adau.edu.azadau.edu.az/img/page/tmp/a8ucvY2h7l.docx · Web viewİqtisadiyyatın bazar...

259
MÖVZU: 1. TEXNİKİ BİTKİLƏRİN TƏSNİFATI, ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TARİXİ Mühazirənin planı: 1.Texniki bitkilərin əhəmiyyəti 2.Texniki bitkilərin təsnifatı 3.Texniki bitkilər fənninin metodu 4.Texniki bitkilərin becərilmə tarixi 5.Texniki bitkilərin yayılması və məhsuldarlığı. Ədəbiyyat Cəfərov M. İ. və b. «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası»., Bakı, 2000, 264s. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s. Hümbətov H. S., Məmmədov V. Ə., Qəbilov M. Y. Şəkərli və nişastalı bitkilər, Bakı: “Elm və təhsil” nəşr. 2014, 328 s. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s. Novruzov Ç. M. və b. «Bitkiçilik»., Kirovabad, 1979, III, hissə, 72 s. Yusifov Ə. N., Məmmədov C. Ş., Qasımov T. P.,

Transcript of adau.edu.azadau.edu.az/img/page/tmp/a8ucvY2h7l.docx · Web viewİqtisadiyyatın bazar...

MÖVZU: 1. TEXNİKİ BİTKİLƏRİN TƏSNİFATI, ƏHƏMİYYƏTİ VƏ

BECƏRİLMƏ TARİXİ

Mühazirənin planı:

1. Texniki bitkilərin əhəmiyyəti2. Texniki bitkilərin təsnifatı3. Texniki bitkilər fənninin metodu4. Texniki bitkilərin becərilmə tarixi5. Texniki bitkilərin yayılması və məhsuldarlığı.

Ədəbiyyat

Cəfərov M. İ. və b. «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma

texnologiyası»., Bakı, 2000, 264s.

Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

Hümbətov H. S., Məmmədov V. Ə., Qəbilov M. Y. Şəkərli və nişastalı

bitkilər, Bakı: “Elm və təhsil” nəşr. 2014, 328 s.

Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

Novruzov Ç. M. və b. «Bitkiçilik»., Kirovabad, 1979, III, hissə, 72 s.

Yusifov Ə. N., Məmmədov C. Ş., Qasımov T. P., Rzayev M. F. Bitkiçiliyin

əsasları, Bakı, “Müəllim” nəşriyyatı, 2013, 302 s.

Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.

П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с.

Д. С. Василев «Подсолнечник»., Москва, 1990, 173 с.

Г. С. Посыпанов и др. «Растениеводства», М., «Колос», 2006, ст. 611

Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат,

1986, 287 с.

2

TEXNİKİ BİTKİLƏRİN TƏSNİFATI, ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ

TARİXİ

Texniki bitkilər çox qədim tarixə malikdir. Əsas texniki bitkilərdən hesab

edilən pambığın nə vaxtdan becərildiyini heç kim dəqiq bilmir. Alimlər Meksikada

mağaralarda tədqiqat apararkən orada pambıq qozasının və pambıq parçaların

qalıqlarına rast gəlmişlər. Bu qalıqların 7000 il yaşı olduğu müəyyən edilmişdir.

Onlar həm də müəyyən ediblər ki, o vaxtlar becərilən pambıqlar indi Amerikada

becərilən pambıqlara çox oxşayırmış. Hindistanda və Pakistanda çay kənarlarında

pambıq bitkisinin bizim eradan 3000 il əvvəl becərildiyi məlumdur. Elə təxminən

o vaxtlardan Misirdə Nil çayı ətrafında yaşayan insanlar da pambıq parçalar

hazırlayır və bu parçalardan paltar geyirdilər. Ərəb tacirləri pambıq parçaları

Avropaya bizim eradan 800 il əvvəl gətirmişlər. X. Kolumb 1492-ci ildə

Amerikanı kəşf edəndə Baham adalarında pambığın əkilib- becərildiyini

görmüşdür. 1500 - cü ildən sonra pambıq bitkisi bütün dünyaya məlum olmuşdur.

Texniki bitkilər fənni əsasən yaşıl halda tarlada becərilən texniki bitkiləri

(lifli, yağlı, efiryağlı, şəkərli, narkotik, dərman və s. bitkiləri) öyrənir. Texniki

bitkilər sahəsinə aparılan tədqiqatlar laboratoriya, tarla və vegetasiya tədqiqatları

yolu ilə aparılır və əldə olunmuş nəticələr riyazi – statistik metodla yaxud da

dispersiya üsulu ilə analiz edilib nəticələrin dürüstlüyü yoxlanır. Texniki bitkilər

sahəsindəki bəzi məsələlər (fizioloji, aqrokimyəvi və bioloji) vegetasiya evlərin-

də, istixanalarda, fitotronlarda və lizimetrlərdə qoyulan təcrübələrdə öyrənilir.

Tədqiqatlarda həmçinin öyrənilən amillərin bir-birindən asılılığı korrelyasiya

və reqressiya tənlikləri qurmaqla da yoxlanıla bilir.

İnsanlar kənd təsərrüfatı bitkilərinin becərilməsinə milyon illər bundan əvvəl

başlasalar da zaman dəyişdikcə bitkilərdə məhsuldarlığı artıran istehsal texnologiyası

da dəyişir və daim təkmilləşir. Belə dəyişmə texnologiyası aqrar bölmədəki dəyişik-

liklərə müvafiq olmalıdır. Müstəqilliyə yeni qədəm qoymuş ölkəmizin aqrar bölməsi

üçün dünya əkinçiliyində uzun illərin sınaqlarından çıxmış iqtisadiyyatın bazar

3

münasibətləri formasında tətbiq edilən əkinçilik texnologiyasından istifadə etmək çox

faydalıdır.

Bunu nəzərə alan ölkə prezidenti İ. H. Əliyev respublikamızda gedən aqrar

islahatlara bilavasitə rəhbərlik etməklə yanaşı, indi torpağın tam sahibi olan Azərbay-

can kəndlisinə yeni texnologiya tətbiq etməklə onu öz xalqının xeyrinə işlətməyi

tövsiyə edir və qeyd edir ki, bunsuz kənd təsərrüfatında inkişafa nail olmaq olmaz.

Aqrar bölmənin yüksəldilməsi, xalqımızın rifah halının yaxşılaşdırılması üçün tətbiq

ediləcək texnologiyada ali təhsilli kadrların da rolu həmişə böyük olmuşdur.

İqtisadiyyatın bazar münasibətlərinə keçməsi ilə əlaqədar ali təhsil sistemində də yeni

problemlər meydana çıxmışdır. Bunu nəzərə alaraq müasir istehsal texnologiyası

ehtiyatlara qənaət etməklə, ekoloji təmiz, torpaq münbitliyini get-gedə artırıb sabit-

ləşdirən, keyfiyyətli və yüksək məhsul istehsalını təmin edən texnologiyalar öyrənil-

məlidir. Qeyd edilən texnologiyalarla hər hansı hava şəraitində bitkilərdən lazımi

miqdar məhsul almaq mümkündür.

Texniki bitkilər kursunda ölkəmizin münbit torpaq-iqlim şəraitinin necə dəyərli

məhsullar istehsal etməyə imkanı olduğu, yeni becərmə texnologiyasının tətbiq

qaydaları, ali məktəb tələbələrinin bilik səviyyəsinə və dünyagörüşünə uyğun təsvir

edilmişdir. Texniki bitkilər kursunda istehsal texnologiyasının və kənd təsərrüfatı

bitkilərinin ümumi məsələləri ilə yanaşı, hər bitkinin özünəməxsus becərilmə

atrotexnikasının müasir metod və ya qaydaları öyrənilir. Texniki bitkilər kursunda

respublikamızda becərilən əksər texniki bitkilər barədə Azərbaycan dilində geniş,

səlis məlumatlar verilmişdir. Qeyd edək ki, bu vaxta qədər Azərbaycanda fəaliyyət

göstərən ali və orta ixtisas məktəblərində Azərbaycan dilində “Texniki bitkilər” adlı

sərbəst dərslik və ya dərs vəsaiti olmamışdır. Texniki bitkilər bitkiçilik kitablarında

təsvir olunan yığcam və bəsid formada öyrənilmişdir. Texniki bitkilər kursunda bir

sıra yeni texniki bitkilər və onların istehsal texnologiyası barədə də geniş məlumat

verilir. Qiymətli texniki bitkilərdən biyan, efiryağlı qızılgül, şəkər qamışı, amarant

və s. də bu qəbildəndir.

Xalqa xeyir verən və ölkəmizdə yetişdirilməsi mümkün olan hər bir texniki bitki

barədə materiallar texniki bitkilər kursunda öyrədilir. Yerfındığı (araxis) gündən-

4

günə respublikamızda inkişaf edən qənnadı sənayesi üçün əsas məhsul olduğundan,

onun da becərilmə və çoxaldılma texnologiyası barədə geniş məlumat verilir.

İnsan qidalarının əksəriyyətini bitkilər verdiyindən, onlar yarandıqları

dövrdən bitkiçiliklə məşğul olmağa başlayıblar. İnsanın çoxəsrlik təsərrüfat

fəaliyyəti prosesi nəticəsində o, ətraf təbiətdən çoxlu xeyirli bitki növlərini seçib

becərmiş və qoruyub saxlamışdır. Bu bitkilərdən həyat üçün ən vaciblərini insan öz

yaşayış yerinin yaxınlığında sistematik becərməklə bu günə kimi gətirib

çıxarmışdır. Bitkilərin becərilmə üsulları milyon illərdir ki, təkmilləşdirilir və indi

də davam etdirilir. Hətta onların bəziləri hazırda da yabanı halda bitir. Bu faydalı

bitkilər seçilib mədəniləşdirilir. Dünyanın bitki ehtiyatlarının tərkibi yeni-yeni növ

və formaların tapılıb mədəni əkinçiliyə daxil edilən faydalı bitkilər hesabına daim

zənginləşdirilir. Kənd təsərrüfatı bitkilərinin ehtiyatları xüsusən introproduksiya və

seleksiya işi nətiçəsində daimi artır.

Hazırda dünyada kənd təsərrüfatı bitkilərinin 1500-ə qədər növü geniş

istehsalat şəraitində becərilir. Bunlardan 1200 növü bilavasitə kənd təsərrüfatında

istifadə olunur ki, o da ümumi bitkiçiliyin 83 %-ni təşkil edir. Bunların ancaq 250

növü kənd təsərrüfatında daha böyük əhəmiyyət kəsb edir.

Lap qədimdən bu günə qədər daimi becərilən kənd təsərrüfatı bitkilərinin

əksəriyyəti o dövrkü əkinçilikdən bu günkü nəsillərə vərəsə kimi ötürülmüşdür.

Kənd təsərrüfatı bitkilərinin boy atmasını və inkişafını öyrənməyi asanlaşdır-

maq məqsədilə onları qruplara ayırıb təsnifat tərtib edirlər. Bunsuz həmin bitki-

lərdən yüksək və keyfiyyətli məhsul almaq yollarını, araşdırmaq çətin olur. Kənd

təsərrüfatı bitkilərinin tarla bitkiləri adlanan qrupu özünün botaniki, bioloji və

təsərrüfat nişanə-lərinə, məhsul növünə, becərilmə xüsusiyyətlərinə və nəhayət

növbəli əkindəki yerinə, məhsul yığımının mexanikləşdirilmə texnologiyası və s.

əlamətlərinə görə bir-birindən kəskin surətdə seçilir. Ona görə də müxtəlif

miqdarda çoxlu tarla bitkilərinin öyrənilməsini asanlaşdırmaq üçün kənd təsər-

rüfatı bitkilərini istehsalatda istifadə xüsusiyyətlərinə görə taxıllar, texniki bitkilər,

yem bitkiləri və bostan bitkiləri kimi dörd böyük qrupa bölürlər.

5

Texniki bitkilər Azərbaycan Respublikasında geniş yayılmışdır. Bu səbəbdən

Azərbaycanı texniki bitkilər laboratoriyası adlandırsaq heç də yanılmarıq.

Respublikamızın aparıcı texniki bitkisi pambıqdır. Bundan sonrakı yerləri tütün,

şəkər çuğunduru, günəbaxan, biyan, efir yağlı qızılgül və s. tutur.

Texniki bitkilərin xalq təsərrüfatı əhəmiyyəti böyükdür. Birinci növbədə bu

bitkilərin məhsulları yüngül və yeyinti sənayeləri üçün xammaldır. Bunların

emalından alınan bəzi məhsullar qüvvəli yem kimi istifadə edilməklə, digər

sahələrdə də istifadə edilir. Azərbaycanda 2013-cü ildə 42207 ha sahədə texniki

bitkilər əkilmişdir. Aqrotexniki nöqteyi-nəzərdən də əhəmiyyətli olan texniki

bitkilər əsasən cərgəaraları becərilən (toxavi) bitkilər olduqlarından vegetasiya

ərzində cərgələrarası becərilir və intensiv gübrələnir, beləliklə əkinçilik mədəniy-

yətinin yüksəldilməsində əvəzsiz rol oynayır.

Тexniki bitkilər sənaye üçün əsas xammal mənbəyi hesab olunur. Onları

təsərrüfatlarda istifadəsinə görə aşağıdakı qruplara ayırmaq olar:

I. Lifli bitkilər: Lifli bitkilər 3 böyük qrupa bölünür:

1. Meyvəsi və toxumu lifli bitkilər. Meyvəsinin üzərində lif olan bitkilərdən

kokos palmasını göstərmək olar. Toxumunun üzərində lif olan bitkilərə isə adi

pambıq və pambıq ağacı (seyba) misal göstərilə bilər. Bu bitkilərdən Azərbaycan-

da ən geniş becəriləni adi pambıq bitkisidir.

2. Gövdəsi lifli bitkilər. Gövdəsində lif olan bitkilərə lutya və ya toxuculuq

bitkiləri də deyilir. Bunlara cut, gicitkən, rami (çin gicitkəni) uzunlifli kətan,

kənaf, çətənə, kəndir otu, krotalariya və s. aiddir.

3. Yarpağı lifli bitkilər. Yarpağı lifli olan bitkilərdən irikəkilli ananas, lifli

banan, aqava, sizal,Yeni Zelandiya kətanı, sanseviera, furkreya və s. göstərilə

bilər.

II. Şəkərli bitkilər: Şəkər çuğunduru, şəkər qamışı, biyan və s.. Şəkərli

bitkilərdən respublikamızda çox istifadə ediləni şəkər çuğundurudur. Hələlik

istifadə edilməyəni isə şəkər qamışıdır.

6

III. Yağlı bitkilər: Günəbaxan, soya, gənəgərçək, yağlı kətan, göy xardal, ağ

xardal, payızlıq raps, yazlıq raps (kolza), turpəng, yağçiçəyi, araxis (yer fındığı),

küncüt, saflor, perilla (sudza), lalemantiya, yağlı lalə və s. bitki növləri.

IV. Efir yağlı bitkilər: Keşniş, acı nanə, efiryağlı qızılgül, sürvə, lavanda,

reyhan, cirə, zirə, razyana və s.

V. Narkotik tərkibli bitkilər. Tütün, tənbəki, tiryək xaş-xaşı (lalə) və s.

VI. Dərman əhəmiyyətli texniki bitkilər. Çaytikanı, sığırquyruğu, jen-şen,

dərman adaçayı, boyaqotu, kəndir və s.

VII. Rəng verən texniki bitkilər. Həna (xına), basma ( indiqofera), zəfəran

və s.

VIII. Tərkibində aşılayıcı maddələr olan bitkilər. mayaotu (xmel), sumaq,

sarağan və s.

IX. Yemlik texniki bitkilər. Amarant, topinambur (yerarmudu) və s.

MÖVZU: 2. LİFLİ BİTKİLƏR. TOXUM ÜZƏRİNDƏ LİFİ OLAN

BİTKİLƏR. PAMBIQ BİTKİSİNİN BECƏRİLMƏSİ

Mühazirənin planı:

1. Lifli bitkilər, toxumu üzərində lif olan bitkilər2. Pambıq bitkisinin xalq təsərrüfatı əhəmiyyəti3. Pambıq bitkisinin tarixi, yayılması və məhsuldarlığı 4. Pambıq bitkisinin botaniki və bioloji xüsusiyyətləri5. Pambıq bitkisinin növbəli əkində yeri6. Torpağın becərilməsi7. Pambıq bitkisinin gübrələmə sistemi8. Pambıq toxumunun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması. 9. Pambıq əkinlərinə qulluq işləri (alaqlara, zərərverici və xəstəliklərə qarşı

mübarizə tədbirləri, suvarma).10. Məhsulun yığılması

7

Ədəbiyyat

1. Aslanov H. Ə., Vəliyeva M. A. Pambıq bitkisi ilə aparılan tarla təcrübələrinin metodikası, Bakı: 2013, 310 s.

2. Aslanov H. Ə., Vəliyeva M. A. Pambıqçılıq. Bakı: “Elm” 2014, 520 s.3. Belousov A.S.Pambıq növbəli əkinlərin münbitliyə və məhsuldarlığa təsiri, Bakı,1977, 80 s.4. Cəfərov M. İ., Quliyev R. M., Səfərov N.Ə. Kənd təsərrüfatı bitkilərinin becərilmə və

yığılma texnologiyası. Bakı, «Maarif» 2000, 364 s.5. Güləhmədov X. O. Güləhmədov A. X. Pambıqçılıqdan təcrübə məşğələləri. Bakı: “Maarif” 2000, 174 s. 6. Güləhmədov X. O. Pambıqçılıq Bakı: “Agah” 2000, 241 s.7. Güləhmədov X. O. Pambıqçılıq Bakı:“Maarif”1976, 275 s. 8. H. S. Hümbətov, X. Q. Xəlilov. Pambıq lifinin texnologiyası. Bakı: “Nurlan”, 2012, 230 s. 9. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.10. Q. Y. Məmmədov, M. M. İsmayılov. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş., 2012, 356 s.11. Qərib Məmmədov, Azər Cəfərov, Zemfira Mustafayeva. Əkinçilik və bitkiçiliyin əsasları (qısa kurs), Bakı, “Elm”, 2008, 324 s. 12. M. A. Yusifov Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.13. П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с.14. Г. С. Посыпанов и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 498-50615. Г. С. Посыпанов и др. «Растениеводства», Москва, «Колос», 1997, ст. 389-397.16. Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат, 1986, 287 с.

LİFLİ BİTKİLƏR. TOXUM ÜZƏRİNDƏ LİFİ OLAN BİTKİLƏR.

PAMBIQ BİTKİSİNİN BECƏRİLMƏSİ

Lifli bitkilər sənaye üçün əsas xammal mənbəyi hesab olunur. Onları

təsərrüfatlarda istifadəsinə görə aşağıdakı qruplara ayırmaq olar:

1. Meyvəsi və toxumu lifli bitkilər. Meyvəsinin üzərində lif olan bitkilərdən

kokos palmasını göstərmək olar. Toxumunun üzərində lif olan bitkilərə isə adi

pambıq və pambıq ağacı (seyba) misal göstərilə bilər. Bu bitkilərdən Azərbaycan-

da ən geniş becəriləni adi pambıq bitkisidir.

2. Gövdəsi lifli bitkilər. Gövdəsində lif olan bitkilərə lutya və ya toxuculuq

bitkiləri də deyilir. Bunlara cut, gicitkən, rami (çin gicitkəni) uzunlifli kətan,

kənaf, çətənə, kəndir otu, krotalariya və s. aiddir.

8

3. Yarpağı lifli bitkilər. Yarpağı lifli olan bitkilərdən irikəkilli ananas, lifli

banan, aqava, sizal,Yeni Zelandiya kətanı, sanseviera, furkreya və s. göstərilə

bilər.

Toxumunun üzərində lif olan bitkilərdən Azərbaycanda ən geniş becəriləni adi

pambıq bitkisidir.

Pambıq bitkisinin əhəmiyyəti. Pambıq liflilər sinfinə aid olan çox qiymətli

texniki bitkidir. Onun ən qiymətli məhsulu mahlıcıdır. Strateji əhəmiyyətə malik

bitki kimi pambıq ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.

Müxtəlif növ parçaların toxunulmasından başqa, pambıq mahlıcından tikiş

sapı, kəndir, balıq toru, müxtəlif qayışlar, rezin borular elektrik örtükləri, süni ipək,

partlayıcı maddələr və s. hazırlanır.

Pambıq çiyidi liflərdən təmizləndikdən sonra toxum materialı və müxtəlif

məhsullar almaq üçün işlədilir. Çiyidin tərkibində 17-25% yağ, 25%-ə yaxın zülali

maddə, 33% azotsuz ekstraktiv maddələr (yağlar, karbohidratlar nişasta, şəkər və

s.) 21% sellüloz və 10-20% su vardır. Pambığın tərkibində 74-ə qədər kimyəvi

element var. Çiyid yağından qənnadı və konserv sənayesində, süni piy və

marqarin hazırlanmasında istifadə edilir, texniki emalından qliserin, stearin (şam

istehsalı üçün ağ piy maddəsi), yağın tullantılarından sabun bişirmədə və sürtgü

materialı kimi istifadə olunur. Toxum sıxılaraq yağ alındıqdan sonra yerdə qalan

kütlə jmıx (cecə) adlanır. Jmıxdan zərərvericilərə qarşı aldadıcı yemlərin

hazırlanmasında istifadə olunur.

Çiyidin nüvəsindən zəhərli maddə qossipol ayrılır ki, ondan polimer

birləşmələr, laklar, istiyə davamlı örtüklər, dərmanlar, boyalar və digər məhsullar

hazırlanır. Zavod tullantısı qossipol mazutundan (qudron) sənayedə yüksək

temperatura davamlı formalar, dişli çarxlar və s. hazırlanmasında istifadə olunur.

Çiyidin üzəri tüksüz və ya tüklə yarımörtülür, bəzi növlərdə bir və ikiqat

lifaltlığı ilə tam örtülü olur ki, bu lifaltlığına pəmbəaltı deyilir. Birinci növ

pəmbəaltı lifdən tənzif toxunur və mahlıc əldə edilir. Digər növlərdən isə asetat

9

ipəyi, maqnit sarğıları, plastik kütlə, lak, sellofan, ebonit, partlayıcı maddə və

yumşaq mebel materialı hazırlanır.

Qısalifli pəmbəaltı hidroliz edilərək qlükoza və sorbit şəkəri alınır ki, bundan

da şəkər xəstəliyinə tutulmuş insanlar istifadə edirlər. Eyni zamanda qiymətli kağız

da hazırlanır.

Çiyidin üzərindən çıxarılmış şeluxa (qabıq) mal-qara üçün əla yem hesab

olunur. Pambığın gövdəsindən yanacaq və tikinti materialı, üzvi gübrə kimi

istifadə edilir. Pambıq qozasının qərzəklərindən kəndir, texniki spirt, aşı maddələri

və üzvi sirkə turşusu istehsalı üçün geniş istifadə edilir. Müəyyən edilmişdir ki,

pambıq bitkisinin müxtəlif orqanlarında 17 üzvi turşular vardır. Ümumiyyətlə

pambığın ayrı-ayrı orqanlarında çoxlu vitaminlər və boy stimulyatorları vardır.

Pambıq bitkisinin mahlıcından, çiyidindən və orqanlarından 120–dən artıq

müxtəlif növ məmulat hazırlanır.

Tarixi və yayılması. Pambığın becərilməsi çox qədim dövrlərdən məlumdur.

Bizim eradan 3000 il əvvəl Hindistanda və Çində pambıq becərilib və onun

lifindən ip hazırlanıb. Bizim eradan 500 il əvvəl Çindən Misirə və IV-V əsrlərdə

Orta Asiyaya və İrana yayılıb. Artıq IX və X əsrlərdə pambıq lifindən yüksək

keyfiyyətli parçalar toxunub. Zaqafqaziyada pambığın becərilməsinə XIII əsrdə

başlanılıb.

XVIII əsrin ikinci yarısında pambıq lifinin sənaye üsulu ilə emalı, pambığın

maşınla təmizlənməsi və lifin əyrilməsi genişlənməyə başladı.

Pambığın yer kürəsində əkin sahəsi 35 mln. hektar xam pambıq məhsulu isə 45

mln. tondan çoxdur. Əsas pambıq əkən ölkələr Çin, Hindistan, Pakistan, ABŞ, Orta

Asiya respublikaları, Braziliya, Meksika, Misir və Türkiyədir. Yer kürəsində

istehsal olunan məhsulun 80%-i bu ölkələrin payına düşür.

Ən qədim yazılar salnaməsində – hindlilərin Rinqividlər himnində (eramızdan

əvvəl 6000-1500-ci illərdə) pambığın istifadəsindən yazılmışdır. Sonralar «Mann»

qanunlarında (eramızdan 800 il əvvəl) və digər bir çox əsərlərdə həbəş, ərəb, çinli

və avropalı müəlliflər tərəfindən pambıq bitkisinin məhsulundan hazırlanan

maddələr, onun lifi, toxumu və s. haqqında qeydlər edilmişdir.

10

Eramızdan 600-700 il əvvəlki Sanqərib dövrünün gil əlyazmalarında pambıq

haqqında göstərilir ki, padşahın təcrübə tarlasında becərilən bitki «yun» verir.

X əsrdə pambıq ərəblər tərəfindən İspaniyaya gətirilir və birinci olaraq burada

toxuculuq sənayesi (Barselona şəhəri) yaradılır. Azərbaycanda ən çox pambıq əkini 1982 - ci ildə olub 305,9 min hektar, ən

çox pambıq istehsalı 1981- ci ildə olub 831,2 min ton, ən çox məhsuldarlıq isə

1979 - cu ildə əldə edilib 30,8 s/ha.

Azərbaycanda 2010 - 2013 - cü illərdə pambıqçılığın vəziyyətiƏkin sahəsi, min ha-la Məhsul istehsalı, min tonla Məhsuldarlığı, s/ha - la

İ l l ə r

2010 2011 2012 2013 2010 2011 2012 2013 2010 2011 2012 2013

30,2 42,8 29,2 23,4 38,2 66,4 57,0 45,1 12,7 15,5 19,5 19,3

Botaniki təsviri. Pambıq əmənkömənci ( Malvaceae) fəsiləsinin (Gossypium

L.) cinsinə daxildir. Hazırkı təsnifata görə 35 növü əhatə edir. Onlardan 5 növü

mədənidir. Təsərrüfat əhəmiyyətinə malik olan mədəni növlər aşağıda qeyd

edilənlərdir:

1. Tüklü pambıq (Meksika pambığı) – gossypium hirsutum L.

2. Misir pambığı – gossypium barbadense L. (G. Peruvianum Gav.) (vətəni

Barbados adalarıdır)

3. Ağacvarı pambıq – gossypium arboreum L.(vətəni Hindistan və Çin hesab

edilir)

4. Otvari pambıq – gossypium herbaceum L. (vətəni Afrika və cənubi

Asiyadır)

5. Qərbi Hindistan pambığı – gossypium trycuspitatum Lam.

Azərbaycanda birinci və ikinci növ becərilir. Bunları üç qrupa bölmək olar.

1) Orta və uzun lifli sortlar (tüklü pambıq); 2) Zərif lifli sortlar (Misir

pambığı);

3) Lifi rəngli sortlar.

11

Bitkinin boyu 90-130-180 sm-ə qədər olur. Mil kök sistemi torpağın 1,5-2,0

metrə qədər dərinliyinə işləyir. Birinci ayda kök sistemi çox tez inkişaf edir.

Qönçələmə fazasına qədər əsas kök intensiv inkişaf edir, sonra isə yan köklər

inkişaf etməyə başlayır. Əsas kök birinci iki həftədə orta hesabla sutkada 2-3 sm-ə

qədər artır.

Gövdəsi dikduran, möhkəm, tükcüklərlə örtülü aşağı hissəsi odunlaşmış olur.

Hər bir yarpaq qoltuğunda 2-3 tumurcuq olur.

Budaqları boy (monopodial) və bar (simpodial) budaqlarına ayrılır.

Monopodial budaqlar gövdənin aşağı hissəsindən iti bucaq altında ayrılaraq düz

xətt boyunca inkişaf edir və simpodial budaqlardan güclü olur. Bar budaqları boy

budaqlarından hündürdə yerləşir. Simpodial budaqlar çiçək daşıyan, meyvə verən

budaqlardır.

Buğumaralarının sayına görə bar budaqları hədsiz və hədli tipə ayrılır.

Üzərində birdən çox dirsək və ya buğum əmələ gətirən budağa hədsiz tip, yalnız

bircə buğum əmələ gətirən budağa isə hədli tip deyilir.

Hədsiz simpodial budaqlar buğumaralarının uzunluğuna görə 4 qrupa bölünür.

I – buğumarası qısa 3-5 sm, II – buğumarası orta 6-15 sm, III – buğumarası

uzun 16-25 sm, IV – buğumarası çox uzun 25 sm və daha çox.

Hədli tip budaqlanmaya bəzən «sıfır» tipli bar budaqları da deyilir. Belə

budaqda yalnız bir buğumarası əmələ gəlməklə, onun inkişafı dayanır və

buğumarasının sonundakı tumurcuq və yan tumurcuqlar meyvə üzvünə çevrilir.

Adətən budaqların axırında 3-4 meyvə orqanı da əmələ gələ bilər.

Rüşeym torpaqda kök atdıqdan sonra, ləpə yarpaqaltı dirsək torpaqda böyüyüb

yay kimi əyilərək torpağa müqavimət göstərir, ləpəyarpaqaltı dirsək partlamış

toxumun qılafını ləpə yarpaqları ilə birlikdə torpaq səthinə çıxarır. Böyrəkşəkilli

ləpə yarpaqlarının vəzifəsi cavan cücərtini ehtiyat qida maddəsi ilə təmin etməkdir.

Əsl yarpaqlar əsas gövdədə spiralvarı xətt üzrə növbə ilə əmələ gəlir. Birinci 4-6

yarpaq bir-birinə yaxın, iki-iki yerləşir.

12

İlk əmələ gələn yarpaqlar tamkənarlı, sonrakılar isə dilimli olur. Yarpaqda

dilimlərin sayı 3-5 bəzən 7-8-ədəd olur. Rəngi açıq-yaşıl, yaşıl, bəzən qırmızı

yarpaqlı pambıqlar da olur. Yarpaqların alt və üst tərəfləri tükcüklərlə örtülü olur.

Çiçək qönçənin inkişafından əmələ gəlir. Qönçə əmələ gəldikdən 25-30 gün

sonra çiçək açır. Çiçək iri, cəlbedici, iki cinsiyyətli və aktinomorfdur (müntəzəm).

Çiçəyin elementləri 5 dairədə yerləşir. 1-ci xarici dairədə 3 iri çiçəkyanlığı, 2-ci

dairədə bir-biri ilə birləşmiş 5 kasacıq, 3-cü dairədə 5 ədəd sərbəst ləçək, 4-cü

dairədə çoxlu sayda erkəkciklər, 5-ci dairədə isə dişicik yerləşir. Çiçəkyanlığı

çiçək kasacığının alt tərəfini örtərək meyvənin qidalanmasında iştirak edir. Pambıq

öz-özünü tozlayan bitkidir.

Kasacığın kənarları dişli və dalğavarı olmaqla, çiçək tacını alt tərəfdən

bürüyür.

Tac 5 iri ləçəkdən əmələ gəlib, rəngi ağ, sarı, açıq-sarı və s. olur. Ləçək

yarpaqları bir-birinə sıx düzülərək, yumurtalığı aşağı tərəfdən bürüyürlər. Odur ki,

pambıq çiçəyinin yumurtalığı yuxarı yumurtalıq adlanır. Yumurtalıqda 3-5 yuva və

hər yuvada 7-11 ədəd toxum kisəsi yerləşir.

Çiçəyin dişiciyi 3 hissədən – ağızcıq, sütuncuq və yumurtalıqdan ibarətdir.

Erkəkcik iki hissədən – erkəkcik gövdəsi və nazik tellərlə birləşmiş nəzərə

çapmayacaq dərəcədə xırda, sarı rəngli, tikanlı tozcuqlardan ibarətdir.

Pambığın meyvəsi qozadır. O, inkişaf edir, yetişərək açılır. Qozalar

yumurtavarı, konusvarı, yumru-yastı, kürəşəkilli və s. ola bilər. Qozanın diametri

5-6 sm, bir qozadan alınan xam pambığın kütləsi yabanı növlərdə 0,2-1,1 qr.

mədəni növlərdə 3-12 qr. olur. Orta liflilərdə isə 5-8 qr. arasında dəyişir. Qozanın

yuvasında dilimlər vardır ki, onları bir-birindən arakəsmələr ayırır. Belə dilimlər 3,

4, və 5 ədəd olur. Qozanın hər dilimində 5-11, orta hesabla bütün qozada isə 25-30

toxum olur.

Qozanın inkişaf dövrü iki mərhələyə bölünür. 1-ci mərhələdə qozalar böyüyür,

2-ci mərhələdə də 25-30 günə qozaların içərisindəki liflər və çiyid tam yetişir

Çiyid (toxum) - yumurtavarı və ya uzun olmayan armud formalı olub, eni və

uzunu müxtəlif ölçüdə olur. Çiyid rüşeymdən və onu örtən iki qat pərdədən daxili

13

və xarici möhkəm qatdan ibarətdir. Xarici qat odunlaşır ki, ona çiyidin qabığı

deyilir.

Çiyidin qalın tərəfi halaza, incə tərəfi isə mikropil adlanır.

Toxumun uzunluğu 6-12 mm, eni 5-8 mm olur. Bir çiyidin kütləsi 50-200 mq,

yabanı formalarda isə 10 mq ola bilir. Mütləq kütləsi 80-160 q-dır. Çiyidin rüşeymi

onun nüvəsi adlanmaqla 2 ləpə yarpağından (yarpaqda tünd rəngli ləkələr -

qossipol) və boy tumurcuğundan ibarətdir.

Pambıq çiyidi qabığının epidermis hüceyrələrinin uzununa böyüməsi

nəticəsində əmələ gələn liflər mahlıc adlanır.

Bioloji xüsusiyyətləri. Pambıq toxumu 10-12 0C temperaturda cücərməyə

başlayır. 20-25 0C-də isə daha sürətlə cücərirlər. Çıxışların alınması üçün minimal

temperatur 14-15 0C-dir. Generativ orqanların formalaşması və çiçəkləmə üçün 20 0C lazımdır. Bitkinin normal inkişafı üçün optimal temperatur 25 0C-dir. Çiçəkləmə

və qönçələmə dövründə daha çox temperatur (25-30 0C) tələb olunur. Faydalı

temperaturun cəmi 34000 - dir.

Pambıq nisbətən quraqlığa davamlıdır. Dərinə işləyən kök sistemi torpaqaltı

sulardan istifadə etməyə imkan verir. Transpirasiya əmsalı 500-600 - dür.

Suvarmaya tələbkar bitkidir. Yaxşı məhsul verdikdə hektara 5-8 min ton su sərf

edir. İşıqsevən qısa gün (9-10 saat) bitkisidir.

Boz torpaqlar, tünd-şabalıdı, şabalıdı, açıq-şabalıdı, çəmən torpaqlar pambıq

üçün yararlıdır. Qrunt suyu yaxın olan və turş torpaqlar pambıq üçün yararsızdır.

Qida elementlərinin mənimsənilməsi ayrı-ayrı inkişaf dövrlərində müxtəlif

olur. Çıxış dövründə bitki qida maddəsini az mənimsəməklə qönçələmə fazasına

qədər güclənir. Qönçələmədən yetişməyə qədər qida elementlərinin

mənimsənilməsi çox sürətlənir və sonradan yenə də zəifləyir. (Hektardan 50 kq N, 17

kq P, 50 kq K aparır.)

Növbəli əkində yeri. Pambıq becərilən bölgələrdə pambıq-yonca növbəli əkini

(6, 7, 8 və s. tarlalı) daha geniş yayılmışdır. Yonca bitkisi şoran torpaqları duzdan

yaxşı yuyub təmizlədiyinə görə ona fitomelarator adı verilmişdir. Bu bitki qısa

14

müddətdə torpaq səthini örtdüyünə görə yaranmış təbəqə torpaqaltı suyun torpağın

səthinə çıxmasının qarşısını alır.

Yoncanın torpağın dərin qatlarına və yanlara gedən kökləri vardır. Torpaqları

yuyarkən suda həll olan duzlar həmin köklərin açdığı izlərlə aşağı qatlara asanlıqla

axır.

Viltlə sirayətlənmiş tarlalarda yoncanın rolu xüsusilə böyükdür. Belə ki, viltin

törədicisi yoncanın kökündə inkişaf edə bilmir və onun miqdarı əhəmiyyətli

dərəcədə azalır.

Gübrələmə sistemi. Pambıq gübrəyə tələbkar bitkidir. Bir ton məhsulla

torpaqdan 50 kq azot, 17 kq fosfor və 50 kq kalium elementi aparır.

Qönçələmə fazasına qədər qida elementlərini eyni bərabərdə mənimsəmir.

Qönçələmə fazasına qədər qida maddələrinin ümumi miqdarının – azot və fosfor 3-

5 %, kalium 2-3 %, qönçələmənin başlanğıncından çiçəkləməyə qədər azot və

fosforun 25-30 %-ni, kaliumun 15-20 %-ni çiçəkləmədən meyvəəmələgəlməyə

qədər azot və fosfor 65-70 %, kaliumun 75-80 %-ni mənimsəyir.

Gübrələmədə üzvi və mineral gübrələrdən istifadə olunur. Onu da nəzərə

almaq lazımdır ki, yoncadan sonra əkilmiş pambıq torpaqda toplanmış qida

elementlərindən yaxşı istifadə edir və üzvi gübrəyə tələbatı çox az olur. Adətən

yoncadan 2-3 il sonra torpağa üzvi gübrə verilmir, yalnız mineral gübrədən istifadə

olunur. Mineral gübrələrin norması və verilmə üsulları torpaq tipindən, gübrənin

formasından və pambıq tarlasının növbəli əkində yerləşməsindən asılı olaraq

dəyişə bilər.

Azot gübrəsinin illik normasının 25 %-i səpinqabağı, 75 %-i isə səpin zamanı

və qönçələmə və çiçəkləmənin əvvəlində 3-4 yarpaq fazasında yemləmə şəklində

verilir. Birinci yemləməni cərgədən 15 sm aralı 12 sm dərinlikdə, II yemləməni

qönçələmə fazasında cərgədən 2 sm aralı tirədən 3-4 sm dərinə və üçüncü

yemləməni cərgə aralarının ortasına vermək lazımdır.

Azot çatmadıqda bitki zəif inkişaf edir, vilt xəstəliyinə tutulması sürətlənir.

Fosforun 60-70 %-i əsas şum altına, qönçələmə fazasında hektara 20 kq fosfor

isə yemləmə şəklində verilir.

15

Kalium elementi çatışmadıqda sulu karbonların mübadiləsi pozulur, qozaların

formalaşması güclü surətdə pisləşir, lifin texnoloji göstəriciləri nəzərə çarpan

dərəcədə aşağı enir.

Azot, fosfor və kaliumdan başqa pambıq bitkisinin inkişafında kükürd, kalsium

və maqnezium da əhəmiyyətli rol oynayır.

Kükürd çatışmadıqda bitkinin boyu gecikir, yarpaqlar sarı rəng alır.

Kalsium və maqneziumun miqdarı pambıqçılıq rayonlarının torpaqlarında

kifayət qədərdir. Pambıq əkən bölgələr üçün bor, manqan, mis, sink və molibdenli

gübrələrdən istifadə edilməsi səmərəlidir.

Torpağın becərilməsi. Dondurma şumu (payız şumu) əkinçilik mədəniyyətini

yüksəltməkdə əsas vasitədir. Torpaq payızda şumlandıqda, havalar gecələr şaxtalı,

gündüzlər isə mülayim keçdiyindən torpaq məsamələrində su gecələr donur,

gündüzlər isə əriyir. Bu prosesin nəticəsi olaraq torpaq dağılıb dənəvərləşir və

yumşalır.

Dondurma şumunun əsas göstəricilərindən biri onun dərinliyidir. Dərinlik

torpağın qranulometrik tərkibindən, qrunt suyunun səviyyəsindən, humus qatı və

əkin qatın qalınlığından asılıdır. Pambıqçılıq bölgələrində dondurma şumu əsasən

28-30 sm dərinliyində aparılır.

Şum qatı dərin olmayan, çınqıllı və qumsal torpaqlarda 25 sm-dən dərin şum

aparılması məsləhət görülmür.

Şirvanın şorlaşmış və şorakətvarı çəmən torpaqlarında şum qatının qalınlığı 20

sm-dir. Sonra torpağın yapışqanlı qatı gəlir. Burada şum qatını 2 sm artırmaq üçün

hər hektar sahəyə 30-40 ton peyin vermək lazımdır. Dərin şum apardıqda torpaqda

üzvi maddələrin toplanması və çürüməsi üçün əlverişli şərait yaranır. Əmələ gələn

çürüntü torpağın xırda və toz halında olan hissəciklərini bir-birinə yapışdıraraq iri

dənəli torpaq hissəciklərinin əmələ gəlməsinə səbəb olur.

Pambıq bitkisini özü ilə növbələndirən zaman sahəni pambıq çöplərindən azad

edərək tirələri düzləndirmək lazımdır. Pambıq gövdələrinin təmizlənməsini

noyabrın birinci ongünlüyündə başa çatdırmaq lazımdır. Viltlə sirayətlənmiş bitki

16

şaxlarını diqqətlə sahədən təmizləmək vacibdir. Sağlam gövdələri xırdalayıb üzvi

gübrə kimi torpağa qarışdırmaq olar.

Əgər pambıq yoncadan sonra növbələnirsə oktyabrın ikinci yarısında sahəni

28-30 sm dərinlikdə ön kotancıqlı kotanla şumlamaq lazımdır. Şumdan əvvəl

yoncanın kök boğazlarını kəsmək üçün 5-6 sm dərinliyində üzləmə aparılır.

Tarlanın vəziyyətindən asılı olaraq erkən yazda səpinqabağı, şumun iki iz

malalanması həyata keçirilir. Səpinə 5-10 gün qalmış malalama aparılır.

Səpin – Səpin üçün çiyidlərin təmizliyi 97 %, cücərmə qabiliyyəti isə 85 %

olmalıdır. Səpin keyfiyyətinə görə ilk açılmış qozalardan alınmış toxumlar daha

yaxşı hesab olunur.

Adətən çiyid zavodlarda dərmanlanır əvvəlcə üçxlorfenolyat mislə (TXFM),

sonra heksaxloranla 1 ton toxuma 7 kq hesabı ilə dərmanlanır. Çiyid 20 sm

qalınlıqda sərilir və kürəklə yaxşı qarışdırılır.

Çiyidi islatmaq üçün sement və ya asfalt döşənmiş meydançalarda 20-30 sm

qalınlığında və 1,0-1,5 m enində sərirlər. Bir ton çiyidə bir dəfəyə 250-300 litr su

çilənməlidir. İsladılmış çiyid 60-70 sm tığa yığılır. Suyun çilənməsi və tığın

qarışdırılması 3-4 saatdan bir təkrar olunur. İsladılma müddətində 1 ton quru çiyid

500-800 litr su uda bilir.

Kökçürümə xəstəliyi və hommoza qarşı 1 ton toxuma 10-12 kq 65%-li

fentiuramla dərmanlanır.

Səpin müddəti, üsulu və norması. İstər faraş, istərsə də gecikdirilmiş səpinlər

yaxşı nəticə vermir.

Ən yaxşı səpin müddəti torpaqda temperatur 11-120 C havanın temperaturu 13-

140 C olduğu vaxtdır. Torpaqda normal havalanma getdikdə və çiyid yaxşı

nəmləndikdə 10-15 günə normal çıxışlar alınır.

Səpin müddəti torpaq tipindən asılıdır. Qranulometrik tərkibi yüngül olan

torpaqlar (çınqıl qatı səthə yaxın) tez qızdığına görə səpin tez, ağır və gilli torpaq-

larda isə nisbətən gec aparılmalıdır.

17

Pambıq cərgəvi, kvadrat-yuva, və yuva üsulu ilə səpilir. Ən sadəsi cərgəvi

səpin üsuludur. Kvadrat-yuva üsulunda çiyid sərfi, 2 dəfə azalır və maşınla iki

istiqamətdə sahənin eninə və uzununa becərmə aparmaq mümkün olur.

Pambıqçılıqda cərgəarası 60 və 90 sm bitki arası məsafə isə 10-30 sm

götürülür.

Son dövrlərdə tirəyə səpin üsulu tətbiq edilir. Bu vaxt 20-30 sm hündürlüyündə

tirələr yaranır. Həmin tirələrdə torpaq yaxşı qızır, məsamələr yaranır və nəmlik

saxlanılır ki, bu da yaxşı çıxışların alınmasını təmin edir.

Hər hektara səpin norması cərgəarası məsafədən, toxumun keyfiyyətindən asılı

olaraq, 40-50 kq-dan 70-80 kq-a qədər dəyişir. Bitki sıxlığı hər hektarda 100-120

min olmalıdır. Toxumun basdırılma dərinliyi 4-5 sm-dir.

Qulluq işləri. Hektarda olan bitki sıxlığını müəyyən etmək üçün qidalanma

sahəsini bilmək lazımdır. Bir hektarı (10 000 m2) həmin ədədə bölərək yuvadakı

bitkilərin sayına vururuq (məs. 60 x 60 sxemində bir yuvada qidalanma sahəsi 0,6

m x 0,6 m = 0,36 m2 ; 10 000 m2 : 0,36 m2 = 27777 yuva, hər yuvada 3 bitki

saxlanarsa onda 27777 x 3 = 83333 bitki olmasını tapırıq).

Çıxışlar alınana qədər əgər qaysaq varsa yüngül mala ilə dağıtmaq lazımdır.

Çıxışlar alındıqdan sonra cərgəaralarının becərilməsinə başlanılır. Birinci

kultivasiya 6-8 sm dərinliyində cərgələrin hər tərəfindən 10-12 sm müdafiə zolağı

saxlanılmaqla aparılır. İkinci kultivasiyanı birinci vegetasiya suvarmasından 2-3

gün sonra aparırlar. İkinci yaxud üçüncü kultivasiyadan başlayaraq müdafiə

zonasını 15-16 sm çatdırırlar.

Suvarma - Pambığın nəmliyə olan tələbatını ödəmək üçün torpağın köklər

qidalanan qatında tarla rütubət tutumunu 65-70 %-də saxlamaq zəruridir. Arat və

vegetasiya suvarmaları mövcuddur. Torpaqda nəmlik ehtiyatının toplanması,

toxumun cücərməsi və çıxışların alınması üçün payız-qış dövründə ehtiyat

suvarması tətbiq edilir. Suvarma norması hektara 1000-1500 m3-dir.

Nəmlik itkisinin qarşısını almaq üçün yazda torpaq 1-2 iz malalanır.

Vegetasiya suvarmaları qönçələməyə qədər (2 dəfə), qönçələmə dövründə (3-4

dəfə) və yetişmə dövründə (1 dəfə) aparılır. Ümumiyyətlə vegetasiya dövründə

18

torpaq tipindən və qrunt sularının səviyyəsindən asılı olaraq pambıq 2-10 dəfəyə

qədər suvarılır. Torpağın vəziyyəti və çıxışlardan asılı olaraq birinci suvarmanı 3-4

həftədən sonra həyata keçirmək lazımdır.

Qulluq işlərindən daha əhəmiyyətlisi alaqlarla mübarizədir. Hektara 1-1,5 kq

herbisid 200 litr suda həll edilərək 20-30 sm enində cərgələrə çilənir.

Ucvurma da mühüm qulluq işlərindəndir. Bitkinin boy nöqtəsi qırılıb atılır, bu

üsul qönçələrin və çiçəklərin tökülməsinin qarşısını alır, bitkinin işıqlanması və

qidalanması üçün əlverişli şərait yaranır.

Xəstəlik və zərərvericiləri. Xəstəlikləri göbələklər, bakteriyalar və viruslar

törədir. Ən qorxulu xəstəliklər soluxma və hommozdur.

Vilt (soluxma) xəstəliyini Verticillium dahli göbələyi törədir (bu xəstəliyə

pomidor, kartof, günəbaxan, xiyar, badımcan, bibər, şaftalı, gilas, çiyələk, ətirşah,

payızgülü və s. tutulur). Bitki əsasən bu xəstəliyə qönçələmə və çiçəkləmə

fazasında tutularaq vegetasiyanın sonuna qədər davam edir. Xəstəliyə tutulmuş

bitkinin yarpaqlarının üzərində dilim şəkildə solğun-sarı ləkələr görünür, sonra bu

ləkələr qonurlaşır və quruyaraq tökülür. Bu hal boy tumurcuqlarında da olur.

Gövdəni bıçaqla çəpəki kəsdikdə boruların tam qəhvəyi rəngdə olması və

toxumanın parçalanması aydın görünür.

Hommoz – Xanthomonas malvacearum bakteriyası törədir. Pambıq cücərtisi

torpaq səthinə çıxdıqda ləpə yarpaqlarında tünd-yaşıl, şəffaf yağlı ləkələr olur.

Ləkə tədricən tündləşir və üst tərəfini ağ pərdə örtür.

Qoza üzərində dairəvi, batıq şəkildə olur. Gövdə üzərində uzunsov yarıq əmələ

gətirir, yarıq artdıqca bitki həmin yerdən nazilir, qaralır və nəhayət qırılır.

Qozalarda ləkələr çox olduqda qozanın yarı hissəsi açılır yaxud bəzən də tamamilə

açılmır. Qarşısını almaq üçün bir ton toxuma 7 kq 20 %-li misüçxlorfenolyat

preparatı işlədilir.

Kökçürüməsi – əsasən yeni cücərtilərdə olur və 6 əsl yarpaq əmələ gələnə

qədər bitkini zədələyə bilir (törədicisi Rhisoctonia Aderholdii göbələyidir).

Bitkinin kök boğazında tünd qəhvəyi ləkə şəklində əmələ gəlir. Qabıq çatlayır,

dağılır, gövdə çox nazilir, köklər xəstəliyə tutulur və bitki məhv olur.

19

Cərgəaralarını erkən becərmək nəmliyi azaltmaqla torpaqda qarşısını almaq

mümkündür.

Yarpaqların qıvrılması. Bu xəstəliyi viruslar törədir. Yarpaqların kənarları

yuxarıya və aşağıya doğru qıvrılır. Qönçələmə fazasından başlayaraq vegetasiyanın

sonuna qədər davam edir. Bəzən yarpaq dilimlərində qıvrılma boruşəkilli olur.

Yarpaq saplaqları və gövdə qırmızı rəng alır və yapışqanlı olur. Bu xəstəlik

məhsuldarlığı 50 %-ə qədər azalda bilir.

Pambığa 17 növ həşərat ziyan vurur. Ən qorxulusu pambıq sovkasıdır. Tor

gənəciyi, mənənə trips və s. də məhsuldarlığa xeyli ziyan vurur.

Pambıq sovkası – əsasən dörd nəsil verir. Bu nəsillər biri digərinin daxilində

əmələ gəlir. Torpaqda pup halında qışladıqdan sonra, aprelin axırı mayın

əvvəllərində puplardan kəpənəklər çıxıb uçaraq alaq otları və mədəni bitkilərin

(qarğıdalı, pomidor, noxud) üzərinə yumurtalarını qoyurlar. Sonrakı üç nəsil isə

pambıq bitkisinə ziyan vurur. (digərləri, tor gənəciyi (çor), payız sovkası, pambıq

mənənəsi, tütün tripsi və s. ).

Məhsulun yığılması. Qozalar eyni zamanda yetişmir. Onların yetişərək

açılması iki aya qədər (don düşənə qədər) davam edir.

Pambıq həm əllə, həm də maşınla yığılır. Birinci yığım maşınla aparılır.

Qabaqcadan yarpaqların tökülməsi üçün defolyasiya edilir, hər hektara 8-12 kq

maqnezium xlorat çilənir. Yarpaqlar tam tökülmədikdə bitkinin gövdəsini tam

qurutmaq üçün desikasiya, yəni hektara 25-30 kq maqnezium xlorat yaxud 50 kq

kalium xlorid-xlorat çilənir.

Toxumluq məhsulun əl ilə yığılmasına kolun aşağı və orta hissəsində 5-6 qoza

açıldıqda başlanılır.

Yığılmış pambığı asfalt döşəmələrə 10 sm qalınlığında sərərək qurudurlar. Bu

zaman kürəklə qarışdırmaq lazımdır. Yağmurlu günlərdə qurutma qurğusu olan

binalarda 60-80 0C-də qurudulur. Yüksək temperaturda qovurula və yana bilər.

20

MÖVZU: 3. LİFLİ BİTKİLƏR. TOXUM ÜZƏRİNDƏ LİFİ OLAN

BİTKİLƏR. PAMBIQ BİTKİSİNİN BECƏRİLMƏSİ

Mühazirənin planı:

1. Kətanın əhəmiyyəti. 2. Tarixi, mənşəyi və yayılması. 3. Botaniki təsviri və bioloji xüsusiyyətləri. 4. Növbəli əkində yeri. 5. Gübrələmə sistemi. 6. Torpağın becərilməsi. 7. Qulluq işləri və məhsul yığımı. 8. Yağlıq kətanın aqrotexniki xüsusiyyətləri. 9.

Ədəbiyyat

17. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.18. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş., 2012, 356 s.19. Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.20. Вавилов П. П. «Растениеводства»., Москва, 1986, 512 с.21.Лен - долгунец / Под ред. Труша М. М. М.: «Колос», 1976, 87 с. 22.Объедков М. Г. Лен-долгунец. М.: Россельхозиздат, 1979, 169 с.

23. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 1997, ст. 389-39724. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 498-506.25.Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат,

1986, 287 с.

21

GÖVDƏSI LİFLİ BİTKİLƏR. KƏTAN BİTKİSİNİN XALQ

TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI

Gövdəsində lif olan bitkilərə lutya və ya toxuculuq bitkiləri də deyilir. Bunlara

kətan, kənaf, çətənə, kəndir otu, cut, gicitkən, rami (çin gicitkəni) uzunlifli krota-

lariya və s. aiddir.

Əhəmiyyəti. Kətan ən yaxşı lifli bitkilər sırasına aiddir. Əsas etibarilə bu bitki

təbii lif və toxumundan yağ almaq üçün becərilir. Gövdəsində yağlıq kətana

nisbətən 2 dəfə artıq, 18-33% lif var. Kətan lifi yüksək texnoloji keyfiyyətlərinə

görə fərqlənir və toxuculuq sənayesinin əsas xammal mənbəyi hesab edilir. O, iki

dəfə pambıq lifindən, üç dəfə yundan möhkəmdir və ipək sapdan bir qədər geri

qalır. Ondan ən yaxşı müxtəlif məişət, texniki, qablaşdırma və s. materiallar

hazırlanır. Kətandan hazırlanmış məmulatlar keyfiyyətli, davamlı, gözəl, yüngül və

gigiyenikdir. Orta hesabla bir kq kətan lifindən 10 m2 batist, 2,4 m2 parça yaxud

1,6 m2 su keçirməyən parça (brezent) alınır. Toxuculuq sənayesi kətandan texniki

və məişət təyinatlı geniş çeşidli mallar: məhrəba, alt paltarı, ağ, geyim, yorğan,

qayış, qalın kətan parça (parusin), qablaşdırma materialı, kəndir, sap, qalın kəndir

və s. istehsal edir. Kətandan suya və odadavamlı divar kağızı hazırlanır. Texniki

parçalar çürüməyə qarşı yaxşı davamlıdır, onlar tədricən köhnəlib xarab olurlar.

Kətan lifinə tələbat hədsiz böyükdür. Kətan lifi pambıq və kimyəvi liflərlə

birgə tətbiq olunan ən yaxşı komponentlərdən biridir.

Kətanın toxumu böyük əhəmiyyət kəsb edir. Onun tərkibində 35-39%, yağlıq

kətanın toxumunda isə 42-44% yağ vardır. Toxumun tərkibində zülalın miqdarı

23%-dir. Toxumdan alınan yağ əsasən texniki məqsədlər üçün istifadə edilir. Yağı

möhkəm, nazik və elastiki təbəqə əmələ gətirir, tez qurumaq qabiliyyətinə

malikdir. Ondan yüksək keyfiyyətli əlif yağı, eləcə də lak və mina (emal, mina

çəkmək) hazırlanmasında istifadə olunur. Kətan yağı istehsal həcminə görə texniki

yağlar içərisində dünyada birinci yeri tutur. O, elektrotexnika, kağız və sabunbişir-

mə sənayesində, eləcə də ətriyyat və təbabətdə geniş tətbiq olunur. Kətan yağı

22

təbabətdə məlhəm və sürtgü dərmanları hazırlamaq üçü işlədilir. Yeyintidə də az

miqdarda istifadə edilir.

Yağ emalından sonra yerdə qalan tullantı (cecə, jmıx) yüksək zülallı qiymətli

yemdir. Onun tərkibində 6-12% yağ, 30%-ə qədər xam zülal var. Bir kq kətan

cecəsinin yemlik dəyəri 1,15 yem vahidinə bərabərdir.

Kətanın emalı zamanı alınan qısa liflər əsasən kobud parçaların hazırlanma-

sında istifadə olunur. Gövdə oduncağının tərkibində 64% sellüloza vardır ki, ondan

sıxılmış (presləmək) tikinti lövhələri, texniki karton, etil spirti, aseton və digər

materiallar hazırlanmasında xam mal kimi istifadə edilir.

Tarixi, mənşəyi və yayılması. Kətan bitkisi çox qədim zamanlardan becərilir.

Onun vətəni haqqında dəqiq fikir söyləmək çətindir. Kətan bizim eradan 4-5 min il

əvvəl Hindistan, Çin, Misir və Zaqafqaziyada məlum olub.

Təxminən kətanın vətəninin Hindistanın dağlıq rayonları, Çin və Aralıq dənizi

ölkələri (Zaqafqaziya, Anatoliya, Qərbi İran) olduğu güman edilir. Kətan bitkisi

asanlıqla yabanı formaya keçir. Bir çox ölkələrdə o cümlədən də cənubi Rusiyada

özünü yabanı bitki kimi göstərir. Rusiya ərazisinə Asiyadan keçmişdir. Hazırda

kətanı Avropanın, Asiyanın və şimali Amerikanın isti yerlərində və Şimali Afri-

kada becərilir.

Bu günə kimi kətanın mənşəyi haqqında heç bir düzgün fikir söylənməyib.

Ancaq bir neçə hipotez irəli sürülmüşdür. Bu hipotezlərin bəzilərində daryarpaq

kətanın yabanı halda İran körfəzi dövlətləri ərazilərindən başlayaraq Xəzər və Qara

dəniz sahillərinə qədər gəlib çıxdığı göstərilir. Başqaları isə göstərirlər ki, mədəni

kətan ilk dəfə öz başlanğıcını Hindistanın dağlıq ərazisindən götürmüşdür. Burada

bizim eradan 9 min il qabaq kətan bitkisinin becərilməsi haqqında arxeoloji

qazıntılar məlumat verir. Bəziləri isə kətanın ilk əkin sahələrinin Yaxın şərq,

Qafqaz (Azərbaycan), Avropa və Asiya ölkələri olduğunu qeyd edirlər. Bu

yerlərdə aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən kətan qalıqlarına

əsaslanaraq alimlər onun Daş dövründə əkildiyini söyləyirlər.

Kətanın becərilməsinə Rusiya ərazisində qədim dövrlərdən başlanılıb. III-V

əsrlərdə kətan Rusiyanın Yaroslavl və Kostroma vilayətində becərilib. Artıq X

23

əsrdə Rusiyada kətandan istehsal olunan parça, iplik, lif və yağ yalnız ölkənin öz

ehtiyaclarını ödəmək üçün deyil, hətta xarici ölkələrə də satılırdı.

Kətanın yer kürəsində əkin sahəsinin 60%-dən çoxu MDB ölkələrində

cəmləşmişdir. Rusiya, Ukrayna və Belarus dövlətlərində əkin sahəsi daha çoxdur.

Polşa, Rumıniya, Fransa, Çexiya, Hollandiya və s. ölkələrdə də əkin sahəsi

əhəmiyyətli dərəcədədir.

Yer kürəsində əsas liflik kətanın əkin sahəsi 1,5 mln. hektardan çox, yağlıq

kətanınkı isə təxminən 1 mln. hektardır. Yağlıq kətanın əkinləri Argentina, ABŞ,

Kanada və Hindistanda daha çoxdur. Rusiya ərazisində əkin sahəsi 200 min

hektardır.

Kətanın lif məhsuldarlığı orta hesabla hektardan 0,4 tondur, lakin potensial

imkanı 1,6 və daha çoxdur.

“Tarixin atası” hesab edilən Herodot göstərir ki, Kolxididə kətandan

hazırlanan parça məmulatları ilə təkcə daxili tələbi ödəmir, onları bir çox Şərq və

Qərb dövlətlərinə də ixrac edirdilər.

Herodot qeyd edir ki, Dnepr və Dnestr çayları ətrafında yaşamış qədim skiflər

buğda, mərcimək, soğan, sarımsaqla yanaşı, kətan və çətənə də əkərək onlardan əla

keyfiyyətli parçalar toxuyarlarmış. Herodotun bu fikirlərini Dnepr çayı sahillərində

arxeoloji qazıntılar nəticəsində əldə edilmiş materiallar da təsdiq edir. Müəyyən

etmişlər ki, o dövrlərdə indiki Litva xalqları da kətançılıqla geniş surətdə məşğul

olmuşlar. Ərəb səyyahı İbn-Faldan 901-ci ildə Volqa və Ural ətrafı ərazilərdə olan

zaman kətandan hazırlanmış parçadan tikilmiş paltarda gəzənlərə rast gəlmişdir.

Xalq arasında kətanla bağlı bir çox əfsanələr, nağıllar uydurulmuş, xüsusi

təntənəli bayram günləri qeyd edilmişdir. Məhsulu topladıqdan sonra hər il 3

İyunda təntənəli bayram keçirirlərmiş.

Azərbaycan da kətanın qədim vətənlərindən biri sayılır. Lakin imperiyanın

əsarəti altına düşdükdən sonra Azərbaycanda bir çox sahələr kimi, kətançılıq da

unudulmuşdur. İndi Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etmişdir.

Ona görə yaxın vaxtlarda sap istehsalını artırmaq və respublikanın tələbatını

24

ödəmək üçün Azərbaycanda kətançılığın inkişafı haqqında düşünmək lazım

gələcəkdir.

Botaniki təsviri. Kətan bitkisi bitkilər aləminin, çiçəkli bitkilər şöbəsinin,

ikiləpəlilər sinfinin, malpigiçiçəklilər sırasının kətankimilər (Linaceae) fəsiləsi-

nin, kətan (Linium L.) cinsinə daxil olan birillik və çoxillik ot tipli bitkidir. Müx-

təlif mənbələrə əsasən demək olar ki, kətan cinsinin dünyada 100-dən 200-ə qədər

növü məlumdur. Hazırda bunlardan lifinin uzunluğuna, keyfiyyətinə, davamlılığına

və toxumlarının yağvermə qabiliyyətinə görə daha məhsuldar olan bir növü elmi

əsaslarla müəyyən edib, mədəni hala keçirmişlər. Bu uzunlifli kətan – L.

usitalissimum adlandırılmışdır və əksər ölkələrdə geniş surətdə əkilib becərilir.

Hazırda onun beşə qədər növmüxtəlfliyi əldə edilmişdir. Bunlardan uzunlifli və

yaxud iplik L. elongata; lül – maşın ipliyi və yaxud aralıq təşkil edən L.

intermedia, qıvrım və ya yağtəbiətli (yağlı) L. brevimulicaulina, iritoxumlu L.

macrospermum və əyilən yarım qışlayan L. prostratanı göstərə bilərik.

Kətançılıq təsərrüfatı lif və yağ almaq məqsədilə inkişaf etdirilir. Liflik

məqsədilə uzunlifli kətandan, yağ məqsədləri üçün isə qıvrım və yaxud yağtəbiətli

(yağlı) kətandan (L. brevimulicaulina) istifadə edilir.

Mədəni kətan, əkilən və yaxud adi kətan (L. usitatissimum L.) hündürlüyü 30-

150 sm olub, öz-özünə tozlanan birillik ot tipli bitkidir. İsti ölkələrdə məs:

Hindistanda daha ucaboylu olur. Yalnız yuxarı hissədən budaqlanır. Əsas kökü

(mil kökü) olduqca qısadır, ağımtıl rəngdədir, bir neçə iri yan budaqlar (köklər)

əmələ gətirir. Ancaq çoxlu sayda xırda kök telləri olur.

Gövdəsinin əsas hissəsi dik dayanan və düz, nazik, silindir şəkilli, bəzən sadə,

yalnız yuxarı hissədən budaqlanan tutqun yaşıl rəngli zəif mum təbəqəsi ilə

örtülüdür. Gövdəsi tüksüz və demək olar ki, tüksüz yəni qısa tükcüklərlə örtülü

olur. Yarpaqları çoxsaylı, nisbətən seyrək növbəli və ya spiral şəkilli düzülmüş 2-3

sm uzunluqda 3-4 mm enində olmaqla xətvari və yaxud xətvari-lansetvari, nisbətən

iri lansetvari, nəhayəti sivri (iti) oturaq, yüngül göyümtül rəngli, nisbətən zəif

mum təbəqəsi ilə örtülü, kənarları hamar, 3 damarlıdır. Yarpaqları tükcüklərlə

örtülmüş və ya çılpaq, kənarları bütövdür. Çiçəkləri gövdənin nəhayətində yalançı

25

çətir (dixazi) şəklində toplanmışdır. Çiçək qrupu seyrək, əyri, bəzən qıvrım olmaq-

la çiçəkaltlığı lansetvaridir. Çiçəkləri nisbətən az üzvlü, çox hissəsi orta irilikdə və

yaxud xırda 1,5-2,4 sm diametrində, kifayət qədər uzun saplaqlı, yuxarı hissələrdə

yaxınlaşmışdır. Kasa yarpaqları 5-6 mm uzunluqda ot tipli, yumurtavari və ya

yumurtavari-lansetavri, uzunsov yumurtavari, yuxarı hissələrdə sivri və ya qısa

sivri, 2-5 əksər hallarda 3 damarlı, daxildə nisbətən geniş, ağ örtüklə haşiyələnmiş,

yuxarı hissədə kənarları kələ-kötür, nazik kirpiklidir. Ləçəkləri 12-15 sm

uzunluqda pazşəkilli, tərs yumurtavari, yuxarı hissələrdə bir neçəsi çəp dairəvi və

ya kütləşmiş, tam kənarlı, hamar və ya yüngül büzmələnən, mavi və ya göy rəngli,

nisbətən tünd damarlı, bəzən isə ağ, çəhrayı və ya qırmızı -bənövşəyi, aşağıya

doğru qurumuş ağ rəngli, əsasında sarı damarı olan və tez tökülən olur. Erkək-

cikləri xətvari, ağ rəngli, yuxarı hissəsi tikanlı göy saplıdır (damarlıdır). Erkəkcik

borusu qısa, həlqə şəkillidir. Tozluqları uzunsov, əsasən göy, bəzən isə sarı və ya

çəhrayı rəngli olur.

Dişiciyi bir ədəd, dairəvi, beş sütuncuqdan ibarətdir. Yumurtalığı (toxumluğu)

yumurta şəkilli, yaşıl rəngli, sütuncuğu pazşəkilli-xətvari, ağızcığı tünd göydən

bənövşəyi rəngə qədər dəyişilir. İyun və iyul aylarında çiçəkləyir.

Çiçəkləri sübh tezdən ilk günəş şüası dəyən kimi açılır, günortadan sonra

yumularaq tökülməyə başlayır. Nəmli və yağışlı günlərdə çiçək açmır.

Mayalanması ancaq həşəratlar vasitəsilə – çarpaz üsulla gedir. Meyvəsi 6-8 mm

uzunluğunda, 5,7-6,8 mm diametrdə, yastılaşmış şarşəkilli və ya şarşəkilli -

yumurtavarı olmaqla beş yuvalı qutucuqdur. Üzərində kasacığın izi qalmışdır.

Yuxarı hissəsi azacıq sivri, sarımtıl rəngli, əsas hissəsi antosian rənglə örtülməmiş,

bəzən yetişmədən əvvəl zəif rəngli, çatlamayan, yalançı arakəsməli, tüksüz

(hamar) bəzən isə kirpikli olur. Meyvəsi iyul-avqust aylarında yetişir

Bitkidə adətən 10 ədəd, bəzən isə az sayda toxum olur. Toxumları 3,3-5,0 mm

uzunluqda, yumurtavarı və ya uzunsov ellipsvarı, yanları qeyri-bərabər, güclü

yastılaşmış, əsasında dairəvi, yuxarısı sivri, açıq-qəhvəyi rəngdən tünd boz rəngə

qədər dəyişən, az hallarda yaşılımtıl-sarı, tamamilə hamar və parlaq olur.

26

Toxumun qabığı suya dəydikdə yumşalır, selikli maddəyə çevrilir. Uzunlifli

kətanın 1000 ədəd toxumunun kütləsi 4-5 qr. (12-13 qr.) gəldiyi halda, yağlıq

sortlarınkı 8-15 qram olur.

Qıvrım kətan (L. brevimulicaulina) əsas etibarı ilə toxum almaq üçün əkilib-

becərilir. Bu bitkinin gövdələrindən alınan lifin keyfiyyəti çox aşağı olur.

Qıvrım kətan alçaq boylu və yaxşı budaqlanandır. Gövdəsinin hündürlüyü 30-

50 sm olub, çox budaqlanandır. Yarpaqları müalicəvi xüsusiyyətlərə malik olmaqla

növbəli bəzən isə qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri beş üzvlüdür. Beş ədəd

inkişaf etmiş erkəkcikdən başqa ləçəklərin qarşısında beş ədəd tam inkişaf etməmiş

dişcik və sapları vardır. Yumurtalığı tamdır.

Gövdəsinin qurtaracağında 30-50-ə qədər içəriləri toxumla dolu olan beş yuvalı

qutucuqlar - meyvələr yerləşir. Hər yuva 2 yarım yuvaya bölünməklə hər birində 1

ədəd toxum olur.

Bunun toxumları uzunlifli kətanınkına nisbətən iri və yağlı olur. Qıvrım kətana

yağ verən kətan da deyilir. Bunu Hindistan, Argentina və bir çox cənub ölkələrində

əkib becərirlər. Dünya əkinçiliyində yağ verən kətan uzunlifli kətana nisbətən daha

çox əkilib-becərilir.

Bioloji xüsusiyyətləri. Uzun lifli kətan üçün yazın və yayın mülayim tempe-

raturu, növbə ilə yağan yağışları və açıq havası əlverişlidir. Kətanın toxumu 3-5 0C

temperaturda cücərməyə başlayır. Onun cücərtiləri mənfi 4 0C-yə qədər şaxtalara

dözürlər. Toxumun fəal cücərməsi və çıxışların alınması, torpaqda toxumun

basdırılma dərinliyində 7-9 0C temperatur olduqda qeydə alınır. Uzun lifli kətan

üçün faydalı temperatur cəmi səpin-cücərti dövründə 60 0C, cücərti-çiçəkləmənin

başlanğıcı 418-440 0C, çiçəkləmədən qutucuqların qonurlaşmasına qədər 410 0C-

dir. Bitkinin inkişafı üçün optimal temperatur 15-18 0C-dir. İsti havalar gövdənin

hündürlüyünü ləngidir. Bitkini xüsusən lazımi miqdarda nəmliklə təmin etmədikdə

artıq o, 22 0C temperaturda boy artımına görə əziyyət çəkir.

Uzun lifli kətan nəmliyə çox tələbkardır. Onun suya tələbatı qönçələmə və

çiçəkləmə dövründə xüsusən böyükdür. Torpaq nəmliyi TRT 70%-i həddində

olduqda o daha yaxşı inkişaf edir. Uzun lifli kətanın nəmliyə tələbatı eyni zamanda

27

onun inkişafının müxtəlif fazalarda müxtəlifdir. Toxumun şişməsi üçün öz

kütləsindən 100%-ə qədər artıq nəmlik tələb olunur. Optimal torpaq nəmliyində

(10 sm qatda 10-20 mm) cücərtilər bir bərabərdə alınır, çiçəkləmə fazasına qədər

nəmliyə tələbat artır və məhsuldar nəmlik ehtiyatı 0-20 sm qatda 30 mm və daha

artıq olduqda böyümə normal gedir. Kətan bitkisi torpaqda nəmlik artıq olduqda

dözmür və qrunt sularının səviyyəsi səthə yaxın olan ərazilərdə pis nəticələnir.

Eləcə də yetişmə zamanı yağıntıların artıq düşməsi arzuedilməzdir, belə ki, onun

hesabına bitkilərin yatmasına və müxtəlif xəstəliklərin inkişaf etməsinə səbəb olur.

Kətanın transpirasiya əmsalı 400-430-a bərabərdir.

Uzun lifli kətan uzun gün bitkisidir. Güclü günəş işığı gövdələrin şiddətli

budaqlanmasına, uzun lif məhsuldarlığının aşağı düşməsinə və onun keyfiyyətinin

pisləşməsinə səbəb olur.

K. A. Timiryazev qeyd etmişdir ki, münbit torpaqlarda kətan daha nazik və

elastiki lif məhsulu verir. Onun üçün mədəniləşdirilmiş gilli və gillicəli torpaqlar

daha yaxşı hesab olunur. Ən əlverişli torpaq məhlulunun reaksiyası pH=5,0-6,5-

dir.

Uzun lifli kətanın kök kütləsinin 80%-i 0-20 sm torpaq qatda, 14-18%-i 21-60

sm-lik qatda, 3-6%-i isə 51-100 sm-lik qatda yerləşir. Ona görə də məhsulun 80%-

dən çoxu 0-20 sm-lik qatdakı nəmlik və qida maddələrinin hesabına formalaşır.

Kətan üçün humusun miqdarı 2%-dən az olmayan, 100 qram torpaqda asan

hidroliz olunan azat 10 mq, fosfor və kalium 10-15 mq , həcmi kütləsi 1,3 q/sm3

olan torpaqlar daha əlverişlidir.

Qumlu və qumsal torpaqlar kətan üçün az yararlıdır. Ağır gillicəli və torflu turş

torpaqlar da kətan üçün az yararlıdır.

Kətanın aşağıdakı xarakterik inkişaf fazaları vardır: cücərti, iynəyə bənzər

yarpaqlar, qönçələmə, çiçəkləmə, yetişmə.

Cücərmə fazasında bitki iki ləpə yarpaqları və onların arasındakı kiçik

tumurcuqdan ibarət olur. İynəyə bənzər yarpaqlar fazada bitkinin hündürlüyü 10

sm-ə çatır və 5-7 cüt həqiqi yarpaqlar əmələ gəlir. Bu iki faza gövdənin yavaş

boyatması və kök sisteminin sürətli inkişafı ilə xarakterizə olunur. Sonra kətanda

28

sürətlə boy atma (artım sutkada 5-7 sm) dövrü başlayır, qönçələmənin başlanğıcına

qədər 12-20 gün davam edir, daha sonra bitkinin boyatması (sutkada 0,5-1 sm)

əhəmiyyətli dərəcədə zəifləyir, ancaq vegetasiyanın sonunda demək olar ki,

dayanır. Yetişmə zamanı kətanın gövdəsinin odunlaşması və qutucuqlarda

toxumların formalaşması sürətlə gedir.

Yağlıq kətan uzun lifli kətana nisbətən xüsusən yetişmə dövründə istiliyə

tələbkardır. Nəmliyə çox tələbat göstərən deyil. Yağlıq kətan üçün ən yaxşı

torpaqlar alaq otlarından təmiz qara torpaqlar hesab olunur.

Növbəli əkində yeri. Uzun lifli kətan növbəli əkinlərdə sələflərə və bitkilərin

düzgün növbələndirilməsinə tələbat göstərən bitkilərə aiddir. Kətanın daima eyni

tarlada əkilməsi yaxud tez-tez öz tarlasına qaytarılması, torpaqda patogenlərin -

fuzarioz, antraknoz və polisporiozun törədicilərinin toplanması üzündən, məhsul

azalır yaxud da tamamilə məhv olur.

Çoxillik paxlalı otları (üçyarpaq) uzun lifli kətan üçün daima daha yaxşı sələf

hesab etmək olmaz. D. N. Priyanişnikov kətanın məhsuldarlığına üçyarpağın

müsbət təsirini qeyd etmişdir. Üçyarpaqdan sonra kətan becərməyə ona görə

üstünlük verilərdi ki, gübrədən az istifadə olunsun. Yüksək münbit torpaqlarda

çoxillik otlar digər sələflərdən bir qədər geri qalır. Ona görə də intensiv növbəli

əkinlərdə kətanı yaxşı becərilmiş torpaqlarda payızlıq çovdar, yazlıq buğda,

kökümeyvəlilər, kartof, noxud və digər bitkilərdən sonra yerləşdirmək daha

məqsədə uyğundur. Bu sələflərdən sonra kətanın gövdəsi daha hamar, yatmaya

qarşı davamlı, mexaniki yığıma daha yararlı olur.

Lakin kartof altına verilmiş üzvi gübrənin yüksək normasında çox vaxt azotun

artıqlığı yaranır və kətan əkinlərinin yatmasına səbəb olur.

Qərbi Avropa ölkələrində (Hollandiya, Belçika və s.) çoxdan becərilən və yaxşı

gübrələnmiş torpaqlarda kətanın ən yaxşı sələfləri buğda, arpa, kartof, şəkər

çuğunduru və s. bitkilər hesab olunur. Üçyarpaqdan sonra becərilən kətan gec

yetişir və lifin keyfiyyəti nisbətən aşağı olur.

Uzun lifli kətanın məhsulu vaxtında yığılarsa ondan sonra növbəli əkində

yazlıq buğdanı, çuğunduru, kartofu və s. bitkiləri yerləşdirmək olar.

29

Gübrələmə sistemi. Uzun lifli kətanın qida maddələrinə tələbatı kifayət qədər

yüksəkdir. Bir ton lif yaratmaq üçün o torpaqdan 80 kq azot, 40 kq fosfor və 70 kq

kalium aparır ki, bu da 1 ton xam məhsulu yaratmaq üçün pambıq bitkisinin

apardığından 1,5 dəfə çoxdur.

Əsas qida elementləri uzun lifli kətanın məhsuldarlığına və keyfiyyətinə

müxtəlif dərəcədə təsir göstərir.

Azot elementi uzun lif məhsulunun artmasına səbəb olur. Lakin onun

çatışmaması bitkinin vegetasiya müddətini uzadır, onların yatmasına və çox

hissəsinin xəstəliklərlə zədələnməsinə səbəb olur, nəticədə məhsuldarlıq və lifin

keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşür. Azotun çatışmaması xüsusən

cinaqşəkilli fazada nəzərə çarpır.

Fosfor həyatının ilk dövrlərində kətan üçün çox vacibdir. Fosfor qidası kifayət

qədər olduqda bitkinin yetişməsi sürətlənir, lif və toxum məhsulu yüksəlir.

Kalium gövdədə ibtidai (başlanğıc) liflərin miqdarını artırır, lif çıxımı və onun

keyfiyyətini yüksəldir, bitkilərin yatması qorxusunu aşağı salır. Kalium elementi

kətanın boy atmasının birinci üç həftəsində və qönçələmə fazasında xüsusən

zəruridir.

Kətan mineral gübrələrdən qida elementlərini müxtəlif dərəcədə istifadə edir:

asan hidroliz olunan azot təxminən 30-90% mənimsənilir, fosfor 10-25%, kalium

isə 26-40%, torpaqdan isə müvafiq olaraq 20-30, 6-13 və 12-13%.

Çoxillik tədqiqatlarla müəyyən edilmişdir ki, daha yüksək və yaxşı keyfiyyətli

məhsul əldə etmək üçün kətan altına tam mineral gübrə verilməlidir. Məhsul artımı

40%, toxum məhsulu isə 30% olmuşdur.

Əgər hektardan 30-40 sentner quru ot məhsulu əldə edilmiş üçyarpaqdan sonra

kətan yerləşdirilərsə, kətan altına 15 kq azot verilməsi tövsiyə olunur, lakin məhsul

45-50 sentner olduqda kətan əkinlərinə azot gübrəsinin verilməsi məsləhət

görülmür.

Kətan hektardan 25 sentner dən məhsulu götürülmüş yazlıq taxıllardan sonra

yerləşdirilərsə 30 kq azot, yaxud hektara 1 sentner ammonium şorası; məhsuldarlıq

hektardan 25-35 sentner olduqda 20-25 kq azot, yaxud 0,6-0,7 sentner ammonium

30

şorası; hektardan 35 sentnerdən çox dən məhsulu götürüldükdə isə 15-17 kq azot,

yaxud hektara 0,5 sentner ammonium şorası verilməsi tövsiyə olunur.

Kətan altına tam mineral gübrə N : P : K, azotla zəif təmin olunmuş

torpaqlarda 1:2:3 nisbətində, azotla yüksək dərəcədə təmin olunmuş torpaqlarda isə

1:3:4 nisbətdə verilir.

Azot gübrəsi kətan altına yazda, fosfor və kalium isə payızda şum altına yaxud

şumdan dərhal sonra verilir. Mütəhərrik fosfor və kaliumla az təmin olunmuş

torpaqlarda, eləcə də ağır rabitəli torpaqlarda fosfor və kalium gübrələrini yaxşı

olar ki, iki müddətdə: 50%-ni payızda şum qabağı, 50%-ni isə erkən yazda,

torpağın səpinqabağı becərilməsindən əvvəl verilməsi daha yaxşıdır.

Mikroelementlərdən kətan xüsusən bor elementinə ehtiyac göstərir. Bor tərkibli

gübrələrin yazda kultivasiya qabağı hektara 0,2-0,3 sentner verilməsi tövsiyə

olunur.

Kətan altına mineral gübrələrdən əlavə hər 100 kq lif hesabı ilə hektara 100 kq

odun külü verilməsi tövsiyə olunur.

Əkinlərin alaqlanması, alabəzəkliyin olmaması və bitkilərin yatmasının

qarşısını almaq üçün kətan altına bilavasitə peyin verilmir.

Torpağın becərilməsi. Kök sisteminin zəif inkişaf etməsi və səpin dərinliyinin

cüzi olması ilə əlaqədar olaraq kətan torpağın becərilməsinə tələbkardır. Çox

hallarda torpağın becərilməsi sələflərdən asılıdır.

Kətan çoxillik alaqlardan sonra yerləşdirilərsə torpağın BDN-3, BDN-10

markalı ağır diskli malalarla iki istiqamətdə becərilməsinə başlanılır. Diskləmə

payız şumunun qaldırılmasından 2-3 həftə əvvəl aparılır. Payız şumu 22-25 sm

dərinliyində ön kotancıqlı kotanla aparılır.

Kətan əkinləri üçün dənli taxıl bitkilərinin məhsulu yığıldıqdan sonra onun

ardınca torpağın üzlənməsi 5-6 sm dərinliyində LDQ-5A, LDQ-10A, LDQ-15A

markalı diskli aqreqatlarla, yaxud PPL-5-25, PPL-10-25 markalı gavahınlı

aqreqatlarla aparılır. Əgər torpaq sürünən ayrıqla zibillənibsə üzləmənin dərinliyi

10-12 sm-dən az olmamalıdır. Sürünən ayrığın toxumları və onun kökümsov

31

gövdəsinin buğumaraları tez cücərir və növbəti şumlamada torpağın alt qatına

düşərək məhv olurlar.

Kətan kartofdan sonra yerləşdirildikdə, yığımdan dərhal sonra şum aparılıbsa,

adətən əlavə şumun aparılmasına ehtiyac tələb olunmur.

Gillicəli və gilli torpaqlarda erkən yazda torpağın becərilməsi 5-6 sm

dərinliyində pəncəli kultivatorla, eyni zamanda orta yaxud ağır dişli malalarla

birlikdə malalamanın aparılması məsləhət görülür. Bu torpaqlara kultivatorla

mineral gübrə verən zaman gübrənin basdırılma dərinliyi 10-12 sm-dən az

olmamalıdır.

Erkən yaz becərmələrindən bir həftə sonra səpinqabağı becərmədə kultivasiya

ilə malalamanın eyni vaxtda aparılmasıdır. Bu halda alaqlar daha tam cücərtilər

verir və kətanın səpinindən əvvəl torpaq becərən alətlərlə məhv edilir.

Torpağın səpinqabağı becərilməsində kətan əkinləri üçün kombinə edilmiş

yumşaldıcı-hamarlayıcı aqreqatlardan istifadə geniş tətbiq edilir.

Səpinə yaxşı hazırlanmış torpaqlarda kətanın tarla cücərməsi 70-80% təşkil

edir.

Toxumun səpinə hazırlanması və səpin. Səpin üçün hazırlanmış kətan

toxumlarının təmizliyi 97%-dən və cücərmə qabiliyyəti 85%-dən aşağı

olmamalıdır. Kətan toxumlarında alaq toxumlarının qarışığı 1 kq-da 180 ədəddən

artıq olmamalıdır.

Fuzarioz, antraknoz, pas və digər xəstəliklərlə mübarizə məqsədi ilə kətan

toxumları kimyəvi preparatlarla səpinqabağı yaxud qabaqcadan (5 ay əvvəl)

yarımquru üsulla (100 kq toxuma 1 litr su) dərmanlanır. Bununla toxumun nəmliyi

0,5% artır. Toxumların rütubətləndirilərək dərmanlanması üçün fenturam,

fenturam-molibdenatın nəmləndirici tozundan müxtəlif yapışqanlı əlavələrlə 100

kq toxuma 300 qram istifadə olunur.

Kətan toxumlarını dərmanlamamışdan öncə 4-5 gün ərzində isti havada beton

meydançada qızdırmaq səmərəlidir. 5-6 sm qalınlığında sərilmiş toxum gündə bir

neçə dəfə qarışdırılır.

32

Kətanın səpininə torpaq yetişdikdə və 10 sm-lik qatda temperatur 7-8 0C

olduqda erkən və qısa müddətdə (4-5 günə) başlanılır. Erkən səpinlərdə məhsul-

darlıq artır və lifin keyfiyyəti yaxşılaşır, eyni zamanda kətan bitkisinin göbələk

xəstəlikləri və zərərvericilərlə zədələnməsi aşağı düşür.

Səpinlərin bir həftə gecikdirilməsi lif və toxum məhsulunu 10-20% aşağı sala

bilər.

Aşağı temperaturda cücərmiş kətan yaz şaxtalarına yaxşı dözür. Lakin yaxşı

hazırlanmamış, nəmli və soyuq torpaqlarda səpinlərin hədsiz erkən aparılması

kətanın məhsulunu gecikmiş əkinlərdə olduğu qədər aşağı salır.

Səpin üsulu və norması. Kətan üçün ən yaxşı səpin cərgəarası 7,5 sm olan

darcərgəli üsuldur.

Hektara optimal səpin norması 25-30 mln. ədəd cücərmə qabiliyyətli toxum

hesab olunur. Səpin norması bölgədən, sortdan və səpinin təyinatından asılı olaraq

müəyyən edilir.

Nəmişlik çox düşən illərdə yüksək səpin normasında bitkilər yata bilər, bu da

ki, ilkin becərməni və məhsul yığımını çətinləşdirir. Eləcə də kasıb torpaqlarda sıx

əkinlər təhlükəlidir, burada kətan alçaqboylu olur. Lakin güclü alaqlanmış, eləcə də

ağır torpaqlarda, məhsul yığımı dövrünə az miqdarda bitki qaldığından, toxumun

səpin normasını 10-15% artırmaq lazımdır.

Toxumun ən yaxşı basdırılma dərinliyi ağır torpaqlarda 1,5-2 sm, yüngül

torpaqlarda isə 2-2,5 sm-dir. Nisbətən toxumun dərin səpilməsi cücərtilərin

sıxlığını nəzərə çarpacaq dərəcədə aşağı salır və kətanın məhsulunu azaldır.

Qulluq işləri. Kətanın əmtəəlik səpinləri üçün bir sıra aqrotexniki tədbirlər

nəzərdə tutulur: vərdənələmə, malalama, alaqlar və zərərvericilərlə mübarizə,

bütün bunlar konkret şərait nəzərə alınmaqla həyata keçirilir.

Aqrotexniki tədbirlərlə yanaşı əkinlərə qulluq işlərindən mühümləri alaq

otlarına, kətanın xəstəlik və zərərvericilərinə qarşı kimyəvi vasitələrin tətbiqidir.

Ayrı-ayrı illərdə onların uzun lifli kətana vurduğu zərər 30%-ə çatır.

Əkinlər ikievli birillik alaqlarla zibilləndikdə hektara 0,6-1,2 kq 80%-li 2M-4X

herbisidi çilənir. Su sərfi 200-300 litrdir.

33

Yaxşı olar ki, kətan əkinlərinə herbisid çilənməsi bitkinin boyu 5 sm-dən 8 sm-

ə qədər olduqda həyata keçirilsin. Bu dövrdə yarpaqlar gövdələrdə iti bucaq altında

yerləşir və mum təbəqəsi ilə örtülü olur, herbisidin onlara təsiri daha gec çiləmə

aparılmasına nisbətən nəzərə çarpacaq dərəcədə aşağı düşür. Aydın və quru hava

şəraitində 15-17 0C temperaturda əkinlərin çilənməsi daha səmərəlidir. Sərin

havada (12 0C) herbisid məhlulunun alaqların bədəninə daxil olması ləngiyir,

ancaq, quru və isti havada güclənir, lakin bu zaman da kətanın soluxmasına səbəb

olur.

Əkinlərin hər hektarına 0,75 kq 2M-4X və 9 kq ammonium nitrat yaxud 13 kq

ammonium karbonat qarışığının çilənməsi kətanın yaxşı boy atmasına və onun

alaqlardan daha tam təmizlənməsinə səbəb olur. Herbisidin tək çilənməsinə

nisbətən azotlu gübrələrlə qarışıq çilənməsi kətanın toxum məhsulunu 12-13%, lif

çıxımını isə 12-27% artırır. Həmin qarışığa hektara 0,25 kq bor, 0,1 kq sink və

molibden mikrogübrələrinin əlavə edilməsi məhsuldarlığa nəzərə çarpacaq

dərəcədə təsir göstərir. Bu halda lif çıxımı hektardan 1,5-2,0 sentner və toxum

məhsulu isə 1,3-1,5 sentner artır ki, bu da bitkidə fotosintez prosesinin güclənməsi

ilə əlaqədardır. Beləliklə kətanın bakterioz, fuzarioz, pas və digər xəstəliklərlə

yoluxması nəzərə çarpacaq dərəcədə aşağı enir.

Kətan əkən təsərrüfatlarda daha çox yayılmış ən qəddar alaq - sürünən ayrıqla

mübarizə aparılmasına böyük əhəmiyyət verilir. Bu alaqla güclü sirayətlənmiş

sahələrdə kətan lifinin məhsulu 20-25% aşağı düşür. Bu alağı məhv etmək üçün

natrium üçxlorasetat tətbiq olunur. Preparat dənli taxıl bitkilərinin və çoxillik otlar

layının üzlənməsindən sonra verilir. Qumsal torpaqlarda hektara təsir edici maddə

hesabı ilə 20 kq, gillicəli torpaqlarda isə 30 kq natrium üçxlorasetat verilir.

Kətan əkinlərində böyük əhəmiyyət kəsb edən qulluq işlərindən biri də

bitkilərin zərərvericilərdən, xüsusən hər yerdə yayılmış kətan birəsindən

mühafizəsidir. Birəyə qarşı cücərtilərin alınmasına 1-2 gün qalmış kətan əkinləri

aqreqatın 3-4 gedişi enində hektara 0,8 kq fosfamid preparatı (Bi-58 insektisidi) ilə

işlənilir. Bu məqsəd üçün hektara 0,8 kq 80%-li xlorofos da tətbiq edilir.

34

Kətan birəsinin miqdarı quru və isti havada 1 m2-də 10-dan artıq və nəmişli

havada 1 m2-də 20-dan artıq fərd olarsa çiləmə ştanqlı ciləyicilərlə aparılır. Məhlul

sərfi hektara 200-300 litrdir.

Mənənələrlə mübarizə məqsədi ilə hektara 15-25 kq 12%-li QXQÜ dustu ilə

cinaqşəkilli fazadan sonra tozlandırılır.

Məhsul yığımı. Uzun lifli kətanın dörd yetişmə fazası fərqləndirilir: yaşıl,

erkən sarı, sarı və tam. Yaşıl yetişmə çiçəklərin tökülməsinin arxasınca başlayır.

Bu fazada gövdə və qutucuqlar hələ yaşıl olurlar. Yalnız aşağı yarpaqları saralır və

quruyur. Toxumu əzərkən süd rəngli duru maye ayrılır. Kətanı bu fazada yığdıqda

liflər nazikləşir, ancaq zəif olur.

Erkən sarı yetişkənlik fazasında gövdənin aşağı yarısının yarpaqları tökülür,

qalanları isə uc yarpaqlar istisna olmaqla, saralırlar. Qutucuqdakı toxumlar

yaşılımtıl-sarı rəng alır. Kətan bu fazada yığıldıqda lif ən yaxşı keyfiyyətə malik

olur.

Sarı yetişkənlik fazasında bütün yarpaqlar saralır, yalnız onlar gövdənin təpə

hissəsində qalırlar, qutucuqlar qonurlaşmağa başlayır, toxumlar açıq-qəhvəyi rəng

alır, lifin keyfiyyəti bir qədər pisləşir.

Tam yetişmə fazasında bütün yarpaqlar tökülür, gövdə və qutucuqlar qonur

rəng alırlar, aşağı keyfiyyətli lif alınır.

Uzun lifli kətanın kombaynla yığımına başlanılmasına erkən sarı yetişkənlik

fazasından 2-3 gün əvvəl başlanılması tövsiyə olunur. Bu dövrdə yığılan kətan

daha çox yüksək keyfiyyətli uzun liflər verir. Toxum bu vaxtı tam formalaşmış

olur və yetişdikdən sonra səpin üçün yararlı olur.

Toxumçuluq təsərrüfatlarında uzun lifli kətanın seleksiya sortları sarı

yetişkənlik fazasında, yağlıq kətan isə tam yetişkənlik fazasında yığılır.

Uzun lifli kətanın texniki yetişkənliyi təxminən 8-10 gün, lakin isti hava

şəraitində bir qədər qısa ola bilər. Ona görə də tələb olunan müddəti gecikdirdikdə

çoxlu miqdarda məhsul itkisinə gətirib çıxarır.

Kətan yığımı daha çox mürəkkəb və zəhmət tələb edən bir işdir və kətançılıqda

bütün xərclərin 70-80%-i onun üzərinə düşür. Ona görə də kətan məhsulunun

35

yığım texnologiyasında səmərəli üsulların tətbiq edilməsi böyük istehsalat və

iqtisadi əhəmiyyət kəsb edir.

Kətan yığımında proqressiv və səmərəli üsul uzun illər yaxşı işlənılmış və

geniş sürətdə yoxlanılmış kombayn üsuludur.

Kombaynla yığım zamanı alınan qalaqda (koma) 52-84% qutucuq, 2-7%

toxum, 12-16% digər qarışıqlar olur. Adətən qalaqda nəmlik yüksək, 60-65%, o

cümlədən toxum qutucuqlarında 40-50% olur. Ona görə də kətan qalağı dərhal

quruducu şaxtalarda qurudulur, sonra isə toxum ayrılır və təmizlənir. Kətan

qalağının qurudulması və emalı məhsulun saxlanması və keyfiyyətindən asılıdır.

Nəm kətan qalağını 2-3 saat müddətində saxladıqda qızışma getdiyindən, mikrob

yoluxması və toxumların xarab olması artır. Toxumun nəmliyi 10 ±2% qalana

qədər qalağın qurudulması davam edir. Qalağın (tığ) qurudulması qurtaran kimi 2-

5 saat müddətinə qalın qatlarda nəmliyin tarazlaşdırılması üçün soyuq hava

üfürülür. Qalaq MB-2,5A taxıldöyəndə daima keyfiyyətə nəzarət etməklə

xırdalanır.

Uzun lifli kətanın ilkin emalı realizə olunan məhsulun növünə görə böyük

müxtəlifliyə malikdir. İsladılmış kətan gövdəsi, onun təmizlənməsi və

qurudulmasından ibarətdir. Müasir dövrdə kətan gövdəsini təsərrüfatlarda döşəmə

üçün hazırlanmış yerlərdə sərirlər. Kətan küləşi, (sərilən kətan küləşi),

şehləndirmək və su buxarında işləməklə isladılır.

Əsasən ən yaxşı tədqiq olunmuş üsul, kətan gövdəsinin nazik təbəqədə

sərilərək şeh damcı ilə nəmləndirilməsidir. Gövdənin nəmliyinə müvəffəq olmaq

üçün yağıntılar və şehin düşməsi zəruridir. Bu zaman mikroorqanizmlərin həyat və

fəaliyyəti nəticəsində pektin maddələri parçalanır. Sərmə üsulu ilə hazırlanan

isladılmış gövdənin alınması üçün iştirak edən əsas mikroorqanizmlər, ibtidai

göbələklər və bakteriyalardır, onlardan əsas Cladsporium herbarum Zink,

Alternarica tenuis Nees və s., eləcə də anaerob bakteriyalar və maya göbələkləri –

Bac. subtilus, Bac. megaterium, Bac. mycoides və s-dir. Mikroorqanizmlərin

mənbəyi torpaq hesab olnur. Şeh ilə islatmanın əsas faktorları istilik, nəmlik, işıq

və havadır. Gövdələr ultrabənövşəyi şüaların təsirindən parıltılı ağ rəngə çevrilir.

36

Kətan küləşinin qalıb yetişməsinə relyefin düz olması, daimi hava mübadiləsi

müsbət təsir göstərir.

Pektini parçalayan mikroorqanizmlərin həyat fəaliyyətinin optimal şərait üçün

gün ərzində küləşin nəmliyi 40-60%, kətanın sərilmə hündürlüyü 8-10 sm.,

temperatur 14-20 0C arasında tərəddüd etməlidir.

Küləşin və isladılmış kətan gövdəsinin zibillənməsi 10%-i, nəmliyi isə 25%-i

keçməməlidir.

Quru kətan gövdəsi yaxud küləşi 1 m3-də quru gövdənin orta sıxlığı 65 kq

yaxud küləşinki 80 kq olmaqla örtülü binaya yerləşdirilir. Örtülü binalarda dərzləri

nizamla aşağı qalın hissəsini bayıra çıxarmaq və ensiz hissəsini aşağı əyilməklə,

hər bir cərgə özündən əvvəlkinə perpendikulyar yerləşdirilir. İsladılmış kətan

gövdəsinin və küləşini tayalara vurulmuş halda saxlamaq olar.

İsladılmış kətan gövdəsinin uzun liflərinin istehsalı kətan zavodlarında

texnoloji xətlərdə həyata keçirilir. Kətanın ilkin emalının nisbətən yeni istiqaməti

lif tellərinin kətan küləşindən istehsal edilməsidir.

Yağlıq kətanın aqrotexniki xüsusiyyətləri. Səpinlər darcərgəli olmaqla, səpin

norması bir hektara 12-15 min ədəd cücərmə qabiliyyətli toxum götürülür.

Səpindən 3-4 gün sonra cücərtilər alınana qədər yüngül malalarla malalama

aparılır, rotasiya toxaları ilə torpaq qaysağı dağıdılır, cinaqşəkilli fazada herbisid

tətbiq olunur, zərərvericilər kütləvi göründükdə əkinlərə kimyəvi preparatlar

çilənir. Qutucuqların 60-70%-i yetişdikdə yağlıq kətan ikimərhələli üsulla (hissə-

hissə) yığılır. Biçilmiş kütlə taxıldöyən kombaynla, yaxud tam yetişkənlik

fazasında birbaşa kombaynla yığılır. Yığım zamanı gövdə torpaq səthindən 12 sm

yüksəkdən biçilir. Sərilmiş kütlə 6-7 gündən sonra toplanır.

Ən böyük iqtisadi səmərəyə arası kəsilmədən yığım üsuluna nail olmaqdır.

Təcili olaraq kətan qalağı təmizlənir. Toxum qurudularaq nəmliyi 12%-ə çatdırılır

və saxlama anbarlarına yığılır.

37

MÖVZU: 4. KƏNAF BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ

Mühazirənin planı:

1. Xalq təsərrüfatı əhəmiyyəti. 2. Tarixi, yayılması və məhsuldarlığı. 3. Botaniki təsviri və bioloji xüsusiyyətləri. 4. Becərilmə texnologiyası (gübrələnməsi, torpağın becərilməsi, səpin) 5. Əkinə qulluq. 6. Yığım və kənafın ilkin işlənməsi.

Ədəbiyyat

26. Cəfərov M. İ., Quliyev R. M., Səfərov N.Ə. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı, «Maarif» 2000, 364 s.27. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.28. Məmmədov Q. Y., İsmayılov M. M.. Bitkiçilik, Bakı, 2012, 356 s.29. Ахмедова Ф. Уменьшение концентрации вредных выделений при хранении луба кенафа. Сборник научных трудов 1 ИТЛП. Ташкент, 1987.30. Вавилов П. П. «Растениеводства»., Москва, 1986, 512 с.31. Капралова Н.П., Переверзев Г. А. Биологические особенности кенафа в условиях Узбекистана. Ташкент: Фан, 1973,105 с.32. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 498-50633. Технические культуры / Под р. Я. В. Губанова / М.:, Агропромиздат, 1986, 287 с.34. Умаров А.Р. Содержание и качество первичного и вторичного волокна в стеблях кенафа в зависимости от условий произрастания. Хлопковая про-мышленность, 1981, № 1, 17 с.

KƏNAF BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ

Xalq təsərrüfatı əhəmiyyəti. Kənaf qiymətli gövdə lifi verən bitkilər qrupuna

aiddir. Onun lifi möhkəmliyi, elastikliyi, hiqroskopikliyi ilə fərqlənir.

Kənaf bitkisinin gövdəsində 30%-ə qədər qaba lif, 16 %-ə qədər zərif lif

vardır. Kənaf bitkisinin quru gövdəsinin 10-24 %-i qədər lifi olur. Bu liflərdən

38

texniki parçaların hazırlanmasında istifadə edilir. Kənaf lifindən qablaşdırma

materialları, kisələr, çadırlar, müxtəlif növ kəndir lifləri (buraz, sicim, ip) və s.

hazırlanmasında istifadə edilir. Kənaf liflərindən bəzi xalça növlərinin də

hazırlanmasında istifadə edilir. Bir çox ölkələrdə kənaf bitkisinin turş dada malik

olan cavan yarpaqları müxtəlif yeməklərin hazırlanmasında, cavan budaqları isə

heyvanların yemləndirilməsində istifadə edilir.

Lifləri çıxarılmış gövdə qalıqlarından (daraqağzı) kağız və tikinti material-

larının hazırlanmasında istifadə edilir.

Kənaf toxumlarının tərkibində 20 % - yaxın qurumayan texniki yağ vardır.

Yod ədədi (100 qram yağda həll olan yodun qramla miqdarı) 100-ə yaxındır. Bu

yağlardan süni dəri hazırlanmasında, sabunbişirmədə və lak boya sənayesində

istifadə edilir. Kənafdan hazırlanmış jmıxdan kənd təsərrüfatı heyvanlarının

yemləndirilməsində və gübrə kimi istifadə edilir.

Neftlə çirklənmiş torpaqların ekoloji cəhətdən təmizlənməsi işində kənafdan

istifadə edilir.

Respublikamızın Abşeron yarımadasında neft məhsullarının və çoxlu miqdarda

buruq sularının səthə axıdılması və qrunt sularının səviyyəsinin qalxması

nəticəsində 20 min hektardan artıq torpaq sahəsi neftlə çirklənmişdir. Torpaqların

təmizlənməsi üçün kənaf bitkisinin xırdalanmış oduncaq lifləri BioKonversion™

maşını ilə neftlə çirklənmiş torpaqla qarışdırılır. Yüksək absorbent xassəli kənaf

lifləri karbohidrogen molekullarını özünə hopdurur və eyni zamanda öz üzərində

neft parçalayan mikroorqanizmlərin sürətlə çoxalıb artmasına əlverişli şərait

yaradır və beləliklə yeddi saatdan sonra torpaqdan neft təmizlənmiş olur. Digər

üsullara nisbətən neftlə çirklənmiş torpaqların ekoloji (kənafla) təmizlənməsi

nisbətən sadədir, az enerji sərf edir, nə su nə də məhsullardan istifadə olunmur,

atmosferə heç bir uçucu üzvi birləşmə atılmır. Eyni zamanda ekoloji təmizləmə

prosesi sürətlə baş verir, belə ki, bir BioKonversion™ maşını saatda 50 ton tullantı

emal etməyə qadirdir. Bu sürətlə bir neft çalası çəmi 56 saat ərzində tamamilə

təmizlənə bilər.

39

Tarixi, yayılması və məhsuldarlığı. Kənaf bitkisi yabanı halda Hindistanda və

Tropik Afrikada bitir. Kənaf mədəni halda əvvəlcə Hindistanda, sonra Çində,

İranda, Afrika ölkələrində, Amerikada və cənubi Avropada becərilməyə başlan-

mışdır.

Kənaf bitkisi Rusiyaya XIX əsrdə gətirilmişdir. Hazırda Hindistanda, Çində,

İndoneziyada, Braziliyada, ABŞ-da, Meksikada, Kubada, Keniyada, Sudanda və

başqa ölkələrdə geniş surətdə becərilir.

Kənaf MDB ölkələri içərisində ən çox Özbəkistanda becərilir. Onun əkin

sahəsi burada 18 min hektara yaxındır.

Kənaf bitkisinin gövdə məhsuldarlığı orta hesabla hektardan 10 ton, maksimum

20-25 ton, toxum məhsuldarlığı isə 1,5 tona qədərdir.

Botaniki təsviri və bioloji xüsusiyyətləri. Kənaf bitkisi bitkilər aləminin,

örtülü toxumlular şöbəsinin, iki ləpəlilər sinfinin, əmənkömənciçiçəklilər sırasının,

əmənkömənci (Malvaceae) fəsiləsinin Hibiscus cinsinin, çətənə hibiscusu (Hibis-

cus cannabinus-kənaf) növünə daxil olan birillik ot tipli lifli bitkidir. Bu cinsin

500-ə yaxın növü vardır. Bunların içərisində yalnız bir növ H. cannabinus L.

mədəni halda becərilir. Bu növün yarpaqlarının formasına və yarpaq saplağının

rənginə görə fərqlənən 5 növ müxtəlifliyi vardır.

Kənaf birillik ot bitkisidir. Mil kök sisteminə malikdir. Kökləri torpağın 2 m və

daha dərin qatlarına işləyə bilir. Gövdəsi dairəvi və yaxud yüngül qabırğalıdır,

qalınlığı (yoğunluğu) 1,5-2,5 sm-ə, uzunluğu 4-5 m-ə şatır.

Yarpaqları formalarına görə fərqlənirlər. Sadə ürək şəkilli və ya lentşəkilli,

mürəkkəb, 3-7 bölümlü yarpaqları vardır. Yarpaq saplaqları uzundur.

Kənafın çiçəkləri iridir. Kremi-sarı rəngli əsasında tutqun qırmızı xalları olan

ləçəkləri vardır. Tozcuqları 40 - a qədərdir. Dişiciyinin beş bölümlü ağızcığı

vardır. Kənaf öz-özünü tozlayan bitkidir. Lakin çarpaz tozlana da bilir. Çiçəklənmə

aşağıdakı çiçəklərin açılmasından başlayır. Hər bir çiçəyin yalnız bir gün ömrü

olur.

40

Kənafın meyvəsi beş yuvalı qutudur (qozadır). Hər bir bitki üzərində 20-30

qoza, hər qozada isə 15-30 ədəd toxum olur. Toxumu iri, üçüzlü, tutqun boz

rənglidir. 1000 toxumun kütləsi 20-28 qram olur.

Kənaf vegetasiya müddətində istiliksevən bitkidir. Onun tez yetişən sortları

vegetasiya ərzində 2600-3000 0C effektiv temperatur tələb edir. Vegetasiya

müddəti isə 140-160 gün çəkir. Kənafın gövdə əldə etmək üçün becərilən sortları

3-4 ay müddətində yetişir.

Səpilmiş kənaf toxumları 12 0C temperaturda 3 həftədən, 25-28 0C tempera-

turda isə 3-4 gündən sonra cücərti verir. -10, -1,5 0C temperatur cavan bitkiləri

məhv edir. Orta sutkalıq temperaturun 23-25 0C olması kənafa daha yaxşı təsir

edir. Vegetasiyanın sonunda temperatura tələbat kəskin azalır.

Kənaf bitkisinin nəmliyə tələbatı yüksəkdir. Nəmlik normasının 80 % -i kənaf

üçün optimal hesab edilir. Kənaf, suvarılan rayonlarda və ya atmosfer çöküntü-

lərinin miqdarı çox olan yerlərdə becərilir. Böyümə dövründə qönçələnmə və

kütləvi çiçəkləmə dövründə nəmliyə daha çox tələbat göstərir. Bu dövrdə kənaf

bitkisi hektarda 200 kq gövdə 50 kq - a yaxın lif məhsulu formalaşdırır.

Kənaf işıqsevən qısa gün bitkisidir. Kifayət qədər işıq düşməyən və çox sıx

əkilmiş sahələrdə bitkilər zəif və alçaq boylu olurlar.

Kənaf yüngül gizlicəli, humusla zəngin olan, çay kənarı torpaqlarda, boz və

çəmən torpaqlarında yaxşı bitir. Torpağın pH - nın 6 - 6,8 olması kənaf üçün

optimal hesab olunur. Bataqlaşmış və duzlu torpaqlar kənaf üçün əlverişli deyildir.

Özbəkistanda kənafın ən çox becərilən sortlarına misal olaraq Özbəkistan 1574

və Özbəkistan 1503 sortlarını göstərmək olar.

Becərilmə texnologiyası və yığımı. Növbəli əkinlərdə yeri və sələfləri.

Növbəli əkində kənafı yonca, qarğıdalı, pambıq, dənli və dənli-paxlalı bitkilərdən

sonra yerləşdirirlər. Pambıq – yonca - kənaf növbəli əkinlərində kənaf adətən

pambıqla növbələşir.

Gübrələnməsi. Kənaf bitkisi həddən artıq qida maddələri tələb edən bitkidir.

10 ton quru gövdəsi ilə kənaf bir hektar torpaqdan 120-150 kq azot, 60 -80 kq

fosfor, 120-160 kq kalium aparır. Vegetasiyanın əvvəlində kənaf fosfor və

41

kaliumu çox mənimsəyir. Azota tələbat isə qönçələnmə və çiçəkləmə fazasında

əhəmiyyətli dərəcədə artır.

Kənaf bitkisi altına üzvi və mineral gübrələr tətbiq olunur. Peyin yaxşı

çürümüş halda hektara 15-20 ton hesabı ilə dondurma şumunun altına verilir.

Mineral gübrələrin miqdarı isə torpağın münbitliyinə, tətbiq edilən aqrotexnikaya

və planlaşdırılmış məhsula görə hesablanır. Əgər hektardan 18-20 ton kənaf

gövdəsi əldə etmək planlaşdırılıbsa mütləq hektara 160-200 kq azot, 150-200 kq

fosfor, 90-120 kq kalium verilməlidir.

Kənaf altına verilən gübrələr kəsirlə verilir. Fosfor və kalium gübrələrinin 50

% - i dondurma şumu altına verilir. Qalan 50 % -i və azot gübrəsi səpin vaxtı və

vegetasiya ərzində yemləmə gübrəsi kimi tətbiq edilir.

Adətən kənaf bitkisi iki dəfə yemləndirilir. Birinci yemləmə cücərtilərin

alınmasından 25-30 gün sonra, ikinci isə birincidən 25-30 gün sonra qönçələmə

fazasında verilir.

Torpağın becərilməsi. Vegetasiyanın ilkin dövrlərində kənaf bitkisi yavaş

böyüyür və alaqlardan əziyyət çəkir. Ona görə də kənaf toxumlarının yaxşı

hazırlanmış münbit və alaqsız sahələrdə səpilməsi məsləhət görülür.

Torpağın becərilməsi sistemində dərin dondurma şumunun aparılması böyük

əhəmiyyət kəsb edir. Dondurma şumu 28-30 sm dərinlikdə ön kotancıqlı və ya

ikiyaruslu PYA-3-35 markalı kotanla aparılır. Əgər kənafın sələfləri dənli bitkilər

və yonca olarsa onların yığılmasından dərhal sonra üzləmə aparılmalıdır.

Kənaf bitkisi üçün torpağın yaz becərilməsi ilkin yazda malalama

aparmaqdan, bir və ya iki dəfə 8-16 sm dərinlikdə mala ilə birlikdə kultivasiya

çəkilməsindən ibarətdir. Səpindən əvvəl torpağın səthi diqqətlə hamarlanmalıdır.

Səpin. Səpin üçün yüksək kondisiyalı standartın tələblərinə cavab verən

toxum səpilməlidir. Səpin qabağı toxumlar qurudulur və 80 % -i TMTD ilə

dərmanlanır ( 1 ton toxuma 2 kq hesabı ilə). Kənaf toxumlarını səpin qatında 12-

15 0C temperatur olduqda səpirlər.

Lent şəkili və gencərgəli səpin üsulları tətbiq edilir. Kənaf bitkisinin yaşıl

gövdə əldə etmək məqsədi ilə becərilirsə lentşəkilli cərgəaraları 48-50 sm., lent

42

arası 10-12 sm olmaqla hektara 35-40 kq toxum normasında səpilməlidir. İkiqat

lentşəkilli səpində isə 70 x 20 sm sxemində səpilməsi məsləhət görülür. Yaxşı

hazırlanmış alaqlardan təmiz sahələrdə üç qat, dörd qat lentşəkilli səpin

aparılmaqla 45-50 kq/ha normasında səpin aparmaq olar.

Toxum almaq üçün kənaf bir cərgəli üsulla cərgəaraları 50-60 sm olmaqla

hektara 10-14 kq normasında səpilir.

Əkinə qulluq. Əkinə qulluq işləri cücərtilər əmələ gələnə qədər torpaqdakı kök

qalıqlarının təmizlənməsi, cərgəaralarının becərilməsi və dərindən yumşaldılması,

seyrəltmə, toxumluq əkinlərdə sort təmizləmə, yemləmə gübrələrinin verilməsi,

alaqlara, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması və

suvarmadan ibarətdir. Kənaf bitkisinə vegetasiyanın əvvəllərində bitkilərin yavaş

böyüdükləri dövrdə xüsusi qulluq göstərilməlidir.

Tam cücərtilər alındıqdan sonra cərgəaralarında birinci becərmə işləri başlanır.

Vegetasiya ərzində 3-4 dəfə kultivasiya və cərgəaralarının toxalanması məsləhət

görülür. Cərgəaralarının becərilməsi suvarmadan sonra torpaq quruyan kimi

aparılmalıdır.

Kənaf bitkisinin əsas zərərvericiləri gövdə kəpənəyi, pambıq sovkası, və fır

nematodu hesab edilir. Kənafın ən geniş yayılmış xəstəliyi kök çürüməsi

(rizoktonioz) hesab edilir. Kənaf bitkisinin bu xəstəliklə yoluxması hallarının

növbəli əkində noxuddan, silosluq qarğıdalıdan və çəltikdən sonra yerləşdirildikdə

aşağı düşdüyü müşahidə edilmişdir.

Kənaf becərilməsində suvarma əsas yerlərdən birini tutur. Qönçələməyə qədər

adətən 2-3 dəfə, qönçələmədən çiçəkləməyə qədər isə 3-4 dəfə suvarma aparılma-

lıdır.

Birinci suvarma bitkilərin hündürlüyü 10-15 sm olduqda, ikinci isə torpağın

nəmliyindən asılı olaraq bundan 15-20 gün sonra aparılır. Suvarma norması 700-

1200 m3/ha götürülür. Yığımdan qabaq suvarmanın aparılması lifin gövdədən yaxşı

aralanmasına kömək edir.

Yığım və kənafın ilkin işlənməsi. Lif almaq üçün becərilən kənaf bitkisinin

yığımı texniki yetişkənlik dövründə, bitkilərin yarıdan çoxunun çiçəklədiyi vaxt

43

aparılmalıdır. Qaba lifləri almaq üçün təzə kəsilmiş kənaf gövdələri LO-1 markalı

lif ayıranla işlənir. Gövdələrin kəsilməsi ilə onun lifinin ayrılması arasındakı vaxt

30 dəqiqədən artıq olmamalıdır. Əks təqdirdə lif ayrılması aşağı düşür cırbitlə

(daraqağzı) zibillənmə çoxalır. Alınmış lif nazik qatlarla yerə döşənir və qurudulur.

Qurutma müddəti hava şəraitindən və becərmə yerindən asılı olaraq fərqlənir.

Adətən bu vaxt bir gün çəkir. Qurutmadan sonra liflər taylara vurulub və lifayırma

zavodlarına göndərilir və yaxud saxlamaq üçün yerləşdirilir.

Yaşıl kənaf gövdələrinin yığılması ağır zəhmət tələb edən işdir. Lakin təkcə

lifin ayrılması mexanikləşdirilmişdir.

Toxumluq kənaf bitkilərini bitkilərin yarıdan çoxunun aşağıdan bir-iki qozaları

qonurlaşmağa başladıqda yığırlar. Yığım üçün JK-2,1 markalı maşınlardan və ya

başqa maşınlardan istifadə edilir. Kəsilmiş gövdələr 3-4 gün ərzində tarlada

qaldıqdan sonra dərz şəkildə bağlanaraq, bir necə dərz bir yerə yığılaraq qurumağa

qoyulur. Qurudulmuş dərzlər MLK- 4,5 A markalı hərəkətli (yığılmış topalara

yaxınlaşaraq) və yaxud stasionar dərz döyənlə xırdalanır. Toxumları təmizlənib

yığılır gövdələr isə yenidən dərz şəklində bağlanıb lif ayırma zavodlarına verilir.

MÖVZU: 5 TÜTÜN BİTKİSİNİN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ

BECƏRİLMƏSİ

Mühazirənin planı:

• Tütünün xalq təsərrüfatı əhəmiyyəti • Tütünün tarixi, yayılması və məhsuldarlığı • Tütünün botaniki və bioloji xüsusiyyətləri • Tütünün növbəli əkində yeri • Tütün üçün torpağın becərilməsi • Tütünün gübrələmə sistemi • Tütün toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması • Tütün əkinlərinə qulluq işləri • Tütün məhsulun yığılması

44

Ədəbiyyat

1. Abbasov B. H. Tütünçülük, Bakı, 2003, 206 s. 2. Cəfərov M. İ. və b. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma

texnologiyası., Bakı, 2000, 264 s. 3. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: 2010, s. 280 -323. 4. Qərib Məmmədov, Azər Cəfərov, Zemfira Mustafayeva. Əkinçilik və

bitkiçiliyin əsasları (qısa kurs), Bakı, “Elm”, 2008, 324 s.5. Məmmədov Q. Y.,. İsmayılov M. M. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş.,

2012, 356 s.6. Yusifov Ə. N. və baş. Bitkiçiliyin əsasları, Bakı, “Müəllim” nəşriyyatı,

2013, 302 s. 7. Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s. 8. Вавилов П. П. «Растениеводства»., Москва, 1986, с. 476 - 483 9. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 2006, ст.

526-533. 10.Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 1997, ст.

413 - 417

TÜTÜN BİTKİSİNİN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ

BECƏRİLMƏSİ

Əhəmiyyəti.Tütün bitkisi yarpaq almaq üçün becərilir ki, əldə edilmiş xammaldan

papiros, siqar və qəlyan tütünü kimi istifadə edilir.

Tütün yarpağında 1-3 % nikotin, 1 % efir yağı, 4-7 % qətran, 7-10 % zülal, 4-13 %

sulu karbonlar və 13-15 % kül elementləri vardır.

Tarixi, yayılması və məhsuldarlığı.Tütünün vətəni Amerikadır. Avropaya

gətirilməsi məşhur səyyah X. Kolumbun adı ilə bağlıdır. Avropaya 1518-ci ildə

toxumları gətirilərək Lissabonda Kral bağında bəzək bitkisi kimi əkilmişdir. Tez

bir zamanda Portuqaliya və İspaniyada geniş yayılmışdır. 1550-ci ildə

Portuqaliyada fransız elçisi Jan-Niko öz sarayında tütün yetişdirməyə başladı və

buradan Avropanın digər ölkələrinə yayıldı. 1560-cı ildə Jan-Niko tütünün

yarpaqlarından rəngsiz maddə alaraq özünün şərəfinə nikotin adlandırıb.

1828- ci ildə Passelt və Reyman tütün yarpağından təmiz halda nikotin almışlar.

Onun forması 1893-cü ildə Pinner tərəfindən təyin edilmişdir. 1924-cü ildə sovet

45

alimi A. A. Şmuk tütünün kimyəvi tərkibini təyin etmiş və mətbuatda dərc

etmişdir.

Rusiyada tütünçülüyün inkişafına 1883-cü ildən başlanmışdır.

Azərbaycanda tütün bitkisinin əkilib-becərilməsinə XIX əsrin 80-ci illərindən

başlanıb. İlk dəfə Balakən rayonunun dağətəyi hissəsində becərilməyə

başlanmışdır.

Hal-hazırda tütün dünyanın bir çox ölkələrində becərilir. Dünyanın 90-a yaxın

ölkəsi sənaye əhəmiyyətli tütün istehsalı ilə məşğul olur. Yer kürəsində əkin sahəsi

4 mln. hektardan çoxdur. 7 milyon tondan çox məhsul istehsal olunur. Dünyada

istehsal olunan tütün məhsulunun 60%-i Çin, ABŞ, Hindistan, Braziliyada,

Yaponiya, Türkiyə, İtaliya, Yunanıstan, CAR və İndoneziyanın payına düşür.

Məhsuldarlığı orta hesabla hektardan 15-20 sentnerə, qabaqcıl təsərrüfatlarda isə

30-35 sentnerə çatır.

Azərbaycanda istehsal olunan tütünün 75%-ə qədəri Şəki-Zaqatala bölgəsində

becərilir.

Tütünün Azərbaycanda əkin sahəsi 2013 - cü ildə 1215 ha, istehsalı 3452 ton,

məhsuldarlığı 28,4 s/ha olmuşdur.

Azərbaycanda 2010 - 2013 - cü illərdə tütün əkininin vəziyyəti

Əkin sahəsi,ha-la

Məhsul istehsalı,tonla

Məhsuldarlığı,s/ha - la

2010 2011 2012 2013 2010 2011 2012 2013 2010 2011 2012 2013

1 400 1 400 1 500 1 215 3 200 3 600 4 300 3 452 24 24,9 27,9 28,4

Botaniki təsviri. Tütün (Nicotiana tabacum L.) badımcançiçəklilər Solanaceae

fəsiləsindən olan birillik bitkidir.

Kök sistemi milşəkillidir. Torpağın 1-3 metr dərinliyinə işləyir. Əkin qatında

qüvvəli şaxələnərək saçaqlı kök sistemi formasını alır.

Gövdəsi 1,2-3,0 m. hündürlüyündə olmaqla enkəsiyi dairəvi, yaxud qabırğalıdır.

Gövdə yalnız yuxarı hissədə budaqlanır. Tez oduncaqlaşandır, sərt olduğu üçün

yerə yatmır. Yarpaqları saplaqlı və oturaqdır. Ayasının uzunluğu 10 -50 sm, eni 8-

46

30 sm-ə qədərdir. Gövdənin orta hissəsində yerləşən tipik yarpaqlar oval, dairəvi,

oval-ürəkvarı və ellips formalıdır. Bir bitkidə 12-50-ə qədər yarpaq əmələ gəlir,

lakin hamısı yetişmir.

Çiçəkləri gövdənin nəhayətində süpürgədə toplanır. Çiçək kasası badə formalı

uzunsovdur. Çiçəyin tacı bir-birinə birləşmiş beş ləçəkdən ibarət olmaqla uzun

borulu qıfa bənzəyir. Erkəkciyi beşdir. Dişiciyinin yumurtalığı ikiyuvalı, ağızcığı

ikidilimlidir. Öz-özünü tozlayan bitkidir.

Meyvəsi oval formalı, sivri yaxud küt nəhayətli, ikiyuvalı və çox toxumlu qozadır.

Toxumları xırda, tünd qəhvəyi rəngli, oval formalı, səthi torlu, mikropile hissəsi

azacıq əyridir. Mütləq kütləsi 35-100 mq-dır.

Bioloji xüsusiyyətləri. Tütün istilik sevən bitkidir, onun toxumu 10-12 0C

temperaturda cücərməyə başlayır. Əlverişli temperatur 25-30 0C-dir. 35 0C-dən

yuxarı temperaturda tütünün inkişafı dayanır. Vegetasiya dövründə faydalı

temperaturun cəmi 3200 0C- dir. Cavan bitkilər –2-3 0C-də məhv olurlar. Açıq

sahələrdə şitil yetişdirmək üçün plyonka altında 40-50 gün vaxt lazımdır. Kök

bağladığı dövrdə tütün bitkisi daha çox istilik tələb edir. Bu dövrdə istiliyin

normadan aşağı olması şitillərin boy atmasına mənfi təsir edir və tez

xəstələnməsinə səbəb olur. Payızın aşağı temperaturuna tütün yaxşı reaksiya

göstərir.

Tütün üçün tarla rütubət tutumu 65-80 %-dir. Nəmliyə daha çox tələbat şitilləri

sahəyə köçürdükdə və yarpaq əmələ gələrək inkişaf etdikdə başlayır və yarpaqların

yetişməsi dövrünə qədər davam edir. Sahəyə yeni köçürülmüş şitillər nəmlik

çatışmadıqda zəifləyir yaxud tamamilə məhv olurlar. Nəmlik çatışmadıqda bitkinin

boy atması ləngiyir, yarpaqlar xırda və qalın olur, çiçəkləməsi gecikir, və

məhsulun keyfiyyəti aşağı olur. Yarpaqların texniki yetişməsi dövründə və dərim

başlandıqda su sərfi bir qədər çoxalır. Rütubət az olduqda yarpaqlarda ətirli

maddələrin miqdarı çoxalır. Nəmlik lap az olduqda yarpaqda zülali maddələr

artdığına görə onun ətirliliyi və çəkim keyfiyyəti aşağı düşür. Lazımi qədər nəmliyi

olan torpağa əkilmiş bitki tez kök atıb möhkəmləndikdən sonra gələcəkdə baş

verən quraqlıq ona o qədər də təsir göstərmir, əlverişli şərait yarandıqda öz

47

inkişafını davam etdirir. Nəmlik artıq olduqda tütünün çəkimi boş olur və ətri

azalır. Nəmlik torpaqda uzun müddət davam etdikdə bitkilər islanıb çürüyür,

göbələk xəstəliklərinə tutulur və qidalanma rejimi pozulur. Transpirasiya əmsalı

500- 600 - dür.

Tütün işıqsevən bitkidir, işıq çatışmadıqda inkişaf gecikir və məhsulun keyfiyyəti

pisləşir.

Tütün üçün qranulometrik tərkibi yüngül, humusun miqdarı o qədər də çox

olmayan strukturlu torpaqlar yararlıdır.

Tütün yüngül, yumşaq və dənəvər strukturlu torpaqlarda güclü kök sistemi əmələ

gətirir, bitkinin böyüməsinə, kifayət qədər su və qida maddələri ilə təmin

olunmasına şərait yaranır. Çınqıllı torpaqlar, meşə yerindən və kol-kosdan

təmizlənmiş torpaqların da tütün əkinləri üçün istifadəsi məsləhətdir.

Xlorlu, kalsium və natriumlu birləşmələr tütünün yanmasını zəiflədir. Tütünü ağır

gillicəli və şoran torpaqlarda becərmək məsləhət görülmür.

Tütünün becərilməsi iki dövrdə: 1-ci şitillərin ləklərdə, istixanalarda yetişdirilməsi,

2-ci şitillərin tarlada (iyuldan) becərilməsi.

Şitillərin formalaşaraq 5- 6 yarpaq əmələ gətirməsi 45-50 gün çəkir. Tarlaya

köçürülən şitillərin texniki yetişkənliyi 80-120 gün davam edir. Tarlaya

köçürdükdən 10-15 gün sonra şitillərin kökləri güclənməyə başlayır.

Növbəli əkində yeri. Tütünün ən yaxşı sələfləri payızlıq taxıllar, qarğıdalı, birillik

taxıl və paxlalı yem otları, şəkər çuğundurudur. Eyni xəstəlik və zərərvericiləri

olduğuna görə tütünü bostan bitkiləri və günəbaxandan sonra növbələndirmək

olmaz. Fasiləsiz olaraq tütün öz yerinə əkildikdə xəstəlik və zərərvericilərə daha

sürətlə yoluxur, məhsuldarlıq azalır və keyfiyyəti pisləşir. Növbəli əkində tütün

eyni tarlada 2-3 ildən çox becərilməməlidir.

Torpağın becərilməsi. Dənli-taxıl bitkiləri yığıldıqdan sonra dərhal və ya 2-3

gündən gec olmayaraq kövşənlik 8-10 sm dərinlikdə üzlənir və payızın əvvəlində

27 sm dərinlikdə dondurma şumu qaldırılır. Yazlıq bitkilər altından çıxmış

sahələrdə sentyabrın 15-dək dondurma şumu edilməlidir.

48

Tütün plantasiyaları altından çıxmış sahələrdə noyabr ayının 25- dək şum

edilməlidir. Yazda şumu malalamaq və 2-3 dəfə kultivasiya çəkmək məsləhətdir.

Qış müddətində yağan qar, yağmur sularının torpaqda saxlanması məqsədilə

dondurma şumu edilmiş sahələr malalanmır. Çayır və ayrıq otu kimi alaqlarla

zibillənmiş sahələrdə iyul ayının ortalarında dərin qara herik şumu edilir.

Dondurma şumu aparılmış sahələrdə torpaqdakı nəmliyi saxlamaq məqsədilə

əmələ gəlmiş qaysağı dağıtmaq üçün yazda imkan olan kimi malalanmalıdır. Sonra

sahəni alaqlardan təmizləmək və yaz yağmurları nəticəsində torpaqda toplanmış

nəmlik itkisinin qarşısını almaq üçün 8-10 sm dərinlikdə pərşum edib arxasınca

malalamaq lazımdır. Tütün əkininə 5- 6 gün qalmış sahəni axırıncı dəfə 6 -7 sm

dərinlikdə kultivasiya edib malalamaq lazımdır.

Gübrələmə. Tütün bitkisi bir ton yarpaqla torpaqdan 60 kq azot, 17 kq fosfor, 46

kq kalium və 67 kq kalsium elementi aparır. Buna görə də tütün mineral və üzvi

gübrələrə həssasdır.

20 sentner məhsul əldə etmək üçün hektara 10-15 ton peyin, 50 kq azot, 80-120 kq

fosfor və 70-100 kq kalium gübrəsi vermək lazımdır. Fosfor və kaliumun 70 %-ni

şum altına, azotu, fosfor və kaliumun 25 %-ni yemləmə şəklində vermək məsləhət

görülür. Bu gübrələrin vaxtında və düzgün verilməsi çiçəkləməni, yarpaqların

yetişməsini tezləşdirir və bol məhsul alınmasını təmin edir. (N50 P80-120 K70-100)

Azot gübrəsi tütün bitkisinin məhsuldarlığını artırır, keyfiyyətini yaxşılaşdırır, azot

çatışmadıqda bitkilərin boyatması dayanır, onlar gec çiçəkləyir, yarpaqları xırda və

zəif, rəngi isə sarı olur. Yarpaqlar xırda olduğundan yığılmayaraq gövdələrin

üzərində qalır. Azot gübrəsinin artıq verilməsi məhsulun keyfiyyətini xeyli aşağı

salır, yarpaqlar kobudlaşır və tünd yaşıl rəng alır. Yarpaqlarda zülali maddələrin

miqdarı artır, sulu karbonlar isə azalır. Azotun artıq olması yarpaqların texniki

yetişməsini gecikdirir, xüsusən ilk dövrlərdə bitkinin inkişafına mənfi təsir

göstərir.

Tütünün tərkibində 2-3% ümumi azot və 1,5-2% nikotin olduqda ondan

hazırlanmış papirosun çəkim keyfiyyəti yaxşı olur.

49

Torpaqda kifayət qədər kalium olması tütünün normal yanmasına və onun

keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Kalium qidası tütünün ümumi inkişafına

müsbət təsir göstərir, yarpaqlarda sulu karbonların toplanmasına səbəb olur.

Kalium çatışmadıqda yarpaqlar kobud olur, kənarı aşağıya doğru qıvrılır və

üzərində qırmızıtəhər ləkələr əmələ gəlir.

Vegetasiyanın başlanğıcında birinci yemləmə şitilləmədən 10-12 gün sonra, ikinci

yemləməni isə birincidən 10 gün sonra vermək məsləhətdir.

Şitilin becərilməsi. Tütün yalnız şitil üsulu ilə becərildiyindən, şitilliklərdə,

polietilen örtük altında, günəş istixanalarında yetişdirilir. Xəstəlik və

zərərvericilərdən uzaq olmaq üçün şitillər yaxşı işıq düşən ləklərdə tütün

tarlasından 500 metr aralı yerlərdə becərilir. Şitil 35- 65 günə tarlaya köçürmək

üçün tam hazır olur.

Bir m2–ə 0,6 qram toxum səpilir, soyuq ləklərdə isə 1 qrama çatdırılır.

Qulluq işləri suvarma, havalandırma alaqların təmizlənməsi, yemləmə, xəstəlik və

zərərvericilərə qarşı mübarizədən ibarətdir.

Səpindən cücərtilərin alınmasına qədər 22-28 0C temperatur, çıxışdan sonra isə 25 0C əlverişlidir.

Şitilləri 3-4 dəfə üzvi və mineral gübrələrlə yemləndirmək lazımdır. Üzvi gübrə

kimi əsasən quş zılı (quş peyini) şirəsindən (1:20 nisbəti) istifadə edilir.

Mineral gübrələr məhlul halında 2 qr fosfor, 2 qr azot və 5 qr kalium 2 litr suda

həll edilərək 1 m2 - ə verilir. Şitil hazır olduqda hər m2 - də 2000-2500 ədəd olur.

Hər hektar açıq sahəyə 40-60 m2-lik ləklərdə şitil becərilməsi tələb olunur.

Şitillərin əkilməsi. Torpağın üst qatında temperatur 10-12 0C olduqda şitilləri

tarlaya köçürürlər.

Xırda yarpaqlı tütünlər 50 x 12 sm sxemində hektara 150-200 min ədəd, orta

yarpaqlılar – 60 x 20 -25 sm 80-90 min, iriyarpaqlılar – 70 x 30 və 90 x 30 sm 45-

55 min ədəd olur.

Tütün əkildikdə torpağın mailliyindən asılı olaraq şırımların dərinliyi 15-20 sm

olmalıdır. Cərgələrin uzunluğu 200 metrdən az olmamalıdır.

50

Əkinlərə qulluq. Əsas qulluq işləri cərgəaralarının becərilməsidir. Cərgəaralarının

becərilməsi 3- 4 dəfə hər 8-12 gündən bir 6-8 və 10-12 sm dərinliyində aparılır.

Suvarılan bölgələrdə 2-6 dəfə suvarma həyata keçirilir. Suvarma norması hektara

500-800 m3 - dir. Aşağı şitil yarpaqları, yarpaq qoltuğundakı bicləri təmizləmək və

ucunun vurulması həyata keçirilir. Çiçəkləmə başladıqdan sonra 3-4 dəfə aşağı

yarpaqlar təmizlənir və biclər vurulur. Belə qulluq məhsul artımına səbəb olur,

ehtiyat qida maddəsi biclərə və çiçək süpürgəsinə yox yarpaqlara sərf olunur.

Alaq otlarına qarşı şitilliklərə və sahələrə herbisidlərin çilənməsi (əl ilə) becərilmə

işlərinin sayını azaltmağa, bitkilərin qida maddələrini daha yaxşı mənimsəməsinə

şərait yaradır.

Generativ orqanlar sayılan qönçə, çiçək, qozalar və s. hazır qida maddələrindən

istifadə edirlər. Yarpaqlarda əmələ gələn qida maddələri bu orqanlara axdığından

yarpaqlar nazikləşir, keyfiyyəti aşağı düşür.

Aşağı şitil yarpaqlar təmizlənərək yandırılır. Təmizləmə işləri növbəti yaruslardakı

yarpaqların yaxşı inkişaf etməsinə səbəb olur. Çiçəkləmənin başlanğıcında 3- 4

dəfə qırılıb təmizlənir, eyni zamanda yan zoğlar da (biclər) təmizlənir. Bu qulluq

işləri məhsulu artırır və plastik maddələr təkrarən yan zoğlara və çiçək qrupuna

sərf olunmur, əksinə yarpaqlar tərəfindən istifadə olunur.

Məhsul yığımı və qurutma. Yarpaqların yetişməsi eyni vaxtda baş vermir.

Əvvəlcə ən yaşlı yarpaqlar, sonra orta və nəhayət yuxarı yarpaqlar yetişir.

Yarpaqlar əl ilə 2 ay ərzində 5-10 dəfəyə dərilir. Hər dərəndə bir bitkidən 3-7

yarpaq yığılır. Yığılmış yarpaqlar qurudulma yerlərində çeşidlənərək 5- 6 metrlik

iplərdən asılaraq qurudulur.

Qurudulmanın birinci mərhələsi yarpaqların tədricən saraldılmasıdır. Tədricən

qurudulduqda nişasta, zülal və xlorofil tədricən parçalanır, yarpaqların

keyfiyyətinə mənfi təsir göstərən zülali maddələr azalır, xlorofilin parçalanması

nəticəsində yarpaqlar sarı rəng alır. Bu da ki, keyfiyyətli məhsul alınmasının

başlıca şərtidir.

İkinci proses saralmış yarpaqların qurudulması, sonra isə rəngin fiksasiyası və

nəmləndirilib kameranın boşaldılmasıdır. Bu iş 6-7 günə başa çatdırılır.

51

Yarpaqların saralması 32-350 C temperaturda 80-85 % nisbi rütubətdə aparılır.

Texniki yetişkən yarpaqlar üçün qurutma müddəti 36-48 saat (40- 45 0C),

yetişməmiş yarpaqlar üçün isə 60 saatdır. Yarpağın zoğu və saplağı 50-55 0 C - də

quruyur.

Yığımdan sonra bir partiyanın qurudulması müddəti 100-125 saat çəkir. Bu üsulla

qurudulmuş yarpaqların 95 %-i 1-ci və 2-ci növ olur. Yarpağın nəmliyi 19 %-dən

yuxarı olmamalıdır.

Mövzu: 6. ŞƏKƏRLİ BİTKİLƏR. ŞƏKƏR ÇUĞUNDURUNUN XALQ TƏSƏRRÜFATI

ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI

Mühazirənin planı:

1. Şəkər çuğundurunun əhəmiyyəti, yayılması, tarixi və becərilməsi.2. Şəkər çuğundurunun botaniki və bioloji xüsusiyyətləri 3. Şəkər çuğundurunun sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi,

gübrələmə. 4. Şəkər çuğunduru toxumlarının səpinə hazırlanması, səpin müddəti, üsulu və

norması.5. Şəkər çuğunduru əkinlərinə qulluq işləri (suvarma, alaqlarla, xəstəlik və

ziyanvericilərlə mübarizə).6. Məhsulun yığılması.7. Şəkər çuğundurunun sort və hibridləri

Ədəbiyyat

Cəfərov M. İ. və b. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası, Bakı, 2000, 264 s.

Əliyev S. C., Aslanov A. Ə. Şəkər çuğunduru, Bakı, 1991, 36 s. Hümbətov H. S., Məmmədov V. Ə., Qəbilov M. Y. Şəkərli və nişastalı

bitkilər, Bakı: “Elm və təhsil” nəşr. 2014, 328 s. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, s.100-

144. Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri.

Bakı: 2013, 152 s. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş.,

2012, 356 s. Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.

52

Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с. Ильевич С. В., Ливинский Ф. А. И назвали свеклу сахарной, М:,1988,

173 с. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

ŞƏKƏRLİ BİTKİLƏR. ŞƏKƏR ÇUĞUNDURUNUN XALQ TƏSƏRRÜFATI

ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI

Kökümeyvəli bitkilər qrupuna çuğundur – beta; yerkökü – daucus carota;

(Apiaceae - kərəviz fəs. селдрейные) şalğam – brassica napus L. ssp. rapifera

Metzger); turneps (yemlik şalğam) brassica rapa L. ssp. rapifera Metzger), yem

turpu – (Raphanus sativus L. ssp. hybernus Alef. ) və sair cins və növlər daxildir.

Bu bitkilər botaniki cəhətcə müxtəlif olmalarına baxmayaraq eyni bioloji xassəyə

malik olmaqla birillik və çoxillikdirlər. Lakin mədəni formalarının bitkiləri tam

inkişafını iki ildə başa çatdırır.

Səpilmiş toxumdan vegetasiyanın birinci ili yoğunlaşmış ətli kök, kökün başcıq

hissəsində yarpaqlar, yarpaq qoltuqlarında isə yatmış tumurcuqlar əmələ gəlir.

Ömrünün ikinci ili tumurcuqlar inkişaf edərək gövdə tipli zoğ əmələ gətirirlər ki,

bunlar da toxum verir. Beləliklə səpindən yeni toxum alınana qədər iki il keçir.

Bəzi hallarda bitkilərin müəyyən qədəri hələ kökmeyvəsinin tam inkişaf

etmədiyi və lazımi qədər ehtiyat qida maddələri toplamadığı halda birinci ili

gövdələşmə və hətta meyvəvermə fazasına da keçir. Belə qüvvəli inkişaf cavan

bitkilərin yarovizasiya mərhələsinin sürətli keçməsinə səbəb olan alçaq

temperaturun təsirindən irəli gəlir. Buna gövdələşmə deyilir. Gövdələşmə

kökmeyvəsinin tez oduncaqlaşmasına və şəkərinin azalmasına səbəb olduğu üçün

normal vəziyyət hesab edilmir.

Kökümeyvəli bitkilərin Azərbaycanda əkin sahəsi 2010 - cu ildə 200 ha, ümu-

mi yığımı 3600 ton., məhsuldarlığı isə 210 s/ha olmuşdur.

Şəkər çuğundurunun əhəmiyyəti. Şəkər çuğunduru vacib texniki bitkidir.

Ondan həm şəkər istehsalı üçün həm də heyvandarlıqda yem kimi istifadə olunur.

53

Bu bitki Azərbaycanda yeganə şəkər istehsalı mənbəyidir. Dünya ölkələrinin 50-

dən çoxu şəkəri şəkər çuğundurundan istehsal edirlər. 70-ə yaxın ölkələr isə şəkəri

şəkər qamışından alırlar. Şəkər çuğundurunun tərkibində 18-22% şəkər vardır.

Yemlilik dəyərinə görə şəkər çuğunduru yem çuğundurundan 2 dəfə üstündür.

Yarpaqları xüsusilə qida elementləri ilə daha zəngindir. Yarpaqlarda 2-3% zülal,

0,4% yağ və müxtəlif vitaminlər vardır.

Şəkər çuğundurunun 1 sentneri 26 yem vahidi yaxud 1,2 kq proteinə

bərabərdir. Yarpağın bir sentneri isə 20 y.v.-nə bərabərdir.Yem çuğunduru müvafiq

olaraq 12 və 9 y.v.-ə bərabərdir. Şəkərin emalından sonra zavodlarda çoxlu

tullantılar (30 ton məhsuldan 24 ton tullantı) alınır ki, bu tullantılardan spirt,

qliserin, pektin kleyi, süd turşusu, limon turşusu istehsalı üçün istifadə edilir. Eyni

zamanda bu tullantıdan heyvandarlıqda yem kimi və təsərrüfatlarda üzvi gübrə

kimi də istifadə olunur. Tullantının quru halda 1 sentneri 80-85 yem vahidinə, yaş

və turş halda isə 8-10 yem vahidinə bərabərdir.

Onu da qeyd etmək lazımdır ki, şəkər çuğundurunun yarpaqları ilə heyvanların

çox yemləndirilməsinə yol vermək olmaz. Belə ki, yarpaqlarda həm təmiz halda,

həm də siloslaşdırılmış formada çoxlu quzuqulağı turşusu olur ki, bu da

heyvanlarda kalsium elementinin mübadiləsini pozur.

Şəkər çuğunduru hektardan 40-50 ton məhsul verərsə bundan 7-8 ton şəkər

alınır.

Bitkinin tarixi. Tədqiqatlarla müəyyən edilmişdir ki, şəkər çuğunduru yabanı

halda bitən, yarpaq çuğundurundan (Monqold növmüxtəlifliyindən) əmələ

gəlmişdir. Birinci dəfə şəkər çuğundurunun yarpaq forması mədəni hala salınıb.

Sonra (XVIII əsr) kökümeyvə formasına keçilib. Şəkər çuğunduru öz başlanğıcını

ağ tərəvəz çuğundurundan götürmüşdürki, o da az məhsuldar yarpaq çuğunduru

ilə məhsuldar yem çuğundurunun çarpazlaşdırılması yolu ilə alınmışdır. Yabanı

çuğundur bitkilərinə Kiçik Asiya, Zaqafqaziya, Aralıq dənizi, Xəzər dənizi və Qara

dəniz sahillərində rast gəlinir. Bu bitkinin becərilməsinə eramızdan 1500-2000 il

əvvəl başlanılmışdır. Dəclə və Fərat çayları vadilərində yaşayan insanlar bu

bitkinin yarpaqlarından müxtəlif xörəklər hazırlayırlarmış. Çuğundurun

54

kökümeyvə kimi becərilməsinə XVIII əsrin əvvəllərindən başlanılmışdır.

Çuğundur İran sözü olub müxtəlif dövrlərdə «çundur», «çuvundar»,

«çakendar», «şaqonder», «şuqundar», «çuğundur», və s. adlandırılmışdır.

Çuğundur sonralar Aralıq dənizi ölkələrinə, Fransa, İtaliya, İsveçrə,

İspaniyaya və s. yerlərə yayılmışdır.

Çuğundurda saxoroza olduğunu 1747-ci ildə Markqraf (Almaniya) qeyd

etmışdır. Şəkər çuğundurundan zavod üsulunda şəkər istehsalına başlamaq təklifini

1799-cu ildə Axard vermişdir. Şəkər çuğundurundan şəkər istehsal edən birinci

şəkər zavodu 1801- ci ildə Almaniyada tikilmişdir. Rusiyada ilk dəfə 1792-ci ildə

Moskva universitetinin professoru İ. Bindqeym kökümeyvəli çuğundurdan şəkər

almağı təklif etmışdır. M. Q. Pavlov (1792-1840) çuğundurun Moskva ətrafında

becərilməsinin mümkünlüyünü sübut etmişdir. 1802- ci ildə Rusiyada Tula

quberniyasının Alyabevo kəndində Yesipov tərəfindən ilk şəkər zavodu tikilmişdir.

Yayılması və məhsuldarlığı. Şəkər çuğunduru əsasən Ukraynada, Rusiyada,

Çində, Polşada, Fransada, İngiltərədə, Almaniyada, İtaliyada çox yayılıb. Onu

Belarusda, Yaponiyada, Belçikada, Macarıstanda, Türkiyədə Gürcüstanda və ABŞ

– da becərirlər. Yer kürəsində becərilən şəkər çuğunduru əkinlərinin 80%-i

Avropanın payına düşür.

Dünya əkinçiliyi sistemində (2013-cü il) 9,0 milyon hektardan çox əkin sahəsi

mövcuddur. Rusiyada 1,3 mil. ha-a yaxın (24,5 mil. ton) əkin sahəsi var, məhsul-

darlığı isə 17,8 ton/ha-dır.

Azərbaycanda bu bitkinin əkin sahəsi 2010- cu ildə 8500 ha, 2011-ci ildə

7300 hektar, 2012-ci ildə 3600 hektar, 2013- cü ildə isə 5466 hektar olmuşdur.

Respublikanın şəkərə olan illik tələbatı 300 min tondur.

Respublikada 2012-ci ildə 173 800 ton, 2013 - cü ildə isə 187923 ton şəkər

çuğunduru istehsal edilmişdir.

Mətbəx çuğundurunun Azərbaycanda əkin sahəsi 2010 - cu ildə 425 ha,

ümumi yığımı 4959 ton., məhsuldarlığı isə 117 s/ha olmuşdur.

Çuğundur yüksək məhsuldar bitkidir. Dünyada orta məhsuldarlığı 34,3 t/ha-dır.

Orta məhsuldarlıq Krasnodar diyarında hektardan 450 sen. Ukraynada isə 300-400

55

sentnerə, Azərbaycanda isə 334 sen.- ə (2013) çatır (2011-ci ildə 346 sen).

Botaniki təsviri. Çuğundur (Beta) cinsi unluca (tərəçiçəklilər) (Chenopo-

diaceae, маревые) fəsiləsinə daxil olan birillik, ikiillik və çoxillik növləri (14

yabanı, 1 mədəni) özündə birləşdirir. (ing. sugar beef, rus. сахарная свекла).

Tarixinə görə o Aralıq dənizi floristik vilayətinə daxildir. Çuğundur (Beta)

cinsinin bir neçə yarımnövü vardır. Onlardan adi çuğundur ssp. vulgaris polimorf

olmaqla çuğundurun bütün mədəni birillik və ikiillik formalarını özündə birləşdirir.

Öz növbəsində bu yarımnöv bir neçə növ müxtəlifliyinə bölünür: şəkər çuğunduru

(v. saccharifera), mətbəx çuğunduru (v. esculenta), yem çuğunduru (v. crassa) və

yarpaq (manqold) çuğunduru (v. cicla).

Çuğundurun növləri. İrimeyvəli - Beta maerorrhiza – nəmliyə tələbkar,

şaxtaya davamlı, dağlıq zona bitkisidir. Dəniz səviyyəsindən təxminən 1700-2000

m-ə qədər yüksəklikdə olan dağ zonalarında bitir. Torpağın 1,5 m dərinliyinə

işləyən yan kökləri əmələ gətirir. Meyvəkökünün kütləsi 10 kq-a çatır. Tərkibində

8-12%-ə qədər şəkər toplanır.

Gövdəsi şırımlı kimidir. Kökboğazı yarpaqları uzun saplaqlı, demək olar ki,

dairəvidir. Gövdə yarpaqları yumurta formalı, iridir.

Bu növün bütün yarpaqları antosian rənglidir. Meyvəsi (toxumu) olduqca iridir.

Haşiyəli meyvəli – Beta lomatogona – buna bir toxumlu çuğundurda deyilir.

Şaxtaya və quraqlığa davamlı, çoxillik alaq bitkisidir.

Azərbaycanın karbonatlı torpaqlarında təsadüf edilir. Şaxələnən və torpağın

dərin qatlarına işləyən kök əmələ gətirir. Xüsusi kök hissəsi bir qədər yoğunlaşmış,

qaba lifli kimidir. Meyvəkökün çəkisi 30-150 qram, şəkərliliyi isə 3,5-11%-ə

qədərdir. Kolu çoxgövdəlidir, ancaq yarpaqlanması zəifdir. Yarpaqları uzun

saplaqlı, uzunsov, yumurtavari, yaxud lansetvaridir. Çiçəkləri gövdələrin üzərində

bir-bir yerləşir. Çiçək yanlığının dilimləri ağ haşiyəli olduğuna görə haşiyəli

adlanır. Meyvəsi çox toxumludur.

Üç sütuncuqlu - Beta trigyna - yabanı növləri ən çox yayılanlar sırasındadır.

Əksər formaları şaxtaya davamlıdır. Azərbycanda Xəzər dənizi sahilində təsadüf

edilir. Kökümeyvənin kütləsi 7-10 kq, şəkərliliyi 9,6-14%-ə qədərdir. Gövdəsi

56

qabırğılı, antosian rəngli, gövdə yarpaqları yumurtavarı, yaxud lansetvarıdır. Çiçək

qrupu sıx və çoxçiçəkli sünbülə bənzərdir. Meyvəsi (kələfcəsi) 2-3 toxumludur.

Çoxillik çuğundur – Beta perenneae – quraqlığa, şoranlığa və xəstəliklərə

qarşı davamlıdır. Kökü silindirşəkilli, şaxəli, oduncaqlaşmışdır. Tərkibində 10-

12% şəkər olur. Kolu dağınıqdır. Gövdə yarpaqları yuxarı hissədə lansetvarı, orta

və aşağı mərtəbədə bir qədər enlidir. Kök boğazı yarpaqları (1-ci ili) uzun saplaqlı,

az hallarda zəif tüklü olur. Meyvəsi 2-3 toxumludur. Azərbaycan respublikasının

Apşeron rayonunda təsadüf edilir.

Şəkər çuğunduru ( Beta saccharifera ) ikiillik bitki olduğu üçün birinci ili

yarpaq və şirəli kökümeyvə əmələ gətirir, ikinci ili isə zoğ verərək çiçəkləyir və

meyvəsini verir (yəni toxumunu). Bəzən həyatının birinci ilində çiçək verən

bitkilərə də təsadüf edilir. Belə hal adətən yarovizasiya və işıq mərhələsini birinci

ildə keçirən bitkilərdə rast gəlinir. Mədəni çuğundurun kökümeyvəsi iri olub 0,3-

0,5 kq (8 kq) şəkərliyi 18-22%, bəzən də 24-25% olur. Meyvəkök ağ rəngli və

konus şəkillidir. Meyvəkök üç hissədən ibarətdir: a) yarpaq rozetinin yerləşdiyi-

başcıq; b) tumurcuqları və yan kökləri olmayan- boyuncuq; v) yan köklərin

meyvəyə birləşdiyi ən aşağı hissə-quyruqcuq.

Şəkər çüğundurunun yarpaqları kökün üzərində rozet şəklində düzülür. Yarpaq

ayası enli, saplaqları isə uzun olur. Hər bitkidə 50-90 ədəd yarpaq əmələ gəlir.

Yarpağın ömrü 25-70 gün arasında dəyişir. İlk dəfə əmələ gələn yarpaqların həyat

fəaliyyəti daha uzun olur. İlk yarpaqların ayası dəyirmi, sonrakılar isə uzunsov-

ürəkvari olur. Bir bitki 3000 m2 yarpaq sahəsi əmələ gətirə bilər. Bitkinin həyatının

ikinci ilində kökümeyvədə əvvəlcə rozet yarpaqlar, sonralar isə yarpaqlı zoğlar

əmələ gəlir. Zoğun aşağı hissəsində yarpaqlar iri yuxarı hissəsində isə xırda olur.

Xırda göyümtül-yaşıl rəngli çiçəkləri var. Çiçəkləri ikicinslidir, qruplarda

toplanmışdır. Hər qrupda 2-6 çiçək olur. Hər çiçəkdə 5 ləçək, 5 erkəkcik vardır.

Dişiciyinin ağzı üçdilimlidir. Erkəkciklər tez yetişdiyindən çarpaz tozlanırlar.

Çuğundurun meyvəsi xırda qozcuqdur. Yetişən zaman meyvələr bir-biri ilə

birləşərək kələfcə əmələ gətirirlər. Hər kələfcədə 2-6 toxum yerləşir. Kələfcəni

təşkil edən meyvələrin hər birisi nəhayətində dişicik ağzının üç çıxıntı kimi izi

57

qalmış xırda qozcuqdur. Meyvənin mütləq kütləsi 20-50 qram arasında dəyişir.

Toxumları böyrəkşəkilli və parlaqdır. Toxumluq kələfcələr kələ-kötür, qonuru-sarı

rəngli olur. Çuğundurun əsil toxumu parlaq qonuru - qırmızı rəngli qlafdan və

ikiləpəli rüşeymdən ibarətdir. Ləpələrin arasında gövdə tumurcuğu və kökcüyün

bünövrəsi (rüşeym kökcüyü), tumurcuqla kökcük arasında isə ləpəaltı dizcik

yerləşir.

Bioloji xüsusiyyətləri. Şəkər çuğundurunun toxumları 4-5 0C temperaturda

cücərməyə başlayır lakin, cücərti torpaq səthinə gec çıxır. Çıxışların tez alınması

üçün (5-6 gün) 15-20 0C temperatur lazımdır. Temperaturun 23 0C-dən çox olması

üzvü maddənin sintezini ləngidir. Normal böyüyüb kökümeyvə məhsulu yaratmaq

üçün 2200-2600 0C aktiv temperatur lazımdır. Bitki 1 ton kökümeyvə əmələ

gətirmək üçün 8 ton su sərf edir. Toxumun cücərməsi üçün öz kütləsinin 170%-i

qədər nəmlik tələb edir. Bitkinin normal inkşafı üçün nəmlik torpaqda ən azı tarla

rütubət tutumunun 70%-i həddində olmalıdır. Transpirasiya əmsalı 240-400

arasında dəyişir.

Şəkər çuğunduru işıq sevən uzun gün bitkisidir. Yarovizasiya mərhələsini 0-8 0C temperaturda keçirir. Yaz səpinlərində yarovizasiya mərhələsi yazda başa

çatmadığından bütün il boyu davam edir. Bəzi bitkilərdə yarovizasiya mərhələsi

qısa müddətdə başa çatdığından onlar birinci ili zoğ verib toxum əmələ gətirirlər.

Normal bitkilər ikinci il çiçəkləyib toxum verir. Bitkinin vegetasiya müddəti 1-ci

ili 150-170 gün, 2-ci ili isə 130 günə qədər davam edir.

İnkişaf fazaları: 1) cücərmə, 2) çatal, 3) I cüt əsl yarpaq, 4 ) II-III cüt əsl

yarpaq, 5) 7 yarpaq, 6) cərgəaralarının qapanması, 7) cərgəaralarının açılması, 8)

texniki yetişkənliyin başlanması.

Çuğundurun inkişafı həyatının birinci ilində üç dövrə ayrılır. 1-ci dövr 1,5-2

ay davam edir, bu dövrdə yarpaqlar və kök sistemi əmələ gəlir, 2-ci dövrdə

kökmeyvələr sürətlə böyüyür, 3-cü dövrdə isə kökümeyvələrdə şəkərin toplanması

sürətlə gedir.

Şəkər çuğundurunun suya tələbatı həyatının müxtəlif dövrlərində eyni deyildir.

Toxumun cücərməsi və cücərtilərin kök əmələ gətirməsi dövründə bitki suya daha

58

çox tələbat göstərir.

Şəkər çuğunduru üçün üzvi maddələrlə zəngin, yüngül və orta qranulometrik

tərkibli şabalıdı, qonur və qəhvəyi strukturlu torpaqlar daha əlverişlidir. Ağır,

möhkəm qaysaq əmələ gətirən gilli boz torpaqlar, daşlı, çınqıllı torpaqlar şəkər

çuğunduru becərmək üçün yaramır.

Zəif turş və neytral reaksiyalı (pH-6,5-7,5) torpaqlar çuğundur üçün daha

əlverişli hesab olunur. Torpaq reaksiyasının pH-6-dan aşağı olması bitkinin böyü-

məsinə mənfi təsir göstərir, zərərverici və xəstəliklərin təsirinə məruz qalır.

Qumlu və qumsal torpaqlardan yüksək məhsul götürmək üçün üzvi gübrədən

istifadə edilməlidir.

Şəkər çuğunduru üçün torpağın əkin qatında optimal sıxlıq (həcmi kütlə) 1,0-

1,4 q/sm3 həddində olmalıdır. Digər bitkilərdən fərqli olaraq çuğundur torpaqdan

xeyli artıq qida elementləri mənimsəyir. Şəkər çuğunduru bir ton əsas və əlavə

məhsulla torpaqdan 4-7 kq N, 1,0-3,5 kq P2O5, 5-9 kq K elementi aparır.

Azot qidası çatışmadıqda yarpaqlar zəif inkşaf edir, saralır və tez məhv olur.

Azotun çatışmaması fotesintezin intensivliyinə mənfi təsir göstərir. Belə ki,

kökümeyvənin böyüməsi və onda şəkər toplanması zəifləyir.

Fosfor çatışmadıqda bitkidə şəkərin sintezi azalır. Fosfor zülalın artmasına,

azot elementindən daha yaxşı istifadə edilməsinə və bitkinin vegetasiya

müddətinin qısalmasına səbəb olur.

Kalium bitkinin şaxtaya və quraqlığa davamlılığını artırır. Kalium

çatışmadıqda yarpaqların kənarı quruyur və kökümeyvədə şəkərin miqdarı tezliklə

aşağı düşür.

Kükürd çatışmadıqda yarpaqlarda qonur ləkələr əmələ gəlir və saralmağa baş-

layır. Dəmir çatışmadıqda yarpaqlarda xloroz xəstəliyi baş verir.

Məhsuldarlığın yüksəldirməsində və şəkərliliyin artırılmasında bor, sink,

molibden və kobalt kimi mikroelementlərin də böyük rolu vardır.

Növbəli əkində yeri. Şəkər çuğundurunu alaq otlarından təmiz, münbit və

nəmliklə kifayət qədər təmin olunmuş tarlalarda becərmək məqsədəuyğundur.

Şəkər çuğundurundan ötrü ən yaxşı sələflər – gübrələnmiş payızlıq buğda, payızlıq

59

arpa, qarğıdalı, birillik dənli-paxlalı bitkilərdir. Şəkər çuğundurunun özü müxtəlif

bitkilərdən ötrü – qarğıdalı, darı və dənli-paxlalılar üçün yaxşı sələfdir. Yaxşı olar

ki şəkər çuğunduru öz tarlasına 3-4 ildən sonra qaytarılsın.

Torpağın becərilməsi. Becərmədə əsasən alaq otları məhv edilir və torpağın

ehtiyat nəmliyi qorunub saxlanılır.

Üzləmə. Payızlıqların yığılması ilə eyni zamanda və ya dərhal ondan sonra

kövşən 5-7 sm dərinlikdə diskli üzləyicilər vasitəsilə, kökümsovgövdəli alaqlarla

zibillənmiş tarlalarda isə gəvahinli üzləyicilərlə 12-14 sm dərinlikdə üzlənir. Alaq

otu toxumlarının cücərməsini gücləndirmək üçün üzləmədən sonra sahədə 600-700

m3/ha həcmində aldadıcı suvarmalar aparılır və 3-4 həftədən sonra şum qaldırılır.

Əgər çuğundur əkiləcək sahə çoxilik köküpöhrəli alaqlardan tarla qanqalı, çəhrayı

qanqal, tarla sarmaşığı ilə zibillənmiş olarsa şumdan qabaq hektara 2,5-3,0 kq

miqdarında başdan-başa 2,4 D-nin amin duzu və ya 1,0-1,5 kq 2,4 D-nin butil efiri

10 kq ammonium şorası ilə qarışdırılaraq 300 litr su ilə sahəyə çilənməli, sonra

şum aparılmalıdır.

Dondurma şumu. Şum 28-30 sm dərinlikdə aparılır. Şum qatı kifayət qədər

dərin olmayan torpaqlarda torpaqdərinləşdirici tətbiq etmək lazımdır. Üzləmədən

sonra aparılan dondurma şumu önkotancıqlı kotanla oktyabr ayında gələcək

səpinin eninə aparılmalıdır. Dondurma şumundan əvvəl torpağa üzvi-mineral

gübrələr verilir.

Yaz becərməsi. Rütubəti saxlamaq üçün fevral ayında tarlanı şumun eninə

malalayırlar. Malalamadan sonra 10-14 sm dərinlikdə kultivasiya edilir. Əgər

payız-qış aylarında tarla suvarılmayıbsa səpinqabağı suvarma aparılır. Çünki, ağır

torpaqlarda səpsuvar keçirilməsi qaysaq əmələ gətirir və cücərtilər bunun altından

çıxa bilmirlər. Aratdan sonra torpaq yetişən kimi səpinqabağı kultivasiya aparılır

və mala çəkilir. Kultivasiyanın altına alaqlarla mübarizə məqsədilə müvafiq herbi-

sidlərin biri verilir.

Səpinqabağı hazırlıq bilavasitə çuğundur səpininə 3-4 gün qalmış aparılır.

Səpinqabağı kultivasiya şumun istiqamətində, toxumların basdırılacağı dərinlikdə

(3-4 sm) aparılır.

60

Cərgəarası becərilən bitkilərdən sonra şəkər çuğunduru yerləşdiriləcəksə sələf

bitkisinin məhsulu yığılan kimi sahə ön kotancıqlı kotanla şumlanır və payız-qış

dövründə müvafiq becərmələr aparılır.

Gübrələmə. Yüksək məhsul almaq üçün üzvi və mineral gübrələrin verilmə-

sinin böyük əhəmiyyəti vardır. Yuxarıda qeyd olunduğu kimi şəkər çuğunduru bir

ton əsas və əlavə məhsulla torpaqdan 4-7 kq N, 1,0-3,5 kq P2O5, 5-9 kq K elementi

aparır. Gübrə norması sələf bitkisindən və torpaqların qida maddələri ilə təmin

olunma dərəcəsindən asılı olaraq planlaşdırılır. Yaşıl gübrələr də məhsuldarlığı

xeyli artırır. Bu məqsədlə payızlıq taxıllar yığıldıqdan sonra noxud, soya, gülül,

lüpin səpilir və sentyabrın axırında şumlanıb torpağa basdırılır. Şəkər çuğunduruna

gübrələr planlaşdırılmış məhsula görə balans üsulu ilə verilməlidir. Respublikanın

suvarılan açıq şabalıdı torpaqları şəraitində hektardan 500 sentner kökmeyvə

məhsulu almaq üçün hektara 20 ton peyin və təsiredici maddə hesabı ilə

N140P150K100 verilməlidir. Fosfor və kalium əsas şum altına, azotun 30%-i

səpinqabağı becərmədə kultivasiya altına, 70%-i yemləmə gübrəsi kimi 2 dəfəyə –

yarısı seyrəltmədən sonra 2-3 cüt yarpaq fazasında və ikinci dəfə 7-ci həqiqi

yarpaq fazasında cərgəaraları qovuşanadək verilməlidir. Hektara təsiredici maddə

hesabı ilə 1,5 kq bor və 2,2-2,6 kq manqan verilməsi yaxşı nəticə verir.

Kökdənkənar yemləmədə hektara 20 kq fosfor, 20 kq kalium 50 litr suda həll

edilərək çilənir. Yemləmə gübrəsi peyin şirəsi ilə də aparılır. Bunun üçün

cərgələrin başında çala qazılır, peyin şirəsi ilə doldurulur və suvarma suyu ilə

axıdılır. Toxumların bakterial gübrələrlə işlənilməsi də müsbət nəticələr verir.

Toxumun səpinə hazırlanması. Şəkər çuğundurunun becərilmə texnologiya-

sının bir çox elementləri – səpin norması, səpin üsulu, bitki sıxlığı və s. əkiləcək

toxumun keyfiyyətindən asılıdır. Səpin üçün rayonlaşmış sortların I-ci

reproduksiyaya aid olan toxumları işlədilməlidir. Səpiləcək toxumun cücərmə

enerjisi ( bir cücərtiliyi) 85 %-dən, laboratoriya cücərmə qabiliyyəti (yeknəsəkliyi)

90%-dən və təmizliyi 98 %-dən az olmamalıdır. Dəqiq səpin aparmaq üçün səpilə-

cək toxum 3,5-4,5 mm və ya 4,5-5,5 mm diametrində olmaqla birtoxumluluğu

96% -dən az olmamalıdır.

61

Toxumlar səpindən qabaq cilalanmalı, çoxtoxumlu kələfcələr ayrı-ayrı

təktoxumlu meyvəciklərə xırdalanmalı, kalibrləşdirilməli və səthində qidalı

maddələrin, pestisidlərin örtüyü əmələ gətirilməlidir. Səpinqabağı, bilavasitə

təsərrüfatlarda 8 litr su və 1qr. kəhrəba turşusu qatışdırılaraq 100 kq toxuma

çilənməsi çox yaxşı nəticə verir.

Səpin müddəti, üsulu, norması və toxumun basdırılma dərinliyi. Şəkər

çuğunduru torpağın 5 sm dərinliyində temperatur 6-8 0C olduqda səpilməlidir.

Səpin qısa müddətdə 3-5 günə başa çatdırılmalıdır. Respublikanın əksər rayon-

larında şəkər çuğundurunu fevralın axırı – martın əvvəlində səpmək olar.

Suvarma şəraitində ən yaxşı səpin üsulu cərgəarası 60 sm olan gencərgəli

nöqtəvi səpindir. Pambıqçılıqla məşğul olan təsərrüfatlarda 60-90 sm-lik

cərgəaralarına və qarğıdalı-tərəvəz təsərrüfatlarında 70 sm-lik cərgələri becərməyə

imkan verən kompleks maşınlar olur. Ona görə də əgər təsərrüfatda çuğundurun

becərilməsinə aid xüsusi, kompleks çuğundur maşınları olmazsa, onda bu bitkinin

becərilməsində pambıq, qarğıdalı və ya tərəvəz texnikasından istifadə etməyə

imkan verən səpin üsulu seçilməlidir (CCT-8, CCH-12, CK-18, CKP-12, CCT-

12A).

400-500 sentner kökümeyvə məhsulu almaq üçün yığımqabağı hektarda 95-

100 min bitki olmalıdır. Cərgəarası 60 sm olan suvarma zonalarında bitkiarası

məsafə 10-15 sm götürülür. Hal-hazırda punktir səpin üsulu daha geniş tətbiq

olunan əlverişli üsul sayılır. Bu üsulda toxumlar arasında məsafə qoyulur, normal

cücərtilər alındığından seyrəltməyə ehtiyac qalmır. Hər metrə 20 toxum səpilir.

Adi texnologiya ilə becərdikdə cərgəarası 60 sm olduqda səpin norması hektara

10-12 kq, (bir metrə 35-38 kələfcə) 45 sm olduqda isə 30 kq götürülür.

Sənaye texnologiyasında hektara səpin norması 6-8 kq, (bir metrə 12-14

meyvə), alaqlardan təmiz, münbit, habelə xəstəlik və zərərvericilərdən təmiz

sahələrdə 1 metr cərgəyə 9-10 kələfcə,(4,5-6,0 kq) səpmək olar.

Səpin norması aşağıdakı adi düsturla təyin olunur:

62

N=

B×ST

×100

Burada:

N – hektara səpiləcək toxum, kq-la;

B – hektarda tələb olunan bitki, mln. ədədlə;

S – 1000 ədəd toxumun kütləsi, q;

T – səpiləcək toxumun yararlılıq dərəcəsi, %-lə. Tutaq ki, B = 0,1 milyon, S = 15 qr., T = 95%-

dir.

Onda N = 0,1 x 15

95x 100 = 1 ,58 kq

. Deməli bir hektarda 100 min bitki olması üçün 1,58

kq toxum səpilməlidir (təmiz toxum). Təsərrüfarlarda isə torpağa ən azı 25-30 kq toxum səpilir

və sonra onu çoxlu zəhmət çəkərək seyrəldirlər.

Çoxtoxumlu diploid şəkər çuğundurunun 1000 ədəd meyvəsinin kütləsi 25 qr-dan,

birtoxumlu diploid şəkər çuğundurununku 15 qr.- dan, çoxtoxumlu poliploid şəkər

çuğundurunun isə 1000 ədəd meyvəsinin kütləsi 30 qr-dan aşağı olmur.

Torpaq səpinə yaxşı hazırlandıqda və səpin üçün yüksək keyfiyyətli toxum

işlətdikdə hər metr cərgəyə 10-15 toxum səpib 6-7 cücərti saxlamaq məsləhətdir.

Səpin zamanı aqreqat saatda 4-5 km sürətlə hərəkət etməlidir. Toxum torpağın

qranulometrik tərkibindən asılı olaraq ağır boz torpaqlarda 2,5-3 sm, yüngül və

orta gilli şabalıdı, qonur və qəhvəyi torpaqlarda 3-5 sm, kövşənlik əkinlərində isə

2-3 sm dərinliyə basdırılmalıdır.

Əkinlərə qulluq. Əkinə qulluq vegetasiya suvarmalarından, cərgəaralarının

becərilməsindən, yemləmə gübrəsi verilməsindən, alaqlara, xəstəliklərə və

zərərvericilərə qarşı mübarizə aparmaqdan ibarətdir. Şəraitdən asılı olaraq

çuğundurun cücərtiləri 8-20 günə alınır. Çıxışı yaxşılaşdırmaq üçün səpindən 4-5

gün sonra, cücərtilərin boyu 0,5 sm-ə çatana qədər köndələninə mala çəkilir.

Cücərti varsa zədələməmək üçün aqreqatın hərəkət surəti saatda 2,5-3,0 km-dən

artıq olmamalıdır. Cücərtilər görünəndə 1-ci kultivasiyanı cərgələrin uzununa 4-5

sm dərinliyində apararaq cərgələr yumşaldılır və 8-10 sm cərgədən aralı müdafiə

zonası saxlanılır. Məqsəd cücərtilərin üzərini torpaqla basdırmamaqdır. Normal

bitki sıxlığı yaratmaq üçün seyrəltmə aparılır. Sıx əkinlərdə çatal fazasında 6-7

63

günə seyrəltmə apararaq bitki sıxlığını 90 minə çatdırırlar. 2-ci becərmə

seyrəltmədən sonra 10-12 sm dərinliyində aparılır. Suvarmalardan 2-3 gün sonra

kultivasiya çəkilir. Oktyabrın axırında yığımqabağı cərgəaraları 8-10 sm dərinlikdə

yumşaldırlar ki, yığımın keyfiyyəti yaxşılaşsın. Şəkər çuğunduru toxumu səpilmiş sahə arat olub-olunmamasından asılı olmayaraq səpin

zamanı açılmış şırımlarla hopdurma yolu ilə suvarılmalıdır. Suvarmadan sonra traktorun sahədə

hərəkəti mümkün olan kimi, təxminən suvarmadan 4-6 gün sonra, cücərtilər 6-7 mm olanda

kultivatorla və ya mala ilə cığıraçanın izi ilə malalanmalıdır. Vegetasiya dövründə 4-5 dəfə və

daha çox cərgəarası yumşaltma aparıla bilər. İkinci və sonrakı cərgəarası becərmə 8-10 sm

dərinlikdə aparılmalıdır. İkinci kultivasiya seyrəltmədən sonra, üçüncü və sonrakılar hər 10-14

gündən bir və ya ehtiyac olduqda aparılmalıdır. Bir qayda olaraq suvarma qabağı şırım açılmalı,

suvarmadan sonra torpaq ensiz sərt pəncələrlə yumşaldılmalı və sonra növbəti suvarmaya qədər

alaqları mexaniki üsul ilə məhv etmək üçün yastıkəsici ülgüclər və ikitərəfli kəsən pəncələri,

cərgələri mühafizəedici diskləri olan kultivatorla cərgəarası becərmə aparılmalıdır. Cərgələr

qovuşmamışdan qabaq suvarma üçün şırımlar açılmalıdır.

Şəkər çuğunduru respublikanın dağətəyi və aran rayonlarının suvarılan

torpaqlarında becərilir və vegetasiya müddətində Mil-Qarabağ, Muğan, Şirvan

bölgələrində 6-8 dəfə və Gəncə-Qazax bölgəsində 8-10 dəfə suvarılır. Mütərəqqi

suvarma üsulları ilə, cərgələr arasında açılmış şırımlarla (infiltrasiya) və

yağışyağdırma üsulu ilə suvarılmalıdır. Vegetasiyanın əvvəlində və axırında suvar-

ma normaları yüksək olmayıb 500-700 m3/ha təşkil edir. Yayın ortalarında

çuğundur güclü surətdə inkişaf edir, böyük miqdarda su sərf edir. Buna görə də

suvarma normaları 800-1000 m3/ha-a qədər artırılmalıdır. 1–ci suvarma kökün

qabıqdəyişmə dövründə, sonrakılar hər 10-15 gündən bir aparılır. 2-ci suvarma

seyrəltmədən sonra aparılmalıdır. Suvarmaların sayı, müddəti və norması torpaq-

iqlim şəraitindən və bitkinin vəziyyətindən asılı olaraq aparılır.

Şəkər çuğundurunun xəstəlik və zərərvericilərinə qarşı mübarizədə ilk

növbədə aqrotexniki və bioloji mübarizə üsullarından istifadə edilməlidir. Xüsusi

hallarda kimyəvi preparatlardan istifadə etmək olar. Şəkər çuğunduruna müxtəlif

həşəratlar ziyan vururlar. Bunlar çuğundur birəsi, yarpaq və kök mənənəsi,

yarpaqyeyən tırtıllar, çəmən kəpənəyi, məftil qurdları, minalı çibinlər və s.-dir.

64

Bunun üçün növbəli əkinlər yüksək aqrotexniki tədbirlərlə yanaşı bioloji və

kimyəvi mübarizə üsulları da tətbiq edilməlidir. Bioloji mübarizə tədbiri kimi,

trixoqrammadan və biopreparatlardan (hektara 2 kq bitoksibatsilin və 1 kq

denderobatsilin) istifadə edilir.

Zərərvericilərdən torpaqda qidalananlara qarşı mübarizə növbəli əkin, torpağın

becərilməsi və səpin qabağı hektara 100 kq dənəvər fosfamidin tətbiqidir. Çıxışları

zədələyən həşaratlara qarşı mübarizə məqsədilə insektisidlərdən istifadə olunur

(hektara 80%-li dirol 3 kq, qamma-izomer 50% 0,8 kq, polixlorkanfenon 50%-li 3

litr, leboysid 50%-li 1 litr, metafos 40%-li 1 litr).

Çuğundura çuğundur uzunburun böcəyi, mənənələr çox ziyan verə bilir. Bu

zərərvericilərlə mübarizə üçün onlar müşahidə edildikdə aşağıdakı maddələrdən

biri: 40 faizli metafos (1,0 kq/ha); 40 faizli bazudin (2,5 kq/ha); 50 faizli aktelik

(2,0 kq/ha) və ya əldə olan yeni preparatlarların biri çilənməlidir. Tarla

kəpənəyinin tırtıllarına qarşı da yuxarıdakı insektisidlərdən birini və ya tırtılların

kiçik yaşlarında biopreparatlardan bitoksibasillin – (3 kq/ha) və ya entobakterin (3-

4 kq miqdarında ) tətbiq oluna bilər.

Xəstəliklərdən unlu şeh, pas, yarpaq ləkəsi, kök çürümə, dəmgil (qoturluq),

serkosporoz, perenosporoz, virus xəstəliyi mozaika, sarılıq, xloroz və s.- dir.

Serkosporoz xəstəliyinə qarşı mübarizə məqsədilə, xəstəlik müşahidə

edilidikdə sahəyə aşağıdakı preparatların biri – 1 %-li bordo mayesi ( 6 kq/ha) və

unlu şehə qarşı 1 %-li kolloid kükürd suspenziyası (4-6 kq/ha) çilənməli və ya

döyülmüş kükürd çiçəyindən hektara 12-15 kq tozlanmalıdır.

Məhsulun yığılması. Şəkər çuğundurunda şəkər toplanması havanın orta

sutkalıq temperaturu 6-8 0C-yə enənə qədər davam edir. Respublikamızda belə

temperatur noyabr ayının birinci yarısında müşahidə olunur. Ona görə də şəkər

çuğundurunun yığımına oktyabr ayının sonunda başlanılmalı və noyabr ayının 10-a

kimi başa çatdırılmalıdır. Vegetasiyanın sonuna yaxın yarpaqlardakı qida

maddələri kökümeyvəyə axır və yarpaqlar tədricən saralıb quruyur. Yığım texniki

yetişgənlik dövründə, yəni kökümeyvələrdə şəkər faizi ilə əlaqədar aparılır. Əgər

tarlada yaşıl yarpaqlı massivlər olarsa yığımı gecikdirmək lazımdır.

65

Məhsul üçcərgəli kombaynla CKEM-3 və ya altıcərgəli BM-6A, KS-6, RKS-6

markalı kombaynla yığılır. Kombayn çuğunduru çıxarıb silkələyərək torpağını

tökür, yarpaqlarını kökdən ayırıb hər birisini ayrılıqda xırda tığlara yığır.

Sort və hibridləri. Şəkər çuğundurunun daha məhsuldar sort və hibridlərinin

alınmasında böyük işlər görülmüşdür. Dünya praktikasında birinci olaraq, şəkər

çuğundurunun birtoxumlu sort və hibridləri alınmışdır. Birtoxumlu sort və

hibridlərin istehsalat şəraitində geniş yayılması çuğundurçuluğun sənaye

texnologiyası əsaslarına keçməsinə şərait yaratmışdır. Belə səpinlərdə sənaye

texnologiyasına müvafiq kompleks tədbirlərin həyata keçirilməsi əsasında

çuğundurun əl əməyi tətbiq etmədən becərilməsinə tam şərait yaranmışdır. Şəkər

çuğunduru sahələrinin 70%-ə qədəri birtoxumlu sort və hibridlərlə səpilir.

Birtoxumlu sort, hibrid və yarımhibridlər. Birtoxumlu beloserkovsk -34.

(N-məhsuldar şəkərli) - Kiyev vilayətinin Beleserkovsk– təcrübə stansiyasında

Verxnyaçesk 1025 və Romon 153 sortlarının hibridləşdirilməsindən alınmış nəslin

təkrar seçilməsi yolu ilə yetişdirilmişdir. Məhsuldar sortdur. Kələfcələri xırda və

birtoxumludur. 1979-cu ildən rayonlaşdırılmışdır. Тoxumları çox yaxşı səpin

keyfiyyətinə malikdir. Birtoxumluq dərəcəsi 100%-dir. Məhsuldarlığına görə

standart birtoxumlu sort yalтuşkovskini keçir, kökmeyvələrinin yüksək texnoloji

xüsusiyyətləri ilə seçilir. Kökyeyən ziyanvericiyə, serkosporoz və virus sarılıq

xəstəliklərinə qarşı orta dərəcədə davamlıdır.

Birtoxumlu yaltuşkovski (N). Vinnitsk vilayətinin Yaltuşkovski seleksiya

məntəqəsində hibridləşdirmə, sonra çoxtəkrarlı seçmə yolu ilə yetişdirilmişdir.

Yüksək məhsuldar, çox şəkərli sortdur.

Birtoxumlu Ramonsk -9. (E – məhsuldar) Ümumittifaq ETŞÇİ-da alti sortun

qarışığından fərdi seçmə yolu ilə əldə edilmişdir. Yüksək məhsuldar sortdur.

Çoxtoxumlu sortlar. Pervomaysk- 028 (N). Krasnodarın Pervomaysk

seleksiya - təcrübə stansiyasında çoxtoxumlu sortlardan fərdi seçmə yolu ilə əldə

edilmişdir. Yüksək məhsuldar, çox şəkərli sortdur.

Ramonsk -06. (E) Ümumittifaq ETŞÇİ-nun Romansk təcrübə stansiyasında

çoxtoxumlu sortların qarışığından fərdi seçmə üsulu ilə yetişdirilmişdir.

66

Kiva F1 (Almaniya) Azərbaycanda 2002-ci ildən rayonlaşdırılmışdır.

Lena F1 (Almaniya) Azərbaycanda 2002-ci ildən rayonlaşdırılmışdır.

FDRH 0005 F1 (2006)

Ameli F1 (Fransa Florimond Despres firması) (2008)

“E” - Almanca “Ertraq” məhsuldar, “Z” - “Zucker” şəkər, “N” - “Normal”

məhsuldar-şəkərli deməkdir.

MÖVZU: 7. ŞƏKƏR QAMIŞI, ONUN XALQ TƏSƏRRÜFATI

ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ

Mühazirənin planı:

Əhəmiyyəti və istifadəsi. Mənşəyi və tarixi. Botaniki təsviri və bioloji xüsusiyyətləri. Çilinglərinin hazırlanması və əkilmə texnologiyası: Növbəli əkində yeri. Тorpağın becərilməsi və gübrələnməsi: Əkinə qulluq və məhsulun yığılması.

Ədəbiyyat

35. Cəfərov M. İ., Quliyev R. M., Səfərov N.Ə. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı, «Maarif» 2000, 364 s.

36. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.37. Hümbətov H. S., Məmmədov V. Ə., Qəbilov M. Y. Şəkərli və nişastalı

bitkilər, Bakı: “Elm və təhsil” nəşr. 2014, 328 s. 38. Məmmədov Q. Y., İsmayılov M. M.. Bitkiçilik, Bakı, 2012, 356 s.39. Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s.40. Вавилов П. П. «Растениеводства»., Москва, 1986, 512 с.

67

41. Вульф Е. В., Малеева О. Ф. Мировые ресурсы полезных растений, (пищевые, кормовые, технические, лекарственные и др). Справочн. Л:. «Наука», 1969, с. 219.

42. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 498-506.

43. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 1997, ст. 389-397.

44. Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат, 1986, 287 с.

ŞƏKƏR QAMIŞI, ONUN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ

BECƏRİLMƏSİ

Əhəmiyyəti və istifadəsi. Şəkər insanların fiziki və mənəvi iş qabiliyyətlərinin

saxlanılmasına və bərpa edilməsinə kömək göstərən ən əsas qida elementlərindən

biridir. Kristal şəkərin mənbəyi isə şəkər qamışı və şəkər çuğunduru hesab edilir.

Bütün dünyada şəkər istehsalının mənbəyi şəkər qamışı və çuğundurudur.

Dünya şəkər istehsalında bu iki bitkinin nisbətinin daim olaraq, dəyişməsinə

baxmayaraq, əksər illərdə şəkər istehsalının 60 %-i şəkər qamışın payına

düşmüşdür. Dünya üzrə, ayrı-ayrı illərdə 4-7 milyon hektar sahədə şəkər qamışı

əkilmişdir və bundan 20- 40 milyon ton şəkər alınmışdır.

Mədəni şəkər qamışı növünün gövdəsində orta hesabla 16-18 %, bəzən də 20-

21% şəkər olur. Gövdəsinin çəkisinə görə zavodda 13-14 % şəkər alınsa da faktiki

olaraq, 11 -12 % şəkər alınır. Bu bitkidən alınan məhsul kristallaşmış qamış

şəkəridir ki, bu da kimyəvi təmiz saxarozadır. Saxaroza şəkər qamışının hüceyrə

şirəsində toplanır və bitki üçün ehtiyat qida maddələri hesab edilir. Şəkər

qamışından külli miqdarda əlavə məhsullar da alınır ki, bunlar yemçilikdə, spirt

sənayesində və s. sahələrdə istifadə edilir. Xüsusi müaliçəvi əhəmiyyəti olan

natural romun alınmasında şəkər qamışı yeganə xammaldır. Asiya ölkələrində

küçələrdə qamış şirəsi satılır, hətta onun gövdəsini də saqqız kimi çeynəyirlər.

Mənşəyi və tarixi. Cənubi-şərqi Asiyada, Hindistanda pambıq bitkisi kimi 3

min il bundan əvvəl məlum olmuşdur. Makedoniyalı İsgəndər Hindistan və İranın

68

cənubunda şəkər qamışından istifadəni müşahidə etmiş, uzun müddətdən sonra

641-çi ildə Misirdə də onun əkilib-becərilməsinə nail olmuşdur. XII-XIII əsrdə

qamış Qərbi Avropada, 1498-ci ildə Portuqaliya və İspaniyada yayılmağa başla-

mışdır. Portuqaliyadan və İspaniyadan şəkər qamışı Madeyra, Azor və Kanar

adlarına gətirilmişdir. Bu adalarda şəkər qamışı becərmək üçün çox əlverişli şərait

olduğuna görə onun əkin sahələri kəskin artmış və axırıncı 300 ildə bu adalar

Avropanı qamış şəkəri ilə təmin edən başlıca tədarükçülər olmuşlar.

Mərkəzi Amerikaya (Santo-Dominqoya) şəkər qamışını Kanar adalarından X.

Kolumb gətirmişdir. Meksikada ilk dəfə 1631-ci ildə Ferdinand Kortes özü üçün

şəkər qamışı plantasiyası əkmiş, onu mədəni hala salmışdır. Sonra isə bu bitki

Braziliyaya (1533), Kubaya (1535) bir qədər sonra isə Argentinaya (1620) və

ABŞ-ın cənub ştatlarına yayılmışdır.

XIV, XVIII və XIX əsrlərdə şəkər qamışını Rusiyada aşağı Volqaboyunda və

Zaqafqaziyada beçərməyə başlamışlar. Bu zaman həmin bitki üzrə təcrübələr Vəhş

vadisində (Тacikistan respublikası) və Özbəkistanda (Denau) yaxşı nətiçələr

vermişdir. Azərbaycan respublikasının subtropik zonasında şəkər qamışının təbii

cəngəllikləri geniş yayılmışdır. Ona görə də bundan texniki bitki kimi şəkər və

digər məhsullar istehsal etmək respublikamız üçün xüsusi əhəmiyyət kəsb edir.

Çünki bizim respublikada adambaşına düşən əkin yerinin get-gedə azalması (0,53

ha) şəkəri, şəkər çuğundurundan yox, şəkər qamışından almağı günün problemi

kimi qarşıya qoymalıdır.

Şəkər qamışının müasir sortlarından Kavanxeri, D-74, SP-28-19, yaxın şərqdə

isə Farami sortu məşhurdur. Vəhş vadisində və Özbəkistanda şəkər qamışı-nın SP-

807, SP-28/19 sortları yaradılmışdır ki, bunlar hər hektardan 70-90 ton texniki

gövdə kütləsi verir.

Şəkər qamışı hesabına daha çox şəkər istehsal edən ölkələr Braziliya, Hindis-

tan, Kuba,Çin və Tailanddır (cədvəl 1).

Cədvəl 1

Dünyada ən çox şəkər qamışı yetişdirən ölkələr (FAO, 2007)

69

Ölkələr Əkin sahəsi (milyon ha)

İstehsalı(milyon ton)

Məhsuldarlığı(kq/ha)

Braziliya 6,70 514,00 76Hindistan 4,90 356,00 72Kuba 0,40 111,00 28Pakistan 1,03 54,70 53Çin 1,24 106,00 86Tailand 1,01 64,00 63ABŞ 0,40 27,75 78Avstraliya 0,40 36,00 85Kolumbiya 0,45 40,00 89Meksika 0,65 50,68 74Dünyada (cəmi) 22,0 1557,66 70

Botaniki təsviri və bioloji xüsusiyyətləri. Qırtıckimilər (Poaceae) fəsləsinə

daxil olan Saccharum cinsinin 18 növü (P. M. Jukovskiyə görə) vardır. Şəkər

qamışı (Saccharum) cinsinin 5 şəkərli növünün olduğu göstərilir: 1) Mədəni şəkər

qamışı (S. officinarum L.) əsasən tropik və subtropik ölkələrdə (Hindistanda, Yava

adasında, Cənubi Çində, Filippin adalarında, Kubada, Brazilyada, Afrikada və b.

yerlərdə) yayılmış 4-6 metr hündürlükdə çoxillik ot tipli bitkidir. Gövdəsinin en

kəsiyi 5 sm-ə çatır, sarı, bəzən zilqara və qırmızımtıl rəngdə olur. 2) Barberi şəkər

qamışı (S. Barberi İesw.) yarım mədəni növdür. Gövdəsi nisbətən nazikdir.

Tərkibində 16-18% saxaroza vardır. Yarpağı ensizdir. 3) Spontan şəkər qamışı (S.

spontaneum L.) yabanı növdür. Çox polimorfdur, xəsətliklərə davamlıdır. Orta

Asiyada, Hindistanda və cənubi-şərqi Asiyada geniş yayılmışdır. Gövdəsində 8-9

% saxaroza vardır. 4) Çin şəkər qamışı (S. sinense Roxb.) Mədəni və yabanı halda

rast gəlinir. Gövdəsi alçaq boylu, ensiz, qırmızımtıl-sarı rəngli, sulu, ancaq

möhkəmdir, şəkəri yüksəkdir. 5) Nəhəng şəkər qamışı (S. robustum Grassl.) çox

böyük, hündürboylu, gövdəsi şişkindir.

Şəkər qamışının elmi təsnifatı aşağıdakı kimidir:

Aləm: Bitkilər

Şöbə: Örtülütoxumlular

Sinif: Birləpəlilər

Sıra: Taxılçiçəklilər

Fəsilə: Taxıllar və yaxud qırtıckimilər (Poaceae)

70

Cins: Şəkər qamışı (Saccharum L.)

Bioloji xüsusiyyətləri. Şəkər qamışı qısa gün bitkisidir. Uzun gündə o çiçək-

ləmir. İşıq sevəndir, buludlu (tutqun) havalarda gövdədə şəkər toplanması azalır.

Şəkər qamışının vegetasiya müddəti tropik ölkələrdə tez yetişən sortlar üçün 10-12

ay, gec yetişən sortlar üçün 18-24 ay hesab edilir.

Şəkər qamışı yetişdirilən ölkələrdə əkinçilik ümumiyyətlə plantasiyalar şəklin-

dədir və şəkər qamışı maşınların köməyi ilə əkilib becərilir. İş-gücü çox, əl əməyi

ucuz olan ölkələrdə isə mexanikləşmə səviyyəsi aşağıdır. Qamış əkinçiliyi maşınla

aparıldığı təqdirdə xərc olduqca az olur və şəkər ucuz başa gəlir.

İqlimə tələbatı. Şəkər qamışı bitkisinin iqlim tələbatını geniş izah etməyə ehti-

yac yoxdur. Çünki şəkər qamışı isti iqlim bitkisidir. Ümumiyyətlə çəltik və qarğı-

dalı yetişdirilən yerlərdə suvarma imkanları varsa şəkər qamışı burada çox

asanlıqla becərilə bilər. Ancaq qışda şaxtadan zərər çəkməməlidir. İqtisadi cəhət-

dən gəlirli olması üçün daha çox istilik, yağmur və nəmlik tələb olunur.

Şəkər qamışının yetişdiyi və adaptasiya olduğu ölkələrə nəzər salsaq iqlimə

tələbatı daha aydın olar. Hindistan, Kuba, Braziliya, İndoneziya, Avstraliya kimi

qamış əkinçiliyinin məşhur olduğu ölkələrdə iqlim sözün tam mənasında tropikdir,

yəni son dərəcə yağışlı, nəmli, isti və işıqlıdır. Belə yerlərdə illik orta temperatur

20-25 0C - dən aşağı düşmür. Qamışın yağmurlara tələbatı 1500 mm - dən artıqdır.

Torpağa tələbatı. Şəkər qamışının torpağa tələbatı olduqca yüksəkdir. Qamışın

ən yaxşı yetişdiyi torpaqlar yaxşı qurudulmuş, qida maddələri ilə zəngin, su tutma

qabiliyyəti normal, qrunt sularının səviyyəsi yüksək olmayan, yüngül qranulo-

metrik tərkibli və asan isinə bilən allüvial torpaqlardır. Qumsal- qumlu və ya

qumlu-qumsal, əhəngli torpaqlarda da qamış əkilə bilər. Şəkər qamışı əkilən bölgə

və ölkələrdə torpaq hər mövsümdə işlənə bilən xüsusiyyətə malik olmalıdır.

Şəkər qamışı əkiləcək torpaqlarda üzvi maddələrin normal vəziyyətdə olması

tələb olunur. Çünki üzvi maddələrlə təminatı yaxşı olan torpaqlar asanlıqla isinə

bilir. Qamış əkiləcək torpaqların yaxşı havalanması, torpaq reaksiyasının normal

olması (pH= 6-7), torpağın fiziki, kimyəvi və bioloji fəaliyyəti arzu edilən səviyyə-

71

də olmalıdır. Bir çox bitkilərdə olduğu kimi şəkər qamışında da torpaq mikroorqa-

nizmlərinin fəaliyyəti, torpaq flora və faunasının son dərəcə aktiv olması lazımdır.

Çilinglərin hazırlanması. Çiling hazırlamaq üçün tam yetişməmiş, sağlam,

yaxşı inkişaf etmiş bitkilər seçilir. Yaz (may) əkini üçün keçən ilki əkinlərdən, qış

əkini üçün keçən ilki qış əkinlərindən çiling götürmək məsləhət görülür. Çiling

gövdənin yuxarı hissəsindən 2-3 gözü olmaqla 25-35 sm uzunluğunda kəsilir.

Gövdənin yuxarı hissəsində gözlər yaxşı inkişaf etmiş olur. Ona görə ki, orada

monosaxaridlər və mineral duzlar yüksək olur. Çilingi gövdənin aşağı hissəsindən

də hazırlamaq olar. Gövdənin orta hissəsindən isə 4-5 çiling götürmək olar. Çiling

iti alətlə kəsilməli, kəsilmiş yer hamar olmalıdır. Gözlər kəsim yerlərindən 2-3 sm

aralı olmalıdır. Çilingləri başqa yerə aparmaq lazım gələrsə onlar yarpaqla birlikdə

kəsilir, əkin yerində yarpaqlar qoparılır. Çilinglər kəsildikdən sonra 2-3 gün kölgə

yerdə saxlanılır.

Çilinglərinin əkilmə texnologiyası: Şəkər qamışı istehsalat şəraitində çiling-

ləri ilə artırılır. Torpaq hazırlandıqdan sonra kotanla araları 1,0-2,5 m olan şırımlar

açılır. Şırım arası məsafə torpağın tipindən, qranulometrik tərkibindən, strukturun-

dan və başqa şəraitlərdən asılıdır. Açılmış şırımlara və ya çuxurlara şəkər

qamışının çilingləri əkilir. Normal əkin aparılması əkin materialının (çilinglərin)

keyfiyyətindən asılıdır.

Şəkər qamışını çalalara (yuvalara) əkmək üçün 40-45 sm-ə qədər dərinliyi olan

şırımlar açılır. Şırımların içində xüsusi alətlərlə 25 sm dərinliyində 25 sm

diametrində xüsusi çalalar (yuvalar) açılır. Hər yuvaya 2-3 çiling qoyulur. Hektara

60-75 min çiling sərf olunur. Yuva açmadan çiling basdırma texnologiyası daha

çox yayılmışdır. Çiling əkərkən diqqət yetirmək lazımdır ki, onun qütblüyü

pozulmasın, yəni aşağı hissəsi aşağıya, yuxarı hissəsi isə yuxarı düşsün. Bu çilin-

gin kök bağlamasının normal getməsi üçün vacib amildir. Əkilmiş çilinglərin dibi

nəm torpaqla doldurulur. Bir neçə cərgə doldurulduqdan sonra cərgə araları kotanla

şumlanır ki, şırımlar örtülsün.

Çilingər cücərdikdən sonra ikinci dəfə cərgə araları şumlanır və bitkilərin dibi

doldurulur.

72

Hindistan şəraitində ən yaxşı əkin vaxtı noyabrın ikinci yarısı, dekabr aylarıdır.

Suvarma şəraitində əkini fevrala qədər aparmaq olar. Cərgə araları 150-200 sm,

bitki araları 90-135 sm götürülür.

Çilinglər basdırıldıqdan sonra əvvəlcə köklər əmələ gəlir, sonra isə tumurcuq

boyverməyə başlayır, bu proses üçün minimum temperatur 9-12 0C həddindədir.

Özbəkistandakı (Denau) təcrübədə şəkər qamışının cücərtiləri 15 0C temperaturda

çiling basdırdıqdan sonra 40-cı gün, 20 0C -də 20-ci gün, 24 0C temperaturda isə

16-cı gün torpaq səthinə çıxmışdır.

Kubanın tropik zonasında bu müddət 10-12 günə bərabərdir. Cücərtilərin

vaxtında çıxması üçün nəmlik şəraitinin də rolu böyükdür. Şəkər qamışının kollan-

ması tropiklərdə cücərtilər əmələ gəldikdən 10 gün sonra, subtropiklərdə isə 25-30

gündən sonra baş verir.

Kollanma fazasında çiling həqiqi kökləri əmələ gəlir. Həmin fazanın qurtar-

ması çiling basdırma dövründən hesablayanda tropik ölkələrdə 112, subtropiklərdə

isə 130 gün çəkir. Cərgələr arasında bitkilərin çataqlaşması - qovuşması fazasında

qamışın güclü böyümə dövrü başlayır. Bu dövrün müddətindən asılı olaraq gövdə

məhsuldarlığı artıb, azala bilər. Vegetasiya dövrü uzun olduqda məhsuldarlıq

yüksəlir və əksinə. Bu dövr subtropiklərdə 2-2,5, tropiklərdə isə 6-8 ay davam edir.

Növbəli əkində yeri. Şəkər qamışının becərilmə texnologiyası subtropik və

tropik ölkələrdə müxtəlifdir: tropiklərdə çoxillik bitki kimi, subtropiklərdə isə

növbəli əkin daxilində beçərilir. Növbəli əkində bir tarlada 1-2-3 il saxlanılıb,

sonra paxlalı bitkilərlə növbələşdirilir.

Şəkər qamışını bir tarlada bir neçə il becərdikdə torpaqda qida maddələri azal-

dığına və xəstəliklərə tutulduğuna görə məhsuldarlıq azalır.

ABŞ-ın Luiziana ştatında aparılan təcrübələr göstərmişdir ki, şəkər qamışını bir

tarlada 18 il becərildikdə məhsuldarlıq 846 sentnerdən 382 sentnerə enmişdir, yəni

məhsuldarlıq 2,5 dəfədən çox azalmışdır.

Tropik ölkələrdə şəkər qamışını bir tarlada 2-3 il becərdikdən sonra onu

paxlalı, taxıl və ya yağlı bitkilərlə əvəz edirlər. Belə növbəli əkinə misal olaraq

73

aşağıdakını göstərmək olar: 1 - sorqo və ya qarğıdalı, 2-paxlalılar, 3-5 şəkər

qamışı.

Hindistanda şəkər qamışı bir il istifadə olunur nadir hallarda bir sahədə 2-3 il

saxlanılır. Münbitliyi yüksək olan torpaqlarda şəkər qamışını bir sahədə 4 il-də

saxlamaq olar.

Тorpağın becərilməsi və gübrələnməsi: Şəkər qamışı əkmək üçün torpaq

şəraitdən asılı olaraq 30-40 sm-ə qədər dərinlikdə şumlanmalıdır. Şəkər qamışı

neytral torpaqlarda (pH 6,0-7,0) yaxşı məhsul verir. Turş torpaqlar əhənglənmə-

lidir. Hindistanlı alimlərin hesablamalarına görə şəkər qamışı hektardan 101 kq N,

213 kq P2O5, 337 kq K2O aparır.

Gillicə, suyu yaxşı saxlayan torpaqlarda hər hektara 163 kq N, 52 kq P205 və

440 kq K20 verdikdə daha yüksək məhsul (526 s/ha) alınır. Azot və kaliuma çox

tələbkar bitki olmaqla, güclü boyvermə fazasında yaxşı qidalanma tələb edir.

Əkinə qulluq. Əkindən dərhal sonra sırımalara doldurulmuş su buraxılır ki,

artıq su gözcüklərin inkişafına mane olmasın, əkilmiş çilinglər oksigenlə yaxşı

təmin olunsun. Belə olduqda sahədə seyrəklik aradan qalxmış olur.

Cücərtilər alındıqdan sonra cərgə aralarında toxalama (alaq vurma) başlanır.

Bu iş alaqların məhv edilməsinə və torpaq qaysaqlarının dağıdılmasına şərait

yaradır. Sonra cərgə aralarının becərilməsi (yumşaldılması) aparılır. Cücərtilərin

boyu 12-25 sm-ə çatdıqda dibi doldurulur. Güclü yağışlardan sonra da bitkilərin

dibi kotan və ya toxa (kərki, kətmən) ilə doldurulmalıdır. Dibdoldurma şəkər

qamışı üçün xüsusilə vacibdir. Çünki dibi doldurulmuş bitki, yaxşı kollanır, daha

çox gövdə əmələ gətirir və məhsuldarlığı yüksək olur.

Sonradan əmələ gəlmiş gövdələrdə şəkər az toplanır. Ona görə də onları

qoparırlar ki, əvvəl əmələ gəlmiş gövdələr daha yaxşı inkişaf etsin.

Suvarma aparılması lazım olan yerlərdə şəkər qamışı hər 10-12 gündən bir

suvarılır. Vegetasiya ərzində torpaq-iqlim şəraitindən asılı olaraq şəkər qamışı 12-

15 dəfə suvarılmalıdır. 1250-3000 mm atmosfer çöküntüsü düşən rayonlarda süni

suvarmasız, qalan yerlərdə suvarma üsulu ilə becərilir.

74

Məhsulun yığılması. Şəkər qamışı texniki yetişmə fazasında yığılır. Bu vaxt

onun gövdələri yetişmiş, tərkibində şəkərin miqdarı maksimuma çatmış olur.

Adətən bitki texniki yetişkənliyə süpürgələməyə başladıqda çatır. Praktikada isə

belə qəbul edilir ki, əgər gövdə buğumlardan asan sınırsa deməli o texniki yetiş-

kənliyə çatıb.

Məhsulun yığım texnologiyasına uyğun olaraq, gövdələr balta və digər kəsici

alətlərlə yer səthindən 4-5 sm hündürlükdə kəsilir. Kəsilmiş gövdələrdən qalan

kövşən qalıqları bir müddət dincəlmə fazası keçirib, sonra göyərməyə başlayır, 2-3

il dalbadal məhsul verir, bu sahəyə təkrar çiling basdırılmır. Şəkər qamışının

ikinci, üçüncü ili məhsulu “ratun” adlanır. Köhnə tarlada yeni cücərtilər məhsul

yığdıqdan 4-6 həftə sonra əmələ gəlir. Ratun məhsulu nisbətən aşağıdır, ancaq

iqtisadi baxımdan sərfəlidir.

Sahədə qalmış gövdələrdən ikinci məhsul 10 ay ərzində yetişir və yığılır.

Birinci ilin məhsulu yüksək (200-300 s/ha) olduğu halda ikinci il məhsuldarlıq

kəskin az olur, hektardan cəmi 150-200 sent məhsul götürülür.

Gövdənin tərkibindəki şəkərin miqdarı yığım vaxtından çox asılıdır. Hindistan

şəraitində noyabrda yığılmış məhsulda şəkər az olur. Əgər yığım dekabr və

yanvarda aparılarsa onda gövdədə şəkərin miqdarı maksimum olur. Yığımın

fevrala və marta qədər gecikdirlməsi də şəkərin yenidən azalmasına gətirib çıxarır.

Yığım vaxtı biçilməmiş bitki qalmamalıdır. Tam biçinin aparılmaması şəkər itkisi

deməkdir.

Yığılmış qamış gövdələri yarpaqdan təmizlənib, qəbul məntəqələrinə daşınır.

MÖVZU: 8. YAĞLI BİTKİLƏR. GÜNƏBAXANIN XALQ TƏSƏRRÜFATI

ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI

Mühazirənin planı:

1. Yağlı bitkilərin və bitki yağlarının əhəmiyyəti2. Yağlı bitkilərin tarixi, yayılması və məhsuldarlığı.

75

3. Yağlı bitkilərin botaniki və bioloji xüsusiyyətləri.4. Yağlı bitkilərin sələfləri, torpağın əsas və səpinqabağı becərilməsi.5. Toxumların səpinə hazırlanması, səpin müddəti üsulu və norması.6. Günəbaxan, küncüt, gənəgərçək və raps əkinlərinə qulluq işləri (suvarma,

alaqlar, xəstəlik və zərərvericilərdən mühafizə).7. Yağlı bitkilərin məhsulunun yığılması.

Ədəbiyyat

Cəfərov M. İ. və b. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası., Bakı, 2000, 264 s.

Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s. Qərib Məmmədov, Azər Cəfərov, Zemfira Mustafayeva. Əkinçilik və

bitkiçiliyin əsasları (qısa kurs), Bakı, “Elm”, 2008, 324 s. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s. Yusifov Ə. N. və başq., Bitkiçiliyin əsasları, Bakı, 2013, 302 s. Yusifov M. A. Bitkiçilik, Bakı, “Qanun” nəşriyyatı, 2011, 368 s. П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с. Д. С. Василев «Подсолнечник»., Москва, 1990, 173 с. Г. С. Посыпанов и др. «Растениеводства», Москва, «Колос», 2006, ст.

611

YAĞLI BİTKİLƏR

Yağlı bitkilərə günəbaxan, küncüt, yerfındığı (araxis), saflor, gənəgərçək, xaş-

xaş, yağçiçəyi, ağ xardal, soya, payızlıq raps, lallemantiya, yağlı kətan və s.

bitkilər aiddir. Yağlı bitkilər bitki yağları almaq üçün əkilib becərilir.

Bitki yağlarının böyük ərzaq və texniki əhəmiyyəti vardır. Onlardan yeyinti

sənayesində, konserv, qənnadı məmulatı və marqarin hazırlanmasında geniş

istifadə edilir. Eyni zamanda lak-boyaq, toxuculuq, ətriyyat, sabunbişirmə, gön-

dəri aşılama və digər sənaye sahələrində də istifadə olunur.

Bitki mənşəli yağlar üç atomlu spirtlərin mürəkkəb efirləridirlər (giliserin və

müxtəlif yağ turşularının nisbəti).

Bir qram yağ orqanizmdə yanarkən 39,8 kDj, 1 qram zülal 18,4-23,0 kDj, 1

76

qram sulu karbonlar isə 16,7-17,6 kDj enerji verir. Bir çox bitki yağları havanın

oksigeni ilə birləşərək quruyur və bərk elastik kütlə əmələ gətirirlər. Yağın quruma

qabiliyyəti onun əsas keyfiyyət göstəricisidir. Bitki yağlarının quruma qabiliyyəti

yod ədədi ilə təyin edilir. Yod ədədi – 100 qram yağın özünə neçə qram yod

birləşdirməsi deməkdir. Yod ədədi nə qədər yüksək olarsa yağın quruma

qabiliyyəti bir o qədər çox olar.

Quruma qabiliyyətinə görə bitki yağları 3 qrupa bölünür.

1) Quruyan yağlar – (yod ədədi 130-dan artıq). Kətan, yağçiçəyi, perilla,

lallemantiya – əsasən texniki məqsədlər üçün istifadə olunur.

2) Yarımquruyan yağlar – (yod ədədi 85-dən 130-a qədər). Günəbaxan, soya,

saflor, raps və s. qida məqsədi üçün istifadə olunur.

3) Qurumayan yağlar - (yod ədədi 85-dən aşağı). Yerfındığı, gənəgərçək və s.

tibb sahəsində və texniki məqsədlər üçün istifadə olunur.

Yağların vacib keyfiyyət göstəricilərindən biri də sərbəst turşu ədədidir.

Yağın sabunlaşması qabiliyyəti sabunlaşma ədədi ilə təyin edilir. Yəni 1 qram

yağın sabunlaşması zamanı əmələ gələn turşuların neytrallaşmasına sərf edilən

kalsium əsasının mq-la miqdarını göstərir.

İnsanların qidalanmasında bitki yağlarının əhəmiyyəti böyükdür. Bitki yağları

orqanizmdə digər yağlara nisbətən daha yaxşı mənimsənilir.

Yağlı bitkilər həm də bitki zülalı mənbəyidirlər. Toxumların yağı emal

edilərkən qalan jmıx və cecədə 35-40% zülal olur. Yağın emalından sonra qalan

cecənin bir sentneri 102 yem vahidinə yaxud 3,6 kq proteinə bərabərdir.

GÜNƏBAXANIN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ

BECƏRİLMƏ TEXNOLOGİYASI

Əhəmiyyəti. Azərbaycanda bitki yağlarından ən çox istifadə olunanı

günəbaxan yağıdır. Müasir günəbaxan sortların tərkibində yağın miqdarı 50-56%-

ə, zülalın miqdarı isə 16-19%-ə çatır. Günəbaxan yağının da böyük ərzaq və

77

texniki əhəmiyyəti vardır. Günəbaxan yağından yeyinti sənayesində, konserv,

qənnadı məmulatı, marqarin hazırlanmasında geniş istifadə edilir. Eyni zamanda

lak-boyaq, sabunbişirmə, gön-dəri aşılama, ətriyyat, toxuculuq və s. sənaye

sahələrində istifadə olunur. Yağlı bitkilər əkininin 75 % -ni günəbaxan təşkil edir.

Günəbaxan toxumlarının qabığından xammal kimi sənayedə heksoz və pentoz

şəkərlərinin alınmasında istifadə olunur. Heksoz şəkərlərindən spirt, pentoz

şəkərindən furfurol, süni lif, plastmas, qırılmayan şüşələr və s. alınır. Eyni

zamanda sənayedə müşəmbə, su keçirməyən parçalar və s. alınır.

Günəbaxanın yaşıl kütləsindən iri buynuzlu mal-qara üçün yem və keyfiyyətli

silos alınır.

Dənlər yığıldıqdan sonra qurudulmuş səbətlər heyvandarlıqda əlavə yem

mənbəyinə xidmət edir. Quru səbət çıxımı dənin 55-60%-ni təşkil edir. Səbətdən

hazırlanmış 1 sentner unda 80 yem vahidi, 3,8-4,3 kq asan həzm olunan protein

olur.

Cərgəarası becərilən bitki kimi günəbaxan bir çox kənd təsərrüfatı bitkiləri

üçün yaxşı sələfdir.

Bitkinin tarixi. Günəbaxanın vətəni Şimali Amerikanın cənub hissəsi olub,

Avropaya XVI-cı əsrdə İspanlar tərəfindən gətirilmişdir.

Avropada günəbaxandan yağ alınmasını ilk dəfə İngilislər fikirləşmişlər.

Onların bu sahədə 1716 - cı ildə aldıqları patent də mövcuddur. Lakin

günəbaxandan yağ almağa geniş miqyasda Rusiyada başlanılmışdır. Rusiyaya

günəbaxan toxumunu I Pyotr XVIII-ci əsrdə Hollandiyadan gətirmişdir. Əvvəllər o

dekorativ bitki kimi istifadə olunmuşdur. Sonralar bu bitkini yağ istehsalı və silos

almaq məqsədilə becərməyə başlamışlar.

Sənaye üsulu ilə günəbaxanın toxumundan ilk dəfə günəbaxan yağını 1835-cu

ildə Voronej vilayətinin (indiki Belqorod) Alekseyevka kəndinin sakini D. S.

Bokarev almışdır. D. S. Bokarev çətənə və kətan yağlarının alınması üsulları ilə

tanış olmuş və onu günəbaxana da tətbiq etmək qərarına gəlmişdir. İlk yağ emalı

zavodu tacir Papuşin tərəfindən D. S. Bokarevin iştirakı ilə Alekseyevka

78

kəndinin qrafı Şeremetevanın razılığı ilə 1865-ci ildə tikilmişdir. Yayılması və məhsuldarlığı. Dünya əkinçiliyi sistemində (2003) günəbaxanın

əkin sahəsi 22-23 milyon hektardan artıqdır. Bu bitki əsasən ABŞ-da (1,5 milyon

ha), Argentinada (2,0 milyon ha), Kanadada, Çində, Türkiyədə, Rumıniyada,

Fransada, Bolqarıyada, Macarıstanda, Ukraynada, Rusiyada, Moldovada, Şimali

Qafqazda və Gürcüstanda əkilir. Günəbaxanın dən məhsuldarlığı hektardan 12-14

sentnerdən 25-30 sentner arasında dəyişir. Azərbaycanda (2013) dənlik

günəbaxanın əkin sahəsi 9351 ha, ümumi yığımı 17 670 ton., məhsuldarlığı isə

19,4 s/ha olmuşdur.

Azərbaycanda bu bitki silos məqsədi üçün Cəlilabad, Masallı, Biləsuvar, Şəki,

Şamaxı və s. rayonlarda becərilir.

Azərbaycanda 2010 - 2013-cü illərdə dənlik günəbaxanın əkininin vəziyyətiƏkin sahəsi, ha-la Məhsul yığımı, tonla Məhsuldarlığı, ha/s-lə

2010 2011 2012 2013 2010 2011 2012 2013 2010 2011 2012 2013

9 000 11 300 11 000 9 351 15 500 19 600 19 100 17 670 17,1 17,5 17,3 19,4

Botaniki təsviri. Günəbaxan astra (Asteraceae) fəsiləsinin,

(mürəkkəbçiçəklilər Compositae) Helianthus cinsinin (Helianthus anus L.)

birillik bitkisidir. 264-ə qədər növü vardır. 25-i birillik, qalanları çoxillikdir.

Bu növ iki sərbəst növü özündə birləşdirir: mədəni günəbaxan – Helianthus

cultus; və yabanı günəbaxan – Helianthus ruderalis. Mədəni günəbaxan 2

yarımnövə ayrılır: səpin günəbaxanı - H. annus ssp. sativus, bəzək günəbaxanı H.

annus ssp. ornamentales.

Günəbaxanın güclü şaxələnən mil kökü vardır. O, rüşeym kökcüyündən 2 dəfə

sürətlə inkişaf edərək torpağın 2-4 metr dərinliyinə, ətrafa isə 100-120 sm işləyir.

Gövdələrinin hündürlüyü 0,7-2,5 metr, hətta 3-4 metrə çatan dik duran, üzəri tüklü

içərisi özəklə doludur.

Yarpaqları uzun saplaqlı iri, oval- ürək formalı, iti nəhayətli və kənarları mişar

kimidir. Gövdənin aşağı hissəsində 3-5 cüt yarpaqlar qarşı- qarşıya, sonrakılar isə

növbə ilə düzülürlər. Bir bitkidə 15-35 yarpaq olur.

79

Çiçəyi səbətdir. Yağlıq formalarda onun diametri 10-20 sm, çırtlama

formalarda isə 40 sm-dir. İkicinsli, çarpaz tozlanan bitkidir. Bir səbətdə 600-1200

çiçək olur. 5 erkəkcik və 1 dişicikdən ibarətdir. Dişicik tez yetişir. Meyvəsi toxum

hesab edilir və tum adlanır. Tumu uzunsov, pazşəkilli, 4 üzlü, sivri nəhayətli,

ikiləpəlidir. 1000 ədədinin kütləsi 35-75 qram, hətta 120 qrama çatan formaları

var.

Bioloji xüsusiyyətləri. Günəbaxan istiliyə, işığa, nəmliyə və qida maddələrinə

tələbkar bitkidir. Nəm torpaqda temperatur 4-6 0C olduqda toxumlar cücərməyə

başlayır. 10-12 0C temperaturda cücərtilər daha yaxşı əmələ gəlir. Cavan

cücərtiləri – 6 0C şaxtaya dözə bilir. Çərtmiş toxumları -10 0C qısamüddətli

şaxtaları keçirə bilir. Aktiv temperaturun cəmi tez yetişən sortlarda 1850 0C, erkən

yetişən sortlarda 2000 0C, orta yetişən sortlarda isə 2150 0C- dir. Bu temperaturun

2/3 hissəsi cücərəndən çiçəkləməyə qədər, 1/3 hissəsi isə çiçəkləmədən yetişməyə

qədər tələb olunur. Toxumlarını torpağa payızda və erkən yazda səpmək olar.

Vegetasiyanın əvvəlindən çiçəkləməyə qədər havanın orta sutkalıq temperaturunun

22 0C, çiçəkləmədən yetişməyə qədər isə 24-25 0C olması əlverişli hesab olunur.

Aşağı temperatur isə bitkilərin vegetasiya müddətini uzadır. 30 0C-dən yuxarı

temperatur günəbaxan bitkisinə öldürücü təsir göstərir.

Quraqlığa davamlı bitkidir. Nəmliyə tələbatı müxtəlifdir. Belə ki, günəbaxan

cücərtilərin alınmasından çiçəkləmə dövrünə qədər suya az tələbkardır. Çiçəkləmə

və dən dolma dövründə günəbaxanın nəmliyə tələbatı çoxalır. Bu dövrdə nəmliyə

tələbat vegetasiya ərzində ümumi tələbatın 75%-nı təşkil edir. Vegetasiya

müddətində bir bitki 200 kq su sərf edir. Günəbaxanın transpirasiya əmsalı 470-

570 arasında dəyişir.

Qranulometrik tərkibi yüngül olan münbit qara torpaqlarda günəbaxan yaxşı

məhsul verir. Bataqlıq, qumlu və turş torpaqlardan başqa qalan torpaqlarda yüksək

aqrotexnika tətbiq etməklə günəbaxandan istənilən məhsul götürmək mümkündür.

Qranulometrik tərkibi ağır olan və güclü şorlaşmış torpaqlarda günəbaxan

becərmək mümkün deyil. Torpağın reaksiyası pH 6,0-6,8-ə bərabər olmalıdır.

Qida elementlərinə münasibətinə gəldikdə günəbaxan bəzi bitkilərə nisbətən

80

bir ton dən üçün 2,0-2,5 dəfə artıq qida maddələri tələb edir.

Çiçəkləmə vaxtı günəbaxan azot elementinin 60% -ni, fosforun 80%-ni,

kaliumu isə 90%-ni sərf edir. İlkin inkişaf fazalarında isə bitki fosfora daha çox

tələbat göstərir.

Toxum tam yetişdikdə demək olar ki, azot və fosforun əsas hissəsi dəndə

toplanır. Kalium elementinin 10%-i dəndə, qalan 90%-i isə bitkinin vegetativ

orqanlarında toplanır.

İnkişaf fazaları. Səpindən tam yetişməsinə qədər günəbaxanın iikişafında

aşağıdakı fazalar ayırd olunur: cücərmə, birinci cüt həqiqi yarpaqların əmələ

gəlməsi, çiçək qrupunun - səbətciklərin əmələ gəlməsi, çiçəkləmə və yetişmə.

Səpindən cücərməyə qədər 9-15, cüçərtilərin çıxmasından səbətciklərin əmələ

gəlməsinin başlanmasına qədər 30-40 gün, səbətciklərin əmələ gəlməsindən

çiçəkləmənin başlanmasına qədər 19-28 gün, çiçəkləmənin başlanğıcından

toxumların dolmağa başlamasına qədər 14 - 17 gün, toxumların dolmağa

başlamasından tam yetişməsinə qədər 21-30 gün çəkir. Müxtəlif sortlarda

vegetasiya dövrunün ümumi uzunluğu 75-140 günə bərabərdir.

Ontongenezdə günəbaxan 12 əsas orqanogenez mərhələsi keçirir. I-II mərhələ-

lərdə gövdələrin buğumaraları diferensiasiya edir, III-IV mərhələlərdə böyümə

konusu uzanır və seqmentlərə bölünür, V mərhələdə 2 sm diametrində səbətciklər

əmələ gəlir, orta yarusda yarpaqlar inkişaf etməyə başlayır. VI - VII mərhələlərdə

gövdənin, səbətciyin və orta yarusdakı ayası boyük, enli-ürək formalı yarpaqların

(14-25- ci) intesiv böyüməsi baş verir. VIII mərhələdə səbətin bükümləri çevrilir,

açıq sarı rəngli dilcik çiçəkləri görünür. IX mərhələdə dişicik və erkəkciklər əmələ

gəlməsi müşahidə olunur, bitki çiçəkləyir. X - XI mərhələlərdə toxumlar əmələ

gəlir, toxumun qabığı ağ rəngli və yumşaq olur. Toxumlarda qidalı maddələr

toplanır, XII mərhələdə toxumlar yetişir.

Birinci mərhələlərdə günəbaxan nisbətən yavaş böyüyür və alaq otları onu

asanlıqla basır. Sonra tez böyüyür, səbətciklərin əmələ gəlməsindən çiçəkləməyə

qədər olan dövrdə maksimum yüksəkliyə çatır. Çiçəkləmə dövründə bitki çox

81

yavaş boy atır, çiçəkləmənin axırına doğru isə boyatma tamamilə kəsilir.

Səbətciklərin əmələ gəlməsinin başlanğıcına doğru günəbaxan təxminən 15% quru

maddə toplayır. Çiçəkləmənin başlanğıcına doğru quru maddələrin miqdarı 50%-ə

çatır.

Növbəli əkində yeri. Günəbaxan üçün ən yaxşı sələflər payızlıq və yazlıq dənli

taxıl bitkiləri, dənlik və silosluq qarğıdalıdır. Çoxillik otlar, şəkər çuğunduru və

sudanotu (sorqo) torpağın 1,5-2,0 metr dərinliyindəki nəmlikdən istifadə etdiyinə

görə bunlardan sonra günəbaxanı becərmək olmaz. Xəstəlik və zərərvericilərdən

mühafizə məqsədi ilə günəbaxan növbəli əkində öz yerinə 8-10 ildən sonra

qaytarılır.

Torpağın becərilməsi. Əgər günəbaxan payızlıq dənli taxıl bitkilərindən

sonra yerləşdirilirsə kövşənlik 12-25 günlük fasilə ilə 2 dəfə üzlənir. Birinci

üzləmə 6-7 sm, ikinci üzləmə isə 10-12 sm dərinlikdə aparılır. Torpaq quru olarsa

birinci üzləmədən sonra 600-700 m3 həcmində aldadıcı suvarma aparılır.

Üzləmənin aparılmasında məqsəd nəmlik itkisinin qarşısını almaq və alaq otları

toxumlarının cücərdilərək məhv edilməsidir. Sonra sahəyə üzvi və mineral gübrə

verərək 27-30 sm dərinliyində şum aparılır.

Yazda sahənin becərilməsində məqsəd torpaqda nəmlik ehtiyatını saxlamaq,

cücərmiş alaqları məhv etmək, normal günəbaxan cücərtiləri almaq üçün əlverişli

şərait yaratmaqdan ibarətdir. Bunun üçün sahə malalanır və alaqlar əmələ gəldikdə

kultivasiya çəkilir. Birinci kultivasiya 10-12 sm dərinlikdə, sonrakılar nisbətən az

dərinlikdə aparılır. Səpin qabağı torpağın üzlənməsi və hamarlanması herbisidlərin

bir bərabərdə verilməsinə (çilənməsinə), toxumların eyni dərinliyə basdırılmasına,

yaxşı çıxışlar alınmasına və bitkilərin bərabər böyüməsinə imkan yaradır.

Tarlada güclü alaqlanma olduqda promietrin və treflan herbisidlərinin

qarışığından istifadə olunur. Sahə arat edilir. Aratdan sonra torpaq yetişən kimi

səpinqabağı becərmə, yəni kultivasiya və malalama aparılır.

Gübrələmə. Yüksək məhsul əldə etmək üçün mühüm aqrotexniki tədbirlərdən

biri də üzvi və mineral gübrənin tətbiqidir.

Günəbaxan bitkisi 1 ton əsas və əlavə məhsulla torpaqdan 50-60 kq azot, 20-

82

25 kq fosfor və 120-160 kq kalium elementi aparır. Ona görə də üzvi və mineral

gübrələrdən istifadə etmədən günəbaxan bitkisindən yüksək məhsul götürmək

mümkün deyildir. Bunu nəzərə alaraq hektara 15-20 ton peyin, 2-3 sentner

superfosfat verilməlidir.

Payızda şum aparılarkən üzvi gübrələri T-150, K-701 traktorlarına qoşulan

PRT-10, mineral gübrələri isə MTZ-80-82 traktorlarına qoşulan 1 RMQ-4, RUM-

5, RUM-8 aqreqatları ilə verirlər.

Torpağa verilən peyin onu qidalı maddələrlə zənginləşdirir, torpağın fiziki

keyfiyyətini yaxşılaşdırır və mikrobioloji prosesləri gücləndirir.

Gübrələrdən istifadə edilməsi bitkilərin kök sisteminin və yerüstü orqanlarının

güclü inkişaf etməsinə şərait yaradır. Digər tarla bitkilərində olduğu kimi

gübrələrin çox hissəsi əsas şum altına, bir hissəsi səpinlə birlikdə və bir hissəsi isə

yemləmə şəklində verilir. Günəbaxan vegetasiyanın birinci dövründə fosfor

gübrəsinə xüsusi tələbat göstərir. Günəbaxan bitkisi fosfor qidası ilə yaxşı təmin

olunduqda dənlərdə yağ faizi artır.

Azot gübrəsi bitkinin boyunu sürətləndirir, iri yarpaqlar, gövdə və səbətlərin

formalaşmasını təmin edir. Lakin, yüksək azot norması tumlarda zülalın

toplanmasını artırır və yağlılığı tez aşağı salır. Azot elementi ən çox səbətlərin

əmələ gəlməsi və çiçəkləmə fazasında tələb olunur. Fosfor cücərti alındıqdan

çiçəkləməyə qədər, kalium isə səbətlərin əmələ gəlməsindən yetişmə fazasınadək

daha çox mənimsənilir.

Səpin zamanı cərgənin yan tərəflərinə 5-10 kq azot, 10-15 kq fosfor verdikdə

bitkilər ilk inkişaf fazalarında qida elementləri ilə yaxşı təmin olunmuş hesab

edilir. Cərgəaralarında becərmə işləri başlayarkən birinci kultivasiyada yemləmə

gübrəsi kimi hektara 30 kq azot və 30 kq fosfor cərgələrdən 12-14 sm aralı, 10-12

sm dərinliyə verilməlidir. Qalan gübrə normaları ikinci və üçüncü yemləmələrdə

verilir. Məhsuldarlığı artırmaq üçün manqan sulfat mikrogübrəsi əsas şum altına

hektara 1-2 kq normada verilir. Eyni zamanda bakterial gübrə fosforobakterinin

verilməsi də müsbət nəticə verir.

Gübrələrin tətbiqi təkcə mineral elementlərlə bitkilərin qidalanmasını yox, həm

83

də torpaq nəmliyindən məhsuldar istifadə olunmasını təmin edir və günəbaxanın ağ

və qonur çürümə xəstəliyinə qarşı davamlılığını artırır.

Toxumun səpinə hazırlanması, səpin müddəti, üsulu və norması. Səpin

üçün sağlam və yetişmiş toxumlardan istifadə olunmalıdır. Toxumların cücərmə

qabiliyyəti ən azı 96%, təmizliyi isə 99 % olmalıdır. Günəbaxan toxumları

cücərmə qabiliyyətini tez itirdiyindən səpin üçün yalnız keçən ilki toxumlardan

istifadə olunmalıdır. Cücərmə qabiliyyətini artırmaq üçün toxumlar isti havada

sərilərək qurudulur. Zərərvericilərə qarşı əvvəllər 1 ton toxuma 2-4 kq

heksaxloranın qamma izomeri ilə, göbələk xəstəliklərinə qarşı isə 1 ton toxuma

1,5-2,0 kq qranozanla dərmanlanırdı. İndi isə hər ton toxuma və ya 3 kq 65%-li

fentiuram, 2-3 kq TMTD, yalançı unlu şehə qarşı 4 kq apron, 0,3-0,5 kq sinklə

manqanın qarışığı ilə dərmanlanır.

Torpağın əkin qatında temperatur 4-6 0C olduqda səpin aparmaq mümkündür.

Gündəlik temperatur 10-12 0C olduqda cücərtilər daha tez alınır.

Səpin erkən yazda fevral ayının axırları və mart ayının əvvəllərində aparılır.

Son dövrlərdə günəbaxan gencərgəli punktir səpin üsulu ilə, yəni cərgəarası 70

sm olmaqla becərilir. Səpin üçün SUPN-8, SKPP-12 aqreqatlarından istifadə edilir.

Bitki sıxlığı hektarda 40-50 min ədədə bərabər olmalıdır. Cərgələrdə bitkilərarası

məsafə 30-40 sm-ə qədər, hər metrdə 3,0-3,5 bitki olmalıdır. Nəmlik ehtiyatı az

olan yerlərdə hektarda bitki sıxlığı 20-30 min və cərgələrdə bitkilərarası məsafə

50-60 sm, yəni hər metrdə 1,5-2,0 bitki olmalıdır. Səpin norması hektara 8-14 kq

toxum götürülür (silosluq səpinlərdə 35-40 kq). Toxumların basdırılma dərinliyi 6-

8 sm-ə bərabərdir.

Əkinlərə qulluq. Günəbaxanın səpinindən sonra cücərtilər alınana qədər

sahədə qaysaq əmələ gələrsə və alaq otlarının cücərtiləri varsa dərhal mala

çəkilməlidir. Əgər səpindən sonra torpaq səthi həddən artıq quruyarsa çıxışların

alınmasını gözləmədən torpaq səthi sıxlaşdırılmalıdır. Bunun üçün ZKK-6 markalı

kipləşdiricidən istifadə olunur. Səpin cərgəvi üsulla aparılıbsa malalama cərgələrə

perpendikulyar istiqamətdə həyata keçirilir. Əgər sahə alaqlı olarsa günəbaxanda 2

84

cüt yarpaq əmələ gələnə qədər malalamanı aparmaq mümkündür. Cərgəarası 70 sm

olduqda birinci kultivasiya 50 sm enində, ikinci kultivasiya isə 45 sm enində

aparılır.

Cərgəaraları KRN-4,2 və KRN -5,6 kultivatorları ilə becərilir. Alaq otlarına

qarşı prometrin yaxud treflan herbisidləri hektara 2-3 kq işlədilir.

Torpaq-iqlim şəraitindən və günəbaxanın vegetasiya müddətindən asılı olaraq

suvarmaların miqdarı (sayı) müəyyənləşdirilir. Birinci suvarma seyrəltmədən sonra

2-4 cüt yarpaq fazasında, ikinci suvarma səbətcik əmələ gəldikdə, üçüncü suvarma

çiçəkləmənin əvvəlində, dördüncü suvarma isə dən dolduğu dövrdə hektara 800-

1000 m3 olmaqla aparılır.

Günəbaxan çiçəkləyərkən mayalanmanın yaxşı getməsi və tumların boş

olmaması üçün bir hektar sahəyə 2 bal arısı ailəsini gətirmək zəruridir. Bu halda

məhsuldarlıq daha da yüksəlir.

Məhsulun yığılması. Günəbaxan toxumları hər sorta aid tipik rəngə çalanda,

yağ toplanması başa çatıb, rüşeym bərkidikdən sonra yığılmalıdır. Quraqlıq illərdə

toxumların dolması çiçəkləmədən 36-38 gün sonra, nəmli illərdə isə 48-50 gün

sonra başa çatır. Xarici əlamətlərinə görə günəbaxan toxumlarında 3 cür yetişmə

qeyd edilir: sarı, qonur və tam yetişmə.

1. Sarı yetişmədə yarpaqlar və səbətin alt tərəfi limonu- sarı rəng alır. Bu

dövrdə səbətdə nəmlik 78- 82%, tumda isə 30- 40% olur.

2. Qonur yetişmədə səbət tünd qonur rəng alır, səbətdə nəmlik 40-50%, tumda

isə 12-14% olur.

3. Tam yetişkənlikdə səbətin nəmliyi 18-20%, tumunku isə 10- 12%-ə çatır.

Toxumların orta nəmliyi 12-14 %-ə endikdə günəbaxanın yığımına başlanılır.

Bu dövrdə bitkilərin 80- 90 %-i qonuru- sarı, səbətlərin əksəriyyəti qonur, quru

olmaqla 10-12 %-i sarı rəngdə qalır. Nəmişli illərdə günəbaxanın yetişməsi

uzanaraq çiskinli havaların başlanması ilə bir yerə düşür ki, bu da sklerotina və boz

çürümə xəstəliyinin yayılmasına səbəb olur.

85

Yığımı qısa müddətdə aparmaq üçün desikasiya edilir. Desikasiya bitkinin

yetişməsini sürətləndirir, yığım müddətini qısaldır, ağ və boz çürüməni zərər-

sizləşdirir, quru və yüksək keyfiyyətli toxum alınmasına şərait yaradır.

Desikasiya məqsədi ilə maqnezium-xloratdan istifadə edilir. Kütləvi çiçək-

ləmədən 35-40 gün sonra toxumlarda nəmlik 30-35% olduqda əkinlərə

maqnezium- xloratın 60 %-li məhlulu (hektara 20 kq), 20 %-li reqlon (2 litr/ha)

və ya onların qarışığı (10 kq + 1 litr ) 100-150 litr suda həll edilir və 1 hektara

çilənir. Bu halda məhsul yığımına 10-12 gün tez başlamaq mümkündür.

Desikantlar tətbiq olunmuş sahələrdəki bitki qalıqları ilə heyvanların

yemləndirilməsi qadağandır. Yığımı gecikdirdikdə səbətlər tam quruyur, hektardan

2-3 sentner toxum məhsulu və ya 2-3 % yağlılıq itirilir. Yığım zamanı kombaynın

hərəkət sürəti saatda 5 km olmalıdır ki, toxumun zədələnməsi və xırdalanmasının

qarşısı alınsın.

Günəbaxan birbaşa kombayınla yığılır. Bu məqsədlə taxılyığan kombaynlara

xüsusi qurğu quraşdırılır. Yığımı taxıl kombaynları CK-5 “Niva”, PSP –1,5

tərtibatı ilə də aparmaq olar. Bu tərtibatla kombayn gövdələri 20 sm - lik

yüksəklikdən kəsərək 15 sm iriliyində xırdalayır, toxumlar isə bunkerə tökülür.

Yığım, bütün bitkilərin məhsul yığımında olduğu kimi, qısa müddətdə həyata

keçirilməlidir. Yığımdan sonra toxumlar alaq otlarının toxumlarından və digər yad

qarışıqlardan təmizlənib, 10-12% nəmlik həddinə qədər qurudulur, satış üçün

hazırlandıqda isə toxum 6-7 % nəmliyə qədər qurudulur.

Qurudulmuş toxumlar təmizlənir və saxlanma yerlərinə daşınır. Tərkibində

yağlılıq faizi çox olan toxumlar saxlanılarkən nəmliyi 7%-ə bərabər olmalıdır.

Toxumlar 1 metr təbəqədə (qalınlıqda) saxlanılır. Kisələrdə saxlanılan toxumların

nəmliyi isə 8-10%-ə yaxın olmalıdır.

Şərait olduqda günəbaxan intensiv texnologiya ilə də becərilə bilər. Bu

texnologiyada hər hektardan 2-2,5 ton toxum almaqla, becərmə texnologiyasındakı

əməliyyatların sayı adi texnologiyada olan 12-13 əməliyyatdan 7- 9-a qədər

azaldılır, çəkilən xərclər 20 % aşağı salınır və məhsulun maya dəyəri 7-8 %

ucuzlaşdırılır.

86

Toxumun yığımdan sonra işlənməsi. Yığımdan sonra toxumun içində bir çox

qarışıqlar – gövdə, səbətcik və yarpaq hissəcikləri olur. Bu qarışıqları toxuma

nisbətən nəmli olduqlarına görə yığımdan sonra dərhal təmizləmək vacibdir. Təzə

yığılmış toxumları yetişmək üçün yığımdan sonra 25-30 gün saxlayırlar. Bu

prosesi sürətləndirmək üçün digər qarışıqlardan toxumu təmizləyərək, nəmliyi 8-

10 % qalana qədər qurudurlar. Toxumlar saxlanılan yerlərdə 1 m hündürlüyündə

yığılır.

KÜNCÜT

Əhəmiyyəti. Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri

tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16-18% zülal və 18% karbohidratlar

vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil

olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir. Sarı rəngli iysizdir.

Ondan konserv və qənnadı məmulatlarının hazırlanmasında, tibdə, sabun

istehsalında və s. sahələrdə istifadə olunur.

Toxumlarından konfet, şərq şirniyyatları və qabığı təmizlənmişlərdən sonra

halva hazırlanır. Soyuq üsulla yağ alındıqdan sonra jmıxın tərkibində 8% yağ və

40% zülal olur ki, bu da qənnadı sənayesində istifadəyə yararlıdır. İsti üsulla alınan

jmıx heyvandarlıqda konsentrantlı yemdir. Bir sentner jmıx 132 yem vahidinə

bərabərdir.

Onun vegetativ orqanlarından, çiçəklərindən alınan xüsusi maddədən

ətriyyatda istifadə edilir.

Küncüt həm Asiya həm də Afrikanın qədim bitkisidir. Əsas küncüt becərən

ölkələr Hindistan, Çin, Birma, Pakistan, Koreya, Yaponiya, Əfqanıstan, Meksika

və Amerikadır. Əkinləri Özbəkistan, Türkmənistan və Tacikstanda da çoxdur.

Dəmyə şəraitdə məhsuldarlığı hər hektardan 10-12 sentner, suvarmada isə 18-20

sentnerdir.

Yunan alimi (tarixçi) Ksenofont deyirdi ki, döyüşçülər özlərini qorumaq üçün

bədənlərinə küncüt yağı sürtürdülər.

87

Botaniki təsviri. Küncüt (Sesamum indicum) küncütkimilər (Pedaliaceae)

ailəsinə daxildir. Küncütün gövdəsi 80-110 sm hündürlüyündə olub dik durandır.

Mil kökü torpağın 1 metrə qədər dərinə gedir, yan köklər isə çox budaqlanan olub

ətrafa yayılır.

Yarpaq saplaqları uzundur, yarpaq ayası bütöv və bölünmüş, kənarları isə tam

və ya dişli olur. Çiçəkləri zəngə oxşayır yarpaq qoltuğunda 1-2 ədəd olurlar. Çiçək

tacının rəngi ağ, çəhrayı və bənövşəyi olur. Öz-özünə tozlanan bitkidir.

Meyvəsi uzun 4 və ya 8 üzlü qutudur. Qutunun uzunluğu 3-4 sm, bir bitkidə

100-150 qutu olur. Yetişən zaman qutusu aralanır. Bir qutuda 70-80 toxum olur.

Toxumlar xırda, yastı, rəngi ağ, boz, qonur və qara olur. Min ədədinin kütləsi 3-5

qr arasında dəyişir.

Bioloji xüsusiyyətləri. Küncüt işıq və istilik sevən qısa gün bitkisidir.

Toxumları 15-18 0C-də cücərir. 1 0C şaxtada məhv olur. İnkişafı üçün ən yaxşı

temperatur 25-30 0C-dir. Temperaturun 12 0C-yə enməsi bitkinin inkişafını

dayandırır. Nəmliyə və qida elementlərinə tələbi yüksəkdir. Küncüt bitkisi cücərmə

və intensiv böyümə vaxtları nəmliyə çox tələbkar olur.

Küncüt yüngül mexaniki tərkibli münbit torpaqlarda yaxşı inkişaf edir. Ağır

gilli, bataqlı, şoran torpaqlarda, eyni zamanda qaysaq əmələ gətirən torpaqlarda bu

bitki yaxşı inkişaf etmir.

İlk çıxışlardan bir ay müddətinə küncüt zəif, çiçəkləmə dövründən isə sürətlə

böyüməyə başlayır. Vegetasiya müddəti 90-120 gün arasında dəyişir.

Becərilmə texnologiyası. Küncütün cücərtiləri nisbətən zəif böyüyür və alaq

otlarından çox zərər çəkir. Odur ki, bitki üçün alaqlardan təmiz və münbit tarlalar

ayrılmalıdır. Növbəli əkində küncüt üçün ən yaxşı sələflər payızlıq buğda,

qarğıdalı və dənli-paxlalı bitkilərdir. Tarlanı gec azad etdiyindən küncüt özü

payızlıq taxıllar üçün sələf ola bilməz. Növbəli əkində küncüt öz yerinə 6-7 ildən

sonra qaytarılmalıdır.

Küncüt qida maddələrinə tələbkardır. Əkinlərin hər hektarına 10 ton peyin, 30

kq azot, 30 kq fosfor və 30 kq kalium gübrələri verilir.

Əsas şumun dərinliyi 25-27 sm olur. Qış-yaz dövründə torpaqda nəmlik

88

ehtiyatı yaratmaq və alaqlarla mübarizə aparmaq üçün lazımi becərmə işləri (mala,

kultivasiya) aparılır. Yazda 2-3 dəfə, 8-10 sm dərinlikdə 1-ci kultivasiya,

sonrakılar dayaz olmaqla aparılır.

Səpin torpağın üst qatında gündəlik temperatur 15-16 0C olduqda aparılır. Bu

may ayının əvvəlinə təsadüf edir. Küncütün səpini taxılsəpən maşınlarla cərgəvi

üsulla (45-70 sm) aparılır. Səpin norması hektara 5-8 kq-dır. Toxumun basdırılma

dərinliyi 2-3 sm-ə bərabərdir. Səpindən sonra sahə (torpaq) kipləşdirilir və alaqlara

qarşı mübarizə tədbirləri həyata keçirilir. 3-4 dəfə cərgəarası becərmə aparılır.

Suvarma iki dəfə gönçələmə və kütləvi çiçəkləmədən sonra aparılır. Suvarma

norması hektara 800-1000 m3-dir.

Məhsulun yığılması. Küncütün məhsulu hissə-hissə yığılır. Yetişən zaman

toxumlar tökülür. Aşağıdakı qutular (karobkalar) qonurlaşanda otbiçən maşınlarla

biçilir və xırmanda qurudulur. Bitkilər və toxum qutuları quruduqca kombaynla

döyülür. Döyülmüş toxumlar çeşidlənib təmizlənir və qurudulur. Saxlanan

toxumların nəmliyi 9-10% olmalıdır.

GƏNƏGƏRÇƏK

Əhəmiyyəti. Gənəgərçək yağlı bitkilərdəndir. Dəninin (toxum) tərkibində 45-

59% qurumayan yağ var. Toxumun tərkibində zəhərli maddə, ritsin var. Toksiki

təsiri az olan ritsinin alkaloidi də var. İsti üsulla alınmış gənəgərçək yağından gön-

dəri, toxuculuq, lak-boyaq, sabunbişirmədə və sənayenin digər sahələrində istifadə

olunur. Soyuq üsulla alınmış yağdan (kostorovoe) tibbidə istifadə olunur. Bu üsulla

alınmış yağda zəhərli maddələrin hissəcikləri olmur.

Gənəgərçək jmıxından kazein kleyi alınır. Tərkibində 7,5% azot olduğundan

gübrə kimi istifadə olunur. Jmıxın hər sentnerində 92 yem vahidi var. Tərkibində

zəhərli maddə olduğundan heyvandarlıqda yem kimi istifadə olunmur.

Yayılması və məhsuldarlığı. Gənəgərçək Afrika mənşəlidir. Bu bitki

qədimdən Misirdə becərilmiş və oradan Asiya, Amerika və Avropaya yayılmışdır.

89

Yer kürəsində 1,5 mlyon hektardan çox əkin sahəsi mövcuddur. Ən çox

Hindistan və Braziliyada (500 min/ha) nisbətən Argentina, İtaliya, Rumıniya,

Ukrayna, Macarıstan və Bolqarıstanda becərilir. Rusiyada Şimali Qafqaz

ərazisində, Rostov vilayətində də əkin sahələri mövcuddur. Məhsuldarlığı

hektardan 8-10, ayrı-ayrı təsərrüfatlarda isə 15-20 sentnerə çatır.

Botaniki təsviri. Gənəgərçək südləyənlər (Euphorbiaceae) fəsiləsinin

Ricinus cinsinə aiddir. Üç növü var. Xırdameyvəli-Ricinus microcarpus g. Pop,

irimeyvəli- Ricinus macrocarpus g. Pop, və zənzibazarski – Ricinus sansibarinus

g. Pop.

Tropik və subtropik ölkələrdə çoxillik bitki kimi gənəgərçəyin hündürlüyü

10 m-ə çatır. By bitki yaxşı inkişaf etmiş kök sisteminə malikdir. Qışda məhv

olurlar. Gənəgərçəyin mil kökü torpağın 3-4 metr dərinliyinə, ətrafa isə 2 metrə

qədər yayılır. Güclü budaqlanan və budaqları dikdurandır. Hündürlüyü 1-3 metrə

çatır.

İran gənəgərçəyi nisbətən alçaqboyludur və yaşıl rənglidir. Qanı-qırmızı

gənəgərçək isə hündürboylu, rəngi qırmızı və şabalıdıdır. Yarpaqları iri və uzun

saplaqlıdır. Yarpaqlarda 7- 11 dilim var.

Çiçək qrupu 60-80 sm uzunluğunda qozadır. Bir bitkidə 2-dən 12- yə qədər

qotaz əmələ gəlir. Bir qotazda 50-200 ədədə qədər çiçək olur. Çiçəkləri xırda, sadə

və 5 ləçəklidir. Çarpaz tozlayan bitkidir. Meyvələri üçyuvalı şarşəkilli yaxud

uzunsov qutudur (karobkadır). Hər yuvada bir toxum var. İlk dəfə mərkəzi, sonra

yan çiçəklərdən əmələ gəlmiş qutular (karobkalar) yetişir. İran gənəgərçəyi yetişən

zaman qutular çatlayır və toxumlar tökülür. Qanı-qırmızıda isə əksinə tökülmür.

İran gənəgərçəyinin toxumları Qanı-qırmızı gənəgərçəyin toxumlarından xırda

olur. Mütləq kütləsi 200-500 qr arasında dəyişir.

Bioloji xüsusiyyətləri. İstilik sevən bitkidir. Toxumları 12-13 0C

temperaturda cücərməyə başlayır. Çıxışların yaxşı alınması üçün 18 0C temperatur

tələb olunur. Bitkinin normal inkişafı üçün tələb olunan temperatur 25-30 0C-yə

bərabərdir. Artıq mənfi 2 0C şaxtada bitki zədələnməyə başlayır.

90

Nəmliyə tələbkar bitkidir. Nəmlik çox olan yerlərdə yüksək məhsul verir.

Quraq yerlərdə yarpaq, çiçək və karobkalar (qozalar) tökülür. Quraqlıq olduqda

bitkidə yağın miqdarı aşağı düşür.

İşıq sevən və torpağa tələbkar bitkidir. Qida maddələri ilə zəngin qaratorpaq

və boz torpaqları sevir. Torpaq reaksiyası pH 6,0-7,3 daha əlverişlidir.

Qranulometrik tərkibi ağır gilli və duzlu torpaqlar gənəgərçək üçün yararlı deyildir.

Vegetasiya müddəti 90-120 gündür.

Becərilmə texnologiyası. Gənəgərçəyi növbəli əkində payızlıq buğda,

qarğıdalı və dənli-paxlalı bitkilərdən sonra yerləşdirmək olar. Gənəgərçək özü

yazlıq taxıllar üçün yaxşı sələfdir. Gənəgərçək fuzarioz xəstəliyinə tutulduğu üçün

öz tarlasına 8 ildən sonra qaytarılmalıdır. Qida elementlərinə tələbkardır. Bir ton

toxum yaratmaq üçün torpaqdan 72 kq azot, 17 kq fosfor və 59 kq kalium elementi

aparır. Ən yaxşı gübrə peyin hesab olunur. Hektara 20 ton peyin verdikdə

məhsuldarlıq xeyli artır. Mineral gübrələrdən azot və fosfor faydalıdır. Hektara 60-

90 kq azot və 90 kq fosfor verdikdə məhsuldarlıq 16-20% -ə qədər artır.

Torpağın becərilməsi payızlıqlar yığıldıqdan sonra üzləmə və avqust ayında

27-30 sm dərinliyində ön kotancıqlı kotanla şumlamaqdır. Erkən yazda 2-3 dəfə

kultivasiya və malalama aparılır.

Səpin üçün iri toxumlu sortlardan istifadə olunur. Toxumun təmizliyi 98%-

dən az olmamalıdır. Səpinqabağı toxumları qranozanla (2 kq/ha) dərmanlayırlar.

Torpağın 10 sm-lik qatında 120 C temperatur olduqda səpin başlanır.

Gənəgərçək punktir səpin üsulu ilə SUPN-8, SPÇ- 6MF aqreqatı ilə

cərgəarası 70 sm olmaqla səpilir. İritoxumlu sortlardan hektara 20-25 kq, xırda

toxumlulardan isə 10-12 kq sərf olunur. Toxumun basdırılma dərinliyi torpaq

tipindən asılı olaraq 6-10 sm-dir. Bitki sıxlığı hektara 45-60 min ədəd olur.

Səpinqabağı alaqlara qarşı treflan herbisidini kultivasiya ilə hektara 6-8 kq verirlər.

Çıxışlara qədər kəltənləri xırdalamaq üçün malalama aparılır. Alaqlar

göründükdə cərgəarası becərmələr başlanır. İki yarpaq fazasında seyrəltmə aparılır.

Qozaların yetişməsi eyni müddətdə olmur. Əvvəlcə mərkəzi qozalar sonra isə

ətrafdakılar yetişir. Odur kr, qozaları partlamayan sortları desikasiya edərək

91

(maqnezium xlor, 15 kq/ha + 100 litr su) kökü üzərində qurudurlar. Desikasiyadan

2 gün sonra yarpaqlar quruyur. Lakin, qozaların tam quruması əlverişli şəraitdə 12-

15 gün çəkir. Bu vaxt yığıma başlayırlar.

Məhsul birbaşa yaxud hissə – hissə yığılır. Qozaları partlamayanlar birbaşa

KKC-6 markalı kombaynla yığılır. Toxumu saxlayarkən onun nəmliyini 6%-ə

çatdırmaq lazımdır.

R A P S Əhəmiyyəti. Raps - Brassica napus L. Ssp. oleifera Metzg. (payızlıq-

biennis, yazlıq- annus) Kələmkimilər- Brassicaceae fəsiləsinin birillik ot

bitkisidir. Raps bitkisi ərzaq yağı və yem zülalı üçün perspektivli mənbədir.

Toxumun tərkibində 32-50% yağ və 23% zülal vardır. Köhnə sortların

toxumlarında heyvan orqanizminə zərərli təsir göstərən eruk turşusu (37-50%) və

qlükozinolitlər (5-7%) olduğundan yemə acı tam verirdi. Hal-hazırda əldə edilmiş

yeni sortların tərkibində eruk turşusu 5% və qlükozinolitlər isə 0,3-0,6%-dir. Raps

yağı yeyinti, sabunbişirmə, poliqrafiya və sənayenin digər sahələrində istifadə

olunur.

Raps bitkisini yaşıl kütlə, silos, senaj və ot unu kimi yemlər üçün becərmək

mümkündür. Yaşıl kütlənin hər sentnerində 16 yem vahidi var. Raps yaxşı bal

verən bitkidir. Bal arısı hər hektardan 100 kq-a qədər bal toplaya bilir.

Rapsın vətəni Aralıq dənizi ölkələri olub, buradan Hindistan və digər Asiya

dövlətlərinə yayılmışdır. Yer kürəsində rapsın əkin sahəsi 14-15 milyon hektara

çatır. Bu bitki ən çox Hindistan, Çin, Kanada ölkələrində becərilir (3-4 mln. ha).

Almaniya, Polşa, Fransa və s. ölkələrdə də əkin sahəsi əhəmiyyətli dərəcədədir.

Məhsuldarlığı hektardan 15-20 və 25-30 sentnerə çatır.

Botaniki təsviri. Raps xaççiçəklilər fəsiləsinin birillik ot bitkisidir. Yaxşı

inkişaf etmiş mil kök sistemi var. Gövdəsi yaxşı budaqlanır, hündürlüyü 100-130

sm -ə çatır. Yarpaqları açıq-yaşıl rəngli, ağ örtüklüdür, saplaqlı və oturaqdır.

Çiçəkləri salxımvari, ləçəkləri açıq-sarı rənglidir. Toxumları qının içərisində qara,

92

açıq-boz və tünd-şabalıdı rəngdədir. Toxumunun 1000 ədədinin kütləsi 3-7

qramdır.

Bioloji xüsusiyyətləri. Raps uzun gün bitkisidir. Çıxışdan budaqlanmaya

qədər 30-40 gün keçir. Yazlıq rapsın vegetasiya müddəti 90-110 gündür.

Tərkibində 30-40% (toxumunda) yağ var. Toxumları 1-3 0C-də cücərmə

qabiliyyətinə malikdir. Çıxışları –3-5 0C şaxtaya dözür. Nəmlik sevən bitkidir.

Payızlıq rapsın vegetasiya müddəti 290-320 gündür. Tərkibində 40-50% yağ

vardır. Çıxışdan 15-16 gün sonra budaqlanma başlayır. Çiçəkləmə 25-30 gün

davam edir, çiçəkləmənin axırından yetişməyə qədər isə 25-30 gün keçir. Bir ton

raps toxumu torpaqdan 60 kq azot, 24 kq fosfor, 42 kq kalium elementi aparır.

Becərilmə texnologiyası. Torpağın becərilməsi üzləmədən, əsas şumdan və

səpin qabağı becərmədən ibarətdir. Səpin adi cərgəvi üsulla aparılır, hektara 12-15

kq gencərgəli üsulda isə 6-8 kq toxum sərf edilir. Toxumun basdırılma dərinliyi 2-

3 sm-dir. Alaq otlarına qarşı 25% -li treflan herbisidini hektara 3 litr hesabı ilə

səpinqabağı kultivasiya altına verirlər. Zərərvericilərə qarşı 0,2-0,3 kq metafos

çilənir. Çiçəkləmə dövründə tarlanı dərmanlamaq olmaz, ona görə ki, bal arılarını

məhv edə bilərik. Rapsın meyvələrinin yetişməsi tədrici olduğundan qını asan

partlayır. Yığımı bir başa tam yetişmə dövründə taxıl yığan kombaynla aparmaq

olar. İsti havalarda yığım hissə - hissə aparılır.

Yaşıl kütlə üçün raps bitkisini erkən yazda səpirlər. Çıxış alınandan 50-60 gün

sonra bitkinin boyu 50-60 sm-ə çatır və birinci biçin aparılır. İkinci biçin

birincidən 45-50 gün sonra yer səthindən 10-12 sm hündürlüyündə yerinə yetirilir.

Birinci biçindən sonra 50-60 kq təsiredici maddə hesabı ilə azotla yemləmə verilir.

Mövzu: 9. SOYA BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ ÜSULLARI

Mühazirənin planı:

Soya bitkisinin əhəmiyyəti Soya bitkisinin tarixi, yayılması və məhsuldarlığı Soya bitkisinin botaniki və bioloji xüsusiyyətləri Soya bitkisinin növbəli əkində yeri

93

Soya bitkisi üçün torpağın becərilməsi Soya bitkisinin gübrələmə sistemi Soya toxumlarının səpinə hazırlanması, səpin müddəti, üsulu və norması Soya bitkisinin əkinlərinə qulluq işləri (suvarma, alaqlara, zərərverici və xəstəliklərə

qarşı mübarizə tədbirləri) Məhsulun yığılması

Ədəbiyyat

Cəfərov M. İ. və baş. - Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası., Bakı, 2000, 264 s.

Əliyev C. Ə. və baş. Azərbaycan SSR-in suvarma şəraitində soyanın yetişdirilməsi. Bakı, 1982,51 s.

Əliyev S. C. və baş. - Zülal probleminin həllində dənli-paxlalı bitkilərin rolu, Kirovabad, 1988, 41 s.

Məmmədov Q. Y., İsmayılov M. M.. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş., 2012, 356 s. Yusifov Ə. N. və başq. Bitkiçiliyin əsasları, Bakı, “Müəllim” nəşriyyatı, 2013, 302 s. Алиев Д. А., Акперов З. И.. Фотосинтез и урожай сои. Москва-Баку, 1995, 116 с. Берт Д. Г., Фоке И., Клейн В.. Выращивание зернобобовых культур на промышленной

основе. Москва, «Колос» 1981, 159 с. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с. Лавиренко Г. Т. и др. Соя. Москва, 1978, 187 с. Посыпанов Г. С. Соя в Центральном Нечерноземье М.: Изд. во МСХА, 2005. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с. Соя . Интенсивная технология. М:, изд. во Агропромиздат», 1988, 48 с. Спаар Д. и др. Зернобобовые культуры. Минск, 2000, 264 с. Федосеев Б. В. Механизированная технология возделывания и уборки бобовых культур.

Москва, «Росселхозиздат 1983, 183 с.

SOYA BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ ÜSULLARI

Əhəmiyyəti. Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir. Dənində zülal

çox olduğuna görə paxlalı, yağ çox olduğuna görə isə yağlı bitkilər qrupuna aid

edilir. Dəndə 33-45% zülal (bəzi sortlarda hətta zülal 52%), 25-27% yağ və 25-

27% sulu karbonlar vardır.

Soya becərən təsərrüfatlar 2 məhsul: tam qiymətli zülal və bitki yağı alırlar.

Soyanın zülalı suda yaxşı həll olur və yaxşı həzmə gedir. Soya dənində olan zülal

arpaya nisbətən 3,6 qarğıdalı dəninə nisbətən isə 4 dəfə çoxdur. Soyanı ərzaq, yem

94

və texniki məqsədlər üçün becərirlər. Soya dənindən yağ, marqarin, soya pendiri,

süd, un, qənnadı məmulatı, konserv və başqa məhsullar alınır.

Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Eyni zamanda lak

boyaq sənayesində də istifadə olunur. Dünyada bitki yağının istehsalına görə soya

birinci yer tutur. Onun payına 40%, günəbaxanın payına isə 18-20% düşür.

Soyanı digər dənli - paxlalı bitkilərdən fərqləndirən onun zülalının amin

turşularının tərkibinə görə heyvan mənşəli zülala yaxın olması və insan orqanizmi

tərəfindən asanlıqla mənimsənilməsidir. Soyanın tərkibində lizin, triptofan və

metionin kimi amin turşuları vardır. 1 kq buğda dənində 2,5 qram lizin olduğu

halda, 1 kq soya ununda 27 qram lizin vardır.

Soya unu və jmıxı heyvanlar üçün çox dəyərli yemdir. Jmıxda 47%-ə qədər,

unda isə 40%-ə qədər zülal vardır. 1 kq soya dənində 1,31-1,47 yem vahidi, 275-

338 qram həzm olunan protein olur. Ümumiyyətlə soyadan 400-ə qədər müxtəlif

növ məmulatlar alınır. Soyanı yaşıl yem və silos üçün də becərmək olar. Silos

məqsədi üçün qarğıdalı və sorqo ilə qarışıq əkilir. Soyanın 100 kq yaşıl kütləsində

21 yem vahidi, 3,5 kq həzm olunan zülal vardır. Gövdəsinin (samanının) 100 kq-da

32 yem vahidi, 5,3 kq zülal vardır ki, xırda davarlar (qoyunlar) tərəfindən yaxşı

yeyilir. Ot üçün biçilmiş kütləsinin 100 kq-da 51 yem vahidi, 15,4% zülal, 5,2%

yağ, 38,6% sulu karbonlar, 7,2% kül, 22,3% sellüloz vardır. Soya qiymətli yaşıl

gübrə və əla sələf bitkisidir.

Bitkinin tarixi, yayılması və məhsuldarlığı. Soyanın vətəni cənubi-şərqi

Asiya hesab olunur. O, çinlilərə bizim eradan 6 min il əvvəl məlum olub. Sonralar

Hindistan, Yaponiya, Koreya, Vyetnam və İndoneziyada becərilmişdir. Avropada

nisbətən gec, XVIII əsrdə becərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus

mühacirləri soyanı qədimdən becəriblər.

Əkin sahəsinə görə dənli-paxlalı bitkilər içərisində soya dünyada birinci yeri

tutur. Dünya əkinçilik sistemində soyanın əkin sahəsi 67 mln. hektardır. Soyanı

təxminən 50-yə yaxın ölkədə becərirlər. Soyanın əkin sahəsi ABŞ-da 30 mln.,

Çində 15 mln., Braziliyada 3,0 mln. hektardır. Bu bitki Hindistanda, Yaponiyada,

Vyetnamda, İndoneziyada, Şimali Afrikada, Avstraliyada, Şimali və Cənubi

95

Amerikada, Ukraynada, Rusiyada, Moldaviyada, Şimali Qafqazda, Gürcüstanda və

Azərbaycanda da becərilir. Dünya üzrə orta məhsuldarlığı 14-15 sentnerdir.

Keçmiş SSRİ-də soyanın əkin sahəsi 1 mln. hektar, məhsuldarlığı isə orta

hesabla 10 sentner olmuşdur. Qabaqcıl təsərrüfatlarda suvarma şəraitində dən

məhsuldarlığı 25-30 sentner, yaşıl kütlə məhsuldarlığı isə 250-300 sentner

olmuşdur.

2013 - cü ildə Azərbaycanda paxlalıların əkin sahəsi 12729 ha olmuş, ümumi

yığımı 25326 ton, məhsuldarlığı isə 19,9 s/ha təşkil etmişdir.

Botaniki təsviri. Soya (Glicine) cinsi 40-dan artıq növü əhatə edir. Onlardan

yalnız mədəni soya – Glicine hispida adlanan növü geniş miqyasda becərilir.

Qalanları yarımmədəni və yabanı formada bəzi ölkələrdə əkilir, yaxud mədəni

növün qarışığı kimi təsadüf edilir. Mədəni soya növü aşağıda xarakterizə edilən

coğrafi-ekoloji yarımnövlərə ayrılır.

Hindistan yarımnövü – kolu 200 sm hündürlüyündə, gövdəsi qüvvəli

budaqlanandır. Çiçəkləri xırda, paxlaları orta irilikdə, toxumları xırdadır. Sortları

nisbətən gecyetişəndir.

Çin yarımnövü – kolu 100-150 sm hündürlüyündə, gövdəsi nazik, yaxşı

budaqlanan və zəif sarmaşandır. Ancaq yerə yatmağa da meyllidir. Yarpaqları

nazik və zərifdir. Çiçəkləri orta irilikdə, mavi rəngli, paxlaları orta irilikdə və

xırdadır. Hər paxlada 2-3 toxum olur. Toxumları xırda, yastıdır. Ancaq hind

yarımnövünün toxumlarına nisbətən iridir. 1000 ədəd toxumunun kütləsi 70-130

qramdır. Bütün sortları gecyetişəndir.

Mancuriya yarımnövü – kolu 60-90 sm hündürlüyündə, gövdəsi orta dərəcədə

budaqlanandır, nisbətən yoğundur. Sarmaşma qabiliyyətinə malik deyildir, ancaq

yerə də yatmır. Yarpaqları yuxarıdakı yarımnövlərin yarpaqlarına nisbətən iri və

qabadır. Çiçək salxımı qısa, az çiçəklidir. Paxlaları orta uzunluqda – 4-4,8 sm,

toxumları orta irilikdə, şişkindir. Toxum qılafı əksər sortlarında sarı rənglidir. 1000

ədəd toxumunun kütləsi 120-230 qramdır. Orta müddətdə yetişəndir. Dənində olan

yağın miqdarına görə bütün yarımnövlərdən üstündür.

96

Yaponiya yarımnövü – kolu 60-100 sm hündürlüyündə, gövdəsi orta dərəcədə

budaqlanan, yoğun, qabadır. Yarpaqları və çiçəkləri iridir. Çiçək salxımı uzun,

çoxçiçəkli, paxlaları iri və orta irilikdədir. Toxumları iri, kürəşəkilli, azacıq

yastıdır. 1000 ədəd toxumunun kütləsi orta hesabla 300 qramdır. Bu yarımnövün

bütün sortları zülalla zəngindir. Hündür gövdəli sortları gec, alçaq gövdəliləri tez

yetişir.

Bioloji xüsusiyyətləri. Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və

yetişmə dövründə daha yüksək yəni 18-25 0C temperatur tələb edir. Toxumlar 6-8 0C temperaturda cücərir. Soyanın cücərtisi –2-5 0C ətrafında olan yaz şaxtalarını

yaxşı keçirir. Bu bitki çiçəkləmə və dəndolma fazasında ən çox su tələb edir.

Transpirasiya əmsalı 600-ə yaxındır. Səmərəli temperaturun miqdarı sortdan,

yetişmə müddətindən asılı olaraq 1700 0C - dən 3200 0C -yə qədər dəyişir.

Çiçəkləmə fazası 15-40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə

bilir. Soya qısa gün bitkisidir. Şoran və şorakət torpaqlardan başqa digər torpaqlar

soya üçün əlverişlidir. Əsasən su ilə yaxşı təmin olunmuş şabalıdı, açıq-şabalıdı

boz-qonur torpaqlar və s. soya üçün yararlıdır. Soya neytral (pH-6,5-7,0) reaksiyalı

torpaqlarda daha yaxşı inkişaf edir.

Növbəli əkində yeri. Növbəli əkində soyanı dənli- taxıl, qarğıdalı və pambıq

bitkisindən sonra becərmək olar. Soyanı, soyadan, günəbaxandan, birillik dənli-

paxlalılardan və çoxillik paxlalı yem otlarından sonra əkmək olmaz.

Torpağın becərilməsi. Sələf dənli - taxıl bitkiləri olarsa məhsul yığılan kimi

küləş sahədən çıxarılmalı və kövşən yeri üzlənilməlidir.

Birinci üzləməni 6-8 sm dərinlikdə LDQ-5 və LDQ-10 markalı üzləyicilərlə

üzləmək, əgər ehtiyac varsa 2-ci üzləməni BDT-2,5 və BDT-3 markalı ağır diskli

üzləyicilərlə 10-12 sm dərinlikdə aparırlar. Üzləmədən 10-15 gün sonra sahə ПЯ-

5-35 markalı kotanla 28-30 sm dərinlikdə şumlanmalıdır.

Qarğıdalıdan sonra sahə iki iz ağır diskli mala ilə disklənməli və bundan sonra

əkin qatı dərinliyində (25-27 sm) şumlanmalıdır.

Yazda torpaq VP-8, VPN-5,6 markalı hamarlayıcılarla və ya təsərrüfatın

özündə hazırlanan alətlər ilə səthdən hamarlanmalıdır. Alaqlar göründükdə 6-8 sm

97

dərinlikdə kultivasiya çəkilməlidir. Səpinə 1 həftə qalmış təsiredici maddə hesabı

ilə 1,2-1,5 kq treflan herbisidi 200-300 litr suya qarışdıraraq POU, ON-400 və ya

OBT-1 yerüstü çiləyicilərlə çilənməli və başdan-başa becərən kultivatorla,

suvarılmamış sahələrdə isə BDT-2,5 və ya BDT–3 markalı üzləyicilərlə 8-10 sm

dərinlikdə torpağa qarışdırılmalıdır.

Gübrələnməsi. Soya gübrələməyə həssas bitkidir. Təcrübələrlə müəyyən

edilmişdir ki, soya 20 sentner dən məhsulu əmələ gətirmək üçün 142 kq N, 32 kq

P2O5, 35 kq K2O mənimsəyir (1 tonla 82 kq N, 26 kq P2O5, 47 kq K2O). Əsas şum

altına P2O5 60-90 kq, K2O 30-45 kq verilməlidir. Azot gübrəsinin 30%-i

səpinqabağı, qalan hissəsi yemləmə şəklində 2 dəfəyə, o cümlədən 40%-i çıxış

alınandan 2-3 həftə sonra, 30%-i isə paxla əmələgəlmə və dəndolma dövründə

verilməlidir. Gübrələr RUM-5 İ; RMQ-4 markalı gübrə səpən maşınlarla verilə

bilər.

Toxumun səpinə hazırlanması. Səpin üçün 1-ci sinfə aid olan sort toxumlar

götürülməlidir. Səpindən əvvəl toxum rizotorfinlə (nitragin) hektarlıq toxuma 200

qram hesabı ilə işlənməlidir. Həmin miqdar rizotorfin 1-2 litr suda həll edilərək

toxuma çilənməlidir. Bakterioz, kök çürüməsi, aminomikoz, fuzarioz

xəstəliklərinə qarşı mübarizə məqsədi üçün səpinə ən azı 3-4 həftə qalmış 1 ton

toxuma 1-2 kq 70%-li taciqran işlənilməlidir.

Məftil qurdlarına və bakterioz xəstəliyinə qarşı fentiuramın tətbiqi yaxşı nəticə

verir. 60%-li fentiuramdan 1 ton toxuma 4-6 kq işlətmək məsləhət görülür.

Toxum PSQİ-5, PS-10, «Mobitoks» maşınlarında yarımquru üsulla

dərmanlana bilər.

Səpin müddəti, üsulu və norması. Səpin əkin qatında temperatur 10-12 0C

olduqda aparılır. Toxumlar arat olunmuş sahələrə səpilir. Səpin SZSŞ-3,6; SPÇ-

6M; SZ-3,6; SZU-3,6 aqreqatlarla aparılır. Soya gencərgəli nöqtəvi üsulla, yəni

cərgəarası 45-60 sm və 70 sm olmaqla səpilə bilər. Mütləq kütlədən asılı olaraq

hektara 50-90 kq (400-600 min ədəd) cücərə bilən toxum səpilməlidir.

Əkinə qulluq. Arat olunmayan yerlərdə səpindən sonra dərhal suvarma

aparılmalıdır. Torpağın su-hava xassələrini yaxşılaşdırmaq üçün çıxış alınanadək

98

bir iz və çıxış vaxtı 1-2 iz KRN-38 yaxud torlu mala ilə malalayırlar. Vegetasiya

dövründə cargəaraları 2 dəfə KRN-4,2 markalı kultivatorla yumşaldılmalıdır.

Tor gənəciyinə və yarpaqyeyən həşəratlara qarşı vegetasiya müddətində

karbofosun 30%-li emulsiyası ilə hektara 1,0-1,5 kq, fosfamidlə (Bİ-58) 1 kq

normada çiləmə aparılır. Çiçəkləmədən sonra çiləmə kükürd tozu ilə əvəz edilir.

Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı 4 dəfə

suvarılmalıdır. Birinci suvarma budaqlanma, 2-ci suvarma çiçəklənmənin

başlanğıcında, 3-cü suvarma paxlalar əmələ gəldikdə və 4-cü suvarma dən

dolmağa başladıqda keçirilməlidir. Suvarma yağış yağdırma üsulu ilə hektara 500-

600 m3, şırımlarla infiltrasiya yolu ilə 700-800 m3 su normasında keçirilir.

Məhsulun yığılması. Yetişərkən soya paxlası açılmır ona görə də dən itkisi az

olur. Dən məqsədi ilə əkdikdə soya tam yetişmə fazasında, yarpaqların töküldüyü,

gövdələrin quruduğu və paxlaların saralmağa başladığı dövrdə dəndə 14-16%

nəmlik olduqda SK-5 Niva, SK-4A, SKD-5P, SKD-5M, “Sibiryak” kombaynları

ilə yığılmalıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək üçün

nizamlanmalıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla – deka

arasında məsafə CK- 4A, CK-5 kombaynlarda girəcəkdə 40 mm, çıxacaqda 28

mm-dən az olmamalıdır. Barabanın dövrlər sayı dəqiqədə 400-500 -ə

endirilməlidir.

Yetişməni sürətləndirmək məqsədilə gecyetişən sortlar əkilən sahələrdə

desikasiya aparılır. Bu məqsədlə dəndə nəmlik 40-45% olduqda maqnezium –

xlorat preparatının 20 kq-ı suya qarışdırılaraq sahəyə çilənir. Soya samanı yem

üçün istifadə ediləcəksə desikasiya aparılmır.

Yığılmış toxumda nəmlik 14% -dən çox olarsa asfalt meydançada günəş

altında qurudulmalı və digər qatışıqlardan təmizlənməlidir.

MÖVZU: 10. YER FINDIĞININ (ARAXİS) XALQ TƏSƏRRÜFATI

ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ TEXNOLOGİYASI

99

Mühazirənin planı:

1. Araxis bitkisinin əhəmiyyəti2. Araxis bitkisinin tarixi, yayılması və məhsuldarlığı3. Araxis bitkisinin bioloji xüsusiyyətləri4. Araxis bitkisinin növbəli əkində yeri 5. Araxis bitkisi üçün torpağın becərilməsi6. Araxis bitkisinin gübrələmə sistemi 7. Araxis toxumlarının səpinə hazırlanması, səpin müddəti, üsulu və

norması. 8. Araxis bitkisinin əkinlərinə qulluq işləri (suvarma, alaqlara, zərərverici

və xəstəliklərə qarşı mübarizə tədbirləri) 9. Məhsulun yığılması

Ədəbiyyat

Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s. Qərib Məmmədov, Azər Cəfərov, Zemfira Mustafayeva. Əkinçilik və

bitkiçiliyin əsasları (qısa kurs), Bakı, “Elm”, 2008, 324 s. M. İ. Cəfərov və b. «Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma

texnologiyası»., Bakı, 2000, 264s. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, “şərq-qərb” nəş.,

2012, 356 s. Yusifov Ə. N. və başq. Bitkiçiliyin əsasları, Bakı, “Müəllim” nəşriyyatı,

2013, 302 s. П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с. Г. С. Посыпанов и др. «Растениеводства», М:, «Колос», 2006, ст. 611

YER FINDIĞININ (ARAXİS) XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ

BECƏRİLMƏ TEXNOLOGİYASI

Əhəmiyyəti. Yerfındığı qiymətli yağlı bitkidir. Onun toxumlarında 48-66%

yağ, 23-38% zülal vardır. Araxis yağı konserv sənayesi, marqarin alınmasında,

sabunbişirmə sənayesində və tibbidə istifadə olunur. Yağın emalından sonra jmıxın

100

tərkibində 45% zülal və 8% yağ olur. Gövdəsinin tərkibində 11-19% zülal vardır

və heyvandarlıqda yem kimi istifadə olunur. Paxlasının ümumi kütləsinin 30-35%-

i qədər cecəsi (paxlanın qabığı) çıxır ki, bu cecədən izolyasiya materialı hazırlan-

masında və yanacaq kimi istifadə edilir.

Araxisin vətəni cənubi (mərkəzi) Amerika olub oradan Filippin adalarına,

Yaponiya, Çin və Hindistana yayılmışdır. Avropaya XVI-cı əsrdə Çindən

gətirilmişdir. Ona görə də uzun müddət onu Çin qozu adlandırmışlar. Dünya

əkinçiliyi sistemində əkin sahəsi 18-22 milyon hektara yaxındır. Ən çox əkin

sahələri İndoneziya, Çin və Hindistandadır. Rusiyaya XIX əsrdə gətirilib. Ukrayna

Zaqafqaziya və Orta Asiya ölkələrində geniş becərilir. Dünya üzrə orta

məhsuldarlığı hektardan 10 sentnerə bərabərdir. Dəmyə şəraitdə 5-8 sent., suvarma

şəraitində isə 40-60 sentner məhsul verir.

Botaniki təsviri. Yerfındığı – Arachis paxlalı bitkilər fəsiləsinə mənsubdur.

Toxumlarında yağın miqdarı çox olduğuna görə yağlı bitkilər qrupuna daxil

edilmişdir.

Yerfındığının çoxillik və birillik olmaqla 15 növü müəyyən edilmişdir.

Yalnız mədəni yerfındığı – Arachis hypogeae L. adlanan növü becərilir. Qalan

növləri yabanı formada yayılmışdır. Mədəni yerfındığı alçaqboylu, kolşəkilli,

birillik otvari bitkidir. Kökü torpağın dərinliyinə 180-200 sm, ətrafa 140 sm-ə

qədər işləyir. Azot toplayan bakteriyalar ağır gilli torpaqlarda çox zəif olur,

yumşaq və yüngül torpaqlarda yaxşı inkişaf edirlər.

Gövdəsi 15-75 sm hündürlüyündə, çox şaxələnən, yer səthinə sərilən, yaxud

dik vəziyyətlidir. Yan budaqlarının əsası dairəvi, yuxarı hissəsi 4-5 üzlüdür.

Yarpağı cütlələkşəkillidir. Əsas saplağının sonu cüt yarpaqcıqla qurtarır. İki cüt,

iri, tamkənarlı, tərs, yaxud düzyumurta formalı, uzunsov-oval yarpaqcıqları

vardır. Yarpaqcıqların səthi mum təbəqəsi ilə örtülü olduğu üçün yaşıl parıltı

verir. Gövdəsinin, budaqlarının, yarpaq saplağının üzəri və yarpaqcıqların alt

tərəfi tüklüdür. Yarpaqaltlıqları xətvarı-lansetvarı, yarımay formalı, yarısına

qədər yarpaq saplağına bitişmiş, tam kənarlı, zəif, yaxud kəskin tüklü, yaşıl

101

rənglidir. Ancaq yerfındığının bəzi formaları antosian (qonuru qırmızı) rəngli

olur.

Çiçəkləri gövdənin aşağı mərtəbəsindəki yarpaq qoltuqlarında az çiçəkli,

qısa saplaqlı salxım təşkil edir. Çiçəyinin tacı sarı-narıncı rənglidir. Dişiciyinin

yumurtalığı biryuvalıdır, ancaq toxum tumurcuğunun sayı 2-7-yə qədərdir.

Yerfındığının gövdəsinin torpaqda qalan hissəsində də çiçək əmələ gəlir,

bunlar adi çiçəklərdən ləçək yarpaqlarının şəffaf, (rəngsiz) olması və şərait

olmadığı üçün açılmaması ilə fərqlənirlər. Öz-özünü tozlayan bitkidir. Yerüstü

çiçəkləri çarpaz da tozlanır. Vegetasiya ərzində bir bitkidə 2000 və daha çox

çiçək əmələ gəlir və hamısı meyvə vermə qabiliyyətinə malik olur. Ancaq gec

əmələ gələn çiçəklər məhsul yığımına bir neçə gün qalmış açıldığına görə yetişə

bilmirlər. Çiçək mayalandıqdan sonra dişiciyin yumurtalığının aşağı hissəsi

uzununa böyüyərək hinofor adlanan xırda boru şəklində xaricə çıxır. Hinofor

əvvəl yuxarıya doğru uzanır, sonra aşağı əyilərək torpağa daxil olur. Torpağın 8-

10 sm dərinliyində üfüqi vəziyyətdə yerləşir, böyüməsini dayandırır,

nəhayətində olan yumurtalıq inkişafını davam etdirərək meyvə (paxla) əmələ

gətirir. Torpağa daxil ola bilməyərək açıq havada qalan hinoforlar quruyaraq

məhv olurlar.

Yerfındığının meyvəsi silindirvarı, barama formalı, düz, yaxud bir-iki hissə-

sindən boğulmuş olur. Hər paxlada 1-7, əksər hallarda 2-3 toxum əmələ gəlir.

paxlanın qabığı boz rənglidir, üzəri az-çox dərəcədə torlu və uzununa

qabırğalıdır. 1000 ədəd paxlasının kütləsi 600-1500 qramdır.

Toxumları uzunsov-oval, yuvarlaq, toxum qılafı ağ, qırmızı və çəhrayı

rənglidir. Toxumlarının uzunluğu 1,0-1,8 sm, eni 0,8-1,0 sm, qalınlığı 0,5-1,0

sm olur. 1000 ədəd toxumun kütləsi xırda toxumlularda 200-500 qr, orta irilikdə

olanlarda 500-800 qr, iri toxumlarda isə 800-1200 qramdır.

Bioloji xüsusiyyətləri. Araxis istilik sevən bitkidir. Toxumları 12-14 0C

temperaturda cücərməyə başlayır. Cücərtilər –1-1,5 0C şaxtalarda məhv olur.

102

Bitkinin inkişafı üçün optimal temperaturun miqdarı 25-28 0C-dir. 12 0C-dən aşağı

temperaturda meyvə əmələ gəlmir. Suya ən çox çiçəkləmə fazasının

başlanğıcından paxlaların əmələ gəlməsinə qədər tələbkardır. Bu dövrdə nəmliyin

çatışmaması çiçəkləməni dayandırır, meyvə əmələgəlməsi azalır və məhsuldarlıq

aşağı düşür.

Araxis işıq sevən, qısa gün bitkidir. Vegetasiya müddəti 120-160 gündür.

Duzlu və bataqlaşmış torpaqlar araxis əkinləri üçün yararsızdır.

Növbəli əkində yeri. Növbəli əkində araxisi köküpöhrəli və kökümsovgövdəli

alaqlardan təmiz tarlalarda, cərgəarası becərilən qarğıdalıdan, payızlıq taxıllardan

və tərəvəz bitkilərindən sonra əkmək məsləhət görülür.

Gübrələnməsi. Bitki əkiləcək sahəyə hektara 10-15 ton peyin, 2-3 sentner

superfosfat və 1 sentner kalium gübrələri verilir. Toxumların rizotorfinlə

işlənilməsi vacibdir. Qida elementlərinə tələbkardır. Bir ton əsas və əlavə məhsulla

torpaqdan 62 kq azot, 11 kq fosfor və 40 kq kalium elementi aparır.

Torpağın əsas becərilməsi kövşən yerinin üzlənməsi və dondurma şumunun

qaldırılmasından ibarətdir. Kövşənlik 5-7 sm dərinlikdə üzlənir, aldadıcı suvarma

aparılır, sentyabr-oktyabr aylarında 25-30 sm dərinliyində şum qaldırılır. Qışda

dekabr-fevral aylarında şum arat edilir.

Toxumun səpinə hazırlanması. Araxis bitkisi həm təmiz halda, həm də

paxlası ilə birlikdə səpilir. Paxla ilə səpildikdə səpinə 5-7 gün tez başlamaq

lazımdır. Səpin üçün iri və ağır toxumlar götürülür. Səpindən qabaq toxumlar

mikroelementlərlə və rizotorfinlə işlənilir. Araxisi qarğıdalı yaxud pambıq səpən

aqreqatlarla səpmək olar.

Səpin müddəti, üsulu və norması. Araxisi qarğıdalı yaxud pambıq bitkiləri

eyni müddətdə səpmək mümkündür. Səpin torpaqda temperatur 13-15 0C olduqda

aparılır. Səpin 70 sm gencərgəli üsulla aparılır (suvarma şəraitində 70 x 10-15 sm,

dəmyədə isə 70 x 25-30 sm). Hektara 30-80 kq toxum işlənir. Toxum 6-8 sm

dərinliyində basdırılır. Hektarda optimal bitki sıxlığı 100-120 mindir.

Əkinə qulluq. Əkinə əsas qulluq işləri sahənin alaqlardan təmiz və rütubətli

saxlanmasıdır. Çıxışlar alınana qədər mala çəkilir. Vegetasiya müddətində hər 10-

103

15 gündən bir suvarılır. Bir qayda olaraq 2-3 yarpaq, qönçələmə-çiçəkləmə

fazalarının başlanğıcında və meyvə əmələ gəlməyə başladıqda suvarılır. Sonra isə

payıza qədər ayda 2 dəfə suvarılmalıdır.

Suvarmadan sonra torpaq cərgəarası becərən kultivatorlarla becərilib

yumşaldılmalıdır. 1-ci becərmə 10-12 sm, 2-ci 8-10 sm, 3-cü 6-8 sm dərinlikdə

aparılır. Mühüm qulluq işlərindən biri kolun üstünə torpaq tökülməsidir. Bitkiləri

əl ilə aralayır və kolun ortasına 3-5 sm qalınlığında yumşaq və rütubətli torpaq

tökülür. Torpaq tökülməsi məhsulu artırır və sağlam paxlalar alınır.

Məhsulun yığılması. Payızda temperatur 12 0C-dən aşağı düşdükdə məhsul

yığımına başlanılır. Yığım vaxtı paxlaların yaxşı dolması, nüvələrin bərkliyi,

paxlanın səthində gözə çarpan torun olması və ayrı-ayrı yarpaqların sarı rəng

almasıdır. Məhsul AP-70 markalı yerfındığı yığan maşınla və yaxud müasir

maşınlardan biri ilə toplanır. Maşın bitkiləri torpaqdan çıxararaq silkələyib

təmizləyir və cərgə ilə yerə düzür. Bir qədər quruduqdan sonra adi taxılyığan

kombaynla yığılıb döyülür.

Yığılmış paxla 40 0C-də 5-7 sm qatda sərilib qurudulmalıdır. Bəlimdən və

torpaqdan təmizlənmiş paxlalarda nəmlik 8%-dən çox olmamalıdır.

Yerüstü hissə (bəlim) tayaya vurularaq yem kimi istifadə edilməlidir.

MÖVZU: 11. EFİR YAĞLI BİTKİLƏR (KEŞNİŞ, NANƏ VƏ S.),

ONLARIN XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ YAYILMASI

Mühazirənin planı:

Xalq təsərrüfatı əhəmiyyəti və istifadəsi.

Tarixi, yayılması və məhsuldarlığı.

Botaniki təsviri və bioloji xüsusiyyətləri.

Тoxumun səpinə hazırlanması və səpini.

104

Qulluq işləri və yığımı.

Ədəbiyyat

1. Cəfərov M. İ., Quliyev R. M., Səfərov N.Ə. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı, «Maarif» 2000, 364 s.

2. Əliyev Ş. A. Tərəvəzçilik (II hissə). Bakı: 1997, 340 s. 3. Əliyev Ş. A. Tərəvəzçilik. Bakı: “Maarif”, 1988, 252 s.4. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.5. Məmmədov Q. Y., İsmayılov M. M.. Bitkiçilik, Bakı, 2012, 356 s.6. Алиев Ш. А. Овощеводство западных районов Азербайджанской ССР и

основные проблемы его развития: Дис. …док. с/х наук. Ленинград-Пушкин, 1975, 487 с.

7. Вавилов П. П. «Растениеводства»., Москва, 1986, 512 с.8. Вульф Е. В., Малеева О. Ф. Мировые ресурсы полезных растений,

(пищевые, кормовые, технические, лекарственные и др). Справочн. Л:. «Наука», 1969, с. 219.

9. Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 2006, ст. 498-506.

10.Посыпанов Г. С. и др. «Растениеводства», Москва, «Колос», 1997, ст. 389-397.

11.Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат, 1986, 287 с.

EFİR YAĞLI BİTKİLƏR (KEŞNİŞ, NANƏ VƏ S.), ONLARIN XALQ

TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ YAYILMASI

Efir yağlı bitkilər sənayenin ətriyyat, qida və s. sahələrini və tibb sahəsinin

xammalla təchiz edilməsi işində mühüm rol oynayırlar.

MDB məkanında 30 növə yaxın efir yağlı bitkilər yetişdirilir. Onların əkin

sahəsi 200 min hektardan artıqdır. Onlardan ən geniş yayılanlar keşniş, acı nanə

(istiot nanəsi), efiryağlı qızılgül, sürvə, lavanda, reyhan, cirə, zirə, və razyanadır.

KEŞNİŞ

105

Xalq təsərrüfatı əhəmiyyəti və istifadəsi. Keşniş ətirli səbzə tərəvəz bitki-

lərindən biri olub, müxtəlif növ xörəklərdə ədvə, dad, ətir verici kimi işlədilir.

Keşniş əsas efir yağlı bitki hesab edilir. O efir yağlı bitkilərin əkin sahəsinin 80 % -

ni təşkil etməklə, təbii efir yağlarının 60 - 80%-ni verir. Keşnişin meyvələrində 1,4

- 2,1 % efir yağı vardır. Keşniş meyvələrindən efir yağını su buxarı vasitəsilə

alırlar. Bu yağ rəngsiz və bəzən sarımtıl rəngli maye olub, xoşagələn ətirli iyə və

dada malikdir. Onun tərkibində 20-dən artıq komponent vardır ki, bunlardan da ən

əsasları linalool (60-80 %), heraniol (3-5 %), linalil asetat (5%-ə qədər) və s. dir.

Tərkibində 18-28 % piy şəkilli yağlardan sabunbişirmədə olein turşuları alınma-

sında və metallurgiyada istifadə edilir. Keşnişin tərkibində orta hesabla 67 mq %

С vitamini, 278 mq % A provitamini, toxumlarında 16 %-ə qədər zülal maddəsi

vardır. Bundan başqa keşniş yağının tərkibində 5%-ə qədər geraniol spirti və 20 %-

ə qədər terpen qruplu başqa ətirli maddələr də vardır. Keşnişin toxumları özünə

məxsus kəskin iyə malik olub limon ətrini xatırladır, Bu cəhətdən keşniş

toxumlarından çörək-bulka, qənnadı məmulatları, marinadlar, pendir, kolbasa

məmulatları, likyor və pivə istehsalında aromat vermək üçün geniş istifadə edilir.

Keşnişin toxumlarından alınmış efir yağını ətriyyat sənayesində istifadə edirlər.

Keşniş bitkisinin yarpaqları, zərif zoğu və toxumları insanlar tərəfindən nəinki

ərzaq, dad və ətirverici kimi, eyni zamanda bəzi xəstəliklərin müalicəsində geniş

istifadə edilir. Keşnişin şirəsi ilə ürək ağrıları və ürək sancmalarını müalicə edirlər.

Keşniş yağı və meyvəsi iştaha artırıcı dərman kimi keçmiş Sovet Dövlət

Farmakopeyasının X nəşrinə daxil edilmişdir. Yağından bir sıra Qalen preparat-

larının tərkibində, meyvələrindən isə müxtəlif yeyinti məhsullarına xoş iy verən

maddə kimi geniş istifadə edilir. Keşnişdən alınan şrot (cecə) heyvandarlıqda yaxşı

yem kimi istifadə olunur.

Tarixi, yayılması və məhsuldarlığı. Keşniş Aralıq dənizi Mənşəli qədim bitki

hesab olunur. Rusiyaya XIX əsrin əvvəllərində gətirilmiş və mərkəzi

quberniyalarda becərilməyə başlanmışdır. Hazırda keşniş əkinləri daha çox

106

Rusiyanın mərkəzi qaratorpaq zonasında, Şimali Qafqazda, orta Volqa boyunda və

Ukraynada yayılmışdır. Məhsuldarlığı 0,6 -1 ton/ha təşkil edir.

Botaniki təsviri və bioloji xüsusiyyətləri. Keşniş kərəviz (Apiaceae) (çətir-

çiçəklilər) fəsiləsinə mənsub olub, onun botaniki adı Coriandrum sativum-dur.

Birillik ot tipli bitki olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli

yarpaqları vardır. Keşniş bitkisi kök boğazı ətrafında bir-birinə yaxın sıx, lakin

növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec

yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı,

torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur.

Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli,

ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri

ilk önсə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında

yerləşən mürəkkəb çətir əmələ gətirir. Çiçək tacı çəhrayı rəngdədir. Ləçək yarpaq-

ları 5 ədəd, bir-birindən aralı olur. Ləçəkləri açıq-çəhrayı rəngli olanlar geniş

yayılmışdır. Dişiciyi iki yuvalı, aşağı yumurtalıqlıdır və hər yuvasında bir yumur-

tacığı olur. Toxumları kürəvi uzunsov-yumru formalı olub iki toxumcuqdan

ibarətdir. Toxumlarının diametri 2-7 mm arasında dəyişir və onların 1000 ədədi

4,5-7,0 q olur.

Çarpaz tozlanır. İkipaylı toxumdan ibarət meyvələri Avqust-Sentyabr aylarında

yetişir. Meyvələri yetişdikdə xoş ətirli iy verir.

Keşniş soyuğa davamlı kahı, ispanaq və acıtərəyə nisbətən istiliyə asan dözən,

uzun gün bitkisidir. Günün uzunluğuna və istiyə tələbkardır, lakin rozet yarpaqları

soyuğa davamlıdır. Qısa və sərin günlərdə rozet yarpaqları yaxşı böyüyür, yüksək

məhsul verir. Тoxum zoğu əmələ gətirmir və toxum vermir, ona görə də istifadə

müddəti uzanır. Rozet yarpaqları 3-5 irikəsimli yarpaqdan ibarətdir. Gövdə

yarpaqları çoxkəsimli, nazik, uzunsovdur. Səbzə kimi əsasən rozet yarpaqlarından

istifadə olunur.

Vegetasiya müddəti (kütləvi cücərmədən texniki yetişməyə qədər olan dövr)

səpin vaxtından asılı olaraq dəyişir və 35-40 gündən başlamış 50-60 günə qədər və

107

daha çox uzana bilir. Bu müddət həm də sortun xüsusiyyətindən asılıdır. Bitkilərin

normal böyüməsi üçün 17-25 0С temperatur tələb edir, Uzun müddət -2 °C və qısa

müddətdə -7 °C temperatura dözür. Soyuğa davamlı olmasına baxmayaraq istilikdə

özlərini qismən asan nizamlaya bilir. Lakin məhsuldarlıq aşağı düşür. Bəzi

bitkilərə nisbətən rütubətə xeyli tələbkardır. Onun transpirasiya əmsalı torpaq

tipindən asılı olaraq 500-700 arasında dəyişir, Torpaq və havanın nisbi rütubətliyi

75- 80%-dən az olmalıdır. Qida maddələrinə olduqca tələbkardır. Keşniş üçün

suyu özündən asan sızdıran torpaqlar daha əlverişlidir. Torpaq reaksiyası (pH)

neytrala yaxın olmalıdır.

Sortları: Pervomayski. Bu sortun kolunun hündürlüyü orta hesabla 50 sm-ə

kimidir, Gövdəsi düz durandır. Çox budaqlanan və orta dərəcədə yarpaqlanandır.

Gövdə və yarpaqları yaşıl rənglidir. Çiçəkləri açıq çəhrayı və çətiri sıxdır. Mərkəzi

çətirində orta hesabla toxumların sayı 30-a qədərdir, Toxumları olduqca iri, yumru-

kürəvi formalı və tutqun boz rənglidir. 1000 ədəd toxumun çəkisi 5-7 qramdır. Tez

yetişən sort olub, ərzaqlıq yetişkənliyinə kimi 40-50 gün, toxumların yetişməsinə

80 -100 gün vaxt tələb edir.

26 - B. Bu sortun kolunun hündürlüyü 60 sm-dək olub, gövdəsi düzduran və

zəif budaqlanandır. Gövdə və yarpaqları açıq yaşıl, çiçəkləri açıq çəhrayı rənglidir.

Çətiri olduqca sıx və mərkəzi çətirində 50 ədədə qədər toxum əmələ gətirir.

Toxumları xırda, yumru, kürəvi formalı, üzəri zəif qabırğalı, rəngi isə sarı-

bozumtuldur. 1000 ədəd toxumunun kütləsi 4,76 -6,96 qram arasında dəyişilir.

Orta yetişən sort olub ərzaqlıq yetişkənliyinə -dək 45-55 və fizioloji yetişkənliyinə

kimi 82-102 günədək vaxt tələb edir.

247-1. Bu sortun kolu yığcam olub, hündürlüyü 70 sm-ə kimidir, Gövdəsi

düzduran, zəif budaqlanan və kifayət qədər sıxdır. Gövdə və yarpaqları açıq yaşıl

rənglidir. Çiçəkləri açıq çəhrayı rənglidir. Çətiri olduqca sıxdır. Mərkəzi çətirində

toxumların sayı 55-ə kimi olur, Toxumları iri və yumru – kürəvi formalı, rəngi isə

açıq-bozumtul rənglidir, Orta hesabla 1000 ədəd toxumun kütləsi 6,4 qramdır. Orta

gecyetişən sortdur, Ərzaqlıq yetişkənliyinədək 73-80 gün, fizioloji yetişkənliyinə

kimi 84-105 gün vaxt tələb edir.

108

Yerli Gəncə. Bu sortun kolunun hündürlüyü 65 sm olur. Gövdəsi əsasən düz

duran və orta dərəcədə budaqlanandır. Gövdə və yarpaqlan tutqun-yaşıl rənglidir.

Qrup yarpaqları kök boğazından olduqca sıx əmələ gəlir, Rəngi tutqun qonuru

antosian piqmentliyə çalır. Qrup yarpaqları demək olar ki, torpaq səthində üfüqi

vəziyyətdə yerləşir, Yarpaq və saplaqları bir çox sortlara nisbətən qalın, ətirli, həm

də xoşagələn dada malikdir. Ərzaqlıq hissəsi olan saplaq, yarpaq və zəif zoğunu

biçdikdən sonra bir neçə gün təravətini itirmədən yaxşı qalır, Çiçəkləri cəzbedici

ağımtıl-çəhrayı rəngli və çətiri iri həm də sıx yerləşir. Mərkəzi çətirində toxumların

sayı 40-60 ədəd arasında dəyişir, Toxumları orta irilikdə olub, əsasən kürəvi

formalı və tutqun qəhvəyi-boz rəngə çalır. 1000 ədəd toxumun kütləsi 5,2- 6,5 q

olur. Ən tez yetişən sort olub, ərzaqlıq yetişkənliyinədək 35-45 gün, fizioloji

yetişkənliyinə kimi 60-90 gün vaxt tələb edir.

Torpağın seçilməsi. Səbzə tərəvəz bitkiləri torpağın münbitliyinə, münbit-

liyinə strukturuna çox tələbkar olduğundan, bitkiləri peyinlə (və ya digər üzvi

gübrə ilə) yaxşı gübrələnmiş və ya üzvi çürüntülərlə zəngin, yaşayış məntəqələrinə

yaxın alaqsız, su ilə təmin olunmuş və bərabər suvarıla bilən sahələrdə yerləşdir-

mək lazımdır. Baş soğan, sarımsaq, xiyar, kartof, paxlalı və bostan bitkiləri keşniş

bitkisi üçün ən yaxşı sələflərdir.

Torpağın hazırlanması. Keşniş səpiləcək torpaq sahəsi sələf bitkilərindən

azad olan kimi, bitki qalıqlarından təmizlənməli və üzləmə aparılmalıdır.

Üzləmədən 15-20 gün sonra hektara 25-30 ton peyin çürüntüsü, 300-350 kq

superfosfat, 100-150 kq kalium gübrəsi verilir və 25-30 sm dərinliyində dondurma

şumu aparılır. Тorpaq qatının qalınlığı imkan vermədikdə şumun dərinliyi onun

qalınlığına uyğunlaşdırılır. Erkən yazda tarlaya çıxmaq mümkün olan kimi sahə

dişli mala ilə malalanır və kultivatorla yumşaldılır. Payız-qış müddətində torpaq

çox sıxlaşmış olarsa, səpinqabağı ikiləmə aparılır. Sahə çox kəltənli olduqda

kultivasiyadan əvvəl və ya ikiləmədən sonra diskli mala ilə kəltənlər əzilməlidir.

Yay və payızda keşniş toxumunu səpmək üçün ayrılmış sahə sələfdən azad

olan kimi suvarılır, torpaq yetişdikdə (arat çıxan kimi) 25-30 sm dərinliyində

şumlanır. Sələf bitkisi altına peyin və fosfor gübrəsi verilməmişsə şum qabağı

109

hektara 25-30 ton peyin çüruntüsü, 300- 350 kq superfosfat və 100-150 kq kalium

gübrəsi verilir. Sələf bitkisi gübrələnmiş olduqda göstərilən miqdar 40-50%

azaldılır.

Hər iki səpin müddətində səpinqabağı hektara 1,5-2,0 sentner ammonium

şorası verilib, kultivatorla 10-12 sm dərinliyində torpağa qarışdırılır və sahə dişli

mala ilə malalanır.

Тoxumun səpinə hazırlanması və səpini. Səpin üçün ayrılmış toxumun

təsərrüfat yararlılığı hökmən müəyyənləşdirilməlidir. Cücərmə faizindən asılı

olaraq səpin normasına düzəliş-verilir və səpinə 10-15 gün qalmış qranozan və ya

ТMТD ilə quru halda dərmanlanır.

Kiçik sahələrdə keşniş əvvəlcədən hazırlanmış ləklərə əl ilə və ya əl toxumsə-

pənləri ilə cərgəvi üsulla səpilir. Geniş sahələrdə toxum traktora qoşulan səpici

maşınlarla 4-6 cərgəli lent üsulu ilə səpilir. Lentdə cərgəaraları

29 sm, lent araları isə 60-70 sm saxlanır.

İlboyu arası kəsilmədən məhsul almaq keşniş toxumu fevralın ikinci yarısı-

martın əvvəlindən başlayaraq oktyabrın axırınadək hər 10-15 gündən bir səpilir.

Erkən yazda məhsul almaq üçün keşniş toxumunu noyabrın ikinci yarısı və

dekabr ayında (qışqabağı) da səpmək olar.

Göstərilən səpin müddətləri respublikanın aran rayonlarına aiddir. Dağətəyi və

dağlıq rayonlarda keşnişin yaz səpini 15-25 gün gec, yay-payız səpini isə 10-12

gün tez aparılır.

Keşniş bitkisindən keyfiyyətli məhsul almaq üçün onun toxumlarının səpin

normasına riayət edilməlidir. Birinci sinif toxum keyfiyyətlərini nəzərdə tutmaqla

hektara səpin norması 12-16 kiloqramdır. Тoxumlar 1,5-2,0 sm dərinliyə

səpilməlidir.

Qulluq işləri. Keşniş əkinlərinə qulluq cərgəaralarında torpağın yumşaldıl-

masından, alaq otlarının təmizlənməsindən, suvarmadan və yemləmədən ibarətdir.

Cərgəaralarında torpaq yumşaldılmalıdır ki, torpaqda nəmlik saxlansın və su ilə

110

hava nisbətinin pozulmasına yol verilməsin. Yumşaltma hər dəfə suvarmadan və

güclü yağışlardan sonra aparılır.

Əkinlər bitkilərin tələbatına uyğun olaraq optimal nəmlikdə saxlanmalıdır.

Suvarmaq lazım gəldikdə lent aralarında şırımlar açılır (şırımaçanla) və lentlər

ləklərdə olduğu kimi suvarılır. Keşniş bitkiləri az su hopdurma üsulu ilə suvarıl-

malıdır. Bitkilər zəif böyüdükdə azotlu və kaliumlu gübrələrin qarışığı ilə yem-

ləmə aparılır. Kalium gübrəsi həmdə bitkilərin xəstəliklərə qarşı müqavimətini

artırır. Yemləmə məqsədilə hektara cərgəaralarına 200 kq ammonium şorası və 100

kq kalium gübrəsinin qarışığı verilir, torpaqla qarışdırılır və sahə suvarılır. Bu iş

məhsul yığımına azı 15-20 gün qalmış görülməlidir.

Yığım. Keşniş, bitkilərinin boyu 15-18 sm-ə çatdıqda məhsul yığımına

başlanmalı və çiçək zoğu əmələ gələnə qədər qurtarmalıdır. Bu bitkilər kök

boğazından bir qədər aşağıdan biçilir, torpaqdan və yararsız yarpaqlardan

təmizlənir, 200-250 q-lıq dəstələrə bağlanır. Səliqə ilə təmiz yeşiklərə və ya

kisələrə doldurularaq satışa göndərilir. Dəstə bağlayarkən ehtiyatlı olmaq lazımdır

ki, bitkilər əzilməsin.

Keşniş bitkisinin hektardan məhsuldarlığı orta hesabla 200-250 sen arasında

olur. Lakin, qranulometrik tərkibcə yüngül olan münbit torpaqlarda, vaxtında və

yaxşı qulluq edildikdə daha artıq məhsul görürmək olar. Bitkinin yerüstü hissəsi,

meyvəsi yetişən vaxt biçilib, dərz-dərz bağlandıqdan sonra açıq havada qurudulur.

Qurudulmuş hissələrin xırmanda döyülüb sovrulması nəticəsində meyvələr başqa

hissələrdən təmizlənib ayrılır və xüsusi kisələrə doldurulub tədarük məntəqələrinə

təhvil verilir.

ACI NANƏ ( İSTİOT NANƏSİ )

Əhəmiyyəti. Acı nanə (istiot nanəsi) həm qiymətli tərəvəz, həm də əhəmiyyətli

dərman bitkisidir. Onun tərəvəz kimi zərif zoğ və yarpaqlarından istifadə edirlər.

Nanənin körpə zoğ və yarpaqlarında 2-3%, çiçək qrupunda 6 %, gövdələrində 0,2 -

0,4% efir yağı olur ki, onun da 42-92% - ni mentol təşkil edir. Başqa maddələrlə

yanaşı onun yarpaqlarında xeyli askorbin turşusu, karotin və rutin vardır. Nanənin

111

zərif zoğ və yarpaqları təzə halda salat, həm də qurudulmuş halda müxtəlif

xörəklərin hazırlanmasında duza, turşuya qoyulmasında ədviyyə kimi istifadə

olunur. Ondan ətirli içkilər, qənnadı və ətriyyat məmulatları istehsal edilir.

Acı nanə həm elmi, һəm də xalq təbabətində geniş istifadə olunur. Belə ki,

ondan hazırlanan nanə arağı (nanə cövhəri) və spirt ekstraktı sancı, ürək

döyünməsi, ürək zəifliyi, iştahasızlıq, qusma və s. xəstəliklərə qarşı tətbiq edilir.

Qeyd etmək lazımdır ki, Abşeronda peyvənd üsulu ilə yetişdirilən hər iki növ

nanənin zərif, xoşagələn ətirli iyi vardır. Acı nanənin süfrəmizdə və xörəklərimizin

tərkibində ədviyyat tərəvəzi kimi geniş istifadə olunmasının çox mühüm müalicə

əhəmiyyəti vardır. Elmi əsasda öyrənilib müəyyən edilmişdir ki, acı nanənin

tərkibində bir sıra vacib üzvi maddələr vardır ki, onlar orqanizmdə maddələr

mübadiləsini normallaşdırır, mədə-bağırsaqda əmələ gələn spazmanı və köpməni

aradan qaldırır, həzm prosesinin fəaliyyətini artırır. Bundan əlavə, acı nanə böyrək

və sidik yollarını dezinfeksiya edir, qusmanı və ürəkbulanmanı dəf edir və ürək-

damar sisteminin fəaliyyətini artırır. Odur ki, acı nanədən xörəklərimizdə geniş

istifadə etmək son dərəcə faydalıdır.

Acı nanədən müasir təbabətdə bir sıra qiymətli müalicə preparatları hazırlanır.

Bu preparatlar ürək-damar sistemi xəstəliklərində, xroniki mədə-bağırsaq

xəstəliklərində, eləcə də böyrək və sidik yollarının iltihabında çox gözəl müalicəvi

təsir göstərir. Acı nanənin yağı validol, valokardin, Zelenin damcısı kimi vacib,

ürək xəstəliklərində çox işlənən dərmanların tərkibinə daxildir. Bundan əlavə acı

nanə yağından alınan mentol miqren xəstəliyinin müalicəsində çox faydalı

dərmandır. Azərbaycanda becərilən nanə bitkisindən daha geniş istifadə

olunmalıdır.

Tarixi, yayılması və məhsuldarlığı. Nanənin Azərbaycanda ümumiyyətlə 5

növünün olduğu göstərilir. Bunlardan 4- ü yabanıdır. Acı nanəyə isə dünyanın heç

bir yerində yabanı halda təsadüf olunmur. O mədəni bitki olub, orta əsrlərin

axırlarında ingilis botanikləri tərəfindən iki növ yabanı halda yayılan yarpız

nanəsini bir-birinə peyvənd etməklə yetişdirilmişdir. O tarixdən etibarən həmin bu

nanə “əkilən nanə” adını almış, xoşətirli iyinə və çox qiymətli kimyəvi tərkibinə

112

görə, əvvəlcə Avropa ölkələrinə, sonralar isə bütün dünya ölkələrinə yayılmış və

hazırda bir çox ölkələrdə geniş miqyasda becərilir. Acı nanənin vətəni İngiltərə

hesab edilir. Burada o XVI əsrdən becərilir. Rusiyaya 1887 ci ildə gətirilmiş,

sənaye üsulu ilə becərilməsinə isə 1892- ci ildən başlanmışdır. Hazırda Krasnodar

vilayətində onun əkin sahəsi 8 min hektara yaxındır. Hektardan quru kütlə

məhsuldarlığı 0,8-1,0 tondur. MDB-də əkilən nanə Ukraynada, Şimali Qafqazda,

Voronejdə və Belorusda sənaye əhəmiyyətli dərman bitkisi kimi geniş sahədə

becərilir.

Botaniki təsviri və bioloji xüsusiyyətləri. Nanə dalamaz (Lamiaceae) fəsilə-

sinə, nanə (Mentha), cinsinə acı nanə növünə (M. piperitta L.) daxildir. Hündür-

lüyü yarım metrə çatan qol-budaqlı çoxillik kökümsov gövdəli ot bitkisidir.

Kökümsov gövdələri torpaq altda çox şaxələnir və saçaqlı əlavə köklər verir. Kök

və kökümsov gövdənin əsas kütləsi torpağın üst 10-30 sm-lik qidalı qatında

yerləşir. Gövdələri sayca çox, düzduran, dördkünclü - lansetvari, səthi xırda

qırışıqlı, kənarları bütöv dilimli, rəngi açıq yaşıl, tünd yaşıl, bəzən bənövşəyi-yaşıl

olur. Qarşı-qarşıya düzülmüş, tünd-yaşıl rəngli yarpaqları vardır. Nəzəri cəlb edən

qırmızı-bənövşəyi rəngli xırda çiçəkləri gövdəsinin zirvəsində dəstə-dəstə

yerləşmişdir.

Çiçəkləri ikicinsli, çəhrayı və yasəməni rəngli olub boru şəkillidir. Çiçək qrupu

sünbülvari süpürgədir. Meyvəsi qutucuqdur. Toxumları xırda qəhvəyi rənglidir.

Nanə soyuğa davamlı, işığa orta tələbkar, uzun gün bitkisidir. Torpağın

münbitliyinə və rütubətinə tələbkardır. Yüngül, münbit və rütubətli torpaqlarda

yüksək məhsul verir. Acı nanənin bütün hissələri, xüsusən yerüstü hissəsi

xoşagələn ətirli iyə malikdir.

Acı nanənin bir çox növləri və çeşidləri vardır. Lakin onun iki növü bütün

dünyada məşhurdur. Onlardan birinə qara nanə, digərinə ağ və ya ingilis nanəsi

deyilir.

Qara nanənin gövdəsi və yarpaqlarının damarcıqları qırmızı-bənövşəyi rəngdə

olur. Buna baxmayaraq hər iki nanə xoşagələn zərif ətirli iyə və eyni kimyəvi

tərkibli efir yağına malikdir. Qara və ağ nanə ancaq peyvənd və ya çoxalma üsulu

113

(kök vasitəsilə) ilə yetişdirilir. Bu iki səbəbdən irəli gəlir: birinci, hər iki nanə çox

vaxt toxum yetişdirmir; ikinci, toxumlarından yetişən nanə isə öz nəslinə xas olan

ətirli iyə malik olmur. Bu çox qəribə olsa da həqiqətdir.

Acı nanə vegetasiyasında aşağıdakı inkişaf fazalarını keçirir: cücərtilərin əmələ

gəlməsi, tam cücərtilərin alınması, budaqlanma, qönçələmə, çiçəkləmənin

başlanğıcı və tam çiçəkləmə. Axırıncı faza texniki yetişkənliklə üst-üstə düşür.

Vegetasiya müddəti 80-100 gündür. Vegetasiyanın əvvəlində acı nanə yavaş

böyüyür. Budaqlanma fazasında böyümə sürətlənir, qönçələmədə maksimuma

çatır. Çiçəkləmə zamanı isə böyüməsi yavaşıyır.

Acı nanə istiliyə çox tələbkar deyildir. Yazda havanın temperaturu 3-5 0C

olduqda inkişafa başlayır. Onun böyüməsi üçün optimal temperatur 18-20 0C hesab

edilir. İsti yay aylarında budaqlanması zəifləyir və yağlılığı azalır. Kökləri -13 0C

şaxtaya dözür. Torpaqda temperatur 2-3 0C olduqda kökləri inkişafa başlayır.

İnkişafa başlamış köklərin şaxtaya davamlılığı azalır. Soyuqların qayıtması onların

məhvinə səbəb ola bilər. Acı nanənin cücərtiləri – 8 0C-yə dözə bilirlər.

Acı nanə işıqsevən, uzun gün bitkisidir. Bitkinin yarpaq səthi nə qədər çox

işıqlansa məhsuldarlıq və yağın tərkibindəki mentolun miqdarı bir o qədər çox

olar. Acı nanə nəmliyə də tələbkar bitkidir. Nəmlik normasının 80 % qədər

nəmliyin olması onun üçün optimal nəmlik hesab edilir. Torpağın münbitliyinə

tələbkardır. Yüngül, gillicəli, qumsal, münbit və rütubətli çaybasar torpaqlarında

yüksək məhsul verir. Qumlu, çınqıllı, ağır və bataqlaşmış torpaqlarda becərilməsi

məsləhət görülmür. Torpaq mühitinin optimal reaksiyası – pH 5-7 hesab olunur.

Əgər acı nanə hektardan 4, 36 ton yaşıl kütlə verərsə, o bu kütlə ilə torpaqdan 98,1

kq azot, 34,2 kq fosfor, 44,2 kq kalium aparır. Acı nanə altına vermək üçün azotun

nitrat forması, ammonium formasına nisbətən daha yaxşı hesab edilir.

Sortları. Respublikamızda tərəvəz məqsədi ilə yerli nanə sortlarından о

cümlədən Gəncə nanəsindən istifadə olunur. Tərkibində mentolu çox olan nanə

sortlarına Krasnodar - 2, Prilüks - 5, Yüksəkmentollu – 1, Kuban -6, Dərman -1və

s. daxildir. Sortlar bir-birindən kolunun yığcam və dağınıq olması, gövdəsinin

rəngi və hündürlüyü, yarpaqlarının rəngi, forması və səthinin düz yaxud qabırğalı

114

olması, tərkibindəki efir yağı, о cümlədən mentolun çox olması, gövdəsinin

zərifliyi və xoşa gələn dadı ilə fərqlənir.

Becərilmə texnologiyası və yığım. Növbəli əkində yeri. Nanə bir yerdə bir

neçə il becərilə bilər. Onun üçün ən yaxşı sələf payızlıq dənlilər, paxlalılar və

çoxillik otlar hesab edilir.

Gübrələnməsi. Əsas gübrə kimi hektara 20-60 ton peyin N45P45K45 dozasında

mineral gübrələrlə birlikdə yaxud da hektara 90-120 kq hesabı ilə azot, fosfor və

kalium gübrələri verilməlidir.

Torpağın hazırlanması. Payızda nanə əkən rayonlarda sələf bitkiləri

yığıldıqdan sonra torpaq 27-30 sm dərinlikdə şumlanıb malalanır və vərdənələnir.

Açıq cücərtilərin alınması üçün 1-2 yerüstü əməliyyat aparılır. Nanə əkilməzdən

qabaq torpaq kultivasiya edilir, mala çəkilir sonra isə əkinə başlanır. Yaz əkini

üçün torpaq payızdan hazırlanır. Dondurma şumu aparılır, yazda isə malalanır və

əkin qabağı kultivasiya (10-12 sm dərinlikdə) ilə birlikdə malalanma aparılır.

Əkinqabağı hektara 8 litr hesabı ilə treflan herbisidi verilir.

Əkin. Acı nanə demək olar ki, toxum əmələ gətirmir. Ona görə də onu

kökümsov gövdələri ilə və yaxud da şitilinin bölünməsi yolu ilə çoxaldılır.

Kökümsov gövdələr payızda xüsusi anaclıq plantasiyalarda 1-ci il üçün hazırlanır.

Onu KPM-2 maşını ilə qazıb çıxarırlar.

Sənaye texnologiyası ilə becərmədə təmizlənmiş xırdalanmış, müxtəlif uzun-

luqda olan kökümsov gövdələr kövşənlə birlikdə əkilir.

Yaz əkini üçün kökümsovlar 1,3-1,5 m enində ləklərdə saxlanılır. Onları 15-20

sm qalınlığında yığaraq üzərini sellofan və torpaqla (10-15 sm) örtüb üstünə 15-20

sm qalınlığında saman tökülür. Saxlama üçün optimal temperatur 1-3 0C hesab

edilir. Yazda ləklər açıldıqda əkin materialı seçilir. Sağlam kökümsovlar xırdalanır

və əkin yerinə göndərilir. Kökümsovların xırdalanması və əkinə hazırlanması işi

qısa müddətdə yerinə yetirilməlidir ki, onların qurumasına yol verilməsin. Əkin

materialını (şitilləri) keçən ilki plantasiyada bitkilərin hündürlüyü 8-12 sm-ə

çatdıqda hazırlayırlar. Onun özünün kökü və ana bitkinin kökündən kiçik bir

hissəsi olmalıdır. Əkin materialı ( şitillər) əllə çıxarılır. Şitillər hər 100 ədədi bir

115

dəstə olmaqla bağlanır, kökləri torpaqdan təmizlənir və əkmə yerinə göndərilir.

Ukraynanın Şimal rayonlarında nanəni tez-tez şaxta vurduğuna görə onu yazda

ilkin yazlıqlarla eyni vaxtda əkirlər. Moldovada, Krımda və Krasnodar vilayətində

ən yaxşı əkin müddəti payızın axırı (oktyabrın axırı, noyabrın əvvəli) hesab edilir.

Kökümsovları əl ilə və yaxud da şitiləkən maşının köməyi ilə 70 sm cərgəarası

olmaqla əkilir. Əl ilə əkində dibdolduran alətlə şırım açılır oraya bir və ya iki cərgə

şitil qoyulur və torpaqla örtülür. Mexanikləşdirilmiş əkin üçün isə KRN- 4,2

kultivatoruna xüsusi qurğu PP-6 qondarılmaqla ondan istifadə edilir. Hektara

kökümsov sərfi 1,2-1,5 tondur. Şitillər yazda 6-8, payızda isə 10-12 sm dərinliyə

basdırılır. Əkindən dərhal sonra sahə vərdənələnir.

Şitillər isə sahəyə SKN-6A markalı şitiləkənlə hektara 100-110 min bitki

olmaqla əkilir.

Əkinlərə birinci ili qulluq. Alaqları məhv etmək məqsədi ilə cücərtilər

alınmamışdan qabaq 2-3 dəfə malalama aparılır. Nanə əkinindən 3-6 gün sonra və

cücərtilərin alınmasına 5-6 gün qalmış herbisidlərdən üç xlorasetat natrium (11-17

kq/ha), prometrin (6-8 kq/ha), linuron (3-8 kq/ha) və başqa herbisidlər tətbiq edilir.

Cücərtilər alınandan sonra tam budaqlanma zamanı 2-3 dəfə cərgəarası becərmələr

və 1-2 dəfə alaqların əllə vurulması aparılır. Birinci kultivasiya 6-8 sm, ikinci 10-

12 sm, üçüncü isə 6-7 sm dərinlikdə yerinə yetirilir.

Yığımdan qabaq iri alaqlar və nanə sahəsini çirkləmədən qıvrım və göyümtül

nanələr məhv edilir.

Əkinlərə ikinci il qulluq. Acı nanə bir yerdə bir neçə il becərilə bilər. Zəif

çirklənmiş sahələr yığımdan 1 ay sonra N135P180K135 dozasında gübrələnir. Gübrələr

mala ilə torpağa basdırılır. Erkən yazda isə yuxarıda göstərilən herbisidlərlə

çilənmə və 1-2 dəfə cücərtilər alınmasından qabaq malalanma aparılır. Belə olduq-

da alınmış nanə cücərtiləri yaxşı inkişaf edir və alaqları üstələyir.

Güclü çirklənmiş sahələrdə isə ən yaxşı üsul sahənin təkrar şumlanmasıdır.

Təkrar şum payızın axırında torpaqda kifayət qədər nəmlik olduqda ön kotancıqlı,

diskli kəsici alətləri olan kotanla, sahənin eninə olmaqla, 16-18 sm dərinlikdə

aparılır. Kotanla eyni aqreqatda ağır mala olmalıdır. Təkrar şumdan əvvəl əsas şum

116

altına verilən normalarda üzvi və mineral gübrələr verilir. Qazılıb çıxarılmış

kökümsovlar təmizlənir və əkin üçün istifadə edilir. Sonra torpaq ağır, dişli

vərdənə ilə vərdənələnir. Erkən yazda torpaq cücərtilər alınana qədər və alındıqdan

sonra malalanır. Cücərtilər alınmasından 5-6 gün qabaq yuxarıda göstərilən

herbisidlər tətbiq edilir. Cücərtilər alındıqdan sonra buketləmə aparılır. Əvvəlki

cərgələrin eninə olmaqla yeni cərgələr açılır, 40 sm-lik kəsimlər, 20 sm-lik

buketlər əldə olunur. Sonra cərgəarası becərmələr və alaqların əllə vurulması

həyata keçirilir.

Nanəyə ən çox nanə mənənəsi, tor gənəciyi, nanə yarpaqyeyəni, nanə birəsi,

xəstəliklərdən isə pas, antraknoz, unlu şeh, və septorioz ziyan vurur. Onlarla

mübarizə məqsədi ilə aqrotexniki (növbəli əkinə əməl edilməsi, yüksək

aqrotexnika və s.) və kimyəvi tədbirlər həyata keçirilir. Pas xəstəliyinə qarşı 3-4

dəfə Bordo mayesi ilə çiləmə, unlu şehə qarşı isə kükürd tozu və yaxud kükürdlü

preparatlarla tozlama aparılır.

Nanə məhsulu bütövlükdə bitkinin yerüstü yaşıl hissəsi və ya quru yarpaqları

hesab edilir. Yığıma çiçəkləmə fazasında başlamalı və onu qısa müddətdə 7-10

günə başa çatdırmaq lazımdır. Nanə JBA-3,5 A markalı maşınla 6-8 sm

hündürlükdən biçilib sahəyə tökülür. Onların nəmliyi 30-45 %-ə endikdə yığılır və

işlənməyə göndərilir. Burada o havada quru-kütləsi alınana qədər qurudulur və

taxıl kombaynına xüsusi əlavələr edilməklə onlarda xırdalanır.

MÖVZU: 12. YEM ƏHƏMİYYƏTLİ TEXNİKİ BİTKİLƏR, AMARANT,

ONUN ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ

Mühazirənin planı:

Tərkibi və müalicəvi xüsusiyyətləri. Botaniki təsviri və bioloji xüsusiyyətləri. Amarantın yayılması.

117

Amarantın yem əhəmiyyəti. Amarantın səpini.

Ədəbiyyat

Cəfərov M. İ. və başq. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı, «Maarif» 2000, 364 s.

Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” , 2013, 184 s.

Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s. Musayeva T. H. Gəncə - Qazax bölgəsində amarant (Amaranthus L.)

növlərinin fizioloji-biokimyəvi xüsusiyyətləri. K/t elm. nam. … dis. avtoreferatı: Gəncə, 2001, 21 s.

Yusifov Ə. N. və başq. Bitkiçiliyin əsasları, Bakı, “Müəllim” nəşriyyatı, 2013, 302 s.

Г. С. Посыпанов и др. «Растениеводства», М:, «Колос», 2006, ст. 611 П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с. Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат,

1986, 287 с.

YEM ƏHƏMİYYƏTLİ TEXNİKİ BİTKİLƏR, AMARANT, ONUN

ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSİ

Tərkibi və müalicəvi xüsusiyyətləri. Amarant tərkibində şəkərin az, zülalın isə

çox olması ilə xarakterizə edilir. Onun tərkibində makroelementlərdən K (1,2 %),

Ca (2,5% ) P (0,2%), mikroelementlərdən Si (0,8%) və Mg (1,1%) toplana bilir.

Tərkibində həmçinin biogen elementlər hesab olunan bor, dəmir, manqan, titan və

sink kimi elementlər də vardır. Hüceyrəsində 14 % öz maddəsi, 18 %, protein, 18 %

şəkər vardır. Amarantın bəzi növlərinin tərkibində 3 %-ə qədər rutin və ya P

vitamini vardır ki, bunlardan da askorutin, flakorbin və s. alınmasında istifadə

olunur. Həmçinin tərkibində pektin maddəsi də vardır.

Amarant toxumlarının qidalılıq dəyəri tərkibində zülal çox olduğu üçün priotet

qida bitkilərindən üstündür. Həmin zülallar aminturşuları ilə yaxşı balanslaşmış

118

vəziyyətdədir. Dənində 8 % - ə qədər yağ, 10 %-ə qədər skvalen aşkar olunmuşdur.

Skvalen kosmetik vasitələrin əsas komponenti hesab olunur və texnikada işlədilir.

Yarpaqlarında qida və müalicəvi vasitə hesab olunan nişasta, C, E, A

vitaminləri, piqmentlər, pektinlər və mikroelementlər vardır. Tərkibindəki qida

maddələrinin miqdarına görə tərəvəz kimi istifadə olunan amarantın göstəriciləri

ispanağa uyğundur, lakin zülalı ondan çoxdur. Maraqlı faktdır ki, Hindistan, Afrika

və Asiya ölkələri əhalisinin istifadə etdiyi bitki zülalının 50 % -ini amarant zülalı

təşkil edir. Qiymətli xüsusiyyətlərinə görə qənnadı istehsalçıları hələ 1930-cu

illərdə amarant toxumlarından əla pryanik, piroq, peçenye istehsal etmişlər.

Amarant mədə - bağırsaq, öskürək, baş ağrısı, sarılıq, kolit qəbizlik və s.

xəstəliklərin müalicəsində də istifadə edilir.

Amarant yağı (skvalen) dəri hüceyrələrini dağılmaqdan güclü mühafizə edir.

Ona görə də kosmetikada geniş tətbiq olunur.

Amarant zülalı insanların qidasına daxil edildikdə tam qiymətli, balanslaş-

dırılmış amin turşuları tərkibi yaradır. O insanların qidasında vitaminlər, mikroele-

mentlər və zülal çatışmazlığı zamanı qəbul edilən tərəvəz bitkisidir. Ona görə də

amarant yarpaqları geniş istifadə olunur. Ondan salat, şorba, qarnir və s. hazırlanır.

Amarantın yaşıl yarpaqları müxtəlif məhsullara zülal qatqısı kimi yararlıdır.

Amarantın qurudulmuş yarpaqları da istifadə edilir. Qurutmaq üçün ancaq

cavan yarpaqlar (uzunluğu 20 sm) yığılır, 20 sm-lik topalarla sərilərək təbii yolla

kölgədə qurudulur. Ondan şorbalara qatmaq, konserv bağlamaq, desert yeməklər və

s. hazırlanmasında istifadə edilir.

Amarant yarpaqlarından və toxumlarından ən çox yemək hazırlanması reseptləri

(nüsxələri) Argentina xalqlarına mənsubdur.

Amarantın körpə cücərtiləri onkoloji xəstəliklərin müalicəsində məsləhət

görülür. Xalq təbabətində o, amarantın, rutin, karationoidlər və s. bioloji aktiv

maddələrin mənbəyi kimi də qiymətləndirilir. Amarantın toxumları səpildikdən 4-5

həftə sonra cücərti verir. Qrunt suları səthə yaxın olmayan sahələrdə amarant il

boyu məhsul verir. Onu quraq isti və duzlu torpaqlarda da becərmək olar.

119

Botaniki təsviri. Amarant Chenopodiaseae (tərəçiçəklilər unluca) fəsiləsinə

(bəzi müəlliflərə görə amarant fəsiləsinə) daxil olan birillik, bir evli bitkidir.

Dünyada 65 cinsi və 900-ə yaxın növü məlumdur. Rusiyada başqa bir adi “qızıl

pencər”- dir və 17 növü (bəzi müəlliflərə görə 55-65 növü ) vardır. Azərbaycanda

isə amarantın yabanı halda bitən 6 növünün olduğu göstərilir.

E. V. Vulf isə onun 7 növünün olduğunu göstərir.

1. Jiminda amarantı (Amaranthus blitum L. ), 2. Quyruqlu amarant (A.

caudafusi L), 3. Şübhəli amarant (A. dubius Mart.), 4. Manteqissa amarantı ( A.

mantegazrianus Passerini) 5. Süpürgəvari amarant ( A. paniculatus L.) 6. Tikanlı

amarant (A. sipinosus L.) 7. Üçrəngli amarant (A. tricolor L.)

Amarantın bəzi növləri (A. retroflexus, A. blitum və b.) alaq kimi geniş

yayılmışdır. A. cauetatus, A. paniculatus və b. növləri qədimi dənli bitkilər hesab

olunur və bir çox ölkələrdə bu məqsədlə də becərilir. Şərqi Asya ölkələrində A.

gangeticus, A. mangostanus və b. növləri tərəvəz bitkisi kimi becərilir. A.

caudatus, A. hupochondiriakus növləri isə yaraşıqlı yarpaqları olduğu üçün

dekorativ bitkilər kimi əkilir.

Amarantın 4 növü dekorativ bitki kimi becərilir. Onlardan üçü çiçəkli dekorativ

hesab olunur: 1. Süpürgəli amarant (A. paniculatus). 2. Dərdli amarant (A.

hupochondriacus) və 3. Quyruqlu amarant (A. caudatus). Bir növ amarant isə

yarpaqlarına görə dekorativ hesab olunur. Bu üçrəngli amarantdır (A. tricolor).

Amarant sözü yunan sözlərindən əmələ gəlmişdir. A - inkar şəkilçisi,

“marayno” solmaq, saralmaq, “antxos” isə çiçək deməkdir. Yəni amarant

“solmayan çiçək” mənasını verir.

Hündürlüyü 2-3 m-ə qədər çatır. Gövdəsinin diametri 8-10 sm, bir bitkinin orta

kütləsi 3-5 kq ( bəzən 30 kq) olur. Yarpaqları iridir. Uzunsov - ellips şəkilli, sap-

laqlı, əsasında pazşəkilli, yuxarıda isə itidir. Çiçək qrupu qalın (gur) süpürgə şəkilli,

1,5 m-ə qədər uzunluqda müxtəlif formalarda sıxdır. Toxumları, xırda, ağ, çəhrayı,

qəhvəyi və qara rəngli, parlaqdır. 1000 toxumunun kütləsi 0,6 - 0,9 qr-dır. Bir

süpürgəsində 0,5 kq-a qədər toxum olur. Toxumları 8-10 ilə yaxın cücərmə

qabiliyyətini saxlayır. Bitkinin bütövlükdə yarpaq səthi indeksi 6-10 - a bərabərdir.

120

Bir bitki üzərində 500-1000 ədəd yarpaq yerləşir. 1 m2 torpaqda olan yarpaqlar bir

neçə yarusda yerləşir. Ona görə də ümumi yarpaq sahəsi 6-10 dəfə böyük olur.

Amarant C4 tipli bitki qrupuna daxil olmaqla yüksək fotosintetik qabiliyyətə

malikdir. Bu qabiliyyət ona hektardan 2000 sentnerə qədər fitokütlə (yaşıl kütlə)

toplamağa imkan verir.

Bioloji xüsusiyyətləri. Süpürgələmə fazasında sutkalıq boyverməsi 4-6 sm

olub, vegetasiya müddəti 85-150, kövşən yerinə səpində isə 80 gündür. Cücərtiləri

səpindən 4-5 gün sonra torpaq səthinə çıxsa da bu dövrdə boyverməsi zəifdir; 20-30

sm hündürlükdə olandan sonra çox sürətlə boy verir. Тoxumu qoz tamı verməklə,

İyulun axırı Sentyabr ərəfəsində yetişir. Amarant çuğundur tarlalarının ən qəddar

alağıdır; ağ amarant cənub rayonlarında geniş yayılmaqla, torpağı hədsiz dərəcədə

qurudur; ağ amarant bir hektar sahəyə 1,5-3 milyard toxum tökür.

Yayılması. Amarantın vətəni mərkəzi və cənubi Amerikadır. Amarant 8 min il

Cənubi Amerika və Meksika da paxlalı bitkilər və qarğıdalı ilə yanaşı əsas dənli

bitki hesab edilmişdir. O yerli əhali olan Asteklərin “buğdası” inklərin “çörəyi”

hesab olunurdu. İspanlar Amerikanı kəşf edəndən sonra bu bitki unuduldu. Asiyada

isə amarant Hindistanın, Pakistanın, Nepalın və Çinin dağ tayfalarının əsas dənli və

tərəvəz bitkisidir.

Rusiyada amarant XIX əsrdə peyda olmuş və alaq bitkisi kimi qəbul edilmişdir.

Hazırda Amerikada, Avropada, Asyada və Afrikada becərilir. Seleksiyaçılar hər bir

konkret iqlim şəraitinə uyğun olan amarant sortları yetişdirmişlər. Yeni yaradılmış

amarantların məhsuldarlığı qat-qat artıqdır.

Amarant qurudulduqda öz formasını 3-4 ay saxlaya bilir. Onu tez-tez qışda

istifadə üçün qurudurlar. Ona görə də amaranta “ insanların qış dostu” adı da

verilmişdir.

Yem əhəmiyyəti. Amarant əhəmiyyətli yem bitkisidir. Bir çox növləri dən,

yaşıl kütlə və silos hazırlamaq üçün istifadə edilir. Dəni ev quşları üçün qiymətli

yemdir. İri buynuzlu mal-qara və donuzlar onun yaşıl kütləsini və silosunu həvəslə

yeyirlər. Amarantda hazırlanmış silos alma iyi verir. 1930-cu illərin əvvəllərində

donuzçuluq təsərrüfatında amarantdan yem kimi istifadə etməyə başlayırlar; donuz

121

bu nəhəng bitkini kökünə kimi yeyir. Bu bitki olanda donuzlar noxudla vələmirin

qarışığı olan yemdən belə imtina edirlər. Biokimyaçılar donuzun bu yemə olan

həvəsinin “sirrini” açmağa başlayaraq, öyrənmişlər ki, amarantda çöl noxudu və

vələmirdən ikiqat az sellüloz olduğundan onun yemi zərif və ləzzətlidir. Sonra

müəyyən etmişlərki, burada iş təkcə sellülozun zərifliyindən getmir, donuz bu

bitkinin yaşıl kütləsi ilə bərabər toxumunu da yeyir. Toxumunda buğda, çovdar,

qarğıdalı və qarabaşaqdakından çox zülal vardır. Bundan başqa amarant zülalında

lizinin miqdarı vələmirdəki qədərdir. Digər taxıllarda bu qədər lizin yoxdur.

Amarant toxumunda yağ faizi buğdadan üç dəfə, qarğıdalıdan isə iki dəfə çoxdur.

Lizinlə zənginliyinə görə amarant bu gün də alimlərin diqqət mərkəzindədir.

Niyə başqa bitkilərdə bu qədər lizin yoxdur? Alimlər hələlik bu sirri aça

bilməyiblər.

Amarant zülalı ideal zülala yaxın tərkibli zülaldır. Buğda zülalı idealdan çox-

çox uzaqdadır. Soya zülalı da ideala çatmayır.

Yeni elmi işlər göstərir ki, amarant böyük faydalı iş əmsalına malikdir. Beləki,

bu bitkinin yaşıl kütlə əmələ gətirmə əmsalının intensivliyi bu əlamətə görə

birincilər sırasında duran şəkər qamışı, sorqo, qarğıdalı qədərdir. Seleksiyası və

becərilmə texnologiyasının mexanikləşdirilməsində bir çox çətinlikləri vardır.

Səpini. Amarantın səpin norması 500 - 800 qram/ha-dır. Səpin sxemi 60-40 sm

x 25-30 sm-dir. Тoxumun səpin dərinliyi 1-2 sm olur. Amarant 3 dəfə biçilir və

hektardan 200-400 tona qədər yaşıl kütlə (üç biçində cəmi), 50-60 sen. toxum

məhsulu verir.

Bu bitki barədə aparılan son elmi işlərdən məlum olur ki, amarant çox dəyərli

bir bitkidir. “XXI əsrin çörəyi”, qiymətli texniki və hədsiz məhsuldar yem

bitkisidir, bir sözlə universal bitki sayılır. 400 ilə yaxın müddətdə gərəksiz bir bitki

sayılan amarant, indi XXI əsrin ən böyük maraq kəsb edən bitkisinə çevrilmişdir.

MÖVZU: 13. TOPİNAMBURUN ( YERARMUDU)

XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ ÜSULLARI

122

Mühazirənin planı:

Xalq təsərrüfatı əhəmiyyəti. Tarixi, yayılması və məhsuldarlığı. Botaniki təsviri və bioloji xüsusiyyətləri. Torpağın becərilməsi və gübrələmə sistemi. Əkinə qulluq işləri və məhsulun yığılması. Sort və hibridləri. Yem əhəmiyyəti.

Ədəbiyyat

Hümbətov H. S., Məmmədov V. Ə., Qəbilov M. Y. Şəkərli və nişastalı bitkilər, Bakı: “Elm və təhsil” nəşr. 2014, 328 s.

Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s. Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri.

Bakı, 2013, 152 s. Qəbilov M. Y. Yeralması (topinambur) bitkisinin öyrənilmə tarixi və coğrafi

yayılması // Azərbaycan Aqrar Elmi. 1998, № 3-4 (170) s. 46. Qəbilov M. Y. Yerarmudunun (Helianthus tuberosus L.) bioekoloji

xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti. Biol. elm. nam.. dis. Gəncə, 2008, 141 s.

Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s. Ализаде А. В., Габилов М.Ю. Влияние способа посадки Топинамбура

(Helianthus tuberosus L.) на урожай клубней / Kür vadisinin ekoloji problemləri AZ.AEİ-nin elmi əsərləri I buraxılış Bakı, 1996, c 22.

Г. С. Посыпанов и др. «Растениеводства», М:, «Колос», 2006, ст. 611 П. П. Вавилов «Растениеводства»., Москва, 1986, 512 с. Технические культуры / Под р. Я. В. Губанова М.:, Агропромиздат,

1986, 287 с.

TOPİNAMBURUN ( YERARMUDU) XALQ TƏSƏRRÜFATI

ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏ ÜSULLARI

123

Xalq təsərrüfatı əhəmiyyəti. Yerarmudu əsasən texniki məqsədlər üçün

becərilir. Köküyumrularında quru maddəyə görə 30-40 % inulin vardır. Hidroliz

zamanı inulindən fruktoza alınır. Kök yumrularından spirt, pivə, şərab, çaxır

sirkəsi, yem droju (maya) və s. məhsullar alınır. Heyvanlar üçün kökümeyvələri və

yaşıl kütləsi yaxşı yemdir. Gövdə və yarpaqlarında çoxlu vitaminlər var.

Proteinin tərkibində bütün əvəzsiz amin turşuları var. Yaşıl kütləsində

əhəmiyyətli dərəcədə inulin olduğundan heyvan orqanizmində mədə şirəsinin

təsirin-dən asan həzm olunan fruktozaya çevrilir. Yaşıl kütləsi ilə təzə halda

heyvanları yemləndirmək olar. Yaşıl kütləsinin hər sentnerində 20-25 yem vahidi

vardır. Budaq-larında 25-30 % şəkər olur.

Silosunun hər sentnerində 18-25 yem vahidi var. Yumrular B qrupu vitaminləri

ilə zəngindir. Yumrular bişmiş, pörtmüş və çiy halda istifadə oluna bilər. Yumrular

həm də dərman əhəmiyyətlidir. Şəkərli diabet və başqa xəstəliklərin müalicəsində

istifadə edilir.

Tarixi, yayılması və məhsuldarlığı. Fəsilənin nümayəndələri kosmopolit

olaraq əsasən mülayim və subtropik iqlim zonasında daha çox yayılmışdır. Yabanı

halda yerarmudu bitkisi Şimali Amerikanın gilli torpaqlarında xüsusi ilə çay və

yollar ətrafında geniş yayılmışdır. Kolumellin işləri yerarmudu bitkisi haqqında ilk

yazılı mənbə kimi qiymətləndirilir. Lakin Linney səhv olaraq bitkinin Braziliya

ərazisində mənşə tapdığını göstərmişdir. Bu səhvi Dekandol da təkrar etmiş

yerarmudunun vətənin Braziliya və Peru olduğunu göstərmişdir.

Yerarmudunun mənşəyi haqqında ən düzgün elmi məlumatı Amerika botaniki

Aza Qrey vermişdir. O ilk dəfə olaraq yabanı və mədəni yerarmudunu ayrı -

ayrılıqda botaniki fərqlərini göstərməklə onların təsvirlərini vermişdir. Ona

göndərilən bitkinin botaniki xüsusiyyətlərini təsvir edərək belə nəticəyə gəlmişdir

ki, o heçdə bir çox alimlərin təsdiq etdikləri mədəni halda becərilən yerarmudu

yox, Şimali Amerikanın soyuq iqlim zonalarında yabanı halda yayılan doronikoid

topinambur (H. doronijoides L.) növüdür. A. Qrey bu bitkinin mənşəyi ilə bağlı

124

özünə qədər ki, bütün yanlışlığa son qoyaraq göstərdi ki, yerarmudu bitkisi Şimali

Amerikanın cənub ərazisində mənşə tapmışdır.

Yerarmudu (XVII əsrin 30-cu illərində İtaliya, Hollandiya və sonra İngiltərə

ərazisində becərilməyə başlamışdır. Şirin və müalicəvi əhəmiyyətli olması onun

Avropada çox sürətlə yayılmasına səbəb oldu. Yerarmudu bitkisini XVII əsrin 50-

60-cı illərindən İngilislər dərman bitkisi kimi becərirlər. Sonralar yerarmudu

(XVIII əsrdə) Şərq ölkələrinə gətirilib çıxarılmışdır. Belə bir fikir var ki,

yerarmudu Fransadan Almaniyaya oradan Çinə və nəhayət Qazaxıstana

gətirilmişdir. Qazax xalqı yerarmuduna «çin kartofu» deyir.

Şimali Asetiya, Kabardin və şimali Qafqazın digər rayonlarının sakinləri

topinamburu qida kimi 150 il bundan əvvəl istifadə edirdilər. Davidoviç S. S.

hesab edir ki, topinambur bitkisi Qafqaza, Avropanın Türkiyə və Bolqariya

regionlarından tez gəlmişdir. Bundan əlavə Polşada, Macarıstanda, Skandinaviya

ölkələrində, İngiltərə, Amerika və s. yerlərdə becərilir.

Aparılmış etnobotanik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki,

Azərbaycana yerarmudunun gəlməsi 2 yolla olmuşdur:

1) Almanlar və rusların Azərbaycana sürgün edildiyi vaxt onlar özləri ilə

yerarmudu yumruları gətirmiş onlardan bəzək bağçılığında və qida kimi istifadə

etmişlər. Hazırda yerarmudunun yabanlaşmış formalarına Almanlar və ruslar

yaşamış ərazilərdə daha çox rast gəlinir.

2) 1930-cu illərdə Stavropol vilayətindən yerarmudunun əkin materialı

Azərbaycana gətirilərək respublikanın müxtəlif botaniki – coğrafi ərazilərində

becərilməyə başlanılmışdır. Bakı şəhərində Azərbaycan Botanika İnstitutunun

Nəbatat bağında 30-40 -cı illərdə M. Ə. Rəhimov tərəfindən gətirilmiş, yerarmudu

bitkisinin becərilməsi və öyrənilməsi üçün böyük əmək sərf edilmişdir.

Dünya əkinçiliyində yerarmudu hektardan 500-600 sentner yaşıl kütlə verir.

Bəzən 1000-1200 sentnerə də rast gəlinir. Qafqaz və orta Asyada yaşıl kütlə

məhsuldarlığı orta hesabla 200-1000 sent., köküyumru məhsuldarlığı isə 200-1300

s/ha - dır. Sibir və uzaq Şərqdə yaşıl kütlə məhsuldarlığı 300-1400 s/ha,

köküyumru məhsuldarlığı isə 90-200 s/ha təşkil edir.

125

Botaniki təsviri. Yerarmudu (Helinathus tuberosus L. Helianthus mollissimus

E Wats.) mürəkkəbçiçəklilər (astra) (Asteraceae) fəsiləsinə mənsub olan çoxillik

bitkidir. Bu bitkinin botaniki təsviri ilk dəfə təbiətşünas alim K. Linney (Sp. pl.:

1753, s. 905) tərəfindən verilmişdir. Helianthus cinsinin 100-dən çox növ

müxtəlifliyi içərisində yalnız 2- si - Helianthus annuus L. (günəbaxan) və

Helianthus tuberosus (yerarmudu) təsərrüfat əhəmiyyətinə malikdir.

Botanik Kokkerl Şimali Amerikanın müxtəlif ştatlarında yabanı halda yayılan

Helianthus tuberosus bitkisinin 7 növ müxtəlifliyini aşkar edib, onların botaniki

təsvirini vermişdir.Bunlar aşağılakılardır:

1. Var. tupicjus Cock. – gövdəsi çox sayda budaqlanandır, yan budaqların

üzərində çoxlu çiçək səbətcikləri yerləşmişdir.

2. Var. alexandri Cock. – bunu başqalarından fərqləndirən kök yumruların

sancaq formasında olmasıdır.

3. Var. nebrascensis Cock. – az budaqlanan, tezyetişən və parıldayan

yarpaqlardan ibarətdir.

4. Var. purpurellus Cock. – yarpaqları saplaqlı, tünd rəngli qısa qanadvaridir.

Kök yumruları xırdadır.

5. Var. fusiformis Cock. – yarpaqlar əsas hissədə pazvari, kök yumruları iri,

çəhrayı rəngli, azca iyvaridir.

6. Var. albus Cock. – gövdəsi nazik, az budaqlanan, yarpaq saplağı enli

qanadvari, kökyumrusu iri dairəvi olub, yer altında topa halında yerləşmişdir. Kök

yumrularının xarici qabığı ağımtıldır. Bu bitkinin kök yumruları qədim Hind

xalqlarının əsas qidasını təşkil etmişdir.

7. Var. puppureus Cock. – kök yumrusu iri, çəhrayı – bənövşəyi rəngli olub,

mədəni halda geniş sürətdə qida bitkisi kimi əkilib becərilir.

Yerüstü orqanların quruluşuna görə yerarmudu (Helianthus) cinsinin digər

nümayəndəsi olan günəbaxan bitkisinə oxşayır. Yarpaqlarının bir qədər xırda

olması, gövdənin daha çox budaqlanması, və çiçək qrupunun (səbətinin) xırda

olması ilə günəbaxandan fərqlənir.

126

Onun gövdəsi düz duran, yaxşı budaqlanan, yarpaqla sıx örtülü, yaşıl və yaxud

zəif bənövşəyi rəngli, hündürlüyü 2-4,5 m-ə çatır. Bir yumrudan 1-5-ə qədər zoğ

çıxır. Yarpaqları müxtəlif formada yumurtavari, uzanmış yumurtavari və ya enli

yumurtavari olur. Yarpaqları saplaqlıdır, iridir, yumurta şəkillidir, uc tərəfdən

itidir, kənarları iri dişli çıxıntılarla nəhayətlənir. Cücərmə fazasında yarpaqlar rozet

əmələ gətirir. Qönçələmə fazasında isə gövdənin aşağı hissəsindəki yarpaqlar

qarşı-qarşıya gövdənin orta və yuxarı hissəsində isə növbəli düzülürlər.

Topinamburun çiçəyi səbət tiplidir, ancaq günəbaxanın səbətindən bir qədər

kiçikdir, diametri 1,3-8 sm-dir. Çiçək qrupu əsas və yan budaqların uclarında

yerləşir. Əmələ gələn çiçəklərin sayı budaqlanma dərəcəsindən bir başa asılı

olaraq 1-dən-50-yə qədər dəyişə bilər. Çiçəklər külək və həşəratlar vasitəsi ilə

çarpaz tozlanır.

Meyvəsi toxumcadır və xırdadır. 1000 ədəd toxumun orta çəkisi 7-10 qramdır.

Toxumla çoxalma əsasən effektsizdir, lakin seleksiya məqsədi üçün və isti iqlim

şəraitində toxumla çoxaltmadan istifadə olunur. Toxumlar cücərdilərkən kök

birinci ili mil kök tipli olur. Kökün yer altında dərinliyə və yanlara inkişafı əsasən

torpaq tipindən asılıdır. Kök 2 metr dərinliyə kimi hərəkət edə bilir. Kök bitkinin

ümumi kütləsinin 8-10 %-ni təşkil edir.

Budaqlanma yeraltı və yerüstü tipli olur. Yerüstü budaqlanma akropetal (yəni

aşağı qarşı-qarşıya düzülmüş yarpaqların qoltuğunda) və baziopetal tipli (yuxarı

növbəli düzülən yarpaqların qoltuğundan) olur. Gövdənin yeraltı hissələrində 3-cü,

4-cü buğumaralarında stolon əmələ gəlir. Stolonların ölçüsü və çəkisi sortlardan və

becərilmə şəraitindən asılı olaraq müxtəlif ölçü və çəkidə olur.

Kök yumrusu armudvarı, uzunsov, hamar, kələ-kötür, ümumiyyətlə qeyri

müəyyən formalarda, stolonların rəngi isə açıq-sarı, qəhvəyi, bənövşəyi ola bilir.

Kartof yumrusundan fərqli olaraq stolonlarda gözlər bir qədər qabarıq olur. Bir

bitki kolunda təqribən 30-50-ə qədər kök yumrusu olur. Yabanılaşmış növlərdə

kök yumruları xırda, ancaq sayca çox olur. Topinamburun kök yumrularının

127

üzərində periderm qatı nazik və zərif olduğuna görə onun adi şəraitdə saxlanılması

çətinliklər törədir.

Bioloji xüsusiyyətləri. Helianthus tuberosus L. növündə kök yumrularının

əmələ gəlməsi gün uzunluğundan bir başa asılıdır. Beləki, topinambur uzun gün

bitkisi sayılır.

Hər il yerüstü kütlə vegetasiyanın sonunda məhv olur. Tərkibində polisaxarid

inulin və digər şəkərli maddələr olan yumrular isə qışa dözürlər. Yazda hər bir

yumrudan 3-ə qədər budaq əmələ gələrək kol təşkil edirlər. Tumurcuqlar torpaqda

5-6 0C temperaturda cücərməyə başlayırlar. 8-10 0C- də yaxşı cücərti verir və 3-4

həftədən sonra çıxışlar alınır. Yumrular əmələ gəlməzdən qabaq gövdənin

böyüməsi sürətlənir. Gövdənin maksimum inkişafı iyul-avqust aylarında müşahidə

edilir. Məhsul əsasən sentyabr-oktyabr aylarında formalaşır.

Ən yaxşı məhsul yay və payız ayları hədsiz isti keçəndə alınır. Faydalı

temperaturun miqdarı 2500-2800 0C-dir.

Topinamburun yerüstü kütləsi qısa müddətli – 8 0C şaxtaya, yumruları isə - 12 0C şaxtaya dözürlər. Torpaqda qar örtüyü altında havanın mənfi 35 0C şaxtasına

davamlıdırlar. 1 ton yaşıl kütlə ilə torpaqdan 3 kq azot, 1,2-1,4 kq fosfor və 4,5 kq

kalium aparır. Köküyumrularla müvafiq olaraq 2,0-2,5 kq azot və fosfor, 1 kq

kalium elementi aparır.

Mərkəzi qaratorpaq zolağının cənub - şərq şəraitində topinambur kök

yumruları ilə çoxaldılır: Bu bitki cənub bitkisi olduğundan onun çiçəkləməsi gec

baş verir və toxumlar yetişməyə imkan tapmır. Rusiyanın Orta və Şimal

hissələrində topinambur bitkisi ümumiyyətlə çiçəkləmir.

Torpağın becərilməsi. Torpağın becərilməsi kartof və kökümeyvəlilərdə

olduğu kimidir. Üzləmədən sonra 15 sm dərinliyində dondurma şumu aparılır.

Yazda lazım gəldikdə dondurma şumu malalanır. Sonra laydırsız kotanla becərmə

aparılır. Səpin qabağı tarlaya kultivasiya çəkilir.

Gübrələmə sistemi. Topinamburun gübrələnməsi torpağın münbitliyindən,

planlaşdırılmış məhsuldan, torpağın nəmliyindən və digər faktorlardan asılıdır.

Plantasiya yaradan zaman hektara 30-40 ton peyin və təsiredici maddə hesabı ilə

128

60-90 kq NPK verilir. Əgər plantasiya 8-10 il davam edərsə peyin verilməsini 4-5

ildən bir təkrar etmək lazımdır.

Qulluq işləri. Cücərtilər alınana qədər alaqlarla mübarizə məqsədi ilə 2-3 dəfə

malalama aparılır. Bitkinin boyu 10-15 sm-ə çatdıqda cərgəarası becərməyə

başlanılır. 30-40 sm-ə çatdıqda isə dibdoldurma aparılır. Yaşıl kütlə məhsulunu

artırmaq üçün ucvurma da aparılır.

İkinci və sonrakı illərdə çıxışlar nisbətən tez alınır. Yumrular torpağın müxtəlif

dərinliyində olduğuna görə birinci ildəkinə nisbətən çıxışlar bir bərabərdə olmur.

Çıxışlar alınana qədər və çıxışlardan sonra malalama aparılır, bitkinin boyu 15-20

sm- ə çatdıqda əkinlərə kultivasiya çəkilir. Sonrakı qulluq işləri birinci ildə olduğu

kimidir.

Məhsulun yığılması. Yaşıl kütləni oktyabr-noyabr aylarında biçmək olar.

Yaşıl kütləni silosyığan kombaynla biçirlər. Bitkini torpaq səthindən 5-6 sm

yüksəklikdən biçirlər. Qarışıq silos hazırlayan zaman yumruların bir hissəsini

payızda yığırlar. Adətən yazda gözcüklərdəki tumurcuqların cücərməsinə qədər

yumruları çıxarırlar. Yığım zamanı yumruların bir hissəsi plantasiyanı təzələmək

üçün (hər m2-də 8-10 ədəd) saxlanılır.

Sortları və hibridləri. Hazırda seleksiyaçılar tərəfindən generativ və vegetativ

hibridləşmə və digər üsullar ilə topinamburun bir çox sort və hibridləri

yaradılmışdır. Bu sort və hibridlərdən mərkəzi qaratorpaq zolağının cənub şərq

şəraitinə dözümlü bitkilər seçilmişdir. Sortlarından 1. Ağ məhsuldar, 2. Ağ Kiyev,

3. Ağ Voronej, 4.Voljiskaya – 2, 5. Naxodka, 6.Tezyrtişən, 7.Vadim, 8. Leninqrad

və s., hibridlərindən isə Hibrid № 120, Hibrid № 15, Bənovşəyi topinsolneçnik,

M-3, 58/6, VİR, Severnıy, Dauqova və s. göstərmək olar.

Yem əhəmiyyəti. Yerarmudu bütün kənd təsərrüfatı heyvanları üçün əla

yemdir. Onda olan qida maddələrinin keyfiyyəti bir çox yem bitkilərindən

üstündür, hətta yüksək keyfiyyətli yem bitkisi kimi tanınan qarğıdalıdan da geri

qalmır.

129

Yerarmudu digər yem bitkilərindən yüksək yem vahidinin olması ilə fərqlənir.

Tərkibindəki, (mütləq quru çəkiyə görə), həzm olunan zülalın miqdarına görə

günəbaxan bitkisinə bərabərdir və digər yem bitkilərindən üstündür.

Yerarmudunun gövdə yumrularından alınan yem vahidinin miqdarı, kartof,

şəkər və yem çuğundurundan alınandan çoxdur. Həzm olunan zülalın miqdarı

şəkər və yem çuğundurundan yüksəkdir. Yaşıl kütlə məhsuldarlığını və yumruların

tərkibindəki qida maddələrinin miqdarını nəzərə alsaq yerarmudu digər silosluq

bitkilərdən üstündür və aydın olur ki, onu ən dəyərli yem bitkilərinə aid etmək

lazımdır.

Yerarmudunun yaşıl kütləsinin ən yaxşı istifadəsi siloslaşdırmadır.

Yerarmudunun yaşıl kütləsi həm təzə həm də qurudulmuş halda çox yaxşı

siloslanır və gözəl silos əmələ gətirir. Yerarmudu silosu yaxşı iyi, dadı, rəngi,

yüksək yeyilməsi, yaxşı saxlanılması tərkibində turşuların çoxluğu ilə fərqlənilir.

Yerarmudunun yaşıl kütləsi siloslaşma zamanı şəkər minimunu 3-4 dəfə artırır

ki, bu da onun yaxşı siloslaşmasına və keyfiyyətli olmasına səbəb olur. Siloslaşmış

yaşıl kütlədə qıcqırma prosesinin gedişi normaldır. Yerarmudunun yaşıl kütləsinin

və silosunun iri buynuzlu heyvanlarda istifadəsi (sutkada 25-kq-a qədər) südün

miqdarını və yağlılığını artırır. Tərkibindəki əsas qida maddələrinin miqdarına

görə yerarmudunun yaşıl kütləsindən hazırlanmış silos qarğıdalı silosuna demək

olar ki, bərabərdir.

Lakin yerarmudunun yaşıl kütləsindən hazırlanmış silosu uzun müddət açıq

havada qalarsa onun rəngi tündləşir, tərkib pozulur və pis qoxu əmələ gəlir. Bu da

bir neçə səbəblərlə izah edilə bilər. Məlumdur ki, süd turşusu bakteriyaları

yerarmudunun epifit mikroflorasında çox az miqdarda olur. Buna görə də

yerarmudunun silosunda süd-turşulu qıcqırma prosesi çox zəif gedir və süd turşusu

az əmələ gəlir. Silosda süd turşusunun miqdarının az olması onun açıq havada tez

xarab olmasına gətirib çıxarır.

Süd - turşulu qıcqırma prosesinin gedişini artırmaq üçün yerarmudunun yaşıl

kütləsinə bir az saman ya da digər yem bitkilərinin yaşıl kütləsini əlavə etmək

lazımdır.

130

Yerarmudunu heyvandarlıqda tək silos kimi yox, həmdə təzə təbii və

qurudulmuş halda da istifadə etmək olar. Onun gövdə yumruları kənd təsərrüfatı

heyvanları üçün dəyərli qidadır.

Azərbaycanın suvarılan əkinçilik rayonlarında becərilən yerarmudunun

yumrularında olan proteinin miqdarı Rusiyanın orta qursağında becərilmiş

yerarmudundakından azdır, lakin azotsuz ekstraktiv maddələr çoxdur. Yerarmudu

yumrularında olan azotsuz ekstraktiv maddələrin miqdarı 12,0-14,8%-ə qədər

dəyişir. Bu göstəricinin miqdarı sortundan asılı olaraq 13,8-15,05% arasında dəyişə

bilir.

Bitkilərin su ilə yaxşı təmin edilməsi zamanı karbohidratlı maddələr, su

çatışmadıqda isə zülallı maddələr daha çox əmələ gəlir. Buradan aydın olur ki,

Azərbaycanın qərb zonasında süni suvarma şəraitində becərilən yerarmudu

yumrularında Rusiyaya nisbətən daha çox karbohidratlı maddələr toplanır. Rusiya

şəraitində süni suvarma aparılmadığına görə bitkilərin su ilə təminatı nisbətən

zəifdir.

Bir sıra Avropa ölkələrində xüsusilə də Fransada iri və xırda buynuzlu

heyvanların yerarmudunun kök yumruları ilə qidalandırılması geniş yayılmışdır. İri

buynuzlu heyvanlara (südlük inəklərə) sutkada 10 kq kök yumrularının

yedizdirilməsi tövsiyə edilir. Yumruların daha çox verilməsi heyvanlarda mədə-

bağırsaq sisteminin pozulmasına gətirə bilər. Qoyunların kökəldilməsi üçün verilən

yumruların miqdarı əvvəllər 0,5 kq sonra isə 2-3 kq olur (bir baş üçün).

Yerarmudu əkinləri donuzlar üçün xüsusilə dəyərli yem sayılır. Onlar çöldə

otlayarkən özləri yerarmudunun yumrularını torpaqdan çıxardıb həvəslə yeyirlər.

Donuzları bir başa çöldə yumrularla yemləmək bordaqda yemləməyə nisbətən

daha yaxşı nəticə verir. Tədqiqatlar sübut etmişdir ki, bir qrup donuzlar (44 kq

çəkidə) 30 gün ərzində çöldə otarıldıqda orta hesabla hər bir baş 14,5 kq çəkisini

artırmışdır. İkinci qrup donuzlardan (eyni diri çəkidə) bordaqda saxlanaraq 13,4 kq

artım əldə edilmişdir. Üçüncü qrup nəzarət qrupu olub heyvanların orta diri çəkisi

əvvəllər 46,5 kq olubsa da adi şəraitdə saxlanaraq hər bir başa orta hesabla 12,3 kq

çəki artımı vermişdir.

131

Yumruların çöldə istifadəsi qarışıq yemlərin sərfini 20 -50% azaldır,

heyvandarlıq məhsullarının maya dəyərini 30 - 40 % aşağı salır. Donuzların bir

başa çöldə otarılması zamanı yumruların çıxardılıb, daşınmasına və saxlanılmasına

ehtiyac qalmır. Azərbaycanın qərb rayonlarında becərilən yerarmudundan bol

məhsul alınması imkan verir ki, torpaq sahələrindən səmərəli istifadə olunsun.

MÖVZU:14. RƏNG VERƏN BİTKİLƏRİN (HƏNA, BASMA) XALQ

TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSI

Mühazirənin planı:

1. Əhəmiyyəti, tərkibi və istifadəsi. 2. Botaniki təsviri və bioloji xüsusiyyətləri. 3. Tarixi və yayılması. 4. Toxumlarının səpilməsi və vegetativ çoxaldılması5. Torpağın hazırlanması və qulluq işləri. 6. Açıq sahədə əkin vaxtı və yarpaq məhsuldarlığı. 7. Xəstəlikləri, ziyanvericiləri və onlara qarşı mübarizə tədbirləri. 8. Becərilmə texnologiyası və yığım.

Ədəbiyyat

Hümbətov H. S. Azərbaycanın Gəncə - Qazax və Şirvan bölgələrində həna və basma bitkilərinin becərilməsinin aqrotexniki xüsusiyyətləri. K/t. elm. nam. .... dis. Gəncə, 1999, 130 s.

Hümbətov H. S. Həna (Lawsonia) (monoqrafiya) - Gəncə: ADAU - nun nəşriyyatı, 2011, 145 s.

Hümbətov H. S. Basma (İndigofera) (monoqrafiya) Bakı: “Elm və təhsil” 2012, 82 s.

Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s. Вульф Е. В., Малеева О. Ф. Мировые ресурсы полезных растений,

(пищевые, кормовые, технические, лекарственные и др). Справочн. Л:. «Наука», 1969, с. 219.

132

Дамиров И. А., Прилипко Л. И. Лекарственное растения Азербайджана. Баку, «Маариф» 1988, 319 с.

Мирзалиев Д. Д. Опытно- производственное выращивание хны и басмы в условиях сухих субтропиков Азербайджана.- XIX сессия советов ботанических садов Закавказья по вопросам интродукции растений и зеленого строительства. Баку, «Элм», 1983, с. 71- 72.

RƏNG VERƏN BİTKİLƏRİN (HƏNA, BASMA)

XALQ TƏSƏRRÜFATI ƏHƏMİYYƏTİ VƏ BECƏRİLMƏSI

Əhəmiyyəti, tərkibi və istifadəsi. Həna yeni texniki bitkilərdən ən qiymətlisi

sayılır. O ağbirçək nənələrimizin, gözəl-göyçək qız-gəlinlərimizin toy - bayram-

larda, el şənliklərində və xüsusi mərasimlərdə (xınayaxdılarda) sevə - sevə işlətdik-

ləri ən gözəl və təbii boyalardan biridir. Həna bitkisinin yarpaqlarından üyüdül-

müş tozu xüsusi ilə qiymətlidir. Bu toz əsas saç rəngləyicilərinin içərisində ən

geniş istifadə olunanıdır. Həna tozu yun və ipək parça və xalçaların rənglənmə-

sində, həmçinin tibdə müalicə vasitələri kimi istifadə edilir.

Həna bitkisinin kökündə büzüşdürüçü xassəyə malik qırmızı rəngli maddə -

alkonin vardır ki, bundan da farmakologiyada geniş istifadə olunur. Eyni zamanda,

həna kökündən alınan sarı boyaqdan parçaların boyanmasında istifadə olunur.

Həna bitkisinin çiçək yanlığında efir yağları vardır ki, ondan da “Mexudi” addanan

ətir hazırlanır.

Həna hələ qədim zamanlardan follikulit, ekzema, diatez, sarılıq, mədə

pozğunluğu, qızılça, göz, dalaq, ciyər, revmatizm, cüzam, baş və diş ağrıları, zob

və b. xəstəliklərin müalicəsində istifadə edilirmiş.

Həna tozuna həmçinin mərsin (Murtus communis L.), Hindistan badamı

(Terminalia catappa L.), Şleyxer şahtərəsi (Fumaria Schleiher L.) yunan qozu

( Juglans regia L.), gənəgərçək (Ricinus communus L.), toxumu və basma yarpağı

(İndigofera tinctoria L.) qarışdırılaraq işlədildiyi haqda məlumatlar vardır.

133

Qəhvəyi sarı rəngli rəngləyici maddədən (Lavson) yun və ipək parçalarının

rənglənməsində, habelə ət xörəklərinin boyanmasında istifadə olunur. Hənadan

alınan rəng günəş şüalarına qarşı davamlı olduğuna görə öz əlvan və parlaq rəngini

itirmədən uzun müddət qalır.

Həna tünd çayda həll olunduqda saça nəinki daha gözəl qızılı - şabalıdı rəng

verir, həm də ona faydalı bioloji təsir göstərməklə dibini bərkidir, saçın tökül-

məsinin və başda kəpək əmələ gəlməsinin qarşısını alır.

Həna bitkisinin çiçək yanlığından efir yağları alınmasında istifadə oluna bilər.

Hər hektardan 15-20 sent. çiçək yanlığı toplamaq mümkündür ki, bunun da yaş

kütləsinin 0,11% -ni, quru kütləsinin isə 0,52 %-ni efir yağı təşkil edir.

Həna yarpaqlarının tərkibində 12- dən çox maddə, o cümlədən 0,9-1,0 %

rəngləyiçi maddə vardır.

İlk dəfə Q. Тomazi (Tommasi G.) həna tozunun tərkibindəki rəngləyiçi

maddəni- lavsonu başqa rəngləyici maddələrdən ayırmış və onun naftaxinon 2 -

hidroksiddən ibarət olduğunu müəyyən etmişdir.

Naxçıvanda becərilmiş həna bitkisinin tərkibində 1,5, Şirvan və Abşeronda

0,46, İran hənasının tərkibində isə 1,14 % rəngləyici maddə vardır .

Məlumdur ki, hənanın tərkibində tanin və xeyli miqdarda K vitamini vardır.

Bəzən həna tozunu özündə tanin və büzüş-dürüçü maddələr saxlayan başqa

bitkilərin (şaftalı və s.) yarpaqları ilə qatışdıraraq , ekzemaya qarşı mübarizədə

istifadə edirlər.

Botaniki təsviri. Həna (Lawsonia inermis L.) ağlarot (Lythraceae) fəsiləsinin

Lawsonia cinsinə daxildir. Bu fəsiləyə tropik və subtropik ölkələrdə yayılmış 25

cinsdən olan 550-dən çox növ daxildir. MDB ərazisində bu fəsilənin 5 cinsə aid

olan 25 növünə təsadüf edilir. Bizim şəraitdə kifayət qədər geniş yayılmış cinsi

ağlarot (Lythrum) cinsidir.

Həna bitkisi ilk dəfə 1753 -cü ildə K. Linney tərəfindən təsvir edilmişdir. K.

Linneydən sonra bu bitki Burkil (Burkill İ. H) və Kortesi (Cortesi F.) tərəfindən

botaniki təsvir edilmişdir. Həmçinin həna bitkisi 1948-ci ildə İngiltərədə Oksford

134

Universitetinin nəşr etdirdiyi “Sudanın kənd təsərrüfatı” (Aqriculture in hte Sudan)

adlı əsərdə təsvir olunmuş, nəhayət V. P. Alekseyev “Subtropik bitkilər” jurnalında

bu bitkinin təsvirini vermişdir.

Həna (Lawsonia inermis L.) tropik və subtropik ölkələrdə bitən 6-7 m

hündürlükdə ağac və ya həmişəyaşıl kol bitkisi olub həyatını 25-30 il davam

etdirir. Xarici görünüşünə görə birgözü (Ligustrum lıcidium Ait.) xatırlatdığına

görə yunan həkimləri ona “liqustrum” deyirmişlər.

Bioloji xüsusiyyətləri. Mədəni halda həna bitkisinin quru və isti bölgələrdə,

yüngül qranulometrik tərkibli və məsaməli torpaqlarda becərildiyi göstərilir. Hava

rütubətinin həddən artıq olması, güclü küləklər, istilər bitkinin böyümə və

inkişafına mənfi təsir edir.

Təbii şəraitdə həna bitkisinin böyüməsi və inkişafı üçün minimal temperatur 8-

10 °C olmalıdır. Temperaturun 2-3 0C -yə enməsi bitkinin məhv olmasına səbəb

olur. Buna uyğun olaraq müəyyən edilmişdir ki, həna bitkisi Krım vilayətində

Zaqafqaziya və Orta Asiya respublikalarında birillik bitki kimi becərilə bilər.

Azərbaycan şəraitində aparılmış tədqiqatlar sübut etmişdir ki, həna bitkisi

neytral və zəif qələvili, humusla zəngin, yüngül və məsaməli, qumsal, boz qonur

və bozumtul şoran torpaqlarda becərilə bilər. Quru subtropik şəraitdə vaxtaşırı

suvarma aparmaqla həna bitkisindən yüksək keyfiyyətli və orta məhsuldarlığa

malik xammal əldə etmək olur.

Tarixi və yayılması. Həna bitkisinə yabanı halda Şimali Avstraliyadan (Mevil

adası) tutmuş Zond adalarından və Hindistandan keçməklə Ərəbistana qədər olan

ərazidə, Madaqaskarda, Şərqi və Şimali Afrikada rast gəlinir. Mədəni halda isə

Asiyada (yaşıllıq və su olan yerlərdə) Şimali, Şərqi və Qərbi Afrikada, tropik

Amerikada becərilir. Həna bitkisi Nil çayı sahillərində yağmurların miqdarı çox

olan qaratorpaq sahələrdə də becərilir.

Səpini. Тoxumu isti suda islatdıqdan sonra mart ayında parnikdə və torpaqda

lazımi qədər temperatur olan zaman birbaşa sahəyə səpilir. Belə olduqda səpilmiş

həna toxumlarını vaxtaşırı suvarmaq tələb olunur. Parnikdə aparılmış səpindən

135

alınan bitkilər açıq sahəyə çıxarıldıqda daha tez böyüyür həmin ilin oktyabr ayında

ondan məhsul almaq olur.

İranda həna toxumları həmin yerin torpaq-iqlim şəraitindən asılı olaraq

əvvəlcədən suvarılmış sahəyə səpilir. Lakin, səpindən əvvəl toxumlar 8 gün

ərzində suda isladılmalıdır.

İlk dəfə aparılmış tədqiqatların nəticələri göstərir ki, Aprel ayında istixanada

səpin aparıb, şitili iyul ayında açıq sahəyə əkdikdə, Azərbaycan şəraitində

vegetasiya müddəti həna bitkisinin çiçəkləməsi və toxumun tam yetişməsi üçün

kifayət etmir. Bitkilər avqust ayında çiçəklədikdə belə vegetasiyanın sonuna qədər

toxumlar tam yetişmədiyi üçün ondan səpin materialı kimi istifadə etmək yararlı

olmur. O zaman tədqiqatçılar belə nətiçəyə gəlmişlər ki, hənanın xarici ölkələrdə

qəbul edilmiş becərmə üsullarının heç biri bizim yerli şəraitdə müsbət nəticə

vermir. Eyni zamanda həmin tədqiqatçılar göstərirlər ki, toxumu yalnız həna

kollarını qapalı şəraitdə becərməklə almaq olar. Həmin tədqiqatçılara görə hər il

xaricdən onun toxumunu almaq daha ucuz başa gələr.

V. P. Alekseyev həna bitkisinin toxumla çoxalması üzərində tədqiqat apararaq

göstərmişdir ki, toxumlar səpindən əvvəl 7 gün isladılmalı və cücərti alınana qədər

isti yerdə saxlanılmalıdır. Müəllifə görə həna bitkisi toxumalarını quru halda da

səpmək olar, ancaq quru toxumlar çox seyrək və çətinliklə cücərti verir. Belə halda

səpilmiş toxumları ilk vaxtlar hər gün, sonralar isə 6-7 gündən bir suvarmaq

lazımdır.

R. M. Abbasov, V. İ. Maşanov apardıqları tədqiqatların nəticəsində göstərirlər

ki, həna toxumları yanvar-fevral aylarında, 25-30 0C temperaturda səpilməlidir. Bu

halda toxumların cücərməsi 71,0 -81,7 % təşkil edir.

U. K. Ələkbərov, A. Ə. Bayramov və C. D. Mirzəliyev həna toxumlarının

səpin vaxtını və normal çıxış alınması üçün lazım olan temperatur şəraitini təyin

etmək məqsədilə yanvar-aprel aylarında səpin aparmışlar. Aparılan tədqiqatlardan

müəyyən edilmişdir ki, standart əkin materialı kimi may ayında açıq sahəyə şitil

136

çıxarılması məqsədi ilə səpin yanvarın 20-nə kimi aparılmalıdır. Belə səpin üçün

temperaturun 18-25 0C olması daha yaxşı nəticə vermişdir.

Vegetativ çoxaldılması. Həna bitkisinin vegetativ yolla (həm örtülü, həm də

açıq şəraitdə) qələmlər (çiliklər) vasitəsilə çoxaldılması mümkündür. Bundan

başqa, həna bitkisinin budaqlarını basdırmaqla da çoxaltmaq olar. Bu üsulla

çoxaltma adətən, çoxillik həna bitkiləri olan istixanalarda aparılır. Həna bitkisi,

odunlaşmış gövdələrindən hazırlanmış qələmlərlə yanaşı, həmçinin yaşıl,

yarımodunlaşmış qələmləri (çilikləri) ilə də çoxalır. Yarımodunlaşmış qələmlərlə

çoxaltma payızda- oktyabr ayında aparılır. Bu məqsədlə açıq sahədə becərilən

bitkilərin 3-cü -5-ci buğumarasından 8-10 sm uzunluğunda qələmlər kəsilib

heteroauksin məhlulunda (1 litr suya 100 mq) 4-6 saat saxlandıqdan sonra əkilir.

Belə məhlul hazırlanıb təcrübədə istifadə edilən zaman temperaturu 25 0C - dən

yuxarı olmalıdır. Yuxarıda təsvir edilən qaydada hazırlanmış qələmlər, istixananın

ləmələrində torpaqdan, çay qumundan və çürümüş peyindən 1:1:1 nisbətində

hazırladığımız substratlara (qida qarışığına) vurulmuşdur. Qələmlərin yüksək kök

verməsinə nail olmaq üçün vurulduqdan (əkildikdən) sonra üstü kip şüşə və ya

polietilen örtüklə örtülmüşdür. Əks halda qələmlər üzərində rütubəti saxlamaq

olmur. Qələmlərin birinci köz tumurcuğu və ya uc tərəfindən 1 sm gövdəsi yer

səthində qalmaqla hər kv. m-ə 600-700 ədəd əkilməsi məqsədəuyğundur.

Əkindən 2-3 həftə sonra ayrı-ayrı qələmlərdə (çiliklərdə) köklər əmələ kəlməyə

başlamışdır. 30-40 gündən sonra isə əksər qələmlərdə kök sistemi əmələ gələrək

inkişaf edir. Bundan sonra yaxşı kök sisteminə malik olan qələmlər qidalı

dibçəklərə və ya birbaşa açıq sahəyə köçürülməlidir.

İstixanada çoxillik bitkilər olduqda qələmlə çoxaltmanı bütün il boyu davam

etdirmək olur. Açıq sahədən isə qələm götürmək üçün ən yaxşı vaxt axırıncı

biçindən (oktyabr) qabaqdır. Bu dövrdə istixanada da çox keyfiyyətli anac bitki

olur. Nəticədə götürülmüş qələmlər normal kök bağlayıb inkişaf edirlər.

İstixana şəraitində həna qələmlərinin üç istiqamətdə: şaquli, üfüqi və əksinə

əkilməsi sınaqdan keçirilmişdir. Bu təcrübəni aparmaqda məqsəd həna

qələmlərinin (çiliklərinin) polyarlıq (qütblük) qanununa tabe olub - olmamasını

137

öyrənmək olmuşdur. Həna qələmələrinin “əksinə” əkilməsi dedikdə qələmin

(çiliyin ) apikal (təpə, yuxarı) hissəsinin aşağı, bazal (qaidə, aşağı) hissəsinin isə

yuxarı vəziyyətdə əkini nəzərdə tutulur.

Üfüqi istiqamətdə əkilmiş qələmlərin qida sahəsinin böyüklüyü onlardan alınan

şitillərin daha yaxşı böyüməsinə, yan budaqlarının sayının çoxalmasına səbəb olur.

Bu vəziyyətdə əkilmiş qələmlərdən 2-4 ədəd müstəqil inkişaf edən şitil almaq olar.

Deməli üfüqi istiqamətdə basdırılmış qələmlərin vegetativ çoxaltmada əhəmiyyəti

şaquli və əksinə basdırılmış qələmlərə nisbətən yüksəkdir.

Torpağın hazırlanması və qulluq işləri. Həna bitkisi üçün torpaq adi

qaydada, yəni respublikada əkilib-becərilən digər şitiləkinli bitkilərdə (pomidor,

badımcan və s.) də olduğu kimidir. Sələf bitkiləri yığıldıqdan sonra 25-30 sm

dərinlikdə dondurma şumu aparılır. Torpağın əsas becərilməsi başqa yazlıq

cərgəarası becərilən bitkilərdə olduğu kimi aparılır. Yazda əkinə qədər dondurma

şumu malalanır, iki dəfə mala ilə birlikdə kultivasiya aparılır (8-10 və 5-6 sm

dərinlikdə).

Açıq sahədə əkin vaxtı və yarpaq məhsuldarlığı. Açıq sahəyə şitilləri əkilən

bitkilərdə əkin vaxtının düzgün təyin edilməsinin şitillərin sonrakı inkişafında

əhəmiyyəti əvəzedilməzdir. Yeni torpaq - iqlim şəraitində introduksiya edilmiş

bitkiləri açıq sahəyə əkən zaman xüsusilə diqqətli olmaq tələb olunur. Çünki, bu

torpaq-iqlim şəraiti bitkinin uyğunlaşıb yaşadığı ərazinin və ya onun vətəninin

torpaq-iqlim şəraitindən fərqlidir. Ona görə də çalışmaq lazımdır ki, bu bitkilər

əkilən zaman ekoloji amillərin təsiri nisbətən əlverişli olsun.

Həna bitkisi də yeni introduksiya olunmuş bitkilərdəndir. Vətənində çoxillik

bitki olmasına baxmayaraq Azərbaycan şəraitində özünü birillik bitki kimi aparır.

Yuxarıda qeyd olunduğu kimi həna toxumları istixanada səpilir və alınan şitillərə

4- 4,5 ay aqrotexniki qulluq göstərilməklə becərilir. İstixanada becərilib standart

hala düşmüş şitilləri açıq sahəyə əkməzdən bir ay qabaq istixananın temperaturu

açıq sahəyə uyğunlaşdırılır. Şirvan bölgəsində həna şitillərinin açıq sahəyə

əkilməsinin ən əlverişli vaxtı 20. IV ay, Gəncə-Qazax bölgəsində isə 20. V ay

138

hesab olunmalıdır. Həna bitkisi Şirvan bölgəsində iki biçində orta hesabla 10,8

s/ha, Gəncə-Qazax bölgəsində isə 13,0 s/ha quru yarpaq, məhsulu verə bilir.

Biçilməyib toxumluq üçün saxlanılan həna bitkilərindən isə 7,48 -8,74 s/ha toxum

məhsulu almaq olur.

Xəstəlikləri, ziyanvericiləri və onlara qarşı mübarizə tədbirləri. Həna (L.

inermis L.) respublikamızda becərilən yeni texniki bitkilərdən olduğu üçün onun

xəstəlik və zərərvericləri hələlik tam öyrənilməmişdir. Lakin vegetasiya

müddətində bu bitkinin üzərində mənənələr və rəngini dəyişmiş (saralmış,

qonurlaşmış və qaralmış) yarpaqlar müşahidə edilir. Bu yarpaqlar ya quruyaraq

tökülüb məhsuldarlığın azalmasına səbəb olur ya da bitkinin üzərində biçin vaxtına

qədər qalır. Biçindən sonra xammalı (yarpağı) gövdədən təmizləyərkən bu

yarpaqları seçmək işi çətinləşdirir. Bu işə çoxlu əmək sərf etmək lazım gəlir. Həna

bitkisinin də əsasən yarpaqları istifadə olunur. Rəngini dəyişmiş (xəstələnmiş)

yarpaqlar xammal üyüdülərkən alınan məhsulun rənginin dəyişməsinə və

keyfiyyətinin pisləşməsinə səbəb olur. Ona görə də bu bitkidə xəstəlik və

zərərvericilərlə mübarizə aparmağın böyük əhəmiyyəti vardır.

Həna toxumları səpilmiş istixana və parnikdə cücərtilərin alınmasından

təxminən 25-30 gün sonra, bəzən də sahədə becərmə zamanı bitkilərin əsasən uc

hissəsində cavan gövdələrin üzərində və yarpaqların alt səthində mənənələr

müşahidə olunur. Onlar gövdə və yarpaqların şirəsini soraraq onları böyüməyə

qoymur. Odur ki, mübarizə məqsədi ilə həna əkilmiş sahələrdə Bi-58 və yaxud da

fazalon məhlulu (0,2 %-li) ilə çiləmə aparılmalıdır. Əgər sahələrdəki bitkilərdə

gənələr müşahidə edilərsə 0,2 %-li fazalon preparatına kolloid kükürd (10 litr

suya 80 qram) məhlulu qarışdırılaraq çilənmə aparılmalıdır. İstixana şəraitində və

parnikdə həna şitilləri tez-tez suvarıldığından torpağın üst səthində (bitkilər sıx

olan yerlərdə) müəyyən kif göbələkləri inkişaf edir. Bunlarla mübarizə üçün hər

suvarmadan sonra şitillərin dibləri xüsusi hazırlanmış dırmıqla boşaldılmalıdır.

Yuxarıda qeyd edilən preparatlarla çiləmə aparıldıqda həna sahələri xəstəlik və

zərərvericilərdən qorunmuş olur.

139

Becərilmə texnologiyası və yığım. Həna üçün yaxşı sələflər payızlıq buğda,

çoxillik otlar, dənli-paxlalı və cərgə araları becərilən bitkilər hesab olunur. Həna

üzvi gübrələrə tələbkardır. Hektara 30 ton peyin və mineral gübrələr verilir. Peyin

və ya tam mineral gübrə (N90P90K60) dondurma şumu altına verilir. Azot gübrəsini

yazda yemləmə kimi də vermək olar.

Həna bitkisinin açıq sahəyə şitilləri əkilir. Şitillər cərgə araları 60 - 70 sm, bitki

araları 25-30 sm olmaqla şitiləkən maşınlarla və yaxud da əl ilə əkilir. Əkildikdən

sonra şitillərin üzərində olan yarpaqlar quruyub tökülür və bir neçə gündən sonra

yeni yarpaqlar əmələgəlməyə başlayır. Təxminən avqust ayının əvvəllərində (5-15.

VIII) həna bitkilərinin kütləvi çiçəkləməsi baş verir. Bu dövrdə bitkilərin I biçini

aparılır. Biçini əl ilə və xüsusi biçən maşınlarla aparmaq olar. Biçilmiş yaşıl kütlə

dərhal isti və kölgə yerlərə daşınmalı, nazik qatlarla sərilib qurudulmalıdır.

Qurutma işləri xüsusi istixanalarda və maşınlarda (çay yarpağı qurudan

maşınlarda) da aparıla bilər.

Tam quruduqdan sonra həna bitkisinin yarpağı gövdəsindən ayrılaraq, yarpaq

xüsusi dəyirmanda üyüdülüb toz halına salınaraq qablaşdırılmalıdır.

Sahə isə birinci biçindən sonra kultivasiya edilib, suvarılmalı və sonrakı qulluq

işləri aparılmalıdır. II biçin isə yenə də bitkilərin kütləvi çiçəkləməsi vaxtında,

təxminən oktyabrın axırlarında aparılmalıdır. II biçini gecikdirmək olmaz. Əks

təqdirdə bitkiləri ilkin payız şaxtaları vurur, məhsulun keyfiyyəti aşağı düşür və

xarab olur. II biçində də biçmə və qurutma işləri I biçindəki kimidir.

BASMA ( İNDİQOFERA)

Əhəmiyyəti, tərkibi və istifadəsi. Basma pambıq liflərinin boyanmasında,

xalçaçılıq sənayesində və təsviri incəsənət üçün ən davamlı rəngdir. Тozunun həna

tozu ilə müxtəlif nisbətlərdə qarışığından tünd qaradan açıq sarıya qədər müxtəlif

rəng çalarlığı yaratmaq mümkündür. Yarpaqları həmçinin dərman əhəmiyyətlidir.

140

Vyetnamda çiban və müxtəlif dəri-zöhrəvi xəstəlikləri, Hindistanda isə qara ciyər

xəstəliyinin müaliçəsində istifadə olunur.

Basma bitkisi tropiklərdə palma (Cocos nucifera L.) plantasiyalarında zərərli

alaqlara qarşı mübarizə məqsədi ilə əkilir. Onlar həm də torpağı azotla

zənginləşdirdikləri üçün böyük əhəmiyyət kəsb edirlər.

Basma bitkisinin yarpağında fermentlərin və ya zəif turşuların təsiri ilə

qlükozaya və aqlikon-indoksinə parçalanan rəngsiz qlükozid vardır. Aqlikon-

indoksin rəngsizdir, lakin əsası mühitdə havanın oksigeni ilə oksidləşir və göy

rəngli indiqoya çevrilir.

İndiqo boyaq maddəsi yaxın keçmişə qədər “ boyaq maddələrinin şahı ” (King

of the ohystuff) hesab edilirdi. Avropa xalqları uzun müddət bu boyağı “Hindistan

daşı” adlandırmışdır. İlk dəfə Mark Pol onun bitki mənşəli olduğunu göstərmişdir.

İndiqofera bitkisinin yarpaqlarından alınan basma adlı tozun tərkibində biçin

vaxtından asılı olaraq 7,39-8,42 mq/kq kalsium, 0,09-0,29 mq/kq fosfor, 9,6- 55,7

mq/kq karotin, 2,40- 4,13 % yağ, 7,40-9,60 % sellüoza, 15,43-17,73 % kül, 2,68-

3,56 % azot və s. maddələr olur.

İndiqo maddəsi basma bitkisinin yarpaqlarında çəki hesabı 0,6 %, bütövlükdə

isə 0,25 % təşkil edir.

Dünya bazarlarında müxtəlif çeşid, növ və sortlara ayrılmış çoxlu sayda indiqo

tozu satılır. Тərkibində 50 % indiqo boyağı olan toz aşağı növ, 82 % - dən çox olan

isə əla növ hesab edilir.

Təbii indiqo boyağının quruluşu alimlərə məlum olduqdan sonra onu süni yolla

sintez etməyə başladılar.

Botaniki təsviri və bioloji xüsusiyyətləri. Basma (İndiqofera) bitkisi paxla-

lılar (Fabaceae) fəsiləsinin İndiqofera (İndigofera) cinsinə daxildir. Bu cinsin

tropik ölkələrdə bitən 350-yə qədər növü vardır.

Basma bitkisini ilk dəfə boyaq indiqoferası (İ. tinctoria L.) adı ilə 1753-cü ildə

K. Linney təsvir etmişdir. Sonradan bu bitki Burkil (Burkill I. H.) tərəfindən 1935-

ci ildə, Dalziel (Dalziel I. M.) tərəfindən 1937-ci ildə təsvir olunmuşdur.

141

Basma bitkisi torpağa tələbkar olmaqla qumsal və münbit torpaqlarda yaxşı

inkişaf edir. Çiçəklənməsi aşağıdan yuxarıya doğru getməklə iyul ayından

oktyabra qədər davam edir. Vegetasiya müddəti 150-180 gündür. Havaların +8- 10 0C -ə qədər aşağı düşməsi basma yarpaqlarının qaralmasına və tökülməsinə səbəb

olur. Həna bitkisinə nisbətən suya az tələbkardır. Vegetasiya dövründə 3-4 dəfə,

nadir hallarda isə 5 dəfə suvarılır. Toxumları oktyabr-noyabr aylarında yetişir.

Azərbaycan MEA-nın Тorpaqşünaslıq və Aqrokimya institutunda 1976 -1977 -

ci illərdə indoqofera bitkisinin qida şəraitini öyrənmək məqsədilə vegetasiya və çöl

tədqiqatları aparılmışdır. Məlum olmuşdur ki, bu bitkinin azot, fosfor və kalium

elementləri ilə yanaşı, selen, molibden və s. mikroelementlərə də tələbatı çoxdur.

Tarixi və yayılması. Boyaq indiqoferası (İ. tinctoria L.) növü ancaq mədəni

halda Xorvatiya, İtaliya, Hindistan, Seylon, Çin, Filip-pin, Yaponya, Yava adası,

Malakka, tropik Afrika, Misir, Amerika, Britaniya, Honduras, Kolumbiya və

Gürcüstanın Batumi ətrafında becərilir. Azərbaycan xalqı indiqo (basma) boyağı

ilə XVIII əsrin sonu XIX əsrin əvvəllərində tanış olmuşlar.

XIX əsrin ortalarında Azərbaycanın Lənkəran qəzasındakı Cığırlı kəndində

becərilən indiqofera (basma) bitkisindən alınan boyaq Paris sərgisində qızıl medala

layiq görülmüşdür. Bu bir daha göstərir ki, Azərbaycanda indiqofera bitkisinin

becərilməsinə hələ qədimlərdən maraq göstərilmişdir. Lakin, bu maraq elmi

əsaslardan uzaq olmaqla pərakəndə şəkildə olmuşdur. XX əsrin 60-70- ci illərindən

isə bu bitki planlı elmi əsaslarla öyrənilir.

Onu da qeyd edək ki, ayrı-ayrı adamlar və çox təəssüf ki, bəzi hallarda alimlər

belə bu qiymətli bitki haqqında səthi biliyə malikdirlər. Hətta əsas saç

rəngləyicilərindən olan basma tozunun bitkidən yox, torpaqdan hazırlandığını

iddia edənlərə də rast gəlinir.

Torpağın hazırlanması və qulluq işləri. Basma bitkisi üçün torpaq adi

qaydada, yəni respublikada əkilib-becərilən digər paxlalı bitkilərdə (noxud, lobiya,

paxla və s.) də olduğu kimidir. Sələf bitkiləri yığıldıqdan sonra 25-30 sm

dərinlikdə dondurma şumu aparılır. Torpağın əsas becərilməsi başqa yazlıq

142

cərgəarası becərilən paxlalı bitkilərdə olduğu kimi aparılır. Yazda səpinə qədər

dondurma şumu malalanır, iki dəfə (8-10 və 5-6 sm dərinlikdə) mala ilə birlikdə

kultivasiya aparılır.

Səpini. İndiqofera (basma) əsasən toxumlarla çoxalır. Тoxum birbaşa sahəyə

səpilir. Тoxumlarının cücərməsi üçün yüksək hərarət və rütubət tələb olunduğun-

dan ən yaxşı səpin vaxtı iyun ayının əvvəlləri hesab edilir. Əlverişli şəraitdə

toxumlar 3-5 günə cücərərək torpağın üzünə çıxır. Səpindən əvvəl toxumların

isladılması cücərmə faizini qat-qat artırır. Basma toxumlarının cücərməsi üçün

torpağın rütubətli olması vacib şərtdir. Buna görə də basma toxumları arata

səpilməlidir. Yazda torpağın temperaturu 15-18 0C olduqda basma toxumları

səpildikdə müntəzəm çıxışlar alınır.

Xəstəlikləri, ziyanvericiləri və onlara qarşı mübarizə tədbirləri. Basma (İ.

tinctoria L.) bitkisinin də xəstəlik və zərərvericləri hələlik tam öyrənilməmişdir.

Lakin vegetasiya müddətində bu bitkinin də üzərində mənənələr və rəngini

dəyişmiş (saralmış, qonurlaşmış və qaralmış) yarpaqlar müşahidə edilir. Bu

yarpaqlar ya quruyaraq tökülüb məhsuldarlığın azalmasına səbəb olur, ya da ki,

bitkinin üzərində biçin vaxtına qədər qalır. Basma bitkisinin də əsasən yarpaqları

istifadə olunur. Rəngini dəyişmiş (xəstələnmiş) yarpaqlar üyüdülərkən alınan

məhsulun rənginin dəyişməsinə və keyfiyyətinin pisləşməsinə səbəb olur. Biçindən

sonra yarpağı gövdədən təmizləyərkən bu yarpaqları seçmək işi çətinləşdirir. Bu

işə çoxlu əmək sərf olunur.

Basma bitkiləri üzərində birinci biçinə qədər mənənələr, birinci biçinin

axırlarında isə pambıq sovkaları da müşahidə edilir. Həmin sovkalar qısa vaxt

ərzində əmələ gəlmələrinə baxmayaraq, yarpaqları yeyib ziyan vura bilirlər. Bu

sovkalar mənənələrə qarşı çiləmə aparılmayan sahələrdə əmələ gəlir. Onlara qarşı

mübarizə məqsədi ilə basma əkilmiş sahələrdə Bi-58 və yaxud da fazalon məhlulu

(0,2 %-li) ilə çiləmə aparılmalıdır. Əgər sahələrdəki bitkilərdə gənələr müşahidə

edilərsə 0,2 %-li fazalon preparatına kolloid kükürd (10 litr suya 80 qram)

143

məhlulu qarışdırılaraq çilənmə aparılmalıdır. Bu preparatlarla çiləmə aparıldıqda

basma sahələri xəstəlik və zərərvericilərdən qorunmuş olur.

Açıq sahədə səpin vaxtı və yarpaq məhsuldarlığı. Açıq sahəyə toxumları

səpilən bitkilərdə səpin vaxtının düzgün təyin edilməsinin bitkilərin sonrakı

inkişafında əhəmiyyəti əvəzedilməzdir. Yeni torpaq - iqlim şəraitində introduksiya

edilmiş bitkiləri açıq sahəyə səpən zaman xüsusilə diqqətli olmaq tələb olunur.

Çünki, bu torpaq-iqlim şəraiti bitkinin uyğunlaşıb yaşadığı ərazinin və ya onun

vətəninin torpaq-iqlim şəraitindən fərqlidir. Ona görə də çalışmaq lazımdır ki, bu

bitkilər əkilən zaman ekoloji amillərin təsiri nisbətən əlverişli olsun.

Basma bitkisi də yeni introduksiya olunmuş bitkilərdəndir. Yuxarıda qeyd

olunduğu kimi basma toxumları birbaşa açıq sahəyə səpilir və alınan cücərtilərə

3,5- 4,0 ay aqrotexniki qulluq göstərilməklə becərilir. Şirvan bölgəsində basma

bitkisinin açıq sahəyə səpilməsinin ən əlverişli vaxtı 20-25. IV ay, Gəncə-Qazax

bölgəsində isə 20 - 25. V ay hesab olunmalıdır. Basma bitkisi Şirvan bölgəsində iki

biçində orta hesabla 28,9 s/ha, Gəncə-Qazax bölgəsində isə 37,9 s/ha quru yarpaq

məhsulu verə bilir. Biçilməyib toxumluq üçün saxlanılan basma bitkilərindən isə

25,32 - 27,22 s/ha toxum məhsulu almaq olur.

Becərilmə texnologiyası və yığım. Basma üçün yaxşı sələflər payızlıq buğda,

çoxillik otlar, dənli-paxlalı və cərgə araları becərilən bitkilər hesab olunur. Basma

üzvi gübrələrə tələbkardır. Hektara 20-30 ton peyin və mineral gübrələr verilir.

Peyin və ya tam mineral gübrə (N90P90K60) dondurma şumu altına verilir. Azot

gübrəsini öz kökləri ilə də toplaya bilir. Basma bitkisinin açıq sahəyə toxumları

səpilir. Toxumlar cərgə araları 60 - 70 sm, bitki araları 10-15 sm olmaqla səpici

maşınlarla səpilir. Səpildikdən 5-7 gün sonra cücərtilər alınmağa başlayır.

Təxminən avqust ayının əvvəllərində (5-15. VIII) həna bitkisində olduğu kimi

basma bitkilərinin də kütləvi çiçəkləməsi baş verir. Bu dövrdə bitkilərin I biçini

aparılır. Biçini əl ilə və xüsusi biçən maşınlarla aparmaq olar. Biçilmiş yaşıl kütlə

dərhal isti və kölgə yerlərə daşınmalı, nazik qatlarla sərilib qurudulmalıdır.

Qurutma işləri xüsusi istixanalarda və maşınlarda (çay yarpağı qurudan

maşınlarda) da aparıla bilər.

144

Tam quruduqdan sonra basma bitkisinin yarpağı gövdəsindən ayrılaraq, yarpaq

xüsusi dəyirmanda üyüdülüb toz halına salınaraq qablaşdırılmalıdır.

Sahə isə birinci biçindən sonra kultivasiya edilib, suvarılmalı və sonrakı qulluq

işləri aparılmalıdır. II biçin isə yenə də bitkilərin kütləvi çiçəkləməsi vaxtında,

təxminən oktyabrın axırlarında aparılmalıdır. II biçini gecikdirmək olmaz. Əks

təqdirdə bitkiləri ilkin payız şaxtaları vurur, məhsulun keyfiyyəti aşağı düşür və

xarab olur. II biçində də biçmə və qurutma işləri I biçindəki və həna bitkisində

olduğu kimidir.

MÖVZU:15. ZƏFƏRAN BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ

BECƏRİLMƏSİ

Mühazirənin planı:

1. Zəfəranın xalq təsərrüfatı əhəmiyyəti.

2. Botaniki təsviri və bioloji xüsusiyyətləri.

3. Zəfəranın yayılması.

4. Zəfəranın becərilmə texnologiyası (əkilməsi, becərilməsi, gübrələnməsi,

suvarılması)

5. Zərərverici və xəstəlikləri

6. Zəfəranla müalicənin qaydaları

Ədəbiyyat

Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 415 s.

İbadlı O.V. Müalicə bitkiləri. Zəfəran. Bakı: Çıraq, 1999,16 s.   İbadlı O.V. Zəfəran.  Bakı: “Tural” NPM, 2005, 28 s.

145

Вульф Е. В., Малеева О. Ф. Мировые ресурсы полезных растений,

(пищевые, кормовые, технические, лекарственные и др). Спра-

вочник. Л:. «Наука», 1969, с. 219.

Дамиров И. А., Прилипко Л. И. Лекарственное растения Азербай-

джана. Баку, «Маариф» 1988, 319 с.

ZƏFƏRAN (CROCUS SATİVUS L.) BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ

BECƏRİLMƏSI

Dünya bazarında yüksək alıcılıq qabiliyyətinə malik müalicəvi bitkilərin

ölkəmizdə yetişdirilməsi və inkişafı üçün həm təcrübə, həm də əlverişli iqlim

şəraiti mövcuddur. Belə bitkilərin yetişdirilməsi qida sənayesində tətbiq edilən bir

sıra ziyanlı konsentratları əvəz edərək insanların sağlamlığının qorunmasında

dönüş yarada bilər. Onlardan biri də zəfəran bitkisidir.

Zəfəranın xalq təsərrüfatı əhəmiyyəti. Zəfəranın qurudulmuş telləri qədim

vaxtlardan bəri ətirli ədviyya kimi müxtəlif Azərbaycan xörəklərinə qatılır. Xalq

təbabətində isə çay dəmləməsi, spirtdə cövhəri müxtəlif xəstəliklərin müalicəsində

istifadə olunur. Şərq təbabətində bitkidən hazırlanmış müalicə əhəmiyyətli

dərmanların 300-dən çoxunda zəfəran əsas komponent kimi istifadə olunmuşdur.

Zəfəranın tərkibində əsasən iki təsiredici maddə vardır: 1-pikrokrosin, 2-krosin.

Pikrokrosin qlikozidi təmiz halda rəngsiz və acı dadlı kristal maddədir. Parçalan-

dıqda 0,6 %-ə qədər efir yağı əmələ gətirir. Krosin isə sarı rəngli maddədir, suda və

spirtdə yaxşı həll olur, ferment təsirindən parçalandıqda iki hissə gensibioza adlı

şəkər əmələ gətirir ki, bu da hidroliz nəticəsində qlükozaya çevrilir. Krosin zəfəra-

nın boyayıcı maddəsidir. Elmi təbabətdə zəfəran tinktura şəklində (tinktura -

spirtdə və efirdə həll edilmiş dərman cövhəri) və tiryək damcısının tərkibində

mədə-bağırsaq xəstəliklərində sakitləşdirici və ağrıkəsici dərman kimi işlədilir.

Xalq təbabətində zəfərandan sinir sistemini tonuslandıran maddə kimi də istifadə

olunur.

146

Azərbaycan xalqı zəfəranın qurudulmuş tellərindən 50-dən çox şirniyyat

məmulatı hazırlanmasında istifadə edir. Ət və balıq xörəklərinə onun sulu məhlulu

əlavə edildikdə həmin məhsullar xoşagələn rəng alır, dadlı və xoş ətirli olur.

Zəfəran çox qədim zamanlardan bəri həm də qiymətli dərman və yaxşı sarı

boyaq kimi istifadə edilir. Hələ eramızdan çox-çox əvvəl İran, Vavilon, Midiya

hökmdarlarının ayaqqabıları zəfəranla sarı rəngə boyadılardı. Məşhur yunan

həkimi Hippokrat zəfərandan müalicə məqsədilə çox istifadə etmişdir.

Zəfəran qədim Misir, Babilistan, İran və digər Asiya ölkələrində, Romada

boyaq maddəsi kimi işlədilir, təbiblər onunla bir çox xəstəlikləri müalicə edirdilər.

Zəfəran iştahasızlığı, yuxusuzluğu, sinir zəifliyini aradan qaldırır, orqanizmi

gücləndirir. Hətta baş, ürək, göz, qulaq ağrıları zamanı zəfərandan istifadə effektli

sayılır, öskürəyin qarşısını alır, qızdırmanı salır. Vaxtilə zəfəran çox baha

olduğundan ondan əsasən şahlar, krallar və zadəganlar istifadə edərmişlər. Şahlar,

sultanlar və onların xanımlarının paltarları bu bitkinin rəngi ilə boyanardı. Kübar

qadınlar saçlarını zəfəranla boyayardılar. İngiltərədə isə həddən ziyadə qiymətli

bitki olduğu üçün qadınlara zəfəranla saçlarını boyamaq qadağan edilmişdi.

Avropada orta əsrlərdə saxta zəfəranı bazara çıxaranlar edam olunurdu.

Ümumiyyətlə, dünyada əsrlər boyu zəfəran möcüzəvi keyfiyyətlərə malik bitki

kimi sevilib, qorunub. İndi də belədir. Zəfərandan əsasən boyaçılıqda, əczaçılıqda

və yeyinti sənayesində istifadə olunur. Keçmişdə boyaçılıqda xalça və s. boyamaq

üçün geniş istifadə olunub. Buna səbəb həm boyama gücünün həddindən artıq çox

olması (öz miqdarının 100 min misli qədər), həm də xoşagələn parlaq sarı rəng

verməsi idi. Amma zəfəranın qiymətinin baha olduğuna görə indi boyaq maddəsi

kimi çox az istifadə olunur.

Azərbaycan dilindən başqa ərəb dilində də bu bitkiyə "zəfəran" deyilir. İspanca

"azafran", ingiliscə "saffron", fransızca "safrane", italyanca "zaferano" və hind

dilində "zuffron" adlanır.

Botaniki təsviri və bioloji xüsusiyyətləri. Zəfəran (Crocus) bitkilər aləminin

“örtülütoxumlular” şöbəsinin “ikiləpəlilər” sinfinin “quzqonmazçiçəklilər” sırası-

nın Zanbaqçiçəklilər (İridaceae) (süsənkimilər) fəsiləsinə aid olan bitkidir. Bu

147

bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyayır. Dünyada zəfəranın 70 cinsinə aid

1800 növü məlumdur. Bunlardan yalnız biri mədəni halda becərilir. Mədəni

zəfəranın (Crocus sativus L.) yeraltı hissəsi yumru soğanaqlardan ibarətdir.

Zəfəran bu soğanaqlar vasitəsi ilə çoxaldılır. Hündürlüyü 0,2 m-ə qədər, birləpəli,

ensiz - tel yarpaqlı, 1-2 çiçək gətirən və yeraltı yumruları ilə çoxalan çoxillik ot

bitkisidir. Açıq qırmızı və ya qırmızı-bənövşəyi gözəl çiçəkləri vardır. Zəfəranı

dünyada məşhurlaşdıran onun çiçəyinin içərisindəki dişicik telləridir. Hər bir çiçək

tacının ortasından al-qırmızı rəngli (parlaq narıncıya çalan qırmızımtıl) üç ədəd

dişiciyi yetişir ki, bu çiçəklərin də son dərəcə xoşagələn ətirli iyi və acıtəhər dadı

olur. Bu tellərin əvəz olunmaz müalicəvi əhəmiyyəti midiyalılara, assurilərə hələ o

vaxtlar məlum idi. Dişiciyin ağzı baş tərəfdən qıfvari formada iriləşmişdir. Zəfəran

cinsinin adı yunanca “krokus” - (crokus sap deməkdir - dişi çiçəklərinə görə

verilmişdir), növün adı isə latınca “sativus” - əkilən sözlərindən götürülmüşdür.

Zəfəran bitkisində gövdə, demək olar ki, inkişaf etmir. Yarpaqları ensiz,

uzunsov, tünd yaşıl rəngdədir. Kök ətrafında yerləşərək rozet əmələ gətirir.

Uzunluğu 44-50 sm-ə çatır. Soğanaqların çiçəkvermə qabiliyyəti onların böyük-

lüyündən asılıdır. Diametri 1-2 sm olan soğanaqların çox az hissəsi çiçəkləyir.

Diametri 2-3 sm olan soğanaqların hərəsi orta hesabla bir çiçək verir. Diametri 3-4

sm olan olanların hərəsi 4-5 çiçək, diametri 4 sm-dən çox olanların hərəsi isə 8-9

çiçək verir. Hər çiçəkdə altı ləçək olur.

Payızda Oktyabr- Noyabr aylarında çiçək açır. Çiçək yağmurlu havalarda və

gecələr qapanır. Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur.

Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü -180 - dən +400-dək

temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və

günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa qarşı çox həssasdır.

Zəfəran bitkisi yüksək miqdarda maye tələb edir ki, bu səbəbdən də o yalnız

Kəşmirdə illik 1000-1500 mm yağıntı düşməsi səbəbi ilə suvarılmadan yetişdirilir.

Hətta illik 500 mm yağıntı düşən Yunanıstanda və 400 mm yağıntı düşən İspa-

niyada belə zəfəranı yalnız suvarma yolu ilə yetişdirmək mümkündür.

148

Tarixi və yayılması. Zəfəran neçə əsrlərdir ki, dünyada nadir, müalicəvi, həm

də müqəddəs  çiçək sayılır. Bir çox mənbələrə görə zəfəranın becərilməsi 3-4 min

il bundan əvvələ təsadüf edir. Bu bitki əsasən İranda, İspaniyanın cənubunda və

Pakistanın Kəşmir əyalətində, həmçinin Azərbaycan, ABŞ, Mərakeş, Hindistanda,

Meksikada, Türkiyədə, Fransada, Misirdə, Əfqanıstanda və Çində becərilir. Bəzi

mənbələrdə qeyd olunur ki, bu nadir bitki Avropaya ərəb istilaları zamanı

aparılmışdır.

İran, İspaniya, İtaliya, Fransa, Türkiyə, Çin, Əfqanıstan, Meksika və digər

ölkələrdə bu bitkinin onlarca növü yetişdirilir. Bir sıra Avropa dövlətlərinin aqrar

siyasətində zəfəran perspektivli bitki kimi dəyərləndirilir, ona investisiya qoyul-

ması təbliğ edilir.

Zəfəranın əsas istehsalçısı İrandır. Belə ki, bu ölkənin payına ümumi zəfəran

istehsalının 65%-dən çoxu düşür. İran hər il 40-dan çox ölkəyə ümumilikdə 200

tona yaxın zəfəran ixrac edir. Bu ölkələr əsasən İspaniya, BƏƏ, Almaniya, İtaliya,

Fransa, Bəhreyn və İsveçrədir.

Azərbaycanda Abşeron yarımadası zəfəranı ilə tarixən məşhurdur. Bu bitki

Abşerona VIII-IX əsrlərdə kiçik Asiyadan gətirilib. 1941-ci ilə qədər hər il

yarımadada 600 kq-a qədər quru zəfəran hazırlanırmış. Hazırda Abşeron rayonu-

nun Bilgəh qəsəbəsində becərilən zəfəran ədviyyələrin ən qiymətlisi hesab olunur.

Azərbaycan mətbəxinin şah xörəyi sayılan əsl plovu da zəfəransız təsəvvür etmək

çətindir. Abşeronun mülayim qışı, günəşli yayı və münbit torpağı zəfəranın

becərilməsi üçün çox əlverişlidir. Hələ 1927- ci ildə Bilgəhdə “Zəfəran” sovxozu

da yaradılmışdı. 140 hektar sahəsi olan sovxozda il ərzində 140-150 kiloqram quru

zəfəran yığılardı. Dünya bazarında bir qram zəfəranın qiyməti keyfiyyətindən asılı

olaraq 1-10 manat arasında dəyişir. Qeyd edək ki, Bakının Məmmədli, Maştağa,

Nardaran, Pirşağı, Fatmayı kəndlərində yetişdirilən bu bitki yüksək keyfiyyətinə

görə həmişə fərqlənib. Məhsuldarlıq yüksək olduğundan daxili tələbatı ödəməklə

yanaşı, xarici ölkələrə də ixrac edilib. Hətta Abşeronda yarım tondan artıq

zəfəran yığıldığı vaxtlar da olub.  Vaxtilə Bilgəh kəndində hər tərəf zəfəran idi.

Kəndin sakinləri bu bitkidən yaxşı qazanc götürürdü. Bilgəhdə “zəfəran”

149

sovxozunun ləğv edilməsi, torpaqların bir qismində yeni yaşayış evlərinin tikilməsi

zəfəran sahələrinin azalaraq 20 hektara enməsinə səbəb oldu. İndi Abşeronda il

ərzində  təxminən 60-70 kiloqram zəfəran tədarük olunur. Halbuki təbii şəraiti

imkan verən əksər ölkələrdə onun qorunub artırılmasına xüsusi önəm verilir.

Bir kiloqram quru zəfəran almaq üçün 200-250 minə yaxın çiçək lazımdır.

Azərbaycanda ən keyfiyyətli zəfəran Bilgəhdə yetişir. Görünür, bu, kəndin

havasındandır. Bilgəh qəsəbəsində elə ailə  var ki, 1 kiloqramadək quru zəfəran

istehsal edə bilir. Abşeronun iqlim və torpaq şəraitinin əlverişli olmasına

baxmayaraq bu bitkiyə ayrılan sahə çox azdır. Məhsuldarlıq isə son vaxtlar

aşağıdır. Hər sentnerin maya dəyəri baha başa gəlir. Bunun bir səbəbi də əkin

materialının az olması, əkən becərən texnikanın qıtlığıdır. Başlıca səbəbi isə

aqrotexniki tədbirlərin düzgün həyata keçirilməməsidir. 

Nədənsə ölkəmizdə sahibkarlar bu sahənin perspektivlərini aydın görmürlər.

Bəlkə də bu, xaricdən və əsasən İrandan gətirilən ucuz zəfəran bazarını ələ

keçirməsi ilə bağlıdır. Orta hesabla hər bir insanın bu məhsula illik tələbatını cəmi

bir qramdan hesablasaq, Azərbaycanın zəfərana olan illik tələbatı 9 tona çata bilər.

Bu rəqəmin özü də  zəfəranın perspektivinin böyük olmasından xəbər verir.

Əvvəllər belə hesab edilirdi ki, Azərbaycanda yalnız Abşeron yarımadasında

bu qiymətli bitkidən məhsul almaq mümkündür. Artıq məlumdur ki, Abşerondan

başqa Azərbaycanın digər bölgələrində də məsələn Bərdə rayonunda və Gəncə-

Qazax bölgəsində də zəfəran yetişdirmək mümkündür. Bunun üçün yeni texnolo-

giyalar tətbiq etmək, məhsulu tanıtdırmaq üçün ilk vaxtlar təbii ki, daha çox iş

görülməlidir.

Zəfəranın becərilməsi texnologiyası. Zəfəranın əkilməsi üçün torpaq yüngül,

qumsal olmalıdır. Yaxşı olar ki, torpağa hər hektara 20 ton hesabı ilə çürümüş

peyin verilsin. Ən yaxşı əkin vaxtı iyul-avqust aylarıdır.

Soğanaqlı yumruları əkməzdən qabaq iki faizli marqanes məhlulu ilə 40-50

dəqiqə ərzində dezenfeksiya etmək lazımdır. Əkin 5-12 sm dərinliyində, bitki arası

20-30 sm, cərgə arası 10-15 sm olmaqla aparılmalıdır. Yaxşı olar ki, əkindən sonra

hava quraq olarsa, bir dəfə bol suvarılsın.

150

Vegetasiya ərzində sonrakı qulluq qaydaları suvarmadan, yemləmə gübrə-

lərinin verilməsindən (iyul, avqust) və alaq otlarına qarşı mübarizədən, cərgəara-

larının yumşaldılmasından ibarət olmalıdır.

Zəfəran oktyabr-noyabr aylarında çiçəkləyir. Birinci il əkilmiş bitkilərdə 2-3 və

daha çox açıq bənövşəyi rəngli çiçəklər əmələ gəlir. Çiçəkləri səhər-səhər toplayır

və içərisindəki dişicik tellərini ayırırlar. Ayrılmış dişicik telləri gün düşməyən

yerdə 18-22 0C istilikdə qurudulur, sonra kiçik polietilen torbalara tökülür, bu

torbalar isə dəmir qablara qoyulub satışa göndərilir. Bu qayda ilə qurudulub

toplanmış telciklər öz ətrini, rəngini uzun müddət saxlayır. Yaxşı olar ki, tədarük

edilmiş zəfəran telləri ağzı kip bağlanan şüşə qablarda saxlanılsın. Bu qaydalara

əməl edilsə o, keyfiyyətini itirmədən 10-15 il qala bilər. Qurudulmuş zəfəran

ləçəklərini çay ilə birlikdə dəmləyib içmək olar. Bəzi ölkələrdə (məsələn, İspa-

niyada) zəfəran xüsusi ələklərin içərisində közərdilmiş kömür üzərində 15-20

dəqiqə müddətində qurudulur, sonra xüsusi qablarda dünya bazarına göndərilir.

Hesablamalar nəticəsində müəyyən edilmişdir ki, 1 kq zəfəran əldə etmək üçün

200 -250 minə qədər zəfəran bitkisinin çiçəyi tələb olunur.

Zəfəranın çoxalma əmsalı respublikamızın ayrı-ayrı rayonlarında 3-12 ədəd

olur. Soğanaqlı yumruların torpaqdan çıxarılması yerüstü yarpaqlarının tam

quruyan vaxtı aparılmalıdır. Bu təxminən may ayının axırlarına düşür. Yaxşı olar

ki, əkilmiş zəfəranın soğanaqlı yumruları 3-4 ildən bir çıxarılıb təmizlənsin,

ölçülərinə görə çeşidlənsin və sonra əkilsin və yaxud əkin vaxtına kimi quru sərin

yerdə saxlanılsın. Əks təqdirdə soğanaqlı yumrular torpaqda çox qaldıqda məh-

suldarlıq aşağı olur və cırlaşır.

Əkilməsi. Zəfəran Abşeronda iyul, avqust aylarında əkilir. Cərgəarası məsafə

30-50 sm, cərgədəki soğanaqların arasındakı məsafə 8-10 sm olmalıdır. Bundan sıx

əkildikdə məhsulun keyfiyyəti aşağı düşür. Soğanaqlar 15-20 sm dərinliyə əkilir.

Becərilməsi. Becərməyə çiçək yığımı qurtarandan sonra başlamaq lazımdır. Bu

zaman cərgə aralarına kultivasiya çəkmək lazımdır. Kultivatorun cərgəyə yaxın

dişləri 8-10 sm dərinliyə, orta dişləri isə 16 sm dərinliyə batmalıdır. Kultivatorun

yan dişləri cərgədən 10 sm aralı keçməlidir.

151

Cərgə aralarına kultivasiya çəkiləndə yığım dövründə tapdanıb bərkimiş

torpaqlar yumşalır, havanın daxil olması asanlaşır. Cərgələrin yanlarında qalan

müdafiə zolağı ketmənlə, cərgənin özü isə dəmir dırmıqla yumşaldılır, alaq otları

təmizlənir. Dırmıqlardakı dişlərin arası elə olmalıdır ki, iş vaxtı o, pöhrələrin

üstünə düşüb onları sındırmasın. Sonralar cərgə aralarında alaq və ya suvarmadan

sonra qaysaq bağladıqda kultivatorla yumşaldılır.

Gübrələnməsi. Abşeronun açıq-boz torpaqlarının tərkibində qida maddələri

azdır. Odur ki, torpağı əkinə hazırlayanda sahəyə əlavə gübrə vermək lazımdır.

Zəfəranın çiçəkləri yığıldıqdan sonra onun intensiv böyüməsi başlayır (noyabrın

axırı və ya dekabrın əvvəli). Odur ki, birinci dəfə əlavə gübrəni dekabrın

əvvəllərində səpmək olar. Zəfəran əkilərkən torpağa kifayət qədər superfosfat və

kalium duzu verildiyindən əlavə gübrə kimi yalnız ammonium şorasından istifadə

edilir. Dekabr və fevral aylarında hektara 150 kq ammonium şorası, ikinci ildən

etibarən isə hər hektara əlavə olaraq 200 kq superfosfat və 100 kq kalium duzu

verilir. Sahənin hər yerinə eyni miqdarda gübrə səpmək düzgün deyil. Çünki,

zəfəranın kökləri şaxələnmədən şaquli istiqamətdə uzanır. Kənara verilən gübrənin

ona heç bir faydası olmur.

Suvarılması. Suvarma zəfəranın məhsuldarlığını və yumru soğanaq çıxımını

artırır. Lakin suvarma zamanı bitkinin bioloji xüsusiyyətlərini nəzərə almaq

vacibdir. Hər şeydən əvvəl, yadda saxlamaq lazımdır ki, payızın əvvəlində yağışlar

olanda zəfəranın vegetativ orqanları sürətlə inkişaf edir. Bu zaman su qənaətlə

verilməlidir. Payız quraq keçdikdə isə yalnız oktyabr ayında bitkilər suvarılmalıdır.

Zərərvericiləri. Zəfəranın əsas zərərvericiləri dovşanlar və siçanlardır.

Dovşanlar zəfəran yarpaqlarını böyük iştaha ilə yeyir. Siçanlar isə torpağın altında

yuva düzəldib zəfəranın soğanlarını zədələyir və ya tamam yeyir. Zədələnmiş

soğanaqların yerüstü hissələri, yarpaqları saralır və quruyur. Ərəb dovşanları və

siçanları sink fosfid qarışdırılmış buğda dənələrini yuvaya qoymaqla məhv etmək

olar.

Xəstəlikləri. Rizoktoniya və sklerotina göbələk xəstəlikləri də zəfəranın

düşmənidir.  Rizoktoniya xəstəliyinə tutulmuş plantasiyada yarpaqlar saralır. Bu

152

zaman göbələk mitseli soğanaqların səthini örtür və tədricən soğanağın içinə keçir.

Xəstələnmiş yumru soğanaqların üzərində içərisində hisə oxşayan kütlə ilə dolu

çuxurlar əmələ gəlir. Sklerotina göbələyi ilə xəstələnmiş yumru soğanaqlar

cücərməyə başlayır. Hər iki xəstəliyə tutulmuş soğanaqları dərhal seçib ayırmaq və

əkin qabağı formalinlə dərmanlamaq lazımdır. Bütün bunlarla yanaşı zəfəranın

əkilməsi, becərilməsi, yığılması  mexanikləşdirilməlidir. Əgər belə olmazsa

yuxarıda adları çəkilən bütün tədbirlər həyata keçirilsə də yüksək məhsuldarlıqdan

söhbət gedə bilməz.

Hər bir zəfəran həvəskarı yuxarıda göstərilən qaydalara əməl etsə ev şəraitində

və həyətyanı sahəsində zəfəranı əkib becərə bilər. Onun zərif çiçəkləri evə yaraşıq

verər, 3-5 ədəd teli isə xörəklərinizi sap-sarı rəngə boyayar və əla tam verər. Qida

sənayesində, mətbəximizdə zəfəran işlətmək ənənəsini bərpa etmək, bu nadir

məhsulun üstünlüklərini təbliğ etmək, onu becərənlərə mənəvi və maddi dəstək

vermək zəfəranın becərilməsini stimullaşdıra bilər. Fikrimizcə, Kənd Təsərrüfatı

Nazirliyi rayon icra hakimiyyətləri ilə birlikdə  maarifləndirici tədbirləri həyata

keçirsə, zəfəranla bağlı bir neçə saytın yaradılmasına təkan versə, bu məhsulu

yetişdirənlərin birliyi yaradılsa, həmin bitkiyə maraq artar, bu sahənin inkişafında

dönüş yarana bilər, yeni iş yerləri yaranar. Göyçayda Nar bayramı keçirildiyi kimi,

Bakıda da zəfəran bayramı təşkil etmək olar. Axı, zəfəran çiçəklərin sultanı, min

bir dərdin dərmanıdır. (Mənbə Elnur Hadıyev. Azərbaycan qəzeti).