bakı, 13 iyun (AzərTAc, Səxavət Quliyev). İyunun 13-də Bakıda, Milli Gimnastika Arenasında bədii

gimnastika üzrə XXX Avropa çempionatının təntənəli açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin paradı olmuş və Azərbaycanın dövlət himni

səsləndirilmişdir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qonaqları salamlamış, idmançılara yarışda uğurlar

arzulamışdır.

Nazir bildirmişdir ki, Bakı artıq üçüncü dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi

edir. Bizə göstərdiyi etimada görə Avropa Gimnastika İttifaqının rəhbərliyinə minnətdarıq. Sizi əmin edirəm ki,

biz bu dəfə də etimadı öz işimizlə doğruldacağıq. Bədii gimnastika Azərbaycanda sevilən idman növüdür və

daim çoxsaylı tamaşaçı rəğbətini qazanmışdır. Xüsusilə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-

nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika

Federasiyasının rəhbərliyinə seçildikdən sonra idmanın bu növünə maraq artmış, gimnastlarımızın nailiyyətləri

çoxalmış, ölkəmizin ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunmuş və hamı

üçün idman bayramına çevrilmişdir.

Azad Rəhimov vurğulamışdır ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti

İlham Əliyev ölkədə uğurlu idman siyasətinin aparılmasında müstəsna rol oynayır. Dövlətin idmana göstərdiyi

diqqət və qayğı nəticəsində respublikamızda yeni idman obyektləri inşa edilir. Bədii gimnastika üzrə XXX

Avropa çempionatının keçirildiyi möhtəşəm Milli Gimnastika Arenası dövlətimiz tərəfindən idmançılara və

azarkeşlərə böyük idman hədiyyəsidir. Ümid edirəm ki, bütün idmançıların və mütəxəssislərin sevəcəyi bu

məkan gələcəkdə beynəlxalq tədbirlərə tez-tez ev sahibliyi edəcəkdir.

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki demişdir ki, düz bir ildən sonra idmanın

19 növü üzrə Avropanın 6 mindən artıq idmançısının ilk dəfə keçirilən Avropa Oyunlarında iştirak etmək

məqsədilə Bakıda toplaşması tarixi hadisəyə çevriləcəkdir. 2015-ci ilin Avropa Oyunları zamanı gimnastikanın

6 növü üzrə yarışları qəbul edəcək bu möhtəşəm, yeni, ixtisaslaşdırılmış məkan, bədii gimnastika üzrə Avropa

çempionatından sonra gözəl gimnastika ənənəsinin varisi olacaqdır. Bu gözəl arenanın vaxtında ərsəyə

gəlməsində əməyi olan hər kəsi təbrik edirəm.

P.Hikki qeyd etmişdir ki, Avropa ənənəvi olaraq güclü idman qitəsidir. İstedadlı idmançıların gərgin

əmək və səylərinin nəticəsidir ki, Avropa Olimpiya dəyərlərinə möhkəm əsaslanan lider rolunu oynamağa

davam edir.

Avropa Gimnastika İttifaqının prezidenti Georges Guelzec rəhbərlik etdiyi qurumun çempionatın

keçirilməsini Azərbaycana həvalə edərkən yarışın uğurla təşkil ediləcəyinə əmin olduğunu demişdir. O

vurğulamışdır ki, çempionatda qrup hərəkətləri üzrə komandalar gələn il Bakıda təşkil olunacaq birinci Avropa

Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar. Bu, turnirin gərgin idman mübarizəsi şəraitində

keçəcəyindən xəbər verir. Son bir neçə ay ərzində bu mühüm tədbirin uğurlu olması üçün səylə çalışan

Azərbaycan Gimnastika Federasiyası, Təşkilat Komitəsi və bütün könüllülərə səmimi təşəkkürümü bildirirəm.

Gimnastlara ən xoş arzularımı çatdıraraq, iştirakçı ölkələrin və tamaşaçıların bir çoxunun Azərbaycanın

paytaxtında maraqlı yarış günləri yaşayacaqlarına inanıram.

G.Guelzec Avropa Gimnastika İttifaqı adından çempionatı açıq elan etmişdir.

Rəsmi hissə başa çatdıqdan sonra hazırlanmış xüsusi şou təqdim olunmuşdur. İncəsənət ilə bədii

gimnastikanın vəhdətini ifadə edən şou müxtəlif hissələrdən ibarət olmuşdur. Gimnastlarımız rəsmlərə uyğun

olaraq nümunəvi çıxışlarını təqdim etmişlər. “Qobustan”, “Nizami Gəncəvi”, “Piano” və digər hissələrdən ibarət

şou tamaşaçılarda xoş təəssüratlar yaratmışdır.

Avropanın 33 ölkəsindən 200-dən artıq gimnastın birincilik uğrunda mübarizə apardığı çempionata

iyunun 15-də yekun vurulacaqdır.

AzərTAc

13 iyun 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

64

Bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi yığmamızın Avropa çempionatındakı

çıxışını yüksək qiymətləndirmişdir

Bakı, 13 iyun (AzərTAc, Ülviyyə Məmmədli, Raisə Abbasova). Gimnastlarımız böyük potensiala

malikdirlər və əminəm ki, onlar azarkeşlərini bu çempionatda da sevindirəcəklər. Ev sahibi kimi çıxış etmək çox

çətindir. Buna görə də gimnastlarımız üzərlərinə düşən məsuliyyəti başa düşürlər. Onlar yüksək nəticə

göstərmək üçün səylərini əsirgəməyəcəklər.

AzərTAc xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana

Vasilyeva jurnalistlərə müsahibəsində demişdir.

O demişdir ki, son beş ildə Azərbaycan gimnastları Avropa çempionatında uğurla iştirak etmiş və

müxtəlif əyarlı medallarla qayıtmışlar. Yetirmələrinin uğurla çıxış edəcəklərinə əminliyini bildirən M.Vasilyeva

vurğulamışdır ki, Aliyə Qarayevanın gedişindən sonra artıq gənc nəsil formalaşmışdır və onlar böyük potensial

vəd edirlər. Bütün bunlar növbəti illərə hesablanmışdır. Gimnastlarımızın Azərbaycanı dünya çempionatı,

Avropa və Olimpiya Oyunlarında layiqincə təmsil edəcəklərinə inanıram. Federasiya bizim üçün əla şərait

yaratmışdır. Artıq regionlarda çempionlar və mükafatçılar yetişir.

AzərTAc

13 iyun 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

65

Gimnastika üzrə açıq Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bakı, 4 mart, Raisə Abbasova, AZƏRTAC

Martın 4-də Bakıda, Milli Gimnastika Arenasında test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə

birgə açıq Azərbaycan çempionatının təntənəli açılış mərəsimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin keçidi olub.

Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek gimnastları salamlayaraq bildirib ki, 100 gündən

sonra idmanın 20 növü üzrə qitənin 6 mindən artıq idmançısı birinci Avropa Oyunlarında iştirak etmək

məqsədilə Bakıda toplaşacaq. Bunu tarixi hadisə hesab edən J.Gelzek deyib ki, açıq Azərbaycan çempionatında

idmançılar gimnastikanın 6 növü üzrə yarışacaqlar. Avropa ənənəvi olaraq güclü idman qitəsi hesab edilir.

İstedadlı idmançıların gərgin səylərinin nəticəsidir ki, Avropa Olimpiya dəyərlərinə əsaslanan lider rolunu

oynamaqda davam edir. Bu, turnirin gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verir. “Gimnastlara

ən xoş arzularımı çatdıraraq iştirakçı ölkələrin və tamaşaçıların Azərbaycan paytaxtında maraqlı yarış günləri

yaşayacaqlarına inanıram”-deyə J.Gelzek bildirib.

Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qonaqları salamlayıb, idmançılara

uğurlar arzulayıb.

Nazir müavini qeyd edib ki, gimnastika Azərbaycanda sevilən idman növüdür və çoxsaylı tamaşaçı

rəğbəti qazanıb. Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev

Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının rəhbəri seçildikdən sonra

idmanın bu növünə maraq daha da artıb, gimnastlarımızın nailiyyətləri çoxalıb. Ölkəmizin ev sahibliyi etdiyi

bütün beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunur və əsl idman bayramına çevrilir.

İ.İsmayılov vurğulayıb ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham

Əliyev ölkədə uğurlu idman siyasətinin həyata keçirilməsində müstəsna rol oynayır. Dövlətimizin diqqət və

qayğısı nəticəsində respublikamızda yeni idman obyektləri inşa edilir.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çempionatın bədii gimnastika üzrə yarışlarına start

verilib. Xalça üzərinə Azərbaycanın yeniyetmə gimnastları dəvət olunub.

Martın 6-dək davam edəcək açıq Azərbaycan çempionatına 22 ölkədən gimnastlar qatılıb.

AZƏRTAC

4 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

66

Azərbaycan gimnastı Fransada bir dəst medal qazanıb

Bakı, 23 mart, AZƏRTAC

Fransanın Tye şəhərində bədii gimnastika üzrə Qran-pri yarışı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastı Marina Durunda yarışda bir dəst medal qazanıb.

Gimnastımız gürzlərlə yarışda qızıl, lentlə gümüş, halqa ilə mübarizədə bürünc medala sahib olub.

Azərbaycanın qrup komandası isə ikinövçülükdə üçüncü olub.

AZƏRTAC

23 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

67

Azərbaycan gimnastı “World Challenge Cup” turnirində qızıl medal qazanıb

Bakı, 29 mart, AZƏRTAC

Qətərin paytaxtı Dohada keçirilən idman gimnastikası üzrə “World Challenge Cup” turnirinin növbəti

mərhələsində Azərbaycan təmsilçisi Oleq Stepko qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Oleq Stepko rəqiblərini

üstələyərək paralel qollarda birinci yerdə qərarlaşıb. Həmin medal bu növ üzrə mübarizədə Azərbaycan

idmançılarının qazandığı ilk qızıldır.

Turnirdə Kolumbiya təmsilçisi ikinci, rumıniyalı idmançı isə üçüncü olub.

AZƏRTAC

29 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

68

Bakı-2015: Gimnastika yığmamız bürünc medal qazanıb

Bu gün Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar

müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların ikinci günündə kişi

komandaların mübarizəsinə yekun vurulub.

26 komandanın mübarizəyə başladığı yarış Azərbaycan millisi üçün tarixi uğurla başa çatıb. Heyətində Oleq

Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız Avropa Oyunlarının bürünc mükafatını

qazanıb.

6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Komandamız

yalnız Rusiya (178,963) və Ukraynadan (177,429) geri qalıb.

Bu, yığmamızın Oyunlarda 14-cü medalı olub. Bunadək komandamız 6 qızıl, 2 gümüş və 5 bürünc mükafata

yiyələnmişdi.

Qeyd edək ki, fərdi yarışda Stepko təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Yekunda 88,231 xal

toplayan gimnastımız ukraynalı Oleq Vernyayev (91,532) və rusiyalı Nikita İqnatyevdən (89,065) geri qalıb.

Digər təmsilçilərimiz Petro Paknyuk 73,231, Eldar Səfərov isə 69,665 xal yığıb.

“Xalq qəzeti”.-2015.-17 iyun.-N 128.-S.5.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

69

Azərbaycan gimnastları 2015-ci ildə rekord miqdarda medal qazanıblar

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan gimnastları 2015-ci ildə rekord miqdarda (157) medal qazanıblar.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, 2014-cü ildə

olduğu kimi, ötən il də Vətənə daha çox medalı bədii gimnastika nümayəndələri gətiriblər. Onlar 81 medal

qazanıblar. Kişi idman gimnastikası 32 medal, akrobatlar 15 medal, qadın idman gimnastikası 11 medal və

nəhayət, batut və aerobika gimnastikası hər biri 9 medal əldə edib.

Ən çox medalı Marina Durunda (22) əldə edib. Ondan bir medal az (21) komanda üzrə rəfiqəsi Jalə

Piriyeva və Azərbaycan Gimnastika Federasiyasının reytinq cədvəlində 1-ci yeri tutmuş Oleq Stepko qazanıb.

Sözsüz ki, idmançılarımız üçün ilin ən mühüm yarışlarından biri ilk Avropa Oyunları olub. Oleq Stepko

biri qızıl (paralel qollar) olmaqla, 5 medal qazanan yeganə Azərbaycan idmançısıdır. O, daha bir medalı Eldar

Səfərov və Pyotr Paxnyukla birgə komanda hesabında əldə edib. İlya Qrişunin batut gimnastikasındə bürünc,

Marina Durunda bədii gimnastika üzrə lentlə yarışlarda gümüş medala layiq görülüb. Ümumiyyətlə, lent ötən il

Marina üçün ən uğurlu alət olub. O, dahi Üzeyir Hacıbəylinin “Fantaziya” əsərinin sədaları altında lentlə

hərəkətlərdə Avropa çempionatının bürünc medalına sahib olub.

Akrobatlarımız yaş qrupları üzrə Avropa yarışlarında ilk dəfə medal qazanıblar. Gümüş medala kişi

cütlüyü Seymur Cəfərov/Murad Əkbərov, bürünc medalı isə qarışıq cütlük Ağasif Rəhimov/Nurcan Cabbarlı

layiq görülüb.

Bəlkə də ən əhəmiyyətli medalı idman gimnastikası üzrə Dünya çempionatında Oleq Stepko qazanıb. O,

müstəqil Azərbaycanın idman gimnastikası tarixində ilk dəfə olaraq paralel qollarda bürünc medal qazanıb.

2015-ci il gimnastlarımızın Dünya Gimnastradasında debüt ilə də yadda qaldı. Bununla da Gimnastika

Federasiyası gimnastika növlərinin inkişafı üzrə öz planını yerinə yetirmiş oldu. Hazırda ölkəmizdə

gimnastikanın Beynəlxalq Gimnastika Federasiyasının tanıdığı 7 növü inkişaf etdirilir.

Avropa çempionatının ikiqat mükafatçısı Gülsüm Şəfizadəyə mənzilin açarını Azərbaycan Prezidenti

İlham Əliyev təqdim edib. İlin yekunlarına əsasən Gimnastika Federasiyası Gənclər və İdman Nazirliyi

tərəfindən ən yaxşı federasiya, Milli Gimnastika Arenası ən yaxşı arena hesab olunub.

Dekabrın 24-də Azərbaycan Gimnastika Federasiyanın hesabat-seçki xarakterli 6-cı ümumi yığıncağı

olub və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən qurumun prezidenti seçilib. Səsvermənin

yekunlarına əsasən, fəaliyyətlərini Altay Həsənov vitse-prezident, Rauf Əliyev və Rafiq Behbudov isə

federasiyanın İcraiyyə Komitəsinin üzvü kimi davam etdirəcəklər. Mariana Vasilyeva İcra Komitəsinin yeni

üzvü seçilib.

Ötən ilə isə Milli Gimnastika Arenasında gimnastika növləri üzrə yığma komandaların məşqçi və

idmançılarının ifasında “Yeni il gecəsində yuxu” adlı möhtəşəm şou ilə yekun vurulub.

2016-cı il də gərgin olacaq. Qarşıda idmançılarımızı müxtəlif beynəlxalq yarışlar, Avropa, dünya

çempionatları və ən başlıcası Rio-de-Janeyro Olimpiya Oyunları gözləyir. Marina Durunda və Oleq Stepkonun

artıq bu oyunlara lisenziyaları var. Aprel ayında bədii gimnastika üzrə qrup komandasının, bir kişi və bir qadın

idman gimnastikası təmsilçilərinin əlavə lisenziyalar əldə etmək şansı olacaq.

Bu il Bakıda 3 Dünya Kuboku – idman gimnastikası üzrə fevralda, batut gimnastikası üzrə martda və

nəhayət, bədii gimnastika üzrə iyulda yarışlar təşkil ediləcək.

2016-cı ildə idmançılarımızın uğurlu çıxışlarına ümid edir və inanırıq.

AZƏRTAC

11 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

70

Azərbaycan gimnastları dünya kuboku yarışlarında iştirak ediblər

Bakı, 11 iyul, AZƏRTAC

Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, ölkəmizi yarışda Marina

Durunda və Jalə Piriyeva təmsil ediblər.

Otuz altı gimnast arasında keçirilən çoxnövçülük yarışlarında M.Durunda 7-ci, J.Piriyeva isə 19-cu yerdə

qərarlaşıb.

Ayrı-ayrı alətlər üzrə finallarda çıxış edən M.Durunda lentlə 6-cı, gürzlərlə 7-ci, halqa və topla

hərəkətlərdə 8-ci yerləri tutub.

AZƏRTAC

2016, 11 iyul

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

71

“Ocaq Sport” komandası klublararası dünya çempionatında dördüncü yeri tutub

Tokio, 11 sentyabr, AZƏRTAC.

Azərbaycanın “Ocaq Sport” komandası Yaponiyanın paytaxtı Tokioda keçirilən bədii gimnastika üzrə

klublararası dünya çempionatı – “AEON CUP-2016”da dördüncü yeri tutub.

Xəbər verdiyimiz kimi, yarışda dünyanın 26 ölkəsinin 31 klubunu təmsil edən 93 gimnast mübarizə

aparırdı.

“Ocaq Sport” komandası yarışlara Rusiyanın “Qazprom”, Belarusun “Dinamo”, Ukraynanın “Deryuginlər

məktəbi” və Yaponiyanın “AEON” klubları ilə birlikdə birbaşa final mərhələsində qatılmışdı. Komandamızın

tərkibində Zöhrə Ağamirova, Jalə Piriyeva və Marina Durunda çıxış ediblər. İki gün davam edən final

yarışlarının yekununda komandamız 197.980 xal toplayaraq dördüncü yerdə qərarlaşıb. Rusiyanın “Qazprom”

komandası birinci, Belarusun “Dinamo” komandası ikinci, Ukraynanın “Deryuginlər məktəbi” komandası isə

üçüncü yeri tutub.

Komandamızın baş məşqçisi Marianna Vasilyeva AZƏRTAC-ın xüsusi müxbirinə bildirib ki,

gimnastların çıxışını uğurlu hesab etmək olar. “Əgər ötən il komandamızın beşinci yeri tutduğunu nəzərə alsaq,

deyə bilərik ki, qızlarımızın bu ilki çıxışı daha uğurlu alınıb. Əgər Marina Durundanın ilk çıxışlarda yol verdiyi

kiçik səhvlər olmasaydı, komandamız daha yüksək pillədə qərarlaşa bilərdi. Amma düşünürəm ki, onun çox

cüzi xal fərqi ilə altıncı yerə çıxmasını da yaxşı nəticə hesab etmək olar”, - deyə M.Vasilyeva qeyd edib.

Azərbaycanın Yaponiyadakı səfirliyinə və bu ölkədəki diaspor təşkilatına göstərdikləri dəstəyə görə

minnətdarlığını bildirən baş məşqçi deyib ki, komandanın uğurunda onların da xüsusi payı var.

Bədii gimnastika üzrə dünyanın ən güclü komandalarının qatıldığı çempionat sentyabrın 11-də

yekunlaşıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

AZƏRTAC

2016, 11 sentyabr

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

72

Bakı bədii gimnastika üzrə dünya kuboku yarışının növbəti mərhələsinə ev sahibliyi edəcək

Bakı aprelin 28-30-da Beynəlxalq Gimnastika Federasiyasının (FIG) növbəti dünya kuboku mərhələsinə

ev sahibliyi edəcək. Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə beynəlxalq turnirdə 19

ölkədən 92 gimnastın iştirakı gözlənilir.

AZƏRTAC xəbər verir ki, idmançılardan 34-ü fərdi proqramda, 58-i isə 10 qrup hərəkətləri

komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının finalçısı, ilk Avropa Oyunlarının gümüş, Avropa

çempionatının çoxnövçülük üzrə bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa

çempionatının gümüş və bürünc mükafatçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri

komandasının tərkibində gümüş medalçılar Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən

Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günündə keçiriləcək təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi

gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə

finalçılar müəyyənləşəcək. Finallar isə turnirin sonuncu günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox məşhur əcnəbi

idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Yarışlarda ikiqat dünya və Avropa çempionu

Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) iştirak

edəcəklər. Həmçinin mübarizəyə qrup hərəkətləri komandaları - Olimpiya Oyunlarının qızıl medalçısı Rusiya,

Olimpiya Oyunlarının gümüş medalçısı İspaniya, Olimpiya Oyunlarının bürünc medalçısı – Bolqarıstan və

dünya çempionatının bürünc mükafatçısı – Belarus qoşulacaq.

AZƏRTAC

2017, 30 mart

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

73

Aerobika gimnastlarımız “Suzuki World Cup” yarışında iştirak ediblər

Bakı, 25 aprel, AZƏRTAC

Yaponiyanın paytaxtı Tokioda aerobika gimnastikası üzrə “Suzuki World Cup” yarışı keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə üçlük olaraq çıxış

edən gimnastlarımız Elçin Məmmədov, İmran İmranov və Emil Quliyev 18.050 xalla 10-cu yerdə qərarlaşıblar.

Digər gimnastımız Vladimir Dolmatov kişilərin fərdi yarışında 20.150 xal toplayaraq 9-cu, komanda

yoldaşı Nərminə Hüseynova ilə bərabər qarışıq cütlük proqramında isə 12-ci yerlə (17.600) kifayətləniblər.

AZƏRTAC

2017, 25 aprel

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

74

Kazanda mövsümün bədii gimnastika üzrə son dünya kuboku yarışı yekunlaşıb

Rusiyanın Kazan şəhəri bədii gimnastika üzrə bu ilin sonuncu dünya kuboku mərhələsinə ev sahibliyi

edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastlarının da yer aldığı turnirdə ümumilikdə 33 ölkədən

nümayəndələr iştirak edib. Ölkəmizi qrup hərəkətləri proqramında təmsil edən Ayşən Bayramova, Elif Zeynep

Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasileva 2 kompozisiya ilə final mərhələsinə vəsiqə

qazanaraq, yekun nəticədə hər iki çıxış üzrə 6-cı pillədə qərar tutublar. Çoxnövçülükdə isə qızlarımız 7-ci yerlə

kifayətləniblər. Qrup hərəkətləri üzrə komandalar arasında liderlik Rusiya təmsilçilərində olub.

Dünya kuboku yarışları avqustun 11-dən 13-dək davam edib.

Fərdi proqramda isə ölkəmizi gənc gimnastımız Zöhrə Ağamirova təmsil edib. O, 4 alət üzrə yekun

nəticəyə əsasən 24-cü yerdə qərarlaşıb.

AZƏRTAC

2017, 15 avqust

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

75

Azərbaycan gimnastı Dünya Kuboku yarışında qızıl medal qazanıb

Portuqaliyada keçirilən Dünya Kuboku yarışlarında batut gimnastikası üzrə yığma komandamızın üzvü

Mixail Malkin tamblinq cığırında qələbə qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 20-dən çox ölkənin idmançılarının

iştirak etdikləri turnirin təsnifat mərhələsində inamlı çıxışı ilə hakimlərdən ən yüksək xal alan gimnastımız final

mərhələsinə vəsiqəni təmin edib. Həlledici mərhələdə də proqramını qüsursuz icra edən idmançımız bütün

rəqiblərini geridə qoyaraq Dünya Kubokunun qızıl medalına sahib olub.

Xatırladaq ki, M.Malkin bu ilin fevralında Bakıda təşkil olunmuş Dünya Kuboku mərhələsində gümüş

medal qazanıb. Gimnastımız oktyabrın ilk həftəsində İspaniyada keçiriləcək beynəlxalq turnirdə və noyabrın 9-

11-də Sofiyada təşkil ediləcək dünya yaş qrupu yarışlarında iştirak edəcək.

AZƏRTAC

2017, 2 oktyabr

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

76

Azərbaycan gimnastı “Happy Cup” beynəlxalq turnirində 4 qızıl və 1 gümüş medala sahib olub

Gent şəhərində (Belçika) keçirilən bədii gimnastika üzrə “Happy Cup” beynəlxalq turnirində yığma

komandamız hesabına 5 medal yazdırıb.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, millimizin üzvü Zöhrə

Ağamirova 27 iştirakçı arasında qüsursuz çıxışı ilə fərqlənərək ilk qızılını məhz ən çətin proqramda –

çoxnövçülükdə əldə edib. Bu uğurun ardınca yarış meydançasında öz kompozisiyalarını daha da cəsarətlə icra

edən gimnastımız halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq növbəti 3

qızıl medala yiyələnib və bununla da Gentin idman arenasında 4 dəfə Azərbaycan himnini qürurla

səsləndirməyə müvəffəq olub. Zöhrə 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.

Turnirdə “yunior” proqramda ölkəmizi təmsil edən Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc

idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.

AZƏRTAC

2017, 6 noyabr

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

77

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal qazanıblar

Gimnastika növləri üzrə Azərbaycan yığma komandalarının üzvləri bir sıra beynəlxalq yarışlarda iştirak

ediblər.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, Belçikanın Purs

şəhərində akrobatika gimnastikası üzrə “Flanders International Acro Cup” adlı beynəlxalq turnirdə 11-16 yaşlı

gimnastlar arasında mübarizə aparan Murad Rəfiyev-Daniel Abbasov cütlüyü uğurla çıxış edərək qızıl medal

qazanıb. Gənc akrobatlar temp hərəkətlərinə görə finalda 26,800 xal toplayaraq bütün rəqiblərini geridə

qoyublar. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq, 25,850 xalla Portuqaliya və 23,800 xalla Böyük

Britaniya təmsilçiləri qərarlaşıblar. Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlidən ibarət qadın

qrupumuz isə yeniyetmələrin final yarışlarında 12-ci yerdə qərarlaşıb.

Belçikada keçirilmiş ilin ilk dünya kuboku yarışında mübarizə aparan Seymur Cəfərov-Murad Əkbərov

cütlüyü və Abdulla Əl-Məşayxi-Ruhidil Qurbanlı qarışıq cütlüyü yarışların finalında yeddinci yeri tutublar.

Moskvada isə bədii gimnastika üzrə Qran-Pri yarışlarına yekun vurulub. Bu yarışlarda ölkəmizi bədii

gimnastika üzrə yığma komandanın üzvü Zöhrə Ağamirova təmsil edib. O, çoxnövçülük yarışlarında

hakimlərdən 53,000 xal toplayaraq 22-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Moskvada keçirilmiş və Yeniyetmələrin Yay Olimpiya Oyunlarına təsnifat xarakterli

yarışda təmsilçimiz Dərya Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq lisenziya əldə

edib.

AZƏRTAC

2018, 19 fevral

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

78

Bakıda idman gimnastikası üzrə dünya kubokuna start verilib

Martın 15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarına start

verilib.

AZƏRTAC xəbər verir ki, Bakıda üçüncü dəfə təşkil olunan bu kubok yarışlarına 25 ölkədən 100-dən

çox idmançı qatılıb.

Kişi idman gimnastları günün birinci yarısında ilk təsnifat mərhələsində sərbəst hərəkətlər, paralel

qollarda güclərini sınayırlar. Günün ikinci yarısında isə halqalarda bacarıqlarını nümayiş etdirəcəklər. Qadın

idman gimnastları isə dayaqla tullanma, müxtəlif hündürlüklü qollarda yüksək xal yığmağa çalışırlar.

Turnirin ilk günündə kişi idman gimnastlarından Murad Ağarzayev sərbəst hərəkətlərdə, Timur

Bayramov paralel qollarda, qadınların mübarizəsində isə Yuliya İnşina və Marina Nekrasova dayaqla

tullanmada ölkəmizi təmsil edirlər.

Qeyd edək ki, yarışa martın 18-də yekun vurulacaq.

AZƏRTAC

2018, 15 mart

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

79

Avarçəkmə

Azərbaycan duetinin London Yay Olimpiya Oyunlarına lisenziya qazanması üçün

53 saniyə çatmamışdır

Bakı, 24 may (AzərTAc). İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə yekun

Olimpiya təsnifat reqatasına yekun vurulmuşdur.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yarışda

Azərbaycanı təmsil edən Aleksandr Aleksandrov – Boris Yotov dueti finalda 3-cü yeri tutmuşdur. İki nəfərlik

qayıqla mübarizə aparan cütlüyümüz 2 min metr məsafəni 6 dəqiqə 27,99 saniyəyə qət etmişdir.

Bununla da Aleksandrov – Yotov dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana

bilməmişlər. Bu vəsiqələrə ilk iki pilləni tutan italiyalı Alessio Sartori – Romano Battisti (6:27.13) və ukraynalı

Dmitri Mixay – Artyom Morozov (6:27.46) yiyələnmişlər. Azərbaycan duetinin Olimpiya Oyunlarına

yollanmasına cəmi 53 saniyəsi çatmamışdır.

AzərTAc

24 may 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

80

Nataliya Mustafayeva akademik avarçəkmə üzrə dünya kuboku yarışlarının

ikinci mərhələsində yarımfinala yüksəlmişdir

Bakı, 25 may (AzərTAc). Mayın 25-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə dünya

kuboku yarışlarının ikinci mərhələsi başlamışdır.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nüfuzlu

yarışda Azərbaycanı Nataliya Mustafayeva təmsil edir.

O, mübarizəyə milli komandamızın baş məşqçisi Rudiger Hauffenin rəhbərliyi altında qatılmışdır. Bir

nəfərlik qayıqla (W1X) çıxış edən N.Mustafayeva 2 min metr məsafəni 7 dəqiqə 37,52 saniyəyə qət etmişdir. O,

ötənilki dünya çempionatının gümüş mükafatçısı avstraliyalı Kim Krou (7:27.09) və son iki dünya

çempionatının bürünc mükafatçısı yeni zelandiyalı Emma Tviqqdən (7:31.17) geri qalmışdır. Bununla belə,

təmsilçimiz özündən irəli buraxdığı avarçəkənlərlə bərabər mayın 26-da keçiriləcək yarımfinala yüksəlmişdir.

Növbəti mərhələdə o, ilk üçlüyə düşəcəyi halda əsas finala çıxacaqdır. Həlledici yürüş isə mayın 27-də

keçiriləcəkdir.

AzərTAc

25 may 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

81

Azərbaycan idmançısı Aleksandr Aleksandrov akademik avarçəkmə üzrə

dünya çempionu olmuşdur

Bakı, 15 iyul (AzərTAc). Litvanın Trakay şəhərində keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında

dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Aleksandr Aleksandrov tarixi uğura imza atmışdır. Bir

nəfərlik qayıqla çıxış edən 22 yaşlı idmançımız qızıl medal qazanmışdır.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə,

avarçəkənimiz mübarizəyə seçmə yürüşdən başlamışdır. Onun çıxış etdiyi qayıq tipində 27 idmançı olmuşdur.

Bununla belə, Aleksandrov seçmə, dörddəbir final və yarımfinal yürüşlərini də hamıdan öndə başa vurmuşdur.

O, finalda nəinki sonadək liderliyini əldən verməmiş, hətta ən yaxın izləyicisi Hubert Trjibinskini (Almaniya)

8,53 saniyə geridə qoymuşdur. Bürünc medalı isə yunanıstanlı Dionios Angelopulos (7:24.30) qazanmışdır.

Bu, ölkəmizin idman tarixində akademik avarçəkmə növündə ilk dünya çempionatı olmuşdur. İki il öncə məhz

A.Aleksandrov Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya

çempionatında gümüş medal qazanmışdı. Həmin vaxt o, yalnız Almaniya təmsilçisi Karl Şultsedən geri qalmış,

bürünc medalı isə yunanıstanlı Stergios Papaxristos (Yunanıstan) qazanmışdı. Bu nailiyyətindən sonra

avarçəkənimiz növbəti dünya çempionatında qızıl medal qazanacağına söz vermişdi. Aleksandrov istəyinə

növbəti il olmasa da, iki il sonra nail olmuşdur. O, həm də elə Almaniyanın digər təmsilçisini üstələməyi

bacarmışdır. Üçüncü yer isə yenə Yunanıstan idmançısına nəsib olmuşdur.

Beləliklə, Aleksandr Aleksandrov iyulun 27-də start götürəcək 2012-ci il London Yay Olimpiya Oyunları

öncəsi yüksək hazırlıq səviyyəsində olduğunu bir daha nümayiş etdirmişdir.

AzərTAc

15 iyul 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

82

Azərbaycan idmançısı akademik avarçəkmə üzrə dünya çempionatında

mübarizəyə başlayır

Bakı, 7 avqust (AzərTAc). Litvanın Trakay şəhərində yeniyetmələr arasında akademik avarçəkmə üzrə

dünya çempionatında Azərbaycanı yeniyetmələr arasında son Avropa çempionu Boris Yotov təmsil edəcəkdir.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 17 yaşlı

idmançımız 1 nəfərlik qayıqla 2000 metr məsafə qət edəcəkdir. Əsasnaməyə görə, B.Yotov finala yüksəlməyi

bacarsa, yeniyetmələr olimpiadasına vəsiqə qazanan ilk Azərbaycan idmançısı olacaqdır.

Artıq B.Yotovun ilk rəqibləri də məlumdur. O, avqustun 7-də Bakı vaxtı ilə saat 20:30-da seçmə

mərhələdə Nikolay Sirotsin (Belarus), Andreyya Slyukiç (Serbiya), Kristofer Mittendorf (CAR), Pyer de Loof

(Belçika) və Esteban Paçeko Domingeslə (Meksika) yarışacaqdır. İlk üç yerin sahibləri birbaşa dörddəbir finala,

sonrakı yerləri tutanlar isə təsəlli yürüşünə qatılacaqlar. Təsəlli yürüşləri avqustun 8-də, final yürüşləri isə

avqustun 9-da olacaqdır. Avqustun 10-da yarımfinal, 11-də isə final yürüşləri keçiriləcəkdir.

Qalve gölündə keçiriləcək nüfuzlu yarışda 59 ölkədən 800-dək avarçəkən mübarizə aparacaqdır.

Bu çempionat 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Gələn il

avqustun 16-dan 28-dək Çinin Nanjinq şəhərində keçiriləcək olimpiadada həm oğlan, həm də qız avarçəkənlərin

1 nəfərlik (JM1x) və 2 nəfərlik sükansız (JM2-) qayıqlarla iştirakına icazə veriləcəkdir.

AzərTAc

7 avqust 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

83

Azərbaycan yığmasının avarçəkəni yeni ulduz adlandırılıb

Bakı, 22 dekabr, AZƏRTAC

Beynəlxalq Avarçəkmə Federasiyası (FISA) Azərbaycan yığmasının avarçəkəni Boris Yotovu yeni

ulduz adlandırıb. Bu barədə AZƏRTAC-a Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.

FISA-nın rəsmi saytında B.Yotovla blits-müsahibə dərc olunub.

Sayt yazır: “18 yaşlı Yotov Azərbaycanın perspektivli avarçəkənlərindən biridir. Bu il o, gənclər

arasında Olimpiya Oyunlarında ikinci nəticə göstərib. Sonra iki nəfərlik qayıqda yaşlı idmançılar arasında

Avropa və dünya birinciliklərinin gümüş medalını qazanaraq özünü təsdiq edib. Bu nəticələr sayəsində Boris

yeni ulduz elan edilib”.

Müsahibəsində ikinci yerin ən yüksək nəticəsi olduğunu vurğulayan B.Yotov əlavə edib ki, avarçəkmə

olmasaydı, violeybolu seçərdi. İdmançı xorvatiyalı Sinkoviç qardaşlarını özünün kumiri adlandırıb, Eminemi

dinləməyi sevdiyini bildirib. O, 2016-cı il Rio-de-Janeyro Olimpiadasında medal qazanmağı qarşısına məqsəd

qoyub.

AZƏRTAC

22 dekabr 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

84

Mingəçevir birinci Avropa Oyunlarına hazırlaşır

Mingəçevir, 28 fevral, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevirdə ilin 235 gününün günəşli keçməsi, hava şəraitinin mülayim olması, qış fəslində Kür

çayının donmaması şəhərdə su idmanı yarışlarının inkişafında xüsusi rol oynayır. Təbiətin yaratdığı bu üstünlük

Mingəçevirə su idmanı yarışlarına ev sahibliyi etmək hüququ verib. Qarşıdan gələn birinci Avropa Oyunları

çərçivəsində keçiriləcək yarışlara hazırlaşan Mingəçevirdə müasir infrastruktur yaradılıb. Belə komplekslərdən

biri “Kür” Olimpiya Tədris-İdman Mərkəzidir.

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli Tədris-İdman Mərkəzində görülən

işlər barədə məlumat verərək bildirib ki, təməli 1964-cü ildə qoyulan və Avropada, o cümlədən MDB

məkanında bənzəri olmayan bu kompleks ölkəmizdə su idmanının inkişafında xüsusi əhəmiyyətə malikdir.

Hələ 2004-cü ildə Prezident İlham Əliyev Mingəçevirə səfəri zamanı mərkəzlə tanış olub, onun müasir

tələblərə uyğun yenidən qurulmasına göstəriş verib. “Bundan sonra Milli Avarçəkmə Federasiyası təsis olunub

və Azərbaycanda idmanın bu növü dirçəliş dövrünə qədəm qoyub. Hazırda Cavid Əfəndiyev, Aleksandr Jdanov,

Toğrul Qurbanzadə, Teymur Kutseba, Aleksandr Qlotov, Kamal Məmmədov kimi gənc və perspektivli

akademik avarçəkənlərimiz, dünya və Avropa çempionatlarında medallar qazanan Valentin Demyanenko,

Sergey Bezuqlıy, Maksim Prokopenko kimi kanoeçilərimiz var”, - deyə K.Nəcəfli bildirib.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzinin beynəlxalq standartlara uyğun yenidən qurularaq 2010-cu

ildə istismara verilməsindən sonra şəhərdə tez-tez yerli və beynəlxalq səviyyədə avarçəkmə yarışlarının

keçirildiyini xatırladan Gənclər və İdman İdarəsinin rəisi deyib: “Hazırda Mingəçevir birinci Avropa

Oyunlarının avarçəkmə yarışlarına ciddi hazırlaşır. Bu məqsədlə şəhərdə geniş miqyasda tikinti-quruculuq və

abadlıq işləri görülür, səliqə-sahman yaradılır. İyunun 14-dən 16-dək “Kür” Olimpiya Tədris-İdman Mərkəzində

avarçəkmənin kayak və kanoe növləri üzrə keçiriləcək yarışlarda 350-dən çox idmançı iştirak edəcək. Yarış

iştirakçıları, yerli və xarici qonaqlar Mingəçevirdəki otellərdə, eləcə də yeni salınan şəhərcikdə

yerləşdiriləcəklər. Yarışlar zamanı idmançıların istirahəti və məşq etmələri üçün də lazımi şərait yaradılır”.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində aparılan yenidənqurma işləri Prezident İlham Əliyevin də

daim nəzarətindədir. Bu il fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində görülən işlərlə tanış olan dövlətimizin

başçısına məlumat verilib ki, hazırda mərkəzdə yenidənqurma tədbirlərinin son mərhələsi həyata keçirilir və

işlər mərkəzin otel hissəsini də əhatə edir.

Mərkəzdə görülən işlər Avropa Olimpiya Komitəsinin (EOC) də diqqətindədir. Belə ki, EOC-un

oyunlar üzrə baş məsləhətçisi Quido de Bondt və İrlandiya Milli Olimpiya Komitəsinin baş katibi Dermot

Henihan bu yaxınlarda Mingəçevirə səfər edib, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində aparılan

yenidənqurma işlərini müsbət qiymətləndiriblər.

İcra hakimiyyətinin əsaslı tikinti, təmir və abadlaşdırma şöbəsinin müdiri Arif Musayev isə şəhərdə

sosial infrastrukturun müasirləşdirilməsi sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, hazırda Mingəçevir

şəhərində elektrik, telekommunikasiya, içməli su, yaşıllaşdırma, ictimai nəqliyyat, tikinti sahələrinə cavabdeh

olan idarə və təşkilatların kollektivləri Mingəçevirin birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi

etməsi üçün səylə çalışırlar: “Yarışlar zamanı Mingəçevirin elektrik enerjisi ilə yüksək səviyyədə təminatı da

diqqətdən kənarda qalmayıb. Belə ki, şəhərin Heydər Əliyev prospektində, İslamzadə, Maqomayev və digər

küçələrində hava xətləri yeraltı kabellərlə əvəzlənib, digər küçələrdə köhnə naqillər, elektrik dirəkləri

dəyişdirilib, 37 transformator yarımstansiyası təmir olunub. Hazırda elektrik yarımstansiyasından “Kür”

Olimpiya Tədris-İdman Mərkəzinə yeni elektrik xətti çəkilir, mövcud xətdə isə təmir işləri aparılır”.

A.Musayev qeyd edib ki, müvafiq tədbirlər planına əsasən Mingəçevir Telekommunikasiya Qovşağı

da Avropa Oyunlarına ciddi hazırlaşır. Qurumun bu istiqamətdə üzərinə düşən əsas vəzifə informasiyanın

etibarlı ötürülməsini təmin etmək, şəhərdə keyfiyyətli internet şəbəkəsi və yüksək səviyyəli rabitə sistemi

yaratmaqdır. Oyunların keçiriləcəyi ərazilərə, eləcə də idmançıların, rəsmi qonaqların yerləşəcəyi obyektlərə

əsas və alternativ kabellər çəkilir. Şəhərdə müasir və yüksək səviyyəli bütün texniki imkanlara malik NGN tipli

ATS quraşdırılacaq. Bu məqsədlə artıq optik kabellər çəkilib və hazırda əlaqələndirmə işləri aparılır. Keyfiyyətli

telefon rabitəsi və sürətli internet xidmətlərinin təşkili ilə bağlı işlərin, yarışlar zamanı bu sahədə problemlərin

olmaması üçün lazımi tədbirlərin vaxtından əvvəl başa çatdırılması nəzərdə tutulur.

Avropa Oyunları ərəfəsində Mingəçevir şəhərində ictimai nəqliyyat sistemi də yenilənir. Hazırda

“QAZel” markalı köhnə mikroavtobuslar iritutumlu İSUZU və OTOYOL markalı avtobuslarla əvəz edilir. Bu

günədək 30 ədəd ictimai nəqliyyat vasitəsi müasir tipli avtobuslarla dəyişdirilib. Şəhərdə ictimai nəqliyyat

xidmətlərinin müasir tələblərə uyğun qurulması üçün bu sahədə görülən işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

85

Avropa Oyunlarının hazırlıq çərçivəsində Mingəçevirdə görülən işlər bununla da bitmir. Şəhərin su

təchizatı və kanalizasiya sisteminin yenidən qurulması da diqqətdə saxlanılır. Bu günədək şəhərdə 41 kilometr

yeni su kəməri, 30 kilometr kanalizasiya xətti çəkilib, 3 kanalizasiya nasos stansiyası tikilib. Əsas küçə və

prospektlərdə yeni su-kanalizasiya xətlərinin çəkilişi qısa müddətdə yekunlaşıb. Şəhərdə müasir texnologiyalara

əsaslanan və sutkada 50 min kubmetr su təmizləmək gücünə malik qurğunun inşasının birinci mərhələsi isə may

ayınadək başa çatdırılacaq.

Şəhərdə tikinti-quruculuq işləri ilə yanaşı, abadlıq işlərinə də böyük önəm verildiyini, yeni

yaşıllıqların salındığını, parklarda təmir-bərpa və yenidənqurma işlərinin görüldüyünü diqqətə çatdıran

A.Musayev deyib: “Bu günlərdə Mingəçevir Mərkəzi şəhər xəstəxanasının binası da əsaslı şəkildə təmir

edilərək əhalinin istifadəsinə verilib. Heydər Əliyev meydanında və parkında aparılan əsaslı yenidənqurma

işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Sahil parkında tikintisi davam etdirilən kanat yolu isə

Kür çayının sağ və sol sahillərini birləşdirəcək. Bu ikixətli kanat yolu gələn qonaqlar üçün cəlbedici olmaqla

yanaşı, həm də hərəkət rahatlığı yaradacaq. 212 metrlik kanat yolunda iki kabinə mövcud olacaq”.

Avropa Oyunlarının yay mövsümündə keçiriləcəyi nəzərə alınaraq, Mingəçevir su anbarının

kənarındakı çimərlikdə turistlərin istirahəti üçün də yüksək səviyyədə şərait yaradılır. Bu çimərliyə ildə 10

minlərlə insan gəlir. Burada yaradılan yeni şərait turistlərin şəhərə cəlb edilməsi üçün xüsusi önəm daşıyır.

Şəhərdəki yaşayış binalarının, xidmət obyektlərinin fasadlarına müasir işıqlandırma sistemi quraşdırılır ki, bu da

gecələr Mingəçeviri füsunkar gözəlliyə qərq edir. Hazırda Mingəçevirdə Avropa standartlarına cavab verən 5

otel fəaliyyət göstərir və yaxın gələcəkdə bir neçə yeni otelin istifadəyə verilməsi də nəzərdə tutulur. Avropa

Oyunlarını izləmək üçün Mingəçevirə gələcək yerli və xarici turistlər Kür çayının sahilində, eləcə də şəhərin

müxtəlif səfalı məkanlarında restoran və yeməkxanalar şəbəkəsinin xidmətlərindən də istifadə edə biləcəklər.

Yarışlar zamanı Mingəçevirə gələcək yerli və xarici qonaqların nağdsız ödənişlər etməsi üçün şəhərdəki xidmət

və ticarət obyektlərində, ümumilikdə, 2050 ədəd pos-terminal quraşdırılıb və hazırda onların hamısı fəaliyyət

göstərir.

Şəhərdə görülən işlər əminliklə deməyə əsas verir ki, Mingəçevir iyun ayında keçiriləcək birinci

Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.

AZƏRTAC

28 fevral 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

86

Mingəçevirdə avarçəkmə üzrə beynəlxalq reqatanın qalibləri məlum olub

Mingəçevir, 9 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir şəhərində keçirilən akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq reqata

başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən ənənəvi reqatada müxtəlif

yaş qrupları üzrə Azərbaycan, Gürcüstan və Ukraynanın 100-dən artıq idmançısı mübarizə aparıb. Əksər

yürüşlərdə Azərbaycan idmançıları üstün olublar. Ən ciddi rəqabət böyüklərin yarışında olub. Akademik

avarçəkmə üzrə 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə qalib adını 2016-cı il Rio-de-Janeyro Yay

Olimpiya Oyunlarına lisenziyanın sahibi 19 yaşlı Boris Yotov qazanıb. O, finişə 7 dəqiqə 21,06 saniyəyə çatıb.

B.Yotov Olimpiadada onunla birgə 2 nəfərlik qoşa avarlı qayıqda mübarizə aparacaq yeniyetmələr və 23

yaşadək akademik avarçəkənlər arasında dünya çempionu olmuş Aleksandr Aleksandrovu 0,53 saniyə üstələyib.

Üçüncü yeri isə finişə 7 dəqiqə 35,06 saniyəyə çatan Cavid Əfəndiyev tutub. Daha bir gözlənilməz nəticə

kayakçıların 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşündə qeydə alınıb.

Tamerlan Mustafayev 23 yaşadək kayakçılar arasında 2014-cü il Avropa çempionatının bürünc

mükafatçısı Mirnazim Cavadovu üstələməyi bacarıb. T. Mustafayev finişə 39,64 saniyəyə hamıdan öndə çatdığı

halda, M. Cavadov bu məsafəni 40,22 saniyəyə qət edərək, dördüncü yerlə kifayətlənib. Yevgeni Karabuqa

40,08 saniyə nəticə ilə ikinci, Maksim Minin isə 40,72 saniyə göstərici ilə üçüncü olub. Kanoeçilərin

mübarizəsində isə Nikita Sablin mütləq qalib olub. Gənc idmançı 1 nəfərlik qayıqla hər 3 məsafədə yürüşdə

rəqiblərini üstələyib. O, 200 metr məsafəni 44 saniyəyə qət edərək Kupini 1 saniyə geridə qoyub. Üçüncü yeri

47,48 saniyə nəticə ilə Gürcüstan təmsilçisi Malxaz Tsintçaraşvili tutub. 500 metr məsafəyə yürüşdə Sablin 2

dəqiqə 4 saniyə nəticə göstərdiyi halda, Taras Matviyçuk finişə 2 dəqiqə 6 saniyəyə, Aleksey Kupin isə 2 dəqiqə

7 saniyəyə çatıb. 1000 metr məsafəyə yürüşə gəldikdə, 4 dəqiqə 34 saniyəlik göstərici ilə birinci olan Sablin

Kupini 1 saniyə qabaqlayıb.

Qeyd edək ki, Beynəlxalq Mingəçevir Reqatasında yüksək nəticələr göstərən Azərbaycan idmançıları

müvafiq yığma komandaların heyətinə cəlb olunaraq təlim-məşq toplanışlarına qatılacaqlar.

AZƏRTAC

9 noyabr 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

87

Valentin Demyanenko: Rio Olimpiadası Azərbaycan üçün avarçəkmə idman növündə də uğurlu

oldu

Bakı, 23 avqust, Səxavət Quliyev, AZƏRTAC

Olimpiadada medal qazanmaq hər bir idmançının ən böyük arzusudur. Sevinirəm ki, bu xoşbəxtlik mənə də

nəsib oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarında birnəfərlik kanoe qayığında

200 metr məsafədə gümüş medal qazanan Azərbaycan idmançısı Valentin Demyanenko Bakıda təşkil olunan

qarşılanma mərasimində bildirib.

Yürüşlərin gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayan Valentin Demyanenko deyib:

“Rəqiblərim çox güclü idi. Elə alındı ki, ikinci oldum. Hesab edirəm ki, gümüş medal da yüksək nəticədir. Bu

mənada Rio Olimpiadası Azərbaycan üçün avarçəkmə idman növündə də uğurlu oldu. Belə ki, Azərbaycanın

avarçəkmə idmanı tarixində ilk dəfə Olimpiya medalı qazandıq.

AZƏRTAC

2016, 23 avqust

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

88

Voleybol

Azərbaycan voleybolçuları Avropa Kubokunun sahibkarlarıdır

Martın 10-da İdman Oyunları Sarayında qadınlar arasında "Top-komanda" Avropa kuboku uğrunda

voleybol üzrə final görüş keçirildi.

Final görüşün ərəfəsində üçüncü yer uğrunda matç keçirildi. "Bank poçtovi" Polşa komandası ilə "Telekom"

Avstriya klubu arasında mübarizə 3:2 xal hesabı ilə Polşa voleybolçularının qələbəsi ilə başa çatdı.

Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Bolqarıstan, Polşa güclü komandalarını məğlub etmiş "Azərreyl"

Azərbaycan komandası finalda "Yedinstvo" Yuqoslaviya komandası ilə görüşdü. Bu maraqlı və gərgin matçda

rəqiblərini 3:0 (25:13, 25:15, 25:13) xal hesabı ilə məğlub edərək qızlarımız Avropa kubokunun sahibkarları

oldular.

Voleybolçularımızın üstünlüyü ilə keçirilən gərgin oyunu izləyən minlərlə azarkeşlər güclü rəqiblərini

məğlub etmiş və yüksək məharət nümayiş etdirmiş "Azərreyl" komandasının qələbəsini "Azərbaycan

voleybolçularına eşq olsun!", "Prezident Heydər Əliyev - Azərbaycan idmanının ən böyük himayədarına eşq

olsun!" və böyük alqışlarla qarşıladılar. Oyunu diqqətlə izləyən Milli Olimpiya Komitəsinin Prezidenti, millət

vəkili İLHAM ƏLİYEV görüşün sonunda Azərbaycan televiziyasına qısa müsahibə verdi.

MÜXBİR: İlham müəllim, Sizi bu gözəl qələbə ilə təbrik edirik. Bu gün voleybolçularımız yüksək məharət

nümayiş etdirdilər, Avropa kubokunun sahibkarları oldular.

İLHAM ƏLİYEV: Bəli. Mən də Sizi təbrik edirəm, bütün azarkeşləri təbrik edirəm. Biz inanırdıq ki,

Kubok bizim olacaq. İdmançılarımız bütün mərhələlərdə gözəl oyun nümayiş etdirdilər, xüsusilə yarım-finalda.

Bu gün isə finalda onlar güclü Yuqoslaviyalı komandanı 3:0 xal hesabı ilə məğlub etdilər. Biz Kubokun

sahibkarları olduq. Kubok Azərbaycana gəlib. Bildiyiniz kimi, bir neçə gün əvvəl biz həmin Kubokun

Azərbaycanda qaldığına söz vermişdik.

SUAL: İndi Kubok artıq bizimdir. Gələcəkdə bizi daha böyük yarışlar, Olimpiya oyunları, Avropa və dünya

çempionatları gözləyir. Siz bununla əlaqədar nə deyə bilərsiniz, voleybolçularımız Olimpiya oyunlarına

lisenziyanı qazana biləcəklərmi?

CAVAB: Əlbəttə, onlar lisenziyanı qazanmağa çalışacaqlar. Hesab edirəm ki, bunun üçün bütün imkanlar

var. İdmanımızın hazırkı vəziyyəti, ümumiyyətlə, gözünüzün qabağındadır. Bu gün burada 4 mindən artıq

azarkeş iştirak edir. Ən vacibi odur ki, biz azarkeşləri, xalqımızı sevindiririk. İdman hamını maraqlandıran bir

sahədir, hər bir insan istəyir ki, onun xalqı qələbə çalsın. Mən çox şadam. Bir daha Sizi təbrik edirəm,

tamaşaçılarımızı təbrik edirəm. Yeni qələbələrə doğru!

MOK prezidenti İlham Əliyev "Azərreyl" komandasının aparıcı məşqçisi Faiq Qarayev, komanda üzvləri

Alla Həsənova, Oksana Parxomenko, Yelena Şabovta, İrina Smyagina, Yelena Parxomenko, Marina Kuzmina,

Alla Teterina, Oksana Məmmədyarova, İnessa Qorxmaz, Valeriya Korotenko, İlahə Ağayeva, Səbinə Acarova

ilə görüşdü, onları əldə etdikləri uğur, gözəl qələbə münasibətilə təbrik etdi.

Sonra "Top-komanda" Avropa kubokunun uğrunda aparılan yarışların bağlanma mərasimi keçirildi.

Azərbaycan voleybol federasiyasının prezidenti Ziya Məmmədov, "Azərreyl" komandasının aparıcı məşqçisi

Faiq Qarayev dövlətimizin başçısı Heydər Əliyev, MOK prezidenti İlham Əliyevə idmançılara, xüsusilə

voleybolçularımıza göstərilən qayğı və diqqətinə görə minnətdarlığını bildirdilər, həmin qələbəyə doğru yolda

verilən dayağı yüksək qiymətləndirdilər.

Avropa Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Yan Troniq Azərbaycan Milli Olimpiya

Komitəsinin Prezidenti İlham Əliyevə AVK xatirə medalını təqdim etdi. O, qeyd etdi ki, Bakıda keçirilən final

yarışlar yüksək səviyyədə hazırlanmış, təmsil etdiyi federasiya adından o, bütün iştirakçıları təbrik etdi və

"Azərreyl" komandasının kapitanı Alla Həsənovaya Avropa Kubokunu təqdim etdi. Komandamızın üzvləri qızıl

medallar və diplomlar, o cümlədən qələbə simvolu olan rütbələrlə mükafatlandırıldı.

Azərbaycan bayrağı qaldırıldı və dövlət himni əzəmətlə səsləndi.

Medallar həmçinin ikinci və üçüncü yeri tutan komandalara təqdim olundu.

Tribunaya qalxaraq, qızlarımız MOK Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdilər və onunla birlikdə

xatirə şəkli çəkdirdilər.

Bir daha "Azərreyl" komandasını təbrik edirik, ona gələcək yarışlarda uğurlar arzulayırıq.

07. 03. 2002

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

89

Avropa Top Komanda Kuboku. Final.

Bakı-2002

Azərbaycan Milli Olimpiya Komitəsi ölkədə müxtəlif idman növlərinin, o cümlədən komanda idman növü

olan voleybolun inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər görür. Respublika qadın voleybolunun əvvəlki

şöhrətini özünə qaytarmaq istiqamətində son bir il ərzində xeyli iş görülmüşdür. Milli Olimpiya Komitəsinin,

Voleybol Federasiyasının, ən başlıcası isə istedadlı məşqçi Faiq Qarayevin səyləri nəticəsində Azərbaycanda

güclü voleybol komandası yaratmaq mümkün oldu. "AzərReyl" komandası 2001-ci ildə Avropa Top-

komandalarının kuboku uğrunda yarışlara qatıldı. "AzərReyl" ilk mərhələdə uğurla çıxış edərək qrupda birinci

oldu və 1/4 final mərhələsinə vəsiqə qazandı. Həmin vaxt Azərbaycan Voleybol Federasiyası Avropa Voleybol

Konfederasiyasına final oyunlarının Bakıda keçirilməsi üçün müraciət etdi və müsbət cavab aldı.

1/4 finalda "AzərReyl" Ukraynanın "Dinamo-Yenesta" komandasına hər iki görüşdə 3:0 hesabı ilə qalib

gələrək final mərhələsinə çıxdı.

Martın 9-da Bakıda Avropa "Top-komanda" kubokunun final mərhələsinin yarışları başlandı.

İlk yarımfinal oyununda Yuqoslaviyanın "Yedinstvo" komandası Avstriyanın "Telekom" klubu qarşılaşdı.

"Yedinstvo" ilk səddi keçərək finala vəsiqə qazandı.

Birinci yarımfinal matçından dərhal sonra Azərbaycanın "AzərReyl" və Polşanın "Bank Poçtovi"

komandaları meydana çıxdılar. "AzərReyl" oyunu 3:0 hesabı ilə uddu.

Ertəsi gün üçüncü yer uğrunda mübarizədə polşalı voleybolçular qalib gələrək Avropa "Top komanda"

kubokunun bürünc mükafatını aldılar.

Bu görüşdən bir gədər sonra tamaşaçıların səbirsizliklə gözlədiyi final oyunu başlandı. Azərbaycan

voleybolçuları rəqiblərinə göz açmağa imkan vermədilər. Oyun ildırım surəti ilə başa çatdı. Komandamız 3:0

hesabı ilə qalib gəldi.

Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Yan Xronik Milli Olimpiya Komitəsinin prezidenti

İlham Əliyevə Azərbaycanda voleybolun inkişafı üçün göstərdiyi xidmətlərə görə konfederasiyasının xüsusi

mükafatını təqdim etdi. Sonra o, Top-komanda kubokunu "AzərReyl" komandasının kapitanına verdi. Beləliklə,

Azərbaycan voleybolunun keçmiş mükafatları sırasına daha bir mükafat əlavə olundu.

Azərbaycan voleybolçularının daha bir gözəl qələbəsi

Dekabrın 11-də Bakı idman sarayı azarkeşlərlə dolu idi. Gözəl oyunları ilə idman həvəskarlarını dəfələrlə

şadlandırmış "Azərreyl" qadın voleybol komandası Avropanın ən güclü komandalarından biri - İtaliyanın

Moden şəhərinin "Voley" klubu ilə görüş keçirtdi. Avropa çempion liqasının birinci qrup liderlərinin qadınlar

arasında voleybol üzrə matçı çox maraqlı və gərgin idman rəğbətində keçdi. Birinci setdə uduzmuş qızlarımız

yüksək meyl və igidlik nümayiş etdirərək iki seti uddular. Lakin, sonuncu set rəqiblərimizin üstünlüyü ilə başa

çatdı və oyunun hesabı 2:2 oldu. Həlledici setdə təcrübəli məşqçi Faiq Qarayevin oyunçuları böyük bir igidlik

nümayiş etdirdilər və görüş Azərbaycan voleybolçularının qələbəsi, 3:2 hesabı ilə başa çatdı.

Görüşü izləyən Milli Olimpiya Komitəsinin Prezidenti, millət vəkili İlham Əliyev oyunçuları və aparıcı

məşqçi Faiq Qarayevi təbrik etdi.

Sonra MOK prezidenti Azərbaycan televiziyasına qısa müsahibə verdi:

- Mən çox şadam. Bu doğrudan da çox gözəl qələbədir. Bu gərgin idman mübarizəsində alınmış qələbədir.

Vacib amil odur ki, bu, çox güclü rəqib üzərində qazanılmış qələbədir.

Bildiyiniz kimi, Modendən olan klub dünyanın ən güclü klublarından sayılır. Bir qədər əvvəl o, Rusiyanın

"Uraloçka" klubu üzərində qələbə çaldı. Həmin güclü komanda üzərində qızlarımızın qələbəsi, əlbəttə, böyük

bir qəhrəmanlıq oldu, bu vacib bir hadisədir. Hesab edirəm ki, bu, voleybol tarixində böyük bir hadisədir. Buna

görə də qızlarımızı təbrik edirəm. İnanırdım ki, komandamız Azərbaycanı çempion liqasında layiqincə təmsil

edəcək və qələbəyə nail olacaqdır. Belə də oldu. Bu illər ərzində gözəl bir əsas yaradılmış, komanda

formalaşmışdır. Bildiyiniz kimi, biz Avropanın top kubokunun qalibiyik. İnanıram ki, bu yarışlarda

komandamız ən yüksək yerlərdən birini tutacaq.

JURNALİST: İlham müəllim, voleybolçularımız Avropanın super komandalarının birinin üzərində qələbə

çaldı. Gələcəkdə isə bizi başqa bir super komanda gözləyir. Bu gün həmin komandanın oyunçuları görüşü

diqqətlə izləyirdilər. Mən "Uraloçka" klubu haqqında danışıram. Sizin proqnozunuzu bilmək istərdik.

İLHAM ƏLİYEV: Mən heç bir proqnoz vermək istəmirəm. Əminəm ki, qızlarımız daha bir gözəl oyun

nümayiş etdirəcəklər. Əgər onlar həmin səviyyədə oynasalar da, qələbə yenə də bizim olacaq.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

90

Deyə bilərəm ki, komandamız voleybol dünyasında böyük bir inqilab etdilər. Əminəm ki, buraya gəlib

İtaliya klubu heç təsəvvür edə bilməzdi ki, bizim o qədər güclü komandamız var. "Uraloçka" klubunun

oyunçuları matçı izləyirdilər və bu onu göstərir ki, onlar komandamızı güclü rəqib hesab edir, onlardan

qorxurlar. Biz oyunumuzu bu səviyyədə saxlamalıyıq. Əminəm ki, qızlarımız növbəti yarışlarda bugünkü kimi

igidlik, qəhrəmanlıq nümayiş etdirəcək, qələbəyə nail olacaqlar.

12. 12. 2002

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

91

Azərbaycan voleybolçularının növbəti qələbəsi

Yanvarın 9-da Bakı idman sarayında "Top-komanda" Avropa kuboku uğrunda birinci matç keçirildi.

"Azərreyl" Bakı komandası Belqoroddan olan Rusiya voleybolçularını qəbul edirdi. Matçda Azərbaycan Milli

Olimpiya Komitəsinin Prezidenti, millət vəkili İlham Əliyev iştirak edirdi.

Gərgin idman mübarizəsi şəraitində keçən yarış Azərbaycan voleybolçularının qələbəsi ilə başa çatdı.

Həmin görüşdə 3:2 xal hesabı ilə qələbə çalan komandamız hələ altıncı qrupda liderdir.

Bakı idman sarayında yığışmış tamaşaçılar güclü rəqibi tamamilə məğlub etmiş "Azərreyl" voleybolçuların

uğurlarını alqışlarla, böyük ilhamla qarşıladılar.

Matçdan sonra Milli Olimpiya Komitəsinin Prezidenti, millət vəkili İlham Əliyev Azərbaycan televiziyasına

müsahibə verdi:

MÜXBİR: Bütün məşqçilərin, idman həvəskarlarının, mütəxəssislərin fikrincə Azərbaycanda idmanın

bərpa edilməsi əvvəla Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili İlham Əliyevə məxsusdur. İlham

müəllim, Sizi bu qələbə ilə təbrik edirik. Bu görüş Sizə hansı təəssüratları bəxş etdi?

İLHAM ƏLİYEV: Sağ olun, mən də Sizi, tamaşaçıları, idman həvəskarlarını təbrik edirəm. Matç çox

gərgin şəraitdə keçdi. Hamımız bunun şahidi olduq. Rusiyalı komanda çox güclüdür. Deyə bilərəm ki,

"Universitet" Belqorod komandasının üzvləri Rusiyanın yığma komandasının əsasını təşkil edir. Buna

baxmayaraq, qızlarımız növbəti dəfə sübut etdilər ki, Azərbaycan idmanı güclüdür, komandamız başqa

komandalardan daha yaxşı hazırlanıbdır, Azərbaycan idmanı çox yüksək səviyyəyə çatmışdır. Mən çox şadam,

həyəcan keçirirəm. Bu iki saat ərzində biz böyük xoşbəxtlik hissini keçirmişik. Bir çox hallarda, komandamız

birinci seti uduzanda, biz inanırdıq ki, qızlarımız mütləq qələbə çalacaqlar. Bir daha Sizi təbrik edirəm.

MÜXBİR: Qələbəni qazanmaq asan olmadı. Yəqin ki, tamaşaçılar arasında elələri var idi ki, qələbəyə

şübhələnirdilər. Həmin anlarda siz hansı hissləri keçirirdiniz?

İLHAM ƏLİYEV: Bilirsiniz, bu idmandır. İdmanda hər şey mümkündür. Tamaşaçılarımız

idmançılarımızın yarışlardakı qələbələrinə öyrəşiblər. Bu sevindirici haldır. Çünki doğurdan da son illərdə

Azərbaycan idmanı böyük nailiyyətlər əldə etmişdir. Hesab edirik ki, həmişə qalib gəlməliyik. Elə də olmalıdır.

Amma idmanda hər şey mümkündür. Şəxsən mən inanırdım ki, qələbə bizim olacaq. Çünki buna inanmağa

haqqımız var idi. Belə də oldu.

MÜXBİR: İlham müəllim, bu qələbə ölkəmizdə voleybolun inkişafına böyük bir təkan verəcək. Respublika

çempionatında daha çox komandalar iştirak edəcəklər. Yəqin ki, Milli Olimpiya Komitəsində də yeni tədbirlər

görüləcəkdir ki, həmin idman növünün inkişafı təmin olunsun. Ümumiyyətlə, Sizin planlarınız, həmin sahədəki

ideyalarınız haqqında bilmək istərdik.

İLHAM ƏLİYEV: Bilirsiniz, son il ərzində Milli Olimpiya Komitəsi Azərbaycanda voleybolun inkişafına

çox böyük diqqət vermişdir. Bir il ərzində Milli Olimpiya Komitəsi Voleybol Federasiyası ilə birgə demək olar

ki, çox böyük iş görmüşlər. Buna görə də biz inanırıq ki, voleybolçularımız dünya səviyyəsində yüksək yer tuta

bilərlər. Bugünkü görüş həmçinin buna gözəl bir sübutdur. Çünki, dediyim kimi, "Universitet" Belqorod

komandası Rusiyanın ən yaxşı komandasıdır. Bundan əlavə, bu Rusiyalı komanda dünyanın ən güclü

komandalarının beşliyinə daxildir. İnanıram ki, voleybolçularımız Olimpiya oyunlarında, dünya çempionatında

iştirak edəcəklər, daha yeni qələbələr qazanacaqlar. Bir daha Sizi, tamaşaçıları, idman həvəskarlarını, bütün

Azərbaycan xalqını bu qələbə ilə təbrik edirəm.

MÜXBİR: Çox sağ olun, İlham müəllim. Bir daha Sizi təbrik edirik və yeni qələbələr arzulayırıq.

İLHAM ƏLİYEV: Sağ olun

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

92

Bakıda Voleybol üzrə Olimpiya lisenziya turniri başlandı.

Azərbaycan Prezidenti İlham Əliyev turnirin təntənəli açılış mərasimində iştirak etmişdir

Yanvarın 5-də Bakı İdman-Konsert Kompleksində qadın komandaları arasında voleybol üzrə olimpiya

lisenziya turnirinin təntənəli açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edirdilər. Salona

toplaşanlar Azərbaycan dövlətinin başçısını alqışlarla qarşıladılar.

Turnirin iştirakçıları - Almaniya, Hollandiya, Polşa, Rusiya, İtaliya, Bolqarıstan, Türkiyə və Azərbaycan

yığma komandaları idman marşının sədaları altında salona daxil oldular.

Xalqımızın ümummilli lideri Prezident Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik

sükut elan edildi.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Turnirin təşkilatçıları Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi və

respublika Voleybol Federasiyasıdır. Qeyd etmək lazımdır ki, turnirin oyunları "Avrosport" telekanalı, habelə

iştirakçı ölkələrin telekanalları ilə yayımlanır.

Azərbaycan və Rusiya komandalarının görüşü başlanmazdan əvvəl hər iki ölkənin dövlət himnləri səsləndi.

Azərbaycan və Rusiya komandalarının oyunu həmişə prinsipial xarakter daşıyır, çünki onlar hücum

voleyboluna üstünlük verirlər.

Görüşün ilk dəqiqələrindən voleybolçularımız təşəbbüsə yiyələnərək, ilk texniki fasiləyədək hesabda bir top

üstünlüklə irəli çıxdılar. Lakin rəqiblər oyunun qalan hissəsini yüksək səviyyədə keçirərək 25:20 hesabı ilə qalib

gəldilər.

Faiq Qarayevin yetirmələri ikinci hissənin əvvəlində bütün xətlərdə yaxşı oyun nümayiş etdirməyə

başladılar və hesabda yeddi top fərqlə irəli çıxdılar. Lakin onlar bu üstünlüyü axıradək saxlaya bilməyərək, cüzi

fərqlə - 26:24 hesabı ilə uduzdular.

Üçüncü hissə olduqca gərgin keçdi. Rəqiblər növbə ilə hesabda irəli çıxırdılar. Bu mübarizədə Azərbaycan

voleybolçuları daha böyük əzmkarlıq göstərərək 28:26 hesabı ilə üstün gəldilər.

Dördüncü hissə Rusiya voleybolçularının üstünlüyü şəraitində keçdi və onlar bunu axıradək əldə saxladılar -

25:20.

Beləliklə, yığma voleybolçularımız qrup turnirinin birinci görüşündə gözəl oyun nümayiş etdirsələr də, daha

təcrübəli olan, dünyanın güclü komandalarından biri sayılan Rusiya komandasına uduzdular - 1:3.

Yanvarın 6-da Azərbaycan voleybolçuları Almaniya komandası ilə qarşılaşacaqlar.

Həmin gün daha iki oyun olmuşdur.

İlk görüş "B" qrupuna daxil olan Hollandiya və Bolqarıstan komandaları arasında keçirildi.

Oyun başlanmazdan əvvəl bu ölkələrin dövlət himnləri səsləndi.

Birinci hissə bolqarların üstünlüyü ilə başa çatdı - 25:17. Komanda ikinci hissədə də yaxşı oyun nümayiş

etdirdi - 25:18. Üçüncü hissədə hollandiyalılar bir sıra hallarda rəqibləri ilə bərabər səviyyədə mübarizə

aparsalar da, məğlubiyyətə uğradılar - 23:25.

Görüş 3:0 hesabı ilə Bolqarıstan voleybolçularının xeyrinə qurtardı.

"B" qrupunda çıxış edən Türkiyə və İtaliya komandalarının görüşü başlanmazdan əvvəl bu ölkələrin dövlət

himnləri səsləndi.

Oyun gərgin idman mübarizə şəraitində keçdi. Birinci hissə italyanların qələbəsi ilə sona yetdi - 25:23.

İkinci və üçüncü hissələrdə türklər fərqləndilər və dalbadal qələbə qazandılar. Türkiyə komandasında Nəslixan

Dəmir və Natalya Xalıqoğlu xüsusilə gözəl oyun göstərdilər.

Dördüncü hissədə gərginlik son həddə çatdı. İtalyanların bütün cəhdlərinə baxmayaraq, Türkiyə yığma

komandası qalib gəldi - 3:1.

Yanvarın 6-da Azərbaycan-Almaniya, Rusiya-Polşa, Bolqarıstan-İtaliya görüşləri keçiriləcəkdir.

06. 01. 2004

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

93

Yığmamız Avropa inkişaf kubokunda yeddincidir

Basketbol üzrə qızlardan ibarət yığma komandamız Andorrada Avropa İnkişaf kubokundakı çıxışını

yekunlaşdırıb. Zərif cinsin nümayəndələri son matçlarında Cəbəllütariq üzərindəki qələbələri ilə 7-ci yerə layiq

görülüblər.

Xatırladaq ki, Fərhad Hüseynovun yetirmələri qrupdakı ilk matçlarında Malta və Şotlandiya

basketbolçularına məğlub olsalar da, İslandiya millisi üzərində qələbə qazana bilmişdilər. Təmsilçilərimiz

meydan sahibləri ilə son qrup görüşündə növbəti qələbələrinə imza atıblar - 67:56. Nəticədə Şotlandiya ilə

xallarımız bərabərləşsə də, ada təmsilçilərindən aldığımız məğlubiyyət millimizə üçüncü pillədə qərarlaşmaq

imkanı verməyib. 7-8-ci yerlər uğrunda B qrupunun dördüncüsü Cəbəllütariqə qarşı matç basketbolçularımızın

böyükhesablı qələbəsi ilə nəticələnib - 81:38. İradə Əsgərova 30 xalla qarşılaşmanın snayperi olub.

Beləliklə, digər qrupla müqayisədə çox çətin qrupda yer alan millimiz 10 komanda arasında 7-ci yerlə

kifayətləniblər. Amma qızlar ümumi statistik göstəricilərdə heç də pis təsir bağışlamayıblar. Belə ki,

Azərbaycan çempionatının ən məhsuldar oyunçusu İradə Əsgərova J. Qrima (Malta, 76 xal) və H. Adamyandan

(Ermənistan, 75 xal) sonra bombardirlər siyahısında üçüncülüyü qazanıb (72 xal, orta hesabla 18%).

Yığmamızın üzvü Ketivan Çuradze götürmələrdə ikinci (orta hes. 14,8 %), Ketivan Çuradze isə ötürmələrdə

(orta hes. 5,5 %) birinciliyi əldə ediblər. Final matçında lüksemburqluları məğlub edən İslandiya (81:66) Avropa

İnkişaf kubokunun yeni sahibinə çevrilib. Bürünc medallar isə erməniləri udan maltalılara (69:61) qismət olub.

Maraqlıdır, debüt etməsinə baxmayaraq komandamız yarışın yeni qalibi İslandiyanı məğlub edən yeganə

kollektivdir.

Yığmamızın qrupdakı keçirdiyi matçlar: Azərbaycan - Malta - 68:72 27. 07. 2004.

Azərbaycan - Şotlandiya - 72:87 28. 07. 2004.

Azərbaycan - İslandiya - 73:65 29. 07. 2004.

Azərbaycan - Andorra - 67:56 30. 07. 2004.

7-8-ci yerlər uğrunda: Azərbaycan - Cəbəllütariq - 81:38 31.07.2004.

1-2-ci yerlər uğrunda: İslandiya - Lüksemburq - 81:66

3-4-cü yerlər uğrunda: Malta - Ermənistan - 69:61

5-6-cı yerlər uğrunda: Şotlandiya - Kipr - 59:49

7-8-ci yerlər uğrunda: Azərbaycan - Cəbəllütariq - 81:38

9-10-cu yerlər uğrunda: Andorra - Uels - 55:39

Avropa İnkişaf kubokunda komandaların ümumi nəticələri:

1. İslandiya (qızıl medal)

2. Lüksemburq (gümüş medal)

3. Malta (bürünc medal)

4. Ermənistan

5. Şotlandiya

6. Kipr

7. Azərbaycan

8. Cəbəllütariq

9. Andorra

10. Uels

Kurtinaytisin məşqçilik etdiyi Litva 3-cü oldu Kişi basketbolçulardan ibarət U-20 yığmalarının Çexiyada

keçirilən Avropa çempionatı yekunlaşdı.

Yığmamızın və "Qala" klubunun baş məşqçisi litvalı mütəxəssis Rimas Kurtinaytisin həmvətənləri

yarımfinal mərhələsində mübarizələrini dayandırmalı olublar. Qeyd edək ki, Rimas Kurtinaytis Basketbol

Federasiyasının razılığı ilə avqustun əvvəllərinə kimi gənc basketbolçulardan ibarət Litva millisində köməkçi-

məşqçi vəzifəsini icra edib.

Baltikyanı təmsilçiləri qrup səddini aşsalar da, yarımfinal görüşündə sloveniyalılara 40 top fərqi ilə məğlub

olublar - 97:57. Yarımfinalda Litva Yunanıstan millisinə qalib gələrək bürünc medala sahib çıxıb. Sloveniya

qızıl, İsrail isə gümüş medallara yiyələniblər.

Rındin ən hündürboy basketbolçular arasında basketbol üzrə Azərbaycan yığmasının və "Qala" klubunun

üzvü Aleksandr Rindin Avropanın ən ucaboy basketbolçularının qatıldıqları təlim-məşqdə iştirak edib.

Boyu 2,24 sm olan Rindinin bu tədbirdə iştirak edəcəyi haqqında məlumat vermişdik. "Qala" klubunun

prezidenti Fərid Məmmədovun "Olimpiya dünyası"na verdiyi məlumata görə, ölkəmizin "nəhəngi" iyulun 24-

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

94

dən artıq İtaliyadadır. Tədbir Appenin yarımadasının Rimini şəhərində təşkil edilib. Bu, bir növ idmançıların

ixtisasartırma məqsədi daşıyır. Burada 20-yə yaxın "göydələn" mübarizə aparıb. 10 günlük məşqlər dünən sona

yetib və həmyerlimiz bu gün vətənə dönəcək.

"Olimpiya dünyası" qəzeti, 3 avqust 2004-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

95

Prezident İlham Əliyev voleybol federasiyasının rəhbərlərini, qadınlardan ibarət

yığma voleybol komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev iyulun

15-də MOK-un binasında Voleybol Federasiyasının rəhbərlərini, qadınlardan ibarət yığma voleybol

komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir.

Prezident İlham Əliyev voleybolçu qızları salamlayaraq dedi ki, mən komandanın çıxışlarını həmişə

izləyirəm və böyük, yüksək səviyyədə uğurlarına sevinirəm. Əlbəttə, son hadisələr bizi çox sevindirir. Çox

gərgin mübarizə şəraitində dünya çempionatının finalına çıxmaq sizin üçün, ümumən, Azərbaycan idmanı üçün

olduqca böyük nailiyyətdir. Əhsən! Hamı - azarkeşlər də, zənnimcə, bütün Azərbaycan vətəndaşları da buna

şaddırlar. İndi dünya çempionatında çıxışlarınızı gözləyəcəyik.

Qarşıda daha bir turnir durur. Bu da xoşdur ki, həmin turnir Qubada keçiriləcəkdir. Belə yarışları qəbul

etmək üçün rayonlarda infrastruktur yaradılmışdır. Sizə azarkeşlik edəcəyik. Siz yaxşılaşmısınız, sizi çoxdandır

görməmişəm. Görüşümüzə çox şadam.

Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov Azərbaycanda digər sahələr kimi, idmanın da

inkişafının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq dedi ki, ulu öndərimizin

Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə idmanın yüksəlişi üçün çox möhtəşəm işlərin təməli qoyulmuşdur.

Bu gün bu siyasət Sizin tərəfinizdən böyük uğurla davam etdirilir, Azərbaycan idmanı dünya idman ailəsinə

inteqrasiya yolunda mühüm addımlar atır. Sizin diqqət və qayğınızı hiss edərək, federasiyamız işini ümumi

prinsiplər əsasında qurur.

Federasiyanın rəhbəri dünyanın 16 komandasından biri kimi Azərbaycan komandasının gələn il Yaponiyada

keçiriləcək dünya çempionatında iştirak edəcəyini xatırlatdı, iyulun 26-da Quba Olimpiya idman kompleksində

Avropanın 8 ölkəsinin yığma komandaları arasında keçiriləcək Qranpri yarışına hazırlıqla bağlı görülən işlər

barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev dedi ki, doğrudan da bu, çox əlamətdar hadisədir. Yarışda 8 ölkədən 250-yə yaxın

ən güclü idmançı iştirak edəcəkdir. Bilirsiniz ki, vaxt var idi belə yarışlar Bakıda keçirilirdi. İlk dəfə Bakıda

keçiriləndə sevinirdik. Amma indi görün, Azərbaycanın müxtəlif yerlərində keçirilir. Biz 2003-cü ildə, Quba

Olimpiya idman kompleksini istismara verəndə bunu o məqsədlə edirdik ki, orada nə vaxtsa mötəbər beynəlxalq

yarış keçiriləcəkdir. Artıq indi bu reallıqdır. Orada həm iqlim, təbiət çox gözəldir, həm də kompleksdə hər cür

şərait var. Əlbəttə, əlavə oturacaqların qoyulması, kotteclərin tikilməsi bu infrastrukturun inkişafına da xidmət

göstərir.

Yəqin orada yarış iştirakçıları üçün mədəni proqramlar da təşkil olunacaq ki, onlar darıxmasınlar. Voleybol

Azərbaycanda son müddət ərzində ilk komanda idman növüdür ki, uğurlar əldə edibdir. Sizin qoyduğunuz

ənənə başqa idman növlərində də özünü büruzə verir. Mən bu gün basketbol, otüstü xokkey komandaları ilə

görüşdüm. Onların hamısının güclənməsi, möhkəmlənməsi sizdən sonra başlanmışdır. Azərbaycanda ilk dəfə

voleybol komandası formalaşdı. Faiq Qarayev Vətənə qayıtdı, komandanı yığdı, federasiya möhkəmləndi, yeni

prezident seçildi və işlər başladı. Qısa müddət ərzində görün nə qədər böyük uğurlar qazanılıbdır. İndi biz

onların hamısını yada salsaq, çox vaxt lazım olar.

Məsələn, basketbolçular Səudiyyə Ərəbistanında İslam Ölkələrinin Birinci Həmrəylik Olimpiadasında 1-ci

yeri tutublar. Otüstü xokkeyçilərimiz çempionlar liqasında klublar arasında 2-ci yeri tutublar. Bütün bunlar

sizdən sonra başlayıb, bu ənənəni siz qoymusunuz. İndi bu, bütün başqa komanda idman növlərində öz əksini

tapacaqdır. Bilirəm ki, bu yaxınlarda keçirilmiş turnirdə Rusiya komandası üzərində ilk dəfə qələbə qazandınız.

Başqa komandaları da uddunuz. Bu, bizim komandanın səviyyəsini göstərir və o, ən yüksək qiymətə layiqdir.

Bu uğurları əldə etmək üçün bütün amillər olmalıdır. Federasiya işi təşkil etməlidir. Məşqçilər yaxşı işləyirlər,

qızlarımız həm gözəldirlər, həm də yaxşı oynayırlar.

Voleybol üzrə yığma komandanın baş məşqçisi Faiq Qarayev son dörd il ərzində beynəlxalq səviyyədə

keçirilən yarışlarda yetirmələrinin çıxışlarından, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan, məşq

prosesindən, federasiyanın, Milli Olimpiya Komitəsinin, Gənclər İdman və Turizm Nazirliyinin birgə səmərəli

fəaliyyətindən danışdı. O, Yaponiyada keçiriləcək dünya çempionatında voleybolçu qızlarımızın ölkəmizin

idman şərəfini uca tutacağına əminliyini bildirdi, yeni ailə qurmağa hazırlaşan qızların mənzillə təmin

olunmasına kömək göstərilməsini xahiş etdi.

Prezident İlham Əliyev dedi ki, mən Faiq Qarayevin yenidən Azərbaycana qayıtmasından sonrakı ilk

görüşümüzü xatırlayıram. Onda yəqin, nə sən, nə də mən inanmazdıq ki, belə olacaqdır. Sadəcə, işə başladıq.

Sonra federasiyanın prezidenti Ziya Məmmədov, Gənclər, İdman və Turizm Nazirliyi və Milli Olimpiya

Komitəsi də qoşuldular, işlər yoluna düşdü. Yadımdadır, birinci qələbə Bolqarıstan komandası üzərində oldu.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

96

İndi isə hamı sizin qələbələrinizə adət edibdir. Oyununuzun səviyyəsini elə qaldırmısınız ki, sizdən ancaq

qələbələr gözləyirlər. Bu, sevindirici haldır. Bunu siz özünüz də duyursunuz, yarışda hiss edirsiniz. Qələbə hissi

heç nə ilə müqayisə olunmazdır. Biz hamımız sizin azarkeşinizik, sizi sevirik. Qızlar vətənpərvər, gözəl, xoş

təsir bağışlayan qızlardır, yaxşı oynayırlar.

Bütün problemlər əvvəllər necə həll edilirdisə, eləcə də həll olunacaqdır. İndi sadəcə olaraq, vaxtım azdır.

Prinsipcə heç nə dəyişməyib, vaxtımın azlığına baxmayaraq, baş verən hadisələrdən hali olmağa çalışıram.

Bəzən gəlib oyunlara baxmağa imkan tapa bilmirəm. Amma çalışacağam ki, Qubaya gəlib, oyunları izləyim.

Mən Faiqə deyirdim ki, bəli, gərginlik var, lakin oynamaq lazımdır, qələbə qazanmaq lazımdır. Bu,

idmandır, heç də hər şey səndən asılı deyildir. Bu, ona görə də idmandır. Burada məğlubiyyət də olur, qələbə də.

Başlıcası odur ki, gərək qələbə əzmi olsun, məğlubiyyətə görə ruhdan düşməyəsən.

Komandanın kapitanı Alla Həsənova Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

Azərbaycan Prezidenti idmançılarla və məşqçilərlə səmimi görüşdü, bir daha təbrik etdi. Azərbaycan

dövlətinin başçısının adından onlara hədiyyələr təqdim olundu.

15. 07. 2005

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

97

Azərbaycan millisinin üzvü Natalya Məmmədova Avropanın

ən yaxşı qadın voleybolçusu adına layiq görülmüşdür

AzərTAc xəbər verir ki, iyunun 22-də Avstriyanın paytaxtı Vyana şəhərində kişilər və qadınlar arasında

voleybol üzrə Avropa Çempionlar liqasının 2007-2008-ci il turnirinin püşkü atılmışdır.

Mərasimin əvvəlində Avropa Voleybol Konfederasiyası 2006-2007-ci il mövsümünün ən yaxşı oyunçu və

məşqçilərini elan etmiş və onları “Qızıl top”la mükafatlandırmışdır.

Azərbaycan milli komandasının üzvü, Bakının “Azərreyl” komandasının hücumçusu Natalya

Məmmədova qadınlar arasında qitənin ən yaxşı voleybolçusu adına layiq görülmüşdür.

Püşkün nəticələrinə əsasən, qadınlar arasında voleybol üzrə Çempionlar liqası turnirinin qrup mərhələsində

“Azərreyl” klubunun rəqibləri Türkiyənin “Fənərbaxça”, Rusiyanın “Zareçye” və Polşanın “Kaliş Vinyari”

komandaları olmuşlar.

Qeyd edək ki, turnirdə Avropanın 20 ən güclü qadın komandası 5 qrupda yarışacaqdır.

AzərTAc

23 iyun 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

98

Faiq Qarayevin yetirmələri Beynəlxalq turnirdə iştirak

edəcəklər

Bakı, 31 iyul (AzərTAc). Avqustun 24-dən 29-dək İzmirdə milli qadın komandaları arasında voleybol üzrə

“FUAR” Beynəlxalq turniri keçiriləcəkdir. Turnirə Azərbaycan yığma komandası da qatılacaqdır.

Faiq Qarayevin yetirmələrinin rəqibləri Almaniya, Belarus, Kuba, Rusiya, Hollandiya, Türkiyə komandaları

olacaqdır.

AzərTAc

31 iyul 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

99

Azərbaycanın qadın voleybolçuları İspaniya komandasını

məğlub etmişlər

Ankara, 26 avqust (AzərTAc). Türkiyənin İzmir şəhərində keçirilən qadınlardan ibarət voleybol

komandalarının turnirində Azərbaycan milli komandası İspaniya yığmasını 3:0 hesabı ilə məğlub etmişdir.

Birinci seti 26:24 hesabı ilə başa vuran voleybolçu qızlarımız sonrakı iki setdə 25:17 və 25:18 hesabı ilə qələbə

qazanmışlar.

Bu, ispanların ikinci məğlubiyyətidir. Onlar ilk maçda Türkiyə yığmasına da 3:0 hesabı ilə məğlub

olmuşdular.

Azərbaycan milli komandası növbəti oyunu avqustun 26-da Türkiyə yığmasına qarşı keçirəcəkdir.

Oqtay Bayramov

AzərTAc-ın xüsusi müxbiri

Ankara

26 avqust 2009-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

100

“Azərreyl” klubunun Avropa “Çağırış kuboku” yarışlarında ilk rəqibi

Maltanın “Paola” komandası olacaqdır

Bakı, 6 oktyabr (AzərTAc). Bakının “Azərreyl” voleybol klubu Avropa “Çağırış kuboku” yarışları

çərçivəsində ilk oyununu oktyabrın 10-da Maltanın “Paola” klubu ilə keçirəcəkdir.

AzərTAc xəbər verir ki, turnirə Türkiyədə hazırlaşan klub yerli “Günəşsığorta” və “Beşiktaş” komandaları ilə

yoxlama oyunları keçirmişdir.

Vüqar Əliyevin başçılıq etdiyi komanda səfər öncəsi klubun prezidenti Cavid Qurbanov və idarə

heyətinin üzvləri ilə görüşmüş, yarış barədə ətraflı müzakirələr aparmışlar.

Qeyd edə ki, “Azərreyl” və “Paola” klubları arasında cavab görüşü oktyabrın 17-də Bakıda, “Sərhədçi”

Olimpiya İdman Mərkəzində keçiriləcəkdir.

AzərTAc

9 oktyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

101

“Rabitə” klubu voleybol üzrə Türkiyə millisi ilə yoldaşlıq oyunu keçirmişdir

Bakı, 9 oktyabr (AzərTAc). Çempionlar Liqası yarışına Türkiyədə hazırlaşan Azərbaycanın qadınlardan

ibarət “Rabitə” voleybol komandası Türkiyə millisi ilə növbəti yoldaşlıq oyunu keçirmişdir.

AzərTAc xəbər verir ki, qarşılaşma 3:1 (25:23, 25:29, 17:25, 25:22) hesabı ilə Türkiyə millisinin xeyrinə

başa çatmışdır.

AzərTAc

9 oktyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

102

Bakının “Azərreyl” voleybol klubu Çellenc kuboku yarışlarında

qələbə seriyasını davam etdirir

Bakı, 2 fevral (AzərTAc). Ukraynada qadın voleybol komandaları arasında Çellenc kuboku yarışlarının

səkkizdəbir final mərhələsinin ilk qarşılaşması keçirilmişdir.

AzərTAc xəbər verir ki, Bakının “Azərreyl” klubu yerli “Ximik” komandasının qonağı olmuşdur.

Azərbaycanlı voleybolçuların üstünlüyü ilə keçən qarşılaşma 3:0 (25:14, 25:18, 25:13) hesabı ilə “Azərreyl”in

xeyrinə başa çatmışdır.

Komandalar arasında cavab oyunu fevralın 8-də Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində

keçiriləcəkdir.

“Azərreyl” növbəti mərhələyə vəsiqə qazanarsa, dörddəbir finalda “Kanti Şaffhauzen” (İsveçrə) – “Salo”

(Fransa) cütünün qalibi ilə qarşılaşacaqdır.

AzərTAc

2 fevral 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

103

Azərbaycanın “Lokomotiv” voleybol klubu “Çellenc Kuboku” yarışlarının

yarımfinalına çıxmışdır

Bakı, 2 mart (AzərTAc). Almaniyanın Şveriner şəhərində qadınlar arasında voleybol üzrə “Çellenc

Kuboku” yarışlarında yerli “Şveriner” komandası ilə Azərbaycanın “Lokomotiv” klubu arasında dörddə bir

finalın cavab görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, “Lokomotiv” klubu Bakıda 3:0 hesabı ilə qalib gəlmişdi və yarımfinala çıxmaq

üçün Almaniyada hər hansı bir nəticə ilə qələbə qazanılması kifayət edirdi. Almanların qələbə çalacağı təqdirdə

əlavə “qızıl hissə” təyin ediləcəkdi.

“Lokomotiv” inadlı mübarizə sayəsində Almaniya klubuna 3:2 (17:25, 25:23, 16:25, 25:23, 16:14) hesabı

ilə qalib gəlmişdir. “Lokomotiv” yarımfinalda “İqtisadçı” (Azərbaycan) – “Kralovo Pole” (Çexiya) cütlüyünün

qalibi ilə qarşılaşacaqdır.

AzərTAc

2 mart 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

104

Voleybol üzrə Azərbaycan yığması Avropa çempionatının final mərhələsində

iştirak edəcəkdir

Bakı, 21 sentyabr (AzərTAc). Avropa çempionatının final mərhələsinə hazırlıqlarını İspaniyada

yekunlaşdıran voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi sentyabrın 21-də İtalyaya yola düşəcəkdir.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, İspaniyanın

Barselona şəhərində təlim-məşq toplanışında olan voleybolçularımız hazırlıq prosesi çərçivəsində İspaniya

yığması ilə bir neçə yoldaşlıq görüşü də keçirmişlər.

Sentyabrın 23-də İtaliyada başlayacaq Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilə

yanaşı, Ukrayna, Fransa, Serbiya, Almaniya, Türkiyə, İtaliya, Xorvatiya, Hollandiya, Bolqarıstan, Rusiya,

İspaniya, İsrail, Polşa, Çexiya və Rumıniya yığmaları da mübarizə aparacaqlar.

B qrupunda yer alan millimiz Türkiyə, İtaliya və Xorvatiya yığmaları ilə qarşılaşacaqdır.

Çempionatda iştirak edəcək millimizin heyətində Dərya Zamanova, Kseniya Kovalenko, Oksana

Parxomenko, Odina Əliyeva, Yelena Parxomenko, Natavan Qasımova, Natalya Məmmədova, Oksana

Məmmədyarova, Valeriya Korotenko, Aynur Kərimova, Oksana Kiselyova və Polina Rəhimova yer almışlar.

AzərTAc

21 sentyabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

105

Bakının “Rabitə” voleybol komandası dünya çempionudur!

Bakı, 14 oktyabr (AzərTAc). Oktyabrın 14-də Qətərin paytaxtı Dohada voleybolçu qadınlar arasında

klublararası dünya çempionatının final oyunu keçirilmişdir.

AzərTAc xəbər verir ki, həlledici görüş Bakının “Rabitə” və Türkiyənin “Vakıfbank Günəş Telekom”

komandaları arasında keçirilmişdir.

Azərbaycan voleybolçularının üstünlüyü ilə keçən oyunda “Rabitə” 3:0 (25:15, 25:18, 25:9) hesablı

inamlı qələbə qazanaraq ilk dəfə dünya çempionu adını qazanmışdır.

Mundialın bürünc medalına isə Braziliyanın “Osasco” komandası sahib olmuşdur.

“Rabitə” final oyununadək Tailandın “Çanq”, Braziliyanın “Osasco” və Dominikanın “Mirador” komandalarına

qalib gəlmişdi.

AzərTAc

14 oktyabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

106

Azərbaycan voleybolçu qadınların klublararası dünya çempionatında

qızıl medal qazanan dördüncü ölkədir

Bakı, 17 oktyabr (AzərTAc). Azərbaycan voleybolçu qadınların klublararası dünya çempionatında

qızıl medal qazanan dördüncü ölkə olmuşdur.

AzərTAc xəbər verir ki, bu uğura Bakının “Rabitə” komandası imza atmışdır.

Voleybolçularımız Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının finalında

“Vakıfbank Günəş Telekom”a (Türkiyə) 3:0 hesabı ilə qalib gəlməklə, adlarını tarixə yazdırmışlar. “Rabitə”

indiyədək keçirilən analoji yarışda çempion adını qazanan beşinci komandadır.

Çempionat ərzində qızıl medallara - “Sadia” və “Leyte Moça Sorokaba” (hər ikisi Braziliya),

İtaliyanın “Ravenna” və Türkiyənin “Fənərbaxça” komandaları sahib olmuşlar.

AzərTAc

17 oktyabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

107

“Azərreyl” voleybol komandası Çempionlar liqası yarışlarında

növbəti qələbə qazanmışdır

Bakı, 7 dekabr (AzərTAc). Dekabrın 7-də Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası

Çempionlar liqası yarışlarında növbəti oyununu keçirmişdir.

AzərTAc xəbər verir ki, D qrupunda mübarizə aparan “Azərreyl” Bakı İdman Sarayında İtaliyanın

“Berqamo” komandasını qəbul etmişdir.

Maraqlı idman mübarizəsi şəraitində keçən oyun “Azərreyl”in 3:1 (25:15, 25:19, 22:25, 25:22) hesablı

qələbəsi ilə başa çatmışdır.

Xatırladaq ki, komandamız bu mövsüm ilk görüşünü Rumıniyanın “Tomis Constanta” komandasına qarşı

keçirmiş və səfərdə rəqibini məğlub etmiş (3:0), “Berqamo” isə Türkiyənin “Vakıfbank” klubuna məğlub

olmuşdur.

AzərTAc

7 dekabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

108

Azərbaycanın “Rabitə” komandası dünya klub çempionatının

gümüş mükafatını qazanmışdır

Bakı, 19 oktyabr (AzərTAc). Azərbaycanın voleybolçu qadınlardan ibarət “Rabitə” komandası Qətərin

paytaxtı Dohada başa çatmış dünya klub çempionatının gümüş mükafatını qazanmışdır.

AzərTAc xəbər verir ki, çempionatın finalında klubumuz 0:3 hesabı ilə Braziliyanın “Solis Osasko”

komandasına uduzmuş və keçən il qazandığı dünya çempionları titulunu qoruyub saxlaya bilməmişdir.

Bürünc medalı Türkiyənin “Fənərbaxça” klubu əldə etmişdir.

AzərTAc

19 oktyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

109

Bakının “Lokomotiv” klubu ABŞ millisinin voleybolçusunu

heyətinə cəlb etmişdir

Bakı, 1 dekabr (AzərTAc). Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol komandası növbəti

transferini reallaşdırmışdır.

AzərTAc xəbər verir ki, polşalı libero Maqdalena Saadla yollarını ayıran “Lokomotiv” ABŞ millisinin

üzvü Tamari Miyaşiro ilə anlaşmışdır. Voleybolçu ilə mövsümün sonunadək müqavilə imzalanmışdır.

2011-ci ilin ikinci yarısında “Belsko-Byala” (Polşa) kollektivində çıxış edən T.Miyaşiro daha əvvəl Avstriyanın

“Post” (2010-2011), ABŞ-ın “Vaşinqton Universiteti” (2006-2009) və “Etats Unis” (2009-2010) klublarının

şərəfini qorumuşdur.

AzərTAc

1 dekabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

110

Bakı yenidən Çempionlar Liqası yarışlarının “Dördlər finalı”na ev sahibliyi edəcəkdir

Bakı, 10 noyabr (AzərTAc). Azərbaycan paytaxtı Bakı qadın voleybolçular arasında Çempionlar Liqası

yarışlarının “Dördlər finalı”na yenidən ev sahibliyi edəcəkdir.

AzərTAc xəbər verir ki, bu mötəbər yarışın təşkilatçısı son illərin dəyişməz ölkə çempionu Bakının

“Rabitə” klubu olacaqdır.

“Dördlər finalı”nın oyunları gələn ilin martında “Bakı Kristal Zal”da keçiriləcəkdir.

Qeyd edək ki, sözügedən yarış 2011/2012-ci il mövsümündə də Bakıda təşkil olunmuşdur. Həmin vaxt

komandalarımız ev sahibi qismində “Dördlər finalı”na birbaşa düşə bilməmişdi.

AzərTAc

10 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

111

Tokioda qadın voleybolçular arasında “Qrand Çempionlar Kuboku – 2013” turniri keçirilir

Bakı, 15 noyabr (AzərTAc). Yaponiyanın paytaxtı Tokioda qadın voleybolçular arasında “Qrand

Çempionlar Kuboku – 2013” turniri keçirilir.

AzərTAc xəbər verir ki, yarışda Braziliya, Rusiya, Yaponiya, Dominikan Respublikası, ABŞ və Tailand

milli komandaları birincilik uğrunda mübarizə aparırlar.

Üçüncü turun nəticələrinə görə, Braziliya komandası 9 xalla turnir cədvəlinə liderlik edir. Bütün

oyunlarını qələbə ilə tamamlayan Braziliya yığmasını Rusiya millisi izləyir.

Noyabrın 17-də yekun vurulacaq turnirdə Azərbaycan çempionatında çıxış edən bir voleybolçu da

iştirak edir.

AzərTAc

15 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

112

“Bakı-2015”də Avropa çempionatının final mərhələsində mübarizə aparmış voleybol

komandaları yarışacaqlar

Bakı, 11 fevral, AZƏRTAC

“Bakı-2015” ilk Avropa Oyunlarının Azərbaycanda təşkil olunması ölkəmiz üçün böyük hadisədir.

Respublikamızdakı idman infrastrukturu bu tipli yarışların ölkəmizdə yüksək səviyyədə təşkil olunmasına

imkan verir.

Bu sözləri Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov AZƏRTAC-a eksklüziv

müsahibəsində deyib.

Baş katib bildirib ki, “Bakı-2015”də qadın, kişi və çimərlik voleybolu yarışlarında 500 idmançının iştirak

edəcəyi gözlənilir. Avropa Voleybol Konfederasiyasının qərarına əsasən, mötəbər yarışa yüksək reytinqə malik

milli komandalar qatıla biləcək. Avropa çempionatının final mərhələsində yarışan komandalar “Bakı-2015”də

mübarizə aparacaq. Əminəm ki, yarışlar gərgin idman mübarizəsi şəraitində keçəcək.

Qadınlardan ibarət voleybol komandamızda problemin olmadığını diqqətə çatdıran Elşən İsmayılov

millimizin üçüncü dəfə dünya çempionatının final mərhələsində mübarizə apardığını bildirib. Vurğulayıb ki,

kişilərdən ibarət komandamızda isə hazırda problemlərimiz var. 1990-cı ildən 2000-ci ilədək ölkəmizdə kişi

voleybolunda boşluq olub. Həmin boşluğun təsirini biz indi hiss edirik. Kişi voleybolçulardan ibarət

Azərbaycan millisinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Komanda

fəal məşqlərə başlayıb. Milliyə türkiyəli baş məşqçi cəlb olunub. Bu, Azərbaycan voleybolsevərlərinə tanış olan

Bülənt Qarslıoğludur (Bakının “İqtisadçı” klubunun sabiq baş məqşçisi).

Qeyd edək ki, “Bakı-2015” birinci Avropa Oyunlarında qadın voleybol kollektivləri arasında Azərbaycan

millisi ilə yanaşı, Türkiyə, Polşa, Belçika, Rumıniya, Rusiya, Serbiya, Almaniya, Hollandiya, Xorvatiya və

Bolqarıstan komandaları yarışacaqlar. Kişilərin mübarizəsində isə Azərbaycan, Serbiya, Polşa, Fransa,

Finlandiya, Türkiyə, Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya voleybolçuları mübarizə

aparacaqlar.

AZƏRTAC

11 fevral 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

113

Azərbaycanın kişi və qadın voleybolçularının Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib

Bakı, 13 fevral, AZƏRTAC

Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarında mübarizə aparacaq kişi və qadın voleybolçulardan

ibarət Azərbaycan milli komandalarının rəqibləri müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, rəqib komandalar Avropa Voleybol

Konfederasiyasının reytinq cədvəlinə görə təyin edilib.

Qadınlardan ibarət milli komandamız “A” qrupunda mübarizə aparacaq. Voleybolçu qızlarımız İtaliya,

Türkiyə, Polşa, Belarus və Rumıniya kollektivləri üz-üzə gələcəklər. “B” qrupunda isə Rusiya, Serbiya,

Almaniya, Hollandiya, Xorvatiya və Bolqarıstan yığmaları yer alıb.

Kişilərdən ibarət milli komandamız da “A” qrupunda yarışacaq. Komandamızın rəqibləri Serbiya, Polşa,

Fransa, Finlandiya və Türkiyə kollektivləridir. “B” qrupunda isə Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika

və Slovakiya voleybolçuları mübarizə aparacaqlar.

AZƏRTAC

13 fevral 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

114

Çempionlar Liqası yarışlarında iki Azərbaycan klubu üz-üzə gələcək

Bakı, 19 yanvar, AZƏRTAC

Bu gün qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsinin növbəti

oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirin “A” qrupunda iki Azərbaycan klubu üz-üzə gələcək. “Azərreyl”

komandası “Lokomotiv”i qəbul edəcək.

Saat 18:00-da start götürəcək oyun Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq. Görüşü ukraynalı

Andri Kovalçuk və bolqarıstanlı Aleksandr Vinaliev idarə edəcəklər.

Qrupda 12 xalla “Dinamo” (Kazan) komandası birincidir. “Lokomotiv” 6 xalla ikinci, “Azərreyl” 3

xalla üçüncü pillədə qərarlaşıb. Üç xalı olan “Alyants Ştutqart” isə sonuncu yerdədir.

AZƏRTAC

19 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

115

Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi ilə bağlı viza proseduru

sadələşdirilir

Prezident İlham Əliyev Voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final

mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı

olmayan şəxslər üçün viza prosedurunun sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Bakı şəhərində və Göygöl rayonunda keçiriləcək voleybol üzrə qadınlar

arasında 2017-ci il Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və

vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava

limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:

• Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan

keçməni təsdiq edən sənəd;

• Çempionat oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Sərəncamda göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

• Təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına

uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər – 2017-ci il avqustun 15-dən oktyabrın 15-dək;

• Çempionatda iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri – 2017-ci il sentyabrın 1-dən

oktyabrın 10-dək.

• Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş

jurnalistlər, habelə çempionat oyunlarına bilet əldə etmiş şəxslər – 2017-ci il sentyabrın 10-dan oktyabrın 5-dək.

AZƏRTAC

2017, 5 aprel

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

116

Voleybolçularımız Tbilisidə “Bahar kuboku” yarışlarının qalibi olublar

Bakı, 22 aprel, AZƏRTAC

Tbilisidə 18 yaşadək oğlan voleybolçular arasında “Bahar kuboku” yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda xal hesabına görə, birinci yeri Azərbaycan yığması tutub.

İlk görüşdə Gürcüstanın gənclər yığmasını 3:2 hesabı ilə üstələyən həmyerlilərimiz ardınca “Tbilisi”

komandasına qalib gəliblər – 3:1.

Üçüncü görüşündə “Kutaisi”yə uduzan (2:3) millimiz sonuncu matçda Gürcüstanın 1998-1999-cu il

təvəllüdlü voleybolçularından ibarət komandasına 3:1 hesabı ilə qalib gəlib.

Nəticədə yığmamız ümumi xal hesabına görə, kubokun qalibi adını qazanıb.

AZƏRTAC

2017, 22 aprel

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

117

Azərbaycanın qadın voleybolçularının yarımfinal şansı

Sentyabrın 29-da qadın voleybolçular arasında Avropa çempionatının Milli Gimnastika Arenasında

keçirilən dörddəbir final mərhələsinə yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, saat 18:00-da start götürəcək ilk oyunda Azərbaycan və Almaniya yığmaları

meydana çıxacaqlar. Voleybolçularımız qrup mərhələsindəki nailiyyəti təkrarlayıb yarımfinal mərhələsinə

vəsiqə qazanmağa çalışacaqlar. Komandamız qrup mərhələsində Almaniya kollektivini 3:1 hesabı ilə məğlub

edib. Bu qarşılaşmanın qalibi finala gedən yolda Niderland yığması ilə qarşılaşacaq.

Saat 20:30-da isə Rusiya və Türkiyə komandaları mübarizəyə qoşulacaqlar. Türkiyə millisi qrup

mərhələsində 1:3 hesablı məğlubiyyətin revanşını almaq üçün yarışacaq. Oyunu öz xeyrinə başa vuran komanda

yarımfinalda çempionatın favoritlərindən sayılan Serbiya kollektivinin rəqibi olacaq.

AZƏRTAC

2017, 29 sentyabr

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

118

Avropa çempionatının mükafatlandırma mərasimi keçirilib

Oktyabrın 1-də Bakıda Milli Gimnastika arenasında qadınlar arasında voleybol üzrə Avropa

çempionatının mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa çempionatının finalçıları Serbiya, Niderland və Türkiyə

voleybol komandaları meydana dəvət olunub.

Avropa çempionatında Türkiyə millisi bürünc, Niderland komandası gümüş, Serbiya yığması isə qızıl

medallarla mükafatlandırılıb.

Mərasimdən öncə Avropa Voleybol Konfederasiyasının Prezidenti Aleksandar Boriçiç Serbiya voleybol

millisinin kapitanı Melisa Rasiçə çempionluq kubokunu təqdim edib.

Mərasim çərçivəsində əvvəlcə turnirin ən yaxşı voleybolçularının mükafatlandırma mərasimi keçirilib.

Serbiya voleybol komandasının 9 nömrəli oyunçusu Brankisiya Mihajloviç və Niderland yığmasının 11 nömrəli

oyunçusu Anne Bujisə “Ən yaxşı hücumçu”, Türkiyə yığmasının oyunçusu Eda Erdem Dündara “Ən yaxşı orta

blokçu”, Serbiya millisinin voleybolçuları Stefana Veljkoviçə “Ən yaxşı blok oyunçusu”, Tijana Boskoviçə “Ən

dəyərli oyunçusu”, Niderland millisinin üzvləri Lonneke Sloejesə “Ən yaxşı diaqonal oyunçusu”, Laura

Dijkemə “Ən yaxşı toppaylayıcı”, Azərbaycan voleybol yığmasının oyunçusu Valeriya Məmmədovaya isə “Ən

yaxşı libero” mükafatları təqdim edilib.

Sonra birinci, ikinci və üçüncü yerlərin sahiblərinə medallar verilib.

Avropa çempionatının qalibləri Serbiya millisinə qızıl medalları Avropa Voleybol Konfederasiyasının

Prezidenti Aleksandar Boriçiç və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təqdim edib.

Serbiya millisinin himni səsləndirilib.

İkinci yerdə qərarlaşmış Niderland millisinin voleybolçularına gümüş medalları Avropa Voleybol

Konfederasiyasının vitse-prezidenti Özkan Mutlugil və Gürcüstan Voleybol Federasiyasının prezidenti İrali

Çaçua veriblər.

Üçüncü yerdə qərarlaşmış Türkiyə millisinin üzvlərinə isə bürünc medalları gənclər və idman nazirinin

müavini İsmayıl İsmayılov və Azərbaycan Voleybol Federasiyasının Prezidenti Elşən Əfəndiyev təqdim ediblər.

AZƏRTAC

2017, 1 oktyabr

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

119

Azərbaycan voleybolçuları dünya çempionatının C qrupunda oynayacaqlar

Bu il sentyabrın 30-dan oktyabrın 21-dək Yaponiyanın 6 şəhərində qadınlar arasında voleybol üzrə XVIII

dünya çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 24 milli yığma komandanın iştirakı ilə keçiriləcək bu turnirə Yaponiya 5-ci

dəfə, o cümlədən son 12 ildə 3-cü dəfə ev sahibliyi edəcək. İlkin seçmə turnirdə iştirak etmək üçün 137 yığma

komanda sifariş verib. Bu komandalar dünya birinciliyinin final turnirinə 22 vəsiqə uğrunda mübarizə aparıblar.

Seçim 5 qitə konfederasiyası çərçivəsində həyata keçirilib.

Final turnirinin püşkatma mərasimi 2017-ci il dekabrın 7-də Tokioda keçirilib.

Yaponiyanın 6 şəhərində keçiriləcək yarışların baş mükafatı uğrunda dünyanın 24 ən yaxşı komandası

mübarizə aparacaq. Azərbaycan komandası C qrupuna düşüb. Bu qrupda onun rəqibləri Trinidad və Tobaqo,

Tailand, Rusiya, Cənubi Koreya və ABŞ yığmaları olacaq. Növbəti dövrəyə çıxmaq üçün ən azı dördlüyə

düşmək zəruridir.

Yaponiya təşkilatçı ölkənin komandası kimi, ABŞ əvvəlki çempionatın qalibi kimi dünya çempionatına

vəsiqə alıb. Azərbaycan, Bolqarıstan, Almaniya, İtaliya, Niderland, Rusiya, Serbiya və Türkiyə yığmaları

Avropa üzrə ixtisas yarışlarının yekunlarına görə, Qazaxıstan, Çin, Tailand və Cənubi Koreya yığmaları Asiya

üzrə ixtisas yarışlarının yekunlarına görə, Dominikan Respublikası, Kanada, Kuba, Meksika, Puerto-Riko,

Trinidad və Tobaqo yığmaları Şimali Amerika üzrə ixtisas yarışlarının yekunlarına görə, Argentina və Braziliya

– Cənubi Amerika üzrə ixtisas yarışlarının yekunlarına görə, Kamerun və Keniya yığmaları Afrika üzrə ixtisas

yarışlarının yekunlarına görə çempionatda iştirak edəcəklər.

AZƏRTAC

2018, 6 yanvar

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

120

Boks

Azərbaycan boksunun yeni inkişaf mərhələsi

1996-cı ilin yanvarında Respublika prezidenti "Neftçi" idman-sağlamlıq mərkəzinin 60-illiyinə və mərkəzin

olimpiya qurğusunun açılışına həsr olunmuş mərasimdə iştirak etdi. Həmin mərasimdəki çıxışında ölkə başçısı

Azərbaycanda idman sahəsində olan böyük potensialı hərəkətə gətirməyin, onu inkişaf etdirməyin, ona qayğı

göstərməyin vacibliyini vurğulayaraq demişdir: "Məhz buna görə də son illər biz, Azərbaycan dövləti bütün

çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı üçün lazımi vəsait ayırmağı

zəruri hesab etmişik və bundan sonra da bu tədbirləri görəcəyik."

1995-ci il dekabrın 23-də Azərbaycan prezidenti Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti

Ənvər Çoudrini qəbul etmiş, onun ölkəmizə səfərini yüksək qiymətləndirmiş, qonaqla Azərbaycan boksunun

vəziyyəti, onun gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmışdır. Ölkədə idmanın bu növünə

bundan sonra xüsusi diqqət yetiriləcəyini vurğulayan dövlət başçısı əmin olduğunu bildirmişdir ki, cənab Çoudri

Azərbaycan boksçularının daha böyük uğurlar qazanması üçün əlindən gələni əsirgəməyəcək, idmanın bu

növünün daha da inkişaf etməsinə əməli yardım göstərəcəkdir. Ənvər Çoudri sonrakı illərdə -1998-2002-ci

illərdə də Azərbaycana gəlmiş və bu səfərlər zamanı Azərbaycan prezidenti ilə görüşmüşdür.

Azərbaycan boksunun yeni inkişaf mərhələsi də məhz bu dövrdən başlanmışdır. 1996-cı il Atlantada

Azərbaycan boks məktəbinin yetirmələri ilk dəfə Olimpiya Oyunlarında çıxış etmişlər, onların ilk debutu

medalla nəticələnməsə də ümumən uğurlu olmuşdur. 1999-cu ildə yeniyetmələr arasında boks üzrə növbəti

Avropa çempionatı ilk dəfə Azərbaycanda keçirildi. Yeniyetmə boksçularımız bu çempionatda böyük uğur

qazandılar. Azərbaycan prezidenti çempionatın iştirakçılarına öz təbrik məktubunu göndərdi, Avropa Həvəskar

Boks assosiasiyasının prezidenti Emil Jeçevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Azərbaycan boksçuları Sidney Oyunlarına beş lisenziya qazandılar. Bu, boks məktəbimizin böyük uğuru

kimi qiymətləndirilməlidir. Sidneydə də boksçularımız ölkənin idman şərəfini ləyaqətlə qorudular. Azərbaycan

idmançısı boks üzrə yarışlarda ölkənin ilk Olimpiya medalını qazandı. Müəyyən idman növündə nailiyyət

qazanmaq üçün ənənənin olmaması haqqında fikirlərin əsassızlığı bir daha sübut edildi. Azərbaycanda isə

boksun inkişafı davam etdirilir. 2001-ci ildə Azərbaycanda artıq yeniyetmələrin boks üzrə dünya çempionatı

təşkil olundu. Yenə də yeniyetmə idmançılarımız böyük müvəffəqiyyət qazandılar. Hər hansı idman növünün bu

və ya digər ölkədə inkişaf etdirilməsi həmin növün ümumiyyətlə inkişafında xüsusi rol oynayır. Bu baxımdan

Beynəlxalq Həvəskar Boks Assosiasiyası Azərbaycan prezidentinin boksun inkişafına göstərdiyi diqqət və

qayğını yüksək qiymətləndirdi, Heydər Əliyevi Assosiasiyanın ən ali mükafatı ilə təltif etdi. AİBA prezidenti

Ənvər Çoudrinin respublikamızda boksun inkişafına göstərdiyi yardım da öz qiymətini aldı. cənab Çoudri

prezidentin fərmanı ilə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olundu.

Respublika prezidenti beynəlxalq yarışlar sırasında Olimpiya Oyunlarının ən mötəbər, ən yüksək yer

tutduğunu həmişə diqqət mərkəzinə çəkmiş, ona xüsusi diqqətlə yanaşmış, bu sahə ilə məşğul olanlardan da belə

bir münasibət və məsuliyyət tələb etmişdir. Heydər Əliyev Olimpiya Hərəkatının və Olimpiya Oyunlarının

bütün dünyadakı nüfuzunun nə dərəcədə yüksək olduğunu, bu sahədə respublikada əməli işlərin görülməsinin

zəruriliyini daim əsas götürmüşdür. O, bu barədə demişdir: "Olimpiya Oyunları dünyanın bütün ölkələrini

maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya Oyunlarında təmsil olunsun." Heydər Əliyev

hər hansı bir idman nəticəsinin dəyərini obyektiv qiymətləndirməyi daim təlqin etmiş, idmançının Olimpiya

Oyunlarında iştirak etməsi faktının özünün böyük nailiyyət olduğunu vurğulamışdır. 1996-cı ildə Atlanta

Oyunlarına yola düşən idman nümayəndə heyəti ilə görüşündə demişdir: "Bu, sadəcə bir nümayəndə heyəti

deyil ki, neçə nəfər istəyirsən təyin et, müəyyən et, göndər. Dünyada yeganə haldır ki, bu toplantıya, dünya

səviyyəli görüşə gedən nümayəndə heyəti nə dövlət, nə də xalq tərəfindən təyin oluna bilməz. Olimpiya

Oyunlarında iştirak etmək hüququ almaq üçün lazımi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmazsa,

Azərbaycan dövləti, Azərbaycan prezidenti də nə qədər çalışsa, o nailiyyəti əldə etməyən adam yığma

komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan

Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. …Sizin, yəni Azərbaycan Respublikası

komandasının XXVI Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir, Siz oradan hansı

nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir."

Əlbəttə, bu ikinci tərəf də həmişə Respublika prezidentinin diqqət mərkəzində olmuşdur. O, idmançılara

Azərbaycan idmanını layiqincə təmsil etməyi, ölkənin şan-şöhrətini yüksəklərə qaldırmağı daim tövsiyə etmiş,

qəlbən reallığı qiymətləndirmiş, bu sahəyə cavabdeh olan şəxsləri yüksək nəticələrə aparan yolların axtarışına

sövq etdirmişdir. Prezident Atlantadan bir gümüş medalla qayıtmış olimpiyaçılarımızla 1996-cı ilin avqustunda

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

121

keçirtdiyi görüşdə demişdir: "Sizi Atlantaya, Olimpiya Oyunlarına çox böyük ümidlərlə, arzularla yola saldıq və

şübhəsiz ki, daha yüksək nailiyyətlər gözləyirdik. …Bir də qeyd edirəm, biz çox şey gözləyirdik. Amma hər bir

hadisəyə reallıqdan baxmaq, hər bir hadisəni reallıq əsasında qiymətləndirmək lazımdır. Hesab edirəm ki,

reallığa görə sizin nailiyyətiniz görkəmli nailiyyətdir."

1996-cı ilin idman sahəsindəki reallığı belə idi. Təbii ki, ölkə başçısı Atlantada qazanılmış nəticəni belə

qiymətləndirməklə gözlənilən daha çox şeyin gələcəkdə əldə olunması üçün konkret işlərin görülməsinin

vacibliyini də diqqət mərkəzinə çəkirdi və bu tələbi idmançıların deyil, idmanın inkişafı üçün cavabdeh

şəxslərin qarşısında qoyurdu. Bununla yanaşı, əsas yükü, əsas ağırlığı yenə də öz üzərinə götürərək deyirdi:

"Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını

öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki,

bu qayğını daim hiss edəcəksiniz."

Atlanta Oyunlarında iştirak etmiş milli olimpiya komandasının üzvləri ilə görüşdə Respublika prezidenti

növbəti Olimpiya oyunlarına hazırlığa indidən başlamağın vacibliyini vurğulamış, bu hazırlığın xüsusi sənəd

əsasında aparılması haqqında göstəriş verərək demişdir: "O sənəddə dörd il müddətində sizin hansı işlər

görəcəyiniz müəyyən edilməlidir. Mən bu barədə sizdən təklif gözləyirəm və əmin ola bilərsiniz ki, lazımi

sərəncamlar veriləcək, qərarlar qəbul olunacaq və bunun üçün də lazımi vəsait ayrılacaqdır."

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

122

Yeniyetmə boksçuların IV Avropa çempionatının

açılış mərasimində Milli Olimpiya Komitəsinin prezidenti,

millət vəkili İlham Əliyevin çıxışı

Avqustun 1-də Bakı İdman Oyunları Sarayında yeniyetmə boksçuların IV Avropa çempionatının açılış

mərasimi oldu. Bu yarışda Avropanın 24 ölkəsinin 132 boksçusu qələbə uğrunda mübarizə aparacaq. Açılış

mərasimində Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin üzvü İlham Əliyev nitq söyləmişdir.

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əziz yarış iştirakçıları!

Bu gün biz bu gözəl idman sarayında yeniyetmələr arasında boks üzrə Avropa çempionatının açılış

mərasiminə toplaşmışıq. Bu hadisə ilə bağlı mən sizin hamınızı ürəkdən təbrik edirəm, salamlayıram, xaricdən

gələn qonaqlara «Xoş gəldiniz» deyirəm.

Azərbaycanda keçirilən Avropa çempionatı ölkəmizin istər ictimai-siyasi, istərsə də idman həyatında baş

verən çox əhəmiyyətli və əlamətdar bir hadisədir. Bu, bizi çox sevindirir və fəxr edirik ki, çempionat

Azərbaycanda keçirilir. Anlayırıq ki, bu, bizə göstərilən böyük etimadın nümayişidir. Eyni zamanda,

Azərbaycanda son vaxtlar idmanın sürətlə inkişaf etməsi, ölkəmizdə idmana, idmançılara göstərilən qayğı,

yaradılan şərait, idmançılarımızın beynəlxalq yarışlarda uğurla çıxış etməsi artıq bütün idman aləminə bəllidir.

Bütün bunlar və bir sıra digər amillər imkan vermişdir ki, Avropa çempionatı məhz Azərbaycanda keçirilsin.

Azərbaycan gənc müstəqil dövlətdir. Cəmi 8 il bundan öncə ölkəmiz öz dövlət müstəqilliyini bərpa edə

bilmişdir. Bu qısa müddətdə böyük uğurlar, nailiyyətlər əldə olunubdur. Azərbaycanda gedən demokratikləşmə

prosesləri, aparılan «Açıq qapı» siyasəti, iqtisadi islahatlar, ölkəmizin iqtisadiyyatına böyük həcmdə xarici

investisiyalar gətirilməsi imkan vermişdir ki, respublikamız dünya ölkələri arasında özünün layiqli yerini tuta

bilsin. Avropa çempionatının Azərbaycanda keçirilməsi onu göstərir ki, artıq Azərbaycanın idman aləmində də

öz layiqli yeri vardır. Bu gün bizimlə birlikdə bu mərasimdə Avropa Boks Assosiasiyasının prezidenti cənab

Emil Jacev də iştirak edir. Cənab Jacev məşhur boksçu, məşqçi və hakim olmuşdur. 25 ilə yaxındır ki, akademik

Jacev Avropa Boks Assosiasiyasına rəhbərlik edir və onun xidmətləri danılmazdır. Mən çox şadam ki, bu gün

cənab Jacev bizim qonağımızdır. Fürsətdən istifadə edib, çempionatın hazırlanması ilə, təşkilat məsələləri ilə

məşğul olan bütün insanlara öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, çempionat çox yüksək səviyyədə

hazırlanmışdır və yüksək səviyyədə də keçiriləcəkdir.

Milli Olimpiya Komitəsi tezliklə Bakıda və Azərbaycanın digər şəhərlərində yeni, müasir standartlara

uyğun olan idman komplekslərinin tikintisinə başlayacaqdır. Güman edirəm ki, gələcəkdə nəinki Bakıda,

Azərbaycanın digər şəhərlərində də belə yüksək səviyyəli idman yarışlarının keçirilməsi mümkün olacaqdır.

Mən sizin hamınızı salamlayıram, idmançılara uğurlar diləyirəm, bütün yarış iştirakçılarına qələbələr

arzulayıram. Qoy güclü qalib gəlsin!

Sağ olun!

“Olimpiya” jurnalı, N-3, 1999-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

123

Yeniyetmə boksçuların IV Avropa çempionatı iştirakçılarının şərəfinə

keçirilən ziyafətdə MOK prezidenti, millət vəkili İlham Əliyevin çıxışı

Azərbaycan Milli Olimpiya Komitəsi yeniyetmə boksçuların Avropa çempionatı iştirakçılarının şərəfinə

avqustun 3-də Bakı Əyləncə Mərkəzində qəbul təşkil etmişdir. Qəbulda Avropa Boks Assosiasiyasının rəhbəri,

çempionatda iştirak edən komandaların təmsilçiləri, hakimlər, idman ictimaiyyətinin nümayəndələri, nazirlər və

digər şəxslər iştirak edirdilər. Mərasimdə Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili İlham Əliyev

çıxış etmişdir.

Hörmətli xanımlar və cənablar

Əziz qonaqlar!

Bu gün bizim dəvətimizi qəbul edib buraya gəldiyinizə görə Milli Olimpiya Komitəsi adından mən sizə öz

təşəkkürümü bildirirəm. İki gün bundan əvvəl biz sizinlə birlikdə yeniyetmələr arasında boks üzrə Avropa

çempionatının rəsmi açılış mərasimində iştirak etmişik. Mərasim çox təntənəli şəkildə keçirildi və ilk görüşlər

onu göstərdi ki, çempionatda iştirak etmək üçün Azərbaycana çox hazırlıqlı komandalar gəlmişdir. Bizi xüsusi

sevindirən odur ki, ilk döyüşlərdə Azərbaycan milli komandasının üzvləri qələbələr qazana bilmişlər. Əminəm

ki, onlar bu gözəl başlanğıcı davam etdirərək çempionatda ən yüksək pilləyə qalxacaqlar.

Azərbaycan idmanının çox böyük və gözəl ənənələri var. Azərbaycan idman məktəbi dünya idmanına

böyük töhfələr vermişdir. Olimpiya və dünya çempionları Rəfiqə Şabanova, Xəzər İsayev, Füzuli Musayev,

Məhyəddin Allahverdiyev, Arif Niftullayev və başqaları Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.

Atlantada keçirilmiş sonuncu Olimpiya oyunlarında komandamızın nümayəndəsi Namiq Abdullayev gümüş

medala layiq görülmüşdür. Azərbaycan idman məktəbinin yetirməsi İlqar Məmmədov ikiqat Olimpiya

çempionudur. Bu, çox böyük nailiyyətdir. İlqarın həyat yoldaşı Yelena Jemayeva bu yaxınlarda Azərbaycan

milli komandasının tərkibində Avropa çempionu adını qazanmışdır. Karate komandamız yenə də dünya

çempionu olmuşdur. Bunların hamısı diqqəti cəlb edən uğurlardır və bu onu göstərir ki, Azərbaycanda idman

yaşayır, inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir.

Azərbaycanda, demək olar ki, bütün idman növləri geniş yayılmışdır. İndi bizim məqsədimiz

respublikamızda idmanı hərtərəfli inkişaf etdirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və 2000-ci

ildə Sidneydə keçiriləcək Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etməkdir. Bunun üçün hər cür

imkanımız vardır. Əminəm ki, bizim milli komandamız Sidneydən vətənə medallarla qayıdacaqdır.

Yeniyetmələr arasında Avropa çempionatının məhz Bakıda keçirilməsində Azərbaycan Boks

Federasiyasının böyük əməyi və zəhməti olmuşdur. Akademik Emil Jacev açılış mərasimindəki çıxışında bu

məqamı xüsusilə qeyd etmişdir. Mən də bu fikirlə tamamilə razıyam. Professor Ağacan Əbiyevin rəhbərliyi

altında Azərbaycan Boks Federasiyası çox səmərəli işləyir, bizim boks federasiyası Azərbaycanda ən nümunəvi

federasiyalardan biridir. Mən federasiyaya gələcək işlərində də uğurlar diləyirəm və hesab edirəm ki,

Azərbaycanın digər federasiyaları da geri qalmamalıdır. Çalışmalıdırlar ki, öz idman növləri üzrə gələcəkdə

keçiriləcək dünya və Avropa yarışlarını Azərbaycana, Bakıya gətirsinlər.

Əziz dostlar, siz bizim ölkəmizin qonaqlarısınız. Biz çox istəyirik ki, Bakıda keçirdiyiniz günlər sizin üçün

xoş və səmərəli olsun. Azərbaycanın çox böyük tarixi və zəngin mədəniyyəti var. Hesab edirəm ki,

Azərbaycanın tarixi, abidələri ilə tanışlıq sizin üçün çox maraqlı olacaqdır. Çempionatın təşkilat komitəsi bu

işdə sizə yardım göstərəcəkdir. Bir sözlə, biz istəyirik ki, siz vətəninizə dönəndə müstəqil Azərbaycan

Respublikası haqqında ən xoş fikirlər və təəssüratlar aparasınız. Bir daha sizin hamınızı salamlayıram, sizə

möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayıram.

Sağ olun.

“Olimpiya” jurnalı, N-3, 1999-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

124

Yeniyetmələrin boks üzrə I Dünya çempionatı

Bakı-2001

1999-cu ildə Yeniyetmələr arasında boks üzrə Avropa çempionatı Bakıda yüksək səviyyədə təşkil olundu.

Nəticədə Beynəlxalq Həvəskar Boks Assosiasiyası yeniyetmə boksçuların 2001-ci ildə keçiriləcək ilk dünya

çempionatının Bakıda təşkil olunmasına qərar verdi.

21 ölkənin 132 gənc dəri əlcək ustası 2001-ci ilin oktyabrında yeniyetmələrin I dünya çempionatında

qatılmaq üçün Azərbaycana gəlmişdilər. Çempionatda tam heyətlə çıxış edən Kuba, Rusiya, Ukrayna,

Qazaxıstan, Gürcüstan və Azərbaycan komandalarından başqa Yunanıstan, Belorusiya, Hindistan, İndoneziya,

cənubi Afrika Respublikası, Slovakiya, Türkiyə, Türkmənistan, Qırğızıstan, Tacikistan, Estoniya, Latviya,

Özbəkistan, Monqolustan, Macarıstan idmançıları da iştirak edirdi.

Oktyabrın 13-də Bakıda İdman Oyunları Sarayında yeniyetmə boksçuların 1-ci dünya çempionatının

təntənəli açılış mərasimi oldu. Açılış mərasimi çempionatda iştirak edəcək ölkələrin idmançılarının paradı ilə

başlandı. Sonra Azərbaycanın dövlət himni səsləndi. Təntənəli marşın sədaları altında Beynəlxalq Həvəskar

Boks Assosiasiyasının bayrağı idman sarayına gətirildi. Sidney Olimpiya Oyunlarının boks üzrə bürünc

mükafatçısı Vüqar Ələkbərov AİBA-nın bayrağını qaldırdı. Azərbaycan prezidenti Heydər Əliyevin yarış

iştirakçılarına təbrik məktubu oxundu. Sonra Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çıxış edərək

iştirakçıları və qonaqları salamladı idmançılara uğurlar arzuladı. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının

prezidenti Ənvər Çoudri yarışları açıq elan etdi

Oktyabrın 11-dən 21-nədək dünyanın 21 ölkəsindən gəlmiş 132 gənc dəri əlcək ustası 12 çəki dərəcəsində

çempionatın medalları uğrunda mübarizə apardı. Dünya çempionatında qeyri-rəsmi komanda birinciliyində

Rusiya idmançıları 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medal qazanaraq birinci yeri çıxdılar. İkinci yeri 10 (2, 4, 4)

medalla Azərbaycan, üçüncü yeri isə 6 (2, 1, 3) medalla Ukrayna komandası tutdu.

Yarışlar dövründə Azərbaycan Prezidenti Heydər Əliyev Beynəlxalq Həvəskar Boks Assosiasiyasının

prezidenti Ənvər Çoudrini, Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçevi və bu

assosiasiyaların digər rəsmi şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi. Qəbulda Beynəlxalq Həvəskar

Boks Assosiasiyasının ən yüksək mükafatı Azərbaycan prezidentinə təqdim olundu. Heydər Əliyev Beynəlxalq

Həvəskar Boks Assosiasiyasının prezidenti Ənvər Çoudrini "Şöhrət" ordeni ilə təltif etdi.

Yeniyetmə boksçuların Dünya Çempionatının açılış mərasimində

MOK prezidenti, millət vəkili İlham Əliyevin çıxışı

Oktyabrın 13-də Bakıda, İdman Oyunları Sarayında yeniyetmə boksçuların 1-ci dünya çempionatının

təntənəli açılış mərasimi olmuşdur.

MOK-un prezidenti cənab İlham Əliyev Azərbaycan idmançılarının problemlərini həll etməklə bərabər,

ölkəmizin müxtəlif yerlərində müasir idman qurğularının tikintisinə böyük diqqət yetirir. Bakıda, Gəncədə,

Naxçıvanda belə komplekslərin inşası davam edir və bunlar MOK-un gənclərimizə böyük hədiyyəsidir.

Milli Olimpiya Komitəsinin prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Məclisin deputatı

İlham Əliyev mərasimi açdı. Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Əziz idmançılar!

Bu gün Azərbaycanın idman tarixində çox əlamətdar bir gündür. Bu gün Bakıda yeniyetmələr arasında boks

üzrə birinci dünya çempionatı keçirilir. Mən sizin hamınızı bu münasibətlə ürəkdən təbrik edirəm və xaricdən

gələn qonaqları səmimi qəlbdən salamlayıram. Mən xüsusilə, Beynəlxalq Həvəskar Boks Federasiyasının

prezidenti cənab Ənvər Çoudrini salamlamaq istəyirəm.

Cənab Ənvər Çoudri və onun rəhbərlik etdiyi federasiya bizim xahişimizi nəzərə alaraq, birinci dünya

çempionatının məhz Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etdilər. Bizim hamımıza bu gözəl idman

bayramını bəxş etdilər.

Cənab Çoudri Azərbaycanın böyük dostudur və təsadüf deyil ki, onun adını daşıyan beynəlxalq turnir artıq

beş ildir Azərbaycanda keçirilir. Çempionatların keçirilməsində bizim artıq gözəl təcrübəmiz var. İki il bundan

əvvəl Azərbaycanda yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirilmişdir və o, yüksək səviyyədə

təşkil olunmuşdu. Əminəm ki, bu çempionat da çox yüksək səviyyədə keçiriləcək, idmançılar burada öz

məharətlərini nümayiş etdirəcəklər.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

125

Azərbaycanda idman sürətlə inkişaf edir. İdmançılar dövlət tərəfindən daim qayğı, diqqət hiss edirlər. Məhz,

bu qayğı və diqqətin nəticəsində bizim idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr əldə edə bilirlər.

Əlbəttə, ən böyük nailiyyət Sidneydə keçirilən Olimpiadada qazanılmış uğurlardır. Mən bütün idman

həvəskarlarını bu böyük qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm. Onu da bildirmək istəyirəm ki, o

medalların arasında boks üzrə qazanılmış medal da vardır. Əziz idmançılar!

Sizi bir həftə ərzində çox gərgin mübarizə gözləyir. Bir həftədən sonra çempionatın qalibləri müəyyən

olunacaqdır. Mən hər bir idmançıya qələbə arzulayıram. Ancaq o da aydındır ki, hamı medal qazana bilməz.

Medal qazana bilməyənlər qoy peşman olmasınlar. Siz gəncsiniz, sizin gözəl gələcəyiniz var. Mən arzu edirəm

ki, siz Azərbaycandan ən xoş təəssüratlarla ayrılasınız. Əminəm ki, təşkilat komitəsi bu istiqamətdə əlindən

gələni edəcəkdir. Sizi çempionatın açılışı münasibətilə bir daha təbrik edirəm, hamınıza qələbələr, uğurlar

arzulayıram. Sağ olun.

"Xalq qəzeti" qəzeti, 14 oktyabr 2001-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

126

Boks üzrə Beynəlxalq Turnirin açılışı zamanı Azərbaycan Milli Olimpiya

Komitəsinin prezidenti, millət vəkili İlham Əliyevin çıxışı

- Hörmətli xanımlar və cənablar!

- Əziz qonaqlar, əziz idmançılar!

- Hörmətli cənab Çoudri!

- Sizləri professor Ənvər Çoudri adını daşıyan beynəlxalq boks

yarışının açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Yarışların keçirilməsi Azərbaycanda gözəl bir ənənəyə çevrilibdi. Professor Çoudrinin şərəfinə Bakıda

yeniyetmələr arasında beş dəfə boks yarışları keçirilmişdir. Bu dəfə biz yaşlı idmançılar arasında keçirilən

yarışın açılışında yığışmışıq. Xatırladım ki, bizim xahişimizi nəzərə alaraq, Beynəlxalq Boks Federasiyası

Bakıda ilk dəfə yeniyetmələr arasında Avropa və Dünya çempionatlarını keçirtdi. Bu, Azərbaycanda boksun

geniş yayılmasına böyük təkan verdi, ölkəmizdəki boks məktəbinin möhkəmlənməsinə səbəb oldu. Bütün

bunlara görə Milli Olimpiya Komitəsi və Azərbaycanın bütün idman ictimaiyyətinin adından Beynəlxalq Boks

Federasiyası və onun prezidenti - Azərbaycanın əziz dostu, görkəmli idman xadimi, professor Ənvər Çoudriyə

dərin minnətdarlığımı bildirirəm.

Azərbaycanda idman sürətlə inkişaf edir. Bizim Olimpiya çempionlarımız, dünya və Avropa

çempionlarımız var. Onların sayı getdikcə artır. Bundan başqa, biz uşaq və yeniyetmə idmanına böyük diqqət

veririk. Halbuki, uşaq və yeniyetmə idmanı olmayan ölkədə ümumiyyətlə idman inkişaf edə bilməz. Bu

yarışlarda iştirak edən idmançılar bir qədər əvvəl - dörd, beş il bundan əvvəl - öz idman təcrübələrini elə həmin

yeniyetmələr yarışlarında qazandılar.

Azərbaycanda boks yüksək səviyyədədir. Bu, əvvəla, Azərbaycan boks federasiyasının gözəl işi ilə təmin

olunmuşdur. Eyni zamanda, bu onunla şərtlənir ki, Beynəlxalq Boks Federasiyası və bizim əziz dostumuz cənab

Çoudri bizə böyük diqqət yetirir.

Əziz idmançılar! Sizi bir daha yarışın açılışı münasibətilə təbrik edirəm, Sizə yeni uğurlar, yeni qələbələr

arzu edirəm. Sağ olun.

07. 03. 2002

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

127

Boks üzrə Beynəlxalq Turnirin açılış mərasimi.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti,

İlham Əliyevin çıxışı

Hörmətli xanımlar və cənablar!

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti hörmətli cənab Çoudri!

Əziz qonaqlar, əziz idmançılar!

Bu gün Azərbaycanın idman tarixində çox əlamətdar bir gündür. Bugün professor Ənvər Çoudrinin adını

daşıyan beynəlxalq boks turniri başlanır. Yeddinci dəfə keçirilən bu beynəlxalq yarış artıq gözəl bir ənənəyə

çevrilibdir. Gələn ildən isə ona Olimpiya lisenziya turniri statusu veriləcəkdir. Bu o deməkdir ki, gələn il burada

yarışacaq idmançılar Afina Olimpiya oyunlarında çıxış edəcəklər.

Beləliklə, Olimpiya oyunlarının tərkib hissəsi olan bu turnir Bakıda keçiriləcək və bu, Azərbaycanın idman

həyatında ilk dəfə baş verəcəkdir. Bu, Beynəlxalq Həvəskar Boks Assosiasiyası tərəfindən bizə göstərilən böyük

inamın, verilən yüksək qiymətin nəticəsi və nümayişidir. Mən bu diqqətə və hörmətə görə Beynəlxalq Həvəskar

Boks Assosiasiyasına və şəxsən onun prezidenti cənab Çoudriyə Azərbaycanın bütün idman ictimaiyyəti

adından öz minnətdarlığımı bildirirəm.

Görkəmli ictimai xadim, alim, beynəlxalq Olimpiya Hərəkatının ən parlaq simalarından biri olan cənab

Ənvər Çoudri Azərbaycanın böyük dostudur. Azərbaycanda idmanın, xüsusilə boksun inkişafında onun

xidmətləri danılmazdır. Məhz bu xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev

professor Ənvər Çoudrini "Şöhrət" ordeni ilə təltif etmişdir.

Azərbaycanda Boks Federasiyası da çox gözəl fəaliyyət göstərir, ölkəmizdə boksun inkişafında böyük

xidmətləri var. Təsadüfü deyil ki, bizim Federasiyanın prezidenti cənab Ağacan Əbiyev Beynəlxalq Boks

Federasiyası İcraiyyə Komitəsinin üzvü, eyni zamanda Avropa Boks Federasiyasının vitse-prezidenti

seçilmişdir.

Mən Azərbaycanın boksçularına inanıram. İnanıram ki, onlar 2004-cü ildə keçiriləcək Yay Olimpiya

oyunlarında Azərbaycanı ləyaqətlə təmsil edəcək, doğma Vətənimizə yeni-yeni qələbələr gətirəcəklər.

Turnirin açılışı münasibətilə sizin hamınızı bir daha təbrik edirəm, idmançılara qələbələr, uğurlar

arzulayıram. Sağ olun.

19. 03. 2003

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

128

Boks üzrə Beynəlxalq Turnir başa çatmışdı

Martın 22-də Bakı İdman Sarayında Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti,

professor Ənvər Çoudrinin şərəfinə təşkil edilmiş ənənəvi beynəlxalq turnirin final görüşləri keçirilmişdir.

Azərbaycan boksçuları Ceyhun Əbiyev (48 kiloqram), Ağasi Məmmədov (54 kiloqram), Rövşən Hüseynov

(57 kiloqram), Fərhad Acalov (60 kiloqram), Tofiq Əhmədov (64 kiloqram), Ruslan Xairov (69 kiloqram) və

Əli İsmayılov (81 kiloqram) öz çəki dərəcələrində qızıl medallara layiq görüldülər.

Digər çəki dərəcələrində Rusiyanın üç, Özbəkistanın isə bir idmançısı turnirin qalibi oldu.

AŞPA sədrinin müavini və Büro üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin

deputatı İlham Əliyev, Avropa Boks Federasiyasının prezidenti Emil Jeçev, Gənclər, İdman və Turizm naziri

Əbülfəz Qarayev, Özbəkistanın ölkəmizdəki səfiri Əbdüqafur Əbdürrəhmanov, Azərbaycan Boks

Federasiyasının prezidenti Ağacan Abiyev və başqaları qaliblərə medallar, diplomlar və xatirə hədiyyələri

təqdim etdilər.

Beləliklə, Bakıda dünyanın 12 ölkəsindən 109 idmançının iştirakı ilə keçirilən 7-ci beynəlxalq turnir başa

çatdı. Azərbaycan boksçuları 7 qızıl, 2 gümüş və 5 bürünc medal qazanaraq, komanda hesabında birinci yerə

çıxdılar. Rusiya, Özbəkistan və Türkiyə boksçuları müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri tutdular.

Azərbaycan komandası turnirin ən yaxşı komandası adına layiq görüldü.

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti, professor Ənvər Çoudri ənənəvi turnirin çox gözəl,

yüksək səviyyədə təşkilindən məmnun qaldığını bildirdi. O, Azərbaycan Boks Federasiyasının prezidenti,

MOK-un baş katibi Ağacan Abiyevə turnirin baş mükafatını təqdim etdi. Xatırladaq ki, həmin kubok yeddinci

dəfədir ölkəmizin paytaxtında qalır.

MOK-un prezidenti İlham Əliyev 54 kiloqram çəki dərəcəsində turnirin qalibi, ən yaxşı boksçu adına layiq

görülmüş Azərbaycan idmançısı Ağası Məmmədova xatirə hədiyyəsi və kubok təqdim etdi.

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev

turnirin gedişi zamanı Azərbaycan televiziyasına

müsahibə vermişdir

JURNALİST: İlham müəllim, sizi təbrik edirik. Bu gün Azərbaycanda daha bir idman bayramıdır.

Azərbaycan Milli Olimpiya Komitəsi rəhbərliyinin idmanın inkişafına göstərdiyi diqqət və qayğı beynəlxalq

idman təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Gələn il bu yarışa lisenziya turniri statusu veriləcəkdir. Bu

barədə fikirlərinizi bilmək istərdik.

İLHAM ƏLİYEV: Bəli, mən sizinlə razıyam. Doğrudan da artıq bu böyük ənənəyə çevrilibdir. Yeddinci

dəfədir ki, Azərbaycanda Ənvər Çoudrinin adını daşıyan beynəlxalq turnir keçirilir. Bundan əlavə, deyə bilərəm

ki, Bakıda boks üzrə yeniyetmələr arasında Avropa çempionatı da keçirilibdir. Bütün bunların məntiqi nəticəsi

kimi lisenziya turniri də Bakıda keçiriləcəkdir. Hesab edirəm ki, bu lisenziya turnirində bizim idmançılarımız

Olimpiya oyunlarına vəsiqə qazanacaqlar. Ondan sonra biz Beynəlxalq Boks Federasiyasından xahiş edəcəyik

ki, Azərbaycanda böyüklər arasında ya Avropa, ya da dünya çempionatı keçirilsin. Düşünürəm ki, bizim buna

haqqımız çatır. Həm burada bir çox beynəlxalq yarışlar keçirmişik, həm də bizim idmançılarımızın əksəriyyəti

çox yüksək yer tutmuşlar. Bugünkü turnir bunu bir daha təsdiq etdi.

Hesab edirəm ki, boksda bizim çox gözəl perspektivlərimi, istedadlı idmançılarımız var. Onlar Azərbaycana

hələ neçə-neçə qələbələr gətirəcəklər.

JURNALİST: İlham müəllim, ölkəmizdə bir neçə beynəlxalq yarış təşkil olunacaqdır. Cüdo üzrə qranpri

yarışları, taekvondo üzrə lisenziya xarakterli turnir və hərbçi cüdoçular arasında dünya çempionatı

keçiriləcəkdir. Yəqin ki, bunlar da yüksək səviyyədə təşkil ediləcəkdir.

İLHAM ƏLİYEV: Mən buna şübhə etmirəm. Düz deyirsiniz, bir neçə idman növü üzrə beynəlxalq yarışlar

Azərbaycanda keçiriləcəkdir. Nəyin nəticəsində? Bu, onun nəticəsindədir ki, bizim beynəlxalq federasiyalarla

işimiz çox yaxşı qurulubdur. Biz onları dəvət edirik, onlar Azərbaycanda idmanla, idmanın vəziyyəti ilə tanış

olurlar. Eyni zamanda, bizim təşkilatçılıq qabiliyyətimizi görürlər. Bizim idman saraylarını görürlər,

idmançılarımızın səviyyəsini görürlər.

Əlbəttə, mən çox şadam, xoşbəxtəm ki, olimpiya idman növlərinə daxil olan boks və taekvondo üzrə

lisenziya turnirləri Azərbaycanda keçiriləcəkdir. Hesab edirəm ki, bu, federasiyalar tərəfindən bizim idmana

göstərilən böyük bir hörmət, verilən böyük qiymətdir. Mən çalışacağam ki, bundan sonra da Azərbaycanda

olimpiya lisenziya turnirlərinin keçirilməsi haqqında tədbirlər görək.

JURNALİST: İlham müəllim, siz beynəlxalq yarışları çox diqqətlə izləyirsiniz. Bugünkü final görüşləri

necə təsir bağışladı?

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

129

İLHAM ƏLİYEV: Çox yaxşı təsir bağışladı. Mən, doğrudan da, bütün turnirləri, yarışları izləyirəm və

şadam ki, idmançılarımızın səviyyəsi çox yüksəkdir. Cənab Çoudri mənim yanımda oturubdur. O da mənə dedi

ki, onun üçün çox gözlənilməz hal olub ki, bir il ərzində Azərbaycanda boksçuların səviyyəsi belə artıbdır. Bu,

bizim Federasiyanın gərgin fəaliyyətinin nəticəsidir. İdmançılarımız öz məsuliyyətini dərk edirlər. Eyni

zamanda, yeganə idman növüdür ki, boks sahəsində hər bir çəki dərəcəsində bizdə güclü rəqabət var.

İndi mənim təltif etdiyim Fərhad Acalov ilə Emil Məhərrəmov bilirlər ki, bu çəki dərəcəsində onların

arasında rəqabət gedəcəkdir. Onlardan biri Olimpiya oyunlarına vəsiqə qazana bilər. Ona görə də çalışırlar ki, öz

səviyyələrini həmişə yüksək saxlasınlar. Mən inanıram ki, gələcəkdə boksda Azərbaycanın neçə-neçə belə

qələbələri olacaqdır.

JURNALİST: İlham müəllim, idman azarkeşləri adından sizi Novruz bayramı münasibətilə təbrik edirik.

İLHAM ƏLİYEV: Çox sağ olun. Mən də sizi təbrik edirəm.

24. 03. 2003

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

130

Azərbaycan boksçuları Olimpiya oyunlarına daha 3 lisenziya qazandılar.

Azərbaycan Prezidenti İlham Əliyev boks üzrə lisenziya

turnirinin yarımfinal görüşlərində olmuşdur

Mayın 1-də Bakı İdman Sarayında Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti, professor Ənvər

Çoudrinin şərəfinə boks üzrə lisenziya turnirinin yarımfinal görüşləri keçirilmişdir.

Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi alqışlarla qarşıladılar.

Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçev idmanın inkişafında böyük xidmətlərinə

görə, Assosiasiya adından Azərbaycan Prezidenti İlham Əliyevə təşkilatın xüsusi mükafatını təqdim etdi.

Dövlətimizin başçısı mükafata görə minnətdarlığını bildirdi.

48 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan boksçusu Ceyhun Əbiyev ingiltərəli Darra Lanqleyə

qalib gəldi. Finalda onun rəqibi Vyaçeslav Qocanı (Moldova) məğlub etmiş Atagül Yalçınqaya (Türkiyə)

olacaqdır.

Türkiyə idmançısı Sərdar Avçıya qalib gəlmiş 54 kiloqram çəki dərəcəsində dünya çempionu Ağası

Məmmədov (Azərbaycan) finalda isveçli Bahir Həsəni məğlubiyyətə uğradan Xavaci Xatsiqovla (Belarus)

görüşəcəkdir.

60 kq çəkidə finala Vladimir Kravets (Ukrayna) və Murad Xraçov (Rusiya), 69 kq çəkidə Bülənd Ulusoy

(Türkiyə) və Vitali Qruşaç (Moldova) çıxmışlar.

Kamara Babakara (İsveç) üzərində qələbə qazanmış Əli İsmayılov (Azərbaycan) turnirin finalına vəsiqə

qazandı. Onun rəqibi rumın Konstantin Bejenaroya qalib gəlmiş Məhəmməd Arifhacıyev (Belarus) olacaqdır.

91 kiloqramdan yuxarı çəkidə çıxış edən idmançılar arasında ilk görüşdə Adams Daurbekovs (Latviya)

döyüşdən imtina etdiyinə görə, qələbə Ukrayna idmançısı Aleksey Mazikinə verildi. O, İlqar Məmmədovu

(Azərbaycan) məğlub etmiş Marius Vaçla (Polşa) qarşılaşacaqdır.

Turnirin şərtlərinə görə, finala çıxmış idmançılar olimpiya lisenziyası əldə edirlər. Bu turnirdə idmançılarımız

2004-cü il oyunlarına 3 lisenziya qazanmışlar. Beləliklə, Azərbaycan boksçularının 9 lisenziyası var.

Xatırladaq ki, Azərbaycan yığması bu ilin yayında Afinada keçiriləcək Olimpiya oyunlarına hələlik 32

lisenziya qazanmışdır.

Görüşlər başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev rinqə qalxaraq, Afina Olimpiadasına

lisenziya qazanmış boksçularımız Ceyhun Əbiyevi, Fuad Aslanovu, Ağası Məmmədovu, Şahin İmranovu,

Rövşən Hüseynovu, Ruslan Xairovu, Cavid Tağıyevi, Əli İsmayılovu və Vüqar Ələkbərovu, habelə onların

məşqçilərini - baş məşqçi Məmməd Eyvazovu, məşqçilər Vaqif Kazımov və Əsgər Eyvazovu bu böyük

nailiyyət münasibətilə təbrik etdi, idmançılarla xatirə şəkli çəkdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sonra Türkiyənin TRT-1 televiziya kanalının, Türkiyə

Qəzetçilər Cəmiyyəti İdarə heyətinin rəhbəri, "Tərcüman" qəzetinin yazarı Orxan Ayxana məxsusi müsahibə

vermişdir.

SUAL: Cənab Prezident, Sizin idmana olan marağınız bizi çox sevindirir. Biz Sizi uzun illərdir tanıyırıq,

Milli Olimpiya Komitəsinin rəhbərisiniz. Milli boks komandamız da çox yaxşı nailiyyət qazandı. Artıq

komandanız yox, komandamız deyirəm. Çünki Türkiyə və Azərbaycan boksçuları rinqə çıxdıqları zaman

salonda davamlı alqış sədaları eşidilirdi.

Cənab Prezident, biz bu proqramı mayın 10-da - türk dünyasının görkəmli oğlu, rəhmətlik atanızın doğum

günündə yayımlayacağıq. Sizi idmana bu qədər bağlayan səbəblər nədir? Bu barədə nə deyə bilərsiniz?

CAVAB: Mən idmana gənc yaşlarımdan bağlıyam. Özüm də idmanla çox fəal məşğul olmuşam və bilirəm

ki, idman insanın sağlamlığı, fiziki-mənəvi sağlamlığı üçün böyük bir vasitədir, bu işdə böyük rol oynayır. Eyni

zamanda, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu, mənim vəzifəmdir. Çox

şadam ki, bu illər ərzində Azərbaycanda idman sahəsində böyük uğurlar, nailiyyətlər var. İdmançılarımız

Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında böyük uğurlar, qızıl medallar qazanırlar.

Eyni zamanda, Azərbaycanda idmanın kütləviliyi geniş vüsət alıbdır. Azərbaycanın müxtəlif yerlərində yeni

müasir idman salonları tikilir, idmançılara verilir. Görülən bütün bu işlər bizə imkan verir ki, belə gözəl turnirlər

Azərbaycanda keçirilsin.

Sizə deyə bilərəm ki, Olimpiya oyunlarına hazırlıq proqramı çərçivəsində Azərbaycanda üç idman növü -

boks, voleybol və taekvondo üzrə təsnifat turniri keçirilibdir. Bu, Azərbaycan üçün böyük hadisədir, o deməkdir

ki, bir növ Olimpiya oyunlarının tədbirləri burada keçirilir. Görürsünüz ki, insanlarımız buna nə qədər

sevinirlər. Yəni bu, ölkənin imici üçün, tanınması üçün də böyük əhəmiyyət kəsb edir.

03. 05. 2004

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

131

Boksçularımız Ənvər Çoudri turnirində 8 qızıl, 1 gümüş və

5 bürünc medal qazandılar

Ənvər Çoudri (Beynəlxalq Həvəskar Boks Federasiyasının prezidenti): "Yarışlar yüksək səviyyədə keçdi.

Açığını deyim ki, turnirin belə yüksək səviyyədə təşkil olunacağını gözləmirdik. Yeni elektron sistemi, tablolar

hakimlər və tamaşaçılar üçün rahatlıq yaratdı. Azərbaycan idmançılarının çıxışına gəlincə, məncə, onların

döyüşü nəinki məni, hətta sizin boks pərəstişkarlarınızı da razı saldı.

Ağacan Abiyev (Azərbaycan Boks Federasiyasının prezidenti): "Yığmamızın qazandığı medalların sayı

ilə razı olsam da, boksçularımızın döyüşlərindən narazıyam. Onlar səhvlərə yol verməsə idilər, daha çox qələbə

əldə edə bilərdilər. Bəzilərinin isə son raundda yorğunluqları bilinirdi və zərbələri dəqiq olmurdu.

Ümumiyyətlə, rəqibi narazı salmamaq üçün qələbə tam olmalıdır. Elə qalib gəlmək lazımdır ki, sonda rəqib səni

təbrik etsin".

Aprelin 2-də Bakı İdman Sarayında Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti Ənvər

Çoudrinin şərəfinə təşkil edilən boks üzrə beynəlxalq turnirə yekun vuruldu. Xatırladaq ki, martın 29-da start

götürən X ənənəvi turnirdə 18 ölkənin - Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin, Özbəkistan,

Tailand, İordaniya, Tunis, Misir, Qətər, Mərakeş, Pakistan, İran, Qırğızıstan, Qvineya və Malinin 124 boksçusu

11 çəki dərəcəsində qüvvəsini sınayıb. Yarışın sonuncu günü bütün çəki dərəcələri üzrə final qarşılaşmaları

keçirildi. Qeyd edək ki, aprelin 1-də olan yarımfinal mərhələsinə yığma komandamızın 14 üzvü vəsiqə əldə

etmişdi. Onlardan 9-u qızıl medallar uğrunda mübarizələrini davam etdirdilər.

"Olimpiya dünyası", 4 aprel 2006-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

132

Azərbaycan boksçuları Çexiyada keçirilən beynəlxalq turnirdə bir gümüş və

üç bürünc medal qazanmışlar

AzərTAc xəbər verir ki, Azərbaycan boksçuları Çexiyanın Usti nad Labem şəhərində başa çatmış

beynəlxalq turnirdə 4 medala layiq görülmüşlər.

Baş məşqçi Məmməd Eyvazovun rəhbərlik etdiyi yığma komandanın heyətində ən yaxşı nəticəni Elçin

Əlizadə (91 kq) göstərmişdir. Yalnız finalda Avstraliya boksçusuna uduzan E. Əlizadə gümüş medala layiq

görülmüşdür.

Yığma komandanın digər üzvləri Samir Məmmədov (54 kq), Ruslan Xairov (69 kq) və Cavid Tağıyev

(81 kq) bürünc medallara sahib olmuşlar.

AzərTAc

22 may 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

133

Boksçumuz Pekin-2008-ə lisenziya qazandı

ABŞ-ın Çikaqo şəhərində keçirilən boks üzrə dünya çempionatının 1/4 final mərhələsi geridə qalıb. Bu

mərhələ təmsilçilərimizdən Samir Məmmədov (51 kq) üçün uğurlu keçib. Belə ki, boksçu 1/4 finala vəsiqə

qazanmaqla Pekin-2008-ə lisenziya əldə edib. 33:21 hesabı ilə Puerto-Riko idmançısına qalib gələn Samir özü

üçün ən azı bürünc medalı təmin edib. Rinq ustamız yarımfinalda ev sahibi Roşe Uorrenlə qarşılaşacaq. Digər

idmançımız Elçin Əlizadə (91 kq) isə rusiyalı Rəhim Çaxkiyevə 6:17 hesabı ilə məğlub olub. Bundan əvvəl

komandamızın 9 üzvü - Ceyhun Abiyev (48 kq), Elşən İsmayılov (54 kq), Cavid Tağıyev (81 kq), Emil

Məhərrəmov (64 kq), Rahib Bəylərov (75 kq), Şahin İmranov (57 kq), Romal Amanov (60 kq), Ruslan Xairov

(69 kq) və Azər Məmmədov (+91 kq) çempionatdakı mübarizəni dayandırmışdılar.

Qeyd edək ki, Samir Məmmədovun Pekin 2008-ə vəsiqə qazanması ilə Olimpiya Oyunlarında iştirak

edəcək idmançılarımızın sayı 21-ə çatıb.

“Olimpiya dünyası”, 3-5 noyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

134

Azərbaycan boksçusu Şahin İmranov Pekin Yay Olimpiya oyunlarına

lisenziya qazandı

AzərTAc xəbər verir ki, Azərbaycan boksçusu Şahin İmranov (57 kq) İtaliyada keçirilən Avropa

Olimpiya Təsnifat turnirinin ikidəbir finalına yüksələrək Pekin Yay Olimpiadasına vəsiqə qazanmışdır.

Dörddəbir final mərhələsində Belarus idmançısı Mixail Bernadski ilə qarşılaşan Ş.İmranov 21:11 hesabı ilə

rəqibini məğlub edərək olimpiadaya lisenziya qazanmış ikinci boksçu olmuşdur. Xatırladaq ki, Azərbaycan

boksçularından Samir Məmmədov (51 kq) da Pekinə vəsiqəni özünə təmin etmişdi.

Qeyd edək ki, yarışın qaydalarına əsasən, bu çəki dərəcəsində yarımfinala adlayan boksçular Pekin

Olimpiadasına lisenziya qazanmış sayılırlar.

Yığma komandamızın heyətində Ramal Amanov (60 kq) və David Arjba (91 kq-dan yuxarı) da yarışda

uğurlu çıxışları ilə yadda qalmışlar.

R.Amanov almaniyalı Artur Şmitdi 25:9, D.Arjba isə ingiltərəli David Praysı 19:7 hesabı ilə məğlub

edərək yarımfinala çıxmışlar.

AzərTAc

28 may 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

135

Bakıda boks üzrə dünya çempionatı başlamışdır

Bakı, 25 aprel (AzərTAc). Aprelin 25-də Bakıda “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər

arasında boks üzrə dünya çempionatı başlamışdır.

Çempionatda 96 ölkədən 500 idmançı iştirak edir.

Yarışda boksçular 11 çəki dərəcəsində mübarizə aparacaqlar.

Dünya birinciliyində Azərbaycanı Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51kq), Elnur Zeynalov

(54 kq), Elvin İsayev (57 kq), Coşqun Əliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Əhmədov (69 kq),

Vətən Hüseynli (75 kq), Teymur Məmmədov (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Fərqan Ömərov (91

kq-dan yuxarı) təmsil edirlər.

Qeyd edək ki, Bakı çempionatı 2010-cu ildə Sinqapurda keçiriləcək gənclər arasında birinci Olimpiya

oyunlarına vəsiqə qazanmaq üçün yeganə lisenziyalı turnirdir.

AzərTAc

25 aprel 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

136

Azərbaycan boksçuları 2011-ci ilin ilk beynəlxalq yarışında

öz qüvvələrini sınayacaqlar

Bakı, 27 yanvar (AzərTAc). Boks üzrə Azərbaycan milli komandası fevralın 9-da Macarıstanın Debretsen

şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqdır. Məşqçilər heyəti ənənəvi yarışda 6 idmançını

sınayacaqdır. Azərbaycan Boks Federasiyasından AzərTAc-a verilən məlumata görə, baş məşqçi Yevgeni

Kotov turnirə son ölkə çempionatının qalibləri – İlkin Ağayev (52 kq), Heybətulla Hacəliyev (60 kq), Sadiq

Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Vətən Hüseynli (81 kq) və Teymur Məmmədova (91 kq) şans

verəcəkdir.

Bu milli komandamızın 2011-ci ildə ilk yarışı olacaqdır. 10 çəki dərəcəsi üzrə keçirilən turnirdə AİBA-

nın qaydalarına əsasən 17 yaşından 34 yaşa kimi idmançılar gücünü sınayacaqlar. Qeyd edək ki, bu ilin ilk

yarışı olduğundan bir çox güclü boks ölkələrinin Debretsenə yollanması gözlənilir. Artıq Rusiya, Kuba,

Özbəkistan komandaları yarışda iştiraklarını təsdiqləmişlər.

Fevralın 12-də başa çatacaq yarışda həmyerlimiz beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov ədaləti

təmin edəcəkdir.

AzərTAc

27 yanvar 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

137

Azərbaycan boksçuları Vətənə 3 medalla qayıdırlar

Budapeşt, 14 fevral (AzərTAc). Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilmiş

beynəlxalq turnirdə uğurla çıxış etmişlər. 91 kq çəki dərəcəsində Teymur Məmmədov birinci yeri tutmuş, 69 kq

çəki dərəcəsində çıxış edən Sadiq Eynullayev və Heybətulla Hacalıyev isə bürünc medallarla kifayətlənməli

olmuşlar.

Pərvanə Qarayeva

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

14 fevral 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

138

Azərbaycan boksçuları beynəlxalq turnirdən bürünc medallarla dönmüşlər

Bakı, 21 fevral (AzərTAc). Bolqarıstanda boks üzrə ənənəvi “Strandja” turnirinə yekun vurulmuşdur. Bu

dəfəki yarışda rekord sayda idmançı – 22 ölkənin 150 boksçusu qələbə uğrunda mübarizə aparmışlar. AzərTAc

xəbər verir ki, turnirdə Azərbaycan milli komandası Yevgeni Kotovun rəhbərliyi altında iştirak edirdi.

Komandamızın 2 üzvü – Elvin İsayev və Tamerlan Abdullayev vətənə bürünc medalla dönmüşlər. Abdullayevin

1/4 finalda Ermənistan boksçusu Volodya Hayrapetyan üzərində qələbəsi parlaq olmuşdur. Boksçumuzun

zərbələri qarşısında davam gətirməyən rəqib döyüşü davam etdirməkdən imtina etmişdir. Sinqapurda keçirilmiş

Yeniyetmələrin ilk Olimpiya Oyunlarının gümüş mükafatçısı Elvin İsayev 1/4 finalda yerli idmançı Luben

Todorovu 7:0 hesabı ilə məğlub etmişdir. İsayev yarımfinalda ingiltərəli Martin Varda uduzaraq, bürünc

medalla kifayətlənmişdir. Tamerlan Abdullayev isə finala gedən yolda Avropa çempionatının bürünc

mükafatçısı ukraynalı Oleksandr Klyuçkoya uduzmuşdur.

Digər boksçularımız – Şaban Şahpələngov (52 kq), Elnur Əliyev (56 kq), Emil Məhərrəmov (69 kq),

Sərxan Cabbarov (91 kq) və Fərid Paşayev (91 kq-dan yuxarı) isə Bolqarıstanda mükafatsız qalmışlar.

AzərTAc

21 fevral 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

139

Azərbaycan Boks Federasiyasının prezidenti Avropa çempionatında uğurla

çıxış etmiş idmançılarla görüşmüşdür

Bakı, 4 iyul (AzərTAc). Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov

Türkiyənin paytaxtı Ankarada keçirilən Avropa çempionatında uğurla çıxış etmiş idmançılarla görüşmüşdür.

ABF-dən AzərTAc-a bildirmişlər ki, federasiya prezidenti dövlət başçısı İlham Əliyev tərəfindən

ölkəmizdə idmana və Olimpiya hərəkatına xüsusi diqqət yetirildiyini deyərək, bunun nəticəsində bütün idman

növlərində böyük uğurların əldə edildiyini vurğulamışdır.

K.Heydərov demişdir ki, komandamız Avropa çempionatında uğurla çıxış etmişdir. Medal qazanan

boksçularla yanaşı, ilkin mərhələdə uduzanlar da pis təsir bağışlamadılar. Sentyabrda Bakıda lisenziya xarakterli

dünya çempionatı keçiriləcək. İndi əsas məqsəd həmin yarışa yaxşı hazırlaşmaq və London Olimpiadasına

mümkün qədər çox vəsiqə qazanmaqdır.

ABF-nin vitse-prezidenti Süleyman Mikayılov boksçulara göstərilən qayğıya görə, federasiya

rəhbərinə təşəkkür etmişdir. ABF-nin birinci vitse-prezidenti Ağacan Abiyev təkcə böyüklərdən ibarət

komandada deyil, aşağı yaş qruplarında da yüksək nailiyyətlər əldə edildiyini xatırlatmışdır.

Avropa çempionatının qalibləri Salman Əlizadə, Teymur Məmmədov, bürünc mükafatçı Heybətulla

Hacəliyev, milli komandanın çalışdırıcıları və şəxsi məşqçilərə pul mükafatları təqdim olunmuşdur.

AzərTAc

4 iyul 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

140

Avropa birinciliyində beş boksçumuz medalı özünə təmin edib

Bakı, 14 iyul (AzərTAc). Rusiyanın Qroznı şəhərində boks üzrə məktəblilər arasında Avropa birinciliyi

davam edir.

Azərbaycan Boks Federasiyasından AzərTAc-a bildirmişlər ki, artıq 14 final mərhələsinin döyüşləri

geridə qalıb. Yarımfinala vəsiqə qazanan 5 boksçumuz qitə birinciliyinin medallarını özlərinə təmin ediblər. 54

kq çəki dərəcəsində mübarizə aparan Elvin Məhərrəmov polşalı Sebastyan Viktorzakı mübarizədən

kənarlaşdırıb. Görüş 4:4 hesabı ilə başa çatsa da, hakimlər qələbəni həmyerlimizə veriblər. Ənvər Qarayev də

(56 kq) 1/4 final mərhələsində qələbə qazanıb. Boksçumuz İrlandiya təmsilçisi Kristofer Volşu 8:2 hesabı ilə

məğlub edib. 62 kq çəki dərəcəsində yarışan Hüseyn Tanrıverdiyevin irlandiyalı Patrik Djoysla döyüşü gərgin

mübarizə şəraitində keçib. Həmyerlimiz 5:4 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Rüfət Hüseynov (43

kq) isə Rusiya idmançısı Maqomed Mirzəyevlə döyüşdən məğlub ayrılaraq, yarışla vidalaşıb.

İyulun 14-də keçiriləcək yarımfinal qarşılaşmalarında ilk olaraq, Elməddin İsmayılov (44,5 kq) rinqə

çıxacaq. Onun rəqibi rusiyalı Cəbrayıl Musayev olacaq. Həsən Abbasov da (48 kq) yarımfinalda Rusiya

nümayəndəsi ilə üz-üzə gələcək. Abbasovu Miroslav Peşkov sınağa çəkəcək. Tayfur Əliyevin (50 kq)

yarımfinaldakı rəqibi ukraynalı Georgi Dondov olacaq. Ənvər Qarayev də Ukrayna boksçusu – Ramil

Hacıyevlə döyüşəcək. Hüseyn Tanrıverdiyev isə finala vəsiqə qazanmaq üçün Ermənistanı təmsil edən Viktor

Yuzixoviçi məğlub etməlidir

AzərTAc

14 iyul 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

141

Bakıda boks üzrə dünya çempionatı başlanmışdır

Bakı, 26 sentyabr (AzərTAc). Sentyabrın 26-da Bakıda, Heydər Əliyev adına İdman-Konsert

Kompleksində boks üzrə XVI dünya çempionatı başlanmışdır.

AzərTAc xəbər verir ki, çempionatın ilk günü 48 və 91 kiloqram çəki dərəcələrində boksçular rinqə

çıxacaqlar. 113 ölkədən 570 boksçunun iştirak edəcəyi mundialda bu gün 31 görüş keçiriləcəkdir.

Yarış 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının başlanması

ilə bağlı mətbuat konfransı keçirilmişdir

Bakı, 26 sentyabr (AzərTAc). Sentyabrın 26-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində

boks üzrə 16-cı dünya çempionatının başlanması ilə bağlı mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, mətbuat konfransında çıxış edən Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA)

prezidenti Çinq-Kuo Vu 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan

dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu, idmançılar üçün hər cür şəraitin yaradıldığını

bildirmişdir. Azərbaycan paytaxtının bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdıran

AİBA-nın prezidenti, çempionatın açılış mərasiminin zövqlə tərtib olunduğunu qeyd etmişdir.

Çinq-Kuo Vu Azərbaycanda idmanın bütün növlərinə diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirmiş,

xüsusilə həvəskar boksa olan marağın bundan sonra da yüksələn xətlə davam edəcəyinə ümidvar olduğunu

vurğulamışdır. AİBA çempionatın şəffaf və obyektiv şəkildə keçirilməsi üçün üzərinə düşən bütün öhdəlikləri

yerinə yetirmişdir.

Çinq-Kuo Vu boksun dünyada daha geniş müstəvidə yayılması üçün təşkilatın gördüyü işlərdən

danışmışdır.

AzərTAc

26 sentyabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

142

Azərbaycanın boks üzrə yığması dünya çempionatında ümumi komanda hesabında

üçüncü yeri tutmuşdur

Bakı, 8 oktyabr (AzərTAc). Heydər Əliyev adına İdman-Konsert Kompeksində boks üzrə dünya

çempionatı başa çatmışdır. İki medal (1 qızıl və 1 gümüş) qazanmış Azərbaycan yığması ümumi komanda

hesabında üçüncü yeri tutmuşdur. Maqomedrəsul Məcidov (91 kq-dan çox çəki dərəcəsində) dünya çempionu

olmuş, Teymur Məmmədov (91 kq) isə gümüş medal qazanmışdır.

AzərTAc xəbər verir ki, M.Məcidov həm də çempionatın ən yaxşı boksçusu elan edilmişdir.

Ukraynalılar inamlı qələbə qazanmışlar (4-1-0), kubalılar isə ikinci yeri tutmuşlar (2-1-0).

Dörd Azərbaycan idmançısı - Elvin Məmişzadə (52 kq), Heybətulla Hacıəliyev (64 kq), Teymur Məmmədov

(91 kq) və Maqomedrəsul Məcidov (91+) fərdi olimpiya lisenziyası qazanmışdır.

Azərbaycanın “Baku Fires” peşəkar boks klubunun nümayəndəsi Soltan Migitinov (75 kq) isə 2012-ci il

Olimpiadasına lisenziyanı bu çempionatdan əvvəl qazanmışdır.

Ayrı-ayrı çəki dərəcələri üzrə dünya çempionu titulunu aşağıdakı idmançılar qazanmışlar: 48 kq –Zu

Şimin (Çin), 52 kq - Mişa Aloyan (Rusiya), 56 kq - Lazaro Alvares Estrada (Kuba), 60 kq - Vasili Lomaçenko

(Ukrayna), 75 kq – Yevgeni Xitrov (Ukrayna), 81 kq - Xulio de La Krus Peraza (Kuba), 91 kq - Aleksandr Usik

(Ukrayna).

Xatırladaq ki, bu çempionatda 2012-ci il Olimpiadasına 92 fərdi lisenziya oynanılırdı. Turnirə

dünyanın 113 ölkəsindən 570 boksçu gəlmişdir. Görüşlər sentyabrın 26-da başlanmış, final döyüşləri oktyabrın

8-də olmuşdur.

AzərTAc

8 oktyabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

143

Daha bir boksçumuz London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmişdir

Bakı, 20 aprel (AzərTAc). Trabzonda boks üzrə Avropa Olimpiya lisenziya turnirində yarımfinal

mərhələsinin görüşləri keçirilmişdir.

AzərTAc xəbər verir ki, turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Vətən

Hüseynli ingiltərəli Kall Smitlə qarşılaşmış və rəqibinə qalib gələrək turnirin finalına yüksəlmişdir.

Eyni zamanda, boksçumuz London Yay Olimpiya Oyunlarına da lisenziyanı təmin etmişdir.

AzərTAc

20 aprel 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

144

Boksçularımız Belarusda keçirilən beynəlxalq turnirdə iki medal qazanmışlar

Bakı, 21 may (AzərTAc). Belarusun paytaxtı Minskdə Sovet İttifaqı Qəhrəmanı Viktor Liventsovun

xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulmuşdur.

Azərbaycan Boks Federasiyasından AzərTAc-a bildirmişlər ki, turnirdə 52 kiloqram çəki dərəcəsində

mübarizə aparan boksçumuz Elvin Məmişzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Milli

komandamızın üzvü həlledici görüşdə qazaxıstanlı Narqazi Yussupovu məğlub etmişdir.

Yarışda ən ağır çəki dərəcəsində yarışan dünya çempionumuz Məhəmmədrəsul Məsidov isə finalda Qazaxıstan

təmsilçisi Jan Kosbutskiyə 6:13 hesabı ilə məğlub olaraq gümüş medal qazanmışdır.

Apreldə Trabzonda keçirilən Avropa Olimpiya lisenziya turnirində London-2012-yə vəsiqə qazanan

Məhəmməd Abdulhəmidov (56 kq) isə ¼ finalda rusiyalı dünya çempionu Sergey Vodopyanova uduzmuşdur.

Döyüş 8:8 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqibə vermişlər.

AzərTAc

21 may 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

145

Dünya birinciliyində iştirak edən boksçularımızın ilk rəqibləri müəyyənləşmişdir

Bakı, 29 noyabr (AzərTAc). Xəbər verdiyimiz kimi, Yerevanda boks üzrə gənclər arasında dünya

birinciliyi keçirilir.

AzərTAc xəbər verir ki, Karen Dəmirçiyan adına İdman-Konsert Kompleksində keçirilən yarışda 71

ölkədən 406 boksçu birincilik uğrunda mübarizə aparır.

Birincilikdə Azərbaycan yığması da iştirak edir.

Boksçularımızın ilk rəqibləri müəyyənləşmişdir. Yarışda 52 kiloqram çəki dərəcəsində mübarizə aparacaq

Tural Əhmədov ilk döyüşünü noyabrın 30-da norveçli Hadi Sroura qarşı keçirəcəkdir. Gənclər arasında Avropa

çempionu Pərviz Bağırov ilk görüşünə dekabrın 1-də çıxacaqdır. Boksçumuz Deepzak Tanvar (Hindistan) –

Hikaru Okişima (Yaponiya) cütünün qalibi ilə görüşəcəkdir. Saqi Salehli (69 kq) ilk döyüşünü ukraynalı

Artyom Solovyova qarşı keçirəcəkdir.

Orxan Mayıllı (75 kq) Cohn Travers (Avstraliya) – Avazbek Qurbanboyev (Tacikistan) cütünün qalibi ilə,

Rauf Rəhimov (81 kq) gürcüstanlı Aleksandr Dovkvadze ilə, Rahil Məmmədli (91 kq) isə puerto-rikolu Sahret

Delgadoya ilə üz-üzə gələcəklər.

AzərTAc

29 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

146

Azərbaycan boksçuları İrəvanda keçirilən dünya birinciliyində uğurla çıxış edirlər

Bakı, 3 dekabr (AzərTAc). İrəvanda gənclər arasında boks üzrə dünya birinciliyi davam edir.

Azərbaycan Boks Federasiyasından AzərTAc-a bildirmişlər ki, birincilikdə daha iki idmançımız rinqə çıxmışdır.

Yarışda 91 kiloqram çəki dərəcəsində mübarizə aparan Rahil Məmmədli venesuelalı Alfonso Floresi məğlub

edərək növbəti mərhələyə yüksəlmişdir. Dörddəbir final mərhələsində boksçumuzun rəqibi İngiltərə idmançısı

Daniel Uilyams olacaqdır.

Digər boksçumuz Tural Əhmədov (52 kq) da görüşünü qələbə ilə başa vuraraq birinciliyin səkkizdəbir

final mərhələsinə vəsiqə qazanmışdır. T.Əhmədov mavritaniyalı idmançı Donovan Geridən üstün olmuşdur.

AzərTAc

3 dekabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

147

Boks üzrə dünya çempionatında uğurla çıxış etmiş

Azərbaycan milli komandasının üzvləri Vətənə qayıtmışlar

Bakı, 28 oktyabr (AzərTAc). Qazaxıstanda keçirilmiş boks üzrə dünya çempionatında uğurla çıxış etmiş

Azərbaycan milli komandasının üzvləri Vətənə qayıtmışlar.

AzərTAc xəbər verir ki, hava limanında boksçularımızı jurnalistlərlə yanaşı çoxlu sayda azarkeş və

idmançıların qohumları qarşılamışlar.

Boksçularımız aeroportdan birbaşa ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri

Xiyabana yollanmışlar.

Qeyd edək ki, komandamız dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanmışdır.

AzərTAc

28 oktyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

148

Azərbaycanın üç boksçusu Avropa birinciliyinin final mərhələsinə yüksəlmişdir

Bakı, 16 noyabr (AzərTAc). Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında boks üzrə Avropa

birinciliyində üç Azərbaycan boksçusu finala vəsiqə qazanmışdır.

AzərTAc xəbər verir ki, yarışda 46 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov

Gürcüstan nümayəndəsi Giorgia Çarqazia üzərində qələbə qazanmışdır. Millimizin üzvü finalda Rusiya

boksçusu Maqomed Maqomedbekovla qarşılaşacaqdır.

Tayfur Əliyev (52 kq) də adını finalçılar sırasına yazdırmışdır. Boksçumuz yarımfinalda İtaliya

təmsilçisi Marko Amorozonu məğlub etmişdir. T.Əliyev qızıl medal uğrunda döyüşdə rusiyalı Tamerlan

Xangişiyevlə üz-üzə gələcəkdir.

Hüseyn Tarverdilinin (70 kq) yarımfinaldakı qələbəsi daha əlamətdar olmuşdur. Həmyerlimiz

Ermənistan idmançısı Vardan Kosyanı məğlub edərək finala yüksəlmişdir.

AzərTAc

16 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

149

Yeniyetmə boksçularımız Avropa birinciliyində dörd medal qazanmışlar

Bakı, 16 noyabr (AzərTAc). Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında boks üzrə Avropa

birinciliyinə yekun vurulmuşdur.

Azərbaycan Boks Federasiyasından AzərTAc-a bildirmişlər ki, idmançılarımız yarışda 3 gümüş və 1

bürünc medala sahib olmuşlar.

Finala vəsiqə qazanmış hər 3 boksçumuz həlledici görüşdə rusiyalı rəqiblərinə uduzmuşlar. Rüfət

Hüseynov (46 kq) Maqomed Maqomedbekova, Tayfur Əliyev (52 kq) Tamerlan Xanqişiyevə, Hüseyn

Tarverdili (70 kq) isə Vladimir Xarçenkoya məğlub olmuşlar. Ümüd Hüseynov (50 kq) Avropa birinciliyinin

bürünc medalını qazanmışdır.

Yarışda ölkəmizi hakim kimi Mehman Mürsəlov təmsil etmişdir.

AzərTAc

16 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

150

Azərbaycan boksçuları Rusiyada keçirilən beynəlxalq turnirdə yeddi medal qazanıblar

Bakı, 9 dekabr, AZƏRTAC

Rusiyanın Beloyarski şəhərində Sibirdə neft kəşf etmiş azərbaycanlı məşhur alim Fərman Salmanovun

xatirəsinə həsr olunan neft ölkələrinin dünya kuboku yarışına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, komandamız turnirdə 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. Turnirdə

49 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə finalda Özbəkistan

nümayəndəsi Abdulla Kuçkarovu məğlub edərək birinci pilləyə yüksəlib. Kamran Şahsuvarlı (75 kq) yalnız

həlledici görüşdə rusiyalı Andrey Kovalçuka uduzub. Rahil Məmmədli (91 kq) də Vətənə gümüş medalla

dönüb. Həmyerlimiz finalda litvalı Tadas Tamaşauskasa məğlub olub.

Dörd boksçumuz – Kənan Hüseynəliyev (56 kq), Salman İbrahimov (64 kq), Rauf Rəhimov (81 kq) və

Asəf Aslanlı (+91kq) bürünc medalla kifayətlənib.

Millimiz komanda hesabında Rusiya, Rusiya-2, Özbəkistandan sonra dördüncü yeri tutub.

Oyunların idarə olunmasında ölkəmizi hakim Anar Nağdıyev təmsil edib.

AZƏRTAC

9 dekabr 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

151

Azərbaycanın iki boksçusu beynəlxalq reytinq cədvəlində birinci pillədə qərarlaşıb

Bakı, 16 mart, AZƏRTAC

Dünya Boks Seriyası (WSB) 9-cu turdan sonra liqanın yeni fərdi reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, reytinqdə “Baku Fires” klubunun iki üzvü birinci yeri tutur. Turnirdə 56

kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən 20 xal toplayaraq siyahıya

başçılıq edir. Onun ən yaxın izləyiciləri amerikalı Fransisko Martinez və irlandiyalı Maykl Konlandır.

Albert Səlimov (60 kq) da fərdi reytinqdə birinci yerdədir. Dörd görüşdən sonra 20 xal toplayan

boksçumuz kubalı Lazaro Estrada (18 xal) və rusiyalı Adlan Abduraşidovu (15 xal) qabaqlayır.

Heybətulla Hacəliyev (64 kq) Venesuela boksçusu üzərində qələbədən sonra ikinci pilləyə yüksəlib.

Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb.

Arslanbek Mahmudov (91 kq-dan yuxarı) üçüncü, Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev

(91 kq) reytinqdə dördüncü, Soltan Migitinov (81 kq) isə beşinci pillədə qərarlaşıblar.

Xatırladaq ki, 49, 91 və 91 kiloqramdan yuxarı çəki dərəcələrində reytinqdə birinci olacaq boksçular,

digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar “Rio-2016” Olimpiadasına vəsiqə qazanacaqlar.

AZƏRTAC

16 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

152

Azərbaycan boksçuları Avropa Oyunlarına İtaliyada hazırlaşacaqlar

Bakı, 17 mart, AZƏRTAC

Avropa Oyunlarına hazırlaşan boks üzrə Azərbaycan milli komandası İtaliyaya təlim-məşq toplanışına

yollanıb.

AZƏRTAC xəbər verir ki, yığmamız 8 gün İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq

keçəcək.

Millimizin məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında toplanışda 2 qat dünya, Avropa çempionu,

Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq), dünya çempionu Cavid

Çələbiyev (56 kq), Avropa çempionu Salman Əlizadə (49 kq) kimi tanınmış boksçularımız iştirak edəcək. Bu

yaxınlarda Bolqarıstanda keçirilmiş “Strandja” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elvin

İsayev (60 kq) və Lorenzo Sotomayor da (64 kq) toplanışa cəlb olunublar.

Hazırlıq prosesində, həmçinin Salman Əlizadə (49 kq), Elvin Məmişzadə, Məsud Yusifzadə (hər ikisi

52 kq), Tayfur Əliyev (56 kq), Tamerlan Abdullayev (69 kq), Xaybulla Musalov, Kamran Şahsuvarlı (hər ikisi

75 kq) və Rauf Rəhimov (81 kq) iştirak edəcəklər.

Qeyd edək ki, komandamız bunadək Bakıda Fransa boksçuları ilə birgə hazırlıq keçib. Apreldə isə

yığmamız Avropa Oyunlarına test xarakteri daşıyan “İpək Yolu” turnirində mübarizə aparacaq.

AZƏRTAC

17 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

153

Teymur Məmmədov: Olimpiya Oyunlarında bayrağımızı qaldırmaq istəyirəm

Bakı, 4 yanvar, AZƏRTAC

2015-ci il mənim üçün uğurlu oldu. Mən birinci Avropa Oyunlarında qızıl medal qazandım.

Bu sözləri AZƏRTAC-a müsahibəsində tanınmış boksçu Teymur Məmmədov deyib.

Boksçu bildirib: “2016-cı ildə ilk məqsədim Türkiyənin Ankara şəhərində keçiriləcək lisenziya xarakterli

turnirdə Rio Olimpiadasına vəsiqə qazanmaqdır. Mənim çəkimdə 3 lisenziya var. Olimpiya Oyunlarında iştirak

edib bayrağımızı qaldırmaq istəyirəm”.

T. Məmmədov Azərbaycanda idmançılar üçün hər cür şərait yaradıldığını qeyd edib. “Dövlətimizin

başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Prezidentimiz çox

gözəl insan olmaqla yanaşı, həm də böyük siyasətçidir. Dövlətimizin başçısı idmançılara hər zaman dəstək olur.

Bizə sadəcə məşq edib uğur qazanmaq qalır”,- deyə Teymur Məmmədov əlavə edib.

O, həmçinin vurğulayıb ki, hazırda “Rabitə” klubunun üzvüdür və yığma komandanın tərkibində məşqlər

keçir. T.Məmmədov yığma komandadakı yerinin onu qane etdiyini də deyib.

AZƏRTAC

4 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

154

“Böyük İpək yolu” beynəlxalq turniri IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq

xarakteri daşıyır

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycanda boks üzrə IX “Böyük İpək yolu” beynəlxalq turnirə start verilib.

AZƏRTAC xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq, yarışda qadın komandaları da iştirak edir. Üç gün

davam edəcək turnirdə kişilərdən ibarət Azərbaycan milli komandası ilə yanaşı, Rusiya və İran komandaları tam

heyətlə yarışacaq. Bundan başqa, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan və Qətər seçmələri də turnirdə

təmsil olunurlar.

Qadınların mübarizəsində isə komandamızdan başqa, Türkiyə, Ukrayna və Belarus boksçuları da

çempionluq uğrunda mübarizə aparırlar.

Turnir mayda ölkəmizdə təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.

Yarışdan sonra “Bakı-2017”də mübarizə aparacaq boks üzrə milli komandanın heyəti formalaşdırılacaq.

Ümumilikdə 100-dək boksçunun iştirak etdiyi turnirə martın 17-də yekun vurulacaq.

“Böyük İpək yolu” beynəlxalq turnirin baş hakimi rusiyalı Valeri Laptevdir.

AZƏRTAC

2017, 14 mart

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

155

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

156

Sərbəst güləş

Sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnirin açılışında

Milli Olimpiya Komitəsinin prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti

İlham Əliyevin çıxışı

Əziz dostlar!

Əziz qonaqlar!

Əziz idmançılar!

Bu gün Azərbaycanda gənclərin sərbəst güləş üzrə I Beynəlxalq turniri keçirilir. Bu münasibətlə

Azərbaycana müxtəlif ölkələrdən idmançılar, qonaqlar gəlmişlər. İcazə verin, sərbəst güləş üzrə beynəlxalq

turnirdə iştirak etmək üçün Azərbaycana gəlmiş bütün qonaqları Milli Olimpiya Komitəsi adından təbrik edim,

hər birinə cansağlığı arzulayım.

Sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnirin Azərbaycanda keçirilməsi heç də təsadüfi deyildir.

Hələ Sidneydə Olimpiya oyunları keçirilərkən Azərbaycan Milli Olimpiya Komitəsi respublika Güləş

Federasiyası ilə birlikdə Beynəlxalq Güləş Federasiyasına müraciət edərək xahiş etmişdi ki, onlar bu turniri

Azərbaycanda keçirsinlər. Eyni zamanda, elə o zaman Sidneydə biz onlardan xahiş etmişdik ki, yaşlılar arasında

sərbəst güləş üzrə Avropa çempionatını da məhz Azərbaycanda keçirsinlər. Böyük məmnunluq hissi ilə deyə

bilərəm ki, hər bir xahişimiz onlar tərəfindən müsbət qəbul olunmuşdur. Belə münasibətin nəticəsində bu gün

Azərbaycanda gənclər arasında 1-ci beynəlxalq turnir keçirilir.

Ümumiyyətlə, Azərbaycanda bütün idman növləri üzrə beynəlxalq yarışlar, turnirlər keçirilir. Ölkəmizdə

dünya və Avropa çempionatları keçiriləcəkdir. Bir sözlə, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə

çevrilir. Azərbaycanda keçirilən hər bir turnir idman növlərinin inkişafına böyük təkan verir. Hər bir turnirdən

sonra idman bölmələrinə kütləvi surətdə axın başlayır. Bu da bizi çox sevindirir. Biz istəyirik ki, hər bir

vətəndaş, gənc, hər bir uşaq idmanla məşğul olsun, vətənimizə qələbələr gətirsin. Beynəlxalq Güləş Federasiyası

bizə çox böyük hörmət, inam göstərmişdir. Bu hörmətin, inamın nəticəsidir ki, indi biz bu turniri keçiririk. Bu

gün Namiq Abdullayev də bizimlə birlikdə buradadır. Namiq Abdullayev Azərbaycan xalqının qəhrəman

oğludur. O, müstəqil Azərbaycan Respublikasının bayrağını Sidneydə ucaldan idmançımızdır. Mən bizim

hamımızın adından o böyük qələbə münasibətilə onu bir daha təbrik etmək istəyirəm. Həmin qələbəni biz heç

zaman unutmamalıyıq, hər zaman yadımızda saxlamalıyıq. Elə etməliyik ki, bu qələbələrin sayı artsın.

Bir şeyi də diqqətinizə çatdırmaq istəyirəm. Sidneydən sonra birinci ilin, yəni 2001-ci ilin dörd ayı ərzində

Azərbaycan idmançıları yalnız Avropa və dünya çempionatlarında 6 medal qazana biliblər. Təsəvvür edin,

Azərbaycan idmançıları təkcə dörd ay ərzində 6 medal qazanıblar.

Stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Mehtəhəddinova dünya çempionu titulunu qazanıbdır.

Ağırlıqqaldırma üzrə keçirilən Avropa çempionatında üç idmançımız Vətənə medallarla qayıtmışlar. Nizami

Paşayev qızıl, Elxan Süleymanov gümüş, Turan Mirzəyev isə bürünc medal qazanmışdır.

Bu yaxınlarda Bakıda keçirilən bodibildinq üzrə Avropa çempionatında idmançılarımız iki medal

qazanıblar. Tahir Faxruddinov qızıl medal, Yalçın Məmmədov isə bürünc medal qazanıbdır. Görün

Azərbaycanın idman potensialı nə qədər güclüdür, ölkəmizdə idman nə qədər sürətlə inkişaf edir.

Əziz dostlar, turnirin açılışı münasibətilə sizi bir daha təbrik etmək istəyirəm, Turnirdə iştirak edən bütün

idmançılara uğurlar, qələbələr arzulayıram. Sağ olun.

“Azərbaycan”, 17 may 2001-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

157

Sərbəst Güləş üzrə 45-ci Avropa Çempionatı.

Bakı-2002

Sidney Oyunları dövründə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq

Güləş Federasiyasının prezidenti Milan Erseqanla, Avropa Güləş Federasiyasının prezidenti ilə görüşlərində bu

növdə yarışlar arasında dünya və qitə çempionatlarının Bakıda keçirilmək imkanları müzakirə etmişdir. Həmin

müzakirələrdən sonra 2002-ci ildə sərbəst güləş üzrə Avropa çempionatının Bakıya keçirilməsi ilə bağlı qərar

qəbul olundu. 2001-ci ildə Avropa çempionatı ərəfəsində Bakıda sərbəst güləş üzrə birinci beynəlxalq turnir

keçirildi. Bu turnir Avropa çempionatı ərəfəsində təşkilat işləri üçün bir növ sınaq oldu. 2002-ci ilin

əvvəllərində yarışın təşkili və keçirilməsi üçün bütün hazırlıq işləri görüldü.

2002-ci il mayın 2-də İdman Konsert Kompleksində 45-ci Avropa çempionatının yarışları başlandı.

Çempionatının açılış mərasimində Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev iştirak edirdi.

Mərasimdə əvvəlcə Azərbaycan Prezidentinin 45-ci Avropa çempionatının iştirakçılarına təbriki oxundu. Sonra

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çıxış etdi. O, Avropa çempionatını iştirakçılarını və

qonaqları, zala toplaşmış tamaşaçıları salamladı. Azərbaycanda ən çox yayılmış idman növü oduğunu qeyd edən

İlham Əliyev Bakıda bu yarışın böyük maraqla izlənəcəyini vurğuladı. Milli Olimpiya Komitəsinin təmir

etdirdiyi İdman Konsert Kompleksində yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradıldığını

bildirdi və çempionatın açılışı münasibətilə hamını təbrik etdi.

Avropa sərbəst və Yunu-Roma Güləşi Federasiyasının prezidenti Tsen Tsenov çempionatın keçirilməsi

üçün yaradılmış şəraitdən məmnun olduğunu qeyd etdikdən sonra gələcəkdə Azərbaycanda Avropa və dünya

çempionatlarının keçiriləcəyinə əmin olduğunu bildirdi, yarışların iştirakçılarına yaxşı çıxış edib qələbələr

qazanmağı arzuladı. Azərbaycan Güləş Federasiyasının prezidenti Abbas Abbasovun çıxışındın sonra yarışlar

açıq elan edildi.

55 kq çəki dərəcəsində cəmi 11 güləşçi mübarizəyə qoşulmuşdur. Ölkəmizi bu çəkidə təmsil edən Nazim

Əlicanov ilk görüşdə yunanıstanlı rəqibi Amiran Kratanova 4:3 hesabıyla qalib gəldi. Onun sonrakı rəqibi Çetin

Ersin oldu. İdmançımız bu görüşü asanlıqla uddu. Nazimin növbəti rəqibi Gürcüstan komandasının liderlərindən

biri, gənclər arasında dünya çempionu Vesarion Çoçaşvili idi. Çox gərgin keçən bu görüşdə güləşçimiz gürcü

pəhləvanına 11:0 hesabıyla qalib gələrək tamaşaçıların alqışlarını qazandı və çempionluğu iddialı olduğunu bir

daha təsdiqlədi. Yarımfinalda Nazim Əlicanov rusiyalı Konteyevlə qarşılaşdı. Konteyevin güclü müqaviməti ilə

qarşılaşan güləşçimiz sonuna qədər mübarizə aparmağı bacardı və finala vəsiqə qazandı. O, qızıl medal uğrunda

mübarizədə moldovalı Gennadi Tulbini 3:1 hesabı ilə udaraq Avropa çempionu oldu.

60 kq çəki dərəcəsində güləşən Arif Abdullayevin yarışlara qoşulması çempionatın gedişində canlanma

yaratdı. Arif keçirdiyi ilk görüşdə rəqibi alman Vilde üzərində 5:1 hesabı ilə inamlı qələbə qazandı. Arifin

növbəti rəqibi Moldovadan Esir güləşçimizə 3:2 hesabıyla qalib gəldi. 1/4 final mərhələsində italiyalı Liuzziyə

5:2 hesabı ilə qalib gələn Arif Abdullayev yarımfinala çıxdı. Bürünc medal uğrunda Belarus Aleksandr Huzovla

görüşdə rəqibinə 4:3 hesabı ilə qalib gələrək bürünc medala sahib oldu. Bu çəkidə qızılı Arif Kama qazandı. 66

kq çəki dərəcəsində 21 güləşçi yarışırdı. Təmsilçimiz Elman Əsgərovun ilk rəqibi yunan Aleksandridis oldu.

Güləşçimiz layiqli mübarizə apararaq 7:3 hesabıyla qalib gəldi. Növbəti görüşdə Elman italiyalı Martorana

Lucaya böyük üstünlüklə qalib gəldi. Yarımfinalda onun rəqibi türkiyəli Ömər Çubuqçu oldu. Elman bu

görüşdə asanlıqlı uddu. Finalda rus idmançısı Zaur Batoyevlə qarşılaşma gərgin keçdi. Elman görüşə fəal

başlasa da, Zaura qalib gələ bilmədi. Zaur Batoyev qızıl medala sahib oldu. Elman Avropa çempionatı kimi

mötəbər turnirdə gümüş medal əldə edə bildi.

74 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elşad Allahverdiyev yarışa inamla başladı. İtaliyalı Rinellanı

6:2 hesabıyla məğlub edən Elşad ikinci görüşdə rumın güləşçisi Predaya 4:1 hesabıyla qalib gəldi. Sonra

rusiyalı rəqibi Maqomed İsaqadjiyevə 6:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı. Bu çəkidə qızıl

medalı Arpat Ritter (Macarıstan) qazandı.

84 kq çəki dərəcəsində ölkəmizi Fuad Qaraev təmsil edirdi. O, ilk görüşdə İsrail idmançısı Serqey

Kolesnikova xal hesabıyla qalib gəldi. İdmançımız sonrakı iki görüşü uduzaraq mübarizəni dayandırdı. 84 kq

çəkidə rusiyalı Sagid Sacidov çempion oldu.

96 kq çəki dərəcəsində 19 güləşçi çempion Adı uğrunda mübarizə aparırdı. Ölkəmizi bu çəki dərəcəsində

gənc pəhləvan Vüsal Müslümov təmsil edirdi. İlk iki görüşdə uduzan Vüsal holland G. Torçinavaya 8:3

hesabıyla qalib gələrək yalnız dünya çempionatına vəsiqə qazana bildi. Burada qızıl medalı K. Kuramaqomedov

(Rusiya) qazandı.

120 kq çəki dərəcəsində idmançımız Məhəmməd Gərayev 15 güləşçinin qatıldığı yarışlarda keçirdiyi hər iki

oyunu uduzaraq mübarizəni dayandırdı. Ən ağır çəkidə qızıl medalın sahibi David Musulbes oldu.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

158

96 və 120 kq çəkidə güləşən idmançılarımız Vüsal Müslümov Məhəmməd Gərayev qazandıqları xallara

əsasən sentyabrda İranda keçiriləcək dünya çempionatında iştirak edə biləcəklər.

Bütün iştirakçılar mükafatlandırıldıqdan sonra müvafiq olaraq komanda hesabına I, II və III yerləri tutmuş

Rusiya, Gürcüstan və Türkiyə komandalarına kuboklar təqdim edildi.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

159

Bakıda sərbəst güləş üzrə 45-ci Avropa çempionatının təntənəli açılış mərasimi.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmişdir

Mayın 2-də Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının təntənəli

açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev təntənəli mərasimdə iştirak etmişdir. Minlərlə

tamaşaçı və qonaqlar dövlətimizin başçısını hərarətlə, sürəkli alqışlarla qarşıladılar.

Ölkəmizin paytaxtında ilk dəfə keçirilən, Avropanın 25 ölkəsindən onlarla idmançının iştirak etdiyi bu

çempionatda güləşçilər öz qüvvələrini yeddi çəki dərəcəsində sınayacaqlar. Azərbaycan idmançıları tam heyətdə

mübarizə aparırlar. Üç gün davam edəcək bu mötəbər yarışın məhz respublikamızda keçirilməsi Azərbaycanda

idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının, ölkəmizdə yaradılmış sabitliyin və əmin-amanlığın

təzahürüdür. Bu mühüm amili Avropa çempionatında iştirak etmək üçün Bakıya gəlmiş qonaqlar da yüksək

qiymətləndirmişlər.

Çempionatda iştirak edən bütün ölkələrin dövlət bayraqları ilə bəzədilmiş kompleksdə Azərbaycan

prezidentini və bütün yarış iştirakçılarını salamlayan transparantlar asılmışdı.

Azərbaycan, Almaniya, Belarus, Bolqarıstan, Estoniya, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İsrail,

İspaniya, İsveçrə, İtaliya, Latviya, Litva, Macarıstan, Makedoniya, Moldova, Polşa, Rumıniya, Rusiya,

Slovakiya, Türkiyə, Ukrayna və Yunanıstan idmançıları musiqi sədaları altında meydançaya daxil oldular.

Azərbaycan prezidenti Heydər Əliyevin Avropa çempionatının iştirakçılarına təbriki oxundu.

Mərasimi Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev açdı.

Azərbaycan MOK-un prezidenti, Milli Məclisin deputatı

İlham Əliyevin çıxışı

- Möhtərəm cənab prezident!

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Əziz idmançılar!

Bu gün Azərbaycanın idman tarixində çox əlamətdar bir gündür. Bu gün Bakıda sərbəst güləş üzrə Avropa

çempionatı keçirilir. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.

Azərbaycan Milli Olimpiya Komitəsi və ölkəmizin bütün idman ictimaiyyəti adından Beynəlxalq Güləş

Federasiyasına öz təşəkkürümü bildirirəm ki, onlar bu çempionatın Bakıda keçirilməsi haqqında qərar verdilər,

bu idman bayramını bizə bəxş etdilər.

Azərbaycanda güləş milli idman növüdür. Ən məşhur idman növüdür. Bütün dövrlərdə bizim çox güclü

güləşçilərimiz olmuşdur və indi də var. Onlar müxtəlif beynəlxalq yarışlarda böyük uğurlar, böyük qələbələr

qazanmışlar. Ən parlaq qələbəni Sidney Olimpiya oyunlarında bizim görkəmli idmançımız Namiq Abdullayev

qazanmışdır. Namiq Abdullayev bu gün buradadır və mən xahiş edərdim ki, hamımız onu salamlayaq və o

gözəl, unudulmaz qələbəsi münasibətilə onu və bütün Azərbaycan xalqını bir daha təbrik edək.

Azərbaycanda idman sürətlə və hərtərəfli inkişaf edir. Bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda,

Avropa, dünya birinciliklərində, Olimpiya oyunlarında uğurla çıxış edir, Azərbaycanın idman şöhrətini

yüksəklərə qaldırırlar.

Dövlət tərəfindən də idmana böyük qayğı və diqqət var. Cənab prezident idmana, onun inkişafına,

idmançılara daim böyük qayğı və diqqət göstərir. Bizim bütün qələbələrimiz məhz bu qayğı və diqqət

nəticəsində mümkün olmuşdur.

İndi Azərbaycanda idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıbdır. Azərbaycanın müxtəlif

bölgələrində yeni, müasir idman kompleksləri tikilir. Bu möhtəşəm idman sarayında da bir müddət bundan

əvvəl təmir işləri aparılmışdır və indi bu kompleks ən yüksək dünya standartlarına cavab verir və Avropa

çempionatı kimi mötəbər yarış burada keçirilir.

Əziz dostlar, mən çempionatın açılışı münasibətilə sizi bir daha təbrik edirəm, idmançılara uğurlar,

qələbələr arzulayıram. Sağ olun.

“Azərbaycan”, 3 may 2002-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

160

Nazim Əlicanov – Avropanın sərbəst güləş üzrə çempionudur

Bakıda keçirilən sərbəst güləş üzrə 45-ci Avropa çempionatında Azərbaycan idmançısı Nazim Əlicanov 55

kq çəki dərəcəsində qızıl medal qazandı. İdmançımız bundan əvvəl iki görüşü uğurla keçirib aprelin 3-də,

finalda Moldovalı güləşçi Qennadiy Tubea ilə görüşdü. Ağır mübarizədə gözəl texnika və qələbəyə meyl

nümayiş etdirərək Nazim Əlicanov öz rəqibini 3:1 xal hesabı ilə məğlub etdi. Həmin gün başqa bir idmançımız,

Elman Əsgərov, finalda Rusiyalı güləşçi Zaur Botayevə oyunu uduzdu və 66 kq çəki dərəcəsində gümüş medal

qazandı. 74 kq çəki dərəcəsində Rusiyalı güləşçi Zahid Zahidov birinci yeri tutdu. İdmançılara mükafatları

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, çoxqat Olimpiya çempionu Aleksandr

Medved və Beynəlxalq Güləş Federasiyasının birinci vitse-prezidenti Rafael Martinett təqdim etdi.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili İlham Əliyev Azərbaycan televiziyasına

qısa müsahibə verdi.

MÜXBİR: Güləş üzrə Avropa çempionatında birinci çəki dərəcələrində final görüşlər keçirildi, Azərbaycan

idmançıları bir qızıl və bir gümüş medal qazandılar. İlham müəllim, idmançılarımızın qələbəsi ilə Sizi təbrik

edirik.

İLHAM ƏLİYEV: Mən də Sizi və idman azarkeşlərini bu qələbə ilə təbrik edirəm. Doğurdan da, bu çox

gözəl qələbə idi. Bu nüfuzlu Avropa çempionatında Azərbaycan bir qızıl və bir gümüş medal qazandı.

Güləşçilərimiz çox gözəl çıxış etdilər. Gördüyünüz kimi, bu idman sarayı azarkeşlərlə doludur.

Bir daha idmançılarımızı təbrik edirəm. Onlara minnətdarlığımı bildirirəm ki, gözəl çıxışları və qələbələri

ilə onlar Azərbaycan xalqını sevindirdilər. Buna görə də xalqımızı, idmançılarımızı bu gözəl qələbə ilə bir daha

təbrik edirəm.

MÜXBİR: Mayın 4-də Avropa çempionatı davam edəcək, yəqin ki, Azərbaycan idmançıları yenə də böyük

uğurlar əldə edəcəklər?

İLHAM ƏLİYEV: Əlbəttə, biz istərdik ki, qələbələr seriyası davam etsin. Əminəm ki, idmançılarımız öz

məsuliyyətlərini çox yaxşı başa düşürlər. İnanıram ki, onlar bizə daha çox medallar bəxş edəcəklər.

04. 05. 2002

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

161

Azərbaycanda üçüncü Avropa çempionatı

Növbəti həftə üç gün ərzində paytaxtımızın İdman-konsert kompleksində sərbəst güləş üzrə 45-ci Avropa

çempionatı keçiriləcək. Bu, artıq üçüncü dəfədir ki, Azərbaycanda yüksək dərəcəli yarış keçirilir. Birincilər

sambo idmançıları oldu ki, onlar 1997-ci ildə Avropa çempionatını keçirmişdilər.

Bir il bundan əvvəl isə bodibildinq yarışları keçirildi. Hər iki yarışda Azərbaycan idmançıları qızıl

mükafatsız qalmadılar. Sambo döyüşçüləri arasında birincilər Ceyhun Məmmədov, Qalib Hümbətov və Mövlud

Mirəliyev idilər, kulturistlər arasında isə Tahir Fəhruddinov fərqləndi.

Sərbəst güləşçilərimiz üçün Avropa çempionu necə olacaq? Bu suala birmənalı cavab vermək çətindir. Əgər

xalçaya liderimiz Namiq Abdullayev çıxsaydı, biz heç olmazsa bir "qızılı" qazanardıq. Lakin, bizim üçün,

məşqçilərimiz üçün, mütəxəssislər üçün də təəssüf oldu ki, Sidney Olimpiadasının çempionu keçən il aldığı

travmadan hələ tamamilə sağalmayıb və xalçaya çıxa bilməyəcək. Onu 55 kq çəki dərəcəsində Nazim Əlicanov

əvəz etməyə çalışacaq. Əlbəttə, bu eyni qüvvəli rəqib deyil, amma məşqçilərin, necə deyərlər, başqa əlacı

yoxdur.

Nazim Əlicanovdan başqa yığma komandanın məşqçiləri ümid edirlər ki, Arif Abdullayev (60 kq), Elman

Əsgərov (66 kq) və Elşad Allahverdiyev (74 kq) Avropa çempionatının medalları uğurunda güclü mübarizə

aparacaqlar. Birinci iki güləşçi Minskdə başlanacaq Olimpiya, Avropa və dünyanın üçqat çempionu Aleksandr

Medvedin mükafatları yarışına hazırlaşmanın sonuncu mərhələsində daha yaxşı hazırlanıblar və onlar elə birinci

altılığı bağlayırlar.

Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm nazirliyi, iki güləş federasiyaları - beynəlxalq və

respublika - ilə birgə Avropa çempionatının keçirilməsi ətrafında genişmiqyaslı kampaniya keçirir və biz

ümidvarıq ki, onun başa çatması günündə biz gözəl təəssüratla dolu çoxlu medallarla qalacağıq.

27. 04. 2002

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

162

Bakıda sərbəst güləş üzrə beynəlxalq yarış başlandı

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev yarışı açdı Mayın 15-də Bakı Əl oyunları sarayında sərbəst güləş üzrə beynəlxalq yeniyetmələr yarışın təntənəli açılış

mərasimi keçirildi. Gənclər, İdman və Turizm Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycanın Güləş

Federasiyası tərəfindən keçirilən bu yarışda Rusiya, İran, Gürcüstan, Özbəkistan və Azərbaycan komandaları

iştirak edirlər. Yarışın ölkə-sahibi iki komanda ilə təqdim olunmuşdur. Ümumilikdə, yarışda təxminən 100

idmançı mübarizə aparacaqlar.

Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-

prezidenti, millət vəkili İlham Əliyevin Sərbəst güləş üzrə I Beynəlxalq yeniyetmələr yarışının açılış

mərasimində çıxışı Əziz dostlar!

Əziz qonaqlar!

Əziz idmançılar!

Azərbaycanda bu gün I Beynəlxalq yeniyetmələr yarışı keçirilir. Bununla əlaqədar Azərbaycana müxtəlif

ölkələrdən idmançılar, qonaqlar gəlmişlər.

İcazə verin, Milli Olimpiya Komitəsinin adından sərbəst güləş üzrə beynəlxalq yarışda iştirak etmək üçün

Azərbaycana gəlmiş bütün qonaqları təbrik edim və hər birinə uğurlar arzulayım.

Sərbəst güləş üzrə beynəlxalq yeniyetmələr yarışının Azərbaycanda keçirilməsi heç də təsadüf deyil.

Sidneydə keçirilmiş Olimpiya oyunlarında Respublika Güləş Federasiyası ilə birlikdə Milli Olimpiya Komitəsi

Beynəlxalq güləş Federasiyasına müraciət edərək həmin yarışın Azərbaycanda keçirilməsini xahiş etdi. Bundan

başqa, Sidneydə biz Azərbaycanda yaşlı idmançılar arasında sərbəst güləş üzrə Avropa çempionatının

keçirilməsini də xahiş etdik. Dərin razılıq hissi ilə deyə bilərəm ki, hər iki təklif müsbət qarşılanmış və həmin

qarşılanma nəticəsində bu gün Azərbaycanda birinci yarış keçirilir.

Ümumiyyətlə, Azərbaycanda bütün idman növləri üzrə beynəlxalq yarışlar, çempionatlar keçirilir.

Ölkəmizdə Avropa və dünya çempionatları keçiriləcək. Bir sözlə, ölkəmiz dünyanın idman mərkəzlərindən

birinə çevrilir.

Azərbaycanda keçirilən hər bir yarış müxtəlif idman növlərinin inkişafına güclü təkan verir. Hər bir

yarışdan sonra idman seksiyalarına kütləvi axınlar başlayır. Bu da bizi çox sevindirir. Bununla idmanın

kütləviliyi təmin olunur. Biz istəyirik ki, hər bir vətəndaş, yeniyetmə, uşaq idmanla məşğul olsun, Vətənimizə

qələbələr gətirsin.

Beynəlxalq Güləş Federasiyası bizə böyük hörmət və etibar etdi ki, bunun nəticəsində biz həmin yarışı

keçirəcəyik.

Bu gün Namiq Abdullayev də buradadır, bizimlədir. Namiq Abdullayev Azərbaycan xalqının qəhrəman

oğludur, bu idmançı Sidneydə müstəqil Azərbaycanın bayrağını qaldırdı. Hamımızın adından onu bir daha gözəl

qələbəsi ilə təbrik etmək istərdim. Biz heç zaman bu qələbəni unutmamalıyıq, onu həmişə yaddaşımızda

saxlamalıyıq və elə etməliyik ki, həmin qələbələrin sayı getdikcə artsın.

Sizin nəzərinizə başqa bir şeyi çatdırmaq istərdim. Sidneydən sonra bir il ərzində, yəni 2001-ci ilin dörd ayı

ərzində Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında 6 medal qazana bildilər. Təsəvvür edin ki,

Azərbaycan idmançıları 4 ay ərzində 6 medal qazanmışlar.

Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftəhəddinova dünya çempionu titulunu qazandı.

Ağır atletika üzrə Avropa çempionatından üç nəfər idmançımız Vətənə medalla qayıtdılar. Nizami Paşayev

qızıl medal, Elxan Süleymanov gümüş medal və Turan Mirzəyev bürünc medal qazandılar.

Bir qədər vaxt əvvəl Bakıda keçirilmiş bodibildinq üzrə Avropa çempionatında idmançılarımız iki medal

qazandılar. Tahir Fəhruddinov qızıl medal, Yalçın Məmmədov isə - bürünc medal qazandı. Baxın, Azərbaycan

idmanın potensialı necə güclüdür, ölkəmizdə idman necə sürətlə inkişaf edir.

Əziz dostlar, Sizi bir daha yarışın açılışı ilə təbrik etmək istəyirəm. Yarışın bütün iştirakçılarına uğurlar,

qələbələr arzulayıram. Sağ olun.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

163

Azərbaycan Prezidenti İlham Əliyev sərbəst güləş üzrə

Dünya Kuboku yarışlarının qonaqları ilə görüşmüşdür

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 3-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində

sərbəst güləş üzrə Dünya kuboku yarışlarına gəlmiş Beynəlxalq Güləş Federasiyasının rəhbərliyi, məşhur

idmançılar, dünya və Olimpiya oyunları çempionları ilə görüşmüşdür.

Dövlətimizin başçısı İLHAM ƏLİYEV qonaqlara ölkəmizdə idmanın inkişafı, bu il Azərbaycanda

keçirilmiş olimpiya lisenziya turnirləri haqqında danışaraq dedi:

- Bakıya gəldiyinizə görə təşəkkür edirəm. Dost gəlişinə həmişə şadıq, həmişə istəyirik ki, dünya səviyyəli

yarışlar bizdə keçirilsin. Deyə bilərəm ki, Azərbaycanda, ilk dəfə olaraq idmanın üç növü üzrə Olimpiya

lisenziya turnirləri keçirilir. Voleybol, taekvondo yarışları artıq keçirilmişdir, bu ayın sonunda isə Bakıda boks

turniri olacaqdır. Bu, ölkəmizdə idmanın inkişafının çox mühüm göstəricisidir. Çox işlər görülür, idman

kompleksləri tikilir. Onlar, əsasən, ölkənin regionlarında inşa edilir ki, kəndli gənclər idmanla məşğul ola

bilsinlər.

İdman federasiyaları da, o cümlədən Abbas Abbasovun başçılıq etdiyi Güləş Federasiyası fəal işləyirlər. Biz

son dörd-beş ildə bütün federasiyalarda böyük dəyişikliklər aparmışıq, onların rəhbərliyinə ölkədə tanınmış

təcrübəli adamlar gəlmişdir. İdmançıların maddi məsələləri ilə də çox məşğul oluruq, Milli Olimpiya

Komitəsinin təqaüdlərini təyin etmişik, təkcə bugünkü idmançılar üçün deyil, həm də pensiyaya çıxmış və bütün

ömrünü, bütün qüvvələrini idmanın inkişafına həsr etmiş insanlar üçün normal həyat şəraiti təmin etmək

məqsədi ilə veteran təqaüdləri təyin etmişik.

Hər bir belə hadisə idmanın təbliğidir. Əminəm ki, Dünya kuboku yarışlarından sonra oğlanlar bölmələrə

axışacaqlar. Uğurla çıxış etdiyimiz Sidney Olimpiya Oyunlarından, o cümlədən güləşçi Namiq Abdullayev

olimpiya çempionu olandan sonra gənclər idman bölmələrinə axışmışlar. Onlar idmanla məşğul olurlar, deməli,

xuliqanlıq etməyəcəklər, pis işlərə qoşulmayacaqlar, məsuliyyətli olacaqlar. Zənnimcə, əldə etdiyimiz başlıca

nailiyyətlərdən biri də odur ki, cəmiyyətlərdə idmançılara, vaxtilə olduğu kimi, hörmət edirlər.

Əlbəttə, 1990-cı illərin əvvəllərində bütün ölkələrin, qonşularımızın da iqtisadi problemləri olmuşdur. O

vaxtlar idmana lazımi diqqət yetirilmirdi. Lakin indi bir çox ölkələrdə idmanın cəmiyyətdə yenidən mühüm yer

tutduğunu görürük. Bu, Azərbaycanda da baş verir. Mən özüm çox fəxr edirəm ki, 7 ildir Milli Olimpiya

Komitəsinə başçılıq edirəm. Bu illər ərzində çox iş görülmüşdür. İndi biz Afinada layiqincə çıxış etmək,

Azərbaycanın idman ölkəsinə çevrildiyini bir daha təsdiqləmək istəyirik. Əlbəttə, indiki kimi yarışlar buna çox

kömək edir. Əminəm ki, dünyada məşhur olan idmançıların ölkəmizə gəlməsi böyük hadisədir. Ona görə də

Beynəlxalq Güləş Federasiyasının prezidentinə və bütün dostlarımıza bizə qonaq gəldikləri üçün bir daha

təşəkkür etmək istəyirəm. Sidneydəki görüşlərimizi, birlikdə azarkeşlik etdiyimizi, sevindiyimizi xatırlayıram.

Biz birlikdə Azərbaycanın, Rusiyanın idmançılarına azarkeşlik edirdik, nə qədər sevinirdik. Bu, insanları

birləşdirir. İdman müxtəlif ölkələrdən olan insanları birləşdirən çox az amillərdən biridir. Sidneydə elə bir

psixoloji yüksəliş var idi ki, hətta Abbas Abbasov bütün normaları pozaraq, xalçanın üzərinə çıxmış, idmançının

qələbəsinə sevincini bu yolla ifadə etmişdi.

Biz Beynəlxalq Olimpiya Komitəsinin bütün konfranslarında Belarusun Milli Olimpiya Komitəsinin

prezidenti hörmətli Aleksandr Medvedyevlə yanaşı otururuq. O da bizi həmişə dəstəkləyir. Biz hamımız

görkəmli Rusiya idmançısı, dəfələrlə Olimpiya çempionu Aleksandr Karelinin pərəstişkarıyıq. Onun idmanda

nailiyyətləri böyükdür. Onu Azərbaycanda da sevir və ona azarkeşlik edirdilər.

Qonaqlar adından çıxış edən dəfələrlə olimpiya çempionu ALEKSANDR KARELİN həm də öz ünvanına

söylənmiş sözlərə görə təşəkkür edərək dedi:

- Biz bu gün Azərbaycanda idman obyektlərinin necə tikildiyini gördük. İdmançılar üçün əla şərait

yaradılmış taekvondo mərkəzinə, digər obyektlərə baxdıq. Mən idmanın insanları birləşdirməsi barədə dediyiniz

sözləri təsdiqləmək istəyirəm.

Sonra Aleksandr Karelin Azərbaycan Prezidenti İlham Əliyevə Rusiya Güləş Federasiyasının xüsusi

hədiyyəsini təqdim etdi.

Dünya kuboku yarışlarının iştirakçıları ümummilli lider Prezident Heydər Əliyevin və şəhidlərin xatirəsini

yad etdilər.

Bakıda start götürən sərbəst güləş üzrə Dünya kuboku uğrunda yarışların iştirakçıları, habelə hakimlər,

Beynəlxalq həvəskar Güləş Federasiyasının, Avropa Güləş Federasiyasının, iştirakçı ölkələrin federasiyalarının

rəhbərləri aprelin 3-də Fəxri Xiyabana gedərək, ümummilli lider Prezident Heydər Əliyevin xatirəsini yad

etdilər və məzarın önünə gül-çiçək qoydular.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

164

Sonra onlar Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları üstünə və "Əbədi məşəl" xatirə

kompleksinin önünə gül-çiçək qoydular.

"Olimpiya dünyası", 6 aprel 2003-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

165

Prezident İlham Əliyev güləş federasiyasının rəhbərlərini, Avropa çempionatlarında

medal qazanan idmançıları və onların məşqçilərini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev iyulun

15-də MOK-un binasında Güləş Federasiyasının rəhbərlərini, Avropa çempionatlarında cüdo, yunan-Roma

güləşi və sərbəst güləş üzrə medal qazanan idmançıları və onların məşqçilərini qəbul etmişdir.

Prezident İlham Əliyev idmançıları və məşqçiləri qazandıqları uğurlara görə təbrik edərək dedi ki,

idmançılarımız beynəlxalq yarışlarda yaxşı çıxış edirlər, gözəl nəticələr göstərirlər və Azərbaycan idmanı

güclənir. Çox şadam ki, Olimpiya Oyunlarından sonra qələbə silsiləsi davam edir. Bu onu göstərir ki, artıq

idmanın inkişafı öz yüksək zirvəsini tapıbdır. Bizim idmançılarımız təkcə Olimpiya Oyunlarında deyil, müxtəlif

yarışlarda da yüksək nəticə göstərirlər.

Yunan-Roma güləşi üzrə 2005-ci ildə keçirilmiş Avropa çempionatında Vitali Rəhimov çempion olmuş,

birinci yeri tutmuşdur. Elman Əsgərov sərbəst güləş üzrə ikinci yeri tutmuş, gümüş mükafatçı olmuşdur. Vitali

Afina Olimpiadasında iştirak etmişdir. Elman da həmin yarışların iştirakçısı olmuşdur. Elman 2002-ci ildə

Avropa çempionatında ikinci yeri tutmuşdur. Çox yaxşı nəticələrdir. Avropa çempionu olmaq böyük

nailiyyətdir.

Ümumiyyətlə, yunan-Roma güləşində uğurlar göz qabağındadır. Əlbəttə, burada Federasiyanın da,

məşqçilərin də rolu çox yüksəkdir. Çünki bizdə hər dəfə Olimpiya çempionu olur. Vitali də Avropa çempionu

oldu.

Sərbəst güləş üzrə Avropa çempionatında ikinci yeri tutmaq böyük nailiyyətdir. Ona görə mən bu

münasibətlə sizi - Federasiyanın rəhbərliyini, idmançıları, məşqçiləri təbrik edirəm. Düzdür, sərbəst güləş üzrə

idmançılarımız, güləşçilərimiz Olimpiya Oyunlarında ümidlərimizi doğrultmadılar. Bu, idmandır, olur. Əsas

odur ki, gənc nəsil yetişsin. Artıq Azərbaycan idmanı dünyada özünə yüksək yer tapıbdır. Bizim

idmançılarımızı indi tanıyırlar, hesablaşırlar. Həm idmançılar güclüdür, həm də ümumiyyətlə, idman

infrastrukturu yaranır, ölkəmizdə beynəlxalq yarışlar keçirilir.

2007-ci ildə Bakıda bütün güləş növləri üzrə Dünya çempionatı keçiriləcəkdir. Bu, göstərir ki, artıq bizim

imkanlarımızı beynəlxalq qurumlar da bilir. Burada nə qədər çempionatlar keçirilibdir. Avropa çempionatı,

başqa idman növləri üzrə yarışlar keçirilmişdir. Azərbaycan bölgədə idmanın mərkəzinə çevrilibdir. Olimpiya

Oyunlarına hazırlıq mərhələsində təsnifat turnirləri burada keçirilmişdir. Biz bilirik ki, dövlətlər dünya

çempionatlarını ölkələrində keçirmək üçün nə qədər səylər göstərmişlər. Bilirəm, çox güclü rəqiblər var idi.

Amma Abbas Abbasovun inadkarlığı imkan vermədi ki, bu çempionat başqa yerdə keçirilsin.

Güləş Federasiyasının prezidenti Abbas Abbasov vaxt ayırıb onları qəbul etdiyinə, idmançıların,

məşqçilərin əməyinə verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə təşəkkür etdi, Albaniyanın paytaxtı

Tiranada Azərbaycan güləşçilərinin Avropa üzrə komanda yarışlarında 3-cü yerə çıxaraq 4 gümüş, 1 bürünc

medal qazandıqlarını, Litvanın paytaxtı Vilnüsdə keçirilmiş dünya birinciliyində isə iki güləşçimizin gənclər

arasında bürünc medallara layiq görüldüyünü diqqətə çatdırdı. O, bütün idman federasiyalarına göstərilən

qayğıdan razılıqla söz açdı, Azərbaycanın idman sahəsində dünyada inkişaf etmiş ölkələr sırasında olduğunu

söylədi və dedi ki, cənab Prezident, dünyada Azərbaycana göstərilən hörmət Sizin idmançılara göstərdiyiniz

yüksək diqqət və qayğının nəticəsidir. İdmançılar özlərini ürəkli və məsuliyyətli hiss edirlər.

İyulun 22-24-də Azərbaycanda sərbəst güləş üzrə respublika birinciliyi keçiriləcək və bu yarışda ölkəmizin

dünyada tanınmış idmançıları da iştirak edəcəklər. Biz Sizi əmin edirik ki, göstərdiyiniz yüksək qayğıya

qələbələrlə cavab verəcəyik.

Güləş Federasiyasının prezidenti 2007-ci ildə Azərbaycanda bütün güləş növləri üzrə keçiriləcək dünya

birinciliyinə hazırlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verərək dedi ki, bu il avqustun əvvəllərində

Ümumdünya Güləş Federasiyasının prezidenti Rafael Martinetti Azərbaycana gəlmək istəyir və biz bu

məsələləri müzakirə edəcəyik.

Prezident İlham Əliyev əminliklə bildirdi ki, idmançılarımız gələcəkdə yeni yüksək nəticə göstərəcəklər.

Bunun üçün bütün şərait, imkanlar var. Ölkədə hər bir sahə, o cümlədən idman inkişaf edir. İdmana bundan

sonra da diqqət göstəriləcəkdir. Bu, artıq Azərbaycanda ənənədir. Bu, həm idmançıların fəaliyyəti, çıxışları

üçün, eyni zamanda ölkəmizi dünyada daha yüksək səviyyədə təmsil etmək üçün çox vacibdir. Hər dəfə qələbə

qazanılanda iftixar hissi keçiririk. Çünki bu, Azərbaycanın qələbəsidir, idmançının qələbəsidir, eyni zamanda

ölkənin şərəfidir. Biz gərək bu liderliyi əldən verməyək. Bu gün Azərbaycan bütün idman növləri üzrə yüksək

səviyyədədir.

Komanda idman növləri Azərbaycanda 5-6 il bundan əvvəl demək olar ki, yox idi. Amma indi baxın,

voleybol, basketbol, otüstü xokkey komandalarımız böyük uğurlar qazanırlar. Düzdür, futbolda hələ ki, biz

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

166

istədiyimizə nail ola bilməmişik. Amma ona vaxt lazımdır. Gərək bu sahədə uşaqlar, yeniyetmələr yetişsin. Biz

futbola da diqqət göstərəcəyik. Düzdür, mənim indi o qədər də vaxtım olmur ki, bu məsələlərlə gündəlik məşğul

olum. Amma yenə də diqqətdə saxlayıram, Milli Olimpiya Komitəsi, nazirlik tərəfindən mənə məlumat verilir.

İdmançılar mənim dəstəyimə həmişə arxalana bilərlər. Sizi bir daha təbrik edirəm.

Azərbaycan Prezidenti İlham Əliyev idmançılarla səmimi görüşdü, uğurlar arzuladı. Azərbaycan dövlətinin

başçısının adından idmançılara və məşqçilərə hədiyyələr təqdim olundu.

15. 07. 2005

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

167

Prezident İlham Əliyevin Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti

Rafael Martinettini ilə görüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Prezident sarayında Beynəlxalq Güləş

Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinettini qəbul etmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdiklərini bildirən cənab Rafael Martinetti

Azərbaycanda idman sahəsində böyük işlər görüldüyünü söylədi. Azərbaycanın özünün ikinci ölkəsi olduğunu

vurğulayan qonaq 2007-ci ildə Bakıda keçiriləcək sərbəst güləş və yunan-Roma güləşi üzrə dünya çempionatına

hazırlıq işləri ilə tanış olduğunu və bu çempionatın böyük müvəffəqiyyətlə keçəcəyinə əminliyini bildirdi.

Azərbaycanda idman sahəsində böyük işlər görüldüyünü vurğulayan Prezident İlham Əliyev Beynəlxalq

Voleybol Federasiyasının "Qranpri" turnirinin Avropa təsnifat mərhələsi yarışlarının Azərbaycanda, xüsusilə

Qubadakı Olimpiya İdman Kompleksində keçirilməsinin böyük əhəmiyyət daşıdığını və bu yarışların

respublikamızda, o cümlədən regionlarda idmanın inkişafına böyük töhfə verdiyini bildirdi.

2007-ci ildə Bakıda keçiriləcək sərbəst güləş və yunan-Roma güləşi üzrə dünya çempionatına böyük

hazırlıq işləri görüldüyünü nəzərə çarpdıran dövlətimizin başçısı bunun Azərbaycanda ilk dünya çempionatı

olacağını məmnunluqla vurğuladı. Bu il oktyabrın 3-9-da bədii gimnastika üzrə dünya çempionatının da Bakıda

keçiriləcəyini xatırladan Prezident İlham Əliyev bu beynəlxalq idman yarışlarının ölkəmizdə təşkilinin

Azərbaycanın idman sahəsində böyük uğurlar qazanmasının təzahürü kimi qiymətləndirdi.

05. 08. 2005

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

168

Güləşçilərimiz Avropa çempionatına hazırlaşırlar

Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, aprelin 25-30-da Moskva şəhərində sərbəst və yunan -

Roma güləşləri üzrə Avropa çempionatı keçiriləcəkdir.

Bununla əlaqədar, hazırda sərbəst güləş üzrə yığmamız məşqçi Aslan Ağayevin rəhbərliyi ilə Zuğulba

qəsəbəsindəki "Gənclik" Beynəlxalq Turizm Mərkəzində, yunan-Roma güləşi üzrə yığmamız isə məşqçi Elçin

Cəfərovun başçılığı ilə Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında təlim-məşq toplanışı

keçirlər. Qitə çempionatında ölkəmizi təmsil edəcək idmançıların adları aprelin 15-də açıqlanacaqdır.

03. 04. 2006

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

169

Paytaxtımızda hərbiçilərin güləş üzrə XXIV dünya çempionatına start verildi

Oktyabrın 29-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində hərbçilər aramda sərbəst gilləş və

yunan-Roma güləşi üzrə XXIV dünya çempionatının təntənəli açılış mərasimi oldu.

Mərasimdən əvvəl Beynəlxalq Hərbi İdman Şurasının (SİZM), Azərbaycanın idman qurumlarının

təmsilçiləri, çempionatda iştirak edəcək yığma komandalar və hakimlər Fəxri xiyabanda xalqımızın ümummilli

lideri Heydər Əliyevin məzarım ziyarət edərək, ulu öndərin abidəsi önü-nə əklil qoydular. Heyət Şəhidlər

xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canların-dan keçmiş vətən Övladlarının

xatirəsini yad edərək, onların məzarları üzərinə gül dəstələri düzdü.

Qeyd edək ki, noyabrın 2-dək davam edəcək çempionatda 20 ölkənin 200-dən çox pəhləvanı mükafatlar

uğrunda mübarizə aparır. İştirakçılar sırasında Azərbaycan, Belarus, Çin, Misir, Estoniya, Finlandiya,

Almaniya, Hindistan, İordaniya, Qazaxıstan, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Şrilanka, Suriya,

Türkiyə, Ukrayna və Özbəkistan yığmaları yer alıblar. 20-dən artıq hakimin idarə edəcəyi yarışda ölkə-mizi

beynəlxalq dərəcəli ha-kimlər Hicran Şərifov və Oqtay Hüseynov təmsil edirlər.

Təntənəli açılış mərasimində iştirak edən müdafiə naziri general-polkovnik Səfər Əbiyev öz çıxışında

bütün yarış iştirakçılarına qələbə sevinci arzuladı. Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali

Baş Komandanı cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbərliyə başladıqdan sonra

respublikada idman və bədən tərbiyəsi hərəkatının sürətlə inkişaf etdiyini bildirdi. Respublikamızda Olimpiya

kompleksləri şəbəkəsi və müxtəlif idman federasiyalarının yaradılmasının idmanın tərəqqisinə güclü təkan

verdiyini deyən müdafiə naziri daha sonra bildirdi: "Müxtəlif idman cəmiyyətlərinin fəaliyyət göstərdiyi

Azərbaycan Respublikamda idman və fiziki hazırlıq hərəkatı Silahlı Qüvvələrdə də möhkəm əsaslar

üzərində qurulmuşdur. Hər il Azərbaycan Silahlı Qüvvələrin-də yunan-Roma güləşi, sərbəst güləş, cüdo,

boks, kiv-boksinq, karate, futbol, voleybol, güllə atıcılığı, səmti müəyyənetmə, dəniz pentatlonu, hava

pentatlonu və şahmat daxil olmaqla idmanın 14 növü üzrə birincilik yarışları keçirilir. İdman növlərinin

sayı ildən-ilə artır. Hazırda Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda idmanın 26 növü üzrə

bölmələr fəaliyyət göstərir. İndiyə qədər Azərbaycanda SİZM çərçivəsində hərbçilərin cüdo üzrə 30-cu

dünya çempionatı keçirilib. Hərbçilərin güləş üzrə 24-cü dünya çempionatı Cənubi Qafqaz-da ilk dəfə

təşkil edilir. Müstəqil Dövlətlər Birliyi məkanında isə Azərbaycan Rusiya və Estoniyadan sonra bu

yarışın keçirildiyi üçüncü dövlətdir. 2008-ci ildə isə Azərbaycanda hərbçilərin boks üzrə dünya

çempionatının keçiril-məsi planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu 1995-ci ildən Beynəlxalq Hərbi

İdman Şurasının üzvüdür. Azərbaycanın ordu idmançıları o zamandan bu günədək Olimpiya, dünya,

Avropa və digər beynəlxalq yarışlarda iştirak edərək 53 qızıl, 32 gümüş və 56 bürünc medal qazanmışlar.

Bu gün Azərbaycanda, o cümlədən Silahlı Qüvvələrdə idmanın bütün növləri özünün çiçəklənmə

dövrünü yaşayır.

Arzu edirəm ki, Azərbaycan komandasının üzvləri çempionatda Azərbaycan Silahlı Qüvvələrinin

şəxsi heyətini və xalqımızı layiqincə təmsil etsinlər". Gənclər və idman naziri cənab Azad Rəhimov qonaqları salamlayaraq, onları pay-taxtımızda görməkdən

məmnun olduğunu qeyd etdi. Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafında, bu sahədə kütləviliyin

artmasın-da ümummilli liderimiz Hey-dər Əliyevin müstəsna xidmətləri olduğunu deyən. Azad Rəhimov bu

siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla da-vam etdirildiyini diqqətə çatdırdı. Hazırda

Azərbaycan idmançılarının bir-birinin ardınca böyük qələbələrə imza atdığını bildirən nazir güləş idman

növünün ölkəmizdə sevildiyini də önə çəkdi: "Azərbaycan pəhləvanlarının əldə etdikləri Layiqli nəticələr

ölkəmizdə peşə-kar güləş məktəbinin yaranmasında mühüm rol oynamışdır. Son illərin statistikasına

nəzər salsaq, görərik ki, məhz güləş növündə ölkəmizə dünya və Avropa çempionatlarından, Olimpiya

oyunlarından daha çox medal gətirilmişdir. Elə son

Afina Olimpiadasının qızıl medalını da Azərbaycanın idman salnaməsinə yunan-Roma güləşi üzrə

idmançı-mız bəxş etmişdir. Bu faktlar bir daha onu göstərir ki, ölkəmizdə güləş idman növlərinin böyük

perspektivi var". Beynəlxalq Hərbi İdman Şurasının rəsmi nümayəndəsi general İohan Puşer öz çıxışında bildirdi ki, 2004-

cü ildə Azərbaycanda hərbçilərin cüdo üzrə XXX dünya çempionatının yüksək səviyyədə təşkilini nəzərə alan

beynəlxalq qurum güləş üzrə bu mötəbər yarışı da məhz Bakıda keçirir. O, 2008-ci ildə boks üzrə dünya

çempionatının da Azərbaycanda keçirilməsinin planlaşdırıldığını da dilə gətirdi.

Dünən yunan-Roma güləşi üzrə 55 kq, 66 kq, 84 kq və 120 kq çəki dərəcələri üzrə mübarizəyə yekun

vuruldu. Ölkəmizin pəhləvanları çempionatın ilk günündə uğurlu nəticəyə imza atdılar. Belə ki, keçirilən

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

170

görüşlərdən sonra idmançılarımız 2 qızıl medal qazandılar. 55 kq-da çıxış edən Rövşən Bayramov bütün

rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. O finalda türkiyəli Bayram Özdəmirə qalib

gəldi.

66 kq-da mübarizə aparan Elburus Məmmədov da komanda yoldaşının uğurunu təkrar edib. Sevindiricidir

ki, o da məğlubiyyət nə olduğunu bilmədi. Finalda Hindistan güləşçisi Bamsa Patilə heç bir şans verməyən

həm-yerlimiz ikinci hissədə çempion adına sahib oldu.

84 kq-da yanşan Cavidan Həsənov bürünc medalın bir addımlığında olsa da, ukraynalı rəqibinə qalib gələ

bilmədi. O, nəticədə çempionatı titulsuz başa vurdu.

120 kq-da çıxış edən digər həmyerlimiz Azər Əliyev ilk görüşdə uduzaraq yarışı vaxtından əvvəl dayan-

dırmalı oldu. Qeyd edək ki, onun məğlub olduğu Türkiyə güləşçisi Yekta Yılmaz Gül sonda dünya çempionu

tituluna yiyələndi.

Güləş üzrə hərbçilərin XXIV dünya çempionatının proqramı

Yunan-Roma güləşi:

- Oktyabrın 30-da 9:30-dan 13:00-dək 55 kq, 66 kq, 84 kq, 120 kq çəkilərdə ilk qarşılaşmalar, 16:00-dan

19:00-dək həmin çəkilərdə yarımfinal, final görüşləri və mükafatlandırma mərasimi.

- Oktyabrın 31-də 9:30-dan 13:00-dək 60 kq, 74 kq, 96 kq çəkilərdə ilk qarşılaşmalar, 15:00-dan 18:00-

dək həmin çəkilərdə yarımfinal, final görüşləri və mükafatlandırma mərasimi.

Sərbəst güləş:

- Noyabrın 1-də 9:30-dan 13:00-dək 55 kq, 66 kq, 84 kq, 120 kq çəkilərdə ilk qarşılaşmalar, 16:00-dan

19:00-dək həmin çəkilərdə yarımfinal, final görüşləri və mükafatlandırma mərasimi.

- Noyabrın 2-də 9:30-dan 13:00-dək 60 kq, 74 kq, 96 kq çəkilərdə ilk qarşılaşmalar, 15:00-dan 16:30-dək

həmin çəkilərdə yarımfinal, final görüşləri və mükafatlandırma mərasimi.

- Noyabrın 2-də 17:00-dan 18:00-dək yarışların bağlanış mərasimi.

“Olimpiya dünyası”, 31 oktyabr – 3 noyabr 2006-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

171

Azərbaycan güləşçiləri ötən il 49 medal qazanmışlar

Azərbaycan Güləş Federasiyasından AzərTAc-a bildirmişlər ki, 2006-cı ildə yaşlı, gənc və yeniyetmə

pəhləvanlarımız müxtəlif turnirlərdə, Avropa və dünya miqyaslı yarışlarda 49 medal qazanmışlar.

Güləş Federasiyasının məqsədyönlü fəaliyyəti nəticəsində Bakıda hərbçilər arasında dünya çempionatı,

“Qızıl Qran-pri” yarışının final mərhələsi, bir çox beynəlxalq əhəmiyyətli tədbirlər və turnirlər keçirilmişdir.

İlin yekunlarına əsasən Avropa birinciliyinin bürünc mükafatçısı, hərbi qulluqçular arasında yunan-Roma

güləşi üzrə dünya çempionu Rövşən Bayramov ilin ən yaxşı idmançısı seçilmişdir. Bundan əlavə Beynəlxalq

Güləş Federasiyası (FİLA) R.Bayramovu 55 kiloqram çəki dərəcəsində ən yaxşı güləşçi hesab etmişdir.

AzərTAc

11 Yanvar, 2007

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

172

Pəhləvanımız 5-ci yüksək titulunu Sofiyada qazandı

Bolqarıstanın paytaxtı Sofiya şəhərində start götürən güləş üzrə Avropa çempionatı davam edir.

Qitənin ən nüfuzlu çempionatında artıq qadın güləşi və yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.

Çempionatın ilk iki günündə qədim güləşçilərinin mübarizəsində rusiyalılar tam üstünlüklə ümumi

komanda hesabında birinciliyə yiyələniblər. Şimal qonşularımız 4 qızıl, 1 gümüş və 2 bürünc medalla nəyə

qadir olduqlarım bir daha nümayiş etdiriblər. Yarışın 3-cü günü tatami üzərinə yunan-Roma güləşçiləri dəvət

olunublar. Ən yüngül çəkidə ölkəmizi təmsil edən Rövşən Bayramov bütün rəqiblərini məğlub edərək, Avropa

çempionu tituluna sahib çıxıb. 2006-cı il üçün ölkəmizin ən yaxşı idmançısı ilk görüşdə yunan İoanis Sasaridisi

12:0 hesabı ilə üstələyib. Pəhləvanımız 1/4 finalda fin Ville Kakiyə heç bir şans verməyib - 13:1. Rövşən

yarımfinalda serb Kristian Fristə də güləş dərsi keçib və rəqibinə 16:0 hesabı ilə qalib gəlməklə finala yüksəlib.

O, həlledici görüşdə 19 yaşlı gənc rusiyalı Zaur Kuramaqomedovla münasibətlərinə aydınlıq gətirib.

Mübarizənin ilk hissəsi şimal qonşumuzun xeyri-nə nəticələnsə də (1:3), güləşçimiz 2-ci hissədə 6:0 hesabı ilə

irəli çıxıb. Yekunda 11:4 hesabı ilə qalib gələn Rövşən Bayramov Avropa çempionu olub. Bu, mötəbər

beynəlxalq yarışlarda Rövşənin qazandığı 4-cü böyük uğurdur. Xatırladaq ki, həmyerlimiz ötən il Moskvada

keçirilən Avropa çempionatında bürünc, Bakıda təşkil edilən "Qızıl Qran-pri" və hərbçilərin dünya

çempionatında qızıl, Quançjouda keçirilən böyüklərin dünya çempionatında isə gümüş medala yiyələnmişdi.

Rusiya yığma komandasının baş məşqçisi Mixail Mamiaşvili görüşdən sonra yetirməsi Zaur Kuramaqomedov

barədə bunları deyib: "Finalda uduzmağına baxmayaraq, mən məsuliyyətlə elan edirəm ki, Rusiyada böyük

gələcəyi olan güləşçi yetişib. Necə böyük coşqunluq, necə böyük istək, necə böyük ehtiras! Bütün bunlar yaxşı

fiziki forma və əla texniki təchizata əsaslanır. Finalda bizim gəncin, sadəcə, təcrübəsi çatmadı. İkinci hissədə

özünü itirdi və bu, onun üçün yaxşı qurtarmadı. Təcrübə sayəsində gələcəkdə hər şey yaxşı olacaq. Finaldan

sonra o, çox məyus olmuşdu, hətta danışa da bilmirdi".

Afına-2004 Olimpiadasının qalibi Fərid Mansurovun çəkisində - 66 kqda çıxış edən Elbrus Məmmədov

1/4 finalda məğlubiyyətlə üzləşib. İlk görüşlərdə belaruslu Mixail Semyonov və macar Atilla Dreşleri üstələyən

Elbrus çox güclü bolqar güləşçisi ilə üz-üzə gəlib. Meydan sahibi Nikolay Gerqov bu qarşılaşmada 8:0 hesabı

ilə qələbə qazanıb. Finalda ukraynalı Aleksandr Xvoşu mübarizədən kənarlaşdıran Gerqov çempionluğa da

sahib çıxıb. Həmin gün Olimpiya çempionları Aleksey Mişin (84 kq), Xasan Baroyev (120 kq) (hər ikisi

Rusiya) də qitənin ən güclüsü olublar. Maraqlıdır ki, bu, ikiqat dünya və Sidney-2004 Olimpiadasının çempionu

Baroyevin qitədəki ilk uğurudur.

Dünən 60 kq-da çıxış edən həmyerlimiz Fuad Əliyev uğursuzluqla qarşılaşıb. 1/16 finalda rusiyalı

Albiyevə qalib gələn Fuad, təəssüf ki, 1/8 finalda gürcü Badinadzeye 1:4 hesabı ilə uduzub. 74 kq-da qüvvəsini

sınayan İlqar Abdulov isə 1/8" finalda fransız Hassli ilə bacara bilməyib və 4:6 hesablı məğlubiyyətlə barışıb.

Bu gün çempionatda 55 kq, 66 kq, 84 kq və 120 kq çeki dərəcələrində mübarizə aparan sərbəst

güləşçilərin çıxışma start veriləcək.

Yunan-Roma güləşi üzrə 4 çəki üzrə Soflya-2007-nin mükafatçıları:

55 kq

1. Rövşən Bayramov (AZƏRBAYCAN)

2. Zaur Kuramaqomedov (Rusiya)

3. Kristyan Fris (Serbiya) və Vüqar Rəhimov (Ukrayna)

66 kq

1. Nikolay Gerqov (Bolqarıstan)

2. Aleksandr Xvoş (Ukrayna)

3. Markus Tatner (Almaniya) və Refıq Eyva-oğlu (Türkiyə)

84 kq

1. Aleksey Mişin (Rusiya)

2. Yan Fişer (Almaniya)

3. Andrea Minuççi (İtaliya) vo Melonin Nu-monvi (Fransa)

120 kq

1. Xasan Baroyev (Rusiya)

2. David Vala (Çexiya)

3. Yalmar Şeberq (İsveç) və İsmayıl Gözəl (Türkiyə)

“Olimpiya dünyası”, 21-23 aprel 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

173

Azərbaycan pəhləvanı Avropa çempionatının bürünc medalçısı olmuşdur

AzərTAc xəbər verir ki, Sofiyada sərbəst güləş üzrə keçirilən Avropa çempionatında Azərbaycan

idmançısı Camsulvara Camsulvarayev (74 kq) bürünc medal qazanmışdır.

İlk görüşdə C. Camsulvarayev rusiyalı güləşçi Mahaç Murtuzəliyevə məğlub olmuşdur. Lakin M.

Murtuzəliyevin Avropa çempionu adını qazanması Azərbaycan pəhləvanına təsəlliverici görüşlərdə iştirak

etmək imkanı vermişdir. Bu mərhələdə C. Camsulvarayev litvalı idmançı Edqaras Voyteçovskisi, daha sonra isə

bolqarıstanlı güləşçi Mixail Qanevi məğlub edərək bürünc medal qazanmışdır.

AzərTAc

24 aprel 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

174

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatına hazırlıq işlərinin səviyyəsini

mütəxəssislər yüksək qiymətləndirirlər

Xəbər verdiyimiz kimi, sentyabrın 17-dən 23-dək Bakıda güləş üzrə dünya çempionatı keçiriləcəkdir.

Belə irimiqyaslı yarışın ölkəmizdə keçirilməsi dünyanın idman ictimaiyyətinin diqqətini Azərbaycana cəlb

edəcəkdir. Medallarla yanaşı, Pekin Olimpiadasına lisenziyalar qazandıracaq dünya çempionatına son hazırlıq

işləri necə gedir?

AzərTAc-ın müxbirinin bu və digər suallarına Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil

Məmmədov cavab verərək demişdir:

-Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək diqqəti və qayğısı

nəticəsində hazırda ölkəmiz idmanın bütün növləri üzrə sürətli inkişaf dövrünü yaşayır. Bunun nəticəsində, Bakı

artıq dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir və hər il bir-neçə mötəbər yarışın ev sahibliyi məhz

Azərbaycana həvalə edilir.

Sentyabrın 17-dən 23-dək Bakıda güləş üzrə böyüklər arasında keçiriləcək dünya çempionatı isə

ölkəmizə inam və etimadı daha da artıracaqdır. Azərbaycan ilk dəfədir ki, bu miqyasda beynəlxalq idman

tədbirinin təşkilatçılığını üzərinə götürmüşdür. Düzdür, indiyə qədər dəfələrlə dünya və Avropa miqyaslı

yarışlara ev sahibliyi etmişik. Məsələn, güləş üzrə iki mühüm beynəlxalq turnir - 2002-ci ilin mayında sərbəst

güləş üzrə Avropa çempionatı və 2006-cı ildə hərbçilər arasında dünya birinciliyi ölkəmizdə keçirilmişdir.

Lakin əhəmiyyətinə, iştirakçıların və olimpiya lisenziyalarının sayına görə Bakıda təşkil olunacaq yunan-Roma,

sərbəst və qadın güləşi üzrə dünya çempionatı indiyə qədər paytaxtımızda keçirilən beynəlxalq turnirlərdən

fərqlənir.

Çempionatda iştirak etmək üçün indiyədək dünyanın 100-dən çox ölkəsindən rəsmi müraciət daxil

olmuşdur. İştirakçıların ümumi sayı 1600 nəfərdən çox olacaqdır.

Dünya çempionatının yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan Güləş Federasiyası ilə yanaşı,

Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin də bütün qüvvələri səfərbər edilmişdir. Eyni zamanda,

Beynəlxalq Güləş Federasiyası – FİLA-nın nəzarət inspeksiyası ilə müntəzəm əlaqə saxlanılır, ekspertlərin tez-

tez Azərbaycana səfərləri təşkil olunur. Beynəlxalq mütəxəssislər hazırlıq işlərinin səviyyəsini yüksək

qiymətləndirirlər.

Federasiya prezidenti artıq sentyabrın 3-dən iqlimə uyğunlaşmaq üzrə Bakıda xüsusi proqramlar

əsasında təlim-məşq toplanışı keçirmək istəyən bütün ölkələrin idmançıları üçün lazımi şərait yaradıldığını

bildirmişdir. Heydər Əliyev adına İdman-Konsert Kospleksinin ən böyük idman zallarından biri bu məqsəd

üçün bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Bu zalda hər gün eyni zamanda 100-dən çox idmançı məşq

edir.

Yığma komandamızın dünya çempionatında iştirak edəcək heyətinin artıq müəyyənləşdiyini bildirən

F.Məmmədov, ölkəmizin birincilikdə, demək olar ki, bütün çəki dərəcələrində təmsil olunacağını bildirmişdir.

O qeyd etmişdir ki, komandamız dünya birinciliklərində ilk dəfədir belə geniş heyətlə çıxış edir. Federasiya

prezidenti xüsusi vurğulamışdır ki, bu çempionata 46 ölkədən 221 qadın iştirakçı qatılacaq və Azərbaycanın

güləş tarixində ilk dəfə olaraq onlardan 6-sı vətənimizi təmsil edəcəkdir. Qadınlar arasında keçirilən dünya

birinciliyində 7 çəki dərəcəsindən yalnız 4-ü lisenziya xarakterlidir ki, bizim idmançılarımız da bu çəki

dərəcələrinin hər birində qüvvələrini sınayacaqlar. 2008-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarına

lisenziya xarakterli olan bu çempionata Azərbaycanın idman ictimaiyyətinin ümidləri çox böyükdür.

Zədəlilərə gəldikdə, Federasiya prezidenti bildirmişdir ki, bir müddət əvvəl komandamızda zədəli idmançılar

olsa da, onların ölkəmizdə və xarici klinikalarda müalicəsi ən yüksək səviyyədə təşkil edildiyindən, bu gün həm

sərbəst, həm də yunan-Roma güləşində yığmamız yarışlara tam hazırdır. Bütün idmançılarımızın mənəvi və

psixoloji durumu qənaətbəxşdir. Ona görə də bu çempionatda güləşçilərimizin ölkəmizin idman salnaməsinə

qələbə səhifələri yazacaqlarına əminəm.

AzərTAc

11 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

175

Bakıda güləş üzrə dünya çempionatı başlamışdır.

Yarışlarda yüzdən çox ölkənin idmançısı iştirak edir

AzərTAc xəbər verir ki, sentyabrın 17-də Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində

kişi və qadınlar arasında sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatı açılmışdır.

Çempionat yunan-Roma güləşi üzrə 55, 60 və 66 kiloqram çəki dərəcələrində pəhləvanların mübarizəsi

ilə başlamışdır. Bu çəki dərəcələrində Azərbaycanın idman şərəfini Rövşən Bayramov (55 kq), Vitali Rəhimov

(60 kq) və Fərid Mansurov (66 kq) qoruyacaqlar.

Mötəbər yarışda hər çəki dərəcəsi üzrə 8 güləşçi dünya səviyyəsində tanınmaqla yanaşı, 2008-ci ildə

keçiriləcək Pekin Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaqdır.

Dünya çempionatına yüzdən artıq ölkəni təmsil edən təqribən 2000-dən çox idmançı qatılmışdır.

Çempionata qatılan dövlətlərdən yalnız 47-nin nümayəndə heyətinin tərkibində qadın güləşçi vardır. Yarışları

müxtəlif olkələrdən olan 100-ə yaxın hakim idarə edir.

AzərTAc

17 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

176

Azərbaycan pəhləvanı Fərid Mansurov dünya çempionudur

AzərTAc xəbər verir ki, sentyabrın 17-də Bakıda sərbəst və yunan-Roma güləşi üzrə dünya

çempionatında 66 kiloqram çəki dərəcəsində idmançıların mübarizəsində Azərbaycan pəhləvanı Fərid Mansurov

dünya çempionu adını qazanmışdır.

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fərid Mansurov son görüşünü fransalı rəqibinə qarşı

keçirmiş və böyük üstünlüklə qalib gəlmişdir.

Dünya çempionu Fərid Mansurov final qarşılaşmasınadək beş görüş keçirmiş, Venesuela, İspaniya,

İsveç, Macarıstan və ABŞ güləşçilərini böyük üstünlüklə məğlub etmişdir.

AzərTAc

17 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

177

Azərbaycan güləşçisi Pekin olimpiadasına lisenziya qazanmışdır

AzərTAc xəbər verir ki, sentyabrın 17-də Bakıda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan

pəhləvanı Rövşən Bayramov (55 kq) ikinci görüşü də qələbə ilə başa vurmuşdur. Bu görüşdə Rövşən çinli Çao

Xyu Fuengə məğlubiyyətin acısını yaşatmışdır.

İlk görüşdə də Rövşən Bayramov erməni idmançısını bu cür asanlıqla məğlub etmişdir.

Dördəbir finala çıxan R.Bayramov Pekin Olimpiadasına lisenziya qazanmışdır.

AzərTAc

17 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

178

Bakıda dünya çempionatı yüksək təşkil olunmuşdur

Bakıda keçirilən sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatında Rusiya idmançıları 7 nəfərlə

təmsil olunurlar. Sentyabrın 17-də Rusiya güləşçilərinin uğursuz çıxışları komandanın məşqçilərini razı

salmamışdır.

AzərTAc-ın müxbiri Rusiya yığma komandasının məşqçisi Aleksandr Tarakanovla görüşərək

çempionatla bağlı onun fikirlərini öyrənmişdir. Çempionatın ilk günündə rusiyalı güləşçilərin zəif nəticə

göstərmələrini hazırlıq zamanı buraxılan nöqsanlarla izah edən əməkdar məşqçi Aleksandr Tarakanov

bildirmişdir ki, 55, 60 və 66 kiloqram çəki dərəcələrində güləşçilər rəqiblərinə elə ilk dəqiqələrdə məğlub

olmuşlar. Halbuki, onlar finaladək döyüşlərini davam etdirə bilərdilər. Buna baxmayaraq, qonaq yetirmələrinin

ağır çəkilərdə yüksək yerlər tutacağını əminliyini söyləmişdir.

A.Tarakanov demişdir ki, bəzi çəki dərəcələri üzrə tanınmış rusiyalı idmançıların müəyyən səbəblərdən

çempionata qatılmaması qarşıda qoyulan məqsədə çatmağa müəyyən qədər maneə törətmişdir. Hazırda

komandanın heyətindəki bir neçə güləşçi dünya və Avropa çempionatlarının mükafatçılarıdırlar. Onun fikrincə,

bu amil rusiyalı idmançıların Pekin Olimpiya oyunlarına daha çox lisenziya qazanmasına imkan verəcəkdir.

Rusiyalı məşqçı vurğulamışdır ki, belə bir mötəbər çempionatın Azərbaycanda keçirilməsi böyük hadisədir.

Aleksandr Tarakanov yarışların yüksək səviyyədə təşkilindən razılığını bildirmiş və iştirakçı dövlətlərin

idmançıları üçün yaradılmış hərtərəfli imkanlardan məmnunluqla danışmışdır.

Şəhərimizin öznəməxsus gözəlliyinindən söz açan məşqçi Bakıda tikilən hündürmərtəbəli binaların öz

arxitekturasına görə Avropanın digər şəhərlərindən seçildiyini demişdir.

Azərbaycanda yarım milyona yaxın rus əhalisinin olduğunu qeyd edən Aleksandr Tarakanov, onların bu

ölkədə yaşayıb işləməsi üçün dövlət səviyyəsində hər cür şəraitin yaradıldığını diqqətə çatdırmışdır.

AzərTAc

18 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

179

Azərbaycan idmançısı Yuliya Radkeviç Pekin Yay Olimpiya Oyunlarına lisenziya

qazanmışdır

AzərTAc xəbər verir ki, sentyabrın 22-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində davam

edən güləş üzrə dünya çempionatında 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı

Yuliya Radkeviç qazandığı texniki xalların sayəsində ilk səkkizliyə düşərək Pekin Yay Olimpiya Oyunlarına

vəsiqə qazanmışdır.

Dünya çempionu adı uğrunda son qarşılaşmalarda yaponiyalı Hitomi Sakamoto (51 kq) Ren Xueçenqi

(Çin) məğlub edərək qızıl medal qazanmışdır.

Bu çəki dərəcəsində bürünc medallar fransalı İnne–Katerin Delantuş və kanadalı Erika Şarpa təqdim

olunmuşdur.

55 kiloqram çəki dərəcəsində birinci yeri finalda isveçli İda-Terese Karlsson üzərində qələbə qazanmış

yaponiyalı Saori Yoşida tutmuşdur. Qazaxıstan güləşçisi Olqa Smirnova və rusiyalı Natalya Qolts isə üçüncü

olmuşlar.

Günün sonuncu qarşılaşmasında isə döşək üzərinə 59 kiloqram çəki dərəcəsində yarışan idmançılar

çıxmışlar. Rəqibindən daha güclü olan fransalı Odre Boxaşvili-Prieton finalda almaniyalı Stefani Qrossa qalib

gələrək, dünya çempionu adına layiq görülmüşdür. Monqolustan idmançısı Dorj Narmandaq, ukraynalı Natalya

Sinişin isə bürünc medallara sahib olmuşlar.

Sentyabrın 23-də qadınlar arasında 63, 67 və 72 kiloqram çəki dərəcələrində yarışlardan sonra dünya

çempionatına yekun vurulacaqdır.

AzərTAc

22 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

180

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Pekin Olimpiya Oyunlarına lisenziya

qazanmışdır

AzərTAc xəbər verir ki, sentyabrın 22-dən etibarən Bakıda Heydər Əliyev adına İdman-Konsert

Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatında mübarizəni qadın güləşçilər davam

etdirəcəklər.

Sentyabrın 21-də qadın güləşçilər arasında ilk qızıl medal yaponiyalı Chiharu İchoya (48 kq) nəsib

olmuşdur. Ona bu sevinc İrina Merleni (Ukrayna) üzərində qələbədən sonra nəsib olmuşdur. Qadınlar arasında

bürünc medalları venesuelalı Mayelis Qaripa Qastillo və çinli Xiaomei Lu qazanmışlar.

Həmin gün sərbəst güləş üzrə kişilər arasında 96 kiloqram çəki dərəcəsində qarşılaşmalarda Hacımurad

Qartalov (Rusiya) Syid İbrahimi (İran) məğlub edərək birinci yerə çıxmışdır. Bu çəki dərəcəsi üzrə bürünc

mükafatları özbəkistanlı Qurban Qurbanov və ABŞ idmançısı Daniel Cormier qazanmışlar.

120 kiloqram çəki dərəcəsində qarşılaşmada Bilyal Maxov (Rusiya) Alexis Rodriquez Valeraya (Kuba) üstün

gələrək birinci olmuşdur. Üçüncü yerləri isə özbəkistanlı Artur Teymazovla ukraynalı Vadim Tasoyev

tutmuşlar.

Xatırladaq ki, bununla da sərbəst güləş üzrə kişilərin mübarizəsi başa çatmışdır. Bu gərgin

qarşılaşmalarda müxtəlif ölkələri təmsil edən idmançılarla yanaşı, Azərbaycan güləşçiləri də qələbə uğrunda

mübarizə aparmışlar.

Sentyabrın 21-də keçirilən görüşlərdə Azərbaycan pəhləvanları Xitaq Qazyumov (96 kq) və Əli İsayev

(120 kq) ilk qarşılaşmalarda uğur qazansalar da, qələbəni sonadək qoruyub saxlaya bilməmişlər. Nəticədə

kişilərdən ibarət sərbəst güləş üzrə yığma komandamız dünya çempionatında yalnız Camsulvara

Camsulvarayevin (74 kq) qazandığı bürünc medalla kifayətlənməli olmuşdur.

Yunan-Roma güləşi üzrə mübarizədə də Fərid Mansurovun qazandığı qələbə bu növdə yeganə qələbəmiz

olmuşdur.

Dünya çempionatında yarışlara qoşulan ilk qadın güləşçimiz Mariya Stadnik (48 kq) də mübarizəni

uğurla başa vuraraq, 2008-ci ildə keçiriləcək Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Bu şad

xəbəri ilk olaraq müxbirimizə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov vermişdir.

Sentyabrın 22-də çempionatı sərbəst güləş üzrə qadın idmançılar davam etdirəcəklər.

AzərTAc

22 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

181

Bakıda keçirilən güləş üzrə dünya çempionatı başa çatmışdır.

Azərbaycanın 5 güləşçisi Pekin Yay Olimpiya OyunlarIna lisenziya qazanmışdır

AzərTAc xəbər verir ki, Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst və yunan-

Roma güləşi üzrə qadın və kişilər arasında bir həftə davam edən dünya çempionatı sentyabrın 23-də başa

çatmışdır.

Dünya çempionatının rəsmi açılış mərasimində Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya

Komitəsinin prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun

xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişlər. Təntənəli açılış

mərasimində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil

Məmmədov çıxış edərək bildirmişlər ki, son on ildə ölkəmizdə 120-dən çox dünya və Avropa çempionatının,

müxtəlif beynəlxalq yarışların keçirilməsi Azərbaycanın idman mərkəzinə çevrildiyini deməyə tam əsas verir.

Diqqətə çatdırılmışdır ki, 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarında 8, 2000-ci ildə Sidney

Olimpiadasında 9, 2004-cü ildə Afina Olimpiadasında isə 8 güləşçimiz iştirak etmiş, onlar 3 qızıl və 1 gümüş

medal qazanmışlar.

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının prezidenti Rafael Martinetti (FİLA) çıxışında demişdir

ki, budəfəki çempionat öz zəngin güləş ənənələri ilə dünyada məşhur olan bir ölkədə keçirilir. FİLA rəhbəri

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin, Azərbaycan Güləş Federasiyasının

və bir sıra dövlət qurumlarının dünya çempionatının təşkili, bu yarışların bütün iştirakçılarının idman karyerasında

silinməz iz qoyması üçün gördüyü böyük işi xüsusi vurğulamışdır. Rafael Martinetti Azərbaycan dövlətinin başçısı

İlham Əliyevə FİLA-nın ali mükafatını – “İdman əfsanəsi” medalını təqdim etmişdir.

Çempionatda dünyanın yüzdən çox ölkəsini təmsil edən 900-dək idmançı iştirak etmişdir. Yarışları

müxtəlif ölkələrdən gəlmiş yüzə yaxın hakim idarə etmiş və 25-dən çox dövləti təmsil edən 130-dək xarici

jurnalist izləmişdir. Bütün çəki dərəcələrində ilk səkkiz yeri tutan idmançılar 2008-ci ildə Pekində keçiriləcək

Olimpiya Oyunlarına vəsiqə qazanmışlar. Dünya çempionatında Azərbaycan idmançıları da inamlı mübarizə

aparmışlar.

İdmançılarımızdan Fərid Mansurov qızıl, Camsulvara Camsulvarayev bürünc medal qazanaraq növbəti

Olimpiya oyunlarına vəsiqə əldə etmişlər.

Qadın güləşçilərimizdən isə Mariya Stadnik, Yuliya Radkeviç və Olesya Zamula Pekin Yay Olimpiya

Oyunlarına lisenziya əldə etmişlər.

Dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizə aparan komandaların tutduqları yerlərə

gəldikdə isə ölkəmizi təmsil edən idmançılar 11 xalla on altıncı yerdə qərarlaşmışlar. İdmanın bu növü üzrə

ABŞ komandası birinci, Rusiya idmançıları ikinci, Gürcüstan pəhləvanları isə üçüncü yerlərə layiq görülmüşlər.

Azərbaycanın sərbəst güləş üzrə kişilərdən ibarət yığma komandası dünya çempionatında 12 xalla 9-cu

olmuşdur.

Sərbəst güləş üzrə birinci yeri 68 xalla Rusiya komandası tutmuşdur. Bu siyahıda Turkiyə 40 xalla

ikinci, Kuba isə 34 xalla üçüncü yerlərdə qərarlaşmışdır.

Qadın komandalarının mübarizəsində isə Yaponiya yığması birinci yeri tutmuşdur. Qazaxıstan

komandası ikinci, Ukrayna güləşçiləri üçüncü olmuşlar.

Azərbaycanın qadın güləşçiləri isə 11-ci yeri tutmuşlar. Qaliblər hər çəki dərəcəsindən sonra

mükafatlandırılmışlar.

Dünya çempionatının yüksək səviyyədə təşkil etdilməsinə və idmanın güləş növünün inkişafındakı

xidmətlərinə görə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Güləş Federasiyasının

prezidenti Fazil Məmmədov, Federasiyanın vitse-prezidenti Namiq Əliyev FİLA-nın ali ordeni ilə

mükafatlandırılmışlar.

Azərbaycan idmançılarının Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanları hələ

tükənməmişdir. Güləşçilərimizi qarşıda iki beynəlxalq turnir və bir Avropa çempionatı gözləyir. Bu yarışlarda

Azərbaycan güləşçiləri Pekin Olimpiya Oyunlarında iştiraklarını təmin edə bilərlər. Güləşçılərimizdən Əli

İsayevin (120 kq) və Xitaq Qazyumovun (96 kq) dünya çempionatında doqquzuncu yerdə qərarlaşması onlara

qarşıdakı turnirlərdə lisenziya qazanmağa imkan verir. Çünki bu turnirlərdə Bakıda keçirilmiş dünya

çempionatında idmançıların qazandıqları xallar bir daha nəzərə alınacaqdır.

Dünya çempionatının sonunda idmançıların və qonaqların şərəfinə “Gülüstan” sarayında ziyafət

verilmişdir.

AzərTAc

24 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

182

Azərbaycan güləşçisi Finlandiyada erməni rəqibinin kürəyini yerə vuraraq,

Avropa çempionu adını qazanmışdır.

Bununla idmançımız Pekin Olimpiya oyunlarına lisenziya qazanmışdır

AzərTAc xəbər verir ki, aprelin 5-də Finlandiyanın Tampere şəhərində yunan-Roma güləşi üzrə Avropa

çempionatı start götürmüşdür.

Yarışda 6 idmançı ilə təmsil olunan Azərbaycan yığmasının 3 üzvü turnirin ilk günündə qüvvəsini

sınamışdır.

Azərbaycan idmançısı Rövşən Bayramov (55 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəlmişdir.

Finalda idmançımız Ermənistan təmsilçisi Roman Amoyanla qarşılaşmışdır. Bu gərgin mübarizədə Azərbaycan

pəhləvanı rəqibinin kürəyini yerə vururaq, Avropa çempionu adını qazanmış və Pekin Yay Olimpiya Oyunlarına

lisenziya əldə etmişdir. “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin yetirməsi olan R.Bayramov Bakıda keçirilən

dünya çempionatında da erməni idmançısına qalib gəlmişdi.

Digər idmançımız Hüsaməddin Rəcəbov (66 kq) isə yarımfinalda uduzduğundan üçüncü yer uğrunda

mübarizə aparmış və bu görüşdə də uğurlu nəticə əldə edə bilməmişdir.

Ağır çəki dərəcəsində güləşən idmançımız Anton Botev (120 kq) isə Avropa çempionatının ilk günündə

mübarizəni dayandırmağa məcbur olmuşdur.

AzərTAc

5 mart 2008-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

183

Azərbaycan güləşçiləri dünya çempionatında 1 qızıl, 3 gümüş və

1 bürünc medal qazanmışlar

Bakı, 24 sentyabr (AzərTAc). Bu gün Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə dünya

çempionatında qadın güləşçilərin mübarizəsi davam edəcəkdir. Zərif cinsin nümayəndələri mübarizəyə 1/8 final

mərhələsindən qoşulacaqlar.

55 kq çəki dərəcəsində Sona Əhmədli Alyona Filipova (Belarus) ilə, 59 kq çəki dərəcəsində Yuliya

Ratkeviç isə Joyse Silva (Braziliya) ilə qarşılaşacaqdır. Olesya Zamulanın (63 kq) rəqibi Yaponiya güləşçisi

Mio Nişimaki olacaqdır.

Daha 2 pəhləvanımız – Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) isə sentyabrın 25-də

mübarizəyə qoşulacaqlar. Onların ilk rəqibləri bu gün keçiriləcək püşkatmadan sonra bilinəcəkdir.

Qeyd edək ki, dünya çempionatının 3 gününün yekunlarına görə, qadın güləşçimiz Mariya Stadnik (48 kq) qızıl,

sərbəst güləşçilərimizdən Zəlimxan Hüseynov (60 kq), Xetaq Qazyumov (96 kq) və Çamsulvara Çamsulvarayev

(74 kq) gümüş, Şərif Şərifov (84 kq) bürünc medal qazanmışlar.

AzərTAc

24 sentyabr 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

184

Azərbaycan güləşçiləri beynəlxalq turnirdən yeddi medalla

qayıtmışlar

Bakı, 25 yanvar (AzərTAc). Azərbaycan güləşçiləri Zaporojyedə Yevqeni Truxinin xatirəsinə həsr

olunmuş 15-ci beynəlxalq gənclər turnirində yunan–Roma güləşi yarışlarında 7 medal qazanmışlar.

İdmançılarımız məşqçilər Nazim Əhmədovun və Zöhrab Abbasovun rəhbərliyi altında 4 qızıl, 1 gümüş və 2

bürünc medal qazanmışlar.

Fəxri kürsünün ən yüksək pilləsinə Eldəniz Əzizli (50 kq), Qasım Məmmədov (55 kq), Toğrul Yunisli (

66 kq) və Araz Həsənov (96 kq) qalxmışlar. Zaur Mehrəliyev 120 kq çəki dərəcəsində gümüş mükafata, Rəsul

Çunayev (66 kq) və Niyaməddin İbrahimov (74 kq) bürünc medala sahib olmuşlar. Murtuz Tağıyev (84 kq) 5-ci

yerlə kifayətlənmişdir.

Beynəlxalq turnir mayın 11-13-də Mariupolda keçiriləcək dünya çempionatına hazırlıq mərhələsi

olmuşdur. Turnirdə 7 ölkədən 700–dən çox idmançı iştirak etmişdir.

AzərTAc

25 yanvar 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

185

Bakıda start götürəcək güləş üzrə Avropa çempionatı dünya idman ictimaiyyətinin

diqqət mərkəzindədir

Bakı, 12 aprel (AzərTAc). Aprelin 12-də Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA)

prezidenti Rafael Martinetti, Avropa Güləş Federasiyaları Assosiasiyasının (CELA) prezidenti Tseno Tsenov,

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədov, Gənclər və İdman Nazirliyinin,

həmçinin AGF-nin və müxtəlif ölkələrin güləş federasiyalarının nümayəndələri Fəxri xiyabanda ümummilli

lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı

önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə çiçək dəstələri

düzülmüşdür.

Şəhidlər xiyabanına gələn ziyarət iştirakçıları xalqımızın azadlığı və dövlət müstəqilliyi uğrunda həlak

olmuş şəhidlərimizin xatirəsini yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüş, “Əbədi məşəl” abidəsinin

önünə əklil qoymuşlar.

Qeyd edək ki, aprelin 13-də Bakıda start götürəcək güləş üzrə Avropa çempionatı dünya idman

ictimaiyyətinin diqqət mərkəzindədir.

Yarışda Azərbaycan da daxil olmaqla, 36 ölkədən 383 idmançı öz qüvvələrini sınayacaqdır.

AzərTAc

12 aprel 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

186

Üç Azərbaycan idmançısı Avropa çempionatının finalına

çıxmışdır

Bakı, 13 aprel (AzərTAc). Azərbaycan güləşçiləri Mahmud Məhəmmədov (55 kq), Cəbrayıl Həsənov (66

kq), Şərif Şərifov (84 kq) güləş üzrə Avropa çempionatının finalına çıxmışlar.

Cəbrayıl Həsənov yarımfinalda Polşa güləşçisi Adam Henrik Sobiyerajı məğlub etmişdir. Finalda onu

rusiyalı Məhəmmədmurad Hacıyev ilə görüş gözləyir.

Digər güləşçimiz Mahmud Məhəmmədov yarımfinalda rumın Andrey Dukova qalib gəlmişdir.

M.Məhəmmədov qızıl medal uğrunda bolqarıstanlı Radoslav Marinova-Velikov ilə mübarizə aparacaqdır.

Şərif Şərifov da finala çıxmışdır. O, finala çıxmaq üçün rumın Stefan Georgiti məğlub etmiş, qızıl medala sahib

olmaq üçün isə rusiyalı Anzor Urişev ilə görüşəcəkdir.

AzərTAc

13 aprel 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

187

Azərbaycan yığması Avropa çempionatının favoritlərindən

biridir

Bakı, 13 aprel (AzərTAc). Azərbaycan paytaxtında sərbəst güləş, yunan-Roma güləşi, habelə qadınlar

arasında güləş üzrə Avropa çempionatı davam edir. Yarışlarda 36 ölkədən 383 idmançı iştirak edir. Hazırda

Azərbaycan yığması qitə favoritlərindən biridir.

Aprelin 13-14-də sərbəst güləşçilərin, aprelin 15-16-da qadınların yarışları, aprelin 17-18-də isə yunan-

Roma güləşi üzrə yarışlar keçiriləcəkdir. Hər üç növdə 7 dəst medal uğrunda mübarizə aparılacaqdır.

Bu gün saat 19:30-da 4 çəki dərəcəsində sərbəst güləşçilərin final qarşılaşması başlanacaqdır. Qızıl medallar

uğrunda Mahmud Məhəmmədov (55 kq, Azərbaycan)-Radoslav Marinov-Velikov (Bolqarıstan), Cəbrayıl

Həsənov (66 kq, Azərbaycan)-Məhəmmədmurad Hacıyev (Rusiya), Şərif Şərifov (84 kq, Azərbaycan)-Anzor

Urişev (Rusiya), Bilyal Makov (120 kq, Rusiya)-Fateh Çakiroğlu (Türkiyə) mübarizə aparacaqlar.

AzərTAc

13 aprel 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

188

Bakıda keçirilən güləş üzrə Avropa çempionatının birinci günü başa çatmışdır

Bakı, 14 aprel (AzərTAc). Aprelin 13-də Bakıda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa

çempionatı start götürmüşdür.

Çempionatın ilk günü sərbəst güləşçilər 4 çəki dərəcəsində mübarizə aparmışlar.

Yarışda Azərbaycanı Mahmud Məhəmmədov (55 kq), Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov (84 kq) və

Əli İsayev (120 kq) təmsil etmişlər.

Mahmud Məhəmmədov rəqibləri Marsel Evald (Almaniya), Aleksandru Çirtoaka (Moldova), Andrey

Dukovu (Rumıniya) məğlub edərək finala vəsiqə qazanmışdır. Finalda Bolqarıstan güləşçisi Radoslav Marinov-

Velikovdan üstün olmuş, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Cəbrayıl Həsənov ardıcıl olaraq rəqibləri Filip Ceymis Roberts (Böyük Britaniya), Vladimir Qotisan

(Moldova), Adam Henrik Qobiyerajı (Polşa) yarışdan kənarlaşdırmış, final görüşündə Rusiya güləşçisi

Maqomedmurad Haciyevi məğlub edərək qızıl medala sahib olmuşdur.

Dejan Boqdanov (Makedoniya), Səid Əhməd Mahmudoviç İtayev (Fransa), Stefan Georgitanı (Rumıniya)

məğlub edən Şərif Şərifov qızıl medal uğrunda görüşdə rusayalı güləşçi Anzor Urişevə uduzaraq çempionatın

gümüş medalı ilə kifayətlənmişdir.

120 kq çəki dərəcəsində keçirilən final qarşılaşmasında Bilal Maxov (Rusiya) və Fatih Çakıroğlu

(Türkiyə) qarşılaşmışlar. Qızıl medala Rusiya güləşçisi sahib olmuşdur. İlk qarşılaşmada bolqarıstanlı Aleksey

Şemarova məğlub olan Əli İsayev Avropa çempionatında iştirakını dayandırmışdır.

AzərTAc

13 aprel 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

189

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Belarusda keçirilmiş

beynəlxalq turniri ikinci pillədə başa vurmuşdur

Bakı, 19 noyabr (AzərTAc). Minskdə güləş üzrə Olimpiya çempionu Oleq Karavayevin xatirəsinə həsr

olunmuş XIX Beynəlxalq turnir başa çatmışdır.

AzərTAc xəbər verir ki, yunan-Roma güləşi üzrə komandalararası xarakter daşıyan bu yarışda 8 komanda

iştirak etmişdir. Azərbaycan, Rusiya, Ukrayna, Litva, Qazaxıstan, Polşa, həmçinin Belarusu təmsil edən iki

komanda turnirin qalibi olmaq uğrunda mübarizə aparmışdır.

Azərbaycan yığması Polşa, Litva və “Belarus-1” komandaları ilə B yarımqrupunda mübarizə aparmışdır.

Bütün görüşlərini qələbə ilə başa vuran güləşçilərimiz finala vəsiqə qazanmışlar.

Finalda millimizin rəqibi A yarımqrupunun birincisi olan Rusiya güləşçiləri olmuşlar. Finalda uduzan

güləşçilərimiz turniri ikinci pillədə tamamlamışlar.

Yunan-Roma güləşi üzrə yığma komandamızı böyük məşqçi Şaban Donatın rəhbərliyi altında turnirdə

Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Niyaməddin İbrahimov (74 kq),

Elməddin Abdullayev (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) təmsil etmişlər.

Görüşlərin idarə olunmasında Azərbaycandan beynəlxalq dərəcəli hakim Asif Şirəliyev iştirak etmişdir.

AzərTAc

19 noyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

190

Azərbaycan güləşçiləri Mahaçqalada keçirilmiş beynəlxalq turnirdə

3 medal qazanmışlar

Bakı, 3 dekabr (AzərTAc). Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş

sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilmişdir.

Azərbaycan Güləş Federasiyasından AzərTAc-a bildirmişlər ki, turnirdə çıxış edən sərbəst güləş üzrə

yığma komandamızın üzvləri yarışı 3 bürünc medalla başa vurmuşlar.

Baş məşqçi Saypulla Absaidovun başçılığı altında mübarizə aparan yığmamızın üzvlərindən Əhmədnəbi

Qvarzatilov (60 kq), Hacı Əlicanov (96 kq) və Əli İsayev (120 kq) uğurla çıxış etmişlər.

AzərTAc

3 dekabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

191

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanmışdır

Bakı, 17 sentyabr (AzərTAc). Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam

edir.

AzərTAc xəbər verir ki, çempionatın ilk günündə sərbəst güləş üzrə 55, 66, və 96 kiloqram çəki

dərəcələrində güləşçilər mübarizə aparmışlar.

Çempionatda 96 kiloqram çəki dərəcəsində yarışan millimizin üzvü Xetaq Qazyumov finala qədər

maneəsiz irəliləmişdir. Ardıcıl olaraq Argentina, Polşa, Qırğızıstan və Rusiya güləşçilərini mübarizədən

kənarlaşdıran təmsilçimiz finalda iranlı Reza Yezdani ilə qarşılaşmışdır. Gərgin keçən qarşılaşma rəqibin

qələbəsi ilə başa çatmış və güləşçimiz gümüş medalla kifayətlənmişdir.

AzərTAc

17 sentabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

192

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə iki gümüş və bir bürünc medal qazanmışlar

Bakı, 7 oktyabr (AzərTAc). Saxa Respublikasının Yakutsk şəhərində keçmiş SSRİ, Rusiya Federasiyası

və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş 6-cı beynəlxalq turnir başa

çatmışdır.

Azərbaycan Güləş Federasiyasından AzərTAc-a bildirmişlər ki, turnirdə sərbəst güləş üzrə yığma

komandamızın altı üzvü ölkəmizi təmsil etmişdir. Güləşçilərimiz turniri iki gümüş və bir bürünc medalla başa

vurmuşlar.

Belə ki, 84 kiloqram çəki dərəcəsində mübarizə aparan İlya Xamikoyev finala qədər maneəsiz

irəliləmişdir. Finalda iranlı Əlirza Kərimi ilə görüşdən məğlub ayrılan güləşçimiz gümüş medala sahib

olmuşdur. Eyni çəkidə digər təmsilçimiz İbrahim Yusubov isə bürünc medal qazanmışdır.

Digər gümüş medalı yığmamıza Aslanbek Alborov qazandırmışdır. Finala qədər bütün rəqiblərini

mübarizədən kənarlaşdıran təmsilçimiz həlledici görüşdə Rusiya güləşçisi Şamil Əhmədova uduzmuşdur.

Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirə qatılan Namiq Sevdimzadə (55 kq), Qalib Əliyev (60 kq)

və Aslan Dzebişov (120 kq) isə mükafatçılar sırasına düşə bilməmişlər.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil etmişdir.

AzərTAc

7 oktyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

193

Yunan-Roma və qadın güləşi üzrə Azərbaycan milli komandalarının

Avropa Kuboku yarışları üçün heyəti açıqlanmışdır

Bakı, 5 noyabr (AzərTAc). Noyabrın 8-10-da Moskvada güləş üzrə Avropa Kuboku yarışları

keçiriləcəkdir.

AzərTAc xəbər verir ki, reqlamentə əsasən, Avropa çempionatında komanda hesabında ilk altılığa

düşən komandalar yarışda iştirak hüququ qazanırlar. Azərbaycan Avropa Kuboku yarışlarında yunan-Roma və

qadın güləşi komandaları ilə təmsil olunacaqdır.

Qadın güləşçilərimiz yığma komandanın məşqçiləri Mehman Nəcəfov və Arif Fərmanovun başçılığı

altında Moskvaya yollanacaqlar. Heyətdə Kəmalə Əliyev (48 kq), Arzu Əliyeva (51 kq), Solmaz Həşimzadə (55

kq), Almaz İsmayılova (59 kq), Alyona Kolesnik (63 kq), Gözəl Zutova (67 kq) və Natalya Palamarçuk (72 kq)

yer almışlar.

Yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi Cəmşid Xeyrabadi və məşqçi Seyid Rəhmani Fuad

Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (60 kq), Azad Əliyev (66 kq), Rüstəm Əliyev (74 kq), Rafiq

Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyevə (120 kq) şans verəcəklər.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev ölkəmizi təmsil edəcəkdir.

Qadın güləşi üzrə yarışlarda Ukrayna, Rusiya, Polşa, Almaniya, Bolqarıstan, Azərbaycan, yunan-Roma güləşi

üzrə yarışlarda isə Rusiya, Bolqarıstan, Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan komandaları mübarizə

aparacaqlar.

Proqrama əsasən, noyabrın 8-də qadın güləşi üzrə, noyabrın 9-10-da isə sərbəst və yunan-Roma güləşi

üzrə yarışlar keçiriləcəkdir.

AzərTAc

5 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

194

Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

Bakı, 29 mart, AZƏRTAC

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən

çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, çempionatın beşinci günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində

yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Çempionatda 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli Belarus və Macarıstan

idmançılarını asanlıqla üstələsə də, yarımfinalda Moldova güləşçisi ilə gərgin keçən görüşdən məğlub ayrılıb.

Ancaq güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Serbiya güləşçisi üzərində inamlı qələbə

qazanan Eldəniz Əzizli U-23 Avropa çempionatının bürünc medalına sahib olub.

Qeyd edək ki, çempionatın ilk dörd günündə yığmamız ümumilikdə 7 medal qazanıb.

AZƏRTAC

29 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

195

Güləşçilərimiz İstanbuldan Vətənə üç medalla qayıdıblar

Bakı, 30 mart, AZƏRTAC

İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunan güləş üzrə sayca 43-cü beynəlxalq turnirdə sərbəst

güləş üzrə Azərbaycan yığması üç medal qazanıb.

AZƏRTAC xəbər verir ki, məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi ilə turnirdə

mübarizə aparan güləşçilərimiz yarışların ilk günü 2 bürünc medal qazanıb. Ruslan Qasımov (57 kq) və

Ağahüseyn Mustafayev (65 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Turnirin ikinci günündə isə təmsilçimiz Aleksandr Qostiyev (86 kq) yığmamıza qızıl medal qazandırıb.

Finaladək bütün rəqiblərindən üstün olan güləşçimiz həlledici görüşdə Polşa təmsilçisinə də heç bir şans

verməyib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

AZƏRTAC

30 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

196

Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında doqquz medal qazanıb

Bakı, 30 mart, AZƏRTAC

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb. İlk dəfə keçirilən

çempionatda 19-23 yaş arası idmançılar mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, çempionatın son günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcələrində

yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Turnirdə 85 kiloqram çəki dərəcəsində mübarizə aparan gənclər arasında dünya və Avropa çempionu

İslam Abbasov yarışa Ukrayna və İsveç güləşçiləri üzərində ardıcıl qələbə ilə başlayıb. Almaniya təmsilçisi ilə

gərgin keçən görüşdə uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rusiya

idmançısı ilə bərabər səviyyəli görüşdə qalib olan İ.Abbasov bürünc medal uğrunda həlledici görüşə çıxıb.

Bolqarıstan idmançısı üzərində qələbə güləşçimizə bürünc medal qazandırıb.

Çempionatda yığmamız ümumilikdə 9 medal qazanıb. İki gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və

Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc medal (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov

(125 kq)) sərbəst güləşçilərin, 1 qızıl (Alyona Kolesnik (55 kq)) və 2 bürünc medal (Solmaz Həşimzadə (53 kq)

və Elmira Qəmbərova (63 kq)) qadın güləşçilərin payına düşüb. Yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli

(59 kq) də çempionatı üçüncü pillədə başa vurub.

AZƏRTAC

30 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

197

Azərbaycan güləşçiləri 2015-ci ildə 328 medal qazanıblar

Bakı, 28 dekabr, AZƏRTAC

Yola salmağımız il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yığma komandalarımız iştirak etdikləri

beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.

İl ərzində pəhləvanlarımız bir sıra yerli və beynəlxalq səviyyəli turnirlərdə qüvvələrini sınayıblar.

Bunların arasında dünya kuboku, “Bakı-2015” ilk Avropa Oyunları, eləcə də ABŞ-ın Las-Veqas şəhərində

keçirilən və Rio-2016 Olimpiadasında lisenziya verən dünya çempionatında güləşçilərimiz ölkəmizin idman

şərəfini ləyaqətlə qoruyublar və yığmanın aktivində olan medalların sayını daha da artırıblar.

Ölkəmizin böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandası bu ilin fevralında Tehranda

keçirilən dünya kuboku yarışlarının qalibi olub və Azərbaycanın idman tarixində yeni səhifə yazıb. Sərbəst

güləş yığmamız isə analoji yarışı üçüncü sırada tamamlayıb.

Yığma komandalarımızın üzvləri 2015-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və

dünya çempionatlarında 25 qızıl, 17 gümüş, 40 bürünc olmaqla toplam 82 medal qazanıb.

Tarixdə ilk dəfə keçirilən “Bakı-2015” Avropa Oyunlarında 24 idmançı ilə təmsil olunan Azərbaycan

güləş yığması 15 (6 qızıl, 2 gümüş və 7 bürünc) medal qazandı. Azərbaycan idmançılarının I Avropa

Oyunlarının proqramına daxil edilən 20 idman növündən 12-də qazandığı 56 medaldan ən çoxu (15 medal) da

məhz güləş yığmamızın payına düşdü.

ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay

Olimpiya Oyunlarına ilk lisenziya verən dünya çempionatında güləş yığmamız ümumilikdə 2 qızıl, 3 gümüş və

3 bürünc olmaqla 8 medal və olimpiadaya 11 lisenziya qazandı. Dünya çempionatında yaddaqalan məqamlardan

biri də Hacı Əliyevin ölkənin sərbəst güləş tarixində ilk dəfə olaraq ikiqat dünya çempionu adına layiq

görülməsi idi.

2015-ci ildə həm də ilk dəfə olaraq 23 yaşadək güləşçilərin (U-23) Avropa çempionatı keçirilib.

Azərbaycan yığması çempionatı 1 qızıl, 2 gümüş və 6 bürünc medalla tamamlayıb.

Bu il İstanbulda keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatı ölkəmiz üçün uğurlu olub.

Azərbaycan pəhləvanları çempionatda ümumilikdə 15 medala (5 qızıl, 4 gümüş, 6 bürünc) sahib olublar. Gənc

qızlardan ibarət yığmamız komandalar arasında ən çox sayda - 6 medal qazanmaqla həm yeni tarix yazıb, həm

də komanda hesabında Avropa çempionu tituluna layiq görülüb.

Braziliyanın Salvador da Bahiya şəhərində keçirilən gənclər arasında dünya çempionatında Azərbaycan

yığması 12 (7 qızıl, 2 gümüş və 3 bürünc) medal qazanıb. Sərbəst güləşçilərimiz qızıl medalların sayına görə,

bütün komandaları qabaqlayaraq dünya birincisi olub və güləş tariximizdə yeni bir səhifə yazıb.

2015-ci il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız Bosniya və

Hersoqovinanın paytaxtı Sarayevo şəhərində təşkil edilən Dünya çempionatında 11 (1 qızıl, 1 gümüş və 9

bürünc), Serbiyanın Subotiça şəhərində keçirilən Avropa çempionatında isə 9 (3 qızıl, 1 gümüş və 5 bürünc)

medal qazanıblar.

Bundan başqa, yığma komandalarımız bu il səkkizincisi keçirilən ümummilli lider Heydər Əliyevin

xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsi (5 qızıl, 8 gümüş və 8

bürünc medal) də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 246 medal qazanıb. Bu medalların

65-nin əyarı qızıl, 72-si gümüş və 109-nun əyarı isə bürünc olub.

Bütövlükdə, 2015-ci il ərzində 328 (90 qızıl, 89 gümüş, 149 bürünc) medal qazanan güləşçilərimiz ötən

ilki nəticəni (294 medal) yeniləyib. Bu medallardan 155-i yeniyetmə, 69-u gənc güləşçilərin payına düşür. U-23

Avropa çempionatında 9 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 95 medala sahib olub.

Onlardan 139-nu sərbəst, 131-ni yunan-Roma güləşçiləri qazanıb, 58 medal isə qadın güləşçilərin payına düşüb.

Qarşıdan gələn 2016-cı il idmançılarımız üçün böyük əhəmiyyət kəsb edən bir ildir. Çünki növbəti ildə

güləşçilərimizin qarşısında Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına tam heyətlə getmək,

Oyunlarda uğurlu çıxış etmək və London Yay Olimpiya Oyunlarındakı nailiyyəti artırmaq məqsədi durur.

AZƏRTAC

28 dekabr 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

198

Bakıda güləş üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst güləş üzrə 20

Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş 19-cu beynəlxalq turnirin təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin bayraqları meydana gətirilib.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov son illər

Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli

Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif

növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur. Yüksək nəticələrin davamı

kimi Azərbaycan idmançıları 2015-ci ildə mötəbər yarışlarda 820-dən çox medal qazanıblar. Bu gün açılış

mərasiminə toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev yarışın əhəmiyyətini yüksək

qiymətləndirib, pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb. O, idmanın bu növünün

respublikamızda inkişafda olduğunu diqqətə çatdırıb.

Çıxış edənlər milli azadlıq yolunda canlarından keçən Vətən övladlarının öz qanları ilə xalqımızın

qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını bildiriblər. Qeyd olunub ki, Vətən və millətimizin azadlığı

uğrunda qurban gedən qəhrəman oğul və qızlarımızın xatirəsini yad etmək hər birimizin mənəvi borcudur.

Natiqlər bildiriblər ki, cari ildə pəhləvanlarımızı ciddi sınaq gözləyir. İdmançılarımız, o cümlədən

güləşçilərimiz Braziliyada təşkil olunacaq birinci Yay Olimpiya Oyunlarına ciddi hazırlaşırlar.

Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya və Gürcüstandan olan güləşçilər də birincilik

uğrunda mübarizə aparırlar.

AZƏRTAC

16 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

199

Bakıda keçirilən beynəlxalq turnirdə sərbəst güləşçilərimiz 25 medala sahib olublar

Bakı, 15 aprel, AZƏRTAC

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan

Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya,

Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparır.

Turnirin üçüncü günündə sərbəst güləş üzrə yeniyetmələr arasında 114 pəhləvan yarışıb. Güləşçilərimiz

günü 8 qızıl, 5 gümüş və 12 bürünc medalla başa vurublar. Qızıl medalları yığmamıza Tofiq Əliyev (42 kq),

Əşrəf Kərimzadə (46 kq), Mahir Məmmədzadə (50 kq), Əsgər Məmmədəliyev (54 kq), Turan Bayramov (58

kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq) və Abdulmuslim Məmmədov (76 kq) qazandırıblar.

Komanda hesabında Azərbaycan birinci, İran ikinci, Gürcüstan komandası üçüncü yeri tutub.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif

olunublar.

AZƏRTAC

2017, 15 aprel

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

200

Dünya çempionatında Azərbaycan yeddi qadın güləşçi ilə təmsil olunacaq

Avqustun 21-dən 26-dək Parisdə güləş üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, mundialda iştirak edəcək

sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların heyəti ötən gün açıqlanıb.

Qadın güləşi yarışlarında isə ölkəmizi Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya

Sinişin (55 kq), İrina Netreba (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis

Manolova (69 kq) təmsil edəcəklər. Güləşçilərimiz çempionatda böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən

Umudovun rəhbərliyi altında yarışacaqlar.

Məlumat üçün bildirək ki, qadın güləşçilərimiz avqustun 7-dən Ukraynanın Kiyev şəhərində Konça

Zaspa təlim-məşq bazasında bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirirlər. Təlim-məşq

toplanışı avqustun 21-dək davam edəcək.

Çempionatın proqramına əsasən, ilk olaraq 71, 75, 85 və 98 kiloqram çəkidə yunan-Roma güləşçiləri

mübarizəyə başlayacaqlar. Avqustun 22-də 59, 66, 80 və 130 kiloqram çəkidə yunan-Roma güləşçiləri, bir gün

sonra isə 55, 58, 63 və 75 kiloqramda qadın güləşçilər yarışacaqlar. Yarışların dördüncü günündə 48, 53, 60 və

69 kiloqram çəkidə qadın güləşçilər mübarizə aparacaqlar. 57, 61, 86 və 125 kiloqram çəkidə sərbəst güləşçilər

avqustun 25-də xalça üzərinə çıxacaqlar. Çempionatın sonuncu günündə isə sərbəst güləş üzrə 65, 70, 74 və 97

kiloqram çəki dərəcəsində pəhləvanlar yarışacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov

təmsil edəcək.

AZƏRTAC

2017, 16 avqust

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

201

Cüdo

Azərbaycan Milli Olimpiya Komitəsinin on illiyinə həsr olunmuş cüdo üzrə

beynəlxalq yarışın təntənəli açılışı

Mayın 30-da Bakı idman sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin onilliyinə həsr olunmuş cüdo

üzrə beynəlxalq yarışın təntənəli açılışı keçirildi.

Açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili İlham Əliyev və

Gürcüstanın turizm departamentinin başçısı Vaja Şubladze iştirak edirdilər.

Yarışda qələbə uğrunda Azərbaycandan, Türkiyədən, Ukraynadan, Rusiyadan, İrandan, Macarıstandan və

Belarusiyadan 124 idmançı mübarizə aparacaqlar.

Yarışın iştirakçıları və hakimləri meydana çıxırlar.

Çıxış edən Azərbaycan Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev yarışın iştirakçılarını və

qonaqlarını səmimiyyətlə salamladı, məlumat verdi ki, nazirlik və respublika federasiyası tərəfindən təşkil

olunmuş cüdo üzrə yarış Azərbaycan Prezidenti Heydər Əliyevin Milli Olimpiya Komitəsinin onilliyi

münasibətilə qərarına əsasən keçirilir.

Nazir şəhər və rayonlarda, ölkəmizin təhsil ocaqlarında həmin yubiley münasibətilə keçirilmiş müxtəlif

tədbirlər, cüdoçularımızın nailiyyətləri, MOK son beş il ərzində fəaliyyəti, o cümlədən respublikada keçirilmiş

beynəlxalq yarışların əhəmiyyəti haqqında danışdı, idmançılara uğurlar arzuladı.

Azərbaycanın dövlət himni səsləndi.

Beynəlxalq yarış açıq elan olundu.

Respublikamızın idmançıları üçün yarışların birinci günü çox uğurlu oldu. Qızıl medal qalibləri Ruslan

Əliyev (73 kq), Fariz Rəhimzadə (81 kq), Nurəddin Səlimov (90 kq), Elxan Cəfərov (100 kq-dan çox) oldular.

100 kq çəki dərəcəsində isə Ukrayna cüdoçusu Vitaliy Boban qızıl medalın qalibi oldu.

Beynəlxalq yarış mayın 31-də başa çatacaq.

31. 05. 2002

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

202

Həzi Aslanovun xatirəsinə həsr olunmuş Beynəlxalq yarış

Sentyabrın 28-də Bakı İdman Sarayında Sovet İttifaqının ikiqat Qəhrəmanı, general-mayor Həzi Aslanovun

xatirəsinə həsr olunmuş XXVI Beynəlxalq Bakı Cüdo Yarışının təntənəli açılış mərasimi keçirildi.

Mərasimi açaraq Gənclər, İdman və Turizm nazirinin müavini Asif Əsgərov yarışın təşkilat komitəsinə öz

minnətdarlığını bildirdi, yarışların iştirakçılarına uğurlar arzuladı.

Azərbaycan Milli Olimpiya Komitəsinin 10 illiyi və Cüdo Respublika Federasiyasının 30-illiyi ilə üst-üstə

düşmüş yarış keçmiş yarışlardan iştirakçıların tərkibi ilə xeyli fərqlənirdi. Bu dəfə Bakıya Türkiyə, Rusiya, İran,

İsveçrə, Gürcüstan, Macarıstan, Belarusiya, Türkmənistandan komandalar gəlmişdi. Rusiya idmançılarını

Dağıstan və Çeçnya nümayəndələri də təmsil edirdi.

Yarışın birinci günü kişilər 81, 90, 100 kq-a qədər və 100 kq-dan artıq çəki dərəcəsində, qadınlar isə 52, 57,

63, 70 və 78 kq çəki dərəcəsində yarışırdılar.

Azərbaycan cüdoçuları uğurla çıxış etdilər. Kişilər arasında Mehman Əzizov, Mövlud Mirəliyev və Vəsfi

Əliyev qızıl medal, Emin Həsənov gümüş, Ruslan Rüstəmov və Rüfət Abbasov bürünc medallarla

mükafatlandırıldılar.

Qadınlar-cüdoçular arasında Kifayət Həşimova və Mətanət Süleymanova qızıl medal, Sima Hüseynova,

Şahana Alməmmədova, Quri Əmirova və Gülzar Abbasova gümüş, Leyla Məmmədova, Bəhriyə Hüseynova,

Sona Əhmədova, Arzu Acalova, Elnarə Mirzəyeva və Rəhimə Bağırova bürünc medallarla mükafatlandırıldılar.

Final görüşlərini həmçinin Dağıstan nümayəndəsi Sultan Məhəmmədov və Türkiyə idmançısı Seda Aradaq

uğurla bitirdilər.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

203

Beynəlxalq yarış başa çatdı

Sovet İttifaqının ikiqat Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş XXVI

beynəlxalq Bakı Cüdo yarışı başa çatdı.

Sentyabrın 29-da Bakı idman sarayında kişilər 60, 66 və 73 kq çəki dərəcəsində, qadınlar isə - 48 kq çəki

dərəcəsində yarış aparırdılar. 90 kq çəki dərəcəsində Gürcüstan nümayəndəsi Ruslan Gelamidze Azərbaycan

idmançısı İlham Məmmədovu final yarışda məğlub etdi.

Cüdo azarkeşləri 66 kq çəki kateqoriyasında Avropanın ikiqat çempionu Elçin İsmayılovun qələbəsində

şübhələnmirdilər. Elə də oldu, idmançımız bütün görüşləri uğurla keçirərək finalda Namiq Sultanovu xal hesabı

ilə geridə qoydu və şərəf podiumun daha yüksək pilləsinə qalxdı.

73 kq çəki dərəcəsində qızıl medalı hərbiçilər arasındakı dünya çempionu Şahin Ərzumanov qazandı.

Finalda o, Zaur Paşayevi məğlub etdi. Bürünc medallarını eyni çəki dərəcəsində Azərbaycan idmançıları -

Rəşad Quliyev, Ramil Haşımov, Emin Fətullayev və Anton Novikov (Belarusiya), Bekdaş Demirel (Türkiyə) və

Hacı Zabitov (Rusiya) qazandılar.

Aynurə Əhmədova və Afaq Sultanova arasındakı final yarış birincinin qələbəsi ilə başa çatdı. Asya

İsmayılova və Türkmənistanlı idmançı Pərvanə Ağacanova üçüncü yerləri tutdular.

Komanda yarışında Azərbaycan cüdoçuları birinci idilər.

Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, millət vəkili İlham Əliyev 66 kq çəki kateqoriyasında

olan qaliblərə medalları və hədiyyələri təqdim etdi, Elçin İsmayılova isə ilin ən yaxşı cüdoçusu kimi qızıl

medalla birlikdə VAZ 2106 markalı "Jiquli" avtomobilinin açarını hədiyyə etdi.

Qalan qaliblərə mükafatları gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, yarışın təşkilati komitəsinin

sədri, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Avropa cüdo federasiyasının prezidenti

Marius Vizir və Türkiyənin Cüdo federasiyasının prezidenti İbrahim Öztek təqdim etdilər.

Avropa Cüdo federasiyasının prezidenti Marius Vizir Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə

Azərbaycanda idmanın inkişafı, ölkənin dünya miqyasında tanınmasına görə qızıl medal və federasiyanın şərəfli

diplomunu təqdim etdi.

Yarışın qurtarmasından sonra Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İLHAM ƏLİYEV

Respublika Televiziyasına qısa müsahibə verdi:

MÜXBİR: İlham müəllim, Sizi bir daha təbrik edirik. Strasburqda keçirilmiş gərgin iş həftəsindən sonra Siz

Bakıda böyük beynəlxalq yarışı izləyirsiniz. Bu, Azərbaycan Milli Olimpiya Komitəsinin qayğısı və diqqətinin

daha bir nümunəsidir.

İLHAM ƏLİYEV: Bəli, bu gün Azərbaycanda doğurdan da növbəti idman bayramı keçirilir. Mən bir neçə

dəfə söyləmişəm ki, Azərbaycan artıq gözəl bir idman məkanına çevrilmişdir. Azərbaycanda daimi beynəlxalq

yarışlar - Avropa, dünya çempionatları keçirilir. Biz belə turnirləri daha tez-tez keçirməyə çalışırıq, çünki bilirik

ki, onlar çox böyük fayda gətirir. Axı onlar idmanın kütləviliyinə, idmançılarımızın təcrübə qazanmasına böyük

təsir göstərir. Ən vacibi odur ki, onlar Azərbaycanı beynəlxalq idman ictimaiyyətində daha da tanıdır.

Həmin yarışda qonağımız Avropa cüdo federasiyasının prezidenti cənab Marius Vizir də oldu. O, əvvəl də

Bakıya gəlmişdi. Biz onunla danışdıq. Bu dəfə Azərbaycanda böyük beynəlxalq cüdo yarışlarının keçirilməsinə

dair danışıqları apardıq və deyə bilərəm ki, biz bəzi razılıqları əldə etdik. Yaxın gələcəkdə Bakıda cüdo üzrə

"Qranpri" yarışı və yaxud "Cüdo-master" yarışı keçiriləcək. Qeyd etmək istərdim ki, əhəmiyyəti üzrə bu, dünya

çempionatından sonra gələn yarışlardır. Biz çalışırıq ki, beynəlxalq yarışlar Azərbaycanda yüksək səviyyədə

keçirilsin və yarışları izləyərək idmançılarımızın qələbələrinə şadlanaq.

MÜXBİR: İdmançılarımız Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili İlham Əliyevin

sözlərini çox yaxşı yadda saxladılar: Olimpiya oyunlarına cəmi iki il qalıb.

İLHAM ƏLİYEV: Mən bunu keçən il demişdim. Demişdim ki, cəmi üç il qalıbdır. İndi isə cəmi iki il

qalıb. Mən böyük optimizm ilə idmançılarımızın gələcək Olimpiya oyunlarında iştiraklarına yanaşıram.

Əminəm ki, idmançılarımız ölkəmizi şərəflə təmsil edəcək və vətənə gözəl qələbələrlə qayıdacaqlar.

MÜXBİR: Sizi bir daha təbrik edirik. Siz idmançılara xüsusi qayğı və diqqətlə yanaşırsınız. Məsələn, bu

gün Elçin İsmayılova belə qiymətli hədiyyə verilmişdi. Yəqin ki, uğurlar davam edəcək və Milli Olimpiya

Komitəsi yenə də öz hədiyyələrini təqdim edəcək.

İLHAM ƏLİYEV: Bəli, elə də olacaq.

01. 10. 2002

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

204

İlham Əliyev: "Azərbaycanda güclü cüdo məktəbi mövcuddur"

Azərbaycan cüdo məktəbi zəngin ənənələrə malikdir. Digər idman növləri ilə yanaşı, Şərq əlbəyaxa döyüş

növü olan cüdo ölkəmizdə ən populyar idman növlərindən sayılır. Daim güclü cüdoçuları ilə tanınan ölkəmizdə

idmanın bu növü yüksək səviyyədə inkişaf edib.

Ölkə idmanının dirçəldilməsi, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində genişmiqyaslı

səmərəli iş aparan Azərbaycan Milli Olimpiya Komitəsi Olimpiya idman növü olan cüdonun inkişafı üçün də

xüsusi tədbirlər həyata keçirib. Məhz bunun nəticəsidir ki, cüdoçularımız ən müxtəlif beynəlxalq turnirlərdə,

dünya və qitə çempionatlarında böyük uğurlara imza atırlar.

Cəmi bir neçə gündən sonra ölkəmiz Yeniyetmə cüdoçuların Avropa Çempionatına ev sahibliyi edəcək.

Azərbaycan idmanının bugünkü inkişafını yüksək qiymətləndirən Avropa cüdo Federasiyasının bu qərarı heç də

təsadüfi deyil. Belə ki, bu yarışın keçirilməsi haqqında ilk razılıq hələ iki il bundan əvvəl, 2001-ci ilin mayında

Avropa cüdo Federasiyasının prezidenti Marius Vizirin Bakıya səfəri zamanı əldə olunmuşdur.

2001-ci il mayın 26-da Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Azərbaycanda cüdonun

vəziyyəti, maddi-texniki bazasının səviyyəsi ilə tanış olmaq üçün ölkəmizə gəlmiş Avropa cüdo Federasiyasının

prezidenti Marius Viziri qəbul etmişdir. Görüşdə İlham Əliyev çox sevilən idman növü olan cüdoya

Azərbaycanda böyük maraq göstərildiyini bildirərək, respublikamızda cüdonun inkişafından, bu istiqamətdə

görülən işlərdən söhbət açmışdır. Azərbaycanda cüdonun həm paytaxtda, həm də ölkənin başqa bölgələrində

sürətlə inkişaf etməsindən, yeni-yeni cüdo klublarının və bölmələrinin günbəgün artmasından danışan İlham

Əliyev uşaq və yeniyetmələrin bu idman növünə axınını xüsusi vurğulamışdır.

MOK prezidenti İlham Əliyev Azərbaycan cüdoçularının son illərdə qazandıqları uğurlardan, onların

Sidney oyunlarında iştirakından, göstərdikləri nəticələrdən danışmışdır.

Səmimi qəbula görə MOK prezidentinə təşəkkürünü bildirən Marius Vizir Azərbaycan cüdo məktəbinin

özünü beynəlxalq miqyasda yaxşı tərəfdən göstərdiyini vurğulamışdır. Azərbaycan cüdoçularının beynəlxalq

yarışlardakı nailiyyətlərini yüksək qiymətləndirən qonaq, bu uğurların ölkədə idmana göstərilən diqqət və

qayğının nəticəsi olduğunu qeyd etmişdir. O, ölkəmizdə bir çox idman obyektlərində olduğunu, Azərbaycan

Cüdo Federasiyasının rəhbərliyi, məşqçilər, idmançılarla görüşlər keçirdiyini, mövcud vəziyyətdən razı

qaldığını söyləmişdir. Marius Vizir Azərbaycanda beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün hər cür

şəraitin mövcudluğunu diqqət mərkəzinə çəkərək bu gəlişində əsas məqsədin məhz göstərilən məsələ ilə bağlı

real vəziyyəti öyrənməkdən ibarət olduğunu bildirmişdir.

Görüşdə Azərbaycanda hər il görkəmli sərkərdə Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo turnirinin

təşkil olunmasının ənənə şəkli alması, bu turnirin həm iştirakçıların, həm də tamaşaçıların böyük marağına

səbəb olması, həmin turnirin beynəlxalq səviyyədə və daha geniş miqyasda təşkilinin nəzərdə tutulması

haqqında qonağa məlumat verilmişdir. Belə bir beynəlxalq turnirin keçirilməsi, şübhəsiz ki, gələcəkdə cüdo

üzrə daha mötəbər yarışların Bakıda təşkil olunması üçün təcrübə əldə etməyə imkan verəcəyi vurğulanmışdır.

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev beynəlxalq yarışların, Avropa və dünya

çempionatlarının keçirilməsi sahəsində Azərbaycanda yaxşı təcrübə və ənənənin yarandığını qonağın diqqətinə

çatdırmışdır: "Yeniyetmələr arasında boks üzrə Avropa çempionatı 1999-cu ildə Bakıda yüksək səviyyədə

keçdi. Bu il yeniyetmə boksçuların dünya çempionatına da Bakı ev sahibliyi edəcəkdir. Gələn il yaşlılar

arasında sərbəst güləş üzrə Avropa çempionatı da Bakıda təşkil olunacaqdır. Bütün bunlar respublikamızda

beynəlxalq yarışların təşkilinin ardıcıl şəkildə davam etdiyini bir daha sübuta yetirir".

Görüşün sonunda İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyası ilə

Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın daha da genişlənəcəyini və bunun respublikamızda cüdo

üzrə beynəlxalq yarışların keçirilməsi üçün əhəmiyyətli rol oynayacağını vurğulamışdır.

"Olimpiya dünyası" 19 avqust 2003-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

205

Bakıda yeniyetmə cüdoçuların Avropa çempionatı başlamışdır

Avqustun 23-də Bakı İdman - Konsert Kompleksində yeniyetmə cüdoçuların Avropa çempionatı start

götürmüşdür. Yarışda qitənin 30 ölkəsindən - Avstriya, Azərbaycan, Almaniya, Belçika, Bosniya və

Herseqovina, Beralus, Xorvatiya, Serbiya və Çernoqoriya, Çexiya, İspaniya, Estoniya, Finlandiya, Fransa,

Yunanıstan, Böyük Britaniya, Gürcüstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Moldova, Hollandiya, Polşa,

Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, Slovakiya, Türkiyə və Ukraynadan 300-dək cüdoçu iştirak edir.

Azərbaycan komandasının tərkibinə "Neftçi", "Dinamo", "Attila", "Təhsil" idman cəmiyyətlərinin və Sumqayıt

şəhərinin nümayəndələri daxildirlər.

Çempionatın təntənəli açılış mərasimi iştirakçıların paradı ilə başlandı. Sonra gənc idmançılar Avropa Cüdo

Federasiyasının və Azərbaycan Milli Olimpiya Komitəsinin bayraqlarını salona gətirdilər.

Gənclər, idman və turizm naziri Əbülfəs Qarayev açılışda çıxış edərək, mərasim iştirakçılarını salamladı və

dedi ki, bu gün ölkəmizin idman həyatında əlamətdar gündür. Azərbaycan daha bir beynəlxalq idman yarışının

keçirildiyi yerdir. Bu il ölkəmizdə 11 beynəlxalq turnir, Avropa və dünya səviyyəli 3 rəsmi yarış keçirilmişdir.

Nazir bildirdi ki, ölkəmizin son vaxtlar idmanda əldə etdiyi nailiyyətlər, eləcə də digər sahələrdə qazandığı

uğurlar bilavasitə Azərbaycan Prezidenti Heydər Əliyevin adı ilə bağlıdır. O, Baş nazir, Milli Olimpiya

Komitəsinin prezidenti İlham Əliyevin Azərbaycanda idmanın yüksəlişində çox böyük rolu olduğunu xüsusi

vurğuladı.

Əbülfəs Qarayev bildirdi ki, cüdo ölkəmizdə çox geniş yayılmışdır, Azərbaycan cüdoçuları arasında

Olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının, müxtəlif beynəlxalq turnirlərin qalibləri və

mükafatçıları var.

Sonra Avropa Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək Baş nazir, MOK prezidenti İlham

Əliyevin Azərbaycanda idmanın inkişafında xidmətlərini xatırlatdı, çempionat iştirakçılarına uğurlar arzuladı.

O, Əbülfəs Qarayevə Avropa Federasiyasının xatirə medalını təqdim etdi, ölkəmizdə cüdonun dəstəklənməsinə

görə, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərova təşəkkürünü bildirdi.

Azərbaycanın dövlət himni səsləndi.

Açılış mərasimindən sonra oğlanlar və qızlar arasında dörd çəki dərəcəsində üçüncü yerlər uğrunda görüşlər

və çempionatın final qarşılaşmaları keçirildi. 50 kq çəkidə Vaja Qvildani (Gürcüstan), 55 kq çəkidə Elman

Nəsibov (Azərbaycan), 60 kq çəkidə Elşən Kərimov (Azərbaycan), 66 kq çəkidə Tariel Zintiridis (Yunanıstan)

qalib gəldilər.

Qızlar arasında 40 kq çəkidə Anna Vasilyeviç (Ukrayna), 44 kq çəkidə Burçu Gökəz (Türkiyə), 48 kq

çəkidə Anna Mazulina (Rusiya), 52 kq çəkidə Jasmi Van Spankeren (Hollandiya) qızıl medal qazandılar.

Çempionat avqustun 24-də başa çatacaqdır.

25. 08. 2003

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

206

Cüdo üzrə Bakının yığma komandası beynəlxalq turnirdə dörd medal

qazanmışdır

AzərTAc xəbər verir ki, Aşqabadda Türkmənistanın müstəqilliyinin 15-ci ildönümünə həsr olunmuş

beynəlxalq cüdo turniri keçirilmişdir.

Müxtəlif ölkələrdən 12 komandanın yarışdığı turnirdə Azərbaycanı Bakının yığma komandası təmsil

etmişdir.

Bakılılar arasında Nazir Əlisultanov və Samir Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq,

turnirin qızıl medalına layiq görülmüşlər.

Yalnız finalda məğlub olan Rasim Əliməmmədov ikinci, Səlim Möhubov isə üçüncü yeri tutmuşlar.

AzərTAc

26 Oktyabr, 2006

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

207

Cüdoçuların İtaliya və Danimarkada uğurlu çıxışı

Aprelin 27-28-də İtaliyada kişilər, Danimarkada qadınlar arasında cüdo üzrə A kateqoriyalı Dünya

kuboku beynəlxalq turniri keçirilib. Qeyd edək ki, yarışlar komandamız üçün böyük əhəmiyyəti daşıyırdı və

Pekin Olimpiadasına lisenziya xalları verirdi. Dünya kubokunda yığma komandaların məşqçiləri Hacıağa Hacı-

əhmədov və Əli Dəvrişovun rəhbərliyi ilə ölkəmizin 9 cüdoçusu çıxış edib. Kişilər arasında Elnur Məmmədli

(73 kq), Mehman Əzizov (81 kq), Mövlud Mirəliyev (100 kq) qızıl, Nicat Şıxəlizadə (60 kq) isə gümüş medala

layiq gÖrülüblər. İbadulla Şabanovun rəhbərliyi ilə qadınlar arasında 3 cüdoçudan yalnız biri - Kifayət

Qasımova (57 kq) mükafatçılar sırasına düşüb. O, bürünc medala sahib çıxıb. Belə lisenziya turnirlərində birinci

yer 60, ikinci yer 34, üçüncü yer isə 20 xal qazandırır.

“Olimpiya dünyası”, 1-4 may 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

208

Bakıda paralimpıyaçı cüdoçular arasında Avropa çempionatı keçiriləcəkdir

AzərTAc xəbər verir ki, mayın 17-21-də Bakıda görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında

Avropa çempionatı keçiriləcəkdir.

Qitə çempionatı ölkəmizin paralimpiya hərəkatı tarixində Bakıda keçiriləcək ilk mötəbər yarış

olacaqdır. Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq xarakteri daşıyacaq yarışda Fransa, Böyük

Britaniya, Finlandiya, İtaliya, Serbiya, Macarıstan, İspaniya, Almaniya, İsveç, Türkiyə, Ukrayna, Bolqarıstan,

Rusiya, Latviya, Litva və Yunanıstandan 100-dən çox idmançının iştirakı nəzərdə tutulmuşdur.

Kişilərlə yanaşı, qadınların da mübarizə aparacağı yarış, həm şəxsi, həm də komanda hesabında

keçiriləcəkdir. Avropa çempionatının açılış mərasimi mayın 19-da olacaqdır.

AzərTAc

7 may 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

209

Azərbaycan cüdoçusu Elnur Məmmədli dünya çempionatının

gümüş mükafatçısıdır

AzərTAc xəbər verir ki, Rio-de-Janeyroda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan

cüdoçusu Elnur Məmmədli (73 kiloqram) koreyalı Ki Çun Vanqu ilə final görüşünün əlavə vaxtında cüzi xalla

uduzaraq ikinci yerə çıxmışdır. Beləliklə, idmançımız gümüş medalla yanaşı, 2008-ci il Pekin olimiadasına

lisenziya da qazanmışdır.

Xatırladaq ki, Azərbaycan idmançıları hələlik dörd lisenziya əldə etmişlər. Birinci lisenziyanı yüngül

atlet Ramil Quliyev, ikincisini Elnur Məmmədli qazanmışlar. Sentyabrın 17-də Bakıda başlanmış güləş üzrə

dünya çempionatının ilk günü yunan-Roma güləşçilərimiz Rövşən Bayramov və Fərid Mansurov da Olimpiya

lisenziyaları qazanmışlar.

AzərTAc

17 sentyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

210

Azərbaycanın daha bir cüdoçusu dünya kuboku turnirinin bürünc medalını

qazanmışdır

AzərTAc Rotterdamda keçirilən dünya kuboku yarışlarının rəsmi saytına istinadla xəbər verir ki,

sentyabrın 28-də tatami üzərinə çıxan Azərbaycan cüdoçusu Mehman Əzizov (81 kq) İsveç idmançısı Yonas

Standstroyemi məğlub etsə də, növbəti görüşdə çernoqoriyalı Sirdcan Mrvalyeviçə uduzmuşdur. Bununla belə,

mübarizəni təsəlliverici görüşlərdə davam etdirən Azərbaycan idmançısı ardıcıl olaraq Türkiyə, Fransa və

Sloveniya idmançılarını yarışlardan kənarlaşdırmışdır.

Üçüncü yer uğrunda qarşılaşmada isə ukraynalı Roman Qontyuka qalib gələn M.Əzizov turnirin bürünc

medalına layiq görülmüşdür.

Həmin çəki dərəcəsində çıxış edən Azərbaycanın daha bir cüdoçusu Elxan Rəcəbli mübarizəni

təsəlliverici görüşlərdə davam etdirmək imkanı əldə etsə də, yalnız üçüncü yer uğrunda döyüşdə Sirdcan

Mrvalyeviçə uduzaraq 5-ci yeri tutmuşdur.

Sentyabrın 30-da Azərbaycanın daha 2 idmançısı mübarizəyə qoşulmuşdur. Bu barədə əlavə məlumat

veriləcəkdir.

AzərTAc

1 oktyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

211

Azərbaycanın 7 cüdoçusu Pekin Yay Paralimpiya oyunlarında iştirak etmək

hüququ qazanmışdır

Azərbaycan Milli Paralimpiya Komitəsindən AzərTAc-a bildirmişlər ki, Beynəlxalq Paralimpiya

Komitəsinin Cüdo Federasiyası 13-cü Pekin Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançıların

siyahısını açıqlamışdır.

Həmin siyahıya əsasən, Azərbaycanın kişi cüdoçuları Pekin Paralimpiya Oyunlarında bütün çəki

dərəcələrində təmsil olunacaqlar. Paralimpiyaçılarımızın bu nailiyyətini yalnız İran cüdoçuları təkrar etmişlər.

Lisenziya xarakterli turnirlərdə daha uğurlu nəticələr göstərmiş Ramin İbrahimov (60 kq), İlkin Alışov (66 kq),

Ramin Əliyev (73 kq), Natiq Novruzzadə (81 kq), Tofiq Məmmədov (90 kq), Kərim Sərdərov (100 kq) və

İlham Zəkiyev (100 kq-dan yuxarı) Pekin Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmışlar.

Bu cüdoçuların hamısı “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin yetirmələridir.

AzərTAc

3 oktyabr 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

212

Yerevanda cudo üzrə gənclər arasında keçirilən qitə çempionatında

Azərbaycan dövlət himni səslənmişdir

Bakı, 13 sentyabr (AzərTAc). Yerevanda cudo üzrə gənclər arasında keçirilən Avropa çempionatının

sonuncu günü Azərbaycan idmançısı Elmar Qasımov 100 kiloqram çəki dərəcəsində qızıl medal qazanmışdır.

Final görüşündə həmyerlimiz 21 saniyə ərzində çexiyalı Lukas Kpralekə qalib gəlmişdir.

Həlledici döyüşə qədər E.Qasımov ardıcıl olaraq fransalı Klement Delverti, Avstriya idmançısı Qabor Qeyeri,

belaruslu Anton Martsuloviçi və Polşa cudoçusu Tomas Domanskini məğlub etmişdir.

Qeyd edək ki, qitə çempionatının ilk iki günündə Azərbaycan yıqma komandası artıq 4 medal qazanmışdı - İlqar

Müşkiyev (55 kq) gümüş, Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) isə

bürünc medalların sahibi olmuşlar.

AzərTAc

13 sentyabr 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

213

Elxan Məmmədov dünyanın ən güclü cüdoçularının turnirində

beşinci yeri tutmuşdur

Bakı, 18 yanvar (AzərTAc). Koreyanın Suvon şəhərində cüdo tarixində “Masters” seriyasından ilk

beynəlxalq turnir keçirilmişdir. Həmin nüfuzlu yarışda Azərbaycanı yalnız Avropa çempionatının mükafatçısı

90 kiloqram çəki dərəcəsində çıxış edən Elxan Məmmədov təmsil etmişdir.

Azərbaycan cüdoçusu 1/8 final mərhələsində ippon fəndi ilə İspaniya idmançısı David Alarzuya qalib

gəlmişdir. Lakin idmançımız dörddəbir finalda Yaponiya cüdoçusu Takaşi Onoya məğlub olmuşdur. 80 reytinq

xalı toplayan Elxan Məmmədov nəticədə beşinci yeri tutmuşdur.

Turnirdə 2009-cu ilin yekunlarına görə dünyanın ən yaxşı cüdoçuları yarışmışlar. Bu mötəbər turnirdə hər

çəki dərəcəsi üzrə 16 ən güclü cüdoçu iştirak etmişdir.

AzərTAc

18 yanvar 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

214

Azərbaycan idmançısı dünya kuboku turnirində bürünc medal qazanmışdır

Fevralın 13-də Avstriyanın paytaxtı Vyanada kişi cüdoçular arasında dünya kuboku uğrunda turnir

başlamışdır.

Turnirdə Azərbaycanı məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi ilə cüdoçulardan Tərlan Kərimov (66

kq) və Elxan Rəcəbli (81 kq) təmsil edirlər.

Yarışın ilk günündə cüdoçular üç çəki dərəcəsində (60, 66 və 73 kq) güclərini sınamışlar.

İdmançılarımız yeddi çəki dərəcəsi üzrə keçirilən mötəbər yarışa uğurla başlamışlar. Tərlan Kərimov Kolin

Oatesi (Böyük Britaniya), Denis Lavrentiyevi (Rusiya), Saşa Mehmetoviçi (Kanada) məğlub edərək yarımfinala

yüksəlmişdir. Yarımfinalda Sloveniya idmançısı Rok Draksiçə məğlub olan cüdoçumuz üçüncü yer uğrunda

mübarizədə Aleks Silva (Braziliya) üzərində inamlı qələbə qazanmışdır.

Fevralın 14-də digər cüdoçumuz-Elxan Rəcəbli tatami üzərinə çıxacaqdır. Onun ilk rəqibi Jovanni

Alessio (İtaliya) olacaqdır.

Turnirə həmin gün yekun vurulacaqdır.

Daha bir idmançımız-Ramilə Yusubova (63 kq) isə eyni vaxtda qadın cüdoçular arasında Macarıstanın

paytaxtı Budapeştdə keçirilən dünya kuboku turnirində gücünü sınayacaqdır.

Elgün Niftəliyev

AzərTAc-ın xüsusi müxbiri

Vyana

14 fevral 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

215

Olimpiya çempionu Elnur Məmmədli dünya kubokunun qalibi

olmuşdur

Bakı, 17 may (AzərTAc). Qahirədə cüdo üzrə dünya Kuboku yarışları başa çatmışdır. Azərbaycan

cüdoçusu Elnur Məmmədli (81 kq) 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarından sonra ilk qələbəsinə

nail olmuşdur.

Macarıstan təmsilçisi Milan Burqes, Məhəmməd Dərviş (Misir), Si Ridjiqavu (Çin) və rusiyalı Arsen

Pşmaxovu məğlub edərək Azərbaycan cüdoçusu qızıl medala layiq görülmüşdür. Bu çəki dərəcəsində Elxan

Rəcəbli isə bürünc mükafata yiyələnmişdir.

90 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov həlledici görüşdə Kirill Voprosova məğlub

olaraq gümüş medalla təltif olunmuşdur. Daha bir gümüş medalı Azərbaycan millisinin heyətində Tərlan

Kərimov (66 kq) qazanmışdır. Qadınların mübarizəsində Ramilə Usubova (63 kq) 3-cü pillədə qərarlaşmışdır.

Yekun nəticələrə görə Azərbaycan yığmasının hesabında 1 qızıl, 2 gümüş və 2 bürünc medallar vardır.

Ümumi komanda hesabında millimiz 28 ölkə arasında 4-cü olmuşdur.

AzərTAc

17 may 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

216

Cüdo üzrə beynəlxalq “Masters” turnirinin təntənəli açılış mərasimi keçirilmişdir

Bakı, 15 yanvar (AzərTAc). Yanvarın 15-də “Sərhədçi” İdman Olimpiya mərkəzində cüdo üzrə

beynəlxalq “Masters” turnirinin təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının

prezidenti Füzuli Ələkbərov dünya miqyaslı turnirlərin Azərbaycanda keçirilməsinin xoş bir ənənə halını

almasını vurgulamışlar. Azərbaycan idmançıları hər dəfə məsul yarışlarda - dünya və Avropa çempionatlarında,

Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanaraq Vətənin şərəfini layiqincə qoruyaraq, beynəlxalq dairələrdə

onun nüfuzunu daha da artırmışlar. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə

bağlıdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən

layiqincə davam etdirilir.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer turnirin yüksək səviyyədə təşkil olunduğuna

görə Prezident İlham Əliyevə və Azərbaycan Cüdo Federasiyasına təşəkkür bildirmiş, yarışın iştirakçılarına

uğurlar arzulamış və layiq olanların yüksək pilləyə qalxacağına əminliyini vurğulamışdır.

Daha sonra M.Vizer Gənclər və İdman naziri Azad Rəhimovu Beynəlxalq Cüdo Federasiyasının medalı ilə təltif

etmişdir.

Azərbaycan Respublikası Dövlət Himni səsləndirildikdən sonra “Masters” turnir açıq elan olunmuşdur.

Yarışda 42 ölkədən 300-dən çox idmançı iştirak edir.

Təntənəli açılış mərasimindən sonra final görüşləri başlamışdır.

AzərTAc

15 yanvar 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

217

Bakıda “World Masters” beynəlxalq turniri başa çatdı

Bakı, 17 yanvar (AzərTAc). Bakıda reytinq xalları verən “World Masters” seriyasından ikinci beynəlxalq

turnir başa çatmışdır.

İki gün davam edən turnirdə 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparmışdır. “Sərhədçi”

Olimpiya İdman Mərkəzində iki dəfə Azərbaycanın dövlət himni səsləndirilmiş, dörd dəfə bayrağımız

ucalmışdır. Azərbaycan idmançılarının uğurlu çıxışları ilə yaddaqalan mübarizələr bir daha sübut edir ki, onlar

bütün idman növlərində olduğu kimi, cüdoda da ən güclülər sırasındadırlar. Təsadüfi deyildir ki, idmançılarımız

bu gərgin yarışda komanda hesabında 3-cü yeri tutmuşlar.

Gərgin mübarizə şəraitində davam edən turnirdə idmançılarımızın qazandığı 4 medalın ikisi qızıl, ikisi

bürünc. Fəxri kürsünün yüksək pilləsinə 81 kq-da Elnur Məmmədli və 90 kq-da Elxan Məmmədov qalxmışlar.

Bürünc medallara isə İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) sahib olmuşlar.

Digər çəkilərdə qızıl mükafatları Yaponiya, Rusiya, Özbəkistan, Monqolustan, Koreya, Portuqaliya və Fransa

cüdoçuları qazanmışlar.

Bakı turnirinin mükafat fondu 200 min ABŞ dolları idi. Turnirin qaliblərinə 6 min dollar verilmişdir və

onların dünya reytinq vərəqlərinə 400 xal hesablanacaqdır. Gümüş mükafatçıların hər biri 4 min dollar və 240

xal, bürünc mükafatçılar 2 min dollar və 160 reytinq xalı almışlar.

AzərTAc

17 yanvar 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

218

Azərbaycan cüdoçuları Avropa kuboku yarışlarında 16 medal qazanmışlar

Bakı, 23 mart (AzərTAc). Antalyada yeniyetmələr arasında keçirilən Avropa kuboku yarışlarında

Azərbaycan cüdoçuları 16 medal qazanmışlar. Azərbaycan Cüdo Federasiyasından AzərTAc-a verilən

məlumata görə, finalda komanda yoldaşı Elbrus Zamanova qalib gəlmiş İsgəndər Talışınski (55 kq) birinci yeri

tutmuşdur. Bu çəki dərəcəsində bürünc medalın sahibi də həmyerlimiz Əlfani Qardaşxanzadə olmuşdur.

Öz çəki dərəcələrində Sadiq Məhərrəmov (50 kq), Eşqin Məmmədov (60 kq) və Cəlil Şükürov (90 kq) gümüş,

Nəzakət Məhərrəmova (48 kq), Fəridə Həsənxanova, Əfsanə Hüseynova ( hər ikisi 52 kq), Mirsədi Həsənli,

Cavidan Ümüdov (hər ikisi 50 kq), Rəşad Rufullayev (60 kq), İslam Abdurəhimzadə ( 66 kq), Firuddin Dadaşov

(73 kq), Qurban Qurbanov (81 kq) və Zaur Hüseynli (90 kq-dan artıq) isə bürünc medal qazanmışlar.

AzərTAc

23 mart 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

219

Azərbaycan cüdoçusu Elnur Məmmədli ikiqat Avropa çempionu adını qazanmışdır

Bakı, 22 aprel (AzərTAc). Türkiyənin İstanbul şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.

AzərTAc xəbər verir ki, aprelin 22-də - yarışın ikinci günü 81 kiloqram çəki dərəcəsində mübarizə aparan

Azərbaycan idmançısı Elnur Məmmədli Pavlos Qkraklov (Yunanıstan), Srjan Mrvaljeviç (Monteneqro), Murat

Xabaçirov (Rusiya), Tomislav Maryanoviç (Xorvatiya) və Allen Şmitti (Fransa) məğlub edərək finala

yüksəlmişdir.

Həlledici görüşdə Olimpiya çempionumuzun rəqibi Moldova cüdoçusu Sergey Toma olmuşdur.

E.Məmmədli rəqibi üzərində inamlı qələbə qazanaraq ikiqat Avropa çempionu adını qazanmışdır.

AzərTAc

22 aprel 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

220

Azərbaycan millisi dünya çempionatını lisenziya sayında dördüncü yerdə

bitirmişdir

Bakı, 20 sentyabr (AzərTAc). İstanbulda keçirilən güləş üzrə dünya çempionatında yekunlar

müəyyənləşmişdir. Azərbaycan millisi başa çatan dünya çempionatını lisenziya sayında dördüncü yerdə

bitirmişdir.

Belə ki, bu dünya çempionatında qarşıdan gələn London Olimpiadasına 108 lisenziya oynanılmışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan yığmasının üzvləri bunlardan yeddisinə sahib çıxmışlar.

Xatırladaq ki, idmançılarımızdan Rövşən Bayramov (55 kq) və Şərif Şərifov (84 kq) həm qızıl medal,

həm də London Olimpiadasına lisenziya qazanmışlar. 84 kq-da yarışan Saman Təhmasibi Londona vəsiqə əldə

etmişdir. 48 kq-da yarışan Mariya Stadnik həm lisenziya, həm də gümüş medal qazanmışdır. Patimat

Baqomedova ilə (51 kq) Sona Əhmədli (59 kq) isə bürünc medalla kifayətlənmişlər (bu çəki dərəcələri

Olimpiya Oyunlarına daxil deyil). Çempionatın son günündə isə, Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74

kq) və Cəmaləddin Məhəmmədov (120 kq) həm lisenziya, həm də bürünc medal qazanmışlar. Ümumilikdə

yığmamız 2 qızıl, 1 gümüş və 5 medal və 7 lisenziya əldə etmişlər.

Bu göstəricisinə görə, yığmamız Rusiya (12), Qazaxıstan və ABŞ-dan (hər ikisi 9) geri qalmışdır. İran isə

yığmamız kimi məhz 7 lisenziyaya sahib çıxmışdır. Bütövlükdə isə, 108 lisenziya 32 ölkə arasında

bölünmüşdür.

AzərTAc

20 sentyabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

221

Cüdo üzrə Dünya Kuboku yarışlarının təntənəli açılış mərasimi olmuşdur

Bakı, 8 oktyabr (AzərTAc). AzərTAc xəbər verir ki, oktyabrın 8-də “Sərhədçi” İdman Olimpiya

Mərkəzində 2012-ci il London Yay Olimpiyadasına lisenziya xarakterli cüdo üzrə kişilər arasında Dünya

Kuboku yarışlarının təntənəli açılış mərasimi olmuşdur.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda

idmanın sürətlə inkişaf etdiyini vurğulamışdır. O bildirmişdir ki, dövlət başçısı, Azərbaycan Milli Olimpiya

Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Bu

gün Azərbaycanda bir çox idman növləri inkişaf edir və sevindirici haldır ki, bu sırada cüdo xüsusi yer tutur.

Yüksək nəticələrin davamı kimi bu il də Azərbaycan cüdoçuları beynəlxalq yarışlarda böyük uğurlar

qazanmışlar. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı

diləyirəm.

Azərbaycan Cüdo federasiyasının prezidenti Füzuli Ələkbərov Londonda Yay Olimpiya oyunlarına

lisenziya xalları verən cüdo üzrə Dünya Kubokunun iştirakçılarını salamlamış və bu mötəbər turnirin təşkilini

ölkəmizə etibar etdiyinə görə Avropa Cüdo Federasiyasının rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

F.Ələkbərov demişdir: “Azərbaycanda cüdo geniş yayılan idman növlərindən biridir. Azərbaycan öz

müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının artırılması

sayəsində cüdoçularımız rəsmi beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə etməyə başlamışlar. Dövlət

başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının məntiqi

nəticəsi olaraq son illər ölkəmizin paytaxtı dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Əminəm ki,

cüdo üzrə Dünya Kuboku da yüksək səviyyədə keçiriləcək, yarışlar ədalətli idman mübarizəsi şəraitində

keçəcək, qonaqlarımız ölkəmizdən xoş təəssüratla ayrılacaqlar. Bu beynəlxalq turnir cüdoçularımız üçün

London Olimpiadasına lisenziyaların veriləcəyi baxımından böyük əhəmiyyət daşıyır”. F.Ələkbərov yarışı açıq

elan etmişdir.

Beynəlxalq turnirin təntənəli açılış mərasimi bədii hissə ilə davam etmişdir.

AzərTAc

8 oktyabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

222

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlamışdır

Bakı, 22 fevral (AzərTAc). Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlamışdır.

AzərTAc xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində keçirilən Qran-pri turnirinin yekununa əsasən

müəyyənləşən siyahı Azərbaycan cüdoçuları üçün uğursuz olmamışdır.

Belə ki, Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev (60 kq), Elmar Qasımov (100 kq) və

Kifayət Qasımova (57 kq) yarışda mükafatçılar sırasında yer almasalar da, rəqiblərinin geriləməsi səbəbindən

hərəsi 1 pillə irəliləmişdir. Onlar müvafiq olaraq, 10-cu, 36-cı və 13-cü yerlərə yüksəlmişlər.

Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq) və Ramilə Yusubova (63 kq) əvvəlki siyahıda olduğu kimi

yenə müvafiq olaraq, 14-cü, 3-cü və 15-cidir.

Qran-pridə iştirak etməyən Elxan Rəcəbli (81 kq) və Almaniyada 5-ci olan Elxan Məmmədov (90 kq) isə

hərəyə 1 pillə geriləmişlər. Bunlardan birincisi 27-ci, ikincisi 12-ci yerə düşmüşdür.

Reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London

Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.

AzərTAc

22 fevral 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

223

Kamran Məmmədov güləş üzrə yığmamıza London Yay Olimpiya Oyunlarına

doqquzuncu lisenziyanı qazandırmışdır

Bakı, 22 aprel (AzərTAc). Bolqarıstanın paytaxtı Sofiyada keçirilən və Olimpiya Oyunlarına vəsiqə verən

güləş üzrə Avropa təsnifat turnirində güləşçilərimiz daha bir lisenziya qazanmışlar.

Azərbaycan Güləş Federasiyasından AzərTAc-a bildirmişlər ki, yığmamızın hesabına bu lisenziyanı 60

kq çəkidə dərəcəsində yunan-Roma güləşçisi Kamran Məmmədov qazandırmışdır.

K.Məmmədov ardıcıl olaraq Belarus, Norveç və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırmış və

finala yüksəlmişdir. Bununla da o, Olimpiya lisenziyasını təmin etmişdir. Finalda isə finlandiyalı rəqibi

üzərində inamlı qələbə qazanaraq turniri qalib kimi tamamlamışdır.

Digər yunan-Roma güləşçimiz Vitali Rəhimov (66 kq) isə turnirin bürünc medalını qazanmışdır.

Beləliklə, bu günədək güləşçilərimiz Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına 9 lisenziya

qazanmışlar.

AzərTAc

22 aprel 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

224

Cüdo üzrə Azərbaycan yığması Avropa Kubokunda bürünc medal qazanmışdır

Bakı, 21 may (AzərTAc). Cüdo üzrə Azərbaycan yığması Kiyevdə gənclər arasında “Tatami üzərində

fırtına” devizi altında keçirilən Avropa Kubokunda bir bürünc medal qazanmışdır.

AzərTAc Azərbaycan Cüdo Federsiyasına istinadla xəbər verir ki, bu medalı 60 kq çəki dərəcəsində çıxış

edən İsgəndər Talışınski qazanmışdır. O, ilk görüşdə ukraynalı Dmitri Yevdoşenkoya, sonra isə Belarus

nümayəndəsi Pavel Qladkixə qalib gəlmişdir.

Dörddə bir finalda cüdoçumuz gürcüstanlı Vaja Marqelaşviliyə uduzmuş, lakin təsəlli görüşlərini uğurlu

keçirmişdir. İ.Talışinski Ukraynalı Daman Saqalova qalib gəlmiş, bilavasitə üçüncü yer uğrunda görüşdə isə

rusiyalı Maruf Zakirovu məğlub edərək bürünc medal qazanmışdır.

Xatırladaq ki, bu yarışlarda 18 ölkədən 400-ə yaxın idmançı iştirak etmişdir.

AzərTAc

21 may 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

225

Avropa çempionatından qayıtmış gənc cüdoçularla görüş keçirilmişdir

Oktyabrın 2-də əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti

Füzuli Ələkbərov Xorvatiyanın Porec şəhərində keçirilən gənclər arasında Avropa çempionatında iştirak etmiş

cüdoçularımızla

Bakı, 2 oktyabr (AzərTAc). Oktyabrın 2-də əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo

Federasiyasının prezidenti Füzuli Ələkbərov Xorvatiyanın Porec şəhərində keçirilən gənclər arasında Avropa

çempionatında iştirak etmiş cüdoçularımızla və onların məşqçiləri ilə görüşmüşdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a

bildirmişlər ki, görüşdə F.Ələkbərov Azərbaycanda idmanla bağlı dövlət siyasətinin formalaşması və

güclənməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlər göstərdiyini, hazırda bu siyasətin Prezident İlham

Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmişdir.

Vurğulanmışdır ki, idmana göstərilən davamlı diqqət və qayğıya cavab olaraq Azərbaycan idmançıları, o

cümlədən milli cüdo məktəbinin yetirmələri Avropa və dünya səviyyəli turnirlərdə ölkəmizə qələbələr

qazandırırlar.

Görüşdə gənc cüdoçuların qeyd edilən Avropa birinciliyindəki çıxışları, habelə növbəti turnirlərə hazırlıq

vəziyyəti müzakirə olunmuşdur. Həmçinin, cüdo idman növünün kütləviliyinin artırılması, xüsusən bölgələrdə

yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi işlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.

AzərTAc

2 oktyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

226

Beynəlxalq Сüdo Federasiyası noyabr ayı üçün yeni reytinq cədvəlini açıqlamışdır

Bakı, 12 noyabr (AzərTAc). Beynəlxalq Сüdo Federasiyası noyabr ayı üçün yeni reytinq cədvəlini

açıqlamışdır.

AzərTAc xəbər verir ki, yeni cədvəldə Azərbaycan millisinin üzvlərindən Qran-prinin son qalibi Nicat

Şıxəlizadə (66 kq) irəliləmişdir. O, 26-cı yerə yüksəlmişdir.

Təmsilçilərimizdən ən yaxşı nəticə isə Olimpiya çempionu Elnur Məmmədliyə (81 kq) məxsusdur. Belə

ki, cüdoçumuz 4-cü pillədə qərarlaşmışdır. İlqar Müşkiyev (60 kq) və Kifayət Qasımova (57 kq) da ilk onluqda

yer almışlar. Onlar müvafiq olaraq 8-ci və 10-cu yerdədirlər.

Digər cüdoçularımıza gəlincə, Tərlan Kərimov (66 kq) 18-ci, Rüstəm Orucov (73 kq) 17-ci, Elxan

Məmmədov (90 kq) 11-ci, Elmar Qasımov (100 kq) 22-ci və Ramilə Yusubova (63 kq) 17-ci pillədə qərarlaşıb.

AzərTAc

12 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

227

Gəncəli cüdoçular Türkiyədə keçirilən beynəlxalq yarışda dörd medal qazanmışlar

Gəncə, 22 noyabr (AzərTAc). Gəncə cüdoçuları Türkiyənin Ankara şəhərində “Bir millət, iki dövlət”

devizi altında keçirilən beynəlxalq cüdo yarışlarında uğurla çıxış etmişlər.

Yeniyetmələr arasında keçirilən bu turnirdə Azərbaycanı Gəncədəki 1 nömrəli uşaq-gənclər idman

məktəbinin idmançıları təmsil etmişlər.

AzərTAc xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda 10 nəfərlik heyətlə çıxış edən

Gəncə cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olmuşlar.

Qaliblərə turnirin medalları və qiymətli hədiyyələr təqdim olunmuşdur.

AzərTAc

22 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

228

Azərbaycan cüdoçuları dünya çempionatında uğurla çıxış edirlər

Bakı, 23 oktyabr (AzərTAc). Oktyabrın 23-dən 27-dək Sloveniyanın Lyublyana şəhərində gənclər

arasında cüdo üzrə dünya çempionatı keçirilir.

AzərTAc xəbər verir ki, dünya birinciliyinin ilk günündə Azərbaycanın dörd cüdoçusu çıxış edir.

55 kq çəki dərəcəsində Azərbaycanı iki atletimiz təmsil edir. Mehman Sadıxov ilk görüşdə qazaxıstanlı Jaksılık

Mussurmanovu, sonra isə koreyalı Ja Yenq Çini məğlub etmişdir. Dörddə bir finalda fransız Vinsent Mankvestə

məğlub olmuş M.Sadıxov indi təsəlliverici görüşlər keçirməlidir. Bu mərhələdə onun ilk rəqibi bolqarıstanlı

Valentin Alipiyev olacaqdır.

Davud Məmmədov əvvəlcə Rusiya nümayəndəsi Pavel Poltorakı, sonra qazaxıstanlı Assiljan

Seydualini üstələyərək dörddə bir finala çıxmışdır. Mehman Sadıxov kimi Davud da bu mərhələdə uduzmuşdur:

onu venesuelalı Armando Maite məğlub etmişdir. Lakin D.Məmmədov təsəlli döyüşlərini davam etdirmək

hüququnu itirməmişdir. İndi onun növbəti rəqibi gürcüstanlı Leri Çelidze olacaqdır.

60 kq çəki dərəcəsində Oruc Vəlizadə ilk görüşdə belçikalı Adlan Kaçikayevə, sonra ekvadorlu Lenin

Presiadoya qalib gəlmişdir. Növbəti rəqibi ermənistanlı Narek Karapetyana da qalib gəlmiş Vəlizadə dörddə bir

finalda monqolustanlı Byambasuren Daşiaçili üstələyərək yarımfinala çıxmışdır. Burada onun rəqibi koreyalı

Baul An olacaqdır.

Digər idmançımız Rəşad Rufullayev isə ilk görüşdə polşalı rəqibi Patrik Vavrıçekə uduzmuşdur.

AzərTAc

23 oktyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

229

Azərbaycan cüdoçusu Sloveniyada keçirilmiş beynəlxalq turnirdə qızıl medal qazanmışdır

Bakı, 18 noyabr (AzərTAc). Sloveniyada gənclər arasında cüdo üzrə beynəlxalq turnir keçirilmişdir.

AzərATc xəbər verir ki, yarışda 55 kiloqram çəki dərəcəsində mübarizə aparmış Azərbaycan cüdoçusu Natiq

Qurbanlı qızıl medal qazanmışdır.

Həlledici görüşdə slovakiyalı Martik Loçkini məğlub edən cüdoçumuz fəxri kürsünün ən yüksək

pilləsinə qalxmışdır.

AzərTAc

18 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

230

“Bakı-2015” ilk Avropa Oyunlarının cüdo proqramına salınmış paralimpiya yarışlarında

Azərbaycanı iki idmançı təmsil edəcək

Bakı, 5 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

“Bakı-2015” ilk Avropa Oyunlarının cüdo proqramına salınmış paralimpiya yarışlarında Azərbaycanı

iki idmançı təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi

nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

İ.Rəhimov bildirib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları çox mühüm hadisədir. “Bakı-2015”

Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın səyi nəticəsində oyunların cüdo

yarışlarının proqramına paralimpiya yarışları da salınıb. Həmin proqramda iki çəki üzrə qadınlar və kişilər

mübarizə aparacaqlar. Qadınlar 57 kiloqrama qədər, kişilər 100 kq-dan yuxarı çəki dərəcələrində mübarizə

aparacaqlar. Yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Bu yarışlar ümumi cüdo oyunları çərçivəsində

keçiriləcək. Hər çəkidə 10-dan çox idmançı Avropa ölkələrini təmsil edəcək. Demək olar ki, bu yarışda ən güclü

idmançılar mübarizə aparacaqlar. Bizim ölkəmizi isə qadınlar arasında son dünya çempionatının gümüş

mükafatçısı Səbinə Abdullayeva təmsil edəcək.

Paralimpiya Komitəsinin prezidenti bildirib ki, Afina və Pekin Paralimpiya Oyunlarında iki qızıl medal,

London Paralimpiya Oyunlarında isə bürünc medal qazanmış Azərbaycan idmançısı İlham Zəkiyev isə

kişilərdən ibarət yarışda 100 kq-dan yuxarı çəkidə çıxış edəcək. Çox gərgin yarış gözlənilir. Bizim isə

məqsədimiz yarışda qızıl medal qazanmaqdır.

AZƏRTAC

5 dekabr 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

231

Paralimpiyaçı cüdoçularımız dünya kuboku yarışlarının ilk günündə iki medal qazanıblar

Bakı, 21 fevral, AZƏRTAC

Macarıstanın Eger şəhərində paralimpiyaçı cüdoçular arasında dünya kuboku yarışlarının ilk günü

Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 73 kiloqram çəki dərəcəsində

mübarizə aparan cüdoçumuz Ramil Qasımov bütün rəqiblərinə qalib gələrək dünya kuboku yarışlarının qalibi

olub.

Milli komandamızın üzvü Səbinə Abdullayeva (57 kq) final görüşündə məğlub olaraq gümüş medalla

kifayətlənib.

AZƏRTAC

21 fevral 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

232

Azərbaycan cüdoçularından Samsun Qran-prisində üç medal

Bakı, 29 mart, AZƏRTAC

Samsunda cüdo üzrə beynəlxalq Qran-pri yarışlarının sonuncu günündə - martın 29-da milli

komandamızın üzvü Elmar Qasımov (100 kq) qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, cüdoçumuz Serbiya, Türkiyə, İran və Rusiya idmançılarına qalib gələrək

finala yüksəlib. E.Qasımov həlledici görüşdə almaniyalı Karl-Rihard Freydi məğlub edərək fəxri kürsünün ən

yüksək pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan millisi Samsun Qran-pri yarışlarını 2 qızıl (Rüstəm Orucov, 73 kq) və 1 gümüş

(Orxan Səfərov, 60 kq) medalla başa vurub.

AZƏRTAC

29 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

233

Beynəlxalq Cüdo Federasiyası Olimpiya reytinq cədvəlini açıqlayıb

Bakı, 6 yanvar, AZƏRTAC

Beynəlxalq Cüdo Federasiyası Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının lisenziyaları

uğrunda mübarizə aparan idmançıların bütün xallarını və nəticələrini hesablayaraq yeni reytinq cədvəlini

açıqlayıb.

AZƏRTAC xəbər verir ki, cari statistik göstəricilərə görə, “Neftçi İdman Klubu”nun cüdoçuları

Olimpiya Oyunlarında iştirak etməyə iddialıdırlar.

Altmış kiloqram çəki dərəcəsində lisenziya uğrunda Orxan Səfərov və İlqar Muşkiyev mübarizə

aparırlar. Aktivində 923 xal olan O.Səfərov təsnifatda on birinci yeri tutur. Əbu-Dabidə keçirilən “Böyük

dəbilqə” turnirindəki qələbəsi 2015-ci ildə O.Səfərovun ən yaxşı nəticəsi olub. Bu turnir ona 250 xal qazandırıb.

İ.Muşkiyev (774 xal) isə on beşinci yerdədir. Çindao Qran-pri yarışlarında qələbəsi ona əlavə 300 xal

qazandırıb. Olimpiya təsnifatının mayda başa çatacağını nəzərə alsaq, hər bir start idmançılar üçün müəyyən

əhəmiyyət daşıyacaq.

Nicat Şixəlizadə (66 kq) 1012 xalla səkkizinci pillədə qərarlaşıb. O, Rio Olimpiadasında iştirakını

faktiki olaraq təmin edib. Cüdoçunun hesabında on iki nəticə var. Ən son uğuru Çindao Qran-pri yarışlarında

qazandığı qələbə olub. Rüstəm Orucov (73 kq) hazırda 1522 xalla ikinci yerdə qərarlaşıb. Reytinq cədvəlində

Koreya Respublikasından olan Çan-Qrim Anu liderlik edir. Cüdoçumuzun reytinq xalı qazanması baxımından

ən böyük nəticəsi Parisdə təşkil olunan “Böyük dəbilqə” turnirində qazandığı gümüş medaldır. Bu medal onun

aktivinə yüz xal əlavə edib.

Azərbaycan yığmasının idmançıları arasında 81 kiloqram çəki dərəcəsində ən yaxşı nəticə klubun digər

yetirməsi Əbdülhəq Rəsulluya (57-ci pillə) məxsusdur. O, hələlik lisenziya uğrunda mübarizədən uzaqdır.

Amma Məmmədəli Mehdiyev (90 kq) Rio Olimpiadasında iştirak etməyə ümid bəsləyə bilər. Onun 31-ci

mövqeyi keçid pillə sayılır, çünki irəlidə ölkələrin hər birindən bir neçə idmançı var.

Elmar Qasımov 100 kiloqram çəki dərəcəsində reytinq cədvəlində ikincidir. İdmançımız Tokioda

keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanaraq mövsümü major notda bitirib. Onun aktivində

1758 xal var. E.Qasımovu on doqquzuncu yerə yüksələn və Olimpiadaya iddialı olan klubun digər cüdoçusu

Elxan Məmmədov (668 xal) ilə rəqabət gözləyir.

AZƏRTAC

6 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

234

Azərbaycan millisi Kubada keçirilən cüdo üzrə yarışda 59 ölkə arasında 2-ci yeri tutub

Bakı, 25 yanvar, AZƏRTAC

Kubada keçirilən cüdo üzrə Qran-pri yarışları Azərbaycan milli komandası üçün uğurlu olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan cüdoçuları Havanada qazandığı 3 medal sayəsində bu mötəbər

yarışda iştirak edən 59 ölkə arasında 2-ci yeri tutublar. Yalnız kişilərin yarışında mübarizə aparan millimizi

komanda hesabında Rusiya cüdoçuları qabaqlayıb.

Qeyd edək ki, Kuba Qran-prisində Azərbaycan milli komandasının üzvləri - Rüstəm Orucov qızıl,

Orxan Səfərov və Elxan Məmmədov isə bürünc medala sahib olublar.

AZƏRTAC

25 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

235

Varşavada Avropa çempionatında tarix yazan Azərbaycan cüdoçuları Bakıya qayıdıblar

Bakı, 25 aprel, AZƏRTAC

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatında uğura imza atmış cüdoçularımız artıq

Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, mötəbər turnirdə 2 qızıl, 3 bürünc medal qazanan və medalların əyyarına görə,

kişilərin komanda hesabında ikinci olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda

Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların

ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında Hidayət Heydərov (73 kq), Elxan Məmmədov (100 kq) qızıl, Orxan

Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medala sahib olublar.

Azərbaycan cüdoçusu Hidayət Heydərov isə Avropanın “Ən yaxşı gənc cüdoçu”su mükafatına layiq

görülüb.

AZƏRTAC

2017, 25 aprel

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

236

Taekvando

Bakıda taekvondo üzrə Avropa Olimpiya lisenziya turnirinin təntənəli açılış mərasimi.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində olmuşdur

Fevralın 21-də Bakı İdman Sarayında taekvondo üzrə Avropa Olimpiya lisenziya turnirinin təntənəli açılışı

olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Salona toplaşanlar dövlətimizin

başçısını alqışlarla qarşıladılar.

İdman marşının sədaları altında gənc taekvondoçular iştirakçı komandaların adları yazılmış plakatlarla

salona daxil oldular.

Xatırladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Taekvondo

Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Avropanın 39 ölkəsindən 268 idmançı mübarizə aparır.

Avropanın ən yaxşı komandası sayılan Azərbaycan yığmasını turnirdə 2001-ci ilin dünya çempionu

Niyaməddin Paşayev (68 kq), habelə Aygün Əliyeva (49 kq), Aynurə Məmmədova (57 kq) təmsil edirlər.

Turnirin şərtlərinə görə hər çəki dərəcəsində üç olimpiya lisenziyası verilir.

Turnirin iştirakçıları adından Aygün Əliyeva və Niyaməddin Paşayev Dünya Taekvondo Federasiyasının

prinsiplərinə sadiqlik andını oxudular. Hakimlər kollegiyasının üzvləri də bu cür and oxudular.

Sonra turnir iştirakçılarını salamlamaq üçün Azərbaycan Taekvondo Federasiyasının prezidenti

KƏMALƏDDİN HEYDƏROVA söz verildi. O, belə mötəbər idman yarışının - Avropa lisenziya turnirinin

məhz Azərbaycan paytaxtında keçirilməsinin ölkəmizin ictimai və idman həyatında böyük əhəmiyyəti olduğunu

vurğuladı. Bildirdi ki, bu təsadüfi deyildir, çünki ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyə

ikinci dəfə gəldikdən sonra digər sahələrlə yanaşı, gənclər arasında idmanın inkişafına da həmişə böyük diqqət

yetirirdi. İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başladığı 1997-ci ildən etibarən

Azərbaycanda idmanın inkişafı daha böyük vüsət almışdır. Federasiyanın başçısı vurğuladı ki, indi təkcə Bakıda

deyil, bütün bölgələrdə müasir idman qurğuları, idman sarayları istifadəyə verilir. Kəmaləddin Heydərov

Prezident Heydər Əliyevin "sağlam bədəndə sağlam ruh olar" kəlamını xatırladaraq dedi ki, gənclər, idmançılar

üçün bu cür şəraiti məhz ümummilli liderimiz yaratmışdır. Turnir iştirakçıları dövlətimizin ölkədə idmana necə

böyük qayğı göstərdiyini öz gözləri ilə görüb yəqin edəcəklər. Məsələn, ötən il Bakıda Taekvondo sarayı

istifadəyə verilmişdir.

Federasiyanın başçısı turnirin iştirakçılarına uğurlar arzuladı.

Sonra Dünya Taekvondo Federasiyasının prezidenti SUN CEY PARK çıxış edərək, Azərbaycan Prezidenti

İlham Əliyevə turnirin açılış mərasimində iştirakına görə təşəkkürünü bildirdi. O dedi ki, Azərbaycanda

taekvondonun inkişaf səviyyəsi region ölkələri üçün nümunə olmalıdır. Federasiyanın başçısı qonaqpərvərliyə

və yaxşı hazırlığa görə turnirin təşkilatçılarına təşəkkür etdi. O, turnir iştirakçılarını və hakimlər kollegiyasının

üzvlərini salamladı. Cənab Park Bakı turnirinin əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu, Olimpiya oyunları

qarşısında sonuncu lisenziya turniridir.

Gənclər, idman və turizm naziri ƏBÜLFƏZ QARAYEV turnirin iştirakçılarını və qonaqlarını salamlayaraq,

bu turnirin Bakıda keçirilməsi qərarına görə Dünya Taekvondo Federasiyasına Azərbaycan hökuməti, Milli

Olimpiya Komitəsi adından təşəkkürünü bildirdi. O, mərasim iştirakçılarını əmin etdi ki, Azərbaycanda bütün

beynəlxalq yarışlar yüksək səviyyədə keçiriləcəkdir. Ölkəmizdə qadınlar arasında voleybol üzrə lisenziya turniri

təşkil edilmişdir, indi taekvondo turniri keçirilir, apreldə isə boks turniri olacaqdır. Nazir göstərilmiş etimada

görə Beynəlxalq Olimpiya Komitəsinə MOK adından təşəkkür etdi, idmançılara uğurlu çıxışlar arzuladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi. Turnir açıq elan olundu.

K. Heydərov turnirin iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə və Dünya Taekvondo

Federasiyasının prezidenti Sun Cey Parka xatirə paketləri təqdim etdi.

Dövlət Rəqs Ansamblının üzvləri "Odlar yurdu" rəqsini ifa etdilər, sonra gənc taekvondoçuların nümunəvi

çıxışları oldu.

Azərbaycan Milli Olimpiya Komitəsinin himni səsləndi.

Turnirin ilk günü yarışlar dörd çəki dərəcəsində keçirilmişdir.

Qadınlar arasında 57 kq çəki dərəcəsində yarışlara 15 idmançı başlamışdır. Birinci görüşdə Azərbaycan

idmançısı Aynurə Məmmədova Macarıstan taekvondoçusu Mama Qala qalib gəlmişdir. Lakin növbəti görüşdə

A. Məmmədova Polşa idmançısı Aleksandra Usçinskayaya məğlub olmuşdur. Nəticədə Sonya Reyes (İspaniya),

Rita İvanova (Rusiya) və Aleksandra Usçinskaya müvafiq surətdə 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, olimpiya

lisenziyaları qazanmışlar.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

237

Kişilər arasında 58 kiloqram çəki dərəcəsində yerlər belə bölüşdürülmüşdür: birinci yer - Seyfulla

Məhəmmədov (Rusiya), ikinci yer - Raul Qrin (İngiltərə), üçüncü yer - Aleksandr Şapoşnik (Ukrayna).

Qadınlar arasında 67 kq-dan yuxarı çəki dərəcəsində birinci yeri - Nataşa Vezmar (Xorvatiya), ikinci yeri -

Sarah Stivenson (İngiltərə), üçüncü yeri - Rase Laurense (Belçika) tutmuşdur.

68 kq çəki dərəcəsində ölkəmizi 2001-ci ilin dünya çempionu Niyaməddin Paşayev təmsil etmişdir.

Azərbaycan idmançısı ilk iki rəqibini nokautla məğlub etmişdir. Sonra o, daha iki görüşdə qalib gəlmiş, finalda

isə açıq-aşkar üstünlüyə malik olduğu üçün rəqibi görüşü dayandırmışdır. Bu çəki dərəcəsində ikinci yerə

Tuncay Çalışqan (Avstriya), üçüncü yerə isə Jesper Rousen (Danimarka) çıxmışdır. Turnirin qaydalarına görə,

ilk üç yeri tutmuş idmançılar 2004-cü ilin yayında Afinada keçiriləcək Olimpiya oyunlarına vəsiqələr almışlar.

Fevralın 22-də turnirdə dörd çəki dərəcəsində 12 lisenziya uğrunda mübarizə aparılacaqdır.

23. 02. 2004

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

238

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Taekvondo Federasiyasının Prezidenti

Çanqvon Çunu qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Prezident sarayında Ümumdünya

Taekvondo Federasiyasının Prezidenti Çanqvon Çunu qəbul etmişdir.

Respublikamıza ötən səfərindən keçən dövr ərzində ölkəmizdə daha da böyük inkişafın əldə edildiyinin

şahidi olduğunu söyləyən qonaq Azərbaycanın idman sahəsində də böyük uğurlar qazandığını bildirdi. Cənab

Çanqvon Çu Prezident İlham Əliyevin ümumiyyətlə ölkədə idmanın, o cümlədən taekvondonun inkişafına

göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı Ümumdünya Taekvondo Federasiyasının Prezidentinin Azərbaycana səfərinin

ölkəmizin idman sahəsində beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu

qeyd etdi. Azərbaycanda idmanın, o cümlədən taekvondonun inkişafına hər cür kömək göstərildiyini bildirən

Prezident İlham Əliyev ölkə rəhbərliyinin bundan sonra da bu sahədə səylərini əsirgəməyəcəyini vurğuladı.

AzərTAc

04 Dekabr, 2006

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

239

Taekvondo üzrə yığmamızın aktivi 10 medalla zənginləşdi

İsveçin Trelleborq şəhərində taekvondo üzrə keçirilən A kateqoriylı beynəlxalq turnirə bugünlərdə

yekun vurulub. Yığmamızın üzvləri bu yarışda uğurla çıxış edərək 5 medala (1 qızıl, 2 gümüş, 2 bürünc) sahib

çıxıblar. Yığmanın baş məşqçisi Ələkbər İmaməliyevdən aldığımız məlumata görə, ən yüksək nəticəni 63-kq-da

döyüşən Günay Ağakişiyeva əldə edib. Dünya çempionatının bürünc mükafatçısı Elnur Amanov (58 kq) fəxri

kürsünün ikinci pilləsində yer alıb. Yığmamızın digər üzvü Fərid Tağızadə (67 kq) də yalnız finalda məğlub

olaraq, gümüş medala yiyələnib. Allahşükür Zülfüqarlı (78 kq) və Aydın Bəhməlov (84 kq) isə bürünc medalla

kifayətləniblər. Xatırladaq ki, bundan əvvəl keçirilən analoji turnirdən taekvondoçularımızın qazancı 2 qızıl, 2

gümüş, 3 bürünc medal olmuşdu.

Bu arada İranın paytaxtı Tehranda keçirilən ənənəvi Fəcr turnirindən iki taekvondoçumuzun - İlkin

Şahbazov (67 kq) və Rövşən Məmmədovun (62 kq) müvafiq olaraq, gümüş və bürünc medal qazanmaları

barədə məlumat vermişdik. Yarışların növbəti günü xanım taekvondoçularımız yığmamızın aktivini daha 3

medalla zənginləşdiriblər. Belə ki, Günay Qarayeva (59 kq) və Yelena Abbasova (67 kq) bütün rəqiblərini

üstələyərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. 55 kq-da tatami üzərinə çıxan Nigar Hacıyeva isə

üçüncü olub. Qeyd edək ki, fevralın son günlərində taekvondoçularımızı respublika çempionatı gözləyir.

Ölkənin ən güclülərinin müəyyənləşəcəyi yarışda Pekin-2008-ə lisenziya qazanmış Rəşad Əhmədovdan başqa,

yığmanın bütün aparıcı üzvləri də iştirak edəcəklər. Yığmanın formalaşacaq yeni heyəti martın

8-9-da Almaniyada təşkil ediləcək A kateqoriyalı beynəlxalq turnirə yollanacaq. Əlavə edək ki, tatami

ustalarımız apreldə İtaliyada keçiriləcək Avropa çempionatında da qüvvələrini sınayacaqlar.

“Olimpiya dünyası”, 15-18 fevral 2008-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

240

Bakıda taekvondo üzrə komandalararası Avropa Kuboku yarışlarının

təntənəli açılış mərasimi keçirilmişdir

Bakı, 30 oktyabr (AzərTAc). Oktyabrın 30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində komandalararası

taekvondo üzrə Avropa Kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə Avropa Taekvondo Birliyinin (ETU) prezidenti Atanasios Proqalos,

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini

İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz İsmayılzadə və digər rəsmi

şəxslər iştirak etmişlər.

On iki ölkə təmsilçilərinin zala daxil olmasından və taekvondo himninin səsləndirilməsindən sonra

rəsmi hissə başlamışdır.

Kəmaləddin Heydərov Azərbaycanda beynəlxalq yarışların keçirilməsinin ənənə halı aldığını və

respublikamızın idman ölkəsi kimi tanındığını vurğulayaraq demişdir: “Neçə gündür ki, dünya idman

ictimaiyyətinin diqqəti Bakıya yönəlmişdir. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu da dövlət

səviyyəsində idmana göstərilən diqqət və qayğının əyani sübutudur. İnanıram ki, bu yarışda idmançılar

əzmkarlıq nümayiş etdirəcəklər. Belə mötəbər yarışların ölkəmizdə təşkilinə etimad göstərdiyi üçün ETU

prezidentinə təşəkkür edirəm”.

İsmayıl İsmayılov yarış iştirakçılarına uğurlar arzulamışdır. O demişdir: “Hər birimizə yaxşı məlumdur

ki, ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən taekvondonun inkişafı üçün dövlət tərəfindən hərtərəfli

şərait yaradılmışdır. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin taekvondoya dövlət səviyyəsində

diqqətinin və qayğısının göstəricisidir. Son zamanlar Azərbaycan idmançılarının dünya və Avropa

çempionatlarından medallarla qayıtmaları çox sevindirici haldır”.

Atanasios Proqalos taekvondonun bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayıldığını

bildirmişdir. Bakıda keçirilən Avropa Kubokunun təşkilinin, bu qədər idmançı və məşqçilərin tədbirdə

iştirakının buna əyani misal olduğunu vurğulamışdır. ETU prezidenti yüksək təşkilatçılığa görə, Azərbaycan

Taekvondo Federasiyasına təşəkkürünü bildirmişdir.

Kəmaləddin Heydərov və Atanasios Proqalos xatirə hədiyyələrini mübadilə etmişlər.

Açılış andiçmə mərasimi ilə davam etdirilmişdir. İdmançılar adından Azərbaycan taekvondoçuları

Ramil Əzizov və Nigar Hacıyeva, hakimlər adından isə Ramal Kamalov və gürcüstanlı Mariya Merkuri and

içmişlər.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Avropa Kuboku yarışı açıq elan edilmişdir.

Tədbir bədii hissə ilə davam etdirilmişdir.

AzərTAc

30 oktyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

241

Bakıda taekvondo üzrə lisenziyalı turnirin keçirilməsi vaxtı müəyyənləşmişdir

Bakı, 5 noyabr (AzərTAc). Azərbaycanın paytaxtında gələn il keçiriləcək taekvondo üzrə lisenziyalı

turnirin müddəti müəyyənləşmişdir.

Yarışlar gələn il iyulun 16-da başlayacaq və iyulun 19-da yekunlaşacaqdır. London Olimpiadasına 8

çəki dərəcəsinin hərəsindən 3 mükafatçı lisenziya alacaqdır. Olimpiya oyunlarında ölkə üzrə maksimum kvota 2

kişi və 2 qadın nəzərdə tutulmuşdur.

AzərTAc

5 noyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

242

Beynəlxalq turnirdə Azərbaycan taekvondoçuları 8 medal qazanmışlar

Bakı, 7 fevral (AzərTAc). Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo üzrə seçmə komandası

İsveçdən 8 medalla qayıdır. Dünya Taekvondo Federasiyası (WTF) və Avropa Taekvondo Birliyinin (ETU) “A”

dərəcəli XX “Trelleborq Open” beynəlxalq turnirinin bu yaş qrupu üzrə yarışlarında ilk dəfə iştirak edən

idmançılarımız 3 qızıl, 2 gümüş və 3 bürünc mükafat qazanmışlar. Yarışın bir final görüşü (33 kq) Azərbaycan

taekvondoçuları arasında olmuşdur.

Azərbaycan Taekvondo Federasiyasından AzərTAc-a bildirmişlər ki, qızıl medallara Anar Mehdiyev (33

kq), Babək Əjdərli (37 kq) və Aliyə Zeynalova (29 kq) sahib olmuşlar. Tağı Tağızadə (33 kq) ilə Leyla

Cəfərova (33 kq) isə gümüş medal qazanmışlar. Uğurla çıxış edən digər taekvondoçularımız Mahmud Həsənov

(41 kq), Nicat Fərəcov (53 kq) və Mirxanım Ağayeva (41 kq) 3-cü yeri tutmuşlar.

Qeyd edək ki, ənənəvi turnirdə bu dəfə 41 ölkədən 150 komandanın heyətində 1000-dən artıq idmançı

mübarizə aparmışdır.

AzərTAc

7 fevral 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

243

Azərbaycan taekondoçuları növbəti beynəlxalq yarışda uğurla çıxış etmişlər

Bakı, 26 fevral (AzərTAc). Azərbaycan taekvondoçuları növbəti beynəlxalq yarışda uğurla çıxış etmişlər.

AzərTAc xəbər verir ki, ölkəmizin yaşlı idmançılardan ibarət olan yığma komandası İranın Urmiyyə şəhərində

keçirilən 23-cü ənənəvi “Fəcr” turnirində iştirak etmişdir. Azərbaycanın idman şərəfini respublikanın əməkdar

məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi ilə 16 taekvondoçu qoruyurdu.

63 kq çəki dərəcəsində çıxış edən Rövşən Məmmədov daha yaxşı nəticə göstərmişdir. Həlledici döyüşdə

yerli idmançı Yasin Əkbərnataca uduzan R.Məmmədov gümüş medal qazanmışdır. Ziya Qaslmov (63 kq),

Namaz Heydərov və Ceyhun Həsənli (hər ikisi 87 kq çəki dərəcəsində çıxış edir) bürünc medallara sahib

olmuşlar.

Ümumi komanda hesabında Azərbaycan yığması yalnız İran komandasından geri qalaraq ikinci yeri

tutmuşdur. Xatırladaq ki, hakimlər arasında beynəlxalq dərəcəli arbitr Etibar İbrahimov da vardı.

AzərTAc

26 fevral 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

244

Azərbaycanlı taekvondoçu Ramin Əzizov Almaniya açıq çempionatının

bürünc medalını qazanmışdır

Bakı, 14 mart (AzərTAc). Beynəlxalq Taekvondo Federasiyasının himayəsi altında Hamburqda IV açıq

Almaniya çempionatı keçirilmişdir. “A” dərəcəli bu reytinq turnirində Ələkbər İmaməliyevin rəhbərliyi altında

Azərbaycan yığmasının 21 idmançısı iştirak etmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan taekvondoçusu Ramin Əzizov (80 kq) turnirin bürünc mükafatçısı

olmuşdur. Aaron Kuk (Böyük Britaniya), Vitali Kolas (Belarus), Məhəmməd Elxətri (Norveç) və Cəsur

Baykuziyevi (Özbəkistan) məğlubiyyətə uğratdıqdan sonra o, yarımfinalda İran təmsilçisi Abdollahi

Abdollahiyə uduzmuşdur. Həmin çəkidə qalib İran taekvondoçusu olmuşdur.

Azərbaycan yığması ümumkomanda hesabında 51 ölkə arasında Litva, Belçika, Qazaxıstan, Norveç və

İsveçlə 23-28-ci yerləri bölüşmüşdür. Rusiya komandası birinci, xorvatlar ikinci, alman taekvondoçuları isə

üçüncü yeri tutmuşlar.

AzərTAc

14 mart 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

245

Azərbaycan taekvondoçuları Las-Veqasda keçirilən “US Open” turnirində

5 medal qazanmışlar

Bakı, 25 fevral (AzərTAc). Azərbaycan taekvondoçuları Las-Veqasda ABŞ-ın açıq çempionatında (“US

Open”) uğurla iştirak etmişlər.

AzərTAc xəbər verir ki, turnirdə idmançılarımız 4 gümüş, 1 bürünc medala sahib olmuşlar.

London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Ramin Əzizov (80 kq) zədə səbəbindən final

döyüşünə çıxa bilməmişdir. Millimizin daha bir üzvü İlkin Şahbazov (74 kq) da yarışdan gümüş medalla

ayrılmışdır.

Qadın taekvondoçularımızdan Xəyalə Quliyeva (46 kq) və Fəridə Əzizova (67 kq) ikinci yeri tutmuşlar.

Fariz Əliyev (74 kq) isə yarımfinalda qələbəni əldən verməklə bürüncə sahib olmuşdur.

Səbinə Mikayılova (62 kq) isə mübarizəni 1\4 finalda dayandırmalı olmuşdur. Bundan başqa, Azərbaycan

millisi turnirin ən mübariz komandası mükafatına da layiq görülmüşdür.

WTF-in “G2” kateqoriyalı bu yarışında qaliblərə 20, finalçılara 12, bürünc mükafatçılara isə 8 reytinq xalı

verilmişdir.

Milli komandamızın üzvləri fevralın 27-də Vətənə dönəcəklər.

AzərTAc

25 fevral 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

246

Azərbaycan taekvondoçuları Türkiyədə keçirilmiş beynəlxalq turnirdə

beş medal qazanmışlar

Bakı, 6 noyabr (AzərTAc). Türkiyədə müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirdə iştirak edən

Azərbaycan taekvondoçuları 5 medal qazanmışlar.

Azərbaycan Taekvondo Federasiyasından AzərTAc-a bildirmişlər ki, “Neftçi” İdman Sağlamlıq

Mərkəzinin idmançıları 2 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olmuşlar.

Məşqçi Etibar İbrahimovun yetirmələrindən Anar Aslanov (39 kq) və Təranə Məmmədova (49 kq) fəxri

kürsünün ən yüksək pilləsinə qalxmışlar. Vüsal Namazov (68 kq) və Nərminə Məmmədova (49 kq) gümüş

medal qazanmışlar. Samir Novruzov (58 kq) isə turniri üçüncü pillədə başa vurmuşdur.

Beynəlxalq turnirində yerli taekvondoçularla yanaşı, Azərbaycan, İran və Gürcüstandan olan 160-dan artıq

idmançı 16 çəki dərəcəsində mübarizə aparmışdır.

AzərTAc

6 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

247

Azərbaycan taekvondoçuları İsveçrədə keçirilmiş beynəlxalq turnirdə

dörd medal qazanmışlar

Bakı, 12 noyabr (AzərTAc). Azərbaycan taekvondoçuları İsveçrənin Lozanna şəhərində keçirilmiş açıq

çempionatda iştirak etmişlər.

AzərTAc xəbər verir ki, olimpiya çəki dərəcələrində keçirilən mötəbər yarışda 1 qızıl, 2 gümüş və 1

bürünc medal qazanan idmançılarımız kişilər arasında ümumi komanda hesabında birinci olmuşlar.

Turnirdə Ramin Əzizova (80 kq) qızıl, Elvin Məmmədov (80 kq), Fariz Əliyev (68 kq) və Günay

Ağakişiyeva (57 kq) bürünc medal qazanmışlar. Azərbaycan taekvondoçuları ilk dəfədir ki, “A” kateqoriyalı

turnirdə kişilər arasında belə yüksək nəticə göstərirlər.

Baş məşqçi, respublikanın Əməkdar Məşqçisi Ələkbər İmaməliyev və Əməkdar Məşqçi Gündüz

Abdullayevin rəhbərlik etdiyi milli komandamız Vətənə noyabrın 13-də dönəcəkdir.

AzərTAc

12 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

248

Azərbaycan parataekvondoçuları Arubada keçirilmiş dünya çempionatında

15 medal qazanmışlar

Bakı, 23 noyabr (AzərTAc). Arubanın Santa-Kruz şəhərində keçirilmiş dünya çempionatında

Azərbaycanın parataekvondo üzrə milli komandası 15 medal qazanmışdır.

AzərTAc xəbər verir ki, çempionatda 14 ölkədən 53 idmançı birincilik uğrunda mübarizə aparmışdır.

On iki final görüşü keçirən Azərbaycan idmançılarından Emil Nüsrəddinov (A6, 58 kq), Nicat Müslümov (A6,

68 kq), Hüseyn Həsənov (A8, 80 kq), Vüsal İsmayılov (A6, 80 kq), Vüqar Adışirinov (A8, 80 kq-dan yuxarı) və

Aynur Məmmədova (A8, 57 kq) qızıl medal qazanmışlar.

Gümüş mükafata Namiq Abbasov (A5, 58 kq), Rövşən Qəhrəmanlı (A8, 58 kq), Anar Hüseynov (A5, 68

kq), Rövşən Rzayev (A8, 80 kq), Cahangir Bayramov (A8, 80 kq-dan yuxarı) və Röyalə Fətəliyeva (A8, 49 kq)

sahib olmuşlar.

Yarışda Mahmud Səmədov (A8, 68 kq), Əbülfəz Abuzərli (A8, 68 kq) və Aleksandr Polişuk (A6, 80 kq)

isə üçüncü yeri tutmuşlar.

Azərbaycan idmançılarının bu uğuru Dünya Taekvondo Federasiyasının rəsmi internet səhifəsində geniş

işıqlandırılmışdır.

AzərTAc

23 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

249

Azərbaycan taekvondoçuları “Paris Open” açıq beynəlxalq turnirində

iştirak edəcəklər

Bakı, 27 noyabr (AzərTAc). Azərbaycan taekvondoçuları 2012-ci ilin son beynəlxalq turnirində iştirak

etmək üçün noyabrın 29-da Parisə yollanacaqlar.

Azərbaycan Taekvondo Federasiyasından AzərTAc-a bildirmişlər ki, baş məşqçi Məmməd Abdullayevin

rəhbərliyi altında gənclərdən ibarət seçmə komandanın 5 üzvü Fransanın paytaxtında keçiriləcək “Paris Open”

açıq beynəlxalq turnirində iştirak edəcəkdir.

Dekabrın 1-2-də keçiriləcək yarışda idmançılarımızdan Babək Əjdərli (48 kq), Əli Axundov (55 kq),

Ayxan Tağızadə (63 kq), Səid Quliyev (73 kq) və Elnur Məhərrəmov (73 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Turnir olimpiya çəki dərəcələrində keçiriləcəkdir.

AzərTAc

27 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

250

Taekvondo üzrə yığma komandamız gənclər arasında XIX Avropa birinciliyində

beş medal qazanmışdır

Bakı, 30 sentyabr (AzərTAc). Portuqaliyanın Portu şəhərində taekvondo üzrə gənclər arasında XIX

Avropa birinciliyi başa çatmışdır.

Azərbaycan Taekvondo Federasiyasından AzərTAc-a bildirmişlər ki, Azərbaycanın gənclərdən ibarət

yığma komanda, baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun başçılığı altında 13

idmançı birincilikdə iştirak etmişdir.

İdmançılarımız yarışdan bir qızıl, bir gümüş və üç bürünc medalla vətənə dönmüşlər.

Komandanın üzvlərindən Məhəmməd Məmmədov (55 kq) qızıl, Ayxan Tağızadə (63 kq) gümüş, Tapdıq

Ələkbərov (68 kq),Yusif Hüseynli (59 kq) və Elnur Məhərrəmov (78 kq) isə bürünc medala layiq görülmüşlər.

AzərTAc

30 sentyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

251

Azərbaycan taekvondoçusu dünya reytinq siyahısında liderliyini davam etdirir

Bakı, 4 noyabr (AzərTAc). Taekvondo üzrə Azərbaycan milli komandasının üzvü Ramin Əzizov (80

kq) açıqlanmış yeni dünya reytinq siyahısında da liderliyini davam etdirir.

AzərTAc xəbər verir ki, idmançımızın hesabında 160 xal vardır. Bu, onun gələn ay İngiltərənin

Mançester şəhərində keçiriləcək Qran-pri yarışında iştirakına imkan verir.

İngiltərədə təşkil olunacaq yarışa digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) da yollana bilər. O,

dünya sıralamasında 100 xalla 11-cidir.

AzərTAc

4 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

252

Bakıda taekvondo üzrə yeniyetmələr arasında birinci dünya çempionatının təntənəli

açılış mərasimi keçirilib

İyulun 24-də Bakıda, Milli Gimnastika Arenasında yeniyetmələr arasında taekvondo üzrə birinci

dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Əvvəlcə idmançılar və hakimlər meydana dəvət

olunublar.Meydana iştirakçı ölkələrin və Dünya Taekvondo Federasiyasının bayraqları gətirilib.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti

Kəmaləddin Heydərov çıxış edərək respublikamızda idman sahəsinin inkişafına göstərilən dövlət qayğısından

danışıb. Bildirib ki, bu gün Azərbaycanda idman yüksəliş dövrünü yaşayır. Azərbaycan dünyada yüksək inkişaf

etmiş idman ölkəsi kimi tanınır.

K.Heydərov deyib ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu idman siyasəti hazırda

dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məhz bu siyasətin nəticəsində idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edir. Bu siyasət nəticəsində

Azərbaycan idman ölkəsi kimi şöhrət qazanıb. Ölkəmizdə beynəlxalq idman yarışlarının təşkili artıq ənənə

halını alıb.

Azərbaycanın dünyada irimiqyaslı idman yarışlarına uğurla ev sahibliyi edən ölkə kimi tanındığını

vurğulayan K.Heydərov cari ilin aprelində Bakıda taekvondo üzrə Avropa çempionatının keçirilməsini və

“Bakı-2015” birinci Avropa Oyunlarını bunun nəticəsi olduğunu vurğulayıb. O, dünya çempionatının

Azərbaycanda keçirilməsi ilə bağlı ölkəmizə göstərdiyi etimada görə Dünya Taekvondo Federasiyasının

rəhbərliyinə minnətdarlıq etdi.

K.Heydərov bütün idmançılara və komandalara yarışda iştirak etdikləri üçün təşəkkürünü bildirib və uğurlar

arzulayıb.

Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço dünya teakvondo ailəsini bu mötəbər yarış

münasibətilə təbrik edib, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.

Federasiya prezidenti ölkəmizdə idman siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd edib ki, Azərbaycanda keçirilən bu dünya çempionatı gənc taekvondoçulara peşəkar idmana başlamaq

və yüksək səviyyəli yarışlara hazırlaşmaq üçün mühüm təcrübə qazandıracaq. Gənc idmançılar üçün dünya

səviyyəsində çempionat təşkil etdiyimiz üçün məmnunam. Yeniyetmələr arasında birinci dünya çempionatının

keçirilməsi qərarı 2013-cü ilin iyununda qəbul olunub və ilk şəhər kimi Bakı seçilib. Yarışların məqsədi

yeniyetmələrin bacarıqlarının artırılması və onlar arasında dünya çempionatının keçirilməsinin gələcəkdə

ənənəyə çevrilməsidir. Bakı artıq yüksək səviyyəli idman tədbirlərinin keçirildiyi şəhərə çevrilib. Dünya

Taekvondo Federasiyası belə tədbirləri dəstəkləyir. O, yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan

dövlətinə minnətdarlıq edib.

Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxışında bildirib ki, qədim və zəngin

idman ənənələri olan Azərbaycanda idman və Olimpiya hərəkatını inkişaf etdirmək üçün geniş imkanlar vardır.

Nazir müavini ulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın inkişafındakı xidmətlərindən danışıb, Azərbaycan

Prezidentinin diqqət və qayğısı nəticəsində bu sahənin inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki,

Azərbaycanda idmanın inkişafı ölkəmizi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Yarışın

Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın nümunəsidir. İ.İsmayılov Azərbaycanın ev

sahibliyi etdiyi idman yarışlarının beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Sonra Kəmaləddin Heydərova və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz

Hüseynzadəyə Dünya Taekvondo Federasiyasının mükafatları təqdim olunub. Bildirilib ki, Azərbaycanın

gənclər və idman naziri Azad Rəhimov taekvondo üzrə 5-ci Dan qara kəmərə layiq görülüb.

İdmançılar və hakimlər and içdikdən sonra çempionat açıq elan olunub və Azərbaycanın dövlət himni

səsləndirilib.

Tədbir xüsusi hazırlanmış şou, “Natiq” ritm qrupunun üzvlərinin iştirakı ilə konsert proqramı və Dünya

Taekvondo Federasiyasının seçmə komandasının nümunəvi çıxışları ilə davam edib.

Çempionatda 65-ə yaxın ölkədən 600-dək taekvondoçu birincilik uğrunda mübarizə aparır. 14 yaşadək

taekvondoçular arasında keçirilən oyunları beynəlxalq dərəcəli 60-dək hakim idarə edir.

Turnirə iyulun 24-də start verilib. Dörd gün davam edəcək yarışa taekvondo üzrə yeniyetmələrdən ibarət

Azərbaycan milli komandası 18 idmançı ilə qatılıb.

“Xalq qəzeti”.-2014.-25 iyul.-N 158.-S.4.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

253

Birinci Avropa Oyunlarının proqramına daxil olan taekvondo yarışlarında 128 idmançı iştirak

edəcək

Bakı, 14 fevral, AZƏRTAC

Birinci Avropa Oyunlarının taekvondo yarışları “Bakı Kristal Hall”da, dörd çəki kateqoriyasında

keçiriləcək. Dörd yarış günündə (iyunun 16-19-da) ümumilikdə 128 kişi və qadın idmançı birincilik uğrunda

mübarizə aparacaq. Hər çəki kateqoriyası üzrə Dünya Taekvondo Federasiyasının Olimpiya reytinq siyahısında

ilk 14 yeri tutan idmançılar turnirə birbaşa vəsiqə qazanırlar. Həmçinin yarışlara ev sahibliyi edən ölkəyə bir yer

verilir. Bundan başqa, təsnifat yarışlarında uğur qazana bilməyən ölkələrdən birinə də universallıq prinsiplərinə

əsasən Oyunlarda iştirak etmək üçün bir yer ayrılır. Təsnifat yerləri Dünya Taekvondo Federasiyasının olimpiya

reytinq sisteminə, yerli milli olimpiya komitəsi üçün ayrılan yerlərə və universallıq prinsiplərinə əsasən

müəyyən olunacaq.

AZƏRTAC xəbər verir ki, “Bakı-2015” birinci Avropa Oyunlarında taekvondoçular səkkiz çəki

dərəcəsində ümumilikdə 24 medal uğrunda yarışacaqlar. Kişilər 58, 68, 80 kiloqram və 80 kiloqramdan yuxarı,

qadınlar isə 49, 57, 67 kiloqram və 67 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

Döyüş hərəsi iki dəqiqə davam edən üç raunddan ibarət olacaq. Əgər yarış üç raunddan sonra heç-heçə

ilə başa çatarsa, əlavə olaraq dördüncü raund keçiriləcək. İlk xalı qazanan idmançı görüşün qalibi olacaq.

“Bakı-2015” Avropa Oyunlarında taekvondo yarışlarında xalların hesablanması üçün elektron baş və

bədən qoruyucularından istifadə olunacaq. Müasir texnologiya sayəsində hakimin xalın hesablanmasında iştirakı

maksimum səviyyədə məhdudlaşdırılır.

Qeyd edək ki, Bakı 2014-cü ilin iyununda yeniyetmələr arasında taekvondo üzrə birinci dünya

çempionatına ev sahibliyi edib. Bu yarış sayəsində 12-14 yaş arasındakı yeniyetmələr özlərini gələcək

müsabiqələrə beynəlxalq səviyyəli idmançı kimi hazırlamaq və dünya miqyasında yarışmaq fürsəti əldə ediblər.

Taekvondo idmanı ilk dəfə olaraq 2000-ci ildə Sidneydə keçirilmiş Olimpiya Oyunlarının proqramına

rəsmən daxil edilib. Son illərdə taekvondo daha da məşhurlaşıb və hazırda dünyada 100 milyondan çox insan bu

idman növü ilə məşğul olur.

AZƏRTAC

14 fevral 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

254

Azərbaycan taekvondoçusu Rusiyada keçirilən Avropa çempionatında gümüş medala layiq

görülüb

Bakı, 29 mart, AZƏRTAC

Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə ilk dəfə Olimpiya çəki

dərəcələri üzrə Avropa çempionatı keçirilib.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda ölkəmizi 4 çəki

dərəcəsində 7 taekvondoçu təmsil edib. İdmançılarımız mübarizəyə baş məşqçisi Reza Mehmandoust

Soumaehsaraeinin və böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə qatılıblar. Təmsilçilərimizdən Radik İsayev

(80 kq) qızıl medal uğrunda həlledici döyüşdə Rusiya təmsilçisi Vladislav Larinə məğlub olaraq gümüş medala

layiq görülüb.

Reytinq xarakterli “G1” kateqoriyalı Avropa çempionatında I, II və III yeri tutan idmançılar müvafiq

olaraq 10, 6 və 3,6 xal toplayırlar.

AZƏRTAC

29 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

255

İstanbulda keçirilən turnirdə Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımız Vətənə

qayıdıblar

Bakı, 19 yanvar, AZƏRTAC

İstanbulda keçirilən taekvondo üzrə lisenziya xarakterli Avropa təsnifat turnirində uğurla çıxış edərək

“Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılarımız Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda taekvondoçularımız - Fəridə

Əzizova, Milad Beigi Hərçəqanı və Patimat Abakarovanı azarkeşlər və Azərbaycan Taekvondo Federasiyasının

nümayəndələri qarşılayıblar.

Qazandıqları qələbəni Azərbaycan xalqına həsr etdiklərini söyləyən idmançılar yarışa çox ciddi

hazırlaşdıqlarını bildiriblər. Vurğulanıb ki, turnirdə həm lisenziya qazandığımız, həm də 3 qızıl medalla

ölkəmizə qayıtdığımız üçün böyük qürur və sevinc hissi keçiririk. Məşqlərimizi intensivləşdirib Braziliyada

keçiriləcək Yay Olimpiya Oyunlarında bu nailiyyətləri davam etdirməyə çalışacağıq.

Qeyd edək ki, milli komandanın lideri Radik İsayev 2015-ci ilin dekabrında Meksikadakı Qran-pri

turnirində Olimpiadaya iştirak hüququnu təmin etmişdi.

Beləliklə, Braziliyada təşkil ediləcək Olimpiadada ölkəmizi 4 taekvondoçumuz - Radik İsayev, Milad

Beigi Hərçəqanı, Fəridə Əzizova və Patimat Abakarova təmsil edəcəklər.

AZƏRTAC

19 yanvar 2016-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

256

Azərbaycan taekvondoçuları komandalararası dünya çempionatının yarımfınalında Türkiyə ilə

qarşılaşacaq

Bakı, 12 dekabr, Elşad Qəzvini, AZƏRTAC

Dekabrın 12-də Bakıda təşkil olunan taekvando üzrə komandalararası dünya çempionatının birinci

günündə qrup qarşılaşmaları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində iki gün davam edəcək yarışda həm

kişilər və həm də qadın taekvandoçular iki qrupda mübarizə aparırlar.

Azərbaycanın kişilərdən ibarət yığma komandasının heyətində Məhəmməd Məmmədov (-63 kq), Ayxan

Tağızadə, Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik

İsayev (+87 kq) dayanq üzərinə çıxıblar. “B” qrupunda ilk görüşdə Belçikanı məğlub edən (27:8)

idmançılarımız sonrakı döyüşdə ABŞ üzərində (42:4) böyük hesabla qələbə qazanaraq qrup birincisi kimi

yarımfinala adlayıblar. Dekabrın 13-də baş tutacaq yarımfinal görüşündə komandamız “A” qrupunun ikincisi

olan qardaş Türkiyə taekvandoçuları ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə “A” qrupunu lider

kimi başa vuran Koreya Respublikasının təmsilçiləri “B” qrupunun ikincisi Belçika ilə final mübarizə

aparacaqlar.

Qadın millimizin heyətində isə Azərbaycanı Safiye Polat (-49 kq), Zeyvi Kərimova və Gülhanım Yeşildal

( hər ikisi -57 kq), Yaprak Eriş (-62 kq), Melissa Paqnotta (-67 kq), Reşmiye Ooqink (-73 kq) təmsil ediblər.

Lakin komandamız yarımfinala yüksəlməyi bacarmayıb. Qrupun ilk görüşündə ABŞ-a qalib gələn seçməmiz

(11:6), sonrakı iki oyunda məğlub olub. Qadın taekvondoçularımız əvvəlcə Koreya Respublikasına (2:24), daha

sonra Türkiyəyə (1:11) uduzaraq turnirdə mübarizəni dayandırıblar. “B” qrupunun ikincisi olan Türkiyə yığması

“A” qrupunun birincisi Çin ilə üz-üzə gələcək. “B” qrupunda lider olan Koreya Respublikası isə yarımfinalda

“A” qrupunun ikincisi Rusiya ilə yarışacaq.

Çempionatın yarımfinal və final görüşləri, habelə mükafatlandırma mərasimi dekabrın 13-də keçiriləcək.

Bundan başqa, idmansevərlər çempionat çərçivəsində ilk dəfə kişi və qadın taekvandoçulardan ibarət qarışıq

heyətlər üzrə komandaların mübarizəsini də izləyə biləcəklər.

AZƏRTAC

2016, 12 dekabr

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

257

IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışında 40 ölkədən idmançının iştirakı

təsdiqlənib

Bakı, 8 fevral, AZƏRTAC

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışı mayın 16-18-də Bakı İdman Sarayında

keçiriləcək. Oyunlarda 40-dək ölkənin taekvando komandalarının iştirakı təsdiqlənib.

Bunu taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi Rəşad Əhmədov

“Bakı-2017”yə hazırlıqla bağlı AZƏRTAC-a müsahibəsində deyib.

R.Əhmədov deyib ki, ümumilikdə 300-ə yaxın kişi və qadın taekvandoçunun IV İslam Həmrəyliyi

Oyunlarında iştirak etməsi təsdiqlənib. Taekvando yarışında iştirak etmək istəyən müxtəlif ölkələrin

idmançılarının sayı getdikcə artır.

R.Əhmədov bildirib ki, Dünya Taekvando Federasiyasının (DTF) yarış cədvəlinə uyğun olaraq, fevralda

Türkiyədəki turnirdən sonra yığma komanda martda Hollandiyada və Belçikada keçiriləcək beynəlxalq

yarışlardan birinə qatılmağı planlaşdırır. Həmin turnirlərdə yüksək nəticə göstərən idmançılar ilin ən mühüm

yarışında - IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər. Biz məşqçilər çalışacağıq ki, “Bakı-2017”də

Azərbaycanı ən güclü idmançılarımız təmsil etsin. Bu Oyunlardan sonra ilin ən vacib yarışlarından biri iyunda

Koreya Respublikasında keçiriləcək taekvando üzrə dünya çempionatı olacaq.

Taekvando yarışlarında yeni qaydalarla bağlı danışan R.Əhmədov qeyd edib: “İdmanın bu növündə

xalların hesablanması, məşqçilərin döyüş vaxtı kart çıxarması ilə bağlı bəzi dəyişikliklər edilib. Yeni qaydalarla

bağlı federasiyanın baş hakimi ilə birgə iclas keçirmişik və idmançılarımız bu barədə məlumatlandırılıb.

Türkiyədəki turnirdə yığma komandamızın üzvləri qaydalara edilən dəyişikliklərlə tanış olacaqlar. Bu

qaydaların Azərbaycan idmançılarının xeyrinə olacağını düşünürəm”.

AZƏRTAC

2017, 8 fevral

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

258

Bodibildinq

Bakıda bodibildinq üzrə Avropa çempionatı.

Bakı-2001

Avropa çempionatının açılışına bir gün qalmış, mayın 5-də Azərbaycan Respublikası Milli Olimpiya

Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Bodibildinq Federasiyası prezidentinin məsul köməkçisi

Rafael Santoxanın (İspaniya), Beynəlxalq Bodibildinq Federasiyasının icraçı direktoru Pamella Kaqonun

(Kanada), Rusiyanın idman ləvazimatları istehsal edən ''Vasil'' firmasının direktoru Oleq Daqetyarın və NTV+

telekanalının redaktoru İqor Petruxinin daxil olduğu nümayəndə heyətini qəbul etdi.

Milli Olimpiya Komitəsinin prezidenti qonaqları salamladıqdan sonra bodibildinq federasiyasının rəhbərliyi

ilə iki il əvvəl Bakıda keçirdiyi görüşü xatırlatdı. O, qonaqların ötən səfəri zamanı Avropa Bodibildinq

Federasiyası ilə əməkdaşlığın güclənəcəyi haqqında fikirlərin artıq real həqiqətə çevrilməsindən və sabah

bodibildinq üzrə Avropa çempionatının şəhərimizdə start götürəcəyindən məmnun olduğunu bildirdi. İlham

Əliyev Avropa çempionatının Bakıda yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsinin gördüyü işlərin

təqdirə layiq olduğunu qeyd etdi, şəhərdə bu yarışa böyük maraq göstərildiyini qonaqların nəzərinə çatdırdı.

Səmimi və mehriban qəbula görə öz minnətdarlığını bildirən Rafael Santoxa Avropa çempionatının

keçirilməsi üçün bütün təşkilati işlərin yüksək səviyyədə yerinə yetirilməsini qeyd etdi. Çempionatın təşkili və

keçirilməsində Milli Olimpiya Komitəsinin iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirdi.

Mayın 6-da Respublika sarayında bodibildinq üzrə Avropa çempionatının final mərhələsinin yarışları

keçirildi. Yarışlar başlanmazdan əvvəl çempionatın təntənəli açılışı oldu. Azərbaycanın gənclər, idman və

turizm naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək idmançıları və tamaşaçıları səmimiyyətlə salamladı,

ölkəmizdə ilk dəfə bodibildinq üzrə Avropa çempionatının keçirilməsi münasibətilə onları təbrik etdi, yarış

iştirakçılarına uğurlar dilədi. Bu yarışın Bakıda keçirilməsinin əsas təşəbbüskarı olan Milli Olimpiya

Komitəsinin prezidenti İlham Əliyevə söz verildi. O, Azərbaycana gəlmiş bütün idmançıları və qonaqları

səmimiyyətlə salamladı idmançılara uğurlar arzuladı.

Beynəlxalq Bodibildinq Federasiyası prezidentinin icraçı köməkçisi Rafael Santoxa çempionatı açıq elan

etdi və bodibildinq üzrə Avropa çempionatının final mərhələsinin yarışları başlandı.

Çempionatda Avropanın 21 ölkəsindən - Azərbaycan, Belarus, İsveç, İtaliya, Gürcüstan, Litva, Moldova,

Polşa, Rumıniya, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya, Hollandiya və digər ölkələrdən 70

idmançı iştirak edirdi. Ölkəmiz müxtəlif çəki dərəcəsində 6 idmançı ilə təmsil olunurdu.

65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançıların yarışında Azərbaycan atleti Yalçın Məmmədov

Türkiyə, Xorvatiya, Polşa, İsveç, İtaliya və Almaniya nümayəndələrini arxada qoyaraq, qitə çempionatının

bürünc medalını qazandı. Birinci yerə isə slovakiyalı Vladimir Kristov çıxdı.

70 kiloqram çəki dərəcəsində mübarizə Çexiya nümayəndəsi Aleksandr Klierin qələbəsi ilə nəticələndi. Bu

çəki dərəcəsində Azərbaycan idmançısı Anatollu Məsimov dördüncü yeri tutdu.

75 kiloqram çəki dərəcəsində mübarizə daha maraqlı keçdi. Həmyerlimiz TaHir Faxrutdinov Ukrayna,

Rusiya, Çexiya, İsveç, İtaliya, Slovakiya, Fransa və Hollandiya atletlərində daha yaxşı nəticə göstərərək,

Avropa çempionatının qızıl medalını qazandı.

80 kiloqram çəki dərəcəsində rusiyalı Sergey Dmitriyev, 90 kiloqramadək çəkidə Slovakiya nümayəndəsi

Stefan Xavlik, çəkisi 90 kiloqramdan ağır olan idmançıların yarışında isə litvalı Rolandos Potsius Avropa

çempionu adını qazandılar.

Beləliklə, Azərbaycanda daha bir Avropa çempionatı başa çatdı. Yarışların yüksək səviyyədə təşkili və

keçirilməsi təşkilat komitəsinin üzvlərini, hakimləri, idmançıları, tamaşaçıları bir sözlə, hamını razı saldı.

Mayın 6-da Respublika Sarayında bodibildinq üzrə Avropa çempionatının final mərhələsinin yarışları

keçirilmişdir. Çempionatda Azərbaycan, Belarus, İsveç, İtaliya, Gürcüstan, Litva, Moldova, Polşa, Rumıniya,

Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Fransa, Çexiya, Hollandiya və digər Ölkələrdən 70 idmançı iştirak edirdi.

Ölkəmiz müxtəlif çəki dərəcələrində 6 idmançı ilə təmsil olunmuşdu. Avropa çempionatının açılış mərasimində

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci

vitse-prezidenti İlham Əliyev də iştirak edirdi.

Azərbaycanın İdman, Gənclər və Turizm naziri Əbülfəz Qarayev mərasimdə çıxış edərək idmançıları və

tamaşaçıları səmimiyyətlə salamladı, Ölkəmizdə ilk dəfə Avropa çempionatının keçirilməsi münasibətilə onları

təbrik etdi, yarış iştirakçılarına uğurlar dilədi. Son illər Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan

danışan natiq bu yarışın Bakıda keçirilməsinin əsas təşəbbüskarı olan Milli Olimpiya Komitəsinin prezidenti

İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirdi.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

259

Sonra Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevə söz

verildi.

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin

çıxışı

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Bu gün Azərbaycanın müasir idman tarixində çox əlamətdar bir gündür. Azərbaycanda bodibildinq üzrə

Avropa çempionatı keçirilir.

Mən sizin hamınızı, o cümlədən bu yarışlarda iştirak etmək üçün 21 ölkədən Azərbaycana gəlmiş bütün

idmançıları və qonaqları səmimi qəlbdən təbrik edirəm. Bodibildinq üzrə Avropa çempionatının Azərbaycanda

keçirilməsi bizi çox sevindirir. Bu, beynəlxalq və Avropa idman qurumları tərəfindən bizə göstərilən çox böyük

etimaddır. Bizim fəaliyyətimizə verilən çox böyük qiymətdir. Azərbaycan idmanı artıq beynəlxalq arenada öz

layiqli yerini tutubdur. Hesab edirəm ki, indiki çempionatın məhz Azərbaycanda keçirilməsi də buna əyani

sübutdur. Azərbaycanda Avropa və dünya səviyyəli müxtəlif yarışlar, çempionatlar keçirilib və gələcəkdə də

keçiriləcəkdir. Artıq yeniyetmələr arasında boks üzrə Avropa çempionatı keçirilmişdir. Bu ilin payızında

yeniyetmələr arasında dünya çempionatı, 2002-ci ildə yaşlılar arasında sərbəst güləş üzrə Avropa çempionatı

keçiriləcəkdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropanın və dünyanın idman mərkəzlərindən birinə

çevrilir. Əlbəttə ki, bu bizi çox sevindirir. Hesab edirəm ki, hər bir yarışdan sonra idman bölmələrinə müşahidə

olunan axın çox böyük hadisədir. Zənnimcə, bu çempionatdan sonra da Azərbaycanda bodibildinqlə məşğul

olmaq istəyən insanların sayı artacaqdır.

Bəzən bizə, Milli Olimpiya Komitəsinə sual verirlər ki, bəs, qeyri-olimpiya idman növlərinə münasibətiniz

necədir? Mən dəfələrlə bəyan etmişəm və bu gün bir daha demək istəyirəm ki, biz Azərbaycanda hər bir idman

növünün inkişafını istəyirik. Biz idman növləri arasında heç bir fərq qoymuruq. Olimpiya və yaxud qeyri-

olimpiya idman növlərinin hər biri bizim üçün əzizdir. Hər bir idmançı bizim üçün dəyərlidir, hər bir

idmançının qələbəsi bizim üçün vacibdir. Hesab edirəm ki, bugünkü yarış da bunu əyani şəkildə sübut edir.

Azərbaycan idmançıları Sidneydəki qələbəmizdən sonra Avropanın və dünyanın idman zirvələrini fəth

etməkdə davam edirlər.

Bilirsiniz ki, bu yaxınlarda bizim idmançılarımız çox böyük nailiyyətlər əldə etmişlər. Ağırlıqqaldırma üzrə

Avropa çempionatından üç idmançımız Vətənə medallarla qayıtmışdır. Biz dünən Milli Olimpiya Komitəsində

onları bu qələbə münasibətilə təbrik etdik. İstəyirəm ki, biz hamımız bir daha onları təbrik edək, onlara yeni-

yeni uğurlar arzulayaq. Üç idmançı ilə təmsil olunan Azərbaycan Vətənə üç medal gətirmişdir. Bir qızıl, bir

gümüş və bir bürünc medal. Hesab edirəm ki, bundan sonra da müxtəlif beynəlxalq yarışlarda, Avropa, dünya

çempionatında, gələcəkdə Afinada keçiriləcək olimpiadada Azərbaycanın dövlət bayrağı qaldırılacaq,

Azərbaycanın dövlət himni səslənəcəkdir.

Əziz dostlar!

Mən sizi, bir daha ürəkdən salamlayıram və bu çempionatda iştirak edən idmançılara uğurlar, qələbələr

arzulayıram. Sağ olun.

Beynəlxalq Bodibildinq Federasiyası prezidentinin icraçı köməkçisi Rafael Santonia Azərbaycanda idmanın

inkişafında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin əməyini yüksək qiymətləndirdi. Qonaq

ölkəmizin idmançılarına gələcək beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında,

Olimpiya oyunlarında uğurlar arzuladı.

Cənab Santonia Beynəlxalq Bodibildinq Federasiyasının xüsusi hədiyyəsini Milli Olimpiya Komitəsinin

prezidenti İlham Əliyevə təqdim etdi.

"Xalq qəzeti", 8 may 2001-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

260

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının

prezidenti Rafael Santonxani qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Prezident sarayında Beynəlxalq

Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rafael Santonxanı qəbul etmişdir.

Azərbaycan Prezidentinin idmanın inkişafındakı xidmətlərini yüksək qiymətləndirən qonaq, bu

istiqamətdə fəaliyyətinə görə dövlətimizin başçısına federasiyada təmsil olunan bütün ölkələr adından hörmət və

ehtiramını çatdırdı.

Daha sonra Rafael Santonxa Azərbaycan Prezidenti İlham Əliyevə Beynəlxalq Bodibildinq və Fitnes

Federasiyasının ordenini təqdim edərək dedi:

-Bu, təşkilatımızın yüksək ordenidir. Xatirimdədir ki, bir neçə il bundan əvvəl bu ordeni Beynəlxalq

Olimpiya Komitəsinin keçmiş prezidenti cənab Samarança təqdim etmişdim. O, mənim əziz dostumdur.

Ordenin üzərində yazılmış sözləri Sizə oxumaq istəyirəm: “Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri

cənab İlham Əliyev idman, fitnes və sağlam həyat tərzinin təşviqinə verdiyi beynəlxalq töhfəsinə görə

Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının yüksək ordeni ilə təltif olunur”. Cənab Prezident, bu yüksək

ordeni təqdim etməkdən böyük şərəf hissi duyuram.

Prezident İlham Əliyev qonağa təşəkkür edərək dedi:

-Çox sağ olun. Mənə bu cür yüksək ordenin verilməsinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu

ordenlə təltif olunmaq mənim üçün böyük şərəfdir. Mən bu ordeni Azərbaycanda idmanın təşviqi sahəsində

göstərdiyim xidmətlərin qiymətləndirilməsi kimi qəbul edirəm. Bu yay mənim Milli Olimpiya Komitəsinin

prezidenti kimi fəaliyyətimin onuncu ili olacaqdır. Biz Azərbaycanın hər bir regionunda idmanı inkişaf

etdirəcək, idmançılar hazırlayacaq, qurğular tikəcək, idmanı təşviq edəcəyik və olimpiya məsələlərini həll

edəcəyik. Bu ordeni almaqdan böyük şərəf hissi duyuram. Çox sağ olun.

AzərTAc

4 may 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

261

Bakıda Avropa Bodibildinq və Fitness Federasiyasının konqresi keçirilmişdir

AzərTAc xəbər verir ki, mayın 6-da “Park İnn - Azərbaycan” mehmanxanasında Avropa Bodibildinq və

Fitness Federasiyasının konqresi keçirilmişdir.

Beynəlxalq (İFBB) və Avropa (EBFF) Bodibildinq və Fitness Federasiyalarının prezidenti Rafael

Santoxa qitə çempionatının yüksək səviyyədə təşkil olunmasında göstərdiyi dəstəyə görə ölkə başçısı İlham

Əliyevə minnətdarlığını bildirərək demişdir: Dünyada bir neçə ölkə var ki, orada ölkə prezidentləri eyni

zamanda Milli Olimpiya Komitələrinə də başçılıq edirlər. Amma Azərbaycan yeganə ölkədir ki, burada Milli

Olimpiya Komitəsinin rəhbəri ölkə prezidenti olmuşdur.

Konqresdə bodibildinqin inkişafı, habelə növbəti çempionatlara hazırlığın gedişi və digər məsələlər

müzakirə olunmuşdur.

AzərTAc

6 may 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

262

Azərbaycan idmançıları Bakıda keçirilən bodibildinq üzrə 64-cü dünya çempionatında

3 medal qazanmışlar

Bakı, 7 noyabr (AzərTAc). Noyabrın 7-də Heydər Əliyev Sarayında kişilər arasında bodibildinq üzrə 64-

cü dünya çempionatının açılış mərasimi olmuşdur.

AzərTAc xəbər verir ki, çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, belə mötəbər

yarışın Azərbaycanda keçirilməsi əlamətdar bir hadisədir. Ölkəmizdə idmana böyük diqqət və qayğı vardır və

bunun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkə başçısı İlham Əliyevin Milli

Olimpiya Komitəsinə prezident seçilməsindən sonra Azərbaycanda olimpiya hərəkatı geniş vüsət almışdır.

Bodibildinq üzrə 3-cü yarışdır ki, Azərbaycan ev sahibliyi edir. Bundan əvvəl ölkəmizdə iki dəfə Avropa

çempionatı keçirilmişdir.

Beynəlxalq Bodibildinq Federasiyasının (İFBB) prezidenti Rafael Santoxa Azad Rəhimova beynəlxalq

idman qurumunun yüksək dərəcəli diplom və medalını təqdim etmişdir. Azərbaycan Bodibildinq

Federasiyasının prezidenti Rauf Bünyadəliyevə də İFBB-nin medalı verilmişdir.

Açılış mərasimi başa çatdıqdan sonra yarışın finalı başlamışdır.

Yarışda Azərbaycan idmançıları Həmid Reza Kəşani (90 kq) gümüş, Vüqar Verdiyev (85 kq) və Əhməd

Əlverdi (100 kq) bürünc medala sahib olmuşlar. Leonid İstomin (100 kq-dan yuxarı) 4-cü, İlyas Xələfov (80 kq)

isə 6-cı olmuşlar.

Digər çəki dərəcələrində Kyinq Mo Park (60 kq, Koreya), İlya Nazin (65 kq, Rusiya), Mahmut İrmak (70

kq, Türkiyə,) Əli Hüseyn Yasim (75 kq, Bəhreyn), Əhməd Əl Sədani (80 kq, Misir), Hacı Əl Bəluşi (85 kq,

Oman), Sami Əl Haddad (90 kq, Bəhreyn), Mohammed Turi (100 kq, Mərakeş) və Əhməd Hamuda (100 kq-dan

yuxarı, Misir) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Ümumi komanda hesabında Misir birinci, Koreya ikinci, Bəhreyn yığması isə üçüncü olmuşdur.

AzərTAc

7 noyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

263

Azərbaycan idmançısı Vüqar Verdiyev “Arnold Classic-2011” beynəlxalq festivalın

bürünc medalını qazanmışdır

Bakı, 12 mart (AzərTAc). Bodibildinq üzrə yarışlarda Azərbaycanın yeganə təmsilçisi Kolambus (Ohayo

ştatı, ABŞ) şəhərində keçirilmiş “Arnold Classic-2011” beynəlxalq festivalın mükafatçısı olmuşdur.

AzərTAc xəbər verir ki, Vüqar Verdiyev 85 kiloqram çəki dərəcəsində yarışlarda bürünc medal qazanmışdır.

AzərTAc

12 mart 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

264

Azərbaycan bodibilderləri Avropa çempionatında çıxış etmişlər

Bakı, 28 aprel (AzərTAc). Sankt-Peterburqda bodibildinq və fitnes üzrə VIII Avropa çempionatı

keçirilmişdir. AzərTAc xəbər verir ki, çempionatda Azərbaycanı Əhməd Alaverdi və Vüqar Verdiyev təmsil

etmişlər.

Azərbaycanlılarla yanaşı, qüvvələrini Rusiya, Ukrayna, Belarus, Moldova, Latviya, Litva və Estoniya

təmsilçiləri sınamışlar. Ümumən çempionatda 67 komanda iştirak etmişdir.

Ə.Alaverdi mütləq hesabda 10-cu yeri, V.Verdiyev 12-ci yeri tutmuşdur. Təəssüf ki, növbəti mərhələyə

yalnız ilk altı yeri tutan idmançılar keçmişdir.

AzərTAc

28 aprel 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

265

Azərbaycan idmançıları bodibildinq üzrə İrkutskda keçiriləcək beynəlxalq turnirdə

iştirak edəcəklər

Bakı, 4 avqust (AzərTAc). Azərbaycan idmançıları avqustun 5-dən 8-dək İrkutskda bodibildinq və fitnes

üzrə dördüncü beynəlxalq “Qran–pri Baykal” turnirində iştirak edəcəklər. Yarışda 7 yaşdan 40 yaşadək 120

idmançı mübarizə aparacaqdır.

Yalnız dünya, Avropa və ölkə çempionatlarında qalib və mükafatçı olmuş idmançıların iştirak edəcəyi

turnirin mükafat fondu 25 min ABŞ dollarıdır.

Azərbaycan idmançılarından başqa Rusiya, Litva, Estoniya, Ukrayna və Sloveniya təmsilçiləri də yarışda

iştirak etməyi qərara olmuşdur. Turnir Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB) qaydalarına

uyğun keçiriləcəkdir.

AzərTAc

4 avqust 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

266

Azərbaycan idmançısı Məhəmməd Paşayi bodibildinq üzrə 66-cı dünya çempionatında

gümüş medal qazanmışdır

Bakı, 14 noyabr (AzərTAc). Ekvadorun Quayakil şəhərində kişilər arasında bodibildinq üzrə 66-cı dünya

çempionatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, çempionatda baş məşqçi Rauf Bunyadəliyevin rəhbərliyi altında mübarizə aparan

idmançımız Məhəmməd Paşayi (90 kq) finala vəsiqə qazanmış və həlledici mərhələdə gümüş medal

qazanmışdır.

AzərTAc

14 niyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

267

Azərbaycan idmançıları bodibildinq üzrə İrkutskda keçiriləcək beynəlxalq turnirdə

iştirak edəcəklər

Bakı, 4 avqust (AzərTAc). Azərbaycan idmançıları avqustun 5-dən 8-dək İrkutskda bodibildinq və

fitnes üzrə dördüncü beynəlxalq “Qran–pri Baykal” turnirində iştirak edəcəklər. Yarışda 7 yaşdan 40 yaşadək

120 idmançı mübarizə aparacaqdır.

Yalnız dünya, Avropa və ölkə çempionatlarında qalib və mükafatçı olmuş idmançıların iştirak edəcəyi

turnirin mükafat fondu 25 min ABŞ dollarıdır.

Azərbaycan idmançılarından başqa Rusiya, Litva, Estoniya, Ukrayna və Sloveniya təmsilçiləri də

yarışda iştirak etməyi qərara olmuşdur. Turnir Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının (IFBB)

qaydalarına uyğun keçiriləcəkdir.

AzərTAc

4 avqust 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

268

Azərbaycan bodibildinqçiləri beynəlxalq turnirdə üç medal qazanıblar

Bakı, 29 sentyabr (AZƏRTAC). İspaniyanın paytaxtı Madriddə bodibildinq üzrə “Arnold Classic

Europe” turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi turnirdə üç medal qazanıb.

Milli komandamızın üzvü Məhəmməd Paşai 90 kiloqram çəki dərəcəsində və “Masters” turnirində

ardıcıl iki bürünc medal qazanıb.

Digər idmançımız Reza Zenatluda (100 kq) turniri üçünücü pillədə başa vurub.

AZƏRTAC

29 sentyabr 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

269

Klassik bodibildinq üzrə dünya çempionatında Azərbaycan millisi bir gümüş medal qazanıb

Bakı, 15 dekabr, AZƏRTAC

İspaniyada klassik bodibildinq üzrə dünya çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi çempionatda 1 gümüş medal qazanıb. Millimizin üzvü

Əli Əmrə boyu 180 santimetrədək olan idmançılar arasında ikinci olub.

Boyu 180 santimetrdən çox olan atletlərin yarışında isə idmançımız Kavek Cəzani yarışı beşinci pillədə

başa vurub.

AZƏRTAC

15 dekabr 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

270

Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası birinci Avropa Oyunlarının təşkilini yüksək

qiymətləndirib

Bakı, 24 iyun, AZƏRTAC

Beynəlxalq Bodibildinq və Fitnes Federasiyası Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının

təşkilini yüksək dəyərləndirib.

AZƏRTAC xəbər verir ki, federasiyanın rəsmi saytında birinci Avropa Oyunları çərçivəsində keçirilən

bodibildinq yarışları barədə məqalə yerləşdirilib. Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyi bildirilən

məqalədə Azərbaycan “cənnətin bir guşəsi” adlandırılıb. Ölkədəki qonaqpərvərliyi xüsusi qeyd edən müəllif

bodibildinq yarışlarının gedişindən yazaraq maraqlı fotosessiyaya da yer verib.

AZƏRTAC

24 iyun 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

271

Həndbol

Həndbol üzrə Beynəlxalq yarış başlandı

Mayın 7-də Əl Oyunları sarayında qadınlar arasında 2-ci həndbol üzrə keçirilən "Çağırış kuboku" yarışı

keçirildi. Komandamızdan başqa bu yarışda nüfuzlu kubok uğrunda Belçika, Gürcüstan, Macarıstan, İsrail,

Moldova yığma komandaları mübarizə aparacaqlar. Təntənəli açılış mərasimində Milli Olimpiya Komitəsinin

Prezidenti, millət vəkili İlham Əliyev iştirak edirdi. Sarayda Avropa həndbol federasiyasının bayrağı təntənəli

qaldırıldı.

Açılışda çıxış edən Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev MOK və nazirliyin adından

iştirakçıları yarışın başlanması münasibətilə təbrik etdi və Avropa Həndbol Federasiyasına həmin yarışın

Azərbaycanda keçirilməsinə qərar almasına görə öz minnətdarlığını bildirdi. Nazir həmin yarışın ölkəmizdə

həndbolun inkişaf olunmasına təkan olduğuna ümidvar olduğunu bildirdi.

Sonra Avropa həndbol federasiyasının icraçı komitəsinin üzvü Boris Makarov iştirakçılara müraciət etdi.

Daha sonra çıxış edən Azərbaycan həndbol federasiyasının prezidenti Heydər Babayevin sözlərinə görə

Avropa federasiyasının həmin yarışın Bakıda keçirilməsinə dair qəbul etdiyi qərarı Azərbaycan Prezidenti

Heydər Əliyevin rəhbərliyi altında keçirilən müdrik daxili və xarici siyasətinin nəticəsində əldə olunmuş sabit

ictimai-siyasi vəziyyətin olmasının daha bir sübutudur. Avropa və Azərbaycan həndbol federasiyasının adından

o, həmçinin MOK rəhbərliyinə yarışın keçirilməsində köməkçilik göstərməyinə görə öz minnətdarlığını bildirdi.

Azərbaycanın dövlət himni səsləndi.

Birinci matçda Gürcüstanın komandası Moldova yığma komandasını məğlub etdi. İkinci matçda isə

komandamız Belçika komandasını məğlub etdi. Sonra Macarıstan - İsrail matçı aparıldı.

08. 05. 2002

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

272

Həndbol üzrə Beynəlxalq Turnir.

Bakı, may 2002

Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli yarışlar artıq ənənə halını alıb. Son vaxtlar bir-birini əvəz edən

belə mötəbər turnirlər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini göstərir. Belə ki, may ayının 2-dən - 4-dək

Bakıda keçirilən sərbəst güləş üzrə 45-ci Avropa çempionatının iştirakçılarını yola salmamış, beş ölkənin

qadınlardan ibarət həndbol komandalarını qarşıladıq. Gürcüstan, Moldova, Yunanıstan, İsrail və Belçika

idmançıları Azərbaycan həndbolçularının da qatıldığı ikinci "Challenge Trophy" ("Çağırış kuboku") turnirində

iştirak etmək üçün paytaxtımıza gəldilər.

Xatırladaq ki, bu beynəlxalq yarış Avropa Həndbol Federasiyasının (AHF) yığma komandalar arasında

təşkil etdiyi iki mühüm turnirdən biridir. "Challenge Trophy" yə ilk onluqda təmsil oluna bilməyən, lakin

səviyyələrinə görə qitənin güclü yığmalarından heç də geri qalmayan komandalar qatılırlar. Qadınlar arasında

2000-ci ildən etibarən keçirilən bu turnirə ilk dəfə belçikalılar ev sahibliyi etmiş və yarışın qalibi olmuşlar.

Bakıda əsl bayram əhval-ruhiyyəsində keçən bu beynəlxalq yarışda isə Azərbaycan həndbolçuları turnirin

qalibi oldular. Kamandamıza qızıl medallar və turnirin fəxri mükafatı verildi.

Turnirin sonunda yarışlarda fərqlənən 7 ən yaxşı oyunçu elan olundu. Sevindiricidir ki, onlardan dördü -

Marina Cəfərova, Səbinə Babayeva, Olqa Polyakova və Nino Sevsevadze Azərbaycan həndbolçuları idi.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

273

Həndbol üzrə Azərbaycan yığmasının rəqibləri müəyyənləşmişdir

Bakı, 29 iyul (AzərTAc). Vyanada 2011-ci il dekabrın 3-18-də Braziliyada keçiriləcək qadınlar arasında

həndbol üzrə dünya çempionatının təsnifat mərhələsinin püşkatma mərasimi keçirilmişdir.

Püşkatmanın nəticələrinə görə, Azərbaycan yığması ilə yanaşı qrupda Yunanıstan, İsveçrə və Makedoniya milli

komandaları yer almışlar.

Dünya çempionatının final mərhələsinə artıq 5 komanda – Rusiya yığması, Avro-2010-un 3 ən yaxşı milli

komandası və Braziliya yığması (təşkilatçı ölkə) keçmişdir.

Yarışın təsnifat mərhələsində Avropa qitəsindən 17 yığma komanda iştirak edəcəkdir. Üç qrup 4

komandadan, biri isə 5 komandadan ibarət olacaqdır.

AzərTAc

29 iyul 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

274

Azərbaycanın həndbolçu qızları Çağırış Kuboku yarışlarında mübarizəni

dayandırmışlar

Bakı, 15 fevral (AzərTAc). Azərbaycanın qadınlardan ibarət “ABU” həndbol klubu Çelleng Kuboku

uğrunda yarışların 1/8 final matçlarını keçirmişdir.

Bu mərhələdə hər iki görüş Çexiyanın Pisek şəhərində olmuşdur. Bizim idmançıların rəqibləri yerli

“Sokol” komandası idi. Birinci görüşdə çexiyalı həndbolçular 33:29, ikinci görüşdə isə 35:26 hesabı ilə qalib

gəlmişlər. “ABU”-nun heyətində ən məhsuldar həndbolçu İranə Qasımova olmuşdur. O, 6 top vurmuşdur.

Beləliklə, Rəfiqə Şabanovanın yetirmələri Çağırış Kuboku uğrunda mübarizəni dayandırmışlar.

AzərTAc

15 fevral 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

275

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində

ilk oyununu keçirmişdir

Bakı, 4 oktyabr (AzərTAc). Qadın həndbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının

seçmə mərhələsində ilk oyununu keçirmişdir.

AzərTAc xəbər verir ki, dördüncü qrupda yer alan komandamız Türkiyə yığması ilə görüşmüşdür.

Ankarada Türkiyə Həndbol Federasiyasının idman salonunda keçirilən qarşılaşmada yığmamız məğlubiyyətlə

barışmışdır.

Matçın ilk hissəsində 7:16 hesabı ilə uduzan yığmamız fasilədən sonra da rəqibindən zəif təsir

bağışlamışdır – 19:35.

Qeyd edək ki, qrupumuzda Türkiyə ilə yanaşı, Portuqaliya millisi də yer almışdır.

AzərTAc

4 oktyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

276

Bakının ABU həndbol komandası Polşanın “Politexnika” kollektivi ilə qarşılaşacaqdır

Bakı, 20 noyabr (AzərTAc). Noyabrın 20-də qadın həndbolçular arasında Çellenc Kuboku yarışlarının

1/16 final mərhələsinin püşkatma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Avropa Həndbol Federasiyasının Avstriyanın paytaxtı Vyanada keçirilən

tədbirində Bakının ABU klubunun da rəqibi müəyyənləşmişdir.

Püşkatmanın nəticəsinə əsasən, Bakı kollektivi Polşanın “Politexnika” komandası ilə qarşılaşacaqdır. İlk

görüş Bakıda, cavab matçı isə səfərdə oynanılacaqdır.

Azərbaycan çempionu ABU III təsnifat mərhələsində Türkiyənin “Anadolu Universiteti” klubuna hər 2

görüşdə qalib gəlmişdi. Rəqibimiz isə Ukraynanın “Dnepryanka” komandasından güclü olmuşdu.

AzərTAc

20 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

277

Həndbol üzrə Azərbaycan millisi Portuqaliya yığmasına qalib gəlmişdir

Bakı, 22 noyabr (AzərTAc). Azərbaycan millisi qadın həndbolçular arasında dünya çempionatının

seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirmişdir.

AzərTAc xəbər verir ki, millimiz Bakıdakı “ABU-Arena”da Portuqaliya yığmasını qəbul etmişdir.

Monteneqrodan olan hakimlər Yelena Vuyaciç və Angelina Kazaneqranın idarə etdikləri matç millimizin 27:23

hesablı qələbəsi ilə başa çatmışdır.

Baş məşqçi Rəfiqə Şabanovanın yetirmələri ilk oyunda Türkiyə həndbolçularına 19:35 hesabı ilə

uduzmuşdular.

AzərTAc

22 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

278

Bakının ABU həndbol komandasının Çellenc kuboku yarışlarının səkkidəbir final

mərhələsindəki potensial rəqibləri müəyyənləşmişdir

Bakı, 18 noyabr (AzərTAc). Qadın həndbolçular arasında Çellenc kuboku yarışlarının 1/8 final

mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşmişdir.

AzərTAc xəbər verir ki, üçüncü mərhələni uğurla adlayan Bakının ABU komandasının növbəti rəqibi

noyabrın 19-da atılacaq püşkatmada aydınlaşacaqdır.

Artıq 1/8 finalın bütün iştirakçıları da məlumdur. Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi

ABU-nun 15 potensial rəqibinin adı açıqlanmışdır.

Belə ki, Yunanıstanın “QAS Meqas Aleksandros” klubunu iki oyunun cəmində 60:39 (32:21 və 28:18)

məğlub edən bakılılar kimi daha 8 komanda III mərhələni uğurla adlamışdır. Bunlar “Dnepyanka” (Ukrayna),

“Naisa-Niş” (Serbiya), “Slaviya” (Çexiya), “Maltəpə” (Türkiyə), “Biqanos-Beqles” (Fransa), “Bazel” (İsveçrə),

“Kollecio de Qaya” (Portuqaliya) və “Hoor” (İsveç) klublarıdır.

Onlardan başqa, daha 7 komanda 1/8 finalda iştirak edəcəkdir. Bunlar mübarizəyə birbaşa bu

mərhələdən qoşulan komandalardır. Belə ki, “İssi” (Fransa), “Ardesen” (Türkiyə), “Sokol” (Çexiya), “Jelina”

(Xorvatiya), “Qaliçanka” (Ukrayna), “Quintus” (Hollandiya) və “Millenium” (Serbiya) ilkin mərhələdən azad

idilər.

AzərTAc

18 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

279

Həndbol üzrə Azərbaycan millisi Rusiyada keçirilmiş Beynəlxalq turnirdə gümüş medal

qazanmışdır

Bakı, 10 aprel (AZƏRTAC). Rusiyanın Maykop şəhərində Sultan Cançatovun xatirəsinə həsr olunmuş

həndbol üzrə Beynəlxalq turnir keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, yarışda qadınlardan ibarət Azərbaycan yığması da iştirak etmişdir.

Millimiz beş qarşılaşmadan dördündə qalib gəlmişdir. Nəticədə 8 xal toplayan Azərbaycan millisi

turniri ikinci yerdə tamamlamışdır.

AZƏRTAC

10 aprel 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

280

Bakının ABU həndbol komandası Çellenc kuboku yarışlarında iştirakını yekunlaşdırıb

Bakı, 16 fevral, AZƏRTAC

Bakının qadınlardan ibarət ABU həndbol komandası Çellenc kuboku yarışlarında iştirakını

yekunlaşdırıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Konstantin Ruvinskinin yetirmələri turnirin səkkizdəbir final

mərhələsində səfərdə Serbiyanın “Knyaz Miloş” komandası ilə qarşılaşıblar. Hər iki görüş Serbiyada təşkil

olunub. İlk görüşdə meydan sahibləri 37:28 hesabı ilə qələbə qazanıblar. Cavab görüşü isə ABU-nun üstünlüyü

ilə başa çatıb – 28:27.

İki görüşün nəticəsinə görə, ABU Çellenc kuboku yarışlarında iştirakını yekunlaşdırıb.

AZƏRTAC

16 fevral 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

281

Bakının ABU həndbol komandası Çellenc kuboku turnirində ilk oyununu keçirib

Bakı, 21 noyabr, AZƏRTAC

Bakının qadın həndbolçulardan ibarət ABU komandası Çellenc kuboku turnirində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, ABU turnirin onaltıdabir final mərhələsi çərçivəsində Hollandiyada yerli

“Şuler” komandasının qonağı olub. Görüş “Şuler”in 27:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılıqlı razılığa əsasən, cavab oyunu da Hollandiyada təşkil olunacaq. Görüş noyabrın 21-də Bakı vaxtı

ilə saat 23:00-da başlayacaq.

AZƏRTAC

21 noyabr 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

282

Kişi həndbolçularımız beynəlxalq turnirdə daha bir qələbə qazanıblar

Bakı, 13 aprel, AZƏRTAC

Həndbol üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası Ukraynada beynəlxalq turnirdə növbəti

oyununu keçirib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, həndbolçularımız yarışda

Ukraynanın “Xorta” komandası ilə qarşılaşıb. Oyun milli komandamızın 29:26 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamız növbəti oyununu aprelin 14-də “Energetik” komandasına qarşı keçirəcək.

Azərbaycan millisi ilk görüşdə “Şaxtyor” komandasına 35:31 hesabı ilə qalib gəlib.

AZƏRTAC

2017, 13 aprel

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

283

Karate

Bakıda “Prezident Kuboku” uğrunda karate üzrə

Beynəlxalq Turnir başlamışdır

Aprelin 19-da Bakı İdman Sarayında Prezident Kuboku uğrunda karate üzrə beynəlxalq turnirin təntənəli

açılış mərasimi olmuşdur. Respublikamızda ilk dəfə belə turnirin keçirilməsi Azərbaycan karateçilərinin

beynəlxalq miqyasda uğurlarının Dünya Karate Federasiyasının, beynəlxalq karate qurumlarının diqqətini cəlb

etməsinə bariz sübutdur.

Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Almaniya, Fransa, Rusiya, Gürcüstan, Özbəkistan,

Qazaxıstan, Yaponiya, İran, İspaniya, İsveç, ABŞ, İtaliya, Bolqarıstan və Ukrayna komandaları iştirak edirlər.

Komandalar milli geyimli qızların müşayiəti ilə salona daxil oldular. Gənclər, İdman və Turizm naziri

ƏBÜLFƏZ QARAYEV turnirin iştirakçılarını və qonaqları salamladı:

- Hörmətli gənclər, idmançılar!

Hörmətli idman mütəxəssisləri!

Bu gün Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində idmanla yaşanan çox mötəbər bir gündür. İlk

dəfədir ki, respublika Prezidentinin kuboku uğrunda karate üzrə beynəlxalq turnirin təntənəli açılış mərasiminə

toplaşmışıq. Peşəkar Döyüş Növləri Assosiasiyasının xətti ilə keçirilən bu yarış Azərbaycana dünyanın karate

idman növünün ən ali orqanlarının rəhbərlərini və mütəxəssislərinin diqqətini cəlb etmişdir. İcazənizlə, bütün

idman həvəskarları adından, Milli Olimpiya Komitəsi adından, Azərbaycan Respublikasının Gənclər, İdman və

Turizm Nazirliyi adından Dünya Karate Federasiyasının prezidenti cənab Espinosu xüsusilə salamlamaq

istəyərdim. Biz bu turnirə təşrif buyurmuş bütün karate mütəxəssislərini - əziz qonaqlarımızı salamlayır və

"Azərbaycana xoş gəlmisiniz!" deyirik. Xüsusilə, bu turnirin təşkilatçılarına minnətdarlığımızı bildirmək

istəyirəm. Bütün idmançılara gözəl çıxışlar, böyük nailiyyətlər arzulayıram.

Sonra Dünya Karate Federasiyasının prezidenti ANTONİO ESPİNOS çıxış etdi:

-Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev! Azərbaycanın Gənclər, İdman və

Turizm naziri cənab Əbülfəz Qarayev! Azərbaycan Karate Federasiyasının prezidenti cənab Yaşar Bəşirov!

Əziz dostlar və qonaqlar!

Əvvəlcə mən bu turnirin bütün iştirakçılarına salamlarımı bildirmək istəyirəm. Bu gün burada olmaq mənim

üçün böyük şərəfdir. Azərbaycana səfərimdən sonra yəqin ki, çox böyük fərəh hissi keçirəcəyəm. Mənim üçün

hər şeydən əvvəl ölkə əhalisinin mehriban və qonaqpərvər münasibəti əsas şərtdir. Mən bunu heç vaxt

unutmayacağam. Son olaraq, Azərbaycan Karate Federasiyasının Prezidenti Yaşar Bəşirovu bir daha

salamlamaq istəyirəm. Son illərdə Azərbaycanda karatenin inkişafına göstərdiyi xidmətə görə ona dünya 7-ci

dan qara kəmər sertifikatını təqdim etmək istəyirəm.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Prezident Kuboku uğrunda karate üzrə beynəlxalq turnir açıq elan olundu.

Turnirin fəxri qonaqları arasında Beynəlxalq Şotokan Karate-do Federasiyasının prezidenti, dünyada yeganə

10-cu dan qara kəmər sahibi Kanko Hirokazu Kanazava da vardır. O, Federasiyanın xüsusi kubokunu

Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etməyi nazir Əbülfəz Qarayevdən xahiş etdi.

Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos karatenin inkişafında müstəsna xidmətlərinə görə

Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə xüsusi kubok təqdim etdi.

Açılış mərasimində Azərbaycan Karate Federasiyasının rəsmi internet saytı da nümayiş etdirildi.

İki gün davam edəcək turnirdə Azərbaycan idmançıları tam heyətlə mübarizə aparırlar.

Aprelin 19-da komanda yarışlarının ilk mərhələsi keçirildi və Azərbaycanın birinci komandası finalda

dünyanın "ulduzlar"dan ibarət seçmə komandasına qalib gəldi. İran və Qazaxıstan komandaları üçüncü yeri

tutdular.

Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos Prezident Kubokunu, qızıl medalları və pul

mükafatını Azərbaycan komandasına təqdim etdi. Sonrakı yerləri tutan komandalara da medallar və pul

mükafatları verildi.

Aprelin 20-də şəxsi birincilik uğrunda yarışlar keçiriləcəkdir.

21. 04. 2003

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

284

Azərbaycanı beynəlxalq turnirdə təmsil edəcək karateçilərin adları məlumdur

Azərbaycan Milli Karate Federasiyasından AzərTAc-a bildirmişlər ki, sentyabrın 7-9-da Türkiyədə

oğlan və qızlar arasında karate üzrə “Açıq İstanbul” beynəlxalq turniri keçiriləcəkdir.

Baş məşqçilər Hidayət Şabanov və Vahid Eyvazovun rəhbərlik etdikləri karate üzrə yığma komandamızın

heyətində ölkəmizi 16-17 yaşlılar arasında Ceyhun Mustafayev (55 kq-dan aşağı), Sənan Əliyev (60 kq-dan

aşağı), Rüfət Musayev, Rəcəb Mamayev ( hər iksi 65 kq-dan aşağı), Novruz Əliyev (70 kq-dan aşağı), Əli

Cəfərov (75 kq-dan aşağı), Orxan Heydərli (75 kq-dan yuxarı), Aynur Məmmədova və Adilə Qurbanova (hər

ikisi 54 kq-dan yuxarı) təmsil edəcəklər.

18-20 yaşlı karateçilərin mübarizəsində isə ölkəmizin şərəfini İsmayıl Quliyev, Vüqar Cabbarlı ( hər

iksi 60 kq-dan aşağı), Hafiz Həsənov, Kənan Həsənquliyev (hər iksi 65 kq-dan aşağı), İsrafil Şirinov (70 kq-dan

aşağı), Ceyhun Əliyev (80 kq-dan yuxarı) və Gülarə İsmayılova (60 kq-dan yuxarı) qoruyacaqlar.

Turnirin oyunlarını idarə edənlər arasında azərbaycanlı hakimlər - Yusif Məmmədov, Oqtay Məmmədov,

Cahangir Babayev və Sahib Rzayev də olacaqlar.

AzərTAc

14 avqust 2007-ci i

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

285

Rəfael Ağayev karatenin WKF versiyası üzrə dördüncü dəfə

dünya çempionu olmuşdur

Bakı, 3 noyabr (AzərTAc). Serbiyanın paytaxtı Belqradda karatenin WKF (Dünya Karate Federasiyası)

versiyası üzrə dünya çempionatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, yarışda 75 kq çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev bütün rəqiblərini

məğlub edərək dördüncü dəfə dünya çempionu adını qazanmışdır.

84 kq-dan yuxarı çəki dərəcəsində yarışan Şahin Atamov isə turnirin bürünc medalına sahib olmuşdur.

Kişilərin kumite yarışında isə yığmamız Liviya, İsveç,Türkiyə, Bosniya və Hersoqovina millilərini məğlub

edərək finala vəsiqə qazanmışdır. Final görüşündə Serbiya millisinə məğlub olan yığmamız gümüş medal

qazanmışdır.

AzərTAc 3 noyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

286

Azərbaycan idmançıları Ümumdünya Döyüş Sənəti Oyunlarında iştirak edəcəklər

Bakı, 22 fevral (AzərTAc). Fevralın 23-27-də Tallində IV Ümumdünya Döyüş Sənəti Oyunları

keçiriləcəkdir. İştirakçılar idmanın 17 növündə, o cümlədən pankration, taekvondo, kikboksinq, kudo, karate,

sambo, aykido, Tailand boksu, uşu, kuraş və s. üzrə yarışacaqlar.

Pankration yarışlarında dünyanın 40 ölkəsindən 300-dən çox idmançı qeydiyyatdan keçmişdir.

Azərbaycanı bu yarışlarda Nicat Əkbərov, Orxan Qəhrəmanov, Orxan Nəzərov, Elman Fərzəliyev, Hüseynəli

Abbasov, Taleh Sadıqov və Nizami Qəhrəmanov təmsil edəcəklər.

İdmançılarımız Tallinə Azərbaycan Pankration Federasiyasının prezidenti Azad Əsgərovun və

komandanın baş məşqçisi Fikrət Bağırovun rəhbərliyi altında yola düşmüşlər.

Oyunlarda 60 ölkədən 2500-dən çox idmançının iştirakı gözlənilir.

AzərTAc

22 fevral 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

287

Karate üzrə III beynəlxalq “Baku Open” turniri başlamışdır

Bakı, 28 sentyabr (AzərTAc). Sentyabrın 28-də Bakıdakı Şağan Olimpiya İdman Kompleksində karate üzrə

III beynəlxalq “Baku Open” turniri başlamışdır.

AzərTAc xəbər verir ki, üç gün davam edəcək turnirdə 8 ölkədən 450-dək karateçi birincilik uğrunda

mübarizə aparır.

Turnirin ilk günü böyüklər şəxsi kumite, digər yaş qrupları üzrə idmançılar isə kata yarışlarında qüvvələrini

sınayırlar.

Yarışın baş hakimi Yusif Məmmədov, baş katibi isə Mircabbar Seyidovdur.

AzərTAc

28 sentyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

288

Azərbaycan karateçiləri “Moskva ulduzları” dünya paytaxtları kuboku yarışlarında

uğurla çıxış etmişlər

Bakı, 7 noyabr (AzərTAc). Moskvada karate üzrə “Moskva ulduzları” dünya paytaxtları kuboku

yarışları keçirilmişdir.

AzərTAc xəbər verir ki, yarışda Azərbaycan idmançıları uğurla çıxış etmişlər. Kumite yarışlarında

Azərbaycan yığması Tacikistan, Monteneqro, Rusiya və İspaniya millilərinə qalib gələrək fəxri kürsünün ən

yüksək pilləsinə qalxmışlar.

Şəxsi yarışlarda isə Azərbaycan karateçisi Rəfael Ağayev finalda komanda yoldaşı Şahin Atamova qalib

gələrək turnirin qalibi olmuşdur.

AzərTAc

7 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

289

Azərbaycan idmançısı Səlahət Həsənov kyokuşin karate üzrə

Avropa çempionu olmuşdur

Bakı, 23 noyabr (AzərTAc). Polşanın Kelçi şəhərində kyokuşin karate üzrə 22 yaşadək idmançılar

arasında Avropa çempionatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti

beşinci dan qara kəmər ustası, şixan Allahverdi Rüstəmovun rəhbərliyi altında 6 idmançı təmsil etmişdir.

Qitə birinciliyində 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Səlahət Həsənov İspaniya,

Rumıniya, Bolqarıstan və Latviyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlmişdir. İdmançımız rumıniyalı,

bolqarıstanlı və latviyalı rəqiblərini nokautla məğlub etmişdir. Həlledici görüşdə Ukrayna idmançısını tam

üstünlüklə məğlub edən S.Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

İdmançımız çempionatın “Ən texnikalı döyüşçü”sü seçilmiş və ona kubok təqdim olunmuşdur.

Yarışların idarə olunmasında isə ölkəmizi beynəlxalq dərəcəli hakim, üçüncü dan qara kəmər ustası Mübariz

Məlikov təmsil etmişdir.

Kyokuşin karateçilərimiz beynəlxalq yarışlarda ölkəmizi bir qayda olaraq layiqincə təmsil edirlər. Bu,

Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti Natiq Heydərovun idmançılara göstərdiyi diqqət və

qayğının nəticəsidir.

AzərTAc

23 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

290

Azərbaycan idmançıları Fransada keçirilən karate üzrə dünya çempionatında

uğurla çıxış etmişlər

Paris, 25 noyabr (AzərTAc). Fransanın paytaxtı Parisin “Bersi“ stadionunda karate üzrə 21-ci dünya

çempionatı keçirilmişdir.

Noyabrın 21-dən 25-dək davam edən yarışlarda 113 ölkədən mindən artıq idmançının oyununu 3

azərbaycanlı da daxil olmaqla 200 hakim idarə etmişdir.

Azərbaycan Karate Federasiyasının prezidenti, respublikanın Əməkdar Məşqçisi və Əməkdar İdman

Ustası Yaşar Bəşirov idmançılarımızın çempionatda iştirakı barədə AzərTAc-a müsahibəsində demişdir: “İki il

bundan əvvəl Belqradda keçirilən karate üzrə 20-ci dünya çempionatında komandamız bir gümüş və bir bürünc

medal qazanmışdı. Ötən iki il ərzində idmançılarımızın peşəkarlığı xeyli artmışdır. Bunu bu il Fransadakı

yarışlarda idmançılarımızın uğurlu çıxışı sübut etmişdir. Komandamızın iki gümüş və bir bürünc medal

qazanmasını, ümumi komanda hesabında 113 ölkə arasında 8-ci yeri tutmasını çox sevindirici göstərici hesab

etmək olar.

Karate idmanı üzrə yaxşı tanınan, dəfələrlə Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə çıxış

edən idmançımız Rafael Ağayev qızıl medala yaxın namizəd idi. R.Ağayev finalda italiyalı rəqibi ilə

görüşmüşdür. Hər iki idmançı xal qazanmasa da, hakimlər qələbəni yarışda daha fəal olan italiyalı idmançıya

verdilər. Rafael Ağayev isə çempionatın gümüş medalına sahib oldu.

2010-cu ildə keçirilən dünya çempionatında bürünc medal qazanan Şahin Atamov bu dəfə nəticələrini

yaxşılaşdırmışdır. 84 kiloqramdan artıq çəki dərəcəsində çıxış edən Şahin Atamov final yarışlarında türkiyəli

rəqibinə məğlub olaraq komandamıza ikinci gümüş medal qazandıra bilmişdir.

Gənclər arasında keçirilən yarışlarda Avropa və dünya çempionu olan idmançımız Ayxan Mamayev bu

il ilk dəfə yaşlılar arasında gücünü sınamışdır. Ayxan Mamayev ona göstərilən etimadı doğrultmuşdur.

Yarımfinalda Hollandiyadan olan rəqibini məğlub edən Ayxan Mamayev öz çəki dərəcəsində çempionatın

bürünc medalını qazanmışdır.

Karateçilərimiz komanda görüşündə çox uğurla çıxış etmişlər. Onlar yarışların ilk günündə çox güclü

rəqibləri olan Yaponiya komandasını məğlub etmişlər. Yeni Zelandiya və İspaniya komandalarına da qalib

gələn komandamız Almaniya idmançıları ilə görüşmüşdür. Hər iki kollektiv bərabər səviyyədə çıxış etsə də,

hakimlər qələbəni Almaniya komandasına vermişlər.

Bir faktı diqqətə çatdırım ki, bu çempionatda bürünc medal qazanan Qazaxıstan komandası istisna

olmaqla MDB məkanındakı ölkələrin heç biri nəinki medal qazana bilmədilər, hətta dörddə bir finala belə

vəsiqə qazanmadılar.

Mən inanıram ki, iki gümüş və bir bürünc medal qazanaraq Vətənə böyük uğurla qayıdan komandamız

qarşıdakı yarışlarda daha yaxşı çıxış etməyə, ölkəmizin idman şərəfini daha ləyaqətlə qorumağa səy

göstərəcəkdir.

Sonda komandamızın dünya çempionatında iştirakına yardım göstərən Azərbaycan Beynəlxalq

Bankının rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Paris

25 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

291

Azərbaycan karateçiləri 6-cı beynəlxalq “Moskva ulduzları” turnirində iştirak edəcəklər

Bakı, 16 noyabr (AzərTAc). Azərbaycan karateçiləri daha bir mötəbər yarışa qatılacaqlar.

Azərbaycan Milli Karate Federasiyasından AzərTAc-a bildirmişlər ki, SSRİ və Rusiyada karatenin 35 illiyinə

həsr olunmuş dünya paytaxtlarının 6-cı beynəlxalq “Moskva ulduzları” turnirində 8 idmançımız iştirak

edəcəkdir.

Noyabrın 16-17-də keçiriləcək yarışda millimizin heyətində Niyazi Əliyev (67 kq), Rafael Ağayev,

Rafiz Həsənov, Ayxan Mamayev (hər üçü 75 kq), Asiman Qurbanlı (84 kq), Şahin Atamov (84 kq-dan yuxarı)

kumitedə, Oqtay Məmmədov isə veteranların turnirində döyüşəcəkdir. O.Məmmədov həmçinin “Moskva

udluzları” turnirinin veteranlar arasında kata yarışlarında da çıxış edəcəkdir. Daha bir karateçimiz Tural Balcanlı

böyüklərin kata yarışında bacarığını nümayiş etdirəcəkdir.

On altı ölkə komandasının iştirakı edəcəyi turnir Moskvanın Döyüş Sənətləri Mərkəzində təşkil

ediləcəkdir.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və milli komandanın baş məşqçisi

Rəhman Hətəmovun rəhbərliyi altında nüfuzlu yarışa yollanan heyətdə beynəlxalq dərəcəli referi Ranad Əliyev

də yer almışdır.

AzərTAc

16 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

292

Polşada keçirilən dünya çempionatında iki karateçimiz fərqlənib

Bakı, 28 oktyabr, AZƏRTAC

Polşanın Şeçin şəhərində yeniyetmələr arasında karatenin WUKF (Dünya Karate-do Federasiyası

Birliyi) versiyası üzrə dünya çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan millisi də mübarizə aparıb.

Mundialda milli komandamızın üzvü Məmməd Məmmədov gümüş, Fərid Ağayev isə bürünc medala

sahib olub.

AZƏRTAC

28 oktyabr 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

293

Karate üzrə 55-ci Avropa çempionatı 2020-ci ildə Bakıda keçiriləcək

Bakı, 20 mart, AZƏRTAC

İstanbulda Avropa Karate Federasiyasının növbəti konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, konqresdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya

Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun 2020-ci ildə 55-ci Avropa

çempionatının Bakıda keçirilməsi təklifi müsbət qarşılanaraq təsdiq edilib.

Yaşar Bəşirov bildirib ki, idman ölkəsi kimi tanınan Azərbaycanda irimiqyaslı yarışların təşkil edilməsi

üçün dövlət tərəfindən hər bir dəstək var. Qarşıdan gələn ilk Avropa Oyunlarının, həmçinin 2017-ci ildə isə

İslam Oyunlarının Bakıda təşkil edilməsi buna əyani sübutdur. Bütün bu müsbət göstəricilərin dövlətimizin

başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində yarandığını

söyləyən Yaşar Bəşirov beş il sonra Avropa çempionatının da paytaxtımızda yüksək səviyyədə təşkil

ediləcəyinə əminliyini ifadə edib.

Konqresdə iştirak edən “Bakı-2015” birinci Avropa Oyunlarının karate yarışları üzrə meneceri Dmitri

Çigenev tədbir iştirakçılarına qarşıdakı məsul yarışla bağlı ətraflı məlumat verib və son hazırlıq işlərindən

danışıb.

AZƏRTAC

20 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

294

Azərbaycan karateçisi 12-ci dəfə Avropa çempionu adını qazandı

Bakı, 22 mart, AZƏRTAC

Azərbaycan karateçiləri İstanbulda 50-ci Avropa çempionatının fərdi yarışlarını 3 medalla başa

vurublar.

AZƏRTAC xəbər verir ki, idmançılarımızdan Niyazi Əliyev (67 kq) və Rafael Ağayev (75 kq) qızıl,

Ayxan Mamayev (84 kq) isə gümüş medala sahib olublar. Bu uğurla Rafael Ağayev 12-ci, Niyazi Əliyev isə 2-

ci Avropa çempionluğu sevincini yaşayıb.

Kata çıxışlarında Tural Balcanlı bürünc medal uğrunda görüşdə tanınmış fransız idmançısı Min Duk Vu

Dak səddini aşa bilməsə də ilk beşlikdə yer alıb.

Komanda yarışlarında isə üçüncü yer uğrunda Almaniya millisinə qalib gələn Azərbaycan yığması

bürünc medala sahib olub.

AZƏRTAC

20 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

295

Azərbaycan karateçiləri “Paris Open” beynəlxalq turnirini iki gümüş medalla başa vurublar

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan karateçiləri nüfuzlu “Paris Open” beynəlxalq turnirini iki gümüş medalla başa vurublar.

AZƏRTAC xəbər verir ki, kişilərin yarışında Şahin Atamov (84 kiloqramdan yuxarı) və birinci Avropa

Oyunlarının çempionu Firdovsi Fərzəliyev (60 kq) gümüş medallarla kifayətlənməli olublar. Azərbaycan bu

nəticə ilə mükafatlara sahib olan 18 ölkə arasında 10-cu pillədə yer alıb. Dünya Karate Federasiyasının “Kiçik

dünya çempionatı” adlandırılan bu mötəbər turnirində 75 ölkədən mindən çox idmançı iştirak edib.

İlin ilk rəsmi yarışının sonuncu günündə tatami üzərinə çıxan üç karateçimiz - Fəridə Abiyeva (61 kq),

Rafiz Həsənov və Tural Ağalarzadə (hər ikisi 67 kq) medalçılar sırasına düşə bilməyiblər. Ş.Atamov və

F.Fərzəliyev isə gümüş medalla kifayətlənməli olublar. Nuranə Əliyeva (50 kq) və Ayxan Mamayevin (84 kq)

bürünc medala sahib olmaq şansları yaransa da, onlar təsəlliverici görüşlərdən məğlubiyyətlə ayrılıblar.

On üç idmançı ilə Parisə yollanan heyətə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar

Bəşirov və birinci vitse-prezident Rəhman Hətəmov rəhbərlik edib. Baş məşqçinin köməkçisi Rəşad

Hüseynovdan başqa, beynəlxalq hakimlər Cahangir Babayev və Yusif Məmmədov da yarışların idarə

olunmasında iştirak ediblər.

Karateçilərimiz yanvarın 26-da Bakıya qayıdacaqlar.

AZƏRTAC

25 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

296

Karate üzrə Azərbaycan millisi Mərakeşdə beynəlxalq turnirdə iştirak edəcək

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycanın kişi karateçilərdən ibarət əsas milli komandası aprelin 14-16-da Mərakeşin paytaxtı

Rabatda Dünya Karate Federasiyasının növbəti “Karate-1” Premyer Liqa turnirində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, nüfuzlu yarışda mübarizə aparacaq milli komandamızın heyətinə səkkiz

idmançı daxil edilib. Federasiyanın birinci vitse-prezidenti və milli komandanın baş məşqçisi vəzifəsini icra

edən Rəhman Hətəmov heyətdə IV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək karateçilərə üstünlük verib.

Komandanın böyük məşqçisi Seymur Hüseynovla birgə idmançılarımızdan Firdovsi Fərzəliyev (60 kq),

Niyazi Əliyev (67 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (87 kq) və Asiman

Qurbanlı (84 kq-dan yuxarı), həmçinin legionerlərimiz İrina Zaretska (68 kq) və Dorota Balciarova (kata)

Mərakeşə yola düşəcəklər.

Bundan başqa, beynəlxalq hakim Cahangir Babayev, media və ictimaiyyətlə işlər üzrə katib Sənan

Məhərrəmov da Mərakeşə ezam olunublar.

Beynəlxalq reytinq xalları verən nüfuzlu yarışa 47 ölkədən 547 idmançı qatılacaq.

AZƏRTAC

2017, 13 aprel

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

297

Ağır atletika

Ağır atletikada uğurlar

Xəbər verdiyimiz kimi, Azərbaycan ağırlıqqaldıranları aprelin 23-dən 29-dək Slovakiyanın Trençin

şəhərində keçirilmiş ağır atletika üzrə Avropa çempionatında uğurla çıxış etmişlər. İdmançılarımızdan Nizami

Paşayev çempionatın qalibi olmuş, qızıl medala layiq görülmüşdür. Ağırlıqqaldıranlarımızdan Elxan

Süleymanov və Turan Mirzəyev həmin yarışda ikinci və üçüncü yerləri tutaraq gümüş və bürünc medallara

layiq görülmüşlər. Mayın 5-də Milli Olimpiya Komitəsinin prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti,

Milli Məclisin deputatı İlham Əliyev qitə birinciliyində fərqlənmiş idmançılarımızla görüşmüşdür:

Əziz dostlar!

Əziz idmançılar!

Əziz məşqçilər!

Mən əldə etdiyiniz böyük qələbə münasibətilə sizi Milli Olimpiya Komitəsi adından ürəkdən təbrik edirəm.

Biz bu qələbəni çoxdan gözləyirdik. İstəyirdik ki, Azərbaycanın dövlət himni ağır atletika yarışlarında da

səslənsin, dövlətimizin bayrağı ucaldılsın. Ona görə də Avropa çempionatını çox səbirsizliklə gözləyir, bu

yarışlara böyük ümidlər bəsləyirdik. Çox şadıq ki, siz bizim hamımızı, doğma xalqımızı bu böyük qələbələrlə

sevindirdiniz.

Şəxsən mən özüm bu yarışları diqqətlə izləyirdim, çox həyəcan içərisindəydim. Əlbəttə, siz bu nəticələri

əldə etdikdən sonra bizim sevincimizin həddi-hüdudu yox idi.

Azərbaycanın idman tarixində ilk dəfədir ki, ağırlıqqaldıranlarımız Avropa çempionatında belə yüksək

nəticələr əldə etmişlər. Komandamız üç nəfərdən ibarət idi, Siz bu yarışdan Vətənə bir qızıl, bir gümüş və bir

bürünc medalla qayıtmısınız. Bu, çox böyük nəticədir. Hesab edirəm ki, bu, məqsədyönlü, düşünülmüş, gərgin

fəaliyyətin nəticəsidir.

Hər bir fəaliyyət, görülən hər bir iş düşünülmüş şəkildə aparılarsa, o, gec-tez nəticə verəcəkdir. Mən bilirəm

ki, siz bu nəticələri əldə etmək üçün nə qədər böyük əmək sərf etmisiniz, nə qədər çox çalışmısınız, məşq

etmisiniz. Hesab edirəm ki, siz bu qələbəyə, bəlkə də, iki-üç il müddətində hazırlaşmısınız. Əlbəttə ki, Sidney

olimpiadasında sizin çıxışınız bu qələbəni tezləşdirə bilmişdir. Oradakı çıxışınızdan biz çox razı idik. Onunla da

razılaşaq ki, bu, olimpiadada sizin ilk çıxışınız idi. Nəzərə alsaq ki, sizin hamınız gəncsiniz, beynəlxalq

yarışlarda bir o qədər təcrübəniz yoxdur, Sidneydəki çıxışınızı mən çox yüksək dəyərləndirirəm. Hesab edirəm

ki, bunun məntiqi nəticəsi, davamı idi ki, Avropa çempionatında da siz çox yüksək nailiyyətlər əldə etmisiniz.

Mən Ağırlıqqaldırma Federasiyasının xidmətini çox yüksək qiymətləndirirəm. Bilirəm ki, sizin üçün çox

gözəl şərait yaradılmışdır. Hətta Sidney oyunlarından qabaq məşq etdiyiniz idman kompleksində də sizinlə

görüşmüşdük. Öz gözümlə gördüm ki, sizin üçün həqiqətən hər cür şərait yaradılmışdır. Həm məşqləri aparmaq

üçün yaxşı şərait yaradılıb, həm də ki, bütün problemləriniz öz həllini tapıbdır. Əlbəttə, iş olan yerdə nəticə də

olacaqdır. Mən bunu dəfələrlə demişəm, bir də demək istəyirəm, idmana rəhbərlik edən şəxslərin vəzifəsi ondan

ibarətdir ki, idmançılara hər cür şərait yaratsınlar. İdmançıların vəzifəsi isə bu işlərin müqabilində Vətənə,

doğma xalqımıza medallar gətirməkdir. Bu fəaliyyət ikitərəfli, yəni qarşılıqlı olanda, nəticə də olur. Əminəm ki,

bundan sonra da - siz hamınız gəncsiniz - həm dünya çempionatlarında, həm də Afinada keçiriləcək

olimpiadada Azərbaycanın idman şərəfini yüksək tutacaqsınız. Hamınız doğma vətənimizi yeni-yeni qələbələrlə

sevindirəcəksiniz.

Bir daha sizi təbrik edirəm. Gələcək işlərinizdə sizlərə uğurlar arzulayıram.

Görüşdə respublika Ağır Atletika Federasiyasının baş katibi İsmayıl İsmayılov çıxış edərək dedi ki,

idmançılarımızın bu nailiyyətləri Azərbaycan prezidenti Heydər Əliyevin, Milli Olimpiya Komitəsi

rəhbərliyinin, onun prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, habelə

idmançılarımıza göstərdikləri diqqət və qayğının nəticəsidir. Azərbaycan idmançıları onlara göstərilən bu

qayğını yüksək qiymətləndirir, beynəlxalq yarışlarda fərqlənməyə, mükafata layiq yerlər tutmaqla xalqımızı

sevindirməyə çalışırlar.

İsmayıl İsmayılov bildirdi ki, yarışlardan sonra Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti

komandamızın üzvlərinə yaxınlaşaraq onları təbrik etdi və Azərbaycanın üç idmançısının bu yarışlarda yeddi

medal qazanmasını yüksək nailiyyət kimi dəyərləndirdi.

İlham Əliyev: Cənab Ayan bizim böyük dostumuzdur. O, hələ Dünya Boks Federasiyasının baş katibi

vəzifəsində olarkən Bakıya gəlmişdi. Onunla görüşlərimiz olmuşdu. Sidneydə də onunla çox səmimi

görüşlərimiz olubdur. Çox sevinirik ki, o, yeni vəzifəyə seçilibdir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

298

Mən xaricdə, Strasburqda idim. Televiziya ilə bu yarışları izləyirdim. Televiziyaya baxanda gördüm ki,

erməni idmançısı ştanqa yaxınlaşdı, nəticə göstərə bilmədi. Elxan Süleymanov meydançaya çıxdı, erməni

idmançısından fərqli olaraq yüksək nəticə göstərdi, gümüş medal qazana bildi.

Deyəsən, ilk gün Turan Mirzəyev, ondan iki gün sonra isə Nizami Paşayev yarışda iştirak ediblər.

Nizaminin qələbəsi çempionatda ən böyük nailiyyətdir. Əlbəttə, idmançılarımız böyük nəticə əldə ediblər. Hər

üçü yarışlardan medalla qayıdıbdır.

Federasiyanın rəhbərliyi ilə də bu barədə səmimi söhbətimiz olubdur. Biz digər çəki dərəcələrində də

idmançılar hazırlamalıyıq. Respublikamızda indi idmana böyük maraq vardır. Yəqin ki, sizin idman bölmələrinə

də cavanlar gəlirlər. Elə etməliyik və çalışmalıyıq ki, digər çəki dərəcələrində də bizim idmançılarımız olsun.

Mən qadınların da yarışlarına baxırdım. Bu dəfə bizim qadınlarımız yarışlarda iştirak etmirdilər. Bilmirəm,

Azərbaycanda bu ənənə nə dərəcədə inkişaf edə bilər. Siz məşqçilər çalışmalısınız ki, ilk növbədə kişilər

arasında müxtəlif çəki dərəcələrində idmançılarımızın iştirakı təmin olunsun. Bir müddət bundan qabaq mən

bizim Olimpiya Komitəsinin yığıncağında demişdim ki, Afina Olimpiadasına cəmi üç il qalıbdır. Ona görə

bilirəm ki, siz də bu yarışlara hazırlaşırsınız. Əlbəttə ki, Avropa və dünya çempionatları çox böyük yarışlardır,

amma bütün fikrimiz Afinada keçiriləcək Olimpiadaya yönəlibdir. Əminəm ki, o vaxta qədər idmançılarımız, o

cümlədən ağırlıqqaldıranlarımız böyük təcrübə toplayacaqlar. Nizami də bir az yaşlaşacaqdır. Onun hələ 20 yaşı

yoxdur, Turan Mirzəyevin isə 21 yaşı var. Bütün idman növlərində, xüsusilə ağırlıqqaldırmada psixoloji amil

çox böyük rol oynayır, biz ağırlıq-qaldıran olmasaq da, bunu görürük, bilirik.

Görüşdən sonra İlham Əliyev idmançılarla və onların məşqçiləri ilə birlikdə xatirə şəkli çəkdirdi.

Avropa birinciliyində yüksək yer tutmuş bahadırlarımız milli idmana göstərdiyi diqqət və qayğıya görə

Olimpiya Komitəsinin sədrinə öz təşəkkür və minnətdarlıqlarını bildirdilər.

«Azərbaycan», 6 may 2001-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

299

İlham Əliyev: "Azərbaycanın Ağır Atletika Federasiyası başqa

federasiyaların arasında birincilər sırasındadır"

"Olimpiya dünyası" qəzeti, Azərbaycanın Milli Olimpiya Komitəsinin mətbuat orqanı, Azərbaycanın Ağır

Atletika Federasiyasına (AAAF) həsr olunmuş xüsusi buraxılış nəşr etmişdir.

Buraxılışda Federasiyanın işini, beynəlxalq məkanda uğurlarını işıqlandıran materiallar dərc olunmuşdur.

MOK Prezidenti İlham Əliyevin Federasiyaya ünvanladığı sözləri - "Azərbaycanın Ağır Atletika Federasiyası

başqa federasiyaların arasında birincilər sırasındadır" - AAAF, idmançıların və onların məşqçilərin

fəaliyyətlərinin yüksək qiymətləndirməsidir.

Bildiyiniz kimi, idmanın həmin növündə idmançılarımız qısa vaxt ərzində yüksək nailiyyətlər əldə etmişlər.

Nizami Paşayev sonuncu dünya çempionatında qızıl medalla mükafatlandırılmış, beləliklə Avropanın ən güclü

ağır atletika idmançısı tituluna planetin çempionu titulunu da artırdı.

Qəzetin xüsusi buraxılışında həmçinin Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovla

müsahibə dərc olunmuş, həmin müsahibədə o, başçılıq etdiyi idman qurumunun fəaliyyəti haqqında ətraflı

danışdı, qeyd etdi ki, Azərbaycan idmanın bütün uğurları İlham Əliyevin adı ilə bağlıdır.

Həmin buraxılışda dərc olunmuş və qəzetə müsahibə vermiş ağır atletika veteranları MOK və Federasiyanın

onlara göstərilən diqqət və qayğını da vurğulamışlar.

11. 12. 2002

AzərTA

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

300

Yığmamız AC-dan iki "kiçik" bürünc medalla qayıdır

Fransanın Strasburq şəhərində ağırlıqqaldırma üzrə kişilərin 86-cı, qadınların 20-ci Avropa çempionatı

artıq yekunlaşdı. Qitənin 46 ölkəsinin 250-yə yaxın ağır atletinin mübarizəsi gözlənildiyindən də gərgin və

maraqlı keçdi. Qəzetimizin ötən sayında qitə çempionatında atletlərimizin çıxışı barədə məlumat vermişdik.

Yığma komandamızın heyətində 77 kq-da mübarizə aparan Namiq Cəmilov 329 kq (150 kq+179 kq)

nəticə ilə ilk onluqda yer alıb. Bu çəkinin qalibi isə Ermənistan idmançısı Gevorq Davtyan olub - 363 kq.

Ölkəmizi 85 kq çəki dərəcəsində təmsil edən İntiqam Zairov 12-ci nəticəni göstərib - 343 kq (156 kq+187 kq).

Bu çəkidə qalib adına rumıniyalı Valeriy Kalansi sahib çıxıb (373 kq).

Ən perspektivli və güclü idmançıların mübarizə apardığı 94 kq çəki dərəcəsində Əlibəy Səmədov da

komanda yoldaşının nəticəsini təkrarlayıb - 355 kq (160 kq+195 kq). Bu çəkidə ölkə idmansevərlərinə tanış olan

polşalı Simon Kolcçki bu dəfə də birinciliyi əldən verməyib.

105 kq-da çıxış edən idmançımız Alan Naniyev ona bəslənilən ümidləri nisbətən doğruldub.

Həmyerlimiz 402 kq ağırlığın öhdəsindən gələrək, qitə çempionatının "kiçik" bürünc medalmı əldə edib.

Bundan əvvəl komandamıza bu nəticəni 62 kq-da çıxış edən Əfqan Bayramov qazandırmışdı.

105 kq-dan artıq çəki dərəcəsində isə ölkəmizi heç bir idmançı təmsil etməyib. Latviya ağırlıqqaldıranı

Viktors Skerbatis 447 kq qaldıraraq, bu çəkidə Avropa çempionu titulunu qazanıb.

Kişi ağırlıqqaldıranlarının yarışında Moldova, Türkiyə, Rusi-ya, Ermənistan, Rumıniya, Polşa,

Slovakiya və Latviya komandaları qızıl medala sahib olublar. Ümumilikdə çempionatda çox maraqlı nəticələr

göstərilib. Rusiya, Polşa və Ukrayna kimi güclü atletlərə malik komandalar özlərinə yeni rəqiblər qazanıblar.

Dünya və Avropa çempionatlarında son vaxtlar uğurlu çıxışlarını "donduran" Türkiyə millisi artıq yeni

idmançıların sayəsində medallar qazanmağa nail olub. Komandamıza gəldikdə isə, deyə bilərik ki, yığma yeni

üzvləri ilə, hələ ki, istənilən nəticəni nümayiş etdirə bilmir. Ümid edirik ki, qarşıdakı dünya çempionatında

ağırlıqqaldıranlarımız mükafata layiq yerləri tutacaqlar. Xatırladaq ki, növbəti dünya çempionatı Tailandda

keçiriləcək. Bu çempionat isə Pekin-2008 Yay Olimpiya Oyunlarına vəsiqə və Avropa çempionatının

mükafatçıları

Kişilər

56 kq 1. İqor Bor (Moldova) (119 kq+151 kq) 270 kq

2. Vitali Zerbianyu (Belarus) (122 kq+144 kq) 266 kq

3. İqor Qrabuçia (Moldova) (115 kq+138 kq) 253 kq

62 kq

1. Sergey Petrosyan (Rusiya) (130 kq+159 kq) 289 kq

2. Henadzi Makveyeniya (Belarus) (134 kq+154) 288 kq

3. Erol Bilgin (Türkiyə) (128 kq+158 kq) 286 kq

10. Sərdar Hosənov (Azərbaycan) (126 kq-147 kq) 273 kq

13. Zülfuqar Süleymanov (Azərbaycan) (121 kq+151 kq) 272 kq

69 kq

1. Vanselas Dabaya (Fransa) (148 kq+183 kq) 331 kq

2. Tiqran Martirosyan (Ermonistan) (155 kq+176 kq) 331 kq

3. Vladislav Lukanin (Rusiya) (147 kq+175 kq) 322 kq

4. Əfqan Bayramov (Azorbaycan) (140 kq+177 kq> 317 kq

10. Asif Məmmədov (Azərbaycan) (136 kq+163 kq) 299 kq

77 kq

1. Gevorq Davtyan (Ermonistan) (166 kq+197 kq) 363 kq

2. Ara Xaçaturyan (Ermənistan) (165 kq+196 kq) 361kq

3. Taner Sağır (Türkiyə) (160 kq+193 kq) 353 kq

85 kq

1. Valeriyu Kalansi (Rumıniya) (165 kq+208 kq) 373 kq

2. İzzət İncə (Türkiyə) (172 kq+201 kq) 373 kq

3. Vadzim Straltsu (Belarus) (172 kq+201 kq) 373 kq

94 kq

1. Simon Koleçki (Polşa) (177 kq+218 kq) 395 kq

2. Roman Konstantinov (Rusiya) (176 kq+217 kq) 393 kq

3. Yevgeni Bratan (Moldova) (173 kq+209 kq) 382 kq

105 kq

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

301

1. Martin Tcsoviç (Slovakiya) (187 kq+224 kq) 411 kq

2. Qleb Pisarevski (Rusiya) (186 kq+221 kq) 407 kq

3. Dmitri Lapikov (Rusiya) (185 kq+217 kq) 402 kq

4. Alan Nanıyev (Azərbaycan) (182 kq+220 kq) 402 kq

+ 105 kq

1 .Viktors Skerbatis (Latviya) (202 kq+245 kq) 447 kq

2. Ycvgeni Çiqişev (Rusiya) (205 kq+230 kq) 435 kq

3.Pavel Nadjek (Polşa) (180 kq+241 kq) 421 kq

Anar ƏHMƏDOV

“Olimpiya dünyası”, 24-27 aprel 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

302

Hafiz Süleymanov dünya çempionu adını qazanmışdır

Bakı, 24 sentyabr (AzərTAc). Polşanın Çexanov şəhərində ağır atletika üzrə veteranlar arasında keçirilən

dünya çempionatı davam edir.

AzərTAc xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Hafiz Süleymanov

birdən qaldırmada 115 kq, təkanla qaldırmada isə 135 kq - ümumilikdə 250 kq nəticə göstərərək dünya

çempionu adını qazanmışdır.

AzərTAc

24 sentyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

303

Azərbaycanın veteran ağır atletləri dünya çempionu olmuşlar

Sumqayıt, 28 sentyabr (AzərTAc). Polşanın Çexanov şəhərində veteran ağır atletlər arasında dünya

çempionatı başa çatmışdır.

Respublika Ağır Atletika Veteranları Cəmiyyəti sədrinin müavini Rizvan Rəsulov bildirmişdir ki, dörd

idmançı ilə təmsil olunmuş Azərbaycan yığması uğurla çıxış etmişdir. İdmançılarımız M-1 (35-39 yaş), M-2

(40-44), M-4 (50-54) yaş qruplarında mübarizə aparmışlar.

M-1 qrupunda iki idmançımız – İsmayıllı rayonundan olan iki Olimpiya oyunlarının iştirakçısı Asif

Məlikov (69 kq) və veteran ağır atletlər arasında ikiqat çempion, şamaxılı Əhməd Şahbazov (94 kq)

fərqlənmişlər. A.Məlikov birdən 108 kq, təkanla 132 kq ağırlıq qaldırmışdır. Ümumən 240 kq nəticə göstərən

Asif Məlikov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. 283 kq nəticə göstərən Əhməd Şahbazov isə öz

çəkisində çempion olmuşdur.

Xatırladaq ki, dünya çempionatında iştirak edən digər iki idmançımız da uğurla çıxış etmişdir. OMİK-in

nümayəndəsi, veteranlar arasında üçqat dünya çempionu Akif Alıyev və 69 kq çəki dərəcəsində sabiq dünya və

Avropa çempionu, sumqayıtlı ağır atlet Hafiz Süleymanov da qızıl medal qazanmışlar.

AzərTAc

29 sentyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

304

Ağır atletika üzrə Avropa çempionatında iştirak edəcək.

Azərbaycan yığmasının tərkibi müəyyən olunmuşdur

Bakı, 1 yanvar (AzərTAc). Ağır atletika üzrə növbəti Avropa çempionatı yenidən Minskdə keçiriləcəkdir.

Turnirdə 15 dəst medal oynanılacaqdır. 90-cı qitə çempionatının kişi iştirakçıları arasında qaliblər və

mükafatçılar 8 çəki dərəcəsində (56, 62, 69, 77, 85, 94, 105 kq-dək və 100 kq-dən yuxarı) müəyyən olunacaq,

ştanqaçı qadınlar isə 24-cü çempionatda yeddi çəki dərəcəsində (48, 53, 58, 63 və 75 kq-də yuxarı) mübarizə

aparacaqlar. Çempionatda 37 ölkədən 400 idmançı iştirak edəcəkdir.

Milli federasiyadan AzərTAc-a bildirmişlər ki, Azərbaycan yığması qitə çempionatında güclü kişi heyəti

ilə təmsil olunacaqdır. Yığmaya Zülfüqar Süleymanov (56 kq), Sərdar Həsənov (69 kq), Nizami Paşayev və

Rövşən Fətullayev (hər ikisi 94 kq) daxildirlər.

Avropa çempionatı aprelin 2-dən 5-dək keçiriləcəkdir.

AzərTAc

1 yanvar 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

305

Azərbaycan idmançısı ağır atletika üzrə dünya çempionatında gümüş medal qazanmışdır

Bakı, 24 sentyabr (AzərTAc). Slovakiyanın Koşitse şəhərində keçirilən yeniyetmələr arasında ağır

atletika üzrə dünya çempionatına yekun vurulmuşdur.

Azərbaycan Ağır Atletika Federasiyasından AzərTAc-a bildirmişlər ki, son yarış günündə milli

komandamızın üzvü Azər Məmmədli (94 kq-dan yuxarı) körpücük üzərinə çıxmışdır.

Birdən qaldırma hərəkətinə yaxşı başlayan gənc atletimiz əvvəlcə 143 kiloqram, daha sonra isə 148

kiloqramı başı üzərinə qaldırmışdır. Son yanaşmasında 150 kiloqramı ram edə bilməyən A.Məmmədli bu

hərəkətdə 3-cü yerə çıxmışdır.

Təkanla qaldırma hərəkətində əvvəlcə 179 kiloqram, daha sonra isə 185 kiloqramı rahat qaldırmağı

bacaran idmançımız, 188 kiloqram sifariş verərək onu da ram etmişdir. “Zirvə” İdman Klubunu yetirməsi bu

nəticə ilə təkanla qaldırma hərəkətində 2-ci yeri tutmuşdur.

Çempionatda 336 kiloqram (148 kq + 188 kq) nəticə göstərən A.Məmmədli yeniyetmələr arasında dünya

çempionatının gümüş medalını qazanmışdır.

AzərTAc

24 sentyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

306

Beynəlxalq Ağır Atletika Federasiyasının növbəti konqresi Bakıda keçiriləcəkdir

Bakı, 18 noyabr (AzərTAc). Beynəlxalq Ağır Atletika Federasiyasının (BAAF) növbəti konqresi dekabrın

12-13-də Bakıda keçiriləcəkdir.

Azərbaycan Ağır Atletika Federasiyasından AzərTAc-a bildirmişlər ki, konqresdə BAAF

nizamnaməsinin müzakirəsi, qaydalara əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur.

Konqresdə 100 ölkədən 200-dək nümayəndə iştirak edəcəkdir.

BAAF-nın konqresinin Bakıda keçirilməsi haqqında qərar Beynəlxalq Ağır Atletika Federasiyasının

İcraiyyə Komitəsinin Qvatemalanın Antiqua şəhərində reallaşan toplantısında qəbul edilmişdir.

AzərTAc

18 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

307

Azərbaycan idmançıları ağır atletika üzrə Avropa birinciliyində iştirak edirlər

Bakı, 29 noyabr (AzərTAc). Noyabrın 29-da İsrailin Eylat şəhərində ağır atletika üzrə Avropa birinciliyi

başlamışdır.

Azərbaycan Ağır Atletika Federasiyasından AzərTAc-a bildirmişlər ki, dekabrın 9-dək davam edəcək

yarışda yığmamız 2 yaş qrupundan ibarət komanda ilə qüvvəsini sınayır.

İyirmi yaşadək atletlərin mübarizəsində Azərbaycanı Firidun Quliyev (69 kq), Nicat Rəhimov (77 kq),

Kamran İsmayılov (85 kq) və Nailxan Nəbiyev (94 kq) təmsil edirlər. İyirmi üç yaşadək idmançıların yarışında

isə Rauf Nəbiyev (62 kq) və Orxan Əliquluzadə (85 kq) körpücük üzərinə çıxacaqlar.

Avropa birinciliyində Azərbaycanı hakim qismində Rizvan Rəsulov təmsil edir.

AzərTAc

29 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

308

Ağır atletika üzrə Azərbaycan millisi Polşada keçirilən dünya çempionatında

altıncı olmuşdur

Bakı, 29 oktyabr (AzərTAc). Polşanın Vrotslav şəhərində ağır atletika üzrə keçirilən dünya çempionatı

başa çatmışdır.

AzərTAc xəbər verir ki, yarışda milli komandamızın üzvləri Kristina Yovu gümüş, Firudin Quliyev isə

bürünc medal qazanmışlar.

İki medal qazanan yığmamız ümumi komanda hesabında altıncı olmuşdur. Altı qızıl, üç gümüş və bürünc

medal qazanan Rusiya komandası dünya çempionu olmuşdur.

AzərTAc

29 oktyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

309

IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku yarışlarında 23 ölkədən

ağır atletlər birincilik uğrunda mübarizə aparacaqlar

] Bakı, 12 noyabr (AzərTAc). Xəbər verildiyi kimi, dekabrın 5-dən 8-dək Azərbaycanda ağır atletika üzrə

IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku yarışları keçiriləcəkdir.

AzərTAc xəbər verir ki, ölkənin ağır atletika tarixində ilk dəfə Çin və ABŞ-dan olan idmançılar Bakıda

keçiriləcək yarışda iştirak edəcəklər. ABŞ və Çin atletləri ilə yanaşı, Albaniya, İsrail, Almaniya, Avstriya,

Moldova və Özbəkistan da yarışda iştiraklarını təsdiqləmişlər. Bununla da iştirakçı dövlətlərin sayı 23

olmuşdur.

İndiyədək Azərbaycan, Rusiya, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Bolqarıstan, Slovakiya, Serbiya,

Ukrayna, Latviya, Qazaxıstan, Qırğızıstan, Rumıniya və Tacikistandan olan ağır atletlər Bakı Kuboku

yarışlarında iştirakını təsdiqləmişdi.

Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək Beynəlxalq Bakı Kuboku yarışında 62 və

69 kiloqram çəki dərəcələrində kişilər, 53 və 58 kiloqram çəki dərəcələrində isə qadınlar qüvvələrini

sınayacaqlar.

İştirakçı ölkələr hər çəki dərəcəsində bir atletlə, Azərbaycan isə ev sahibi olduğu üçün hər çəki

dərəcəsində 2 idmançı ilə təmsil olunacaqdır.

AzərTAc

12 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

310

Ağır atletika üzrə Avropa çempionatında on iki idmançımız gücünü sınayacaq

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 23-dən 29-dək Kiprin Limassol şəhərində 23 yaşadək idmançılar arasında ağır atletika üzrə

Avropa çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, çempionatında Azərbaycanı 12 atlet təmsil edəcək.

Millimizin heyətində Səbinə Əzimova (48 kq), Gülçin Əlizadə, Boyanka Kostova (hər ikisi 53 kq), Elnurə

Abbasova (63 kq), Anastasiya İbrahimli (69 kq), Rüstəm İmanzadə, Məhəmməd Məmmədli (hər ikisi 62 kq),

Kənan Əliquliyev, Elşad Şərifov (hər ikisi 69 kq), Orxan Əliquluzadə (94 kq), Dadaş Dadaşbəyli (105 kq) və

Azər Məmmədli (105 kq-dan yuxarı) yer alacaqlar.

AZƏRTAC

22 noyabr 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

311

Azərbaycanın ağır atletləri Avropa çempionatında mübarizə aparacaqlar

Bakı, 30 mart, AZƏRTAC

Aprelin 11-dən 18-dək Tbilisidə ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı Silviya Anqelova (48 kq), Boyanko Kostova (58 kq),

Anastasiya İbrahimli (69 kq), Elmar Əliyev (56 kq), Valentin Xristov (62 kq), İvan Stoyçov, Əfqan Bayramov

(hər ikisi 77 kq) və İntiqam Zairov (94 kq) təmsil edəcəklər.

AZƏRTAC

30 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

312

Bakıda ağır atletika üzrə beynəlxalq turnirdə yeddi ölkədən idmançılar mübarizə aparacaqlar

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 27-də AAAF Park yaşayış Kompleksinin yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun

xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir keçiriləcək. Bu, sayca 15-ci belə turnir olacaq və ilk

dəfə beynəlxalq status daşıyacaq.

AZƏRTAC xəbər verir ki, yarışın məqsədi Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən

uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulmasıdır. Eyni zamanda, F.Şahbazovun şərəfli həyat

yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğidir. Həmçinin

yerlərdə ağır atletika idman növünün təbliğ olunması və inkişaf etdirməsi, ən güclü idmançıların aşkarlanması,

şəhər yığma komandasına namizədlərin seçilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi

və “Zirvə” Beynəlxalq İdman Klubu tərəfindən həyata keçirilir. Turnirin bilavasitə keçirilməsi bu təşkilatlar

tərəfindən təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə olunub.

Bakı şəhərində və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının idmançılarına turnirdə iştirak

etmək hüququ verilir. Bununla yanaşı, ilk dəfə xarici dövlətlərdən dəvət olunmuş idmançıların bu turnirdə

iştirak etmək hüququ olacaq. Yarışda Azərbaycanla yanaşı, daha 6 ölkədən ağırlıqqaldıranların çıxışı gözlənilir.

Ağır atletika üzrə turnir üç kateqoriya üzrə 13-14, 15-16 və 17-18 yaşlarda, müvafiq beynəlxalq

qaydalar üzrə keçiriləcək və şəxsi birincilik xarakteri daşıyacaq. Qaliblər hər yaş qrupunda “Sinkler” cədvəlinə

görə topladığı xallara əsasən müəyyənləşdiriləcək.

Hər yaş qrupunda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar diplomlar, xatirə hədiyyələri və

medallarla təltif olunacaqlar.

AZƏRTAC

7 dekabr 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

313

Bakıda ağır atletika üzrə beynəlxalq turnirin qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən AAAF parkın idman salonunda Milli

Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışın keçirilməsində məqsəd Milli Qəhrəman F.Şahbazovun

timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun

və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır

atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, şəhər yığma

komandasına namizədlərin seçilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Yarışda Azərbaycanla yanaşı, İran, Ukrayna, Bolqarıstan və Moldovadan idmançıları da mübarizə

aparıblar.

Turnir 13-14, 15-16 və 17-18 yaş qrupları və beynəlxalq qaydalar üzrə keçirilib. Şəxsi birincilik

xarakteri daşıyan yarışda qaliblər hər yaş qrupunda “Sinkler” cədvəlinə görə, topladığı xallara əsasən

müəyyənləşib.

Nəticələrə görə, 13-14 yaş qrupu arasında Fuqan Əliyev (Azərbaycan), 15-16 yaşlı idmançıların

mübarizəsində Hossein Sultanlı (İran), 17-18 yaş qrupu üzrə isə İqor Obuxov (Ukrayna) fəxri kürsünün ən

yüksək pilləsinə qalxıblar.

Hər yaş qrupunda ilk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, xatirə

hədiyyələri və medallarla təltif olunublar.

AZƏRTAC

28 dekabr 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

314

Ağır atletlərimiz Tailandda VII dünya çempionatında iştirak edəcəklər

Bakı, 30 mart, AZƏRTAC

Ağır atletika üzrə Azərbaycan yığması aprelin 3-dən 10-dək Tailandın paytaxtı Banqkokda keçiriləcək

yeniyetmələr arasında VII dünya birinciliyində iştirak edəcək.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan yığma komandasının

heyətinə oğlanlardan İsmayıl Məmmədov və Elməddin Hüseynov (56 kq), Elvin Abdullayev (62 kq), Füqan

Əliyev (69 kq), Tarmenxan Babayev (77 kq), Mayıl Şükürlü (85 kq), Ümidvar Bayramlı (94 kq), Həsənbəy

Həsənzadə (+94 kq), qızlardan isə Səbinə Əzimova (48 kq) daxil edilib.

Qeyd olunub ki, çempionatda yüzə yaxın ölkədən 538 atlet (179 qız və 359 oğlan) iştirak edəcək. Bu

çempionatda qalib gələn atletlər gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin

Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

AZƏRTAC

2017, 30 mart

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

315

Futbol

"Neftçi" çempionlar liqasının ikinci təsnifat mərhələsinin

ilk görüşünü keçirmişdir. Azərbaycan prezidenti

İlham Əliyev oyunu izləmişdir

İyulun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA çempionlar liqasının ikinci təsnifat

mərhələsinin ilk görüşü keçirilmişdir. Bakının "Neftçi" futbol klubu Moskvanın Mərkəzi Ordu İdman Klubunu

(MOİK) qəbul etmişdir.

Stadiona toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar. Oyun

qarşılıqlı hücumlarla başladı. Komandalar bir-birini cərimə meydançalarına sıxışdıraraq, bir neçə dəfə təhlükəli

vəziyyətlər yaratdılar.

Lakin komandalardan heç biri müvəffəqiyyət qazana bilmədi və görüş 0:0 hesabı ilə başa çatdı. Növbəti

görüş avqustun 4-də Moskvada keçiriləcəkdir.

Xatırladaq ki, bu oyunun qalibi növbəti mərhələdə İspaniyanın kral klubu - Madridin "Real" komandası ilə

qarşılaşacaqdır.

28. 07. 2004

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

316

Azərbaycanın Yığma Komandası 2006-cı il Dünya Çempionatının

seçmə oyunlarında ilk görüşünü keçirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev yarışı izləmişdir

Sentyabrın 4-də Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın və Uelsin yığma

futbol komandaları 2006-ci il dünya çempionatının seçmə oyunlarında ilk görüşünü keçirmişlər.

Tamaşaçılar tərəfindən hərarətlə qarşılanan Azərbaycan Prezidenti İlham Əliyev yarışın gedişini izləmişdir.

Oyunun başlanmasından əvvəl Uelsin və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Xatırladaq ki, komandamız builki Avropa çempionatının seçmə oyunlarında Uels komandası ilə iki dəfə

qarşılaşmış və hər ikisində uduzmuşdur.

Bu dəfə oyun Azərbaycan futbolçularının hücumu ilə başladı və onlar ilk dəqiqələrdə hesabı aça bilərdilər.

Lakin zərbə azacıq dəqiq olmadı. Komandaların səylərinə baxmayaraq, birinci hissədə heç kim uğur qazana

bilmədi.

İkinci hissənin başlanğıcı komandamız üçün uğursuz oldu, müdafiəçilərimizin səhvindən istifadə edən

qonaqlar 48-ci dəqiqədə hesabı açdılar. Lakin futbolçularımız ruhdan düşmədilər və bu, tezliklə öz nəticəsini

verdi. Oyunun 55-ci dəqiqəsində Rəşad Sadıqov təxminən 30-35 metr məsafədən cərimə zərbəsi ilə çox gözəl

qol vurdu. Bundan sonra oyun qarşılıqlı hücumlar şəraitində keçdi və hesab sonadək dəyişmədi.

Prezident İlham Əliyev fasilə zamanı Respublika stadionunda aparılan yenidənqurma işləri ilə maraqlandı.

Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev, AFFA-nın prezidenti Ramiz Mirzəyev dövlətimizin

başçısına bu barədə ətraflı məlumat verdilər.

06. 09. 2004

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

317

Azərbaycan Prezidenti İlham Əliyev "Neftçi" futbol komandasının üzvlərini

qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Prezident sarayında "Neftçi" futbol

klubunun üzvlərini qəbul etmişdir.

Prezident İLHAM ƏLİYEV Moskvada "Birlik" kuboku uğrunda yarışda uğurlu çıxışlarına görə

futbolçuları təbrik edərək dedi:

- Mən böyük qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. "Neftçi" komandası "Birlik"

kubokunda Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Çıxış etdiyi qrupda bütün rəqiblərini məğlub etmişdir. Ondan

sonrakı mərhələdə də çox gözəl futbol nümayiş etdirmiş və finala çıxmışdır. Finalda çox güclü "Lokomotiv"

komandası ilə oynamışdır və birinci qolu da vurmuşdur. Amma sonra məğlubiyyətə uğradı. Amma buna

baxmayaraq, bu, çox böyük nailiyyətdir. Bu bir daha onu göstərir ki, Azərbaycanda idman yüksək səviyyədədir,

Azərbaycanda idmanın bütün növləri inkişaf edir.

İndi "Lokomotiv", Kiyevin "Dinamo" kimi dünya şöhrətli komandalarla bərabər səviyyədə oynamaq və

Kiyev dinamoçuları üzərində qələbə qazanmaq çox böyük nailiyyətdir. Bir neçə il bundan əvvəl bu barədə heç

söhbət də gedə bilməzdi. Hamımız yaxşı bilirik ki, Azərbaycanda futbol zəif inkişaf edirdi, demək olar ki,

ümumiyyətlə, inkişaf etmirdi. Bunun səbəblərini mən indi bu gün açıqlamaq istəmirəm. Hamımız bunu yaxşı

bilirdik. Amma son müddət ərzində, Futbol Federasiyasına yeni üzvlər seçiləndən sonra, klublara rəhbərliyə

yeni şəxslər gələndən sonra biz gördük ki, qısa müddət ərzində futbolda çox gözəl dönüş yarandı.

Əvvəllər klubların vəziyyəti çox ağır idi və ümumiyyətlə, klublara sponsor cəlb etmək mümkün deyildi.

Çünki, ümumiyyətlə, futbol təsərrüfatında hökm sürən o xaos, anarxiya və özbaşınalıq, əlbəttə, imkan vermirdi

ki, kimsə gəlsin burada ciddi məşğul olsun.

Bilirsiniz ki, mən 7 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm və Azərbaycanda idmanın

inkişafına çox böyük əhəmiyyət verirəm. Bu, həm sağlamlıq, həm normal həyat tərzi deməkdir, eyni zamanda,

ölkənin imici deməkdir. Hər bir qələbə, beynəlxalq yarışda qazanılmış hər bir uğur ölkəni təbliğ edir. Ölkənin

nəinki idman sahəsində, ümumiyyətlə, bütünlükdə potensialını təcəssüm etdirir. Çox heyfsilənirdim ki, dünyada

ən baxılan, ən populyar idman növündə - futbolda Azərbaycan zəif çıxış edir. Hamımız yaxşı xatırlayırıq ki,

beynəlxalq yarışlardakı o acı məğlubiyyətlər bizim insanlarımıza nə qədər böyük mənfi təsir göstərirdi. Buna

baxmayaraq, Azərbaycan azarkeşləri həmişə futbolçuları dəstəkləyirdilər. Mən də xatırlayıram ki, beynəlxalq

oyunları həmişə səbirsizliklə gözləyirdilər. Amma tribunalara gəlib o məğlubiyyəti görəndə, əlbəttə ki, bu,

psixoloji baxımdan çox mənfi təsir göstərirdi.

Çox şadam ki, qısa müddət ərzində futbolda dönüş yarandı. Bizim həmişə güclü futbolçularımız olmuşdur.

Bu gün bu qələbəni qazananlar da artıq neçə ildir ki, futbolla məşğul olurlar. Sadəcə olaraq, o qeyri-sağlam ab -

hava, özbaşınalıq, qeyri-peşəkarlıq imkan vermirdi ki, bizim futbolumuz dirçəlsin, inkişaf etsin.

Bu gün biz düz yoldayıq. Bu gün ən populyar idman növü olan futbol Azərbaycanda çox sürətlə inkişaf

edir, klublar güclənir. Mən şəxsən çox şadam və bunu dəstəkləyirəm ki, müxtəlif təşkilatlar klublara sponsorluq

edirlər. Sponsorluq olmadan heç bir idman növünü, o cümlədən futbolu da inkişaf etdirmək mümkün deyildir.

Mən əminəm ki, yaxın zamanlarda bizim komandalarımız dünya səviyyəli komandalara çevriləcəkdir.

Bilirsiniz ki, indi dünyada məşhur futbol komandaları, necə deyərlər, böyük bir şirkət halına çevriliblər.

Futbol komandalarının həm maddi potensialı güclüdür, eyni zamanda, kommersiya fəaliyyəti də var. Yəni biz

bu yola yaxınlaşırıq. Bu yol da sınanmış yoldur. Bütün inkişaf etmiş ölkələrdə futbol məhz bu yolla inkişaf edir.

Əlbəttə, finala çıxmaq böyük nailiyyətdir, böyük qələbədir. Amma hesab edirəm, razılaşarsınız ki,

Ermənistanın futbol klubu üzərində qazanılan qələbəni mən ondan da böyük qələbə hesab edirəm. Bu, həqiqətən

tarixi bir qələbə idi. Biz hamımız, bütün Azərbaycan xalqı bu qələbəni çoxdan arzulayırdıq. Düzdür, bizim

idmançılarımız müxtəlif yarışlarda digər idman növlərində həmişə ermənilər üzərində qələbə qazanırdılar. O

cümlədən Afinada keçirilmiş Olimpiya oyunlarında Azərbaycan idmançıları 5 medal qazanmışlar, Ermənistan

heç bir medal qazanmamışdır. Ondan əvvəlki Olimpiya oyunlarında Azərbaycan 2 qızıl, 1 bürünc medal

qazanmışdı, Ermənistan səhv etmirəmsə, 2 bürünc qazanmışdı, onun da birini əllərindən aldılar. Çünki orada da

fırıldaq işlətmişdilər, dopinqdən istifadə etmişdilər. Həm də biabır oldular.

Bu bir həqiqətdir, indi iki ölkənin idman potensialını biz əgər müqayisə etsək, görərik ki, bunların arasında

böyük uçurum var. Bu, belə də olacaqdır. Amma futbol, yenə də deyirəm, ən populyar, ən izlənən idman

növüdür və həmin oyun mötəbər beynəlxalq yarış çərçivəsində keçirilmişdir və inamlı qələbəmiz bir daha

göstərdi ki, Azərbaycan idmançıları, Azərbaycan gəncləri nəyə qadirdirlər. Bu, bizim hamımız üçün çox böyük

qələbə idi. Yəni bunu sözlə ifadə etmək mümkün deyildir. İnanmıram belə bir söz tapılsın ki, biz bunu ifadə edə

bilək. Siz bütün xalqa, bütün millətə sevinc, qələbə bəxş etmisiniz. Azərbaycan bayrağını qaldırmısınız.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

318

Ermənilər üzərində bu inamlı qələbə təkcə idmanda qazanılan qələbə deyil, bu, ümumiyyətlə, bizim

qələbəmizdir. Biz qələbə çalacağıq. Bu gün Azərbaycanın inkişafı, Azərbaycanın iqtisadi potensialının

güclənməsi, hərbi potensialının güclənməsi, beynəlxalq müstəvidə qazanılmış diplomatik uğurlar göz

qabağındadır. O cümlədən bu yaxınlarda Avropa Şurasında Ermənistanı ifşa edən, onların təcavüzkar siyasətini

pisləyən, onları separatçı adlandıran sənədlər qəbul edilmişdir. Biz bu qələbələri hər bir istiqamətdə

qazanmalıyıq ki, nəhayət, Azərbaycan öz doğma torpaqlarını azad etsin, işğalçı qüvvələr oradan çıxsın və

Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Mən bunu dəfələrlə bəyan etmişəm ki, biz hər yola hazırıq və

hazır olmalıyıq. Əgər danışıqlar yolu heç bir səmərə verməsə, Azərbaycan xalqının iradəsi var, qüdrəti var,

səfərbərliyi var və gücü var ki, öz torpağını azad etsin.

Mən sizi bu böyük qələbə - bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm, hər birinizə - komandanın

oyunçularına, məşqçilərə, "Neftçi" futbol klubunun rəhbərlərinə öz dərin minnətdarlığımı bildirirəm. İndi

"Neftçi" futbol klubuna Heydər Əliyev adına Bakı neft emalı zavodu rəhbərlik edir. Görürəm ki, zavodun

rəhbərləri də bu məsələyə çox ürəklə, çox istəklə, ciddi yanaşırlar. Bu, belə də olmalıdır. Biz hamımız

çalışmalıyıq ki, kimin harada nə imkanı var, o imkanlar bir yerə çəmləşdirilib ümumi işimizə töhfə versin.

Mən bir daha sizi ürəkdən təbrik edirəm və arzu edirəm ki, bundan sonra öz parlaq qələbələrinizlə

Azərbaycan xalqını neçə-neçə dəfə sevindirəsiniz. Sağ olun.

X X X

"Neftçi" komandasının veteran futbolçusu VİDADİ RZAYEV onları qəbul etdiyinə görə İlham Əliyevə

dərin minnətdarlığını bildirərək dedi ki, biz ermənilərlə oynayanda klubumuzun rəhbəri Rövnəq Abdullayev

dedi ki, ilk öncə Prezidentimiz İlham Əliyev və Azərbaycan xalqı sizdən qələbə gözləyir. Bu, bizi daha da

ruhlandırdı, Sizin adınızı eşidəndən sonra ruh yüksəkliyimiz birə min artdı. Biz çalışdıq ki, Sizi və xalqımızı

sevindirək.

"Neftçi" komandasının baş məşqçisi AĞASƏLİM MİRCAVADOV dövlətimizin başçısına müraciətlə dedi

ki, biz çox sevinirik, klubumuz Heydər Əliyev adına Bakı neft emalı zavodunun nəzdindədir. Bu ad bizim üçün

liderdir və həmişə olacaqdır. Turnirdə 5 görüşdən 4-də qələbə qazandıq, birində isə məğlub olduq. Amma bütün

oyunları yüksək səviyyədə keçirdik. Bunu bütün mütəxəssislər, o cümlədən Rusiya mütəxəssisləri də etiraf

etdilər. Hətta "Lokomotiv"lə oyundan sonra onların baş məşqçisi Yuri Syomin dedi ki, oyun bərabər səviyyədə

keçdi, amma bizim bəxtimiz gətirdi. Ancaq bizim əsas oyunumuz ermənilərlə idi. Bu bizim üçün tarixi oyun idi,

yanvarın 19-dan 20-nə keçən gecə, 1990-cı il faciəsinə iki saat qalmış qurtardı. Rövnəq müəllim Sizin ürək

sözünüzü bizə çatdırırdı. Ona görə də ruh yüksəkliyi ilə qələbəni qazandıq. Bizi bu qələbəyə ruhlandıran Siz

idiniz. Sizin rəhbərliyinizlə Azərbaycanda bütün idman növləri, o cümlədən futbolumuz inkişaf edir. Biz həmişə

Sizin diqqət və qayğınızı hiss edirik. Buna görə də Sizə hamımızın adından minnətdarlıq edir, cansağlığı

arzulayırıq.

"Neftçi" futbol klubunun prezidenti RÖVNƏQ ABDULLAYEV görüşdə çıxış edərək dedi: Hörmətli cənab

Prezident, icazə verin, Azərbaycanın daxili və xarici siyasətində, iqtisadiyyatında, idmanında və başqa sahələrdə

qələbələrinizə, xüsusi xidmətlərinizə görə minnətdarlığımızı bildirək və Sizə çox sağ ol deyək. İcazə verin,

qələbəmizin medalını Sizə təqdim edək. Bu qələbə Sizindir, Sizin hesabınıza qazanılıbdır.

X X X

Sonra İlham Əliyevə "Neftçi" klubu adından xatirə hədiyyələri təqdim olundu.

Prezident İLHAM ƏLİYEV hədiyyələrə görə təşəkkür edərək dedi: Həmin oyun haqqında məndə kifayət

qədər məlumat var və bilirəm ki, oyun ərəfəsində ermənilər müxtəlif təkliflər də vermişdilər ki, püşkatma olsun,

yaxud da ümumiyyətlə, oyun baş tutmasın. Bu, onu göstərirdi ki, onlar çox narahat idilər. Narahat idilər ki, bir

tərəfdən yəqin ki, sizin gücünüzü artıq görürdülər, hiss edirdilər ki, siz onlardan üstünsünüz. Digər tərəfdən bu,

onların yumşaq desək, bu məsələlərə yanaşmasından xəbər verir. Amma mən bilirəm ki, futbolçularımız oyuna

birmənalı şəkildə böyük əzmlə, iradə ilə hazırlaşmışdılar, mənə bu gün Rövnəq deyir ki, heç gecəni də

yatmamışdılar, onların bütün fikri, düşüncələri oyun haqqında idi. Əlbəttə ki, peşəkarlıqla bərabər, bu ruh

yüksəkliyi imkan verdi ki, siz o qələbəni qazanasınız.

Mən oyunu izləyirdim və görürdüm ki, həqiqətən, - bu televiziyada baxanda da hiss olunurdu, -

oyunçularımızda nə qədər böyük əzm, iradə var. Bu, çox böyük nailiyyətdir və mən çox şadam ki, belə bir

qələbə qazanıldı. Əminəm ki, gələcəkdə də neçə-neçə qələbə olacaqdır.

Bir daha sizin hamınızı təbrik edirəm. Bu tarixi qələbənin qazanılması ilə əlaqədar sizə ölkə Prezidenti kimi

öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Sağ olun.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

319

X X X Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

27. 01. 2005

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

320

Lənkəranda "Xəzər-Lənkəran" futbol klubunun stadionu ilə tanışlıq

Sentyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev "Xəzər-Lənkəran" futbol klubunun yeni stadionunda

tikinti işlərinin gedişi ilə tanış olmuşdur. İdmançılar və gənclər Prezident İlham Əliyevi stadionun girəcəyində

böyük hörmətlə qarşıladılar.

Prezidentə məlumat verildi ki, "Palmali" şirkətlər qrupu tərəfindən tikilən stadionun 15 min tamaşaçı üçün

örtülü yerləri olacaqdır. Hazırda tikinti işlərində 300 nəfər inşaatçı çalışır. Burada 100 yerlik mehmanxana da

inşa ediləcəkdir. Stadion istifadəyə verildikdən sonra 150 nəfər daimi işlə təmin olunacaqdır.

1957-ci ildə istifadəyə verilmiş və tamamilə yararsız vəziyyətə düşmüş stadionun yerində tikilən idman

qurğusu 4,5 hektar sahəni əhatə edir. Onun uzunluğu 108 metr, eni isə 72 metrdir ki, bu da beynəlxalq

standartlara uyğundur. Burada idmançılar üçün hər cür şərait yaradılacaqdır.

Stadionda 25 kvadratmetrlik işıq tablosu da quraşdırılacaqdır. İdman qurğusunda uşaq futbolunun inkişafı

üçün xüsusi meydança, tennis kortu da tikilib istifadəyə veriləcəkdir. Ümumiyyətlə, stadionun tam tikintisi 15

milyon ABŞ dollarına başa gələcəkdir.

Prezident İlham Əliyev görülən işlərin əhəmiyyətini vurğuladı, tövsiyələrini verdi və bildirdi ki, artıq

Lənkəranda Olimpiya İdman Kompleksi də var və stadion da istifadəyə veriləndən sonra rayonda idmanın

inkişafı üçün gözəl şərait olacaqdır. Azərbaycan Prezidenti "Xəzər-Lənkəran"ın güclü komanda olduğunu və

beynəlxalq aləmdə Azərbaycanı ləyaqətlə təmsil etməsi üçün bu cür stadionun tikilməsinin əhəmiyyətini

vurğuladı.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirərək bir daha dedi ki, Lənkəranda Olimpiya

İdman Kompleksi var, stadion, hava limanı tikilir, dəniz limanı var. Lənkəran inkişaf edir, arzumuz budur ki,

komanda da yaxşı oyun göstərsin. Başqa idman növlərinin inkişafı üçün hər cür şərait yaradılmışdır və gərək

Lənkəran idmançıları beynəlxalq yarışlarda Azərbaycanı ləyaqətlə təmsil etsinlər.

Sonra Prezident İlham Əliyev idmançılarla, gənclərlə səmimi görüşdü. Gənclər onlara göstərilən diqqət və

qayğıya görə minnətdarlıqlarını bildirdilər.

AzərTAc

08. 09. 2005

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

321

"MKT-Araz" futbol klubunun yeni stadionu istifadəyə verilmişdir

Martın 23-də İmişli şəhərində "MKT-Araz" futbol klubunun yeni stadionunun istifadəyə verilməsinə həsr

olunmuş mərasim keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin

başçısına və xanımına gül dəstələri təqdim olundu. Prezident İlham Əliyev stadionun rəsmi açılışını bildirən

lenti kəsdi. Futbol klubunun prezidenti İkram Kərimli dövlətimizin başçısına məlumat verərək dedi ki, "MKT-

Araz" hazırda güclülər dəstəsində nümunəvi çıxış edir, ölkə kuboku uğrunda yarışda isə 1/2 finala çıxmışdır.

Müasir Avropa standartlarına tam cavab verən 8500 yerlik stadion MKT Kommersiya-İstehsalat Şirkətinin

vəsaiti hesabına tikilmişdir. Tribunaların hamısının üstü örtülüdür. Yeniyetmə futbolçuların təlim mərkəzi, güləş

bölməsi də fəaliyyət göstərir. Tikintidə 200 nəfər işləmiş, 2,5 milyon dollar vəsait xərclənmişdir. Dövlətimizin

başçısı stadionla yaxından tanış oldu, hətta futbol topuna gözəl zərbə vuraraq qapıya yönəltdi, klubun

futbolçuları ilə səmimi görüşərək, yeni stadionun açılışı münasibətilə təbrik etdi.

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev müasir tələblərə cavab verdiyinə görə

Azərbaycan futbolunun inkişafında bu klubun da üzərinə vəzifələr düşdüyünü bildirdi, idmançılara uğurlar

arzuladı. Dövlətimizin başçısı futbolçularla xatirə şəkli çəkdirdi, klubun prezidenti Azərbaycan futbolunun

inkişafına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti klubun

güləş bölməsi ilə də tanış oldu. Klubun iki güləşçisi ölkə birinciliyində qalib gəlmişdir. Dövlətimizin başçısı bu

idmançılarla görüşdü, onlara yeni qələbələr arzuladı. Prezident mini futbol üçün yaradılmış şəraitlə də tanış oldu

və idmançılara uğurlar dilədi.

* * *

Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də İmişli rayonuna səfərini başa çatdırdıqdan sonra Əli

Bayramlı şəhərinə gəldi. Dövlətimizin başçısı və xanımı əvvəlcə Heydər Əliyev meydanında ulu öndərin

abidəsini ziyarət etdilər və gül dəstələri qoydular. Sonra meydanda şəhər ictimaiyyətinin nümayəndələri ilə

görüş keçirildi. Prezident İlham Əliyev görüşdə nitq söylədi. Dövlətimizin başçısı sonra Heydər Əliyev

muzeyinin açılışında iştirak etdi, ümummilli liderimizin adını daşıyan parkla tanış oldu. Həmin gün Prezident

İlham Əliyev Əli Bayramlı şəhərində Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, Böyük Vətən müharibəsi

veteranları və Çernobıl əlilləri üçün tikilmiş yaşayış binalarının sakinlərinə orderləri təqdim etdi. Daha sonra

dövlətimizin başçısının iştirakı ilə Əli Bayramlıda Müalicə-Diaqnostika Mərkəzinin təməli qoyuldu.

AzərTAc

“Azərbaycan”, 24 mart 2006-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

322

Azərbaycan yığması beynəlxalq futzal turnirinin qalibi olmuşdur

Bakı, 28 yanvar (AzərTAc). Azərbaycanın futzal üzrə yığma komandası Bakı İdman Sarayında başa

çatmış ikinci Beynəlxalq futzal turnirinin qalibi olmuşdur. Azərbaycan futzalçıları qrupda sonuncu görüşdə

Moldova komandası üzərində 4:2 hesabı ilə qələbə qazanmışlar. Beləliklə, üç oyundan 9 xal toplamış meydan

sahibləri turnirin kubokuna sahib çıxmışlar.

Günün digər görüşündə isə Gürcüstan yığması Rusiyanın “Kaspi” komandası ilə qarşılaşmışdır. Bu

oyunda 2:2 hesabı qeydə alınmışdır. Hərəyə 4 xal toplamış Gürcüstan və Moldova komandaları, müvafiq olaraq,

ikinci–üçüncü yerləri tutmuşlar. “Kaspi” klubu isə 4-cü olmuşdur.

Turnirin bağlanış mərasimində iştirak etmək üçün Sovet futbolunun tanınmış nümayəndələri Aleksandr

Çivadze, Vladimir Maslaçenko, vaxtilə “Neftçi”nin şərəfini qorumuş Nikolay Boqdanov da Bakıya gəlmişdilər.

Bağlanış mərasimində çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov turnirin artıq ənənə halı aldığını

söyləyərək, son illər Azərbaycanda futzalın inkişaf etdiyini diqqətə çatdırmışdır.

Rusiyanın tanınmış futbol şərhçisi, futbol veteranı Vladimir Maslaçenko isə yarışın yüksək səviyyədə

təşkil olunduğunu bildirərək, belə turnirlərin futzalın kütləviliyinə təkan verəcəyini söyləmişdir.

Futbol veteranları Ələkbər Məmmədov, Aleksey Çivadze Azərbaycan yığmasını təbrik edərək, yarışın

təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər. Komandalara xatirə hədiyyələri təqdim olunmuşdur.

AzərTAc

28 yanvar 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

323

Azərbaycan futzalçıları yarımfinala çıxmışlar

Bakı, 26 yanvar (AzərTAc). Macarıstanın paytaxtı Budapeştdə keçirilən futzal üzrə Avropa

çempionatının növbəti turunda Azərbaycan idmançıları Ukrayna komandasına qalib gələrək yarımfinala

çıxmışlar.

Heç-heçə (3:3) nəticələnən əsas vaxt qalibi müəyyən etməmişdir. “Penalti” zərbələrini daha dəqiq

yerinə yetirən Azərbaycan futzalçıları növbəti mərhələyə adlamışlar.

Azərbaycan komandası yarımfinalda Serbiya-Portuqaliya matçının qalibi ilə görüşəcəkdir.

AzərTAc

26 yanvar 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

324

“Araz” klubunun mübarizə aparacağı 3-cü qrupun oyunlarını idarə edəcək hakimlər və

UEFA nümayəndələri müəyyənləşmişdir

Bakı, 17 sentyabr (AzərTAc). Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycanı təmsil

edəcək “Araz” klubunun mübarizə aparacağı 3-cü qrupun oyunlarını idarə edəcək hakimlər və UEFA

nümayəndələri müəyyənləşmişdir.

Oyunları Luka Giacomin (İtaliya), Maryan Markoski (Makedoniya), İviça Modriç (Xorvatiya) və İvan

Şabanov (Rusiya) idarə edəcəklər.

Qarşılaşmaların UEFA nümayəndələri isə İstvan Huszar (Macarıstan) və Stefan Tivold (Sloveniya)

olacaqlar.

Sentyabrın 28-də “Araz” “Sportinq Finqal” (İrlandiya) ilə, sentyabrın 29-da “Nikars” (Latviya) ilə,

oktyabrın 1-də isə “Tırqu Mureş” (Rumıniya) ilə qarşılaşacaqdır.

Qeyd edək ki, qrupun oyunları Rumıniyada keçiriləcəkdir.

“Araz” klubunun ilkin heyətinə Marat Salyanski, Andrey Tveryankin, Elnur Zamanov, Rizvan Fərzəliyev,

Vitali Borisov, Felipe Ribeyro Dos Santos, Rəcəb Fərəczadə, Elnur Qəmbərov, Konstantin Duşkeviç, Zeynal

Zeynalov, Rafael Maçiel De Souza, Anderson Monteyro Da Silva, Eder Antonio Souza De Oliveyra, Salles

Leytao Yeqor və Lusiano Jeronimo Da Silva daxildirlər.

AzərTAc 12 oktyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

325

Futzal üzrə UEFA kubokunun elit-raundunun keçiriləcəyi ölkələr müəyyənləşmişdir

Bakı, 10 oktyabr (AzərTAc). Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində keçiriləcək oyunlara

ev sahibliyi edəcək ölkələr müəyyənləşmişdir. Bunlar Portuqaliya, Rusiya, Qazaxıstan və Serbiyadır.

AFFA-dan AzərTAc-a bildirmişlər ki, elit-raundun püşkatma mərasimi oktyabrın 12-də İsveçrənin Nyon

şəhərində keçiriləcəkdir.

Azərbaycanın təmsilçisi “Araz” klubu da elit-raundda çıxış etmək hüququ qazanmışdır.

AzərTAc

12 oktyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

326

“Araz” klubunun rəqibləri müəyyənləşmişdir

Bakı, 12 oktyabr (AzərTAc). Oktyabrın 12-də İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun

elit-raundunun püşkatma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, püşkün nəticəsinə əsasən, turnirdəki təmsilçimiz “Araz” klubu B qrupunda

Rusiyanın “VİZ-Sinara”, Kiprin “Ararat” və İtaliyanın “Montesilvano” klubları ilə qarşılaşacaqdır.

Bu qrupun oyunları noyabrın 20-dən 28-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcəkdir.

AzərTAc

12 oktyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

327

Bakının “İnter” futbol klubu “Birlik kuboku”na sahib olmuşdur

Bakı, 23 yanvar (AzərTAc). Yanvarın 23-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən futbol üzrə

“Birlik kuboku” yarışlarında Azərbaycanı təmsil edən Bakının “İnter” komandası final oyununa çıxmışdır.

AzərTAc xəbər verir ki, “Peterburqskiy” İdman Konsert Kompleksində keçirilən turnirin son oyununda “İnter”

Belarusun “Şaxtyor” klubu ilə qarşılaşmışdır.

Rusiyalı hakim Vyaçeslav Bezborodovun idarə etdiyi qarşılaşmanın əsas vaxtında hesab açılmamış, əlavə

olunmuş vaxtda da “İnter” və “Şaxtyor” komandaları qapılarından top buraxmamışlar.

Qarşılaşmanın qalibi penalti seriyasında müəyyənləşmişdir. “İnter” klubu “Şaxtyor”u 6:5 hesabı ilə

məğlub edərək ilk dəfə “Birlik kuboku”na sahib olmuşdur.

Kuboku “İnter” komandasının kapitanı Vladimir Levinə FİFA-nın prezidenti Yozef Blatter təqdim

etmişdir.

Xatırladaq ki, final oyununadək “Birlik kuboku” yarışlarında rəqib qapılarına 16 dəfə yol tapan

Azərbaycan çempionu “İnter” qapısını toxunulmaz saxlamağı bacarmışdır. “İnter” yarışın qrup mərhələsində

Qırğızıstanın “Neftçi” (3:0), Tacikistanın “İstiqlal” (3:0), Moldovanın “İskra-Stal” (1:0), dörddəbir final

mərhələsində Ermənistanın “Mika” (4:0), yarımfinalda isə Rusiyanın “Zenit” klubunu (5:0) məğlubiyyətə

uğratmışdır.

AzərTAc

23 yanvar 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

328

Dünya çempionatın rəsmi sloqanı Lənkəranda təqdim edilmişdir

Bakı, 16 fevral (AzərTAc). FIFA U-17 qadınlararası dünya çempionatı “Azərbaycan 2012”nin rəsmi

sloqanı Lənkəranda təqdim olunmuşdur.

AzərTac xəbər verir ki, Unibank Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” -

AZAL qarşılaşmasından əvvəl baş tutan flash mob aksiyasında 100-ə yaxın rəqqas iştirak etmişdir. Peşəkar

rəqqaslar Lənkəran şəhər Mərkəzi stadionuna pazl kartlarla daxil olaraq, sonda rəsmi sloqan həkk olunmuş

ümumi görüntünü açıqlamışlar: “On bir ürək, bir istək”!

Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatı “Azərbaycan 2012”nin rəsmi emblemi və rəsmi

talismanı, müvafiq olaraq, iyunun 6-sı və oktyabrın 7-si 2011-ci il tarixlərində Bakıda təqdim olunmuşdur.

Qarşıdan gələn futbol bayramına Lənkəran əhalisini daha da yaxından cəlb etmək üçün yerli təşkilat komitəsi

FIFA ilə birgə qərara gəlmişdir ki, bu dəfə rəsmi sloqanı çempionata ev sahibliyi edəcək iki şəhərdən biri olan

Lənkəranda açıqlasın.

Futbol azarkeşləri sentyabr 22–dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək dünya çempionatına

hazırlıqla daha yaxından tanış olmaq imkanı əldə etmişlər. “Xəzər Lənkəran” — AZAL oyununa gələn

azarkeşlərə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin oyunçuları haqda məlumat kitabçaları

paylanmışdır. Bundan əlavə, çempionatın rəsmi talismanı da stadionda azarkeşlərin diqqətini cəlb etmişlər.

AzərTAc

16 fevral 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

329

Futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012”-yə

start verilmişdir

Bakı, 22 sentyabr (AzərTAc). Bu gün futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan

2012”-yə start verilmişdir.

AzərTAc xəbər verir ki, ilk oyun 8 KM stadionunda Koreya Xalq Demokratik Respublikası və Qambiya

milliləri arasında keçirilir.

Matçı italiyalı baş hakim Carina Vitulano idarə edir. Ona həmyerliləri Romina Santuari və Giuliana

Guarino kömək edirlər.

AzərTAc

22 sentyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

330

Azərbaycanda futbol üzrə dünya çempionatı başlayır

Bakı, 22 sentyabr (AzərTAc). Sentyabrın 22-də Bakıda və Lənkəranda 17 yaşlı qızlar arasında futbol üzrə

dünya çempionatı start götürür.

AzərTAc xəbər verir ki, mundialın birinci günündə dörd oyun keçiriləcəkdir. “8-ci kilometr” stadionunda

keçiriləcək birinci görüşdə Koreya Xalq Demokratik Respublikası və Qambiya komandaları qarşılaşacaqlar.

Lənkəranda Fransa və ABŞ yığmaları görüşəcəklər. Digər iki görüş və dünya çempionatının təntənəli açılış

mərasimi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəkdir. Ölkəmizin baş futbol meydanına

Nigeriya və Kanada yığmaları çıxacaqlar. Onların görüşündən sonra açılış mərasimi olacaqdır. Sonra

Azərbaycan yığması Kolumbiya yığması ilə 2012-ci ilin dünya çempionatında ilk görüşünü keçirəcəkdir.

AzərTAc

22 sentyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

331

UEFA prezidenti Azərbaycanda keçirilən dünya çempionatının

final oyununu izləyəcəkdir

Bakı, 28 sentyabr (AzərTAc). Futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012”-

nin oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final oyununu izləmək üçün

UEFA-nın prezidenti Mişel Platini Bakıya gələcəkdir.

Qeyd edək ki, dünya çempionatının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və FIFA-nın

prezidenti Yozef Blatter iştirak etmişdi.

AzərTAc

28 sentyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

332

İspaniya La Liqasında “Atletika” komandası “Real” ilə oyuna üzərində “Odlar Yurdu

Azərbaycan” yazılmış geyimlə çıxacaqdır

Bakı, 1 dekabr (AzərTAc). Dekabrın 1-də futbol üzrə İspaniya La Liqası yarışlarında Madridin iki klubu

– “Real” və “Atletiko” qarşılaşacaqdır.

AzərTAc xəbər verir ki, 14-cü tur çərçivəsində keçiriləcək görüş Azərbaycan üçün əlamətdar olacaqdır.

“Atletiko” bu qarşılaşmaya üzərində ölkəmizin turizm şüarı olan – “Odlar Yurdu Azərbaycan” geyimi ilə

çıxacaqdır.

“Atletiko” Azərbaycanda bir müddət əvvəl “Bakı” ilə əməkdaşlığa başlamışdır. Elə bu aksiya da məhz

həmin əməkdaşlığın bir hissəsi olaraq həyata keçiriləcəkdir. Lakin əməkdaşlığın əsas hissəsi azərbaycanlı

yeniyetmə futbolçuların yaxın gələcəkdə bu komandada təlim-məşq toplanışı keçməsindən ibarət olacaqdır.

Həmçinin “Atletiko” gələn il Azərbaycanda yoldaşlıq oyunu keçirəcəkdir. Bu komandanın baş məşqçisi Dieqo

Simeonenin isə gənc azərbaycanlı məşqçilər üçün ustad dərsləri keçməsi nəzərdə tutulur.

AzərTAc

1 dekabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

333

Yığmalarımızın rəqibləri müəyyənləşəcəkdir

Bakı, 3 dekabr (AzərTAc). Dekabrın 5-də 17 və 19 yaşadək futbolçulardan ibarət yığma komandalar

arasında Avropa çempionatının 2013-2014-cü il mövsümünün ilkin seçmə mərhələsinin püşkatma mərasimi

keçiriləcəkdir.

AFFA-dan AzərTAc-a bildirmişlər ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil

olunacaq tədbirdə U-17 yığmaların püşkatması Bakı vaxtı ilə saat 11:30-da, U-19 milli komandaların püşkatma

mərasimi isə saat 12:45-də başlayacaqdır.

AzərTAc

3 dekabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

334

UEFA futbol üzrə 17 və 19 yaşadək qızlardan ibarət milli komandaların

reytinq siyahısını açıqlamışdır

Bakı, 15 noyabr (AzərTAc). UEFA futbol üzrə 17 və 19 yaşadək qızlardan ibarət milli komandaların

reytinq siyahısını açıqlamışdır.

AzərTAc xəbər verir ki, başa çatan son 3 mövsümün yekunlarına əsasən qurulan cədvəldə millilərimiz

aşağı sıralarda qərarlaşmışdır. U-17 yığmamız 43 komanda arasında 38-cidir. Üç mövsümdə keçirdiyi 6

qarşılaşmada 1 qələbəsi olan millimiz 1,000 xalla Slovakiya, Xorvatiya. Qazaxıstan, Makedoniya və

Portuqaliyanı qabaqlayır.

Nəzərə alınan 3 mövsümdən yalnız birinin iştirakçısı olan U-19 komandamız 3 oyunun hamısında

uduzduğu üçün reytinqi 0,000-a bərabərdir. Millimiz burada 47 komanda arasında 43-cü pillədə qərarlaşmışdır.

Futbolçularımız Gürcüstan, Albaniya, Malta və Monteneqronu qabaqlayırlar.

Qeyd edək ki, hər iki siyahıya Almaniya başçılıq edir. Almaniyanın U-17 komandası 13,333, U-19

yığması 13,667 xala malikdir.

AzərTAc

15 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

335

Azərbaycanın futbol yığması Bişkekdə Qırğızıstan komandası ilə heç-heçə oynamışdır

Bakı, 19 noyabr (AzərTAc). Bişkekdə, Dolen Omurzakov adına stadionda Qırğızıstan ilə Azərbaycan

yığmaları arasında yoldaşlıq matçı keçirilmişdir.

AzərTAc xəbər verir ki, oyun qarşılıqlı hücum şəraitində keçmişdir. Çoxlu sayda təhlükəli məqamların

olmasına baxmayaraq, Azərbaycan futbolçuları rəqiblərin qapısından top keçirə bilməmişlər. Nəticədə oyun 0:0

hesabı ilə başa çatmışdır.

Komandalar aşağıdakı tərkibdə meydana çıxmışlar.

Qırğızıstan komandası: Pavel Matyaş, Valeri Kiçin, Tahir Avçiyev, Davron Əsgərov, Fərrux Abitov,

Vadim Xarçenkio, Klod Maka Kum, Anatoli Vlasiçev, Əhləddin İsrailov, Xurşit Lutfullayev, Devid Bryus

Tette.

Azərbaycan komandası: Səlahət Ağayev, Mahir Şükürov, Rahid Əmirquliyev, Vaqif Cavadov, Elnur

Allahverdiyev, İlter Taşkin, Bədəvi Hüseynov, Rauf Əliyev.

Matçı Artyom Kuçinin başçılığı ilə Qazaxıstandan arbitrlər briqadası idarə etmişdir.

AzərTAc

19 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

336

Azərbaycan millisi “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində ilk qələbəsini qazanıb

Bakı, 28 mart, Səxavət Quliyev, AZƏRTAC

Martın 28-də futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Malta

yığmasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın dördüncü

dəqiqəsində Namiq Ələsgərovun ötürməsini dəqiq zərbə ilə rəqib qapısına vuran Cavid Hüseynov Azərbaycan

millisini hesabda önə çıxarıb. Oyunun 18-ci dəqiqəsində Rayan Kamileri ilə toqquşan N.Ələsgərov zədələndiyi

üçün məcburi əvəzlənib. “Qarabağ”ın futbolçusunu meydanda Ruslan Qurbanov dəyişib.

İlk hissənin sonunadək Malta yığmasının heyətində iki dəyişiklik olub. Türkiyəli hakim Halis

Özkahyanın idarə etdiyi oyunun birinci hissəsi 1:0 hesablı üstünlüklə Azərbaycan millisinin xeyrinə başa çatıb.

Futbolçularımız matçın ikinci hissəsinə fəal başlasalar da, rəqib qapısına yol tapa bilməyiblər. Oyunun

52-ci dəqiqəsində Əfran İsmayılovun zərbəsini Malta yığmasının qapıçısı asanlıqla dəf edib. Yeddi dəqiqə sonra

millimizin futbolçusu Rahid Əmirquliyev kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılıb. Matçın 92-ci

dəqiqəsində millimizin üzvü Dmitri Nazarov ikinci topu rəqib qapısından keçirib və Azərbaycan millisi “Avro-

2016”nın seçmə mərhələsi çərçivəsində ilk qələbəsini qazanıb – 2:0.

Qeyd edək ki, 10 xalla Xorvatiya və İtaliya milliləri H qrupunda 1-2-ci yerləri tuturlar. Norveç yığması

9 xalla 3-cü, Bolqarıstan 4 xalla 4-cü sırada qərarlaşır. Aktivində 3 xal olan Azərbaycan millisi beşinci, Malta (1

xal) isə sonuncu pillədə yer alıb.

AZƏRTAC

28 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

337

“Qarabağ”–“Tottenhem” qarşılaşmasında qonaqlar minimal hesabla qalib gəliblər

Bakı, 26 noyabr, Elşad Qəzvini, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” İngiltərənin

“Tottenhem” komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, qonaqlar minimal hesabla qalıb gəliblər. Tofiq Bəhramov adına Respublika

Stadionunda keçirilən oyunda “Qarabağ”ın heyətində İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov,

Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Dani Quintana, Əfran İsmayılov, Raydell

Pupon və Cavid Tağıyev meydana çıxıblar. “Tottenhem”in heyətində isə Lloris, Trippier, Alderveyreld, Son,

Vertongen, Eriksen, H.Keyn, E.Dier, Davies, Alli və R.Mason yer alıblar.

Baş hakim Tasos Sidiropulosun idarə etdiyi oyunun birinci hissəsi maraqlı və gərgin idman mübarizəsi

şəraitində keçib. Müdafiə taktikasına üstünlük verən komandalar qapılar qarşısında elə də təhlükəli vəziyyətlər

yaratmayıblar. Yalnız birinci hissənin sonlarına yaxın “Qarabağ” təşəbbüsü ələ keçirib. Amma Dani Quintana

yaranmış əlverişli imkanı qola çevirə bilməyib.

Fasilədən sonra oyun qarşılıqlı hücumlarla davam edib. Hissənin əvvəllərində komandamız qol vəziyyəti

yaratsa da, bundan istifadə edə bilməyib. Qonaqların da iki zərbəsi qapı tirinə və dirəyə dəyib. Nəhayət,

londonlular 78-ci dəqiqədə Herri Keynin başı ilə vurduğu qolla hesabda irəli çıxıblar - 0:1. Oyun bu hesabla da

başa çatıb.

Hazırda “J” qrupunda yer alan “Qarabağ” komandasının beş oyundan sonra 4 xalı var. Həmyerlilərimiz

qrupda sonuncu sırada qərarlaşsa da, növbəti mərhələyə adlamaq imkanını nəzəri cəhətdən hələ itirməyib.

“Tottenhem” isə bu qələbə sayəsində xallarının sayını 10-a çatdıraraq qrupda liderliyini möhkəmləndirib

və növbəti mərhələyə vəsiqəni təmin edib. Qrupdakı digər oyun Fransada “Monako” və Belçikanın “Anderlext”

komandaları arasında keçirilib. Bu görüş də qonaqların xeyrinə başa çatıb - 0:2. Beləliklə, 7 xal toplayan

“Anderlext” qrupda ikinci pilləyə yüksəlib. “Monako” isə 6 xalla üçüncü yerdədir.

Xatırladaq ki, qrupda son oyunlar dekabrın 10-da keçiriləcək. “Qarabağ” Belçikada “Anderlext”

komandası ilə qarşılaşacaq.

AZƏRTAC

26 noyabr 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

338

“Qəbələ” futbol klubu Ukraynanın “Dnepr” komandası ilə qarşılaşıb

Bakı, 25 yanvar, AZƏRTAC

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu son yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” yanvarın 10-da başlayan təlim-məşq toplanışını Ukraynanın

“Dnepr” klubu ilə qarşılaşma ilə yekunlaşdırıb.

“Gloria Sport Arena”da keçirilən qarşılaşmaya “Dnepr” daha fəal başlasa da, “Qəbələ” oyunda tarazlıq

yaradıb. İlk hissənin ortalarında isə üstünlüyə yiyələnən komandamız daha çox hücum edib. Buna baxmayaraq,

hesabı Dnepropetrovsk klubu açıb. Görüşün 39-cu dəqiqəsində Edmar fərqlənib. Görüşün sonunadək hesab

dəyişməyib.

Beləliklə, Edmarın ilk yarıda vurduğu qol matçda yeganə olub və “Qəbələ” Antalyadakı üçüncü

oyununda 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Almaniyanın “Osnabryuk” (1:1) və İsveçrənin “Sürix” (4:0) klubları ilə qarşılaşan

“Qəbələ” yanvarın 25-də Vətənə dönəcək.

AZƏRTAC

25 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

339

Azərbaycanın U-17 millisi Monteneqroda ikinci olub

Bakı, 22 aprel, AZƏRTAC

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil

olunmuş UEFA İnkişaf turnirində ikinci yeri tutub.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, son oyunda Qazaxıstan komandası ilə qarşılaşan yığmamız

Lamiyə Qurbanovanın dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina komandasına 1:3 hesabı ilə məğlub olmuş,

növbəti qarşılaşmada isə Monteneqro yığmasına penalti seriyasında (5:4) qalib gəlmişdi.

AZƏRTAC

2017, 22 aprel

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

340

Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə

yüksəlib

Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları

çərçivəsində Danimarkanın “Parken” stadionunda “Kopenhagen” komandası ilə görüşdə 1:2 hesabı ilə məğlub

olsa da, Bakıdakı ilk görüşdə minimal hesabla qalib gəldiyi üçün qitənin ən nüfuzlu klub turnirinin qrup

mərhələsinə vəsiqə qazanıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun sürətli hücumlarla başlayıb. Matçın 4-cü

dəqiqəsində “Qarabağ”ın futbolçusu Dino Ndlovuna qarşı kobud oyuna görə hakim “Kopenhagen”in heyətində

Maykl Lüftnerə sarı vərəqə göstərib. Oyunda ilk təhlükəli vəziyyət matçın 9-cu dəqiqəsində qeydə alınıb. Ev

sahiblərinin sol cinahdan başlatdıqları hücumdan sonra “Qarabağ”ın qapısı qarşısına ötürülən topa

hücumçulardan heç biri çata bilməyib. Bir dəqiqə sonra isə Benqstonun güclü zərbəsi Maksim Medvedevə

toxunaraq qapıdan yan keçib.

Oyunun 11-ci dəqiqəsində ağdamlıların heyətində zədələnən Donald Geryeni Əfran İsmayılov əvəzləyib.

Qarşılaşmanın 16-cı dəqiqəsində “Qarabağ” futbolçularının hücumunu Qara Qarayev güclü zərbə ilə tamamlasa

da, top qapının üstündən keçib. Oyunun 32-ci dəqiqəsində danimarkalıların son cinahdan hücumundan sonra

Verbiçin güclü zərbəsini qapıçı İ.Şehiç dəf edib. Matçın 41-ci dəqiqəsində Ə.İsmayılovun səhvindən sonra topa

sahib olan Kuskun zərbəsi qapıdan bir qədər aralı keçib. Bir dəqiqə sonra İ.Şehiç danimarkalıların hücumu

nəticəsində yaranan təhlükəni sovuşdura bilib.

Matçın 44-cü dəqiqəsində kobud oyuna görə hakim Miçelə sarı vərəqə göstərib. Danimarkalılar bu

fürsətdən istifadə edərək hesabı açıblar. Matçın birinci hissəsinə əlavə edilən vaxtın 1-ci dəqiqəsində Qrequsun

yerinə yetirdiyi cərimə zərbəsindən sonra F.Santander “Qarabağ”ın qapıçısı İ.Şehiçin səhvindən istifadə edərək

komandasını hesabda irəli çıxarıb – 1:0.

İlk hissə bu hesabla başa çatıb.

Ağdam klubu ikinci hissəyə sürətli hücumlarla başlayıb və bu oyunun tempini xeyli artırıb. “Qarabağ”

ikinci hissədə ilk təhlükəli vəziyyəti matçın 53-cü dəqiqəsində yaradıb. Ansi Aqollinin qüvvətli zərbəsini

“Kopenhagen”in qapıçısı dəf edə bilib. Görüşün 57-ci dəqiqəsində Aqollinin hava ötürməsindən sonra Miçelin

başla güclü zərbəsini qapıçı Olsen çətinliklə uzaqlaşdıra bilib. Oyunun 58-ci dəqiqəsində isə Miçelin başla

endirdiyi zərbədən sonra top qapının üstündən keçib.

Hesabı bərabərləşdirmək üçün təzyiqi daha da artıran ağdamlılar istəklərinə matçın 63-cü dəqiqəsində

nail olublar. Ansi Aqollinin ötürməsindən sonra rəqibin cərimə meydançasında topu ram edən Dino Ndlovu

dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib – 1:1. Lakin bu qoldan cəmi üç dəqiqə sonra ev sahibləri yenidən

hesabda irəli çıxıblar. Ankersonun hava ötürməsini Pavloviç başla dəqiq zərbə ilə tamamlayaraq adını tabloya

yazdırıb – 2:1.

Görüşün 79-cu dəqiqəsində “Qarabağ”ın futbolçuları ev sahiblərinin qapısı qarşısında daha bir təhlükəli

vəziyyət yaradıblar. Lakin Dino Ndlovunu ötürməsindən sonra Miçelin zərbəsi bir qədər dəqiq olmayıb. Üç

dəqiqə sonra ev sahiblərinin təhlükəli hücumu zamanı Verbiçin vurduğu top qapıdan bir qədər aralı keçib.

Oyunun son dəqiqələrində topa nəzarətə tamamilə ələ keçirən “Kopenhagen” komandası bütün cəhdlərinə

baxmayaraq, “Qarabağ”ın müdafiə xəttini yara bilməyib. Beləliklə, matç 1:2 hesabı ilə “Kopenhagen”in xeyrinə

başa çatıb. Bakıda keçirilən oyunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” səfərdə vurduğu qol sayəsində iki

oyunun nəticəsinə görə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bununla da “Qarabağ”

Azərbaycanın futbol tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub.

Qeyd edək ki, bu qarşılaşma Azərbaycan klublarının avrokuboklarda 300-cü, UEFA Çempionlar

Liqasında isə 60-cı oyunu olub.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü avqustun 24-də Monakoda atılacaq.

AZƏRTAC

2017, 24 avqust

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

341

Otüstü xokkey

Xokkeyçilərimizin Avropa meydanlarındakı çıxışına yekun vuruldu

Belarusun Brest şəhərində gənclər arasında keçirilən otüstü xokkey üzrə Avropa birinciliyinə yekun

vurulub.

Yarışda qrup ikincisi kimi yarımfinala yüksələn oğlanlardan ibarət yığmamız iyulun 30-da Avstriya millisi

ilə qarşılaşıb. Görüşdən 0:6 hesabı ilə məğlub olan yığmamız 2006-cı il "Trofi" kubokuna vəsiqə qazanmaq

şansını itirib.

Üçüncülük uğrunda Ukrayna xokkeyçiləri ilə keçirilən matçda da rəqib üstün olub - 4:3. Finalda Avstriya

idmançılarına 0:3 hesabı ilə uduzmasına baxmayaraq, reqlamentə əsasən Cəbəllütariq komandası da "Trofi"

kubokuna vəsiqə qazanıb.

Sloveniyada "Çelenc" kubokunda mübarizə aparan 21 yaşlı qızlardan ibarət yığmamız isə "Trofi" kubokuna

vəsiqə qazandığından, sonuncu oyunda belçikalılara elə də ciddi müqavimət göstərməyiblər və nəticədə 0:8

hesabı ilə məğlub olublar.

"Olimpiya dünyası", 3 avqust 2004-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

342

Prezident İlham Əliyev Otüstü Xokkey Federasiyasının rəhbərlərini,

"Atasport" komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev iyulun

15-də MOK-un binasında Otüstü Xokkey Federasiyasının rəhbərlərini, Avropa çempionları kuboku yarışlarında

ikinci yeri tutmuş qadınlardan ibarət "Atasport" xokkey komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir.

Prezident İlham Əliyev görüş iştirakçılarını salamlayaraq dedi ki, Azərbaycanda idman hərtərəfli inkişaf

edir. Çox şadam ki, idmanın komanda növləri də ölkəmizdə inkişaf edir. Azərbaycanda otüstü xokkey keçmişdə

çox məşhur idi, amma sonra bu, bir növ unuduldu. Federasiyaya yeni rəhbərlik gələndən sonra dönüş yarandı və

otüstü xokkey çox sürətlə inkişaf edir və komandamız çempionlar liqasının klubları arasında ikinci yeri tutdu.

Bu, böyük nailiyyətdir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Nəzərə alsaq ki, komandanın tərkibində

başqa ölkələrin nümayəndələri var və onların bəziləri, bəlkə də hamısı Azərbaycan dilini bilmir. Ona görə mən

söhbətimi rus dilində davam edirəm. Bilirəm, Azərbaycan dilini hələlik heç də hamı başa düşmür. Amma

ümidvaram ki, öyrənəcəklər.

Sizi böyük nailiyyətlə, böyük qələbə münasibətilə təbrik etmək istəyirəm. Çempionlar liqasında ikinci yeri

tutmaq böyük nailiyyətdir. Komanda çox yaxşı oynayır, böyük uğurlar qazanır, klub da yüksək səviyyədə çıxış

edir. Yaxşı şərait yaradılır, yaxşı stadion var, məşqlər keçirilir. Bir sözlə, idmanla məşğul olmaq və idmanın bu

növünü inkişaf etdirmək üçün hər cür şərait mövcuddur. Azərbaycanda otüstü xokkeyin böyük ənənələri var.

Hələ 20 il, azı 30 il əvvəl komandamızın SSRİ çempionatında necə çıxış etdiyini xatırlayıram. O vaxt mən

idmanla məşğul olur, hər şeylə maraqlanır, yarışlara gedirdim. Düzdür, futbol komandasına azarkeşlik etdiyim

kimi azarkeşlik etmirdim. Çünki otüstü xokkeyin qaydalarını çox da dəqiq bilmirdim. Buna baxmayaraq,

yadımdadır ki, komandamız pis oynamırdı. Bu, xoş idi, çünki idmanın bu növü bizdə ənənəvi növlərdən deyildi.

Lakin sonra iş elə gətirdi ki, idmanın bu növü də, komandalar da, əslində, olmadı. Olsa da, az idi. Lakin

federasiya möhkəmləndikdən, yeni rəhbərlik gəldikdən sonra vəziyyət dəyişdi. Xatirimdədir, iki-üç il əvvəl

Beynəlxalq Otüstü Xokkey Federasiyasının prezidenti buraya gəlmişdi. Biz onunla görüşdük. Dedi ki,

Azərbaycanı xaricdə necə yaxşı komanda, necə gözəl qızlar təmsil edirlər, qələbələr qazanırlar. Mən sizi təbrik

edirəm, sizə yeni-yeni uğurlar arzulayıram.

Otüstü Xokkey Federasiyasının prezidenti Fazil Məmmədov vaxt ayırıb onları qəbul etdiyi üçün Prezident

İlham Əliyevə təşəkkür etdi, qadınlardan ibarət yığma komandanın 2002-ci ildən bəri qazandığı nailiyyətlər

barədə məlumat verdi. O dedi ki, cənab Prezident, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən

qoyulmuş idmana dövlət qayğısının Sizin Milli Olimpiya Komitəsinə prezident seçilməyinizdən sonra ciddi

şəkildə davam etdirilməsi Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən otüstü xokkeyin inkişafına

güclü təsir göstərmişdir. "Atasport" klubu 2005-ci ilin mayında Hollandiyada qitənin 8 ən güclü klubu ilə

qarşılaşdı və ikinci yeri tutdu. Komandamız təkcə bu ölkənin "Dembors" klubuna uduzmuşdur. Həmin klub 24

dəfə çempion olmuşdur.

Bu ilin sentyabrında Bakıda qadınlar arasında Avropa milli komandalarının növbəti çempionatı

keçiriləcəkdir. Burada dünya çempionatına və Olimpiya oyunlarına vəsiqə qazanılacaqdır. Komandamız bu

yarışa ciddi hazırlaşır. Çalışacağıq ki, bütün ümidləri doğruldaq. Biz bu idman növünün bazasını da yaradırıq.

21 yaşlı qızlarımız Sloveniyada keçirilən qitə birinciliyində gümüş medal qazanmışlar. Azərbaycanda 13 qadın,

6 kişi komandası var və bunlar bütün regionları əhatə edir. 9 idman məktəbi açılıbdır.

Federasiyanın prezidenti Bakıda keçiriləcək yarışa hazırlıq barədə də məlumat verdi, Amerika şirkəti

tərəfindən stadionun süni örtüyünün dəyişdiriləcəyini bildirərək vurğuladı ki, bizə göstərdiyiniz qayğıya cavab

olaraq, qarşıda duran bütün vəzifələrin öhdəsindən gəlməyə çalışacağıq.

Prezident İlham Əliyev dedi ki, otüstü xokkeyin geniş yayılması onu göstərir ki, Azərbaycanda istənilən

idman növü inkişaf edə bilər. Yenə deyirəm, Azərbaycanda son illərə qədər otüstü xokkey faktiki olaraq yox idi.

Amma qısa müddət ərzində görün hansı səviyyəyə gəlib çıxıblar, çempionlar liqasında 2-ci olublar. Yığma

komanda da yaxşı nəticə göstərir. Azərbaycanın müxtəlif yerlərində də bu növə maraq var. Əvvəllər, yəni Sovet

İttifaqı vaxtında kişilər oynamırdı, komanda yox idi. Sumqayıtda bir komanda var idi. Amma indi çoxalıbdır.

Komanda idman növlərində qadınlar kişilərdən bir az güclüdürlər.

"Atasport" komandasının kapitanı Zeynəb Nuriyeva Prezident İlham Əliyevə otüstü xokkey ağacı, top və

xatirə hədiyyəsi təqdim etdi.

Azərbaycan dövlətinin başçısının adından komandanın üzvlərinə və məşqçilərə hədiyyələr təqdim olundu.

15. 07. 2005

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

343

Azərbaycan xokkeyçiləri Avropa çempionatının yarımfinalına

çıxmışlar

Bakı, 28 iyul (AzərTAc). Azərbaycanın kişilərdən ibarət otüstü xokkey komandası Zaqrebdə keçirilən

Avropa çempionatında ilk qələbəsini qazanmışdır. Çelenc divizyonu üzrə qrup mərhələsinin sonuncu oyununda

Danimarka komandasına 5:2 hesabı ilə qalib gələn Azərbaycan yığması yarımfinala vəsiqəni təmin etmişdir.

Xokkeyçilərimiz bu qələbə ilə öz qruplarında birinci yeri tutmuşlar.

Beləliklə, “A” qrupunda Azərbaycan və Portuqaliya komandası hərəyə 4 xal toplamışdır. Lakin, vurulan

və buraxılan topların fərqinə görə komandamız birinci yerə sahib olmuşdur.

İyulun 30-da keçiriləcək yarımfinal görüşündə Azərbaycan yığmasının rəqibi Ukrayna, Xorvatiya, İsveç

və Sloveniya xokkeyçilərinin çıxış etdiyi “B” qrupundan komanda olacaqdır.

AzərTAc

28 iyul 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

344

Azərbaycanın qadınlardan ibarət otüstü xokkey üzrə millisi

dünya çempionatının seçmə oyunlarına hazırlaşır

Bakı, 23 yanvar (AzərTAc). Azərbaycanın qadınlardan ibarət otüstü xokkey üzrə yığma komandası

Şanxayda təlim-məşq toplanışı və yoxlama oyunlarını davam etdirir.

Azərbaycan Otüstü Xokkey Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində

millimiz növbəti - beşinci oyununu keçirmişdir. Komandamız Çin yığma komandasına 1:2 hesabı ilə məğlub

olmuşdur. Çin millisi ilə artıq üçüncü dəfə qarşılaşan yığmamız əvvəlki görüşlərdə də 0:2 və 2:3 hesabı ilə

uduzmuşdur. Xatırladaq ki, Azərbaycan yığmasının “Şanxay” klubu ilə keçirdiyi iki oyun isə 1:1 və 2:4 hesabı

ilə başa çatmışdır.

Baş məşqçi Joa Xanq və məşqçi Ceyhun Mirzəyevin rəhbərliyi ilə davam edən təlim-məşq toplanışı

yanvarın 28-dək davam edəcəkdir. Millimiz Çində daha üç oyun keçirəcəkdir.

Qeyd edək ki, yoxlama görüşləri apreldə Kazanda keçiriləcək dünya çempionatının seçmə oyunlarına

hazırlıq məqsədi daşıyır.

AzərTAc

23 yanvar 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

345

Azərbaycanın gənc otüstü xokkeyçiləri Avropa çempionatında iştirak edəcəklər

Bakı, 24 iyul (AzərTAc). İyulun 25-dən 31-dək 21 yaşadək qız və oğlan xokkeyçilərdən ibarət

Azərbaycan yığmaları Avropa cempionatının “Trofi” yarışlarında mübarizə aparacaqlar.

Keçirilmə vaxtı eyni olsa da, birinciliklər müxtəlif ölkələrdə təşkil olunacaqdır. Qızların yarışı İtaliyanın Bra,

oğlanların mübarizəsi isə Avstriyanın paytaxtı Vyanada keçiriləcəkdir.

Azərbaycan Otüstü Xokkey Federasiyası və Gənclər və İdman Nazirliyi hər iki komandanın uğurla çıxış

etməsi üçün təlim-məşq toplanışları təşkil etmişlər. Oğlanlar təlim-məşq toplanışını Minskdə, qızlar isə Litvanın

Şaulyay şəhərlərində keçirmişlər.

Məşqlərlə yanaşı, hər iki komandamız yerli xokkeyçilərlə bir neçə yoxlama oyununda qüvvələrini də

sınamışlar.

AzərTAc

24 iyul 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

346

Otüstü xokkeyçilərdən ibarət Azərbaycan yığması Rusiya millisinə qalib gəlmişdir

Bakı, 19 fevral (AzərTAc). Qadın otüstü xokkeyçilərdən ibarət Azərbaycan millisi Bakıda təlim-məşq

toplanışında olan Rusiya yığması ilə ikinci yoldaşlıq oyununu keçirmişdir.

AzərTAc xəbər verir ki, millimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlmişdir. Komandalar arasında keçirilən

ilk qarşılaşamada da millimiz Rusiya yığmasını 4:1 hesabı ilə məğlub etmişdi.

Milli komandalar arasında sonuncu oyun fevralın 20-də keçiriləcəkdir.

AzərTAc

19 fevral 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

347

Gənc xokkeyçilərimizin rəqibləri bəlli olmuşdur

Bakı, 9 mart (AzərTAc). Xəbər verdiyimiz kimi, Azərbaycanın 18 yaşınadək qızlardan və oğlanlardan

ibarət seçmə otüstü xokkey komandaları 2011-ci ilin iyul ayında ilk dəfə olaraq qitə birinciliyində iştirak

edəcəklər. Bu günlərdə Avropa Xokkey Federasiyasından daxil olan rəsmi məktubda qarşıdakı məsul yarışda

yığma komandalarımızın rəqiblərləri barədə məlumat verilmişdir.

İyulun 11-dən 16-dək Slovakiyanın Bratislava şəhərində Çelenc III yarışlarında “B” qrupunda yer alan

xokkeyçilərimizin rəqibləri Xorvatiya, Yunanıstan və Belarusun seçmə komandaları olacaqdır. “A” qrupunda

isə Ukrayna, Cəbəllütariq, Türkiyə və Litva yığmaları yer almışlar.

AzərTAc

9 mart 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

348

Otüstü xokkey klublarımız Avrokuboklara yollanır

Bakı, 24 may (AzərTAc). Azərbaycanın otüstü xokkey klubları Avrokuboklara yollanır.

Azərbaycan Otüstü Xokkey Federasiyasından AzərTAc-a bildirmişlər ki, klublarımız bu il qitəmiqyaslı

turnirlərə apreldən başlamışlar.

Bakının qadın otüstü xokkeyçilərdən ibarət “Atasport” klubu Avropa Çempionlar Kuboku uğrunda

turnirdə qitənin 12 ən güclüsü arasında mübarizə aparsa da, təmsilçimiz yekunda İspaniyada təşkil olunan

yarışda yalnız elitadakı yerini mühafizə etmək vəzifəsi ilə kifayətlənmişdir.

Daha 3 klubumuz isə Avropa klub çempionatına mayın 25-dən qoşulacaqdır. Paytaxtın kişilərdən ibarət

“Atasport” və “Akkord”, habelə qadınlardan ibarət “Bakı” klubları qitənin müxtəlif ölkələrində mübarizə

aparacaqlar.

“Bakı”komandası “Çelenc II” turnirində yarışacaqdır. Avstriyanın Vyana şəhərində təşkil olunacaq

turnirdə “A” qrupunda yer alan qadın xokkeyçilərimiz mayın 25-də “Svansea” (Uels) klubu ilə qarşılaşacaqlar.

Bir gün sonra xokkeyçilərimizin rəqibi Bolqarıstanın NSA komandası olacaqdır. Həmyerlilərimiz qrup

mərhələsində son görüşlərini mayın 27-də Avstriyanın “Arminen” klubuna qarşı keçirəcəklər. Mayın 28-də isə

“A” və “B” qruplarının iştirakçıları tutduqları yerlərə müvafiq “çarpaz” üsulla görüşərək yekun nəticəni

müəyyənləşdirəcəklər.

Kişilərdən ibarət “Atasport” klubu da Avropa Çempionlar Kuboku yarışlarının “Çelenc II” turnirində

yarışacaqdır. Yunanıstanın paytaxtı Afina şəhərində təşkil olunacaq yarışda “B” qrupunda yer alan komandamız

“Pliva Lipovçi” (Sloveniya), “Slagels”(Danimarka) və Cəbəllütariqin “Grammarians” klubları ilə

qarşılaşacaqdır.

Ötən il “Çelenc IV” turnirində debüt edən “Akkord” komandası bütün rəqiblərini məğlub edərək, bu

ildən “Çelenc III” divizionunda yarışacaqdır. Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək yarışda

“Akkord”un “B” qrupundakı rəqibləri Slovakiyanın “Senkviçe”, Türkiyənin “Qaziantep Polisgücü” və

Bolqarıstanın “Lokomotiv Sofiya” komandaları olacaqdır.

AzərTAc

24 may 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

349

Portuqaliyada otüstü xokkey üzrə Avropa birinciliyi keçiriləcəkdir

Bakı, 16 iyul (AzərTAc). İyulun 17-də Portuqaliyanın Lissabon şəhərində 21 yaşınadək oğlanlar, iki gün

sonra isə qızlar arasında otüstü xokkey üzrə Avropa birinciliyi start götürəcəkdir.

Azərbaycan Otüstü Xokkey Federasiyasından AzərTAc-a bildirmişlər ki, hər iki yarışda Azərbaycan

komandaları da mübarizə aparacaqlar.

Oğlan xokkeyçilərimiz çempionatda ilk oyunlarını iyulun 17-də Cəbəllütariq yığmasına qarşı

keçirəcəklər. Baş məşqçi Saleh Hüseynov və məşqçi Fərid Şahbazovun rəhbərlik etdiyi komandamız iyulun 18-

də portuqaliyalılarla görüşəcəkdir. Bir gün sonra millimiz Türkiyə, iyulun 21-də isə Yunanıstan yığması ilə

qarşılaşacaqdır.

Baş məşqçi Ceyhun Mirzəyevin rəhbərliyi altında qızlardan ibarət millimiz iyulun 19-da Portuqaliya,

iyulun 20-də Türkiyə, bir gün sonra İrlandiya, iyulun 22-də isə Kipr hokkeyçiləri ilə üz-üzə gələcəklər.

AzərTAc

16 iyul 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

350

Otüstü xokkey üzrə kişilərdən ibarət Azərbaycan millisi Qətərdə keçiriləcək

beynəlxalq turnirdə iştirak edəcəkdir

Bakı, 20 noyabr (AzərTAc). Noyabrın 27-dən dekabrın 2-dək Qətərin paytaxtı Dohada Dünya Otüstü

Xokkey Liqası yarışlarının birinci mərhələsi keçiriləcəkdir.

Azərbaycan Otüstü Xokkey Federasiyasından AzərTAc-a bildirmişlər ki, kişilərdən ibarət yığma

komandamız da turnirdə iştirak edəcəkdir.

Noyabrın 24-də Qətərə yola düşəcək komandamız yerli yığma, Türkiyə, Oman və Şri-Lanka komandaları

ilə qarşılaşacaqdır.

Millimiz ilk oyununu noyabrın 27-də meydan sahibləri - Qətər idmançılarına qarşı keçirəcəkdir. Bir gün

sonra xokkeyçilərimizin rəqibi Türkiyə yığması olacaqdır. Millimiz dekabrın 1-də Oman, ertəsi gün isə Şri-

Lanka yığması ilə üz-üzə gələcəkdir.

AzərTAc

20 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

351

Kişi xokkeyçilərdən ibarət Azərbaycan milli komandası Dünya Otüstü Xokkey Liqası

yarışlarının növbəti mərhələsinə vəsiqə qazanmışdır

Bakı, 3 dekabr (AzərTAc). Qətərin paytaxtı Dohada təşkil edilən Dünya Otüstü Xokkey Liqası

yarışlarında birinci mərhələnin dördüncü turunun oyunları keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanın kişi xokkeyçilərdən ibarət milli komandası bu dəfə Şri-Lanka

yığması ilə qarşılaşmışlar. Görüş yığmamızın qələbəsi ilə başa çatmışdır – 4:3. Bu qələbə komandamıza turnirin

ikinci mərhələsinə vəsiqə qazandırmışdır.

Azərbaycan millisi qrupunda əvvəlcə Qətər, Türkiyə və Oman xokkeyçilərinə də qalib gəlmişdi.

AzərTAc

3 dekabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

352

Azərbaycanın kişi otüstü xokkeyçilərdən ibarət komandası

Avropa çempionatında iştirak etmişdir

Bakı, 13 avqust (AzərTAc). Azərbaycanın kişi otüstü xokkeyçilərdən ibarət komandası Avstriyanın

paytaxtı Vyanada Avropa çempionatında iştirak etmişdir.

Azərbaycan Otüstü Xokkey Federasiyasından AzərTAc-a bildirmişlər ki, kişi xokkeyçilərimiz Avropa

çempionatının növbəti mərhələsinə keçə bilməmişlər.

Qrup mərhələsində Şotlandiya (3:0) və Uels (2:1) yığmaları üzərindəki qələbələrdən sonra komandamız

Fransa xokkeyçilərinə 2:4 hesabı ilə məğlub olmuşdur.

İlk yarımfinal görüşündə isə xokkeyçilərimiz “B” qrupunun qalibi Rusiya yığması ilə qarşılaşmışlar.

Oyun 1:6 hesabı ilə yığmamızın məğlubiyyəti ilə yekunlaşmışdır.

Çempionatda birinci yeri Rusiya, ikinci yeri isə Fransa yığmaları tutmuşlar.

AzərTAc

33 avqust 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

353

Kişi otüstü xokkeyçilərdən ibarət Azərbaycan millisi yenidən Çexiya yığması ilə qarşılaşacaq

Bakı, 13 mart, AZƏRTAC

Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində kişi otüstü xokkeyçilər arasında Dünya

Xokkey Liqası yarışlarının ikinci mərhələsi davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi turnirdə növbəti oyununu məğlubiyyətlə başa vurub. CAR

millisi ilə qarşılaşan xokkeyçilərimiz 2:3 hesabı ilə uduzublar.

Turnirdə 5-8-ci yerlər uğrunda millimiz martın 14-də Çexiya yığması ilə qarşılaşacaq. Qeyd edək ki,

Çexiya millisi ilə xokkeyçilərimiz qrup mərhələsində üz-üzə gəlmişdilər və görüş Azərbaycan təmsilçisinin

(1:1, bullitlər seriyası 3:1) hesablı qələbəsi ilə yekunlaşmışdı.

Turnirin finalçıları və ən yaxşı iki komandası “Rio-2016” Olimpiya Oyunlarına lisenziya uğrunda

mübarizəni davam etdirəcək.

AZƏRTAC

13 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

354

Basketbol

Prezident İlham Əliyev Basketbol Federasiyasının rəhbərlərini,

milli basketbol komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev iyulun

15-də MOK-un binasında Basketbol Federasiyasının rəhbərlərini, İslam Ölkələrinin Birinci Həmrəylik

Olimpiadasında qızıl medal qazanmış milli basketbol komandasının üzvlərini və məşqçilərini qəbul etmişdir.

Prezident İlham Əliyev dedi ki, çox şadam ki, bütün idman növləri sürətlə inkişaf edir və Azərbaycan üçün

o qədər də ənənəvi olmayan növlər indi ölkəmizdə həm çox populyardır, həm də idmançılar gözəl nəticələr

göstərirlər. Basketbol Azərbaycanda keçmişdə, Sovet İttifaqı zamanında o qədər də geniş yayılan idman növü

olmamışdır. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başlayandan sonra basketbol demək olar ki, sıfır

səviyyəsində idi. Ancaq son beş ildir ki, federasiyaya yeni prezident seçiləndən sonra gözəl nəticələr əldə

olunur. Həm federasiya möhkəmlənib, məşhur olimpiya çempionu məşqçi gətirilib, məşqlər üçün şərait var və

nəticələr də özünü göstərir.

İlk dəfə keçirilən İslam Ölkələrinin Birinci Həmrəylik Olimpiadasında Azərbaycan basketbolçuları birinci

yeri tutublar, çempion olublar. 60-a yaxın ölkənin iştirak etdiyi yarışlarda birinci yeri tutmaq böyük nailiyyətdir.

Mən bu münasibətlə sizi təbrik edirəm və arzu edirəm ki, həmişə Azərbaycanın idman şöhrətini belə yüksək

saxlayasınız.

Bilirəm ki, artıq Azərbaycanda klublar da öz səviyyələrini qaldırırlar. Xaricdən idmançılar gətirilir. Bu da

çox vacibdir. Çünki həmin idman növünü inkişaf etdirmək üçün indiki mərhələdə bu lazımdır. Amma çox

sevinirəm ki, bizim milli komandamız birinci yeri tuta bilibdir. Ona görə, sizin hamınızı - federasiyanı,

məşqçiləri, idmançıları təbrik edirəm. Arzu edirəm ki, bundan sonra da bütün yarışlarda gözəl nəticə

göstərəsiniz.

Prezident İlham Əliyevə idmançılar adından minnətdarlığını bildirərək dedi ki, 60 komandadan 32-nin islam

dünyasının zəngin neft ölkələrinin milli komandaları olduğunu nəzərə alsaq, qazandığımız yer daha üstündür.

Bu qələbə idmanın şəxsən Sizin qayğınız sayəsində möhkəm təməl üzərində inkişafının nəticəsidir.

Federasiyanın rəhbəri 1997-ci ildən bəri idmanda baş vermiş yüksəlişdən, Milli Olimpiya Komitəsinin,

Gənclər, İdman və Turizm Nazirliyinin, Basketbol Federasiyasının birgə fəaliyyətindən danışdı. Prezident İlham

Əliyevin baş məşqçi Rimas Kurtinaytislə ilk görüşünü xatırladaraq dedi ki, o, məhz Sizin sayənizdə

Azərbaycana gəlmişdir. Biz bundan sonra da çalışacaq, yeni qələbələr qazanacaq, ölkəmizin idman şərəfini

daim ucaldacağıq.

Nadir Nəsibov basketbolçular adından Prezident İlham Əliyevə qızıl medal təqdim etdi.

Prezident İlham Əliyev böyük qələbə münasibətilə onları bir daha təbrik etdi və dedi ki, ilk dəfə keçirilən bu

yarışlar islam ölkələrinin olimpiya oyunlarıdır. Gələcəkdə dörd ildə bir dəfə keçiriləcəkdir. Sizin qələbəniz

tarixi qələbədir. Artıq İslam Ölkələrinin Birinci Həmrəylik Olimpiadasının tarixinə yazılıbdır ki, basketbol

yarışlarında ilk çempion Azərbaycan komandası oldu.

Dediniz ki, islam ölkələri arasında Azərbaycandan maddi cəhətdən qat-qat zəngin ölkələr var. Bilirəm ki, o

ölkələrin bəzilərində xarici idmançılar da var, onları cəlb edirlər, bəzi hallarda onların adlarını da dəyişirlər,

vətəndaşlıq verirlər, yəni komandaları gücləndirirlər. Ona görə bu qələbə bizim üçün daha önəmlidir, əzizdir.

Bilirəm, mübarizə də çox gərgin idi. Çox şadam ki, basketbolçularımız belə gözəl nəticələr göstərirlər.

Mən xatırlayıram, Rimas Kurtinaytis buraya gələndə biz hamımız çox istəyirdik ki, basketbolda bir yenilik,

dönüş yaransın, bu idman növü inkişaf etməyə başlasın. O vaxt artıq voleybolçu qızlarımız ilk uğurlarını

göstərməyə başlamışdılar. Ona görə çox istəyirdik ki, bu, digər idman növlərində də müşahidə olunsun. İndi

Azərbaycanda basketbol yüksək səviyyəyə qalxıbdır. Mən bu gün voleybolçu qızlarla da görüşəcəyəm. Bundan

əvvəl "Atasport" otüstü xokkey komandası ilə də görüşdüm. Onlar çempionlar liqasında 2-ci yer tutublar. Bu da

böyük nailiyyətdir.

Bir də deyirəm, bu onu göstərir ki, əgər istənilən növdə təşkilatçılıq məsələləri öz həllini tapırsa, idmana,

idmançılara qayğı lazımi səviyyədədirsə, təlim-məşq toplanışları vaxtlı-vaxtında keçirilirsə, yaxşı məşqçi varsa,

federasiya yaxşı işləyirsə, idmana rəhbərlik edən bütün qurumlar birgə işləyirsə nəticə də olacaqdır. Bu nəticəni

əldə etmək üçün vaxt lazımdır. Haradasa, bəlkə 3-4 il lazımdır. Mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin

prezidentiyəm və bütün idman növlərində baş vermiş hadisələri çox yaxşı bilirəm, bütün güclü idmançıları

şəxsən tanıyıram və görürəm ki, 3, 4, hətta 5 il lazımdır ki, bir irəliləyiş olsun. Bu, basketbolda da var. Artıq bu

meyl yaranıbdır. Əminəm ki, bundan sonra inkişaf daha sürətlə gedəcək, gənclər basketbol bölmələrinə daha da

həvəslə gedəcəklər və bizim ölkəmiz daha da yaxşı tanınacaqdır.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

355

Basketbol dünyada ən populyar idman növlərindən biridir. Şəxsən özüm idmanla məşğul olan bir adam kimi

və idman həvəskarı olduğum üçün mən idman yarışlarını izləyirəm. Əlbəttə, maraq baxımından futbol ilk

yerdədir. Amma ondan sonra maraqla izlədiyimiz idman növü həqiqətən basketboldur.

Bir daha bildirmək istəyirəm ki, artıq bu, tarixdir. Təkcə islam dünyası deyil, bütün dünya bunu bilir ki,

Azərbaycan İslam Ölkələrinin Birinci Həmrəylik Olimpiadasının qalibidir. Mən çox razıyam. Bu nəticəni

görəndə adamın ürəyi açılır. Sizi bir daha təbrik edirəm, yaxşı idmançılarsınız, gəncsiniz, yaxşı gələcəyiniz var.

Artıq belə gənc yaşlarınızda çempion tituluna malik olmusunuz. Əminəm ki, gələcəkdə də yaxşı çıxış

edəcəksiniz.

Azərbaycan Prezidenti İlham Əliyev basketbolçularla səmimi görüşdü, onları bir daha təbrik etdi.

Prezidentin adından komandanın üzvlərinə və məşqçilərə hədiyyələr təqdim olundu.

15. 07. 2005

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

356

Ümumdünya Makkabi oyunları başa çatmışdır

Bakı, 25 iyul (AzərTAc). İsraildə 18-ci Ümumdünya Makkabi Oyunlarına yekun vurulmuşdur.

Makkabi–Azərbaycan Mədəni-İdman birliyinin direktoru Gennadi Gelmanın verdiyi məlumata görə, 15

yaşından yuxarı şahmatçılar arasında çıxış edən Azərbaycan təmsilçisi Marat Mardaxayev Makkabiadanın

bürünc medalına sahib olmuşdur.

1992/1993-cü il təvəllüdlü yeniyetmələrdən təşkil olunmuş Azərbaycanın basketbol komandası isə 6-cı

yeri tutmuşdur.

Əməkdar məşqçi Gennadi Gelman isə Azərbaycanda Makkabi hərəkatının inkişafına görə qızıl medalla

təltif olunmuşdur.

Xatırladaq ki, ölkə idmançılarının Ümumdünya Makkabi Oyunlarında iştirakı Gənclər və İdman

Nazirliyinin dəstəyi ilə baş tutmuşdur.

AzərTAc

25 iyul 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

357

Basketbol üzrə Azərbaycan yığmasının Avropa çempionatındakı rəqibləri

məlum olmuşdur

Bakı, 19 yanvar (AzərTAc). Almaniyanın Frayzinq şəhərində basketbol üzrə Avropa çempionatı B

divizionunun püşkatma mərasimi keçirilmişdir.

Azərbaycan Basketbol Federasiyasından bildirmişlər ki, püşkatmaya görə komandalar 3 qrupda

yarışacaqlar. “B” qrupunda yer alan Azərbaycan millisinin rəqibləri Rumıniya, Albaniya, Belarus və İsveç

yığmaları olacaqdır.

Oyunlar dairəvi üsulla iki dövrəyə (evdə və səfərdə) keçiriləcəkdir. İlk dövrədə komandamız avqustun 8-

də Albaniya, avqustun 14-də Belarus, avqustun 17-də Rumıniya, avqustun 21-də isə İsveç komandası ilə

qarşılaşacaqdır.

Qeyd edək ki, “A” qrupunda Avstriya, Lüksemburq, Hollandiya, Estoniya, “C” qrupunda isə Slovakiya,

Kipr, İsveçrə, Çexiya komandaları yer almışlar.

İkinci dövrənin cədvəli birinci dövrənin yekunlarından sonra Avropa Basketbol Federasiyası tərəfindən

təsdiq ediləcəkdir.

Yarışların ümumi nəticəsinə görə, qruplarda birinci yerləri tutan komandalar və ikinci yerlərin sahibləri

arasında ən güclü komanda A divizionuna 2 vəsiqə uğrunda mübarizəni gələn il davam etdirəcəkdir.

AzərTAc

19 yanvar 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

358

Azərbaycanlı basketbolçular beynəlxalq turnirdə uğurla çıxış etmişlər

Bakı, 6 aprel (AzərTAc). Rusiyanın Yekaterinburq şəhərində “KES-Basket” Məktəb Basketbol

Liqasının final yarışları keçirilmişdir.

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət yığma komandası bu yarışlarda qonaq qismində uğurla

iştirak etmişdir.

Liqa çərçivəsində yığmamız 5 oyun keçirmiş və bütün qarşılaşmaları öz xeyrinə başa vurmuşdur.

Millimiz, həmçinin turnirdə iştirak edən komandaların ən yaxşı basketbolçularından təşkil edilmiş

Rusiyanın məktəb yığması ilə dostluq görüşü keçirmişdir. Bu qarşılaşma meydan sahiblərinin 68:48 hesablı

qələbəsi ilə başa çatmışdır.

Ölkəmizin Yekaterinburqdakı baş konsulu Soltan Qasımov, Ümumrusiya Azərbaycan Konqresinin

vitse-prezidenti Şahin Şıxlinski və bu şəhərdəki diasporamızın nümayəndələri oyunu izləyənlər arasında

olmuşlar.

Oğlanların turnirində Rusiya Federasiyası Çuvaş Respublikasının komandası, qızlar arasında isə Tomsk

şəhərinin klubu birinci olmuşlar.

Azərbaycan yığmasının üzvü Renat Urazayev turnirin ən yaxşı oyunçusu adına layiq görülmüşdür.

Qalib komandalar və R.Urazayev mayın 5-dən 7-dək Parisdə keçiriləcək Avro Liqanın “Dördlər final”ında

iştirak etmək hüququ qazanmışlar.

AzərTAc

6 aprel 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

359

Ankarada tələbələrin beynəlxalq idman yarışları başlanmışdır

Bakı, 29 oktyabr (AzərTAc). AzərTAc xəbər verir ki, Türkiyənin Ankara şəhərində beynəlxalq idman

yarışları başlanmışdır.

Türkiyə Tələbə İdman Federasiyası və Qazi Universiteti tərəfindən təşkil edilmiş yarışlarda Azərbaycan,

Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr və Türkiyə idmançıları iştirak edir. Azərbaycan

nümayəndələri idmanın voleybol, basketbol, stolüstü tennis, şahmat və digər növləri üzrə mübarizə aparırlar.

Yarışlar oktyabrın 30-dək davam edəcəkdir.

AzərTAc

29 oktyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

360

Azərbaycan yığması Qazaxıstan klubunu darmadağın etmişdir

Bakı, 19 mart (AzərTAc). Bişkekdə “Nooruz-2011” beynəlxalq basketbol turnirinin ikinci turunun

görüşləri keçirilir.

AzərTAc xəbər verir ki, Azərbaycan basketbolçuları Qazaxıstanın “Okjetpes” klubuna 138:72 hesabı ilə

qalib gəlmişlər.

Qeyd edək ki, birinci turda Elxan Əliyevin yetirmələri Qazaxıstan klubunu 108:72 hesabı ilə

məğlubiyyətə uğratmışdılar.

AzərTAc

19 mart 201i-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

361

Basketbol üzrə “Avro-2013”-ün seçmə mərhələsinin təqvimi müəyyənləşmişdir

Bakı, 5 dekabr (AzərTAc). Kişi basketbolçular arasında “Avro-2013”-ün seçmə mərhələsinin təqvimi

müəyyənləşmişdir.

AzərTAc xəbər verir ki, B qrupunda mübarizə aparacaq Azərbaycan millisi ilk dəfə çıxış edəcəyi yarışa

səfər oyunu ilə başlayacaqdır.

Təqvimə əsasən 2012-ci il avqustun 15-də Lüksemburq-Azərbaycan, avqustun 18-də Azərbaycan-

Bolqarıstan, avqustun 21-də İsveç–Azərbaycan, avqustun 27-də Azərbaycan–Almaniya, avqustun 30-da

Azərbaycan–Lüksemburq, sentyabrın 2-də Bolqarıstan–Azərbaycan, sentyabrın 5-də Azərbaycan–İsveç,

sentyabrın 11-də isə Almaniya–Azərbaycan görüşləri keçiriləcəkdir.

AzərTAc 5 dekabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

362

FİBA Azərbaycan Basketbol Federasiyası ilə birgə “3x3” proqramının

həyata keçirilməsini nəzərdə tutmuşdur

Bakı, 17 oktyabr (AzərTAc). Beynəlxalq Basketbol Federasiyası (FİBA) Azərbaycan Basketbol

Federasiyası (ABF) ilə birgə 2013-2015-ci illərdə “3x3” proqramının həyata keçirilməsini nəzərdə tutmuşdur.

ABF-dən AzərTAc-a bildirmişlər ki, bununla əlaqədar “3x3” proqramının baş meneceri Kosta İlyev noyabrın

15-də FİBA tərəfindən Bakıya ezam olunacaqdır.

Türkiyənin basketbol rəsmiləri Azərbaycanın istedadlı gənc məşqçilərini öz ölkələrində yetişdirmək

niyyətindədirlər. Litva Basketbol Federasiyası isə Azərbaycanda basketbolun 4 illik inkişaf proqramını ABF-lə

birgə həyata keçirmək istəyir. Noyabrın 15-dək Litva Basketbol Federasiyasının baş katibi Mindauqas həmin

proqramın təqdimatını Bakıda əyanı şəkildə keçirmək niyyətindədir.

AzərTAc 17 oktyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

363

Bakıda Beynəlxalq Basketbol Federasiyasının təlimatçısı Nakiç Davorinin rəhbərliyi altında

hakimlər üçün seminar keçirilmişdir

Bakı, 5 noyabr (AzərTAc). Heydər Əliyev adına İdman-Konsert Kompleksində Beynəlxalq Basketbol

Federasiyasının (FİBA) təlimatçısı Nakiç Davorinin rəhbərliyi altında hakimlər üçün seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, seminarın birinci hissəsində video materialların təqdimatı ilə mühazirə

oxunmuşdur. İkinci hissədə isə praktik məşğələlər keçirilmişdir.

Seminarda Azərbaycan Basketbol Federasiyasının hakimlər kollegiyasını təmsil edən hakimlər və

müxtəlif yaş qruplarında çalışan məşqçilər iştirak etmişlər.

Daha sonra seminar iştirakçıları yazılı imtahan vermişlər. Yekunda seminarda iştirak edən və uğurla

imtahan verən hakim və məşqçilərə beynəlxalq sertifikatlar verilmişdir.

AzərTAc 5 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

364

Azərbaycan idmançısı “Red Bull King of the Rock-2013” final oyunlarında

iştirak etmişdir

Bakı, 2 oktyabr (AzərTAc). San Francisko şəhərində küçə basketbolu üzrə 2013-cü ilin dördüncü və

sonuncu “Red Bull King of the Rock-2013” final oyunları keçirilmişdir.

AzərTAc xəbər verir ki, çempionatda 19 ölkədən 64 güclü küçə basketbolçuları ən məşhur “Alkatrasda”

simvolik meydançasında toplaşmışlar.

Turnirdə Azərbaycanı milli “Red Bull King of the Rock-2013” çempionatının qalibi Amil Həmzəyev

təmsil etmişdir.

Uçulmuş divarların arasında və həbsxananın qaranlıq, soyuq çatlamış beton həyətində oyunçular bir-

biriləri ilə yüzlərlə tamaşaçının və fəxri qonaq olan Bleyk Qriffinin qarşısında mübarizə aparmışlar.

Yarışın sonunda Tarron “The Beast” Uilliams bütün rəqiblərinə qalib gələrək “kral” adına nail olmuşdur.

Ləqəbini Baron Deyvisdən almış Kaliforniya ştatının İnglevud şəhərindən olan otuz altı yaşlı Tarron “The

Beast” Uilliams İspaniyadan olan Sergio de la Fuenteyə 6:0 hesabı ilə qalib gəlmiş və qayanı çempion kimi tərk

etmişdir.

T.Uilyams açıqlamasında bildirmişdir ki, mübarizə çox çətin keçmişdir, lakin bu turnir üçün

məsuliyyətlə hazırlaşmışdır.

Yarışın sonunda B.Qriffi demişdir ki, “Red Bull King of the Rock” inanılmaz hadisədir. Qeyd etmişdir

ki, builki turnir onun iştirak etdiyi ən əla basketbol yarışıdır. Bu, artıq Amerikanın hakim olduğu idman növü

deyildir.

Bildirmişdir ki, ilk dəfə 2010-cu ildə keçirilmiş “Red Bull King of the Rock” yeganə rəsmi idman

yarışıdır ki, burada basketbol ilk dəfə 50 il əvvəl məhbusların adanı tərk etdiyi andan etibarən oynanmışdır.

Builki yarışda isə Birləşmiş Ştatlardan əlavə, Avstriya, Azərbaycan, Bəhreyn, Braziliya, Çex Respublikası,

Gürcüstan, Honq- Konq, İtaliya, Yaponiya, İordaniya, Küveyt, Livan, Rusiya, Serbiya, İspaniya, Tayvan, Tunis

və Birləşmiş Ərəb Əmirliklərinin idmançıları iştirak etmişlər.

Növbəti “Red Bull King of the Rock” çempionatı 2014-cü ildə Tayvanda keçiriləcəkdir.

AzərTAc 2 oktyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

365

Basketbol üzrə Azərbaycan millisi Gürcüstanda keçirdiyi yoldaşlıq oyunlarının hamısında qalib

gəlib

Tbilisi, 3 mart, AZƏRTAC

Azərbaycanın basketbol üzrə milli komandası Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində

Gürcüstanda təlim-məşq toplanışı və bir neçə yoldaşlıq oyunu keçirib.

Martın 2-də Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşıb. Oyun 88:79 hesabı ilə millimizin

xeyrinə başa çatıb.

Azərbaycan millisi keçirdiyi 6 yoldaşlıq oyunun hamısını qələbə ilə başa vurub.

Milli komandanın ikinci məşqçisi Tahir Baxşıyev AZƏRTAC-a müsahibəsində deyib: “Hazırda

Azərbaycan çempionatında fasilədir. Biz bu fasilədən istifadə edərək Gürcüstanda təlim-məşq toplanışları

keçirdik. Qonşu ölkədə olduğumuz müddətdə Gürcüstanın birinci liqa və super liqa komandaları ilə də oynadıq.

Eyni zamanda, super liqanın iki komandası – “Olimpiya” və “Suxumi” komandaları ilə qarşılaşdıq. Sevindirici

haldır ki, hər iki komandaya qalib gəldik. Ümumilikdə 6 oyun keçirmişik və hamısında qələbə qazanmışıq.

İdmançılarımızın ümumi hazırlığı bizi qane edir”.

T.Baxşıyev bildirib ki, komanda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına da ciddi hazırlaşır: “Avropa

Oyunlarında basketbol 3x3 üzrə yarışlar olacaq. Komandamızın iki üzvü - Fuad Niftəliyev və Amil Həmzəyev

həmin yarışda iştirak edəcəklər. Onlar da burada təlim-məşq toplanışında oldular və hesab edirik ki, bu

yarışlarda iştirak etməklə zəngin təcrübə qazandılar”.

Azərbaycan millisinin üzvü, ilk Avropa Oyunlarında basketbol yarışlarında iştirak edəcək idmançı Amil

Həmzəyev deyib: “İlk Avropa Oyunlarında basketbol 3x3 yarışlarında iştirak edəcəyəm. Bu yarış bir az fərqlidir

və açıq havada keçirilir. Havalar soyuq olduğu üçün zallarda məşq edirik. Gürcüstanda oyunlarımız bizim üçün

çox səmərəli oldu. Bu təlim-məşq toplanışından sonra – aprelin əvvəllərindən basketbol 3x3 üzrə hazırlıqlara

başlayacağıq. İnanıram ki, məşqlərimiz bizə qələbə qazanmağa imkan verəcək”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

AZƏRTAC

3 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

366

Basketbol üzrə U-16 millimiz İranda gümüş medal qazanıb

Bakı, 14 fevral, AZƏRTAC

On altı yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi İran İslam Respublikasının Sarab şəhərində

keçirilən beynəlxalq turnirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, dairəvi sistem üzrə 5 gün davam edən yarışda Azərbaycan millisi ilə yanaşı,

İranın U-18 yığması, İraqın Süleymaniyyə şəhərinin komandası, Təbriz, Takestan və Sarab kollektivləri

birincilik uğrunda mübarizə aparıblar.

İlk oyunda minimal hesabla İran millisinə məğlub olan millimiz digər dörd qarşılaşmada rəqiblərini inamla

üstələyib.

Yekunda komandamız İran yığması ilə eyni xal toplayaraq şəxsi qarşılaşmada rəqibinə uduzduğuna görə,

turnirin gümüş medalını qazanıb.

AZƏRTAC

2017, 14 fevral

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

367

Basketbolçularımız “Novruz-2017” beynəlxalq turnirinin gümüş medalını qazanıblar

Bakı, 23 mart, AZƏRTAC

Qırğızıstanda basketbol üzrə “Novruz-2017” beynəlxalq turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən 20 yaşadək basketbolçulardan ibarət Azərbaycan

millisi finalda “Qırğızıstan-1” komandası ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda millimiz 67:75 hesabı ilə məğlub olaraq “Novruz-2017”

beynəlxalq turnirinin gümüş medalı ilə kifayətlənib.

AZƏRTAC

2017, 23 mart

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

368

Şahmat

Azərbaycan şahmatçılarına dövlət qayğısı

1997-ci ildə Azərbaycanda "Bədən tərbiyəsi və idman haqqında qanun" qüvvəyə mindi. Bu qanun idmanın

inkişaf etməsinin hüquqi əsaslarını müəyyənləşdirdi, dövlətin idman siyasətinin göstəricilərindən birinə çevrildi.

Ölkə başçısı respublikada idmanın inkişafını yalnız dörd ildən bir keçirilən Olimpiya oyunlarında iştirak

etməkdə və orada hansısa nailiyyətlər əldə etməkdə görməməyi, ölkədə idmanın geniş yayılmasının təmin

olunmasını, kütləvi idmanı inkişaf etdirməyi tövsiyə edirdi. Heydər Əliyev idman obyektlərinin bütünlüklə

gənclərin istifadəsinə verilməsini tələb edir, idman qurğularının bərpasına, yeni obyektlərin salınmasına,

idmanın bütün növlərinin, o cümlədən qeyri-olimpiya növlərinin də inkişaf etdirməyə çağırırdı.

Azərbaycan prezidenti insanı yalnız fiziki cəhətdən sağlamlaşdıran idman növlərinin deyil, həm də əqli

inkişafa, analitik düşüncə tərzini formalaşdırmağa, yaradıcılıq qabiliyyətinə müsbət təsir göstərən şahmatın da

inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Onun təşəbbüsü ilə 70-ci illərin axırlarında və 80-ci illərin

əvvəllərində ölkənin bütün bölgələrində şahmat məktəbləri, şahmat klubları açılmışdı. Nəticədə respublikada

şahmat böyük sürətlə inkişaf etməyə başlamış, müxtəlif yaş dərəcələri üzrə qrossmeysterlər, dünya çempionları

yetişmişdilər. Həmin dövrlərdə şahmata verilmiş təkanın nəticəsi idi ki, ölkə şahmat məktəbi keçid dövründə,

müstəqilliyin ilk illərində ətalət içərisində olsa da, özünü qoruya bilmişdi. Heydər Əliyev müstəqil Azərbaycana

rəhbərlik etməyə başlayandan sonra bu sahədə yeni dirçəliş başlandı. 1997-ci ilin yanvarında ölkə başçısı

şahmat üzrə dünya çempionu Anatoli Karpovu qəbul etdi. Bu görüşdə Azərbaycan şahmatının vəziyyəti, onun

inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıldı.

Ölkədə şahmat məktəbləri yenidən fəaliyyətlərini genişləndirməkdə, uşaq şahmatçılar arasından yeni-yeni

istedadlar üzə çıxmaqda idi. Azərbaycan Respublikası Prezidenti 1998-ci ilin fevralında "Azərbaycan uşaq

şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında" sərəncam imzaladı.

Həmin ilin sonunda isə Prezident "Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında"

sərəncam verdi.

Uşaq şahmatçılara göstərilən bu qayğı çox keçməmiş öz bəhrəsini verməyə başladı. Teymur Rəcəbov

tezliklə beynəlxalq qrossmeystr normasını doldurdu, yeniyetmə şahmatçı dünyanın məşhur şahmatçıları

arasında ölkəmizi təmsil etməyə başladı.

Azərbaycan prezidentinin idmana göstərdiyi diqqət və qayğı beynəlxalq idman və olimpiya təşkilatlarında

da böyük əks-sədaya səbəb oldu. 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyası İslandiyanın Reykyavik

şəhərindəki Baş Məclisində Azərbaycan Prezidentini Olimpiya Hərəkatı və idman sahəsində böyük

xidmətələrinə görə görkəmli dövlət xadimlərinə verilən "Olimpiya ləyaqəti" mükafatı ilə təltif etdi.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

369

Gənclər arasında Avropa şahmat çempionatı start götürdü

İyulun 14-də Milli Olimpiya Komitəsinin idman kompleksində gənclər arasında Avropa Şahmat

çempionatının təntənəli açılışı keçirildi. Bu yarışların təşkilatçısı Milli Olimpiya Komitəsi, Gənclər, İdman və

Turizm Nazirliyi və Azərbaycan şahmat federasiyası oldu.

Mərasimdə Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak edirdi.

Çempionatda 16 ölkənin 60-dan artıq gənc şahmatçısı iştirak edir. Yarışların ən nüfuzlu iştirakçıları bizim

komandadır. Qızlar arasında yarışlarda Azərbaycanı yığma komandada 10 şahmatçı, oğlanlar arasında isə

komandamızı 12 şahmatçı təmsil edir.

Yarışların açılışında nitq söyləyən Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev iştirakçıları

Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi adından salamladı, qeyd etdi ki, son

zamanlarda ölkəmizdə müxtəlif çempionatlar və yarışlar keçirilir. Şahmat Azərbaycanda çox populyar idman

növüdür. Şahmatçılarımız bir çox yarışlarda iştirak edir, gözəl nailiyyətlər əldə edirlər. Uğurlu çıxışların nəticəsi

vətənimizin paytaxtında gənclər arasında Avropa çempionatının keçirilməsi oldu.

Nazirin sözlərinə görə, Azərbaycanda idmanın inkişafına dövlətimizin başçısı Heydər Əliyev daimi qayğı

göstərir.

Daha sonra çıxış edən Avropa Şahmat İttifaqının prezidenti Boris Kutin, beşqat dünya şahmat çempionu,

Gürcüstanın Milli Olimpiya Komitəsinin şərəfli prezidenti Nonna Qaprindaşvili, Azərbaycan şahmat

federasiyasının prezidenti Aynur Sofiyeva yarışın iştirakçılarını salamladı və qeyd etdilər ki, Bakıda gənclər

arasında Avropa şahmat yarışlarının keçirilməsi çox böyük bir hadisədir. Gözəl şahmat ənənələrinə malik olan

Azərbaycanda dünya dərəcəli ustalar hazırlanmışdır. Dünyada Azərbaycanı burada müxtəlif beynəlxalq

yarışların keçirilməsi sayəsində daha yaxşı tanımağa başlayırlar.

Aynur Sofiyeva çempionatın açılışını elan etdi.

Azərbaycanın dövlət himni səsləndi.

Yarış iştirakçılarını respublikamızın incəsənət ustaları da salamladılar.

Sonra Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirakçılara yaxınlaşdı və

lövhələrin birində birinci addımını etdi.

İsveçrə sistemi ilə keçirilən çempionat iyulun 24-ə kimi davam edəcək.

Açılış mərasimində Milli Məclisin birinci sədr müavini Arif Rəhimzadə, parlamentin birinci sədr müavini

Ziyafət Əsgərov, deputatlar və başqa rəsmilər iştirak edirdi.

16. 07. 2002

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

370

Gənclər arasında şahmat üzrə Avropa çempionatı

2002-ci il təkcə Azərbaycan idmançılarının dünyanın idman arenalarında qazandıqları uğurlarla deyil, həm

də respublikada keçirilmiş mötəbər beynəlxalq yarışların çoxluğu ilə ölkəmizin idman tarixində özünəməxsus

yer tutacaqdır. Bu il respublikamızın idmansevərləri olimpiya idman növləri üzrə qitə və dünya miqyaslı bir sıra

yarışların tamaşaçısına çevrilmişlər. Bütün bu yarışların təşkili və keçirilməsində isə Milli Olimpiya

Komitəsinin böyük dəstəyi, yardımı və iştirakı olmuşdur.

Lakin son 10 ildə respublikada şahmatda əsas uğurlar yeniyetmələrin payına düşür. Bir qrup gənc

şahmatçılarımız müxtəlif dövrlərdə dünya və Avropa çempionatlarının mükafatçıları olmuşlar. Bütün bunlar

şahmat üzrə gənclər arasında Avropa çempionatının Bakıda keçirilməsi əsas yaradır. Azərbaycan Şahmat

Federasiyasının və Milli Olimpiya Komitəsinin müraciətləri nəzərə alınaraq çempionat respublikamıza salındı.

16 ölkənin 70-ə yaxın şahmatçısının iştirak etdiyi qitə çempionatının təntənəli açılış mərasimi iyulun 14-də

oldu. Mərasimdə Avropa şahmat federasiyasının prezidenti Boris Kutin, şahmat üzrə beşqat dünya çempionu

Nona Qaprindaşvili, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Respublika Gənclər, İdman və

Turizm naziri Əbülfəs Qarayev, xarici ölkələrin səfirləri, Milli Məclisin deputatları iştirak etdilər.

Avropa Şahmat Federasiyasının prezidenti Boris Kutin açılış mərasimindəki çıxışında Azərbaycanda belə

bir turnirin keçirilməsindən məmnun qaldığını söyləyərək dedi: "Əlbəttə, Azərbaycan üçün bu, çox əlamətdar

hadisədir. Şahmat aləminə bir çox güclü şahmatçılar bəxş etmiş Azərbaycanda belə nüfuzlu çempionatın yüksək

səviyyədə təşkilindən çox razıyıq. …Mən Azərbaycanın idman sahəsində gördüyü işləri, atılan addımları

yüksək qiymətləndirirəm." Beşqat dünya çempionu, Gürcüstan Şahmat Federasiyasının fəxri prezidenti Nona

Qaprindaşvili açılış mərasimindəki çıxışında Azərbaycanda idmanın yüksək templə inkişaf etməsini qeyd

edərək dedi: "Azərbaycan həmişə öz güclü şahmatçıları ilə tanınıbdır. Hazırda Azərbaycan şahmat məktəbi

Teymur Rəcəbov kimi parlaq istedadlı şahmatçılar yetişdirməkdədir. Son vaxtlar ölkənizdə keçirilən beynəlxalq

miqyaslı yarışlar haqqında məlumatım var. Sizə bu sahədə yeni-yeni uğurlar arzulayıram."

Açılış mərasiminin bədii hissəsindən sonra Azərbaycan şahmat federasiyasının prezidenti, çempionatın

təşkilat komitəsinin sədri, beynəlxalq dərəcəli qrossmeyster Aynur Sofiyeva gənc şahmatçıların Avropa

çempionatında ilk gedişini etmək üçün Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi oyunların

keçirildiyi səhnəyə dəvət etdi. İlham Əliyev çempionatın ilk gedişini etdi və bununla da yarışların startı verildi.

Gənc şahmatçıların Bakıda keçirilən Avropa çempionatının açılış mərasimində iştirak edən Milli Olimpiya

Komitəsinin prezidenti İlham Əliyev çempionat barədə jurnalistlərə müsahibə verərkən dedi: "Şahmatın

Azərbaycanda böyük ənənələri var. Bizim güclü şahmatçılarımız əvvəl də olub, indi də var. Bildiyiniz kimi

şahmat tacı əvvəllər Bakıda idi. Ancaq sonra Bakıdan getdi. Mən əminəm ki, şahmat tacı yenidən Bakıya

qayıdacaq. Gənc şahmatçı Teymur Rəcəbov böyük istedada malikdir və əminəm ki, yaxın gələcəkdə o, dünya

çempionu olacaq. Ona görə də mən çox şadam ki, belə bir tədbir bu gün Azərbaycanda keçirilir. Düşünürəm ki,

bu, ölkəmizdə şahmatın inkişafına bir növ təkan verəcək."

Avropa çempionatı Azərbaycan şahmatçılarının doğrudan da güclü olduqlarını bir daha sübut etdi.

20 yaşınadək şahmatçılar arasında qitə çempionatlarının tarixi 1990-cı ildən başlanmışdır. Bu yarışlarda

Azərbaycan şahmatçıları həmişə uğurla çıxış etmişlər. Builki qitə çempionatında da belə oldu. Azərbaycanı

təmsil edən 22 gənc şahmatçıdan üçü yüksək ustalıq nümayiş etdirərək medal qazandı. Qızlarımızdan Zeynəb

Məmmədyarova birinci yeri tutdu, oğlanlar arasında yarışlarda Vüqar Həşimov gümüş, Şəhriyar Məmmədyarov

isə bürünc medala sahib oldular. Maraqlıdır ki, çempionatın qalan üç medalını Gürcüstan şahmatçıları

qazandılar. Oğlanlar arasında gürcüstanlı şahmatçı Zviad İzoriya qızıl, qızlar arasında isə Nana Сaqnidze

gümüş, İnqa Çarxalaşvili bürünc medala sahib oldular. Birinci onluqda Rusiya, Polşa, Türkiyə, Ukrayna,

Hollandiya və Estoniyadan olan şahmatçılar da yer tutdular.

Sevindirici haldır ki, 20 yaşınadək şahmatçıların Avropa çempionatına şahmat üzrə beynəlxalq dərəcəli

hakimi Faiq Həsənov baş hakimlik etdi. Azərbaycanlı hakim şahmat aləminin sayılıb seçilən hakimlərindən

biridir. O, artıq dördüncü dəfədir ki, mötəbər beynəlxalq yarışlarda baş hakimlik etmişdir.

İyulun 24-də gənclər arasında şahmat üzrə Avropa çempionatının təntənəli bağlanış mərasimi oldu.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

371

Final qarşılaşmaları

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti üçaylıq reytinq cədvəlini açıqlayıb. FİDE versiyası üzrə

son dünya çempionu bolqar Veselin Topalov 2804 xalla siyahıda (Top 100) liderliyi ələ alıb. Qeyd edək ki,

yanvarın 1-də açıqlanan cədvəldə birinci olan Harri Kasparovun adı budəfəki sıyahıdan çıxarılıb. Buna səbəb

tanınmış şahmatçının bu il keçirilən yarışlara qatılmaması olub. İkinci mövqedə yer alan hindistanlı Vişvanatan

Anand (2803) Topalovdan cəmi 1 xal geri qalıb. Üçüncü pillədə isə Dünya kubokunun sahibi, sonuncu

"Linares" turnirinin qalibi erməni Levon Aronyan (2756) qərarlaşıb.

2005-ci ilin sonlarında bir sıra uğurlu nəticələrə imza atmaqla FİDE reytinqində 2709 xalla 15-ci sıraya

yüksələn Şəhriyar Məmmədyarov 19-cu pilləyə geriləyib (2699). Digər həmyerlimiz Teymur Rəcəbovun

sonuncu "Linares" turnirində nümayiş etdirdiyi gözəl oyunu onun cədvəldəki mövqeyinə təsir edib. Əvvəlki

analoji cədvəldə 2700 xalla 19-cu olan Teymur üç ay sonra əmsalına 17 xal yazdıraraq (2717), 13-cü pilləyə

yüksəlib. cədvəldə diqqəti cəlb edən məqamlardan biri də Vüqar Həşimovun 24 pillə irəliləməsidir. Vüqar üç ay

əvvəl 2625 xalla 90-cı idisə, hazırda 2644 xalla 66-cı mövqedə yer alıb. Oğlanların reytinq cədvəlində (Top 20)

üç həmyerlimiz - Teymur Rəcəbov (2717) 1-ci, Vüqar Həşimov (2644) 8-ci, Qədir Hüseynov (2610) isə 10-cu

pillədə qərarlaşıblar. Şəhriyar Məmmədyarovun yaşı 20-ni keçdiyi üçün onun adı siyahıdan çıxarılıb. cədvəldə

göstərilən 50 qadın (Top 50) və 20 qız (Top 20) şahmatçısı arasına təmsilçilərimizdən heç biri yüksələ

bilməyiblər. Ölkələrin reytinq cədvəlinə isə yenə də Rusiya (2716) başçılıq edir. Növbəti yerləri Ukrayna (2663)

və ABŞ (2625) komandaları tutublar. Azərbaycan üç ay ərzində aktivinə növbəti 4 xalı yazdırsa da, ölkəmizin

mövqeyində dəyişiklik olmayıb.

Kişilərin reytinq cədvəli (Top 100)

1. Veselin Topalov (Bolqarıstan) - 2804 xal 2. Vişvanatan Anand (Hindistan) - 2803 3. Levon Aronyan

(Ermənistan) - 2756 4. Pyotr Svidler (Rusiya) - 2743 5. Petr Leko (Macarıstan) - 2738 ... 13. Teymur Rəcəbov

(AZƏRBAYcAN) - 2717 ... 19. Şəhriyar Məmmədyarov (AZƏRBAYcAN) - 2699 ... 66. Vüqar Həşimov

(AZƏRBAYcAN) - 2644

Qadınların reytinq cədvəli (Top 50)

1. Yudit Polqar (Macarıstan) - 2711 2. Humpi Koneru (Hindistan) - 2548 3. Aleksandra Kostenyuk

(Rusiya) - 2540

20 yaşadək oğlanların reytinq cədvəli (Top 20)

1. Teymur Rəcəbov (AZƏRBAYcAN) - 2717 2. P. Harikrişna (Hindistan) - 2680 3. Hikaru Nakamura

(ABŞ) - 2664 ... 8. Vüqar Həşimov (AZƏRBAYcAN) - 2644 ... 10. Qədir Hüseynov (AZƏRBAYcAN) - 2610

20 yaşadək qızların reytinq cədvəli (Top 20)

1. Humpi Koneru (Hindistan) - 2548 2. Tatyana Kosintseva (Rusiya) - 2489 3. Katerina Lahno (Ukrayna) -

2468

Ölkələrin reytinq cədvəli 1. Rusiya - 2716 2. Ukrayna - 2663 3. ABŞ - 2625 4. Fransa - 2623 ... 13.

AZƏRBAYСAN - 2595

"Olimpiya dünyası", 4 aprel 2006-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

372

Teymur Rəcəbov Veyk-an-Zee turnirinin qalibidir

Şahmatçımızın bu sevincinə Topalov və Aronyan da şərik çıxdı

Yanvarın 28-də Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə 19-cu kateqoriyalı

superturnirə yekun vurulub. Uzaq "Zanbaqlar ölkəsi"ndən gələn xəbər bütün şahmat azarkeşlərimizi

sevindirməyə bilməzdi. Belə ki, təmsilçimiz Teymur Rəcəbov 8,5 xalla turnirin qalibi adım qazanıb. Lakin

şahmatçımızın bu uğuruna bolqar Veselin Topa-lov və erməni Levon Aronyan da şərik çıxıblar.

Əvvəlcə XI tur barədə. Yanvarın 26-da keçirilən turda Rəcəbov son dünya çempionu rusiyalı Vladimir

Kramniklə görüşüb. Oyuna qara fiqurlarla başlayan Teymur 28-ci gediş-də heç-heçəyə razılaşıb. Rusiyanın

digər təmsilçisi Pyotr Svidler 48-ci gedişdə gözlənilmədən Topalovun şahmı mat edib. Aronyan isə ukraynalı 17

yaşlı vunderkind Sergey Karyakindən üstün olub.

XII turun mərkəzi görüşü Topalov-Kramnik qarşılaşması olub. Elistada "şahmat tacı" uğrunda keçirilən

çempionatdan sonra düşmən kəsilən şahmatçıların oyun başlamazdan əvvəl bir-biri ilə görüşməməsi diqqətdən

yayınmayıb. Dünya şah-mat ictimaiyyətinin böyük maraqla izlədiyi görüş 49-cu gedişdə heç-heçə ilə

nəticələnib. Rusiyalı Aleksandr Motılyovla bir taxta arxasında əyləşən Rəcəbov fantastik nəticəyə imza atıb və

rəqibini 27 gedişə mat edib. Nəticədə "qızıl oğlan" xalını 8-ə yüksəldib və Topalovla yanaşı turnir cədvəlinin ilk

pilləsinə sahib çıxıb.

Yanvarın 28-də keçirilən həlledici sonuncu tur ərəfəsində vəziyyət daha da dramatikləşib. Turun mərkəzi

görüşü - Rəcəbov-Topalov dueli Veyk-an-Zeenin yeganə qalibini müəyyən edə bilərdi. Lakin tərəflər 26-cı

gedişdə "sülh bağlayıblar". Bununla belə, 8,5 xal toplayan hər iki şahmatçının

sevincinə şərik çıxan da tapılıb. Bu, Dünya kuboku və Ümumdünya Turin Şahmat Olimpiadasının qalibi

Levon Aronyan olub. Erməni şahmatçı ağ fiqurlarla holland Tivyakova 43 gedişdə qalib gəlib və xal aktivini

8,5-ə çatdırıb. Yarışın ənənəsinə əsasən, şahmatçıların yekun nəticələri nə-zərə alınmayıb və Rəcəbov-Topalov-

Aronyan üçlüyü super-turnirin qalibi adına layiq görülüb. Kramnik son turda mey-dan sahibi Van Veliyə qalib

gəlsə də, bu, qələbə üçün yetərli olmayıb. Sürətli şahmat üzrə dünya çempionu Vişvanatan Anand isə 7,5 xalla

yarışı 5-ci pillədə başa vurub.

27 yanvar - XII tur Motilyov - Rəcəbov -0:1 Topalov - Kramnik - 0,5:0,5 Van Veli - Svidler - 1:0 Karyakin - Karlsen -

0,5:0,5 Şirov - Aronyan - 0,5:0,5 Tivyakov - Anand - 0,5:0,5 Navara - Ponomaryov - 1:0

28 yanvar - XIII tur Ponomaryov - Motılyov - 0,5:0,5 Anand - Navara - 0,5:0,5 Aronyan - Tivyakov - 1:0 Karlsen - Şirov -

0,5:0,5 Svidler - Karyakin - 0:1 Kramnik - Van Veli - 1:0 Rəcəbov - Topalov - 0,5:0,5

Veyk-an-Zee turnirinin yekun siyahısı

O Q H M X

1. Teymur Rəcəbov (Azərbaycan) 13 5 7 / 8,5

2. Veselin Topalov (Bolqarıstan) 13 5 7 / 8,5

3. Levon Aronyan (Ermənistan) 13 4 9 0 8,5

4. VJadimir Kramnik (Rusiya) 13 3 10 0 8

5. Vişvanatan Anand (Hindistan) 13 4 7 2 7,5

6. Pyotr Svidler (Rusiya) 13 4 6 3 7

7. David Navara (Çexiya) 13 3 7 3 6,5

8. Sergey Karyakin (Ukrayna) 13 3 7 3 6,5

9. Ruslan Ponomaryov (Ukrayna) 13 2 8 3 6

10. Sergey Tivyakov (Hollandiya) 13 0 10 3 5

11. Lük Van Veli (Hollandiyaj 13 0 10 3 5

12. Aleksandr Motılyov (Rusiya 13 1 8 4 4,5

13. Maqnus Karlsen (Norveç) 13 0 9 4

14. Aleksey Şirov (Ispaniya) 13 1 7 5 4,5

"Olimpiya dünyası", 30 yanvar 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

373

Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti seçilmişdir

AzərTAc xəbər verir ki, aprelin 13-də Milli Olimpiya Komitəsində Azərbaycan Şahmat Federasiyasının

(AŞF) iclası keçirilmişdir.

İclasda Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov Azərbaycan Şahmat Federasiyasının yeni

prezidenti seçilmişdir.

Gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, uzun müddət AŞF-yə rəhbərlik etmiş Aynur

Sofiyeva başqa vəzifəyə keçdiyi üçün o istefa ərizəsi vermişdir. Nazir Aynur Sofiyevanın AŞF-nin İcraiyyə

Komitəsinin üzvü seçilməsini təklif etmişdir.

Azərbaycanda güclü şahmatçıların olduğunu deyən Elman Rüstəmov, ölkədə şahmatı daha da inkişaf

etdirmək üçün çox işlərin görülməsinin vacibliyini bildirmişdir.

AzərTAc

13 aprel 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

374

Teymur Rəcəbov yenidən liderlər qrupundadır

Bakı, 24 yanvar (AzərTAc). Niderlandın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə superturnirin

(“A” qrupu) 6-cı turu çərçivəsində Teymur Rəcəbov ABŞ şahmatçısı Qata Kamskini məğlubiyyətə uğratmışdır.

Həmyerlimiz Karo-kann müdafiəsində tanınmış rəqibini 41-ci gedişdə təslim olmağa məcbur etmişdir. Görüşdə

xal qazanan T.Rəcəbov yenidən liderlər qrupuna daxil olmuşdur.

Şahmatçıların digər görüşləri belə nəticələnmişdir: Vanq Yu-Maykl Adams 0:1, Maqnus Karlsen-

Sergey Karyagin 0,5:0,5, Yan Smets-Lenyer Dominqes 0,5:0,5, Levon Aronyan-Vasili İvançuk 0,5:0,5, Daniyel

Stellvaqen-Lyuk Van Veli 0,5:0,5, Sergey Моvsеsyan-Aleksandr Morozeviç 1:0.

Altı turdan sonra turnir cədvəlinə 4 xal toplamış S.Karyagin başçılıq edir.

T.Rəcəbov, L.Dominqes, S.Movsesyan. Y.Smets, L.Aronyan 3,5xal, Q.Kamski, M.Karlsen, L.Van

Veli, M.Adams 3 xal, V.İvançuk, D.Stellvaqen 2,5 xal, Vanq Yu 2 xal, A.Morozeviç 1,5 xal toplamışlar.

AzərTAc

24 yanvar 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

375

Şahmat üzrə Azərbaycan yığma komandası Avropa çempionu

olmuşdur

Bakı, 30 oktyabr (AzərTAc). Serbiyanın ikinci ən böyük şəhəri olan Novi-Sadda şahmat üzrə Avropanın

17-ci komanda çempionatı başa çatmışdır. Beynəlxalq qrossmeyster Vüqar Həşimov inamlı və mübariz oyunu

ilə hollandiyalı rəqibi Daniyel Stellvaqeni 75-ci gedişdə təslim olmağa məcbur etmişdir. Bununla da Həşimovun

qələbəsi nəticəsində Azərbaycan millisi ilk dəfə olaraq Avropa çempionu tituluna layiq görülmüşdür.

Digər şahmatçılarımızın oyunlarında isə heç-heçə qeydə alınmışdır.

Qadınlardan ibarət Azərbaycan yığması isə Sloveniya komandasını 2,5:1,5 hesabı ilə məğlub edərək

Avropa çempionatının dördüncü pilləsində yer almışlar.

AzərTAc

30 oktyabr 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

376

Azərbaycan komandası dünya çempionatında 3-cü yerə

yüksəlmişdir

Bakı, 11 yanvar (AzərTAc). Türkiyənin Bursa şəhərində keçirilən şahmat üzrə komandalararası dünya

çempionatının altıncı turunda aşağıdakı nəticələr qeydə alınmışdır: Azərbaycan-İsrail 2:2, Ermənistan-

Yunanıstan 1:3, ABŞ- Braziliya 3:1, Türkiyə-Misir 2:2, Hindistan-Rusiya 1,5:2,5.

Altı turun yekununa görə, ABŞ və Rusiya 10 xalla 1-2-ci yerləri bölüşürlər. Azərbaycan, Ermənistan,

İsrail, Hindistan (7 xal) 3-6-cı, Yunanıstan (6 xal) 7-ci, Misir (3 xal) 8-ci, Braziliya (2 xal) 9-cu, Türkiyə (1 xal)

10-cu yerləri tutur.

Qeyd edək ki, şəxsi göstəricilərə görə, Azərbaycan komandası turnir cədvəlinidə 3-cü pilləyə

yüksəlmişdir.

Yanvarınn 11-də Azərbaycan yığmasının rəqibi Braziliya şahmatçıları olacaqdır.

AzərTAc

11 yanvar 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

377

Azərbaycan şahmatçıları dünya çempionatının liderləri sırasındadırlar

Bakı, 23 oktyabr (AzərTAc). Yunanıstanın Xalkidi şəhərində 8 yaşdan 18 yaşadək şahmatçı oğlan və

qızlar arasında keçirilən dünya çempionatında 3 tur oynanılmışdır.

Azərbaycan şahmatçılarından Vasif Durarbəyli və Nərmin Kazımova (18 yaş), həmçinin Səbinə

İbrahimova (16 yaş) və Aydan Höcətova (12 yaş) hərəyə 3 xal toplayaraq öz yaş qruplarında liderlər

sırasındadırlar.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 11 tur oynanılacaqdır.

AzərTAc

23 oktyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

378

Azərbaycan qrossmeysteri Eltac Səfərli FİDE–nin yüksək reytinqə malik

20 gənc şahmatçısı siyahısındadır

Bakı, 4 noyabr (AzərTAc). Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabrın 1-nə dünyanın yüksək

reytinqə malik 20 gənc şahmatçısının siyahısını açıqlamışdır.

Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Eltac Səfərli 2609 əmsalla siyahıda 20-ci yerdə

qərarlaşmışdır.

FİDE reytinqinin ilk beşliyində isə Maqnus Karlsen (2802), Sergey Karyagin (2760), Yan Nepomnyayuşiy

(2720), Fabiano Karuano (2709), Maksim Vaşye-Laqrav (2703) yer almışlar.

AzərTAc

4 noyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

379

Azərbaycan şahmatçısı İtaliyada beynəlxalq turnirin qalibi olmuşdur

Bakı, 6 yanvar (AzərTAc). İtaliyanın Recio-Emiliya şəhərində ənənəvi 53-cü beynəlxalq şahmat turniri

başa çatmışdır.

AzərTAc xəbər verir ki, 19-cu kateqoriya daşıyan bu turnirdə Azərbaycanın idman şərəfini beynəlxalq

qrossmeyster Vüqar Həşimov qorumuşdur. Həmyerlimiz inamlı oyun nümayiş etdirərək 9 mümkün xaldan 6 xal

toplayaraq turnirin qalibi adına layiq görülmüşdür.

Son turda Vüqar Həşimov qara fiqurlarla Amerika şahmatçısı Aleksandr Onişukla heç-heçə oynamışdır.

AzərTAc

6 yanvar 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

380

Azərbaycan şahmatçıları Sevilya turnirində

müvəffəqiyyətlə mübarizə aparırlar

Bakı, 8 yanvar (AzərTAc). İspaniyanın Sevilya şəhərində 36-cı ənənəvi beynəlxalq şahmat turniri start

götürmüşdür. İsveçrə sistemi üzrə 9 turda keçiriləcək turnir yanvarın 15-də başa çatacaqdır.

Turnirə 220 şahmatçı qatılmışdır. Azərbaycan qrossmeysterləri Azər Mirzəyev və Fərid Abbasov birinci turun

qalibləri arasındadırlar. Şahmatçılarımızın növbəti rəqibləri ispanlar olacaqdır. Azər Mirzəyev Manuel Pereyra,

Fərid Abbasov isə Markes Justiano ilə görüşəcəkdir.

AzərTAc

8 yanvar 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

381

Beynəlxalq Şahmat Federasiyası yeni reytinq cədvəlini açıqlamışdır

Bakı, 2 oktyabr (AzərTAc). Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlamışdır.

AzərTAc xəbər verir ki, planetin ən güclü 100 kişi, qadın və gənc şahmatçısının siyahısında 8 həmyerlimiz yer

almışdır.

Kişi qrossmeysterinin siyahısına 2843 xalla norveçli Maqnus Karlsen başçılıq edir. İlk onluqda

Azərbaycan millisinin 1 üzvü yer almışdır. Təmsilçilərimiz arasında ən yüksək göstəriciyə malik Teymur

Rəcəbov 2792 xalla dünya dördüncüsüdür. Yüz ən yaxşı arasında daha 2 şahmatçımız qərarlaşmışdır. 2748 xalı

olan Şəhriyar Məmmədyarov 14-cü, ondan 11 xal geridə olan Vüqar Həşimov 17-ci pillədədir.

Qadınların reytinqində təmsilçilərimiz reytinq cədvəlinə daxil olmamışlar. Əvəzində gənclərin reytinqində 3

şahmatçımız siyahıda yer almışdır. Eltac Səfərli (2616) 11-ci, Vasif Durarbəyli (2584) 20-ci, Nicat Abbasov

(2461) 89-cu sıradadır. Qızların reytinqində Xəyalə Abdulla 2223 xalla 46-cı, Nərmin Kazımova 2209 xalla 54-

cüdür.

AzərTAc

2 oktyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

382

Şahmat Olimpiadası-2016 Azərbaycanda keçiriləcək

Azərbaycan Dünya Kuboku-2015 və Şahmat Olimpiadası 2016nın keçirilməsi hüququnu əldə edib. Qərar

İstanbulda Polat Renaissance otelində keçirilən FİDE-nin Konqressinin baş assambleyasında verilib.

İlk olaraq Olimpiadanın keçirilməsinə Bakı Albena (Bolqarıstan) və Tallinn (Estoniya) iddia etsə də

sonradan Bolqarıstan və Estopniyanın ərizələri qəbul edilməyib. Buna görə də Bakının namizədliyi müzakirə

edilməyə başlandı. Lakin burada da başqa bir problem yarandı: Ermənistan nümayəndələri Bakının

Olimpiadanın keçirilməsi hüququnu əldə etməsinə etiraz etməyə başladılar. Onlar erməni şahmatçılarının

Bakıda çətin oynayacaqlarını bəhanə gətirirdilər.

Azərbaycan Gənclər Fondunun direktoru Fərhad Hacıyev ərizəmizlə bağlı çıxış etdi. Qonaqlara

Azərbaycan haqqında videorolik nümayiş etdirildi.

Daha sonra isə söz Gənclər və İdman naziri Azad Rəhimova təqdim edildi.

“Bakı Dünya kuboku-2015 və Şahmat Olimpiadası 2016-nı ən yüksək səviyyədə keçirməyə qadirdir. Bizim

hər cür şəraitimiz və infrastrukturumuz var.

Azərbaycan dünyanın şahmat mərkəzlərindən biridir. Bizdə şahmata böyük vəsait yatırılır. Biz çoxsaylı

turnirlər təşkil etmiş ölkəyik. Tezliklə ölkəmizdə yeniyetmə qızlar arasında futbol üzrə dünya çempionatı

keçiriləcək. Erməni idmançılar artıq Azərbaycana gəlib və yarışlarda da iştirak ediblər.

Onların təhlükəsizliyinə zəmanət verilib və bu zəmanət tam yerinə yetirilib. Boks üzrə dünya

çempionatında erməni soyadlı rusiyalı idmançı Aloyan qalib gəlib. Bu da onu göstərir ki, Bakıda həm də qalib

gəlmək olar.

Viza məsələsinə gəlincə bu məsələdə də bizim artıq təcrübəmiz var. Avroviziya mahnı müsabiqəsini bütün

iştirakçıları viza aldılar və bu zaman heç bir problem yaşanmadı. Olimpiadada da belə olacaq. Erməni

idmançılar üçün də viza almaq problemsiz olacaq.

Erməni nümayəndə bu zaman dedi: “Erməni şahmatçılar heç zaman Bakıya gəlməyəcək. O necə Bakıya

gələ bilər və 5 saat şahmat oynaya bilər? Bu zaman o nə haqda düşünəcək? Şahmat haqda, yoxsa sag qalmaq

haqda? Əgər Azərbaycan şahmat Olimpiadasının keçirilməsi hüququnu əldə edəcəksə o zaman Ermənistan orda

iştirak etməyəcək. 20 il müddətində Azərbaycan idmançıları Ermənistana gəlməyiblər”.

“Azərbaycan cüdoçuları İrəvanda keçirilən Avropa Çempionatında iştirak edib və hər şey qaydasında

olub”, deyə A. Rəhimov erməninin cavabını verib. Biz bütün iştirakçıların o cümlədən Ermənistanın

təhlükəsizliyinə dövlət zəmanəti veririk.

Bundan sonra FİDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edərək, Olimpiadanın Azərbaycanda

keçirilməsini təklif edib. Onun təklifi dəstəklənib.

“1996-cı ildə biz Olimpiadanı İrəvanda təşkil edib. Nəyə görə, növbəti Olimpiada 2016-cl ildə Bakıda

keçirilməsin? Mən həm Azərbaycana, həm də Ermənistana səfər etmişəm. Biz Ermənistan prezidenti ilə

Olimpiadanın Azərbaycanda keçirilməsi məsələsini müzakirə etmişik. Daha sonra mən Azərbaycan prerzidenti

İlham Əliyevlə görüşmüşəm. Hər iki prezident mənim dostumdur. Biz tez-tez zəngləşirik. Olimpiada hələ 4

ildən sonra keçiriləcək və ola bilsin ki, bu müddətdə Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapa bilər.

Gəlin şahmat oynayaq!”.

AzərTAc

8 sentyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

383

Bakıda şahmat üzrə dünya kuboku yarışlarına və Dünya Şahmat Olimpiadasına

Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanmışdır

Bakı, 28 noyabr (AzərTAc). Noyabrın 28-də Bakıda şahmat üzrə 2015-ci il dünya kuboku yarışlarına və

2016-cı il Dünya Şahmat Olimpiadasına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanmışdır.

AzərTAc xəbər verir ki, müqaviləni gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat

Federasiyasının prezidenti Elman Rüstəmov və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan

İlyumjinov imzalamışlar.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ölkəmizdə idmana göstərilən dövlət

qayğısından danışmış və idmançılarımızın qazandıqları nailiyyətlər barədə məlumat vermişdir. Bildirmişdir ki,

ölkəmizin beynəlxalq miqyaslı iki mötəbər yarışa ev sahibliyi etməsinə dair qərar cari il sentyabrın 8-də FİDE-

nin İstanbulda keçirilmiş konqresində yekdilliklə qəbul edilmişdir.

Gənclər və idman naziri Azad Rəhimov artıq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını

vurğulamışdır. Qeyd etmişdir ki, bu mötəbər turnirlərin keçirilməsi Azərbaycan üçün çox əlamətdar hadisədir.

Turnirlərin “Baku Crystal Hall”da keçiriləcəyini diqqətə çatdıran A.Rəhimov 2016-cı ildə Dünya Şahmat

Olimpiadasında iştirak edəcək ölkələrin sayının çox olacağını demişdir.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov ölkəmizdə beynəlxalq tədbirlərin yüksək

səviyyədə keçirildiyini diqqətə çatdırmış, turnirlərin keçirilməsini respublikamıza həvalə etdiyi üçün FİDE

rəhbərliyinə minnətdarlığını bildirmişdir. Federasiyanın prezidenti respublikamızda böyük tədbirləri keçirmək

üçün lazımi şəraitin olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanda idmana göstərilən dövlət qayğısının əhəmiyyətindən danışan FİDE-nin prezidenti Kirsan

İlyumjinov ölkəmizdə şahmatın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirmişdir. Bildirmişdir

ki, Azərbaycan dövlət başçısı tərəfindən şahmatın inkişaf etdirilməsi istiqamətində Dövlət Proqramı imzalanan

yeganə ölkədir. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycan şahmatçıları beynəlxalq yarışlarda uğurla çıxış

edirlər.

K.İlyumjinov vurğulamışdır ki, Azərbaycanın ev sahibi olduğu üçün reytinq xalından asılı olmayaraq 3

idmançısı dünya kuboku yarışlarında iştirak etmək hüququ qazanacaqdır. Digər idmançılar isə reytinq xallarına

görə seçiləcəklər. Həmçinin ev sahibi olan ölkə Olimpiadaya böyüklər və gənclərdən ibarət yığma komandalarla

yanaşı, uşaqlardan ibarət milli ilə də qatıla biləcəkdir. Bu mötəbər yarışlarla yanaşı, 2016-cı ildə FİDE-nin Baş

Assambleyası da Bakıda keçiriləcəkdir.

Cari ilin noyabrında FİDE prezidenti seçilməsinin 17-ci ilinin tamam olduğunu bildirən K.İlyumjinov ilk

səfərinin məhz Azərbaycana etdiyini diqqətə çatdırmışdır. Ümummilli lider Heydər Əliyev ilə görüşünü

xatırladan FİDE prezidenti, Azərbaycanda hazırda aparılan dolğun idman siyasətinin təməlinin məhz ulu öndər

tərəfindən qoyulduğunu söyləmişdir.

Tədbirdə bildirilmişdir ki, dünya kuboku yarışlarında 128, Dünya Şahmat Olimpiadasında isə təxminən

170-dən artıq ölkədən 3000-dək idmançı birincilik uğrunda mübarizə aparacaqdır.

AzərTAc

28 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

384

Avropa çempionları Vətənə dönmüşlər

Bakı, 19 noyabr (AzərTAc). AzərTAc xəbər verir ki, şahmat üzrə Avropa çempionları Vətənə

dönmüşlər.

Varşavada keçirilmiş Avropa çempionatında qızıl medal qazanmış Azərbaycan yığmasını Heydər

Əliyev Beynəlxalq aeroportunda Azərbaycan Şahmat Federasiyasının rəsmi nümayəndələri, idmançıların

qohumları, idman ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri gül-çiçək və musiqi ilə qarşılamışlar.

Yüzlərlə pərəstişkar qəhrəmanları – Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov

və Rauf Məmmədovu hərarətlə qarşılamışdır.

Xatırladırıq ki, Azərbaycan yığması Avropa çempionatında çempion titulunu ilk dəfə 2009-cu ildə

qazanmışdır, 2011-ci ildə isə idmançılarımız ikinci yeri tutmuşlar.

AzərTAc

19 noyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

385

“Qatar Masters Open 2014” turnirində ən yaxşı nəticə Azərbaycan şahmatçılarına məxsusdur

Bakı, 2 dekabr, AZƏRTAC

Qətərin paytaxtı Dohada keçirilən “Qatar Masters Open 2014” beynəlxalq şahmat turnirində 6-cı turun

oyunları başa çatıb. Azərbaycanın idman şərəfini bu turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac

Səfərli, Vasif Durarbəyli, Qədir Hüseynov, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova təmsil edirlər.

AZƏRTAC xəbər verir ki, 6-cı turda qara fiqurlarla mübarizə aparan təmsilçilərimizdən Rauf

Məmmədov Polşa təmsilçisi Dariuş Sverç, Qədir Hüseynov ukraynalı Sergey Fedorcuk, Vasif Durarəyli Fransa

şahmatçısı Fabien Libijevski və Zeynəb Məmmədyarova indoneziyalı Xarisma Sukandar üzərində qələbə

qazanıblar. Eltac Səfərli və Fransa şahmatçısı Maksim Vaşe Laqrav qarşılaşmadan sülhlə ayrılıblar. Şəhriyar

Məmmədyarov və Günay Məmmədzadə bu turda məğlubiyyətlə üzləşiblər.

Altı turdan sonra Rauf Məmmədov 4,5 xalla 3-14-cü yerləri bölüşdürür. Qədir Hüseynov, Vasif

Durarbəyli və Eltac Səfərlinin 4, Şəhriyar Məmmədyarovun 3,5, Günay Məmmədzadənin 3, Zeynəb

Məmmədyarovanın isə 2,5 xalı var.

Turnirə aktivinə 6 xal yazan Hollandiya şahmatçısı Aniş Giri liderlik edir.

Yarışda Azərbaycan da daxil olmaqla 40-dək ölkədən 154 şahmatçı (111 beynəlxalq qrossmeyster)

iştirak edir. İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən yarış dekabrın 5-də başa çatacaq.

Turnirin ümumi mükafat fondu 100 min avrodur.

AZƏRTAC

2 dekabr 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

386

İslandiyada “Reykyavik Open 2015” beynəlxalq şahmat turniri keçiriləcək

Bakı, 10 mart, AZƏRTAC

Martın 10-dan 18-dək İslandiyada “Reykyavik Open 2015” beynəlxalq şahmat turniri keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə həmyerlilərimiz, beynəlxalq

qrossmeysterlər Şəhriyar Məmmədyarov və Zeynəb Məmmədyarova da daxil olmaqla, 30-dan artıq ölkədən 281

(43 qrossmeyster) zəka sahibi iştirak edəcək.

Yarış İsveçrə sistemi ilə 10 turdan ibarət olacaq.

AZƏRTAC

10 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

387

Azərbaycan şahmatçıları “Aeroflot Open 2015” beynəlxalq turnirində uğurla çıxış edirlər

Bakı, 29 mart, AZƏRTAC

Moskvada start götürən ənənəvi “Aeroflot Open 2015” beynəlxalq şahmat festivalında 2-ci turun

oyunları başa çatıb.

AZƏRTAC xəbər verir ki, festival 3 qrup (A-güclülər, B-əmsalı 2550-dən az olanlar və C-həvəskarlar)

üzrə 9 turdan ibarət keçirilir. Yarışda 13 ölkədən, ümumilikdə 310 şahmatçı iştirak edir. Azərbaycanın idman

şərəfini Şəhriyar Məmmədyarov, Rauf Məmmədov (A-turnir), Namiq Quliyev, Orxan Abdulov, Gülnar

Məmmədova, Günay Məmmədzadə, Nərmin Kazımova, Abdulla Qədimbəyli (B-turniri), Qulam Məmmədov,

Teymur Salayev, Cavidan Qurbanzadə və Fərid Mustafayev (C-turniri) təmsil edirlər.

A qrupunda 59-u beynəlxalq qrossmeyster olmaqla 72 zəka sahibi qüvvəsini sınayır. Turnirin favoriti

sayılan Şəhriyar Məmmədyarov ilk tura qələbə ilə başlasa da, ikinci turda yerli şahmatçı İldar Xismatullinə

məğlub olub. Bu qrupda mübarizə aparan digər təmsilçimiz Rauf Məmmədov isə birinci turda Mixail Mozarov

ilə heç-heçə edib, ikinci turda almaniyalı Denis Vaqner üzərində qələbə qazanıb.

B turnirində mübarizədə təmsilçilərimizdən Orxan Abdulov ilk turda Aleksandr Qavrilov üzərində

qələbə qazanıb. İkinci turda isə Mert Yılmazyerli ilə xalları yarı bölüb. Namiq Quliyev isə hər iki turda rəqibləri

ilə sülh bağlayıb. İlk turda məğlubiyyətlə üzləşən Günay Məmmədzadə ikinci turda Qazaxıstan təmsilçisi

Mamirbay Asadli üzərində qələbə qazanıb.

Beləliklə, 2 turdan sonra Rauf Məmmədov və Orxan Abdulov 1,5, Şəhriyar Məmmədyarov, Namiq

Quliyev və Günay Məmmədzadə 1 xal toplayıblar. Gülnar Məmmədova, Nərmin Kazımova və Abdulla

Qədimbəyli aktivlərinə xal yaza bilməyiblər.

C turnirində mübarizə aparan Qulam Məmmədov və Teymur Salayev 1, Fərid Mustafayev və Cavidan

Qurbanzadə yarım xal toplayıblar.

AZƏRTAC

29 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

388

Gənclər və idman naziri İsveçrədəki görüşlərində Azərbaycanda keçiriləcək yarışlar barədə

məlumat verib

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə

Komitəsinin növbəti iclasında iştirak etmək məqsədilə İsveçrənin Lozanna şəhərində səfərdədir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində

A.Rəhimov Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki, AOK əlaqələndirmə komissiyasının sədri

Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro, AOK idarə heyətinin üzvü Kristofe de

Keeper ilə görüşlər keçirib.

Görüşlər çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunları zamanı yüksək səviyyədə görülmüş

təşkilatçılıq işlərindən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə

bölüşməsinin önəmi diqqətə çatdırılıb.

Eyni zamanda, görüşdə 2016-cı ildə Azərbaycanda keçiriləcək Dünya Şahmat Olimpiadası, “Formula-1”

üzrə Avropa Qran-pri yarışları, eləcə də 2017-ci ildə təşkil ediləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq

prosesi barədə məlumat verilib.

AZƏRTAC

22 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

389

Hollandiyada beynəlxalq şahmat turnirində yarışan idmançılarımız heç-heçə ediblər

Bakı, 25 yanvar, AZƏRTAC

Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə “Tata Steel Chess” super turnirində növbəti turun

oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışın səkkizinci günündə təmsilçimiz Şəhriyar Məmmədyarov ABŞ

təmsilçisi Uesli Sou ilə “sülh” bağlayıb. Bu nəticədən sonra aktivində 4 xal olan qrossmeysterimiz 6-10-cu

yerləri bölüşür. Turnirin lideri aktivinə 5,5 xal yazdıran dünya çempionu Maqnus Karlsendir.

“Tata Steel Chess-Challengers” turnirində yarışan təmsilçilərimizin hər ikisi 8-ci turda rəqibləri ilə heç-

heçə ediblər. Eltac Səfərli rusiyalı Aleksandr Dreev, Nicat Abbasov isə yerli şahmatçı Bencamin Bok ilə xalları

yarı bölüblər.

Səkkiz turdan sonra E.Səfərli 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. N.Abbasov isə 3 xalla

11-13-cü yerləri bölüşdürür.

AZƏRTAC

25 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

390

Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək

Bakı, 1 sentyabr, AZƏRTAC

Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək. Milli Gimnastika Arenasında təşkil

olunacaq tədbir saat 19:00-da başlayacaq.

AZƏRTAC xəbər verir ki, Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Ümumilikdə 181

kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord

göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişi

və üç qadın komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası çərçivəsində

“Kristal Hall”da Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi də təşkil olunacaq. Sərgidə hind çaturanqa, İran

satranc oyunları üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, Kral I Çarlz üçün fil

sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar nümayiş

etdiriləcək.

AZƏRTAC

2016, 1 sentyabr

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

391

Azərbaycan komandaları Bakı Şahmat Olimpiadasının ikinci turunda uğurla mübarizə

aparıblar

Bakı, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının ikinci turu keçirilib.

AZƏRTAC xəbər verir ki, Olimpiadanın ikinci turunda Azərbaycanın kişilərdən ibarət birinci komandası

Makedoniya yığmasını məğlub edib. Əsas komandamız bütün partiyaları qələbə ilə başa vurub. “Azərbaycan 2”

komandası isə Litva yığmasını məğlubiyyətə uğradıb. Dörd qarşılaşmadan üçü şahmatçılarımızın qələbəsi ilə

başa çatıb. Bir partiya isə heç-heçə nəticələnib. Kişilərdən ibarət üçüncü komandamız isə güclü Belarus

şahmatçılarına məğlub olublar – 0,5:3,5.

Azərbaycanın qadın şahmatçılardan ibarət əsas komandası meksikalı rəqiblərini məğlub edib – 2,5:1,5.

İkinci yığma komandamız 2,5:1,5 hesabı ilə Monqolustana qalib gəlib. Üçüncü komandamız isə eyni hesabla

Türkiyə millisinə məğlub olub.

Kişilərin yarışının favoritlərindən olan Rusiya Türkmənistanı 4:0, ABŞ şahmatçıları şotlandiyalı rəqiblərini

3,5:0,5 hesabı ilə məğlub edib. Çin komandası Belçikadan (3,5:0,5), Ukrayna isə Albaniyadan (3,5:0,5) üstün

olub.

Qadınların mübarizəsində favoritlərdən Çin komandası Monteneqronu (4:0), Ukrayna yığması isə

Moldovanı (3,5:0,5), Rusiya şahmatçıları Ekvadoru (4:0), Hindistan isə Braziliyanı (3:1) məğlub edib.

Xatırladaq ki, Olimpiadada rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların

yarışında isə 142 milli komanda mübarizə aparır.

AZƏRTAC

2016, 3 sentyabr

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

392

ABŞ və Çin şahmatçıları Bakı Olimpiadasının qalibi olublar

Bakı, 13 sentyabr, S.Quliyev, S.Allahverdiyeva, AZƏRTAC

Sentyabrın 13-də “Baku Crystal Hall”da 42-ci Dünya Şahmat Olimpiadasına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sonuncu turda kişilərin yarışlarında Azərbaycanın birinci yığması 3:1 hesabı ilə

Türkmənistanı məğlub edib, ikinci komandamız (3:1) Boliviyadan üstün olub, üçüncü yığmamız isə Albaniya

millisi ilə xalları bölüb – 2:2.

On bir turdan sonra hesabında 20 xal olan ABŞ və Ukrayna birinci və ikinci pillənin sahibi olublar. Rusiya

millisi isə 17 xalla bürünc medal qazanıb. Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada

tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.

Qadınların yarışlarında Azərbaycanın birinci komandası Malayziya yığmasına 3:1 hesabı ilə, üçüncü

komandamız Makedoniya yığmasına 4:0 hesabı ilə qalib gəlib, ikinci yığmamız isə İrana komandasına uduzub

(0,5:3,5).

Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci,

Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç

xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.

Xatırladaq ki, Olimpiadada Azərbaycanı kişilərdən və qadınlardan ibarət komandalar (hər biri üç komanda

ilə) təmsil edib. Kişilərdən ibarət birinci komandaya Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf

Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç, ikinci komandaya Vasif Durarbeyli, Namiq Quliyev, Qədir

Hüseynov, Nicat Abbasov və Ülvi Bacarani, üçüncü komandaya isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar

Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəyli daxil idi.

Azərbaycanın qadınlardan ibarət birinci komandası Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan

Xodcatova, Gülnar Məmmədova və Nərmin Kazımova ilə təmsil olunub. Qadınlardan ibarət ikinci

komandamızda Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin

Xələfova, üçüncü komandada isə Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan

Allahverdiyeva və Aynur Kətanova yer alıblar.

AZƏRTAC

2016, 13 sentyabr

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

393

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının sentyabrın 13-də Milli Gimnastika

Arenasında təntənəli bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Repsublikası Baş nazirinin birinci müavini, Bakı

Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov,

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının

prezidenti Elman Rüstəmov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və

hökumət rəsmiləri iştirak ediblər.

Bakının ev sahibliyi etdiyi və sentyabrın 2-dən start götürən Olimpiada indiyədək Azərbaycanda keçirilən

ən kütləvi yarış kimi tarixə düşüb. Bu mötəbər yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə

aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada

üç kişi və üç qadın komandası ilə təmsil olunub.

On bir turdan ibarət yarışlarda kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını

qazanıb. Eyni xala malik Ukrayna isə ikinci yeri tutub. Rusiya millisi isə 17 xalla bürünc medal qazanıb.

Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü

komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.

Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci,

Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç

xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra E, D, C, B, A kateqoriyaları üzrə qaliblər mükafatlandırılıb.

Mükafatları şahmatçılara turnirin direktoru Panayotis Nikolopulos və Olimpiadanın baş hakimi Faiq

Həsənov təqdim ediblər.

Lövhələr üzrə fərdi mükafatları qadın və kişi şahmatçılara Bakı Şahmat Olimpiadasının Əməliyyat

Komitəsinin direktoru Mahir Məmmədov verib.

Birinci lövhə üzrə qalibləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov

mükafatlandırıb.

42-ci Ümumdünya Şahmat Olimpiadasında qadınların yarışında müvafiq olaraq, ilk üç pilləni tutan Çin,

Polşa və Ukrayna komandalarına medalları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təqdim edib.

Qadınların yarışında Olimpiadanın qalibi Çin millisinə Vera Mençik kuboku da təqdim olunub.

Bakı Şahmat Olimpiadasında kişilərin yarışında ilk üç yeri tutan ABŞ, Ukrayna və Rusiya millilərinə

medalları FIDE-nin prezidenti Kirsan İlyumjinov verib.

ABŞ millisi, həmçinin Hamilton Russel kuboku ilə təltif edilib.

Sonra Nona Qaprindaşvili kubokunun qalibləri mükafatlandırılıb. Mükafatı qadınlar arasında şahmat üzrə

beşqat dünya çempionu Nona Qaprindaşvili təqdim edib.

Mükafatçılara Azərbaycanın milli geyimlərinin əsas komponentlərindən olan papaq və şal da hədiyyə

edilib.

Mərasimdə qalib komandaların şərəfinə dövlət himnləri səsləndirilib.

Mükafatlandırma mərasimindən sonra çıxış edən FIDE-nin prezidenti Kirsan İlyumjinov 42-ci

Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürünü

bildirərək deyib: “Yarışın təşkilatçıları irimiqyaslı şahmat turnirlərinin təşkilində yeni standart

müəyyənləşdirdilər. Növbəti Olimpiadanın təşkilatçıları bu səviyyəyə nail olmaq üçün çox çalışmalıdılar. Biz

bu gün möhtəşəm yarışı başa vururuq. Ancaq sabah minlərlə gənc qız və oğlan idmanın bu növü ilə məşğul

olmağa başlayacaq və şahmatın incəliklərini öyrənməyə çalışacaqlar. İnanıram ki, biz qonaqpərvərliyi ilə seçilən

Azərbaycana yenidən qayıdacağıq”.

Şahmatın inkişafına davamlı dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Kirsan

İlyumjinov ölkəmizin mötəbər beynəlxalq yarışlara həmişə yüksək səviyyədə ev sahibliyi etdiyini, idmançıların

və qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Sonra FIDE-nin bayrağı arenaya gətirilib və beynəlxalq şahmat qurumunun himni səsləndirilib.

Növbəti Olimpiadanın keçiriləcəyi ölkəyə FIDE-nin bayrağının təqdim edilməsi üçün Azərbaycanın

gənclər və idman naziri Azad Rəhimov və Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili

səhnəyə dəvət olunublar.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

394

Gənclər və idman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının müvəffəqiyyətlə başa

çatması münasibətilə təbriklərini çatdıraraq deyib: “Ümid edirəm ki, qonaqlar ölkəmizdən xoş təəssüratlarla

ayrılacaqlar. 175 ölkədən ən güclü şahmatçıların mübarizə apardıqları dünyanın ən mötəbər şahmat turnirinin

yüksək səviyyədə keçirilməsi həqiqətən böyük uğurdur”.

Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə

çatdıran nazir gələn il ölkəmizdə daha bir irimiqyaslı yarışın – IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini

bildirib. A.Rəhimov növbəti Olimpiadaya ev sahibliyi edəcək Gürcüstana müvəffəqiyyətlər arzu edib.

Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili növbəti – 43-cü Olimpiadanın Batumidə

təşkil olunacağını vurğulayaraq, bu baxımdan azərbaycanlı həmkarlarının təcrübələrindən yararlanmaq üçün

səmərəli əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu dostluq və

əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən qonaq buna görə Gürcüstan hökuməti adından

minnətdarlığını bildirib.

Gürcüstan şahmat məktəbinin uğurlarından danışan T.Xeçikaşvili 2018-ci ildə 43-cü Ümumdünya Şahmat

Olimpiadasının Batumidə yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. O, rəhbərlik etdiyi İdman və

Gənclərlə İş üzrə Nazirliyin, həmçinin ölkəsinin Şahmat Federasiyasının bu istiqamətdə əlindən gələni

edəcəyini bildirib.

Qonaq çıxışının sonunda Gürcüstanda idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi fəal dəstəyə

görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) minnətdarlığını bildirib.

Çıxışlardan sonra FIDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasını bağlı elan

edib.

Daha sonra 2018-ci ildə 43-cü Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək Batumi şəhəri ilə

bağlı videoçarx nümayiş olunub.

Mərasim Gürcüstanın “Kaxaberi and Xanums” musiqi qrupunun çıxışı ilə davam edib.

Sonda Azərbaycanın Əməkdar Artisti Sevda Ələkbərzadənin ifa etdiyi “Sarı gəlin” mahnısı tamaşaçılar

tərəfindən yüksək coşqu ilə qarşılanıb.

AZƏRTAC

2016, 13 sentyabr

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

395

“Shamkir Chess-2017” şahmat turnirinin beşinci turuna start verilir

Şəmkir, 25 aprel, AZƏRTAC

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2017” şahmat turnirinin beşinci

turuna start verilir.

AZƏRTAC xəbər verir ki, beşinci turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov Pentala

Harikrişna (Hindistan), Teymur Rəcəbov isə ingiltərəli Maykl Adams ilə qarşılaşacaq.

Digər görüşlərə gəlincə, ABŞ təmsilçisi Uesli So rusiyalı Vladimir Kramnik, Sergey Karyakin (Rusiya)

Bolqarıstan şahmatçısı Veselin Topalov, ukraynalı Pavel Elyanov isə polşalı Radoslav Voytaşek ilə

münasibətlərinə aydınlıq gətirəcək.

Dörd turdan sonra Ş.Məmmədyarov 3 xalla turnir cədvəlinin vahid lideridir. V.Topalov, P.Elyanov,

M.Adams və V.Kramnik 2,5 xalla 2-5-ci yerləri bölüşürlər. R.Voytaşek, U.So, S.Karyakin və T.Rəcəbovun

hesabında 1,5 xal var. P.Harikrişna isə 1 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

AZƏRTAC

2017, 25 aprel

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

396

Teymur Rəcəbov: Dünya şahmat tacı uğrunda mübarizə aparmaq istəyirəm

Şəmkir, 26 aprel, AZƏRTAC

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” turnirinin V turunda Azərbaycan

şahmatçısı Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adams ilə heç-heçə oynayıb.

“Synergy Group”un təşkil etdiyi yarışın V turundan sonra Teymur Rəcəbov AZƏRTAC-a müsahibə

verib.

- “Shamkir Chess-2017” turnirində beş tur artıq başa çatıb. Turnirdəki çıxışınızı necə

dəyərləndirirsiniz? - Beş turdan sonra hesabımda 2 xal var. Sözsüz, daha yaxşı çıxış etmək mümkündür. Fikrimcə, hazırda

yarışın yekunları barədə danışmaq tezdir. Qarşıda 4 tur var. Nəticələr barədə sonda danışmaq daha yaxşıdır.

Sözsüz ki, Şəmkirdə keçirilən yarışda mümkün qədər yaxşı oyun nümayiş etdirmək istəyirəm. Bəzən insanın

istədiyi alınmır.

- Sizdən həmişə qələbə gözləyirlər. Demək olar ki, son yarışlarda, o cümlədən Şəmkirdəki turnirdə

qələbə qazanmaqda çətinlik çəkirsiniz. Təzyiq altında oynamaq çətindir? - Vüqar Həşimov memorialında güclü şahmatçılar iştirak edirlər. Belə güclü iştirakçılarla oyunlarda

qələbə qazanmaq asan deyil. İlk turda qara fiqurlarla görüşdə məğlub oldum. Sözsüz ki, məğlubiyyətlə

başlayandan sonra özünü toparlamaq çətindir. Bütün turnirlərdə qələbə qazanmaq alınmır. Başa düşürəm ki,

məndən yalnız uğur gözləyirlər. Bəhanələri sevmirəm. Təzyiq hiss etmirəm. Şəmkirdə çıxış etmək çox rahatdır.

Burada iştirakçılar üçün hər cür şərait yaradılıb. Ötən gün Şəhriyar da söylədi ki, Vətəndə oyun alınanda

deyirlər rahatdır. Oyun getməyəndə isə doğma şəhərdə mübarizə aparmağın çətin olduğunu söyləyirlər.

Şəmkirdə mübarizə aparan bütün şahmatçılar dünya reytinqində yüksək yerlərdə qərarlaşıblar. Belə yarışlarda

hamı üçün çətinlik ola bilər.

- “Synergy Group”un təşkil etdiyi “Shamkir Chess-2017” turnirinin sonuncu qalibi Azərbaycan

şahmatçısı Şəhriyar Məmmədyarovdur. Bu il də Şəhriyara və sizə böyük ümidlər bəslənilir.

Şahmatçılarımızın qələbə qazanmaq şansı yüksəkdimi? - İlk olaraq, Vüqar Həşimovun xatirəsinə belə möhtəşəm yarış təşkil olunmasına görə “Synergy Group”a

təşəkkür edirəm. Bu yarışda həmişə ən güclülər iştirak ediblər. Təşkilatçılar tərəfindən bütün qonaqlar üçün əla

şərait yaradılıb. Şəmkir turniri artıq dünya şahmat təqvimində özünəməxsus yer tutur. Belə yarışlar ölkədə

şahmata marağı da artırır. Sualınıza gəldikdə, Azərbaycan şahmatçıları yaxşı oynayanda qalib gəlmək

şanslarımız yüksək olur. Millidə çıxış edəndə hər birimizin oyunu nəzərə alınır. Turnirdə isə fərdi oyun vacib

olur. Ötən il Şəhriyar Məmmədyarovun qələbəsinə çox sevindim. O, ötən il turnirin son turlarını yüksək

səviyyədə keçirdi. Tay-brekdə Fabiano Karuana üzərində vacib qələbə qazandı. Bu il də çalışırıq. Doğma

meydanda yerli şahmatçı qələbə qazananda həm azarkeşlər, həm də təşkilatçılar üçün yaxşı olur.

- Reytinqə görə, Uesli So və Vladimir Kramnik favorit hesab edilir. Sizin fikrinizcə, Şəmkirdəki

yarışda qələbəyə əsas namizəd kimdi? - Turnirdən əvvəl adətən reytinqə görə müzakirələr aparılır. Uesli So və Vladimir Kramnik FIDE

reytinqinə görə turnirin birinci-ikinci şahmatçılarıdır. Əgər reytinqə görə danışırıqsa, U.So və V.Kramniki əsas

favorit hesab etmək olar. Amma Şəmkirə dəvət olunan hər bir şahmatçı qələbə qazanmaq gücündədir. U.So

yarışa məğlubiyyətlə başladı. Gözlənilməz nəticələr çox olur. Yekun haqqında danışmaq çətindir.

- Hamını Teymur Rəcəbovun hazırda hansı məşqçilərlə çalışması maraqlandırır. Çox vaxt siz

adları sirr saxlayırsınız... - Uşaq yaşlarımdan atam yanımda olub. İndinin özündə də atam mənə kömək edir. Mən heç vaxt

məşqçilərimi sirr saxlamamışam. Dünya şahmat tacı uğrunda yarışanda köməkçilərin adını gizlədirlər. Adi vaxt

isə buna ehtiyac yoxdur. Bir neçə il əvvəl Çuçelov ilə çalışmışam. Bütün turnirlərə birgə gedirdik. İndi konkret

məşqçim yoxdur. Sparrinq tərəfdaşlarım var. Bütün şahmatçılar kimi, mən də bəzən kompüterdən istifadə

edirəm.

- Şəmkirdən sonra hansı turnirlərdə çıxış etməyi planlaşdırırsınız? - Hazırda əsas diqqət FIDE-nin Qran-Pri yarışlarına yönəlib. Çünki iddiaçıların turnirinə vəsiqə qazanmaq

üçün Qran-Pridə yaxşı çıxış etmək lazımdır. Karyeram ərzində çoxlu sayda mötəbər yarışlarda iştirak etmişəm.

On iki yaşımdan müxtəlif turnirlərdə mübarizə aparmışam. İndiyə qədər Dünya Kubokunda, Avropa

çempionatında, superturnirlərdə qələbə qazanmışam. Əsas hədəfim dünya şahmat tacı uğrunda mübarizəyə

qoşulmaqdır. Dünya çempionluğu uğrunda oynamaq istəyirəm.

- Teymur Rəcəbovun əsas hədəfi dünya şahmat tacını Azərbaycana gətirməkdir. Bu iddia bir neçə

ildir səslənmir. Deməli, sizin fikriniz dəyişməyib...

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

397

- Müəyyən müddətdə bu barədə danışmırdıq. Çünki şahmatda mənim üçün çətin dönəm oldu. Oyunum

alınmırdı. Artıq həmin dövr arxada qaldı. Mənim əsas hədəfim dünya çempionuna qarşı oynamaqdır. Çətin

dönəmdə superturnirlərdə iştirak etmirdim. İndi Qran-Pridə mübarizə aparmaqla iddiaçıların yarışına qoşulmaq

istəyirəm. Dünya çempionu olandan sonra şahmatçının karyerasında yeni mərhələ başlayır. Nə vaxtsa arzuma

çatacağıma inanıram. Baxın, Maqnus Karlsen çempion olandan sonra ancaq titulunu qorumaq barədə düşünür.

- Əksəriyyət söyləyir ki şahmatda indi onun dövranıdır. Yəni doğrudan Maqnus Karlseni

dayandırmaq çətindir? - Maqnusun məğlubedilməz olması fikri ilə razılaşmıram. Onunla birlikdə çoxlu sayda turnirlərdə iştirak

etmişəm. Dəfələrlə ona qarşı mübarizə aparmışam. Nəzərə almaq lazımdır ki, Karlsenin liderliyi o qədər uzun

müddət deyil. O, 2-3 il əvvəl bütün turnirlərdə vahid lider kimi qəbul edilirdi. Amma hazırda belə deyil. Dünya

çempionudur, lakin onun çoxlu sayda güclü rəqibləri var.

- Şəmkir turniri Vüqar Həşimovun xatirəsinə həsr olunub. Vüqarla bağlı hansı xatirələri bizimlə

bölüşə bilərsiniz? - Vüqarla bağlı yalnız xoş xatirələrim var. Onun xatirəsinə keçirilən turnir yüksək səviyyədə təşkil

olunub. Şəmkir turniri indiyə qədər iştirak etdiyim ən möhtəşəm yarışlardan biridir. Hər il Vüqarın adı bizləri

yenə birləşdirir. Bu gün onun da iştirakçılar sırasında olmağınızı istəyərdim. Çox istərdim ki, Vüqar özü də bu

gün yarışda mübarizə aparan şahmatçıların yanında olsun.

- Ötən il Bakı 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etdi. FIDE təşkilatçılığı yüksək

qiymətləndirərək bu turniri olimpiadalar tarixində ən yaxşı yarış adlandırdı. Təəssüf ki Azərbaycan

millisi bizi sevindirə bilmədi. Yığmanın uğursuzluğunun səbəbi nə idi? - Təşkilatçılıq yüksək səviyyədə oldu. Amma nəticəmiz yaxşı deyildi. Olimpiadadan 8 ay keçib. İndi bu

barədə danışmaq olar. Millinin uğur qazanması üçün bütün şahmatçıların yaxşı formada olması vacibdir.

Olimpiadada bəzi şahmatçılarımız o qədər yaxşı çıxış etmədi. Bəzi partiyalarda mənim, eləcə də Arkadi

Naydiçin oyunu alınmadı. Komanda kimi qalib gəlmək üçün bütün lövhələrdə yaxşı nəticə lazımdır.

Azərbaycan millisi iki dəfə Avropa çempionatında qızıl medal qazanıb. Olimpiadada medalımız yoxdur. Doğma

Bakıda mübarizə aparmaq böyük məsuliyyətdir. Hamımız nəticə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı.

Mehriban komandamız var. Gələcəkdə olimpiada uğur qazanmaq şanslarımız çoxdur.

- Teymur Rəcəbovdan öyrənmək istəyən yeniyetmələr çoxdur. Gələcəkdə şəxsi şahmat akademiyası

və ya məktəbini açmaq barədə düşünmürsən? - Gənclərlə görüşmək, təcrübəni bölüşmək çox maraqlıdır. Həmin məktəbdə müxtəlif seanslar keçirmək

olar. Uşaqlara təcrübəli qrossmeysterlə görüş yaxşı təsir edir. Hazırda belə bir planım yoxdur. Əgər olacaqsa

özüm orada olmaq istəyirəm. Yoxsa şahmat akademiyası və ya məktəbi açırsan, amma özün ildə bir-iki dəfə

oraya gəlirsən, - bu, düzgün deyil. Onda kommersiya məqsədi əsas götürülür. Hazırda bütün fikrimi karyerama

yönəltmişəm. Belə fikir yoxdur. Əlbəttə, Azərbaycan millisinə yaxşı şahmatçılar hazırlayacaq məktəbin

olmasını istəyərdim. Mütəmadi orada seanslar və görüşlər təşkil etmək olardı. Məsələn, uşaq yaşlarımda Viktor

Korçnoyun seansında iştirakımı indiyə qədər xatırlayıram. Ona görə uşaqlar üçün elə şərait yaratmaq əla

ideyadır. Amma bu barədə heç bir planım yoxdur.

- Məryəm adlı qızınız var. Övladınız şahmatla maraqlanır? - Qızım balacadır. Hazırda bu barədə danışmaq tezdir. Əlbəttə, fiqurları tanıyır. Fiqurların düzülüşünü

bilir. Şahmatçı ailəsində olan uşaq, sözsüz ki, bu oyunu tanıyır. Qızıma təzyiq etmirəm. Hələ balacadır.

Gələcəkdə şahmata marağının hansı səviyyədə olacağını zaman göstərəcək.

AZƏRTAC

2017, 26 aprel

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

398

Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Avropa çempionu olub

Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi

şahmatçılarından ibarət yığması qalib olub.

AZƏRTAC xəbər verir ki, bu gün keçirilən sonuncu - doqquzuncu turda komandamızın Ukrayna yığması

ilə oyunu 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov,

Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Yuri Kuzubov

görüşləri heç-heçə yekunlaşıb.

Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla başa vurublar.

Sonuncu turda Almaniya yığmasını 3:1 hesabı ilə məğlub edən Rusiya komandası da xallarını 14-ə

çatdırıb.

Beləliklə, əlavə əmsallara görə yekunda Azərbaycan yığması turnir cədvəlində ilk yeri tutaraq Avropa

çempionu adını qazanıb. Rusiya ikinci, Ukrayna komandası üçüncü yeri tutub.

AZƏRTAC

2017, 6 noyabr

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

399

Azərbaycan şahmatçısı iddiaçılar turnirinə qələbə ilə başlayıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Berlində keçirilən iddiaçılar turnirinə qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, 2809 xalla FIDE-nin reytinq cədvəlində ikinci pillədə qərarlaşan

qrossmeysterimiz ilk turda qara fiqurlarla rusiyalı Sergey Karyakinə qalib gəlib.

İlk turun digər oyunlarında isə ABŞ idmançılarının duelində Fabiano Karuana Uesli Soya qalib gəlib.

Rusiyalı şahmatçıların qarşılaşmasında isə Vladimir Kramnik Aleksandr Qrişukdan üstün olub. Ermənistanlı

Levon Aronyan və Çin idmançısı Dinq Lijen isə xalları yarı bölüblər.

Bu gün keçiriləcək ikinci turda Ş.Məmmədyarov ağ fiqurlarla L.Aronyanı sınağa çəkəcək. Bundan başqa

A.Qrişuk – U.So, D.Lijen – F.Karuna və V.Kramnik – S.Karyakin görüşləri keçiriləcək.

Martın 28-dək davam edəcək iddiaçılar turnirinin qalibi dünya çempionluğu uğrunda görüşdə bu titulun

hazırkı sahibi norveçli Maqnus Karlsen ilə üz-üzə gələcək.

AZƏRTAC

2018, 11 mart

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

400

Tennis

Azərbaycan tennisçiləri beynəlxalq turnirlərdə iştirak edəcəklər

Azərbaycanın stolüstü tennis üzrə milli yığma komandasının 8 üzvü oktyabrın 25-dən 29-dək Tatarıstanın

Nurlat şəhərində gənclər arasında keçiriləcək VII ənənəvi beynəlxalq turnirdə iştirak edəcəkdir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AzərTAc-a bildirmişlər ki, qarışıq sistem üzrə keçiriləcək

yarışda 1991-93, 1994-cü il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar iştirak edəcəklər. Turnirin məqsədi

olimpiya idman növü olan stolüstü tennisi təbliğ etmək, idmançıların peşəkarlığını artırmaq və onlar arasında

dostluq əlaqələrini genişləndirməkdir.

Azərbaycan tennisçiləri oktyabrın 30-dan noyabrın 5-dək Rusiyanın Nijni Novqorod şəhərində keçiriləcək

beynəlxalq təlim-məşq toplanışında da iştirak edəcəklər. Təlim-məşqlərdən sonra həmin şəhərdə beynəlxalq

turnir təşkil olunacaqdır.

AzərTAc

23 Oktyabr, 2006

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

401

Azərbaycan yığmasının stolüstü tennis üzrə Avropa çempionatındakı rəqibləri

müəyyən edilmişdir

Bakı, 7 sentyabr (AzərTAc). Azərbaycan yığmasının yaşlılar arasında stolüstü tennis üzrə Avropa

çempionatında rəqibləri müəyyən edilmişdir.

Çempionat sentyabrın 13-dən 20-dək Ştutqartda keçiriləcəkdir.

Kişilər arasında komanda hesabında idmançılarımıza qarşı Lüksemburq, Kipr, Lixtenşteyn, Hollandiya,

Bosniya və Herseqovina, İslandiya, qadınlar arasında komanda hesabında isə Danimarka, İsveçrə, Belçika

yığmaları çıxış edəcəklər.

Çempionatda yığmamızın baş məşqçisi Aleksandr Zudovun rəhbərliyi ilə Fərhad İsmayılov, Ramil

Cəfərov, Əli Bayramov, Rafael Abramov, Cəfər Cəfərzadə, Rüfət Quliyev, Billurə Eminova və Səbinə

Əhmədova iştirak edəcəklər.

AzərTAc

7 sentyabr 2006-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

402

Azərbaycan tennisçiləri beynəlxalq turnirin qalibləridir

Bakı, 23 may (AzərTAc). Volqoqradda stolüstü tennis üzrə beynəlxalq turnir başa çatmışdır. Azərbaycan

yığma komandası 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ümumi komanda birinciliyində turnirin qalibi

olmuşdur.

Kişilər arasında komanda birinciliyində ölkəmizin yığma komandası yalnız Rusiya idmançılarından geri

qalaraq ikinci yeri tutmuşdur.

Yarışlarda 20 ölkəni təmsil edən 150-dən çox tennisçi iştirak etmişdir.

AzərTAc

23 may 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

403

Azərbaycan növbəti beynəlxalq turnirlərə ev sahibliyi

edəcəkdir

Bakı, 25 yanvar (AzərTAc). Fevralın 12-dən 28-dək Bakıda tennis üzrə iki beynəlxalq turnir

keçiriləcəkdir.

Azərbaycan Tennis Federasiyasından bildirmişlər ki, “Baku Cup-1” və “Baku Cup-2” adlanacaq

yarışların hər ikisi Beynəlxalq Tennis Federasiyasının təqviminə salınmışdır.

Turnirdə Rusiya, Ukrayna, Çin, Hindistan, İngiltərə və digər ölkələrdən təxminən 140 idmançı iştirak

edəcəkdir.

Azərbaycan yarışlarda 8 idmançı heyəti ilə təmsil olunacaqdır.

Xatırladaq ki, turnirin mükafat fondu 15 min ABŞ dollarıdır.

AzərTAc

25 yanvar 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

404

Azərbaycanlı tennisçilər Avropa çempionatında iştirak edirlər

Bakı, 17 iyul (AzərTAc). İstanbulda stolüstü tennis üzrə yeniyetmələr arasında 53-cü Avropa çempionatı

keçirilir.

Çempionatda 15 və 18 yaşlı idmançılar komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında mübarizə

aparırlar.

Turnirdə Azərbaycanın idman şərəfini 3 oğlan və 3 qız idmançı qoruyur.

Yarışda Xəyal Həşimli, Emin Abdullayev, Hilal Həsənov, Məryəm İmanova, Nuranə Həmzəyeva və

Sahilə Xudiyeva, məşqçilər Fərhad İsmayılov və Mixail Timofeyevin rəhbərliyi altında mübarizə aparırlar.

İlk dörd pilləni tutmuş idmançılar dekabrın 4-11-dək Slovakiyada keçiriləcək yeniyetmələr arasında

dünya çempionatına vəsiqə qazanacaqlar.

Turnirə iyulun 25-də yekun vurulacaqdır.

AzərTAc

17 iyul 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

405

2011-ci ildə Azərbaycanda, Belçikada və ABŞ-da

yeni tennis turnirləri keçiriləcəkdir

Bakı, 8 noyabr (AzərTAc). WTA (Qadın Tennis Assosiasiyası) gələn il Brüsseldə və Bakıda iki yeni

turnir keçirəcəkdir.

Mayın 16-dan 22-dək Varşavada keçirilməsi nəzərdə tutulan turnirin əvəzinə “Premier Brussels Ladies

Open” yarışması (mükafat fondu 618.000 dollar) təşkil ediləcəkdir.

İyulun 18-dən 24-dək Sloveniyanın Portorej şəhərində təşkil edilməsi nəzərdə tutulan yarışların əvəzinə

isə “Baku Cup” turniri keçiriləcəkdir.

Azərbaycan paytaxtında təşkil olunacaq turnir “İnternational” kateqoriyasına aid ediləcək, onun mükafat

fondu isə 220.000 dollar olacaqdır.

Xatırladaq ki, artıq elan edildiyi kimi iyulun 25-dən 31-dək ABŞ-ın Merilend ştatındakı Elkric şəhərində

qadınlar arasında yeni “Troy Park Women's Tennis Championships” turniri keçiriləcəkdir.

AzərTAc

8 noyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

406

İstanbulda qadın tennisçilər arasında dünya çempionatı başlamışdır

Bakı, 24 oktyabr (AzərTAc). İstanbulda qadın tennisçilər arasında dünya çempionatı başlamışdır.

AzərTAc xəbər verir ki, mükafat fondu 4,9 milyon avro olan turnirin ilk qarşılaşması polşalı Aqneşka

Radvanska ilə Petra Kvitova (Çexiya) arasında keçirilmişdir.

Polşalı tennisçi rəqibini 2:0 (6:3, 6:2) hesabı ilə məğlub etmişdir.

AzərTAc

24 oktyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

407

Stolüstü tennis üzrə Azərbaycan milli komandaları Avropa təsnifat çempionatının

I mərhələsində iştirak etmişlər

Bakı, 1 noyabr (AzərTAc). Belçika və Bosniya və Herseqovinada təşkil olunmuş stolüstü tennis üzrə kişi

və qadın komandalar arasında Avropa təsnifat çempionatının I mərhələsinə yekun vurulmuşdur.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AzərTAc-a bildirmişlər ki, Belçikada mübarizə aparmış

kişilərdən ibarət komandamız 6 kollektivin – Belçika, Bosniya və Herseqovina, Litva, İsveçrə və

Monteneqronun çıxış etdiyi yarımqrupda 5-ci yeri tutmuşdur.

Bosniya və Herseqovinada yarışmış qadın tennisçilərimiz isə yerli və Kosovo idmançılarını məğlub

edərək öz yarımqruplarında Avstriya tennisçilərindən sonra ikinci yeri qazanmışlar.

Qeyd edək ki, Avropa təsnifat çempionatının II mərhələsi gələn ilin aprelində keçiriləcəkdir.

AzərTAc

1 noyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

408

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq təlim-məşq toplanışına qatılmışlar

Bakı, 23 oktyabr (AzərTAc). Oktyabrın 23-dən Türkiyədə stolüstü tennis üzrə beynəlxalq təlim-məşq

toplanışına start verilmişdir.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,

Azərbaycanın stolüstü tennis üzrə yığma komandası iki məşqçisi və səkkiz oyunçusu (dörd oğlan və dörd qız)

Türkiyəyə yola düşmüşlər.

Toplanışa Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Gürcüstan və digər ölkələrin

tennisçiləri də qatılmışlar.

Oktyabrın 28-dək davam edəcək təlim-məşq toplanışından sonra iştirakçı ölkələrin komandaları

arasında dostluq turniri keçiriləcəkdir.

AzərTAc

23 oktyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

409

Stolüstü tennis üzrə Avropa “Top-16” turnirinin rəsmi açılışı olub

Bakı, 6 fevral, R.Abbasova, AZƏRTAC

Bakıda, Milli Gimnastika Arenasında keçirilən stolüstü tennis üzrə Avropa “Top-16” kuboku yarışlarının

fevralın 6-da rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə yarışda mübarizə aparan komandalar meydana dəvət olunublar.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasimində Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, gənclər və

idman naziri Azad Rəhimov, Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer iştirak ediblər.

Mərasimdə çıxış edən nazir Azad Rəhimov Azərbaycanın son illərdə dünyada mühüm idman ölkəsi kimi

tanındığını, respublikamızın mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini bildirib. O,

dünyanın və Avropanın mötəbər idman qurumlarının nüfuzlu beynəlxalq turnirlərin keçirilməsini həvəslə

Azərbaycana həvalə etdiklərini vurğulayaraq, bu baxımdan Prezident İlham Əliyevin ölkəmizdə idmanın

inkişafına göstərdiyi diqqət və qayğının mühüm rol oynadığını diqqətə çatdırıb. Nazir bu yarışın ölkəmizdə

keçirilməsi ilə bağlı göstərdikləri etimada görə Beynəlxalq Stolüstü Tennis Federasiyasına Avropa Stolüstü

Tennis Birliyinə minnətdarlığını bildirib.

Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer Avropa “Top–16” kuboku yarışının

Azərbaycanda keçirilməsinin mühüm idman hadisə kimi qiymətləndirib. O, turnirin yüksək səviyyədə təşkil

olunmasına görə ölkəmizə minnətdarlığını bildirib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev mötəbər yarışın açılışı

münasibətilə təbriklərini çatdırıb. Ş.Mustafayev son illərdə bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın

dünyada idman ölkəsi və Olimpiya hərəkatının fəal iştirakçısı kimi tanındığını diqqətə çatdırıb. O, idmanın

inkişafının Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritet istiqamətini təşkil etdiyini, bu sahədə

mühüm tədbirlərin görüldüyünü bildirib. Ş.Mustafayev idmançılarımızın mühüm beynəlxalq yarışlarda və

Olimpiya Oyunlarında böyük uğurlar qazanmalarını bunun bariz nümunəsi kimi qiymətləndirib. Azərbaycanın

mühüm beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini deyən Federasiya prezidenti ölkəmizdə bu il birinci

Avropa, 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyini bildirib.

Azərbaycanda stolüstü tennis idmanının inkişaf tarixi barədə məlumat verən Ş.Mustafayev deyib ki,

ölkəmizdə ilk dəfə təşkil olunan “Top-16” kuboku uğrunda yarışda Avropanın ən güclü 16 kişi və 16 qadın

idmançısı mübarizə aparır. O, yarışda Azərbaycanın iki tennisçisinin - Fərhad İsmayılovun və Məryəm

İmanovanın da iştirak etdiklərini diqqətə çatdırıb.

Avropa “Top-16” turnirinin ölkəmizdə stolüstü tennis üzrə ən mötəbər yarış olduğunu qeyd edən nazir

tədbirin təşkilatçılığına görə təşəkkürünü bildirib, idmançılara uğurlar arzulayıb.

Sonra üçqat Avropa çempionu, 1984-cü ildə mütləq Avropa çempionu xanım Valentina Popova çıxış

edərək qitənin ən güclü stolüstü tennisçilərinin Bakıda bir araya gəlmələrindən sonsuz məmnunluq hissi

keçirdiyini bildirib. İdman karyerasına Bakıda başladığını bildirən V.Popova Azərbaycanın idmanın bu növündə

də zəngin ənənələrə malik olduğunu qeyd edib. O, bu yarışın ölkəmizdə stolüstü tennisin inkişafına təkan

verəcəyinə əminliyini bildirib.

Sonra Şahin Mustafayev turniri açıq elan edib.

Açılış mərasimi konsert proqramı ilə başa çatıb.

Fevralın 8-dək davam edəcək turnirdə Avropanın 17 ölkəsindən 34 idmançı mübarizə aparır.

AZƏRTAC

6 fevral 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

410

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Stolüstü Tennis Birliyinin prezidentini qəbul edib

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Stolüstü Tennis Birliyinin

prezidenti Ronald Krameri qəbul edib.

Görüşdə ölkəmizdə bütün idman növlərinin inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən danışıldı,

paytaxtda və regionlarda müasir idman infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən ardıcıl

işlərin önəmi vurğulandı. Azərbaycan Stolüstü Tennis Federasiyası və Avropa Stolüstü Tennis Birliyinin birgə

təşkilatçılığı ilə ölkəmizdə stolüstü tennis üzrə Avropa “TOP-16” Kuboku uğrunda yarışların yüksək səviyyədə

keçirildiyi bildirildi və bu cür tədbirlərin idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi

işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

AZƏRTAC

9 fevral 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

411

Azərbaycanda keçirilən beynəlxalq idman yarışları həm də multikulturalizm prinsiplərinə

sadiqliyin göstəricisidir

Bakı, 14 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda

duran vəzifələrə həsr olunmuş iclasında ölkəmiz və cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra

aktual məsələlərə münasibət bildirib. O cümlədən, idmanın daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq

tapşırıqlar verib. Gənclər və idman naziri Azad RəhimovAZƏRTAC-a müsahibəsində idman sektorunda

mövcud vəziyyətdən və qarşıda duran vəzifələrdən bəhs edib.

Azad Rəhimov deyib:

-Prezident ölkəmizin ötən ilin yekunları və qazanılan uğurlar barədə danışarkən “Bakı-2015” birinci

Avropa Oyunlarını xüsusi vurğulayaraq, onu tarixi hadisə adlandırıb. Bu mötəbər beynəlxalq tədbirin yüksək

səviyyədə təşkil edilməsi, eyni zamanda, Azərbaycanın gücünü, iqtisadi inkişafını və idman ölkəsi olduğunu

nümayiş etdirdi.

İlk Avropa Oyunlarının əhəmiyyətindən danışarkən qeyd etmək yerinə düşər ki, “Bakı-2015”in

Əməliyyat Komitəsində 1450 azərbaycanlı (bu, işçi heyətinin 70 faizini təşkil edirdi) xarici peşəkarlardan işin

incəliklərini öyrənib. Eyni zamanda, 8 min təhlükəsizlik və 6500-dən artıq tibb işçisi Oyunların yüksək

səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyib. 2500-dən çox işçi və daha 20 mindən artıq podratçı

Oyunlara xidmət edib. Bu da layihəyə cəlb olunan hər bir insanın potensialını nümayiş etdirmək, imkan və

bacarıqlarını artırmaqla bərabər, sosial vəziyyətinin yaxşılaşmasına, yeni iş yerlərinin təklif olunmasına şərait

yaradıb.

Avropa Oyunlarının gənclərin peşəkar kadr kimi yetişməsində də çox böyük rolu olub: 12 min 500

könüllü beynəlxalq təcrübədən yararlanmaqla, gələcəkdə özlərinə yeni iş yerlərini də təmin ediblər. Həmçinin

162 azərbaycanlı gələcəkdə keçiriləcək tədbirlər üçün yerli miras təmin edən Oyunlar Akademiyası proqramının

məzunu olub. Bu isə Prezident İlham Əliyevin xüsusi vurğuladığı maddi resursların insan kapitalına çevrilməsi

istiqamətində atılan addımların nəticəsidir.

2016-cı ildə bizi Dünya Şahmat Olimpiadası, “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə

isə IV İslam Həmrəyliyi Oyunları gözləyir. İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban

Əliyevanın da qeyd etdiyi kimi, idman təkcə yarış deyil, eyni zamanda, böyük mədəniyyət bayramı olmaqla

bərabər, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

IV İslam Həmrəylik Oyunlarının 2017-ci ilin mayında keçirilməsi nəzərdə tutulur. Bu Oyunlarda 57

ölkənin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növü üzrə keçiriləcək

yarışlara 5 mindən çox idmançı qatılacaq.

“Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmiz üçün qoyduğu miraslardan biri də idman obyektləridir. Belə

ki, IV İslam Həmrəylik Oyunları həmin idman obyektlərində - Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına

Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis

Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo

Mərkəzində keçiriləcək.

Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün

idman arenalarından istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə

tutulmur. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarında əməliyyat heyətinin işini təmin etmək üçün 3000-

dən çox müxtəlif adda informasiya texnologiyaları avadanlığı - kompüter, skaner, printer, server və digər

vasitələr də istifadəyə tam yararlı vəziyyətdədir.

Dünyanın iqtisadi böhran, savaşlar içərisində olduğu bir vaxtda Azərbaycanda keçirilən müxtəlif

tədbirlər, o cümlədən gələn il təşkil olunacaq IV İslam Həmrəylik Oyunları dövlətimizin başçısının da qeyd

etdiyi kimi, müsəlman aləmində əlaqələrin daha da yaxınlaşması, münaqişələrə son qoyulması, əməkdaşlıq üçün

daha yaxşı zəminin yaradılması məqsədi daşıyır. Qazandığımız hər bir uğurun, o cümlədən idman

nailiyyətlərinin əsasında Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, yaranmış sabitlik, xalqla,

iqtidar arasında möhkəmlənən birlik dayanır.

AZƏRTAC

14 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

412

Stolüstü tennisçilərimiz qızlar arasında İsveçdə keçirilən açıq turnirdə fəxri kürsüdə yer alıb

Bakı, 24 fevral, AZƏRTAC

Stolüstü tennisçilərimiz İsveçin Orebro şəhərində keçirilən gənclər arasında açıq çempionatda fəxri kürsüdə

yer alıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildirilib ki, idmançılarımız şəxsi oyunlarda

bürünc, qoşa yarışlarda isə gümüş medal qazanıblar.

AZƏRTAC

2017, 24 fevral

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

413

Üzgüçülük

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 11 medal qazanmışlar

AzərTAc xəbər verir ki, İstanbulda Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk kuboku

uğrunda üzgüçülük üzrə beynəlxalq turnir başa çatmışdır.

Altı ölkədən idmançıların qatıldığı bu yarışda Azərbaycan üzgüçüləri 11 medal qazanmışlar.

Ümumi komanda hesabında Azərbaycan yığması Türkiyə, Sloveniya və Bolqarıstan idmançılarından

sonra dördüncü yeri tutmuşdur.

Yığmamızın heyətində ən çox fərqlənən isə Tural Abbasov olmuşdur. Müxtəlif məsafələr üzrə yarışan

üzgüçü bir gümüş, üç bürünc medala layiq görülmüşdür. Komandamızın idmançılarından Fərid Hacızadə,

Nazim Ağayev, Yelena Paşutina və Elgün Babayev də fərqlənmişlər.

AzərTAc

24 aprel 2007-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

414

Azərbaycanın yeniyetmə üzgüçüləri Gürcüstanın açıq çempionatında

iştirak edəcəklər

AzərTAc xəbər verir ki, iyunun 27-30-da Tbilisi şəhərində yeniyetmə oğlan və qızlar arasında

üzgüçülük üzrə Gürcüstanın açıq çempionatı keçiriləcəkdir.

Yarışlarda ölkəmizi baş məşqçi Vaqif Nəsibovun rəhbərliyi ilə 10 nəfərdən ibarət yığma komanda

təmsil edəcəkdir. İyunun 25-də qonşu ölkəyə yola düşəcək komandanın heyətinə Elgün Babayev, Tural

Abbasov, Ruslan Balşukov, Fərid Hacızadə, Nazim Ağayev, Səbinə Hüseynova, Aksana Hətəmova, Leyla

İslamova, Yelena Paşutina və Günel Əhmədzadə daxildirlər.

İdmançılarımız 50, 100, 200 və 400 metr məsafələrə sərbəst üsulla, 50, 100 və 200 metr məsafələrə

bras, arxası üstə və batterfly üsulları ilə, 200 və 400 metr məsafələrə kompleks üsulla üzmək üzrə yarışacaqlar.

AzərTAc

25 iyun 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

415

Üzgüçülük üzrə dünya çempionatında Azərbaycanı 3 idmançı təmsil edəcəkdir

Bakı, 7 dekabr (AzərTAc). Dekabrın 13-19-da Dubayda üzgüçülük üzrə 10-cu dünya çempionatı

keçiriləcəkdir.

AzərTAc xəbər verir ki, yarışda ölkəmizi Fərid Hacızadə, Dimitri Çerkasov və Boris Kirilov təmsil

edəcəklər.

AzərTAc

7 dekabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

416

Almaniyada paralimpiyaçıların üzgüçülük üzrə Avropa çempionatı başa çatmışdır

Bakı, 13 iyul (AzərTAc). Berlində paralimpiyaçıların üzgüçülük üzrə Avropa çempionatı başa çatmışdır.

Milli Paralimpiya Komitəsindən AzərTAc-a bildirmişlər ki, bu turnirdə 36 ölkədən 433 idmançı S1-S14 tibbi

təsnifat kateqoriyaları üzrə mübarizə aparmışlar. Azərbaycandan yeganə paralimpiyaçı üzgüçü Sergey Plujnikov

3 növdə (100 m brass, 100 m butterfly, 200 m kompleks) yarışmış lakin mükafatçılar siyahısına düşə

bilməmişdir.

Avropa çempionatında yekun nəticələrinə görə komanda hesabında Ukrayna millisi 105 medalla (41-37-

27) birinci olmuşdur. Böyük Britaniya 83 medalla (27-26-30) ikinci, İspaniya komandası isə 57 medalla (26-13-

18) 3-cü yeri tutmuşdur.

AzərTAc

13 iyul 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

417

Azərbaycan idmançısı İslam Həmrəyliyi Oyunlarının üzgüçülük yarışlarında

gümüş medal qazanmışdır

Bakı, 25 sentyabr (AzərTAc). Azərbaycan idmançısı Yevgeni Lazuka 3-cü İslam Həmrəyliyi

Oyunlarının üzgüçülük yarışlarında baterflyay üsulla 50 metr məsafəyə üzmədə 24.61 saniyə nəticə göstərərək

gümüş medal qazanmışdır.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu, 24 yaşlı

idmançının Azərbaycan bayrağı altında qazandığı ilk uğurudur.

London Olimpiadasında ölkəmizin şərəfini qorumuş Y.Lazuka bu ilin avqust ayında Barselonada

keçirilmiş dünya çempionatında bundan da yüksək nəticə (24.14 saniyə) göstərmişdi.

İdmançımız 3-cü İslam Oyunlarında ikinci medalını qazana bilər. Bunun üçün o, batterflyay üsulla 100 metr

məsafəyə ən tez üzən 3 nəfərdən biri olmalıdır.

AzərTAc

25 sentyabr 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

418

Üzgüçülük üzrə yığma komandamız Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycanın üzgüçülük üzrə yığma komandası 25 metrlik hovuzda üzmə üzrə dünya çempionatında

iştirak etmək üçün noyabrın 30-da Dohaya (Qətər) yola düşəcək.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizi bu

nüfuzlu turnirdə Azərbaycanın üzgüçülük üzrə yığma komandasının baş məşqçisi Rəşad Əbdülrəhmanovun

rəhbərliyi altında səkkiz idmançı təmsil edəcəkdir.

Dohada üzgüçülük üzrə dünya çempionatı dekabrın 3-dən 7-dək davam edəcəkdir. Dohaya yola düşəcək

Azərbaycan nümayəndə heyətinin tərkibinə baş məşqçi Rəşad Əbdülrəhmanov, baş müşavir, məşqçi Viktor

Jeltikov, müşavir Sergey Kostyukov, məşqçi Oleq Həşimov, habelə üzgüçülər - komandanın kapitanı Boris

Kirilov, Yuliya Sitilyuk, Anna Mançinkova, Kamran Cəfərov, İvan Andreanov, Qriqori Kalminski, Doriyan

Fazekaş və Anton Jeltikov daxildirlər.

Komandanın baş məşqçisinin dediyinə görə, Azərbaycan idmançılarının çempionatda iştirakının əsas

məqsədi onların idman ustalığını yüksəltməkdir.

R.Əbdülrəhmanov deyib: “Bu üzgüçülər 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarında

Azərbaycanı təmsil edəcəklər. Boris Kirilov istisna olmaqla qalan idmançılar, demək olar ki, beynəlxalq

turnirlərdə iştirak etməyiblər. Buna görə də biz ustalığı artırmaq üçün bəzi nüfuzlu turnirlərdə iştirak etməyi

planlaşdırırıq. Komandamıza yeniyetmə idmançılar daxildir. Odur ki, yaşca daha böyük idmançıların iştirak

edəcəkləri bu turnirlərdə onların fəxri yerlər qazanacaqlarını gözləmirik. Lakin öz nəticələrini yaxşılaşdırmaq və

idman ustalığını artırmaq baxımından bu turnirin böyük əhəmiyyəti vardır”.

Üzgüçülük üzrə Azərbaycan yığması Dohada keçiriləcək dünya çempionatında Azərbaycan

Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının dəstəyi ilə iştirak

edəcəkdir.

Federasiyada, həmçinin qeyd ediblər ki, Dohada Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA)

Ümumdünya Konvensiyasına həsr olunmuş tədbir keçirilir. Ölkəmizi bu nüfuzlu tədbirdə Azərbaycan

Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənəniyarlı təmsil edir.

Dünyanın 171 ölkəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə üzgüçülüyün inkişafına dair mühüm

qərarlar qəbul etmək planlaşdırılır.

AZƏRTAC

29 noyabr 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

419

Azərbaycan üzgüçüsü Şotlandiyada ikinci olub

Bakı, 29 mart, AZƏRTAC

Şotlandiyanın Qlazqo şəhərində paralimpiyaçı üzgüçülər arasında keçirilən beynəlxalq turnirdə

Azərbaycan millisi gümüş medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı Dmitriy Saley 100 metr məsafəyə sərbəst üsulla

üzgüçülük yarışında fəxri kürsünün ikinci pilləsində yer alıb.

AZƏRTAC

29 mart 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

420

Paralimpiyaçılarımız Polşa açıq çempionatında uğur qazanıblar

Bakı, 5 dekabr, AZƏRTAC

Paralimpiyaçılarımız Polşanın Şetsin şəhərində keçirilən lisenziya xarakterli Polşa açıq çempionatında

uğur qazanıblar.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, üzgüçülük yarışlarında Dmitri

Saley sərbəst üsulla 50 metr məsafəni 24.65 saniyəyə qət edərək gümüş medal qazanıb. O, həmçinin 100 metr

məsafəyə brass üsulu ilə üzmə yarışlarında 1.09 saniyəlik nəticə ilə gümüş medala layiq görülüb.

Roman Saley isə sərbəst üsulla 400 metr məsafəyə yarışda gümüş medala sahib olub. Bu növdə 100 metr

məsafəyə mübarizədə isə 54.11 saniyəlik nəticə ilə D.Saley qızıl medal qazanıb.

Çempionatda 54.79 saniyəlik nəticə qazanan Roman Saley bürünc, bel üstündə üzgü üsulu ilə isə 1.02.87

saniyəlik nəticə göstərərək qızıl medal qazanıb. Bu növdə 1.05.33 saniyəlik nəticə ilə Dmitriy Saley bürünc

medalla kifayətlənib.

Baterflay üsulu ilə üzmə yarışında Roman Saley (0.58.41 saniyə) qızıl medal qazanıb, Dmitriy Saley

(1.00) isə gümüş medal əldə edib.

AZƏRTAC

5 dekabr 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

421

Üzgüçülük üzrə qış çempionatına start verilib

Bakı, 23 fevral, Pərvin Ələkbərov, AZƏRTAC

Fevralın 23-də Bakıda, Su İdmanı Sarayında üzgüçülük üzrə qış çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, fevralın 25-dək davam edəcək turnir Gənclər və İdman Nazirliyinin,

Azərbaycan Üzgüçülük Federasiyasının və Su İdmanı Sarayının təşkilatçılığı ilə keçirilir.

Çempionatın təşkilində əsas məqsəd üzgüçülüyün təbliğinə, kütləviliyinin artırılmasına və inkişafına nail

olmaqdır.

Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi, beynəlxalq dərəcəli hakim Rəşad

Əbdülrəhmanov jurnalistlərə müsahibəsində bildirib ki, yarışda 100-dək idmançı iştirak edir. Çempionatda 600

xal toplayan idmançılar IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq komandanın heyətinə daxil

ediləcək. Həmin idmançılar, həmçinin 2017-ci ildə keçiriləcək beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək

komandanın heyətini formalaşdıracaqlar.

Yarışda qızlar və oğlanlar sinə üstə, arxası üstə, brass, batterflay növlərində 50, 100, 200, 800 və 1500

metr məsafəyə yarışlarda mübarizə aparacaqlar.

AZƏRTAC

2017, 23 fevral

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

422

Yüngül atletika

Azərbaycan atletləri Volqoqradda beynəlxalq turnirdə bir qızıl,

iki bürünc medal qazanmışlar

Bakı, 27 yanvar (AzərTAc). Azərbaycan idmançıları Volqoqradda atletika üzrə “Qubernator kuboku”

uğrunda beynəlxalq turnirdə 3 medal qazanmışlar. İdmançılarımız arasında ən yaxşı nəticəni Pekin

Olimpiadasının iştirakçısı Ramil Quliyev göstərmişdir. 60 metr məsafəyə qaçış proqramında R.Quliyev 6,66

saniyə nəticə ilə qızıl medal əldə etmişdir. Bununla o, 20 yaşa qədər idmançılar arasında Azərbaycan rekordunu

təzələmişdir.

İdmancılarımız arasında Valentin Buliçev 200 metr (21,80 saniyə) məsafəyə qaçışda, Kamran Cəlilov

(15 metr 77 sm) isə üç təkanla uzunluğa tullanma proqramında 3-cü yeri tutmuşlar.

AzərTAc

27 yanvar 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

423

Bakıda Aleksandr Antipovun xatirəsinə həsr olunmuş

Beynəlxalq Atletika turnirinin qalibləri məlum olmuşdur

Bakı, 7 fevral (AzərTAc). Respublika Olimpiya Mərkəzində SSRİ-nin və Azərbaycanın əməkdar

idman ustası Aleksandr Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq atletika turnir başa çatmışdır. Yarışda

Azərbaycan, Rusiya və Gürcüstandan 2 yaş qrupunda 50-dək idmançı iştirak etmişdir.

Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti, Milli Olimpiya

Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, A.Antipovun Azərbaycan atletikasına verdiyi töhfələr,

qazandığı uğurlar barədə məlumat vermişdir. Ç.Hüseynzadə, habelə, mərhumun oğlu, Sergey Antipov belə

turnirlərin atletikanın kütləviliyinə xidmət etdiyini, bu idman növünün inkişafına təkan verdiyini söyləmişlər.

Açılış mərasimində çıxış edən Saxa Yakutiya – Milli İdman Növləri mərkəzinin direktoru İnnokentiy Qriqoryev

turnirdə iştirak etməkdən məmnun qaldıqlarını bildirərək, belə yarışların qarşılıqlı əlaqələrin möhkəmlənməsinə

xidmət etdiyini vurğulamışlar.

Yarışda idmançılar uzunluğa tullanma, üçtəkanla uzunluğa tullanma və Yakut tullanmaları üzrə

yarışmışlar.

Uzunluğa tullanma üzrə yarışların nəticəsinə əsasən, Leyla Paşayeva qızlar, Ənvər Zeynalzadə isə

kişilər arasında qızıl medal qazanmışdır. Üç təkanla uzunluğa tullanma yarışlarında Yakutiya idmançısı

İnnokentiy Qovorov oğlanlar, Kamran Cəlilov isə kişilər arasında birinci olmuşdur. Nəhayət, idmançıların

Yakutiya tullanmaları növündə mübarizəsində Leyla Paşayeva qadınlar, Vitali Vasilyev (Yakutiya) isə kişilər

arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

AzərTAc

7 fevral 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

424

Atletikanın inkişafına dair yeni strateji plan hazırdır

Bakı, 18 fevral (AzərTAc). Azərbaycanda atletikanın inkişafı yeni mərhələyə qədəm qoyur. Bu gün

Milli Olimpiya Komitəsində atletikanın inkişafına dair strateji planın təqdimat mərasimi keçirilmişdir.

Böyük Britaniyanın İdman Şurası (UK Sport) ilə birgə həyata keçiriləcək plan 2009-2012-ci illəri əhatə edir.

Əsas məqsəd cinsindən, sosial statusundan asılı olmayaraq, bütün yaş qruplarında gənclərin atletika növündə

iştirakını təmin etməklə milli və olimpiya komandalarına istedadlı idmançıları cəlb etməkdir.

Təqdimat mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda atletika

məktəbinin böyük ənənələrinin olduğunu vurğulayaraq, onların bərpasının vacibliyini vurğulamışdır.

Strateji plan yaxın gələcəkdə məhəlli atletikanın inkişafını, ixtisaslaşdırılmış idman məktəbləri vasitəsilə ölkədə

atletika mərkəzlərinin yaradılmasını, peşəkar mütəxəssislərin, məşqçilərin hazırlanaraq tədris prosesinə cəlb

olunmasını ehtiva edir.

Plana əsasən, dörd il ərzində Mingəçevirdə, Xaçmazda, Qax–Zaqatala bölgəsində və Gəncədə atletika

mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur

AzərTAc

18 fevral 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

425

Ramil Quliyev Azərbaycan rekordunu təzələmişdir

Bakı, 25 iyul (AzərTAc). Azərbaycan idmançısı Ramil Quliyev Novi Sadda (Serbiya) keçirilən gənclər

arasında atletika üzrə Avropa çempionatında gümüş medalın sahibi olmuşdur. 19 yaşlı idmançı yarışların ikinci

günü finalda 100 metrlik məsafəni 10,16 saniyəyə qət etmiş, yalnız fransız Kristofer Lemetrdən (10,04 saniyə)

geri qalmışdır.

Ramil Quliyevin göstərdiyi nəticə Azərbaycanın yeni rekordu kimi qeydə alınmışdır.

Xatırladaq ki, bir gün əvvəl Azərbaycan atleti Xayle İbrahimov 10.000 metr məsafəni 30.06.64 qaçaraq, qızıl

medal qazanmışdır.

AzərTAc

6 avqust 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

426

Ramil Quliyev Yüngül atletika üzrə Avropa çempionatında

çıxış edəcəkdir

Bakı, 6 avqust (AzərTAc). Avqustun 15-dən 23-dək Berlində yüngül atletika üzrə XII Avropa

çempionatı keçiriləcəkdir. Yüngül atletika üzrə Azərbaycan yığmasının məşqçilər şurasının tərkibi

müəyyənləşmişdir. Yarışda Azərbaycanı yığma komandanın baş məşqçisi Məhərrəm Sultanzadənin rəhbərliyi

altında sprinter Ramil Quliyev təmsil edəcəkdir. O, 200 metr məsafəyə qaçışda gücünü sınayacaqdır.

Milli Atletika Federasiyasının başçısı Çingiz Hüseynzadə demişdir: “Atletlərimiz üçün əsas yarış

oktyabrın 17–dən 29-dək İranda keçiriləcək İslam oyunları olacaqdır. Yarışlarda Azərbaycan 12 kişi və 8

qadından ibarət geniş heyətlə çıxış edəcəkdir. Atletlərin adları sentyabrın 20-də Bakıda keçiriləcək seçmə

yarışlardan sonra məlum olacaqdır. Azərbaycan yığması İslam oyunları ərəfəsində Nabran, habelə Türkiyə və

Böyük Britaniyada təlim–məşq toplanışlarında iştirak edəcəkdir”.

AzərTAc

6 avqust 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

427

Azərbaycan paralimpiyaçısı dünya çempionu oldu

Bakı, 26 noyabr (AzərTAc). Azərbaycan paralimpiyaçısı Hindistanın Banqalor şəhərində atletika üzrə

dünya çempionatında qızıl medala sahib olmuşdur.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirmişlər ki, nüvəitələmə yarışlarında Oluxan Musayev

12.99 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Bu Azərbaycan yığmasının dünya çempionatında qazandığı hələlik ilk medaldır.

AzərTAc

26 noyabr 2009-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

428

Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycanda idmanın inkişafını

yüksək qiymətləndirir

Bakı, 11 may (AzərTAc). Azərbaycan Prezidentinin ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğı

beynəlxalq idman yarışlarında öz müsbət nəticələrini göstərir. Bu göstərici, eləcə də Azərbaycanın Səhiyyə,

Gənclər və İdman, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin ölkədə idmanın inkişafı ilə bağlı

əməkdaşlığı və birgə fəaliyyəti digər ölkələr üçün əsl nümunə olmalıdır.

Bu sözlər mayın 11-də Milli Məclisin sədri Oqtay Əsədovun ölkəmizdə səfərdə olan Beynəlxalq

Paralimpiya Komitəsinin sədri Filip Kravenlə görüşündə səslənmişdir.

Oqtay Əsədov paralimpiya idmanı sahəsində görülən işlər, Azərbaycanda idmana göstərilən diqqət və

qayğıdan danışmışdır. Milli Məclisin sədri demişdir ki, dövlətin və dövlətimizin başçısının idmana göstərdiyi

böyük diqqət sayəsində Azərbaycanın beynəlxalq yarışlarda qazandığı uğurların sayı ilbəil artır. Sonuncu

paralimpiya oyunlarından idmançılarımızın 10 medalla qayıtması bunu bir daha təsdiqləyir. Bu gün ölkəmizdə

ən müasir tələblərə cavab verən beynəlxalq idman kompleksləri fəaliyyət göstərir.

Filip Kraven Azərbaycanda ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.

Azərbaycanda olmaqdan şərəf hissi duyuram, - deyən Beynəlxalq Paralimpiya Komitəsinin sədri ölkəmizdə

idmana göstərilən qayğını yüksək qiymətləndirmişdir. O, Azərbaycan Prezidentinin dövlətimizin başçısı

seçildikdən sonra Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində qalmasını da ölkədə idmana göstərilən

qayğının bariz nümunəsi kimi dəyərləndirmişdir.

Filip Kraven Azərbaycanda olimpiya, paralimpiya hərəkatının inkişafı istiqamətində Təhsil, Səhiyyə,

Gənclər və İdman nazirliklərinin səmərəli əməkdaşlığını da yüksək qiymətləndirmişdir.

Qonaq sonra demişdir ki, Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycanda idmanın, paralimpiya

hərəkatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidentini “Şərəf” medalına layiq görmüşdür. O

həmin medalı Azərbaycan Prezidentinə təqdim etməyi Oqtay Əsədovdan xahiş etmişdir.

AzərTAc

11 may 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

429

Beynəlxalq Paralimpiya Komitəsi atıcılıq üzrə dünya reytinq cədvəlini açıqlamışdır

Bakı, 21 iyun (AzərTAc). İyunun 21-də Beynəlxalq Paralimpiya Komitəsi atıcılıq üzrə dünya reytinq

cədvəlini açıqlamışdır.

Reytinqə əsasən, 10 metr məsafəyə atıcılıq yarışlarında kişilər arasında Azərbaycan yığma komandasının

üzvləri Əkbər Muradov 6-cı, Kamran Zeynalov 16-cı, Elşad Məmmədov isə 23-cü pillədə qərarlaşmışlar. Qadın

idmançıların reytinqində isə Azərbaycan idmançısı Yelena Taranova 1-ci yerə layiq görülmüşdür.

25 metr məsafəyə atıcılq yarışlarının reytinqində Əkbər Muradov 10-cu yerdə qərarlaşmışdır.

50 metr məsafədə qadınlar arasında Yelena Taranova 6-cı, kişilər arasında Əkbər Muradov 20-ci, Kamran

Zeynalov isə 29-cu yerə sahib olmuşlar.

AzərTAc

21 iyun 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

430

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası Azərbaycan sprinteri ilə əlaqədar

qərar qəbul etmişdir

Bakı, 27 aprel (AzərTAc). Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) Azərbaycan

sprinteri Ramil Quliyevin Türkiyə yığmasına keçməsi ilə əlaqədar qərar qəbul etmişdir.

Xatırladaq ki, Ramil Quliyev ötən il vətəndaşlığını dəyişərək Türkiyə yığması heyətində çıxış etməyi

qərara almışdı. Türkiyə vətəndaşlığını alan Ramil Quliyev böyük yarışlarda həmin ölkə adından çıxış etmək

niyyətində idi.

Azərbaycan Yüngül Atletika Federasiyasının rəhbərliyi Ramil Quliyevin yarışlarda iştirakdan məhrum

edilməsi tələbi ilə İAAF-a müraciət etmişdir. Beynəlxalq qanunlara əsasən, yüngül atletika idmançısı yeni

ölkəyə keçdikdən 3 il sonra həmin ölkə adından çıxış edə bilər. İAAF Azərbaycan Federasiyasına cavab

məktubu göndərmişdir.

Məktubda İAAF-ın belə bir qərar qəbul etdiyi bildirilir: Ramil Quliyev 2011-ci il aprelin 5-də Türkiyə

vətəndaşlığı almışdır. Həmin idmançının beynəlxalq yarışlarda 2014-cü il aprelin 5-dək göstərdiyi bütün

nəticələr Azərbaycanın xeyrinə hesablanacaqdır. Bu, bütün turnirlərə, habelə dünya və Azərbaycan

çempionatlarına, həm də Olimpiya Oyunlarına aiddir. Ramil Quliyev yalnız 2014-cü il aprelin 5-dən sonra

Türkiyə yığmasının heyətində çıxış edə bilər. İAAF-ın bu qərarı hər iki ölkənin federasiyalarına ünvanlanmışdır.

Beləliklə, əgər Ramil Quliyev 2012-ci ildə Londonda keçiriləcək Olimpiadada iştirak etmək istəyirsə, yalnız

Azərbaycan yığmasının heyətində çıxış etməlidir.

AzərTAc

27 aprel 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

431

Azərbaycan yığması yüngül atletika üzrə dünya çempionatında iştirak edir

. Bakı, 9 mart (AzərTAc). Martın 9-da İstanbulda yüngül atletika üzrə dünya çempionatı start

götürmüşdür.

AzərTAc xəbər verir ki, Azərbaycan yığmasını baş məşqçi Məhərrəm Sultanzadənin rəhbərliyi altında

Layeş Abdullayeva və Hayle İbrahimov təmsil edirlər.

İdmançılarımız 3 min metr məsafəyə qaçış yarışlarında medallar uğrunda mübarizə aparacaqlar.

Çempionat martın 11-də başa çatacaqdır.

AzərTAc

9 mart 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

432

Azərbaycan olimpiyaçıları yüngül atletika üzrə Avropa çempionatında çıxış edəcəklər

Bakı, 22 iyun (AzərTAc). İyunun 27-dən iyulun 1-dək Helsinkidə yüngül atletika üzrə Avropa çempionatı

keçiriləcəkdir.

AzərTAc xəbər verir ki, Finlandiya paytaxtında Azərbaycanın dörd idmançısı çıxış edəcəkdir. Ruslan

Abbasov 100 metr, Hakim İbrahimov 400 metr, Xayle İbrahimov və Layeş Abdullayeva 5000 metr məsafəyə

qaçış yarışlarında iştirak edəcəklər.

Xatırladaq ki, Xayle İbrahimov və Layeş Abdullayeva Azərbaycanı Olimpiadada təmsil edəcəklər. Orada

Layeş 3000 metr məsafəyə qaçış yarışlarında da çıxış edəcəkdir.

AzərTAc

22 iyun 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

433

Azərbaycanlı yüngül atlet dünya çempionatının finalında çıxış etmişdir

Azərbaycanlı yüngül atlet dünya çempionatının finalında çıxış etmişdir

Barselonada gənclər arasında yüngül atletika üzrə dünya çempionatı keçirilir. AzərTAc xəbər verir ki,

Azərbaycan idmançısı Yekaterina Sarıyeva üç təkanla tullanma

Bakı, 13 iyun (AzərTAc). Barselonada gənclər arasında yüngül atletika üzrə dünya çempionatı keçirilir.

AzərTAc xəbər verir ki, Azərbaycan idmançısı Yekaterina Sarıyeva üç təkanla tullanma yarışlarının finalında

yeddinci yeri tutmuşdur.

Onun birinci cəhdi daha uğurlu olmuşdur (13,33 metr).

AzərTAc

13 iyul 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

434

Azərbaycanlı yüngül atlet Avropa çempionatında ikinci qızıl medal qazanmışdır

Bakı, 18 iyul (AzərTAc). Çexiyanın Ostrava şəhərində yaşı 23-ə qədər olan idmançılar arasında yüngül

atletika üzrə Avropa çempionatı başa çatmışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan idmançısı Layeş Abdullayeva 5.000 metr məsafəyə qaçışda finiş

xəttinə birinci çatmışdır. 15 dəqiqə 29,47 saniyə nəticə göstərmiş Abdullayeva milli rekordu təzələmişdir.

Xatırladaq ki, iki gün bundan əvvəl Abdullayeva 10.000 metr məsafəyə qaçışda da qızıl medal qazanmışdı.

AzərTAc

18 iyul 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

435

Azərbaycan idmançısı Polşada keçiriləcək yüngül atletika üzrə qış dünya çempionatında iştirak

edəcəkdir

Bakı, 5 mart (AzərTAc). Martın 7-dən 9-dək Polşanın Sopot şəhərində yüngül atletika üzrə qış dünya

çempionatı keçiriləcəkdir.

AzərTAc xəbər verir ki, mundialda ölkəmizi Hayle İbrahimov təmsil edəcəkdir. Atletimiz 3 min metr

məsafəyə qaçış yarışlarında birincilik uğrunda mübarizə aparacaqdır.

AzərTAc

5 mart 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

436

Azərbaycan atleti veteranlar arasında Avropa çempionatında bürünc medal qazanıb

Bakı, 27 avqust (AZƏRTAC). İzmirdə veteranlar arasında yüngül atletika üzrə Avropa çempionatı

keçirilir.

AZƏRTAC xəbər verir ki, bütün Avropadan təşrif buyuran idmançılar 35 yaşdan başlayaraq 85 yaşadək

bütün kateqoriyalar üzrə mübarizə aparırlar.

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının üzvü, 2013-cü ildə səmti müəyyən etmə üzrə

dünya çempionatında ölkəmizi təmsil edən Faiq Bağırov da 1500 və 800 metrlik məsafələrdə 35-40 yaş

kateqoriyasında yarışır.

Min beş yüz metr məsafəyə qaçış yarışlarında Faiq Bağırov finişə üçüncü çatıb və bürünc medal

qazanıb.

Atletimiz 800 metrlik məsafə üzrə qaçış yarışlarına avqustun 30-da qatılacaqdır. Çempionata avqustun

31-də yekun vurulacaq.

AZƏRTAC

27 avqust 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

437

Azərbaycanlı atlet Qazaxıstanda beynəlxalq yarışda qızıl medal qazanıb

Bakı, 25 yanvar, AZƏRTAC

Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində Olimpiya çempionu Olqa Rıpakovanın mükafatı uğrunda

yüngül atletika üzrə keçirilən beynəlxalq yarışda Azərbaycan idmançısı qızıl medal qazanıb.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda 800 və 400 metr məsafələrə

qaçış yarışlarında ölkəmizi müvafiq olaraq Hakim İbrahimov və Arif Abbasov təmsil ediblər. Hakim İbrahimov

1 dəqiqə 54.89 saniyəlik nəticə ilə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. A.Abbasov isə

49.19 saniyəlik nəticə ilə beşinci yerdə qərarlaşıb.

Hər iki idmançı beynəlxalq yarışda şəxsi nəticələrini yeniləyiblər.

AZƏRTAC

25 yanvar 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

438

Naxçıvan Muxtar Respublikası beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Ötən il qədim diyarda keçirilən çoxsaylı mühüm tədbirlər bunu bir daha təsdiq edir.

Naxçıvan, 9 yanvar, AZƏRTAC

Azərbaycanın qədim guşəsi olan Naxçıvan diyarı müxtəlif sivilizasiyaların, mədəniyyətlərin kəsişdiyi

geostrateji baxımdan çox əhəmiyyətli bir bölgədə yerləşir. Beş min illik şəhər mədəniyyətinə malik olan, milli

dəyərlərimizin yaşadıldığı Naxçıvan bu gün mədəniyyətlərarası dialoqun formalaşmasında önəmli rola malikdir.

Blokada şəraitində yaşamasına baxmayaraq, bütün sahələrdə böyük nailiyyətlərə imza atan muxtar

respublikanın sürətli sosial-iqtisadi, mədəni inkişafı, burada yüksək səviyyədə nəhəng infrastrukturun qurulması

onu həm də beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevirib. Qədim diyarın şanlı tarixinə “Nizam-

intizamın daha da möhkəmləndirilməsi ili” kimi daxil olan 2016-cı ilin ümumi mənzərəsinə nəzər yetirdikdə bir

daha bunun şahidi oluruq.

Naxçıvan dünyanın idman xəritəsində də özünün layiqli yerini tutub, beynəlxalq yarışların keçirildiyi

məkana çevrilib, bu sahədə şöhrət qazanıb. Burada hər ilin may ayında ulu öndər Heydər Əliyevin anadan

olmasının ildönümünə həsr edilmiş beynəlxalq idman tədbirlərinin keçirilməsi artıq ənənə halını alıb. Hər il

dünyanın müxtəlif ölkələrindən onlarla tanınmış idmançı yarışlarda iştirak etmək üçün Naxçıvana gəlir,

Azərbaycan qonaqpərvərliyinin şahidi olurlar. Qədim diyara səfər edən idmançı ikinci dəfə də bura gəlmək

arzusunda olur.

Muxtar respublikada ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş

beynəlxalq şahmat festivallarının keçirilməsi də artıq ənənə halını alıb. Dünyanın müxtəlif ölkələrindən

şahmatçıların Naxçıvanda keçirilən bu festivalda iştiraka can atması bir daha sübut edir ki, yarışlara maraq ilbəil

artır. Festivallar dünyanın müxtəlif ölkələrindən gəlmiş şahmatçılar arasında dostluq əlaqələrinin

möhkəmləndirilməsinə, şahmatçıların böyük yarış təcrübəsi əldə etməsinə şərait yaradır.

Ötən il mayın 10-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan

olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan – 2016” Beynəlxalq Şahmat Festivalının açılışı olub. Üç

yarımqrupda keçirilən beynəlxalq turnirdə 350-dən çox şahmatçı iştirak edib. Onlar arasında dünya və Avropa

çempionu olmuş şahmatçılar, beynəlxalq qrossmeysterlər, beynəlxalq usta və FİDE ustaları da olub. Mayın 18-

də “Naxçıvan – 2016” Beynəlxalq Şahmat Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan, Azərbaycan Respublikası

Milli Paralimpiya Komitəsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika

Paralimpiya Federasiyasının təşkil etdiyi Paralimpiya İdman Festivalı isə mayın 13-də İlham Əliyev adına

Olimpiya İdman Kompleksində keçirilib. Futzal, ağırlıqqaldırma, yüngül atletika, qolbol, boccia paralimpiya

idman növləri üzrə keçirilən yarışların sonunda qaliblərə kubok, diplom və mükafatlar təqdim olunub. Əsl

idman bayramına çevrilən festivalda Milli Paralimpiya Komitəsinin, İran İslam Respublikasının və muxtar

respublika Paralimpiya federasiyalarının, ümumilikdə, 106 məşqçi və idmançısı iştirak edib.

Mayın 21-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində veteran ağır

atletlər arasında Avropa çempionatına start verilib. Mayın 28-də başa çatan yarışda 21 ölkədən 200-ə yaxın atlet

medallar uğrunda mübarizə aparıb.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin,

Azərbaycan Milli Karate Federasiyasının və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının

təşkilatçılığı ilə noyabrın 15-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr

olunmuş karate üzrə beynəlxalq turnir keçirilib. Şərur Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə

Azərbaycan və Naxçıvan Muxtar Respublikasının komandaları ilə yanaşı, Türkiyə, Gürcüstan və İran

komandaları da mübarizə aparıblar.

Naxçıvanda bir sıra sahələr üzrə əldə edilən qabaqcıl təcrübə beynəlxalq təşkilatların diqqətini bölgəyə

cəlb edib. Mayın 18-20-də Naxçıvan şəhərində “Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə

bilik və bacarıqlarının artırılması” mövzusunda milli təlim keçirilib. Avropa İttifaqı, Birləşmiş Millətlər

Təşkilatı İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə reallaşdırdıqları sərhəd idarəçiliyi layihəsi

çərçivəsində keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük

Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları iştirak ediblər. Layihə üzrə tərəf müqabili

Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (ICMPD) beynəlxalq ekspertləri sərhəd idarəçiliyi

sahəsində dünyada əldə edilən ən son nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər barədə iştirakçılara

ətraflı məlumat verib, müasir sərhəd idarəçiliyi modelləri barədə danışıblar. İyulun 29-da isə Naxçıvan Biznes

Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

439

Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə 30 iyul – İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunan

beynəlxalq konfrans keçirilib.

Regionun informasiya və mədəniyyət mərkəzinə çevrilən muxtar respublikada keçirilən beynəlxalq

mədəni tədbirlər həmişə böyük maraqla qarşılanır. Mayın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Əlincəqala” tarixi abidəsində “Naxçıvan – bəşəriyyətin beşiyi”

III Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olub. Qədim diyarımızın zəngin tarixi və bu günü ilə səsləşən

gözəl mədəniyyət və sənət bayramı olan festivalda 7 ölkədən 52 iştirakçı təmsil olunub. Naxçıvanın simvoluna

çevrilən Haçadağ, Əlincəqala rəssam təxəyyülünə məxsus çalarlarla iştirakçıların qəlbinə yol tapıb. Rəssamlar

sehrli fırçaların, rənglərin dili ilə düşüncələrini ifadə etməyə nail olublar. Mayın 27-də Heydər Əliyev Sarayında

festivalda iştirak edən rəssamların əsərlərindən ibarət sərgi təşkil edilib.

Naxçıvan torpağı Azərbaycan xalqının tarixini yaşadan abidələrlə zəngindir. Muxtar respublika ərazisində

1200-dən çox tarixi abidə pasportlaşdırılıb ki, onların da yarıdan çoxu dünya və ölkə əhəmiyyətli abidələrdir. Bu

gün Naxçıvandakı qalalar barədə tədqiqatların aparılması tariximizin öyrənilməsi baxımından mühüm

əhəmiyyət kəsb edir. Qalalar təkcə sığınacaq yeri, mühafizə və ya müdafiə tikilisi deyil. Qalalar bu ərazidə

yaşayan əcdadlarımızın həyat tərzini, dini inanclarını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq

sənətini özündə yaşadan mədəniyyət nümunələridir. İyulun 9-10-da Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan” Universitetində

“Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransda bu barədə maraqlı

elmi məruzələr dinlənilib. Vurğulanıb ki, son illər Naxçıvanda qədim tarixi abidələrin, xüsusilə qalaların bərpa

olunması bu ərazidəki zəngin mədəni irsi qorumaqla yanaşı, həm də bəşəriyyət tarixinin öyrənilməsinə xidmət

edir. Keçmişlə gələcək arasında körpü yaradan Naxçıvan qalaları mübarizlik və qəhrəmanlıq tarixindən soraq

verir.

Noyabr ayının 17-də daha bir elmi əhəmiyyət kəsb edən tədbir olub. Naxçıvan Dövlət Universitetində

“Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı ikigünlük beynəlxalq elmi simpozium keçirilib.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə

Respublikası Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Araşdırma Mərkəzi və

İqdır Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb. Simpoziumda qeyd olunub ki, türk dünyasının ən qədim

yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan ərazi baxımından kiçik olsa da, bura min illərin

tarixini yaşadan qədim yaşayış yerləri, tarixi abidələr ilə zəngindir. Muxtar respublika ərazisindəki mağaralar,

qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər tarixin dərin qatlarından xəbər verir. Bu tarixi və

mədəni zənginliyin nəticəsidir ki, Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Şərqlə Qərbi birləşdirən

mühüm ticarət mərkəzlərindən biri olub. “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq

elmi simpoziumun məhz Naxçıvanda keçirilməsi bu qədim diyarın keçmişdə olduğu kimi, bu gün də türk

tarixinin coğrafiyasında, müxtəlif əlaqələrin qurulmasında mühüm rol oynadığını bir daha təsdiq edir.

Ötən ilin son günlərində Naxçıvan Muxtar Respublikasında beynəlxalq əhəmiyyətli hadisə baş verib.

Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayıb. Bu qatarın

fəaliyyətə başlaması Azərbaycan ilə İran arasında əlaqələrin inkişafının bir göstəricisi olmaqla yanaşı, eyni

zamanda, xalqlar arasında yaxın münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətlidir. Bu gün

ticarət-iqtisadi əlaqələrin genişlənməsinin nəticəsi olaraq Naxçıvandan İrana müxtəlif sənaye və ərzaq

məhsulları, elektrik enerjisi ixrac olunur. Öz növbəsində İrandan da ərzaq, tikinti məhsulları və digər mallar

alınır. Şübhəsiz ki, ticarət-iqtisadi əlaqələrin genişlənməsində sahibkarların müstəsna rolu var. Dekabrın 29-da

Naxçıvan Biznes Mərkəzində keçirilən Azərbaycan-İran Biznes Forumunda hər iki tərəfdən sahibkarların

iştirakı qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açıb.

Ötən il Naxçıvanda keçirilən bütün tədbirlər istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə maraqla

izlənilib. Bunun əsas səbəblərindən biri də bu idi ki, həmin tədbirlərdə beynəlxalq ictimaiyyəti maraqlandıran,

onların diqqətini cəlb edən məsələlər gündəmdə olub. Tədbirlər media və internet vasitəsilə geniş kütlələrə

çatdırılıb. Tədbirlərin xarici ölkələrdən olan iştirakçıları bir daha vurğulayıblar ki, artıq ənənə halını alan

beynəlxalq tədbirlər Naxçıvanda ən yüksək səviyyədə təşkil edilir. Bütün bunları nəzərə alaraq demək olar ki,

beynəlxalq tədbirlərin keçirilməsi sahəsində formalaşan Naxçıvan təcrübəsi nümunə təşkil edir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

AZƏRTAC

2017, 9 yanvar

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

440

Qılıncoynatma

Bakıda qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatının

açılış mərasimi olmuşdur

Bakı, 2 aprel (AzərTAc). Aprelin 2-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində

qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı start götürmüşdür. Yarışlarda dünyanın 87

ölkəsindən 1565 idmançısı iştirak edir.

Açılış mərasimində Azərbaycanın Dövlət Himni səslənmiş, iştirakçı komandaların paradı olmuşdur.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın sürətli inkişaf dövrü

yaşadığını və bunun Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bədən

tərbiyəsinə və idmana qayğısı və diqqəti sayəsində mümkün olduğunu bildirmişdir.

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişer Usmanov çempionatın yaxşı təşkil edildiyi

üçün ölkə rəhbərliyinə təşəkkürünü bildirmiş və iştirakçılara uğurlar arzulamışdır.

Qeyd edək ki, yarışın birinci günü Azərbaycanın 5 kadet-idmançısı mübarizə aparmışdır. Onlardan sablya

növü üzrə 17 yaşadək idmançıların yarışmasında Azər Tağıyev və Hüseyn Dadaşov 1/64 finalda məğlub

olmuşlar.

Şpaqaçı qızlar arasında isə Əminə Novruzova, Yuliya Bayramova və Nəzrin Əlizadə isə mübarizələrini

ilk dövrədə dayandırmışlar.

AzərTAc

2 aprel 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

441

Azərbaycan qılıncoynadanları dünya çempionatının

rəqibləri məlumdur

Bakı, 6 aprel (AzərTAc). Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən qılıncoynatma

üzrə dünya çempionatının yeniyetmə rapiraçılar arasında keçirilən yarışmasında Azərbaycan idmançısı Nübar

Məlikovanın rəqibləri Rusiya, Ukrayna, İsrail, Macarıstan və Argentina qılıncoynadanlarıdır.

Bu mərhələdə Vəkil Nəsibov Kanada, Finlandiya, Misir, Puerto-Riko, Koreya, Kənan Əliyev isə İsrail,

Finlandiya, İspaniya, Braziliya, Özbəkistan, Tailanddan olan şpaqaçılar ilə qarşılaşacaqdır. Tehran Rəsulovun

rəqibləri İsrail, Rusiya, Qazaxıstan, Estoniya və CAR idmançıları olacaqlar.

AzərTAc

6 aprel 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

442

Səbinə Mikina və Sevil Bünyatova qılıncoynatma üzrə dünya çempionatında

iştirak edirlər

Bakı, 5 noyabr (AzərTAc). Parisdə qılıncoynatma üzrə dünya çempionatı keçirilir.

AzərTAc xəbər verir ki, mundialda ölkəmizi qılıncoynatmanın sablya növü üzrə Səbinə Mikina və Sevil

Bünyatova təmsil edirlər.

Qılıncoynadanlarımız turnirdə baş məşqçi Tahir Akimovun rəhbərliyi ilə mübarizə aparırlar.

AzərTAc

5 noyabr 2010-cu il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

443

Azərbaycan şpaqaçısı Qran-pri turnirinin mərhələ yarışlarında

28-ci yeri tutmuşdur

Bakı, 15 fevral (AzərTAc). Qətərin paytaxtı Doha şəhərində şpaqaçı qadınlar arasında Qran-pri turnirinin

şəxsi mərhələ yarışları olmuşdur.

Turnirdə Azərbaycanı milli yığmaya yenicə cəlb olunmuş rusiyalı legioner Yuliya Nelyubova təmsil

etmişdir.

AzərTAc xəbər verir ki, Nelyubova 1/32 finalda fransalı Hajnalka Kiralini 15:11 hesabı ilə məğlubiyyətə

uğratsa da, növbəti mərhələdə rusiyalı dünya çempionu Lyubov Şutovaya uduzmuş, nəticədə 147 iştirakçı

arasında 28-ci yeri tutmuşdur. Azərbaycan təmsilçisi turnirdə Qılıncoynatma Federasiyasının vitse-prezidenti

Yaşar Məmmədovun rəhbərliyi altında iştirak etmişdir.

Turnirin qızıl medalını isə Ukrayna şpaqaçısı Yana Şemyakina qazanmışdır. O, final görüşündə

Macarıstan idmançısı Emesa Şaşı 15:8 hesabı ilə məğlubiyyətə uğratmışdır.

Lisenziyalı turnirin mükafatçıları 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə

qazanmışlar.

AzərTAc

15 fevral 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

444

Azərbaycan şpaqaçıları Anatoli Samburovun xatirəsinə həsr olunmuş

Ümumrusiya turnirində 3-cü yeri tutmuşlar

Bakı, 12 mart (AzərTAc). Pyatiqorskda Anatoli Samburovun xatirəsinə həsr olunmuş qılıncoynatma üzrə

Ümumrusiya turniri başa çatmışdır. Turnirdə Stavropol və Krasnodar diyarları, Volqoqrad və Rostov vilayətləri,

Şimali Osetiya-Alaniya Respublikası, habelə Azərbaycandan 350-dən çox gənc oğlan və qız iştirak etmişdir.

Azərbaycan yığması 1996-cı il təvəllüdlü və daha gənc şpaqaçılar arasında komanda turnirində 3-cü yeri

tutmuşdur. “Pyatiqorsk-1” idmançıları Şimali Osetiya komandasına cəmi 1 xal uduzub (44:45) ikinci yeri

tutmuşdur.

AzərTAc

12 mart 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

445

Azərbaycan qılıncoynadanları Gürcüstanın açıq çempionatında

səkkiz medal qazanmışlar

Bakı, 13 iyun (AzərTAc). Kutaisi şəhərində qılıncoynatma üzrə Gürcüstanın açıq çempionatı başa

çatmışdır.

AzərTAc xəbər verir ki, çempionatda Azərbaycan, Gürcüstan, Küveyt və Ermənistandan 33 idmançı

iştirak etmişdir. Azərbaycanın səkkiz qılıncoynadanı uğurla çıxış etmişdir. Gənc sablyaçı Yusif Budaqov, qızlar

arasında isə Sevil Bünyadova fəxri kürcünün ən yüksək pilləsinə qalxmışlar. Samir Məmmədov və Səbinə

Mikina ikinci, Cəlil Əsgərov, Erol Həsənli, Aida Ələsgərova və Sevinc Bünyadova üçüncü yeri tutmuşlar.

Azərbaycanın qılıncoynatma üzrə yığması iyunun 17-də Gürcüstanın Kutaisi şəhərində start götürəcək

gənclər arasında beynəlxalq turnirdə iştirak edəcəkdir.

Qeyd edək ki, Erol Həsənlidən başqa adları çəkilən digər idmançılar “Neftçi” İdman-Sağlamlıq

Mərkəzinin yetirmələridirlər.

AzərTAc

13 iyun 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

446

Azərbaycan qılıncoynadanları Avropa çempionatında iştirak etmişlər

Bakı, 21 iyul (AzərTAc). İngiltərənin Şeffild şəhərində qılıncoynatma üzrə Avropa çempionatı

keçirilmişdir.

AzərTAc xəbər verir ki, turnirdə Azərbaycanın qadınlardan ibarət yığma komandası qılıncoynatmanın

sablya növü üzrə mübarizə aparmışdır.

Millimiz səkkizdəbir final mərhələsində Macarıstan yığmasını 45:32 hesabı ilə məğlub etmiş, dörddəbir

finalda isə Fransa kolletivinə 41:45 hesabı ilə uduzmuşdur.

Daha sonra Almaniya (33:45) və İspaniya (41:45) kollektivlərinə məğlub olan millimiz turniri səkkizinci

pillədə başa vurmuşdur.

AzərTAc

21 iyul 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

447

Azərbaycanlı idmançı qılıncoynatma üzrə beynəlxalq turnirdə

qızıl medal qazanmışdır

Bakı, 22 noyabr (AzərTAc). Türkiyənin Bursa şəhərində Mustafa Kamal Coşkungözün xatirəsinə həsr

olunmuş qılıncoynatma üzrə 2-ci beynəlxalq açıq turnir keçirilmişdir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan

idmançılarının da qatıldığı yarışda, Gürcüstan, Bolqarıstan, Rumıniya, İordaniya və digər ölkələrdən 255

idmançı mübarizə aparmışdır.

Turnirdə qadın və kişi idmançılar qılıncoynatmanın müxtəlif növləri üzrə qüvvələrini sınamışlar.

Şpaqa növü üzrə oğlanların mübarizəsində azərbaycanlı idmançılar Kənan Məmmədov qızıl, Nəcəf

Məhərrəmov isə bürünc medala sahib olmuşlar.

AzərTAc

22 noyabr 2011-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

448

Slovakiyanın paytaxtı Bratislavada qılıncoynatma üzrə Avropa Olimpiya təsnifat turnirində

Azərbaycan idmançıları da iştirak edəcəklər

Bakı, 20 aprel (AzərTAc). Aprelin 21-də Slovakiyanın paytaxtı Bratislavada qılıncoynatma üzrə Avropa

Olimpiya təsnifat turniri start götürəcəkdir.

AzərTAc xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak edəcəklər. Sablya növündə Səbinə

Mikina mübarizə aparacaqdır. Şpaqa proqramında isə Kənan Əliyev ilə Yuliya Nelyubovaya şans verilmişdir.

Adı çəkilən qılıncoynadanlarımızdan London Olimpiya Oyunlarına lisenziya qazanmağa tək bir idmançı

şanslıdır. O, Səbinə Mikinadır.

S.Mikina hazırda 78 xalla reytinqdə 18-cidir. Sablyaçımız ABŞ və Ukraynadan olan həmkarını ötsə, ilk

“16-lığı” qapayaraq oyunlara vəsiqə əldə edəcəkdir. Bunun üçün, ona Bratislavada birinci qarşılaşacağı rəqibinə

qalib gəlməsi kifayətdir.

AzərTAc

20 aprel 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

449

Azərbaycan qılıncoynadanları Dünya Kuboku yarışlarında iştirak etmişlər

Bakı, 28 iyun (AzərTAc). Çikaqoda qılıncoynatma üzrə Dünya Kuboku yarışları keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanın Sevil və Sevinc Bünyadovalar, Aida Ələsgərova, Səbinə Mikinadan

ibarət qadın yığması komanda turnirində ABŞ yığmasına 37:45 hesabı ilə məğlub olmuş, sonra Ukrayna

komandasına 43:45 hesabı ilə qalib gəlmişdir. Final oyununda Fransa yığmasına məğlub olan komandamız 6-cı

yeri tutmuşdur.

Şəxsi turnirdə 30-cu yeri tutan Sevil Bünyadova fərqlənmişdir. Səbinə Mikina 35-ci, Aida Ələsgərova 48-

ci, Sevinc Bünyadova 76-cı yerlərə sahib olmuşlar.

AzərTAc

28 iyun 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

450

Azərbaycan qılıncoynadanları beynəlxalq turnirlərdə uğurla çıxış etmişlər

Bakı, 23 oktyabr (AzərTAc). Gürcüstanın paytaxtı Tbilisidə 23 yaşadək idmançılar arasında

qılıncoynatma üzrə Avropa Kuboku yarışları keçirilmişdir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yarışda Azərbaycan

idmançısı Sevil Bunyatova həm kubok, həm də qızıl medal qazanmışdır. Digər qılıncoynadanımız Aidə

Ələsgərova isə bürünc medala sahib olmuşdur.

Komanda hesabında sablyaçı qızlarımız Ukrayna millisinə uduzaraq gümüş medal qazanmışlar.

Türkiyənin Bursa şəhərində isə rapira və şpaqa üzrə III beynəlxalq turnir keçirilib. On ölkənin təmsil olunduğu

yarışda komanda hesabında rapiraçı qızlarımız birinci, şpaqaçı qızlarımız ikinci, şpaqaçı oğlanlar isə üçüncü

yerə sahib olmuşlar.

Şpaqa növü üzrə şəxsi yarışlarda beynəlxalq dərəcəli idmançımız Yuliya Nelyubova bürünc medal

qazanmışdır.

AzərTAc

23 oktyabr 2012-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

451

Kazanda keçirilən 27-ci Dünya Universiadasının üçüncü günündə

on iki Azərbaycan idmançısı mübarizə aparacaqdır

Bakı, 9 iyul (AzərTAc). Tatarıstanın paytaxtı Kazanda 27-ci Dünya Universiadası davam edir.

AzərTAc xəbər verir ki, universiadanın üçüncü günü - iyulun 9-də on iki Azərbaycan idmançısı mübarizə

aparacaqdır.

Belə ki, kəmər güləşinin klassik növü üzrə keçiriləcək yarışlarda Eldəniz Əliyev (60 kq) tacikistanlı

Amirbek Kosimovla, Vasif Səfərbəyov israilli Qriqori Rudelsonla, Süleyman Babayev (80 kq) latviyalı Yanis

Rerixlə, Taptıq Kərimli (100 kq) rusiyalı Renat Axmetşinlə qarşılaşacaqlar.

Qılıncoynatmanın sablya növü üzrə yarışlarda Azərbaycanı dörd idmançı təmsil edəcəkdir. Milli

komandamızın üzvü Səbinə Mikina əsas mərhələdə Fey Li (Çin) ilə, Yuliya Qavrilova (Rusiya) ilə, Oanno

Muntyanla (Rumıniya), Nikol Qlonla (ABŞ), Belin Bulo (Fransa) ilə və Vu Re Li (Koreya Respublikası) ilə üz-

üzə gələcəkdir.

Aidə Ələsgərlinin rəqibləri isə yaponiyalı Mami İto, çinli Şan Liu, Koreya Respublikasından olan Ra

Cin Li, fransalı Şarlott Lembax və qazaxıstanlı Tamare Poçekutovadır.

Sevil Bünyatova rumıniyalı Mixaela Buliçı ilə, ABŞ-dan olan Qraçia Stounla, italiyalı Lukreçi

Sineqaqli ilə, ukraynalı Olqa Xarlanla, avstraliyalı Natali Molenlə və polşalı Molqojay Kozuçokla

qarşılaşacaqdır.

Sevin Bünyatova isə Cenni Xodan (Honkonq), Bendettea Baldinidən (İtaliya), Qalina Pundıkdan

(Ukrayna), Yana Eqoryandan (Rusiya), Tatyana Prixodkadan (Qazaxıstan) və Ju En Kimdən (Koreya

Respublikası) üstün olmağa çalışacaqdır.

Bu gün tatami üzərinə iki Azərbaycan cüdoçusu çıxacaqdır. Millimizin aparıcı üzvü Tərlan Kərimov

(66 kq) Danielo Qennanı (Haiti), Orxan Dünyamalıyev (73 kq) Andre Seppa (Estoniya) – Mirali Şaripov

(Özbəkistan) cütünün qalibi ilə üz-üzə gələcəklər.

Ağır atletika millimizin üzvləri Yuri Dudoglo (62 kq) və Firudin Quliyevdə (69 kq) birincilik uğrunda

mübarizə aparacaqlar.

AzərTAc

9 iyul 2013-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

452

Paralimpiyaçılarımız İtaliyada keçiriləcək qılıncoynatma üzrə dünya kuboku yarışında

iştirak edəcəklər

Roma, 22 may (AzərTAc). Mayın 23-dən 25-dək İtaliyanın Lonato şəhərində əlil arabasında

qılıncoynatma üzrə dünya kuboku yarışı keçiriləcəkdir.

Dünyanın bir sıra ölkələrinin məşhur idmançılarının mübarizə aparacağı yarışda Azərbaycanı

paralimpiyaçılarımız Azadə Abdullayeva və Azad Abbasov təmsil edəcəklər.

Maqsud Dadaşov,

AzərTAc-ın xüsusi müxbiri

Roma

AzərTAc

22 may 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

453

Azərbaycan qılıncoynadanı Pekində keçirilmiş dünya kuboku yarışlarında

iştirak etmişdir

Bakı, 26 may (AzərTAc). Pekində qadınlar arasında qılıncoynatmanın sabliya növü üzrə dünya kuboku

yarışları keçirilmişdir.

AzərTAc xəbər verir ki, yarışda 72 idmançı birincilik uğrunda mübarizə aparmışdır.

Dünya kuboku yarışlarında Azərbaycanı təmsil edən Səbinə Mikina turniri 38-ci pillədə başa vurmuşdur.

Turnirin qalibi Ukrayna təmsilçisi Olqa Xarlin olmuşdur.

AzərTAc

26 may 2014-cü il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

454

Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə uğurla çıxış ediblər

Bakı, 13 yanvar, AZƏRTAC

Qılıncoynatma üzrə Azərbaycan millisi Antalyada təlim-məşq toplanışı keçirib.

AZƏRTAC xəbər verir ki, hazırlıq prosesi çərçivəsində millimiz qılıncoynatmanın sabliya növü üzrə

beynəlxalq turnirdə iştirak edib.

On yeddi ölkədən idmançıların qatıldıqları turnirdə qadınların mübarizəsində Səbinə Mikina qızıl, Sevin

Bünyatova isə gümüş medal qazanıblar.

Kişilərin yarışında Azər Tağıyev ikinci olub.

AZƏRTAC

13 yanvar 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

455

Qılıncoynadanlarımız Fransada bürünc medal qazanıblar

Bakı, 3 noyabr, AZƏRTAC

Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Avropa klubları arasında komanda yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, qitə komandalarının yarışında ölkəmizi “Neftçi İdman Klubu”nun

sablyaçıları Səbinə Mikina, Fatimə İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət dördlük təmsil

edib.

Dörddəbir finalda İngiltərənin “London” klubunu 45:31 hesabı ilə məğlub edən qılıncoynadanlarımız,

yarımfinalda Polşanın “Varşava” komandasına məğlub olublar – 40:45. Komandamız Fransanın “Metro” klubu

ilə birgə bürünc medalla kifayətlənməli olub.

AZƏRTAC

3 noyabr 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

456

Qılıncoynadanımız Sabina Mikina ABŞ Qran-prisində bürünc medal qazanıb

Bakı, 14 dekabr, AZƏRTAC

ABŞ-da qılıncoynatma idmanı üzrə Qran-pri yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi milli komandamızın üzvü Sabina Mikina təmsil edib.

Qılıncoynatmanın sablya növündə çıxış edən idmançımız bürünc medal qazanıb.

AZƏRTAC

14 dekabr 2015-ci il

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

457

“Neftçi İdman Klubu”nun qılıncoynadanları ölkə birinciliyində beş medal qazanıblar

Bakı, 17 fevral, AZƏRTAC

Qılıncoynatma üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi sona yetib. Qılıncoynatma

Federasiyasının zalında təşkil olunan yarışda 64 idmançı (36 oğlan, 28 qız) şpaqa və sablya növlərində

bacarıqlarını nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmsilçiləri də birincilikdə mübarizə aparıblar.

Klubun sablyaçıları 2-si gümüş və 3-ü bürünc olmaqla yarışın 5 medalına yiyələniblər. Oğlanlar arasında

Murad Hüseynov gümüş, Murad Əkbərov isə bürünc medala layiq görülüblər.

Xanım sablyaçıların yarışında Ayla Muradzadə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sara Aydəmirova

və Ləman Əhmədova isə ölkə birinciliyini üçüncü yerdə başa vurublar.

AZƏRTAC

2017, 17 fevral

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

458

Qılıncoynadanımız Kənan Əliyev dünya kuboku yarışlarına uğurlu start verib

Qılıncoynadanımız Kənan Əliyev Almaniyanın Haydenhaym şəhərində startı verilən və 317 idmançının

qatıldığı dünya kuboku yarışlarına uğurlu start verib.

Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildirilib ki, şpaqa növü üzrə yarışan

idmançımız qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vurub. Təmsilçimiz macarıstanlı,

belçikalı, isveçrəli, kolumbiyalı, avstriyalı və venesuelalı rəqiblərini məğlub edərək qrupu lider kimi

tamamlayıb. Bu nəticə təmsilçimizə birbaşa 1/32 finala vəsiqə qazandırıb.

Bu mərhələnin görüşləri yanvarın 26-da keçiriləcək.

AZƏRTAC

2018, 26 yanvar

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────────

459

Azərbaycan qılıncoynadanı “Satellite” turnirində altıncı yeri tutub

Azərbaycan qılıncoynadanı Kənan Əliyev fevralın 24-də İsrailin Aşkelon şəhərində keçirilən “Satellite”

turnirində iştirak edib.

AZƏRTAC xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gələn K.Əliyev uğurlu

çıxışını sonrakı mərhələlərdə də davam etdirib. Qılıncoynatmanın şpaqa növündə yarışan idmançımız 1/16 və

1/8 final mərhələlərində israilli rəqiblərinə qalib gələrək ən güclü səkkizliyə yüksəlib. Bu mərhələdə də

şpaqaçımızın rəqibi İsrail təmsilçisi olub. K.Əliyev 1/4 finalda Lev Averbuça məğlub olaraq turniri 6-cı yerdə

başa vurub.

Qeyd edək ki, yarışda 6 ölkədən 47 şpaqaçı mübarizə aparıb.

AZƏRTAC

2018, 25 fevral