Təhsilin müasir problemləri fənni üzrə proqram

23
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN MワƏLLİMLƏR İNSTİTUTU “TƏHSİLİN MワASİR PROBLEMLƏRİ ” fənni üzrə P R O Q R A M (Bolonya prosesi, kredit sistemi üzrə ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur) Proqram Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur (Azərbaycan Respublikası Təhsil Nazirinin 29.06.2010-cu il tarixli, 879№-li əmri ) Bakı 2010

Transcript of Təhsilin müasir problemləri fənni üzrə proqram

Page 1: Təhsilin müasir problemləri fənni üzrə proqram

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİAZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU

“TƏHSİLİN MÜASİR PROBLEMLƏRİ ”fənni üzrə

P R O Q R A M

(Bolonya prosesi, kredit sistemi üzrə ali pedaqojiməktəblərin bakalavr pilləsi üçün nəzərdə

tutulmuşdur)

Proqram Azərbaycan Respublikası TəhsilNazirliyi tərəfindən təsdiq olunmuşdur(Azərbaycan Respublikası Təhsil Nazirinin29.06.2010-cu il tarixli, 879№-li əmri )

Bakı 2010

Page 2: Təhsilin müasir problemləri fənni üzrə proqram

1

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİAZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU

“TƏHSİLİN MÜASİR PROBLEMLƏRİ ”

fənni üzrə

P R O Q R A M

(Bolonya prosesi, kredit sistemi üzrə ali pedaqojiməktəblərin bakalavr pilləsi üçün nəzərdə

tutulmuşdur)

Bakı 2010

Page 3: Təhsilin müasir problemləri fənni üzrə proqram

2

Proqram AMİ - nin Pedaqogika kafedrasında hazırlanmışdır.

Proqramın müəllifi: AKİF MƏMMƏDAĞA OĞLU NƏZƏROVfiloloji elmlər namizədi, dosent, əməkdarmüəllim

Elmi redaktor: RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏpedaqoji elmlər doktoru, professor,əməkdar müəllim.

Rəyçilər: Elza Əlipaşa qızı Mollayeva -Pedaqoji elmlər namizədi, dosentZülfiyyə Məhərrəm qızı Kərimova –Pedaqoji elmlər namizədi, baş müəllimİlham Ağaqardaş oğlu Cavadov -Pedaqoji elmlər namizədi

Page 4: Təhsilin müasir problemləri fənni üzrə proqram

3

İZAHAT VƏRƏQİ“Təhsilin müasir problemləri” mövzusunda hazırladı-

ğımız proqramda təhsil işinin, təlim-tərbiyə prosesinin təkcəpedaqoji məzmunu deyil, eyni zamanda təhsilin sosial, əxlaqi-mənəvi mahiyyəti konkret olaraq açıqlanmış, ənənəvimetodlara, yoxsa yeni təlim metodlarına üstünlük verilməsikimi aktual məsələlərə toxunulmuş və şərhlər verilmişdir.

Yeni dövrün yeni təlim nəzəriyyəsi, XXI əsrdə insanınşəxsiyyət olaraq intellektual səviyyəsinin daha daaktuallaşdırılması, digər inkişaf etmiş ölkələrdə olduğu kimi,Azərbaycanda da yeni təlim metod və texnologiyalardan,xüsusilə fəal və interaktiv təlim metodlarından istifadəyə genişyer verilməsi məsələləri proqramda nəzərdə tutulmuşdur.

Proqramın tərtibində təhsil sahəsində dövlət siyasətininəsas problemlərinin şərhinə xüsusi diqqət yetirilmiş, pedaqojiprosesin qanunauyğunluqlarının təhsilin müasir tələblərinəuyğun araşdırılmasına səy göstərilmişdir.

Müxtəlif Ali Pedaqoji Məktəblərimizin tədrisplanlarında müxtəlif ixtisaslar üzrə “Təhsilin müasirproblemləri ” fənninə müxtəlif saatlar ayrıldığındanproqramda tədris olunacaq mövzuların konkret saatlarıgöstərilməmişdir. Tədris planında ixtisaslar üzrə fənnəayrılmış ümumi saata müqabil olaraq konkret bir mövzuyavə ya böyük bir mövzunu ehtiyac olarsa bir və ya iki yerəbölərək ona müəyyən saatlar ayırmaq, mühazirə vəseminar saatlarını müəyyənləşdirmək olar ki, bu işdəmüvafiq kafedralara sərbəstlik verilir.

Proqram Azərbaycan Müəllimlər İnstitutununpedaqoji fakültəsinin Fakültə Elmi Şurasının 09.10.2009-cuil tarixli iclasında (prot. №01), Azərbaycan Müəllimlərİnstitutunun Elmi-Metodik Şurasının 01.04.2010-cu il tarixliiclasında (prot. № 01) və Azərbaycan Respublikası TəhsilNazirliyi Elmi-Metodik Şurasının “Pedaqogika vəpsixologiya” bölməsinin 16.06.2010-cu il tarixli iclasında(prot.№08) müzakirə edilərək bəyənilmişdir.

Page 5: Təhsilin müasir problemləri fənni üzrə proqram

4

“TƏHSİLİN MÜASİR PROBLEMLƏRİ ”

fənni üzrə

P R O Q R A MI mövzu.

MÜASİR MƏRHƏLƏDƏ TƏHSİLƏ YENİ BAXIŞ.Azərbaycan Respublikasının Təhsil haqqında

Qanununda təhsilin məqsəd və vəzifələri.Təhsil sisteminin quruluşu və prinsipləri. Təhsil

sisteminin müxtəlif tiplərdə olan ardıcıl təlim-tərbiyəmüəssisələrindən, təhsili idarə etmə orqanlarından, təlim-tərbiyə prosesi ilə məşğul olan digər təşkilatlar vəmüəssisələrdən ibarət olması. Təhsil sistemində məktəbəqədərvə məktəbdənkənar tərbiyə müəssisələrinin xüsusi yer tutması.Sosial təhsil institutları.

Təhsilin fəlsəfi, pedaqoji, psixoloji və kulturoloji əsasları.Tədris-tərbiyə müəssisələrində təlim prosesinin yerinəyetirilməsi. Bu prosesin orta, ali və texniki peşə məktəblərindətədris-tərbiyə, uşaq-gənclər idman məktəblərində isə təlim-məşq adlandırılması.

Pedaqoji prosesin təlim, tərbiyə, məşq kateqoriyalarını,təlimin məqsədini, vəzifələrini, metodlarını və formalarınıözündə əks etdirməsi. Pedaqoji prosesin hərəkətvericiqüvvələrinə müəllim və şagirdlərin daxil olması.

Təhsil, tərbiyə və inkişafın, tərbiyə və özünütərbiyənin,pedaqoji rəhbərliyin şagirdlərin özünüfəaliyyəti ilə, təlimprosesi ilə sıx bağlılığı.

Page 6: Təhsilin müasir problemləri fənni üzrə proqram

5

II mövzuMÜASİR ŞƏRAİTDƏ TƏHSİLİN

HUMANİSTLƏŞDİRİLMƏSİ,HUMANİTARLAŞDIRILMASI VƏDEMOKRATİKLƏŞDİRİLMƏSİ.

Hazırda bütün dünyada təhsilin humanistləşdirilməsi vədemokratikləşdirilməsi ideyasının aktuallıq kəsb etməsi.Humanistləşdirmənin təhsil işinin bütün sahələrində, bütünmərhələ və pillələrdə təhsilin məzmununda, təşkilində,tərbiyəvi tədbirlərdə, müəllim-şagird (tələbə) münasibətlərində,ayrı-ayrı fənlərin tədrisində və s. nəzərdə tutulması.

Humanitarlaşdırmanın başlıca olaraq, təhsilinməzmununda-tədris planı, proqram və dərsliklərdə-tədrisdə özhəllini tapması. Humanistləşdirmənin ümumbəşəri, ümumdün-ya mahiyyət kəsb etməsi. Təlim-tərbiyə işinin, ümumiyyətlə,təhsilin humanistləşdirilməsi ideyasının orta əsrlər dövründənbaşlayaraq həyata vəsiqə alması.

Təhsilin, təlim-tərbiyənin humanistləşdirilməsininbaşlıca məqsədinin cəmiyyətin humanist prinsiplərləyaşamasına, inkişafına xidmət etməsi.

Təhsilin demokratikləşdirilməsi və humanistləşdiril-məsini başlıca olaraq üç istiqamətdə öz həllini tapması.

1. Təhsilin idarə edilməsinə nəzarət və rəhbərlik.2. Təlim prosesinin təşkili və həyata

keçirilməsində ayrı-ayrı fənlərin imkanlarındansəmərəli istifadə olunması.

3. Tərbiyə prosesinin təşkili və tərbiyəvitədbirlərin həyata keçirilməsi zamanı bu üçistiqamətin eyni zamanda bir-biri ilə sıx əlaqədəvə bir-birini tamamlama vəhdətində nəzərdətutulması.

Müəllim-şagird, şagird-sinif rəhbəri, şagird-məktəbrəhbəri, şagird valideyn

Page 7: Təhsilin müasir problemləri fənni üzrə proqram

6

münasibətlərində demokratiyanın, xoş mənalı münasibət vəünsiyyətin başlıca yer tutması.

III mövzu

PEDAQOGİKADA DİFERENSİASİYA VƏİNTEQRASİYA PROSESLƏRİ.

Pedaqogika elminin diferensiasiyasının iki istiqamətdəgetməsi. (Yaşa görə, təlim-tərbiyə müəssisəsinin tipinə görə).Pedaqoji elmlər sisteminə daxil olan digər xüsusi sahələrinümumi pedaqogika əsasında formalaşması. Ümumipedaqogikanın iki böyük sahəyə ayrılması. (Pedaqogika tarixi,pedaqogika nəzəriyyəsi)

Pedaqogikanın başqa elmlərlə sıx əlaqəsi sayəsində birsıra interaktiv elmlərin meydana çıxması: Pedaqojipsixologiya, psixopedaqogika, pedaqoji erqonomika,kibernetika pedaqogikası, kompüter pedaqogikası, məktəbgigiyenası, sosial pedaqogika, riyazi pedaqogika, təhsilinpedaqogikası və s.

Pedaqogika elminin başqa elmlərlə inteqrasiyasıpedaqoji tədqiqatların tam, dolğun, geniş, hərtərəfli və dərinolmasını təmin etməsi. Sosiologiya, fəlsəfə, kibernetika,etnoqrafiya, fəlsəfəşünaslıq, erqonomika, etika, estetika,riyaziyyat, informatika, statistika, tarix, texnika və digərelmlərin məlumatlarından pedaqoji prosesdə istifadə olunması.

IV mövzuMÜASİR MƏRHƏLƏDƏ TƏHSİLİN SƏMƏRƏLİLİYİNİ

TƏMİN EDƏN ŞƏRTLƏR.

Təhsil sahəsində müasir məktəbin bir sıra səciyyəvicəhətlərlə fərqlənməsi. Elmi-texniki nailiyyətlərin təkcəiqtisadi-istehsalat sahəsində deyil, təhsildə təlim-tədrisprosesində geniş yer tutması, digər cəhətdən cəmiyyətdə

Page 8: Təhsilin müasir problemləri fənni üzrə proqram

7

yüksək intellektuallığın, fikir azadlılıqları mövqeyinin bərqərarolması, milli və ümumbəşəri dəyərlərin vətəndaş hazırlığındayüksək qiymətləndirilməsi dövrümüzdə təhsil işinin məzmunu,təlim-tərbiyə prinsipləri, metodları və vasitələrinin və s. həmyeniləşdirilməsini, həm də təkmilləşdirilməsini aktuallaş-dırılması.

Müasir elmi-texniki, pedaqoji metodik tələblərə cavabverməklə tədrisi fəallaşdıran məktəblər.

Təhsil işinin, təlim-tərbiyə prosesinin təkcə pedaqojiməzmun deyil, ciddi sosial və ictimai əxlaqi-mənəvi mahiyyətiilə seçilməsi. Ənənəvi metodlara nisbətən yeni, interaktivtəlim metodlarına üstünlük verilməsinin səbəbi.

V mövzu.TƏHSİLDƏ MÜTƏRƏQQİ BEYNƏLXALQ

TƏCRÜBƏYƏ İNTEQRASİYA OLUNMA PROSESİ.Yeni dövrün yeni təlim nəzəriyyəsi. XXI əsrdə insanın

şəxsiyyət olaraq intellektual səviyyəsinin daha daaktuallaşdırılması. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi,Azərbaycanda da yeni təlim metod və texnologiyalardanistifadəyə geniş yer verilməsi.

Təhsildə qloballaşmanın mahiyyəti. Qloballaşma və millitəhsil strategiyası. Yeni təlim metodları və iş formaları iləəqli nəticələrdə mühüm rol oynayan tənqidi təfəkkürün,müstəqil fikir fəaliyyətinin və əməli işlərin inkişafetdirilməsinin ön plana keçməsi, maraqlı, faydalı tərbiyə iştəcrübəsinin milli-müasir təcrübə ilə qovuşaraq milli zəminəqovuşaraq əxz olunmasının vacibliyi. Hazırda Azərbaycantəhsil tarixini xüsusilə, təlim, metod və texnologiyalar tarixiniöyrənmək, bilmək zərurətinin meydana çıxması. Təhsiltariximizdə bu gün də əhəmiyyətini itirməyən müəyyənməsələlərə aydınlıq gətirməyin məqsədəuyğunluğu. Tarixiliyi,varisliyi və müasirliyi nəzərə almadan hər hansı inkişafınmüasir problemlərini daha düzgün müəyyənləşdirmək və həll

Page 9: Təhsilin müasir problemləri fənni üzrə proqram

8

etməyin qeyri-mümkünlüyü. Bolonya təhsil sistemininxarakterik xüsusiyyətləri

VI mövzuTƏHSİL SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİNİN ƏSAS

PRİNSİPLƏRİ.

Azərbaycan Respublikasının Təhsil Qanununda təhsilsahəsinə dövlət siyasətinin əsas istiqamətləri və prinsipləri.

Azərbaycan Respublikasında təhsil siyasəti dedikdə,ölkəmizdə insanı həyata hazırlayan təlim-tərbiyəmüəssisələrinin qarşılıqlı fəaliyyəti sayəsində meydana çıxanböyük bir qurumun nəzərdə tutulması. Başqa sözlə, təhsilsisteminin ölkə daxilində mövcud olan təlim-tərbiyəmüəssisələrinin mövcud olması. Ölkəmizdə təhsil sistemininAzərbaycan Respublikasının Konstitusiyası və AzərbaycanRespublikasının Təhsil Qanunu əsasında idarə olunması.

Ölkəmizdə təşkil edilən təlim-tərbiyə müəssisələriarasında sıx əlaqənin mövcudluğu. Təhsil prosesinindemokratik və hüquqi dövlət quruculuğu təcrübəsi ilə əlaqəlişəkildə həyata keçirilməsi. Təhsilin elmi, dünyəvi xarakterdaşıması, elm, texnika və mədəniyyətin ən yeni nailiyyətləriəsasında daim təkmilləşməsi.

Təhsilin formaları Azərbaycan Respublikasındatəhsilalma prosesinin aşağıdakı formada həyata keçirilməsi:

-əyani təhsil;-axşam təhsili;-qiyabi təhsil;-evdə təhsil;-məsafədən təhsil.Dövlət və qeyri-dövlət strukturlu təhsil müəssisələrinin

fəaliyyətinə, onların hüquqlarının müdafiəsinə dövləttərəfindən təlimat verilməsi.

Təhsil müəssisələrinin tipləri, məktəbəqədər təhsil.

Page 10: Təhsilin müasir problemləri fənni üzrə proqram

9

Əsasnaməyə görə əqli və fiziki inkişafında qüsurlarıolan uşaqlar üçün ayrı-ayrı müəssisələrin təşkil edilməsi.

Ümumi təhsil. On bir illik məktəbin orta ümumi təhsilinverilməsini təmin etməsi.

Günü uzadılmış məktəblər. İnternat məktəbləri.Məktəbyanı internat məktəbi. Senator-peşə məktəbləri və uşaqxəstəxanası. Axşam növbəli qiyabi məktəblər. Liseylər,kolleclər və seminariyalar. Xüsusi məktəblər. Əlahiddəməktəblər. Ali məktəblər. Magistratura, doktorantura.

Təhsil sisteminin daim təkmilləşməsi, xalqın təhsilalmasını real imkanlar üzərində qurması, zəhmətkeşlərinmədəni inkişafının və ixtisasının təkmilləşməsinə köməketməsi.

VII mövzuMÜASİR TƏHSİLDƏ İNTERAKTİV VƏ FƏAL TƏLİM

METODLARI.

Təhsil sahəsində interaktiv metodlara, fəal təlimmetodlarına, təlim texnologiyaları anlayışına tez-tez müraciətedilməsinin səbəbi.

Xarici beynəlxalq təşkilatların, milli qurumların müasirtəlim metod və texnologiyalarının təbliği, müəllimlər arasındayayılması ilə əlaqədar seminarlar, müzakirələr, layihələr(treninqlər, monitorinqlər) keçirilməsi. İnter (intae)-ara(insanlararası), qarşılıq (insanların qarşılıqlı anlaşması,əməkdaşlığı, işi və s.) kimi başa düşülməsi.

Metod olaraq, interaktiv təlim prosesində müəllim vəşagird arasında işin gedişindən–mövzudan, şərhdən, dialoqdan,rollu oyundan, həmin anda meydana çıxan yanaşma, izah,dialoq və s.-dən ibarət olması. Yəni bu tərzin irəlicədənplanlaşdırılması, işin-təlim prosesinin gedişinin bu məqamıortaya çıxarması və daha çox şagirdin müstəqilliyi, müdaxiləsiilə baş verməsi.

Page 11: Təhsilin müasir problemləri fənni üzrə proqram

10

İnteraktiv təlim metodlarından həmişə istifadə etməyinonun təsirini azaltması. Həqiqi təlim üçün metod vətexnologiyaların qarşıya qoyulmuş məqsəd və şəraitdən asılıolaraq seçilməsi. Əsas odur ki, təlim uşaqları inkişaf etdirsin,onlara düşünmək, müstəqil fikir söyləmək, biliklərini tətbiq edəbilmək bacarıqları aşılasın; onlarda ünsiyyət, anlaşmamədəniyyəti, öz problemlərini həll edə bilmək qabiliyyətiformalaşdırsın.

İnteraktiv təlim dedikdə, dərsdə yaranan, təlimprosesində meydana çıxan şagirdlərarası öyrənmə ünsiyyəti vəəməkdaşlığının, müəllim-şagird birliyinin nəzərdə tutulması.İnteraktiv metodlar isə həmin prosesdə öyrənmə və anlaşmaya,eləcə də bacarıq və keyfiyyətlərə şagirdlərin yiyələnməsinihəyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələrhəyata keçirilməsinə xidmət edən əsas vasitələrdən biri olması.

Yeni tələblərə cavab verən pedaqoji kadr olmadantəhsili yenilik səviyyəsinə çatdırmağın qeyri-mümkünlüyü.Məktəb binasının olması, avadanlıqla təchizat, kompütertexnologiyasının yerləşdirilməsi hələ hər şeyin deməkolmaması. Hər şeyi müəllimdən, təhsili idarə edən insanlardan,onların vətəndaşlıq amalından, ləyaqət, mənəviyyat,mədəniyyət və müasir tələblərə cavab verən peşə-ixtisashazırlığından asılılığı.

Yeni anlayış kimi meydana çıxan “interaktivpedaqogika” ifadəsinin konkret mənası. Təlim prosesindəşagirdlərarası əlaqə, qarşılıqlı təsir və əməkdaşlıq.

Azərbaycanda interaktiv metodlarla işləyənmüəllimlərin iş təcrübəsinin xarici təcrübənin səmərəliliyinitəsdiq etməsi.

İnteraktiv metodların şərtləri:1. İnsanların bazar iqtisadiyyatı cəmiyyətində

yaşaması və hər kəsin özünü bu cəmiyyətdə yaşayabilməsi üçün hazırlamaq zərurəti;

Page 12: Təhsilin müasir problemləri fənni üzrə proqram

11

2. Uşaqların 20-30 il əvvəlki zamana görədünyagörüşünün, sosial, texniki məlumatlılıqsəviyyəsinin xeyli yüksək olması.

Pedaqoji prosesdə baş verən yeniləşmələrdən birinintəlimdə

tərbiyələndiriciliyin daha da artması. İnteraktiv təliminşagirdlərə bilik vermə prosesində həm də onları iradi, əxlaqi,əqli, estetik-mədəni, hüquqi, ekoloji, iqtisadi və digər akseolojidəyərlər yönümündə inkişaf etdirilməsi, formalaşdırılması.

VIII mövzu.MÜASİR TƏLİM TEXNOLOGİYALARI.

Müasir təlim texnologiyalarının öyrənilməsininəhəmiyyəti. Bu məqsədlə fənlərin müəyyənləşdirilməsi.Texnoloji təlimin uşaq bağçasından başlayaraq ortaümumtəhsil məktəbinin on birinci sinfinə qədər tətbiq edilməsi.Bu sahədə islahatın təhsil rəhbərlərinin yüksək pilləsini, ortapillə idarə edənləri və müəllim korpusunu əhatə etməsi.Xüsusilə tərbiyə və təhsillə birbaşa əlaqəsi olmayan qeyri-pedaqoji təhsilli məmurların rəhbərlikdən uzaqlaşdırılması.Tərbiyə təhsil sistemini problemlərinin yaranması. Buradatəhsilin hamını əhatə etməməsi nəticəsində bəzi Avropaölkəsində orta və ali təhsil planların sayının əhalinin sayınanisbətən azlıq təşkil etməsi. Hamının təhsilə cəlb olunması,möhkəm elmi əsaslara söykənən təhsil sisteminin yaranmasınasəbəb olması. Dünya Bankı və digər beynəlxalq qurumların, ocümlədən, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun SOROS-un ayrı-ayrı layihələrlə Azərbaycanda təhsilin problemlərininhəllinə, mövcud ənənəvi sistemin, təlim metod vətexnologiyalarının, təhsilin məzmununun, qiymətləndirməninvə digər sahələrin yeniləşdirilməsinə girişmələri. Beləliklə,pedaqoji anlayışlar arasına treninq, monitorinq, əqli hücum,kurikulum və digər istilahların daxil olması. Hazırda sivil vəinkişaf etmiş ölkələr arasında iqtisadi-ticarət əlaqələrin və işbirliyinin daha da güclənməsi, o cümlədən təhsil sahəsində də

Page 13: Təhsilin müasir problemləri fənni üzrə proqram

12

təlim, metod və texnologiyalarından istifadə, təhsilinməzmununda inteqrasiya.

Texnologiyanın köməyi ilə həll olunan başlıcaproblemin təlim prosesinin idarə olunmasına xidmət etməsi.Təlim texnologiyasının əlamətləri. Təlim texnologiyasınıntəlim layihəsini əsas komponentlərə ayırması. Təlimin məqsədvə vəzifələri üçün testlərin yaradılması. Yeni təlim metodlarıvə iş formaları ilə əqli nəticələrdə mühüm rol oynayan tənqiditəfəkkürün, müstəqil fikir fəaliyyətinin və əməli işlərin inkişafetdirilməsi. Azərbaycanda təhsil tarixi, xüsusi təlim metodu vətexnologiyalar tarixini öyrənmək, bilmək zərurətinin meydanaçıxması.

IX mövzu.MÜASİR DÖVRDƏ ŞƏXSİYYƏTİN SOSİALLAŞMASI

PROBLEMİ

Şəxsiyyətin təşəkkülü və inkişafı pedaqoji problem kimi.Şəxsiyyətin sosiallaşması, onun mahiyyəti və mərhələlər;əməyəqədərki mərhələ; əmək mərhələsi; əməkdən sonrakımərhələ.

Şəxsiyyətin sosiallaşması haqqında müxtəlifnəzəriyyələr.

İnsanın şəxsi bacarıqları – onun sosiallaşmasınıngöstəricisi kimi .

Şəxsiyyətin formalaşması sosiallaşmanın nəticəsi kimi.Şəxsiyyətin inkişafında təhsilin rolu. Sosiallaşmanın pedaqoji ,psixoloji əsasları. Sosiallaşmanın vasitələri. Şəxsiyyətinsosiallaşmasında özünütərbiyə və özünütəhsilin rolu.

X mövzuAVROPA ÖLKƏLƏRİNDƏ, ABŞ-DA YENİ TƏLİM

METOD VƏ TEXNOLOGİYALARI.Hazırda bir sıra Avropa ölkələrində, ABŞ-da pedaqoji

ədəbiyyatda yeni təlim metod və texnologiyaları anlayışları.

Page 14: Təhsilin müasir problemləri fənni üzrə proqram

13

Yeni təlim metod və texnologiyalarından tədrisdə istifadəedilməsi. Təlim prosesinin texniki və idarəedilməsi prinsipinə,strukturuna, keyfiyyət xassələrinə, qiymətləndirmə formayollarına da yeni yanaşmanı tələb etməsi. Dövrümüzdə təliminpedaqoji prosesin tərkibində və onun vasitəsi olaraq peşəkarmüəllimlər tərəfində həm şifahi sözdən, həm yazılı sözdən,həm çap sözündən (kitabdan və informatikatexnologiyalarından istifadə olunaraq həyata keçirilməsi. Təlimprosesinin elmin son nailiyyətləri olan bilikləri uşaqlaraöyrətməsi, onlarda praktik bacarıq və vərdişlərformalaşdırması, onları həyata hazırlaması, şəxsiyyəti vətəndaşolaraq yetişdirməsi. ABŞ-da təlim metodlarının müasirləşməsibaşlıca olaraq cəmiyyətin inkişafından doğan tələblərzəminində baş verməsi. Onun inqilabi keyfiyyət və məzmundəyişikliyinə uğraması, üstəlik elmin və texnologiyanın verdiyiyeni inkişaf zamanı baş verməsi.

“Qərarlar anası” üsulunun mürəkkəb və birmənalıolmayan məziyyətlərdə qərar qəbulunu asanlaşdırması,düşünülmüş qərar qəbul etməyə kömək etməsi. Bu üsulun ConPatrid və Riçard Demi (ABŞ) tərəfindən təkmilləşdirilməsi.

Şagirdlərin təlim prosesində müstəqil işləməkideyasının XIX əsrin sonu XX əsrin əvvəllərində ABŞ-da vədigər ölkələrdə özünü təzahür etdirməsi. Con Dyinin praqmatiknəzəriyyəsi. Dalton-plan nəzəriyyəsinin mahiyyəti. Briqada vəlayihələr üsulu.

Hazırda bir sıra Avropa ölkələrində, ABŞ-da pedaqojiədəbiyyatda yeni təlim, metod və texnologiyalardan Amerikapedaqoqu K.Kerrin “Təlim metodları sahəsində inqilab”əsərinin bir neçə dəfə nəşr olunub yayılması.

XI mövzuMÜASİR TƏLİM PROSESİ: NƏZƏRİYYƏ VƏ

TƏCRÜBƏ MƏSƏLƏSİ.Elmi-nəzəri əsasa söykənməyən, baş məqsədə xidmət

etməyən-sadəcə düşünməyi, nəsə deyə bilməyi öyrədən təlimin

Page 15: Təhsilin müasir problemləri fənni üzrə proqram

14

əslində özünün sosial, ictimai, psixoloji, pedaqoji vəzifələrinilazımınca yerinə yetirməməsi. Təlimin nəzəri və eləcə dəmetodik əsaslarının pedaqogika elminin didaktik tərkibinitəşkil etməsi. Dövrümüzdə təlimin tam pedaqoji prosesintərkibində və onun vasitəsi olaraq peşəkar müəllimlərtərəfindən həm şifahi sözdən, həm yazılı sözdən, həm çapsözündən (kitabdan) və informatika texnologiyalarındanistifadə edərək həyata keçirməsi.

Təlim prosesinin elmin son nailiyyətləri olan bilikləriuşaqlara öyrətməsi, onlarda praktik bacarıq və vərdişlərformalaşdırması, onları həyata hazırlaması, şəxsiyyəti vətəndaşolaraq yetişdirməsi.

Azərbaycan məktəblərində həyata keçirilən təlimprosesinin iki istiqamətdə özünü göstərməsi. Onlardanbirincisinin əsasən elmin 70-80-cı illərdəki nailiyyətnəticələrinə söykənməsi, yeni texnoloji imkanlarlazənginləşməsi.

İkincisi isə Amerika praqmatizminin elementlərini əksetdirməsi, cari tədris prosesində müəllim-şagird əməkdaşlığışəraitində müxtəlif fəal metod və priyomların, iş formalarınınköməyi ilə şagird müstəqilliyini təmin edən istiqamətlər.

Hər iki istiqamətin müsbət və müəyyən mənfi cəhətlərəmalik olması. Mənfi cəhət odur ki, bu istiqamətdə işləyənlərhələ də kimlərinsə onlara metodik vəsait verəcəyini, kimlərinsəonlara göstəriş vermələrinə gözləmələri. Müəllimlərin özlərininsifarişlərinin, təşəbbüslərinin olmaması.

Müsbət cəhətin isə dərsin tam fəallıq şəraitindəkeçməsi, təkcə müəllimlər deyil, şagirdlərin də yaradıcılıqaxtarışlarında olmaları, müstəqil düşüncə tərzininformalaşdırılması, təşəbbüskarlığın, yeniliyə meylliyingüclənməsi.

XII mövzuMÜASİR DÖVRDƏ TƏHSİLİN MƏZMUNU.Müasir dövrdə təhsilin məzmunu. Məktəbəqədər təhsil.

İbtidai təhsil və natamam orta təhsil. Ümumi orta təhsil.

Page 16: Təhsilin müasir problemləri fənni üzrə proqram

15

Texniki peşə məktəbi. Orta ixtisas təhsili. Ali təhsil.İxtisasartırma təhsili. Magistratura təhsili. Doktorantura təhsili.Özünütəhsil. Məktəbdənkənar tərbiyə və təhsil müəssisələri.Distant təhsil, məsafədən təhsil. Müasir dövrdə təhsilinməzmununu əks etdirən pedaqoji sənədlər. Təhsilin millikonsepsiyası. Milli kurikulum. Tədris planları və tədrisproqramları. Yeni dərslik və dərs vəsaitləri.

XIII mövzuFASİLƏSİZ TƏHSİL SİSTEMİNİN ƏSASINDA DURAN

PRİNSİPLƏR.Fasiləsiz təhsil sisteminin mahiyyəti.Ölkəmizdə vahid Təhsil Qanunu əsasında həyata

keçirilən təhsil quruculuğunun fasiləsiz təhsil sistemininəsasında duran konkret prinsiplərə istinad etməsi.

Təhsilin dövlət himayəsində olması və ictimai xarakterdaşıması. Təhsilin milli və ümumbəşəri dəyərlərə əsaslanması.Yaşlıların təhsili.İnkişaf etmiş ölkələrin təhsil qanunlarında müxtəlif

oxşarlıqlarla yanaşı ciddi fərqlərin də mövcud olması.

XIV mövzu

TƏHSİLDƏ HÜQUQ BƏRABƏRLİYİ.

Tədris planlarında humanitar fənlərə üstünlükverilməsinin səbəbi. Təhsilin humanitarlaşdırılmasınınpedaqoji kadr hazırlığı işində konkret prinsip kimi qəbuledilməsi. Humanitarlaşdırmanın həm də humanistləşdirməprinsipi əsasında fəaliyyət göstərməsinə xüsusi şəraityaratması.

Təhsil müəssisələrindəki işin humanistləşdirməprinsipinə uyğun qurulmasının vacibliyi. Məktəbdə demokratikmühitin, demokratik abu-havanın bərqarar olması üçün başlıcaşərtlər.

Page 17: Təhsilin müasir problemləri fənni üzrə proqram

16

XV mövzuTƏHSİLİN DİFERENSİALLAŞDIRILMASI VƏ

İNTEQRASİYASI.Diferensiasiya sözünün mənası. Azərbaycan təhsil

sistemində diferensiallaşdırma aparmadan onun dünya təhsilsisteminə inteqrasiya edə bilməyin mümkünsüzlüyü. İnsanlarıntəhsilə cəlb edilməsi şəxsi maraqlara, meyllərə, valideynlərinarzu və istəklərinə əsasən həyata keçirilməsi.

Təhsildə kişi və qadınların hüquq bərabərliyi.Məktəbdə təhsilin mərhələlərlə həyata keçirilməsində

varisliyin gözlənilməsi.

XVI mövzuMƏKTƏB TƏLİMİNİN MƏRHƏLƏLƏRİ ÜZRƏ

TƏHSİLİN MƏZMUNUNUN VARİSLİYİ.

Təhsil sisteminin müxtəlif vasitələri arasında qarşılıqlıəlaqənin mövcudluğu. Təhsilin məzmununun şəxsiyyətinhərtərəfli inkişafını təmin etməsi. Təhsilin məzmununda milliənənələrin nəzərə alınması. Təhsilin məzmununun sistemliliyivə ardıcıllığı.

XVII mövzuTƏDRİS FƏNLƏRİ ARASINDA QARŞILIQLI ƏLAQƏ.

NƏZƏRİYYƏ VƏ PRAKTİKANIN ƏSASLARI.Tədris fənləri arasında qarşılıqlı əlaqənin müəyyən

edilməsi. Müxtəlif fənlər üzrə proqram arasındakı əlaqələr.Nəzəriyyə və praktikanın arasındakı əlaqə. Təcrübənin insanınçoxsahəli fəaliyyətini özündə əks etdirməsi. Təcrübəbiliklərimizin mənbəyi kimi. Təcrübənin nəzəriyyənin həqiqimeyarı kimi çıxış etməsi.

Page 18: Təhsilin müasir problemləri fənni üzrə proqram

17

XVIII mövzuŞAGİRDLƏRİN HAZIRLIQ VƏ İNKİŞAF

SƏVİYYƏSİNİN TƏHSİLİN MƏZMUNUNA UYĞUNGƏLMƏSİ. TƏDRİS VƏ SİNİFDƏNXARİC İŞLƏRİN

MƏZMUNUNDA ƏLAQƏ.

Təlimin obyektiv qanunlarına təsir göstərən başlıcaamillər. Tədris və sinifdənxaric işlərin məzmununda əlaqə.Fəal təlimin həyata keçirilməsi yolları, problemli vəziyyətinyaradılması. Dialoq və əməkdaşlıq şəraiti. Şagird-tədqiqatçı,müəllim-bələdçi kimi. Psixoloji dəstək, hörmət və etibar.Məktəbin tədris planının əsas pedaqoji sənəd hesab olunması.

XIX mövzuMÜASİR DÖVRDƏ TƏHSİLİN MƏZMUNU (TƏDRİS

PLANI, TƏDRİS PROQRAMI, DƏRSLİKLƏR)

Ümumtəhsil məktəblərinin tədris alanları üçün tədrisfənlərinin seçilməsi. Tədris planında fənlərin yerləşdirilməsisistemi.

Hərtərəfli təhsilin məzmununu təşkil edən başlıcacəhətlər. Hər bir elm qrupunda böyük diferensiasiyanınmövcudluğu. Tədris planında saatların miqdarının daha çox anadilinə ayrılmasının səbəbi. Politexnik təhsilin məqsədləri üçünayrı-ayrı fənlərin böyük əhəmiyyət kəsb etməsi. Təsviri-incəsənət və musiqinin tədris planına daxil edilməsinin səbəbi.Bədən tərbiyəsinin fiziki tərbiyənin məqsədinə xidmət etməsi.

İndiki tədris planlarında ümumu, politexnik vəşagirdlərin peşəyönümü arasındakı qarşılıqlı əlaqə.

XX mövzuMÜASİR DÖVRDƏ MƏKTƏBƏQƏDƏR TƏHSİLİN

PROBLEMLƏRİ.Məktəbəqədər təhsilin inkişaf etdirilməsi haqqında

dövlət sənədləri. Məktəbəqədər tərbiyə müəssisələrinin

Page 19: Təhsilin müasir problemləri fənni üzrə proqram

18

Əsasnaməsində uşaq bağçalarının əsas vəzifələri. Müəllimlikvə tərbiyəçilik işinin xüsusiyyətləri. Ölkəmizdə təşkil ediləntəlim-tərbiyə müəssisələri arasında sıx əlaqə. Təhsilmüəssisələrinin tipləri. Məktəbəqədər təhsil. Müəllim və uşaqbağçası tərbiyəçisi.

XXI mövzu

ÖLKƏMİZDƏ MÜƏLLİMLİK PEŞƏSİ VƏ ONAGÖSTƏRİLƏN DÖVLƏT QAYĞISI.

Müəllimlik peşəsinə ən böyük qiymətin ümummilliliderimiz Heydər Əliyev tərəfindən verilməsi. Heydər Əliyevmüəllimlik peşəsi haqqında. Ölkəmizdə müəllimə dövlətqayğısı. Müəllimə dövlət tərəfindən verilən şərəfli adlar.Azərbaycanın tanınmış, görkəmli müəllimləri.

Müəllimin sosial statusu. Müəllim əməyinin özünəməxsusxüsusiyyətləri.

Müasir dərs pedaqoji prosesin, müəllim-şagird, şagird-müəllim münasibətlərinin bitkin bir hissəsi kimi.

Müəllim şəxsiyyəti onun əməyinin sosial istiqamətinimüəyyən edən ən başlıca xüsusiyyətlərdən biri kimi.

XXII mövzuPEDAQOJİ INNOVASİYALAR.

İnnovasiyanın mahiyyəti. Pedaqoji prosesin optimallaş-dırılması. Təhsilə investisiyaların qoyuluşu. İnnovasiyanınobyektini müəyyənləşdirən problemlər:

1. Təlim-tərbiyə fəaliyyətinin motivasiyasını(öyrətməyə, oxumağa olan marağı) necə yüksəltmək.

2. Dərsdə öyrənilən materialın həcmini necəyüksəltmək.

3. Təlimin keyfiyyətini necə artırmaq.4. Vaxt itkisini necə aradan qaldırmaq və s.

Page 20: Təhsilin müasir problemləri fənni üzrə proqram

19

Optimallaşdırmanın nəzəri və praktik baxımdan ikiistiqamətə ayrılmasının pedaqoji innovasiyada rolu. Humanistpedaqogikanın təşəkkülünə pedaqoji sistemdə sözün əslmənasında gedən innovasion prosesin nümunə olması.

XXIII mövzuTƏHSİLİN YENİ MODEL, ÜSLUB VƏ NÖVLƏRİ.

Təhsildə müasirlik və ənənəvilik. Təhsildə çoxballısistem. Ödənişli və ödənişsiz təhsil. Kredit üsulu ilə təhsil(permanent təhsil). Distant rəhsil (məsafədən təhsil). Bolonyatədris prosesi.

XXIV mövzuMÜASİR DÖVRDƏ TƏHSİLİN FORMA VƏ NÖVLƏRİ.

Distant təhsil. Bu gün bütün dünyada uzaqdan təhsilideyasının genişlənməsi. Distant təhsil sahəsində çalışanmütəxəssislərin istifadə etdikləri prinsiplər. Yenitexnologiyalardan istifadə etməklə qarşıda duran vəzifələr.Məsafəli təhsildə əsas iştirakçılar: tələbələr (şagirdlər),müəllimlər. Hər hansı bir məsafəli təhsildə nailiyyətlərin əldəedilməsi yolları.

XXV mövzuXARİCİ ÖLKƏLƏRDƏ - AVROPA VƏ AMERİKADA

PEDAQOGİKA VƏ TƏHSİL.

Müasir dünya təhsil məkanı. Amerika təhsil modeli.Fransa təhsil modeli. Alman təhsil modeli. İngilis təhsilmodeli. Rusiya təhsil modeli. Avropa və Amerikada pedaqojielmlərin inkişafı.

XXVI mövzuŞƏRQDƏ PEDAQOGİKA VƏ TƏHSİL

Şərqdə məktəb və pedaqogika. Türkiyədə təhsil sistemi.İran və Hindistanda təhsil. Çin və Yaponiyada təhsil sistemi.Müasir dünya təhsilində inteqrasiya.

Page 21: Təhsilin müasir problemləri fənni üzrə proqram

20

İSTİFADƏ EDİLƏN VƏ MƏSLƏHƏT GÖRÜLƏNƏDƏBİYYATIN SİYAHISI

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı-2002.

2. Azərbaycan Respublikasının Təhsil Qanunu. Bakı-2009.

3. Abbasov A.N., Əlizadə N.Ə. Pedaqogika. Bakı-2000.

4. Ağayev Ə.Ə. və b. Pedaqogika. Bakı-2003.5. Ağayev Ə.Ə. Təlim prosesi: ənənə və müasirlik.

Bakı-2006.6. Ağayev Ş.O. və başqaları. İbtidai siniflərdə fəal

təlimin nəzəri və praktik məsələləri. Metodik vəsait.Bakı, Nasir, 2007

7. Bünyatova F., Abdulla B.. Təlim və tərbiyədəinteraktiv texnologiya. Bakı – 2000

8. Distant təhsil qloballaşmanın tələbidir. “Azərbaycanmüəllimi” qəzeti, 1 iyul 2005.

9. Əliyev F. İ. Şagird şəxsiyyətinin formalaşmasındamilli xüsusiyyətlərin nəzərə alınması. Bakı-1995.

10.Həşimov Ə.Ş., Sadıqov F.B. Azərbaycan xalqpedaqogikası (dərslik). Bakı - 2000.

11.Həsənov M. M., Bəhmənova C. İbtidai siniflərdəfəal və interaktiv metodlardan istifadənin nəzəri-praktik məsələləri (Metodik vəsait). Bakı:ADPU,2009.

12.Hüseynzadə R.L. Qədim və erkən orta əsrlərdövründə Azərbaycanda tərbiyə, təhsil və pedaqojifikir. Bakı -2007.

13.Hüseynzadə R.L. Təhsilin humanistləşdirilməsi vədemokratikləşdirilməsi. Bakı -1997.

Page 22: Təhsilin müasir problemləri fənni üzrə proqram

21

14.Kərimov Y.Ş. Təlim metodları. Bakı – 200715.Mərdanov M.C. Azərbaycan təhsil sistemi: real

vəziyyət, problemlər və islahat istiqamətləri. Bakı -2005.

16.Mərdanov M.C. Azərbaycan təhsili islahatyollarında: uğurlar, problemlər, vəzifələr. Bakı -2001.

17.Mərdanov M. C. Azərbaycan təhsili yeni inkişafmərhələsində. Bakı-2009.

18.Mərdanov M.C., Mehrabov A.O. Qardaşov T.Təlim-tərbiyə prosesinin və nəticələrininqiymətləndirilməsi iskahatın mühüm amilikimi//”Qloballaşma və Azərbaycanda təhsilin aktualproblemləri”Beynəlxalq Elmi praktik konfransınmaterialları. Bakı- 2004.

19.Mərdanov M.C., Ə.Q.Quliyev. AzərbaycanRespublikasının Dövlət Rəmzləri. Bakı: Çaşıoğlu,2001.

20.Mehrabov A.O. və b. Pedaqoji texnologiyalar. Bakı -2006.

21. Mehrabov A.O.Azərbaycan təhsilinin müasirproblemləri. Bakı-2007.

22.Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika. Bakı-2002.

23. Nəzərov A.M., Məmmədov R.İ. Pedaqoji ustalıq.Bakı-2008.

24.Nəzərov A., C.Mirzəyev Heydər Əliyev və gəncliyinmənəvi tərbiyəsi. Bakı-2009.

25.Quliyev C.M. Ailə pedaqogikasının mühümproblemləri. Bakı-2005.

26. Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. V cild,Bakı-1988.

27.Sadıqov F. B. Pedaqogika. Bakı-2006 .

Page 23: Təhsilin müasir problemləri fənni üzrə proqram

22

28.Talıbov Y.R., Sadıqov F.B., Quliyev C.M.Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı-2000.

29. Talıbov Y.R. Didaktika. Bakı-1994.30.Veysova Z. Fəal (interaktiv) təlim: Müəllimlər üçün

vəsait, UNİCEF, 2007.