Avro pa İttifaqı Şərq Tərəfdaşlığı proqramı v ə Azərbaycan

12
Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı və Azərbaycan

description

Avro pa İttifaqı Şərq Tərəfdaşlığı proqramı v ə Azərbaycan. Giriş. Şərq Tərəfdaşlığı (ŞT) nədir ? - PowerPoint PPT Presentation

Transcript of Avro pa İttifaqı Şərq Tərəfdaşlığı proqramı v ə Azərbaycan

Page 1: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı və

Azərbaycan

Page 2: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

Giriş

1. Şərq Tərəfdaşlığı (ŞT) nədir?ŞT Avropanın qonşu ölkələri ilə bir-birinə oxşar iqtisadi-siyasi əlaqələr qurmaqda kömək etmək və müxtəlif fəaliyyət sahələrində islahatlar aparmaqda dəstək vermək üçün təklif etdiyi layihədir.

2. ŞT-na hansı ölkələr daxildir?Şərq Tərəfdaşlığına Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna daxildir.

3. Şərq Tərəfdaşlığının əsasının qoyulması nə zaman və kim tərəfindən təklif olunub?ŞT-nin əsası 7 may 2009-cu ildə Praqa (Çexiya) şəhərində keçirilən sammitdə Polşa və İsveçin təşəbbüsü nəticəsində qoyulmuşdur.

4. ŞT-nin ümumi məqsədi nədir?ŞT-nin məqsədi Aİ və onun şərq tərəfdaşları arasında siyasi birlik və iqtisadi inteqrasiyaya nail olmaqdır. O, ümumi maraqlar və öhdəliklər, iştirakçılıq və qarşılıqlı məsuliyyət və eləcə də uyğunlaşdırma prinsipləri və tam şəffaflıq meyarları əsasında yaradılıb.

5. ŞT toplantıları hansı intervalla keçirilir?Dövlət və hökumət başçılarının toplantıları iki ildən bir, xarici işlər nazirlərinin görüşləri ildə 1 dəfə keçirilir. Tərəfdaşlığın tematik platformaları çərçivəsində mütəmadi sessiyalar isə 6 aydan bir baş tutur.

Page 3: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

Şərq Tərəfdaşlığının Məqsəd və Hədəfləri

1. Məqsəd: ŞT əsas məqsədi 6 üzv ölkənin iqtisadi, sosial və siyasi proseslərilə bağlı həyata keçirdiyi islahatlara dəstək vermək və bunları Avropa Şurası və Avropa İttifaqı standartlarına uyğunlaşdırmaqdır.

2. Hədəflər: • Tərəfdaş ölkələrin Avropa İttifaqına iqtisadi və siyasi cəhətdən yaxınlaşmasına

təkan vermək;• Təhlükəsizlik, stabillik və yaxşı idarəçiliyi təmin etmək;• Vətəndaş cəmiyyəti təşkilatları və tərəfdaş dövlətlər arasında tərəfdaşlığın

əsasının qoyulmasını asanlaşdırmaq;• Uzunmüddətli perspektivdə fərdi qayda və müəyyən edilmiş müvafiq şərtlər

daxilində viza rejiminin sadələşdirilməsi yolu ilə insanlar arasında əlaqələri genişləndirmək;

• Enerji təhlükəsizliyini təmin etmək;• Müxtəlif sahələrdə aparılan islahatları dəstəkləmək və ətraf mühiti qorumaq

Page 4: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

Məqsədlərin yerinə yetirilməsi kanalları

Avropa Şurası

EURONEST

Avropa İqtisadi və Sosial Komitəsi

Regional və Yerli Hakimiyyət Orqanları

Vətəndaş Cəmiyyəti Forumu

•Şərq Tərəfdaşlığı ölkələri ilə maliyyə və əməkdaşlıq vasitəsi olan Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (ENPİ) məqsədlərini reallaşdırır.

•Tərəfdaşlığın parlament səviyyəsində konsultasiya, nəzarət və monitorinqini icra etmə vəzifəsini daşıyır.

•Əsasən işəgötürən təşkilatlar və ticarət birlikləri arasında dialoqun dərinləşməsinə xidmət edir.

•Şərq Tərəfdaşlığı üçün təşkil etdiyi konfranslar dərin və hərtərəfli azad ticarət zonalarının yaranmasına şərait yaradır.

•Üzv ölkələrdə vətəndaş cəmiyyəti təşkilatları arasında görüşlər təşkil edir və sonuncu ilə dövlət orqanları arasındakı dialoqu asanlaşdırır.

Page 5: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

ŞT-nin 4 Tematik Platforması (2012-2013)

•Qanunvericiliyin təkmilləşdirilməsi;•Demokratik idarəetmə;•Ədalət, Azadlıq və Təhlükəsizlik;

Demokratiya, effektiv idarəetmə və stabillik

•İqtisadi inteqrasiya və qanunvericiliyin uyğunlaşdırılması;•Dərin və hərtərəfli azad ticarət haqqında uzunmüddətli; razılaşmaların əldə edilməsi;

İqtisadi inteqrasiya və Aİ siyasəti ilə uyğunlaşma

• Enerji təhlükəsizliyi üzrə dialoqun inkişafı;• Qanunvericilik və enerji siyasətlərinin

uyğunlaşdırılması;• Enerji təklifinin diversifikasiyası;

Enerji təhlükəsizliyi

• Gənclərin informasiya cəmiyyəti və media, təhsil və tədqiqat, o cümlədən mədəniyyət və könüllülük prinsipli əməkdaşlıq vasitəsilə inteqrasiyası

İnsanlar arasında əlaqələr

Page 6: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

Fundamental Dəyərlər

Şərq Tərəfdaşlığının fundamental dəyərlərinə aşağıdakılar daxildir:

Demokratiya və hüquqi

dövlət

İnsan hüquqları və fundamental azadlıqlara

hörmət

Bazar iqtisadiyyatı və davamlı

inkişaf

Page 7: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

Aparıcı təşəbbüslər• ŞT sərhədlərin nəzarət olunmasına nə kimi yenilik gətirəcək?

ŞT sərhəd nəzarətinə dünya praktikasını tətbiq edərək onun Aİ standartlarına uyğunlaşdırılmasını həyata keçirir, Avropa qitəsində vətəndaşların hərəkətini asanlaşdırır. Bura aşağıdakı sahələr daxildir: ticarət, gömrük, viza, sərhədlərin delimitasiyası.

• ŞT-nin Kiçik və Orta Sahibkarlıq üçün əhəmiyyəti nədir?Kiçik və Orta Sahibkarlıq üçün olan mexanizmin əsas məqsədi tərəfdaş ölkələrdə yerləşən kiçik və orta müəssisələrin rolunu biznes mühiti və qanunvericilik çərçivəsində artırmaqdır.

• ŞT-nin enerji təminatına töhfəsi nədən ibarətdir?ŞT-nin əsas məqsədlərindən biri Avropa İttifaqı, tərəfdaş dövlətlər və bir-biri ilə əlaqəli şəbəkələrin enerji bazarları, enerji səmərəliliyi, təchizat təhlükəsizliyini artırmaq və iqlim dəyişikliyi ilə bağlı hədəflərin yerinə yetirilməsinə töhfə vermək məqsədilə inteqrasiyasına nail olmaqdır.

• ŞT-nin enerji təminatında rolu nədir?ŞT enerji təminatında nail olmaq üçün istehsalçılar, istehlakçılar və operatorlar arasında daha sıx əlaqələrin qurulmasına səbəb olacaq və Aİ və tərəfdaş dövlətlərdə tam təhlükəsiz enerji təchizatına zəmanət verəcək, o cümlədən növbəti enerji böhranlarının qarşısını alacaq addımların atılması deməkdir.

• Təbii fəlakətlər zamanı ŞT nəyə xidmət edir?ŞT həmçinin təbii və ya insan fəaliyyəti nəticəsində yaranan fəlakətlərin qarşısını almaq, belə fəlakətlərə hazırlıq olmaq üçün ŞT ölkələri və Aİ arasında daha sıx əməkdaşlıq vasitəsilə yerli və regional səviyyədə baş verə biləcək fəlakətlərin qarşısını almaq və ya idarə etmək üçün imkanların yaradılmasına xidmət edir;

• Ətraf mühitin qorunmasında ŞT-nin iştirakı nədən ibarətdir?Ətraf mühit idarəçiliyi , ətraf mühitin qorunması, tullantıların qarşısını almaq və iqlim dəyişikliyinin azaldılmasına xidmət məqsədilə rəsmi və qeyri-rəsmi razılaşmalarda beynəlxalq, yerli və regional səviyyədə bir sıra fəaliyyətlərin həyata keçirilməsinə xidmət edir.

Page 8: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

ŞT çərçivəsində Vətəndaş Cəmiyyəti (VC)

ŞT-nin tərəfdaş dövlətlərdə Vətəndaş Cəmiyyəti Təşkilatlarına (VCT) nə təklif edir:• Demoqrafik və bazar iqtisadiyyatı yolunda islahatların uğur qazanması üçün VC-nin inkişafı

və iştirakçılığı əsas faktordur. AŞ Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun əsasını qoymaqla VCT-ləri dəstəkləyir. Forum VCT ilə dövlət qurumları arasında dialoqların sürətləndirilməsinə xidmət edəcək.

Vətəndaş Cəmiyyəti Forumunun əhəmiyyəti• Təşəbbüs 7 may 2009-cu il tarixində baş tutan Praqa Sammitində təsdiq olunub. • Forum Avropa Qonşuluq Siyasətinin bir hissəsidir. • Forumun məqsədi vətəndaş cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək və ictimai

həyatda və islahatlar prosesində onların aktiv iştirakını artırmaqdır.• Forumun rolu Aİ-yə üzv dövlətlər və Şərqi Avropa dövlətləri tərəfindən tanınıb• Forum nümayəndələri daimi olaraq tematik platformalarda iştirak edir.

Foruma nəzarəti Rəhbər Komitə yerinə yetirir. Onun vəzifələri:• tematik platformaların yığıncaqlarında iştirak etmək;• işçi qrupları ilə əlaqə saxlamaq; • yerli platformaların inkişafına dəstək vermək;• informasiya mübadiləsini həyata keçirmək.

Page 9: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

ŞT çərçivəsində Milli Platformalar

• ŞT Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının məqsədi: – Vətəndaş Cəmiyyətinin Şərq Tərəfdaşlığı Proqramının inkişafı sahəsində

fəaliyyətini Azərbaycanda tanıtmaq; – Bu istiqamətdə atılacaq addımlar və təşəbbüsləri əlaqələndirmək.

• Milli Platforma nələri edəcəkdir:– VCF səviyyəsində fəaliyyəti əlaqələndirmək;– VCF-nin fəaliyyətinin Azərbaycanda təbliği ilə məşğul olmaq;– VCF-da müzakirə olunan məsələ və qəbul olunan qərarları yerlərdə

reallaşdırmaq və rəylər toplamaq;– Platformaların inkişafı ilə bağlı təkliflər toplamaq və ölkə üzrə istiqamətləri

müəyyən etmək;– Forumda iştirak etmək üçün Azərbaycanda vətəndaş cəmiyyətini

həvəsləndirmək və yeni üzvlərin cəlb olunmasını təşkil etmək;

Page 10: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

ŞT və Azərbaycan- Əsas məqamlar

Şərq Tərəfdaşlığının təsis olunması. Azərbaycandan

ilk növbədə 21, daha sonra isə 25 təşkilat

akkreditasiya olunmuşdur.

16-17.11.2009 15.06.2010 01.02-30.05.2012 04.04.2013

Aİ dövlətlərinin xarici işlər nazirləri ŞT ölkələri ilə

əlaqələri genişləndirməyə qərar verirlər

ŞT çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında danışıqların birinci və ikinci raundları keçirilir.

Hər iki tərəf əlaqələrin genişləndirilməsində maraqlıdır.

Viza danışıqlarının sonuncu mərhələsi: 2013-cü ilin

sonunadək vizanın sadələşdirilməsi

Page 11: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

ŞT və Azərbaycan: Barometr

Aİ ilə ölkənizin əlaqələrindən razısınızmı?

Razıyam

Narazıyam

Bilmirəm

ŞT ölkələrinin orta göstəricisi

Azərbaycan

Aİ-yə münasibətiniz:

Tam Müsbət

Tam Mənfi

Bilmirəm

Neytral

Mənbə: Avropa Qonşuluq Barometri, 2012

Page 12: Avro pa İttifaqı  Şərq Tərəfdaşlığı proqramı  v ə Azərbaycan

Bu məlumatlandırma sənədi Avropa Birliyi tərəfindən maliyyələşdirilir.

Layihə Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzi (www.cesd.az) və Moldovanın Regional Ətraf Mühit Mərkəzi (www.rec.md) tərəfindən icra edilir.

Bu buraxılışda olanlar layihə icraçılarının məsuliyyətindədir və heç bir halda Avropa Birliyinin mövqeyini əks etdirmir.

Qrafiklər və şəkillərin müəlliflik hüquqları İSİM və PhotoBucket.com-a məxsusdur.