UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН...

16
4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu) HİDAYƏT CƏFƏROV (Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC) DİANA CƏFƏROVA (Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC) QARABAĞIN ARXEOLOJİ ABİDƏLƏRİ ƏN QƏDİM ZAMANLARDAN b.e. IV ƏSRİNƏ QƏDƏR Açar sözdər: Azərbaycan, Qarabağ, abidələr, xronologiya, artefaktlar Azərbaycanın yaşayış üçün əlverişli təbii- coqrafı şəraiti qədim daş dövründən (paleolit) burada insanların məskunlaşmasına imkan ver- mişdir. Təsadüfi deyildir ki, Azərbaycanın bütün bölgələrində tarixin müxtəlif dövrlərinə aid çox- saylı arxeoloji abidələr aşkar edilir. Bu abidə- lərin ən qədimlərinin yaşı milyon illərlə ölçülür. Arxeoloji abidələrlə çox zəngin olan Azər- baycan bölgələrindən biri də Qarabağdır. Kür və Araz çayları arasında yerləşən bu bölgənin yaşa- yış üçün çox əlverişli iqlimi və münbit torpaqları vardır. Qarabağ bütün tarixi dövrlərdə Azərbay- canın ayrılmaz hissəsi olmuşdur. Ən qədim daş dövründən başlayaraq bütün sonrakı dövrlərdə də bu bölgənin maddi mədəniyyəti Azərbayca- nın digər bölgələrinin maddi mədəniyyəti ilə ey- niyyət təşkil edir. Qarabağ toponimi isə xalis türk mənşəli olub orta əsrlərdə yaranmışdır [8; 31; 39, s. 113; 36, s. 120-123; 11, s. 133]. Antik və ilk orta əsrlər dövrlərində Qa- rabağ ərazisi qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tərkibinə daxil idi. XVI- XVII əsrlərdə Qarabağ mərkəzi Gəncə olan bəylərbəyliyi kimi Azərbaycanın Səfəvilər döv- lətinin tərkibinə daxil olan dörd bölgəsindən bi- ri olmuş və XVIII əsrdə bu bəylərbəylik əsasın- da Qarabağ xanlığı yaranmışdı [31; 8]. Aran (düzən) və dağlıq hissələrdən ibarət olan Qarabağın bütün ərazisi tarixin müxtəlif dövrlərinə aid arxeoloji abidələrlə zəngindir. Qarabağ bölgəsi arxeoloji abidələrinin daha yaxşı öyrənilməsi ilə də seçilir. Bu abidələr hə- lə XIX əsrdən tədqiqatçıların diqqətini cəlb et- mişdir. Qarabağın arxeoloji abidələri haqqında ilk dəfə ətraflı məlumatı S.Veyssenqof vermiş- dir [14, s. 64-69]. Təkcə Azərbaycanda deyil bütün Avrasiya ərazisində ən qədim insan məs- kənləri də Qarabağda aşkar edilib öyrənilmişd- ir. 1891-1898-ci illərdə Şuşada Realni məktə- bində müəllim işləyən mənşəcə alman olan E.Resler Qarabağda tunc dövrünə aid çoxlu qəbir abidələrini qeydə alaraq tədqiq etmişdi. Buraya Şuşa və atrafı, Daşaltı, Çanaxçı, Mehti- kənd, Axuaxı, Ballıqaya, Sırxavənd, Xaçmçay, Qarabulaq, Gülablı və s. daxildir. Onun Xocalı qəbiristanlığında apardığı tədqiqatlar daha çox diqqəti cəlb edib [5, s. 6-7]. 1896-cı ildə Moskva Arxeologiya Cəmiy- yəti tərəfindən Cənubi Qafqaza ezam olunan A.A.İvanovski Xocalıda və bir sıra başqa qə- dim abidələrdə arxeoloji qazıntılar aparmışdır [22, s. 143-187]. Qarabağm arxeoloji abidələrinin öyrənil- məsində əsas dönüş 1926-cı ildə başlandı. O za- man Azərbaycanı Tədqiq edən və Öyrənən Cə- miyyətin rus alimi akademik İ.İ.Meşşaninovun başçılığı və azərbaycanlı alimlərin (İ.Cəfərzadə, Ə.Ələkbərov) iştirakı ilə təşkil etdiyi xüsusi ar- xeoloji ekspedisiya Qarabağın arxeoloji abidəl- ərinin planlı şəkildə öyrənməyə başladı. Bu ekspedisiya Qarabağm Xocalı nekropolu kom- pleksində və ona yaxın ərazidə kurqan və daş hörgülü (daş sənduqə) qəbir abidələrini tədqiq etmişdi. Akademik İ.İ. Meşşaninovun rəhbərliyi ilə 1927-1933-cü illərdə Mil-Qarabağ düzənliyində və Dağlıq Qarabağda daha geniş arxeoloji təd- qiqatlar aparılmışdı [30, s. 217-240]. 1938-1939-cu illərdə o zamanki Yelenen- dorf-Xanlar hazırda Göy-Göl adlanan şəhərdə müəllimlik edən, mənşəcə alman olan Y.İ Hummel Gəncə ətrafı ilə yanaşı Xocalıda, Xan- XƏBƏRLƏR TRANSACTIONS ИЗВЕСТИЯ

Transcript of UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН...

Page 1: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3

UOT 902

İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu) HİDAYƏT CƏFƏROV (Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC) DİANA CƏFƏROVA (Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC)

QARABAĞIN ARXEOLOJİ ABİDƏLƏRİ ƏN QƏDİM ZAMANLARDANb.e. IV ƏSRİNƏ QƏDƏR

Açar sözdər: Azərbaycan, Qarabağ, abidələr, xronologiya, artefaktlar

Azərbaycanın yaşayış üçün əlverişli təbii- coqrafı şəraiti qədim daş dövründən (paleolit) burada insanların məskunlaşmasına imkan ver­mişdir. Təsadüfi deyildir ki, Azərbaycanın bütün bölgələrində tarixin müxtəlif dövrlərinə aid çox­saylı arxeoloji abidələr aşkar edilir. Bu abidə­lərin ən qədimlərinin yaşı milyon illərlə ölçülür.

Arxeoloji abidələrlə çox zəngin olan Azər­baycan bölgələrindən biri də Qarabağdır. Kür və Araz çayları arasında yerləşən bu bölgənin yaşa­yış üçün çox əlverişli iqlimi və münbit torpaqları vardır. Qarabağ bütün tarixi dövrlərdə Azərbay­canın ayrılmaz hissəsi olmuşdur. Ən qədim daş dövründən başlayaraq bütün sonrakı dövrlərdə də bu bölgənin maddi mədəniyyəti Azərbayca­nın digər bölgələrinin maddi mədəniyyəti ilə ey­niyyət təşkil edir. Qarabağ toponimi isə xalis türk mənşəli olub orta əsrlərdə yaranmışdır [8; 31; 39, s. 113; 36, s. 120-123; 11, s. 133].

Antik və ilk orta əsrlər dövrlərində Qa­rabağ ərazisi qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tərkibinə daxil idi. XVI- XVII əsrlərdə Qarabağ mərkəzi Gəncə olan bəylərbəyliyi kimi Azərbaycanın Səfəvilər döv­lətinin tərkibinə daxil olan dörd bölgəsindən bi­ri olmuş və XVIII əsrdə bu bəylərbəylik əsasın­da Qarabağ xanlığı yaranmışdı [31; 8].

Aran (düzən) və dağlıq hissələrdən ibarət olan Qarabağın bütün ərazisi tarixin müxtəlif dövrlərinə aid arxeoloji abidələrlə zəngindir. Qarabağ bölgəsi arxeoloji abidələrinin daha yaxşı öyrənilməsi ilə də seçilir. Bu abidələr hə­lə XIX əsrdən tədqiqatçıların diqqətini cəlb et­mişdir. Qarabağın arxeoloji abidələri haqqında ilk dəfə ətraflı məlumatı S.Veyssenqof vermiş­dir [14, s. 64-69]. Təkcə Azərbaycanda deyil

bütün Avrasiya ərazisində ən qədim insan məs­kənləri də Qarabağda aşkar edilib öyrənilmişd­ir. 1891-1898-ci illərdə Şuşada Realni məktə­bində müəllim işləyən mənşəcə alman olan E.Resler Qarabağda tunc dövrünə aid çoxlu qəbir abidələrini qeydə alaraq tədqiq etmişdi. Buraya Şuşa və atrafı, Daşaltı, Çanaxçı, Mehti- kənd, Axuaxı, Ballıqaya, Sırxavənd, Xaçmçay, Qarabulaq, Gülablı və s. daxildir. Onun Xocalı qəbiristanlığında apardığı tədqiqatlar daha çox diqqəti cəlb edib [5, s. 6-7].

1896-cı ildə Moskva Arxeologiya Cəmiy­yəti tərəfindən Cənubi Qafqaza ezam olunan A.A.İvanovski Xocalıda və bir sıra başqa qə­dim abidələrdə arxeoloji qazıntılar aparmışdır [22, s. 143-187].

Qarabağm arxeoloji abidələrinin öyrənil­məsində əsas dönüş 1926-cı ildə başlandı. O za­man Azərbaycanı Tədqiq edən və Öyrənən Cə­miyyətin rus alimi akademik İ.İ.Meşşaninovun başçılığı və azərbaycanlı alimlərin (İ.Cəfərzadə, Ə.Ələkbərov) iştirakı ilə təşkil etdiyi xüsusi ar­xeoloji ekspedisiya Qarabağın arxeoloji abidəl­ərinin planlı şəkildə öyrənməyə başladı. Bu ekspedisiya Qarabağm Xocalı nekropolu kom­pleksində və ona yaxın ərazidə kurqan və daş hörgülü (daş sənduqə) qəbir abidələrini tədqiq etmişdi.

Akademik İ.İ. Meşşaninovun rəhbərliyi ilə 1927-1933-cü illərdə Mil-Qarabağ düzənliyində və Dağlıq Qarabağda daha geniş arxeoloji təd­qiqatlar aparılmışdı [30, s. 217-240].

1938-1939-cu illərdə o zamanki Yelenen- dorf-Xanlar hazırda Göy-Göl adlanan şəhərdə müəllimlik edən, mənşəcə alman olan Y.İ Hummel Gəncə ətrafı ilə yanaşı Xocalıda, Xan­

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 2: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

Azərbaycan MEA-nın Xəbərləri. İctimai elmlər seriyası, 2017, №3 5

kəndində, Kərkicahanda da arxeoloji tədqiqatlar aparmış, ilk və son tunc dövrü abidələri aşkar edərək nəticələrini ləngimədən nəşr etdirmişdir [9, s. 77-82; 10, s. 15-21].

Qarabağın arxeoloji tədqiqinin növbəti mərhələsi XX əsrin 50-ci illərində başlanmışdı. 1953-cü ildə Azərbaycan SSR EA Tarix İns­titutu ilə SSRİ EA Arxeologiya İnstitutu Lenin­qrad bölməsinin birgə arxeoloji ekspedisiyası görkəmli rus alimi A.A.İessenin başçılığı ilə Naxçıvan və Mil-Qarabağ düzündə əsaslı ax­tarış və qazıntı işləri apardı. Nəticədə orada əv­vələr öyrənilən abidələrin yerləri dəqiqləşdirildi və müxtəlif dövrlərə aid onlarla yeni arxeoloji abidələr qeydə alınaraq tədqiq olundu. Bu abi­dələr eneolit döründən orta əsrlərə qədər dövrü əhatə edirlər. Bu zaman Qarabağın Xocalı, Üzərliktəpə, Üçtəpə, Qaratəpə kimi abidələrin­də əsaslı arxeoloji qazıntı işləri aparıldı [28;29].

XX əsrin 60-cı illərində M.Hüseynovun, İ.H.Nərimanovun, Q.S İsmayılovun rəhbərlik­ləri ilə arxeoloji ekspedisiyalar Qarabağın ən müxtəlif dövür arxeoloji abidələrini planlı şə­kildə tədqiq etdilər.

Məhz bunların sayəsində Qarabağda M.Hüseynovun [7, s. 24-79] rəhbərliyi ilə ilk dəfə olaraq paleolit dövrünə aid qədim insan­ların Azıx və Taqlar kimi mağara düşərgələri aşkar edilərək tədqiq olundu.

Bunula yanaşı, arxeoloji tədqiqatlar zamanı ərazidə eneolit və ilk tunc dövrlərinə aid təpələr şəkilində qalmış çoxsaylı yaşayış yerləri də aş­kar edilərək elmi dövüyyəyə daxil edildi. Bun­lardan İ.Nərimanovun rəhbərliyi ilə öyrənilən İlantəpə, Çalaqantəpə və Leylatəpəni [34], Q.İsmayılovun rəhbərliyi ilə arxeoloji qazıntılar aparılmış çoxtəbəqəli Qaraköpəktəpə, Günəş- təpə, Uzuntəpə, Şomulutəpə və s. [25] abidələ­rini göstərmək olar.

1980-ci ildən bu ərazidə arxeoloji tədqiqat­lar aparmağa bu məqalanin müəlliflərindən biri olan H.F.Cəfərovda qoşuldu. Onun rəhbərliyi ilə aparılan sistemli qazıntılar nəticəsində Qar- qarçay və Tərtərçay hövzələrindəki tunc və ilk dəmir dövrlərinə aid Borsunlu, Bəimsarov, Sa- nçoban, Toxmaxtəpə, Şortəpə, Qaratəpə, Misir- qışlağı, Üçoğlan [5], Xocalı [6, s. 46-56] kimi çox zəngin abidələrdə sistemli stasiyonar arxeo­

loji axtarışlar aparıldı. Tıdqiqatlann mticələri müxtəlif səpkili elmi toplularda nəşr olundu[5]. Qarabağ ərazisində digər arxeoloqların qazıntı­ları nəticəsində tarixin sonrakı dövrlərinə aid də çoxlu abidələr öyrənilmişdir. Ümumiyyətlə, Qa­rabağda aşkar edilib öyrənilən arxeoloji abidələr insan cəmiyyəti tarixinin ən qədim daş dövrün­dən başlayaraq son orta əsrlərə qədər bütün mər­hələlərini əhatə edir. Bu yazıda isə Qarabağın yalnız ən qədim paleolit dövründən e.ə I minil­liyin ortalarına qədərki dövrləri əhatə edən abi­dələri haqqında çox qısa məlumat verirlir.

Paleolit dövrü abidələriAzərbaycanda paleolit dövrünə aid ən qə­

dim arxeoloji abidələr Qarabağda aşkar edilərək tədqiq olunmuşdur. Bunlar bütün Avraziyanın ən qədim abidələri sırasına daxil olan Azıx və Taqlar mağara düşərgələridir.

Azərbaycan arxeoloqu Məmmədəli Hü­seynovun rəhbərliyi və Əsədulla Cəfərovun yaxından iştirakı ilə öyrənilən bu mağaralar Dağlıq Qarabağ ərazisində, Füzuli rayonunun mərkəzindən 14-17 km şimali-qərbdə yerləşir­lər [7; 17; 1].

Azıx mağarası Tuğ kəndinin yaxınlığında, Quruçay dərəsinin sol yamacında yerləşir. Bu abidə 1960-cı ildə aşkar edilmiş, bir-neçə il ər­zində öyrənilmişdir. Qədim paleolit dövrünə aid olan bu mağara düşərgəsində aparılan qa­zıntılar zamanı aşkar edilən tapıntıların bəziləri­nin yaşı 2 milyon ildən çoxdur. Azıx mağarası­nın ən qədim VII-X təbəqələri bu dövrə aid edilir və arxeoloji ədəbiyyatda «Quruçay arxeo­loji mədəniyyəti» kimi tanınır (şək.1-2) Tədqi­qatçılar bu təbəqənin tapıntılarım haqlı olaraq Şərqi Afrikada Tanzaniyanın tapıntıları ilə mü­qayisə edirlər. Bu dövrün daşdan hazırlanan əmək alətləri özlərinin ibtidai formaları ilə se­çilirlər (şək. 1,2).

Azıx mağarasının V-VI-cı təbəqələrində bir-neçə ocaq qalıqları və insanların ilk bulaq kimi istifadə etdikləri su yığılmaq üçün qayada düzəltdikləri oyuq aşkar edilmişdir.

Azıx mağarasında ən nadir tapıntı 1968-ci ildə mədəni təbəqənin V qatında aşkar edilən insanın 350-400 min il bundan əvvələ aid daş- laşmış alt çənəsinin fraqmentidir. Bu fraqment­

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 3: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

6 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3

də iki diş (biri tam, digərinin yarısı) qalmışdır (şək.3) Bu tapıntı, «Azıx adamı» (Azıxantrop) adı ilə tanınan çox qiymətli tapıntı sayılır. İn­sanlar özlərinin həmin inkişaf mərhələsində məhsul istehsal etmir, təbiətin hazır məhsulları ilə qidalanırdılar. Azıx adamı ovçuluq və topla- yıcılıq məhuslları ilə qidalanmışdır. Onlar müx­təlif heyvanları çox bəsit üsullarla ovlayır, bit­kilərin dəni və köklərinini, meyvələrini toplaya­raq qidalanırdılar. Azıx mağarasında aşel döv­rünə aid tapılan bir qədər yanmış sümüklər, ocaq qalıqları göstərir ki, o zaman insanlar od­dan yemək bişirmək və özlərini yırtıcı heyvan­lardan qorumaq üçün istifadə edirdilər. Çox gü- manki, o zaman hələ insanlar süni yol ilə od əldə etməyi bilmir və odu uzun müddət sön­məyə qoymurdular.

Tapıntılar qədim daş dövründə insanların həyat tərzini, onların necə və nə ilə qidalanma­sım, onların düşüncə tərzini, o dövrdə iqlim şə­raitini öyrənməyə imkan verir. Sümük material­ları göstərir ki azıxantroplar mağara ayılarını, boz ayıları, nəhəng və xallı maralları ovlayır­dılar. Onlar heyvanların dərisindən, ətindən və sümüklərindən istifadə edirdilər.

Bəzi tapıntılar azıxantropların orta aşel dövründə mənəvi həyatlarım da işıqlandırmağa imkan verir. Mağaranın V təbəqəsinin divarın­da hündürlüyü 1,5 m, eni 0,8 m, dərinliyi 1 m olan taxça formalı çatda bir neçə mağara və boz ayıların kəllələri qoyulmuşdur. Onların üstündə məqsədyönlü çəkilən cızma xətlər vardır (şək.4). Bu tapıntılar çox güman ki, o dövrdə yaşayan insanların əmələ gəlməkdə olan ilk inamları ilə əlaqədar olmuşdur. Bu cızma xətlər ola bilsin o dövrdə say haqqında təsəvvürlərini və ya heyvanlara inamların (totemizm) yaran­ması ilə əlaqədar olmuşdur.

Azıx mağarasının yaxınlığında, Quru çayın sol sahilində, Taqlar kəndinin ərazisində pa­leolit dövrünə aid digər mağara düşərgəsi də (Tağlar) öyrənilmişdir [18]. Mağarada mədəni təbəqələr orta paleolit-mustye dövrünə aiddir. Bu mağarada altı təbəqədə 5000-ə qədər daş məmulatı aşkar edilmişdir.(şək.5) Daş alətlər əsasən çaxmaq daşından və bir qədər az obsi- dian və digər daşlardan da düzədilmişdir. Ta­pıntılar alətlər hazırlamaq üçün istifadə olunan

nukleuslar (onlardan alətlər düzəltmək üçün qəlpələr qopardılmışdır), bu dövr üçün səciy­yəvi olan itiuclular, qaşovlar və digər növ alət­lərdən ibarətdirlər (şək 5).

M.Hüseyinovun rəhbərlik etdiyi arxeoloji ekspedisiyanin aşkar etdiyi Şuşa paleolit dövrü mağarası da ibdai insanların həyat tərzinin öy­rənilməsində dəyərli materiallar əldə etməyə imkan vermişdir.

Qarabağda aşkar olunan başqa bir paleolit dövrü mağarası M.Mansurovun elmi dövrüy- yəyə daxil etdiyi, Kəlbəcər rayonunun yüksək dağlıq zonasında yerləşmiş Zar mağarasıdır.

Palelolit dövrünə aid abidələr Azərbay­canın digər bölgələlərində də aşkar edilmişdir. Bu abidələr Azərbaycanda insanların çox qə­dim zamanlardan başlayaraq məskunlaşdığını göstərir.

Eneolit dövrü abidələriYuxanda qeyd olunan kimi Qarabağ əra­

zisində insan cəmiyyətinin mövcudluğunu və onun inkişafının bütün mərhələrini əks etdirən müxtəlif tipli arxeoloji abidələr vardır. Lakin başqa yerlərdə olduğu kimi burada da bütün dövrlərin abidələri eyni dərərcədə öyrənilmə­mişdir. Məsələn, hələlik bu bölgədə orta daş- mezolit (yunanca mezos-orta, litos-daş) və yeni daş -neolit (yun.neos-yeni, litos-daş) dövrlərinə aid abidələr demək olar ki araşdırılmamışdır. Çox vaxt mezolit dövrünü neolitin birinci-saxsı məmulatı istehsalına qədərki mərhələsi hesab edirlər. Mezolit və xüsusilə də neolit dövründə insanlar mənimsəmə təsərrüfatlarından (ovçu­luq və toplayıcılıq), istehsal təsərrüfatlarına (maldarlıq və əkinçilik) keçmişlər. Əslində əsil həqiqət bundan ibarətdir ki, mezolit dövründə istehsal təsərrüfatının rüşeyimləri meydana gəl­məyə başlamışdır. İstehsal təsərrüfatının tam formalaşması isə neolit dövrünə təsadüf edir. İnsan cəmiyyətinin inkişafındakı bu böyük ye- niliklər-yəni əkinçilik, maldarlıqla yanaşı, saxsı qablar istehsalının, toxuculuğun və s. təşəkkülü və inkişafı elm aləmində inqilabı dəyişikliklər sayılır. Ona görə də elmi ədəbiyyatda bu dəyi­şiklik neolit inqilabı adlanır. Bu dövrə aid abi­dələr bilvasitə Qarabağda az öyrənilib. Lakin ətraf ərazidə belə abidələr yaxşı öyrənilib. Şüb­

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 4: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

Azərbaycan MEA-nın Xəbərləri. İctimai elmlər seriyası, 2017, №3 7

hə etmədən, demək olar ki, o zaman Azərbay­canın digər bölgələrində əhalinin həyatında baş verən bu inqilabi dəyişikliklər Qarabağda da olmuşdur [34].

Görkəmli Qafqazşünas alim İdeal Nərima­novun fəaliyyəti sayəsində Qarabağın eneolit dövrü abidələri yetərincə öyrənilmiş və geniş tədqiqat obyekti olmuşdur.

E.ə. VI-IV minilliklərə aid edilən Eneolit - «Eneus» - latm dilində mis, «litos» yunan dilin­də daş deməkdir. Bu dövrü bəzən hər iki söz yunanca olmaqla xalkolit də adlandırırlar. Qa­rabağ düzənliyində onlarla bu dövr abidəsi mövcuddur. Əhalinin oturaq həyat keçməsini göstərən bu yaşayış yerləri əsasən çay kənar­larında, axmazlara, bulaqlara, bir sözlə, daimi su mənbələrinə yaxın yerlərdə salınmışdır. Ət­rafında əkinçilik və maldarlıq üçün əlverişli şərait olmuşdur.

Bu dövrdən insanlar metaldan-ilk olaraq misdən istifadə etməyə başlamışdılar. Lakin metal hələ məişətə geniş daxil olmamışdı. Arxeoloji qazıntılar zamanı bu dövrün abidələ­rində metal əşyalara çox az hallarda rast gəlinir. Bunlar da əsasən nadir hallarda tapılan bəzək predmetləridir. Hər halda metal məişətə daxil olurdu. İnsanlar metalın əhəmiyyətini dərk et­məyə başlamışdılar.

Qafqaz, o cümlədən Azərbaycan ərazisi dünyada metaldan istifadə edən ilk regionlardan biri olmuşdur. Bunun bir səbəbi burada zəngin mis yataqlarının olması idi.

Yuxanda qeyd olunduğu kimi bu dövrdən də əwəllər(neolit dövründə) insanlar artıq mə­nimsəmə təsərrüfatından (ovçuluq və toplayı- cılıq) istehsal təsərrüfatına (əkinçilik və maldar­lığa) keçmişdilər. Bu dövrə aid bütövlükdə Azərbaycanda, o cümlədən Qarabağda çoxlu yaşayış yerləri aşkar edilib öyrənilmişdir. Bura­ya İ.Nərimanovun tədqiq etdiyi İlanlıtəpə, Çala­ğan Təpə, Bənövşələr Təpə, Şomulu Təpə, Ley­la təpə, Şah Təpə və s. daxildir. Bunların sıra­sında Ağdam rayonu ərazisindəki Leylatəpə ya­şayış yeri xüsusilə diqqəti cəlb edir.

1984-1990-cı illərdə burada arxeoloq İ.Nə- rimanov qazıntılar apararaq o vaxta qədər Azər­baycanda məlum olmayan yeni arxeoloji mədə­niyyətin qalıqlarını aşkar etdi.

İ.Nərimanov Sovet Arxeoloji ekspedisiyası tərkibində Mesopotamiyanın Xalaf-Übeyd mə­dəniyyətləri abidəsi olan III Yarımtəpə qazıntı­larında iştirak etmişdi. Leylatəpədə aşkar edilən məişət qalıqları III Yarımtəpə abidəsinin tapın­tılarına çox oxşayırdı. Bu fakta əsasən müəllif Leylatəpə mədəniyyətinin daşıyıcılarının qədim zamanlarda Mesopotamiyadan köçüb gələnlərə məxsus olması ideyasını irəli sürmüşdür. Son- ralar Azərbaycanın digər bölgələrində (xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri boyu tapılmış Böyük-Kəsik, Soyuqbulaq abidələri) də bu mə­dəniyyətə aid abidələr aşkar edildi. İ.Nərima­nov Azərbaycanda bu mədəniyyətin yaran­masını Mesopotamiyadan (V minilliyin sonu - IV minilliyin 1-ci yarısı) Übeyd mədəniyyəti qəbilələrinin buraya köçməsi ilə əlaqəndirmiş- dir [35]. Mesopotamiyada, o cümlədən III Ya- rımtəpədə qazıntılar aparan ekspedisiyaya rəh­bərlik edən Rusiya Elmlər Akademiyasının müxbir üzvü, həmyerlimiz professor R.Munça- yev hesab edir ki, Leylatəpə mədəniyyəti həqi­qətən Mesopotamiyadan metal mənbələri axta­rışı ilə əlaqədar köç edən tayfalara məxsusdur. Lakin onlar Übeyd mədəniyyəti dövründə de­yil, e.ə IV minilliyin axırları-III minilliyin əv­vəllərinə aid Uruk mədəniyyəti tayfalarına məxsusdur. Belə ki, Übeyd mədəniyyəti döv­ründə ümumi Mesopotamiya mədəniyyəti yara­nır, Uruk dövründə isə bu mədəniyyət Mesopo­tamiyadan xaricə də yayılmışdır. Bu fikir daha inandırıcı görsənir [32, s. 8-9]. Arxeoloq Nəcəf Müseyibli Leyla Təpə mədəniyyəti daşıyıcıları­nın miqrasiya prosesi ilə bağlı olmasına qəbul etsə də dövr etibarilə son xalkolit mərhələsi ide­yasına üstünlük verir [9]. Hərçənd ki, bu məqa­lənin müəlliflərindən biri Hidayət Cəfərov hə­min mədəniyyətin yerli zəminlə bağlı olmasının tərəfdarlarıdır və bu barədə israrlıdır.

Tədqiqatçılar e.ə IV minillikdə insanların Mesopotamiyadan buraya köçmələrini, metalın insanların məişətinə daxil olması, Mesopotami­yada metal yataqlarının olmaması, orada yaşa­yanların metal mənbələrinin axtarışı ilə əlaqə­dar dağlıq ərazilərə, o cümlədən Qafqaza köç­mələri ilə əlaqələndirirlər. Əlbətdə, bununla ya­naşı köçgünləri bizim ərazilərin təsərrüfatın bü­tün sahələri üçün əlverişli olması da cəlb edə

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 5: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

8 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3

bilərdi. Burada maldarlıq, böyük suvarma ka­nalları çəkmədən əkinçiliklə məşğul olmaq üçün əlverişli şərait var idi.

Arxeoloji tətqiqatlar göstərir ki, o zaman Qafqaz regionunda, o cümlədən Azərbaycan və onun Qarabağ bölgəsində istehsal təsərrüfatı- əkinçilik və maldarlıq öz dövrünə görə yüksək inkişaf etmişdi, əhali müxtəlif dənli bitkilər ye­tişdirir, bir çox heyvanları əhilləşdirərək hey­vandarlıqla məşğul olurdu.

Bu dövrdə ovçuluq və toplayıcılıq yardımçı təssərrüfat sahələri idi. Qazıntılar zamanı yaşa­yış yerlərində çoxlu əmək alətləri tapılır. Onlar əsasən çaxmaq daşı, obsidian və digər bərk daşlardan, heyvan sümüklərindən hazırlanmış­dır. Əlbətdə, o dövrdə alətlər, silah hazırlamaq üçün ağac materialından da istifadə etmişlər. Lakm ağacdan hazırlanan əmək alətləri və si­lahlar qalmamışdır.

O dövrdə istifadə olunan müxtəlif ölçülü və həcmli gil qabların hamısı əldə formalaşdı­rılmışdır. Onların gilinin tərkibinə saman qatıl­mışdır. Qabların üstü anqobla örtülərək, yün­gülcə cilalanmışdır. Bəzi qabların üstü batıq­larla da naxışlanmışdır. Leyla təpə mədəniyyəti abidələrinin saxsı qabları həm forma, həm çe­şidləmə, həm də naxışlama baxımından daha zəngindir. Primitiv dulus çarxının tətbiqinə də başlanılmışdır. Metal əşyalar daha çoxdur. Tədqiqatçıların fikrincə Azərbaycanda ilk tunc dövrü mədəniyyətinin köklərinin, onun təşək­külü prosesinin araşdırılmasında Leyla təpə tip­li abidələr böyük rol oynaya bilər [6, s. 24, 27].

İlk tunc dövrü abidələriTəmiz mis çox yumşaq olduğu üçün ondan

hazırlanan əmək alətləri tez əzilir, işə yaramır­dı. Belə metal əsasən bəzək predmetləri düzəlt­mək üçün istifadə olunurdu.

Sonralar insanlar misə çox az miqdarda qa- tışıqlar, əsasən mişyak (mərgümüş), nikel, qur­ğuşun, sink, daha sonra qalay (3-4%) qatmaqla tunc əldə etməyi öyrəndilər. Belə metalın ərimə temperaturu xeyli aşağı düşür və o bərkiyərək əmək alətləri hazırlamağa yararlı olurdu. Qatı- şıq çox olanda metal elastikliyini itirərək köv­rək olur və sınırdı. Tuncdan əmək alətəri və silahlar hazırlanırdı. Tuncdan istifadə cəmiyyə­

tin ictimai quruluşuna, həyat tərzinə, təssərrüfat həyatına güclü təsir göstərdi.

Qarabağda, Azərbaycanın başqa bölgələ­rində olduğu kimi, tunc dövrü abidələri yaşayış yerləri və qəbir abidələrindən ibarətdir. Təpələr şəkilində qalan ilk tunc dövrü yaşayış yerləri, zahirən eneolit dövrü yaşayış yerlərindən fərq­lənmirlər. Lakin bu yaşayış yerləri daha çox su ehtiyatı, bol olan yerlərdə yerləşirlər. Bununla bağlı ətraflı məlumat üçün Q.İsmayılzadə[25] və Hidayət Cəfərovun [5] müvafiq əsərlərində kifayət qədər məlumat verilib. Bu dövrün yaşa­yış yerləri eneolit dövrü yaşayış yerlərindən sayca azdırlar. Tədqiqatçıların fikrinə görə bu­nun səbəblərindən biri iqlimin dəyişməsi ilə əlaqədar düzən Qarabağda bəzi daimi su hövzə­lərinin quruması idi. Lakin bunun başqa səbəb­ləridə ola bilərdi. İlk tunc dövründən başlayaraq yerli qəbilələrin həyatında güclü sosial-iqtisadi dəyişikliklər baş verir, onlann vərdiş olunmuş, müəyyən dərəcədə sakit təsərrüfat həyatı pozu­lurdu [5, s. 16].

İqtisadi cəhətdən bu, heyvandarlığın inki­şafı, ev heyvanlarının (əsaəsn xırda buyunzlu heyvanların) sayının çoxalması, bununla əlaqə­dar yeni otlaq sahələrinə ehtiyacın artması da ola bilərdi. Bu dövrdə əvvəlcə dağətəyi, sonra isə dağlıq ərazinin mənimsənilməsi başlanır. Sosial planda qəbilənin varlı təbəqəsinin ayrıl­ması müşahidə olunur, mülkü bərabərsizlik, ic­timai quruluşda təbəqələşmə əmələ gələrək get- dikçə dərinləşir. İctimai həyatda patriarxal hə­yat tərzi yaranıb inkişaf edir. Bütün bunların nəticəsində qəbilə ittifaqlarının yaranması baş verir. Belə vəziyyətdə qəbilə ittifaqlarının ya­şayış yerləri bu dövrdə daha böyük sahəni əhatə edir və onlar bir-neçə xırda yaşayış yerlərini özündə birləşdirir. Cəmiyyətin ictimai həyatın­da bütün bu dəyişikliklər Qarabağın həm düzən, həmdə dağlıq hissələrinin abidələrinin tədqiqi zaman çox yaxşı müşahidə olunur [5, s. 16]

Qarabağın ilk tunc dövrü abidələrinin ən parlaq nümunələrindən biri Q.İsmayılovun təd­qiq etdiyi çoxtəbəqəli Qaraköpəktəpə yaşayış yeridir [25]. Bu yaşayış yerində ilk tunc dövrü təbəqəsinin qalınlığı 7 m-dən çoxdur. Yaşayış yerində qazıntılar zamanı ilk tunc dövrünün er­kən mərhələsinə aid qatda dairəvi (A təbəqəsi)

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 6: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

Azərbaycan MEA-nın Xəbərləri. İctimai elmlər seriyası, 2017, №3 9

və inkişaf etmiş (B təbəqəsi) dövrünə aid isə dördbucaqlı tikililər, çox saylı və müxtəlif məişət qalıqları aşkar edilmişdir. Bu qalıqlar, habelə cürbəcür artefaktlar tikinti texnikasının, saxsı məmulatı istehsalının, metallurgiya və metalişləmənin, toxuculuğun, daşişləmənin və digər sənətkarlıq sahələrinin inkişaf prosessini izləməyə imkan verir.

İlk tunc dövrü ilə eneolit arasında əlaqəni izləmək üçün müəyyən qədər Qarabağ düzün- dəki yuxarıda adı çəkilən Leylatəpə yaşayış ye­rinin qazıntıları zamanı alman nəticələrə əsas­lanmaq olar. Bu məqalənin müəlliflərindən olan Hidayət Cəfərov bu məsələdə çox israrlıdır [5, s. 27]. Orada aşkar edilən tikinti qalıqları, mad­di mədəniyyət nümünələri Qarabağın digər abi­dələrindən əsaslı şəkildə fərqlənirlər. Bu abi­dədə tamamilə başqa mədəniyyətin elementləri, başqa ənənələr izlənirki, onların elmi izahm hə­lə başa çatmış hesab etmək olmaz.

Qarabağın ilk tunc dövrünə aid digər abi­dələrində (Göytəpə, Qaratacılı, Cüttəpə, Üç- oğlan, Gərtəpə, Dəyirmanyeri, Ağtəpə, Sarıca- lalı tayı və s.) hələlik əsaslı qazıntılar aparılma­mışdır. Lakin bu yaşayış yerlərində kiçik kəş­fiyyat qazıntıları göstərir ki, onların mədəni tə­bəqələrinin materiallarında Qarabağın erkən tunc dövrünə xas olan ümumi cəhətlər izlənir.

Bu abidələrdən Ağdam rayonunda Qarabağ at zavodunun mərkəzi məntəqəsinin yaxınlığın­da yerləşən Göytəpə yaşayış yeri daha çox diq­qəti cəlb edir. Yaşayış yeri şimali-şərqdən cə- nubi-qərbə doğru uzanan 250 m. uzunluğunda, 8 m hündürlükdədir. Onun alt təbəqəsi ilk tunc dövrünə, orta və üst təbəqələri orta və son tunc dövrlərinə aiddir. İlk tunc dövrü təbəqəsinin saxsı məmulatı nazik divarlı, qararəngli cilalı qablardan ibarət olaraq Kür-Araz mədəniyyəti­nin inkişaf və son mərhələri üçün səciyyəvidir.

Qarabağ düzünün ilk tunc dövrü abidələ­rinin arasında mədəni təbəqəsinin qalınlığı ilə (8 m. yaxın) Cüttəpə yaşayış yeri (Ağcabədi ra­yonu) xüsusi yer tutur. Belə oxşar təbəqəli, la­kin mədəni təbəqəsinin nisbətən nazik olması ilə (3 m-ə qədər) fərqlənən 2 hektar sahəsi olan başqa bir yaşayış yeri Qarahacılı abidəsidir. Bu yaşayış yeri Ağdam şəhərindən qərbdə yerləşir. Hər iki yaşayış yerlərinin saxsı məmulatı, onun

hazırlanma texnikası və naxışlanması ilə (da­raqla işlənmələri, əsaəsn şabalıt rəngli anqobla örtülməsi) oxşarlıq təşkil edir. Hər iki yaşayış yeri ilk tunc dövrünün başlanğıc mərhələsinə aiddir [5, s. 16-17, 21-22]. Tədqiqatçılar bu tip abidələrin eneolit və ilk tunc dövrü arasındakı genetik bağlılığı izləməyə imkan verdiyini vur- ğulayırlar [5, s. 25-27].

Ağdam rayonunun Sarıçoban kəndi yanın­dakı Üçoğlan, Ağcabədi rayonundakı Dəyirman yeri yaşayış yerləri xronoloji cəhətdən Qarahacı və Cüttəpə yaşayış yerlərinə yaxındırlar.

Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən bir təbəqəli Şortəpə yaşayış yeri də bu dövrün abidələrini öyrənmək üçün maraqlıdır. Orada kəşfiyyat qazıntıları zamanı düzbucaqlı planlı yaşayış binalarının qalıqları aşkar edil­mişdir. Burada toplanan qara və qaracilalı, bə­zən qırmızımtıl sarı rəngli yarımşar formalı qulplu qablar, ocaq qurğuları və s. tapıntılar Kür-Araz mədəniyyətinin inkişaf etmiş və son mərhələləri üçün səciyyəvidirlər.

Şortəpədə tapılan balta qəlibi yaşyeri əhali­sinin metalişləmə sənəti ilə də məşqul olduğunu sübut edir. Bundan başqa burada tapılan əmək alətləri (daş balta, dəndaşlan, obsidian alətlər) ahalinin oturaq əkinçilik təsərrüfatı ilə məşğul olduğunu göstərir [5, s. 22-24].

Qarabağın ilk tunc dövrü qəbir abidələri yaşayış yerlərinə nisbətən daha əsaslı öyrənil­mişdir. Onların arasında Y.İ. Hümmelin tədqiq etdiyi, Xankəndinin şimalında yerləşən kurqan­lar (№ 103,119,125) xüsusi yer tuturlar (şək.6- 7). Kurqanların diametri 15-24 m olmaqla kiçik daş örtükləri olmuşdur. Onların altında 4-5 m diametri və girişi olan qəbir kameraları yerləşir. Onlarda kollektiv dəfn mərasimi müşahidə olu­nur. Kurqanların hamısında eyni tipli, əldə ha­zırlanan müxtəlif gil qablar (toxuma parça izli gil qab nümunələridə vardır), daş, ox uduqları, həvəng, asmalar, toppuz başlığı, arxaik tunc xəncərlər, qızıl bəzək şeyləri və s. tapılmışdır [16, s. 15-21].

Xankəndi kurqanlarının bütün tapıntıları onları Kür-Araz mədəniyyətinin başlanğıc mər­hələsinə aid etməyə imkan verir. Onların arasın­da 125 №-li kurqan və adsız kurqan seçilirlər. Xankəndi kurqanları göstərir ki, e.ə III minilliyin

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 7: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

10 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3

əwələrində Qarabağın dağ rayonları Azərbay­canın maldar tayfalan tərəfindən mənimsənil­mişdi. Kəlbəcər rayonunun yüksək dağlıq bölgə­sində aşkar edilib öyrənilən ilk tunc dövrü yaşa­yış yeri də bu fikri təsdiq edir [5, s. 25].

İlk tunc dövrünün son mərhələsini öyrən­mək üçün Xaçınçaym sağ sahilində öyrənilən kurqanlar da xüsusi əhəmiyyət daşıyırlar. Bu kurqanlar çoxda böyük olmayan dəyirmi for­malı və daş örtüklüdürlər. Burada tədqiq olunan 5 kurqandan üçündə inqumasiya (meyitlərin basdırılması №:l-3), ikisində isə kremasiya (ölülərin yandırılması) dəfn üsulu (№ 4-5) təd- biq olunmuşdur. Bu kurqanlardan 2 №-li kur­qan daha çox maraq doğurur. Bu kurqanda göv­dəsi qabarıq yapma naxışlı zərif tayqulp gil qab, toppuz, obsidian löhvələr, basma naxışlı qızıl bəzək predmetləri tapılmışdır [5, s. 29]

Kür-Araz arxeoloji mədəniyyətinin son mərhələsinə aid A.A.İessenin rəhbərliyi ilə qa­zılan böyük Üçtəpə kurqanı özünün bəzi xüsu­siyyətlərinə görə Cənubi Qafqazın ilk tunc dövrü abidələri arasında xüsusi yer tutur. Bu kurqamn çox böyük ölçüləri (diametr 150 m hündürlüyü 15m), qəbir kamerası (14,30x2,70x2,60 m) göstərir ki, orada öz döv­ründə çox böyük nüfuza malik olmuş qəbilə başçısı dəfn olunmuşdur. Üçtəpə kurqanının ti­kintisinə çoxlu insanların əməyi cəlb olunmuş­dur. Bu böyük işin təşkili ictimai quruluşun kifayət qədər yüksək inkişaf səviyyəsini tələb etməli idi. Hesablamalar göstərib ki, kurqanın örtükünün tikintisi 3500 kub.m. təşkil etmiş və bu işə 21 minihsan gün əmək sərf olunmuşdur [23, s. 153-192].

Qarabağın ilk tunc dövrü abidələrinin ara­sında Borsunlu kurqan qəbiristanlığı xüsusi yer tutur. Abidə düzənlə dağətəyi sərhədində, İncə- çay çayının orta axarmda, Borsunlu kəndinin yaxınlığında yerləşir. Kurqanların örtükləri tor­paq, daş və torpaq qarşıqlı töküntüdən ibarətdir. Düzən yerlərin kurqanları özlərinin möhtəşəm­liyi ilə seçilirlər [3, s. 79-88; 5, s. 32-35].

Ən qədim kurqanlar e.ə III minilliyin əv- vələrinə aiddirlər. Onlardan cəmi beş kurqan öyrənilmişdir (№ 7, 9, 20, 12,26).

Belə kurqanların birində (№ 7) üç təbəqəli kollektiv dəfn aşkar edilmişdir. Hər qat ayrı-ay­

rılıqda örtülmüşdür. Digər kurqanda da (№ 12) kollektiv dəfn, ancaq kremasiya (ölüləri yandı­rılma) mərasimi ilə həyata keçirilmişdir. Üçün­cü kurqanda isə (№ 9) yalnız bir nəfər bükülü vəziyyətdə dəfn olunmuşdur. Bütün kurqanlara dəfn avadanlığı kimi Kür-Araz mədəniyyətinin başlanğıc mərhələsi üçün səciyyəvi olan saxsı qablar qoyulmuşdur.

Tək ölülər dəfn olunan 9 və 20 №-li kur­qanlarda dəfn avadanlığı ilk tunc dövrünün in­kişaf etmiş mərhələsi üçün səciyyəvi olan saxsı qablardan və bir ədəd arxaik formalı tunc xən­cərdən (№ 9) ibarətdir. Maraqlıdır ki, üstlərinin örtülmələrinin, qəbir kameralarının konstruksi­ya və planlaşdırılmasınm həllinə, dəfn mərasi­minə (qəbir kamerası, girişlə, kameranın dibin­də nov şəkilli dərinləşməyə, kollektiv dəfn, me­yitlərin üstünün suvaq qatı ilə örtülməsi) ilk tunc dövrü Borsunlu və Xankəndi kurqanları arasında oxşarlığı göstərir. Eyni oxşarlıq Şəm­kir rayonundakı Osman bozu, habelə qonşu Go­ranboy rayonunun eyni dövr kurqanlarında da aydın izlənir.

Orta tunc dövrü abidələriOrta tunc dövründə məhsuldar qüvvələrin

və istehsal münasibətlərinin inkişafının davamı müşahidə olunur. Bu dövrdə cəmiyyətin həya­tında əsaslı sosial-iqtisadi dönüş baş verir. Ya­şayış yerlərinin ətrafmda müdafiə divarları tiki­lir. Belə müdafiə istehkamları olan yaşayış yer­lərindən biri Düzən Qarabağda, Ağdam şəhəri ərazisində öyrənilən Üzərliktəpədir. Üzərliktə- pədə qazıntılar nəticəsində ümumi qalmlğı 3 m olan üç tikinti qatının olduğu müəyyən olun­muşdur. Ən alt tikinti qatı orta tunc dövrünün ilk mərhələsinə aid edilir. Protoşəhər mədəniy­yətinin təşəkkülünün izlənilməsi baxımından bu abidənin böyük əhəmiyyəti var.

Üzərliktəpədə saxsı qabların təkamülü yaxşı izlənir. Qablar müxtəlif naxışlarla bəzə­dilmişdir (şək.8). Burada çoxsaylı əmək alətlə­rinin tapılması, fauna və flora qalıqları sənət­karlığın müxtəlif sahələrinin inkişafını, Qara­bağ əhalisinin e.ə II minilliyin birinci yarısın­da təsərrüfat həyatını hərtərəfli öyrənməyə im­kan verir [26, s. 388-429].

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 8: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

Azərbaycan MEA-nın Xəbərləri. İctimai elmlər seriyası, 2017, №3 11

Üzərliktəpə tipli tapıntılar Qarabağın başqa yaşayış yerlərində də aşkar olunmuşdur. Bu ya­şayış məskənlərindən Göytəpəni (orta təbəqəsi), Rəsultəpə, Nərgiztəpə, Çinartəpə, Ağtəpə, Çaq- qalıtəpə, Toxmaktəpəni və b. göstərmək olar. Bu abidələrdə də Üzərliktəpədə olduğu kimi qara cilalı saxsı qablar (onlar üçün səciyyəvi naxışlarla) tapılır. Lakin ölçüsü (5 hektar) və ətrafına müdafiə divarı çəkilməsi baxımından Üzərliktəpə ilə Çinar təpə yaşayış yeri daha çox yaxınlıq təşkil edir [5, s. 47-55].

Qarabağm orta tunc dövrü qəbir abidələri nisbətən zəif öyrənilmişdir. Onlara hələlik an­caq Borsunlu qəbiristanlığında təsadüf olun­muşdur [5, s. 6-61]. Burada ilk tunc dövründən orta tunc dövrünə keçid üçün səciyyəvi olan dəfn avadanlığı ilə (saxsı qablar, daş cam, xən­cər) seçilən 12 saylı kurqandakı sallama (sonra salınmış) torpaq qəbri, 1 №-li kurqan, habelə üst örtüyünün dəyirmi və qəbir kamerasının ori­jinal konstrukciyası ilə diqqəti çəkən abidələr tapılmışdır. 12 saylı kurqanda oıjinal quruluşlu saxsı qab səhindəki svastika nişanı isə daha çox maraqlıdır. Borsunlunun orta tunc dövrü tapın­tıları saxsı qabların fraqmetləri, daş toppuz başlığından ibarətdir. Buradakı 1 saylı kurqan e.ə XVIII-XVII əsrlərə aid edilir. Borsunluda XVII-XVI əsrlərə aid edilən daş örtüklü, düz­bucaqlı qəbir kamerası olan başqa bir kurqan da aşkar edilmişdir. Kurqanda tapılan astan qırmı­zı, ağzının kənarı qısa olan saxsı qablar da bu dövr (orta tunc) üçün səciyyəvidir.

Orta tuncdan son tunca keçid dövrünə aid olan 12 №-li kurqan da xüsusi maraq doğurur. Bu kurqan XV əsrə aid edilir. Kurqanın torpaq qəbrində qəbilənin varlı nümayəndəsi dəfn olunmuşdur. Qəbirə çoxlu avadanlıq qoyulmuş­dur. Avadanlığın çoxu orta tunc dövrü üçün sə­ciyyəvi olan müxtəlif ölçülü və formalı saxsı qablardan ibarətdir. Qabların o dövr üçün xa­rakterik olan ağızlarının kanan düz, şar formalı gövdələri, bir qədər qırmızı astan vardır. İki qab ağ inkrustasiya ilə naxışlanmışdır. Qablann birindəki naxış səma cisimlərini(svastika), tə­biət qüvvələrini, yağışı xatırladır. Saxaı qabların bir qismi morfoloji baxımdan artıq son tunc dövrü materiallarının bəzi detallannı xatırladır. Qəbirə Yaxın Şərqdən gətirilən bəzək predmet-

ləri, balıq qulağı- Kauri, qızıl muncuq, daş cam da qoyulmuşdur [4, s. 100-108].

Son tunc və ilk dəmir dövrü abidələri (XIV-VII əsrlər)

Tunc dövrünün birinci iki mərhələsi ilə müqayisədə üçüncü mərhələni əhatə edən son tunc və ilk dəmir dövrü daha çox abidəyə malik olması ilə yanaşı, həm də yaxşı öyrənilmişdir. Bunların sırasında öyrənilmənin xronoloji ardı­cıllığım pozsaq da Borsunlu nekropolundakı bu dövr abidələri xüsusilə seçilir.

Borsunlu kurqanları haqqında damşarkən qeyd etmək lazımdır ki, bu Qarabağda hələlik yeganə abidədir ki, orada mədəniyyətin inkişa­fını e.ə III minilliyin başlanğıcından I minilliyin ortalarına qədər izləmək olur.

Borsunlu qəbiristanlığında 35 kurqandan və qəbirdən (32 kurqan, 2 tökmə torpaqda qa­zılan qəbir və 1 torpaq qəbir) 5-i ilk tunc dövrü­nə, 3-ü orta tunc dövrünə, 1-i orta tuncdan son tunca keçid dövrünə, qalanları isə son tunc və ilk dəmir dövrünü müxtəlif mərhələrinə aid­dirlər [5, s. 98].

Son tunc və ilk dəmir dövrünün sıravi kur­qanları zahirən ilk tunc və orta tunc dövrü kur­qanlarına bənzəyirlər. Kurqanaltı qəbirlər xam torpaqda qazılıb, hər birində bükülü vəziyyətdə bir ölü dəfn olunmuşdur. Kurqanlardan birinin qəbri Xankəndinin ilk tunc dövrü qəbirləri kimi dairəvi və girişlidir (№27). Digər kurqanda (№28) dəfn qəbir quyusunda deyil, yerüstü dol- men formalı daş tikilidə icra edilib.

Bir qayda olaraq qəbir quyusunun döşəmə­si xırda yastı daşlarla döşənib. Divarları gəc məhlulu ilə bərkilidib, bəzən kameranın kənar­ları iki sıra çay daşlan ilə haşiyələnib.

Bu qrupdan olan bəzi kurqanların kenatof (boş) olduğu məlum oldu. Bəzi kurqanlarda isə qəbirə avadanlıq qoyulmamışdır. Belə kurqan­lar, görünür əhalinin yoxsul və ya orta təbəqə­lərinə aid olublar. Orta təbəqəyə aid olan kur­qanlarda müəyyən miqdarda dəfn avadanlığı, müxtəlif formalı gil qablar, metal və bəzək əş­yaları olduğu halda, yoxsulların kurqanlarında kobud gil qablann parçaları və nadir hallarda bəzək əşyaları - muncuqlar, metal halqalar tapılır.

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 9: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

12 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3

Borsunlunun əsasən kasıb avadanlığı olan kurqanlarının fonunda sahəsi 256 kv.m. olan qəbir kamerası (8 saylı) zəngin avadanlıqlı, o cümlədən tunc və qızıl lövhə ilə işlənmiş fil sü­müyü, şirli qab, qiymətli metal qablar, naxışlı gil qablar (şək. 9) olan böyük Borsulunun tor­paq kurqanı xüsusi təəssürat yaradır.

Görünür, qəbilə ittifaqı başçısına məxsus olan bu kurqanda əsas dəfn olunanla yanaşı 9 qulluqçu, 8 at dəfn olunmuşdur. Borsunlu abi­dələrinin tədqiqi qədim dövrün bir sıra mühüm ictimai-siyasi, sosial-iqtisadi, mədəni əlaqələr məsələrini yenidən və başqa cürə işıqlan-dırma- ğa imkan verir. Kurqan e.ə. XIV-XIII əsrlərə, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin bi­rinci inkişaf dövrünə aid edilir.

Qarabağın II minilliyin sonlarına aid abidə­lərinin arasında Beyimsarov kurqan qəbiristan­lığı xüsusi yer tutur.(şək.lO) Borsulundan fərqli olaraq buradakı kurqanlar bütünlükdə yuxarı təbəqənin nümayəndələrinə aiddirlər. Belə ko- nus formalı hündür torpaq kurqanlar qəbilə baş­çılarına məxsus olmuşdur. Bu kurqanlardan bi­rində qazıntılar nəticəsində belə kurqanın altın­da 200 kv.m sahəsi olan, 6m. dərinlikdə böyük dəfn zalı açılmışdır. Kameranın üstü yoğun ağaclarla örtülmüşdür. Qəbir kamerasında qə­bilə başçısına və onun yaxınlarına məxsus 6 sklet aşkar olunmuşdur (şək. 10). Bu qəbirə 120-dən çox saxsı qablar, 6 at, xüsusi taxçada 50-dən çox zərif qablar, metal məmulatı, pasta, əqiq, balıqqulağı- kauri muncuqlar qoyulmuş­dur. Bəyimsarov kurqanının (e.ə.X-IX əsrlər) tədqiqi Azərbaycanın qədim qəbilələrinin həyat tərzinin müxtəlif sahələrini işıqlandırmağa im­kan verir [19, s. 155-170].

Göstərilən dövrün arxeoloji abidələri ara­sında Xmdırstan və Sarıçoban abidələri xüsusi yer tutur. Xmdırstan və Sarıçoban kurqanları öz formalarına görə böyük Borsunlu və Bəyimsa­rov torpaq kurqanlarına oxşaryırlar. Görünür, bu regionda cəmiyyətin sıravi üzvülərini kur­qanlarda deyil, adi torpaq qəbirlərdə dəfn et­mişlər. Ona görə də heç bir yerüstü əlamətə ma­lik olmayan belə torpaq qəbirləri aşkar etmək yalnız təsadüfi tapıntılarla mümkün ola bilər. Tayfanın varlı zümrəsi üçün isə möhtəşəm tor­paq kurqanlar ucaldılmışdır.

Sarıçoban kurqanlarının birində xüsusi dəfn mərasimi icra olunmuşdur. Bu kurqanın xaçvari qəbir kamerası dünyanın dörd səmtinə yönəldilmişdir və beləsi hələlik dünya arxeolo­giyasına məlum deyildir. Qəbir kamerası bir neçə qat yoğun ağaclarla örtülmüşdür. Lakin qəbilə üzvlərinin dəfn zamanı dəfn edənlərin səylərinə baxmayaraq qəbiri talançılardan qoru­maq mümkün olmamışdır. Borsunlu və Bəyim­sarov kurqanlarında olduğu kimi Sarıçoban da talanmışdır. Talançılar kameraya yol açaraq orada çox pis dağıntılar törətmişlər. Lakin ta­landan sonra qalmış qalıqlar da bu unikal abidə­nin dəfn mərasimini aydınlaşdırmğa müəyyən imkan vermişdir. Qəbrin mərkəzində zəngin ta­butda qəbilə başçısını, qərb və şimal kamera­larda mühafizəçiləri (qulluqçuları) dəfn etmiş­dilər. Qəbilə başçısının sevimli atları da öldürü­lərək bir çox əsləhələri ilə dəfn olunmuşdur. Ola bilsin atların bəziləri qonşu qəbilə başçıla­rının hədiyyəsi olmuşdur. Qəbirə qoyulan mad­di mədəniyyət nümunələrinin bəziləri digər ma­teriallardan xeyli fərqlənirlər.

Çox saylı, Zaqafqaziya tipli, sallaq qanadlı ox uduqları, zireh löhvələri, müxtəlif tipli qayış başlıqları, xəncər, qılnclar və nizə, birinin qay- tarğanlanmn çins atların başları ilə bəzədilən yüyən ağızlığı, digər at əsləhələri, çoxlu başqa tapıntılar ayrı-ayn sənət sahələrinin inkişaf sə­viyyəsi, əhalinin estetik zövqləri, mənəvi mədə­niyyətləri haqqında təsəvvür yaradır [J20, s. 191-207].

Zəngin artefaktlar, mürəkkəb dəfn mərasi­mi flora və fauna qalıqları əcdadlarımızın təsər­rüfat həyatı, dəfn mərasimi, onların o dövrdə dünya görüşü, cəmiyyətin sosial təbəqələri haq­qında məlumat verir.(şək. 11-12)

Bunlarla yanaşı qeyd etmək lazımdır ki, Qarabağın hələ XIX əsrin axrlarmda aşkar edi­lib öyrənilən Xocalı, Dovşanlı, Axmaxı, Ballı­qaya, Sirxavənd, Qarabulaq kimi abidələrini nə­zərə almadan Qarabağın II minilliyin sonu- I minilliyin əvvəl əri dövrünün abidələri haqqında, əhalinin sosial-iqtisadi inkişafı, təsərrüfatı, məi­şəti haqqında tam təsəvvür yaratmaq olmazdı.

Adı çəkilən abidələrdən şübhəsiz ən əhə­miyyətlisi Xocalı nekropoludur. Qafqazda o qə- dərdə böyük olmayan sahədə müxtəlif tip çox­

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 10: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

Azərbaycan MEA-nın Xəbərləri. İctimai elmlər seriyası, 2017, №3 13

saylı qəbir abidələrinin cəmləşdiyi ikinci belə abidəni tapmaq çətindir. Burada təkcə kurqan­ların beş tipi aşkar edilmişdir. Kurqanlardan başqa, yaxında daş yeşik (qutu) tipli qəbirlər olan dörd qəbiristanlıq vardır. Bu müxtəlif tip abidələr o qədərdə böyük olmayan tarixi dövrə- e.ə XlV-XllI-əsrlərdən VIII-VII əsrlərə qədər dövrə aiddirlər [5; 30, ].

Bu vəziyyətin nə ilə əlaqədar olduğunu ay­dınlaşdırmaq böyük maraq doğrur. Bəlkə bu qə­bilə içərisində təbəqələşməni və ya öz tərkibin­də müxtəlif qəbilələri birləşdirən böyük tayfa ittifaqının olduğunu göstərir?! Suallar çox əmə­lə gəlir. Hələlik bu suallara qəti cavab tapmaq çətindir. Ola bilsin gələcək tədqiqatlar bu məsə­ləni də aydınlaşdırmağa imkan verəcəkdir.

Orada qazılmış abidələrin azlığına (cəmi 30 qədər kurqan və təxminən o qədərdə daş ye­şik (qutu) qəbirlər) baxmayaraq alınan nəticələr əhalinin iqtisadiyyatı, məişəti, dünya görüşü, ictimai quruluşu, əmlak bərabərsizliyi haqqında qiymətli bazanı formalaşdırılmışdır. Xocalı qə­biristanlığında tapılan bəzi materiallar həm o dövrdə Ön Asiya ölkələri ilə iqtisadi əlaqələri öyrənməyə, həm də Qafqazm bir çox qədim abidələrinin dövrünü dəqiqləşdirməyə imkan vermişdir.

Bu tapıntılar indi də Qafqazın sinxron abi­dələrinin dövrünü dəqiqləşdirmək üçün etalon rolunu oynayırlar. Belə tapıntıların sırasına şirli keramika məmulatı, qızıl bəzək əşyaların, at əs- ləhələri, xüsusidə üstündə mixi yazı ilə Assuri­ya hökümdarı Adadnirarinin adı yazılan əqiq muncuq daxildirlər.

Qarabağın digər çox əhəmiyyətli abidələ­rindən biri də Xaçınçayın sol sahilində aşkar edilən Dovşanlı kurqanlarıdır. Burada qeydə alınan 9 kurqandan E.Resler üstü daşla örtülən 2 kurqan qazmışdır. Onların birində içərisində 4 nəfər dəfn olunan daş sənduqə (qutu) tipli qəbir (onlardan biri əsas, qalan 3-ü isə müşayət edənlərə məxsusdur) aşkar edilmişdir. Digər kurqanda süvari dəfn olunan 3 qəbir kamerası aşkar edilmişdir. Hər qəbir kamerasında bir nəfər dəfn edilmişdir. Lakin bu kameraların biri axıra qədər tədqiq edilməmişdir.

Bu kurqanlarda çoxsaylı silahlar (qılınclar, xəncərlər, ox və nizə uduqları, təbərzin balta,

yabalar və s.), alətlər (bıçaqlar, iskənələr, bizlər və s.), bəzək predmetləri (toqqabaşları, düymə­lər, üzüklər, bilərziklər və s.) dəfn olunanın cə­miyyətdə mövqe ilə əlaqədar predmetlər (top­puz başı, əsa başlığı), at əsləhələri, saxsı qablar, müxtəlif muncuqlar (o cümlədən qızıldan) gös­tərirlər ki, kurqanlarda, cəmiyyətin yuxarı tə­bəqələrinin nümayəndələri dəfn olunmuşdur (şək. 11). Dəfn avadanlığının arasında qızıl slindir formalı möhürün olması cəmiyyətdə xü­susi mülkiyyətin olduğunun sübutudur [Bu haqda daha ətraflı bax: 5, s. 72-74].

Dovşanlı abidələrinin yaxınlığında, Ballı­qaya və Sirxavənd kəndlərinin arasında müxtə­lif kurqanlardan ibarət başqa bir qrup abidələr vardır. Hələ XIX əsrin axırlarında onlardan birini E.Resler tədqiq etmişdir. Bu kurqanda taxtalardan düzəldilən təbəqənin üzərində kübar şəxs dəfn olunmuşdur. Qəbirə çoxlu avadanlıq (vəhşi heyvanların başları formada düzəldilən bəzəkləri olan yabalar, ox uduqları, kəmərbaş- lıqları, qarmaqlar, üzüklər və s.), saxsı qablar, sümükdən hazırlanmış bəzəklər qoyulmuşdur. Qəbirdə at, öküz, it sümükləri aşkar edilmişdir. Xüsusi dəfn mərasimi (qəbirə başları kəsilmiş insan skeletlərinin olması) bu kurqanın 2-ci Dovşanlı kurqanı ilə oxşarlığını göstərir.

Dovşanlı və Ballıqaya kəndləri arasında Axmaxı kəndinin evləri yerləşir. Bunlardan bir qədər cənubda o qədərdə böyük olamayan bir qrup kurqanlar vardır. E.Resler bu kurqanların beşində arxeoloji qazıntılar apararaq müəyyən etmişdi ki, bu kurqanlarda, Dovşanlı, Ballıqaya kurqanlarından fərqli olaraq, əhalinin orta və aşağı təbəqəsinin nümayəndələri dəfn olunmuş­dur. Lakin bu kurqanlarda da maddi və sosial təbəqələşmə müşalıidə olunur. Məsələn, 3 №-li kurqanda dolixokefal (uzunsov) kəlləsi olan adam uzadılmış vəziyyətdə dəfn olunmuşdur. Onu müşayət edən 8 nəfər braxikefal (yumru) kəlləli adamlar oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Belə vəziyyət l№-li kurqanda da müşahidə olunmuşdur [Bu haqda daha ətraflı bax: 5, s. 74-76].

Axmaxı kurqanları qəbirə qoyulan avadan­lığın sayının azlığı və müxtəlifliyinə görə də Dovşanlı, Ballıqaya və Sirxavənd kurqanların­dan geridə qalırlar. Lakin qəbir avadanlığına

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 11: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

14 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3

daxil olan predmetlərin çoxu, əsasən saxsı mə­mulatı demək olar eyni tiplidir. Ona görədə bu abidələrin bütünlüklə Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid olması heç bir şübhə yaratmır.

Burada Qarabağ abidələrindən danışarkən Qarabulaq kurqanlarından da bəhs etmək zəru­ridir. Onlar böyük torpaq kurqanlardır. 1896-cı ildə A.A.İvanovski onların beşində və daş qutu qəbirlərində qazıntı aparmışdır. Bu kurqanlar formalarına, dəfn avadanlığına və mərasiminə görə Qarabağın zəngin kurqanlarından az fərq­lənirlər. Lakin bu kurqanların birində, sədəflə, qızılla inkrustasiya olunmuş çoxlu bəzəklərlə dəvələr dəfn olunmuşdur [22, s. 143-184]. Də­vələrin dəfn olunması bu heyvanlara inamla əlaqədar ola bilər. Görünür, qədim Qarabağ əhalisi arasında dəvə kultuna inam olmuşdur.

Kurqan və daş qutu qəbirlərində müxtəlif silah və bəzək əşyalan da tapılmışdır (şək. 12).

E.ə II minilliyin sonu-I minilliyin əwələ- rinin abidələrinin sadalanarkən A.A.İessenin tədqiq etdiyi mövsümü səciyyə daşıyan Üçtəpə yaşayış yeri və kiçik kurqanı da qeyd etməliyik. E.ə X-IX əsrlərə aid Üçtəpə yaşayış yeri yarım köçəri maldarlara məxsus olmuşdur. Görünür, bu yaşayış yerindən ancaq qış vaxtı istifadə et­mişlər. Orada yaşayış tikililəri yarımzirzəmi formalı olub üstləri yüngül materiallarla örtül­müşdür.

Üçtəpə yaşayış yerində tapıntılar müxtəlif saxsı qablardan (səhənglər, küpələr, camlar, manqal və s.), daş alətələri və silahlar (dən daş­ları, oraq dişləri, itiuclular, nazik löhvələr, ox uclan və s.), sümük bizlər, metal əşyalardan (tunc və dəmir löhvələr) ibarətdirlər. Yaşayış yerinin sümük materialının əksəriyyəti xırda buynuzlu heyvanlara məxsusdur.

Yaşayış yerinin bütün materialları tikinti qalıqları, məişət avadanlığı, sümük materialı göstərir ki, buarada yaşayanlar heyvandarlıqla məşqul olmuşdur.

Uzun müddət yaşayış yeri Qarabağda gös­tərilən dövrə aid yeganə öyrənilən yaşayış yeri olmuşdur. XX əsrin 80-ci illərində Qarabağ əra­zisində bu dövrə aid abidələrdə kəşfiyyat sə­ciyyəli tədqiqatlar nəticəsində xeyli məişət abi­dələri qeydə alınmışdır (Göytəpə, Qaratəpə, Mi­

sir qışlağı, Toxmaq təpə, Binnət təpə, Canavartə- pəsi, Şortəpə, Böyük təpə, Su təpəsi, Bəşir təpə, Şomutəpə, Namazalı təpəsi, Rəsul təpə və s.). Bu abidələrdə əsasən kəşfiyyat xarakterli ar­xeoloji qazıntılar aparılmış və yerüstü material­lar toplanmışdır. Bəzilərində (Qaratəpə, Şor­təpə, Göytəpə, Toxmaxtəpə və s. arxeoloji qa­zıntılar da həyata keçirilmişdir). Əldə olan ma­teriallar göstərir ki, onlar ilk və orta tunc dövrü abidələri ilə müqayisədə say hesabına görə xeyli dərəcədə “kasıbdırlar”. Burada “kasıblıq” mədəni təbəqələrin nazikliyinə aiddir. Bir çox hallarada bu tapıntılar son tunc dövrünün ilk mərhələrinə aiddirlər.

Ola bilsin bu vəziyyət əhalinin təsərrüfat həyatında baş verən dəyişdiklə əlaqədar olmuş­dur. Görünür, bu dövrdə artıq köçmə maldarlıq (yaylaq-qışlaq maldarlığın) tam formalaşmışdır [5, s. 69-70].

Bu cəhətdən Ağdam rayonunun Şıxbabalı kəndi yaxınlığında yerləşən Qaratəpə müstəsna­lıq təşkil edir. Kəşfiyyat qazıntıları ilə müəyyən olunmuşdur ki, bu yaşayış yeri 4 m-dən qalın müdafiə divarı və dördkünc bürclərlə əhatə olunmuşdur. Eyni sözləri Misir Qışlağı abidəsi haqqmda da demək olar. Bu abidələr Borsunlu, Bəyimsarov, Sançoban kurqanı materiallar ilə birlikdə həmin dövrdə ibtidai cəmiyyətin dağıl­ması və sinifli cəmiyyətin formalaşmasını, “hərbi demokratiya” deyilən mərhələnin bərqə­rar olmasını göstərən danılmaz faktlardır.

Yuxanda yazılanlara yekun vuraraq qeyd etmək lazımdır ki, Qarabağda göstərilən dövrlə­rə aid hələ öyrənilməyən abidələr çoxdur. Bura­da yalmz bu vaxta qədər qazıntılar aparılıb öy­rənilən abidələrdən qısa şəkildə bəhs olunmuş­dur. Qarabağ ərazisində çoxsaylı qeydə alman, lakin hələ arxeoloji cəhətdən öyrənilməyən abi­dələr daha çoxdur. Heç şübhəsiz onlar özlərində hələlik çoxlu açılmayan sirrlər saxlayırlar.

e.ə VII-IV əsrlər dövründə siyasi hadisələr və dövrün abidələri

E.ə VII-IV əsrlərdə Ön Asiyada, Cənubi Qafqaza, o cümlədən Azərbaycanda bir sıra si­yasi və sosial-iqtisadi dəyişdiklər baş verdi. Şübhəsiz bu dəyişiklikləri həmişə Azərbayca­nın ayrılmaz hissəsi olan Qarabağa da aid et­

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 12: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

Azərbaycan MEA-nın Xəbərləri. İctimai elmlər seriyası, 2017, №3 15

mək lazımdır. Bu dövrdə dəmirdən geniş isti­fadə Cənubi Qafqazda da sosial-iqtisadi inkişafı daha da sürətləndirdi. Dəmirdən daha keyfiy­yətli əmək alətləri və silahlar hazırlanırdı. Belə alətlər daha çox məhsul istehsal etməyə imkan verirdi. Bu dövrdə Şimali Azərbaycanda da sinifli cəmiyyət və dövlətin yaranması üçün tam sosial-iqtisadi baza yarandı. Qafqazda və Ön Asiyada baş verən siyasi hadisələrdə bu prosessə öz təsirini göstərdi.

Qədim yazılı mənbələrdə qeyd olunur ki, e.ə VII əsrin 1-ci yarısında şimaldan köçəri skif tayfaları Qafqaz dağları onların sağ tərəfində olmaqla, yəni Dərbənd keçidindən keçərək Kaspi dənizinin Qərb sahilləri boyu cənuba hərəkət etdilər.

E.ə. V əsrdə yaşayan yunan tarixçisi He­rodot yazır ki, onlar burada (mətndən belə ay­dın olur ki, indiki Azərbaycan Respublikasının yerləşdiyi Cənubi Şərqi Qafqazda) midiyalılarla vuruşaraq onları məğlub etdilər. (Her.1,104, 106). Herodotun yazdığından belə məlum olur ki, o zaman Cənubi Şərqi Qafqaz e.ə VII əsrin 70-ci illərində yaranan Midiya dövlətinin nəza­rəti altında idi. Herodotun bu hadisələrlə əlaqə­dar məlumatından aydın olur ki, e.ə VII əsrə skiflər cənuba doğru bir neçə dəfə yürüş edir və əvvəlcə onlarda midiyalara qoşulur. (Her.I, 104). Lakin Assuriya hökümdarı Asarxaddon öz qızım skiflərin başçısı Partatuaya ərə verib, onunla qohum olur. Bununla əlaqədar skiflər midiyalılardan ayrılır. Lakin, görünür midiya­lılar assurlarla mübarizəni davam edərək onlara tabə olmurlar.

E.ə VII əsrin ortalarında assurlar Midiyanı özlərinə tabe etmək üçün yenidən onlarla vuru­şurlar. Bu zaman yenidən skiflərin Cənubi Qaf­qazda adlan çəkilir. Görünür, bu yürüş onların bu əraziyə yeni yürüşü idi. Bu dəfə skiflər assurlann müttəfiqi kimi midiyalılarla vuruşur. Midiya hökmdarı Fraorta-Kaştariti iki cəbhədə vuruşaraq məğlub olur və bundan sonra Hero­dotun məlumatına görə (Her.I, 106) skiflər burada öz padşahlıqlarını yaradaraq 28 il(e.ə. 653-625)Ön Asiyada ağalıq edirlər. Tədqiqat­çılar bu ağalığın 28 il davam etdiyini yazırlar [37, s. 220].

Onlar skif padşahlığım Urmiya gölündən şimalda, əsasən indiki Azərbaycan Respublika­sının ərazisində lokalizə edirlər [21, s. 339- 340]. Doğurdan da Azərbaycan ərazisində ar­xeoloji qazıntılar zamanı skiflərin mədəniyyəti ilə əlaqədar silahlar, tunc güzgülər tapılır. Bu tapıntılar və yunan tarixçisi Herodotun məlu­matı əsasında arxeoloqlar qədim Azərbaycan­dakı e.ə I minilliyin VII-IV əsrlərinə aid abi­dələrin tədqiqi ilə məşqul olarkən skif proble­minə dəfələrlə toxunmuşlar. Bu problemə ümu­miləşdirilmiş əsərlər və ayrı-ayrı məqalələr həsr olunmuşdur [10;38].

Herodot yazır ki, Skiflər Qafqaz dağları sağda olmaqla (yəni Dərbənd keçidindən ke­çərək) Cənubi Qafqaza daxil oldular və burada midiyalarla vuruşdular. Tədqiqatçılar haqlı ola­raq hesab edirlər ki, döyüş indiki Azərbaycan Respublikasının ərazisində olmuşdur [33, s. 245]. Deməli, hələ o zaman, Cənubi-Şərqi Qaf­qaz (indiki Azərbaycan Respublikasının ərazisi) Midiyanın nəzarəti altında idi [13, s. 43-44]. Şübhəsiz, Azərbaycanın Qarabağ bölgəsi də bu əraziyə daxil idi.

Herodot yazır ki, Midiya padşahı Kiaksar (e.ə 625-585-ci illər) skifləri qonaq çağırıb içirtdi və onları öldürtdü, qalan skifləri ölkədən qovdu və nəticədə yenidən Midiyanın əvvəlki tam hökmranlığım bərpa etdi. Deməli, Cənubi- Şərqi Qafqazda yaranan skif padşahlığının əra­zisində yenidən Midiya dövlətinin hakimyyəti bərpa olundu. Mənbələr bu hadisənin e.ə VI əsrin 90-cı illərində baş verdiyini göstərir.

E.ə 553-cü ildə Midiyanın tabeliyində olan, Fars vilayətinin hökümdarı Əhəmənilər nəsilin­dən olan II Kuruş üsyan qaldıraraq üç ildən sonra axrıncı Midiya padşahı Astiaqı (mənbələ­rin məlumatına görə, Kuruş ana tərəfdən Astia- qın nəvəsi idi) hakimiyyətdən salaraq Əhəmə­nilər dövlətini yaratdı. Bu dövlətin ilk padşah­ları II Kuruş (e.ə 550-530), onun oğlu Kambis (530-523), I Dapa (e.ə 522-486) bu dövləti nə­həng imperiyaya çevirdilər. Bu imperiya qərbdə Misir daxil olmaqla Şimali-şərqi Afrikadan, şərqdə Hindistana qədər, cənubda Hind okeanı və İran körfəzindən şimalda Böyük Qafqaz dağlarına qədər böyük ərazini əhatə edirdi. He­rodotun məlumatına görə Şimalda Əhəməni-

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 13: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

16 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3

lərin hakimiyyəti Qafqaz dağlarına qədər çat­dırdı (Her.III,97).

Əvvələr güman edilirdi ki, Cənubi Qaf­qazda Əhəmənilərin ağalığı nominal səciyyə daşımışdır. Məntiqi cəhətdən bu belə olmamalı idi. Bu ərazi Əhəmənilər İmperiyası üçün stra­teji əhəmiyyət daşıyırdı [27, s. 68]. Belə ki, bu ərazidən şimal köçəriləri cənuba doğru talançı yürüşlər təşkil edirdilər.

1958-ci ildə Azərbaycanın Qazax rayonun­da Santəpə adlı abidədə Əhəmənilər mədəniy­yəti üçün səciyyəvi olan 2 ədəd daş sütun altıla­rı ilə bina qalıqları aşkar edildi [33, s. 162-164]. Eyni ilə belə sütun altılıqları Əhəmənilər İmpe- ryiasımn mərkəzi şəhərlərindən olan Persopol- dan məlum idi.

XX əsrin 90-cı illərində Gürcüstan-Alma­niya arxeoloji ekspedisiyası Şərqi Gürcüstanda Qumbati adlı yerdə beş ədəd sütün altılıqları ilə Əhəmənilər dövrü üçün saciyyəvi olan bina qa­lıqlarını aşkar etdi[41]. Elə bu tapıntılar, o za­man Cənubi Qafqazın Əhəməni mərkəzi haki­miyyətinin diqqət mərkəzində olduğunu sübut edir. Cənubi Qafqazda Əhəmənilər dövründə inzibati mərkəz kimi istifadə olunan çox geniş ərazini əhatə edən böyük yaşayış yeri Azərbay­canın Şəmkir rayonunun Qaracəmirli kəndi ya­xınlığında Kür çayının sağ sahilində aşkar edil­mişdir. Burada 2006-cı ildən Beynəlxalq Azər­baycan-Almaniya arxeoloji ekspedisiyası bu yazının müəlliflərindən biri olan İlyas Babyevin rəhbərliyi ilə arxeoloji qazıntılar aparır.

Qazıntılar nəticəsində burada çox geniş ərazidə böyük ictimai binaların qalıqları aşkar edilmişdir. Onlardan birinin 51 Om ölçülərində giriş binası (propleyası) hasarla əhatə edilən ge­niş həyəti və əsas binası olmuşdur. Əsas bina­nın 8x25 m ölçülərində iki sırada 12 sütunu olan portiki, 675m2 sahəsi olan 36 sütünlu zalı, digər çoxlu sütunlu zalları və uzun koridorları olmuşdur, (şək.13-16) Təkcə bu kompleks pro- pleya, həyət və əsas bina ilə birlikdə 20 hektara qədər sahəni əhatə edir. Bu saray kompleksi öz möhtəşəmliyi ilə Əhəmənilər İmperiyasının mərkəzi şəhərləri olan Pasarqad, Suz və Perso- polda tikilən şahanşahlarm saraylarını xatırladır (şək. 13-14). Görünür, Satrap iqamətgahı kimi istifadə olunan bu inzibati mərkəzdən bütün

Cənubi Qafqaz idarə olunmuşdur [41, s. 291 - 330; 40, s. 136-139]. Bu abidələrin tədqiqi, mövcud olan qədim yazılı mənbələr göstərir ki, Cənubi Qafqaza Əhəmənilər xüsusi əhəmiyyət vermişlər. Burada adi nominal aslılıqdan söbət gedə bilməz.

Əhəmənilər dövründə Cənubi-Şərqi Qafqaz tayfalarının vahid bir inzibati bölgədə, bir döv­lətin tərkibində yaşamaları, onların birləşməsi üçün əlverişli şərait yaratmışdır. E.e I minilliyin ortalarında bu ərazidə Kaspi tayfalarının adı çə­kilmişdir. Görünür, o zaman burada yaşayan di­gər tayfalar da bu birliyə daxil idilər. Həmin dövrdə bu ərazidə alban tayfalarının birləşməsi prosesi də getmişdir.

Əhəmənilər İmperiyası Makedoniyalı İs- kəndərin Şərqə yürüşü nəticəsində e.ə 330-cu ildə süqut etmişdir. E.ə 331-ci ildə Makedoni­yalı İskəndərlə Əhəmənilərin şahanşahı III Dara arasında axrmcı həlledici Qavqamela döyüşün­də albanların ordu hissinin iştirak etdiyini gös­tərirlər. Flavi Arrian İskəndərin Şərqə yürüşünə həsr etdiyi «Anabazis» əsərində yazır ki, bu dö­yüşdə alban ordu hissəsi III Daramn ordusunun tərkibində bilavasitə İskəndərin özünün başçılıq etdiyi cianaha qarşı vuruşurdu (Arr., Anab, III, II, 13). Bu məlumat göstərir ki, bu dövrdə artıq Cənubi-Şərqi Qafqazda yaşayan tayfalar alban­lar adı altında birləşmişdilər.

Bu döyüşdən az sonra e.ə 330-cu ildə Əhəmənilər İmperiyası süqut etdi. E.ə. IV-b.e. III əsrlər dövründə Cənubi-şərqi Qafqazda baş verən siyasi hadisələr Qafqaz Albaniyası dövlə­tinin yaranması, ərazisi və onun arxeoloji abi­dələri bu zaman indiki Azərbaycan ərazisində iki dövlətin: şimalda Qafqaz Albaniyası, cənub­da isə Atropatena dövlətlərinin yarandığını sü­but edir. Qafqaz Albaniyası indiki Şimali Azər­baycan ərazisində ilk müstəqil dövlət idi [40, s. 46]. Bu dövlətin ərazisinə indiki Azərbaycan Respublikasının çox böyük hissəsi, o cümlədən Qarabağ, Cənubi Dağıstan, Şərqi Gürcüstanın xeyli hissəsi (Jori və Alazan çayları vadiləri) daxil idi.

Yaranan vaxtdan (e.ə IV əsrin 20-ci illə­rində) y.e. V əsrinin ortalarına qədər bu qədim Azərbaycan dövlətinin paytaxt şəhəri Qəbələ idi. Albaniyanın böyük ordusu, çoxlu şəhərləri

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 14: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

Azərbaycan MEA-nın Xəbərləri. İctimai elmlər seriyası, 2017, №3 17

var idi [40]. Qarabağın bütün ərazisi də bütün dövrlərdə Albaniya dövlətinin tərkibinə daxil idi. Ağdam rayonundakı Govurqala (R.Göyü- şov), Ağcabədi rayonu ərazisində yerləşən möhtəşəm Qalatəpə (T.Əliyevin tədqiqatları), habelə Beyləqan rayonu ərazisində xarabalıq­ları qalmış Təzəkənd (Paytakaran-Balasakan- Yunan)yaşayış yerləri də bunu sübut edir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

12. Бабаев И.А К вопросу о возникнове­нии государства Албании (Кавказской). Изв. АН Азерб. ССР, 1976, №4 с 40-51.

12а. Города Кавказской Албании в IV в до н.э - по III в н.э, Баку, 1990.

13. Бабаев И.А О времени установления Мидийско-Ахеменидского господства на Южном Кавказе и отражении его на памят­никах материальной культуры этого региона // Международная научная конференция. Археология и этнология Кавказа. Тбилиси, 2002.

1. Azərbaycan Arxeologiyası (Ə.Cəfərovun müəllifliyi və redaktəsi ilə) I cild. Daş dövrü. Bakı, 2008.

2. Babayev İ, Qaqoşidze Y, Knauss F Azərbaycan-Almaniya-Gürcüstan Beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyanın çöl tədqiqat işləri haqqında // Azərbaycanda ar­xeoloji tədqiqatlar. Bakı, 2008 s. 136-139 və s.

3. Cəfərov H.F. Borsunluda ilk tunc dövrü kurqanı. Azərb. SSR EA Xəbərləri (tarix, fəl­səfə və hüquq seriyası). 1985, №3.

4. Cəfərov H.F. Qarabağda tunc dövrünə aid yeni abidə. Azərb. SSR EA Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1987, №3.

5. Cəfərov H.F. Azərbaycan e.ə. IV minil­liyin axırı-I minilliyin əvvəllərində. Bakı, Elm, 2000.

6. Cəfərov H.F. Xocalı arxeoloji abidələr kompleksləri: I qrup kurqanlar // Azərbaycan arxeologiyası. Bakı, 2016, № 1.

7. Hüseynov M. Azərbaycan arxeologiyası. Daş dövrü. Dərs vəsaiti. Bakı, 1975.

8. Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Bakı, 1959.

9. Müseyibli N.Ə. “Ön Asiya Qafqaz xal- kolitində Leylatəpə mədəniyyəti”. T.ü.e.d. adı almaq üçün dissertasiyanın avtoreferatı. Bakı, 2016.

14. Вейссенгоф С. Сведения о Мильской степи // Известия Кавказского общества Ис­тория и археология. Тифлис, 1884, T. 1, вып. И.

15. Гуммель Я.И. Раскопки в Нагорно- Карабахской Автономной области, в 1938 г. // Изв.Аз.ФАН ССР, 1939, №4.

16. Гуммель Я.И. Некоторые памятники раннебронзовой эпохи Азербайджана. КСИИМК, 1948, вып. XX.

17. Гусейнов. М. Древний палеолит Азербайджана. Баку, 2010.

18. Джафаров А.Г. Мустьерская культу­ра Азербайджана. Баку, 1983.

19. Джафаров Г.Ф. Курган у сел. Беим- саров в Азербайджане. «Российская Архео­логия». М., 1992, №2.

20. Джафаров Г.Ф. Курган эпохи позд­ней бронза вблизи Сарычобана «Российская Археология». М., 1993, №3.

21. Дьяконов И.М История Мидии. С древнейших времен до конца IV в. до н.э. Москва-Ленинград, 1956.

22. Ивановский А.А. По Закавказью. МАК, М.,1911, вып. VI.

23. Иессен А.А. Раскопки большого кургана в урочище Уч-тепе. МИА СССР. №125. М.-Л., 1965.

10. Алиев И. О скифах и скифском цар­стве в Азербайджане. Переднеазиатский сборник. Москва, 1979. Т. III.

11. Алиев Ф.М Азербайджан в XVIII в.

24. Исмаилов Г. Раннебронзовая культу­ра Азербайджана. Автореф. док.дис. Тбили­си, 1983.

25. Исмаилзаде Гудрат. Азербайджан вИсторическая география АяррКяйтгж-яня Бя- гигтему раннебронзовой культурной общ- ку, 1987. РгеАЮевдпКавказа. Баку, 2008.

İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 15: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

18 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3

26. Кушнарева К.Х. Поселение эпохи бронзы на холме Узерлик-тепе около Агда- ма. МИА №67, М.-Л., 1957.

27. Левиатов В.Н Азербайджан с V в до н.э - по III в н.э Изв.АН Азерб. ССР, 1950, №1.

28. Материалы и Исследования по Ар­хеологии СССР. № 67,М.-Л., 1957.

29. Материалы и Исследования по Ар­хеологии СССР. №125, М.-Л., 1965.

30. Мещанинов И.И. Краткие сведения о работах археологической экспедиции в Нагорный Карабах и Нахичеванский Край снаряженной в 1926 Баку, году Обществом изучения Азербайджана. Сообщ. ГАИМК. Ленинград, 1926, № 1.9.

31. Мирза Адыгезал Бек. Карабагнаме. Баку, 1950.

32. Мунчаев Р.М Урукская культура (Месопотамия) и Кавказ // Археология , Эт­нография и фольклористика Кавказа. Махач­кала, 2007.

33. Нариманов И.Г Находки баз колонн V- IV вв. до н.э в Азербайджане // Советская археология, 1960, №4.

34. Нариманов И.Г. Культура древней­шего земледельческо-скотоводческого насе­ления Азербайджана. Баку, 1987.

35. Нариманов И.Т, Ахундов Н.Т. Лей- латепе. Поселение, традиция, этап в этно­культурной истории Южного Кавказа. Баку, 2007.

36. Рахмани А.А Азербайджан: границы и административное деление в конце XVI- XVII вв. // Историческая география Азер­байджана. Баку, 1987.

37. Хазанов А.М Социальная история скифов. Москва, 1975.

38. Халилов Дж.А. Археологические на­ходки «скифского» облика и вопрос о Скиф­ском Царстве на территории Азербайджана. // Проблемы скифской археологии. Москва, 1971.

39. Эфендиев О.А. Территория и грани­цы Азербайджанских государств в XV-XVII вв. // Историческая география Азербайджа­на. Баку, 1987.

40. Babayev İ, Knauss F, Qaqoşidze Y, Ein Perserbau in Azərbaydzan // Ausqrabung auf dem İdeal Təpə bei Karacamirli.2006 // Ar- chaologishe Mitteilungen aus İran und Turan. Band 38, Berlin, 2006.

41. Furtwängler A, Knaus F, Gumbati 1995. Archäologische Expedition in Kachetien 2 Vorlericht Eurasia Antiqua 2, 1996.

SUMMARY

Ilyas Babayev, Hidayat Jafarov, Diana Jafarova

Archaeological monuments of Karabakh from ancient times to the 4th century AD

Key words: Azerbaijan, Karabakh, monuments, chronology, artifactsDue to a favorable climate and a rich ecological environment, Karabakh was one of those re­

gions of the Caucasus where the Anthropogenesis process took place.They are related Ancient Stone Age (Azikh, Taghlar, Zar, Shusha). Later, both the plains, foot­

hill and high-mountain zones were populated. Particularly intensive population was settled in the era of the Eneolithic and Bronze Age (monuments of Chalaghantepe, Ilanlitepe, Leylatepe, Uch- tepe, Garakopektepe, Borsunlu, Sarichoban, etc.).

Archaeological research has proved that in the Ahamanilar and the ancient periods there was also an intensive settlement.

XƏBƏRLƏR • TRANSACTIONS • ИЗВЕСТИЯ

Page 16: UOT 902 İLYAS BABAYEV (AMEA Arxeologiya və Etnoqrafiya ... · 4 Известия НАН Азербайджана. Серия общественных наук, 2017, №3 UOT 902

Azərbaycan MEA-nın Xəbərləri. İctimai elmlər seriyası, 2017, №3 19

РЕЗЮМЕ

Ильяс Бабаев, Гидаят Джафаров, Диана Джафарова

Археологические памятники Карабаха с древнейших времен до IV века нашей эры

Ключевые слова: Азербайджан, Карабах, памятники, хронология, артефактыКарабах благодаря благоприятному климату и богатой экологической среде был одним

из тех регионов Кавказа, где произошел процесс антропогенеза. Самые древние памятники Карабаха относятся к древнекаменному веку (Азых, Таглар, Зар, Шуша). В последующем происходило заселение как равнинной, так и предгорной и высокогорной зон. Особо интен­сивно было заселение в эпоху энеолита и бронзы (памятники Чалагантепе, Иланлытепе, Лей- латепе, Учтепе, Гаракопектепе, Борсунлу, Сарычобан и т.д.).

Археологическими изысканиями установлено, что в Ахеменидский и античный периоды здесь также происходило интенсивное заселение Карабаха.

XƏBƏRLƏR TRANSACTIONS • ИЗВЕСТИЯ