AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın...

33
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA ELMİ PEDAQOJİ KİTABXANASI Ümumtəhsil müəssisəsi kitabxanaçıları, onların hüquq və vəzifələri Kitabxana işinə dair əsas terminlər (metodik vəsait) 2014

Transcript of AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın...

Page 1: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

1

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

RESPUBLİKA ELMİ PEDAQOJİ KİTABXANASI

Ümumtəhsil müəssisəsi kitabxanaçıları, onların hüquq və vəzifələri

Kitabxana işinə dair əsas terminlər

(metodik vəsait)

2014

Page 2: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

2

Redaktor: İsmixanova Tamilla Əşrəf qızı Tərtib edən: Məmmədova Səyyarə Nazim qızı

Tərtibçi-müəllifin rəsmi razılığı olmadan metodik vəsaitin və ya onun hər hansı bir hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.

Müəllif hüquqları qorunur!

Page 3: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

3

Ümumtəhsil müəssisəsi kitabxanaçıları, onların hüquqları və vəzifələri

Ümumtəhsil Müəssisəsinin kitabxanası məktəbin müəllim və şagird

kontingentinə kitabxana-informasiya xidmətini həyata keçirən struktur bölmədir. Kitabxanaya rəhbərlik kitabxana müdiri yaxud bu vəzifəni icra edən və işin nəticələrinə görə məsuliyyət daşıyan məktəb kitabxanasının işçiləri tərəfindən həyata keçirilir. Məktəb kitabxanasının işçiləri ümumtəhsil məktəbinin Pedaqoji şurasının üzvüdür. “Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu”nun 31-ci maddəsinin 31.02 bəndinə əsasən ümumtəhsil müəssisəsinin kitabxanaçıları təhsilverənlər (pedaqoji işçilər) statusuna malikdirlər. Təhsilverənlərin- məktəb kitabxanaçılarının hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitutsiyası, Təhsil Qanunu və digər normativ aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri, eləcə də Respublika Elmi Pedaqoji Kitabxanasının təlimat və tövsiyələri ilə tənzimlənir.

Təhsil müəssisəsi kitabxanaçılarının hüquqları. “Azərbaycan Respublikasının Təhsil Haqqında Qanunu”na və “Ümumtəhsil

Məktəbi Kitabxanası Haqqında Əsasnamə”yə əsasən təhsil müəssisəsinin kitabxanaçılarının hüquqları aşağıdakılardır:

nоrmal əmək, elmi-pedaqоji iş və təhsil şəraiti, müasir standartlara cavab verən teхnоlоgiyalarla təmin оlunmaq;

təhsil müəssisəsinin nizamnaməsinə uyğun оlaraq təhsil prоsesinin təşkilində və idarə оlunmasında fəal iştirak etmək;

tədrisin fоrmasını, metоdlarını və vasitələrini sərbəst seçmək; şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə

seçmək və seçilmək; iхtisasını artırmaq, yeni iхtisas almaq, staj keçmək, iхtisas və elmi dərəcəsini

yüksəltmək; müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif оlunmaq; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. kitabxananın vəzifələrinin həyata keçirilməsi məqsədi ilə müvafiq üsul və

formaları müəyyənləşdirmək; kitabxana fondunun komplektləşdirilməsini qanunvericiliklə qadağan

olunmayan müxtəlif mənbələr hesabına həyata keçirmək; köhnəlmiş və ya yararsız hala düşmüş kitabları qanunvericilikdə müəyyən

olunmuş qaydada kitabxananın fondundan çıxarmaq; fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini

qanunvericilikdə müəyyən olunmuş qaydada tələb etmək; kitabxana assosiasiyaları və təşkilatları ilə əlaqə yaratmaq, kitabxana,

biblioqrafiya və informasiya sahəsində keçirilən tədbirlərdə iştirak etmək.

Page 4: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

4

Məktəb kitabxanaçılarının xidməti vəzifələri. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı, Kitabxana işi haqqında Azərbaycan Respublikasının qanunu, Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları), Ümumtəhsil məktəbi kitabxanası haqqında Əsasnamə və digər normativ sənədlər, Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyası (BKAF) və UNESCO-nun məktəb kitabxanaları ilə bağlı təlimatları, Respublika Elmi Pedaqoji Kitabxanasının hazırladığı metodik və tövsiyə vəsaitləri məktəb kitabxanaçılarının fəaliyyətini tənzimləyən əsas sənədlərdir.

Məktəb kitabxanasının işi dedikdə elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə sahəsində şagirdlərin biliklərinin inkişaf etdirilməsi başa düşülür. Kitabxana müdiri kİtabxananın maliyyə resurslarından effektli istifadə etməyə cavabdehdir. Buraya həmçinin fondun formalaşdırılması və işlənməsi, oxuculara (şagird və müəllimlərə) kitabxana-informasiya, soraq-biblioqrafiya xidmətinin təşkili, maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi, müasir şəraitdə kitabxana işinin kompüterləşdirilməsi və s. komponentlər daxildir. Məktəbin kitabxanaçısı şagird kontingentini nəzərə alaraq kitabxana fondunun komplektləşdirilməsi, fondun uşotunun və inventar kitabının aparılması, fondun beynəlxalq miqyasda qəbul olunmuş təsnifat qaydalarına əsasən düzülməsi və kataloqlaşdırılması, cari fəaliyyət planının işlənilməsini həyata keçirir. Müasir məktəb kitabxanalarına verilən tələblərə görə kitabxanaçı yüksək peşə ustalığına, kurikulumun əsas müddəalarına uyğun məktəb kitabxanasının işini qurmağa və kitabxana işində interaktiv təlim üsullarından və İKT-dən istifadə bacarıqlarına, eləcə də onlardan kitabxana tədbirlərində istifadə etmək qabiliyyətinə malik olmalıdır. Hər bir kitabxanaçının əsas vəzifəsi mədəniyyət və təhsilin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; kitabxana işinə dair sənədləri; kitabxanaşünaslıq və biblioqrafiyaşünaslığın nəzəriyyəsini; oxuculara xidmət qaydalarını, kitabların qəbul edilmiş təsnifat sistemini; kataloqların tərtib edilmə qaydalarını; ədəbiyyat fondunun komplektləşdirilməsini, qorunmasını və uçotunu; kitabların təbliği üzrə kütləvi işin forma və metodlarını; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilməkdir.

Ümumtəhsil məktəbi kitabxanaçılarının xidməti vəzifələri.

Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; təhsil proqramlarının mənimsənilməsini təmin etmək; təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik

və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan

Page 5: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

5

xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

pedaqoji etika və əxlaq normalarına riayət etmək, ziyalılıq nümunəsi göstərmək;

təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq,

onları zərərli vərdişlərdən çəkindirmək; ixtisas və elmi-pedaqоji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq,

əlavə məşğələlər (fakultativ məşğələlər), sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;

qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. daxil olan ədəbiyyatın qəbulunu və kitabxana fondunun uçotunu aparmaq; kitabxana fondunun və kataloqlarının elmi əsaslarla təşkilini təmin etmək; informasiya daşıyıcılarının saxlanılmasını, sistemləşdirilməsini və

yerləşdirilməsini təmin etmək; kitabxana fondunu və əmlakını qoruyub mühafizə etmək; oxuculara (istifadəçilərə) göstərilən informasiya-biblioqrafiya və kitabxana

xidmətini müntəzəm olaraq təkmilləşdirmək; kitabxananın iş rejiminə əməl etmək; professional biliklərini və iş bacarığını müntəzəm olaraq təkmilləşdirmək; məktəbin apardığı tədris və tərbiyə işlərinə kömək etmək məqsədi ilə

müvafiq biblioqrafik göstəricilər, ədəbiyyat siyahıları hazırlamaq; müxtəlif yaş qrupuna daxil olan istifadəçilər üçün müvafiq ədəbiyyatı və

elektron informasiya resurslarını müəyyənləşdirmək; kitabxana resursları və informasiya texnologiyalarından istifadə etməkdə

oxuculara köməklik göstərmək, oxucuların sifarişi əsasında lazımi informasiyanı onların elektron ünvanına göndərmək;

aşağıdakı hesabatları və sənədləri hazırlayıb məktəb direktoruna təsdiq üçün təqdim etmək:

mövcud forma əsasında (şəhər, rayon təhsil idarələri, şöbələri vasitəsilə) dərslik (dərslik komplekti) fondu haqqında Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Respublika Elmi Pedaqoji Kitabxanasına göndərilən illik və statistik hesabatları;

kitabxana haqqında əsasnamənin və kitabxanadan istifadə qaydalarının layihələrini;

kitabxananın strukturunun və ştat cədvəlinin layihələrini; plan-uçot sənədlərini; texnoloji sənədləri; kitabxana fondunun öyrənilməsi və ondan istifadənin təhlili; dərslik kitabxana fondunun təşkili;

Page 6: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

6

oxucuların (istifadəçilərin) mədəniyyət təsisatları və mədəni sərvətlərdən istifadə etmək hüquqlarını, habelə məlumat əldə etmək azadlığını təmin etmək, kitabxana fondlarından istifadə etməsi üçün onlara hər cür şərait yaratmaq;

oxucuların (istifadəçilərin) informasiya axtarışına yardım etmək və onlar tərəfindən bu informasiyanın seçilməsi və tənqidi qiymətləndirilməsini öyrənmək;

respublikada çap olunan pedaqoji, psixoloji və tədris metodik nəşrlərin, habelə elektron resursların məcburi ödənişli nüsxələrini almaq;

ədəbiyyatı elmi və texniki cəhətdən işləmək; fondu beynəlxalq qaydalara uyğun olaraq yerləşdirmək; fonda daxil olan çap məhsullarının və elektron informasiya daşıyıcılarının

qəbulunu təmin etmək; kitabxana fondunun uçot kitabında müntəzəm qeydlər aparmaq; məlumat-biblioqrafiya aparatı yaratmaq. kitabxanaya daxil olan dövri nəşrlərin müvafiq təsnifata uyğun kartotekasını

yaratmaq; yeni ədəbiyyat haqqında oxuculara müntəzəm olaraq məlumat vermək (yeni

kitabların sərgisi, yeni daxil olan ədəbiyyatın bülleteni və s.); kitabxanalararası abonement və elektron texnologiyalardan istifadə

imkanlarını genişləndirmək; yeni kitabxana və informasiya texnologiyalarının tətbiq edilməsini təmin

etmək; kitabxana xidmətinin səviyyəsini müntəzəm olaraq təkmilləşdirmək; kitabxana fonduna daxil olan çap məhsullarının və elektron resursların

ənənəvi və elektron kataloqlarını tərtib etmək; çap məhsulları və elektron informasiya daşıyıcılarının mühafizəsini,

saxlanılmasını və istifadə olunmasını təşkil etmək; fondun komplektləşdirilməsini, uçotunun aparılmasını, məzmunca köhnəlmiş

və ya istifadəyə tam yararsız ədəbiyyatın fonddan və inventar kitabından çıxarılmasını, əhəmiyyət kəsb edən nadir nüsxələrin fondda saxlanılmasını və “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə uyğun olaraq sənədləşməni təşkil etmək;

Respublika Elmi Pedaqoji Kitabxanasının biblioqrafik vəsaitlərindən istifadə etməklə biblioqrafik icmallar tərtib etmək;

tematik və yeni ədəbiyyata dair sərgilər keçirmək; reklam bukletləri və informasiya vərəqələrini hazırlamaq; mütaliə mədəniyyətini formalaşdıran kitabxana-biblioqrafiya biliklərini

şagirdlər arasında təbliğ etmək; yeni xidmət növlərini oxucular (istifadəçilər) arasında təbliğ etmək; maddi texniki təchizatı yaxşılaşdırmaq; texniki və yanğın təhlükəsizliyi, sanitar-gigiyenik normalara riayət etmək; informasiya günü, müəllim günü, sinif günü tədbirlərini təşkil etmək; bir qayda olaraq, ayda bir dəfə kitabxanada sanitariya günü keçirmək;

Page 7: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

7

kitabxananın fiziki resurslarına daxil edilən stol, stul, kitab rəflərinin vəziyyəti və erqonomikliyini (yəni istifadə üçün rahatlığı) diqqət mərkəzində saxlamaq;

kitabxanada fiziki mühit və rahatlıq yaratmaq.

Müasir məktəb kitabxanaçısından tələb olunan kompetensiyalar,

kitabxanaçının peşə ustalığı və şəxsi keyfiyyətləri. Milli-mənəvi dəyərlər nəzərə alınmaqla ümumbəşəri, dünyəvi təhsil

sisteminin yaradılmasında adekvat kitabxana xidmətlərinin təmin edilməsi vacibdir. İnformasiya savadlılığının inkişafı birbaşa məktəb kitabxanasında başlanır və kurikulum islahatının tələbləri məktəb kitabxanasının işini təkmilləşdirməyi, yeni metodlardan istifadə etməyi tələb edir. Kitabxana resursları şagirdlərə dəyərlər, inamlar, öz mədəniyyət və ənənələrini qiymətləndirmək haqqında geniş məlumat verməlidir. Şagirdlər müxtəlifliyə, fərqli inam və dəyərlərə hörmətlə yanaşmanı burada öyrənə bilərlər. Şagirdlərin oxudan həzz almaları, yeni informasiya əldə etmək və ondan yararlanmaları, müstəqil şəkildə və qruplarda öyrənmək bacarıqlarını inkişaf etdirmələri ilə bağlı bir çox nümunələr mövcuddur. Bu kimi məsələlər məktəb kitabxanaçılarının fəaliyyətindən çox asılıdır. Kurikulum islahatlarına əsasən təhsil prosesində səmərəliliyi artırmaq üçün məktəb kitabxanaçılarının “Mentorluq” metodundan istifadəsi daha səmərəli hesab olunur. Mentorluq iki nəfərin və ya iki tərəfin razılaşaraq və güvənərək formalaşdırdığı, gizlilik prinsiplərinə əsaslanan iş birliyidir. Mentorluq – Danışman, məsləhətçi, dəstəkləyici, öyrənmə (araşdırma) ortağı, qoruyucu, rol modeli və rəhbər vəzifələrini əhatə edən ağıl təlimçisi kimi də izah edilə bilər. Mentorluq edən şəxs təcrübəsi ilə hər hansı yeni fikir layihəsinə dəstək verməklə yanaşı, çevrəsindən istifadə edərək, yeni fikrin gerçəkləşməsinə dəstək verə bilmək kimi potensiala da malikdir. Buna görə də, məktəb kitabxanaçısı cəmiyyətdə və təhsildə baş verən yeniliklərə çevik və adekvat reaksiya verməyi bacarmalıdır. Burada əsas məqsəd gənc-öyrənən tərəfin həyat tərzi və kayerasının inkişafına yönəlik müstəqil bilik qazanmasını dəstəkləməkdir.

Təqdimat bacarıqları və kitabxana

istifadəçiləri ilə əlaqə. Ünsiyyət mədəniyyəti. Səmərəli ünsiyyət texnikası. Kitabxana xidmətlərinin təşviqi və marketinq bacarıqları. Telefon ünsiyyəti – istifadəçilərimiz ilə necə səmərəli danışmaq. İstifadəçilər ilə ünsiyyətin üstün və zəif cəhətləri. Məlumatın səmərəli çatdırılması. Səmərəli məlumatın hazırlanması və təqdim edilməsi. Müasir kitabxana tədbirlərinin təşkili. Fasiləsiz təhsil konsepsiyası.

Page 8: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

8

Kitabxananın köməyi ilə fasiləsiz təhsil fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsi və distant təhsilin bu işdə rolu.

Kurikulumun məqsədləri, kitabxana resursları və istifadə səviyyəsi arasında əlaqənin təmin olunması.

İnteraktiv təlim üsulları və onlardan kitabxana tədbirlərində istifadə; Kitabxana işində İKT-dən istifadə. Ən azı bir xarici dil bilmək. Telekommunikasiya vasitələrindən istifadə etməklə, istənilən məlumat

bazalarından və dünya məktəblərindən məlumat əldə etmək.

Şagird və müəllimlərlə iş:

Şagird və müəllimlərin spesifik məlumat ehtiyaclarının müəyyən olunması. Kurikulumda nəzərdə tutulmuş məlumatı axtaran müəllimin ehtiyaclarının

qavranılması. Müxtəlif məlumat mənbələri ilə işləmək. Şagird və müəllimlər üçün məlumat xidmətləri. Kitabxanalarda fəal təlim mühitinin təşkili. Kitabxana dərsləri və kitabxanada fakultativ dərslər. Səmərəli mütaliə texnikası. Səmərəli təqdimat texnikası. Şagirdləri sosial məsuliyyət tərbiyə edən fəaliyyətlərə cəlb etmək. Şagirdlərdə dəfələrlə oxunmuş kitab haqqında müvafiq fikir formalaşdırmaq

və mütaliəyə canlı maraq oyatmaq. Məktəbə yeni gələn şagirdlər üçün kitabxana ilə tanışlıq proqramı

hazırlamaq, şagirdin fəal mütaliəyə cəlb olunması. Məktəbə yeni gələn müəllimlər üçün kitabxana ilə tanışlıq proqramı

hazırlamaq. Şagirdlərdə kitabxanada fərdi və ya kollektiv şəkildə çalışmaq bacarıqlarını

formalaşdırmaq.

Müasir kitabxana xidmətləri. Elektron resursların hazırlanması və

idarə olunması.

Müasir dövrdə məktəb kitabxanası real fəaliyyət göstərən informasiya-resurs mərkəzinə çevrilməkdədir. İnformasiya texnologiyalarının təlim mühitinə inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş, səsli, cizgili və rəqəmli məlumat daşıyıcılarından ibarət olmalıdır. Müasir məktəbdə kitabxanaçı məlumat resurslarını istifadəçilərə təqdim etmək üçün texnologiyalar vasitəsilə kitabxananın hüdudlarını aşır. Kitabxana istifadəçisi isə elektron kanallardan istifadə etməklə, informasiya resursları

Page 9: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

9

vasitəsilə digər kitabxanalara və məlumat təminatçılarına məxsus olan vəsaitlərdən istifadə etmək imkanına malik olmalıdır. Buna görə də kitabxanaçılar ənənəvi kitabxana xidmətlərini online əlaqə xidmətlərinə çevirməyə qadir olmalıdırlar. Məktəb kitabxanaçısı təkcə bədii ədəbiyyat, elmi çap məhsulları və informasiya ilə əlaqədar oxucu tələbatının bilicisi deyil, həm də informasiya mənbələrinin yaradılması və istifadəsi texnologiyası sahəsində mütəxəssis, İnternet elektron şəbəkədə naviqator, informasiya-kitabxana sferasında menecer, kitab nəşriyyatı bazarının aktiv subyekti kimi fəaliyyət göstərməyi bacarmalıdır. Kitabxanaların işini müasir tələblər səviyyəsində qurmaq, elektron kitabxana yaratmaq, informasiya savadlılığını dəstəkləmək, İKT-dən kitabxana işinin təşkilində səmərəli istifadə etmək, mütaliənin təbliğini müasir tələblərə uyğunlaşdırmaq məktəb kitabxanaçılarının müasir vəzifələri sırasına daxildir.

Ümumtəhsil məktəbi kitabxanaçılarının

İKT texnologiyaları ilə həyata keçirdiyi vəzifələr.

Müxtəlif məlumat mənbələri ilə işləmək: elektron kitablar, istifadəyə açıq

sənədlər, Azərbaycan və əcnəbi kitabxanaların elekron külliyatı; Məlumatın axtarılması strategiyası və texnikası; İnternet axtarış alətləri; (brauzerlər, direktoriyalar və s.) İnternet məlumat materiallarının, mənbələrinin və xidmətlərinin

dəyərləndirilməsi; Biblioqrafik məlumat bazası; Kitabxanın saytında təqdim edilmək üçün sənədli, biblioqrafik, fotoqrafik və

digər məlumatın hazırlanması; İnternet səhifələrinin tərtibatı, hazırlanması və idarəolunması; Lokal araşdırmalar ilə bağlı elektron nəşrlər; Müvafiq proqram təminatı əsasında elektron kataloq yaratmaq; Elektron kataloqun işləndiyi proqramda olan yenilikləri müntəzəm olaraq

izləmək, dəyişiklikləri fonda və kataloqa əlavə etmək; Kitabxana-informasiya texnologiyaları sahəsində yeni biliklərə yiyələnmək; Multimedia materiallarının, elektron informasiya daşıyıcılarında (CD,DVD)

olan dərsliklərin (dərslik komplektləri) və müxtəlif tədris ədəbiyyatının sistemləşdirilməsi, qorunması və tədris prosesində istifadəsini təmin etmək;

Məktəb kitabxanası nəzdində kompüter, printer və skanerlə təchiz olunmuş mediatekanın yaradılması;

İnformasiya təminatını həyata keçirmək məqsədi ilə İnternet şəbəkələrinə qoşulmaq;

Kitabxananın web-saytını yaratmaq, elektron ünvanını açmaq;

Page 10: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

10

Proqram təminatının və tətbiqinin istifadə olunması (O/S, Ofis proqramları). Rəqəmsal külliyyatın hazırlanması və idarəolunması. Rəqəmsallaşdırma və rəqəmsal məlumat bazası/yaddaş qurğusu üçün kitabxana sənədlərinin seçilməsi.

Kitabxana müdiri Əsas funksiyaları: daxil olan ədəbiyyatın qəbulunu və kitabxana fondunun

uçotunu aparmaq; kitabxana fondunun və kataloqlarının elmi əsaslarla təşkilini təmin etmək; informasiya daşıyıcılarının saxlanılmasını, sistemləşdirilməsini və yerləşdirilməsini təmin etmək; oxuculara göstərilən informasiya-biblioqrafiya və kitabxana xidmətini müntəzəm olaraq təkmilləşdirmək; multimedia materiallarının, elektron informasiya daşıyıcılarında (CD,DVD) olan dərsliklərin (dərslik komplektləri) və müxtəlif tədris ədəbiyyatının sistemləşdirilməsi və tədris prosesində istifadəsini təmin etmək; kurikulumun məqsədləri, kitabxana resursları və istifadə səviyyəsi arasında əlaqəni təmin etmək; interaktiv təlim üsullarını bilmək və onlardan kitabxana tədbirlərində istifadəni təmin etmək; məktəb kitabxanasında kompüter, printer və skanerlə təchiz olunmuş mediateka yaratmaq; professional biliklərini və iş bacarığını müntəzəm olaraq təkmilləşdirmək; müvafiq biblioqrafik göstəricilər, ədəbiyyat siyahıları hazırlamaq; oxucular üçün kitabxana dərsləri (kitabxana ilə tanışlıq) və kitabxanada (fakultativ) dərslər keçirmək; müxtəlif yaş qrupuna daxil olan istifadəçilər üçün müvafiq ədəbiyyatı və elektron informasiya resurslarını müəyyənləşdirmək; kitabxana resursları və informasiya texnologiyalarından istifadə etməkdə oxuculara köməklik göstərmək, oxucuların sifarişi əsasında lazımi informasiyanı onların elektron ünvanına göndərmək; hesabatlar və sənədlər hazırlayıb məktəb direktoruna təqdim etmək: mövcud formalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Respublika Elmi Pedaqoji Kitabxanasına göndərilən illik və statistik hesabatları hazırlamaq; respublikada çap olunan pedaqoji, psixoloji və tədris metodik nəşrlərin, habelə elektron resursların məcburi ödənişli nüsxələrini almaq; məlumat-biblioqrafiya aparatı yaratmaq; kitabxanaya daxil olan dövri nəşrlərin müvafiq təsnifata uyğun kartotekasını yaratmaq; məzmunca köhnəlmiş və ya istifadəyə tam yararsız ədəbiyyatın fonddan çıxarılmasını təmin etmək; kitabxananın iş rejiminə əməl etmək; texniki və yanğın təhlükəsizliyi, sanitar-gigiyenik normalara riayət etmək;

Bilməlidir: kitabxana işi sahəsinə aid hüquqi normativ aktları; təhsil müəssisəsinin inkişaf perspektivlərini, bu sahədə qanunvericiliyi, dövlət proqramlarını; müvafiq orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxanaşünaslıq və biblioqrafiyanı; oxuculara xidmət qaydalarını; kitabxana fondunun uçotunu və saxlanmasını; kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemini və kataloqun tərtibi qaydalarını; kitabxana-informasiya texnologiyaları sahəsində yeni bilikləri, informasiyanın axtarılması strategiyası və texnikasını, əmək qanunvericiliyinin əsaslarını.

Page 11: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

11

Kitabxanaçı

Əsas funksiyaları: Oxucuya lazım olan ədəbiyyatın seçilməsini təmin etmək; oxucuların yaşını, nəzərə alaraq sorğu və maraqlarını sistematik olaraq öyrənmək; müxtəlif yaş qrupuna daxil olan istifadəçilər üçün müvafiq ədəbiyyatı və elektron informasiya resurslarını müəyyənləşdirmək; multimedia materiallarının, elektron informasiya daşıyıcılarında (CD, DVD) olan dərsliklərin (dərslik komplektləri) və müxtəlif tədris ədəbiyyatının sistemləşdirilməsi, qorunması və tədris prosesində istifadəsini təmin etmək; kitabxana resursları və informasiya texnologiyalarından istifadə etməkdə oxuculara köməklik göstərmək, oxucuların sifarişi əsasında lazımi informasiyanı onların elektron ünvanına göndərmək; kitabxananın kitab fondunun düzülüşünü və saxlanılmasını təşkil etmək; kitabxana kataloqlarınnın təşkilində, ədəbiyyatın işlənməsində iştirak etmək; dərslik fondunun yaradılmasında və qorunmasında iştirak etmək; kitabxana fondunun mühafizəsi və uçotu üzrə iş aparmaq; kitabxananın iş rejiminə əməl etmək; məktəbin apardığı tədris və tərbiyə işlərinə kömək etmək; mütaliə mədəniyyətini formalaşdıran kitabxana-biblioqrafiya biliklərini şagirdlər arasında təbliğ etmək; maddi texniki təchizatı yaxşılaşdırmaq; kitabxananın perspektiv inkişaf proqramlarının və iş planlarının hazırlanmasında iştirak etmək; intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət edilməsinə nəzarət etmək.

Bilməlidir: kitabxana işi sahəsinə aid hüquqi normativ aktları; təhsil müəssisəsinin inkişaf perspektivlərini, bu sahədə qanunvericiliyi, müvafiq orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini; oxuculara xidmət qaydalarını; kitabxana-informasiya texnologiyaları sahəsində yeni bilikləri, informasiyanın axtarılması strategiyası və texnikasını, kitabxana fondunun uçotunu və saxlanmasını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; kitabxana işlərinin avtomatlaşdırma məsələlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını

Əsas kitabxana terminləri

Abonent (oxucu) nədir?

Kitabxana-informasiya xidmətindən istifadə edən kollektiv və ya fiziki şəxs. Abonement nədir? Oxuculara çap məhsullarından, yaxud hər hansı növ informasiya xidmətindən

kitabxanada və ya kənarda müəyyən müddətdə sərbəst istifadə etmək hüququ verir.

Abonement şöbəsi nədir?- Abonement şöbəsi müəyyən müddətə evdə istifadə etmək üçün oxuculara nəşrlər verir. Kitabxanadan götürülən nəşrlərdən istifadə müddətini kitabxananın istifadə qaydalarına əsasən müəyyən edir. Oxucuların istifadəsinə verilən bütün nəşrlərin oxucu formulyarında qeydiyyatını aparır.

Page 12: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

12

Abunə nədir?- Qeydiyyatdan keçməklə kitabxanadan kollektiv və fərdi istifadə hüququ.

Abunə kitabı nədir?- Kitabxanada abonentin (oxucunun) abunə nömrəsi və şəxsiyyəti haqqında

qeydiyyat aparılan sənəd. Abunə nömrəsi nədir?-

Oxucunun (abonentin) abunə kitabında qeydiyyat zamanı aldığı nömrə. Abunə qəbzi nədir?- Kitabxananın kitab və ya dövri nəşrlər almaq üçün əməkdaşlıq etdiyi

şirkətdən aldığı ödənişi (pul təhvil alınmasını) təsdiq edən sənəd. Ayırıcı nədir?- Çıxıntılı möhkəm materialdan hazırlanmış üzərində biblioqrafik qeydlər

(müəllifin soyadı, müəssisənin adı, mövzu və s.) göstərilən kartoçkalar. Ayırıcılar kataloqda və informasiya axtarışında lazım olan məlumatları tapmaq üçün tələbatçıları istiqamətləndirmək məqsədi daşıyır. Ayırıcılar kataloq yeşiyindəki digər kartoçkalardan hündür və formaca iki cür (ortadan çıxıntılı və eninə çıxıntılı) olur.

Baş Soraq kartotekası nədir?- Soraq-informasiya fondunun soraq aparatının tərkib hissəsi olan, müəyyən profil problemlərə və məsələlərə dair sənədlərin biblioqrafik informasiyalarını əks etdirən informasiya axtarışı sistemi.

Baş kataloq nədir?- Mübadilə və ehtiyat fondlar istisna olmaqla bütün kitabxana fondunu əks etdirən kitabxana kataloqu.

Başlıq nədir?- 1.Sərlövhə, məqalənin adı; əsərin, ya qəzetin başda yazılan qısa adı. Məqalənin başlığı. // Qəzetdə bir neçə məqalə üçün verilən ümumi sərlövhə. 2.Verilənlərin ötürülməsi sistemlərində -ötürülən məlumatda xüsusi idarəedici simvoldan sonra yerləşdirilən (qeyd edilən ) və ünvan funksiyasını yerinə yetirən simvolların ardıcıl sırası.

Baza kitabxana nədir? Kitabxana fəaliyyətini həyata keçirmək üçün lazım olan tam maddi-texniki şəraitə malikdir, tələbatçılara dolğun informasiya xidməti göstərir və cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə xidmət edir.

Bədii plakat nədir? Təbliğat və ya məlumat məqsədilə rəssam tərəfindən hər hansı ideya, bədii əsər və ya mövzuya aid çəkilmiş qısa mətnli, iri həcmli bədii rəsm.

Bədii qiraət nədir? Ədəbi əsərlərin (nəsr, poeziya, pyeslərdən monoloqlar) kütlə qarşısında oxunması. Bədii qiraətçi hər hansı ədəbi əsərin məzmununun açılışında özünəməxsus artistlik təxəyyülü, aydın tələffüz və s. bədii ifadə vasitələrinə əsaslanır.

Cild nədir? 1.Kitabın üzü, üz qabığı

Page 13: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

13

2.Böyük bir əsərin ayrı-ayrı kitab şəklində olan hissələrindən hər biri, həmçinin ayrıca kitab şəklində olan çap əsəri.

Cild kağızı nədir?- Cild üçün hazırlanan xüsusi qalın kağız. Cild-cild nədir? Cildlərlə, çoxlu sayda. Cildin bərpası nədir?

Üz qabığı müəyyən qədər və ya tamamilə yararsız olan, və (cildi güclü zədələnmiş, qaralmış, çatlamış, kövrəkləşmiş, islanmış və s.) öz funksiyasını yerinə yetirə bilməyən qiymətli və nadir nəşrlərin yenidən cildlənməsi

Coğrafi təyinedicilər nədir? Universal Onluq Təsnifatın köməkçi təyinedcilərindən biridir və əsərdəki

hadisələrin coğrafi hüdudlarını göstərir. Onlar kiçik mötərizə içərisinə alınaraq əsas indeksə birləşdirilir. Məsələn, (3) Qədim Dünya

Coğrafi kataloq nədir? Biblioqrafik yazıların sənədlərin nəşr yerinə uyğun olaraq əlifba sırası ilə

düzüldüyü kitabxana kataloqudur. Çap olunan yer nədir? Nəşrin çap olunduğu mətbəənin yerləşdiyi şəhər və ya rayon. Çap əsəri nədir?

Çap və basma üsulu ilə alınan poliqrafik istehsalat məhsulu. Çap əsərlərinə nəşrlər və müxtəlif çap nümunələri aiddir. Məsələn, blank, etiket, cədvəl, xəritə.

Çap məhsulunun dili nədir? Nəşrin əsas mətn hissəsinin dili. Çap məhsulunun nüsxəsi nədir? Çap olunmuş çox sayda predmetin biri. Çap vahidi nədir? Çap məhsullarının statik ölçü vahididir. Hər bir müstəqil poliqrafik çap

məhsulu: kitab, broşüra, qəzet, jurnal, vərəqli nəşr çap vahidi hesab edilir. Çap vahidi kimi bütün nəşrlərin və təkrar nəşrlərin hər bir cildi, buraxılışı, nömrəsi, tərcümə və yenidən işlənmiş nəşrlər qəbul olunur.

Çap vərəqi nədir? Standart kağız vərəqinin bir tərəfinin sahəsinə bərabər olan nəşrin həcminin

ölçü vahidi. Çoxcildli nəşr nədir? Məzmun və tərtibat baxımından vahid tam təşkil edən, iki və ya daha artıq

nəşr. Dastan nədir?

Şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrıdır. Azərbaycan ədəbiyyatında dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir

Page 14: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

14

ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.

Dezinfeksiya nədir? Sənədlərə ziyan verən göbələk və mikroskopik bakteriyaların məhv edilməsi. Kitabxanalarda bu əsasən kino və foto sənədlərinə aiddir ki, onların zədələnməsi zamanla tamamilə məhv olmasına səbəb olur. Fondun mühafizəsi üçün mikroorqanizmlərin zərərli təsirlərinin qarşısı fondsaxlayıcıda rütubət rejiminə və sanitar qaydalara riayət etməklə alınır.

Defis nədir? 1.İki söz arasında və söz hecalarını sətirdən sətrə keçirdikdə qoyulan kiçik xətt (-). 2. Biblioqrafik təsvirdə sahələr arasında qoyulan kiçik xətt.

Depozitar fond nədir? Məzmunca köhnəlmiş və az istifadə olunan sənədlərin saxlanıldığı fond; təşkilati baxımdan üç səviyyəsi vardır; sahəvi, respublika, vilayət, hər bir səviyyədə sahəvi ixtisaslaşma bölgüsü vardır (ictimai-siyasi, elmi, texniki, kənd təsərrüfatı, tibb ədəbiyyatı üzrə depozitar fond).

Depozitar kitabxanalar nədir? Dövlət kitabxanalarında oxucular tərəfindən nadir hallarda istifadə edilən, lakin elmi, tarixi və bədii əhəmiyyətini saxlayan nəşrlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada depozitar fondlara verilir.

Diyarşünaslıq kataloqu nədir? Diyarşünaslıq sənədlərini əks etdirən regional kitabxana kataloqu. Dövri nəşr nədir?

Bir qayda olaraq eyni formata, ada və tərtibata malik olan, hər il eyni miqdar nömrələrlə (buraxılışlarla) dərc edilən, məzmunca təkrar edilməyən nəşr; dövri nəşrlərə qəzetlər, jurnallar, dövri məcmuələr və bülletenlər daxildir.

Dövri mətbuat nədir? Vaxtdan, vaxta, dövri çıxan qəzet, jurnal və s.-nin ümumi adı.

Dublet nədir? Bir əşyanın, predmetin iki nüsxəsi. Məsələn, dublet kitab, dublet kartoçka

Dublikat nədir? Əsas sənədi əvəz edən ikinci nüsxə; kitabın, jurnalın, kartoçkanın, kağızın, lentin, fotonun, filmin və s. surəti .

Dublet sənəd nədir? Sənədin surətinin nüsxələrindən biri. Düzülüş indeksi nədir?

Kitabın, qəzetin, jurnalın oxu zalındakı açıq rəflərdə yerini bildirən KBT və UOT-a əsasən verilmiş şifrəsi.

Ensiklopediya nədir? Ensiklopediya biliklərin və təcrübi fəaliyyətin bir sahəsinə, yaxud bütün sahələrinə aid ümumiləşmiş əsas məlumatların əlifba qaydasında və ya

Page 15: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

15

sistematik qaydada yerləşdiyi, qısa məqalələr şəklində şərh edildiyi sorğu nəşri.

Ensiklopedik lüğət nədir? Elmin ayrı-ayrı sahələrinə dair lüğət şəklində əlifba qaydası ilə sistemə salınmış məqalələr toplusu.

Ensiklopedik nəşr nədir? Elmin ümumi və ya ayrı-ayrı sahələrini əhatə edən, mətnləri məqalə şəklində verilən, əlifba və ya sistemli qaydada düzülən universal və ya sahəvi sorğu nəşri.

Etajer(ka) nədir? Dirəklər üstündə duran rəflərdən ibarət mebel növü. Ədəbi almanax nədir?

Müxtəlif yazıçıların əsərlərindən ibarət qeyri-dövri məcmuə. Ədəbi –bədii nəşr nədir? Bədii ədəbiyyata dair əsərləri əhatə edən nəşrlər. Ədəbi dərnək nədir?

Ədəbi yaradıcılıqla məşğul olmaq üçün məşğələ. Vaxtaşırı bir yerə toplaşıb məşğul olan adamlar qrupu.

Ədəbi əsər nədir? Sosial əhəmiyyəti olan insan fikirlərinin yazılı forması. Orijinal yazılı ədəbi əsərlər dəyərindən və əhəmiyyətindən asılı olmayaraq belletristik, elmi, texniki və ya təcrübi xarakterli olur.

Ədəbi gecə nədir? Müəyyən ictimai, siyasi, ədəbi məsələlərə, görkəmli şəxsiyyətlərin xatirəsinə həsr olunmuş axşam yığıncağı.

Ədəbiyyatın çıxarılmasına dair akt nədir? Fonddan çıxarılan köhnə ədəbiyyat haqqında kitabxananın rəhbərliyi tərəfindən tərtib olunan sənəd.

Ədəbiyyatin köhnəlməsi nədir? Müəyyən ildə nəşr edilmiş sənədin, yaxud sənədlərin vaxt keçdikcə məzmun cəhətdən aktuallığını itirməsi və az istifadə edilməsi; ədəbiyyatın köhnəlməsi dövrü sənədlərin növlərinə, məzmun cəhətlərinə və sənədin xarakterinə (məs: nəzəri və metodik xarakterli elmi işlər, qabaqcıl təcrübə materialları və s.) görə fərqlənir.

Ədəbiyyat lüğəti nədir? Ədəbiyyata aid, müəyyən üslubla düzülən, mənası və ya tərcüməsi verilən və tələffüzü göstərilən sözlərin toplusudur. Lüğətlər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz əksini tapır və elmin normativ vəziyyətini əks edən mənbəyə çevrilir.

Ədəbiyyat sərgisi nədir? Müəyyən mövzuya, məsələyə aid olan, yaxud cari dövrdə nəşr edilmiş ədəbiyyatın oxucuların tanış olması və istifadə etməsi üçün təşkil edilən əyani təbliğat forması.

Page 16: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

16

Əlaqə təyinediciləri nədir? Universal Onluq Təsnifatın köməkçi təyinedcilərindən biridir və şərh edilən məsələlərin əlaqəsini göstərir. Əlaqə təyinediciləri, indekslər arasında qoyulan iki nöqtə ilə(:)işarə edilir. Məsələn, 5:6 texnika ilə təbiətşünaslığın əlaqəsini göstərir.

Əlamətdar günlər təqvimi nədir? İl ərzində müəyyən əlamətdar hadisələr və həmin hadisələrə aid məlumatlarla bağlı günlərin seçmə siyahısında ibarət illik təqvim.

Əlavə indeks nədir? Biblioqrafik təsvir zamanı kitabın əsas elm sahəsinin indeksindən başqa, ikinci elm sahəsinə aid aldığı indeks.

Əlavə kartoçka nədir? Kataloqda kitabın ikinci dərəcəli müəlliflərinə (digər müəlliflər, redaktor, tərtibçi, və s.) görə təsviri verilən kartoçka.

Əlavə təsvir nədir? Əlifba kataloqunda istifadə edilən köməkçi təsvirlərdən biridir. Əlavə təsvirlər şərikli müəlliflərə, tərtibatçılara, məqalələr məcmuəsinin redaktorlarına verilir. Kollektiv müəllifli sənədlərdə isə ikinci və üçüncü idarəyə (təşkilata) əlavə təsvir verilir. Sərlövhə üzrə əlavə təsvir o zaman tətbiq olunur ki, müəllif kitabın cildində verilməmiş olsun. Əlavə təsvirlər məlumat nəşrləri, müntəxəbat və digər kitabların sərlövhəsinə görə aparılır. Bu da əsərin sərlövhəyə görə axtarılmasını təmin edir. Əsas təsvir az miqdarda biblioqrafik məlumatları əhatə edir və təsvir ünsürləri kartoçkada əsas təsvirdən fərqli yerləşdirilir. Bu da onları əsas təsvirlərdən fərqləndirmək üçün oxuculara kömək edir. Məsul şəxslərə görə əlavə təsvir aşağıdakı formada verilir: Əlavə təsvirin başlığı. Əsas təsvirin başlığı. Əsas sərlövhə.-Nəşr haqqında məlumat. Nəşr yeri, nəşr tarixi. Dövlət standartında sərlövhəyə görə əlavə təsvir isə aşağıdakı qaydadadır: Əsas sərlövhə.-Nəşr haqqında məlumat.- Nəşr yeri, nəşr tarixi. Əsas təsvirin başlığı.

Əlifba ayrıcısı nədir? Əlifba kataloqunun kartoçkalarının düzülüşündə istifadə edilən ayrıc növü. Əlifba ayrıcı üç növdə olur; hərf, heca və söz. Heca ayırıcılardan konkret heca və ya bir neçə heca ilə başlanan təsvirləri ayırmaq üçün istifadə olunur, hərf və heca ayırıcıları adətən kiçik həcmli kataloqlarda tətbiq edilir. Bəzi müəlliflərin soyadlarını fərqləndirmək üçün söz çıxıntılı ayrıclardan istifadə olunur.

Əlifba kataloqu nədir? Sənədlərin müəlliflərin familiyaları, idarə və təşkilatların adları, kitabların sərlövhəsi əsasında əlifba sırası ilə yerləşdirildiyi kitabxana kataloqdur.

Page 17: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

17

Əlifba-Predmet Kataloqu nədir? 1.Predmet rubrikalarının və yarımrubrikalarının adlarını və onlara uyğun olan biblioqrafik informasiyaları əks etdirən sadə informasiya axtarışı sistemi. 2.Biblioqrafik qeydlərin (fərdi müəlliflərin familiyaları, kollektiv müəlliflərin adları və ya sərlövhə) əlifba sırasına görə təşkil olunduğu bir kitabxana kataloqudur.

Əlifba sırası ilə düzülüş nədir? Sənədlərin və ya biblioqrafik təsvirlərin müəllifin soyadına, adına və ya sərlövhəsinə görə əlifba sırası ilə nizamlı düzülüşüdür.

Əlifba sırası ilə yığma nədir? Kitabxanada sənədlərin müəllifin adına, soyadına görə eləcə də kitabın və ya məqalənin başlığına görə geniş yayılmış düzülüş qaydası

Əlifba sırası ilə nömrələnmiş kataloq nədir? Kataloq qutularının əlifba sırası ilə düzüldüyü kitabxana kataloqu.

Əsas təsvir nədir? Əsas təsvir sənəd haqqında biblioqrafik məlumatları özündə əks etdirir, sənədləri bir-birindən fərqləndirməyə imkan verir, kitabın məzmununu, oxucu məqsədini müəyyənləşdirir və kitabxana kataloq və kartotekalarının tərtibində əsas mənbə kimi istifadə edilir.

Əsas titul vərəqi nədir? Nəşrin eynilləşdirilməsi üçün əhəmiyyətli olan çıxış məlumatlarını özündə əks etdirən və biblioqrafik təsvirin tərtib edilməsində əsas mənbə sayılan titul vərəqi.

Əyani vəsait nədir? Tədris prosesində istifadə olunan əlavə vasitələr. Əyani vəsaitlər iki əsas funksiyanı yerinə yetirir: əyani görüntü vasitəsi və məlumat mənbəyi. Əyani vəsaitlər yazılı, təbii və təsviri, yəni məxsusi tədris məqsədilə yaradılmış vəsaitlərə bölünür. Natural obyektləri və təsviri birləşdirən kombinə edilmiş əyani vəsaitlər xüsusi növ təşkil edir.

Fandrayzinq nədir? (İngilis sözü olub - fandraising- iki sözün : maliyyə imkanları və artırmaq, birləşməsindən ibarətdir.) Kitabxanalar üçün fandrayzinq əlavə maliyyə mənbələrinin axtarılması və istifadəsi deməkdir. Həmçinin vəsait yığımı kimi adlandırılan fandrayzinq, hər hansı bir xüsusi səbəbə görə pul yığmaq deməkdir.

Fond nədir? Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlanması üçün nəzərdə tutulan nizamlanmış məcmusu.

Fond ballastı (artıq yük) nədir? Fondun kitabxana üçün elmi, məlumat və praktiki əhəmiyyətini itirmiş hissəsidir. Buraya köhnə və qədim kitablar, təmir və bərpa oluna bilməyən

Page 18: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

18

çap əsərləri, nəşriyyat və ya poliqrafiya defekti olan nəşrlər daxildir. Mütəmadi olaraq fonddan silinir və kənarlaşdırılır.

Fondun balans dəyəri nədir? Kitabxana fondunun mühasibat uçotunda göstərilən dəyəri. Ayrı-ayrı partiyalarla daxil olan sənədlərin dəyəri əsasında mühasibat uçotunun aparılması qaydaları ilə təyin olunur.

Fondun dəstləşdirilməsi - Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı proseslərinin məcmusu.

Fondun dolğunluğu nədir? Kitabxananın real potensial istifadəçilərinin sorğusuna əsasən kitabxananın sənədlər toplusunun uyğunluq dərəcəsini xarakterizə edən fondun xüsusiyyəti.

Fondun dövriyyəsi nədir? Kitabxana statistikasının göstəricisi: il ərzində kitabxana fondunun həcminə görə bölünən kitab verilişinin miqdarına əsasən hesablanır. Kitabxana fondundan istifadə dərəcəsini xarakterizə edir. Tədavül (dövretmə) göstəricisi fondu analiz etmək və komplektləşdirmə siyasətində dəyişiklik etmək üçün istifadə olunur.

Fondun düzülüşü nədir? Sənədlərin formasına, tərkibinə və oxucu istiqamətinə görə seçilərək stellajlarda yerləşdirilməsi qaydasıdır. Fondun düzülüşü aydın olmalı, kitabsaxlayıcının sahəsindən səmərəli istifadə olunmalıdır. Fondun daha çox istifadə edilən hissələri kitab verilişi yerinə yaxınlaşdırılmalıdır. Fond saxlayıcı üçün düzgün qayda – qanun yaradılmalıdır.

Fondun fərqli uçotu nədir? Hər bir sənədin kitabxana fonduna daxil olandan çıxana qədər tarixini izləməyə imkan verən uçot formasıdır. Eləcə də sənədin fondda olması və ya olmaması səbəbini müəyyən edir. Fərqli uçotun formaları: kitab, kartoçka, vərəq və kompüter formasında olur. Kitab- qeydiyyatının əsas sənədi kitabxanya daxil olan bütün sənədlərin siyahısını göstərən inventar kitabıdır. Ona əsasən hər bir kitabın qiyməti və fondun ümumi dəyəri təyin olunur, kitabxana fondunda yoxlama aparılır.

Fondun formal düzülüşü nədir? Sənədlərin formal əlamətlərinə əsaslanan düzülüşdür: ölçüsünə (format), müəlliflərinin və başlıqların əlifba sırasına, nəşr yerinə, fonda daxil olma ardıcıllığına. Bu qrup düzülüşə: əlifba, coğrafi, inventar, nömrəli, formatlı, xronoloji və dil düzülüşü aiddir. Böyük kitabsaxlayıcılarda, spesfik xüsusiyyətlərinə görə xarakterizə olunan nəşr fondlarında istifadə edilir. Nəşrlərin tapılmasında formal qaydaların çoxu qabaqcadan kitabxanadakı kataloqlarda onların şifrəsinin təyin edilməsini tələb edir.

Page 19: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

19

Fondun gigiyenası nədir? Fondsaxlayıcıda münasib fiziki-kimyəvi və bioloji rejimə riayət etmək. Kitabxana fondunun bioloji ziyanvericilərin məhvedici təsirlərinə davamlılığını təmin edən tədbirlərdir.

Fondun həcmi nədir? Kitabxana fondunun əsas göstəricilərindən biridir. Kitabxananın məlumat potensialını və əhalinin kitabla, eləcə də digər informasiya mənbələri ilə təminatını xarakterizə edən əsas göstəricidir.

Fondun hərəkəti nədir? Müəyyən zaman ərzində kitabxana fondunda yerdəyişən və çıxan sənədləri əks etdirir. Sənədlərin qeydə alınmasının ümumiləşdirilmiş göstəricisidir və fonda daxil olan sənədləri əks etdirir.

Fondun inventerizasiyası nədir? Kitabxana fondunun fərdi uçot növüdür. Kitabxanaya daxil olan hər bir nüsxə uçot sənədində qeydə alınır və inventar nömrəsi alır.

Fondun pertinentliyi nədir? Faktiki informasiya tələbatçısının məlum (uzunmüddətli) sorğusuna cavab olaraq informasiya axtarış sistemindən alınan sənədlərin tərkibinin (faktoqrafik qeydlər) şəxsin əsl tələbatına uyğun gəlməsi.

Fondun rekomplektləşdirilməsi nədir? Yenidən komplektləşdirmə-kitabxana fondunun öz aktuallığını itirmiş və ya müvafiq fond üçün əhəmiyyətli olmayan nəşrlərdən təmizlənməsi prosesidir. Rekomplektləşdirmənin əsası: sənədin daşıyıcı materialının köhnəlməsi (yəni, dağılması, boşalması və s.) sənəddə informasiyanın təbii köhnəlməsi, tələbatda dəyişiklik, sənədlərin fonda daxil edilməsində buraxılmış səhvlər, əldə edilmiş sənədlərin saxlanması üçün avadanlığın məhdudluğu, sənədin itməsi və ya zədələnməsi. Mütləq nüsxələr, depozitar (bax: depozitar fond) və repozitar (bax: repozitar fond) fondun sənədləri fonddan silinmir.

Fondun relevantlığı nədir? Fondda olan sənədlərin məzmununun kitabxana istifadəçilərinin sorğusuna

uyğun olması. Fondun summar uçot kitabı nədir?

Kitabxanaya daxil olan və çıxan sənədlərin sayı və dəyəri haqqında məlumatları əks etdirən qeydiyyat sənədi. Eləcə də müntəzəm olaraq fondun hərəkətinin nəticəsini göstərən sənəd. Summar uçot kitabının köməyi ilə fonddakı say dəyişiklikliyinə və fondun komplektləşdirilməsində effektiv mənbələrdən istifadəyə nəzarət edilir. Kitabxana fondunun summar uçotu kitabxana fondunun summar uçot Kitabında yerləşir və ya kitabxanada qəbul olunan hər hansı başqa informasiya daşıyıcısında yerləşdirilə bilər. Elmi, sahəvi, tədris kitabxanalarında müxtəlif uçot formalarından istifadə olunur. Uçot texnologiyasında kompüterlərdən, ştrix kodlardan, sənədlərin ştrix indikatorundan istifadə edilir (İSBN, İSSN).

Page 20: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

20

Fondun tamlığı nədir? İstifadəçilərin sorğusunu təmin edən keyfiyyət əmsalıdır. Təmin olunan sorğuların sayının fondun ümumi sayına olan münasibəti ilə təyin olunur. Fondun tamlığı, istifadəyə hazırlığı, sənədlərin uzun ömürlülüyü və təmirə yararlılığı ilə determinasiya olunur.

Fondsaxlayıcının tutumu nədir? Saxlanılan cildlərin sayına əsasən fond saxlanılan yerin həcminin miqdar xarakteristikası. Həmin sahənin ölçüsünə və stellajların tipinə görə sənədlər verilmiş sistem üzrə düzülür.

Fondun yenilənməsi nədir? Yeni sənədlər almaqla, profilə uyğun olmayan artıq nüsxələrin çıxarılması yolu ilə kitabxana fondunun məzmununun və xronoloji tərkibinin dəyişdirilməsi. Təhlil müddətində fondun yenilənməsinin intensivlik dərəcəsinin dəyişilməsinin statistik göstəricisi “fondun yenilənməsi”dir. (Təhlil müddətində daxil olan sənədlərin həcminin təhlil dövrünün sonunda olan fondun həcminə münasibəti ilə hesablanır). Fonda yeni daxil olan sənədlərin həcminə nəzarət etməyə imkan verir. Müxtəlif fondlar üçün (daimi saxlanılan sənədlərdən başqa) dəyişilmə göstəricisi 10 ildən 30 ilə qədərdir. Tam yeniləşmə müddəti onun tempindən asılıdır.

Fondun yoxlanılması aktı nədir? Fondun yoxlanılması qurtardıqdan sonra hazırlanan xüsusi formalı yekun sənəd. Akt tərtib edilərkən mühasibat tərəfindən hesaba alınan qiymətli əşyaların yoxlanıldığı və aktın təsərrüfat əhəmiyyəti nəzərə alınır. Yoxlamanın nəticələri aktda aydın və dəqiq şəkildə yazılır, çatışmayan və itmiş kitabların miqdarı, qiyməti kitabxana fondunun ümumi uçotu, kitabxananın məxaric hissəsində qeyd etdirilir. Bundan sonra ümumi uçot kitabının mədaxil və məxaric hissələrinin arasında olan fərq aktın yekunlarına uyğun gəlməlidir, yəni fondun faktik vəziyyəti əks etdirilməlidir.

Fondun vertikal yerləşdirilməsi nədir? Vertikal çoxşaxəli fondsaxlayıcılarda fondun düzülüşü. Vertikal düzülüş fondların maksimum ölçüdə yerləşdirilməsini təmin edir. Şaquli yerləşdirmə daha çox böyük və orta ölçülü kitabxana fondlarının yerləşdirilməsində istifadə olunur. Bu cür saxlayıcılar kitabxananın digər otaqlarından ayrıca yerləşir və onunla əlaqə yeraltı keçid və ya xüsusi nəqliyyat vasitəsilə mümkün olur.

Fonoteka nədir? Müxtəlif, bəzən də nadir səs yazı materiallarının (qrammafon plastinkaları, maqnitafon lentləri, videodisk, kinolent və s.) xüsusi şəraitdə saxlanıldığı və istifadəçilərin sərəncamına verildiyi yer, kitabxana fondunun müvafiq bölməsi.

Forma təyiediciləri nədir? Universal Onluq Təsnifatın köməkçi təyinedcilərindən biridir. Forma təyiedciləri sənədin məzmuna görə formasını müəyyən edir və mötərizə içərisində yazılır və əsas indeksdən sonra qoyulur. Əsas forma

Page 21: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

21

təyinedicilərinə misal olaraq məsələn, (02) Rəhbər materiallar, (03) Ensiklopediyalar - 335 (3) Hərbi işə dair ensiklopediya, 63(3) Kənd təsərrüfatına dair ensiklopediyalar göstərmək olar.

Formata görə sənədlərin düzülüşü- Kitabxana stellajlarının və şkaflarının səmərəli istifadə edilməsi məqsədilə sənədlərin formatına görə (sənədin hündürlüyü) fondda yerləşdirilməsi növü. Adətən bu cür yerləşdirmə fondun əlifba, inventar və indeksə görə düzülüşü zamanı tətbiq olunur.

Formulyar nədir? 1.Hər hansı bir qurğu, mexanizm və s. haqqında əsas məlumatlar yazılan, onun işlənməsi, xarab olması, təmiri və s. müntəzəm surətdə qeyd olunan xüsusi dəftər və ya blank. 2.Kitabxana kitablarının içinə qoyulan, habelə oxucuların onlardan istifadə etməsi haqqında orada qeydlər edilən uçot kartoçkası. Kitabın formulyarı. Oxucu formulyarı.

Xronoloji düzülüş nədir? Sənədlərin nəşr ilinə görə düzülüşü. Xronoloji kataloq nədir?

Biblioqrafik qeydlərin sənədlərin nəşr edildiyi və ya ilk dəfə dərc edildiyi illər üzrə yerləşdiyi kitabxana kataloqu.

Xronoloji təyinedicilər (zaman təyinediciləri) nədir? Universal Onluq Təsnifatın ümumi təyinedicilərindən biri. Zaman təyinediciləri dırnaq içərisində yazılan rəqəmlərdən ibarət olur. Məsələn: Bizim eramıza qədərki dövr – “ - ”; Bizim era - “+”; əsrlər: “XII”, “XIII”, “XX” və s. Daha sonra burada illər, aylar, fəsillər və s. xronoloji anlayışların indeksləri verilir. Məsələn, “Azərbaycan antik dövrdə” kitabının tam indeksi belə olmalıdır: (479.24) “- ”

Xülasə (qısa icmal) nədir? Müəyyən mətnin (elmi, məqalə, elmi məruzə və s.) məzmunca ən vacib hissələrini, nətcələrini əks etdirən və onunla birlikdə verilən mətn; adətən əsas mətnin dilində deyil, başqa dildə verilir.

İfadəli qiraət nədir? Ədəbi qiraət normalarına riayət edib, ucadan (əzbər və ya kitabdan) oxu üsulu ilə mətnin ideya-obraz məzmununu vermək; sözü bədii şəkildə ifadə etmək məharəti.

İkirəqəmli müəllif cədvəli nədir? Fondda ədəbiyyatı əlifba sırası ilə düzərkən yaranan çətinliyi aradan qaldırmaq məqsədi ilə müəllif işarəsindən istifadə edilir. Müəllif işarəsi - əsərin müəllifinin, yaxud kitab sərlövhə ilə verilibsə, sərlövhənin birinci sözünün ilk hecasına görə təyin edilən rəqəmdir. Kitablar təsnifləşdirilərkən indekslə yanaşı, müəllif işarəsi də alırlar. İkirəqəmli cədvəldə sağ və sol sütunda hərflər, ortada isə rəqəmlər yazılır. Bu rəqəmlər hər iki tərəfdə yerləşən hərflərə aid olur.

Page 22: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

22

İllüstrasiya nədir? Sənədin səhifələrində (vərəqlərində) yerləşdirilmiş, onun paqinasiyasına daxil edilmiş, əsas mətni izah edən və ya tamamlayan qrafik təsvir.

İndeksləmə nədir? Məlumat axtarışını sürətləndirmək üçün indekslər yaradılması.

İnisiallar nədir?- 1.Adın, soyadın və atanın adının baş hərfləri. 2.Hər hansı adın və ya söz birləşməsinin baş hərfləri.

İnventar nədir? 1.Bir müəssisəyə, idarəyə, təşkilata məxsus olan avadanlığın, ləvazimatın və s.-nin məcmusu.

İnventar nömrəsi (kitabın) nədir?- Kitabxanaya daxil olan sənədlərin inventar kitabına yazılmasını bildirən sıra

nömrəsidir. Kartoçkada göstərilən inventar nömrələri mövcud kitabın nüsxə etibarilə miqdarını tezliklə aydınlaşdırmağa imkan verir. İnventar nömrəsi baş əlifba kataloqu kartoçkasının arxa tərəfində verilir. Lakin bu qayda inventar-format düzülüşə malik olan kitabxanalarda tətbiq olunmur. Belə ki, burada inventar nömrəsi eyni zamanda şifrə kimi istifadə edilir.

İnventar siyahisi nədir? – Əsas vəsaitlərin yerləşməsinin obyekt uçotu üzrə məlumatlarının qeyd olunduğu vahid formadır.

Kartoteka nədir? Müəyyən sistem üzrə yığılmış məlumat ya uçot mahiyyətli kartoçkalar toplusudur. Kartotekalar kitabxanalarda dövrü nəşrlər, jurnal və qəzet fondunu açmaq məqsədilə yaradılır.

Kataloq (kartoteka) üçün göstərici nədir?- Kataloqlarda və kartotekalarda informasiya axtarışının təşkil edilməsi üçün nəzərdə tutulan köməkçi aparatdır.

Kataloq indeksi nədir? Sistemli kataloqda müəyyən kataloq kartının yerləşdirilməli olduğu kataloq bölməsini göstərən təsnifat indeksi.

Kataloqlaşdırma nədir?– Kitabların və digər kitabxana materiallarının təsvir edilməsi prosesidir.

Kitabın beynəlxalq standart nömrəsi (İSBN) nədir? Hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrədir.

Kitabın inventar nömrəsi nədir? Kitabxananın əsas fondlarının saxlanmasına xidmət edən hər bir sənədə verilən nömrə. Kitabxanaya daxil olan bütün sənədlərə məcburi şəkildə (hədiyyə və ya alınma) inventar nömrə yazılır.

Kitabxana nədir? Elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli

Page 23: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

23

ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut;

Kitabxana işi nədir? Elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsi;

Kitabxanaçı nədir? Kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssis. Kitabxanaçı oxucularla (istifadəçilərlə) işləməklə bərabər, həm də informasiya mənbələri fondunu qaydada saxlayır. Kitabxanaçının əsas vəzifələrindən biri oxucu (istifadəçi) kitabxanada işləyərkən ona kömək etməkdir.

Kitabxananın abonenti nədir? Kitabxananın oxucusu (istifadəçisi) və ya kitabxana-informasiya xidmətlərindən istifadə edən müəssisə və ya fiziki şəxs.

Kitabxana biblioqrafiya təsnifatı (KBT) nədir? Kitab fondunun təşkil edilməsi üçün sənədlərin sistemləşdirilməsi cədvəlləridir. Bu cədvəllərin əsas vəzifəsi sənədlərin məzmununu açıqlamaq, onları elmi cəhətdən əsaslandırılmış dolğun biliklər sistemi şəklində təsvir etmək və bununla da oxucunun (istifadəçinin) kitabxana fondlarından istifadə etməsini maksimum asanlaşdırmaqdır.

Kitabxana fəaliyyəti nədir? Oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilən fəaliyyətdir.

Kitabxana fondu nədir? İctimai istifadə məqsədilə kitabxananın profilinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının məcmusu.

Kitabxananın inventar kitabı nədir? Kitabxanaya daxil olan bütün sənədlərin (alınma və ya hədiyyə) siyahıya alındığı qeydiyyat kitabıdır.

Kitabxana kataloqu nədir? Sənədlərin biblioqrafik təsvirlərinin müəyyən edilmiş qaydalara uyğun düzülmüş məcmusudur. Kitabxana kataloqları fondun tərkibini və məzmununu açır, informasiya, axtarış ideya tərbiyəvi və pedaqoji funksiyaları yerinə yetirir.

Kitabxananın kataloq və kartoteka sistemi nədir? Planlı şəkildə təşkil olunmuş, br-birinə bağlı olan, bir-birini tamamlayan

biblioqrafik kataloq və kartotekaların birləşməsi. Kitabxananın məlumat biblioqrafiya aparatının hissəsi.

Page 24: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

24

Kitabxanalararası abonement -(KAA) nədir? Fondda olmayan müəyyən sənədlərin başqa kitabxanaların fondlarından istifadə edilməsinə əsaslanan abonement.

Nömrəli kataloq nədir? Sənədlərə verilən nömrələrə əsasən biblioqrafik təsvirlərin yerləşdirildiyini

göstərən kitabxana kataloqu. Oxucu formulyarı nədir? Oxucunun abonement nömrəsi və şəxsiyyəti haqqında məlumatlar qeyd

olunur. Həmçinin abonement formulyarı ədəbiyyatın verilişi və iadə olunması haqqında qeydiyyat aparılır.

Oxucu kataloqu nədir? Kitabxananın oxucuların sərəncamına verilmiş kataloqu.

Onluq təsnifat (UOT) nədir? İyerarxik təsnifat sistemi. Bu sistemdə hər bir sinif ən çoxu on alt sinfə, bu sonuncuların da hər biri öz növbəsində on hissəyə bölünə bilər.

Ölkəşünaslıq kataloqu nədir? Hər hansı bir ölkəyə aid olan sənədləri əks etdirən regional kitabxana

kataloqu. Topoqrafik kataloq nədir? Biblioqrafik qeydlərin sənədlərin rəflərdəki düzülüş yerinə əsasən yığıldığı

kitabxana kataloqu. Plakat nədir?

Küçə və ya ictimai yerlərdə təbliğat, məlumat və ya reklam məqsədi ilə asılan qısamətnli iri şəkil, böyük elan.

Predmet kataloqu nədir? Biblioqrafik qeydlərin predmet rubrikalarının əlifba sırası üzrə yerləşdiyi kitabxana kataloqudur.

Regional kataloq nədir? Hər hansı bir regiona aid olan ədəbiyyatı göstərən kitabxana kataloqu.

Sistemli və ya mövzu düzülüşünə görə təşkil olunur. Sənəd nədir? 1.İnformasiya fəaliyyətində müəyyən vahid kimi baxılan yazılı

informasiyalar. 2.Zaman və məkan etibarilə ötürülmək üçün insan əməyi ilə yaradılan və informasiya mühafizə edən maddi obyekt. 3.İnformasiyanı yazılı formada mühafizə edən, müəyyən qaydada tərtib olunmuş və mövcud qanunçuluq əsasında hüquqi əhəmiyyət kəsb edən maddi obyekt. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: 1.Mətnli sənədlər- əlyazması, makina və komputer, kitab, jurnal, blanklar və s. formada olurlar; 2.Qrafiki və təsviri sənədlər- şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. 3.Audovüzal sənədlər- səs yazılışları, diopozotivlər, kinofilimlər formasında olurlar.

Page 25: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

25

Sərlövhə nədir? Sənəddə müəllifin və ya naşirin müəyyən etdiyi və ya təsdiq etdiyi, sənədin identifikasiya edilməsi və axtarışı üçün nəzərdə tutulan ad (söz, fraza, hərf, yaxud sözlər, frazalar və hərflər qrupu).

Sərgi nədir? Camaata göstərilmək üçün müəyyən qaydada qoyulmuş, ya asılmış eksponatlar və onların nümayiş etdirildiyi yer. Məsələn, kitab sərgisi, rəsm sərgisi

Sistemli kataloq nədir? Sənədlərin biblioqrafik təsvirlərinin müəyyən qəbul olunmuş təsnifata əsasən

elm sahələrinə görə yerləşdirilməsi. Stend nədir?

Nümayiş etdirmək üçün üzərinə eksponatlar qoyulan lövhə, dəzgah, piştaxta. Şifrə nədir? Çap əsərlərinin rəflərdə yerini müəyyənləşdirən işarədir. O, əlifba

kataloqunda əks etdirilən əsas və köməkçi təsvirlərin, habelə digər kataloq və kartotekaların üz tərəfində yuxarıda solda göstərilir.

Təsnifat indeksi nədir? Sənədin aid olduğu hər hansı təsnifat sisteminin bölgüsünün şərti işarəsi.

Toplu kataloq nədir? Bir neçə müstəqil kitabxana fondunu və ya regionların kitabxana şəbəkəsini

əks etdirən kataloq.

Bölmə II. Biblioqrafiya

Annotasiya nədir? Sənədin məzmununu, təyinatını, formasını, digər xüsusiyyətlərini izah edən qısa xarakteristikası. Annotasiya lakonik və konkret olmalı və lazım gələrsə, burada rəqəmlərdən, adlardan, faktlardan istifadə edilməlidir;

Annotasiyalı kartoçka nədir? Kitabda verilmiş annotasiya və ya xülasəni əks etdirir. Kartoçkanın alt

sahəsində annotasiyanın (xülasənin) mətni yazılır. Annotasiya oxucuya kitabın məzmunu haqqında qısa, dəqiq və tam informasiya verir.

Annotasiyalı kataloq nədir? Müəyyən qayda ilə tərtib olunmuş hər hansı bir şirkət və ya təşkilatın

məhsulları, tədris müəssisəsinin nəşrləri və ya yaradıcı şəxsin əsərləri haqqında qısa xülasə (şərh) ilə verilmiş siyahi.

Annotasiyalaşdırma nədir? Sənədin məzmununun qısa və sadə dildə izahıdır. Annotasiyada qəliz sözlərdən, mürəkkəb budaq cümlələrindən istifadə edilməməlidir.

Analitik təsvir nədir? Əlifba kataloqunda sənədin tərkib hissələrini xarakterizə edən köməkçi təsvir.

Analitik təsvirlərdə məcmuə, jurnal materiallarının, kitabın bölmə, fəsil, hissə

Page 26: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

26

və paraqraflarının təsviri nəzərdə tutulur. Hər bir sənədin əlifba kataloqunda tərkibcə əks etdirilməsi oxucuların informasiya –sorğu tələbatını tamamlayır və onların məlumat potensialını yüksəldir.

Analitik biblioqrafik təsvir nədir? Sənədin müəyyən hissəsini (bölməsini, fəslini, paraqrafını, məqaləni və s.)

əks etdirən biblioqrafik təsvir; quruluşu etibarilə iki hissədən ibarətdir: 1)Sənədin müəyyən hissəsi (məqalə, fəsli, paraqrafı və s.) haqqında biblioqrafik məlumat; 2) müəyyən hissənin dərc edildiyi ümumi sənəd (mənbə) haqqında məlumat; tərtibi qaydaları QOST 7.1-84-ə əsasən müəyyən edilir.

Annotasiyalı biblioqrafik vəsait nədir? Bu biblioqrafik vəsaitdə biblioqrafik qeydlərin hamısına və ya əksəriyyətinə onların annotasiyaları da daxildir.

Biblioqrafiya nədir? 1.Cəmiyyətdə biblioqrafik informasiyanın verilməsini təmin edən fəaliyyət; buraya biblioqrafiya işi, biblioqrafiyaşünaslıq, biblioqraf kadrların hazırlanması və idarəetmə işləri daxildir. 2.Biblioqrafik informasiyanın hazırlanmasını və tələbatçılara verilməsini təmin edən elmi –təcrübi fəaliyyət; bu mənada “biblioqrafiya” anlayışı “biblioqrafik fəaliyyət anlayışı ilə sinonimdir. 3.Sənədləri öyrənən və həmin öyrənmə nəticəsində onların nəticələrini xüsusi biblioqrafik vasitələrdə (ədəbiyyat göstəricilərində ) əks etdirən elm, yaxud kitabşünaslığın təsvirçilik sahəsi. 4.Biblioqrafik informasiya mənbəyi (konkret biblioqrafik göstəricilər, yaxud onların məcmusu); məsələn, “Əfqanıstan biblioqrafiyası”, dövri nəşrlərin biblioqrafiyası və s.

Biblioqraf nədir? Xüsusi biblioqrafik təhsilə malik olan kitabxana əməkdaşı. Sənədlər haqqında zəruri informasiya axtarmaqda kömək üçün biblioqrafa müraciət olunur. Biblioqraf kataloqlarla işləməyə kömək edir, zəruri informasiyanı daha sadə yolla necə tapmağı göstərir. Həmçinin biblioqraflar informasiya axtarışı zamanı istifadə etmək üçün ədəbiyyatın biblioqrafik siyahılarını, müxtəlif mövzular üzrə tövsiyə edilən biblioqrafik vəsaitləri tərtib edirlər.

Biblioqrafiyalaşdırma nədir? Biblioqrafik informasiyanın hazırlanması və biblioqrafik vəsait formasına salınması prosesidir.

Biblioqrafik axtarış nədir? Biblioqrafik verilənlərə əsasən kataloqda və ya kartotekada axtarılan informasiya.

Cari biblioqrafik vəsait nədir? Yeni nəşr olunmuş sənədləri müntəzəm və operativ qaydada əks etdirən dövri biblioqrafik vəsait.

Biblioqrafiyanın biblioqrafiyası nədir? Biblioqrafik vəsaitlər haqqında məlumat.

Page 27: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

27

Biblioqrafik diyarşünaslıq vəsaiti nədir? Ölkədə müəyyən ərazi (diyar) haqqında sənədləri əks etdirən biblioqrafik vəsait.

Biblioqrafik göstərici nədir? Müstəqil şəkildə nəşr edilən, konkret məqsəd və istifadəçi istiqaməti olan, müəyyən növ və məzmunlu sənədlərin biblioqrafik təsvirlərini, annotasiyalarını, yaxud referatlarını müəyyən düzülüş qaydasında əks etdirən, bəzən də yardımçı biblioqrafik aparatı (əlifba, predmet, adlar və s.) olan kitab tipli informasiya nəşrləri.

Biblioqrafik xidmət nədir? Tələbatçı sorğusunun qəbul edilməsi və ona lazımi biblioqrafik informasiyanın verilməsidir. Biblioqrafik xidmət iki formada həyata keçirilir: şifahi və yazılı.

Biblioqrafik xülasə nədir? Biblioqrafiyalaşdırma obyektləri olan sənədləri əlaqəli şəkildə səciyyələndirən biblioqarfik vəsaitdir.

Biblioqrafik informasiya nədir? Sənədlər haqqında xəbər vermək, onların axtarışı, tövsiyə edilməsi və təbliği məqsədilə yaradılan informasiyadır.

Biblioqrafik informasiyalaşdırma nədir? Oxuculara yeni, elmi və istehsalata dair sənədlər haqqında məlumat verməkdir. Biblioqrafik informasiyalaşdırmanın əsas məqsədi sorğu olmadan da və ya uzunmüddətli olan oxucu sorğularına mütəmadi biblioqrafik xidmətdir.

Biblioqrafik informasiya xidməti nədir? Fərdi (oxuculara, istifadəçilərə) və kollektiv (nazirlik, müəssisə və idarə) abonentlərə müəyyən profilə uyğun (konkret sorğular olmadan), yaxud daimi sorğular əsasında biblioqrafik informasiyanın seçilməsi və verilməsi prosesi; əsasən cari biblioqrafik informasiyaların hazırlanması və verilməsi əsasında icra edilir.

Biblioqrafik məsləhət nədir? Konkret sənəd mənbələrindən (biblioqrafik vəsaitlərdən, soraq kitabçalarından, dərsliklərdən və s.) istifadə olunmasını tövsiyə edən məsləhətdir.

Biblioqrafik siyahı nədir? Biblioqrafik təsvir qaydalarına müvafiq olaraq tərtib edilmiş sadə quruluşlu, köməkçi aparatı olmayan biblioqrafik vəsait.

Biblioqrafik təbliğat nədir? Çap olunmuş nəşrlər haqqında oxucuları qısa şəkildə təşviq etmək. Biblioqrafik təbliğat üç formada həyata keçirilir:-Tövsiyə təbliğatı-oxucuları davamlı sorğularına uyğun ən yaxşı ədəbiyyatla tanış etmək; Elmi-məlumat-xüsusi elm sahələrinə aid seçilmiş nəşr nümunələri ilə tanış etmək; Ümumi çap məhsullarından seçilmiş ədəbiyyatla oxucuları tanış etmək.

Page 28: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

28

Biblioqrafik təsvir nədir? Sənədin ümumi xarakteristikası və identifikasiyası məqsədilə müəyyən edilmiş qaydalar əsasında veriləcək biblioqrafik məlumatdır. Biblioqrafik təsvirin əsas məqsədi müəyyən sənədin başqa sənədlər kütləsində dəqiq və birmənalı eyniləşdirilməsini təmin etməkdən ibarətdir.

Biblioqrafik təsvirlərin tərtibi qaydası nədir? Sənədin, onun bir hissəsinin və ya sənədlər toplusunun biblioqrafik təsvirlərinin tərtibi qaydalarına-biblioqrafik təsvirin ünsürləri və sahələrin məcmusu, onların ardıcıllıqla verilməsi, ünsürlərin düzgün təqdim edilməsi ixtisarların düzgün verilməsi qaydaları daxildir. AZS 754-2013 “İnformasiya, kitabxana və nəşriyyat işi üzrə standartlar sistemi. Biblioqrafik yazı. Biblioqrafik təsvir. Ümumi tələblər və tərtib qaydaları” dövlət standartı ilə müəyyən edilir.

Biblioqrafik təsvir sahəsi nədir? Biblioqrafik təsvirin eyni mahiyyətə və təyinata malik olan, şərti olaraq nöqtə “.” və tire “-” işarəsindən əvvəl gələn elementlər qrupudur. Biblioqrafik təsvirin tərkibinə aşağıdakı sahələr daxildir: 1-sərlövhə və məsuliyyətlik haqqında məlumat; 2-nəşr sahəsi; 3-xüsusi məlumatlar sahəsi; 4-buraxılış məlumatları sahəsi; 5-fiziki xarakteristika sahəsi; 6-seriya sahəsi; 7-qeyd sahəsi; 8-standart nömrə (və ya onun alternativi) və əldə olunma şərtləri sahəsi.

Biblioqrafiyaşünaslıq nədir? Biblioqrafik informasiyanın quruluşunu və xassələrini, onun yaradılması, yayılması və istifadəsi proseslərinin qanunauyğunluqlarını öyrənən ictimai elm; hazırda ümumi və xüsusi (sahəvi) biblioqrafiyaşünaslıq fərqləndirilir; ümumi biblioqrafiyaşünaslıq çərçivəsində aşağıdakı nisbi müstəqil fənlər ayrılır; biblioqarafiya nəzəriyyəsi və tarixi, biblioqrafik fəaliyyətin təşkili və metodikası; xüsusi biblioqrafiyaşünaslıq biblioqrafik fəaliyyətin müəyyən istiqamətlərini, nəticələrini və proseslərini öyrənir; məsələn, sahəvi, tövsiyə biblioqrafiyaşünaslığı, biblioqrafik mənbəşünaslıq, biblioqrafiyalaşdırma metodikası və s.

Bibliometriya nədir? Bibliometriya riyazi və statistik üsulların tətbiqi ilə kitabların, dövrü mətbuatın və digər informasiya yüklü materialların öyrənilməsi metodudur. Bu informasiya ölçü vahidi elmi informasiyaların istifadə və tətbiqini, yayılmasını öyrənmək, həmçinin sənədin hərəkəti və müvafiq kəmiyyət təhlili baxımından xüsusi əhəmiyyətə mailkdir.

Bibliopegist nədir? Kitab cildləyən. Retrospektiv biblioqrafik vəsait nədir?

Hər hansı tarixi dövrə aid sənədlər massivini əks etdirən biblioqrafik vəsait.

Page 29: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

29

Bölmə III.İnformatika

Ana səhifə nədir?

İnternet resursda ilkin, əsas səhifə. Antivirus nədir?

Kompüter virusunu axtarıb tapan və ya ləğv edən proqram. Əgər virusu ləğv etmək mümkün olmazsa virus keçmiş (zədələnmiş) proqramın özü yox edilir.

Audiovizual sənəd nədir? Təsviri və (və ya) səs informasiyasından ibarət olan, bərpa edilməsi müvafiq avadanlıqdan istifadə olunmasını tələb edən sənəd. Audiovizual sənədlərə qrammofon valları, maqnit fonoqramları, diapozitiv materiallar və ensiz plyonkaya çəkilmiş kinofilmlər, video kasetlər, CD-rom qurğuları aiddir.

Avtomatlaşdırılmış informasiya-axtarışı nədir? Müəyyən informasiyaları mühafizə edən sənədlərin, yaxud sorğuya uyğun

olan faktların axtarılması məqsədilə yerinə yetirilən formalaşdırılmış ardıcıl əməliyyatlar; iki əsas əməlliyyatdan ibarətdir: 1) indeksləşdirmə; 2) sənədlərlə, faktlarla sorğu arasında semantik uyğunluğun tapılması.

Avtomatlaşdırılmış kataloqlaşdırma nədir? Elektron hesablama maşını və təşkilat texnikası vasitəsilə biblioqrafik

təsvirlərin, çap kataloqlarının və digər tip biblioqrafik vasitələrin hazırlanması metodları və texnologiyası.

Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi (AKİS) nədir? Müəyyən bir kitabxanada, yaxud kitabxana şəbəkəsində kitabxana –

informasiya proseslərinin tam və ya qismən avtomatlaşdırılmasını təmin edən informasiya, riyazi-proqram, texniki və təşkilat vasitələrinin kompleksi.

Avtomatlaşdırılmış kitabxana prosesləri nədir? Oxucuların sorğularının obyektiv və operativ ödənilməsini tam təmin etmək

məqsədilə kitabxana proseslərinin qismən və ya tamamən avtomatlaşdırılması.

CD-ROM nədir? Böyük həcmli informasiyanın saxlanması və oxunması üçün nəzərdə tutulan

daimi yaddaşlı kompakt disk. Diafilm nədir?

Rulon fotoplyonkası kəsiyində və ya kadrda rəngli, yaxud ağ xəyalı əks etdirən mikrodaşıyıcı.

Diaskop nədir? Sabit, tərpənməz olan şəffaf və tutqun informasiya daşıyıcılarıında (kinolent, diapozitiv və s.) əks etdirilmiş xəyalı ekranda göstərən proyeksiya aparatı.

Disk nədir? Metaldan və ya plastik kütlədən hazırlanmış, səthi maqnit materialı ilə örtülmüş dairəvi lövhə. İnformasiya bu lövhənin üzərinə sektorlara bölünmüş konsentrik cığırlar şəklində yazılır.

Page 30: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

30

Disket nədir? Terminal avadanlıqlarında və fərdi elektron hesablama maşınlarında istifadə edilən kiçik formatlı plastik materialdan hazırlanmış və informasiyanın saxlanması üçün istifadə edilən elastik disk.

Displey nədir? 1.Verilənlərin vizual formada elektron hesablama maşınına daxil edilməsini, alınmasını, istifadəçi ilə sistemin dialoq rejimində əlaqəsini təmin edən daxiletmə-xaricetmə qurğusu. 2.Elektron-şüa cihazının ekranında informasiyanın (mətn, cədvəl, şəkil, çertyoj və s. şəklində) vizual əks etdirən qurğu.

Domen nədir? Ölkələrin İnternet Kodları. Ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166-1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodundan istifadə etməyə icazə verir, məsələn Avstriya (at) və Kokos adaları (cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco - təbiəti sevənlər.

Elektron kataloq (EK) nədir? 1.Avtomatlaşdırılmış kitabxana-informasiya sistemində əlaqədar kitabxananın, yaxud kitabxanaların fondlarında olan sənədlərin və ya onların müəyyən hissəsinin biblioqrafik məlumatlarını maşın informasiya daşıyıcılarında mühafizə edən və sənədlərlə bağlı proseslərin (informasiya axtarışı, biblioqrafik arayışların və göstəricilərin hazırlanması, çap kataloqlarının alınması, statistik təhlil və s.) avtomatlaşdırılmış rejimlərdə həll edilməsinə imkan verən axtarış sistemi. 2.Real vaxt rejimində işləyən və oxucuların sərəncamına verilmiş maşınla oxunan kitabxana kataloqu.

Elektron kitab nədir? Lisenziyası olan və ya olmayan, axtarış imkanları üstünlük təşkin edən mətnlərə malik, çap kitabına (monoqrafiya) oxşar kimi də istifadə olunan rəqəmsal sənəd.

Elektron kitabxana nədir? Yaradılmasında verilənlərin və informasiyanın toplanması, icmalı və ötürülməsi üçün informasiya telekommunikasiya texnologiyalarından istifadə edilən kitabxana. Çap, audiovizual və elektron materialların saxlanması üçün nəzərdə tutulmuşdur. Elektron kitabxananın infrastrukturu məlumatın ötürülməsi üçün İnternetə müraciət imkanına malikdir.

Page 31: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

31

Elektron nəşr nədir? 1.Redaksiya-nəşriyyat işlənməsi mərhələsindən keçmiş, dəyişdirilmədən yayılmaq üçün nəzərdə tutulmuş, çıxış məlumatları olan elektron sənəd və ya elektron sənədlər qrupu. Elektron sənədlərə aşağıdakılar aiddir: elektron kitablar,elektron məqalələr və göstəricilər, yeniliklərin göndərilmə ünvanlarının və qruplarının siyahıları, rəqəmsal şəklə salınmış video və audiomateriallar, elektron materialların digər müxtəlif növləri. 2.İnformasiyanın elektron vasitələrdə (Disk, disket, CD, CDR və s.), maşında oxunan formada hazırlandığı və yayıldığı nəşrlər.

Elektron poçt nədir? 1.Qlobal elektron maşın şəbəkələrində hər bir abonentə (istifadəçiyə) verilən müəyyən kod əsasında bütün abonentlərin lazımi hallarda bir-birilə informasiya əlaqəsinin və mübadiləsinin təşkili; mərhələləri: elektron məktubun hazırlanması, məktubun koda uyğun olaraq müəyyən abonentə göndərilməsi, məktubun kənar təsirlərdən qorunması, alınmış məktubun mühafizəsi və yaxud ləğv edilməsi 2.Mətn və ya səs şəklində məlumatların kommunikasiya və kompüter sistemlərinin köməyi ilə kompüterlər arasında ötürülməsi sistemi (müxtəsər adı – email). 3.Hesablama sistemlərinin istifadəçiləri arasında məlumatların göndərilməsi sistemi. Bu sistemdə məlumatların saxlanması və göndərilməsi ilə əlaqədar bütün funksiyaları kompüter öz üzərinə götürür.

Elektron resurslar nədir? Bərk disk, disket, CD-ROM və digər ikinci dərəcəli yaddaş qurğularında rəqəmsal formatda saxlanılan hər hansı informasiya materialı.

Fayl nədir? İnformasiyanın diskdə tutduğu yerdir.

İnternet nədir? Bir neçə kompüterlər sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.

İnternet portal nədir? Müxtəlif xidmətləri birləşdirən böyük sayt.

İP-ünvan nədir? İnternet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. (aypi-ünvan, ingilis dilindəki Internet Protocol Address sözlərinin qısaltmasıdır) İnternet sistemində kompüterlər iki variant ünvana malikdirlər: rəqəm IP-ünvanı və simvolik domen ünvanı.

Klaviatura nədir? Simvolların kompüterə əl ilə daxil edilməsi üçün qurğu. Fərdi kompüterin standart klaviaturası 101 klavişdən ibarətdir. Onlar funksional klavişlərə, rəqəmsal klaviaturaya, idarəedici klavişlərə və mətnin daxil edilməsi üçün klaviaturaya bölünür.

Page 32: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

32

Kursor nədir? Mətn kursoru və maus kursoru fərqləndirilir. Mətn kursoru ekranda sayrışan simvoldur (adətən şaquli xətt). Bu simvol ekrana növbəti simvolun daxil ediləcəyi yeri göstərir. Maus kursoru mausun ekranda hərəkətini və onun köməyi ilə aparılan əməliyyatları əks etdirən qrafik nişandır (çox vaxt ox şəklində olur).

Maus nədir? Kursorun mətn və ya qrafik ekranda yerdəyişməsinin idarə olunmasına xidmət edən göstərici qurğu.

Modem (modulyator demodulyator) nədir? Rəqəmsal siqnalları analoq audiosiqnallara çevirən, onları telefon rabitə xətləri ilə başqa kompüterlərə ötürən və onlardan bu cür siqnalları qəbul edən qurğu. Modemlərdə çağırılan ünvan sahibi haqqında informasiyanın verilməsi üçün müəyyən komandalar toplusundan istifadə edilir.

Monitor nədir? Kompüter sistemində verilən məlumatların təsvir edilməsi üçün istifadə olunan elektron şüa borusudur.

Portal nədir? İnternet resurslarından baş çıxarmağa imkan verən, bu sistemə optimal, səmərəli daxil olmaq və çıxmaq imkanlarını nəzərdə tutan, sonradan digər oxşar portallara elektron istinadlar edilən və zəruri hallarda virtual məsləhətlər verən rahat sorğu-axtarış sistemi.

Printer nədir? Çap qurğusudur. Prosessordan çıxan kodlaşdırılmış informasiyanı kağız üzərində oxumaq üçün münasib formaya çevirir.

Skaner nədir? Sənədlərin, mətnlərin, çertyojların, qrafiklərin, rəsmlərin, fotoşəkillərin kompüterə daxil edilməsi üçün qurğudur. Sənədin rəqəmsal təsvirini yaradır və onu kompyuterin yaddaşına yerləşdirir.

Virtual kitabxana nədir? Elektron nəşrlər şəklində elmi informasiya fonduna və “sərhədsiz” bazalara

və banklara müraciət etməyi təmin edən telekommunikasiyalara malik olan elektron kitabxanadır.

Onlayn sistem nədir? Dialoq rejimində işləyən avtomatlaşdırılmış insan-maşın sistemidir. Bu rejimdə həmin sistem istifadəçinin hər bir komandasına cavab verir və zəruri hallarda informasiya almaq üçün ona müraciət edir.

Page 33: AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ RESPUBLİKA … · inteqrasiyası məlumatın axtarılması imkanlarını genişləndirir. XXI əsrin məktəb kitabxanası çap olunmuş,

33

Respublika Elmi Pedaqoji Kitabxanası Azərbaycan, AZ 1110 Tel/Fax: (+994 12) 465 20 16 Bakı, Koroğlu Rəhimovküç.108 www.repk.az