4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi...

24

Transcript of 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi...

Page 1: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

Qlobal iqtisadi böhranvə

dövlət büdcəsi:Azərbaycan reallığı

Dr. İnqilab Əhmədov, Kənan Aslanlı, Şəhriyar Əhmədov

(Bakı 2010)

Milli Büdcə Qrupu İctimai Vəsaitin Monitorinqi Mərkəzi

Page 2: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

Mündəricat

Giriş .....................................................................................................................2

Hökumətin böhran öncəsi iqtisadi platforması ....................................................3

Makroiqtisadi aspekt: ÜDM və büdcə .................................................................4

Büdcənin institusional zəifl iyi ..............................................................................6

Qlobal iqtisadi böhran və 2009-cu ilin dövlət büdcəsi .........................................6

2009-cu il dövlət büdcəsi: proqnoz və icra ..........................................................7

Əsas iri vergi ödəyicilərindən daxilolmalar ..........................................................8

Büdcə gəlirlərində gərginlik: ARDNF transferləri .................................................8

2009-cu ildə büdcəyə ödəmələr problemi və xarici ticarət daralması ................10

2009-cu ilin büdcə xərcləri .................................................................................12

2009-cu ildə investisiya xərcləri və sahibkarlığa dövlət köməyi .........................13

Büdcədən iqtisadi subyektlərə ayırmalar və silinmələr ......................................14

Sosial müdafi ə və sosial təminat xərcləri: gərgin 2009-cu il ..............................14

Böhran dövründə büdcə defi siti .........................................................................17

Yekun .................................................................................................................18

Nəticə və tapıntılar .............................................................................................19

Tövsiyələr ...........................................................................................................20

Əlavə 1. Qlobal böhranın ölkə iqtisadiyyatına təsir kanalları .............................21

Əlavə 2. Büdcə defi siti/profi sitinin son 2 il üçün daha detallı dinamikası və xarici borc ......................................................................................................23

Page 3: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

2

Xülasə Bu tədqiqat yazısında qlobal iqtisadi böhranın Azərbaycan büdcə sisteminə təsirləri,

habelə dövlət büdcəsinin böhran ilində rastlaşdığı çətinliklər və problemlər araşdırılıb. Sənəddə 2009-cu ildə Azərbaycan dövlət büdcəsinin gəlirlərinin formalaşmasında yaranmış çətinliklər və büdcə xərclərinin icrasında mövcud olan gərginliklər əksini tapmaqla yanaşı, bütövlükdə ölkənin büdcə institutunun çatışmazlıqlarına da yer ayrılmışdır. Böhran ilinin dövlət büdcəsi təhlil edilib, əldə olunmuş nəticə və tapıntılara uyğun hökumətə müvafi q tövsiyələr hazırlanmışdır.

GirişQlobal iqtisadi böhran Azərbaycandan da yan keçmədi. Artıq 2008-ci ilin sonundan

başlayaraq ölkə iqtisadiyyatı bir sıra neqativ təsirlərə məruz qaldı. Əsasən xarici amillərin təsiri altında ölkənin sosial-iqtisadi inkişafında getdikcə artan gərginliklər meydana gəldi. Bununla yanaşı, son bir neçə ildə dünya bazarında əlverişli konyunktur nəticəsində yığılan valyuta ehtiyatları dünyada tüğyan edən böhranın neqativ təsirlərini müəyyən dövr üçün nisbətən səngitməyə imkan yaratdı. Ancaq ehtiyatlarla bağlı illüziya o qədər böyük idi ki, böhranın ilk anlarında hökumət dairələrində hətta bəzi arxayınlığa, “böhranın bizə aidiyyəti yoxdur” kimi fi kirlərin tez-tez səslənməsinə gətirib çıxardı. İqtisadiyyatda möcüzə olmur. Azərbaycan iqtisadiyyatının topladığı ehtiyatlar nə qədər çox olsa da, böhranın acı təsirləri ölkə üçün izsiz ötüşmədi. Əksinə, 2009-cu ilin sonuna yaxın bu təsirlərin gözlənildiyindən də çox olduğu aşkarlandı.

Page 4: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

3

Hökumətin böhranöncəsi iqtisadi platformasıƏsasən 2003-cü ildən başlayan yüksək və çox yüksək iqtisadi artım tempinə malik

Azərbaycan iqtisadiyyatı keçid iqtisadiyyatı ölkələri üçün zəruri faktor olan başlanğıc impulsunu, məhz bu dövrdən başlayaraq ildən-ilə artan neft hasilatında və onun dünya bazarında qeyri-adi yüksək qiymətə satışında, beləliklə də ölkəyə neft gəlirlərinin ilbəil artımında aşkarladı. Ayrı-ayrı illərdə ÜDM-in artımının hətta 36%-ə çatdığı iqtisadi məkanda, heç şübhəsiz, iqtisadi modelin müəyyənləşməsində və iqtisadi siyasətin daha effektiv aparılmasında hökuməti ciddi dəyişikliklər etməyə vadar etdi. Bu dövr üçün daxili iqtisadiyyatda elə bir böyük uğura imza atmayan hökumət ölkə xəzinəsinə daxil olan yeni, böyük vəsait hesabına iqtisadi reallığı köklü surətdə dəyişmək qərarına gəldi. Məntiqi olaraq bunun üçün neftin satışından daxilolmalardan aktiv istifadə edərək daxili iqtisadi strukturu həm dəyişmək, həm də onu bütövlükdə yeni keyfi yyət səviyyəsinə qaldırmaq əsas vəzifə kimi durdu. Bu vəzifənin öhdəsindən tez bir zamanda gəlmək üçün hökumət, gözlənildiyi kimi, dövlət büdcəsi və Neft Fondunun büdcələrini ilbəil artıraraq iqtisadi canlanmanı bu yolla əldə etmək qərarına gəldi. Büdcənin imkanlarının artırılması zəruriliyini həm də sovetdən miras qalmış infrastrukturun bərbad vəziyyətdə olması, onun fi ziki və texnoloji aşınması, hökumətin müəyyən etdiyi yeni iqtisadi hədəfl ərə cavab verməməsi tələb edirdi. Beləliklə, dövlət büdcəsinin xərcləri kəskin artırıldı və bu artım tempi bəzi illərdə hətta ÜDM-in tempini də üstələdi.

Qrafi k 1 (ÜDM və büdcə xərclərinin müqayisəli artım tempi (%))

Konturları açıq-aydın sezilən bu iqtisadi modelin əsasını iqtisadçılar hələ məşhur Keynsin qoyduğunu yaxşı bilirlər. Aprobasiyasını ötən əsrin 30-cu illərində ABŞ böyük depressiyasından çıxış zamanı qoyan bu modelin qısa və sadə mənası belədir: hökumət, əsasən, dövlətin iştirakı ilə, başqa sözlə, dövlət büdcəsi xərcləmələrini artırmaqla iqtisadiyyata yeni nəfəs verir, yeni iş yerləri açır və əsasən dövlət infrastrukturunun yenilənməsinə yönələn bu yatırımlar zəncirvari olaraq iqtisadiyyatda məcmu tələbatı artırır və özəl biznesin də qoşulduğu bu iqtisadi inkişaf son anda bütövlükdə ÜDM-in artımına gətirib çıxarır. Lakin əgər klassik Keyns modeli büdcə defi sitinə əsaslanırdısa (klassik kapitalist ölkələrində təbii

-20%

-10%

0%

10%

20%

30%

40%

50%

60%

70%

80%

90%

2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010Büdcə xərclərinin artım tempi (%) ÜDM-in artım tempi (%)

Page 5: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

4

resursların satışından qeyri-adi yüksək daxilolmalar yox idi, əksinə, böhrandan əziyyət çəkən dövlət böyük xarici və daxili borclanmya gedirdi), Azərbaycanda bu modeli heç bir sıxıntısız, hətta böyük büdcə profi siti hesabına həyata keçirmək mümkün idi. Beləliklə, 2003-cü ildən başlayan ilbəil büdcə artımı, doğrudan da, ölkədə gözlənilən iqtisadi canlanmanı yaratdı ki, bu da paralel olaraq əhalinin sosial-iqtisadi rifahının yüksəlməsinə gətirib çıxardı. Bu dövr üçün üzdə olan yoxsulluq həddinin kəskin azalması, iş yerlərinin artması, ailə gəlirliyinin hissediləcək dərəcədə yüksəlməsi idi.

Makroiqtisadi aspekt: ÜDM və büdcəAzərbaycan, ənənəvi olaraq, dövlət büdcəsinin ÜDM-ə nisbətində az paya malik ölkələr

sırasında olmuşdur. Ən yeni tariximizdə 2003-cü ildən başlayan son iqtisadi sıçrayışa qədər büdcə gəlirləri ÜDM-ə nisbətdə, bir qayda olaraq, 20%-i ötmürdü. Bu göstəriciyə görə, ölkə iqtisadi tənzimlənmədə dövlətin iqtisadi funksiyası az olan ölkələr sırasında idi. Hətta əski sovet respublikaları ilə müqayisədə Azərbaycan bu göstəriciyə görə ÜDM-in dövlət büdcəsinə münasibətində ən aşağı səviyyəli iqtisadi sistem nümayiş etdirirdi. Qeyd etmək lazımdır ki, adıçəkilən göstəricinin əsas iqtisadi mənası ölkə iqtisadiyyatında əldə edilən daxili məhsulun hansı hissəsinin dövlət büdcəsi vasitəsilə bölümə və təkrar bölümə məruz qalmasıdır. Başqa sözlə, dövlət büdcəsi gəlir və xərclərinin ÜDM-ə nisbətdə daha çox paya malik ölkələrdə iqtisadi nəticənin daha böyük hissəsi dövlətin köməyi ilə ictimai məhsul kimi onun vətəndaşları arasında bölüşdürülür və ya onların rifah halının yaxşılaşdırılması üçün dövlət tərəfi ndən ümumi işlərə xərclənir. Beləliklə, bu iqtisadiyyatlarda dövlət, adətən, iqtisadi yükün daha çox hissəsini öz üzərinə götürür və hətta biznes subyekti kimi iqtisadi səmərə əldə edir. Eynilə büdcəsinin ÜDM-də nisbətən kiçik payı olan ölkələrdə əksinə, əsas yükü özəl biznes çəkir, dövlət isə ancaq ən vacib sahələrin maliyyələşməsini öz üzərinə götürür. Aydın məsələdir ki, bu halda vergilərin yükü də nisbətən az olur və biznes dövlətin görə biləcəyi çox işi (yüksək gəlirlilik, pullu səhiyyə və təhsil və s.) özü həll edir.

Qrafi k 2 (Büdcə gəlirləri və xərclərinin ÜDM-ə nisbəti (%))

0%

5%

10%

15%

20%

25%

30%

35%

40%

2003 2004 2005 2006 2007 2008 2009 2010

Büdcə xərcləmələrinin ÜDM-də payı (%) Büdcə gəlirlərinin ÜDM-də payı (%)

Page 6: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

5

Əksər halda bu göstəricinin aşağı səviyyəli olduğu ölkələrdə iqtisadi azadlıq səviyyəsi yüksək, dövlət tənzimlənməsi zəif ,vergi yükü isə az olur (məsələn, Honkonq). Azərbaycanda sözügedən göstəricinin aşağı həddə olması heç də burada iqtisadi azadlığın yüksək, dövlət tənzimlənməsinin zəif olmasından irəli gəlmir. Əsas faktor vergi yığımının çox zəif olmasıdır. Vergi dərəcələrinin ölkədə nisbətən məqbul və getdikcə azalmağa meyilli olmasına baxmayaraq, vergidən yayınmalar, bir qayda olaraq, kifayət qədər böyük çəkiyə malikdir. Bunun da əsas səbəbi ölkədə qanunun aliliyinin təmin edilməsinin müşkül olması, institusional problemlər, monopoliyaların mövcudluğu, korrupsiyanın böyük miqyaslılığı və s. neqativ hallardır.

Dövlətin iqtisadiyyatda həm sosial funksiyasının daha effektiv icrası, həm də sovetdən miras qalmış infrastrukturun yenilənməsi üçün külli miqdarda yatırıma ehtiyacı həddən artıq çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı üzündən müqayisəolunmaz dərəcədə köməksiz idi. Son illərin iqtisadi sıçrayışı hər şeyi dəyişdirdi. İlk öncə büdcə imkanlarının artımı və onun ÜDM-in artımı ilə müqayisədə ikincini üstələməsi büdcənin ÜDM-ə nisbətini artırdı. Artıq 2008-ci ilin göstəricilərinə görə, bu nisbət 28 faizi ötməyə başladı. Eyni zamanda, dövlətin iqtisadiyyatda, xüsusuilə investisiya yatırımları zənbilində xüsusi çəkisi kəskin artdı.

Yaranmış yeni vəziyyət ölkənin iqtisadi strukturunu dəyişməkdə dövlətə qeyri-adi imtiyazlar verdi. Bir neçə il ərzində dövlət iqtisadi infrastrukturun modernləşməsində çox böyük işlər gördü. Müşahidələr göstərirdi ki, əsas kapitala yatırımlar o qədər çox idi ki, hətta sonrakı dövr üçün əsas və dövriyyə kapitalının proporsiyalarında ciddi disbalans yarada, bununla gələcəyə köklənən neqativ fəsadları özündə ehtiva edən iqtisadi mənzərə əmələ gətirə biləcəkdi. Bununla yanaşı, iqtisadi canlanmanın hökm sürdüyü bir anda vergiyığma işinin köklü surətdə yaxşılaşdırılması üçün unikal bir şans yaransa da, hökumət bu fürsətdən tam yararlana bilmədi. Əksinə, qeyri-neft sektorunun vergi yığımını artırmaq əvəzinə hökumət Neft Fondundan transferlərin kəskin artımına üstünlük verdi və bununla da iqtisadiyyatı və büdcəni neft “iynəsinə” bir qədər də möhkəm oturtdu. Aqressiv dövlət investisiya modelinə üstünlük verən hökumət özü də hiss etmədən sonrakı dövr üçün ciddi problemlər yaratmağa başladı. Kəskin büdcə artımı sayəsində böyük miqyasda investisiya yatırımlarına qol qoyan hökumət bir vaxt dünya bazarında konyunkturun dəyişəcəyi ehtimalı ilə gələcəkdə ciddi təzyiqlərə məruz qalacağı haqda az düşünürdü.

Beləliklə, 2008-ci ildən başlanan qlobal iqtisadi böhran bir qədər keçmiş ölkənin vergi sisteminin bu yeni çağırışa cavab verə bilmədiyini aşkarladı. Əgər 2005-ci ilin büdcə daxilolmalarında vergilərin xüsusi çəkisi 74% təşkil edirdisə, 2009-cu ilin büdcə daxilolmalarında bu göstərici cəmi 39,8% səviyyəsində olmuşdur. Doğrudur, bu illər ərzində vergi daxilolmalarının mütləq məbləği 1,5 mlrd. manatdan 4,1 mlrd. manata qədər artmışdır ki, bu da 2,7 dəfəlik artım deməkdir. Lakin bunun fonunda ARDNF-in dövlət büdcəsinə transferlərinin həmin dövrdə 32,8 dəfə artımı daha qabarıq görünür. “Azərbaycan dövlət büdcəsi klassik “əlverişli iqtisadi mühit – vergi artımı – büdcə artımı” həlqəsindən tədricən uzaqlaşaraq daha çox varlı ərəb neft ölkələrinə məxsus “qeyri-vergi ayırmaları – büdcə artımı” sxeminə uyğunlaşır”.1 Beləliklə, qısa şəkildə büdcə və iqtisadi vəziyyətin böhranöncəsi durumu aşağıdakı kimi səciyyələnir: qızmış iqtisadiyyat (overheating), qeyri-adi artım tempi; köpük iqtisadiyyatı (bubble) və əyri güzgü effekti; yüksək infl yasiya və sosial narahatlıq; qeyri-ticari sektorun (non tradable sector), xüsusilə tikinti biznesinin inkişafı; yüksək templi büdcə artımı və dövlətin genişmiqyaslı infrastruktur yenidənqurması fəaliyyəti.

1 2010-cu il Dövlət Büdcəsi Layihəsi barədə Milli Büdcə Qrupunun rəyi. 11 noyabr 2009.

Page 7: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

6

Büdcənin institusional zəifl iyiDövlət büdcəsinin böhran ilində zəifl iyinin nümayişi ilk növbədə onun istitusional

imkanlarının arzuolunan səviyyədə olmamasından irəli gəlir. Həm idarəçilik baxımından, həm də cavabdehlik və hesabatlılıq baxımından, habelə şəffafl ıq nöqteyi-nəzərindən ölkə büdcəsi ciddi çatışmazlıqlarla müşahidə olunur. Təsadüfi deyil ki, bu istiqamətlərdə qiymətləndirməni özündə ehtiva edən indekslərdə, xüsusən də Açıq Büdcə İndeksində (ABİ) Azərbaycan aşağı yerlərdə qərarlaşıb. Məsələn ABİ–2008 indeksi üzrə Azərbaycan 85 ölkə arasında 50-ci yeri tutur ki, bu da, ilk növbədə, büdcə informasiyasının əlçatanlığı, onun idarəedilməsi ilə bağlı səlahiyyət bögüsünün zəif olmasından xəbər verir. Dövlət büdcəsinin proqnozlaşdırılması və onun icrası ilə bağlı nəzarət mexanizmi təkmil deyil. Bu sahəyə əsas məsul instansiya – Hesablama Palatası son illər hesabatlarında daha çox makroiqtisadi təhlillərə üstünlük verir. Halbuki məhz son illərdə büdcənin imkanlarının kəskin artımı fonunda korrupsiyanın miqyası daha da artmışdır, ayrı-ayrı hallarda ciddi əyintilər müşahidə edilməkdədir. İri vergi ödəyicilərinin, habelə büdcədən maliyyələşən dövlət təşkilatlarının hesabatlılığında neqativ hallar isə, bir qayda olaraq, bu qurumun hesabatında öz əksini tapmır. Dövlət büdcəsinin proqnozlaşdırılması işi real imkanlara əsaslanmır, vergiyə cəlbetmənin miqyası isə ildən-ilə daralır. Bütövlükdə dövlət büdcəsi ölkənin ali maliyyə sənədi olaraq qanunverici və icraedici hakimiyyət arasında yaranan konsensus sənəd kimi yox, hökumətin iqtisadi siyasətinin davamı kimi ortalığa çıxır. Nəticə etibarilə bu faktor dövlət büdcəsinin məhz böhran ilində sosial reallığı nəzərə alaraq daha etibarlı bir sənəd olması ehtimalını azaldır.

Qlobal iqtisadi böhran və 2009-cu ilin dövlət büdcəsiBeləliklə, 2009-cu il son illərin pozitiv inkişaf mənzərəsi fonunda ilk böyük imtahan ili

kimi yadda qaldı. Hökumət, habelə bütövlükdə cəmiyyət iqtisadi inkişafın davamlılığının nə qədər zəif olduğunu bir daha aşkarladı. 2009-cu il Azərbaycanda həm də dövlət büdcəsi üçün ciddi imtahan ili oldu. 2010-cu il dövlət büdcəsinin gəlirləri cari ilin təsdiqlənmiş büdcə gəlirləri ilə müqayisədə 18,9% və ya 2 340 mln. manat azaldılaraq 10,015 mlrd. manat, xərcləri isə bu ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 8,8% və ya 1 091 mln. man. azaldılaraq 11,264 mlrd. manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 249 mlrd. man. və ya ÜDM-in 4% səviyyəsində müəyyənləşdirilmişdir. “Amma investisiya xərclərinin daxili strukturuna nəzər yetirdikdə bu “sirr” açılır. Məsələ ondadır ki, bu xərclərə ilk dəfə olaraq xarici kreditlər hesabına maliyyələşən investisiyalar da daxil edilib. Belə çıxır ki, əslində, xarici kreditlər hesabına həyata keçiriləcək investisiya layihələrinin maliyyə mənbəyi heç də dövlət büdcəsi gəlirləri yox, xarici kreditlərdir və bu məntiqlə büdcənin real kəsiri ÜDM-in 1,8%-ni ötmür. Belə olan halda yuxarıda adı çəkilən 701 mln. 424 min man. məbləğində xarici mənbələr hesabına maliyyələşən investisiya layihələrinin büdcənin xərc hissəsində əksini tapmasının daha çox hökumətə “manevr” imkanları verməsi ilə izah etmək olar” (MBQ-nin 2010-cu il büdcəsi ilə bağlı rəyi).

Hökumət son illərdə, ilk dəfə olaraq, izafi gəlirlərin necə bölüşdürülməsi problemi ilə yox, yüksək artıma meyilli büdcə xərcləmələrində vəsait çatışmazlığı problemi ilə üzləşdi. MBQ-nin dəfələrlə qeyd etdiyi kimi, qeyri-adi yüksək templə artırılan büdcə xərcləmələrinin, konyunktur dəyişildikdə, təxminən həmin templə də aşağı düşməsi makroiqtisadi tarazlığın pozulmasına, dayanıqlı iqtisadi inkişaf meyillərinin heçə enməsinə gətirib çıxarır”.2

2 2010-cu il Dövlət Büdcəsi Layihəsi barədə Milli Büdcə Qrupunun rəyi. 11 noyabr 2009.

Page 8: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

7

2009-cu il dövlət büdcəsi: proqnoz və icra2009-cu ilin dövlət büdcəsi qanununun qəbulu çox ziddiyyətli bir şəraitdə baş verdi.

Dünyada qlobal böhranın təsirləri artıq açıq-aydın müşahidə edilir, bunun qarşılığında xam neftin dünya bazarında qiyməti kəskin aşağı düşürdü. Bu dövr ərzində, əgər əksər neft ölkələri hökumətləri ciddi və təxirəsalmaz tədbirlər görərək büdcədə neftin qiymətinin daha aşağı həddə hesablanması, habelə iqtisadi strukturda diversifi kasiya yönümlü dəyişikliklər edilməsi haqqında düşünürdülərsə, Azərbaycanda böyük bir arxayınlıq əhvali-ruhiyyəsi hökm sürürdü. Hökumət ARDNF-in transferlərinə arxayın olub növbəti il üçün neftin qiymətini büdcədə 70 dollardan hesabladı. Bu rəqəm büdcəsi əsasən neftdən asılı olan ölkələr arasında ən yüksək idi. Hökumətin bu cür yanaşması, bir növ, simptomatik idi. Əsasən inzibati amirlik metodlarına əsaslanan ölkə iqtisadiyyatı sanki dünya bazarında nə baş verdiyinin fərqinə varmır, onsuz da Neft Fondu hesabına büdcəni tam icra edəcəyinə əmin olduğunu nümayiş etdirirdi. O dövrdə MBQ öz rəyində qeyd edirdi: “Qrup ekspertlərinin yekdil rəyi budur ki, xam neftin hər bareli üçün qiymətin hətta 40 dollara düşəcəyi halda belə dövlət büdcəsinin icrasında problem gözlənilmir. Nəzərə almaq lazımdır ki, dövlət büdcəsində neft gəlirlərinin dörddə üçü ARDNF-in transferlərindən ibarətdir. 2009-cu il üzrə icmal büdcənin gəlirləri proqnozlaşdırılan zaman neftin hökumət tərəfi ndən hesablama bazası kimi istifadə etdiyi qiymət həddi (səlahiyyətli dövlət qurumları təmsilçilərinin çıxışlarında büdcə hesablamalarında xam neftin hər bareli üçün 70 dollar götürüldüyü qeyd olunsa da, 2009-cu ilin büdcə sənədlərində həmin göstərici 80 dollar göstərilib) özünü doğruldarsa, ARDNF-in gəlirləri 14 567 mln. manat təşkil edəcək. Bu halda gələn il üçün fonddan proqnozlaşdırılan büdcə ayırmaları ARDNF-in gəlirlərinin cəmi 34 faizini təşkil edəcək. Yuxarıda qeyd olunduğu kimi, ən pis qiymət ssenarisinin (məsələn, hər barel üçün 40 ABŞ dolları) olacağı halda ARDNF-in proqnozlaşdırılan gəlirlərinin 2 dəfədən çox azalması mümkünsüzdür. Göründüyü kimi, hətta bu cür kəskin azalma şəraitində belə ARDNF nəinki dövlət büdcəsi üzrə öhdəliklərini, habelə fondun öz xərc öhdəliklərini də icra etmək imkanında olacaq. Lakin bu halda ARDNF-in ümumi gəlirlərinin 60 faizə qədəri dövlət büdcəsinə transfer edilə bilər. Nəticədə neftin qiymətinin enməsindən itkilər dövlət büdcəsində deyil, icmal büdcədə hiss olunacaq”.3 Reallıqda isə 2009-cu ilin nəticələri vəziyyətin gözlənildiyindən də gərgin olduğunu göstərdi. Belə ki, 2009-cu ildə dövlət büdcəsinin mədaxil proqnozu 12 177,0 mln. manata qarşı 10 325,9 mln. manat və ya 84,8 faiz icra olunmuşdur ki, bu da 2008-ci illə müqayisədə 436,8 mln. manat və ya 4,1 faiz azdır.

Büdcə daxilolmalarının 39,8 faizi və ya 4 113,5 mln. manatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi, 10,8 faizi və 1 112,7 mln. manatı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfi ndən təmin edilmiş, 47,6 faizi və ya 4 915,0 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Fondundan, 1,8 faizi və ya 1 84,7 mln. manatı sair mənbələrdən daxil olmuşdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi mədaxil proqnozunu 71,5 faiz icra etməklə dövlət büdcəsinə 4 113,5 mln. manat vəsait təmin etmişdir ki, bu da proqnoza nisbətən 1 636,5 mln. manat, 2008-ci illə müqayisədə isə 1 581,9 mln. manat və ya 27,8 faiz azdır. Azalmanın əsas səbəbi kimi neftin qiymətindəki nəzərəçarpacaq enməni göstərmək olar. Belə ki, 2009-cu ildə neft ixracı 23,4% artsa da, orta qiymət 2008-ci ildə bir barel üçün 96,5-dən 61 dollara endi.

2009-cu ildə dövlət büdcəsinə vergi orqanları vasitəsilə toplanmış vəsaitin 30,9 faizi və ya 1 272,6 mln. manatı Dövlət Neft Şirkətinin, 12,5 faizi və ya 513,2 mln. manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisinin payına düşür. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfi ndən 2009-cu ildə toplanmış ümumi vəsaitlərin 56,6 faizini və ya 2327,7 mln. manatını qeyri-neft gəlirləri təşkil edir ki, bu da proqnoza nisbətən 742,3 mln. manat və ya 24,2 faiz az, 2008-ci ilin müvafi q dövrü ilə müqayisədə isə 70,0 mln. manat və ya 3,1 faiz çoxdur. Mənbə: www.maliyye.gov.az

3 MBQ-ni 2009-cu ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəyi. 26 noyabr 2008.

Page 9: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

8

Əsas iri vergi ödəyicilərindən daxilolmalar2009-cu ildə ARDNŞ dövlət büdcəsinə 1,47 milyard manat vergi ödəmişdir. Bu, ötən

ilin göstəricisindən 117,1 milyon manat çoxdur. Nəzərə almaq lazımdır ki, artımda az da olsa “Azəriqaz”ın ARDNŞ-nin balansına daxil olmasının payı var. Qeyd edək ki, 2008-ci ildə “Azəriqaz” 40 milyon manat vergi ödəmişdir. Eyni zamanda, şirkət il ərzində Dövlət Sosial Müdafi ə Fonduna 115,16 milyon manat köçürmüşdür ki, bu da 2008-ci ilin göstəricisindən 7 milyon manat çox olmuşdur. Dövlət büdcəsinin gəlirlərində isə şirkətin payı 14,3% təşkil etmişdir. Gördüyümüz kimi, 2009-cu ildə o qədər də əlverişli olmayan konyunktur ARNDŞ-nin büdcəyə ödəmələrini azaltmadı. Bu həm də onu göstərir ki, ARDNŞ-nin büdcə ödəmələri onun iqtisadi imkanlarından yox, hökumətin çətin anlarda sınanılmış inzibati üsullarını işə salmağından keçir. Digər iri vergi ödəyicilərindən “Azərenerji” ASC 2009-cu ildə dövlət büdcəsinə cəmi 130 milyon manat köçürmüşdür. Bununla yanaşı, aşağıdakı cədvəldən göründüyü kimi, Xəzər Dəniz Gəmiçiliyi və “Azərbaycan Dəmir Yolları” QSC kimi iri vergi ödəyicilərinin birlikdə ödəmələri heç büdcə gəlirlərinin 0,5%-ni təşkil etmir. Ümumiyyətlə, diqqətçəkən məqam ondadır ki, ARDNŞ-dən başqa digər əsas iri dövlət müəssisələrinin büdcə ödəmələrində payı müqayisəolunmaz dərəcədə aşağıdır. Müqayisə üçün qeyd edək ki, “Azercell” MMC-nin 2009-cu ildə dövlət büdcəsinə ödəmələri 150 milyon manat təşkil etmişdir (Mənbə: “Trend” 6 yanvar, 2010-cu il).

Maraqlıdır ki, digər tanınmış iri vergi ödəyicilərinin, məsələn, Xəzər Dəniz Gəmiçiliyinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin büdcəyə ödəmələri ümumiyyətlə, belə deyək ki, simvolik xarakter daşıyır. Aşağıdakı cədvəl bunu aydın nümayiş etdirir.

Cədvəl 1 (Xəzər Dəniz Gəmiçiliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin dövlət büdcəsinə ödəmələri)

2005 2006 2007 2008

ADDY Kaspar ADDY Kaspar ADDY Kaspar ADDY Kaspar

Büdcəyə ödəmələr

(mln. AZN)17, 9 1, 76 21, 5 1, 5 24, 9 2, 4 33.5 2.3

Ümumi vergi daxilol ma la rında

payı1,3 0,1 0,8 0,1 0,5 0,05 0,3 0,02

Mənbə:www.maliyye.gov.az

Büdcə gəlirlərində gərginlik: ARDNF transferləri2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri 8 176,7 milyon

manat, xərcləri isə 5 294,5 milyon manat təşkil edib. Fondun büdcəsinin mədaxil hissəsi 97,8, məxaric hissəsi isə 99,5 faiz yerinə yetirilib. Fonda daxil olan vəsaitin böyük hissəsi (93,4%) mənfəətli neft və qaz satışından yaranıb.

Son illərin artıq formalaşmış iqtisadi-büdcə modelini ARDNF – dövlət büdcəsi əlaqəsiz qiymətləndirmək çətindir. 2003-cü ildən başlayan Neft Fondundan büdcəyə transferlər bu əlaqənin başlanğıcını qoydu. İldən-ilə artan bu transferlərin həcmi və hazırda büdcədə, demək olar ki, 50% paya malik olması bu əlaqəni əhəmiyyətli dərəcədə artırır. Bu da özlüyündə, təbii olaraq, bir sıra narahatlıqlar doğurur. Belə ki, artım büdcənin Neft Fondundan asılılığını gücləndirir, vergiyığma motivasiyasını zəifl ədir. Böhran ilində transferlərin büdcə gəlirlərində payı 40%-i keçdi (4 915 mln. manat). Gəlirləri azalan növbəti ilin büdcəsində artıq transferlər büdcə gəlirlərinin yarısını formalaşdıracaq. Transferlərin həcminin artması diqqəti ARDNF-ə yönəldir və fond-büdcə münasibətləri üçün ciddi əsaslara söykənən maliyyə siyasəti direktivinin

Page 10: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

9

(fi scal policy guideline) qəbul edilməsi zərurətini yaradır. Hazırda hesablamalar nəticəsində aydın olur ki, Azərbaycan üçün limitləşdirmədə münasib rəqəm ARDNF aktivlərinin 30%-idir.

Qrafi k 3 (ARDNF-dən transferlərin büdcə gəlirlərində payı)

Qeyd: 2009 və 2010-cu illərin göstəriciləri təsdiqlənmiş büdcə rəqəmləridir.

ARDNF-in 2010-cu il üçün büdcə gəlirləri 5 963 126,7 min manat, xərcləri 5 428 431,2 min manat məbləğində təsdiqlənib. Göründüyü kimi, cari ildə fond fəaliyyət tarixində ilk dəfə olaraq gəlirlərinin, demək olar ki, hamısını (91%) xərcləmək niyyətindədir. Qeyd edək ki, bu məbləğin əsas hissəsini (90,5%) dövlət büdcəsinə transferlər təşkil edir. Neft amilindən asılılığın ildən-ilə artması narahatlığı artıq 2010-cu ildə özünü çox bariz şəkildə göstərir. Beləliklə, açıq-aydın görünür ki, Neft Fondu büdcəsinin artıq ölkə büdcəsinin əsas donoru kimi çıxış etməsi artan xətlə davam edir və iqtisadiyyatın davamlı inkişaf perspektivləri üçün təhlükə yarada bilən həddə çatmaqdadır. Dövlər büdcəsi və fond arasındakı münasibətlərin illər üzrə dinamikasını nəzərdən keçirəndə bu mənzərə çox aydın görünür. Belə ki, əgər 2003-cü ildə fonddan dövlət büdcəsinə transferlərin həcmi 100 milyon manat idisə, 2004-cü ildə bu rəqəm 130 milyon, 2005-ci ildə 150 milyon, 2006-cı ildə 585 milyon, 2007-ci ildə 585 milyon, 2008-ci ildə 1,1 milyon, 2009-cu ildə 4,9 milyard və nəhayət, 2010-cu ildə 4,915 milyon manat təşkil edir. Lakin narahatlıq doğuran məqam yalnız transferlərin həcminin artımı deyil, hökumətin fondun büdcəsinin 2010-cu ildə əsas hissəsinin xərclənməsi qərarıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin məlum 27 sentyabr 2004-cü il tarixli “Neft-qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli Strategiya”nın təsdiqlənməsi fərmanında xüsusilə qeyd edilmişdi ki, neft-qaz gəlirlərindən daxilolmaların pik dövründə vəsaitin 25%-dən az olmayan hissəsi gələcək nəsillər üçün akkumulyasiya edilməlidir.

Əlbəttə, adıçəkilən strategiyada dəqiq normalaşdırma mexanizmlərinin olmaması 2010-cu ildə Neft Fondunun vəsait idarəetməsinin Prezident fərmanına nə dərəcədə uyğun olmasına hüquqi qiymət vermək işini çətinləşdirir. Məhz bu fakt ARDNF haqqında təkmil bir qanunun qəbulunu zəruri edir. Belə bir qanun həm də limitləmə mexanizminin olmaması problemini aradan qaldırar. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən MSŞA QHT Koalisiyası bu istiqamətdə ardıcıl iş görmüş, “Neft Fondu haqqında” qanun layihəsini hazırlamışdır.

8.60% 7.20%

15.10%

9.70%

35.30%40.40%

49%

0.00%

10.00%

20.00%

30.00%

40.00%

50.00%

60.00%

2004 2005 2006 2007 2008 2009 2010

Page 11: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

10

Lakin bütün bunlara baxmayaraq, fondun xüsusən də böhran dövründə əldə etdiyi vəsaitin böyük hissəsinin xərclənməsi qərarı əlverişsiz iqtisadi vəziyyətdə ölkə xəzinəsində vəsait çatışmazlığını nisbətən daha rahat yolla həll etməyə meyillərin olması siyasətinə dəlalət edir.

ARDNF-in gəlirliyi ilə büdcəyə transferlərin dinamikasına nəzər saldıqda maraqlı nəticələr meydana çıxır. Doğrudur, 2007-ci ildə bu, müşahidə olunmasa da, 2008-2009-cu illərdə gəlirliyin azalması fonunda büdcəyə transferlərin artması narahatlıq doğuran fi skal gərginlik problemidir. Gəlirliyin 2007-ci illə müqayisədə 2008-2009-cu illərdə azalmasına baxmayaraq, transferlərin 549% artması dediklərimizə bir sübutdur. Xüsusilə böhran ilində ARDNF-dən daxilolmaların büdcə gəlirlərində payının artması onu nümayiş etdirdi ki, qlobal səviyyədə yaşanan böhran Azərbaycana təsirsiz ötüşmədi və hökumət gəlir mənbəyi kimi Neft Fondunda toplanan vəsaitə ümid bağlamağa məcbur oldu. Böhran ilinin təsirlərinin hiss edildiyi 2010-cu il dövlət büdcəsi və Neft Fondunun büdcəsində də narahatlıq doğuran tendensiyanın davam etdiyinin şahidi oluruq. Bu dəfə fond artıq büdcə gəlirlərinin 50%-ni təmin edəcək. Bununla yanaşı, Neft Fondunun özündə gəlirlilik istiqamətində artım gözlənilmir.

2009-cu ildə büdcəyə ödəmələr problemi və xarici ticarət daralması Ümumilikdə, 2009-cu ilin yekunlarına görə, ölkənin əmtəə dövriyyəsinin ümumi

həcmi 20,81 milyard dollar təşkil edib ki, bu da 2008-ci ilin müvafi q göstəricisindən (54.91 milyard dollar) 2,64 dəfə azdır. Xarici ticarət dövriyyəsində 8,57 milyard dollar həcmində müsbət saldo yaranıb. Həmin dövr ərzində ixrac-idxal əməliyyatlarında 4,08 min hüquqi və 5,17 min fi ziki şəxs fəaliyyət göstərib. Ölkənin ixrac əməliyyatları 2008-ci ilə nisbətən 69,22 faiz və ya 33,05 milyard dollar azalaraq 14,69 milyard dollar təşkil edib. 2009-cu ildə idxal 14, 64 faiz, yaxud 1,4 milyard dollar azalaraq 6,11 milyard dollara çatıb. 2009-cu il Azərbaycan Dövlət Gömrük Komitəsi üçün də çətin olub. Nəzərə alsaq ki, 2009-cu ildə ixracda neftin payı 92% təşkil etməklə ölkə neftinin orta satış qiyməti ötən illə müqayisədə 35,5 dollar/barel aşağı düşüb, azalma, müəyyən mənada, təbii xarakter daşıyır. 1996-cı ildən bəri ilk dəfə olaraq dövlət büdcəsinə ödəmələr üzrə proqnozlar yerinə yetirilməyib. Gömrük vergi və rüsumlarının yığımı üzrə proqnoz 2009-cu ildə 86 faiz yerinə yetirilib. Buna əsas səbəb ötən ildə xarici ticarətin daralması və xüsusən də idxalın 1,4 milyard manat azalması olub. Buna baxmayaraq, 2008-ci illə müqayisədə gömrük orqanlarının büdcə ödəmələri iki milyondan çox artaraq 1,112 milyard manata çatıb. Rəsmi mövqeyə əsasən, gömrük vəsaitlərində dəyişikliklərin olmaması şərti ilə gəlirlərin artması, əsasən, qaçaqmalçılıqla mübarizəyə dair görülən tədbirlər, həmçinin gömrük rəsmiləşdirməsinin düzgün aparılması ilə əlaqədardır.

Vergi ödəmələri ilə bağlı böhran ilində ziddiyyətli səhnə mövcud olmuşdur. Dünya bazarında neftin ucuz satılması nəticəsində 2009-cu ildə büdcəyə daxilolmalar 1 milyard 600 manat azalıb ki, bu da, əsasən, neft şirkətlərinin mənfəət nefti ödənişləri hesabına olub.

2009-cu ildə ABƏŞ tərəfi ndən ödənilən mənfəət vergisinin həcmində kəskin azalma müşahidə edilmişdir. Belə ki, hesabat ilində ABƏŞ dövlət büdcəsinə 513,2 milyon manat həcmində mənfəət vergisi ödəmişdir. Bu, ümumi vergi yığımlarının 12,5%, büdcə gəlirlərinin isə 5%-ni təşkil etmişdir. 2008-ci illə müqayisədə ABƏŞ-in büdcəyə ödəmələri 76,1% və ya 1636,2 milyon manat azalmışdır. Ancaq ədalət naminə qeyd edilməlidir ki, bu xətt üzrə azalmada həm də hasilatın pay bölgüsü sazişləri üzrə xarici neft şirkətlərinin hökumətə nisbətdə mənfəət nefti proporsiyasının azalması da əsas rol oynamışdır.

Ölkə sahibkarları böhran dövründə satış bazarlarının itirilməsi, satış dövriyyəsinin azalması, likvid vəsait qıtlığı, yeni kreditlərə çıxışın çətinləşməsi kimi real problemlərlə üzləşdilər. Oxşar problemin ilkin əlamətləri 2008-ci ilin sonu və 2009-cu ildə də özünü göstərdi və vergi orqanları qarşılarına qoyulan mədaxil proqnozunu yerinə yetirmək üçün bir sıra sahibkarlardan vergi avansı (fəaliyyət sahəsindən və dövriyyədən asılı olaraq 3000-

Page 12: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

11

12000 manat məbləğində) tələb etdilər. Yığılan vəsaitin büdcəyə mədaxilinin hansı formada sənədləşdirilməsi də öz-özlüyündə maraq doğurur. 2008-ci ildə isə xüsusən fi ziki şəxslərin gəlir vergisinin yığımı proqnozlaşdırılan məbləğdən aşağı səviyyədə olmuşdur (Cədvəl 2).

Cədvəl 2 (Büdcəyə vergi ödənişləri, 2008-ci il (min AZN))

Vergi və tədiyələrin növləri 2008, yanvar-dekabr

Proqnoz Daxilolma Faiz Fərq

Əlavə dəyər vergisi 1 142 144,0 1 169 893,6 102,4 27 749,6

Aksiz 365 031,0 395 810,5 108,4 30 779,5

Mənfəət vergisi 2 450 528,5 2 863 950,2 116,9 413 421,7

Mədən vergisi 137 031,0 147 749,5 107,8 10 718,5

Torpaq vergisi 30 150,0 30 789,7 102,1 639,7

Əmlak vergisi 110 192,0 113 225,5 102,8 3 033,5

Fiziki şəxslərin gəlir vergisi 799 044,0 637 800,2 79,8 -161 243,8

Dövlət rüsumu 52 800,0 59 870,7 113,4 7 070,7

Yol vergisi 26 287,0 27 365,6 104,1 1 078,6

Sadələşdirilmiş vergi 63 623,5 65 654,5 103,2 2 031,0

Sair daxilolmalar 222 169,0 234 455,8 105,5 12 286,8

o cümlədən:- qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən büdcəyə ödənişlər;

198 990,5 198 990,5

- dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı

4 000,0 1 724,9 43,1 -2 275,1

C Ə M İ 5 399 000,0 5 746 565,8 106,4 347 565,8

Mənbə: Vergilər Nazirliyi

Qlobal böhranla əlaqədar xüsusən xarici şirkətlərdə ixtisarların başlaması ilə bağlı müxtəlif məlumatlar yayıldı. Eyni zamanda, işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi faktları da həm özəl sektorda, həm də dövlət təşkilatlarında mövcuddur. Əsasən boru-prokat zavodu, “Baku Steel Company” və digər kompaniyalarda belə hallar qeydə alınıb. Belə ki, böhran, yəni, nəzərdə tutulmuş layihələrin, yaxud həyata keçirilən investisiya layihələrinin təxirə salınmasına gətirib çıxarır. Bu halda iş yerlərinin itirilməsi təhlükəsi yaranır. Bundan başqa, Azərbaycanda ixracyönümlü müəssisələrdə satış bazarının məhdudlaşdırılması ilə əlaqədar müəyyən çətinliklər yaranıb. Məhdudlaşdırıcı tədbirlər nəticəsində müəssisələr xərclərini minimuma endirməyə çalışırlar.

Page 13: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

12

2009-cu ilin büdcə xərcləri Böhran ilində, gözlənildiyi kimi, büdcə xərclərinin icrasında ciddi dəyişiklikıər baş verdi.

Əsasən azalma ilə müşayiət olunan əksər xərc maddələri, daha çox sosial müdafi ə və təminat xərclərindən yan keçməklə, investisiya istiqamətində qeydə alındı.

Cədvəl 3 (2008-2009-cu illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi xərclərinin icrasına (operativ) dair məlumat)

Xərc bölmələri 2008-ci il icra

2009-cu il 2008-ci illə müqayisə

proqnoz icra fərq faiz fərq faiz

XƏRCLƏRİN CƏMİ 10 774,2 12 355,0 10 567,0 -1 788,0 85,5 -207,2 98,1

o cümlədən:

1 Ümumi dövlət xidmətləri 660,6 844,6 757,8 -86,8 89,7 97,2 114,7

2 Müdafi ə 1 321,2 1 205,5 1 183,9 -21,6 98,2 -137,3 89,6

3Məhkəmə hakimiyyəti, hüquq-mühafi zə və prokurorluq

533,9 680,3 648,9 -31,4 95,4 115,0 121,5

4 Təhsil 979,7 1 353,0 1 147,9 -205,1 84,8 168,2 117,2

5 Səhiyyə 346,2 509,6 402,4 -107,2 79,0 56,2 116,2

6 Sosial müdafi ə və sosial təminat 846,5 1 134,4 1 054,4 -80,0 92,9 207,9 124,6

7

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət

140,2 173,7 158,3 -15,4 91,1 18,1 112,9

8 Mənzil və kommunal təsərrüfatı 155,7 210,9 194,5 -16,4 92,2 38,8 124,9

9

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafi zəsi

281,9 408,8 390,4 -18,4 95,5 108,5 138,5

10 Sənaye, tikinti və faydalı qazıntılar 4 292,0 4 733,6 3 567,3 -1 166,3 75,4 -724,7 83,1

11 Nəqliyyat və rabitə 84,7 79,1 75,3 -3,8 95,2 -9,4 88,9

12 İqtisadi fəaliyyət 144,2 156,0 146,3 -9,7 93,8 2,1 101,5

13 Əsas bölmələrə aid edilməyən xidmətlər 987,4 865,5 839,6 -25,9 97,0 -147,8 85,0

Cədvəldən göründüyü kimi, 2009-cu ildə dövlət büdcəsi xərcləri 12 355,0 mln. manat proqnoza qarşı 10 567,0 mln. manat və ya 85,5 faiz icra edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 207,2 mln. manat və ya 1,9 faiz azdır.

Page 14: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

13

2009-cu ildə investisiya xərcləri və sahibkarlığa dövlət köməyi2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı Maliyyə Nazirliyinin məlumatına əsasən,

ümumi investisiya xərcləri 3 567,3 mln. manat olmuşdur ki, bu da proqnoza nisbətən 75,4% icra deməkdir. 2008-ci illə müqayisədə azalma 724,7 milyon manat və ya 16,9% olmuşdur. Göründüyü kimi, vəsait çatışmazlığı üzündən ən çox ixtisara məruz qalan istiqamət investisiya xərcləri olmuşdur.

2009-cu ildə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən təhsil və səhiyyə obyektlərinin tikintisi və yenidənqurulmasına 140 milyon manat vəsait yönəldilmişdir. Yeni məktəblərin tikintisi, məktəblərin əsaslı təmiri və yenidənqurulması, uşaq bağçalarının əsaslı təmiri, dövlət ali təhsil müəssisələrinin əsaslı təmiri və yenidənqurulması məhz bu vəsait hesabına həyata keçirilmişdir. 2009-cu ildə dövlət büdcəsi xərclərində aqrar və ətraf mühitin mühafi zəsi xərcləri 2008-ci ilə nisbətən 38,5, mənzil və kommunal təsərrüfatı xərcləri 24,9, ümumi dövlət xidmətləri xərcləri 14,7, məhkəmə hakimiyyəti, hüquq-mühafi zə və prokurorluq orqanlarının saxlanılması xərcləri 21,5 faiz çox olmuşdur.

Qrafi k 3 (2009-cu ildə büdcə xərcləmələri)

2009-cu ildə dövlət büdcəsindən Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına 70 milyon manat vəsait yönəldilmişdir. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2 100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kredit verilmişdir ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir ki, bunun da 99,2 faizi regionların payına düşür. Büdcə xərcləri strukturunun, normativ-hüquqi aktların, digər təyinatlı zəruri xərclərin strukturunun və onların icra mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. 2009-cu ildə yerli gəlirlər üzrə proqnozun icrasında yaranmış gərginliklə bağlı gəlir və xərclər arasında

Nəqliyyat və Rabitə

1%

İqtisadi fəaliyyət1%Əsas bölmələrə

aid edilməyən xidmətlər

6%

Ümumi dövlət xidmətləri

8%

Müdafiə10%

Məhkəmə hakimiyyəti,

hüquq-mühafizə və prokurorluq

6%

Təhsil11%

Səhiyyə4%

Sosial müdafiə və sosial təminat

9%

Mədəniyyət, incəsənət və s.

1%

Mənzil və kommunal təsərrüfatı

2%Kənd təsərrüfatı, meşəçilik və s.

3%

Sənaye, tikinti və faydalı qazıntılar

38%

0

Page 15: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

14

tarazlığın təmin edilməsi üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən rayon və şəhərlərə nəzərdə tutulan vəsaitin (dotasiyanın) artırılması istiqamətində addımlar da atılıb.

Büdcədən iqtisadi subyektlərə ayırmalar və silinmələrBöhran ilində vəsait qıtlığına baxmayaraq, hökumət büdcədən subsidiya, nizamnamə

kapitalının artırılması və digər məqsədlərlə iqtisadiyyata kifayət qəər böyük məbləğdə vəsait ayırmışdır. Məlumdur ki, dövlət büdcəsindən 2008-ci ilə kimi enerji sektoruna verilən subsidiyalar əhəmiyyətli rol oynayırdı. 2008-ci ildən enerji sektoruna subsidiya ənənəsinə son qoyuldu. Əvəzində 2008-ci ildən başlayaraq ARDNŞ-nin nizamnamə kapitalının artırılması üçün büdcədən əhəmiyyətli vəsaitlər ayrılır. ARDNŞ-nin son illər aktivliyinin artması fonunda şirkətin nizamnamə kapitalının artırılması zəruriyyəti prinsip etibarilə təbii görünə bilər. Ancaq məhz böhran ilində bu alətə əl atılması həm də şirkətin maliyyə vəziyyətinin nisbətən yaxşılaşdırılmasına xidmət edir. Hələ 2008-ci ildə şirkətin nizamnamə kapitalının artırılması üçün büdcədən 400 milyon,4 növbəti – böhran ilində isə 200 milyon manat 5 vəsait ayrılmışdır. İlin sonuna büdcə ilə bağlı hökumətin digər addımı əhalinin “Azəriqaz”a borcunun ləğv edilməsinə görə ARDNŞ-yə 367 milyon manat təzminat ödəməsi oldu. Bu addımın, öz-özlüyündə, iqtisadi və sosial ədalət baxımından, habelə kommunal xərclərin ödənilməsində ciddi intizam və hesabatlılığın əsasını qoymaq baxımından nə dərəcədə düzgün olması ciddi sual doğurur. Eyni zamanda, böhran ilində büdcənin 3,4%-i səviyyəsində vəsaitin bu istiqamətdə sərf edilməsi hökumətin effektiv və rasional büdcə siyasəti apardığını şübhə altına qoyur.

ARDNŞ-yə 2009-cu ildə Mərkəzi Bank tərəfi ndən verilən 750 milyon manatlıq krediti nəzərə almasaq, təkcə büdcədən şirkətə 567 milyon manat ayrılmışdır. Bu, 2009-cu ildə ARDNŞ-nin büdcəyə ödəmələrinin 38,5%-nə bərabərdir. Belə demək mümkünsə, ARNDŞ 2009-cu ildə büdcəyə ödədiklərinin 38,5%-ni geri almışdır. Bütün bunlar deməyə əsas verir ki, böhran ilində hökumət “dövlət büdcəsi–ARDNŞ” qarşılıqlı əlaqəsini daha sıx qurmuş, ilin əvvəlində “Büdcə sistemi haqqında” qanuna əlavə və dəyişikliklərdən bəhrələnərək operativ manevr imkanlarını təsirli dərəcədə artırmışdır.

Sosial müdafi ə və sosial təminat xərcləri: gərgin 2009-cu il2003-2010-cu illərdə sosial müdafi ə və sosial təminat funksional bölməsi üzrə büdcə

xərclərinin məbləği 979,2 milyon manat və ya 5 dəfə artıb. 2003-2010-cu illərdə sosial müdafi ə xərclərinin orta illik artım sürəti 15 faiz təşkil edib və büdcənin digər xərc istiqamətləri ilə müqayisədə bu, ən aşağı artım tempi olub. Yalnız 2007-ci ildə sosial müdafi ə xərclərinin artımı son 5 ildə ən yüksək həddə çatıb və 79,5 faiz təşkil edib.

Maraqlıdır ki, hətta 2009-cu ildə də sosial xərclər azalmayıb. Belə ki, bu dövrdə sosialyönümlü tədbirlərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 26,2 faizi və ya 2 763,0 mln. manatı yönəldilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450,4 mln. manat və ya 19,5 faiz çoxdur.

Ümumilikdə 2010-cu ildə büdcədən sosial müdafi ə və sosial təminata 1 192.3 milyon manat xərclənməsi nəzərdə tutulur. 2003-2008-ci illər üzrə isə büdcə xərclərinin ümumi artımının cəmi 9 faizi sosial müdafi ə və təminat xərclərinin artımı hesabına təmin olunub. Bu müddətdə sözügedən xərclərin büdcədə payı 16,8 faizdən 9,7 faizə enmişdir. Öz növbəsində, 2003-2008-ci illərdə sosial müdafi ə və təminat xərclərinin ÜDM-də xüsusi çəkisi 3 faizdən 2,2 faizə enib. 2009 və 2010-cu illərdə isə, müvafi q olaraq, 3 və 3,7 faizə yüksəlib. Sosial müdafi ə xərclərinin artımının mühüm hissəsi pensiya xərclərinin, qaçqın və məcburi köçkünlərin sosial müdafi əsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi xərclərinin, yerdə qalan hissəsi isə əhalinin aztəminatlı təbəqələrinə verilən müxtəlif müavinət (məsələn, kommunal 4 2008-ci ilin dövlət büdcəsinə dair hökumətin hesabatı, səh.13 -14.5 Nazirlər Kabinetinin 2009-cu il 2 fevral tarixli 22s nömrəli sərəncamına əlavə.

Page 16: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

15

güzəştlərlə əlaqədar verilən müavinətlər, ünvanlı sosial yardımlar, uşaq doğularkən verilən birdəfəlik müavinətlər və s.) xərclərinin artımı ilə bağlı olub.

Qrafi k 4 (Sosial müdafi ə və sosial təminat xərcləri)

Yoxsulluq həddinin ölkədə hələ də qənaətbəxş səviyyədə olmaması bir reallıqdır. Baxmayaraq ki, rəsmi məlumatlara əsasən, 2008-ci ilin yekunları ilə müqayisədə 2009-cu il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Əhalinin gəlirləri ildən-ilə artsa da, qiymət artımı da permanent xarakter kəsb edir. Son nəticədə əhalinin real gəlirlərində və sosial rifah səviyyəsində gözlənilən dəyişikliklər baş vermir. Azərbaycanda qaçqın və məcburi köçkünlərin əhalinin ümumi sayındakı xüsusi çəkisi (12%) də nəzərə alınmalıdır. Büdcənin sosialyönümlülük səviyyəsi çox fl uktualdır. Azərbaycanın dövlət büdcəsində sosialyönümlü xərclərin mütləq məbləği dinamik artır. Lakin onun büdcə xərclərinin strukturundakı payı azalır. 2010-cu il üçün bu göstərici 10,6%-dir. Əhalidən gəlir vergisinin büdcədə payının az olması və həm də bu səbəbdən cəmiyyətin büdcəyə nəzarət işində passivliyi müşahidə edilir. Fiziki şəxslərdən gəlir vergisi ümumi büdcə gəlirlərinin cəmi 11%-ni təşkil edir (2008). İqtisadiyyatın vergi yükü isə 15%-dir. Bütün bunlar onu göstərir ki, ictimai vəsaitin o qədər də böyük olmayan hissəsi büdcə vasitəsilə təkrar bölgüyə məruz qalır. Buraya vergi intizamının və vergi mədəniyyətinin zəif inkişafını da əlavə etmək lazımdır. Büdcənin formalaşmasında zəif iştirak kiçik və orta biznes strukturlarının inkişaf səviyyəsinin aşağı olması ilə də əlaqəlidir.

2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilmiş, müvafi q dövlət proqramlarının maliyyələşdirilməsi təmin edilmişdir. Bu məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur. 2008-ci illə müqayisədə 2009-cu ildə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial müdafi ə və sosial təminat xərcləri 24,6, təhsil xərcləri 17,2, səhiyyə xərcləri 16,2, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafi q fərmanı ilə əhalinin 1 oktyabr 2009-cu il tarixə təbii qazdan istifadə üzrə yaranmış 330 milyon manat məbləğində borcları dövlət büdcəsi vəsaiti hesabına

3%2.80%

2.40%

1.90%

2.20% 2.20%

3.00%

3.70%

0%

1%

1%

2%

2%

3%

3%

4%

4%

0

200

400

600

800

1000

1200

1400

2003 2004 2005 2006 2007 2008 2009 2010

Birbaşa sosial xərclər (mln. AZN) Sosial xərclərin ÜDM-də payı (%)

Page 17: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

16

silinmişdir. Aztəminatlı ailələrin sosial müdafi əsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 60 manata çatdırılmış, ünvanlı sosial yardımların göstərilməsi məqsədilə dövlət büdcəsindən 180 milyon manat vəsait istifadə olunmuşdur ki, bu da 700 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir. Əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, o cümlədən respublikanın 22 rayonunda və Bakı şəhərinin Qaradağ, Suraxanı, Yasamal, Əzizbəyov və Sabunçu rayonlarında əlillər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisinə 46,2 milyon manat vəsait yönəldilmişdir. 2009-cu il də məcburi köçkünlərin sosial-məişət və məskunlaşma şəraitinin yaxşılaşdırılması və yaşayış qəsəbələrinin tikintisi istiqamətində vacib mərhələ olmuşdur. İl ərzində Dövlət Neft Fondundan həmin məqsədlərə 90 milyon manat vəsait sərf olunmuşdur.

Böhran illərində əhalinin nominal pul gəlirlərinin və nominal orta aylıq əmək haqqının artım dinamikasında da ciddi səngimə yaşanmışdır. Nominal orta aylıq əmək haqqının artım dinamikası 2007-ci ildəki 42%-dən 2008-ci ildə 24,2%-ə, 2009-cu ilin isə 10 ayının yekunlarına görə 13,9%-ə qədər azalmışdır. Əhalinin nominal pul gəlirlərinin dinamikası isə 2007-ci ildəki 40,3%-dən 2008-ci ildə 37,8%-ə, 2009-cu ilin isə 10 ayının yekunlarına görə 7,8%-ə düşmüşdür.

Qrafi k 5 (Əməkhaqqı və gəlirlərin artım dinamkası (%))

Mənbə: http://www.cbar.az

2009-cu ildə sosial müdafi ə və sosial təminat xərclərinin ümumi büdcə xərclərində və ÜDM-dəki payı, müvafi q olaraq, 2.04 bənd və 0.7 bənd artım göstərməkdədir. Böhrana baxmayaraq, hökumətin sosial müdafi ə və sosial təminat xərclərini azaltmaması, əksinə, artırması, əslində, müsbət haldır. Daxili istehlak bazarında idxalın xüsusi çəkisinin əhəmiyyətli olması şəraitində yeridilmiş məzənnə siyasəti ötən ilin 11 ayında orta illik infl yasiyanın 1,5% səviyyəsində saxlanmasında mühüm rol oynamışdır. Aşağı infl yasiya və məzənnə sabitliyi əhalinin sosial vəziyyətinin qorunmasına müəyyən qədər imkan vermiş, əhalinin pul gəlirlərinin real artımı dövr ərzində 6% olmuşdur.

0%

10%

20%

30%

40%

50%

60%

70%

80%

90%

Əhalinin nominal pul gəlirləri Nominal orta aylıq əməkhaqqı

Page 18: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

17

Böhran dövründə büdcə defi siti Hələ 2006-cı ildə büdcənin mədaxil hissəsində cəmi 0,2 faiz artımın olması, məxaricin isə

5,8 faiz kəsirlə yerinə yetirilməsi nəticəsində yaranan 78,6 mln. manatlıq profi sitin, əsasən, gəlirlərin artımı ilə yox, xərc maddələrinin tam icra edilməməsi ilə bağlı olduğunu göstərmişdik. Büdcəyə edilən əlavə və dəyişikliklərdən sonra büdcə defi siti 2007-ci il dövlət büdcəsinin ilkin variantına nisbətdə 43,5% artaraq 0,5 milyard manat proqnozlaşdırılmışdı (əvvəlki defi sit 379 mln. manat, sonrakı defi sit 544 mln. manat) və onun gözlənilən illik ÜDM-dəki xüsusi çəkisi 2,5%-ə yaxın olmalı idi. Əslində isə 2007-ci ilin dövlət büdcəsində cəmi 51,1 mln. manat kəsir oldu. 2008-ci ilin büdcə layihəsində 1,126 mlrd. manat kəsir proqnozlaşdırılırdı. Lakin yekunda 2008-ci il üzrə dövlət büdcəsində 11,5 mln. manat həcmində kəsir yarandı. 2009-cu ildə büdcə kəsirinin cəmi 178 mln. manat olması nəzərdə tutulmuşdu. 2010-cu il büdcəsinin özəlliklərindən biri son illərin büdcə profi siti fonunda olduqca böyük kəsirin (1,249 mlrd. manat və ya ÜDM-in 4%-i) olmasıdır. 2009-cu ildə xüsusi fərmanla həmin ilin dövlət büdcəsi kəsirinin örtülməsinin daxili mənbələrinin yuxarı hədd limiti də artırıldı. Bu da, öz növbəsində, daxili maliyyələşmə mənbələrindən istifadəni artıran və 2009-cu ilin real olaraq kəsirlə başa çatmasını göstərən amildir. Adətən fi skal defi sitin maliyyələşməsi ilə paralel yüksələn dinamika göstərən xarici borc ölkə iqtisadiyyatında fi skal profi sitli illərdə də eyni trendi saxladı. Böhran ili olan 2009-cu ildə də Azərbaycanın xarici borcu artım dinamikası göstərmişdir. 2009-cu il üzrə adambaşına düşən xarici borc 380,3 dollara çatmışdır ki, bu da 2007-ci ilin eyni dövrü ilə müqayisədə 44% artım deməkdir.

Bu xərclərə ilk dəfə olaraq xarici kreditlər hesabına maliyyələşən investisiyalar da daxil edilib. Xarici kreditlər hesabına həyata keçiriləcək investisiya layihələrinin maliyyə mənbəyi heç də dövlət büdcəsi gəlirləri yox, xarici kreditlərdir və bu məntiqlə, büdcənin real kəsiri ÜDM-in 1,8%-ni ötmür. Belə olan halda yuxarıda sözügedən 701 mln. 424 min. məbləğində xarici mənbələr hesabına maliyyələşən investisiya layihələrinin büdcənin xərc hissəsində əksini tapmasının səbəbi bəlli deyil. Kəsirin maliyyələşməsində qeyri-adi mənbələrdən biri də büdcə təşkilatlarının ödənişli vəsaitinin bu məqsədə yönəldilməsidir. Rəsmi məlumatlar isə ondan ibarətdir ki, büdcə kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, xarici və daxili borclanmadan və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar hesabına həyata keçiriləcəkdir. Yuxarıdakı qrafi kdən də göründüyü kimi, dövlət büdcəsi kəsiri getdikcə artan trendə malikdir. Həmçinin 2010-cu ildə icmal büdcənin kəsiri 580,9 milyon manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan baxdıqda isə 6 544 milyon manat və ya nəzərdə tutulan ümumi daxili məhsulun 20,6%-i həcmində olacaqdır.

Page 19: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

18

Qrafi k 6 (Büdcə kəsirin dinamikası (mln. manat))

Qeyd: Son icra məlumatlarına əsasən, 2009-cu il üçün büdcə kəsri 241,1 mln. manat olmuşdur ki, bu da ÜDM-in 0,7%-ni təşkil edir.

Mənbə: http://www.nbg.az; http://www.maliyye.gov.az, müəllifi n hesablamaları

YekunAzərbaycan dövlət büdcəsinin ən başlıca problemi onun davamlı stabilliyə malik

olmamasıdır. Büdcə zəifdir və kənar amillərdən asılılığı həddən ziyadə çoxdur. Bununla yanaşı, büdcənin kənar neqativ fəsadlara adekvat reaksiya göstərərək onların təsiri altında “saglamlaşması” və “yenilənməsi” ehtimalı da zəifdir. Yeni və eyni zamanda davamlı iqtisadi artımın lokomotivi rolunu bütün riskli ölkələrdə olduğu kimi, yeni iqtisadiyyat daşımalıdır. Bizim halda bu, bank, maliyyə, informasiya texnologiyaları xidməti və s. bunun kimi innovasion sahələr olmalıdır. Bunun üçünsə, ən azı, iqtisadiyyatda struktur dəyişikliyi getməlidir. İqtisadiyyat yenidən strukturlaşmalıdır. Zamanın tələblərinə uyğun yeni tələbat və ona müvafi q yeni təklif asasında. Bu məqam tarixən böhranın yeganə pozitiv nəticəsi olur. Bu proses isə bizdə getmir və başlanması üçün heç bir şərait yoxdur. Problem ondadır ki, hökumət böhranın neqativ təsirlərini əsasən inzibati amirlik üsulları ilə yumşaltmaq niyyətindən əl çəkmir. Daha böyük problem isə ondadır ki, böhran dərinləşdikcə, hökumət daha çox inzibati üsullarını sərtləşdirir. Tarixi təcrübə göstərir ki, bu üsullarla ortamüddətli və uzunmüddətli perspektivdə iqtisadi tarazlığı saxlamaq mümkün deyil. Azərbaycan iqtisadiyyatının əsasən neft gəlirləri üzərində qurulması inzibati üsullardan məhduduiyyətsiz şəkildə istifadəni asanlaşdırır. Hökumət isə nisbətən asan yolla iqtisadi artımla müşayiət edilən status-kvonu saxlamağa nail olur. Bu ehtimalla belə bir nəticəyə gəlmək olur ki, böhrandan sonrakı iqtisadi struktur ondan əvvəlki dövrlə müqayisədə daha səmərəsiz və məntiqsiz olacaq. Deməli, Azərbaycanın iqtisadi reallığı göstərir ki, bu minvalla büdcənin işlək iqtisadi instrumentə çevrilməsi müşkül məsələdir.

78.6

-51.1 -11.5

-178

-1249-1400

-1200

-1000

-800

-600

-400

-200

0

200

2006 2007 2008 2009 2010

Page 20: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

19

Nəticə və tapıntılar

1. Neft faktoru (ehtiyatlar yığımı) böhran dövründə ölkənin sosial-iqtisadi durumunu xilas edə bildisə, gərginliyi tam aradan qaldıra bilmədi.

2. Böhran fi skal gərginliyi artırmaqla büdcənin neftdən asılılığını daha da gücləndirmişdir və bu asılılıq digər iqtisadi parametrlərdə də (xüsusən ixrac) özünü göstərmişdir.

3. Vergi və gömrük rüsumu yığımı son iki ildə sahibkarlıq mühiti ilə bağlı kifayət qədər problemli olmuşdur. Belə ki, 2009-cu ildə yığım proqnozlara nisbətən Vergilər Nazirliyi tərəfi ndən 28,5, Gömrük Komitəsi tərəfi ndən isə 14,4 faiz kəsirlə icra edilmişdir.

4. Azərbaycanda və habelə onun kimi digər dünya fond və kredit bazarı ilə birbaşa bağlantının zəif olduğu ölkələrdə xarici neqativ təsirlər bir o qədər də güclü deyil.

5. Daxili tələbat rəsmi pul kütləsi ilə tam tənzimlənmir, dövriyyədə külli miqdarda qeydiyyata alınmamış xarici valyuta vəsaiti mövcuddur. Bu səbəbdən daxili tələbatın qeydə alınmamış hissəsi yaxın ölkələrdən “qaçaraq” daxil olan vəsait hesabına kompensasiya olunur.

6. Korrupsiya və rüşvətin miqyası, bir qayda olaraq, böhran dövründə aşağı düşsə də, rəsmi iqtisadiyyatdan fərqli olaraq, bəzən kompensasiyaedici faktor rolunu oynayır və itkilərin bərpası üçün stimullaşdırıcı rola malik olur. Belə ki, korrupsion qrup böhran dövründə dövriyyədə olmayan ehtiyatların bir hissəsini xərcləyir, bununla da iqtisadi dövriyyəni stimullaşdırır.

Page 21: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

20

Tövsiyələr

Hökumətə:1. Makroiqtisadi və büdcə proqnozlaşdırılması işinin köklü surətdə təkmilləşməsinə

böyük ehtiyac duyulur. Bu problem xüsusilə qlobal böhran və dünya bazarında konyunktur dəyişkənliyi dövründə ciddiləşdi. Yaxın perspektivdə büdcənin dünya neft bazarında konyunkturundan asılılığının qaçılmaz olduğunu nəzərə alaraq bu məqsədlə sözügedən istiqamətdə tədqiqat bazasının gücləndirilməsinə və bu sahəyə müstəqil ekspertlərin cəlb edilməsinə ciddi ehtiyac var.

2. Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin sərt limitləşdirilməsinə ehtiyacın olması böhran dövründə özünü daha qabarıq büruzə verdi. Eyni narahatlığı yaşayan qonşu Qazaxıstan hökuməti artıq bu sahədə müvafi q konsepsiya hazırlayır. Hazırkı mərhələdə Azərbaycan hökumətinin də ARDNF-in qanunvericilik bazasının, xüsusilə onun dövlət büdcəsi ilə münasibətlərinin tənzimlənməsi işinin təkmilləşməsinə böyük ehtiyac müşahidə edilir.

3. Antikrizis tədbirlərinin daha səmərəli həyata keçirilməsində fi skal və monetar alətlərin

optimal kombinasiyasının qurulması hökumət üçün daha az vəsaitlə daha böyük nailiyyət əldə etməyə imkan yaradardı. Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyi, Milli Bank və Maliyyə Nazirliyi böhran dövründə koordinasiya edilmiş proqram fəaliyyəti həyata keçirməlidir.

4. Böhran dövründə ən çox ixtisara məruz qalan investisiyayönümlü xərclər oldu. Lakin bu sahədə parəkəndəlik və sistemsizlik mövcuddur. Dövlət investisiya proqramının prioritetlərinə yenidən baxılması, büdcə vəsaitlərindən səmərəli istifadənin və dövlət maliyyə intizamının gücləndirilməsi olduqca vacibdir.

5. Xaricdə saxlanılan valyuta ehtiyatlarının bir hissəsinin güzəştli şərtlərlə yerli bankların istifadəsinə verilməsinə, ümumiyyətlə, banklararası və əhaliyə ünvanlanmış güzəştli kreditlərin stimullaşdırılmasına ehtiyac duyulur.

6. Kiçik və orta sahibkarlara (xüsusən satış və ya istehsal dövriyyəsi azalan) dövlət köməyinin artırılması, regional və sektoral vergi güzəştlərinin tətbiqi, qeyri-neft sektoru üzrə ixracın stimullaşdırılması hökumətin böhran dövründə fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmalıdır.

7. Daxili borc öhdəlikləri problemi böhran dövründə bir qədər də gərginləşdi. Bu sahədə əsaslı restrukturizasiya aparılmalıdır. Borcların daxili strukturunun analizi, onların mənşəyi və yaranma tarixi ciddi və obyektiv araşdırma tələb edir. Bu məqsədlə problemli borc öhdəliklərinin bəziləri üçün çeşidli qaydada dövlət zəmanətinin tətbiqinə, digərlərinin isə yaranma səbəblərini araşdırıb problemin həlli yömündə yaxın perspektiv üçün proqram sənədinin işlənməsinə, habelə bu səhədə ciddi nizam-intizamın yaradılmasına nail olmaq lazımdır.

Page 22: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

21

Əlavə 1. Qlobal böhranın ölkə iqtisadiyyatına təsir kanalları 1. Dünya bazarında xam neftin qiymətinin kəskin aşağı düşməsi (2008-ci ilin iyulunda

147 $/bar. olduğu halda, 2009-cu ilin yazında qiymət 32 $/barelə düşdü) ölkə xəzinəsinə (həm Neft Fonduna, həm dövlət büdcəsinə, habelə ARDNŞ-yə daxilolmalar kəskin aşağı düşdü.

2. Bank və digər maliyyə institutlarının xarici kredit bazarından yararlanmasında problemlər. Artıq 2008-ci ilin sonundan başlayaraq, xarici kredit xətti olan ölkə banklarının əksəriyyəti ciddi problemlərlə üzləşdi. Kreditorlar (xarici banklar) vəsait çatışmazlığı (likvidlik) ilə əlaqədar vaxtından əvvəl krediti qaytarmağa çağırdılar, ölkə bankları isə, öz növbəsində, yerli sahibkarlarını buna dəvət etdilər. Eyni zamanda, kreditləşmə, xüsusilə istehlak kreditləşməsi, demək olar ki, tam dayandı. Sonralar bu iş bərpa olunsa da, artıq risklərin həddən artıq böyüməsindən və investisiya layihələrinin böyük əksəriyyətinin qapanmasından irəli gələrək, kreditləşmə hazırda çox zəif səviyyədədir.

3. Ölkəyə daxil olan işçi pulların (“remittance”) həcmi Rusiya və digər ölkələrdə davam edən böhranın təsirindən kəskin azalmağa başlayıb. Nəticədə sözügedən vəsaitə ümidli olan kasıb təbəqə ciddi sosial narahatlıqlar yaşamaqdadır.

4. Birbaşa xarici investisiyalar (FDI) təsirli dərəcədə aşağı düşməyə başladı. Doğrudur, ötən illərin yüksək xarici investisiya yatırımları, bir qayda olaraq, neft və qaz layihələrinə yatırımlarla müşahidə olunurdu. Ancaq böhrandan öncəki illərdə qeyri-neft sektoruna yatırımların da artması nə qədər ümidverici təsir bağışlayırdısa, böhran ilində bu tempin azalması məyusedici görünürdü.

5. Böhran ilinin ilk iki rübündə (2009) tədiyə balansının mühüm elementi olan cari hesabın profi siti isə 2008-ci ilin eyni dövrü ilə nisbətdə, müvafi q olaraq, 51% və 55% az olmuşdur.

Qrafi k 7 (Cari hesabın profi siti (mln. dollar))

Mənbə: http://www.cbar.az

6. Xarici valyutada beynəlxalq ehtiyatlarda 2009-cu ilin yanvar və oktyabr ayları intervalında 13,5% azalma olmuşdur. Mərkəzi Bankın təsnifatına əsasən buraya daxildir: xarici valyutaya konvertasiya olunmuş ehtiyat aktivlər, qiymətli kağızlar, valyuta və depozitlərin ümumi məbləği (digər mərkəzi banklarda, BİB, BVF), rəsmi ehtiyat aktivlərə daxil olmayan

-2589 167

3707

9019

3683

60295084

1657

16453

17952686

-5000

0

5000

10000

15000

20000

Page 23: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

22

qiymətli kağızlar, qeyri-bank qurumlarına – qeyri-rezidentlərə verilən borclar, rəsmi ehtiyat aktivlərə daxil olmayan depozitlər, rəsmi ehtiyat aktivlərə daxil olmayan törəmə maliyyə alətləri.

Qrafi k 8 (Xarici valyutada beynəlxalq ehtiyatlar (mln. dollar))

Mənbə: http://www.cbar.az

7. Qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirinin səngidiyini demək doğru olmazdı. Keçən ilin ilk 9 ayının ÜDM üzrə orta böyüməsi (bir il əvvələ nəzərən) 14% təşkil edir. Kiçilmə məhz bu 9 aydan sonra başlayır. Əgər eyni templərlə böyümə olsaydı, 2008-ci ilin 3-cü rübünün qiymətləri ilə 2009-cu ilin 3-cü rübünün ÜDM-i nə qədər olmalı idi? 2008-ci ilin 3-cü rübündə ÜDM ölkədə 30,370 mlrd. manat idi. Deməli, o miqyasla cari dövrdə ÜDM 34,74 mlrd. manat olmali idi. Ancaq faktiki ÜDM 23,427 mlrd. manat olmuşdur. Bu zaman ÜDM defl yatorunu da nəzərə almaq lazımdır. 2009-cu ilin 3-cü rübündə real iqtisadi artım 6,1%-dir. Demək, 2008-ci ilin rəqəmləri ilə 32,22 mlrd. manat real ÜDM istehsal olunub. Aradakı fərq (34,74 mlrd. manat – 32,22 mlrd. manat) 2,52 mlrd. manatdır. Beləliklə, təqribən demək olar ki, böhran nəticəsində ölkənin itkisi 2,5 mlrd. manatlıq ÜDM-dir. Həmçinin 2010-cu ilin büdcə zərfi ndə göstərilir ki, 2012-ci ilə qədər ölkədə ÜDM-in real artım tempi daha da azalaraq 1,9%-ə qədər düşə bilər. Bu dinamika azalması həm neft, həm də qeyri-neft sektorunda özünü göstərəcək.

6370

5221.11

4930.69

5507.42

4500

4750

5000

5250

5500

5750

6000

6250

6500

Yanvar 2009

Fevral 2009

Mart 2009

Aprel 2009

May 2009

İyun 2009

İyul 2009 Avqust 2009

Sentyabr 2009

Oktyabr 2009

Page 24: 4OREDO LTWLVDGL E|KUDQ Y % G|YO %W E GF %VL · çox idi. Ancaq buna baxmayaraq, dövlətin iqtisadi gücü xeyli zəif görünür, onun iqtisadi fəaliyyəti vəsait çatışmazlığı

23

Əlavə 2. Büdcə defi siti/profi sitinin son 2 il üçün daha detallı dinamikası və xarici borc

Qrafi k 9 (Büdcə defi siti/profi sitinin dinamikası (mln. manat))

-200

0

200

400

600

800

1000

1200

1400

1995

1997

1999

2001

2003

2005

Fevral

2006

Aprel 2

006

Iyun 2

006

Avqus

t 200

6

Oktyab

r 200

6

Dekab

r 200

6

Fevral

2007

Aprel 2

007

Iyun 2

007

Avqus

t 200

7

Oktyab

r 200

7

Dekab

r 200

7

Fevral

2008

Aprel 2

008

Iyun 2

008

Avqus

t 200

8

Oktyab

r 200

8

Dekab

r 200

8

Fevral

2009

Aprel 2

009

Iyun 2

009

Avqus

t 200

9

Mənbə: www.nba.az

Qrafi k 10 (Xarici borcun dinamikası (2002-2009))

Mənbə: http://www.maliyye.gov.az, müəllifi n hesablamaları

159 166192 191 196.5

232.5 242.9264.2

283.9

332.2350.9

380.623%

8.79%

0%

5%

10%

15%

20%

25%

0

50

100

150

200

250

300

350

400

Adambaşına düşən xarici borc ($) ÜDM-ə faiz nisbəti (%)