1
Azərbaycan Respublikasının Mərkəzi Bankı
yanında Maliyyə Monitorinqi Xidmətinin
direktorunun « 29 »
« dekabr » 2010-cu il tarixli « F-049 »
nömrəli Əmri ilə təsdiq edilmişdir
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ
BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ
XİDMƏTİNİN 22001111--ccii iill üüççüünn
TTAAKKTTİİKKİİ PPLLAANNII
BAKI – 2010
2
GİRİŞ
Maliyyə Monitorinqi Xidmətinin 2010-2013-cü illəri əhatə edən Strateji
Planında qarşıya qoyulmuş məqsədlərə nail olunması məqsədilə 2010-cu il üçün
müəyyən edilmiş Taktiki Plan üzrə 53 hədəf uğurla həyata keçirilmişdir.
2010-cu il üzrə taktiki hədəflərin icrası nəticəsində əldə edilmiş əsas nailiyyətlər
kimi aşağıdakıları göstərmək olar: (i) PL/TMM sahəsində milli qanunvericilik bazası
beynəlxalq standartlara əhəmiyyətli dərəcədə uyğunlaşdırılmış və təkmilləşdirilmiş;
(ii) bu sahədə insan resurslarının inkişafı təmin edilmiş, o cümlədən iki əməkdaş
MONEYVAL-ın «Beynəlxalq qiymətləndirici» sertifikatı ilə təltif olunmuş; (iii)
Maliyyə Monitorinqi Xidmətinin funksionallığını təmin edən institusional əsaslar
yaradılmış: şəffaf və səmərəli maliyyə idarəetməsinə imkan verən prosedurlar
müəyyən edilmiş, texnoloji resurslar potensialı formalaşdırılmış, ictimaiyyətlə
əlaqələr işi təşkil edilmiş; (iv) monitorinq iştirakçılarının PL/TMM sahəsində
potensiallarının artırılmasına imkan verən genişmiqyaslı tədbirlər həyata keçirilmiş;
(v) PL/TMM sahəsində daxili və xarici əməkdaşlıq genişləndirilmiş: müvafiq nəzarət
orqanları, hüquq-mühafizə orqanları və xarici ölkələr ilə əməkdaşlığa dair Anlaşma
Memorandumları imzalanmış, Maliyyə Monitorinqi Xidmətinin potensialının
artırılması üçün USAID, BVF, Dünya Bankı və ATƏT kimi beynəlxalq təşkilatlardan
texniki yardımlar cəlb edilmiş; (vi) məlumatların qəbulu, emalı, təhlili və ötürülməsi
sistemi formalaşdırılmış, informasiya təhlükəsizliyi sistemi qurulmuşdur.
Bu nailiyyətlərin nəticəsi olaraq ölkəmizin PL/TMM üzrə qanunvericiliyinin
beynəlxalq standartlara uyğunluğu FATF tərəfindən qəbul edilmiş, ölkəmiz FATF-ın
monitorinq rejimindən çıxarılmış və bu sahədə qanunvericilik sisteminin inkişaf
modeli MONEYVAL tərəfindən digər dövlətlərə nümunə kimi tövsiyə edilmişdir.
Əldə edilmiş nailiyyətlərin davamlılığını təmin etmək üçün keçən taktiki dövr
ərzində qarşıya qoyulmuş hədəflərin icra vəziyyəti ətraflı şəkildə araşdırılmış, PL/TM
ilə effektiv mübarizə sisteminin formalaşdırılması baxımından güclü və zəif tərəflər,
imkan və təhdidlər təhlil edilmişdir.
Həmçinin strateji dəyişikliklərin effektiv idarə olunması sisteminin tətbiqi
sayəsində qarşıya qoyulmuş hədəflərin icra vəziyyətinin dövri monitorinqi
nəticəsində Maliyyə Monitorinqi Xidmətinin ortamüddətli dövr üçün müəyyən etdiyi
strateji məqsəd və hədəflərində bəzi dəyişikliklər edilmişdir.
Maliyyə Monitorinqi Xidmətinin institusional potensialının formalaşdırılması və
inkişaf etdirilməsi ilə bağlı müəyyən etdiyi bir çox strateji hədəflərə və PL/TMM
institutunun formalaşdırılması ilə bağlı əsas hədəflərə qısa müddət ərzində nail
olması Xidmətin bu istiqamətdə fəaliyyətlərinin təkmilləşdirilməsi və onun
funksional potensialının gücləndirilməsi ilə bağlı strateji hədəflərinə daha çox
fokuslanmasına imkan yaratmışdır.
3
Bununla da, 2011-2013-cü illəri əhatə edən fəaliyyət dövrü üçün Maliyyə
Monitorinqi Xidməti əsas strateji məqsədləri kimi aşağıdakıları qəbul etmişdir:
I. PL/TMM sahəsində normativ hüquqi bazanın beynəlxalq standartlara
uyğunlaşdırılması.
II. Maliyyə Monitorinqi Xidmətinin institusional və funksional potensialının
formalaşdırılması və inkişaf etdirilməsi.
III. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərin
PL/TMM sahəsində potensiallarının gücləndirilməsi.
IV. PL/TMM sahəsində əməkdaşlığın yaradılması və inkişafı.
Maliyyə Monitorinqi Xidmətinin bu strateji məqsədlərinə uyğun olaraq 2011-ci
il üzrə fəaliyyətlərinə dair 10 strateji və 84 taktiki hədəf müəyyən edilmişdir. Bu
hədəflər, ilk növbədə, Maliyyə Monitorinqi Xidmətinin tam funksionallığının təmin
edilməsi məqsədinə xidmət edir.
2011-ci il üzrə Maliyyə Monitorinqi Xidmətinin strateji hədəfləri (i) PL/TMM
sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, (ii) normativ bazanın inkişaf
etdirilməsi; (iii) insan resurslarının inkişafı; (iv) təşkilati-idarəetmə mexanizmlərinin
formalaşdırılması; (v) məlumat bazasının və analitik potensialın formalaşdırılması;
(vi) nəzarət potensialının formalaşdırılması; (vii) monitorinq iştirakçıları və
monitorinqdə iştirak edən digər şəxslərə metodoloji dəstəyin göstərilməsi və
(viii) təlimlərin keçirilməsi; (ix) ölkədaxili və (x) beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsi üzərində fokuslaşmışdır.
Beləliklə, 2011-ci ildə müəyyən edilmiş strateji hədəflər üzrə aşağıdakı əsas
taktiki hədəflərin reallaşdırılması nəzərdə tutulmuşdur:
PL/TMM sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və normativ-
hüquqi bazanın inkişaf etdirilməsi üzrə: Cinayət Məcəlləsi, PL/TMM üzrə AR
Qanunu, «Banklar haqqında» AR Qanunu, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında» AR Qanunu, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında» AR Qanunu FATF-ın Tövsiyələrinə uyğun olaraq
təkmilləşdiriləcək; terrorçuluğun maliyyələşdirilməsinə görə hüquqi şəxsin cinayət
məsuliyyətinin müəyyən edilməsi əsasları formalaşdırılacaq; barələrində sanksiyalar
tətbiq edilməli olan şəxslərin əmlakının dondurulması, idarə edilməsi və istifadəsi
üzrə institutun formalaşdırılması barədə təkliflər hazırlanacaq; cinayət fəaliyyətindən
əldə edilən gəlirlərin legallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə, o
cümlədən terrorçuluğun maliyyələşdirilməsinə dair Avropa Şurası (Varşava)
Konvensiyasına qoşulmaq barədə təkliflər hazırlanacaq; Daxili Nəzarət Sistemlərinə
dair Tələblərdə birbaşa əlaqə qurmadan texnoloji vasitələrdən istifadə etməklə
aparılan əməliyyatlarda xüsusi və effektiv eyniləşdirmə və verifikasiya tədbirləri
tətbiq ediləcək, həmçinin müştərilər üzrə sadələşdirilmiş eyniləşdirmə və verifikasiya
qaydaları hazırlanacaqdır.
4
İnsan resurslarının inkişafı üzrə: Maliyyə Monitorinqi Xidməti insan
resursları ilə tam komplektləşdiriləcək, peşəkar və innovativ komandanın
formalaşdırılması başa çatdırılacaq, peşəkar tədrisin təşkili qaydaları hazırlanacaqdır.
Maliyyə Monitorinqi Xidmətinin təşkilati-idarəetmə mexanizmlərinin
formalaşdırılması üzrə: İT infrastrukturu təkmilləşdiriləcək və təhlükəsizliyi təmin
olunacaq, Ehtiyat Mərkəzi yaradılacaq, rabitə kanalları genişləndiriləcək; uçot siyasəti
hazırlanacaq, Avtomatlaşdırılmış Baş Mühasibatlıq Sistemi Mərkəzi Bankın
şəbəkəsinə (TEMENOS) inteqrasiya olunacaq və digər prosedur qaydalar
hazırlanacaq və tətbiq olunacaqdır.
PL/TMM ilə bağlı məlumat bazasının və analitik potensialın formalaşdırıl-
maşı üzrə: Maliyyə Monitorinqi Xidmətinin əsas funksiyasının effektiv icrası
məqəsdilə təqdim olunan məlumatların keyfiyyətinin yüksəldilməsi tədbirləri həyata
keçiriləcək; müvafiq dövlət orqanlarının məlumat bazalarına qoşulması üzrə təkliflər
hazırlanacaq; yeni analitik paketin tətbiqi ilə bağlı olaraq PL/TMM sahəsində analitik
işin təşkili qaydaları təkmilləşəcək, PL/TM hallarının vaxtında aşkar edilməsi və
qarşısının alınması məqsədilə hazırda tətbiq edilən metodlar, alətlər və mexanizmlər
şərh olunacaq və onların aşkar olunması meyarları yenilənəcəkdir.
Maliyyə Monitorinqi Xidmətinin nəzarət potensialının formalaşdırılması üzrə:
Maliyyə Monitorinqi Xidmətinin müvafiq qanunla nəzarət obyektləri olan lombardlar
və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi
şəxslərə dair məlumat bazası formalaşdırılacaq, onlar üçün «Müştərini Tanı
Prinsipi»nə dair Metodoloji Rəhbərlik hazırlanacaq, bu subyektlərin effektiv
fəaliyyətini təmin edən təlim proqramları hazırlanacaq və həyata keçiriləcəkdir.
Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə metodoloji
dəstəyin göstərilməsi və təlimlərin keçirilməsi üzrə: monitorinq iştirakçıları və
monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə PL/TMM sahəsində «Müştərini
Tanı Prinsipi»nə dair Metodoloji Rəhbərlik hazırlanacaq; monitorinq subyektlərinin,
nəzarət orqanlarının və hüquq-mühafizə orqanlarının təlim ehtiyaclarının peşəkar
metodikalar əsasında qiymətləndirilməsi əsasında ünvanlı təlim proqramları və
kurrikulumlar hazırlanacaqdır.
5
2011-ci il üçün müəyyən edilmiş taktiki hədəflər
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
I. Pulların
leqallaşdırılması
və terrorçuluğun
maliyyələşdiril-
məsinə qarşı
mübarizə
sahəsində
normativ-hüquqi
bazanın
beynəlxalq
standartlara
uyğunlaşdırıl-
ması
1.1. Milli
qanunvericiliyin
təkmilləşdirilməsi
1.1.1. Cinayət Məcəlləsinin 193-1-ci
maddəsinə pulların leqallaşdırılması
əməlinin törədilməsinə hazırlığa görə
cinayət məsuliyyətinin müəyyən
edilməsi elementinin tətbiqi
yanvar
FATF-ın metodologiyasının
1.7-ci bəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.2. Cinayət Məcəlləsində hüquqi
şəxsin pulların leqallaşdırılması
əməlinə görə cinayət məsuliyyətinin
müəyyən edilməsi
yanvar
FATF-ın metodologiyasının
2.3-cü bəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.3. Cinayət Məcəlləsinin 51-ci
maddəsində müsadirə edilməli olan
əmlakın dairəsinin beynəlxalq
standartlara uyğunlaşdırılması
yanvar
FATF-ın metodologiyasının
3.1-ci bəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.4. PL/TMM üzrə Qanunun 9.2.3-
cü maddəsində hesab açılmadan
aparılan pul köçürmələri zamanı
müştərinin eyniləşdirməsi və
verifikasiyası tələblərinin
təkmilləşdirilməsi
fevral
FATF-ın metodologiyasının
5.2-ci bəndinin «c»
yarımbəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.5. PL/TMM üzrə Qanunun 9.2.5-
ci maddəsinin təkmilləşdirilməsi və bu
maddəyə müştəri və ya benefisiarla
bağlı əvvəllər təqdim edilmiş
məlumatlarının doğru olmadığına
fevral
FATF-ın metodologiyasının
5.2-ci bəndinin «e»
yarımbəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
6
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
şübhələr olduqda eyniləşdirmə
tədbirlərinin tətbiqi ilə bağlı
müddəanın daxil edilməsi
1.1.6. PL/TMM üzrə Qanunun 9-cu
maddəsində, Mülki Məcəllədə və
«Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında» Qanunda
hüquqi şəxslərin səhmdarlarının
mərkəzləşmiş reyestrinin yaradılması
və onların benefisiarlarının müəyyən
edilməsi ilə bağlı hüquqi
mexanizmlərin formalaşdırılması üzrə
təkliflərin hazırlanması
fevral
FATF-ın metodologiyasının
33.1-ci və 5.5-ci bəndləri
implementasiya olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.7. PL/TMM üzrə Qanunun 9.8-cu
maddəsi üzrə verifikasiya tədbirlərinin
tətbiqi əsaslarının və vasitələrinin
təkmilləşdirilməsi
fevral
Monitorinq iştirakçıları
tərəfindən müştəri və
benefisiar barəsində əldə
olunmuş eyniləşdirmə
məlumatlarının verifikasiyası
tədbirləri effektiv şəkildə
tətbiq ediləcək
1. Hüquq və metodologiya şöbəsi
1.1.8. PL/TMM üzrə Qanunun 9.15-
cu maddəsinə əməliyyatın tərəfləri
Qanunla müəyyən edilmiş qaydada
eyniləşdirilə bilmirsə monitorinq
subyektləri tərəfindən görülməli olan
tədbirlərə dair müddəaların daxil
edilməsi
fevral
FATF-ın metodologiyasının
5.15 və 5.16-ci bəndləri
implementasiya olunacaqdır
1. Hüquq və metodologiya şöbəsi
7
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
1.1.9. PL/TMM Qanunun 9-1-ci
maddəsinə Xarici dövlətlərin siyasi
xadimlərinə münasibətdə
gücləndirilmiş əlavə eyniləşdirilmə
tədbirlərinin tətbiqi ilə bağlı
müddəaların daxil edilməsi
fevral
FATF-ın metodologiyasının
6.4-cü bəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.10. PL/TMM Qanunun 10.1.2-ci
maddəsində həyata keçirilmiş
əməliyyatlara dair sənədlərin hesabın
bağlanılmasından və ya işgüzar
əlaqələrinin kəsilməsindən sonra 5 il
ərzində saxlanılması tələbinin
müəyyən edilməsi
fevral FATF-ın metodologiyasının
10.2-ci bəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.11. Monitorinqdə iştirak edən
digər şəxslərin dairəsinin yenidən
müəyyən edilməsi və onların
fəaliyyətinin xarakteri nəzərə
alınmaqla daha spesifik tələblərin
müəyyən edilməsi ilə bağlı
müddəaların PL/TMM Qanuna daxil
edilməsi
fevral
FATF-ın metodologiyasının
12.1-ci və 12.2-ci bəndləri
implementasiya olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.12. PL/TMM üzrə Qanunun 7.2-ci
maddəsində nəzərdə tutulmuş
barəsində məlumat təqdim olunmalı
əməliyyatların dairəsinin
təkmilləşdirilməsi
mart
Monitorinq iştirakçıları tərəfin-
dən təqdim olunmalı əməliy-
yatların dairəsi mövcud prak-
tikaya və qanunvericiliyə uyğun
şəkildə təkmilləşdiriləcək
1. Hüquq və metodologiya şöbəsi
8
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
1.1.13. PL/TMM üzrə Qanunun 12-ci
maddəsinə məsul şəxsin müştərinin
eyniləşdirmə məlumatlarınnın əldə
edilməsinin hüquqi əsaslarının
müəyyən edilməsi üzrə müddənın daxil
edilməsi
mart
FATF-ın metodologiyasının
15.1.2-ci bəndi
implementasiya olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.14. PL/TMM üzrə Qanunun 7-ci
maddəsinə qiymətli daşların, qiymətli
metalların, o cümlədən qiymətli
daşlardan və ya qiymətli metallardan
hazırlanmış zərgərlik və ya digər
məişət məmulatlarının alqı-satqısı ilə
məşğul olan fiziki və ya hüquqi şəxslər
tərəfindən nağd aparılan əməliyyatlara
dair Şübhəli əməliyyatlar barədə
hesabatların təqdim edilmə limitinin
müəyyən edilməsi ilə bağlı müddəanın
daxil edilməsi
mart
FATF-ın metodologiyasının
16.1-ci bəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.15. PL/TMM Qanunun
tələblərinin pozulmasına, xidməti
məlumatdan qanunsuz istifadəyə və
cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın az
miqdarda əldə edilməsinə, sahiblik və
istifadəyə görə nəzərdə tutulmuş
sanksiyaların təkmilləşdirilməsi
mart
İnzibati Xətalar Məcəlləsinin
348-3-cü, 212-ci və 234-cü
maddələrində nəzərdə
tutulmuş sanksiyaların
effektivliyi və proporsionallığı
təmin ediləcək
1. Hüquq və metodologiya şöbəsi
9
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
1.1.16. «Banklar haqqında»
Azərbaycan Respublikasının
Qanununa «shell» bankların və «shell»
banklarla müxbir əlaqələrin
yaradılmasının qadağan edilməsi ilə
bağlı müddəaların daxil edilməsi
mart
FATF-ın metodologiyasının
18.1-ci və 18.2-ci bəndlər
implementasiya olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.17. Preventiv Qanuna PL/TMM
üzrə əməkdaşlıq etməyən dövlətlərə
münasibətdə monitorinq subyektləri
tərəfindən risk yönümlü yanaşmanın
tətbiqi, həmin dövlətlərlə əməliyyatlara
münasibətdə xüsusi tələblərin müəyyən
edilməsi və effektiv təsir
mexanizmlərinin formalaşdırılması ilə
bağlı müddəaların daxil edilməsi
aprel
FATF-ın metodologiyasının
21-ci bəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.18. PL/TMM Qanuna Monitorinq
iştirakçılarının xarici dövlətlərdə
yerləşən filiallarının və törəmə hüquqi
şəxslərinin yerləşdiyi ölkədə tətbiq
edilən PL/TMM tədbirləri ilə
Azərbaycan Respublikası
qanunvericiliyi əsasında tətbiq edilən
tədbirlər arasında fərq yarandıqda daha
yüksək standartın tətbiq edilməsi ilə
bağlı müddəaların daxil edilməsi
aprel
FATF-ın metodologiyasının
22.1.2-ci bəndi
implementasiya olunacaq
1. Hüquq və metodologiya şöbəsi
10
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
1.1.19. «Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri
haqqında» Qanuna kriminal keçmişə
malik olan şəxslərin hüquqi şəxslərin
sahibinə və ya benefisiarına
çevrilməsinin qarşısının alınmasını
təmin edəcək müddəanın daxil
edilməsi üzrə təkliflərin hazırlanması
aprel
FATF-ın metodologiyasının
23.3-cü bəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.20. Nəzarət orqanlarının
yoxlamalarının keçirilməsinə
maneçilik törədilməsinə, bu orqanların
vəzifəli şəxsləri tərəfindən öz
səlahiyyətləri daxilində qəbul etdikləri
tələbnamələrin (qərarların) yerinə
yetirilməməsinə görə inzibati
məsuliyyətin müəyyən edilməsi
aprel
FATF-ın metodologiyasının
17.2-ci bəndi
implementasiya olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.21. PL/TMM üzrə Qanunun 20-ci
maddəsinin, həmçinin hüquqi yardımın
həyata keçirilməsi ilə bağlı əlaqəli
qanunvericilik aktlarının beynəlxalq
standartlara uyğunlaşdırılması
may Vyana, Palermo, Strasburq
Konvensiyalarının müvafiq
müddəaları, FATF-ın 36,
37, 38, 39 və 40-cı
Tövsiyələri və Egmont
Qrupunun Prinsipləri
implementasiya olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.22. Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin 214-1-ci maddəsi
ilə əhatə olunmalı olan predikativ
may
FATF-ın II Xüsusi Tövsiyəsi
implementasiya olunacaq
1. Hüquq və metodologiya şöbəsi
11
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
cinayətlərin dairəsinin BMT-nin
Terrorçuluğun Maliyyələşdirilməsinə
qarşı Konvensiyasına
uyğunlaşdırılması
1.1.23. Hüquqi şəxsin terrorçuluğun
maliyyələşdirilməsinə görə cinayət
məsuliyyətinin müəyyən edilməsi
əsaslarının formalaşdırılması
may
BMT-nin Terrorçuluğun
maliyyələşdirilməsinə qarşı
mübarizə üzrə
Konvensiyasının 5-ci
maddəsi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.24. Barələrində sanksiyalar tətbiq
edilməli olan şəxslərin əmlakının
dondurulması, idarə edilməsi və
istifadəsi institutunun
formalaşdırılması barədə təkliflərin
hazırlanması
may
FATF-ın metodologiyasının
III.1, III.2 və III.9-cu
bəndlərinin milli
qanunvericiliyə
implementasiyasına dair
təkliflər hazırlanacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.25. PL/TMM Qanunun 10.1.2-ci
maddəsində həyata keçirilmiş
əməliyyatlara dair sənədlərin hesabın
bağlanılmasından və ya biznes
əlaqələrinin kəsilməsindən sonra 5 il
ərzində saxlanılması tələbinin
müəyyən edilməsi
FATF-ın metodologiyasının
10.2-ci bəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.26. FATF-ın VIII Xüsusi
Tövsiyəsinin (Qeyri-kommersiya
may
FATF-ın VIII Xüsusi
Tövsiyəsinin bütün
1. Hüquq və metodologiya şöbəsi
12
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
təşkilatları) araşdırılması, beynəlxalq
praktikanın öyrənilməsi və qeyd edilən
tövsiyənin «Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında»
Azərbaycan Respublikasının
Qanununa implementasiyası üzrə
təkliflərin hazırlanması
elementlərinin milli
qanunvericiliyə
implementasiyasına dair
təkliflər hazırlanacaq
1.1.27. Azərbaycan Respublikasına
gətirilən valyuta sərvətlərinin PL/TM
şübhəsi olduğu təqdirdə transsərhəd
hərəkətinin məhdudlaşdırılmasını və
müvafiq məlumatların Maliyyə
Monitorinqi Xidmətinə ötürülməsini
təmin edən qanunvericilik əsasının
formalaşdırılması
may
FATF-ın metodologiyasının
IX.2-ci və IX.3-cü bəndləri
milli qanunvericiliyə
implementasiya olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.1.28. 2005-ci il Varşava
Konvensiyasına (Cinayət fəaliyyətindən
əldə edilən gəlirlərin
legallaşdırılmasına, axtarışına, həbsinə
və müsadirəsinə, o cümlədən
terrorçuluğun maliyyələşdirilməsinə
dair Avropa Şurası Konvensiyası)
qoşulmaq barədə təkliflərin
hazırlanması
sentyabr
2005-ci il Varşava
Konvensiyasının
ratifikasiyası və tətbiqi ilə
bağlı müvafiq orqanlara
təkliflərin təqdim edilməsi
1. Hüquq və metodologiya şöbəsi
13
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
1.2. Normativ
bazanın inkişaf
etdirilməsi
1.2.1. Daxili Nəzarət Sistemlərinə
dair Tələblərdə birbaşa əlaqə
qurmadan texnoloji vasitələrdən
istifadə etməklə aparılan
əməliyyatlarda xüsusi və effektiv
eyniləşdirmə və verifikasiya
tədbirlərinin tətbiq edilməsi
aprel FATF metodologiyasının
8.2.1-ci bəndi implementasiya
olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.2.2. FATF-ın VII Xüsusi
Tövsiyəsinin (elektron köçürmələr)
araşdırılması, beynəlxalq praktikanın
öyrənilməsi və qeyd edilən tövsiyənin
Mərkəzi Bankın normativ xarakterli
aktlarına implementasiya edilməsi üzrə
təkliflərin hazırlanması
may
FATF-ın VII Xüsusi
Tövsiyəsinin milli
qanunvericiliyə
implementasiyası üzrə
təkliflər aidiyyəti orqanlara
təqdim olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.2.3. Müştərilər üzrə sadələşdirilmiş
eyniləşdirmə və verifikasiya
qaydalarının hazırlanması
iyun FATF-ın metodologiyasının
5.10-cu bəndi
implementasiya olunacaq
1. Hüquq və metodologiya şöbəsi
1.2.4. FATF-ın 40+9 Tövsiyəsinə
uyğunluğun qiymətləndirilməsi
metodologiyasının Azərbaycan dilinə
tərcüməsi
sentyabr-
dekabr
PL/TMM üzər beynəlxalq
sənədlərin Azərbaycan dilli
bazasının formalaşdırılması
davam etdiriləcək
1. Hüquq və metodologiya şöbəsi
1.2.5. PL/TMM sahəsində ən yaxşı
beynəlxalq təcrübə sənədlərinin
tərcüməsi
sentyabr-
dekabr
PL/TMM üzər beynəlxalq
sənədlərin Azərbaycan dilli
bazasının formalaşdırılması
davam etdiriləcək
1. Hüquq və metodologiya şöbəsi
14
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
II. Maliyyə
Monitorinqi
Xidmətinin
institusional və
funksional
potensialının
formalaşdırıl-
ması və inkişaf
etdirilməsi
2.1. İnsan
resurslarının
inkişafı
2.1.1. Əməkdaşların Fərdi İnkişaf
Planının tərtib edilməsi bağlı
qaydaların hazırlanması və tətbiqi
yanvar Əməkdaşların fərdi inkişaf
planları ilə bağlı fəaliyyətlər
üzrə metodika hazırlanacaq
1. İnsan resursları üzrə
mütəxəssis
2. Hüquq və metodologiya şöbəsi
2.1.2. Əməkdaşların fəaliyyətlərinin
qiymətləndirilməsi ilə bağlı qaydaların
hazırlanması və tətbiqi
may Əməkdaşların fəaliyyətlərinin
qiymətləndirilməsi ilə bağlı
metodika hazırlanacaq
1. İnsan resursları üzrə
mütəxəssis
2. Hüquq və metodologiya şöbəsi
2.1.3. Maliyyə Monitorinqi
Xidmətinin insan resursları ilə tam
komplektləşdirilməsi
iyul
Vakant vəzifələr tələblərə
uyğun kadrlarla tamamlanacaq
1. İnsan resursları üzrə
mütəxəssis
2.1.4. Maliyyə Monitorinqi
Xidmətində tədrisin təşkili
qaydalarının hazırlanması
avqust Təlim fəaliyyətlərini effektiv
şəkildə idarə etmək üçün
metodika hazırlanacaq
1. İnsan resursları üzrə
mütəxəssis
2. Hüquq və metodologiya şöbəsi
2.1.5. Əməkdaşların vəzifə
təlimatlarının təkmilləşdirilməsi
sentyabr Əməkdaşların iş öhdəlikləri və
onlara qarşı peşəkar tələblər
daha da dəqiqləşdiriləcək
1. İnsan resursları üzrə
mütəxəssis
2. Hüquq və metodologiya şöbəsi
3. Digər struktur bölmələr
2.1.6. Beynəlxalq və regional
qurumlar, xarici ölkələrin maliyyə
monitorinqi orqanları və digər
təşkilatlar tərəfindən təşkil edilən
konfrans, təlim və seminarlarla bağlı
müvafiq məlumat bazasının yaradılması
yanvar-
dekabr
Əməkdaşların peşəkar
inkişafına kömək edən
maarifləndirmə tədbirləri
haqqında məlumatlar bazası
yaradılcaq
1. Beynəlxalq əməkdaşlıq şöbəsi
2. İnsan resursları üzrə
mütəxəssis
2.1.7. Əməkdaşların peşəkarlıq səviy-
yəsinin gücləndirilməsi məqsədilə zəru-
ri təlimlərdə iştirakının təmin edilməsi
yanvar-
dekabr
Əməkdaşların vəzifə
öhdəliklərinə uyğun spesifik
peşəkar təlimlərdə iştirakı
təmin ediləcək
1. İnsan resursları üzrə
mütəxəssis
2. Digər struktur bölmələr
15
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
2.2. Təşkilati-
idarəetmə
mexanizmlərinin
formalaşdırılması
2.2.1. Maliyyə Monitorinqi
Xidmətində arxiv işinin təşkili
yanvar Sənədlərin arxivləşdirilməsi
sistemi qurulacaq
1. İcra aparatı
2. Məlumatların emalı şöbəsi
3. İT şöbəsi
2.2.2. Maliyyə Monitorinqi Xidməti-
nin uçot siyasətinin hazırlanması
fevral
Uçot konsepsiyası müəyyən
olunacaq
1. Mühasibat uçotu qrupu
2.2.3. Monitorinq subyektlərindən
informasiyanın operativ qəbulunun
təmin edilməsi məqsədilə daha sürətli
internet xidmətinin qurulması
yanvar
İnternet xidmətinin sürəti
hazırkı 4 mbt/san-dən 10
mbt/san yüksələcək
1. İnformasiya texnologiyaları
şöbəsi
2. Təşkilatı şöbə
2.2.4. E1 xüsusi rabitə kanalının
çəkilişi
mart
Telefon rabitəsi sisteminin
keyfiyyəti yüksələcək
1. İT şöbəsi
2. Təşkilatı şöbə
2.2.5. Maliyyə Monitorinqi
Xidmətində maliyyə hesabatlarının
tərtibi qaydalarının hazırlanması
aprel
Maliyyə hesabatlarının
MHBS əsasında tərtib
edilməsi üçün əsas
yaradılacaq
1. Mühasibat uçotu qrupu
2.2.6. Avtomatlaşdırılmış Baş
Mühasibatlıq Sisteminin Mərkəzi
Bankın şəbəkəsinə inteqrasiyası
aprel
Mərkəzi Bankla MMX
arasında maliyyə sənədləri
dövriyyəsi
elektronlaşdırılcaq
1. İnformasiya texnologiyaları
şöbəsi
2. Mühasibat uçotu qrupu
2.2.7. Maliyyə Monitorinqi
Xidmətinə ayrılmış texniki yardımların
və qrantların maliyyə idarəetməsi üzrə
qaydaların hazırlanması
may
Büdcədən kənar mənbələrdən
daxil olan maliyyə
vəsaitlərinin idarəedilməsi
sistemi yaradılacaq
1. Mühasibat uçotu qrupu
2.2.8. Fasiləsiz enerji təminatı
sisteminin qurulması
may
Enerji ilə təminat fasiləsiz
şəkildə həyata keçiriləcək
1. Təşkilatı şöbə
2. İT şöbəsi
16
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
2.2.9. Poçt serverindən istifadə
qaydalarının hazırlanması
may Poçt serverindən istifadəyə
dair prosedurlar müəyyən
ediləcək
1. İnformasiya texnologiyaları
şöbəsi
2.2.10. İnformasiya resurslarından
istifadə zamanı təhlükəsizliyin təmin
edilməsi qaydalarının hazırlanması
iyun İnformasiya resurslarından
təhlükəsiz istifadəyə dair
prosedurlar müəyyən ediləcək
1.İnformasiya Texnologiyaları
şöbəsi
2. Təşkilatı şöbə
2.2.11. Balansdankənar əməliyyatların
uçotunun aparılması üzrə qaydaların
hazırlanması
iyun
Balansdankənar əməliyyatla-
rın uçotunun aparılması üzrə
prosedurlar müəyyən ediləcək
1. Mühasibat uçotu qrupu
2.2.12. Məlumatların qəbulu və emalı
sisteminin tətbiqi ilə əlaqədar tələb
olunan avadanlıqların alınması və
qurulması
avqust
«GoAML» proqram təminatı
qurulacaq
1. İnformasiya texnologiyaları
şöbəsi
2. Təşkilati şöbə
2.2.13. Poçt sisteminin dayanıqlı və
fasiləsiz iş rejiminin təmin olunması
sentyabr Poçt sistemi üçün yeni
serverlər qurulacaq
1. İnformasiya texnologiyaları
şöbəsi
2.2.14. İstifadəçilərin fayllarının
saxlanılması və istifadəsi məqsədilə
Fayl serverlərin qurulması
sentyabr
İstifadəçilərin fayllarının
saxlanılması və istifadəsini
təmin edən Fayl serverlərin
qurulacaq
1. İnformasiya texnologiyaları
şöbəsi
2.2.15. Serverlərin onlayn rejimdə
yenilənməsi prosesinin təşkil olunması
sentyabr
WSUS serveri qurulacaq 1. İnformasiya texnologiyaları
şöbəsi
2.2.16. Balansda olan əsas vəsaitlər,
qeyri-maddi aktivlər, azqiymətli və
tezköhnələn əşyaların
inventarizasiyasının aparılması üzrə
qaydaların hazırlanması
oktyabr
İnventarlaşdırma üzrə
prosedurlar müəyyən ediləcək
1. Mühasibat uçotu qrupu
17
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
2.2.17. İT infrastrukturunun təhlükə-
sizliyinin təmin olunması məqsədilə
dayanıqlı sistemin qurulması
oktyabr FailOver sistemi qurulacaq 1. İnformasiya texnologiyaları
şöbəsi
2.2.18. Serverlərdə saxlanılan
məlumatların təhlükəsizliyinin təmin
olunması və surətlərinin alınması üçün
Tape Drive (magnit lentləri)
avadanlığının qurulması
noyabr
Serverlərdə saxlanılan
məlumatların təhlükəsizliyi
təmin olunacaq
1. İnformasiya texnologiyaları
şöbəsi
2.2.19. Ehtiyat Mərkəzində Server
otağının hazırlanması
noyabr MMX-nın Ehtiyat Mərkəzi
yaradılacaq
1. İnformasiya texnologiyaları
şöbəsi
2. Təşkilatı şöbə
2.2.20. Monitorinq
subyektlərindən məlumatların alınması
zamanı elektron imzanın tətbiqi
noyabr Monitorinq subyektlərin-
dən məlumatların alınması
zamanı elektron imza tətbiq
ediləcək
1. İnformasiya texnologiyaları
şöbəsi
2.3. PL/TMM ilə
bağlı məlumat
bazasının və
analitik potensi-
alın formalaşdı-
rılması
2.3.1. Təqdim olunan məlumatların
keyfiyyətinin yüksəldilməsi üçün
müvafiq tədbirlərin görülməsi
fevral Monitorinq subyektləri
daha keyfiyyətli məlumatlar
təqdim edəcək
1. Məlumatların emalı şöbəsi
2. Analitik şöbə
2.3.2. «Monitorinq iştirakçıları və
monitorinqdə iştirak edən digər şəxslər
tərəfindən məlumatların Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında
Maliyyə Monitorinqi Xidmətinə təqdim
olunması Qaydaları»nın və məlumat-
ların təqdim olunması formasının
iyun Məlumatların təqdim olun-
ması prosesi sadələşdiriləcək
1. Məlumatların emalı şöbəsi
2. Hüquq və metodologiya şöbəsi
3. Analitik şöbə
18
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
təkmilləşdirilməsi
2.3.3. Müvafiq dövlət orqanlarının
məlumat bazalarına qoşulma üzrə
təkliflərin hazırlanması
avqust Müvafiq məlumat bazalarına
qoşulmanı təmin etmək üçün
hüquqi əsaslar
formalaşdırılacaq
1. Hüquq və metodologiya şöbəsi
2. Analitik şöbə
3. İT şöbəsi
4. Məlumatların emalı şöbəsi
2.3.4. PL/TMM sahəsində analitik
işin təşkili üzrə metodoloji rəhbərliyin
təkmilləşdirilməsi
noyabr
GoAML proqram təminatı
paketinin bütün
komponentlərinin tətbiqi
prinsiplərinin
mənimsənilməsi əsasında
analitik işin təşkili üzrə
metodoloji rəhbərlik
təkmilləşdiriləcək
1. Analitik şöbə
2.3.5. PL/TM halları üzrə
tipologiyaların hazırlanması (istifadə
olunan metodlar, alətlər və
mexanizmlərin şərhi)
noyabr
Mürəkkəb şübhəli maliyyə
sxemlərinin vaxtında və
dəqiq aşkarlanmasını təmin
etmək üçün istifadə olunan
ən yeni metodlar mütəmadi
olaraq izləniləcək və bu
əsasda şübhəli maliyyə
əməliyyatlarının baş vermə
sxeminin aşkarlanması üzrə
effektivlik yüksəldiləcək
1. Analitik şöbə
2. Beynəlxalq əməkdaşlıq şöbəsi
2.3.6. Şübhəli əməliyyatların
aşkarlanması meyarlarının ölkə daxilində
dekabr Şübhəli əməliyyatların 1. Analitik şöbə
19
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
və beynəlxalq aləmdə PL/TMM
sahəsində baş vermiş müasir meyllərin
nəzərə alınması ilə yenilənməsi
aşkarlanması meyarlarının
siyahısı təkmilləşdiriləcək
2.4. Maliyyə
Monitorinqi
Xidmətinin
nəzarət
potensialının
formalaşdırılması
2.4.1. Lombardlara və daşınmaz
əmlakın alqı-satqısı üzrə vasitəçilik
xidmətləri göstərən fiziki və hüquqi
şəxslərə dair məlumat bazasının
formalaşdırılması
aprel Effektiv nəzarət funksiyası
həyata keçiriləcək
1. Nəzarət şöbəsi
2.4.2. «Lombardlar və daşınmaz
əmlakın alqı-satqısı üzrə vasitəçilik
xidmətləri göstərən fiziki və ya hüquqi
şəxslər tərəfindən Preventiv Qanunun
tələblərinə əməl edilməsinə nəzarətin
həyata keçirilməsi Qaydaları»na uyğun
olaraq lombardların və daşınmaz
əmlakın alqı-satqısı üzrə vasitəçilik
xidmətləri göstərən fiziki və ya hüquqi
şəxslərin kameral yoxlanışının həyata
keçirilməsi
iyul Həmin subyektlər
tərəfindən müvafiq
Qanunun tələblərinə əməl
olunması vəziyyəti
öyrəniləcək
1. Nəzarət şöbəsi
2.4.3. Lombardlara və daşınmaz əm-
lakın alqı-satqısı üzrə vasitəçilik xid-
mətləri göstərən fiziki və ya hüquqi
şəxslərə münasibətdə PL/TMM sahə-
sində «Müştərini Tanı Prinsipi»nə dair
Metodoloji Rəhbərliyin hazırlanması
avqust
Monitorinq subyektləri
mövcud müştəriləri və ya
yeni müştəriləri barəsində
dəqiq və ətraflı məlumata
sahib olacaq və riskləri
minimuma endirəcək
1. Nəzarət şöbəsi
2. Hüquq və metodologiya şöbəsi
20
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
2.4.4. «Lombardlar və daşınmaz
əmlakın alqı-satqısı üzrə vasitəçilik
xidmətləri göstərən fiziki və ya hüquqi
şəxslər tərəfindən Preventiv Qanunun
tələblərinə əməl edilməsinə nəzarətin
həyata keçirilməsi Qaydaları»na uyğun
olaraq lombardların və daşınmaz
əmlakın alqı-satqısı üzrə vasitəçilik
xidmətləri göstərən fiziki və ya hüquqi
şəxslərin pilot səyyar yoxlanışının
həyata keçirilməsi
noyabr Nəzarət şöbəsinin səyyar
yoxlama tədbirləri ilə bağlı
təcrübəsi formalaşacaq
1. Nəzarət şöbəsi
2.4.5. Lombardlar və daşınmaz
əmlakın alqı-satqısı üzrə vasitəçilik
xidmətləri göstərən fiziki və ya hüquqi
şəxslər tərəfindən daxili nəzarət
sisteminin hazırlanmasına və onun
zəruri komponentlərinin tətbiqinə dair
metodoloji yardımın göstərilməsi
dekabr Həmin subyektlər
tərəfindən DNS-nin düzgün
və effektiv tətbiq olunacaq
1. Nəzarət şöbəsi
2.4.6. Lombardlar və daşınmaz
əmlakın alqı-satqısı üzrə vasitəçilik
xidmətləri göstərən hüquqi və fiziki
şəxslər üçün təlim proqramlarının
hazırlanması və həyata keçirilməsi
dekabr Həmin subyektlərin effektiv
fəaliyyəti təmin ediləcək
1. Nəzarət şöbəsi
2. Təşkilati şöbə
III. Monitorinq
iştirakçıları və
monitorinqdə
3.1. Monitorinq
iştirakçıları və
monitorinqdə
3.1.1. Monitorinq iştirakçıları və
monitorinqdə iştirak edən digər şəxslərə
münasibətdə PL/TMM sahəsində
noyabr Monitorinq subyektlərinin
PL/TMM sahəsində
potensiallarının artırılmasını
1. Nəzarət şöbəsi
2. Hüquq və metodologiya şöbəsi
21
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
iştirak edən digər
şəxslərin PL/TM
ilə mübarizə
sahəsində
potensiallarının
gücləndirilməsi
iştirak edən digər
şəxslərə
metodoloji
dəstəyin
göstərilməsi
«Müştərini Tanı Prinsipi»nə dair
Metodoloji Rəhbərliyin hazırlanması
təmin edən Metodoloji
Rəhbərlik hazırlanacaq
3.1.2. Hüquqi şəxs olan monitorinq
iştirakçıları və monitorinqdə iştirak edən
digər şəxslər tərəfindən daxili nəzarət
sisteminin hazırlanmasına və tətbiqinə
dair metodoloji yardımın göstərilməsi
dekabr Monitorinq subyektlərində
daxili nəzarət sistemi
yaradılacaq
1. Nəzarət şöbəsi
3.2. Monitorinq
subyektləri üçün
təlimlərin
keçirilməsi
3.2.1. Monitorinq subyektlərinin,
nəzarət orqanlarının və hüquq-mühafizə
orqanlarının təlim ehtiyaclarının peşəkar
metodikalar əsasında qiymətləndirilməsi
və bu qiymətləndirmə əsasında ünvanlı
təlim proqramlarının və kurrikulumların
hazırlanması
sentyabr Peşəkar təlim proqramları və
kurrikulumlar hazırlanacaq
1. İcra aparatı
2. Digər struktur bölmələr
3.2.2. Təsdiq edilmiş tədris planları
əsasında monitorinq subyektləri üçün
təlimlərin keçirilməsi
yanvar-
dekabr
Monitorinq subyektlərinin
PL/TMM sahəsi üzrə
məlumatlılıq və peşəkarlıq
səviyyəsi artırılacaq
1. Hüquq və metodologiya şöbəsi
2. Məlumatların emalı şöbəsi
3. Analitik şöbə
4. Nəzarət şöbəsi
3.2.3. Hüquq-mühafizə və nəzarət
orqanları üçün təlimlərin təşkili
yanvar-
dekabr
Hüquq-mühafizə və nəzarət
orqanlarının PL/TMM sahəsi
üzrə məlumatlılıq və peşəkar-
lıq səviyyəsi artırılacaq
1. Hüquq və metodologiya şöbəsi
2. Məlumatların emalı şöbəsi
3. Analitik şöbə
IV. Pulların
leqallaşdırılması
və terrorçuluğun
maliyyələşdiril-
4.1. Ölkədaxili
əməkdaşlığın
inkişaf etdirilməsi
4.1.1. Hüquq-mühafizə orqanları ilə
birgə işçi qrupunun yaradılması
mart
PL/TMM sistemi üzrə effektiv
əlaqələndirmə və koordinasiya
təmin ediləcək
1. Hüquq və metodologiya şöbəsi
2. Analitik şöbə
4.1.2. Nəzarət orqanları ilə birgə işçi mart PL/TMM sistemi üzrə effektiv 1. Məlumatların emalı şöbəsi
22
Strateji məqsəd Strateji hədəf Taktiki hədəf İcra
müddəti Gözlənilən nəticə İcraçılar
məsi ilə mübarizə
sahəsində
əməkdaşlığın
yaradılması və
inkişafı
qrupunun yaradılması əlaqələndirmə və koordinasiya
təmin ediləcək
2.Hüquq və metodologiya şöbəsi
3.Analitik şöbə
4.1.3. Monitorinq subyektləri ilə iş
üzrə işçi qrupunun yaradılması
mart PL/TMM sahəsi üzrə
problemlərin operativ həlli
üçün effektiv əlaqələndirmə
mexanizmi formalaşdırılacaq
1. Məlumatların emalı şöbəsi
2.Hüquq və metodologiya şöbəsi
3.Analitik şöbə
4.2. Beynəlxalq
əməkdaşlığın
inkişaf etdirilməsi
4.2.1. Eqmont Qrupuna üzvlük üzrə
qəbul prosedurlarının davam etdirilməsi
may
PL/TMM sahəsində
beynəlxalq əməkdaşlıq
intensivləşdiriləcək
1. Beynəlxalq əməkdaşlıq şöbəsi
2. Hüquq və metodologiya
şöbəsi
4.2.2. Beynəlxalq məlumat bazaları-
na qoşulma üçün araşdırmaların
aparılması və təkliflərin hazırlanması
iyul Müvafiq beynəlxalq
məlumat bazalarına qoşulma
üçün əsaslar yaradılacaq
1. Beynəlxalq əməkdaşlıq şöbəsi
2. Analitik şöbə
3. İT şöbəsi
4.2.3. Beynəlxalq təşkilatların
araşdırmaları, hesabatları, beynəlxalq
tədbirlərdə qəbul edilən sənədlər və
qərarlar barədə daxili elektron
məlumat bazasının yaradılması
oktyabr PL/TMM sahəsində
beynəlxalq aləmdə baş verən
dəyişikliklərin izlənilməsi
sistemi qurulacaq
1. Beynəlxalq əməkdaşlıq şöbəsi
4.2.4. Maliyyə Monitorinqi
Xidmətinin potensialının artırılmasına
yönəlmiş texniki yardım ehtiyaclarının
qiymətləndirilməsi
noyabr MMX-nın potensialının
artırılmasına yönəlmiş texniki
yardım ehtiyacları müəyyən
ediləcək
1. Beynəlxalq əməkdaşlıq şöbəsi
2. Digər struktur bölmələr
4.2.5. PL/TMM sahəsində xarici
tərəfdaşlarla əməkdaşlıq üzrə Anlaşma
Memorandumlarının imzalanması
dekabr PL/TMM sahəsində
beynəlxalq və ikitərəfli
əməkdaşlıq genişləndiriləcək
1. Beynəlxalq əməkdaşlıq şöbəsi
2. Hüquq və metodologiya şöbəsi
Top Related