Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə...

20
Tur Heyerdal və Azərbaycan Bakı konfransı, 26-29 oktyabr 2011-ci il

Transcript of Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə...

Page 1: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

Tur Heyerdal və Azərbaycan

Bakı konfransı, 26-29 oktyabr 2011-ci il

Page 2: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

2

Wikipedia (http://en.wikipedia.org/wiki/File:Viking_Expansion.svg)

Page 3: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

3

Müqəddimə Tədqiqatçı, yazıçı və antropoloq kimi uzun bir peşə yolu keçmiş Tur Heyerdal iyirminci əsrdə yaşamış bəlkə də ən məşhur norveçlidir. O, həmişə işinə aid müxtəlif elm sahələri arasındakı sərhədlərin hüdudlarını ötüb keçmişdir. Onun bütün həyatını ölkələr və mədəniyyətlər arasındakı, elm sahələri arasındakı, mümkün olanlarla mümkün olmayanlar arasındakı sərhədləri keçən bir həyat kimi təsvir etmək olar. Çox güman ki, o, tarixin ən qədim dövründə yaşamış xalqların böyük məsafələr qət etmək iqtidarında olduqlarını göstərmək məqsədilə qədim eskizə əsaslanan salların və ya qayıqların üzərində qitələrarası səyahətləri nəzərdə tutan ekspedisiyaları ilə daha çox tanınmışdır. Onun tədqiqata münasibətini aşağıdakı kimi ümumiləşdirmək olar:

Qədim əsatirlər və nağıllar tarixi faktlara əsaslanır və onlardan keçmişi işıqlandırmaq üçün istifadə oluna bilər və olunmalıdır.

Ideyaları ofisdə oturub nəzəri cəhətdən əsaslandırmaqdansa, ən yaxşısı real həyatda sınaqdan keçirməklə yoxlamaq olar.

Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı araşdırarkən normal elmi hüdudları aşaraq əməkdaşlar axtarmaq lazım gəlir. Müxtəlif ölkələrdən olan və müxtəlif ənənələrə mənsub tarixçilər, arxeoloqlar və digər mütəxəssislər bir elm sahəsinin təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan mövzuları əməkdaşlıq sayəsində işıqlandıra və buraya öz xüsusi biliklərini əlavə edə bilərlər.

Ümumi fikir belədir ki, qədim xalqlar öz sözlərini demiş bir çox alimlərin düşündüklərindən daha uzaq məsafələr qət etmiş və əlaqələr qura bilmilər.

Heyerdal bir neçə dəfə Azərbaycana gəlmiş və həyatının son illərini Qafqaz və Skandinaviya arasında qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işə həsr etmişdi. Bu konfrans Heyerdalın ideyalarını müzakirə etmək və bu regionlar arasındakı əlaqələri işıqlandırmaq üçün müxtəlif sahələrdən olan alimləri bir araya gətirir.

Page 4: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

4

Çərşənbə, 26 oktyabr

Tədbirin keçiriləcəyi yer: Azərbaycan Dillər Universiteti (ADU)

Açılış mərasimi

Moderator : Səməd Seyidov 10:00 Konfransın açılışı - ADU-nun rektoru Səməd Seyidov və Oslo

Universitetinin kafedra müdiri Bente Kristensen Salamlamalar: Təhsil naziri Misir Mərdanov, Ekologiya naziri

Hüseyn Bağırov, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev və Norveçin Azərbaycandakı səfiri Erlinq Şönsberq

Təbrik nitqləri: Oğul Tur Heyerdal və Oslodakı Kon-Tiki muzeyinin direktoru Maya Bəugen

Statoil-un Azərbaycan üzrə meneceri Laş Troen Sörensen təbrik nitqi

Betty Bler, kitab təqdimatı: Tur Heyerdal: Sərhədləri aşaraq, Dənizləri aşaraq. Azərbaycanla əlaqələr (2011)

Mövzu 1: Tor Heyerdal: Təqdimat Moderator: Yun Ramberq 11:00 Krister D. Dotland: Tur Heyerdal – Qısa müqəddimə 11:10 Oğul Tur Heyerdal: Atam Tur Heyerdal 11:40 Qarabağlı Saleh Bəy: Tur Heyerdal – Dünya mədəniyyətinin korifeyi 12:10 Qorxmaz Mustafayev: Tur Heyerdal – Varyağların köklərinin izi ilə 12:40 Maya Bəuge: Kon-Tiki muzeyi: Sözlərlə və şəkillərlə təqdimat 13:00 Nahar 14:00 Müzakirələr: Heyerdal Azərbaycanda: Jaklin Ber Heyerdal, Ture

Seyerstad, Zaza Aleksidze və (moderator) Betti Bler Mövzu 2: Heyerdalın “Odin nəzəriyyəsi”nin tarixçəsi 14:40 Yun Günnar Yörgensen: Snorri və Odin nəzəriyyəsinin mənşəyi 15:10 Fərəh Cəlil: Skandinav və Azərbaycan epik poeziyası: Müqayisəli

qeydlər 15:40 Halvard Byörgüm: Dərin melodiyalar: Azərbaycan və Norveç xalq

musiqisi arasında əlaqə axtarışı 19:30 Səfir Ərlinq Şönsberqin iqamətgahında nahar və kiçik konsert

(dəvətnamə ilə): norveçli skripka ifaçısı Halvard Byörgüm və Azərbaycanlı kaman ustası Elşən Mansurov

Page 5: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

5

Cümə axşamı, 27 oktyabr

Tədbirin keçiriləcəyi yer: Qobustan, Qərb Universiteti

Mövzu 3: “Odin nəzəriyyəsi” –Arxeoloji sübut 08:00 Avtobusla Diplomat otelindən Qobustana səfər (Süleyman Rəhimov,

küç.185) (iştirak məhduddur, dəvətnamə ilə) 09:30 Məlahət Fərəcovanın iştirakı ilə qayaüstü rəsmlərə səyahət

Roma yazılarına səyahət (eramızın I əsri) 11:30 Avtobusla Bakıya (Qərb Universiteti) dönüş 13:00 Nahar Moderator: Urxan Ələkpərov 14:00 Hüseyn Bağırov: Tur Heyerdal: Tədqiqatçı, müəllif, kosmopolit,

ətraf mühitin fəal müdafiəçisi 14:20 Məlahət Fərəcova: Qobustan qayaüstü incəsənəti, mədəni landşaftı 14:40 Anna-Sofi Hügen: Qayıq və cəng arabası tunc dövrünün maddi

obyektləri və rəmzi motivləri kimi 15:10 Knüt Helskoq: Qayaüstü təsvirlər Skandinaviyanın sahilyanı

ərazilərində və Xəzər sahili ərazilərdə qayıqlar, kommunikasiya və həyatın mövcudluğunun sübutu kimi

15:30 Suallar, müzakirələr 16:00 Çay fasiləsi 16:30 Qoşqar Qoşqarlı: Heyerdal və Azərbaycanda arxeologiya 17:00 Nazim Bababəyli və İsa Həbibbəyli : Alta (Norveç) və Gəmiqayada

(Azərbaycan) qayaüstü rəsmlərin oxşar motivləri haqqında 17:30 Müzakirələr: Azərbaycan və Norveçdə qayaüstü rəsmlər – onlar nə

qədər oxşardır? 18:00 Qərb Universitetində Oğul Tur Heyerdala Qərb Universiteti

tərəfindən Fəxri Doktor diplomunun təqdim edilməsi mərasimi 18:30 Bakı Tarix Klubu: Oğul Tur Heyerdal: Atam Tur Heyerdal 20:00 Qərb Universiteti və Ekologiya Nazirliyi tərəfindən verilən şam

yeməyi (dəvətnamə ilə)

Page 6: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

6

Cümə, 28 oktyabr

Tədbirin keçiriləcəyi yer: Azərbaycan Dillər Universiteti

Mövzu 4: Heyerdalın müxtəlif aspektlərdən tədqiq edilən işi Moderator: Vibeke Roggen 10:00 Nazim İbrahimov: Kon-Tiki adamından və onun kitablarından

ilhamlanaraq 10:20 Afət Sadıqoğlu Məmmədov: Nə üçün Tur Heyerdal Azərbaycanda bu

qədər yaxşı tanınır və belə məşhurdur? 10:40 Bente Kristensen: Heyerdal müəllif kimi 11:10 Betty Bler, kitab təqdimatı. Tur Heyerdal: Adəmin izləri ilə, xatirələr,

azərbaycan dilinə tərcümə (2011) 11.20 Çay fasiləsi 11:50 Vaqif Aslan: Azərbaycan Norveç mifik düşüncə tərzi: Müqayisə və

parelelər 12:10 Robert Mobili: Tur Heyerdal və Udinlər Mövzu 5: “Odin nəzəriyyəsi”- Metodologiya və müxtəlif yanaşmalar Moderator: Bente Kristensen 12:30 Rüt Vatvet Fyel: Heyrdalın linqvistik sübutları: Nə üçün tənqid

edilirdi? 13:00 Vibeke Roggen: Snorri ilə Heyerdal arasında: Odin nəzəriyyəsi

1700-cü illərdə 13:30 Yun Ramberq, kitab təqdimatı: Öystein Kok Johansen: Tur Heyerdal:

alim, macəraçı, insan (2003) 13:40 Nahar 14:30 Roni Qallager: Buzlaşma dövründə Ponto Xəzərin qalxması və

enməsi: Qədim dənizçilər və Asiya Aralıq dənizi 15:00 Fərda Əsədov: Skandinaviyalılar VIII əsr – IX əsr əvvəlində Xəzər

dənizinə üzərək gəlmişdilərmi? 15:30 Siv Kristoffersen: Uzun yol: metal əsərlər üzərində heyvan

fiqurlarının miqrasiya motivləri 16:00 J. Byörnar Sturfyel: Skandinaviyalılar Skifiyada: Snorrinin Tur

Heyerdal tərəfindən şərhi arxeoloqun kürəkciyi ilə yoxlanılıb 16:30 Sergey Lukyaşko: Tur Heyerdalın Azov işi 17:00 Çay fasiləsi 17:30 Yekun müzakirələr: Tur Heyerdalın Azərbaycanla Norveç arasında

qədim əlaqələr barədə nəzəriyyəsi. Moderator: Krister D.Dotland 18:30 Konsert 21:00 Azərbaycan Dillər Universitetinin təşkil etdiyi şam yeməyi

(dəvətnamə ilə)

Page 7: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

7

Şənbə, 29 oktyabr

Tələbələr, müəllimlər və geniş auditoriya üçün:

Konfrans iştirakçılarının mühazirələri

Tədbirin keçiriləcəyi yer: Azərbaycan Dillər Universiteti

Moderator: Erik Yuriks 10:00 Vibeke Roggen: Heyerdalın Azərbaycan və Norveç arasındakı

münasibətlərə dair nəzəriyyəsi – konfransın nəticələrindən 10:20 Oğul Tur Heyerdal: Atamın addımları təfsilatı ilə 11:20 Yun Ramberq: Şərqin Vikinqləri 12:00 Məlahət Fərəcova, Anna-Sofi Hügen və Knüt Helskoq: Qobustan

qayaüstü təsvirləri – Azərbaycanın qüruru 12:40 Mətbuat və auditoriyanın sualları

Müzakirələr 13:30 Nahar

Beynəlxalq qonaqlar üçün (könüllü)

09:00 Avtobusla Yanar dağa və Atəşgaha səyahət, bələdçi ilə Bakıda gəzinti: İçəri şəhər və Qız qalası

13:30 Nahar. Ünvan: Azərbaycan Dillər Universiteti

Page 8: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

8

MƏRUZƏÇİLƏRİN VƏ MÖVZULARIN TƏQDIMATI ZAZA ALEKSIDZE, BAŞ ELMİ MƏSLƏHƏTÇİ, ƏLYAZMALAR İNSTİTUTU, TBİLİSİ MÜSAHİBƏDƏ İŞTİRAK Professor Zaza Aleksidze 5-ci əsr Qafqaz Albaniyasına məxsus əlyazmasını oxumuşdur. O, bu abidəni Misirdə Sinai dağındakı Müqəddəs Katerin Monastrında aşkar etmişdi. Heyerdal bu yazıya olan marağından Tbilisidə onunla görüşmüşdü. VAQIF ASLAN, BAŞ MÜƏLLIM, AZƏRBAYCAN MÜƏLLIMLƏR İNSTITUTUNUN ŞƏKI BÖLMƏSI HEYERDALIN ŞƏKIDƏKI IŞLƏRI Azərbaycana son səfərləri zamanı Tur Heyerdal demişdir ki, bir çox Norveçlilər Snorrinin Edda əsərində yazdığı kimi özlərinin əcdadlarının azərbaycanlı olduğunu zənn edirlər. Bu çıxışda Eddadakı mətnlərə, Tur Heyerdalın nitqlərindəki məlumata, tədqiqat işlərindəki fakt və arqumentlərə, eləcə də Azərbaycan düşüncə tərzindəki mifik anlayışa və Azərbaycan dilində mövcud olan deyimlərə, ifadələrə istinadən müqayisələr aparılır, paralellər gətirilir və təhlillər edilir. Eddadakı və Azərbaycan dilindəki tanrıların, ilahələrin, adi insanların, ağacların, bulaqların adlarının və toponimlərin arasındakı müqayisə bu fikri dəstəkləyir. Müəllif Azərbaycan-Norveç mifik düşüncələrindəki oxşarlıqlara onların genetik köklərindəki yaxınlığın nəticəsi kimi baxır. NAZIM BABABƏYLI, COĞRAFIYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU VƏ İSA HƏBIBBƏYLI, FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESOR, NAXÇIVAN DÖVLƏT UNIVERSITETININ REKTORU ALTADA (NORVEÇ) VƏ GƏMIQAYADA (AZƏRBAYCAN) QAYAÜSTÜ YAZILARDA MÖVZULARIN OXŞARLIĞI Oxşar motivləri olan qayaüstü yazılara Anadoludan Təkləməkana qədər və Skandinaviyadan Koreyaya qədər rast gəlmək mümkündür. Bu qayaüstü yazılardakı motivlər Skandinaviyada (Alta, Komsa, Tennese və Saam) və Kiçik Qafqazda (Zəngəzur, Paragöl, Zalxagöl, Pəriçınqıl və Gəmiqaya) dörd əsas qrupa bölünə bilər: ictimai, həyat tərzi, iqtisadi və ovçuluq. Məsələn: maral motivlərinə bütün ərazilərdə, hətta maral olmayan yerlərdə də rast gəlmək olar ki, bu da oxşar mədəniyyətin göstəricisidir.

Page 9: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

9

HÜSEYN BAĞIROV, PROFESSOR, EKOLOGIYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZIRI TUR HEYERDAL: TƏDQIQATÇI, MÜƏLLIF, KOSMOPOLIT, ƏTRAF MÜHITIN FƏAL MÜDAFIƏÇISI Professor Bağırov tarix üzrə müdafiə etmişdir və Qərb Universitetinin rektoru olmuşdur. MAYA BƏUQE, KON-TIKI MUZEYININ DIREKTORU, OSLO SÖZLƏRLƏ VƏ ŞƏKILLƏRLƏ TƏQDIMAT Bu, Kon-Tiki muzeyinin Tur Heyerdalın həyat və yaradıcılığına həsr etdiyi qısa təqdimatdır. Əvvəldə onun uşaqlıq dövrü, təhsili və özünün miqrasiya nəzəriyyəsinin üzərində işinə başlayanadək maraqlarından bəhs edilir. O inanırdı ki, qədim sivilizasiyalar hələ Kolumbdan çox-çox əvvəl qayıqlar qurmaq və böyük okeanlarda səyahət etmək haqqında biliyə malik olmuşlar. Belə əlaqələrə aid çox işarələr edilmişdi, amma real sübutlar yox idi. Sakit okeandakı Kon-Tiki ekspedisiyası, həmçinin qamış qayıqlarla Atlantik və Hind okeanlarındakı ekspedisiyalar belə əlaqənin mümkünlüyünü sübut etdi. İster adasındakı arxeoloji qazıntılar onun nəzəriyyəsini dəstəklədi. Bu təqdimat diqqəti həmin 3 ekspedisiyaya və Kon-Tiki muzeyinə yönəldir. QARABAĞLI SALEH BƏY, PROFESSOR TUR HEYERDAL – DÜNYA MƏDƏNIYYƏTININ KORIFEYI “Dünyanın taleyi” (rusca) kitabında Professor Saleh bəy bəşəriyyət üçün ən vacib məsələləri və onun inkişafına böyük töhfələr verən insanları müəyyən-ləşdirməyə çalışır. Dünya elm və mədəniyyətinin yaradıcıları olan 44 korifeyin arasında üç norveçli də var: Fridtyof Nansen, Roal Amundsen və Tur Heyerdal. Heyerdalın Azərbaycanla Norveç arasındakı əlaqələrə dair işləri xüsusi maraq kəsb edir. BETTI BLEYR, AZƏRBAYCAN İNTERNASIONAL JURNALININ REDAKTORU KITABIN TƏQDIMATI: TUR HEYERDAL: SƏRHƏDLƏRI AŞARAQ, DƏNİZLƏRİ AŞARAQ. AZƏRBAYCANLA ƏLAQƏLƏR (2011) Iki dildə yazılmış bu kitab Tur Heyerdalla bağlı - onun səyahətləri, nəzəriyyələri və maraqları ilə bağlı Azərbaycan İnternasional jurnalında əvvəllər nəşr olunmuş müxtəlif məqalələrin toplusudur. Tur Heyerdal skandinavların əcdadlarının köklərinin indiki Azərbaycan ərazisinə gəlib çıxmaq imkanı haqqında öz inamını ilk dəfə olaraq nəşr etdirmək üçün (1995) məhz Azərbaycan İnternsional jurnalını özünə vasitə seçmişdi. Əsas tərcüməçi: Şeyda Süleymanova.

Page 10: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

10

TUR HEYERDAL: ADƏMİN İZLƏRİ İLƏ, XATİRƏLƏR (2011) Bir çoxlarının Heyerdalın yazdığı 20 kitabdan ən yaxşısı hesab etdikləri bu əsərdə müəllif 80 yaşlarında ikən öz həyatına bir nəzər salır və 1947-ci ildəki Kon-Tiki ilə başlamış dörd dəniz səyahətindən əldə etdiyi fikirləri oxucularla bölüşür. Bu kitab qədim miqrasiya nümunələri haqqında Avropayönümlü nəzəriyyələrin qüsurlu olmasını sübut etmək üçün öz həyatını təhlükə qarşısında qoymuş idealist arxeoloqun və tarixçinin mübarizəsi haqqında heyranedici bir əsərdir. Bu, Heyerdalın Azərbaycan dilinə tərcümə olunmuş ilk kitabıdır. Tərcüməçi: Sevinc Seyidova Hər iki kitab Azərbaycan İnternasional jurnalı və Qərb Universitetinin birgə əməkdaşlığı ilə çap olunmuşdur. HALVARD BYÖRGUM, NORVEÇ XALQ MUSIQIÇISI DƏRIN MELODIYALAR: AZƏRBAYCAN VƏ NORVEÇ XALQ MUSIQISI ARASINDAKI ƏLAQƏLƏRIN TƏDQIQI Tarixi və arxeoloji faktlar göstərir ki, Norveç xalqının Qafqaz xalqları ilə iki min il bundan əvvələ söykənən əlaqələri olub. Bu əlaqə cənuba və şərqə səfərlərdəki sərgüzəştlərdən bəhs edən Norveç mifologiyasında da öz əksini tapmışdır. Musiqi bu yolları qət edə bilərdimi? Biz bu musiqinin hələ də mövcud olan canlı nümunələrini tapa bilərikmi? Norveçli ustad hardinq skripkaçısı Halvard T.Byörgum Qafqaz musiqisi ilə doğma yurdu Setesdalda əldə etdiyi xalq mahnılarından ibarət kiçik toplu arasında qeyri-adi bənzərlik aşkar etmişdir. Seminar zamanı Byörgum Setesdalda canlı ənənə kimi hələ də ifa olunan bu melodiyaların (Gorrlause Rammeslotter) Qafqaz xalqlarının musiqiləri ilə əlaqəsini araşdırır. FƏRƏH CƏLIL, FƏLSƏFƏ ELMLƏR DOKTORU, BAKI SLAVYAN UNIVERSITETI SKANDINAV VƏ AZƏRBAYCANIN EPIK POEZIYASI: MÜQAYISƏLI QEYDLƏR Bu məruzə XIII əsr tarixçisi və siyasətçisi Snorri Sturlusonun yazdığı Balaca Edda adlı kitabdan bəzi ünsürləri tədqiq edir. Mifoloji məqamlardan savayı, bu çıxışın əsas məqsədi həmin kitabda göstərilmiş tarixi aspektləri və coğrafi əraziləri araşdırmaqdır. Daha sonra məruzəçi Odin və Oğuz xandan - Uyğur (Türk) dastanlarının baş qəhrəmanı olan Odin kimi xalq qəhrəmanı və fatehdən bəhs edir. Oğuznamədə də real coğrafi yer adları çəkilir. Bəzən mifoloji obrazların xüsusi cəhətləri tarixi şəxsiyyətlərə ötürülə bilir. Nəhayət, skandinavlarla Azərbaycan arasında Eddada işarə edilən əlaqə araşdırılır.

Page 11: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

11

FƏRDA ƏSƏDOV, ƏRƏB DILI ŞÖBƏSININ RƏHBƏRI, AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMIYASI VIII ƏSRIN SONU - IX ƏSRIN ƏVVƏLI SKANDINAVIYALILAR XƏZƏR DƏNIZINDƏ ÜZMƏYƏ GƏLMIŞDILƏRMI? Ərəb mənbələrində IX əsrin sonlarında və X əsrin I yarısında rusların Xəzər dənizi ərazisinə basqınları haqqında mühüm məlumatlar verilir. Bu məlumatlara əsasən, həmin rusların Skandinaviya tacir və döyüşçüləri olması heç bir şübhə doğurmur. Eyni zamanda, coğrafi ədəbiyyatda qorunub saxlanmış ruslar haqqında ərəbcə faktlar (Ibn Xordatbek, Ibn əl-Faqih, əl-Məsudi) və tarixi salnamələrdə (əl-Təbəri) VIII əsr və IX əsrin I yarısında rusların Xəzər dənizində üzməsini ehtimal etməyə imkan verən məlumatlar var. Məruzədə 882-ci ildə Kiyevdə Rurik sülaləsinin bərqərar olmasından bir neçə on il əvvəl Skandinaviyalıların Xəzər sahillərinə ilkin gəlişini sübut etmək üçün faktlar təqdim olunur və onların dəyəri müzakirə edilir.

KRISTER DOTLAND, LAYIHƏNIN MƏSLƏHƏTÇISI, AZƏRBAYCAN DILLƏR UNIVERSITETI TUR HEYERDAL – QISA MÜQƏDDIMƏ Tur Heyerdal tədqiqatçı, yazıçı və antropoloq kimi uzun və rəngarəng peşə yolu keçmişdir. Onun son layihələri Skandinaviya tanrısı Odin haqqında yazdığı kitabı və Don çayının mənsəbində Azov arxeoloji qazıntıları olmuşdur. Bunların hər ikisi Azərbaycanla Norveç arasındakı mümkün əlaqələrə diqqət çəkirdi. Konfrans bu mövzuları əhatə edəcəkdir. MƏLAHƏT FƏRƏCOVA, QOBUSTAN MUZEYININ DIREKTORU QOBUSTAN QAYA RƏSMLƏRİNİN MƏDƏNİ MƏNZƏRƏSİ Qobustan qaya rəsmlərinin mədəni mənzərəsi 2007-ci ildə Ümumdünya Mədəni İrsinin siyahısına daxil edilmişdir. Burda Yuxarı Paleolitdən orta əsrlərədək olan dövrə aid 6000-dən çox qaya rəsmləri aşkar edilmiş və qeydə alınmışdır. Qayaüstü rəsmlərin tədqiqatçısı üçün ən mühüm, çətin və heç də həmişə dəqiq cavabı tapılmayan suallardan biri konkret bir abidənin yaşının müəyyənləşdirilməsi problemidir ki, bu da tarixi inkişafın uzun dövründə onun yerinin düzgün təyin olunması baxımından əsas əhəmiyyət daşıyır. Bir-birlərinə yaxın yerləşmiş Qobustan qaya parçaları mağaralar təşkil edir ki, bunlardan da min illər boyu qədim sakinlər yaşayış yeləri və müqəddəs yerlər kimi istifadə etmiş, burada ayinlər və sehirli mərasimlər qurmuş, əcdadlarına sitayiş etmişlər.

Page 12: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

12

RUT VATVET FYEL, FƏLSƏFƏ ELMLƏRİ DOKTORU, LEKSIKOQRAFIYA ÜZRƏ PROFESSOR, OSLO UNIVERSITETI HEYERDALIN LINQVISTIK SÜBUTLARI: NƏ ÜÇÜN ONLAR TƏNQID EDILIRDI? Leksik semantikanın ən erkən vaxtlarında mors (ölüm) latın sözünün Mars adlı allahla və müharibə allahı (Geeraerts 2010) ilə əlaqədar olduğu güman edilirdi. Sonralar orta əsr Xristian müəllifləri morse sözünün morsus (“dişləmək”, Adəm və Həvvanın qadağan olunmuş almanı dişləməsi mənasında olan sözə istinad edərək) ilə əlaqədar olduğunu tapdılar. Bu gün dilçilər sözün mənasının bu cür izah edilməsini qeyri-elmi və hər hansı bir reallığın sübut edilməsi üçün etibarsız dəlil hesab edirlər. Bu çıxış müasir dilçilər tərəfindən ümumiyyətlə qəbul olunmuş metodologiya üçün ümumi tələblər təqdim edəcək və Heyerdalın nəzəriyyələrini dəstəkləyən linqvistik sübutlar haqqında Norveç tədqiqatçılarının çox ciddi tənqidlərinin daha ətraflı izahını verməyə çalışacaq. KNÜT HELSKOQ, PROFESSOR, TROMSØ UNIVERSITETI MUZEYI QAYAÜSTÜ TƏSVIRLƏR SKANDINAVIYANIN SAHILYANI ƏRAZILƏRINDƏ VƏ XƏZƏR SAHILI ƏRAZILƏRDƏ QAYIQLAR, KOMMUNIKASIYA VƏ HƏYATIN MÖVCUDLUĞUNUN SÜBUTU KIMI Dəniz ehtiyatlarının istismarından asılı olan insanlar indi olduğu kimi, keçmişdə də ovlamaq, balıq tutmaq və nə isə daşımaq məqsədilə həmişə qayıqlardan istifadə etmişlər. Bu da əhəmiyyətlidir ki, qayıqların və qayıq surətlərinin simvolizm, inanclar və eləcə də insanlarla və “insanlardan başqa” digərlərilə ünsiyyətlə bağlı olduğu ortaya çıxır. İlk qayıqların 10000-11000 il əvvəl meydana çıxdığı güman edilir və çox güman ki, onların bir deyil, bir çox mənşəyi olmuşdur. Skandinaviyada dəniz səfərlərinin ən qədim göstəriciləri təxminən 10000 - 9000 il əvvələ, qayıqlar təsvir edilmiş petroqliflər isə 7000 – 6000 il əvvələ təsadüf edir. Bunlar Qobustanda təsvir edilmiş ən qədim qayıqlardan daha gənc və ya daha qədim ola bilərlər. Müzakirələr bir-birindən çox uzaqda olan bu iki regionda erkən mədəni mühitdə və dəniz mühitində oxşarlıq və fərqləri işıqlandırmaq üçün fiqurları və onların bir hissəsi olan kontekstləri nəzərdən keçirəcək. JAKLIN BER HEYERDAL SÖHBƏTDƏ İŞTİRAK Jaklin Ber Heyerdal Tur Heyerdalın həyat yoldaşıdır. Tur və Jaklin Heyerdallar birlikdə Azərbaycanda 3 dəfə olmuşlar: 1994, 1999 və 2000-ci ildə. O zaman Heyerdal Odinin axtarışında kitabı üzərində işləyirdi.

Page 13: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

13

OĞUL TUR HEYERDAL ATAM TUR HEYERDAL Oğul Tur Heyerdal Tur Heyerdalın böyük oğludur. O ixtisasca bioloq və okeanoqrafdır. Bütün karyerası boyunca dəniz elmləri ilə məşğul olmuşdur. O, atasının okeana səyahətlərinə aid planlarında onunla əməkdaşlıq etmiş və 20 ildən artıq Oslodakı Kon-Tiki muzeyinin idarə heyətinin sədri olmuşdur. O, öz çıxışında atasını bir alim kimi dəyərləndirəcək və onu bir müəllif, fotoqraf, karikaturaçı, hətta taxtada oyma sahəsində özünü ifadə etmiş bir incəsənət ustası kimi səciyyələndirəcək. O inanır ki, atasının böyük nailiyyətləri elmi marağın, o cümlədən rəssam təxəyyülünün və ünsiyyət bacarıqlarının məhsuldar nəticəsi idi. OĞUL TUR HEYERDAL ATAMIN HƏYATINDAN Geniş auditoriya üçün Tur Heyerdalın həyatının mühüm məqamlarına aid slaydlarla hazırlanmış qeyri rəsmi şou ANNA-SOFI HÜGEN, FƏLSƏFƏ DOKTORU, ØSTFOLD ƏYALƏT ŞURASININ MƏDƏNI İRS ŞÖBƏSININ MÜDIRI QAYIQ VƏ CƏNG ARABALARI TUNC DÖVRÜNDƏ MADDI OBYEKTLƏR VƏ RƏMZI MOTIVLƏR KIMI Tarixdən əvvəlki qaya sənət motivləri və kompozisiyaları qəbul olunmuş sosial, kultural və ritual qaydalara görə rəmzi məna ifadə etmək imkanları baxımından seçilirdi. Seçilmiş motivlər çox vaxt antropomorflar, heyvanlar, arabalar və qayıqlar kimi konkret maddi obyekt və varlıq formasını alır. Maddi obyektlər kimi qayıq və arabalar nəqliyyat və ya müxtəlif məsafələri qət etmək üçün vasitədir. Rəmzlər kimi onlar keçidləri, maneələrin keçilməsini və bir vəziyyətdən və ya şəraitdən digərinə olan dəyişikliyin izahının daşıyıcılarını təmsil edə bilər. Bu motivlər daş-qaya sənətində, müxtəlif coğrafi, xronoloji, mədəni kontekstlərdə və etiqad sistemlərində mərkəzi rəmzi rol oynayır. Məruzə Skandinaviyadan Mərkəzi Asiyaya qədər geniş bir ərazidə baş verən dəyişikliklə və kommunikasiya ilə xarakterizə olunan bir dövrdə - Tunc dövründə qayıq və arabaların maddi obyektlər və rəmzi motivlər kimi rolunu araşdırır. NAZIM IBRAHIMOV, ŞƏKİNİN ƏVVƏLKİ İCRA BAŞÇISI KON-TIKI ADAMI VƏ ONUN KITABLARINDAN ILHAM ALARAQ Şəkinin icra başçısı kimi, cənab İbrahimov Kişdə Tur Heyerdalın büstünün qoyulmasının təşəbbüskarı və sponsoru olmuşdur. Büst 2009-cu ildə açılmışdır (bax: proqramın ön səhifəsi).

Page 14: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

14

BENTE KRISTENSEN, FƏLSƏFƏ ELMLƏRİ DOKTORU, OSLO UNİVERSİTETİNİN LİNQVİSTİK VƏ ŞİMALİ ARAŞDIRMALAR DEPARTAMENTİNİN RƏHBƏRİ TUR HEYERDAL - ƏDƏBİ MÜƏLLIF Tur Heyerdal və onun işi bütün dünyada araşdırılmış və müzakirə olunmuşdur. Onun haqqında saysız-hesabsız kitablar yazılmışdır. Lakin bir aspekt, yəni Tur Heyerdal bir müəllif kimi nisbətən az öyrənilmişdir. Məruzəçi Heyerdalın bir yazıçı kimi üslubu haqqında daha çox şeyləri aşkar etmək üçün onun ədəbi yaradıcılığının müxtəlif dövrlərindən olan dörd mətnə daha dərindən nəzər salmağı qərara almışdır. Bu dörd mətn aşağıdakılardır: Fatuhiva, yenidən Təbiətə (1974.2002), Kon-Tiki ekspedisiyası: balsa salı ilə Sakit okean üzərində (1947), Ra ekspedisiyaları (1970) və Adəmin izi ilə (1998). Məruzəçi müəllifin öz materialına yanaşma tərzini, onun tədqiqatçıların sərgüzəştsiz ötüşməyən, lakin eyni zamanda olduqca dramatik olan həyatını təsviretmə tərzini araşdırmaq istəyir. B.Kristensen həm də mətnlərə janr baxımından nəzər salmaq istəyir. Məruzəçinin seçdiyi dörd mətn səyahətnamədir, yaxud avtobioqrafik yazılardır, yoxsa hər ikisi? Burda digər janrlardan izlər varmı? Məruzəçi Heyerdalın ədəbi mətnlərinin özünəməxsusluğunu ayırd etməyə çalışacaq. SIV KRISTOFFERSEN, ARXEOLOGİYA ÜZRƏ PROFESSOR, STAVANGER UNIVERSITETI UZUN YOL: METAL ƏŞYALAR ÜZƏRINDƏ HEYVAN FIQURLARININ MIQRASIYA MOTIVLƏRI Bu sənəddə heyvanları əks etdirən abidələrin uzaq məsafələrə köçürülməsi fikrinin mümkünlüyü araşdırılacaq. Roqolandda (Norveçdə) Dəmir dövründən qalmış maral fiqurunun mənasına aid fikirlərə Azərbaycanın yazılı tarixdən əvvəlki dövründən qalmış oxşar fiqurlara əsaslanan fikirlər baxımından yanaşılacaq. Arxeoloji tədqiqatlar zamanı biz çox vaxt geniş ərazilər boyunca və eləcə də uzun zaman kəsiyində maddi mədəniyyətdə olan oxşarlıqlara təəccüb edirik. Lakin hətta biz zaman və ərazi baxımından əlaqələrin mümkün olduğunu təsdiq ediriksə də, məlumat mübadiləsi və mədəni əlaqələrdə baş verən proseslərin mürəkkəb olması səbəbindən bunu elmi cəhətdən izah etmək həddən ziyadə çətindir. RONI QALLAGER: PONTO XƏZƏRININ BUZ DÖVRÜNDƏKİ QALXMASI VƏ ENMƏSI: QƏDİM DƏNIZÇILƏR VƏ ASIYA ARALIQ DƏNIZI Nəhəng daşqınlar haqqında dəlillər Azərbaycan landşaftında əks olunmuşdur və sonuncu buzlaşma dövrünə aid edilir. Bu məruzədə geomorfoloji, bioloji qayaüstü sənət nümunələri müzakirə edilir, və eləcə də onun məqsədi daşqınlara məhz yolunu dəyişmiş Rusiya çaylarının, buzların ərimiş sularının və Arktika okeanından gələn suların səbəb olduğunu

Page 15: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

15

göstərməkdir. Ehtimal ki, nəticədə yaranmış nəhəng ölçülü Avroasiya gölü – Asiya Aralığı regional iqlimə, biocoğrafiyaya və insan demoqrafiyasına böyük təsir göstərmişdir. Belə hesab edilir ki, tarixdən əvvəlki dövrdə min illər ərzində materiklərarası naviqasiya – dənizçilik mümkün olmuşdur. Daşqınlar və su yollarının yoxa çıxması yəqin ki, qədim insan həyatına təsir etmiş və tarixdən əvvəlki dövrün formalaşmasına yardım etmişdir. QOŞQAR QOŞQARLI, ARXEOLOQ, AZƏRBAYCANDA HEYERDALLA İŞLƏMİŞDİR TUR HEYERDAL VƏ AZƏRBAYCANDA ARXEOLOGIYA Tur Heyerdalın Azərbaycanda nüfuzunun əsas üç istiqaməti var. O, Qobustanda qədim qayaüstü yazılardakı qayıq rəsmlərinə heyran olmuşdu və inanırdı ki, bu qayıqlar qamışdan düzəldilmişdi (bu növ qamış Xəzər sahili regionunda Salyan və Neftçala ərazisində yetişir) və onun özünün qurub sürdüyü qayıqlarla oxşar idi. Bu, əhəmiyyətli elmi nəticələrə aparıb çıxaran Xəzər gəmiçilik tarixinin öyrənilməsinə səbəb olmuşdur. İkincisi, Heyerdal Isa Səlimxanovun qalayın Cənub-qərbi Asiya və Cənubi Qafqaza Avropadan deyil, Hindi-çindən gətirildiyi fikrini dəstəkləmişdir. Nəhayət, Heyerdal Qafqaz və Skandinaviya xalqları arasında etnik əlaqələr nəzəriyyəsini işləmişdir. SERGEY IVANOVIÇ LUKYAŞKO, AZOV ARXEOLOJI TƏDQIQAT LABORA-TORIYASI TUR HEYERDALIN AZOV ŞƏHƏRINDƏKI IŞI Tur Heyerdalın Don çayına marağı onilliklər ərzində formalaşmışdı. 2000-ci ildə Heyerdal belə bir suala cavab tapmaq istəyi ilə Don çayı üzərindəki Rostov şəhərinə gəldi: ”Ynglinga” haqqında islandiyalıların “Ynglinga” saqasına inanmaq olarmı? Odin Tanaisa-Donun şərq sahillərindəki Asgardda yaşamışdımı? Gördükləri onu 2001-ci ildə birgə arxeoloji ekspedisiya təşkil etməyə həvəsləndirdi. Donun şərq sahilində e.ə təxminən I əsrdə 2 şəhərin-yaşayış məskəninin mövcud olduğunu bilirik. Həmin zaman çərçivəsi Snorrinin təsviri ilə üst-üstə düşür. Onların hər ikisi bugünkü Azov şəhərinin ərazisində yerləşirmiş. Burada əvvəllər arxeoloji qazintılar aparılmayıbmış. Odur ki, qazıntı söhbət gedən dövrə aid bir sıra eksponatların tapılması ilə nəticələnmişdi. Maksim Aleksandroviç Belov bu məruzənin həmmüəllifidir.

Page 16: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

16

AFƏT SADIQOĞLU MƏMMƏDOV, (AZƏRBAYCANCA YAZILMIŞ) TUR HEYERDAL AZƏRBAYCANDA KİTABININ MÜƏLLİFİ NƏ ÜÇÜN TUR HEYERDAL AZƏRBAYCANDA BU QƏDƏR ÇOX TANINIR VƏ BELƏ MƏŞHURDUR? Məruzədə Tur Heyerdalın araşdırma və nəticələri, belə ki, Azərbaycan və Norveç xalqları arasında əlaqə təhlil ediləcək. Tur Heyerdal araşdırmalar nəticəsində söyləmişdir ki, Norveç kral ailəsinin mənşəyi Azərbaycandandır. Müəllif onun fikirlərini, eləcə də Norveç və Gəmiqayada qaya üstündə çəkilmiş şəkillərin oxşar olması haqqında öz fikirlərini açıqlayır. ROBERT MOBILI, BAKI DÖVLƏT UNIVERSITETI, ALBAN-UDIN ICMASININ RƏHBƏRI TUR HEYERDAL VƏ UDIN XALQI Tur Heyerdal iki dəfə (1999, 2000) Qəbələdə Nıc kəndində Udin icmasının üzvləri ilə görüşüb. O, udinləri hal-hazırki dövrümüzə qədər qorunub saxlanılan zəngin Alban mədəniyyəti və dini konfessional irsi fenomeni kimi qiymətləndirmişdi. Onun səfərlərinin nəticəsində Alban kilsələri Norveç donor təşkilatlarının maliyyə dəstəyi ilə bərpa olunmağa başladı. Nicdə 2003-cü ildə, Kiş məbədi, 2006-cı ildə Kotari kilsəsi yenidən bərpa edildi. QORXMAZ MUSTAFAYEV, F.E.D AZƏRBAYCAN DILLƏR UNIVERSITETININ TARIX MÜƏLLIMI VARYAQLARIN MƏNŞƏYI ILƏ BAĞLI HEYERDALIN TƏDQIQATI Tur Heyerdal ömrünün son 20 ilini Norveç xalqının mənşəyinin tədqiqinə həsr etmişdir. O, XIII əsrin əvvəllərində Snorri Sturlusonun yazdığı “Ynglinglər haqqında saqa”nı tədqiq etmiş və varyaqların mənşəyinin Qafqazda axtarılması qənaətinə gəlmişdir. Vikinqlər qərbdə normandlar, şərqdə isə varyaqlar kimi tanınırdılar, lakin varyaqların mənşəyi həmişə mübahisəli olmuşdur. O, nəzəriyyəsinin müəyyən hissələrini digər alimlərin təkzib etdikləri linqvistik bənzərliklərə əsaslandırırdı. YUN RAMBERQ, NORVEÇİN AZƏRBAYCANDAKI KEÇMİŞ SƏFİRİ KITAB TƏQDIMATI: ÖYSTAYN KOK YOHANSEN: TUR HEYERDAL: ALIM, MACƏRAÇI, İNSAN (2003) Arxeoloq və filosof Kok Yohansen uzun illər Heyardalın həmkarı olmuş və 2003-cü ildə onun norveç dilində tərcümeyi halını yazmışdır. O, Heyerdalın metodlarının bəzən elmi cəhətdən yanlış olduğunu iddia edir. Lakin o vurğuluyur ki, onun ən yaxşı keyfiyyəti suallara, müzakirələrə və həqiqətlərin aşkar olunmasına hər zaman açıq olması idi. Onun bu fikirləri akademik mühitdə sərt tənqidələ qarşılanırdı və tənqidlərin bəziləri əsaslı olsa da, onlardan çoxu qərəzli idi. Bu tendensiya onun ilk işi olan “Kon Tiki”-

Page 17: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

17

dən başlayaraq “Odinin izi ilə“ adlı sonuncu kitabına kimi özünü göstərmişdir. YUN RAMBERQ, NORVEÇİN AZƏRBAYCANDAKI KEÇMİŞ SƏFİRİ ŞƏRQDƏ YAŞAYAN VIKINQLƏR Yazılı mənbələrə əsasən Norveç vikinqləri “12 əsr əvvəl öz fiordlarından qovulub çixarılmışdılar”. Öz doğma torpaqlarında göstərilən təzyiq onları cənuba, qərbə və şərqə ticarət və ya qarət məqsədilə torpaq, var-dövlət axtarmaq üçün irəliləməyə sövq edən amillərdən idi. Onlar Rusiya çayları ilə Xəzər dənizinə üzürdülər. Onların nadir hallarda hücum etməyə təşəbbüs göstərmələrinə baxmayaraq, əlaqələrin əksəriyyəti sülhməramlı idi. Bu əlaqələr Xəzər dənizinə aparan yolun gözətçiləri və vasitəçiləri kimi fəaliyyət göstərən xəzərlərin əməyi sayəsində qarşılıqlı mənfəətli ticarət məqsədi daşıyırdı.Vikinqlər Kiyevdə Rus krallığı yaratdılar və yəqin ki, onlar özləri də Slavyan icmasına qaynayıb qarışdılar. VIBEKE ROGGEN, OSLO UNIVERSITETININ LATIN DİLİ ÜZRƏ PROFESSOR ASSİSTENTİ, İNCƏSƏNƏT DOKTORU SNORRI ILƏ HEYERDAL ARASINDA: 1700-CÜ ILLƏRDƏ IRƏLI SÜRMÜŞ ODİN NƏZƏRIYYƏSİ Norveç tarixi əsərində (1711) islandiyalı Tormod Torfaeus Skandinaviya xalqlarının mənşəyinə çox yer ayırmışdır. Torfaeus qədim Norveç saqalarına və onların miflərinə tənqidi yanaşmışdır: Odin başçı idi, yoxsa tanrı? Olof Rudbeckin Atlantida (1677) əsərində iddia etdiyi kimi skiflər öz mənşəyini Skandinaviyadanmı götürüblər? Yoxsa Snorrinin (1200) iddia etdiyi kimi tam bunun əksidirmi? Torfaeus hesab edir ki, həqiqət təmsillər pərdəsi altında gizlədilə bilər. Bu məruzədə Odin və skandinavların mənşəyi barədə nisbətən əvvəlki və müasir nəzəriyyələr müzakirə və müqayisə olunacaqdır. VIBEKE ROGGEN, OSLO UNIVERSITETININ LATIN DİLİ ÜZRƏ PROFESSOR ASSİSTENTİ, İNCƏSƏNƏT DOKTORU AZƏRBAYCAN VƏ NORVEÇ ARASINDA ƏLAQƏ HAQQINDA HEYERDALIN NƏZƏRIYYƏSI - KONFRANSIN NƏTICƏLƏRI Bu günə müqəddimə kimi, Azərbaycan ictimaiyyətinə üz tutaraq Roggen konfransın əsas təşkili səbəblərini, başlıca nəticələrini və gələcək planları qısaca təqdim edəcək. İş planı: Azərbaycan Dillər Universiteti və Oslo Universiteti arasında davam edən əməkdaşlıq, əsas diqqət mərkəzində Norveç olmaqla Skandinaviyaşünaslıq üzrə Proqramın işlənib hazırlanması. Heyerdal Azərbaycanda ən tanınmış norveçlidir və belə bir konfrans proqramda iştirak edən müəllim və tələbələrə qiymətli akademik təcrübə qazandıracaq.

Page 18: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

18

TURE SEYERSTAD, REKTOR, DAVNİK MƏTBUAT VƏ KOMMUNİKASİYA MƏKTƏBİNİN REKTORU SÖHBƏTDƏ İŞTİRAK Tur Heyerdal və Jaklin Ber 2000-ci ildə Azərbaycana səfər edəndə Seyerstad Norveç Humanitar Müəssisəsinin (NHM) direktoru idi. Heyerdal udinlərlə görüşmək və onların tarixi haqqında daha çox öyrənmək istəyirdi və NHM Tur Heyerdalı və onun həyat yoldaşını Qəbələyə dəvət etmişdi. Cənab Seyerstad səfər proqramını hazırlamış, Tur Heyerdalı və onun həyat yoldaşını Azərbaycana son səfərlərində müşayət etmişdi. J.BYÖRNAR STURFYEL, FƏLSƏFƏ ELMLƏRİ DOKTORU SKANDINAVIYALILAR SKIFIYADA: TUR HEYERDAL TƏRƏFINDƏN SNORRININ ŞƏRHI ARXEOLOQUN KÜRƏKCIYI ILƏ YOXLANILIB Tur Heyerdal Snorri Sturluson haqqında öz şərhinə əsaslanaraq Azovda (Rusiyada) 2001-ci ildə arxeoloji qazıntı təşkil etdi. O,burada qazıntı işi üçün növbəti mövsümü 2002-ci ildə planlaşdırmışdı ki, bu da Tur Heyerdalın ölümündən sonra həyata keçirildi. Rusiyadan və Skandinaviyadan olan arxeoloq dəstləri Heyerdal tərəfindən təklif olunmuş nəzəriyyəni yoxlamaq məqsədi ilə müstəqil şəkildə işləyirdilər. Bu məruzədə Snorrinin mifoloji tarixinin Yaxın Şərq tarixi və dilçiliyi baxımından qısa müzakirəsi təqdim edilir. Daha sonra bu məruzədə Skandinaviya arxeoloqlar dəstəsinin qazıntı işlərinin nəticələrinə xüsusi diqqətlə yanaşılaraq Azovda aparılan qazıntı işlərinin 2 mövsümünün nəticələri müzakirə ediləcək. Sonda qazıntının nəticələri Heyerdalın Snorri haqqında şərhi baxımından qiymətləndiriləcək.

YUN GÜNNAR YÖRGENSEN, OSLO UNIVERSITETININ QƏDIM SKANDINAVIYA FILOLOGIYASI ÜZRƏ PROFESSORU SNORRI VƏ ODIN NƏZƏRIYYƏSININ MƏNŞƏYI Tur Heyerdalın Odin nəzəriyyəsi əsasən islandiyalı müəllif Snorri Sturluson tərəfindən 13-cü əsrdə yazıldığı ehtimal edilən Norveç krallarının səlnaməsinin (Heimskringla) birinci hissəsi olan Ynglinga saqasının hərfi oxunuşuna əsaslanır. Digər bir əsəri olan Balaca Edda əsərində Snorri Heyerdalın da istinad etdiyi Odin haqqında oxşar bir hekayəni təqdim etmişdir. Məruzəçi Odinin bu mənbələrdə necə təsvir edildiyi və onun Skandinaviya krallarının nəsli ilə necə bağlı olduğundan bəhs edəcək. Məruzəçi həmçinin əfsanənin tarixiliyinə, Heyerdalın ondan istifadə etməsinə və Heyerdalın təqdim etdiyi linqvistik sübutlara da toxunacaq.

Page 19: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan

19

Wikipedia (http://commons.wikimedia.org/wiki/Category:Maps_of_the_Viking_Age)

Page 20: Tur Heyerdal və Azərbaycan - WordPress.com · Bugünün elm aləmi çox dar çərçivədə mövcuddur. Bir ideyanı ... təklikdə tam dərk etməsi üçün çox mürəkkəb olan