Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2)...

37
GİRİŞ Qrammatik kateqoriya haqqında ümumi məlumat Məlum olduğu kimi hər hansi bir dilin morfoloji və sintaktik qurulusuna dair ideyalar toplusu olan qrammatika nəzəriyyəsi sözlər, söz birləşmələri və cümlələrin özünəməxsus geniş qrammatik məna, forma, və şəkil, sintaktik konstruksiyalara malikdir. Bunlarsiz dil ünsiyyət vasitəsi rolunu oynaya bilməz. Bu baxımdan hər hansi bir dilin qrammatik qurulusunu öyrəndikdə onun özünəməxsus dil qanunauygunluqların qrammatik kateqoriyalarını öyrənmək gərəkdir. Qrammatik kateqoriya dedikdə oxsar qrammemlərin cəmi nəzərdə tutulur. Qrammem isə qrammatik mənanın hər bir ünsürü deməkdir. Məsələn, evdən sözü ismin çıxıslıq halındadır və dilçilik baxımından bir qrammem təşkil edir. Deməli , ismin hər hali bir qrammem əks ettirir və 1

Transcript of Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2)...

Page 1: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

GİRİŞ

Qrammatik kateqoriya haqqında ümumi məlumat

Məlum olduğu kimi hər hansi bir dilin morfoloji və sintaktik qurulusuna dair

ideyalar toplusu olan qrammatika nəzəriyyəsi sözlər, söz birləşmələri və cümlələrin

özünəməxsus geniş qrammatik məna, forma, və şəkil, sintaktik konstruksiyalara

malikdir. Bunlarsiz dil ünsiyyət vasitəsi rolunu oynaya bilməz. Bu baxımdan hər

hansi bir dilin qrammatik qurulusunu öyrəndikdə onun özünəməxsus dil

qanunauygunluqların qrammatik kateqoriyalarını öyrənmək gərəkdir.

Qrammatik kateqoriya dedikdə oxsar qrammemlərin cəmi nəzərdə tutulur.

Qrammem isə qrammatik mənanın hər bir ünsürü deməkdir. Məsələn, evdən sözü

ismin çıxıslıq halındadır və dilçilik baxımından bir qrammem təşkil edir. Deməli ,

ismin hər hali bir qrammem əks ettirir və bunların cəmi vahid qrammatik kateqoriyani

–ismin hal kateqoriyasini təskil edir.

Ümumən dünya dillərini bir birindən fərqləndirəm onların hər birinin

özünəməxsus qrammatik kateqoriyalara malik olmasindan irəli gəlir.

Hal kateqoriyasi ümumi kateqoriyalar sirasina aid olur buna gorə də ərəb ədəbi

dili hal kateqoriyasi baximindan özünün sırf morfoloji qrammatik xüsusiyətləri ilə

səciyyələnir.

1

Page 2: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

Ərəb ədəbi dilində ismin hal kateqoriyasi əl-irab və əl-binə bölməsində tədqiq

olunur. Bu o deməkdir ki, ərəb ədəbi dilinin lüğət tərkibinin təşkil edən sözlər

nominativ halda bu dildə mövcud olan üç halin birində yəni adlıq yiyəlik və təsirlik

hallarda özünəməxsus şəkilçilər qəbul edir.

Hallanan və hallanmayan isimlər (Murab və məbni)

Ərəb dilində sözlər hallanma baximindan iki murab və məbni olaraq iki yerə

ayrılır.

1.Murab. Cümlədəki yerinə görə sonluq səkilcisi dəyisən sözdür. Məsələn,

Allah öz bəndələrinə mərhəmət edər.

..... عباده الله يرحم

Yuxarıdakı cümlədə Allah (c.c) innənin ismi olaraq mənsub hallandıgı sözün son

şəkilçisi fəthədir.

2. Hal əlaməti olmayan isimlər (Məbni)

Cümlədəki yerinə görə hallanmayan isimlərdir1.

Mənə elm öyrədəni sevərəm

العلم يعلمني احبمن

Bu cümlədə من sözü məbni oldugundan cümlədəki işləndiyi hal şəkilçisi təsirlik hal

şəkilçisidir və cümlənin vasitəsiz tamamlığıdır (məfulun bih olaraq nisbət olunandır).

Məbnilər iki yerə ayrılır

I Lazım məbni

1 DR.Meral Çörtü, Sarf-Nahiv edatlar, ifav yayınları,İstanbul,2003, s.2102

Page 3: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

II. Ariz məbni

II.Lazım məbni: Hec bir vəziyyətdə sonu dəyişməyən sözlərdir. Lazim məbnilər üçə

ayrılır.

1).Lazım Məbni İsimlər:

2)Əvəzliklər

3)İşarə əvəzlikləri

4)Şərt ədatları

5)Sual ədatları

6)Bəzi kinayələr

7)Bəzi zərflər

8)Savtlar yəni təqlid edilən səslər.

b).Lazım məbni fellər: felin keçmiş zamanı və əmr forması və bütün köməkçi nitq

hissələri.

c).Lazım məbni :bütün ədatlar.

Ariz məbnilər-hal əlaməti bir şəkildə olub ayrılıqda üçhallı və ikihallı olan (yəni

munsarif və geyri munsarif) bəzi şərtlərlə hallanmayan sözlərdir2.

Ariz məbnilər də öz özlüyündə iki yerə ayrılır.

a).Ariz məbni isimlər:

1.Bəzi nidalar xitab ədatları ilə işlədilənlər

2. Ümumi inkar bildirən (ال) ədatı

2 DR.Meral Çörtü, Sarf-Nahiv edatlar, ifav yayınları,İstanbul,2003,s.2113

Page 4: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

3.On birdən on doqquza qədər saylar

4.Bitişən əvəzliklər və zərflər.

5.Cümləyə əlavə olan zərflər

İsimlərin hallanma növlərinin təsnifatı

İsimlərin mənası təkcə əşyanı bu və ya digər şəkildə adlandırmaqla bitmir.Həmin

leksik vəzifə ilə yanaşı onlar bir sıra xüsusiyyətlərin (kateqoriyaların) daşıyıcısı kimi

təzahür edir:cins,hal, kəmiyyət , müəyyənlik və qeyri müəyyənlik bildirir.

Hal əlamətləri deyilən, lakin yazılmayan hallanma növləri

1) Hər üç halı ayrı-ayrı tənvinlərlə bildirilən “üçhallı tənvinli hallanma”. İsimlərin

çoxu məhz bu növ hallanma üzrə hallanır. Müzəkkər isimlərlə müənnəs isimlər arasında

yeganə fərq tənvin-fəthənin müzəkkər isimlərdə un və ya in kimi yazılmasındadır.

Məsələn:

şəhər مدينة ölkə بلد

şəhərin مدينة ölkənin بلد

şəhəri مدينة ölkəyə بلدا

2) Adlıq halı ]un[ , yiyəlik və təsirlik halları yalnız ]in[ əlaməti ilə bildirilən tənvinli

hallanma. Hallanmanın bu növü yalnız müənnəs isimlərin düzgün cəminə aiddir. Formal

baxımdan eyni əlamətlə ifadə edilsə də hər iki hal arasındakı məna fərqi öz qüvvəsində

qalır3. Məsələn:3 Məmmədov. Ə. S. Ərəb dili. Bakı. Maarif, 1998.s.429-430

4

Page 5: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

universitetlər جامعاة

universitetlərin جامعاة

� universitetləri جامعاة

3) Adlıq və yiyəlik halları ]in[ əvəzedici tənvini, təsirlik halı isə adi qaydada bildirilən

tənvinli hallanma. Hallanmanın bu növü yalnız naqis köklü isimlərə və ya isimləndirilən

sözlərə aiddir. Məsələn:

قاض qazi

qazinin قاضا

qazini قاضا

4) Hər üç halı ]ən[ əvəzedici tənvini ilə bildirilən tənvinli hallanma. Yalnız naqis

köklü isimlərə şamildir. Məsələn:

xəstəxana مستشفى əsa عصا

xəstəxananın مستشفى əsanın عصا

xəstəxananı مستشفى əsanı عصا

Bu növ hallanmada əvəzedici

tənvinlər ]avun[ , ]avın[ , ]avan[, ]əyun[ , ]əyin[ və ]əyən[ səs birləşmələrini əvəz

etmişdir.

5) hər üç halı müəyyənlik şəraitində ]avu[ - ]ə/a[ , ]avı[ - ]ə/a[ və ]ava[ -

]ə/a[ dəyişikliyən məruz qalan hallanma. Məsələn:

əsa العصا .

5

Page 6: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

əsanın العصا

əsanı العص

6) Hər üç halı müəyyənlik şəraitində ]əyu[ - ]ə[ , ]əyu[ ]ə[ və ]əyə[ - ]ə[ fonetik

dəyişikliyə məruz qalan hallanma. Məsələn:

xəstəxana المستشفى

xəstəxananın المستشفى

xəstəxananı المستشفى

7) Halları adlıqda ]u[ , yiyəlikdə ]i/ı[ və təsirlikdə ]ə/a[ qısa saitləri ilə bildirilən “üçhallı

hallanma” (Müəyyənlikdə olan isimlərin çoxuna şamildir) . Məsələn:

المدينة ölkə البلد şəhər

şəhərin المدينة ölkənin البلد

المدينة ölkəni البلد şəhəri

8) Adlıq halı ]u[ , yiyəlik və təsirlik halları yalnız ]ə/a[ qısa saiti ilə bildirilən “ikihallı

hallanma”. Hallanmanın bu növü tənvin qəbul etməyən məhdud bir qrup ümumi və

xüsusi isimlərə aiddir. Məsələn:

Bağdad بغداد səhra صحراء

Bağdadın بغداد səhranın صحراء

Bağdada بغداد səhranı صحراء

Bu qrupa daxil olan isimlər müəyyənlik şəraitində işlədildikdə çevrilib üçhallı olur.

Məsələn:

səhra الصحراء6

Page 7: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

الصحراء səhranın

səhranı الصحراء

9) Müəyyənlik şəraitində adlıq halı ]u[ , yiyəlik və təsirlik halları yalnız ]i/ı[ ilə bildirilən

“ikihallı hallanma”. Qeyri-müəyyənlikdə olduğu kimi , bu növ hallanma da yalnız

müənnəs düzgün cəmə aiddir. Məsələn:

الجامعات universitetlər

universitetlərin الجامعات

universitetləri الجامعات

10) Naqis köklü isimlərə aid olub adlıq halı müəyyənlikdə ]iyu[ və ]iyi[ əvəzinə ]i/ı[ ilə

təsirlik halı isə ]ə/a[ ilə bildirilən hallanma. Məsələn:

A. القاضي qazi

qazinin القاضي

qazini القاضي

11) Müəyyənlik baxımından artikllli hallanmaya bərabər tutulan “tərkibi vəziyyətdə

hallanma”, yəni izafətin təyinlənən tərəfinə və ya bitişən əvəzlik qəbul etmiş ismə aid

olan hallanma. Məsələn:

العراق بلد İraq ölkəsi مدينة Mosul şəhəri الموصل

بلد مدينة İraq ölkəsinin العراق Mosul şəhərinin الموصل

بلد مدينة İraq ölkəsini العراق الموصل Mosul şəhərini

2)

şəhərimiz مدينتا ölkəmiz بلدنا7

Page 8: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

şəhərimizin مدينتنا ölkəmizin بلدنا

şəhərimizi مدينتنا ölkəmizi بلدنا

3)

A. جامعاتنا ölkənin universitetləri

البلد ölkənin universitetlərinin جامعات

البلد ölkənin universitetlərini جامعات

4)

universitetlərimiz جامعاتنا

universitetlərimizin جامعاتن

universitetlərimizi جامعاتن

5)

البلد ölkənin qazidi قاضي

قاضي ölkənin qazisinin البلد

قاضي ölkənin qazisini البلد

6)

qazimiz قاضينا

qazimizin قاضيانا

qazimizi قاضيان

Hal əlamətləri həm deyilən, həm də yazılan hallanma növləri

8

Page 9: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

1) Adlıq halı ]əni/ani[ , yiyəlik və təsirlik halları ]eyni[ təsniyə şəkilçisi ilə bildirilən

hallanma4. Məsələn:

iki şəhər مدينتان iki ölkə بلدان

iki şəhərin مدينتين iki ölkənin بلدين

iki şəhəri مدينتين iki ölkəni بلدين

2) Adlıq halı ]unə[ , yiyəlik və təsirlik halları ]inə/ınə[ müzəkkər düzgün cəm

şəkilçisi ilə bildirilən hallanma. Məsələn:

ziyalılar مثقفون

ziyalıların مثقفين

ziyalıları مثقفين

Təsniyədə və müzəkkər düzgün cəmdə ismin müəyənlikdə olub-olmaması hal

əlamətlərinə təsir etmir.

3) Təsniyədə və müzəkkər düzgün cəmdə ismin müəyyənlikdə vəziyyətdə

hallanması. Hər iki şəraitdə hallanma zamanı şəkilçilərdəki sonuncu ]n[ atılır. Məsələn:

بلد مدينتا البلد ökənin şəhəri مدينتا

البلد مدينتي بلد ölkənin iki şəhəri مدينتي

البلد مدينتي بلد ölkənin iki şəhərinin مدينتي

iki şəhərimiz مدينتانا .

iki şəhərimizin مدينتينا

4 Məmmədov. Ə. S. Ərəb dili. Bakı. Maarif, 1998.

9

Page 10: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

iki şəhərimizi مدينتينا

بلد مثقفو البلد ölkənin ziyalıları مثقفو

بلد . مثقفي البلد ölkənin ziyalılarının مثقفي

بل مثقفي البلد ölkənin ziyalılarını مثقفي

ziyalılarımız مثقفونا .

ziyalılarımızıınمثقفينا .

ziyalılarımızı مثقفينا .

4) İki kök samiti qalmış altı ismin اب ata, اج qardaş, حم qaynata, هن şey,

lı/li –tərkibi vəziyyətdə hallanması. Hallanmanın bu növündə- و sahib ذو ,ağız فم

ismin halları adlıqda ]u[ , yiyəlikdə ]i[ və təsirlikdə ]ə[ ilə bildirilir ki, bunlar yazıda

müvafiq surətdə vav, yə və əliflə bildirilir. Məsələn:

ولد / ابو الولد uşağın atası ابو

ولد / ابي الولد uşağın atasının ابي

ولد / ابا الولد uşağın atasını ابا

onun atası ابوه

onun atasının ابيه

onun atasını اباه

:ağız”sözünü göstərilən şəraitdə hallandırarkən ]m[ samiti atılır. Məsələn“ فم

االنسان adamın ağzıفو

االنسان adamın ağzının في

فا adamın ağzını االنسان10

Page 11: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

Bitişən əvəzliklə birləşmədə فم sözü iki variantda hallanır. Məsələn:

فمه / onun ağzı فوه

فمه / onun ağzının فيه

فمه / onun ağzını فاه

.sahib” sözü daim tərkibi vəziyyətdə, həm də təkcə isimlərlə birləşmədə işlənir“ ذو

Hallnarkən ]u[ saiti çevrilib ]i[ və ]ə[ olur. Məsələn:

لحية saqqallı /saqqal sahibi ذو

لحية saqqallının / saqqal sahibinin ذي

لحية saqqallını / saqqal sahibini ذا

Hal əlamətlərinin yazıda əks etdirilməsi məsələsi ilə əlaqədar aşağıdakılara da

xüsusi fikir verilməlidir:

1) “Ömər” sözünü “Əmr” sözündən fərqləndirmək üçün sonuncunun ərəbcəsinə yiyəlik

və təsirlik hallarda “deyilməyən” (“ölü”) vav hərfi artırılır:

Əmr عمرو Ömər عمر

Əmrin عمرو Ömərin عمر

Əmri عمرا Öməri عمر .

2) Sözün sonunda saitsiz samitdən sonra gələrək adlıq və yiyəlik hallarda dayaqsız

yazılan həmzə ondan əvvəlki hərfin birləşib birləşməməsinə görə gah dayaqla, gah da

dayaqsız yazılır. Müqayisə edək:

hissə جزء şey شيء .

hissənin جزء şeyin شيء11

Page 12: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

hissəni جزا şeyi شيء

,kişi; adam” sözü hallanarkən nəinki buradakı həmzənin dayağı“ امرؤ (3

həm də ]p[ samitinin saiti dəyişir:

imruun[ kişi[ امرؤ

امرى ]imriun[ kişinin

imraən[ kişini[ امرءا

Bu sözün امراء ]imraun[ امراىء ]imrain[ və امراء

]imraən[ variantı da vardır.

4) Həmzə ilə bitən isimlərin birişən əvəzliklə birləşməsi şəraitində hallanması da

orfoqrafik baxımdan diqqət tələb edir. Həm də qeyd edək ki, son həmzənin kök samiti

olması (məs: عبء yük, هدوء sakitlik) , zəif samitin dəyişməsindən əmələ gəlməsi

(məs: لقي qarşılamaq - لقاء qarşılama; görüş) və ya daxili cəm əlaməti olması

(məs: صديق dost - اصدقاء dostlar) sözün orfoqrafiyasına təsir etmir.

2. HALLARIN İŞLƏDİLMƏ ŞƏRAİTİ

Öyrəndiyimiz kimi, ərəb yazısında qısa saitlər və tənvinlər əks etdirilmədiyindən

hal əlamətləri də çox vaxt öz ifadəsini yazıda tapmır. Onları müəyyən etmək oxucunun

öz öhdəsinə buraxılır. Bunu edə bilmək üçün isə oxucudan tam bir sıra leksik-qrammatik

12

Page 13: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

qaydaları qabaqcadan, həm də əməli şəkildə bilmək tələb olunur5. Beləliklə harada və

necə işləndiyini bilməyin ərəb dilini öyrənənlər üçün xüsusi əhəmiyyəti vardır.

Adlıq hal

Cümlədə hər hansı bir qrammatik təsirdən ( (”idarədən“ عمل azad şəkildə

işlədilən isimlər adlıq halda olur. Buraya aşağıdakı vəziyyətlər daxildir:

1) Mübtəda və ya xəbər olanda. Məsələn:

بركة Hərəkət bərəkətdir. (Atalar sözü) الحركة

:xitab ədatından sonra gələndə. Məsələn ايتها və yaايها (2

الناس !adamlar / (ey) camaat (ey) ايها

النساء !qadınlar (ey) ايتها

3) Bilavasitə يا xitab ədatından sonra gələrək tərkibi vəziyyətdə olmadıqda

(tənvin-damması və ya artikli atılmaq şərti ilə) Məsələn:

صديق !dost (ey) يا

حيث (4 cəhətdən; baxımdan; etibarilə” mənasında işlədilən tərkibdən“ من

sonra gəldikdə. Məsələn:

المبدا حيث prinsip etibariləمن

5) Müraciət, fəxri ad, mənsəb, ləqəb və s. bu kimi məfhum ifadə edərək şəxs

bildirən isimdən əvvəl gəldikdə. Burada bir növ təyin kimi işlənən isim ərəb

qrammatikasında ( ) توابع əlavə” adlanır. əlavələr təyin etdikləri isimlə tam şəkildə“ تابع5 Məmmədov. Ə. S. Ərəb dili. Bakı. Maarif, 1998.

13

Page 14: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

uzlaşaraq eyni müəyyənlikdə və ya qeyri-müəyyənlikdə, eyni cins, hal və kəmiyyət olur.

Məsələn:

الوزير Yoldaş vəzir الرفيق

الىزير Cənab vəzir السيد

علي Doktor Əli الدكتور

Yiyəlik hal

Xüsusi şəkildə qeyd etməliyik ki, ərəb dilində yiyəlik hal əks etdirdiyi qrammatik

əlaqələr baxımından Azərbaycanvə ya rus dillərindəki müvafiq haldan çox-çox əhatəlidir.

O təkcə yiyəlik və ya sahiblik deyil, həm də dilimizlə müqayisədə yönlük və çıxışlıq hal

əlaqələrini əhatə edir.

İsimlər yalnız aşağıdakı vəziyyətlərdə yiyəlik hal formasını alır:

1) Hər hansı bir ön qoşma ilə işlədildikdə. Məsələn:

الغرفة غرفة / bir otaqda في otaqda في

2) İzafətdə təyin edən tərəf kimi çıxış etdikdə. Məsələn:

الدرس dərs otağı; sinif غرفة

3) Üç-on, yüzlük, minllik və s. bildirən miqdar sayı ilə idarə edildikdə. Məsələn:

كتب كتاب ,üç kitab ثالثة كتاب ,üç yüz kitab ثالثمئة االف .üç min kitab ثالثة

14

Page 15: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

Təsirlik hal

Çox müxtəlif sintaktik şəraitdə işlənir. Digər hallardan əhatə dairəsinin genişliyi ilə

fərqlənir. İsim aşağıdakı vəziyyətlərdə təsirlik halda olur:

1) Təsirli fellərin vasitəsiz tamamlığı olduqda. Məsələn:

المقالة هذه قرات .Bu məqaləni oxudum لقد

الجلسة حضرت .İclasda iştirak etdim لقد

Sonuncu misalla əlaqədar göstərməliyik ki, təsirlilik-təsirsizlik baxımından müxtəlif

dillərin bir-birinə uyğun gəlməsi çox vaxt nisbi və ya təsadüfi xarakter daşıyır. Məsələn:

ərəb dilində təkcə, “kimi?” və ya “nəyi?” suallarına cavab verən fellər deyil, həm də

gediş-gəliş bildirən və ya nitq prosesi ilə əlaqədar olan tam bir sıra fellər də təsirli hesab

olunur. Məsələn:

المدينة Şəhərə gəldim وصلت

استاذنا .Müəllimimizdən soruşdum سالت

2) Təsirli fellərinməsdərləri ilə “distant” (“aralı”) vəziyyətdə vasitəsiz tamamlıq

kimi işlədildikdə. Distant vəziyyət isə idarə edən ) (عامل məsdərin sonrakı başqa bir

isimlə izafəti və ya bitişən əvəzlik vasitəsilə birləşmə yolu ilə yaranır. Məsələn:

قصيدة الشاعر Şairin bir poema yazması قرض

قصيدة Onun bir poema yazması قرضه

3) “Sərbəst tamamlıq” kimi işlədikdə. Məsələn:

ضربا اللص . Oğrunu (bərk) döydülər. (hərfən: oğrunu zərblə vurdular) ضربو

15

Page 16: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

الكالب ضرب اللص Oğrunu it kimi döydülər (hərfən: oğrunu itin döyülməsi ضربو

ilə döydülər) .

الكالب ضرب اللص Oğru it kimi döyüldü. (hərfən: oğru itin döyülməsi ilə ضرب

döyüldü) 4) “Təmyiz” kimi işlədildikdə. Məsələn:

سنا كبير .O, yaşca böyükdür هو

سنا اكبر .O, yaşca daha böyükdür هو

سنا االكبر .O, yaşca (hamıdan) böyükdür هو

5) 11-99 miqdar sayları ilə idarə edildikdə . (ərəb qrammatikasında bu növ isimlər

də təmyiz hesab olunur). Məsələn:

عما خمسون و səkkiz yüz əlli il ثمانمئة

6) “zərfdüzəldici” (“adverbial”) hal formasını almış düzəltmə zərf olduqda.

Məsələn:

.bilə-bilə, qəsdən عمدا ,dərhal فورا , gecə (vaxtı) ليال , səhər (vaxtı) صبحا

.qəti şəkildə البتة ,bu gecə الليلة ,bu gün اليوم

7) İzafət tərkibində təyinlənən tərəf olub əslində zərflik bildirdikdə. Məsələn:

عليها االطالع بغية القلهرة .Qahirəyə (onunla) tanış olma(q) məqsədi ilə getdik زرنا

` Əslində məkan, zaman, hərəkət tərzi və s. bu kimi zərfi mənalar daşıyan hər hansı

bir isim ərəb dilində adverbial hal vasitəsilə zərflik kimi işlədilə bilər. Bunu aşağıdaقصد

“məqsəd” və ظهر “günorta” (vaxtı) isimlərinin işlədilməsi timsalında görmək olar.

عليها االطالع قصد القاهرة .Qahirəyə (onunla) tanış olmaq məqsədi ilə getdik زرنا

اليوم ظهر .Bu gün onun yanına getdikزرناه16

Page 17: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

Yeri gəlmişkən qeyd edək ki, bu qəbil isimlərin bir çoxu göstərilən şəkildə tez-tez

işlədilmək nəticəsində bu gün artıq düzəltmə ön qoşmalarla çevrilmişdir.

(İsimlərin zərfə və ya ön qoşmaya çevrilməsi hadisəsinə rus dilində də rast gəlmək

olar. Məsələn:

Ön qoşma: вследсвие; zərf: впоследсвии.

8) Əslində məsdər olub məqsəd bildirmək üçün işlədildikdə. Məsələn:

له اكرما .Ona hörmət etmək üçün ayağa qalxdıq قمنا

9) Ərəb qrammatiklərinin اجواتها و `innə və onun bacıları`) ان /bənzərləri)

adlandırdıqları qrupa daxil edilən bəzi sözlərdən sonra:

ola لعل ,kaş ki ليت ,lakin لكن ,sanki كان ,ki ان ,doğrudan da ان

bilsin ki. Məsələn:

يعثر قد الجواد Həqiqətən, bəzən cins at da büdrəyir. (Atalar sözü)ان

للسعادة ولد االنسان ان نعرف .Biz bilirdik ki insan xoşbəxtlik üçün doğulur اننا

10) Ərəb qrammatiklərinin (اجواتها و كان (və onun bacıları`/bənzərləri ( ان

adlandırdıqları (köməkçi) fellərlə işlədilərək tərkibi xəbərin ad hissəsi olduqda. Bu qrupa

daxil edilən fellərdən bir neçəsini qeyd edək.

qalmaq, çevrilib بقي ,çevrilib olmaq صار ,olmamaq ليس ,olmaqكان

olmaq, مازال davam etmək, دام :davam etmək. Məsələn ما

مهندسا اصبح طالبا .Tələbə idi, mühəndis oldu كان

:inkarı ilə “deyil” mənasında işlədildikdə. Məsələn ما (11

مهتدسا هو .O, mühəndis deyil ما17

Page 18: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

:mütləq inkarı” ilə işlədildlikdə. Məsələn“ ال (12

البيت في رجل .Evdə kişi (adam) yoxdur ال

:xitab ədatından sonra gələrək tərkibi vəziyyətdə işlədildikdə. Məsələn يا (13

البية صاحب !ev sahibi (ey) ! يا

صديقنا !dost(umuz) (ey) ! يا

14) Bir sıra çoxişlənən ifadələr. Məsələn:

سهال و !Xoş gəlmişsiniz !اهال

ميئا !Nuş olsun ! هنيئا

Cümlədə bilavasitə şəxs əvəzliyindən sonra gələrək onun məhz kimi nəzərdə

tutduğunu bildirmək üçün işlədildikdə. Ərəb qrammatikləri belə “izahedici” isimləri

“xüsusiləşdirmə” (اختصاص) hesab edirlər. Xüsusiləşdirilən söz təkcə təsirlik halda deyil,

həm də müəyyənlikdə olur. Məsələn:

الطالب Biz tələbələr نحن

العربي القسم طالب Siz ərəb şöbəsi tələbələri انتم

18

Page 19: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

Nəticə

Nəticə olaraq bunu qeyd etmək istərdim ki. hal kateqoriyasi ümumi kateqoriyalar

sirasina aid olur buna gorıə də ərəb ədəbi diili haln kateqoriyasi baximindan özünün sırf

morfoloji qrammatik xüsusiyəətlərim ilə səciyyələnir.Ərəb ədəbi dilində ismin hal

kateqoriyasi əl-irab və əl-binə bölməsində tədqiq olunur. Bu, o deməkdir ki, ərəb ədəbi

dilinin lüğət tərkibinin təşkil edənn sözlər nominativ halda və eyni zamanda cümlədəki

idarə əlaqəsindən asılı olaraq bu dildə mövcud olan üç halin birində, yəni adliq, yiyəlik

və təsirlik hallarda özünə məxsus şəkilçilər qəbul edir.

Ə. C. Məmmədovun “Ərəb dili” dərsliklərində ismin hallarınin islədilməsi şərati

yığcam şəkildə verilmişdir. Müfəssəl şəkildə mövzunun incələnməsi ərəb dilçilərinin,

eləcə də digər dilçilərin tədqiqat əsərlərində verilir.

Ərəb ədəbi dilinin qrammatik xüsusiyyətlərindən biri də felin də hal kateqoriyasına

aid olmasıdır və iraba daxildir.Belə ki, felin arzu, xəöbər və şərt forması

murab(hallanan), keçmiş zaman və əmr forması isə məbni hesab olunur.

19

Page 20: Web viewالعراق بلدَ İraq ölkəsini الموصل مدينة َ Mosul şəhərini. 2) بلدُنا ölkəmiz مدينتا şəhərimiz. بلدِنا ölkəmizin

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Məmmədəliyev V.M Ərəb diliçiliyi. Bakı. Maarif, 1985

2. Məmmədov. Ə. S. Ərəb dili. Bakı. Azərnəşr, 1962.

3. Məmmədov. Ə. S. Ərəb dili. Bakı. Maarif, 1998.

4. Гранде Б.М. Введение в сравнительное изучение

семитских языков. М: Наука, 2001

5. DR.Meral Çörtü, Sarf-Nahiv edatlar, ifav yayınları,İstanbul,2003

6. القران الكريم

PAGE \* MERGEFORMAT 20