060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə...

17
060918 Qastroenterologiyaiхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 26.09.2011-ci il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmişdir ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060918- “QASTROENTEROLOGİYA” İXTİSASININ TƏHSİL PROQRAMI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Rezidentura səviyyəsinin 060918 - «Qastroenterologiya» ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı» tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır. 1.2. 060918 - «Qastroenterologiya» ixtisası üzrə Təhsil Proqramı tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə rezidentura proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəssisələri üçün məcburidir. 1.3. İstifadə olunan işarələr: İTP–ixtisas üzrə təhsil proqramı ÜK – ümummədəni kompetensiyalar PKpeşə kompetensiyaları (bilik və bacarıqlar) ÜFR – ümumi fənnlər, rotasiyalar PFR peşə fənnlər, rotasiyalar ÜHM ümumi hazırlığı mövzuları PHM peşə hazırlığı mövzuları MH Mühazirə (auditoriya saatı) SM Seminar (auditoriya saatı) TM Təcrübə məşğələ (auditoriya saatı) SB Sərbəst məşğələ (auditoriyadan xaric məcburi sərbəst məşğələlər) As - assistentlik (prosedurların ya əməliyatların yerinə yetirilməsi) P - sərbəst yerinə yetirilməsi (prosedurların ya əməliyatların yerinə yetirilməsi) İ - nəticələrin interpretasiyası (prosedurların ya əməliyatların yerinə yetirilməsi) S - simulyasiya (prosedurların ya əməliyatların yerinə yetirilməsi) 1.4. 060918 - «Qastroenterologiya» ixtisasının xarakteristikası İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

Transcript of 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə...

Page 1: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

060918 – “Qastroenterologiya” iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət

tələbləri

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyinin Kollegiyasının

26.09.2011-ci il tarixli,

37 nömrəli qərarı ilə təsdiq

edilmişdir

ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI

REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060918- “QASTROENTEROLOGİYA” İXTİSASININ

TƏHSİL PROQRAMI

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Rezidentura səviyyəsinin 060918 - «Qastroenterologiya» ixtisası üzrə Təhsil Proqramı (bundan

sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa,

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil

pilləsinin dövlət standartı və proqramı» tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili

Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na

uyğun hazırlanmışdır.

1.2. 060918 - «Qastroenterologiya» ixtisası üzrə Təhsil Proqramı tabeliyindən və mülkiyyət

formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas

üzrə rezidentura proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəssisələri üçün

məcburidir.

1.3. İstifadə olunan işarələr:

İTP–ixtisas üzrə təhsil proqramı

ÜK – ümummədəni kompetensiyalar

PK– peşə kompetensiyaları (bilik və bacarıqlar)

ÜFR – ümumi fənnlər, rotasiyalar

PFR – peşə fənnlər, rotasiyalar

ÜHM – ümumi hazırlığı mövzuları

PHM – peşə hazırlığı mövzuları

MH – Mühazirə (auditoriya saatı)

SM – Seminar (auditoriya saatı)

TM – Təcrübə məşğələ (auditoriya saatı)

SB – Sərbəst məşğələ (auditoriyadan xaric məcburi sərbəst məşğələlər)

As - assistentlik (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

P - sərbəst yerinə yetirilməsi (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

İ - nəticələrin interpretasiyası (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

S - simulyasiya (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

1.4. 060918 - «Qastroenterologiya» ixtisasının xarakteristikası

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

Page 2: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

2

İxtisasın şifri və adı Verilən həkim- mütəxəssis

ixtisası Təhsil müddəti Kreditlərin sayı

060918-Qastroenterologiya Həkim-qastroenteroloq 4 il 240

2. HƏKIM-QASTROENTEROLOQUN İXTİSAS XARAKTERİSTİKASI VƏ SƏRİŞTƏLİLİYİ

(KOMPETENSİYASI)

2.1. Həkim- qastroenteroloqun ixtisas xarakteristikası

Qastroenterologiya - insanın həzm sistemi xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasına

yönəlmiş tibbi elm sahəsidir. Həkim-qastroenteroloq dərin fundamental və kliniki peşə hazırlığı tələb

edən fəaliyyətə, o cümlədən, elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalıdır.

2.2. Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan tələblər

2.2.1 Həkim- qastroenteroloq aşağıdakı ümummədəni kompetensiyalara yiyələnməlidir:

ÜFR-01 BAZA TƏHSİLİ

Ümumi bilik və bacarıqlar

ÜFR01.01. Cəmiyyətdə qəbul edilmiş əxlaq və hüquq normaları çərçivəsində səlahiyyətlərini

icra etməyə hazır olmalı və praktiki tibbi fəaliyyət göstərməyi bacarmalı, həkimlik

etikası qaydalarına, məxfi informasiya ilə işləmək haqqında qanunlara və normativ

hüquqi aktlara riayət etməli, həkimlik sirrini qorumalıdır;

ÜFR01.02. Sosial əhəmiyyət kəsb edən məsələləri və prosesləri təhlil etməyi bacarmalı, öz

professional iş fəaliyyətinə humanitar, tibbi-bioloji və digər klinik elmlərin müxtəlif

metodlarını tətbiq etməyi bacarmalıdır;

ÜFR01.03. Səhiyyə haqqında qanunvericiliyin əsasları, tibbi yardım və qasrtoenteroloji xidmət

göstərən müəssisələrin fəaliyyətini təyin edən əsas normativ sənədləri bilməlidir;

ÜFR01.04. Səhiyyə qanunvericiliyi ilə nəzərdə tutulmuş və müalicə müəssisəsi üzrə daxili

əmrlərlə təsdiq olunmuş tibbi sənədləşməni aparmalıdır;

ÜFR01.05. Məntiqi və əsaslandırılmış təhlil etməyə hazır olmalı, müzakirələr və mübahisələr

aparmağı, professional məzmunlu mətnləri redaktə etməyi bacarmalı, əməkdaşlıq

etməli, mübahisələrin həllində tolerantlıq göstərərək tərbiyəvi və pedaqoji fəaliyyət

göstərməlidir;

ÜFR01.06. İdarəçilik üsullarını və metodlarını bilməli, müxtəlif tərəddüdlü vəziyyətlərdə öz

professional peşə səriştəliliyi çərçivəsində lazımi məsul idarəçilik qərarını verməyi

bacarmalıdır;

ÜFR01.07. Tibbdə və qastroenterologiyada etika və deontologiya əsasları;

ÜFR01.08. Tibbi statistika və informatika.

2.2.2. Həkim- qastroenteroloq aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

PFR-01. DAXİLİ XƏSTƏLİKLƏR

Peşə bilikləri

PFR-01.01. Ölkədə terapevtik yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator

müəssisələrin işinin, böyük və uşaq əhalisinə təcili və təxirəsalınmaz yardımın təşkili;

PFR-01.02. İntensiv terapiya və qastroenteroloji şöbələrə təcili hospitalizasiyası tələb olunan

qastroenteroloji təxirəsalınmaz halların siyahısı;

PFR-01.03. Terapiya və qastroenterologiyada xüsusi tədqiqat üsulları (rentgenoloji, endoskopik,

kompyuter tomoqrafik, ultrasəs, biokimyəvi, və s.);

PFR-01.04. Qastroenterologiyada ümumi tədqiqat üsulları, funksional tədqiqat üsulları və ilk

növbədə, endoskopiya norma və patologiya zamanı;

Page 3: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

3

PFR-01.05. Həzm sistemi, ürək-damar sistemi, böyrəklər, tənəffüs sistemi funksiyalarına

instrumental və laborator nəzərət üsulları;

PFR-01.06. Qastroenteroloji klinikada farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman

maddələri qrupunun təsir mexanizmi, dərman tətbiqi zamanı baş vermiş fəsadlar;

Peşə bacarıqları

PFR-01.07. Pasiyentin xəstəliyi haqqında ətraflı informasiyanın toplanması; obyektiv müayinə

üsullarının tətbiqi; xəstəliyin ümumi və xüsusi əlamətlərini aşkar etmək, xüsusən,

təxirəsalınmaz yardım və intensiv terapiya tələb edən hallarda;

PFR-01.08. Xəstənin vəziyyətinin ağırlığını qiymətləndirmək; xəstəni bu vəziyyətdən çıxarmaq üçün

lazımi ölçülərin götürülməsi;

PFR-01.09. Xüsusi tədqiqat üsullarının zəruriliyini təyin etmək (laborator, endoskopik, funksional və

sair);

PFR-01.10. Hospitallaşmaya göstərişləri təyin etmək və onu təşkil etmək;

PFR-01.11. Differensial diaqnostikanın aparılması, klinik diaqnozun, xəstənin aparılma sxemi, planı

və taktikasının əsaslandırılması;

PFR-01.12. Hemostazın pozulma dərəcəsini, trombolitik terapiyaya göstərişləri təyin etmək və

göstəricilərin normallaşmasına dair bütün tədbirləri yerinə yetirmək;

PFR-01.13. Zəruri dərman vasitələrini və digər müalicə tədbirlərini təyin etmək;

PFR-01.14. Lazımi konsultativ tibbi yardımın həcmini təyin etmək və müalicənin korreksiyasını

aparmaq;

PFR-01.15. Plevranın və qarın boşluğunun diaqnostik və mualicəvi punksiyaları.

PFR-02. AMBULATOR TERAPİYA

Peşə bilikləri

PFR-02.01. Əhalinin kütləvi profilaktik müayinəsi zamanı qastroenteroloji xəstəliklərin erkən

aşkarlanma üsulları;

PFR-02.02. Standart və qeyri-parametrik statistik təhlil üsullarının əsasları;

PFR-02.03. Xəstələrin dispanser müşahidəsi, profilaktik problemləri;

PFR-02.04. Тibbi hüququn əsasları və onların gündəlik həkim praktikasında tətbiq edilmə prinsipləri.

PFR-02.05. Mülkü müdafiədə tibb xidmətinin təşkili və fəaliyyəti məsələləri;

PFR-02.06. Profilaktikanın prinsipləri və variantları, onun təşkili və əsas qastroenteroloji xəstəliklərin

profilaktik üsulları;

Peşə bacarıqları

PFR-02.07. Əmək qabiliyyətinin müvəqqəti və davamlı surətdə itirilməsi tibbi sosial ekspertizanın

aparılması;

PFR-02.08. Sanitar maarifləndirmənin forma və üsulları.

PFR-03. NEVROLOGİYA

Peşə bilikləri

PFR-03.01. Ölkədə nevroloji yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator

müəssisələrin işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili;

PFR-03.02. İntensiv terapiya və nevroloji şöbələrə təcili hospitalizasiyası tələb olunan həzm sistemi

xəstəlikəri üzrə təxirəsalınmaz halların siyahısı;

PFR-03.03. Nevrologiya və qastroenterologiyada xüsusi tədqiqat üsulları (rentgenoloji, endoskopik,

ultrasəs, biokimyəvi, angioqrafik və s.);

PFR-03.04. Nevroloji klinikada farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman maddələri

qrupunun təsir mexanizmi, dərman tətbiqi zamanı baş vermiş fəsadlar;

PFR-03.05. Həzm sistemi orqanlarında əməliyyat aparmaq üçün göstəriş və əks-göstərişlər;

Peşə bacarıqları

Page 4: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

4

PFR-03.06. Reanimasiya tədbirlərinin həcmi və ardıcıllığını təyin etmək;

PFR-03.07. Zəruri təcili yardımın göstərilməsi;

PFR-03.08. Xəstəlik haqqında obyektiv informasiyanı almaq;

PFR-03.09. Aparıcı sindromu aşkar etmək;

PFR-03.10. Xəstəliyin etiologiyasını aşkar etmək;

PFR-03.11. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;

PFR-03.12. Xəstə və onun ailəsi ilə düzgün münasibət qurmaq;

PFR-03.13. Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları toplamaq və onlarla işləmək;

PFR-03.14. Müvafiq məlumatları xəstələrlə, onların ailə üzvləri və şöbənin işçiləri ilə müzakirə

etmək.

PFR-04. İNFEKSİON XƏSTƏLİKLƏR

Peşə bilikləri

PFR-04.01. Ölkədə infeksion yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator

müəssisələrin işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili;

PFR-04.02. İntensiv terapiya və infeksion şöbələrinə təcili hospitalizasiyası tələb olunan infeksion

xəstəlikləri üzrə təxirəsalınmaz halların siyahısı;

PFR-04.03. İnfeksion xəstəliklər və qastroenterologiyada xüsusi tədqiqat üsulları (rentgenoloji,

endoskopik, ultrasəs, biokimyəvi, histoloji və s.);

PFR-04.04. Infeksion klinikada farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman maddələri

qrupunun təsir mexanizmi, dərman tətbiqi zamanı baş vermiş fəsadlar;

Peşə bacarıqları

PFR-04.05. Reanimasiya tədbirlərinin həcmi və ardıcıllığını təyin etmək;

PFR-04.06. Zəruri təcili yardımı göstərilmək;

PFR-04.07. Xəstəlik haqqında obyektiv informasiyanı almaq;

PFR-04.08. Aparıcı sindromu aşkar etmək;

PFR-04.09. Xəstəliyin etiologiyasını aşkar etmək;

PFR-04.10. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;

PFR-04.11. Xəstə və onun ailəsi ilə düzgün münasibət qurmaq;

PFR-04.12. Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları toplamaq və onlarla işləmək;

PFR-04.13. Müvafiq məlumatları xəstələrlə, onların ailə üzvləri və şöbənin işçiləri ilə müzakirə

etmək.

PFR-05. ONKOLOGİYA

PFR-05.01. Ölkədə onkoloji yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator

müəssisələrin işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili;

PFR-05.02. İntensiv terapiya və onkologiya şöbələrinə təcili hospitalizasiyası tələb olunan onkoloji

xəstəlikləri üzrə təxirəsalınmaz halların siyahısı;

PFR-05.03. Onkologiya və qastroenterologiyada xüsusi tədqiqat üsulları (rentgenoloji, ultrasəs,

endoskopik, biokimyəvi və s.);

PFR-05.04. Həzm sistemi orqanlarının xroniki xəstəlikləri fonunda xərçəng xəstəliyi inkişaf etmək

riski yüksək olan patologiyaları (H.pylori ilə assosiasiya olunmuş qastrit, qastroezofageal

reflyuks xəstəliyi, xroniki B və C hepatitlər, mədə-bağırsaq polipləri və s.) olan şəxslərdə

onkomarkerlərin yoxlanması, laborator-instrumental müayinələrdən keçirilməsi və

monitorinq aparılması;

PFR-05.05. Onkoloji klinikada farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman maddələri

qrupunun təsir mexanizmi, dərman tətbiqi zamanı baş vermiş fəsadlar;

Peşə bacarıqları

Page 5: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

5

PFR-05.06. Reanimasiya tədbirlərinin həcmi və ardıcıllığını təyin etmək;

PFR-05.07. Zəruri təcili yardımı göstərilmək;

PFR-05.08. Xəstəlik haqqında obyektiv informasiyanı almaq;

PFR-05.09. Aparıcı sindromu aşkar etmək;

PFR-05.10. Xəstəliyin etiologiyasını aşkar etmək;

PFR-05.11. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;

PFR-05.11. Xəstə və onun ailəsi ilə düzgün münasibət qurmaq;

PFR-05.13. Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları toplamaq və onlarla işləmək;

PFR-05.14. Müvafiq məlumatları xəstələrlə, onların ailə üzvləri və şöbənin işçiləri ilə müzakirə

etmək.

PFR-06. KARDİOLOGİYA

Peşə bilikləri

PFR-06.01. Ölkədə kardioloji yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator

müəssisələrin işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili;

PFR-06.02. İntensiv terapiya və kardioloji şöbələrə təcili hospitalizasiyası tələb olunan həzm

xəstəlikləri üzrə təxirəsalınmaz halların siyahısı;

PFR-06.03. Kardiologiya və qastroenterologiyada xüsusi tədqiqat üsulları (rentgenoloji, ultrasəs,

endoskopik, biokimyəvi və s.);

PFR-06.04. Kardioloji klinikada farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman maddələri

qrupunun təsir mexanizmi, dərman tətbiqi zamanı baş vermiş fəsadlar;

Peşə bacarıqları

PFR-06.05. Reanimasiya tədbirlərinin həcmi və ardıcıllığını təyin etmək;

PFR-06.06. Zəruri təcili yardımı göstərmək;

PFR-06.07. Xəstəlik haqqında obyektiv informasiyanı almaq;

PFR-06.08. Aparıcı sindromu aşkar etmək;

PFR-06.09. Xəstəliyin etiologiyasını aşkar etmək;

PFR-06.10. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;

PFR-06.11. Xəstə və onun ailəsi ilə düzgün münasibət qurmaq;

PFR-06.12. Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları toplamaq və onlarla işləmək;

PFR-06.13. Müvafiq məlumatları xəstələrlə, onların ailə üzvləri və şöbənin işçiləri ilə müzakirə

etmək.

PFR-07. İNTENSİV TERAPİYA VƏ REANİMASİYA

Peşə bilikləri

PFR-07.01. Təxirəsalınmaz qastroenteroloji, hepatoloji və ümumi reanimasiyanın əsas müddəaları;

PFR-07.02. İntensiv terapiya şöbələrində xəstələrə qulluğun xüsusiyyətləri;

PFR-07.03. Kliniki ölümü (baş verən zamandan asılı olaraq) ya da terminal vəziyyətini göstərən əsas

klinik əlamətlər;

PFR-07.04. Hospitalizasiyaya qədər mərhələdə reanimasiya xüsusiyyətləri;

PFR-07.05. Hospitalizasiya mərhələsində reanimasiya xüsusiyyətləri;

PFR-07.06. Uğurlu reanimasiyadan sonrakı intensiv terapiya;

PFR-07.07. Qastroenteroloji klinikada intensiv terapiya və reanimasiya xidmətinin təşkili, intensiv

terapiya və reanimasiya palatalarının təchizatı;

Peşə bacarıqları

PFR-07.08. Ürəyin qapalı masajı;

PFR-07.09. Ağciyərlərin süni ventilyasiyası;

PFR-07.10. Ürəyin elektrik defibrilyasiyası;

PFR-07.11. Tənəffüs yollarının keçiriliciyini bərpa etmək;

Page 6: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

6

PFR-07.12. Traxeyanın intubasiyası;

PFR-07.13. Oksigenasiya;

PFR-07.14. Periferik damarların punksiyası;

PFR-07.15. Magistral damarların kateterizasiyası və punksiyası;

PFR-07.16. Valdman apparatı ilə Mərkəzi Damar Təzyiqinin ölçülməsi;

PFR-07.17. Dərman maddələrinin yeridilməsinin bütün üsulları;

PFR-07.18. Qanın, qan komponentlərinin və qan əvəzedici məhlulların köçürülməsi;

PFR-07.19. EKQ çəkilməsi və müvəqqəti peysmeykerlərin qoyulması;

PFR-07.20. Nəzəri biliklə yanaşı aşağıdakı praktik vərdişlərin yerinə yetirilməsi;

PFR-07.21. Arteriyaseksiya və veneseksiya edilməsi.

Həkim-qastroenteroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-07.22. Ağciyərlərin süni ventilyasiyası 40 (P)

PFR-07.23. Endotraxeal intubasiyanın üsulları 25 (P)

PFR-07.24. Tənəffüs yollarının keçiriliciyini bərpa edilməsi 25 (P)

PFR-07.25. Periferik damarların punksiyası 100 (P)

PFR-07.26. Ürəyin qapalı masajı 20 (P)

PFR-07.27. Valdman apparatı ilə Mərkəzi Damar Təzyiqinin ölçməsi 20 (P)

PFR-07.28. Arteriyaseksiya və veneseksiya edilməsi 20 (P)

PFR-08. TƏXİRƏSALINMAZ QASTROENTEROLOGİYA

Peşə bilikləri:

PFR-08.01. Üst və alt mədə-bağırsaq qanaxmalarının müalicəsi;

PFR-08.02. İntensiv terapiya blokuna köçürülən üst və alt mədə-bağırsaq qanaxmaları, o cümlədən

qida borusunun varikoz genişlənmiş venalarından qanaxmalar, həyat üçün təhlükəli

qaraciyər çatışmazlığı və digər qastroenteoloji problemi olan xəstələrin vəziyyətinin

qiymətləndirilməsi;

Peşə bacarıqları:

PFR-08.03. Endoskopik skleroterapiya və elastik həlqələrlə damarların bağlanması;

PFR-08.04. Poliplərin və yad cisimlərin çıxardılması;

PFR-08.05. Sfinkterotomiya və xoledoxdan daşlarının çıxarılması;

PFR-08.06. Senqestaken- Blakemore zondunun salınması;

PFR-08.07. Həzm traktı orqanlarının buj və balon ilə müalicəsi.

Həkim-qastroenteroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-08.08. Ezofaqus venalarının skleroterapiyası, elastik həlqələrin bağlanması və yuxarı qastro-

intestinal sistemdə hemostatik texnikalar 10 (As)/20 (P)

PFR-08.09. Həzm traktı orqanlarının buj və balon ilə müalicəsi 10 (As)/10 (P)

PFR-08.10. Sfinkterotomiya və xoledoxdan daşlarının çıxarılması 15 (As)/10 (P)

PFR-08.11. Senqestaken- Blakemore zondunun salınması; 2 (As)/3 (P)

PFR-09. ÜMUMİ QASTROENTEROLOGİYA

Peşə bilikləri:

PFR-09.01. Həzm sistemi orqanlarının anatomik quruluşu və normal fiziologiyası;

PFR-09.02. Həzm sistemi xəstəliklərinin (mədə-bağırsaq traktının diskineziyaları, divertikulları,

kardiyanın axalaziyası, qastroezofageal reflyuks xəstəliyi, xroniki qastrit, mədə və 12

barmaq bağırsağın xora xəstəliyi, H.pylori ilə assosiasiya olunan xəstəliklər,

rezeksiyadan sonrakı vəziyyətlər, kəskin və xroniki pankreatitlər) bağırsağın funksional

xəstəlikləri, bağırsağın iltihabi xəstəlikləri (xoralı kolit, Kron xəstəliyi, irsi

Page 7: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

7

enteropatiyalar, malabsorbsiya və maldigestiya sindromları, Uipple xəstəliyi, tropik spru,

infeksiya və parazitar mənşəli bağırsaq xəstəlikləri, babasil, amyob dizenteriyası, düz

bağırsağın xəstəlikləri) epidemiologiyası, etiologiyası, patoqenezi və diaqnostikasını;

PFR-09.03. Böyüklərdə əsas həzm sistemi xəstəliklərinin klinik simptomatikası və patogenezi;

PFR-09.04. Həzm sistemi xəstəliklərini diferensasiya etməkdə kifayət qədər təcrübə toplamalı;

PFR-09.05. Həzm sistemi patologiyası olan xəstələr üçün reabilitasiya və profilaktik tədbirlər

həcmini təyin etmək;

PFR-09.06. Diaqnozların differensasiyasında klinik məlumatları sintez etməyi;

PFR-09.07. Xəstələrdən məlumatların toplanması vərdişlərinin təkmilləşdirilməsi;

PFR-09.08. Hospitalizə olunmuş xəstələrdə aparılan müayinələrin məntiqi əsaslandırılması;

PFR-09.09. Xəstəni intensiv terapiya şöbəsində klinik müşahidə etməyi və həyatı funksiyaların

saxlanılma üsullarını;

PFR-09.10. Həzm sistemi xəstəlikləri ilə əlaqədar psixoloji problemlərin təyini və müalicəsi;

Peşə bacarıqları:

PFR-09.11. Qastroenteroloji klinikada sərhəd vəziyyətlərinin klinik simptomatikası;

PFR-09.12. Fizioterapiya, müalicəvi bədən tərbiyyəsi və həkim nəzarətinin tətbiqi, sanator-kurort

müalicəyə göstəriş və əks-göstərişlər;

PFR-09.13. Sağlam orqanizmin rasional qidalanma əsasları, qastroenteroloji xəstələrdə pəhriz

terapiyası prinsipləri;

PFR-09.14. Müvafiq xəstəxanaya hospitalizasiya olunmasını tələb edən mədə-bağırsaq qanaxmaları,

kəskin pankreatit, kəskin divertikulit və s., həyat üçün təhlükəli olan başqa

qastroenteroloji problemləri olan xəstələrin vəziyyətinin qiymətləndirilməyi.

PFR-10. AMBULATOR QASTROENTEROLOGİYA

Peşə bilikləri:

PFR-10.01. Həzm traktı orqanları üzərində aparılmış əməliyyatdan sonra xəstələrin müalicə və

reabilitasiya həcmini təyin etmək;

PFR-10.02. Qastroenteroloji ambulator xəstələrin (uşaqlar da daxil olmaqla) aparılmasını, eləcə də

bütün yaş qruplarında ekspertizanı;

Peşə bacarıqları:

PFR-10.03. Sağlam şəxslər və xəstələr arasında keyfiyyətli tibbi maarifləndirmə işini aparmağı.

PFR-11. PEDİATRİK QASTROENTEROLOGİYA

Peşə bilikləri:

PFR-11.01. Uşaqlarda həzm sistemi xəstəliklərinin xüsusiyyətləri;

PFR-11.02. Həzm traktı orqanlarının anadangəlmə qüsurları;

PFR-12. ABDOMINAL CƏRRAHİYYƏ

Peşə biliklərı:

PFR-12.01. Həzm traktı orqanlarının xəstəliklərində cərrahi müalicəyə göstərişləri, əks göstərişləri

müəyyənləşdirmək;

PFR-12.02. Həzm traktı orqanları üzərində aparılmış cərrahi əməliyyatlardan sonra xəstələrin müalicə

və reabilitasiya həcmini təyin etmək;

PFR-12.03. Cərrahi müdaxilədən sonrakı fəsadların aşkar edilməsi və aradan qaldırılması.

Page 8: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

8

PFR-13. ABDOMINAL CƏRRAHİ REANİMASİYA

PFR-13.01. Xəstənin əməliyyatdan sonrakı vəziyyətinin qiymətləndirməsi, cərrahi müdaxilədən sonra

xəstələrinnn reabilitasiyası, agırlşmaların müalicəsi;

PFR-13.02. Mərkəzi venoz kateterlərin qoyulması;

PFR-14. ENDOSKOPİYA VƏ ERXP

Peşə biliklərı:

PFR-14.01. Üst və alt qastrointestinal sistemin endoskopik müayinələrini və müalicələrini aparmaq,

selik qişalarının vəziyyətlərini qiymətləndirmək, selik qişadan bioptatların götürülməsi,

müəyyən olunan patologiyaların (eroziya, xora, şiş) vəziyyətinin müəyyən edilməsi;

PFR-14.02. Endoskopik müayinələrə göstərişlər, əks göstərişlər, məhdudiyyətlər və mümkün

fəsadlar;

PFR-14.03. Üst və alt qastrointestinal sistemdə müşahidə olunan qanaxmaları dayandırmağın

endoskopik texnikaları;

PFR-14.04. Üst və alt qastrointestinal sistemdə polipektomiya texnikası, stenozlar zaman stend tətbiq

etmək;

PFR-14.05. Endoskopik retroqrad pankreatoxolangioqrafiya (ERXP) müayinəsinə göstərişlər, əks

göstərişlər, məhdudiyyətlər və bu prosedurada baş verə bilən ağırlşmalar;

PFR-14.06. ERXP interpretasiyasını- normal ERXP, pankreas və öd axacaqlarında müşahidə olunan

dəyişiklikləri (stenoz, daş, şiş və s.);

Peşə bacarıqları:

PFR-14.07. Üst və alt qastrointestinal qanaxmaları zaman endoskopik müayinəni aparmağı

bacarmalı;

PFR-14.08. Qida borusunun varikoz genişlənmiş venalarından qanaxma zamanı skleroterapiya,

damarların bağlanması;

PFR-14.09. Sfinkterotomiya, xoledox daşlarının çıxarılması üsulları (səbət və balon vasitəsilə) stentin

taxılması, balonla dilatasiya;

Həkim-qastroenteroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-14.10. Ezofaqoqastroskopiya 50 (As) /250 (P)

PFR-14.11. Kolonoskopiya 50 (As) /150 (P)

PFR-14.12. Ezofaqus monometriyası 15 (As) /35 (P)

PFR-14.13. 24 saatlıq pH-metriya 15 (As) /30 (P)

PFR-14.14. Kolonoskopik polipektomiya 15 (As) /15 (P)

PFR-14.15. Qastrointestinal traktda endoskopik hemostatik texnikalar 15 (As) /70 (P)

PFR-14.16. Rektoskopiya 15 (As) /85 (P)

PFR-14.17. Terapevtik endoskopiya 20 (As) /80 (P)

PFR-14.18. Həzm traktı orqanlarda stendlərin yerləşdirilməsi 10 (As) /30 (P)

PFR-14.19. Diaqnostik və cərrahi ERXP 30 (As) /70 (P)

PFR-15. KAPSUL ENDOSKOPİYASI

Peşə bilikləri:

PFR-15.01. Mədə-bağırsaq sisteminin kapsul endoskopiyası vasitəsilə müayinə üsullarının ümumi

prinsiplərini;

PFR-15.02. Kapsul endoskopiyası müayinəsinin aparılması üçün göstərişlər və əks göstərişləri;

PFR-15.03. Hansı hallarda kapsul endoskopiyaya müayinə üsulundan imtina etməyi;

Peşə bacarıqları:

PFR-15.04. Kapsul endoskopiyası müayinələrinin interpretasiyasını (normal şəkil və patologiya);

Həkim-qastroenteroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

Page 9: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

9

PFR-15.05. Qastrointestinal sisteminin kapsul endoskopiyası 20 (A)

PFR-16. US MÜAYINƏ

Peşə bilikləri:

PFR-16.01. Qaraciyərin, öd yollarının, mədəaltı vəzin, dalağın, mədə və bağırsağın ultrasəs

müayinələrini aparmaq, bu orqanların parenximasının vəziyyətini, divarların ölçülərinin

təyin edilməsi;

PFR-16.02. Qaraciyər damar sistemində, portal venada, dalaq damarlarında qan cərəyanın sürətini,

stenozların səviyyəsini təyin etmək məqsədilə Doppler metodları;

PFR-16.03. Qaraciyərdə, biliar sistemdə və mədəaltı vəzidə daşların, poliplərin təyin edilməsi.

Peşə bacarıqları:

PFR-16.04. US müayinə aparmağı bacarmalı və alınan nəticələri digər instrumental müayinələridə

(endoskopiya, kompyuter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası) alınan

nəticələrlə əlaqələndirilməsi;

Həkim-qastroenteroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-16.05. Ultrasəs tədqiqatlar 150 (As/İ) /150 (P/İ)

PFR-16.06. Garaciyərin ultrasəs fibroelastografiya 40 (As/İ) /60 (P/İ)

PFR-17. HEPATOLOGİYA

Peşə bilikləri:

PFR-17.01. Qaraciyər və biliar sistemin anatomiyası və funksiyaları;

PFR-17.02. Qaracıyərin qanla təchizatının xüsusiyyətləri;

PFR-17.03. Böyüklərdə əsas qaraciyər xəstəliklərinin klinik simptomatikası və patogenezi;

PFR-17.04. Qaraciyər xəstəliklərində istifadə olunan diaqnostik və terapevtik prosedurların

aparılmasına göstərişlər, əks göstərişlər, məhdudiyyətlər;

PFR-17.05. Müxtəlif mənşəli kəskin və xroniki hepatitlərin, qaraciyər sirrozunun diaqnostikasında

differensial diaqnostikasına istifadə olunan biokimyəvi, seroloji, genetik, histopatoloji

üsullar;

PFR-17.06. Qaraciyər xəstəliklərinin ağırlaşmaları (hepato-renal sindrom, qida borusunun varikoz

venalarından baş verən qanaxmalar);

PFR-17.07. Qaraciyər transplantasiyasına göstərişlər, əks göstərişlər;

PFR-17.08. Qaraciyər patologiyalarının diaqnostikasında qaraciyər dəridən keçən (perkutan)

biopsiyaya göstərişlər, əks göstərişlər, ağırlaşmalar.

Peşə bacarıqları:

PFR-17.09. Qaraciyər xəstəliklərinin assit, hepatik ensefalopatiya, spontan bakterial peritonit,

hepatorenal sindrom kimi fəsadlarının diaqnostikası və müalicəsi;

PFR-17.10. Qaraciyər müxtəlif patologiyalarında müşahidə olunan funksional, virusoloji və morfoloji

dəyişikliklərin qiymətləndirilməsi;

PFR-17.11. Digər etiologiyalı (toksiki, metabolik, irsi) qaraciyər xəstələrin müalicəsi.

Həkim-qastroenteroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-17.12. Qaraciyər biopsiyası 25 (As) /25 (P)

PFR-17.13. Parasentez proseduru 10 (As) /20 (P)

PFR-18. MƏDƏ-BAĞIRSAQ TRAKTININ HƏRƏKİ (MOTOR) FUNKSİYASI

PFR-18.01. Həzm sistemi orqanlarının hərəki funksiyalarının normal fiziologiyası;

PFR-18.02. Hərəki funksiyaların pozulması nəticəsində baş verən mədə-bağırsaq traktının funksional

xəstəliklərinin patogenezində baş-beyin bağırsaq əlaqəsi və yüksək visseral həssaslıq;

Page 10: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

10

PFR-18.03. Bağırsaq xəstəliklərinin psixososial aspekti.

Peşə bacarıqları:

PFR-18.04. Mədə-bağırsaq traktının hərəki funksiyalarının müayinəsində istifadə olunan rentgen,

radionuklid müayinələrin interpretasiyası;

PFR-18.05. Qida borusunun və mədənin pH-metriyası müayinəsinin aparılması;

PFR-18.06. Motor funksiyasını tənzimləyən dərman vasitələrindən istifadə etməyi.

Həkim-qastroenteroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-18.07. Rentgen, radionuklid tədqiqatları 50 (As);

PFR-18.08. pH-metriya 10 (As) /20 (P);

PFR-18.09. Anorektal monometriya 20 (As) /30 (P).

PFR-19. QASTROENTEROLOJI RADİOLOGİYA

Peşə bilikləri:

PFR-19.01. Həzm sistemi patologiyasının kompyuter və nüvə-maqnit müayinə üsullarının ümümi

prinsiplərini;

PFR-19.02. Kompyuter və nüvə-maqnit rezonansı müayinə üsularının aparılması üçün dəqiq göstərişi

və əks- göstərişləri;

PFR-19.03. Hansı hallarda kompyuter və nüvə-maqnit rezonansı müayinə üsulundan istifadə və ya

imtina etməyi;

PFR-19.04. Qastroenterologiyada nukleid müayinə üsullarının prinsiplərini (baza strukturu və qamma

kameraların strukturu daxil olmaqla);

PFR-19.05. Qastroenterologiyanın kompyuter və nüvə metodlarının klinik istifadəsi və

məhdudiyyətlərini;

PFR-19.06. Radiasion fizika və radiasion təhlükəsizlik prinsiplərinə yiyələnmək;

Peşə bacarıqları:

PFR-19.07. Radiasion müayinələrin interpretasiyasını (normal şəkili və patologiya);

Həkim-qastroenteroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-19.08. Radioizotop tədqiqatlar 20 (As/İ)

PFR-19.09. Həzm sistemi orqanlarının tomoqrafiyası KT, NMR ya PET 100 (As/İ)

3. TƏHSİLİN MƏZMUNUNA VƏ SƏVİYYƏSINƏ QOYULAN MİNİMUM TƏLƏBLƏR

3.1. Peşə fəaliyyətinin xarakteristikası

Həkim -qastroenteroloq dərin fundamental və kliniki peşə hazırlığı tələb edən müasir profilaktika,

diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə etməklə əhaliyə ixtisaslaşmış qastroenteroloji

yardımın göstərilməsinə hazır olmalıdır.

3.1.1. Həkim qastroenteroloqun peşə fəaliyyətinin əsas istiqamətləri:

- praktiki tibbi;

- elmi-tədqiqat;

- təşkilati-inzibatçılıq;

- elmi-pedaqoji sahə üzrə.

3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:

3.1.2.1. praktik tibb sahəsi üzrə: (ÜFR-01. və PFR-01 — PFR-18. bəndlər aiddir)

Page 11: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

11

3.1.2.2. elmi-tədqiqat sahəsi üzrə:

- qastroenteroloji xəstəliklərin inkişafında tibbi-sosial amillərin rolunu qiymətləndirmə

üsullarını bilməlidir;

- elmi-tədqiqat işlərini planlaşdırmalıdır;

- tədqiqat mövzusunun seçilməsini bacarmalıdır;

- elmi-tədqiqat işini aparılmalıdır;

- elmi-tədqiqat işinin nəticələrinin təhlil etməlidir;

- alınmış nəticələrin praktik əhəmiyyətini və onun tətbiqi imkanlarını müəyyənləşdirməli,

nəşr materiallarının hazırlanmasında iştirak etməlidir.

3.1.2.3. təşkilati-inzibatçılıq sahəsi üzrə:

- səhiyyə sistemində qəbul edilmiş normativ sənədlərdən (Azərbaycan Respublikasının

qanunlarını, texniki reqlamentləri, beynəlxalq və milli standartları, əmrləri, tövsiyələri,

beynəlxalq vahidlər sistemini, fəaliyyətdə olan beynəlxalq təsnifatları) istifadə etməyi,

həmçinin tibbi müəssisələrin işinin keyfiyyətini və effektivliyini qiymətləndirmək üçün

aparılmış sənədləşmələrdən istifadə etməyi bacarmalıdır.

- qastroenterologiya sahəsinin təşkilati quruluşunu, tibbi yardım göstərən müxtəlif tibbi

müəssisələrin idarəçilik fəaliyyətini bilməli, müəssisələrin struktur bölmələrinin (ixtisas

profilinə görə) iş göstəricilərini təhlil etməli, xəstələrə (qastroenterologiya ixtisası

profilinə görə) tibbi xidmətin göstərilməsində müasir tibbi-təşkilati və sosial-iqtisadi

texnologiyaların səmərəsini qiymətləndirməyi bacarmalıdır.

- peşə səriştəsinin formalaşması üçün professional biliklər, bacarıqlar, vərdişlər sisteminə

yiyələnməlidir.

3.1.2.4. elmi-pedaqoji sahə üzrə:

- orta tibbi ixtisas təhsil müəssisələrində və baza ali tibbi təhsilin səviyyəsində ixtisasa

uyğun olaraq tədris edə bilər (mühazirə oxumağı, seminar aparmağı, laboratoriya işləri və

s.)

3.2. 060918-«Qastroenterologiya» ixtisası üzrə fənn bölümləri, fənlərin kreditləri, onların

mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə

tutulan kompetensiyaların kodları (Əlavə 2-də illər üzrə açıqlanır).

Fənn

bölümünün

kodu

Fənn bölümünün (tematik rotasiyasının)

adı (bilik, bacarılıq və vərdişlər

baxımından)

Kreditlərin

sayı

Qazanılması nəzərdə

tutulan kompetensiyaların

kodları

Ümumi hazırlığı fənnləri: 5

ÜFR-01 Baza təhsili 5 ÜFR-01.01—ÜFR-01.07

Peşə fənnləri və rotasiyaları: 210

PFR-01 Daxili xəstəliklər 20 PFR-01.01- PFR-01.15

PFR-02 Ambulator terapiya 3 PFR-02.01- PFR-02.08

PFR-03 Nevrologiya 5 PFR-03.01- PFR-03.14

PFR-04 İnfeksion xəstəliklər 5 PFR-04.01- PFR-04.13

PFR-05 Onkologiya 5 PFR-05.01- PFR-05.14

PFR-06 Kardiologiya 5 PFR-06.01- PFR-06.13

PFR-07 İntensiv terapiya və reanimasiya 11 PFR-07.01- PFR-07.28

PFR-08 Təxirəsalınmaz qastroenterologiya 10 PFR-08.01- PFR-08.11

PFR-09 Ümumi qastroenterologiya 25 PFR-09.01- PFR-09.14

PFR-10 Ambulator qastroenterologiya 10 PFR-10.01- PFR-10.03

PFR-11 Pediatrik qastroenterologiya 5 PFR-11.01- PFR-11.02

PFR-12 Abdominal cərrahiyyə 5 PFR-12.01- PFR-12.03

PFR-13 Abdominal cərrahiyyə reanimasiya 1 PFR-13.01- PFR-13.02

PFR-14 Endoskopiya və ERXP 50 PFR-14.01- PFR-14.19

PFR-15 US müayinə 10 PFR-15.01- PFR-15.15

Page 12: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

12

PFR-16 Kapsul endoskopiyası 5 PFR-17.01- PFR-17.05

PFR-17 Hepatologiya 20 PFR-18.01- PFR-18.13

PFR-18 Mədə-bağırsaq traktının hərəki funksiyası 5 PFR-19.01- PFR-19.08

PFR-19 Qastroenteroloji radiologiya 10 PFR-20.01- PFR-20.09

Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü 10

Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi) 10

Dövrü və yekun attestasiya 5

Cəmi 240

3.3. 060918 - Qastroenterologiya iхtisası üzrə rezident hazırlığını təmin edən auditoriyada olan təhsil

prоqramının strukturu və əsas hazırlıq mövzuları, dörd il ərzində saatlarla (Əlavə 1-də illər üzrə

açıqlanır).

Əsas tədris fənnləri/mövzuları

haz

irə

Sem

inar

Təc

rübə

məş

ğəl

ə

ÜHM Ümumi hazırlığı mövzuları:

ÜHM – B 01 Səhiyyə sisteminin təşkilinin əsasları 6 4 2

ÜHM – B 02 Tibbi statistika və informatika 2 6 8

PHM Peşə hazırlığı mövzuları:

PHM – B 03 Həzm sisteminin anatomiya, fiziologiya və patoloqiyası 8 8 8

PHM – B 04 Daxili xəstəliklər 14 22 12

PHM – B 05 Nevrologiya 0 8 6

PHM – B 06 Ambulator terapiya 4 4 2

PHM – B 07 İnfeksion xəstəliklər 0 6 6

PHM – B 08 Onkologiya 6 6 6

PHM – B 09 İntensiv terapiya və reanimasiya 14 12 12

PHM – B 10 Qastroenterologiyada kliniki farmakologiya 20 20 20

PHM - B 11 Funksional diaqnostika 92 94 82

PHM - B 12 Yoğun və nazik bağırsaq xəstəlikləri 20 20 12

PHM - B 13 Qida borusunun xəstəlikləri 4 4 2

PHM - B 14 Qaraciyərin virus, autoimmun, parazitar, toksiki mənşəli

xəstəlikləri və onların ağırlaşmaları 40 40 32

PHM - B 15 Mədəaltı vəzin xəstəlikləri 10 10 10

PHM - B 16 Biliar sistemin xəstəlikləri 8 8 8

PHM - B 17 Mədə və 12 barmaq bağırsaqın xəstəlikləri 14 14 14

PHM - B 18 Peritonun xəstəlikləri 8 8 8

PHM - B 19 Həzm traktının irsi xəstəlikləri 12 12 12

Cəmi 282 306 262

3.4. 060918 - «Qastroenterologiya» ixtisası üzrə həkim-rezidentin təhsil proqramının yerinə

yetirilməsinin müddəti:

Ümumi həftələrin sayı – 209 həftə

- əmək məzuniyyəti – 16 həftə

- təlim həftələrinin sayı – 193 həftə

o cümlədən:

- kliniki təlim (praktiki və kliniki iş) – 164 həftə

- nəzəri təlim –20 həftə

Page 13: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

13

- təcrübələr (elmi-tədqiqat ) –4 həftə

- attestasiyalar – 5 həftə

- növbətçilik - ayda 4 dəfədən az olmayaraq

3.4.1. Hazırlığın son ilində həkim-rezident ixtisas üzrə 3 aylıq müddətinə Səhiyyə Nazirliyi tərəfindən

müəyyən edilmiş respublikanın tibb müəssisələrinin birində sərbəst stajorluq keçməlidir.

4. MADDI-TEXNIKI, TƏDRIS BAZASI VƏ KADR POTENSIALI

4.1. 060918 - «Qastroenterologiya» ixtisası üzrə təhsil proqramına müvafiq tərtib edilmiş tədris

planında nəzərdə tutulan həkim–qastroenteroloqun hazırlanması üçün Səhiyyə Nazirliyi

tərəfindən baza kimi müəyyən edilmiş təhsil və elmi tibb müəssisələri, habelə aparıcı klinikalar

qastroenteroloji xəstələrin diaqnostikasının, müalicə və profilaktikasının aparılmasını təmin edə

biləcək yüksək səviyyəli maddi-texniki bazaya malik olmalıdır.

4.2. 060918 - «Qastroenterologiya» ixtisası üzrə Təhsil Proqramı Səhiyyə Nazirliyi tərəfindən baza

kimi müəyyən edilmiş təhsil, elm müəssisələri və aparıcı klinikalarda aparıcı mütəxəssislər

(rəhbər-kuratorlar) tərəfindən əyani formada aparılır.

4.3. Həkim- qastroenteroloqun hazırlığına rəhbərlik edən kuratorlara qoyulan tələbər:

4.3.1. Peşə vərdişlərinə yiyələnməsini təmin etmək üçün praktiki təcrübəsi 5 ildən çox olan yüksək

ixtisaslı mütəxəssislər tərəfindən aparılır.

4.3.2. Tədris olunan nəzəri mövzuları ali təhsil müəssisəsinin elmi dərəcəsi və (və ya) elmi adı olan

professor-müəllim heyəti tədris edir.

4.3.3. Rezidentin elmi-tədqiqat işinə qarşılıqlı razılığı əsasında ali təhsil və ya elmi-tədqiqat

müəssisəsinin heyəti rəhbərlik edə bilər.

4.4. Rezidentin rotasiyalar keçdiyi müəssisələrin maddi-texniki bazalarına qoyulan tələblər:

4.4.1. İntensiv terapiya və reanimasiya rotasiyası. Eksrpes-laborator avadanlığı, defibrillyator

“demand” rejimi ilə, monitor elektrokardioskopiya, EKQ, müvəqqəti daxili və xarici

peysmeyker, süni tənəffüs apparatı və zəruri vasitələr.

4.4.2. İnfeksion xəstəliklər rotasiyası. Müasir laborator avadanlıq və ultrasəs apparatı.

4.4.3. Təxirəsalınmaz qastroenterologıya rotasiyası. Eksrpes-laborator avadanlıq. Qastroskop,

kolonoskop, qanaxmaları dayandırmaq üçün skleroterapiya, elastik həlqə qoyulması üçün

lazımi materiallar, süni tənəffüs apparatı və zəruri vasitələr.

4.4.4. İnstrumental rotasiyalar

4.4.4.1. Endoskopiya. ERXP, kapsul endoskopiyası, rentgenoqrafiya, üst və alt

qastrointestinal sistemin müayinəsi, hepatobiliar və pankreas axacaqlarının

müayinəsi, nazik bağırsağın müayinəsi üçün müvafiq cihazlar.

4.4.4.2. US müayinə. Qaraciyər, öd yollarının, pankreasın müayinəsi üçün, US qaraciyər

fibroelastoqramma, portal sistem və dalaq venalarının qan təchizatının yoxlanması

üçün zəruri avadanlıq.

4.4.4.3. Radioizotop müayinəsi. Radioizotop qaraciyər və dalağı müayinə etmək üçün zəruri

avadanlıq.

4.4.4.4. KT, nüvə-maqnit rezonansı və PET üzrə rotasiya. 16 və artıq kəsikdə KT

müayinəsini aparmaq üçün zəruri avadanlıq və sürətləndirilmiş qastroenteroloji

proqram təminatı. 1,5 və artıq Teslalı NMR avadanlıq və sürətləndirilmiş

Page 14: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

14

qastroenteroloji proqram təminatı. PET müayinəsini aparmağa imkanı olarsa onun

üçün zəruri avadanlıq olmalıdır.

4.4.5. İntervension və invaziv qastroenteroloji rotasiyası. Qalxan üst və alt qastrointestinal

sistemin qanaxmalarını saxlamaq, sfinkterotomiya, qalxan endoskopik

xolangiopankreatoqrafiya, həzm traktında baş vermiş stenozların stentin qoyulması üçün

zəruri avadanlıq.

4.4.6. Abdominal cərrahiyyə üzrə rotasiya. Həzm sistemi xəstəlikləri üzrə cərrahi müdaxilələr

üçün otaq, qida borusunda, mədə-bağırsaqda, öd yollarında stendlərin qoyulması üçün

avadanlıq.

5. TƏDRİS PROSESİNİN FORMA VƏ METODLARI

5.1. 060918 - «Qastroenterologiya» ixtisası üzrə həkim-qastroenteroloqun hazırlığı, nəzəri təlim,

həkim hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət,

kuratorun rəhbərliyi və nəzarəti altında müalicə-profilaktik işlərinin aparılması və sairə formada

öyrənilməsi ilə təmin olunur.

5.2. 060918 - «Qastroenterologiya» ixtisası üzrə həkim-qastroenteroloqun hazırlığında elmi-tədqiqat

və praktiki tibbi təcrübələr nəzərdə tutulur.

5.3. Rezidentura ərzində 1 rezidentə görə həzm sistemi xəstəlikləri olan pasiyentlərin ən azı 1300

hospitallaşdırma halları və 2200 ambulator müraciəti olmalıdır. Onlardan:

Ambulator Stasionar

Nevrologiya və terapiya üzrə rotasiyaları 300 75

İnfeksion xəstəliklər rotasiyası 75 40

İntensiv terapiya və reanimasiya rotasiyası 0 50

Onkolologiya üzrə rotasiyası 60 20

Təxirəsalınmaz qastroenterologiya rotasiyası 0 120

Hepatologiya üzrə rotasiyalar 150 50

Qastroenteroloji müayinələr üzrə rotasiyalar

Ezofaqoqastroduodenoskopiya 200 100

Kolonoskopiya 150 50

Rektoskopiya 60 40

Qaraciyərin funksional sınaqları 400 200

Qaraciyərin biopsiyası 40 10

KT, NMR və ya PET üzrə rotasiya 100 50

Qastroenterologiyanın xüsusi bölməsi

Qastroenterologiyanın əsasları 50 225

Qastroenterologiyada klinik farmakologiya üzrə rotasiya 50 25

İntervension və invaziv qastroenterologiya üzrə rotasiya 30 150

Abdominal cərrahiyyə üzrə rotasiya 100 25

Ambulator qastroenterologiya üzrə rotasiyası 300 0

Pediatrik qastroenterologiya üzrə rotasiyası 135 50

Xəstələrin cəmi sayi 2200 1280

6. YEKUN DÖVLƏT ATTESTASİYASINA QOYULAN TƏLƏBLƏR VƏ

QİYMƏTLƏNDİRMƏ

6.1. 060918 - «Qastroenterologiya» ixtisası üzrə fərdi iş planları rezidentura hazırlığını həyata keçirən

müəssisələrin müvafiq elmi və ya tibb şuralarının iclaslarında təsdiq edilir. Rezidentlər hər tədris

Page 15: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

15

ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı müəssisənin elmi şurası (tibbi şurası) qarşısında

hesabat verərək attestasiya olunur.

6.2. Rezidenturada təhsil alan həkimlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə

Nazirliyinin təsdiq etdiyi attestasiya komissiyası tərəfindən ali təhsil müəssisəsində aparılır.

6.3. Yekun attestasiya nəticəsində rezidentə “həkim-qastroenteroloq” ali peşə-ixtisas dərəcəsi və

dövlət nümunəli diplom verilir.

7. 060918 - «QASTROENTEROLOGİYA» İXTİSASI ÜZRƏ YEKUN ATTESTASİYA

FORMATI

7.1. Yekun attestasiya imtahanı iki mərhələdə -yazılı və praktiki komponent üzrə həyata keçirilir.

Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər attestasiya

komissiyasının müəyyən etdiyi vaxtda həmin mərhələ üzrə təkrar yekun attestasiyadan keçirlər.

7.2. Birinci mərhələ- Yazılı Komponent. Birinci mərhələdə rezident üç saat ərzində 100 test suala

cavab verir. Test informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan sual

vərəqəsi üzrə aparılır. Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər yekun

attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

7.3. İkinci mərhələ - Praktiki Komponent. İkinci mərhələdə rezident tərəfindən 8 müxtəlif klinik

hal araşdırılır. Klinik halların araşdırılmasına diaqnostik müayinələrin sərbəst aparılması və

təhlili, müalicə tədbirlərin planlaşdırması və digər aspektlər aiddir. Klinik halların araşdırılması

attestasiya komissiyası tərəfindən məqbul hesab edildikdə rezident yekun attestasiyanın ikinci

mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Page 16: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

16

Əlavə 1. 060918 – “Qastroenterologiya” iхtisası üzrə təhsil prоqramının strukturu (illər və saatlar üzrə)

Əsas tədris fənnləri/mövzuları MH SM TM 1-ci il 2-ci il 3-cü il 4-cü il

MH SM TM MH SM TM MH SM TM MH SM TM

ÜHM Ümumi hazırlığı mövzuları:

ÜHM – B 01 Səhiyyə sisteminin təşkilinin əsasları 6 4 2 6 4 2

ÜHM – B 02 Tibbi statistika və informatika 2 6 8 2 6 8

PHM Peşə hazırlığı mövzuları:

PHM – B 03 Həzm sisteminin anatomiya, fiziologiya və patoloqiyası 8 8 8 8 8 8

PHM – B 04 Daxili xəstəliklər 14 22 12 14 22 12

PHM – B 05 Nevrologiya 0 8 6 0 8 6

PHM – B 06 Ambulator terapiya 4 4 2 4 4 2

PHM – B 07 İnfeksion xəstəliklər 0 6 6 0 6 6

PHM – B 08 Onkologiya 6 6 6 6 6 6

PHM – B 09 İntensiv terapiya və reanimasiya 14 12 12 14 12 12

PHM – B 10 Kardiologiya 20 20 20 20 20 20

PHM - B 11 Funksional diaqnostika 92 94 82 42 44 42 40 40 30 10 14 10

PHM - B 12 Yoğun və nazik bağırsaq 20 20 12 20 20 12

PHM - B 13 Qida borusunun xəstəlikləri 4 4 2 4 4 2

PHM - B 14 Qaraciyərin virus, autoimmun, parazitar, toksiki mənşəli

xəstəliklər və onların ağırlaşmaları 40 40 32 14 10 12 16 20 14 10 10 6

PHM - B 15 Mədə altı vəzin xəstəlikləri 10 10 10 12 12 12

PHM - B 16 Biliar sistemin xəstəlikləri 8 8 8 8 8 8

PHM - B 17 Mədə və 12 barmaq bağırsağın xəstəlikləri 14 14 14 14 14 14

PHM - B 18 Peritonun xəstəlikləri 8 8 8 8 8 8

PHM - B 19 Həzm traktının irsi xəstəlikləri 12 12 12 12 12 12

Cəmi 282 306 262 60 78 64 88 84 82 116 126 102 20 24 16

Page 17: 060918 Qastroenterologiya iхtisası üzrə rezidenturada hə ...sehiyye.gov.az/files/pdf/rezidentura/proqramlar/Qastroenterologiya.pdf · 060918 – “Qastroenterologiya” iхtisası

17

Əlavə 2. 060918 - “Qastroenterologiya” iхtisası üzrə tematik rotasiyaların strukturu (həftələr, saatlar və kreditlər üzrə)

Fənn

bölümünün

kodu

Fənn bölümünün (tematik rotasiyasının) adı Həftələr Saatlar Kreditlər Həftələrin sayı Kreditlərin sayı

1 il 2 il 3 il 4 il 1 il 2 il 3 il 4 il

Ümumi hazırlığı fənnləri: 4 120 5 4 0 0 0 5 0 0 0

ÜFR-01 Baza təhsili 4 120 5 4 0 0 0 5 0 0 0

Peşə fənnləri və rotasiyaları: 168 5040 210 39 43 43 43 49 54 54 53

PFR-01 Daxili xəstəliklər 16 480 20 16 0 0 0 20 0 0 0

PFR-02 Ambulator terapiya 2 60 3 2 0 0 0 3 0 0 0

PFR-03 Nevrologiya 4 120 5 4 0 0 0 5 0 0 0

PFR-04 İnfeksion xəstəliklər 4 120 5 0 0 4 0 0 0 5 0

PFR-05 Onkologiya 4 120 5 4 0 0 0 5 0 0 0

PFR-06 İntensiv terapiya və reanimasiya 9 270 11 0 9 0 0 0 11 0 0

PFR-07 Kardiologiya 4 120 5 0 0 4 0 0 0 5 0

PFR-08 Təxirəsalınmaz qastroenterologiya 8 240 10 0 4 0 4 0 5 0 5

PFR-09 Ümumi qastroenterologiya 20 600 25 5 4 5 6 7 5 6 7

PFR-10 Ambulator qastroenterologiya 8 240 10 0 4 4 0 0 5 5 0

PFR-11 Pediatrik qastroenterologiya 4 120 5 0 0 0 4 0 0 0 5

PFR-12 Abdominal cərrahiyə 4 120 5 0 0 0 4 0 0 0 5

PFR-13 Abdominal cərrahiyyədə reanimasiya 1 30 1 0 0 0 1 0 0 0 1

PFR-14 Endoskopiya və ERXP 40 900 50 4 8 12 16 5 10 15 20

PFR-15 US müayinə 8 240 10 0 4 4 0 0 5 5 0

PFR-16 Kapsul endoskopiyası 4 120 5 0 0 0 4 0 0 0 5

PFR-17 Hepatologiya 16 480 20 0 8 8 0 0 10 10 0

PFR-18 Mədə-bağırsaq traktının hərəki funksiyası 4 120 5 0 0 0 4 0 0 0 5

PFR-19 Qastroenteroloji radiologiya 8 240 10 4 2 2 0 4 3 3 0

Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü 8 240 10 2 2 2 2 2 3 2 3

Dövrü və yekun attestasiya 5 120 5 1 1 1 2 1 1 1 2

Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi) 8 240 10 2 2 2 2 3 2 3 2

Cəmi 193 5760 240 48 48 48 49 60 60 60 60