AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər...

14
AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI И.НЯСИМИ адына ДИЛЧИЛИК ИНСТИТУТУ Ялйазмасы щцгугунда İMARƏT CAVAD QIZI SÜLEYMANOVA AZƏRBAYCAN POEZİYASINDA (1990-2000-CI ILLƏR) ÜSLUBİ FRAZEOLOGİYA 10.02.01 Azərbaycan dili Филолоэийа цзря фялсяфя доктору elmi дяряжяси алмаг цчцн тягдим едилмиш диссертасийанын A В Т О Р Е Ф Е Р A Т Ы БAКЫ 2011 Диссертасийа Aзярбайжан Дилляр Университетинин Azərbaycan dilçiliyi кафедрасында йериня йетирилмишдир. Елми рящбяр: Adil Məhəmməd oğlu Babayev филолоэийа елмляри доктору, профессор Рясми оппонентляр: Bayram Baxşəli oğlu Əhmədov филолоэийа елмляри доктору, professor Vahidə Mehdi qızı Cəfərzadə филолоэийа елмляри namizədi, dosent Aпарыжы мцяссися: Azərbaycan Dövlət Pedaqoji Universiteti Мцдафия «_27__» ___09__ 2011-жi ил саат ____ да Aзярбайжан Милли Елмляр Aкадемийасы Нясими адына Дилчилик Институтунун няздиндя филолоэийа елмляри доктору вя филолоэийа цзря фялсяфя доктору елми дяряжяси алмаг цчцн тягдим олунан диссерtасийаларын мцдафиясини кечирян (Д.01.141) Диссертасийа Шурасынын ижласында олажагдыр. Цнван: Бакы, AЗ 1143, Щ.Жавид проспекти 31,В мяртябя, AМЕA Нясими адына Дилчилик Институту Диссертасийа иля AМЕA-нын Мяркязи Елми Kитабханасында таныш олмаг олар. Aвторефераt «___» __________ 2011-жi илдя эюндярилмишдир. Диссертасийа Шурасынын елми катиби, fилолоэийа елмляri доктору, professor: Г.И.МЯШЯДИЙЕВ

Transcript of AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər...

Page 1: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI

И.НЯСИМИ адына ДИЛЧИЛИК ИНСТИТУТУ

Ялйазмасы щцгугунда

İMARƏT CAVAD QIZI SÜLEYMANOVA

AZƏRBAYCAN POEZİYASINDA (1990-2000-CI ILLƏR) ÜSLUBİ FRAZEOLOGİYA

10.02.01 — Azərbaycan dili

Филолоэийа цзря фялсяфя доктору elmi дяряжяси алмаг цчцн тягдим едилмиш диссертасийанын

A В Т О Р Е Ф Е Р A Т Ы

БAКЫ – 2011 2

Диссертасийа Aзярбайжан Дилляр Университетинин Azərbaycan dilçiliyi кафедрасында йериня йетирилмишдир.

Елми рящбяр: Adil Məhəmməd oğlu Babayev филолоэийа елмляри доктору, профессор

Рясми оппонентляр: Bayram Baxşəli oğlu Əhmədov филолоэийа елмляри доктору, professor

Vahidə Mehdi qızı Cəfərzadə

филолоэийа елмляри namizədi, dosent Aпарыжы мцяссися: Azərbaycan Dövlət Pedaqoji Universiteti

Мцдафия «_27__» ___09__ 2011-жi ил саат ____ да Aзярбайжан Милли Елмляр Aкадемийасы Нясими адына Дилчилик Институтунун няздиндя филолоэийа елмляри доктору вя филолоэийа цзря фялсяфя доктору елми дяряжяси алмаг цчцн тягдим олунан диссерtасийаларын мцдафиясини кечирян (Д.01.141) Диссертасийа Шурасынын ижласында олажагдыр.

Цнван: Бакы, AЗ 1143, Щ.Жавид проспекти 31,В мяртябя, AМЕA

Нясими адына Дилчилик Институту Диссертасийа иля AМЕA-нын Мяркязи Елми Kитабханасында таныш

олмаг олар. Aвторефераt «___» __________ 2011-жi илдя эюндярилмишдир.

Диссертасийа Шурасынын елми катиби, fилолоэийа елмляri доктору, professor: Г.И.МЯШЯДИЙЕВ

Page 2: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

3

DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Xalqın məişətini, etnoqrafiyasını, mədəniyyətini özündə əks etdirən frazeoloji ifadələr tarixin dərinliklərindən gələrək öz milli dəyərləri ilə onun həyatında, dilində, ədəbiyyatında şifahi xalq yaradıcılığının inciləri kimi yaşamış, daim zənginləşmiş, yeniləşmiş, dilin milli keyfiy-yətlərini qoruyan bir amil kimi qədim və orta əsr abidələrində sabitləşmişdir. Frazeoloji ifadələr dilin bütün yarusları ilə bağlıdır. “Dilin lüğət tərki-bində,daha doğrusu, leksik sistemində elə birləşmələr vardır ki,onlar öz məna xüsusiyyətinə görə hazır vahidlər olub, xüsusi bir qrup yaradır. Həmin qrupa daxil olan sözlər öz leksik-semantik səciyyəsinə görə ümumi sözlərdən və xüsusi adlardan fərqlənir”1. Odur ki, bu ifadələrin leksik, semantik, qramma-tik cəhətdən tədqiq edilməsinin, dilin yaradıcılıq imkanlarını və semantik zənginliyini aşkar etmək baxımından böyük əhəmiyyəti vardır. «Frazeoloji ifadələr bədii ədəbiyyatın elə mühüm ifadə vasitələridir ki, onları öyrənmədən hər hansı bir yazıçının dilini, üslubunu hərtərəfli tədqiq etmək mümkün deyildir»2.

Azərbaycan dilçiliyində klassik və müasir yazıçılarımızın dilinə həsr olunmuş dəyərli tədqiqat əsərləri mövcuddur və bunlar dilin müxtəlif səviy-yələri əsasında aparılmışdır. Bədii dilin, yazıçı dilinin tərkib hissəsini təşkil edən frazeoloji ifadələr də həmin tədqiqatlarda öz əksini tapmışdır. Lakin poeziyada üslubi frazeologizmlər ayrıca tədqiqat mövzusu kimi işlənməmiş-dir. «Buna görə də frazeologiyanın problemləri sırasında frazemlər və poetika məsələləri də qeyd edilmişdir »³. Dissertasiyanın mövzusu - konkret bir mərhələdə Azərbaycan poeziya-sının leksik tərkibindəki üslubi səciyyəli frazeologizmlərdir. İşdə ədəbi dilin inkişafında bu istiqamətdə xidmətləri olan şair mövqeyini qiymətləndirməyə səy göstərilmişdir. Məhz bu baxımdan da belə bir mövzunun işlənməsi aktual və əhəmiyyətlidir. Xalqımızın tarixi yaddaşından gələn yüzlərlə frazeoloji ifadələr vardır ki, bunlardan söz ustalarımız geniş istifadə edirlər. Lakin yazıçı qələmi yaradıcı-lıqdır və söz sərraflarımız zəngin klassik irsdən bəhrələnərək əsərlərinə yeni ifadə tərzləri, yeni ruh gətirirlər. Fərdi ifadələrin formalaşmasında bədii dilin poetik imkanları – metafora, metonimiya, bədii təyinlər, leksik-semantik söz qrupları: sinonimlər, antonimlər, təkrarlar, sintaktik paralelizmlər mühüm rol oynayır. Odur ki, müasir bədii dilimizin inkişaf mənzərəsini frazeoloji vahidləri öyrənmədən, ona dərindən nüfuz etmədən vermək mümkün deyil, 1 Axundov A.Ümumi dilçilik.Bakı,”Şərq-Qərb”,2006,səh.184. 2 Məhərrəmova R.C. Mirzə Ələkbər Sabirin söz dünyası. Bakı, Nurlan, 2006, səh. 268. ³ Əhmədov B.B., Azərbaycan dilinin frazeologiyası: tədqiqlər, problemlər. Филолигический сборник . БСУ, 2001, стр. 617.

4

məhz bu amil araşdırılan mövzunun aktuallığını şərtləndirir. Tədqiqatın obyekti. Tədqiqatın obyekti 1990-2000-ci illər Azərbaycan poeziyasında işlənmiş üslubi frazeoloji ifadələrdir. Tədqiqatın məqsəd və vəzifələri 1990-2000-ci illərin poeziyasından üslubi frazeoloji ifadələri seçib onları struktur, semantik, qrammatik cəhətdən təsnif etmək, bədii dildəki funksiyalarını, üslubi-mətni xarakter daşıyan frazeoloji vahidlərin yaranma yollarını, bu prosesdə söz ustalarının mövqeyini və novatorluq meyillərini müəyyənləşdirməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:

- üslubi frazeoloji birləşmələrin əsas komponentlərini leksik qruplarda mənsubluğuna görə qruplaşdırıb tədqiq etmək;

- üslubi ismi frazeoloji vahidlərin modellərini, tiplərini və bu birləşmələrdəki sintaktik əlaqələri müəyyənləşdirmək;

- mücərrəd mənalı sözlərin şairlər tərəfindən mətndə konkretləşdirilərək poetik ifadə vasitəsi kimi işlənməsini onların yaradıcılıq və üslubları aspektində təhlil etmək;

- üslubi feli frazeoloji birləşmələrin formalaşmasında isim+fel tipi əsas rol oynadığı üçün isim komponentlərinin xüsusi modellərini (bədən üzvlərinin adlarını bildirən somatik leksika, mücərrəd isimlər, müxtəlif terminlər) aşkar edib təhlilini vermək;

- üslubi feli frazeoloji ifadələrdə ismin halları ilə uzlaşmanın əsas məqamlarını müəyyənləşdirmək;

- üslubi feli frazeoloji vahidlərdə müxtəlif leksik mənaya malik fellərin ifadə yaradıcılığındakı mövqelərini göstərmək;

- üslubi frazeoloji birləşmələrin struktur, semantik və kontekstual cəhətlərini müəyyənləşdirmək;

- üslubi frazeoloji ifadələrin semantik xüsusiyyətini müəyyənləşdirmək; Tədqiqatın elmi yeniliyi. Azərbaycan dilçiliyində bu dövrün poeziyası əsasında üslubi frazeoloji ifadələr ayrıca mövzu kimi işlənməmişdir. Disserta-siyada konkret bir mərhələdə Azərbaycan poeziyasındakı üslubi frazeoloji ifadələr ilk dəfə zəngin faktlar əsasında kompleks şəklində tədqiqata cəlb olunmuş, dil sistemində onların yeri müəyyənləşdirilmiş, frazeoloji birləşmə-lərin komponentləri leksik, semantik, struktur cəhətdən araşdırılmış, əsas əlamətləri, yaranma yolları, modelləri, tipləri müəyyənləşdirilmiş, ədəbi dilin inkişafında, ifadə yaradıcılığında rolu olan görkəmli şairlərin fərdi üslubları-nın səciyyəvi cəhətləri üzə çıxarılmışdır. Tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti. Dissertasiyada əldə edilən nəticələrdən frazeologiya ilə bağlı bəzi problemlərin həllində, sintaktik əla-qələr, cümlənin həmcins üzvləri və frazeoloji vahidlər, frazeoloji sinonimlik, antonimlik və mətn araşdırılmasında, habelə yazıçı dili, novatorluq, ümumiy-yətlə üslubiyyatla bağlı aparılacaq tədqiqatlarda da faydalanmaq mümkündür.

Page 3: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

5

Nəhayət, dissertasiyada üslubi frazeoloji ifadələrin müxtəlif modelləri və tip-ləri ilə əlaqədar zəngin material vardır, bunlarda məcaziləşmə – metaforikləş-mə çoxşaxəli və müxtəlifdir. Məcazlar sistemi, poetik fiqurlar, sözlərin mənaları ilə bağlı aparılacaq tədqiqatlarda bunlardan istifadə edilə bilər. Dissertasiyadan frazeologiya, semasiologiya ilə əlaqədar aparılacaq tədqi-qatlarda, ixtisas kursları üçün hazırlanacaq proqram və vəsaitlərin, müxtəlif filoloji lüğətlərin hazırlanmasında faktik dil materialı kimi faydalanmaq olar. Tədqiqatın mənbələri 1990–2000-ci illərin poeziya nümunələridir: Məmməd Araz. Seçilmiş əsərləri 1990, «Vətən» deyin» 2003; Bəxtiyar Vahabzadə. «İstiqlal 1999, «Qəlbi dolu gecələr» 2003; Nəbi Xəzri. Seçilmiş əsərləri. I, II cildlər 2004, «Xəzan yarpaqları» 1998;, Nüsrət Kəsəmənli. «Kimə inanasan?» 1995, «Qapamayın gözlərimi» 2006; Fikrət Qoca. «Ömrümdən anlar» 2000; Zəlimxan Yaqub. «Bir əli torpaqda, bir əli haqda» 1997, «Mən bir dağ çayıyam» 2006; Vaqif Səmədoğlu. «Uzaq yaşıl ada» 1992, «Mən burdayam, ilahi» 2005; Yusif Nəğməkar. «Alın yazım» 2004; Firuzə Məmmədli. Seçilmiş əsərləri. I, II cildlər 2002, və s. Tədqiqatın metodları. Tədqiqat, əsasən, təsviri metodla aparılmış, yeri gəldikcə müqayisəli metoddan da istifadə edilmişdir. İşin aprobasiyası. Dissertasiya işi Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasında yerinə yetirilmiş, mövzu ilə bağlı müəllifin müxtəlif elmi məcmuələrdə on məqaləsi və iki Beynəlxalq elmi-praktik konfransda materialı nəşr edilmişdir. Dissertasiyanın quruluşu. Dissertasiya giriş, üç fəsil, nəticə, şərti ixtisarlar və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

TƏDQİQATIN ƏSAS MƏZMUNU

Girişdə mövzunun aktuallığı, tədqiqatın məqsəd və vəzifələri, elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti əsaslandırılır. Ι fəsil “1990-2000-ci illər poeziyasında üslubi ismi frazeoloji ifadələr” adlanır. Frazeoloji ifadələr ayrı-ayrı leksik vahidlər əsasında yaranır. Şairlər bu ifadələri yaradarkən dilin mümkün imkanlarından istifadə edir, onun leksik səviyyəsinə məcazilik, çoxmənalılıq, sinonimlik və s. poetik keyfiyyətləri gətirməklə obrazlı dilə çevirirlər. «Frazeoloji vahidlər ekspressivlik əlamətinə görə ekvivalent olan sözlərdən çox fərqlənir. Metaforiklik, çoxmənalılıq frazeoloji birləşmələrin yüksək obrazlılığı deməkdir»1.

Frazeoloji ifadələr mənsub olduğu dilin səviyyələri çərçivəsində (leksik, qrammatik, semantik) formalaşır. İsmi frazeoloji ifadələr I, II, III növ ismi söz birləşmələri əsasında yaranır, bütöv bir sintaktik söz birləşməsi kimi işlədilir.

“I növ ismi söz birləşmələri modelində formalaşan üslubi frazeoloji 1 Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. Bakı. Aspoliqraf LTD, 2004, 69 s.

6

ifadələr” adlanan birinci fəslin birinci yarımfəslində bəhs olunan ifadələr heç bir morfoloji əlamət qəbul etmədən yanaşma sintaktik əlaqəsi ilə düzəlir.

Birinci növ ismi söz birləşmələri modelində olan frazeoloji birləşmələri nitq hissələri ilə ifadəsinə görə aşağıdakı şəkildə qruplaşdırmaq olar. 1. Sifət+isim modelli birləşmələr. İsmi birləşmə modellərinin bir qismin-də əsas tərəflər sifətlərlə (sadə və düzəltmə) ifadə olunur. Bu tip ifadələr atri-butiv birləşmələr adlandırılır. Bu özünü bütün yanaşma əlaqəli ismi birləşmə-lərdə göstərir. a) sadə sifətlə ismin birləşməsi: bəyaz xeyr,qara şər, köhnə nadanlıq və s. Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində rəng bildirən sözlər məna tutumuna görə zəngindir. Rəmzi çalarları olan bu lüğət vahidlərindən şeirdə bədii ifadə vasitəsi kimi çox istifadə edilir. «Söz əsil sənətkar üçün hər hansı donuq vahid ola bilməz. O, bu donuqluğun arxasında sözün daşıdığı bütün semantik yükü və üslubi zənginliyi görməli və onun malik olduğu sonsuz imkanlardan məharətlə istifadə etməyi bacarmalıdır. Bəlkə elə buna görə də çox zaman sənətkarın yaradıcı təxəyyülü dildə mövcud olan hazır fraza qəliblərinə sığmır, adi deyiliş çərçivəsinin sıxıntısına dözə bilməyib yeniliyə can atır».1 b) birinci tərəfi düzəltmə sifətlə ismin yanaşmasından yaranan frazeoloji birləşmələr: min rəngli günahlar, tunc zirehli ilanlar;, həyalı söyüşlər və s. bu kimi ifadələrdə şairlərin istehzaları, incə yumorları öz əksini tapır. 2. İsim+isim modelli frazeoloji vahidlər. Zəlimxan Yaqubun şeirinə gətirdiyi buz nəfəslər, buz məhəbbət, Vaqif Səmədoğlunun işlətdiyi buz miz-rab frazeoloji birləşmələri yeni ifadə tərzi olub, üslubi səciyyəlidir. Rafiq Yusifoğlunun müqayisə məqamında qələmə aldığı yarpaq əllər, Vaqif Səmədoğlunun yağı günəş, Yusif Nəğməkarın ərən sözlər, qurğuşun dərdlər kimi frazeoloji ifadələr də fərdiliyi ilə seçilir 3. Birinci komponenti feli sifətlə ifadə olunan birləşmələr. Şairlər mövzu-ları ilə bağlı sevinc, kədər, heyrət, alqış, nifrət və sair psixoloji anları olduqca müxtəlif şəkildə, bəzən dil üçün tamamilə yeni – frazeoloji birləşmələrlə ifadə edirlər. Bəxtiyar Vahabzadənin şəhidlərə həsr etdiyi misralarda dilin qrammatik normativliyi gözlənilməklə bir çox yeni ifadələrlə rastlaşırıq: oğullaşan, nağıl-laşan millət, donan vicdanlar. Şairin hiddəti, qəzəbi, şəhidlərlə bağlı fikirləri frazeoloji ifadələrlə lakonik, metaforik şəkildə öz əksini tapmış, oxucunu yeni ifadə tərzləri ilə sağlam, işıqlı gləcəyə səsləmişdir. Müasir poeziyamızın görkəmli nümayəndəsi, özünəməxsus dili və üslubu ilə seçilən, onu daima zənginləşdirən, ədəbi dil normalarını poetik çərçivədə qoruyan Nəbi Xəzrinin əsərləri də frazeoloji birləşmələrlə zəngindir. Nümu- 1 Mirzəliyeva M. Türk dilləri frazeologiyasının nəzəri problemləri. Bakı , 1995. s 75

Page 4: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

7

nələr: İllər əqrəbindən asılan həsrət. Yusif Nəğməkar da özünün müxtəlif şeirlərində orijinal səslənən frazeoloji birləşmələr işlədir: Çinarlaşan yaddaş və s. Digər şeirlərdə şair təfəkkürünün bəhrəsi olan üslubi frazeoloji birləşmə-lərə rast gəlirik: Vaqif Səmədoğlunda: titrəyən yollar, öskürən kollar. Məm-məd Arazda: heykəl olan əsgər birləşmələri fərdidir. Gənc yazarlardan Bəx-tiyar Elcanın «Yazıq ölməyənlər» başlıqlı kitabındakı Yatırılmış cürət, rəngi avazımış qeyrət, yenicə doğulan südəmər eşq frazeoloji birləşmələri də üslubi səciyyə daşıyır. «Yazıçı və publisistlərin üslubi məqsədlərlə işlətdiyi frazeolo-gizmlər həmişə yaradıcı xarakterli olur. Çünki belə ifadələr dildə olduğu kimi dəyişdirilmədən, əksərən başqa məna və strukturda, yeni ekspressiv-üslubi keyfiyyətdə işlənir»1. 4. Qoşa sözlərdən istifadə yolu ilə düzələn frazeoloji birləşmələr. Qoşa sözlər Azərbaycan dilində nitqin ən fəal, işlək vahidlərindəndir. «Sözlərin qoşalaşmasında bir təkrarlıq, davamlılıq, uzunmüddətlilik anlayışı vardır»2. Qoşa sözlər əksərən eyni sözün təkrarı ilə yaranır. Lakin sinonim, antonim sözlərin təkrarı, fonetik vasitə ilə də qoşa söz düzəldib işlətmək mümkündür. Qoşa sözlər nitqə ahəngdarlıq, xüsusi avaz gətirir, fikrin ifadə-sində davamlılıq, çoxluq, hərəkətin tərzini, əlamətini bildirir. Şeirin qafiyə-lənməsində də qoşa sözlərin rolu olur, ona xüsusi ritm verir. a) isimlərin təkrarı ilə yaranan birləşmələr: Yusif Nəğməkarın «Yönü günə-şə» şeiri demək olar ki, qoşa sözlərin üzərində qurulmuşdur. Burada dərya-dərya səbr, bahar-bahar alışmaq kimi birləşmələr şeirə xüsusi təravət vermişdir. b) sadə və düzəltmə sifətlərin vasitəsilə yarananlar: kövrək-kövrək duyğular , köpüklü-köpüklü sözlər və s. c) sinonim və yaxın mənalı sözlərdən düzələn qoşa sözlərin isimlərlə ya-naşması ilə: qəm-qüssə hasarları, sınıq-salxaq şəlalələr və s.

d) Antonim sözlərin təkrarı ilə: yurdun, xalqın ölüm-qalım xəritəsi. Yuxarıdakı nümunələrdən də aydın olur ki, Azərbaycan dilinin semantik təbiəti çox zəngindir, bu da ifadə yaradıcılığı, fərdi-üslubi frazeoloji birləş-mələrin yaranması üçün geniş üfüqlər açır. II növ ismi söz birləşmələri modelində formalaşan üslubi frazeoloji ifadələr. İsmi birləşmələr üçün xarakterik məna əlaqəsi atributiv əlaqə olub, yanaşma və uzlaşma əlaqəli birləşmələrdə özünü göstərir. Frazeoloji birləşmə-lərin tipləri də məhz bu amillərlə bağlıdır. Sintaksislə, xüsusilə söz birləşmə-ləri problemi ilə məşğul olan alimlər Y.Seyidov, H.Bayramov, Q.Ş.Kazımov, V.V.Vinoqradov, ayrı-ayrı türk dilləri qrammatikalarının müəllifləri 1 Шанский Н.М. Стилистическое использование фразеологических оборотов (интернет- www.nspu.net/fileadmin /library/ books/2/ web/xrest/ article/frazeologiya/sha_art01.htm). 2 Adilov M.Azərbaycan dilində sintaktik təkrarlar. Bakı, 1974, Elm, səh. 204

8

A.N.Kononov, Y.İ.Ubryatova, L.M.Koklyanova və başqaları göstərmişlər ki, söz birləşmələrinin komponentləri arasındakı sintaktik əlaqələr, həm birləşmə-lərin müxtəlif tiplərini müəyyənləşdirir, həm də sabit söz birləşmələri olan frazeoloji birləşmələr sərbəst birləşmələrdən məna əlaqələrinin sabitliyi, rəngarəngliyi və digər əlamətlərinə görə fərqlənir. Müasir şairlərimizin əsərlərinə dilçilik prizmasından nəzər saldıqda dili-mizdəki sözlərin rəngarəng məna çalarına malik olduğunu və onların vasi-təsilə fikrin dərin, fəlsəfi, lakonik ifadə etməyin mümkünlüyünü görə bilirik. 1) Təbiət hadisələrinin adlarını bildirən sözlər və coğrafi terminlər əsasın-da yarananlar. Şairlər şeirlərində leysan, şəlalə, şimşək, vulkan, külək, duman, quzey kimi təbiət hadisələrinin adlarını bildirən sözləri, ümman, vadi, məcra, səhra, dağ, qaya, qitə kimi coğrafi söz-terminləri məcazlaşdırmaqla çox qüv-vətli frazeoloji birləşmələr işlətmişlər: Qəzəb şimşəyindən hər baxış nida!... Qəzəb vulkanını ləpələndirir; Yalan dumanında əriyir çin-çin; Şadlıq dənizin-də üzürəm yenə; Könül qüzeyimə bəlkə gün düşsün. 2) Etnoqrafik leksika, məişət sözləri əsasında formalaşan: kürsü kölgəsi, zəfər arabası, yaltaq cəhrəsi, bayatı beşiyi, fikir kələfi və s. İnsanın həyatı, məişəti və təsərrüfatı ilə bağlı alaq, tum, dən, kərpic, tərəzi kimi sözləri də yazıçılar öz məqsədlərinə uyğun şəkildə məcazlaşdırır, özlərinə məxsus tərzdə işlədirlər. Bəxtiyar Vahabzadə «Söz alağı» şeirində sözün alağı, azadlıq tumu və s .kimi yeni orijinal ifadələr işlədir. Digər şairlərin əsərlərində: fəlakət toxumu, nəciblik toxumu, sərvət çəpəri, ömür divarı və s. frazeoloji birləşmələr yalnız orijinallığına, fərdiliyinə görə deyil, məna dərinliyinə və məntiqinə görə də diqqəti cəlb edir.

V.V.Vinoqradov ədəbi dilin inkişafında yazıçıların rolundan bəhs edərkən yazır: «Hər bir sənətkar əsərlərində klassik ənənəyə, dildə mövcud olan daimi standart normalara sadiq qalmaqla yanaşı, özünəməxsus dərin, rəngarəng fərdi ifadə vasitələri də tapmalı, yaratmalıdır» 1 . Bu mənada M.Arazın işlətdiyi həqiqət ağacı, B.Vahabzadənin: yalan kərpici. Nəbi Xəzrinin: zaman tərəzisi və digər şairlərin də gündəlik məişətimizlə bağlı pəncərə, qapı sözləri ilə yaratdığı: bəla qapıları,ömür pəncərəsi kimi frazeoloji birləşmələr onlara məxsus fərdi ifadələrdir. Etnoqrafik leksikanın tərkib hissəsini təşkil edən ev-əşya adları, yemək və geyim adlarını bildirən vahidlərdən də söz sərraflarımız geniş bəhrələnmiş, frazeoloji birləşmələrin rəngarəng növlərini yarada bilmişlər. Ş.Balli doğru olaraq qeyd edir: «Əgər alim və yaxud mühəndis üslubunu daha məntiqi, daha mühakiməli etmək üçün dili dəyişirsə, yazıçı bunu fikrini fərdi ifadə etmək, ona effektivlik, estetiklik gətirmək üçün edir»2. 1V.V.Vinoqradov.Стилистика.О теориипоетической речи/ Поетика.М.,1963.стр.86 2 Ш.Балли. Французская стилистика. Москва, 1961, cтр. 28

Page 5: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

9

3) İstər klassik, istərsə də müasir poeziyamızda elə leksik vahidlər vardır ki, onlar söz və ifadə yaradıcılığında çox fəaldır, müxtəlif funksiyalarda çıxış edir və şairlərin əksəriyyəti tərəfindən işlədilir. «Söz» və «dil» bu tip leksemlərdəndir. Bəxtiyar Vahabzadənin: söz cəbhəsi, söz darağı, Məmməd Arazın poetikasında söz atı, söz gülləsi; Zəlimxan Yaqubun «Yunus İmrə dastanı»nda «dil» sözü vasitəsi ilə yaratdığı yurd dili, qurd dili, quş dili, xış dili, iç dili, dış dili kimi birləşmələr qanadlı sözlər, obrazlı ifadələrdəndir . Qəm vahidi ilə işlənmiş qəm şəlaləsi, qəm atı, qəm yuvası və s., fikir vahi-di ilə düzəlmiş: fikir köçü, fikir sərnişinləri, fikir daşı və s. ifadələr də poezi-yamızı rəngarəng ifadələrlə zənginləşdirmişdir. 4) Birinci komponenti mücərrəd isimlərin müxtəlif leksik laylara aid sözlərlə yanaşmasından düzələn frazeoloji birləşmələr də həm forma, həm də məzmununa görə şairlərimizin üslublarını fərdiləşdirən məna yüklü vahidlər-dir. «Mücərrədlik və ümumiləşdirmə prosesi – söz birləşməsi üçün mühüm bir amildir».1 Bu cəhətdən B.Vahabzadənin işlətdiyi hiylə zəhəri, mənsəb qatarı, xalqımızı çətin ayaqda Babək mərdliyinə, igidliyinə, şöhrətinə səsləyən şair Yusif Nəğməkarın «Babəkə çatanadək» şeirində azadlıq arzusu, zaman ölçüsü, qeyrət ayağı, şairə Firuzə Məmmədlidə nifrət sarayı, Rafiq Yusifoğlu-nun şeirlərindəki qəm yuvası, həya, ismət çırağı və s.kimi ifadələr şairlərin yaradıcılıqlarının orijinallığı, yeniliyidir. 5) Bədən üzvlərinin adlarını bildirən sözlərlə yaranmış ifadələr. Bu ifadələr bütün dillər üçün universal bir hadisə kimi seçilir. Bədii ədəbiyyatda somatik leksika çoxmənalılığı, metaforikliyi, frazeoloji ifadələrdə, xüsusilə fərdi üslubi yardıcılıqda özünü daha qabarıq şəkildə göstərir. 1990-2000-ci illərin poeziyasında şairlərimiz bədən üzvlərinin adlarını bildirən sözlərin çoxmənalılığından istifadə edərək olduqca rəngarəng və yeni səslənən ifadələr yaratmışlar. Məsələn, Zəlimxan Yaqub «Əyilməz» başlıqlı şei-rində: sel ağzı, ah damarı, ürəyin şah damarı. B.Vahabzadə: ümid gözü, qeyrət damarı. Yusif Nəğməkar dəniz çiyni, qeyrət ayağı, Ramiz Qusarçaylı ürək qəbri kimi frazeoloji birləşmələri şeirin məzmununa düzgün yönəldə bilmişlər. III növ ismi söz birləşmələri modelində formalaşan üslubi frazeoloji ifadələr. Bu modeldə olan frazeoloji birləşmələrdə həm idarə, həm də uzlaş-ma əlaqəsi vardır.

III növ ismi söz birləşməsi modelində olan ifadələr dilimizin, demək olar ki, bütün leksik laylarına aid sözlər əsaısnda yarana bilir. Bu ifadələri kompo-nentlərinə görə aşağıdakı şəkildə təsnif etmək olar: 1. Somatik leksika əsasında formalaşanlar. Milli və qədim leksik lay olan bədən üzvlərinin adlarını bildirən sözlər sənətkarların qələmində metaforikləş- 1 Baxşıyev H.H.Azərbaycan və rus frazeologiyasının müqayisəsi və frazeoioji lüğətiərin tərtibi pirinsipləri. DDA, Bakı 2005, səh.12

10

mə üçün geniş üfüqlər açır. Azərbaycan dilində bədən üzvlərinin adlarını bil-dirən sözlərlə yaranan ifadələrin tarixi qədimdir. Şifahi xalq ədəbiyyatı nümu-nələrində, ən qədim və orta əsr abidələrimizdə bunlara rast gəlmək mümkündür. Bu illərin poeziyasında belə ifadələr diqqəti cəlb edir. Ürək, könül, qəlb sözləri ilə işlənmiş ifadələr bu baxımdan səciyyəvidir. Onu da qeyd etmək lazımdır ki, klassik və müasir poeziyamızda “ürək” sözünə nisbətən “qəlb”, “könül” poetik vahidləri daha geniş işlənmişdir: qəlbin övladı, ürəyin quluncı, Nəbi Xəzrinin sözün ürəyi birləşmələri çox orijinal səslənir. Digər şairlərin işlətdikləri qəlbin qapısı, qəlbin simi kimi ifadələrlə də sənətkarlar qeyri-adi poetik, obrazlı ifadələr yaratmağa nail olmuşlar. Dilimizin məna zənginliyini, somatik sözlərdəki məcaziləşmək qüvvəsini görmək üçün Fikrət Qocanın «Ömürdən anlar» şeir toplusundan seçdiyimiz frazeoloji ifadələrə diqqət yetirmək kifayətdir: ürəyin astarı, ürəyin əyni. Qaş, diş, dodaq somatik vahidləri ilə yarananlar: yarğanın qaşı, dünyanın dişi, dərənin dodaqları. Dil sözünün iştirakı ilə: çiçəyin dili, otun dili. Bura-dakı çiçəyin, otun dili ifadələri çox təbii görünür, çünki dil vahidi ilə kədər dili, torpaq dili, dağ dili, qış dili və s. kimi ikinci növ ismi söz birləşmələri tipində formalaşan frazeoloji birləşmələrə poeziyamızda tez-tez təsadüf etmək olur. Bütün bunlar dilin ruhundan, xalqın düşüncə və duyumundan irəli gəlir. «Qulaq» sözünün iştirakı ilə: dünyanın qulağı, qulaqların pası, qayaların qulağı. Dilimizdə «Yerin də qulağı var» ifadəsi işlənir. Şairlər xalqın yaratdığı bu ifadə əsasında yerin, göyün, qumun, daşın, qayanın, dünyanın da qulağı olmasnı təsəvvür edərək orijinal birləşmələr yaradıb işlətmişlər. 2. Coğrafi terminlərin müəyyən qismi gündəlik həyatımızda, nitqimizdə işlətdiyimiz söz-termin səviyyəsindədir. Müasir poeziyamıza nəzər saldıqda bu dil vahidlərinin frazeoloji birləşmələrin tərkibində müqayisə, bənzətmə və mübaliğə məqamlarında işləndiyinin şahidi oluruq. Bunların bir qismi təbiət hadisələrinin adlarını bildirən külək, yel, sel, yağış, şimşək, şəlalə kimi sözlərin iştirakı ilə düzəlir: şəlalənin dodağı, küləklərin darağı, dalğaların qucağı, fikrin şimşəyi və s. Vaqif Səmədoğlu ləpə sözünə fransız mənşəli parad sözünü artırmaqla qeyri-adi bir ifadə işlədir: ləpələrin paradı. Bədii üslubda sözlərin semantik əhatəsi çox genişdir. Coğrafi terminlər kimi fitonimlər - bitki və gül-çiçək, ağac, yarpaq, budaq kimi sözlər də poe-tikləşə bilir. Dünya dillərinin əksəriyyətində bitki və heyvan adlarının metafo-rikləşməsi ilə düzələn frazeologizmlər mövcuddur. «Zoometaforizmlər bütün dillərin lüğət tərkibinin bir təbəqəsini təşkil edir... dil daşıyıcısının məxsus olduğu həyat tərzi, yaşayış şəraiti ilə, mühitlə ilk növbədə xalqın milli xüsu-siyyətləri ilə sıx surətdə bağlıdır»1.Azərbaycan dili də belə ifadələrlə zəngin-dir. Ümumiyyətlə, türk dillərində, o cümlədən də Azərbaycan dilində bu 1 Hacıyeva A.K. Zoometaforizmlər (ingilis və Azərbaycan dillərində) // NDA, Bakı , 2005, səh.. 9

Page 6: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

11

sözlər xalqın düşüncə tərzinə, ruhuna, psixologiyasına o qədər doğmadır ki, onun ad sistemində də əsaslı yer tutur (Çiçək, Lalə, Nərgiz, Qərənfil, Budaq və s.). Bədii əsərlərdə bu sözlər frazeoloji birləşmələrdə metaforikləşərək fərdi ifadələrin yaranmasında komponent kimi işlənir. Nümunələr: gülün həyası, yarpaqların nəğməsi, lalələrin gözü və s. Üçüncü növ ismi söz birləşməsi tipində formalaşan birləşmələrə müxtəlif məqsədlərlə həm söz artırıla bilir, həm də tərəflər söz birləşmələri və həmcins üzvlər vasitəsi ilə ifadə olunur. Məsələn: dağların çatılan qaşı,taleyin yeni döngəsi və s. 3. Mücərrəd isimlərlə formalaşanlar. Şairlər mücərrəd isimləri gündəlik həyatımızla, məişətimizlə bağlı kül, ətək, kündə,dəyirman,dam, çəpər, bazar kimi sözlərlə yanaşdırıb elə frazeoloji birləşmələr işlətmişlər ki, həmin birləşmələrdə xalqımızın düşüncəsi və həyat tərzi şairin poetik təxəyyülü ilə özünün bədii ifadəsini tapır. Konkret ifadələrə baxaq: istəyin külü, baxtın dəyirmanı, ağlımızın damı, nalənin ətəkləri, dərdimin pəncərəsi, zülmün bazarı, əsarətin çəpəri və s. Şairlər həyat hadisələrini ümumiləşdirmək, mühitə real fəlsəfi düşüncə ilə yanaşmaq üçün daha çox mücərrəd sözlərə müraciət edir, dilin ən adi söz vahidi ilə fikirlərini obrazlı, həm də oxucu üçün gözlənilməz yeni ifadələrlə verməyə nail olur. Əlbəttə, oxucu üçün kədərin oğrusu, taleyin yeni döngəsi, xatirələrin ləpiri, ağlın sərkərdəsi kimi ifadələr yenidir, orijinaldır və bunların hamısında sənətkarın mövqeyi, həyat düşüncəsi öz əksini söz sənətindəki fərdi üslubda tapır. Dissertasiyanın II fəsli 1990-2000-ci illər poeziyasında üslubi feli frazeoloji ifadələrə həsr olunmuşdur. Fellər yalnız kateqoriyalarının çoxlu-ğuna görə deyil, çoxmənalılığına, məcaziliyinə, frazeoloji ifadələrin yaran-masında yaratdığı yüksək ekspressivliyinə, emosionallığına, milliliyinə görə də digər nitq hissələrindən fərqlənir. Feli frazeoloji ifadələr əsasən iki sözdən yaranaraq, aralarında leksik-se-mantik və qrammatik münasibət olur. Birləşmənin tipindən asılı olaraq onlar məna cəhətdən yanaşma əlaqəsi ilə düzəlir, komponentlərin əlaqələnməsində isə qrammatik vasitələr – hal şəkilçiləri iştirak edir. Feli frazeoloji ifadələr fellərin dilin müxtəlif leksik laylarına aid sözlərə yanaşması ilə formalaşır. Burada felin məna növləri ilə yanaşı, isim kompo-nentinin də məna yükü həlledici olur. Bu apardığımız tədqiqatda da nəzərə alınmış və ismi komponentlərinə görə bölgülər verilmişdir. 2.1. Bu illərin poeziyasında bədən üzvlərinin adlarını bildirən sözlərin əsasında formalaşmış ad+fel modelli fərdi frazeologizmlər daha çoxdur. Ürək sözünün komponentliyi ilə poeziyamızda olduqca maraqlı və yeni ifadələrə rast gəlirik. Məsələn, Məmməd Araz ürəyi ayıq saxlamaq, ürəyə təpinmək, Bəxtiyar Vahabzadə ürəyində göyərmə, Zəlimxan Yaqub qəlbdə qaynamaq, Nüsrət Kəsəmənli ürəyi dərmək, Ramiz Qusarçaylı ürəyi sərmək

12

kimi orijinal, üslubi səciyyəli ifadələr işlətmişlər. Bu ifadələri yeni səsləndirən birləşmədəki fellərin çoxmənalılığını şairlərin öz məqsədlərinə uyğun işlədə bilmələridir. Frazeoloji ifadələrin əsas komponenti kimi çıxış edən həmin fellərin leksik mənalarına görə hərəkət, iş, nitq, təfəkkür, görmə, eşitmə, hal-vəziyyət qrupları vardır və konkret leksik mənalarda hərəkətin müxtəlif cəhətlərini bildirirlər. Lakin bədii ədəbiyyatda şairlər felləri elə sözlərlə yanaşdırıb işlə-dirlər ki, birləşmədəki sözlər bütövlükdə məcaziləşərək, bir məna, bir məfhum ifadə edir, ifadələrdəki məna rəngarəngliyini yaradan da məhz fellərin çoxmə-nalılığı və zəngin semantik təbiətidir. Feli birləşmələrdə, qeyd etdiyimiz kimi, ən çox iki müstəqil söz olur, lakin bəzən iki və daha artıq sözdən də ibarət ola bilir. «Birləşmələrin komponentləri arasında işlənən köməkçi sözlər onların quruluşuna təsir etmir, sadə birləşməyə əlavə edilən hər bir müstəqil mənalı söz ona məna zənginliyi gətirir və onun sadə birləşmələrdən həm formaca, həm də məzmunca fərqlənməsinə səbəb olur»1. Ürək, göz sözləri ilə düzələn bu tipli ifadələrin bəzilərinə nəzər salaq: ürəyin od alması, ürəyin buz tutması, minnətli ürək almaq. Dil və üslubca zəngin olan Məmməd Arazın əsərlərində üslubi səciyyəli ifadələrə tez-tez rast gəlmək olur: Gözünün nurunu qapıb gözündən; Gözünə daş atır insan insanın.. Şairə Firuzə Məmmədlinin şeirləri belə ifadələrlə zəngindir: Gözlərimdə gəzdirirəm, gözümə çökür, gözlərimə qonacaq, gözü-müzü sıxa bilirik qəlbimizə, rahatlıq vurğuları; səpərəm gözlərimlə və s. Fel komponenti məhz, mürəkkəb fellərlə işlənmiş frazeoloji ifadələr də işlənmə məqamlarına görə maraqlı görünür: Gözünə daş atır insan insanın, sakitcə əyləşib gözlərimizdə, duru gözlərə də təpilə bilir, göz yaşımı kiritməyə gəlmişəm və s. Zəlimxan Yaqubun şeirində «Gözdən arx açılmaq» ifadəsi də maraqlı görünür. «Fikrin fərdi ifadəsi məhz dil üçün adi olmayan söz birləş-mələrinin işlənməsidir. Belə birləşmələr müəllifin demək istədiyi fikrə bizim diqqətimizi daha çox cəlb edir. Məhz əvvəllər dildə işlənməmiş bu qeyri-adi ifadələr daha effektli olur, ona görə də şairlər belə ifadələrin işlənməsinə meyl edirlər»2. Baş sözü elə gözlənilməz fellə yanaşdırılır ki, o, leksik mənasından uzaq-laşır, yanaşdığı sözlə məna uyuşmasına girərək yeni bir ifadə yaradır, bədii əsər üçün obrazlı, poetik vasitəyə çevrilir. Məsələn: beyinlərdə fikir dondu, ürək qovdum, baş oynatdım. Ən sərt dalğanı qov, tuşla başımdan: Açım qollarımı, xışda başımdan; başı-gözü dərd əlilə yolundu. Qulaq, qaş, göz, üz, sifət, dodaq sözləri ilə yaranan ifadələrə diqqət edək: qulağını qazmaq, Millət oğlu, gərək indi sənin səsin; Qulaq deşə, ağız yuma, 1 Seyidov Y. Əsərləri. IV c. Bakı, BDU-nun nəşri, 2007. səh.. 231 2 Вопросы языка современной русской литературы. Москва , Наука,1971, 416 с.

Page 7: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

13

göz batıra, Mürgülədin: Bir çimirdə qulağına qum tökdülər; eşitmədin( M.A.), Qulaq dayamadım bəd sorağına(Y.N.), Bir qulağı günahından dərən yox. (F.M.11.) və s. Ramiz Qusarçaylı «Soyuq dəyib» başlıqlı şeirində, Baş yanır, üz üşüyür; Qaş yanır, göz üşüyür; Firuzə Məmmədlinin «Kim yamadı» şeirindəki «yamamaq» feli ilə işlənən: Bu bazarı bu bəşərin qismətinə kim yamadı?.. sifətinə kim yamadı? Kim yamadı bu gedişə bu sürüşən ayaqları; Bu irişən dodaqları kim yamadı misralarını oxuduqda onun sənətkarlığı haqqında deyilmiş sözləri tamamilə təbii görünür. Şairənin «Ömür yolu» şeirindəki: Gözünün istisi payızdan ötür; Üzündə kəsişir. Ay şırımları, ilıq bir təbəssüm qonur üzümə misralarındakı ifadələrdə onun qələmindəki fərdilik, sözlərdəki dərin mənalar duyulmaqdadır. Ağız, dil, diş, dodaq vahidləri ilə düzəlmiş frazeoloji vahidlər işlənmə məqamlarına, struktur və semantikasına görə şairlərin fərdi üslubları ilə bağlıdır. Yusif Nəğməkarın «Vətən torpağı» şeirində vətən məfhumu, vətən haqqındakı düşüncələri: köksü qabarmaq, qəlbi qürurlanmaq, dilin buz bağla-ması, ürəyin çağlaması kimi frazeoloji birləşmələr vasitəsilə vətənin əzəməti, vətənə məhəbbətin ülviliyi insanın gözləri qarşısında məhz dilin ruhundan, onun daxilindən gələn sözlər, ifadələr vasitəsilə canlanır. Söz sərrafımız Məmməd Araz «qarın» sözü ilə çox maraqlı bir ifadə işlə-dir: Dünyanın qulağı ağır eşidir; Qarnıyla eşidir yekə qarınlar. Şair ümumi-ləşdiyi obrazı (yekə qarınlar) qeyri-adi bir ifadə tərzilə oxucusuna çatdırmaq-la, həm də sözün məna yükünü meydana çıxarmış, beləliklə adi söz onun qələ-mində yeni ruh, üslubi məqam qazanaraq, poetik-satirik vasitəyə çevrilmişdir.

2.2. Coğrafi söz-terminlər əsasında formalaşmış üslubi feli frazeoloji ifa-dələr coğrafi-obyektlər, təbiət hadisələrinin adlarını bildirən sözlərlə işlənmiş feli frazeoloji vahidlərə demək olar ki, şairlərimizin əksəriyyətinin əsərlərində rast gəlirik. Çünki hər bir bədii əsərin əsasında duran insan yaşadığı cəmiyyət və onu əhatə edən təbiətlə sıx bağlıdır. «Klassik şərq elmində təbiət və cəmiyyət üzvi vəhdətdə öyrənilirdi»1. Odur ki, yazıçılar insan, cəmiyyət, dün-ya, dünyaya münasibətin fəlsəfəsini, insanın keçirdiyi hissləri oxucuya obrazlı çatdırmaq üçün dilin bütün leksik laylarından məharətlə istifadə edir, sözləri yeni-yeni mənalarda işlədir və nəhayət, insan haqqında düşüncələrini mühit ilə vəhdətdə ümumiləşdirilmiş bədii şəkildə ifadə edirlər. Təbiət hadisələri ilə bağlı söz-terminlər konkret mənalı, hamının işlətdiyi xalqın həyatında, məişətində uzun zamandan bəri yaşayan lüğət tərkibinin qədim laylarındandır və buna görə də milli səciyyə daşıyır. Bir-iki söz istisna edilərsə, bunların hamısı türk mənşəlidir. Belə frazeoloji ifadələrə şairlərimizin demək olar ki, əksəriyyətində rast gəlmək olur. Görkəmli sənətkarımız M.Arazın qələmindən elə ifadələr çıx- 1 Sadıqova S.S. Elmin obrazlı söz cildi // Filologiyanın aktual problemləri. Bakı, 2006, s.137-148.

14

mışdır ki, şairin düşüncə tərzi təbiət hadisəsi kimi tutumlu, qüvvətli bir tərzdə oxucunun ürəyinə yol tapır, onun hisslərinə hakim olur: Küləklər danışır öz dillərində… Ağaclar danışır ağıllı – başlı, Alıb küləyini qoluma, dağlar; Zirvədən -zirvəyə uçmaq istərəm. Şairin bu misralarında «külək dili», «ağac dili» bir-ləşmələri də diqqəti çəkir. Xalq yaradıcılığı nümunələrində – nağıllarımızda, dastanlarımızda, klassiklərimizdə tez-tez rast gəldiyimiz «quş dili» dedikdə tək quşlara məxsus deyil, bütün canlı, cansız varlıqların dili nəzərdə tutulur. Təsadüfi deyildir ki, qabaqcıl şairlərimizin əsərlərində «ağac dili», «dağ dili», «meşə dili», baharın, quşun, yazın dili, naz dili, saz dili və s. ifadələrinə rast gəlmək olur. Küləklə bağlı gətirdiyimiz nümunələr də («Küləklər danışır öz dillərində», «Ağaclar danışır ağıllı - başlı») küləyin, ağacın dili də bu qəbildən-dir. Bəxtiyar Vahabzadənin «külək» sözü ilə işlətdiyi frazeoloji ifadələrdə dərin məna,emosionallıq,özünəməxsus metaforizm vardır: Həm külək nalə çəkir, həm də kaman ağlayır. Şairin işlətdiyi külək gileylənir, külək təpikləyir, külək dişləyir ifadələr də dərin məna yükü və qüvvətli ekspressiyaya malikdir. Bulud sözünün komponentliyi ilə düzəlmiş ifadələr də çoxdur.Nüsrət Kəsəmənlinin « Qapamayın gözlərimi» kitabında bu leksik vahidlə yaranmış rəngarəng ifadələrə rast gəlirik: Buludlar biçilir ay orağında, Buludları göylərdə qovurdu səsim, Yenə xısın-xısın ağlayır bulud, Ayı bulud udacaq; Ay işığını biz. Digər şairlərin şeirlərindən nümunələr: Buludlardan qanad taxmaq, Buludlar yerindən oynadı lay-lay; Buludlar hönkürdü göyün üzündə. Bu birləşmələrdəki fellərin hamısı insana aid hadisə, əlamət, fəaliyyəti bildirir. Fellərin çoxmənalılığı, semantik mahiyyəti və yanaşdığı sözlə əlaqələn-məsi frazeoloji ifadənin formalaşması üçün dildaxili amildir, şair mövqeyidir. 2) Coğrafi obyektlərin adlarını bildirən söz-terminlərlə düzələn frazeoloji ifadələr. Göy sözü ilə düzəlmiş ifadələr bu qəbildəndir: Bəlkə bu həsrətdən kövrələr göylər; Bəlkə buludlar da hicrana düşər; Kövrək bir bacıya çevrilər göylər, Yer hıçqırır, göy dinirdi, Yermi gücdən düşüb, göymü soyuyub. Bulaq sözü ilə: Bulaqlar hönkürür, ağlayır indi, bulaq üşüdü, çevrildim çeşməyə qarışdım çaya, İllərdi ağlayır orda bir bulaq. Dəniz, dalğa, ləpə, sahil sözləri ilə: Dəniz sevinirdi gəlişimizə, Yüyürdü dalğalar,süründü ləpələr, Laçında dil açıb hər qaya, hər daş, Baharda al geyib, bəzənsə bağlar, zirvələr gülümsər, bulaqlar çaglar. Birləşmələrdəki coğrafi adlar nominativ mənasını itirməmişdir. Obyektlə-rin konkret adlarıdır kimi sabit məna daşıyıcısıdır. Tərkib daxilində fellərin yanaşması ilə yaranan yeni boyalar yalnız müqayisə, tutuşdurma məqamları, məcazlaşdırma və metaforikləşmə ilə yaranmışdır. 2.3. Mücərrəd isimlər əsasında yaranmış feli frazeoloji ifadələr. Müasir Azərbaycan poeziyası mücərrəd isimlərlə fellərin yanaşmasından formalaşan üslubi frazeoloji ifadələrlə zəngindir.

Page 8: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

15

İsmayıl Məmmədov «Azərbaycan dilinin semantikası» adlı kitabında ümumiləşdirici və mücərrəd mənalı sözlərin tarixən və müasir dilimizdə də bol-bol işləndiyini qeyd edir: «Sözün mənası bilavasitə obyektiv aləmlə müəyyənləşir, tənzimlənir, dil vahidlərinin məzmunu vasitəsilə gerçəkliyin dərk olunmuş, mənimsənilmiş cəhətləri abstraksiyalarda ifadə olunur»1. Bu proses özünü bədii ədəbiyyatda daha qabarıq göstərir. Müasir Azərbaycan poeziyasında elə mücərrəd isimlər vardır ki, onlar frazeoloji ifadələrin formalaşmasında daha fəal iştirak edir və əksər şairlər bu leksik vahidlərə tez-tez müraciət edirlər. Müasir ədəbi dilin, bədii üslubun inkişafında böyük xidmətləri olan gör-kəmli şairlərin əsərlərində dilimizin məna zənginliyini, poetik-estetik gücünü, ruhunu, milli gözəlliyini, ifadə yaradıcılığını məhz onların yaratdıqları yeni ifadələrdə görə bilirik. Bu ifadələr okkazional səciyyə daşıyır, onu işlədən şairə məxsusdur, digərlərinin dilində işlənmir. Şeirimizdə «haqq» sözünün komponentliyi ilə formalaşmış feli frazeoloji vahidlər də çox işlənmişdir. Haqq – doğru, düzgün, həqiqi, hüquq, ixtiyar kimi mənaları daşıyır. Mücərrəd anlayış bildirən “haqq” sözü vasitəsilə insanların cəmiyyətlə, həyatla bağlı haqları, taleləri şairlərin yaradıcılıqlarının əsasında dayanmış, mücərrəd anlayışı bildirən sözün iştirakı ilə işlətdikləri frazeoloji ifadələr vasitəsilə məhz bu keyfiyyətləri bədii şəkildə ifadə etməyə çalışmışlar. İlk növbədə Bəxtiyar Vahabzadənin yaradıcılığına nəzər salaq: Zülmə, haqsızlığa haqq əl açardı, Haqqa qılınc çəkib vicdana qıydı, Haqqa tapınanın haqqı yeyildi; Haqqı tapdayana «kişi» deyildi, …Haqqın uzun ipinə bax, o yumaqda; Haqq ağladı ürəklərdə; Dünyadasa tapılmadı, Yorulmur bu qədər haqqı çeynəyən; Halal qismətimiz bizdən gen düşüb, Şəhidlər bu torpağa, xalqa səcdə qıldılar; Haqsızlığın üstündən haqqa körpü saldılar. Məmməd Araz da «Nahaq haqla yanaşı» şeirində «haqq» sözü ilə formalaşmış frazeoloji birləşmələr vasitəsilə fikrini daha kəskin, daha qüvvətli ifadə etməyə nail olur: Haqqı dən-dən əkən; dən-dən də yığan; Haqqın haqq işinə inanmalıyam, Haqq işə qol qoymaz kəssən əlini (49).

Poeziyada «haqq» sözünün sinonimi olan «ədalət» vahidi ilə də dərin mənalı ədalət əkmək, ədalət basdırmaq və s. kimi ifadələr işlənmişdir: Ədaləti öldürübsə, xəyanətin zərbəsi; Gələcəyin məhkəməsi sanma adil olacaq. Mücərrəd isimlərlə yaranan feli birləşmələrdə sözlərin mənalandırılması, konkretləşdirilməsi sənətkarların sözləri yerində işlədə bilməsi məharəti və güclü məntiqləri ilə bağlıdır.

Bəxtiyar Vahabzadə «Qəm-şadlıq» şeirində bu sözün fəlsəfi anlamını hikmətli söz səviyyəsində, poetik bir dildə verir. Kədər düşüncədir, qəm düşüncədir; Qəmin pəncəsində düşünürük biz; Qəm fikrin açarı, ağlın ustadı; 1 Məmmədov İ. Azərbaycan dilinin semantikası. Bakı, Xəzər, 2006, 369 s.

16

İdrak qəm daşına dəydi parladı. Ümid vahidi ilə yaranmış: ümid yamamaq, ümid göyərtmək, ümid yandır-maq, ümid hörmək, ümid becərmək ifadələri də maraqlıdır. Ömür mücərrəd ismi ilə yaranmış frazeoloji ifadələr də çox yeni səslənir: ömür əritmək, ömrü girov qoymaq, ömür yükləmək və s. Zaman, vaxt sözləri ilə yarananlar: zaman ağlayır, zaman utanır, zamanın kar qulağına qışqırmaq, vaxtları atdan düşürmək, zamanı duelə çağırmaq.

Yalan sözü ilə olduqca maraqlı ifadələr işlənmişdir. Dilindən gəlmədi yalan söyləmək; yalanı əkə bilmək, becərə bilmək. Ağızdan, kağızdan göyərər yalan, daha öz – özünə hönkürür yalan, yalanı yeməkdən, demək yaxşıdır. Böyük söz sərrafı Bəxtiyar Vahabzadə «Yalan bazarı» şeirində yalanın göyərməsindən, qol açmasından, yalan üyütmək, yalanların yaxasının düymə-lənməsi kimi qeyri-adi, təkrarsız birləşmələrlə fikrini daha kəskin ifadə etməklə yanaşı, həm oxucusuna sözün gücünü, qüdrətini göstərməklə, həm də onun zövqünü zənginləşdirmişdir. Poeziyamızda eşq, vüsal, sevinc, nəvaziş, kədər sözləri ilə yaranan vüsal inciyər, küsər, qıvrılıb yatar, ağlayar, eşq yelləmək frazeoloji ifadələri də fərdidir, funksiyası, poetikliyi ilə bədii mətnə yeni obrazlı ifadə gətirmişdir. Bu prosesdə, şübhəsiz ki, şairlərin sözləri yeni biçimdə işlədə bilmə bacarıqları, dili mükəmməl bilib duyma qabiliyyətləri mühüm rol oynayır. Məcazın müxtəlif növlərindən ustalıqla istifadə etməyi bacaran görkəmli şairimiz Məmməd Araz sözlərə şair həssaslığı ilə yanaşaraq şeirlərində sel qatlamaq, zamanın doğması, əsrin səsinin donması, daşdan süd əmmək, dərə-ni, düzü yırğalamaq, çalxalamaq, dünyanı üyütmək, qaranlığı süpürüb tökmək və s. kimi feli frazeoloji ifadələr çox işlənmişdir. Həqiqətən də, dilin daxili qanunauyğunluqlarında elə reallıqlar vardır ki, adi nitqdə nəzərə çarpmasa da, şairlər onları işlətdikləri birləşmədə – sintaktik mühitdə reallaşdıra bilirlər. Məsələn, Nüsrət Kəsəmənlinin işlətdiyi frazeoloji vahidlərdə fellərin mənalarının necə fəallaşdığını, sintaktik mühitdə necə yeni mənalar qazandığını görürük: Çılpaq qayalardan qorxu boylanır..; Küləklə döyüşür çılpaq budaqlar, Göylərdən ulduzlar dərəcək bəlkə; Vallah, sizinkinə toxunan deyil, İzin göyərsin sənin; Oxu. Qarabağımda; Səsin göyərsin sənin, Zəlimxan Yaqub: Namərdi kim çağırdı; Göydən ölüm yağırdı, Elə ki, cəsarət axdı damardan; Kişilik yarandı, məslək doğuldu, Bir az cilovlayın tamahınızı misraları maraq doğurur. Nüsrət Kəsəmənlinin, Zəlimxan Yaqubun işlətdiyi bu ifadələrdə obraz-lılıq, ekspressivlik fellərdəki məcazilik və bundan doğan poetik fiqurlar – metaforalar, metonimiyaların hesabına yaranmışdır. Yalnız şairin fərdi təfək-küründən, estetik zövqündən, dili dərindən duyumundan, şifahi xalq ədəbiy-yatının müxtəlif janrlarına yaxından bələdliliyindən belə ifadələr (qorxunun boylanması, izin göyərməsi, ulduzları dərmək və s.) yarana bilər. «Ümumiy-

Page 9: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

17

yətlə, frazeoloji ifadələrin üslubi imkanlarından bəhs etmək, bir tərəfdən bu və ya digər mətndə mənanın ümumi tələbindən asılı olaraq bu ifadələrin potensial imkanlarını müəyyən etməkdirsə, o biri tərəfdən, sənətkarın ədəbi-bədii dilin xəzinəsini necə və hansı vasitələrlə zənginləşdirdiyini, ədəbi dilin ümumi inkişaf xəttində onun üslubunu, fərdi yaradıcılıq manerasını aşkara çıxarmaq deməkdir»1. Dissertasiyanın III fəsli üslubi frazeoloji ifadələrin semantik xüsusiy-yətlərinə həsr edilmişdir. Frazeologiya leksik-semantik kateqoriyalarla sıx bağlıdır. Azərbaycan dili sinonimlərlə və antonimlərlə zəngin bir dildir. Frazeoloji sinonimlik, anto-nimlik də əsasən dildə mövcud olan leksik sinonim, antonim anlayışları əsasında yaranır. Şairlər dilin bu vahidlərindən öz məqsədləri üçün uğurla is-tifadə etmiş, bədii dilə həm semantik, həm də poetik cəhətdən gözəllik, ob-razlılıq gətirə bilmişlər. 3.1. Sinonim frazeoloji ifadələr. Fikrin qüvvətli, rəngarəng ifadəsində sinonimlər müstəsna rol oynayır. Bədii üslubda bunların işlənmə məqamları daha genişdir. “Frazeoloji birləşmələrin təbiətinə məxsus olan yığcamlıq, obrazlılıq, ifadəlilik, təkrarolunmaz ekspressivlik onların həm danışıq dilində, həm də bədii dildə geniş istifadə olunmasına imkan yaradır. Fikrin qüvvətli, təsirli və emosional ifadəsi üçün çox vaxt sinonimik cərgədə bu və ya digər sinonim frazeoloji tərkiblə əvəz edilir.”2 Tədqiq etdiyimiz dövrün poeziyasında sinonim frazeoloji ifadələr xüsusi yer tutur. Dövrün qabaqcıl şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub, Nəbi Xəzri, Yusif Nəğməkar, Firuzə Məmmədli və başqaları əsərlərində dilin ruhundan, yaradıcılıq təbiətindən gələn üslubi səciyyəli sinonim frazeoloji ifadələr işlətmişlər. Adlardan ibarət sinonim frazeoloji ifadələr. Frazeoloji ifadələrdə sinonim zənginlik məhz leksik sinonim sözlərin hesabına yaranır. Belə ifadələr daha çox isim+isim, sifət+isim modelində formalaşır. a) isim+isim tipli sinonim frazeoloji ifadələr: Ana dilimizdən çəkilir bu gün; Bayatı şirəsi; Bayatı şəhdi, Əsəb oğrusunu, qəlb oğrusunu; Sevinc oğru-sunu kim tutacaqdır? Ömrümün naxışı, bəxtimin xalı; Dadda, şirinlikdə bal, şəkər dilim! Haqsızlığın sarayını sökəndə; çay ömrünü, sel ömrünü yaşayır və s. Bəxtiyar Vahabzadənin işlətdiyi bayatı şirəsi, bayatı şəhdi, vicdan oğrusu, qəlb oğrusu, əsəb oğrusu, sevinc oğrusu kimi fərdi-üslubi ifadələrdə əsas sözlərin təkrarlanması fikri qüvvətləndirmiş, şairin hiddəti, qəzəbi, istehzası məhz «oğurlamaq» felinin təkrarlanması ilə vurğulanmışdır. Eləcə də Zəlimxan Yaqub, Nəbi Xəzri misralarda komponentləri təkrar işlətməklə 1 Əhmədov F.Z. XVIII əsr Azərbaycan ədəbi dilinin inkişafında Vidadinin rolu . Bakı ,2005, 93-94. 2 Əfəndiyeva T. Azərbaycan dilinin leksik uslubiyyatı. Bakı, 1980, səh . 35

18

məqsədlərinə nail ola bilmişlər. Şairlərin müxtəlif leksik laylara aid sözləri yanaşı işlətməklə yaratdıqları dərd bazarı, qurd bazarı, çay ömrü, sel ömrü, çınqıl xəbərləri, qum xəbərləri kimi qeyri-adi sinonim ifadələr mətndə dərin məna kəsb etməklə yanaşı, ümumi məna ətrafında əsas mərama düzgün yönəldilmişdir. b) sifət+isim tipli üslubi sinonim frazeoloji ifadələr. Belə birləşmələrdə əsas komponent ismi təyin edən sifət olur və ifadələrdəki obrazlılıq, fikrin dəqiq açıqlanması yükü də məhz sifətin üzərinə düşür: İşıqlı ürəklər, nurlu könüllər; Çırağı sönənə çıraq olurlar, Bu qoca dövranın, kaftar dünyanın; Aşının altında zəhər var imiş, Təzə nisgilimi, təzə dərdimi; Bu gün calaq edir o, köhnə dərdə.

Sinonim ifadələrin bəzisində komponentlərdən biri müasir dil üçün arxaikləşmiş qədim türk sözüdür. Məsələn, qədim və orta əsr abidələrində işlənmiş ulu, ulus, ün, əski, yağı, soy, suç, yavuq və s. kimi sözlərin yenidən dildə fəallaşması, işləklik qazanması müsbət hal kimi qiymətləndirilə bilər.Belə sözlərin poeziyada işlənməsi oxucunu qədim türk sözləri ilə tanış etməklə yanaşı, onlarda baş vermiş semantik dəyişikliyi də izləməyə imkan verir. Feli sinonim frazeoloji ifadələr. Bu ifadələrdə əsas komponent feldir və əsas fikrin verilməsi məhz onların mənalarından asılıdır. Fellər birləşmələr daxilində əsas mənalarını zəiflədir, bəzən isə itirə bilir. Bu da onların çoxmə-nalılığı, məcaziləşməyə meyilliliyi və milliliyi ilə bağlıdır. Belə ifadələr adətən isim+fel modelində olur: Əllərim yarpaqlayıb, əllərim çiçəkləyib; Daha yorulmuşam ümid çapmaqdan, ümid talamaqdan bezmədi səbrim.

Frazeologiyanın tərkibində xüsusi bir lay təşkil edən atalar sözü və zərb məsəllər bitmiş fikri ifadə edən cümlə şəkilli ifadələrdir: Əritdi zülməti vulkan əlləri; Qırdı zəncirləri qabarlı əli, Aşıq, köyrəltmə simləri; Köyrəldib ağlatma simləri; Aşıq, göynətmə simləri; Göynədib sızlatma simləri və s.

3.2. Antonim frazeoloji ifadələr. Antonimlər qədim dövrlərdən həm şifahi, həm də yazılı ədəbiyyatda işlənmişdir. Cəmiyyətdə həmişə yaxşını pisdən, mənfini müsbətdən ayırmaq kimi insana məxsus keyfiyyətlər, onu əhatə edən varlıqlar haqqında təsəvvür, anlayışlar əsasən əks və zidd cəhətləri qarşılaşdırma yolu ilə mümkün olmuşdur. Frazeoloji birləşmədə antonimliyi yaradan ya isim, ya fel, yaxud da hər iki komponent əsas olur. Çoxşaxəli yaradıcılığa malik dövrün qabaqcıl şairləri mövzuları ilə bağlı antonim frazeoloji ifadələrdən özlərinə məxsus tərzdə böyük sənətkarlıqla istifadə etməyi bacarmışlar. Bəxtiyar Vahabzadə şeirlərində adi sözləri böyük ustalıqla, həm də dərin fəlsəfi məzmunda antonim qarşılığı ilə işlədərək fikrini oxucusuna bədii formada yüksək emosionallıqla çatdıra bilmişdir. Frazeoloji antonimlərin işlənmə rəngarəngliyinə diqqət yetirək: Yalan kərpicindən yönsüz, qibləsiz; «Həqiqət» adında sarayımız var, Mənim bəyaz xeyrimi qara şərə yozdular. Başqa bir misal: Yamanlıqla yaxşılıq bir-birinə qarışdı;

Page 10: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

19

Həqiqəti rəngləyib, ağartdılar bozları. Antonimlər üçün səciyyəvi olan qarşılaşdırmada təyinedicilik, qiymətve-ricilik xüsusiyyəti həm komponentlərin ismi söz birləşmələri modelində olması, həm də abstrakt sözlərin (haqq, həqiqət, xeyir, şər) üstünlüyündədir. Sənətkar həyat ziddiyyətlərini, kontrastlı lövhələri məhz haqqın taxtına nahaqqı mindirmək, haqqın savaşı, ağırla yüngülü qarışdırmaq və s. kimi fəlsəfi anlamlı antonim sözlərin hesabına nail olmuşdur. Təbiət hadisələrinin, coğrafi obyektlərin, ilin fəsillərinin adlarını bildirən sözlərin iştirakı ilə şeirimizdə elə antonim biçimli frazeoloji birləşmələr işlənir ki, onlarda dərin məna, insanı əhatə edən canlı-cansız varlıqların metaforikləşmiş ifadə forması yüksək səviyyədədir. Şairlər cansız varlıqları şəxsləndirməklə; Meşə dinir, bulud ağlayır, payız əkilir, yaz biçilir, bulaqlar hönkürür,güllələr qaqıldaşır kimi obrazlı ifadələr yaratmış, sözlərə yeni mənalar gətirməklə obrazlı nitqdə onların mənalarını, işlənmə çərçivəsini daha da genişləndirmişlər. Antonimlik bəzən heyvan adlarını bildirən sözlər vasitəsilə də yarana bilir. Zoometaforizmlər məhz heyvan adlarını bildirən sözlərlə əmələ gəlir. Dilimizdə belə ifadələr çoxdur. Xüsusilə satirik əsərlərdə heyvan adları ilə müqayisə satirik ifadə vasitələrindən biridir. Şair Ramiz Qusarçaylı dənizlə, dalğa ilə bağlı pələng, quzu sözlərini qarşılaşdırmaqla mətni antonim ifadələr işlətmişdir: Gah coşub yaralı pələngə dönər; Gah yetim quzuya dönər bu dəniz, Təpənin əlində dağ aciz qalıb; Boğulan pələngdi, boğan pişikdi. Frazeoloji ifadələrin böyük bir qismi mücərrəd isimlərin əsasında yaranır. Antonim ifadələrdə bu özünü daha qabarıq göstərir. Belə ifadələrin bir qismi ad, əyri-düz, sevinc-dərd, təzə, köhnə, qürbət-vətən, sədaqət-xəyanət, bir qismi fel, Zaman tarlasında gərək böyüklər; Mehribanlıq əkib, məhəbbət biçə, Həsrət göynəyər, nəğmə göyərər, bir qismi isə həm ad, həm də fel komponenti ilə formalaşır. Niyə illər susdu, illər kiridi; Vüsal boyun bükdü; Hicran yüyürdü, Halal damla-damla dönər ümmana; haramsa axaraq gedər sel kimi. «Bədii ədəbiyyatda təzad, kontrast yaratmaq üçün antonimlərə çox tez-tez müraciət edilir. Yazıçı hər hansı bir hadisəni, tipi əks, zidd planda vermək, qabarıq şəkildə təsvir etmək üçün antonimlərdən istifadə etməli olur»1. Beləliklə, poeziyamızda söz sərrafları şeirlərinin məzmununa uyğun anto-nim frazeoloji ifadələrdən uğurla istifadə etmiş, dildə mövcud olan frazeoloji ifadələrlə yanaşı, üslubi-fərdi ifadələr işlətməklə fikirlərini sənətkarlıq qüdrətilə nümayiş etdirə bilmişlər.

Dissertasiyanın sonunda tədqiqatın başa çatmasından sonra əldə olunan aşağıdakı nəticələr ümumiləşdirilmişdir:

1. 1990-2000-ci illərin poeziyasında müasir həyatımızın bütün səciyyəvi 1 Məhərrəmova R.C. Mirzə Ələkbər Sabirin söz dünyası. Bakı, Nurlan , 2006. səh. 210

20

cəhətləri tərənnüm olunmuşdur. Bu poeziyada müasirlik əsas olsa da, xalqın keçmişi və klassik irsimiz şifahi xalq yaradıcılığı ilə sıxı əlaqədə inkişaf etmişdir. Müasir poeziyamızın qabaqcıl şairləri Məmməd Araz, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Qabil, Fikrət Qoca, Nüsrət Kəsəmənli, Vaqif Səmədoğlu, Yusif Nəğməkar, Firuzə Məmmədli və başqalarının əsərlərində Dədə Qorqud, Nəsimi, Füzuli, Vaqif, Vidadi, Sabir, Səməd Vurğunun ruhunu, ətrini, ifadə tərzini hər addımda hiss edirik.

2. Çoxşaxəli, zəngin poeziyamızda şairlər mövzuları, qayələri, tiplərinin düşüncəsi, daxili aləmləri ilə bağlı dilimizin əsrlərdən bəri yaratdığı zəngin irsindən, ənənəvi ifadələrindən bəhrələnməklə yanaşı, onlarla yeni frazeoloji birləşmələr yaratmış, dilin daxili və yaradıcı imkanlarını üzə çıxara bilmişlər.

Bədii ədəbiyyata gətirilmiş hər bir yeni ifadə dil üçün, dil yaradıcılığı üçün çox maraqlıdır, fərdi üslubun əsas əlamətlərindəndir.

3. İsmi frazeoloji ifadələr I, II, III növ ismi birləşmələr modelində formalaşaraq, bütöv bir sintaktik söz birləşməsi kimi işlədilir, feli birləşmələr isə fellərin ismin müxtəlif hallarını idarə etməsi yolu ilə yaranır.

Birinci növ ismi birləşmə modelində olan frazeoloji ifadələr heç bir qrammatik əlamət qəbul etmədən yanaşma sintaktik əlaqəsi ilə yaranır, nitq hissələri ilə ifadəsinə görə sifət+isim, isim+isim,feli sifət+ isim tipində olur.

Şairlər sevinc, kədər, heyrət, alqış, nifrət və sair psixoloji anları olduqca müxtəlif şəkildə, bəzən dil üçün gözlənilməz frazeoloji ifadələrlə verilir. (nağıllaşan millətim, oğullaşan millətim, heykəlləşən Cavid, durnalaşan ümidlər, öskürən kollar, yetimləşən illər və s.).

4. İkinci növ ismi birləşmə tipində yaranan frazeoloji vahidlərdə həm yanaşma, həm də uzlaşma əlaqəsi vardır.

Baş komponentləri coğrafi söz-terminlər, etnoqrafik leksika, məişət sözləri, söz və ifadə yaradıcılığında daha fəal işlənən dil vahidləri və mücər-rəd isimlərdən ibarətdir.

5. III növ ismi birləşmə modelində olan ifadələrin əsas komponentləri somatik leksika, coğrafi terminlər, böyük əksəriyyəti isə mücərrəd isimlərdən ibarətdir. Şairlər həyat hadisələrini ümumiləşdirmək, mühitə real fəlsəfi düşüncə ilə yanaşmaq üçün daha çox mücərrəd sözlərə müraciət etmiş, dilin ən adi söz vahidi ilə fikirlərini obrazlı, həm də oxucu üçün gözlənilməz yeni ifadələrlə verməyə nail olmuşlar. Əlbəttə, oxucu üçün kədərin oğrusu, taleyin yeni döngəsi, xatirələrin ləpiri, çığırların yaddaşı kimi ifadələr yenidir, orijinaldır və bunların hamısında sənətkarın mövqeyi, həyat düşüncəsi öz əksini söz sənətində, fərdi üslubda tapır.

6. 1990-2000-ci illərin poeziyasında bədən üzvlərinin, təbiət hadisələrinin, coğrafi obyektlərin adlarını bildirən söz-terminlər, mücərrəd isimlərin iştirakı ilə onlarla yeni feli frazeoloji ifadələr yaranmışdır. Feli frazeoloji ifadələrdə yeni görünən ifadə tərzləri yalnız fellərin çoxmənalılığı

Page 11: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

21

hesabına yaranmışdır. Şairlər sözlərə həssaslıqla yanaşaraq onlara yeni boyalar gətirmiş və bədii dili poetik fiqurlarla zənginləşdirmişlər.

7. Frazeologiya leksik-semantik kateqoriyalarla bağlıdır. Burada sino-nimlər, omonimlər, antonimlər, frazeoloji ifadələrin çoxmənalılığı, frazeoloji kontaminasiya kimi dil hadisələri mühüm rol oynayır. Şairlərimiz dilin bu vahidlərindən öz məqsədləri üçün uğurla istifadə edərək, bədii dilə həm semantik, həm də poetik cəhətdən gözəllik, obrazlılıq gətirmişlər.

8. Fikrin qüvvətli, rəngarəng ifadəsində sinonimlər müstəsna rol oynayır. Bədii üslubda bunların işlənmə məqamları daha genişdir. Sözlərin semanti-kası, dilin qrammatik qanunları əsas götürülməklə sənətkarların qələmində tək-tək leksik vahidlər məcazlaşdırılaraq bütöv bir obrazlı ifadəyə çevrilir, üslubi imkanları genişləndirir.

Tədqiq olunan dövrün poeziyasında sinonim frazeoloji ifadələr xüsusi yer tutur. Frazeoloji ifadələrdə sinonim zənginlik məhz leksik sinonim sözlərin hesabına yaranır, burada həm semantik, həm də qrammatik amil əsasdır.

Sinonimlər, xüsusilə frazeoloji sinonimlər dilin bütün səviyyələri ilə bağlıdır. Adlardan ibarət sinonim frazeoloji ifadələr daha çox isim+isim, sifət+isim tipində formalaşır.

1990-2000-ci illərin poeziyası bədii ədəbiyyatın ən vacib element-lərindən biri kimi antonim frazeoloji ifadələrlə də zəngindir. Sənətkarlar fikirlərini, obrazlarının daxili aləmlərini olduğu kimi oxucularına çatdırmaq üçün müsbət və mənfi cəhətləri qarşılaşdırma yolu ilə ilk növbədə antonimlərdən istifadə etməyə üstünlük vermişlər.

9. Sənətkarlar insan həyatının müxtəlif sahələri ilə bağlı, adi neytral sözlərin iştirakı ilə elə ifadələr işlətmişlər ki, onlar bədii mətndə dilin poetik göstəricisi kimi çıxış edir. Bu antonim ifadələr dərin mənası, həyatiliyi və şair təxəyyülünün yaratdığı yeniliyi ilə diqqəti cəlb edir.

Bu dövrün poeziyasında təbiət hadisələrinin, coğrafi obyektlərin, ilin fəsillərinin adlarını bildirən sözlərin iştirakı ilə şeirimizdə elə antonim biçimli frazeoloji birləşmələr işlənir ki, insanı əhatə edən canlı-cansız varlıqlar metafo-rikləşir və şəxsləndirilərək; meşə dinir, bulud ağlayır, bulaqlar hönkürür kimi obrazlı ifadələr yaranır, sözlər yeni mənalar qazanır, yazıçı üslubu fərdiləşir, obrazlı nitqdə sözlərin mənaları və işlənmə çərçivəsi daha da genişlənir.

Antonim sözlər və ifadələr tək təzadlı səhnələr deyil, eyni zamanda in-san psixologiyasını, arzu və istəyini göstərmək üçün də sənətkarların qələ-mində əsas vasitələrdən olmuşdur. Çünki sənətkar ilk növbədə öz fikirlərini oxucusuna tam reallıqla çatdırmaq üçün həmişə həyat həqiqətlərini qarşılaş-dırma yolu ilə tərənnüm etməyə üstünlük verir.

10. Şairlər bədii dil üçün əsas olan, ifadəyə ritm ,vurğu gətirən dayaq sözlərin təkrarından istifadə etməklə öz duyğularını daha qabarıq verməyə nail olmuşlar. Sintaktik paralelizmlərdən də məharətlə istifadə etmişlər.

22

11. Tədqiqat göstərdi ki, dövrün şairləri ümumdil frazeologiyasından bəhrələnməklə yanaşı, poeziyamıza onlarla yeni ifadələr gətirmiş, dilin daxili imkanlarını, sözün dərin qatındakı mənalarını üzə çıxmış, ifadə yaradıcı-lığında üslubi funksiyalarını müəyyənləşdirə bilmişlər. Burada söz sənətkar-larının dilə, onun tarixinə, klassik ədəbi dilə, xalq yaradıcılığına, dialekt və şivələrə bələdlikləri də mühüm amillərdən olmuşdur.

Dissertasiya işi ilə əlaqədar aşağıda göstərilən məqalələr çapdan çıxmışdır:

1. 1990-2000-ci illər poeziyasında birinci növ ismi söz birləşməsi modelində formalaşan üslubi frazeologizmlər, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. «Dilçilik məsələləri» jurnalı, Bakı, 2005, №3, s.l 11-125

2. 1990-2000-ci illər Azərbaycan poeziyasında II növ ismi söz birləşmələri modelində formalaşmış üslubi frazeoloji ifadələr. BDU, «Dil və ədəbiyyatı» Beynəlxalq elmi-ədəbi jurnal, Bakı, 2005, №26, s.61-69

3. 1990-2000-ci illərin poeziyasında ismi frazeoloji birləşmələr (I məqalə), Azərb.Dövlət Pedaqoji Universiteti. «Xəbərlər» jurnalı. Humanitar elmlər seriyası. Bakı,2006, №3, s.46-55

4. 1990-2000-ci illərin poeziyasında ismi frazeoloji birlşmələr (II məqalə), Azərb.Dövlət Pedaqoji Universiteti «Xəbərlər» jurnalı, Bakı, 2006, № 4, s.17-56

5. 1990-2000-ci illərin poeziyasmda somatik leksika əsasında formalaşan feli frazeoloji ifadələr. Azərb.Dillər Universiteti. «Elmi xəbərlər» jurnalı, Bakı, 2006, №7, s.96-108.

6. 1990-2000-ci illəri Azərbaycan poeziyasında mücərrəd isimlər əsasında yaranmış feli frazeoloji ifadələr, Azərb. Dillər Universiteti. «Elmi xəbərlər» jurnalı, Bakı, 2007, №5, s.55-65.

7. 1990-2000-ci illərin poeziyasında üslubi frazeoloji ifadələrin seman-tik xüsusiyyətləri. Antonim frazeoloji ifadələr, BDU, «Dil və ədəbiyyat» Beynəlxalq elmi-ədəbi jurnal, Bakı, 2007, №5, s.32-56.

8. 1990-2000-ci illərin poeziyasında üslubi frazeoloji ifadələrin seman-tik xüsusiyyətləri. Antonim frazeoloji ifadələr, Azərb.MEA Nəsimi adına Dilçilik İnstitutu. «Tədqiqlər» jurnalı, Bakı, 2007, № 4, S.148-158.

9. 1990-2000-ci illər Azərbaycan poeziyasında coğrafi söz-terminlər əsasında formalaşmış üslubi feli frazeoloji ifadələr, «Filologiya məsələləri» jurnalı, Bakı, 2007, № 7, s.81-93.

10. Стилистические фразеологические единицы, образованные на ос-нове слов -терминов, выражающих природные явления, “Журнал научных публикаций аспирантов и докторантов.” Г. Курск, 2009, №

Page 12: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

23

2. стр. 107-109 11. Антонимы в поэзии Бахтияра Вагабзаде, Актуальные вопросы

теории и практики филологических исследований, Международная научно-практическая конференция, 25-26 марта 2011года, Пенза-Москва-Решт, стр.137

12. Стилистические фразеологические выражения образованные в 1990-2000-е гг. в Азербайджанской поэзии с помощью абстрактных слов, Сборник материалов ХI Международной научно-практической конференции. Наука и современность-2011. Новосибирск, 24 мая 2011г стр.129-134

24

И.Дж.Сулейманова

Стилистическая фразеология в Азербайджанской поэзии (1990-2000 г.г)

РЕЗЮМЕ

Диссертация состоит из «Введения», трёх глав, «Заклюючения»,

списка условных сокращений и списка использованной литературы. Во «Введении» традиционно обосновываются темы, научная новиз-

на, теоретическая и практическая значимость исследования; дабится сведения об объекте, целях, задачах, источниках, методах исследования, об апробации и структуре работы.

В первой главе «Стилистические именные фразеологизмы в поэзии 1990-2000 гг.» на основе фактического материала прослеживается формирование грамматическом и семантическом уровнях, образование именных фразеологизмов на основе определительных словосочетаний 1-го, 2-го и 3-го типов. Исследуются виды их связей и выражение конкурентные частями речи. Фразеологизмы анализируется в связи с индивидуальным смелем поэтов.

Во второй главе «Глагольные фразеологизмы в поэзии 1990-2000 гг» анализируется фразеологизмы отличаются экспрессивностью, эмоциональностью и состоящие в основном из двух слов, относящихся к разным лексическим пластам (сематонимы, географические термины, абстрактная лексика). Выявляется связь между компонентами фразеологизма; отмечается, что глагольное фразеологизмы образуются путём примыкания, определяются общие и отличительные особенности глагольных фразеологизмов.

В третьей главе подробно анализируются семантические особенности стилистических фразеологизмов. В соответствующих разделах на основе фактического материала исследуется синонимичные именные и глагольные фразеологизмы; антонимические фразеологизмы, их семантические и функциональные особенности.

В «Заключении» обобщаются основные результаты и выводы исследования

Page 13: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

25

I.J.Suleymanova

The Stylistical Phraseology in the Azerbaijani Poetry (in the 1990-2000 years)

SUMMARY

The dissertation consists of “Introduction”, three chapters, “Conclu-

sion”, conventional abbrivations and the list of the used literature. In the “Introduction” the urgency, scientific novelty, methods and

sources, theoretical and practical significance of the theme is given information about structure and approbation of the research.

In the first chapter «The Stylistical Nominal Phraseological Units in the poetry of the 1990-2000 years» the formation of the nominal phraseological units on the basis of the level (lexical, grammatical and semantical) of the language to which it belongs the complete syntactical relations of which the nominal phraseological expressions is fomed from the first, second and third attributive word combinations deal with and the features of the individual styles of the poets are analysed.

In the second chapter of the research work «The Stylistic Verbal Phraseological Units in the Poetry of the 1990-2000 years» are studied the verbal phraseological units differing by their high expressiveness, emotion, nationalism, consisting of two words and possessing lexical semantic, grammatical relations between them.

Depending on their joining type, they are formed by means of contiguity relation and the grammatical means - the suffixes of the case take part in their formation. The verbal phraseological units are formed by joining of the verbs with the words belonging to the different layers of the language. Jn the dissertation the verbal phraseological expressions are analysed by classifying them as the semantic units, geographical words-terms, the words denoting the names of natural phenomena, the verbal phraseological units formed on the basis of the terms and abstract nouns and their different and specific stylistic features are determined.

The third chapter «The Semantic Pecularities of the Stilistic Verbal Phraseological Units» is dedicated to the analysis of the types of the verbal synonymic phraseological units. The proverbs and sayings are analysed as well.

Antonymic phraseological units, their ways of expression, semantic pecularites, stylistic functions are determined.

In “Conclusion” are generalized the principle results of research.

26

Kağız formatı 60x84, 1/16 Fiziki çap vərəqi 1,5

Tiraj 100

AMEA-nın mətbəəsində çap olunmuşdur.

Page 14: AЗЯРБAЙЖAН MİLLİ ELMLƏR AKADEMİYASI Диссертасийа ... · Sadə sifətlər sırasında rəng bildirən sözləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan dilində

27

28

НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА ИНСТИТУТ ЯЗЫКОЗНАНИЯ им.НАСИМИ

На правах рукописи

ИМАРЕТ ДЖАВАД кызы СУЛЕЙМАНОВА

СТИЛИСТИЧЕСКАЯ ФРАЗЕОЛОГИЯ В АЗЕРБАЙДЖАНСКОЙ ПОЭЗИИ

(1990-2000 г.г)

10.02.01 – Азербайджанский язык

А В Т О Р Е Ф Е Р А Т

диссертации на соискание научной степени доктора философии по филологии

БАКУ – 2011