AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR...

23
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU Əlyazması hüququnda MƏCİD ƏKBƏR OĞLU BAVƏRDİ QURANDA ZİKR 21.00.01 – Dinşünaslıq İlahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın A V T O R E F E R A T I BAKI – 2011

Transcript of AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR...

Page 1: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU

Əlyazması hüququnda

MƏCİD ƏKBƏR OĞLU BAVƏRDİ

QURANDA ZİKR

21.00.01 – Dinşünaslıq

İlahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

BAKI – 2011

Page 2: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

2

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsində yerinə yetirilmişdir.

Elmi rəhbər: M.M.Adilov Filologiya elmləri doktoru Rəsmi opponentlər: M.A.Balayev Fəlsəfə elmləri doktoru,professor M.Z.Nağısoylu Filologiya elmləri doktoru

Aparıcı təşkilat: Bakı Dövlət Universiteti Müdafiə “ 16 ”_01__201 -ci il saat____də AMEA Məhəmməd

Füzuli adına Əlyazmalar institutunun nəzdində Birdəfəlik Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Ünvan: AZ1001, Bakı, İstiqlaliyyət küçəsi, 8. Dissertasiya işi ilə AMEA-nın Mərkəzi Elmi kitabxanasında

tanış olmaq olar. Avtoreferat “ ” _______201 - ci ildə göndərilmişdir. İxtisaslaşdırılmış şuranın elmi katibi, ilahiyyat üzrə f.d. Z.A.Əbilova

Page 3: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

3

İŞİN ELMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Günümüzün mədəniyyət yarışında bütün dünya millətlərinin hədəfə birinci çatmaq üçün ən təsirli vasitə olaraq təlim və tərbiyəni seçdiklərini görürük.Tərbiyə dedikdə insanı maddi və mədəni tərəqqinin ən yüksək mərhələlərinə çatdıran fəaliyyətlərin məcmusu nəzərdə tutulur. İslami təlim-tərbiyə əsasını müxtəlif əmrlər və tapşırıqlar təşkil edir. Bu təlim-tərbiyənin məqsədlərindən biri də, zikrə dəvət etməkdir. İnsanın səadət, kamal və ruhi-mənəvi qüdrətinin yeganə yolu Allaha üz tutmaq və hər an Onu yadında sax-lamaqdır. Belə ki, insanın bütün problemləri, əxlaqi rəzalətləri, ruhi eyib və çatışmazlıqları, habelə nəfsi xəstəlikləri Allahı unutduğu üçün baş verir. Hər bir müsəlman şəxs bütün bunları yaşayarkən Allahı xatırlamalıdır ki, gündəlik qayğılar onun Allahı unutmasına səbəb olmasın.

Deməli, Allahı zikr etməyin böyük həyatverici təsiri vardır. Qurani-Kərimin bir çox ayələrində Allahı zikr etmək buyurulmuşdur. Bəqərə surəsinin 152-ci ayəsində buyurulur:

" فاذكروني اذكركم واشكروا لي وال تكفرون" “Belə olduqda, siz [itaətlə] məni xatırlayın ki, mən də sizi yada

salım. Mənə şükr edin, kafir olmayın [nemətlərimi danmayın]”. Möminləri zikrə dəvət edən Qurani-Kərim onlara zikrin xeyr-

bərəkət verən təsirlərindən faydalanmağı məsləhət görmüşdür. Digər bir ayədə Allahı xatırlamağın ürəklərə dinclik gətirdiyi

buyurulur: "اال بذكر اهللا تطمئن القلوب"

“O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər [möminlərin ürəkləri] yalnız Allahı zikr etməklə aram tapar”.

Yuxarıda işarə etdiyimiz ayədə zikrlə şükr eyni məqamda götürülmüşdür. Allahı zikr etmək həm də Ona şükr etmək deməkdir. Belə ki, zikr də şükr kimi üç cürdür. Bunlar dil, ürək və bədən ilə edilən zikrlərdir. Dil ilə zikr gözəl Allahı mübarək adları ilə anmaq, Ona şükr etmək, habelə Quran oxumaq və dua etməkdir.

Qəlb ilə zikr etmək uca Allahı könüldən anmaqdır. Bədən ilə zikr isə insanın Allahın əmrlərini vücudunun bütün

Page 4: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

4

orqanları ilə yerinə yetirməsi, yasaqlarından isə çəkinməsidir. Zikrə dəvət etmək insanın səadət, kamal və ruhi-mənəvi

qidasının yeganə mənbəyi Allaha üz tutmaq və Onu yadda saxlamaq-dır. علي آالئھ و الحمداهللا الذي جعل الحمد مفتاحًا لذكره، وسببا للمزید من فضلھ و دلیال عظمتھ

İbadət Allaha aiddir ki, həmd və təşəkkürü xatırlama açarı kimi təqdim etmiş və onu öz rəhməti, nemətlərini tanıtdırması və böyüklüyünü artırmaq üçün səbəb olaraq göstərmişdir. İnsan Allahın yer üzündəki xəlifəsidir. O ən gözəl biçimdə xəlq edilmiş, başqa məxluqatdan üstün tutulmuşdur. Vəhy o məqsədlə nazil edilmişdir ki, insanın yaddaşı unutqanlıq göstərəndə, ağlı onu azdıranda ona köməkçi olsun. Deməli, pak və ulu Allah öz rəhmətini bəndələrinə çatdırmaq üçün Kitabi-şərif kimi tanınan Quranı özünün müqəddəs məqam və mövqeyindən nazil etmiş və onu aləmin ehtiyacı üçün nəzərdə tutmuşdur.

Kitab haqqa və xoşbəxtliyə dəvət kitabıdır ki, həmin ilahi prosesdə salik, yəni yol gedən öz keyfiyyətini tapar.

Allah ilə eşq çərçivəsində əlaqə yaratmağın ən gözəl görü-nüşlərindən biri və deyilən prosesdə müsafirin əsas yolu zikrdir. Bu o deməkdir ki, insanın dil və ürəyinin Allah adını və onun gözəlliyini tərənnüm etməsi ruh gülünün tər, habelə şən qalmasına səbəb olur. Allahı zikr etmək, insanın özünün Allah adı yolunda məhdud varlı-ğını unutmaq deməkdir ki, onu davam etdirdiyin müddətdə könül pası silinir. Halbuki, Allahı unutmaq könülü kədərli edər.

Buna görə də qeyd etmək lazımdır ki, ilahi övliyaların vəzifələrindən və səmavi kitabların məqsədlərindən biri həmin kədər və qaranlığı ortadan qaldırmaqdır. Buna görə də “zikr”in səbəbini Peyğəmbərin sifətlərindən və Quranın adlarından hesab etmişlər. Qu-rani-Məcid Peyğəmbərin zikr olmasına belə işarə edir: “Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizin üçün Quran nazil etmiş… Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura [küfrdən imana] çıxart-maq üçün Allahın açıq-aşkar [halal-haramı bəyan edən] ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir”1.

Bundan əlavə, Qurani-Məcidin adlarından biri də Zikrdir: 1 Quran,66/10-11.

Page 5: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

5

" إّنا َنحُن َنّزلَنا الذَّكَر َو إّنا َلُھ َلحاِفُظوَن" “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu

(hər cür təhrif və təhdiddən; artırıb-əskiltməkdən) qoruyub sax-layacağıq!”2.

Əslində könüllərin üzərinə çəkilmiş qəflət pərdələrini kənara çəkən həmin peyğəmbərlər və səmavi kitablardır ki, könüllərə Allah nuru saçırlar. Demək, Allahı yada salıb xatırlamaq insanı maddi alçaqlıqdan qurtarıb mənəvi yüksəkliyi doğru istiqamətləndirir və bununla yanaşı, insanda ümidi dirildir, ümidsizliyi isə uzaqlaşdırır. Allahı zikr etmək Allah yolunda irəliləyən bəndə ilə onun maliki hesab olunan rəbbin mənəvi əlaqə vasitəsidir. İnsan öz vücudunu bütünlüklə maddi həyata bəxş etməməli və əsas məqsədi özündə, habelə öz dünyasında məhdudlaşdırmamalıdır. Bunun əksinə olaraq, özünü əbədi səfərə hazırlamalıdır.

Hər bir insan özünün fərdi və ictimai həyatında bir sıra tələb və məqsədlər daşıyır və onları həyata keçirmək üçün səy göstərir. İnsan öz tələb və məqsədinə çatmaq üçün o zaman səy göstərər ki, həmin yolda güman edilən bir güc və qüdrət onun bu hərəkətini dəstəkləsin və digər tərəfdən həmin məqsədə çatmağa mane olan əngəlləri dəf etsin.

Buna görə də, həyatda əsas məqsədləri maddi varlıq olan insanlar hər cür alqış və marağı öz qazanclarında və dəfedici gücü ziyanlarının uzaq olmasında görür və düşünürlər. Bu o deməkdir ki, bunlar bütün qazancverici amilləri sevir və qəbul edir, lakin zi-yanverici amillərdən qaçırlar. İnsan ilahi yolda səy göstərib Allaha çatmaq və düzlüyü əldə etməklə özünü qurtarmaq uğrunda imanla hərəkət etdiyi zaman iki təkanverici və qoruyucu qüvvəyə möhtacdır. İnsanda hərəkət, təkan və irəliləyiş icad edən qüvvə Allahın adı, cəlalı, cəmalı, sifətləri və saysız nemətlərindən ibarətdir. Bununla yanaşı kibir, özünü sevmək, təcavüz kimi maniələrdən qorunma qüvvəsi də yenə də Allahı yadda saxlamaqdan irəli gəlir.

Bu səbəbdən də Qurani-Kərim buyurmuşdur: "یا ایھااّلذین آمنوا اذكروااهللا ذكرًا كثیرًا و سّبحوه بكرة و اصیًال"

“Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam

2 Yenə orada, 15/9.

Page 6: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

6

təqdis edib şəninə təriflərini qılın!)”3. Allahı yadında saxlayan insan Allaha çatmaq üçün həm öz

öhdəliklərini layiqincə yerinə yetirər, həm də günah, habelə, dikbaşlıqdan və söz eşitməkdən çəkinər. Maddi həyatın qəflət amilləri müxtəlif və çox olduğu üçün şeytanın vəsvəsə oxları insanın həqiqi həyatını tuşlayıb təhlükəyə salır. Onunla mübarizə etmək üçün Allahın adı və onu yadda saxlamaqdan başqa heç bir silah təsirli deyildir.

Allahın adı insanın bütün halları və əməllərinə nur saçmalı və həyatın bütün sahələrində uyğun ilahi maraq yaratmalıdır ki, Allaha ibadət və itaət zəminləri yaransın. Başqa sözlə desək, Allahın adı çəkildiyi zaman insanın qəlbində bir dünya əzəmət, qüdrət, elm və hikmət ortaya çıxır. Ona görə ki, pak Allah bütün təmiz adlar, ülvi si-fətlər, tam kamallar və paklıqlara sahibdir və hər cür eyib habelə, ça-tışmazlıqdan uzaqdır. Bu qeyd olunan sifətlərə sahib olan həqiqəti hər zaman göz önünə almaq insanın ruhunu paklıq və yaxşılıqlara doğru istiqamətləndirər və bunun qarşılığında pisliklər eləcə də, alçaq hərəkətlərdən uzaq tutar. Əslində ilahi gözəlliyin sifətləri insan vücudunda ortaya çıxar və beləliklə, ilahi gözəlliklər sifətinə sahib olan insan günah, fəsad, habelə pis əməllərdən uzaq durar. Bütün bunlar bu gün bəşəriyyəti düşündürən problemlərdir.

Tədqiqat işində zikrlə bağlı cana şəfa, qəlbə nur, həyat bəxş edən Qurani-Kərimdən, eləcə də, bir çox mənbələrdən istifadə olunaraq cəmiyyətin bir çox psixoloji problemləri təhlil edilmişdir ki, bu da mövzunun aktuallığını şərtləndirir.

Dinə inanmış imanlı insanların tarix boyu davranış və hə-rəkətlərinin tədqiqi belə bir həqiqəti üzə çıxarır ki, onların hamısı Allaha doğru hərəkət etmək və bu əlaqəni unutmamaq istiqamətində irəliləməyi xatırladırlar. Dinin bütün tapşırıq və itaət olunmalı əmrləri hər zaman Allahı yadda saxlamaq məqsədi ilə bir borc olaraq dindar insanlara təklif olunmuşdur. Bunu da unutmamalıyıq ki, zikr, həmd, ibadət və xatırlamaq yalnız insana deyil, bütün yaranmışlara aiddir və yaranmışların hamısı ilahi kamalın cəzbedici dairəsində yaxud qüdrət çənbərində yerləşirlər:

Yerdən göyə nə var, onun bəndəsi 3 Quran, 33/41-42.

Page 7: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

7

hamısı zikr edir, çağırır onu4 Bu elə bir gerçəklik ki, onu hər bir ağıllı elm və fikir adamı

bilir və qavrayır. Lakin zikr habelə dua anlarında pak Allah həmin mələkuti zümzümələri bizim dilimizə gətirir:

Öncədən bəxş etdiyin elm damlasın bağla dəryaya ki, ayiddir sənə5 Bir nur dənizində üzdüyümüzü hiss edirik. Çünki, kiçik elm

damlamızı Allahın elm okeanına bağlamışıq. Həmin əlaqə və bağlantı, enerji dolu qaynaq və coşub daşan çeşmədir ki, bəşərin həyatında hərəkət, habelə, axtarışa səbəb olur. Müasir insanının ən böyük problemi bir növ iztirab, nigarançılıq və psixi dağınıqlıqdır. İnsan “soyuq” texniki həyatın görünüşü gözəl üzünə elə vurulub ki, bəzi vaxtlar hətta onun beyni belə maddi prosesdə nəticəli fəaliyətdən düşür və uzaq olur. Belə hallarda həll etməsinə cəhd və səy göstərdiyi məchulun uğrunda özünü daha da çətin bir vəziyyətə gətirib çıxarır.

Tərbiyəvi, ictimai, mədəni, iqtisadi, siyasi və s. məsələ və problemlərin hamısı, qalmaq, yaşamaq üçün keşməkeş və bəzən münaqişəyə səbəb olur. İnsan özünü və maddi istəklərini və həvəslərini təmin etmək uğrunda hərəkət edir. Bu kimi kamilləşmə prosesinə zidd amillər və insanın ülvi şəxsiyyət məqamına çatmasına mane olurlar. Həmin qisimdən hesab olan iztirab, nigaranlıq, psixi təzyiq insan vücudunun bəlası, habelə, fəlakəti olaraq onun başını elə qatmışdır ki, əsas məqsəd və həyat arzusu unudulmuş və mənəvi dəyərlərin məhv olmasına, ülvi arzuların itib-batmasına gətirib çı-xarmışdır.

Belə zikr qətiyyətlə insanın daxili gücünü bir yerə toplayıb və onun beynini nəticəsi olan fəaliyyətə hidayət edər. Bundan əlavə, insanın pak fitrətini yoxluq habelə natəmizlik batağına uğramaqdan qoruyar və ümidsizlik, tənbəllik və zəiflik xırmanına od vurub yandırar:

Dediyimiz bu qədər, get fikirləş

نشر امیر كبیر، ، تھران، ۵لستان سعدى، تصحیح خطیب رھبر، جگسعدى شیرازى شیخ مصلح الدین، 4

. ١١.ص ، تھران، نشر امیر كبیر، ٣.بلخى مولنا جالل الدین محمد، مثنوى معنوى، شرح محمد تقى جعفرى، ج 5

. ١١ ٥.، ص.ج٣.ص

Page 8: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

8

fikir dayanıbsa bir az zikrləş Zikrdir fikiri dalğalandıran zikri et, bu düşkünlüyə günəş6 Yazıda “zikr” in Quran və rəvayətlər baxımından məlum olan

yönləri götür-qoy edilir. Bu böyük kitab, ilahi vəhylərin mənşəyi və insanı islah edən bütün göstərişlərin kamili, habelə qaynağı olduğu üçün, ilahi-dini-insani mövzuların tədqiqi üçün ən böyük qaynaq hesab olunur.

Qurani-Kərimin şərif ayələrinin hamısı “zikr”dir. Çünki, Quran Allahın pak zatına aid olan bütün fikirlərin qaynağıdır. Həmin məsələlərin tədqiqi son dərəcə mühümdür. Bu baxımdan “Qurani-Kərimdə zikr ” mövzusu aktuallıq kəsb edir.

Tədqiqatın məqsəd və vəzifələri. Zikr etmə əmri bəzən şükürlə, bəzən verilən nemətləri xatırlamaq ilə, bəzən də ibadətlərlə həyata keçirilir. Quranda zikr edənlər təriflənirsə də, zikr etməyənlər pislənirlər.

Tədqiqatın məqsədi Qurani-Kərimin mətnindəki zikrlə bağlı ayələrin daşıdıqları məna çalarlarını araşdırmaqla, zikrin bu günkü cəmiyyətimiz üçün əhəmiyyətini açıb göstərməkdir. Bununla əlaqədar olaraq tədqiqatın vəzifələri aşağıdakılardan ibarətdir:

1. Qurani-Kərimin mətninin əsas anlayışılarından birinin təhlili və izahı.

2. Zikrin Quran baxımından əməli tanınması və zikr edənin xüsusiyyətlərinin təqdimi.

3. Fikir və əməldə Qurana dönüş yollarının təfəkkür və elmi tədqiqat yolu ilə araşdırılması.

4. Müasir nəslin islami mədəniyyətdən istifadə edərək mə-lumatlandırılması. Bununla islami mətnləri yanlış fikirlərdən ayırıb, doğru şəkildə göstərmək və bu zaman zikrin habelə zakirlərin mövzu ilə əlaqəsini ortaya qoymaq.

Mövzunun işlənilmə səviyyəsi və yeniliyi. Mövzunun işlə-nilməsi səviyyəsi bir tərəfdən tədqiqatçıların daima ona maraq göstərdiklərini, nümayiş etdirirsə, digər tərəfdən “Qurani-Kərimdə zikr” mövzusunun yetərincə öyrənilmədiyi barədə qənaət hasil etməyə imkan verir. 6 Yenə orada, s.311.

Page 9: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

9

Qurani-Kərimdə zikr mövzusuna həsr olunmuş mənbələr çox və zəngindir. Bu mənbələrin tədqiqi sahəsində indiyədək görülən işlərin əhəmiyyətini zərrə qədər azaltmadan qeyd etmək lazımdır ki, bir çox mənbələr hələ tam tədqiqini tapmamışdır. Bu baxımdan da zikrin məhz Quran ayələrinə müraciət edərək öyrənilməsi aktual sa-yıla bilər. İlk öncə Quran ayələrinin təhlilinə başlanılmış və mövzu-nun Qurani-Kərim baxımından genişliyini təyin edəndən və əlaqəli ayələri tapdıqdan sonra bir çox islam alimlərinin ərəb, fars və türk dillərində olan tədqiqat əsərlərinə, lüğət və məcmuələrə müraciət olunmuşdur. Belə ki, tədqiqata iki yüzdən artıq müxtəlif dillərdə olan ədəbiyyat cəlb olunmuşdur. O cümlədən, Xacə Abdullah Ənsarinin “Kəşfül-əsrar və iddətül-əbrar”, Hubeyş Tiflisinin “Vucuhul-Quran”, Ədhəm Xalxalinin “Lətayifül-məvafiq”, Məhəmməd Hüseyn Təbatəbainin “Təfsirül-mizan”, Ruhullah Xomeyninin “Sahifeyi-nur” (fars dilində), İbn Babaveyhin “Tövhidi-Sudduq”, İbn Kəsirin “Təfsirül-Qurani-azim”, Məhəmməd bin Buxarinin “Səhih Buxari”, Əbdürrəhman Sələbinin “Əl-cəvahirül-hisan fi təfsiril-Quran” (ərəbcə) və s. əsərlərə müraciət etmək tədqiqat işini bnr qədər də sanballı etmişdir.

Tədqiqat işində həmçinin azərbaycanlı alimlərdən V.M.Məm-mədəliyevin, N. Məmmədovun, Ə.Əhmədovun və s. Türkiyə islamşünaslarından Halin Güneşin, Ali Turqutun, Ferit De-vellioğlunun, eləcə də S.A.Муджани, Дж. С.Гримингэм, С.С.Кириллина, Henri Lammes, Edouard Montetin və b. rus və av-ropa müəlliflərinin bir çox əsərlərinə müraciət olunmuşdur.

Zikrin insan həyatına göstərdiyi təsir və müxtəlif hallarının nümunələrini əldə edəndən sonra Qurani-Kərimin müxtəlif zikrləri bəyan edən ayələrini təhlil etməyə başladıq. Burada məlum oldu ki, ayələrdə zikr məsələsi xüsusi olaraq diqqət mərkəzinə alınmış və onun bəşər həyatında nə qədər lazım və vacib olduğunu göstərmişdir. Bunun ardınca da insanın zikrə olan müxtəlif ehtiyaclarını göstərən Allahın pak zatı qarşısında öhdələnmiş amilləri öyrənməyə çalışmışıq.

Zikrin insan həyatındakı dərin təsirini qarşıya məqsəd qoy-duğumuz üçün və həmin hallarda insanın ruhi-psixi vəziyyətini göstərməyə çalışdığımza görə çalışdıq ki, ən əhəmiyyətli nöqtələrə,

Page 10: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

10

yəni düşkünlük, iztirab və bu kimi problemləri aradan qaldıra bilən mövzulara toxunaq. Həmin fəaliyyət zamanı etibarlı qaynaqlardan lazimi və əlaqəli mövzuları çıxarıb, onların müxtəlif cəhətlərini Qurani-Kərim və əhli-beytdə olduğu kimi təhlil və izah etməyi düşündük.

Tədqiqatın elmi yeniliyi onunla izah edilə bilər ki, Azərbaycan dinşünaslığında ilk dəfə olaraq Qurani-Kərimdə zikr məsələləri, eləcə də bu məsələlərin elmi qaynaqları kompleks şəkildə öyrənilir. Tədqiqata cəlb edilmiş materialların bir çoxu yenidir.

Tədqiqatda müsəlman mütəfəkkirlərinin islamda zikr mə-sələləri ilə bağlı baxışlarının ümumiləşdirilməsi də yenidir.

Araşdırmanın məqsədi və predmeti. “Zikr” kəlməsi Qurani-Kərimin otuz cüzünün hər birində birbaşa və eyni mənanı daşıyan müxtəlif ibarələrlə ifadə edilmişdir. Tədqiqat işində bu ifadələrin bir-bir açıqlanması verilir. Araşdırmada həmçinin zikr təsəvvüf baxımın-dan da nəzərdən keçirilir.

Tədqiqatın nəzəri-metodoloji əsasları. İş tarixi müqayisə və nəzəri təhlil metodu əsasında yerinə yetirilmişdir. Belə ki, Qurani-Kərimdən, eləcə də bir sıra ilkin qaynaqlardan alınan müddəalar dini-ideoloji, elmi-mədəni və əxlaqi-mənəvi amillər əsasında təhlil edilərək elmi-nəzəri şəkildə yekunlaşdırılmışdır.

Tədqiqatın nəzəri əhəmiyyəti. Dissertasiyada mövzunun əsas istiqamətlərinin dərin təhlili əsasında bir sıra nəzəri əhəmiyyət kəsb edən nəticələr əldə edilmişdir.

Tədqiqatın praktik əhəmiyyəti isə onunla izah edilə bilər ki, onun materialları Qurani-Kərimdə, bütövlükdə götürdükdə, İslamda zikr məsələlərinə dair ümumiləşdirici əsərlərin yazılmasında, islamşünaslığa və islamın mədəniyyət fəlsəfəsinə dair dərs vəsaitinin hazırlanmasında və mühazirələrin oxunmasında istifadə edilə bilər.

Tədqiqatın qaynaqları zikrin Qurani-Kərimdə və eləcə də bir çox mənbələrdə ehkam, əxlaq və təsəvvüf baxımından ayrı-ayrı mənalarını əks etdirir. Buraya Şərq, Avropa, rus və Azərbaycan tədqiqatçılarının mövzunun müxtəlif yönlərini işıqlandıran araşdır-maları cəlb edlmişdir.

Tədqiqatın aprobasiyası. Dissertasiya işi Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli, Farsdilli

Page 11: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

11

və Türkdilli əlyazmalar şöbələrinin birgə iclasında müzakirə edilmişdir. Tədqiqatın əsas müddəaları nəşr olunmuş bir tezis, altı məqalə və kitablarda öz əksini tapmışdır.

Dissertasiyanın quruluşu. Tədqiqat işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU

Dissertasiyanın giriş hissəsində mövzunun aktuallığı əsas-landırılır, tədqiqatın əsas məqsəd və vəzifələri müəyyən edilir, nəzəri-metodoloji əsasları qeyd olunur, tədqiqat əsnasında əldə olunan nəticələr, elmi yeniliklər müvafiq dəlillərlə təqdim olunur, dissertasiyanın aprobasiyası və quruluşu haqqında məlumat verilir.

Birinci fəsil “Dində zikr və onun əhəmiyyəti” adlanır. Bu fəsil iki paraqrafdan ibarətdir.

Birinci fəslin birinci paraqrafı “İslamdan əvvəlki müqəddəs kitablarda zkrin təzahürü” adlanır. Bu bölmədə islamdan əvvəlki səmavi dinlərdə və onların müqəddəs kitablarında zikrlə bağlı məqamlara toxunulur. Qeyd edilir ki, Tövratda islam peyğəmbərinə göndərilmiş vəhy – Qurani-Kərim, eləcə də, uluul-əzm peyğəmbərlərə göndərilmiş müqəddəs kitablar zikr hesab edilir. Belə olan halda Nuhun kitabı, İbrahimin Suhufu, Musanın Tövratı, Davudun Zəburu, İsanın İncili də səmavi kitab olaraq zikrdir. Təfsir əhlinə görə də insanı hidayətə çağıran vəhy, vəhylə gələn ilahi kitablar zikr olaraq Allahı anmaq anlamına gəlirlər. Tanrı öz adlarını Zərdüştə öyrədəndən sonra öz peyğəmbərlərinə tapşırır ki, onu gecəli-gündüzlü, yaraşan şəkildə və ehtiyac olaraq çox zikr etsinlər. Buyurur: “Ey Zərdüşt! Bu dünyada üstün olan mənim adlarımı xatırlayandır, yaxud gecəli-gündüzlü uca səslə oxuyandır. Həmin adları hər kəs yuxudan oyandığı və yuxuladığı zaman, bənd bağlama və bənd açma zamanı, şəhər və ölkədən çıxdıqda oxusa, o gün və o gecə ona qılınc təsir etməz və sapand daşları çatmaz”7. Məsihin (ə) dinində də zikrlə bağlı bir çox tapşırıq və göstərişlər qeyd . ١٦٣. ص.بى تا، بى جا. مصور، نمونھ، عكسشب اردشیر، مراسم مذھبى و آداب زرتشتیان، گذر آ 7

Page 12: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

12

olunmuşdur. İkinci paraqrafı “Qurani-Kərimdə zikr və islam alimlərinin

onunla bağlı fikirləri” adlanır. Tədqiqat işində “zikr” sözü çoxmənalı bir ifadə kimi təqdim olunur. Bu paraqrafda zikrin ərəb dilində “zəkəra” kökündən olub, bir məsdər kimi “anma”, “yada salma”, “xatırlama”, “əzbərləmə” mənalarını daşıdığı qeyd edilir. Yüksək mənasına gəlincə isə, dua və səna üçün işlədildiyi açıqlanır. Həmçinin qeyd edilir ki, “zikr” təsəvvüfi mənada Allahın ucalığını dilə gətirmək və mənəvi yetginliyə çatmaq məqsədi ilə işlədilir. Zikr eyni zamanda Allahın adını xatırlamaq8 Quran nuru ilə aydınlaşan pak irfan çeşməsi və mötədil islam dərvişliyi batini işıqlanma, nəfsi paklıq və mənəvi kamilliyin daha yetgin yoludur9. Zikr Allaha itaətdir. Ona itaət etməyən kəs nə qədər təsbih, nə qədər Tövhid kəlməsini dilinə gətirirsə, gətirsin, zikr etmiş olmaz.

İlahi vəhyin məhsulu olan Qurani-Kərim müsəlmanlar üçün müqəddəs bir kitab olmaqla, həm də ərəb dilinin ilahi şah əsəri, özünün üslubu baxımından isə təkrarsız və bənzərsiz bir mənbədir10. Bu kitabda insan həyatında mümkün olan hər cür şeyə dair münasib ayələr vardır. Quran insanın həyat təlimatıdır11. Odur ki, insan bu tükənməz xəzinədən faydalanmalıdır. Burada dini, etik, hüquqi, təsərrüfat xarakterli təlimatlar, qaydalar, qadağalar və göstərişlər vardır. Bütün bunların yeganə idarəedicisi Allahdır. Quranı oxumaq Allahı zikr etməkdir. Deməli, Qurani-Kərim özü də zikrdir. Allah-təalanı yada salan hər şey, o cümlədən, həcc, namaz və s. zikrdir.

Tədqiqat işində islam alimlərinin zikrlə bağlı gəldikləri nəticələr rəngarəng və maraqlıdır. O cümlədən Zəməxşəri, Həsən Müstəfəvi, Fəyyumi, Təbərsi, Tabatəbayi və s. kimi alimlərin

8 Г.В.Миловский, М.Б.Пиотровский, С.Т.Прооров и др. Ислам: Энциклопеди-ческий словарь. Москва, 1991, с.77. 9 Nəsib Göyüşov. Quran və irfan işığında. Bakı, 2003, s.18. 10 Seyid Yəhya əş-Şirvani əl-Bakuvi və “Şəfa əl-Əsrar (Sufiliyin sirləri)” adlı əsəri. Nəşrə hazırlayan Mehmet Rıhtım. Bakı, “Elv” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi, 2010, s.210; Edouard Monfet. Le Coran (introduction). Paris, 1949. 11 Əhmədağa Əhmədov. Nikatül-Quran (ədəb, tərbiyə, əhkam, əxlaq və ibrət ayələ-ri) I kitab. Bakı, “Öyrətmən”, 1994, s.3; M.Smith. Studies in Early Mysticism in the Near and Middle East. L.,1931.

Page 13: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

13

yaradıcılığından zikrlə bağlı fikir və mülahizələri qeyd olunmuş, əsərlərindən iqtibaslar gətirilmişdir. Bu bölmədə həmçinin zikr dil, qəlb və əməl zikri kimi şərh olunur.

İslam alimlərinin və təfsirçilərin zikrlə bağlı fikirləri fərqlidir. Bəzilərinin fikrincə zikr insanın heç vaxt unutmadığıdır. Bəziləri isə deyirlər ki, zikr Allahı gözəl adları və ali sifətləri ilə xatırlamaq və onu Ona layiq olmayan şeylərdən uzaq tutmaq deməkdir.

Əksər alimlərin fikrincə hər kəs سبحان اهللا و الحمد اهللا و ال الھ اال اهللا و اهللا االكبر

- deyərsə, Allahı zikr etmiş olar. İmam Cəfər Sadiqdən (ə) rəvayət edirlər ki, hər kəs Hz.Fa-

timənin (ə) zikrini (34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdu lillah, 33 dəfə Subhan Allah) deyərsə, Allahı dəfələrlə yadına salmış olar.

Rəvayətə görə Cəbrayıl (ə) Peyğəmbərin (s) yanına gəlib bu-yurmuşdur: “Ey Məhəmməd (s), söylə:

سبحان اهللا و الحمد هللا و ال الھ اال اهللا و اهللا االكبر و الحول و ال قوة االباهللا عددما "."علم وزنھ ما علم و ما علم

Bunu hər kəs deyərsə, ona altı cür qiymət veriləcəkdir.: 1. Allahı çox yada salanlardan olacaq. 2. Allahı gecə-gündüz yada salan ən yüksək səviyyəli adam

hesab ediləcək. 3. Cənnətdə onun üçün ağac əkiləcəkdir. 4. Onun günahları ağacın quru yarpaqları kimi töküləcək. 5. Allah ona mərhəmət gözü ilə baxar. 6. Allah mərhəmətlə baxdığı adama əzab-əziyyət verməz.

Zikr edənlərin qruplaşdırılmasına gəlincə, təfsirçilər onları aşağıdakı kimi vermişlər:

1. Sağlam qəlb və təqva sahibləri 2. İmanını daim inkişaf etdirən şəxslər 3. Təvəkkülləri olanlar 4. Tövbə edənlər 5. Nəsihət qəbul edənlər. 6. Azğınlıq və günahdan qorxan şəxslər. 7. Gündəlik ticarət və alış-veriş edənlər. 8. Qiyamətdən qorxanlar. 9. Haqdan qorxanlar.

Page 14: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

14

İkinci fəsil “Qurani-Kərimdə zikr vacibat kimi” adlanır. Bu fəslin “Allah zikrinin səbəbləri” birinci paraqrafında göstərilir ki, Peyğəmbər (s) özü belə, həmişə zikr etmiş, Allah-təalanı unutmamış-dır. Baxmayaraq ki, onun heç bir öyüd-nəsihətə ehtiyacı yox idi. Deməli, burada məqsəd zikrin davamlı olmasındadır. Belə ki, insan hansı mənsəbdə olursa-olsun heç vaxt Allah zikrini unutmamalıdır.

Bəzən isə Allahına güvənməli, Ondan qorxmalı və hər şeyi məhz Ondan ummalı olan insan əksinə olaraq, onun pak sifətlərini unudur. Bütün bunlar isə fəsadlara səbəb olur. Çünki, Allah zikrini unudan kəs itaətdən də kənar olur. Nəticədə isə bu dünyada və axirətdə əzab və işgəncələrə gətirib çıxaracaq bir sıra məqamlarla üzləşəcəkdir. Həmin məqamlar aşağıdakılardır:

1) Qiyamətdə keçinmə darlığı və korluq. 2) Ağır əzab. 3) Şeytana yoldaşlıq. 4) Zəlalət və azqınlıq. 5) Qəflət. 6) Mənəvi və zahiri korluq. Bütün bunların olmaması üçün insanın Allahı zikr etməsi və

Ona sığınması zəruridir. İkinci fəslin ikinci paraqrafı, “Zikrin vasitələri və keyfiyyəti”

adlanır. Zikrin vasitələri aşağıdakı kimi təqdim olunur. 1. Qurani-Kərim. Qurani-Kərimin özü ən başlıca zikrdir. Allah-təala Peyğəmbərə

(s) xitabən buyurur: “Quranın vasitəsi ilə məni bəndələrinin yadına sal və onlara öyüd-nəsihət ver”12. Deməli, Allah-təalanın yada salınması üçün ən birinci amil Quranın özüdür.

2. Namaz. Qurani-Kərimdə buyurulur: “Məni anmaq üçün namaz qıl13.

Təsadüfi deyildir ki, başdan-ayağa Allah zikri olan namazı təkbir açıb təkbir bağlayır.

Rəvayətlər göstərir ki, qiyamət günü namaz qəbul olunursa, digər əməllər və işlər də qəbul olunacaqdır. Çünki, baxmayaraq ki, 12 Quran, 50/45. 13 Yenə orada, 20/14.

Page 15: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

15

gündə bir neçə dəfədir, ona vaxtlı-vaxtında əməl edən kəs digər əməllərini də diqqətlə yerinə yetirər.

3. Dərd və müsibətlər. Həyatda üzləşdiyimiz qada-bəla, müsibət və dərdlər də zikr

vasitəsi və amili kimi qəbul edilir. Belə ki, müvəqqəti çətinliklər, Allaha doğru gedən yolda bir sınaq, axirət üçün isə mərhəmət və nemətdir.

Zikrin keyfiyyətindən bəhs edərkən onun aşağıdakı bəndləri açıqlanır:

1) Zikr edən şəxs hansı vəziyyətlərdə ola bilər. 2) Zikr davamlı olmalıdır. 3) Zikr gizli və örtülü olmalıdır. 4) Zikr edənlərin sonu. “Zikrin üsulları, zamanı və şəraiti” adlanan üçüncü paraqrafda

zikrin hər üç növü – qəlb, dil və əməl zikrləri geniş şərh edilir. Zikrin əsası daxili diqqətdir və insanın bütün qəlbi ilə Allahın

pak vücuduna fikir verməsi onun üçün günahdan qorunma amilidir. Həmin diqqət onu itaət və əmrlərə boyun əyməyə dəvət edir. Buna görədir ki, islam rəhbərləri müxtəlif hədislərdə zikri Allahın əməli olaraq yadda saxlanılması kimi izah etmişlər. Bu paraqrafda həmçinin göstərilir ki, dil zikrinin faydası qalan iki zikrə nisbətən daha azdır. Odur ki, qəlb və əməl zikrlərinin üsullarından daha geniş bəhs olunur. Bunlar aşağıdakılardır:

zikrini deyərək Allahı سبحان اهللا، الحمد هللا، ال الھ اال هللا، اهللا اكبر .1çağırmaq Quranın mənasına könüldən diqqət etmək və onu oxumaqdır. Onun təsiri bütün bədən üzvlərin də müşahidə olun-malıdır.

2. Allahın dünya və axirət nemətlərinə qəlbən diqqət etmək lazımdır. Bununla bağlı Allaha şükr etmək vacibdir.

3. Allaha olan itaətlərə qəlbən diqqət etmək lazımdır. Belə ki, həmin itaətləri yerinə yetirəndən sonra onların doğru olaraq yerinə yetirilib yetirilmədiyinə əmin olmaq lazımdır.

4. İstər-istəməz edilmiş hər bir günahdan ötrü qəlbi tövbə edib, Allaha doğru qayıtmaq lazımdır. Hər bir günah xalqın haqqını nahaq edibsə, haqq sahibini razı salmaq üçün hər cür səyə iqdam etmək lazımdır.

Page 16: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

16

5. Hər kəs Allahı ürəkdən yada salıb və ona təklif olunan hər cür fəaliyyəti Allah yolunda olması şərti lə qəbul, həmin təklif Allah əmrindən uzaq olarsa, onu rədd etmək lazımdır.

6. Allah-təalanı hadisələr və nemətlərin haqqında düşünməklə yada salmaq lazımdır. Hz.Əli (ə) buyurmuşdur: “Düşünmək insanı yaxşılığa və həmin yaxşılığı həyata keçirməyə yönəldər”.

7. Allah-təalanı ilahi elmlər və maarifləri tədqiq etməklə yəqin olaraq yada salmaq lazımdır. Bütün bunlar bir daha göstərir ki, qəlbi zikr insanda bir növ adət və əxlaqa çevrildiyi vaxt, onun bütün üzvlərinə təsir göstərərək özünü büruzə verər. Həmin an insanın bütün üzvləri Allah-təala qarşısında baş əymiş olar.

Ayə və rəvayətlərdə möminlərdən daimi olaraq Allahı yadda saxlamaq və zikri davamlı əməl hesab etmək tələb edilir. Qurani-Kərimdə buyurulur: “Onlar yatdıqları, oturduqları, ayaqüstə olduqları vaxt, yəni bütün hallar və şərtlərdə Allahı yadda saxlayarlar”14.

Bu paraqrafda zikrin zamanları bir qədər də geniş şərh edilərək belə bir nəticəyə gəlinir: düşmənlə qarşı-qarşıya gələndə; xəlvət, yaxud təklik zamanı; bazara daxil olan zaman; öfkə və qəzəb zamanı; qərar verərkən mütləq Allahı zikr etmək lazımdır. Allahın adı ilə görülən hər bir işin xeyirli sonu olar. Zikr addım-addım, mərhələ-mərhələ öz təkamül yolunu gedir və onun sahibini kamalın övcünə çatdırır15.

Zikrin yuxarıda sadalanan xüsusiyyətləri ilə yanaşı onun şəraiti də məhz bu bölmədə təhlil edilmişdir. Bu araşdırmanın xülasəsini belə veririk:

1) Rəbbin izzətinə və bəndənin zillətinə diqqət edərək zikr təvazökarlıqla edilməlidir. Belə ki, insanın qürur və təkəbbürlülüyü nə qədər çox olarsa, insanlıq kamalından uzaqlaşar və Allah yaxınlığından kənar olar”16. Allah yolunda gedən şəxs ibadəti qəlb sakitliyi və arxayınlıqla yerinə yetirməlidir. Çünki, ibadət iztirab və

14 Quran, 3/191. رازى فخرالدین ابو عبداهللا محمد بن عمر، تفسیر فخر رازى، مفاتیح الغیب، دار احیاء التراث العربى، 15

. ١٧٧.ص.ق١۴٢٠، ) مجلد١۶ جلد در ٣٢(، ٣ سوم، جچاپبیروت، دوم، مؤسسھ تنظیم و نشر آثار امام خمینى، چاپج، ١الموسوى الخمینى روح اهللا، آداب الصلوه، 16

. ٧.، ص.ش. ه١٣٧٢تھران

Page 17: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

17

ürək çırpıntısı ilə edilərsə, qəlb belə ibadətdən təsirlənməz17. Axirət yolunun yolçusu dinin hər bir ilahi təriqətində olursa olsun, hər şeydən əvvəl özünü kamil, dəqiq və şəfqətli bir həkim kimi qorumalı və öz hərəkətlərinin çatışmamazlıqlarını götür-qoy etməlidir.

Qəlb zikrin başlanğıcında dil açmamış bir uşaqdır ki, ona təlim vermək lazımdır və zikri onun dilinə sızdırmaq zəruridir. Dilin açılmasından sonra, insan ona tabe olar və zikrin çətinliyi ortadan qaldırılar. Həmin təlim yeni başlamış şəxslər üçün olduqca lazımdır18. Nəhayət, ibadət, mərasim, zikr və dua o zaman nəticə verər ki, qəlbin daxili şəklinə çevrilsin və insanın daxili zatı onunla sərməst olsun və dil bəndəlik vəziyyətinə düşüb özbaşınalıqdan uzaq dursun. Deməli, qəlbin hüzuru-iştirakı zəruridir. İbadət vaxtı qafil və səhvedici olursa, onun ibadəti həqiqətə qovuşmaz və oyuncaq kimi bir şey hesab olunar.

Dissertaiya işinin üçüncü fəsli “Quran-Kərim zikrin məziy-yətləri haqqında” adlanır. Bu fəsil üç paraqrafdan ibarətdir. Birinci paraqraf “Allahı zikr etməyin insana mənəvi təsiri” adlanır.

Hz.Əli (ə) buyurmuşdur: “Allahın adı fəaliyyət zamanı qə-ləbəyə və daxili aydınlığa səbəb olar”19.

Allahı yada salmaq qəlbləri işıqlandırar. İnsan Allahı zikr etdikdə daxildən onun nəfsinə bir nur saçılar və onun könül evini işıqlandırar. Əksinə, əgər qəlb qəflətdə qalıb Allahı zikr etməyirsə, o zaman həmin şəxs əzab çəkər və ruhi sarsıntıya məruz qalar.

Günaha batanlar şeytanın qardaşlarıdırlar və onun əsiridirlər. Qardaşları şeytanlar onlara davamlı olaraq əyri yolda rəhbərlik edər və hər an onları azdırmaqdan əl çəkməz20.

Göründüyü kimi, zikrdən məqsəd insanın fəaliyyət, şövq, sakitlik və məhəbbət gücünü artırmaqdır. Bununla da məlum olur ki, həqiqət nəzəriyyəsi azdırıcı və xəyali ola bilməz. Deməli, zikrin psixi دوم، مؤسسھ تنظیم و نشر آثار امام خمینى، چاپج، ١الموسوى الخمینى روح اهللا، آداب الصلوه، 17

. ١٦.ص. ش. ه١٣٧٢تھران دوم، مؤسسھ تنظیم و نشر آثار امام خمینى، چاپج، ١الموسوى الخمینى روح اهللا، آداب الصلوه، 18

. ٣٠.، ص.ش. ه١٣٧٢تھران 19 Г.В.Миловский, М.Б.Пиотровский, С.Т.Прооров и др. Ислам: Энциклопе-дический словарь. Москва, 1991,с.155. ١٣٧۴ اول، چاپ، دار الكتب االسالمیة، تھران، ٧و ھمكاران، تفسیر نمونھ، جمكارم شیرازى ناصر 20

. ٧٣.، ص.ش.ه

Page 18: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

18

təsirlərindən biri həqiqəti tanımaq və dünya ilə əlaqə qurmaq üçün lazım olan yeni çıxış yolunu tapmaqdır. Zikrin ikinci əsas məqsədi isə fərdin ləyaqət, dinclik və sakitliyi uğrunda aradığı həqiqi idrakdır.

Mənəvi müalicə sayılan zikrdə, habelə daxili inkişafa səbəb olan digər metodlarda heç bir dayanma və son nöqtə yoxdur. Ekhart yazmışdır: “Həyatda yaşaması üçün insanın çata biləcəyi son nöqtə yoxdur, heç bir zaman bu məsafənin nə qədərini getdiyinizi düşünüb ona əhəmiyyət verməyin bəlkə hər an yeni ilahi mərhəmətlərin qəbulu üçün hazır olun”21. Lakin Quran qısa və dolğun bir cümlə ilə ən arxayın və ən yaxın yolu göstərib deyir: “Bunu bilin ki, Allahın adı qəlblərin sakitliyidir”.

Allah zikrinin verdiyi sakitlik və rahatlığı aşkar etmək üçün hər şeydən əvvəl iztirab və həyəcanın amilləri aşağıdakı limi xülasə oluna bilər:

1. İnsanın özünə və ya yaxınlarına üz verən müxtəlif mü-sibətlər.

2. Dünya malının itkisindən ötrü həsrət və rahatsızlıq. 3. Mal və sərvətini itirmək qorxusu. 4. Bəzi vaxtlarda insan öz həyatını puç və mənasız düşünmək

iztirab və həyəcana düçar olar. 5. Bəzi vaxtlar insan təklif hiss etdiyi üçün belə fikir edər ki,

kimsə ona diqqət etmir və onun zəhmətlərini başa düşmür. Bəs bioloji varlıq kimi zikrin insan orqanizminə nə kimi xeyri

vardır? Elm sübut etmişdir ki, zikr zamanı bədənin məsrəf miqdarı ən aşağı həddə çatır. Bu vaxt bədənin metobolizm (oksigen alma və karbon buraxma) əməliyyatı azalır.

Zikr zamanı qəlb döyüntüsünün sayı və nəfəsalma həcmi də azalır. Qanın laktik asidi istehsalı düşür. Həmin asidin azalması əsəbi nigarançılıqlar və iztirabları sakitləşdirir, fərdin zehni ayıqlığı yüksəlir və beləliklə, fizioloji gərginliklər aradan qaldırılır.

Dissertasiyanın üçüncü fəslinin ikinci paraqrafı “İnsanın özünüdərki Allahı dərk etməyə aparan yol kimi” adlanır. Bildiyimiz kimi, zikr həmçinin ağıl, kamal və hikmətin kamilləşməsi deməkdir. Zikr insanın idrak qüvvəsinin artmasına və düşüncəsinin qaynarlığına . ٧٦.یمان آزاد، تھران، نشر نغمھ، صپمورتى كریشنا، شبكھ فكرى رھائ از ترس، ترجمھ 21

Page 19: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

19

səbəb olur. Zikr qüvvəsi və xatırlanma elə bir qüvvədir ki, insan həyatı onsuz davam edə bilməz. Bəşərin fərdi-ictimai əlaqələri həmin qüvvə olmadan kəsilər. Əməli zikr insanın cövhər kamilliyi, zati xüsusiyyətləri və fikir qüvvəsidir. O qəflətdən uzaq durmaqdır. Qəflətdən ayrılmaq yolları aşağıdakı kimidir:

a) Allahın yaratdıqlarına təfəkkür etmək. b) Quran ayələri haqda təfəkkür edib düşünmək. c) Peyğəmbər, övliyalar, böyüklər və alimlərin həyat tərzini

düşünüb təfəkkür etmək. d) Ölülərin hallarını düşünüb təfəkkür etmək. e) Rəbbin izzəti və bəndənin zillətinə diqqət etmək. f) Zikr unutqanlığın əksinə olaraq zehində qalır. Üçüncü fəslin üçüncü paraqrafı “İnsanı zikrdən uzaqlaşdıran

amillər və onların aradan qaldırılması” adlanır. Bu bölmədə göstərilir ki, tarix boyu baş vermiş münaqişə və problemlərin başlıca amili Allahı unutmaq olmuşdur. Unutqanlığa gətirib çıxaran amillər isə aşağıdakılardır:

1) Şeytan. Hər cür özbaşına və üsyançı mövcudata şeytan deyilir. Quran baxımından şeytan insanın ən qatı düşmənidir. Şeytana rəvac verən amillərə gəlincə isə bunlardır:

a) Ağıl və fikir çatışmamazlığı; b) Ruhi çatışmamazlıq və əxlaqi rəzalət. Allah qorxusunu qəlblərində gəzdirənlər, Allahı zikr edib

yadda saxlayanlar üçün şeytanın nüfuz amili sayılan cəhalət, qəflət, unutqanlıq, həvəs və digər ziyanverici meylləri öz qəlblərindən uzaqlaşdırarlar.

İnsan nəfsini aşağıdakı aldadıcı amillərə uymaqdan qoruya bilərsə, o Allahın adı və xatırlanması ilə kamala doğru yönələr.

1. Sərvət və övlad. 2. Maddi bağlılıqlar. 3. Özünü hamıdan üstün tutmaq. Dissertasiyanın sonunda dissertasiya işinin məzmununa uyğun

nəticə verilmişdir. Nəticədə “Quranda zikr” mövzusunun elmi şəkildə araşdırılaraq həm Azərbaycan islamşünaslığındakı mövqeyindən bəhs edilir, həm də onun hər bir insanın həyatındakı əhəmiyyətindən danışılır.

Page 20: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

20

Nəticədən sonra istifadə edilmiş ədəbiyyat siyahısı verilir. Ədəbiyyat siyahısı dillər üzrə ayrılmış və ümumi nömrələnmə üsulu və əlifba sırası ilə verilmişdir.

Dissertasiya işinin əsas məzmunu müəllifin çap olunmuş aşa-ğıdakı əsərlərində öz əksini tapmışdır:

1. Dua mövzusunda bir fikir. Filologiya məsələləri. Azərbaycan Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu. Bakı, 2008, №5, səh.422-435, 440s.

2. Vəhy həqiqəti. Filologiya məsələləri. Azərbaycan Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutu. Bakı, 2008, №1, səh.580-592, 598s.

3. Allah zikrinin həqiqəti. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi №12. Sentyabr (Eylul) 2009, səh.243-251, 360s.

4. Allahı zikr etmənin faydası və etkileri. Turan stratejik Araş-tırmalar merkezi. Uluslararası Bilimsel Hakemli Mevsimlik Dergi. Yıl: 1 sayı: 3 yaz 2009. Konya/Türkiye, səh.126-131, 227s.

5. Ruh və əxlaqın saflaşmasında zikrin təsirləri. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi №13. Aprel (Nissan) 2010, səh.327-337, 463s.

) ع(خالصھ مقاالت مبانی و حدث و امنیت جامع اسالمی از دیدگاه امام علد .6. ص٢١۵، ٩٧.، ص)ع(کنگره امیر المؤمنین امام علد

مجموعھ مقاالت ویثره مقاالت اساتید . اخالق اسالمی از منظر نھج البالغھ .7دومین جشنواره نھج البالغع ھر گونھ چاپ و اقتباس از آثار این مجموعھ

. ص٢۴۶، ٣٠.، ص١٣٨١اول، زمستان . باھماھنگی دبیرخانھ بال مانع

روبروی -تبریز خیابان امام) تجوید قرآن کریم(لھجھ قدسی . مجید باوردی .8اول برای (١٣٨٢زمستان -دوم. خیابان تربیت کتابفروش شھیر شفیع زاده

. ص١٧٣، ١٣٨٣پاییز ) ناش. ص٢١٣، ٩١.عالی فی تبریز، صمبانی اخالق در نھج البالغھ کرکز اموزش .9

و یثره مقاالت استادان چلیده مقاالت برگزیده ) ع(آزادی از منظر حضرت علی .10

. ص١٩٧، ١٢۴.، ص١٣٨۴تھران

Page 21: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

21

Баверди М.А.

Зикр в Коране Резюме

Диссертация состоит из введения, трёх глав, заклюючения и

списка использованной литературы. Во введении диссертант обосновывает актуальность темы,

определяет её цель и задачи, освещает научное и практическое значение диссертационной работы и доказывает её научную новизну.

Первая глава диссертации «Зикр в Коране и его значение» - состоит из двух параграфов. В этой главе детально изучаются значения зикра в Коране, его значимость и необходимость, а также хадисы Пророка (д.б.А.п.), связанные с зикром и мысли исламских ученых об этой теме.

Вторая глава – «Зикр как необходимость в Коране». В этой главе диссертации также даются ответы на такие проблемы, как «Причины зикра Аллаха», «Средства и признаки зикра», «Способы, время и обстоятельства зикра».

Третья глава – «Коран о ценностях зикра». В этой главе говорится о духовном влиянии зикра на человека, о САмо-познании как пути, ведущем к осознанию Аллаха, также толкуются препятствия зикра, пути их устранения и способы приближения к Аллаху на основе священных стихов и слов имамов.

В заключении на основе результатов настоящего иссле-дования представлены выводы и вынесены соответствующие положения.

Page 22: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

22

Bavardi M.A. Zikr in Koran

Summary

Dissertation consists of the introduction, three chapters, conclusion and the list of used literature.

In the introduction dissertant grounds actuality of the theme, determines the aim and tasks, lightens scientific and practical importance of dissertation and proves its scientific novelty.

The first chapter titled “Zikr in Koran and its importance” consists of two paragraphs. In this chapter the meanings of zikr in Koran, its importance and necessity along with the Prophet’s (s) hadithes connected with zikr and thoughts of Islamic scientists on this theme have been thoroughly studied.

The second chapter is titled “Zikr as necessity in Koran”. In this chapter of the dissertation the answers to such problems as “The reasons of zikr of Allah”, “Means and signs of zikr”, “Methods, time and circumstances of zikr” have been given.

The third chapter is titled “Koran about values of zikr”. This chapter deals with moral influence of zikr on the man, self-knowledge as the way leading to recognition of Allah. Here obstacles towards zikr, the ways of their elimination and means of approach to Allah are listed on base of sacred verses and imams’ words.

In the end the conclusion is given and proper principles have been brought out on base of the research work.

Page 23: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD … · AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU ... qüdrətinin yeganə yolu

23

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА ИНСТИТУТ РУКОПИСЕЙ ИМ.М.ФИЗУЛИ

На правах рукописи

МАДЖИД АКБАР оглы БАВЕРДИ

ЗИКР В КОРАНЕ

21.00.01 – Религиоведение

А В Т О Р Е Ф Е Р А Т

Диссертации на соискание ученой степени доктора философии по богословию

БАКУ - 2011