adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın...

223
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası İsmayılzadə N.N. Məmmədov V.Ə. Mövzu 1. Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma inkişafı. Zədə və zərər. PLAN: 1. Entomologiya fənni, onun məqsəd və vəzifələri 2. Həşəratların morfoloji quruluşu 3. Zərərverici həşəratların növ tərkibi 4. Həşəratlarda çoxalma üsulları 5. Həşəratın inkişafı 6. Həşəratların qidalanma xüsusiyyətləri 7. Zədə və zərər haqqında anlayış. ƏDƏBİYYAT 1. Məmmədova S.R. - Kənd təsərrüfatı entomologiyası, Bakı, Xəlilov B.B. 1986 3. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004 4. Hümbətov Ə.M.,

Transcript of adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın...

Page 1: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Bitkiçilik və bitki mühafizəsi kafedrası

İsmayılzadə N.N.

Məmmədov V.Ə.

Mövzu 1. Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər.

PLAN:

1. Entomologiya fənni, onun məqsəd və vəzifələri2. Həşəratların morfoloji quruluşu3. Zərərverici həşəratların növ tərkibi4. Həşəratlarda çoxalma üsulları5. Həşəratın inkişafı6. Həşəratların qidalanma xüsusiyyətləri7. Zədə və zərər haqqında anlayış.

ƏDƏBİYYAT

1. Məmmədova S.R. - Kənd təsərrüfatı entomologiyası, Bakı, Xəlilov B.B. 1986

3. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004

4. Hümbətov Ə.M.,Əliyeva. M.Q. - Entomologiyadan praktiki məşğələlər,

Bakı, 2009

5. Hümbətov Ə.M. - Həşəratın ekologiyası və ziyanlı həşəratla mübarizə metodları, Bakı, 2011

6. Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с

GƏNCƏ – 2017

Page 2: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mövzu 1. Entomologiya və kənd təsərrüfatı bitkilərinəzərərverən canlılar haqqında anlayış, onların növ tərkibi,

çoxalma və inkişafı. Zədə və zərər.

Entomologiya sözü yunan sözlərinin birləşməsi olub həşərat aləmindən bəhs

edir. entomologiya sözünün yunanca mənası – entomon – həşərat, loqos – elm

deməkdir.

Entomologiya zoologiyanın bir hissəsi olmaqla başlanğıcını həmin elmdən

götürmüş və onun əsasında inkişaf etmişdir.

Zərərli həşəratlar kənd təsərrüfatı bitkilərinə hər il kəskin zərər vurur. Bunu

nəzərə alaraq respublikamızda zərərvericilərin bioloji xüsusiyyətləri və onlarla

mübarizə aparmaq üçün bir çox idarə və müəssisələr yaradılmışdır.

Respublikamızda 1924-cü ildə Muğan təcrübə stansiyası, 1925-ci ildə

Xanlar (Göy-göl) rayonunda entomoloji kabinet, 1925-ci ildə Gəncə şəhəri

yaxınlığında Az.ETPİ-nun nəzdində entomologiya şöbəsi fəaliyyət göstərməyə

başlamışdır.

Respublikamızda 1930-cu ildə Maştağa qəsəbəsində ÜİBMİ-nun stansiyası,

1935-ci ildə Zoologiya İnstitutu, 1959-cu ildə isə Gəncə şəhərində Az.ETBMİ-u

təşkil edilmişdir.

- Həşəratlar morfoloji quruluşuna, qohumluq dərəcəsinə, inkişafına və

bioloji xüsusiyyətlərinə görə müxtəlif siniflərə, dəstələrə və növlərə ayrılırlar.

- Nematodlar – nematoda sinfinin, müxtəlif dərili nematodlar fəsiləsinin

nümayəndəsidir. Bədəni uzunsov, armud formasında olmaqla sapvaridir. Kənd

təsərrüfatı bitkilərində fırlar əmələ gətirirlər.

- Gənələr – Hörümçəkkimilər sinfinin, gənələr dəstəsinin nümayəndəsidir.

- Böcəklər – Həşərat sinfi, sərtqanadlılar dəstəsinin nümayəndəsidir.

- Kəpənəklər – Həşərat sinfi, pulcuqluqanadlılar dəstəsinin nümayən-dəsidir.

- İlbislər – yumşaq bədənlilər sinfinin nümayəndəsidir.

- Çöl siçanı – siçanabənzər gəmiricilər dəstəsinin nümayəndəsidir.

2

Page 3: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yuxarıda göstərilən, müxtəlif dəstələrin nümayəndəsi olan zərərvericilərdən

başqa, təbiətdə xeyirli həşəratlar da mövcuddur. Məsələn, bal arısı xeyirli

həşəratdır. Belə ki, meyvə ağaclarının tozlanmasında böyük rolu vardır. Bal arsının

istehsal etdiyi bal məhsulu insanlar üçün qiymətli qida məhsuludur.

Tut ipəkqurdu xeyirli həşəratdır. Onun istehsal etdiyi baramadan ipək sap

əldə edilir ki, bundan da sənayedə istifadə edilir.

Lak yastıcasının istehsal etdiyi lakdan sənayedə, xüsusilə təyyarə qayırmada

istifadə edilir.

Yuxarıda göstərilən xeyirli həşəratlardan başqa təbiətdə xeyirli yırtıcı və

tüfeyli həşəratlar da vardır.

Yırtıcılardan 7 və 2 nöqtəli parabizən, karabus böcəkləri və yırtıcı

bağacıqları göstərmək olar.

Tüfeyli həşəratlardan isə yumurta yeyən trixoqamma, telenomus, apanteles,

anilasta, habrobrakon minicisi və s. qeyd etmək olar.

Göstərilən yırtıcı və tüfeyli həşəratlar heç bir kənd təsərrüfatı bitkilərinə

zərər vermir, əksinə zərərvericilərin məhv edilməsində çox aktiv iştirak edirlər.

Həşərat bədəninin quruluşu – Həşərat bədəni əsasən üç hissədən ibarətdir:

baş, döş və qarıncıq.

Başda bir cüt bığcıq, 2-3 ədəd sadə göz, bir cüt mürəkkəb göz və ağız aparatı

yerləşir.

Döş öz-özlüyündə üç hissəyə bölünür: qabaq döş, orta döş və arxa döş.

Qabaq döşdə bir cüt qabaq ayaqlar, orta döşdə bir cüt orta ayaqlar və bir cüt

üst qanadlar, arxa döşdə isə bir cüt arxa ayaqlar və bir cüt alt qanadlar yerləşir.

Qarıncıq müxtəlif buğumların birləşməsindən ibarət olub, birinci buğumda

eşitmə orqanı, tənəffüs sistemi, qan dövranı sistemi, maddələr mübadiləsi, dişi

fərdlərdə qarıncığın nəhayətində yumurta qoyan, erkək fərdlərdə isə cütləşmə

orqanı və s. yerləşir.

Ağız aparatı – Həşəratlarda əsasən iki tip ağız aparatı mövcuddur: gəmirici

ağız aparatı və sorucu ağız aparatı.

3

Page 4: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Gəmirici ağız orqanları bərk qida maddələrini – yarpağı, meyvələri, toxumu,

gövdəni gəmirir və onları müəyyən dərəcədə xırdalayır. Gəmirici ağız aparatı üst

dodaq (labrum), üst çənələr (mandibula), alt dodaq (labrum) və alt çənələrdən

(maxillae) ibarətdir.

Üst dodaq qidalanma zamanı yeyilən qidanın xaricə atılmasının qarşısını

alır. Onun alt hissəsində yerləşən üst çənələr olduqca möhkəmdir, hərəkət edir,

qayçı kimi ağız-ağıza gəlir və qidanı gəmirməkdən ibarətdir. Üst dodaq və üst

çənələr sadə quruluşa malikdir. Alt çənələr və alt dodaq mürəkkəb quruluşa

malikdir. Alt çənələr əsas buğum, gövdəcik, hiss çıxıntısı, daxili və xarici

çeynəyici pərlərdən ibarətdir. Alt çənələr aşağıdan alt dodaq vasitəsilə örtülür. Alt

dodaq çənə altının altı, çənə altı, hiss çıxıntısından ibarətdir.

Sorucu ağız aparatı – üst dodaq, bir cüt tükşəkilli üst çənələr, bir cüt

tükşəkilli alt çənələr və 3-4 buğumlu alt dodaqdan ibarətdir. Üst dodağın üst

hissəsi yarıqdır, alt və üst çənələr alt dodağın içərisində yerləşir.

Sorucu ağız aparatı maye halında (hüceyrə şirəsi) olan qidanı qəbul etmək

üçün uyğunlaşmışdır. Həşərat qidalanan zaman xortumlu alt dodağı yarpaq

epidermisinin üzərinə qoyur və xortumunu yığır. Bu vaxt xortum və üst çənələrlə

əhatə olunmuş alt çənələrin uc hissəsi yarpağın içərisinə daxil olur. Alt çənələr

ağız-ağıza gəldikdə onun daxilində bir cüt kapilyar novcuqlar əmələ gəlir. Həmin

novcuğun biri ilə həşərat bitki hüceyrəsinin daxilinə xüsusi tüpürcək buraxır,

hüceyrə şirəsini durulaşdırır və ikinci novcuq vasitəsilə duru halına salınmış

mayeni sorur. Bu dövrdə həşəratın udlağı daima hərəkətdə olur ki, o da zəif də olsa

atmosfer təzyiq əmələ gətirir, həmin təzyiq nəticəsində aşağıdan yuxarıya doğru

mayenin hərəkət etməsinə kömək edir.

Bığcıqlar – Həşəratlarda bığcıqlar bir cütdür və buğumlardan ibarətdir.

Həşəratın həyatında bığcıqların iybilmə və hissetmə orqanı kimi böyük əhəmiyyəti

vardır. Bığcıqlar quruluşuna görə müxtəlif formada olur. Əsasən aşağıdakı formada

bığcıqlara təsadüf olunur:

4

Page 5: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Sapvari bığcıq, qılvari bığcıq, təsbehvari bığcıq, mişarvari, daraqvari,

oxlovvari, toppuzvari, iyvari, lövhəvari, lələkvari, dirsəkli, qılcıqdaşıyan və qeyri-

müntəzəm bığcıq.

Ayaqlar – Həşəratda ayaqlar 4 cürdür:

1. Yüyürücü ayaqlar – qarışqalarda, milçəklərdə və sümürgən böcəklərdə.

2. Tullandırıcı (atlandırıcı) ayaqlar – çəyirtgələrdə, şalada, sisəkdə,

birələrdə, cırcıramalarda.

3. Qazıcı ayaqlar – danadişi, lövhəbığ böcəklərdə.

Qanadlar – Həşəratlarda qanadlar əsasən iki cütdür. Bəzilərində isə bir

cütdür (milçəklərdə). Qanadlar iki cüt olduqda bir cütü orta döşə və bir cütü arxa

döşə birləşir. Bir cüt olduqda isə orta döşə birləşir. Qanadlar damarlanmasına,

bərkliyinə və s. bir neçə cür olur:

1. Pərdəqanadlılar – arılarda, qarışqalarda.

2. Sərt qanadlar – böcəklərdə.

3. Yarım sərt qanadlar – bağacıqlarda.

4. Pulcuqlu qanadlar – kəpənəklərdə və s.

Həşəratda çoxalma – Həşəratlarda çoxalma əsasən yumurta qoyma ilə

gedir. Buna baxmayaraq, bəzi həşərat növləri vardır ki, onlar yumurta qoymadan

diri sürfə doğur.

Həşəratlar aşağıdakı üsulla çoxalırlar:

- Əksər həşəratlar homogenetik, yaxud cinsi üsul ilə artır. Belə ki, bu

çoxalmada erkək həşəratla dişi həşəratın cütləşməsi yolu ilə gedir. Daha doğrusu

erkək və dişi həşəratın cütləşməsindən sonra yumurta hüceyrələri spermatozid ilə

birləşir (mayalanma gedir).

- Partenogenetik, yaxud bakirə çoxalma ysulu cinsi çoxalmanın əksinə

olaraq həşərat tərəfindən qoyulmuş yumurta mayalanmadan inkişaf edə bilir. Belə

ki, həmin yumurtaların hüceyrələri mayalanmamış rüşeym verir (məsələn, bal

arısında).

- Bakirə çoxalma əksər hallarda erkək fərdlərin tamamilə iştirakı olmadan da

gedə bilir (məsələn, mənənələrdə).

5

Page 6: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

- Poliembrional, yaxud çoxrüşeymli çoxalma cinsi çoxalmadır. Belə ki, bu

çoxalmada yumurta hüceyrəsi qabıq içərisində bir çox hüceyrələrə bölünür. Hər bir

hüceyrə yeni bir rüşeymin başlanğıcını qoyur və bir yumurtadan bir neçə həşərat

çıxır (tüfeyli pərdəqanadlılarda).

- Pedogenez, yaxud sürfə fazasında çoxalma – bu çoxalma sürfə inkişaf

fazasında gedir. Belə ki, dişi fərdin yumurtalığında olan yumurtalar mayalanmır,

inkişaf edir və həmin yumurtalardan sürfələr çıxır (milçəklərdə).

Həşəratın inkişafı – Həşəratın inkişafı iki mərhələdə gedir: 1. Rüşeymin

inkişafı – bu inkişaf yumurta daxilində gedir (embrional inkişaf). 2. Rüşeymdən

sonrakı inkişaf (nostembrional) – həşərat yumurtadan çıxandan sonra başlayıb və

məhv olan zaman qurtarır.

- Yumurta (ovum) iri bir hüceyrə olub, daxilində protoplazma və nüvədən

başqa rüşeymin inkişafı üçün zəruri olan sarılıq əmələ gətirən qida maddələri

vardır. Yumurtanın müəyyən bir qütbündə bir deşik olur və onlar mikropilə

adlanır. Mikropilə vasitəsilə spermatozoid yumurta içərisinə daxil olur və onu

mayalayır. Bundan sonra sürfə, yaxud tırtıl yumurtadan çıxır. Yumurtadan çıxan

sürfə ilk zaman ağ rəngdə olmaqla zərif olur. Onun daxilində yumurta sarısının

qalığı seçilir və bir qədərdən sonra rəngi dəyişir və ağız orqanları bərkiməyə

başlayır. Bundan sonra sürfələr acgözlüklə qidalanmağa başlayır, böyüyür və

böyümə zamanı dövriyyəvari olaraq xitin kutikulasını atır (qabıq dəyişir). Hər bir

qabıq dəyişmə sürfə üçün bir yaş olur.

Bəzi sürfələr yumurtadan çıxdıqdan sonra yetkin fazaya oxşayır, bəziləri isə

oxşamır (sürfələr, tırtıllar).

Sürfələrin (tırtılların) əsas funksiyası qidalanma və böyümədən ibarətdir.

Ona görə də bu inkişaf dövrü kənd təsərrüfatı bitkilərinə daha çox zərər verirlər.

Sürfələr müxtəlif formalarda olurlar.

1. Kampodea şəkilli sürfələr – yaxşı inkişaf etmiş üç cüt döş ayağı vardır.

Sürfələri yırtıcıdır və bədən örtüyü möhkəmdir.

2. Tırtıl şəkilli sürfələr – 3 cür döş ayaqları və 2-8 cüt qarıncıq (yalançı)

ayaqları vardır. Mişarlayıcıların 7-8 cüt qarıncıq ayağı vardır (yalançı tırtıl).

6

Page 7: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

3. Qurdabənzər sürfələr – bu sürfələrdə qarıncıq ayaqları yoxdur. Bəzi

sürfələrin başı və üç cüt döş ayaqları vardır. Uzunburun, qabıqyeyən, arılarda və

qarışqaların sürfələrində baş vardır, döş və qarıncıq ayaqları yoxdur.

Pupun inkişafı – Sürfə (tırtıl) öz böyüməsini bitirdikdən sonra artıq

qidalanmır, sonuncu dəfə qabıq dəyişir, həzm kanalını təmizləyir və pup halına

keçir. Pup inkişaf fazasında yetkin həşəratda olan orqanlar, o cümlədən qanadları,

bığcıqları, gözləri və s. görmək olur. Pup dövründə həşərat hərəkt etmir və

qidalanmır.

Əsasən üç tip pup vardır:

1. Sərbəst pup – bu tip puplar ən çox böcəklərdə, pərdəqanadlılarda,

torqanadlılarda və s. həşəratlarda olur. Burada bığcıqlar, ayaqlar və qanadlar

bədənə sərbəst birləşmişdir.

2. Örtülü (qapalı) puplar – burada bığcıqlar, ayaqlar və qanadlar bədənə

yapışmışdır. Bu tip puplar kəpənəklərə və bəzi böcəklərə aiddir.

3. Yalançı baramalar (pupari) – əksərən milçəklərdə olur. Burada puplar

xarici tərəfdən sürfənin möhkəm qabığı ilə əhatə olunmuşdur.

Rüşyemdəki sonrakı inkişaf müddətində həşərat nəinki böyüyür, hətta yetkin

hala keçmək üçün bir sıra dəyişikliklərə uğrayır. Buna da həşəratın metamorfozu

deyilir. Metamorfoz iki qrupa bölünür: 1. Tam metamorfozlu həşərat – buraya

daxil olan dəstələr dörd inkişaf fazası keçirir: yumurta, sürfə, pup və yetkin.

Nümaynədələrindən kəpənəklər, böcəklər, torqanadlılar, ikiqanadlılar və

pərdəqanadlılar dəstələrini göstərmək olar. 2. Natamam metamorfozlu həşərat –

bura daxil olan dəstələr üç inkişaf mərhələsi keçirir: - yumurta, sürfə və yetkin. Bu

çevrilmədə həşərat pup mərhələsi keçirmir. Nümayəndəsindən düzqanadlılar,

yarımsərt qanadlılar, iynəçələr, bərabərqanadlılar və s. dəstələrini göstərmək olar.

- Həşəratlar qidalanmalarına görə əsasən üç qrupa bölünür: monofaq,

oliqofaq və polifaq.

- Monofaq sözünün mənası, mono – bir, faq isə bitkidir. Bu qrupa aid olan

həşəratlar yalnız bir bitki ilə qidalanırlar. Məsələn, yonca yarpaq uzunburun

(fitonomus) böcəyi.

7

Page 8: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

- Oliqofaq qrupuna aid olan həşəratlar isə bir fəsiləyə aid olan bir neçə bitki

ilə qidalanır. Məsələn, Kolorado kartof böcəyi (kartof, badımcan, bibər və pomidor

bitkiləri ilə qidalanır).

- Polifaq sözünün mənası, poli – çox, faq isə bitki deməkdir. Yəni çox bitki

ilə qidalanan həşəratlar Polifaq həşəratlara aiddir: düzqanadlılar (çəyirtkələr,

şalalar, sisəklər, danadişi), böcəklər (şıqqıldaq, qarabədən və lövhəbığ böcəklər),

pulcuqqanadlılar (sovkalar, odlucalar, qarışçılar) dəstələridir.

- Ağız aparatının tipindən asılı olaraq zərərverici bitkinin toxumalarını,

yarpaq, kök, meyvələrini parçalanıb dağılmasına və toxumanın bir hissəsinin məhv

olmasına səbəb olur. Nəticədə zədələnmiş bitkidə maddələr mübadiləsi pozulur,

boy artımı zəifləyir və ehtiyat qida maddələrinin toplanmasına mənfi təsir edir.

Bitkinin zədələnməsi bir çox iqlim amillərindən, aqrotexnikanın

səviyyəsindən, zərərvericinin sıxlığından, bitkinin inkişaf fazasından asılı olaraq

məhsulun miqdarına müxtəlif cür təsir edir.

Zədənin tipləri – Bitkilərin zədələnməsi xarakterik rəngarəng olub,

zərərvericinin ağız aparatının tipindən, inkişaf fazası və həyat tərzindən asılıdır.

Zədə tiplərinin xarakteri kifayət dərəcədə xarakterikdir və ziyankar

həşəratların təyinatında əsas əlamətdir.

Bitkinin zədlənməsi aşağıdakı kimidir:

I. Bitki yarpaqlarının zədlənməsi.

1. Kobud yeyilmə – gəmirici ağız orqanları olan zərərvericilər tərəfindən

zədələnmə nəticəsində olur. Məsələn, çəyirtgə, şala, sisək və s.

2. Deşikli yeyilmə – kələm sovkasının tırtılı, yarpaq yeyən böcəklər,

uzunburun apionlar, çılpaq ilbiz.

3. Fiqurlu yeyilmə – uzunburun sitonlar.

4. Skeletləşdirmə – birəciklərin sürfələri, kələm güvəsinin tırtılları və s.

5. Minalama – çuğundur milçəyinin sürfələri, alma güvəsinin kiçik yaşlı

tırtılları.

6. Rəng dəyişilmə – yonca və xaççiçəklilərin bağacığı, tütün tripi, tor gənəsi

7. Yarpaqların deformasiyası – mənənələr, çuğundur bağacığı.

8

Page 9: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

II. Budaq, gövdə və kökün zədələnmələri.

1. Gövdənin gəmirilməsi – kökboğazı gəmirən sovkaların tırtılları, məftil

qurdları.

2. Gövdə daxilində yeyilmə – qarğıdalı gövdə kəpənəyinin tırtılı, şüşəqanad

kəpənəyinin tırtılı.

Həşəratlar bitkinin müxtəlif hissələri ilə qidalanmağa uyğunlaşmışlar.

Tırtılların əksəriyyəti yarpaqla qidalanır. Ancaq çəmən kəpənəyinin tırtılları

bitkinin gövdəsinin daxilinə keçib onu daxildən gəmirir.

Bir çox minalayıcı güvələrin tırtılları yarpağın epidermisinə toxunmayıb

yalnız onun parenximasını yeyir və beləliklə yarpaqda uzun yollar (minalar) açır.

Fır əmələgətirənlərdə qidalanma nəticəsində yarpaqda fırlar əmələ gəlir.

Eyni sözü fillokseranın yarpaq formasına demək olar.

9

Page 10: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mövzu 2. Mühitin abiotik və biotik amillərinin zərərverici

canlıların həyatında rolu.

İsmayılzadə N.N.

Məmmədov V.Ə.

ƏDƏBİYYAT

1. Məmmədova S.R. – Kənd təsərrüfatı entomologiyası. Bakı – 1986. B.B.Xəlilov

2. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004

3. Hümbətov Ə.M -Həşəratın ekologiyası və ziyanlı həşəratla mübarizə metodları, Bakı, 2011

4. Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей

Москва, 2002, 472с

GƏNCƏ – 2017

10

Page 11: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mövzu 22. Mühitin abiotik və biotik amillərinin zərərverici canlıların

həyatında rolu.

Mühit amilləri 2 qrupa bölünür:

1. Abiotik, yaxud təbiətin cansız amilləri. Buraya temperatur, rütubət, külək,

Günəş və torpaq amilləri aiddir.

2. Biotik amillər, yaxud təbiətin canlı amilləri. Buraya bitkilər, heyvanlar və

insanların fəaliyyəti nəticəsində əmələ gələn amillər daxildir.

Temperatur amili – Həşəratın yaşaması üçün temperatur amili vacibdir.

Həşərat istiqanlı olmadığı üçün bədəninin temperaturunu nizamlaya bilmir. Odur

ki, havanın temperaturu nə qədər olarsa həşəratın bədəninin temperaturu da o qədər

olur.

Temperatur həşərata optimum, minimum və maksimum prinsipi üzrə təsir

edir. Temperaturun maddələr mübadiləsində böyük rolu var və bioloji proseslərin

bütün komplekslərini dəyişə bilir.

Əksər həşərat +10 +350S temperaturda normal yaşayır. Temperatur +350S-

dən artıq olduqda, yaxud +100S-dən aşağı düşdükdə həşəratın orqanizmində

fizioloji və bioloji proseslər dayanır. Yəni həşərat öz fəallığını itirir.

Müsbət 350C ilə 500S temperatur arasında həşəratda müvəqqəti keyimə baş

verir və temperatur 500S-dən yuxarı olduqda isə həşərat yaşaya bilmir, məhv olur.

Temperatur azaldıqda həşəratın inkişafı, yüksək temperatura nisbətən ləng

gedir.

Rütubət amili – Həşəratın inkişaf etməsi üçün rütubət amili də əsas rol

oynayır. Həşəratın bədənində rütubət 60-90% ola bilər. Əksər həşəratın yaşayışı

üçün rütubət 35-75%-dir. Normadan artıq rütubət həşərata pis təsir edir. Çünki

nəfəs boruları üzərində olan suyun buxarlanması azalır, bu da hüceyrə

protoplazmasında normadan artıq su toplanmasına səbəb olur.

Havanın quraqlığı da həşərata mənfi təsir edir. Quraqlıq nəticəsində

həşəratın bədəni quruyur.

11

Page 12: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Həşəratın orqanizmində su bədən temperaturunu nizamlamaq, bəzi

maddələri həll etmək üçün lazımdır.

Külək amili – Bu amil həşəratın bir yerdən digər yerə yayılmasına təsir edir.

Belə ki, küləyin təsiri nəticəsində bir növ həşərat bir bitki üzərindən digər bitki

üzərinə keçir. Bundan başqa külək orqanizmdə olan suyu şiddətlə buxarlandırır.

Bunun nəticəsində də həşəratın bədəni quruyur və s. məhv olur. Digər tərəfdən,

külək bir sıra həşəratın qoyduğu xorionsuz yumurtalarını da qurudur.

Günəş amili – Bu amil həşərata həm istilik, həm də işıq amili kimi təsir

edir. Bəzi həşəratlarda işıq şüaları müsbət taksisə, bəzilərində isə mənfi taksisə

səbəb olur.

Günəş şüası həşərata bir istilik enerjisi kimi təsir edir. Bu təsir də hava

temperaturunun təsiri kimidir.

Torpaq (edafik) amilləri – Həşəratlar öz inkişaflarının müəyyən hissəsini

torpaqda keçirir. Belə ki, bəzi həşəratlar torpaqda pup halında və yaxud da yetkin

halda qışlayır, bəzi həşəratlar torpağa yumurta qoyur və bəzi həşəratlar inkişafını

torpaqda keçirir.

Həşəratın hamısında yaşamaq üçün əlverişli torpaq seçəm qabiliyyəti vardır.

Yəni torpaq həşəratın yaşaması üçün əlverişli olmadıqda həmin yeri tərk edib,

özünə müvafiq torpaq seçir.

- Biotik amil – Bu amilə insanların fəaliyyəti, heyvanlar, bitkilər amili

daxildir. Heyvanlar aləmində onların bir-biri ilə aşağıdakı münasibəti ola bilər:

- Fərqsiz əlaqələr – burada həşəratlar bir-biri ilə yanaşı yaşayır, ancaq heç

bir əlaqəsi olmur.

- Simbioz (müştərək) əlaqələr – bu əlaqədə canlılar bir yerdə yaşayaraq

yaşamaq üçün bir-birinə kömək edir.

- Antaqonist əlaqələr – bir canlı digərini yeməklə yaşayır. Antoqonist

əlaqələr aşağıdakı formalarda olur:

1. Yırtıcılıq – burada bir canlı digərinə hücum edib onu dərhal parçalayıb

yeyir. Məsələn, böcəklər dəstəsinin nümayəndəsi olan 2 və 7 nöqtəli parabizən

böcəkləri mənənələrə hücum edib onları yeyir, yəni yırtıcı həyat tərzi keçirir.

12

Page 13: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yırtıcı həşəratlardan karabid böcəkləri, parabizənlərin yetkin və sürfələri,

sirfid milçəyinin sürfələrinin zərərvericilərin miqdarının azalmasında böyük

əhəmiyyəti vardır. Yırtıcı həşəratlardan başqa zərərvericilərin azalmasında, onlarla

qidalanan quşlar və məməlilər də mövcuddur.

Zərərvericilərlə qidalanan quşlardan ağacdələni, sığırçını, qara qarğanı,

dolaşanı, kiçik oxuyan quşları və başqalarını göstərmək olar. Bu quşlar torpağın

şumlanması zamanı torpaqda yaşayan məftil qurdlarını, lövhəbığ böcəklərin

sürfələrini, sovkaların tırtıllarını, eləcə də çəyirtkələri kütləvi surətdə yeyirlər.

Müxtəlif həşəratlarla qidalanan məməlilərdən kirpi, göstəbək və s.

göstərmək olar.

2. Tüfeylilik – burada bir tüfeyli həşərat digər bir zərərvericinin daxilində,

yaxud üzərində yaşayır və onunla qidalanır. Nəticədə zərərverici tədricən zəifləyir

və məhv olur. Tüfeylilər zərərvericilərin daxili orqanları və qanı ilə qidalanır.

Tüfeylilərdən trixoqramma, afelinus, apanteləs, anilasta, habrobrakon və s.

göstərmək olar. Əgər tüfeyli həşərnatın daxilində yaşayırsa ona endotüfeyli,

xaricində yaşayırsa, ektotüfeyli deyilir.

- Bitkilər aləmindən olan tüfeylilərdən göbələklər, bakteriyalar və virsular

həşəratda müxtəlif xəstəliklər törədir. Bu orqanizmlər suda və torpaqda yaşayaraq,

hava ilə yayılır.

Bəzi kəpənəklərin tırtılları (yemişan kəpənəyi, tut ipəkqurdu) bakteriya

xəstəliyi olan flyaşeridan böyük zərər çəkir. Bu xəstəlik çubuqşəkilli bakteriyalar

tərəfindən törədilir. Bakteriya ilə yoluxmuş tırtıl əvvəlcə süstləşir, qaralır, içərisi

iyli maye ilə dolur və bitkidən asılı halda məhv olur.

Həşəratda xəstəlik əmələ gətirən orqanizmlərə empuza və muskardin

göbələkləri də daxildir. Bundan empuza göbələyi çəyirtkələrdə xəstəlik əmələ

gətirir. Xəstələnmiş çəyirtkənin bədəni göbələyin mitelləri ilə örtülür, bu zaman

çəyirtkə hər hansı bir bitkinin üzərinə qalxıb oradan ayaqları ilə möhkəm yapışaraq

ölür.

Xəstəlik əmələ gətirən muskardin göbələklərinə misal olaraq yaşıl

muskardini göstərmək olar.

13

Page 14: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Həşəratlarda viruslar da xəstəlik törədir. Viruslar müxtəlif həşərat

tırtıllarında sarılıq xəstəliyi törədir.

Nəhayət, müxtəlif həşəratda ibtidai canlıların (Protozoa) nümayəndəsi olan

Nosema tərəfindən nezema xəstəlikləri də baş verir. Bu xəstəliklər həşəratın

təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

azalmasında insanların da böyük rolu vardır. Belə ki, xam və dincə qoyulmuş

torpaqlardan istifadə edilməsi, kütləvi surətdə çoxalan həşəratın növ tərkibinin

dəyişməsinə və eləcə də onların miqdarca azalmasına səbəb olur. Əkin sahələrində

həşəratın növ tərkibi və miqdarca dəyişilməsi, yüksək aqrotexnikadan və təsərrüfat

tədbirlərinin təşkili səviyyəsindən də asılıdır.

Həşərat ilə bitkilər daima qarşılıqlı əlaqədədir. Belə ki, bir bitki ilə qidalanan

(fitofaq) hər hansı bir həşərat müəyyən bir bitki ilə bilavasitə əlaqədar olur, çünki

o, həşəratın qida mənbəyidir. Hər hansı bir yırtıcı (zoofaq) həşərat da bitki ilə

əlaqədardır, çünki onun qidalandığı həşərat bitki ilə qidalanır. Bu əlaqə bilavasitə

yox, dolayı əlaqədir. Digər tərəfdən bitkilər əksər həşəratın sığınacaq yeri hesab

olunur.

14

Page 15: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mövzu 3. Kənd təsərrüfatı bitkiləri zərərvericilərinəqarşı aparılan mübarizə üsulları.

İsmayılzadə N.N.

Məmmədov V.Ə.

PLAN:

5. Aqrotexniki mübarizə üsulu6. Bioloji mübarizə üsulu7. Fiziki mübarizə üsulu8. Mexaniki mübarizə üsulu9. Kimyəvi mübarizə üsulu10.Karantin əsasları

ƏDƏBİYYAT

1. Məmmədova S.R. – Kənd təsərrüfatı entomologiyası. Bakı – 1986. B.B.Xəlilov

2. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004

3. Dünyamalıyev M.Z. - Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər. Eyvazov Ə.Q. Əhmədov S.Ə.və s.Bakı, «Nurlan», 2008

11.Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей

Москва, 2002, 472с

GƏNCƏ - 2017

15

Page 16: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mövzu 3. Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə

qarşı aparılan mübarizə üsulları.

Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə qarşı müasir dövrdə müxtəlif

xarakterli mübarizə üsullarından istifadə edilir. tətbiq edilən mübarizə

tədbirlərindən aşağıdakıları göstərmək olar:

1. Aqrotexniki mübarizə üsulu

2. Bioloji mübarizə üsulu

3. Fiziki mübarizə üsulu

4. Mexaniki mübarizə üsulu

5. Kimyəvi mübarizə üsulu

6. Karantin əsasları

Təsərrüfatın şəraitindən, bitkinin xüsusiyyətindən və zərərvericinin

inkişafından asılı olaraq bu mübarizə üsullarının müəyyən qədər dəyişdirilməsi

mümkündür.

Göstərilən mübarizə üsullarının hər biri zərərvericilərlə mübarizədə həm

qarşıalıcı həm də qırıcı tədbirlər məqsədini güdür.

Qarşıalıcı mübarizədə məqsəd elə şərait yaratmaqdan ibarətdir ki,

zərərvericinin artıb çoxalması üçün əlverişsiz şərait yaradılsın, o, sürətlə inkişaf

edib kənd təsərrüfatı bitkilərinə zərər verə bilməsin.

Qırıcı mübarizə tədbiri isə zərərverici sürətlə artdıqda və bitki üçün təhlükəli

olduqda tətbiq edilir.

Bir zərərvericini və ya zərərverici qrupunu məhv etmək üçün yuxarıda

göstərdiyimiz mübarizə üsullarının biri digərini müntəzəm surətdə əvəz etməlidir.

Belə olduqda mübarizə tədbiri yüksək səmərə verə bilər.

16

Page 17: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

I. Aqrotexniki mübarizə üsulu

Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə qarşı mübarizədə istifadə edilən

mübarizə üsulları içərisində əsas yeri aqrotexniki mübarizə üsulu tutur.

Zərərvericilərin miqdarının azalmasında aşağıdakı aqrotexnpiki tədbirlər

tətbiq edilir:

1. Növbəli əkin – sisteminin tətbiqi nəticəsində zərərvericilərin miqdarı

azalır. Məlumdur ki, bir sıra zərərvericilər bir bitki fəsiləsinə mənsub olan

(monofaq) və yaxud bir neçə qohum bitki ilə (oliqofaq) qidalanır.

Müəyyən bir tarlada bir neçə il daldbadal eyni bir bitki əkilərsə, o zaman

həmin bitki ilə qidalanan zərərvericilərin miqdarı kütləvi surətdə çoxalır və bitkiyə

böyük zərər vurur.

Düzgün növbəli əkin sisteminin tətbiqi nəticəsində zərərvericinin çoxu

xüsusilə monofaq və oliqofaq zərərvericilər məhv olur. Məlumdur ki, yonca yarpaq

uzunburun böcəyi bir neçə il ərzində çoxalır və onun sürfəsi monofaq olduğundan,

yəni yalnız yonca bitkisi ilə qidalandığından o, bitki üzəroində yaşayır. Odur ki, bir

tarlada yonca uzun müddət saxlandıqda zərərvericinin sürfələri artıb çoxalır və

kəskin surətdə zərər vurur. Ona görə də 5-6 illik yonca əkinində 1-2 illiklərə

nisbətən sürfənin miqdarı artır və bitki çox zədələnir.

2. Torpağın becərilməsi – Torpağın dərin şum edilməsi nəticəsində

bitkilərin inkişafı üçün bütün prosesləri yaratmaqla, torpaqda olan pambıq

sovkasının puplarına, məftil qurdlarına, danadişiyə, lövhəbığ böcəklərin sürfələrinə

və s. zrərvericilərə yaşayış üçün əlverişli olmayan şərait yaradır və onlara müəyyən

qədər öldürücü təsir edir.

Torpağın becərilməsi zərərvericilərə aşağıdakı istiqamətdə təsir edir:

- Zərərvericilərin qida mənbəsini ləğv etməklə bitkilərin alaqlardan

təmizlənməst, bitki qalıqlarının məhv edilməsi;

- Zərərvericiyə bilavasitə mexaniki təsir göstərir. Belə ki, becərmə alətləri ilə

zərərverici mexaniki surətdə əzilir və ya zədələnir. Bundan başqa zərərvericinin

17

Page 18: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

torpaq səthinə çıxan yolu pozulur və torpağın dərin qatına düşərək oradan çıxa

bilmir.

Bundan başqa cərgəaraları becərildikdə də yuxarıda göstərilən proseslər

təkrar olur, zərərvericilərin inkişafı pozulur və onlar normal yaşaya bilmirlər.

3. Alaq otlarının məhv edilməsi – alaq otlarının məhv edilməsi mədəni

bitkilərin inkişafına yaxşı təsir götərir. Belə ki, onlar torpaqda olan qida

maddələrini mənimsəyir, mədəni bitkilərə kölgə salır, toxumu zibilləyir və nəhayət

kənd təsərrüfatı işlərini mürəkkəbləşdirir, eləcə də zərərvericilərin kütləvi

çoxalması üçün əlverişli şərait yaradır.

Kənd təsərrüfatına zərər verən bir çox zərərvericilər öz inkişaflarının ilk

mərhələsini alaq otları üzərində keçirir və sonra mədəni bitkiləri yoluxdurur

(məsələn, mənənələr).

Alaq otları ilin müxtəlif fəsillərində zərərvericilər üçün qida mənbəyi,

qışlama və sığınacaq yeridir.

Erkən yazda hələ pambıq cücərtiləri çıxmamış qışlama yerlərindən çıxan

hörümçək gənələri, mənənələr və tripis sahənin kənarlarında, dincə qoyulmuş

sahələrdə, arxların kənarlarında və s. yerlərdə bitən bir sıra alaq otları üzərində

qidalanaraq inkişaf edib çoxalır. Pambıq cücərtiləri yarpaqlayarkən həmin

zərərvericilər alaq otları üzərindən pambıq bitkisi üzərinə keçirlər və zərər

vururlar.

Bu göstərilənlərdən aydın olur ki, alaq otlarını həm əkin sahəsində, həm də

onun kənarlarında vaxtında məhv etmək çox mühüm aqrotexniki tədbirdir.

4. Gübrələmə – Mineral və üzvi gübrələrin verilməsi nəticəsində bitki yaxşı

inkişaf edir və zərərvericiyə qarşı davamlı olmaqla, ona vurulan ziyan o qədər də

nəzərə çarpmır. Bəzən gübrələrdən zərərvericinin məhv etməkdə istifadə edilir.

Məsələn, superfosfatla ilbizləri məhv etmək olur. Gecələr çılpaq ilbiz qidalanan

zaman superfosfat tarlaya dağıdılır. İlbizin bədəni üzərinə düşən gübrə kontakt

təsir edib, onu məhv edir.

5. Bitki qalıqlarının məhv edilməsi – sahədən məhsul yığıldıqdan sonra bir

sıra zərərvericilər tarlada qalan bitki qalıqları altında özlərinə sığınacaq tapırlar

18

Page 19: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

məsələn, hörümçək gənəsi, tripslər, mənənələr və s. bunlar bitki qalıqları altında

qışlayırlar. Bitki qalıqları sahədən çıxarıldıqda göstərilən zərərvericilərin miqdarı

azalır.

II. Bioloji mübarizə üsulu

Bioloji mübarizə canlılar arasında gedən mübarizəyə əsaslanır, daha

doğrusu, bu mübarizədə bir canlının digər canlıya qarşı tətbiqi nəzərdə tutulur.

Bioloji mübarizə üsulu digər mübarizə üsulu ilə müqayisə edilərsə, onun

üstün cəhətləri vardır. Belə ki, bu mübarizənin tətbiqi ucuz başa çatır, insan,

heyvanlar və bitkilər üçün zərərsizdir, atmosferi çirkləndirmir. Bioloji mübarizədə

əksər hallarda zərərverici hələ bitkini zədələnməsindən əvvəl onu məhv edir.

Bioloji mübarizədə tüfeyli və yırtıcı həşəratdan, həşəratla qidalanan yırtıcı

quşlardan və ev toyuqlarından istifadə edilir.

Tüfeyli həşəratlar – kənd təsərrüfatı bitkiləri zərərvericilərinin məhv

edilməsində tüfeyli həşəratların böyük rolu vardır.

Zərərvericilərə qarşı mübarizədə tüfeylilərdən istifadə edilməsi o zaman

yaxşı fayda verir ki, təbiətdə tüfeylilərin həyat fəaliyyəti üçün əlverişli şərait olsun.

Bunu nəzərə alıb ilk növbədə zərərvericilər əleyhinə yerli tüfeylilərdən istifadə

edilməlidir.

Yerli tüfeyli həşərata misal olaraq yumurta yeyən trixoqrammanı,

habrobrakon minicisini, telenomusu, apantelesi və s. göstərmək olar.

Trixoqramma olduqca kiçik həşərat olub 0,5-0,8 mm uzunluqdadır. Tüfeyli

zərərverici həşəratların yumurtaları ilə qidalanır. Bu tüfeyli həşərat yumurtasını

müxtəlif kəpənəklərin – pambıq sovkası, alma meyvəyeyəni, qarğıdalı gövdə

kəpənəyinin, payızlıq əkin sovkası, karadrinanın, çəmən kəpənəyi və s. yumurtası

içərisinə qoyur. Tüfeylinin qoyduğu yumurtadan çıxan sürfə zərərvericinin

yumurtasının daxili möhtəviyyatını yeyib, onu məhv edir.

Telenomus tüfeylisi taxıl bitkisinin təhlükəli zərərvericisi ziyankar bağacığın

yumurtasını yoluxdurur. Daxili tüfeylidir.

19

Page 20: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Afelinus tüfeylisi qanlı mənənəni yoluxdurur. Bir dişi tüfeyli 100-ə qədər

yumurta qoya bilir. Qanlı mənənənin yetgin fərdlərinin daxili tüfeylisidir.

Habrobrakon minicisi – bu tüfeyli yerli tüfeyli olmaqla, pambıq sovkasının

tırtıllarının tüfeylisidir. Bu tüfeyli ilə pambıq sovkasının tırtıllarının yoluxması

bəzi illərdə 50%-ə qədər olur. Tüfeyli əvvəlcə tırtılı, yumurta qoyanı ilə sancıb iflic

edir, sonra isə yumurtasını onun üzərinə qoyur, yumurtadan çıxan sürfə tırtılın

daxilinə keçir və onun daxili orqanları ilə qidalanaraq onu məhv edir.

Yırtıcı həşəratlar – xeyirli yırtıcı həşəratlardan 2 və 7 nöqtəli parabizən

böcəklərini, qızılgözü, stetorus böcəyini, karabus böcəyini, yırtıcı tripisləri və s.

göstərmək olar.

Parabizən böcəklər – respublikamızın bütün bölgələrində geniş yayılmışdır.

Yırtıcının yetgin və sürfələri mənənələri parçalayaraq onlarla qidalanırlar. Yetkin

fərdlər sutka ərzində 130-a qədər, sürfələri isə daha aktiv şəkildə hərəkət etməklə

bir sutkada 270-ə qədər mənənəni yeyərək, onu məhv edir.

Qızılgöz – yırtıcısının yetkin fərdləri öz inkişafını davam etdirmək üçün

çiçəklərin nektar şirəsi ilə qidalanır, zərərverici ilə əlaqəsi yoxdur, ancaq onun

sürfəsi mənənə və tor gənəsi ilə çox aktiv surətdə qidalanır.

III. Fiziki mübarizə üsulu

Bu mübarizə üsulunda zərərvericilərə qarşı aşağı və yüksək temperaturdan,

müxtəlif şüa enerjisindən istifadə edilir. Bu mübarizə üsulu əsasən ən çox məhsul

saxlanılan anbarlarda aparılır.

Müəyyən edilmişdir ki, noxud və lobya dənyeyəni və bir sıra anbar

zərərvericilərini məhv etmək üçün, xüsusi elektrik qızdırıcıları və ya qaz

qızdırıcıları ilə anbarda +500S-dən yuxarı temperatur yaradılır, bu hal 15 dəqiqə

davam etdirilir. Belə yüksək temperaturda zərərvericilər məhv olur.

Aşağı temperatur, yəni -100S aşağı temperaturda zərərvericilərə öldürücü

təsir göstərə bilir.

20

Page 21: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Bu mübarizə üsulunda yandırmadan da istifadə edilir. Belə ki, meyvə

ağaclarının və üzüm tənəklərinin ölmüş qabıqları, eləcə də anbarlar süpürülən

zaman əldə edilən zibillər yandırılmalıdır.

Bəzi həşəratlar işıq şüalarına qarşı meyllidirlər. Yəni bir sıra kəpənəklər və

böcəklər axşamlar işıq şüasına uçurlar. Bunu nəzərə alaraq ultrabənövşəyi işıq

şüalarından istifadə etmək olar.

IV. Mexaniki mübarizə üsulu

Bu mübarizədə aşağıdakı tədbirlər həyata keçirilir:

1. Mexaniki mübarizə üsulunda zərərvericilərin əllə yığılıb məhv edilməsi.

Məsələn, pomidor yetişən zaman ona pambıq sovkasının tırtılları zərər vurur. Bu

vaxt kimyəvi zəhərlərdən istifadə etmək olmaz. Ona görə də zərərvericinin tırtılları

əllə yığılıb məhv edilməlidir. Kartofun qorxulu zərərvericisi olan Kolorado kartof

böcəyinin yetkin fərdlərinin və yumurtalarının əllə yığılıb məhv edilməsi.

2. Meyvə ağacları və üzüm tənəklərinin əsasən ştambının ölmüş qabıqlarının

toplanaraq yandırılması. Bu tədbiri aparmaqda məqsəd, bir sıra zərərvericilər

qışlamanı ştambların ölmüş qabıqları altında keçirir ki, ölmüş qabıqların soyularaq

yandırılması onların məhv olmasına səbəb olur.

3. Cinsi feremon tələlərdən istifadə etmək

4. Siçanabənzər gəmiricilərə qarşı tələlərdən istifadə etmək.

V. Kimyəvi mübarizə üsulu

Kənd təsərrüfatı bitkilərinə qarşı mübarizədə tətbiq edilən mübarizə üsulları

sistemində kimyəvi mübarizə üsulu əsas yerlərdən birini tutur.

Kimyəvi mübarizə üsulu qırıcı mübarizə üsuludur.

Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə qarşı mübarizədə kimyəvi zəhərlər

bəzi halda bilavasitə zərərvericinin özünə, digər halda qidalanma mühitinə

(yarpaqlar, torpaq, dənə və s.) təsir edir. Hər iki halda zərərverici orqanizm ilə

21

Page 22: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

zəhər arasında təmas (kontakt) əmələ gəlir. Bu da orqanizmdə anatomik dəyişiklərə

və fizioloji funksiyaların pozulmasına səbəb olur, nəticədə zərərverici məhv edilir.

Kimyəvi mübarizədə çox böyük olan sahələrdə çiləmə yerüstü aparatlarla və

təyyarələr vasitələrlə aparılır. Kiçik sahələrdə isə əl çiləyicisi ilə aparılır.

Zəhərlərin süniləşdirilməsi. Canlı orqanizmlərə qarşı mübarizədə istifadə

edilmələrindən asılı olaraq aşağıdakı qrup zəhərlər vardır:

İnsektisidlər – bunlar həşərata qarşı mübarizədə istifadə edilən zəhərlərdir.

Funqisidlər – bu zəhərlər göbələk və viruslara qarşı tətbiq edilir.

Akarisidlər – bu zəhərlər gənələrlə mübarizədə tətbiq edilir.

Zoosidlər – onurğalı zərərvericilərə qarşı istifadə edilən zəhərlərdir.

Bakterisidlər – bakteriyalara qarşı işlədilən zəhərlərdir.

Nematosidlər – nematodlara qarşı işlədilən zəhərlərdir.

Lyarvisidlər – tırtıllar və sürfələrə qarşı istifadə edilən zəhərlərdir.

Ovisidəlr – həşərat və gənə yumurtalarını məhv etmək üçün tətbiq edilən

zəhərlərdir.

Afisidlər – mənənələri məhv etmək üçün istifadə edilən zəhərlərdir.

Altraktant – həşəratı özünə cəlb edir.

Orqanizmə fizioloji təsir etməsinə görə zəhərlər bağırsaq (daxili), kontakt

(xarici), intoksikant (bitki daxilindən təsir edən) zəhərlərə bölünür.

1. Bağırsaq (daxili) zəhərlər – bu zəhərlər qida ilə qidalanan həşərat və

siçanabənzər gəmiricilərin mədə-bağırsaq traktına düşdükdə onları məhv edir.

2. Kontakt zəhərlər – bu zəhərlər həşəratın, gənələrn, ilbizlərin dəri

örtüyündən daxilinə keçərək onu məhv edir. Buraya fosfamid, metafos, karbofos,

keltan, trixlormetafos-3 və s. daxildir.

3. İntoksikant sistem (bitki daxilindən təsir edən) zəhərlər. Bura daxil olan

preparatlardan gesis, karate, Bİ-58 və s. göstərmək olar.

4. Fumiqant zəhərlər – bu qrupa aid olan zhərlər zərərvericinin daxilinə

tənəffüs (traxeya) sistemi və dəri örtüyündən qaz, yaxud da buxar şəklində daxil

olub, onu məhv edir. Bu qrupa xlorpikrin, karbon-sulfid, eləcə də dixloretan,

naftalin, heksa-xlorbutadien və s. daxildir.

22

Page 23: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

VI. Entomoloji karantin

Karantin tədbirində məqsəd hər hansı bir coğrafi ərazidə təsadüf edilən

zərərvericilər, xəstəliklər və alaq otlarının onların olmadığı yerə keçməsinin

qarşısını almaqdan ibarətdir. Bununla əlaqədar olaraq xarici və daxili karantin

tətbiq edilir.

Xarici karantində məqsəd, xarici ölkələrdə olan bir sıra təhlükəli

zərərvericilərin ölkəmizə keçməsinin qarşısını almaqdır.

Daxili karantində məqsəd bir ölkə daxilində yerləşən bir rayonda təsadüf

edilən zərərvericilərin digər rayona keçməsinə yol verməməkdir.

Karantin tədbirlərini yerinə yetirmək üçün respublikamızın sərhədlərində,

eləcə də rayonlarda karantin inspesiyaları fəaliyyət göstərirlər.

Mövzu 4. Müxtəlif bitkilərlə qidalanan düzqanadlılar və bitkilərin kök

sisteminə ziyan vuran böcəklər, onlarla mübarizə tədbirləri

İsmayılzadə N.N.

Məmmədov V.Ə.

PLAN:

1. Asiya, Mərakeş, səhra çəyirtkələrinin, şalaların, sisəklərin və danadişinin

morfologiyası və biologiyası, onlara qarşı mübarizə tədbirləri.

2. Şıqqıldaq böcək və payızlıq əkin sovkasının morfoloji-bioloji xüsusiyyətləri,

onlarla mübarizə tədbirləri.

23

Page 24: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

ƏDƏBİYYAT

1. Məmmədova S.R, – Kənd təsərrüfatı entomologiyası. Bakı – 1986.

Xəlilov B.B.

2. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004

3. Hümbətov Ə.M., - Entomologiyadan prkatiki məşğələlər, Bakı, 2009 Əliyeva. M.Q.

4.Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat

Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.

5.Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с

GƏNCƏ - 2017

24

Page 25: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mövzu 4. Müxtəlif bitkilərlə qidalanan düzqanadlılar və bitkilərin

kök sisteminə ziyan vuran böcəklər, onlarla mübarizə

tədbirləri

Kənd təsərrüfatı bitkilərinin bir qrupu müxtəlif bitkilərlə qidalanır ki,

bunlara polifaq həşəratlar deyilir.

Polifaqlara düzqanadlılar (çəyirtkələr, şalalar, sisəklər), sərtqanadlılar

(şıqqıldaq, qarabədən və lövhəbığ böcəklər), pulcuqqanadlıların payızlıq əkin

sovkassı və nümunələri daxildir.

Hörümçək gənələri, çılpaq ilbiz, nematodlar və siçanabənzər gəmiricilər də

polifaq həşəratdır.

Düzqanadlı həşərat (Orthoptera) – Buraya 3 yarım dəstə: çəyirtkələr, şalalar,

sisəklər və danadişi daxildir. Bu zərərvericilər bir-birlərindən xarici görünüşünə

görə fərqlənirlər.

Şala və sisəklərdə bığcıqlar bədənin yarısından uzun olub, dişi fərdlərdə

uzun yumurta qoyan vardır. Şalalarda dal ayaqların pəncəsi 4, sisəklərdə isə 3

büğümdan ibarətdir. Çəyirtkələrdə bığcıqlar bədənin yarısından qısa olub 26

buğumdan çox deyil. Yumurta qoyanı qısadır. Çəyirtkələrdə eşitmə orqanı

qarıncığın birinci halqasında, şalalarda isə qabaq ayaqların baldır hissəsində

yerləşir.

Çəyirtkələr (Acrididae) – Bitkilər üçün ən təhlükəlisi çəyirtkələrdir. Yaşayış

tərzlərinə görə çəyirtkələr iki qrupa bölünür: sürü və tək halda yaşayanlar. Sürü

halında yaşayan çəyirtkələrin 1m2 sahədə miqdarı 1000-2000-ə qədər ola bilir.

Sürü halında yaşayan çəyirtkələrdən Asiya, Mərakeş və səhra, tək halda

yaşayanlardan isə Zaqafqaziya xaçlı, bostan, göyqanadlı və s. göstərmək olar.

İtaliya çəyirtkəsi aralıq təşkil edir, bəzi illərdə tək, bəzi illərdə isə sürü halında

yaşayır.

Bitkilər üçün təhlükəli növlər sürü halında yaşayan çəyirtkələrdir.

25

Page 26: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Asiya çəyirtkəsi (Locusta migratoria L.) – Bədəni yaşıl, yaxud qonur

rəngdədir. Qanad üstlüyü uzun olub, üzərində qonur ləkələr vardır. Qanadları

şəffafdır. Bədəninin uzunluğu 60-75 mm-dir.

Asiya çəyirtkəsi əsasən çay vadilərində, göllərin ətrafında bitən qamışlıqda

yaşayır və çoxalır. Asiya çəyirtkəsi Araz, Kür və Qarasu çaylarının qamışlığında

vaxtaşırı çoxalır.

Asiya çəyirtkəsi respublikamıza başqa yerlərdən də uçub gələ bilər.

Asiya çəyirtkəsi bütün mədəni bitkilərə xüsusi olaraq ən çox dənli-taxıl

bitkilərinə zərər verir.

Mərakeş çəyirtkəsi (Dociostaurus maroccanus T.) – Bədəni sarımtıl-boz

rəngdə olub, üzərinəd tutqun rəngli xallar vardır. Qabaq kürəkciyində «X» şəklində

xüsusi naxış vardır. Bu naxış sürfə fazasında, yetkin fərdə nisbətən daha aydın

nəzərə çarpır. Qanadları şəffafdır. Dal ayaqların baldır hissəsi qırmızı rəngdədir.

Yetkin fərdlərin uzunluğu 25-38 mm-dir.

Azərbaycanda Mərakeş çəyirtkəsi başlıca olaraq yovşanlı sahələrdə yaşayıb,

çoxalır. Daimi çoxalma yerləri Eldar düzü, Ceyrançöl, Mil və Qarabağ

düzənliyidir.

Mərakeş çəyirtkəsi İran və Əfqanıstanda da kütləvi şəkildə çoxalıb

respublikamıza uçur və kənd təsərrüfatı bitkilərinə zərər verir.

Zərərverici dənli-taxıl, paxlalı, bostan, pambıq və s. bitkilərə ziyan verir.

Səhra çəyirtkəsi (Sohistocerca gregaria F.) – yetkin səhra çəyirtkəsi limonu-

sarı rəngdədir. Yetkin çəyirtkələrin uzunluğu 40-50 mm-ə çatır. Azərbaycanda

çoxalma yeri yoxdur. Bəzi illərdə İranın cənubundan uçaraq sərhəd rayonlarına

gəlir.

Bu çəyirtkə əsasən dənli-taxıl, texniki və tərəvəz bitkilərinə ziyan verir.

Çəyirtkələrin inkişafında ümumi cəhətlər çoxdur. Bütün növlərin inkişafı bir

il çəkir. Yazda qışlamış yumurtalardan çıxan sürfələr 1-2 ay müddətində yetkin

fərdə çevrilir. Yetkin çəyirtkələr 2-3 ay yaşayır və yumurta qoyaraq ölür.

Dişi fərdlər öz yumurtalarını torpağa qoyur. Yumurta qoyan zaman dişi fərd

qarıncığını əyərək yumurtaqoyanını torpağa yeridir. Bu zaman cinsi orqanın əlavə

26

Page 27: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

vəzilərinin ifraz etdiyi köpükvari selik yuvaya buraxılır. Selik yumurtaları bir-

birinə yapışdırıb quruyur. Bu zaman dişi fərd torpaqda qarıncığına oxşar formada

küpəcik (kisəcik) hazırlayır. Küpəciklərin xarici səthinə torpaq dənələri yapışır və

kəltəni xatırladır. Küpəciklər bəzi növlərdə müxtəlif olur. Küpəciklərin uzunluğu

8-75 mm arasında dəyişir.

Hər bir çəyirtkə növü küpəcik daxilinə müxtəlif miqdarda yumurta qoyur.

Asiya çəyirtkəsi hər küpəciyə 55-115, Mərakeş çəyirtkəsi isə 35-40 yumurta qoyur.

Bir dişi fərd bütün həyatı boyu 2-3 küpəcik düzəldə bilir.

Çəyirtkələr yumurta qoymaq üçün müəyyən münasib yer seçir. Məsələn,

Asiya çəyirtkəsi çayın aşağıları və qamışlıqlara, Mərakeş çəyirtkəsi bitki örtüyü

seyrək olan xam torpaqlara yumurta qoyur. Yumurta qoyulan kimi rüşeym inkişafı

başlayır və qısa müddətdə inkişafı dayanır ki, o gələn ilin yazına qədər diapauzada

olur. Bunu temperaturun aşağı olması ilə izah etmək olar.

Yazda, əlverişli şərait olan kimi yumurtalardan sürfələr çıxmağa başlayır.

Azərbaycan şəraitində Mərakeş çəyirtkəsinin sürfələri martın axırı və aprelin

əvvəllərində, Asiya çəyirtkəsinin sürfələri isə mayın birinci ongünlüyündə

görünməyə başlayır.

Yumurtadan çıxan sürfələr qurdabənzər olur və torpaq səthinə çıxdıqdan

sonra onlar öz qabıqlarını, daha doğrusu dərisini atır və birinci yaş sürfələr olur.

Sürfələr 30-60 gün yaşayır və bu müddət ərzində 5 yaş keçirir.

Tək halda yaşayan çəyirtkələrdə sürfələr yumurtadan çıxdıqdan sonra onlar

bir yerə yığılmır və tək-tək hərə özü istədiyi istiqamətdə hərəkət edir.

Sürü halında yaşayan çəyirtkələrdə isə sürfələr yumurtadan çıxdıqda onlar

bir yerə toplaşır və sürü ilə uzaq məsafələrə hərəkət edir. Başqa sürülərlə

qarşılaşdıqda onlara qarışaraq daha iri sürülər əmələ gəlir.

Yetkin fərdlər bütün həyatı boyu qidalanır və böyük zərər vurur. Çəyirtkələr

sonuncu dəfə yumurta kisəciklərini qoyduqları yerdə də ölür.

27

Page 28: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mübarizə tədbirləri

Çəyirtkələrlə mübarizədə əsasən kimyəvi, mexaniki və aqrotexniki

tədbirlrdən istifadə edilir.

Aqrotexniki mübarizə.

1. Tək halda yaşayan çəyirtkələrin kütləvi halda çoxalmasının qarşısını

almaq üçün xam və dincə qoylumşu torpaqlardan istifadə edilməlidir.

2. Otlaqların çox tapdanmasına və otarılmasına yol verilməməlidir.

3. Asiya çəyirtkəsinin çoxalma ocaqlarını məhv etmək məqsədilə çay və göl

daşqınlarından əmələ gələn su durğunları qurudulmalı və orada mədəni bitkilər

əkilməlidir.

Kimyəvi mübarizə. Çəyirtkələr əleyhinə bu mübarizədə əsasən toz halında

olan zəhərlər və zəhərli aldadıcı yemlər tətbiq edilir. Çünki səhra və yarımsəhra

yerlərdə su çətin tapıldığı üçün məhlullardan istifadə etmək məsləhət deyil.

Çəyirtkələrin həvəslə qidalandıqları zəhərli aldadıcı yemlər jmıx unu, adi

kəpək, ağac kəpəyi və s. zəhərlə qarışdırılması nəticəsində əldə edilir.

Çəyirtkələrin sürüdəki sıxlığından asılı olaraq hər hektara 10-20 kq aldadıcı

quru maddə və müvafiq miqdar zəhər sərf edilir.

Şalalar (Tettigoniidae) – geniş yayılmış növlərdən yaşıl şalanı (Tettigonia

viridissima L.), Göyçay şalasını (Poeclimon geoktschaicus S.), qaşqa şalanı

(Decticus albifrons), uzunquyruq şalanı (Tettidonia caudata Ch.) və s. göstərmək

olar.

Qeyd edilən növlər içərisində ən geniş yayılanı yaşıl şaladır. Azərbaycanın

bütün rayonlarında geniş yayılmışdır.

Şalalar xarici görünüşünə görə çəyirtkələrə çox bənzəyir. Yaşayış tərzləri və

inkişaf tsiklləri də, demək olar ki, çəyirtkələrdə olduğu kimidir.

Yazda (mart-may) torpaqda qışlayan yumurtalardan yetkin şalaya bənzər

kiçik qanadsız sürfələr çıxır, 10-15 gündən sonra onlar qabıq dəyişir. Bundan

28

Page 29: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

başqa hər 10-15 gündən bir sürfələr qabıq dəyişir. Qabıqdəyişmə 5-7 dəfə təkrar

olunur. Beləliklə şalalar öz inkişafları dövründə 5-7 yaş keçirir.

Sürfələrin yetkin hala keçməsi 50-70 gündə başa çatır. Yetkin fərdlər də

sürfələr kimi fəal qidalanır.

Cinsi yetişkənliyə çatmış erkək şalalar səs çıxarır (oxuyur). Cütləşmədən

sonra dişi fərdlər torpağa tək və koma halında bir neçə yumurta qoyur. Bir gündə

dişi şala bir-birindən aralı 20 və daha çox yumurta qoyur. Torpağa qoyulmuş

yumurtalar qışlayır.

Şalalarda kannibalizm vardır. Onlar çəyirtkələr, digər həşəratlar, qurdlar və

s. ilə də qidalanır, hətta bir-birini yeyir.

Mübarizə tədbirləri. Şalalar çox həssas zərərvericidir. Ona görə də aparılan

mübarizə diqqətli və səliqəli olmalıdır. Şalalarla mübarizədə əsasən kimyəvi və

aqrotexniki tədbirlər həyata keçirilir.

Aqrotexniki tədbirlər – Alaq otları məhv edilməli, ətrafda olan kollar

qırılıb yandırılmalıdır, onların yerinə mədəni bitkilər əkilməlidir.

Kimyəvi mübarizə – şalalara qarşı daxili təsir edən zəhərlər və heksaxloran

dustu ilə tozlama aparılmalı, aldadıcı yemlər tətbiq edilir. Zəhərlərin dozası

çəyirtkələrdə olduğu kimidir.

Sisəklər (Gryloidae) – morfoloji quruluşuna görə sisəklər şalalara çox

oxşardır. Sisəklər yarımdəstəsi iki fəsiləyə bölünür: sisəklər və danadişilər.

Çöl sisyəi (Gryllus desertus Pall) – qara rəngli olub, üst və alt qanadları

yaxşı inkişaf etmişdir. Yumurtaqoyanı dal ayağın budundan 1,5 dəfə uzundur.

Bədəninin uzunluğu 12-19 mm-dir.

Respublikamızın bütün aran rayonlarında təsadüf olunur və başlıca olaraq

pambıq, tütün, tərəvəz, yonca, bostan və s. bitkilərə zərər verir. Sürfə və yetkin

fərdləri bitkilərlə qidalanır.

Çöl sisəyinin illik inkişaf tsikli, çəyirtkə və şalaların inkişaf tsiklindən

kəskin fərqlənir. Sisəklər həm yetkin, həm də sürfə mərhələsində qışlaya bilir.

Dişi çöl sisəyi yumurtalarını iyun-iyul aylarında tək-tək və ya topa halında

torpağa qoyur. Yumurta qoyduqdan 15-20 gün sonra sürfələr çıxmağa başlayır.

29

Page 30: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Sürfələr 3-4 dəfə qabıq dəyişir və torpaqda düzəltdiyi yuvacıq içərisində qışlayır.

Aprelin axırları və mayın əvvəllərində qışlamış sürfələr yuvacıqlardan çıxıb

bitkiləri zədələyir.

Mübarizə tədbirləri

Aldadıcı yemlərdən istifadə edilməlidir. Yemlərin hazırlanması və tətbiq

edilmə texnikası çəyirtkələrdə olduğu kimdir. Aldadıcı yemlər sisəklərin toplaşdığı

yerə səpilməlidir.

Adi danadişi (Gryllotalpa gryllotalpa L.) – yaxşı inkişaf etmiş qazıcı

ayaqlara malik, qonur rəngli, iri həşəratdır. Bədəninin uzunluğu 60 mm-ə çatır.

Adi danadişi Azərbaycanın bütün rayonlarında yayılmaqla tərəvəz, bostan,

bağ, çay, sitrus, texniki bitkilər (günəbaxan, pambıq və s.) və taxıl bitkilərinə zərər

vurur.

Zərərverici cavan bitkilər, xüsusilə ştillər və toxmacalar üçün daha

qorxuludur. Təbii şəraitdə danadişi bitkilərə aprel ayından başlayıb, iyun ayına

qədər, ştilliklərdə və parniklərdə isə fevral ayından zərər verir.

Zərərvericinin yaşlı sürfələri və yetkin fərdləri torpağın 1 metrə qədər

dərinliyində qışlayır. Yazda onlar şum qatına çıxır və torpağın lap üst səthinə qədər

qalxır. Burada onlar səpilmiş toxumlarla qidalanır, kökləri gövdənin yeraltı

hissəsini gəmirir.

Yetkin fərdlər aprel ayından başlayıb avqust ayına qədər öz yumurtalarını

torpağın 10-20 sm dərinliyinə qoyur. Hər yuvada 300-350 yumurta olur. Həmin

yumurtalardan 10-15 gündən sonra sürfələr çıxmağa başlayır. Beləliklə danadişinin

bütün inkişafı 12-14 ay ərzində başa çatır. ən çox rütubətli yerlərə meyllidir.

Mübarizə tədbirləri – 1. Adi danadişini aldadıcı yemlərlə məhv etmək olar.

Bu məqsədlə zəhərlənmiş buğda, arpa və qarğıdalı dənlərindən istifadə edliir.

Qaynadılmış dən, günəbaxan və ya çiyid yağı ilə (çəkiyə görə 3%) isladılır,

motador (çəkiyə görə 5%) qarışdırılır. Deməli, hər kiloqram dənə 30 q yağ, 50 q

isə zəhər sərf edilir.

30

Page 31: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Torpaq zərərvericilərinə qarşı şırımlara Barquzin 150 qr/100m2 və ya

Medvetoks 300 qr/100 m2 vermək olar.

Tarlalarda, botan və tərəvəz əkinlərində meyvə və meşə tingliklərində

danadişini məhv etmək üçün hər hektara 60-80 kq aldadıcı dən yemi dənsəpən

maşınla torpağa verilir.

Aldadıcı yem əkindən bir neçə gün qabaq tətbiq edilməlidir. Bu zaman

aldadıcı yem sahə üzərinə səpilir və malalanır. Əgər tarlada bitki cücərtiləri olarsa,

aldadıcı yemlər 2-3 sm dərinlikdə bitkilər və cərgəaralarına qoyulur. Cərgəaraları

olan əkin sahələrində cərgəarası becərilməlidir.

2. Parnikdə danadişi ilə mübarizə aparmaq üçün yuxarıdakı qaydada aldadıcı

yem hazırlamalı və hər çərçivəyə 30-50 q olmaqla torpağın 2-3 sm dərinliyinə eyni

miqdarda basdırılmalı, vegetasiya dövründə parniklərdə danadişini məhv etmək

üçün torpaq fosfamidlə çilənir. Bir çərçivəyə 10-12 l məhlul sərf edilir.

3. Danadişinin yuvasını, yollarını və özünü məhv etmək məqsədilə məhsul

yığımından sonra dərhal erkən dondurma şumu aparılmalıdır.

4. Payızda içərisində peyin olan çalalarda danadişiləri məhv etmək olar.

Çalalar 0,5 m dərinlikdə qazılır və içərisinə peyin doldurulur. Qışlamaq üçün

danadişilər buraya çox həvəslə yığılırlar.

Şıqqıldaq böcəklər (Elateridae) – kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq

böcəklərin yetkin fərdləri qorxulu deyil. Ancaq onların torpaqda yaşayan

məftilqurdu adlanan sürfələri müxtəlif bitkilərin toxum və cücərtilərinə, kök

sisteminə böyük zərər vurur.

Böcəklərin bədəni uzunsov olmaqla, bir qədər yastıdır. Ayaqları qısa,

pəncələri 5 buğumludur. Böcəklərin qabaq döşündə alt tərəfdən barmaq şəkilli

kiçik çıxıntı, orta döşdə isə çökəkcik (oyuq) vardır. Böcək arxası üstə düşdükdə bu

çıxıntını çökəkciyin içərisinə salıb, böcək əyilir və tullanaraq üzü üstə düşür. Bu

zaman ön döşün çıxıntısı orta döşün çuxuruna burulur və şıqqıltıya bənzər səs

alınır ki, böcəyin adı da buradan götürülmüşdür.

31

Page 32: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Sürfələr (məftil qurdları) – sarımtıl, yaxud qəhvəyi rəngdədir. Başı yastı,

dəri örtüyü xitinləşmişdir. Onların bir bərabərdə üç cüt döş ayaqları vardır.

Zərərverici ən çox turş reaksiyalı meşə torpaqlarında yaşayır.

Məftil qurdları ən çox buğda, arpa, qarğıdalı, kartof, çuğundur, günəbaxan,

tütün, pambıq bitkilərini zədələyir. Onlar nəinki bitkinin kök sistemini, hətta

səpilmiş toxumları belə tamamilə yeyir. Meyvəköklülərdə (kartof, çuğundur,

yerkökü və s.) sürfə meyvələrin içərisinə girir. Meyvələrin daxilinə girən sürfələrin

açdığı yolla xəstəlik törədicilər daxil olaraq, meyvələri çürüdür və onları uzun

müddətə saxlamaq olmur.

Sürfələr parniklərdə və tingliklərdə də bitkiləri zədələyir. Təsadüf edilən

şıqqıldaq böcək növlərinin inkişaf tsiklləri, zədələmə xüsusiyyətləri və onlara qarşı

aparılan mübarizə üsulları bir-birinə bənzəyir.

Şıqqıldaq böcəklərin inkişafı zəif gedir. Bir nəslin inkişafı 3-5 ilə başa çatır.

Əksər növləri müxtəlif yaşlı sürfə və böcək fazasında qfşlayır. Qışlamış böcəklər

qışlama yerlərindən çıxır, aprel, iyul aylarında yumurta qoymağa başlayır. Sürfə 3-

4 ilə inkişaf edir. İyun, avqust aylarında torpağın 8-15 sm dərinliyində puplaşır.

Pup fazası 2-3 həftə davam edir və ondan çıxan böcəklər gələn ilin yazına qədər

torpaqda qalır.

Mübarizə təbdbirləri. Əsasən aşağıdakı tədöirlər həyata keçirilir.

1. Torpaq diqqətlə becərilməlidir. Heriklərdə kultivasiya aparılmalıdır. Dərin

dondurma şumu aparılmalıdır.

Şum zamanı kiçik yaşlı sürfələr və pupların bir qismi mexaniki əzilmə

nəticəsində məhv olur və zərərvericilərin sayını xeyli azaldır.

2. Məftil qurdu ilə yoluxmuş sahələrə az zədələnən bitkilər (birillik

paxlalılar) əkilməlidir.

3. Bitkinin inkişafını sürətləndirmək üçün üzvi və mineral gübrələr

verilməlidir.

Payızlıq əkin sovkası (Agrotis segetum Sohiff) – Orta böyüklükdə kəpənək

olub, qanadları açıldıqda 35-45 mm olur. Ön qanadları açıq-boz və ya tünd-qonur

32

Page 33: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

rəngdədir. Qanadları üzərində sovkalara xas olan üç böyrəkvari, yumru və pazvari

ləkə vardır. Dişi kəpənəklərin bığcıqları daraqvari, erkəklərinki isə qılvaridir.

Tırtılı boz, torpaq rəngindədir. Beli üzərində tünd zolaq vardır. Tırtıllar

torpaqda yaşayır və əsasən də bitkilərin kökü və cücərtiləri ilə qidalanır. İri yaşlı

tırtılların uzunluğu 50 mm-ə çatır. ona toxunduqda dərhal qıvrılır.

Payızlıq əkin sovkasının zərərverici fazası tırtıllardır və onlar olduqca

müxtəlif mədəni bitkilər və alaq otları ilə qidalanır. Zədələyici bitkilərdən taxılı,

tütünü, pambığı, günəbaxanı, tərəvəz və bostan bitkilərini göstərmək olar.

Torpaqda yaşayan tırtıllar cücərtiləri və onun kök boğazını gəmirərək

bitkiləri tamamilə məhv edir. Zərərvericinin yaşlı tırtılları qışlayır. Tırtıllar soyuğa

olduqca davamlıdırlar. Tırtıllar adətən erkən yazda zərər vermir. Tırtıllar özlərinə

yuva düzəldib pup halına keçirlər. Yazda, aprelin 2-ci yarısında pupdan kəpənəklər

uçmağa başlayır. Kəpənəklər gecə uçur və qidalanır. Gündüzlər gizlənirlər. Uçan

kəpənəklər əlavə olaraq çiçəklərin nektar şirəsi ilə qidalanırlar. Bir dişi kəpənək

2000-ə yaxın yumurta qoya bilir.

İkinci nəslin kəpənəkləri iyulda uçmağa başlayır. Kəpənək yumurtalarını

tək-tək, alaq və ya mədəni bitkilər, yaxud torpaq üzərinə qoyur. 3-4 gündən sonra

yumurtalardan tırtıllar çıxır. Tırtıllar gündüzlər torpaqda gizlənir, gecələr isə

torpağın üst səthinə çıxıb, bitkilərin kök boğazını gəmirir. İyul ayının əvvəllərində

birinci nəslin tırtılları öz inkişafını bitirir. Bu vaxta qədər 5 dəfə qabıq dəyişərək 6

yaş keçirir, 2-ci nəsil isə bundan sonra başlayır.

Payızın əvvəllərində ikinci nəslin axırıncı yaşda tırtılları qışlamağa başlayır.

Mübarizə tədbirləri. 1. Aqromexaniki tədbir olaraq heriklər becərilməli və

orada olan alaq otları məhv edilməlidir.

Dərin dondurma şumu və cərgə aralarının becərilməsi tırtıl və pupların

əksəriyyətini məhv edir.

2. Bioloji mübarizə olaraq yumurtayeyən trixoqrammadan istifadə

edilməlidir.

33

Page 34: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

3. Kimyəvi mübarizədə zərərvericinin iri yaşlı tırtıllarına qarşı 1,5 kq raqorla

50 kq şrot qarışığından alınan (hər hektara 50 kq hesabı ilə) aldadıcı yem verilməsi

yaxşı səmərə verir.

Mövzu 5. Dənli taxıl, çəltik və qarğıdalı bitkilərinin zərərvericiləri, onlarla

mübarizə tədbirləri

İsmayılzadə N.N.

Məmmədov V.Ə.

PLAN:

12.İsveç və hessen milçəklərinin morfoloji-bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

13.Ziyankar bağacıq və buğda tripsinin morfoloji-bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

14.Sümürtkən və taxıl böcəklərinin morfoloji-bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

15.Çəltik ağcaqanadının morfoloji-bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

ƏDƏBİYYAT

1. Məmmədova S.R, B.B.Xəlilov - Kənd təsərrüfatı entomologiyası. Bakı – 1986.

2. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004, 303 s.

34

Page 35: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

3.Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat

Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.

6. Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с

GƏNCƏ – 2017

Mövzu 5. Dənli taxıl, çəltik və qarğıdalı bitkilərinin zərərvericiləri,

onlarla mübarizə tədbirləri

Dənli taxıl bitkilərinə müxtəlif bitkilərlə qidalanan zərərvericilər, gənələr,

yumru qurdlar, siçanabənzər gəmiricilər zərər vurur.

Ədəbiyyatlarda indiyə qədər buğda və arpa üzərində 200 növdən artıq

zərərverici həşərat qeyd edilmişdir.

Dənli taxıl bitkisinin xüsusiyyətlənmiş zərərvericilərindən İsveç və hessen

milçəyini, yaşılgöz milçək, köçəri və oturaq taxıl mənənələrini, buğda tripsini,

ziyankar və sivribaş bağacığı, ağ xalı taxıl böcəyini, kuzkanı, xaçdaşıyanı, taxıl

sümürgən böcəyini, taxıl mişarlayıcısını qeyd etmək olar.

İsveç milçəyi (Oscinella fritt L.). ikiqanadlılar (Diptera) dəstəsinin taxıl

milçəkləri (Chloropidae) fəsiləsinə mənsubduo.

Yetkin fərd 1,5-2 mm böyüklükdə olub, bədəni qara rəngdədir və metal

parıltısına malikdir. Bığcıqları 3 buğumludur.

Yumurtası silindrvari olub, uzunluğu 0,6 mm-dir. Sürfəsi ağ rəngdədir, ön

və dal hissəsi xeyli nazikdir. Sürfənin uzunluğu 4-5 mm-dir. Yalançı baraması

qonur-qəhvəyi rəngdədir.

İsveç milçəyi respublikamızda geniş yayılmaqla, dənli taxıl bitkilərinə, o

cümldəən arpa və buğdaya xeyli zərər vurur.

35

Page 36: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Zərərvericinin yaşlı sürfələri əsasən payızlıq və yabanı taxıl bitkilərinin

cücərtisinin gövdələri daxilində qışlayır. Azərbaycanda ildə 5 nəsil verməsi

göstərilir. Əsasən payız və yaz nəsilləri zərər verir. Yay nəsilləri çox zərər verə

bilmir.

Oktyabr ayında əmələ gələn payız nəslinin yetkin milçəkləri yumurta

qoymağa başlayır. Yumurtalar bitkinin gövdə, yarpaq və s. orqanlarının üzərinə

qoyulur. Yumurtadan çıxan sürfələr bitki gövdələrinin daxilinə girir. Onlar

mərkəzi yarpağı əsasında gəmirir. Bunun nəticəsində yarpaq soluxur, saralır və

sünbül başlanğıcı zədələnir. Sürfənin və yalançı baramanın inkişafı gövdə

daxilində gedir.

Zəif kollanmış bitki zərərvericiyə müqavimət göstərə bilmir və məhv olur.

Yaxşı kollanmış bitkilər məhv olmur, məhv olmuş gövdələrin yerinə yeni, əlavə

gövdələr verir.

Bəzi sortlar zərərvericiyə müqavimət göstərə bili rvə xeyli miqdarda əlavə-

yan gövdələr verir.

Mübarizə tədbirləri.

1. Payızlıq taxıllar optimal olan vaxtda səpilməlidir.

2. Aqrotexniki tədbirlərin bütün kompleksi (torpağın düzgün becərilməsi,

əlavə gübrələrin verilməsi və s.) həyata keçirilməlidir. Bunun nəticəsində bitkilər

yaxşı və bərabər inkişaf edir. bu da isveç milçəyinin zərər verməsini xeyli azaldır.

3. Məhsul vaxtında yığılmalı, bundan sonra kövşən çevrilməlidir.

4. Davamlı sortlar əkilməlidir.

5. Sürfələr çıxmağa başladığı gövdə Desis preparatından hektara 0,3-0,4 l

məsarif normasında emulsiyası ilə çiləmə aparmaq olar.

6. Həmçinin kimyəvi mübarizədə hektara 0,2 kq olmaqla Dentiz 2,5 %

preparatından istifadə olunmalıdır.

Hessen milçəyi (Mayetiola destructor S.) – İkiqanadlılar (Diptera)

dəstəsinin fır əmələgətirənlər (Cecidomyiidae) fəsiləsinə mənsubdur.

Yetkin fərd 3-3,5 mm böyüklükdə olmaqla, bədənləri bozumtul-boz və ya

qaramtıl rəngdədir.

36

Page 37: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yumurtası silindrvaridir, 0,5 mm böyüklükdədir. Əvvəllər şəffaf, sonra isə

qonur-qırmızı rəngdə olur.

Yaşlı sürfələr ağ-süd rəngində olur. Ağız aparatı sorucudur. Bitkinin şirəsini

sormağa uyğunlaşmışdır. Yaşlı sürfənin uzunluğu 3,5-4,5 mm-dir. Yalançı

baramalar qonur-şabalıdı rəngdədir, kətan toxumuna oxşardır. Uzunluğu 3 mm-dir.

Azərbaycanın dağlıq və dağətəyi rayonlarının iqlimi mötədil olduğu üçün

hessen milçəyinin burada taxıl bitkilərinə vurduğu zərər, aran zonasına nisbətən

xeyli çoxdur.

Hessen milçəyi Azərbaycanda ildə 3-5 nəsil verə bilir. Əsas zərərverən payız

nəslidir.

Hessen milçəyi iri yaşlı sürfələr halında yalançı barama içərisində payızlıq

əkin sahələrində və yabanı taxıl bitkilərinin yarpaq qoltuğunda qışlayır. Yalançı

barama içərisində olan sürfə, yazda martın 2-ci yarısında pup halına keçir. Aprel

ayında puplardan milçəklər uçmağa başlayır. Bu dövr taxıl bitkilərinin borulama

dövrüdür. Pupdan uçan milçək qidalanmır, cütləşir və cəmi 5-6 gün yaşayırlar. Dişi

fərdlər yumurtalarını yarpaqlar üzərinə qoyurlar (200-350 ədəd). Qoyulmuş

yumurtalardan 4-7 gün sonra sürfələr çıxır. Sürfələr yarpaq üzərində hərəkət edib

yarpaq qoltuğuna və oradan da gövdə daxilinə keçir. Sürfələr gövdənin şirəsini

sorur. İnkişafını başa çatdıran sürfələr qidalandığı yerdəcə pup halına keçir. Puplar

öz inkişafını 18-20 gün müddətində başa çatdırır və yeni nəslin milçəkləri uçmağa

başlayır.

Sürfələrin inkişafı borulama dövrünə düşürsə, gövdələr sünbülləmə

dövründə əyilir və müxtəlif təsirlərdən gövdə yatır, belə bitkinin məhsulunu

yığmaq olmur.

Hessen milçəyi bütün taxıl bitkilərini, eləcə də yabanı dənli bitkiləri də

zədələyir.

Mübarizə tədbirləri – İsveç milçəyinə qarşı tətbiq edilən mübarizə

tədbirlərindən istifadə edilməlidir.

Yaşılgöz milçək (Chlorops pumilionis Byerk.). İkiqanadlılar dəstəsinin taxıl

milçəkləri fəsiləsinə mənsubdur.

37

Page 38: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yaşılgöz milçəyin yayılması və həyat tərzinin öyrənilməsinə dair tədqiqat

işləri olduqca az aparılmışdır.

Yaşılgöz milçək başlıca olaraq yazlıq buğda əkinlərinə arpaya zərər vurur.

Bundan əlavə payızlıq buğda əkinlərinin cücərtiləri də bu zərərverici tərəfindən

zədələnir.

Yaşılgöz milçəyin süfrələri payızlıq taxıl cücərtilərinin gövdələri daxilində

qışlayır. Erkən yazdan başlayaraq davam etdirir və aprelin axırı, mayın

əvvəllərindən etibarən yalançı baramalar içərisində pup halına keçir. Havanın orta

gündəlik temperaturu 16,50 C –yə çatdıqdan sonra milçəklər yalançı baramalar

işərisindən xaricə uçmağa başlayır. Hər bir milçək 150-yə qədər yumurta verə bilir.

Yumurtadan çıxmış sürfələr yarpaqlar ilə qidalana bilmədiklərindən yarpaqların

qoltuq hissəsindən gövdə daxilinə keçir və orada qidalanır. Qidalanma nəticəsində

üst buğumlar arasında dərin şırımlar açılır və inkişafda olan sünbül zədələnir.

Vegetasiyanın sonuna yaxın sürfə bitkinin zədələyə bilmir, normal sünbül

əmələ gəlir və sürfə dənləri arasında sıxılaraq məhv olur.

Qışlama zamanı sürfələr gövdə daxilində olur.

Mübarizə tədbirləri.

1. İmkan daxilində yazlıq taxıllar tez səpilməlidir.

2. Bitkinin boy artmasını sürətləndirən bir sıra aqrotexniki tədbirlər

kompleksi, o cümlədən torpağın vaxtında və düzgün becərilməsi, gübrələnməsi

əlavə gübrələmə və s. Bu kimi bir sıra tədbirlər həyata keçirilməlidir.

3. Tez sünbül verən sortlardan istifadə edilməlidir. Çünki, tez sünbülləmə

nəticəsində hələ zərər verə bilməyən xeyli sürfə məhv olur.

4. Küləş üzlənməli, sonra isə dərin şum aparılmalıdır.

5. Kİmyəvi mübarizədə isveç milçəyinə qarşı istifadə olun preparatlar

tətəbiq edilir.

Mənənələr. Bərabərqanadlılar dəstəsinin (Homoptera) mənənələr

yarımdəstəsinə (Aphidinea) daxildir. 1 – 4 mm böyüklükdə qanadlı və qanadsız

həşəratlar olub, taxıl bitkilərinin bütün hissələrində yaşaya bilir. Deşib-soran ağız

aparatına malik olan bu həşərat qrupu bitkinin hüceyrə şirəsi ilə qidalanaraq

38

Page 39: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

onların böyümə və inkişafını zəiflədir. Bəzi hallarda isə bitkini yaxud da onun ayrı

–ayrı gövdələrini məhv edir. Mənənələr başlıca olaraq partenogenetik (bakirə)

yolla çoxalırlar. Dişiləri 25 – 100 -ə qədər diri sürfə qoyur.

Mənənələrin özünəməxsus inkişafları vardır. Bu inkişafdan asılı olaraq onlar

iki bioloji qrupa – köçəri və oturaq mənənələrə bölünürlər.

Köçəri mənənələrin həyatı iki bitki ilə bağlıdır və mövsümdən asılı olaraq

qanunauyğun tərzdə bir bitkini digəri ilə əvəz edir. Bu mənənələr bütün yay

ərzində dənli taxıl bitkiləri ilə qidalanır və çoxalır. Payızda 1anadlı fərdlər ağaclar

üzərinə uçur və qışlamaq üçün orda da yumurta qoyur. Məsələn, meşə gilası

mənənəsi (Rhopalosiphumpadi L.). yazda bu bitki üzərində yumurta qoyur. Bir

müddət keçdikdən sonra onun koloniyaları əmələ gəlir və may ayından etibarən

artıq qanadlanmış mənənələr yulaf, çovdar, qarğıdalı, digər mədəni və yabanı taxıl

bitkiləri üzərinə keçərək, bütün yay müddətində bu bitkilər üzərində bakirə yolla

çoxalırlar.

Oturaq mənənələrin bütün inkişafı dənli bitkilər üzərində gedir. Payızlıq

dənli bitkilər üzərinə qoyulmuş yumurtaları qışlayır. Payızlıq dənli bitkilər üzərinə

qoyulmuş yumurtaları qışlayır. Yazdan başlayaraq payıza qədər arası kəsilmədən

bakirə çoxalma gedir. Əgər bu dövrdə mənənə üçün əlverişli olmayan qida mühiti

əmələ gəlirsə o zaman yayılmağa qadir olan qanadlı fərdlər əmələ gələrək nisbətən

zəif və hələ tam kobudlaşmamış dənli bitkilər üzərinə keçir. Doğrudur, burada

dabir bitkidən digər bitkiyə keçmə olur, lakin hər iki halda onun qida mühiti dənli

bitkidən ibarətdir.

Mənənələr öz yumurtalarını payızda payızlıq taxılların, bitki qalıqlarının və

yabanı taxıl bitkilərinin üzərinə qoyur. Yumurtalar ovalvarıdır. Uzunluğu 0,6 mm,

eni 0,2 mm –dir. Qışlayan bu yumurtalardan süfrələr sıxaraq bir neçə dəfə qabıq

dəyişir və dişi fərdlər əmələ gəlir. Bunlar binəcə dişilər adlanır.

Məhsul yığımından sonra mənənələr yabanı taxıl bitkiləri və bitki qalıqları

üzərində çoxalır. Sonra onlar payızlıq taxılların üzərinə keçir və qışlamaq üçün

yumurta qoymağa başlayır.

Mübarizə tədbirləri.

39

Page 40: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

1. Taxıl mənənələri ilə aqrotexniki mübarizə məqsədilə torpağı vaxtında və

düzgün becərmək, bitkilərin böyüməsini sürətləndirən gübrələr vermək və s. bu

kimi tədbirlərlərin həyata keçirilməsinin böyük əhəmiyyəti vardır.

2. Məhsul yığımından sonra bitki qalıqlarını təmizləmək üçün kövşən

üzlənilməli, sonra isə dərin dondurma şumu aparılmalıdır, çünki mənənələr məhsul

yığımından sonra payızlıq taxıl əkinlərinin cücərtiləri əmələ gələnə qədər öz

inkişafını bitki qalıqları üzərində keçirir.

Əgər sahələr mənənə ilə kütləvi surətdə sirayətlənərsə bitkinin inkişaf

fazsından və sirayətlənmə dərəcəsindən asılı olaraq hər hektara 1,6 kq (0,8 faizli

məhlul) Aktara (Tiametoksam 250 qr/kq), hektara 60 qr Mostar 20 SP

preparatındna istifatə olunur.

Buğda tripsi (Hoplothrips tritici K.) – Tripslər dəstəsinin (Thysanoptera)

boruquyruqlular (Phlocothripidae) fəsiləsinə daxildir.

Yetkin fərd qaramtıl rəngdə olub, 1,5-2 mm böyüklükdədir. Sürfələr xarici

görünüşcə yetkin fərdə çox oxşardır, ancaq rəngi qırmızıdır.

Zərərverici deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o

cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir.

Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır. Erkən yazda

qışlamadan çıxan sürfələr nimfa fazasına çevrilir. Payızlıq taxılın sünbülləmə

dövrünə qədər olan müddət ərzində tripsin yetkin fazası əmələ gəlir.

Sünbülləmə dövrü yetkin dişi fərd öz yumurtalarını sünbül pulcuqları

içərisinə qoyur. Yumurtadan çıxan sürfə sünbül pulcuğu və süd yetişmə dövründə

olan dənlərin şirəsi ilə qidalanır. Qidalanma nəticəsində dənlərdə girintili-çıxıntılıq

əmələ gəlir. Belə dənlər çəkisini itirir və cılızlaşır.

Məhsul yığımı dövründə sürfələr torpağın üst qatına düşərək qışlamağa

gedir.

Mübarizə tədbirləri. Zərərverici gizli həyat keçirdiyi üçün onunla kimyəvi

mübarizə aparmaq çətinlik törədir. Buna baxmayaraq tripsə qarşı mostar 20 SP

preparatı ilə 100 qr/hek normasında istifadə etmək olar. Bundan Siperkor 25 EC

preparatını 0,2 qr/l nomrasında istifadə etmək olar.

40

Page 41: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Bir sıra aqrotexniki tədbirlər – kövşənliklərin üzlənməsi, dərin dondurma

şumu aparılmalı, gübrələr verilməlidir.

Ziyankar bağacıq (Eurygaster integriceps P.) – Yarımsərtqanadlılar

(Hemiptera) dəstəsinin qalxancıqlı bağacıqlar fəsiləsinə (Pentatomidae)

mənsubdur.

Yetkin bağacığın bədəninin uzunluğu 9-12 mm olmaqla, rəngi bozumtul-

sarıdan, tutqun darçınıya qədər dəyişə bilər. Başı üçbucaq formasındadır. Üst

qanadlar qarıncığı örtmür. Yumurtası girdə, zümrüdü-yaşıl olub, çəllək şəkillidir,

qabığı xeyli şəffafdır. Böyüklüyü 1,5 mm-dir.

Yumurtadan çıxan sürfənin ümumi böyüklüyü 2-2,2 mm, beşinci yazda

sürfənin uzunluğu 8-10 mm-dir. Sürfələr xarici görünüşünə görə yetkin bağacıqlara

bənzəyir, ancaq qanadlarının olmamasına görə yetkin fərdlərdən fərqlənir.

- Ziyankar bağacığın yetkin fərdləri meşələrdə, meşə zolaqlarında,

kolluqlarda, bağlarda və s. yerlərdə xəzəllər altında qışlayır.

Erkən yazda, martın axırları, aprelin əvvəllərində temperatur 9-110S olduqda

bağacıqlar qış yuxusundan oyanır və qışlama yerlərindən taxıl sahələrinə uçmağa

başlayır. Bağacıqlar uzaq məsafələrə, hətta 200 km-lə məsafəyə uçmaq

qabiliyyətinə malikdir.

Qışlama yerlərindən kütləvi şəkildə uçmaq, aran rayonlarında aprelin 2-ci

ongünlüyünə düşür. Qışlamadan çıxan bağacıqlar gövdələrin şirəsini sormaqla

qidalanır.

Bağacıqlar qışladıqları yerdən əkinlərə uçduqdan bir az sonra cütləşir və

yumurta qoyur. Hər dəfədə bir dişi fərd iki cərgə olmaqla 12-14 yumurta qoyur.

Yumurtalar yarpaqlara, gövdələrə və sünbüllərə qoyulur. Kütləvi yumurta

qoyuluşu 15-20 gün çəkir. Bir dişi fərd 200-ə qədər yumurta qoya bilir. Havanın

temperaturundan asılı olaraq yumurtanın inkişafı 8-14 gün çəkir. Yumurtadan

çıxan çürfə öz inkişafı dövrü 5 yaş keçirir. Sürfənin inkişafı 30-40 gün çəkir.

Sürfələr, eləcə də yetkin fərdlər sünbüldə dənin şirəsini sorur. Yetkin fərdlər 10-15

gün qidalandıqdan sonra qışlama yerlərinə uçurlar.

Zərərverici il ərzində bir nəsil verir.

41

Page 42: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Zərərvericinin vurduğu zərər nəticəsində yarpaqlar inkişafdan qalır və

saralır. Sünbülləmədən az qabaq sorma nəticəsində «ağ sünbüllülük», dənlərin

sorulması zamanı isə onların cılızlaşması baş verir və cücərmə qabiliyyəti aşağı

düşür. Zədələnmiş dənlərin unundan hazırlanmış xəmir pis acıyır, çörəyi boz rəngli

və dadı pis olur. Bağacıq dənlə qidalanan zaman tüpürcəyi vasitəsilə dənin

tərkibinə xüsusi ferment buraxır və ferment dəndə olan yapışqan, zülal və

nişastanın tərkibini dəyişir.

Azərbaycanda ziyankar bağacıq kütləvi çoxaldığı illərdə məhsulun 12%-ni

(hətta çox) məhv edilməsi qeyd edilmişdir.

Ziyankar bağacığın təbii düşmənlərindən yumurtayeyən telenomus, onların

azalmasında müsbət rol oynayır.

Ziyankar bağacıqdan başqa taxıl bitkilərinə müəyyən dərəcədə zərər verən

daha 2 növ – sivri baş və mavri bağacığına da təsadüf edilir.

Mübarizə tədbirləri. Ziyankar bağacığa qarşı mübarizədə aqrotexniki,

mexaniki, bioloji və kimyəvi mübarizə üsulları kompleksindən istifadə edilir.

1. Bitkilərin yaxşı böyüməsi üçün torpaq səpin üçün diqqətlə

hazırlanmalıdır, gübrələnməli, səpin dar cərgədə aparılmalı və alaq otları məhv

edilməlidir.

2. Bağacıqları qışlama yerlərində məhv etmək üçün onların normal qışlama

yerləri dağıdılmalıdır.

3. Aldadıcı sığınacaq yerləri yaratmaqla zərərvericini məhv etmək

mümkündür. Bunun üçün enliyarpaqlı bitkilərdən və alaq otlarından, kalışdan və s.

bu kimi otlardan bağacıqlara süni sığınacaq düzəldilir. Hər sığınacaq vofatoks

dustu ilə zəhərlənməli və hektara 3000-5000 ədəd qoyulmalıdır.

4. Zərərverici ilə mübarizə məqsədilə toyuqlardan istifadə edilməlidir.

5. 1 m2-də orta hesabla 2-dən çox bağacıq olduqda 5%-li karate (0,4-0,5

l/ha), 35%-li fozalon (2 l/ha) preparatlarının emulsiyası ilə çiləmə aparılması

məsləhət bilinir.

42

Page 43: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Sümürtgən böcəklər – Sərtqanadlılar (Coleoptera) lövhəbığ böcəklər

(Scarabacidae) fəsiləsinin nümayəndəsidir. Azərbaycanda 10-dan artıq sümürtkən

böcəkləri yaşayır.

Bunlardan üç növü – taxıl sümürtkəni (Anisoplia austriaca F.), ağ qalxanlı

sümürtkən (Anisophia leucaspis C.) və xaçlı sümürtkən (Anisoplia agricola P.)

başlıca zərərverici hesab olunur.

Taxıl sümürtgəninin qanadüstlüyü şabalıdı rəngdədir. Böyüklüyü 14-20 mm-

dir.

Hər üç böcəyin bığcıqları lövhəvaridir. Yumurtalar ağ rəngdə olmaqla,

kürəvaridir və diametri 2 mm-ə yaxındır. Sürfələr aypara («C») formasında

bükülmüş olur. Yaşlı sürfələrin uzunluğu 3,5 sm-ə çatır. pupu açıq formada

olmaqla ağ rəngdədir. Böyüklüyü 14-20 mm-dir.

Sümürtkən böcəklərin qışlamaları torpaqda sürfə fazasında gedir. Sürfələrin

inkişafı təxminən 22 aya başa çatır. bu müddət ərzində onlar iki dəfə qışlayır.

İnkişafının birinci ilində sürfələr bitki köklərinin əmici telləri ilə qidalanır.

İkinci yaşa keçən sürfələr cavan cücərtilərin kök boğazını gəmirir.

Sürfələr ikinci dəfə qışladıqdan sonra təxminən mayın axırları, iyunun

əvvəllərində özlərinə yuva düzəldərək onun içərisində pup halına keçir və 2-3

həftədən sonra puplardan böcəklər çıxmağa başlayır.

Böcəklərin puplardan uçması taxılların yetişmə dövrünə düşür və cavan

böcəklər süd və mum yetişmə dövründə olan dənlərlə qidalanır. Qidalanma zamanı

böcəklər sünbülü başı ilə eşir, bunun nəticəsində isə dənlərin bir qismi yerə

tökülür. Hər bir böcək həyatı boyu 7-8 qrama qədər dəni yerə tökür.

Əgər hər 1m2-də 40 böcək olarsa, məhsulun çox hissəsi məhv olur.

Böcəklər uçduqdan 10-12 gün sonra cütləşir və yumurta qoymağa başlayır.

Yumurtalar torpağın 8-20 sm dərinliyinə qoyulur. Bir dişi böcək 30-40 yumurta

qoya bilir. Yumurtanın inkişafı 3 həftə çəkir və sonra sürfələr çıxır. Sümürtkən

böcəklərin bir nəslinin inkişafı iki ildən bir qədər az vaxtda başa çatır. Nəticədə

böcəklər iki ildə bir nəsil verir.

43

Page 44: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mübarizə tədbirləri. 1. Məhsul yığıldıqdan sonra dərhal dərin dondurma

şumu aparılmalıdır.

2. Cərgəaraları becərilən bitkilərdə kultivasiya aparılmalıdır. Bunun

nəticəsində sürfə və puplar mexaniki zədələnir və məhv olur.

3. Bitkilərin inkişafını sürətləndirmək məqsədilə aqrotexniki tədbirlər

vaxtında həyata keçirilməlidir.

4. Böcəklərə qarşı kimyəvi mübarizədə Karate Zeon preparatı ilə 0,2 l/ha

normasında istifadə olunur. Həmşinin Arrivo preparatı ilə 0,1 l/ha, Sumi-alfa 0,25

l/ha nomrasında tətbiq etmək olar.

Taxıl böcəyi (Zabrus tenebrioides G). Sərtqanadlılar dəstəsinin

(Coleoptera) karabid böcəklər fəsiləsinə (Carabidae) daxildir.

Taxıl böcəyinin yetkin fərdi qara rəngdə olub, bığcıqları, ağız aparatı,

pəncələri qonur qırmızıdır. Qanadüstlüyünün üzərində 9 zolaq vardır. Böcəyin

uzunluğu 14-16 mm-dir.

Sürfəsi çirkli-ağ rəngdədir. Axırıncı yaşda sürfənin uzunluğu 25 mm-ə çatır.

Taxıl böcəyinin həyat tərzi prof.N.H.Səmədov tərəfindən ətraflı

öyrənilmişdir.

Yetkin böcəklərə may ayının birinci yarısında təsadüf edilir. Böcəklər və

onların sürfələri gecə həyat tərzi keçirir. Gün batan kimi onlar gizləndikləri yerdən

çıxıb, sünbüllərə daraşır və bütün gecəni səhərə qədər təzə əmələ gəlmiş və

dolmaqda olan dənlərlə qidalanır. Gün çıxan kimi böcəklər sünbüllərdən düşür və

torpaq kəşəkləri altında gizlənir.

İsti yay günləri başladıqda böcəklər yay yuxusu keçirmək üçün 25-30 sm

dərinliyə qədər torpağa girir və sentyabrın əvvəllərinədək davam edir. Böcəklər

payızda cütləşdikdən sonra öz yumurtalarını (sentyabr-oktyabr) qoyurlar.

Yumurtalar topa halında torpağın 7 sm-ə qədər dərinlikdə qoyulur. Bir dişi fərd 30-

a qədər yumurta qoyur. Qoyulmuş yumurtalardan sentyabrın 2-ci yarısından sonra

sürfələr çıxır. Sürfələr ömürlərinin çoxunu torpaqda keçirir və yer üzərinə gecələr

çıxıb taxıl cücərtilərinin yarpaqları ilə qidalanırlar. Çeynənmiş yarpaqlar bir-birinə

yapışmış sap yumağı şəklində görünür.

44

Page 45: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Gündüzlər sürfələr taxılın yarpaqlarını yuvasına çəkir və orada onu çeynəyr.

Sürfələr olduqca acgöz qidalanır. Onlar yuvanın yaxınlığındakı cücərtiləri

yedikdən sonra başqa yerə keçərək yeni yuvalar düzəldir və qidalanmağa başlayır.

Yazda, mart-aprel aylarında qışlamış sürfələr pup halına keçir.

Beləliklə, taxıl böcəyi ildə bir nəsil verir.

Mübarizə tədbirləri. 1. Məhsul biçilən kimi kövşən üzdən, sonra isə

kotancıqlı kotanla azı 23-25 sm dərinliyində şumlanmalıdır.

2. Növbəli əkin sisteminə əməl olunmalıdır. Taxıldan sonra yonca, yaşıl

noxud, günəbaxan və s. əkilməlidir.

3. Böcəklərə qarşı kimyəvi mübarizədə Karate Zeon preparatı ilə 0,2 l/ha

normasında istifadə olunur. Həmşinin Arrivo preparatı ilə 0,1 l/ha, Sumi-alfa 0,25

l/ha nomrasında tətbiq etmək olar.

Zəlicik (Oulema melanopus L.). Sərtqanadlılar (Coleoptera) dəstəsinin

yarpaqyeyən böcəklər (Chrysomelidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin böcəyin rəngi əsasən yaşılımtıl – göy, ön döşü və ayaqları sarımtıl –

qırmızı, bığcıqları, pəncələri və budlarının zirvəsi qara rəngdədir. Qanadlar

üzərində aydın görünən nğqtələr cərgəsi də vardır. Uzunluğu 4 – 6 mm – dir.

Yumurtası ovalvarı olub, sarımtıl rəngdədir.

Sürfə açıq sarımtıl və ya ağ rəngdədir. Başı aradır. Sürfə bədəni üzərində

qonur rəngdə olmaqla seliklə örtülüdür. Bu selik bədənin ifrazı olub, sürfəni təbii

düşmənlərdən qoruyur. Sürfə formaca zəliyə oxşadığına görə ona “Zəlicik” adı

verilmişdir.

Pupu böcəklərə xas olan açıq tiplidir. Zəlicik yetkin halda qışlayır. Bu

böcəklər arpa və buğda əkinlərinə daraşaraq həvəslə qidalanırlar. Əlavə

qidalanmadan təxminən 10 – 15 gün sonra böcəklər yumurta qoymağa başlayırlar.

Bir dişi böcək 200 - ə qədər yumurta qoyur.

Yumurta qoyuluşundan 10 – 14 gün sonra onlardan sarı, kəhrəba rəngində

sürfələr çıxmağa başlayır.

Təxminən 14 – 16 gün müddətində sürfələrin inkişafı başa çatır və may

ayının birinci yarısından etibarən bitkilərdən yerə düşərək torpağın 2 – 3 sm

45

Page 46: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

dərinliyində yuvacıqlar düzəldir. Bu yuvacıqlar içərisində sürfələr pup halına keçir.

15 - 20 gündən sonra pupdan yetkin böcəklər çıxır və onlar, torpağın üst qatında

yarıqlar arasında, ya da kəsəklər altında gələn ilin yazxına qədər qışlayır.

Zəlicik böcəyinin zədələnməsi nəticəsində yarpaqlar, bəzi hallarda isə, hətta

bitki tamamilə quruyur, bitkinin böyüməsi tamamilə dayanır, dən və saman

miqdarı azalır. Zəlicik ildə bir nəsil verir.

Mübarizə tədbirləri.

1. Məhsul yığılan kimi kövşənlik 5 – 6 sm dərinlikdə üzlənib, sonra azı 22

sm dərinlikdə şumlanmalıdır. Bunun nəticəsində puplar və cavan böcəklər

məhv olur.

2. Əgər tarlalarda zəlicik kütləvi çoxalmışdırsa, bu zaman böcəklər

yumurta qoyana qədər sahədə metafos çiləmə aparmaq lazımdır.

3. Kimyəvi mübarizədə Siperkor 25 EC 0,2 l/ha istifadə olunur.

Taxıl mişarçısı (Cephus pygmaeus L.). Pərdəqanadlılar dəstəsinin

(Hymenoptera) taxıl mişarçıları (Cephidae) fəsiləsinə mənsubdur.

Yetkin mişarçının rəngi əsasən qaradır. Erkək fərdlərdə qarıncığın 3,7 və 9

– cu, dişi fərdlərdə isə 4,6,9 – cu buğumları sarı zolaqlar ilə haşiyələnmişdir. Dal

ayaqların baldırları daxili tərəfdən qara, ayaqların rəngi isə çirkli

sarımtıldır.Döşün alt tərəfində sarı ləkələr vardır.Yumurta qoyanın ağız hissəsi

nəhayətindən yoğunlaşmışdır. Uzunluğu 8-9 mm – dir.

Yumurtaları şəffaf olub, ovalvarıdır. İnkişafından asılı olaraq həcmu

böyüyərək 0,8 mm - ə çatır.Süfrəsi çirkli – ağ, yaxud sarımtıldır. Ayaqsızdır.

Bədəni çılpaq olub, üzərində seyrək tükcüklər vardır.

Pupu açıq tiplidir. Nazik qabığa malik olan şəffaf barama içərisində

yerləşir. Taxıl mişarçısının sürfə fazası zərər verir. Sürfələr gövdə daxilində

yaşayaraq, əsas etibarilə payızlıq buğda və arpalara zərər vurur. Taxıl

mişarçısının zərərli fəaliyyəti nəticəsində məhsul 5-23 % azalır.

Mübarizə tədbirləri. Sürfələr bitkinin gövdəsi daxilində yaşadıqlarına görə

onlar əleyhinə yalnız aqrotexniki tədbirlərdən istifadə edilməlidir. Əsas mübarizə

tədbiri dərin dondurma şumu aparmaqdır. Bu tədbir nəticəsində sürfələrin 60 -70

46

Page 47: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

% - i məhv olur. Zərərvericinin yalnız dənli bitkilərlə qidalandığını nəzərə alıb,

müəyyən əkin dövriyyəsinin həyata keçirilməsi zərərverici ilə mübarizədə yaxşı

nəticə verə bilir.

Kimyəvi mübarizədə Mostar 20 SP preparatından istifadə oluna bilər.

Qarğıdalının zərərvericiləri

Qarğıdalı bitkisi ilə qidalanan 130 növə qədər zərərverici ədəbiyyatlarda

qeyd edilmişdir. Bunların əksəriyyəti polifaq həşəratlardır. Bunlardan

düzqanadlıların bütün nümayəndələri, məftil qurdları, yalançı məftil qurdu,

qarğıdalı gövdə kəpənəyi, pambıq sovkası və s. göstərmək olar.

Qarğıdalının bir neçə xüsusiyyətlənmiş zərərvericiləri mövcuddur.

Qarğıdalı (peyin) böcəyi (Pentodon idiota H.). Sərtqanadlılar dəstəsi

(Coliptera), lövhəbığ böcəklər (Scarabaeidae) fəsiləsinə mənsubdur.

Böcək qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub, xarici görünüşünə görə

adi peyin böcəyini xatırladır.böcəyin uzunluğu 15-25 mm-dir.

Yumurtası çirkli ağ rəngdədir. Sürfəsi ağ rəngdədir və lövhəbığ böcəklərin

sürfəsi kimi bükülür.

Payızda puplardan böcəklər çıxmağa başlayır və bu böcəklər həmin yerdə də

qışlayır.

Qışlamış böcəklər aprel ayından etibarən qışlama yerlərindən çıxırlar.

Böcəklər gecə həyat tərzi keçirərək cavan cücərtiləri gəmirir, gündüzlər isə

kəsəklər altında gizlənir.

Yayın ortalarında cütləşmə prosesi gedir və yumurtalar torpağa qoyulur.

Yumurtadan çıxan sürfə qidalanır, böyüyür və inkişafını iki ildə başa çatdırır,

təxminən iyul ayında puplaşır. Həmin ilin payızında puplardan böcəklər çıxır və

onlar oradaca qışlayır.

47

Page 48: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Beləliklə, qarğıdalı böcəyi iki ildə bir nəsil verir.

Böcəklər əsasən kök boğazını, gövdəni gəmirir və nəticədə gövdədə dərin

oyuqlar əmələ gətirir. Bəzi hallarda hətta cavan cücərtilər tamamilə yeyilir.

Zədələnmiş bitki əvvəlcə soluxur, sonralar quruyur və qırılaraq yıxılır. Zədələnmə

nəticəsində tarlalarda xal-xal boş yerlər qalır.

Mübarizə tədbirləri.

1. İnkişafını bitirməyən sürfələri və qışlayan böcələri məhv etmək üçün

dərin dondurma şumu aparılmalıdır.

2. Cərgə aralarında kultivasiya aparılmalıdır.

3. Böcəklər zədələnmiş bitkilərin yanından əl ilə yığılıb məhv edilməlidir.

4. Cücərtilər daxildən təsir edən preparatların biri ilə dərmanlanmalıdır.

Kimyəvi mübarizədə Kruizer, Karate Zeon preparatlarından istifadə olunur.

Mənənələr. Azərbaycanda əsaən qarğıdalı bitkisinə əsasən adi taxıl

(Schizaphis graminum Rond) və qarğıdalı mənənəsi (Rhopalosiphum maydis F)

zərər verir. Taxıl və qarğıdalı mənənələri yumurta halında qışlayır. Mənənələr

qarğıdalının yarpaqlarının və başqa hissələrinin şirələrini sorurlar.

Mübarizə tədbirləri.

1. Sahələrdə, mərzlərdə, yol kənarlarında və s. yerlərdə olan alaq otları məhv

edilməlidir.

2. Qarğıdalı sahələrində məhsul yığımındn sonra dərin dondurma çumu

aparılmalıdır.

3. Əgər sahələrdə ayrı – ayrı bitkilər mənənə kaloniyaları ilə yoluxarsa

bitkilər Kruizer preparatrından, Mostar, Lannate, Arrivo preparatlarından çiləmə

aparmaq olar.

Qarğıdalının zərərvericiləri əleyhinə mübarizə tədbirləri sistemi.

Qarğıdalı əkinlərini zərərvericilərdən mühafizə etmək məqsədilə qarşıalıcı və qırıcı

mübarizə tədbirləri bütün ilboyu həyata keçirilməlidir.

48

Page 49: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Qarğıdalının zərərvericiləri əleyhinə mübarizə tədbirləri sisteminə aşağıdakı

əsa tədbirlərin həyata keçirilməsi daxildir.

1. Qarğıdalı imkan daxilində tez və qıs müddətə yığılmalıdır.

2. Qarğıdalı kolları yığılan zaman çalışmaq lazımdır ki, gövdələr dibdən (yer

səthindən 8 – 10 sm hündürlükdə) biçilsin. Bu tədbir tarlada qalan gövdə kəpənəyi

tırtıllarının ehtiyatını xeyli azaldır.

3. Gövdə kəpənəyi və pambıq sovkası tərəfindən zədələnən bitki qalıqları

bütün qış müddətində yığılmalı və müxtəlif məqsədlər (silos və s.) üçün sərf

edilməlidir.

4. Bir çox zərərvericilərin qışlama yerləri və yaz dövründə qida mənbələri

olan alaq otları, o cümlədən iri gövdəli alaq otları payızda biçilməli və yığılıb

yandırılmalıdır.

5. Qarğıdalı gövdələri yığılan kimi tarlada qalan qalıqlar dərhal üzlənməli

və bundan sonra dərin dondurma şumu aparılmalıdır. Pambıq sovkası, gövdə

kəpənəyi, qarğıdalı böcəyi və mənənələrinin miqdarının azalmasında bu tədbirin

böyük əhəmiyyəti vardır.

6. Əgər bitkinin gövdəsindən mal- qaraya yem və silos məqsədilə istifadə

edilirsə, bu zaman onlar doğranəlmalıdır.

7. Təsərrüfatlarda yanacaq məqsədilə istifadə edilən qarğıdalı gövdələri may

ayına qədər yandırılıb, qurtarmalıdır.

8. Müxtəlif qurdlar, yalançı məftil qurdları, payızlıq əkin sovkasının

tırtılları və danadişi ilə mübarizə məqsədilə səpindən əvvəl qarğıdalı toxumları

Kruizerlə istifadə edilməlidir.

9. Vegetasiya ərzində cərgə araları becərilməlidir. Bu tədbirin həyata

keçirilməsi nəticəsində məftil qurdlar, yalançı məftil qurdlar, gəmirici sovkaların

tırtılları, qarğıdalı böcəyi, pambıq sovkasının pupları və bir çox başqa

zərərvericilər ya mexaniki surətdə əzilərək məhv edilir, ya da onlar üçün əlverişli

olmayan şərait yaradılır.

49

Page 50: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

11. Bir sıra zərərvericilərin, o cümlədən mənənələrin ilk çoxalma və yayılma

mənbələri olan sahələrdə və sahə kənarlarında alaq otları müntəzəm məhv

edilməlidir.

12. Qarğıdalı sahələrində mənənələr görünən kimi, onlar əleyhinə fosfamid

və ya metafos emulsiyası çilənməlidir.

13. Toxumluq qarğıdalı əkinlərində sovkaya qarşı mübarizə pambıq

əkinlərindəki kimi aparılmalıdır.

14. Yuxarıda qeyd edilən tədbirlərdən başqa qarğıdalı bitkisinin böyümə və

inkişafını sürətləndirən, bununla da bununla da onun zərərvericilərə qarşı

davamlılıq qabiliyyətini artıran bütün aqrotexniki tədbirlər vaxtında və düzgün

həyata keçirilməlidir.

Çəltik ağcaqanadı

Yetkin fərdin qanadları şəffafdır, qarıncığı nazikdir. Uzunluğu 2,5-3,5 mm-

dir. Cavan sürfələri sarımtıl-parıltılı, yaşlı sürfələri isə qonur-sarı rəngdədir.

Çəltiyə əsasən sürfələr zərər verir. Belə ki, onlar aşağı yarpaqların parenximi ilə

qidalanır. Zədələnmiş cücərtilər boyatmadan qalır, zərərvericinin kütləvi artım

dövründə hətta məhv olur. Birinci nəslin sürfələri bitkinin kütləvi şəkildə

cücərtiləri olan dövrdə zərər verir. Sürfələr çəltiyin yarpaqları ilə 6-7 gün qidalanır

və tordan örtük qurur və orada puplaşır.

Mübarizə tədbirləri.

1. Aqrotexniki tədbirlər kompleksi yerinə yetirilməlidir.

2. Kimyəvi mübarizədə 2,5% Desis (0,4 l/ha), preparatları ilə çiləmə

aparılmalıdır.

50

Page 51: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mövzu 6.Birillik paxlalı bitkilər və yoncanın zərərvericiləri, onlarla mübarizə

tədbirləri

İsmayıl-zadə N.N.

Məmmədov V.Ə.

PLAN:

1. Kök yumrusu uzunburun böcəklərin morfoloji quruluşu, bioloji xüsusiyyəti və onlarla mübarizə tədbirləri.

2. Noxud və lobya dənyeyənləri, onların morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri

3. Fitonomus uzunburun böcəyi, onun morfoloji quruluşu, bioloji xüsusiyyəti və onlarla mübarizə tədbirləri

4. Toxumyeyən tixiusun morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri

5. Yonca bağacığının morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri

ƏDƏBİYYAT

1. Məmmədova S.R, B.B.Xəlilov – Kənd təsərrüfatı entomologiyası. Bakı,1986.

2.Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашитарастенийотвредителей Москва, 2002, 472с

3.Klowden, M, Physiological Systems in Insects. and edition Academic Press. 2007, 150 s.

GƏNCƏ - 2017

51

Page 52: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mövzu 6. Birillik paxlalı bitkilər və yoncanın zərərvericiləri,

onlarla mübarizə tədbirləri

Birillik dənli paxlalı bitkilər (lobya, noxud) bir sıra müxtəlif bitkilərlə

qidalanan zərərvericilər tərəfindən zədələnir. Bunlardan pambıq sovkası, çəmən

kəpənəyi, qammalı sovka, düzqanadlılar dəstəsinin bütün nümayəndələri, lövhəbığ

böcəklərin sürfələri və s. göstərmək olar. Birillik paxlalı bitkilərin bir sıra

xüsusiyyətlənmiş zərərvericiləri də vardır ki, bunların bir hissəsi qidalanma

tərzinə görə oliqofaq olub, yalnız paxlalılar fəsiləsinin nümayəndələri ilə qidalanır.

Dənyeyən böcəklər monofaqdır və bunların inkişaf tsikli yalnız bir bitki üzərində

gedir.

Paxlalı bitkilərin zərərvericiləri bitkilərin müxtəlif hissələri ilə

qidalanmalarına görə aşağıdakı dörd qrupa bölünür: 1. Kök və kökyumruları ilə

qidalananlar. 2. Cücərtilərlə qidalananlar. 3. yarpaqlarla qidalananlar. 4. Bitkinin

generativ orqanları ilə qidalananlar.

Kök və kökyumruları ilə qidalanan növlər dənli paxlalı əkinlərində geniş

yayılmaqla, bitkilərə böyük zərər verir. Onlar tez-tez kütləvi şəkildə çoxalmaları

ilə məşhurdurlar. Böcəklərin sürfələri tərəfindən zədələnmiş bitkilər az məhsul

verir və növbəli əkin dövriyyəsində azot toplamaq qabiliyyəti azalır. Paxlalı

bitkilərə kökyumrusu uzunburun böcəkləri böyük zərər vurur.

Paxlalı bitkilərin yarpaqları noxud mənənəsi, çuğundur bağacığı və bir sıra

mənənələr tərəfindən zədələnir.

Müxtəlif bitkilərlə qidalanan polifaq zərərvericilərin əksəriyyəti yarpaqlarla

qidalanır. Göstərilən zərərvericilər tərəfindən yarpaqların zədələnməsi nəticəsində

bitkidə assimilyasiya pozulur, bu da məhsuldarlığın azalmasına səbəb olur.

Dənli paxlalı bitkilərin generativ orqanları ilə qidalanan zərərverici növlər

böyük mənfi iqtisadi əhəmiyyətə malikdir.

Bura daxil olan noxud və lobya dənyeyənlərin fəaliyyəti xüsusi qeyd

edilməlidir.

52

Page 53: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Kök yumrusu uzunburun böcəklər. Bu növlər sərtqanadlılar dəstəsi

(Coleaptera) uzunburun böcək fəsiləsinə (Curculionidal) mənsubdur. Bu fəsiləyə

16-ya qədər növ daxildir. Bunlardan dənli paxlalılara əsasən iki növ zolaqlı

uzunburun (Sitona lineatus L.) və boz gilli uzunburunu (Sitona crinitus H.) zərər

vurur.

Kökyumrusu uzunburun böcəyi boz, yaxud qəhvəyi rəngdə olub,

yoğunlaşmış qişa xortuma malikdir. Bədəni üzərində zolaqlar vardır. Bədəninin

uzunluğu 4-5 mm-dir.

Boz qıllı uzunburunun qanadları üzərində qısa qıllar vardır. Bədəninin

uzunluğu 3,5-4,5 mm-dir.

Yumurtalar təzə qoyulan zaman sarımtıl-ağ rəngdədir. Oval formadadır,

uzunluğu 0,2-0,3 mm-dir. Yumurtanın sonrakı rəngi torpağın rənginə bənzədiyinə

görə tarla şəraitində onu müəyyən etmək çətindir.

Sürfələri təxminən 5 mm böyüklükdə olmaqla, qurdvaridir, ayaqları yoxdur,

ağ rəngdədir və azacıq bükülmüşdür.

Kökyumrusu uzunburun böcəyi bitki qalıqları altında və torpağın üst qatında

böcək halında qışlayır. Erkən yazda havanın temperaturu 7-100S-yə qalxan zaman

qışlama yerlərindən çıxaraq qidalanmağa başlayır. Qidalanma əvvəlcə çoxillik

paxlalı otlar üzərində gedir, daha sonra böcəklər əsas qidası olan birillik paxlalı

bitkilər üzərinə keçirlər. Böcəklər 10-15 gün qidalandıqdan sonra yumurta

qoymağa başlayır. Yumurta müxtəlif yerlərə, o cümlədən yarpaq və kökün üzərinə

qoyulur, onlar quruduqdan sonra torpağa tökülür. Bir dişi böcək 100-200-ə qədər

yumurta qoyur.

Yumurtanın rüşeym inkişafı 10-20 gün çəkir. Yumurtadan çıxan sürfələr

dərhal torpağın üst səthinə keçərək azotla zəngin olan yumurtalarla qidalanır.

Sürfələrin inkişafı 30-40 günə başa çatır. Bu müddətdə bir sürfə 4-8 ədəd kök

yumrusunu yeyə bilər. İnkişafını başa çatdırmış sürfələr torpağın 5-20 sm

dərinliyində yuva düzəldir, orada puplaşır və 10-15 gündən sonra həmin puplardan

böcəklər çıxmağa başlayır. Birillik paxlalıların vegetasiya müddəti qurtardıqda

böcəklər sahəni tərk edib, çoxillik bitki üzərinə keçib orada qidalanır.

53

Page 54: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Zərərvericinin böcək və sürfələrinin vurduğu zədələr nəticəsində bitki zəif

inkişaf edir və paxlalar içərisində olan dənlərin miqdarı azalır.

Ədəbiyyat məlumatlarına görə yarpaq səthi orta hesabla 13,5% zədələnən

cücərtilərdə hər hektardan 1,5 sentner dən itirildiyi göstərilir.

Mübarizə tədbirləri.

1. Məhsul tez yığılmalı və torpaqda olan pupları məhv etmək üçün sahə

dərhal şumlanmalıdır.

2. Birillik paxlalı bitkilər ilə çoxillik paxlalı yem bitkiləri bir-birindən 1 km

və daha çox məsafədə əkilməlidir. Belə olduqda birillik paxlalı bitkilərdən

böcəklər çoxillik paxlalılar üzərinə keçməsinin qarşısı alınır.

3. Böcəklərə qarşı 80%-li sevinin islan tozundan (2 kq/ha) və yaxud 5%-li

karate (0,3-0,4 l/ha), yaxud 35%-li fozalon (2 l/ha) preparatlarının emulsiyası ilə

çiləmə aparılması məsləhətdir.

Noxud dənyeyəni (Bruchus pisorum L.) – Sərtqanadlılar (Coleoptera)

dəstəsinin dənyeyənlər (Bruchidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin böcəklər 4-5 mm böyüklüyündə olub, qara rəngdədir. Kürəni-boz

tükcüklərlə örtülmüşdür. Qanadüstlüyü qısa olduğundan qarıncığı tam örtmür.

Üzərində qara və ağ ləkələr vardır.

Yumurtası sarı kəhrəba rəngindədir, nisbətən iridir, yaşıl paxla üzərində

aydın seçilir.

Sürfəsi krem rəngində olub, 5-6 mm-dir yoğundur, bükülmüş şəkildədir və

ayaqları yoxdur.

Pupu yetkin böcəyə bənzəyir, sarımtıl rəngdədir və böyüklüyü 4,5-5 mm-dir.

Noxud dənyeyəni monofaqdır və noxud bitkisi üzərində

xüsusiyyətlənmişdir.

– Anbarlara yığılmış və tarlalara tökülmüş noxud dəni içərisində böcək

halında qışlayır. Noxud bitkisi çiçəklədiyi vaxt qışlamadan çıxırlar. Böcəklər yaxşı

uçmaq qabiliyyətinə malikdir və anbardan uzaq məsafəyə uça bilir. Böcəklər bir

qədər çiçək pulcuqları və ləçəkləri ilə qidalandıqdan sonra yumurta qoymağa

başlayırlar. Bir dişi fərd 200-ə yaxın yumurta qoya bilir. Yumurtalar cavan paxlalar

54

Page 55: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

üzərinə yapışdırılır. Yumurta qoyma 2 həftə davam edir. Qoyulmuş yumurtalardan

6-10 gün sonra krem rəngli kiçik sürfələr çıxır. Bu sürfələr ilk dəfə paxlaları üzdən

gəmirir və bir azdan onların içərisinə daxil olaraq noxud dənləri ilə qidalanırlar.

Sürfənin və eləcə də pupun bütün inkişafı bir noxud dənində gedir. Yayın sonunda

sürfə dənin daxilində pup halına keçir. Sürfə pup halına keçməmişdən əvvəl dəndə

iz açır ki, gələcəkdə böcəyin xaricə çıxması asanlaşsın.

Pupun inkişafı 3 həftə çəkir və pupdan çıxan böcək dənin içərisindən çıxmır,

gələn yaza qədər orada qışlayır.

Noxud dənyeyəni ildə bir nəsil verir.

Noxud dənyeyəninin zədələdiyi dənlərin çəkisi azalır və keyfiyyəti aşağı

düşür. Zədələnmiş dənlər pis dada malik olub, qida üçün zərərlidir.

Mübarizə tədbirləri.

1. Toxumluq üçün ayrılmış dən məhsulu dixloretan, heksaxloran, yaxud da

naftalinlə fumiqasiya edilməlidir. Heksaxloranla dərmanlama aparıldıqda hər bir

ton toxum məhsuluna 2-3 kq sərf edilməli və xüsusi dərmanlama maşını ilə

dərmanlanmalıdır. Dərmanlama naftalinlə aparıldıqda 1 tona 1 kq naftalin

qarışdırılmalı və ağzı bağlı qabda bir həftəyə qədər saxlanmalıdır.

Yeyinti məhsulu kimi istifadə ediləcək noxud dəni duz məhlulu ilə

təmizlənməlidir. Bu məqsədlə 10 l suya 3 kq duz qatlıb həll olunur, məhsul onun

içərisinə tökülür. Bu zaman zədələnmiş dənlər suyun üzərinə çıxır və o dənlər

yığılıb atılır. Sağlam dənlər isə yuyulub istifadə edilir.

2. Bitkinin çiçəkləməsindən əvvəl böcəklərə qarşı mübarizədə Bİ-59 (1,5-2

kq/ha) və yaxud 35%-li fozalon (1,5-2 kqha) emulsiyaları ilə çiləmə aparılması

məsləhətdir.

3. Məhsul vaxtında toplanmalı və yığım vaxtı dənlər tökülməsinə yol

verilməməlidir.

4. Məhsul yığılandan sonra bitki qalıqları tarladan çıxarılmalı və dərin

dondurma şumu aparılmalıdır. Digər aqrotexniki tədbirlər həyata keçirilməlidir.

55

Page 56: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Lobya dənyeyəni (Acanthoselides obtectus Say).

Sərtqanadlılar dəstəsinin (Coleoptera) dənyeyənlər (Bruchidae) fəsiləsinə

mənsubdur.

Böcək tünd qonur rəngdə olub, tükcüklərlə örtülmüşdür. Qanadlar üzərində

uzununa istiqamətlənmiş, qırıq xətlərdən ibarət 10 zolaq vardır. Qanadüstlüyü

qısadır vəqarıncığının axırıncı buğumlarını örtmür. Uzunluğu 0,6-0,7 mm-dir.

Sürfəsi qövsvari əyilmişdir və ayaqsızdır.

Lobya dənyeyəni daxili karantin obyektidir. Bu zərərverici lobya bitkisinin

bütün növ və sortlarını zədələyir.

Qışda anbarlarda lobya dəni ilə qidalanan böcəklərin bir qismi yazda ya

uçmaqla, yaxud da zədələnmiş toxumla tarlalara gəlir.

Anbarlarda böcəklər öz yumurtalarını birbaşa lobya dənlərinin, yaxud da

içərisində lobya dəni olan kisələrin üzərinə qoyur. Tarla şəraitində isə

yumurtalarını əsasən qabığı qurumuş yetişmiş paxlanın üzərinə qoyurlar. Hər bir

dişi fərd 80-100 ədəd yumurta qoya bilir. Yumurtalardan çıxan sürfələr dənlərlə

qidalanaraq onun içərisinə daxil olur. Bu zaman dəndə açılan yollar ekskrementlə

dolur. Noxud dənyeyənindən fərqli olaraq, hər bir lobya dəninin içərisində bir neçə

(25-ə qədər) sürfə qidalanıb yaşaya bilir. Sürfələrin inkişafı üç həftə çəkir və onlar

pup halına keçirlər. Puplardan çıxan böcəklər asanlıqla dənin qabığını gəmirib

xaricə çıxır. Lobya dənyeyəninin tam inkişaf tsikli 6-8 həftəyə başa çatır.

Zərərverici il ərzində 4 nəsil verir ki, onun iki nəslinin inkişafı anbar

şəraitində, iki nəslinin inkişafı tarla şəraitində gedir.

Lobya dənyeyəni ilə zədələnmiş dənlər ekskrementlə zibilləndiyinə və

içərisi yeyildiyinə görə toxumluq və qida kimi əhəmiyyətini itirir.

Mübarizə tədbirləri. 1. Lobya dənyeyənləri ilə yoluxmuş lobya

məhsulunun başqa rayonlara aparılması qəti qadağan edilməlidir.

2. Yoluxmuş dənlər və anbarlar fumiqasiya edilməlidir. Zəhərlərin məsarif

norması noxud dənyeyənindəki mübarizədə olduğu kimidir.

56

Page 57: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

YONCANIN ZƏRƏRVERİCİLƏRİ

Fitonomus (Phytonomus variabilis H.). Böcəklər dəstəsinin (Coleoptera)

uzunburun böcəklər (Curculionidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin böcək sarımtıl-boz rəngdə olmaqla, böyüklüyü 5-8 mm-dir. Böcəyin

üzəri boz tükcüklərlə örtülmüşdür.

Yumurtası ellips şəkillidir, 0,5-0,6 mm-dir, sarı-kəhrəabı rəngdədir.

Sürfəsi yaşıldır, başı qaradır, uzunluğu 10 mm-ə çatır və ayaqsızdır.

Pupu ipək sapdan toxunmuş barama içərisində olur. Azərbaycanda geniş

yayılmaqla yonca bitkisinin təhlükəli zərərvericisidir.

Zərərverici qışı yetkin halda torpağın üst qatında və yaxud alaq otları altında

keçirir. Temperatur 120S yuxarı qalxdıqda böcəklər qış yuxusundan oyanır.

Azərbaycanın qərb rayonlarında noyabr ayından iyun ayının ortalarına kimi

yumurta qoyan böcəklərə rast gəlinir. Kütləvi surətdə yumurta qoyma dövrü mart-

aprel aylarıdır.

Sürfələr mart ayının ortalarından iyun ayının əvvəllərinə qədər külli

miqdarda inkişaf edir. Cavan böcəklərə may ayından etibarən təsadüf edilir.

fitonomusun fəal yaşayış dövrü ilin soyuq fəslinə doğru xeyli meyllidir.

- Böcəklər xortumları ilə bitkinin gövdəsini deşib yumurtaqoyanı vasitəsilə

ora yumurta qoyur. Hər bir dişi bir deşiyə 15-25 yumurta qoyur. Bir dişi böcək

2000-2500 ədədə qədər yumurta qoya bilir.

Yumurtanın rüşeym inkişafı 10-18 gündür. Yumurtadan çıxan sürfə

gövdənin ucuna doğru sürünərək cavan yarpaqların və təpə tumurcuğunun arasına

girib onları gəmirir. Sürfələr yarpaqlarla 15-28 gün qidalandıqdan sonra bir neçə

yarpağı bir-birinə birləşdirib arasında tordan barama hörür və onun içərisində pup

zalına keçir. Pupun inkişafı 7-11 gün çəkir. Pupdan çıxan cavan böcəklər bir

müddət yonca bitkisi ilə qidalanır, yay istilərinin düşməsi ilə əlaqədar olaraq yay

yuxusuna gedir. Havalar sərinləşən zaman onlar yay yuxusundan ayılır.

Fitonomusa əsas zərər verən mərhələsi onun sürfələridir.

Fitonomus il ərzində bir nəsil verir.

57

Page 58: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mübarizə tədbirləri. 1. İmkan daxilində yonca dibdən çalınmalıdır.

2. Toxumluq üçün ikinci çalım saxlanmalıdır.

3. Yazda, vegetasiyanın başlanğıcında yoncalıqlar ağır malalarla

malalanmalıdır. Bu tədbir nəticəsində uzunburunun miqdarı azalır və bitkinin

böyüməsi sürətlənir.

4. Toxumluq üçün ayrılmış sahələrdə mübarizədə daxildən təsir edən

preparatlardan istifadə etmək olar.

5. Kimyəvi mübarizədə hektara 0,24 l olmaqla Siperkor 25 EC preparatından

istifadə olunması məsləhət görülür.

Toxumyeyən tixiuslar (Tychius cinsi). Böcəklər dəstəsinin (Coleoptera)

uzunburun böcəklər (Curculionidae) fəsiləsinə daxildir.

Tixiuslar 2-3 mm böyüklükdə olmaqla bədənləri və qanadlarının üzəri sıx

sarı və qızılı pulcuqlarla örtülmüşdür. Böcəklərin xortumu nazik və xeyli uzundur.

Sürfələri çirkli-ağ rəngdədir və ayaqsızdır.

Azərbaycanda toxumluq yonca əkinində üç növ tixius: sarı (Tychius flavus

B.), kürən (Tychius femoralis B.) və fır (Tychius medicaginis B.) böcəkləri zərər

vurur. Bu zərərvericilərdən ən çox yayılanı və zərər verəni sarı tixiusdur.

Yonca tarlalarında torpağın 5-15 sm dərinliyində böcək fazasında qışlayır.

Böcəklər mart ayından qışlama yerlərindən çıxmağa başlayır və havalar bir az

isindikdən sonra yarpaqlar, gövdələr, bəzi hallarda qönçə və çiçəkləri zədələyir.

Yoncada yaşıl paxlalar əmələ gəldiyi dövrdə böcəklərin cinsi məhsulları

yetişir. Onlar yumurtasını paxla boşluğuna qoyur. Dişi fərdin daxilində yumurtalar

tədricən yetişdiyinə görə yumurtaqoyma müddəti xeyli uzanır.

Bir paxla daxilinə 1-5-ə qədər yumurta qoyulur. Yumurtalardan çıxan

sürfələr paxla daxilindəki toxumlarla qidalanırlar. Hər bir sürfə ömrü boyu 2-7-yə

qədər toxum yeyə bilir. Toxumların mum yetişmə dövründə sürfələr torpağa keçir

və orada 7-10 gün müddətinə pup fazasına keçir. Pup dövrü 10-11 gün çəkir, sonra

ondan çıxan böcəklər qışlamaq üçün torpaqda qalırlar.

Tixius böcəkləri il ərzində bir nəsil verir.

58

Page 59: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mübarizə tədbirləri. 1. Böcəklərin kütləvi surətdə qarşısını almaq

məqsədilə toxumluq yoncanı yalnız bir il saxlamalı, toxum almaq üçün ikinci biçin

yoncasından istifadə etməli və toxumluq yonca sahəsi köhnə yoncalıqlardan 1 km

aralı olmalıdır.

2. Böcəklərə qarşı mübarizədə 5%-li karate (0,3-0,5 l/ha) və 40%-li

fosfamid (2 l/ha) preparatlarının emulsiyasından çiləmə aparılması məsləhətdir.

Yonca bağacığı (Adelphocoris lineolatus G.). Yarımsərtqanadlılar

(Hemiptera) dəstəsinin bağacıqlar (Miridae) fəsiləsinə daxildir.

Yetkin fərdin bədəni uzunsov olub, 6,5-9,5 mm uzunluqdadır. Rəngi qonur,

yaxud sarımtıl yaşıldır. Bağacığın qabaq kürəkciyində iki qara nöqtə vardır.

Sürfəsi yaşılımtıl-qonur rəngdə omlaqla, qanad başlanğıcları yeni əmələ

gəlir.

Zərərverici bütün yonca sahələrində geniş yayılmaqla toxumluq və yemlik

yoncaya zərər vurur.

Yonca bağacığı yumurta fazasında qidalandığı bitkinin gövdəsi daxilində

qışlayır. Dişi bağacıq yumurtalarını bitkinin gövdəsi daxilinə qoyur.

Bir müddətdən sonra qışlamış yumurtalardan sürfələr çıxmağa başlayır.

Sürfələr qidalandıqdan 25-30 gün sonra yetkin hala keçir. Bir qədər sonra yetkin

dişi fərdlər yumurta qoymağa başlayır ki, bunlardan sonra ikinci nəslin sürfələri

çıxmağa başlayır.

Yetkin fərdlər və sürfələr yoncanın gövdəsinin, yarpaqlarının, qönçələrinin

və çiçəklərinin şirəsini sorur. Nəticədə qönçə və çiçəklər quruyaraq tökülür,

gövdələrin ucları isə quruyur.

Bağacıqlar yumurtalarını bitkinin cavan gövdələrinə, əsas etibarilə onların

aşağı hissəsinə qoyur. Dişi fərdlər yumurta qoymazdan əvvəl xortumları vasitəsilə

gövdədə deşiklər açır və yumurtalarını həmin deşiklərin içərisinə qoyur. Hər

gövdəyə 20-ə qədər yumurta qoyulur. Bir dişi 40-a qədər yumurta qoya bilir.

Azərbaycanda yonca bağacığınını 4-5 nəsil verməsi ehtimal olunur.

Mübarizə tədbirləri. 1. Gövdə daxilində yumurtaların qışlamasının

qarşısını almaq məqsədilə yemlik və toxumluq yoncalar dibdən biçilməlidir.

59

Page 60: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

2. Toxumluq yonca sahəsində bağacığa qarşı mübarizə məqsədilə çiçəkləmə

fazasından əvvəl 2,5%-li desis (0,3-0,4 l/ha), Bİ-59 (1,5-2 l/ha) və s.

preparatlarının emulsiyası ilə çiləmə aparılması məsləhət bilinir.

Mövzu 7. Üzüm tənəklərinin zərərvericiləri və onlarla

mübarizə tədbirləri

İsmayıl-zadə N.N.

Məmmədov V.Ə.

PLAN:

1. Fillokseranın morfoloji quruluşu, bioloji xüsusiyyəti və onunla mübarizə tədbirləri.

2. Bağ tor gənəsi və üzüm fır gənəsinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

3. Üzüm unlu yastıcasının morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri.

4. Salxım yarpaq bükəninin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri.

5. Zaqafqaziya mərmər böcəyinin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri.

ƏDƏBİYYAT

1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

2. Xəlilov B.B., Səmədov N.H. – Azərbaycanda üzüm zərərvericilərinin kataloqu və təyinetmə cədvəli (dərs vəsaiti). Kirovabad, 1989

3. Xəlilov B.B., Əhmədov S.Ə., Əzimov A.M. – Azərbaycanda üzüm tənəklərinin zərərvericiləri və xəstəlikləri. Gəncə, 2000.

4. Rəsulov F.F. – Üzümlüklərdə salxım yarpaqbükəni əleyhinə feremon tələlərdən istifadə edilməsinin perspektivləri. Gəncə, 2005 5.Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat

Guncan A.,B. Aştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.

6. Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей

60

Page 61: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Москва, 2002, 472с

GƏNCƏ -2017

Mövzu 7. Üzüm tənəklərinin zərərvericiləri və onlarla

mübarizə tədbirləri

Üzüm tənəklərinin bütün orqanları – kökü, yaşıl zoğları, yarpaqları və

gilələri müxtəlif növ zərərvericilər tərəfindən zədələnir. Nəticədə bitkinin inkişafı

zəifləyir və məhsuldarlığı azalır.

Respublikaməzda üzüm tənəklərinin geniş yayılmış bir sıra zərərvericiləri

mövcuddur. Onlardan filloksera, salxım yarpaqbükəni, üzüm unlu yastıcası,

mərmər böcəyi, bağ tor gənəsi və üzüm fır gənəsini göstərmək olar.

Filloksera (Viteus vitifolii Fiteh) – Bərabərqanadlılar dəstəsi (Homoptera),

filloksera (Phylloxeridae) fəsiləsinə mənsubdur.

Fillokseranın iki forması vardır: kök və yarpaq. Respublikamızda üzüm

tənəklərinə əsasən zərərvericinin kök forması zərər verir.

Yetkin dişi fillokseranın bədəni 1,2-1,5 mm uzunluqda olub ovalvaridir.

Xortumu uzundur, rəngi sarımtıl qəhvəyidir.

Yumurtası qoyulduğu ilk günlər qızılı-sarı, sonra isə qonur olmaqla 0,3 mm

uzunluqdadır.

Sürfəsi qızılı-sarı rəngdədir, yaş dəyişdikcə qonurlaşır. Qanadlı formalar iki

cüt şəffaf qanada malikdir. Qanadlı fillokseranın yumurtası iki cinslidir. Nisbətən

iri (0,4 mm uzunluqda) yumurtalardan dişi fərdlər, kiçik (0,25 mm uzunluqda)

yumurtalardan isə erkək fərdlər çıxır.

61

Page 62: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Fillokseranın vətəni ABŞ-dır. O, keçən əsrin 60-cı illərində Avropaya

gətirilmiş və oradan da bir sıra ölkələrə yayılmışdır. Respublikamızda filloksera

1925-ci ildə qeyd edilmişdir.

Hazırda zərərverici Qazax, Tovuz, Şəmkir, Göy-göl, Şamaxı, Şəki və s.

rayonlarında yayılmışdır.

Filloksera 1-ci və 2-ci yaşda olan sürfə fazasında, tənəyin kökləri üzərində,

torpağın 10-20 sm dərinliyində qışlayır. Tənək şiddətli sirayətləndikdə

fillokseranın 1 m dərinlikdə qışlayan fərdlərinə təsadüf edilir.

Yazda torpağın temperaturu 130-150S qalxdıqda sürfələr qış yuxusundan

oyanır və sürətlə qidalanmağa başlayır. Onlar qidalanaraq böyüyür. 4 dəfə qabıq

dəyişdikdən sonra sürfə yetkin dişi halını alır. Bir qədərdən sonra dişi fərdlər

yumurta qoymağa başlayır. Bir dişi fərd köklərin qabığı üzərinə 120-yə qədər

yumurta qoyur. Qoyulmuş yumurtalardan 5-10 gün sonra yeni nəslin sürfələri

çıxmağa başlayır. Bir nəslin inkişafı təxminən 25-30 günə başa çatır. Payızda

soyuqların düşməsi ilə əlaqədar sürfələr qidalanmasını dayandırır və qışlamağa

gedir.

Zərərverici il ərzində 6-7 nəsil verir.

Fillokseranın ayrı-ayrı nəsillərinin sürfələrinin bir qismi köklərin üzərinə

yayılır, digər qismi isə torpağın üst səthinə çıxaraq müxtəlif yollarla yayılıb,

yoluxmamış sahələrə yayılır.

Filloksera kök hüceyrələrinin şirəsini sormaqla qidalanır. Sorma nəticəsində

xırda köklər (saçaqlar) üzərində nisbətən kiçik qalınlaşmalar, çoxillik iri köklər

üzərində iri qalınlaşmalar əmələ gəlir. Bir az keçdikdən sonra kiçik qalınlaşmalar

quruyur və məhv olur. İri qalınlaşmaların əmələ gəlməsi nəticəsində isə toxumalar

genişlənir və kök qabığı çatlayır. Bu çatlardan kökün içərisinə daxil olan xəstəlik

törədən mikroorqanizmlər əvvəlcə yan, daha sonra isə əsas köklərin dağılması və

çürüməsinə səbəb olur.

Kök sistemi çürümüş tənəyin yarpaqları saralıb tökülür, salxımdakı gilələrin

həcmi kiçilir və məhsuldarlıq azalır. Beləliklə, tənəyin inkişafı ilbəil zəifləyir və 5-

10 ildən sonra tənək tamamilə quruyub məhv olur.

62

Page 63: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Filloksera əsasən köklü əkin materialı ilə yayılır və eyni zamanda bir

sahədən digərinə su, iş alətləri, heyvan, insanlar vasitəsilə də keçə bilir.

Mübarizə tədbirləri.

Zərərverici ilə mübarizədə aşağıdakı tədbirlər həyata keçirilir.

1. Fillokseraya davamlı calaqaltı materiallardan istifadə edilməlidir.

2. Yeni salınan üzümlük sahəsi filloksera ilə yoluxmuş üzümlərdən ən azı 2-

3 km aralı olmalı və yeni salınacaq sahəyə filloksera ilə yoluxmuş üzümlükdən

axıb gələn su buraxılmalıdır.

3. Əkin materialı mütləq dezinfeksiya edilməlidir. Tənək çubuğu

basdırılacaq yuvalara preparat istifadə olunması məsləhət görülür.

4. Vegetasiya dövrü torpağa heksaxlorbutadien verilməlidir. Preparat maye

halındadır, zərərvericiyə qaz halında təsir edir.

Yazda, yaxud payızda metilxlorbutadien əsasən PRVN-2,5 markalı kotan-

kultivatora qondarılmış FPÇ markalı fumiqatorla torpağa verilir. Zərərvericilərlə

yoluxmuş tənəkliklərin hər hektarına 150-250 kq zəhər sərf edilir.

Həddindən artıq rütubətli olan və ya təzə suvarılmış torpaqlarda dərmanlama

aparmaq olmaz, çünki torpağın rütubətli olması zəhərin buraxılmasına (qaz halına

keçməsinə) mane olur. Ona görə də dərmanlama torpağın quru və qızmış vaxtı

aparılmalıdır. Bu dövrdə torpağın temperaturunun 12-180S olması əlverişlidir.

Metilxlorbutadien cərgə aralarında torpağın 15-20 sm dərinliyinə

yeridilməlidir. Metilxlorbutadienin buxarı hava kütləsindən ağır olduğuna görə

onun buxarı aşağı qatlara, yəni 4 m dərinliyinə qədər gedə bilir.

Torpağın fumiqasiyası nəticəsində tənəklərin filloksera ilə yoluxması kəskin

surətdə azalır ki, bu da tənəyin inkişafına və məhsuldarlığına müsbət təsir göstərir.

Qeyd etmək lazımdır ki, metilxlorbutadienlə bir dəfə fumiqasiya aparmaqla

demək olar ki, fillokseranı tam məhv etmək mümkün olmur. Bunu nəzərə alaraq

mübarizə ardıcıl olaraq 3-4 ildən bir təkrar edilməlidir.

5. Tənəyin inkişafını sürətləndirmək məqsədilə bütün aqrotexniki tədbirlər

həyata keçirilməlidir.

6. Daxili və xarici karantin tədbirlərinə əməl edilməlidir.

63

Page 64: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Bağ tor gənəi (Schizotetranychus pruni O.). Gənələr dəstəsinin (Acarina)

tor gənələri (Tetranychidae) fəsiləsinə mənsubdur.

Yetkin fərd sarımtıl rəngdədir, 4 cüt ayağı vardır, uzunluğu 0,45-0,50 mm-

dir. Yumurtası kiçikdir, 0,13-0,14 mm-dir. Yetkin dişi fərd tökülmüş yarpaqlar

altında, tənəklərin çatlarında qışlayır. Yazda gənələr qışlama yerlərindən çıxaraq

yenicə əmələ gəlmiş yarpaqlar üzərinə daraşaraq oradan tədricən (bütün yay

dövründə) zərif cavan yarpaqlara keçirlər. Zərərverici yarpağın alt səthində tor

quraraq, orada yaşayır və inkişaf edir.

Yazda dişi fərdlər bir qədər qidalandıqdan sonra yarpağın altında qurduqları

torun telləri arasına yumurtalarını qoyurlar və 5-6 gündən sonra sürfələr çıxır.

Sürfələr 10-15 gündən sonra cinsiyyətcə yetişir. Bir nəslin inkişafı 15-20 günə başa

çatır. zərərvericinin ən çox miqdarına isti aylar olan iyul və avqust aylarında

təsadüf edilir. İl ərzində 7-8 nəsil verir.

Gənələr yarpaqların şirəsini sorduqda xlorofill dənələri parçalanır, su azalır,

fotosintez prosesi zəifləyir və zülalın miqdarı azalır. Gənələrlə yoluxmuş

yarpaqlarda sarı və qırmızı ləkələr əmələ gəlir. Belə zədələnmiş yarpaqlar

inkişafdan qalır və quruyaraq tökülürlər.

Orta və zəif tüklü yarpaqları olan üzüm sortları gənələrlə daha çox yoluxur

və orada tor qurub yaxşı yaşaya bilir. Sıx tüklü və tamam tüksüz olan üzüm

sortlarında gənə tor qura bilmədiyindən inkişaf edə bilmir.

Şiddətli yoluxmuş üzüm tənəklərində məhsul itkisi 30-40%-ə qədər azalır,

eləcə də şəkərin miqdarı gilələrdə 1-3% azalır.

Mübarizə tədbirləri. 1. Mütərəqqi aqrotexniki tədbirlər kompleksi həyata

keçirilməlidir.

2. Kimyəvi mübarizədə kontakt təsirə malik olan 50%-li neoron 1,2-1,6 l/ha,

40%-li poliqar 0,8 l/ha, peqas 0,8 l/h və s. preparatlarının emulsiyası ilə çiləmə

aparılması məsləhətdir. Həmçinin Avirmec EC preparatı ilə 25 qr/l normasında

çiləmə aparmaq məsləhətdir.

Üzüm fır gənəsi (Eriophyes vitis Pgst). Gənələr dəstəsi (Acarina) fır əmələ

gətirən gənələr (Eriophyidae) fəsiləsinin nümayəndəsidir.

64

Page 65: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Gənə adi gözlə çətin seçilir, uzunluğu 0,14-0,15- mm, bədəni uzunsovdur,

rəngi sarıdır.

Sürfəsi yetkin fərdə oxşardır, ancaq ondan kiçikdir. Zərərvericinin

biologiyası tam öyrənilməyib.

Yetkin fərdlər qabıq və tumurcuq pulcuqları altında qışlayır. Yazda

qışlamadan çıxır və yenicə əmələ gəlmiş yarpaqların alt tərəfinə keçərək

qidalanmağa başlayır. Qidalanma nəticəsində yarpağın alt səthində çökəkciklər

əmələ gəlir, bu çökəkliklər içərisində tellər yaranır və zərərverici yumurtalarını

həmin tellər arasına qoyur.

Beləliklə də zədələnmiş yarpaq üzərində ziyilciklər əmələ gəlir ki, bu da

gənələrin xarakterik zədəsi hesab edilir.

Vegetasiya müddətində bir neçə nəsil verir.

Mübarizə tədbirləri. 1. Bağ tor gənəsinə qarşı aparılan mübarizə tədbirləri,

eynilə bu zərəvericiyə də tətbiq edilə bilər.

Üzüm unlu yastıcası (Planococcus vitis Niet) – Bərabərqanadlılar dəstəsi

(Homoptera) unlu yastıcalar (Pseudococcus) fəsiləsinə mənsubdur. Yetkin dişi

fərdin bədəni yumşaq olmaqla ovalvaridir, sarımtıl qəhvəyi rəngdədir və bədəninin

üzəri unabənzər ağ maddə ilə örtülüdür. Nəhayətində 2 uzun sapvari çıxıntı uzanır.

Bədəninin uzunluğu 3-4 mm-dir. Sürfələr yetkin fərdə oxşayır.

Unlu yastıcanın yetkin dişiləri və sürfələri tənəklərin qabığı altında qışlayır.

Yazda qışlayan fərdlər yaşıl qabıqların şirəsini sormaqla qidalanır. Aprelin axırı və

mayın əvvəllərində yumurta qoyurlar. Yumurtalar çox da iri olmayan topa halında

(yumurta kisəsi daxilində) qoyulur. Yumurtanın embrional inkişafı 10-12 gün çəkir

və yumurtadan çıxan sürfələr qabıqların şirəsi ilə qidalanaraq inkişaf edir.

İyunun ortalarından başlayaraq ikinci nəslin əsas kütləsi tənəyin yaşıl

hissələrinə zoğlara, yarpaqlara, hətta salxımlara keçərək onlarla qidalanır.

Avqustun ortalarında üçüncü nəslin inkişafı başlayır və tənəyin yaşıl və

oduncaq hissəsi ilə qidalanır. Zərərverici bakirə üsulla çoxalır.

Unlu yastıcanın zərərli fəaliyyəti yarpaqların şirəsini sormaqla onun saralıb

quruyaraq tökülməsinə səbəb olur. Digər tərəfdən salxımlar üzərində qidalanan

65

Page 66: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

zərərverici özündən xüsusi yapışqanvari maddə ifraz edir ki, bu da yetişmiş

salxımları çirkləndirir, onların əmtəlik keyfiyyətini azaldır. Yastıcanın ifrazatı ilə

şirələnmiş salxımdakı gilələr yemək üçün yararsız hala düşür.

Sentyabrın sonundan başlayaraq unlu yastıca yarpaqlardan ştamba keçir və

orada qabıq altında qışlayır.

Mübarizə tədbirləri. 1. Tənəklərdə budama və yaşıl hissələrində əməliyyat

aparılan zaman əldə edilən quru və yaşıl hissə sahədən kənara çıxarılmalıdır.

2. Tənəklərin ştambı ölmüş qabıqlardan təmizlənməli və kənara çıxarılıb

yandırılmalıdır.

3. Yastıcanın kütləvi çoxaldığı dövrdə (2 və 3-cü nəsil) tənəklər 35%-li

fazolon – 2,0 l/ha, raqor – 1,5 l/ha, 2,5%-li desis – 0,4 l/ha və s. preparatların biri

ilə dərmanlanmalıdır.

Salxım yarpaqbükəni (Lobesia botrana Den.et) – Kəpənəklər dəstəsi

(Lepidoptera) yarpaqbükənlər fəsiləsinə (Tortricidae) mənsubdur.

Kəpənəyin ön qanadları kürəni-qonur olmaqla, üzərində qonur, mavi-boz

rəngli ləkələr vardır. Dal qanadlar bozumtul-qonurdur. Qanadları açılan zaman 12-

13 mm uzunluqdadır.

Yumurtası sarımtıldır, uzunluğu 0,6-0,7 mm-dir. Tırtılı kiçik yaşda ağımtıl,

iri yaşda isə sarımtıl-yaşıl rəngdə olur. Axırıncı yaşda uzunluğu 12 mm-ə çatır.

- Zərərverici pup fazasında, ağ barama içərisində tənəklərin ştambı və

budaqlarda olan qabıqları altında qışlayır.

Yazda aprelin axırları və mayın əvvəllərində 1-ci nəslin kəpənəkləri uçmağa

başlayır. İlk kəpənəklərin uçmasından 10-12 gün keçdikdən sonra kütləvi uçuş

başlayır. Qışlamadan çıxan kəpənəklər bir müddət alaq otları və mədəni bitkilərin

çiçəklərinin nektar şirəsi ilə qidalanır və sonra yumurta qoymağa başlayır.

Yumurtalar qönçələrin üzərinə tək-tək qoyulur. Bir dişi fərd 40-a qədər yumurta

qoya bilir. Qoyulmuş yumurtalardan 5-6 gün sonra kiçik yaşlı tırtıllar çıxmağa

başlayır.

Birinci nəslin qoyduğu yumurtalardan kütləvi şəkildə çıxmasına

çiçəkləmənin əvvəlində təsadüf edilir. Bu nəslin tırtılları qönçələr və çiçəkləri

66

Page 67: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

gəmirməklə qidalanırlar və tor vasitəsilə onları bir yerə sarıyır. Zədələnmiş

orqanlar quruyaraq tökülür. İnkişafını başa çatdırmış axırınca yaş tırtıllar tor

içərisində, eləcə də qabıq altında puplaşırlar.

İyun ayının 2-ci yarısından etibarən 1-ci nəslin pupundan 2-ci nəslin

kəpənəyi uçur. Bu nəslin dişi kəpənəkləri yumurtalarını yenicə əmələ gəlmiş

gilələrin üzərinə qoyurlar. Yumurtadan çıxan tırtıl giləni deşib onunla qidalanır.

Nəticədə zədələnmiş gilələr quruyaraq tökülür. Bu dövrdə hər bir tırtıl 4-9 ədəd

yaşıl giləni zədələyir. İnkişafını başa çatdırmış tırtıllar ştambın qabığı altına,

bağlama materialları altına keçib puplaşırlar.

İyulun axırları, avqustun əvvəllərindən puplardan kəpənəklər uçmağa

başlayır. Bu nəslin dişi kəpənəkləri yumurtalarını yetişməkdə olan gilələrin üzərinə

qoyurlar. Qoyulmuş yumurtadan çıxan tırtıl giləni deşib onun içərisinə girərək

qidalanır. Bir tırtıl 10 ədədə qədər giləni zədələyir. Zədələnmiş gilələr ya quruyur,

ya da çürüyür. Məhsula ən çox 3-cü nəslin tırtılları zərər vururlar.

Sentyabr ayının axırları tırtılların bir qismi gilələrdən ayrılaraq qabıq altına

keçib pup halına keçir və orada qışlayır. Tırtılların bir qismi isə məhsulla bərabər

yığılır.

Rütubət yüksək olduqda zərərverici sürətlə çoxalır. İl ərzində 3 nəsil verir.

Mübarizə tədbirləri. 1. Tənəyə forma verilib məftillə bağlanmalıdır. Bu

tədbir nəticəsində tənəklər arasında havalanma yaxşı gedir, nəmlik azalır və

tənəklərin arasına günəş şüası yaxşı düşür, bunlar da tırtılların inkişafı üçün

əlverişsiz şərait yaradır.

2. Tənəklərdə yaşıl əməliyyat vaxtında və düzgün aparılmalıdır.

3. Erkən yazda tənəklərin ştambları ölmüş qabıqlardan təmizlənməlidir.

4. Son illər zərərvericiyə qarşı kimyəvi mübarizənin aparılma vaxtı

kəpənəklərin uçuşu ilə müəyyən edilir. Bunun üçün cinsi feromon tələlərindən

istifadə edilir.

Əvvəllər bu iş üçün doşabdan hazırlanmış tələlərdən istifadə olunurdu, bu

isə özünü doğrultmurdu. Bundan başqa bunun tətbiqi təsərrüfatlarda işçi qüvvəsinə

tələbatı artırır və iqtisadi cəhətdən baha başa gəlir.

67

Page 68: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Göstərilənləri nəzərə alaraq hal-hazırda cinsi feromon tələlərindən istifadə

edilir. Bunun üçün parafinli kağızdan hazırlanmış üçbucaq şəkilli tələlər yer

səthindən 1,2 metr hündürlükdə tənəklərə asılır. Tələnin oturacaq hissəsinə

gecquruyan «pestifiks» markalı yapışqan sürtülür. Yapışqanın səthindən 2-3 sm

hündürlükdə isə kimyəvi sintez yolu ilə hazırlanmış rezin kapsula hopdurulmuş

feromon asılır. Rezin kapsula dişi kəpənəklərin cinsi orqanından da kəskin iy

buraxır və erkək fərdləri tələyə cəlb eləyir.

Bir kapsula feromonun cəlbetmə müddəti 25-30 gündür.

Az.ETBMİ-nin apardığı tədqiqatlar göstərmişdir ki, 1-ci nəslə qarşı ilk

dərmanlama küiləvi uçuşdan 3-5, ikinci və üçüncü nəslə qarşı isə 2-3 gün sonra

aparılmalıdır.

Bir tələyə sutka ərzində 15-dən az kəpənək düşərsə kimyəvi mübarizə

aparmaq məsləhət bilinmir.

Qeyd etmək lazımdır ki, sutka ərzində bir tələyə 25 ədəddən çox kəpənək

düşərsə kütləvi uçuş sayılır.

5. Salxım yarpaqbükəni tırtıllarına qarşı kimyəvi preparatlardan 25%-li

Arrivo – 0,35 l/ha, 5%-li karate – 0,3-0,4 l/ha, Fastak – 0,6 l/ha, Dursban – 1,5 l/ha

və s. birinin emulsiyası ilə çiləmə aparılması məsləhətdir.

Zaqafqaziya mərmər böcəyi (Polyphylla fullo L.). Böcəklər dəstəsi

(Coleoptera) lövhəbığ böcəklər fəsiləsinə (Scaradaeidae) mənsubdur.

Üzüm tənəklərinə mərmər böcəklər fəsiləsindən 10-a qədər böcək növü

zərər vurur. Bunlardan ən çox yayılanı və zərər verəni Zaqafqaziya mərmər

böcəyidir.

Yetkin fərdin qanadüstlüyü üzərində ağ mərməri naxışlar, ön kürəkciyinin

əsasında isə qara haşiyə vardır.

Bığcıqları lövhəvaridir. Uzunluğu 28-38 mm-dir.

Sürfəsi ağ rəngdə olmaqla çox iridir və «C» şəklində bükülmüşdür.

İyunun sonlarında qışlamış böcəklər kütləvi surətdə uçmağa başlayır.

Böcəklər ancaq gecələr fəal olur. O, tənək yarpaqları ilə qidalanır. Gündüzlər

otların altında və ya torpaq yarıqlarında gizəlnir.

68

Page 69: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Az müddətdən sonra böcəklər cütləşməyə başlayır və hər bir dişi fərd

torpağın 10-12 sm dərinliyinə 3-8 ədəd yumurta qoyur. Bir dişi böcək yaşadığı

dövründə 40-a qədər yumurta qoya bilir. Yumurtadan çıxan sürfə əsasən tənəyin

kök sistemi ilə qidalanır. Tənəklərə əsasən sürfələr zərər verir.

İnkişafını başa çatdırmış sürfələr torpağın 15-20 sm dərnliyində yuva

düzəldib orada pup halına keçir. Pup mərhələsi temperaturdan asılı olaraq 20-30

gün davam edir.

Böcəyin sürfələri cavan (əsasən tingliklərdə) və çoxillik üzüm tənəklərinin

kök sistemini gəmirməklə onlara böyük zərər vurur. İl ərzində bir nəsil verir.

Mübarizə tədbirləri.

1. Yazda və payızda cərgə araları şumlanmalıdır. Nəticədə torpaqda olan

sürfə və pupun bir qismi mexaniki təsirdən məhv olur.

Şum arxasınca sahəyə ev quşlarının buraxılması yaxşı nəticə verir. Belə ki,

ev quşları zərərvericinin sürfə və puplarını həvəslə yeyir.

2. Kimyəvi mübarizədə Karate Zeon preparatı ilə 0,3 l/ha normasında ciləmə

aparmaq məsləhətdir.

Mövzu 8 . Meyvə ağaclarının sorucu zərərvericiləri və onlarla

mübarizə tədbirləri

İsmayıl-zadə N.N.

Məmmədov V.Ə.

PLAN

69

Page 70: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

1. Alma yaşıl mənənəsi, gavalı mənənəsi və qanlı mənənə, onların morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

2. Alma ballıcasının morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

3. Alma vergülşəkilli, bənövşəyi və kaliforniya çanaqlı yastıcalarının morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.

4. Qonur meyvə, qırmızı alma və armud fır gənələri, onlarla mübarizə tədbirləri.

ƏDƏBİYYAT

1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

2. Xəlilov B.B. – Azərbaycanda meyvə ağaclarının başlıca zərərvericiləri və onlarla mübarizə tədbirləri. Gəncə, 2002.

3. Məmmədova S.R., Xəlilov B.B. – Meyvə və subtropik bitkilərin zərərvericiləri. Bakı, 1974.

4. Osmolovskiy Q.E., Bondarenko N.V. – Gntomoloqiə. Leninqrad, «Kolos», 1980.

GƏNCƏ - 2017

Mövzu 8 . Meyvə ağaclarının sorucu zərərvericiləri və onlarla

mübarizə tədbirləri

Alma yaşıl mənənəsi (Aphis pemi Dey). – Bərabərqanadlılar dəstəsi

(Homoptera) mənənələr fəsiləsinin (Aphididae) nümayəndəsidir.

Yetkin fərd sarımtıl-yaşıldır. Uzunluğu 2 mm-dir. Yumurtası ovaldır, 0,5

mm-dir. Sürfəsi qonur yaşıldır.

Zərərverici alma, gavalı, heyva, zoğal, əzgil və s. bitkilərə zərər vurur.

Mənənə payızda zoğların tumurcuğu əsasında yumurta fazasında qışlayır.

Erkən yazda tumurcuqlar açılmağa başladığı dövrdə qışlamış yumurtalardan

sürfələr çıxır. Sürfələr əvvəlcə qabarlanmış tumurcuğun hüceyrə şirəsini sormaqla

70

Page 71: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

qidalanırlar. Sonrakı nəsillərin yetkin və sürfələri yarpaqların hüceyrə şirəsi ilə

qidalanır. Nəticədə yarpaqlar qıvrılır, eybəcərləşir və quruyur.

Bütün vegetasiya dövründə bakirə yolla çoxalırlar. Bir dişi fərd 40-a qədər

sürfə doğur. Bir nəslin inkişafı 10-15 günə başa çatır. il ərzində 17-yə qədər nəsil

verir.

Mübarizə tədbirləri.

1. Qışlamış yumurtaları məhv etmək üçün ağacların istirahət dövründə

nitrofenin 2-3%-li məhlulu, DNOK-un 1%-li məhlulu çilənməlidir.

2. Zərərvericinin azalmasında 2 və 7 nöqtəli parabizən böcəyi və qızılgöz

böyük rol oynayır.

3. Kimyəvi mübarizədə 2,5%-li desis – 0,3-0,5 l/ha, karbofos – 0,1-0,2%,

Bİ-58 – 2 l/h, Lannat 1,5-2 l/ha, Karogen 150-300 ml/ha preparatlarının birinin

emulsiyası ilə çiləmə aparılmalıdır.

Gavalı mənənəsi (Hyalopterus pruni Fabr). – Bərabərqanadlılar dəstəsi

(Homoptera), mənənələr fəsiləsinə (Aphididae) mənsubdur.

Yetkin fərd solğun yaşıldır, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür.

Uzunluğu 2,5-3 mm-dir. Sürfə yetkindən kiçikdir, ona oxşardır.

Zərərverici köçəridir. O öz inkişafını meyvə və qamış bitkisi üzərində

keçirir.

Zərərvericinin mayalanmış yumurtaları gavalı, ərik, şaftalı ağaclarının

tumurcuğunun kənarında, yaxud qabıq çatlarında qışlayır. Erkən yazda (martın

sonu, aprelin əvvəli) yumurtadan çıxan sürfə tumurcuqların hüceyrə şirəsini sorur.

Sonradan yarpaq üzərinə keçirlər.

Bakirə yolla çoxalır. İl ərzində bir neçə nəsil verir.

Mübarizə tədbirləri.

1. Bağların yaxınlığında olan qamışlıqlar məhv edilməlidir.

2. Alma yaşıl mənənəsinə qarşı aparılan mübarizə tətbiq edilməlidir.

Qanlı mənənə (Erosoma lanigerum Hausm) - Bərabərqanadlılar dəstəsi

(Homoptera), penfiqi (Penphigidae) fəsiləsinin nümayəndəsidir.

71

Page 72: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yetkin fərd qonur, yaxud tünd-qırmızı rəngdə olub, üzəri ağ mumabənzər

maddə ilə örtülüb. Uzunluğu 2-2,3 mm-dir.

Sürfəsi yetkinə oxşayır. Yumurtası ovalvari olub, qəhvəyidir, uzunluğu 0,5

mm-dir.

Mənənə əzilən zaman bədənindən Qana bənzər maye çıxır. Ona görə də ona

qanlı mənənə deyilir.

İlk dəfə 1787-ci ildə ABŞ-dan İngiltərəyə, oradan da Avropaya yayılıb.

Keçmiş SSRİ-yə 1862-ci ildə Fransadan əkin materialı ilə keçib.

Zərərverici yetkin halda qışlayır. Bakirə yolla çoxalır. Bir dişi fərd 20-yə

qədər diri bala doğur.

Sürfə 15-20 gün ərzində 4 dəfə qabıq dəyişir, yetkin hala keçir və bakirə

yolla çoxalma qabiliyyətinə mənsub olur.

Rütubətin az olması mənənəyə pis təsir edir, quraqlıq zamanı isə kütləvi

surətdə qırılır. Şiddətli leysan yağışları pis təsir edir. İldə 12-15 nəsil verir.

Zərərverici qidalanan zaman bitkinin hüceyrəsinə tüpürcək buraxaraq onu

durulaşdırır, bu da şirənin sürətlə axmasına səbəb olur. Nəticədə zoğda, budaqda,

kökdə müxtəlif şişlər əmələ gəlir və həmin şişkinliklər çatlayır, həmin çatlardan

xəstəlik törədən zərərli mikroorqanizmlər daxil olur və onu çürüdür. Beləliklə,

ağac quruyub məhv olur.

Mübarizə tədbirləri.

1. Qurumuş budaqlar kəsilərək bağdan çıxarılmalıdır.

2. Bağlarda zərərvericinin tüfeylisi olan afelinus minicisinin artırılmasına

şərait yaradılmalıdır.

3. Kimyəvi mübarizədə 35% fozalon – 2-3 l/ha, Bİ-59 – 2 l/ha və s.

emulsiyası ilə çiləmə aparılmalıdır.

5. Ağaclar ölmüş qabıqlardan təmizlənməlidir.

6. Bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilməlidir.

7. Daxili karantin tədbirlərinə əməl edilməlidir.

Alma ballıcası (Psylla mali Schmidbg) - Bərabərqanadlılar dəstəsi

(Homoptera), ballıcalar fəsiləsinə (Psillidae) mənsubdur.

72

Page 73: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yetkin fərdin rəngi sarımtıl-yaşıldır. Dal ayaqlar atlandırıcıdır. Uzunluğu 2,5

mm-dir.

Sürfəsi yastıdır, tünd-qəhvəyidir.

Yumurtası uzunsov ovalvaridir. Uzunluğu 0,4 mm-dir. Zərərvericinin

yumurtaları meyvə tumurcuqlarının əsasında və qabıq qırışlarında qışlayır.

Yazda tumurcuqlar açılan zaman qışlamış yumurtalardan sürfələr çıxır və

tumurcuğun şirəsi ilə qidalanır. Sürfənin inkişafı 29-38 günə başa çatır və yetkin

hala keçir. Çonra yetkin fərdlər cütləşir və mayalanmış yumurtalar meyvə

tumurcuqları əsasına, qabıqların qırışlarına, çatlarına qoyulub qışlayır.

Zədələnmə nəticəsində yarpaqlar eybəcərləşir, qönçə və çiçəklər quruyaraq

tökülür. İldə bir neçə nəsil verir.

Mübarizə tədbirləri. 1. Qışlayan yumurtaları məhv etmək üçün nitrofenin

2-3%-li və DNOK-un 1%-li məhlulu çilənməlidir.

2. Kimyəvi mübarizədə Bİ-59 – 1,0-2,0 l/ha və ya Lannate – 1,5-2 l/ha,

Sumi alpha 1,5 l/ha, Bestseller 0,07-0,1 l/ha ilə çiləmə aparılmalıdır.

Alma vergülşəkilli çanaqlı yastıca (Lepidosaphes L.) - Bərabərqanadlılar

dəstəsi (Homoptera), çanaqlı yastıcalar (Diaspididae) fəsiləsinə mənsubdur.

Dişi çanaqlı yastıca uzunsovdur, vergülvaridir. Ağ və ya sarımtıl rəngdədir.

Uzunluğu 1-3 mm-dir. Həşəratın üzərini örtən qalxan qəhvəyi rəngdədir.

Yumurtası ovalvaridir, ağ rəngdədir, uzunluğu 0,3 mm-dir.

Sürfəsi uzunsovdur, sarımtıl-ağ rəngdədir. Uzunluğu 0,20-0,5 mm-dir.

Bu zərərverici alma, armud, şaftalı, heyva, ərik və s. bitkiləri zədələyir.

Zərərverici ölmüş dişilərin qalxanları altında yumurta fazasında bitkinin

gövdə və budağı üzərində qışlayır. Yumurtadan çıxan sürfələr ağacların gövdə,

budaq, yarpaq və meyvə başlanğıcına yayılaraq xortumları ilə hüceyrə şirəsini

sorur. Onların üzəri tədricən çanaqla örtülür. Sürfələrin inkişafı 4-5 həftəyə başa

çatır, 2 dəfə qabıq dəyişir və yetkin hala keçir. Bir dişi fərd 100-ə qədər yumurta

qoyur.

İldə bir neçə nəsil verir.

73

Page 74: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Bənövşəyi çanaqlı yastıca (Parlatoria oleae Colvee). - Bərabərqanadlılar

dəstəsi (Homoptera), çanaqlı yastıcalar (Diaspididae) fəsiləsinə mənsubdur.

Bədəni bənövşəyi rəngdədir. Çanağı ağ, yaxud bozdur. Böyüklüyü 2-2,5

mm-dir. Erkəklər bir cüt qanada malikdir. Uzunluğu 1 mm-dir. Qırmızımtıl-yaşıl

rəngdədir.

Yumurtası uzunsovdur, 0,1-0,2 mm-dir. Sürfə yetkinə oxşardır, ancaq ondan

kiçikdir. Alma, armud, ərik, şaftalı, gavalı, badam və s. bitkilərə zərər vurur.

Zərərverici yetkin və sürfə halında ağac qabıqları üzərində çanaq altında

qışlayır. Yazda qışlamadan çıxan dişilər yumurta qoyur. Bir dişi 50-70 ədəd

yumurta qoya bilir. Yumurtanın embrional inkişafı 1-2 həftədir. Sürfələr

budaqlarla, zoğlarla, yarpaq və meyvələrin şirəsini sormaqla qidalanır.

Sürfə 28-30 gündə 2 dəfə qabıq dəyişib yetkin hala keçir. Hər bir nəslin

inkişafı 50-60 gün davam edir. İkinci nəslin yetkin dişiləri qışlayır. İldə iki nəsil

verir.

Kaliforniya çanaqlı yastıcası (Quadraaspidiotus perniciosus C.) -

Bərabərqanadlılar dəstəsi (Homoptera), qalxanlı yastıcalar (Diaspididae) fəsiləsinə

aiddir.

Yetkin fərd limonu rəngdədir, uzunluğu 1-1,5 mm-dir.

Alma, armud, gavalı, albalı, gilas, şaftalı, ərik və s. bitkiləri zədələyir.

Daxili karantin obyektidir.

Zərərvericinin birinci yaş sürfələri qalxancıq altında qışlayır. Yazda

tumurcuqlar açıldıqda qışlamadan çıxan sürfələr qidalanır. Yetkin fərdlər diri sürfə

doğur. Sürfələr 20-25 gün inkişaf edib 2 dəfə qabıq dəyişir və yetkin hala keçir.

İldə 2-4 nəsil verir.

Yastıcalarla mübarizə tədbirləri.

1. Qurumuş budaqlar kəsilib bağdan kənara çıxarılmalıdır.

2. Yastıca daraşmış ağacların gövdə və budaqları metal şotkalarla

təmizlənməlidir.

3. Mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.

74

Page 75: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

4. Qışlamış fazalara nitrofenin 3%-li emulsiyası, yaxud №30SS-in 5%-li

emulsiyası çilənməlidir.

5. Vegetasiya müddətində Bİ-59 – 1,5-2,0 l/ha, Aktara 0,5-0,6 kq/ha

normada çiləmə aparmaq məsləhətdir.

6. Kaliforniya çanaqlı yastıca ilə əlaqədar olaraq daxili karantin tədbirlərinə

əməl olunmalıdır.

Qonur meyvə gənəsi (Bryobia redikorzevi R.) – Gənələr dəstəsi (Acarina),

qonur gənələr fəsiləsinə (Bryobidae) malikdir.

Yetkin ovalvari olub, qırmızı və ya qonurdur, 4 cüt ayağı vardır. Uzunluğu

0,60 mm-dir.

Yumurtası qırmızıdır, uzunluğu 0,15 mm-dir. Sürfəsi narıncıdır, 3 cüt ayağı

vardır, uzunluğu 0,16 mm-dir.

Əsasən alma ağaclarına, eləcə də armud, gavalı, ərik və s. zərər verir.

Zərərverici yumurta fazasında zoğ və budaqların qabığı üzərində qışlayır.

Tumurcuqlar açılan zaman qışlamış yumurtalardan sürfələr çıxır və

yarpaqların hüceyrə şirəsi ilə qidalanır. Bir nəslin inkişafı 25-30 gündür.

İldə bir neçə nəsil verir.

Qırmızı alma gənəsi (Panonychus Koch) - Gənələr dəstəsinin (Acarina),

hörümçək gənəsi fəsiləsinin (Tetranychidae) nümayəndəsidir.

Yetkini ovalvaridir, tünd qırmızı rəngdədir, uzunluğu 0,32-0,37 mm,

erkəklər isə 0,27-0,30 mm-dir.

Yumurtası narıncı-qırmızıdır, uzunluğu 0,13-0,15 mm-dir.

Sürfəsi limonu rəngdədir, 3 cüt ayağı var, böyüklüyü 0,2 mm-dir.

Zərərverici yumurta fazasında zoğ və budaqlar üzərində qışlayır. Mayın

ortalarında qışlamış yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələrin inkişafı

20-25 gündə başa çatır.

Yetkin və sürfələr yarpağın alt səthində olmaqla onun hüceyrə şirəsini sorur,

nəticədə yarpaq quruyur.

Bir dişi fərd 40-50 ədədə qədər yumurta qoyur.

Kütləvi şəkildə miqdarına isti aylarda - iyul və avqustda rast gəlinir.

75

Page 76: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

İldə 5-6 nəsil verir.

Armud fır gənəsi (Eriophyes pyri L.) - Gənələr dəstəsinin (Acarina), fır

əmələ gətirən fəsiləsinə (Eriophydae) mənsubdur.

Yetkin fərdin bədəni silindrvaridir, ağımtıl rəngdədir, 4 cüt ayağı var.

Uzunluğu 0,23 mm-dir.

Zərərverici yetkin halda armud ağacının tumurcuq pulcuqları arasında

qışlayır. Erkən yazda qışlamadan çıxan yetkinlər yarpaqlarla qidalanır və bir

müddətdən sonra yarpağın alt səthinə yumurta qoyur. Yumurtadan çıxan sürfə və

yetkin fərdlər yarpağın alt səthində qidalanır. Zədələnmiş yarpaqların üst səthində

fırlar əmələ gəlir. Belə yarpaqlar inkişaf etmir və quruyur.

Necə nəsil verməsi aydınlaşdırılmayıb.

Gənələrlə mübarizə tədbirləri.

1. Ağaclar quru budaqlardan, qabıqlardan təmizlənməlidir.

2. Aqrotexniki tədbirlər yerinə yetirilməlidir.

3. Qışlamış yumurtalara qarşı nitrofenin 3%-li, №30 SS-ın 5%-li və DNOK-

un 1%-li məhlulu ilə çiləmə aparılmalıdır.

4. Qönçələmə fazasında 50%-li neoron – 1,2-1,6 l/ha, 25%-li reqas – 0,8

l/ha, 60%-li pliktran – 0,8-1,0 l/ha preparatlarının biri ilə çiləmə aparmaq

məsləhətdir.

Mövzu 12. Kartof, çuğundur və günəbaxan bitkilərinin

zərərvericiləri və onlarla mübarizə tədbirləri

İsmayıl-zadə N.N.

76

Page 77: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Məmmədov V.Ə.

PLAN

1. Kartof gövdə nematodu, Kolorado kartof böcəyi və kartof güvəsinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

2. Çuğundur adi uzunburnu, çuğundur birəcikləri və çuğundur bağacığının morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onunla mübarizə tədbirləri.

3. Günəbaxan odlucasının morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.

ƏDƏBİYYAT

1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

2. Dünyamalıyev M.Z., Eyvazov Ə.Q., Əhmədov S.Ə., Quluyev C.A., Ələsgərova X.N. – Karantin və xüsusi təhlükəli zərərli orqanizmlər. Bakı, «Nurlan», 2008

3. Hüseynov K. – Ekoloji təmiz kartof istehsalında inteqrir mübarizənin təşkili Gəncə, 2016.

4. Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat

Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.

GƏNCƏ – 2017

Mövzu 12. Kartof, çuğundur və günəbaxan bitkilərinin

zərərvericiləri və onlarla mübarizə tədbirləri

77

Page 78: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Kartof bitkisinin zərərvericiləri o qədər də çox deyildir. Kartofa zərər verən

müxtəlif bitkilərlə qidalanan zərərvericilərdən məftil qurdu, sovkaların kök boğazı

gəmirən tırtıllarını, danadişi və lövhəbığ böcəkləri göstərmək olar.

Xüsusiyyətlənmiş zərərvericilərdən isə gövdə nematodu, Kolorado kartof

böcəyi və kartof güvəsini göstərmək olar.

Kartof gövdə nematodu (Ditylenchus destructor Th.) – Əsil yumru qurdlar

və ya nematodlar sinfinin (Nematoda), müxtəlif dərili nematodlar (Heteroderidae)

fəsiləsinə mənsubdur.

Kartof gövdə nematodunun yetkin fərdinin uzunluğu 1-1,3 mm-dir. Bədəni

möhkəm kutikula ilə örtülmüşdür ki, bu da onları xarici mühitin təsirindən

qoruyur.

Yumurtası 0,5 mm böyüklükdədir.

Sürfəsi ağımtıldır, xarici görünüşünə görə yetkin fərdə oxşayır, lakin

onlardan iki dəfə kiçikdir.

Zərərvericinin yayılma arealı və bioloji xüsusiyyətləri kifayət qədər

öyrənilməmişdir.

Kartof gövdə nematodu kartof əkinlərini, əsasən əkin materialını torpaq

vasitəsilə yoluxdurur. Gövdə nematodu torpaqda və kartof yumrularında bir neçə il

yaşaya bilir.

Nematod əkilmiş yumurtalardan cücərmiş bitkilərin gövdəsinin içərisinə

keçərək, gövdənin yoğunlaşmasına və əlavə budaqlanmasına səbəb olur. Bunun

nəticəsində buğum araları qısalır, yarpaqlar saralır və nəhayət quruyaraq məhv

olur.

Nematodun zərəri bununla bitmir. Onun əsas zərəri kök yumrularını

zədələməsidir. Zərər nəticəsində qabıq üzərində gümüşü-boz ləkələr əmələ gəlir və

qabıq bir çox yerdən çatlayır. Sonra zərərverici yumrunun daha dərin qatlarına

hərəkət edib qidalanmasını davam etdirir.

Gövdə nematodu bütün vegetasiya ərzində çoxalır və inkişaf edir. Bir dişi

fərd 250-yə qədər yumurta qoya bilir. Qoyulmuş yumurtalardan 2-6 həftə sonra

sürfələr çıxmağa başlayır.

78

Page 79: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Tarladan məhsulla birlikdə anbara gətirilən nematodlar orada inkişaf edib

gələcək üçün böyük ehtiyat yaradır.

Nematodun kütləvi çoxalması üçün havanın çox rütubətli omlasıdır.

Zədələnmiş yumruların içərisinə daxil olan zərərli mikroorqanizmlər onların

çürüyüb sıradan çıxmasına səbəb olur.

Nematod il ərzində bir neçə nəsil verir.

Mübarizə tədbirləri.

1. Daxili karantin tədbirlərinə əməl edilməlidir.

2. Növbəli əkin sisteminə əməl edilməli və nematodla yoluxmuş sahələrə 3-

4 il kartof əkilməməlidir.

3. Nematoda davamlı sortlar əkilməlidir.

4. Məhsul yığıldıqdan sonra yoluxmuş bitkilər sahədən kənara çıxarılmalı və

yandırılmalıdır.

5. Kimyəvi mübarizədə torpaq əkindən qabaq karbation preparatı ilə

dərmanlanmalıdır. Bunun üçün hər 1 m2-ə 10 l suda həll edilmiş 150-200 ml

preparat sərf edilməlidir.

Kolorado kartof böcəyi (Leptinotarsa decemlineata Say) – Böcəklər

(Coleoptera) dəstəsinin yarpaqyeyənlər (Chrysomolidae) fəsiləsinin

nümayəndəsidir.

Kolorado böcəyinin bədəni ovalvari olmaqla, uzunluğu 7-12 mm arasında

dəyişir. Bədən üst tərəfdən qabarıqdır, sarımtıl rəngdədir. Alnında üçbucağı

xatırladan ləkə vardır. Bığcığı 11 buğumdan ibarətdir. Qabaq kürəkciyi üzərində

11 ədəd ləkə vardır. Ortadakı ləkə ən böyük olmaqla «V» rəqəminə bənzəyir.

Qanadları üzərində uzununa 10 qara zolaq vardır. Qanadları qaramtıl-sarıdır.

Yumurtası qırmızımtıl-sarı, yaxud narıncı rəngdədir, ovalvaridir, uzunluğu

0,8-1 mm-dir.

Sürfəsi aşağı tərəfdən yastı, üst tərəfdən qabarıqdır. Ortası yoğundur,

qılçıqlarla örtülmüşdür. Rəngi əsasən narıncı-qırmızı olub, üzərində uzununa

düzəlmiş iki cərgə qara nöqtə vardır. Uzunluğu 15-16 mm-dir.

Pupu narıncı rəngdədir, uzunluğu 9 mm-ə çatır.

79

Page 80: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Böcəyin vətəni Şmiali Amerikanın cənub-qərb hissəsidir. Zərərverici oradan

Şimali Meksikaya, oradan Kolorado Ştatına yayılaraq kartof bitkisinə böyük zərər

vermişdir. Elə burada da onu Kolorado böcəyi adlandırmışlar.

Bu zərərverici 1922-ci ildə Fransada müşahidə edilmişdir. Bundan sonra

zərərverici avropanın bir sıra ölkələrinə yayılmışdır. İkinci dünya müharibəsi

zamanı alman faşistləri qəsdən bu zərərvericini bir ölkədən digər ölkələrə

yaymışlar.

Sonradan isə bu zərərverici keçmiş SSRİ-yə yayılmış, karantin tədbirlərinə

zəif əməl edilməsi nəticəsində Qazaxıstana, Orta asiya ölkələrinə, Zaqafqaziyaya,

eləcə də Azərbaycana yayılmışdır. Hal-hazırda respublikamızın elə rayonu yoxdur

ki, orada bu zərərvericiyə rast gəlinməsin.

Kolorado kartof böcəyi torpağın 25-30 sm dərinliyində böcək fazasında

qışlayır. Yazda temperatur 14-150S olduqda böcəklər torpağın üst səthinə çıxırlar

və acgözlüklə su içməyə başlayırlar. Bu dövrdə böcəklər kütləvi halda su arxları

kənarlarına toplaşırlar. Böcəklər su ehtiyatı topladıqdan sonra bir müddət kartof

bitkisinin yarpaqları ilə qidalanmağa başlayır. Əgər böcəklər qışlamadan çıxdığı

vaxt tarlada kartof cücərtiləri olmazsa, onlar bir müddət yabanı

badımcançiçəklilərlə qidalanırlar. Qida bitkiləri olmadıqda belə böcəklər aylarla ac

qala bilir.

Böcəklər qışlamadan çıxdıqdan təxminən bir ay sonra cütləşmə prosesi gedir

və dişi fərdlər yumurta qoymağa başlayırlar. Yumurta qoyma bütün vegetasiya

dövrü davam edir. Yumurtalar topa halında qoyulur. Hər bi topada 25-30 ədəd

yumurta olur. Yumurtalar kartof, badımcan, pomidor, bibər və s. bitkilərinin

yarpağının alt səthinə qoyulur. Bir dişi fərd 400-800 ədədə qədər yumurta qoya

bilir. Qoyulmuş yumurtalardan 5-10 gün sonra sürfələr çıxır, üç həftə qidalanır,

inkişaf edir, 4 dəfə qabıq dəyişir və bundan sonra pup halına keçirlər. Puplardan 6-

15 gün sonra böcəklər çıxır və ikinci nəslin inkişafı başlayır. Bu nəslin inkişafı da

birinci nəsildə olduğu kimi davam edir.

Havanın soyuması ilə əlaqədar olaraq böcəklər qışlamaya gedir.

80

Page 81: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Kartof bitkisinə ən çox sürfələr zərər verir. Belə ki, onlar bitkinin

yarpaqlarının ətli hissəsini tamamilə yeyir, orada yarpağın yalnız damarları qalır.

Zərərverici bir bitki ilə qidalandıqdan sonra digər sağlam bitki üzərinə keçir.

Yarpaqları yeyilmiş bitkinin inkişafı zəifləyir, eləcə də məhsuldarlıq aşağı düşür.

Zərərverici il ərzində 1-3 nəsil verir.

Mübarizə tədbirləri.

1. Daxili karantin tədbirlərinə əməl olunmalıdır.

2. Kiçik sahələrdə böcəklər əl ilə yığılıb məhv edilməlidir.

3. Sürfələrin 1-ci və 2-ci yaş dövrünün kütləvi artım dövründə xəstəlik

törədən mikrobioloji preparatlardan – boverin – 2 kq/ha, bitoksibasilin – 3 kq/ha və

dendrobasilin – 4 kq/ha məsarif normasında suspenziyası çilənməlidir.

4. Kimyəvi mübarizə olaraq 35%-li fozalon – 2 l/ha, 50%-li volaton – 1,5

l/ha, 5%-li karate – 0,4 l/ha və s. preparatlarının emulsiyası ilə çiləmə aparmaq

məsləhət bilinir. Həmçinin Arrivo (0,1l/ha), Mospilan (0,4 nkq/ha), Sumi-alfa

(0,25 l/ha) preparatlarının istifadəsidə tövsiyyə olunur.

Kartof güvəsi (Phthorimaea operculella L.) – Kəpənəklər (Lepidoptera)

dəstəsinin güvələr (Gelechidae) fəsiləsinə mənsubdur.

Yetkin kəpənək gümüşü-boz rəngdədir. Böyüklüyü 12-16 mm-dir.

Yumurtası ovalvaridir, ağ rəngdədir, 0,35-0,36 mm böyüklükdədir. Tırtılı açıq-sarı,

yaxud yaşılımtıl rəngdədir. Axırıncı yaşda uzunluğu 12 mm-ə çatır.

Pupu boz gümüşü barama içərisində olur.

Güvənin pupları qışlayır. Erkən yazda puplardan kəpənəklər uçurlar. Bir

müddət qidalanır, cütləşir və yumurta qoyurlar.

Dişi fərdlər yarpağın alt səthinə 2-3 ədəd yumurta qoyur. Yumurtanın

embrional inkişafı 5-7 gün çəkir, tırtılın inkişafı 20-25 gündə başa çatır.

Anbarlarda isə yumurtalar topa halında kartof yumrularının gözcüklərinə

qoyulur.

İnkişafını başa çatdırmış tırtıllar tarla şəraitində müxtəlif sığınacaq

yerlərində, anbarda isə kisələrin qırışqlarında, divar yarıqlarında pup halına keçir.

81

Page 82: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Kartof güvəsi daxili karantin obyektidir. Zərərverici kartof bitkisinin yarpaq,

gövdə və kök yumruları ilə qidalanır. Eyni zamanda güvə həm tarla şəraitində, həm

də anbarlarda zərər verir. İl ərzində 5-8 nəsil verir.

Mübarizə tədbirləri.

1. Alaq otları, o cümlədən yabanı badımcançiçəkli bitkilər məhv edilməlidir.

2. Daxili karantin tədbirlərinə əməl edilməlidir.

3. Kimyəvi mübarizədə 5%-li karate – 0,4 l/ha və 35%-li fozalon – 2,0 l/ha

preparatlarının emulsiyası ilə çiləmə aparmaq olar. Güvəyə qarşı Arrivo (0,16

l/ha), Desis (0,2 l/ha) və Siruks (0,16 l/ha) preparatlarının da istifadə etmək

məsləhət bilinir.

Çuğundurun zərərvericiləri

Çuğundur bitkisi zərif və şirəli bitki olduğu üçün zərərvericiləri özünə cəlb

edir. Çuğundur bitkisi üzərində 120 növ zərərvericiyə təsadüf olunur. Bunların

əksəriyyəti polifaq həşəratlardır. Bununla yanaşı çuğundur bitkisinin bir sıra

xüsusiyyətlənmiş zərərvericiləri vardır. Onlardan geniş yayılanları və

zərərverənləri çuğundur adi uzunburun böcəyi, çuğundur birəcikləri, çuğundur

bağacığı və s. göstərmək olar.

Çuğundur adi uzunburnu (Bothynoderes punctiventris G.) - Böcəklər

(Coleoptera) dəstəsinin uzunburun böcəklər (Curculionidae) fəsiləsinə mənsubdur.

Yetkin fərd bozumtul-qonur rəngdədir. Ön qanadları üzərində nöqtələrdən

ibarət 10 ədəd cərgə zolağı vardır. Uzunluğu 1,2-1,4 sm-dir.

Yumurtası ovalvaridir, sarımtıl ağ rəngdədir.

Sürfəsi ağdır, ayaqsızdır və qövsvari bükülmüşdür, axırıncı yaşda sürfənin

uzunluğu 30 mm-ə çata bilir.

Zərərverici böcək fazasında torpağın üst qatında qışlayır. Yazda həmin qatda

10-120S temperatur olduğu zaman onlar qış yuxusundan oyanır və torpağın üst

səthinə çıxırlar. Onlar əvvəlcə tərçiçəklilər fəsiləsinə mənsub olan bitkilərlə

qidalanır, sonra isə çuğundur cücərtiləri üzərinə keçirlər. Böcəklər çuğundur

yarpaqlarının ayəsini və saplaqlarını yeyir, nəticədə cücərtilər məhv olur.

82

Page 83: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Bir müddətdən sonra dişi fərdlər yumurta qoymağa başlayır. Yumurtalar

cücərtilərin kökləri ətrafına torpağın üst səthində böcəyin xortumu ilə düzəltdiyi

çökəkciyə qoyulur. Bir dişi böcək orta hesabla 200 ədədə qədər yumurta qoyur.

Qoyulmuş yumurtalardan 7-10 gün sonra sürfələr çıxır. Sürfələrin inkişafı 2-3 ay

çəkir. Bu müddət ərzində onlar çuğundur kökləri ilə qidalanır, orada çökəkciklər

əmələ gətirir. Belə zədələnmiş bitkilər zəif inkişaf edir, bəzən də quruyub məhv

olur.

İnkişafını başa çatdırmış sürfələr torpaqda yuva düzəldib orada pup halına

keçir. Təxminən iki həftədən sonra puplardan böcəklər çıxır və oradaca qışlamaya

gedir.

Zərərverici il ərzində bir nəsil verir.

Mübarizə tədbirləri.

1. Aqrotexniki tədbirlər həyata keçirilməlidir.

2. Ev quşlarından istifadə edilməlidir.

3. Səpin zamanı torpağa 30-35 kq/ha hesabilə 12%-li heksaxloran

verilməlidir.

4. Qışlamadan çıxan böcəklərə qarşı 85%-li sevinins suspenziyası,

vegetasiya dövründə 5%-li karate – 0,4 l/ha, 2,5%-li desis – 0,4 l/ha preparatlarının

emulsiyası ilə çiləmə aparmaq olar.

Çuğundur birəcikləri. Bunlar böcəklər dəstəsi (Coleoptera),

yarpaqyeyənlər (Chrysomelidae) fəsiləsinə mənsubdurlar.

Çuğundur bitkisi üzərində bir neçə növ birəciyə təsadüf edilir. Bunlardan

qarabaşaq birəsi və çuğundur birəciyi daha çox zərər verir.

Birəciklər kiçik 1,5-2,5 mm böyüklükdə böcəkdir. Bədəni tutqun rəngdə,

metal parlaqlığına malikdir. Dal ayaqları atlandırıcı tipdədir.

Birəciklər yetkin halda torpağın üst qatında və bitki qalıqları altında qışlayır.

Yazda böcəklər qışlama yerlərindən çıxır, ilk dəfə alaq otları ilə qidalanır, sahədə

çuğundur cücərtiləri əmələ gəldikdə onların üzərinə keçir. Cücərtilərlə qidalanan

böcəklər yarpaqda kiçik çökəkciklər əmələ gətirir. Şiddətli surətdə zədələnən

cücərtilər məhv olur.

83

Page 84: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Böcəklər bir müddət qidalandıqdan sonra cütləşmə prosesi gedir və dişi

böcəklər bitki kökləri yaxınlığına yumurta qoyur, özləri isə yaşamırlar. Qoyulmuş

yumurtalardan sürfələr çıxır və bitkinin kökü ilə qidalanır. İnkişafını başa çatdırmış

sürfələr torpaqda pup halına keçirlər.

Yayın ortalarında puplardan yeni nəslin böcəkləri çıxır və bitkinin üzərinə

daraşır. Bu dövrdə bitkilər xeyli inkişaf etdiyindən bir o qədər də zərər vura

bilmirlər.

Payızda havaların soyuması ilə əlaqədar olaraq böcəklər qışlama yerlərinə

gedirlər.

Mübarizə tədbirləri.

1. Aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməlidir.

2. Alaq otları müntəzəm olaraq məhv edilməlidir.

3. Qışlamadan çıxan böcəklərə, eləcə də 2-ci nəslin böcəklərinə qarşı

mübarizədə 85%-li Sevin – 2,0 kq/ha, 5%-li karate – 0,4 l/ha, 2,5%-li desis

preparatlarından istifadə etmək olar. Həmçinin Koru-alfa 0, 3 l/ha pestisidi də

istifadə oluna bilər.

Sürfələrə qarşı mübarizədə səpindən qabaq torpağa 12%-li heksaxloran

preparatından 30-40 kq torpağa verilməlidir.

Çuğundur bağacığı (Polymetrus cognatus F.) – Yarımsərtqanadlılar

(Hemiptera) dəstəsinin ot bağacıqları (Miridae) fəsiləsinə mənsubdur.

Çuğundur bağacığı alabəzək rənglidir, uzunluğu 3-5 mm-dir.

Yumurtası ovalvaridir və sarımtıl rəngdədir. Zərərvericinin yumurtaları

yonca, unluca, yovşan bitkiləri gövdəsi daxilinə qoyur. Yumurtadan çıxan sürfə

çoxillik paxlalılarla qidalanıb inkişaf edir. İnkişafını başa çatdırmış yetkin fərdlər

çuğundur sahələrinə uçurlar. Bir müddət çuğundur bitkisi ilə qidalandıqdan sonra

dişi fərdlər gövdəyə, yarpaq damarlarına və saplaqlara yumurta qoyur. Yumurtadan

çıxan sürfə bitkinin hüceyrə şirəsini sormaqla qidalanır. Zərərvericinin sonrakı

nəslinin inkişafı əvvəlki nəsildə olduğu kimidir. İldə 2-3 nəsil verir.

84

Page 85: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Zərərvericinin yetkin və sürfələri qidalanarkən bitki hüceyrələrinə

fermentlər buraxır və nəticədə bitki soluxur, yarpaqlar bükülür və əksər hallarda

cücərti məhv olur.

Mübarizə tədbirləri.

1. Müntəzəm olaraq bağacığın qışladığı alaq otları dibdən çalınıb məhv

edilməlidir.

2. Kimyəvi mübarizədə Bİ-58 – 2,0 l/ha, 2,5%-li desis – 0,4 l/ha, 35%-li

fozalon – 1,2-2,0 l/ha, koru-alfa 0, 3 l/ha preparatlarının emulsiyası ilə çiləmə

aparmaq olar.

Günəbaxanın zərəvericiləri

Günəbaxan odlucası (Homoesoma nebulellaH.)_- Kəpənklər dəstəsinin

(Lepidoptera) odlucalar (Pyralididae) fəsiləsinin nümayəndəsidir.

Qanadlar açılan zaman 20-27 mm böyüklükdə kəpənəkdir. Qabaq qanadları

arxa qanadlara nisbətən uzunsovdur, boz rəngdədir, yaxud bozumtul-sarıdır. Dal

qanadları nisbətən enlidir, ağ rəngdədir və tutqun damarları vardır. Yumurtası

südvari-ağ rəngdə olmaqla uzunsovdur. Uzunluğu 0,8 mm-dir.

Tırtılı açıq-bozdur, axırıncı yaşda 15 mm-ə qədər uzunluqda ola bilir.

Pupu 10-12 mm uzunluqda, açıq-qəhvəyi rəngdədir. İçərisində pup yerləşən

ipək saplardan hazırlanmış möhkəm baramaları 12-17 mm uzunluqdadır.

Respublikanın günəbaxan bitkisi becərilən bütün rayonlarında çox miqdarda

təsadüf edilən bu zərərverici ayrı-ayrı illərdə məhsula əsaslı surətdə zərərv urur.

Respublikamızda bu zərərverici demək olar ki, öyrənilməyib.

Son tədqiqatlara görə zərərvericinin axırıncı yaş tırtılları torpağın üst qatında

barama içərisində qışlayır. Yazın axırları, yayın əvvəllərində qışlamış tırtıllar

puplaşırlar. Günəbaxan bitkisinin çiçəkləməsi dövründə puplardan kəpənəklər

uçmağa başlayır və gecə həyat tərzi keçirməklə ilk əvvəl mürəkkəbçiçəkli və

günəbaxanın çiçəyinin nektar şirəsi ilə qidalanır.

85

Page 86: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Dişi kəpənəklər 250-300 ədəd yumurta qoyur. Ymurtalar çiçək tozcuqları

kənarının daxilinə bir-bir qoyulur. Qoyulmuş yumurtalardan 4-5 gündən sonra

tırtıllar çıxır.

Tırtıllar ilk əvvəllər çiçəklərin müxtəlif hissələri ilə, üçüncü yaşdan sonra isə

toxumların nüvəsi ilə qidalanırlar. Toxumların nüvəsi ya qismən və yaxud da

tamamilə yeyilir. Zədələnən günəbaxan səbətlərinin ayrı-ayrı hissələri hörümçək

torları ilə əhatə olunur, çirkli keçə təbəqəsi əmələ gəlir, ekskrementlə zibillənir.

Tırtılın inkişafı 3-4 həftəyə başa çatır. İnkişafını başa çatdırmış tırtıllar torpağa

düşərək puplaşmağa gedirlər. Zərərverici il ərzində 1-2 nəsil verir.

Mənfi iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, tırtılların çiçəklər və

toxumların nüvəsi ilə qidalanması nəticəsində məhsul kəmiyyətcən azalır və onun

keyfiyyəti pisləşir.

Mübarizə tədbirləri.

a. Mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.

b. Zərərvericinin nisbi davamlı panser (qara tumlu günəbaxan)

sortlarından istifadə edilməlidir.

c. Kimyəvi mübarizədə Rebaunt preparatındna istifadə etmək lazımdır.

Mövzu 11. Meyvə ağaclarının gəmirici zərərvericiləri və onlarla

mübarizə tədbirləri

İsmayılzadə N.N.

Məmmədov V.Ə.

PLAN:

1. Alma meyvəyeyəni, gavalı meyvəyeyəni və şərq meyvəyeyənin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

2. Alma güvəsinin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onunla mübarizə tədbirləri.

3. Üfunətli ağacovanı, qırışıqlı qabıqyeyən və alma şüşəqanad kəpənəyinin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.

86

Page 87: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

4. Uzunburun böcəklərdən alma çiçəkyeyəni və kazarkanın morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.

ƏDƏBİYYAT

1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

2. Xəlilov B.B. – Azərbaycanda meyvə ağaclarının başlıca zərərvericiləri və onlarla mübarizə tədbirləri. Gəncə, 2002

3. Məmmədova S.R., Xəlilov B.B. – Meyvə və subtropik bitkilərin zərərvericiləri. Bakı, 1974

4. Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей

i. Москва, 2002, 472с

GƏNCƏ - 2017

Mövzu 11. Meyvə ağaclarının gəmirici zərərvericiləri və onlarla

mübarizə tədbirləri

Alma meyvəyeyəni (Laspeyreisa pomonella L.) – Kəpənəklər dəstəsi

(Lepidroptera), yarpaqbükənlər (Tortricidae) fəsiləsinin nümayəndəsidir.

Kəpənəyin rəngi bozdur, böyüklüyü 1,5-2 sm-dir. Yumurtası ağ süd

rəngindədir.

Tırtılı çəhrayı rəngdədir. Axırıncı yaşda tırtılın böyüklüyü 18 mm-dir.

Pupu qəhvəyidir, uzunluğu 10-12 mm-dir.

Alma, armud, şaftalı,ə rik, nar və s. bitkilərə zərər vurur.

Zərərverici xüsusi barama içərisində axırıncı yaş tırtıl fazasında ağacların

ölmüş qabığı altında və yarpaqlarında qışlayır. Qışlama əsasən ştambın torpağa

yaxın hissəsində gedir. Yazda temperatur +100S-dən yuxarı olduqda tırtıllar pup

halına keçir. Mayın axırında pupdan kəpənək uçur. Qışlamadan çıxan kəpənəklər

yumurtalarını yarpaq üzərinə qoyur. Sonrakı nəslin dişi kəpənəyi isə yumurtasını

meyvə üzərinə qoyur. Bir dişi fərd 150-yə qədər yumurta qoya bilir.

87

Page 88: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yumurtanın embrional inkişafı 5-10 gündür.

Tırtıl 25-30 gün yaşayır və bu müddətdə 2-3 ədəd meyvəni

zədələyir.inkişafını başa çatdırmış tırtıllar qabıq altında barama toxuyub, orada pup

halına keçir və 7-8 gündən sonra pupdan 2-ci nəslin kəpənəkləri uçmağa başlayır.

Kəpənəklər bir müddət qidalanır, sonra isə öz yumurtalarını alma meyvəsi üzərinə

qoyur. İnkinci nəslin inkişafı da birinci nəsildəki kimi gedir.

İl ərzində 2 nəsil verir.

Mübarizə tədbirləri.

1. Ağacların əsasən ştambları ölmüş qabıqlardan təmizlənməli və bağdan

çıxarılıb yandırılmalıdır. Oyuqlar və gövdə yarıqları gillə doldurulmalıdır.

2. Tökülən meyvələr müntəzəm olaraq 3-5 gündən bir toplanıb bağdan

kənara çıxarılmalıdır.

3. Tutucu qurşaqlardan istifadə edilməlidir.

4. Cinsi feremon tələlərindən istifadə edilməlidir.

5. Hər bir nəslə qarşı Coragen 150-300 ml/ha, Avaunt 0,4 l/ha və fastak –

0,5-0,6 l/ha, dursban – 2,5 l/ha və s. emulsiyası ilə 2 dəfə çiləmə aparılması

məsləhətdir.

Cavalı meyvəyeyəni (Grapholitha funebrana Tr.) - Kəpənəklər dəstəsi

(Lepidroptera), yarpaqbükənlər (Tortricidae) fəsiləsinə mənsubdur.

Yetkin kəpənək boz rəngdədir. Böyüklüyü 12-17 mm-dir. Yumurtası ağ

rəngdə olub, böyüklüyü 1 mm-dir.

Tırtılı çəhrayıdır, uzunluğu 12-15 mm-dir. Pupu açıq qəhvəyi rəngdədir,

uzunluğu 6-7 mm-dir.

Həyat tərzi alma meyvəyeyənə oxşardır. Ancaq alma meyvəyeyəni

tumlulara, gavalı meyvəyeyəni isə çəyirdəklilərə zərər vurur.

Zərərvericinin axırıncı yaş tırtılları barama içərisində torpaqda, xəzəl və

bitki qalıqları altında qışlayır. Temperatur 15-170S-yə çatdıqda tırtıl pup halına

keçir. Kəpənəklər bir aya qədər uçur və meyvə başlanğıcına, yarpağa yumurta

qoyur. Yumurtanın embrional inkişafı 20-25 gün çəkir. Axırıncı yaş tırtıl torpağa

88

Page 89: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

düşüb pup halına keçir və 10-12 gündən sonra pupdan 2-ci nəslin kəpənəkləri uçur.

İldə 2 nəsil verir.

Mübarizə tədbirləri.

1. Bitki qalıqları və xəzəl toplanıb sahədən çıxarılmalıdır. Cərgəarası

şumlanmalı və ağacın dibi bellənməlidir.

2. Ştamba tutucu və öldürücü qurşaq bağlanmalıdır.

3. Alma meyvəyeyəninə qarşı aparılan mübarizədə istifadə edilən kimyəvi

zəhərlərdən istifadə etmək olar.

Şərq meyvəyeyəni (Grapholitha molesta Busck) - Kəpənəklər dəstəsi

(Lepidroptera), yarpaqbükənlər (Tortricidae) fəsiləsinə mənsubdur.

Kəpənəyin rəngi bozumtul-qonurdur. Qanadlar açılan zaman uzunluğu 12-

14 mm-dir.

Yumurtası ovalvaridir, ağ rəngdədir və uzunluğu 0,4-0,5 mm-dir. Tırtılı

çəhrayı rəngdədir, axırıncı yaşda uzunluğu 12 mm-dir.

Pupu qəhvəyidiri, böyüklüyü 8-10 mm-dir. Zərərverici daxili karantin

obyektidir.

Şaftalıya, almaya, armuda, heyvaya və s. zərər vurur.

Zərərverici barama içərisində tırtıl fazasında, qabıq altında, gövdə

yarpaqlarında qışlayır. Yazda tırtıl pup halına keçir və pupdan 6-11 gün sonra

kəpənək uçur.

Yumurtalar yarpağın alt səthinə qoyulur. Yumurtadan çıxan tırtıl zoğun

ucundan onun daxilinə keçib qidalanır.

Bir dişi fərd 35-40 ədəd yumurta qoya bilir. Bir nəslin inkişafı 30-35 gündür.

İl ərzində 4-5 nəsil verir. Birinci və ikinci nəslin tırtılları zoğ və cavan budağa,

üçüncü və dördüncü nəslin tırtılları isə şaftalı meyvəsinə zərər vurur.

Mübarizə tədbirləri.

1. Daxili karantin tədbirlərinə əməl edilməlidir.

2. Alma meyvəyeyəninə qarşı aparılan mübarizə tədbirləri tətbiq edilə bilər.

Alma güvəsi (Hyponomeuta malinella L.) - Kəpənəklər dəstəsi

(Lepidroptera), güvələr fəsiləsinə (Uponomeutidae) mənsubdur.

89

Page 90: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Kəpənək gümüşü-boz rəngdədir, uzunluğu 18-20 mm-dir. Yumurtası ağ

rəngdədir.

Tırtılı sarımtıl-bozdur, uzunluğu 12 mm-dir.

Zərərvericinin kiçik yaşlı tırtılları qabıq altında qışlayır. Yazda qışlamadan

çıxan tırtıllar yarpaqlarla qidalanıb onları skletləşdirir və tor vasitəsilə yarpaqları

bir-birinə dolayır.

Tırtıl 35-40 gün qidalanır və sonra düzəltdiyi ağ barama içərisində pup

halına keçir. Pupdan 10-15 gün sonra kəpənək uçur. Kəpənək uçduqdan 8-10 gün

sonra cütləşir və zoğun qabığı üzərinə yumurta qoyur. Bir dişi 80-ə qədər yumurta

qoyur. Yumurtadan çıxan kiçik yaş tırtıl qışlamaya gedir. İldə bir nəsil verir.

Mübarizə tədbirləri.

1. İçərisində tırtıl və barama olan tor yumruları xüsusi alətlə kəsilib yığılmalı

və məhv edilməlidir.

2. Entobakterin – 4 kq/ha və dendrobasilin – 4-5 kq/ha preparatlarının

suspenziyası ilə çiləmə aparılmalıdır.

3. Kimyəvi mübarizədə Coragen 150-300 ml/ha, Avaunt 0,4 l/ha, Bİ-59 – 2

l/ha emulsiyası ilə çiləmə aparmaq məsləhətdir.

Üfunətli ağacovan (Cossus cossus L.) - Kəpənəklər dəstəsi (Lepidroptera),

ağacovanlar (Cossidae) fəsiləsinə mənsubdur.

İri kəpənək olmaqla, qanadları açılan halda erkək fərdlər 70 mm, dişi

fərdlərin uzunluğu isə 90 mm-dir. Rəngi bozdur, üzərindələkələr vardır. Yumurtası

ovalvaridir, açıq-qəhvəyi rəngdədir.

Tırtılı qırmızıdır, uzunluğu 30 mm-dir.

Zərərvericinin tırtılı budaq və oduncaq içərisində qışlayır. Yazda pup halına

keçir. Pupun inkişafı 12-20 gün çəkir.

Dişi fərdlər yumurtasını topa halında qabıqların qırışına qoyur. Bir dişi 800-

1000 ədəd yumurta qoya bilir. Yumurtadan çıxan tırtıllar oduncağın içərisinə girir

və onun özək hissəsi ilə qidalanır. Tırtıllar qidalanan zaman iyli-üfunətli maddə

ifraz edir. Elə adı da buradan götürülmüşdür. Zərərverici 2-3 ildə bir nəsil verir.

Mübarizə tədbirləri.

90

Page 91: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

1. Şiddətli yoluxmuş budaqlar kəsilərək bağdan kənara çıxarılmalıdır.

2. Tırtılın açdığı deşik vasitəsilə ya dixloretan buraxılmalı, ya da dixloretan

pambığa hopdurulub deşikdən budağın içərisinə qoyulmalıdır və deşiyin üzəri gillə

suvanmalıdır.

Alma şüşəqanad kəpənəyi (Synanthedon myopaeformis B.) - Kəpənəklər

dəstəsi (Lepidroptera), şüşəqanad kəpənəklər (Aegeriidae) fəsiləsinə mənsubdur.

Yetkin kəpənəyin qanadları şüşə kimi parlaqdır. Uzunluğu 15-20 mm-dir,

tünd mavi rəngdədir.

Yumurtası ovalvaridir, qızılı-qəhvəyi rəngdədir, uzunluğu 1 mm-dir.

Tırtılı sarımtıl rəngdədir, uzunluğu 20 mm-dir.

Zərərvericinin 1 və 2 illik tırtılları qabıq altında qışlayır. Yazda tırtıllar

qidalanır və pup halına keçirlər. Pupun inkişafı 11-20 gün çəkir.

Dişi fərdlər yumurtalarını ağacların qabıqlarının qırış və yarıqlarına qoyur.

Bir dişi 200-250 ədəd yumurta qoya bilir. Yumurtadan çıxan tırtıl qabıqlardan içəri

daxil olur və canlı toxumaya qədər hərəkət edir.

Tırtıllar 2 dəfə qışlayır, sonra pup halına keçir. İki ildə 1 nəsil verir.

Alma çiçəkyeyəni (Anthonomus pomorum L.) – Böcəklər dəstəsi

(Coleoptera), uzunburun böcəklər (Curculionidae) fəsiləsinə mənsubdur.

Böcəyin rəngi qonur-bozdur. Başı uzanaraq xortum şəklini almışdır.

Uzunluğu 3,5-4,5 mm-dir.

Yumurtası ağ rəngdədir, ellips formasındadır.

Sürfə ayaqsızdır, ağ, yaxud sarı rəngdədir, uzunluğu uzunluğu 5-6 mm-dir.

Pupu azacıq sarımtıldır, qarıncığın nəhayətində çıxıntı şəklində mahmızı

vardır.

Zərərverici böcək halında ağacın dibinə yaxın yerdə böcək halında torpağın

üst qatında, bəzən xəzəl və bitki qalıqları altında qışlayır. Erkən yazda qışlamadan

çıxan böcəklər ağaca dırmaşır və tumurcuqlarla qidalanır, onlarda deşiklər açır,

oradan şirə açıxr. Dişi fərd xortumu ilə qönçədə deşik açıb yumurtasını onun

daxilinə qoyur. Yumurtanın embrional inkişafı 5-10 gündür.

91

Page 92: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yumurtadan çıxan sürfə 15-20 gün yaşayır. Sürfələr qidalanan zaman

çiçəkdə olan erkək və dişiləri yeyir. Zədələnmiş qönçə və çiçəklər quruyub məhv

olur. İnkişafını başa çatdırmış sürfələr zədələdiyi qönçə içərisində pup halına keçir

və 7-12 gündən sonra böcək çıxır. İldə bir nəsil verir.

Mübarizə tədbirləri.

1. Bitki qalıqları sahədən çıxarılmalı və dərin dondurma (cərgəarası) şumu

aparılmalıdır.

2. Ağacların dibi bellənməlidir.

3. Aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməlidir.

4. Tumurcuq dövründə kimyəvi mübarizə olaraq Lannate 1,8-2,2 l/ha, Sumi

– alpha 1,5 l/ha preparatlarından istifadə oluna bilər.

Kazarka (Rhynchites Baccus L.) - Böcəklər dəstəsi (Coleoptera),

uzunburun böcəklər (Curculionidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin böcək qırmızı mis rənginə, yaxud yaşıla çalan qızılı rəngdədir.

Böcəyin başı uzanaraq xortum şəklini almışdır. Uzunluğu 4,5-6,5 mm-dir.

Yumurtası kiçikdir, ovalvaridir və şəffaf rənglidir. Sürfəsi ayaqsızdır, bədəni

sarımtıl rəngdədir.

Zərərverici böcək halında torpağın üst qatında, bitki qalıqları altında

qışlayır. Qışlamadan çıxan böcəklər tumurcuğu deşir və oradan çıxan şirə ilə

qidalanır. Ən çox almaya zərər vurur. Dişi böcək yumurtanı qönçənin daxilinə tək-

tək qoyur. Bir dişi 200-ə qədər yumurta qoya bilir. Yumurtanın embrional inkişafı

5-10 gündür. Sürfələr meyvələrin lətli hissəsi ilə qidalanır. Belə zədələnmiş meyvə

tökülür.

İnkişafını başa çatdırmış sürfələr torpağa düşüb puplaşır. İldə 1 nəsil verir.

Mübarizə tədbirləri.

1. Ağaclar çadır üzərinə (yazda) silkələnməlidir. Tökülən böcəklər yığılaraq

məhv edilməlidir.

2. Zədələnmiş meyvələr bağdan kənara çıxarılmalıdır.

92

Page 93: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

3. Tumurcuq açılmağa başladığı dövrdə və çiçəkləmədən sonra 35%-li

fozalon – 2,0 l/ha, 5%-li karate – 0,4-0,5 l/ha preparatlarının emulsiyası ilə çiləmə

aparmaq məsləhətdir.

Qırışıqlı Qafqaz qabıqyeyəni (Scolytus rugulosus Rata) - Böcəklər

dəstəsi (Coleoptera), qabıqyeyənlər (İpidae) fəsil əsinə mənsubdur.

Böcəyin bədəni qara rəngdədir, uzunluğu – 2,3-2,8 mm-dir. Qanadlarının

üzəri qırışlıdır.

Yumurtası girdədir, ağ rəngdədir. Sürfəsi sarımtıl-ağ rəngdədir,

bükülmüşdür, uzunluğu 4-4,5 mm-dir. Pupu ağ rəngdədir və sərbəstdir.

Zərərvericinin sürfələri ştamb və budaqların qabığı altında qışlayır. Yazda

sürfə pup halına keçir və ondan böcəklər çıxır. Dişi böcək qabıqla oduncaq

arasında iz açır və yumurtalarını ora qoyur. Bir dişi 50-100 ədəd yumurta qoya

bilir. Yumurtadan çıxan sürfə qabıq və oduncaq hissədə qidalanaraq izlər (yollar)

açır. İl ərzində 2 nəsil verir.

Mübarizə tədbirləri.

Bağlara düzgün qulluq edilməli, budama vaxtında aparılmalı, zədələnmiş

budaqlar kəsilməli və yandırılmalı, ağacların ştambları və budaqları ölmüş

qasıqlardan təmizlənməlidir.

Mövzu 10. Subtropik və sitrus bitkilərinin zərərvericiləri

və onlarla mübarizə tədbirləri

İsmayıl-zadə N.N.

93

Page 94: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Məmmədov V.Ə.

PLAN

1. Uzunsov çay yastıcası, yumşaq yalançı çanaqlı yastıca və zeytun yalançı çanaqlı yastıcası və çubuqşəkilli yastıcanın morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

2. Nar mənənəsi və nar meyvəyeyənin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

3. Sitrus ağqanadlısı və sitrus qırmızı gənəsinin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.

4. Çılpaq ilbizin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri.

ƏDƏBİYYAT

1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

2. Məmmədova S.R., Xəlilov B.B. – Meyvə və subtropik bitkilərin zərərvericiləri. Bakı, 1974

3. Səmədov N.H., İbrahimov H.R., Xəlilov B.B. – Azərbaycanda kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri və xəstəlikləri (Soraq kitabı). Bakı, 1965.

4. Горбацов И.В., Грилченко 5. В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей

i. Москва, 2002, 472с

GƏNCƏ – 2017

Mövzu 10. Subtropik və sitrus bitkilərinin zərərvericiləri

və onlarla mübarizə tədbirləri

Uzunsov çay yastıcası (Chloropulvinaria floccitera W.). –

Bərabərqanadlılar dəstəsi (Homoptera), koksidlər (Coccidae) fəsiləsinə mənsubdur.

Yetkin dişi fərdin rəngi yaşılımtıl-sarıdır, uzunluğu 3 mm-dir.

94

Page 95: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yumurtasını xüsusi kisə içərisinə qoqyur. Bu kisənin uzunluğu 12 mm-ə

qədər olur.

Zərərvericinin 2-ci yaşda olan sürfələri çay və nəcib dəfnə yarpaqlarında

qışlayır. Yazda aprelin 2-ci yarısında qışlamadan çıxan sürfələr yarpaq və zoğların

şirəsini sormaqla qidalanır. Mayın ortalarına yaxın sürfələr yetkin hala keçir və 4-5

gündən sonra yumurta qoymağa başlayır. Həmin yumurtalardan mayın axırı,

iyunun əvvəllərində sürfələr çıxır. Bir dişi fərd 830-a qədər yumurta qoyur.

Zərərverənlərin sürfələrinə kütləvi halda iyunun birinci ongünlüyündə rast

gəlinir. Bəzən çay bitkisinin yarpaq məhsulu 25-60%-ə qədər azala bilir.

Mübarizə təbdirləri.

d. Əkin materialları ümumi qayda üzrə dezinfeksiya edilməlidir.

e. Zərərverici kütləvi çoxaldığı sahələrdə məhsul yığıldıqdan sonra

(payızda) Bay bay preparatı (3-4 l/ha) çilənməlidir.

Yumşaq yalançı çanaqlı yastıca (Coccus hesperidum L.). -

Bərabərqanadlılar dəstəsi (Homoptera), koksidlər (Coccidae) fəsiləsinə mənsubdur.

Yetkin fərdin bədəni yumurtavari olub, rəngi narıncı, yaxud sarımtıldır.

Polifaqdır.

Zərərvericinin 1-ci və 2-ci yaşda olan sürfələri qışlayır.

Aprelin axırları, mayın əvvəllərində inkişafını başa çatdırmış, qışlamış

sürfələr yetkin hala keçir. İyun ayının əvvəllərində birinci nəslin sürfələri kütləvi

əmələ gəlməyə başlayır, 2-ci nəslin sürfələrinə avqust, 3-cü nəslin sürfələrinə isə

oktyabrda təsadüf edilir.

Zərərverici bakirə üsulla çoxalır. Bir dişi fərd 360-a qədər sürfə verə bilir.

İl ərzində 3 nəsil verir.

Zərərverici bitkinin şirəsini sorur, nəticədə cavan bitkilər böyümə və inkişafı

zəifləyir, məhsul verən ağaclarda isə zərərvericinin yarpaqlar üzərinə buraxdığı

ifrazatında saprofit göbələklər çoxalır, onları çirkləndirir və əmtəəlik dəyərini aşağı

salır.

Mübarizə tədbirləri.

95

Page 96: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

1. Qış və yay dövründə zərərverici əleyhinə mineral-yağ emulsiyası olaraq

30ss preparatının 3-5%-li məhlulu çilənməlidir.

2. Yay dövründə ayrı-ayrı nəsillər əleyhinə antio – 2 l/ha, Bİ-59 – 2 l/ha,

Aktara 0,7 kq/ha emulsiyası ilə çiləmə aparılmalıdır.

Zeytun yalançı çanaqlı yastıcası (Saissetia oleae B.) - Bərabərqanadlılar

dəstəsi (Homoptera), koksidlər (Coccidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin fərdin bədəninin uzunluğu 4 mm-dir.

Yumurtası uzunsovdur, ağımtıl və ya qəhvəyi rəngdə olur. Sürfəsi açıq-

qəhvəyi rəngdə olub, yastıdır və uzunsovdur.

Zərərverici sürfə fazasında budaqların üzərində qışlayır. Qışlamadan çıxan

sürfələr qidalanır, iyun ayında yetkin hala çevrilir və yumurta qoymağa başlayır.

Bir dişi fərd orta hesabla 2000-2500 ədəd yumurta qoya bilir. İyunun sonu,

iyulun əvvəllərində yumurtadan çıxan sürfə bir müddət qidalanır və sonra

qışlamaya gedir. İl ərzində 1 nəsil verir.

Zərərverici zeytun bitkisinin yarpaqları, budaqları və meyvələri ilə qidalanır.

Nəticədə bitki böyümə və inkişafdan qalır və meyvələr əmtəəlik dəyərini itirir.

Mübarizə tədbirləri.

1. Bu zərərvericiyə qarşı kimyəvi mübarizədə yay dövründə mineral yağların

1%-li emulsiyası, qış dövründə 2%-li emulsiyası ilə çiləmə aparılmalıdır.

2. Vegetasiya dövründə isə Bİ-58 – 2 l/ha, yaxud 35%-li fozalon – 2 l/ha,

2,5%-li desis – 0,4 l/ha emulsiyasının məhlulu ilə çiləmə aparmaq olar.

Nar mənənəsi (Rphis punicae P.) - Bərabərqanadlılar dəstəsi (Homoptera),

mənənələr (Aphididae) fəsiləsinə mənsubdur.

Yetkin fərd açıq-yaşıl rəngdə olub, ovalvaridir, uzunluğu 1,9-2 mm-dir.

Zərərvericinin mayalanmış yumurtaları narın budaqları üzərində qışlayır.

Aprelin sonu, mayın əvvəllərində qışlamış yumurtalardan sürfələr çıxır və zərif zoğ

və yarpaqlara daraşaraq onun şirəsini sorur. Mənənəyə ən çox mayın 3-cü

ongünlüyündə və iyun ayında təsadüf edilir. Sentyabrın axırlarında dişi fərdlər

yumurta qoyur və onlar qışlamaya gedir.

96

Page 97: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Vegetasiya dövrü fasiləsiz olaraq 13 nəsil verir. Zərərverici əvvəllər cavan

zoğların, yarpaqların, sonra isə qönçə, çiçək və meyvələrin üzərinə daraşır, onların

şirəsini sorur. Nəticədə bitkinin inkişafı zəifləyir, qönçə və çiçək quruyaraq

tökülür, meyvələr isə əmtəəlik dəyərini itirir.

Mübarizə tədbirləri.

1. Qışlamış yumurtalara qarşı mübarizədə ağacların sakitlik dövründə 1%-li

DNOK preparatları ilə çiləmə aparılmalıdır.

2. Vegetasiya dövründə Bİ-58 – 2,0 l/h, 2,5%-li desis – 0,4 l/ha məsarif

normasında emulsiyası ilə çiləmə aparılması məsləhətdir.

Nar meyvəyeyəni (Euzophera punicae Micre) – Kəpənəklər dəstəsi

(Lepidoptera), yarpaqbükənlər (Tortricidae) fəsiləsinə mənsubdur.

Respublikamızda nar bitkisinə 2 növ meyvəyeyən – nar meyvəyeyəni və

alma meyvəyeyəni zərər verir.

Nar meyvəyeyəni alma meyvəyeynəninə nisbətən daha zərərlidir. Odur ki,

ancaq bu meyvəyeyən haqqında məlumat verilir.

Yetkin fərd boz rəngdədir, ön qanadları ensiz, dal qanadlar isə enlidir.

Yumurtası açıq-sarı olub, böyüklüyü 0,75-1 mm-dir. Axırıncı yaş tırtıl kirli-

boz rəngdədir.

Zərərverici qışı 5-ci yaşda, tırtıl fazasında ağac qabığının yarıqlarında,

gövdənin qurumuş qabıqları altında ipəkdən hazırlanmış barama içərisində keçirir.

Yazda temperatur +120S-dən yuxarı qalxdıqda baramadakı tırtıl pup halına

keçir. Puplaşma dövrü mayın ortalarına qədər davam edir. Nar bitkisi çiçəkləyən

dövrdə 1-ci nəslin kəpənəkləri uçmağa başlayır.

Dişi kəpənəklər yumurtalarını ağacların qabığına, çiçək və çiçək saplağına

qoyurlar. Yumurtanın embrional inkişafı 6-8 günə başa çatır və bundan sonra

yumurtadan ağ rəngli tırtıl çıxır. O çiçəklərlə, qönçələrlə qidalanıb inkişaf edir.

qönçə və çiçəklə qidalanan tırtılın inkişafı 25-30 gün çəkir. Bu müddətdə onlar beş

dəfə qabıq dəyişir və altı yaş keçirir. İyunun sonu, iyulun əvvəllərində tırtıllar

qabıq altında və ya meyvə kasacığının içərisində pupa çevrilir. Pup dövrü 8-10 gün

çəkir. Puplardan ikinci nəslin kəpənəklərinin uçuşu avqustun 2-ci ongünlüyünə

97

Page 98: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

qədər davam edir. Pupdan çıxan kəpənək 6-8 gündən sonra yumurta qoymağa

başlayır.

Dişi fərdlər yumaurtalarını əsasən meyvə kasacığına və onun yanlığına

qoyur. Yumurtanın inkişafı 6-8 gün çəkir. Yumurtadan tırtıllar avqustun birinci

ongünlüyündə çıxır. Kütləvi halda tırtıllara isə avqust ayının 2-ci ongünlüyündə

təsadüf olunur. İkinci nəslin tırtılları nar meyvəsini deşərək onun içərisinə keçir və

orada nar dənələri, eləcə də meyvə arakəsmələri ilə qidalanır.

Tırtılların qidalanması 20-25 gün çəkir. İnkişafını başa çatdırmış tırtıllar

qışlama yerlərinə keçərək pup halına keçirlər. İl ərzində 2 nəsil verir.

Zərərvericinin birinci nəsli əsasən qönçə və çiçəkləri zədələyir, nəticədə

zədələnmiş qönçə və çiçək quruyaraq məhv olur.

İkinci nəslin tırtılları isə əsasən nar meyvələrini zədələyir ki, belə

zədələnmiş meyvələr çürüyür və qida üçün yaramır, əmtəəlik dəyərini itirir.

Mübarizə tədbirləri.

1. Quruyub yerə tökülmüş qönçələr, çiçəklər və meyvələr toplanaraq bağdan

kənara çıxarılmalıdır.

2. Ağacların ştambları ölmüş qabıqlardan təmizlənməlidir.

3. Zərərvericinin hər bir nəslinə qarşı mübarizədə 2 dəfə 85%-li sevinin

0,3%-li suspenziyası, 5%-li karate – 0,5 l/ha, 35%-li fozalon – 2,0 l/ha, Avaunt

0,35 kq/ha emulsiyası ilə çiləmə aparılmalıdır.

Sitrus bitkilərinin zərərvericiləri.

Çubuqşəkilli çanaqlı yastıca (İnsulaspis gloverii Pack) -

Bərabərqanadlılar dəstəsi (Homoptera), yastıcalar (Diaspididae) fəsiləsinə

mənsubdur.

Çuğuqşəkilli çanaqlı yastıcanın çanağı nazik və çubuqşəkilli olur. Çanaq

üzərindən bir zolaq uzanır, çanağı iki bərabər hissəyə bölür. Çanağın uzunluğu 3,2

mm-dir. Rəngi qırmızı-qəhvəyi, yaxud sarımtıl-qəhvəyidir.

Zərərverici polifaqdır. Zərərverici yarpaqların, budaqların və meyvələrin

şirəsini sormaqla qidalanır.

98

Page 99: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Zərərverici yetkin və 2-ci yaşlı sürfələri qışlayır. Aprelin sonundan

başlayaraq birinci nəsil yumurta qoyur. İkinci nəslin yumurta qoyması iyunun,

üçüncü nəslin isə sentyabrın əvvəllərində başlayır.

İl ərzində 3 nəsil verir.

Mübarizə tədbirləri.

Vegetasiya ərzində hər bir nəslə qarşı ayrı-ayrılıqda 2,5%-li desis – 0,4 l/ha,

Bİ-58 (YENİ) – 2,0 l/ha, Bestseller 200 – 0,1l/ha normasında emulsiyası ilə çiləmə

aparıla bilər.

Sitrus ağqanadlısı (Dialeurodes Citri Ashm) - Bərabərqanadlılar dəstəsi

(Homoptera), ağqanadlılar (Aleyrodidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin fərd çox kiçik olub, uzunluğu 2 mm-ə yaxındır. Süd rəngində 2 cüt

zərif qanadları vardır.

Zərərverici sürfə və pup halında qışlayır. Yazda yetkin dişi fərdlər cavan

yarpaqların alt səthinə dağınıq halda yumurta qoyur və 6-7 gündən sonra sürfələr

çıxır. Sürfələr yarpağın üst səthinə daraşaraq, onun şirəsini sorur. İnkişafını başa

çatdırmış sürfələr 3 dəfə qabıq dəyişir və puparilərə çevrilirlər.

Sürfələrin inkişafı 25-30, puparilərin isə 15 gündə başa çatır və yetkin hala

keçir. Bir dişi fərd qidalandığı bitki növündən asılı olaraq 60-170-ə qədər yumurta

qoya bilir. İl ərzində 3-4 nəsil verir.

Sitrus ağqanadlısı limon, naringi, portağal, xirnik, çay və s. ilə qidalana bilir.

Mübarizə tədbirləri.

1. Daxili karantin tədbirlərinə əməl olunmalıdır.

2. Vegetasiya dövründə 2,5%-li desis – 0,4 l/ha, Bİ-58(YENİ) – 2,0 l/ha,

Mostar 20 (300 qr/ha) emulsiyası ilə çiləmə aparılmalıdır.

Sitrus qırmızı gənəsi (Pononychus citri Mc.) – Gənələr dəstəsi (Akarina),

tor gənələri fəsiləsinə (Tetraniychidae) mənsubdur.

Yetkin fərdin bədəni tünd-qırmızı rəngdədir, uzunluğu 0,3 mm-dir. Dişi fərd

erkəkdən böyükdür.

99

Page 100: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yumurtası saplaqlıdır və yarpağın üst səthinə qoyulur. Zərərverici əsasən ən

çox limon və naringi bitkilərinə zərər vurur. Sitrus gənəsi yetkin, sürfə və yumurta

fazasında qışlayır. Qışlama yarpaqların əlt səthində gedir.

Aprelin axırlarından başlayaraq gənənin miqdarı artmağa başlayır. Sürfələr

və yetkin fərdlər əvvəllər yarpaq və zoğların, sonralar isə meyvələrin üzərinə

daraşaraq onların şirəsini sormaqla qidalanırlar.

Bir nəslin inkişafı 12-15 günə başa çatır. İl ərzində 9-12 nəsil verir.

Mübarizə tədbirləri.

1. Aqrotexniki tədbirlər həyata keçirilməlidir.

2. Kimyəvi mübarizədə Abalone (1,0-1,5 l/ha), Omite (2-2,25 l/ha)

emulsiyaları ilə çiləmə aparmaq məsləhət bilinir.

Çılpaq ilbiz (Parmacella ibera E.) – Yumşaqbədənlilərin çılpaq ilbizlər

(Limacidae) qrupuna məxsusdur.

Çılpaq ilbizlərin 7-yə qədər növü qeyd edilmişdir. Bunlardan ən geniş

yayılanı parmasella iberadır. Bu ilbizin cavan fərdləri qışlayır. Qışlama əsas

etibarilə limon və naringi bitkilərinin çətirləri altında torpağın 5-10 sm dərinliyində

gedir. Bu zərərverici portağal bitkisini, limon və naringi bitkilərinə nisbətən az

zədələyir.

Yazda qışlamadan çıxan ilbizlər müxtəlif sitrus bitkilərinə daraşır, onlarla

qidalanır, yumurta qoyur və yeni nəslin başlanğıcını verir. Payızda əmələ gələn

yeni nəslin cavan ilbizləri ağaclara dırmaşaraq yetişməkdə olan limon, naringi və

portağal bitkilərinin meyvələri ilə qidalanır, onları zədələyir. Ağacların aşağı

yarusunda olan meyvələr, yuxarı yarusa nisbətən daha çox zədələnir. Bu, onunla

əlaqədardır ki, aşağı yarusda olan budaqlar meyvənin təsirindən əyilərək torpaqla

təmasda olur.

Zərərvericinin zədələdiyi bitkinin inkişafı zəifləyir, zədələnmiş meyvələr isə

əmtəəlik dəyərini itirir.

Mübarizə tədbirləri. 1. Erkən yazda ağacların dib dairələri bellənməlidir.

2. Ağacların yerlə təmasda olan budaqları altına dayaqlar qoyulmalıdır.

100

Page 101: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

3. İlbizlər qışlamadan çıxdıqları vaxt (mart-aprel) torpaq səthinin hər

hektarına 100 litr hesabilə karbation preparatının 1,5%-li məhlulu çilənməlidir.

Mövzu 13. Ehtiyat qida məhsullarının zərərvericiləri

və onlarla mübarizə tədbirləri

PLAN

1. Anbar və düyü uzunburun böcəklərinin morfoloji quruluşu, bəzi bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

2. Çörək yonucusu və iri un böcəyinin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

3. Dəyirman odlucası, cənub anbar odlucası, un odlucası və anbar güvəsinin morfoloji quruluşu, bəzi bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

ƏDƏBİYYAT

1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

2. Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat

Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.

3. Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с

GƏNCƏ - 2017

101

Page 102: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mövzu 13. Ehtiyat qida məhsullarının zərərvericiləri

və onlarla mübarizə tədbirləri

Anbarın xüsusiyyətlənmiş zərəvericilərindən anbar və düyü uzunburnu,

çörək yonucu, iri un böcəyi, kiçik un böcəyi, dəyirman odlucası, cənub anbar

odlucası, anbar güvəsi, dən güvəsi, un gənəsi və s. göstərmək olar.

Anbar uzunburnu (Sitophilus granarius L.) – Böcəklər dəstəsinin

(Coleoptera), uzunburun böcəklər (Curcullonidae) fəsiləsinə mənsubdur.

Yetkin fərd 2-4 mm uzunluqda olmaqla, tünd qəhvəyi və yaxud qara

rəngdədir. Başı uzanaraq xortum şəkli almışdır. Bədəninin üzəri uzunsov,

nöqtəvari çökəkciklərlə örtülmüşdür. Dal qanadlar inkişaf etməmişdir, ona görə də

böcək uça bilmir.

Yumurtası 0,7 mm uzunluqda olmaqla parlaqdır, sarımtıl rəngdədir.

Sürfəsi ayaqsızdır, ağ rəngdədir, bədəni yoğundur, 3 mm uzunluqdadır. Başı

sarımtıl, yaxud qəhvəyi rəngdədir.

Pupu 3-5 mm uzunluqda olub, ağımtıl rəngdədir. Zərərverici geniş

yayılmaqla əsasən buğda və arpaya böyük zərər verir.

Anbar uzunburnu əsasən divar və dirək yarıqlarında və bəzi sığınacaq

yerlərində böcək fazasında qışlayır. Bəzi hallarda sürfə və pup fazasında dənin

içərisində də qışlayır.

Anbarda temperatur +100S-dən yuxarı olduqda böcəklər qışlamadan çıxır,

fəallaşır və cütləşir. Anbarda temperatur +17-200S olan zaman dişi böcəklər

yumurta qoymağa başlayır.

Dişi böcək xortumu ilə dəni deşir və yumurtasını onun içərisinə qoyur. Hər

çalaya bir yumurta qoyur, üzərini ifraz etdiyi selikli maddə ilə örtür. Yumurtanın

embrional inkişafı 8-12 gün çəkir. Sürfənin inkişafı dən içərisində 20-30 günə başa

çatır və orada pup halına keçir. Pup dövrü 7-10 gün çəkir və bundan sonra böcək

çıxır.

102

Page 103: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Bir nəslin inkişafı təxminən 40-45 günə başa çatır. Zərərverici əlverişsiz

şəraitdə dözümlüdür. O, 40-60 gün ac qala bilir və 10 gün suda saxlandıqdan sonra

çıxarıldıqdan bir neçə saat sonra fəallaşır.

Böcəyin yaşaması üçün optimal temperatur 25-300S hesab olunur. Yoluxmuş

dənlərdə böcəklərin əsas kütləsi üst təbəqədə 70 sm dərinlikdə olur. Yetkin

böcəklər 6-10 ay yaşaya bilir.

Dənlərlə həm sürfələr, həm də böcəklər qidalanır. Zərərverici ilə zədələnmiş

dənlərdə, onların yalnız qabığı qalır. Digər tərəfdən, böcəklərin cəsədləri,

sürfələrin qabıqları və ekskrementləri ilə zibillənərək qida üçün yararsız hala

düşür. Sonrakı nəslin inkişafı birinci nəsildəki kimi gedir. İl ərzində 3-4 nəsil verir.

Düyü uzunburnu (Sitophilus oryzae L.) – Böcəklər (Coleoptera)

dəstəsinin uzunburun böcəklər (Curculionidae) fəsiləsinə mənsubdur.

Yetkin böcək anbar uzunburnuna oxşardır, uzunluğu 3 mm-ə çatır. Ön

kürəkciyin üzərində külli miqdarda nöqtələr şəklində çökəkciklər vardır. Qanadları

üzərində nöqtələrdən təşkil olunmuş uzununa şırımlar uzanır.

Düyü uzunburnu uçmaq qabiliyyətinə malikdir. Sürfəsi, yumurtası və pupu

anbar uzunburnuna oxşardır.

Zərərverici una, düyüyə, qarğıdalıya, arpaya, buğdaya, çörəyə, alma qaxına,

şabalıda, makarona və s. zərər verir. Düyü uzunburnunun yaşayış tərzi və zədələmə

xüsusiyyəti bir çox cəhətdən anbar uzunburnunda olduğu kimidir.

Düyü uzunburnu başqa anbarlara ancaq yoluxmuş məhsullar vasitəsilə deyil,

uçmaqla da keçə bilir. Dişi fərdlər daha çox yumurta qoymaq qabiliyətinə malikdir.

O, 500-dən artıq yumurta qoya bilir. Yumurtanın inkişafı 6-9, sürfəninki 12-17,

pupunku isə 7-9 günə başa çatır. Böcəklər 3-8 həftə yaşaya bilir. O, tarla şəraitində

də yaşayır, inkişaf edir və çoxalır. Tarlada əsasən qarğıdalı ilə qidalanır. Sürfələr

ən quru dənlərlə qidalanır. İl ərzində 8-ə yaxın nəsil verir.

Çörək yonucusu (Stegolium paniceun L.) – Böcəklər (Coleoptera)

dəstəsinin, yonucular (Anobiidae) fəsiləsinə mənsubdur.

Yetkin böcək silindrik formadadır və ön kürəkciyi iridir. Bədəni açıq-

qəhvəyi, yaxud qırmızımtıl-qonur rəngdədir. Üzəri ipəkvari tükcüklərlə

103

Page 104: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

örtülmüşdür. Uzunluğu 3-8 mm-dir. Sürfəsi qövs şəklində bükülməklə 3 cüt döş

ayağına malikdir. Bədəni çirkli-ağ rəngdədir.

Zərəverici müxtəlif məhsullara – kofeyə, suxariyə, makarona, una, şokolada,

müxtəlif dənlərə və s. zərər vurur.

Çörək yonucusu iyun-iyul aylarında uçur. Bir müddətdən sonra yumurta

qoymağa başlayır. Bir dişi böcək məhsulların üzərinə topa halında 140-a qədər

yumurta qoya bilir. Hər bir topada 40-a qədər yumurta olur. Yumurta daxilində

rüşeymin inkişafı 8-12 gündə başa çatır.

Yumurtadan çıxan sürfə 1,5-2 ay müddətində inkişafını başa çatdırır.

Sürfələr qidalandığı məhsullarda izlər açır. Unda olduqda topa düzəldir və onun

daxilində puplaşır. Sonrakı nəsillərin inkişafı birinci nəsildəki kimi gedir. İl

ərzində 4-ə yaxın nəsil verir.

İri un böcəyi (Tenebrio melitor S.) - Böcəklər (Coleoptera) dəstəsinin,

qarabədən böcəklər (Tenebrionidae) fəsiləsinə mənsubdur.

Böcək qara, yaxud qonur rəngdədir, qanadları yaxşı inkişaf etmişdir.

Bığcıqları 11 buğumludur, təsbehvaridir. Böcəyin uzunluğu 3-5 mm-ə qədərdir.

Yumurtası ağdır, paxlaşəkillidir. Un qurdu adı ilə məşhur olan sürfəsi

çılpaqdır, əvvəllər ağ, sonralar isə açıq-sarı rəngdədir. Olduqca möhkəmdir.

Axırıncı yaşda uzunluğu 25-30 mm-ə çatır.

Pupu sarımtıl-ağ rəngdədir, uzunluğu 16-17 mm olur. İri un böcəyi geniş

yayılmış növdür. Əsasən una, buğda dənlərinə, çörəyə və s. zərər vurur.

Zərərverici inkişafını başa çatdırmış sürfə fazasında qışlayır. Yazda həmin

sürfələr puplaşır. Puplaşma əsasən un topaları daxilində gedir. May ayında həmin

puplardan böcəklər uçmağa başlayır. Böcəklər gecələr fəal olur. Dişi böcəklər 2-4

aylıq ömrü boyu 280-ə yaxın yumurta qoyur. Yumurtalar tək-tək, bəzən topa

halında məhsulların üzərinə qoyulur. Sürfə 240 gün yaşayır və bir neçə dəfə qabıq

dəyişir. Sürfələr üzərinə yumurta qoyduğu məhsulla qidalanır. İnkişafını bitirən

sürfə qidalanma yerini tərk edərək divarlar, tirlər və s. çatlarında puplaşırlar. Pupun

inkişafı 14-21 gün çəkir. İl ərzində bir nəsil verir.

104

Page 105: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Dəyirman odlucası (Ephestia kühniella L.) – Kəpənəklər (Lepidoptera)

dəstəsinin odlucalar (Pyralidae) fəsiləsinə mənsubdur.

Kəpənəyi boz rəngdədir, ön qanadları bozumtul kül rəngində olub, üzərində

tək-tək qara pulcuqlar vardır.

Dal qanadlar ağımtıldır, qanadları açılan zaman 20-25 mm olur.

Tırtılın rəngi dəyişkəndir, sarı, yaxud çəhrayı olur. Axırıncı yaşda uzunluğu

16 mm-ə çatır.

Dəyirman odlucası dəyirmanlarda və anbarlarda geniş yayılaraq, una, dənə,

quru meyvələrə və s. zərər vurur.

Zərərvericinin axırıncı yaşda olan tırtılları baramalar içərisində qışlayır.

Yazda tırtıllar pup halına keçir və bir müddətdən sonra kəpənəklər uçur.

Kəpənəklər gecələr fəaldır. Onlar un, dən və başqa məhsullara, kisələrə yumurta

qoyur. Yumurtadan çıxan tırtıl dərhal qidalanmağa başlayır və hörümçək sapları

vasitəsilə undan borular əmələ gətirir. İnkişafını başa çatdırmış tırtıllar divarlarda,

kisələr üzərində puplaşır. Yayın axırlarında puplardan kəpənəklər uçur.

Tırtıllar un və başqa məhsullarla qidalanaraq onları öz ifrazatları və

dəyişdikləri qabıqla çirkləndirir. Bundan başqa unu hörümçək toru ilə toplayıb bir

yerə yığır və onu yararsız hala salır. İl ərzində 2-3 nəsil verməsi ehtimal olunur.

Cənub anbar odlucası (Plodia interpuntella HG.) - Kəpənəklər

(Lepidoptera) dəstəsinin odlucalar (Pyralidae) fəsiləsinə mənsubdur.

Kəpənəyin ön qanadları ensizdir, qəhvəyi rəngdədir. Qanadlar açılan zaman

13-18 mm uzunluqdadır.

Yumurtası ovalvaridir, ağ, yaxud sarı rəngdədir. Uzunluğu 0,5 mm-dir.

Tırtılın bədəni sarı, başı açıq-qəhvəyidir. Uzunluğu 13 mm-ə çatır. Pupu qəhvəyi

rəngdədir.

Cənub anbar odlucası geniş yayılmaqla, xüsusilə qarğıdalı ununa, dənlərə,

qoz ləpəsinə, müxətlif konfetlərə, meyvə məhsullarına zərər verir.

Zərərverici əksər hallarda tırtıl, nadir hallarda isə pup halında qışlayır.

Apreldə uçan kəpənəklər gecə həyat tərzi keçirirlər. Bir dişi kəpənək qidalandıqları

məhsullar üzərinə tək-tək yumurta qoyur. Bir dişi fərd 200-ə qədər yumurta qoya

105

Page 106: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

bilir. Yumurtadan çıxan tırtılların inkişafı 1-2 aya başa çatır. İnkişafını başa

çatdırmış tırtıllar yarımşəffaf barama içərisində puplaşır. Pupdan 8-10 gün sonra

kəpənək uçur. Beləliklə, zərərvericinin bir nəslinin inkişafı əlverişli şəraitdə 40-65

gün davam edir. Tırtıllar ipək sapdan xüsusi yuvalar düzəldir, onların içərisində

yaşayır və fəaliyyət göstərir. Belə yuvalar un, dən, qurudulmuş meyvələrlə

qidalandıqda əmələ gətirilir. İl ərzində 3-4 nəsil verməsi ehtimal olunur.

Un odlucası (Pyralis farinalis L.) - Kəpənəklər (Lepidoptera) dəstəsinin

odlucalar (Pyralidae) fəsiləsinə mənsubdur.

Kəpənəyin ön qanadları arxa qanada nisbətən ensizdir, arxa qanad isə

enlidir. Ön qanadloar bənövşəyi-qəhvəyidir, dal qanadlar isə bozumtuldur.

Qanadlar açılan zaman uzunluğu 20-25 mm-dir.

Tırtılın bədəni çirkli-ağ, yaxud sarımtıl-boz rəngdədir. Pupu qəhvəyidir,

uzunluğu 9-12 mm-dir.

Əsasən natəmiz saxlanılan anbar və dəyirmanlarda külli miqdarda artan un

odlucası una, dənə, kəpəyə və s. zərər verərək onları öz ekskrementi və hörümçək

sapları ilə çirkləndirir.

Dişi kəpənək yumurtasını koma halında un və digər məhsullar üzərinə

qoyur. Qoyulmuş yumurtalardan çıxan tırtıllar hörümçək sapları vasitəsilə boru

şəklində yollar düzəldir və onun daxilində qidalanır. İnkişafını başa vuran tırtıl

həmin borunun içərisində də puplaşır. Zərərverici il ərzində 2 nəsil verir.

Anbar güvəsi (Nemapogen granellus L.) - Kəpənəklər (Lepidoptera)

dəstəsinin həqiqi güvələr (Tineidae) fəsiləsinə mənsubdur.

Kəpənəyin ön qanadları ağ rəngdədir, üzərində qara, qonur ləkələr və

nöqtələr vardır. Qanadlar açılan zaman böyüklüyü 9-14 mm-dir.

Yumurtası kiçik, sarımtıl rəngdədir və ovalvaridir. Tırtılır çirkli-ağ, yaxud

sarımtıl-ağ rəngdədir. Axırıncı yaşda tırtılın uzunluğu 10 mm-dir.

Pupu qonur rəngdə olub, uzunluğu 4-7 mm-dir.

Anbar güvəsi geniş yayılmışdır. O, buğda, arpa, çovdar, vələmir dənlərinə,

suxarıya, yemiş və qabaq toxumuna zərər verir. Zədələnmiş dənlər qida kimi

yarasız hala düşür.

106

Page 107: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Zərərvericinin axırıncı yaşlı tırtılı barama içərisində qışlayır. Yazda tırtıl

barama içərisində puplaşır.

Pupun inkişafı 10-15 günə başa çatır və sonra kəpənək uçur. Dişi kəpənəklər

anbarda dənlər üzərinə dağınıq halda 1-3 ədəd yumurta qoyur. Bir dişi fərd 100-ə

qədər yumurta qoyur. Qoyulmuş yumurtanın embrional inkişafı 10-15 gün çəkir və

tırtıl çıxır. Tırtıllar dənin daxilini yeyir və bir neçə dəni hörümçək sapı vasitəsilə

bir-birinə birləşdirir. Bir tırtıl inkişafı dövründə 25-30 ədəd dəni zədələyə bilir.

Payızda inkişafını başa çatdıran tırtıllar dənin daxilindən çıxıb anbarın

müxtəlif yerlərinə – divarlara, dirəklərə və s. bu kimi yerlərə lırmaşaraq barama

düzəldir və onun içərisində yaza qədər sakitlik halında qalırlar.

Anbar güvəsi il ərzində bir nəsil verir.

Anbar zərərvericiləri ilə mübarizə tədbirləri

Anbar zərərvericiləri ilə mübarizə tədbirləri 2 qrupa bölünür: qarşısını alan

və məhvedici.

Qarşısını alan mübarizə tədbirlərinin həyata keçirilməsində məqsəd

məhsulların saxlanılmasından ötrü əlverişli, zərərvericilərin çoxalması üçün

əlverişsiz şərait yaratmaqdan ibarətdir.

Bunun üçün boş anbarlar yeni məhsulun qəbul edilməsinə hazırlanmalıdır.

Bu məqsədlə məhsul saxlanılacaq yerlər zibildən, tozdan və başqa qalıqlardan

təmizlənməlidir. Zibildən təmizlənmiş döşəmə altına 1-2 sm qalınlığında təzə

söndürülmüş əhəng tozu səpilməlidir.

Toplanmış bütün zibil binadan kənara çıxarılaraq yandırılmalıdır. Göstərilən

bu tədbirlər ardıcıl olaraq bütün il boyu həyata keçirilməlidir.

Anbarlara normal rütubətliyə malik olan dənlər tökülməlidir. Bütün

məhsullar vaxtında havalandırılmalıdır. Bunun üçün dən və dən məhsulları

saxlanan anbarlarda havadəyişən sistem olmalıdır.

Məhvedici mübarizə tədbirlərinə mexaniki, fiziki və kimyəvi tədbirlər

aiddir.

107

Page 108: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mexaniki tədbir olaraq, əgər dən məhsulları anbar və un gənələri ilə

yoluxarsa, o zaman dən tığının üzərində olan yuvalar dırmıqlanıb toplanmalı və

məhv edilməlidir.

Un böcəkləri ilə yoluxmuş un isə ələkdən keçirilərək sürfələrin əmələ

gətirdikləri un topalarından azad edilməlidir.

Fiziki mübarizə tədbiri olaraq yuxarı və aşağı temperaturdan istifadə

edilməlidir. Süni qızdırıcılar (elektrik və qaz) vasitəsilə anbarda +500S-dən yuxarı

temperatur yaradılır ki, bu da zərərvericilərin məhv olmasına səbəb olur.

Temperatur +100S-dən aşağı olarsa zərərvericilərin fəaliyyəti zəifləyir. Sıfır

dərəcədə həşəratlar və gənələr məhv olur.

Anbar zərərvericilərilə kimyəvi mübarizə məqsədilə bir sıra tədbirlərdən, o

cümlədən anbarların aerozol üsulu ilə dərmanlanmasından, yaş üsul ilə

dezinfeksiyadan, binaların qaz halında təsir edən zəhərlərlə fumiqasiyasından,

dənlərin zərərsiz qaz halında olan paraşoklarla dərmanlanması və s. bu kimi

tədbirlərdən istifadə edilir.

Anbar və düyü uzunburun böcəklərə qarşı mübarizədə anbarın hər 1m2-ə 0,5

qr aktelik preparatı çiləndikdə qeyd edilən zərərvericilər 24 saatdan sonra 100%

məhv olur.

Anbarlar aerozol üsulu ilə dərmanlanmalıdır. Bu məqsədlə aerozol

generatorundan istifadə edilir. Dərmanlama zamanı boş anbar zibildən

təmizlənməlidir. Bundan sonra generatorun ucluğu pəncərə və ya qapıdan içəri

salınıb aerozol buraxılır və binanın içərisi duman təbəqəsi ilə doldurulur. İçərisində

aerozol dumanı olan bina 24-48 saat qapalı saxlanmalı və sonra havalanma

aparılmalıdır. Aerozol almaq üçün texniki heksaxloranın yaşıl yağda həll olunmuş

15%-li məhlulu istifadə olunur. Hər bir 1m3 həcmə 10-20 ml məhlul sərf

edilməlidir.

Qazlamada karbon-sulfid, xlorpikrin və dixloretandan istifadə edilir.

Xlorpikrin çiləyici aparatla binanın tavanına çilənir. Bundan başqa

xlorpikrin isladılmış kisələri tavandan da asmaq olar. Boş binanı qazladıqda hər

108

Page 109: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

1m3-ə 15-20 qr, dənlə dolu olduqda isə hər 1m3-ə 25-40 qr xlorpikrin sərf

edilməlidir.

Siçanabənzər gəmiricilərə qarşı tələlərdən istifadə etmək olar. Kimyəvi

mübarizədə aldadıcı yemlərdən istifadə etmək olar. Bu məqsədlə 1 kq buğda çörəyi

xırda doğranmalı, 40-50 qr bitki yağı və 10 qr sink-fosfid ilə qarışdırılmalıdır.

Hazırlanmış aldadıcı yem siçan yuvasının ağzına 1-2 qr hesabilə qoyulmalıdır.

Mövzu 14. Tərəvəz və bostan bitkilərinin zərərvericiləri

və onlarla mübarizə tədbirləri

İsmayıl-zadə N.N.

Məmmədov V.Ə.

PLAN:

1. Kələm mənənəsi və bəzəkdi kələm bağacığının morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

2. Kələm ağ kəpənəyi, kələm güvəsi, kələm sovkası və turp ağ kəpənəyinin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

3. Birəciklər və kələm gövdə gizli xortumlusunun morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

4. Kələm milçəyi və soğan milçəyinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

5. Bostan mənənsi və yemiş milçəyinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

ƏDƏBİYYAT

1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

2. Xəlilov B.B., Quliyev Ç.S. – Azərbaycanda bostan bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri. Gəncə, 1990

3. Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat

Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.

109

Page 110: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

4. Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с

GƏNCƏ - 2017

Mövzu 14. Tərəvəz və bostan bitkilərinin zərərvericiləri

və onlarla mübarizə tədbirləri

Tərəvəz və bostan bitkilərinə bir sıra polifaq (müxtəlif bitkilərlə qidalanan)

zərərvericiləri zərər vurur. Onlardan düzqanadlılar dəstəsinin bütün nümayəndələri

(çəyirtkələr, şalalar, sisəklər, danadişi), lövhəbığ böcəklərin sürfələri, məftil qurdu,

sovkalar və s. göstərmək olar.

Bunlarla yanaşı tərəvəz və bostan bitkilərinə zərər verən bir sıra

xüsusiyyətlənmiş zərərvericilər mövcuddur. Bunlar aşağıdakılardan ibarətdir.

Kələm mənənəsi (Brevicoryne lrassicae L.) – Bərabərqanadlılar dəstəsi

(Homoptera), mənənələr fəsiləsinin (Aphididae) nümayəndəsidir.

Yetkin fərdin bədəni yumurtavaridir, üzəri mumabənzər örtüklə örtülüb.

Uzunluğu 1,9-2,3 mm-dir. Yumurtası ovalvaridir, qara rənglidir, uzunluğu 0,5

mm-dir.

Zərərverici yetkin, sürfə və yumurta fazasında yabanı xaççiçəkli bitkilər

üzərində qışlayır.

Qışlamadan çıxan fərd əvvəlcə yabanı xaççiçəkli bitkilərlə qidalanır və

sonra isə kələm bitkisi üzərinə keçir.

Bir dişi fərd 40-a qədər diri sürfə doğur. Bir nəslin inkişafı 10-15 gündə başa

çatır. Bakirə yolla çoxalır. İl ərzində 16-ya qədər nəsil verir.

Mübarizə tədbirləri.

1. Bitkinin inkişafını sürətləndirmək üçün mütərəqqi aqrotexniki tədbirlər

həyata keçirilməlidir.

2. Müntəzəm olaraq yabanı xaççiçəkli bitkilər məhv edilməlidir.

110

Page 111: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

3. Zərərvericinin məhv edilməsində xeyirli yırtıcı həşəratlardan 7 və 2

nöqtəli parabüzən və qızılgözün böyük rolu vardır.

4. Kimyəvi mübarizədə 2,5%-li desis (0,4-0,5 l/ha, Sumi-alpha (0,3-0,4

l/ha), Lannate (35-50 ml/10 lt), Avaunt (50-100 ml/10lt) s. preparatlarla çiləmə

aparılması məsləhət bilinir.

Bəzəkli kələm bağacığı (Eurydema ventralis Rol.) – Yarımsərt qanadlılar

dəstəsi (Hemiptera), qalxanlılar fəsiləsinin (Pentatomidae) nümayəndəsidir.

Yetkin fərdin ön kürəkciyi qırmızı olmaqla, üzərində 6 qara ləkə vardır.

Uzunluğu 9-10 mm-dir.

Yumurtası çəlləkşəkillidir, böyüklüyü 1 mm-dir. Sürfəsi qırmızıdır, yetkin

fərdə oxşayır.

Zərərverici yetkin halda bağda, meşədə xəzəllərin, otların və bitki

qalıqlarının altında qışlayır. Erkən yazda yetkin fərdlər qışlamadan çıxıb, əvvəlcə

yabanı xaççiçəkli və sonra kələm bitkisi ilə qidalanırlar.

Erkək və dişi fərdlər cütləşdikdən sonra dişi fərdin yumurtası mayalanır və

dişi fərdlər yarpaq üzərinə iki cərgədə 12 ədəd olmaqla yumurta qoyur. Qoyulmuş

yumurtalardan 10-12 gündən sonra sürfələr çıxır. Sürfələr 4-5 dəfə qabıq

dəyişmədən sonra yetkin fərdə çevrilirlər.

Yetkin fərdlər, eləcə də sürfələr kələm bitkisinin yarpaqları ilə qidalanaraq

dairəvi zədələr əmələ gətirir ki, bu da baş bağlamaya mənfi təsir göstərir.

Bir nəslin inkişafı 25-30 gündə tamamlanır. İldə 2 nəsil verir.

Mübarizə tədbirləri.

1. Yabanı xaççiçəklilər məhv edilməlidir. Şitillər erkən əkilməli və digər

aqrotexniki tədbirlər həyata keçirilməlidir.

2. Əkin sahəsinə yaxın bağlarda və meşə qoruyucu sahələrdə olan xəzəllər

toplanıb yandırılmalıdır.

3. Kimyəvi mübarizədə 2,5%-li desis (0,4-0,5 l/ha, Sumi-alpha (0,3-0,4

l/ha), Lannate (35-50 ml/10 lt), Avaunt (50-100 ml/10lt) s. preparatlarla çiləmə

aparılması məsləhət bilinir.

111

Page 112: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Kələm ağ kəpənəyi (Pieris brassicae L.) – Pulcuqqanadlılar dəstəsi

(Lepidoptera) ağ kəpənəklər (Pieridae) fəsiləsinin nümayəndəsidir.

Yetkin kəpənək ağ rəngdədir, ön qanadı üzərində uc hissədə qara ləkə

vardır. Qanadları açılan halda uzunluğu 55-60 mm-dir.

Yumurtası sarı rəngdə olub, uzunsovdur. Uzunluğu 1,25 mm-dir.

Tırtılın bədəni üst tərəfdən yaşıl və alt tərəfdən sarıdır, üzərində qara

nöqtələr vardır. 3 cüt döş ayağı və 5 cüt qarıncıq ayaqlarına malikdir. Yaxırıncı

yaşda uzunluğu 40 mm-ə çatır.

Zərərvericinin pupları qışlayır. Aprel ayının əvvəllərində qışlamış puplardan

çıxan kəpənəklər bir müddət alaq otlarının və mədəni bitkilərin çiçəklərinin nektar

şirəsi ilə qidalanır və bir müddətdən sonra dişi fərdin yumurtalığında olan

yumurtalar yetişir və erkək-dişi fərdlər cütləşir, mayalanma prosesi gedir. Bundan

sonra dişi fərdlər kələm bitkisinin yarpaqlarının alt səthinə topa halında yumurta

qoyur. Yumurtanın embrional inkişafı 6-13 gündə başa çatır.

Bir dişi fərd 250 ədəd yumurta qoya bilir. Yumurtadan çıxan tırtılın inkişafı

20-25 gündə başa çatır və onlar bitki üzərində pup halına keçir, 10-15 gündən

sonra puplardan yetkin kəpənəklər uçur. İl ərzində 3-4 nəsil verir.

Zərərvericinin əsasən tırtılları zərər vurur. Tırtıllar kələmin yarpaqlarının ətli

hissəsini tamamilə yeyir. Belə zədələnmiş yarpaqlar quruyur və baş bağlaya bilmir.

Mübarizə tədbirləri.

1. Yabanı xaççiçəklilər və digər alaq otları məhv edilməlidir.

2. Təbiətdə olan apanteles tüfeylisi tırtılların məhv edilməsində fəal iştirak

edir. Bəzi illərdə tırtılların tüfeyli tərəfindən yoluxması 70-90% -ə qədər olur.

3. Kimyəvi mübarizə kələm baş bağlayana qədər aparılmalıdır.

4. Xəstəlik törədən mikrobioloji preparatlardan entobakterin - 3-4 kq/ha,

baverin - 3 kq/ha və dendrobasilin-100 preparatından 1 kq/ha suspenziyaları ilə

çiləmə aparılmalıdır.

5. Kimyəvi mübarizədə Karate Zeon (0,1 l/ha), Koru-alfa 5 (0,2 l/ha)

emulsiyası ilə çiləmə aparılması məsləhət bilinir.

112

Page 113: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Kələm güvəsi (Plutella maculipennis C.) – Kəpənəklər (Lepidoptera)

dəstəsi, güvələr (Plutellidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin fərd bozumtul-qonur, yaxud qəhvəyi rəngdədir. Arxa qanadlar

saçaqlıdır. Qanadları açıq halda 14-17 mm-dir.

Yumurtası ovalvaridir, açıq sarıdır, uzunluğu 0,4-0,5 mm-dir. Tırtılları

yaşıldır, 3 cüt döş ayağı və 5 cüt qarıncıq ayaqları vardır. Uzunluğu 9-12 mm-dir.

Zərərverici yabanı xaççiçəklilər və məhsul qalıqları üzərində tor barama

içərisində pup halında qışlayır.

Yazda (apreldə) qışlamış puplardan kəpənəklər uçur. Bir müddət qidalanır,

cütləşir və yarpaqların alt səthinə, damarlar boyu yumurta qoyur. Bir dişi fərd 300

ədədə qədər yumurta qoyur. Qoyulmuş yumurtanın embrional inkişafı 3-7 gündür.

Tırtılın inkişafı 9-15 günə başa çatır, bundan sonra onlar ağ barama toxuyub orada

puplaşır və 7-10 gündən sonra kəpənək uçur. İldə 5-dən az olmayaraq nəsil verir.

Mübarizə tədbirləri.

1. İl boyu yabanı xaççiçəkli bitkilər məhv edilməli, məhsul yığıldıqdan sonra

bitki qalıqları sahədən çıxarılmalıdır.

2. Tırtıllara qarşı mübarizədə mikrobioloji preparatlardan entobakterin-3 (3-

4 kq/ha), dendrobasilin-100 (1-1,2 kq/ha) və boverin (3 kq/ha) preparatlarının

suspenziyası çilənməlidir.

3. Kimyəvi mübarizədə Karate Zeon (0,1 l/ha), Koru-alfa 5 (0,2 l/ha)

emulsiyası ilə çiləmə aparılması məsləhət bilinir.

Kələm sovkası (Mamestra brassicae L.) - Kəpənəklər (Lepidoptera)

dəstəsi, gecə kəpənəkləri (Noctuidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin kəpənəyin ön qanadları bozumtul-qonur rəngdədir. Üzərində 3 ləkə –

böyrəkşəkilli, dairəvi və paz şəkilli vardır. Qanadları açılan zaman böyüklüyü 50

mm-dir.

Yumurta yarım kürəvaridir, sarımtıl rəngdədir, böyüklüyü 0,5 mm-dir.

Tırtıllar yaşımtıl-boz, yaxud qonur rəngdədir. Axırıncı yaşda uzunluğu 50

mm-dir.

113

Page 114: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Pupu qırmızımtıl-qəhvəyidir, uzunluğu 20-25 mm-dir. Əsasən respublikanın

dağlıq və dağətəyi rayonlarında çox yayılmışdır.

Zərərverici torpağın üst qatında 6-12 sm dərinlikdə pup halında qışlayır.

Aprel ayının əvvəli və mayın əvvəlində qışlamış puplardan kəpənəklər uçur,

qidalanır, cütləşir və yumurta qoyur. Yumurtalar topa halında (bir topada 100-200

ədəd) yarpağın alt səthinə qoyulur. Bir dişi fərd 1500 ədədə qədər yumurta qoya

bilir.

Yumurtanın embrional inkişafı 10-15 gün çəkir. Tırtıllar 45-60 gündə

inkişafını başa çatdırır, bu müddətdə 5 dəfə qabıq dəyişir və 6 yaş keçirir.

İnkişafını başa çatdırmış tırtıllar torpağa düşür və orada pup halına keçir. İkinci

nəslin inkişafı da birinci nəsildəki kimi gedir. İldə 2 nəsil verir.

Tırtıllar əsasən yarpaqlarla qidalanır, kələm baş bağladıqda isə yumrunu

deşərək onun içərisinə girib orada qidalanır. Belə zədələnmiş baş yumrusu öz

əmtəəlik dəyərini itirir və çürüyür.

Mübarizə tədbirləri.

1. Alaqlarla müntəzəm olaraq mübarizə aparılmalıdır.

2. Məhsul yığıldıqdan sonra bitki qalıqları sahədən çıxarılmalı və dərin

dondurma şumu aparılmalıdır.

3. Bitkinin inkişafını sürətləndirmək məqsədilə üzvi və mineral gübrələr

vaxtında verilməlidir.

4. Vegetasiya dövründə tırtıl və yumurtalar əllə yığılıb məhv edilməlidir.

5. Xəstəlik törədən mikrobioloji preparatlardan istifadə edilməsi

məsləhətdir.

6. Kimyəvi mübarizədə Karate Zeon (0,1 l/ha), Koru-alfa 5 (0,2 l/ha), Dentiz

2,5% (0,3 kq/ha) preparatlarının emulsiyası ilə çiləmə aparılması məsləhət bilinir

Turp ağ kəpənəyi (Pierisrapae L.) - Kəpənəklər (Lepidoptera) dəstəsi, ağ

kəpənəklər (Pieridae) fəsiləsinə mənsubdur.

Yetkin kəpənək kələm ağ kəpənəyinə oxşardır, ancaq ondan kiçikdir (40

mm).

114

Page 115: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yumurtası çəlləkvaridir, açıq sarımtıl rəngdədir. Tırtıllar yaşılımtıl

rəngdədir, uzunluğu 20-25 mm-dir. Zərərverici pup halında quru çöplər üzərində

qışlayır.

Dişi fərd yumurtasını yarpağın alt və üst səthinə tək-tək qoyur. Yumurtanın

embrional inkişafı 5-10 gündür. Tırtılın inkişafı 20-30 gündə başa çatır. ildə 4-5

nəsil verir.

Zərərvericinin fəaliyyəti nəticəsində məhsulun kəmiyyəti azalır, əksər halda

zədələnmiş kələm başı çürüyür və onu uzun müddət saxlamaq olmur.

Mübarizə tədbirləri.

Kələm ağ kəpənəyinə qarşı aparılan mübarizə tədbirləri bu zərərvericiyə

qarşı da tətbiq edilə bilər.

Birəciklər – Böcəklər (Coleoptera) dəstəsi, yarpaqyeyənlər (Chrysomelidae)

fəsiləsinin nümayəndəsidir.

Bir neçə növü vardır: ağayaq, zolaqlı, göy və qara birəcik. Birəciklər

atlandırıcı ayaqlara malik olan 2-3 mm böyüklükdə böcəklərdir. Yumurtası

ovalvaridir, sarı rəngdədir. Böyüklüyü 0,3-0,4 mm-dir.

Sürfəsi açıq sarıdır və 3 cüt döş ayağı vardır. Pupu sərbəstdir, sarımtıldır.

Zərərverici yetkin halda torpağın üst qatında və bitki qalıqları altında

qışlayır.

Mayın əvvəlində qışlamadan çıxan böcəklər əvvəlcə yabanı xaççiçəkli

bitkilərlə qidalanır, sonra isə mədəni bitki üzərinə keçir.

Zərərvericinin yetkini və sürfələri kələm bitkisinin yarpaqları ilə

qidalanaraq, nəticədə yarpaqlarda yara kimi kiçik çökəkciklər əmələ gəlir. Bir

müddətdən sonra çökəkciklər deşilir. Zərərverici il ərzində 2 nəsil verir.

Mübarizə tədbirləri.

1. Alaq otları məhv edilməli və bitki qalıqları sahədən çıxarılmalı və dərin

dondurma şumu aparılmalıdır.

2. Mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.

3. Kimyəvi mübarizədə 2,5%-li Dentiz (0,3 kq/ha) və ya Lannate (250

ml/100l su) preparatlarından istifadə edilməsi məsləhətdir.

115

Page 116: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Kələm gövdə gizli xortumlusu (Ceuthorrhynchus quadridens Pz) –

Böcəklər dəstəsinin (Coleoptera) uzunburun böcəklər fəsiləsinə (Curculaionidae)

mənsubdur.

Böcəyin xortumu uzun və nazikdir. Qara rəngdədir, böyüklüyü 2,5-3,2 mm-

dir.

Yumurtası ovalvaridir, uzunluğu 0,4-0,5 mm-dir. Sürfəsi sarımtıl, yaxud ağ

rəngdədir. Uzunluğu 2,5 mm-dir.

Zərərverici aprelin axırı, mayın əvvəlində qışlamadan çıxır və bir müddət

qidalanır, yarpaq damarları və gövdələrin qabıqları altına yumurta qoyur. Bir dişi

böcək 40-a qədər yumurta qoyur. Rüşeymin inkişafı 4-8 gün çəkir. Yumurtadan

çıxan sürfələr gövdənin daxilinə keçib özək hissəsi ilə qidalanır. Sürfə təxminən 30

gün qidalanır, 3 dəfə qabıq dəyişir, 4 yaş keçirir. İnkişafını başa çatdırmış sürfələr

gövdə daxilindən çıxıb torpağa düşür, yuva düzəldir və orada pup halına keçir. 2-3

həftədən sonra pupdan yeni böcək çıxır. Neçə nəsil verməsi müəyyən edilməyib.

Mübarizə tədbirləri.

1. Aqrotexniki tədbirlər həyata keçirilməlidir.

2. Kimyəvi mübarizədə 5%-li karate – 0,4 l/ha, 2,5%-li desis – 0,3-0,4 l/ha

emulsiyaları ilə çiləmə aparmaq olar.

Kələm milçəyi (Anthomyinae) – İkiqanadlılar (Diptera) dəstəsi, həqiqi

milçəklər (Musridae) fəsiləsinə mənsubdur.

Əsasən 2 növ – yaz (Delia brassicae B.) və yay milçəklərinə (Delia floralis

Fall) təsadüf edilir.

Kələm milçəkləri yalançı barama içərisində torpağın 3-20 sm dərinliyində

qışlayır. Qışlamadan çıxan dişi fərdlər torpağa yumurta qoymağa başlayır. Bir dişi

fərd 150-yə qədər yumurta qoya bilir. Rüşeymin inkişafı 5-10 gündə başa çatır.

Sürfələr kələmin kökü ilə qidalanır. Sürfənin inkişafı 3-4 həftə çəkir və onlar

torpağa keçib puplaşır. Neçə nəsil verməsi müəyyən edilməyib.

Soğan milçəyi (Delia Antiqua Mg.) - İkiqanadlılar (Diptera) dəstəsi, çiçək

milçəkləri (Anthomyidae) fəsiləsinin nümayəndəsidir.

116

Page 117: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yetkin milçəyin rəngi bozdur. Uzunluğu 5-7 mm-dir. Yumurtası

uzunsovdur, uzunluğu 1 mm-dir.

Sürfəsi ağ rəngdədir, ayaqsızdır. Uzunluğu 10 mm-ə çatır.

Yalançı barama tünd-qəhvəyidir. Zərərverici yalançı barama içərisində

torpağın 10-20 sm dərinliyində qışlayır.

Dişi fərdlər yumurtalarını yarpaq və soğanaq pulcuğu üzərinə qoyur.

Yumurtanın rüşeym inkişafı 3-5 gün çəkir. Yumurtadan çıxan sürfə soğan yumrusu

içərisinə girib orada qidalanır. Sürfənin inkişafı 15-20 gündür. İnkişafını başa

çatdıran sürfələr soğan yumrusu içərisindən çıxıb torpaqda yalançı barama

içərisində pup halında qışlayır. İldə 2-3 nəsil verir.

Zərərvericinin sürfələri soğan başının içərisinə girib orada qidalanır. Belə

zədələnmiş yumruların əmtəəlik dəyəri aşağı düşür və belə yumrulardan ərzaq kimi

istifadə etmək olmur.

Mübarizə tədbirləri.

1. Mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.

2. Kimyəvi mübarizədə 35%-li fozalon – 2 l/ha, 2,5%-li desis – 0,4 l/ha

preparatlarından istifadə etmək olar.

Bostan bitkilərinin zərərvericiləri. – Bostan bitkilərinə ən çox bostan

mənənəsi və yemiş milçəyi zərər verir.

Bostan mənənəsi (Aphis gossyypii G.) - Bərabərqanadlılar dəstəsi

(Homoptera), mənənələr fəsiləsinin (Aphididae) nümayəndəsidir. Bu zərərverici

respublikamızda geniş yayılıb qarpıza və yemişə zərər vurur.

Bostan mənənəsi yetkin və sürfə halında bitki qalıqları altında və alaq otları

üzərində qışlayır. Mart-aprel aylarında qışlamadan çıxan yetkin və sürfələr ilk dəfə

inkişaflarını alaq otları üzərində keçirir, sonra isə qarpız və yemiş cücərtiləri əmələ

gəldiyi dövrdə onların üzərinə keçərək qidalanır. Zərərverici az bir zamanda

çoxalaraq yarpaqların alt səthinə kalonya şəklində toplanaraq hüceyrə şirəsini

sormaqla qidalanır. Nəticədə hüceyrə şirəsi sorulmuş yarpaqlar qıvrılır, inkişafdan

qalır və bitki zəifləyir. Bostan bitkiləri üzərində mənənəyə ən çox may, iyun və

sentyabr aylarında təsadüf edilir. bostan mənənəsi il ərzində 18-20 nəsil verir. Bir

117

Page 118: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

nəslin inkişafı 10-12 gündə başa çatır. Bakirə yolla, yəni diri bala doğmaqla

çoxalır. Zərərvericinin 3-4 nəslinin inkişafı alaq otları üzərində gedir, qalan

nəsillərin inkişafı isə bostan bitkiləri üzərində gedir.

Mübarizə tədbirləri.

1. Müntəzəm olaraq alaq otları məhv edilməlidir.

2. Bitkinin inkişafını yüksəltmək məqsədilə aqrotexniki tədbirlər kompleksi

həyata keçirilməlidir.

3. Kimyəvi mübarizədə desis – 0,4-0,5 l/ha, poliqor – 2 l/ha və Bİ-58

(YENİ)– 2 l/ha preparatlarının biri ilə çiləmə aparmaq olar.

Yemiş milçəyi (Myiopardalis pardalina Big) - İkiqanadlılar (Diptera)

dəstəsi, əlvan qanadlılar (Tephritidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin fərd sarı rəngdədir, kürəyində parlaq qara ləkə vardır. Uzunluğu 5,5-

6,5 mm-dir. Sürfəsi ağ rəngli olub, ayaqsızdır, uzunluğu 10 mm-dir.

Yemiş milçəyi yalançı barama halında torpağın 2-18 sm dərinliyində

qışlayır. Yemiş bitkisinin çiçəkləmə fazasında milçəklər yalançı baramalardan

uçması başlayır. Yetkin fərdlər yumurtaqoyanı ilə yemiş meyvəsini deşərək oradan

çıxan şirə ilə qidalanır. Dişi fərdlər uçduqdan 5-6 gün sonra yumurta qoymağa

başlayır. Yumurtalar yemiş meyvəsinin qabığı altına qoyulur. Bir dişi fərd 25-ə

qədər yumurta qoya bilir. Qoyulmuş yumurtanın embrioanl inkişafı 3-5 gün çəkir.

Yumurtadan çıxan sürfə 10-18 gün qidalanır. Belə ki, onlar yemişin lətli hissəsi ilə

qidalanaraq, orada izlər açır, hətta toxuma qədər gedib onunla da qidalanır.

İnkişafını başa çatdırmış sürfələr torpağa keçir və orada yemişin içərisində

puplaşır, 10-15 gündən sonra yeni nəslin milçəkləri uçur. İl ərzində 2 nəsil verir.

Mübarizə tədbirləri.

1. Məhsul yığıldıqdan sonra dərin dondurma şumu aparılmalıdır.

2. Növbəli əkin sisteminə əməl edilməlidir.

3. Yemiş milcəyinə qarşı Korsulfan 36 (3 l/ha) preparatı ilə çiləmə

aparılması məsləhət görülür. Dərmanlama 10-12 gündən sonra təkrar edilməlidir.

118

Page 119: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mövzu 15. Pambıq və tütün bitkilərinin zərərvericiləri

və onlarla mübarizə tədbirləri

İsmayılzadə N.N.

Məmmədov V.Ə.

PLAN:

1. Pambıq və yonca mənənəsinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

2. Tütün tripsininin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onunla mübarizə tədbirləri.

3. Pambıq sovkası, payızlıq əkin sovkası və tor gənəsinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

4. Tütün mənənəsi və fır nematodunun morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

ƏDƏBİYYAT

1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

2. Əliyev S. - Pambığın bar orqanlarına zərər verən sovkalar. Bakı, 1981 3. Məmmədova S.R., Əsgərov H.Y., Hüseynov C.H. – Azərbaycanda

pambıq bitkisinin zərərvericilərdən, xəstəliklərdən və alaq otlarından mühafizəsinə dair tədbirlər sistemi. Bakı, 1986.

4. Cəbrayıl H. Pambıq bitkisinin zərərvericilərinə qarşı inteqrir mübarizə. Gəncə, 2015.

5. Camalov H.İ., Səmədov İ.İ. – Trixoqramanın istehsalat şəraitində artırılması üsulları və pambıq sovkasına qarşı tətbiqi (dərs vəsaiti). Kirovabad, 1986

GƏNCƏ - 2017

Mövzu 15. Pambıq və tütün bitkilərinin zərərvericiləri

119

Page 120: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

və onlarla mübarizə tədbirləri

Pambıq bitkisi zərif bitki olaraq bir sıra zərərvericilər tərəfindən zədələnir.

Pambıq bitkisi üzərində 200-ə yaxın həşərat və gənə növlərinə rast gəlmək olar.

Bir sıra polifaq həşəratlar müxtəlif illərdə kütləvi surətdə artaraq zərər vurur.

Bunlardan çəyirtkəkimiləri (Asiya, İtaliya, Mərakeş və s.), cırcıramaları, karadrina,

böyük pambıq mənənəsini, gövdə güvəsini və s. göstərmək olar.

Respublikamızın pambıq əkilən bütün bölgələrində geniş yayılan və zərər

verən xüsusiyyətlənmiş zərərvericilərdən pambıq (bostan) və yonca (akasiya)

mənənəsi, tütün tripsi, tor gənəsi, pambıq sovkası, payızlıq əkin sovkası və s. qeyd

etmək olar.

Mənənələr – Bərabərqanadlılar (Homoptera) dəstəsinin mənənələr

(Aphidinea) yarım dəstəsinə mənsubdur.

Respublikamızda pambığa ik növ mənənə zərər vurur: pambıq, yaxud bostan

(Aphis gossypii G.) və yonca, yaxud akasiya (Aphis craceivora K.) mənənəsi.

Pambıq mənənəsinin qanadsız dişi fərdləroinin rəngi olduqca dəyişkəndir,

sarıya, limonu-sarıya və tünd-qonura çalan rəngdə olur. Bığcıqları altı buğumludur.

Uzunluğu 1,25-2,1 mm-dir. Sürfələr yaşlarından asılı olaraq solğun-yaşıl və

sarımtıl-yaşıl rəngdə olur.

Yonca mənənəsi qonur və qonur-qara roəngdə olmaqla, pambıq

mənənəsindən fərqlənir.

Hər iki növün həyat tərzi, qidalanma xüsusiyyətləri, onlara qarşı mübarizə

tədbirləri, demək olar ki, eynidir.

Pambıq mənənəsi geniş yayılmaqla bir sıra mədəni və yabanı bitkilərlə

qidalanır. Pambıq mənənəsi əsasən yetkin halda, bəzən isə sürfə və nimfa halında

qışlayır. Bunlar qışlamadan çıxan zaman bağayarpağı, biyan, əməköməci və digər

bitkilərlə qidalanırlar.

Bir müddət keçdikdən sonra onlar yenicə cücərmiş pambıq bitkisi üzərinə

keçirlər və orada qidalanırlar. Pambıq mənənəsi bakirə yolla çoxalır.

120

Page 121: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yazda havanın temperaturu 120S-dən yuxarı olduqda bu mənənə çoxalmağa

başlayır. Zərərvericiyə kütləvi halda may-iyun aylarında təsadüf edilir. Avqust və

iyul aylarında onların miqdarı nisbətən məhdudlaşır, zəif olur. Mənənənin inkişafı

üçün optimum temperatur 16-220S-dir. 250S-dən yuxarı temperatur mənənənin

inkişafına mənfi təsir edir.

Pambıq bitkisi üzərində ən çox iki dövrdə: yazda, pambıq cücərtiləri əmələ

gəldikdə və payızda qozalar açıldıqda təsadüf edilir. Məhsul yığıldıqdan sonra

mənənə yabanı bitkilər üzərinə keçərək qışlamaya gedirlər. Mənənə il ərzində 20-

yə qədər nəsil verir.

Mənənələr əsasən pambıq yarpaqlarının alt səthində olmaqla onun hüceyrə

şirəsini sorur. Sorma nəticəsində yarpaqlar qıvrılır, inkişafdan qalır, bunun

nəticəsində isə bitkinin inkişafı zəifləyir və məhsula mənfi təsir göstərir. Mənənə

eyni zamanda virus xəstəliklərini də yayır. Qozalar açıldığı dövrdə mənənələr

açılmış qoza üzərinə çıxıb yapışqanlı ifrazatı ilə lifləri çirkləndirir, ağımtıl örtük

əmələ gətirir və onu kəltənə çevirir. Belə çirklənməyə «ağ şirə» deyilir. Rütubətli

havada kif göbələkləri onları qara rəngə boyayır ki, buna da «qara şirə» deyilir.

Belə şirələnmiş liflərin emalı çətinləşir və keyfiyyəti aşağı düşür.

Mübarizə tədbirləri.

1. Yazın əvvəllərində pambıq əkiləcək sahənin kənarlarındakı və arxların

ətrafındakı alaq otları müntəzəm olaraq məhv edilməlidir.

2. Pambıq bitkisi sahəsi yanında bostan bitkiləri əkilməməlidir.

3. Bitkinin inkişafını sürətləndirmək məqsədilə müasir aqrotexniki tədbirlər

həyata keçirilməlidir.

4. Kimyəvi mübarizədə 2,5%-li desis – 0,4 l/ha, 40 %-li Roqor (1,5 l/ha),

Karate Zeon (0,1 kq/ha) preparatlarının emulsiyası ilə çiləmə aparılması

məsləhətdir.

5. Zərərvericilərin azalmasında təbiətdə mövcud olan yırtıcı parabüzən

böcəkləri və qızılgöz müsbət rol oynayır.

Tütün tripsi (Thrips tabaci L.) – Qovuqayaqlılar (Thysanoptera)

dəstəsinin, tripslər (Thripidae) fəsiləsinə mənsubdur.

121

Page 122: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yetkin fərd açıq-sarımtıl rəngdə olmaqla üzərində qılçıqlar vardır. Bığcıqları

7 buğumludur. Uzunluğu 0,8-1 mm-dir.

Sürfələr yetkin fərdə oxşayır, ancaq bədəncə ondan kiçikdir. Yumurtası

böyrəkvaridir, şəffafdır. Uzunluğu 0,2-0,5 mm-dir. Tripsin yetkin fərdləri pambıq

və tütün bitkilərinə zərər verir. Zərərverici qışı yetkin halında torpağın üst səthində

və xəzəllərin altında keçirir. Aprelin ortalarından yetkin fərdlər qışlamadan çıxır və

mürəkkəbçiçəkli, eləcə də xaççiçəkli yabanı bitkilərlə qidalanaraq çoxalır.

Zərərvericinin 1-ci və 2-ci nəslinin inkişafı yabanı bitkilər üzərində gedir, sonra isə

onların inkişafı pambıq bitkisi üzərində gedir. Bir müddətdən sonra yetkin dişilər

yumurtalarını yarpaq saplaqlarının əsasında onun daxilinə qoyurlar. Bir nəslin

inkişafı 25-30 günə başa çatır. Çoxalma cinsi yolla gedir. Zərərverici il ərzində 6-8

nəsil verir.

Pambıq bitkisi üzərində tütün tripsinə may və iyun aylarında rast gəlinir.

Zərərvericinin pambıqla qidalanması nəticəsində yarpaqların alt səthində damarlar

boyu gümüşü ləkələr əmələ gəlir. Sonralar bu ləkələr quruyur və yerində yarıqlar

əmələ gəlir. Zədələnmə nəticəsində bitkinin böyüməsi zəifləyir və inkişafdan qalır.

Belə bitkilər körpə düşür.

Mübarizə tədbirləri.

1. Bütün il boyu yabanı mürəkkəbçiçəkli və xaççiçəkli bitkilər məhv

edilməlidir.

2. Məhsul yığıldıqdan sonra bitki qalıqları tarladan çıxarılmalı və dərin

dondurma şumu aparılmalıdır.

3. Zərərvericinin azalmasında parabüzən böcəkləri və yırtıcı trips böyük rol

oynayır.

4. Kimyəvi mübarizədə mənənəyə qarşı tətbiq edilən preparatlar tripsə qarşı

da tətbiq edilə bilər. Həmçinin Sumi-Alfa (0,5-0,6 l/ha) preparatından da istifadə

olunması məsləhət bilinir.

Tor gənəsi (Tetranychus urticae K.) – Gənələr dəstəsinin (Acariformes)

hörümçək gənələri (Tetranychidae) fəsiləsinə mənsubdur.

122

Page 123: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Yetkin gənə yaşılmtıl-sarı və ya narıncı rəngdə olur. Uzunluğu 0,36-0,47

mm, erkək fərdlər isə kiçik 0,22-0,28 mm böyüklükdədir. Yetkin fərdlərdə və

nimfalarda ayaqlar 4 cüt, sürfələrdə isə 3 cütdür. Yumurtası kürəvaridir, 0,14 mm

olub, adi gözlə çətin seçilir.

Zərərvericinin yetkin fərdləri bitki qalıqları altında qışlayır. Bundan başqa

qışlama kəsəklərin altında, tökülmüş yarpaq və qozaların altında keçirir. Qışlayan

gənələr qırmızı rəngdə olur və qışlamayan gənələrdən fərqlənir.

Qışlamış gənələr aprel ayının əvvəllərində, havanın gündəlik orta

temperaturu +100S-dən yuxarı olduqda qışlamadan çıxır və sarmaşıqla, qanqal,

bağayarpağı, zəncirotu və s. üzərində qidalanmağa başlayırlar. Havalar istiləşdikcə

alaq otlarının yarpaqları kobudlaşır və may-iyun aylarında onlar pambıq bitkisi

üzərinə keçərək onun yarpaqlarının hüceyrə şirəsini sormaqla qidalanmağa

başlayırlar.

Tor gənəsi alaq otlarından əvvəlcə tarlanın kənarlarındakı bitkilər üzərinə

keçir və sonradan oradan sahənin ortalarına yaylır. Bir dişi gənə 50-180-ə qədər

yumurta qoya bilir. Yumurtalar adətən yarpağın alt səthinə gənənin qurduğu torun

arasına qoyulur. Qoyulmuş yumurtanın embrioanl inkişafı 3-8 gündən sonra başa

çatır. Yumurtadan çıxan sürfələr yarpaqların alt səthində hördüyü tor içərisində

yaşayaraq qidalanır.

Hava şəraitindən asılı olaraq tor gənəsi il ərzində 15-18 nəsil verir.

Havanın isti və quraq keçməsi, daha doğrusu, havanın temperaturu 20-310,

rütubət isə 35-55% olduqda gənənin kütləvi surətdə çoxalması üçün əlverişli şərait

yaranır. Buna görə də gənənin ən çox miqdarına iyul-avqust aylarında təsadüf

edilir.

Pambıq bitkisində zədələnmənin xarici əlaməti ilk vaxtlar yarpaqların alt

səthində torlarla örtülmüş bozumtul, üst ətrəfində isə qırmızımtıl ləkələrin əmələ

gəlməsidir. Bu ləkələr tədricən böyüyərək bütün yarpaq səthini və bitkidəki

yarpaqları əhatə edir. Zədələnmiş yarpaqlarda fotosintez prosesi ləng gedir. Bunun

nəticəsində zədələnmiş yarpaqlar quruyaraq tökülür. Bunun nəticəsində isə məhsul

azalır.

123

Page 124: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Zərərvericinin azalmasında onun təbii düşməni olan yırtıcı qara bağacığı,

stetorus böcəyi, adi qızılgöz, yırtıcı tripis böyük rol oynayır.

Mübarizə tədbirləri.

1. Alaq otları müntəzəm olaraq məhv edilməlidir.

2. Məhsul yığıldıqdan sonra bitki qalıqları tarladan çıxarılmalı və sahə 28-30

sm dərinliyində şumlanmalıdır.

3. Bitkinin inkişafını sürətləndirmək məqsədilə mütərəqqi aqrotexnik

tədbirlər həyata keçirilməlidir.

4. Kimyəvi mübarizədə akarasid qrupa aid olan zəhərlərdən akreks – 2,0

kq/ha, antio – 2,0-2,5 l/ha, abalon 1,8 (0,3-0,4 l/ha) preparatlarının birinin

emulsiyası ilə çiləmə aparılmalıdır.

Pambıq sovkası (Chloridae armigera Hb.) – Kəpənəklər (Lepidoptera)

dəstəsinin sovkalar (Noctuidae) fəsiləsinə mənsubdur.

Yetkin kəpənəyin rəngi dəyişkəndir. Açıq-sarı, yaşılmtıl-sarı və açıq-

qəhvəyi rəngdə təsadüf edilir. Dal qanadları açıq-sarıdır. Ön qanadlar üzərində üç

ləkə – böyrəkşəkilli, dairəvi və paz şəkilli ləkə vardır. Bədəninin uzunluğu 12-18

mm, qanadlar açıldıqda isə 30-40 mm-dir.

Yumurtası kürəvaridir, açıq-sarı rəngdədir. Üzərində 25-28 radial qırışlar,

onların arasında 11-14 arakəsmə xətlər vardır. Böyüklüyü 0,5-0,6 mm-dir.

Tırtılın bədəni qılçıqlarla örtülmüşdür. 3 cüt həqiqi döş, 5 cüt yalançı-

qarıncıq ayaqları vardır. Tırtılların rəngi yaşılımtıl, çəhrayı və bənövşəyi-

qəhvəyidir. Kürək tərəfində 4 nazik, dalğalı xətdən ibarət bir zolaq uzanır. Tırtılın

axırıncı yaşda uzunluğu 35-40 mm-ə çatır. Pupu qırmızımtıl-qəhvəyi rəngdədir,

uzunluğu 15-20 mm-dir.

Pambıq sovkası polifaq zərərverici olaraq 350 növ yabanı və mədəni bitki ilə

qidalanır. O cümlədən qarğıdalıya, pomidora, noxuda, tütünə və digər mədəni

bitkilərə zərər vurur.

Pambıq sovkası torpağın 5-10 sm dərinliyində pup fazasında qışlayır. Yazda

torpağın 10 sm dərinliyində temperatur 16-170S olduğu zaman (mayın

əvvəllərində) qışlamış puplardan kəpənəklər uçmağa başlayır. Uçuşdan 5 gün

124

Page 125: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

sonra yumurta qoyma başlayır. Kütləvi yumurta qoyma qönçələmə dövrü ilə bir

vaxta düşür. Dişi fərdlər yumurtalarını dağınıq halda bitkinin müxtəlif hissələrinə

qoyur. Dişi fərd öz inkişafı dövründə 500-3000-ə qədər yumurta qoya bilir.

Yumurta qoyma 15-18 gün çəkir.

Yumurtalar yarpaq və qönçə üzərinə tək-tək qoyulur. Yumurtanın rüşeym

inkişafı yayda 3-4, payızda isə 6-7 gün davam edir. Yumurtadan çıxan tırtıl ilk

dəfə yumurtadan azacıq böyük olur. Onlar ilk dəfə yarpaqla qidalanır, bir qədər

böyüdükdən sonra hərəkət edərək daha əlverişli qida – qönçə, çiçək və qoza

axtarır. Onlar qönçəni deşib onun içərisinə girərək qidalanırlar. Qidalandığı 15-20

gün müddətində tırtıl 5 dəfə qabıq dəyişir, 6 yaş keçirir və inkişafını başa çatdırır.

İnkişafını başa çatdırmış tırtıllar torpağa düşür və pup halına keçirlər. Puplar 10-12

gündə inkşafını bitirir və bundan sonra 2-ci nəslin kəpənəkləri uçur. Bu dövr

bitgidə qozaların fındıq boyda oldugu dövrə (iyulun əvvəlləri) düşür. Dişi fərdlər

yumurtalarını əksərən bitkinin zərif uc yarpaqları üzərinə qoyurlar. Yumurtralardan

çıxan tırtıllar yenicə əmələ gəlmiş qozanı zədələyərək onun içərisinə daxil olub

qidalanır. Belə zədələnmiş qozalar quruyaraq məhv olur. İkinci nəslin tırtılları

inkişafını 1-ci nəsildə olduğu kimi davam etdirir və axırıncı yaş tırtıllar torpağa

düşür və pup halına keçir. Puplardan 8-10 gün sonra 3-cü nəslin dişi fərdləri az

sonra bitkinin zərif uc yarpaqlarına, hətta bəzən qozanın üzərinə yumurta qoyur.

Yumurtadan çıxan tırtıl ilk dəfə zərif yarpaqla qidalanır və böyüdükdən sonra

yetişməkdə olan qozanı deşərək onun içərisinə girərək hətta çiyidlərlə qidalanır.

Belə zədələnmiş qozalar əksər vaxt açmır və quruyaraq məhv olur. Zərərverici

pambıq bitkisindən başqa noxud, pomidor, qarğıdalı, tütün və s. bitkilərə də zərər

vurur.

Havaların soyuması ilə əlaqədar olaraq sentyabr ayının ortalarından

başlayaraq 3-cü nəslin axırıncı yaşlı tırtılları torpağa düşərək torpağın 5-10 sm

dərinliyində pup mərhələsinə keçərək qışlamaya gedir. Zərərverici il ərzində 3

nəsil verir.

Mübarizə tədbirləri. 1. Zərərvericiyə qarşı aqrotexniki, mexaniki, bioloji

və kimyəvi mübarizə üsullarından istifadə edilir.

125

Page 126: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

2. Alaq otları müntəzəm olaraq məhv edilməlidir. Tez qönçə verən sortlar

əkilməlidir və bir sıra aqrotexniki tədbirlər (torpağın becərilməsi, əlavə və əsas

gübrələrin verilməsi, suvarmanın aparılması və s.) vaxtında aparılmalıdır.

3. Tırtıllar əllə yığılmalı, ucvurma əməliyyatı aparılarkən pambığın uc

yarpağında olan yumurtaları məhv etmək üçün əldə edilmiş yaşıl kütlə toplanaraq

sahədən kənara çıxarılmalıdır.

4. Qarğıdalı əkinləri pambıq əkinlərindən aralı olmalıdır.

5. Zərərvericinin azalmasında təbiətdə mövcud olan yumurtaları yoluxduran

trixoqramma və tırtılları yoluxduran apanteləs, habrobrokon minicisi böyük rol

oynayır.

6. Tırtıllarda xəstəlik törədən dendrobasilin-30 – 4-5 kq/ha, bitoksibasilin –

3-4 kq/ha, baverin – 2-3 kq/ha preparatlarının suspenziyasından istifadə etmək

məsləhətdir.

7. Cinsi feremon tələlərindən istifadə etmək olar.

8. Kimyəvi mübarizə vaxtında aparılarsa yüksək səmərə verir. Belə ki,

zərərvericinin 1-ci nəslinə qarşı hər bir 100 ədəd bitkidə 5-6 ədəd kiçik yaşlı tırtıl

və 10-12 ədəd yumurta, 2-ci və 3-cü nəslə qarşı isə 10-12 kiçik yaşlı tırtıl və 20-25

yumurta olduqda mübarizəyə başlamaq məslhətdir. Kimyəvi mübarizədə 85%-li

sevinin islanan tozundan 2,0-2,5 kq/ha, 20%-li sumisidin – 0,6 kq/ha, 35%-li

fozalon – 2,0-2,5 l/ha, karate zeon– 0,5 kq/ha preparatlarının emulsiyası ilə çiləmə

aparılması məsləhət görülür.

Payızlıq əkin sovkası (Agrotis sogetum Sch) – Orta böyüklükdə kəpənək

olub, qanadları açılan zaman 35-40 mm-dir. Ön qanadları açıq-boz rəngdədir. Ön

qanadları üzərində böyrəkşəkilli, yumru və pazvari ləkələr vardır.

Tırtıllar boz, torpaq rəngindədir. Uzunluğu 50 mm-ə çatır. Ona toxunduqda

dərhal qıvrılır.

Payızlıq əkin sovkasının yaşlı tırtılları torpaqda qışlayır. Torpağın üst qatının

qızması ilə əlaqədar olaraq, onlar dərin qatlardan üst səthə çıxır və 5-6 sm

dərinlikdə pup halına keçirlər. Yazda aprelin ortalarında pupdan kəpənək uçmağa

başlayır. Kəpənəklər əsasən gecələr uçur və mədəni bitkilər, yaxud torpağa

126

Page 127: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

yumurtalar qoyurlar. Bir dişi fərd 2000 ədədə qədər yumurta qoya bilir.

Yumurtanın embrional inkişafı 3-4 gündə başa çatır. inkişafını başa çatdırmış

tırtıllar pup halına keçir və pupdan 2-ci nəslin kəpənəyi uçur. Bir müddətdən sonra

yumurta qoyurlar. Tırtıllar öz inkişafı zamanı 5 dəfə qabıq dəyişir və 6 yaş keçirir.

İnkişafını başa çatdırmış tırtıllar torpağa düşür və orada qışlamaya gedir. İl ərzində

2-3 nəsil verirlər.

Mübarizə tədbirləri. 1. Dərin dondurma şumu və cərgə aralarının

becərilməsi zərərvericinin tırtıl və puplarının əksəriyyətini məhv edir.

2. Hər 100 kq toxum 5 kq 12%-li heksaxloran dustu ilə dərmanlanmalıdır.

3. Zərərvericinin iri yaşlı tırtıllarına qarşı 1,5 kq raqorla 50 kq şrot

qarışığından alınan (hər hektara 50 kq hesabilə) aldadıcı yem torpağa verilməlidir.

Tütünün zərərvericiləri

Respublikamızda tütün bitkilərinə dövriyəvi olaraq bəzi illərdə müxtəlif

bitkilərlə qidalanan adi danadişi, sovkaların kök boğazı gəmirən sovkaları, məftil

qurdları, lövhəbığ böcəklərin sürfələri və s. zərər verir.

Bunlarla yanaşı, tütün bitkisinin bir sıra xüsusiyyətlənmiş zərərvericiləri

mövcuddur. Bunlardan tütün tripsi, tütün mənənəsi, fır nematodu və s. göstərmək

olar.

Qeyd etmək lazımdır ki, yuxarıda tütün tripsi haqqında məlumat verilmişdir.

Tütün (şaftalı) mənənəsi (Myzldes persicae Sulz) – Bərabərqanadlılar

dəstəsinin (Homoptera) mənənələr (Aphididae) fəsiləsinə mənsubdur.

Nəsli davam etdirən fərdlər solğun yaşıl rəngdə olur. Bədəninin uzunluğu

1,4-2,5 mm-dir. Zərərverici polifaqdır və bir sıra bitkilərlə qidalanır, eyni zamanda

şaftalı bitkisi ilə də qidalanır.

Tütün mənənsi fakultativ köçəri mənənədir. Onun əsas sahib bitkiləri şaftalı

və alma bitkiləridir.

Mənənənin yumurtaları qışlayır. Qışlamış yumurtalar şaftalı və gavalı

ağaclarının budaqlarının qabıq qırışları arasına qoyulur. Qışlamış yumurtalardan

çıxan sürfələr şaftalı bitkisi üzərində qidalanır və sonra tütün bitkisi üzərinə keçir.

127

Page 128: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mənənə bütün yaz və yay müddətində tütün bitkisi üzərində bakirə üsulla çoxalır.

Bir nəslin inkişafı 10-12 günə başa çatır. Vegetasiya dövründə 20-yə qədər nəsil

verir.

Zərərvericinin zərər vurması nəticəsində bitkinin böyümə və inkişafını

ləngidir. Mənənələr öz yapışqanlı ifrazatı ilə tütün yarpaqlarını çirkləndirir. Belə

yarpaqlar qurudulduğu zaman qaralır. Mənənələr tərəfindən zədələnmiş

yarpaqlardan harılanmış siqaret məmulatı pis iyə malik olur və quş lələyi iyi verir.

Mübarizə tədbirləri. 1. Tütün sahələri mümkün qədər şaftalı bağlarından

aralı əkilməlidir.

2. Məhsul yığıldıqdan sonra tarlada qalan tütün gövdələri dərhal sahədən

çıxarılmalıdır. Bununla tütünün xırda təpə yarpaqlarında onun inkişafını

zəifləndirmək olur.

3. Kimyəvi mübarizədə mənənənin kütləvi çoxalma dövrü 2,5%-li desis (0,4

l/ha), 35%-li fozalon (1,5-2 l/ha) və s. preparatların emulsiyası ilə çiləmə

aparılması məsləhətdir.

Fır nematodu (Meloidogyne Sp). – Nematodlar (Nematoda) sinfinin

müxtəlif dərili nematodlar (Heteroderidae) fəsiləsinə mənsubdur.

Dişi nematod armudşəkilli olmaqla ağ rəngdədir. Bədəninin uzunluğu 1,5

mm-dir. Sürfələri sapvaridir.

Respublikamızda parnik və tarla şəraitində yayılmışdır. Tütün bitkisindən

başqa bir sıra tərəvəz və bostan bitkiləri ilə də qidalanır.

Bir dişi nematod 300-2000 ədədə qədər yumurta qoya bilir. Yumurtadan

çıxan sürfə kökün böyümə nöqtəsini deşib içəri daxil olaraq qidalanır. Nematodun

inkişaf tsikli temperaturdan asılı olaraq 25-45 günə başa çatır.

Nematodun qidalanması nəticəsində kökdə müxtəlif böyüklükdə fırlar əmələ

gəlir. Belə bitkidə fizioloji proseslər pozulur, onun böyümə və inkişafı zəifləyir.

Şiddətli yoluxma zamanı bitki tamamilə məhv olur.

Mübarizə tədbirləri. 1. Növbəli əkin sisteminə əməl edilməlidir.

2. Bitkinin inkişafını sürətləndirmək üçün bütün mütərəqqi aqrotexniki

tədbirlər həyata keçirilməlidir.

128

Page 129: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

3. Şitillərin sahəyə köçürülməsinə 30 gün qalmış hər 1m2-ə 200-400 ml

hesabilə 40%-li texniki DDB-nin torpağın 15 sm dərinliyə verilməsi yaxşı səmərə

verir.

4. Parnik və istixana şəraitində 1m3-ə 1 litr karbation verilməsi məsləhətdir.

Mövzu 9. Qərzəkli bitkilərin zərərvericiləri və onlarla

mübarizə tədbirləri

İsmayıl-zadə N.N.

Məmmədov V.Ə.

PLAN:

1. Qoz iri mənənəsi və qoz fır gənəsinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

2. Qoz meyvəyeyəni, onun morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onunla mübarizə tədbirləri.

3. Fındıq uzunburun böcəyi və yarpaqyeyən böcəyin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.

ƏDƏBİYYAT

1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

2. Səmədov N.H., İbrahimov H.R., Xəlilov B.B. – Azərbaycanda kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri və xəstəlikləri (Soraq kitabı). Bakı, 1965.

3. Горбацов И.В., Грилченко 4. В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей

Москва, 2002, 472с

129

Page 130: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

GƏNCƏ - 2017

130

Page 131: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Mövzu 9. Qərzəkli bitkilərin zərərvericiləri və onlarla

mübarizə tədbirləri

Qoz bitkisinin zərərvericiləri.

Qoz iri mənənəsi (Pterocallis juglandis T.). – Bərabərqanadlılar dəstəsinin

(Homoptera) mənənələr (Aphididae) fəsiləsinə mənsubdur.

Azərbaycanda qoz ağacı üzərində iki növ mənənəyə – qoz iri mənənəsi və

qoz kiçik mənənəsinə təsadüf edilir. Bu növlərdən geniş yayılanı və ən çox

zərərverəni qoz iri mənənəsidir.

Qoz iri mənənəsi sarımtıl-limon rəngindədir, böyüklüyü 4 mm-ə qədərdir.

Bədəninin üst hissəsində iki cərgədə girdə ləkələr vardır.

Qoz iri mənənəsi əsasən yarpaqların üst səthində yaşayaraq yarpağın damarı

boyunca düzülüb onun şirəsini soraraq qidalanır. Qoz kiçik mənənsi isə əsasən

yarpaqların alt tərəfində yaşayır və qidalanır. Hər iki növ mənənə bakirə yolla

çoxalır.

Zərərvericinin kütləvi surətdə artımına may-iyun aylarında təsadüf edilir. İsti

keçən iyul-avqust aylarında isə onların miqdarı nisbətən azalır.

İldən neçə nəsil verməsi dəqiqləşməyib.

Mübarizə tədbirləri. Kütləvi çoxaldığı illərdə kimyəvi mübarizə olaraq Bİ-

58 (YENI)– 2,0 l/ha, 40%-li poliqor – 2,0 l/ha, 2,5%-li desis – 0,4 l/ha və s.

preparatlarının birinin emulsiyası ilə çiləmə aparmaq olar.

Qoz meyvəyeyəni (Sarrothripus musculana E.) – Kəpənəklər dəstəsinin

(Lepidoptera) yarpaqbükənlər (Tortricidae) fəsiləsinə mənsubdur.

Yetkin fərdin qanadları boz rəngdədir, uzunluğu 8-10 mm-dir, qanadları

açılan zaman uzunluğu 15-18 mm-dir.

Yumurtası ağ rəngdədir, uzunluğu 0,5 mm-dir.

Tırtılın rəngi yumurtadan ilk çıxan vaxt sarımtıl, sonra isə qırmızımtıl,

yaxud yaşılımtıl-qonur olur. Axırıncı yaşda uzunluğu 16 mm-ə çatır.

Pupu qəhvəyi rəngdədir, möhkəm barama içərisində olur, uzunluğu 11 mm-ə

çatır.

131

Page 132: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Zərərverici qoz ağacının yarpaqlarında, əsasən ştambın ölmüş qabıqları

altında barama içərisində axırıncı yaş tırtıl mərhələsində qışlayır. Erkən yazda

barama içərisində olan tırtıl pup mərhələsinə keçir. Aprel ayının axırları və mayın

əvvəllərində puplardan kəpənəklər uçmağa başlayır. Puplardan uçan kəpənəklər 8-

10 gün çiçəklərin nektar şirəsi ilə qidalanır və bu dövrdə dişi fərdin yumurtalığında

olan yumurtalar yetişir, formalaşır, bundan sonra cütləşmə prosesi gedir. Bundan

sonra dişi fərdlər yumurta qoymağa başlayır. Yumurtalar tək-tək olmaqla cavan

meyvələrin üzərinə qoyulur. Qoyulmuş yumurtalardan 5-6 gün sonra tırtıllar çıxır.

Tırtıllar meyvənin içərisinə girərək qidalanır. Bir tırtıl öz inkişafı dövründə 1-2

ədəd meyvəni zədələyə bilir. Tırtılların inkişafı 28-30 gün ərzində başa çatır.

inkişafını başa vurmuş tırtıllar ipək sap vasitəsilə sallanaraq yerə düşür, sonra

ağaca dırmaşaraq ştambın ölmüş qabığı altında, yarıqlarda puplaşır.

İyul-avqust aylarında puplardan kəpənəklərin kütləvi uçuşu başlayır. İkinci

nəslin dişi fərdləri yumurtalarını yetişmək ərəfəsi olan qoz meyvələrinin üzərinə

qoyulur. Yumurtanın embrional inkişafı 3-4 gündə başa çatır. yumurtadan çıxan

tırtıl yetişməkdə olan qozun daxilinə girib onun ləpəsi ilə qidalanır. Sentyabr

ayının axırlarında bu nəslin tırtılları qışlamaya gedir. Məhsul yığılan dövrdə

sağlam meyvələrlə birlikdə zədələnmiş, yəni içərisində tırtıl olan meyvələrdə

yığılır. Zədələnmiş meyvə içərisində olan tırtıl elə oradaca qışlamaya gedir.

Zərərverici il ərzində 2 nəsil verir.

Mübarizə tədbirləri.

1. Ağacların sakitlik dövründə ştamblar ölmüş qabıqlardan təmizlənməli və

əldə edilmiş kütlə yandırılmalıdır.

2. Yerə tökülmüş, zədələnmiş meyvələr müntəzəm olaraq toplanıb kənara

çıxarılmalıdır.

3. Kimyəvi mübarizə olaraq vegetasiya dövründə fastak – 0,5 l/ha, karate

zeon – 0,5 l/ha və s. preparatlarının birinin emulsiyası ilə çiləmə aparmaq olar.

Qoz fır gənəsi (Eriophyes tristriatus E.). Gənələr dəstəsinin (Acarina) fır

əmələ gətirən gənələr (Eriophyidae) qrupuna mənsubdur.

132

Page 133: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

Qoz fır gənəsinin yetkin fərdləri 220 mikron uzunluqda canlıdır. Ayaqları 2

cütdür (tetrapodili). Bu əlamətinə görə tor gənəsindən fərqlənir.

Sürfələr xarici görünüşünə görə yetkin fərdə oxşayır.

Yumurtası kürəvaridir.

Qoz fır gənəsi çox az öyrənilmiş zərərvericidir. Gənə tərəfindən hüceyrə

şirəsi sorulan yarpaqlarda, yarpağın sorulan yerlərində onun üst səthi qabarır. Alt

tərəfində çökəkcik əmələ gəlir. Həmin çökəkciklərin içərisində keçə kimi tellər

yığımı olur. Gənə həmin tellərin arasında yaşayır. Yarpağın üst tərəfindəki fırlar

tünd-qəhvəyi rəngdə olur.

Qoz fır gənəsi cavan tinglər üçün daha qorxuludur.

Yarpaqların şiddətli surətdə zədələnməsi nəticəsində bitki böyümə və

inkişafdan qalır, zoğlar yetişmir.

Zərərvericisinin həyat tərzi öyrənilməmiş və onun nəslinin miqdarı

aydınlaşdırılmamışdır.

Mübarizə tədbirləri. Kimyəvi mübarizə olaraq raqor – 1,5 l/ha, reqas – 0,8

l/ha, neoran – 2,0 l/ha, pliktran – 1,2 l/ha preparatlarının emulsiyası ilə çiləmə

aparmaq olar.

Fındıq bitkisinin zərərvericiləri.

Fındıq uzunburnu (Curculio nucum L.). Böcəklər (Coleoptera) dəstəsinin

uzunburun böcəklər (Curculionidae) fəsiləsinin nümayəndəsidir. Fındıq

uzunburnunun başı xortum şəklində uzanmışdır. Qara rəngdədir, üzəri sarımtıl

pulcuqlarla örtülmüşdür.

Yumurtası ağ rəngdədir, sonraları qonurlaşır və ellipsvaridir. Pupu ağ

rəngdədir, uzunluğu 9 mm-dir.

Yazda orta temperatur +140S-dən yuxarı qalxdıqda böcəklər qışlama

yerlərindən çıxır və ağacların çətrinə dırmaşır, əvəllər tumurcuqlarla, sonralar isə

yarpaqla və zərif meyvələrlə qidalanır. May ayının axırlarında böcəklər cütləşir,

bundan 6-8 gün sonra yumurta qoymağa başlayır. Yumurta qoyarkən böcəklər zərif

meyvələri xortumu ilə deşir və həmin deşiyə bir yumurta qoyur. Rüşeymin inkişafı

133

Page 134: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

8-10 gündə başa çatır. Yumurtadan çıxan sürfə meyvənin daxili ilə qidalanır.

İnkişafını başa çatdırmış sürfə fındığın qabığını deşib, onun daxilindən çıxıb

torpağa düşür və orada özünə yuva düzəldib pup halına keçir. Pup mərhələsi 2

həftəyə qədər davam edir, sonra böcək çıxır.

Zərərvericinin zərərli fəaliyyəti nəticəsində zədələnmiş meyvələr tökülür,

məhsuldarlıq azalır və əmtəəlik dəyəri pisləşir.

İl ərzində 1 nəsil verir.

Mübarizə tədbirləri.

1. Yerə tökülmüş meyvələr yığılaraq bağdan çıxarılmalı və məhv

edilməlidir.

2. Erkən yazda böcəklər çətirlərə daraşdığı dövrdə səhər tezdən kollar

mələfə üzərinə silkələnməli və tökülən böcəklər yığılıb məhv edilməlidir.

3. Kimyəvi mübarizədə böcəklərə qarşı 85%-li Sevin – 2,0 kq/ha, 35%-li

fozalon – 2,0 l/ha və ya 5%-li karate – 0,4 l/ha preparatları ilə çiləmə aparmaq olar.

Yarpaqyeyən böcək (Altica brevicollis F.). Böcəklər dəstəsinin

(Coleoptera) yarpaqyeyənlər (Chrysomelidae) fəsiləsinə mənsubdur.

Yetkin böcəyin bədəni tünd göydür, uzunluğu 4-5 mm-dir,

Yumurtası girdədir, ağımtıl rəngdədir.

Sürfəsi ağdır və yaxşı inkişaf etmiş 3 cüt döş ayağı vardır.

Zərərverici yetkin halda torpağın üst qatında və bəzən bitki qalıqları altında

qışlayır. Mayın əvvəllərində bitkidə zərif yarpaqlar əmələ gələndə, dişi fərdlər

yarpağın alt səthinə yumurta qoymağa başlayır. Yumurtalar topa şəklində qoyulur

və hər topada 15-20 ədəd yumurta ola bilir. Rüşeymin inkişafı 8-10 gün çəkir.

Sürfələrin kütləvi surətdə çıxmasına may ayının ortalarında təsadüf edilir. sürfənin

inkişafı təxminən 30 günə kimi davam edir. inkişafını başa çatdırmış sürfələr

torpağa düşüb pup halına keçir. İyul ayının əvvəllərində puplardan 2-ci nəslin

böcəkləri çıxır və bir neçə gündən sonra yumurta qoymağa başlayır. Bu dövrdə

yumurtanın rüşeym inkişafı 6-7 gündə başa çatır. Sürfələrin inkişafı isə 15-18

gündə başa çatır. Sonra sürfələr torpağa düşür, puplaşır və bir neçə gündən sonra

134

Page 135: adau.edu.azadau.edu.az/img/page/tmp/uDfCnbMEYK.docx · Web viewBu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının

böcəklər çıxır. Onlar bir müddət yarpaqlarla qidalanır və sonra tökülmüş xəzəllər,

eləcə də torpağın üst qatına keçərək qışlamaya gedir. İl ərzində 2 nəsil verir.

Zərərvericinin zərərli fəaliyyəti nəticəsində yarpaqlarda skeletləşmə əmələ

gəlir. Bəzi hallarda yarpaqlarda yalnız damarlar qalır.

Mübarizə tədbirləri.

1. Payızda tökülmüş xəzəllər toplanıb yandırılmalıdır.

2. Cərgəaraları şumlanmalı, eləcə də ağacların dibi bellənməlidir.

3. Sürfələr kütləvi şəkildə olan dövrdə 35%-li fozalon – 2,0 l/ha, 5%-li

karate – 0,4 l/ha preparatlarının emulsiyası ilə çiləmə aparmaq məsləhətdir.

135