Azərbaycanın Əhmədiyyə Cəbrayılovun neft strategiyasının …xalqqazeti.com/pdf/xalq 12 aug...

8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 157 (29422) 12 avqust 2020-ci il, çərşənbə Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda “Qarabağ” yatağı- nın dayaq blokunun dənizə yola salın- ması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı “Qarabağ” yatağında dəniz işlərinə start verilməsinin çox əlamətdar hadisə oldu- ğunu bildirərək, dayaq blokunun dənizə yola salınmasını yatağın işlənməsində önəmli mərhələ kimi dəyərləndirib. Ölkə rəhbəri daha sonra deyib: “Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq”. Xatırladaq ki, SOCAR və Norve- çin “Equinor” şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda, Ba- kıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağı müstəqillik dövründə kəşf edilən ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən çoxdur. Bu barədə müsahibəsində fikir bildirən dövlətimizin başçısı 1990-cı illərdə Heydər Əliyev neft strategiya- sının icrası nəticəsində pay bölgüsü haqqında kontraktın imzalandığını, həmin dövrdə sözügedən yataqda 3 quyu qazıldığını, lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmadıqlarına görə müqavilyə xitam verildiyini diqqətə çatdırıb. “Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük po- tensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir”, – deyə ölkə rəhbəri vurğulayıb. Prezidenti İlham Əliyev müsahibəsində “Qarabağ” yatağının dayaq blokunun mürəkkəb və nəhəng konstruksiyaya malik olması barədə də fikirlərini xatırladıb. Ölkə rəhbəri dayaq blokunun çəkisinin 16 min tondan çox, hündürlüyünün isə təqribən 190 metrə yaxın olduğunu qeyd edib: “Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır...”. Dövlətimizin başçısı bunun səbəbini sovet dövründə Azərbaycanda belə texnologiyaların olmaması ilə əlaqələndirib. Bildirib ki, həmin problem üzündən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də müstəqillik dövrünə qədər toxunulmaz qalıb. Əgər belə olmasaydı, quruda olduğu kimi, dəniz yataqları da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı: “Ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparı- lan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur”. Prezident İlham Əliyev Azərbaycanın qüdrətini göstərən, sırf Azərbaycan istehsalı olan və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcək qurğunun hazırlandığı Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda hazırda 5 minə yaxın insanın çalışdığı- nı, müəssisədə işləyənlərin isə əsasən peşəkar olduqlarını, orta əməkhaqqının təqribən 1200-1500 manat həddində olduğunu da bildirib. Prezident İlham Əliyev müsahibəsində “Qarabağ” yatağından hasilatın başlanması vaxtı ilə bağlı fikirlərini də diqqətə çatdırıb. Bildirib ki, əgər hər şey plan üzrə getsə, iki ildən sonra – 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir: “Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var”. Dövlətimizin başçısı hasilatla bağlı isə bildirib ki, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz çıxarılacaq. Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaq. Müsahibədə Azərbaycanda digər nəhəng neft-qaz layihələrinin icra vəziyyətinə də toxunulub. “Azəri”, “Çı- raq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlərin plan üzrə getdiyi, dünyanın ən böyük qaz-kondensat yataq- larından olan “Şahdəniz-2” layihəsinin uğurla reallaşdırıldığı, gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatının gözlənildiyi, “Şəfəq–Asiman” yatağı üzrə işlərin qrafik üzrə aparıldı- ğı, hazırda orada qazma işlərinin icra edildiyi, bunlarla bərabər əsas diqqətin Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldildiyi, bu layihənin dördüncü və sonuncu hissəsinin – TAP-ın artıq başa çatmaq üzrə olduğunu diqqətə çatdırıb. Burada bir məqamı da qeyd etmək istərdik. Bu da yatağın adının “Qarabağ” olması ilə bağlıdır. Belə ki, dövlətimiz növbəti dəfə bütün dünyaya bəyan edir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və döyünən ürəyidir. “Qarabağ” yatağının işlənilməsi Azərbaycanın neft gəlirlərini əhəmiyyətli dərəcədə artıra- caq. Onun gələcək nəsillərə verəcəyi töhfəyə gəlincə, yatağın istismarı davamlı inkişafı təmin etməklə ölkə iqtisa- diyyatının şoklara qarşı immunitetini daha da möhkəmləndirəcək. Bu da, öz növbəsində, iqtisadi müstəqilliyimizi təmin etməklə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artıracaq. Dövlətimizin başçısı müsahibəsində bu barədə, həmçinin deyib: “1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, – əgər belə analogiya aparmaq mümkündürsə, – Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımı- zın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qara- bağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Yuxarıda qeyd edilənlərdən görün- düyü kimi, Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda Prezident İlham Əliyevin iştirakı ilə SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilən neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq blokunun dənizə yola salınması Azərbaycanın neft strategiya- sının növbəti bir uğurudur. Xatırladaq ki, dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR tarixində həm qabarit ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksi- yadır. Blokun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislərdir. İnşaat əməliyyatları əməyin təhlükəsizliyi qaydalarına tam əməl olunmaqla, eyni zamanda, heç bir bədbəxt hadisə baş vermədən yekunlaşdırılıb. Blokun tikintisi nəzərdə tutulan vaxtda – iki il müddətində tamamlanıb. Hazırlanma əməliyyatlarına 3 milyon 200 min adam/saat sərf olunub. SOCAR-ın məlumatında bildirilir ki, “STB-1” daşıma barjına sürüşdürmə üsulu ilə yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Dənizin 182 metr dərinliyində quraşdırılacaq dayaq blokunun diafraqmalar üzrə hündürlüyü isə 187 metrdir. Dayaq bloku 10 ədəd əsas, 10 ədəd köməkçi ayaqlara malikdir. Bundan başqa, dayaq blokunda perimetr üzrə gediş yolları da quraşdırılıb. “Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997- 1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılma- sı nəzərdə tutulur. “Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq. Bakı Dərin Özüllər zavodu 1984-cü ildə tikilərək, istifadəyə verilib. İl ərzində 60 min ton metal-konstruksi- ya istehsal etmək gücünə malik olan müəssisə Azərbaycanın enerji sekto- runun gələcəyinə qoyulan nəhəng bir sərmayəyə çevrilib. Zavod işə salınan- dan sonra Azərbaycan dənizin 200 metr dərinliyində yerləşən yataqlardan neft çıxarılması üçün zəruri konstruksiyala- rın istehsalı üzrə unikal imkanlara sahib olub. Müəssisənin mövcudluğu əfsanəvi “Əsrin müqaviləsi”nin bağlanılması üçün təməl yaradıb və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirib. Qeyd edək ki, “Əsrin müqaviləsi”ni imzalamazdan əvvəl zavod artıq dənizin 100 metrdən başlamış 163 metrədək dərinliyində neft və qaz çıxarmaq üçün 11 stasionar dəniz platforması quraş- dırmışdı. 1995-ci ildən başlayaraq Bakı dərin özüllər zavodu beynəlxalq enerji bazarının nəhənglərindən olan Petrofac, McDermott, Caspian Shipyard Com- pany LTD, Star Gulf FZCO və British Petroleum (BP) şirkətləri ilə əməkdaşlağa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırıb. Bakı Dərin Özüllər zavodunun güclü istehsalat qabiliyyəti “BOS Şelf”in gələcək uğurlarının əsas elementinə çevrilib. Müəssisənin infrastrukturun- dan istifadə etməklə “BOS Şelf” iri layihələrin həyata keçirilməsinə başla- yıb. Zavodun operatoruna çevrildikdən sonra “BOS Şelf” burada yenidənqurma işlərinə start verib. Hazırda “BOS Şelf”in idarəetməsi altında Bakı dərin özüllər za- vodu tədricən təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin ən iri tikinit-quraşdırma müəssisəsinə çevrilməkdədir. Vaqif BAYRAMOV, “Xalq qəzeti” Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Azərbaycanın neft strategiyasının növbəti uğuru Ulu öndər Heydər Əliyevin milli neft strategiyasının əsasını zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipi təşkil edir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yaradılmasını və əldə olunan gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutur. Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun ana- dan olmasının 100 illiyi tamam olur. Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və na- sizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keç- mişdir. 1941-ci ildə müharibənin başlan- ması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçir- diyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı mi- silsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda Müqavimət hərəkatı iştirakçı- ları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır. Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordu- sunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir. Azərbaycan Respublikası Konstitusiyası- nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının cəsur övladı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100-cü ildönümünün qeyd olunma- sını təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublika- sının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 avqust 2020-ci il Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyası- nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Res- publikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının İqtisadiy- yat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 avqust 2020-ci il Azərbaycan – BP əməkdaşlığının perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. AZƏRTAC Avqustun 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub. Dövlət müəssisələrinə ayrılan investisiyaların səmərəli istifadəsinə nəzarət gücləndiriləcək Dövlət müəssisələrinə ayrılan investisiyaların səmərəli istifadəsinə nəzarət gücləndiriləcək COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tətbiq olunduğu bir şəraitdə bu kimi tədbirlər xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan dövlətimizin baş- çısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır. (ardı 3-cü səhifədə) Fəaliyyətində hər zaman şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verən Ədliyyə Nazirliyi vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də nazirliyin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə edilir.

Transcript of Azərbaycanın Əhmədiyyə Cəbrayılovun neft strategiyasının …xalqqazeti.com/pdf/xalq 12 aug...

Page 1: Azərbaycanın Əhmədiyyə Cəbrayılovun neft strategiyasının …xalqqazeti.com/pdf/xalq 12 aug OPT.pdf · 2020. 8. 11. · fəhlələri tərəfindən icra olunubdur”. Prezident

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 157 (29422) 12 avqust 2020-ci il, çərşənbə

Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda “Qarabağ” yatağı-nın dayaq blokunun dənizə yola salın-ması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı “Qarabağ” yatağında dəniz işlərinə start verilməsinin çox əlamətdar hadisə oldu-ğunu bildirərək, dayaq blokunun dənizə yola salınmasını yatağın işlənməsində önəmli mərhələ kimi dəyərləndirib. Ölkə rəhbəri daha sonra deyib: “Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq”.

Xatırladaq ki, SOCAR və Norve-çin “Equinor” şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda, Ba-kıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağı müstəqillik dövründə kəşf edilən ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən çoxdur.

Bu barədə müsahibəsində fikir bildirən dövlətimizin başçısı 1990-cı illərdə Heydər Əliyev neft strategiya-sının icrası nəticəsində pay bölgüsü haqqında kontraktın imzalandığını, həmin dövrdə sözügedən yataqda 3 quyu qazıldığını, lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmadıqlarına görə müqavilyə xitam verildiyini diqqətə çatdırıb. “Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük po-tensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir”, – deyə ölkə rəhbəri vurğulayıb.

Prezidenti İlham Əliyev müsahibəsində “Qarabağ” yatağının dayaq blokunun mürəkkəb və nəhəng konstruksiyaya malik olması barədə də fikirlərini xatırladıb. Ölkə rəhbəri dayaq blokunun çəkisinin 16 min tondan çox, hündürlüyünün isə təqribən 190 metrə yaxın olduğunu qeyd edib: “Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab

edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır...”.

Dövlətimizin başçısı bunun səbəbini sovet dövründə Azərbaycanda belə texnologiyaların olmaması ilə əlaqələndirib. Bildirib ki, həmin problem üzündən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də müstəqillik dövrünə qədər toxunulmaz qalıb. Əgər belə olmasaydı, quruda olduğu kimi, dəniz yataqları da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı: “Ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparı-lan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur”.

Prezident İlham Əliyev Azərbaycanın qüdrətini göstərən, sırf Azərbaycan istehsalı olan və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcək qurğunun hazırlandığı Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda hazırda 5 minə yaxın insanın çalışdığı-nı, müəssisədə işləyənlərin isə əsasən peşəkar olduqlarını, orta əməkhaqqının təqribən 1200-1500 manat həddində olduğunu da bildirib.

Prezident İlham Əliyev müsahibəsində “Qarabağ” yatağından hasilatın başlanması vaxtı ilə bağlı fikirlərini də diqqətə çatdırıb. Bildirib ki, əgər hər şey plan üzrə getsə, iki ildən sonra – 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir: “Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq, və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq

olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var”.

Dövlətimizin başçısı hasilatla bağlı isə bildirib ki, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz çıxarılacaq. Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaq.

Müsahibədə Azərbaycanda digər nəhəng neft-qaz layihələrinin icra vəziyyətinə də toxunulub. “Azəri”, “Çı-raq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlərin plan üzrə getdiyi, dünyanın ən böyük qaz-kondensat yataq-larından olan “Şahdəniz-2” layihəsinin uğurla reallaşdırıldığı, gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatının gözlənildiyi, “Şəfəq–Asiman” yatağı üzrə işlərin qrafik üzrə aparıldı-ğı, hazırda orada qazma işlərinin icra edildiyi, bunlarla bərabər əsas diqqətin Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldildiyi, bu layihənin dördüncü və sonuncu hissəsinin – TAP-ın artıq başa çatmaq üzrə olduğunu diqqətə çatdırıb.

Burada bir məqamı da qeyd etmək istərdik. Bu da yatağın adının “Qarabağ” olması ilə bağlıdır. Belə ki, dövlətimiz növbəti dəfə bütün dünyaya bəyan edir ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və döyünən ürəyidir. “Qarabağ” yatağının işlənilməsi Azərbaycanın neft gəlirlərini əhəmiyyətli dərəcədə artıra-caq. Onun gələcək nəsillərə verəcəyi töhfəyə gəlincə, yatağın istismarı davamlı inkişafı təmin etməklə ölkə iqtisa-diyyatının şoklara qarşı immunitetini daha da möhkəmləndirəcək. Bu da, öz növbəsində, iqtisadi müstəqilliyimizi təmin etməklə ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artıracaq.

Dövlətimizin başçısı müsahibəsində bu barədə, həmçinin deyib: “1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, – əgər belə analogiya aparmaq mümkündürsə, – Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımı-zın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qara-bağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Yuxarıda qeyd edilənlərdən görün-düyü kimi, Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda Prezident İlham Əliyevin iştirakı ilə SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilən neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq blokunun dənizə yola salınması Azərbaycanın neft strategiya-sının növbəti bir uğurudur. Xatırladaq ki, dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb.

“Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR tarixində həm qabarit ölçülərinə, həm də çəkisinə görə

hazırlanan ən böyük sualtı konstruksi-yadır. Blokun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislərdir. İnşaat əməliyyatları əməyin təhlükəsizliyi qaydalarına tam əməl olunmaqla, eyni zamanda, heç bir bədbəxt hadisə baş vermədən yekunlaşdırılıb. Blokun tikintisi nəzərdə tutulan vaxtda – iki il müddətində tamamlanıb. Hazırlanma əməliyyatlarına 3 milyon 200 min adam/saat sərf olunub.

SOCAR-ın məlumatında bildirilir ki, “STB-1” daşıma barjına sürüşdürmə üsulu ilə yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Dənizin 182 metr dərinliyində quraşdırılacaq dayaq blokunun diafraqmalar üzrə hündürlüyü isə 187 metrdir. Dayaq bloku 10 ədəd əsas, 10 ədəd köməkçi ayaqlara malikdir. Bundan başqa, dayaq blokunda perimetr üzrə gediş yolları da quraşdırılıb.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılma-sı nəzərdə tutulur. “Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.

Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq.

Bakı Dərin Özüllər zavodu 1984-cü ildə tikilərək, istifadəyə verilib. İl ərzində 60 min ton metal-konstruksi-ya istehsal etmək gücünə malik olan müəssisə Azərbaycanın enerji sekto-runun gələcəyinə qoyulan nəhəng bir sərmayəyə çevrilib. Zavod işə salınan-dan sonra Azərbaycan dənizin 200 metr dərinliyində yerləşən yataqlardan neft çıxarılması üçün zəruri konstruksiyala-rın istehsalı üzrə unikal imkanlara sahib olub. Müəssisənin mövcudluğu əfsanəvi “Əsrin müqaviləsi”nin bağlanılması üçün təməl yaradıb və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirib.

Qeyd edək ki, “Əsrin müqaviləsi”ni imzalamazdan əvvəl zavod artıq dənizin 100 metrdən başlamış 163 metrədək dərinliyində neft və qaz çıxarmaq üçün 11 stasionar dəniz platforması quraş-dırmışdı. 1995-ci ildən başlayaraq Bakı dərin özüllər zavodu beynəlxalq enerji bazarının nəhənglərindən olan Petrofac, McDermott, Caspian Shipyard Com-pany LTD, Star Gulf FZCO və British Petroleum (BP) şirkətləri ilə əməkdaşlağa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırıb.

Bakı Dərin Özüllər zavodunun güclü istehsalat qabiliyyəti “BOS Şelf”in gələcək uğurlarının əsas elementinə çevrilib. Müəssisənin infrastrukturun-dan istifadə etməklə “BOS Şelf” iri layihələrin həyata keçirilməsinə başla-yıb. Zavodun operatoruna çevrildikdən sonra “BOS Şelf” burada yenidənqurma işlərinə start verib. Hazırda “BOS Şelf”in idarəetməsi altında Bakı dərin özüllər za-vodu tədricən təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin ən iri tikinit- quraşdırma müəssisəsinə çevrilməkdədir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın neft strategiyasının

növbəti uğuru

Azərbaycanın neft strategiyasının

növbəti uğuru

Ulu öndər Heydər Əliyevin milli neft strategiyasının əsasını zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipi təşkil edir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yaradılmasını və əldə olunan gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutur.

Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı2020-ci ilin sentyabr ayında Azərbaycan

xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun ana-dan olmasının 100 illiyi tamam olur.

Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və na-sizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keç-mişdir. 1941-ci ildə müharibənin başlan-ması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçir-diyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı mi-silsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda Müqavimət hərəkatı iştirakçı-ları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordu-sunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının cəsur övladı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100-cü ildönümünün qeyd olunma-sını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublika-sının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 avqust 2020-ci il

Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyası-

nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Res-publikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiy-yat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 avqust 2020-ci il

Azərbaycan – BP əməkdaşlığının perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti

arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib. Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra

da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

AZƏRTAC

Avqustun 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.

Dövlət müəssisələrinə ayrılan investisiyaların səmərəli

istifadəsinə nəzarət gücləndiriləcək

Dövlət müəssisələrinə ayrılan investisiyaların səmərəli

istifadəsinə nəzarət gücləndiriləcək COVID-19 pandemiyasının ölkəmizdə

yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tətbiq olunduğu bir şəraitdə bu kimi tədbirlər xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan dövlətimizin baş-çısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

(ardı 3-cü səhifədə)

Fəaliyyətində hər zaman şəffaflığa, ictimaiyyətlə əlaqələrə xüsusi önəm verən Ədliyyə Nazirliyi vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də nazirliyin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə edilir.

Page 2: Azərbaycanın Əhmədiyyə Cəbrayılovun neft strategiyasının …xalqqazeti.com/pdf/xalq 12 aug OPT.pdf · 2020. 8. 11. · fəhlələri tərəfindən icra olunubdur”. Prezident

12 avqust 2020-ci il, çərşənbə2

Azərbaycanın və Serbiyanın Daxili İşlər nazirlikləri arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub

� Avqustun 11-də Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç ilə görüşü keçirilib.

Daxili İşlər Nazirliyi-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Vilayət Eyvazov Azərbaycan ilə Serbiyanın strateji tərəfdaş olduğunu məmnunluqla vurğula-yaraq ölkələrimiz arasın-dakı münasibətlərin belə səviyyəyə çatmasında iki ölkə rəhbərliyinin qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanan sənədlərin mühüm rolunu vurğula-yıb. General-polkovnik Vilayət Eyvazov 2010-cu il mayın 13-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Serbiya Respublika-sının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in, eləcə də ölkələrimizin polis hazırlayan təhsil müəssisələri arasında olan Anlaşma Memoran-dumunun iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin qurulmasında mühüm əhəmiyyətini diqqətə çatdırıb.

Nazir daxili işlər orqanla-rında həyata keçirilən islahat-lar barədə qonağa məlumat verib, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul olunduğunu, həmin qanunların icrasının xüsu-si əhəmiyyət kəsb etdiyini bildirib.

Bu istiqamətdə mü-hüm dəyişikliklərdən bi-rinin fəaliyyətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi olduğu-nu deyən Daxili İşlər naziri son on ildə 8 minə yaxın əməkdaşın və hərbi qulluq-çunun bir sıra beynəlxalq təşkilatların xətti ilə çox-saylı təlim və treninqlərə cəlb edildiyini, bunun şəxsi heyətin peşəkarlığının,

hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsir göstərdiyini qeyd edib. Vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qar-şı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxı-mından ən müasir informasi-ya texnologiyalarının imkan-larından da geniş istifadə olunduğu bildirilib.

Mövcud problemlərə toxunan Daxili İşlər na-ziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasi-ya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə

səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Ne-boyşa Stefanoviç ölkələrimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinləşdiyini, oxşar münaqişələrdən əziyyət çəkən hər iki dövlətin bir sıra problemlərə dair beynəlxalq müstəvidə eyni mövqedən çıxış etdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduq-larını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı ma-raq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Azərbaycan ilə Serbiya arasında siyasi və təhlükəsizlik məsələlərinə dair müzakirələr aparılıb

� Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç avqustun 10-da Azərbaycan Respublikasına səfərə gəlib. Səfər avqustun 12-dək davam edəcək.

Avqustun 11-də Azərbaycan Res-publikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Neboyşa Stefanoviç ilə görüşüblər.

Görüşdə Azərbaycan–Serbiya münasibətlərinin hazırkı vəziyyəti

müzakirə edilib, ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımla-ra dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan və Serbiya prezidentlərinin müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusi vurğulanıb, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha

da inkişaf etdirilməsi üçün geniş poten-sialın olduğu diqqətə çatdırılıb.

Azərbaycan ilə Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluğun ifadə olunduğu görüşdə xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunul-mazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Ceyhun BAYRAMOV: Bölgədə sülhün təmin edilməsinə əsas maneə Ermənistanın təcavüzkar siyasətidir

� Bu gün keçirdiyimiz görüşlərdə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamları əsasında möhkəm təmələ sahib olan Azərbaycan–Türkiyə əlaqələri hərtərəfli müzakirə edildi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Cey-hun Bayramov avqustun 11-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ceyhun Bayramov Azərbaycanın Xarici İşlər naziri olaraq ilk səfərini Türkiyəyə etməkdən məmnunluğunu ifadə edərək deyib: “Tarixi köklərə, qar-daşlığa əsaslanan Azərbaycan–Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, huma-nitar, hərbi və digər sahələrdə uğurla in-kişaf etdirilir. Etibarlı strateji tərəfdaşımız olan Türkiyə ilə münasibətlərin daha da dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Bu əlaqələrin inkişafında Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri xüsusi önəm kəsb edir”.

Nazir görüşdə, həmçinin regional inkişafa, sülhə, tərəqqiyə xidmət edən

çoxsaylı layihələrlə bağlı müzakirələrin aparıldığını söyləyib. Bu layihələrin icrasının ölkələrimizin regional gücü-nü artırdığını, beynəlxalq mövqelərini möhkəmləndirdiyini bildirib.

Ceyhun Bayramov müzakirələrdə ölkələrimizin iştirakı ilə üçtərəfli və dördtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycanın Xarici İşlər naziri deyib: “Qardaş Türkiyə hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib və dəstəkləyir. Ermənistan silahlı

qüvvələrinin Azərbaycanın Tovuz rayo-nu istiqamətindəki son təxribatı zama-nı biz bir daha bu dəstəyin şahidi ol-duq. Bölgədə sülhün təmin edilməsinə əsas maneə Ermənistanın təcavüzkar siyasətidir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində bu münaqişənin həlli yolları aydın şəkildə ifadə edilib. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi qətidir və dəyişməzdir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Serbiyanın Baş Nazirinin müavini: Görüşdə ölkələrimizin ərazi bütövlüyünə dəstəyimizi ifadə etdik

� Dünən keçirilən görüşdə Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın mərkəzində olan bütün məsələlər müzakirə olundu, ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik.

AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stepanoviç jurnalistlərə açıqlamasında bildirib.

O, həmçinin qeyd edib ki, Serbiya bütün münaqişələrin beynəlxalq hüqu-qun prinsipləri əsasında və sülh yolu ilə həllinin tərəfdarıdır. Bu, münaqişə ilə üzləşən ölkələrin gələcəyi üçün vacibdir.

Azərbaycanda koronavirus infeksiyasından daha 214 nəfər sağalıb, 84 yoluxma faktı qeydə alınıb

� Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 214 nəfər sağalıb, 84 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət

çıxmış 3 nəfər vəfat edib.Hazırkı dövrədək ölkəmizdə 33 min

731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlar-

dan 30 min 856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib. Aktiv xəstə sayı 2380 nəfərdir.

Ötən müddət ərzində 796 min 459 test aparılıb. Bugünkü test sayı isə 6318-dir.

Türkiyə Prezidenti Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlərini qəbul edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Azərbaycan Respublikasının Xarici

İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Sabir ŞAHTAXTI, AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Azərbaycanın Xarici İşlər naziri Türkiyəyə səfərə yola düşüb

� Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən

məlumat verilib.Səfər çərçivəsində Türkiyənin

yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

“The Korea Post” jurnalı Azərbaycanın qazandığı nailiyyətlərdən yazıb

� Cənubi Koreyanın “The Korea Post Media” qrupuna aid eyniadlı jurnalın sonuncu (iyul) buraxılışında Azərbaycanla bağlı geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, jurnalın üz qabığında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Koreya Respublikası Prezidenti Mun Ce-nin fotoşəkilləri verilib.

“Azərbaycan xalqı 102 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətini fəxrlə, haqlı olaraq təsis edib” adlı məqalədə müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, onun dövlətçilik tariximizdəki rolundan bəhs olunub.

Bildirilib ki, Xalq Cümhuriyyəti daxili və xarici çətinliklərə baxmaya-raq, səmərəli dövlət təsisatları yarada, vətəndaşlarının hüquqlarını təmin edə, beynəlxalq birliyin etimadını qazana bilib. Qısa dövrdə parlamentdə qadın-ların seçki hüququnun təmin olunması haqqında qanun da daxil olmaqla 200-dən çox qanun qəbul edilib.

Təəssüflə vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olma-yıb, 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində cümhuriyyətin müstəqilliyinə

son qoyulub və Azərbaycan təxminən 70 il ərzində keçmiş Sovet İttifaqının tərkibində olub.

Qeyd olunub ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndə Ermənistanın hərbi təcavüzü də daxil olmaqla, bir sıra çətinliklərlə üzləşmişdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçiliyi və müstəqilliyi qorunub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə müstəqil, suveren və demok-ratik ölkə kimi Azərbaycan sosial-iqtisadi və insan kapitalının inkişafı, beynəlxalq münasibətlərdə artan rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin arzu və ideallarını reallığa çevirir.

Məqalədə Azərbaycanın Prezident İlham Əliyevin liderliyi altında son illər qazandığı nailiyyətlərdən və beynəlxalq təşkilatların hesabatlarında bu uğurların əks olunmasından söz açılıb, əhalinin rifahının yaxşılaşması, infrastruktu-run müasirləşdirilməsi istiqamətində görülən işlər sadalanıb. Həmçinin Ermənistanın hərbi təcavüzü və onun

acı nəticələri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, Azərbaycanın tu-rizm potensialı barədə məlumat verilib.

Bundan başqa, məqalədə Azərbaycan ilə Cənubi Koreya arasında münasibətlərdən də ətraflı bəhs olunub.

Page 3: Azərbaycanın Əhmədiyyə Cəbrayılovun neft strategiyasının …xalqqazeti.com/pdf/xalq 12 aug OPT.pdf · 2020. 8. 11. · fəhlələri tərəfindən icra olunubdur”. Prezident

12 avqust 2020-ci il, çərşənbə 3(əvvəli 1-ci səhifədə)

Azərbaycan Prezidenti tərəfindən aparılan islahatların məntiqi davamı olan Azərbaycan İnvestisiya Holdinqi-nin yaradılması respublikada yerli və xarici investisiyaların sağlam təməllər üzərində reallaşdırılmasına da öz müsbət təsirini göstərəcək. Çünki bu gün Azərbaycana investisiya yatırmaqda maraqlı olan iri şirkətlər var. Pandemiya ilə bağlı layihələrin sürəti hazırda bir qədər zəifləsə də, postpandemiya dövründə onların Azərbaycan iqtisadiyyatının inkişafın-da rolu, şübhəsiz ki, güclənəcək. Ən

əsası isə xarici investisiyaların fəal şəkildə iqtisadiyyata cəlb edilməsi sürətlənəcək.

Ümumiyyətlə, Azərbaycan İnves-tisiya Holdinqinin yaradılması yuxa-rıda vurğulanan məsələlərin həlli ilə yanaşı, həm də dövlət müəssisələri vasitəsilə yatırılan investisiyaların səmərəsinin artırılmasına, investisi-yalardan əldə olunan əlavə dəyərin iqtisadiyyata yönəldilməsinə böyük töhfə verəcək.

Ekspertlərin fikrincə, ölkəmizdə davamlı struktur və institusional isla-hatlar həyata keçirilir və bu islahatlar bütün sektorlarda üfüqi və şaquli vektor üzrə aparılır. Yəni, islahatlar yeni tipli idarəetmədən, optimallaş-dırmanı həyata keçirmək üçün yeni mobil qurumların yaradılmasından başlamış cəmiyyətin bütün sosial-is-tisadi sahələri üzrə hər gün bir qədər daha əhatəli və daha köklü forma alır. Azərbaycan İnvestisiya Holdin-qinin yaradılması da bu baxımdan struktur və institusional islahatlara dəstək verən strateji bir qərardır və

milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtaracağına real zəmin yaradır.

Heç kimə sirr deyil ki, dövlət şirkətlərinin idarə olunması hazırda bir sıra ciddi problemlərlə diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pan-demiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçir-diyi müşavirədə bununla bağlı deyib: “Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir.

Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir.

Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Bax-mayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyek-ti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlana-caq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırıl-ması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.

Azərbaycan İnvestisiya Holdinqi-

nin yaradılmasında da məqsəd məhz yuxarıda vurğulanan nöqsanların aradan qaldırılması, iqtisadiyyatı-mızda böyük bir hissə təşkil edən dövlət şirkətlərinin idarə olunmasında səmərəliyin artırılmasıdır.

Holdinqin nizamnaməsində də dövlət müəssisələrində müasir şərtlərə uyğun şəffaf idarəetmə sisteminin qurulması qarşıya mühüm vəzifə kimi qoyulub. Başqa sözlə, bu, həm də Azərbaycanda bir çox sahələrdə liberallaşma prosesinin sürətlənməsi deməkdir. Holdinqin təsis olunması, idarəetmədə effektivliyin artırılması, qeyri-neft sahələrinin effektiv idarə

edilməsi həmin sahələrin inkişafına təkan verəcəkdir.

Azərbaycan Prezidentinin 2020-ci il 7 avqust tarixli fərmanı ilə təsdiq edilən Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsində bildi-rilir ki, bu qurum publik hüquqi şəxs olaraq, idarəetməsinə verilən dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramla-rının şəffaflığının, habelə iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlı-lığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərəcək.

Fərmanla holdinqin müvafiq sahədə dövlət siyasətinin formalaş-dırılmasında iştirak etmək, həmin siyasəti reallaşdırmaq, müvafiq sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq münasibətləri qurmaq, qabaqcıl beynəlxalq təcrübədən yararlanmaqla dövlət müəssisələrində idarəetməni gerçəkləşdirmək, dövlət müəssisələrinin maliyyə sağlamlığını

və dayanıqlılığını yaxşılaşdırmaq, bu məqsədlə onların maliyyə re-surslarını, habelə xarici borcların cəlb olunmasını effektiv meyarlar əsasında idarə etmək və digər bu kimi səlahiyyətlər verilib.

Holdinq qarşısına, eyni za-manda, yuxarıda sadalananlarla bərabər, dövlət müəssisələrinə ayrılan investisiyaların səmərəli istifadəsinə nəzarəti gerçəkləşdirmək, bunun monitorinqini aparmaq, xidmətlər bazarına özəl investisi-yalar yatırmaq, dövlət-özəl sektor tərəfdaşlığının inkişafını stimullaş-dırmaq, xərclərin optimallaşdırılması

və maliyyə şəffaflığının qorunması ilə bağlı tədbirlər görmək, dövlət müəssisələrinin özəlləşdirilməyə (tam və ya qismən) hazırlanmasında iştirak etmək kimi vəzifələr qoyulub.

Onu da qeyd edək ki, hazır-da qeyri-neft sektorunda dövlət müəssisələrinin payı yüksəkdir, onların məşğulluqdakı payı isə təqribən 25 faizdir. On beş ən iri dövlət müəssisəsinin aktivinin həcmi ölkənin ÜDM ilə müqayisə edilə bilən səviyyədədir. Dövlət isə səhmdar olaraq həmin müəssisələrin müasirləşməsi, texnoloji yenilənməsi, kapitallaşması və maliyyə dayanıqlı-ğını təmin edərək onların keyfiyyət və səmərəlilik baxımından yeni inkişaf səviyyəsinə keçidi üçün əlverişli zəmin yaradır.

Lakin onların səmərəli və yüksək səviyyədə idarə olunması zərurətinə bu gün daha çox ehtiyac duyulur. Bütün bunlara görə də Azərbaycan İnvestisiya Holdinqinin yaradılması mühüm önəm daşıyan bir addımdır.

V.BAYRAMOV, “Xalq qəzeti”

Məqalədə qeyd edilir: “Rəsmi İrəvan bu təxribatın törədicisi kimi, Azərbaycanı günahlandırmaqla məsuliyyətdən yayınmağa çalışsa da, Bakının Ermənistanla beynəlxalq səviyyədə tanınan dövlət sərhədinə Tovuzda – Azərbaycan üçün çox böyük strateji əhəmiyyət kəsb edən bölgəyə belə bir hücumu həyata keçirmək üçün hərbi məqsədinin olmadığı aydındır. Çünki Azərbaycanı Avropaya bağlayan enerji və nəqliyyat layihələri – xüsusilə, Tovuz rayonunun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin vacibliyini qeyd etməliyik.”

Bununla yanaşı, bildirilir ki, rəsmi Bakı həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi sülh prosesində konstruk-tiv yanaşma nümayiş etdirir. La-kin qarşı tərəfdə bu konstruktivliyi müşahidə etmək mümkün deyil. Elə xaricdəki dinc etiraz aksiyalarında da sabitliyi pozan erməni diasporu-nun təmsilçiləri olublar: “Ermənilər sərhəddə törətdikləri təxribatın ardın-ca Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücum etdilər. Belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. 2020- ci il iyulun 21- də Azərbaycanın Vaşinq-tondakı səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində ölkəmiz əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni mediasında nümayiş etdirilib. Daha bir təxribat və hücum Los-Anceles şəhərində baş verib. Bir qrup erməni Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsul-

luğunun yerləşdiyi binanı əhatəyə ala-raq, dinc aksiya keçirən Azərbaycan icması üzvlərinə hücum edərək, biri qadın olmaqla, yeddi azərbaycanlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Los-Anceles polisi buna görə cinayət işi açıb.

Baş verənlərlə bağlı Azərbaycan XİN-ə çağırılan ABŞ-ın Azərbaycadakı səfiri Earle Litzenber-qer bu hücuma heç bir əsas olma-dığını vurğulayıb. Səfirin diqqətinə çatdırılıb ki, ABŞ söz azadlığı hüqu-qunu dəstəkləsə də, ermənilərin bu hərəkətləri tamamilə qəbuledilməzdir. Həmçinin iyulun 22-də Belçikada yaşayan ermənilər Brüsseldəki Azərbaycan səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyinin qarşı-sında nümayiş keçirdilər. Ermənilər binaya daş, kəsici alətlər və part-layıcı maddələrlə hücum edərək, 6 Azərbaycan vətəndaşını, habelə

“REAL TV” nin Avropa bürosunun əməkdaşını yaraladılar. Binaya və Azərbaycan icmalarından birinə məxsus bir avtomobilə ziyan vurmaq-la yanaşı, diplomatların ailələrinin ya-şadığı əraziyə də hücum cəhdi oldu.

K.Nurullayeva məqalədə, xüsusilə, erməni gənclərin terror təşkilatı –ASALA-nın simvollarını əks etdirən geyimlərdə aksiyalara qatılmasına diqqət çəkərək, terror təşkilatının qanlı tarixini də xatırladır: “Aksiyada iştirak edən ermənilərin əksəriyyəti üzərində ASALA (Ermənistanın Azad-lığı uğrunda Gizli Erməni Ordusu) yazılan və müvafiq rəmzlərin əks olunduğu geyimlərdə olan gənclər idi. 1975-ci ildə yaradılan ASALA təşkilatı Yaxın Şərqdə və Avropada fəaliyyət göstərib. ABŞ ASALA-nı terror təşkilatları siyahısına daxil edib. Yeri gəlmişkən, Belçika polisi də aksiyaçılara qarşı zorakılıq edən

bir neçə ermənini saxlayıb. İyulun 24-də Avstraliya federal polisi tərəfindən Azərbaycanın

Avstraliyadakı səfirliyinə planlaşdırılan hücumun da qarşısı alınıb.”

Ermənistanın sülh danışıqlarında və sərhəddə olduğu kimi, Avropa və ABŞ küçələrində də eyni təcavüzü davam etdirməsi məqalədə öz əksini tapıb: “Təəssüf ki, buvaxta qədər sülh danışıqlarında nəticə əldə olunma-yıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Ermənistanla Azərbaycan arasında atəşkəs elan edildiyi gündən bəri 850-dən çox azərbaycanlı hərbçi erməni hücumları nəticəsində ölmüş və ya yaralanmışdır. Ümumilikdə, 20 min nəfər həlak olmuş, 50 min nəfər əlil olmuş, münaqişə müddətində 6 mindən çox Azərbaycan vətəndaşı itkin düşmüş, əsir-girov götürülmüşdür.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Məhsul və xidmətlərə əlçatanlığın yüksəldilməsi və maliyyə resursları-na çıxışın daha effektiv və innovativ müstəvidə qurulması, elektron və rəqəmsal maliyyə xidmətləri üzrə agent şəbəkəsinin imkanlarından istifadə etməklə əhalinin maliyyə inklüzivliyinin artırılması məqsədilə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə “Azərbaycanda Elekt-ron və Rəqəmsal Maliyyə Xidmətləri”

layihəsinin icrasına start verilib və Mərkəzi Bankı ilə IFC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Layihə çərçivəsində bank məhsul və xidmətlərinin əlçatanlığı üzrə normativ hüquqi bazanın yaradıl-ması, açıq bankçılıq yanaşmasının tətbiqi ilə bağlı yol xəritəsinin hazır-lanması, Ani Ödənişlər Sisteminin fəaliyyəti, habelə məsafədən identi-fikasiya olunmaqla bank məhsul və xidmətlərin (bank hesabının açılması,

kredit alınması) əldə edilməsi im-kanlarının yaradılması üzrə hüquqi aktlara dair tövsiyələrin hazırlanması kimi istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, bank və müəssisələrin innovativ maliyyə xidmətlərini və məhsullarını sınaq-dan keçirməyə imkan verən xüsusi tənzimləyici test rejiminin yaradıl-ması məqsədilə birgə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.Layihənin ölkədə maliyyə xidmətləri

və ödəniş sistemlərinin inkişafı, bank xidmətlərindən məhdud istifadə edən və ya xidmətlərə çıxışı olmayan əhalinin yaşadığı ucqar ərazilərdə daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi və bununla da ölkədə rəqəmsal ödəniş ekosistemi-nin inkişafına mühüm dəstək olacağı planlaşdırılır.

“Xalq qəzeti”

İnvestisiya Holdinqi dövlət müəssisələrinin şəffaf idarəetməsinə imkan verəcək

Onu da xatırladım ki, Azərbaycan İn-vestisiya Holdinqi tərəfindən səmərəliliyi və şəffaflığı ölçən meyarlardan istifadə olun-ması hər bir dövlət müəssisəsinin nə qədər səmərəli işlədiyini, şəffaflığını müəyyən etmək imkanı yaradacaq. Bu, eyni zamanda, dövlət müəssisələrinin ixrac imkanlarının genişləndirilməsini də şərtləndirəcək.

Holdinqin yaradılması ixrac bazarlarının ta-pılması, rəqabətqabiliyyətli məhsulların isteh-salının genişləndirilməsi və ixracı baxımından xüsusi əhəmiyyətə malikdir. İnvestisiya Holdin-

qinin təsis olunmasının önəmli cəhətlərindən biri də bu qurumun fəaliyyəti ilə dövlət müəssisələri sferasında şəffaf idarəetmənin yeni bir mərhələsi başlayır.

Bu isə bir tərəfdən büdcədən ayrılan vəsaitlərin səmərəli və qənaətlə istifadəsinə, digər tərəfdən isə özəl sektoru cəlb etməklə iqtisadiyyatda rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq.

Vüqar BAYRAMOV, Milli Məclisin deputatı

Qeyd edək ki, neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Bakı Dərin Özüllər Zavodunda tiki-lib. Dayaq bloku “Qarabağ” ya-tağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazır-lanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq.

Mütəxəssislərin fikrincə, dayaq blokunun quraşdırılma-sı “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasila-tının həyata keçirilməsində böyük rol oynayacaq. Bu fakt ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır. “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niffalı bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Mən dövlətimizin başçısı möhtərəm İlham Əliyevin iştira-kı ilə keçirilən tədbiri, eləcə də cənab Prezidentin Azərbaycan Televiziyasına müsahibəsini böyük maraqla izlədim.

Prezident xatırlatdı ki, “Qarabağ” yatağı müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Ab-şeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur.

Sevindirici haldır ki, artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoy-malarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialı-na xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır.

Sözügedən tədbiri izləyərkən öyrəndim ki, hazırda

dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır. Belə nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların ti-kintisi, əlbəttə, ölkəmizdə əmək məşğulluğunu artırır. Yaxşı hal-dır ki, burada işləyənlərin orta əməkhaqqları da yüksəkdir.

Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın neft-qaz sənayesinin inkişafı uğurla davam edir. Deməli, dövlətimiz iqtisadi cəhətdən daha da güclənir, əhalinin maddi rifahı yaxşılaşır.

Yeni qurğu, eyni zamanda müstəqil dövlətimizin günbəgün güclənən qüdrətini nümayiş etdirir. Möhtərəm Prezidentin xüsusi qeyd etdiyi kimi, bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir.

Söhbəti qələmə aldı: M.HACIXANLI,

“Xalq qəzeti”

Azərbaycanda dövlət müəssisələrinin rolu kifayət qədər böyükdür. Belə ki, məşğulluğun 25 faizi dövlət müəssisələrinin payına düşür. Eyni zaman-

da, dövlət müəssisələri vergi daxilolmaların formalaş-masında mühüm rol oynayır. Bu baxımdan respublikada Azərbaycan İnvestisiya Holdinqinin yaradılması xüsusi önəm daşıyır. Başqa sözlə, yeni təsis edilən qurum dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də şəffaflığın artırılması baxımından çox vacibdir. Bu-nunla da, korporativ metodların dövlət müəssisələrində tətbiqinə əlverişli zəmin yaranır. Belə ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə dövlət müəssisələrinin şəffaf idarəetməsində hesabatlılıq artır, ictimai nəzarət imkanları genişlənir. Dövlət müəssisələrinə ayrılan investisiyaların

səmərəli istifadəsinə nəzarət gücləndiriləcək Dövlət müəssisələrinə ayrılan investisiyaların səmərəli istifadəsinə nəzarət gücləndiriləcək

Yeni qurğu ölkəmizin neft sənayesinin NÖVBƏTI PARLAQ UĞURUDUR

Bu il avqustun 10-da Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yata-ğının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanda istehsal olunan üzüm və nar şərabları, araqlar və təbii nar şirələri nümayiş olunub və satışı həyata keçirilib.

Azərbaycan məhsulları sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Çinin müxtəlif regionlarında satışı barədə 30-dan

çox ilkin razılıq əldə edilib.Qeyd edək ki, bu, 2020-ci ildə

Azərbaycan məhsullarının Çində nümayiş olunduğu ilk beynəlxalq sərgidir. Belə ki, bu ilin ilk yarısında koronavirus pandemiyası səbəbindən Çində keçirilməsi planlaşdırılan bütün beynəlxalq sərgilər təxirə salınmışdı.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

Proaktiv xidmətlərin sayı 90-na çatacaq

Xüsusi karantin rejimi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ildən başlayaraq elektronlaşma ilə bağlı həyata keçirdiyi işlər öz müsbət nəticəsini verdi. Bu müddət ərzində vətəndaşlar evdən çıxmadan,

məmur-vətəndaş təması olmadan xidmətlərdən yararlanmaq imkanı qazanıb.

Bu ilin 6 ayı ərzində 53 min vətəndaşa pensiya və müavinətlər üzrə proaktiv qaydada təyinat və ödəniş aparılıb, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 325 min elektron arayış verilib. Həmçinin birdəfəlik ödəmə ilə bağlı müraciələr də elektron qaydada qəbul edilib və ödəniş aparılıb.

“Xalq qəzeti”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında duran hədəflərdən biri nazirliyin göstərdiyi 132 xidmətdən 90-nını tamamilə elektron şəkildə həyata keçirməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində qeyd edib ki, bu istiqamətdə ciddi işlər görülür.

Azərbaycan məhsulları Çində keçirilən beynəlxalq sərgidə

Avqustun 8-10-da Çinin Çindao şəhərində 4-cü Çin Yüksək Keyfiyyətli Şərab və Spirtli İçkilər Sərgisi keçirilib. Sərgidə 200-dən çox yerli və xarici şirkətin 6000-dək çeşiddə məhsulları nümayiş etdirilib.

Ermənilərin soydaşlarımıza qarşı törətdikləri cinayətlər Avropa mətbuatında

Milli Məclisin deputatı, parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva Avropa mətbuatında dərc edilən məqaləsində ABŞ və Avropada yaşayan azərbaycanlıların dinc aksiyalarında ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə diqqət çəkib. Müəllif qeyd edir ki, xaricdə yaşayan azərbaycanlıların dinc aksiyalar keçirməsinin başlıca səbəbi iyulun əvvəlində Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun sərhədyanı ərazilərində Azərbaycanın mövqeyinə artilleriya silahları ilə hücum etməsi, ardınca həmin kəndlərdə yaşayan mülki əhalini atəş altında saxlaması və qətlə yetirməsi olub.

Mərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyası ƏMƏKDAŞLIQ MÜQAVILƏSI IMZALAYIBLARMərkəzi Bank və Beynəlxalq Maliyyə Korporasiyası ƏMƏKDAŞLIQ MÜQAVILƏSI IMZALAYIBLAR

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilən fəaliyyət istiqamətində kompleks tədbirlərin icrası davam etdirilir. Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, bu istiqamətdə mühüm yeniliklərdən biri də Mərkəzi Bankın beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı çərçivəsində iqtisadiyyatın maliyyə xidmətlərinə çıxışını daha da artırmaq üçün yeni maliyyə alətlərinin tətbiqidir.

Page 4: Azərbaycanın Əhmədiyyə Cəbrayılovun neft strategiyasının …xalqqazeti.com/pdf/xalq 12 aug OPT.pdf · 2020. 8. 11. · fəhlələri tərəfindən icra olunubdur”. Prezident

12 avqust 2020-ci il, çərşənbə4Kitabda müasir müstəqil

Azərbaycan dövlətinin quruculu-ğunda və inkişafında müstəsna xidmətləri olan iki görkəmli şəxsiyyətin – ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Vətən və xalq qarşısın-da misilsiz xidmətləri fonunda dövlətimizin XX əsrin sonunda və XXI yüzilliyin ilk onilliklərində keçdiyi çətin və mübarizələrlə dolu yoldan bəhs edilir. Azərbaycanın bərpa edildikdən sonra yenidən ciddi təhlükələrlə qarşılaşmış dövlət müstəqilliyini, vətəndaş müharibəsi astanasın-da olan ölkəni, çökmüş iqtisa-diyyatın doğurduğu fəsadlardan əziyyət çəkən xalqı dərin və miqyaslı düşüncəsi, əzmi və qətiyyəti ilə xilas edərək sağ-lam məcraya yönəltmək, müasir və qüdrətli dövlətin əsaslarını yaratmaq Heydər Əliyevin tarixi missiyası idi. Prezident İlham Əliyev həmin böyük yolu uğurla davam etdirərək Azərbaycanın istiqlalını daha da sarsılmaz edib, ölkəmizi dünya dövlətləri arasında üstün mövqeyə çıxa-rıb, qlobal enerji və nəqliyyat layihələrini gerçəkləşdirərək müstəqilliyimizin dönməzliyinin və xalqımızın firavanlığının təmin edilməsinə əvəzsiz töhfələr verib. İki qüdrətli liderin çoxcəhətli coşqun fəaliyyətlərini əks etdirən kitabı onların bö-yük yolu haqqında müəllifin sözlərinə Azərbaycanın tanınmış bəstəkarlarının yazdığı musiqi əsərləri tamamlayır.

Bu yolda yorulmaq yoxAkademik “Bu yolda yorulmaq

yox” adlı “Ön söz”də qeyd edir ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti bütöv Azərbaycan tarixinin pozulmaz səhifələridir. Heydər Əliyevin ömür möhləti başa çatsa, onun Azərbaycana rəhbərlik etdiyi onillərin mənzərəsi

tam halda göz önündə olsa da, İlham Əliyev fəaliyyətdədir, yolunu getməkdədir və söz yox, yeni illər bu şəxsiyyətin dövlətçi tərcümeyi-halını daha dolğun edən yeni səhifələri də doğuracaqdır.

Müəllifin fikrincə, dünya-da mövcud olan bütün bəlli xəritələrdən fərqli olan Millət Yaddaşı Xəritəsi də var: “Heydər Əliyevi və İlham Əliyevi Millət Yaddaşında bu gün və gələcək zamanlarda da daim yaşada-caq, unudulmağa qoymayacaq başlıca ƏMƏL onların məhz istiqlalımızı, müstəqilliyimizi yeni-yeni addımlamağa başla-dığı, hələ saysız təhlükələrlə üz-üzə olduğu dövrlərdə qoruyub qüvvətləndirməyi bacarmaları, ölkəni böhranlardan xilas edərək, tərəqqi yoluna çıxarmaları, Azərbaycanın dünya dövlətləri ailəsində özünü daha artıq təsdiq etməsinə, seçilən, parlayan bir ölkəyə çevrilməsinə nail olmala-rıdır”.

Müstəsnalıq1994-cü ildə xarici səfərdə

lentə alınacaq müsahibədən əvvəl ulu öndərlə söhbətini xatırladan akademik Rafael Hüseynov qeyd edir ki, taleyinin enişli-yoxuşlu illərini yada salarkən Heydər Əliyevin sadə bir etirafında onun

daim zirvələr fatehi olub sona-can da zirvədə qalmasının əsas cövhəri gizlənmişdi: “Elə bilirsən asan olub? Mübarizə aparmaq, çarpışmaq lazım idi”. Müəllif bu qənaətə gəlir ki, fitrətən insana nəsib olan üstün keyfiyyətləri öz yerində, amma əvvəldən-axıradək zirvədə qala bilməyin, Heydər Əliyev müstəsnalığına çatmağın, SINMAZ POLAD olmağın düs-turu elə bu imiş – bir ömür boyu mübarizlik!

Kitabda bir məsələyə də diqqət çəkilir ki, hələ sovet dövründə erməni lobbisi Heydər Əliyevin – qüdrətli azərbaycanlının Kremldəki ucalığına dözə bilmirdi: “Nə qədər ki Heydər Əliyev orada idi, nə ona bata, nə Azərbaycan əleyhinə qara məkrlərini həyata keçirə bilirdilər. Nəhayət, ən müxtəlif vasitələrlə Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına nail olandan sonra Qarabağ tonqalını da alışdırdılar”.

Alimin fikrincə, Heydər Əliyevin insanları təsiri altına çəkən qaçılmaz maqnitizmi vardı. Bu maqnitizmin, cəlbediciliyin bir tərəfi tabe olmağa vadar edirdisə, bir tərəfi də qarşıdakını ona ürək bağlamağa, mehr salmağa cəzb edirdi. Heydər Əliyev həm də iti söz sahibi, sözünün kəsəri olan dövlət başçısı idi.

Onun söykəndiyi dağUlu öndərin siyasi kursunun

layiqli davamçısı Prezident İlham Əliyevin peşəkar siyasi xadim olmaqdan tutmuş müasir iqti-sadiyyatın həm təcrübəsi, həm nəzəriyyəsilə bilavasitə məşğul olmasınacan əsl müasir dövlət başçısı olduğunu vurğulayan akademik Rafael Hüseynov yazır: “2003-cü ildən Azərbaycan dövlətini idarə etməyə başladığı ilk gündən indiyədək Prezident İlham Əliyev onillərə sığacaq qədər nəhəng quruculuq işləri görüb və bunlar da, şəksiz ki, za-man-zaman yaşayacaq, gələcək nəsillərdə minnətdarlıq hissi oyadacaq. Amma Prezident İlham Əliyevin də bütün millətə xeyir işlərinin ən ucasında dayanan onun itkilərsiz, acılarsız, xalqı və ölkəni zənginləşdirə-zənginləşdirə istiqlalımızı 29 yaşına çatdırma-sıdır”.

Bu məqamda kitabın yer alan “Heydər oratoriyası” silsiləsindən “Davamçın var” şeirindən aşağı-dakı misraları qeyd etmək yerinə düşər:

Çiçəklənən AzərbaycanSəndən bizə bir yadigarRuhun şaddır, bəxtiyarsan, Özün kimi davamçın var!Müəllifin fikrincə, Heydər

Əliyev kimi siyasət və dövlətçilik dahisindən sonra ölkə rəhbərliyinə gəlmək və yurdunu sələfinin dövründən 20 dəfə zəngin edə bilmək hakimiyyət hünəri, idarəçilik qəhrəmanlığıdır. Bu, Prezident İlham Əliyevin əvəzsizliyidir. Bütün ardıcıl və çox zaman tab gətirilməz güclü xarici təzyiqlərə sinə gərərək müstəqil siyasət aparmaq, işğalçı Ermənistanı bütün iqtisadi layihələrdən təcrid vəziyyətində saxlayaraq müflis du-ruma endirmək, düşməni atəşkəs dönəmində mükəmməl siyasi gedişlərlə məğlub halına gətirmək İlham Əliyevin misilsizliyidir.

Kitabda Prezident İlham Əliyevin hələ 2003-cü ildə Avropa Şurasında keçirilən müzakirələrdə bir siyasi xadim olaraq qazandı-ğı müvəffəqiyyətdən tutmuş bu günədək Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində beynəlxalq məkanlarda, o cümlədən bu ilin fevral ayında Münhen Təhlükəsizlik Konfran-sı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə qazandığı uğurlara diqqət çəkilir: “Çətin olan ən lazımlı ifadəni gərək olan anda, düşmənin üzünə çırpılmalı dəlilləri yerində və məqamındaca yada salıb ifadə etmək, tərs şillə kimi rəqibin abır-həyası çoxdan qeyb olmuş sürtük sifətinə vurmaq ustalığıdır.

Bu baxımdansa Azərbaycan siyasət meydanında Prezident İlham Əliyevə tay olan yoxdur.

Amma yalnız Azərbaycan siyasət meydanındamı?

Bu misilsiz qabiliyyətləri ilə də Prezident İlham Əliyev bu gün dünyanın siyasi elitasındakı üstün təklərdəndir!”.

Kitabda, həmçinin qeyd olunur ki, Azərbaycanın paytax-tından tutmuş ən ucqarlarınadək heyrət doğuran inkişafa müvəffəq olmaq, 17 il əvvəl yolunun baş-lanğıcından vəd etdiyi kimi, hər bir azərbaycanlının Prezidenti olmaq öhdəliyini ləyaqətlə yerinə yetirmək şərəfdir. Bu şərəfi Prezident İlham Əliyev 17 il bo-yunca çəkdiyi zəhmətlər, səylər, apardığı mübarizələr sayəsində qazanıb.

Prezident sözünün gücüBu il iyulun 12-də Ermənistanın

hərbi təcavüzündən və təxribatından söz açan akademik Rafael Hüseynov Ali Baş Koman-danın göstərişi ilə Milli Ordumu-zun düşmənə sarsıdıcı zərbə vurduğunu qeyd edərək yazır: “Ermənistan elə itkilərə məruz qoyuldu ki, əvvəlcə bunları öz ictimaiyyətindən gizlətməyə çalış-sa da, miqdarın və həcmin həddən artıq iriliyi asta-asta onları etirafa vadar etdi.

Lakin Prezident İlham Əliyevin danılmaz sübutlara söykənən ifşaçı sözləri ilə düşmənə vurdu-ğu zərbə Tovuz səmtində ordu-muzun qəsbkar Ermənistanın canlı qüvvəsini, hərbi texnikasını, sərhədboyu yerləşən dayaq məntəqələrini məhv etməklə ye-kunlanan zərbələri ilə müqayisədə daha sarsıdıcı oldu”.

Akademikin fikrincə, iyulun 15-də televiziya ekranından göstərilən və Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Prezident sözlərini, əlbəttə ki, yalnız həmin dəqiqələrdə onunla ekranda üzbəüz olan nazirlərə deyil, hamı-ya deyirdi.

Bizə və dünyaya. O cümlədən qulaqlarını

şəkləyərək Azərbaycandan gələn hər yeniliyi, illah da Prezidentin

dilindən çıxan hər kəlməni güdən Ermənistana.

Prezident İlham Əliyev bir daha elan edirdi: “Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar”.

Akademik bu qənaətə gəlir ki, Prezident İlham Əliyevin sözünə millətin həmişə ehtiyacı var. Çünki bu səs xalqa həqiqətləri çatdı-rır, onu ümidləndirir, qələbələrə kökləyir, inamlı edir. “Səslə bizi” şeirində olduğu kimi:

“Qalxın” desən, qalxar ellər,sıldırımı yıxar, keçər.Torpağına göz dikəniŞimşək kimi yaxar keçər.

Bu torpağın hər balasıQeyrət dolu, susmuş vulkan,“Vətən!” deyib alov olar,Şahə qalxar sən çağırsan. Kitabda müəllifin “Yenilməzlik

hekayəti”, “Vəfa dərsi”, “Sənin arzun”, “İki qüdrət”, “Sən tarixi yaradan”, “Zirvələrdən baxan Öndər” və digər şeirləri yer alıb. Akademik Rafael Hüseynov yazır: “Unudulmaz Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayanda mən məktəbli idim. Həmin iyul gününü, bu xəbəri radioda ilk eşitdiyim anları dəqiqliyi ilə xatırlayıram və aradan yarım əsrlik bir vaxt keçib. Bütöv bir ömür.

Müasir Azərbaycan dövlətinin özünütəsdiqi, möhkəmlənməsi, tərəqqisi yolunda bu iki şəxsiyyətin xidmətləri çoxdur və millətimin sıra nəfəri olaraq istiqlal içərisində olan dövlətimizin varlığını isə mən millətimin də, öz ömrümün də əsas nailiyyəti hesab edirəm”.

Ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə akademik Rafael Hüseynovun müxtəlif illərdə həsr etdiyi və hamısı nəğmələşmiş bu şeirlər yalnız bilavasitə onların özü barəsində deyil, həm də elə yurdumuz, xalqımız, bayrağımız, himnimiz, yolumuz haqqındadır.

2020-ci ildir, onillərin həsrətlərindən sonra yenidən qovuşduğumuz müstəqilliyimiz 29 yaşına çatıb, 30-na doğru irəliləyir.

Bu bir haqq yoludur ki, gedirik.Millətimizə və yurdumuza qismət bu Müqəddəs

Yolun ən mühüm həqiqəti isə ondan ibarətdir ki, həmin mübarizəli zaman məsafəsinin, yaşlaşdıqca dönməzləşən istiqlalımızın 27 ili İki Qüdrətli İnsanın, İki Mətin Rəhbərin adı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun bu günlərdə çapdan çıxmış “Böyük yolun həqiqəti” kitabında yer alıb.

Akademik Rafael Hüseynovun “Böyük yolun həqiqəti” kitabı çapdan çıxıb

� Dünyada “israrla” davam edən koronavirus pandemiyası, ona qarşı aparılan mübarizə metodları, dövlətlərin təcrübə mübadiləsi yaratmaq istiqamətində atdığı addımlar və beynəlxalq səviyyədə əməkdaşlıq edilməsi bəşər övladına çoxsaylı həqiqətləri başa saldı. Həmin həqiqətlərin biri də odur ki, dövlət öz xalqını hansısa bəladan qorumaq istəyirsə, xalq bu addımı yüksək qiymətləndirir və öz dövlətinə dəstək olur.

Azərbaycan dövlətinin bu ilin əvvəlindən bəri COVID -19 pandemiyasına qarşı atdığı qabaqlayıcı addımlar, bu bəladan zərər çəkən insanların maddi və mənəvi cəhətdən dəstəklənməsi, ölkə iqtisadiyyatına dəyən ziyanın aradan qaldırılması üçün həyata keçirilən tədbirlər əhali tərəfindən birmənalı ola-raq yüksək qiymətləndirildi və dəstəkləndi. Daha sonra Prezi-dent İlham Əliyevin təşəbbüsü və şəxsi nəzarəti altında yeni klinikaların, tibbi maska və gigiyena vasitələri istehsal edən müəssisələrin açılması, pande-miya ilə mübarizənin önündə gedən həkimlərin və digər tibbi personalın əməkhaqlarının kifayət qədər artırılması bütün insanlar tərəfindən alqışlandı və yüksək qiymətləndirildi.

Son iki ayda isə ölkə ictimaiyyəti bu istiqamətdə atılan daha bir möhtəşəm addımın şahidi oldu. Belə ki, koronavirusla mübarizədə böyük uğurlar qazanan Azərbaycan həkimlərinin xarici həmkarları ilə təcrübə mübadiləsi aparma-ları üçün Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, İtaliya, Kuba və digər ölkələrin tanın-mış mütəxəssislərinin ölkəmizə müxtəlif müddətli səfərləri təşkil edildi. Lap son günlər isə onla-ra Çin Xalq Respublikasından gəlmiş həkimlər də qatıldılar. Bu, sadəcə bir fakt və ya informasi-ya deyil, Azərbaycan dövlətinin öz vətəndaşını qorumaq üçün heç nəyi əsirgəmədiyinin göstəricisidir. Bir sözlə, Azərbaycan dövləti Tanrının koro-navirus sınağından, sözün həqiqi mənasında, üzüağ çıxmağı ba-cardı. Təbii ki, xalqın dəstəyi ilə.

Ancaq beynəlxalq aləmdən gələn bəzi xəbərlər bizi narahat etməyə bilməz. Belə ki, xarici mətbuatın verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası-nın gəlməsi ehtimalını irəli sürürlər. Britaniyalı tədqiqatçılar xəbərdarlıq edirlər ki, İngiltərədə daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər

açılarsa, ölkə qışda indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək. Bildirilir ki, Almaniyada da oxşar vəziyyətdir – bu ölkənin Həkimlər Birliyi pandemiyanın ikinci dalğasının artıq başladığını elan edib və bildiriblər ki, xəstə sayının artmasına məhz gigiyena

tələblərinə məhəl qoyulmaması yol açır. Fransadan və Estoni-yadan da buna bənzər xəbərlər gəlməkdədir.

Yaxın qonşumuz olan Ru-siya Federasiyasının paytaxtı Moskvada da vəziyyət olduq-ca mürəkkəbdir. Şəhərin meri Sergey Sobyanin koronovirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini bildirib və xəbərdarlıq edib ki, paytaxt sakinləri əvvəlki aylarda olduğu kimi, maska, sosial məsafə, gigi-yena qaydaları tələblərinə əməl etməlidirlər.

Qardaş Türkiyədə isə av-qustun 7-də koronovirusla bağlı bütün karantin dövründə ən genişmiqyaslı yoxlamalar apa-rılıb – bütün şəhərlərdə valilər, bələdiyyə rəhbərləri və dövlət orqanları, hüquq-mühafizə orqan-larının nümayəndələri səfərbər edilblər. Bazarlarda, ictimai nəqliyyatda, ticarət obyektlərində, restoran və kafelərdə, taksilərdə -- hər yerdə insanların sosial məsafə, maska, gigiyena ilə bağlı tələblərə əməl olunması ilə bağlı intensiv yoxlamalar aparılıb. Bü-tün bunlar sübut edir ki. COVID – 19 tam şəkildə ram edilməyib. Yəni görüləsi işlər hələ çoxdur.

Təbii ki, biz dövlətin daim –

cənab Prezidentin dediyi kimi, gecə-gündüz öz vətəndaşının yanında olduğuna görə xeyli arxayınıq. İnanırıq ki, dövlət bizi qoruyacaq. Ancaq bu arxayın-lıq, inam biganəliklə, laqeydlikə əvəzlənərsə, vəziyyətin nə dərəcədə mürəkkəbləşəcəyini heç kəs təxmin edə bilmir. Doğ-rudur, ölkəmizdə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində 100-dən aşağı düşüb, sağalan-ların sayı xəstələnənlərin sa-yından 3 dəfə çoxdur. Bir daha təkrar edirəm ki, qazanılmış bu göstəricilərin əldə saxlanılması

üçün dövlətlə yanaşı, hər bir vətəndaşın da üzərinə vəzifələr düşür.

ÜST ekspertlərinin fikrincə, pandemiya bir qədər geri çəkilsə də, ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər. Viru-sa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına, şəxsi gigiyenaya riayət etməkdir. Azərbaycan rəsmiləri xəbərdarlıq edirlər ki, biz nə qədər həmrəy olub həm özü-müz, həm də ətrafda olan insan-lar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər sağlamlığımızı və təhlükəsizliyimizi etibarlı təmin edə bilərik.

Dövlət bu istiqamətdə nələr etməyib? Üstəlik, Prezident İlham Əliyevin bilavasitə bu məsələyə həsr olunmuş müşavirədəki tapşırığına əsasən növbəti sosial dəstək tədbiri kimi, avqust ayında sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi qərara alınıb. Xatır-

ladaq ki, “Məşğulluq və sosial rifaha dəstək” tədbirləri təqribən 5 milyon nəfəri əhatə edir. Rəsmi məlumatlarda bildirilir ki, dövlət sektorunda çalışan 900 min nəfərin 80 faizi işə çıxmasa da iş yeri və əmək haqları qoru-nub. Özəl sektorun rəhbərləri isə 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısını alıblar. Əlavə edək ki, ilin əvvəlindən əmək müqavilələrinin sayı 19 faiz, əmək haqqı fondu isə 15 faiz artıb.

Bildirilir ki, işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslər üçün nəzərdə tutulan 190 manat

(yaşayış minimumu) birdəfəlik ödəmə -- aprel-may aylarında ölkə üzrə 600 min şəxsə 225 mil-yon manat məbləğində ödənilib. Yaxud, sərt karantin rejimi tətbiq edilən iyul ayında 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göy-göl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki) üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin ölkəmizdə koronavi-rus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 6 avqust 2020-ci il tarixdə video-formatda keçirdiyi müşavirədəki tapşırığına əsasən növbəti sosial dəstək tədbiri kimi, avqust ayında sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayon üzrə (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz və Salyan rayonları) 190 ma-

nat birdəfəlik ödəmə veriləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Pre-zident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin mü-diri Şahmar Mövsümov opera-tiv qərargahın avqustun 8-də keçirilən brifinqində ölkəmizdə sərt karantin rejiminin yumşaldıl-ması ilə bağlı tədricən addımların atılacağını söyləmişdir: “Qarşı-mızda duran ən vacib məsələ bu

virusun yayılmasının sürətinin aşağı salınmasıdır. Burada da üç əsas istiqamət var. Birincisi tətbiq olunan karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Yəni, tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və digər xüsusi tələblərə əməl etmək. Bu ən önəmli məsələdir və hər birimizdən asılıdır. Bu qaydalara əməl etsək virusun yayılma sürətini aşağı salaca-ğıq. İkinci istiqamət qoyulmuş tələblərə nəzarətin həyata keçirilməsidir. Bu, məsələdə əsas yük hökumətin üzərinə düşür və bununla bağlı ciddi addımlar atılır və atılacaq. Üçüncü istiqamət isə yoluxma hallarının erkən müəyyən edilməsi və yoluxanların erkən təcrid olunmasıdır.”

Ölkə rəhbərliyinin əzmi və qətiyyəti sayəsində hər üç istiqamətdə ciddi irəliləyişə nail olundu. Atılan addımlar Azərbaycanda Birinci vitse- Prezident Mehriban xanım Əliyevanın təbirincə desək, “hər şeyin insan üçün” olduğu-

nu bir daha əminliklə vurğula-mağa əsas verdi. Azərbaycan dövlətinin hər sıravi vətəndaşının təhlükəsizliyinin, sağlamlığı-nın keşiyində durmasına mən bu mürəkkəb şəraitdə şəxsi təcrübəmdə yenidən əmin oldum. Şübhəsiz, insan problemlə üzləşmədən onun ağırlığını tam mənada dərk edə bilmir. Mən də dünyanın hər yerində hökm sürən koronavirusun “dəhşətləri” ilə atam bu bəlaya mübtəla olduğu zaman üz-üzə qaldım. Həkimlərin dediyinə görə bu xəstəliyin peyvəndi tapılmadığına görə yoluxma ehtimalı çoxdur və biz öz ailəmizin timsalında həmin arqumentin şahidinə çevrildik.

Fövqəladə Hallar Nazirliyinin modul xəstəxanasında müalicə alan atamın yanına buraxılma-saq da, hər gün oraya gedir və olduqca mürəkkəb vəziyyətdə çalışan həkimlərin məsuliyyətini, qayğıkeşliyini və hər bir xəstəyə öz doğmaları kimi münasibət bəslədiklərini görürdüm. Hər kəsin insanlardan uzaq durma-ğa, yan gəzməyə çalışdıqları bir dönəmdə “Qırmızı zona”ya girib- çıxmaq cəsarətinə malik qəhrəmanların yerində özümü təsəvvür belə edə bilmirəm. O üzdən real təhlükədən qorxma-dan həyatımızı xilas etməyə çalışan bu qəhrəmanlara

minnətdarlığımızı ifadə etmək üçün sözlər yetərsizdir.

İndi atam tamamilə sağalıb və evdədir. O, mənim bu dəhşətli virusla bağlı mətbuatda çıxış etmək istəyimi biləndə dedi ki, onun təşəkkür və minnətdarlığını ilk növbədə dövlət başçımız İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həm də adıçəkilən xəstəxananın kollektivinə çat-dırım. Bizi doğmalarıtək qəbul edən Rəhim həkimə, təlaş içində olan xəstə yaxınlarını belə diqqətdən kənarda qoyma-yan Zaur həkimə, Şirin həkimə, bütün tibbi heyətə həm insanları yaşatdıqlarına, həm də onların ailələrini xoşbəxt etdiklərinə görə sayğımız sonsuzdur. Biz atamın timsalında bir daha gördük ki, Azərbaycan dövləti istənilən vətəndaşın yanındadır və onun sağlamlığının qorunması üçün heç nəyi əsirgəmir. Belə dövləti, belə liderləri olan xalq hər cür çətinliyə sinə gərə bilər.

Elmira ZEYNALOVA, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsinin

dekanı, dosent

Yoluxmaların azalması arxayınlıq yaratmamalıdırÇünki COVID – 19 hələ ram edilməyib

Bu, elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmaya-caq, gərək yenə də sərtləşdirək.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Page 5: Azərbaycanın Əhmədiyyə Cəbrayılovun neft strategiyasının …xalqqazeti.com/pdf/xalq 12 aug OPT.pdf · 2020. 8. 11. · fəhlələri tərəfindən icra olunubdur”. Prezident

12 avqust 2020-ci il, çərşənbə 5Əvvəlcə hazırkı dünyanın Qafqazda ən

böyük münaqişə tərəfləri sayılan Azərbaycanı və Ermənistanı potensial rəqib olaraq qiymətləndirməyə çalışaq.

Azərbaycanda daimi yaşayan əhalinin sayı ilin əvvəlindəki rəsmi statistikaya görə 10.190.233 nəfər, Ermənistanın əhalisi öz rəsmi mənbələrində 2.950.000 nəfər göstərilsə də son 30 ildə ağır olan və sonu parlaq görünməyən sosial-iqtisadi vəziyyət səbəbindən əhali arasında mənəvi-psixoloji və demoqrafik vəziyyət adekvat olaraq çox gərginləşmişdir. Hazırda, ekspertlər Ermənistanda real olaraq cəmi 2.000.000 nəfərə yaxın əhalinin yaşadığını qeyd edirlər. Yəni Ermənistanda hazırkı əhalinin sosial təbəqələşməsi belədir ki, mövcud əhalinin təxminən 2-3 faizi müharibə ab-havasında və xarici yardımlardan istifadə edərək kəskin surətdə varlanmış, təxminən 11-13 faizi dövlət və digər daimi iş yeri mövcud olan orta təbəqə sayılan bir hissədirsə, qalan 84-85 faiz əhali əsasən işsiz, yoxsul və sosial yardıma ehtiyacı olan təbəqəni təşkil edir. Əslində müharibə komandasının əleyhinə olan ac-yalavac bu təbəqənin miskin vəziyyətindən istifadə edən “Soros” ekspertləri əvvəlcə ermənilərdə ruslara qarşı nifrət yaradıb, məsələn Gümrüdə bir rus əsgərin bir erməni ailəsini güllələməsi kimi faktlarla, sonra isə kütlə psixologiyası, küçə pafosu ilə inqilab edərək Nikol Paşinyanı hakimiyyət kürsüsünə əyləşdirdilər. Bu kontingentin müharibə komandasına olan nifrətini küçə pafosu ilə küçə inqilabçıları və Soros dəyərləndirib hakimiyyəti ələ keçirdilər.

Əslində bu, 1828-ci il fevralın 10-da Rusiya imperiyası tərəfindən general İvan Paskeviç və İran tərəfindən həmin dövrün vəliəhdi şahzadə Abbas Mirzə tərəfindən imzalanmış Türkmənçay müqaviləsinə əsasən azərbaycanlıların İrəvan xanlığını süquta uğradaraq xanlığın coğrafi ərazisində köçürülüb yerləşdirilmiş ermənilərdən, yerli azərbaycanlılardan, gürcü və digər xalqlardan ibarət çar Rusiyasının payına düşmüş quberniyada əsası qoyulan erməni vilayəti və bugünkü Ermənistan Rusiyanın vassalı olaraq yaradılmışdır. Həmin vaxtdan faktiki olaraq Rusiyanın vassal ərazisi olan Ermənistanda Sorosun siyasi çevrilişidir.

Mövzudan çox kənarlaşmamaq üçün müqayisəyə qayıdaq. Hərbi potensialına görə ABŞ-ın “Global Fire Pover” təşkilatının 2019-cu il qiymətləndirməsinə əsasən Azərbaycan Ordusunun hazırlıq səviyyəsi dünya orduları sırasında 52-ci yerdə, Ermənistan ordusu isə 96-cı sırada yerləşmişdir.

Həmin hərbi təşkilatın hesabatında Azərbaycanda 66.000 aktiv döyüşçü, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti 374.500 nəfər, Səfərbərlik vaxtı ehtiyatda olan canlı qüvvə isə 3.750.000 nəfər təşkil edir. Ermənistanda isə yenə həmin beynəlxalq təşkilatın hesabatına istinadən 20.000 aktiv döyüşçü və 200.000 nəfər ehtiyatda olan canlı qüvvə mövcuddur, Azərbaycanda həqiqi hərbi xidmətə çağırış 18-35 yaş arasıdırsa, Ermənistanda bu hədd 18-45 yaş arasını əhatə edir, lakin müharibə şəraitində 15-49 yaş həddi götürüldüyü bildirilir.

Azərbaycan Ordusunun və silahlı qüvvələrinin arsenalı Türkiyə, İsrail, Rusiya, Pakistan, Rumıniya, Ukrayna və digər ölkələrdən hər ölkənin ən müasir, ən güclü və üstün sayılan silahını alaraq, digər ən müasir sistemlərlə təchiz edilib modernləşdirilərək və Azərbaycan hərbi sənayenin müasirləşən və modifikasiya olunmuş sistemlərlə təchiz olunmuşdur. Ermənistan isə əsasən Rusiyanın, krediti və ianəsi hesabına Rusiya silahlı qüvvələrinin arsenalında və balansında işlənmiş silahlar hesabına silahlanmışdır. Əgər Ermənistanın Rusiya hərbi bazasındakı raket sistemini təbliğat vasitəsi kimi istifadə edirsə bu silahların tətiyi rusların əlindədir, Azərbaycanda isə ən müasir, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Donanması, Hava Hücumundan müdafiə sistemləri mövcuddur və bunların tətiyi və əmri birbaşa və birmənalı şəkildə Azərbaycanın siyasi və hərbi rəhbərliyinin səlahiyyətindədir.

Bu müqayisələri çox uzatmaq olardı, lakin məqsəd heç də Azərbaycanla Ermənistanın hərbi, iqtisadi, siyasi və beynəlxalq nüfuzunu müqayisə etmək deyil. İstər iqtisadi inkişaf baxımından, regional beynəlxalq meqalayihələr– neft, qaz, hava, quru, dəmir yolu və dəniz nəqliyyat, kommunikasiya və yerli sənayenin inkişaf coğrafiyası, bütün siyasi-beynəlxalq forum, format, qurum və proseslərdə Azərbaycan–Ermənistandan dəfələrlə üstündür.

Bəs məntiqi sual yaranır ki, necə olur Ermənistan Azərbaycan ərazisini işğalda saxlaya bilir? Bəs necə cəsarət edir ki, Ermənistan işğal altında saxladığı Dağlıq və aran Qarabağın sərhədlərindən xeyli uzaqda Azərbaycanla birbaşa sərhədin Tovuz rayonu ərazisindən Azərbaycan ərazisinə hücum edir, ağır texnikadan davamlı atəş açır?

Bu sualların cavabını axtarmazdan əvvəl baxaq görək Azərbaycan–Ermənistan sərhədində təxribatı hansı tərəf törədib? Bu Azərbaycan ola bilərmi?- Birmənalı, yox!

Çünki Azərbaycan məntiqlə atəşkəsi pozmaqda maraqlı və planlı olsaydı, bu ən azından hələ Dağlıq Qarabağdan da əlavə Ermənistan tərəfindən işğal altında saxlanılan yeddi rayonun ərazisindən başlaya bilərdi ki, hər halda bu ərazi heç bir hüquqi və siyasi müzakirə mövzusu olmadan Azərbaycan ərazisidir. Həmin ərazilərdə hər hansı əməliyyat aparmaq Azərbaycanın beynəlxalq sənədlərlə təsdiq olunmuş hüququdur və de-yure heç bir dövlətin, o cümlədən Rusiyanın müdaxilə etmək hüququ yoxdur. Tovuz sərhədində isə təxribat törətməklə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və onun əsas yaradıcısı olan Rusiya Federasiyasını hansısa formada bu prosesə cəlb etmək istəyində idi .

Demək Azərbaycanın Tovuz sərhədindəki təxribatı Ermənistan başlayıb. Bəs məqsəd nədir?

Tovuz rayonu Azərbaycanın qərb rayonlarından biridir ki, Azərbaycandan Türkiyəyə və Avropaya uzanan beynəlxalq neft və qaz magistral xətləri həmin ərazidən keçir.

Bakı–Tbilisi–Ceyhan neft boru kəməri Azərbaycan neftinin Avropa bazarına nəqlinin başlanğıcı olmuşdur. 2003-cü ildə inşasına başlanan boru kəməri(uzunluğu 1768 kilometr) layihəsi 2006-cı ildə istismara verilmişdir. Daha sonra bu beynəlxalq meqalayihələrin davamı olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) də (uzunluğu 1841 kilometr, dəyəri 7 milyard ABŞ dolları) inşasına 2015-ci ildə Azərbaycandan başlanaraq təbii qazı

Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyan, bütün ölkədə sabit tranziti təmin edən bu layihə Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirmişdir. 2018-ci ildə inşası başa çatmış TANAP, 2019-cu ildən istifadəyə verildikdən sonra 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti 16 milyard kubmetr olmuşdur. TANAP-ın davamı olaraq 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilmişdir. 4,5 milyard dollara başa gələcək olan boru kəməri ilə 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulmuşdur və təyin olunan vaxtda yəni, hazırda 2020-ci ilin iyulun 29-da TAP-ın son qaynaq tamamlanma işləri İtaliyada da başa çatmışdır və bu barədə artıq rəsmi məlumat yayılmışdır. Azərbaycan bu beynəlxalq layihələrlə Avropa ölkələrinin bir çoxunun neft və qaz təminatçısı olmaqla Avropanın enerji

təminatına və enerji təhlükəsizliyinə əvəzsiz töhfə vermişdir. Tarixdə məşhur deyim var ki, II Dünya müharibəsini Bakı nefti udmuşdur. Sovet hərbi texnikasının-təyyarələrinin istifadə etdiyi neftin 70-75 faiz, benzinin 85 faizini Azərbaycan təmin edirdi. (1941-45 - ci illərdə 70 milyon ton neft, 22 milyon ton benzin) İndi isə yeni dünyada Avropanın enerji təminatında, enerji təhlükəsizliyində Azərbaycan çox mühüm rol oynayır.

Bəs Ermənistan beynəlxalq layihələrə qarşı çıxmaq, ABŞ-ın, Avropa dövlətlərinin, Türkiyənin dəstəklədiyi və Ermənistanın büdcəsindən qat-qat artıq kapitalı olan beynəlxalq şirkətlərin investisiya qoyduğu layihəyə təxribat və ya diversiya etmək gücündə və imkanındadırmı?

Əgər Ermənistanın dünyada və regionda belə bir gücü, nüfuzu və dünyada reytinqi olsaydı Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq geosiyasi və iqtisadi meqalayihələrdən kənarda qalmazdı və əhalisi və dövləti üçün nəsə qazana bilərdi.

Bəs niyə Ermənistan məhz Tovuz sərhədində təxribat törədib? Bu hansı plana uyğun qurulmuş ssenari idi və ermənilərin bu planı baş tutdumu?

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mövcud sabitlik, inkişafı şərtləndirən ən böyük amillərdəndir və bu şəraitdə dayanıqlı və güclü dövlət tərəfindən müxtəlif sahələr üzrə stabil, perspektiv, planlı siyasət yürütmək və nəticə əldə etmək imkanı yaranır. Yəni Azərbaycandakı istənilən sabit inkişaf iqtidarın kimliyindən asılı olmayaraq Qərbdə, Rusiyada və ABŞ-da olan bəzi qüvvələri qətiyyən qane eləmir. Həmin qüvvələr heç zəif də deyillər. Tovuz təxribatında Ermənistan iqtidarının marağı nə idi və niyə Tovuzdan başladı?

Biz Azərbaycanın və Ermənistanın bütün sahələr üzrə potensialını təhlil edərək görürük ki, heç bir halda Ermənistan Azərbaycanla rəqabət gücündə və imkanında deyil. Bəs onda necə olur, Ermənistanı hərbi təxribat törətməyə cəsarətləndirən nədir? ABŞ, Fransanın, yaxud da Rusiyanın dəstəyinə, gücünə arxalanıb hücuma keçirmi? Bu nə dərəcədə realdır ki, özündən qat-qat güclü bir dövlətə hücum edib şıltaqlıq edəsən, yaxud da əmin olasan ki, səni dəstəkləyəcəklər. Siyasətdə belə addımlarla, şıltaqlıq və dostun dəstəyinə ehtimal edib hücuma keçilmir. Ermənistanın indiki iqtidarı müharibə komandasını ac-yalavac insanların nifrət gücü ilə hakimiyyətdən yıxdı, küçə pafosu və küçə bəyanatları isə siyasi reallıqda başqa cür görünür və başqa cür səslənir. Beləliklə Sorosun milyonları Ermənistana xoşbəxtlik gətirməyə kifayət etmədi, pandemiya rejimi də belə dövlətlərdə xüsusən ağrılı keçir. Həm epidemiya, həm aclıq qorxusu və üstəgəl ümidsizlik və itirilmiş inam və etibar. Yalnız yeni provokasiya və yeni hərbi mühit, yeni rejimlə hakimiyyəti möhkəmlətmək olar. Həm də ənənəvi erməni siyasəti, rusiyapərəst hakimiyyəti devirib siyasi çevriliş etdikdən sonra rus siyasi dairələrinə yaxınlaşma taktikası KTMT amili və özünü Rusiyanın istifadəsinə təklif etmə fürsəti. Çünki bu təxribat Tovuzdan başqa digər yerdən başlasa və xüsusən də işğal olunmuş ərazilərdən başlasaydı sözsüz ki, Ermənistan çox şey itirəcəkdi və hətta hazırkı iqtidar hakimiyyəti də itirə bilərdi.

Bəs necə olur ki, Ermənistan hakimiyyəti hər hansı bir yerdən özünə lazım olan vaxt təxribat başlaya bilir, bu mümkündürmü? Xüsusən indiki dünyanın barıt çəlləyi üzərində oturduğu bir vaxtda?

Biz hesab etmirik ki, bu belədir. Sadəcə olaraq Ermənistanda Rusiyanın siyasi hakimiyyətini devirən sorosçular ərazinin, mövcud hərbi, iqtisadi və digər kapitalının kreditoru və yaxud sahibi olan Rusiya ilə dil tapmağa çalışırlar və bu arada Nikol Paşinyan öz “ayı xidmətini” təklif etməyə çalışdı.

Bəs təxribat ssenarisi necə inkişaf edə bilərdi və Azərbaycan Prezidenti bu təxribatın qarşısını necə aldı?

Təsəvvür edin ki, Tovuzda Azərbaycan sərhədində təxribat törədilir və Azərbaycan generalı və zabitləri şəhid olur. Bu təxribat ssenarisində başlayan müharibə Azərbaycan Ermənistan sərhədindən başlayır, KTMT öz öhdəliyi üzrə Ermənistana köməyə gəlir, Qarabağ və işğal olunmuş ərazilərdə yeni müharibə alovlanır və həm Bakıda, həm İrəvanda daxili gərginlik və böhran yaratmaq nəzərdə tutulurdu. Eyni zamanda, beynəlxalq neft-qaz kəmərləri üçün də təhlükə yarana bilərdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev çox soyuqqanlı, təmkinli və qətiyyətli mövqe nümayiş etdirdi. Yeri gəlmişkən generalın şəhid olması faktı da Azərbaycan əleyhinə təbliğat üçün istifadə etməyə çalışan qrupları fürsətləndirə bilmədi. Çünki əvvəla, informasiya siyasətinin düzgün qurulması ictimaiyyətin düzgün, operativ məlumatlandırılması sayəsində ictimai dəstək və Azərbaycan xalqının vətənpərvərlik ruhu daha da birlik və mübarizəyə köklənmişdir. Digər tərəfdən əvvəlki 1990-cı illər müharibəsindən fərqli olaraq döyüşdə əsasən təcrübəsiz gənc əsgərlər deyil, peşəkarlar iştirak edir və generalın döyüşün ön

cərgəsində olması döyüşçülərə örnək hərbi şücaəti və cəsarəti fəxr olunası nümunə kimi dəyərləndirildi.

Eyni zamanda, Azərbaycan ordusu qəti hərbi zərbə ilə cavab zərbəsi vurdu və siyasi rəhbərlik müharibənin təxribatçıların ssenarisi ilə coğrafiyasının genişlənməsinin qarşısını aldı. Daxildə isə təxribat planlaşdıranlara qarşı çox soyuqqanlılıq və təmkin nümayiş etdirərək sadəcə olaraq ssenariçilərin gözləmədiyi və nəzərə almadığı əks-fakt on minlərlə izdihamçının İlham Əliyevin, Azərbaycan dövlətinin və torpaqlarımızın müdafiəsinə qalxmasını müşahidə edərək Prezident çox aktiv, çevik diplomatik fəaliyyət və manevr ilə təxribat planını pozdu.

Hakimiyyətini qorumaq və ya möhkəmlətmək üçün istənilən qüvvə ilə, hətta şeytanla da sazişə gedən və onsuz da acınacaqlı durumda olan sadə ermənilərin öz

millətinin, öz qəbiləsinin sabahını düşünəcək qədər müdrik olmayan (bunu Nikol Paşinyanın çəkdiyi istənilən selfiyə bircə dəfə baxmaq anlamaq üçün kifayət edər) Nikol Paşinyan və keçmiş erməni prezidenti Azərbaycanlı mülki əhalinin (Xocalı soyqırımı) və erməni mülki və siyasi şəxslərin (erməni parlamentində gülləbaran , İrəvanda 1-2 mart 2008 -ci il hadisələri ) güllələnməsində əli boğaza qədər qan içində olan Robert Köçəryanın müharibə komandasına və sadə ermənilərə ünvanlanacaq sual ekspert qrupumuzda müzakirəyə səbəb oldu. Görəsən bu sualı ünvanlamaq lazımdırmı, bir mənası varmı? Bəlkədə yoxdur, ancaq hər halda bu insani sual səsləndirilməlidir.

Anadan olan körpə uşaqların fikrinə, qəlbinə türk (azərbaycanlı) sənin düşmənindir deyə nifrət, kin-küdurət, qisas, pislik hisslərini aşılamaqla, yerləşdirməklə uşağın könlünü zəhərləyərək şeytana təslim etməklə xoşbəxt və xeyirli ömür yaşamaq olarmı? Axı, millətlərində taleyi və xüsusiyyətləri insanlarınkı kimidir. Tarixin bu dönəmlərində erməni millətçilərinin başı yalan, riya, pislik və zalımlığa elə qarışıb , onlara reallıq elə unutdurulub ki, ilahi ədalət yaddan çıxıb, həm sadə çarəsiz ermənilər, həm də insanlıq qarşısında. Axı heçdə çox uzaq olmayan tarixə nəzər salsaq, elə sonuncu minilliyi götürsək bu region və dünyanın üçdə bir hissəsi türk toplumları, türk mənşəli, türk boyları, türk qolları tərəfindən dünya xəzinəsinə hərbi-siyasi, diplomatik mədəniyyət və elmi töhfələr verməklə ədalətlə idarə olunmuşdur.

Nəyə görə çar Rusiyası Qafqazda erməni dövləti yaratdı?

Tarixə nəzər salsaq görərik ki, Eldənizlər, Eldəgizlər və ya Azərbaycan Atabəyləri 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi türk-qıpçaq imperiyası. Sülalənin əsasının qoyulması Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslan şahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq ələ keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa torpaqlarını əhatə edirdi.

Sülalənin möhkəmlənməsi Məhəmməd Cahan Pəhləvanın dövrü ilə bağlıdır. 1175-ci ildə III Toğrulu hakimiyyətə gətirən Cahan Pəhləvan özünü onun atabəyi elan etdi və Şəmsəddin Eldəniz kimi faktiki hakimiyyəti öz əlinə aldı. Cahan Pəhləvanın dövrü stabillik dövrü olduğu üçün Eldənizlərin hakimiyyəti altındakı torpaqlarda mədəni sahələr inkişaf etmişdi.

XII əsrin 30-cu illərində Kürdən cənubda Azərbaycan torpaqlarında Atabəylər (Eldənizlər) dövlətinin paytaxtı Naxçıvan idi. Bütün İraq Səlcuq sultanlığının idarəçiliyini ələ keçirdi. Şirvanşahlar Eldənizlərdən asılı oldu. Eldənizlər dövləti Dərbənddən Fars körfəzinə qədər olan ərazilərdə yerləşirdi. 1175-ci ildə paytaxtı Həmədana keçirdi. Təbrizi Ağsunqurilərdən aldı.

Qaraqoyunlular 1375–1469-cu illərdə Azərbaycan, Ermənistan, şərqi Anadolu və şimali İraq ərazilərini idarə etmiş oğuz tayfalarından ibarət tarixi tayfa ittifaqı. Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlalilərə və Teymurilərə qarşı mübarizə aparmışlar.

Azərbaycanın Təbriz də daxil olmaqla qərb hissəsinin Qaraqoyunluların əlində idi. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan Şərqi Gürcüstan, Ərəb İraqı və Əcəm İraqını öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub.

1467-ci ildə Qaraqoyunlu imperiyası süqut etdi.

Ağqoyunlular – 1378–1508-ci illərdə şərqi Anadolunu, Azərbaycanı və İranı idarə etmişdir.

1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur.

Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi.

1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü. 1501-ci ildə qızılbaşlara Şərur məğlubiyyətindən sonra Ağqoyunluların Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu. 1508-ci ildə Qızılbaşlar tərəfindən İraqdakı hakimiyyətlərinə də son verildikdən sonra Ağqoyunlular tamamilə süqut etdi və yerini I Şah İsmayılın yaratdığı Səfəvi imperiyasına verdi.

Səfəvilər dövləti və ya Səfəvilər imperiyası - 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə etmiş, Azərbaycan varisi olduğu tarixi Azərbaycan dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında

Təbrizdə özünü şah elan etməklə qoymuşdur.Çingiz Xan - görkəmli monqol hökmdarı

və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında biləşdirərək, insanlıq tarixində ən böyük dövlət olmuş Böyük Monqol imperiyasını (1206-1368) qurmuşdur.

Temuçinin hərbi uğurları ona ideal bozqır hakimi şöhrəti qazandırmışdı. 1203-cü ildə başlayan müharibədə Temuçinin qoşunları Van xanın qoşunlarını darmadağın etmiş, 1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı və bu qələbələrdən sonra bütün Monqolustanda Temuçinin hakimiyyəti bərqərar oldu.

Qanunçuluğa dərindən hörmət edən Temuçin xaqan adının rəsmiləşdirilməsi üçün 1206-cı ildə bütün monqol aristokratiyası nümayəndələrinin iştirakı ilə Qurultay çağırılmasını lazım bildi. Qurultayda Temuçin rəsmi olaraq Çingiz xan adı ilə xaqan — yer üzünün hökmdarı elan edildi (Çingiz sözünün mənası bütün xalqların böyük xaqanı deməkdir.) Beləliklə, başda Çingiz xan olmaqla monqol dövləti yarandı.

Teymur (Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusiyanın və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.

Teymurilər dövləti 1370-1507-ci illər arasında mövcud olmuş və əsası Əmir Teymur tərəfindən qoyulmuş türk dövləti.

1507-ci ildə Teymurilər dövlətinin varlığına əsasını özbəklərin qoyduğu Şeybanilər dövləti tərəfindən son qoyuldu. Teymurun sülaləsindən olan Babur mübarizədə uğur qazanmadıqdan sonra əvvəlcə Əfqanıstana, sonra da Hindistana çəkildi və orada Böyük Moğol İmperiyasının əsasını qoydu. Beləliklə Teymurilər dövləti məhv olsa da, sülalə olaraq öz hakimiyyətini Böyük Moğol İmperiyasında davam etdirə bildi.

Osmanlı Dövləti və ya Osmanlı İmperiyası 1922-ci ildə səltənətin qaldırılması və monarxiyadan respublikaya keçidin rəsmiləşməsindən sonra Türkiyə dövlətinin tarixində Osmanlı dönəmi bitmiş, dövlət mövcudiyyətinə cümhuriyyət olaraq davam etmişdir.

Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. Konstantinopolun adı dəyişdirilmiş və İstanbul adı verilmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyası Avropada Macarıstandan Anapaya, Asiyada Kiçik Asiyadan İraq, Azərbaycan və Cənubi Azərbaycanı əhatə etmişdir. Afrika qitəsində Şimali Əlcəzair, Liviya (Trablusqarp), Misir və Somali Osmanlı tabeçiliyinə keçmişdir.

Osmanlının mahiyyətcə əsası 1077-ci ildə Səlcuqlular tərəfindən qurulan Rum sultanlığının tarixində ikinci mərhələni nəzərdə tutur. İmperiya qərbdə Türkiyə imperiyası olaraq tanınırdı. Dövlətin qurucusu tarixi Türkiyədə və Balkan yarımadasında Osman Ağa (Osman Qazi) adlandırırdılar.

Osmanlı Dövlətinin qurucusu olan Osman Bəyin idarə etməyə başladığı tarix 1281-ci il tarixindən səltənətin ləğv edildiyi tarix olan 1922-ci ilə qədər tam 641 il səltənətləri davam etmişdir. Osmanlılar ayrıca Yavuz Sultan Səlimin 1517-ci ilində xəlifəlik almasından 1924-cü ilədək xəlifəliyin ləğvinə qədər 407 il Müsəlmanların xəlifəsi funksiyasını daşımışdır.

Bu tarixlərdə və bu coğrafiyada erməni dövləti adında heç nə yoxdur. Qeyd etdiyimiz kimi 1828-ci il çar Rusiyası və İran arasında Azərbaycanın bölünməsini reallaşdıran, təsdiq edən, rəsmiləşdirən və həmin dövrdən bu günə qədər davam edən siyasətə uyğun olaraq İrəvan xanlığına köçürülmə ermənilərin gətirilməsi hesabına indiki Ermənistan yaradılmışdır. Türk dövlətlərin tarixi rolu və coğrafiyası və bugünkü dünyada türkdilli dövlətlərin coğrafiyası Cənubi Qafqazda Ermənistanın varlığını kimlər üçünsə hətta ABŞ, Avropa və Rusiyada fəaliyyət göstərən erməni lobbilərini himayə edən müəyyən strukturlar üçün gərəkli edir. Bunu bir az bədii bənzətmə ilə ifadə etsək sanki türk

coğrafiyasında və ordusunda satqın və yaxud casus rolu oynamağı ermənilər sevə-sevə öz üzərilərinə götürür.

Bəlkə də dünyanın indiki zamanında tövbə edib sadə ermənilərin sabahını düşünən bir erməni ortaya çıxa biləcək?

Sabahkı uzaq olmayan tarixdə məsələn Avropa İttifaqı kimi bir Türk İttifaqı yaransa sözsüz ki, təxminən Pakistandan başlayan, Macarıstana qədər uzanan coğrafiyanı əhatə edən şurada Rusiyanın aktiv iştirakı proqnozlaşdırıldı, onda isə Ermənistan Türk dövlətlərinin mərhəmətinə möhtac olacaq və eyni zamanda, da indiki funksiyasını qərbdəki ağalarının xidmətinə təklif edəcəkdir. Tarixdə bir erməni milləti olaraq qazandığı imici görəsən dəyişmək istəyi və fürsəti olacaqmı?

Rusiyanın İranda səfiri olmuş və Rusiya və İran arasında imzalanmış Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edən

məşhur yazıçı Aleksandr Qriboyedov imperator I Nikolaya göndərdiyi məktubda yazırdı:

“ ...Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salaraq bura bizim qədim dədə-baba torpağımızdır deyəcəklər...”

Erməni toplumunun xarakterini müşahidə edən tədqiqatçıların demək olar ki, hamısı onların əməllərinin və xarakterinin çirkinliyinə xüsusi diqqət yetirmişlər. V.Veliçko öz əsərində alman səyyahı Alfred Kyortenin ermənilər haqqında söylədiklərini nümunə gətirmiş və həmin fikirlərlə razılaşdığını bildirmişdir: “Bu əyalətlərdə türk xalqı ilə rastlaşmış hər bir şəxs türklərə hörmət etməyə və onları sevməyə öyrəşir, yunanlara hörmət etmir, ermənilərə isə nifrət edir... Hər yerdə belə bir atalar sözünü təsdiqləyirlər ki, yunan iki yəhudini aldada bilər, erməni isə iki yunanı. Əminliklə demək olar ki, Anadolunun hər hansı bir yerində sizi aldatmışlarsa, deməli siz erməni ilə qarşılaşmısınız... Mən türklərlə hər hansı bir işi şərtləşəndə yazılı müqaviləsiz də keçinirəm. Çünki onun verdiyi söz kifayətdir. Yunanlarla mən yazılı müqavilə bağlayıram, çünki bu lazımlı və faydalıdır. Ermənilərlə isə mən heç yazılı iş də aparmıram. Çünki hətta yazılı öhdəliklər də onların yalançılığının və intriqabazlığının qarşısını ala bilmir.”

Rus tarixçisi, ermənilərin tarixinin və coğrafiyasının ciddi araşdırıcısı İ.Şopenin yazdıqları da yuxarıda söylənilənləri təsdiqləyir və heç də erməni müəlliflərinin özləri haqqında yazdıqları ilə uyğunluq təşkil etmir. İ.Şopen öz fikirlərini belə açıqlayır: “Mənəvi baxımdan ermənilər heç də təmiz nüfuz qazana bilməmişlər. Hiyləgərlik çoxlarının xarakterik xüsusiyyətlərini təşkil edir; tamahkarlıq tez-tez onları yalana sürükləyir, onların çoxunda danışmaq vergisi öz fikirlərini gizlətmək vasitəsinə çevrilmişdir; onlar yalan danışırlar, öz əqidələrində sabit deyildirlər...Buraların erməniləri şənlənən xalq deyildir, əvvəlki ağalıqlar onların təfəkkürünün bütün oynaqlığını məhv etmişdir. Farsda və Türkiyədə milliyyətinin sonuncu xarakterini itirmiş adi erməni öz ağasının əhval-ruhiyyəsindən asılı olaraq şənlənir və gülür. Bir zəhmli baxış kifayətdir ki, dərhal onu əvvəlki səmimiyyətlə gülüb şənləndiyi kimi indi də ağlamağa məcbur etsin”.

İngilis müəllifi Vilsonun da ermənilərin xarakteri haqqında fikri çox sərt idi. Vilson onların acgöz və tamahkar olmaqdan başqa həm də intriqaçı və hər xırda işi şişirtməkdə usta olduqlarını yazırdı. Xırda bir işi şişirtmək elə indinin özündə də erməni millətçilərinin və siyasətçilərinin adına yazıla biləcək xüsusi bir qabiliyyətdir. Erməni əsilli Nikoqosov adlı birisi isə tamamilə doğru olaraq bildirirdi ki, erməni xalqı ilk növbədə erməni ziyalılarının, erməni başbilənlərinin qurbanına və demaqogiya obyektinə çevrilmişdir. Böyük rus şairi Puşkin “Qara şal” və “Tazit” şeirlərində ermənilərin xarakterik xüsusiyyətinə toxunmuşdur. Ermənilər bu şeirlərdə səslənən aşağılayıcı fikirləri inkar etməyə və yaxud Puşkinin əleyhinə nəsə yazmağa özlərində cürət tapa bilməmişdilər. Şərqin canlı yazılı abidəsi olan “Qabusnamə” əsərində oxuculara ermənilərin bəd əməllərindən, kələklərindən qorumağa tövsiyə olunur: “Ermənilərin eybi: bədfel, kündəbədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüş söyən, ürəyi xıltlı, ağasına düşmənçilikdir. Ümumiyyətlə, onlar başdan-ayağa müsbətdən çox, mənfiyə yaxındırlar.”

Litvalı alim İmantas Melyanasın məşhur “Azərbaycan xalqına qarşı soyqırımı (1905-1994)” adlı tarixi oçerki, ABŞ konqresmeni xanım Eddi Bernis Djonsonun sensasiyalı “Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən mühüm strateji müttəfiqidir” sərlövhəli müsahibəsi, V.L.Veliçkonun «Qafqaz» əsəri, ABŞ-lı alimi Samuel A.Ujmzın «Ermənistan terrorçu «xristian» ölkənin gizlinləri», görkəmli alim S.Onullahinin «Erməni millətçiləri və İran», iranlı tədqiqatçılar Səməd Şərdariniyanın “İrəvan müsəlmanlar yurduymuş”, “Qarabağın tarixi”, M.Hafizzadənin “Qarabağ”, Piruz Zare Şahmirzenin, “Azərbaycan-İran və Azərbaycan-Qafqaz” və s. adlı əsərlərdə Ermənistanın təcavüzkarlığı və erməni lobbisinin cinayətkar əməllərinə dair minlərlə fakt var. Lakin erməni toplumu heç vaxt özləri barədə yazılan acı həqiqətlərə qarşı dözümlü olmayıblar. Səfir Aleksandr Qriboyedovun ermənilərin Rusiya ərazisinə köçürülməsi barədə qərarı və bu istiqamətdə fəaliyyəti barədə məlumatlar əldə etmiş erməni millətçiləri səfirdən qisas almaq barədə qərar vermişlər. Xacə erməni Mirzə Yaqub bilərəkdən məqsədli şəkildə erməni millətçilərinin qərarının reallaşmasına köməklik göstərmişdir. Xacə Yaqubun İrandan köçmək barədə səfirə müraciət etməsi və onun sonrakı hərəkətləri səfirliyə basqının baş verməsi üçün erməni millətçilərinin planlaşdırdıqları ssenarini gerçəkləşdirmişdir . Ermənilərin bu cür məkrli yanaşmalarına dair müasir dövrdə də ağır hadisələr baş verib. ABŞ alimi, yazıçı-publisist

Samuel A.Ujmz “Ermənistan-terrorçu “xristian” ölkənin gizlinləri” kitabına görə dəfələrlə ermənilərin təqib və təhdidinə məruz qalıb. Əsərin ikinci cildinin əlyazması tədqiqatçının müəmmalı ölümündən sonra evindən oğurlanıb.

Ermənilər haqqında dahilərin söylədiyi fikirlər:

Əmir Teymur. (Fateh-hökmdar)Erməniləri bir millət kimi yer üzündən

silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaq, ya da lənətləyəcəklər.

A,S.Puşkin. (Dahi rus şairi)Sən köləsən, sən qorxaqsan, çünki sən

ermənisən.Aleksandr Düma. (Fransız yazıçısı və

səyyah)Ermənilər həmişə başqa dinə qulluq edən

hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər.

Qraf De Şole. ( Fransız səyyahı)Ermənilərin yoxsulluq və əzab-əziyyət

çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, mən heç vaxt onlara bağlana bilməzdim.

Adam Mets. (İsveç səyyahı)Dərisi ağ qulların pisi ermənilərdir.

Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər.

Tatsit. (Qədim Roma tarixçisi və məşhur yazıçısı)

Bu xalq (erməni) istər xasiyyətinə, istərsə də coğrafi vəziyyətinə görə qədimdən ikiüzlü və riyakardır. Bunlar daimi romalılara nifrətdən, parfiyalılara isə həsəddən az qala partlayırlar.

Musa Xorenatsi.İndi olduğu kimi keçmişdə də qədim

hayların ağızlardan-ağızlara keçən nəğmələrə həvəsləri olmayıb. Ona görə də kəmağıl, nadan və vəhşi adamlar haqqında danışmaq artıqdır.

An.N.Y.Marr.Erməni xalqı kimi erməni dili də hibrid

(calaq) dildir.Jemçuynikov. (Yazıçı )Qışqıra-qışqıra danışmaq bu xalqın

xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər.

Olqa Smurova. (Yazıçı )Əgər yuxuda erməni görübsünüzsə, çox

ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər.

Sədi Şirazi. (məşhur fars şairi)“Erməni yer üzünün ilanı, insanlığın

düşmənidir.”Tanınmış ermənilər özləri haqqında nə

deyirlər?Yeğişe Çarens (şair): “Bizdə” (ermənilərdə)

riyakarlıq ana bətnində olarkən yaranır”.Ovanes Tumanyan: “Həqiqi qurtuluş

daxildən başlanmalıdır, amma biz ermənilər daxilən xəstəyik”; “Bizim bədbəxt tayfamız (ermənilər) heç vaxt siyasi cəhətdən müstəqil olmamışdır”.

Qevorq Aslan: “Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerə bağlıdır. Ermənilər harada çörək boldursa, oranı özlərinə vətən hesab ediblər”.

K.Patkanov: “Ermənilər bəşər tarixində heç zaman xüsusi rol oynamamışlar”.

Manuk Aqanbekyan (akademik): “Erməni xalqının kökləri haradadır, bura necə, nə vaxt, haradan və hansı yollarla gəlib. Bizdə bunun dəqiq və aydın sübutları yoxdur”.

V.İşxanyan: “Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların nəslindən olan əhalidir, o biri hissəsi isə Türkiyə və İrandan köçən qaçqınlardır, Azərbaycan torpağı onlar (ermənilər) üçün təqib və zülmlərdən sığınacaq yeri olmuşdur”.

Xaçatur Abovyan: “Lənətə gəlmiş türk dili Allahın xeyir-duasını alıb... Bütün şadlıqlarda və toy mərasimlərində biz (ermənilər) türkcə oxuyuruq. Bizim dilin (erməni) ən azı 50 faizi türk sözlərindən ibarətdir”.

Xaçatur Abovyan başqa bir yerdə deyib ki, “Türkcə (azərbaycanca) sözlər bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri türkcə-azərbaycanca səslənir”.

Levon Daleqyan: “Ermənilər öz milli varlığı üçün birbaşa türklərə borcludurlar. Əgər biz bizanslılar və ya başqa avropalılar arasında qalsaydıq, erməni adı ancaq tarixi kitablarda saxlana bilərdi”.

Qazaros Ağayan: “Bizim aşıqların şeirlə dastanları yoxdur, onların hamısı azərbaycancadır”.

A.Terteryan: “Ermənilər ünsiyyətdə və danışıq dilində həmişə Azərbaycan atalar sözləri və məsəllərinə müraciət edirdilər”.

E.Arustamyan: “Azərbaycan atalar sözləri və məsəllərinin çoxu ermənilər tərəfindən ilkin halda, erməni dilinə tərcümə olunmadan istifadə olunur, ona görə ki, Azərbaycan sözlərinin dərin fəlsəfi mahiyyətinin saxlanması bu cür tərcüməyə yol vermir”.

A.T.Qanalanyan Azərbaycan atalar sözlərinin ermənilər tərəfindən çox sevildiyini qeyd edərək, aşağıdakıları misal çəkir: “Kef sənindir, kənd kovxanın”; “Bir olsun, pir olsun”...

E.Arustamyan (folklorşünas): “İlahi, Vartiter uşaqdır, onun hələ on dörd yaşı var. Buna baxmayaraq o, yaşına görə çox şey bilir..., hətta danışanda “Zər qədrini zərgər bilər” kimi türk (Azərbaycan) atalar sözünü işlədir”.

Deməli, Azərbaycan atalar sözünü bilən on dörd yaşlı erməni uşağı bilici uşaq kimi xarakterizə edilir. Bu da bir daha Azərbaycan atalar sözlərinin məzmununun ucalığını və qüdrətini göstərir.

Xaçatur Abovyan: “Hər kəs bilir ki, insanın ürəyindən qara qanlar axanda, nə dava-dərman, nə də yuxu ona ilahi mahnı və bayatılar kimi faydalı deyil”.

Nalbandyan: “Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam”.

R.Proşyan: “Onlar (ermənilər) türkcə ağlayırlar, bayatılardan istifadə edir və aram-aram hönkürürlər, qadınlar isə öz iniltiləri ilə onları dəstəkləyirlər”.

Avetik İsakyan (şair, akademik): “Erməni xalqı da bayatını çox sevir, həm də Azərbaycan bayatılarını oxuyurlar. Ancaq Qarabağ və Zəngəzur erməniləri azərbaycanlılar kimi bayatını çox yaxından duyur və onun vasitəsilə öz arzularını ifadə edirlər”.

Qazaros Ağayan yazır: “Türk (Azərbaycan) bayatılarından istifadə etməyimizin səbəbi ondadır ki, bu dildə istədiyin qədər ikimənalı və çoxmənalı sözlər var”.

(ardı 6-cı səhifədə)

Bu analitikanı apararkən tarixi-etnocoğ-rafi, folklorşünaslıq, region və geosiyasi, geo-iqtisadi meqalayihələrlə bağlı məlumatlar əldə edib, toplayıb analiz etdikcə aydın olur ki, cahil, avam, sadəlövh ermənilər həmişə hiyləgər məkrli rəhbərlərinin pafosu ilə kimlərinsə əlində oyun-caq olmuşlar və çox miskin və bayağı görkəmdə görünürlər. Bu fikirlər “Resurs” Analitik İnforma-siya Mərkəzinin sədri, siyasi ekspert Rasim Quliye-vin “Tovuzdan başlayan təxribat bu gün də davam edir?!” analitik məqaləsində yer alıb.

Tovuzdan başlayan təxribat bu gün də davam edir?!Azərbaycan Prezidenti ermənilərin geosiyasi təxribat planını qətiyyətlə pozdu

Page 6: Azərbaycanın Əhmədiyyə Cəbrayılovun neft strategiyasının …xalqqazeti.com/pdf/xalq 12 aug OPT.pdf · 2020. 8. 11. · fəhlələri tərəfindən icra olunubdur”. Prezident

12 avqust 2020-ci il, çərşənbə6

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun yüksələn imicinə xələl gətirməyə yönələn yalan məlumatlara münasibət bildirib

� Xaricdə məskunlaşaraq ölkəmizə düşmən mövqedə olan mənbələr, eləcə də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən, onlardan təlimat alan bəzi üzdəniraq şəxslər Azərbaycan Ordusunda uzun illər xidmət edən Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova, eləcə də digər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyasının önündə gedirlər. Bu şəxslərin əsas məqsədləri Azərbaycan Ordusunun yüksələn imicinə xələl gətirməyə yönələn yalanlar uydurmaqdır.

Bunu AZƏRTAC-a Müdafiə Nazir-liyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, onların bu

yaxınlarda keçirilən əməliyyat müşavirəsində guya “Baş Qərargah rəisinin türkiyəli hərbi qulluqçula-

rın birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi” barədə iddiaları yalandır, növbəti iftiradır, heç bir həqiqətə uyğun deyil. Həmin müşavirədə qeyd olunan iddialarla bağlı heç bir fikir səsləndirilməyib, yalnız xidməti məsələlər müzakirə edilib.

Bu cür çirkin üsullarla Azərbaycan Ordusuna və hərbi qulluqçularımıza qarşı addımlar atan, qərəzli yazılar dərc edənlərin başlıca niyyətləri işğalçı Ermənistanın maraqlarına xidmət etməkdir. Amma həmin məkrli

dairələr və onların ortaya atdığı ünsürlər bilsinlər ki, heç zaman çirkin niyyətlərinə nail ola bilməyəcəklər.

“Biz həmin şəxslər tərəfindən səsləndirilən qərəzli fikirləri qəti surətdə rədd edirik. Bildiririk ki, belə dezinformasiya xarakter-li məlumatların məhz bu gün – Azərbaycan–Türkiyə birgə taktiki təlimlərinin keçirildiyi ərəfədə yayıl-ması Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ölkəmizə qarşı həyata keçirilən növbəti təxribatın tərkib hissəsidir”, - deyə qeyd olunub.

Qafar Cəbiyev 1950-ci il avqus-tun 17-də Azərbaycanın çoxsaylı tarixi abidələri ilə zəngin İsmayıllı rayonunun ən köhnə kəndlərindən birində – məşhur Talıstan kəndində doğulmuşdur. Kənddən bir qədər şi-mala tərəf, bu günə qədər çox sirləri hələ gizli qalan Cavanşir qalası ucalır. Həmin yerlərin hər qarışına bələd olan Qafar müəllimin həyat yolu haqqında yazmaq istərkən, istər-istəməz, böyük şairimiz Səməd Vurğunun bu gözəllikləri vəsf edən məşhur poemasından aşağıdakı mis-ralar yada düşür:

Ormanlar içində durur Talıstan, Ona bir baxışda vurulur insan, Günəş bu yerlərdə qalxır atına,Yüksəlir göylərin yeddi qatına... Burda əsrlərdən yadigar qalan, Üstünü çiskinlər, dumanlar alan,Böyük bir qala var, dörd yanı hasar.Daşında paslanmış əski yazılar...

Bəli, belə bir yerdə doğulan insa-nın Gəncə Pedaqoji Universitetinin məhz tarix fakultəsinə daxil olması, 1973-cü ildə oranı fərqlənmə diplo-mu ilə bitirdikdən sonra yenə doğma kəndə qayıtması və kənd məktəbində uşaqlara tarixdən dərs deməsi, heç də təəccüblü deyil. Tarixi biliklərini daha da dərinləşdirmək, torpağın təkindəki sirləri üzə çıxarmaq, zəngin tarixi keçmişimizi öyrənmək həvəsi Qafar Cəbiyevi artıq 1975-ci ildə Azərbaycan Elmlər Akade-miyası Tarix İnstitutunun aspiran-turasına (qiyabi) gətirib çıxartdı. Lakin doğma yurda bağlılıq Qafar Cəbiyevin hələ bir müddət – 1981-ci ilədək, əvvəl rayon qəzetində, sonra isə “Bilik” Cəmiyyətinin İsmayıllı rayon təşkilatında, rayon partiya komitəsində, yenə rayon qəzetində işləməsinə səbəb oldu. Bununla belə elmi fəaliyyətini davam etdirmək və daha da intensivləşdirmək əzmi onu Bakıya qaytardı. 1985-ci ildə o, Ukraynada Arxeologiya İnstitu-tunda “Azərbaycanın son orta əsrlər keramikası” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. O vaxtlar, hətta bütövlükdə əski Sovetlər Birliyi miqyasında, son orta əsrlər problemi ilə məşğul olan arxeoloqları barmaqla say-maq olardı. Dissertasiyanın yüksək səviyyəsini xüsusi qeyd edən Moskva Dövlət Universitetindən dəvət olunmuş rəsmi opponent, professor Q.A.Fyodorov-Davudov müdafiəyə namizədlik dissertasiyası kimi təqdim olunmuş elmi işə görə Qafar Cəbiyevə birbaşa tarix elmləri doktoru elmi dərəcəsinin verilməsini təklif etdi.

Bu, Qafar Cəbiyevin uğurları-

nın başlanğıcı idi. Lakin maraqlıdır ki, Qafar müəllim 1985-ci ildən başlayaraq Qəbələ, Kürdəmir, Ağsu, İsmayıllı və Şamaxı rayonları ərazisindəki antik və orta əsr abidələrinin tarixi ilə məşğul olan ekspedisiyalara rəhbərlik etməklə yanaşı həm jurnalistlik, həm də müəllimlik fəaliyyətini davam etdir-miş, ən maraqlısı və əhəmiyyətlisi də odur ki, bütün fəaliyyət sahələrində böyük uğurlar əldə edə bilmişdir. Belə ki, 1990-2003-cü illərdə Qafar Cəbiyev “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgələri üzrə müxbiri olmuş, eyni zamanda Bakı Dövlət Universitetinin Şəki filialının dosenti kimi pedaqoji fəaliyyətini yenə də davam etdirmişdir.

2008-ci ildə Qafar Cəbiyevin elmi həyatında çox mühüm hadisə baş verdi. Hələ 80-ci illərin əvvəllərindən iştirak etdiyi Ağ-su-İsmayıllı ekspedisiyaları za-manı Uzunboylar və Qırlartəpə abidələrinin, Cavanşir qalası, Qız qalası, Niyal və Fit qalalarının əsaslı tədqiqi, eləcə də Xirəki, Kəndyeri, Qızıllar, Talıstan, Xənəyə, Basqal, Mücü, Xankəndi, Quşencə, Buynuz, Sulut və Kalva ətrafı ərazilərdəki abidələrin öyrənilməsi nəticəsində əldə olunan qiymətli material onun elmi tədqiqat mövzusunun yönünü dəyişdirdi. 2003-cü ildən rəhbərlik etdiyi Ağsu-İsmayıllı ekpedisiyası tərəfindən Ağsu rayonunun Bəyimli kəndi ərazisindəki Torpaqqalada aparılan ilkin kəşfiyyat işləri zamanı orada VI-VIII əsrlərə aid möhtəşəm şəhər yerinin tapılması isə Qafar Cəbiyevi Qafqaz Albaniyasının əsas vilayətlərindən olan Girdimanın bu vaxtadək əsasən yalnız yazılı mənbələr vasitəsilə öyrənilən tari-xini arxeoloji qazıntıların nəticələri ilə dəqiqləşdirməyə, bu vilayətin tarixinə və tarixi coğrafiyasına yeni gözlə baxmağa sövq etdi.

Beləliklə, “Girdiman tarixi (IV-IX əsrlər)” mövzusunda doktorluq dissertasiyası yazıldı və 2008-ci ildə uğurla müdafiə edildi. Müəllif Azərbaycan tarixşünaslığına yazılı və xüsusilə arxeoloji materialla əsaslandırmağa çalışdığı yeni bir fik-ri – Girdiman vilayətinin indiyədək elmi ədəbiyyatda qəbul edildiyi kimi Albaniyanın qərbində və ya şimal-qərbində deyil, Şirvan ərazisində ol-duğu fikrini gətirdi. Qafar Cəbiyevin müdafiədən sonrakı tədqiqatları da bu fikri möhkəmləndirməyə yönəldi.

Onun Vətənimizin Albaniya dövrü tarixinə və ümumilikdə tarix elminə gətirdiyi yeniliklərdən biri də tarixi mənbələrdə adı çəkilsə də, yeri elm aləminə bəlli olmayan Mehrəvan

şəhərinin lokalizəsi oldu. Beləliklə, 2004-2015-ci illərdə Qafar Cəbiyevin başçılığı ilə Ağsu rayonunun Bəyimli kəndi yaxınlığında, Girdimançayın sol sahilində aşkar edilən və xalq ara-sında Torpaqqala adı ilə məlum olan, ətrafı saman qatışıqlı çiy kərpiclə hörülən və əzəmətli qala divarları ilə əhatələnən, lakin VIII əsrdən bəri tarix səhnəsindən çıxan bu naməlum şəhərgah, nəhayət ki, öz həqiqi adını özünə qaytardı. Bu isə, doğrudan da, istedadlı tədqiqatçının tarix elmimizə gətirdiyi böyük uğur idi.

Lakin Qafar Cəbiyevin elmi

həyatında əldə etdiyi uğurlar bununla bitmir. Maraqlıdır ki, onun, demək olar, hər bir elmi axtarışı Vətən tarixini yeni, bu vaxtadək naməlum olan səhifələrlə zənginləşdirir. Qafar Cəbiyevin rəhbəri olduğu Ağsu arxeoloji ekspedisiyası tərəfindən 2010-2014-cü illərdə Orta əsr Ağsu şəhərgahında 1,5 hektar ərazi tədqiq olunmuş, sonuncu Şamaxı xanı Mustafa xanın hakimiyyəti dövründə Şirvanın paytaxt şəhərinə çevrilən, aramsız düşmən hücumlarına mərdliklə sinə gərən bu Azərbaycan şəhəri tarixi-arxeoloji baxımdan öyrənilmiş, konservasiya olunmuş, burada Azərbaycanda analoqu olmayan, müasir dünya standart-ları səviyyəsində arxeoloji turizm kompleksi yaradılmışdır. 2019-cu ildə Azərbaycan Respublikası Pre-zidentinin sərəncamı ilə “Orta əsr Ağsu şəhər Dövlət Tarix-Mədəniyyət qoruğunun yaradılması” isə yalnız yurddaşlarımıza deyil, Ağsu arxe-oloji ekspedisiyasının rəhbəri kimi professor Qafar Cəbiyevə də zəhməti müqabilində verilən böyük hədiyyə olmuşdur.

Onu da qeyd etməyi lazım

bilirəm ki, son 100 ildə Azərbaycan arxeoloqları arasında ilk dəfə olaraq 44 ədəd qızıl puldan ibarət dəfinəni məhz Qafar Cəbiyev və məhz Ağsu şəhər yerindən aşkarlamış, onları tədqiq etmiş, qorunmaq və nümayiş olunmaq üçün Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fonduna təqdim etmişdir.

2017-ci ildə Şamaxı rayonu Dəmirçi kəndi yaxınlığında Qafar Cəbiyevin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı eramı-zın III əsrinə–alban dövrünə aid əldə olunan tapıntılara görə ən azı

sərkərdə və ya xüsusi nüfuz sahibi olan hərbiçilərə məxsus daşqutu qəbirlərin içərisində Roma və Par-fiya pulları, silahlar, küllü miqdar-da, əsasən yerli istehsal məhsulu olan bəzək əşyaları, o cümlədən ləl-cəvahiratla bəzənmiş iki ədəd qızıl sırğa, insan təsvirli gümüş fibula, gümüş və tunc asmalar, sancaqlar, bilərziklər, üzüklər, eləcə də gümüş nimçələr və yun parça qalıqları aşkar olunmuşdur. Böyük bir hissəsi Milli Azərbaycan Tarixi Muzeyinə verilən bu rəngarəng çeşidli nadir maddi-mədəniyyət nümunələri qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarixini, xüsusilə də onun antik dün-ya ilə ticarət və mədəni əlaqələrini, alban ordusunun silah-sursatla təchizat səviyyəsini, dəfn adətlərini, ənənəvi məişət və mədəniyyətinin ayrı-ayrı aspektlərini daha dərindən öyrənmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Professor Qafar Cəbiyev artıq 40 ildir ki, Albaniya dövlətinin ilk paytaxtı Qəbələni öyrənir. 2008-2010-cu illərin tədqiqatları zamanı o, bu şəhərin Qala adlanan

hissəsində ilk dəfə olaraq e.ə. I – b.e. I əsrinə aid qala divarının qalıq-larını və Qəbələnin baş su xəttini aşkara çıxararaq tədqiq etmişdir. 2019-cu ildən Qafar Cəbiyev Qəbələ beynəlxalq ekspedisiyasına rəhbərlik etməklə uzun illərdən bəri apardığı axtarışları bu gün də davam etdirir.

Artıq qeyd etdiyim kimi, Qafar müəllimin, demək olar ki, hər bir işinin nəticəsi yeniliklə tamamlanır. Bu baxımdan onu şanslı arxeoloq hesab etmək olar. Lakin bu şans, sözsüz ki, böyük və gərgin zəhmətin, xüsusilə hər bir arxeoloq üçün vacib

olan intuitiv arxeoloji duyumun olmasının nəticəsidir. Bu baxımdan Qafar Cəbiyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın Şamaxı rayonu Avaxil kəndi ərazisində Ömər Sultan ziyarətgahında apardığı tədqiqat işlərinin nəticəsi də çox maraqlıdır. Heydər Əliyev Fondunun dəstəyi və xüsusi layihəsi əsasında aparılan bu tədqiqatlar nəticəsində bütün İslam ölkələrində, o cümlədən Azərbaycanda ən geniş yayılmış sufi təriqətlərindən olan Xəlvətilik sufi məktəbinin ölkəmizdə əsasını qoyan Pir Ömər Şirvaninin türbəsi aşkar edilərək öyrənilib. Tədqiqat işləri za-manı Pir Ömər ziyəratgahında olmuş Azərbaycan Respublikası Preziden-tinin xüsusi tapşırığı ilə abidənin öyrənilməsi davam etdirilməli, abidə konservasiya olunmalı, mövcud arxeoloji qalıqlar üzərində xatirə abidəsi ucaldılmalı, ərazi abadlaşdı-rılmalı və arxeoparka çevrilməlidir.

Müasir elmin tələblərini yax-şı dərk edən, bununla yanaşı zamanla ayaqlaşmağı bacaran, geniş dünyagörüşünə malik olan Qafar Cəbiyevin zahirən müxtəlif istiqamətli görünən fəaliyyəti,

əslində, bir kökdən–Vətən, yurd sevgisindən qidalanaraq ilhamla-nır. O, nədən yazırsa-yazsın, əsas məqsədi özü demişkən, “hava-sı ilə, suyu ilə, torpağı ilə, bitki və heyvanat aləmi ilə, yeraltı və yerüstü sərvətləri ilə, başlıcası, kökü ulu keçmişə gedib çıxan bir mədəniyyətin daşıyıcısı olan insan-ları ilə dünyanın ən baş möcüzəsi olan bu Vətəni yalnız özgələrə deyil, həmçinin özümüzkülərə də daha yaxşı tanıtdırmaqdır; “çox-larının həsəd apardığı, əsrlər boyu can atdığı, sərvətlərinə göz dikdiyi bu doğma diyarın əsl qiymətini, dəyərini bilməyənlərə çatdır-maqdır. Elə buna görə də Qafar Cəbiyevin istər sırf elmi, istərsə də elmi-publisistik əsərlərində arxe-oloji tədqiqatların nəticələrindən irəli gələn fikir və mülahizələr

daha qabarıq göstərilmiş, xüsusilə, qədim abidələrimizin təqdimi və təhlilinə, onların Vətən tarixinin öyrənilməsində xüsusi yerinə böyük diqqət yetirilmişdir. Bu əsərlərin sayı isə çoxdur. Qafar müəllimin qələmindən 100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalə çıxıb. O, 16 monoqrafiyanın, o cümlədən “Arxeologiya və roman-tika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Muradxan dəfinəsi”, “Girdiman: tarixi və tarixi coğrafiyası”, “Ya-zılan qalacaq” kitablarının, ali məktəblər üçün “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” dərsliklərinin, Azərbaycan tarixinə və arxeologiyasına dair tədris proqramlarının müəllifidir. Qafar Cəbiyev, həmçinin ümum-milli lider Heydər Əliyevin həyatı, əməli fəaliyyəti və elmi nəzəri irsinin öyrənilməsi və təbliğinə dair silsilə məqalələrin və Heydər Əliyev irsinin ali məktəblərdə tədrisinə dair proqramın müəllifidir.

Bütün həyatı boyu gənc nəslin maarifləndirilməsini əsas və çox va-cib işlərdən biri kimi qiymətləndirən

Qafar müəllim həm pedaqoji, həm də jurnalistlik fəaliyyətini peşəkar səviyyədə davam etdirir. O, 2008-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda ictimai əsaslarla İctimai fənlər kafedrasının müdiri vəzifəsini icra etmiş, bir jurnalist kimi Azərbaycan arxeoloji abidələrinin tədqiqinə həsr olunmuş qəzet və jurnal məqalələrinin, tele-viziya və radio verilişlərinin müəllifi olmuşdur.

Qafar Cəbiyev ölkə Prezidentinin müvafiq sərəncamları ilə 2003-2018-ci illərdə Milli Televiziya və Radio Şurasının üzvü, 2013-cü ildən həmin şuranın sədr müavini olmuşdur. Əmək fəaliyyətinin ilk illərindən əsas peşəsi ilə yanaşı jurnalist qələmini əlindən yerə qoymayan Qafar müəllim kütləvi informasiya vasitələrinin inkişafın-dakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2012-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür.

Bütün bu uğurlarına baxmayaraq Qafar müəllim əsl arxeoloqdur. Özü də “təkrar ixtisas seçəsi olsay-dım, yenə də arxeoloq olardım” deyir. Arxeologiyadan, arxeoloji abidələrdən, onların hər ikisinin romantikasından danışmağı sevir. Və bunu da rəhbərlik etdiyi tələbələrinə öyrədir. Bu gün onlardan artıq bir neçəsi müvəffəqiyyətlə dissertasiya müdafiə etmişlər.

Qafar Cəbiyev yalnız Azərbaycanın deyil, beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan tarixinin müxtəlif bölmələrinə həsr olunmuş çıxışları ilə Misir, Türkiyə, İtaliya, Mon-qolustan, Şotlandiya, Makedoniya və digər ölkələrin alimlərinin də hörmətini qazanmışdır. 2012-ci ildə o, Türkiyənin Səlcuq Universiteti-nin Elmi Şurasının qərarı ilə “Türk dünyasının elm adamı” adına layiq görülmüş, bundan əlavə “Girdiman tarixi” əsərinə görə “Humay” müka-fatını almışdır.

Bu günlərdə tarix elmləri doktoru professor Qafar Cəfər oğlu Cəbiyevin 70 yaşı tamam olur. Gəlin, Ulu Tanrıdan “Vətəni daha da abad etmək, onun tarixini daha yaxşı öyrənmək və gələcək nəsillərə sevdirmək üçün” əlindən gələni əsirgəməyən, əcdadlarımızın qəhrəmanlıq tarixini öz əsərləri ilə yaşadan görkəmli arxeoloqu-muza can sağlığı və yeni uğurlar arzulayaq.

Nailə VƏLIXANLI, akademik

Fədakar arxeoloqTorpağın rəngindən asılı olmayaraq çox vaxt ona qara deyirik. Bu qara torpağın üstünü

əkir, becərir, üzərində min cür tikililər ucaldır, qurur, yaradır, bir sözlə, yaşayırıq. Zaman keçir, aylar illəri, illər qərinələri, əsrləri, nəsillər nəsilləri əvəz edir; zaman dəyişir, tor-

paq yavaş-yavaş, gözümüzə görünmədən keçmişi qat-qat udur, bizdən uzaqlaşdırır, qara ənginliklərə qərq edir, unutdurur. Yalnız ulularımızın qələmə alıb yazdıqları bizi onların günü-güzəranı, maddi və mənəvi dünyası, dostu-düşməni ilə tanış edir. Yazı bilməyən dünya bizə qaranlıq qalır. Torpağın təki onu gizlədir. Və bu zaman çox maraqlı və hədsiz əhəmiyyətli sənət sahibləri – arxeoloqlar gərgin zəhmətlərilə üzə çıxardıqları tarixi keçmişimizi bizə qay-tarır, xələfləri sələflərin həyatı, məişəti və bütövlükdə ömrü ilə tanış edirlər. Torpağın təkində gizlənmiş tarixi keçmişimizdən xəbər verən, onu özümüzküləşdirən arxeoloqlardan biri də ömrünü bu xeyirxah işə sərf edən tarix elmləri doktoru, professor Qafar Cəfər oğlu Cəbiyevdir.

(əvvəli 5-ci səhifədə)

Berlində 1935-ci ildə doğulmuş milliyyətcə alman olan Ahmed Şmide 1983-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində yazmışdı ki, mən nə qədər cəhd etmişəmsə bayatıları alman dilinə tərcümə edə bilməmişəm. O yazırdı ki, belə poetik nümunələr yaratmış xalq ölməzdir. Bayatıların dərin fəlsəfi mənası, onda çətin hiss olunan fikir bağlılığı imkan vermir ki,poeziyanın bu növünü başqa dillərə tərcümə etmək mümkün olsun. Deməli, bayatıları nəinki alman, eləcə də başqa dillərə (erməni və s.) tərcümə etmək çox çətindir.

Qazaros Ağayan: “Erməni xalqı və onun aşıqları türkcə danışmaqda heç bir çətinlik çəkmirlər, bu dil ermənilər üçün doğma kimidir, ona görə də biz türkcə (azərbaycanca) oxuyuruq”.

K.Qostanyans isə təəssüf hissi ilə qeyd edir ki, “Bizim aşıqların erməni dilində olan şeirləri dastanları yoxdur, hamısı yalnız türk dilindədir”.

Arakel Babaxanyan: “Həyat tərzini tərənnüm edərkən aşıqlar türk (Azərbaycan) dilinə üstünlük verirlər, ona görə ki, o, (Azərbaycan dili) erməni dilindən daha mənalı və zəngindir”.

Qeqam Tarverdiyan: “Erməni aşıqlarından topladığım şeirlərin müəyyən hissəsi tamamilə Azərbaycan dilindədir”.

“A.Spendiarovun not yazılmış kitabçasında çoxlu deyimlər var. bir sıra muğamların yazısı var: “Mahur”, “Rast”, “Çahargah”, “Şüştər”, “Kürd Şahnaz”. Bu yazıların əksəriyyəti Spendiarov tərəfindən öz əsərlərində istifadə olunub”. “Onların (ermənilərin) qulaqları tar və kamança səsləri ilə doludur. Ona görə də Şərq musiqisi erməni xalqının cisminə və qanına hopub”.

Məşhur erməni bəstəkarı Aram Xaçaturyan Naxçıvanın Ordubad rayonunun Aza kəndində doğulmasını fəxrlə qeyd edərək yazmışdı: “Mən Azərbaycan aşığıyam”.

Deməli, atalar sözlərimiz, nağıllar, mahnılar və musiqimiz ermənilərin yaradıcılığı üçün bir nümunə olmuşdur.

Xalq musiqisinin yazılması və toplanması üzrə ekspedisiya işlərində sistematik şəkildə iştirak edən S.R.Məlikyan əsl xalq musiqisini aşkara çıxarıb və qələmə alaraq “erməni xalq musiqisinin orijinallığını inkar edirdi”.

A.Koroşenko da təsdiqləyir ki: “Ermənilərin

özlərinin xalq musiqisi yoxdur” (Moskva, 1986).Aram Xaçaturyan özünün “Qayane” adlı

operasını SSRİ Dövlət mükafatına təqdim etmişdi. Üzeyir Hacıbəyov ona verdiyi rəydə göstərmişdi ki,“Qayane” operası Azərbaycan musiqisinin əsasında yazılmışdı.

Məşhur tarixçi alim İ.Dyakonov ermənilər və erməni tarixi haqqında yazmışdır: “Erməni etnosu Qafqazın sərhədlərindən kənarda formalaşmışdır. Ermənilər Hind- Avropa qəbiləsinin İran qolunun bir budağıdır. Ölkənin qədim tarixi, demək olar ki, məlum deyil”.

Azərbaycan dinamik inkişafda olan dövlət və tərəqqipərvər, humanist prinsiplərə, insanlığa, mədəniyyətə dəyər və önəm verən bir cəmiyyət kimi istər mənəvi-ideoloji, istər praktiki və faktiki fəaliyyəti heç zaman Ermənistan və yaxud digər dövlətlə rəqabət üzərində qurmur. Bu inkişafa yox, geriyə addım olardı. Əslində biz bu müqayisələrlə erməni toplumunun miskin vəziyyətini göstərib sadə erməni toplumunu alçaldıb təhqir etmək məqsədi güdməmişik. Sadəcə olaraq dünyada belə imic formalaşdıran, belə tanınan ermənilərdən həmişə, dəfələrlə kimlərsə istifadə edirlər və yenə də istifadə edirlər.

Azərbaycanın Qərb sərhədində Ermənistanın təxribat planı baş tutmadı, çünki Ermənistan ümid etdiyi hərbi və diplomatik dəstəyi ala bilmədi və Rusiyanın birbaşa bu təxribatda iştirakına nail olunmadı, digər tərəfdən də beynəlxalq magistral neft-qaz kəmərlərinə qarşı heç bir təhlükə törədilmədi və Azərbaycan daxilində də heç bir gərginlik yarada bilmədilər. Deməli, təxribat ssenarisi və planı baş tutmamış, əksinə Azərbaycanın beynəlxalq diplomatik və siyasi nüfuzunu profilaktika etməsinə və güclənməsinə şərait yarandı, Türkiyə başda olmaqla dost ölkələrlə daha da yaxınlaşmağa yeni impuls verildi, beynəlxalq layihələrə nəzarəti gücləndirdi və işi sürətləndirdi, Azərbaycan daxilində dövlətin, ordunun və prezidentin ətrafında xalqın həmrəyliyini, vətənpərvərliyini və birliyini gücləndirdi. Yəni təxribat planı ssenariçilərin əleyhinə Azərbaycan dövlətinin qələbəsi ilə başa çatdı.

... Amma başa çatdımı? Hələ yenə nəsə gözləmək olar...

Tovuzdan başlayan təxribat bu gün də davam edir?!

FHN düşmən ordusunun təxribatları nəticəsində Tovuzun yaşayış məntəqələrinə dəyən ziyanın aradan qaldırılması işlərinə başlayıb

Hər zaman xalqının yanında olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko-mandanı cənab İlham Əliyev bu dəfə də ölkə vətəndaşının taleyinə biganə qalmadı. Belə ki, avqustun 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayo-nunu Ermənistan Respub-likası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldı-rılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imza-ladı. Sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki

əhaliyə dəymiş ziyanın ara-dan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Preziden-tinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrıldı.

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sərəncamdan irəli gələn aidiyyəti məsələlərin icrası məqsədilə dərhal müvafiq tədbirlərə başlanılıb. Belə ki, yuxarıda göstərilən yaşayış məntəqələrində, ilk növbədə, mütəxəssislərin

rəyinə əsasən artilleriya atəşi nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin söküntüsünə, işlərin nor-mal həyata keçirilməsinin təmin edilməsi üçün ərazinin

təmizlənməsinə, habelə təmir-bərpa işlərinə başla-nılıb. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutu-lur və bu məqsədlə əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub.

Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısı-na təşəkkürlərini bildirirlər.

“Xalq qəzeti”

Cari ilin iyul ayında iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Page 7: Azərbaycanın Əhmədiyyə Cəbrayılovun neft strategiyasının …xalqqazeti.com/pdf/xalq 12 aug OPT.pdf · 2020. 8. 11. · fəhlələri tərəfindən icra olunubdur”. Prezident

12 avqust 2020-ci il, çərşənbə 7

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs

İKT avadanlıqlarının satın alınması məqsədilə

Tender 1 lot üzrə keçirilir.Tender iştirakçılarına təklif edilir ki,

dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı me-yarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi.

Tenderdə iştirak etmək istəyənlər 300 (üç yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Təşkilat- “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs

VÖEN- 1005379691“Kapital Bank” ASC-nin Mərkəz

filialı

VÖEN- 9900003611H/h- AZ71AI-

IB38090019440419396102M/h- AZ-

37NABZ01350100000000001944Kod- 200026SWIFTBIK. AIIBAZ2Xİddiaçılar tenderdə iştirak üçün

aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifinin ümumi qiymətinin 1faizi məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiqi);

- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, avadanlıqlar üçün istehsalçının avtorizasiya forması (MAF).

İddiaçılar qeyd olunan sənədləri 2 sentyabr 2020-ci il saat 15.00-a qədər, tender təklifini və bank təminatını isə 11 sentyabr 2020-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 11 sentyabr 2020-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro-sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

“Azərsu” ASCdaxili vəsaiti hesabına elektron satınalma vasitəsilə Oğuz-Qəbələ-Bakı su

kəmərinin quyuları və regionlarda istismar olunan modul tipli sutəmizləyici qurğular üçün lazım olan nasos aqreqatlarının satın alınması məqsədilə

Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-tender predmeti üzrə oxşar təcrübənin mövcudluğu;

-tenderin tələblərinə uyğun aşağı qiymət.

Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən son-ra tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid inter-net portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 200 manatdır.

Təşkilat- “Azərsu” ASCVÖEN- 9900001751Bank- “Kapital Bank” ASC-nin 1

saylı Nəsimi filialıKod- 200112VÖEN- 9900003611M/h- AZ37NABZ

0135010000000001944S.W. İ. F. T. BIK- AİİBAZ2XH/h- AZ65AİİB

33070019441100216111İştirak haqqı heç bir halda geri

qaytarılmır.Malgöndərənlər (podratçılar)

tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- malgöndərənlərin (podratçıla-rın) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- malgöndərənin (podratçı-nın) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 3 sentyabr 2020-ci il saat 18.00-a, tender təklifi və bank təminatını isə 11 sentyabr 2020-ci il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı 14 sentyabr 2020-ci il saat 18.00-da dövlət satınalmalarının vahid inter-net portalında həyata keçiriləcəkdir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi

Aparat üçün müxtəlif növ maşın və avadanlıqların satın alınması məqsədilə

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.eten-der.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tende-rin əsas şərtlər toplusunu dövlət satınalma-larının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 500 manatdır. İştirak haqqı heç bir halda geri qayta-

rılmır.İştirak haqqının ödənilməsi yalnız

asan ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan Ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

Aqrar Xidmətlər Agentliyi qarşı-sında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

İddiaçılar tenderdə iştirak hüququnu təsdiqləyən aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-tender təklifi (tender zərflərinin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl-dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalı və bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

Malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyarlar aşağıdakılardır:

- tenderin predmeti üzrə iş təcrübəsinin olması (təsdiqedici sənədlər təqdim edilməklə);

- texniki və maliyyə imkanlarının olması;

- bu sahədə peşəkar olması.Sənədlər Azərbaycan dilində tərtib

olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir) İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanla-ya bilərlər. Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs-Etibar Əmrahov.Ünvan- Bakı şəhəri, Nərimanov

rayonu, Nəcəf Nərimanov küçəsi 7 A, tele-fon-(055) 678-45-73; Faks: (012) 562-85-57 ; E- mail: [email protected]

Tender proseduru “Dövlət satınalmala-rı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 3 sentyabr 2020-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 11 sentyabr 2020-ci il saat 18.00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

İddiaçıların təklifləri 14 sentyabr 2020-ci il saat 15.00 –da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid inter-net portalında aparılacaqdır.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prose-durlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin

Qoruqları İdarəetmə Mərkəzikompüter avadanlıqları və aksesuarların satın alınması məqsədilə kotirovka sorğusu keçirir1. Kotirovka sorğusunda kompüter avadanlıqları və aksesuarların

təchizatını təmin edən rezident və ya qeyri-rezident hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

2. Kotirovka sorğusunun əsas şərtlər toplusunu əldə etmək üçün iddiaçılar Bakı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbəyə müraciət edə bilərlər (əlaqə telefonları- 505 -87 -04 (əlavə 1323), (050) 265 81 29, faks: 492 05 92).

3. Kotirovka təklifi tələb olunan formada hazırlanaraq, üzərində hüquqi və ya fiziki şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 25 avqust 2020-ci il saat 18.00-a qədər Dövlət Turizm Agentliyinin Qoruq-ları İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbəyə təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Zərflərin açılışı ilə bağlı tender komissiyasının iclası 26 avqust 2020-ci il saat 15.00-da Bаkı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 4-cü mərtəbədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin ofisində keçiriləcəkdir.

Tender komissiyası

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC

kompüter avadanlıqlarının satın alınması üçün

kotirovka sorğusu elan edirKotirovka sorğusunda iddiaçı kimi işti-

rak etmək istəyənlər Bakı şəhəri, N.Rəfiyev küçəsi 17 nömrəli ünvana müraciət edə bilərlər (əlaqələndirici şəxs-Əhməd Məmmədov, telefon-0506121527).

İddiaçılar kotirovka təklifini imzalanıb möhürlənmiş zərfdə 14 avqust 2020-ci il saat 11.00-dan gec olmayaraq yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. Ko-tirovka təklifləri Bakı şəhəri, N.Rəfiyev küçəsi 17 nömrəli ünvanda 17 avqust 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 17 iyun 2020-ci il tarix-

li nömrəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cari ilin sonunadək İP telefoniya, çağrı mərkəzi və videokonfrans sistemlərinə texniki xidmətin göstərilməsinin satın alın-ması məqsədilə dərc edilmiş kotirovka sorğusunda fizi-ki şəxs Rəsul Sadıx oğlu Əliyev (VÖEN 1601782772) qalib elan olunmuş və həmin fiziki şəxslə 2020-ci il avqustun 10-da KTN 07/20-04 nömrəli 6810.00 (altı min səkkiz yüz on) manat dəyərində müvafiq satınal-ma müqaviləsi bağlanılmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik

hüquqi şəxsin tender komissiyası bildirir ki, AQTA və tabeli qurumlarında istifadə olunan bütün növ infor-masiya sistemlərində daxili elektron imzanın tətbiqi ilə əlaqədar sertifikat mərkəzinin qurulması və istifadəyə verilməsi xidmətinin satın alınması üçün 2020-ci il mayın 4-də elektron portal vasitəsilə keçiril-miş açıq tenderin nəticələrinə əsasən “Softlayn İnter-neyşnl” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik

hüquqi şəxsin tender komissiyası bildirir ki, dəftərxana və təsərrüfat mallarının satın alınması üçün 2020-ci il iyulun 2-də elektron portal vasitəsi ilə keçirilmiş açıq tenderin nəticələrinə əsasən “İntellekt M.A” MMC qa-lib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Tender komissiyası

B İ L D İ R İ ŞDövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi”

Qapalı Səhmdar Cəmiyyəti tərəfindən od söndürən balon-ların doldurulması və təmiri işlərinin satın alınması üçün keçirilmiş kotirovka sorğusunda Azərbaycan Respublikası yanğın texniki istehsalat mərkəzi qalib elan olunmuş və müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

AÇIQ TENDER ELAN EDIR

AÇIQ TENDER ELAN EDIR

AÇIQ TENDER ELAN EDIR

İraq Ordusunun Birgə Əməliyyat Komandanlığının nümayəndəsi general Təhsin əl-Xafəci Küveytlə sərhəd yaxınlığın-da ABŞ-ın hərbi texnika karvanına silahlıların hücum etməsi xəbərini təkzib edib.

General Təhsin əl-Xafəci CNN telekanalı-na bildirib ki, Birgə Əməliyyatlar Komandan-lığı hücum haqqında məlumatları təkzib edir.

Qeyd edək ki, "Reuters" agentliyi İraq təhlükəsizlik xidmətindəki mənbələrə istinadən bildirib ki, İraq–Küveyt sərhədi yaxınlığında parltayış baş verib.

“Xalq qəzeti”

İraq Komandanlığı ABŞ karvanına hücum barədə məlumatı təkzib edib

Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir

� Azərbaycan–Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir.

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.

Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.

“Xalq qəzeti”

“Abşeron” layihəsinin dayaq blokları hazırdır “Abşeron” yatağı-

nın işlənməsi layihəsi çərçivəsində dayaq blokları hazırdır.

“Bos Shelf” şirkətinin kommersiya meneceri Orxan Hüseynov Bakı Dərin Özüllər Zavodunda media-tur zamanı bildirib ki, “Abşeron” layihəsinin 2023-cü ildə başa çatması gözlənilir: “Dörd dayaq bloku artıq başa çatıb və yüklənməyə hazırdır”.

O.Hüseynov qeyd edib ki, yaxın bir neçə ay ərzində blok-lar quraşdırılması üçün yola salınacaq.

“Xalq qəzeti”

Dünyada koronavirusa yoluxanların sayı 20 milyonu keçib � Dünyada yeni növ koronavirusa

yoluxma hallarının sayı 20 milyonu keçib.

ABŞ-ın Con Hopkins Universitetinin apardığı hesabla-malara əsasən, hazırda yoluxanların sayı 20 001 019 nəfər təşkil edir, 733 103 nəfər ölüb, 12 209 074 isə sağalıb. Yo-luxma hallarının çoxu ABŞ-da (5 799 441) qeydə alınıb.

Yoluxanların sayı Braziliyada 3 035 422, Hindistanda 2 215 074 nəfərdir.

“Xalq qəzeti”

Venesuelada sutka ərzində rekord sayda koronavirusa

yoluxma faktı aşkarlanıb � Venesuela həkimləri sutka ərzində 995

koronavirusa yoluxma faktı aşkarlayıb ki, bu da pandemiyanın başlanğıcından bəri ölkədə ən yüksək rəqəmdir.

Venesue-lanın vitse-prezidenti Delsi Rodri-ges bildirib ki, 995 yoluxma faktı qeydə alınıb.

Bundan əvvəl Venesu-elada sutkada 700-ə yaxın yeni yoluxma faktı aşkar edilmişdi. Xəstələrin ümumi sayı 26,8 min nəfərdir.

“Xalq qəzeti”

Page 8: Azərbaycanın Əhmədiyyə Cəbrayılovun neft strategiyasının …xalqqazeti.com/pdf/xalq 12 aug OPT.pdf · 2020. 8. 11. · fəhlələri tərəfindən icra olunubdur”. Prezident

12 avqust 2020-ci il, çərşənbə

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

6120

1883

40 qəpik

Türkiyə

Vaksinin araşdırmaları sürətləndirilirTürkiyə Prezidenti

Rəcəb Tayyib Ərdoğan ko-ronovirus pandemiyası ilə bağlı ölkədəki vəziyyətdən bəhs edərkən bildirib ki, COVID-19 virusuna qarşı Türkiyə Ümumdün-ya Səhiyyə Təşkilatının siyahısında yerli peyvənd proqramını inkişaf etdirən ölkələr arasında ABŞ və Çindən sonra üçüncü sıradadır.

Koronovirus peyvəndi üzərində çalışmaların daha da sürətləndiyini ifadə edən dövlət başçısı vurğulayıb ki, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan “COVID-19” Türkiyə Platforması 8 müxtəlif peyvənd və 10 fərqli dərman layihəsi üzərində çalışır. Bu sahədə iki peyvənd nümunəsi heyvanlar üzərində uğurla təcrübədən keçiri-lib. Onlardan biri təsdiqlənərək insanlar üzərində klinik sınaq işi mərhələsinə gətirilib.

Xəbəri “Anadolu” agentliyi yayıb.

Yeni Zelandiya

Nikbin göstəriciKoronavirusa

tamamilə qalib gələn ölkələrdən olan Yeni Zelandiyada sonuncu yo-luxma mayın 1-də qeydə alınıb. İkinci dalğanın baş verə biləcəyini söyləyən ölkənin Baş naziri Yasin-da Ardern yeni yoluxma hallarının hamısının

xaricdən gələnlərdə qeydə alındığını bildirib. Qeyd edək ki, 5 milyon nəfər əhalisi olan Yeni Zelandiyada

1 martdan etibarən fövqəladə vəziyyət elan edilmiş, 27 apreldə isə koronavirusa qalib gəldindiyi açıqlanmışdı.

Bu günə qədər Yeni Zelandiyada ümumilikdə 1569 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 22 nəfəri vəfat edib, 1524-ü sağalıb. Hazırda 23 aktiv xəstə var ki, onların da hamısı digər ölkələrdən gəlib.

Xəbəri TASS yayıb.

ABŞ

Ən çox yüklənən əlavələr2020-ci ilin iyu-

lu üçün dünyada ən çox yüklənilən mobil əlavələrin reytinqi dərc edilib.

“Sensor Tower” analitik şirkətinin tərtib etdiyi siyahıda birinci yeri Çinin “Douyin” şirkətinə məxsus “TikTok” tutub. Sosial videoşəbəkənin həm “App Store” mağazasında, həm də “Google Play” platformasında lider olması maraq doğurur.

İkinci pillədə 53,5 milyon yükləmə ilə “Facebook” əlavəsi yer alıb. Liderlər beşliyinə, həmçinin “Zoom”, “Instagram” və “WhatsApp” daxildir.

Xəbəri “4pda.ru” yayıb.

Bill Qeytsin açıqlaması“Microsoft”un təsisçisi Bill

Qeyts bildirib ki, koronavirus pandemiyasını yalnız iki il yarım-dan sonra dayandırmaq mümkün olacaq.

Bill Qeyts qeyd edib ki, bəşəriyyət 2021-ci ilin sonuna qədər virusun öhdəsindən gələcək, bütövlükdə bu bəla dünyada 2022-ci ilin sonunda bitəcək. Eyni

zamanda, milyarderin sözlərinə görə, pandemiya malyariya, po-liomielit və HİV ilə mübarizə aparmaq üçün dərman axtarışında irəliləyişi əhəmiyyətli dərəcədə yavaşladıb.

“2020-ci ilin əvvəlində olduğumuz vəziyyətə qayıdacağımı-za qədər illər ötəcək. Bu, Birinci və İkinci dünya müharibələri deyil, lakin bütün sistem üçün mənfi hadisələrin miqyası müqayisə edilə bilər”, - deyə Bill Qeyts qeyd edib.

Xəbəri BBC yayıb.

İtaliya

Mövsümün ən yaxşısı“Yuventus”da 2019/20

mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib. Turin klubunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Kriştiano Ronaldo birinci olub.

Qeyd edək ki, portuqaliyalı hücumçu A Seriyasında başa çatan mövsümdə 33 matçda 31 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri “goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Avqustun 12-də ÂBakıda və Abşeron yarımadasın-

da dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 20-24, gündüz 28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 35-40 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcəyə çatacaq.

ÂNaxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22, gündüz 32-37 dərəcə isti olacaq.

ÂYuxarı Qarabağ: Xankəndi, Şuşa, Xo-calı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 11-16 , gündüz 19-24 dərəcə isti olacaq.

ÂQazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağa-cağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

ÂBalakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayon-

larında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

ÂMərkəzi Aran: Mingəçevir, Yevlax, Göy-çay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala ra-yonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24, gündüz 31-36 dərəcə isti olacaq.

ÂMasallı, Yardımlı, Lerik, Lənkəran, Asta-ra rayonlarında yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-24, gündüz 28-32, dağlarda gecə 15-18, gündüz 18-23 dərəcə isti olacaq.

8

“Xalq qəzeti”nin kollektivi iş yoldaşları

ZİYƏDDİN SULTANOVUN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov Milli Məclisin deputatı Aydın Hüseynova anası

QİYMƏT XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

9 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Şahbudaqova Pakizə Bəybala qızının adına verilmiş xidməti vəsiqə itdiyi üçün etibarsız sayılır.

Livan Prezidenti hökumətin istefasını qəbul edib

Mətbuat xidmətinin məlumatında bildirilir: “Baş nazir Həsən Diab istefa barədə yazılı müraciətini Prezident Mişel Auna təqdim edib, dövlət başçısı, öz növbəsində, baş nazirin xahişini qəbul edərək kabinetə yeni hökumətin formalaşmasına qədər vəzifəsini icra etməyi tapşırıb”.

Məlumata görə, Prezident və baş nazir avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayışdan sonra ölkədə hadisələrin inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. Dövlər başçısı istefaya gedən hökumət üzvlərinə gördükləri işlərə görə təşəkkürünü bildirib. Prezident sarayını tərk edən Diab: “Livanı Allah qoru-sun!” – deyib.

Bir qədər əvvəl istefasını elan edən baş nazir özünün vida nitqində bildirib ki, “korrupsiya sistemi Livan dövlətindən güclü olduğunu sübut etdi. Bizim heç bir şəxsi ambisiyamız yox idi və həmişə çalışdıq ki,

ölkəmizi xilas edək. Ancaq 30 il ərzində ölkədə hakimiyyətdə olan dairələr hökuməti nüfuzdan salmaq üçün hər şeyi etdilər və xalqı onun əleyhinə qaldırdılar”.

Diab əlavə edib ki, özünün bu addımı ilə Livanda ölkədaxili siyasi nizamlamaya yol açmaq niyyətindədir.

Xatırladaq ki, Livanda hökumət bu il yanvarın 21-də formalaşmışdı və fevralın 11-də etimad qazanaraq işə başlamışdı. Diab hökuməti öz fəaliyyətində prezident-yönlü Azad Vətənpərvərlər Hərəkatının və

“Amal”-“Hizbullah” şiə tandeminin üstünlük təşkil etdiyi parlamentə arxalanıb. Həmin vaxt Qərbyönlü partiyalar kabinetə daxil olmaqdan imtina edərək müxalifətə keçiblər.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Yens Stoltenberq: Aralıq dənizinin şərqində gərginlik müttəfiqlik

ruhunda həllini tapmalıdır Qeyd edək ki, Türkiyə

hökumətinin karbihidro-gen ehtiyatları ilə zəngin ərazidə geoloji təhqiqatlara başlaması barədə qərarı rəsmi Afinanı ciddi narahat edib. Yunanıstan hökuməti Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağıraraq, Türkiyəni Meys (Kastelo-rizo) adasının cənubunda fəaliyyətini dayandırmağa çağırıb.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bu barədə telefonla əvvəl Şimali Atlantika Alyansının rəhbəri, sonra isə Avropa

Şurasının sədri Şarl Mişel ilə də danışaraq ölkəsinin mövqeyinin haqlı olduğunu sübut etməyə çalışıb. Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin icla-sından sonra jurnalistlərin suallarına cavab verərkən bəyan edib ki, rəsmi Ankara Aralıq dənizinin şərqində nəzərdə tutulan ener-ji layihələrinin icrasında qərarlıdır.

Türkiyə Prezidenti mətbuat konfransı zamanı ölkədə koronavirus pande-miyası ilə mübarizə mövzu-

suna da toxunub. Bildirib ki, Türkiyə bu bəladan ən az itkilərlə çıxan dövlətlərdən biri olacaq.

Dövlət başçısı həmçinin bildirib ki, pandemiyadan sonrakı dönəmdə Türkiyə özünün əlverişli coğrafi-ya mövqeyi, geniş logistik imkanları, insan resursları, zəngin bilik və təcrübəsi sayəsində çağdaş tarixinin yeni zəfər səhifələrini yaza-caq.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Livan Prezidenti Mişel Aun ölkənin Baş naziri Həsən Diabın və onun başçılıq etdiyi hökumətin istefasını qəbul edib. Bu barədə dövlət başçısının mətbuat xidmətinə istinadən “İnterfaks.ru” məlumat yayıb.

Pandemiya bir milyard tələbə və şagirdin təhsilinə mane olub

BMT-nin Baş katibi Antonio Quterreş iyul ayının ortalarına olan məlumata əsasən bildirib ki, koronavirus pandemiyası səbəbindən məktəb və ali təhsil müəssisələrinin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və şagirdin təhsil prosesinə mane olub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bu müddət ərzində dünya üzrə azı 40 min uşağın məktəbəqədər hazırlıqdan məhrum olduğunu vurğu-layan Baş katib, həmçinin qeyd edib ki, dərsləri onlayn, radio və televiziya vasitəsilə keçmək cəhdləri bütün təhsil alanları əhatə etməyib. Hələ pandemiyadan öncə məktəbli yaşına çatmış 250 milyondan çox uşaq təhsil almaq imka-nından məhrum olub, inkişaf etməkdə olan ölkələrdə isə uşaqların yalnız 25 faizi məktəbi bitirərək lazımi baza təhsili ala bilib.

Baş katib mövcud problemlə bağlı xəbərdarlıq edərək qeyd edib ki, dünya böyük insan potensialının istifadəsiz qalması, qeyri-bərabərliyin kəskinləşməsi və təhsildə əldə olunan irəliləyişin itirilməsi ilə nəticələnə biləcək “nəsil fəlakəti” ilə üzləşib.

Antonio Quterreş COVID-19 pandemiyası nəzarət altına alındıq-dan sonra bütün ölkələri məktəbləri açmağa çağırıb. Baş katib eyni zamanda, mövcud vəziyyətlə bağlı

yaranmış problemə görə, BMT-nin “Gələcəyimizi qoruyaq” şüarı altında yeni proqramının başladığını bildirib və təşkilat bu işdə onlara kömək etməyə söz verib. BMT-nin Baş katibi məktəblərin fəaliyyətinin bərpası nəticəsində ana-ların iş yerlərinə qayıda-cağını da müsbət hal kimi

səciyyələndirib, həmçinin ölkələri büdcə vəsaitlərini bölən zaman təhsil xərclərini prioritet etməyə səsləyib.

Proqramın daha bir hədəfi

isə təhsil almaq imkanı məhdud olan insanların – böhran vəziyyətində yaşa-yanların, azsaylı xalqların nümayəndələrinin, əlillərin, həmçinin internetə girişi olmayan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

NATO-nun Baş katibi Yens Stoltenberq özünün “Twitter” səhifəsində yazıb ki, Aralıq dənizinin şərqində gərgin vəziyyət beynəlxalq hüquq normaları əsasında, müttəfiqlik və tərəfdaşlıq həmrəyliyi ruhunda həll olunmalı-dır. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

� TASS-ın yaydığı məlumata görə, Rusiyada risk qruplarındakı əhalinin 60 faizə qədəri vaksinləşdiriləcək.

Mənbə qeyd edir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Pu-tin ölkə əhalisinin qripə qarşı vaksinləşdirməyin maliyyələşdirilməsini

təmin etmək barədə hökumətə tapşırıq verib. Bildirilir ki, Prezident Vla-dimir Putin növbədənkənar dispanserləşdirmə və qripə qarşı vaksinləşdirmənin

pulsuz aparılmasını tapşırıb. Bundan əlavə, tibbi müayinə və vaksinləşdirmə üçün məsafədən növbəyə yazıl-maq imkanı təmin edilməli, zəruri hallarda insanların vaksinləşdirmə yerinə çatdı-rılması təşkil olunmalıdır.

Bundan əvvəl Səhiyyə naziri Mixail Muraşko bəyan edib ki, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzində yaradılmış

vaksini ilk növbədə həkimlər və müəllimlər alacaq. Yeni vaksin oktyabr ayında bütün rusiyalılar üçün əlçatan olacaq. “Vektor” Dövlət Viru-sologiya və Biotexnologiya mərkəzində də vaksin hazır-lanır. Bu mərkəz koronaviru-sa qarşı vaksinin istehsalına noyabr ayında başlamağı planlaşdırır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Rusiyada əhalinin 60 faizə yaxını qripə qarşı

vaksinləşdiriləcək Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,91 faiz artaraq bir bareli 45,48 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu ad-landırılan “WTI” markalı neftin qiyməti 0,70 faiz artaraq bir bareli 43,20, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti isə 0,95 faiz artaraq bir bareli 47,10 dollar olub.

Ekspertlər bildiriblər ki, COVID-19 virusuna görə , dünya dövlətləri arasında sərhədlər bağlanmış, iri müəssisələr, şirkətlər işlərini dayandırmışdı. İndi yavaş-yavaş sərhədlər açıldıqca, iri şirkət və müəssisələr işə düşdükcə yanacağa olan tələbat da artır. Buna görə də dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edəcək.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Neftdən nə xəbər?!

Son 18 ayda “Azercell”in LTE şəbəkəsinin əhatəsi 85 faiz yüksəlib

İstifadəçilərinin gündəlik rabitə ehtiyaclarını operativ şəkildə qarşılamağa istiqamətlənən ölkənin lider mobil operatoru “Azer-cell Telekom” öz şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması üçün bütün texniki tədbirləri həyata keçirir.

Şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi ola-raq ölkə ərazisində “Azercell”in təqdim etdiyi LTE xidmətində əhəmiyyətli irəliləyişlər olmuşdur. 2019-cu ilin əvvəlindən həyata keçirilən LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsi nəticəsində bu texnologiya üzərindən çalışan ümumi Radio Baza Stansiyalarının (RBS) sayı 902-dən 2524-ə yüksəlmiş, təkcə 2020-ci ilin ilk yarısında isə daha 845 vahiddə stansiya istifadəyə verilmişdir. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilmiş və coğrafi əhatə dairəsi 9 faizdən 68 faizə, əhali əhatəsi isə 31faizdən 85 faizəə yüksəlmişdir.

Hazırda “Azercell” internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində işlər aparır. Bunun üçün LTE spektrinin zolağının genişləndirilməsi və Bakıda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilir. Həmçinin Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır. Layihə çərçivəsində 6 metro stansiyada işlər yekunlaşmışdır. Əlavə olaraq metro stansiyalarda LTE-daşıyıcı birləşdirmə sistemi də aktiv edilmişdir ki, bu da öz növbəsində LTE şəbəkəsindən istifadə edən abunəçilərin daha yüksək sürət əldə etmələrini təmin edəcəkdir.

“Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində “Azercell”in bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan “Ericcson”un apardığı bençmarkinq araşdırmaları isə, LTE şəbəkəsinin sürətinə görə “Azercell”in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu nümayiş etdirib.

“Xalq qəzeti”