Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın...

64
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix fakültəsi əyani şöbəsi III kurs, 302- qrup tələbəsi Əliyeva Arzunun Dinlər Tarixi fənnindən Sərbəst İşi

Transcript of Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın...

Page 1: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Tarix fakültəsi əyani şöbəsi III kurs, 302-

qrup tələbəsi Əliyeva Arzunun Dinlər

Tarixi fənnindən

Sərbəst İşi

Bakı 2014

Page 2: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Mövzu:

1.Qədim Azərbaycanda xristian dini

2.Caynizm və siqhizm

3.Qeyri-ənənəvi dinlər

4.Şəriət bayramları haqqında

5.Müsəlman nigahı

1

Page 3: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

1.Qədim Azərbaycanda xristian dini

Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. Qafqaz Albaniyasında xristianlıq  eramızın 54 - 57 -ci illərində apostol Müqəddəs Yeliseyin  təbliğ fəaliyyətindən sonra yayılmışdır. Bu səbəbdən Alban kilsəsi  apostol kilsəsi adlandırılır. Qafqazda , eləcə də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri alban kilsəsidir.

Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə görə, eramızın ilk əsrlərinin başlanğıcında yerusəlimdən, Suriyadan ilk xristian missionerləri, həvariləri  (apostolları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı. Yenə də alban ənənəsi xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin  və Müqəddəs Faddeyin şagirdi Müqəddəs Yeliseyin  adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın  adları ilə bağlıdır.

Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.

313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın 2

Page 4: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

yayılmasının qrekofil dövrüadlanan yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Sinayda aşkar edilmiş "Alban yazısında və Alban dilində" leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.

451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir. V-VI əsrlərdə ölkə əpazisində monofizitlərlə diofizitlər arasında mübarizə güclənir. VI əsrin sonu - VII əsrin əvvəllərində Alban kilsəsi diofizitliyi qəbul edir.

Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. X-XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir.

Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır.

3

Page 5: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Pravoslavlıq. Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır.

Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı.

Katolisizm. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. Hazırda Bakıda Roma-katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrılmışdır. 22-23 may 2002-ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda rəsmi səfərdə olmuşdur.

Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ XIX əsrin ikinci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də XIX əsrin əvvəllərində Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar sayılmalıdır. O vaxt ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün 4

Page 6: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

sorğu-sualından yaxa qurtarmağa çalışırdılar. 1819-cu ilin əvvəlində Azərbaycanda 209 alman ailəsi vardı. Bakıda İncilçi-lüteran icması 1870-ci ildə yaradılmışdır. 1899-cu ildə icmanın üzvləri şəhərdə öz məbədlərini - kirxanı (indiki Kamera və orqan musiqisi zalı) tikmişlər. Yelenendorfda (indiki Xanlar) kirxa daha əvvəl tikilmişdir. 1937-ci ildə Lüteran kilsəsinin keşişləri başqa dini icmaların nümayəndələri ilə birlikdə sürgün edilmiş, güllələnmişlər. 1994-cü ildə lüteran icması Bakıda yenidən fəaliyyətə başlamışdır.

5

Page 7: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

2.Caynizm və Siqhizm Caynizm — e.ə. VI əsrdə Hindistanda yaranmış qeyri-ortodoksal qədim hind dini.

Hindistana mənsub olan bir din olaraq, caynizm e.ə. VI əsrdə ortaya çıxmışdır. Caynizm milli bir xarakterə sahib olub, Hindistandan kənara çıxmamışdır. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar, Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 milyona çatır.

Caynizm "qalib" mənasında olan Cina və ya "böyük qəhrəman" mənasında olan Mahavira ləqəbli bir şahzadə olan Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır.

Caynizm doktrinası əsasən Tirtankara deyilən keçid edən, keçid tapan və yol göstərən olaraq Mahaviraya sitayişdir. Mahaviranın Nirvanaya çatması caynist təqviminin başlanğıcı olmuşdur. Onun Budda ilə eyni dövrdə yaşadığı üçün inancları və əsərləri arasında oxşarlıqlar vardır. Hər ikisi brahmanlara, onların ayin üsullarına düşmən olub, qatı kast sisteminə və qanlı qurbanlara qarşıdırlar. Lakin buddimzlə caynizmin arasında fərqlər də vardır. Belə ki, caynistlər zühdə daha çox əhəmiyyət verərək nəfsə işgəncə edirlər. Halbuki, buddistlər bu məsələlərdə daha mülayimdirlər. Başqa bir tərəfdən isə caynistlərin insan heykəlləri çilpaqdır. Caynistlər brahmanlaraın məbəd ayinlərdəki yerini inkar etmirlər.

Caynizmin təməlində "Ahimsa" yəni heç bir canlıya qarşı şiddət tədbiq etməmək durur. Bu səbəbdən caynistlər kənd təsərrüfatı ilə məşğul olmurlar. Onlar daha çox tədris və ticarətdə çalışırlar. Dindar caynistlər daima pəhriz saxlayırlar və yeməkdə ancaq meyvə və tərəvəz istifadə edirlər. Çox qatı vegeterian olduqları üçün hətta içdikləri suyu və havanın təmiz olması üçün ağızlarında tənzif daşıyırlar. Cayna Budda kimi tanrı üzərində durmasa da, bəzi caynist məzhəblərində tanrı inancı var. Həmçinin məbədlərdə də tanrı heykəlləri qoyulur. Lakin XV əsrdə Sthanakavasi məzhəbi bu heykəllərə qarşı çıxaraq onları məbədlərdən çıxarmışlar.

6

Page 8: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Caynizmdə əsas iki məzhəb vardır: Hava geyinənələr (Diqambara) və Ağ geyinənlər (Svetambara). Birinci məzhəb mənsubları Mahavira kimi tamamən çilpaq olmağa üstünlük vermişlər. Daha sonra müsəlmanlar onları beldən aşağı libas geyməyə məcbur etmişlər. Bu məzhəbə görə qadınlara mənəvi qurtuluş yolu yoxdur. Lakin Mahavira qadınlara da qurtuluş yoluna izin vermişdir. Digəri isə ağ libaslarda gəzirlər. Hər iki məzhəb qurtuluş yoluna inanır, hər cür maddi şeyi inkar edirlər.

Müqəddəs kitabları isə əsasən Mahaviranın vaazlarıdır. Bu vaazlar əvvəl şifahi olaraq caynistlər tərəfindən yayılırdı. Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və ya "Siddhanta" adlı bir kitab halında toplanmışdır. Bu kitabda caynizmin əsas müddəaları, əfsanələr, rahiblərin riayət edəcəyi qaydalar yer almışdır. Həmçinin əxlaq, ibadət məsələlərinə və Mahaviranın fəlsəfi görüşlərinə bu kitabda rast gəlmək olar. Hava geyinənlər məzhəbi bu kitabı müqəddəs mətn kimi qəbul etmirlər. Onlara görə bu kitab səhih deyildir.

Caynistlərin əxlaq prinsipləri Mahaviraya aid edilən müqəddəs mətnlərdə yer almışdır. Əxlaq şərtləri rahib olmayanlarda belə çox sərtdir. Bu şərtlər beşdir:

Öldürmə Yalan danışma Oğurlama Mal sevgisində olma Mümkün qədər cinsi əlaqədən uzaq dur.

Zühdə aparan digər şərtlər isə rahib və rahibələr üçündür. Onlar çox ciddi zühd həyatına sahibdirlər. Caynist camaat rahib və rahibələri yeyecək və geyəcəklə təmin etməlidirlər. Dindar caynistlər davamlı oruc tutmaqla özlərini ölümə məhkum edirlər.

Caynistlərə görə onlar ölümsüz və əbədidirlər. Bu aləmin qurucusu yoxdur, aləm əbədidir. Lakin cənnət və cəhənnəm anlayışı vardır. Cənnət ancaq tanrılar üçündür, cəhənnəm isə ən üst bölümün aşağısındadır. Təkrar bu dünyaya gəlmə zəhmətindən qurtaranlar göy aləminin üzərindədirlər. 7

Page 9: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Caynistlərin ibadətləri gözəl inşa edilmiş məbədlərdə keçirilir. Burada rahib və rahibələr çılpaq, ayaqda və bardaş quraraq müqəddəs mətnlər oxuyub ruh və bədənlərini təmizləyirlər. Bundan başqa ilahilər söylənilir, tövbə edilir. Heç bir canlını öldürməməyə söz verirlər. Caynistlərin heyvan xəstəxanaları da çoxdur. Məbədlərdə coxsaylı tanrı heykəlləri vardır. Onların önlərinə meyvə-tərəvəz və çiçəklər qoyulur. İbadətlər rahiblər tərəfindən deyil, gələn xalq tərəfindən idarə edilir.

Siqhizm — XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun təlimləri və fikirləri əsasında formalaşmış monoteistik din. Siqhizm din kimi 1500-cü ildən etibarən yaranmışdır. Dünyadakı böyük dinlərdən biri hesab olunan Siqhizmin hal-hazırda 23 milyon nəfər ardıcılı vardır. Siqhizm sözü Sih sözündən yaranmışdır. Sih sözünün tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara sihlər deyilir.

Siqhizmin iki əsas istiqaməti vardır:

Vahid tanrıya inanmaq. Sihlərin müqəddəs mətinlərinin açılışı iki sözdən ibarətdir və bu sözlər Sih inancının təməlini təşkil edir.

Siqhimzə inananlar On Sih Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir.

Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənmişdir. Əsasən İslama yaxın olduğu güman olunan Siqhizmdə hər iki dinə aid olan bir çox adətlər vardır. Sihlərin fikirlərincə On Sih Qrusu Allahdan bir başa təlimatlar almış və bunların əsasında hərəkət etmişdilər.

Siqhizm dininin qurucusu Quru Nanak Dev (1469-1538) Talvandi (Pakistanın Lahor əyaləti) şəhərində anadan olmuşdur. Atası Katri köklü Hindu nəslindən idi. Bibi Nanak adlı özündən yaşca böyük bacısı vardı. Bacısının Quru Nanak Devdə Tanrının nurunu gördüyü ancaq bu sirri heç kimə açmadığı ehtimal olunur. Buna baxmayaraq Quru Nanak Devin ilk ardıcılı onun bacısı Bibi Nanak olmuşdur. Quru Nanak Dev həyatı daha dərindən anlamaq və kəşf etmək üçün evini tərk etmişdir. Səfərləri zamanı müxtəlif inanclı insanlarla qarşılaşmış, 8

Page 10: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

onlarla dini müzakirələr aparmışıdır. Bu səfərlər zamanı, bir gün tanınmış alim Kabir ilə qarşılaşdığı ehtimal olunur. 1538-ci ildə Quru Nanak Dev öz davamçısı kimi, oğlu Lehnayı təyin etmişdir. Lehna Siqhizm dininin ikinci qurusu hesab olunur. Bhai Lehnaya Quru Anqad adı verilmişdir. Quru Amar Das, 1552-ci ildə 73 yaşında olarkən Sihlərin üçüncü qurusu olmuşdur. Onun quru olduğu dövrdə Qoindval Siqhizm dinin əsas mərkəzinə çevrilmişdir. 1574-cü ildə 95 yaşında vəfat edən Quru Amar Das dördüncü quru kimi ögəy oğlu Jethanı təyin etmişdir.

Jetha Quru Ram Das adını almışdır. Quru Ram Das sonralar Amritsar olaraq adlandırılacaq Ramdaspur şəhərinin əsasını qoymuşdur. 1581-ci ildə Quru Ram Dasın sonuncu oğlu Quru Arcan beşinci quru olaraq fəaliyyətə başlamışdır. Qızıl Məbədin inşası beşinci quru Quru Arcan Devbaşlatmışdır. Eyni zamanda Quru Arcan Dev Quru Qrant Sahib adlı Siqhizm dinin müqəddəs kitabınıda hazırlatdırmışdır. 1604-cü ildə beşinci quru Sihlərin ilk müqəddəs mətni olan Adi Qrantı hazırlatdırmışdır. 1606-cı ildə Moğollar Quru Arcan Devə Quru Qrant Sahib kitabına bəzi əlavələr etmək barədə təziq göstərmişdilər. Ancaq Quru Arcan Dev müqəddəs kitaba şəxsi fikirlərin əlavə edilməsini günah hesab etmiş və bundan imtina etmişdir. Bu səbəbdən həmin ildə Quru Arcan Dev Monqollar tərəfindən öldürülmüşdür.

Quru Har Qobind Sihlərin altıncı qurusu olaraq fəaliyyətə başlamışdır. Quru Har Qobind ilk dəfə olaraq üstündə silah gəzdirməyə balamışdır. Əsasən iki ədəd qılınc gəzdirən Quru Har Qobind Sihlərin hərbi hazırlığına böyük önəm verirdi. Altıncı qurunun hakimiyyətindən etibarən Sihlər arasında hərbi birləşmələr yaradılmışdır. 1644-cü ildə Quru Har Ray yeddinci quru elan olunmuşdur. 1661-ci ildə isə Quru Har Krişan səkkizinci quru olaraq fəaliyyətə başlamışdır. 1665-ci ildə isə Quru Teq Bahadur doqquzuncu quru kimi fəaliyyətə başlamışdır. Quru Teqh Bahadurun 10 illik quruluq fəaliyyətinə 1675-ci ildə Kəşmirdən gələn hərbi dəstələr son qoymuşdur. 1675-ci ildə Aurangzeb doqquzuncu quru olan Quru Teq Bahaduru kütlənini önündə edam 9 etdirmişdir. Onuncu və sonuncu quru olan Quru Qobind Sinq sihləri

Page 11: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

birləşməyə çağırmışdır. Siqhizm qurularının hər biri eyni dərəcədə müqəddəs hesab olunur. Ancaq beşinci quru olan Quru Arcan 1604-cü ildə ilk dəfə olaraq Siqhizmin müqəddəs kitabı Quru Qrant Sahibi hazırlatdırmışdır. Buna görə Quru Arcan digər qurulara nisbətən daha çox hörmət və ehtirmala anılır.

Siqhizm on quru (müəllim və ya ustad) tərəfindən 1469 - 1708-ci illərdə yaradılmışdır. Hər bir quru özündən sonra gələn quruya yeni nəsihətlər və təlimlər bıraxmışdır. Bu şəkildə Siqhizm qurular dəyişdikcə dahada zənginləşmişdir. Quru Nanak Dev siqhlərin ilk, Qobind Sinqh isə insan qiyafəsində olan son qurudur. Qobind Sinqh ölüm yatağında olan zaman Quru Qrant Sahibi son və mütləq quru elan etmişdir. Quruların eyni ruha (jot) lakin müxtəlif bədənlərə sahib olduğu inancı Siqhizmin əsasını təşkil edir.

Sikhlərin bütün dünyada sayları təxminən 23 milyon nəfərdir və sayına görə Siqizm dünyada beşinci ən böyük dindir. Təxminən 20 milyon Siqh Hindistanda, bunun da böyük bir qismi Pəncab əyalətində yaşayır. Bu say ilə Siqhizm Hindistanın dördüncü ən böyük dinidir. Böyük Britaniya,Kanada, Avstraliya, cənubi və şərqi Afrikada və ABŞ-da əhəmiyyətli sayda Sikh yaşayır. Ayrıca Malayziya və Sinqapurda da əhəmiyyətli azlıq olaraq mövcuddurlar. Saçlarını və saqqallarını doğuşdan etibarən heç kəsməyən Sikhlərin ən diqqətə çarpan xüsusiyyəti başlarına taxdıqları torfunlarıdır.

10

Page 12: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

3.Qeyri ənənəvi dinlər

Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin, dinlərin olması barədə adətən ümumi danışılır. Əslində isə ölkədə qeyri-ənənəvi İslam təriqətləri və cərəyanları, ənənəvi olmayan qeyri-İslam təriqətləri və qeyri-ənənəvi dinlər var.  Bəhailik. Bəhai dini XIX əsrin ikinci yarısında İranda yaranıb. Seyid Məhəmməd adlı şəxs 12-ci imamın babı (qapı), yəni nümayəndəsi olduğunu iddia edir. Sonra isə daha da irəli gedərək 12-ci imam – Mehi olduğunu elan edir. Bab yazıdığ “Bəyan” adlı kitabında öz düşüncələrini açıqlayıb.“Həzrət Bab” adı ilə məşhurlaşan Seyid Əli Məhəmməd ətrafına müəyyən qədər tərəfdarlar toplasa da, hakimiyyət tərəfindən kəskin münasibətlə üzləşir. 1842-1852-ci illərdə Babilər üsyanı olur. Üsyan yatırılır və İran hakimiyyəti Seyid Əli Məhəmmədin edamına qərar verir. Sonralar onun çağ qalan davamçılar yolunu davam etdirirlər. Bəhai dinində üç namaz mövcuddur, mömin həmin namazlardan biri seçib qılır. Bəhai qibləsi İsraildəki Əkka şəhərində yerləşir. Bəhailər müsəlmanlar kimi oruc tutaraq səhər günq çıxandan axşam gün batana qədər yemir, içmir. Ancaq onlar orucu martın 2-dən 20-dək 19 gün müddətində tutur. Bakı və Sumqayıt da daxil olmaqla ölkədə bəhailərin iki dini icması və bir mərkəzi fəaliyyət göstərir. Hər üç qurum “Dini etiqat azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərə qədər qeydiyyatdan keçib. Qanuna əlavə və dəyişikliklərdən sonra isə onlardan biri təkrar qeydiyyatdan keçib. Krişnazim. “Beynəlxalq Krişna şüuru cəmiyyəti” (Hare Krişna) hinduizm ənənələrinə uyğun Şərq kultudur. Cəmiyyət “İlahi A. Ç. Bxak-tivedanta Svami Prabxupada” (əsl adı Abxai Şaran De) tərəfindən yaradılıb. Bu hərəkat dünyanın bir çox ölkəsində, eləcə də Amerika və Qərbi Avropada geniş yayılıb.Krişnaizm kütləyə hinduizm fəlsəfəsini yeritmək üçün yaradılıb. 11

Page 13: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Hinduizmdə Tanrı simasız və görünməzdir. Krişnaçılar isə Tanrını şəxsləndirib və Krişna kimi şəxsləndirilmiş Tanrının simasına sitayiş edirlər. Krişna tərəfdarlarının həyat tərzi çox sərtdir. Onlar ət, balıq yeyə bilməz, Krişnaya aid olmayan söhbətlər apara bilməzlər. Qəzet və jurnal oxumaq, televizora baxmaq isə qəti qadağandır. Qohumlarla, dostlarla əlaqələr çox nadir hallarda baş verir. Krişnaçının şəxsi mülkü ola bilməz. Şagirdlər məbəd təklif edən yeməkdən və yaşayışdan tam asılıdırlar. Krişnaçılar Hindistandan gətirilmiş palçıqdan bədənlərinə hər gün 13 işarə vururlar.Kişilər peysərində bir dəstə tük saxlayaraq başlarını qırxmalıdırlar və s.Azərbaycanda krişnaçılar “Bakı şüuru” dini icmasında bir araya gəliblər. İcmanın fəaliyyət dairəsi əsasən Bakı şəhəridir.

Munçuluq. Rəsmi adı Dünya Xristianlığının Vəhdəti uğrunda Müqəddəs Ruh Cəmiyyəti olan və “Vəhdət kilsəsi” kimi tanınan munçuluq bu gün dünyada aktual dini cərəyanlardan birinə çevrilib. Cərəyanın banisi San-Myen Mun 1920-ci ildə Şimali Koreyada kəndli ailəsində dünyaya gəlib. Sonradan – 1950-ci ildə Cənubi Koreyaya gedib. O, Cənubi Koreyada başlatdığı dini hərəkatını yaymaq üçün dünya səyahətinə çıxıb, 1965-ci ildə çıxdığı ilk səyahət 40 ölkəni əhatə edib. İkinci səyahətə isə 1969-cu ildə çıxıb. 1971-ci ildə ABŞ-a köçüb. 1992-ci ildə o, özünü yeni bəşəriyyətin “Həqiqi Atası” adlandırıb. Onun fikrincə, 1993-cü ildə dünya üçün Mun dövrü gəldiyini bəyan edib. Cərəyan maddi qaynaq əldə etməkdən ötrü ticarət işinə başlayaraq balıqçılıq və müalicəvi bitki kökləri biznesindən zənginləşmək imkanı əldə edib. 80-ci illərin əvvəllərində isə “Vəhdət kilsəsi” artıq bir çox ölkədə müxtəlif sənaye müəssisələrinə sahib idi. Bu biznes şəbəkəsinə müxtəlif istehsal və xidmət sahələrilə bağlı müəssisələri birləşdirən 150 korporasiya daxildir. Munçuluq bir tərəfdən sərmayə qazanmaq üçün çalışıb, digər tərəfdən isə elm, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərib. Ali təhsil tədqiqatları üçün iki “İlahiyyat məktəbi” yaradılıb. Onlar KİV sahəsində də fəaliyyət göstərərək Tokio, Nyu-York və Vaşinqtonda qəzet və 12

Page 14: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

jurnallar təsis ediblər, informasiya agentliyi yaradıblar. Munçular xristian terminologiyasını öz dini təlimlərinə uyğunlaşdırıblar. Yəqin buna görədir ki, xristianları birləşdirmək cəhdlərinə baxmayaraq, onlar ənənəvi mənada xristian sayılmırlar. Munun tərəfdarları “təslis” inancını, İsa Məsihin çarmıxa çəkilməsini onun missiyasının iflasa uğraması kimi qiymətləndirirlər. Yazdığı əsərlərin əksəriyyətinin Koreya dilindən Qərb dillərinə tərcümə olunmaması Munun dünyagörüşünü dəqiq tədqiq etməyə mane olur. “Vəhdət hərəkatı” San-Myen Munun fikirlərini yaymaq məqsədi daşıyan və onun yaratdığı bir sıra dini, siyasi-ictimai və mədəni təşkilatların birliyidir. “Vəhdət hərəkatı”na bir sıra fond, təşkilat, federasiya və assosiasiyalarla yanaşı, dəzgəhqayırma, gəmiqayırma, balıq emalı, hərbi silah və texnika istehsal edən müəssisələr də daxildir. Cərəyanın xüsusən təhlükə doğuran cəhətlərindən biri də ölkə daxilində siyasi hakimiyyəti və ölkəni idarə edən iqtisadi mənbələri ələ keçirməyə can atmaqdır. SSRİ dağıldıqdan sonra munçuların fəaliyyəti digər postsovet məkanlarında olduğu kimi, Azərbaycanda da yayılmağa başlayıb. Azərbaycanda əsasən qocalar, kimsəsizlər və uşaq evlərinə yol tapan munçular keçirdikləri “xeyriyyə tədbirləri“ altında Mun ideyalarını yaymağa çalışırlar. Munçular əsasən gəncləri öz tərəflərinə çəkməkdən ötrü onları maraqlandıra biləcək seminarlar təşkil edib, müəyyən psixoloji testlər vasitəsilə meyarlarına uyğun gələnləri sıralarına qatırlar.

İbrahimilik. İbrahimilər təriqətinin təməli XIX əsrin əvvəllərində Hindistanda yaşamış Əhməd Qədyan adlı şəxs tərəfindən qoyulub. Onlar özlərini İbrahim peyğəmbərin davamçıları adlandırıb, Məhəmməd Peyğəmbərin (s.) hədislərini qəbul etməyib, “Qurani-Kərim”ə İslamda qəbul olunduğundan fərqli təfsir veriblər. Sonralar bu təriqət Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Ehtimallara görə, təriqətin yaranmasında İngiltərə xüsusi xidmət orqanlarının müstəsna xidmətləri olub. Bu təriqətin Azərbaycanda ilk özəyini ixtisasca riyaziyyat müəllimi olan Ələsgər Musayev yaradıb. O, hələ Sovetlər dönəmində şiə kimi 13

Page 15: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

fəaliyyətə başlayıb, sonralar vəhabiliyə meyllənib. 1995-ci ildə isə fəaliyyətində kəskin dəyişiklik edərək İbrahimilər adlı qeyri-İslam təriqətini yaradıb. İbrahimilər (sonralar Ələsgər Musyevin adına uyğun olaraq “ələsgərilər” adlandırıblar) ibadətlərini Azərbaycan dilində icra edir, dinlərini İbrahim Peyğəmbərin dini adlandırır, milliyyətcə azərbaycanlı deyil, İbrahim millətindən olduqlarını söyləyirlər. Ələsgər Musayev 1996-cı ildə Suraxanı rayonunun (Bakı) Əmircan qəsəbəsində “Şeyx Nizaməddin” məscidi dini icmasını yaradıb və qeydiyyatdan keçirib. İki il sonra “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarını pozduğuna görə icmanın dövlət qeydiyyatı ləğv edilib. Daha sonra Ələsgər Musayev özünü peyğəmbər elan edib, ətrafına topladığı həmfikirlərini isə ümmət adlandırıb. Təriqət üzvləri qiblə kimi Məkkəni deyil, Əmircan qəsəbəsində yerləşən “Şeyx Nizaməddin” məscidini seçiblər. Təriqətin əsas dini kitabı Ə.Musayevin Azərbaycan dilinə tərcümə etdiyi “Quran”dır. İcma üzvləri öz qazanclarının beşdə biri qədər zəkat verir, bu isə icmanın büdcəsini formalaşdırır. İbrahimilər şeytanı mələk adlandırır, ona lənət etməyi isə günah sayırlar. İbrahimilər çoxarvadlılığı məqbul sayır, 9-10 yaşlı qızlarla ailə qurulmasını təqdir edirlər. Onlar ilin istənilən günündə cəm halında yığışaraq “qədr gecələri” keçirirlər. Bu zaman icma üzvü olan qadınlar və azyaşlı qızlar kollektiv şəkildə özlərini icma rəhbəri və ya digər icma üzvlərinə “hədiyyə” edərək, intim əlaqəyə girmə ritualını həyata keçirirlər. Bu və digər səbəblərdən Ələsgər Musayevin fəaliyyəti yerli dindarların hiddətinə səbəb olub, 1998-ci ildə icma üzvləri döyülərək Əmircan qəsəbəsindən qovulublar. Bundan sonra Ə.Musayev Mərdəkan qəsəbəsindəki bağ evinə köçərək fəaliyyətini orada davam etdirib. O, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmasına və yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girdiyinə görə bir müddət həbsdə olub. Belə ki, o, yaşadığı qadının qızı da daxil olmaqla, 3 14

Page 16: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

azyaşlı qızla qeyri-rəsmi evlənəndən sonra tutulub. İstintaq zamanı o, hərəkətini dini baxışları ilə izah etməyə çalışıb (onun “kəbinli arvad” adı altında cinsi əlaqəyə girdiyi qızlardan biri ürək xəstəsi olduğundan ölüb. Həmin qız Ə.Musayevin arvadlarından birinin 11 il əvvəl ölmüş anasının qəbrində basdırılıb). Lakin azadlığa çıxan kimi fəaliyyətini yenidən bərpa edib. Ələsgər Musayevin qardaşı oğlu Əlixan Musayev “Nərimanov dindarları” dini icmasının aktiv üzvlərindən olub, sonradan o həm icmadan, həm də “Əbu bəkr” məscidindən uzaqlaşdırılıb. Hazırda icmanın əsas özəyi Bakıda fəaliyyət göstərir, həmçinin, bölgələrdə, əsasən də Bərdə, Xaçmaz, Salyan və Qubada təbliğat aparırlar. Onların başqa maraqlı özəlliyi də var: ölüyə yas keçirilmir, ağlaşma qadağandır, qəbrin üzərinə ad yazılmır və s. Vəhabilik. Cabir İskəndərli “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” kitabında yazır ki, müasir cəmiyyətdə İslam sünni təriqətinin cərəyanlarından biri kimi tanınan vəhabilik XVIII əsrin ortalarında Ərəbistan yarımadasının mərkəzi ərazilərindən olan Nəcddə meydana çıxıb və tezliklə bölgədə güclü, siyasi hərəkata çevrilib. Bu cərəyanın yaranması XIV əsrin din alimlərindən olan ibn Teymuriyyənin müəllifi olduğu “İslamın təmizlənməsi və ilkin ənənəvi İslama qayıdış” konsepsiyasını genişləndirmiş Məhəmməd İbn Əbdülvəhab ilə bağlıdır. Vəhabilik cərəyanın qurucusu sayılan Məhəmməd İbn Əbdülvəhab İbn Süleymanın (1703-1792) uzun səyahətləri (Bəsrə, Bağdad, Qum, İsfahan, Həmədan, Dəməşq, Qahirə) və İlahiyyat elmilə təkidlə məşğul olması onun dünya görüşünün formalaşmasında böyük rol oynayıb.  O, İslam dinini “Quran” və Peyğəmbərin sünnəsi özülünə qaytarılması zərurətini irəli sürüb. Onun fikirləri Nəcddəki dindarlar tərəfindən yaxşı qəbul edilmədiyindən Əbdülvəhab anadan olduğu doğma əl-Üyeynə qəsəbəsinə qayıdır. Buraya gəldiyi gündən qəsəbənin əmiri Osman ibn Müəmmar, eləcə də çox görkəmli ərəb şeyxləri ilə dostluq əlaqələri qurmağa nail olur. Əbdülvahab yerli əmir Osman ibn Müəmmara belə bir təklif verir ki, əgər fikirlərini yaymaqda ona kömək 15

Page 17: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

edərsə, Allahın yardımı ilə Əmiri Nəcd ərazisinin hakimi elan edəcək. Artıq həmin dövrdə müəyyən qədər təşkilatlana bilmiş vəhabilər bütpərəstliyə qarşı mübarizə adı altında səhabələrin, mötəbər övliyaların, tanınmış şeyxlərin qəbirləri üzərində ucaldırmış türbələr sökür, müsəlmanların müqəddəs saydıqları yerləri – ziyarətgahları, pirləri, məqbərələri dağıdırdılar. Vəhablərin hərəkətləri bir çox qəbilə başçılarını narahat edirdi. Onlar yeni təlimlə barışa bilmir, buna qarşı sərt müqavimət göstərirdilər. Osman ibn Müəmmarın himayəsi altında özünü o qədər də təhlükəsiz hesab etməyən Məhəmməd İbn Əbdülvəhab Əmir Məhhəməd ibn Səudun (1726-1765) hakimiyyəti altında olan Dəryə şəhərinə köçür. 1744-cü ildə ibn Səud vəhabiliyi qəbul edir və Əbdülvəhabla “Dəriyyə ittifaqı” adlı bir ittifaq bağlayır. Yeni ittifaqın açdığı imkanlar sahəsində ibn Əbdülvəhab öz təlimini təbliğ edir, ətrafına ardıcıllar toplayır, ibn Səud isə şan-söhrət qazanaraq Ərəbistanı öz hakimiyyəti altında birləşdirmək fürsəti qazanır. Həmin vaxt Əbdülvahabın dediklərini qəbul etməyən müsəlmanlara “kafir” damğası vurulurdu. İbn Səudun başqa əmrlikləri Səudilər dövlətinə tabe etməsi üçün başladığı qarşıdurmalar isə xüsusi amansızlığı ilə fərqlənirdi. XVIII əsrin 40-cı illərinin ortalarından etibarən Əbdülvahab açıq-aşkar siyasi mübarizəyə qoşulur. Onun təlimi Ali-Səud sülaləsinin Ərəbistan yarımadasında apardığı mübarizənin bayrağına çevrilir. Təxminən 20-25 il ərzində bir çox əmrliklər Ali-Səuda həvalə edilir. Məhəmməd ibn Əbdülvahabın vaxtında onun dediklərini qəbul etməyən müsəlmanlara “kafir” damğası vurlurdu. Onun sağlığında və ölümündən sonra bir sıra dəhşətli cinayətlər edildi: insanlar öldürülür, məqbərələr qarət edilir və s. Məsələn, 1802-ci ildə baş vermiş dəhşətli cinayət: Nəcəfdə şiələrlə baş verən bir mübahisə nəticəsində bəzi vəhvabilərin öldürülməsini bəhanə edərək Əbdüləziz ibn Səudun başçılığı altında 1802-ci ildə (Məhərrəm ayının 10-u, yəni Aşura günü) Kərbəlanı ziyarət edən minlərlə insan qılıncdan keçirildi və Həzrət Hüseynin (ə.) məqbərəsi qarət edildi... Bütün bu qeyd olunanların davamı haqda tarixi mənbələrdən daha ətraflı məlumat toplamaq olar. Bu istiqamətdə son olaraq bildirək ki, baş 16

Page 18: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

verənlər 18 sentyabr 1932-ci ildə Səudilər nəslinin nümayəndələrindən olan Əbdüləzizin hazırkı Səudiyyə Ərəbistanı Krallığının əsasını qoyması ilə sonuclandı (ölkənin adındakı “Səudiyyə” sözü məhz Səudilər nəslinin adıyla bağlıdır). Yekun olaraq demək olar ki, Məhəmməd ibn Əbdülvəhabın yaratdığı təriqət özünə davamçı yığmağa, Səudilər nəslinə isə XVIII əsrdən başlayaraq genişlənməsi XX əsrdə başa çatmış, ömrü hələ də davam edən bir hakimiyyət qazandırdı. Səudiyyə Ərəbistanı vəhabiliyin beşiyi sayılsa da, sonralar Məhəmməd ibn Əbdülvahabın davamçıları digər müsəlman ölkələrdə, hətta qeyri-İslam öldkələrində də təbliğatlarını yaymağa başladı. Bu təbliğat indinin özündə də davam edir, davamçılar missionerliklə vəhabiliyi yayır. Vəhabilik isə erkən İslam dövrünün qayda-qanunlarına qayıtmağı, təkallahlılıq prinsipinə ən ciddi şəkildə riayət etməyi, müqəddəslərə və müqəddəs yerlərə sitayişdən, başqalarından götürülən yeniliklərdən imtina etməyi təbliğ edən dini-siyasi cərəyandır. Bu cərəyanın tərəfdarlarının xarici görünüşü isə başqalarından qısa şalvar geymələri və uzun saqqal saxlamaları ilə fərqlənir. Bu cərəyan Azərbaycanda var. Ölkə cəmiyyətində vəhabiliklə bağlı maraq, daha çox isə qorxu var. Maraq bəlkə də vəhabilərin öz adlarını belə etiraf etməkdən çəkinmələrilə bağlıdır. Qorxu isə yəqin onla bağlıdır ki, bir sıra hallarda bu cərəyanın adının qarşısına “radikal” sözü də əlavə olunur: radikal vəhabi, radikal vəhabi qruplaşması və s. Vəhabilər isə özlərinin nəinki radikal, heç adicə “vəhabi” adlandırılmasının da qəti əleyhinədir. Onlar özlərinə “sələfi”, yaxud “əhli-sünnə və cəmaət” deyir və məhz belə adlandırılmasını istəyir. Qamət Süleymanov Azərbaycandakı, özlərinin təbirincə desək, sələfilərin lideridir. Ancaq o, özünü tərəfdarlarının lideri yox, sadəcə “Əbu Bəkr” məscidinin imamı sayır. Həmin məscidin ki, 2008-ci ildə orada terror hadisəsi baş verdi, məscid partladıldı. Həmin vaxtdan indiyədək “Əbu Bəkr” məscidi hələ də bağlıdır. Qamət Süleymanovun vəhabiliklə bağlı, daha doğrusu vəhabiliyin ümumiyyətlə olmaması ilə bağlı öz arqumentləri var: “Ümumiyyətlə, İslam dinində vəhabilik adlı firqə yoxdur. Sadəcə, başqa təriqətdə olanlar - hansı ki onlar dindən əlavə özlərindən uydurma şeylər çıxarıblar – bu sözü atıblar ortaya. 17

Page 19: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Bunun yayılmasının səbəbi isə dini savadsızlıqdır. Çünki Azərbaycanda dini maarifləndirmə sıfır səviyyəsindədir”. Qamət Süleymanov əslində Allahın adlarından birinin də Vahab olduğunu deyir: “Əslində, vəhabi insan adından, yəni Məhəmməd Əbdülvahabın adından götürülən söz deyil. Vəhabi – tək Allaha ibadət edən deməkdir. Biz vəhabi deyilik. Əgər vəhabi olsaydıq bunu deyərdik. Axı niyə də deməyək? Biz heç kimdən qorxmuruq”. “Dini etiqad və vicdan azadlığı haqqında” qanuna edilən əlavə və dəyişiklikdən sonra Qamət Süleymanovun rəhbəri olduğu “Nərimanov dindarları” dini icması dövlət qeydiyyatından keçməyib (buna qədər onların dövlət qeydiyyatı var idi). Yeri gəlmişkən, Qamət Süleymanov əvvəlcə Sudanda (bu Afrika ölkəsi vəhabiliyin yayıldığı yerlərdən biridir), sonra isə Səudiyyə Ərəbistanında (bu ölkə isə yazının əvvəlindən göründüyü kimi, vəhabiliyin beşyidir) təhsil alıb. Maraqlıdır ki, o, hələ ilk dəfə Sudana gedəndə artıq sələfi imiş: “1992-ci ildə Sudana getmişəm. Ancaq hələ Bakıda olarkən - 1988-ci ildə, 18 yaşımda sələfi oldum. Həmin vaxt cürbəcür firqələr var idi. Eşitdim ki, sələfi əqidəsi də var. Oxuyandan sonra gördüm ki, bu əqidədə sırf din təbliğ olunur, artıq şey yoxdur, bəyəndim. Elmimi artırandan sonra da arxayın odum ki, haqq yolu budur”. Qamət Süleymanov vəhabilərin (özlərinin təbirincə desək sələfilərin) görünüşünün fərqli olmasını isə belə əsaslandırır ki, əslində digər təriqətlərdə saqqal saxlamaq var, lakin onlar buna əməl etmir: “Məsələn, sufilərdə, şiələrdə də saqqal saxlamaq var, şalvarın qısa olması var. Ancaq onlar saqqal saxlamır, şalvarlarını da qısa eləmir. Sələfilər isə edir”. Sual çıxır: niyə? Axı məsələn, şiəlikdə uzun saqqal saxlamaq tələb olunursa, onlar niyə saqqallarını uzatmır? Qamət Süleymanov sualı belə cavablandırır: “Mən oxuyuram, Allah və rəsulun qanunu var, belə olmalıdır. Mən, sadəcə, qanuna tabe oluram”. Cabir İskəndərli “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” kitabında vəhabliyə yaxın olan və cinayət törətmiş təşkilatlar barədə yazıb. Məsələn, qeyd olunub ki, 1999-cu ildə Azərbaycanın 18

Page 20: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

təhlükəsizlik orqanları bir sıra ağır cinayətlər törətdiyinə görə vəhabiliyə yaxın olan “Ceyşullah” (“Allahın ordusu”) təşkilatının 14 üzvünü həbs edib. Onlar Azərbaycan Ekstrasenslər Birliyinin sədri Etibar Erkin və iki oğlunu qətlə yetirməkdə, Avropa Yenidənqurma və İnkişaf Bankının ofisini qarət etməkdə və “Krişna şüuru” dini icmasının Bakı qərargahını partlatmaqda məhkəmənin hökmü ilə təqsirləndirilərək, həbs olunublar. Qamət Süleymanov isə deyir ki, məsələn, sünnilərdən ibarət hansısa quldur dəstəsi bir cinayət törədirsə, bu, bütün sünnilərin cinayətkar olması anlamına gəlməməlidir: “Cinayəti şiə də, sünni də, başqaları da törədə bilər. Biz belə şeylərin əleyhinəyik. Ona görə də məhz biz terrora məruz qaldıq (O, sonuncu cümləni “Əbu Bəkr” məscidinin partladılmasını nəzərdə tutaraq deyir – P.A.)”. Qamət Süleymanov vəhabilərlə bağlı olduğu iddia edilən və bir sıra cinayətlər törətmiş “Ceyşullah”, həmçinin “Hizbu-t-təhrir” təşkilatlarının əleyhinə olduqlarını söyləyir. Cabir İskəndərlinin kitabından: “…Digər məscidlərdən fərqli olaraq “Cümə” məscidi günün 24 saatı vəhabilərin üzünə açıq oldu. Bura onların həm ibadət, həm də görüş yerinə çevrildi. Çeçenistan, Dağıstan, Özbəkistan və digər respublikalardan gələn vəhaiblərlə görüşlər məhz bu məsciddə keçirildi. Məscidə toplaşanlar arasında “Çeçen press” agentliyinin bülletentləri yayılırdı…” Qamət Süleymanov deyir ki, məscidin 24 saat açıq olması normaldır, çünki məscid Allahın evidir: “O ki qaldı çeçenlərin bizim məscidə gəlməsi, onlar başqa məscidlərə də gedirdilər. Ancaq hansısa bülleten yayılmırdı, təbliğat aparılmırdı. Bunlar hamısı qərəzli mövqedir, cəfəngiyyatdır”. Əhalinin vəhabi kimi tanıdığı, özlərinə isə sələfi deyən şəxslərin Azərbaycandakı sayı barədə dəqiq məlumat yoxdur. Ancaq onların sayının on minlərlə olduğunu təxmin etmək olar. Çünki vəhabilərin təbliğat və idarəçilik metodları çox sadə və effektlidir: İdeologiyanı mənimsəyən şəxslər digərlərini də bu yola dəvət edirlər. Hər yeni cəlb olunan şəxs yeni adamlarla ünsiyyətə yaradır. Əvvəl ailə üzvləri, sonra qohumlar və qonşularla müvafiq söhbətlər aparılır, onlar qrupun yeni 19

Page 21: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

üzvlərinə çevrilirlər. Beləliklə, vəhabi şəbəkəsinin zəncirvari həlqəsi formalaşır (bu cümlələrdən sonra yazının əvvəlindəki “20 yaşlı oğlan necə vəhabi oldu” yarımbaşlığındakı sonuncu abzası oxusanız daha çox şey aydın olacaq). Vəhabiliyin yayılması üçün müxtəlif adlar altında ayrı-ayrı mənbələrdən (məsələn, Küveyt İslam İrsinin Dirçəlişi Təşkilatı kimi) hesabına pul vəsaitləri də cəlb olunur.

Yehova şahidləri.Deyilənə görə bu inancın qurucusu Amerikalı papaz Charles Russel olub..1872-ci ildə bunu qurub 1916-cı ildə vəfat etmişdir. Russel, satışa çıxardığı bir buğdanın çox çox məhsul verəcəyini, bu buğdanın mucizeli olduğunu elan etdi. Bu yalana inananlar bir ovuc buğdanı 60 dollara alaraq əlavə idilər. Lakin istənilən məhsulu alamayanlar, dolandırıldıklarını anlayanlar məhkəməyə verdilər. Məhkəmədə bu buğdanın digər buğdaylardan fərqi olmadığını etiraf etdi və məhkum oldu. Evladlıq qızı Rose Bolyə təcavüz etdiyi üçün arvadı Mariya Frensis tərəfindən məhkəməyə verilmiş və məhkəmədə günahını etiraf edərək hökm verilmişdir.. Məhkəmə, Russelin yalan yerə and içən bir yalançı olduğuna dair də bir hökm vermişdir. Bu din bir zamanlar Russelizm adıyla anılmış və bir cins Luthercilik olaraq görülmüşdür. Məqsədləri tanrının nəzarətində Həzrəti İsanın liderliyində bir dünya krallığı, tək tip cəmiyyət nizamı qurmaqdır. Yehova şahidləri 1917-1928 illəri arasında inanclarında 148 qədər dəyişiklik etdilər. Qarmaqarışıq bir inanc sistemi halına gələn Yehovacılık, həqiqi Xristianlıq iddiası ilə ortaya çıxmasına və Yəhudiliklə Xristianlıq qarışığı kimi görünməsinə baxmayaraq onlardan tamamilə fərqli bir inam halına gəldi. Yehova: Bu sözünün əsli Yahvedir. Rəbb İsraillilərin milli ilahlarının adıdır. Bu din, əvvəllər "Russel təriqəti" adı ilə çalışırdı. 1931-ci ildə "Yehova şahidləri" adı ilə meydana çıxdı. Dörd incili əsas götürürlər.(İsanın dünya krallığı başladı) deyərək, dövlətlərin sonunun yaxınlaşdığını, tarixlər verərək ortaya atmışlar. Bu tarixlər, 1914, 1918, 1925 və 1975-dir. Təbii hamısı də puça çıxmışdır. 20

Page 22: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Yehovacılar, yeni şərhlərlə ayrı bir axın, ayrı bir Xristianlıq dini şəklində görünərlər. Bəzi xristianlar (İsa üç tanrıdan biridir) deyərlər. Yehovacılar üçün tək tanrı Yehova deyərlər isə də, (İsa, Yehova oğludur, üstün bir varlıqdır) deyərlər. Həzrət-i İsanı tanrı olmaqdan çıxarmaları və ruhu qəbul etməmələri katolik, Pravoslav və protestantları hirsləndirmişdir.. Yehovacılara görə də, digər xristianlar kimi, hər bir uşaq günahkar doğular. Inanclarını aşılamaq üçün, Hıristiyanlıklarını gizləyərlər. Yehova yerinə "Allah" və digər İslami terminləri istifadə edərlər. Bunlara ancaq cahillər qanayar, dinini bilən heç bir müsəlman qanmaz. Bunlar axirətə inanmayan da. Cənnətin dünyada olacağına, Həzrəti İsanın oradakı krallığına inanarlar. Ruhun ölməzliyinə inanmazlar. Üçləmə əqidəsini şərh, bəzi xristian məzhəblərdən fərqli olmaqla birlikdə, onu rədd etməz. Dünya onlara görə bakidir. Özlərini bir millətə və vətənə bağlı hiss etməzlər. Xristianlıq əqidəsini mənimsəyər. Hətta özlərini zadəgan Xristian olaraq tanıtırlar.Bayrağa qarşı çıxırlar, milliyyət və vətən sevgisini rədd edərlər. Vətən bütövlüyü, vətən müdafiəsi və əsgərlik etməyə qarşıdırlar. Zina xaricində hər hansı bir səbəblə boşanmağa və İncillərə zidd olduğunu irəli sürərək qan nəqlinə qarşı çıxırlar. Şirin, oxşayıcı dillərlə gəncləri aldatmağa, Xristian etməyə çalışırlar. Müxtəlif yollarla ələ keçirdikləri ünvanlara broşura və kitab göndərirlər. Qəşəng, bəzəkli geyinmiş gözəl qızlar, qapı-qapı gəzərək, evlərə bu kitab və broşuralar buraxırlar. Yəhudilik xaricində bütün dinləri düşmən bilərlər. Idarəçilərin dərhal hamısı Yəhudidir. Yəhudilərin 19 kitabını bunlar da müqəddəs qəbul edərlər. 144 min seçmə Yəhudinin dünyanı yönlendireceğine, Cənnətin dünyada olacağına, Həzrəti İsanın dünyadakı Cənnətdə krallıq kuracağına, Yehovacıların xaricində hər kəsin ölüb bir daha dirilmeyeceğine və ölən Yehovacıların diriləcəyinə və bir daha ölməyəcəyinə inanarlar. Hər bir uşaq günahkar doğular deyərlər. Bunlar, bir çox yöndən Selefiyecilere (Necdilere) bənzərlər.Bəziləri belədir:1 - Yehovacılar, "İlk Xristianlar kimi, İncillərə inanaq" deyərlər. 21

Page 23: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Selefiyeciler də, "Yalnız Qurana inanaq" deyərlər.2 - Yehovacılar da, selefiyeciler də məzhəbə, təriqətə qarşıdırlar. Selefiyeciler, bir çox təsəvvüf böyüyünə kafir deyirlər.3 - Yehovacılar, ilk Xristianların yolunda olduqlarını söyləyirlər. Selefiyeciler də eyni məntiqlə ilk müsəlmanların yolunda olduqlarını söyləyirlər. (Sələf, ilk müsəlmanlar mənasına gəlir.)4 - Yehovacılar Cəhənnəmi inkar edirlər. Selefiyeciler də, Pirler olan İbn Teymiyyə kimi Cəhənnəm sonsuz deyil deyərlər.5 - Yehovacılar, Allah insan kimi düşünər deyərək "Tanrının düşüncəsi" təbirini istifadə edərlər. Selefiyeciler də, "Kur'ani düşüncə, İslam düşüncəsi" kimi təbirlər istifadə edərlər. Halbuki, islamı bir düşüncə olaraq qəbul etmək küfrdür.6 - Yehovacılar da Selefiyeciler də, Allah göydə deyərlər.7 - Yehovacılar ruha inanmaz, "elektrikə bənzəyən kişiliksiz bir qüvvət" deyərlər. Bəzi selefiyeciler də mələklərə, külək, təbiət qüvvələri deyərlər.8 - Yehovacılar, ad günü kutlamazlar. Ad günü kutlamasına varlıqlara tapınmaq deyərlər. Selefiyeciler də ad günü olan mevlid bidət sayar, Peyğəmbərə itaət deyərlər.9 - Yehovacılar, qədərə iman gətirməzlər. Selefiyecilerin bir qismi də qədərə inanmaz.10 - İncilləri işlərinə gəldiyi kimi şərhlər, Yehovacı keçmə kafir deyirlər. Selefiyeciler də, Quranı işlərinə gəldiyi kimi şərhlərlər. Selefiyeci keçmə müşrik deyirlər. İbn Səba, bir Yəhudinin, xristianlığı pozan Pavlos da Yəhudinin. Selefiyecilerin Yehovacılara bənzəmək təsadüf deyil. Hər xarab firqənin altında, bir yəhudi və ya İngilis barmağı vardır. Hər daşın altında onlar gizlidir.

22

Page 24: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

4.Şəriət bayramları haqqında

Qurban bayramı-İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi iləZilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.

Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.

Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin

23

Page 25: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bütün dinlərdə icra edilən qurban İslamda hicrətin ikinci ilində əmr edilmişdir. İslama görə, qurban "Allaha yaxınlaşdıran şey" mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir.

Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.

24

Page 26: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Qurbanı və ya qurban ibadətini ifadə etmək üçün bir sıra İslami terminlərdən istifadə edilir. Onların arasındakı müəyyən məna fərqləri vardır:

Zəbh: İbrani dilində "Zəbah" kəlməsi ilə oxşar olan "zəbh", "heyvanları qurban bayramı günündə qurban niyyətiylə və ya adi günlərdə yemək üçün kəsmək" mənasındadır. Nəhr: Bu sözün hərfi mənası "boynun şahdamarını kəsmək" deməkdir ki, bu da dəvə qurban edilərkən sinəsinə bıçaq və s. sancmaq mənasında işlədilmişdir. Çünki bu cür kəsmək şəkli digər kiçik heyvanları kəsməkdən fərqlidir. Qurban: İbrani dilində "gorban" kimi, "Allah üçün verilən hər hansı bir qurban" mənasına gəlir. Udhiyyə: "Udhiyyə" kəlməsi Quranda keçməsə də, hədis kitablarında keçir və "kitab başlığı" kimi də işlədilir. Hədy: "Allaha mənəvi cəhətdən yaxınlaşmaq məqsədilə və ya həcc vaxtı ehram qadağası pozulduğu üçün Kəbəyə aparılan və ya özü yaxud pulu göndərilən qurban" deməkdir. Mənsək: "Qurban ibadəti"ni ifadə etmək üçün işlədilir.

"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir".

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".

İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.

İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud 25

Page 27: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı

26

Page 28: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Ramazan bayramı - “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”(Əl Bəqərə surəsi, 183-cü ayə) Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər. Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “ehya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Islamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs Qurani Kərimin “Qədir” surəsində qədir gecəsi haqqında belə yazılmışdır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”. Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səfhələri (ayın görünən xarici 27

Page 29: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, “(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Insanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər: hilalı görəndə oruclarını başa vurmuşlar. Iki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək  bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər. Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan yaranmışdır. Bu təqvimə əsasən ilin uzunluğu 354 gün sürür. Ikinci xəlifə Ömərin dövründə qərara alındı ki, tarixləri Məhəmməd peyğəmbərin (S.Ə.S) Məkkədən Mədinəyə hicrəti ilindən hesablasınlar. Beləliklə, Məhərrəm ayı ilə başlanan hicri-qəməri təqvimi yarandı. Bütün müsəlman ibadətlərinin, bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir. Ay təqvimi Günəş təqvimindən 10-11 gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün irəli keçir. Ay təqvimində də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş təqviminə nisbətən yerini dəyişir. Bizim Günəş təqviminə alışmış şüurumuz haradasa qeyri-müəyyənlik görür. Islam bayram və ayinlərinin müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır. Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Insan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir. Ramazan ayında fani varlıqlar sanki savaş meydanına çevrilir. İmanla nəfs bu meydanda çarpışır. Nəfs hər imanlı işi udmaq, yeyib-içmək istəyir, pis vərdişlərin davamını diləyir. Inanclar mətanətlə buna qarşı çıxır, dil yalandan, göz və könül haramdan uzaqlaşır. Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adam sürmə 28

Page 30: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (S.Ə.S) buyurur ki, Ramazan ayı gələndə isə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir. “Qabusnamə”nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır: “Ey oğul!... bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına. Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın”.Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur. Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. Islam qaydalarına əsasən 29

Page 31: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Bu ibadət ayini ilə bağlı Məhəmməd peyğəmbərin (S.Ə.S) xeyli hədisi vardır. Həmin hədislərin birində deyilir ki, Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa- o, Allah üçündür, əvəzini də Allah verir. Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başlandı.

Mövlud bayramı - Məhəmməd peyğəmbərin (s) doğum gününün qeyd olunması.

Mövlud ərəbcədən tərcümədə "doğum yeri", yaxud "doğum vaxtı" deməkdir.

Tarixçilərin bəzisi Məhəmməd peyğəmbərin "fil ili"ndə - 570, yaxud 571-ci il rəbiüləvvəl ayının 12-də, bəziləri isə rəbiüləvvəl 17-də dünyaya göz açdığını yazırlar.

Peyğəmbər "tarixin gur işığında" doğulmuşdur, yəni bir çox tarixi şəxsiyyətlərdən fərqli olaraq İslam peyğəmbərinin bütün həyat yolu təfsilatı ilə öyrənilmişdir. Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi isə aradan qaldırmaq məqsədilə 1981–ci ildə Ayətullah Xomeyninin təklifi ilə[Mənbə göstərin], 1989-cu ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin doğumunu "Doğum həftəsi" altında bir həftə - rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab etmiş və bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanmışdır. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna "Mövlud", yaxud "Mövlud bayramı" deyirlər.

30

Page 32: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır: Qədr gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarının bağışlanmasına dair çoxlu hədislər nəql olunur.

Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır. Bu gecə müsəlmanlar oyaq qalır, Quran oxuyur, sədəqə çıxarır, günahlarının bağışlanması üçün Allaha dualar edirlər, qəlblərə xoş bir duyğu, sevinc, arxayınlıq hakim kəsilir.

Lakin Mövlud gecəsinin fəlsəfəsi bununla bitmir. Burada məqsəd ondan ibarətdir ki, müsəlmanlar Məhəmməd peyğəmbərin keçdiyi həyat yoluna bir daha nəzər salsınlar, onun yüksək insani keyfiyyətlərindən, əxlaqi dəyərlərindən ibrət götürə bilsinlər.

Qurana görə, Peyğəmbər adi insandır, möminlərə şəfqətli və mərhəmətlidir, yaxşı əməl sahiblərinə cənnətdən müjdə verən, pis əməl sahiblərini cəhənnəm əzabından xəbərdar edəndir, möminlərə onların özlərindən daha yaxındır. Allah onu insanlar arasında seçmiş, özünə rəsul-elçi etmiş, doğru yolu göstərən sonuncu rəhbərlik kitabı Quranla aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir. Odur ki, Quranda buyurulur: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik". Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir: "Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir". Peyğəmbərə iman gətirməklə, onun dediklərinə əməl etməklə, onu müqəddəs tutmaqla insan böyük savab qazanır, axirətdə yüksək dərəcələrə və əbədi səadətə nail olur.

Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır, onları əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır.

31

Page 33: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

5.Müsəlman nigahı

Nigah gizli şəkildə olmamalıdır. Nigah görünəcək şəkildə olmalıdır. Nigah düşən və düşməyən (yəni evlənməsi yasaq olan) insanlar vardır' müsəlman olmayanlar, yaxın əqrəba, süd qardaşı olanlar. Ata-anası bir olan bacı-qardaş bir-biriylə evlənə bilməz, yaxud ata və ya anaları bir olan bacı-qardaş bir-biriylə evlənə bilməz. Əmi, dayı, xala.ş süd bacı-qardaşlarla da evlənmək olmaz. Sənin anan, başqa birisinin uşağını əmizdirərsə,o zaman onunla süd qardaş sayılırlar. Buna diqqət etməyən kəslər böyük bir günaha batarlar. Ər-arvad bir-biriylə yaxşı yola getməlidir. Qadınların bəzisi yoldaşlarının gətirdikləri nemətləri xor görərək, üsyan edərlər. Belə hallar insanı cəhənnəmə sürükləyər. Rəsulullah bunun üçün 'Mənə cəhənnəm göstərildi, bir də nə görsəm? Cəhənnəm əhlinin çoxu qadınlardır, onlar söyüş söyürlər" dedi. Bunu eşidən biri soruşar: 'Ya Rəsulullah!.. Bunlar Allaha söyərlər?'. Rəsulullah: 'Xeyr, onlar yoldaşlarına qarşı söyüş söyərlər. Birisinə dünya durduqca yaxşılıq etsən, amma bircə dəfə xoşuna gəlməyən bir iş etsən, mən səndən heç bir yaxşılıq görmədim deyər" buyurmuşlardır. Ailə həyatında keçimsiz bir hal ortaya çıxdığı zaman evlilik həyatına son qoyurlar. Buna boşanma deyirlər. Boşanan qadınlar 3 adətgörmə zamanını gözləyərlər. Bu zaman keçmədən evlənməzlər. Nigahda qadınlar 3 xüsusiyyətlərinə görə tərcih edilirlər: varına görə, gözəlliyinə görə, bəziləri də dini yolda olarlar. Daimi din yolu tərcih edilərsə, ən böyük səadət yolu tərcih edilmiş olar. Rəsulullah da ' qadınların ən xeyirlisi dindar qadınlardır ' buyurmuşdur. Rəsulullahın mübarək sözündə də 'Bir qadının nigah və izdivacında 3 şeyə rəğbət göstərirlər: malı, gözəlliyi və dini. Sən dindar olan sahiha qadına rəğbət göstrər' buyurmuşdurlar. Islamda ailə İslam dinində, ailənin dəyəri və ya o dəyərlərin nədən ibarət olduğunu araşdırmazdan əvvəl, dinimizin ümumi məqsəd və məramını bilmək son dərəcə zəruridir. Müqəddəs İslam dininin məqsədini, əziz İslam 32

Page 34: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Peyğəmbəri Həzrət Muhəmmədin (s) qızı, dünya qadınlarının xanımı Həzrət Fatimənin (ə) bir kəlamında göstərmək olar:«Atam (Həzrət Muhəmməd) insanların hidayəti üçün qiyam etdi, onları azğınlıqdan qurtardı, korluqdan çıxarıb bəsirət verdi və onları sağlam bir dinə hidayət etdi. Onlara doğru yolu göstərdi».İnsanların zülmət, cəhalət içində yaşadığı bir vaxtda, Allah insanları zülmətlərdən nura doğru çıxartmaq üçün insanlar üçün, insanlıq dini olan İslamı seçdi, yəni insanlar üçün kamil qanun, nöqsanı olmayan həyat proqramını – İslam dinini göndərdi. Bu elə bir proqramdır ki, orada həyatın bütün sahələrindən (insanların siyasi, ictimai, iqtisadi, ailə məsələləri və sair sahələrindən) danışılır. Sözsüz ki, bu Kitabı (yəni Quran) açıqlayan, canlı örnəkləri də təyin etmişdir. 

اآلخر واليوم ه الل يرجو كان لمن حسنة أسوة ه الل رسول في لكم كان لقدكثيرا ه وذكرالل

«Həqiqətən, Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər (Allahdan və Qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!». («Əhzab» surəsi, ayə 21)

تطهيرا ويطهركم البيت أهل جس الر عنكم ليذهب ه الل يريد ما إن «Həqiqətən, Allah, siz Əhli-beytdən hər cür çirkinliyi və pisliyi uzaqlaşdırıb sizi pak və pakizə etmək istəmişdir». («Əhzab» surəsi, ayə 33)On dörd məsum o nümunəvi şəxsiyyətlərdəndir. Yaşadığımız cəmiyyətdə qlobal problemlərdən biri də ailə daxili münasibətlərdə münaqişələrin yaranmasıdır. Xüsusilə qərb ailələrində, qadın kişi münasibətlərinin soyuması, boşanma hallarının artması, övladların düzgün istiqamətdə tərbiyə olunmaması və bu səbəblərdən övladın ata-ananın üzünə ağ olması, narkomaniya, alkoqola qurşanması, müxtəlif neqativ faktorlar aşkar olunur. Sözsüz ki, bu problemlərin yaranmasına səbəb ola biləcək amillər müxtəlifdir. Belə ailələrin daxili və xarici münasibətlərində təlim və tərbiyənin olmaması faktı da meydana çıxır. Həmçinin, belə ailələrdə «Vahid mərkəzdən əmr alma və o əmri icra etmə» prinsipinin olmadığı müşahidə olunur. İslam dinində

Page 35: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

isə bir olan (Vahid) Allahdan əmr alma və Onun əmrlərinə tabe olub, 33 həmin əmrləri öz həyatlarında (həyatlarının bütün sahələrində) icra etmək göstərişinin mövcud olduğunu müşahidə edirik. İslamda ailə daxili münasibətlərin tənzimlənməsi, ailədə rifah halının yaranması, gözəl övlad tərbiyəsi və s. nəzəri və əməli göstərişlər, insanlar üçün həyat proqramı olan Qurani-Kərimin təzahürüdür. Sözsüz ki, tarixdə bu İlahi dəyərləri yaşadan ismətli (günah etməyən), insanlar üçün örnək olan şəxsiyyətləri də Allah seçmişdir. (Yuxarıda İslamın məqsədi haqqında danışılarkən onlar haqqında qısaca olaraq qeyd edilmişdir.) Onu da qeyd etmək istərdik ki, o şəxsiyyətlərin «tarixdə olub gedənlər» kimi ifadə olunması yanlışdır. Onlar insanlıq üçün canlı örnəklər olaraq, bizim daim müraciət obyektimiz olmalıdır. Biz həyatımızın hər bir sahəsini onlardan öyrənməliyik. Bəziləri fikirləşə bilər ki, «müsəlman ailələrində də bir sıra neqativ hallar yaşanır. Bəs, kamil din olan İslamı qəbul etmiş bu şəxslərin münasibətlərinin pozulmasının səbəbi nədir?»  Bu tipli sualların müxtəlif cavabları vardır. Müasir İslam cəmiyyətində bəzi ailələr bir tərəfdən qərbə, digər tərəfdən isə cahiliyyətə meyillidirlər. Yəni, ictimai fərd olaraq, qərbə tərəf getmək ilə yanaşı cahiliyyəti də yaşadırlar. Alimlərdən birinin sözləri ilə desək, «Harada cahiliyyət varsa, bizi cəzb edir». Qısası, İslamdan uzaq düşmüş şəxs cahiliyyətə, çərçivəsiz azadlığa meylli olur. Belə bir ictimai tip, cahil ənənələr buxovunda qərbə tərəf üz tutur. Sosioloq və İslam mütəfəkkiri Doktor Əli Şəriəti öz çıxışında bildirir ki, «Şərqin nümunəvi simaları var. İlahi simaların arasında isə Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) qızı Həzrət Fatimə (ə) kimi müqayisəyə gəlməz şəxsiyyət vardır. Nəzərə çatdırılası əsas məsələ budur ki, İslamda qadına, elmə, cəmiyyətə, həyat tərzinə, ictimai təbəqələr arasındakı əlaqələrə, dünya görüşünə aid bütün suallara ən müasir və ən yetərli səviyyədə cavab verilmişdir. Sadəcə, bu cavabları araşdırıb ortaya çıxartmaq və əməl etmək qalır».  «Həzrət Fatimə (ə) sadəcə nümunəvi övlad, ana, həyat yoldaşı olmamış, ictimai həyatda da qadın üçün normalar yaratmışdır. O Xanım (ə) ailədə, cəmiyyətdə, millətin taleyində özünü məsul hesab edən qadın

Page 36: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

nümunəsidir».  34Uca Rəbbimiz Qurani-Kərimdə buyurur:

... درجة عليهن جال وللر بالمعروف عليهن ذي ال مثل ...ولهن «...Qadınların boynunda kişilərin haqları olduğu kimi, kişilərin boynunda (da) onların bəyənilən hüquqları vardır...» («Bəqərə» surəsi 228-ci ayə). Həzrət Rəsuləllah (s) buyurub: «Ümmətimin ən yaxşı kişiləri, öz ailəsi ilə xoş rəftar edənlərdir». «Sizlərdən ən yaxşınız öz ailəsi ilə daha yaxşı rəftar edən kəslərdir və mən sizin hamınızdan çox öz ailəmlə xoş rəftar edirəm». Tarixi diqqətlə mütaliə etdikdə, ideal ailə nümunəsini Həzrət Əli (ə) və Həzrət Fatimə (ə) arasındakı ailə münasibətlərində görmək mümkündür. İdeal ailənin bariz nümunəsi bu şəxsiyyətlərdir.  Seyyid Müctəba Musəvi Lari öz kitabında buyurur: «Ailənin səadəti, ilk növbədə qadınla kişi arasındakı rabitənin və onların birgə yaşayışının necəliyindən asılıdır. Onların rabitələri nə qədər möhkəm olsa, o qədər də ailə xoşbəxtliyi möhkəm olacaq. Ruhi bağlılıq və çətinliklər qarşısında fədakarlıq, həqiqi ailə səadətinin bərqərar olması üçün əsas şərtlərdəndir». Doktor Əli Şəriəti, «Qadın seminarında», «ərin öz xanımı qarşısında hansı öhdəlikləri vardır?» - sualına cavab olaraq, aşağıdakı amilləri vurğulamışdır: 1. Ailənin bütün ehtiyaclarını ödəyəcək büdcənin təmini.Yəni, ailənin dolanışıq xərcləri kişinin öhdəsindədir. Kişi qadının bütün şəri və qanuni ehtiyaclarını ödəməlidir. Bu ehtiyaclar sırasında qadının geyimi, yeməyi, məskəni də nəzərdə tutulur. Bütün bu əxlaqi məsələlər nə qədər sadə görünsə də, ailə səadətinin əsasını təmin edir. Bir yazıçı deyir: «Səadət, bir neçə sadə kəlmə üzərində qurulmuşdur».Unutmamalıyıq ki, klassik ənənələrdəki qadın-kişi münasibətləri, uyğun məsələdə İslamın baxışlarından köklü surətdə fərqlənir.2. Qadına ehtiram kişinin əsas vəzifələrindəndir.3. Güzəşt.4.Kişi qadının yol verdiyi nöqsanlara səbrlə yanaşmalı, yaxşı

Page 37: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

35xüsusiyyətlərinə rəğmən, onu bağışlamağı bacarmalıdır. 4.Öz səliqəsinə diqqət yetirmək. Kişi yalnız evdən çıxarkən bəzənməməlidir. O, ailədə də öz təmizliyinə, səliqəsinə diqqət yetirməlidir.5. Qadının cinsi ehtiyaclarını ödəmək kişinin vəzifəsidir. Hətta, ibadətlər zamanı ifrata varıb, qadına diqqətsizlik göstərmək olmaz.6. Kişi qadına qohumlarla görüşmək üçün icazə vermək. Qohumlarla görüş üçün qadına icazə verib, onu azad buraxmalıdır. Qadın, qohumlarına kömək etmək istədiyi zaman, ona imkan verməli və onu ailə çərçivəsində məhdudlaşdırmamalıdır.7. Qadının dərdinə şərik olmaq.8. Qadının fərdi mülkiyyət hüququna ehtiram göstərmək. Yalnız İslam dinində qadının bu hüququ qorunur. Belə ki, bütün ehtiyacları əri tərəfindən ödənən qadın, öz mülkünün sahibidir və bu mülkün istifadəsində azaddır. Qadının da öz əri qarşısında vəzifələri mövcuddur:1. Ailənin əsas əziyyətini çəkən, ailənin dayağı olan ərin qarşısında təmkinli və dözümlü olmaq.2. Hər hansı yad adamı evdə qəbul edərkən, ərdən icazə almaq.3. Ərlə xoş davranmaq.4. Kişinin çətinliklərində ona yardımçı olub, kasıblığa dözmək və onu ailənin ehtiyaclarını ödəmək üçün qeyri-məqbul yollara vadar etməmək». İnsanları dünya və axirət səadəti ilə müjdələyən Uca Allah onlar üçün ali qanun təyin etmiş və insanların qurtuluşu yalnız ona tabe olmaqla mümkündür.

36

Page 38: Web viewTarix fakültəsi əyani şöbəsi III kurs ... Mahaviranın ölümündən 10 əsr keçdikdən sonra bu vaazlar Ağ geyinənlər tərəfindən "Agama və

Ədəbiyyat siyahısı

1.www.azərbaycan.az

2.www.az.wikipedia.org

3.www.virtualkarabakh.az

4.www.dqmk.gov.az

5.www.news.lent.az

6.www.mediainfo.az

7.www.anl.az

8.www.kayzen.az

9.www.namus.az

37