T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın...

22
1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlər Təkmilləşdirmə İnstitutu UOT Təsdiq edirəmDövlət qeydiyyatı Az.DHTU-nun rektoru İnventar T.e.d. N.A. Qasımov ---------------------------- “----” ---------- 2014-ci il ELMİ-TƏDQİQAT İŞİNİN HESABATI Xroniki dermatozların(psoriaz, ekzema, atopik dermatit, neyrodermit, pemfiqus) kliniki xüsusiyyətləri və epidemialogiyası, terapiya üsullarının təkmilləşdirilməsi, profilaktikası və proqnozların işlənilməsi. Y E K U N ELMİ İŞLƏR ÜZRƏ PROREKTOR Dos. M.T.Meybəliyev ET İŞİNİN RƏHBƏRİ T.e.d. prof. S.H.Kərimov Bakı-2014

Transcript of T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın...

Page 1: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

1

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlər Təkmilləşdirmə İnstitutu UOT “Təsdiq edirəm” Dövlət qeydiyyatı Az.DHTU-nun rektoru İnventar № T.e.d. N.A. Qasımov

---------------------------- “----” ---------- 2014-ci il ELMİ-TƏDQİQAT İŞİNİN HESABATI Xroniki dermatozların(psoriaz, ekzema, atopik dermatit, neyrodermit, pemfiqus) kliniki xüsusiyyətləri və epidemialogiyası, terapiya üsullarının təkmilləşdirilməsi, profilaktikası və proqnozların işlənilməsi. Y E K U N ELMİ İŞLƏR ÜZRƏ PROREKTOR Dos. M.T.Meybəliyev ET İŞİNİN RƏHBƏRİ T.e.d. prof. S.H.Kərimov Bakı-2014

Page 2: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

2

İcraçıların siyahısı 1.Az.DHTİ-nin “Dermato- veneralogiya” Kafedrasının müdiri, Professor T.e.d. S.H.Kərimov 2. Az.DHTİ-nin “Dermato- veneralogiya” Kafedrasının Professoru, T.e.d. M.M.Cavad-zadə 3.Az.DHTİ-nin “Dermato- veneralogiya” Kafedrasının Dosenti T.Ş.Şükürov 4. Az.DHTİ-nin “Dermato- veneralogiya” Kafedrasının Assistenti M.Y.İsmayılova

Page 3: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

3

M Ü N D Ə R İ C A T ......Səhifə 1.Referat .........................................................4 1.Giriş ..........................................................8 2.Əsas hissə .....................................................15 3.Nəticə ...........................................................18 4.İstifadə olunmuş ədəbiyyat ...............................19 5. Ə.Əliyev adına AzDHTİ-nun Dermatovenerologiya kafedra işçilərinin 2014-cü ildə çap olunmuş elmi işlərinin siyahısı .........................................20 6. Kafedra əməkdaşlarının 2014-cü ildə iştirak etdiyi konfransların siyahısı .........................21

Page 4: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

4

R E F E R A T Hesabat 22 səhifədən ibarətdir. Açar sözlər: Xroniki dermatozlar, psoriaz, pemfiqus,ekzema, atopik dermatit, müalicə, profilaktika, həyat keyfiyyəti. Tədqiqat obyekti: Bakı Şəhəri 1 sayli Dəri Zöhrəvi Dispanserdə 2011-2014-cü illər müddətində ambulator müalicəsi alan və ADHTİ-nun Dermatovenerologiya kafedrasinda konsultativ qəbullarda olan xəstələrdən reprezentativ seçmə. İşin məqsədi: Xroniki dermatozların (psoriaz, ekzema, atopik dermatit, neyrodermit, pemfiqus) terapiya üsullarının təkmilləşdirilməsi, profilaktikası və proqnozların işlənilməsi, müalicə üsullarından asılı olaraq xəstəliyin kliniki gedişiyatını araşdırmaq və onların epidemioloji xüsusiyyətlərini öyrənmək. Tədqiqat üsulları: İş prosesində stasionar və ambulator müalicəsi alan xəstələrdə müntəzəm olaraq anamnestik, kliniki-laborator müayinələr aparılmışdır və müşahidə olunan dəyişikliklər qeydə alınmışdır. Aktiv surətdə xəstələrin aşkar edilib dispanser qeydiyyata götürülməsi. Nəticələri: Tədbiq olunan müalicə üsullarından asılı olaraq xroniki dermatoz olan xəstələrdə həyat keyfiyyətinin yaxşılaşması və remissiyaların uzaldılması qeyd olunur. Pemfiquslu xəstələrin uzun müddətli kortikosteroid terapiyası və yanaşı olaraq sitostatiklər ilə puls terapiyanın təyini nəticəsində fəsadların, yanaşı təsirlərin azalması və ölüm səviyəsinin azaldılması əldə olunur. Psoriaz ilə xəstələrdə uzun müddətli yerli steroidlər ilə yanaşı emolentlərin geniş istifadəsi , müalicənin keyfiyətinə müsbət təsir göstərir, yan

Page 5: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

5

təsirlərinin azaldılması ,xəstələrin həyat keyfiyyətinin daha da yaxşılaşmasına gətirib çıxarır. Atopik dermatit, neyrodermit ilə olan xəstələrin müalicəsində Protopik 0,1%,0,3% kremlərdən və ekzemalı xəstələrdə immunomodulyatorlardan (lavomaks) istifadəsi öz müsbət təsirlərini göstərir. Xəstələrin sistematik müşahidələrin aparılması, geniş ixtisaslı müalicə-profilaktik tədbirlərin əsasını təşkil edən məsələləri əhatə etdiyinə görə metodların tədbiq edilməsi dərəcəsinə dəlalət edir. Göstəricilər: 2011-1014cü iliər ərzində Bakı şəhəri 1saylı Dəri-zöhrəvi dispanserində və ADHTİ-nun Dermatovenerologiya kafedrasinda konsultativ qəbullarda olan pemfiqus, psoriaz, ekzema, atopik dermatit və neyrodermit diaqnozları ilə daxil olmuş xəstələrin sayına görə müəyyən olunmuşdur.

Metodun effektivliyi Alınan nəticələrə əsasən cari illərdə pemfiqus, psoriaz, ekzema, atopik dermatit və neyrodermit ilə olan xəstələrin əvvəlki və növbəti illərdə residivləşmə tezliyini və aparılan müalicədən asılı olaraq gedişıyyatını qeydə alaraq, göstəricilərini müqayisə etmək imkanı verir. Müasir müalicə üsulları, xəstələrin erkən dispanser qeydiyyatına götürülməsi və onlara erkən əlilliyin və digər fəsadların qarşısının alınmasına,ölüm hadisələrinin azalmasına yönəlməsi ilə qiymətləndirilir.

Page 6: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

6

Р Е Ф Е Р А Т Отчет состоит из 22 страниц. Ключевые слова: Хронические дерматозы, псориаз, пемфигус, лечение, профилактика, качество жизни. Объект исследования: репрезентативный отбор больных, получавших амбулаторное лечение в Кожно-венерологическом диспансере №1 г.Баку и побывавших на консультативном приеме на кафедре Дерматовенерологии АзГИУВ за 2011-2014 годы. Цель работы: усовершенствование методов терапии хронических дерматозов, разработка профилактики и прогнозов, изучение эпидемиологических особенностей, исследование клинического течения заболевания в зависимости от методов лечения. Методы исследования: в ходе работы у больных, получающих стационарное и амбулаторное лечение, регулярно проводились анамнестические, клинико-лабораторные обследования и были отмечены наблюдающиеся изменения. В активном порядке проводилось выявление и диспансеризация больных. Результаты: В зависимости от предпринятых методов лечения у больных с хроническими дерматозами отмечалось улучшение качества жизни и удлинение ремиссий. У больных с пемфигусом, в результате назначения длительной кортикостероидной терапии наряду с пульс-терапией цитостатиками, достигается снижение частоты побочных действий и осложнений, отмечается снижение смертности. В

Page 7: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

7

основе примененных методов лежит систематическое наблюдение за больными и степень проведения широкоспектрных лечебно-профилактических мероприятий. Показатели были определены по количеству больных, поступивших с диагнозами пемфигус, псориаз, экзема, атопический дерматит и нейродермит и побывавших на консультативном приеме в Кожно-венерологическом диспансере №1 г.Баку и на кафедре Дерматовенерологии АзГИУВ за 2011-2014 годы. Эффективность метода позволяет сравнить показатели, полученные после наблюдения за частотой возникновения рецидивов за прошедшие и будущие годы и регистрации течения заболевания в зависимости от лечения у больных пемфигусом, псориазом, экземой, атопическим дерматитом и нейродермитом на основе результатов за текущий год. Современные методы лечения оцениваются по раннему взятию на диспансерный учет и направленностью на предотвращение ранней инвалидности , других осложнений, а также снижение частоты летальности.

Page 8: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

8

G i r i ş Xroniki dermatozların klinik xüsusiyyətləri və müalicəsi Müasir dövrdə Psoriaz və Pemfiqus xəstəliyinin rast gəlmə tezliyi artmışdır. Dünyada dermotoloji xəstəlikər arasında Psoriazın faizlə yayılma nisbəti 0.1-3%dir. ABŞ-da 0.5-1.5%, Rusiyada 1% rast gəlinir. Qadinlarla kişilər arasında rast gəlmə tezliyi eynidir. Xəstəliyin debyutu 30 yaşa qədərdir. Xəstəliyin yaşlara görə ilk dəfə özünü biruzə verməsinin faizlə nisbəti:10 yaşında 11.6%, 20 yaşında 46%, 30 yaşında 61.6%. Xəstəliyin iki pik nöqtəsi var: kişilərdə 27.5 və 54.5 yaş; qadınlarda 15.5 və 54.5 yaş. Birinci pik nöqtə üçün genetik meyillik, ikinci pik nöqtəsi üçün isə ekzogen amillər (stress, psixoemosional gərginlik, kəskin infeksion xəstəliklər, orqanizmin uzun müddət soyuğa məruz qalması və digər xarici qiciqlandirici faktorlar) təkan verir. Psoriaz dəri örtüyünün bütün nahiyələrində baş verə bilər.Lakin o daha çox yuxarı və aşağı ətrafların xarici səthində, monomorf papulaların simmetrik şəkildə əmələ gəlməsi ilə başlayır. Xəstəlik kliniki gedişi zamanı dırnaqları və oynaqları zədələyib, və eritrodermiya vəziyətinə gətitib çıxara bilər. Psoriazın ilkin kliniki təzahürü epiderma-dermal papuladır. O, 1-2 mm böyüklüyündə, dairəvi şəkildə, yastı olub dəri səthindən bir qədər qabarır, rəngi başlanğıcda al qırmızıdır. Sonralar papula böyüyür, rəngi bir qədər solur,bozarır,mərkəzi hissəsi ağ-gümüşü kəpəklərlə örtülsə də ətraf dairəsi yenə də qırmızı qalır. Papulanın üzərində əmələ gəlmiş gümüşü

Page 9: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

9

kəpəkləri kibrit çöpü ilə qaşıyanda, onları asanlıqla qoparmaq olur. Vaxt ötdükcə papula böyüyür, müxtəlif fiqurlar şəklini alır, piləklərə çevrilir. Psoriazın bu dövründə ona diaqnoz qoymaq üçün 3 simptom səciyəvidir:1.”Mum ləkəsi” fenomeni. 2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner fenomeninə səbəb olur. Bu əlamət zədələnmədən 7-9 gün sonra əmələ gəlir. Xəstələrdə müəyyən dərəcədə qaşınma da olur. Sudurlu dermatozlardan ən cox rast gələn sadə Pemfiqusdur. V.İ.Samcov(1980) qeyd edir ki, Həqiqi pemfiqus ümumi dəri xəstəliklərinin 1%-nı təşkil edir, bunun da əsas hissəsi sadə pemfiqusun üzərinə düşür. M.V.Vladimirov adına MONİKA-nın dermatologiya şöbəsində 1983-1987-ci illərdə 109 pemfiquslu xəstə olub. Onlardan 67.9% sadə pemfiqus, 21.1%eritematoz(seboreyalı), 6.4% vegetasiya edici, 4.5% yarpaqşəkilli pemfiquslu xəstə olub. Sadə Pemfiquslu xəstələrin N.A.Torsuyev (1979) 57-62%,N.D.Şeklakov(1962) 67.93% -nı qadınlar təşkil edir. Sadə Pemfiqus daha çox 40-60 yaşlarında müşahidə olunur. Y.K.Skripkinə görə 74 sadə pemfiquslu xəstədən 37-si (50%) 40-60 yaşlarında olublar. Uşaq yaşlarında sadə pemfiqus cox nadir hallarda rast gəlinir. Vulqar Pemfiqusda dəridə sudurlar monomorf, zəif səpgilərdən ibarətdir. Sudurlar tədricən böyüyür, epidermisin üst qatını qaldırır və birləşirlər. Sudurların icərisindəki maye başlanğıcda yarımşəffaf olur, köhnə sudurların mayesi bulanıq və hətta irinli olur. Böyük sudurlar sudur mayesinin təzyiqi altında armudvari şəkil alır ki, buda vulqar pemfiqusun kardinal simptomlarındandır. Pemfiqusun müalicə nəticələri və proqnozu xəstəni vaxtında aşkar etmək, düzgün diaqnoz və müvafiq müalicə təyin etməkdir. Hazırda əsas müalicə kortikoid hormonlarla aparılır ki, bu da iki mərhələdən ibarətdir. Bırınci mərhələdə xəstəxana şəraitində hormonların ən yüksək dozalarından başlanılır, optimal nəticə alınanadək davam etdirilir. Səpkilər tam çəkilir, eroziyalar

Page 10: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

10

epitelləşir, yeni sudurlar əmələ gəlmir. Bu zaman xəstə ambulator şəraitə keçirilir, və dispanser müşahidəsi altında müalicəni davam etdirir. Uzun müddət yüksək dozada kortikosteroid hormonla müalicə xəstəliyin ağırlığından, onun klinik nəticəsindən, xəstəin dərmana qarşı həssaslığından asılıdır. Əksər xəstələrdə bu müddət 3-6 , bəzən isə daha çox ola bilər. Müalicə nəticəsində morbidostatik vəziyyət əldə edildikdən sonra dərmanın miqdarı tədricən azaldılır, minimal dozaya çatdırılır və həmin dozanı xəstə uzun müddət qəbul edir. Xəstəliyin kəskinləşməsi dərmanı kısməkdən , yaxud da dərmanın miqdarını tez endirməkdən asılıdır. Residivin qarşısını almaq üçün daha yüksək dozadan istifadə etmək və uzun müddət müalicə aparmaq lazım gəlir. Kortikosteroid hormonlarla müalicə zamanı bir sıra ağırlaşmalar və fəsadlar baş verir. Hormonların ən yüksək dozası sutkada 100-200-300mq-dır. Bəzi xəstələrdə hormoların zərbə dozası təzə sudurların əmələ gəlməsinin qarşısını almır. Belə hallarda metatreksat(tsitostatik) məsləhət görülür. İnstruksiya üzrə 5 günlük tsiklə gündə 2 həb, 3 günlük fasilədən sona yenə 5 gün və s. əksər alimlərin fikrincə təzə qovuqların əmələ gəlməsi dayanır. Ekzema kəskin və ya xroniki residivləşən allergik xəstəliklərə aid olub, sürətlə əmələ gələn, partlayan və islanan suluqcuqların əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstələnmə halları 1000 əhaliyə 6.0-dan 15.0-dək cərayan edir. Dəri xəstəliklərinin 30-40% təşkil edir, bütün yaş dövrlərində, bütün öləkələrdə və irq nümayəndələrində təsadüf olunur, ağırlaşmalara, xəstələrdə psixoloji və fiziki fəsadlara, əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilir. Adətən xəstəlik uşaqlıq və ya yeniyetməlik dövrdə başlayır və ömür boyu residivləşir. Xəstəliyin etiologiyası tam məlum deyil və fərziyyələr səviyyəsində olaraq qalır. Lakin elmin müasir etapında ekzemanın nevrogen xarakterli xəstəlik olması birinci plana keçir. Buna səpgilərin simmetrik olması və xəstələrin yüksək oyanıqlığı dəlalət edir. Ekzemanın həmçinin mədə-bağırsaq sitemində və endokrin pozğunluqlarla əlaqəsi müşahidə olunur. Ekzemanın günəşin təsiri,soyuq, kimyəvi maddələrlə bağlılığı da əsassız deyil.

Page 11: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

11

Ekzemanın klinikası rəngarəngdir. Xəstəlik kəskin başlayır; dəridə əvvəlcə ödemli fərqli ölçüdə olan ləkələr əmələ gəlir (eritematoz mərhələ); sonradan yastı, yaxın yerləşmiş papulalarla əvəz olunurlar (papulyoz mərhələ) və gələcəkdə papulyoz elementlər xırda seroz suluqcuqlara transformasiya edirlər (vezikulyoz mərhələ); əlverişsiz şəraitdə suluqcuqlar irinləşir və yerlərində pustulalar əmələ gəlir (pustulyoz mərhələ). Sürtülmə və matserasiya nəticəsində suluqcuqlar partlayır, eroziyalaşır, böyük sulanan, gələcəkdə isə quruyan, şəffaf və ya sarımtıl-yaşımtıl rəngdə bulanıq qabıqla örtülmüş səth əmələ gətirirlər (qabıqlı forma). Eritemo-papulyoz və vezikulyoz formalar tez-tez dərinin büküşlərində yerləşirlər və bu halda intertriginoz ekzema adlanırlar. İrin törədici mikroorqanizmlərlə infeksiyalaşma zamanı (bu tez-tez uşaqlarda güclü qaşinma zamanı baş verir) qırmızımtıl irinli qabıqlar əmələ gəlir (impetiginoz forma). Selikli qişalarda ekzema müşahidə olunmur. Ekzemanın müalicəsi üçün indiki zamanda bir çox metodlar və dərman preparatları təklif olunub, ancaq bütün metodların effektivliyi ciddi şəkildə fərdi xarakter daşıyır. Xəstəliyin müalicə prinsiplərini iki qrupa bölmək olar:

1. Ümumi müalicə. 2. Yerli müalicə.

Ənənəvi ümumi desensibilizəedici müalicə orqanizmin reaktivliyini azaldan və həmçinin hormonal preparatların istifadəsini nəzərdə tutur. Yerli müalicə isə iltihabəleyhinə, dərini sakitləşdirən, qaşınmanı aradan qaldıran və antiparazitar xarakterli hormonal, qətran , neft, ixtiol, kükürd, antibiotik tərkibli məlhəmlərin və islatmaların istifadəsini nəzərdə tutur. Atopik dermatit – xroniki allergik dermtatit olub, atopiyaya irsi meyilliyi olan xəstələrdə rast gəlinir; residivləşən gedişə malikdir. Ekssudativ və/və ya lixenoid səpgilərlə, zərdabda IgE yüksəlməsi (85% xəstələrdə) ilə və spesifik və qeyri-spesifik

Page 12: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

12

qıcıqlandırıcılara qarşı hipersensibilizasiya ilə xarakterizə olunur. Ciddi mövsümi asıllığa malikdir: qışda – kəskinləşmə və ya residivlər, yayda – hissəvi və ya tam remissiya. Xəstələnmə strukturunun 10%-ni təşkil edir. 60% xəstələrdə atopik dermatitin ilkin kliniki təzahürlərinə həyatın birinci ilində təsadüf olunur. Atopik dermatit xəstəsi olan 35% körpələrdə gələcəkdə bronxial astma inkişaf edir. Etiologiyanın əsas bir hissəsini irsi meyillik təşkil edir. Velideynlərdən biri xəstədirsə atopik dermatit riski 60%, hər ikisi xəstədirsə - 81% təşkil edir. Təkan verici amillər: -allergenlər: hava – mikrogənələr, bitki tozları; mikrob – Staphyllococcus aureus ekzotoksini (T-limfositlərin və makrofaqların aktivasiyası); autoallergenlər (endogen) – insan zülalına qarşı IgE-anticismlər; qida – yumurta, balıq, süd, yer fındığı, soya, buğda; -tərləmə; -dərinin baryer funksiyasının pozulması: əllərin və bədənin tez-tez (xüsusən sabunla) yuyulması dərinin qurumasına və xəstəliyin kəskinləşməsinə səbəb olur; -bakteriya koloniyalarının inkişaf etməsi (Staph.aureus, Strept.pyogenes), nadir hallarda mikoz, kandidoz; -sərt kobud geyim (xüsusi ilə yun); -kimyəvi maddələr; -emosional stress; -ətraf mühit: toz, kif, heyvan tükü və b. ekzogen allergenər, temperatur dəyişməsi (yayda – yaxşılaşma, qışda – kəskinləşmə), aşagı rütubət. Xəstəliyin əsas simptomu dərinin quruluğu və qaşınmasıdır. İnfeksiyalaşma nəticəsində dərinin zadələnmiş nahiyələrində irinciklər əmələ gəlir. Atopik dermatitin sevimli lokalizasiyası oynaqların bükücü səthləri, boynun qabaq və yan səthi, alın, gicgah, biləklər, əlin və pəncənin arxa səthi.

Page 13: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

13

Diaqnozun qoyuluşunda anamnez, qanda IgE-yüksək olması və konkret allergenin müəyyənləşdirilməsi rol oynayır. Atopik dermatitin terapiyasının əsasını allergiya əleyhinə preparatlar təşkil edir. Xəstəliyin ağırlığından asılı olaraq həm yerli antihistamin və ya kortikosteroid tərkibli məlhəmlər, həm də daxilə antihistamin preparatlar təyin olunur. AD-nin müalicəsində inqilab kalsinevrin inhibitorlarının təcrübədə istifadə olunmasından sonra baş verdi. Bunlara pimekrolimus və takrolimus aiddrilər. Son illərdə müalicədə həmçinin speseifik desensibilizasiya da geniş yer almışdır. Neyrodermit şiddətli gicişmə verən düyüncüklü səpgilər, pigmentləşmə və dəmrovlaşma ilə müşahidə olunan dərinin iltihab prosesidir. Beləliklə, uzun sürən xroniki dermatozdur. Neyrodermitin bir neçə klinik forması vardır. Onlardan məhdud neyrodermit və yayılan neyrodermitdir. Məhdud neyrodermit dəri örtüyünün bir çox nahiyələrində baş verə bilər. Lakin o əksər hallarda boyunun arxa və yan səthlərində, dirsək və diz büküklərində, budların daxilində, baldır, xaya, aralıq və anus nahiyəsində, qadınlarda cinsiyyət üzvlərində və s. Müşahidə olunur. Klinik şəklində ilkin planda adətən gicişmə dayanır. Yalnız bundan sonra xəstəliyin morfoloji elemetləri (qızartı, infiltrasiya, düyüncüklü səpgilər və dəmrovlaşma) əmələ gəlir. Gicişmə və bu səbəbdən qaşınma nəticəsində zədələnmə nahiyəsində düz xətli sayrıntılar və buna müvafiq qanlı qartmaqlar müşahidə olunur. Gicişmə tutmalarla gedir. Şiddətli gicişmə xəstələrin MSS-nə pis təsir göstərdiyindən onlar acıqlı vı hirsli olur, yuxusuzluq və ruh düşkünlüyü müşahidə olunur. Xəstəliyin klinik şəkli səciyyəvidir. Belə ki, zədələnmə ocağının xarici sahəsi piqmentləşmiş, orta sahəsində düyüncüklü səpgilər, mərkəzi hissəsi isə dəmrovlaşmış olur, tutmalarla qaşınır. Müalicəsiz qalmış neyrodermit gicişmə tutmaları verərək uzun illər davam edir. Diaqnoz şiddətli və tutmalarla gedən gicişmə və dəmrovlaşma əsasında qoyulur.

Page 14: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

14

Yayılan neyrodermit dəri örtüyünün bir çox nahiyələrində müşahidə olunur. Xəstəliyin zədələnmə ocaqları ən çox üzdə, boyunda, ətrafların büküşlərində, budların daxili səthində, cinciyyət üzvləri nahiyəsində və s. yerlərdə təzahür edir. Yayılan neyrodermitdə dərinin infiltratlaşma və lixenifikasiyası əsas yer tutur. Orada neyrodermitin səciyyəvi morfoloji elmenti olan, səthi parıldayan yastı epiderma-dermal papulalar müşahidə olunur. Yayılan neyrodermit üçün zədələnmə ocaqlarında dərinin piqmentasiyası, onunla yanaşı şiddətli gicişmə, monomorf papula səpgiləri, ag dermaqrafizm, pilomotor refleks,xəstələrdə nevroti pozğunluq və s. səciyyəvidir. Yayılan neyrodermit uzun sürən xroniki xəstəlikdir. Adətən yay mövsümündə nisbətən yaxşılaşır, qış mövsümündə isə kəskinləşir. Uşaqlarda və yeniyetmələrdə xüsusilə ağır gedir. Yayılan neyrodermit bəzən ağırlaşaraq irinli dəri xəstəliyi və ekzema verir. Müalicədə sedativ, antihistamin preparatların təyini əsas yer tutur. Məhdud neyrodermitin şiddətli gicişməsi və ağır gedişi zamanı hormonlardan da istifadə etmək olar. MN-in xarici müalicə üsullarından zədələnmə ocağının ətrafına metilen göyünün, novokainin, hidrokortizon emulsiyasının istifadəsi aiddir. YN-in müalicəsində bu üsullara əlavə olaraq MSN-i normallaşdıran dərmanlar dərmanlar, B qrup vitaminləri, A və PP vitaminləri, Aevit və s. məsləhət görülür. Dietaya, kurort müalicələrə də önəm verilir. Yuxarıda göstərilən xroniki dermatozlu xəstələrdə tez-tez residivləşmə ilə əlaqədar iş qabiliyyətinin pozulması, komplekslərin yaratdığı psixoemosional gərginlik, həyat keyfiyyətinin enməsinə səbəb olur.

Page 15: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

15

Ə s a s h i s s ə Son 4 il (2011-2014) ərzində qarşımıza qoyduğumuz məqsədlər xroniki dermatozların (psoriaz, ekzema, atopik dermatit, neyrodermit, pemfiqus) kliniki xüsusiyyətləri və epidemialogiyası, xəstələrin terapiyasında yeni üsullarının təkmilləşdirilməsi, profilaktikası və proqnozların işlənilməsi idi. Həmin tədqiqatlar ADHTİ-nun Dermatovenerologiya kafedrasinda konsultativ qəbullarda olan ambulator müalicə alan xəstələrə görə aparılmışdır. Bir qrup (Iqrup) psoriaz ilə olan xəstələrin müalicəsində standart müalicə ilə yanaşı Koaksil (antidepressant) preparatı və Lavomaks 125mq (immunomodulyator), yerli müalicəsində isə emolentlərin geniş istifadəsi təyin olunmuşdur. Kontrol qrup(II) xəstələr isə standart müalicə qəbul etmişdir. Bir qrup (I)pemfiquslu xəstələrin müalicəsində isə yüksək doza (80-120mq ) kortikosteroidlərlə birlikdə ilk günlərdən metotreksat (10 mq) həftədə 1 dəfə təyin edilmişdir, gündə 1 dəfə fol turşusu-5 mq., və yanaşı preparatlar-Kalii orotat, Kalsium D3 nikomed, askorutin. Son 2014 il ərzində həmin sxemin tədbiqi nəticəsində bir çox xəstələrdə kortikosteroidlərin qəbulunu tədricən azaldaraq minimal dozanı(10 mq qədər metipred) günaşırı («yellənçək» metodikası) ilə təyin etmək imkanlarını əldə edilmişdir. Kontrol qrupuna(II) standart müalicə: kortikosteroid –fasiləsiz və metotreksat 5 günlük tsikl ilə (gündə 5mq), 5 günlük fasilələr ilə təyin edilmişdir Hər iki qrup xəstələrə vitaminlər, mikroelementlər, hepatoprotektorlar təyin olunmuıdur. Atopik dermatit(AD), neyrodermit və ekzema xəstəliklərinin müalicəsində yerli olaraq Protopik (takrolimus) və Fiziogel losyon və krem, Lokobeyz ripea və lipokrem şəkildə istifadə olunmuşdur. Cədvəl 1. Psoriazın müalicəsində alınan nəticələr.

Page 16: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

16

Gruplar Kliniki nəticələr

Yaxşılaşma

Kliniki remissiya

Yaxşılaşması olmayan

I qrup-36 xəstə

23 (63%)

12 (33%)

1 (4%)

II qrup-72 xəstə(kontrol)

42(59%)

24 (33%)

6 (8%)

Cədvəldən görünür ki, psoriazlı xəstəliyinin gedişiyyatında bir sıra xəstələrin psixo-emosional faktorunun rolu əhəmiyyətlidir və belə hallarda xəstələrin müalicəsində zəif antidepressantların istifadəsi mümkündür. İmmunomodulyatorların tədbiqi müalicənin effektivliyini daha da artırır. Belə hallarda kliniki yaxşılaşmadan sonra kliniki remissiyaların vaxtının uzaldılması qeyd olunur. Cədvəl 2. Pemfiqusun müalicəsində alının nəticələr. gruplar Kliniki nəticələr

Yaxşılaşma Kliniki remissiya

Yaxşılaşması olmayan

I qrup-16 xəstə

4 (25%)

12 (69%)

1 (6%)

II qrup-22 xəstə(kontrol)

14 (63%)

5 (22%)

3 (15%)

Cədvəldən görünür ki, pemfiquslu xəstələrin müalicəsində tədbiq olunan sxem remissiyanın tezləşməsinə, kortikosteroidlərin dozasını qısa müddət zamanında aşağı salınmasına imkan yaradır. Bundan başqa kortikosteroidlərin qəbulu nəticəsində yaranan yanaşı təsirlərin daha az rast gəlməsi müşahidə olunur, bu da xəstənin həyat keyfiyyətinə daha müsbət təsir göstərdiyinə görə ömrünün uzaldılmasına imkan yaradır.

Page 17: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

17

Cədvəl 2. Atopik dermatit,neyrodermit, ekzema xəstəliklərinin müalicəsində alının nəticələr. gruplar Kliniki nəticələr

Yaxşılaşma Kliniki remissiya

Yaxşılaşma sı olmayan

I qrup-38 xəstə AD və neyrodermit(26) Ekzema(12)

14(37%) 7 7

22(58%) 18 4

2 (5%) 1 1

II qrup-19 xəstə(kontrol) AD və neyrodermit-12, ekzema-7

12(63%) 8 4

4(21%) 2 2

3(16%) 2 1

Cədvəldən görünür ki, atopik dermatit, neyrodermit və ekzemalı xəstələrin terapiyasında tədbiq olunan sxem remissiyanın tezləşməsinə, yaxşılaşma hallarının çoxalmasına, xəstələrin müalicəsində yerli olaraq Protopik (takrolimus) və Fiziogel losyon və krem, Lokobeyz ripea və lipokrem dərinin quruluq, qaşınma, diskomfort kimi subyektiv hisslərinin azalmasına və həyat keyfiyyətinin yüksəlməsinə imkan yaradır.

Page 18: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

18

N Ə T İ C Ə Nəticədə demək olarki pemfiquslu xəstələrin müalicəsində tədbiq olunan sxem remissiyanın tezləşməsinə, kortikosteroidlərin dozasını qısa müddət zamanında aşağı salınmasına imkan yaraddığına görə bu növ terapiya üsulundan istifadə daha önəmli ola bilər. Bundan başqa kortokosteroidlərin qəbulu nəticəsində yaranan yanaşı təsirlərin daha az rast gəlməsi müşahidə olunur. Həmin müalicə sxemlərin tədbiqi nəticəsində xəstələrin həyat keyfiyyətlərinin yaxşılaşmasına, bir sıra xəstələrin isə iş-bacarıqlarının uzaldılmasına imkanlar yaradır Psoriaz xəstəliyinin gedişiyyatında isə bir sıra xəstələrin psixo-emosional faktorunun rolu əhəmiyyətlidir və belə hallarda xəstələrin müalicəsində zəif antidepressantların istifadəsi daha önəmli ola bilər. İmmunomodulyatorların tədbiqi müalicənin effektivliyini daha da artırır. Belə hallarda kliniki yaxşılaşmadan sonra kliniki remissiyaların vaxtının uzaldılması daha tez-tez müşahidə olunur. Atopik dermatit, neyrodermit və ekzemalı xəstələrin terapiyasında tədbiq olunan müalicə sxemləri remissiyanın tezləşməsinə, yaxşılaşma hallarının çoxalmasına, xəstələrə yerli yumşaldıcı vasitələrin təyini quruluq, qaşınma, diskomfort kimi subyektiv hisslərinin azalmasına və həyat keyfiyyətinin yüksəlməsinə imkan yaradır.

Page 19: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

19

Ə d ə b i y y a t 1. О.В. Терлецкий . Псориаз. Дифференциальная диагноcтика

«псориазоподобных» редких дерматозов. Терапия. Санкт-Петербург 2007.

2. Дерматовенерология. Национальное руководство. Под редакцией акад. РАМН Ю.К.Скрипкина, Ю.С.Бутова, О.Л. Иванова. Москва 2011.

3. Дерматология. Атлас-справочник.

Ф.Фицпатрик., Р. Джонсон., К.Вульф. и др. 1998.

4. Qurban Hüseynzadə. Dəri və zöhrəvi xəstəliklər 1998.

Page 20: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

20

Ə.Əliyev adına AzDHTİ-un Dermatovenerologiya

kafedra işçilərinin 2014-cü ildə çap olunmuş elmi işlərin

siyahısı

1. С.Г.Керимов, М.М.Джавад-заде, Ф.А.Алиев “Динамика развития острой хламидийной инфекции нижних мочевых путей в эксперименте. Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın məcmuəsi Bakı 2014 s. 348-356 2. Балакишиева Ф.И..Мамедова Г.С., Мамедханова И.А., Исмайлова М.Ю. Особенности некоторых форм дерматитов аллергического генеза на фоне лямблиоза. ИД «Академия естествознания» Журнал “Фундаментальные исследования» № 4.2014, с. 22-25.

3. Cavadzadə M.M., Təhməzov R.Ə.,Eyvazov V.E., Rzayeva L.F. Bakı şəhərində Ch. Trachomatis və M. Hominis-in mono- və mikst- infeksiyalar formasında yayılmasının xüsusiyyətləri. Azərbaycan Tibb Jurnalı 2013/4 c. 130-133.

Page 21: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

21

Kafedra əməkdaşlarının 2014-cü ildə iştirak etdiyi

konfransların siyahısı:

1.1th Azerbaijcan aestetic and anti-age medicine conqress. Estetik və anti-age təbabət üzrə 1 Azərbaycan konqresi 2014 Bakı,Azərbaycan. 28-29noyabr.İştirakçılar: prof., S.H.Kərimov., prof M.M.Cavadzadə.,dos. T.Ş.Şükürov.,ass. M.Y.İsmayılova. 2.Azerbaycan Dermatoloji və türk Pediatrik Dermatoloji I gündəmi 8 noyabr 2014 Bakı Azərbaycan Park İnn Hotel. İştirakçılar: prof. S.H.Kərimov, prof. M.M.Cavadzadə, dos. T.Ş.Şükürov, M.Y.İsmayılova

3. Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri

Təkmilləşdirmə İnstitutu dəri-zöhrəvi kafedrası “Atopik dermatitin və psoriazın etiopatogenezə və müalicəsinə müasir yanaşma” 21 noyabr 2014 Bakı Azərbaycan Park İnn Hotel. İştirakçılar: prof. S.H.Kərimov, prof. M.M.Cavadzadə, dos. T.Ş.Şükürov , ass.M.Y.İsmayılova, ass.N.R.Axundova, kafedranın rezidentləri

4. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu “ Dırnaq və dərinin göbələk xəstəlikləri. Müalicəyə müasir yanaşma.” 7 may 2014 Bakı Azərbaycan “kempinski Hotel” Badamdar. İştirakçılar: prof S.H.Kərimov , prof M.M.Cavadzadə, dos. T.Ş.Şükürov, ass. M.Y.İsmayılova, ass.N.R.Axundova, Kafedranın rezidentləri

5. “Sağlam Gənclik , Sağlam Gələcək” forumu. 10 dekabr 2014 Bakı Azərbaycan Hilton Hotel. İştirakçılar:

Page 22: T.e.d. N.A. Qasımov...2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf reaksiya-Köbner

22

prof.S.H.Kərimov. prof. M.M.Cavadzadə, dos. T.Ş.Şükürov, ass. M.Y.İsmayılova, ass.N.R.Axundova, kafedranın rezidentləri

6. Euro-Asian Association of Dermatovenereologists. For Participating in the 4th Annual Meeting of the Euro-Asian Association of Dermatovenereologists that took place on April 9-11 2014 Jerusalem, Israel İştirakçılar: prof. S.H.Kərimov

7. SAGLYK-2014 ATLY HALKARA SERGISININ WE

YLMY-AMALY MASLAHATYNYN YOKANÇ KESELLERI UGRY BOYUNÇA MEYILNAMASY 20-22- NJI IYUL 2014 YYL TÜRKMENİSTAN, AŞGABAT. İştirakçılar: S.H.Kərimov

8.1th TRANSCAUCASUS INTERNATIONAL CONGRESS ON PHOTODERMATOLOGY AND SKIN CANCER 16-18 october 2014 Tbilisi Georgia İştirakçılar: prof. S.H.Kərimov, prof. M.M.Cavadzadə, ass.M.Y.İsmayılova Rezidentlər:M.S.Almazova, N.İ.NamazoK.Ə.BayramovaL.E .Muradzadə, S.S.Adıgözəlova, F.F.Qarayev

8. 23rd Euro-Asian Association of Dermatovenereologists Congress Building Bridges Amsterdam the nethereavds 8-12 october2014 İştirakçılar: S.H.Kərimov