· Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı...

57
Mədəniyy ət Yaradıcı lıq Aİ - Şərq Tərəfdaşlığı Proqramı UNESCO İNKİŞAF GÖSTƏRİCİLƏRİ ÜÇÜN MƏDƏNİYYƏT Azərbaycan haqqında analitik hesabat

Transcript of  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı...

Page 1:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

Mədəniyyət və Yaradıcılıq Aİ - Şərq Tərəfdaşlığı Proqramı

UNESCO İNKİŞAF GÖSTƏRİCİLƏRİ ÜÇÜN MƏDƏNİYYƏT

Azərbaycan haqqında analitik hesabat

Page 2:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

Mədəniyyət və Yaradıcılıq Aİ - Şərq Tərəfdaşlığı Proqramı

Hesabat Avropa İttifaqının Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramının dəstəyi ilə tərtib olunub.

Sözügedən hesabatın məzmunu Avropa İttifaqının rəsmi nöqteyi-nəzərini əks etdirmir. Hesabatda əksini tapmış məlumatlara və fikirlərə görə məsuliyyət tamamilə müəllifin üzərinə düşür.

Hesabat 2018-ci ilin yanvarında dərc edilib.

2

Page 3:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

Xülasə Azərbaycan üzrə inkişaf göstəriciləri üçün mədəniyyət Avropa İttifaqı - Şərq Tərəfdaşlığı Mədəniyyət və Yaradıcılıq Proqramı tərəfindən həyata keçirilən, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşəbbüsdür. Təşəbbüs UNESCO-nun dünyanın bir çox ölkəsində müvəffəqiyyətlə tətbiq edilmiş inkişaf göstəriciləri üçün mədəniyyət metodologiyasına əsaslanır. UNESCO-nun İnkişaf Göstəriciləri üçün Mədəniyyət Dəsti yeddi aspektdən ibarətdir.

> İqtisadiyyat. Mədəniyyət və Yaradıcılıq Sahələrinin Azərbaycan üzrə ümumi daxili məhsula qazandırdığı dəyər 1 faizə qədərdir. Beləliklə, birbaşa mədəniyyətlə əlaqədar olan məşğulluq faizi 3,8 % təşkil edir.

> Təhsil. Azərbaycanda orta təhsilin ilk iki ili ərzində təsviri incəsənət, musiqi, ədəbiyyat (milli ədəbiyyat və dünya ədəbiyyatı) dərsləri ümumi dərs saatlarının 13,0 faizini təşkil edir.

> İdarəetmə. Azərbaycan Hökumətinin mədəniyyət sahəsində beynəlxalq konvensiyalara qoşulmaqla əlaqədar cəhdləri beynəlxalq səviyyədə 0,96 balla, milli səviyyədə isə 0,89 balla qiymətləndirilir. Mədəniyyət üçün siyasət və təşkilati struktur 1 baldan 0,95 balla qiymətləndirilir. Mədəniyyət infrastrukturunun paylanma göstəricisi 0.744/1-dir. Mədəniyyətin idarə edilməsində vətəndaş cəmiyyətinin iştirakı 1 baldan 0,81 balla qiymətləndirilir.

> İctimai iştirak. Başqa mədəniyyətlərə qarşı tolerantlıq 60%-dir. İnsanlar arasında etibar səviyyəsi yalnız 15%-dir. Öz müqəddəratını təyinetmə azadlığı üzrə göstərici 6,76/10-dur.

> Cins. Ölkənin qadınların siyasətdə, təhsildə, işçi qüvvəsində təmsil olunması, eləcə də qadın hüquqlarını müdafiə edən qanunverici aktların mövcudluğu ilə əlaqədar boşluqlar baxımından göstəricisi 0,541-dir ki, bu da orta səviyyədən yüksəkdir.

> Kommunikasiya. 2016-cı ilin Mətbuat İndeksi Hesabatına əsasən, Azərbaycanda mətbuat və özünüifadə azadlığı beynəlxalq aləmlə müqayisədə zəif olaraq qalmaqdadır.

> İrs. İrsin dayanıqlılığı üzrə irsin dayanıqlılığının qorunması, mühafizə edilməsi və təbliği ilə əlaqədar müxtəlif göstəriciləri özündə birləşdirən qiymət yüksəkdir: 0.90/1. Ümumi qiymət aşağıdakı alt-indekslərin orta qiymətidir: Qeydiyyat və yazılar – 0.87/1, qoruma, mühafizə və idarəetmə – 0,85/1 və dəstəyin ötürülməsi və səfərbər edilməsi – 1/1.

Milli ekspertlər Cahangir Səlimxanov və Fikrət Məmmədov tərəfindən UNESCO-nun İnkişaf Göstəriciləri üçün Mədəniyyət metodologiyası əsasında araşdırma aparılıb və hesabat hazırlanıb, milli ekspert komandasına mədəniyyət statistikası üzrə beynəlxalq ekspert Simon Ellis tərəfindən tövsiyələr verilib.

3

Page 4:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

Mündəricat

XÜLASƏ 2MÜNDƏRİCAT 4TANIŞLIQ 51. İQTİSADİYYAT ASPEKTİ 92. TƏHSİL ASPEKTİ 123. İDARƏETMƏ ASPEKTİ 164. İCTİMAİ İŞTİRAK ASPEKTİ 215. GENDER BƏRABƏRLİYİ ASPEKTİ 246. KOMMUNİKASİYA ASPEKTİ 277. İRS ASPEKTİ 31

4

Page 5:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

Giriş Bu hissədə Azərbaycan Respublikasında mədəniyyətin idarə edilməsinin ümumi məzmunu əhatə olunub və mədəniyyət tədbirlərinin idarə edilməsi ilə əlaqədar dövlət strukturu təsvir edilib.

a. Ümumi müddəalar və məzmunAzərbaycan Respublikası Cənubi Qafqazda, Cənub-qərbi Asiya ilə Cənub-şərqi Avropanın kəsişməsində yerləşən ölkədir. O, 30 avqust 1991-ci il tarixində, SSRİ-nin süqutundan cəmi bir neçə ay əvvəl müstəqil dövlət statusunu qazanıb. Ölkə şərqdə Xəzər dənizi, şimalda Rusiya, şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan və cənubda İranla həmsərhəddir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası şimalda və şərqdə Ermənistan, cənubda və qərbdə İranla həmsərhəddir və şimal-qərbdə Türkiyə ilə sərhədinin uzunluğu 11 km-dir.

Azərbaycanın Dağlıq Qarabağ regionu Sovet dövründə Muxtar Respublika adlandırılırdı və Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın Dağlıq Qarabağa daxil olmayan 7 qonşu rayonu ilə birlikdə Ermənistan Respublikası tərəfindən işğal edilib.

Azərbaycan unitar Prezident Respublikasıdır. Ölkə Avropa Şurasının, ATƏT-in və NATO-nun "Sülh naminə Tərəfdaşlıq" Proqramının üzvüdür. O, altı müstəqil Türk dövlətindən biri, Türk Şurasının fəal üzvüdür. Azərbaycan 158 ölkə ilə diplomatik əlaqələrə malikdir və 38 beynəlxalq təşkilatın üzvüdür. O, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova regional təşkilatının, Müstəqil Dövlətlər Birliyinin təsisçi üzvlərindən biridir.

Azərbaycanın konstitusiyasında rəsmi din bəyan edilmir və ölkədəki bütün əsas siyasi qüvvələr sekulyardır. Ancaq əhalinin çox hissəsi Müsəlman Şiə məzhəbindəndir. Bununla belə, azərbaycanlıların çoxu heç bir dinə fəal şəkildə bağlı deyil, 2008-2009-cu illərdə (2009) Pyu Tədqiqat Mərkəzi və Qellop İnstitutu tərəfindən keçirilmiş ictimai rəy sorğularına əsasən onların 53 faizi dinin həyatlarında az

5

Page 6:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

əhəmiyyət kəsb etdiyini və ya əhəmiyyət kəsb etmədiyini bildirib.1

Davos Dünya İqtisadi Forumunun 2017-2018-ci il Qlobal Rəqabətlilik Hesabatına görə Azərbaycan iqtisadiyyatı 137 ölkə arasında 35-ci yerdə olub və bu göstərici regionda ən yüksək göstəricidir.2

Azərbaycan inzibati olaraq 10 iqtisadi rayona; 66 inzibati rayona və 12-si birbaşa respublika tərəfindən idarə edilən 77 şəhərə bölünüb. Naxçıvan Muxtar Respublikası da Azərbaycana daxildir. Bütün bu regional vahidlərin rəhbərlərini

1 http://news.gallup.com/poll/114211/Alabamians-Iranians-Common.aspx2 K. Şvab, Qlobal Rəqabətlilik Hesabatı 2017-8, Dünya İqtisadi Forumu (2018) səh. ix

Page 7:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

7

Azərbaycan Respublikasının prezidenti təyin edir, Naxçıvan Muxtar Respublikasının başçısı isə seçilərək Muxtar Respublikanın parlamenti tərəfindən təsdiq edilir.

Əhalinin 2016-cı ildə siyahıya alınmasının nəticələrinə görə, 53,1 faizi şəhər, qalan 46,9 faizi isə kənd əhalisi olmaqla ölkənin əhalisi 9,705,600 nəfərdir. Əhalinin 50,2 faizini qadınlar təşkil edir. Ümumi əhali üzrə cins nisbətinə görə 2016-cı ildə hər qadına 0,99 kişi düşüb.3

b. Azərbaycan Respublikasında mədəniyyət üçün dövlət orqanları məsuliyyət daşıyır.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət tədbirlərinin idarə edilməsi və tənzimlənməsi üçün məsuliyyət daşıyan əsas dövlət orqanıdır. O, regional idarələrdə həm rayon üzrə rəhbərə, həm də Mədəniyyət və Turizm Nazirliyinə məruzə edən nümayəndələrə malikdir. Hazırda 66 inzibati rayon mövcuddur, ancaq hökumət tərəfindən, nəticə etibarı ilə, regional bölgünü 6-10 inzibati vahidə endirə biləcək inzibati genişləndirmə islahatı planlaşdırılır.

Naxçıvan Muxtar Respublikasının Muxtar Respublikanın parlamenti tərəfindən təyin edilən öz Mədəniyyət və Turizm Nazirliyi var.

Aşağıdakılar Azərbaycan Respublikasında mədəniyyətin dövlət tərəfindən idarə edilməsi ilə birbaşa və ya dolayı olaraq məşğul olan struktur və təşkilatlar üçün ümumi sxemi təşkil edir:

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Nizamnaməsinə əsasən, "Dövlət siyasətlərinin turizm sahəsinə tətbiq edilməsi və Azərbaycan mədəniyyətinin təbliği, qısa, orta və uzunmüddətli strategiya və proqramların yaradılması və tətbiqi, gənclər arasında mədəniyyət sahəsindəki fəaliyyətlərin genişləndirilməsi, hər bir vətəndaşın Azərbaycanda mədəniyyətin inkişafına töhfə verə bilməsinə şəraitin yaradılması" üçün məsuliyyət daşıyan dövlət orqanıdır ... ".4 Nazirlik musiqi məktəbləri, kitabxanalar, muzeylər, konsert zalları, Azərbaycan kinostudiyası, teatrlar, Peşəkar Mədəniyyət İttifaqları (Bəstəkarlar, Yazıçılar, Memarlar və s.) və s. kimi tabeli strukturlardan ibarət geniş şəbəkəyə malikdir. Bu strukturların hamısı nazirliyin müvafiq departamentləri tərəfindən maliyyələşdirilir və onlara hesabat verir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil siyasətlərinin və proqramlarının idarə edilməsi üçün məsuliyyət daşıyır. Onun da digər Mərkəzi İcra Hakimiyyəti Orqanları kimi inzibati rayonların İcra Hakimiyyətləri çərçivəsində öz regional departamentləri var. Onun səlahiyyətləri məktəbəqədər təhsildən ibtidai, orta, eləcə də ali təhsilə, həmçinin aspirantura təhsilinə qədər təhsilin bütün mərhələlərini əhatə edir. Nazirlik bunlarla yanaşı, həmçinin, qeyri-formal təhsil müəssisələrinin strukturlarını da idarə edir.

Azərbaycan Respublikası Elmlər Akademiyası. Azərbaycan Respublikasının Azərbaycan Ədəbiyyatı Elmi-Tədqiqat İnstitutu, Memarlıq Elmi-Tədqiqat İnstitutu, Arxeologiya Elmi-Tədqiqat İnstitutu, Milli Tarix Muzeyi və Azərbaycan Ədəbiyyatı Muzeyi daxil olmaqla

3 Azərbaycan əhalisinin 2016-cı ildə siyahıya alınması, Dövlət Statistika Komitəsi, https://www.stat.gov.az/source/demoqraphy/ap/?lang=en4 Mədəniyyət və Turizm Nazirliyi haqqında əsasnamə, 18 aprel 2006-cı il

Page 8:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

8

Mədəniyyətlə əlaqədar bir neçə müəssisəni əhatə edən ali elmi orqanıdır.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərkibində iqtisadiyyat, demoqrafiya, mədəniyyət, təhsil və başqa sahələr üzrə statistik məlumatların toplanması, emal edilməsi və yayılması üçün məsuliyyət daşıyan hökumət orqanıdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi statistik informasiya sisteminin keyfiyyətini təmin edir. Dövlət Statistika Komitəsi fəaliyyətini ölkədə baş verən sosial-iqtisadi proseslərin hərtərəfli və obyektiv şəkildə öyrənilməsi əsasında təşkil edir, ölkənin sosial-iqtisadi vəziyyəti haqqında informasiya təmin edir, fərdlərin və hüquqi şəxslərin hüquqlarına hörmətlə yanaşmaq və onların şəxsi məlumatlarını mühafizə etməklə statistik məlumatların rolunu genişləndirmək məqsədi daşıyan siyasətin tətbiq edilməsi üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin vəzifələri aşağıdakılardır:• ölkənin statistika siyasətinin həyata keçirilməsi;• statistik məlumatların dəqiqliyinin və adekvatlığının, eyni zamanda bazarın sosial və iqtisadi

sferalarında gedən proseslərə uyğunluğunun təmin edilməsi;• beynəlxalq standartlar əsasında texniki və iqtisadi məlumatların yaradılması və tətbiq edilməsinə

metodoloji nəzarətin həyata keçirilməsi;• statistik hesabatların hazırlanmasının koordinasiyası və onların hazırlanma şərtlərinin və

qaydalarının təyin edilməsi;• statistik məlumatların təhlil edilməsi, sosial-iqtisadi və demoqrafik tendensiyaların

müəyyənləşdirilməsi;• statistika sahəsində beynəlxalq əməkdaşlığın təmin edilməsi, ölkənin maraqlarına zidd olmayan

statistik məlumatların yayılması və mübadilə edilməsi.

c. Göstəricilərin yaradılması

Aşağıdakı hesabatda UNESCO-nun İnkişaf üçün Mədəniyyət Metodologiyası Təlimatında göstərilmiş əsas göstəricilərlə əlaqədar metodologiya və texniki aspektlər və məlumatların toplanması, eləcə də məlumatların ümumi keyfiyyətinin artırılması məqsədilə alternativ informasiya toplama həlləri təsvir olunub.5

Göstəricilər çoxluğunun hər bir hissəsinin strukturu aşağıdakı kimidir: göstəricilər, mənbələr, problemlər, izahatlar, eyni zamanda göstəricilər çoxluğunun tətbiq edilməsi zamanı qarşıya çıxan maneələr (məsələn, məlumatlarda ziddiyyət, informasiyanın olmaması, incəsənətlə əlaqədar olan şəxslərin qeyri-rəsmi əməliyyatları kimi subyektiv amillər, şişirdilmiş məlumatlar və s.)

5 http://en.unesco.org/creativity/sites/creativity/files/cdis_methodology_manual.pdf

Page 9:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

9

Cədvəl 01. Aspekt üzrə təhsilin əsas göstəriciləri

Aspektlər Alt-aspektlər

İqtisadiyyat Mədəniyyət tədbirlərinin ÜDM-yə töhfəsi Mədəniyyət sahəsində məşğulluq Mədəniyyət üzrə məişət xərcləri

Təhsil İnklüziv təhsil Çoxdilli təhsil İncəsənət təhsili Mədəniyyət sahəsində peşəkar inkişaf

Gender bərabərliyi

Gender bərabərliyinin səviyyələri Gender bərabərliyinin dərk edilməsi

Kommunikasiya Özünüifadə azadlığı İnternetə çıxış və ondan istifadə Dövlət televiziyasında uydurulmuş məzmunun müxtəlifliyi

İdarəetmə Mədəniyyət üçün standart təyin edən struktur

Mədəniyyət üçün siyasət və təşkilati struktur

Mədəniyyət infrastrukturlarının paylanması Mədəniyyətin idarə edilməsində vətəndaş cəmiyyətinin iştirakı

İctimai iştirak Mədəni tədbirlərdə iştirak Etibar Öz müqəddəratını təyinetmə azadlığı

İrs İrsin dayanıqlılığı üçün çoxaspektli strukturun inkişaf indeksi

Page 10:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

10

1. İqtisadiyyat aspekti

Bu bölmədə üç alt-aspekt vasitəsilə mədəniyyətin ölkənin ümumi iqtisadi inkişafına töhfəsindən bəhs olunur:

• Mədəniyyət tədbirlərinin ÜDM-yə töhfəsi • Mədəniyyət sahəsində məşğulluq• Mədəniyyət üzrə məişət xərcləri

1.1. Mədəniyyət tədbirlərinin qazandırdığı dəyər

Azərbaycan Respublikasının Ümumi Milli Məhsulu Dövlət Statistika Komitəsi tərəfindən müntəzəm şəkildə aparılan müvafiq araşdırmanın nəticəsidir. O, bütün müəssisə (özəl və dövlət) və təşkilatların rüblük hesabatlarına əsaslanır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ölkədə həm hüquqi şəxslər, həm də özəl sahibkarlar kimi fəaliyyət göstərən bütün vergi rezidentləri tərəfindən təqdim edilməli olan Rüblük Vergi Bəyannamələri vasitəsilə informasiya təmin edən əsas orqandır.

Cədvəl 1.1-də Dövlət Statistika Komitəsinin ilkin hesablamaları göstərilib. Bu hesablamalara əsasən, incəsənət və istirahət ÜDM-in 0,3 faizini təşkil edir, ancaq mədəniyyət və yaradıcılıq sahələri üçün daha geniş bazis əsas götürülərsə, bu göstərici ÜDM-in 1 faizinə qədər arta bilər. Kommersiya əməliyyatlarının mühüm bir hissəsi qeyri-rəsmi (kölgə) iqtisadiyyatda aparıldığı və rəsmi statistikalarda qeydə alınmadığı üçün bu rəqəmlər mədəniyyət tədbirlərinin ÜDM-yə verdiyi töhfəni tam şəkildə ifadə etmir. Faktiki olaraq, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) "Kölgələrdən yaranmaq" kitabına əsasən (2017-ci il, səh. 11 və 13) Azərbaycan kölgə iqtisadiyyatdan gələn məhsullar üzrə ən yüksək paylardan birinə sahibdir və bu göstərici hazırda ÜDM-nin 60 faizindən çoxdur.6

Bu yaxınlarda hökumət tərəfindən biznes fəaliyyətlərində nağd əməliyyatların sayını azaltmaq istiqamətində bir sıra tədbirlər görülüb. Bu tədbirlərdən biri də 1 aprel 2017-ci il tarixində qəbul edilmiş Nağdsız Əməliyyatlar haqqında Qanundur.

2016-cı il üçün Azərbaycanın ÜDM-i 37 843 000 000 ABŞ dolları şəklində məruzə edilib. 2016-cı ildə mədəniyyət fəaliyyətlərinin mütləq dəyəri 129 577 042 ABŞ dolları olub. İncəsənət və ya memarlıq kimi xüsusi mədəniyyət sahələri üzrə bölgü yoxdur.

Cədvəl: 1.1. ÜDM-də mədəniyyət tədbirlərinin payı

ÜDM (Ümumi Daxili Məhsul)

Mədəniyyət tədbirlərinin qazandırdığı dəyər (birbaşa mədəniyyət tədbirləri)

ÜDM-də mədəniyyət tədbirlərinin nisbəti (dolayı mədəniyyət tədbirləri və xərclər daxil olmaqla)

Cəmi 37 843 000 000 ABŞ dolları

129 577 042 ABŞ dolları 1%

6 http://www.accaglobal.com/content/dam/ACCA_Global/Technical/Future/pi-shadow-economy.pdf

Page 11:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

11

Mənbə: 2016-cı ilin Milli Hesabları - fəaliyyət sahələri üzrə ÜDM. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

1.2. Mədəniyyət və yaradıcılıq sahəsində məşğulluq

Əhalinin mədəniyyət fəaliyyətləri ilə məşğul olması mədəniyyət və yaradıcılıq fəaliyyətlərinə cəlb edilmiş insan resurslarının əsas göstəricisidir. Bu göstərici eyni zamanda əhalinin iş yeri, gəlir və maliyyə stabilliyi təmin edən mədəniyyət və yaradıcılıq fəaliyyətləri ilə məşğul olması potensialını ifadə edir.

Mədəniyyət fəaliyyətləri ilə məşğul olan şəxslərin ölkədəki ümumi məşğulluq göstəriciləri ilə müqayisədə faiz nisbəti 2015-ci ilin İşçi Qüvvəsi Sorğusundan götürülüb. 2015-ci il üzrə iqtisadiyyatın bütün sahələrində ümumi məşğulluq göstəricisi 1502,500 nəfər, incəsənət, əyləncə və istirahət sahəsində məşğulluq göstəricisi isə 56,700 nəfər olaraq qeydə alınıb. Beləliklə, birbaşa mədəniyyətlə əlaqədar olan məşğulluq faizi 3.8 % təşkil edir.

Bu rəqəmlər yalnız Məşğulluğun Beynəlxalq Standart Təsnifatının (MBST) kodlarına uyğun olaraq aşağıdakı incəsənət istiqamətlərini əhatə edir; 2641 (Yazıçılar), 2651 (Təsviri incəsənət), 2652 (Bəstəkarlar, musiqiçilər və müğənnilər), 2653 (xoreoqraflar və rəqqaslar), 2654 (film və teatr prodüserləri), 2655 (Aktyorlar). İqtisadiyyatın başqa sahələrində də statistikada öz əksini tapan istehsal (ümumi məşğulluğun 6,3 faizi), informasiya və kommunikasiya (ümumi məşğulluğun 1,7 faizi), peşəkar / elmi və texniki fəaliyyətlər (3,8%), təhsil (22,5%) kimi mədəniyyətlə əlaqədar olan məşğulluq halları mövcuddur.

Mədəniyyət sahəsi üzrə əsas məşğulluq göstəriciləri qadınların bir sıra mədəniyyət (incəsənət / əyləncə / istirahət) sahəsində və əlaqədar (təhsil) sahələrdə əhəmiyyətli dərəcədə dominant olduğunu göstərir. Bu da, o deməkdir ki, mədəniyyət sahəsi ölkənin gender bərabərliyində mühüm rol oynayır:

Page 12:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

12

Cədvəl 1.2. Mədəniyyət sahəsində gender balansıİqtisadiyyat sahəsi İşləyən qadınlar (%) İşləyən kişilər

(%)

incəsənət, əyləncə və istirahət 63,6 36,4

İstehsal 23,5 76,5

informasiya və kommunikasiya 29,7 70,3

peşəkar / elmi və texniki fəaliyyətlər 44,6 55,4

Təhsil 71,4 28,6

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsinin 2016-ci ilə dair Milli Hesablar SistemiGöstərici yalnız mədəniyyət fəaliyyətlərinin əsas işləri olduğunu bildirən şəxsləri əks etdirir. Halbuki, bir çox şəxsin mədəniyyət sahəsindəki işi ikinci dərəcəli, yarımştat və ya qeyri-rəsmi iş olur və rəqəmlərə daxil edilə bilmir. Bir çox dizayner, fotoqraf, mədəniyyət eksperti, veb-dizayner, musiqi aləti istehsalçısı, zərgər, dərzi, video operatoru, müəllim (musiqi, xarici dillər) və s. qeyri-müntəzəm şəkildə "evdən" işləyir.

1.3. Mədəniyyət üzrə məişət xərcləri

Bu alt-bölmə mədəniyyət fəaliyyətləri və xidmətləri üzrə məişət xərclərini əhatə edir və kitablar, konsert və şoular, kommersiya yönümlü kino biletləri, teatr şouları və tamaşaları, eləcə də muzeylərə giriş biletləri kimi mədəniyyət məhsulları ilə əlaqədar xərclərin həcmini əks etdirir.

Məişət xərcləri 2015-ci ildə cəmi 34963,4 milyon, 2016-cı ildə isə 39773,4 milyon manat olub. Son iki ildə ümumi xərclərdə manatla açıq artım müşahidə edilsə də, AZN-dən ABŞ dollarına mübadilə kursu da nəzərə alınmalıdır. 2015-ci ildə mübadilə kursu 1 ABŞ dolları = 1.05 AZN olsa da, 2016-cı ildə 1 ABŞ dolları = 1.7 AZN olub. Nəticədə, 2015-ci il üçün 33298,0 milyon ABŞ dolları və 23395,9 milyon ABŞ dolları əldə edirik ki, bu da ABŞ dolları ilə ümumi xərclərdə ciddi azalma olduğunu göstərir.

Cədvəl 1.3. Məişət xərcləri üzrə cəmi büdcə və mədəniyyət / əyləncə büdcəsi (adambaşı / ay)

Göstərici 2015 (AZN) 2015 (ABŞ dolları)

Əyləncə və mədəniyyət 10,9 10,38

Cəmi xərclər 245,6 233,91

Mənbə: Dövlət Statistika Komitəsi, naməlum sorğu

Page 13:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

13

Beləliklə, aylıq cəmi birbaşa mədəniyyət və əyləncə xərcləri hər ailə üçün bir ay üzrə 10.38 ABŞ dolları x 4.7 = 48.79 ABŞ dollarıdır. Mədəniyyət üzrə hər ailə üçün illik xərcləri təyin etmək məqsədilə yuxarıdakı ədəd 12-yə (ay) vurulur. 48.79 ABŞ dolları / ay x 12 ay = 585.48 ABŞ dolları / ailə / il.

Bu araşdırma üçün nəticələrin əldə edilməsi məqsədilə Dövlət Statistika Komitəsinin məlumatlarından (adambaşı aylıq istehlak büdcələri, ailələrin orta ölçüsü, əhalinin ümumi xərcləri) istifadə edilib.

2. Təhsil aspektiTəhsil tədrisin idarə edilməsi və ya bilik, bacarıq, dəyər, inanc və vərdişlərin əldə edilməsi prosesidir.   O, fərdi inkişafda və cəmiyyətin inkişafında mühüm rol oynayır. O, insanların bilik əldə etməsini dəstəkləyir və bu bilikləri müxtəlif cəmiyyətlər arasında yayır. Təhsil millətin mədəni inkişafının təməl daşıdır və başqa mədəniyyətlərə tolerant yanaşmaq və onları qəbul etmək üçün əsas təmin edir. O, müsbət təcrübələrin öyrənilməsi vasitəsilə yaradıcılığın dəstəklənməsinə kömək edir.

Təhsil aspekti təhsilin inklüzivliyinin qiymətləndirilməsi, mədəniyyətlərarası əlaqələrin, mədəni müxtəlifliyin, yaradıcılığın və mədəniyyət sahələrində peşə bacarıqlarının əldə edilməsi imkanlarının inkişaf etdirilməsi ilə təhsil, mədəniyyət və insanların inkişafı arasındakı əlaqəni öyrənir.

Bu aspekt üçün əsas göstəricilər aşağıdakıları əhatə edir:Əsas göstərici Təsvir

İnklüziv təhsil 17-22 yaş arasında olan əhalinin təhsil illərinin orta hesabla göstəricisi, bərabərsizlikləri əks etdirmək üçün uyğunlaşdırılmışdır

Çoxdilli təhsil Dillərə (7-8-ci siniflər) həsr olunmuş dərs saatlarının ümumi sayı ilə müqayisədə, çoxdilliliyin təşviqinə həsr edilmiş dərs saatlarının faiz göstəricisi

İncəsənət təhsili Dərs saatlarının (7-8-ci siniflər) ümumi sayı ilə müqayisədə, incəsənət təhsilinə həsr edilmiş dərs saatlarının faiz göstəricisi

Mədəniyyət sahəsində peşəkar inkişaf

Mədəniyyət sahəsində peşə təhsilinin, habelə ali təhsilin rabitəlilik və əhatəlilik indeksi

Azərbaycan Respublikası konstitusiyasının 42-ci maddəsinə (12 noyabr 1995-ci il) əsasən, vətəndaşların təhsil almaq hüququ aşağıdakı kimi ifadə olunur:

• Hər bir vətəndaşın təhsil almaq hüququ var;• Dövlət ödənişsiz icbari orta təhsil təmin edir;• Dövlət təhsil sisteminə nəzarət edir;• Dövlət maddi vəziyyətlərindən asılı olmadan istedadlı şəxslərin təhsil almalarını təmin edir.• Hökumət minimal təhsil standartları təyin edir;• Hər kəs dövlət standartı çərçivəsində təhsil almaq hüququna malikdir.

Milliyyət, din, irq, dil, cins, yaş, sağlamlıq və sosial status, fəaliyyət sahəsi, yaşayış yeri və siyasi mövqe kimi fərqlərdən asılı olmayaraq Azərbaycanda bütün vətəndaşların təhsil almaq hüququ təmin olunub.

Page 14:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

14

2.1. İnklüziv təhsil

Təhsil yaşı altı və on beş arasında olan uşaqlar üçün ödənişsiz və məcburidir. Əsas təhsil müddəti üç hissəyə ayrılır: ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil.

İbtidai, orta, tam orta və ali təhsil müəssisələri üçün təhsil illərinin sayının göstərildiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ümumi təhsil planı olduğundan, informasiya toplama prosesi asan olub. İbtidai məktəblərdə təhsil müddəti 4 il, orta məktəbdə 5 il, tam orta məktəbdə isə 2 il təşkil edir. Ali təhsil müəssisələri (universitet və institutlar) 4 və 5 illik bakalavr təhsil proqramları (ixtisasdan asılı olaraq) və 7 illik tibb təhsili proqramları təklif edir. Təhsil müddətlərinin paylanması dövlət və özəl təhsil müəssisələri üçün məcburi xarakter daşıyır.

Cədvəl 2.1. Təhsil illərinin orta hesabla sayı

Təhsil illərinin orta hesabla sayı (yaşı 17 və 22 arasında olan əhali üzrə)12

4 ildən az təhsil almış əhalinin faiz nisbəti (17-22 yaş)1,0

Təhsil illərinin standartlaşdırılmış orta sayı 9Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi.

2.2. Çoxdilli təhsil

Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan dilidir. Sovet irsi və beynəlxalq inteqrasiya sayəsində ölkədə təhsil proqramlarının əsası kimi xarici dil (əsasən, rus və ingilis) tədris edən çox sayda məktəb mövcuddur.

Odur ki, çoxdilli təhsil statistikasının qiymətləndirilməsi zamanı aşağıdakı qruplaşdırma nəzərə alınmalıdır:

1. Ana dilində təhsil verən və ingilis dilinin tədris edildiyi dərs saatları təklif edən məktəblər.2. Xarici dildə təhsil verən və ana dilinin, eləcə də ikinci xarici dilin tədris edildiyi dərs saatları təklif

edən məktəblər.

Page 15:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

15

Birinci qrupa daxil olan məktəblər təhsil proqramının cəmi 10 faizi həcmində xarici dil dərsləri təklif edir. Beləliklə, 5 dərs günü hər gün 6 dərsin olması ilə (orta hesabla) həftədə 30 dərs alınır. Təhsil planında 3 xarici dil saatı (həftədə üç dəfə) təklif edilir.

İkinci qrupa daxil olan məktəblərdə 2 saat ana dili tədris edilir və qalan dərslərin hamısı xarici dildə keçilir. Belə ki, tipik rusdilli məktəbin təhsil planında 3 saat rus dili dərsi, 3-4 saat ingilis dili dərsi və 2 saat ana dilli dərsi nəzərdə tutulur.

Daha dəqiq informasiya ümumi təhsil müəssisələrində (gündüz məktəbləri) çalışan bir sıra müəllimlərdən əldə edilə bilər:

- Ana dilində dərs verən müəllimlər: 17764- Rus dilində dərs verən müəllimlər:

rus məktəblərində: 1241 qeyri-rus məktəblərində: 5913

- İngilis dilində dərs verən müəllimlər: 13790- Başqa xarici dillər: 911

Çoxdilli təhsilin təbliğ edilməsinə həsr edilmiş tədris saatlarının dillər üçün ayrılmış ümumi saatlarla müqayisədə faiz nisbəti aşağıdakı kimidir:

rus məktəblərində:- Ana dili (Azərbaycan): 22%- 1-ci xarici dil (rus dili): 33%- 2-ci xarici dil (ümumi): 45%

Azərbaycan məktəblərində:- Ana dili: 50%- Xarici dil (ilk növbədə ingilis, fransız və ya rus dili): 50%Mənbə: Təhsil planı haqqında informasiya Təhsil Nazirliyindən, müəllimlərin sayı haqqında informasiya isə Dövlət Statistika Komitəsinin 2016-cı ilə dair məlumatından əldə edilib.

2.3. İncəsənət təhsili

Azərbaycanda orta təhsilin ilk iki ili ərzində təsviri incəsənət, musiqi, ədəbiyyat (milli ədəbiyyat və dünya ədəbiyyatı) dərsləri ümumi dərs saatlarının 13,0 faizini təşkil edir.7 Əlavə olaraq, incəsənət və əmək, musiqi, rəsm, rəqs və kompüter qrafikası üzrə təhsil planından kənar dərslər də keçilir.

7 Təhsil planı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2015-ci il

Page 16:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

16

Azərbaycanda eyni zamanda hökumət tərəfindən idarə edilən və incəsənət və mədəniyyət üzrə təlimlər keçən müxtəlif məktəb təhsil mərkəzləri də mövcuddur.

Cədvəl 2.2. 2017-ci ilin əvvəlində qeyri-rəsmi təhsil müəssisələri

Müəssisələrin sayı

onlarda:

təlim qruplarını

n sayı

iştirakçılar, nəfər

Cəmi 366 12383 156189 aşağıdakılar daxil olmaqla:      uşaq idman mərkəzləri 95 3925 46754uşaq yaradıcılıq mərkəzləri 83 3043 40832şahmat məktəbləri 66 1637 18007texniki yaradıcılıq mərkəzləri 58 1579 20500ekoloji təlim və təcrübə mərkəzləri 47 1131 16621gənc turist mərkəzləri və yerli ənənələrin öyrənilməsi 9 471 6749

Başqa qeyri-formal təhsil müəssisələri 4 275 3742estetik təlim mərkəzləri 3 270 2445uşaqlar və gənclər üçün fiziki təlim mərkəzləri 1 52 539

İncəsənətlə əlaqədar başqa qeyri-formal məktəblər:      

uşaqlar üçün musiqi məktəbləri 185 - 48803incəsənət və rəssamlıq məktəbləri 55 - 18226

Mənbə: Təhsil Nazirliyi 2017-ci il.

2.4. Mədəniyyət sahəsində peşəkar inkişaf

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nəzarətində 20 universitet, başqa dövlət orqanlarının tabeliyində isə əlavə 12 universitet mövcuddur. Özəl ali təhsil müəssisələrinin sayı 11-dir.8 Bunlardan bəziləri sırf mədəniyyət və incəsənət təhsili ilə əlaqədardır:

• Dövlət İncəsənət Akademiyası;• Azərbaycan Milli Konservatoriyası;• Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası;• Dövlət Mədəniyyət və İncəsənət Universiteti;• Bakı Xoreoqrafiya Akademiyası

8 Dövlət Ali Təhsil Müəssisələrinin, başqa nazirliklərə və dövlət komitələrinə tabe olan Dövlət Ali Təhsil Müəssisələrinin və Özəl Ali Təhsil Müəssisələrinin siyahısı http://edu.gov.az/en/page/339

Page 17:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

Xarici Dillər Universiteti, Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti və başqaları kimi digər ali təhsil müəssisələri isə ədəbiyyat, dizayn, təsviri incəsənətlə əlaqədar bir sıra mədəniyyət yönümlü təhsil təklif edir.

3. İdarəetmə aspektiMədəniyyətin idarə edilməsi aspekti müəyyən ölkədə dövlət orqanlarının mədəniyyət sahəsi ilə əlaqədar müzakirələrdə, qərar qəbuletmə, tətbiq, qiymətləndirmə və monitorinq proseslərində vətəndaş cəmiyyətinin iştirak formalarının, onunla əlaqədar siyasətlərin, tədbirlərin, təşkilati mexanizmlərin və infrastrukturların düzgün tətbiq edilməsi və bununla da, mədəniyyət hüquqlarına hörmətin formalaşdırılması sahəsindəki səylərini əks etdirən müxtəlif göstəricilər əsasında qurulur. Hazırlanmış beynəlxalq müqavilələr, konvensiyalar, bəyannamələr və başqa standart təyin edən sənədlər şəbəkəsi ölkənin mədəniyyət və incəsənətin inkişaf etdirilməsi daxil olmaqla müxtəlif sahələrdə yaxşı idarəetmə ilə əlaqədar əsas beynəlxalq dəyər və vasitələrdən xəbərdar olması ilə əlaqədar mühakimə yürütməyə imkan verir. Göstəricilər çoxluğu bütün mədəni özünüifadə formalarını rəngarənglik və müxtəliflikləri ilə əhatə edir. Bu aspektin dörd əsas istiqaməti ölkənin profilinin daha adekvat təsvirinin əldə edilməsi üçün nəzərdə tutulmuş bölmələrə ayrılır.

3.1. Mədəniyyət üçün standart təyin edən struktur: 0,92/1

Azərbaycan Hökumətinin mədəniyyət sahəsində beynəlxalq konvensiyalara qoşulmaqla əlaqədar cəhdləri beynəlxalq səviyyədə yüksək - 0,96 balla, milli səviyyədə isə nisbətən aşağı - 0,89 balla qiymətləndirilir. Azərbaycan tərəfindən imzalanmamış / təsdiq edilməmiş yeganə iki beynəlxalq sənəd sualtı irsin (Azərbaycan ərazisində və onun sahil zonasında irs elementlərinə dair az sayda dəlil mövcuddur) mühafizə edilməsi və Azərbaycanın hələ də üzv olmadığı Ümumdünya Ticarət Təşkilatına aid İntellektual Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri üzrə Sazişlə əlaqədardır. Xüsusi mədəniyyət fondlarının fəaliyyətini möhkəmləndirən və ya vergi imtiyazları vasitəsilə mədəniyyətlə əlaqədar sponsorluqları dəstəkləyən qanunlar kimi mədəniyyətin maliyyələşdirilməsi ilə əlaqədar alternativ formaların təkmilləşdirilməsi üçün imkanlar mövcuddur. Xüsusən, Azərbaycan Hökumətinin iqtisadiyyatın qeyri-neft sektoruna kəskin keçid etməklə əlaqədar strateji məqsədi çərçivəsində yerli yaradıcılıq sahələrinin inkişaf etdirilməsinə imkan verən xüsusi qanunverici, tənzimləyici və operativ mexanizmlərin yaradılması barəsində düşünmək xüsusilə məqsədəuyğundur.

Şəkil 3.1. Mədəniyyətin, mədəniyyət hüquqlarının və mədəni müxtəlifliyin mühafizəsi və təşviqi üçün standart təyin edən struktur indeksi

International Level National Level0.8

0.9

1.0 0.96

0.89

Mənbə: Azərbaycan Respublikasının Konstitusiyası (1995-ci il), Milli Məclisin Qanunvericilik Bazası (2017-ci il)

Beynəlxalq səviyyə Milli səviyyə

Page 18:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

18

Page 19:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

3.2. Mədəniyyət üçün siyasət və təşkilati struktur: 0,95/1

Bu göstərici üzrə Azərbaycanın ümumi balı mədəniyyətin idarə edilməsinin vacibliyi ilə əlaqədar aydın hədəflərin olduğunu göstərir ki, bu da 2014-cü ildə qəbul edilmiş "Milli Mədəniyyət Konsepsiyası" adlı siyasət sənədində öz əksini tapıb. Göstəricinin təyin edilməsi üçün tətbiq edilən nəzarət siyahısına əsasən, Azərbaycanda mədəniyyətlə əlaqədar öhdəliklərin müvafiq büdcə xərcləri ilə dəstəklənməli olan yerli / daxili orqana verilməsi üçün mexanizm mövcud deyil və bu, ölkədəki işlərin cari vəziyyətini əks etdirir - daxili orqanların vəzifələri mədəniyyət fəaliyyətləri ilə əlaqədar büdcələri əhatə etmir.Bunun səbəblərindən biri ondan ibarətdir ki, Azərbaycandakı idarəetmə orqanları iqtisadi baxımdan mədəniyyət üçün öz büdcələrini formalaşdıracaq qədər güclü deyil. Digər bir səbəb isə odur ki, yaxşı təlim keçmiş və bacarıqlı mədəniyyət işçilərinin çatışmaması mədəniyyətlə əlaqədar xidmət və məhsulların mərkəzləşdirilmiş qaydada təmin edilməsinin daha effektiv olmasına gətirib çıxarır. Azərbaycanda 2000-ci illərin əvvəllərində mədəniyyət siyasəti ilə əlaqədar strateji məqsəd kimi mədəniyyətin idarə edilməsinin mərkəzsizləşdirilməsi həyata keçirilsə də, təcrübə təxminən 70 inzibati vahidin (rayonun) üfuqi strukturunun daha çox müxtəlifliyə və liderliyə gətirib çıxarmadığını, əksinə, olduqca ağır olduğunu göstərib. 2016-cı ildə həyata keçirilən struktur islahatının məqsədi icraedici administrasiyanı təkrarlamayan və büdcələrini Mədəniyyət və Turizm Nazirliyindən alan 16 regional mədəniyyət departamentinin yaradılmasından ibarət idi.Şəkil 3.2. Mədəniyyətin, mədəniyyət hüquqlarının və mədəni müxtəlifliyin mühafizəsi və təşviqi üçün siyasətin və təşkilati strukturun inkişaf indeksi

Policy Framework Institutional Framework0.00.10.20.30.40.50.60.70.80.91.0

1.000.92

Metodologiya: UNESCO CDIS

Mənbə: Azərbaycan 2020 İnkişaf Konsepsiyası (2012-ci il), Milli Mədəniyyət Konsepsiyası (2014-cü il), Azərbaycan Respublikasının Dövlət Büdcəsi (2016-cı il)

3.3. Mədəniyyət infrastrukturlarının paylanması: 0.744/1

Mədəniyyət infrastrukturu mədəniyyətlə əlaqədar ehtiyac və istəklərin təmin edilməsi, mədəni istehsalatda iştirak, translyasiya və istehlak məsələlərində imkanların bərabərliyinin təcəssümüdür. Odur ki, onun ölkə ərazisində paylanması mədəniyyətdən istifadə ilə əlaqədar mövcud fərq və bərabərsizliklərin daha yaxşı başa düşülməsi və qiymətləndirilməsinə, eləcə də mədəniyyətin planlaşdırılması üçün şərtlərin daha aydın şəkildə əsaslandırılmasına kömək edir.

19

Normativ baza Təşkilati baza

Page 20:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

Azərbaycanda kitabxanaların, muzeylərin, ifaçılıq sənəti obyektlərinin yüksək miqdarda mövcud olması və balanslı şəkildə paylanması qismən mədəniyyət obyektlərinin düzgün paylanması məsələsinə xüsusi diqqət yetirilmiş Sovet dövrünün planlı iqtisadiyyatından qalan sistemin nəticəsidir. Ancaq Sovet İttifaqının dağılmasından 25 ildən artıq müddət keçib və yerli hökumətin uzun keçid dövrünün çətinliklərinə baxmayaraq, bu demokratik prinsipi davam etdirməyə çalışması təqdirəlayiqdir. Bu sorğu bu müəssisələr tərəfindən təmin edilən mədəniyyət məhsullarının və xidmətlərinin məzmun və keyfiyyətini qiymətləndirmir, ancaq bu göstərici üzrə toplanan rəqəmlər daha məqsədyönlü şəkildə tətbiq üçün əsas səbəb rolunu oynaya bilər. Göstərici mədəniyyət obyektlərinin təchizatını qiymətləndirir, tələbat səviyyəsini və ya onların əlçatanlığını qiymətləndirmir.

Sorğu nəticəsində Bakı (və onun şəhər aqlomerasiyası Sumqayıt) üzrə kifayət qədər gözlənilməz nəticə əldə edilib: adətən paytaxtda mədəniyyət obyektləri və xidmətləri şəbəkəsinin daha sıx olduğu düşünülsə də, rəqəmlər bunun əksini sübut edir. Təbii ki, rayonda 120 ifaçılıq sənəti obyekti olduğu deyildikdə, 100 yerlik zalları olan mədəniyyət evləri nəzərdə tutulur. Hazırda Bakıda yalnız Kristal Zalda 23000 yer var ki, bu da təklif edilən proqramların bədii keyfiyyətinin nəzərə alınmaması ilə 230 bu cür kiçik obyektə ekvivalentdir. Eyni məsələ kitabxanalara da aiddir - Bakıda yerləşən Milli Kitabxanada 2015-ci ildə 4.500.000 kitabın olduğu və 20000-dən artıq ziyarətin baş tutduğu qeydə alınıb .9 Bundan əlavə, Bakıda milli statistikalarda "mədəniyyət müəssisəsi" kimi təsnif edilə bilməyəcək, mədəniyyət obyekti üçün mövcud olan "klassik" tərifə uyğun gəlməyən çox sayda yeni müstəqil mədəniyyət müəssisəsi var (kitab kafeləri, film nümayiş etdirmə avadanlıqları olan iş sahələri, özəl rəqs studiyaları, irs və yaradıcılıq təşəbbüsü qrupları). Məsələn, kitab kafesi ədəbi funksiyası nəzərə alınmadan sadəcə kafe hesab edilə bilər. Buna baxmayaraq, mövcud mədəniyyət obyektlərinin sayındakı bu uyğunsuzluq təkmilləşdirmələr haqqında düşünmək üçün çağırış kimi qəbul edilməlidir.

9 http://anl.az/new/en/history/3

Page 21:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

Şəkil 3.3. Mədəniyyət infrastrukturlarının ölkə ərazisində paylanması (2017-ci il)

Mənbə: Mədəniyyət və Turizm Nazirliyinin daxili hesabatı (2017-ci il)3.4. Mədəniyyətin idarə edilməsində vətəndaş cəmiyyətinin iştirakı: 0,81/1

Bu mürəkkəb göstərici vətəndaş cəmiyyətinin iki kateqoriyasını əhatə edir - etnik azlıq cəmiyyətləri və hər

Kitabxanalar və media-resurs mərkəzləri

İfaçılıq sənəti üçün ayrılmış sərgi məkanlarının sayı

Muzeylər

Kitabxanalar və media-resurs mərkəzləri

İfaçılıq sənəti üçün ayrılmış sərgi məkanlarının sayı

Muzeylər

Əhali

İfaçılıq sənəti üçün ayrılmış sərgi məkanlarının sayı

Kitabxana və media-resurs mərkəzlərinin sayı

Muzeylərin sayı

Sum

qayı

t

Xaç

maz

İsm

ayıll

ı

Şəki

Kür

dəm

ir

Ağs

tafa

Gən

Şəm

kir

Bər

Ağc

abəd

i

Ağd

Sabi

raba

d

Bilə

suva

r

Mas

allı

Lənk

əran

Bak

ı

Page 22:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

hansı təşkilat və ya assosiasiyaya birləşən və ya birləşməyən müstəqil peşəkar ekspertlər. Hər iki hal üçün Azərbaycan strateji sənədlərin, eyni zamanda yüksək səviyyəli tədbir və proqramların müzakirə edilməsi və hazırlanması proseslərində qeyri-hökumət təşkilatlarının olduqca yüksək səviyyədə iştirakını təmsil edir.

Ölkə müntəzəm şəkildə ildə iki dəfə keçirilən, bütün qitələrdən hökumətləri, akademiyaları, sosial innovatorları və mədəniyyət üzrə aktivistləri təmsil edən yüzlərlə iştirakçının toplaşdığı Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməklə multikulturalizm və tolerantlıqla əlaqədar yaxşı təcrübələrin öyrənilməsi və təbliğ edilməsi sahəsində liderə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanda azlıqların mədəniyyət hüquqlarının adekvat şəkildə təmsil edilməsini təmin edir.

Yaradıcılıq İttifaqlarının (Bəstəkarlar İttifaqı, Yazıçılar İttifaqı, Teatr Əməkdaşları İttifaqı, Aktyorlar İttifaqı və s.) nümayəndələri müntəzəm şəkildə prezidentin fərmanları əsasında yaradılan xüsusi komitələrə, eləcə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən geniş miqyaslı tədbirlərə və uzunmüddətli layihələrə cəlb edilir.

Hökumət orqanları ilə vətəndaş cəmiyyəti arasındakı əlaqələrin inkişaf etdirilməsində növbəti addım təbiətləri etibarı ilə birləşdirici olan daimi görüşlər və qərarlar əsasında daimi komitələrin yaradılmasından ibarət ola bilər.Şəkil 3.4. Mədəniyyət sahəsindəki mütəxəssislərin və milli azlıqların onların maraqlarını əhatə edən mədəniyyət siyasətləri, tədbirləri və proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi proseslərində iştirakının stimullaşdırılması indeksi

Participation of minorities Participation of professionals0.00.10.20.30.40.50.60.70.80.91.0

Mənbə: Mədəniyyət və Turizm Nazirliyi 2017-ci il

Azlıqların iştirakı Mütəxəssislərin iştirakı

Page 23:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

4. İctimai iştirak aspektiMədəniyyət insanların dəyərlərini, inanclarını, istəklərini onların davranışları, ayinləri və əlaqə növləri ilə əlaqələndirən geniş, əhatəedici interpretasiyası mümkün olan mühüm sosial fenomen hesab edilir. Bu baxımdan, fərdlər, qruplar, cəmiyyətlər və millətlər arasındakı münasibətləri və sosial əlaqələri tənzimləyən qarışıq sistemlər çoxsaylı və üst-üstə düşən mədəniyyət nümunələrinin güclü təsirinə məruz qalır.

Sosial iştirak aspekti fərdlərin bəzi mədəniyyət / sub-mədəniyyət birliklərinə aid olmalarını ifadə etmələrinə, onların mədəni baxımdan fərqliliklə əlaqədar verdikləri reaksiyaya və aid olduqları cəmiyyətlərin uyğunluğuna təsir göstərən mexanizmlərdən bəzilərini hərtərəfli şəkildə izah edir.

4.1. Kənarda keçirilən mədəniyyət tədbirlərində iştirak

Azərbaycan üzrə CDIS üçün tələb olunan məlumatlar mövcud deyil. Təqdim edilən məlumatlar Dövlət Statistika Komitəsinin internet səhifəsindən götürülüb, ancaq bu rəqəmlər yaş və ya cins üzrə paylanmanı əks etdirmir, bundan əlavə, hesablama üsulu adətən CDIS tərəfindən istifadə edilən üsullardan fərqlidir - burada rəqəmlər insanların sayını deyil, baş çəkmələrin sayını əks etdirir. Belə ki, məsələn, il ərzində mədəniyyət obyektlərinə müntəzəm şəkildə baş çəkən insanlarla mədəniyyət obyektinə və ya tədbirinə cəmi bir dəfə baş çəkən insanlar bir-birindən fərqləndirilmir, məsələn, dörd dəfə mədəniyyət obyektinə baş çəkən ziyarətçi dörd dəfə sayılacaq.

Milli statistika mənbələrindən əldə edilən rəqəmlər Azərbaycanda 2016-cı ildə mədəniyyət tədbirlərində iştirakla əlaqədar ümumi mənzərəni əks etdirir.10

Cədvəl 4.1. Mədəniyyət obyektlərinə baş çəkmə (ziyarətlərin sayı ilə)

• Muzeylərə ziyarətlərin sayı: 2.697.000• Kinoteatrlara ziyarətlərin sayı: 469,600• Peşəkar teatrlara ziyarətlərin sayı: 727,000• Konsert məkanlarına ziyarətlərin sayı: 457,000

Mənbə: Dövlət Statistika Komitəsi (2016-cı il)

Caucasus Barometer sorğusu (2013-cü il) son 6 ayda teatra / kinoteatra baş çəkməklə əlaqədar aşağıdakı nəticələri əks etdirir.11 CDIS üçün son on iki ay üzrə ziyarətçilərin sayı tələb edildiyi üçün bu sorğu onun tələblərinə yalnız qismən uyğun gəlir. Bu məlumatlar müvafiq ziyarətlərin sayını deyil, teatra / kinoteatra baş çəkən şəxslərin sayını əks etdirir, yəni dörd dəfə teatra / kinoteatra baş çəkən şəxs bir dəfə sayılacaq.

10 https://www.azstat.org/MESearch/details11 Caucasus Barometer sorğusu Qafqaz Tədqiqat Resurs Mərkəzi tərəfindən sosial-iqtisadi problemlər və siyasi vəziyyətlər haqqında aparılan illik daxili sorğudur. Qafqaz Tədqiqat Resurs Mərkəzi 2003-cü ildə Ermənistan, Azərbaycan və Gürcüstanın paytaxt şəhərlərində Cənubi Qafqazda sosial-elmi tədqiqatların və dövlət siyasətinin analiz edilməsinin gücləndirilməsi məqsədi ilə yaradılmış tədqiqat, resurs və təlim mərkəzləri şəbəkəsidir. Qafqaz Tədqiqat Resurs Mərkəzi 2003-cü ildə Nyu-Yorkun Karnegi Korporasiyasının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu (AƏF) tərəfindən yaradılıb.

Page 24:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

Cədvəl 4.2. Azərbaycanda mədəniyyət obyektlərinə baş çəkmək (son 12 ayda mədəniyyət obyektlərinə baş çəkən insanların faiz nisbəti)

Cinsi mənsubiyyət Gəlir kvintili Urbanizasiya Yaş qrupuQadın Kişi 1 2 3 4 5 Şəhər Kənd 18-35 36-55 56+

9 8 25 4 13 5 5Mənbə: Caucasus Barometer sorğusu (2013-cü il)

2.1. Şəxsiyyətin formalaşdırılması ilə əlaqədar olan mədəniyyət tədbirlərində iştirak:

CDIS tərəfindən tələb olunan məlumatlara ən yaxın mövcud məlumatlar Caucasus Barometer sorğusu (2013-cü il) nəticəsində əldə edilmiş məlumatlardır, ancaq bu məlumatlar ictimai toplantıda iştirakla əlaqədar toplanıb. Ancaq "ictimai toplantı" heç də mütləq şəkildə hər hansı mədəniyyət tədbiri növü hesab edilmədiyi üçün onlar açıq şəkildə "şəxsiyyətin formalaşdırılması" ilə əlaqədar hesab edilə bilməz.

Cədvəl 4.3. Azərbaycanda ictimai toplantılarda iştirak (məskunlaşma tipi, cins və yaş üzrə)Kross-tabulyasiya (%) Bəli Xeyr

Paytaxt 13 87

Şəhər 23 77

Kənd 15 85

Kross-tabulyasiya (%) Bəli Xeyr

Kişi 23 77

Qadın 11 89

Kross-tabulyasiya (%) Bəli Xeyr

18 – 35 16 84

36 – 55 19 81

56+ 16 84

Mənbə: Caucasus Barometer sorğusu (2013-cü il)

Page 25:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

4.3. Başqa mədəniyyətlərə qarşı tolerantlıq: 60,0% (2011-2012)12

Ölkə tolerantlıq və multikulturalizm dəyərlərinə əsasən cəmiyyət yönümlü nüfuza malikdir və sorğunun nəticələri bunu əks etdirir. Nəticələr yüksək olsa da, hökumətin daha yüksək tolerantlığın əldə olunması məqsədi ilə mədəniyyətlərarası anlaşma və dialoqu təbliğ etmək istiqamətində gördüyü siyasət tədbirləri məqsədəuyğundur. Əhalinin respondentlərdən irqinə, mənşəyinə, inanclarına və ya dilinə görə fərqlənən müxtəlif insanlar qrupuna qarşı münasibəti aşağıdakı sualın qarşıya qoyulması ilə aydınlaşdırılır: Aşağıdakılardan hansını qonşunuz olaraq görmək istəməzsiniz? - Başqa irqdən olan insanları; - İmmiqrantları / əcnəbi işçiləri; - Başqa dindən olan insanları; - Başqa dildə danışan insanları.

4.4. İnsanlar Arasında Etibar: 15,0% (2011-2012)

Bu göstərici çox aşağıdır və müxtəlif yollarla izah edilə bilər. Ölkə 1980-1990-cı illərdə Ermənistanla olan hərbi münaqişə nəticəsində çox sayda insanın miqrasiya və köçkünlüklə üzləşməsi ilə sarsılıb. Sosial əlaqələrin qırılması, yeni qonşularla və yeni yaşayış şəraitində yaşamaq məcburiyyəti insanlar arasında mövcud olan etibar səviyyəsi anlayışına təsir göstərmiş ola bilər. Müxtəlif cins və yaş qrupları üzrə paylanma aşağıdakı sualın cavablandırılması əsasında həyata keçirilir: Ümumiyyətlə, sizcə, insanların əksəriyyətinə etibar etmək olar, yoxsa insanlara qarşı çox diqqətli olmaq lazımdır?

Mənbə: Dünya Dəyərlər Sorğusu (2010-2011)

12 Mənbə: Dünya Dəyərlər Sorğusu (2010-2011)

25

İNSANLAR ARASINDA ETİBAR

NƏTİCƏ

İnformasiya 2011-2012 Dünya Dəyərlər Sorğusu V24 - Rozenberq sualı

Qadın cinsi 13,7 Kişi cinsi 15,9

Yaş qrupu 11,9

Yaş qrupu 13,6

Yaş qrupu 19,8

Page 26:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

26

4.5. Öz müqəddəratını təyinetmə azadlığı 6,76/10 (2015)

Bu orta nəticə ölkə vətəndaşlarının öz müqəddəratlarını təyin etməklə, eləcə də seçilmiş dəyər və məqsədlər əsasında yaşamaqla əlaqədar gözləntilərini və qətiyyətini əks etdirir. Azərbaycan üçün bu göstərici təxminən ümumi əhalinin 2/3-si qədərdir ki, bu da nisbətən yüksək nəticədir. Lakin yaşı 29-a qədər olan gənclər arasında öz gücünə daha çox arxayın olanların səviyyəsinin aşağı olması narahatlıq doğuran faktdır.

Nəticə aşağıdakı sualın cavablarının paylanmasını əks etdirir: Bəzi insanlar seçim etmək baxımından tamamilə azad olduqlarını və həyatlarına nəzarət edə bildiklərini hiss etdiyi halda, digərləri gördükləri işlərin başlarına gələn hadisələrə həqiqi mənada təsir etmədiyini hiss edir.

Cədvəl 4.5. Öz müqəddəratını təyinetmə azadlığı indeksi   İnformasiyalar Cins Yaş qrupu  Qadın Kişi          Buraxılış ili: 2015              

Mənbə

Dünya Dəyərlər Sorğusu (15.04.18)              

Şərh V55              Nəticə (Orta)   6,48 6,14 6,62 6,85 6,81    Mənbə: Dünya Dəyərlər Sorğusu (2010-2011)

5. Gender bərabərliyi aspektiİnkişaf Göstəriciləri üçün Mədəniyyət sorğusunda mədəni inkişafın mühüm göstəricisi kimi hər iki cins üçün mədəniyyət tədbirlərində bərabər iştirakın təmin edilməsi məsələsi təqdim edilib. Məlumdur ki, gender rollarının və cinsi mənsubiyyətlərin stimullaşdırılmasında və müəyyən edilməsində mədəniyyət mühüm rol oynayır və bu amil məqsədyönlü siyasət və tədbirlərin nəticələrinə öz təsirini göstərir. Nəticə etibarı ilə, "Gender bərabərliyi ilə əlaqədar obyektiv nəticələr" bölməsində parlament səviyyəsində təmsil olunmaqdan məişət zorakılığına qədər qadınların statusu ilə əlaqədar müxtəlif aspektlərin nəzərdən keçirilməsi və əhalinin gender bərabərliyi anlayışı ilə əlaqədar rəylərini təhlil etməklə onun subyektiv şəkildə ifadə edilməsi öz əksini tapıb.1313 14

13 Dünya Dəyərlər Sorğusu insanların dəyər və inanclarını, zaman keçdikcə necə dəyişdiklərini, eləcə də hansı sosial və siyasi təsirlərə malik olduqlarını araşdıran qlobal tədqiqat layihəsidir. O, 1981-ci ildən, demək olar ki, 100 ölkədə səciyyəvi milli sorğular keçirmiş dünya sosioloqlar şəbəkəsi tərəfindən həyata keçirilir. Azərbaycanda 2010-2011-ci ildə Dünya Dəyərlər Sorğusu keçirilib. Sorğu üçün hədəf olaraq seçilən əhali Dağlıq Qarabağ ərazisində yaşayan əhalinin daxil olmaması şərti ilə yaşı 18-85 yaş arasında olan Azərbaycan əhalisidir. Minimal nümunə ölçü (yəni, aparılmış müsahibələrin sayı) 1000-dir. Cavab verməmələr nəticəsində nümunələrdə yaranan informasiya itkilərini kompensasiya etmək məqsədilə müraciət ediləcək respondentlərin ilkin sayı 1200 (hədəf olaraq təyin edilmiş saydan 20% çox) olaraq götürülüb. Azərbaycanın 11 iqtisadi rayonu ilkin obyektlər olaraq təyin edilib. İxtiyari qaydada hər bir obyektin ölçüsünə proporsional ehtimala malik 100 ilkin seçim elementi, hər bir ilkin seçim elementi üçün isə sistematik şəkildə 12 nəfər seçilib.14 Sorğunun bu bölməsi üçün məlumatlar Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Bakıda yerləşən ofisi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təmin edilir. http://scfwca.gov.az

Page 27:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

5.1. Gender bərabərliyi ilə əlaqədar obyektiv nəticələr: 0.541/1 (2010-2015)Ölkənin qadınların siyasətdə, təhsildə, işçi qüvvəsində təmsil olunması, eləcə də qadın hüquqlarını müdafiə edən qanunverici aktların mövcudluğu ilə əlaqədar boşluqlar baxımından göstəricisi 0,541-dir ki, bu da orta səviyyədən yüksəkdir. Qeyd etmək lazımdır ki, bu qarışıq indeks bir-biri ilə sıx əlaqəli olan iki alt indeksdən ibarətdir - parlamentdə qadınların aktual faiz nisbəti və qadınlar üçün pay sisteminin olması (parlamentdə). Təhsil və işçi qüvvəsində iştirak üzrə rəqəmlərin, demək olar ki, bərabər olması fərqlərin olduqca cüzi olduğunu göstərsə də, hər iki halda kişilərin mövqeyi qadınlarla müqayisədə bir qədər yüksəkdir. Ölkədə zorlama, cinsi zorakılıq, məişət zorakılığı qurbanlarının müdafiə edilməsi üçün görülən tədbirlər nəticəsində ötən bir neçə ildə qanunvericilik və onun tətbiqi ilə əlaqədar müsbət dəyişikliklər müşahidə olunur.

Şəkil 5.1. Siyasət, təhsil və əmək sahələrində, habelə gender bərabərliyi üzrə qanunvericilikdə (obyektiv nəticələr) qadınlar və kişilər arasındakı fərqlərin göstəricisi

0.00.10.20.30.40.50.60.70.80.91.0

PoliticalParticipation

Education Labour ForceParticipation

TargetedGender Equity

Legislation

Male Female

Index of the gaps between women and men in political, education and labour domains and in gender-equity legislation

Methodology: UNESCO CDIS

Mənbə: Dövlət Statistika Komitəsi (2015-2016), Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (2017-ci il)

BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı Hesabatındakı Gender İnkişafı İndeksinə görə Azərbaycan 0,940 rəqəmi ilə 3-cü qrup ölkələrə aiddir. Üçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma) ölkələr nəzərdə tutulur. 15

Gender İnkişafı İndeksi qadın və kişilər arasındakı bərabərsizlikləri nəzərə almaqla insan inkişafı üzrə nailiyyətlərdəki gender fərqlərini insan inkişafının üç əsas aspekti - sağlamlıq, bilik və yaşayış standartları üzrə, İnsan İnkişafı İndeksi ilə eyni komponent göstəricilərindən istifadə etməklə qiymətləndirir. Gender İnkişafı İndeksi İnsan İnkişafı İndeksi ilə eyni metodologiyadan istifadə etməklə qadın və kişilər üçün ayrı-ayrılıqda hesablanan İnsan İnkişafı İndekslərinin nisbətidir. O, qadınlar üzrə İnsan İnkişafı İndeksinin kişilər üzrə İnsan İnkişafı İndeksinin faizi kimi göstərilməsi ilə gender fərqlərinin birbaşa ölçüsüdür.

15 BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı Hesabatı 2016-cı il; Hamı üçün İnsan İnkişafı - 2017-ci il http://hdr.undp.org/en/composite/GDI, http://hdr.undp.org/en/countries/profiles/AZE

27

Metodologiya: UNESCO CDIS

İşçi qüvvəsində

iştirak

Məqsədyönlü Gender

Bərabərliyi Qanunvericiliyi

TəhsilSiyasətdə iştirak

QadınKişi

Page 28:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

28

5.2. Gender bərabərliyinin dərk edilməsi 36% (2011-2012)

Digər bir göstərici subyektivliyi - əhali arasında gender bərabərsizliyi anlayışını qiymətləndirmək üçün hesablanır. Azərbaycanda 2010-2011-ci ildə Dünya Dəyərlər Sorğusu keçirilib.16 İndeksin hesablanması üçün aşağıdakı sualların cavabları gözdən keçirilib: işləmək hüququ (V45), siyasi rəhbərlik bacarıqları (V51), universitet təhsilinin vacibliyi (V52). Bu cür ictimai rəyin öyrənilməsinin dəyəri 36 faizlik statistik göstəriciyə daxil edilir. Bu göstərici ölkə əhalisinin düşüncəsində nisbətən aşağı gender bərabərliyi indeksi kimi interpretasiya edilə bilər, ancaq obyektiv siyasət tədbirləri ilə qadın və kişilərin hüquq və öhdəlikləri ilə əlaqədar subyektiv münasibətlər arasındakı uyğunsuzluq aradan qaldırılmalıdır.

Şəkil 5.2. Gender bərabərliyinin (subyektiv nəticə) müsbət qiymətləndirilmə dərəcəsi

Data

Fem

ale

Mal

e

15-2

9

30-4

9

50 a

nd

mor

e

Gender Age group

0.0

0.1

0.2

0.3

0.4

0.5

0.6

33%

9%13%

5%8% 8%

11%

33%

24%

6%

27%

9%

20%

3%

22%

4%

27%

6%

21%

8%

33%

51%

18%

52%

25%

49%

11%

50%

15%

50%

19%

52%

21%

36%

42%

30%33%

37% 38%

V44 V61 V62 Result

Mənbə: Dünya Dəyərlər Sorğusu (2010-2011)

Bu nəticələr mədəniyyətlə bağlı işlər, mədəniyyətdən istifadə, ictimai mədəni həyatda iştirak və bir çox başqa məsələdə gender balansı üzrə məlumatların daha məqsədyönlü şəkildə toplanmasına və araşdırılmasına ehtiyac olduğunu göstərir. Hazırda CDIS parametrləri mədəniyyətlə əlaqədar inkişaf siyasətinin tətbiq edilməsi ilə bağlı qərarlar üçün lazımi ümumi konteksti təmin edir. Dünya Dəyərlər Sorğusu Azərbaycanda təxminən 7 il əvvəl keçirilib və bu gün ölkədəki həyat şəraitləri və perspektivlərinin sürətlə dəyişməsi nəzərə alınarsa, cari vəziyyəti əks etdirməyə bilər.

16 http://www.worldvaluessurvey.org/WVSDocumentationWV6.jsp

İnformasiya Cins Yaş qruplarıNəticə

50 və daha artıq

İnformasiya Qadın Kişi

Page 29:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

29

6. Kommunikasiya aspektiKommunikasiya vətəndaşların mədəniyyət və cəmiyyətdə iştirak etməsinə kömək etdiyindən, sosial kapitalın və insan kapitalının yaradılması və inkişaf etdirilməsi üçün əsas təmin edir. Yaxşı təşkil edilmiş və müxtəlif kommunikasiya sistemi mədəniyyət mübadiləsi üçün güclü əsas təmin edir və cəmiyyət daxilində müxtəlif sosial, etnik, dini və mədəni qruplar arasında əlaqələrin yaradılmasına kömək edir. Nəticə etibarı ilə, o, verilmiş cəmiyyətdə mədəni müxtəlifliyin təbliğ və mühafizə edilməsinə kömək edir.

6.1. Özünüifadə azadlığı

Özünüifadə azadlığı ölkə (cəmiyyət) daxilində hüquqi və praktiki baxımdan insanların özünüifadə hüququnun qorunması ilə əlaqədar olan ikinci dərəcəli həlledici aspektdir. O, fikirlərini, nöqteyi-nəzərlərini ifadə etmələri, eləcə də öz fərdi xarakteristika və dəyərlərini inkişaf etdirmələri üçün vətəndaşlara verilmiş imkanları qiymətləndirir. O, eyni zamanda mədəniyyətlərarası əlaqə üçün əsas formalaşdıran cəmiyyətin inteqrasiyası proseslərində sosial iştirakı dəstəkləməklə milli və beynəlxalq kontekstlərdə fərdlərin müxtəlif nöqteyi-nəzərlərə müraciət etməsinə şərait yaradır.

Göstərici

Çap, yayım və internet istiqamətli KİV azadlığı indeksi

Proses

Bu qiymətləndirmə prosesi 2016-cı ildə Azadlıq Evi (Freedom House) tərəfindən dərc edilmiş Mətbuat Azadlığı İndeksinə əsaslanır.17 Mətbuat Azadlığı İndeksi çərçivəsində ölkələr haqqında hesabat xəbərlərdən və mətbuatdan sərbəst şəkildə istifadə etmək kriteriyasına və kütləvi informasiya vasitələrinin müstəqillik səviyyəsinə əsasən dövlətləri "azad", "qismən azad" və ya "azad olmayan" kimi təsnif edir. "0" ən yaxşı, "100" isə ən pis olmaqla əlaqədar verilməklə ölkəyə 0-dan 100-ə qədər bal verilir. 30-a qədər bal toplamış dövlətlər "azad" mətbuatı olan dövlətlər kimi təsnif edilir; 31-60 bal toplamış dövlətlər mətbuatı "qismən azad", 61 bal və ondan yuxarı toplamış dövlətlər isə mətbuatı "azad olmayan" dövlətlər hesab edilir.

Nəticələr

2016-cı ilin Mətbuat İndeksi Hesabatına əsasən, Azərbaycanda mətbuat və özünüifadə azadlığı üçün 89 bal hesablanıb, beləliklə, Azərbaycan "Dünya Statusunda Azadlıq" baxımından "azad olmayan" dövlət kimi təsnif edilib. Hazırda ölkənin dəqiq azadlıq statusu "qismən azad" kimi indekslənib. Qiymətləndirmə metodologiyası aşağıdakı nəticələri göstərən ikinci dərəcəli qiymətləndirmə kateqoriyalarına əsaslanır:

• Hüquqi mühit (29/30)• Siyasi mühit (38/40)• İqtisadi mühit (89/100)

17 https://freedomhouse.org/report/freedom-press/2016/azerbaijan

Page 30:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

30

Azadlıq Evinə görə, söz azadlığı və informasiyadan istifadə hüququ konstitusiya, kütləvi informasiya vasitələri haqqında qanun və informasiya əldə etmək hüququ haqqında qanun tərəfindən təmin edilir. Ancaq praktikada bu hüquqlar ciddi şəkildə məhdudlaşdırılır.18

Əlavə izahat: Azərbaycan Hökumətinin rəsmi mövqeyinə görə, yuxarıda qeyd edilmiş hesabatlar və sitatların həqiqəti əks etdirmədiyi və obyektiv olmadığı hesab edir.

6.2. İnternetə çıxış və ondan istifadə

Bu göstərici əhalinin internetdən istifadə səviyyəsini, dialoq və kommunikasiya məqsədilə internetdən istifadəni, ölkə vətəndaşları tərəfindən kompüter və informasiya texnologiyalarından istifadə etmək imkanını qiymətləndirir.

Göstərici

İnternetdən istifadə edən şəxslərin faiz göstəricisi

Proses

Mədəni və sosial informasiyadan, yaradıcı məzmunlardan istifadə etmək imkanı əldə etmək, mədəniyyət və ümumi maraq cəmiyyətləri formalaşdırmaq məqsədi ilə kompüter texnologiyalarından istifadə daxil olmaqla alternativ məlumatların əldə edilməsi üçün internetin əhəmiyyəti olduqca böyükdür.

Ölkədə kompüter və internetdən istifadə ilə əlaqədar statistik məlumatlar Vergilər Nazirliyi (internet və kommunikasiya xidmətlərinin provayderlərinin vergi daxilolmaları), eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vasitəsilə Dövlət Statistika Komitəsi tərəfindən toplanır. Qeyd edilən metodologiya əsasında internet istifadəçilərinin sayı üzrə statistik araşdırma Beynəlxalq Telekommunikasiya İttifaqının təlimatına uyğun olaraq 16-74 yaş qrupunu əhatə edir.

Nəticələr

Aşağıdakı nəticələr 2014-2016-cı illər üçün internetə çıxış və internetdən istifadənin araşdırılmasının nəticəsi kimi təqdim olunub.

Cədvəl 6.1. Evdə internetə çıxışGöstərici 2014 2015 2016

Kompüter olan ailələrin proporsiyası (faiz) 58,3 62,4 63,1

Kompüterdən istifadə edən şəxslərin proporsiyası (faiz) 67,8 69,9 70,8

Evində internetə çıxışı olan ailələrin proporsiyası (faiz) 75,2 76,7 77,2

İnternetdən istifadə edən şəxslərin proporsiyası proporsiyası (faiz) 75,0 77,0 78,0

İnternet istifadəçilərinin internetə çıxış məntəqələri üzrə paylanması

evdə (faiz) 65,2 67,5 68,0

internet kafe (faiz) 3,7 3,5 3,6

işdə (faiz) 18,1 17,1 17,3

təhsil aldığı yerdə (faiz) 8,8 8,1 8,2

18 Mətbuat İndeksi Hesabatı 2016-cı il, https://freedomhouse.org/report/freedom-press/2016/azerbaijan

Page 31:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

31

Göstərici 2014 2015 2016

kitabxanada (faiz) 0,5 0,5 0,5

və başqa yerlərdə (mobil telefon daxil olmaqla) (faiz) 3,7 3,5 2,4

İnternet istifadəçilərinin istifadə məqsədləri üzrə paylanması

informasiya axtarışı (faiz) 29,0 29,4 30,4

ünsiyyət (faiz) 29,7 29,8 29,1

təhsil və təlim fəaliyyətləri (faiz) 6,9 6,7 6,8

mal və ya xidmətlərin sifariş edilməsi və ya alınması (faiz) 18,7 18,1 18,3

mal və ya xidmətlərin sifariş edilməsi və ya satılması (faiz) 1,4 1,5 1,3dövlət orqanları ilə işləmək (informasiya almaq və ya göndərmək, sənəd yükləmək) (faiz) 14,3 14,5 14,1

Mənbə: Vergi məlumatları Dövlət Statistika Komitəsi

2.2. Dövlət televiziyasında uydurulmuş məzmunun müxtəlifliyi

Ölkədə yerli və xarici məzmun arasındakı əlaqənin başa düşülməsi üçün bir neçə köməkçi amil nəzərə alınır:

• Tarixi, siyasi və / və ya etnik oxşarlıq səbəbindən hədəf cəmiyyətə təsir edən xarici dillər• Ölkədə kabel və rəqəmsal şəbəkə vasitəsilə internetə çıxış • Yerli televiziya kanalları və ümumilikdə yerli məzmunun mövcudluğu

Beynəlxalq dil təlimatıƏhalinin uydurulmuş məzmundan istifadə etmək səviyyəsinə təsir edən iki əsas xarici dil mövcuddur: Rus və türk dili. "Rus dilində danışan azərbaycanlılar" (orta və ali təhsillərini rus dilində tamamladıqları üçün rus dilini ana dilindən yaxşı bilən insanlar) və "Azərbaycan dilində danışan azərbaycanlılar" (Azərbaycan dilli məktəblərdə təhsil alan və çox vaxt rus dilində yalnız müəyyən dərəcədə anlayıb danışa bilən insanlar).

Türk dili Azərbaycan dilinə çox oxşayır və azərbaycanlılarla türklərin ümumi mövzularda bir-biri ilə tərcüməyə ehtiyac olmadan danışmasına imkan verir. Əsasən, bu iki amil (Rus dili / Sovet irsi və türk dili ilə oxşarlıq) əhalinin informasiya kanalı seçimlərinə əhəmiyyətli dərəcədə təsir edir. Nəticədə

Page 32:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

əsas film və televiziya (seriallar) məzmunu rus dilli (Rusiya, Ukrayna, bir qədər Qazaxıstan) və türk dilli (türk televiziya kanalları, Digiturk kabel televiziyası şəbəkəsi) kanallardan, yuxarıda qeyd edilmiş iki əsas dil qrupu arasında ən populyar olan televiziya seriallarından (filmlərindən) gəlir.

Cədvəl 6.2. Pay TV-yə abunə olmuş ailələrİllər Pay TV istifadəçilərinin (ailələr) ümumi sayı:2013 8782014 9832015 100 0012016 1000 013

Mənbə: BBTV Kabel və Rəqəmsal Televiziya şirkətinin marketinq araşdırması

Əsas kabel televiziyası operatorları arasında Pay TV-dən istifadə edən ailələrin yuxarıda qeyd edilən sayının paylanması aşağıdakı kimidir:

Şəkil 6.1. Azərbaycanda kabel televiziyası və rəqəmsal televiziya

Mənbə: BBTV 2016-cı il

BBTV araşdırmasının nəticələrinə görə, getdikcə daha çox insan xarici məzmundan istifadə etmək üçün Pay TV xidmətlərini satın alır. Eyni araşdırma göstərir ki, türk televiziya seriallarına, beynəlxalq idman kanallarına, rus / Ukrayna dilində olan xəbərlərə, şou proqramlara və televiziya seriallarına baxmaq üçün əsasən Pay TV kanallarından istifadə edilir. Yerli televiziya kanallarını ödənişsiz izləmək mümkündür (11 kanal).

Filmlərin yayımıÖlkədə yayımlanan filmlərin ümumi sayına nəzərən yerli tammetrajlı filmlərin nisbəti (faizlə).

ProsesBu göstərici ölkədəki xarici filmlərə nəzərən yerli filmlərin mövqeyi ilə əlaqədar ümumi mənzərəni təqdim edir. Ölkədə hamısı Park Cinema Group-un, həmçinin bərpa edilmiş və fəaliyyət göstərməkdə olan 1 dövlət kinoteatrının

32

Page 33:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

33

tərkibində olmaqla rəsmi material təqdim edən 11 müasir kinoteatr mövcuddur. Park Cinema Group-un rəhbərliyindən müsahibə alınıb və rəhbərlik aşağıdakı nəticələri təqdim etməklə yayımladıqları filmlər haqqında məlumat verib.

Nəticələr 2016-cı ildə ölkədə Park Cinema Group tərəfindən 192 film yayımlanıb və yalnız 2 film yerli istehsal məhsulu, 1 film isə birgə istehsal məhsulu olub. Digər tərəfdən, dövlət kinoteatrı (Mədəniyyət və Turizm Nazirliyi nəzdində) 2016-cı ildə 56 film yayımlayıb və onlardan 54-ü yerli istehsal məhsulu, 2 film isə birgə istehsal məhsulu olub. Burada yerli filmlər üçün bilet satışlarının xarici filmlər üçün bilet satışlarına nisbəti 3,2% olub.19

7. İrs aspektiAzərbaycanda irs müntəzəm şəkildə möhkəmlənən milli mənsubiyyətin mühüm komponenti və ötən müddətdə getdikcə ümumi regional və qlobal dəyərlərin ifadə edilməsi üçün mədəniyyətlərarası dialoqun vacib elementi hesab olunur. O, eyni zamanda möhkəm və kövrək, müxtəlif və unikal olmaqla həm istinad nöqtəsi, həm də resursdur (və ya əsas vəsait). İrs anlayışının dövlət tərəfindən abidələrin qorunması və mühafizə edilməsindən cəmiyyətlərin daha əhatəli iştirakına, maddi dəlillərdən çox sayda qeyri-maddi ifadələrə doğru genişləndirilməsi ilə bu anlayış dəyişikliyə məruz qalıb.

İrs üçün siyasətlərin tətbiqi fəal vətəndaşlığın inkişaf etdirilməsini, iqtisadi potensiallardan istifadəni, bilik bazasının və peşə bacarıqlarının gücləndirilməsini, ərazi üzrə idarəetmənin təkmilləşdirilməsini əhatə edir.

Hökumət 2001-ci ilin avqust ayında əhəmiyyətinə görə dərəcələndirməklə - dünya, milli və ya yerli - dövlət tərəfindən mühafizə edilən abidələrin siyahısını təsdiq edib. Bu siyahıya memarlıq, arxeologiya nümunələri, bağ və parklar daxildir. Milli qanunvericiliyə əsasən qlobal və milli səviyyədə dəyərli olan abidələr özəlləşdirilə bilməz. 6,308 tarixi və mədəni abidə (21-i memarlıq baxımından və 44-ü arxeoloji baxımdan qlobal əhəmiyyətli), bağ və parklar, monumental və memorial dekorativ sənət abidələri (milli heykəltəraşlıq abidələri) tarixi və mədəni əhəmiyyətlərindən asılı olaraq milli səviyyədə təsdiqlənmiş siyahıya daxildir.

Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında prezidentin 18 dekabr 2014-cü il tarixində imzalanmış fərmanına əsasən Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

İrsin dayanıqlılığı üzrə irsin dayanıqlılığının qorunması, mühafizə edilməsi və təbliği ilə əlaqədar müxtəlif göstəriciləri özündə birləşdirən qiymət yüksəkdir: 0.90/1. -

19 Park və Nizami Cinema Qruplarının statistikası

Page 34:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

34

Ümumi qiymət aşağıdakı alt indekslərin orta qiymətidir: Qeydiyyat və yazılar – 0.87/1, qoruma, mühafizə və idarəetmə – 0,85/1 və dəstəyin ötürülməsi və səfərbər edilməsi – 1/1.

İrsin təbliğ edilməsi uzun müddət milli mədəniyyət strategiyasının, müxtəlif əhali qrupları ilə millət arasında əlaqənin yaradılmasının və ölkənin adının xaricdə təbliğ edilməsinin əsaslarından biri hesab edilib. Bu mərkəzləşdirilmiş maraq bu göstərici vasitəsilə əks etdirilən daha yüksək nailiyyətlərin əldə edilməsi ilə nəticələnir.

2.3. İrsin dayanıqlılığı

0.87/1 bal ölkənin mədəni irs nümunələrinin düzgün şəkildə qeydə alınmasının əhəmiyyətini aydın şəkildə dərk etdiyini göstərir. İki halda son illərdə heç bir fəaliyyət olmasa da, davam etməkdə olan tədbirlər mövcuddur. Birinci, son 5 il ərzində UNESCO-ya təqdim edilmiş mədəni və milli irs nümunələrindən ibarət yenilənmiş ilkin siyahılar olmasa da, əvvəlki ilkin siyahı köhnəlmədiyi üçün onu yeniləməyə ehtiyac olmayıb. İkinci, Azərbaycanın heç bir layihəsi qeyri-maddi mədəni irsin qorunması sahəsində yaxşı təcrübə kimi təyin edilməsə də, UNESCO-nun Nümayəndə Siyahısına daxil edilmiş qeyri-maddi mədəni irs elementləri üçün təqdirəlayiq irəliləyiş müşahidə edilir. Bu elementlərə misal olaraq, dövlət və özəl mənbələr tərəfindən göstərilən xüsusi səylər sayəsində son illərdə çiçəklənmə dövrünü yaşayan Muğam ənənəsini göstərmək olar.

2.4. Mühafizə, qoruma və idarəetmə

İrsin mühafizə edilməsi, qorunması və təbliği haqqındakı anket sahəsinin doldurulması nəticəsində 0,85/1 qiyməti əldə edilib ki, bu da qeyd edilən fəaliyyət sahəsi üzrə işlərin yüksək səviyyədə olduğunu, ancaq bəzi elementlərin çatışmadığını göstərir: mədəniyyət nümunələrinin qeyri-qanuni daşınması problemi ilə məşğul olmaq üçün polis və gömrük xidmətində xüsusi bölmələrin və silahlı qüvvələrdə irsin qorunması üzrə xüsusi təlim sessiyalarının olmaması . Bu elementlər Mədəniyyət və Turizm Nazirliyinin birbaşa səlahiyyətinə daxil deyil və başqa dövlət orqanları ilə daha fəal əməkdaşlığın təmin edilməsini tələb edir. Digər bir mühüm çatışmazlıq yerli cəmiyyətlərin təmsil olunması ilə xüsusi idarəetmə komitələrinin olmamasından ibarətdir və irsin idarə edilməsi ilə əlaqədar daha iştirak yönümlü, inklüziv yanaşma ölkənin mədəniyyət siyasətinin yaradılması ilə əlaqədar gündəliyə hələ yeni daxil olur.

2.5. Dəstəyin ötürülməsi və səfərbər edilməsi

Dəstəyin ötürülməsi və səfərbər edilməsi alt indeksi üçün 1/1 qiyməti əldə edilib. Odur ki, bu sahə ən uğurlu tətbiq sahəsidir. Təbii ki, hər zaman təkmilləşdirməyə ehtiyac var və İnkişaf Göstəriciləri üçün Mədəniyyət sorğusunun "heç olmasa, bir" kimi cavablar tələb edən sualları fəaliyyətlərin keyfiyyətini və ya mövcud tələblər əsasında görülən tədbirlərin adekvatlığını araşdırmır. Bununla belə, ən yüksək göstəricinin olması irsin mühafizə edilməsi və təbliği sahəsində dəstəyin effektiv şəkildə ötürülməsini və səfərbər edilməsini təmin etmək üçün tələb edilən vasitələrin minimal səviyyəsində olan siyasət səviyyəsi ilə əlaqədar aydın və düzgün təsəvvürün mövcudluğundan xəbər verir.

Page 35:  · Web viewÜçüncü qrup ölkələr dedikdə qadın və kişilər arasında İnsan İnkişafı İndeksi üzrə bərabərlik səviyyəsi orta olan (5-7,5 faiz mütləq yayınma)

35

Şəkil 7.1. İrsin dayanıqlılığı üçün çoxaspektli strukturun inkişaf indeksi -

İrsin dayanıqlılığıQeydiyyat və yazılarMühafizə, qoruma və idarəetməDəstəyin ötürülməsi və səfərbər edilməsiCəmi

Mənbə: UNESCO (2017), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (2017)

Beynəlxalq səviyyə

Mənbə: UNESCO (2017), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (2017)

0.00.10.20.30.40.50.60.70.80.91.0 0.87 0.85

1.00

Metodologiya: UNESCO CDIS

International levelNational level

Conservation, valorization, management

Knowledge and capacity-building

Community involvement

Raising awareness and education

Stimulating support0

0.2

0.4

0.6

0.8

1

Qeydiyyat və yazılar Mühafizə, qoruma

və idarəetmə

Dəstəyin ötürülməsi və

səfərbər edilməsi

Metodologiya: UNESCO CDIS

Qeydiyyat və yazılar Mühafizə, qoruma və idarəetmə

Dəstəyin ötürülməsi və səfərbər edilməsi

Beynəlxalq səviyyə

Saxlama, valorizasiya, idarəetmə

Cəmiyyətin iştirakı

Stimullaşdırıcı dəstək