AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş...

24
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ ------------------------------------------------------------------------------------------ Əlyazması hüququnda XATİRƏ MAİL QIZI HÜSEYNOVA AZƏRBAYCANDA REGIONAL INKIŞAFIN IDARƏ OLUNMASI PROBLEMLƏRI 08.00.05 - “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (regional iqtisadiyyat)” İqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın AVTOREFERATI GƏNCƏ - 2011 2 Dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasında yerinə yetirilmişdir. Rəsmi opponentlər: iqtisad elmləri doktoru, professor Amil Məmmədəli oğlu Məhərrəmov iqtisad elmləri doktoru Eldar Rza oğlu İbrahimov iqtisad elmləri doktoru, professor Vasif Müseyib oğlu Şirəliyev Aparıcı təşkilat: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi- Tədqiqat İnstitutu Müdafiə “_15___” dekabr 2011-ci ildə saat 14 00 -da iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdindəki birdəfəlik FD 04.013 birləşdirilmiş dissertasiya şurasının iclasında aşağıdakı ünvanda olacaqdır: AZ 2000, Gəncə şəhəri, Adil İskəndərov küçəsi 64, II mərtəbə Dissertasiya işi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında tanış olmaq olar. Avtoreferat “_____” noyabr 2011-ci ildə göndərilmişdir. FD 04.013 birdəfəlik birləşdirilmiş dissertasiya şurasının elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent: V.T. Əmrahov

Transcript of AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş...

Page 1: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

------------------------------------------------------------------------------------------

Əlyazması hüququnda

XATİRƏ MAİL QIZI HÜSEYNOVA

AZƏRBAYCANDA REGIONAL INKIŞAFIN IDARƏ OLUNMASI PROBLEMLƏRI

08.00.05 - “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (regional iqtisadiyyat)”

İqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

GƏNCƏ - 2011

2

Dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasında yerinə yetirilmişdir.

Rəsmi opponentlər: iqtisad elmləri doktoru, professor Amil Məmmədəli oğlu Məhərrəmov iqtisad elmləri doktoru Eldar Rza oğlu İbrahimov iqtisad elmləri doktoru, professor Vasif Müseyib oğlu Şirəliyev

Aparıcı təşkilat: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi- Tədqiqat İnstitutu

Müdafiə “_15___” dekabr 2011-ci ildə saat 1400-da iqtisad elmləri

doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdindəki birdəfəlik FD 04.013 birləşdirilmiş dissertasiya şurasının iclasında aşağıdakı ünvanda olacaqdır:

AZ 2000, Gəncə şəhəri, Adil İskəndərov küçəsi 64, II mərtəbə

Dissertasiya işi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin

kitabxanasında tanış olmaq olar. Avtoreferat “_____” noyabr 2011-ci ildə göndərilmişdir.

FD 04.013 birdəfəlik birləşdirilmiş dissertasiya şurasının elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent: V.T. Əmrahov

Page 2: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

3

İşin ümumi xarakteristikası

Mövzunun aktuallığı. Müstəqillik illərində Respublikamızda bazar iq-tisadiyyatına keçid istiqamətində aparılan səmərəli islahatlar nəticəsində həyata keçirilən iqtisadi siyasət, sahə və region miqyasında Dövlət Proq-ramlarının müvəffəqiyyətlə yerinə yetirilməsi ölkəmizin regionlarının kom-pleks inkişafına, ölkə üzrə makroiqtisadi göstəricilərdə regionların xüsusi çəkisinin yüksəlməsinə, onların infrastruktur təminatının yaxşılaşmasına, kommunal xidmətlərin səviyyəsinin yüksəlməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, investisiya qoyu-luşlarının və məşğulluğun artmasına, yerlərdə sahibkarlığın inkişafının daha da sürətləndirilməsinə, yeni iş yerlərinin açılmasına, nəticə etibarilə yoxsul-luğun azaldılmasına və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə səbəb olmuşdur. Bu iqtisadi strategiyanın həyata keçirilməsi ilə bağlı ölkə rəhbərliyi qeyd etmişdir ki, “Bizim məqsədimiz və amalımız – Azərbaycan-da sosial-iqtisadi problemləri tezliklə həll etmək, ölkəmizin bölgələrdəki mövqelərini daha da mohkəmləndirməkdir”. Bü isə respublikamızda regio-nal inkişafın idarə olunması problemlərinin öyrənilməsini çox vacib və əhə-miyyətli vəzifə kimi qarşıya qoymuşdur. Bu problemin öyrənilməsinin zə-ruriliyi onun ümumi əhəmiyyəti ilə yanaşı həm də müasir dövrdəki aşağıda qeyd olunan aktuallağı ilə şərtlənir:

Birincisi, dünya təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı şəraitində re-gional iqtisadi sistemlər yalnız bazarın özünütənzimləməsi əsasında fəaliy-yət göstərməklə inkişaf edə bilməz. Regionların inkişafına müdaxilə etmə-mək siyasəti qaçılmaz olaraq sosial, iqtisadi, ekoloji problemlərin kəskin-ləşməsinə gətirib çıxarır və bu səbəbdən də regional inkişafın idarə edilməsi dünyanın əksər ölkələrində dövlətin ayrılmaz funksiyalarından biri hesab olunur. Bu gün Azərbacan dövləti də regional inkişafın idarə olunmasının yeni və daha təsirli mexanizmilərinin axtarılması zərurəti ilə qarşılaşmışdır. Lakin, bazar iqtisadiyyatı şəraitində ölkənin və ayrı-ayrı regionlarının xüsu-siyyətlərini nəzərə almadan regional inkişafın idarə olunması sahəsində elmi əsaslandırılmış tövsiyyələr işləyib hazırlamaq, regional inkişafın səmərəli idarə olunmasını təmin etmək olmaz.

İkincisi, regional inkişafın idarə olunması strategiyasının, texnologiya və mexanizmlərinin işlənib hazırlanması müasir dövrdə regional iqtisadiy-yatın rəqabət qabiliyyətinin artırılmasının əsas amilinə çevrilir. Regional inkişafın idarə olunmasının səmərəliliyin təmin etmək və iqtisadi artıma nail olmaq üçün regionun sosial-iqtisadi inkişaf dinamikasını müəyyənləş-dirən bütün imkanlar kompleksi təhlil olunmalı və istifadə edilməli,

4

regional inkişafın səmərəli idarə olunmasına şərait yaradan metodiki yanaşmalar işlənib hazırlanmalıdır. Bu baxımdan yeni təsərrüfatçılıq forma-ları şəraitində regional inkişafın idarə olunmasının təkmilləşdirilməsi prob-lemlərinin araşdırılması xüsusi aktuallıq kəsb etməyə başlayır.

Üçüncüsü, son illərdə həyata keçirilən islahatlar nəticəsində mərkəzi, regional və yerli hakimiyyət orqanlarının hüquqları, səlahiyyət və məsuliy-yətləri əhəmiyyətli dərəcədə dəyişdirilmiş və artırılmışdır ki, bu da regional sistemlərin idarə olunmasında yeni metodlardan istifadə olunmasına zərurət yaratmışdır. Müasir şəraitdə regional inkişafın yalnız bir mərkəzdən idarə olunması praktikası artıq özünü doğrultmur, yerlərdə dövlət hakimiyyət orqanları ilə yanaşı regional inkişafa təsir etmək imkanına malik demokra-tik hakimiyyət və idarəetmə institutlarının - bələdiyyələrin, özəl sektorun, ictimai təşkilatların, fondların və digər özünüidarəetmə strukturlarının fəa-liyyətinin aktivləşdirilməsini, onların maraqlarının razılaşdırılması yolu, regional siyasətin formalaşdırılması və onların regional inkişafın idarə olun-ması prosesinə cəlb olunması mexanizmlərinin işlənib hazırlanması və tət-biqi istiqamətlərinin tədqiqi elmi tədqiqatların ən aktual məsələlərindən biridir.

Dördüncüsü, mövzunun aktuallığı həm ölkənin və həm də onun re-gionlarının dayanıqlı inkişaf konsepsiyasına keçməsi ilə bağlı tədqiqatların aparılmasının zəruriliyi ilə şərtlənir. Dayanıqlı regional inkişafla bağlı prob-lemləri isə yalnız bazar iqtisadiyyatının tələb və qanunauyğunluqlarını nə-zərə almaqla, möhkəm nəzəri əsaslara, dünya təcrübəsinin hərtərəfli təhlili-nə əsaslanan səmərəli regional idarəetmə sisteminin həyata keçirilməsi yolu ilə həll etmək mümkündür.

Bütün bu qeyd olunanlar, hazırkı şəraitdə regional inkişafının idarə olunması probleminin araşdırılmasına həsr olunmuş doktorluq dissertasi-yası mövzusunun aktuallıq dərəcəsinin kifayət qədər yüksək olduğunu or-talığa qoyur.

Problemin öyrənilmə vəziyyəti. Regional inkişafın idarə olunması problemləri müxtəlif tədqiqatçılar tərəfindən kifayət qədər araşdırılsa da son illərdə onun nəzəri məsələlərinin öyrənilməsinə maraq xeyli güclənmiş-dir.

XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda da regional inkişafın ayrı-ayrı problemləri üzrə elmi tədqiqatlara başlanılmışdır. A.A.Nadirov, Z.Ə.Səmədzadə, Ə.X.Nuriyev, M.M.Sadıqov, İ.M.Abbasov, B.Ə.Budaqov, E.R.İbrahimov, A.M.Məhərrəmov, A.K.Ələsgərov, S.K.Hüseynov, B.X.Ataşov, A.T.Əhmədov, M.S.Hüseynov, İ.H.İbrahimov, F.Ə.Əhmədov, R.Ə.Balayev, R.T.Həsənov, N.Ə.Nəbiyev, T.G.Həsənov, Ə.Q.Əlirzayev,

Page 3: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

5

İ.H.Alıyev, R.P.Sultanova, M.A.Məmmədov, Z.S.Məmmədov, V.M.Şirəli-yev, E.H. Azadov və başqaları bu sahədə çox işlər görmüş, sanballı tədqi-qatlar aparmış, qiymətli əsərlər nəşr etdirmişlər. Bu baxımdan AMEA-nın müxbir üzvü, prof. Ə.X.Nuriyevin son illərdə çap olunmuş “Regional siya-sət və idarəetmə” və “Regional idarəetmənin əsasları” kitablarının əhəmiy-yətini xüsusilə qeyd etmək lazımdır.

Bu məsələyə xarici ölkə tədqiqatçılarının əhəmiyyətli töhfələri olmuş-dur. Bu problemin ayrı-ayrı aspektləri öz əksini H. Нodaroğlu, Y.Serdar, İ.Şengezel, M.Türker, İ.Kıprısli, N.N.Nekrasov, A.Veber, A.Q.Qranberq, V.Butov, M.Teylor, X.Armstronq, E.B.Alayev, S.Qlazev, A.L.Qaponenko, U.İzard, İ.Tyunen, X.Riçardson, C.Fridman, M.Porter, A.Leş, V.N.Leksin, O.S.Pçelintsev, A.İ.Treyviş, A.N.Şvetsov, B.M.Ştulberq, V.Vvedenski, Q.Qutman, O.Kuznetsova, O.P.Litovka və s. kimi xarici müəlliflərin əsərlərində tapmışdır.

Lakin göstərilən tədqiqat işlərinin böyük nəzəri və praktiki əhəmiyyəti-ni azaltmadan qeyd etmək lazımdır ki, bu sahədə kifayət qədər həll olunma-mış nəzəri-metodoloji və praktiki məsələlər mövcuddur. Bu gün respublika-mızda regional inkişafın idarə olunması məsələlərinin yeni mövqelərdən araşdırırması, onun iqtisadi mexanizmlərinin təkmilləşdiril-məsi məqsədi ilə müvafiq təkliflərin işlənib hazırlanması tələb olunur. Problemin aktuallı-ğı, elmi və praktiki əhəmiyyəti, kifayət qədər işlənilməməsi tədqiqat möv-zusunun seçilməsinə əsas vermiş, tədqiqatın məqsəd və vəzifələrinin, predmet və obyektinin seçilməsini şərtləndirmişdir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi Azərbaycanda regional inkişafın idarə olunması sahəsində mövcud olan problemləri aşkara çıxarmaq, yerli şəraiti və qabaqcıl xarici təcrübəni nəzərə almaqla yeni me-todiki yanaşmalar əsasında regional inkişafın idarə edilməsi problemlərinin həlli mexanizminin təkmilləşdirilməsi istiqamətində elmi cəhətdən əsaslan-dırılmış təklif və tövsiyyələrin işlənib hazırlanmasından ibarətdir.

Qarşıya qoyulmuş məqsədə müvafiq olaraq tədqiqat işində aşağıdakı vəzifələr müəyyənləşdirilmiş və yerinə yetirilmişdir:

- region, regional inkişaf anlayışlarının mahiyyəti və məzmununun də-qiqləşdirilməsi, regional inkişafın idarə olunmasının məqsəd və vəzifələ-rinin, dayanıqlı regional inkişafın mahiyyət xüsusiyyətlərinin açıqlanması;

- regional inkişafın idarəolunmasının nəzəriyyə və konsepsiyalarının təhlili, əsas forma və metodlarının, təşkilati-iqtisadi əsaslarının müəyyənləş-dirilməsi;

- regional inkişafda dövlət tənzimlənməsinin yeri və rolunun, regional siyasətin mahiyyəti, məqsəd və vəzifələrinin aşkar edilməsi, bu sahədə

6

beynəlxalq təcrübənin təhlili və ümumiləşdirilməsi, istifadə imkanlarının qiymətləndirilməsi;

- Azərbaycan regionlarının təsnifatı, iqtisadi rayonların inkişaf səviyyə-sinin təhlili və rəqabət üstünlüklərinin, regionlararası fərqlərin qiymətləndi-rilməsi və xüsusiyyətlərinin araşdırılması;

- Azərbaycanda regional inkişafın idarə olunmasının təşkilatı strukturu, idarəetmə mexanizmlərinin öyrənilməsi və problemlərin aşkar edilməsi;

- regional inkişaf strategiyasının seçilməsi üçün iqtisadi-riyazi modellə-rin və regional strateji planlaşdırma sisteminin formalaşdırılması sahəsində təkliflərin işlənib hazırlanması;

- strateji idarəetmə aləti kimi proqram-məqsədli yanaşmadan istifadə-nin prinsip və şərtlərinin aşkar edilməsi, regional inkişaf proqramlarının iş-lənib hazırlanma metodikasının təkmilləşdirilməsi sahəsində təkliflərin ve-rilməsi;

- Azərbaycanda yeni regional siyasətə keçidin zəruriliyinin əsaslandı-rılması, yeni regional inkişaf modelinin işlənib hazırlanması üçün konsep-tual yanaşmaların və institusional şərtlərin müəyyənləşdirilməsi;

- regional inkişafın idarə olunmasının resurs təminatı, regiona investisi-yaların cəlbi, regional inkişafın idarəolunması problemlərinin səmərəli və sürətli həlli ilə bağlı elmi əsaslandırılmış təklif və tövsiyyələrin işlənib hazırlanması.

Tədqiqat obyekti kimi Azərbaycanda regional inkişafın idarə olunma-sını təmin edən hakimiyyət orqanlarının fəaliyyəti götürülmüşdür.

Tədqiqatın predmeti regional inkişafın idarə olunması ilə bağlı nəzəri, metodiki və praktiki məsələlərin məcmusundan, regional inkişafın idarə olunması prosesində meydana çıxan hüquqi, sosial-iqtisadi və idarə-etmə münasibətlərindən ibarətdir.

Tədqiqatın nəzəri və metodoloji əsasları. Tədqiqat işinin nəzəri-metodoloji əsasını respublikanın və xarici ölkə alimlərinin regional iqtisa-diyyat, regional inkişaf və onun idarə olunması, regional siyasət sahəsindəki əsərləri, Azərbaycan Respublikasının Konstitusiyası, Respublika Prezidenti-nin Fərman və Sərəncamları, Milli Məclisinin qəbul etdiyi qanunlar, Nazir-lər Kabinetinin müvafiq normativ-hüquqi aktları təşkil edir.

Dissertasiya işinin yerinə yetirilməsində regional inkişafın idarə olun-masına sistemli və proses yanaşmaları mövqeyindən baxılmış, sistemli, koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli təhlil prinsiplə-rindən, analiz və sintez, ümumiləşdirmə, tarixi yanaşma, iqtisadi və statistik təhlil, iqtisadi-riyazi modelləşdirmə metodlarından istifadə edilmişdir.

Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət

Page 4: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

7

Statistika Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin statistik və analitik-proqnoz məlumatları, aidiyyəti olan normativ aktlar, re-gionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları və onların icrasının nəticələri ilə bağlı materiallar, iqtisadi regionların pasport məlumatları və regionların inkişaf göstəriciləri üzrə İnternet şəbəkəsindəki uyğun məlumat-lar təşkil etmişdir. Tədqiqat işində sosioloji tədqiqatların nəticələrindən isti-fadə edilmiş, hüquqi bazanın və normativ sənədlərin təhlilinə əsaslanılmış-dır.

Tədqiqatın elmi yeniliyi. Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

- regional inkişaf və onun idarə olunmasının nəzəri-metodoloji əsasları təhlil edilmiş, regional inkişafa idarəetmə obyekti kimi baxılaraq sistemli yanaşma əsasında onun struktur elementləri aşkar edilmişdir;

- Azərbaycanda regional inkişafın idarəolunması, regional siyasətin təkmilləşdirilməsinin zəruriliyi əsaslandırılmış, regional inkişafın idarə olunmasının konseptual istiqamətləri müəyyənləşdirilmişdir;

- regionlara sosial-istehsal kompleksi kimi baxılaraq, onların inkişafı-nın idarə olunmasının struktur sxemi, regional idarəetmə sisteminin struktu-runun təkmilləşdirilməsinə dair əsaslı təkliflər verilmişdir;

- idarəetmənin zəruriliyini şərtləndirən əsas amillərdən biri kimi regi-onlararası bərabərsizlik məsələləri təhlil olunmuş, regional inkişafı idarəet-mə prinsipləri müəyyənləşdirilmiş, dayanıqlı regional inkişaf konsepsiyası-na keçidin zəruriliyi əsaslandırılmışdır;

- regional iqtisadi məkanın formalaşdırılmasının əsas prinsipləri, regio-nal idarəetmə orqanlarının inkişafın gedişinə təsir metodları, regional inki-şaf problemlərinin diaqnostikası, qiymətləndirilməsi üçün meyarlar və gös-təricilər sistemi müəyyənləşdirmişdir;

- regional inkişafin idarə olnmasinin əsasi kimi regional siyasətin zəruriliyini şərtləndirən amillər aşkara çıxarılmış, regional siyasətin konsepsiyaları, reallaşdırılma prinsipləri, təhlil olunaraq onun səmərəliliyinə mane ola biləcək amillər müəyyənləşdirilmişdir;

- regional inkişafın idarəolunması sahəsində xarici ölkələrin təcrübəsi geniş təhlil olunaraq ümumiləşdirilmiş və Azərbaycan şəraitinə uyğunlaşdırmaq şərti ilə bu təcrübədən yararlanmaq sahəsində təkliflər işlənib hazırlanmışdır;

- sosial-iqtisadi inkişaf dinamikasının təhlili əsasında Azərbaycanda regional inkişafın müasir vəziyyəti qiymətləndirilmiş, regionlararası fərqlər və regionların inkişafının asimmetrik xarakteri müəyyən edilmişdir;

- regional inkişafın idarəolunmasının təkmilləşdirilməsi baxımından

8

regional strateji planlaşdırma sisteminin zəruriliyi əsaslandırılmış, strateji planların hazırlanması ilə bağlı metodik tövsiyyələr və təkliflər işlənib hazırlanmışdır;

- ayrı-ayrı regionlarda yaranmış vəziyyətdən asılı olaraq regional inkişaf strategiyasını seçməyə imkan verən ekonometrik modellər təklif olunmuşdur;

- regional inkişaf proqramlarının işlənib hazırlanması üçün xüsusi alqoritm təklif olunmuş, problemin seçilməsinin regionun vəziyyətinin monitorinqi əsasında həyata keçirilməsinin zəruriliyi əsaslandırılmışdır;

- regional inkişaf proqramlarının işlənib hazırlanması və reallaşdırılması sahəsində metodoloji çatışmazlıqlar müəyyənləşdirilmiş, onların aradan qaldırılması üçün tövsiyyələr işlənib hazırlanmışdır;

- Azərbaycanda yeni regional siyasətə keçidin əsasında dura biləcək alternativ regional inkişaf konsepsiyalarının xüsusyyətləri təhlil olunmuş, qütbləşmiş inkişaf prinsipinə əsaslanmaqla “dayaq regionlar”ın yaradılması məsələləri araşdırılmışdır;

- regional inkişafın idarə olunmasının mövcud modelinin çatışmaz-lıqlarının əsasən normativ-hüquqi bazanın zəifliyi ilə bağlılığı göstərilmiş, onun genişləndirilməsinin vacibliyi əsaslandırılmış və bu istiqamətdə reallaşdırılmalı bir sıra təkliflər irəli sürülmüşdür;

- yeni regional siyasətə keçidlə bağlı regional inkişafın idarə olunmasının təşkilati strukturunda, maliyyə və kadr təminatı məsələlərində də dəyişikliklərin edilməsi zərurəti açıqlanmış, bir sıra təkliflər verilmişdir:

- regional inkişafın sosial tərəfdaşlıq əsasında idarə olunmasının zəruri-liyi əsaslandırılmış, tərəfdaşların strateji məqsəsədləri və maraqları sistemi-nin struktur sxemi verilmiş, bu sistemin formalaşdırılması və qiymətlən-dirilməsi ilə bağlı metodiki tövsiyyə və təkliflər işlənib hazırlanmışdır;

- regional marketinq sisteminin qurulmasının zəruriliyi əsaslandırılmış, regional inkişaf məsələləri və onlara uyğun internet-marketinq alətləri müəyyənləşdirilmiş, sistemin qurulması ilə bağlı təkliflər irəli sürülmüşdür;

- Azərbacanda regional inkişafın idarəolunması ilə bağlı xüsusi informasiya sisteminin yaradılmasının zəruriliyi əsaslandırılmış, onun həll edəcəyi məsələlər kompleksi ilə bağlı təkliflər irəli sürülmüşdür;

- regional inkişaf baxımından investisiya layihələrinin qiymətlən-dirilməsi və seçilməsi üçün meyar qrupları müəyyənləşdirilmiş, layihələrin reytinqinin müəyyən edilməsinin xüsusi qaydası təklif olunmuşdur.

Tədqiqatın təcrübəvi əhəmiyyəti. Tədqiqatın əldə olunmuş nəzəri və metodoloji nəticələri, irəli sürülən praktiki təkliflər regional siyasətin işlənib hazırlanmasında, regional idarəetmə orqanları tərəfindən regionların

Page 5: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

9

inkişaf konsepsiyasının və strategiyasının işlənib hazırlanması, regional inkişaf proqramlarının formalaşdırılması və reallaşdırılması ilə bağlı qəbul olunan qərarların keyfiyyətinin artırılmasına yardım edə bilər. Təddqiqatın ayrı-ayrı müddəalarından tədris prosesində, həmçinin regional idarəetmə orqanları üçün kadrların hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması kurslarında, habelə elmi-tədqiqat işlərində istifadə oluna bilər.

Tədqiqat nəticələrinin sınaqdan keçirilməsi və istifadə edilməsi. Dissertasiya işinin əsas nəzəri müddəaları və tədqiqat işindən irəli gələn əməli təkliflər 1998-2010-cu illərdə beynəlxalq, ümumrespublika elmi-nəzəri forumlarında məruzə edilmiş, elmi jurnallarda dərc olunmuşdur. On-lardan aşağıdakıları xüsusi qeyd etmək olar: “Sosial-iqtisadi inkişaf və de-moqrafik proseslər” respublika elmi-praktik konfrans, Bakı, 1999; "Mana-ging Government for Quality and Productivity" mövzusunda seminar, ABŞ, Çikaqo, 2003; akademik A.M.Paşayevin 75 illiyunə həsr olunmuş “Elmi-texniki tərəqqi və müasir aviasiya” beynəlxalq konfrans, Bakı, 2009; “Inter-national Conference on Applied Economics” adlı beynəlxalq konfrans, Yunanıstanın, Afina, 2010; “Caucasus and Central Asia in the Globalization Prosess” mövzusunda beynəlxalq elmi-praktik konfrans, Bakı, 2010; “Qlo-bal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasəti: dünya təcrübəsi və azərbaycan modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans, Bakı, 2010 və s.

Dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bir neçə kafedrasının birləşmiş seminarında müzakirə olunaraq müdafiəyə tövsiyyə olunmuşdur. Tədqiqatın nəticələri və müəllifin təklifləri Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi (arayış №24/06-7/11-7/780 ), Bakı şəhər Yasamal Bələdiyyəsi (arayış № 359 ), Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi (arayış № 112 ) tərəfindən istifadə üçün qəbul olunmuşdur.

Dissertasiya işinin mövzusu ilə əlaqədar ümumi həcmi 31 çap vərəqi təşkil edən 42 məqalə və bir monoqrafiya çap olunmuşdur.

Dissertasiya işinin quruluşu və həcmi. Tədqiqatın məqsəd və vəzifələri dissertasiya işinin quruluşunu müəyyənləşdirmişdir. Dissertasiya işi giriş, beş fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı və kompüter yazılışı ilə 332 səhifə olan yazılı mətndən ibarətdir. Dissertasiya işinin daxilində 67 cədvəl, 15 ədəd şəkil, 8 diaqram verilmişdir.

Dissertasiyanın yazılması gedişində dəyərli məsləhətlərinə görə AMEA-nın müxbir üzvü, i.e.d., professor Ə.X.Nuriyevə öz minnətdarlığımı bildirirəm.

10

Tədqiqat işinin əsas məzmunu Girişdə mövzunun aktuallığı əsaslandırılmış, problemin öyrənilmə

vəziyyəti, tədqiqatın məqsədi və vəzifələri, obyekti və predmeti, elmi yeniliyi, təcrübi əhəmiyyəti, tədqiqatın nəticələrinin sınaqdan keçirilməsi və istifadə olunması göstərilmişdir.

Dissertasiya işinin “Regional inkişafın idarə olunmasının nəzəri-me-todoloji məsələləri” adlanan birinci fəslində “region”, “regional inkişaf” və “regional inkişafın idarə olunması” anlayışlarının mahiyyəti açıqlanmış, müxtəlif əlamətlərə görə regionların təsnifat məsələlərini araşdırılaraq, regional inkişafın xüsusiyyətləri təhlil olunmuş və nəzəri yanaşmalar araşdırılmışdır.

Elmi ədəbiyyatda “reqion” anlayışına verilmiş çox müxtəlif təriflərə rast gəlmək olar. Məsələn, E.B.Alayevin tərifinə görə region səmərəli ixti-saslaşmaya malik ərazi-istehsal kompleksidir. N.N.Nekrasovun fikrincə isə region dedikdə ölkə ərazisinin müəyyən bircins təbii şəraitə və təbii resurs-lar kompleksi əsasında birləşmiş istehsal güclərinin özünəməxsus istiqamə-tinə, uyğun olaraq mövcud və perspektiv maddi-texniki bazaya, istehsal və sosial infrastruktura malik iri hissəsi başa düşülür. Qərb tədqiqatçıları P.Ceyms və C.Martin yazırlar ki, “adətən region dedikdə əsasında ərazinin müəyyən bircinsliliyi ilə fərqlənən, lakin dəqiq sərhədlərə malik olmayan bir hissəsi başa düşülür”. Şimali Karolina universitetinin professoru Vufter: “Rayon – sərhədləri daxilində təbii və iqtisadi amillərin iqtisadi, sosial struktur bircinsliyi yaratmış olduğu ərazidir”. Beynəlxalq regionlarla bağlı N.M.Mejeviç qeyd edir ki, müəyyən birliyi təmsil edən dövlətlər çoxluğu-nun “region” adlandırılması üçün aşağıdakı əlamətlərin hamısının və ya bir qisminin mövcud olması lazımdır: tarixi tale birliyi; yalnız bu qrupa xas mədəniyyət xüsusiyyətləri (maddi və mənəvi); ərazinin coğrafi vəhdəti (birliyi); oxşar iqtisadiyyat tipi; beynəlxalq regional təşkilatlarda birgə iş. AMEA-nın müxbir üzvü Ə.X. Nuriyev isə regionun bir və ya bir neçə əlamətlərinə görə başqalarından fərqlənən və elə bunlara görə vahid, bütöv xarakter daşıyan hər-hansı ərazi hissəsi olduğunu qeyd edir.

İşdə region anlayışının dəqiqləşdirilməsi və onun təsnif edilməsinin ilk növbədə iqtisadi siyasət baxımından əhəmiyyətli olduğu əsaslandırılmışdır. Çünki bu, həyata keciriləcək siyasətin xarakterini, istiqamətlərini təyin etməyi və ən əsası regionlara differensial yanaşmanı mümkün edir. Region anlayışının mahiyətinin müəyyənləşdirilməsinə yanaşmaların müxtəlifliyi onların çox müxtəlif əsaslara görə təsnifləşdirilməsi fikrinə gətirib çıxarmışdır və aşağıdakı kimi dörd əsas təsnifat qrupuna baxılmışdır:

Page 6: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

11

I təsnifat qrupu – yeganə əlamətinə görə fərqləndirilən sadə regionlar. Belə regionlar kimi adətən, aşağıdakı əlamətləri qeyd edirlər: məcmu regio-nal məhsulun həcmi; iqtisadi artım templəri; təsərrüfatın ərazi strukturunun tipi (qütbləşmiş və ya homogen); əhali sıxlığı əmsalı; regionun təsərrüfat ixtisaslaşmasının xarakteri və istiqaməti.

II təsnifat qrupu – müxtəlif əlamətlər çoxluğu əsasında fərqləndirilən mürəkkəb regionlar. Məsələn, iki inteqral göstərici –investisiya potensialı və investisiya riskləri kimi göstəricilər əsasında aparılan təsnifat.

III təsnifat qrupu - əsas regional inkişaf problemlərini müəyyənləş-dirmək əsasında aparılan təsnifat (problemli regionlar). Xüsusi halda, problemli region tiplərini: depressiv - əvvəllər yüksək inkişaf tepmləri nümayiş etdirmiş regionlar; staqnasiya olunmuş – çox aşağı inkişaf templəri ilə fərqlənən regionlar; pioner regionlar – yeni mənimsənilən regionlar; proqram (plan) regionları – məqsədli sosial-iqtisadi inkişaf proqramlarının şamil edildiyi və konturları mövcud ərazi rayonlaşdırılmasının sərhədləri ilə üst-üstə düşməyən regionlar kimi fərqləndirmək olar.

IV təsnifat qrupu - regionun müstəqil iqtisadi siyasət həyata keçirmək imkanları baxımından aparılır.

Bu fəsildə həmçinin regionların sosial-iqtisadi inkişaf səviyyəsinə görə təsnifləşdirilməsinin bir çox variantlarına baxılmışdır. Regional siyasət baxımından aparılan regional təsnifat bir sıra ortaq xüsusiyyətlərə əsaslana bilər: fiziki ünsürlər və təbii ehtiyatlar; əhali və sosial mühüt; regional iqtisadi inkişaf; urbanlaşma və şəhər planlaşdırılması; regionların tarixi, sosial-mədəni ünsürləri; regional təhlillərdə istifadə olunan metod və texnologiyalar və.s. İnzibati ərazi vahidi olan regionlardan fərqli olaraq iqtisadi rayonun sərhədləri çox vaxt siyasi-inzibati sərhədlərlə üst-üstə düş-mür, adətən, hər hansı daimi idarəetmə orqanları olmur. Onların idarəolun-ması bir qayda olaraq ayrı-ayrı regional layihələr, proqramlar və ya inkişaf sxemləri vasitəsi ilə həyata keçirilir. Tədqiqat zamanı region anlayışının regional iqtisadiyyatın əsas anlayışı olduğu və bu baxımdan onun ərazi aspektinə diqqət yetirilməsi məsələsinin, regional iqtisadiyyatda metodoloji yanaşmanın əsasını təşkil etdiyi qənaətinə gəlinmişdir.

Dissertasiya işində “regional inkişaf” termini tədqiq olunmuş və “inkişaf” sözü altında adətən ilk növbədə iqtisadi sferada baş verən ixtiyari proqressiv dəyişikliklər başa düşüldüyü müəyyən edilmişdir. Kəmiyyət xarakterli dəyişikliklər iqtisadi artımı, keyfiyyət dəyişiklikləri isə struktur dəyişikliklərini, inkişaf məzmunundakı dəyişiklikləri və iqtisadi sistemin yeni xüsusiyyətlər kəsb etməsini özündə əks etdirir. Göstərilmişdir ki, idarəetmə elmində obyektin fəaliyyətinin və inkişafının idarə olunması

12

anlayışlarını bir-birindən fərqləndirirlər. Əgər inkişafın idarə olunması irəliyə hərəkət, obyektin yeni struktur xüsusiyyələrinin yaranması kimi başa düşülürsə, fəaliyyətin idarə olunması nisbətən dəyişməz şəraitdə funksiya-ların yerinə yetirilməsi kimi başa düşülür.

İşdə regional inkişafın idarə edilməsi dedikdə ayrı-ayrı ərazilərin sosial-iqtisadi, ekoloji, siyasi inkişafına təsir göstərmək məqsədi ilə həyata keçirilən tədbirlər kompleksi və ya məqsədyönlü təsirlər olduğu qənaətinə gəlinmişdir. Regional inkişafın idarə olunmasının məqsədi ilk növbədə iqtisadi inkişafın tarazlaşdırılmasına, gəlirlərin ədalətli bölüşdürülməsinə, regionlarda sosial şəratin və həyat keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Regionda dinamik və tarazlaşdırılmış inkişafın təmin olunması isə ilk növbədə regional proporsiyaların rasionallaşdırılması və optimallaşdırılmasını nəzərdə tutur.

Fikrimcə, tarixi baxımdan regional inkişafın idarəolunmasına zərurət regionlar arasında kəskin fərqlərin əmələ gəlməsi ilə, regional bərabərsizli-yin meydana çıxması ilə bağlı olmuşdur. Müasir dövrdə isə regional inkişa-fın idarə olunmasının başlıca məqsədi əhalinin yüksək həyat keyfiyyətinin təmin olunması, indiki və gələcək sakinlər üçün əlverişli həyat fəaliyyəti mühitinin formalaşdırılması, artıq yaxın gələcəkdə inkişaf amilinə çevri-ləcək əsas innovasiya strukturlarının yaradılması ola bilər.

Bu baxımdan dissertasiyada son dövrlərdə regionların sosial-iqtisadi inkişaf perspektivlərini ifadə etmək üçün məqsədlərin, vasitələrin və fəaliy-yət nəticələrinin optimal əlaqələndilməsi kimi xarakterizə olunan “dayanıqlı regional inkişaf” termini təhlil olunaraq qeyd olunmuşdur ki, dayanıqlı regional inkişaf - ərazinin potensialının dinamik olaraq artırılması, iqtisadi agentlərin geniş təkrar istehsala motivləşdirilməsi, rəqabət qabiliyyətliliyi-nin artırılması və bu əsasda gələcək nəsillərin öz tələbatlarını ödəmək qa-biliyyətini təhlükə altında qoymamaq şərti ilə tədricən əhalinin həyat səviy-yəsinin yüksəldilməsi prosesidir. Göstərilir ki, sosial-iqtisadi sistem kimi regional inkişafın idarəolunması dedikdə idarəetmə subyektlərinin regionla-rın həyat fəaliyyətinin sosial, iqtisadi və ekoloji sferalarına onların daya-nıqlı inkişafını təmin etmək, əhalinin həyat səviyyəsini yüksəltmək məqsədi ilə göstərdiyi təsir prosesi başa düşülür.

Bu fəsildə həmçinin iqtisadi və sosial inkişafın ərazi əsaslarının daha ətraflı öyrənilməsinin zəruriliyinin nisbətən son dövrlərdə meydana çıxdığını və hazırda bu sahədəki tədqiqatların ən dinamik elementlərindən biri hesab edilən regional inkişaf nəzəriyyələri və konsepsiyalarının xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. Regional inkişaf nəzəriyyələrinin məqsədi – regional inkişaf problemlərinin həlli üçün kompleks mexanizm-

Page 7: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

13

lər işləyib hazırlamaqdan, xüsusi halda, ayrı-ayrı regionların inkişaf səviy-yələrinin yaxınlaşması, səmərəli istehsal komplekslərinin yaradılması, is-tehsalın və əhalinin rasional yerləşdirilməsi, regionun daxili ehtiyatlarından səmərəli istifadə məsələlərinin həllinə metodoloji yardım göstərməkdən ibarətdir. Dissertasiya işində bu günə qədər regional inkişafla bağlı təd-qiqatların üç əsas istiqaməti (regionların ixtisaslaşmasını müəyyənləşdirən nəzəriyyələr; istehsalın yerləşdirilməsi prinsiplərini müəyyənləşdirən nəzə-riyyələr; regional inkişafın dövlət tənzimlənməsi nəzəriyyələri) olduğu qeyd olunmuş, bu istiqamətlərin hər biri çərçivəsində nəzəri yanaşma və konsep-siyalar qruplaşdırılmış və ardıcıllıqla təhlil olunmuşdur.

Dissertasiya işininn ”Regional inkişafın idarə olunmasının forma və metodları. Regional siyasət” adlanan ikinci fəsli regional inkişafın idarə olunmasının forma və metodlarının, o cümlədən dövlətin regional siyasəti-nin xüsusiyyətlərinin araşdırılmasına, xarici ölkələrin bu sahədəki təcrübə-sinin öyrənilməsi məsələlərinə həsr olunmuşdur.

İşdə regional inkişafı müxtəlif formalarda idarə etməyin, müxtəlif siya-sət tədbirlərinin köməyi ilə stimullaşdirmağın mümkün olduğu qənaətinə gəlinmiş, regional siyasət anlayışının mahiyyəti açıqlanmış, onun məqsəd və vəzifələri, prinsipləri müəyyənləşdirilmiş və reallaşması vasitələri təhlil edilmişdir. Əsaslandırılır ki, regional inkişafın idarəolunması formaları döv-lətin müxtəlif istiqamətlərdə fəaliyyəti ilə bağlıdır və bunları üç qrupa ayırmaq olar:

- ümumi transfertlər və subsidiyalar. Bu transfertlərin məqsədi region-ların vergi bazaları arasında olan obyektiv fərqin müəyyən dərəcədə tarazlaşdırılmasıdır. Bu tip siyasət ölkədə büdcələrarası münasibətlər siste-minin bir hissəsini təşkil edir;

- sahə siyasəti (təhsil, səhiyyə, sosial xidmətlər, infrastruktur və s.). Bu sahədə proqramlar bütövlükdə ölkəni əhatə edir. Belə siyasət investisiya xərcləri ilə yanaşı (infrastruktur obyektlərinin yaradılması üçün), çox vaxt cari xərclərin də maliyyələşdirilməsini nəzərdə tutur;

- regional iqtisadi siyasət. Belə siyasət sahəcə kiçik və xüsusi müəy-yənləşdirilmiş ərazilərlə məhdudlaşdırılmış olur və onların böhran vəziyyə-tində olduğunu göstərən meyarlar əsasında müəyyənləşdirilir. Belə siyasət-də başlıca məqsəd geri qalmış regionların iqtisadi bazasının inkişafına yardım etməkdən ibarətdir.

İşdə göstərilmişdir ki, regional inkişafın idarə olunması formalarından biri kimi regionlararası inteqrasiya proseslərinin stimullaşdırılmasıdır. Bu yolla kumulyativ effekt əldə oluna bilər ki, onun böhranlı ərazilərə (daha uğurlu ərazilərlə birlikdə) də yardımı dəyə bilər.

14

Regional inkişafın idarəolunmasının əsas formalarından biri də regio-nal iqtisadi məkanın formalaşdırılmasıdır. Regional iqtisadi məkan – yaşa-yış məntəqələrini, sənaye müəssisələrini, təsərrüfatçılıq baxımından mənim-sənilmiş əraziləri, nəqliyyat və mühəndis şəbəkələri kimi çoxsaylı obyekt-ləri və onlar arasında əlaqələri özündə birləşdirən ərazidir.

İşdə regional inkişafın idarə olunmasında istifadə olunan ən səmərəli və zəruri alət kimi regional planlaşdırma olduğu əsaslandırılmış, regional planlaşdırmanın özünəxas planlaşdırma texnologiyaları olaraq, İqtisadi təmələ əsaslanan multiplikator təhlili; Giriş-Çıxış (İnput-output) təhlili; Müqayisəli xərclər təhlili ; Kompleks regional təhlil; Regional ekonometrik modellər göstərilmişdir.

Qeyd olunur ki, regionların rəqabət üstünlüklərinin müqaiysəsi yolu ilə regional iqtisadiyyatın inkişafının təhlili metodu da geniş yayılmışdır. Bu halda regional inkişaf səviyyəsinin qiymətləndirilməsi resurslara çıxış, coğrafi mövqe, işçi qüvvəsinin səriştəliliyi, regional maliyyə sisteminin inkişafı, yerli administrasiyanın siyasəti kimi meyarlardan istifadə olunur. Göstərilir ki, ölkə regionlarının nisbi inkişafını qiymətləndirmək və bu inkişafı xarakterizə edən informasiya məkanının formalaşdırılması sahəsin-də ABŞ təcrübəsi kifayət qədər maraqlıdır. Bu təcrübədən Azərbaycanda da istifadə olunması faydalı olardı.

Tədqiqat işində əsaslandırılır ki, müasir regional tədqiqatlarda ön planda regional siyasət məsələlərinin öyrənilməsi durur. İşdə regional siyasətin prioritet vəzifələri aşağıdakı kimi müəyyənləşmişdir:

- iqtisadi islahatların inkişafına və dərinləşməsinə yardım etmək, re-gionda və ölkədə əmtəə, əmək və kapital bazarlarının, institusional və bazar infrastrukturunun formalaşması və inkişafına yardım etmək;

- regionların sosial-iqtisadi inkişafındakı dərin fərqlərin azaldılması, iqtisadi bazasının möhkəmləndirilməsi üçün şəraitin yaradılması, əhalinin rifah halının yüksəldilməsi, məskunlaşma sisteminin rasionallaşdırılması;

- regionların təsərrüfat strukturunun düzgün iqtisadi və sosial komplekslilik və rasionallıq səviyyəsinə nail olunması;

- regionlararası infrasitruktur (nəqliyyat, rabitə, informatika və s.) sistemlərinin inkişafı;

- ekoloji fəlakət rayonlarına, işsizlik, demoqrafiya və miqrasiya prob-lemlərinin kəskin olduğu regionlara dövlət yardımının edilməsi;

- regionların xarici bazara çıxış imkanlarının genişlənməsi, ixrac fəaliy-yətinin yeni səmərəli istiqamətdə formalaşması;

- keyfiyyətli və rəqabət qabiliyyətli məhsullar istehsalının genişləndiril-məsi və bu yolla region əhalisinin təlabatının ödənilməsi səviyyəsinin

Page 8: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

15

yüksəldilməsi. İşdə regional siyasətin məqsədlərinə nail olmaq üçün həlli tələb olunan

məsələlər açıqlanmışdır. Müəyyənləşmişdir ki, regional siyasətin əsas istiqamətlərinə aşağıdakı-

ları aid etmək olar: - həm ümumdövlət, həm də regional miqyasda idarəetmə səviyyələri-

nin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi; - regionun xusiyyətlərini nəzərə almaqla onun səmərəli ixtisaslaşma

istiqamətinin müəyyənləşdirilməsi; - depressiv rayonların iqtisadiyyatının dirçəldilməsi; - resurs potensialını nəzərə almaqla yeni rayonların mənimsənilməsi; - vahid sosial siyasətin yeridilməsi və s. Dissertasiya işində müəyyən edilmişdir ki, müasir dövrdə sürətli və

dayanıqlı regional inkişafa nail olmaq, regional inkişaf problemlərinin həlli-ni və regional inkişafın idarəolunmasının səmərəliliyini təmin etmək üçün hər bir dövlətdən elə regional siyasətin işlənib hazırlanması tələb olunur ki, bu siyasət ölkənin və onun regionlarının inkişafının daimi fəaliyyət göstərən amilinə çevrilmiş olsun. Bu siyasət həm ölkənin, həm də regionların inkişa-fının strateji məqsəd və vəzifələrinə nail olmaq üçün əlverişli amillərdən hərtərəfli istifadə olunmasına və bu inkişafa mane olan neqativ regional amilllərin məhdudlaşdırılmasına imkan verməlidir.

Qeyd olunur ki, regional inkişafın müvəffəqiyyətli idarə olunmasının mühüm və ümumi şərti ölkənin yerli şəraitinə və beynəlxalq təcrübənin tələblərinə cavab verən regional siyasətin işlənib hazırlanması və istifadə olunmasıdır. Regional siyasətin hazırlanması və reallaşdırılması, regional inkişafın idarəolunması sahəsində demokratik dövlətlərdə zəngin təcrübə toplanmış və nəzərə çarpacaq nailiyyətlər qazanılmışdır. Bu baxımdan xa-rici ölkələrin təcrübəsindən yararlanmaq faydalı olardı. İsdə xarici təcrubə oyrənilərək, təhlil olunmus, Avropa İttifaqında (Aİ) NTUS (nomenclature of Territirial Units for Statistics) tətbiqi məsləsinə baxilmışdır. Müxtəlif ölkələrin oxşar regional problemlərlə qarşılaşdığını qeyd edən müəllif işdə xarici ölkələrin bu sahədəki təcrübəsinin öyrənilməsinin və yaradıcılıqla istifadənin əhəmiyyəti göstərilmiş, və nəzərə alınacaq başlıca məqamlar aşkar edilmişdir.

Dissertasiya işinin “Azərbaycan Respublikasında regional inkişafın müasir vəziyyətinin təhlili” adlanan üçüncü fəslində Azərbaycanda regionların inkişafının müasir vəziyyəti, xüsusiyyətləri təhlil olunmuş, hər bir regionun rəqabət üstünlüklərini qiymətləndirməyə çalışılmışdır. Azər-baycanda regionların inkişafı ilə bağlı problemlər araşdırılmışdır.

16

Təhlillər göstərir ki, keçən əsrin 80-ci illərinin sonundan başlayaraq ölkənin iqtisadi və siyasi həyatındakı qeyri-stabillik bütün regionların inkişafına öz mənfi təsirini göstərmişdir. Keçmiş iqtisadi əlaqələrin qırılması iqtisadi rayonların sənayesində böhranın dərinləşməsinə səbəb olmuşdur. Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı respublikamızın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsinə, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına, iqtisadi böhrandan xilas olmasına imkan verdi. 1995-ci ildən başlayaraq aparılan məqsədyönlü islahatlar nəticəsində ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik bərqərar olundu. 1995-2003-cü illərdə həyata keçirilmiş geniş miqyaslı iqtisadi islahatlar növbəti beş ildə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcdə yüksəldilməsinə, regionların sosial-iqtisadi problemlərinin həllinə əlverişli zəmin yaratmışdır. Bütün bunlar yeni mərhələdə regional inkişaf sahəsində həlli tələb edilən məsələləri önə çəkmişdir. Regional inkişafda müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi səviyyəsinin yüksəldilməsini və onlar arasında fərqin minimuma çatmasini tələb edirdi. Bu baxımdan ölkə prezidenti cənab İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərman ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-i illər)”nın mühüm əhəmiyyət kəsb etdiyi işdə qeyd olunmuşdur.

Tədqiqat işində 2004-cü ildə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramın”da (2004-2008-ci illər) verilmiş təsnifata əsasən 10 iqtisadi rayon üzrə regionların inkişaf xüsusiyyətləri araşdırılmış, statistik məlumatlar əsasında regionların sosial-iqtisadi göstə-ricilərinin müasir vəziyyəti təhlil edilmişdir,

Göstərilir ki, Azərbaycanda son illərdə həyata keçirilən iqtisadi siyasət, bütövlükdə olkənin və regionların kompleks inkişafına, ölkə üzrə makroiq-tisadi gostəricilərdə regionların xüsusi çəkisinin yuksəlməsinə, nəticə etiba-rilə yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin daha da yuksəl-dilməsinə səbəb olmuşdur. Belə ki, əgər 2004-cü ildə olkədə ÜDM istehsalı 8,5 milyard manat təşkil edirdisə, 2004-2009-cu illər ərzində ÜDM həcmi 2,8 dəfə artaraq, onun adambaşına düşən həcmi 2009-cu ildə 3917,3 manat (4874,1 ABŞ dolları) təşkil etmişdir. İqtisadi artım tempinə görə son illərdə Azərbaycan dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Bu muddət ər-zində dünya iqtisadiyyatında artım umumilikdə 25,4%, o cümlədən ABŞ-da 13,3%, Avropa Birliyi olkələrində 13,7%, MDB-də 45,4%, Çində 66,5% olduğu halda Azərbaycan iqtisadiyyatında bu dinamika 2,6 dəfə artımla muşahidə olunmuşdur. Ölkədə yaradılmış əlverişli biznes mühiti böyük nü-

Page 9: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

17

fuza malik beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2009” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan olunmuşdur.

Cədvəl 1 Azərbaycan respulikasnın sosial-iqtisadi inkişafının əsas göstəriciləri

Illər

Ümumi daxili məhsul (ÜDM),

mln. manat

Qeyri-neft ÜDM,

mln. manat

Əsas kapitala investisiya, mln. manat

Əhalinin nominal pul gəlirləri, mln. manat

Nominal orta aylıq əmək haqqı,

anat 2000 4718,2 3055,8 967,8 4047.3 44,3 2001 5315,6 3195,9 1170.8 4301.6 52,0 2002 6062,5 3693,9 2107.0 5018.6 63.1 2003 7146,5 4447,6 3786.4 5738.1 77.4 2004 8530,2 5242,5 4922.8 6595.1 99.4 2005 12522,5 6055,0 5769.9 8063.6 123.6 2006 18746,2 7079,1 6234.5 10198.5 149.0 2007 28360.5 9533,9 7471.2 14558.2 215.8 2008 40137.2 14750,7 9944.2 20058.2 274.4 2009 35601.5 16732.7 7724.9 22601.1 298.0

Qeyd: Cədvəl Azərbaycan Respublikasının Statistika Komitəsinin məlumatları əsasında tərtib olunmuşdur.

Cədvəldən göründüyü kimi 2009-cu ildə 2008-ci ilə nisbətən UDM-da 13.8 faiz azalma olsada, nominal orta aylıq əmək haqqı 2008-ci ilə nisbətən 8.6 faiz, əhalinin nominal pul gəlirləri 6.7 faiz artmışdır. Həmçinin qeyri-neft sektorunda artım müşahidə olunmuşdur. Qeyd olunmuşdur ki, son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etdi. Qlobal maliy-yə-iqtisadi böhran nəticəsində bir cox ölkələrdə ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi atrım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifahının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. 2009-2010-cu illər üçün hazırlanmış ”Qlobal Rəqabətlilik Hesaba-tında” Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında 1-ci yerə yüksəlmişdir. Azərbaycan Respublikası əsas makroiqtisadi göstəricilərinin qrafiki təsviri bu iqtisadi artım tempini daha aydın göstərmişdir (şəkil 1).

Dövlət büdcəsinin artım dinamikasına nəzər salınmışdır. Belə ki, dövlət büdcəsinin gəlirləri 2004-cü idən 2009-cu ilədək 6,9 dəfə artaraq 1503,63 mln..manatdan 10325,.9 mln. manata, uyğun olaraq büdcə xərclərinin həcmi 7 dəfəyə yaxın artaraq 1503,68 mln.manatdan 10 503,9 mln. manata çatmışdır(şəkil 2).

18

Şəkil 1. Azərbaycan respublikası sosial-iqtisadi göstəricilərinin dinamikası.

:

Şəkil 2. Dövlət büdcəsinin strukturu.

Həmçinin regionlar üzrə məhsul istehsalının ümumi həcminin, sənaye məhsulu istehlalının təhlili aparılmışdır (cədvəl 2 və şəkil 3). 2000-2008-ci illərdə Respublikada sənaye məhsulu istehsalının artım tempi 8,1 dəfə, o cümlədən Bakı şəhərində 9,7 dəfə, respublikanın digər regionları üzrə 3,3 dəfə, Abşeron iqtisadi rayonu üzrə 3,8 dəfə, Gəncə-Qazax iqtisadi rayonu üzrə 4,5 dəfə, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 7,6 dəfə, Lənkəran iqtisadi rayonu üzrə 6,4 dəfə, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 51,3 dəfə, Aran iqtisadi rayonu üzrə 2,2 dəfə, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 16,4 dəfə, Naxçıvan iqtisadi rayonu üzrə 11,9 dəfə artmışdır. 2009-cu ildə sənaye məhsulunun həcmi respublika üzrə 22563,6 mln.manat təşkil etmişdir.

Əsas kapitala investisiya qoyuluşları təhlil olumuş, qeyd edilmişdir ki, onun həcmi ilbəil artaraq 2008-ci ildə 2000-ci ilə nisbətən 10,4 dəfə, o cümlədən Quba-Xaçmaz iqtisadi rayonu üzrə 78,1 dəfə, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 56,6 dəfə, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 41,6 dəfə olmuşdur. Respublika üzrə əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 2009–cu ildə 7724.9 mln.manat təşkil etmişdir.

Dövlət büdcəsinin gəlirləri

- mərkəzləşdirilmiş gəlirlər

- yerli gəlirlər

20042005

20062007

20082009

12177

11698

479

7393

7135

258

5336

5169

167

3406

3187

219

2044

1860

184

1504

0

5000

10000

15000

20000

25000

30000

35000

1996 1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008Ümumi daxili məhsul (ÜDM), mln. manat Qeyri-neft ÜDM,mln. ManatƏsas kapitala investisiya, mln. manat Əhalinin nominal pul gəlirləri,mln. Manat

Page 10: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

19

Cədvəl 2 Məhsul istehsalının ümumi həcmi, mln.manat (2006-2009-ci illər)

Qeyd: Cədvəl Azərbaycan Respublikasının Statistika Komitəsinin məlumatları əsasında tərtib olunmuşdur.

Şəkil 3. Regionlar üzrə ümumi məhsul istehsalının dinamikası

Göstərilmişdir ki, bu illər ərzində aqrar sektorun inkişafında da əsaslı dəyişiklər baş vermişdir. Təkcə 2006-2008-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalı ölkə üzrə 173%, o cümlədən, Abşeron iqtisadi rayonu üzrə 223%, Şəkm-zaqatala itqtisadi rayonu üzrə 196% , Gəncə-Qazax və Lənkəran iqtisadi rayonları üzrə 170%-dən çox artmışdır. 2009-cu ildə kənd təsərrüfatında 3.5% artıma nail olunmuşdur. Bu dövrdə əhalinin gəlirləri 3 dəfə, adambaşına düşən orta gəlir isə 3,1 dəfə artmışdır. Əhalinin gəlir-lərinin illik artım templəri bütün müddət ərzində uyğun ildəki inflyasiya səviyyəsini üstələmişdir.

Regionlarda infrastrukturun, o cumlədən elektrik enerjisi, qaz və su

İqtisadi regionlar 2006 2007 2008 2009 Respublika üzrə 24358,10 34573,40 45213,30 39578.5 Bakı şəhəri 19347,50 27931,50 35673,00 30870.6 Abşeron iqtisadi rayonu 478,40 668,10 999,90 626.9 Gəncə-Qazax iqtisadi rayonu 956,30 1156,50 1593,50 1509.9 Şəki-Zaqatala iqtisadi rayonu 359,00 515,10 705,10 656.5 Lənkəran iqtisadi rayonu 442,50 547,00 749,00 689.4 Quba-Xaçmaz iqtisadi rayonu 410,90 560,90 1111,20 831.8 Aran iqtisadi rayonu 1603,20 2089,20 2778,50 2606.6 Yuxarı Qarabağ iqtisadi rayonu 129,00 216,90 300,60 225.2 Kəlbəcər-Laçın iqtisadi rayonu 15,30 17,30 19,90 20.9 Dağlıq Şirvan iqtisadi rayonu 161,10 250,90 347,60 381.5 Naxçıvan iqtisadi rayonu 454,90 620,00 935,00 1159.2

Bakı

şəhər

i

Abşe

ron İR

Gən

cə-Q

azax

İR

Şəki

-Zaq

atal

a İR

Lənkər

an İR

Qub

a-Xa

çmaz

İR

Aran

İR

Yuxa

rı Q

arab

ağiq

tisad

i ray

onu

Kəlbəcər

-Laçın

İR

Dağ

lıq Ş

irvan

İR

Nax

çıva

n İR

2006

2007

2008

35673

1000 1594 705 749 1111 2779 301 20 348 935

27932

668 1157 515 547 561 2089 217 17 251 620

19348

478 956 359 443 411 1603 129 15 161 455

20

təchizatı, nəqliyyat və rabitə infrastrukturunun, sosial infrastrukturun inkişafı istiqamətində uğurlu nəticələr əldə olunduğu işdə verilmişdir. Göstərilmişdir ki, regionların inkişafında baş verən mühüm dəyişikliklər nəqliyyat və rabitə infrastrukturunda da qabarıq şəkildə nəzərə çarpmış və bu bölmələrdə həyata kecirilən geniş miqyaslı tədbirlər ümumi iqtisadi-sosial dinamikaya öz təsirini gostərmişdir. Bu illərdə, regionlarda sosial infrastruktur obyektlərinin inşası miqyasına və bölgələrin coğrafiyasına gorə geniş vusət almış, yuzlərlə təhsil, səhiyyə, mədəniyyət, turizm, idman-sağlamlıq və digər obyektlər tikilib istifadəyə verilmişdir. Bu sahədə aidiyyatı qurumlarla yanaşı, Heydər Əliyev Fondunun dəstəyinin mühüm əhəmiyyətə malik olduğu işdə qeyd olunmuşdur.

Bu illər ərzində ölkədə sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi təkmilləşdirilmiş, dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkar-lıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Əgər, 2003-cü ildə ÜDM-in həcmində özəl sektorun payı 74% təşkil edirdisə, həyata keçirilmiş tədbirlər nəticəsində 2009-cu ildə bu göstərici 85%-ə çatmışdır.

2004 - 2009-cu illədə ölkədə 840 min yeni iş yeri yaradılmışdır. Bu illərdə yeni yaradılmış bütün iş yerlərinin 80%-i, daimi iş yerlərinin isə 72%-i regionların payına düşmüşdür. Təhlillərdə göstərilir ki, Dovlət Proqramı çərçivəsində həyata kecirilən tədbirlər sözün həqiqi mənasında iqtisadi tərəqqiyə səbəb olmuşdur. Belə ki, bu tərəqqi özünü xalqımızın yüksələn rifahında, artan maaşlarında, yaxşılaşan güzəranında, istifadəyə verilən minlərlə muəssisədə, sahibkarlıq subyektlərinə yaradılan normal şəraitdə, bölgələrdə quruculuğun və abadlaşmanın vusət almasında gostərməkdədir.

Dissertasiya işində əsaslandırılmısdır ki, bütün müsbət dəyişikliklərlə yanaşı Azərbaycanda bir çox sahələdə regionlar arasında əhəmiyyətli fərqlər hələ qalmaqdadır və ölkədə regionlar arasında tarazlı inkişafa hələlik tam nail olunmamışdır. Ölkənin sosial-iqtisadi həyatında, xüsusilə region-ların inkişafı və əhalinin məşğullğu sahəsində hələ də həll edilməmiş problemlər qalmaqdadır. Respublikamızda regionların inkişafı özünün assimetrik xarakterini hələ də saxlamaqdadır ki, bunu da ən vacib problem-lərdən biri hesab etmək olar.

Regionlar arasındla sosial və iqtisadi şəraitlə bağlı olan fərqlər həm kəmiyyət həm də keyfiyyət xarakterlidir. Əgər kəmiyyətcə asimmetriyanı hətta rəsmi statistik məlumatlarda asanlıqla müşahidə etmək mümkündürsə, onun keyfiyyət tərəfi daha dəqiq ekspert qiymətləndirməsi tələb edir.

Fikrimcə, regionlararası əhəmiyyətli fərqlərin yaranmasının səbəblərin-

Page 11: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

21

dən biri də iqtisadi məkanın bircins olmaması, regionlar arasında əhəmiy-yətli struktur fərqlərinin olmasıdır. Əgər Bakı şəhəri və onun ətraf aqlome-rasiyası öz inkişafında postsənaye mərhələsinə keçid dövrünə yaxınlaşırsa, digər regionlar hələ də nisbətən zəif inkişaf etmiş sənaye və kənd təsər-rüfatından asılıdır. Regionlarn sosial-iqtisadi göstəriciləri üzrə qurulan diaqramlarında regionlararası fərqlər daha aydın müşahidə olunur. Məsələn,

Şəkil 4. Regionlar üzrə əsas kapitala investisiyalar Regionların inkişafında iqtisadi asimmetriyanın mövcudluğunu digər müqayisədən də görmək olar. Bu dövrdə Azərbaycanda adambaşına məhsul istehsalına görə ən əlverişli (Bakı şəhəri) və ən geri qalan region (Lənkəran iqtisadi rayonu) arasında 19 dəfədən artıq fərq vardır ki, bu da regionların inkişaf səviyyələri arasıında böyük disproporsiyaların olduğunu göstərir.

Bakı şəhər

i

Abşe

ron İR

Gən

cə-Q

azax

İR

Şəki-Z

aqatala İR

Lənkər

an İR

Qub

a-Xa

çmaz

İR

Aran

İR

Yuxa

rı Qar

abağ

İR

Kəlbəcər

-Laçın İR

Dağ

lıq Şirv

an İR

Nax

çıva

n İR

17489

1950 1362 1248 9122282

1550496 88

12392353

Şəkil 5. Regionlar üzrə adambaşına düşən ümum məhsul istehsalı(manatla)

2008-ci ildə regionların inkişafının əsas sosial-iqtisadi göstəriciləri (Əsas kapitala investisiyalar, mln. Manat)

9944

6273

380 372 191 140611 582

132 0 118 310

Res

publ

ika

üzrə

akı şə

həri

Abşe

ron İR

Gən

cə-

Qaz

ax İR

Şəki

-Za

qata

la İR

ənkə

ran İR

Qub

a-Xa

çmaz

İR

Aran

İR

Yux

arı

Qar

abağ

İR

Kəlbəcər

-La

çın İR

Dağ

lıqŞi

rvan

İR

Nax

çıva

n İR

22

İşdə sosial asimmetriya baxımından Azərbaycanda əhalinin gəlirləri üzrə də regionlar arasında əhəmiyyətli fərqlərin olduğu göstərilmişdir.

Regionlar arasında əhəmiyyətli fərqlərin olması istənilən dövlət üçün, o cümlədən, Azərbaycan üçün də xoşagəlməz hal olub böyük problemlər yaradır. Bu problemlər ümumdövlət əhəmiyyətli problem olub dövlətin yardımı olmadan həll oluna bilməz. Dövlət müxtəlif yollarla, o cümlədən büdcə vəsitlərinin bölüşdürülməsi yolu regionlararası fərqləri azaltmağa çalışır. Regionlararası fərqlərin aradan qaldırılması məsələlərin həlli əhəmiyyətli dərəcədə regional iqtisadiyyatın inkişafı ilə bağıdır. Qeyd edək ki, Azərbaycanda regionların iqtisadiyyatı mürəkkəb şəraitdə inkişaf edir. Regionların iqtisadiyyatında struktur dəyişiklikləri bazar amillərinin təsiri altında daim baş verir və müasir şəraitə adaptasiya olunur.

Dissertasiya işində regional inkişafın idarə olunmasının həll edilməli aşağıdakı kimi problemləri aşkara çıxarılmışdır: yerli özünüidarəetmə orqanlarının imkanlarının məhdudluğu, regionlarda sosial sahənin inkişafı ilə bağlı problemlər, regionların iqtisadi imkanlarından asılı olmayaraq vətəndaşların sosial hüquqlarının müəyyən səviyyəsinə zəmanət verəcək elmi-əsaslandırılmış sosial standartların olmaması; regionların sosial-iqtisadi inkişaf şərtlərində kəskin fərqlərin olması, urbanlaşma və əhalinin iri şəhərlərdə toplaşması, bəzi reginlarda əhali sayının azalması; regionlarda qeyri-optimal kadr yerdəyişməsi (kadr axıcılığı, miqrasiya və s.); regionların kompleks ekoloji müdafiəsinin olmaması, ətraf mühitə xoşagəlməz təsirlərin, texnogen risklərin artması və s. Ən vacib problemlər kimi regional ildarəetmə orqanlarının təşkilati strukturunun təkmilləşdiril-məsi, yeni iş yerlərinin yaradılması, regional siyasətin hüquqi və institusio-nal bazasının inkişafı, regional inkişafın maliyyə mexanizmlərinin təkmil-ləşdirilməsi məsələrini qeyd etmək olar. Əsaslandırılır ki, regionların inkişafında göstərilən problemlərinin bir-biri ilə sıx əlaqədar olması onların sistemli həllini nəzərdə tutur ki, bu da regionların inkişafının mühüm şərti kimi çıxış edir və kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Buna isə səmərəli fəaliyyət göstərən yeni regional siyasət sisteminin hazırlanması və reallaşdırılması yolu ilə nail olmaq mümkündür.

Müəyyən olunmuşdur ki, respublikamızda vahid bir regional siyasət çərçivəsində olmasa da iqtisadi rayonlara, onların tərkib hissəsi kimi inzi-bati rayonlar, bələdiyyələrə birbaşa dövlət yardımlarının göstərilməsi, ayrı-ayrı regionlar üzrə güzəştli şərtlərlə kreditlərin verilməsi, differensial vergi siyasətinin həyata keçirilməsini nəzərdə tutan tədbirlər həyata keçirilməsinə baxmayaraq hələlik dövlətin regional siyasətinin işlənib hazırlanması və

Page 12: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

23

reallaşdırılmasının tam və vahid sistemi mövcud deyildir. Bütün digər ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət vəsaitlərinin ərazi üzrə bölgüsü həyata keçirilir. Dövlət indi də ekoloji, təbii fəlakətlərin baş verdiyi regionlara, çox böyük ehtiyacı olan bölgələrə yardımların göstərilməsini təmin edir. Lakin bir sıra hallarda bu cür bölgünün rəsmi meyarları mövcud olmur, müəyyən subyektivlik elementləri özünü büruzə verir. Regional siyasətin hüquqi və institusional mexaninizmlərinin formalaşdırılmasında bir sıra problemlər mövcuddur. Regional siyasətlə bağlı meyarların müəyyənləşdirilməməsi bu sahədə qəbul olunan qərarların bir sıra hallada subyektiv xarakterli olmasına səbəb olur və regional siyasətin reallaşmasına maneçilik yaradır.

Müəyyənləşdirilmişdir ki, Azərbaycanda regional siyasətin işlənib hazırlanması və xüsusilə reallaşdırılmasında istifadə olunan alətlər bir çox ölkələrinin (məsələn, Qərbi Avropa ölkələrinnın) fonunda olduqca məhdud-dur. Regional inkişafın idarə olunması üçün əsasən büdcə transfertlərindən və məqsədli dövlət proqramlarından, fərman və sərəncamların qəbul olun-masından ibarət məhdud sayda alətlər çoxlüğündan istifadə olunur. Döv-lətin regional siyasətinin məqsədlərinə nail olmaq üçün ən vacib vasitələr-dən biri yerlərdə regionların inkişafı üçün məqsədli proqramlarının işlənib hazırlanması və həyata keçirilməsindən ibarətdir. Lakin hələlik regional in-kişaf proqramların işlənib hazırlanması ilə bağlı normativ-hüquqi sənədlər mövcud deyildir.

Göstərilmişdir ki, regional siyasətin həyata keçirilməsinin ən böyük çətinliklərindən biri onun maliyyə təminatı məsələsindən ibarətdir. Burada regional büdcələrin yaradılması məsələsinə də baxıla bilər. Bu regional idarəetmə orqanlarını ərazidə iqtisadiyyatın, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi və inkişaf etdirilməsində daha maraqlı edə bilərdi.

Regional siyasətin həyata keçirilməsində optimal idarəetmə struktu-runun təşkilinin çox böyük əhəmiyyəti vardır. Fikrimizcə, Azərbaycanda da regional siyasətlə məşğul olan bu tipli xüsusi qrumların yaradılmasına ehtiyac vardır. Bu qurum müxtəlif sosial-iqtisadi inkişaf səviyyəsinə malik regionlara münasibətdə aktiv regional siyasətin, müxtəlif regional inkişaf proqramlarının işlənib hazırlanması və reallaşdırılması yolu ilə regional inkişaf problemlərinin səmərəli həllini təmin edə bilərdi.

Dissertasiya işinin “Azərbaycanda regional inkişafın idarəetmə subyektləri və onların qarşılıqlı əlaqələri” adlanan dördüncü fəslində regional inkişafın idarə olunması problemlərinin həllinin təmin olunmasın-da idarəetmə subyektlərinin, o cümlədən bələdiyyələrin rolu müəyyənləş-dirilmiş, bu subyeklər arasında münasibətlərin forma-laşdırılması və tən-

24

zimlənməsı, bununla bağlı sosial tərəfdaşlıq məsələlərinə baxılmış, onların formalaşdırılması, regionda işgüzar aktivlik, azad iqtisadi zonalar, regional marketinq məsələləri araşdırılmışdır. Göstərilir ki, Regional inkişafda bu və ya digər dərəcədə həm dövlət hakimiyyət orqanları (mərkəzi və regional), həm yerli özünüidarəetmə orqanları, həm konkret təsərrüfat subyektləri (sahələr, müəssisələr), həm də əhali maraqlıdır.

Dissertasiya işində regional inkişafı idarəetmə subyektlərinin funksiya-ları və idarəetmədə iştirak xüsusiyyətləri ətraflı təhlil olunmuşdur. Regional inkişafın idarə olunmasında mərkəzi hakimiyyətin tənzimləyici təsirləri ilə yanaşı regional idarəetmə orqanlarının da üzərinə ölduqca böyük vəzifələr düşdüyü əsaslandırılmışdır. Regional idarəetmədə istənilən səviyyə (iqtisadi rayon, inzibati rayon, şəhər, qəsəbə, kənd, bələdiyyə) idarəetmə orqanları iki əsas funksiya yerinə yetirirlər: sakinlərə və müəssisələrə xidmətlərin göstərilməsi və tabeçiliklərində olan ərazinin sosial-iqtisadi inkişafının idarəedilməsi.

Azərbaycanda regional inkişafın idarə olunmasında regional dövlət idarəetmə orqanları kimi yerli icra hakimiyyəti orqanlarının rolu kifayət qədər böyükdür. İnzibati rayonlarda ərazilərin sosial-iqtisadi inkişafının idarə olunmasını təmin edən bu strukturlar Azərbaycan Respublikası Prezi-dentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq fəaliyyət göstərirlər. Bu Əsasnamə Konstitusiyanın 124-cü maddəsinə uyğun olaraq yerli icra haki-miyyətlərinin fəaliyyət dairəsini və təşkilati quruluşunu, habelə səlahiyyət-lərini müəyyən edir. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti vətəndaş-ların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi; müvafiq əra-zinin əhalisinin rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi kimi prinsiplərə əsasən həyata keçirilir. Yerli icra hakimiyyəti orqanları rayonlarda, şəhərlərdə və şəhər rayonlarında ərazinin iqtisadi, sosial və mədəni inkişafını, dövlət mənafelə-rinin və yerli mənafelərin uzlaşdırılmasını təmin edir.

İşdə Yerli icra hakimiyyəti orqanlarının strukturu, vəzifələri, fəaliyyəti-nin iqtisadi əsasları, maliyyə mənbələri, ərazidə gördüyü işlər öyrənilmiş və iqtisadi inkişafın gedişinə təsir metodları araşdırılmışdır: regionda işgüzar aktivliyin inkişafı üçün əlverişli şəraitin yaradılması (yollar, rabitə, ofislər, bazar infrastrukturu); işgüzar aktivliyin tənzimlənməsi (yerli vergilər, xü-susi şərait); regional idarəetmə orqanları və biznesin birbaşa kooperasiyası.

Göstərilir ki, regional idarəetmə orqanlarının inkişafın idarəedilməsinin hansı metodundan istifadə etməsindən asılı olmayaraq regionun inkişafına təsir funksiyası özlüyündə bir sıra xüsusiyyətlərə malik olur. Bu funksiya

Page 13: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

25

regional inkişafın idarə olunması sahəsində işlərin çevik qaydada təşkil olunmasını və problemlərin həllinə qeyri-standart yanaşmanın tətbiqini, özəl və qeyri-dövlət təşkilatları ilə danışıqların təşkil olunmasını, müasir menecmentin proqressiv metodlarından, o cümlədən strateji planlaşdırma və marketinqdən istifadə olunmasını nəzərdə tutur.

Müəyyənləşmişdir ki, regional inkişafa görə səlahiyyətlər və uyğun olaraq məsuliyyət müxtəlif idarəetmə səviyyələri arasında dəqiq bölüşdürül-məlidir. Səlahiyyətlərin idarəetmə səviyyələri arasında bölgüsü elə aparıl-malıdır ki, onların təkrarlanmasına yol verilməsin. Konkret məsələnin həlli üçün cavabdeh idarəetmə səviyyəsi uyğun maliyyə təminatını yaratmalıdır və hansısa bir işin yerinə yetirilməsi aşağı idarəetmə səviyyəsinə tapşırılarsa bunun yerinə yetirilməsi üçün uyğun resurslar da verilməlidir. Xarici elmi ədəbiyyatda çox vaxt regional tədbirlərin, idarəetmənin məqsədlərinə xid-mət edə biləcək və xarakterinə görə nazirliklərarası fəaliyyət göstərən müs-təqil bir orqanın yaradılmasının zəruriliyi xüsusi qeyd olunur. Belə bir orqan təkcə kompleks xarakterli siyasətin müxtəlif tərəflərini əlaqələndirmə vasitəsi kimi deyil, həm də ümumilli və regional inkişafın bir-birinə zidd ola bilən məqsədləri arasında razılaşdırmaların həyata keçirilmə forması kimi də mühüm əhəmiyyət kəsb edə bilər. Təklif olunur ki, Azərbaycanda da belə bir orqanın yaradılması faydalı olardı. Daha bir təklif təşkilati tədbir olaraq, ölkə Prezidentinin iqtisadi rayonlar üzrə səlahiyyətli nümyəndə-lərinin müəyyənləşdirilməsi ola bilər.

Bu fəsildə həmçinin qed olunur ki, xarici ölkələrin təcrübəsi göstərir ki, regional inkişafın idarə olunmasında yerli özünüidarəetmə orqanları böyük rol oynayırlar. Bu gün Azərbaycanda da birpilləli yerli özünüidarəetmə sis-temi yaradılmışdır və ölkə ərazisində 1718 yerli özünüidarəetmə qurumu – bələdiyyə fəaliyyət göstərir. Seçki yolu ilə formalaşdırılan bələdiyyələr dövlət hakimiyyəti orqanları sisteminə daxil olmayan müstəqil qurumlardır və onların fəaliyyətinə dövlət orqanlarının, dövlətin vəzifəli şəxslərinin mü-daxiləsinə yol verilmir. Azərbaycanda yerli özünüidarənin iqtisadi əsasları-nı bələdiyyə mülkiyyəti, yerli maliyyə, dövlət mülkiyyətində olan və bələ-diyyələrin istifadəsinə verilmiş, bələdiyyə əhalisinin tələbatının ödənilməsi-nə xidmət edən əmlak təşkil edir. Bələdiyyələrin səlahiyyətləri sırasına on-ların yerli sosial müdafiə və sosial inkişaf proqramları, yerli iqtisadi inkişaf proqramları, yerli ekoloji proqramlar qəbul etmək və reallaşdırmaq da da-xildir. İşdə Yasamal bələdiyyəsinin bu istiqamətdə təhlilinə xüsusi yer verilmişdir.

Müəyyənləşdirilmişdir ki, Azərbaycan bələdiyyələrinin regional inkişafın idarə olunmasında sahəsində böyük uğurlarından danışmaq hələlik

26

mümkün deyil. Bunun başlıca səbəbləri arasında digər məsələlərlə yanaşı onların maliyyə imkanlarının zəifliyini qeyd etmək olar. Aparılan təhlillər göstərir ki, əksər hallarda bələdiyyə idarəçiliyinin səviyyəsi və təşkilati strukturu əhalinin yerli özünüidarəetmə proseslərinə cəlb olunmasını, onların yerli əhəmiyyətli iqtisadi və sosial məsələlərdə real iştirakını tam təmin edə bilmir. Ona görə də, bu gün Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanan, düzgün qurulmuş bələdiyyə idarəçiliyi sisteminə, onun təşkilati strukturunu optimallaşdırmağa, strateji planlaşdırmaya, öz maliyyə imkanlarının geniş təhlilinə, uçot və nəzarəti həyata keçirməyə və bütün bunlar üçün bələdiyyələrdə güclü və zəif cəhətləri aşkar etməyə xüsusi ehtiyac duyulur.

Əsaslandırılır ki, dövlət büdcəsinin hazırlanması və qəbulu prosesində bələdiyyələrin maraqlarının müdafiəsini təmin edəcək mexanizmlər və prosedurlar müəyyənləşdirilməli, dövlət yardımlarının bölüşdürülməsinin başlıca prinsipləri dəqiqləşdirilməlidir. Minimal büdcə təminatı normativ-ləri əsasında yerli büdcələrin minimal zəruri xərcləri müəyyən edilməlidir. Ona görə də ümumdövlət sosial standartları və minimal büdcə təminatı normativlərinin qəbul olunması sürətləndirilməlidir. Bələdiyyə sifarişi sisteminin tətbiqi, bələdiyyələrdə büdcə prosesinin şəffaflığının təmin olunması, bələdiyyə müəssisə və idarələrinin kənar auditinin təşkili, bələdiyyə mülkiyyəti obyektlərinin inventarlaşdırılması və onların bazar qiymətlərinin müəyyənləşdirilməsi, onlardan istifadə formalarının seçilmə-sində müsabiqə mexanizmlərindən istifadə olunması kimi məlum metod-lardan geniş istifadə olunmalıdır.

Təhlillər göstərir ki, əgər bələdiyyə təsərrüfatının idarəolunması üçün zəruri iqtisadi, hüquqi, resurs təminatının yaradılması məsələləri həll olunarsa bələdiyyələr qısa müddət ərzidə vətəndaşların maraqlarını ifadə etməklə şəhərin, rayonun və bütövlükdə respublikanın sosial-iqtisadi inkişafının idarəolunmasının həqiqi subyektinə çevrilə bilər.

Dissertasiyada göstərilir ki, Azərbaycanda regional siyasət çərçivəsində həll olunmalı ən vacib məsələlərdən biri strateji regional sosial tərəfdaşlıq sisteminin formalaşdırılmasıdır. Əsaslandırılır ki, regionun strateji inkişa-fında onun ərazisində yerləşən bütün sosial subyektlər və institutlar maraq-lıdırlar. Ümumi regional inkişaf konsepsiyası ən azı aşağıdakı kimi beş qrup maraqları nəzərə almalıdır: dövlət, region, bələdiyyə, sahibkar və vətəndaş maraqları. Bu gün dövlət hakimiyyət orqanları ilə yanaşı regional inkişafın öz siyasətini formalaşdırmaq hüququna malik yerli özünüidarəetmə orqan-larından və biznes strukturlarından ibarət yeni subyektləri meydana gəlmiş-dir. Burada əsas vəzifələrdən biri bu subyektlərin maraqlarının razılaşdırıl-

Page 14: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

27

masından ibarət olmalıdır. Bu məsələnin həlli dövlət siyasətinin bələdiyyə-lərin və təsərrüfat subyektlərinin siyasəti ilə əlaqələndirilməsini təmin edə-cək xüsusi institutların və proseduraların işlənib hazırlanması ilə bağlıdır.

Təklif olunur ki, regional səviyyədə strateji planlaşdırma baxımından sosial tərəfdaşlığın başlıca obyekti bütün sosial subyektlərin və institutların strateji maraqlarını nəzərə alan regional inkişaf konsepsiyası olmalıdır. Bu halda sosial tərəfdaşlığın predmeti kimi regional inkişafın bütün istiqamətləri üzrə konsepsiyanı işləyib hazırlayan və reallaşdıran iştirakçıların münasibət-ləri çıxış edir. Belə ki, regional inkişaf strategiyasının işlənib hazırlanması zamanı əsas strateji tərəfdaşlar aşağıdakılar olmaqla regional sosial tərəf-daşlıq sistemi işlənib hazırlanmışdır: mərkəzi icra hakimiyyəti orqanları (İqtisadi İnkişaf Nazirliyi); yerli icra hakimiyyəti orqanları; yerli özünüida-rəetmə orqanları; sahibkarlar və özəl sektorun nümayəndələri; regionda ya-şayan sakinlər, müxtəlif ictimai təşkilatlar, təşəbbüskarlar; elmi və informa-siya dairələri, kütləvi informasiya vəsitələri. Bu regional sosial tərəfdaşlığın sistemi regionun uyğun sahələrinin, bələdiyyələrin, müəssisələrin sistemləri ilə əlaqəlidir və onlarla qarşılıqlı fəaliyyətdə olur. İşdə həm də regionun sosial tərəfdaşlıq sisteminin inkişaf strategiyasının modeli verilmişdir. Bu model, özünüidarəedən sistemin maketidir və ona girişdə mıxtəlif resurslar daxil olur, sonra SWOT-təhlilin köməyi ilə bu informasiya qiymətləndirilir, qərarlar matrisi, strategiyanın struktur sxemi tərtib olunur və uyğun balanslaşdırılmış göstəricilər sistemi işlənib hazırlanır. Bu modelin əsas elementləri SWOT-təhlil, balanslaşdırılmış göstəricilər sistemi və kollektiv müqavilələr, razılaşmalar sistemidir. Ümumilikdə, regional inkişaf strate-giyasının islənib hazırlanması və qiymətləndirilməsi prosesinin təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, regionların uğurlu inkişaf strategiyası-nın hazırlanması və ərazinin perspektiv inkişaf istiqamətlərinin müəyyən-ləşdirilməsi prosesi subsidiarlıq və əməkdaşlıq prinsipləri əsasında strateji tərəfdaşlıq sisteminin formalaşdırılmasını zəruri edir.

Bu fəsildə həmçinin qeyd olunur ki, ölkə iqtisadiyyatının və onun ayrı-ayrı regionlarının inkişafı üçün əlverişli şəraitin yaradılması, investisi-yaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsinin istifadə edilməsi, rəqabət qabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədi ilə ölkə Prezidenti 6 mart 2007-ci il tarixdə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” Fərman imzalamış və onun əsasında xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyən, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını müəyyənləşdirən “Xüsusi iqtisadi zonalar

28

haqqında” qanun qəbul olunaraq Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə qüvvəyə minmişdir. Əsaslandırılır ki, Azərbaycan öz ərazisində «azad sahibkarlıq zonalarının» yaradılması üçün bir sıra amillərə malikdir. Respublikamız əlverişli coğrafi mövqeyə, xoş iqlimli gözəl təbiətə, təbii və əmək resurslarının geniş potensialına malikdir və azad zonaların yaradılması üçün ən azı aşağıdakı kimi variantlar mövcuddur: Lənkəran, Naxçıvan, Abşeron, Quba, Gəncə, Sumnayıt. Bu variantlardan hər birinin müsbət və mənfi tərəflər vardır və variantlardan birinin reallaşdırılması digərlərini istisna etmir. Bu variantların hamısının ümumi üstünlüyü əlverişli mövqeyə malik olmasıdır. Azərbaycanda azad iqtisdi zonaların pespektiv formalarından biri texnoparklar ola bilər. Bu gün elmlə istehsalın inteqasiyası problemi lazımi səviyyədə həll olunmur, sənaye və kənd təsərrüfatı müəssisələri elmi-texniki nailiyyətlərdən geniş istifadə edə bilmirlər. Respublikamızda vençur (risk) biznesin institutları və infrastrukturu yaradılmamışdır. Belə şəraitdə elmlə istehsalat arasında əlaqələndirici rolunu texnoloji parklar oynaya bilər ki, burada müxtəlif sahə tədqiqat institutları, yüksək ixtisaslı mütəxəssisələr çalışmalıdırlar. Texno-parkların yaradılması ayrı-ayrı yüksək texnologiyalı istehsalın təşkilinə imkan verməklə yanaşı, həm də regional ixracın genişlənməsinə və diver-sifikasiyasına yardım edə bilər. Odur ki, azad iqtisadi zonanın yaradılması haqqında fərman - selektiv yanaşma, böyük hazırlıq işləri, mərkəzi və yerli hakimiyyət orqanlarından məsuliyyətli qərarlar tələb edir.

İşdə regional inkişafın idarə olunması prosesində müasir idarəetmə tex-nologiyaları istiqamətində regional marketinq məsələləri araşdırılmış və bu sisteminin qurulması təklif olunmuşdur. Belə ki, regional marketinq ərazi-nin imicinin formalaşdırılmasına və yaxşılaşdırılmasına, onun rəqabət qabi-liyyətliliyinin yüksəldilməsinə, regionun beynəlxalq, dövlət və regional proqramlarda iştirakının genişlənməsinə, əraziyə dövlət və digər sifarişlərin cəlb olunmasına kömək edir. Ənənəvi informasiya-kommunikasiya texnolo-giyalarından istifadə idarəetmənin bu məqsədlərə nail olmaq üçün lazım olan çevikliyini təmin edə bilmir. Bu çətinliyi aradan qaldırmağa son dövr-lərdə sürətlə inkişaf edən yeni informasiya texnologiyaları, xüsusilə internet kömək edir. Göstərilir ki, regional internet-marketinq tədricən regional inki-şafın idarəolunmasını yeni alətinə çevrilir. O, regional resursların istifadəçi-ləri üçün idarəetmə subyektlərinin açıqlığını və əlçatanlığını təmin edir, re-gionda və ondan kənarda baş verən dəyişikliklərin monitorinqini və vaxtın-da təhlilini aparmağa imkan verir, idarəetmə prosesini əlaqələndirmə yə kö-mək edir və nəzarəti asanlaşdırır. Regional internet-marketinqi təmin etmək üçün marketinq və internet-texnologiyalar sahəsində mütəxəssis kadrlar,

Page 15: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

29

çoxsaylı maliyyə mənbələrinin dəstəyi tələb olunur. Dövlət büdcəsinin, bə-lədiyyələrin büdcələrinin vəsaitlərinin regionun informasiya-kommunikasi-ya infrastrukturunun inkişafına, regional və bələdiyyə web-saytlarının yara-dılması və saxlanılmasına istifadə etmək məqsədə uyğun olardı.

Təklif olunur ki, Azərbaycanda “Regional siyasət (inkişaf)” informasi-ya sisteminin formalaşdırılması konsepsiyasının işlənib hazırlanması və reallaşdırılması regional inkişafın idarəolunması problemlərinin səmərəli və sürətli həllinə şərait yaradardı. Bu informasiya sistemi ölkədə regional asimmetriya və regional siyasətin digər istiqamətləri ilə bağlı proseslərinin təhlili, tənzimlənməsi və proqnozlaşdırılması üçün istifadə oluna bilər. “Regional siyasət” informasiya sistemi regional inkişaf və regional asim-metriyanın azaldılması sahəsində qərar qəbulu proseslərinin təkmilləşdiril-məsi ilə bağlı aşağıdakı bir sıra funksiyaları yerinə yetirməlidir: Regional siyasətin hüquqi əsaslarının montiorinqi, təhlili; məlumatların avtomatlaş-dırılmış qaydada toplanması və saxlanılması; Regionların sosial-iqtisadi inkişaf göstəricilərinin asimmetrik dəyişiklərinin dinamik təhlili əsasında böhranlı ərazilərin aşkara çıxarılması; daha “əlverişli”, “orta”, depressiv və geri qalmış regionları aşkara çıxarmaq üçün onların ümumi tipləşdirilməsi-ni; və s. İnformasiya sistemi texniki vasitələrdən, məsələlər kompleksindən, tipik və ixtisaslaşmış proqramlar kompleksindən ibarət olub aşağıdakıları təmin etməlidir: sistemin köməyi ilə toplanmış informasiya əsasında hüquqi və sosial-iqtisadi asimmetriya göstəricilərinin dinamikasının operativ təh-lili; məsələlərin avtomatlaşdırılmış həlli əsasında regionda idarəetmə subyektlərinə və mütəxəssislərə analitik yardımın göstərilməsi; dövlət və region səviyyəsində vergi-büdcə, struktur, investisiya, sosial və başqa siya-sət tədbirlərinin müxtəlif ssenarilərindən asılı olaraq ayrı-ayrı regionların sosial-iqtisadi inkişafının makrogöstəricilərinin proqnozlaşdırılması və s.

Dissertasiya işinin sonuncu, “Azərbaycanda regional inkişafın idarə olunmasının təkmilləşdirilməsi istiqamətləri” adlanan beşinci fəslində regional inkişafın idarə olunması problemlərinin bir-biri ilə sıx bağlı olduğu qeyd olunmuş, bu problemlərin sistemli şəkildə həll olunmasının vacibliyi qənaətinə gəlinmişdir. Bunun üçün yeni regional siyasətə keçidin zəruriliyi əsaslandırılmağa çalışılmışdır. Bu fəsildə həmçinin regional inkişafın strateji planlaşdırılması, regional inkişaf proqramlarının işlənib hazırlanma-sı və realllaşdırılması, onların monitorinq sisteminin qurulması məsələləri ilə bağlı nəzərı və praktik əhəmiyyət daşıyan araşdırmalar aparılmış, dövlət qərarlarının yerinə yetirilməsinə nəzarət, kadr hazırlığı məsələlərinə baxılmış, bir sıra təklif və tövsiyyələr verilmişdir.

Dissertasiya işində strateji planlaşdırılma regional inkişafın idarə olun-

30

masının mühüm şərti kimi əsaslandırılmışdır. Əsaslandırılmışdır ki, regio-nal inkişafın strateji planlaşdırılmasının əsas mərhələləri aşağıdakılardır: in-kişaf məqsədlərinin müəyyənləşdirilməsi; regional inkişafın xarici mühiti-nin təhlili; regionun güclü və zəif tərəflərinin təhlili; regionun mövcud üs-tünlüklərindən istifadə və yenilərin formalaşdırılması: inkişaf Konsepsiyası-nın işlənib hazırlanması; strategiyanın həyata keçiril-məsi üçün konkret fəa-liyyət planının işlənib hazırlanması; səmərəlilik və nəticəliliyin təhlili, məq-sədlərdə və onlara nail olma metodlarında düzəlişlərin aparılması.

Müəyyənləşmişdir ki, regional strateji planlaşdırma texnologiyası so-sial, iqtisadi və mədəni dəyişikliklərin idarə olunmasının sosial-humanitar texnologiyalarının yeni nəslinə aid edilir, region və onun tərkib hissələri (rayon, şəhər, sahə, bələdiyyə) arasında mövcud qarşılıqlı fəaliyyətin siste-minin təkmilləşdirilməsini nəzərdə tutur. İşdə strategiyanın hazırlanması, strateji alternativlərin qiymətləndirilməsi və seçilməsi prosesində istifadə olunan təhlil metodları öyrənilmişdir:

- xarici mühitin təhlili metodları (PEST-təhlil, rəqiblərin təhlili və s.). PEST-təhlil (Political, Economic, Social, Technological) xarici mühitin yaratdığı strateji şəraitin diaqnostikasını nəzərdə tutur;

- regionun hazırkı mövqeyinin və imkanlarının təhlili (SNW-təhlil). SNW-təhlil (Strength, Neutral, Weakness) güclü və cəif tərəflərin təkmilləşdirilmiş təhlilinldən ibarətdir.

- SWOT-təhlili, strateji alternativlərin müəyyənləşdirilməsi. Bu təhlil növü regionun güclü (Strengths) və zəif (Weaknesses) tərəflərini, imkan (Opportunities) və təhlükələrini (Threats) qiymətləndirməyə imkan verir.

Dissertasiya işində əsaslandırılır ki, regional strategi planlaşdırmada iqtisadi göstəricilərin qarşıdıqlı əlaqəsinin tədqiqi üçün saləhərarası balans modeli əlverişli alət hesab olunur. İşdə çoxregionlu sahələrarası modelin və entropiya konsepsiyası əsasında qurulmuş regionlararası axınların təhlilinin modeli təklif olunmuşdur. Model regional və sahə aspektində istehsal və istehlakın strukturunu müəyyənləşdirməyə, həmçinin yaranmış xarici iqtisadi balansdan asılı olaraq müxtəlif regionlar arasında əlaqələrin “sıxlığını” təyin etməyə imkan verir. Resursların regionlararası axınının modelləşdirilməsində N ilə regionların sayını, R ilə bu regionlarda təkrar istehsal olunan və bölüşdürülən müxtəlif resurs tiplərinin sayını işarə edək. Fərz edək ki, r

ijx – r tipli resursun i -ci regiondan j -ci regiona göndərilən sayıdır (bundan sonra yuxarı indekslər məhsulun tipminə, aşağı indekslər isə regionlara uyğun olacaqdır). r

ijc ilə r resursunun bir vahidinin i -ci regiondan j regionuna göndərilməsi isə bağlı xərcləri işarə edək. Onda r

Page 16: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

31

resursunun j -ci regiona ( r resursunun j -ci regionda “tam istehlakı”) və ι -ci regiondan ( r resursunun j -ci regionda “tam istehsalı”) məcmu axınları aşağıdakı kimi hesablanır:

∑=i

rij

rj xX *

və ∑=j

rij

ri xX *

(1)

Bu qayda ilə müəyyənləşdirilən istehsal və istehlak aşağıdakı balans tənliyinə (qapalı sistem üçün) uyğun gəlir:

∑∑ =i

ri

j

rj XX **

.

r -ci resursun istehsalı i -ci regiondan j -ci regiona göndərilməsi ilə bağlı xərclər aşağıdakı kimi hesablanır:

rbj

rij

rbj xcC = (2)

j -ci regionda istehlak olunan r resursunun məcmu dəyəri (bu resur-sun istehsalı və j -ci regiona göndərilməsi ilə bağlı məcmu xərclər), (1) bərabərliyinin i indeksi üzrə cəmi kimi müəyyən olunur ( j regionu da daxil olmaqla bütün regionlar-mənbələr üzrə):

∑∑ ==b

rbj

rij

i

rij

rj xcCC*

(3)

Anoloji olaraq, r -ci resursun i -ci regionda istehsalı və paylaşdırıl-ması ilə bağlı məcmu xərclər aşağıdakı kimi hesablanacaqdır:

∑∑ ==j

rbj

rij

j

rij

ri xcCC *

(4)

Buradan alırıq ki, istehsal və bölgünün məcmu dəyəri: ∑∑=

i j

rbj

rij

r xcC , (5)

resurs axınlarının mümkün paylanma çoxluğunu məhdudlaşdıran şərtlərdən biridir.

Verilən çoxsahəli regionlararası qravitasiyalı entropiya modeli region-ların cari vəziyyətinin qiymətləndirilməsi və iqtisadi inkişafının proqnoz-laşdırılması üçün istifadə oluna bilər.

Göstərilir ki, Azərbaycanda regional inkişaf strategiyasının işlənib ha-zırlanması, regional strateji planlaşdırmadan istifadə məsələlərinə gəldikdə isə bu istiqamətdə müəyyən işlər görülür. Lakin bütövlükdə respublikamız-da regional inkişaf strategiyalarının hazırlanması və reallaşdırılması məsələ-sinin geniş inkişaf etdiyini söyləmək düzgün olmazdı və bu sahədə aşa-ğıdakı kimi bir sıra çatışmazlıqlar mövcuddur: strateji planlaşdırma regional inkişafda ictimai iştirakın mexanizminə çevrilə bilmir, regional inkişafda maraqlı olan bütün subyektlərin və ictimaiyyətin bu prosesə cəlb

32

olunmasının vacibliyi lazımınca qiymətləndirilmir; strateji planın hazırlanması gedişində əldə olunmuş təcrübə və prosedurlar normativ aktlarda əks olunmur və planın reallaşdırılmasının institusional bazası yaradılmır; strateji planların büdcə və digər plan növləri ilə əlaqəsini təmin edən və strateji yanaşmaya yönümlü iş qabiliyyətli idarəetmə sistemləri formalaşdırılmır; strateji planlardan xarici regional marketinqin elementi kimi zəif istifadə olunur; reqional mütəxəssislərin layihə mədəniyyəti vərdişləri zəifdir.

Bu çatışmazlıqları nəzərə almaqla strateji planlaşdırmaya aşağıdakı istiqamətlərdə informasiya-metodiki və maliyyə dəstəyinin göstərilməsi məqsədəuyğun olardı: hakimiyyət orqanları ilə əhali arasında dialoqun aktivləşdirilməsinə metodiki və təşkilati yardımın göstərilməsi, ictimaiyyətin bu prosesə cəlb olunması üçün metodika və təşkilati-maliyyə dəstəyinin olması; regional strateji inkişaf planlarının işlənib hazırlanmasına mərkəzi hökumət tərəfindən metodiki fərqliliyi azaltmaq və stratejii planların hazırlanmasına stimullaşırmaq üçün dəstəyin göstərilməsi; regional strateji planların və onun tədbirlərinin reallaşdırılmasına dövlət orqanları tərəfindən dəstəyin verilməsi, məqsədli dövlət proqramlarının iş-lənib hazırlanması zamanı regional strateji planlara daxil edilmiş layihələrin maliyyələşdirilməsinə dövlət səviyyəsində müsabiqələrin keçirilməsi; strateji təhlil və monitorinqlər zamanı regionlararası müqaisələrin aparılması üçün ümumi statistik verilənlər bazasının yaradılması; strateji planlaşdırma sahəsində kadrların hazırlanması, layihə ilarəçiliyi, qruplarla işin təşkili sahəsində təlimlərin keçirilməsi və s.

Dissertasiya işində regional inkişaf proqramı kimi mürəkkəb alətin tətbiqi şərtləri, əlamətləri təhlil olunmuşdur. Göstərilir ki, proqram-məq-sədli metodun hər bir səviyyələrdə (dövlət, region, bələdiyyə) istifadəsi bütövlükdə qarşıya çıxan komples problemlərin xarakteri və ərazi miqyası ilə xarakterizə olunur.

İşdə regional inkişaf proqramın işlənib hazırlanması alqoritmi verilmiş-dir: regionun rolu və funksiyaları haqqında analitik informasiyanın hazır-lanması; regionun resurs və sosial-iqtisadi potensialının müqaisəli qiymətləndirilməsi; dövlət və regional səviyyədə qərar qəbul olunması tələb olunan regional inkişaf problemlərinin aşkar edilməsi;aşkar olunmuş problemlərin həlli baxımından prioritetlər sisteminin işlənib hazırlanması; regional inkişaf meyllərini nəzərə almaqla proqnozların işlənib hazırlanma-sı; ölkənin inkişaf konsepsiyası çərçivəsində regional inkişaf konsepsiya-sının və strateji istiqamətlərinin müəyyənləşdirilməsi; seçilmiş prioritetlərə və strateji istiqamətlərə uyğun olaraq regional inkişafın müxtəlif proqnoz

Page 17: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

33

variantlarının işlənib hazırlanması; proqramın məqsəd və vəzifələrinə nail olmaq üçün proqram tədbirləri kompleksinin işlənib hazırlanması; prioritet istiqamətlər üzrə investisiya layihələrinin, biznes-planların işlənib hazırlan-ması; proqramın reallaşdırılma mexanizminin müəyyənləşdirilməsi; proqra-mın resurs təminatı; proqramın reallaşdırılması üzrə funksiyaların bölüş-dürülməsi; proqramın səmərəliliyinin proqnoz qiymətləndirilməsi.

İşdə göstərilir ki, proqramın reallaşdırılma mexanizmi özündə norma-tiv-hüquqi baza və təşkilati-təsərrüfat mexanizmi birləşdirir Regional inki-şaf proqramının reallaşdırılması aşağıdakıları nəzərdə tutur:

Son illərdə Azərbaycanda onlarla müxtəlif sosial inkişaf proqramları, o cümlədən təhsilin inkişafı istiqamətində, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəlmiş, yoxsulluğun azaldılması istiqamə-tində, müxtəlif institusional proqramların həllinə yönəldilmiş regional və respublika əhəmiyyətli kompleks proqramlar qəbul olunmuşdur. İşdə regionların inkişafla bağlı Dövlət Proqramları araşdırılmışdır.

Aparılan təhlillər göstərir ki, Azərbgaycanda dövlət proqramlarının işlənib hazırlanması və reallaşdırılması sahəsində xeyli müsbət təcrübə əldə olunmuşdur. Lakin bütövlükdə regional inkişaf proqramlarının idarə olun-masının əldə olunmüş təcrübə əsasında əhəmiyyətli dərəcədə təkmilləşdiril-məsinə ehtiyac vardır. Hüquqi bazanın genişləndirilməsinə, regional inkişa-fın vacib problemlərinin proqram metodları ilə həlli üçün məqsədli proq-ramların seçilməsi üçün əsaslandırılmış kriteriyalarının müəyyənləşdiril-məsinə xüsusi ehtiyac duyulur.

Regional inkişaf proqramlarının işlənib hazırlanması üzrə aşağıdakı sahələrdə metodik tövsiyyələr təklif olunur: regional inkişaf proqramlarının işlənib hazırlanma alqoritminin və reallaşdırılmasının təşkilati-təsərrüfat və hüquqi mexanizmlərinin işlənib hazırlanması; regional inkişafın strateji istiqamətlərinin müəyyənləşdirilməsi və sosial-iqtisadi potensialının qiymətləndirilməsi metodikası; regionun dayanıqlı inkişafına nail olmaq və iqtisadi artımı təmin etmək üçün mərkəzi, regional və yerli özünüidarəetmə səviyyəli proqram tədbirləri kompleksinin işlənib hazırlanması metodikası.

Təklif olunur ki, regional inkişaf proqramlarının təşkilati mexanizminin səmərəliliyinin artırılması üçün “Məqsədli dövlət proqramlarının işlənib hazırlanması, təsdiqi və reallaşdırılması qaydalırı” adlı sənədin və ya “Məqsədli inkişaf proqramları haqqında” xüsusi qanunun qəbul edilməsi məqsədəuyğun olardı. Burada məqsədli proqramların mərkəzi, regional, yerli inkişaf proqramları kimi dəqiq təsnifatının müəyyənləşdirilməsi, hər bir səviyyə üçün onların predmeti, hazırlanma məqsədləri və reallaşdırılma-sı, sifarişçiləri və icraçılarının funksiyaları dəqiq öz əksini tapmalıdır.

34

İnkişaf etmiş ölkələrin bir çoxunun təcrübəsinin və elmi mənbələrin təhlili dayanıqlı inkişafa yönəlmiş regional siyasətin işlənib hazırlanmasının zəruriliyini sübut edir. Tədqiqatlar göstərir ki, dayanıqlı inkişaf konsepsiya-sının reallaşdırılması aşağıdakı kimi çətinliklərlə bağlı ola bilər: təbii resursların ekstensiv istifadəsinə yönəlmiş makroiqtisadi siyasət; təbii resurslara mülkiyyət hüquqi ilə bağlı dədiq qanunvericiliyin olmaması; təbii resursların regionun təsərrüfat və ətraf mühit potensialının tərkib hissəsi kimi uçotu və qiymətləndirilməsinin səmərəli sistemi və metodikasının olmaması və s. Bu problemlərin aradan qaldırılması üçün ən vacib məsələ-lərdən biri dövlətin siyasət tədbirlərinin təkmilləşdirilməsi ilə yanaşı mər-kəzlə regionlar arasında qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni modelinin işlənib hazırlanmasından ibarət olmalıdır.

Şəkil 6. Dayanıqlı regional inkişaf modelinin prinsipial sxemi

Bu model, bir tərəfdən, ekoloji və sosial alt sistemlərin inkişaf yolları-

nın müəyyən olunmasına, digər tərəfdən iqtisadi inkisaf məhdudiyyətlərinin formalaşmasdırılmasına istiqamətlənməlidir. Hər bir konkret situasiyaya uyğun olaraq prioritetlərin dəyişilməsi zamanı model kifayət qədər çevik investisiya siyasətinin həyata keçirilməsini nəzərdə tutur.

İşdə göstərilir ki, Azərbaycanda yeni regional siyasətin formalaşdırılması və regional inkişaf srategiyaları hazırlanmasınin əsasında durmalı olan ideologiyanın seçilməsi məsələsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycanda yeni regional siyasətin missiyası aşağıdakı

Sosial-ekoloji yönümlü iqtisadi meyarlar

- qanunvericilik, normativ-hüquqi sənədlər;

-normativ metodlar;

-monitoring; -idarəetmə;

k ti

Ətraf mühitin qorunması: - Texniki-tenoloji; - İnşaat mühəndisliyi; - Sanitar-gigieniya; Təbiəti mühafizə: - Resursların qorunması - Canlı,cansız aləm - Eko və biotexniki sistem

- qiymətləndirmə metodları;

-investisiya qoyuluşu; -bank; -marketinq; -audit; -maliyyə;

Ərazi planlaşdırması

Page 18: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

35

kimi müəyyənləşdirilə bilər: ölkə ərazisində əhalinin rifahını və həyat səviyyəsini yüksəltmək, keyfiyyətli iqtisadi artım templərinin dayanıqlığını təmin etmək, olkənin və regionların rəqabət üstünlükllərini gücləndirmək məqsədi ilə regionların (bələdiyyələrin) sosial-iqtisadi inkişafına yardım göstərilməsi. Regional siyasətin məqsədi aşağıdakıları əhatə edə bilər: regional iqtisadi və sosial inkişafı optimallaşdırmaq; yerli resurslardan tam istifadə etmək; regionlarası fərqlərin tarazlaşdırılması; “artım qütblərinin” stimullaşdırılması; vahid iqtisadi məkanın möhkəmləndirilməsi və s. İşdə regional siyasət həyata keçirilərkən “artım qütblərinin” seçilməsinin çox vacib olduğu qeyd olunmuşdur.

Əsaslandırılır ki, Azərbaycan Respublikasında yeni regional siyasətin starteji məqsədləri aşağıdakılardan ibarət ola bilər: ölkənin və onun regionlarının qlobal rəqabət qabiliyyətliliyinin təmin olunması; sürətli iqtisadi artıma və iqtisadiyyatın strukturunun dəyişdirilməsinə nail olmaq üçün regionların resurslarının səfərbər edilməsi prosesinin stimul-laşdırılması; insan kapitalının inkişafı, regionda əhalinin peşə mobilliyinin təmin olunması; dayanıqlı inkişaf üçün regionlarda ekoloji vəziyyətin yaxşılaşdırılması; idarəetmənin keyfiyyətinin yaxşılaşdırılması və ictimai maliyyədən səmərəli istifadənin təmin olunması.

Həmçinin işdə regional inkişaf məqsədlərinə nail olunması üçün aşağı-dakı tədbirlərin həyata keçirilməsi təklif olunmuşdur: regional və yerli özünüidarəetmə səviyyəsində strateji planlaşdırma alətlərinin tətbiqi üçün stimulların yaradılması; qanunvericiliklə dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanları arasında dəqiq səlahiyyət bölgüsünün aparıl-ması; regional sosial-iqtisadi göstəricilərin, normativ hüquqi bazanın vəziy-yətinin, biznesin inkişafı və investisiya layihələrinin həyata keçirilməsinə formal və qeyri-formal maneələrin olub-olmamasına, infrastruktur maneələ-rinin və iri investisiya layihələrinin reallaşdırılması imkanlarının aşkara çıxarılmasına imkan verən monitorinq sisteminin yaradılması; regionlarara-sı əlaqələndirmə sisteminin formalaşdırılması, regional inkişaf strategiyası-nın işlənib hazırlanmasına maraqlı tərəflərin cəlb olunması; regionların və bələdiyyə qurumların mövcud maliyyə stimullaşdırılması mexanizmlərinin reallaşdırılması, yerli özünüidarəetmə orqanlarının regional inkişafı ilə bağ-lı səylərinin birgə maliyyələşdirilməsi və s.

Regional siyasət, yerli özünüidarəetmə orqanları da daxil olmaqla, re-gional inkişafın müxtəlif subyektlərinin birgə müzakirələrinin və razılaşdır-malarının nəticəsi kimi formalaşdırılmalı, bir regionda vəziyyətin digər re-gionların hesabına yaxşılaşdırılmasını deyil, hər bir regionun maraqlarını nəzərə almaqla bütünlükdə ölkə qarşısında duran iqtisadi və siyasi məsələ-

36

lərin həllinə və ölkənin iqtisadi potensialını inkişaf etdirməyə imkan yarat-malıdır.

Dissertasiya işində regional siyasətin normativ-hüquqi bazanın təkmil-ləşdirilməsi ilə bağlı təkliflər verilmişdir. Yeni regional siyasətin işlənib hazırlanmasının ən vacib amillərindən biri institusional elementin inkişaf etdirilməsindən ibarətdir. Şərti olaraq “Azərbaycan Respublikasının ərazi inkişafı haqqında”, “Regional inkişafın dövlət tənzimlənməsinin əsasları haqqında”, “Azərbaycan Respublikasında regional siyasətin əsas istiqamətləri haqqında” qanunların qəbul olunmasına xüsusi ehtiyac vardır. Məsələn, “Ərazi inkişafı haqqında” qanunda ölkənin ərazi inkişafının baş sxeminin qurulması prinsipləri (dövlət əhəmiyyətli infrastruktur obyektləri-nin, iri sosial obyektlərin yerləşdirilməsi, ölkə ərazisinin funksional zona-laşdırılması və s.) müəyyənləşdirməli, bu sxemin regionlarla, iri bələdiyyə-lərlə razılaşdırılma mexanizmləri müəyyən edilməlidir. “Regional inkişafın dövlət tənzimlənməsinin əsasları haqqında” qanunda regional inkişafın məqsədlərinin, vəzifələrinin və əsas istiqamətlərinin müəyyənləşdirilməsi, müasir regional siyasətin prinsiplərinin, forma və metodlarının, regional inkişafda tarızlığın və səmərəliliyin təmin olunması üçün büdcə fondlarının formalaşdırılması və xərclənməsi qaydalarını, xüsusiyyətlərini nəzərə almaqla regionların differesasiyasının aparılması məqsədəuyğun olardı.

“Azərbaycan Respublikasında regional siyasətin əsas istiqamətləri haqqında” qanunda regional siyasətin məqsədləri aşağıdakı kimi müəyyən-ləşdirilə bilər: dövlətin ərazi bütövlüyünün əsaslarının və sabitliyin möh-kəmləndirilməsi; bütün regionlarda iqtisadiyyatın inkişafına, regional və ümumdövlət əmtəə, əmək, kapital bazarlarının yaranmasına, institusional və bazar infrastrukturun inkişafına şərait yaratmaq; regionların sosial-iqtisadi inkişaf səviyyəsində dərin fərqlərin aradan qaldırılması və əhalinin rifah halını yaxşılaşdırmaq məqsədilə regionların iqtisadi bazasının möhkəmlən-dirilməsi, məskunlaşma sisteminin rasionallaşdırılması üçün mərhələlərlə şəraitin yaradılması; regionların təsərrüfat strukturunun iqtisadi və sosial baxımdan özünü doğruldan rasionallıq və komplekslilik səviyyəsinin təmin olunması, regional iqtisadiyyatın həyat qabiliyyətinin yüksəldilməsi və s.

Sosial problemlərin həllinə kömək edə biləcək qanunlardan biri də “Azərbaycan Respublikasında dövlət minimal sosial standartları haqqın-da” qanun ola bilərdi ki, burada təhsil, səhiyyə, sosial müdafiə və s. sahələr üzrə dövlət minimal sosial standartlarının müəyyənləşdirilməsi və tətbiqi məsələləri öz əksini tapardı və regionların sosial inkişafı səviyyələrindəki disproporsiyaların azaldılması, geri qalmış ərazilərdə bu səviyyənin qəbul olunmuş standartlara çatdırılmasını təmin edərdi. Eyni zamanda respublika-

Page 19: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

37

nın büdcə-vergi qanunvericiliyinin təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilməsi tələb olunur.

Respublikamızda gələcəkdə iqtisadi baxımdan depressiv, geri qalan ərazilərin sürətli inkişafını təmin etməli olan qanunlar və ya digər normativ-hüquqi sənədlər qəbul olunmalıdır. Bizim qanunvericilikdə bu cür qanunlar yoxdur və elmi ədəbiyyatda onların hazırlanmasına yalnız müəyyən yanaş-malardan danışılır. Bu tipli qanunlara şərti olaraq “Depressiv ərazilərə dövlət yardımı tədbirləri haqqında”, “Geri qalmış ərazilərin inkişaf etdiril-məsi haqqında” və s. sənədləri aid etmək olar. Bu qanunlarda depressiv və geri qalmış regionların müəyyənləşdirilməsinin meyar və prosedurları işlənib hazırlanmalı, onlara yardımın qaydaları öz əksini tapmalıdır. Region tiplərinin formalaşdırılması və fəaliyyətinin təmin olunması sahəsində nor-mativ sənədlərin işlənib hazırlanması və tətbiqi tələb olunur. Xüsusi halda depressiv rayonların, sərhədyanı rayonların inkişafının normativ-hüquqi bazası yaradılmalı və inkişaf etdirilməlidir.

Ölkədə regionlararası sosial-iqtisadi fərqlərin azaldılmasının hüquqi həlli qanunlar sisteminin işlənib hazırlanması ilə bağlıdır. Belə qanunlardan biri “Regionların sosial-iqtisadi inkişafındakı asimmetriyanın azaldılması haqqında” qanun olardı ki, burada asimmetriyanın azaldılması probleminin həllinin ümumi prinsipial məsələləri öz əksini tapmış olardı. Bu qanunun əsas müddəaları aşağıdakıları özündə əks etdirə bilərdi: regional siyasətinin institutsional strukturunun təkmilləşdirilməsi eyni zamanda regional siyasətlə məşğul olan institutların (qanunverici və icra hakimiyyəti orqanları və s.) yenidən təşkili, regional siyasətin praktiki reallaşdırılması üçün norma və qaydalar kompleksinin formalaşdırılması istiqamətində həyata keçirilməldir; regionların inkişafındakı sosial-iqtisadi disproporsiyaların azaldılması probleminin ümumdövlət xarakteri dövlət tənzimlənməsi problemini (dövlət proteksionizmi, sistemlilik, müsa-biqəlilik, şəffaflıq, və s.) ön plana çəkir; regional inkişafdakı dis-proporsiyaları azaltmaq tədbirlərini maliyyələşdirmək üçün depressiv və geri qalmış regionlara maliyyə yardımı fondu yaradılmalıdır.

Regional siyasətin maliyyə resursları ilə bağlı isdə regional inkişafın maliyyə təminatı üçün təşkilati mexanizmlərin yaradılması və təkmilləş-dirilməsi təklif olunur. Artıq qeyd etdiyimiz kimi, regional siyasətin maliy-yə resurslarının formalaşdırılmasında ən vacib məsələlərdən biri hər bir proqram üzrə büdcədənkənar maliyyə mənbələrinin tapılmasından ibarətdir. Ona görə də hesab edirik ki, regionların inkişafında disproporsiyaların azaldılması tədbirlərini maliyyələşdirmək, depressiv və geri qalmış regionlara maliyyə yardımlarını həyata keçirmək üçün, bir sıra ölkələrdə

38

olduğu kimi, xüsusi fondun yaradılması məqsədəuyğun olardı. Regional siyasətin maliyyə resurslarının formalaşdırılmasında maliyyə bazarının ərazi aspekti də mühüm rol oynayır. Bu həm də regionların iqtisadi potensialına, onların inkişafındakı fərqlərin və asimmetriyanın səviyyəsinə də təsir edir. Azərbaycanda Bakı şəhəri istisna olmaqla bank kapitalının regionların investisiya potensialına təsiri zəifdir. Hazırkı dövrdə bankların paytaxtda cəmləşməsi meyli hələ də davam etməkdədəir. Banklar arasında Bakı şəhərində güclü rəqabətin olması paytaxt bazarının əlverlişli şəraiti ilə bağlıdır. Regionun bank və maliyyə strukturlarının banklar assosasiyası ilə əməkdaşlığı da regional inkişaf məsələlərinin həllinə kömək edə bilər. Banklar assosasiyası bankların və maliyyə strukturlarının fəaliyyətinin əlaqələndirilməsi, zəruri normativ-hüquqi bazanın, onlar üçün yüksək ixtisaslı kadrların hazırlanması, xarici banklar və maliyyə strukturları ilə əlaqələrin yaradılması yolu ilə regionların müasir maliyyə sisteminin formalaşdırılmasına əhəmiyyətli töhfə verə bilərlər.

Regionların sosial-iqtisadi inkişaf səviyyələri arasında olan fərglərin aradan qaldırılması regional inkişafın prioritet istiqamətlərindəndir. İşdə göstərilir ki, regionlararasi fərqlərin aradan qaldırılmasında səmərəlilik vacib şərtlərdən biridir. Odur ki, bu problemin həlli üçün səmərəli inkişafın müasir paradigması olmalıdır. Qlobal maliyyə-iqtisadi mühitinə inteqrasiya etməyə başlayan gənc dövlətlərin lider dövlətlərə yaxınlaşma arzuları hər şeydən əvvəl dövlətin özünün modernləşməsini, onun funksiyalarının yeni-dən qurulmasını və təkmilləşdirilməsini, idarəetmə strukturunun rasional-laşdırılmasını və həlledici qərarların qəbul edilmə mexanizmi də daxil ol-maqla idarəçilik alətlərinin yenilənməsini tələb edir. Regional inkişafda səmərəlilik problemi uyğun alqoritmlərin məqsədyönlü səkildə istifadəsini nəzərdə tutur. Səmərəli sosial-iqtisadi inkişafın müasir paradiqması isə aşağıdakı prosesləri özündə birləşdirir: regionlar arasında qarşılıqlı faydalı əlaqələrin təkmilləşdirilməsi; səmərəli sosial-iqtisadi inkişafın təşkili və tətbiqi; icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qarşılıqlı əlaqəsi; daxili intizamlılıq.

İşdə əsaslandırılır ki, investisiyalar regional inkişafın vacib amilidir. Fikrimizcə, investisiya layihələrinin region səviyyəsində dəstəklənməsi üçün üç səviyyədə seçim həyata keçirilməlidir. Birinci mərhələdə təklif olunan təsnifata uyğun olaraq regional inkişaf prioritetlərinin tələblərinə cavab verən layihələr seçilir və onların ilkin ekspertizası həyata keçirilir. İkinci mərhələdə layihələrin kompleks ekspertizası həyata keçirilir və bu zaman müsbət rəy almış layihələr üçüncü mərhələyə çıxarılır. Üçüncü mərhələdə layihənin seçilməsi və region səviyyəsində dəstəklənməsi üçün

Page 20: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

39

alınan nəticələrin meyarlara uyğunluğu yoxlanılır. Təklif olunan qayda regionun inkişaf prioritetlərindən asılı olaraq meyarların sayının, çəki əmsallarının dəyişdirilməsi yolu ilə adaptasiya oluna bilər.

Dissertasiya işində göstərilir ki, regionda kadr hazırlığı məsələsi priori-tet hesab olunmalı, həm dövlət, həm də sahibkarlar tərəfindən dəstək-lənməlidir. Regionda təsərrüfatçılıq kadrlarının fasiləsiz peşə təhsili sistemi yaradılmalıdır. Bu sistemə sahibkarlar, təsərrüfatçılıq subyekktlərinin kadr-ları (dövlət, bələdiyyə, özəl), dövlətin iqtisadi idarəetmə orqanlarının kadr-ları cəlb olunmalıdır. Sosial xidmətlərin intensıvliyi və keyfıyyət göstərici-lərinin artırılması tətbiq olunan texnologiyadan kifayət qədər asılı olduğun-dan belə obyektlərin yaradılması zamanı bu məsələyə xüsusi diqqət yetiril-məlidir. Məsələn, indiki dövrdə təhsil, səhiyyə və s. kiıni sosial intrastruktur obyektlərində kompüter texnologiyalarından istifadəyə xüsusi diqqət gös-tərilir. Belə ki, idarəetmədə iştirak edən kadrlar elmi texniki yenilikləri kifayət qədər tez mənimsəməlidirlər, yüksək intellektə malik olmalıdırlar.

Dissertasiya işində regional inkişafın idarə olunmasının digər məsələlə-rinin həllinin vacibliyi xüsusi vürğulanmışdır. Unutmaq olmaz ki, Azərbay-canın ərazisinin 20%-nin işğal altında olması faktı və bu regionlarımızın işğaldan azad edildikdən sonrakı mərhələdə görüləcək işlər əvvəlcədən hazırlanmalı, müharibənin nəticələrini aradan qaldırmaq, iqtisadi fəaliyyət üçün cəlbedici proqramların hazırlanması regional inkişaf baxımından döv-lətin əsas problemi kimi qiymətləndirilməlidir.

Dissertasiya işinin əsas məzmunu aşağıdakı dərc olunmuş elmi əsərlərdə öz əksini tapmışdır.

1. Bazar iqtisadiyyatı şəraitində ehtiyatların idarə edilməsi./ BDU, “Qafqaz: tarix, müasirlik və qeosiyasi perspektivlər” Beynəlxalq elmi konfransın tezisləri, Bakı, 1998.səh.85-86

2. Müasir sosial-iqtisadi proseslərin metodoloji problemləri./ BSİPİ, “Sosial-iqtisadi inkişaf və demoqrafik proseslər”, Respublika Elmi-praktik konfransın materialları, Bakı,1999, səh 186-187

3. Bələdiyyə orqanlarının səmərəli fəaliyyəti üçün optimal strukturun modelləşdirilməsi.//“Bələdiyyə“ Jurnalı (5), Bakı , 2001, səh 4-8

4. Bəzi mərkəzi və şərgi Avropa ölkələrində regional siyasətin xüsusiy-yətləri. //Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, İcmal İnfor-masiya, Bakı, 2003, 18 səh.

5. A Professional Development Treninq proqram for local Municipa-lities Specialists from Azerbaijan./US Department of State, Central Asian Productivity Research Center(CAPRC) –seminar "Managing Govern-ment for Quality and Productivity", Chicago, 2003, www.caprc.org.

40

6. Azərbaycanda yoxsulluq probleminin həllinə sistemli yanaşma. // Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademi-yası – “İki əsrin nadir dövlət xadimi və lideri”,mövzusunda elmi sessiyanın materialları, Bakı 2003, səh. 210-211

7. Производственные функции как средства моделирования эконо-мики. // Azərbaycanın Aqrar Elmi, Azərbaycan Respublikası Kənd Təsər-rüfatı Nazirliyi, Elmi-Nəzəri Jurnal,2003 (1-3 ), ст.34-37

8. Regional inkişaf: məqsədləri, meyilləri və idarəetmə metodları.// Azərbaycan Aqrar Elmi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Elmi-Nəzəri Jurnal, 2008 (6), səh.3-5

9. Regional inkişaf: nəzəriyyələri və modelləri.// Azərbaycan Respubli-kasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyası,Dövlət İdarəçili-yi, Nəzəriyyə və Təcrübə , 2008 (4/24), səh. 144-150

10. Regional inkişafda indekativ planlaşdırma.//Azərbaycan Milli Elm-lər Akademiyası, Fizika-texnika və Riyaziyyat seriası, cild - XXVIII, İnfor-matika və İdarəetmə Problemləri, 2008 (6), səh.55-59

11. Regional inkişafda İKT-nin rolu./Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – “Dövlət İdarəçiliyində İnformasiya Texnologiyalarının Tətbiqi” mövzusunda elmi-praktik konfran-sın materialları, Bakı, 2008, səh.89-92

12. Regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin rolu// Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisad elmləri: nəzəriyyə və praktika, 2008 (1/2), səh. 129-135

13. Региональные управления: проблемы, перспективы. //Федерация, Scientific Journal about Problems of Politics, Economy, sociology & Law, Moskva, 2009 (3), ст.4-6

14. Davamlı regional inkişafda idarəetmə qərarları./Tруды Mежду-народной Kонференции «Научно-технический прогресс и современная авиация» посвященной 75-летию академика А.М.Пашаева, Bakı, 2009, ст.229-230

15. Regional inkişafın səmərəli idarə olunması problemləri: qiymətlən-dirmə və təmin olunma.//Azərbaycan Milli Elmlər Akademiyası, İqtisa-diyyat İnstiutu, Elmi əsərlər, 2009 (1), səh.195-198

16. Regional inkişafda qərar qəbul etmə metodları.//Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, İqtisadiyyat Elmləri Seriyası, 2009(2), səh.152-155

17. Государственная поддержка региональному развитию: опыт зарубежных стран и Азербайджан.//Держава та регiони, Науково-виробничий журнал, серiя: Державане управлiння , 2009/ 2, ст.198-202

Page 21: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

41

18. Konstitusiya islahatları dövrün tələbidir. “Azərbaycan” Rəsmi dövlət qəzeti, 1 Mart 2009.

19. Azərbaycanda regionların təsnifləşdirilməsi və onların inkişafının əsas xüsusiyyətləri. //Audit jurnalı, Bakı Biznes Universiteti, 2010 (3), səh.40-50

20. Azərbaycanda regional inkişaf problemləri və regional siyasət.// Turan, Stratejik Araşdırmalar Merkezi, Uluşlararası Bilimsel Hakemli Mersimlik Dergi, 2010, səh. 96-101

21. Maliyyə resursları və onların regionların sosial-iqtisadi inkişafına təsiri. /Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – “Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasəti: dünya təcrübəsi və azərbaycan modeli”mövzusunda beynəlxalq elmi-praktiki konfrans, Bakı 2010, səh.243-245

22. Regional inkişafın idarəolunmasının təkmilləşməsi istiqamətləri. //Azərbaycan Aqrar Elmi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Elmi-Nəzəri Jurnal, 2010 (6), səh.23-28

23. Azərbaycanda regional inkişafın sosial-iqtisadi aspektləri.// AMEA, Fizika-texnika və Riyaziyyat seriası, 2010 (6), ст.114-121

24. Особенности развития регионов Азербайджана. //Journal - Intercultural Relations Society, Грузия, 2010 (12), ст.92-97

25. Regionların sosial-iqtisadi inkişafının idarə olunmasının təşkili istiqamətləri./ Qafqaz Universiteti, “Caucasus and Central Asia in the Globalization Prosess”, mövzusunda beynəlxalq elmi-praktik konfrans materialları, Bakı, 2010, səh.146-147

26. Regional Policy and Regional Programme of socio-economic Development. / Athens, Greece, International Conference on Applied Economics (İCOAE 2010), p.856

27. Regional inkişafın idarə olunmasında strateji planlaşdırma.// Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyası, Dövlət İdarəçiliyi,Nəzəriyyə və Təcrübə,2010/4, səh.159-163

28. Regional inkişaf proqramları: nəzəri və praktik məsələlər.// Monoqrafiya. Bakı , 2010, 223 səh.

29. Гусейнова Х.М. Особенности развития регионов Азербайджана //Azərbaycan Aqrar Elmi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Elmi-Nəzəri Jurnal, 2010 (5), ст.145-147

30. Regionların sosial-iqtisadi inkişafının idarə olunmasının təşkili məsələləri // Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat İnstiutu, Elmi Əsərlər, Bakl, 2010(4), səh.249-253

31. Regional inkişafda idarəetmə subyektləri//Azərbaycan Milli Elmlər

42

Akademiyasının Xəbərləri, İqtisadiyyat seriyası, 2010 (4), səh.113-117 32. Regional inkişafın idarə olunmasinda maliyyə resursları//

Azərbayan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu, Elmi Əsərlər, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm Mərkəzi. Bakı, 2010(4), səh.43-46

33. Azərbaycanda regional inkişafın sosial-iqtisadi aspektləri// Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat İnstiutu, Elmi Əsərlər, Bakı, 2011(1), səh.254-261

34. Regional inkişafın idarə olunmasında regional siyasətin təkmilləşdirilməsi.//Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, İqtisadiyyat seriyası, Bakı, 2011(1)

35. Regional marketinq regional alət kimi //Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat İnstiutu, Elmi Əsərlər, Bakı, 2011(2).

36. Regional inkişafın idarə olunması istiqamətində strateji planlaşmanın rolu // Azərbaycan Aqrar Elmi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Elmi-Nəzəri Jurnal, 2011 (1), səh.17-19

37. Regional inkişafda indikativ planlaşma. //Azərbaycan Aqrar Elmi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi,Elmi-Nəzəri Jurnal, 2011 (2), səh.10-13

38. Dövlət və yerli özünüidarəetmə orqanları regionların sosial-iqtisadi inkişafının idarəolunması subyektləri kimi// Audit jurnalı, Bakı Biznes Universiteti, 2011 (2), səh.65 -74

39. Теоретические основы разработки стратегии региональной политики (на примере Азербайджана)//Журнал «Экономические и гуманитарные исследования регионов», Россия 4/ 2011, ст.134-138

40. Regionun yeni paradiqmaları və nəzəriyyələri // Audit jurnalı, Bakı Biznes Universiteti, 2011 (3)

41. Проблемы социально-экономического развития региона// Журнал «Вестник, Башкирский государственный университет», Россия, 2011(3), ст.111-115

42. Моделирование социально-экономического развития региoнов Азербайджана // Журнал « Экономической Теории», Россия, 2011 3(1), ст. 96-101.

43. Анализ развития регионов Азербайджана / VI Международная научно-практическая конференция -Экономика, социология, право новые вызовы и пекспективы, Россия, 2011, 3 – 4 октября. http:// esip2010.ru/spisok6.php

Page 22: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

43

ХАТИРА МАИЛЬ КЫЗЫ ГУСЕЙНОВА

Проблемы управления регионального развития в Азербайджане Резюме

Диссертационная работа состоит из введения, пяти глав, вывода, списка использованной литературы, 332 страниц компьютерного текста, 15 рисунков, 8 диаграмм и 67 таблиц. В введении обоснована постановка темы, даны цель и задачи, объект и метод исследования, указаны новизна и практическая ценность работы.

Первой главе диссертационной работы раскрывается теоретичес-ким основам, сущности, содержанию региона и изучению их клас-сификации, анализу основных концепций управления регионального развития. Рассматривая региональное развитие как объект управления, были выявлены ее особенности в современных условиях. Была пока-зана, что появление ассиметрии между регионами привело к необходи-мости управления регионального развития. Показано, что основной за-дачей управления регионального развития следует понимать специаль-но организуемые системные действия, направленные на социально-экономические процессы по обеспечению сбалансированного функ-ционирования региональных систем, главной целью которых является улучшение качества и повышение уровня жизни населения. С этой точки зрения в данной главе анализируется термин «устойчивое ре-гиональное развитие», который характеризуется оптимальной связью целей, средств и результатов деятельности. Здесь также рассмат-риваются основные концепции управления регионального развития.

Во второй главе диссертационной работы «Формы и методы уп-равления регионального развития. Региональная политика» обоснова-на, что одним из основных направлений управления регионального развития является региональная политика. На основе проведенного анализа, выявлены форм, средств и методов управления регионального развития, а также проанализировано основные принципы формирова-ния экономического пространства региона и рассмотрены задачи пла-нирования регионального развития. А также исследована практика зарубежных стран в управлении развитии региона, в частности Евро-союза и рассмотрены возможности использования этого опыта в Азербайджане.

В третьей главе «Анализ современного состояния регионального развития в Азербайджанской Республике» основное внимание обра-щено на классификацию регионов, анализ динамики социально-эконо-

44

мического развития регионов и на основе этого изложены особенности и трудности управления регионального развития в Азербайджане. Дана оценка современного состояния регионального развития на основе статистических данных, определены конкурентные преиму-щества для каждого экономического района, выявлена ассиметрия между ними и определены основные проблемы управления региональ-ного развития. Проведенный анализ показал, что Государственная Программа привело к экономическому прогрессу. В диссертационной работе отмечено, что наряду с позитивными изменениями все еще остаются значительные различия между регионами Азербайджана. А также, выявлены задачи, которые необходимо решить с целью регионального развития Азербайджана.

В четвертой главе «Субъекты управления регионального развития Азербайджана и их взаимосвязь» отмечена значимость роли государ-ственных органов управления и муниципалитетов в решении проблем регионального развития, рассмотрена регулирование взаимосвязи между этими субъектами, задачи социального партнерства и на его основе даны предложения улучшение управления регионального развития. Обосновано необходимость создания системы региональ-ного маркетинга, разработаны предложения создания региональной информационной системы, также, рассмотрен потенциал создания свободных экономических зон.

В пятой главе диссертации «Направления усовершенствования управления регионального развития Азербайджана» обоснована необходимость создания системы стратегического планирования и предложены методические рекомендации разработки стратегии регионального развития. Также обоснована необходимость перехода к новой региональной политике в Республике. С целью выбора стратегии развития отдельных регионов в зависимости от ситуаций предложены эконометрические модели. Рассмотрен метод целевого программирования как средство стратегического управления регио-нального развития и даны предложения усовершенствования методики разработки программ. Также определены критерии для оценки инвестиционных проектов и на их основе предложены правила опре-деления их рейтинга, рассмотрено кадровое обеспечение региональ-ного развития и даны некоторые предложения.

В заключении обобщены наиболее существенные результаты исследования и содержатся ватекающие из них основные выводы и практические рекомендации.

Page 23: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

45

KHATIRA MAIL HUSEYNOVA

Regional development management problems in Azerbaijan Summary

Thesis work consists of introduction, five chapters, conclusions and references, 332 pages of computer text, 15 drawings, 8 diagrams and 67 tables.

In introduction stating the subject is motivated, purpose and problems, object and methods of the study is given, novelty and practical value of the work is specified.

The first chapter of the thesis "Theoretical and methodological basis of the regional development management" are devoted to the theoretical principles, essence, the maintenance of the region and study of their classification, analysis of the basic concepts of regional development management. In consideration of the regional development as the object of management, have been identified its features in present situation. The occurrences of asymmetries between regions led to the need for management of regional development have been shown. It is shown that the main task of management of regional development should be understood as specially organized system actions aimed at socio-economic processes to ensure the balanced functioning of regional systems, whose primary purpose is improving the quality and living standard. From this point of view in this chapter of the thesis analyzed the "sustainable regional development" term, which is characterized by optimal communication goals, means and results of operations. Also the basic concepts of regional

Development management has been grouped. In the second chapter of the thesis "Techniques and methods of

regional development management and regional policy "is justified, that a major focus of regional development management is regional policy. Based on this analysis, given a group of forms, facilities and methods of regional development management and identified the main principles of economic field of the region and consider the regional development planning. The terms of the need to developing and implementing of regional policies have been analyzed. Also the practices of foreign countries in managing the development of the region, particularly the EU have been investigated and are considered the possibility of using this experience in Azerbaijan

In the third chapter, "Analysis of the Current State of Regional Development in Azerbaijan Republic" the main attention is focused on the classification of regions, on analysis of socio-economic development of

46

regions and on this basis given the characteristics and difficulties of regional development management in Azerbaijan. The current state of regional development based on statistical data have been determined, are specified competitive advantages for each economic region, revealed asymmetry between them and the basic problems of regional development management. The analysis showed that the State Program has led to economic progress. In the thesis, along with positive changes were noted that there are significant differences between the regions of Azerbaijan. Also identified problems which solving for the Regional Development of Azerbaijan have a great necessity.

In the fourth chapter of the thesis "Management Subjects of Regional Development of Azerbaijan and their relationship" is noted the significance of the role of State governments and municipalities for solving of the regional development problems, considered the relationship between these entities. In this regard, the problems of social partnership and its proposals are based on management of regional development have been considered. The needs for a system of regional marketing as a one of the facilities of regional development management have been justified. The scientific proposal for a regional information system has been developed, also discussed the potential of creating of free economic zones in Azerbaijan.

The last chapter deals with "The direction of improvement of regional development management in Azerbaijan" the necessity of establishing a system of strategic planning in terms of improved management of regional development and the proposed guidelines development strategy for regional development. Also the need to transition to the new regional policy in Azerbaijan has been justified. Econometric models for the choice of strategy of development of individual Regions depending on situations have been proposed. The method of targeted programming as strategic management facilities of regional development have been discussed and ways to improve methods of software development are suggested. Also criteria for evaluating of investment projects well defined and on this base are proposed rules for determining their rating reviewed people ware of regional development and have been given some suggestions.

In the conclusion the most essential results of research are generalized and the basic conclusion, following from them, and practical recommendations contained.

Page 24: AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ş …aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/iqt/iqt_d... · koqnitiv, ekspert, struktur-funksional, məntiqi və müqaisəli

47

Kağız formatı (210x297) ¼,

Kağız №1, uçot çap vərəqt 2,0 ç.v. Sifariş № 239, tiraj 100

Azərbaycan Dövlət Aqrar Universitetinin mətbəəsi

Rezoqraf üsulu ilə çap olunmuşdur. Gəncə şəhəri, Ozan küçəsi, 102.

48

МИНИСТЕРСТВО СЕЛЬСКОГО ХОЗЯЙСТВА АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

АЗЕРБАЙДЖАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ

АГРАРНЫЙ УНИВЕРСИТЕТ

На правах рукописи

ХАТИРА МАИЛ КЫЗЫ ГУСЕЙНОВА

ПРОБЛЕМЫ УПРАВЛЕНИЯ РЕГИОНАЛЬНОГО РАЗВИТИЯ В АЗЕРБАЙДЖАНЕ

08.00.05 – «Экономика и управление народным хозяством (региональная экономика)»

АВТОРЕФЕРАТ

диссертации на соискание научной степени доктора экономических наук

ГЯНДЖА - 2011