Telebe heyat terzi arashdirmasi hesabat

24
UNİVERSİTET TƏLƏBƏLƏRİNİN HƏYAT TƏRZİ VƏ İSTEHLAK VƏRDİŞLƏARAŞDIRMA HESABATI Yanvar 2015 | Business Insight

Transcript of Telebe heyat terzi arashdirmasi hesabat

Page 1: Telebe heyat terzi arashdirmasi hesabat

UNİVERSİTET TƏLƏBƏLƏRİNİN

HƏYAT TƏRZİ VƏ İSTEHLAK VƏRDİŞLƏRİ

ARAŞDIRMA HESABATI

Yanvar 2015 | Business Insight

Page 2: Telebe heyat terzi arashdirmasi hesabat

Business Insight ESOMAR Ümumdünya Marketinq və Araşdırma

Mütəxəssisləri Assosiasiyasının üzvüdür

Business Insight bütün marketinq, sosial araşdırmaları və promo

kampaniyaları ICC/ESOMAR-ın Marketinq və Sosial Araşdırma

Təcrübəsi üzrə Məcəlləsində öz əksini tapan ən yüksək peşəkar və etik

standartlara və ISO 20252 beynəlxalq standartının tələblərinə müvafiq

olaraq həyata keçirir.

Page 3: Telebe heyat terzi arashdirmasi hesabat

ARAŞDIRMA HAQQINDA

3

Page 4: Telebe heyat terzi arashdirmasi hesabat

Kəmiyyət Araşdırma Metodunun Üz-Üzə

sorğular (F2F) Üsulu (PAPI) Sorğular Bakı şəhərində yerləşən

Universitetlərin qarşısında keçirilib

0 5 10 15

Məqsəd? Hədəf Qrup? Seçim Nümunəsi?

Əhatə Dairəsi?

2014

Başladı

Dekabr 02

Bitdi

Dekabr 10

Vaxt? Metodologiya?

Araşdırma haqqında

Universitet gəncliyinin həyat tərzi və istehlak vərdişlərinə istiqamətlənmiş trendləri, markalarla əlaqələrini və gündəmlərini davamlı olaraq ölçmək və yaymaqdır.

Rüblük periodlarla həyata keçirilir və paylanılır

Tələbələrin reprezentativi (ağırlıq mərkəzinə yaxın)

Tələbələrin həyat tərzinin öyrənilməsi üçün tədqiqat vahidi kimi 10 tanınmış özəl və dövlət universitetinin tələbələri götürülüb.

Respondent sayı: 1022

Page 5: Telebe heyat terzi arashdirmasi hesabat

Subay Evli

99,0

1,0

Respondentin vətəndaşlıq vəziyyəti (%)

Qadın; 50,0 Kişi; 50,0

Respondentin cinsi (%)

17 18 19 20 21 22 23 24

7,4

21,8

24,9

21,8

14,1

5,7

2,8 1,5

20

Respondentin yaşı (%) Orta Yaş

№ Sorğu keçirilən Universitetlər

Respondent sayı

1 Azərbaycan Texniki Universiteti

Cəmi: 1022 respondent

2 Azərbaycan Tibb Universiteti

3 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

4 Azərbaycan Dövlət Neft Akademiyası

5 Azərbaycan Dövlət Pedaqoji Universiteti

6 Bakı Dövlət Universiteti

7 Azərbaycan Dillər Universiteti

8 Azərbaycan Dövlət İqtisad Universiteti

9 Qafqaz Universiteti

10 Bakı Biznes Universiteti

Xülasə: Gender bölgüsü xüsusi kvota tətbiq edilməklə, respondentlər arasında bərabər sayda paylanılıb (kişi/qadın 50%/50%). Respondentlərin orta yaşı 20-dir. Araşdırmanın məqsədlərinə çatmaq üçün paytaxtda 10 Universitet seçilmişdir (8 dövlət, 2 özəl universitet) Hər universitetdən minimum 100 tələbə sorğuya cəlb edilmişdir.

Demoqrafik xarakteristika

İştirakçılar

Page 6: Telebe heyat terzi arashdirmasi hesabat

6

ARAŞDIRMANIN NƏTİCƏLƏRİ

Page 7: Telebe heyat terzi arashdirmasi hesabat

Bəli; 61,6

Xeyr; 38,4

7

Universitet gəncliyi əlüstü yemək üçün daha çox “McDonald’s”ı seçir

Fastfood restoranlarında olanlar: Baza: 630

Son bir ayda Fast-food restoranlarında olmusunuzmu? (%)

Bütün respondentlər: Baza: 1022 1,7

1,9

2,1

2,2

5,4

47,1

55,7

1,4

1,4

11,6

1,7

0 10 20 30 40 50 60

Digərləri

Son bir ayda hansı Fastfood restoranlarında olmusunuz? (%)

Xülasə: Araşdırma aşkar etmişdir ki, tələbələrin əsas yemək yerlərindən biri də fastfood (əlüstü) satılan restoran və kafelərdir. Universitet gəncliyinin 62 faizi şəbəkəli əlüstü yemək restoranlarından istifadə edir. Əlüstü yemək üçün isə ən çox üstünlük verilən yer bu sahədə dünya lideri McDonald’s restoranlar şəbəkəsidir (55.7%). Keyfiyyət araşdırmaları da göstərir ki, gənclər, xüsusilə də tələbələr bu tip restoranların əsas hədəf auditoriyasıdır. Əlüstü yemək üçün seçilən yerlərdən sıralamada ikinci yerdə KFC gəlir (47,1%). Nəticələrdən da ehtimal olunur ki, xarici məşhur fastfood restoranlar və coffee shop-lar üçün Bakı cəlbedici bazardır. Çarpaz təhlillərdən müşahidə olunur ki, gender baxımından fastfood restoranlarında yemək yeyənlərin yarısından çoxu xanımlardır (55%). Bu tip restoranlarda yemək yeyənlərin orta aylıq xərcləri statistik orta göstəricidən bir az yuxarıdır. Universitet gəncliyini hədəfləyən şirkətlər reklam siyasətini əlüstü yemək yeri kimi ən çox üstünlük verilən restoranlar şəbəkələri ilə əməkdaşlıq edərək həyata keçirib, məqsədlərinə bir addım daha yaxınlaşa bilərlər. Məlumat üçün qeyd edək ki, müasir “fastfood” (əlüstü yemək) sənayesinin əsası 1921-ci ildə ABŞ-da hamburger istehsal edən “White castle” (“Ağ qəsr”) şirkətinin açılması ilə qoyulub.

Page 8: Telebe heyat terzi arashdirmasi hesabat

8

Hər 100 tələbədən 16-ı online alış etdiyini deyir

Online alış edənlər: Baza: 165

Bəli; 16,1

Xeyr; 83,9

Son bir ayda “online” hər hansı bir alış etmisinizmi? (%)

Xülasə: Sorğuya cəlb olunan tələbələrin cəmi 16,1% İnternet üzərindən online alış etdiyini qeyd edib. Müqayisə üçün qeyd edək ki, ABŞ-da təxminən əhalinin (18-yaşdan yuxarı) 69 faizi davamlı olaraq müəyyən məhsulları online alırlar. Lakin ehtimal olunur ki, Azərbaycanda bəzi faktorlar online alışa hələ də neqativ təsir edir. Məsələn, keyfiyyət araşdırmaları göstərir ki, təhlükəsizlik baxımdan online alış daha az cəlbedici görünür. Bundan əlavə, reallıqda məhsullar/xidmətlər online təsvir edildiyi kimi olmaya bilir, yəni, gözləntilər qarşılanmır. Nəzərə alsaq ki, bu növ alışın əsas hədəf auditoriyası məhz tələbə yaşlarında olan gənclikdir, nəticələrdən Azərbaycanda alışın bu növünün istənilən səviyyədə inkişaf etmədiyi müşahidə olunur. Amma onu da qeyd edək ki, araşdırma təhlilləri bu alış növünün müsbət istiqamətdə artan tendensiyasını göstərir. Qrafikdən də göründüyü kimi online alış edən 165 tələbədən 57.6 faizi məşhur online alış saytı olan “ebay”dan alış etdiyini qeyd edib. Çarpaz təhlillər göstərir ki, gender baxımından online alış edənlərin əksər hissəsi oğlan tələbələrdir (61.8%)

1,8

2,4

3,0

4,2

5,5

5,5

57,6

1,2

20,0

5,5

1,2

0 10 20 30 40 50 60

Son bir ayda hansı vebsayt-dan “online” alış etmsiniz? (%)

Online shopping

Digərləri

Adını xatırlamadı

Bütün respondentlər: Baza: 1022

Page 9: Telebe heyat terzi arashdirmasi hesabat

15,1

8,35,9

2,2 1,7 1,5 0,6 0,6 0,4 1,0

22,8

43,2

9

Telefonunuz hansı markadandır?

(%)

Bütün respondentlər: Baza: 1022 0% 20% 40% 60%

13,7%

47,4%

50,2%

Dig

ərlə

ri

Sam

su

ng

iPh

on

e

No

kia

So

ny

HTC

HU

AW

EI

LG

Bla

ckB

erry

Fly

Alc

ate

l

Bakcell_

ALO

V

Hansı mobil operatorun xidmətindən istifadə edirsiniz? (%)

Xülasə: Ən çox istifadə olunan mobil telefon brendi Samsung-dur (43,2%). Paytaxt əhalisi ilə aparılan əvvəlki araşdırma (Fevral, 2014) nəticələrinə görə Nokia bazar lideri idi. Lakin cari araşdırmada Nokia yerini Samsung-a hətta iPhone-a uduzmuş vəziyyətdədir. Gənc nəsil yeni texnologiyalara daha çox meylli olduğundan mobil telefon markalarından istifadə səviyyəsi bazarda tez-tez dəyişikliyə məruz qalır. Bundan əlavə, araşdırmalar göstərir ki, bu məsələdə sosial təzyiq də bir amil kimi özünü biruzə verir və gənclər digərlərindən geri qalmamağa çalışır. Cari araşdırma onu göstərir ki, tələbələr arasında Bakcell-in xidmətlərindən istifadə edənlər çoxluq təşkil edir (50.2%). 2014-ci ilin əvvəlində paytaxt sakinləri ilə keçirilən sorğuya görə Bakcell ən sərfəli xidmət göstərən operator kimi qavranılmışdı. O da bəllidir ki, sərfəli təkliflər axtarmaq tələbələrə xas olan bir davranışdır. Deməli, əldə etdiyimiz nəticələri kombinə etsək görərik ki, Bakcell tələbələr arasında təklif etdiyi sərfəli xidmətlərə görə bazar lideridir. Nəticələr də təsdiq edir ki, gənclər yeni texnologiyaya üstünlük versələr də sərfəli qiymətləri də unutmurlar. Onu da qeyd edək ki, Azercell istifadəçilərinə ən çox Qafqaz və Tibb Universitetlərinin tələbələri arasında rast gəlinir.

Sosial təzyiq gəncləri yeni texnologiyalardan istifadəyə vadar edir

Page 10: Telebe heyat terzi arashdirmasi hesabat

7,5

3,8 3,3 2,40,9 0,9 1,5

45,8

34,0

Bəli, davamlı;

15,4

Bəli, hərdən;

5,4

Xeyr; 79,3

10

Siqaret çəkən tələbələrin orta aylıq xərcləri daha çoxdur

Siqaret çəkirsinizmi? (%) Hansı markalı sigaret çəkirsiniz? (%)

Dig

ərlə

ri

1-2 qutu 3-4 qutu 5-6 qutu 7-8 qutu 9-10 qutu 11-14 qutu

28,8

19,8

4,7

34,9

7,1 4,7

Orta Ədəd

Həftədə neçə qutu siqaret çəkirsiniz? (%)

Xülasə: Nəticələr təsdiq edir ki, hər 5 tələbədən biri siqaret çəkir (20%). Nəzərə alsaq ki, sorğuya cəlb olunanların orta yaşı 20-dir, bu nəticə həyəcan siqnalı sayıla bilər. Çünki araşdırmalar göstərir ki, siqaret digər zərərli vərdişlərə başlamaqda bəzən keçid rolunu oynayır. Siqaret brendləri arasında istehlak səviyyəsinə görə “Kent” bazarda liderliyini qoruyub saxlaya bilib (45.8%). Qrafikdən göründüyü kimi “Winston” tələbələr arasında 2-ci ən populyar siqaret brendidir. Həftə ərzində hər bir tələbə orta hesabla 4.3 qutu siqaret çəkdiyini deyir. Çarpaz təhlillər göstərir ki, siqaret çəkənlərin (212 respondent) böyük əksəriyyəti (77.3%) lazım olan günlük qidanı 100% istehlak edə bilmir. Digər tərəfdən siqaret çəkənlər arasında “stresli həyat tərzi keçirirəm” deyənlərdə artımın olduğu müşahidə olunur. Əlavə olaraq qeyd edək ki, bu seqmentin aylıq xərci orta statistik göstəricidən xeyli yuxarıdır (202 AZN).

Siqaret çəkənlər: Baza: 212 Bütün respondentlər:

Baza: 1022

Page 11: Telebe heyat terzi arashdirmasi hesabat

Digərləri

Bakıxanov T/M

Lotos T/M

Karvan T/M

Karvan T/M (Sumqayıt)

Xalqlar Dostluğu T/M

Cavid T/M

Laçın T/M

20 Yanvar keçid T/M

28 May keçid T/M

Adi mağazalardan (harada …

8-ci km bazarı

Binə T/M

Sədərək T/M

5,7%

1,4%

1,4%

1,7%

1,7%

5,7%

6,0%

6,3%

6,3%

6,9%

7,2%

8,6%

12,4%

33,6%

Xüsusi Mağazadan Geyim Almayanlar

24,3%

1,9%

2,5%

2,8%

5,3%

8,8%

9,8%

10,5%

16,3%

16,9%

18,0%

21,7%

Xüsusi Mağazadan Geyim Alanlar

Digərləri

11

Xarici brendlərdən geyim alan əsas seqmentlərdən biri tələbələrdir

Baza: 674

Xülasə: Sorğuya cəlb olunanların 66 faizi iddia edir ki, onlar geyimlərini xüsusi mağazalardan almağa üstünlük verirlər. Araşdırmalar göstərir ki, ümumi əhalidən fərqli olaraq gənclər, xüsusən də ali təhsil alan tələbələr xüsusi geyim mağazalarından alış etməyə daha çox meyillidirlər (ümumi əhali-27%, tələbələr-66%). Beləliklə məlum olur ki, xarici brendlərdən geyim (xüsusilə Qərbi Avropa və Şimali Amerika) alan əsas seqmentlərdən biri tələbələrdir. Buna görə də taksit kartlarını onlara daha yüngül şərtlərlə təklif etmək və xüsusilə də, bu seqment üçün vaxtaşırı endirimlər həyata keçirmək biznes üçün zəruridir. Geyim almaq üçün xüsusi mağaza kimi seçilən mağazalar arasında bir neçə müddətdir ki, “Romantic” lliderliyini qoruyub saxlaya bilib (22%). Çarpaz təhlillər göstərir ki, “geyimimi xüsusi mağazalardan almağa üstünlük verirəm” deyənlərin (674 respondent) böyük əksəriyyəti xanımlardır (63%). Geyimlərini xüsusi mağazalardan almayanların (348 respondent) ən çox üstünlük verdikləri məkan isə Sədərək yarmarkasıdır (33,6%).

Baza: 348

Bəli; 65,9

Xeyr; 34,1

Geyiminizi aldığınız xüsusi bir mağaza varmı? (%)

Bütün respondentlər: Baza: 1022

Page 12: Telebe heyat terzi arashdirmasi hesabat

Bəli; 18 Xeyr; 82

Taksit kartlarına sahib olan tələbələr 18% təşkil edir

Xülasə: Tələbələrin az qala 1/5-i taksit kartlara sahibdirlər. Bu qrupun 66,7 faizi Unibankın təklif etdiyi Albalı kartın müştəriləridir. Görünən odur ki, Unibank digər banklara nisbətdə tələbələri daha çox hədəfə alıb. Araşdırmalar da sübut edir ki, taksit kartların istifadəsi öz başlanğıcını məhz geyim mağazalarından götürür. Taksit kartı olanların 78 faizi geyimini xüsusi mağazalardan almağa üstünlük verir. Bu və ya digər göstəricilər onu deməyə əsas verir ki, taksit kartlar üçün tələbələr uyğun bazardır. Ev, kirayə xərclərini nəzərə almasaq hər tələbə orta statistik nəticəyə görə 151 AZN ayda pul xərcləyir. Taksit kartlarından istifadə edənlər arasında Texniki Universitetin tələbələrinə daha çox rast gəlinir. Ay ərzində daha çox pul xərcləyənlərə isə Dövlət İdarəçilik Akademiyasının (orta statistika: 189 AZN) və Texniki Universitetin (orta statistika: 161 AZN) tələbələri arasında rast gəlinir. Ay ərzində ən az pul xərcləyən Dövlət Neft Akademiyası-nın tələbələridir (129 AZN)

Taksit kartı olanlar: Baza: 184

66,7%

33,3%

5,5%

Taksit kartınız varmı? (%) Bütün respondentlər: Baza: 1022

50 qədər 51-100 101-200 201-300 301-400 500+

10,7

31,0

37,9

12,4

4,6 3,4

Bütün respondentlər: Baza: 1022

Siz hansı taksit kartdan istifadə edirsiniz? (%)

Orta məbləğ: 151

Aylıq nə qədər pul xərcləyirsiniz? (Ev, kirayə xərci nəzərə alınmır) (%)

Page 13: Telebe heyat terzi arashdirmasi hesabat

Always brendi qadın bağları bazarının 36.5 faizinə sahibdir

Zəhmət olmasa davamlı olaraq istifadə etdiyiniz qadın bezlərinin markasını qeyd edin. (%)

,4

,4

,4

,6

,6

28,5

32,6

36,5

Xanım tələbələr: Baza: 512

Xülasə: Sorğu nəticələrindən qadın bezləri bazarına 3 brendin diqtə etdiyi müşahidə olunur (Always-36,5%, Molped-32,6%, Kotex-28,5%). Çarpaz təhlillər göstərir ki, “Always” qadın bezlərinin istifadəçiləri daha gənc xanımlardır. Yaş ortalaması artdıqca xanımlar “Always”ı “Molped”ə dəyişirlər. “Molped”dən istifadə edən xanımların yaş ortalaması “Always”dan yuxarıdır. Yaş bir az daha artdıqda isə xanımların “Kotex”dən istifadə etməyə üstünlük verdikləri aşkarlanıb. Belə ki, “Kotex”in istifadəçilərinin yaş ortalamaları hər iki brenddən (Always, Molped) yuxarıdır. Digər tərəfdən təhlillərdən aydın olur ki, “Molped”dən istifadə edən xanımların orta aylıq xərci ümumi statistik ortadan aşağıdır (125 AZN). Əlavə olaraq qeyd edək ki, cəmi 8 evli tələbə xanımdan 5 nəfəri “Molped” istifadə etdiyini qeyd edib. Görünən odur ki, “Molped” istifadə edənlər əsasən qiymətə fikir verənlərdir. Həm aylıq xərc ortalamasının həm də digər bu kimi suallara verilən cavabların təhlilləri göstərir ki, (məs. iPhone istifadəçiləri “Kotex”dən istifadə edənlər arasında çoxluq təşkil edir) “Kotex” istifadəçiləri əsasən qiyməti düşünməyən seqmentdir. “Kotex”dən istifadə edənlər üstünlük verdikləri xüsusi geyim mağazası kimi əsasən “Mango” və “Zara”nın adlarını qeyd ediblərsə, “Always” və “Molped” istifadəçiləri “Romantic” və “Mango”nun adlarını qeyd ediblər.

Page 14: Telebe heyat terzi arashdirmasi hesabat

P&G şampunlarının istehlakçıları arasında kişilər çoxluq təşkil edir

Deyə bilərsinizmi saçlarınız üçün hansı şampun markasından davamlı olaraq istifadə edirsiniz? (%)

29,0

23,7

11,5

7,8

4,2 3,5 3,3 2,3 1,8 1,4

9,7

1,9

Dig

ərlə

ri Cavab

vermədi

Xülasə: Sorğuya cəlb olunan tələbələr davamlı olaraq saçlarını yuduqları 56 müxtəlif şampun markasının adını çəkiblər. Qrafikdən də göründüyü kimi bu bazarın 29 faizinə Head&Shoulders nəzarət edir. Lakin “Procter&Gamble”in əsas rəqiblərindən olan “Unilever”in Elidor brendi (23,7%) bazar liderindən elə də geri qalmır. Maraqlı məqam odur ki, “Unilever”in başqa bir brendi Clear (11,5%) tələbələr arasında üçüncü ən çox istehlak olunan şampundur. 4-cü və 5-ci yerləri yenə də Procter&Gamble brendləri tutur (Pantene 7,8% və Wash&Go 4,2%). Çarpaz təhlillər göstərir ki, Head&Shoulders əsasən kişilərin istifadə etdiyi şampun markasıdır (296 respondent: kişi-74.7%: xanım-25.3%), “Elidor”un istifadəçiləri arasında isə böyük əksəriyyət xanımlardır (242 respondent: xanım-77.3%: kişi-22.7%). Ümumiyyətlə P&G şampunlarının (Head&Shoulders, Pantene, Wash&Go, Wella) istifadəçiləri arasında kişilər (538 respondent: kişi-67.5%: xanım-32.5%) üstünlük təşkil etdiyi halda, “Unilever”də (Elidor, Clear, Dove) xanımların üstünlüyü müşahidə olunur (362 respondent: kişi-40.3%: xanım-59.7%). Təhlillər göstərir ki, P&G şampunlarının istifadəçiləri “Unilever”in şampunlarından istifadə edənlərə nisbətdə daha gənc yaşlarındadırlar.

Bütün respondentlər: Baza: 1022

Page 15: Telebe heyat terzi arashdirmasi hesabat

Hər iki tələbədən biri aktiv həyat tərzi keçirdiyini qeyd edib

Xülasə: Universitet gənclərinin hər iki nəfərindən biri aktiv həyat tərzi keçirdiyini qeyd edib (50.7%). Bu göstərici də tələbə həyatına xas olan davranışdır. Lakin buna baxmayaraq tələbələrin mütləq əksəriyyəti sağlam həyat tərzi üçün lazım olan günlük qidanı tamamilə qəbul edə bilmədiyini deyir (77%). Maraqlı tapıntı ondan ibarətdir ki, “stresli” həyat tərzi keçirənlər arasında kişilər çoxluq təşkil edir. Digər tərəfdən təbii olaraq kişi gənclər xanımlara nisbətdə daha hərəkətli həyat tərzi keçirdiklərini qeyd ediblər (187 respondent: kişilər-52.4%, xanımlar-47.6%). Başqa bir maraqlı tapıntı ondan ibarətdir ki, xanımlar arasında sağlam həyat tərzi üçün lazım olan günlük qidanı tamamilə qəbul edə bilmədiyini düşünənlər kişilərə nisbətdə çoxluq təşkil edir.

Sağlam həyat tərzi üçün lazım olan günlük qidanı 100% istehlak etdiyinizə əminsinizmi? (%)

Bəli; 22,9

Xeyr; 49,3

Bəzən; 27,8

Aşağıda oxuyacağım sözlərdən hansı biri Sizin həyat tərzinizi ifadə edir? (%)

Sakit; 31,0

Hərəkətli; 50,7

Stresli; 18,3

Bütün respondentlər: Baza: 1022

Bütün respondentlər: Baza: 1022

Page 16: Telebe heyat terzi arashdirmasi hesabat

71% tələbə asudə vaxtını internetdə keçirir

Xülasə: Bir ölkənin gənc təbəqəsinin dünyagörüşünün formalaşmasında onun asudə vaxtını necə keçirməsi də böyük əhəmiyyət daşıyır. Tələbələrin asudə vaxtnı əsasən İnternetdə keçirməsində müsbət tərəflər olsa da, nəticələrdən müşahidə olunur ki, bu gün universitet gəncliyinin əksəriyyəti boş vaxtlarını səmərəli formada keçirə bilmir. Sorğuya cəlb olunanlardan 71 faizi asudə vaxtlarını İnternetdə keçirdiyini qeyd edib. Deməli, bu seqmentin diqqətini cəlb etməkdə (istər kommersiya və ya qeyri-kommersiya məqsədləri üçün) İnternet ən yaxşı yeni media vasitəsidir.

Asudə vaxtınızı necə keçirirsiniz? (%)

Debatlarda, Sosial tədbirlərdə iştirak edirəm

Alış-veriş edirəm

Yaradıcılıqla məşğul oluram

Çayxanada vaxt keçirirəm

Kurslara gedirəm

Yemək bişirirəm/Ev işləri/Yatıram

Gəzintiyə çıxıram

Əylənirəm (iqra, telefon, Whatsapp, …

İdmanla məşğul oluram

Kinoya/Teatra/Muzeyə gedirəm

Mütaliə edirəm

Evdə TV izləyirəm

Musiqi dinləyirəm, ifa edirəm

Dostlarımla görüşürəm

İnternetdə vaxt keçirirəm

0,5%

0,7%

1,1%

1,1%

1,6%

2,5%

2,7%

3,6%

6,0%

10,7%

31,9%

36,4%

36,8%

41,0%

70,6%

Bütün respondentlər: Baza: 1022

Page 17: Telebe heyat terzi arashdirmasi hesabat

Tələbələrin ən çox vaxt keçirdiyi internet saytı Facebook sosial şəbəkəsidir (68%)

İstifadə etmirəm

Digərləri

5,3

9,3

0,4

0,5

1,2

1,3

2,4

5,5

8,2

25,9

39,9

67,8

Bəs hansı İnternet saytlarında vaxtınızı daha çox keçirirsiniz? (%)

Heç birini xoşlamıram/Xatırlamıram 74,4%

İdeal/1+1 2,6%

Romantic 1,7%

Geyim haqqında reklam (marka xatırlamır) 1,4%

Apple/iPhone 1,3%

Bakcell/Ulduzum 1,1%

Azercell 0,9%

Kotex 0,9%

İrşad Telecom 0,8%

Mango 0,6%

28Mall 0,5%

Təhsillə bağlı reklamlar 0,5%

vipbrands.az 0,5%

Always 0,4%

Samsung 0,4%

Zara 0,4%

Gillette/Mach3 0,4%

New Yorker 0,4%

Lazer epilyasiyası ilə bağlı reklamlar 0,4%

Sabina 0,3%

Nar 0,3%

İntegral 0,3%

Coca-Cola/Yeni il kompaniyası 0,3%

Audi 0,3%

Soyuq əllər, isti ürək (xeyriyyə yarmarkası) 0,3%

Almalı 0,3%

myphone.ae 0,3%

Nokia 0,2%

Sony 0,2%

Bank of Baku 0,2%

Oriflame 0,2%

Hyundai 0,2%

Bershka 0,2%

Lakme 0,2%

MAC 0,2%

Music Gallery 0,2%

Chanel 0,2%

Porsche 0,2%

ebay.com 0,2%

Albalı kart 0,2%

Soliton 0,2%

Kontakt Home 0,2%

BMW 0,1%

Alcatel 0,1%

KitKat 0,1%

Palmolive 0,1%

Head & shoulders 0,1%

Playstation 2015 0,1%

RedBull 0,1%

VTB 0,1%

Mercedes-Benz 0,1%

Stradivarius 0,1%

Барни 0,1%

Toshiba (kompüter) 0,1%

Bolkart 0,1%

McDonald's 0,1%

Wash & Go 0,1%

Tissot 0,1%

Snickers 0,1%

Геркулес 0,1%

HTC 0,1%

COLIN'S 0,1%

Gliss Kur 0,1%

Arıqlamaq üçün reklam 0,1%

Magnit 0,1%

Express kredit 0,1%

Inglot 0,1%

"One book one smile" yardım aksiya 0,1%

Lady Sharm 0,1%

Jasmine Wedding 0,1%

Bolmart 0,1%

Sharm 0,1%

Cafe City 0,1%

Pantene 0,1%

Molfix 0,1%

Fashion - Moda reklamları 0,1%

Kapital Bank 0,1%

Ağ çiçəyim 0,1%

Silver Style 0,1%

Dior 0,1%

Gucci 0,1%

Maşın sığortası haqqında reklam 0,1%

Pampers 0,1%

ART-Dizayn 0,1%

Topaz 0,1%

Baku Electronics 0,1%

Adidas 0,1%

IELTS kursları 0,1%

Carolina Herrera 0,1%

Prestij 0,1%

Ali and Nino 0,1%

From.ae 0,1%

OVOD-Kitab-evi 0,1%

Photoprint-in satış kompaniyası 0,1%

Растишкa 0,1%

Caspian Plaza kursları 0,1%

Sosial şəbəkələrdə keçirilən hansı reklam kampaniyasını xoşlamısınız və ya xoşlayırsınız? (%)

Xülasə: Qrafikdən də göründüyü kimi tələbələrin ən çox vaxt keçirdiyi İnternet saytı Facebook sosial şəbəkəsidir (67.8%). Bu fakt göstərir ki, sosial şəbəkələrdə reklamların effektiv olması labüddür. Baxmayaraq ki, respondentlərin əksəriyyəti reklamları xoşlamadıqlarını qeyd edirlər, araşdırmalar göstərir ki, istehlak olunan məhsul və xidmətlər arasında məhz reklamı olanlar çoxluq təşkil edir. Ən çox izlənilən ikinci İnternet saytı kimi tələbələr “Youtube”un adını qeyd ediblər (40%) ki, bu da virus marketinq üçün əlverişli şəraitdir. Təhlillər göstərir ki, Facebook istifadəçiləri arasında kişilər daha çoxdur (693 respondent: kişi-62.5, xanım-37.5%). “Youtube”un istifadəçilərində xanımların xeyrinə bir az vəziyyət dəyişir (408 respondent: kişi-51.5, xanım-48.5%). Tələbələrin əksəriyyəti sosial mediadakı reklamları xatırlamasalar və ya bəyənməsələr də, nisbətən İdeal-ın 1+1 kampaniyası onlar tərəfindən ən çox yadda qalan və bəyənilən reklam olub (2,6%). Ümumiyyətlə, digər araşdırmalarda da “1+1 kampaniyası” ən çox bəyənilən və yadda qalan kampaniya kimi respondentlər tərəfindən tez-tez vurğulanır.

Bütün respondentlər: Baza: 1022

Page 18: Telebe heyat terzi arashdirmasi hesabat

Ən çox xatırlanan reklamlar arasında Bakcell liderdir

Son bir ayda gördüyünüz və ya eşitdiyiniz hansı reklamları xatırlayırsınız? (%)

8,9%

5,8% 5,6%

3,7% 3,5% 3,5%

3,1% 2,8% 2,7%

2,5% 2,2% 2,1% 2,0%

Bütün respondentlər: Baza: 1022

Xatırlamıram 19,5

Digərləri 86,4

Xülasə: “Son bir ayda gördüyünüz və ya eşitdiyiniz hansı reklamları xatırlayırsınız?” sualına verilən cavablar göstərir ki, aqressiv reklam siyasəti həyata keçirən Bakcell (8,9%) tələbələr arasında da birinciliyini qoruyub saxlaya bilib. Maraqlı məqam odur ki, texnoloji innovasiyalara daha yaxın olan Samsung və Apple reklamları tələbələr arasında daha yadda qalandır. Cəmi 19.5% respondent reklamları xatırlamadığını qeyd edib. Ümumiyyətlə isə 285 brend adı qeyd edilib. Qrafikdə, yalnız 13 brendin adı göstərilib. Adı çəkilən brendlərin 86.4 faizi qrafikdə göstərilməyib. Çarpaz təhlillər göstərir ki, Bakcell-in reklamını xatırlayanların (91 res) 58.2 faizi “Bakcell”in müştərisidir, “Head&Shoulders”in reklamını xatırlayanların (29 res) 58.6 faizi onun müştərisidir, “Molped”in reklamını xatırlayanların (21 res) 52.4 faizi onun müştərisidir. “Pantene”də vəziyyət isə tamam başqadır. “Pantene”in reklamlarını xatırlayan 20 nəfərin yalnız 2-i (10%) Pantene istifadəçisidir.

Page 19: Telebe heyat terzi arashdirmasi hesabat

Xəmsə

Öz Aramızda

Bozbaş Pictures

Bu Tarz Benim

Ağıl dəryası

Kara Para Aşk

Kiraz Mevsimi

Yetenek Sizsiniz

Türkiye

Kurtlar Vadisi

Medcezir

O Ses Türkiye

1,4

1,7

1,7

1,9

2,0

2,1

3,8

5,8

7,4

7,5

8,0

Eminem

Sami Yusuf

Enrique Iglesias

Shakira

Emin Ağalarov

Rihanna

Emre Aydın

Tarkan

Murat Boz

Röya Ayxan

Miri Yusif

2,0

2,1

2,4

2,5

2,6

2,8

3,3

3,4

4,5

5,1

6,8

Türk TV-də yayımlanan serial, şou/əyləncə, yarışmalar universitet gəncliyinin maraq dairəsindədir

Xülasə: Sorğuya cəlb olunanların 1/4 qeyd edib ki, ya TV-yə baxmır, ya da baxdığı xüsusi proqram yoxdur. Lakin ən çox baxılan proqram “O Ses Türkiyedir” (8%). Ümumiyyətlə qrafikdən də göründüyü kimi, Türkiyə TV-lərində yayımlanan serial, şou/əyləncə, yarışmalar universitet gəncliyinin ən çox baxdığı proqramlardır. Bu nəticələr göstərir ki, türk brendləri ilə ortaq çalışan şirkətlərimizin malları Azərbaycan bazarında reklam siyasəti baxımından müəyyən üstünlüklərə sahibdir (Bazarda satılan bəzi markaların reklamları adı çəkilən proqramlarda yayımlanır). Çarpaz təhlillər göstərir ki, Türkiyə TV-lərində yayımlanan verilişlərin izləyiciləri arasında xanımlar daha çoxdur. Digər maraqlı tapıntı odur ki, tələbələr arasında Miri Yusif (6,8%) Röya Ayxandan (5,1%) daha populyardır. Keyfiyyət təhlilləri göstərir ki, 10 yanvar Heydər Əliyev adına Sarayda məşhur reperin ifasında (Miri Yusif) solo konsertin keçiriləcəyi üçün şəhərdə vurulan bilbordların və digər reklam vasitələrinin bu nəticəyə təsiri böyükdür. Təhlillərə əsasən deyə bilərik ki, əgər belə olmasa, bu rəqəmlər Röyanın xeyrinə dəyişilə bilər. Bir neçə ilin arxa-arxaya keçirilən araşdırmaları artıq təsdiq edib ki, Azərbaycanda hələki ən sevilən müğənni Röya Ayxandır. Ən çox hansı müğənninin konsertinin olmasını istərdiniz? sualına cavabında, tələbələr 224 müxtəlif adlarda, yerli və xarici müğənninin adını qeyd ediblər. Azərbaycan müğənnilərinin adlarını qeyd edənlər arasında kişilər çoxluq təşkil edir. Belə çıxır ki, xanımlar xarici verilişlərə, xarici müğənnilərə daha çox üstünlük verirlər.

Ən çox hansı müğənninin konsertinin olmasını istərdiniz? (%)

Ən çox hansı Televiziya proqramını (serial, şou/əyləncə, yarışma) izləyirsiniz? (%)

Bütün respondentlər: Baza: 1022

Bütün respondentlər: Baza: 1022

Heç biri

5,7

Digər 56,7 Digər 31,2

Fərqi

yoxdur/TV baxmır

25,6

Page 20: Telebe heyat terzi arashdirmasi hesabat

20

Gənclər təşkilatı kimi ATGTİ və onun Univeristet bölmələri tələbələr arasında daha populyardır

Tanımıram

Digərləri

NAYORA

AİESEC

MGT-Milliyətçi Gənclər Təşkilatı

MAG-Müasir Azərbaycan Gəncləri

AGT-Azad Gənclik Təşkilatı

THİ (BDU)

Debat

NİDA

Bakı 2015 könüllülər

TEC- Tələbə Elmi Cəmiyyət

YAP GT

AR Prezidenti yanında Gənclər fondu

Tələbə Gənclər Həmkarlar təşkilatı

İrəli

ATGTİ/Universitet bölmələri

19,8%

9,7%

0,5%

0,6%

0,7%

0,7%

0,7%

0,7%

0,9%

1,2%

1,5%

1,5%

5,6%

6,1%

6,7%

12,9%

61,4% Xülasə: Sorğuya cəlb olunan tələbələrə Azərbaycanda gənclərlə bağlı fəaliyyət göstərən hər hansı bir fondu və ya təşkilatı tanıyıb-tanımaması haqqında sual verilib. Məlum olub ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycanın 109 ali və orta təhsil müəssisəsini özündə birləşdirən ən böyük tələbə təşkilatlarından biri kimi tələbələr arasında daha populyardır. Onu da qeyd edək ki, ATGTİ mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri, tələbələrarası müxtəlif olimpiadalar, incəsənət müsabiqələri təşkil edərək təhsil müəssisələrində təhsilin inkişafına kömək göstərməkdədir. Tələbələrin qeydlərinə əsasən onların maraqlarını təmsil və müdafiə etmək də təşkilata popuyarlıq qazandıran digər səbəbdir. Maraqlı məqam odur ki, bəzi təşkilatların gənclər təşkilatı kimi fəaliyyət göstərməməsinə baxmayaraq tələbələr tərəfindən gənclər təşkilatı kimi qavranılır (“Bakı 2015 könüllülər”, “YAP GT”, “NİDA” və s) Hər 4 tələbədən biri gənclər təşkilatını tanımadığını qeyd edib.

Bütün respondentlər: Baza: 1022

Page 21: Telebe heyat terzi arashdirmasi hesabat

Digər

İnşaat sektoru

İstehsalat (qida, kənd/t və s.)

Daşınmaz əmlak və İcarə

Nəqliyyat, Rabitə

Hüquq mühafizə orqanları

Neft sektoru

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

Təhsil sektoru

Səhiyyə sektoru

Maliyyə sektoru

11,9

2,7

2,8

2,8

3,1

3,9

4,5

7,8

12,5

15,0

32,8

21

Tələbələrin 11% hal-hazırda işlədiyini deyir

Digər

Koordinator

Operator

Əczaçı

Mühasib

Fotoqraf

Mühafizəçi

Sahibkar

Menecer

Müəllim

Ofisiant

Satıcı/kassir

21,6

2,7

2,7

3,6

4,5

4,5

5,4

5,5

8,1

8,1

12,6

20,7

Xülasə: Sorğuya cəlb olunanların cəmi 11 faizi dərsi və işi bir yerə sığışdıraraq hal-hazırda işlədiyini iddia edib. İşləyənlər arasında satıcı/kassirlər (20,7%) və ofisiantlar (12,6%) çoxluq təşkil edir. Təhlillər göstərir ki, işlədiyini qeyd edən tələbələrin (111 respondent) böyük əksəriyyəti kişilərdir (kişilər-66.7%, xanımlar-33.3%). Cəmi 9 nəfər müəllimə işlədiyini vurğlayıb. Onların hamısı xanımlardır. Digər tərəfdən işləyən tələbələrin orta aylıq xərci statistik orta göstəricidən yuxarıdır (195 AZN). İşləyən tələbələrə ən az Qafqaz və Bakı Dövlət Universitetlərində rast gəlinir.

Hazırda işləyirsinizmi? (%)

İşləyən tələbələr: Baza: 111

Bəli; 11 Xeyr;

89

Hansı sektorda işləmək istərdiniz? (%)

Bütün respondentlər: Baza: 1022

Bütün respondentlər: Baza: 1022

Xülasə: İşləmək üçün arzu edilən sektorlar arasında maliyyə sektoru daha populyardır (tələbələrin 1/3). Sevindirici haldır ki, vacib sektorlar kimi səhiyyə (15%) və təhsil sahələrində (12,5%) özlərini sınamaq istəyənlər də az deyil. Çarpaz təhlillər göstərir ki, Maliyyə sektorunu seçmək istəyənlər arasında İqtisad Universiteti və Bakı Biznes Universitetinin tələbələri daha çoxdur. Bu sektorda işləmək istyənlərə ən az Tibb Universitetinin tələbələri arasında rast gəlinir (cəmi 7 nəfər).

Page 22: Telebe heyat terzi arashdirmasi hesabat

22

Gənclər əsasən şəxsi məsələləri müzakirə edirlər

Xülasə: “Əsasən hansı aktual mövzuları müzakirə edirsiniz?” sualının cavabında məlum olub ki, tələbələrin tez-tez toxunduqları aktual mövzu əsasən və təbii olaraq məhz “Təhsil/İmtahan/Karyera”dır (41%). Təhlillər göstərir ki, bu mövzuda müzakirə aparanların böyük əksəriyyəti xanım tələblərdir (418 respondent: xanımlar 72.2%, kişilər-27.8%). Universitet gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilsə də sorğudan çıxan nəticə odur ki, gənclər öz aralarında daha çox şəxsi məsələlərini müzakirə edirlər. Çarpaz təhlillər göstərir ki, “Təhsil/İmtahan/Karyera” mövzusunu müzakirə edən tələbələr arasında Texniki Universiteti, Neft Akademiyası və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri çoxluq təşkil edir.

Cavab vermədi

Digər

Əyləncə

Vətənpərvərlik/Milli dəyərlərimiz haqqında

Maliyyə/Maddi problemlər

Fərdi mövzular (avtomobil, yemək, incəsənət, musiqi)

Sevgi/Toy/Nişan/Ailə qurmaq

TV-i proqramlar (kino, maqazin verilişlər)

İşsizlik problemi/İş elanları

Ailə məişəti haqqında

Din

Şəxsi baxım haqqında (makiyaj, saç düzümü, dieta və s.)

İdman

İctimai, siyasi və iqtisadiyyat haqqında

Təhsil/İmtahan/Karyera

1,5%

9,3%

2,1%

2,3%

2,7%

2,8%

3,1%

3,2%

3,6%

4,5%

8,5%

10,5%

14,6%

20,7%

40,9%

Əsasən hansı aktual mövzuları müzakirə edirsiniz? (%)

Bütün respondentlər: Baza: 1022

Page 23: Telebe heyat terzi arashdirmasi hesabat

Hədəf kütləniz olan Univeristet gəncliyinə istiqamətlənmiş istənilən

mövzuda ödənişli qaydada sual vermək imkanınız vardır

(Bu araşdırma daxilində istənilən Universitetdən və istənilən sayda

respondentlə)

Araşdırma rübdə bir dəfə həyata keçirilir:

Fevral

May

Sentyabr

Dekabr

Bu araşdırmaya Siz də qoşulun....

Page 24: Telebe heyat terzi arashdirmasi hesabat

Tel.: (+994 12) 430 30 42 / 430 00 70 / 511 24 58 Fax: (+994 12) 430 17 77 E-mail: [email protected] www.businessinsight-az.com

Business Insight araşdırmalara verdiyiniz dəyərə görə Sizə təşəkkür edir.