Post on 25-May-2020
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTU
QƏNAƏTLİ İSTEHSAL ÜSULLARI:
TAM ZAMANINDA İSTEHSAL
(JUST-IN-TIME)
Bakı - 2019
Kitabça Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr
tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair
Strateji Yol Xəritəsi”nin “1.1.1. Qənaətli istehsal metodları üzrə təhlil
aparılması” tədbirinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat
İnstitutunda Əlvan Süleymanova tərəfindən işlənilmişdir.
© İİETİ, Bakı, 2019
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 3
Mündəricat
Giriş ........................................................................................................................ 4
1. Qənaətli istehsalın mahiyyəti və istehsalda tətbiqi
xüsusiyyətləri ..................................................................................................... 5
2. Qənaətli istehsal metodlarının təhlili: Tam zamanında
istehsal (Just-in-Time) ................................................................................. 11
İstinadlar ........................................................................................................... 16
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 4
Giriş
Hazırda istehsalçı ilə istehlakçı arasındakı münasibətlərdə
daha çox istehlakçının istəkləri ön plandadır. Belə olduğu halda,
istehsal sistemlərinin və idarəetmə üsullarının tez-tez
yenilənməsi və daha da yaxşılaşdırılması vacib məsələlərdən
birinə çevrilmişdir. İstehsal prosesində səmərəliliyin təmin
edilməsi istehsalın təşkilində əsas məqsəddir. Bu baxımdan,
qənaətli istehsalın təşkili istehsalda bütün israfların qarşısının
alınmasına istiqamətlənmiş sistemdir. Qənaətli istehsalın əsas
strategiyası istehsal sürətini artırıb, axın vaxtını azaldaraq
keyfiyyət, xərclər və təchizat sistemini eyni vaxtda
yaxşılaşdırmaqdır.
Qənaətli istehsal müəssisədə lazımsız mərhələləri ləğv etmək,
bütün fəaliyyətləri sıralamaq və istehsalı yaxşılaşdırmaq üçün
davamlı olaraq fəaliyyətdə olmaqdır. Məhsulun dizaynında,
müəssisənin təşkil olunmasında və işlədilməsində, istehlakçılarla
əlaqədə, idarəetmədə və s. qənaətli istehsalın funksional olaraq
fəaliyyət göstərən elementləri mövcuddur. Buna görə də, qənaətli
istehsal, liderlik, kollektivlə işləmə, kommunikasiya kimi inzibati
məsələlərlə bilavasitə əlaqəlidir. İşçilərin istehsalda və
idarəetmədə fəaliyyətlərinin vacib olduğu qənaətli istehsal
keyfiyyət göstəricilərinin yaradılmasını tələb edir. Eyni zamanda
həm işləyən, həm də yaranan bəzi problemlərin həlli yollarının
axtarılması və müzakirə olunması üçün toplaşan işçi qrupları
qənaətli istehsalın əsasını təşkil edir.
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 5
1. Qənaətli istehsalın mahiyyəti və istehsalda
tətbiqi xüsusiyyətləri
Qənaətli istehsalı kütləvi istehsalla müqayisədə bütün
ehtiyatların daha azını istifadə edir, işçi qüvvəsinin yarısı, istehsal
sahəsinin yarısı, avadanlıqlara qoyulan investisiyanın yarısı, lazım
olan ehtiyatların yarısından da az hissəsinin saxlanılmasını təmin
edir, çox az itki və daha da artan çeşidlilikdə məhsullar istehsal
edir. Kütləvi istehsal məhsulları bazara istiqamələndirici (push -
itələyici), qənaətli istehsal isə dartıcı (pull - dartıcı) xüsusiyyətə
malikdir.
“İtələyici” sistemlər klassik sistemlərdir. Bu sistemdə istehsal
müddəti, növbəti müddətin ehtiyacını qarşılayacaq şəkildə
istehsal aparır. İstehsal nisbətinə təsir edən bu dəyişikliklər
qrafiklərin yenidən nəzərdən keçirilməsini və müvafiq qurumlara
göndərilməsini tələb edir. Bu da vaxt tələb etdiyindən, itələyici
sistemlər ehtiyatların saxlanması ilə dəyişikliklərə
uyğunlaşdırılır. Buna görə də, bu sistemlərdə ehtiyatın olması
qaçılmazdır.
Qənaətli istehsal quruluşunda heç bir lazımsız ünsür
olmayan və səhvlər, xərclər, anbar işçiliyi, itkilər, müştəri
məmnuniyyətsizliyi kimi ünsürlərin ən az həddə olduğu istehsal
sistemini ifadə edir. Bu sistemin əsas məqsədi təşkilatlar,
texnologiyalar və sabit qiymətlər üzərində fokuslanma əvəzinə,
məhsulun istehsal və təchizat prosesinə fokuslanaraq resursları
səmərəli istifadə edəcək şəkildə istiqamətləndirməkdir. Buna
uyğun olaraq qənaətli istehsal bütün israflardan təmizləməyi
hədəfləyən bir sistemdir.
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 6
Şəkil 1. “İtələyici” sistemlər Qeyd: * İTM – İstehsalı tamamlanacaq məhsullar
Hazır
m
əh
su
l
Hazır
m
əh
su
l
Başlanğıc Ta
kt
dö
vrü
Xa
mm
al
Faktiki
vaxt
Faktiki
vaxt
Faktiki
vaxt
Sonra
Pro
ses
Xam
ma
l
Qü
su
rla
r
Tip
ik “
itələ
yic
i” s
iste
m
İTM
* İT
M*
İTM
*
İTM
*
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 7
Şəkil 2. “Dartıcı” sistemlər
Qeyd: * İTM – İstehsalı tamamlanacaq məhsullar
Da
rtıc
ı sis
tem
Aktual
zaman
Aktual
zaman
Aktual
zaman
Aktual
zaman
Aktual
zaman
Aktual
zaman
Takt
Zam
an
Pro
seslə
r
Hazır
m
əh
su
l
Xam
ma
l
Takt
Zam
an
H
azır
m
əh
su
l
Başlanğıc Sonra
Kan
ban
itə
lə-
yic
i siq
nal
Kan
ban
itə
lə-
yic
i siq
nal
Kan
ban
itə
lə-
yic
i siq
nal
Kan
ban
itə
lə-
yic
i siq
nal
Kan
ban
itə
lə-
yic
i siq
nal
Kan
ban
itə
lə-
yic
i siq
nal
Hazır
mə
hs
ul
üç
ün
Ka
nb
an
sa
hə
si
Hazır
mə
hs
ul
üç
ün
Ka
nb
an
sa
hə
si
Xam
ma
l
“D
art
ıcı”
sis
tem
Faktiki
vaxt
Faktiki
vaxt
Takt
dö
vrü
Pro
ses
Hazır
m
əh
su
l
Xam
ma
l
Takt
dö
vrü
H
azır
m
əh
su
l
Başlanğıc Sonra
Kan
ban
dart
ıcı
siq
nalı
Kan
ban
d
art
ıcı
siq
nalı
Kan
ban
d
art
ıcı
siq
nalı
Kan
ban
d
art
ıcı
siq
nalı
Kan
ban
d
art
ıcı
siq
nalı
Kan
ban
d
art
ıcı
siq
nalı
Ka
nb
an
da
h
azır
mə
hs
u-
lun
ye
ri
Ka
nb
an
da
h
azır
mə
hs
u-
lun
ye
ri
Xam
ma
l
Faktiki
vaxt
Faktiki
vaxt
Faktiki
vaxt
Faktiki
vaxt
İTM
* İT
M*
İTM
*
İTM
* İT
M*
İTM
*
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 8
Qənaətli istehsal materialları və məlumatları müştərilərin
ehtiyaclarına uyğun olaraq dəyişdirib formalaşdırmasına və əlavə
dəyər yaradaraq zaman və məkan istismar etməsinə baxmayaraq
məhsulda müştəri tələblərinə uyğun dəyər yaratmayan və
ümümilikdə əlavə dəyər yaratmayan fəaliyyətləri fərqləndirən
sistemdir.
Yekun olaraq, qənaətli istehsal, ən az resursla, ən qısa
zamanda, ən ucuz və unikal istehsalı, istehlakçının tələbinə
tamamilə uyğun olan, ona cavab verə bilən, itkisiz və ya ən az itki
ilə, eləcə də, bütün istehsal faktorlarını ən səmərəli şəkildə
istifadə edib istehsalın necə reallaşdırılmasını müəyyən edən
istehsalın təşkili sistemidir.
Sistemə məxsus əsas xüsusiyyətlər üç istiqamətdə: idarəetmə
və işçilərin iştirakı, keyfiyyət və istehsal əməliyyatları üzrə təsnif
edilir.
İdarəetmə və işçilərin iştirakı. Əsasən, şirkətin lider
vizyonu və mübarizəsi, yeni və inteqrativ məqsədləri,
uzunmüddətli strategiyası, işçlərin iştirakı və insan resurlarının
təkmilləşdirilməsi, hədəfə nail olmağa imkan verən ölçmə və
mükafatlandırma, məhsul və istehlakçıya yönəlmiş təşkilati
sistemlər, üstün kommunikasiya sistemləri və tətbiqləri, tədqiqat
və təhsil dəstəyi nəzərdə tutulur.
Keyfiyyət. Əsas keyfiyyət faktorları isə düzgün marketinq
sistemi, müştəri yönümlü məhsul istehsalı, davamlı olaraq
keyfiyyətin yaxşılaşdırılması, əsas məhsul xüsusiyyətlərinin
statistik yoxlanılması, yenilik və təcrübələrə diqqəti artırmaq,
keyfiyyət sertifikatına malik satıcılarla əməkdaşlıq edilməsidir.
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 9
İstehsal əməliyyatları. Bu təsnifatda davamlı istehsalı axını,
həcm deyil, tələb yönümlü istehsal, istehsal mərhələlərinin sürətli
dəyişməsi, avtomatlaşdırmadan öncə standartlaşdırma və
sadələşdirmənin təmini, qoruyucu qulluq proqramları və bu kimi
tədbirlər həyata keçirilir.
Uğurlu qənaətli istehsal modelini xarakterizə edən əsas
amillər: layihə meneceri, komanda şəklində fəaliyyət,
təchizatçılarla inteqrasiya, məlumat mədəniyyəti, inteqrasiya
edilmiş mühəndislik və istehlakçı yönümlü olmasıdır. Bu amillər
ümumi keyfiyyətə nəzarət sisteminin əsasını təşkil edir. Qənaətli
istehsalda keyfiyyət anlayışı istehlakçı hər hansı bir məhsulu
alarkən həmin məhsulda istehlakçının bütün gözləntilərinin
qarşılanması və istifadə edərkən məhsuldan razı qalmasını ifadə
edir. Qənaətli istehsal sistemi hədəfə çatmaq üçün üst təbəqə
işçisindən ən aşağı vəzifəli işçisinə qədər bütün işçilərin bir bütün
halında işləməsini təmin edir, bütün sahələrdə öz işini mükəmməl
bilən işçilər yerləşdirir və avtomatlaşdırılmış avadanlıqlara
üstünlük verir. Digər tərəfdən, öhdəliklər ən aşağı təbəqəyə qədər
bütün işçilər arasında düzgün bölünür ki, bu hər bir işçinin öz
görəcəyi işini bilməsinə və daha məsuliyyətli yanaşmasına səbəb
olur. Qənaətli istehsal daha çox peşakarlıq tələb edir və iş
mühitinin buna uyğun formalaşmasını təmin edir.
Qənaətli istehsalın əsas tələbi bütün israfları aradan
qaldırmaqdır. Bu baxımdan, israf - xammal və ya mahsulun lazım
olandan çox olmasıdır. Həmçinin, istehsala dəyər əlavə etməyən,
şirkətin hədəfinə çatmasında heç bir rolu olmayan mövcud
fəaliyyətləri də ifadə edir. İsrafın əsas səbəbləri qeyri-kafi iş
üsulları, istehsala hazırlıq prosesinin çox vaxt alması, əskik
proseslər, istehsala lazım olan diqqətin göstərilməməsi, uzun
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 10
məsafələr, lider çatışmazlığıdır. İstehsalda ümumi israfların,
əsasən, yeddi növü fərqləndirilir.
1. Avadanlıq işləyərkən işçinin gözləməsi
2. Lazımsız materialların daşınması
3. Lazımsız , əlavə dəyər yaratmayan fəaliyyətlər
4. Yarımfabrikat və hazır məhsulların anbarda qalması
5. İşçilərin müvafiq avadanlıq və iş sisteminə uyğun olmayan
təşkili
6. İstehsal prosesi zamanı ortaya çıxan lazımsız qırıntılar
7. Lazım olandan çox məhsul istehsalı
Qənaətli istehsal sisteminin əsas nəticə göstəricisi ehtiyatın,
yəni vaxtından əvvəl və lazım olandan çox istehsalın minimuma
həddə qədər azaldılmasıdır. Bir şirkətin ehtiyatları nə qədər çox
olarsa, şirkətin işçi, avadanlıq, məkan və enerji sərfi o qədər çox
olacaqdır. Ehtiyat, bütün istehsal prosesi zamanı “gözləməyi”
ifadə edir. İstər istehsal olunan hissələrin, istər digər sexlərdən
gələn hazır hissələrin və son məhsulun saxlanması, bir yerdə heç
bir iş görmədən “gözləmələri” deməkdir. İstehsalın hansı
mərhələsində olursa olsun “gözləmək” məhsuldarlığı aşağı salan
və istehsalda vaxt israfına səbəb olan faktordur. Kütləvi istehsalda
əsas məqsəd, daha çox və daha sürətli istehsal etməkdir. Belə
vəziyyətdə tələb edilməyən miqdarda məhsul ehtiyatda qalır ki,
bu da əlavə maliyyə tələb edir. İqtisadi vəziyyəti yaxşı olan
müddətdə bir müəssisədə buna diqqət olunmaya bilər. Çünki,
müəssisə onsuz da maliyyə cəhətdən yaxşı vəziyyətdədir. Ancaq
iqtisadi vəziyyətin pisləşdiyi vəziyyətlərdə bu ciddi problemlər
yaradacaqdır.
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 11
2. Qənaətli istehsal metodlarının təhlili: Tam
zamanında istehsal (Just-in-Time)
Dünyada ən yaxşı sistem kimi qiymətləndirilən qənaətli
istehsal potensialların məcmusudur. Yaponiya da daxil olmaqla
bir çox ölkələrdə qənaətli istehsala keçid edən şirkətlər bu
sistemin bəzi komponentlərini tətbiq edirlər. Qənaətli istehsal
sisteminin qismən tətbiq olunmasının əsas səbəblərindən biri
şirkətin öz sistemində yarana biləcək risklərdir. Bir müəssisə
tamamilə qənaətli istehsala keçmək üçün aşağıdakı üsulları tətbiq
etməlidir: kanban sistemi, qarışıq yükləmə və istehsalda
nizamlılıq, tək hissə axını, avadanlıqlararası/sexlər arası
sinxronizasiya, U-xətləri, poka-yoke, ümumi məhsuldar qulluq,
keyfiyyət dairəsi, tam zamanında istehsal (JIT), 5s, sürətli qəlib
dəyişmə (SMED). İstehsalın tam zamanında yerinə yetirilməsi
üçün bütün proseslərə nə zaman və nə qədər istehsal edəcəyi
barədə məlumat verən bir informasiya sisteminin yaradılması
zəruridir.
Tam zamanında istehsal - dəqiq vaxtında konsepsiyası
satılacaq məhsulun istehsalı üçün zəruri olan xammal və material
üzrə ehtiyatların həcmini mövcud məhsul buraxılışı istehsalına
uyğun səviyyədə saxlamaqdır. Bu zaman ehtiyatlarda olan
azalmanı nəzərə alaraq istehsal ediləcək məhsullar, eləcə də,
istifadə ediləcək materiallar keyfiyyət standartlarına uyğunluğu
təmin etməlidir. Bu tələb isə təkcə məhsul istehsalçısını deyil,
material təchizatçılarını da keyfiyyət tələblərini yaxşılaşdırmağa
məcbur edir. Tam zamanında istehsal sistemilə işləyən
istehsalçılar istehsal qrafiklərini elə tərtib etməlidirlər ki,
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 12
istehsalın təşkili və hazır məhsulun saxlanması üçün tələb olunan
materiallar təyin edilmiş vaxtda və zəruri həcmdə müəyyən
edilmiş ünvanda olsun. Bu baxımdan, tam zamanında istehsal
sisteminin ardıcıl sifarişlərlə məhsul istehsalını həyata keçirən
müəssisələrdə tətbiqi məqsədəuyğundur. Bu sistemdə xammal və
materialların ehtiyatları yaradılmadığından istehsalın təşkili üçün
nə qədər material tələb olunursa, o qədər axın formalaşır. Qeyd
edək ki, tam zamanında istehsal sisteminin tətbiqi iki istiqamətdə
davamlı olmalıdır: istehsalın yerinə yetirilməsi və satışın
təşkilində. Tam zamanında istehsal sistemi ehtiyatların
minimumlaşdırılmasına, satışın çevikliyi məqsədilə kiçik
partiyalarla hazır məhsul istehsalına, eləcə də, əmtəəlik məhsulun
maksimumlaşdırılmasına, məhsulun keyfiyyətinin artırılmasına,
istehsalda və satışda vaxta qənaətə, ümumi heyətin razılaşdırılmış
fəaliyyətinə əsaslanır.
Tam zamanında istehsal sisteminin qurulması üçün
məhsullar istehsal yönümlü dizayn edilməli, təmin edilə bilən
istehsal vasitələri və prosesləri nəzərə alınmalıdır. Məhsul
dizaynında yığcam quruluş və sadəlik olmalıdır. Həmçinin, emal
axınını asanlaşdırmaq üçün iş yerini təşkil etmək, material
hərəkətlərini minimuma endirəcək və ya ortadan qaldıracaq
dəyişikliklər zəruridir. Tam zamanında istehsal sisteminin
tətbiqində işçilərin iştirakını təmin etmək üçün proqramlar
yaratmaq, işçilərin bilik və bacarıqlarından istifadə etmək,
motivasiyaedici tədbirlər həyata keçirmək zəruridir.
Həmçinin, doğru məlumatı əldə etmə istiqamətində işlər
görülməli, məlumatların doğruluğunu təmin etmək üçün
məsuliyyətli insanlar təyin olunmalı və doğruluğu ölçmək üçün
proqramlar yaradılmalıdır. Məlumatı aktuallaşdırmaq, anında
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 13
məlumatı almaq və interaktiv qərar vermək üçün real zamanlı və
onlayn sistemlər istifadə edilməlidir.
Tam zamanında istehsal sistemi istehsalın bütün
mərhələlərində israfın qarşısı alınaraq xərclərin azaldılması
məqsədini ifadə edir. Bir müəssisədə yalnız bütün israfın qarşısı
alındığı anda “Tam zamanında istehsal” (JIT) reallaşmış olacaq. Bu
sistem məhsulun dəyərini artırmayan bütün faktorları israf kimi
qəbul edir. Bu baxımdan, istehsalın hər bir mərhələsində
keyfiyyətsizlik (satın alınan və ya istehsal edilən hissə və
məmulatlarda səhvlər) əsas israf elementləri kimi
müəyyənləşdirilmişdir. Ancaq çox zaman bu hədəflərə nail olmaq
təcrübi olaraq mümkün olmadığından, burada əhəmiyyətli olan
israfın qarşısını alıb, xərcləri azaltmaqdır. Xərcləri azaltdıqda isə
müəssisənin gəliri artacaqdır.
Tam zamanında istehsal sisteminin üstünlüyü istehsal
mühitindəki problemlərin mənfi təsirlərini azaltmağa çalışmaq
əvəzinə, problemlərin özünü müəyyən edərək, onları həll etmək
üçün davamlı tədbirləin görülməsidir. Məlumdur ki, istehsal
şəraitində yaranan bir çox problemlərin əsasında qeyri-
müəyyənlik amili mövcuddur. Qeyri-müəyyənliyin təsiri
məhsulun sistem daxilində axınına mane olaraq təzahür edir. Tam
zamanında istehsal sistemi qeyri-müəyyənlik mənbələrini
ortadan qaldırmaq məsələsinə diqqət yetirməklə məqsədləri
müəyyən edir. Tam zamanında istehsal sistemi məhsulları
səmərəli istehsal edilə biləcək dizayn etmək, emal axınını
asanlaşdırmaq üçün düzgün iş yeri seçmək, işçilərin iştirakını
təmin etmək üçün proqramlar yaratmaq, kağızla işlənən işləri
azaltmaq, qüsurlu malları və ehtiyatları azaltmaq, eləcə də,
davamlı inkişafı təmin etmək prinsiplərini üstün tutur. Bu
prinsiplər məhsuldarlığını və gəlirliliyini artırmaq istəyən hər bir
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 14
müəssisə üçün uyğundur. Məhsuldarlığa nail olmaq üçün lazım
olan şərtlər doğru və tam məlumat, sürətli informasiya
mübadiləsi, keyfiyyətə nəzarət, israfı aradan qaldırmaqdır.
Tam zamanında istehsal sistemində əsas hədəfə nail olmaq
üçün büdcə xərclərinin nəzərə alınaraq istehsalın həyata
keçirilməsi lazımdır. Büdcə xərcləri lazımı hissələrin, lazımı
miqdarda, lazım olduğu zaman istehsal edilməsi,
avtomatlaşdırma, tələbə uyğun olaraq işçi qüvvəsi sayının
dəyişdirilməsi, işçilərin təklifləri ilə davamlı inkişafın təmin
edilməsini ehtiva edir.
Tam zamanında istehsal sistemi qeyd edilən sistemlərin
dövriyyəyə girməsi ilə təmin olunur.
tam zamanında istehsalı həyata keçirmək üçün kanban
sistemi;
tələb dalğalanmasına uyğunluğu təmin etmək üçün istehsal
tarazlaşdırma üsulları (təkrar istehsal mühitinin yaradılması);
ilkin emal müddətlərini azaltmaq üçün avadanlığın
sazlanma vaxtlarını azaltma üsulları (SMED);
istehsalda tarazlığın təmin olunması üçün əməliyyatların
standartlaşdırılması;
çevik işçi qüvvəsi anlayışını reallaşdırmaq üçün yaşayış
planlaşdırması və çoxfunksiyalı işçilər (ümumi məhsuldarlığa
nəzarət);
davamlı inkişafı təmin etmək üçün problem həll etmə
qrupları və təklif sistemləri;
avtomatlaşdırma anlayışını həyata keçirmək üçün vizual
nəzarət sistemləri;
müəssisə daxilində keyfiyyətli nəzarət yanaşmasını tətbiq
etmək üçün funksional idarəetmə modeli.
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 15
Eyni zamanda, tam zamanında istehsal mühitində istehsalın
bütün mərhələlərində israfın aradan qaldırılması hədəfinə nail
olmaq üçün aşağıda qeyd edilən vəzifələrin həyata keçirilməsi
zəruridir:
miqdar və çeşid baxımından tələbatın gündəlik və aylıq
dəyişməsi sisteminin uyğunlaşdırılmasını təmin etmək;
hər bir prosesin növbəti prosesə yalnız yaxşı hissələr
göndərməsini təmin etmək.
Tam zamanında istehsal sistemi istehsal prosesində standart
məhsulların sabit istehsalına malik olduqda, məqbul sayda əmtəə
istehsal edildikdə, yüksək dəyərli məhsullar istehsal edildikdə,
çevik işləmə təcrübəsi və məsuliyyətli işçi qüvvəsinə sahib
olduqda, avadanlıqlar qısamüddətli qurulmaya malik olduqda
tətbiq edilə bilər.
Qənaətli istehsal üsulları: Tam zamanında istehsal (Just-in-Time) 16
İstinadlar
1) Acar, Nesime. Tam Zamanında Üretim. Ankara, MPM
Yayınları. 2002.
2) http://pernerscontacts.upce.cz/PC_242011.pdf
3) http://facta.junis.ni.ac.rs/eao/eao201202/eao20120
2-04.pdf
4) http://people.brunel.ac.uk/~mastjjb/jeb/or/jit.html
5) https://www.toyota-
global.com/company/vision_philosophy/toyota_prod
uction_system/just-in-time.html
6) http://www.diyalog.com/html/israf_tanimi.html
H.Zərdabi prospekti, 88a, AZ1011
Bakı şəhəri, Azərbaycan Respublikası
www.ier.az
office@ier.az
Faks: +99412 430 02 15
Tel.: +99412 430 02 15