Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi...

34
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi PREZİDENT KİTABXANASI 1 Sosial sahə Təhsil Elm Səhiyyə Mədəniyyət Turizm İdman

Transcript of Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi...

Page 1: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

1

Sosial sahə

Təhsil

Elm

Səhiyyə

Mədəniyyət

Turizm

İdman

Page 2: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

2

Təhsil

Bu gün müstəqilliyinin 25 illiyi qeyd olunan Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyasının

əsasını onun sosial-iqtisadi tərəqqisinin və elmi-texniki potensialının yüksək səviyyədə olması, dünya

mədəni irsinə verdiyi sanballı töhfələr təşkil edir. İndiyədək qazanılan bütün uğurların əsası ümummilli

lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu il Azərbaycan

tarixində dönüş nöqtəsi, yeni epoxanın başlanğıcı hesab olunur. Bu gün haqlı olaraq həmin dövrü

Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibahı dövrü kimi qiymətləndirirlər.

Hakimiyyətə gəlişinin ilk günlərindən Heydər Əliyev Azərbaycan təhsilinin inkişafına böyük qayğı

göstərmiş, ölkənin sosial-iqtisadi inkişafında təhsilin həlledici rola malik olduğunu nəzərə alaraq, onun

tərəqqisinə nail olmaq üçün bütün potensial imkanlardan istifadə etmişdir.

Məlumdur ki, XX əsrin 50-60-cı illərində Azərbaycan neft sənayesi istisna olmaqla, bütün sahələrdə

geridə qalmış aqrar respublika hesab olunurdu. Məhz Heydər Əliyevin titanik fəaliyyəti sayəsində

Azərbaycan hərtərəfli inkişaf yoluna qədəm qoydu. Azərbaycan sənayenin və kənd təsərrüfatının sürətli

inkişafı ilə yanaşı, elm, təhsil və mədəniyyətin inkişafında böyük tərəqqi əldə edildi. Onun rəhbərliyi

altında təhsilin müxtəlif pillələri üzrə islahatlar ardıcıl surətdə həyata keçirildi.

Azərbaycanda ümumi orta təhsilə keçidə 60-cı illərin ortalarında başlansa da bu ideyanın

gerçəkləşməsi 70-ci illərdə mümkün oldu.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində həmin illərdə 350 mindən çox şagird yeri olan 849

ümumtəhsil məktəbi birtipli layihə üzrə tikilib istifadəyə verilmişdi. Bu illərdə məktəblərin texniki və elmi-

metodiki vasitələrlə təminatı əsaslı şəkildə yaxşılaşmışdır. Heydər Əliyevin gərgin əməyi və qayğısı

nəticəsində ümumtəhsil məktəblərinin tədris-maddi bazası və kadrlarla təminatı daha da

möhkəmləndirilmişdi. 1978-ci ildən ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatına

keçilmişdi. 70-80-ci illərdə respublikada 5 yeni ali məktəb acımışdı. Həmin illərdə respublikada ali təhsil

alanların sayı 70 mindən 100 minə yüksəlmişdi.

Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlləri Azərbaycan tarixinin hərc-mərclik dövrü, təhsil

sahəsində isə depressiya və tənəzzül illəridir. Bu dövrdə məktəb tikintisi tamamilə dayanmış, təhsilə

qayğı arxa plana keçmiş, təhsilin maliyyələşməsi minimuma enmiş, təhsil sistemindən kadr axını

başlanmışdı. Bu illərdə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində 242 uşaq bağçası, 616

ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 3 orta ixtisas məktəbi

dağıdıldı ki, bu da təhsil sistemində çoxlu problemlər yaratdı.

1993-cü ilin iyununda ölkəni bürüyən xaos və vətəndaş müharibəsindən xilas etmək üçün xalqın

təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi bərqərar

etdikdən sonra təhsilin inkişafına qayğı göstərdi. Onun sayəsində ümumi təhsildə 11 illik icbari ümumi

orta təhsilə keçildi. «Təhsil haqqında» qanunun yeni layihəsi ümumxalq müzakirəsinə çıxarıldı.

Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ilin martında müstəqil Azərbaycanda milli təhsil

quruculuğunun konsepsiya və strategiyasını hazırlamaq məqsədilə Dövlət Komissiyası yaradıldı.

Beləliklə, müstəqil Azərbaycanda 3 mərhələni əhatə edən təhsil quruculuğu konsepsiyası və strategiyası

hazırlanaraq onun ardıcıl olaraq icrasına 1999-cu ildən start verildi.

Təhsilin məzmununun müstəqil Azərbaycanın dövlətçilik prinsipləri əsasında qurulması ideyası

Heydər Əliyevin başlıca məqsədlərindən biri idi. Ümumtəhsil məktəbləri üçün yeni dərsliklərin

hazırlanması məsələsi həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuş, bu sahədə aparılan işlərlə

Page 3: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

3

müntəzəm maraqlanmış, daim Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi dərsliklərinin

təhsil sistemində müstəsna əhəmiyyətə malik olduğunu vurğulamışdır. Hazırda ümumtəhsil

məktəblərində istifadə edilən dərslik və dərs vəsaitləri bütünlüklə yeniləşdirilmişdir. Heydər Əliyevin

imzaladığı «Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək

haqqında» qərarı yerinə yetirilmişdir

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası hazırda Prezident İlham

Əliyev tərəfindən ölkəmizin davamlı sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində uğurla davam və

inkişaf etdirilməkdədir. Son illərdə Prezident İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı sayəsində

ciddi nailiyyətlər qazanılmış, milli təhsil sisteminin aydın sabahını təmin edəcək bir sıra İnkişaf

Proqramları təsdiq olunaraq reallaşdırılmasına başlanılmış, təhsilin davamlı inkişafına yönəlik əsaslı

tədbirlər görülmüşdür. Bu tədbirlər içərisində təhsilin məzmununun yeniləşdirilməsi, yeni proqram, dərslik

və dərs vəsaitlərinin hazırlanması, nəşri və təhsil müəssisələrinin onlarla fasiləsiz təmin edilməsi, təhsilin

idarə olunmasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının

möhkəmləndirüməsi, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə

olunması, təhsildə beynəlxalq əlaqələrin genişləndirilməsi, təhsil sistemində məqsədli Proqramların

həyata keçirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi və bu kimi prioritet sahələr üstünlük təşkil

etmişdir.

Ölkəmizin müxtəlif maliyyə mənbələrindən, xüsusilə yeni neft strategiyasının həyata keçirilməsi

nəticəsində əldə edilən gəlirlər sayəsində təhsilə ayrılan vəsait hər il davamlı olaraq artır. Bu gün dövlət

büdcəsinin maddələri arasında təhsil sahəsinə ayrılan vəsait həcminə görə ikinci yer tutur.

Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində təhsilin ayrı-ayrı sahələri üzrə elmi təhlillərə

əsaslanmış inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, təhsilin davamlı inkişafına

yönəlmiş əsaslı tədbirlər həyata keçirilmiş, irimiqyaslı islahatlar prosesi dönməz xarakter almışdır.

Qloballaşan dünyada insan inkişafının qiymətləndirilməsində təhsil göstəriciləri xüsusi əhəmiyyət

daşıyır. BMT ekspertlərinin insan inkişafı üzrə apardıqları araşdırmaların nəticəsinə görə , Azərbaycanda

əhalinin savadlılıq indeksi 99 faiz təşkil edir.

Təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirən Prezident İlham Əliyevin

təhsil sistemi qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Təhsil Nazirliyi müxtəlif sahələr üzrə qəbul

edilmiş proqramları həyata keçirir. Bu proqramlar təhsilin məzmununun yeniləşdirilməsi ,yeni proqram,

dərslik və dərs vəsaitlərinin hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, təhsil

müəssisələrinin maddi-texniki və tədris bazalarının möhkəmləndirilməsi, tədris prosesində informasiya

texnologiyalarının istifadə olunması, kadrlarla təminat, məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki

peşə təhsilinin təkmilləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, istedadlı uşaq

və gənclərin yaradıcılıq potensialının inkişafı və digər sahələri əhatə edir.

Dövlətimizin başçısının sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikasının regionlarının

sosial-iqtisadı inkişafı üzrə dövlət proqramları digər sahələrlə yanaşı, təhsil sektorunun inkişafına, o

cümlədən yeni məktəblərin tikintisinə, əsaslı təmirinə və maddi-texniki bazasının daha da

möhkəmləndirilməsinə yönəldilmişdir.

Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya

texnologiyaları ilə təminatı proqramının (2005-2007-ci illər) həyata keçirilməsi nəticəsində təkcə Bakı

şəhərinin məktəbləri ən müasir kompyuterlə, çap qurğuları və digər avadanlıqlarla təmin edilmiş, bu sahə

üzrə kadr hazırlığı və proqram təminatı həyata keçirilmişdir. İndiyədək Bakı şəhərində 720 kompüter sinfi

yaradılmış, lokal şəbəkə avadanlıqları quraşdırılmışdır. Əgər 2004-cü ilə qədər ölkəmizin ümumtəhsil

məktəblərində təxminən 1000 şagirdə 1 kompüter düşürdüsə, hazırda 20 şagirdə 1 kompüter düşür.

Page 4: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

4

2008-2012-ci illəri əhatə edən “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramında”

nəzərdə tutulan təhsil sisteminin bütün pillələrinin şəbəkə infrastrukturunun inkişafı və sürətli internetlə

təmin olunması, İKT-nin inteqrasiyasını təmin etmək üçün metodiki, texniki və digər növ xidmətləri

göstərmək məqsədilə məlumat və resurs mərkəzləri, şəbəkənin yaradılması, pedaqoji və texniki heyətə

İKT-dən istifadə bacarıqlarının aşılanması, innovativ və yaradıcı müəllimlər üçün qiymətləndirmə və

motivasiya sisteminin yaradılması, bütün fənlər üzrə müasir elektron elmi-metodik vəsaitlərin və elektron

tədris resursları bazasının yaradılması, təhsilin idarə olunmasının məlumat sistemlərinin inkişaf

etdirilməsi, vahid təhsil portalının hazırlanması istiqamətində xeyli işlər görülmüşdür.

Ümumi orta təhsilin məzmununun dövrün tələbatına uyğun müəyyənləşdirilməsi aktual problem

kimi qalır. Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində “Ümumi təhsilin konsepsiyası (Milli

Kurikulum)” sənədi hazırlanaraq hökumət tərəfindən təsdiq edilmişdir. “Kurikulum islahatı” alt komponenti

üzrə icra planında nəzərdə tutulan tədbirlər ardıcıllıqla həyata keçirilmişdir. I-IV siniflərdə yeni təlim

metodunun tətbiqi başa çatdırılmış, ibtidai təhsil pilləsi üçün fənn kurikulumları hazırlanmışdır. Fənn

kurikulumlarının tətbiq edildiyi I-IV siniflər üçün yeni nəsil dərslik komplektləri-dərslik, müəllim üçün

vəsait, şagird üçün iş dəftəri çap edilmişdir.

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəyə əsasən kurikulum islahatının davam etdirilməsi və

kurikulumun tətbiqinə dəstək alt-komponenti üzrə icra planına uyğun olaraq məktəbəqədər təhsilin

kurikulumunun hazırlanmasını təmin etmək üçün Təhsil Nazirliyinin işçi qrupu fəaliyyət göstərir. İkinci

Layihəyə əsasən ”Beş yaşlıların qısa müddətli təlim qruplarında məktəbə hazırlanması üçün proqram” və

“Valideynlərin maarifləndirilməsi proqramı”nın həyat keçirilməsi ilə bağlı ibtidai sinif müəllimləri və

tərbiyəçilər üçün treninqlər keçirilmişdir.

Yeni məzmun şagirdlərin qiymətləndirilməsi sistemində də yeniliklərin tətbiq edilməsini, gündəlik

qiymətləndirmədən məktəbdaxili qiymətləndirmə modelinə keçilməsini zəruri etmişdir. Orta təhsil kursu

üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinin

yaxşılaşdırılmasına, təhsilə münasibətdə şagird və müəllimlərin, məktəb rəhbərliklərinin, eləcə də

valideynlərin məsuliyyətinin artırılmasına, bu sahədə illərdən bəri yığılıb qalan neqativ halların aradan

qaldırılmasına xidmət edir.

Ümumi orta təhsil sahəsində aparılan islahatların nəticəsidir ki, son illərdə ali məktəblərə qəbul

imtahanlarında məzunların nəticələri xeyli dərəcədə yüksəlmişdir.

“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət

Proqramı (2006-2010-cu illər)”nın icrası nəticəsində lisey və gimnaziyaların maddi texniki bazası

möhkəmləndirilmiş, istedadlı uşaqlar barədə məlumat bankı yaradılmış, yeni tipli təhsil müəssisələrinin

şəbəkəsi genişləndirilmiş, bir sıra ümumtəhsil və internat məktəbləri liseylərə çevrilmişdir.

Orta məktəblərdə məzunlara qızıl və gümüş medalların verilməsinin bərpası, beynəlxalq

olimpiadalarda yüksək yer tutan şagirdlərin göstəricilərinin tələbə qəbulu imtahanlarında nəzərə alınması

şagirdlərin əməyinin stimullaşdırılmasına xidmət edir.

Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən

artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının

nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal

toplayanların sayı rekord miqdarda - 34475 nəfər (43,9%) təşkil edib ki, bu da ötən ilki göstəricidən 3,9%,

2014-cü ildəki göstəricidən isə 9,2% artıqdır.

Təhsil sahəsində qazanılan uğurlardan biri də, xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları

məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramının icra edilməsidir. Proqrama müvafiq

olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı müəssisələrin maddi texniki və tədris bazası

Page 5: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

5

əsaslı şəkildə təkmilləşdirilmiş, həmin sahədə təhsilin məzmunu yeniləşdirilmiş, ölkəmizdə ilk dəfə olaraq

inklüziv təhsil üzrə pilot layihələri həyata keçirilmişdir.

Maddi kapitalın insan kapitalına çevrilməsinin təməlinin qoyulduğu məktəbəqədər təhsil uşaqların

erkən yaş dövründən fiziki və psixoloji inkişafında, istedad və qabiliyyətinin üzə çıxarılmasında, məktəb

həyatına hazırlanmasında mühüm rol oynayır.

Məktəbəqədər təhsilin inkişafı sahəsində son illərdə bir sıra ciddi addımlar atılmışdır.

“Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-ci illər)” çərçivəsində müəssisələrin maddi

texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, 5 yaşlı uşaqların icbari

məktəbəqədər təhsilə cəlb edilməsi, kadr təminatının yaxşılaşdırılması, yeni kurrikulumun hazırlanması

sahəsində uğurlar əldə edilmişdir. Respublikamızda 112 min 892 uşağın cəlb olunduğu 1638

məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ayrı-ayrı uşaq bağçalarında əsaslı təmir işləri

aparılmış, məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı artmışdır. Özəl bağçaların sayı

24-ə çatmışdır.

Ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi 2009-cu ildə 15,8 faiz olduğu halda,

hazırda bu rəqəm 17,6 faiz təşkil edir. Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuş

uşaqların sayı 2009-cu ildəki 31.102 nəfərdən 2010-cu ildə 34.369 nəfərə çatmış, əhatə səviyyəsi 26 faizi

ötmüşdür.

Ölkəmizin iqtisadi potensialı gücləndikcə məktəbdənkənar təhsil müəssisələrinin maddi texniki

bazası daha da zənginləşir. Məktəbdənkənar təhsil şagirdlərin maraq, meyl və bacarıqlarının, intellektual

səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait

yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir.

Uşaq yaradıcılıq, texniki yaradıcılıq və məktəbdənkənar tərbiyə işi, gənc turistlər və diyarşünaslıq,

ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində, bədii yaradıcılıq evində, uşaq - gənclər

idman və şahmat məktəblərində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları, onların fiziki

tərbiyəsinin, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.

Qabaqcıl pedaqoji kollektivlərin və müəllimlərin əməyinin stimullaşdırılması daim diqqət

mərkəzindədir. Prezident İlham Əliyevin 4 sentyabr 2008-ci il tarixində imzaladığı “Ən yaxşı ümumtəhsil

məktəbi və ən yaxşı müəllim mükafatının təsis edilməsi haqqında” sərəncamı məktəb həyatında mühüm

hadisə olmuşdur. Sərəncama əsasən “Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqələrinin

keçirilməsi qaydaları təsdiq edilmişdir. Cəmiyyətdə müəllimin statusunun və nüfuzunun yüksəldilməsində,

dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artırılmasında, yaradıcı

pedaqoji kollektivlərin qabaqcıl təcrübəsinin respublika miqyasında geniş yayılmasında ən yaxşı müəllim

mükafatlarının təqdim edilməsinin uğurlu nəticələri göz önündədir.

2015-2016-cı tədris ilində ölkənin 5 regionunda yerləşən 58 məktəbdə 176 sinif komplektində

təxminən 3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub.

Məktəblərin tikintisi və yenidən qurulması sahəsində Heydər Əliyev Fondunun böyük dəstəyi vardır.

Fəaliyyətə başladığı müddətdən 2010-cu ilin sonuna kimi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata

keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" və digər proqramlar çərçivəsində 300-dək məktəb və

uşaq bağçası tikilib istifadəyə verilib, yaxud əsaslı təmir edilib. Ən yüksək tələblərə cavab verən bu təhsil

ocaqları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompyuterlərlə təchiz

olunub.

Hazırda ölkəmizdə 4469 (23-ü qeyri-dövlət) ümumi təhsil müəssisələri mövcuddur. Son 13 ildə

məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub. 2015-2016-cı tədris ilində Təhsil Nazirliyi

tərəfindən 12 ümumi təhsil məktəbi tikilib istifadəyə verilib, 2 internat, 3 orta ixtisas təhsili müəssisəsi

Page 6: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

6

əsaslı təmir edilib. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi tədbirləri

çərçivəsində 60 məktəbdə müasir laboratoriya otaqları yaradılıb.

Texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan

verən aparıcı qüvvələrindən biri hesab olunur. Dövlət səviyyəsində peşə təhsilinin inkişafına

istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə

müvafiq reaksiya verməsinə imkan yaradır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli

Sərəncamı ilə “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-

2012-ci illər)” qəbul edilib. Təhsil Nazirliyi Dövlət Proqramının icrası ilə əlaqədar Fəaliyyət Planı təsdiq

etmişdir.

İlk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli

ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə 2016-cı ildə Təhsil Nazirliyinin yanında Peşə

Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır. Hazırda Azərbaycanda 108 peşə təhsili müəssisəsi, o

cümlədən 45 peşə liseyi, 2 peşə tədris mərkəzi və 61 peşə məktəbi fəaliyyət göstərir. Onlardan 8-i

cəzaçəkmə müəssisələrinin nəzdindədir.

Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, bazar münasibətləri şəraitində

şəxsiyyətin və cəmiyyətin peşə-ixtisas təhsilinə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin

özünəməxsus yeri var. Hazırda 61 (1-i qeyri-dövlət) orta ixtisas təhsili müəssisələri mövcuddur. Təhsilin

bu pilləsi iqtisadiyyatın müxtəlif səhələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta

ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla bir-biri ilə bağlı iki məsələni - gənclərin

müxtəlif peşələrə yiyələnməsini və onların ümumi icbari təhsil almalarını həll edir. Son illərdə orta ixtisas

təhsili müəssisələrində kadr hazırlığının strukturunda zəruri dəyişikliklər aparılıb. Belə ki, yeni şəraitdə

əmək bazarının tələbatına və gənclərin marağına uyğun olaraq neft və energetika, maşınqayırma,

informasiya, nəqliyyat və kommunikasiya, sosial-mədəni servis, iqtisadiyyat, biznesin təşkili, marketinq və

menecment, iqtisadi və humanitar profilli ixtisaslar üzrə mütəxəssis hazırlığı əhəmiyyətli dərəcədə artıb.

Orta ixtisas təhsilinin məzmununda da dəyişikliklər aparılıb. Belə ki, orta ixtisas təhsili

müəssisələrində kadr hazırlığı aparılan ixtisaslar və istiqamətlər üzrə kiçik mütəxəssis hazırlığının

məzmununa və səviyyəsinə qoyulan minimum tələblərə cavab verən orta ixtisas təhsilinin dövlət

standartları tətbiq olunub və buna müvafiq yeni tədris plan və proqramları hazırlanıb.

Respublikada yeni tipli orta ixtisas təhsili müəssisələrinin - kolleclərin yaradılması istiqamətində

mühüm addımlar atılır. Bir sıra texnikumların birləşdirilməsi nəticəsində onların maddi texniki bazası,

pedaqoji kadr potensialı və bu sahədə olan beynəlxalq təcrübə nəzərə alınmaqla yeni tipli orta ixtisas

təhsil müəssisələri - kolleclər yaradılıb.

Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü

iqtisadiyyatın qurulmasında ali təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Bütün ölkələrdə olduğu

kimi Azərbaycanda da insan kapitalının formalaşmasında ali təhsilin rolu danılmazdır. Hazırda 56 (13-ü

qeyri-dövlət) ali təhsili müəssisələri mövcuddur.

1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılması Azərbaycanın təhsil tarixində mühüm hadisələrdən biridir. İkipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə ilk dəfə olaraq 23 ali təhsil ocağında 80 istiqamət, 300-dən çox ixtisas üzrə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 24.10.2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ali təhsilin bakalavriat səviyyəsində hüquqi-normativ baza təkmilləşdirilir.

2005-ci ildən magistraturaya tələbə qəbulu TQDK tərəfindən həyata keçirilir. Hazırda

respublikamızın əksər ali təhsil müəssisələrində magistr hazırlığı həyata keçirilir. 2013-cü ildən həkim

hazırlığı aparılan ali təhsil müəssisələrində rezidentura təhsili üzrə də kadr hazırlığı aparılır.

Page 7: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

7

Müasir dövrdə Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının

formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər arasında Bolonya

prosesi önəmli yer tutur. Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulub və bununla da faktiki olaraq

ali təhsildə aparılacaq islahatların konturları müəyyənləşdirilib. Bu sistemin tətbiqi ilə bağlı hüquqi-

normativ bazanın yaradılması istiqamətində bir çox xarici ölkələrin təcrübəsi öyrənilib, “Ali təhsil

müəsissələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə” təsdiq olunub, ilkin

mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqi qərara alınıb. 2006-2007-

ci tədris ilində 10 ali məktəbdə başlanan eksperiment 2009-2010-cu tədris ilindən 27 dövlət ali məktəbinin

bütün ixtisaslarını əhatə edir.

Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil

məkanına inteqrasiyası prosesini və Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində

işləri sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı

bəzi tədbirlər haqqında” 31 yanvar 2008-ci il tarixli sərəncam imzalanıb. Həmin sərəncamın birinci

bəndinə əsasən «2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə

Dövlət Proqramı» hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Dövlət Proqramının icrasını

təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb.

Müvafiq qərara əsasən, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 19 dövlət, 5 özəl ali təhsil

müəssisəsində, Təhsil Problemləri İnstitutunda doktorantura yaradılmışdır.

2015-2016-ci tədris ilinin əvvəlinə 4439 dövlət və 23 qeyri-dövlət əyani ümumi təhsil

müəssisələrində 1356,1 min nəfər şagird təhsil almışdır.

Ölkədə gənclərin ali və orta ixtisas təhsilə kifayət qədər yiyələnməsinə imkan verən dövlət və qeyri-

dövlət təhsil müəssisələrinin çox şaxəli şəbəkəsi yaradılmışdır. 2015-2016-cı tədris ilinin əvvəlinə

Azərbaycanın təhsil sistemində 56 ali və 61 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərmiş, onlarda

müvafiq olaraq 161,2 min tələbə ali ixtisas və 53,5 min tələbə orta ixtisas təhsili almışdır.

Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsidir ki, təhsil sektorunun ayrı-ayrı

sahələri üzrə son illər 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata

keçirilməkdədir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 5

sentyabr tarixli Fərmanı ilə ölkədə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və 2009-cu il

22 may tarixli Sərəncamı ilə 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində

islahatlar üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

Son 20 il ərzində 397,8 min şagird yerinə malik yeni ümumtəhsil məktəb binaları tikilmiş və ya

mövcud məktəblərdə əlavə şagird yerləri yaradılmışdır. Bundan əlavə, 17,6 min yerlik məktəbəqədər

təhsil müəssisəsi tikilib istifadəyə verilmişdir. Son 10 ildə təhsil infrastrukturunun inkişafı sahəsində 2708

məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur.,

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”

çərçivəsində son qəbul ili olan 2015-2016-cı tədris ili üzrə, bununla da ümumilikdə, Dövlət Proqramı üzrə

tələbələrin seçimi başa çatıb. Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil

müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi,

aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və

ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində müvafiq məzun

qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60

faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.

Page 8: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

8

2016-cı ildə Maarifçı Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Fond dövlət ali

təhsil müəssisələri tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik

çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali

təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

2016-2017-ci tədris ilində Azərbaycan-Fransız Universiteti (UFAZ) yaradılmışdır. Azərbaycanda ən

çox tələbat olan 4 ixtisas (kimya, geofizika, neft-qaz mühəndisliyi və kompüter elmləri) üzrə kardlar

hazırlayacaq UFAZ-ın məzunları ikili diplom (Strasburq Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye

Universiteti) əldə edəcəklər. 2016-2017-ci tədris ilində İ.M.Seçenov adına I Moskva Dövlət Tibb

Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub.

“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu təhsil işçiləri önündə dövlət qarşısında öz

məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və

azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı

düşünən vətəndaş və şəxsiyyət yetişdirmək vəzifəsini qoymuşdur.

Müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələri əsasında, ümummilli lider Heydər

Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kursla inkişaf edir.

Page 9: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

9

Elm

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) respublikanın əsas elmi qurumudur. AMEA 1945-ci

ildə Bakı şəhərində təsis edilmişdir.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanda fundamental və tətbiqi elmin

mərkəzinə çevrilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının alimləri riyaziyyat, fizika, kimya,

geologiya, biologiya, neft emalı, neft-qaz mədən geologiyası və geofizikası, eləcə də bu elmlərlə bağlı

sənaye sahələrinin problemlərinin həlli, karbohidrogen yataqlarının işlənməsi, bioresursların qorunması

və səmərəli istifadəsi sahələrində böyük uğurlar qazanmışlar. Azərbaycan tarixinə, mədəniyyətinə, dili və

ədəbiyyatına, ictimai-fəlsəfi fikrinə aid tədqiqatlar elmi ictimaiyyət tərəfindən daim yüksək

qiymətləndirilmişdir. Bir çox sahələrdə alimlərimizin əldə etdiyi nəticələr elm aləmində öz layiqli yerini

tutmuşdur.

Müstəqilliyin ilk illərində Elmlər Akademiyasını ləğv etmək barədə təkliflər səslənmişdir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə gəldikdən sonra həyata

keçirdiyi ardıcıl və məqsədyönlü siyasət ölkəmizdə sabitliyin yaranması, dövlətimizin suverenliyinin

bərqərar olunması, onun iqtisadi müstəqillik yoluna qədəm qoyması, cəmiyyət həyatının bütün

sahələrində, o cümlədən elm sahəsində islahatların aparılması üçün böyük zəmin yaratmışdır.

1997-ci ilin 31 yanvarında Heydər Əliyevin akademiyanın bir qrup aparıcı alimi ilə keçirdiyi tarixi

görüşdən sonra Elmlər Akademiyasının inkişafında yeni mərhələ başlanmışdır. Həmin görüş zamanı

Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanmış əsaslı problemlərə toxunub onların aktuallığını

əsaslandıraraq alimlərə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı

tövsiyə etmiş, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür.

AMEA-nın hazırda 6 bölməsi vardır: - Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi; Kimya Elmləri

Bölməsi; Yer Elmləri Bölməsi; Biologiya və Tibb Elmləri Bölməsi; Humanitar Elmlər Bölməsi; İctimai

Elmlər Bölməsi.

Elmin inkişafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının

geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin

yaradılması haqqında sərəncam imzalamışdır. Qeyd olunan sərəncama müvafiq olaraq, AMEA Naxçıvan

Bölməsində 6 elmi tədqiqat institutu, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu

yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Gəncə Regional

Elm Mərkəzinin nəzdində AMEA Gəncə Bölməsi yaradılməşdır. AMEA Gəncə Bölməsində 6 elmi tədqiqat

institutu, Nəbatat bağı yaradılmışdır.

Akademiya digər xarici ölkələrin elmi müəssisələri ilə əlaqə saxlayır. Elmin müasir problemlərinə

dair fikir mübadiləsi aparmaq, elmi-tədqiqat təcrübəsini öyrənmək, elmin təşkili ilə tanış olmaq məqsədi

ilə hər il akademiyaya çoxlu əcnəbi alim gəlir. Akademiyanın alimləri beynəlxalq elmi qurultay, konqres və

simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər. AMEA-nın

təşəbbüsü və təşkilatçılığı ilə tez-tez beynəlxalq elmi müşavirə və konfranslar keçirilir. Akademiya

alimlərinin əsərləri 40 ölkədə 20 dildə nəşr olunmuşdur.

1993-cü və 1994-cü illərdə elmi tədqiqat məqsədilə xarici ölkələrə getmiş Azərbaycan alimlərinin

sayı 1976-cı ildən 1990-cı ilə qədər gedənlərin sayından çoxdur. 1994-cü ildə isə bu rəqəm artıq 350

nəfərə çatmışdır.

Page 10: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

10

Elmi əməkdaşlığın xarakteri də əhəmiyyətli dərəcədə dəyişmişdir. Keçmişdən fərqli olaraq Elmlər

Akademiyasının Elmi müəssisələrində xarici elmi mərkəzlərlə əməkdaşlıq haqqında 25-dən çox ikitərəfli

müqavilə və protokollar imzalanmışdır.

Azərbaycan Elmlər Akademiyasında elmi-tədqiqat mövzularının yerinə yetirilməsi, əsasən, 5 il

müddətinə planlaşdırılmış və alimlərimiz tərəfindən aparılan elmi tədqiqatların böyük hissəsi başa

çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına

"Azərbaycan Milli Elmlər Akademiyası" statusu verilmişdir.

2014-cü ilin iyun ayında Akademiyanın həqiqi və müxbir üzvlərinin seçkiləri keçirilmişdir. Bu seçkilər

Akademiyanın tarixində xüsusi yer tutmuşdur. Bu seçkilərdə müxtəlif ixtisaslar üzrə 400-dən artıq

iddiaçının sırasından 26 akademik və 50 müxbir üzv seçilmişdir. Akademiyanın tərkibində gənc və

istedadlı alimlərin sayı xeyli artmışdır.

Milli Elmlər Akademiyası bütün çətinliklərə baxmayaraq öz fəaliyyətini uğurla davam etdirmişdir.

Riyaziyyat, fizika, neft kimyası, geologiya və biologiyanın müasir sahələri üzrə yaradılmış elmi məktəblər

daha da inkişaf etdirilmişdir. Keçmiş ideologiyadan azad olmuş tarix, ədəbiyyat, dil, iqtisadiyyat, fəlsəfə

və hüquq elmləri sahəsində çalışan alimlərimiz yeni, demokratik dövlətin möhkəmlənməsinə, Azərbaycan

xalqının mədəniyyətinin və incəsənətinin inkişafına öz töhfələrini vermişlər.

İndi NATO üzvü olan ölkələrdən bizə çoxlu təkliflər gəlir. ABŞ Dövlət Departamentinin elmi və elmin

sənayedə tətbiqini böyük vəsaitlərlə təmin edən Beynəlxalq Elm və Texnologiya Mərkəzinin böyük qrant

proqramında Azərbaycanın iştirak etməsi təklifini xüsusilə qeyd etmək olar. Rəyasət Heyəti

Akademiyanın internet Şəbəkəsinin təkmilləşdirilməsi və istismarı haqqında qərar qəbul etmişdir. Bu

Şəbəkə Akademiyanın Rəyasət Heyətində, Akademiyanın elmi müəssisələrində, universitetlərdə və bir

çox dövlət təşkilatlarında fəaliyyət göstərən 200-dən çox istifadəçiyə təmənnasız xidmət edən və

respublikada çox geniş infrastruktura malik olan bir şəbəkədir. Fasiləsiz iş rejimində istismar olunan bu

şəbəkənin fəaliyyəti nəticəsində alimlərimiz dünyada gedən ictimai-siyasi, elmi-texniki və sosial-mədəni

proseslərə dair müxtəlif qaynaqlardan operativ məlumatlar əldə edə bilirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən

AMEA-da struktur dəyişikliyi edilmişdir. İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM)

bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında

Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nin əsas fəaliyyət istiqamətləri yeni informasiya

texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və

sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri

İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi

enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır.

2004-cü ildə AMEA ölkədə aparılan irimiqyaslı islahatların elmi bazasını möhkəmləndirmək, onların

intensiv həyata keçirilməsində dövlətə yardımçı olmaq, mövcud elmi-texniki potensialı qoruyub saxlamaq

və inkişaf etdirmək, yüksək ixtisaslı kadrlar hazırlamaq, respublikadakı nazirliklərin, elmi müəssələrin və

ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirmək və digər istiqamətlərdə fəaliyyətini davam

etdirmiş, bir sıra elmi və elmi-təşkilati işləri həyata keçirmişdir. Akademiyanın 250-yə yaxın əməkdaşı 35

xarici dövlətdə elmi ezamiyyətlərdə olmuş, bir sıra simpozium və konfranslarda iştirak etmişlər. 2004-cü

ildə Akademiyanın alimləri beynəlxalq təşkilatların qrant müsabiqələrində aktiv iştirak etmiş, müxtəlif fond

və qurumlardan 60-a yaxın qrant almışlar.

2015-ci il Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi üçün xüsusilə əlamətdar olmuşdur.

Azərbaycanda elmin inkişafında mühüm rol oynayan, respublikada aparılan fundamental və tətbiqi

Page 11: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

11

tədqiqatları əlaqələndirən və istiqamətləndirən, dünya elmində öz yeri olan, yüksək mənəvi dəyərlərin

daşıyıcısı olan müqəddəs elm məbədinin - Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 70 ili

tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 mart 2014-cü il tarixli

sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi dövlət səviyyəsində qeyd

olunmuşdur. Akademiyanın elmi müəssisələrində 159 problemin 488 mövzusu üzrə tədqiqatlar aparılmış

və 140-dan artıq mühüm elmi nəticə alınmışdır. 71 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün

tədbirlər həyata keçirilmiş, bu işlərin 42-sinin tətbiqi başa çatmış, 27 iş hesabat ili üçün nəzərdə tutulmuş

plan həcmində yerinə yetirilmiş, plandan əlavə isə 9 iş tətbiq olunmuşdur. 350-dən çox kitab, 4800-ə

yaxın məqalə, o cümlədən 900-dən çox məqalə xaricdə çap edilmişdir. 50-yə yaxın patent, müxtəlif fond

və qurumlardan 70-ə yaxın qrant alınmışdır.

Rəyasət Heyəti Akademiyada islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin

təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, kadr hazırlığının yaxşılaşdırılması, elmi

işçilərin məsuliyyətinin artırılması, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi

məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, ötən müddət ərzində Akademiyanın elmi

istiqamətləri və elmi-tədqiqat işlərinin planları ekspertizadan keçirilmiş, onun strukturunun

təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görülmüşdür. Aktuallığını itirmiş bəzi elmi-tədqiqat işləri

dayandırılmış, bir sıra şöbə və laboratoriyalar ləğv edilmiş, bəziləri birləşdirilmiş, yeniləri yaradılmış,

Akademiyanın fəaliyyətini tənzimləyən əsas normativ sənədlər yenidən işlənib hazırlanmışdır.

2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Tarix

Muzeyi və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təmiri və yeni avadanlıqların

alınması üçün 5 milyon manat, arxeoloji qazıntıların davam etdirilməsi üçün Arxeologiya və Etnoqrafiya

İnstitutuna 1 milyon manat, əşyaların bərpası və yeni materialların alınması üçün Tarix Muzeyinə 1

milyon manat vəsait ayrılmışdır.

Dövlət başçısının 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının

Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni

maliyyə mexanizmi kimi diqqəti çəkir. Fondun yaradılması fundamental elmi tədqiqatların

stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin

müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədinə xidmət edir.

Elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə əgər 16,6 milyon manat təşkil edirdisə, 2008-ci ildə

bu rəqəm 71,7 milyon, 2009-cu ildə 105,8 milyon, 2010-cu ildə 98,2 milyon, 2011-ci ildə isə 108,6 milyon

manat olmuşdur. 2012-ci ilin dövlət büdcəsində isə həyata keçirilməsi nəzərdə tutulan elmi-tədqiqat

işlərinə və onların idarə olunmasına 122,6 milyon manat vəsait ayrılmışdır. Elm xərclərində elmi-tədqiqat

layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata

keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin

yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki

təminatının möhkəmləndirilməsinə 3 milyon manat, Milli Elmlər Akademiyasının elmi-tədqiqat

institutlarına müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınması xərclərinə 2 milyon

manat vəsait nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin

Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral

tarixli sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin

elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının

təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır. Bu, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni

Page 12: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

12

mərhələsində elmi tədqiqatların Avropa səviyyəsinə çatdırılmasını, gənc alimlərin dünya elminə

inteqrasiyasını nəzərdə tutur.

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli

Elmlər Akademiyasının Gəncə Bölməsi təsis edilmişdir. Həmin sərəncama əsasən bölmənin tərkibinə

daxil edilmək məqsədi ilə Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi

Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar

Problemlər İnstitutunun yaradılması qərara alınmışdır.

Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə “Azərbaycan Respublikasının

Nizami Gəncəvi adına Qızıl medalı” təsdiq edilmişdir. Nizami Gəncəvi adına Qızıl medal Azərbaycan

Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə,

əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.

2014-cü ilin iyun ayında AMEA-da üç yeni institut - Molekulyar Biologiya və Biotexnologiyalar

İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutu yaradılmışdır.

14 iyun 2016-cı il də Elm haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Bu

qanun Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət

siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət

subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin

stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

AMEA Rəyasət Heyəti Akademiyada islahatların aparılması, elmin inkişafına göstərilən yüksək

diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

Page 13: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

13

Səhiyyə

Müstəqil Azərbaycan səhiyyəsinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Azərbaycanın müstəqilliyini əldə etməsindən keçən qısa müddət ərzində səhiyyə sahəsində ciddi

uğurların əldə edilməsi həm də onunla izah edilir ki, hələ 1969-1982-ci illərdə respublikamıza rəhbərlik

edərkən, eləcə də 1982-1987-ci illərdə SSRİ rəhbərlərindən biri olarkən Heydər Əliyev respublika

həyatının bütün sahələri kimi, səhiyyəmizin də yüksəlişini təmin etmiş, onun hərtərəfli inkişafı üçün bütün

mümkün tədbirləri həyata keçirmişdir. Həmin dövrdə yüzlərlə müasir səhiyyə obyektləri inşa edilmiş,

mövcud tibb müəssisələrinin yarıdan çoxu yenidən qurulmuş, Bakıda və respublikanın digər şəhərlərində

ittifaq əhəmiyyətli ixtisaslaşdırılmış mərkəzlər açılmış və bunlar saysız-hesabsız miqdarda ən yeni cihaz

və avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunmuş, ittifaqda və xarici ölkələrdə çoxsaylı yüksək ixtisaslı

elmi-tibbi kadrlar hazırlanmışdır. Beləliklə, səhiyyəmiz indiki mövcud ağır iqtisadi şəraitdə, ilk növbədə

həmin möhkəm təməlin əsasında inamla yaşamış, uğurla tərəqqi etmiş və xalqımızın sağlamlığının

keşiyində dayanmışdır.

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi, diqqəti və dəstəyi ilə səhiyyə sistemində

ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin hüquqi-normativ

bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində

olmuşdur. Həmin məqsədlə bir sıra qanunlar ("Əczaçılıq fəaliyyəti haqqında", "Özəl tibb fəaliyyəti

haqqında", "Tibbi sığorta haqqında" və s.) işlənib hazırlanmış və Milli Məclis tərəfindən təsdiq edilmişdir.

Azərbaycan Prezidentinin respublikada "Səhiyyə sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının

yaradılması barədə" 13 mart 1998-ci il tarixli sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən

islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratmışdır.

Səhiyyə orqanlarının idarəetmə aparatlarında bir-birini təkrarlayan struktur bölmələrin ixtisar

edilməsi; müalicə-profilaktika müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin

genişləndirilməsi; özəl, qismən və tam təsərrüfat hesabı ilə işləyən tibb müəssisələri yaradılması yolu ilə

əhaliyə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəsinin artırılması və s. həmin islahatların əsasını təşkil

edir. Ölkə Prezidentinin tövsiyəsinə uyğun olaraq, səhiyyə sistemində islahatlara yuxarıdan, yəni Səhiyyə

Nazirliyinin aparatından başlanılmışdır.

Keçid dövründə səhiyyədə mütərəqqi dəyişikliklərin aparılması və yeni səhiyyə sistemini qurmaq

məqsədilə 1994-cü ilin dekabrında Azərbaycan Respublikası Prezidenti ilə BMT-nin YUNİSEF təşkilatının

rəhbərliyi "Əməkdaşlıq proqramı" imzalamışlar. Əməkdaşlıq proqramına uyğun olaraq YUNİSEF təşkilatı

Quba rayonunda səhiyyə islahatlarının aparılması üçün baza yaratmaq məqsədilə əvəzsiz olaraq ümumi

dəyəri 200 min ABŞ dollarından artıq olan dərman preparatları, ləvazimat və avadanlıq verdi. Aparılmış

islahatlar rayonun əhalisinin tibbi xidmətə olan ehtiyacının 60 faizinin, dərmanlara olan ehtiyacının isə 40

faizinin pulsuz ödənilməsinə imkan verdi. Bir qədər sonra Masallı, Lənkəran, Cəlilabad və Salyan

rayonlarında da bu proqramın icrasında uğurlar əldə edildi.

Səhiyyədə aparılan islahatlar çərçivəsində əsas nailiyyətlərdən biri də özəl səhiyyə sisteminin tətbiq

edilməsidir. Bu istiqamətdə hüquqi-normativ baza yaradılmış, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan

Respublikasının Qanunu qüvvəyə minmişdir.

Səhiyyə islahatları çərçivəsində əsas istiqamətlərdən biri də sığorta sisteminin tətbiqidir. 1999-cu

ildə "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Hazırda 10-dək

könüllü tibbi sığorta kompaniyaları yaradılmış və fəaliyyət göstərir.

Page 14: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

14

İslahatlar nəticəsində son illər respublikada bir sıra yoluxucu xəstəliklərə qarşı mübarizə işi

müvəffəqiyyətlə təşkil edilmişdir. Məsələn, 1994-cü ilin ikinci yarısından difteriya xəstəliyinin kəskin

şəkildə artması (841 hadisə qeydə alınmışdı) 1995-ci ildə ən yüksək səviyyəyə (883 hadisə) çatmışdı.

Xəstələrin 50 faizini 14 yaşa qədər uşaqların təşkil etməsi vəziyyəti daha da təhlükəli edirdi. Ümumdünya

Səhiyyə Təşkilatının və YUNİSEF-in xətti ilə respublikamıza humanitar yardım kimi vaksin preparatlarının

vaxtında çatdırılması ilk növbədə uşaqların kütləvi peyvəndə cəlb olunmasına imkan verdi. Artıq 1994-cü

ilin dekabr və 1995-ci ilin may aylarında bütün məktəblilərin 97-98 faizi, 1995-ci ilin noyabr-dekabr

aylarında Milli İmmunlaşdırma Aylığında respublika əhalisinin 55 yaşa qədər 5 milyon 905 min nəfəri

(94,2 faizi), 1996-cı ildə isə 40 yaşa qədər əhalinin 95,9 faizi difteriyaya qarşı peyvəndə cəlb edildi.

Nəticədə 1996-cı ildə 1995-ci illə müqayisədə xəstəlik 6 dəfə azaldı, sonrakı illərdə isə ən minimum

səviyyəyə endirildi (1999-2000-ci illərdə cəmisi 24 hadisə).

1996-cı ildə həmçinin 1990-1995-ci illərdə respublikada geniş yayılmış poliomielit xəstəliyinin

aradan qaldırılması sahəsində uğurlu nəticələr əldə edildi.

Əsas nailiyyətlərdən biri də qızılca ilə xəstələnmənin kəskin surətdə azalmasıdır.

Malyariya xəstəliyinə qarşı irihəcmli təşkilati, müalicə-profilaktik və əks-epidemik tədbirlərin

aparılması tez bir zamanda öz müsbət nəticəsini vermişdir.

Vərəmlə mübarizə problemi Səhiyyə Nazirliyi tərəfindən əsas prioritet sahə kimi irəli çəkilmiş,

həyata keçirilmiş bir sıra mühüm tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

2011-cilin sentyabr ayında Dünya Səhiyyə Təşkilatı (DST) dünyada vərəmin yayılması barədə

növbəti hesabatını dərc etmişdir. Hesabatın Azərbaycana aid hissəsində qeyd edilir ki, müalicəyə

davamlı vərəm xəstəliyinə tutulanların sayı əvvəlki illərlə müqayisədə 22 faiz azalmışdır. Əvvəllər

Azərbaycan vərəmlə əlaqədar ciddi problemləri olan 22 ölkənin siyahısına daxil edilmişdi. 2011-ci ildəl

Azərbaycan həmin siyahıdan çıxarılmışdır.

Səhiyyənin prioritet sahələrindən biri olan ana və uşaqların sağlamlığının mühafizəsi sahəsində də

xeyli işlər görülmüşdür. 1996-cı ildə Səhiyyə Nazirliyi tərəfindən BMT-nin Əhali fondunun təşəbbüsü və

birbaşa maliyyə dəstəyi ilə "Azərbaycanda reproduktiv sağlamlıq və ailə planlanması sahəsində

xidmətlərin keyfiyyətinin planlaşdırılması və yaxşılaşdırılması üzrə" Milli Proqram işlənib hazırlanmışdır.

Ana və uşaq ölümünün, abortların sayının azaldılmasına yönəldilmiş proqram çərçivəsində Bakı, Gəncə,

Naxçıvan, Masallı, Şəki və Qusarda yaxşı maddi-texniki bazası olan 15 regional mərkəz təşkil edilmişdir.

Əsrin "bəlası" sayılan narkomaniya ilə mübarizə səhiyyə işçiləri qarşısında mühüm vəzifələr qoyur.

Bu məqsədlə Azərbaycan Respublikasında narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin

qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqramın tələblərinə uyğun olaraq

narkomaniya və xroniki alkoqolizmlə mübarizədə bir sıra konkret tədbirlər həyata keçirilmişdir.

Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının fəaliyyətində, elmi tədqiqatların aparılması və tibbi

kadrların hazırlanması sahəsində geniş islahatlar aparılmışdır. Azərbaycan Respublikasının Səhiyyə

Nazirliyi ilə Rusiya Federasiyası Səhiyyə Nazirliyi arasında əldə olunmuş razılaşmaya uyğun olaraq

respublikanın 13-dən çox elmi-tədqiqat institutları və mərkəzləri elmi-praktik və xəstə mübadiləsi üzrə

Rusiyanın müvafiq elmi mərkəzləri ilə müqavilələr bağlamışlar. Analoji müqavilələr MDB dövlətləri və bir

sıra xarici dövlətlərlə də imzalanmışdır. Bu müqavilələr elmi- tədqiqat işlərinin yerinə yetirilməsi

müddətlərinin qısaldılmasına və elmi işlərin praktik tələblərə daha çox cavab verməsinə şərait

yaratmışdır.

Müstəqil dövlətimizin hərbi həkimlərə olan ehtiyacını nəzərə alaraq Tibb Universitetində Hərbi-tibbi

fakültə açılmışdır.

Page 15: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

15

İslahatların gedişində səhiyyə obyektlərinin genişləndirilməsi və yenidən qurulması istiqamətində

xeyli işlər görülmüşdür. Azərbaycan Prezidentinin iştirakı ilə ilk özəl tibb xidməti şirkəti- "Medi Klub",

"Respublika Artroloji Mərkəzi", "Ailə Sağlamlıq Mərkəzi", Azərbaycan Tibb Universitetinin tədris korpusu

və akt zalı açılaraq istifadəyə verilmiş, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun binası müasir

səviyyədə təmir edilərək yenidən qurulmuş, ən müasir cihaz və avadanlıqlarla təchiz olunaraq əhalinin

xidmətinə verilmişdir. 2000-ci ilin dekabr ayında dünya standartlarına cavab verən Mərkəzi Klinik

Xəstəxanasının açılışı, Azərbaycan səhiyyəsi tarixində əlamətdar hadisə oldu.

Hələ SSRI dövründə regional əhəmiyyət kəsb edən obyektlər kimi tikintisinə başlanmış Respublika

Milli Onkologiya Mərkəzinin və Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun tikintisi başa çatdırılmışdır.

Səhiyyənin statistik və məlumat xidməti bazasının təkmilləşdirilməsi sahəsində də müəyyən işlər

görülmüş və Azərbaycan Respublikası əhalisinin sağlamlığının Milli monitorinq sistemi konsepsiyası

hazırlanmış və hazırda uğurla həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətin

təzahürü kimi, səhiyyənin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tendensiyası daha sürətlə

davam etdirilmiş, bu da öz növbəsində səhiyyənin bütün göstəricilərinin yaxşılaşması üçün zəmin

yaratmışdır.

İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. Hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər

nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə

göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşmış, ölüm hallarının sayı azalmışdır.

Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2

dəfədən çox artmışdır. Şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət

hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Nəticədə şəkərli

diabetdən ölüm göstəricisi 15,8-dən 8,2-yə düşüb.

Hazırda respublikanın şəhər və rayonlarında 559 xəstəxana mövcuddur. Bütün ixtisaslardan olan

həkimlərin sayı 32,5 min nəfərdir. Bu gün ölkəmizdə hər on min nəfərə 33,9 həkim düşür. Hazırda 1688

ambulator-poliklinika müəssisəsi, 72 təcili tibbi yardım stansiyası (şöbəsi), 387 qadın məsləhətxanası,

uşaq poliklinika və ambulatoriyaları, 75 sanatoriya-istirahət müəssisələri əhaliyə tibbi, müalicəvi və

sağlamlığın qorunması üçün xidmət göstərir.

Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal

mərkəzdən 5-i (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba) artıq fəaliyyət göstərir.

Son illər ərzində tədarük olunan qan və onun komponentlərinin miqdarı artmış, əhalinin donorluğa

cəlb edilməsi işi aktivləşmişdir. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam

ödənilir. Respublikanın şəhər və rayonlarında Mərkəzi Qan Bankının 3 bölməsindən (Gəncə, Şəki və

Quba) əlavə daha 5 (Sumqayıt, Mingəçevir, Şirvan, Bərdə və Lənkəran) bölməsi yaradılmışdır. Qısa

müddət ərzində bütün qan bölmələri lazımi cihaz və avadanlıqlarla təmin olunmuşlar.

Cərrahiyyə xidmətinin fəaliyyətini xarakterizə edən statistik rəqəmlərin təhlili göstərir ki, son illər

ərzində bu sahədə nəzərə çarpan müsbət dinamika mövcuddur. Belə ki, ümumi cərrahi profilli

stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayı artmışdır. Bununla

yanaşı, diaqnostik və taktiki səhvlər xeyli azalmışdır. Müasir müalicə üsulu hesab edilən miniinvaziv

cərrahiyyə əməliyyatlarının, mürəkkəb və rekonstruktiv xarakterli əməliyyatların sayı da ilbəil artır.

Əməliyyatların sayının artmasına baxmayaraq, istər planlı, istərsə də təcili əməliyyatlardan sonra ölüm

halları azalmışdır.

Page 16: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

16

Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən stasionar cərrahiyyə xidmətinin, eləcə də uşaq

cərrahiyyəsinin vəziyyətinin təhlili aparılmış, mövcud nöqsanların aradan qaldırılması və xidmətin

yaxşılaşdırılması istiqamətində tədbirlər müəyyənləşdirilmişdir.

Uşaqlara cərrahi yardımın yaxşılaşdırılması məqsədilə K.Fərəcova adına ET Pediatriya İnstitutunda

sutka ərzində fəaliyyət göstərən erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsi yaradılmışdır.

Yoluxucu xəstəliklərlə mübarizə işində də müsbət nəticələr əldə edilmişdir. Respublikada aparılmış

geniş miqyaslı tədbirlər nəticəsində epidemioloji sabitlik yaranmış, idarəolunan xəstəliklərdən poliomielit,

difteriya, qızılca, məxmərək qeydə alınmamış, epidemik parotit 2 dəfə azalmış, digər infeksiyalar üzrə də

azalma qeyd olunmuşdur. Yoluxucu xəstəliklər üzərində epidemioloji monitorinqin təmin edilməsi

məqsədilə Elektron Müşahidə Sisteminin tətbiqinə başlanılmışdır.

Profilaktik peyvənd təqviminə əsasən respublika üzrə uşaqların immunlaşdırılması yüksək

səviyyədə həyata keçirilmişdir.

Malyariya xəstəliyinə qarşı 2008-2013-cü illər üçün qəbul olunmuş Milli Strategiyaya və Milli

Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlər həyata keçirilməsi nəticəsində ayrı-ayrı yoluxucu

xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunmuşdur.

Hazırda Respublikada vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülür. Vərəmlə mübarizə

üzrə Dövlət Proqramı və Milli Strategiya qəbul edilmişdir. Nazirlik tərəfindən genişmiqyaslı tədbirlər

həyata keçirilmişdir. Vərəmin multirezistent formaları ilə xəstələrin müalicəsi üçün Bakı şəhərində

Xüsusiləşdirilmiş xəstəxana istifadəyə verilmişdir. Bundan əlavə Quba, Zaqatala, Masallı rayonlarında da

bu məqsədlə xəstəxanaların tikintisi və təmiri həyata keçirilmiş, onların nəzdində mikrobioloji

laboratoriyalar da yaxın günlərdə fəaliyyətə başlayacaqdır.

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası artıq tam

gücü ilə fəaliyyətə başlayıb və 2010-cu ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını

almışdır. Bu laboratoriyada respublikanın bütün şəhər və rayonlarından mərkəzləşdirilmiş qaydada

gətirilən bəlğəm nümunələrin bakterioloji müayinəsi təşkil edilmişdir. Bütün bunların nəticəsində vərəm

xəstəliyinin əsas epidemioloji göstəriciləri yaxşılaşmış, vərəmdən ölüm səviyyəsi də azalmışdır.

Azərbaycan səhiyyəsinin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil

və kadr islahatıdır. Nazirlik tərəfindən cari ildə bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata

keçirilmişdir. Tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi

diqqət yetirilir. Bir neçə ildir ki, problemin həlli yollarından biri olan, bütün dünyada qəbul edilən, tibb

işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılır. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatdırılmış

və 2011-ci ildən sertifikasiya prosesi başlanmışdır.

Tibbi təhsilin müasir səviyyədə təşkili prinsiplərinə uyğun olaraq 2011-ci ildən rezidentura sisteminə

keçid başlanmışdır.

Respublikanın kənd yerlərində kadrların çatışmazlığını nəzərə alaraq Azərbaycan Tibb

Universitetinin məzunlarının bilavasitə vakant yerlərə təyinatla göndərilməsi işi də davam etdirilmişdir.

1688 ambulator-poliklinika müəssisəsi, 72 təcili tibbi yardım stansiyası (şöbəsi), 387 qadın

məsləhətxanası, uşaq poliklinika və ambulatoriyaları, 75 sanatoriya-istirahət müəssisələri əhaliyə tibbi,

müalicəvi və sağlamlığın qorunması üçün xidmət göstərmişdir. Son 20 il ərzində ölkənin müxtəlif

rayonlarında müasir tipli avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, diaqnostika mərkəzləri,

ambulatoriya-poliklinika müəssisələri tikilib istifadəyə verilmiş, bir sıra tibb müəssisələrində yenidənqurma

və bərpa işləri aparılmışdır.

Son illər ərzində ölkəmizdə 400-dən artıq səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə təmir

edilib. Son bir neçə il ərzində Bakıda Oftalmologiya Mərkəzi, Urologiya Mərkəzi, Talassemiya Mərkəzi

Page 17: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

17

tikilmişdir, Elmi Cərrahiyyə Mərkəzi yaradılmışdır. Ölkəmizdə Perinatal mərkəzlər yaradılır. Demək olar ki,

bütün şəhərlərdə xəstəxanalar təmir olunur və tikilir. 14 şəhərdə ən müasir standartlara cavab verən

Müalicə-Diaqnostika mərkəzləri tikilmişdir və orada hemodializ qurğuları quraşdırılmışdır.

Son 10 ildə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində

500-dən çox səhiyyə müəssisəsi istifadəyə verilmişdir.

Səhiyyə sahəsində son illər ərzində qazanılmış nailiyyətlər Azərbaycan səhiyyəsinin beynəlxalq

aləmdə nüfuzunun xeyli artmasına səbəb olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə

Regional Komitəsinin 61-ci Sessiyası 2011-ci il sentyabrın 13-15-də Bakıda keçirilmişdir.

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən ən nüfuzlu beynəlxalq qurumlardan biri

Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST). Azərbaycan 1993-cü ildən bu təşkilatın üzvü, 2005-ci ildən isə

onun İcraiyyə Komitəsinin üzvüdür.

ÜST Azərbaycanda bir sıra proqramlar həyata keçirir. Bunlar ilkin səhiyyə xidmətinin imkanlarının

gücləndirilməsinə, səhiyyənin maliyyələşdirilməsi və əczaçılıq siyasətində islahatlar prosesinin

layihələşdirilməsi və həyata keçirilməsində Səhiyyə Nazirliyinin rolunun gücləndirilməsinə, tibb təhsili,

planlaşdırma və keyfiyyətin təminatı sahəsində islahatlar yolu ilə insan resurslarının mütənasibliyi və

keyfiyyətinin təkmilləşdirilməsinə, səhiyyə xidmətlərinin səmərəliliyinin artırılmasına və fövqəladə

vəziyyətlərə hazırlığın gücləndirilməsinə, eləcə də səhiyyəyə dair məlumatların keyfiyyətinin

yüksəldilməsi və yoluxucu xəstəliklərin müşahidəsinin gücləndirilməsinə yönəldilmişdir.

29 yanvar 2007-ci ildə ÜST İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan Respublikasının birinci

xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva “Ana, uşaq və

ailə sağlamlığının qorunmasında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə” mükafatı ilə

təltif edilmişdir.

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlardan biri də BMT-nin Əhali

Fondudur. Təşkilatın səhiyyədə əsas əhatə sahələri reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ailə

təbabətinin inkişafı, ilkin səhiyyə xidmətlərində ailə həkimlərinin rolunun artırılması, cinsi yolla yayılan

xəstəliklərin qarşısının alınmasıdır. BMT-nin Əhali Fondunun Azərbaycanda həyata keçirdiyi layihələr

Bakı, Gəncə, Şəki, Masallı, Qusar, Naxçıvan və s. regionları əhatə edir.

Müstəqilliyimizin ilk günlərindən BMT-nin Uşaq Fondu Azərbaycanda səhiyyə, təhsil və sosial

sferanın digər sahələrində uğurla fəaliyyət göstərir. Səhiyyə sahəsində aparılan layihələrdən uşaqların

immunizasiyası, duzun yodlaşdırılması, qidalanma və sağlamlıq, “Gənclərin dostu” klinikaları və

digərlərini misal göstərmək olar. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əlil

uşaqların reabilitasiyası proqramı da fəaliyyət göstərir.

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biri də

Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyidir. Təşkilat Azərbaycanda digər tərəfdaş qurumlarla birgə

reproduktiv sağlamlıq və ailə planlaşdırılması, demoqrafik səhiyyə sorğusu, ilkin səhiyyə xidmətlərinin

gücləndirilməsi, HİV/AİDS-lə mübarizə tədbirləri, quş qripinin aradan qaldırılması, sağlam həyat tərzinin

təşviqi, ana və uşaq sağlamlığı və təcili təxirəsalınmaz tibbi yardımın təkmilləşdirilməsi layihələrini həyata

keçirir. 2007-ci ilin fevralında ABŞ və Azərbaycan hökumətləri arasında səhiyyəyə aid “Amerika Birləşmiş

Ştatları hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında ilkin səhiyyə xidmətlərinin

gücləndirilməsi haqqında” və “Amerika Birləşmiş Ştatları hökuməti ilə Azərbaycan Respublikası hökuməti

arasında təxirəsalınmaz tibbi yardımın təkmilləşdirilməsi haqqında” Anlaşma Memorandumları

imzalanmışdır.

Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatlardan biri də Türkiyə Cümhuriyyəti Baş

Nazirliyi Türk Əməkdaşlıq və İnkişaf Agentliyidir (TİKA). Təşkilat Azərbaycanda “Sümük iliyinin

Page 18: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

18

transplantasiyası və Talassemiya Mərkəzinin inşası” layihəsini həyata keçirir. Hemoqlobinopatiyaların

müalicəsi və profilaktikası üzrə azərbaycanlı mütəxəssislərin Türkiyədə təkmilləşdirmə kurslarına

göndərilməsi sözügedən layihənin əsas komponentlərindəndir.

HİV/AİDS və vərəmə qarşı mübarizə tədbirləri Azərbaycanda səhiyyə islahatlarının əsas

prioritetlərindəndir. AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda bu

xəstəliklərin qarşısının alınmasına yönəldilmiş layihələr həyata keçirir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi bir sıra ölkələrin səhiyyə nazirlikləri ilə səhiyyə və tibb

elmi sahəsində əməkdaşlıq edir. Bunlardan Türkiyə, İran, Rusiya, Belarus, ABŞ, Yaponiya, Misir,

İordaniya, BƏƏ, Litva, Estoniya, Niderland və digərlərini misal göstərmək olar.

Səhiyyənin son illərdə tərəqqisini müxtəlif beynəlxalq qurumlar da təsdiqləyir. Böyük Britaniyanın

tanınmış “The Legatum Institute” tədqiqat mərkəzi 142 ölkənin monitorinqi nəticəsində son iki ildə

Azərbaycan səhiyyəsini 91-ci pillədən 68-ci pilləyə qaldırıb.

Ölkə həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun

olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi XXI əsrin əvvəlindən yeni vüsət almaqdadır.

Page 19: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

19

Mədəniyyət

1991-ci il oktyabrın 18-də "Müstəqillik haqqında" Konstitusiya aktının qəbul edilməsi ilə XX əsr

Azərbaycan tarixinin yeni mərhələsi başlandı. Demokratik, müstəqil Azərbaycan dövlətinin bərqərar

olması xalqımızın həm iqtisadi, həm də mənəvi qələbəsi olmuşdur. Bu gün Azərbaycanın təhsili,

mədəniyyəti, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya

standartlarına cavab verən səviyyədədir.

Soykökə qayıdış, millətimizin özünü dərk etməsi, xalqımızın və dövlətimizin sivil bəşəriyyətin

birgəyaşayış qaydalarını mənimsəmək prosesi gücləndikcə Azərbaycan xalqının malik olduğu

ümumbəşəri mədəniyyətin təntənəsi daha aydın nəzərə çarpır. Müstəqilliyimizin iyirmi ili ərzində

mədəniyyət sahəsində qazanılan uğurlar, bütövlükdə mədəni həyatımız belə deməyə əsas verir ki,

müstəqillik illəri tariximizə mədəniyyətimizin təntənəsi illəri kimi daxil olmuşdur.

Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş verən dəyişikliklər, gərgin

proseslər, zamanın yeni özəllikləri musiqiyə də böyük təsir göstərmiş, onu yeni mövzularla

zənginləşdirmişdir. Bu dövr Azərbaycan musiqisinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu

böyük olmuşdur. Onun himayə və qayğısı, məqsədyönlü siyasəti nəticəsində ölkənin ağır ictimai-iqtisadi

durumu şəraitində Azərbaycan mədəniyyəti və incəsənəti inkişaf etdirilmişdir.

Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın

həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Milli kinomuz ildən-ilə zəngin təcrübə

toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır.

Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.

Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin

tədqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir.

Bakı şəhərində Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin çox görkəmli nümayəndələri-

dahi bəstəkar Üzeyir Hacıbəylinin, xalq şairi Səməd Vurğunun, böyük dramaturq Cəfər Cabbarlının,

yazıçı və ictimai xadim Nəriman Nərimanovun, Azərbaycanda professional vokal sənətinin banisi

Bülbülün, böyük yazıçı, "Molla Nəsrəddin" jurnalının naşiri Cəlil Məmmədquluzadənin, böyük bəstəkar və

dirijor Niyazinin, Naxçıvanda böyük ədib və dramaturq Hüseyn Cavidin xatirə muzeyləri açılmışdır.

Son illərdə ölkədə keçirilən müxtəlif müsabiqələr, mahnı bayramları xalq yaradıcılığına əsl baxış

olmuşdur. Ölkə Prezidenti tərəfindən təsis edilmiş "Qızıl Kitab"a adları düşən və hər biri xüsusi təqaüdə

layiq görülmüş gənc sənətçilərə milli mədəniyyətimizi XXI əsrdə inkişaf etdirmək nəsib olacaqdır.

Son 5 ildə bu istiqamətdə 300-ə qədər fərman və sərəncam imzalanmış, 5 Dövlət Proqramı qəbul

edilmişdir. Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. 2006-cı ildən indiyədək dövlət rəhbərliyi tərəfindən

mədəniyyət və turizmlə bağlı qəbul edilən qərarlar bu sahənin ahəngdar inkişafına, qazanılan

nailiyyətlərə mühüm zəmin yaratmışdır. Ötən illər ərzində imzalanmış Prezident fərmanları və

sərəncamları, qəbul olunmuş qanunlar və dövlət proqramları bunun bariz təsdiqidir.

Son beş ildə mədəniyyət ocaqlarında maddi-texniki bazanın tamamilə yenidən qurulması prosesinə

start verilmiş, teatr, kino, kitabxana işi, abidələrin qorunması, bərpası, inşası istiqamətində mühüm

layihələr həyata keçirilmişdir. Bu müddətdə ölkəmizdə 49 muzey yaradılaraq istifadəyə verilmişdir.

Nazirlik tərəfindən ötən müddətdə 200 adda yeni çap məhsulları nəşr olunmuş və nəşrlərin ümumi tirajı 1

milyonu ötmüşdür.

Page 20: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

20

Hazırda Azərbaycanda 27 professional, 50-dək xalq və özəl teatrlar, 13 konsert təşkilatı fəaliyyət

göstərir. Mədəniyyət Nazirliyi sistemində 2 böyük simfonik orkestr, xalq çalğı alətləri orkestri, bir neçə

kamera və estrada kollektivi var.

Bu gün Mədəniyyət Nazirliyi sistemində 3275 klub müəssisəsi, 4313 kitabxana, 61 mədəniyyət və

istirahət parkı fəaliyyət göstərir. Xalqımızın mənəvi sərvətlərinin qoruyucusu, tədqiqatçısı və təbliğatçısı

olan 137 muzey, 27 dövlət şəkil qalereyası və 2 bədii sərgi salonunda əsrin nailiyyətləri öz əksini tapır.

Bakı Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Məktəbi, musiqi,

rəssamlıq texnikumları, 300-ə yaxın uşaq musiqi, rəssamlıq və incəsənət məktəbləri Azərbaycan

mədəniyyətinin gələcəyini yaşadacaq kadrlar hazırlayır.

Hazırda ölkəmizdə həyata keçirilən ən mühüm layihələrin əksəriyyəti Heydər Əliyev Fondunun

təşəbbüsü ilə reallaşdırılır. Bu layihələrin sırasında mədəniyyət, incəsənət sahəsini əhatə edənlər də

çoxluq təşkil edir. Son illərdə Heydər Əliyev Fondu tərəfindən mədəni sərvətlərimizin təbliği istiqamətində

mühüm işlər görülmüşdür.

Muğam Sərgin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının,

sənətsevərlərin daim diqqətini cəlb etmişdir. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun

öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir.

Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm

qoymuşdur. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən

Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və

İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata

keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam

ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.

YUNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri

sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin

ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.

Həm Heydər Əliyev Fondu, həm də Azərbaycan Mədəniyyət Fondu bu sahəyə öz layiqli töhfələrini

vermişlər. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, muğam müsabiqələri təşkil

olunmuş, “Qarabağ xanəndələri” albomu buraxılmış, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr

edilmişdir. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı”

multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanmışdır.

Müstəqilliyin bərpa olunması ilə Azərbaycan musiqisinin dünyada baş verən müasir mədəni

proseslərə inteqrasiya etmək imkanları daha da genişlənir. Dünyada gedən ümumi qloballaşma

prosesinin axınına düşən Azərbaycan bəstəkarları bu şəraitdə milli ənənələrin və irsin qorunmasına

xüsusi fikir verir, milli musiqi ilə müasir tendensiyaları yeni səviyyədə, yeni formalarda sintezləşdirməyə

çalışırlar. Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni

müdafiəyə çağıran, Qarabağ müharibəsinə, 20 Yanvar faciəsinə həsr edilən əsərlər bəstəkar

yaradıcılığının mühüm hissəsini təşkil edir [V.Adıgözəlovun "Qarabağ şikəstəsi" və "Qəm karvanı" (1999)

oratoriyaları; T.Bakıxanovun "Qarabağ harayı" (2001) simfoniyası; A.Əlizadənin "Ana torpaq" (1993)

odası; Sevda İbrahimovanın tar və simfonik orkestr üçün "Sənin üçün darıxmışam, Şuşam" (1999) və

başqaları].

Bu dövrdə bəstəkarlar tarixi-ədəbi yazılı abidələrə, folklor motivlərinə müraciət etmiş, klassik

ədəbiyyat nümunələrindən bəhrələnmişlər.

Müstəqillik dövründə bəstəkarları maraqlandıran yeni mövzulardan biri də uzun illərin

qadağasından çıxan islam dini, onun tarixi və "Quran"dır. F.Qarayevin ansambl və maqnitofon yazısı

Page 21: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

21

üçün "Xütbə, muğam və surə", R.Həsənovanın orqan üçün "Qəsidə" (1991), R.Mirişlinin solist, xor və

simfonik orkestr üçün "Peyğəmbərin tərifi" vokal poeması (1997), A.Ağasıyevin solist və xor üçün "Ən ulu

eşqim" (1997) bu mövzuya həsr edilmişdir. Azərbaycan bəstəkarlarının müstəqillik dövrü yaradıcılığı janr

baxımından zəngindir. Son illərdə ən çox müraciət olunan sahələrdən biri xor musiqisidir. R.Mustafayevin

"Salatın" (1990), V.Adıgözəlovun "Çanaqqala" (1998), F.Əlizadənin "Əbədiyyətə səyahət" oratoriyaları,

X.Mirzəzadənin a capella xoru üçün 2 miniatürü, S.İbrahimovanın "Əziziyəm" vokal silsiləsi bu dövrə

mənsubdur. Janrın müxtəlif interpretasiya formaları qeyd edilir: kantata-plakat, kantata-and, kantata-

apofeoz, kantata-epitafiya. Daha çox kiçik həcmli əsərlərə meyl duyulur. Xor əsərləri üslub baxımından

çoxşaxəlidir.

Simfonik musiqi sahəsində həm irihəcmli monumental mövzulu simfoniyalar, həm də nisbətən

kiçikhəcmli əsərlər yazılmışdır. Üstünlük miniatür, yığcam formalara verilmiş, düzüm və üslub baxımından

fərqli əsərlər-simfonik lövhələr, simfonik rəqslər, simfonik muğamlar, simfonik süitalar, müxtəlif alətlər və

orkestr üçün konsertlər və s. yaradılmışdır [A.Məlikov, 7 və 8 saylı simfoniyalar (1995, 2001);

X.Mirzəzadə, "Orkestr üçün xatirə"; T.Bakıxanov, simfonik orkestr üçün "Türk eskizləri" (1999) və

"Şərqdən gələn sədalar" (2000) süitaları; Aqşin Əlizadə, simfonik rəqslər (1994); A.Dadaşov, "Katarsis",

simfonik orkestr və səs üçün 10 saylı simfoniya (1996); F.Qarayev, simfonik orkestr üçün 4 postlüdiya

(1990); C.Quliyev, simli orkestr üçün "Dastan" (2001); F.Hüseynov, simfonik orkestr üçün "Quarani

kapriççiosu" (2000)]. H.Xanməmmədov (kamança və simfonik orkestr üçün konsert, 1991; tar və simfonik

orkestr üçün 5 saylı konsert, 1993); T.Bakıxanov (tar və simfonik orkestr üçün 4 saylı konsert, 1993);

A.Rzayev (tar və kamera orkestri üçün "Düşüncə" və "Qaytağı", 1995); N.Əzimov (tar və xalq çalğı

alətləri orkestri üçün "Xatirə", 1991); S.İbrahimova (səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım",

"Elegiya-xatirə") və başqaları xalq çalğı alətləri orkestri üçün müxtəlif səpgili əsərlər yazmışlar.

Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərləri məzmun

rəngarəngliyi, forma və üslub müxtəlifliyi, alətlərin tərkibinin orijinallığı ilə fərqlənir. Yeni mövzuların,

müasir ifadə vasitələrinin, yeni yazı texnikasının sınanması üçün şərait yarandığından, bəstəkarlar bu

janra daha çox müraciət edirlər. Bəstəkarların əsərlərində milli musiqidən, xalq çalğı alətlərindən istifadə

prinsipləri yeniləşir, xalq musiqisi ilə müasir musiqi sintezinin yeni, rəngarəng formaları yaranır. Çalğı

alətlərinin tərkibi keçmiş illərlə müqayisədə genişlənir, orijinal ansambl tərkibləri yaranır [F.Əlizadənin

"Merac" (1998) əsəri (ud və kamera ansamblı üçün), "Oazis" (1999) simli kvartet və maqnit yazısı,

"Deyişmə" (2001, arfa və maqnit yazısı üçün); C.Quliyevin "Karvan" (2000) əsəri (fleyta, saz və violonçel

üçün); F.Qarayevin "Forst şəhəri üçün musiqi" (1997, royal, vibrafon və marimba üçün)].

Kamera-vokal musiqisi sahəsində A.Məlikov, Ş.Axundova, T.Bakıxanov, H.Nəcəfova,

S.İbrahimova, İ.Hacıbəyov, R.Mirişli, F.Əlizadə, A.Dadaşov, E.Dadaşova, Aydın Əzimov, R.Həsənova,

F.Sücəddinov, A.Yusifova kimi bəstəkarlar əsərlər yazmışlar.

Müstəqillik dövründə musiqili teatr-opera və balet səhnəsi üçün yazılan əsərlər azdır. Ölkənin

mövcud ictimai-siyasi, iqtisadi durumundan gələn obyektiv və subyektiv səbəblər üzündən bu janrların

inkişafında durğunluq nəzərə çarpır. Uzun fasilədən sonra V.Adıgözəlovun səhnəyə qoyulan "Natəvan"

(2003, dekabr) əsəri milli operanın inkişaf tarixində layiqli yer tutdu. O.Zülfüqarov, R.Şəfəq, A.Dadaşov,

R.Həsənova, C.Abbasov, F.Hüseynov, S.Fərəcov uşaqlar üçün operalar yazmışlar. Ş.Axundova,

S.İbrahimova, Ə.Cavanşirov, R.Şəfəq, E. Dadaşova, Azad Ozan Kərimli, İ.Abdullayevin bir sıra xor,

kamera-instrumental, kamera-vokal əsərləri də uşaqlar üçün nəzərdə tutulmuşdur.

Balet janrı bir sıra yeni əsərlərlə zənginləşir (X.Mirzəzadə, "Ağlar və Qaralar", 2000; A.Əlizadə,

"Qafqaza səyahət", 2002; P.Bülbüloğlu, "Eşq və ölüm", 2005).

Page 22: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

22

Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə keçirilən müxtəlif musiqi festivallarında,

beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək,

Azərbaycan musiqisini dünyada təmsil edib, onu daha da yaxşı tanıtdırmaq imkanları genişlənmişdir.

A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin,

İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun,

F.Hüseynovun əsərləri Türkiyə, Norveç, Hollandiya, Kipr, ABŞ, İsveçrə, Almaniya, Tailand və s. ölkələrdə

səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşdur. A.Qasımov 1999-cu ildə muğam sənətinin inkişafı

və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada

keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və dirijor xalq artisti

R.Abdullayev) tərəfindən Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir.

Almaniyada "Ekspo-2000" Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Mahnı

Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadiminin çıxışı da bu dövrün musiqi həyatının

diqqət mərkəzində olmuşdur.

Nazirlik fəaliyyətə başladığı vaxtdan etibarən respublikamızda mədəniyyətin və turizmin inkişafı

istiqamətində mühüm xidmətlər göstərməkdədir. Fəaliyyət göstərdiyi müddətdə nazirlik tərəfindən

beynəlxalq və ölkə əhəmiyyətli 800-dən çox tədbir keçirilmişdir. Görülmüş işlərin əyani sübutudur ki, bu

gün Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası YUNESKO tərəfindən

Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilmişdir.

Bu sırada 2006-cı ildə Azərbaycanda Rusiya İli, Şostakoviç Festivalı, 2007-ci ildə ”Karvan”

Beynəlxalq musiqi layihəsi, 2007-2010-cu illərdə I, II, III, IV Beynəlxalq Mstislav Rostropoviç festivalları,

Vokalçıların Bülbül adına IV və V beynəlxalq müsabiqələri, 2009-cu ildə Beynəlxalq Muğam Festivalı və

müsabiqəsi, Beynəlxalq Elmi Simpozium, 2009-2010-cu illərdə Bakı beynəlxalq caz festivalları, Ü.

Hacıbəyliyə həsr olunmuş I və II beynəlxalq musiqi festivalları, 2009-2010-cu illərdə I və II Qəbələ

beynəlxalq musiqi festivalları, 2010-cu ildə Beynəlxalq Teatr Konfransı, Çexov adına Beynəlxalq Teatr

Festivalının “İpək yolu” mərhələsi kimi beynəlxalq səviyyəli tədbirləri xüsusi qeyd etmək olar.

Azərbaycan ədəbiyyatının, söz xəzinəsinin geniş təbliği, bədii qiraət ifaçılarının yeni nəslinin üzə

çıxarılması məqsədilə 2006-cı ildə Gəncədə Nizami Gəncəvinin 865, 2007-ci ildə Ağdaşda Hüseyn

Cavidin 125, 2008-ci ildə Şəkidə Mikayıl Müşfiqin 100, 2009-cu ildə Lənkəranda Cəfər Cabbarlının 110,

2010-cu ildə Göyçayda Rəsul Rzanın 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” adlı Respublika

bədii qiraət müsabiqələri keçirilmişdir.

2007-ci ildə Bakıda, 2009-cu ildə Gəncədə “Yeni Teatr” adlı gənc rejissorlarının respublika

müsabiqələri, 2006-2009-cu illərdə “Yaddan çıxmaz Qarabağ” mədəni-siyasi aksiyası, 2010-cu ildə Milli

Teatr Festivalı, Qax rayonunda Respublika Kukla Teatrları Həftəsi keçirilmişdir.

Bu illər ərzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən bir çox görkəmli

mədəniyyət və incəsənət xadiminin - Üzeyir Hacıbəylinin 125, Qara Qarayevin 90, Tahir Salahovun 80,

Arif Məlikovun 75 , Səid Rüstəmovun100, Həqiqət Rzayevanın 100, Əfrasiyab Bədəlbəylinin 100, Vaqif

Mustafazadənin 70 illik yubileyləri qeyd olunmuşdur.

Yaxın və uzaq xariclə mədəni əlaqələr son illərdə geniş vüsət almışdır. Hər il Azərbaycan

mədəniyyəti və incəsənəti dünyanın bir çox ölkələrində geniş nümayiş etdirilir və özünə hər dəfə çoxlu

təzə pərəstişkarlar tapır.

2006-2010-cu illərdə bir sıra xarici ölkələrdə - Səudiyyə Ərəbistanı, Almaniya, Ukrayna, Misir,

Tatarıstan, Tacikistan, Türkmənistan, Rusiya, Qətər, Mərakeş, İordaniya, Gürcüstan, İran, Belarus və

Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Eləcə də Azərbaycanda Tatarıstan (Rusiya),

Page 23: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

23

Türkmənistan, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Tacikistan, Moldova, Belarus, Rusiya, Misir, Mərakeş

və İordaniyanın Mədəniyyət Günləri təşkil edilmişdir.

Azərbaycan teatrları 2006 -2010-cu illər ərzində Rusiya, Türkiyə, Misir, Bolqarıstan, Tacikistan,

Gürcüstan, Ukrayna, Belarus, İran, Mərakeş, Avstriya, Fransa, Almaniya, Hollandiya və İsveçrədə

keçirilən beynəlxalq səviyyəli tədbirlərdə iştirak etmişlər.

2006-2010-cu illərdə Azərbaycan musiqi kollektivləri və solistləri bir çox xarici festivallarda iştirak

etmişlər: 2006, 2007, 2008, 2010-cu illərdə Almaniyadakı “Qut İmmling” Opera Festivalı, 2006-2010-cu

illərdə Kanada Niaqara festivalı, 2006-2010-cu illərdə “XI Young Euro Klassik Festival” kimi məşhur

beynəlxalq festivalların iştirakçısı olmuşlar.

2006-cı ildə Vyanada-Kammeroper Teatrında Üzeyir Hacıbəylinin «Arşın mal alan» əsəri, 2007-ci

ildə Qahirə Opera Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun «Min bir gecə» baleti böyük

uğurla tamaşaya qoyulmuşdur.

2007-2008-ci illərdə keçirilən Azərbaycan Musiqi Festivalı layihəsinin məqsədi və qayəsi xalq

musiqisinin, bəstəkar yaradıcılığının, ifaçılıq sənətinin yüksək səviyyədə təbliği və Azərbaycanın bütün

bölgələrini əhatə edən vahid musiqi məkanının yaradılması olmuşdur. 2008-ci ildə Azərbaycanda

Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının 100 illik yubileyi Akademik Opera və Balet Teatrında

təntənəli şəkildə keçirilmişdir.

2009-cu ildə Azərbaycan milli opera sənətinin şah əsəri olan Ü.Hacıbəylinin “Koroğlu” əsəri

TÜRKSOY-un təşəbbüsü ilə Beynəlxalq layihə əsasında tamaşaya qoyulmuşdur. Layihədə Azərbaycan,

Türkiyə, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan musiqiçiləri iştirak etmişlər. Tamaşa Ankara,

İstanbul, Bakı, Bişkek və Astanada böyük uğurla göstərilmişdir.

2006-2010-cu illər dünya şöhrətli bədii kollektivlər, teatrlar, musiqiçilər, dirijorlar Azərbaycanda

qastrol səfərlərində olmuşlar. Ü.Hacıbəylinin 125 illiyi münasibətilə “Arşın mal alan” operettası Türkiyə,

Çin, Belarus, Türkmənistan, Ukrayna və Qazaxıstanda səhnəyə qoyulmuşdur.

2007-ci ildə İsveçrədə keçirilən 41-ci Montrö Caz Festivalında Azərbaycan ilk dəfə iştirakçı olmuş,

gənc musiqiçi Şahin Növrəsli respublikamızı layiqincə təmsil edərək, ikinci yerə layiq görülmüşdür. 2009-

cu ildə 43-cü Montrö Caz Festivalında gənc pianoçu İsfar Rzayev-Sarabski I yerə layiq görülmüşdür. 11

ölkə arasında birinci yeri qazanan Azərbaycan, həmçinin festival tarixində bu mükafata layiq görülən ilk

müsəlman ölkəsi olmuşdur.

Ölkə prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2008-ci ildə dahi

Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq, SSRİ Xalq artisti, dövlət mükafatları laureatları, akademik

Qara Qarayevin 90 illiyi çərçivəsində Beynəlxalq Musiqi Festivalı, Bakıda, Ankarada bir sıra tədbirlər

keçirilmişdir.

2008-ci il isə Almaniya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın yeni mərhələsi kimi yadda

qalacaq. Həmin il Almaniyada keçirilən Azərbaycan İli xalqımızın zəngin mədəniyyətinin Avropada

tanıdılması yolunda atılan uğurlu addımlardan biri olmuşdur.

Milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi,

təsviri sənət və kino sahəsində xüsusi nailiyyətlər qazanan şəxslərin bədii axtarışlarını dəstəkləmək və

daha böyük yaradıcılıq uğurlarına ruhlandırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi

respublikamızda ilk dəfə olaraq 2007-2010-cu illərdə «Zirvə» mükafatı təsis etmişdir.

Bakının 2009-cu ildə “İslam Mədəniyyəti Paytaxtı” elan olunması ilə əlaqədar tədbirlər planı

çərçivəsində həmin ilin martında Muzey Mərkəzində «Qadın portretləri» adlı sərgi, «Şərq və Qərb moda

təqdimatı», habelə Azərbaycan qadın bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edilmişdir.

Page 24: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

24

Ötən müddətdə incəsənətlə bağlı qəbul edilən bir sıra dövlət sənədləri - “Teatr və teatr fəaliyyəti

haqqında” qanun, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam, “Azərbaycan teatrı

2009-2019-cu illərdə” Dövlət Proqramı bu sahənin inkişafına geniş zəmin yaratmışdır.

Heydər Əliyev adına Sarayın, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət

Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik

Dövlət Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri

aparılmışdır.

Son 5 ildə dövlət teatrlarında 433 yeni tamaşa hazırlanmışdır. Onlardan 68-i Mədəniyyət və Turizm

Nazirliyinin sifarişi ilə həyata keçirilmişdir. Bu müddətdə Azərbaycan təsviri sənətinin inkişafı, dünyada

təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində də xeyli işlər görülmüşdür.

Ötən beş ildə bu sahədə keçirilən respublika və beynəlxalq əhəmiyyətli tədbir və sərgilərin sayı

250-dən çox olmuşdur. İlk dəfə olaraq 2007-ci ildə və daha sonra 2009-cu ildə İtaliyada keçirilən Dünya

Təsviri Sənət Sərgisində (52-ci və 53-cü Venesiya Biennaleləri) Azərbaycan Pavilyonu təşkil edilmiş,

rəssamlarımızın əsərləri bu pavilyonda nümayiş etdirilmişdir. 2007 və 2009-cu illərdə Bakıda “Alüminium”

Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilmiş, bu mühüm tədbirdə dünyanın 30-a yaxın ölkəsindən

100-dək rəssam, sənətşünas, kurator və musiqiçi iştirak etmişlər.

2009-cu ildə ilk dəfə olaraq, respublikanın bütün şəhər və rayonlarını əhatə edən “Ümumrespublika

Dekorativ-tətbiqi Sənət Festivalı” keçirilmiş, Festivalın yekun sərgisi Bakıda təşkil edilmişdir. 2010-cu ildə

Azərbaycan incəsənəti tarixində ilk dəfə olaraq “Azərbaycan rəssamlarının avtoportret” sərgisi

keçirilmişdir. 2010-cu ildə Moskvadakı “Aydan” Qalereyasında Azərbaycan rəssamlarının “Novruz”

Müasir İncəsənət Sərgisi təşkil edilmişdir.

Ölkə prezidentinin təşəbbüsü ilə dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyinin YUNESKO

səviyyəsində qeyd edilməsi, SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti,

dövlət mükafatları laureatı Tahir Salahovun 2008-ci ilin noyabrında Bakıda, 2009-cu ilin yanvarında isə

Moskvada 80 illik yubiley tədbirləri keçirilmişdir. 2010-cu ildə ölkə prezidenti tərəfindən daha bir görkəmli

fırça ustamızın - SSRİ Xalq rəssamı, Dövlət Mükafatı laureatı Toğrul Nərimanbəyovun 80 illik yubileyinin

keçirilməsi barədə müvafiq sərəncamlar imzalanmışdır.

2006-2010-cu illər ərzində bir çox görkəmli mədəniyyət və incəsənət xadimlərinin büstü

ucaldılmışdır. Nazirliyin tabeliyində fəaliyyət göstərən 33 dövlət rəsm qalereyasının fəaliyyətinin, maddi-

texniki bazasının və bina təchizatının yaxşılaşdırılması istiqamətində lazımi işlər görülmüşdür.

Azərbaycan mədəniyyəti bu gün möhtəşəm bir dövrünü yaşayır. Müstəqillik dövründə tarixi

şəxsiyyətlərimizin, milli mədəniyyətimizin görkəmli nümayəndələrinin yubileylərinin, habelə ayrı-ayrı milli

bayramların və tarixi günlərin qeyd edilməsi ilə bağlı tədbirlər dövlət başçımızın imzaladığı fərman və

sərəncamları ilə həyata keçirilir.

Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti ümumi dövlət siyasətinin tərkib

hissəsidir. 21 dekabr 2012-ci ildə “Mədəniyyət haqqında” Azərbaycan Qanunu qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə daşınmaz tarix və

mədəniyyət abidələrinin, qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin

bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilmiş “Daşınmaz tarix

və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin

təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.

Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya

mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını

Page 25: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

25

təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə

“Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilmişdir.

Azərbaycanın sosial və iqtisadi sahələrdə uğurları, beynəlxalq aləmdə daim artan nüfuzu ölkə

vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mədəni hüquqlarının

həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Bu gün Azərbaycan Respublikasında hər kəsin

mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla

təmin edilir.

Page 26: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

26

Turizm

Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi

tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə

xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu potensialı düzgün qiymətləndirərək kifayət qədər

investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata

keçirmişdir. Ulu öndərimizin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası

nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu

islahatların aparılmasına imkan yaratmışdır. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin ali

qanunvericilik aktlarında öz əksini tapmışdı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul

edilmiş, 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası

Qanununun tətbiq edilməsi haqqında” fərman imzalamışdır.

2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində

Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu

beynəlxalq turist təşkilatına üzv olmuşdur.

Respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi

tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana

çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, normativ-hüquqi aktların qəbul

edilməsi, turizm sahəsində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun

yaradılması sahəsində məqsədyönlü işlər görülmüşdür. Bu müddətdə həm daxili turizmin inkişafı, həm də

Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyası, ölkəmizə daha geniş miqyasda xarici turist

səfərlərinin təşviq edilməsi diqqət mərkəzində olmuşdur.

Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin

bir forması kimi inkişaf etdirilir. Ölkədə "Turizm haqqında" qanun 4 iyun 1999-cu ildə qəbul edilmişdir.

Gənclər, İdman və Turizm Nazirliyi 18 aprel 2001-ci ildə yaradılmışdı. Azərbaycan Respublikası

Prezidentinin 30 yanvar 2006 il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm

Nazirliyi ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi təşkil edilmişdir.

"Azərbaycan Respublikasında 2002-2005 illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq

edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Respublika ərazisində turizmin

inkişafını təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz,

Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası - Qobustan, Bakı-Naxçıvan, Bakı-

Şuşa) turist marşrutu müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının turizm sənayesi üçün müasir beynəlxalq tələbələrə cavab verən

mütəxəssislərin hazırlanması; müxtəlif təhsil formalarını tətbiq etməklə yüksək mədəni və vətəndaş

fəallığı ilə dərin peşə biliyini özündə birləşdirən yüksək ixtisaslı mütəxəssislər hazırlanmasını təmin etmək

məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı Qərarına

əsasən Azərbaycan Turizm İnstitutu yaradılmışdır.

Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli

Kulinariya Mərkəzi yaradılmışdır (1991). "Amburan", "Karvansara", "Bəh-bəh klub", "Mc Donald's",

"Pizza-nat", "Patio-pizza", "Oyster Fish House", "Dolce Vita", "Dəniz" restoranları və b. həm yerli əhalinin,

həm də turistlərin ixtiyarındadır. Respublikada fəaliyyət göstərən milli, Avropa, türk, hind və Çin mətbəxli

restoranların əksəriyyəti Bakıda yerləşir.

Page 27: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

27

Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu "Hyatt Regency"

(1995), "Grand Hotel Europe" (1997), "Radisson SAS Plaza Hotel" (1998), "Park Hyatt Hotel" (1999),

"Excelsior Hotel Baku" (2005) və b. fəaliyyət göstərir. 2011-ci il iyulun 2-də Bakıda beşulduzlu “Kempinski

Badamdar” hotel kompleksinin açılışı olub. “Kempinski Badamdar” istirahət mərkəzi kimi də fəaliyyət

göstərəcək. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları,

turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan

Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı”nın tələbləri

çərçivəsində hesabat dövrü ərzində Quba, Şamaxı, Şəki, Lənkəran, Gəncə, Zaqatala, Xaçmaz və

Naxçıvan turizm informasiya mərkəzləri fəaliyyətə başlamışdır.

Həyata keçirilən əsas tədbirlərdən biri də beynəlxalq mədəni turizm marşrutları vasitəsilə

Azərbaycanın turizm bazarının beynəlxalq turizm bazarına inteqrasiya etməsidir. Bununla bağlı Avropa

Şurasının Kiyev təşəbbüsü layihəsi çərçivəsində “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab

yolları” və “İpək Yolu” beynəlxalq mədəni turizm marşrutları, “Alman yaşayış məskənləri” adlı beynəlxalq

layihələr işlənməkdədır. “Azərbaycanda şərab yolları” layihəsi çərçivəsində Beynəlxalq Mədəniyyət və

Turizm Mübadiləsi Assosiasiyası yaradılmışdır.

Eyni zamanda ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə Almaniya,

Avstriya və Türkiyə, Misir, Mərakeş, Küveyt, Yunanıstan və başqa ölkələrin turizm şirkətləri və kütləvi

informasiya vasitələri üçün infoturlar təşkil edilir. Azərbaycanda fəaliyyət göstərən turoperatorlar və KİV

nümayəndələri üçün 2006-cı ildən mütəmadi olaraq respublikamızın müxtəlif rayonlarına infoturlar həyata

keçirilmişdir. Bu infoturlar nəticəsində turist şirkətləri ilə mehmanxanalar arasında əməkdaşlıq yaranır.

Hər il Azərbaycanda da 27 sentyabr Turizm Günü kimi qeyd olunur. Bununla bağlı müxtəlif

tədbirlər, ümumrespublika daxili turizm konfransları, turizm sahəsinə aid layihələr həyata keçirilir.

Daxili turizmin inkişaf etdirilməsi istiqamətində Yanardağ və Nardaran qalası turist marşrutuna

salınıb. «Qala» Dövlət Tarixi Etnoqrafik Muzeyi yaradılıb və bu məkanın turizm marşrutu kimi

tanıtdırılması istiqamətində işlər görülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2004-cü il

tarixli qərarı ilə təsdiq edilmiş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na uyğun

olaraq, Azərbaycan Respublikasında dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli

obyektlərin sayı 74-ə çatmışdır.

Turizm şirkətlərinin fəaliyyətinin inkişaf etdirilməsi, onların işində mövcud olan problemlərin aradan

qaldırılması və turizm şirkətlərinin mənafeyinin qorunması, vahid şəkildə yerli və beynəlxalq tədbirlərdə

iştirak etmək məqsədilə 2009-cu ildə Azərbaycan Turizm Şirkətləri Assosiasiyası yaradılmışdır. Turizmin

inkişaf etdiyi bütün ölkələrdə belə bir qurum fəaliyyət göstərir. 250-yə yaxın turizm şirkətinin fəaliyyət

göstərdiyi Azərbaycanda da bu assosiasiyanın təsis edilməsi mühüm addım hesab olunur..

İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın

artmasına səbəb olmuş, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, bir sözlə, turizm

fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin

coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş

miqyasda tanıdılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-

ci il ölkəmizdə "Turizm ili" elan edilmişdir.

Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin, istirahət

mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaratmışdır. Son

10 ildə 14-ü regionlarda olmaqla, 35 beşulduzlu otel istifadəyə verilmiş və bu istiqamətdə işlər uğurla

Page 28: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

28

davam etdirilir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsnifatdan keçmiş mehmanxanaların

sayı 106-dır.

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə “Azərbaycan

Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.

Proqramın təsdiq edilməsində məqsəd Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab

verən müasir turizm xidməti sahələrinin formalaşdırılması, turizm sahəsinin ölkə iqtisadiyyatının əsas

inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi, qeyri-neft sektorunda turizmin gəlir gətirən sahə

kimi inkişaf etdirilməsi, bu sahədə yüksək keyfiyyətli xidmət səviyyəsinin yaradılması və davamlı inkişafın

təmin edilməsidir. Proqramın icra olunması məqsədilə ötən müddətdə Mədəniyyət və Turizm Nazirliyi

tərəfindən müəyyən işlər görülmüşdür. Nazirliyin tədbirlər planı təsdiq edilmiş və bir sıra bəndlərin icrası

ilə bağlı aidiyyəti üzrə dövlət qurumlarına məktublar ünvanlanmışdır. Bunun nəticəsi olaraq, Ekologiya və

Təbii Sərvətlər Nazirliyi ilə birgə Dövlət Proqramının icrasına dair Tədbirlər Planı hazırlanmışdır.

Proqramın icrasına uyğun olaraq Azərbaycanda yeni turist marşrutlarının yaradılması çərçivəsində

2010-cu il avqustun 3-dən 5-dək Respublika Atçılıq Mərkəzinin Şəkidəki filialında “Atüstü turizm

marşrutları”nın təqdimatı keçirilmiş və tədbirdə 12 turizm şirkəti, KİV nümayəndələri iştirak etmişlər. Eyni

zamanda sentyabrın 3-5-də Bakı-Quba-Şamaxı-Bakı istiqamətində dağlıq ərazilərdə avtoturizm və

ekstremal turizmin komponentlərini özündə əks etdirən yeni turist marşrutu yaradılmışdır.

Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi bir sıra

tədbirlər həyata keçirir. Nazirliyin sifarişi ilə son on il ərzində ölkəmizin turizm imkanlarını əks etdirən rus,

ingilis, fransız, ərəb, yapon, çin, alman, ispan və Ukrayna dillərində 40-dan çox reklam-çap məhsulları,

CD və DVD disklər hazırlanmışdır. Bu reklam-çap məhsulları beynəlxalq turizm sərgilərində sərgi

iştirakçılarına və ziyarətçilərə, respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə çatdırılır.

Son on il ərzində Azəərbaycanın təmsil olunduğu beynəlxalq turizm sərgilərinin coğrafiyası

genişlənmiş və iştirak edilən sərgilərin sayı 19-a (London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan,

Madrid, Dehli, Vyana, Mumbay, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn, Daşkənd və

s.) çatmışdır.

Turizm sahəsində əməkdaşıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində də müəyyən işlər

görülmüşdür. Belə ki, 2006-cı ildən etibarən Azərbaycanla Yunanıstan, Qazaxıstan, İordaniya, Fransa,

Tacikistan, Misir Ərəb Respublikası, Litva, Mərakeş Krallığı, Küveyt, Suriya və Latviya arasında turizm

sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanmışdır. İmzalanmış sazişlərin müddəalarının həyata

keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq tədbirlər görür və digər ölkələrlə

turizm sahəsində ikitərəfli əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparır.

İslam dünyası ilə mədəniyyət və turizm sahələrində çoxtərəfli əməkdaşlıq münasibətləri yüksək

səviyyədə inkişaf edir. Bu əməkdaşlıq həm İslam Konfransı Təşkilatı, həm də onun ixtisaslaşmış

institutları olan İSESCO, İRCİCA, SESRTCİC, İslam Texnologiyalar Universiteti və s. təşkilatlar

çərçivəsində həyata keçirilir. 2006-cı ildə İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin Turizm

Nazirlərinin 5-ci Konfransı Bakı şəhərində keçirilmişdir.

Azərbaycan Respublikası ilə 28 ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş

layihələri hazırlanmışdır. Həmçinin çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf

etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və

Turizm Nazirliyi Birləşmiş Millətlər Təşkilatı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Konfransı

Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz

İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlarla turizm

sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi, turizm sahələrində mövcud proqramlara qoşulma,

Page 29: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

29

beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, əməkdaşlığa dair sənədlərin imzalanması

istiqamətində səmərəli fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli

şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin

coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin

geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 15 fevral

2011-ci il tarixli sərəncamı ilə “Turizm ili” elan edilmişdir.

2011-ci ildə Bakıda X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2011)

keçirilmişdir. 150-dən çox şirkət iştirak etmiş, habelə 23 ölkə və 55 istiqamət təqdim edilmişdir.

Bu sərgi ilə paralel olaraq II Ümumrespublika Daxili Turizm Sərgisi də keçirilmiş, 18 regiondan

təxminən 100 şirkət təmsil olunmuş, Azərbaycanın regional istirahət zonaları, sanatoriyaları və

mehmanxanaları nümayiş etdirilmişdir.

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri

fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki

Gabaland attraksionlar parkını, Qusar rayonundakı möhtəşəm «Şahdağ» qış-yay turist kompleksini, həm

idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox

Olimpiya idman kompleksini və digərlərini göstərmək olar.

Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin üstün vəzifələrindən birinə çevrildiyinə və

qarşıda ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir.

Turizm ehtiyatları. Respublikanın iqlimi, zəngin təbiəti, maddi-mədəniyyət abidələri turizmin yeni

növlərinin inkişafına imkan verir. Turizm ehtiyatları tarixi, ekoloji, ekzotik, təbiət, idman, mədəni turizm

növlərinin inkişafı baxımından perspektivlidir.

Azərbaycanda dövlət tərəfindən qorunan 6308 tarix və mədəniyyət abidəsinin 65-i dünya, 2034-ü

ölkə, qalanı isə yerli əhəmiyyətlidir. YUNESKO-nun Dünya İrs Siyahısına Azərbaycandan İçərişəhər

Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə salınmışdır (2000). "İçərişəhər" Tarix-Memarlıq Qoruğunun

ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir.

Əlverişli iqlim şəraiti (Lənkəran-Astara, Nabran-Yalama, Abşeron və b.), müalicəvi mineral sular,

neft və palçıqlar (Lənkəran, Kəlbəcər, Naxçıvan, Naftalan, Abşeron və b.) sağlamlıq turizminin inkişafına

geniş imkan yaradır. Respublikada dövlət təbiət qoruqlarının (DTQ) və milli parkların sayının artması

təbiət, ekoloji və ekzotik turizm növlərinin inkişafını sürətləndirmişdir. Soyuq iqlimli bölgələrdə (Kiçik

Qafqaz, Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı və b.) turizmin alpinizm, dağ-xizək idmanı

növləri inkişaf etdirilir. Bakı, Maştağa, Gəncə, Quba, Naxçıvan, Lənkəran, Bərdə, Şəki və Şamaxıda

açılmış Olimpiya idman komplekslərində milli, regional və beynəlxalq miqyaslı idman yarışlarının

keçirilməsi turizm əlaqələrini genişləndirir. Şəkidə və Qubada OİK-lərin nəzdində müasir mehmanxanalar

tikilmişdir.

Page 30: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

30

İdman

1991-ci ilin 18 oktyabrında Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də müstəqilliyin ilk illərində

ölkəyə rəhbərlik edənlər respublikada siyasi sabitlik yarada bilmədilər. Həm bu, həm də ölkənin

müharibəyə cəlb olunması, onun torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi

respublika idmanını xeyli geriyə atdı, onun irəli getməsinə kəskin şəkildə maneçilik törətdi. 1990-1993-cü

illərdə idmanımız ətalət məngənəsində idi. Bir çox idman bazaları baxımsızlıq üzündən yararsız vəziyyətə

düşmüşdü. Onlardan təyinatı üzrə istifadə olunmur, idman avadanlıq və ləvazimatları dağıdılırdı. Yüksək

idman ustalığına malik və perspektivli idmançılar, bacarıqlı idman mütəxəssisləri, məşqçilər ölkəni tərk

etməyə başlamışdılar. İdman dövlət qayğısından kənarda qalmışdı. 1992-ci ildə Azərbaycanda milli

federasiyaların və Milli Olimpiya Komitəsinin yaranması zərurəti də dövlətin suverenliyinin atributlarını

yaratmaq tələbi kimi meydana çıxdı və həll olundu.

Milli Olimpiya Komitəsi 1992-ci il yanvarın 14-də keçirilən ümumrespublika konfransında təsis

edilmişdir. Komitə Olimpiada ilində yaranmışdı. Təbii ki, lisenziya yarışları arxada qalmışdı. 1992-ci ildə

Barselonada Olimpiya Oyunları başlananda Azərbaycan Milli Olimpiya Komitəsi hələ Beynəlxalq

Olimpiya Komitəsi tərəfindən tanınmamışdı. Ona görə də Azərbaycanın yalnız beş idmançısı Müstəqil

Dövlətlər Birliyinin yığma komandasının tərkibində Barselona Oyunlarında iştirak edə bildi.

1992-ci ilin noyabrında Avropa Olimpiya Komitəsinin Akapulkoda keçirilmiş Baş Assambleyasında

Azərbaycan Milli Olimpiya Komitəsinin qitə təşkilatına daxil olması haqqında qərar qəbul edildi. 1993-cü

ilin sentyabrında isə Beynəlxalq Olimpiya Komitəsinin Monakoda keçirilmiş Baş Assambleyasında

Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Milli Olimpiya Komitəsini tanıdı. Beləliklə, Milli Olimpiya

Komitəsinin fəaliyyəti üçün hər cür əsas yaranmış oldu. Komitə ilk növbədə Olimpiya Hərəkatının

öyrənilməsi və təbliğinə diqqət yetirməli, müstəqil dövlətin bu hərəkatda iştirakı üçün zəruri olan əsasları

müəyyənləşdirməli, respublikada idmanın inkişafına qayğı göstərməli, MOK-un beynəlxalq əlaqələrini

qurmalı, komitənin maddi-texniki bazasını yaratmalı, Azərbaycanda Olimpiya Hərəkatının tarixi,

Azərbaycan olimpiyaçıları ilə bağlı materialları toplamalı və təhlil etməli idi. Təəssüf ki, Olimpiya Komitəsi

fəaliyyətə başladığı ilk dövrdə işini tələb olunan səviyyədə qura bilmə-di. Onun fəaliyyəti çox zaman

BOK-un keçirdiyi bir sıra tədbirlərdə rəhbər işçilərin iştirakı, 1992-1997-ci illər ərzində respublikanın iki

dəfə beynəlxalq qaçış gününə qatılması ilə məhdudlaşdı.

Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ölkədə idmana

münasibət dəyişdi. Azərbaycan Prezidenti Respublikada Olimpiya hərəkatının və idmanın inkişafına

həmişə böyük diqqətlə yanaşırdı. Ümummilli lider Heydər Əliyevin idmançılarla, idman xadimləri ilə

çoxsaylı görüşlərində ön plana çəkilən əsas məsələlərdən biri Azərbaycan idmanının, olimpiya

hərəkatının inkişafı ilə bağlı olmuşdur.

1994-cü ilin aprelində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli

Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin

prezidenti Cak Roq Azərbaycanı ziyarət etmişlər. Aprelin 20-də Respublika Prezidenti Beynəlxalq

Olimpiya Komitəsinin nümayəndələrini qəbul etmişdir. Bu qəbulda Azərbaycanda Olimpiya Hərəkatının

real vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

1994-cü ildə Respublika Prezidentinin fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi

yaradıldı. Nazirliyin qarşısında qoyulan vəzifələr ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi

məsələlərini tam əhatə edirdi. Bu vəzifələr Azərbaycanda bədən tərbiyəsi sahəsində milli proqramın

həyata keçirilməsini, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin təmin

Page 31: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

31

edilməsini, bədən tərbiyəsinin geniş təbliğinin təşkil edilməsini, əhali, xüsusilə böyüməkdə olan gənc nəsil

arasında idmanın və bədən tərbiyəsinin kütləviliyinə nail olmaq məqsədi ilə digər dövlət orqanları və

ictimai təşkilatlarla birlikdə idmanın maddi-texniki bazasının inkişaf etdirilməsini, Azərbaycanın beynəlxalq

idman əlaqələrinin genişləndirilməsini özündə birləşdirirdi. Gənclər və İdman Nazirliyi yarandığı gündən

qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində geniş fəaliyyətə başladı. Əlbəttə, belə bir

dövrdə Milli Olimpiya Komitəsi bu vəzifələrin həyata keçirilməsindən özünü kənarda qoymamalı, aparıcı

rol oynamalı idi. Təəssüf ki, Milli Olimpiya Komitəsi belə bir mövqe tutmadı. O, ölkənin idman həyatına

müsbət təsir edəcək işlər əvəzinə, demək olar ki, kənar bir müşahidəçi rolunda çıxış etdi. İdmanın inkişafı

ilə bağlı əsas yük dövlət strukturlarının üzərinə düşdü. Ölkə Prezidenti 1995-ci ilin 26 fevralında XXVI Yay

Olimpiya oyunlarına hazırlıq haqqında xüsusi Sərəncam verdi. Sərəncama əsasən Atlanta oyunlarına

hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Beləliklə, 1996-cı ildə Atlantada keçiriləcək Olimpiya oyunlarına

hazırlıq, bu oyunlarda respublikanın təmsil olunması istiqamətində işlərin həyata keçirilməsinə dövlət

strukturları cəlb olundu. Azərbaycan idmançıları Atlantadan bir gümüş medalla qayıtdılar. Olimpiya

oyunlarında sadəcə iştirak etməyi böyük nailiyyət kimi qiymətləndirən Respublika Prezidenti

olimpiyaçıları, onların məşqçilərini, bütün idmansevərləri bu nailiyyətin qazanılması münasibətilə təbrik

etdi.

Təbii ki, Milli Olimpiya Komitəsinin fəaliyyəti respublika idman ictimaiyyətini, idmançıları qane

etmirdi. Bu sahədə köklü dəyişikliklər edilməsi zərurəti yaranmışdı. Milli Olimpiya Komitəsinin 1997-ci il

iyulun 31-də keçirilmiş Baş Məclisində yaranmış vəziyyət geniş müzakirə olundu. Baş Məclis Milli

Olimpiya Komitəsinin yeni İcraiyyə Komitəsini və prezidentini seçdi.

Yeni heyət fəaliyyətinin ilk günlərində Azərbaycan Olimpiya Hərəkatının real vəziyyətini öyrəndi,

mövcud problemləri aşkara çıxardı, işə əngəl törədən amilləri müəyyənləşdirdi və onları aradan

qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə başladı. Bütün bunlar nə qədər çətin olsa da, qarşıya

qoyulan vəzifələr yerinə yetirildi, Milli Olimpiya Komitəsinin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş

yaradıldı. Həmin dövrdən beş il vaxt keçməsinə baxmayaraq indi Azərbaycan Milli Olimpiya Komitəsinin

istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda nüfuzu artmışdır. Hazırda Azərbaycan Milli Olimpiya

Komitəsinin adı beynəlxalq olimpiya ailəsində hörmətlə çəkilir, onun işi nümunə göstərilir. Bu, bir tərəfdən

Olimpiya Komitəsinin ardıcıl, məqsədyönlü işindən irəli gəlirsə, digər tərəfdən, dövlətimizin Olimpiya

hərəkatına, idmana diqqət və qayğısının, idmançılarımızın beynəlxalq miqyasda uğurlarının nəticəsidir.

Hər bir Milli Olimpiya Komitəsinin əsas vəzifəsi, təbii ki, ölkəsinin Olimpiya oyunlarında təmsil

olunmasını təmin etməkdir. Ona görə də Milli Olimpiya Komitəsinin fəaliyyətini əsas qiymətləndirmə

meyarı, şübhəsiz ki, Olimpiya oyunlarında iştirak və bu oyunlarda göstərilən nəticələr sayılır.

İdmançılarımız Azərbaycan bayrağı altında artıq iki dəfə yay - Atlanta-96, Sidney-2000, iki dəfə də qış

Olimpiya oyunlarında - Naqano-98, Solt Leyk Siti-2002 iştirak etmişlər.

Azərbaycan cənub ölkəsidir. Ona görə də qış idman növlərinin inkişaf etdirilməsi üçün tələb olunan

şərait yoxdur. Buna baxmayaraq, hələ sovet dövründə respublikada fiqurlu konkisürmə və buzüstü

xokkeylə məşğul olmaq üçün nəzərdə tutulmuş böyük idman kompleksi tikilmişdir. Həmin idman

kompleksində fiqurlu konkisürmə və buzüstü xokkey bölmələri fəaliyyət göstərmişdir. Ölkədə dağ xizəyi

idman növü ilə məşğul olan idmançı da vardır. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər

Əliyev 1996-cı ildə olimpiyaçılarla görüşündə demişdir: "Olimpiya oyunlarında sadəcə olaraq iştirak

etmək özü böyük hadisədir. İştirak edib hansısa bir yeri tutmaq bundan da böyük hadisədir və

nailiyyətdir." Olimpiya idealını və respublika Prezidentinin fikrini rəhbər tutaraq 1998-ci ildə Azərbaycanın

ilk dəfə Qış Olimpiya Oyunlarında təmsil olunması təmin edilmişdir. Yaponiyanın Naqano şəhərində

keçirilən XVIII Qış Olimpiya oyunlarında respublikamız 5 idmançı ilə iştirak etdi.

Page 32: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

32

Milli Olimpiya Komitəsi bu ənənəni davam etdirərək 2002-ci ildə ABŞ-ın Solt Leyk Siti şəhərində

keçirilən Qış Olimpiya oyunlarında iştirak etmişdir. Ümumiyyətlə, Azərbaycanın adının bütün böyük

idman yarışlarında, o cümlədən qış Olimpiya oyunları kimi mötəbər tədbirdə səslənməsi bizim əsas

qayəmizdir.

Olimpiya oyunlarında iştirakımızın bu günə qədərki tarixinin ən parlaq səhifələri 2000-ci ildə

Avstraliyanın Sidney şəhərində keçirilmiş XXVII Yay Olimpiya oyunlarında yazıldı. Ötən dəfə 198 ölkə

arasında 61-ci olan Azərbaycan komandası, bu dəfə 199 ölkə arasında 34-cü yeri tutdu.

Olimpiyaçılarımız Avropa ölkələri arasında 23-cü oldular. Bu, çox yüksək nəticə idi. Təsadüfi deyil ki,

Sidney oyunlarının bağlanış mərasimində dünyanın ən böyük olimpiya stadionunda Azərbaycanın

qazandığı nailiyyət ayrıca vurğulandı. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio

Samaranç idmançılarımızın bu qələbəsi münasibətilə respublika Prezidentinə təbrik teleqramı vurdu.

Şübhə yoxdur ki, bütün ölkələrdən olan idmançıları bir araya gətirmək, böyükdən kiçiyə hamının

diqqət mərkəzində olmaq baxımından Yay Olimpiya oyunları xüsusilə seçilir. Ona görə də Milli Olimpiya

Komitəsi Sidney oyunlarında iştiraka çox böyük məsuliyyətlə yanaşmışdı. Ümumiyyətlə Sidney oyunları

ilə bağlı komitənin fəaliyyətini üç mərhələyə bölmək olar. Birinci mərhələ Sidney oyunlarına hazırlığı,

ikinci Sidney oyunlarında iştirakı, üçüncü mərhələ isə Sidneydən sonrakı tədbirləri əhatə etmişdir. Sidney

və Afina olimpiadalarından keçən dövr ərzində Azərbaycan idmanı daha da sürətlə inkişaf etmişdir.

İdmanın ümumi inkişaf səviyyəsinə və bu sahədə qazanılan uğurlara görə dünya dövlətləri sırasında

mövqelərini və nüfuzunu ildən-ilə möhkəmləndirən, beynəlxalq miqyaslı yarışların keçirildiyi ölkə kimi

tanınmağa başlayan müstəqil Azərbaycan Afinada keçirilmiş XXVIII Yay Olimpiya oyunlarında ciddi

uğurlara imza atmışdır. Müqayisə üçün bildirək ki, Atlantadan 1, Sidneydən 3, Afinadan isə 5 medalla

qayıtmışıq. Əgər 1996-cı ildə 1, 2000-ci ildə 3 idman növü üzrə medal qazanmışdıqsa, 2004-cü ildə 4

idman növü üzrə medal əldə etmişik. Bütün bunlar bir daha göstərir ki, ölkə rəhbərliyinin idmanın ayrı-ayrı

növlərinin inkişafı naminə həyata keçirdiyi kompleks tədbirlər müsbət nəticələr verir. İdmançılarımız 2004-

cü ilin yayında keçirilmiş Afina olimpiya oyunlarında 1 qızıl, 4 bürünc medal qazanaraq 202 ölkə sırasında

50-ci yeri tutmuşdular. 2008-ci ilin avqust ayında Pekində keçirilən 29-cu Yay Olimpiya oyunları

Azərbaycan idmançıları üçün daha uğurlu olmuşdur. Təmsilçilərimiz Pekində 7 medal (1 qızıl, 2 gümüş

və 4 bürünc) qazanaraq komanda hesabında 39-cu yeri tutdular. Medalların sayına görə isə son

Olimpiada Azərbaycan tarixində ən uğurlusudur. Bu göstəriciyə görə Azərbaycan 204 ölkə arasında 27-ci

yeri tutmuşdur. Azərbaycan postsovet ölkələri arasında 6-cı yeri, Avropa ölkələri arasında 20-ci, islam

ölkələri arasında isə 3-cü olmuşdur.

Pekin Paralimpiya Oyunlarında müstəqil Azərbaycanın tarixində ilk dəfə paralimpiyaçılarımız 10

medal qazanmışlar. Onlardan 2-si qızıl, 3-ü gümüş və 5-i bürünc medaldır.

2010-cu ilin avqust ayında Sinqapurda Yeniyetmələr arasında keçirilən Yay Olimpiya Oyunlarında

Azərbaycan idmançıları 5 qızıl, 3 gümüş medal qazandılar.

2011-ci ilin sentyabrınadək qədər ölkəmizdə 31 Olimpiya İdman Kompleksi istifadəyə verilib və 9

Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. Hazırda isə Tofiq Bəhramov adına stadionun əsaslı

təmiri və yenidən qurulması üçün 10 milyon manat, Bakı şəhərində müasir idman-konsert kompleksinin

tikilməsi uçun isə 6 milyon manat vəsait ayrılıb. Metronun Əzizbəyov stansiyasının yaxınlığında

Böyükşorda 65 minlik stadionun təməli qoyulub. Onun yaxınlığında isə üzgüçülük kompleksi tikiləcək.

2012-ci ildə Londondonda keçiriləcək Yay Olimpiya oyunlarına hazırlıq başlayıb, mübarizəyə 19

idman növü üzrə 170 idmançının qoşulub

2015-ci il iyunun 12-də Bakı Olimpiya Stadionunda “Bakı-2015” birinci Avropa Oyunlarının təntənəli

açılış mərasimi keçirildi. 17 gün davam edən bu möhtəşəm idman tədbirində 20 idman növü üzrə, 6000-

Page 33: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

33

dən çox idmançı öz xalqlarını təmsil etdilər. İlk dəfə olaraq Avropa Oyunları 50 ölkəni yarış

meydanlarında bir araya gətirdi. Azərbaycan atletləri birinci Avropa Oyunlarında ümumilikdə 56, o

cümlədən 21 qızıl medal, 15 gümüş və 20 bürünc medal qazanaraq qitə üzrə ikinci yeri tutmaqla, idman

ölkəsi olduğunu bir daha sübuta yetirdi.

5-21 avqust 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan

olimpiya yığması 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazandı. Medal sıralamasında Azərbaycan

39-cu oldu.

İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün son 10 il ərzində ölkənin müxtəlif

bölgələrində 41 olimpiya idman kompleksləri istifadəyə verilmiş, ümumilikdə 250-dən çox idman və

gənclər obyekti tikilmiş və ya yenidən qurulmuşdur.

Azərbaycan 2020-ci il Yay Olimpiadasına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Azərbaycan idmançıları bugünkü və gələcək uğurlarına görə məhz ulu öndərimiz Heydər Əliyevə

və Prezident İlham Ə|liyevə minnətdardırlar.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Azərbaycan zəngin idman ənənələrinə malik olan bir

dövlətdir. Bu ənənələrin minillik tarixi, enişli-yoxuşlu inkişaf yolu vardır. Bu gün Azərbaycan idmanı

özünün ən uca zirvələrinin fəthinə oğru gedir.

“Azərbaycanın sosial-iqtisadi inkişafı” bölməsinin hazırlanmasında istfadə olunan ədəbiyyat

və elektron resurslar

Heydər Əliyev irsi və Azərbaycan. “Azərbaycan”, Bakı, 2005.

Heydər Əliyev irsi Azərbaycanın davamlı inkişaf strategiyası. “Azərbaycan”, Bakı, 2006.

Azərbaycan Milli Ensiklopediyası. “Azərbaycan” cildi, Bakı, 2007.

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi - 15 il. Bakı, 2007.

10 il öncə başlanan yol. Bakı, 2007.

Azərbaycanın regionları. 2011. “Azərbaycan Dövlət Statistika Komitəsi”, Bakı, 2010.

Məmmədov Qərib. Azərbaycanda aqrar islahatlar: tənəzzüldən ərzaq təhlükəsizliyinə doğru. Bakı,

2011.

Müstəqil Azərbaycan - 20. “Azərbaycan Dövlət Statistika Komitəsi”, Bakı, 2011.

Camalov Yavər. Müstəqil Azərbaycanın müdafiə sənayesinin yaradılmasında və inkişafında Heydər

Əliyevin rolu. “Respublika” qəzeti, 29 sentyabr 2011-ci il.

Page 34: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ...files.preslib.az/projects/republic/az/azr3_7.pdf · ekoloji tərbiyə və təcrübəçilik, estetik tərbiyə mərkəzlərində,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

34

Azərbaycanin demoqrafik göstəriciləri. Rəsmi nəşr, Statistik məcmuə, Bakı – 2016 (Demographic

indicators of Azerbaijan, Official publication, Statistical yearbook – Baku-2016).

Azərbaycan rəqəmlərdə. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Bakı – 2016 (Azerbaijan in figures. State Statistical Committee of the Republic of Azerbaijan, Baku-2016.)

Saytlar

www.president.az

www.preslib.az

www.odlaryurdu.az

www.azerbaijan.az

www.azertag.com

http://www.edu.gov.az

http://www.mincom.gov.az

http://www.sehiyye.gov.az/

http://www.elm.az

www.economy.gov.az

www.mie.gov.az

www.agro.gov.az

http://mct.gov.az

www.mys.gov.az

http://azerbaijan.tourism.az/

www.tourism.az