İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs...

357
1 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti) Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 yanvar 2015- ci il tarixli 127 saylı əmri ilə təsdiq edilmişdir. Bakı – 2015

Transcript of İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs...

Page 1: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

1

AZƏRBAYCAN RESPUBLİKASI

TƏHSİL NAZİRLİYİ

BAKI BİZNES UNİVERSİTETİ

İslam İbrahimov

ƏTRAF MÜHİTİN İQTİSADİYYATI

(dərs vəsaiti)

Dərs vəsaiti Azərbaycan Respublikası

Təhsil Nazirliyinin 29 yanvar 2015- ci

il tarixli 127 saylı əmri ilə təsdiq

edilmişdir.

Bakı – 2015

Page 2: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

2

Bakı Biznes Universitetinin Elmi Metodiki Şurasının iclası-

nın 26 sentyabr 2014-cü il tarixli 01 saylı protokolu ilə təsdiq edil-

mişdir.

Tərtib edən: i.e.d., prof. İ.H.İbrahimov

Əməkdar kənd təsərrüfatı

işçisi

Elmi redaktor: i.e.d., prof. İbad Abbasov

Rəyçilər: i.e.d., prof. Gəncəli Gənciyev, i.e.d., prof. Anar Abbasov, i.e.n., dos. Rahim Sadıqov

İbrahimov İ.H.

Ətraf mühitin iqtisadiyyatı. Bakı, 2015, 357 səh.

Dərs vəsaiti ətraf mühitin iqtisadiyyatı elminin mahiyyəti,

metodları, vəzifələri, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar, eko-

logiya və iqtisadiyyatın qarşılıqlı əlaqələri, təbii sərvətlərdən istifa-

də və onun səmərəliliyi, təbii ehtiyatların qiymətləndirilməsi, ətraf

mühitin çirklənməsindən dəyən ziyanın müəyyən edilməsi mə-

sələləri müasir tələblər baxımından şərh edilir. Kitabda ətraf mühit

və təbiətdən istifadədə maliyyə xərclərinin istiqamətləri, təbiəti mü-

hafizə fəaliyyətinin idarə edilməsi, ekoloji sahibkarlıq, ətraf mühitin

idarə edilməsinin maliyyə mənbələri, ödənişləri, iqtisadi tən-

zimləmə mexanizmləri, fondların yaradılması, vergi, bank, sığorta

sistemləri, menecment, informasiya və təhsil haqqında məsələlər öz

əksini tapmışdır.

Dərs vəsaiti Universitetin “Ətraf mühitin iqtisadiyyatı” fənni

üzrə tədris proqramına uyğun tərtib edilmişdir.

Kitabdan iqtisadi yönümlü universitetlər, elmi-tədqiqat müəs-

sisələrinin əməkdaşları, tələbə və mütəxəssislər bəhrələnə bilər.

Page 3: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

3

G İ R İ Ş

Yeni iqtisadi münasibətlər şəraitində əhalinin və

sənayenin tələbatının ödənilməsində, təbii ehtiyatlardan

səmərəli istifadə olunması və ətraf mühitin mühafizəsi

qlobal xarakter daşıyır. Dayanıqlı sosial-iqtisadi inkişaf

cəmiyyətin tələbatına cavab verməklə, ətraf mühitin tə-

bii ehtiyat potensialının keyfiyyətinin saxlanılması, məh-

suldar qüvvələrin inkişaf səviyyəsinə uyğun gələcək nə-

sillərin istifadəsinə verilməsi ətraf mühit və təbii ehti-

yatlardan düzgün istifadədən asılıdır. Ona görə də, tə-

biətlə cəmiyyətin qarşılıqlı əlaqəsi, bu əlaqələrin təsiri-

nin optimallaşdırılması və onların həlli yollarının axta-

rılması vacib şərtlərdəndir. Bu ətraf mühitdən və təbii

ehtiyatlardan səmərəli istifadə olunmasında və mühafi-

zəsində iqtisadi aspektlərin araşdırılması, ümumi qanu-

nauyğunluqların öyrənilməsi qlobal mahiyyət daşıyır.

Ona görə də, “Ətraf mühitin iqtisadiyyatı” kursu üzrə

təbii ehtiyatlar və təbiəti mühafizənin iqtisadiyyatı mə-

sələləri təhlil edilir: hazırkı şəraitə ətraf mühitin və tə-

biətdən istifadənin əsas vəzifələri, təbii ehtiyatlardan is-

tifadə və dayanıqlı inkişaf; ətraf mühitin mühafizəsinin

iqtisadi qiymətləndirilməsi; planlaşdırılması və idarə

edilməsi; təbii ehtiyatların təsnifatı, təbii ehtiyatların iq-

tisadi dəyəri; təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri, ər-

zaq təminatı problemləri; təbiətdən istifadənin iqtisadi

inkişafa təsiri; təbii ehtiyatların iqtisadi qiymətləndiril-

məsi; ətraf mühitə çirklənmədən dəyən sosial-iqtisadi

ziyanın müəyyən olunması; iqtisadi ziyanın təsnifatı,

xərclər; ətraf mühit və təbiətdən istifadənin iqtisadi sə-

Page 4: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

4

mərəliliyi; təbiəti mühafizənin idarə edilməsi və ekoloji

sahibkarlıq, onun maliyyə mənbələri; ətraf mühit və tə-

biətdən istifadənin iqtisadi tənzimlənməsi (vergi, sığor-

ta, bank sistemləri və s.); ekoloji biznes, menecment, in-

formasiya və təhsil sistemi; ekoloji problemlərin həllin-

də beynəlxalq əməkdaşlıq və s. məsələlər fənn kursunun

mahiyyətini təşkil edir.

Tədris olunan fənnin əsas vəzifəsi təbii sərvətlərdən

səmərəli istifadə etməklə cəmiyyətin maddi və mənəvi

ehtiyatlara olan tələbatını ödəməklə, təbiətlə cəmiyyətin

qarşılıqlı əlaqəsini öyrənməkdən ibarətdir. Kursa dair

mühazirələr və təcrübi dərslər təsdiq olunmuş proqrama

uyğun həyata keçirilir. Dərs vəsaitinin IV fəsli Bakı Biz-

nes Universitetinin “Sənayenin təşkili və bələdiyyə idarəet-

məsi” kafedrasının laborantı magistr Ağakişiyeva Nuranə

Ağamoğlan qızı tərəfindən tərtib edilmişdir. Dərs vəsaiti

hazırlanarkən ətraf mühit, təbii ehtiyatlardan istifadə,

ekologiya və onun iqtisadiyyatının qarşılıqlı əlaqələrinə,

bu aspektlərə artan tələbat nəzərə alınmışdır.

Page 5: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

5

I FƏSİL. “ƏTRAF MÜHİTİN İQTİSADİYYATI” FƏNNİNİN

PREDMETİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

1. “Ətraf mühitin iqtisadiyyatı” barədə anlayış;

2. “Ətraf mühitin iqtisadiyyatı” nın predmeti, metodu

və vəzifələri;

3. Ətraf mühitdən istifadənin iqtisadiyyatı kursunun

əhəmiyyəti;

4.“Ətraf mühitin iqtisadiyyatı” nın tədqiqi prob-

lemləri.

1. “Ətraf mühitin iqtisadiyyatı” barədə anlayış

XX əsrin sonlarında və XXI əsrin əvvəllərində in-

san cəmiyyəti yeni sivilizasiya fazasına qədəm qoymuş-

dur. Insan cəmiyyətinin bütün tarixi inkişaf dövründən

XX əsrin ortalarına qədər hakim iqtisadi prioritetlər, ya-

vaş-yavaş yeni təfəkkürlərlə, yəni ekoloji təfəkkürlərlə

əvəz olunmağa başlamışdır.

Bu yeni təfəkkürün ayrılmaz hissəsi kimi, dayanıq-

lı sosial-iqtisadi inkişaf konsepsiyası təşəkkül tapmaq-

dadır. Bu konsepsiyanın əsasını sosial sistemlərlə ətraf

mühit arasında daha harmonik qarşılıqlı əlaqə təşkil

edən, yəni insan cəmiyyətinin gələcək tələbatlarına ca-

vab verən və ətraf mühitin təbii-ehtiyat potensialının

keyfiyyətinin saxlanmasını təmin edən indiki və gələcək

nəsillərin tələbatını ödəmək qabiliyyətinə malik olan iq-

tisadiyyat formalaşdırılmalıdır.

Beləliklə, insan cəmiyyətinin yer kürəsində gələ-

Page 6: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

6

cək inkişafı ancaq ətraf mühitin dayanıqlı bərabərlik

çərçivəsində mümkündür. Təbiətdən istifadə və təbiəti

mühafizənin səmərələşdirilməsi cəmiyyətlə təbiət ara-

sında qarşılıqlı təsirlərin optimallaşdırılması problemlə-

rinin tədqiqinin labüdlüyünü və onların həlli yollarının

axtarılmasını nəzərdə tutur. Bunlarla bərabər, təbii ehti-

yatlardan istehsalat və qeyri-istehsalat məqsədləri üçün

istifadənin səmərəliliyi, ətraf mühitə dəyən ziyanın qar-

şısının alınması və ya onun mənfi təsirlərinin aradan

qaldırılması məqsədilə iqtisadi üsullardan istifadənin

aktivləşdirilməsi məsələsi gündəmə gəlir.

Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı,

öz daxili və xarici tərkibinə görə kompleks və çoxcəhət-

li problemlərlə üzləşir. Ona görə də, bu problem mərhə-

lələrlə həll olunmalıdır.

“Ətraf mühitin iqtisadiyyatı” fənni iqtisadi və icti-

mai ixtisas verən Universitetlərdə və onların fakültələ-

rində ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı-

nın ayrı-ayrı aspektlərinin araşdırılmasının, onun qanu-

nauyğunluqlarının, prinsiplərinin, amillərinin və üsulla-

rının öyrənilməsi üçün məsləhət görülən tədris kursunun

mahiyyətini təşkil edir. Buna müvafiq olaraq “Ətraf mü-

hitin iqtisadiyyatı” kursuna dair mühazirələr oxunması

və təcrübi dərslər keçilməsi, habelə tələbələrin müstəqil

işi bu proqrama müvafiq olaraq keçirilir.

Kursun tədrisində əsas məsələlər təbii ehtiyatların

iqtisadi və ya qeyri-iqtisadi qiymətləndirilməsi, təbiət-

dən qeyri-səmərəli istifadə nəticəsində hər bir ölkə iqti-

sadiyyatına dəyən iqtisadi və qeyri-iqtisadi ziyanın təyin

edilməsi, ətraf mühit və təbii ehtiyatlardan istifadənin ən

Page 7: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

7

səmərəli variantlarının seçilməsi və təbiəti mühafizə

xərclərinin mütləq və nisbi səmərəliliyinin qiymətləndi-

rilməsi, təbiəti mühafizə fəaliyyətinin və ətraf mühitin

mühafizəsinin maddi stimullaşdırılmasının idarə edilmə-

sinin iqtisadi üsullarının öyrənilməsidir.

Bu kurs ətraf mühit və təbiətdən istifadənin iqtisa-

diyyatına dair biliklərin tələbələrə ən yeni materiallar və

faktlar əsasında öyrənilməsini aşılamaqda başlıca mən-

bədir. Tələbələrdə elmi işə həvəs aşılamaqlada bu kur-

sun əhəmiyyəti böyükdür. Ona görə də, icmal mühazirə-

lərdən sonra, onun öyrənilməsi baxılan məsələlərin məş-

ğələlərdə müzakirə yolu ilə də ola bilər. Bu tədbirlər tə-

ləbələrdə müstəqil tədqiqat elementlərini aşılamaq üçün

də faydalıdır. Xalq təsərrüfatı sahələrinə aid praktiki

dərslər gələcək mütəxəssislərin təcrübi məlumatlarını

artırır və əldə edilən bilikləri möhkəmlədir.

Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı

əlaqələrinin inkişafı mərhələsində çoxsaylı ekoloji prob-

lemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın

tarazlı inkişafı, onun ekologiyalaşdırılması və səmərəli

idarə olunmasıdır. Bununla əlaqədar son dövrdə “Ətraf

mühitin iqtisadiyyatı” fənni formalaşmış və bu sahəyə

tələb artmaqdadır. Bu yeni fənnin yaradılmasında əsas

məqsəd iqtisadiyyatın təbiətə təsirini hərtərəfli öy-

rənmək və təbiətdən səmərəli istifadənin əsas istiqamət-

lərini müəyyənləşdirməklə ekoloji tarazlığın saxlanması

yollarını müəyyən etməkdən ibarətdir.

Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və

iqtisadiyyat elmlərinin iştirakı olmadan qeyri-mümkün-

dür. Bu elm sahələrinə yalnız iqtisadçılar deyil, həm də

Page 8: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

8

təbiətşünaslar və təbiətdən istifadə üzrə ixtisaslaşan mü-

təxəssislər də yiyələnirlər.

Hazırda ətraf mühit və təbiətdən istifadənin iqtisa-

di və ekoloji məsələlərinə dair müstəqil fənnlər:

“Ekoloji menecment”, “Ekoloji audit”, “Ekoloji

marketinq” və s. mövcuddur. Bu dərslikdə yuxarıda adı

çəkilən sahələr üzrə geniş məlumat verilməsə də, ətraf

mühit və təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji

məsələləri ətrafında ümumi nəzəri, metodoloji və elmi-

metodiki məsələlər əhatə olunmuşdur.

Qeyd etməliyik ki, ətraf mühit və təbiətdən istifa-

dənin iqtisadi və ekoloji əsasları hüquqi əsaslara da ma-

likdir. Hüquqi əsaslar ətraf mühit məsələsində xüsusi

yer tutmaqla təbiətdən istifadə sahəsində iqtisadi və

ekoloji biliklərin geniş təhlilinə ehtiyac yaradır.

“Ətraf mühitin iqtisadiyyatı” fənnində bir çox mə-

sələlər təhlil edilir: tarazlı inkişaf konsepsiyasının ətraf

mühit və təbiətdən istifadənin tədqiqində yeri; ekoloji-

iqtisadi tələblər və bu sahədə qanunauyğunluqlar; bazar

münasibətlərinin təbiətdən istifadədə yeri və əhəmiyyə-

ti; təbii ehtiyatların qiymətləndirilməsi; proqnozlaşdırıl-

ması və planlaşdırılması; ekoloji və iqtisadi dəyərlərin

qiymətləndirilməsi; çirkləndirməyə görə ödəmələr; ma-

liyyələşdirmə və ekoloji sahibkarlıq; təbiətdən istifadə-

nin idarə edilməsi və s.

Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı-

nın əsas anlayışları aşağıdakılardır:

Təbiət –qapalı, özünü təmin edən, özü inkişaf edən

bir sistemdir və insanın təsiri olmazsa, tarazlıq vəziyyə-

tini saxlaya bilər. Təbii mühit və təbii ehtiyatlar an-

Page 9: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

9

layışları fərqləndirilir.

Təbii mühit – insanın yaşadığı və istehsal fəaliy-

yəti ilə məşğul olduğu mühitdir. Təbii mühit insanın ya-

şamaq imkanını və fəaliyyət göstərməsini təmin edir.

Təbii ehtiyatlar – təbiət prosesləri nəticəsində təbii

mühitdə yaranan ehtiyatlardır. Təbii ehtiyatlar təcrübi

olaraq tükənməyən və tükənən hissələrə bölünürlər. Tü-

kənən ehtiyatlar öz növbəsində bərpa oluna bilən və

bərpa oluna bilməyən növlərə bölünürlər.

Təbii ehtiyatlardan optimal istifadə edilməsini ida-

rə etmək üçün təbii ehtiyatların keyfiyyəti anlayışı vacib

hesab edilir. Təbii ehtiyatların keyfiyyəti – ehtiyatların

əsas xarakteristikalarının ictimai və texniki – iqtisadi tə-

ləblərə və bir sıra texnoloji tələblərə uyğunluğu səviyyə-

si ilə ölçülür.

Hazırda istifadə edilən və yaxud gələcəkdə istifadə

ediləcək bütün təbii ehtiyat növləri və insan həyatının

təbii şəraitinin cəmi təbii rifah adlanır. Təbii rifah əmə-

yin məhsulu deyildir və iqtisadi qiymətə də malik deyil-

dir. Lakin insanlar üçün istehlak dəyərinə malikdir, ya

istehsal vasitəsi kimi və yaxud şəxsi tələbat üçün istifa-

də edilə bilər.

Ətraf təbii mühitin (ƏTM) çirkləndirilməsi – fizi-

ki, kimyəvi, bioloji agentlərin təbiətdə əvvəllər müşahi-

də olunan miqdarının çoxalması ilə müəyyənləşdirilir.

Ekoloji itki – təbii mühitin şərti ideal optimal və-

ziyyətində qaçılması mümkün olan, cəmiyyətin iqtisadi

və pul ifadəsində hesablana bilən qeyri-iqtisadi itkilərdir.

Ekoloji-iqtisadi itki – ətraf mühitin çirkləndiril-

məsi nəticəsində neqativ itkilərin pul ifadəsində qiymə-

Page 10: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

10

tidir. Ekoloji-iqtisadi itkinin kəmiyyətini müxtəlif sahə-

lərdə müxtəlif xərclərin (məsrəf və itkilərin) cəmi kimi

ifadə etmək olar.

İnsanın fəaliyyəti onu əhatə edən mühitlə əlaqədar-

dır. Təbiət həm insanın istehsal fəaliyyəti üçün zəruri

xammal mənbəyidir, həm də onun ətraf mühiti çirklən-

dirən istehsal fəaliyyəti tullantılarını qəbul edəndir.

İnsanın təbiətlə qarşılıqlı əlaqəsi

Son zamanlara qədər belə hesab edilirdi ki, insan-

lar tərəfindən təbiətin bəxş etdiyi ehtiyatlardan istifadə

imkanları qeyri-məhduddur. Bu “təbii nemətlərin havayı

olması” və təbiətin qeyri-məhdud regenerasiya gücü sa-

yəsində “tullantıların – çirkləndirilənlərin” fikri haqqın-

da adi mühakimələr idi. Tarixi təcrübənin nəticələrinə,

ayrı-ayrı alimlərin və tədqiqatçıların (Maltus məktəbinin

ardıcıllarının) etirazlarına məhəl qoyulmurdu.

Ətraf mühit və təbiətdən istifadənin iqtisadiy-

yatının məsələləri – sənaye istehsalı ehtiyatların məh-

dud olması, ənənəvi olaraq, iqtisadiyyat elminin təhlil

obyekti olmuşdur. İqtisad elmi məhdudiyyətlər çərçivə-

sində sahibkarlıq fəaliyyətinin təhlili üsullarına malikdir

(dəyər nəzəriyyəsi və hüdudluq dərəcəsi nəzəriyyəsi).

Ənənəvi iqtisadi nəzəriyyələrin gələcək inkişafı və

onların təbii ehtiyatların əmtəə kimi keyfiyyətcə qiymət-

ehtiyatlar

çirklənmə

İNSAN FƏALİYYƏTİ

TƏBİƏT

Page 11: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

11

ləndirilməsi – “Ətraf mühitin iqtisadiyyatının” qarşısın-

da duran əsas məsələdir. Beləliklə “Ətraf mühitin iqtisa-

diyyatı” elmi təbiətdə əşyaların dinamik, mütənasib

dövr etməsi üçün insanın təbiətə yüksək səviyyədə sə-

mərəli təsir üsullarını öyrənən elmdir.

Ətraf mühitin əsas məsələləri təkrar istehsal üçün

normal təbii şəraitin saxlanmasına xərclərin artımının

təmini və təhlili, təbii ehtiyatların və insan fəaliyyətinin

ətraf mühitə vurduğu ziyanların qiymətləndirilməsidir.

2. “Ətraf mühitin iqtisadiyyatı” nın predmeti,

metodu və vəzifələri

“Ətraf mühitin iqtisadiyyatı” elmi yeni bir elm sa-

həsidir. Bu elmin ayrı-ayrı ideyaları hələ çox keçmişdən

tətbiq edilirdi. Qədim Maqadaha hind imperiyasının

hökmdarı Aşokanın (e.ə. 268-232-ci illər) hakimiyyəti

dövründə, bir çox heyvan və quşlar mühafizə olunmuş,

boğaz və cavan heyvanların ovlanması qadağan edilmiş-

dir. Eramızın başlanğıcında İngiltərədə şimal maralları

və çöl donuzları azaldığından bu heyvanların ovlanması

ciddi qadağan olunmuş, hətta onları ovlayanlar ölümlə

cəzalanmışlar.

İbtidai icma quruluşunda yeganə təsərrüfat sahəsi

ovçuluq sayılırdı. Buna görə də insanların dolanacağı

ovun müvəffəqiyyətlə keçməsindən asılı idi. Balıqların,

quşların və vəhşi heyvanların artması üçün bir növ ya-

saq yerləri ayrılır, müəyyən vaxtlar heyvan ovu qadağan

edilirdi. Quldarlıq cəmiyyətində təbiətin mühafizəsi mə-

sələsinə diqqət yetirilirdi.

Page 12: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

12

Feodalizmdə təbiətin mühafizəsi məsələsinə qul-

darlıq cəmiyyətində olduğuna nisbətən bir qədər çox

diqqət yetirilirdi. Feodallar torpağın, meşələrin və vəhşi

heyvanların öz nəsilləri üçün də qorunması qayğısına

qalırdılar. Aşağı təbəqədən olan adamlar zadəganlara

məxsus yerlərdə ov etdikləri üçün hətta ölümlə cəzalan-

dırılırdılar. Feodalların heyvanları qorumaq barədə çı-

xartdıqları qanunlar müsbət nəticələr verirdilər. Avropa-

da zebr, xallı maral və nəcib maralların nəsli bu qanun-

ların sayəsində kəsilməmişdir. Hələ vaxtı ilə K.Linney,

C.Darvin təbiətə öz münasibətlərini bildirmişlər. Fransa

alimi Jan Jak Russo (1712-1778) insanın təbiətə təsirini

göstərmişdir.

1864-cü ildə Amerikalı Corc Marşın “İnsan və tə-

biət” adlı kitabı dərc edildi. Bu kitabda insanın təbiətə

mənfi təsiri nəticəsində təbiətin müvazinətinin pozulma-

sı qeyd olunurdu. 1872-ci ildən dünyada ilk Yellouston

Milli parkı yaradıldı. Vəhşi heyvanları Mühafizə Cə-

miyyəti təşkil edildi. 1910-cu ildə Cenevrədə təsis

edilmiş Təbiəti Mühafizə Cəmiyyəti böyük şöhrət

qazandı. Həmin cəmiyyətin banisi Saradaşın təşəbbüsü

ilə 1913-cü ildə Bern şəhərində təbiətin mühafizəsi üzrə

1-ci Beynəlxalq müşavirə çağırıldı. XVIII-XIX əsrlərdə

kapitalizmin istehsal üsulunun inkişafı ilə əlaqədar

olaraq təbii sərvətlərin vəhşicəsinə istismarı başlandı.

Avropalılar Amerikaya gəldikdən sonra böyük sahələr-

də meşələri və heyvanları amansızcasına qırırdılar. Qısa

dövr ərzində meşələr məhv edilmiş, torpaq eroziyası ge-

niş miqyas almışdı. Milyonlarla bizondan bir neçə yüzü

qalmışdı.

Page 13: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

13

XIX əsrin sonu XX əsrin əvvəli bütün dünyada tə-

biətin mühafizəsi hərəkatı başladı.

XX əsrin I yarısında təbiətin mühafizəsinə dair bir

sıra qərarlar qəbul edilmişdir. 1911-ci ildə Yaponiya,

Rusiya, Kanada və ABŞ arasında dəniz heyvanlarının

mühafizəsi haqqında ilk beynəlxalq saziş imzalandı. La-

kin, təbiətin mühafizəsinə dair qərarlar həyata keçirilmir

və hətta lağa qoyulurdu.

Rusiyada təbiətin mühafizəsinə dair ilk yazılı fər-

manlar XI-XII əsrlərdə verilmişdir. XIII əsrdə knyaz

Vladimir Volınski Belovejskaya meşəsi qoruğunun əsa-

sını qoymuşdur. XI-XVII əsrlərdə Rus dövlətinin cənub

meşə sərhədlərində hərbi əhəmiyyətli qoruq meşələri

yaradılmışdı. Bu meşələrdə ağaclar düşmən gələ biləcək

tərəfə yıxıldığı üçün atlı qoşunların keçə bilmədiyi sədd

əmələ gəlmişdir. Mühafizə dəstəsinin əsgərlərindən baş-

qa heç kim bu meşələrə buraxılmadığından iri heyvanlar

yaxşı qorunurdu.

Çar fərmanlarında xəz dərili heyvanların ovlanması

sahəsində məhdudiyyətlər qoyulurdu. Çar Aleksey Mi-

xayloviç hökmdarlığı dövründə verilmiş fərmanlarında

ov müddəti, ov qadağan olunan zonalar, qanunu pozan-

lara qarşı cəza tədbirləri müəyyən edilmişdir.

I Pyotrun dövründə təbiətin mühafizəsi ümumdöv-

lət xarakteri almışdır. Çar meşələrin qorunmasına xüsusi

diqqət yetirirdi. Seyrək meşə rayonlarından ağaclardan

odun kimi istifadə olunması qadağan edilmişdir. I Pyotr

cənub rayonlarında meşələr salınması barədə fərman

vermişdir. 1720-ci ildə Həştərxanın qubernatoru palıd

meşəsi salmaq haqqında göstəriş almışdır. Moskva və

Page 14: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

14

Peterburqda botanika bağı salınmışdı. I Pyotr digər təbii

sərvətlərin mühafizəsi, məsələn çay suyunun təmizliyi,

amansızcasına balıq ovunun qadağan edilməsi, balıqla-

rın kürü tökən yerlərinin mühafizəsi, torpağın qorunma-

sı və s. haqqında bir sıra qərarlar vermişdir. Rusiyada

feodalizmin dağılması və kapitalizmin inkişafı ilə əlaqə-

dar olaraq meşələri, vəhşi heyvanları, quşları və balıqla-

rı geniş miqyasda, kütləvi surətdə qırmağa başladılar.

Bir çox heyvan növlərinin (qunduz, samur və s.) sayı

sürətlə azaldı.

Rusiyada alimlər təbiətin mühafizəsi uğrunda ge-

niş müqayisə aparmağa başladılar. XVIII əsrdə meşələ-

rin qırılması və ovu məhdudlaşdırılan qanun verildi,

1857-ci ildə heyvanların iqlimləşdirilməsi və quşların

mühafizəsi ideyası irəli sürüldü. Təbiətin mühafizəsi üz-

rə ilk cəmiyyətlər yaradıldı. “Xarkov təbiət həvəskarları

cəmiyyəti” 1913-1914-cü illərdə təbiətin mühafizəsi üz-

rə Rusiyada ilk sərgi təşkil edildi.

Ətraf mühitin və təbii sərvətlərin qorunması müha-

ribə və sülh problemlərindən sonra bəşəriyyət qarşısında

duran ən vacib problemdir. Çünki, insan yaranan gün-

dən (1-5 mln. il) təbiətə təsir edir. Müasir dövrdə isə el-

mi-texniki inqilab insanın təbiətə təsirini daha da güc-

ləndirmişdir. Təbiətdən asılılıq azalıb, təbii sərvətlərdən

istifadə isə asanlaşmışdır. Müasir elmi-texniki inqilab

yaşadığımız mühitə həm də mənfi təsir edir: sular, hava

və torpaq çirklənir, yararsız hala düşür, canlı aləm üçün

təhlükəli vəziyyət yaranır. İndi insanlar yerin daha də-

rinliklərini öyrənməyə cəhd edir, dəniz və okeanların di-

binə nüfuz edirlər, kosmosa, digər planetlərə yol açırlar.

Page 15: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

15

Planetimizdə isə artıq insan ayağı dəyməyən yer yoxdur.

30-50-ci illərdə hökm sürən “təbiətdən mərhəmət

gözləməyin, onu özünüzə tabe edin” şüarı artıq indi in-

san cəmiyyətinə qarşı yönəlib, insan cəmiyyətindən inti-

qam alır. Elə bir dövr gəlib çatıb ki, indi hamı “ekologi-

yadan” danışır.

Doğrudur, ətraf mühitin qorunmasına aid çoxlu qə-

rarlar verilmişdir. Lakin, keçmişdə olduğu kimi indi də

bu qərarlar həyatda özünə lazımi, əsaslı yol aça bilmə-

mişdir. Fabrik və zavodlarda, müəssisələrin layihələndi-

rilməsi və tikilməsində yeni kəşflərin tətbiqində, bataq-

lıqların qurudulmasında, çay kanallarının çəkilməsində,

nəqliyyatın inkişafında texnoloji proseslərdə və sairədə

ekoloji qanunauyğunluqlar heç də həmişə nəzərə alın-

mamışdır. Məsələn, 1960-cı illərdə Gəncədə alüminium

zavodu, Sumqayıtda kimya zavod tikilərkən heç kimin

ağlına da gəlmirdi ki, bu müəssisələrin tullantıları mühi-

timizi ölü vəziyyətə salacaq. Vəziyyətin keşiyində dur-

malı olan təşkilatlar da bu məsələyə öz münasibətini bil-

dirməlidirlər, sanitar mühafizə zonalarının təşkilinə

əməl etməlidirlər. Başımızın üstünü kəsən diktatorlar,

amirlik üsulları, şişirdilmiş planlar verən vəzifə düşkün-

ləri partiya adından ancaq hər şeyi tələb etməyi ba-

carırdılar. Bir qayda olaraq, standart şüarlar mövcud idi.

Beşillik planı 4 ildə, illik planı vaxtından əvvəl, 7 no-

yabra kimi yerinə yetirmək plenum və ya qurultayın şə-

rəfinə əlavə öhdəliklər götürməsi və s. kimi şüarlar illər

uzunu mühitimizin korlanmasına, təbii sərvətlərin tü-

kənməsinə səbəb olmuşdur. Alqışlar altında yerinə yeti-

rilən saxta planlar və sərvətə biganə münasibətə səbəb

Page 16: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

16

olmuşdur. Bir çox canlılar arasında qırılmış qida zənci-

rinin bərpası isə mümkün deyildir. Çünki, həyatda baş

verən bütün hadisələr bioloji proseslərdir. Bu proseslər

bir-biri ilə qarşılıqlı əlaqədə olub, bioloji zəncir təşkil

edir. Canlıların həyatı da bioloji zəncirə tabedir, burada

əsas əlaqə zənciri onun qidası və yaşadığı mühitdir. Bu

zəncir qırıldıqda canlının yaşaması mümkün olmur o, ya

həyatdan silinir, ya da “Qırmızı kitab”a düşür.

Ətraf mühitin iqtisadiyyatı elmi – təbiət və cəmiy-

yət sistemlərində ümumi qanunauyğunluqlarını öyrənir.

Fənnin tədqiqat obyekti – təbiət-cəmiyyət siste-

mində baş verən ictimai, iqtisadi və ekoloji qanunauy-

ğunluqların vəhdətidir.

Fənnin predmeti – insanların təsərrüfat fəaliyyə-

tində mühüm əhəmiyyət kəsb edən resursların hasilatı,

emalı və istehsalı prosesində yaranan iqtisadi münasi-

bətlərin məcmusudur.

Fənnin məqsədi – təbii sərvətlərdən səmərəli isti-

fadə olunmaqla istehsalın dinamik inkişafına nail ol-

maqdır. Bu məqsədə çatmaq üçün məhsuldar qüvvələrin

təbii sərvət mənbələrinə yaxınlaşdırılması; istehsalın

ərazi üzrə təşkilində təbii ehtiyatların potensial imkanla-

rının nəzərə alınması; təbii sərvətlərin istehsalında elmi

proqnozlara əsaslanmaq; təbii sərvətlərdən istifadədə

ərazinin təbii-iqtisadi şəraitinin nəzərə alınması; təbii

ehtiyatların istifadəsində müasir texnologiyalardan isti-

fadə olunması əsas şərtlərdən hesab olunur.

Bu elmin əsas vəzifəsi təbiətdən səmərəli istifa-

də etməklə cəmiyyətin maddi və mənəvi ehtiyatlara

olan tələbatını ödəməklə yanaşı, təbiətlə cəmiyyətin

Page 17: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

17

qarşılıqlı əlaqəsini təmin etməkdən ibarətdir. Həmçi-

nin təbii ehtiyatların kəmiyyət və keyfiyyət göstəricilə-

rindən asılı olaraq iqtisadi cəhətdən qiymətləndirilməsi-

ni müəyyənləşdirir. Fənnin elmi əhəmiyyətinə gəldikdə

qeyd olunmalıdır ki, həyatın inkişaf qanunauyğunluqla-

rı, müxtəlif proseslərin və təbii hadisələrin dərk olunma-

sı, təbii obyektlərin müşahidəsi, öyrənilməsi, təhlili və

sintezi nəticəsində mümkün olur.

İnsanlarla təbiətin qarşılıqlı əlaqəsinin təhlili icti-

mai elm sahələrinin, ilk növbədə fəlsəfə elmlərinin inki-

şafını sürətləndirir. İnsanın təbiətə münasibətinin obyek-

tiv qiymətləndirilməsinin elmi əsasını təbiətin dialekti-

kası təşkil edir.

Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İn-

san şüuru ilə təbiəti öyrənərkən obyektiv qanunları kəşf

edirsə bu qanunlara əsasən təbii qüvvələri və prosesləri

cəmiyyətin istifadəsinə verir.

Təbiətdən istifadənin əsas vəzifələrindən biri isteh-

sal vasitələrinin təkmilləşdirməklə təbii ehtiyatların isti-

fadə xüsusiyyətləri, istifadə dərəcəsi və səmərəliliyini

müəyyənləşdirməkdir. İkinci tərəf isə təbii resurslardan

istifadə zamanı məhsuldarlığı artırmaqla yanaşı insanın

yaşadığı mühitin mühafizəsinə riayət olunmasıdır. Ha-

zırda bu məsələ təbiətdən istifadənin mühüm qlobal mə-

sələləri kimi qiymətləndirilir.

Təbii sərvətlərdən səmərəli və kompleks istifadə

edilməsində əsas vəzifə müəyyən əmək və məsrəf mü-

qabilində istər ərazi, istərsə də istehsal sahələri üzrə on-

ların iqtisadi səmərəliliyinin artmasından, ətraf təbii mü-

hitə dəyən zərərin əvvəlcədən aradan qaldırılmasını tə-

Page 18: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

18

min etməkdən ibarətdir. Bu, hasilat və emal vaxtı itiril-

miş sərvətlərin hesabına torpağa, suya, havaya, bitki və

heyvanat aləminə, əhaliyə dəyən zərərin aradan qaldırıl-

ması məqsədilə, sonradan görülən tədbirlərdən xeyli ucuz

və səmərəli olar.

3. Ətraf mühitdən istifadənin iqtisadiyyatı

kursunun əhəmiyyəti

Bizi əhatə edən maddi aləm təbiət adlanır. Təbiət

insanlardan asılı olmayaraq həmişə olub və olacaqdır.

Təbiəti öyrənən elm-təbiətşünaslıq adlanır. Təbiətşünas-

lıq elmi canlı və cansız təbiət hadisələrini öyrənir. Tə-

biət dedikdə - günəş, ay, ulduzlar, torpaq, daş, qaya, su,

bitki, heyvanlar və s. təsəvvür edilir. Təbiət iki yerə ay-

rılır: canlı təbiət və cansız təbiət. Günəş, ay, ulduz, bu-

lud, su, hava, cansız təbiətdir. Bitki, heyvan və insan

canlı təbiətdir. Canlı və cansız təbiətin fərqi çoxdur.

Bitki və insan qidalanır, tənəffüs edir, çoxalır və məhv

olur. Bu xüsusiyyətləri cansız təbiətə aid etmək olmaz.

Cansız təbiətin sirlərini öyrənməklə maddi

nemətlər əldə edirik. Filizlərdən qiymətli metallar alınır.

Dəmirdən maşınlar, dəmir-yolları relsləri hazırlayırlar.

Alüminiumdan qab-qacaq, müxtəlif cihazlar və təyya-

rələr düzəldilir. Təbiət haqqında biliklərimiz artdıqca in-

sanlar radio, televizor, telefon ixtira etmiş, raketlər dü-

zəldib kosmosa yol açmışlar. İnsanlar aya uçmuş, başqa

planetlərə avtomat stansiyalar göndərmişlər. Təbiəti öy-

rənməyin bizim sağlamlığımızı qorumaq üçün də böyük

əhəmiyyəti var. Havanın zəhərlənməsi, suların və tor-

Page 19: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

19

pağın çirklənməsi insanların sağlamlığı üçün qorxu ya-

radır. Bizim hazırda öyrənəcəyimiz elm isə Ətraf Mühi-

tin İqtisadiyyatı (ƏMİ) adlanır. İqtisada aid müxtəlif

elmlər iqtisad elminin tərkibinə daxildir. Onlardan biri

də ƏMİ elmidir. Bu elmin də bir çox elmlər kimi öz

predmeti, istiqaməti vardır. ƏMİ elmi təbiətdə baş verən

bütün hadisələri, müxtəlif istehsal qurumlarında təsərrü-

fatın təşkili, inkişafı, ətraf mühitin qorunması, təbiətlə

cəmiyyətin qarşılıqlı əlaqəsinin qanunauyğunluqlarını

öyrədir. ƏMİ elminin qarşısında duran əsas məqsədlər-

dən biri də bazar iqtisadiyyatı şəraitində daxili ehtiyatla-

rın aşkara çıxarılıb səmərəli istifadə olunmasına, ətraf

mühitin qorunması üçün bütün vasitələrə - xüsusilə tul-

lantısız məhsul istehsalına, minimum əmək və vəsait

sərf etməklə maksimum məhsul alınmasına nail olmaq-

dır. Bunlarda ayrı-ayrı istehsalçılar arasında gedən

rəqabət mübarizəsində mühüm amildir. Odur ki, üstün-

lük əldə etmək üçün daha səmərəli metodlardan istifadə

edilir. Rəqabət isə yüksək keyfiyyətli məhsul alınmasını

təmin edən çox mühüm amildir.

Ətraf mühitin iqtisadiyyatı (ƏMİ) elmi bir çox elm-

lərlə sıx bağlı olub, onların nailiyyətlərindən bəhrələnir,

zənginləşir və inkişaf edir. Amma predmet baxımından

onları eyniləşdirmək olmaz. ƏMİ elmi, təbiətdə baş ve-

rən bütün hadisələrə kompleks baxımdan yanaşan elmdir.

Bu elm sonralardan yaranmış və özündə bir çox elmləri

(geologiya, demoqrafiya, torpaqşünaslıq, təbiətşünaslıq,

botanika, meteoroloqiya, coğrafiya, fizika, tibbi, texniki,

meşəçilik, kənd təsərrüfatı və s.) birləşdirmişdir.

Bu elmin meydana gəlməsinə, cəmiyyətlə təbiətin

Page 20: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

20

qarşılıqlı əlaqəsinin genişlənməsi, təbii sərvətlər ehtiya-

tından istifadə edilməsinin daha çox aktuallaşması və

vacibliyi səbəb olmuşdur. Başqa sözlə desək – istehsal-

edici qüvvələrin inkişaf prosesinin dərk edilməsinin ge-

nişlənməsi və dərinləşməsi yeni bir elmin yaranmasına

səbəb olmuşdur ki, bu da istehsal münasibətləri formala-

rının səmərəli istifadəsi, təbii sərvətlər istehsalını və ət-

raf mühitin mühafizəsi prosesini əks etdirir. Ətraf mühi-

tin iqtisadiyyatı (ƏMİ) elmi iqtisadi coğrafiya ilə sıx

əlaqədardır və xalq təsərrüfatı sahələrinin inkişaf etdiril-

məsinin planlaşdırılması məsələlərinin həllində əsas mə-

lumatları formalaşdırır. ƏMİ -nin formalaşması əsasən,

cəmiyyətin əməyinin fəaliyyəti nəticəsində əmələ gəlir

ki, bu da ətraf mühitə təsir edən, onun elmi-texniki tə-

rəqqisini təmin edən çox mühüm amildir. Sistemli (nizamlı) yanaşma prinsipi – obyekt ele-

mentlərinin qarşılıqlı əlaqəsinin tədqiqatlarının komp-leksli təşkilidir. ƏMİ-nin problemlərinin qarşıya qoyul-muş məsələlərin həllində sistemli yanaşma olmadan, tədqiqat aparılan amillərin ardıcıllığının təmin edilməsi mümkün olmaz. Bir sıra iqtisadi elmlər sahəsi (ətraf mühitin iqtisadiyyatı, kənd təsərrüfatının iqtisadiyyatı, sənayenin iqtisadiyyatı, nəqliyyatın iqtisadiyyatı və s.) iqtisadiyyat elmi kimi qəbul olunur. Ictimai elmlər sıra-sına aid edilən bu biliklər sistemi bilavasitə siyasi iqtisa-dın bir elm kimi meydana gəlməsi ilə yaranmışdır. Cə-miyyətin iqtisadi bazisini tədqiq edən elmlər sırasında əsas yeri siyasi iqtisad elmi tutur. Siyasi iqtisad insan cəmiyyətinin müxtəlif inkişaf mərhələsində maddi ne-mətlərin istehsalını, mübadiləsini, bölgüsünü və istehla-

Page 21: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

21

kını idarə edən iqtisadi qanunları öyrənən bir elmdir. Si-yasi iqtisad elmi iqtisadi prosesləri bütün xalq təsərrüfa-tı miqyasında öyrənərkən ictimai istehsalın müəyyən sa-həsinin tədqiqi ilə məhdudlaşmır.

ƏMİ konkret sahə iqtisadiyyat elmi kimi xalq tə-sərrüfatının bir sahəsini, yəni təbiətdə ictimai münasi-bətləri öyrənir. Təbiətdə baş verən ictimai-iqtisadi hadi-sələr ətraf mühitin iqtisadiyyatı elmi tərəfindən təcrid olunmuş halda deyil, cəmiyyətin və konkret sahələrin inkişaf qanunları və qanunauyğunluqları ilə əlaqəli for-mada dərk edilməklə ümumiləşdirilir və bu sahədə cə-miyyətin qarşısında duran konkret vəzifələr müəyyən-ləşdirilir. Ümumiyyətlə, qeyd edildiyi kimi, ƏMİ elmi-nin predmeti obyektiv iqtisadi qanunların təbiətdə konk-ret fəaliyyətini və təsir mexanizmini, onun inkişafının spesifik xüsusiyyətlərini və qanunauyğunluqlarını öyrə-nir. Bu o deməkdir ki, təbiət və cəmiyyətdəki hadisə və prosesləri ümumiləşdirir, cəmiyyətin qarşısında duran başlıca vəzifələrin istiqamətlərini müəyyən edir.

Ətraf mühitin iqtisadiyyatı elmi bir çox elmlər ilə əlaqədardır. Bu elmlər içərisində o özünəməxsus yer tu-tur. Belə ki, siyasi iqtisad ətraf mühitin iqtisadiyyatı el-minin nəzəri metodoloji əsasını təşkil edir. Ətraf mühi-tin iqtisadiyyatının ayrı-ayrı cəhətlərini öyrənən iqtisad elmlərinin nəzəri metodoloji əsasını isə ətraf mühitin iq-tisadiyyatı elmi işləyib hazırlayır. Başqa sözlə, ətraf mü-hitin iqtisadiyyatı elmi, siyasi iqtisad ilə təbiətdən istifa-dənin iqtisadiyyatının ayrı-ayrı cəhətlərini öyrənən iqti-sad elmlərinin inteqrasiyasını təmin edərək, onları üzvi şəkildə əlaqələndirir.

Page 22: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

22

4. “Ətraf mühitin iqtisadiyyatı” nın tədqiqi

problemləri

Təbiətin böyük fəlsəfi mahiyyəti vardır. O, insan

zəkasından və başqa heç bir canlı varlıqdan asılı olma-

yan, öz-özünü tənzim edən ədəbi və sonsuz mövcud

olan obyektiv varlıqdır. Təbiət təbii-tarixi proseslər və

qanunauyğunluqlar əsasında yaranmış və inkişaf etmiş-

dir. Təbiət əvvəllər cəmiyyətsiz mövcud olmuşdur. Tə-

biətin özündən kənar heç bir ilkin yaradıcısı yoxdur. O,

öz-özünə yaranmış və inkişaf etmişdir.

İnsan da bəşəriyyətin, təbiətin bir hissəsidir, onun

ən ali məhsuludur. Cəmiyyət təbiətsiz yaşaya bilməz,

çünki, təbiət insana hər şey – qida, su, geyim, enerji, mi-

neral sərvətlər, tikinti materialları, sağlamlıq, istirahət

və s. verir. İnsan cəmiyyətinin varlığı təbii ehtiyatlardan

və təbiətin vəziyyətindən asılıdır.

Keçmişdə insanlar təbiətdən çox asılı idilər, onlar

təbiətin korlanmasını, çirklənməsini, təbii sərvətlərin və

ya ehtiyatların azalmasını, tükənməsini fikirləşirdilər. La-

kin, indi xüsusilə XX əsrin ikinci yarısında təbii ehtiyat-

ların istifadəsi yüksək dərəcəyə çatmış, ətraf mühit çox

çirklənmiş, bir çox sərvətlərin tükənməsi və yox olması

(məsələn, bəzi əlvan metallar) təhlükəsi yaranmışdır.

Təbiət cəmiyyət üçün istehlak, elmi, sağlamlaşdırı-

cı tərbiyəvi, estetik, əxlaqi və psixoloji əhəmiyyətə ma-

likdir. Təbiətin istehlak əhəmiyyətini sübut etmək üçün

çoxlu faktlar gətirməyə o qədər də ehtiyac yoxdur. Mə-

lumdur ki, təbiət və əmək maddi nemətlər istehsalının

əsasını təşkil edir. Belə bir faktı yadda saxlamaq lazım-

Page 23: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

23

dır ki, insanın istifadə etdiyi hər bir məhsul mütləq təbii

xammaldan və təbii şeylərdən alınır. Bunların mənbəyi

isə təbiətdir.

Təbiətin elmi əhəmiyyətinə gəldikdə qeyd etmək

lazımdır ki, həyatın inkişaf qanunauyğunluqları, müxtə-

lif proseslərin və təbii hadisələrin dərk olunması, təbii

obyektlərin müşahidəsi, öyrənilməsi, təhlili və sintezi

nəticəsində mümkündür.

Təbiətşünaslıq elmlərinin əhəmiyyəti tarixi təbiətin

qanun və qanunauyğunluqlarının bütövlükdə dərk edil-

məsini öyrənməkdən ibarətdir. Təbiətin öyrənilməsi in-

sanların həyat tərzinin yaxşılaşdırılmasına, təbiətdə tut-

duğu mövqeyinin düzgün təhlilinə onun fəaliyyətinin

daha da səmərələşdirilməsi yollarının aşkara çıxarılma-

sına imkan verir.

İnsanla təbiətin qarşılıqlı münasibətinin təhlili icti-

mai elm sahələrinin, ilk növbədə fəlsəfə elmlərinin inki-

şafını sürətləndirir. İnsanın təbiətə münasibətinin obyek-

tiv qiymətləndirilməsinin elmi əsasını dialektik inkişaf

fəlsəfəsi təşkil edir.

İnsanın işlətdiyi məhsullar təbii sərvətlərdən alınır.

İctimai istehsalın gələcək inkişafını təmin etmək üçün

bütün sərvətləri qorumaq, eyni təbii ehtiyat mənbələri

və ya onları əvəz edən maddələr tapmaq lazımdır.

Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İn-

san təbiəti öyrənərkən obyektiv qanunlara əsaslanır o,

bu qanunlara əsasən təbii qüvvələrin və proseslərin hə-

rəkəti ilə sərvətlərdən istifadə edir və cəmiyyətin istifa-

dəsinə verir.

Təbiət insan orqanizminə sağlamlaşdırıcı təsir gös-

Page 24: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

24

tərir. Məsələn, insan özünü meşəliklərdə, parklarda, bağ-

larda, dəniz sahillərində şəhərdəkinə nisbətən yaxşı hiss

edir, çünki, həmin yerlərin havası şəhər havasına nisbə-

tən daha təmizdir, azonla, yüngül oksigen ionları ilə, fi-

tonsidlərlə zəngindir. Dağ ərazilərinin və dəniz sahilləri-

nin sağlam iqlimi, təmiz suyu və digər əlverişli xassələri

insan orqanizmi üçün çox əhəmiyyətlidir. Deməli, təbiət

sağlamlıq mənbəyidir.

Təbiətin tərbiyəvi əhəmiyyəti onun insana yaxşı

mənəvi təsir göstərməsindədir. Təbiətlə ünsiyyət uşaqla-

rın hərtərəfli inkişafına kömək edir. Uşağa düzgün tərbi-

yə verildikdə o təbiəti sevir və getdikcə təbiətə məhəb-

bət hissi öz Vətəninə məhəbbət hissinə çevrilir. Təbiət

bədii yaradıcılığa imkan verir. Təbiət mənzərələrinin

təsviri böyük bəstəkarların, rəssamların və yazıçıların

əsərlərində xüsusi yer tutmuşdur.

Təbiət poeziyanın, ədəbiyyatın və s. inkişafına bö-

yük təsir göstərmişdir. Təsadüfi deyildir ki, ən yaxşı sə-

nət əsərlərində təbiət tərənnüm olunur. Təbiət və onun

gözəlliyi insanda yüksək müsbət emosiyalar, könül xoş-

luğu yaradır. Ulu babalarımız təbiətə, onun ayrı-ayrı

varlıqlarına (torpağa, suya, oda, bəzi heyvanlara və s.)

səcdə etmişlər. Odu, suyu təhqir etmək, bəzi heyvan və

quşları (pişik, qaranquş və s.) vurmaq günah sayılırdı,

qaranquşun, sağsağanın oxuması şad xəbərin müjdəsi

kimi qiymətləndirilirdi. Təbiət – insan şüurundan asılı olmayaraq zaman

və məkan daxilində mövcud olan sonsuz bir varlıqdır. Təbiət bir tərəfdən insanın yaşamasını təmin edən bir vasitə, digər tərəfdən onun fəaliyyətini təmin etmək

Page 25: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

25

üçün ehtiyat mənbəyidir. İnsan cəmiyyəti həmin ehtiyat-lardan istifadə üçün elmi əsaslarla təbiətə təsir metodla-rını müəyyənləşdirməyə çalışmışdır. Ətraf mühitdən

istifadənin metodları müxtəlif elmlərin qarşılıqlı əla-qəsi nəticəsində mümkün olmuşdur. Bu elm təbiət və cəmiyyətdə baş verən iqtisadi və ictimai hadisələrin qa-nunauyğunluqlarını öyrəndiyi üçün iqtisadi, ictimai və dəqiq elmlərlə sıx əlaqəsi vardır. O cümlədən riyaziy-yat, iqtisadiyyat, tarix, coğrafiya, geologiya, kimya, fizika, texnika və s. qarşılıqlı əlaqədə inkişaf edir, for-malaşır. Bu elmlərin qarşılıqlı əlaqəsi özlüyündə təbiət-dən istifadənin metodlarını müəyyənləşdirməyə şərait yaradır. Riyazi metoddan istifadə olunması geoloji axta-rışlar nəticəsində müəyyən olunmuş təbii ehtiyatların potensial imkanlarını müəyyən edir. Həmin potensial imkanlar, ehtiyatlar əsasında ərazi daxilində müvafiq sə-naye sahələrinin yerləşdirilməsi üçün əlverişli şəraitdə olub-olmadığını müəyyənləşdirir. Bu metoddan istifadə mümkün olan bütün yeraltı və yerüstü təbii sərvətlərə aid edilir.

Ətraf mühitin iqtisadiyyatı iqtisad elmləri sırasında getməsinə baxmayaraq təbii, əmək ehtiyatlarından isti-fadə, iqtisadi sahələrdə çox mühüm əhəmiyyət kəsb edən məhsuldar qüvvələrin ərazi üzrə yerləşdirilməsi məqsədilə balans, statistik, tarixilik, çöl tədqiqatı və s. metodlarından istifadə etməklə təbii ehtiyatlardan istifa-dənin kəmiyyət və keyfiyyət göstəricilərini, istehsal sa-hələrinin inkişaf xüsusiyyətlərini, istiqamətlərini və illər üzrə dinamik inkişafını iqtisadi göstəricilərlə əks etdirir.

Ətraf mühitin iqtisadiyyatında tarixilik metodu çox mühüm əhəmiyyət kəsb edir. Burada təbii ehtiyatla-

Page 26: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

26

rın əmələ gəlməsi qanunauyğunluqları, təbiət və cəmiy-yətin qarşılıqlı əlaqəsi, təbii ehtiyatların istifadəsi, ayrı-ayrı istehsal sahələrinin inkişaf tarixi və ərazi üzrə yer-ləşdirilməsi müəyyənləşdirilir.

Coğrafi tədqiqatlardan istifadə etməklə ərazinin tə-bii iqtisadi şəraitini, yaşayış məskənlərinə yaxın, yaxud uzaqlığı, təbii sərvətlərin daşınmasında əhəmiyyət kəsb edən nəqliyyat sahələrinin inkişaf etməsi, təbii şəraitin-dən asılı olaraq ehtiyatların istehsal dövriyyəsinə cəlb olunması iqtisadi səmərəliliyin yüksəlməsinə təsir edən metodlardan biri kimi qiymətləndirilir.

Təbii ehtiyatların ərazi üzrə yayılma qanunauy-ğunluqlarının və geoloji xüsusiyyətlərinin müəyyənləş-dirilməsində geoloji tədqiqatlar metodundan istifadənin özünəməxsus xüsusiyyətləri vardır. Təbii sərvətlərin əmələ gəlməsində hər bir ərazinin geoloji yaş tarixi əsas amillərdən sayılır. Geoloji yaş dedikdə təbii sərvətlərin əmələ gəlməsində təsiredici rola malik olan geoloji era-lar və dövrlər nəzərdə tutulur. Bu metodlardan istifadə etməklə filiz və qeyri filiz təbii ehtiyatlarının yayıldığı süxurların tərkibindən asılı olaraq ehtiyatların zəngin olub-olmaması, sənaye əhəmiyyəti kəsb etməsi aşkara çıxarılır.

İqtisadi sahələrin inkişafında bioloji ehtiyatların rolu əhəmiyyətli dərəcədə artır. Bioloji ehtiyatlar suda və quruda yayılmaqla insanın ən çox istifadə etdiyi ehti-yatlardan hesab olunur.

Təbiətdən istifadənin ən mühüm nailiyyətlərindən biri təbii ehtiyatların hasilatı və istehsal dövriyyəsinə cəlb olunması zamanı texnikanın yeni nailiyyətlərinin mənimsənilməsidir.

Page 27: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

27

Ətraf mühitin iqtisadiyyatında tətbiq olunan me-todlardan biri statistik metoddur. Statistik metod təbii sərvətlərdən istifadənin dinamikasını müəyyənləşdirir. Bu metodun əsas məqsədi təbii ehtiyatların potensial imkanlarına uyğun istifadəsi və tükənməsinin qarşısının alınmasında iqtisadi göstəriciləri aydın əks etdirir.

Cəmiyyətin həyatındakı bütün müsbət cəhətlər tə-biətin daha düzgün qiymətləndirilməsini, ona qayğıyla yanaşmasını tələb edir. Təəssüf ki, bəzən insanın təsər-rüfat fəaliyyəti təbiətə mənfi təsir göstərir və nəticədə atmosfer çirklənir, şirin su mənbələri yararsızlaşır, me-şələr qırılır, torpaqlar korlanır –eroziyaya uğrayır, şo-ranlaşır, bataqlıqlaşır, flora-fauna ehtiyatları, faydalı qa-zıntılar azalır və s.

Ətraf mühitin iqtisadiyyatı öz aralarında qarşılıqlı əlaqədə olan problemlərin iki qrupunu tədqiq edir:

- istehsalatda və istehlakda zəruri olan təbii ehti-yatlardan iqtisadi baxımdan səmərəli istifadə edilməsi;

- ətraf mühitin çirkləndirilməsinin qarşısının alın-ması və ya ləğv edilməsinin iqtisadi cəhətdən ən məqsə-dəuyğun üsullarının seçilməsi.

Bu problemləri məhsuldar qüvvələrin inkişafı, elm və texnikanın tərəqqisi gedişində tələbatın dəyişməsini nəzərə almaqla həll edilməlidir.

Hazırda təbiətin mühafizəsi dedikdə təkcə onun el-

mi, estetik, tərbiyəvi və insanların sağlamlığı üçün əhə-

miyyətli obyektlərin qorunub saxlanması nəzərdə tutul-

mur. Bu təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqənin

inkişafını nəzərdə tutur. Daha doğrusu istehsal proseslə-

rinə cəlb olunan təbii sərvətlərin həcmi və miqdarı art-

dıqca, eyni zamanda elmin yeni nailiyyətləri əsasında

Page 28: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

28

təbiət qanunları, təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi

qanunauyğunluqları daha dərindən dərk edildikcə mə-

lum olmuşdur ki, təbiətin mühafizəsi yalnız ayrı-ayrı

obyektlərin konservasiyası və mühafizəsindən ibarət ol-

mayıb, daha geniş miqyaslı bir problemdir. Bu təbii eh-

tiyatlardan səmərələri istifadə, onların qorunması və tə-

biət qanunlarına əsaslanmaqla bərpa edilməsi üzrə təd-

birlər kompleksidir. Bu problemin həcmi müxtəlif so-

sial- iqtisadi quruluşda müxtəlif cür həll olunmuşdur.

Hazırki cəmiyyətdə təbii ehtiyatlar üzərində xüsusi mül-

kiyyət hökm sürdüyü üçün təbiətin mühafizə problemlə-

ri kompleks həll edilir. Yeni iqtisadi münasibətlərdə tə-

biətin mühafizə problemləri ilə əlaqədar olan bütün və-

zifələrin yerinə yetirilməsi elmi metodologiyası əsasın-

da cəmiyyətlə təbiətin ahəngdar qarşılıqlı əlaqələrinin

təmin olunmasına yönəldilmişdir. Yalnız şüurlu demok-

ratik qanunlar təbiətlə cəmiyyət arasında obyektiv, düz-

gün, ahəngdar qarşılıqlı əlaqə yaradılmasına imkan ve-

rir. Təbiətin mühafizəsinin elmi əsaslarına yiyələnmək

üçün təbiətin təbii mühitin tərkib hissələrini və xüsusiy-

yətlərini bilmək, planetimizin təbii sərvətlərini və ətraf

mühitin mühafizəsi üzrə planetar və regional miqyasda

təzahür edən problemləri araşdırmaq lazım gəlir.

Page 29: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

29

II FƏSİL.

İQTİSADİ İNKİŞAFIN

EKOLOGİYALAŞDIRILMASININ ƏSAS

İSTİQAMƏTLƏRİ VƏ DAYANIQLI İNKİŞAF

1. Ətraf mühit və təbiətdən istifadə barədə ümumi

məsələlər;

2. İqtisadiyyatda davamlı (dayanıqlı) inkişaf;

3. Ekoloji-iqtisadi sistem. İqtisadi inkişafın ekolo-

giyalaşması;

4. Təbiətdən istifadə və təbiəti mühafizə;

5. Təbii mühitə dəyən ziyan;

6. Təbii mühit üzərində monitorinq, ekspertiza,

onun vəziyyətinin proqnoz və modelləşdirilməsi məsə-

lələri.

1.Ətraf mühit və təbiətdən istifadə barədə

ümumi məsələlər

“Ətraf mühit və təbiətdən istifadə” cəmiyyətlə tə-

biətin qarşılıqlı münasibəti şəraitində bir-birinə təsir

prosesidir. Bu istifadə təbii-resurs potensialının istis-

marının bütün formalarının və onun qorunması təd-

birlərinin cəmini əhatə edir. Ətraf mühitdən istifadə

özündə aşağıdakıları birləşdirir:

- təbii ehtiyatların hasili və emal edilməsi, onların

bərpası və təkrar istehsalı;

- təbii həyat mühiti şəraitindən istifadə və onun

mühafizəsi;

- təbii sistemlərin ekoloji balansının saxlanması,

Page 30: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

30

təkrar istehsalı (bərpası) və sərfəli dəyişdirilməsi bu cə-

miyyətin inkişafı üçün təbii-ehtiyat potensialının saxla-

nılmasına xidmət edir.

Təbii ehtiyatlar potensialı müxtəlif amillər üzrə -

öz mənbələri və yerləşmə məntəqələrinə, tükənmə sürə-

tinə, özünübərpa imkanına, bir ehtiyatın-sərvətin digəri

ilə əvəz olunma imkanına və s. görə səciyyələndirilir.

İnsanın həyat tərzi və istənilən fəaliyyət növü,

əməli olaraq təbii ehtiyatlarından istifadə edilməsi, ətraf

mühitin vəziyyətinin dəyişdirilməsi, daha doğrusu, ta-

razlığının pozulmasına səbəb olur. Ətraf mühit və tə-

biətdən istifadənin öyrənilməsi və istifadə edilməsi-

nin nizamlanması müəyyən ixtisaslaşmalar əsasında

təbii ehtiyatlardan səmərəli istifadə etməklə ətraf

mühiti mühafizə deməkdir. Eyni zamanda təbiətdən

istifadə insanların həyat fəaliyyətləri və təsərrüfatdan is-

tifadə prosesində təbii mühitə təsir kimi qəbul edilməli-

dir. Ətraf mühit və təbiətdən istifadə həm də elmi sahə-

dir, istiqamətdir və özünəməxsus üsullarla, yollarla in-

sanların öz tələbatını ödəmək üçün təbii mühitdən istifa-

də məsələləri araşdırılır və öyrənilir.

Hazırda ətraf mühit və təbiətdən istifadəyə əsasən

aşağıdakı kimi baxmaq olar:

1. Cəmiyyətin təbii ehtiyatlara tələbatını təmin et-

mək və ətraf mühitin zəruri ekoloji keyfiyyətini qoruyub

saxlamaq;

2. Cəmiyyət və təbiət arasındakı qarşılıqlı əlaqə və ya

təsir prosesində münasibətlər sistemini qiymətləndirmək.

Ətraf mühit və təbiətdən istifadəni birbaşa və ya

dolayısı olaraq təbii mühitin dəyişdirilməsində insan

Page 31: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

31

fəaliyyətinin xüsusi bir növü kimi hesab etmək də

olar. Ətraf mühit və təbiətdən istifadənin aşağıdakı növ-

lərini də ayırırlar: əsas (kənd təsərrüfatı, meşə təsərrüfatı,

su təsərrüfatı, hidroenergetik və s.); yardımçı (istehsal

prosesində təbii ehtiyatlardan istifadə və s.); əlavə-ətraf

mühiti mühafizə.

Hüquqi nöqteyi-nəzərdən təbiətdən istifadə iki

istiqamətdə həyata keçirilir: ümumi və xüsusi. Ümumi

təbiətdən istifadəyə hər hansı bir xüsusi icazə olmadan

həyata keçirilə bilər. Bu fəaliyyət vətəndaşlar tərəfindən

onlara doğulduğu gündən və yaşadığı müddət ərzində

mənsub olduğu təbii hüquqlar əsasında həyata keçirilir.

Təbiətdən xüsusi istifadə isə vətəndaşlar və təsərrüfat

subyektləri (müəssisələr, firmalar, təşkilatlar) tərəfindən

o zaman həyata keçirilə bilər ki, onlara qanunlar, qərar-

lar, qaydalar və səlahiyyətli dövlət orqanlarının icazəsi

verilmiş olsun. Bu istiqamətli təbiətdən istifadə, məq-

sədyönlü xarakter daşıyır və torpaqdan, Yer təkindən,

sudan, meşədən istifadə, heyvanat və bitki aləmindən,

habelə atmosfer havasından istifadə etmək istiqamətində

həyata keçirilir.

2. İqtisadi inkişafda davamlı (dayanıqlı) inkişaf

Davamlı inkişaf dedikdə indiki nəsillərin tələbi-

ni ödəyən gələcək nəsillərin tələbinin ödənilməsini

təhlükə altına almayan inkişaf başa düşülür. Davamlı

inkişaf konsepsiyası ilk dəfə 1987 ci ildə BMT Beynəl-

xalq Komissiyasının məruzəsində təklif edilmişdir. Bu

sənədin işlənməsində 200- dən çox dövlət iştirak etmiş-

Page 32: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

32

dir. 1992-ci ildə ətraf mühit və inkişaf üzrə BMT-nin

Rio-De-Janeyro da keçirilmiş konfransı bu konsepsiyanı

planetin bütün ölkələri üçün XXI əsrdə fəaliyyət planı

kimi təsdiq etdi. Davamlı inkişaf konsepsiyasının əsas

ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağ-

lılığı üçün şərait və mexanizmlərin vəhdətdə baxılması-

dır. Yalnız bu halda cəmiyyət və təbii mühitin inkişafı

üçün zəmin yaradıla bilər. Davamlı inkişaf konsepsi-

yası ekoloji, iqtisadi və digər sosial problemlərin bir-

liyini nəzərdə tutur. Bu konsepsiya əhalinin artımının

tənzimlənməsi imkanına insanlarda şüurlu istehlakın

formalaşdırılmasına, ekoloji mədəniyyət etikasına əsas-

lanır. Ətraf mühit və təbiətdən istifadə sahəsinin mütə-

xəssislərin qarşısında aşağıdakı vəzifələr durur:

1. təbiətdən səmərəli istifadə vasitələri, metod və

formalarının tədqiq edilməsinə və əlverişli həyat şəraiti-

nə nail olmaq;

2. ehtiyatların kompleks istifadəsinə yönəldilmiş

tədbirlərin əsaslandırılması və hazırlanması;

3. iqtisadiyyatın ekologiyalaşdırılmasını əsaslan-

dırmaq;

4. gələcək nəsillərin mənafeyini nəzərə almaqla

cəmiyyət və təbiət arasındakı qarşılıqlı əlaqənin opti-

mallaşdırma metodlarını işləyib hazırlamaq;

5. təbiətdən istifadənin idarəetmə sistemində döv-

lət və regional orqanların səmərəli formalaşdırılması;

6. təbiətdən səmərəli istifadə sahəsində qabaqcıl

təcrübənin təhlili və ümumiləşdirilməsi və s.

Ətraf mühitin səmərələşdirilməsi sahəsində vəzifə-

lərin çoxtərəfli olmasını nəzərə alaraq onların hamısı bu

Page 33: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

33

və ya digər dərəcədə maliyyə vəsaitinin ayrılması və

tədbirlərin səmərəlilik dərəcəsinin müəyyən edilməsi ilə

əlaqədardır. Bununla əlaqədar olaraq yeni bir iqtisadi

fənnin yaranması və inkişafı zərurəti meydana çıxır. Cə-

miyyətlə təbiət arasında qarşılıqlı əlaqənin iqtisadi as-

pekti müəyyən bir tarixə malikdir, lakin, bu əlaqə indiki

mərhələdə yeni əhəmiyyət kəsb etməkdədir. Bu tarix fi-

ziokratlar dövründən başlayır. Onlar hesab edirdilər ki,

cəmiyyətin sərvəti əkinçilikdən yaranır. Bu problemə

D.Rikardo və T.Maltus böyük diqqət yetirirdilər. İqtisa-

di inkişafın perspektivliyinə onlar pessimist baxırdılar.

K.Marks hesab edirdi ki, kapitalizm təbiəti dağıdır və

yalnız və kommunizm insan və təbiət arasındakı ziddiy-

yəti aradan qaldıra bilər. Neoklassiklər fərz edirdilər ki,

rasional və xudpəsənd (eqoist) insanlar ictimai maraqla-

rını təmin etmək üçün Pareto-meyarlardan istifadə edir-

dilər. Humanist istiqamətlərin tərəfdarları fərdiyyətin re-

gional davranışını rədd edirlər, rasionalist anlayışının

genişləndirilməsini arzulayırlar və insanların tələbatı

iyerarxiyasında yüksək keyfiyyətin ətraf mühitə olan tə-

ləbatını birinci sıraya qoyurlar.

Hazırda bütün iqtisadi məktəblərin hamısı bu və ya

digər qaydada iqtisadi inkişafı ekoloji problemlərlə əla-

qələndirirlər. Lakin, ətraf mühitin iqtisadiyyatı sahəsin-

də aparılan ətraflı nəzəri tədqiqatlar maddi rifah iqtisa-

diyyatı və zahiri effektlər nəzəriyyəsi ilə əlaqələndirilir.

Rifah iqtisadiyyatının vəzifəsi iqtisadi optimum şərtləri-

ni təsvir etməkdən ibarətdir. Bu nəzəriyyə çərçivəsində rə-

qabət (bazar) və iqtisadi optimum arasında qarşılıqlı əlaqə

yaradılır. Zahiri effektlərin mövcudluğu iqtisadi səmərənin

Page 34: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

34

ictimai və mülki cəhətdən qiymətləndirilməsi arasında zid-

diyyətə səbəb olur. A.Piqu özünün “Rifah iqtisadiyyatı”

(1920) əsərində ictimai və mülki xərclər arasındakı qeyri-

bərabərliyi göstərməklə həmin proseslərin dövlət tənzim-

lənməsi zərurətini irəli sürürdü.

Keçən əsrin 60-70-ci illərində bir çox ölkələrdə

ekoloji şəraitin kəskinləşməsi müşahidə olunur. Həmin

dövrdən, ətraf mühitin iqtisadiyyatı (Keçmiş SSRİ-də

isə təbiətdən istifadənin iqtisadiyyatı) formalaşmağa

başlayırdı. Ekoloji problemlərin iqtisadi aspekti tədqiqat

sahəsinə çevrilir. İlk növbədə ətraf mühitlə iqtisadi in-

kişaf arasındakı qarşılıqlı əlaqələrin təhlilinə başlanır və

bunun əsasında bəşəriyyətin gələcək inkişaf yolları öy-

rənilir, təbiəti mühafizə sahəsində bazar iqtisadiyyatının

mexanizminin imkanları nəzərdən keçirilir, proqnozlaş-

dırma və s. məsələlər elmi cəhətdən ön plana çəkilir.

“Ətraf mühitin iqtisadiyyatı” iqtisadi elmlər və

fənnlər qrupuna daxil olur, bir sıra elm sahələrinin qov-

şağında özünə yer tutmaqla, sahələrarası elmə çevrilir.

Xarici ölkələrdə “Ətraf mühitin iqtisadiyyatı”nı iqtisadi

nəzəriyyənin köməkçi (yardımçı) fənni kimi qəbul edir-

lər. Hazırda bu sahə ilk növbədə iqtisadiyyatla ekologi-

ya arasındakı elm kimi qiymətləndirilir.

Ətraf mühitin iqtisadiyyatı elə bir elmdir ki, cə-

miyyətlə təbii mühit arasındakı qarşılıqlı əlaqələri

iqtisadi metodlarla öyrənir, təbiətdən səmərəli istifa-

də ilə əlaqə yaradır. Ekologiya ilə əlaqələndirilməsi

mühafizə məsələlərini ilk plana çəkilməsini tələb edir.

Ona görə də bu sahədə digər elmlərlə qarşılıqlı əlaqəsi

olan kompleks problemlər nəzərdən keçirilir. Müxtəlif

Page 35: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

35

ədəbiyyatlarda başqa təyinatlar da mövcuddur. Məsələn

ƏMİ iqtisadi elm sahəsi olur, cəmiyyətin və ətraf mühi-

tin qlobal, regional, milli və yerli (lokal) səviyyələrdə

qarşılıqlı təsir məsələlərinin sosial-iqtisadi aspektlərini

öyrənir.

Ətraf mühit və təbiətdən istifadə hər hansı bilik

(elm) sahəsi olmaqla özündə təbiət, ictimai və texniki

elm sahələrinin elementlərini cəmləşdirir və təşkilati cə-

hətdən digər bilik (elm) sahələri içərisində fizika, coğra-

fiya, biologiya, ekologiya kimi özünəməxsus yer tutur.

Bir çox tədqiqatçılar deyilənləri təbiət elmləri sisteminə

aid edirlər. Əslində deyilən sahənin coğrafiya və coğrafi

ekologiya elminə aid edilməsi daha məqsədə müvafiq-

dir. Çünki coğrafiya elmlər sistemi fiziki, iqtisadi-so-

sial-siyasi prosesləri əhatə etməklə ətraf mühitin müha-

fizəsini də özündə birləşdirir. Hətta keçmiş SSRİ-də

Elmlər Akademiyası sistemində elmlərin təsnifatı tərtib

edilərkən təbiətdən istifadə Yer haqqında elmlər bölmə-

si ilə İctimai elmlər bölməsi arasında yerləşdirmək məs-

ləhət olunmuşdu.

Ətraf mühitin iqtisadiyyatını ekoloji əsaslarla iqti-

sadi elmlər sahəsi kimi qəbul etdikdə, burada müvafiq

elmlərarası əmək bölgüsünə istinad etmək lazım gəlir.

Ətraf mühitin iqtisadiyyatının predmeti insanların öz

tələbatlarını ödəmək üçün təbii sərvətlərin istifadəsində,

mühafizəsində, artırılmasında və habelə ekoloji-iqtisadi

qanunauyğunluqlardan istifadə prosesində yaranmış mü-

nasibətləri araşdırmaq, tədqiq etmək və öyrənməkdir.

Ətraf mühitin iqtisadiyyatının bilavasitə predmeti get-

dikcə artan təbii-sərvətlər potensialının məhdudluğu şə-

Page 36: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

36

raitində ətraf mühitin keyfiyyətinin bərpası (qorunması)

və ətraf mühitin mühafizəsi kimi istiqamətləndirilmə-

lidir.

ƏMİ-nin əsas vəzifəsi idarəçilik prinsipinin (ya-

naşmasının) aradan qaldırılmasının və iqtisadiyyatın sa-

hələrinin əlaqələndirilməsini həyata keçirməklə cəmiy-

yətlə təbiətin iqtisadi-ekoloji qarşılıqlı əlaqələri və mü-

nasibətləri baxımdan optimal formalaşmasını təmin et-

məkdir. Ümumiyyətlə, ƏMİ cəmiyyətin davamlı “sabit

inkişaf” modelinə keçməsinə zəmin yaratmalıdır. Əslin-

də həmin elm sahəsinin konkret vəzifələri təbii sərvətlər

üzərində mülkiyyətin realizə edilməsinin zəruri formala-

rını axtarmaq, təbiətdən ödənişli istifadə əsasında iqtisa-

di mexanizmin formalaşma yollarını müəyyənləşdir-

mək, bazar iqtisadiyyatı ilə bağlı üsullarla dövlət tən-

zimlənməsini təmin etmək deməkdir. Ölkənin iqtisadi

inkişafı ətraf mühitə münasibətdə dağıdıcı rol oynama-

malıdır. Ona görə də hazırda qlobal inkişafın həll edil-

məsinin əsas yolu dayanıqlı inkişaf hesab edilir. Dünya

ölkələrinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatması

üçün təbii ehtiyatlardan istifadəni və çirkləndiricilərin

miqdarını on dəfələrlə azaltmaq lazım gələrdi ki, bu da

sərvətlərin məhdudluğu və təbii ekoloji məhdudiyyətlər

üzündən mümkün deyildir.

Ekoloji məhdudiyyətlərin nəzərə alınması ilə inki-

şaf konsepsiyasının həm nəzəri, həm də təcrübi olaraq

formalaşmasına Birləşmiş Millətlər Təşkilatının tapşırı-

ğı ilə Q.X.Brutlandın sədrliyi ilə xüsusi komissiya tərə-

findən yerinə yetirilmiş, ətraf mühit və inkişaf üzrə Bey-

nəlxalq Komissiyaya məruzə edilmiş “Bizim ümumi gə-

Page 37: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

37

ləcəyimiz” (1987) adlı tədqiqat böyük təsir göstərmiş-

dir. Məruzənin məqsədi dünya inkişafında dəyişmələrin

qlobal proqramının işlənib hazırlanması idi. Məruzədə

dünya iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən

ətraf mühitin qorunması sahəsində uzunmüddətli strate-

giya təklif edilmiş, təbiətdən istifadə problemini səmə-

rəli həll etməyə imkan verən üsul və vasitələrə baxıl-

mışdır. Ekoloji-iqtisadi artımın yeni növünün formalaş-

masının əsasını (məruzənin nəticələrinə görə) dayanıqlı

inkişaf təşkil etməlidir. Dayanıqlı inkişafın iqtisadi ədə-

biyyatda 60-dan çox anlayışı mövcuddur. Ən çox yayı-

lan Brundtland komissiyasının məruzəsində qeyd edilən

təyindir: “Dayanıqlı inkişaf” elə bir inkişafdır ki, in-

diki zamanda tələbatı təmin edir, lakin gələcək nəsil-

lərin öz tələbatlarını ödəməsini təhlükə altında qoy-

mur. O, özündə əsas iki anlayışı birləşdirir:

a) tələbat anlayışı, o cümlədən, birinci dərəcəli üs-

tünlüyə malik olan, əhalinin ən kasıb təbəqəsinin möv-

cudluğu üçün zəruri olan tələbat;

b) məhdudiyyət anlayışı, hazırkı və gələcək tələ-

batları ətraf mühitin ödəyə bilməsi imkanlarına qoyu-

lan, texnologiya və cəmiyyətin təşkilinin vəziyyəti ilə

şərtləndirilən məhdudiyyətlər.

Dayanıqlı inkişafın bu təyininə nəsillər arasında

iqtisadi münasibətlər prizmasından da, nəsil daxilində

baxılır (ictimai aspekt, kasıbçılıq problemi). Bu həmdə

nəsillər arasında ekoloji-iqtisadi aspekt prizmasından

baxılır.

Beləliklə, iqtisadi və ictimai inkişafın qarşısında du-

ran məsələlər onun sabitliyinin nəzərə alınması, bütün in-

Page 38: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

38

kişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ekoloji təh-

lükəsizliyə uyğun olması yolu ilə müəyyən edilməlidir.

Dayanıqlı inkişaf anlayışında əsas yeri iqtisadi mə-

sələlərin uzun müddətə ekoloji nəticələrin nəzərə alın-

ması problemi tutur. Gələcək nəsillər üçün neqativ eko-

loji nəticələrin, gələcək təhlükələrin (ziyanların) mini-

muma endirilməsi zəruridir. Öz övladlarının, nəvələri-

nin hesabına yaşamaq, təbii xəzinədən yalnız özü üçün

istifadə etmək olmaz. Beləliklə, ekoloji məhdudiyyətlər,

cari və gələcək tələbat arasında kompromis, hər hansı

bir ölkədə inkişafın ictimai-iqtisadi strategiyasının işlən-

məsində əsas olmalıdır.

Dayanıqlı inkişafın dörd meyarını fərqləndirmək

olar. Bu təbii ehtiyatların təsnifatlaşdırılması, onların

təkrar istehsal dinamikasına və səviyyəsinə əsaslanır.

1) bərpa oluna bilən təbii ehtiyatlar üçün onların

miqdarı ən az vaxt kəsiyində azalmamalıdır, daha doğ-

rusu, ən azı onların sadə təkrar istehsal rejimi təmin

olunmalıdır. Məsələn, torpaq resursları üçün bu o de-

məkdir ki, qiymətli kənd təsərrüfatı sahələri saxlanılma-

lı, sahələrin azaldıldığı halda onlardan məhsul istehsalı-

nın səviyyəsi saxlanılmalı və artırılmalıdır;

2) bərpa oluna bilməyən təbii ehtiyatlar üçün (məs.

faydalı qazıntılar) onların ehtiyatlarının mənimsənilmə

sürətinin azaldılması və onların gələcəkdə qeyri-məh-

dud sərvət növləri ilə əvəz edilməsi. Məsələn, neft mən-

bələrinin – külək, günəş və s. enerjisi ilə müəyyən qədər

əvəz edilməsi;

3) tullantılar üçün onların miqdarının, az tullantılı,

ehtiyatlara qənaət edən texnologiyanın tətbiq edilməsi yo-

Page 39: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

39

lu ilə minimumlaşdırılması imkanları nəzərə alınmalıdır; 4) ətraf mühitin çirklənmə səviyyəsi bütün ehtiyat-

lar və onun növləri üzrə gələcəkdə onun hazırkı səviy-yəsini aşmamalıdır. Çirklənmə səviyyəsinin ictimai və iqtisadi cəhətdən qəbul oluna biləcək səviyyəyə qədər azaldılması imkanları nəzərə alınmalıdır (çirklənmənin “sıfır” səviyyəsi real deyildir).

İnsanların tələbat davranışının dəyişməsinin əhə-miyyəti də nəzərə alınmalıdır. Dayanıqlı inkişafa keçid əmtəə və xidmətlərə müəyyən məhdudiyyətlərin olması-nı da ehtimal edir. “Daha çox istifadə edən, hər ailə üz-vünə bir avtomobil və s.” kimi çağırışlar aşıq-aşkar bio-sferanın imkanları ilə tərs mütənasiblik təşkil edir.

Dayanıqlı inkişaf konsepsiyasına göstərilən baxış onu göstərir ki, bu məsələ qlobal xarakter daşıyır. Bu in-kişaf mürəkkəb ekoloji, iqtisadi və ictimai problemlərin bir-biri ilə sıx əlaqədə olduğunu göstərir.

Ümumi şəkildə vaxt kəsiyində əsas parametrlər nə-zərə alınmaqla dayanıqlı inkişaf funksiyası aşağıdakı şə-kildə ifadə edilir:

Ft (L, K, N, İ) ≤ Ft+1 (L, K, N, İ) Burada, Ft (L, K, N, İ –dayanıqlı inkişaf funksiyası;

L- əmək ehtiyatları; K- yaradılmış kapital, istehsal vasitələri; N- təbii ehtiyatlar; İ- institusiya amili; t=0,......,n – vaxt kəsiyi. Müəyyən mənada dayanıqlı inkişaf funksiyası is-

Page 40: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

40

tehsal funksiyasının genişləndirilmiş formasıdır. Lakin daxil edilən yeni parametrlər təbii ehtiyatlar və institusi-ya amili prinsipial xarakter daşıyır.

İnstitusiya amili dayanıqlı inkişaf üçün vacib bir elementdir. Mədəni ənənələr, din, mülkiyyət institutları və s. çox vaxt ekoloji-iqtisadi siyasətin seçilməsinə bö-yük təsir göstərirlər. Məsələn, bir çox şərq ölkələrində su Allah tərəfindən əta olunmuş təbii sərvət hesab edilir və ondan istifadə üçün qiymət qoymaq olmaz. Ekoloji-iqtisadi anlayışlara din də böyük təsir göstərir. Məsələn, xaçpərəstlərə sahibkarlığın sürətli inkişafı, bugünkü gə-lir, fərdi davranış daha çox xas olan xüsusiyyətdir. Bud-dizm isə vaxtla əlaqə və təbiətə yaxınlığı ilə xarakterik-dir. Bütün bunlar hər bir ölkədə dayanıqlı inkişaf tipi-nin kifayət qədər fərdi olmasını (ümumi prinsipləri sax-lamaqla) şərtləndirən amillərdəndir.

Bütövlükdə, ƏMİ-nın əməli aspekti üç qrup prob-lemi özündə birləşdirir:

1) Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsini; 2) Ətraf mühitin çirklənməsindən dəyən iqtisadi

zərərin qiymətləndirilməsini (hesablanmasını); 3) Ekoloji amillərin təsərrüfat mexanizminə və cə-

miyyətdə qərarların qəbul edilməsinə cəlb edilməsini. T.Titenberq hesab edir ki, ƏMİ eyni dərəcədə həm

nəzəri, həm də təcrübi elm sahəsidir. O, nəinki yalnız ekoloji-iqtisadi analizin fundamental prinsiplərini, həm də ekoloji tənzimləmə tədbirlərini əhatə edir. ƏMİ tə-biətdən və ətraf mühitdən istifadədən başqa, iqtisadi nə-zəriyyə (tələbatla məhdud resurslar arasındakı ziddiyyət, zahiri səmərə, tələb, təklif və s.), funksional və sahələr üzrə iqtisadi məsələlər (maliyyə, statistika, meşə iqtisa-

Page 41: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

41

diyyatı və s.), sosial və iqtisadi coğrafiya, habelə bir sıra təbiət (ilk növbədə ekologiya) və texniki elmlərlə sıx əlaqədardır.

ƏMİ fənninin predmeti abstraksiyanın ən yüksək səviyyəsində, xalq təsərrüfatı (makroiqtisadi) mövqedən və iqtisadi-ekoloji prioriteti nəzərə almaqla bütün təbii mühiti əhatə edir. Eyni zamanda bu elm sahəsi həm də mikroiqtisadi prosesin analizindən, ekoloji sahibkarlıq problemlərindən, ekoloji marketinqdən və s. bəhs edir.

ƏMİ-na dair tədqiqatlarda bir çox elm sahəsin-də tətbiq edilən üsullardan istifadə edilir. Ilk növbədə

dialektik, balans, normativ, sistemli, riyazi, statistik, xəritələşdirmə, modelləşdirmə və s. metodlardan isti-fadə edilir. Onun metodoloji aspektləri hazırda proq-ram-məqsədli optimallaşdırma hesabına təzələnməkdə-dir. ƏMİ obyektivlik, elmilik və tarixilik prinsipləri üz-rə formalaşmaqdadır.

ƏMİ mütəhərrik inkişafda olan bir elm kimi yeni analitik üsullar, konsepsiyalar, ideyalar üçün aşkarlıq nümayiş etdirir. Bu onunla əlaqədardır ki, ətraf mühit-dən istifadənin iqtisadiyyatı və ekoloji əsasları elmləra-rası bir sahədir və çox mürəkkəb ekoloji-iqtisadi prob-lemləri əhatə edir.

Tarazlı (davamlı) inkişafın müasir anlamı elə gös-təricilərlə səciyyələnməlidir ki, bu və ya digər ölkədə gələcək nəsillərin mənafeyini təyin etmək əsas vəzifə kimi qarşıya qoyulsun. Davamlı inkişafı daha dəqiq təh-lil etmək üçün “zəif” və “güclü” sabitlik anlayışlarından istifadə edilir. Əgər iqtisadi inkişaf ehtiyatların tükənmə-sinə səbəb olursa, onda gələcək nəsillər üçün kompensa-siya nəzərdə tutulmalıdır. Yəni, əsas kapital digər forma-

Page 42: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

42

da başqa bir kapitalla istehsalat, bəşəri və ya təbii kapita-lın hər-hansı bir forması ilə əvəz olunmalıdır.

Sxem 1.

“Tarazlı inkişaf” konsepsiyasının sxematik təsviri

Əsas kapitalın saxlanması qaydası kapitalların bir-

birini əvəz etməsinə yol verir (bax: sxem 1 ). Vəziyyət,

şərait sabit hesab edilir o zaman ki, təbii kapitalın tükən-

məsi renta gəlirləri qoymasında insan tərəfindən yarı

azalmış kapitalın üzərinə kompensasiya şəklində artım

kimi qoyulsun (Xartvin qaydası). Bu məhz zəif-ibtidai

tarazlı variantı səciyyələndirir. Güclü-yüksək tarazlıq tə-

rəfdarları hesab edirlər ki, inkişafın bütün mərhələlərin-

də təbii kapital tamamilə görünsün, yaxud insanın inki-

şafı üçün və bütöv ekosistemin mühafizəsi üçün təminat

yaradılsın.

Beləliklə, “tarazlı (davamlı) inkişaf” o vaxt olar ki,

Page 43: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

43

təbii kapital tükəndikcə bərpa olunsun və ya süni surət-

də yaradılmış kapital əvəz edilsin lakin, aşılanmasın.

Başqa sözlə, bəşəriyyət təbii kapitalın üzərinə gələn hər

hansı bir faizlə yaşamalıdır və gələcək nəsillər qarşısın-

da borclu qalmamalıdır. “Davamlı inkişaf” konsepsiyası

üç əsas məqsədin vahid bir sistemə birləşməsi sayəsində

meydana çıxmışdır. İqtisadi, sosial, ekoloji. Bu element-

lərin bir-biri ilə qarşılıqlı əlaqəsi tarazlı inkişafın vəzifə-

lərini müəyyənləşdirir.

3. Ekoloji-iqtisadi sistem. İqtisadi inkişafın

ekologiyalaşması

Ekonomika və ekologiya sözləri arasındakı dərin

əlaqə adlarından da görünür. Ekologiya yunancadan

hərfi tərcümədə ev, iqtisadiyyat isə ev təsərrüfatının

idarə edilməsi mənasını bildirir. İqtisadiyyat müasir

anlamaya görə istehsal şəraitini və onun formalarını,

əmtəə mübadiləsini, o cümlədən onun paylanmasını

əhatə edir. İstənilən ölkənin iqtisadiyyatı çox böyük sis-

tem olub, müxtəlif sahələrdən ibarətdir. İqtisadiyyatın

hər bir halqası sistemin komponenti kimi başqalarından

nə isə almaqla mövcud ola bilər. İqtisadiyyat özünün in-

kişafına görə daha qədim olmasına baxmayaraq müəy-

yən inkişaf mərhələsində ətraf mühitə təsiri güclənmiş-

dir. Xüsusi ilə sənayenin və kənd təsərrüfatının sürətli

inkişafı ətraf mühitə külli miqdarda tullantıların atılma-

sına şərait yaratmışdır. Həmin tullantıları aradan qaldır-

maq üçün ekologiya elminin nailiyyətlərindən istifadə

olunmaqla ətraf mühitin mühafizəsi üçün əlverişli şərait

Page 44: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

44

yaranır. Bu cəhətdən iqtisadiyyatla ekologiya bir-biri ilə

bağlı kateqoriya olub, vəhdət təşkil edir. Lakin ilk ba-

xışda iqtisadiyyatın ekologiya ilə heç bir əlaqəsi olmadı-

ğı görünür. Tarixi baxımdan da iqtisadiyyat ekoloji

göstəricilərlə müqayisədə nisbətən sərbəst inkişaf etmiş-

dir. Bununla yanaşı cəmiyyət bütün tarixi dövrlərdə tə-

bii ehtiyatlardan asılı vəziyyətdə olmuş və ondan istifa-

də etməklə öz tələbatını ödəmişdir. İqtisadiyyatla eko-

logiya arasında əlaqə insanın dəyişdirdiyi təbii aləmin

onun təsərrüfatına əks təsiri aydın olandan sonra dərk

olunmağa başlanmışdır. Ekologiyalaşdırılmış iqtisadiy-

yatda istehsalın məqsədi ekologiyanın prinsipləri və

məhsuldar qüvvələrin ən vacib tərkib hissəsi sayılan işçi

qüvvəsinin sağlamlığı üçün təhlükəsiz olan əmək şə-

raiti ilə müəyyən olunmalıdır. Eyni zamanda iqtisadiy-

yat yalnız gəlir mənbəyi deyil, ümumi ekoloji hadisələri

özündə cəmləşdirməklə onların həllinə şərait yaradır.

Müxtəlif növ təbii ehtiyatlardan istifadə, həmçinin ayrı-

lıqda iqtisadi sahələrin formalaşmasına zəmin yaradır. İq-

tisadi sahələrin meydana gəlməsi özü ilə bərabər müəy-

yən dərəcədə çirklənmə mənbəyi yaradır. İqtisadi amillə-

rin təsiri altında yaranan ekoloji problemlər iqtisadi sa-

hələrdən əldə olunan gəlirlər vasitəsilə həll olunur.

İqtisadiyyatın ekologiyalaşdırılmasının bu gün

üçün ən vacib zəmini aşağıdakılardır:

1. təbiətdən səmərəli istifadənin hüquqi və təşkili

şəraitinin formalaşması;

2. iqtisadiyyatı təbiətqoruyucu əsasa keçirməkdən

ötrü elmi-texniki potensialın yaradılması;

3. təbii ehtiyatların tam dəyərini göstərmək məqsə-

Page 45: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

45

dilə məhsul istehsalının uçot sisteminin tənzimlənməsi. Dünya iqtisadiyyatı qarşısında duran ən vacib mə-

sələ ekoloji xərclərin istehsal məhsullarının maya dəyə-rinə daxil edilmək yollarının müəyyən edilməsidir. Əgər xammalın və hazır məhsulun üzərinə sosial xərclər əla-və edilməsə və əgər istifadə edilən, həmçinin hazırda pulsuz olan hava, su və torpaq sərvətlərinin dəyəri müəyyən edilməsə, bu ehtiyatlar bundan sonra da səmə-rəsiz istifadə ediləcəkdir. Nəticədə çirklənmə dərəcəsi artmaqda davam edəcəkdir. İqtisadçı yeni texnologiya kəşf edə bilməz. Lakin o, texnologiyanın dəyişməsini, istehsalın ekoloji nəticələrini mühitin çirklənməsinin azalma ya çoxalmasını ətraf mühit və təbii ehtiyatların istifadəsinin vəziyyətini izah və ya xəbərdarlıq edə bilər.

Hal-hazırda ekoloji-iqtisadi sistem (EİS) nəzəriy-yəsi geniş yayılır və bu ifadə iqtisadiyyatın və təbiətin inteqrasiyası ideyasını birləşdirir. Ekosistemlərdən fərq-li olaraq EİS qapalı xarakter daşımır və aşkarlığa malik-dir. EİS-in inkişafının vacib vəzifəsi ondan ibarətdir ki, təbii şəraitdən səmərəli istifadə olunsun, istehsalat daha qapalı bir sistemə çevrilsin.

EİS üç əsas toplayıcıdan (tərkib hissəsindən)

ibarətdir: ətraf təbii mühit, cəmiyyət, həyat fəaliyyə-ti. Hər üç komponent maddələrin təbiətdə dövriyyəsi vasitəsilə bir-biri ilə əlaqədar olmaqla cəmiyyətdə funk-sional təlimat yaradır.

Ətraf mühitdən istifadə prosesi həmişə hər-hansı bir ərazi çərçivəsində (daxilində) həyata keçirilir və odur ki, regional EİS ayırmaq lazım gəlir. Bu sistemin strukturu özündə 6 prosesi əks etdirir. Həmin proseslər-də müvafiq əlaqələr yaradırlar:

Page 46: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

46

1. istehsalat və xidmətlə bağlı sosial-iqtisadi əlaqələr; 2. ekosistemlərdə (biosenozlarda) yaranan əlaqələr; 3. ətraf mühitdən iqtisadi-ekoloji sferaların yarat-

dığı sintetik əlaqələr; 4. ekoloji-iqtisadi təbiətdən istifadə və təsərrüfat

fəaliyyətinin digər növlərinin ƏTM təsiri ilə yaranan əlaqələr;

5. sosial-ekoloji ƏTM insanların sağlamlığına və

həyat fəaliyyəti şəraitinə təsiri ilə yaranan əlaqələr;

6. ekoloji və atropogenləşmiş şəraitin ətraf mühitə

təsiri ilə yaranan əlaqələr.

Ekoloji-iqtisadi sistemdə qarşılıqlı əlaqələrin dərk

edilməsi sayəsində ekoloji-iqtisadi proqnozlaşdırma in-

kişaf etməkdədir. V.İ.Vernadski biosferin yeni bir və-

ziyyətə keçməsini qabaqcadan xəbər verdi. Həmin yeni

vəziyyəti V.İ.Vernadski “Noosfera” adlandırdı. Onun

fikrincə insan ən güclü geoloji qüvvəyə (amilə) çevrilir.

Noosfera (yeni qabıq, təbəqə) – dərrakə (zəka) sferası

mənasını da ifadə edir. Bu sfera biosferin inkişafının yeni

mərhələsidir, daha doğrusu cəmiyyət və təbiət arasındakı

münasibətlərə ağıllı nəzarət etmək mərhələsidir. Noosfer-

də insanın dərrakəli fəaliyyəti, inkişafı və təbiəti istiqa-

mətləndirən qüvvəyə çevrilir. Cəmiyyətlə təbiətin birgə

inkişaf prosesinə koevolyusiya (birgə təkamül) deyilir.

Təbii elementlərin, xassələrin və hadisələrin tam

(bütöv) cəmini səfərbər edərkən, hərəkətə gətirərkən, iq-

tisadiyyatın fəaliyyətinin təmini üçün istifadə edərkən,

bu özünü təbii bir potensial kimi büruzə verir. Həmin

potensial “Ekoloji-iqtisadi potensial” adlanır və iqtisa-

diyyatın inkişaf imkanlarını müəyyən edir. Təbiət iqtisa-

Page 47: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

47

diyyat hüdudlarından kənarda yerləşərək, potensial kimi

özünü büruzə verir. Təbii potensial bir tərəfdən təbii eh-

tiyatların potensialı kimi, digər tərəfdən iqtisadiyyatın

ümumi şəraiti, yəni sərvətlərin istehsalata və istehlaka

cəlb edilmə imkanları, emal prosesi, tullantıların qəbul

yeri kimi, daha doğrusu “Ekoloji potensial” kimi təza-

hür edir.

Təbiətin bir sıra obyektlərini eyni zamanda həm

ehtiyatların potensialı, həm də ekoloji potensial kimi

qiymətləndirmək olar (meşə, atmosfer, hidrosfer və s.).

Təbii ehtiyatlar potensialı və ekoloji potensial ictimai

təkrar istehsal zamanı onlara yanaşmadan (münasibət)

asılı olaraq bir-birindən fərqlənirlər. Təbii ehtiyatlar po-

tensialı adətən ictimai məhsulun substansiyası kimi tə-

zahür edir lakin, onun istifadəsi əməyin ilkin sərfini tə-

ləb edir. Ekoloji potensial təbii ehtiyatlar potensialının

elementlərinin iqtisadi dövriyyəyə cəlb edilməsinin za-

hiri şəraitini təmin edir və bununla əlaqədar müəyyən

şərait yaranır. Ekoloji potensial öz yararlığını ilkin xərc

sərf etmədən müəyyən anadək göstərir. Təbii ehtiyatla-

rın ayrı-ayrı hissələri adətən ayrıca istifadə edilir və

mülkiyyət obyektinə çevrilir, yəni müvafiq olaraq alqı-

satqı obyekti olurlar.

Ekoloji-iqtisadi potensial təbiət obyektlərinin icti-

mai istehsalda yalnız iştirak etmək və insanların həyat

fəaliyyətini təmin etmək imkanlarını ifa edirlər. Bu pro-

sesdə imkan zərurətə çevrilərkən, təbiət elementləri-tə-

bii şəraitdən məhrum edilirlər. İqtisadi ekologiyalaşdırma əsas istehsal sahələ-

rində, həmçinin əhali tərəfindən ekoloji sahədə maarif-

Page 48: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

48

ləndirmə və mədəni sahədə inkişafa doğru dəyişikliklə-rin edilməsini tələb edir. Eyni zamanda intensiv inkişaf edən şəhərlərdə sənayenin sürətli inkişafı ekoloji proses-lərin gedişini tamamilə dəyişdirir, ekoloji gərginliyi artı-rır. İqtisadiyyatın ekologiyalaşdırılması ekoloji pro-seslərin gedişini yaxşılaşdırmaq üçün istehsal texnologi-yalarında təkmilləşdirmə işlərinin aparılması, tullantısız məhsullar istehsalının yaradılması, ekoloji mühitin sağ-lamlaşdırılması üçün müvafiq tədbirlərin görülməsini tələb edir.

Sxem 2.

Ekoloji mühitin mühafizəsi istiqamətləri

Eyni zamanda təbii mühitdə iqtisadi ekologiyalaş-

dırma üçün aşağıdakı müvafiq tədbirlərin görülməsi məqsədəuyğun sayılır:

1) ictimai istehsalın xarakterinin dəyişdirilməsi; 2) istehsalçı ilə istehlakçının arasında məhsullar is-

tehsalının başa çatmasını düzgün istiqamətləndirmək və səmərəsiz tullantıların həcmini minimuma endirmək;

3) iqtisadiyyatı təbiət qoruyucu sahələrə yönəlt-mək məqsədilə istehsal sahələrinin xarakterindən asılı

Sənaye-istehsal

ərazilərində

ətraf mühit

monitorinqinin

aparılması

İqtisadi ekologiyanın

davamlı inkişafı

Ətraf mühitin

mühafizəsini

təmin edən

tullantısız

texnologiyanın

tətbiqi

Sənaye sahələrində

alternativ ehtiyat

mənbələrindən

istifadə

Page 49: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

49

olaraq Elmi Texniki Tərəqqinin nailiyyətlərindən düz-gün istifadə olunması;

4) təbiətdən səmərəli istifadədə iqtisadi sahələrin düzgün istiqamətləndirilməsi və müvafiq hüquqi bazası-nın əsaslandırılması;

5) ekoloji gərginlik yaradan istehsal tullantılarının xüsusi çəkisinin minimuma endirilməsi məqsədi ilə qapa-lı istehsal prosesinin yaradılmasının təmin olunması;

6) istehsal prosesində təbii ehtiyatların dəyərini göstərmək məqsədilə məhsullar istehsalında statistik təhlil və uçot sisteminin tənzimlənməsi.

Bazar iqtisadiyyatı şəraitində sərbəst iqtisadiyyatın yaradılması iqtisadi ekologiyalaşdırmanın tətbiqində sa-hibkarlar, istehsalçılar və xidmət göstərənlər ümumilik-də bu problemə eyni proqram əsasında yanaşmalı, tex-noloji avadanlıqlardan düzgün istifadə olunmalıdır. Bu baxımdan cəmiyyət tərəfindən yeni istehsalın yaradıl-ması alternativ ehtiyatlardan istifadə edilməsi və yeni iqtisadi siyasətin qəbul edilməsi olduqca vacibdir.

Davamlı inkişaf sürətlə artan əhalinin tələbatını ödəmək üçün əmtəə istehsalının və xidmətlərin geniş-ləndirilməsini tələb edir. Ayrı-ayrı istehsal sahələrində çəkilən xərclərin cəmi ekoloji sahələrə sərf olunan məs-rəfləri tənzimlənmə imkanlarına malik olmalıdır. Bura-da əsas məsələ ekoloji xərcləri istehsal olunan məhsulla-rın maya dəyərinə daxil olan xərclər hesabına təmin olunmasıdır. Bu prosesdə iqtisadi ekologiyalaşdırma müəyyən normativlər əsasında öz həllini tapmış olar. Təbii ehtiyatlardan istifadədə bu məsələ dünya iqtisa-diyyatı qarşısında diqqəti cəlb edən ən vacib məsələlər-dən sayılır.

Page 50: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

50

Müasir ekoloji-iqtisadi sistem, hazır ki texnogen inkişaf növünün dayanıqlı ekoloji balanslaşdırılmış inki-şaf növü ilə əvəzlənməsini tələb edir. İqtisadiyyatın müxtəlif sahələrində yeni ekoloji-iqtisadi layihələrin və proqramların yaranması üçün iqtisadi inkişafda ekologi-yanın nəzərə alınması konsepsiyasının işlənib hazırlan-ması zəruridir. Bunun üçün bütöv iqtisadiyyat, onun sa-hələri və kompleksləri üçün prioritet və məqsədlərdə əhəmiyyətli dəyişikliklərin aparılması lazım gəlir.

Ənənəvi ekoloji-iqtisadi modelində girişinə təbii sərvətlər, çıxışda isə son məhsul və müxtəlif növlü çirk-ləndiricilər və ətraf mühitin deformasiyası götürülür.

Sxem 3.

Təbiət – məhsul sistemi

İstehsal olunan məhsulun daima çatışmaması üzündən ənənəvi məntiqə əsasən girişə daha çox təbii sərvət vermək lazım gəlir. Bu zaman iqtisadiyyatın fəa-liyyət mexanizmlərinə daxildən baxmaq diqqətdən kə-narda qalır. Ətraf mühitin çirkləndirilməsi, tullantılar, təbii sərvətlərin tənəzzülə meyli ilə mübarizə, mahiyyət etibarilə texnogen iqtisadi inkişafın nəticələri ilə müba-rizəyə çevrilir.

Təbii ehtiyatlar

Çirkləndiricilər,

tullantılar

iqtisadiyyat Son

məhsul

Page 51: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

51

Ekoloji problemlərlə real mübarizənin təmin edil-

məsi, dayanıqlı iqtisadi inkişaf şəraitinin yaradılması

üçün bu prosesə nəzər salmaq, iqtisadi quruluşların fəa-

liyyətini ekoloji cəhətdən qiymətləndirmək və zəruri dü-

zəlişlər etmək vacibdir. İqtisadiyyatın böyü k təbiət tu-

tumlu olması səbəbləri aydınlaşdırılmalı, onun nəticələri

ilə deyil, özü ilə mübarizə aparılmalıdır.

İqtisadi inkişafın ekologiyalaşdırılmasında təbiət-

dən istifadənin intensivləşdirilməsi və eyni zamanda ona

qənaətçilliklə yanaşılması istiqamətinin işlənib hazırlan-

masında ən vacibi son nəticənin nəzərə alınmasıdır. Bu

məqsədin həyata keçirilməsi, hər bir təbii sərvət və ya

sərvətlər qrupu üçün təbiət-xammal-məhsul zəncirinin

(istehsalın ilkin təbiət amillərini son məhsulla əlaqələn-

dirən) qurulmasını tələb edir. Təbii əşyaların və onların

emalından alınan məhsulların bu cür zəncirlərdə hərəkə-

ti, müxtəlif sahələrə aid olan, lakin texnologiya və son

məhsulun satışı üzrə birləşdirilən fəaliyyət növlərinin

köməyi ilə həyata keçirilir.

4. Təbiətdən istifadə və təbiəti mühafizə

Ətraf mühitdən istifadənin obyektinin, iqtisadiyya-

tının və predmetinin əsas anlayışlardan aşağıdakılardır:

“Ətraf təbii mühit”, “Ətraf sosial mühit”, “Biosfera”,

“Noosfera”, “Təbii ehtiyatlar”, “Təbii şərait”, “Təbii

potensial”, “Təbiətdən səmərəli istifadə”, “Təbiəti

mühafizə”, “Ətraf mühitin çirklənməsi” və s. an-

layışlar da mövcuddur.

Ətraf mühitdən istifadə dedikdə qapalı, özünəməx-

Page 52: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

52

sus, öz-özünə inkişafda olan elə sistem nəzərdə tutulur

ki, insanın müdaxiləsi olmadan tarazlıq (dayanıqlı) ha-

lında davamiyyətini saxlayır. ƏMİ çoxsahəli sferasını

əhatə edir və çox mürəkkəb təşkilati quruluşa malikdir.

Makrosəviyyədə: Ətraf mühitdən istifadə xalq tə-

sərrüfatı sahələri kimi təmsil olunur, təbii ehtiyatların

aşkar edilməsi, uçotu, istehsal-hasilat əməliyyatları üzrə

qeydiyyatı, onların mühafizəsi və artırılması (bərpası)

ilə yanaşı, ətraf mühitin mühafizəsini də təmin edir. Bu

sahələrin quruluşu təkmilləşdikcə xeyli mürəkkəbləşir.

Məsələn, təbiəti mühafizə üzrə avadanlıqlar istehsalı üz-

rə maşınqayırma, cihazqayırma sənaye sahələri və s. in-

kişaf edir, ekoloji xidmətlər üzrə sektorlar yaradılır, tə-

biəti mühafizə üzrə dövlət orqanlarının təmərküzləşmə-

si, nəzarət və istehsalat funksiyalarının inteqrasiyası hə-

yata keçirilir.

Regional miqyasda ətraf mühitdən istifadə sahəsi

(sferası) regional ekoloji infrastruktur müəssisələri və

təşkilatlarının təşəkkül tapması, zibillərin yığılması, tul-

lantılar emalının təşkili, təmizləmə üzrə kompleks sis-

temlərinin yaradılması, kanalizasiya sistemləri, regional

ekoloji monitorinq xidmətləri, xüsusi qorunan və müha-

fizə olunan ərazi şəbəkələrinin yaradılması və genişlən-

dirilməsi ilə müşayiət olunur və ya olunmalıdır.

Mikrosəviyyədə: Ətraf mühit və təbiətdən istifadə

sferasına müəssisə, təşkilat, ferma və birliklərdə yaradıl-

mış və ya yaradılmalı ekoloji bölmələri (xidmət, şöbə,

sex və s.) aid edilir. Onların əsas vəzifələri konkret sahə-

lərdə texniki-texnoloji prosesləri xammalın xüsusiyyətlə-

rini, tullantıları, istehsal edilən məhsulun nomenklaturası-

Page 53: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

53

nı nəzərə almaqla təbii mühiti texnogen təsirlərdən qoru-

maqdır.

Ətraf mühitdən istifadə səmərəli və qeyri-səmərəli

ola bilər. Ətraf mühitdən səmərəli istifadə əsasən xətti

iqtisadiyyatı dairəvi iqtisadiyyata çevirməklə ekosistem-

lərə ekoloji yükü kifayət qədər azaldır və dayanıqlı iqti-

sadiyyat üçün zəmin yaradır. Təbiətdən və ətraf mühit-

dən səmərəsiz istifadə isə əksinə ekoloji-iqtisadi poten-

sialın qorunmasını təmin etməyən fəaliyyətdir. Bu isə

çoxlu miqdarda antropogen xarakterli neqativ təsirlərin

ətraf mühiti korlamasına səbəb olur (çirklənmə, təbii

landşaftın pozulması, ekosistemin elementləri arasın-

dakı əlaqələrin korlanması və s.). Son vaxtlar ədəbiyyat-

larda, ətraf mühitə təsir göstərən bütün neqativ proseslə-

rin məcmusunda pisləşmə, korlanma sözündən geniş is-

tifadə edilir.

Məhz ətraf mühitdən və təbiətdən səmərəsiz istifa-

də ekoloji böhranlara səbəb olur, külli miqdarda dövlət

və ya xüsusi vəsaitlərin artıq xərclənməsi ilə nəticələnir.

Ətraf mühitdən səmərəli istifadə isə nəinki ətraf mühitin

tarazlığını təmin edir, eyni zamanda əlavə maddi bəhrə-

lərin əldə edilməsinə şərait yaradır, deməli, təbiətin mü-

hafizəsi təmin edilir.

Ətraf mühitdən səmərəli istifadə iqtisadi kateqori-

ya kimi təbii ehtiyatlardan və ətraf mühitdən istifadə sa-

həsində iqtisadi münasibətlər sistemini əks etdirir. Tə-

biətdən və ətraf mühitdən səmərəli istifadə bir sıra sıx

qarşılıqlı əlaqəli və bir-birinin yaranmasında iştirak

edən proses və hadisələrdən ibarətdir. Ətraf mühitdən

səmərəli istifadə-təbii ehtiyatlardan səmərəli istifadə et-

Page 54: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

54

mək, ayrı-ayrı təbii ehtiyatların artırılmasını təmin et-

mək və ətraf mühiti mühafizə üzrə proseslərdən ibarət-

dir. Bu proseslərin cəmi ekoloji-iqtisadi potensialın op-

timal səviyyədə dəstəklənməsinə yönəlməlidir.

Ətraf mühitdən istifadənin konkret sahələrində bu

və ya digər fəaliyyət növünə aid olan spesifik tədbirlər

həyata keçirilir. “Təbiəti mühafizə” geniş mənalı anla-

yışdır. “Təbiəti mühafizə”də ətraf mühitdən istifadənin

bir-biri ilə əlaqəli bütün tərkib hissələri iştirak edir. Tə-

bii ehtiyatlardan səmərəli istifadə eyni zamanda təbii

sistemlərə antropogen yükün azalmasını özündə ehtiva

edir, yəni müəyyən dərəcədə ətraf mühitin mühafizəsi

funksiyasını yerinə yetirir. Praktikada ehtiyatların məh-

dudluğu problemləri nəzərə alınmalıdır. Belə ki, bərpa

olunmayan təbii ehtiyatların sonunun olduğu və təbii

mühitin assimilyasiya imkanlarının məhdudluğu (tullan-

tıların təkrar istehsalı, istehsalat çirkləndirmələri və s.)

özünü büruzə verir. Texnogen istiqamətli iqtisadiyyatın

inkişafı qlobal ekoloji problemlərin yaranmasına səbəb

olmuşdur. Belə hallar ola bilsin ki, insanın yaşayış mü-

hitində dönməz dəyişikliklərə gətirib çıxara bilsin və bə-

şəriyyətin taleyi üçün təhlükə yaransın. Fəlakətli ekoloji

vəziyyətin olacağı təhlükəsinin dərk edilməsi, təbii ehti-

yatlar potensialının məhdudluğunu nəzərə almaqla, dün-

ya inkişafının yeni ssenarisini işləyib hazırlamaq üçün

əsas təkanlardan biri oldu. Cəmiyyətin texnogen növlü

inkişafı şəraitində iqtisadiyyat bir neçə mərhələdən ke-

çir:

1) frontal iqtisadiyyat - əsas diqqət əməyə və kapi-

tala yönəldilir, təbii ehtiyatlar isə tükənməz hesab edilir;

Page 55: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

55

2) ətraf mühitin mühafizəsi nəzərə alınmaqla iqti-

sadi inkişaf;

3) tarazlı-müvazinətli inkişaf.

Yer planetinin əhalisinin şüurunun ekolojiləşdiril-

məsində ətraf mühitin mühafizəsi üzrə birinci Ümum-

dünya konfransının (5 iyun 1972-ci ildə Stokholmda

açılmışdır) və Roma klubunun məruzələrinin böyük

əhəmiyyəti olmuşdur. Həmin klubun bir çox məruzələri

dünya inkişafının nəzəriyyəsinə və metodologiyasına

böyük hədiyyə olmuşdur. Ən məşhur məruzə “İnkişafın

hüdudları (sərhədləri)” kimi məlumdur. Dünya dinami-

kası modelinin müxtəlif variantları göstərirdi ki, təbii

ehtiyatların tükənməsi və ətraf mühitin çirklənməsinin

artması nəticəsində XXI əsrin ortalarına yaxın Yer

üzündə dünyəvi fəlakət baş verə bilər. Yeganə məqbul

variant kimi “sıfır inkişaf” variantı qəbul edilə bilər. Bu-

nun üçün əhalinin sayı sabitləşməli, sənayenin inkişafı

dayandırılmalıdır və s. Lakin irəli sürülən təklifləri bə-

şəriyyət qəbul etmədi. Bəşəriyyətin gələcək inkişaf va-

riantlarının axtarışı davam edirdi. BMT-nın tapşırığı ilə

Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Komissiya

(ƏMİBK) “Bizim ümumi gələcəyimiz” adlı məruzə ha-

zırladı (1987) və “Sabit inkişaf” konsepsiyasını təklif et-

di. Q.X.Brutland ətraf mühitin mühafizəsi sahəsində

uzun müddətli strategiya təklif edilirdi ki, bu da dünya

iqtisadiyyatının sabit inkişafını uzun dövr üçün təmin

etməyə, ekoloji problemlərin üsul və vasitələrini nəzər-

də keçirməyə imkan verirdi.

Page 56: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

56

5. Təbii mühitə dəyən ziyan

Ətraf təbii mühit (ƏTM) – insanın yaşayış və is-

tehsal fəaliyyəti mühitidir, buraya süni yaradılmış

mühitin elementləri də aid edilir.

Bəşəriyyət biosferanın övladıdır, insan dinamik

mühitində doğulur və formalaşır. Cəmiyyətdə canlı or-

qanizmlər və onların yaşayış mühiti qarşılıqlı əlaqədə

fəaliyyət göstərir. Biosfer dinamik sistemdir. Bəşəriyyət

biosferdən kənarda mövcud ola bilməz. Biosferin qalın-

lığı (hündürlüyü) 20-30 km-dir. “Həyat təbəqəsi” əsasən

yer səthində cəmlənmişdir. Biosferin əsas struktur ele-

mentləri landşaft və biogeosenozlardır.

Təbii ehtiyatlar (TE) əsasən maddələrdən və təbii

komponentlərdən, təbiətin qüvvələrindən ibarətdir. Məh-

suldar qüvvələrin indiki mərhələsində istehlak əşyası və

ya istehsal vasitəsi kimi istifadə edilə bilər, onlar insan-

ların fəaliyyətini dəyişə bilər.

Təbii mühitə dəyən ziyanın istiqamətləri:

Təbii mühitə aşağıdakı istiqamətlərdə ziyan dəyir:

1. Təbii ehtiyatları hasil edərkən dəyən ziyan, itki-

lərə yol verilməsi. Mineral xammal hasilatında–neft,

qaz, filiz və s. meşə materialları emalında, sudan, melio-

rasiyada torpaqdan istifadə;

2. Torpağın, suyun, ətraf mühitin çirkləndirilməsi,

eroziya, havaya zərərli maddələr buraxılması, külək, do-

lu, sel, iqlim dəyişməsi və s.;

3. Bitki və heyvanların xəstəlikləri və həm də xəs-

təlik və zərərvericilərlə mübarizə vaxtı dəyən ziyan

(dərman preparatları, bioloji mübarizə vaxtı kimyəvi,

Page 57: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

57

maddə və gübrələrdən istifadə zamanı ziyan);

4. Okean, dəniz, çaylar, meşələrdən səmərəsiz istifa-

də nəticəsində dəyən ziyan (zərərli maddələr) axıdılması;

5. Atom və nüvə silahlarından istifadə vaxtı dəyən

ziyan;

6. Əhalinin ehtiyatlardan düzgün istifadə etməmə-

si və bunun nəticəsində dəyən ziyan.

Təbii ehtiyatların bəzi komponentləri (iqlim, bitki

örtüyü, torpaq və s.) insan əməyi və ilk növbədə xərc tələb

etmir. Onlar təbii şəraiti formalaşdırırlar və cəmiyyətin hə-

yat mühitinin formalaşdırılmasında iştirak etdikləri üçün

çox qiymətlidirlər. Müvafiq texnologiya, əmək vasitəsi ilə

əldə edilən təbii ehtiyatlar da təbii halda təbii eko-sistem-

ləri tamamlayırlar. Təbii ehtiyatlar insanların həyat fəaliy-

yətində həddindən artıq vacib rol oynayırlar. Odur ki, on-

ların vəziyyətindəki hər-hansı mənfi dəyişmələr hazırkı və

gələcək nəsillərin mənafeyinin ziddinə yönəlmiş olur.

Təbii ehtiyatların təsnifatı dedikdə təbii mühit

obyektlərinin və hadisələrinin funksional meyarlar

əsasında bölgüsü nəzərdə tutulur. Əmələgəlmə və yerləşmə xüsusiyyətlərinə, funksi-

yasına əsasən təbii strukturlar, energetika, atmosfer, qaz,

su, iqlim, rekreasiya və s. ehtiyatlara ayrılır. Ümumiy-

yətlə, təbii ehtiyatlar tükənən (bərpa olunan – bitkilər,

su, torpaq, heyvanat aləmi, habelə tükənən, tükənən-bər-

pa olunmayan və okean enerjisi) növlərə ayrılır. Bundan

başqa təbii ehtiyatları əvəzedilmə və mülkiyyət meyar-

larına görə də bölmək olar.

Təbii ehtiyatlar arasında cəmiyyətin həyatında xü-

susi rol oynayan faydalı qazıntıları qeyd etmək lazımdır.

Page 58: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

58

Geoloji öyrənilmə dərəcəsinə görə mineral-xammal eh-

tiyatları aşağıdakı kateqoriyaya bölünür:

a) son dərəcədə dəqiq kəşfiyyat aparılmış və öyrə-

nilmiş, dəqiq yayım sərhədləri müəyyən edilmiş və istis-

mara verilməsi müəyyən edilmiş ehtiyatlar;

b) yayım şəraitinin aşkar edilməsinə təminat verən

dəqiq kəşfiyyat aparılmış, öyrənilmiş, sərhədləri tam də-

qiqləşdirilmiş ehtiyatlar;

c) yayım şəraitinin ümumi əlamətlərini təmin edən

kəşfiyyat və öyrənilmə dərəcələrinə malik ehtiyatlar;

ç) ilkin olaraq tək-tək nümunələri məlum olan və

sənaye ehtiyatı az olan ehtiyatlar. Göründüyü kimi yuxarıda təqdim edilən ehtiyatlar

iqtisadi maraqlara görə müəyyən edilmişdir. Müasir dövrdə təbii ehtiyatları ekoloji maraqlara görə təyin et-mək lazım gəlir. İqtisadi əhəmiyyətinə görə faydalı qa-zıntılar hazırkı anda istismarı məqsədə uyğun olan ba-lans və əksinə faydalı maddələrin az olması, yayım şə-raitinin pis (dərin) olması ilə əlaqədar istismarı qeyri məqsədəuyğun olan balansarxası (balansdan kənar) növ-lərə bölünür.

Təbii ehtiyatlar iqtisadi ehtiyatların kapital və əməklə bərabər tərkib hissəsini təşkil edirlər. Çox vaxt-lar təbii ehtiyatları təbii kapital (aktiv) adlandırırlar. Çünki, o təsərrüfat dövriyyəsinə cəlb olunandan sonra əsas həlledici amilə çevrilir.

Antropogen (texnogen) və tibbi (vulkan, tayfun, qasırğa və s.) amillər sayəsində ətraf mühitin çirklənmə-si baş verir, yəni təbii tarazlıq pozulur və bu ətraf mühi-tin keyfiyyətinə mənfi təsir göstərir. Daha doğrusu, ətraf

Page 59: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

59

mühitin bərk, maye, qaz maddələrlə, mikroorqanizmlər-lə və enerji ilə (şüalanma, səs-küy) çirklənməsi baş ve-rir, bu isə insanların sağlamlığına, floraya, faunaya, eko-sistemlərə və bütövlükdə biosferə mənfi təsir göstərir. Təbiətdən istifadə iqtisadiyyatının öyrənilmə prosesində aşağıdakı kateqoriyaların (anlayışların) mənasının açıl-masına ehtiyac yaranır: “iqtisadi ziyan”, “zahiri effekt-lər”, “ictimai rifah” və s.

6.Təbii mühit üzərində monitorinq ekspertiza

onun vəziyyətinin proqnoz və modelləşdirilməsi mə-sələləri

Ətraf mühitə təsirlərin monitorinqi keçirilir, ekoloji ekspertizası aparılır və qiymətləndirilir.

Monitorinqin aparılması metodlarına bioindikator-lardan istifadəyə əsaslanan bioloji metod da aiddir. Möv-cudluğu, inkişaf dərəcəsi, morfoloji, genetik, biokimyə-vi və digər əlamətləri ilə ətraf mühitin, onun kompo-nentlərinin vəziyyəti, spesifik xüsusiyyətləri və xassələ-rini, həmçinin mühitin antropogen dəyişilməsini göstə-rən canlı orqanizmlərin növləri və ya qruplaşmaları bio-loji indikatorlar adlanır.

Ətraf mühitin və təbii ehtiyatların monitorinqi aşağıdakıları nəzərdə tutur:

- Azərbaycan Respublikasında ətraf mühitin və tə-bii ehtiyatların dövlət monitorinqi sistemi yaradılır və fəaliyyət göstərir;

- ətraf mühitin və təbii ehtiyatların dövlət monito-rinqi ətraf mühitin mühafizəsi və təbiətdən istifadənin idarə olunmasını, ona nəzarəti təmin edir, müvafiq mə-

Page 60: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

60

lumat bankları və informasiya sistemlərinin yaradılma-sını nəzərdə tutur. Dövlət monitorinqi aşağıdakıları əhatə edir:

1) ətraf mühitin və təbii ehtiyatların vəziyyəti və onlara antropogen təsir edən mənbələrin üzərində müşa-hidələr;

2) ekzogen proseslərin yayılması, inkişafı və dina-mikasını öyrənmək üçün müşahidələr;

3) ərazilərin seysmik fəallığını öyrənmək və zəlzə-lələrin proqnozunu vermək üçün müşahidələr;

4) müşahidə obyektlərinin vəziyyətinin qiymətlən-dirilməsi və onların ilkin şəraitə nəzərən dəyişməsinin araşdırılması.

Ətraf mühitin və təbii ehtiyatların dövlət monito-rinqinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnamə ilə müəyyən edilir.

Ətraf mühitin müəssisə (istehsalat) üzrə də mo-

nitorinqi aparılır. Burada nəzərdə tutulur ki, hüquqi

şəxslər (təbiətdən istifadəçilər) ətraf mühitin müəssisə

(istehsalat) monitorinqini, onların həyata keçirdiyi

ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat

fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını

aparmağa borcludurlar. Həm də ətraf mühitin müəssisə

(istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri

standartlaşdırmanın və meteorologiyanın tələblərinə uy-

ğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin gös-

təriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahə-

sində Azərbaycan Respublikasının müvafiq icra haki-

miyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə

Page 61: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

61

təqdim edilir.

Ətraf mühitə təsirin qiymətləndirilməsi və ekoloji

ekspertiza prosesi həyata keçirilir. Bu vaxt ekoloji-iqti-

sadi analiz onların əsasını təşkil etməlidir. Ekoloji eks-

pertizanın prinsipləri aşağıdakılardır:

1. nəzərdə tutulan istənilən təsərrüfat fəaliyyətinin

ekoloji təhlükəliliyi;

2. obyektin həyata keçirilməsindən öncə ekoloji

ekspertizanın məcburi aparılması;

3. təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin

kompleks qiymətləndirilməsi;

4. ekoloji ekspertiza aparıldıqda ekoloji təhlükə-

sizliyi məcburi qaydada nəzərə alınması;

5. məlumatların doğruluğu və həcmi;

6. ekspertizanın sərbəstliyi;

7. ekspert bağlantısının elmi əsaslandırılması, ob-

yektivliyi və qanuniliyi;

8. aşkarlıq, ictimaiyyətin rəyinin nəzərə alınması,

ictimai təşkilatların iştirakı;

9. ekoloji ekspertiza iştirakçılarının onun aparılma-

sı və keyfiyyətinə məsuliyyət.

Ekoloji ekspertiza – təsərrüfat fəaliyyətinin ətraf

mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticə-

lərin aşkar edilməsi, qarşısının alınması və proqnozlaş-

dırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlə-

rinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edil-

məsidir.

Azərbaycan Respublikasında ekoloji ekspertizanın

müvafiq icra hakimiyyəti orqanı və ictimai təşkilatlar

həyata keçirirlər.

Page 62: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

62

Dövlət ekoloji ekspertizasının aparılması qaydaları

qanunvericiliklə müəyyən edilir. Dövlət ekoloji eksper-

tizasına aid edilən obyektlər barədə ekspertin müsbət rə-

yi olmadan sənaye və ərzaq məhsullarının istehsalı, işlə-

rin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan

Respublikasının ərazisinə gətirilməsi qadağandır.

Yerin təkindən istifadə ilə əlaqədar olan təsərrüfat

fəaliyyəti ekoloji ekspertizadan əvvəl qanunvericiliklə

müəyyən edilmiş qaydada geoloji ekspertizadan keçiril-

məlidir.

Ekoloji ekspertizanın rəyi (rəsmi sənədlər) məcbu-

ri icra olunmalıdır və onun tələbləri pozulduğu halda

məhkəmədə iddia qaldırıla bilər.

Dövlət ekoloji ekspertizasının məqsəd və vəzifə-

ləri aşağıdakılardan ibarətdir: 1) Dövlət ekoloji ekspertizası təsərrüfat və başqa

fəaliyyətlər nəticəsində ətraf mühitə təsirin qiymətləndi-rilməsinin dolğunluğunu, qəbul olunan qərarların ekolo-ji təhlükəsizlik dərəcəsini, təbii sərvətlərdən səmərəli is-tifadə və ətraf mühitin mühafizəsi barədə təklif olunan tədbirlərin səmərəsini müəyyənləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil olu-nur və həyata keçirilir;

2) Dövlət ekoloji ekspertizası ətraf mühitin müha-fizəsi üçün zəruri tədbirlər və ətraf mühitə təsir göstərə biləcək təsadüfi qərarlar qəbul olunmasının qarşısını alır;

3) Dövlət ekoloji ekspertizasının vəzifələri: - nəzərdə tutulan və həyata keçirilən, ətraf mühitin

vəziyyətinə və əhalinin sağlamlığına hazırda və ya gələ-

Page 63: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

63

cəkdə bilavasitə və ya dolayısı ilə təsir göstərə biləcək, təsərrüfat və başqa fəaliyyətlərin ekoloji təhlükəliliyi səviyyəsini müəyyən etmək;

- layihələşdirilən təsərrüfat və başqa fəaliyyətlərin ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tə-ləblərinə, gigiyena-sanitariya normalarına və qaydaları-na uyğunluğunu qiymətləndirmək;

- nəzərdə tutulan ətraf mühitin mühafizəsi tədbirlə-rinin keyfiyyətinin nə dərəcədə əsaslı olduğunu müəy-yən etmək.

Dövlət ekoloji ekspertizası aşağıdakıları rəhbər tu-tur:

1) beynəlxalq hüquq öhdəlikləri; 2) qanunçuluq, elmi əsaslılıq, aşkarlıq prinsipləri,

ekoloji, sosial, mühəndis-texnoloji, texniki, arxitektura planlaşdırma, iqtisadi və başqa qiymətlilərin inteqrasi-yası prinsipləri;

3) təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin kompleks sosial-ekoloji-iqtisadi qiymətləndirilməsinin nəticələri;

4) bütün insanların sağlamlığı və rifahı üçün əlve-

rişli ətraf mühitə malik olmaq hüququnu;

5) indiki və gələcək nəsillərin mənafeyi naminə eko-

loji tarazlığın, genefondun və canlı təbiətin rəngarəngliyi-

nin qorunub saxlanılmasını təmin etmək zərurətini;

6) qəzaların baş verməsinin mümkünlüyünü;

7) ətraf mühitin qorunub saxlanılmasının cəmiyyə-

tin inkişafının ayrılmaz tərkib hissəsi kimi qiymətləndi-

rilməsini.

Dövlət ekoloji ekspertizasının obyektləri aşağıda-

Page 64: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

64

kılardır:

1) ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar

qüvvələrin inkişafına və yerləşdirilməsinə dair dövlət və

yerli proqramların layihələri;

2) iqtisadiyyat obyektlərinin və komplekslərinin ti-

kintisinin (yenidən qurulmasının, genişləndirilməsinin,

yeni texnika ilə təchiz edilməsinin) və ləğv olunmasının

texniki-iqtisadi əsaslandırmaları (hesablamaları), layihə-

ləri, ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ)

sənədləri;

3) yeni texnikanın, texnologiyanın, materialların

və maddələrin yaradılmasına, o cümlədən başqa ölkələr-

dən idxal edilməsinə dair sənədlər;

4) təsərrüfat fəaliyyəti və ya fövqəladə vəziyyət

nəticəsində yaranmış ekoloji şərait;

5) regionda, ayrı-ayrı təbiət obyektlərində və kom-

plekslərində (ekosistemdə) ekoloji şərait və s.

Page 65: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

65

III FƏSİL.

TƏBİİ PROSESLƏRİN POZULMASININ CANLI

ALƏMİN SAĞLAMLIĞINA MƏNFİ TƏSİRİ

1. Ətraf mühitin mühafizəsi;

2. Ətraf mühitin planlaşdırılması və idarə olunması;

3. Ətraf mühitə təsirin qiymətləndirilməsində indi-

katorlar, nöqsanlar və risklər;

4. Təbii proseslərin pozulmasının canlı aləmin

sağlamlığına mənfi təsiri;

5. Ətraf mühitin mühafizəsinin iqtisadi qiymətlən-

dirilməsi.

1. Ətraf mühitin mühafizəsi

Ekoloji problemlərin qlobal xarakter daşıması

bu problemin həlli üçün ətraf mühitin qorunması is-

tiqamətində tədbirlər sisteminin (iqtisadi, texniki, el-

mi, hüquqi, tərbiyəvi) həyata keçirilməsində geniş

beynəlxalq əməkdaşlığı tələb edir. Ətraf mühitin mü-

hafizəsi üzrə əməkdaşlıq hələ 100 il əvvəl yaranmışdır.

BMT bu məsələyə daim diqqət yetirir.1962-ci ildə

BMT-nin XVII Baş Məclisində “ekoloji inkişaf və tə-

biətin mühafizəsi” adlı xüsusi qətnamə qəbul olundu.

Bu qətnamədə qeyd edilir ki təbiətin mühafizəsi BMT–

yə üzv olan bütün dövlətlərin bilavasitə vəzifəsidir və

təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iq-

tisadi inkişafla birgə eyni zamanda aparılmalıdır. Suyun

kompleks istifadəsi və mühafizəsi, torpağın qorunub

saxlanması, bərpası və münbitliyinin artırılması, meşə-

Page 66: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

66

lərin və heyvanat aləminin mühafizəsi BMT-in ərzaq və

kənd təsərrüfatı məsələləri üzrə təşkilatının diqqət mər-

kəzindədir.

Ümumdünya səhiyyə təşkilatı sağlamlığın ətraf

mühitin vəziyyətindən asılılığı ideyasını öyrənir. Məlum

olduğu kimi “ətraf təbii mühit” təbii və antropogen

amillərin məcmusunu təşkil edir. Təbii amillər ərazinin

iqlim, geoloji və bioloji xüsusiyyətlərini insana təsirini

səciyyələndirir. V.P.Protosova görə (2000)məişət-mən-

zil şəraiti, geyim, qidalanma, su ilə təmin olunma xid-

mət sferi strukturunun inkişaf dərəcəsi, istirahətlə təmin

olunma və ondan istifadə etmək vasitəsilə insana təsir

göstərir. İnsan həyata qədəm qoyduğu vaxtdan daima

həyat uğrunda təbiətin əlverişsiz şəraiti ilə təbii fəlakət

amillərinə qarşı mübarizə aparmaqla qarşılaşmışlar. Ət-

raf mühit fiziki, kimyəvi, iqlim, bioloji və digər para-

metrləri ilə bioloji növlərin təkamülü baxımından nisbə-

tən mühafizəkardır.

Ətraf mühitin ekoloji tarazlığın mühafizəsi sahə-

sində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii

ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli

təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin

qorunub saxlanılmasından, ətraf mühit və təbiətdən isti-

fadənin səmərəli təşkilindən ibarətdir.

Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii

ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin

mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydaları-

nın möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin

qarşılıqlı əlaqəsinin tənzimlənməsi “Ətraf Mühitin Müha-

fizəsi” haqqında qanunla həyata keçirilir (4 avqust 1999).

Page 67: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

67

Ətraf mühitin mühafizəsi ilə əlaqədar aşağıdakı

əsas anlayışlardan istifadə edilir:

- ətraf mühit – insan fəaliyyətindən asılı olmaya-

raq onu əhatə edən canlı və cansız təbiətin məcmusu;

- ekologiya - ətraf mühitin tarazlığını və bu tarazlı-

ğın pozulmasına təsir edən təbii amillər və antropogen

(insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm;

- təbii ehtiyatlar – insanların ehtiyaclarını ödəmək

üçün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntı-

lar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri;

- ətraf mühitin mühafizəsi - ətraf mühitdə təbii

mövcud olan maddi varlıqların ilkin kəmiyyət və key-

fiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlan-

ması;

- təbiətdən istifadə - gələcək nəsillərin ehtiyacını

nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini

ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının po-

zulmasına yol verilmədən təbii ehtiyatlardan səmərəli və

qənaətlə istifadə edilməsi;

- ətraf mühitin monitorinqi – təbii və antropogen

təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz,

maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət

cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi; - ekoloji sistem – qarşılıqlı təsirdə olan ətraf mühi-

tin tərkib hissəsini təşkil edən: bitki örtüyü (flora), hey-vanlar aləmi (fauna), torpaq, su hövzələri və çaylar, mi-neral sərvətlər, hava və enerji mənbələrinin vəhdətidir;

- ətraf mühitin ekoloji tarazlığının normallaşdı-

rılması - insan yaşayış üçün ətraf mühitin yararlı olma-

sını müəyyən edən və bioloji sistemlərin sabit istifadəsi-

Page 68: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

68

ni təmin edən ətraf mühitin keyfiyyət göstəricilərinin

müəyyən edilməsi;

- ətraf mühitə zərərli təsir – ekoloji sistemin ayrı-

ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyiş-

məsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kim-

yəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərin-

də texnologiyanın pozulması, təbii ehtiyatlardan israfçı-

lıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət.

Ətraf mühitin mühafizəsinin əsas prinsipləri

aşağıdakılardır:

- sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşı-

lıqlı həlli;

- ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və po-

zulmuş təbii ekoloji sistemlərin bərpası;

- təbii ehtiyatların səmərəli istifadə olunması və

bərpası, təbiətdən istifadənin və ətraf mühitin mühafizə-

sinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi;

- ətraf mühitin bioloji müxtəlifliyinin qorunması-

nın təmin edilməsi;

- dövlət nəzarəti, ətraf mühitin mühafizəsi haqqın-

da qanunvericiliyin pozulmasına görə məsuliyyət;

- ətraf mühitə zərər vurulmasının qarşısının alın-

ması və vurulan zərərin qiymətləndirilməsi;

- ətraf mühitin mühafizəsi sahəsində əhalinin və

təşkilatların iştirakı;

- ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq

əməkdaşlıq.

Ətraf mühitin mühafizəsi sahəsində standart-

laşdırma və sertifikatlaşdırma obyektlərinə ekoloji

təhlükəsizlik, əhalinin həyat və sağlamlığına, təbii ehti-

Page 69: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

69

yatların bərpasına və səmərəli istifadəsinə təhlükə yara-

da biləcək Azərbaycan Respublikasında istehsal olunan

və ya onun ərazisinə gətirilən məhsullar (işlər, xidmət-

lər) və texnologiyalar aid edilir.

1. Təbiəti mühafizəni təmin etməyin və təbiətdən

istifadəni tənzimləyən iqtisadi əsasları ekoloji təhlükə-

sizlik, təbii ehtiyatlardan səmərəli istifadə, onların bər-

pası və artırılması tədbirlərinin işlənib hazırlanmasına,

planlaşdırılmasına və yerinə yetirilməsinə təbiətdən isti-

fadəçilərin maddi marağını artırmaqdır;

2. Ətraf mühitin mühafizəsinin fəaliyyət sahələ-

ri və iqtisadi əsasları:

- ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin

proqnozlaşdırılması və maliyyələşdirilməsi;

- təbiətdən istifadəyə görə ödəmələr;

- ətraf mühitin çirkləndirilməsinə görə ödəmələr

və cərimələr;

- ətraf mühitin mühafizəsi sahəsində iqtisadi ma-

raqlandırma;

- ətraf mühitin mühafizəsi fondlarının yaradılma-

sı, qrantlar;

- beynəlxalq qurumlardan ekoloji proqramları hə-

yata keçirmək məqsədilə ayrılan vəsaitlər.

3. Ətraf mühitin çirkləndirilməsinə görə müəssisə-

lərdən, təşkilatlardan və vətəndaşlardan alınan cərimələr

bir qayda olaraq ətraf mühitin mühafizəsi sahəsində təd-

birlərin maliyyələşdirilməsinə sərf edilir.

Page 70: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

70

2. Ətraf mühitin planlaşdırılması və idarə olunması

Təbii ehtiyatlar dedikdə yer üzərində və onun

daxilində mövcud olan ehtiyatlar, sərvətlər nəzərdə

tutulur. Bu ehtiyatlara torpaq, su, hava, faydalı qa-

zıntılar, enerji ehtiyatları, bitki və heyvan növləri və

s. daxildir. Hər hansı bir ərazidə bunların birlikdə cəmi

kompleks və ya landşaftlar adlanır. Təbii ehtiyatlar bir

neçə qrupa aid edilir: faydalı qazıntılar (geoloji sərvət-

lər), iqlim ehtiyatları, torpaq ehtiyatları, su ehtiyatları,

bitki və heyvanat ehtiyatları. Bu qruplardan əlavə atom

enerjisi (nüvə daxili və istilik nüvə) və planetar enerji

mənbələri-qabarma-çəkilmə geometrik enerji də təbii

ehtiyatlara aiddir. Təbii ehtiyatlardan istifadə forma-

sına və istiqamətinə əsasən onların iqtisadi təsnifatı

aparılır.

İlk növbədə 2 qrup nəzərdə tutulur:

1. İnsanların yaşaması üçün labüd təbii varlıqlar;

2. Əmək vasitəsi mənbəyi olan təbii varlıqlar.

Maddi istehsal ehtiyatlarına: sənaye, kənd təsərrü-

fatı daxildir.

Qeyri-maddi istehsal sahəsinin ehtiyatları: vasitə-

siz istehsal, vasitəli istifadə.

Maddi istehsal ehtiyatlarının sənaye və kənd təsər-

rüfatında istifadəsi məlumdur. Qeyri-istehsal sahəsinin

bölmələrinə gəldikdə, bilavasitə istehsal olunan ehtiyat-

lar qrupuna, əhalinin həyat vasitələri kimi istifadə etdiyi

şeylər; vasitəli istifadə qrupuna isə - təbiətin idman, isti-

rahət, müalicə və digər məqsədlərə istifadəsi aiddir.

Təbii vasitələr bir neçə məqsəd üçün istifadə oluna

Page 71: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

71

bilər. Məsələn, su içmək üçün, həmçinin hidroenerji

mənbəyi kimi, nəqliyyat üçün və məişətdə istifadə olu-

nur. Meşə - oduncaq mənbəyi, istirahət yeri, otlaq, gilə-

meyvə və toxum, dərman bitkiləri toplamaq və digər

məqsədlər üçün istifadə olunur. Deməli, təbii ehtiyatlar

istifadə formasına görə iki qrupa ayrılır: ixtisaslaşdırıl-

mış istifadə olunan və müxtəlif məqsədli istifadə olunan

ehtiyatlar. İxtisaslaşdırılmış istifadəyə - faydalı qazıntı-

ların çıxarılmasını şamil etmək olar. Müxtəlif məqsədli istifadə kompleks və rəqabət

xassəli olur. Kompleks istifadə və təbii ehtiyatı istifadə edən sahələr bir-birilə sıx əlaqədar, konkurent isə əksi-nə, müxtəlif sahələrlə əlaqəsi yox dərəcəsindədir. Təbiə-tin bütün amilləri bir-birilə qarşılıqlı əlaqədə və təsirdə-dir. Hər bir təbii ehtiyat növünün mühafizəsinin özünün xüsusiyyətləri və istifadə qaydaları vardır.

Təbii ehtiyatların tükənmə, çirklənmə və sıra-

dan çıxma təhlükəsi ondan kompleks planlı qaydada, qənaətlə istifadə etməyi tələb edir. Ona görə də hazır-kı şəraitdə dünya ölkələrində ətraf mühitin qorunması-nın və təbii ehtiyatlardan istifadənin kompleks planlaş-dırılması vacib amil kimi ön plana çəkilir. Kompleks planlaşdırma təbii ehtiyatlardan ardıcıllıqla, səmərəli is-tifadə etməyə, onun aktiv elementlərlə çirklənməsinin qarşısını almağa şərait yaradır.

Təbii ehtiyatların kompleks planlaşdırılması bir neçə istiqamətdə həyata keçirilir: 1) kənd təsərrü-fatı sistemində ərzaq və qeyri-ərzaq məhsulları istehsalı, tədarükü, emalı, satışı, onunla əlaqədə olan və ona xid-mət edən sahələrin kompleks formada istifadəsini və ət-

Page 72: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

72

raf mühitin zərərli maddələrlə çirklənməsinin qarşısının alınması üçün, 2) faydalı qazıntıların çıxarılması, emalı sənayenin, onunla bağlı olan sahələrin inkişafı və bura-da əmələ gələn tullantıların təkrar emalının kompleks planlaşdırılması üçün, 3) yanacaq, energetika, onunla bağlı sahələrin inkişaf etdirilməsi üçün və s. Çirklənmə-nin vəziyyətinin və yüksək keyfiyyətli təbiətin ətraf mü-hitinin saxlanılması üçün əsas plan göstəricilərinin müəyyən edilməsi və onun iqtisadi cəhətdən qiymətlən-dirilməsi imkan verir ki, təbiətin ətraf mühitini müdafiə-yə, bərpa və yaxşılaşdırmaq məqsədilə kompleks plan hazırlansın. Bu plan, sənayenin inkişafı və xidmət sahə-sinin planına müvafiq surətdə hazırlanmalıdır.

Kompleks plan hazırladıqda xərclərin əsaslan-

dırılmış minimal miqdarı müəyyənləşdirilməlidir. Bu

xərclər illik və çoxillik, kompleksli, perspektivə planlaş-

dırılmış yerli, rayon və milli səviyyədə büdcə ilə uyğun-

laşdırılmalıdır. Gəlir nə qədər çox olsa, təbiətin ətraf

mühitinin qorunmasına bir o qədərdə çox pul ayırmaq

mümkün olur.

Hazırda təbiətin ətraf mühitinin vəsait mənbəyinin

istifadə edilməsinin qəbul edilmiş prinsiplərinin hüquqi

və sosial-iqtisadi aspektləri (baxış, nöqteyi – nəzər) hə-

ləlik, kifayət qədər tam işlənib hazırlanmamışdır. Ona

görə də təbiətin ehtiyatlarına (xəzinəsinə)qarşı təsərrü-

fatsızlıq münasibətlərinə rast gəlinir ki, buda cəmiyyətin

ondan istifadəsini çətinləşdirir. Çirklənmənin qəbul edil-

miş həddən artıq olması, həmin çirklənməni törədən

mənbələrin qənaətində (qazancında) özünü göstərməli-

dir. Ətraf mühitin vəsait ehtiyatlarından düzgün və qə-

Page 73: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

73

naətlə istifadə olunması, maddi və mənəvi cəhətcə sti-

mullaşdırılmalı və başqa formalarda həvəsləndirməlidir.

Sosial-iqtisadi inkişaf planı tərtib ediləndə, əgər

bu planda vəsait mənbələrinin istifadəsi, ətraf mühitin,

istehsal, emalla əlaqədar və ondan yaranan çirklənmə-

lərdə diqqət cəlb edəcəksə onda, kənd təsərrüfatı və sə-

naye məhsullarının artımı, istehsal olunan enerjinin

miqdarının çoxalması, nəqliyyatın və xidmət sahəsinin

genişlənməsi, məişət komfortunun və əmək fəaliyyəti

şəraitinin yüksəlməsi də nəzərə alınmalıdır.

Təbii ehtiyatların tükənmə, çirklənmə və sıradan

çıxma təhlükəsi ondan kompleks- planlı qaydada, qə-

naətlə istifadə etməyə tələb edir. Ona görə də hazırkı şə-

raitdə dünya ölkələrində ətraf mühitin qorunmasının və

təbii ehtiyatlardan istifadənin kompleks planlaşdırılması

vacib amil kimi ön plana çəkilir. Kompleks planlaşdır-

ma təbii ehtiyatlardan ardıcıllıqla, səmərəli istifadə et-

məyə, onun aktiv elementlərlə çirklənməsinin qarşısını

almağa şərait yaradır.

Təbii ehtiyatların kompleks planlaşdırılması

bir neçə istiqamətdə həyata keçirilir.

1. Kənd təsərrüfatı sistemində ərzaq və qeyri-ərzaq

məhsulları istehsalı, tədarükü, emalı, satışı, onunla əla-

qədə olan və ona xidmət edən sahələrin kompleks for-

mada istifadəsini və ətraf mühitin zərərli maddələrlə

çirklənməsinin qarşısının alınması;

2. Faydalı qazıntıların çıxarılması, emalı, sənaye-

nin onunla bağlı olan sahələrinin inkişafı və burada

əmələ gələn tullantıların təkrar emalının kompleks plan-

laşdırılması;

Page 74: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

74

3. Yanacaq, energetika və onunla bağlı sahələrin

və bu sahələrdə əmələ gələn tullantıların təkrar emalı,

ətraf mühitin qorunması problemlərinin kompleks planlı

qaydada istifadəsini nəzərdə tutur. Təbii ehtiyatlardan

planlı qaydada istifadə, bu ehtiyatların tezliklə tükənmə-

sinin və ətraf mühitin çirklənməsinin qarşısını alır ki,

bununla da istehsalın səviyyəsinin və səmərəliyinin art-

masına şərait yaradır.

3.Ətraf mühitə təsirin qiymətləndirilməsində

indikatorlar, nöqsanlar və risklər

Ekoloji fəlakət və texnogen proseslərin insanla-

ra və təbiətə neqativ təsiri, riskin qiymətləndirilməsi

müvafiq qanunvericiliyin olmasını, bunun üçün stan-

dart və normativlərdən istifadəni nəzərdə tutur. Ekoloji riskin qlobal xarakteristikası arasında bio-

sferin orta xüsusiyyətlərinin dəyişməsinin səviyyəsi də müəyyən mövqe tutur. Bu xüsusiyyətlər antropogen amillərin təsirilə və təbii səbəblərə görə də tədricən də-yişməyə məruz qalır.

Hazırda insan həyatına təbii mühitin təsiri, həyat riski fərqləndirilir. Riskin qiymətləndirilməsində sosial

və fərdi risk kimi iki müxtəliflik mövcuddur. Risk və tibbi demoqrafiyanın təhlilində əsas ölçü-

lərə aşağıdakılar aiddir: əhalinin yaşa görə paylanması, ölüm və xəstəlik əmsalları, yaşama funksiyası, müxtəlif yaşlara görə gözlənilən həyat ömrünün uzunluğu və s.

Sosial risk, bu sənaye, energetika, hərbi və digər obyektlərdə ağır və xüsusən insan ölümü ilə nəticələnən

Page 75: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

75

mümkün qəzaları səciyyələndirir. Fərdi risk – fərdin bütün həyatı boyu hesablanmış ziyanın (ölümünün) ehti-malı ilə təyin edilir. Kimyəvi maddələrin istifadəsi ilə yaranan ekoloji risk keyfiyyətcə əlverişsiz nəticələrin xassəsi vasitəsilə, kəmiyyətcə isə baş vermə ehtimalı ilə səciyyələnir. Riskin təhlilinə iki mərhələ daxildir: onun qiymətləndirilməsi və idarə olunması. Birinci mərhələyə əlverişsiz nəticələrin ehtimalının qiymətləndirilməsi aid-dir, ikinci mərhələ isə eyniləşdirilmiş riskə görə təsir tər-zinin seçilməsindən ibarətdir. Ekoloji riskə aid olan in-formasiya elə təşkil olunmalıdır ki, insanın əhatəsindəki təbii mühit haqqında qərar qəbul edilə bilsin. Əldə edil-miş məlumatlardan müxtəlif idarəetmə fəaliyyəti tiplərinə kömək edilməsindən istifadə oluna bilər. Məsələn, sə-nayedə təhlükəli kimyəvi maddələrin basdırılma yerinin təyin olunmasında, pestisidlərdən istifadə normalarının müəyyənləşdirilməsində, bir çox kimyəvi və digər amillə-rin təsir göstərdiyi ekosistemlərin qorunmasında və s.

Faydalı qazıntılardan və ilkin xammaldan komp-leks istifadə edilməsi xalq təsərrüfatının müxtəlif məh-sullara olan tələbatının ödənilməsi zəruriyyətindən irəli gəlir. Tükənən sərvətlər qrupuna daxil olan faydalı qa-zıntıların ehtiyatı istismar prosesində xeyli azalır, bəzi mədənlər tükənib sıradan çıxır. Yeni kəşf edilmiş yataq-lar, təkrar xammaldan və istehsal tullantılarından istifa-də edilməsi hesabına istehsalın tələbatı ödənilir. Bütün bunlar çoxlu kapital qoyuluşu, material və əmək sərfin-dən istifadə edilməsi şəraitində həyata keçirilir. Risk

amillərinin aşağıdakı qrupları vardır: 1) Bioloji;

Page 76: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

76

2) Ekoloji; 3) Sosial. Ekoloji risk amilləri. Atmosferin fiziki və kimyə-

vi xassələrinin dəyişməsi, hava, su, torpaq, qida məhsul-larının çirklənməsi, hava hadisələrinin kəskin dəyişməsi, radiasiya, maqnit və digər şüalanmanın yüksək səviyyəsi bronx, ağ ciyər xəstəliyinin inkişafına təsir göstərir. Tem-peraturun, atmosfer təzyiqinin və maqnit sahəsinin gər-ginliyinin sutkalıq kəskin dəyişməsi ürək-damar xəstə-liklərinin ağırlaşmasına səbəb olur.

Bioloji risk amillərinə genetik və ontogenez döv-ründə insan orqanizminin qazandığı xüsusiyyətlər aid-dir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt milli və etnik qruplarda rast gəlinir. Hipertoniya, xora xəstə-likləri, şəkər diabeti və başqa xəstəliklərə irsi meyllilik də mövcuddur. Bir sıra xəstəliklərin, o cümlədən şəkər diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi amili köklük hesab olunur.

Sosial amillər. Həyat şəraiti və tərzi. Siqaret çək-mə, alkoqol və narkotik qəbul etmə, düzgün qidalanma-maq, yuxusuzluq stress vəziyyət, zərərli iş şəraiti, pis maddi-məişət şəraiti, urbanizasiyanın yüksək olması.

Faydalı qazıntı sərvətləri əsasında işləyən müasir müəssisələr iqtisadi, sosioloji məsələlərin həllində yük-sək göstəricilərə malik olmaqla ərazi-istehsal kompleks-lərinin səmərəli inkişafına xidmət edir. Lakin, müvafiq sahələrin və regionların inkişafı üçün yer tutan kəmiyyət göstəriciləri keyfiyyət göstəriciləri ilə tamamlanmalıdır.

Yeraltı xammal sərvətlərinin komplekslik əmsalı nə qədər yüksək olsa, tullantıların miqdarı bir o qədər

Page 77: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

77

azalır, müəssisələrin sərfəliliyi o qədər də artar, onun gəlir və yığım fondu çox olar. Lakin, filiz saflaşdırma, metallurgiya, kimya, yanacaq, energetika, tikinti sənaye müəssisələri tullantıların ətraf təbii mühitə, təsərrüfata, əhaliyə verdiyi zərəri aradan qaldırmaq bir sıra mühüm tədbirlərin həyata keçirilməsini tələb edir. Göstərilən xammal ehtiyatından istifadə edilməsi, tullantıların azal-dılmasına dair texniki-iqtisadi tədbirlərin həyata keçiril-məsini qarşıya qoyur.

Qeyd etmək lazımdır ki, son illərdə respublikamız-da istifadə edilən mineral xammal sərvətlərinin həcmi 10 dəfə artmışdır. Bununla yanaşı hasilat, filiz saflaşdır-ma və emal proseslərində çıxan tullantıların həcmi də artır. İlkin və təkrar xammalla işləyən sənaye müəssisə-ləri indi respublikamızda istehsal olunan sənaye məhsu-lunun 40%-ni və milli gəlirin xeyli hissəsini verir. Dağ-mədən emaledici müəssisələrində yaranan milli gəlirin səviyyəsi ilə məhsul alınmasına sərf edilən xammal və istehsal xərcləri arasındakı əlaqələri təhlil etmək zəruri məsələlərdən biridir.

Təkrar xammal və tullantılar başlıca olaraq şəhər-lərdə, iri sənaye mərkəzlərində, bir sözlə, onları emal edən həmin xammallara tələbatı olan müəssisələr ətra-fında yaranır. Lakin, təkrar xammal və tullantıların iqti-sadi səmərəsi onların vaxtında tədarük edilməsi və ema-lından asılıdır. Əks təqdirdə təkrar xammal tullantıları paslanır, oksidləşir, torpağı, suyu korlayır. Yalnız korro-ziya hesabına respublika ərazisində hər il 45-50 min ton metal itirilir.

Təkrar xammalın vaxtında yığılması, doğranması,

Page 78: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

78

piketres maşınlarda saxlanılıb emaledici zavodlara, mə-sələn, Azərbaycan boru-prokat zavoduna göndərilməsi, qiymətli xammal itkisini xeyli azaldır və ətraf təbii mü-hitin, torpağın və suyun çirkləndirməsi azalır. Bu vacib məsələnin düzgün həlli müvafiq müəssisələrin müasir avadanlıqla təchiz edilməsini, dəmir qırıntıları yığılma-sında maddi marağın artırılmasını, iqtisadi cəhətdən sər-fəli, texniki cəhətdən mütərəqqi emal üsullarının tətbiqini tələb edir. Bu tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi məqsədilə sərf edilən kapital qoyuluşu və əmək sərfi təkrar xammal və tullantıların ətraf təbii mühi-tə verdiyi zərərin dəyərindən xeyli azdır.

Faydalı qazıntı mədənlərinin istismarında yerin üst qatında milyon kubmetrlərlə qazılan süxurların tərkibi humus maddələri, əhəng-tikili materialları ilə zəngin olur.

Qazılan torpaqların rekultivasiya edilməsi, tərki-bindəki faydalı elementlərin istifadəsi iqtisadi və təbiəti mühafizə nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik-dir. Məlum olduğu kimi, faydalı qazıntı yataqları əsasən dağlıq ərazidəki münbit torpaqlarda yerləşir. Mədənlər-dən çıxarılan münbit torpaqların imkan daxilində əkin sahələrinə səpələnməsi sahələri münbitliyini artırar, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını xeyli yük-səldər. Mədənlərin, karxanaların qazılmış sahələri növ-bə ilə rekultivasiya edilməlidir ki, bu da ekoloji və tə-biəti mühafizə nöqteyi-nəzərdən çox vacib məsələdir. Qara və əlvan metallurgiya sənayesi müəssisələrdə şlak və şlakın tərkibi enerji, şüşə, tikinti, sement xammalı ilə zəngindir. Məsələn, Azərbaycan boru dağ-mədən kom-binatının tullantısında müvafiq olaraq 12-21% dəmir

Page 79: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

79

vardır. Bundan istifadə edilməsi yüz min tonlarla polad, şüşə, sement xammalı, tikinti materialları almağa imkan verər.

Göstərilən metallurgiya tullantıların istifadəyə ve-rilməsi iqtisadi cəhətdən bir daha ona görə səmərəlidir ki, faydalı qazıntılarda fərqli olaraq onların axtarışına, çıxarılmasına və daşınmasına daha çox kapital qoyulu-şu, əmək sərf edilmir.

İlkin və təkrar xammalın, tullantıların istifadə edil-məsi təbii sərvətlərin səmərəsinin və müəssisələrin ren-tabelliyinin yüksəldirməsinə yönəldilmiş mühüm iqtisa-di tədbirdir.

Mineral sərvətlərdən kompleks istifadə edilməsi mühüm xalq təsərrüfatı problemi olmaqla, texniki tərəq-qinin və emalın mühüm göstəricilərindən biridir. Lakin, mineral sərvətlərdən kompleks istifadə edilməsini yalnız sənaye istehsalının ehtiyatı kimi nəzərə almaq səhv olar-dı. Buna xammala qənaət etmək, ətraf təbii mühitin mü-hafizəsinə şərait yaratmaq, əmək məhsuldarlığını artır-maq, istehsalın rentabelliyini yüksəltmək nöqteyi-nəzə-rindən baxmaq lazımdır. Burada hər hansı faydalı qazın-tı mədənlərinin planlaşdırılmasında sosioloji və ekoloji cəhətləri nəzərə almaq ona görə zəruridir ki, istifadəyə verilən mədənlərin ehtiyatı təbii sərvətdən iqtisadi sər-vətə çevrilir. Bununla əlaqədar mineral xammalın istifa-dəsində elmi tədqiqat işlərinin səmərəsi onlardan komp-leks istifadə edilməsinə, iqtisadi, sosioloji, ekoloji və el-mi-texniki tərəqqinin uzlaşdırılmasına yönəldilməlidir.

Page 80: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

80

4.Təbii proseslərin pozulmasının canlı aləmin

sağlamlığına mənfi təsiri İnsanlar tərəfindən atmosferə atılan qazların istixa-

na təsiri yaratması nəticəsində yer səthində yaranan isti-lik artımına Qlobal istilik deyilir. Məlumdur ki, dünya-nın səthi günəş şüaları tərəfindən isidilir.

Dünya bu şüaları təkrar atmosferə əks etdirir. Am-ma bəzi şüalar, su buxarı, karbon-dioksid və digər qaz birləşmələrinin dünyanın üzərində gətirdiyi təbii örtük tərəfindən tutulur. Bu da yer üzünün kifayət qədər isti qalmasını təmin edir. Amma son vaxtlar qalıq yanacaq-ların yandırılması, meşəsizləşmə, sürətli əhali artımı və cəmiyyətdəki istehlak meylinin artması kimi səbəblər-dən atmosferdə karbon-dioksid və di-azot qazların yığıl-masını artırır. Alimlərə görə bu artım qlobal istiləşməyə səbəb olur. 1860-cı ildən günümüzə qədər tutulan qeyd-lər, orta hesabla qlobal istiliyin 0,5 ilə 0,8 dərəcə arasın-da artdığını göstərir.

Alimlər son 50 ildəki istilik artımının insan həyatı-na gözə çarpacaq dərəcədə təsir etdiyinin fikrindədirlər. Üstəlik artıq geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşı-rıq. Heç bir tədbir görülməzsə bu əsrin sonunda qlobal istiliyin orta hesabla 2 dərəcə artacağı təxmin edilir. Həmçinin, dünya daxilində tutulmağa başlanan qeydlər-də bildirilib ki, son 150 illik dövr içində 2007-ci il ən is-ti il idi. Bu istilik artımı, yəni qlobal istiləşmə nələrə gə-tirib çıxarır, həyatımıza necə təsir edir?

Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən,

Page 81: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

81

okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünya-nın hər yerində hiss edilir. Qütblərdəki buzlaqlar əriyir, dəniz suyu səviyyəsi yüksəlir və sahil seqmentlərdə tor-paq itkiləri artır. Məsələn, 1960-cı illərin sonlarından bu yana Şimal Yarımkürəsində qar örtüyündə yüzdə 10% azalma olub. XX əsr boyunca dəniz səviyyələrində də 10-25 sm arasında bir artım olduğu müəyyən olunub.

Qlobal istiləşməylə bağlı olaraq dünyanın bəzi böl-

gələrində qasırğalar, sellər və daşqınların şiddəti və

sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı, şid-dətli quraqlıqlar və səhralaşmalar baş verir. Qışda istiliklər artır, yaz erkən gəlir, payız gecikir, heyvanların köç dövrləri dəyişir. Yəni, iqlimlər dəyişir. Bunun nəti-cəsində dəyişikliklərə dözə bilməyən bitki və heyvan ya azalır, ya da tamamilə yox olur.

Qlobal istiləşmə insan sağlamlığına ciddi təsir

göstərir. Alimlər iqlim dəyişikliklərinin ürək, tənəffüs yolu,

yoluxucu, allergik və bəzi digər xəstəliklərə təsir göstər-diyi fikrindədirlər. Qlobal istiləşmənin səbəbləri kimi hava şəraitinin uzun bir zaman içində orta hesabla də-yişməsi meyli təyin olunur. Dünya son bir milyard il içində təxminən 250 mln. il davam edən isti dövrlər və bunların ardından gələn dörd böyük soyuq dövr keçir-mişdir. Dünya təxminən əlli milyon il əvvəl soyuq bir dövrə girmiş, bu dövrdə yüz min ildə bir on min il müd-dətlə görülən isti dövrlərin xaricində soyuma meyli gös-tərmişdir. Hal-hazırda bu isti dövrlərdən biri yaşanmaq-dadır. Dörd min il əvvəl başlayan istilik enişləri nəticə-sində dünyanın soyuma meylinin artmasını gözləyirdi-

Page 82: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

82

lər. Lakin, bu artım son yüz əlli ildə reallaşmamışdır. Günəş kimi təbii amillərlə böyüyən bu artımın səbəbi, xüsusilə son vaxtlarda, böyük olçüdə insan qaynaqları olan istixanaların təsirindən yaranan qlobal istiləşmədir.

Təbii proseslərin pozulması, yəni havanın, suyun və torpağın çirkləndirilməsi insanların sağlamlığına və orqanizmlərin həyat fəaliyyətlərinə birbaşa təsir göstə-rirlər. Məsələn, karbon qazlarının havaya buraxılması iqlimə təsir göstərir, bu da öz növbəsində yeyinti məh-sullarının istehsalında özünü əks etdirir, biogenlər yığı-mında baş verən dəyişmələr bəzi növlərin məhvinə, di-gərlərinin sürətlə çoxalmasına səbəb olur.

Canlı orqanizmlərin o cümlədən insanın fəaliyyəti, ətraf mühiti və məhsulları çirkləndiricilər rolunu oyna-yırlar. Ekosistemin sabitliyinin əsas şərti odur ki, bəzi orqanizmlərin tullantıları digər orqanizmlər tərəfindən qida, yaxud xammal kimi istifadə olunur. Balanslaşdırıl-mış ekosistemlərdə tullantılar təhlükəli dəyişmələrə sə-bəb olacaq səviyyədə yığılmır, quruyur və təbiət tərəfin-dən udulur.

İnsanlar öz tarixləri boyunca tullantılardan təbii proseslərin hesabına azad olmuşlar. Ancaq indi vəziyyət hədsiz dərəcədə qeyri-sabitdir. Demoqrafiyada baş ve-rən sürətli sıçrayışlar xammal və enerji sərfinin yüksəl-məsi ilə birlikdə ətraf mühitə çox böyük miqdarda tul-lantıların atılmasına, onun çirklənməsinə gətirib çıxar-mışdır.

İnsanın fəaliyyətinin bütün növləri enerjinin isteh-salı və istifadəsi ilə sıx əlaqədardır. Istehsalın müasir həcmi çoxlu miqdarda enerji sərfini tələb edir, bununla

Page 83: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

83

yanaşı sənaye və ya kənd təsərrüfatı məhsulunun hər va-hidinin istehsalına onun sərfi daima artır

Texniki tərəqqi insan əməyinin maşın əməyi ilə əvəz edilməsi prosesini getdikcə gücləndirir. Vaxtilə ABŞ-da əhalinin 90%-i kənd təsərrüfatı ilə məşğul oldu-ğu halda, indi cəmi 2% əhali torpaq becərir və qalan 98%-ni yedizdirir, hətta xeyli miqdarda digər ölkələrə məhsullar ixrac edir. ABŞ-da 1 ton taxıl əldə etmək üçün insan əməyindən və günəş enerjisindən başqa , kənd təsərrüfatı texnikası üçün yanacaq,159 litr neft (1 barel neft) tələb olunur.

Hazırda təbiətdə çoxsaylı enerji mənbələri möv-

cuddur, onlar da bir-birindən nəinki fiziki və kimyəvi xassələri, həm də ehtiyatlarının kəmiyyətlərinə, bərpa oluna bilməsinə, tükənən olmasına, ətraf mühitə təsir səviyyəsinə və dəyərinə görə fərqlənirlər. Hazırda çox yayılanlar istilik energetikası (müxtəlif növ üzvi yana-caqların – neft, qaz, daş kömür, torf və s. yandırılması-na əsaslanan), hidroenergetika (su resurslarından istifa-də edən) və nüvə energetikasıdır (nüvə reaksiyalarına əsaslanan). Bütövlükdə dünyada ən çox istilik energeti-kasından istifadə edilir. Bu və ya digər mənbə seçilər-kən əsasən enerjinin hasilatı və istifadəsinə çəkilən xərclər nəzərə alınır. Bu zaman çox vaxt ekoloji və icti-mai zərər nəzərə alınmır.

Energetika həmişə ətraf mühiti ən çox çirkləndirən sahələrdən biri olmuşdur. Bu gün də bu sahə ətraf mühi-tin çirkləndirilməsində əsas səbəbkarlardan biri olaraq qalır.

Meydana çıxma səbəblərindən asılı olaraq, ət-

Page 84: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

84

raf mühitin çirkləndirilməsinin aşağıdakı növlərini fərqləndirmək olar:

1. Fiziki çirkləndirmə - radioaktiv maddələr, elek-tromaqnit şüalanma, yanacaq çirkləndiriciləri, səs və tit-rəyişlər;

2. Kimyəvi çirkləndirmə - karbon və kükürddən yaranan məhsullar, karbohidrogenlər, yuyucu maddələr, gübrələr, ftor birləşmələri, ağır metallar, aerozollar;

3. Bioloji çirkləndirmə - xəstəlik yaradan bakteri-yalar, viruslar və s.;

4. Estetik ziyanlar – urbanizasiyanın inkişafının təbii landşaftı pozması.

Orqanizmlər təbiətdə müəyyən həddə çirkləndirici maddələrin olmasına dözürlər. Lakin onların miqdarı bu həddi keçdikdə sağlamlıq üçün böyük problemlər yaranır.

Təbiət ehtiyatlarının müdafiəsi üçün müəssisə və təşkilatların fəaliyyətlərinin müxtəlif tərəflərini nizam-lanması məqsədilə ekoloji standartlardan və normativlərdən istifadə olunur.

Ən mühüm ekoloji standart ətraf mühitin keyfiy-

yət normativi olan çirkləndiricilərin yol verilə bilən qatılıq limitidir (YVQL). Hava və su mühitinin keyfiy-yətinə nəzarət üçün bu əsas göstəricidir.

YVQL – zərərli maddələrin ətraf mühitdə canlı or-qanizmlərə, o cümlədən insanlara mənfi təsir göstərmə-yən maksimum qatılığıdır.

Havada zərərli qarışıqların kəmiyyəti işçi zonası ilə yaşayış məntəqələri üçün ayrı-ayrılıqda normalaşdı-rılır. YVQL-nin kəmiyyəti işçi zonalarına nisbətən yaşa-yış məntəqələri üçün əhəmiyyətli dərəcədə aşağıdır,

Page 85: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

85

çünki çirkləndirici maddənin təsiri işçi zonasında iş gü-nünün uzunluğu ilə məhdudlaşır. Məsələn, yaşayış mən-təqələri üçün havada kükürd-iki oksidin YVQL-i 0,5 mq/m

3, işçi zonasında isə 10 mq/m

3, azot iki-oksidin

YVQL-i isə uyğun olaraq 0,085 mq/m3 qəbul edilir.

Havaya atılan hər bir çirkləndirici maddə üçün YVQL-nin iki kəmiyyəti müəyyən edilmişdir. – YVQL b.m. və YVQL o.g.

YVQL b.m. – yaşayış məntəqələrinin havasında yol verilə bilən qatılıq limitinin birdəfəlik maksimum qatılığı, 1m

3 havada maddənin mq-ı ilə (mq/m

3) ifadə

olunur. YVQL o.g. – yaşayış məntəqələrinin havasında

çirkləndirici maddələrin yol verilə bilən orta günlük qa-tılığı, mq/m

3 ilə ifadə olunur.

Su hövzələri insanlar tərəfindən müxtəlif tələbat-ları (içməli su, balıq yetişdirmək, kənd təsərrüfatı, səna-ye üçün və s.) ödəmək üçün istifadə edilir. Sudan istifa-dənin hər bir kateqoriyasına müxtəlif tələbatlar irəli sü-rülür. Belə ki, içməli su təsərrüfatı üçün iy, dad, rəng, bulanıqlıq və s. əsas əhəmiyyət kəsb etdiyindən onun üçün neft üzrə YVQLs-i 0,3 mq/l təşkil edir. Lakin neft-

lə çirklənmiş suda yaşayan balıqların əti kəskin neft qoxusu verdiyindən və neft ikralar (balıq yumurtaları – kürülər) üçün çox zərərli olduğundan bu su hövzələri üçün neft məhsullarının qatılığı balıq təsərrüfatı göstəriciləri ilə limitləşdirilir və YVQL-i 0,05 mq/litrə qədər endirilir.

Page 86: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

86

Cədvəl 1.

Yaşayış məntəqələrinin havasında bəzi

maddələrin YVQL-i (mq/m3)

Çirklənmənin miqdarı onun mənbəyindən olan

məsafədən, küləyin istiqamətindən, hava şəraitindən

asılı olaraq dəyişir.

Azot oksidlərinin atmosferə atılmasının təqribən

95%-i (illik) qazıntı yanacaqlarının yandırılması nəticə-

sində yaranır. Ümumi tullantıların 40%-ə qədəri motor-

lu nəqliyyatın, 30%-i istilik və elektrik stansiyalarının,

20%-i müxtəlif sənaye proseslərində yandırılan yana-

caqların hesabına yaranır.

Azot oksidləri atmosferdə fotokimyəvi reaksiyalar-

da iştirak edərək fotokimyəvi turşular yaradırlar. Onlar

isə orqanizmlərdə fizioloji prosesləri pozur və müəyyən

patologiyalara (allergiya, xərçəng xəstəliyi) gətirib çı-

xarırlar.

Azot iki-oksidi daha təhlükəlidir. O, insanlarda iy

duyma və gecələr görmə (gözün qaranlığa uyğunlaşma)

qabiliyyətini azaldır.

Suyun xlorlaşdırılması və ftorlaşdırılması, plast-

massların yandırılması, elektrokimyəvi metallurgiya mü-

əssisələri, üçüncü üzvi maddələrin (həlledicilər, təmizlə-

s/n Çirkləndirici maddələr YVQL o.g. YVQL b.m. 1. Azot iki-oksid 0,085 0,085 2. Kükürd iki-oksid 0,05 0,05 3. Bərk maddələr (toz) 0,15 0,5 4. Karbon oksidi 3,0 5,0 5. Ammonyak 0,04 0,2 6. Xlor-hidrogen 0,2 0,2 7. Sink 0,05

Page 87: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

87

yici vasitələr, xlor – ftorkarbonları) geniş istehsalı bu

cür çirkləndiricilərin havada qatılığının artmasına səbəb

olur. Qazşəkilli xlor nəfəs orqanlarını qıcıqlandırır, ağ

ciyərin şişməsinə səbəb olur və onları dağıdır. Su və qi-

da məhsulları vasitəsilə heyvan və insan orqanizmlərinə

daxil olan ftorlu birləşmələr – böyrəklərin və bağır-

saqların funksiyalarının pozulması, dişlərdə və digər sü-

müklərdə dəyişmələr kimi xəstəliklər yaradır.

Planetin üzərində atmosferə il ərzində insan fəa-

liyyəti nəticəsində 200 mln.ton (20-dən artıq kimyəvi

element) qatışıqlar daxil olur.

Təbii suların çirkləndirilməsinin ekoloji nəticə-

ləri müxtəlifdir, lakin onların hamısı nəticədə su eko-

sistemlərinin pozulmasına səbəb olur.

Turşuma (qıcqırma) qabiliyyətinə malik olan üz-

vi maddələrin çay və dəniz sularına atılması suyun güc-

lü bakterioloji yoluxmasına səbəb olur ki, bu da hepatit,

vəba, tif, dizenteriya və digər mədə-bağırsaq xəstəliklə-

rinin yayılmasına gətirib çıxarır.

Suların üzvi maddələrin çirklənməsində çirkab su-

larının, yeyinti və sellüloz-kağız sənayesi müəssisələri-

nin tullantıları böyük rol oynayır. Orta güclü sellüloz-

kağız kombinatının tullantıları suyu 500 minlik əhalisi

olan şəhərin çirkləndirdiyi qədər çirklənmə səviyyəsi

yaradır.

Suyun yoluxucu maddələrdən təmizlənməsi

üçün ölkəmizdə əsasən suyun xlorlaşdırılmasından istifadə edilir. Bu üsulun əsas problemi ondadır ki, xlor

suda həll olunmuş karbohidrogenlərlə reaksiyaya girir

və bəzi xlorlaşmış karbohidrogenlər kansorogen təsirlə-

Page 88: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

88

rə malikdirlər. Dünya təcrübəsində suyun ozonlaşdırıl-

ması üsulundan da istifadə edilir.

Su mühitinə suyun təbii tərkibini dəyişdirən müx-

təlif maddələrin daxil olması təbii ekosistem və insan

üçün ciddi təhlükə törədir. Hazırda dünya su hövzəsinə

hər il 30 mindən artıq müxtəlif adlı kimyəvi birləşmələr

atılır ki, onların miqdarı 1,2 mlrd. tona qədərdir.

Hidrosferin karbohidrogenlərlə çirkləndirilməsi bö-

yük təhlükə yaradır. Burada əsas yeri tankerlərdə baş

verən qəzalar, habelə indiyə qədər neft gəmilərinə tan-

kerləri yuduqdan sonra çirkli suları dənizə atmaq üçün

verilən icazə tutur.

Su hövzələrində nazik neft qatı oksigenin daxil ol-

masına mane olur və beləliklə, onlarda mühüm fiziki-

kimyəvi proseslərin gedişatını pozur.

Neftin çox miqdarda su hövzələrinə axını regio-

nal miqyasda ekoloji fəlakətə səbəb olaraq, quşların, də-

niz heyvanlarının kütləvi məhvinə, balıq sənayesinin

böhranına səbəb olur. 1967-ci ildə 117 ton xam neft

yüklənmiş –tanker İngiltərə sahillərində qəzaya uğradığı

zaman bütün neft dənizə tökülmüş və nəticədə yalnız

dəniz quşlarının 8000-i məhv olmuşdu. Üzvi maddələrlə

zəngin olan tullantıların, çirkab sularının hidrosferaya

atılması bu ekosistemlərdə pozğunluqlara gətirib çıxarır.

Əlbəttə, təbiət özünü müdafiə etməyə çalışır və məlum

hədlərə qədər ona özünübərpaya müyəssər olur. Çirk-

lənmə halında çayın axarı boyunca 4 ardıcıl zona fərq-

ləndirilir:

- tənəzzül (pisləşmə) zonası – burada çay suyu pol-

lyutantlarla (yəni həyat mühitini çirkləndirən maddələr-

Page 89: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

89

lə) qarışır;

- aktiv pozulma (çürümə, tərkib hissələrinə ayrıl-

ma) zonası – burada göbələk və bakteriyalar üzvi mad-

dələri dağıdırlar;

- bərpa zonası;

- təmiz su zonası.

Su hövzələrinin fiziki çirklənməsi fiziki, tempera-

tur – energetik, radiasiya parametrlərində baş verən də-

yişikliklərlə bağlıdır.

İstilik çirkləndirməsi süni enerji mənbələrindən is-

tifadə zamanı mühitə əlavə istiliyin daxil olması ilə baş

verir. Aydındır ki, əlavə istilik ekosistemlərin enerji ba-

lansına əhəmiyyətli dərəcədə təsir edir. Belə ki, elektrik

stansiyalarında kondensatorların soyudulması çay sula-

rının yaxın gələcəkdə həddindən artıq istiləşməsinə sə-

bəb olacaqdır.

Suyun hərarəti bitki və heyvanların yaşamasına tə-

sir edən əsas amillərdəndir. Elektrik stansiyalarından

daxil olan istilik çox hallarda orqanizmlərin normal

mövcudluğu həddini aşır.

Dünya sularının radioaktiv maddələrlə çirklən-

dirilməsi də bəşəriyyət üçün böyük təhlükə törədir. Bu

cür çirklənmənin əsas mənbələri aşağıdakılardır:

- nüvə silahının sınaqdan keçirilməsi nəticəsində

çirkləndirmə (1963-cü ilə qədər bu sınaqlar atmosferdə

keçirilirdi);

- bilavasitə dənizə atılan radioaktiv tullantılar vasi-

təsilə çirkləndirmə;

- irimiqyaslı radiasiya qəzaları (atom reaktoru ilə

işləyən gəmilərin qəzaya uğraması (məsələn “Kursk”

Page 90: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

90

sualtı gəmisinin qəzaya uğraması 2001-ci il);

- su hövzələrinin dibində radioaktiv tullantıların

basdırılması.

İngilis və fransız atom zavodlarının tullantıları de-

mək olar ki, bütün Şimali Atlantikanı, xüsusilə Şimal,

Norveç, Qrenland, Barents və Ağ dənizləri radioaktiv

elementlərlə çirkləndirmişlər. Şimal Buzlu okeanının ra-

dioaktiv tullantılarla çirkləndirilməsində isə Rusiya özü-

nəməxsus rol oynamışdır.

5. Ətraf mühitin mühafizəsinin iqtisadi

qiymətləndirilməsi

Energetika sənayesinin hədsiz inkişafı bərpa olun-mayan təbii ehtiyatların istehlakı və bərpa olunan ehti-yatların intensiv istifadəni (hava, su) gücləndirmiş, ətraf mühitə külli miqdarda istiliyin, transformasiyaya uğ-ramış maddələrin, aerozol hissəciklərinin, bir sözlə in-san orqanizminə və ətraf mühitə təhlükəli təsir göstərən maddələrin daxil olması ilə nəticələnir.

Müasir elmi-texniki məlumatların ümumiləşdiril-məsi göstərir ki, ətraf mühitin çirkləndirilməsinin əsas mənbəyi “klassik” energetika (45%) və kənd təsərrü-

fatıdır (40%);qalan çirklənmə isə sənaye və kom-munal məişət tullantılarıdır (15%). Tullantı növ-lərindən isə tüstü mənşəli qazlar (50%) təşkil edir. Bununla yanaşı, müasir elmi-texniki tərəqqinin nailiy-yətləri vasitəsilə bu zərərli təsirlərin aradan qaldırılması imkanları genişlənir. İnsanla təbiətin qarşılıqlı münasibətləri nəticəsində əmək məhsuldarlığı artaraq, insanların tələbatının ödənilməsi və istehsalda istifadə

Page 91: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

91

olunan təbii xammala qənaət olunması imkanı yaranır. Məsələn, emal sənayesi məhsulun 1% artımına ilkin xammalın 0,45% artımı müvafiq gəlir. Daha doğrusu elmi-texniki amil ilkin xammalın fiziki həcmini 10% qənaətinə imkan verir. Gələcəkdə tətbiq edilən yeni tex-nologiya üsulları bu qənaəti daha da artıracaqdır.

Ətraf mühitin çirklənməsinin digər cəhəti də bun-dan ibarətdir ki, hər hansı bir təsərrüfat sahəsinin mühiti çirkləndirilməsi dərhal başqa sahələrə öz mənfi təsirini göstərir. Məsələn, hər hansı sənaye müəssisələrinin

suyu, torpağı və ya havanı çirkləndirməsi, bu təbii vəsaitlərdən istifadə edən təsərrüfat sahələrinə ziyan vurur, insanların sağlamlığına təsir edir. Nəticədə öl-kəyə ümumi sosial-iqtisadi zərər dəyir ki, çox zaman belə zərəri ölçü vahidləri ilə ifadə etmək çətin olur.

Dünya sənaye və kənd təsərrüfatı istehsalının miq-yası və xüsusiyyətlərində baş verən böyük dəyişikliklər, ətraf mühitin qorunub saxlanmasında bilavasitə əhəmiy-yəti olan texnika və texnologiyadakı dəyişikliklərdə öz əksini yaxşı tapmamışdır.

Nəticədə bütün dünyada təbiətdən istifadənin bir sıra yeni problemləri ortaya çıxmış və ənənəvi köhnə problemlər kəskinləşmişdir. Gözlənildiyinə görə mine-ral ehtiyatlarından istifadənin dünya üzrə inkişafının müasir sürəti şəraitində onun fiziki həcminin ikiqat art-ması hər 30 ildən bir təkrarlanacaqdır. Yanacaqdan isti-fadənin ikiqat artması isə daha qısa müddəti əhatə etmə-lidir. İstehsalın və emalın belə surətli artması ətraf mü-hitin çirklənməsinə və ekoloji münaqişənin güclənməsi-nə gətirib çıxara bilər.

Qara və əlvan metallurgiya müəssisələrində, İES-

Page 92: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

92

lərdə hər il yüz milyon tonlarla şlak və tül tullantıları yı-ğılıb geniş sahələrdə məhsuldar torpaqların üstünü örtür, ətraf mühiti korlayır. ETT-nin nailiyyətlərini, qabaqcıl müəssisələrin təcrübəsini tətbiq etməklə həmin tul-lantıları istifadəyə cəlb etmək olar. Sənaye tullantıların-dan tikinti materialları kimi istifadə edilməsinə xeyli təc-rübə əldə edilmişdir. İndi sənaye tullantılarından müxtəlif markalı sement, beton, gübrə, metal, şüşə, rənglər, rezin, süni parçalar və s. istehsal edilir. İstehsal tullantıların-dan səmərəli istifadə edən müəssisələr hər il çoxlu əlavə gəlir əldə edilir.

Tarla qoruyucu meşə zolaqlarının genişləndirilmə-si, nadir heyvan və bitki növlərinin mühafizəsi sayəsin-də də xeyli əməli tədbirlər həyata keçirilmişdir. Quraq rayonların su ilə təmin edilməsi, bataqlıqların qurudul-ması və s. nəsli kəsilməklə olan bir çox heyvanların, bit-ki növlərin bərpa olunması ətraf mühitin dirçəldilməsinə kömək edir. Bunlardan başqa tullantıların azaldılmasını təmin edən texnoloji üsulların işlədilməsi, ən mütərəqqi təmizləmə qurğularının kütləvi istehsalı, atmosferə bu-raxılan zərərli tullantılarla mübarizədə yeni üsul və və-saitlərin tətbiqi, torpaq, su və meşə ehtiyatlarının qorun-ması, onlardan səmərəli istifadə edilməsi üçün komp-leks tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

Ətraf mühitə təsirin qiymətləndirilməsi və ekoloji ekspertiza prosesi həyata keçirilərkən ekoloji-iqtisadi analiz onların əsasını (bazasını) təşkil edir. Ətraf mühi-

tə təsirin qiymətləndirilməsi (ƏMTQ) kompleks pro-sesdir (tədbirdir) və onun həyata keçirilməsində müxtə-lif sahələrin mütəxəssisləri o cümlədən iqtisadçılar iştirak edirlər. ƏMTQ, nəzərdə tutulan planlaşdırılan

Page 93: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

93

fəaliyyətin ətraf mühitin keyfiyyətinə potensial təsirin dərəcəsini və xüsusiyyətlərini də müəyyən edir. Eyni zamanda gözlənilən ekoloji və onunla əlaqədar sosial və iqtisadi tədbirlərin nəticələrinin nə dərəcədə olacağını da nəzərdən keçirmək lazım gəlir.

ƏMTQ sənədinin (prosesinin) əsas məqsədi ondan ibarətdir ki, sifarişçi planlaşdırdığı fəaliyyəti ilə təbiəti mühafizəni təmin etsin. Əgər dövlət ekoloji ekspertizası ekoloji tələblərin uçotunun və yerinə yetirilməsinin tə-min edilməsində təsərrüfat, idarəetmə və digər qərarla-rın qəbulunda hüququ bir vasitədirsə, əksinə ƏMTQ müvafiq təsərrüfat məsələlərinin hazırlanma mərhələsin-də həmin tələblərin uçotunu və yerinə yetirilməsini tə-min edən əsas hüquqi vasitədir.

ƏMTQ-nin əsas məqsədi ondan ibarətdir ki, ətraf mühit və cəmiyyət üçün qeyri-məqbul (yad) olan nəticə-lərin qarşısını almaq üçün zəruri olan tədbirlərin aşkar-lanmasını və qəbul edilməsini təmin etsin. Qiymətlən-

dirmə aşağıdakı sənədlərin hazırlanması ilə həyata keçirilir:

- konsepsiyaların, proqramların və o cümlədən, in-vestisiya olunan fəaliyyətin müəyyən edilməsi;

- sahələr və ərazilər üzrə sosial-iqtisadi inkişaf planlarının tərtibi;

- təbii ehtiyatların istifadəsi və mühafizəsinin kompleks sxemlərinin tərtibi;

- şəhərsalmanın sənədləşdirilməsi; - yeni texnika, texnologiya, maddələr və material-

ların hazırlanması üzrə sənədlərin tərtibi; - investisiya layihələrinin plan qabağı əsaslandırıl-

masının (yeni tikinti, yenidənqurma, yenidən təşkil) rəs-

Page 94: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

94

miləşdirilməsi. Təbiidir ki, ƏMTQ prosesində heç də bütün təsər-

rüfat layihələri əhatə olunmur. Ancaq xüsusi təsdiq edil-miş siyahılar tərtib edilir ki, oraya potensial ekoloji cə-hətdən təhlükəli fəaliyyət növləri daxil edilir. Onların si-yahıları dövlət(federal) səviyyələrdə təsdiq edilir. Xüsu-silə, ƏMTQ üsulları neftayırma zavodları, iri istilik elektrik stansiyaları, atom elektrik stansiyaları, kimya müəssisələri, avtomagistrallar, sürətli yolları, neft və qaz kəmərləri və s. ətrafında tətbiq edilməlidir. Xəzər dəniz neft və qazın kəşfiyyatı və istismarı ilə əlaqədar bütün layihələr də ƏMTQ-dən keçməlidir.

ƏMTQ-nin miqyasları və onlara olan tələbatlar da fərqli ola bilər. Bununla yanaşı bütün ƏMTQ-lər üçün ümumi bir struktur mövcud olmalıdır:

- ilkin informasiyanın toplanması, məsələnin ümu-mi vəziyyətinin qiymətləndirilməsi;

- nəzərdə tutulan layihənin həyata keçiriləcəyi ra-yonun ətraf mühitinin təsviri;

- qanunlar və qanunvericilik aktlarının əhatəliyinin qiymətləndirilməsi;

- layihənin ətraf mühitə birbaşa, dolayı və poten-sial təsirinin qiymətləndirilməsi: cari və uzunmüddətli, cüzi habelə dönməz proseslərin nəticələri və s.

- alternativ variantların baxılması və analizi; - kompleks tədbirlərin qiymətləndirilməsi və onla-

rın həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitlərinin ayrılması;

- layihənin həyata keçirilməsinin nəticələrinin st-ruktur (institutsional) təyinatı;

- monitorinqə tələbatın olub-olmamasını müəyyən

Page 95: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

95

etmək və s. Adətən layihəçilər tərəfindən aparılan ƏMTQ

ekoloji ekspertiza ilə çox sıx əlaqəlidir və oxşar sosial-ekoloji-iqtisadi göstəricilər sisteminə söykənir. Ekoloji ekspertiza dövlət nəzarət və planlaşdırma orqanları

tərəfindən, aparıcı mütəxəssislər və alimlər ilə bir-likdə həyata keçirilir. Dövlət orqanları ilə yanaşı Azər-baycanda ictimai ekoloji təşkilatlar sahəsində çalışan ekspertlər tərəfindən aparıla bilər.

Layihə qabağı və layihə sənədlərinin razılaşdırıl-ması və onların ekoloji ekspertizaya təqdimatı bir sıra mərhələlərdən keçir. İlk dəfə sifarişçi (investor) müva-fiq əsaslandırmalarla öz niyyətləri haqqında bəyanat (deklarasiya) hazırlayır. Sonra respublika və ya yerli ic-ra hakimiyyəti orqanları ilkin olaraq təsərrüfat fəaliyyə-tinin aparılmasına razılıq verirlər. Daha sonra layihəçi obyektin yerləşdiriləcəyi ərazi haqqında texniki-iqtisadi əsaslandırma (TİƏ) aparır.

TİƏ çərçivəsində ətraf mühitə təsirin qiymət-ləndirilməsi layihəsi (ƏMTQ) hazırlanır. ƏMTQ hə-min təsirin natural göstəricilərinin təyin edilməsindən başlayır. Yəni istifadəyə sərf edilən təbii ehtiyatların həcmi ərazinin su balansı, xüsusi qorunan ərazilər, də-yişkənliyə məruz qalan ərazilər, zərərli maddələrin atıl-malarının (axıntılarının) miqdarı, əmələ gələcək tullantı-ların, o cümlədən toksik maddələrin insan sağlamlığına təsiri, səs-küy, elektromaqnit, vibrasiya və s. qiymətlən-dirilməsi. Sonra natural göstəricilər əsasında layihələn-dirilən obyektin ətraf mühitə və əhali sağlamlığına təsi-rinin qiymətləndirilməsinin pulla ifadə edilmiş qiymət-ləri müəyyən olunur. Təbiəti mühafizə tədbirlərinin

Page 96: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

96

tövsiyə edilməsi, ekoloji riskin və s. qiymətləndirilməsi həyata keçirilir.

Növbəti mərhələdə ƏMTQ layihəsi regionda (ra-yonda) ekoloji nəzarət və idarəetmə orqanı ilə (zəruri ol-duqda mərkəzi icra hakimiyyəti ilə) razılaşdırılır. Nəti-cədə obyektin yerləşəcəyi ərazi və təbiətdən istifadə şərtləri dəqiqləşdirilir. Bundan sonra layihəçi dəqiqləş-dirilmiş informasiyadan istifadə edərək, tikintinin TİƏ konkret müəyyən edilmiş yerə uyğun olaraq tərtib edir. Eyni zamanda layihənin nəzərdən keçirilməsinə əsasən onun səmərəliliyi dəqiqləşdirilir və ekoloji riskin qiy-məti verilir. Yalnız bundan sonra dövlət ekoloji eksper-tizası həyata keçirilir. Ekoloji ekspertizanın nəticəsində ekspert komissiyasının rəyi rəsmiləşdirilir. Rəylər müs-bət və yaxud mənfi ola bilər. Ekspertlərin müsbət rəyin-dən sonra layihənin tikintisi üçün maliyyələşdirilmə açı-la bilər.

Ekoloji ekspertizadan başqa investisiya layihələri auditorlar tərəfindən yoxlanıla bilər. Audit əsaslandırıl-masının yekun prosedurası investisiya haqqında niyyət bəyannaməsi və ekoloji bəyanat verilə bilər. Hər iki sə-nəd mütəxəssislərin və əhalinin geniş təbəqəsi üçün ha-zırlanır. Ekomenecment və ekoaudit sistemlərinin tələb-lərinə əsasən ekoloji bəyanat aşağıdakıları əhatə edir:

- meydança sərhədləri daxilində (çərçivəsində) kompaniyanın fəaliyyətinin təsviri, investisiya layihəsi-nin məqsəd və vəzifələri;

- həmin fəaliyyətə aidiyyəti olan bütün mövcud problemlərin qiymətləndirilməsi;

- zərərli maddələrin atılması və axıdılması haqqın-da məlumat, səs-küy çirklənməsi, xammalın sərfi, enerji

Page 97: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

97

və suyun işlənmə miqdarı və s. haqqında informasiya; - kompaniyanın ekoloji səciyyəsinə aid olan digər

amillər haqqında məlumat; - kompaniyanın ekoloji siyasətinin əsas müddəala-

rının təsviri, təbiəti mühafizə tədbirlərinin proqramı və idarəetmə sistemi;

- bəyanatın verilmə vaxtı (müddəti). Yalnız ekoloji bəyanatın səlahiyyətli orqanı tərə-

findən təsdiqi və haqqın (rüsumun) keçirilməsindən son-ra sahələrin (obyektin) qeydiyyatı aparılır.

Page 98: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

98

IV FƏSİL.

SU, TORPAQ VƏ MEŞƏ EHTİYATLARI,

MİNERAL VƏ BİOLOJİ EHTİYATLAR

1. Təbii ehtiyatların təsnifatı;

2. Mineral sərvətlərin istifadəsi və mühafizəsi;

3. Su ehtiyatları;

4. Torpaq ehtiyatları;

5. Meşə ehtiyatları;

6. Bioloji ehtiyatlar və onların mühafizəsi.

1.Təbii ehtiyatların təsnifatı

İnsanların istifadə etdiyi təbii cisimlər (torpaq,

su, hava, faydalı qazıntılar, enerji ehtiyatları, bitki,

heyvan növləri və s.) təbii ehtiyatlar adlanır. İnsan

cəmiyyətinin yaşaması və fəaliyyət göstərməsi üçün bu

ehtiyatlar xüsusi ardıcıllıqla səmərəli istifadə olunmalı

və qorunmalıdır. Çünki hər hansı bir dövlətin, millətin,

xalqın inkişafı, dünya ölkələri içərisində tutuğu yer

bilavasitə onun yaşadığı məkanın təbii ehtiyatlarla zən-

gin olması ilə bağlıdır. Ona görə də inkişaf etmiş və

inkişaf etməkdə olan dövlətlər təbii ehtiyatlarda səmə-

rəli istifadəyə, onun mühafizə olunmasına xüsusi qayğı

ilə yanaşırlar. Lakin, elmi-texniki tərəqqi, sənaye və

kənd təsərrüfatının intensiv inkişafı, təbii ehtiyatlardan

daha geniş miqyasda istifadə olunmasına, bəzi növ ehti-

yatların tükənməsinə, çirklənməsinə səbəb olur. Ona gö-

rə də bu ehtiyatların qorunmasında kompleks tədbirlərin

işlənilməsi və tətbiqi böyük əhəmiyyət kəsb edir.

Page 99: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

99

Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqti-

sadiyyatının inkişafı iqtisadi – istehsal amillərindən ası-

lıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif

və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, biolo-

ji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntı-

lar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatı-

nın inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi

böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və is-

tehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dün-

ya ölkələrini əhatə edir. Ümumiyyətlə təbii ehtiyat de-

dikdə insanların həyat və təsərrüfat fəaliyyətində is-

tifadə etdiyi bütün təbiət komponentləri başa düşü-

lür (bəzən, təbii sərvət və ya resurs adlanır). Təbii sər-

vətlər aşağıdakı növlərə bölünür: 1) Tükənməyən:

a) günəş;

b) geotermal;

c) külək;

d) nüvə enerjiləri;

e) iqlim;

f) qabarma-çəkilmə;

g) dəniz cərəyanları.

2) Tükənən:

a) bərpa olunmayan: bütün faydalı qazıntılar;

b) bərpa olunan: torpaq, bioloji ehtiyatlar, su enerjisi.

Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin

olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab

edilir. Respublika ərazisinin 70 %-i neft-qaz ehtiyatları-

na malikdir. Xəzərin şelfi, Abşeron yarımadası, Qobus-

tan, Cənub-Şərqi Şirvan neft-qazla daha zəngindir.

Page 100: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

100

Ölkəmizin qərb bölgələrində isə əsasən filiz ehti-

yatları üstünlük təşkil edir. Qafqaz regionunda ən mü-

hüm Daşkəsən dəmir filizi yatağı, ehtiyatlarına görə

dünyada Çindən sonra 2-ci yeri tutan Zəylik alunit yata-

ğı, Gədəbəyin mis ehtiyatları, Naxçıvan, Balakən, Ağ-

dərə, Gədəbəy qızıl yataqları və digər əlvan metallar

respublikada həm qara, həm də əlvan metallurgiyanı in-

kişaf etdirməyə imkan vermişdir.

Bir çox rayonlarımızda geniş yayılan müxtəlif növ

qeyri-filizlərdən əhəng daşı, gips, çınqıl, mərmər, tra-

vertin, gil, qum və s. qeyd edilə bilər.

Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inki-

şafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazın-

tılar daha böyük rola malikdir. Yerin təkində və bəzən

də yerin üst qatında güclü yanacaq ehtiyatı – kömür,

neft, qaz, uran filizi, müxtəlif mineral filizləri, inşaat

materialları istehsalı üçün xammal mövcuddur. Bütün

bunlar bərk, maye və qaz şəklindədir. Bu ehtiyatlar iqti-

sadi inkişafın ən zəruri şərti hesab edilir. Bununla yana-

şı elmi-texniki tərəqqinin nailiyyətləri nəticəsində bir

çox süni, kimyəvi, texniki yeniliklər bu mineral ehtiyat-

ların əvəzlənməsinə zəmin yaradır. Son onilliklərdə bu

sahədə Yaponiya, Cənubi Koreya, Sinqapur bir çox nai-

liyyətlər əldə etmişdir.

Bütün bu ehtiyatların hesablanmasında müxtəlif

metodlardan istifadə edilir: bu metodlar kəşf edilmiş,

proqnozlaşdırılmış ehtiyatlar və s. hesab edilir.

Page 101: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

101

Cədvəl 2.

s/n Regionlar,

ölkələr

Neft Qaz Kömür Elektrik

enerjisi

Eht. Mlrd.

ton

Hasi-

lat

mln. ton

Eht.

mlrd.m3

Hasi-

lat

mlrd. m3

Eht.mlrd.

ton

Hasi-

lat

mln. ton

əldə

edilmiş

mlrd. kvt-saat

1. Dünya üzrə 150

(550) 3600

150

(400) 2400

1100

(15000) 6200

18400

2. MDB

ölkələri

9,0 400 57 900 - 420 -

Rusiya 27,0 486 48 656 - 315 1,0

Qazaxıstan 14 61 5 12 80 85 52

Azərbaycan 8,7 51 12 16,0 - - 18,7

Türkmənistan 12 10 23 60 - - 10,1

Özbəkistan - 7,6 - 57 3 45

3. Xarici

Avropa

2,8 325 9 274 - - -

Böyük Britaniya 0,7 85 0,6 80 - 20 350

Norveç 1,4 162 2,3 58 - - 122

Çin 3,2 182 2,0 30 2,0

2,3

mlrd 1,4

Cənub-Şərqi Asiya 2,5 140 9 246 - - -

Cənubi Asiya

Indoneziya 1,2 45 2,5 64 - 61 -

Hindistan 0,6 35 - 20 140 315 450

4. Cənub-Qərbi Asiya 100 810 34 100 - - -

Səudiyyə

Ərəbistanı 46 400 6 70 - - -

İran 15,0 205 21 111 - - -

BƏƏ 16,2 127 6 46 - - -

İraq 17 55 3,1 - - - -

Küveyt 16 100 - - - - -

5. Afrika 8 300 8,5 101 - - -

Bəzi ehtiyatlar haqqında məlumat vermək daha

məqsədəuyğundur. Geoloji proqnoza görə mineral ya-

nacağın həcmi 12,5 trln. ton təşkil edir. Bu min ilə ki-

fayət edə bilər. Bu ehtiyatlar kömür (60%), neft və

Page 102: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

102

qaz (27%) və eləcə də yanar şist və torfdan ibarətdir.

Yanacaq-enerji ehtiyatlarında kömürün xüsusi çəkisi da-

ha artıqdır. Dünya miqyasında daş kömürün və boz kö-

mürün ehtiyatı 15-30 trln. ton təşkil edir. Bunun 9,4 trln

tonu daş kömür, 5,4 trln tonu boz kömür ehtiyatıdır.

Kömür ehtiyatı kəşfiyyatı 75 ölkədə aparılmışdır. Bun-

lardan ən çox kömür olan ölkə ABŞ (445 mlrd. ton), Çin

(272 mlrd. ton), Rusiya (200 mlrd. ton), CAR (130

mlrd. ton), Almaniya (100 mlrd. ton), Avstraliya (90

mlrd. ton), Böyük Britaniya (50 mlrd. ton), Kanada (50

mlrd. ton), Hindistan (29 mlrd. ton) və Polşadır (25

mlrd. ton). Cədvəl 3.

Dünyanın mühüm daş kömür hövzələri

Hazırda dünyada ildə 4,5 mlrd ton kömür çıxarılır.

Dünya miqyasında neft ehtiyatı 90-cı illərdə

270-350 mlrd. ton (proqnoza görə isə 800 mlrd. ton)

qiymətləndirilir. Ən çox neft ehtiyatları Səudiyyə Ərə-

bistanı – 25,4 %, İraq – 11 %, BƏƏ – 9,4 %, Küveyt –

Hövzələr Ölkələr Cəmi ehtiyat (mlrd ton)

Tunqus Rusiya 2299

Lena Rusiya 1647

Kanski-Açinski Rusiya 638

Kuznetsk Rusiya 637

Rur Almaniya 287

Appalaç ABŞ 284

Peçora Rusiya 265

Donetsk Ukrayna 141

Page 103: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

103

9,3 %, İran – 9,1 %, Venesuela – 6,8 %, Rusiya – 4,8 %,

Çin – 2,4 %, ABŞ – 2,4 % (1998) kimi ölkələrdədir. İl-

də orta hesabla 3,0 mlrd. ton neft çıxarılır. Xəzər dəniz

ərazisində olan neft ehtiyatı cəmi ehtiyatların 3-4 faizin-

dən artıq deyildir. Dünya üzrə neft və qaz çıxarılmasının

40 %-ə qədəri (OPEK) neft ixrac edən ölkələrin payına

düşür. Hazırda bura daxildir: Əlcəzair, Qatar, Venesu-

ela, Küveyt, Qabon, Liviya, İndoneziya, Nigeriya, İraq,

Səudiyyə Ərəbistanı, İran, BƏƏ. Bu təşkilat 1960-cı il-

də yaranmışdır (İqamətgahı Vyanadır).

Kəşf edilmiş qaz ehtiyatı 144 trln. kub metr (1998) təşkil edir. Ən çox qaz ehtiyatı aşağıdakı ölkələr-

dədir: Rusiya – 39,2%, Qərbi Asiya – 32, Şimali Afrika

– 6,9%, Latın Amerikası – 5,1 %, Şimali Amerika –

4,9%, Qərbi Avropa – 3,8%. 1998-ci ilin əvvəlinə qaz

ehtiyatının həcmi Rusiyada 47600 mlrd. m3, İranda

21200, ABŞ da 4654, Əlcəzairdə 3424, Türkmənistanda

2650, Norveçdə 3800, Qazaxıstanda 1670, Niderlandda

1668, Liviyada 1212, Böyük Britaniyada 574 mlrd. m3

təşkil edir. Hazırda ildə 2,2 trln. m3 qaz çıxarılır. Demə-

li, təbii qaz ehtiyatı 71 ilə kifayət edə bilər. Hidroener-

getika mineral ehtiyatları faydalı qazıntı hesab edilməsə

də böyük təbii sərvət olmaqla təbii yanacaq ehtiyatları

ilə bir sırada dayanır. Dünya üzrə hidroenergetika ehti-

yatı 7,7-9,8 trln. kvt. saatdır.

Kəşf edilmiş dəmir filizi 260, proqnoz üzrə isə

600 mlrd. tona bərabərdir. Ən çox dəmir filizi yataq-

ları Braziliya, Avstraliya, Kanada, Rusiya, Çin, ABŞ,

Hindistan və İsveçrədir. Ildə 0,9-1 mlrd. ton dəmir filizi

çıxarılır. Bu xammalın ehtiyatı 250 ilə kifayət edər. Əl-

Page 104: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

104

van metal istehsalında istifadə edilən xammallardan

boksitlər əsas yeri tuturlar. Boksitlərin ehtiyatı proqnoza

görə 50 mlrd. ton, o cümlədən, kəşf olunmuşu 20 mlrd.

tondur. Ən böyük boksit yataqları Avstraliya, Qvineya,

Braziliya, Venesuelada və Yamaykadadır. Boksit çıxarıl-

ması ildə 800 mln. ton təşkil edir. Mis filizinin geoloji

ehtiyatları 860 mln. ton təşkil edir. Mis filizinin geoloji

ehtiyatları 860 mln. ton kəşfi məlum olan isə 450 mln.

tona bərabərdir (əsasən Hindistan, Zimbabve, Zambiya,

Konqo, ABŞ, Rusiya, Kanada nəzərdə tutulur). İldə 8

mln. ton çıxarılır.

2. Mineral sərvətlərin istifadəsi və mühafizəsi

Yerin təkindən çıxan faydalı qazıntıları mineral

ehtiyatlar adlandırırlar. Müasir təsərrüfatda mine-

ral yanacağın və xammalın təxminən 200 növündən

istifadə olunur. Onların müxtəlif təsnifatı ola bilər. Eh-

tiyatların texniki istifadəsi əsasında aparılan təsnifat da-

ha geniş yayılıb. Bu zaman onları yanacaq, metal, tex-

niki ehtiyatları və tikinti materiallarını ayırırlar. Gene-

tik təsnifatdan da istifadə edirlər. Onun əsasını yaş və

yaranma xüsusiyyətləri təşkil edir. Bu zaman adətən

kembri, aşağı paleozoy, mezozoy və kaynozoy geoloji

dövrlərini ayırırlar. Mineral yanacaq və xammalın dün-

ya ehtiyatları Dünya Enerji Şurasının (əvvəllər bu təşki-

lat “Dünya Enerji konfransı”) sessiyalarında, eləcə də

dağ, geologiya, neft qaz və digər konqreslərdə qiymət-

ləndirilir. Yanacaq ehtiyatları daha böyük maraq doğu-

rur. Onlar iki kateqoriya üzrə qiymətləndirilir – ümu-

Page 105: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

105

migeoloji və tədqiq edilmiş (səhih, sübut və təsdiq olun-

muş) yanacaq mənbələri üzrə. Bu mənbələr Yer kürəsin-

də qeyri-bərabər yerləşir. Məsələn, ötən əsrin 90-cı illə-

rinin sonunda aparılan qiymətləndirməyə görə, bu ehti-

yatların ölçüsünə görə birinci və ikinci yerlər MDB və

Asiya – Avstraliya regionları arasında bölünür. Üçüncü

yerdə Şimali Amerikadır. Sonrakı yerdə isə Yaxın və

Orta Şərq ölkələri, Avropa, Afrika və Latın Amerikası

gedir. Təbii ki ayrı- ayrı regionlar öz yanacaq ehtiyatla-

rının strukturuna görə bir birindən fərqlənirlər. Daş kö-

mür Yerin təkində çox geniş yayılmış təbii sərvətdir.

Hazırda dünyada 3,6 min daş kömür hövzəsi və yatağı

məlumdur ki, bu yerin quru hissəsinin 15% təşkil edir.

Daş kömür ehtiyatlarının ümumi və kəşf edilmiş həcmi

neft və təbii qazın həcmindən xeyli çoxdur. Neft Yerin

təkində daş kömürə nisbətən daha çox yayılıb. İndiyə-

dək geoloqlar 600-dək neft və qaz hövzəsi aşkar ediblər

və onların 400-nü tədqiq etməyə nail olublar. Nəticədə

real olaraq müxtəlif hesablamalara əsasən, dünyanın 15

milyon kub km.–dən 50 milyon kub.-dək bir ərazisi

neft (və təbii qaz) perspektivli sayılır. Bununla yanaşı

qeyd etmək lazımdır ki, dünyanın neft ehtiyatları daş

kömür ehtiyatlarından xeyli azdır.

Təbii qaz təbiətdə sərbəst şəkildə mövcuddur. Tə-

bii qaza qaz yataqları və mədənlərində eləcə də neft ya-

taqları üzərində “qaz papaq”(yanaşı qaz) şəklində rast

gəlmək olar. Qaz istehsalında neft və daş kömür mədən-

lərində olan qazdan da geniş istifadə edilir.

Page 106: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

106

Cədvəl 4.

Dünyanın yanacaq sənayesi

Mineral ehtiyatlar

Sahənin

adı Coğrafi bölgüsü Əsas hasilat əraziləri

Neft Ümumi ehtiyatların 4/5-dən

çoxu və hasilatın ½-i inkişaf

etmiş ölkələrin payına dü-

şür.

Fars körfəzi, Qərbi Sibir,

Meksika körfəzi, Karib

hövzəsi.

Qaz Başlıca olaraq inkişaf etmiş

ölkələrdə cəmləşib və inki-

şaf etməkdə olan ölkələrdə

də hasilat artır.

Qərbi Sibir, Şimali Afrika,

Şimali Amerika, Şimal də-

niz hövzəsi

Kömür Ehtiyatların və hasilatın bö-

yük hissəsi inkişaf etmiş öl-

kələrdədir.

Şərqi Sibir, Çin, Hindistan,

Şimal-Şərqi ABŞ, Qərbi

Avropa

Dünyanın elektroenergetikası

Elektrik enerjisinin aparıcı

istehsalçıları

Hər nəfərə daha çox elektrik

enerjisinin istehsalı

ABŞ, Rusiya, Yaponiya, Çin, Al-

maniya, Fransa, Kanada

Norveç, Kanada, İsveç, ABŞ,

Finlandiya, Fransa

Elektrik enerjisinin istehsalının strukturu

Çox hissəsi İES-lə Çox hissəsi

SES-lə Çox hissəsi AES-lə

Niderland (97%)

Polşa,

CAR,

Çin,

Meksika

Norveç (99%)

Braziliya

Kanada

Efiopiya

Kolumbiya

Fransa (72%),

Belçika,

Cənubi Koreya,

İsveç,

İsveçrə

Uran yer təkində çox geniş yayılıb. Amma məsələ

ondadır ki, iqtisadi cəhətdən tərkibində ən azı 0,1% fay-

dalı komponent olan yataqların mənimsənilməsi faydalı-

dır. Bu zaman 1kq uran konsentratının alınması 80 dol-

lardan da aşağı başa gəlir. Atom enerjisi üzrə beynəl-

Page 107: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

107

xalq agentliyin məlumatına görə, ötən əsrin 90-cı illərin-

də bu qiymətə çıxarılması mümkün olan aşkar edilmiş

(təsdiq olunmuş) uran ehtiyatı 2,3 milyon ton qiymət-

ləndirilib. Onlar dünyanın 44 ölkəsinin 600-dək yatağın-

da toplanıb. Avstraliya aşkar edilmiş uran ehtiyatlarına

görə dünyada birinci yeri tutur. İkinci yerdə kiçik fərqlə

Qazaxıstan gəlir. Üçüncü yer Kanadaya məxsusdur. Bu

üç ölkənin payına dünyanın uran ehtiyatlarının 45% dü-

şür. Onlardan əlavə aşkar edilmiş uran ehtiyatlarına görə

birinci onluğa aşağıdakı ölkələr də daxildir. (azalmaya

doğru) Cənubi Afrika Respublikası, Braziliya, Namibi-

ya, ABŞ, Niger, Rusiya və Özbəkistan. Keçid iqtisadiy-

yatlı ölkələrdən Rusiya, Çin, Qazaxıstan və Ukrayna

mineral yanacaq və xammalla daha zəngindirlər. Azər-

baycanda çoxlu sayda mineral sular mövcuddur: Naxçı-

vanda – Sirab, Badamlı, Darıdağ, Vayxır; Kəlbəcərdə -

İstisu; Şuşada – Turşsu və Şirlan; Dəvəçidə - Qalaaltı və

s. Respublikada zəngin aqroiqlim ehtiyatları var ki, dü-

zən ərazilərdə ildə 2 dəfə məhsul yığmağa, pambıq, zey-

tun, çay, sitrus meyvələri kimi istiyə tələbkar bitkilər

yetişdirməyə imkan verir. Abşeronda, Kür-Araz, Samur-

Dəvəçi, Lənkəran ovalıqlarında, Qanıx-Əyriçay çökəkli-

yində fəal temperaturların 40000 C-dən yüksək olması

bitkiçiliyin inkişafına müsbət təsir göstərir. Əlverişli

torpaq-iqlim şəraitində kənd təsərrüfat məhsullarının

keyfiyyəti artır, meyvələrdə şəkərin səviyyəsi qalxır.

Mineral sərvətlərin istifadəsi və mühafizəsi iqtisa-

di inkişafın əsas şərti olmaqla müvafiq qanunlarla tən-

zimlənir.

Page 108: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

108

3. Su ehtiyatları

Su olduqca qiymətli sərvətdir. O, üzvi həyatı təşkil

edən maddələr mübadiləsi proseslərində çox mühüm rol

oynayır. Suyun sənayedə və kənd təsərrüfatı istehsalın-

da böyük əhəmiyyəti vardır.Bütün canlı orqanizmlərin

tərkibinə su daxil olur.İnsan orqanizminin ümümi kütlə-

sinin 2/3–si,qanın 80% -i sudan təşkil olunmuşdur.Su

olmadıqda həyat da dayanır.Su təbiətdə dövran edərək

Yer səthinin formalaşmasında iştirak edir. Planetimizdə

içməli su həyatın əsasını təşkil edir.

Cəmi su ehtiyatı 1386 mln. km3-dir. Su ehtiyatı-

nın 95,5%-i duzlu sudur, yalnız 2,5% içməli sudur. İçməli suyun əsasını çaylar təşkil edir – 47 min km

3.

Bunun da 50%-i ancaq istifadə edilir. Cəmi istifadə edi-

lən suyun 69%-i kənd təsərrüfatının, 21%-i sənaye sahə-

lərinin, 6%-i kommunal təsərrüfatı və su anbarlarının

payına düşür. Su ehtiyatlarından istifadə edilməsi səviy-

yəsi Misirdə 97,1%, İsraildə 84,4%, Ukraynada 40%,

İtaliyada 33,7%, Almaniyada 27,1%, Polşada 21,9%,

ABŞ-da 18,9%, Türkiyədə 17,3 %, Rusiyada 2,7%-dir.

Dünyanın müxtəlif regionlarında su ehtiyatların-

dan istifadə növü olduqca müxtəlifdir. Sudan ən çox

kənd təsərrüfatında istifadə olunur. Hazırda dünyada

250 mln. hektara yaxın kənd təsərrüfatı bitkilərı və bağ-

lar, plantasiyalar suvarılır.

Azərbaycan su ehtiyatları ilə zəif təmin olunub. Su

çatışmazlığı dağlıq ərazilərdə bir o qədər hiss edilməsə

də, düzən ərazilərdə kifayət qədər problem yaradır. Su

probleminin həlli müxtəlif yollarla həyata keçirilir. Bura

Page 109: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

109

sudan səmərəli istifadə, qapalı su dövriyyəsinə malik is-

tehsala keçid, Xəzər suyunun şirinləşdirilməsi, yeraltı

sulardan geniş istifadə, suvarma kanallarının təkmilləş-

dirilməsi və s. daxildir. Çaylarımızın hidroenerji ehtiyatı

37 mlrd. kvt. təşkil edir ki, bu da Qafqazda Gürcüstan-

dan sonra 2-ci yerdir.

Respublikamız mühüm əhəmiyyətə malik torpaq

ehtiyatları ilə zəif təmin olunub. Təminatlılıq adambaşı-

na 0,59 ha təşkil edir (əkin yeri isə adambaşına 0,22 ha

təşkil edir). Lakin, bu rəqəmlər sabit deyil və hər il əha-

linin artması, sənaye obyektlərinin çoxalması və nəqliy-

yatın inkişafı ilə bağlı kiçilir.

Respublika ərazisinin cəmi 11 %-i meşələrlə örtü-

lüb ki, bu da çox aşağı göstəricidir. Buna görə də meşə-

lərimizin sənaye əhəmiyyəti azdır, əsasən torpaq və su

qoruyucu, əczaçılıq, sanitariya, rekreasiya əhəmiyyətinə

malikdir. Meşələrin əksəriyyəti dağlıq ərazilərdir. Son

illərdə meşələrin qorunması ilə bağlı görülən tədbirlər

bütün növ ağacların, o cümlədən, relikt və endemik bit-

kilərin bərpasına və artırılmasına imkan verir. Azərbaycan, bioloji ehtiyatların mühüm tərkib his-

səsi sayılan rəngarəng heyvanat aləminə malikdir. Bura Xəzərin, çaylarımızın, su anbarlarımızın balıq ehtiyatla-rı, əsasən dağlıq ərazilərdə yayılan müxtəlif növ hey-vanlar, düzən ərazilərdə yayılan sürünənlər (xüsusilə, çox qiymətli zəhəri olan Qafqaz gürzəsi), çoxlu sayda quşlar və s. daxildir.

Respublikamız zəngin rekreasiya ehtiyatlarına da malikdir. Bura həm təbii rekreasiya ehtiyatları (Böyük və Kiçik Qafqazda, Talış dağlarında dağ meşələri, Xə-

Page 110: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

110

zərsahili narın qumlu çimərliklər, mineral bulaqlar), həm də mədəni-tarixi diqqətəlayiq obyektlər (İçərişəhər, Qobustanın qədim qaya rəsmləri, müxtəlif rayonlarımız-dakı qalalar, arxeoloji abidələr və s.) daxildir. Bu ehti-yatlar turizmin inkişafına imkan yaradır.

Abşerondakı göllərin müalicəvi palçıqları və sula-rı, Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağarala-rı Respublikamızın balneoloji ehtiyatlarına aiddir. Yu-xarıda sadalanan zəngin ehtiyatlar və çox əlverişli təbii şərait, yaxın gələcəkdə respublikamızın güclü inkişaf et-miş dövlətə çevrilməsinə imkan yaradır.

İndi atmosferdə, keçən 650 000 ildəkindən daha çox CO2 var. Yerin iqlim tarixinin tədqiqatları göstərir ki, hətta CO2 səviyyələrində baş verən xırda dəyişiklik-lər belə, ümumi olaraq, qlobal orta hərarətdə əhəmiyyət-li dəyişikliklər əmələ gəlmişdir. Alimlər gözləyir ki, is-tixana qazı çirklənməsini azaltmaq üçün səmərəli siya-sətin olmadığı halda, qlobal orta hərarət 2100-cü ilə ki-mi daha 2.0 Farenhayt şkalası üzrə artaraq 11.5 dərəcə Farenhayta çatacaq. Hətta əgər hərarət dəyişikliyi veri-lən proqnozların kiçik hissəsi qədər olsa belə, iqlimdə baş verən dəyişikliklərin ciddi olacağı gözlənilir: daha güclü tufanlar, quraqlıqlar, dənizlərin səviyyəsinin art-ması nəticəsində aşınmaya (eroziya) məruz qalan sahil-boyu ərazilər arta bilər. Verilən proqnozlar özünü tam doğruldarsa, onda dünya qəfil və qarşısı alınmaz fəla-kətlərlə üz-üzə qala bilər. 2050-ci ildə 2 mlrd. insan su-suz qala bilər.

İsveçin paytaxtı Stokholmda “Dünya su həftəsi fo-rumu”nda təqdim edilən, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan “İqlim dəyişiklikləri və

Page 111: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

111

su” mövzusunda hesabatına görə, dünyadakı iqlim dəyi-şiklikləri su qaynaqlarına da təsir edir. Hesabata görə, 2050-ci ildə dünyada iki milyard insan sudan məhrum olacağı gözlənilir və 30 il sonra da 3 mlrd. insan istifadə edə biləcəyi su ehtiyatlarını itirə bilər.

Dünya Su Həftəsi forumuna təqdim edilən BMT hesabatını tanıdan Hollandiyalı səlahiyyətli Michael Van deyər Valk, iqlim dəyişikliklərinin su qaynaqlarına təsir etdiyini bildirdi. Məqsədi, dünyada su mövzusunda yaranan vəziyyətin ciddiliyini qərarverici səlahiyyətləri olan siyasətçilərə daha detallı göstərmək və həll axtarış-larını sürətləndirmək olduğunu əsaslandırdı. Michael Van deyər Valk, yağmurlar azalmasıyla bir çox ölkədə su ehtiyatlarının quruduğunu izah etdi. Hesabata görə, dünya əhalisi ilə birlikdə əkinçilik və sənaye istehsalı artır, dünyanın iqtisadiyyatı böyüyür, ancaq su qaynaq-ları sürətlə tükənir.

Dünya əhalisinin yüzdən 20 %-ni təşkil edən 30 ölkə su çətinliyi ilə qarşı-qarşıya durur. 2025-ci ildə isə bu ölkələrin sayı 50-yə çatacaq və dünya əhalisinin yüz-də 25-i su çətinliyi ilə üz-üzə gələ bilər.

Dünyada 1950-ci illərə görə su ehtiyatları yüzdə 15 ilə 30 nisbətində azalmışdır. Bununla yanaşı 2050-ci ildə su ehtiyatı bu günkindən yüzdə 50 çox olacaq. İq-lim dəyişiklikləri su ehtiyatlarına da təsir etdiyi üçün, dəyişikliklər qlobal böhrana səbəb olacaq. Forumda təq-dim edilən bildirilərə görə, Şimali Avropa ölkələrindəki adambaşı su istehlakı, digər Avropa ölkələrindən iki də-fə artıqdır. Inkişaf etməkdə olan ölkələrdə isə su istehla-kı çox aşağıdır.

Page 112: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

112

Cədvəl 5. Dünyanın ən az və ən çox bərpa olunan

su ehtiyatı olan ölkələr (min m

3)

Ölkə Su ehtiyatı Ölkə Su ehtiyatı

Hindistan Çin ABŞ Pakistan İran Meksika Türkiyə

558,1 546,0 223,9 182,3 76,5 63,2 52,2

Küveyt Maldiv Malta Bəhreyn Barbados Katar BƏƏ

0,02 0,03 0,07 0,1 0,1 0,1 0,2

Dünyanın ən az suvarılan ərazisi Vatikan, Botsva-

na, Bruney, Qambiya, Konqo, Malta və s. ən çox suvarı-lan ərazisi olan ölkə Braziliya, Rusiya, Kanada, ABŞ, İndoneziya, Çin və s. ölkələrdir. Hər nəfərə ən çox şirin su düşən ölkələr Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qayana, Macarıstan, Qırğızıstan və s. Ən az Konqo, MAR, Maldiv, Uqanda, Komor və s. ölkələrdir.

Məlumatlara görə, inkişaf etmiş bir ölkədə doğu-

lan uşaq, inkişaf etməkdə olan bir ölkədə doğulan uşağa

görə yüzdə 30-dan çox su xərcləyir. Dünyada hal-hazır-

da olan suyun yüzdə 97,5-i duzlu sulardan meydana gə-

lir. Şirin suyun nisbəti isə yalnız yüzdə 2,5 %-dir. Şirin

suyun yüzdə 70 %-i qütblərdə donmuş halda, yüzdə 30-

u isə yer altındadır. Ümumiyyətlə, xəstəliklərin yüzdə

88 %-i təmiz olmayan içməli sudan və qeyri-kafi gigiye-

nik şərtlərdən qaynaqlanır. Bu da inkişaf etməkdə olan

ölkələrdə ildə 5 mlrd. gün iş itkisi mənasını verir.

Page 113: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

113

Məlumatlara görə, ABŞ-da qidaların yüzdə 30-u

zibilə atılır. Bu 40 trilyon litr su, yəni 500 mln. insanın

su ehtiyacı mənasını verir. Inkişaf etməkdə olan ölkələr-

də sənaye tullantılarının yüzdə 70-i suya qarışır. Ayrıca

Asiyadakı bütün çaylar Avropada isə 5 çay da buna aid-

dir. Stokholm Su İnstitutunun dəstəyi ilə 1991-ci ildən

bu yana təşkil edilən Dünya Su Həftəsi Forumuna 140 öl-

kədən 2000 araşdırmaçı, sənayeçi və siyasətçi qatılır. Fo-

rumda, iştirakçılar daha təmiz və sağlam ətraf mühit üçün

əməkdaşlığı ön planda tutur və dəyişən iqlim şəraitində

daha təmiz bir dünya ilə birlikdə həddindən artıq su isti-

fadəsinin qarşısını alma yönlü tədbirlər təşkil olunur.

Torpaq kimi su da insan cəmiyyətinin yaşaması və

fəaliyyət göstərməsi üçün ilkin şərtdir. Su heç şey ilə

əvəz edilə bilməyən sərvətdir. Okean və dəniz suları ər-

zaq və xammal mənbəyidir. Onlar böyük mineral və

kimyəvi sərvətlərə, heyvan və bitki aləminə, tükənməz

istilik və enerji mənbələrinə malikdir. Hesablamalar

göstərir ki, okean sularında 30 milyard ton biokütlə var-

dır. Bunun əsasını balıqlar, iri dəniz heyvanları, yosun-

lar və s. təşkil edir. Bu təbii ehtiyat 30-40 milyard adamı

qida ilə təmin edə bilər. Okean bitkilərinin yaratdığı zü-

lalın miqdarı qurudakından 4-5 dəfə çoxdur. Dəniz və

okean sularında 60-a qədər kimyəvi element vardır. Bu-

rada 8-10 mln. ton qızıl, 164 milyon ton gümüş, 800

mln. ton molibden, 80 mln. ton nadir elementlər, 80-100

mln. ton brom və s. olması güman edilir. (V.N. Stepa-

nov). Su insanların, heyvanların və bitkilərin həyat fəa-

liyyəti və məhsuldarlığı üçün başlıca amillərdən biridir.

Page 114: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

114

Su buxarı günəş şüaları üçün süzgəc rolunu oynayır,

bitkilərin fotosintezində iştirak edir, havanı oksigenlə

zənginləşdirir, orqanizmlər üçün karbohidratlar yaradır.

Bütün bu keyfiyyətləri nəzərə alaraq dünyanın qabaqcıl

ölkələri şirin su ehtiyatlarının BMT-da uçota alınması

və mühafizə olunmasına böyük əhəmiyyət verirlər. La-

kin son illərdə su ehtiyatlarından lazımınca düzgün isti-

fadə olunmaması üzündən şirin su mənbələri, okeanlar,

dənizlər, baş su tutarları bu və ya digər dərəcədə çirklə-

nirlər ki, bunun da nəticəsində artıq təbiətdə ekoloji təh-

lükə yaranır.

4.Torpaq ehtiyatları

Yer kürəsinin səthi 510 mln. kv. km təşkil edir.

Bunun 149 mln. kv. km (və ya 14,9 mld hektar) quru

sahə, 361 mln. kv. km isə dəniz və dəryalardır. Ümu-

mi quru sahədən Arktika və Antarktikanın buzlu sahələ-

rini çıxdıqdan sonra qalan torpaq sahəsi 134 mln. kv km

təşkil edir. Torpaq sahəsinin 11%-i becərilən torpaq,

23%-i çəmənlik və biçənəklər, 33 %-i az məhsuldar

torpaqlar, 3%-i yaşayış məntəqələri, sənaye zonası,

nəqliyyat xətləri və s. ibarətdir. Hazırda cəmi kənd tə-

sərrüfatına yararlı torpaq sahəsi 48,1 mln. kv km-dir

(4810 mln. ha). Bunun da 1340 mln. ha becərilən (əkin)

torpaq sahəsi, 3365 mln. ha isə çəmənlik və otlaqlardan

ibarətdir.

Page 115: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

115

Cədvəl 6.

Dünyanın ən böyük ərazisi olan ölkələr

s/n Ölkə Ərazisinin ümumi sahəsi,

min km2

1. Rusiya 17098

2. Kanada 9985

3. ABŞ 9827

4. Çin 9597

5. Braziliya 8515

6. Avstraliya 7741

7. Hindistan 3287

8. Argentina 2780

9. Qazaxıstan 2725

10. Sudan 2506

Cəmi torpaq fondunda əkinə yararlı sahənin xüsusi

çəkisi Hindistanda 57,1%, Polşada 46,9%, İtaliyada

40,3%, Fransada 35,3%, Almaniyada 33,9%, ABŞ-da

19,6%, Çində 10,3%, Rusiyada 7,8%, Avstraliyada 6%,

Kanadada 4,9%, Misirdə 2,8%-dir. Azərbaycanın ümu-

mi torpaq sahəsi 8700 mln. hektardır. Bundan 4 mln.

hektarı kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Bu-

nun da 32 %-i əkin yeridir, 2 mln. ha otlaqlardır. Dün-

yada ildə orta hesabla 6-7 mln. hektar kənd təsərrüfatına

yararlı torpaq sahəsi eroziyaya uğrayır. 1,5 mln. hekta-

radək şorlaşmaya məruz qalıb. Sənaye və nəqliyyat ti-

kintisi altında da xeyli torpaq qalaraq kənd təsərrüfatı

dövriyyəsindən çıxır. Dünya üzrə olan meşə örtüyü 40,1

mln. km2-dir. Bunun 8,1 mln. km

2-i Braziliyanın, 2,6

mln.km2-i Kanadanın, 2,0 mln. km

2-i isə ABŞ ərazisin-

dədir. Son 200 ildə meşə sahəsi 2 dəfə azalmışdır.

Page 116: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

116

Azərbaycan Respublikası çox əlverişli təbii şəraitə

və zəngin təbii ehtiyatlara malik ölkədir. Qarlı zirvəli,

yüksək dağlar, məhsuldar torpaqlı dağətəyi zonalar, ge-

niş düzənliklər, okean səviyyəsindən aşağı ovalıqlar

Respublikamızın əsas relyef formalarıdır. Belə mürəkkəb

relyef quruluşu təbii şəraitin – iqlimin, torpaq-bitki örtü-

yünün, su ehtiyatlarının müxtəlifliyinə səbəb olmuşdur.

Bu isə öz növbəsində əhalinin və təsərrüfat sahələrinin

ərazi üzrə qeyri-bərabər yerləşməsinə, istehsalın müxtəlif

növlər üzrə ixtisaslaşmasına gətirib çıxarmışdır.

“Torpaq islahatı haqqında” Azərbaycan Res-

publikasının qanunda torpağın mülkiyyətçilərlə, fiziki

şəxslərə verilməsi, onun qorunması, istifadə olunma

qaydaları, çirklənməsinin qarşısının alınması öz əksini

tapmışdır. Bu qanunda həmçinin, torpaq üzərində nəza-

rət, kənd təsərrüfatı, şəhər, qəsəbə torpaqlarından istifa-

də, torpağın, meşə, su fondu, torpaq ehtiyatları, mübahi-

səli məsələlərin həlli, torpaq qanunçuluğunun pozulma-

sına görə məsuliyyət və s. göstərilmişdir. Təbiətin mü-

hafizəsinə aid əksər qanunlarda torpaqların mühafizəsi

məsələləri öz əksini tapır. Çünki torpaq bütün sərvətlə-

rin mənbəyidir. İnsanların istehlak və istifadə etdiyi hər

şey torpaqda yetişdirilir və becərilir. Ona görə də təbii

ehtiyatların qorunması məsələlərində, onlardan səmərəli

istifadə olunmasına birinci dərəcəli əhəmiyyət verilir. İstehsalın intensiv inkişafının təmin edildiyi hazırkı

şəraitdə təbiətin qorunmasına dair kompleks tədbirlərin hazırlanması, onun xüsusi ardıcıllıqla, planlı qaydada həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, torpaqlardan, meşələrdən, bitki örtüyündən, sudan, at-

Page 117: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

117

mosferdən və s. planlı qaydada istifadə onun zərərli maddələrlə çirklənməsinin qarşısını alır, məhsul yığı-mında yüksək və keyfiyyətli məhsul alınmasına şərait yaradır.

Təbiət insan cəmiyyətinin yaşaması və fəaliyyət

göstərməsi üçün əvəzedilməz vasitədir. Təbiət insansız

da mövcuddur və onsuz yaşaya bilər, lakin, insan təbiət-

siz yaşaya bilməz. Təbiətin qorunması bütün dövlətlə-

rin, millətlərin, xalqların işidir. Son onilliklər ərzində

Azərbaycan Respublikasında təbiətin qorunmasına, təbii

ehtiyatlardan səmərəli istifadə olunmasına dair bir sıra

qanun və qərarlar qəbul olunmuş, tövsiyələr hazırlana-

raq tətbiq edilmişdir. Həmçinin, Respublikada meşə

massivlərinin, torpaq, su hövzələrinin qorunması, ondan

istifadənin yaxşılaşdırılmasına dair müəyyən işlər görül-

müşdür. Lakin, buna baxmayaraq Respublikada torpaq

sahələrinin 70 %-dən çoxu bu və ya digər dərəcədə ero-

ziyaya uğramış və meşə massivləri sıradan çıxmış, su

hövzələri, hava çirklənmiş, ekoloji tarazlıq pozulmuş-

dur. Respublikanın müstəqillik qazanması, öz sərvətləri-

nin sahibi olması, onun qorunması məsələlərinə daha

böyük qayğı ilə yanaşmağı tələb edir. Ona görə də son

10 ildə təbiətin mühafizəsi sahəsində daha ciddi tədbir-

lər işlənmiş və həyata keçirilməsi tövsiyə olunmuşdur.

Xəzər, Abşeron problemlərinin həllinə xarici dövlətləri-

nin cəlb olunması bu sahədə müvəffəqiyyətlərə ümidlə

yanaşmağa imkan verir. Təbiətin qorunmasında komp-

leks və yerli mühafizə tədbirlərindən istifadə olunur.

Kompleks mühafizə dedikdə müxtəlif tədbirlərin

mərkəzləşdirilməsi nəzərdə tutulur. Bu zaman müha-

Page 118: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

118

fizə sahəsində toplanmış bütün təcrübələrdən istifadə

edilir.

Yerli mühafizə isə baş verə biləcək hər-hansı bir hadisənin qabaqcadan qarşısını almaq məqsədi daşıyır.

Son illərə qədər təbiətin mühafizə məsələləri ilə müxtəlif nazirliklər, təşkilatlar və baş idarələr məşğul olurdular. Hazırda təbiətin mühafizəsi məsələləri Ekolo-giya və Təbii Sərvətlər Nazirliyində cəmləşmişdir. La-kin, bununla yanaşı təbiətin mühafizə məsələsi şirkətlə-rin və başqa təşkilatların diqqət mərkəzində saxlanılır. Təbiəti mühafizə üzrə bu Nazirliyin nəzdində yaradılmış standartlaşma idarəsi havanın, torpağın, suyun, təbii komplekslərin standart göstəricilərini təsdiq edir və işlə-yir. Bu göstəriciləri təbii mühitə nəzarət edən bütün müəssisələr (laboratoriyalar, stansiyalar və s.) götürür və öz nəticələri ilə müqayisə edirlər. Şəhər və rayon-larda suyun və havanın təmizliyinə sanitariya-epidemio-loji stansiyalar nəzarət edir. Hazırda sənaye müəssisə-lərində yaradılmış xüsusi laboratoriyalar fabrik və za-vodlardan xaric olunan tullantılara nəzarət edir, havanın və suyun mühafizəsi üzrə tədbirlər planı və proqnozlar hazırlayır. Müvafiq elmi-tədqiqat institutlarında, ali məktəblərdə təbiətin mühafizəsi üzrə elmi-tədqiqat işləri aparılır. Alimlər ətraf mühitin insana zərərli təsirinin op-timal səviyyəsinin elmi əsaslarını müəyyənləşdirmiş, yüzlərlə müxtəlif maddənin ətraf mühitə toplanmasını maksimum yol verilən normalarını, qatılıq həddinin mümkünlüyünü müəyyən etmişlər (QHM).

Təbiətin qorunmasının böyük dövlət əhəmiyyəti vardır. Belə ki, kənd təsərrüfatının inkişafı, əhalinin get-

Page 119: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

119

dikcə artan maddi, mədəni və estetik tələblərinin təmin olunması, insanların istirahətinə yaxşı şərait yaratmaq məqsədilə təbii sərvətlərdən (torpaq, faydalı qazıntılar, su, bitki və heyvanlar aləmindən təbiətin və insan əmə-yinin abidələrindən) planlı surətdə istifadə edilməli və təbii ehtiyatlar qayğı ilə qorunmalıdır.

Son illərdə Azərbaycan hökuməti tərəfindən bu is-tiqamətdə qərarlar qəbul olunmuş, onun icra mexanizmi işlənib hazırlanmışdır. Həmçinin, Respublikada təbiətin qorunması tədbirlərinin həyata keçirilməsinə nəzarəti gücləndirmək, təbii mühitin vəziyyətini yaxşılaşdırmaq, tullantıların təbii mühitə və əhalinin sağlamlığına zərərli təsirini aradan qaldırmaq məqsədilə təşkilati-texniki təd-birlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuş-dur. Eyni zamanda sənaye müəssisələri və qurğuları, di-gər kənd təsərrüfatı obyektləri tikintisi və yenidən qu-rulması layihələrinə xarici investisiyaların cəlb olunma-sı, ekoloji tələblərə əməl edilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Bu tədbirlər, bazar iqtisadiyyatı şə-raitində Respublikada təbiətin qorunmasına, onun sər-vətlərindən xalqın xeyrinə səmərəli istifadə olunmasına şərait yarada bilər.

5. Meşə ehtiyatları

İnsan həyata qədəm qoyduqdan sonra ilk dəfə istifadə etdiyi təbii ehtiyatlardan biri meşə olmuş-dur. Əkinçiliyin keçmiş inkişaf tarixi meşələrin məhv edilməsi tarixi ilə bağlıdır. Sərvətlər içərisində meşə sər-vətləri mühüm yer tutmaqla, xalq təsərrüfatında və in-sanların həyatında mühüm əhəmiyyət kəsb edir. Meşə-

lər havanın təmizlənməsində, torpağın eroziyadan

Page 120: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

120

qorunmasında, yağış və qar sularının torpaqda top-lanmasına kömək edir. Dünyanın yer səthinin 1/3-i

meşələr təşkil edir. Coğrafiyaçıların məlumatına görə 1990-cı ildə

Qərbi Avropanın 70%-i meşə ilə örtülü olmuşdur, hazır-da isə bu rəqəm 25%-dir.

Cədvəl 7. Dünyada meşələrin yerləşməsi aşağıdakı kimi

olmuşdur

Ərazilər Meşə sahəsi

(mln ha)

Bütöv meşə örtüyü

(mln ha)

Adambaşına (ha)

Ərazinin meşəliyi

%

Oduncaq ehtiyatı mlrd m3

MDB 940 755 2,2 35 84

Avropa 195 150 0,3 27 19

Asiya 660 500 0,2 19 55

Afrika 1140 545 0,9 18 56

Şimali Amerika 750 455 1,7 25 53

Cənubi Amerika 1260 970 2,2 48 110

Avstraliya və Okeaniya 180 70 0,5 9 7

Dünya üzrə 5125 3445 0,6 27 348

Yer kürəsində qarışıq və sıx yarpaqlı meşələrin sa-

həsi 50-60%-dən də artıq, Aralıq dənizi kserofil tipli meşələr 80%,musson meşələri isə 90%- dan da çox azalmışdı. Dünyada tropik meşələrin dəqiqədə 20 ha-ı məhv olur. Meşələrin qorunması üçün həyəcan təbili ça-lınır: oksigen, torpağın əmələ gəlməsi, su rejiminin ni-zamlanması üçün ciddi tədbirlər həyata keçirilməsi va-cibliyi ön plana çəkilir.

Azərbaycanda 1 mln ha meşə sahəsi vardır (11%). Hər il 30-32 min m

3 oduncaq qırılır. Hazırda dünyada

Page 121: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

121

5,1 mld ha meşə sahəsi vardır. Meşələrin qırılması ilə su rejimi dəyişir, səthi axım

artır. Bu isə çox vaxt ərazinin bataqlıqlaşmasına ,ot ör-tüyünün dəyişməsinə səbəb olur.

Meşə ehtiyatları və ondan istifadə Azərbaycan Respublikası “Meşə Məcəlləsi” haqqında qanunla (31.XII.1997-ci il) tənzimlənir. Meşə fondunun müha-fizəsi dövlət tərəfindən həyata keçirilir.

Bu məqsədlə aşağıdakı tədbirlər görülür: - meşə fondunun vəziyyətinə, istifadəsinə, müha-

fizəsinə, qorunmasına, meşələrin bərpasına nəzarətin təşkili;

- meşə fondundan istifadə edilməsi, onun mühafi-zəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;

- təqsirkar fiziki və hüquqi şəxslərin qanunverici-liklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edil-məsi;

- meşə fonduna zərər vuran təsərrüfat və başqa fəa-liyyət növlərinin məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi.

6. Bioloji ehtiyatlar və onların mühafizəsi

Bioloji ehtiyatlar təbii bitki və heyvanat aləmini əhatə edir. Bunlar insanın maddi tələbatını ödəmək im-kanına malik ehtiyatlardır.

Bioloji ehtiyatlar təbii bitki – meşələr, biçənək-lər, dərman bitkiləri, meyvələr, yabanı bitkilər, oke-anlardakı bitkilər, heyvanlar - insan tələbatını ödə-

Page 122: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

122

yir. Bioloji ehtiyatlar insan tələbatını ödəməklə yeyinti sənayesinin inkişafında mühüm rol oynayır.

Dünyanın bioloji müxtəlifliyi və ya canlı orqa-

nizmlərin müxtəlifliyi ekoloji, genetik, sosial iqtisadi,

elmi - tədris, mədəni rekreasiya və estetik baxımdan bö-

yük əhəmiyyət kəsb edir. Bioloji müxtəliflik biosferin

təkamül həyatiliyinin təmin olunması sisteminin saxla-

nılması üçün mühüm hesab edilir. Bioloji müxtəliflik üç

kateqoriyaya ayrılır. 1) növ müxtəlifliyi, 2) genetik

müxtəliflik, 3) ekosistemin müxtəlifliyi, yəni yaşayış

yerinin, biotik qruplaşmaların və biosferdə gedən ekolo-

ji proseslərin müxtəlifliyi.

Növ müxtəlifliyi - konkret ərazidə növlərin sayı

və onların fərdlərinin rastlaşma dərəcəsini əks etdirir.

Alfa, betta və qamma müxtəlifliyinə ayrılır. Alfa müxtə-

liflik – müəyyən ekosistemdə növlərin sayı, betta

müxtəliflik - müəyyən vilayətin bütün biotalarında növ-

lərin sayı, qamma müxtəliflik alfa və betta müxtəliflik-

lərini birləşdirən göstəricidir.

Genetik müxtəliflik olduqca böyük olub növlər

arasında genlərin variasiyaları deməkdir. Genetik ba-

xımdan növün dəyəri onun digər növlərdən nə dərəcədə

seçilməsi ilə təyin olunur. Hər hansı bir növün populya-

siyasi öz arealı daxilində qalmaqla yanaşı, ona həm də

yeni yaşama şəraitində rast gəlinir və müxtəlif ekoloji

sığınacaqlara yiyələnərək çoxalması üçün müxtəlif yer-

lərdən istifadə edir. Bu zaman ekoloji müxtəliflik baş

verir. 1996-ci ildə Bonn Universitetində “Qlobal bio-

müxtəliflik” xəritəsi tərtib olunmuşdur. Bu xəritəyə

əsasən fitomüxtəliflik ekosferdə fundamental rol oyna-

Page 123: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

123

yıb quru ekosistemlərin bioloji müxtəlifliyini müəyyən-

ləşdirir. Dünyada ali bitkilərin ümumi sayı 400 min olub

bioməhsuldarlıq və biomüxtəliflik baxımından domi-

nantlıq edir. Bioloji müxtəlifliyin qorunub saxlanılmasında mü-

hüm vasitə - xüsusi mühafizə olunan təbii ərazilər hesab olunur. Bu problem müasir dünyada ən mühüm prob-lemlərdən biri hesab olunur və müntəzəm olaraq böyük qayğı tələb edir.

Arxeoloji qazıntılar göstərir ki, Yerin tarixində hə-yat başlanandan bəri beş dəfə bioloji növlərin möhtəşəm məhv olması baş vermişdir. Hər dəfə belə hadisə plane-timizdə təkamülün tənəzzülü və həyatın yoxsullaşması ilə nəticələnmişdir. Bu hadisələrin sonuncusu 65 mln. il əvvəl Yerin asteroidlə toqquşması zamanı baş vermiş-dir. Bu vaxt yerin atmosferinə olduqca çoxlu miqdarda toz və daş qırıntıları atılmışdır. Bunun nəticəsində kəs-kin soyuqlaşma məməlilərin dinozavrların məhvinə və o zaman mövcud olan canlıların beşdə-birinin yoxa çıx-masına səbəb olmuşdur. Bioloji zənginliyin bərpa olun-ması üçün hər dəfə təxminən 10mln. il lazım olmuşdur.

Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus görkəmli yerlərdən birini tutub, burada zəngin bitki və heyvan növləri cəmlənmişdir. Müasir Azərbaycan faunası 18000 canlıdan ibarət olub, məmə-lilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 növlə təmsil olunmuşdur (Yusifov 2002).

Page 124: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

124

V FƏSİL.

TƏBİƏTLƏ CƏMİYYƏTİN QARŞILIQLI

ƏLAQƏSİ VƏ ONUN TƏNZİMLƏNMƏSİ

1. Təbii ehtiyatların iqtisadi dəyəri;

2. İqtisadi problemlərin həllində ekoloji problem-

lərlə əlaqənin nəzərə alınması;

3. Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri və onun

tənzimlənməsi;

4. Ətraf mühit və təbiətdən istifadənin müasir və-

ziyyəti ilə əlaqədar qarşıda duran məsələlərin həlli;

5. Əhalinin ərzaqla təminatı problemləri.

1.Təbii ehtiyatların iqtisadi dəyəri

Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsinin

metodoloji əsaslarını müəyyən vaxt ərzində istehsal

edilən məhsula çəkilən zəruri xərclər təşkil edir. Bəzi

təbii ehtiyatların qiymətləri yoxdur, onlar bazarda

satılmır (hava, təbii mənzərələr və s.) digər ehtiyatlar

isə qiymətləndirilir. İqtisadi qiymətləndirmənin ümumi

göstəricisi kimi mədənlərin və təkrar xammal ehtiyatla-

rının regional xüsusiyyətləri, emal edilən xammalın həc-

mi və keyfiyyəti nəzərə alınmaqla, onun kompleks isti-

fadə edilməsindən alınan xalq təsərrüfatı səmərəsi götü-

rülür.

Faydalı qazıntı yataqlarının və digər təbii sərvətlə-

rin mənimsənilmə növbəliliyini müəyyən edərək isteh-

salın müasir tələbatı şəraitində onlardan ən sərfəlisi ön

Page 125: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

125

plana çəkilir. Bunun üçün çıxarılan faydalı komponent-

lərin və alınan hazır məhsulların həcmini istehsal prose-

sində çəkilən son məsrəflərin miqdarı ilə müəyyən et-

mək lazımdır. Bu, istifadə edilən sərvətlərin iqtisadi sə-

mərəsini hesablamaq üçün əsas meyardır. Mineral xam-

mal sərvətlərinin iqtisadi qiymətləndirilməsi və onlar-

dan kompleks istifadə edilməsini istər mədənin istismar,

istərsə də optimal plan hazırlanması dövründə ümumi

və fərdi xərcləri nəzərə almaq lazımdır. Faydalılıq sə-

viyyəsi istehsala aid olan xərclər arasındakı fərqin kapi-

tallaşması və əldə edilən məhsulun miqdarı ilə müəyyən

olunur. Bütün təbii sərvətlərin istifadəsinə yönəldilən

ümumi tələblərdən biri istər eyni cinsli, istərsə də mü-

rəkkəb tərkibli sərvətlər arasında obyektiv mövcud olan

fərqlərin nəzərə alınmasıdır. Çünki, onların istifadəsi və

emalı məsrəflərin differensiallığı şəraitində bərabər iq-

tisadi səmərə alınmasını təmin edilir.

Təbii sərvətlərin, iqtisadi qiymətləndirilməsinin

əsas göstəricisi təkcə çıxarılan xammalın dəyəri de-

yil, həm də onların istifadəsindən alınan iqtisadi sə-

mərədir. Bu halda qiymət, ölçü funksiyasını yerinə ye-

tirərək, həmin növ məhsulda orta məsrəf göstəricilərini

əks etdirir. Təbiət elementləri müəyyən ictimai faydaya

malik olmaqla qiymətin daşıyıcısı kimi çıxış edir və bu-

na görə də qiymətləndirmə obyekti kimi ehtiyatlar icti-

mai istehlak dəyərinə malikdir.

Təbii ehtiyatların iqtisadi dəyəri bir neçə üsulla

müəyyən edilir:

1) Bazar qiymətləri;

Page 126: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

126

2) Rentanın ödənilməsi;

3) Xərclərin qiymətləndirilməsi;

4) Alternativ dəyər;

5) Ümumi iqtisadi dəyər.

Təbii ehtiyatların qiymətləndirilməsinin bu üsulla-

rının heç də hamısı tam əsaslandırılmamışdır. Bu üsullar

əsasında təqribi iqtisadi dəyər müəyyən edilir. Renta

əsasında təbii ehtiyatların qiymətləri daha yaxşı işlənib

hazırlanmışdır. Burada təbii ehtiyatların ödənilən qiy-

məti (yaxud icarə haqqı) başa düşülür. Renta üsulu ilə

qiymət:

P=R/r kimi hesablanır.

Burada, P-torpaq ehtiyatının qiyməti, R- rentanın

illik miqdarı, r-əmsal (vahiddən kiçik olmaqla) bank

faizinin korrelyasiya əmsalıdır.

Təbii ehtiyatların hazırlanması və istifadəsinə çə-

kilən xərclərin cəmi, ehtiyatın xərclərə görə qiymətlən-

dirməsi hesab edilir. Alternativ dəyər əldən çıxmış də-

yər kimi başa düşülür. Təbii ehtiyatların iqtisadi dəyəri

a) real dəyər (həqiqi), b) potensial dəyər (gələcəkdə isti-

fadə imkanı nəzərə alına bilən) və c) ehtiyatın mövcud-

luğunun əhəmiyyəti nəzərə almaqla müəyyən edilir.

Elmi-texniki inqilabın və məhsuldar qüvvələrin in-

kişafı şəraitində, eləcə də məhsulların pərakəndə satış

qiyməti siyasətindən asılı olaraq mineral xammal sərvət-

lərinin qiymətləndirilməsi təkmilləşdirilir. Bu və ya di-

gər təbii sərvətlər texniki tərəqqi şəraitində istifadə pro-

Page 127: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

127

sesində kəmiyyət və keyfiyyət dəyişikliyinə uğrayır, ar-

dıcıl olaraq müxtəlif sahələrdə əmək predmeti və əmək

aləti, istehsal vasitəsi kimi çıxış edir. Məsələn, dəmir,

polimetal, alunit filizləri təkcə metal alınması üçün de-

yil, həm də kimyəvi, tikinti, şüşə, aqronomik xammal

üçün də geniş istifadə edilir. Göründüyü kimi, mineral

xammal sərvətlərinin faydalılığı təkcə onun təbii keyfiy-

yətlərindən asılı deyildir. Elmi-texniki tərəqqinin və

məhsuldar qüvvələrin inkişafından, ictimai tələbatdan

və təbii sərvətlərin kompleksliyindən asılı olaraq bu və

ya digər ilkin məhsulların faydalılığı da dəyişir.

Bütün təbii sərvətlər – torpaq, su, meşə, bitki ör-

tüyü, balıq ehtiyatları, yeraltı sərvətlər müəyyən istehlak

dəyərinə malikdir və buna görə onlar pul ifadəsində qiy-

mətləndirilə bilər.

İqtisadi qiymətləndirilmənin əsas göstəricisini

mineral xammal ehtiyatlarının istehlak dəyəri və on-

lardan alınan məhsulların qiyməti təşkil edir. Qiymət

isə istehsal prosesində bu və ya digər məhsula çəkilən

zəruri əməyin meyarı kimi çıxış edir.

İqtisadi qiymətləndirmə istər mineral xammal sər-

vətlərinin, istərsə də ictimai əməyin məhsuldarlığına və

qənaətinə təsir edən və müxtəlif keyfiyyətli istehsal vasi-

tələrinin faydalılığını göstərən iqtisadi kateqoriyadır.

Təbii sərvətlərin qiymətinin və istifadə prosesində

səmərəsinin müəyyən edilməsi bir qədər mürəkkəbdir.

Belə ki, müxtəlif keyfiyyətli sərvətlərdən alınan məh-

sulun həcmi onlara qoyulan vəsaitlərin həcmindən asılı

deyildir. Buna görə ictimai zəruri əmək məsrəfləri ilə

Page 128: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

128

müəyyən şəraitdən asılı olan fərdi məsrəflərin arasında-

kı fərq differensial gəliri (rentanı) təşkil edir. Daha əlve-

rişli təbii şəraitdə yerləşən keyfiyyətli sərvətlərin istis-

marı dövründə əlavə gəlir (renta) alınmasını təmin edir.

Torpaq, su, meşə sərvətlərinin, eləcə də faydalı qa-

zıntı mədənlərinin qiymətləndirilməsinin əsası kimi sərf

edilmiş canlı və maddiləşmiş əməyin, əsaslı vəsait qo-

yuluşlarının yüksək səmərəsini müəyyən etmək mühüm

məsələ kimi həll edilməlidir.

İstifadə edilən bu və ya digər təbii sərvətlərin qiy-

mətləndirilməsinin əsas göstəricisi – onlara olan cari

və perspektiv tələbatı təmin etmək, ən az ictimai əmək

və xərc məsrəfləri şəraitində daha çox məhsul almaq,

ekoloji mühitin, biosferin mühafizəsinə nail olmaqla tə-

bii sərvətlərin kompleks və səmərəli istifadə edilməsi-

dir. Komplekslilik və səmərəlilik meyarının əsasını ən

az xərclə istehsalın inkişafında həmin sərvətlərin rolunu

əks etdirən məcmu-təsərrüfat səmərəsi təşkil edir. Məh-

suldar qüvvələrin səmərəli yerləşməsində ilkin və təkrar

xammal sərvətlərinin iqtisadi qiymətləndirilməsi meya-

rını, istehsalın inkişafında özünü göstərən kəmiyyət və

keyfiyyət göstəriciləri təşkil edir. Burada məsrəflərin sə-

mərəliliyi nəzərə alınmaqla, əldə edilən son məhsulun

həcminin müəyyən edilməsi də zəruri amil kimi çıxış

edir. Mühüm göstəricilərdən biri də ilkin və təkrar xam-

malın hər vahidinə görə məhsul alınması və ya komp-

lekslilik (son məhsulun ilkin xammala nisbəti) əmsalıdır.

Müasir dövrdə belə bir hal geniş yayılmışdır ki,

müəssisələr çox vaxt zəngin filizlərdən istifadə edirlər

Page 129: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

129

və tərkibi nisbətən kasıb olan xammalı tullayırlar.

Müəyyən sərvətlərə nəzarəti həyata keçirən qurumların

mövcudluğuna baxmayaraq, dağ-mədən sənayesi müəs-

sisələri mineral sərvətlərin səmərəli istifadəsinə sadəcə

inzibati məsuliyyət daşıyırlar. İlkin xammal sərvətlərin-

dən istifadə üçün haqq olmadığına görə mineral sərvət-

lərinin səmərəli istifadəsində ayrı-ayrı müəssisələrin

məsuliyyəti zəifləyir, nəticədə, külli miqdarda sərvət iti-

rilir, əmək məhsuldarlığı aşağı düşür.

Sənayenin ilk və təkrar xammal sərvətlərilə planlı

təmin olunması iqtisadiyyatın optimal inkişafının ayrıl-

maz ünsürüdür. Buna görə mineral xammal ehtiyatının

səmərəliliyini, müəyyən məhsulun istehsalına sərf edilə

biləcək son hədd məsrəflərilə müəyyən edilməsi əsaslı

hesab edilə bilər.

İstehsalda təbiətin insanlara bəxş etdiyi xammal

ehtiyatlarından səmərəli istifadə etmək üçün yaradılan

geniş imkanlardan hələlik kifayət qədər istifadə olun-

mur. Dağ-mədən və emal prosesində çox hallarda külli

miqdarda xammal itkisinə yol verilir ki, bu da ictimai

zərərdən başqa ətraf təbii mühitin çirklənməsinə səbəb

olur, insanların səhhətinə mənfi təsir edir.

Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsində

mühüm meyarlardan biri istehsalın, xammal ehtiyatı-

na olan tələbatının ödənilməsində və ətraf təbii mühitin

mühafizəsində normalara və qanunçuluğa ciddi qaydada

əməl etmək və əsaslı vəsait qoyuluşunun istifadəsində

səmərəlilik səviyyəsidir. Təbii sərvətlərin iqtisadi qiy-

mətləndirilməsi mineral xammal ehtiyatlarının istifadəsi

Page 130: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

130

üzrə istehsal fəaliyyətini pul ifadəsində əks etdirilməsidir.

Təbii sərvətlərin bərpasına və təkrar istehsalına

yönəldilən əsaslı vəsait qoyuluşu texniki vasitələr, əşya-

lanmış əmək həmin sahənin iqtisadiyyatını xeyli yüksəl-

dir. Lakin, bu halda səmərəlilik təbii sərvətlərdən xalq

təsərrüfatı miqyasında istifadəni tənzim edən iqtisadi

mexanizmdən asılıdır.

Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi öz

xarakterinə görə dəyər ifadəsi və haqq qoyulması

problemindən fərqlənir. Təbii sərvətlərə haqq qoyulması

iqtisadi qiymətləndirilmə mexanizminin həyata keçiril-

məsi deyildir. İqtisadi qiymətləndirmə mexanizmi və

digər faydalı qazıntı mədənlərinin istismara verilməsi-

nin texniki-iqtisadi əsasları göstərilən sərvətlərdən kom-

pleks istifadə edilməsinə və bunun texniki-iqtisadi cə-

hətdən düzgün əsaslandırılmasına sərf edilən əsaslı və-

sait qoyuluşunun sərfəliliyini nəzərə almalıdır. Burada

emal edilən ilkin və təkrar xammal sərvətlərinə vəsait

qoyuluşundan istifadə edilməsi mühüm iqtisadi mexa-

nizm kimi qəbul edilməlidir.

Təbii sərvətlərə qiymət qoyulmasının təcrübədə

həyata keçirilməsinə dair mütərəqqi addımlardan biri də

1973-cü il yanvar ayından başlayaraq faydalı qazıntı

mədənlərinin istismarı prosesində qeyri-kənd təsərrü-

fatı sahələrinə cəlb edilən torpaqların haqqının ödə-

nilməsinin qarşıya qoyulmasıdır. Bunun əsasını təbii

sərvətlərə çəkilən xərclər təşkil edir. Lakin bu xərclər

həmin sərvətlərdən alınan məhsullardan əldə edilən

gəlirin cüzi hissəsini təşkil edir. Belə şəraitdə faydalı

Page 131: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

131

qazıntı xammalına, suya, torpağa, qırılan meşələrə, kor-

lanan bitki örtüyünə görə ödəmə haqqı çox məhdud

çərçivədə iqtisadi mülahizələrə əsaslanır. Ən keyfiyyətli

xammaldan istifadə müqabilində çoxlu gəlir əldə etmək,

müəssisənin “rentabelliyini” artırmaq məqsədilə əlavə

xərc və əmək sərfinə yol verməmək üçün xammaldan

kompleks istifadə etməyə səy göstərilmir, bəzi hallarda

isə bundan imtina edilir. Təbii sərvətlərdən müəyyən

vaxt (illik, beşillik plan tapşırıqları) ərzində az xərc,

əmək və maddi məsarif sərfi şəraitində çox gəlir əldə et-

mək, bunun sosial təbiət qoruyucu cəhətlərini nəzərə al-

mamaq bir sıra xoşagəlməz hadisələrlə nəticələnir. Elmi

tədqiqat işlərinin nəticəsi göstərir ki, əhaliyə, istehsala,

ekoloji mühitə, təbiətə zərər yetirən belə hadisələrin ara-

dan qaldırmasına sərf edilən külli miqdarda xərclər, əv-

vəlcədən onların qarşısının alınmasına yönəldilə bilən

xərclərdən xeyli çoxdur. Burada bir cəhəti də nəzərə al-

maq lazımdır ki, havanın, suyun, torpağın çirkləndiril-

məsi, torpaqların kimyalaşdırılması, kənd təsərrüfatı zi-

yanvericilərinə qarşı mübarizə tədbirləri hesabına insan-

ların səhhətinə, bioloji aləmə dəyən zərərin miqdarının

və nəticəsini ölçmək mümkün deyildir.

Emaledici dağ-mədən sənaye müəssisələrinin bu

və ya digər xammala olan tələbatının minimum əmək və

vəsait sərfi müqabilində nəzərdə tutulmuş vaxt ərzində

ödəmək, bir sıra sosioloji, təbiəti mühafizə problemləri-

ni yaddan çıxarmaq, bir qayda olaraq ən keyfiyyətli,

müəssisə üçün “sərfəli” olan sərvətlərdən istifadə etmə-

yə vadar edir. Belə olduqda xalq təsərrüfatı üçün zəruri

Page 132: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

132

olan, lakin nisbətən “kasıb tərkibli” , “keyfiyyətsiz”

sərvətlər əvəzsiz olaraq itirilib istifadə mübadiləsindən

çıxarılır. Xalq təsərrüfatının müasir tələbatı şəraitində

“itirilmiş” sərvətlərin təkrar çıxarılması ilk istismar vax-

tına nisbətən daha çox əsaslı vəsait qoyuluşu və əmək

sərfi tələb edir.

Azərbaycanın bir sıra neft mədənlərində keçmişdə

bəsit, az səmərəli texnika tətbiqi şəraitində məhsuldar

laylardan qalan küllü miqdarda neftin baha başa gələn

şaxta və təkrar üsulla çıxarılması xalq təsərrüfatının ya-

nacaq və xammala olan müasir tələbatından irəli gəlir.

İstismar prosesində yerin təkində qalmış və ya torpağa

qarışdırılmış “keyfiyyətsiz” xammal sərvətlərinin yeni-

dən çıxarılmasının mürəkkəb proses olmasını və xeyli

baha başa gəlməsini nəzərə alaraq, xammalın əvvəlcə-

dən səmərəli istifadəsini təşkil etmək iqtisadi, təbiəti

mühafizə cəhətdən daha faydalıdır. Ətraf təbii mühitin

mühafizəsini də nəzərə almaqla, təbii sərvətlərin iqti-

sadi qiymətləndirilməsinin əsas göstəriciləri ilkin və

təkrar xammalın istifadəsində, məsələn, 1 t filizə, 1

m3 suya sərf edilən məsariflə gəlirin həcmi arasındakı

fərq nəzərə alınmalıdır. Burada əsas məqsəd müvafiq

əmək, vəsait şəraitində təkcə əldə edilən gəliri deyil,

eləcə də iqtisadi, sosioloji və təbiəti mühafizə tədbirləri-

nin səmərəliliyini təyin etməkdən ibarətdir. Bu sahədə

başqa mülahizələr də irəli sürülmüşdür. Bunun əsas

məzmunu təbii sərvətlərin iqtisadi qiymətləndirilməsin-

də dağ-mədən rentası və bu rentadan əldə edilən gəlirlə

ifadə edilir. Belə olduqda iqtisadi qiymətləndirmə hər

Page 133: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

133

hansı təbii sərvəti istifadə edən sənaye müəssisəsinin in-

kişaf və fəaliyyət xüsusiyyətlərini də nəzərə alır. Bunun

əsasını müəyyən istehsal planının yerinə yetirilməsi

dövrü ərzində xammaldan alınan məhsul istehsalına sərf

edilən əşyalaşmış və canlı material sərfi səmərəliliyi təş-

kil edir. Bu çoxlu miqdarda iqtisadi statistik materialla-

rın təhlilini tələb edir. Belə mürəkkəb işlər ixtisaslaşdı-

rılmış müəssisələrin müvafiq şöbələrinin və laboratori-

yalarının mövcudluğu şəraitində daha müvəffəqiyyətlə

yerinə yetirilə bilər.

Qeyd etmək lazımdır ki, xalq təsərrüfatı mübadilə-

sinə verilən ilkin və təkrar xammaldan alınan səmərə ilk

emal prosesində (xırdalama, saflaşdırma, neytrallaşdır-

ma) deyil, onların son mərhələdə emalından (hazır məh-

sul istehsalından) sonra müəyyən edilir. Buna görə hə-

min sərvətlərin iqtisadi qiymətləndirilməsi ekoloji mü-

hitin normal inkişafı, ətraf təbii mühitin mühafizəsini tə-

min etmək şərti ilə istifadə prosesinin son mərhələsinə -

istehsalın səmərəliliyinə əsaslanmalıdır.

Elmi-texniki tərəqqinin nailiyyətləri şəraitində tə-

biətlə cəmiyyət arasındakı qarşılıqlı vəhdətə əməl edil-

məsi zəruriliyinin nəzərə alınması məqamının “sərfəli”

və “sərfəsiz” xammal arasındakı istehsal fərqləri və tex-

noloji üsulların tətbiqi şəraitində hər hansı müəssisə

üçün hətta “sərfəsiz” və keyfiyyətsiz hesab edilən xam-

malın emalı son mərhələdə xalq təsərrüfatı kompleksin-

də faydalı ola bilər. Göstərmək lazımdır ki, Yerin təkin-

dən çıxarılan xammaldan alınan məhsulların qiyməti is-

tismara vermək faydalı qazıntı mədənlərinin səmərəlili-

Page 134: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

134

yini ifadə edə bilməz. Keyfiyyətsiz faydalı qazıntı mə-

dənlərində çıxarılan “kasıb” xammaldan alınan məhsu-

lun dəyərinə “orta satış qiyməti ilə” müqayisə etsək gös-

tərilən xammalın istifadəsi sərfəsiz olur. Lakin, xalq tə-

sərrüfatının müxtəlif çeşidli faydalı qazıntı xammalına

olan müasir tələbat şəraitində “kasıb” xammaldan da is-

tifadə edilməsi zəruridir. Bu milyon illərin yaratdığı

məhsulların səmərəli istifadə edilməsini təmin edən mü-

hüm amildir. İqtisadi qiymətləndirmə vaxtı belə sərvət-

lərlə yanaşı istifadə edilməyən, lakin gələcəkdə istifadə-

si mümkün olan ehtiyatlar da nəzərə alınmalıdır. Burada

iqtisadi qiymətləndirmənin müasir göstəriciləri şərti qə-

bul edilə bilər.

İstehsalın elmi-texniki tərəqqinin müasir inkişafın-

da və bütün təbii sərvətlərdən istifadə edilməsi prosesin-

də mineral xammal ehtiyatı təkcə əmək şəraiti olmaya-

raq, əmək alətinin nəticəsinin və göstərilən sərvətlərin

təkrar istehsalının nizamlayıcısı kimi özünü ifadə edir.

Mineral xammal ehtiyatının sənaye istehsalı prosesində

təkrar istehsala nail olunması geoloji kəşfiyyat işlərinin

düzgün təşkili, xammaldan kompleks istifadə edilməsi

istehsal tullantılarının yenidən emala verilməsi, korlan-

mış torpaqların rekultivasiya yolu ilə istifadəyə cəlb

edilməsi şəraitində mümkündür. İstehsalın belə təşkili

şəraitində təbiətdən alınan sərvət və məhsullar dəyər da-

şıyıcısına çevrilir və istehsal vasitələrinə daxil edilməklə

son mərhələlərdə hazır məhsul şəklində istehsala verilir.

Mineral sərvətlər əmək məhsulu və dəyər daşıyıcısı ki-

mi istehsalın inkişafının yerləşdirilməsinə, sənaye kom-

Page 135: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

135

plekslərinin yaradılması və fəaliyyətinə təsir edən mü-

hüm amildir. Lakin, bunun səmərəliliyi təsərrüfat əhə-

miyyəti, iqtisadi qiymətləndirmə mexanizmi vasitəsilə

ictimai istehsalda xüsusilə emal və realizasiya prosesin-

də tutduğu mövqedən asılıdır. Planlaşdırma və məhsul-

dar qüvvələrin səmərəli inkişafı təsərrüfatın idarə edil-

məsində əlverişli variantların seçilməsini və tətbiqini

təbii sərvətlərə qiymət qoyulmasının ətraf təbii mühitin

mühafizəsinə dair dövlət qərarlarını həyata keçirməyi

tələb edir. Bu baxımdan mineral sərvətlərin iqtisadi qiy-

mətləndirilməsinin əhəmiyyətli olması, xərc və əmək

sərfi nəzərə alınmaqla nəinki iqtisadi səmərə almaqda,

eləcə də geoloji mühitin normal inkişafına şərait yarat-

maqda özünü göstərir.

2. İqtisadi problemlərin həllində ekoloji problemlərlə

əlaqənin nəzərə alınması

Müasir dünya təsərrüfatında yeni növ məhsulların

istehsalı artmışdır. Son 30 il ərzində inkişaf etmiş səna-

ye ölkələrində əvvəllər istehsal olunmayan yeni məhsul

növləri buraxılmışdır ki, bu da ümumi məhsul çeşidinin

50 %-nə bərabərdir. Bu istiqamətdə kimya və energetika

sənayesi xüsusi əhəmiyyət kəsb edir. Məhz dünya təsər-

rüfat sistemində energetikanın belə artımı insanın ətraf

mühitə təsirini gücləndirir.

Dünya sənaye və kənd təsərrüfatı istehsalının miq-

yası və xüsusiyyətlərində baş verən böyük dəyişikliklər,

ətraf mühitin qorunub saxlanmasında bilavasitə əhəmiy-

Page 136: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

136

yəti olan texnika və texnologiyadakı dəyişikliklərdə öz

əksini lazımi səviyyədə tapmamışdır. Nəticədə bütün

dünyada təbiətdən istifadənin bir sıra yeni problemləri

ortaya çıxmış və ənənəvi köhnə problemlər kəskinləş-

mişdir. İstehsalın və emalın sürətlə artması ilə əlaqədar

olaraq tullantıların həcminin kəskin surətdə artması, ət-

raf mühitin çirklənməsinə və ekoloji tarazlığın pozulma-

sına gətirib çıxara bilər. Ətraf mühitin yolverilməz dərə-

cədə çirklənməsinin səbəbi həm də müasir istehsalın sü-

rətidir. Beləliklə, təbiətlə cəmiyyətin qarşılıqlı münasi-

bəti mahiyyətcə dəyişərək mürəkkəbləşmiş və daha ge-

niş məna kəsb etmiş, qlobal əhəmiyyət almışdır.

Problemin ziddiyyətli xarakteri həm də onunla

izah olunur ki, hazırda təbiətlə insan cəmiyyəti arasında-

kı qarşılıqlı əlaqə müxtəlif sosial-iqtisadi sistemlərin

differensiasiyası şəraitində gedir. Sənayenin tərəqqisi,

onun təbii ehtiyatlardan istifadə edən sahələrinin sürətli

inkişafı ilə əlaqədardır. Hazırda dünya ölkələrində neft,

kömür, dəmir filizi, polad, koks, sement, mineral gübrə-

lər, meşə materialları istehsalı, suyun istifadəsinin həc-

mi və becərilən torpaq sahələri geniş miqyas almışdır.

Lakin, inkişaf etmiş ölkələrdən fərqli olaraq Respubli-

kamızda istehsal həcminin milli gəlirə çevrilməsi sahə-

sində əldə olunan nəticələr hələ aşağı səviyyədədir. İs-

tehsala cəlb edilən təbii ehtiyatların səmərəli istifadə

olunması bir tərəfdən milli gəlirin çoxalmasına, digər tə-

rəfdən isə xammalın, yanacağın qənaətlə istifadəsinə şə-

rait yarada bilər.

Təbii ehtiyatların səmərəli istifadəsinin mühüm

Page 137: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

137

problemlərindən biri, təbii sərvətlərin istifadə xüsu-

siyyətləri, istifadə dərəcəsi və əmək ehtiyatlarının is-

tifadəsi arasındakı qarşılıqlı əlaqədir. Bəzən belə olur

ki, istehsalın bir sahəsinin inkişafı nəticə etibarı ilə bü-

tövlükdə ölkənin təsərrüfat kompleksi üçün zərərli nəti-

cə verir. Məsələn, mineral gübrələrin və pestisidlərin

tətbiqi yüksək iqtisadi səmərə verir. Lakin, bütün dün-

yada olduğu kimi Respublikamızda da mədəni bitkilərin

mineral gübrələrin tərkibindəki maddələri mənimsəməsi

40 % təşkil edir. Onların qalan 60%-i torpaqdan yuyu-

laraq qrunt sularına, su təchizatı obyektlərinə daxil olur.

Nəticədə su mənbələri çirklənməyə məruz qalır. Belə

çirklənmə nisbətən sağlam təbiətə malik regionlarda bu-

laqların, müalicə xarakterli obyektlərin, torpaqların ya-

rarsızlaşmasına gətirib çıxarır. Nəticədə bu itki çox

vacib sosial-iqtisadi zərərlə nəticələnir.

Hazırkı şəraitdə təbii ehtiyatlardan istifadə də hər

hansı bir sahə başqa sahələr üçün rəqabət olmamalıdır.

Təbii və əmək ehtiyatları vəhdət təşkil etməli, onların

inkişafına bir-birindən ayrı baxılmamalı və səmərəli əla-

qələndirilməlidir.

Təbii sərvətlərin təkrar istehsalı, müxtəlif faydalı

qazıntı ehtiyatlarının tükənməsinin, ətraf mühitin zərərli

tullantılarla çirklənməsinin qarşısını alır. Həmçinin tək-

rar istehsal, ehtiyatlardan səmərəli istifadəyə şərait yara-

dır. Hesablamalar göstərir ki, sənayedə hər bir damcı

yanacağa qənaət etmək ildə ton yarım məhsula bərabər-

dir. Bir ton tullantı halında atılan yağ yenidən emal edil-

sə, 700-800 kq təmiz sürtgü yağı alına bilər.

Page 138: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

138

Metala olan tələbatın ödənilməsində metalların tək-

rar emalı və istifadəsi mühüm yer tutur. Hazırda bütün

dünyada olan metalın 30 %-ə qədəri təkrar emal hesa-

bında, yəni, əvvəllər istifadə olunmuş, sonra isə yarar-

sızlaşmış məmulatın metalı hesabına ödənilir. Metalla-

rın dövri istifadəsi, yəni uzun müddət müxtəlif məqsəd-

lərə xidmət etməsi həyata keçirilir ki, bu da bir tərəfdən

metala qənaətə, digər tərəfdən də ətraf mühitin metal

tullantıları ilə çirklənməsinin qarşısını almağa imkan ya-

radır.

Faydalı qazıntıların çıxarılması və texnologiyası

üçün kompleks və tam çıxarılma üsulları hazırlanmalı,

sənayedə və tikintidə tullantılara ikinci ehtiyat, xammal

mənbəyi, materialı kimi yanaşılmalıdır. Sənaye müəssi-

sələrinin tullantılardan qiymətli elementlər (məs., ger-

manium) əldə etmək mümkündür. Bəzi alüminium za-

vodlarında elektrotexnikanın tətbiqi nəticəsində qarşıda-

kı bütün komponentlər ayrılır, təkrar istehsal üçün əlavə

xammal əldə edilir. Hesablamalar göstərir ki, müasir

texnologiya faydalı qazıntı yataqlarının ümumi ehtiyat-

ların 30-50%-ni istifadə etməyə imkan verir. Deməli,

yataqlardakı metal, neft və digər faydalı qazıntıların çıxa-

rılması zamanı yarıdan çoxu yerin təkində qalır. Çıxarı-

lan filizin bir hissəsi onun ilkin emalında, xüsusilə saf-

laşdırma prosesində, sonradan əridilmədə, məmulatlar

hasilatında və s. itir. Belə itkilərin qarşısı alınarsa, meta-

la tələbatı təmin etmək və ehtiyatlara qənaət etmək olar.

Tullantılar (bərk, qaz və maye halında olan qalıq-

lar) özü də xammal sayılır. Məsələn, kanalizasiya sula-

Page 139: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

139

rında gübrə kimi, çirkab suların müvafiq təmizləmələr-

dən sonra yenidən istifadə edilməsi, havaya buraxılan

milyon tonlarla qazların istifadəsi mühüm problemlər-

dən biridir. Sənaye və kənd təsərrüfatı mənşəli tullantı-

ların təkrar istehsalı ölkəyə milyard manatlarla əlavə gə-

lir verməklə yanaşı, ətraf mühitin çirklənməsinin də qar-

şısını ala bilər.

3.Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri və onun

tənzimlənməsi

Hər hansı bir ictimai istehsalın mahiyyəti təbii var-

lıqların (sərvətlərin), insanların istehlak rifahı üçün tələb

olunan məhsullara çevrilməsidir. Bunun üçün insan təbii

sərvətlərdən istifadə etməli və öz fəaliyyəti ilə təbiətə

təsir göstərməlidir.

Cəmiyyətin inkişafında təbii mühit müsbət və

mənfi rola malikdir. Təbii şərait əlverişli olan ərazi-

lərdə cəmiyyətin məskunlaşması üçün əlverişli şərait

yaratmaqla yanaşı, təbii ehtiyatların istehsal dövriy-

yəsinə cəlb olunması daha da intensivləşir. Əksinə

təbiəti sərt iqlim şəraitinə malik olan ərazilərdə daimi

donuşluğun olması yeraltı və yerüstü təbii sərvətlərin is-

tehsala cəlb olunmasını gecikdirir və istehsal sahələrinin

səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərir. Tari-

xən Avropa ölkələrində təbii mühitin əlverişli olması

bütün dövrlərdə mütəmadi ehtiyatların səmərəli istifadə-

sinə şərait yaratmaqla, istehsal sahələrinin sürətli inkişa-

fına təsir göstərmişdir. Əksinə Şərqi Sibir, Qərbi Sibir

və Uzaq Şərqdə və digər ərazilərdə təbii mühitin sərt və

Page 140: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

140

daimi donuşluğun olması bu ərazilərdə olan təbii resurs-

ların istehsal dövriyyəsinə cəlb olunmasını gecikdirmiş,

əhali məskunlaşmasını və yeni sənaye şəhərlərinin baş-

qa ərazilərlə müqayisədə inkişafını ləngitmişdir. Təbiət-

lə cəmiyyətin qarşılıqlı münasibətlərinin təhlil və tədqiq

olunması müasir elmin qarşısında duran vacib problem-

lərdəndir.

Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı münasibəti

məhsuldar qüvvələrin inkişaf səviyyəsini nəzərə alma-

dan, bu qüvvələrin kimə aid olmasını bilmədən, insanla-

rın bir-biri ilə maddi nemətlər istehsalında hansı ictimai

münasibətlərə daxil olduğunu dərk etmədən başa düş-

mək olmaz. İstehsal prosesində insanlar yalnız təbiətə

təsir göstərmirlər, eyni zamanda onlar bir-birinə tə-

sir göstərirlər. Yalnız istehsal prosesində insanlar

müəyyən əlaqə və münasibətlər şəraitində təbiətə təsir

etməklə özləri üçün lazım olan maddi nemətlər istehsa-

lına şərait yaratmaq imkanlarına malik olurlar.

Təbii mühitin cəmiyyətə və onun məhsuldar

qüvvələrinə təsir göstərdiyi kimi, təsərrüfat sahələri-

nin müxtəlifliyinə də səbəb olur. Lakin bu müxtəliflik

bütün dövrlər üçün sabit olmayıb, məhsuldar qüvvələr

inkişaf etdikcə və ictimai quruluş dəyişdikcə o da tək-

milləşir və formalaşır.

Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi cəmiyyətin

dinamik inkişafında mühüm rol oynamışdır. Cəmiy-

yətlə təbiətin inkişafının ilkin mərhələsində (ən qədim

insanlar) yalnız təbiətin hazır məhsullarından istifadə et-

mək imkanlarına (balıq və meşədə olan heyvanları ovla-

maq, yabanı meyvələrdən və s. istifadə edirdilərsə) ma-

Page 141: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

141

lik idilərsə, sonrakı inkişaf dövründə həmin əlaqələr ye-

ni forma və məzmun alır. Bu səbəbdən də “təbiət və cə-

miyyət” problemləri ilə məşğul olan mütəxəssislərdən

biri olan Y.P.Tursovun fikrincə, təbiətlə cəmiyyətin

qarşılıqlı dinamik inkişaf dövrü aşağıdakı bir neçə

mühüm mərhələ ilə səciyyələnir:

1. Qədim dövr - bu dövr əsasən insanın təbiətdən

bir növ asılı olan dövrü kimi şərh olunur. Bu dövrlərdə

insanın ümumi dünya görüşü səthi olduğundan və elm

bir o qədər inkişaf etmədiyindən təbii mühitin qanunauy-

ğunluqlarını dərk etməkdə çətinlik çəkirdi. Istehsal olu-

nan məhsullar sadə alətlər vasitəsilə həyata keçirilirdi.

Təbii mühitin ekoloji tarazlığı təbii şəkildə saxlanılırdı;

2. İkinci mərhələ iqtisadi cəhətdən (sənayeyə qə-

dərki olan dövr) qədim və orta əsrlər dövrünü əhatə

etməklə əkinçiliyin inkişafı dövrü kimi xarakterizə olu-

nur. Bu mərhələdə artıq cəmiyyət torpaq sahələrinin ge-

nişləndirilməsi və ondan, təsərrüfat sahələrindən öz

məqsədlərinə uyğun istifadə etməsi, sənətkarlığın mey-

dana gəlməsi, nəqliyyatın primitiv vasitələrinin (qoşqu

və yaxud heyvanların gücünə əsaslanan) dövriyyəyə

cəlb olunması, yeni yaşayış məskənlərinin yaradılması

mərhələsi kimi xarakterizə olunur. Digər bütün nailiyyət

bu mərhələdə ondan ibarətdir ki, insan cəmiyyəti artıq

heyvanların əzələ enerjisindən, küləyin və suyun gücün-

dən istifadə etməklə enerji almaq imkanlarına malik

olurlar. Enerji istehsalının meydana gəlməsi insanın tə-

biətə təsirini əvvəlki dövrlərə nisbətən artırır;

3. Cəmiyyətin inkişafının üçüncü mərhələsi səna-

ye mərhələsi kimi səciyyələnir. Bu mərhələ insan cə-

Page 142: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

142

miyyətinin yüksək səviyyədə istehsal vasitələrinin inki-

şafı sayəsində təbii mühitə və təbii ehtiyatlara intensiv

təsir göstərən mərhələsi kimi qiymətləndirilir. Bu mər-

hələdə insan cəmiyyəti təbiətə təsiri gücləndirməklə

yüksək səviyyədə maddi nemətlər istehsalına şərait ya-

radır. Yer kürəsinin regionlarda təbii ehtiyatlardan isti-

fadəsi artdıqca insanın maddi rifahının yaxşılaşdırılması

və insan cəmiyyəti tam şüurlu surətdə təbiətin qanu-

nauyğunluqlarını dərk edir. Ehtiyatlar potensialından is-

tifadə etməklə təbii mühitin mühafizəsi məsələlərini ön

plana çəkir.

Məlumdur ki, təbiətlə cəmiyyət arasında qarşılıqlı

əlaqə mövcuddur. Bu əlaqə cəmiyyətdə təbiətin, əskik-

liklərin vəhdəti və mübarizəsi qanununa müvafiq inkişaf

edir. İnsan cəmiyyəti özünün spesifik sosial qanunları

əsasında təbiətə təsir göstərir. Buna görə də insanla tə-

biət arasında qarşılıqlı əlaqə mürəkkəb olur.

Elmi-texniki inqilab, insanların getdikcə artan tələ-

batının ödənilməsi məqsədilə, onların təbiətə təsir dairə-

sini daha da genişləndirmişdir. İnsanın təsir dairəsi tək-

cə biosfer, hidrosfer, litosfer və atmosferlə məhdudlaş-

mayaraq, kosmik fəzaya da nüfuz etdi.

Ümumi bəşəri tərəqqi – təsərrüfat sahələrinin nis-

bətində, məhsuldar qüvvələrin tərkibində, texnika və

texnologiyada, məhsulların növ tərkibində, istehsal is-

tehlakı və şəxsi istehlakında, keyfiyyət dəyişikliyində

müşahidə olunur.

Nəticədə nəinki insanın təbii proseslərə müdaxilə-

sinin xarakteri, həm də bu müdaxilənin nəticəsinin xa-

rakteri dəyişir. Sərvətlərdən istifadə edərkən insan eko-

Page 143: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

143

logiyanı qorumalı, gələcək nəsilə mənfi təsir izləri bu-

raxmamalıdır.

4. Ətraf mühit və təbiətdən istifadənin müasir

vəziyyəti ilə əlaqədar qarşıda duran məsələlərin həlli

“Ətraf mühiti mühafizə” və “Təbii ehtiyatlardan

səmərəli istifadə” bir-biri ilə əlaqəli anlayışlardır. Odur

ki, onlar əlaqəli proseslərə malikdirlər. Müasir şərait

ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli

istifadə edilməsini tələb edir. Predmetin nisbətən

cavan, əhatə dairəsinin mürəkkəb və çoxsahəli olması

ətraf mühit və təbiətdən səmərəli istifadə edilməsi mə-

sələlərinin təkmilləşdirilməsini tələb edir. İnsanın geniş

istehsal fəaliyyəti üçün xammal ehtiyatlarına və ərzaq

ehtiyatlarına olan tələbatı, enerji ehtiyatlarına olan tə-

ləbatı və s. ödənilir. Ətraf mühitin çirklənməsi və bunun

nəticəsində təbiətdə baş verən dəyişikliklər atmosferi,

hidrosferi, litosferi əhatə edir. Çirklənməni törədən

şəraitdən asılı olaraq bu proses qlobal xarakter daşıyır

və biosferi və bütün planeti əhatə edir. Yer qabığı müx-

təlif geoloji dövrlərdə yaranmışdır. Burada maqmatik,

çöküntü və metamorfik süxurlardan təşkil olunan və

bəşəriyyətə lazım olan qiymətli sərvətlər toplanmışdır.

Bu sərvətlər geoloji axtarışlar nəticəsində yer səthinin

bu və ya digər rayonlarında aşkarlanır və cəmiyyətin

tələbatına uyğun olaraq istifadə olunur. Mineral sər-

vətlər əmək vasitələrinin mənbəyi olmaqla çox adda

məhsullar alınmasında istifadə olunur. Eyni zamanda

belə sərvətlər əmək cismi rolunu oynayırlar. Mineral

Page 144: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

144

xammal sərvətlərinin istifadəsi ilə bağlı olan mühüm

məsələlərdən biri də onların iqtisadi cəhətdən qiymət-

ləndirilməsidir. Azərbaycan Respublikasının ərazisi

müxtəlif növ faydalı mineral xammal ehtiyatları ilə zən-

gindir. Aparılan geoloji kəşfiyyat nəticəsində həmin

faydalı ehtiyatların çoxu artıq aşkarlanmış və istifadəyə

verilmişdir. Dənizin təbii ehtiyatları dünyada maddi is-

tehsalın ən mühüm mənbələrindən biri hesab edilir. O,

sənaye üçün xammal, enerji ehtiyatlarına malik olmaqla,

əlverişli nəqliyyat şəraiti və rekreasiya ehtiyatlarının

təbii konfortu üçün əvəzedilməz əhəmiyyət kəsb edir.

Əhalinin sahil zonasında məskunlaşması və ərazinin

tədricən mənimsənilməsi əsasən iki amilin təsirindən

daha çox asılıdır. Təbii şəraitdən və ölkənin sosial iqti-

sadi inkişaf səviyyəsindən asılı olaraq elmi-texniki tə-

rəqqinin yeni yüksək mərhələsində çoxsahəli sənayenin

və kənd təsərrüfatının sürətlə inkişafı, müxtəlif nəqliy-

yat növlərinin çoxalması təbiətdən və təbii sərvətlərdən

daha geniş istifadə olunması ilə nəticələnir. Qoruqlar

elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiy-

yəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir.

Ətraf mühitin mühafizəni tarixən təbiət və cəmiyyətin

qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında coğrafi mühitin

rolu, əhali artımı və ərzaq problemi, torpaqların münbit-

liyi və iqtisadi qiymətləndirilməsi qarşılıqlı əlaqədə həll

edilməlidir. Ətraf mühitin mühafizəsi problemi bəşəriy-

yət qarşısına nisbətən yaxın vaxtlarda çıxmışdır. Hazırkı

vaxtda atmosfer və okeanlara külli miqdarda ziyanlı

maddələr atılır(axıdılır), meşələr məhv edilir. Bütün

bunlar güclü surətdə dünyanın özü özünü məhvinə apa-

Page 145: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

145

rır. Ozon dəlikləri, iqlimin istiləşməsi, bir çox heyvan

növlərinin məhv olaraq yoxa çıxması bizim həyat sürdü-

yümüz mühitin müəyyən qədər tükəndiyini göstərir.

Odur ki, planetin və onun sakinlərinin həyatı insanların

bundan sonrakı aktivliyindən asılı olacaqdır.

Hazırda bu ekoloji problemlə bütün dünya ölkə-

ləri qarşı - qarşıya gəlmişlər. Hesab olunur ki, ətraf mü-

hitin çirklənməsi probleminə daha çox Amerika və Av-

ropanın sənayeləşmiş ölkələri məruz qalmışlar. Ancaq o

qədər də çox vaxt keçmədən bu problem bütün inkişaf

etməkdə olan ölkələri öz ağuşuna alacaqdır. Odur ki, ar-

tıq indidən ciddi tədbirlərin həyata keçirilməsi vacibliyi

ortaya çıxmışdır. Məlumdur ki, hər hansı xoşagəlməz

hadisənin qarşısını almaq daha asandır, nəinki sonradan

onun nəticələrini aradan qaldırmalı olasan.

Ətraf mühitdən istifadənin müasir vəziyyəti ilə

əlaqədar qarşıda duran məsələlərindən ən başlıcası ətraf

mühitin mühafizəsi problemidir. Yaranmış bütün iqtisa-

di, hüquqi, sosial-siyasi və təşkilati-təsərrüfatçılıq me-

xanizmlərini, məhz bunlar ətraf mühiti “möhkəmlik hü-

duduna” gətirib çıxarırlar. Odur ki, ətraf mühitin çirk-

lənməsinin ən son yüksək səviyyəyə çatmasını gözlə-

mək olmaz. Dünya birliyi anlamışdır ki, bunun indidən

qarşısı alınmalı, dünyanın məhv olma təhlükəsi aradan

götürülməlidir.

5. Əhalinin ərzaqla təminatı problemləri

Məlumdur ki, ərzaq təhlükəsizliyi milli və beynəl-

xalq xarakter daşımaqla hər bir insanın və qrupun məna-

Page 146: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

146

feyini əhatə edir, siyasi, iqtisadi və sosial mahiyyət daşı-

yır. Ərzaq təhlükəsizliyi ölkənin müdafiəsi, onun iq-

tisadi və sosial təhlükəsizliyinin, milli qüdrətinin

möhkəmləndirilməsinin əsas amili kimi böyük əhə-

miyyət kəsb edir. Hər bir ölkə mövcud torpaq, su, ener-

ji, xammal və əmək ehtiyatlarından, coğrafi və təbii şə-

raitindən asılı olaraq özünün ərzaq təhlükəsizliyini təmin

etməyə çalışır.

Ərzaq təhlükəsizliyi cəmiyyətin hər bir üzvü-

nün etibarlı ərzaq təminatını əsas ərzaq məhsulları-

na fizioloji normalara uyğun ödənilməsi deməkdir və

ölkənin milli səviyyədə iqtisadi və sosial dayanıqlığı

deməkdir. Ona görə də ərzaq məhsulları ilə etibarlı

beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin

zəruri tərkib hissəsi kimi dünyanın əsas siyasi-iqtisadi

siyasət istiqamətinə çevrilmişdir.

Məlumdur ki, 1980-ci illərdə “yaşıl inqilab” nəti-

cəsində ərzaq istehsalı artsa da, dünyada ərzaq çatışmaz-

lığı, aclıq kimi problemlər, əhalinin alıcılıq qabiliyyəti-

nin aşağı olması özünü göstərməyə başladı. 2000-ci ildə

Nyu-Yorkda 147 ölkənin iştirakı ilə minilliyin inkişaf

məqsədlərində yoxsulluğun və aclığın aradan qaldırıl-

ması əsas hədəflərdən biri kimi müəyyənləşdirildi.

Dünya əhalisinin artımı, əkinə yararlı torpaq sahə-

sinin azalması, suvarma suyunun qıtlığı, ekoloji vəziyyə-

tin kəskinləşməsi, baş verən iqlim dəyişiklikləri və təbii

fəlakətlər ərzaq problemini qlobal məsələ kimi ön plana

çəkmişdir. Bununla əlaqədar 1996-cı ildə “Ümumdünya

Page 147: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

147

ərzaq təhlükəsizliyi” haqqında Roma Deklarasiyası

qəbul edilmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı

Təşkilatı (FAO) – məlumatına əsasən ərzaq məhsulları-

nın qiymətləri kəskin surətdə artdığına görə 2007-ci ilə

nisbətən 2008-ci ildə ərzaq idxalının həcmi 26% artmış,

1 trilyon dollar olmuşdur.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə dün-

ya əhalisinin 30%-i daimi olaraq aclıq çəkir. Inkişaf et-

məkdə olan ölkələrdə hər beş nəfərdən biri, yəni 925

milyon nəfər mütəmadi olaraq aclıq çəkir.

Qloballaşma şəraitində təhlükəsizliyin təmin

edilməsi iki istiqamətdə özünü büruzə verir: 1) ener-

ji, 2) ərzaq təhlükəsizliyi. Hər bir müstəqil dövlət miqra-

siya problemini nizama salan, əmək ehtiyatlarını və təbii

sərvətlərini qoruyan, səmərəli inkişafa istiqamətləndiril-

miş proqramlar, qanunlar qəbul edir.

Ərzaq təhlükəsizliyi bilavasitə aşağıdakı amillə-

rin nəzərə alınmasını tələb edir:

1) becərilən kənd təsərrüfatı torpaqlarının azalma

prosesi davam edir, torpağın keyfiyyəti pisləşir, məhsul-

dar torpaqların ərzaq təhlükəsizliyində rolu nəzərə alın-

mır;

2) kənd təsərrüfatı məhsulları istehsalı əhalinin ər-

zaq məhsullarına artan tələbatına uyğun gəlmir;

3) ərzaq məhsullarının idxal və ixracında qiymət

səviyyəsi gözlənilmir;

4) əhalinin gəlirləri hələ aşağıdır və təbiidir ki, on-

ların alıcılıq qabiliyyəti məhduddur;

Page 148: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

148

5) ərzaq təhlükəsizliyi probleminin həllində və

yoxsulluğun azaldılmasında kreditləşmə, investisiya si-

yasəti, subsidiya və digər dəstək hələ aşağı səviyyədədir

və s.

Ərzaq təhlükəsizliyi: 1) daxili istehsal hesabına

və 2) idxal hesabına təmin edilir. Hər bir ölkə daxili ər-

zaq məhsulları istehsalını artırmaqla öz əhalisini və ye-

yinti sənayesini təmin etməyi üstün hesab edir. Bu vaxt

əsas diqqəti təbii ehtiyatların tükənməsi və insan sağ-

lamlığının qorunmasına yönəldilməsi əsas şərt kimi nə-

zərdə tutulmalıdır. Ona görə də hər bir ölkənin ərzaq tə-

minatı məsələsi bütün dövlətlərdə iqtisadiyyatın vacib

məsələlərindən olmuşdur. Bu problemi son 20 ildə qlo-

ballaşmış, artıq dünyada ərzaq məhsulları istehsalı və

ərzaq təhlükəsizliyi prioritet məsələyə çevrilmişdir.

Beynəlxalq təşkilatlar, xüsusən FAO dünyada möv-

cud olan ərzaq ehtiyatlarını araşdıraraq geniş miqyaslı

proqnozlar hazırlayırlar, onlar öz dövlətlərini mümkün

problemlər barəsində mütəmadi olaraq məlumatlandırır,

ərzaq məsələlərinin vacibliyi nəzərə alınaraq dünya bir-

liyinin ümumi səyləri istiqamətləndirirlər. Hazırda ərzaq

probleminin həlli yollarında, onun elmi araşdırılmasına

müxtəlif yanaşmalar edilir və müəyyən dəyişikliklər

aparılır.

1972-ci ildə Stokholm Müşavirəsinin iştirakçıları

ümumdünya miqyasında ərzaq probleminin həll ediləcəyi

barəsində qəti niyyətlərini bildirdilər. Bu məsələnin mü-

zakirəsində iştirak edən 170 ölkənin hər birində cari yüz-

illiyin axırına qədər aclığa son qoymaq planlaşdırıldı.

Page 149: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

149

1994-cü ildə Rio-De-Janeyroda keçirilən iclasda

müşavirə iştirakçıları gələcək yüzilliyin problemlərini

müzakirə edərkən qeyd etmişlər ki, sabit inkişafın təmin

edilməsi, yoxsulluqla mübarizə və ərzaq təminatı hər bir

dövlətin üzərinə düşən başlıca vəzifələrdir. Bu vəzifələr

isə müxtəlif proqram, layihə və ərzaq siyasəti vasitəsilə

həyata keçirilməsi nəzərdə tutuldu. Bu məqsədlə bey-

nəlxalq forumların sənədləri tövsiyə xarakateri daşıya-

raq “qlobal miqyasda düşünmək, lokal miqyasda iş gör-

mək” prinsipi ilə hazırlanır.

Ərzaq təhlükəsizliyinin mahiyyətinə elmi qiymət

dünyada ən çox yayılmış belə ifadə olunur: Ərzaq təhlü-

kəsizliyi elə bir iqtisadi bir vəziyyətdir ki, o, əhaliyə ak-

tiv və sağlam həyat tərzi üçün tələb olunan miqdarda ər-

zaq məhsullarının istənilən vaxt əldə edilməsinə (alıcılıq

qabiliyyəti) zəmanət verir. Ərzaq bazarları üzrə tədqi-

qatçıların bəziləri hesab edir ki, ərzaq təhlükəsizliyi –

aktiv və sağlam həyatının təmin edilməsinin zəmanətli

mümkünlüyüdür. Dünya Bankı qeyd olunan fikirlə razı-

laşaraq, bura xroniki və müvəqqəti ərzaq asılılığı məf-

humunu da əlavə edir. Ölkə, region, əhalinin bir qrupu

və ya ailə o vaxt xroniki ərzaq asılılığında olur ki, ərzaq

məhsullarını almaq mümkün olmadığı səbəbindən və ya

ərzağın kifayət qədər istehsal olmaması səbəbindən il

ərzində kifayət qədər qida almır.

Rusiyanın aqrar iqtisadçı alimləri ərzaq təhlükəsiz-

liyini aşağıdakı kimi təyin edirlər: “Ərzaq təhlükəsizli-

yi-əhalinin əsas ərzaq məhsulları ilə etibarlı, zəmanətli

və qaneedici şəkildə təmin edilməsi, aclıq və yarımaclıq

Page 150: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

150

probleminin mövcud olmamasıdır”. Daha sonra bu məf-

humun daha geniş təyini vüsət aldı. Bu təyinə görə, ər-

zaq təhlükəsizliyi müvafiq ehtiyat, potensial və zəma-

nətlər sayəsində, əsasən daxili istehsal hesabına dövlət

tərəfindən əhalinin qida ehtiyaclarının təmin edilməsi

qabiliyyəti kimi müəyyənləşdirilir ki, bu təminat tibbi

normalardan aşağı olmamalıdır.

Ərzaq təhlükəsizliyinə bu mövqedən baxdıqda,

onun məqsədini xarici və daxili amillərin təsirindən

asılı olmayaraq əhalinin ərzaq və xammalla zəma-

nətli və sabit şəkildə təmin olunmasında axtarmaq

məqsədəuyğundur. Bununla əlaqədar aşağıdakı şərtlər

nəzərə alınmalıdır:

- hər bir istehlakçı üçün ərzaq məhsulları potensialı

və fiziki baxımdan ərzaq almaq mümkünlüyü;

- bütün sosial qruplar üçün, o cümlədən az təmi-

natlı əhalinin ərzaq məhsullarını almaq üçün iqtisadi im-

kanların olması;

- rasional qidalanma üçün kifayət qədər yüksək

keyfiyyətli məhsulların istifadə edilməsi.

Bütün bunları nəzərə alaraq, ərzaq təhlükəsizliyini

təmin etmək üçün aşağıdakı problemləri həll etmək

məqsədəuyğundur:

- səmərəli aqrar siyasətinin həyata keçirilməsi;

- istehsalçı subyektlər üçün bərabər və sabit iqtisa-

di imkanların təmin edilməsi;

- əhalinin məşğulluğunun təmin edilməsi və bu

məqsədlə milli siyasətin həyata keçirilməsi;

- ərzaq təminatı məsələlərində yoxsulluğun və qey-

Page 151: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

151

ri-bərabərliyin aradan qaldırılmasına yönəldilən sosial

siyasətin aparılması;

- davamlı inkişaf hesabına çox çeşidli məhsulların

istehsal edilməsi və səmərəliliyinin artırılması;

- istehsalın, xammalın və ərzaq məhsullarının ema-

lı və saxlanılması sahələrində qabaqcıl texnologiyaların

tətbiq edilməsi;

- aktiv daxili iqtisadi fəaliyyət, idxal-ixrac fəaliy-

yətinin optimallaşdırılması;

- aqrar sahəyə investisiyaların qoyuluşu.

Ölkənin ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və

bütövlükdə iqtisadiyyatın inkişafı, milli və dünya iqtisa-

diyyatının ümumi vəziyyəti ilə bağlı bir sıra iqtisadi və

sosial şəraitlərin sayəsində təmin edilir. Ərzaq təhlükə-

sizliyi probleminin mərkəzində insan və onun qidaya

olan tələbatı durduğu üçün bu problemləri həll etmədən

heç bir səmərəli fəaliyyət mümkün deyildir. Ona görə

də hər bir ölkə öz daxili ehtiyatları hesabına əhalinin is-

tehlak tələbinin ödənilməsini yaxşılaşdırmağa çalışır.

Dünya ölkələrində əhalinin illik adambaşına isteh-

lak etdiyi ərzaq məhsullarının səviyyəsi əsaslı surətdə

bir-birindən fərqlənir. Bu fərqi aşağıdakı cədvəldən gör-

mək olar.

Page 152: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

152

Cədvəl 8. 2012-ci ildə illik adambaşına ərzaq məhsulları

istehlakı (kq., nəfər)

Çörək Kartof

Tərəvəz və

bostan Meyvə

Ət və ət məh.

Süd və süd

məh-rı

Yumurta (ədəd)

Azərbaycan 144 63 98 75 32,4 294,4 155

Rusiya 119 110 106 60 63 246 271

Avstraliya 53 98 110 112 208

Belarusiya 93 183 144 58 88 252 310

Böyük Britaniya

105 89 128 84 249 187

Gürcüstan 98 127 31 15,6 71,1 98

Qazaxıstan 108 195 48 71 205

Qırğızıstan 135 99 150 29 39 213 82

Moldova 116 60 115 43 38 170 190

Niderland 94 83 139 85 357 327

ABŞ 91 54 123 113 113 273 246

Tacikistan 155 28 97 14 130 10

Özbəkistan 157 23 120 29 33 160 53

Ukrayna 110 139 163 53 51 205 310

Cədvəl məlumatlarından göründüyü kimi istehlak

edilən ərzaq məhsulları ölkələr üzrə bir-birindən 5-10 dəfə fərqlənir. Yəni bir ölkədə müəyyən məhsulla əhali yüksək səviyyədə təmin olunursa, başqa ölkədə ərzaq təminatı bu məhsul üzrə çox aşağı səviyyədə təmin olu-nur. Ona görə də hər bir ölkə ərzaq balansını təmin et-mək üçün ardıcıl və sistemli tədbirlər görməlidirlər.

Qeyd edək ki, 2013-cü il 5 fevral tarixində “Azərbaycan Respublikası regionlarının sosial-iqti-sadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş konfrans”da Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev göstərmişdir ki, “....Azərbaycanda ərzaq təhlükəsizliyi 100% daxili istehsal hesabına təmin

Page 153: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

153

edilməlidir. Son illərdə biz özümüzü əsas ərzaq məh-sulları ilə böyük dərəcədə təmin edə bilmişik....Ət və ət məhsullarının özünü təminetmə səviyyəsi 94%-dir, quş əti 92%-dir, ...yumurta ilə 96,5%, süd və süd məhsulları ilə 75%, taxılla 65%, üzümlə 94%, kartofla 98%, bostan məhsulları ilə 100%, meyvə və giləmeyvə 126%, tərəvəz 100%, şəkər və şəkərdən hazırlanan məhsullar 124%, bitki yağları və marqarin 70%, kərə yağı 50%.”

Qeyd edək ki, qlobal səviyyədə ərzaq təhlükəsizli-yi ilə bağlı fəaliyyət 35 beynəlxalq təşkilat tərəfindən həll olunur. Onlar istehsalat, idxal, ərzaq yardımı, əhali-nin ərzaqla təmin edilməsi və ərzaq ehtiyatlarının təşkil edilməsi üzrə uzunmüddətli proqram hazırlayaraq, döv-lətlərin sabit iqtisadi inkişafı üçün münasib zəmin yara-dır. Bu sahədə aparıcı rol FAO, Kənd Təsərrüfatı İnkişa-fı üzrə Beynəlxalq Fond kimi ixtisaslaşmış təşkilatlara məxsusdur. Bilavasitə ərzaq təhlükəsizliyi məsələləri ilə BMT-nin Baş Assambleyasının tabeçiliyində olan Ümum-dünya Ərzaq Şurası və Dünya Ərzaq Proqramı (BMT və FAO-nun ərzaq yardımı göstərmək məqsədilə yaranmış birgə orqanı) məşğul olur. Hazırda FAO iki istiqa-mətdə fəaliyyət göstərir:

1) Ərzaq təhlükəsizliyi və qida; 2) Kənd təsərrüfatının sabit inkişafı, kəndin inkişaf

etdirilməsi. Bununla əlaqədar Dünya Birliyinin və FAO-nun qarşısında aşağıdakı problemlər durur: əhalinin sü-rətlə artması; keçmiş SSRİ dövlətlərində kənd təsərrüfatı istehsalatının səviyyəsinin aşağı düşməsi; inkişaf etmiş ölkələr tərəfindən yardımın azaldılması; aclıq çəkənlərin sayının artması (925 mln. adam); təbii ehtiyatların azal-ması; dünya bazarında uzun müddət ərzində kənd təsər-rüfatı məhsullarına aşağı qiymətlərin saxlanılması.

Page 154: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

154

Hazırda ərzaq təhlükəsizliyi probleminə olan mü-nasibətə görə dünya ölkələrini 3 qrupa bölmək olar: 1)idxala istiqamətlənən, 2)məhsulunu ixrac edən və 3)daxili istehsal hesabına özünü təmin edən ölkələr.

İdxala, əsasən təbii-iqtisadi şəraiti qeyri-münasib olan ölkələr, eləcə də, dominionlara (iqtisadi cəhətdən asılı ölkələr) malik olan varlı dövlətlər istiqamətlənir. Dominionlar siyasi cəhətdən zəif olduğuna görə belə öl-kələrin tipik nümayəndəsi İngiltərədir. Bu qrupdan olan ölkələrin əksəriyyəti iqtisadi maraqlara əsaslanaraq özü-nü təmin etməyə və istiqamətini dəyişməyə üstünlük ve-rir. Belə bir qərarı Fars körfəzinin Əməkdaşlıq Şurasına daxil olan və əvvəllər istehlak olunan məhsulların 70%-ni idxal edən 6 ölkənin dövlətləri qəbul etmişdir. Mün-bit torpaq və təbii nəmişlikdən, demək olar ki, məhrum olan həmin ölkələrdə, dövlət səviyyəsində kənd təsərrü-fatının daxili istehsalatına xüsusi dəstək verilir. Bu dəs-təyin sayəsində bu gün Səudiyyə Ərəbistanı buğda id-xalçısından aktiv ixracçıya çevrilib, özünü, daxili isteh-sal hesabına süd, heyvandarlıq məhsulları və quşçuluq məhsulları ilə tam təmin edə bilər.

Ölkədaxili istehsalın həcminin artırılmasına və da-xili bazarın təmin edilməsinə yönəldilmiş kənd təsərrü-fatı üçün qeyri münasib sayılan ölkələrin siyasətində ər-zaq idxalı əsas oriyentir deyil.

Məhsullarını ixrac edən ölkələr, bir qayda olaraq, məhsulun istehsalı üçün zəruri olan münasib təbii və iq-lim şəraitinə malikdir. Onlar qiymət tənzimlənməsində elə bir tədbirlər tətbiq edir ki, ərzaq məhsullarının ixracı nəinki zəruri, hətta sərfəli olur. Yaxın vaxtlara qədər bu cür tənzimləmə ixrac subsidiyaları ilə birgə ABŞ-da (60%) və Avropa Birliyi ölkələrində (70%) kənd təsər-

Page 155: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

155

rüfatının maliyyə dəstəyində aparıcı rol oynayırdı. Tədqiqatlar və təcrübələr göstərir ki, ərzaq təhlü-

kəsizliyini təmin edən tədbirlər çox olsa da, onların ha-mısı bir məqsədi daşıyır. Əsas vəzifə ixrac siyasəti yeri-dən tədarükçü-dövlətlərin əlverişsiz şərtlərindən yaxa qurtarmaqdır. Bu məsələ isə çox sadədir. Onlar əvvəlcə-humanitar yardım göstərir, sonra aşağı qiymətlərlə mal kommersiya tədarükləri, daha sonra milli kənd təsərrüfa-tının dağıdılması və nəticədə ixracatçıların açıq şərtləri. Bu amillərin təsirindən qurtarmaq üçün yalnız bir istiqa-mət mövcuddur əsas məhsulların ölkədaxili istehlak və ixracı üçün kifayət həcmdə istehsal təmin edilməlidir.

Azərbaycanda aqrar sahənin inkişafının strateji məqsədi – ölkədə ərzaq təhlükəsizliyinə nail olunması və onun təmin edilməsidir, yəni Respublika özünü əsas ər-zaq qrupu üzrə (9) daxili istehsal hesabına təmin etməli və bu təminat, ümumi tələbatın 85%-dən az olmamalıdır.

Bununla əlaqədar ölkəmiz ərzaq təhlükəsizliyinin təmin edilməsini şərtləndirən aşağıdakı amilləri nə-zərə almalıdır:

1) ölkədə ərzaq və yeyinti məhsulları istehsalının səviyyəsi;

2) ərzaq məhsullarının qiymətlərinin səviyyəsi; 3) ölkənin əhalisinin alıcılıq qabiliyyəti; 4) hər bir ölkədə əhalinin artım səviyyəsi; 5) dövlətin ərzaq ehtiyatlarına malik olması; 6) ərzaq məhsulları istehsalının dövlətin iqtisadi

siyasəti ilə dəstəklənməsi. Ərzaq təminatının ən mühüm sahələrindən biri –

kənd təsərrüfatı istehsalıdır. Sahənin inkişafı maddi is-tehsalın digər sferalarının fəaliyyətini şərtləndirir (mad-di-texniki təminat, aqroservis, emal və s.)

Page 156: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

156

Kənd təsərrüfatı ərzaq təminatında əsas ünsür ola-raq, öz potensiallarının yeniləşdirilməsini (torpağın məh-suldarlığı, əsas və dövriyyə fondları, əməyin keyfiyyəti və kəmiyyəti və s.) investisiya qoyuluşlarında priori-tetliyi tələb edir.

Ölkəmiz böyük istehsal potensialı, xammal və əmək ehtiyatları ilə zəngin olduğu halda xaricə az miq-darda kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edir. Bu ölkənin yaxın gələcəkdə ümumi ixracında hazır məhsu-lun xüsusi çəkisinin artırılmasını tələb edir. Bunun iqti-sadi mahiyyəti onunla ifadə olunur ki, bu ölkəyə əhə-miyyətli dərəcədə valyuta daxilolmalarının artmasına şərait yaradır, yerli istehsalın və məşğulluğun artırılma-sına səbəb olur. Ona görə də xarici investorlarla müştə-rək müəssisələr (emal və xidmət müəssisələri) yaradıl-masına diqqət artırılmalıdır. Bu vaxt yerli müəssisələrin imkanları artmır, həm də istehsal olunmuş məhsul üçün xarici bazar tapılması və problemlərin həlli də asanlaşır.

Ona görə də Respublikamızda: 1) istehsal edilən kənd təsərrüfatı məhsulları artırılmalı; 2) həmin məhsul-lara çəkilən xərclərə diqqət yetirilməli; 3) ölkəmiz tex-noloji imkanlarının məhdudluğu üzündən pambıq, şərab yarımfabrikatları, fermentləşdirilmiş tütün, barama və s. xammal ixrac edən ölkə kimi çıxış etdiyindən texnologi-yanın təkmilləşdirilməsinə diqqəti artırmalıdır. Məhsul-lar rəqabətə davamlı olmaqla keyfiyyət göstəriciləri dünya standartlarının tələblərinə uyğun gəlməlidir. Ona görə də yeni texnika və texnologiyanın tətbiqinə investi-siya yönəldilməsi daxili imkanlara arxalanmalıdır.

Page 157: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

157

VI FƏSİL

İQTİSADİ İNKİŞAF VƏ EKOLOJİ AMİLLƏR

1. Ətraf mühit və təbiətdən səmərəli istifadənin

iqtisadi inkişafa təsiri;

2. İqtisadi inkişaf və ekoloji amillər;

3. Ətraf mühit və təbiətdən istifadənin optimallaş-

dırılmasında vergi sisteminin rolu;

4. Ətraf mühit və təbiətdən istifadənin və ekoloji

ziyanın qiymətləndirilməsi.

1. Ətraf mühit və təbiətdən səmərəli istifadənin

iqtisadi inkişafa təsiri

Dünyanın ayrı-ayrı ərazilərinin təbii şəraiti və sər-

vətləri müxtəlifdir. Onların geosistemdə inkişafı, forma-

laşması, texnogen təsirlər altında dəyişməsi mürəkkəb

təbii, iqtisadi, ekoloji mühit daxilində gedir. İnsanın fəa-

liyyəti nəticəsində geosistemdə gedən pozulmaların sirri

və mexanizmi hələ də dəqiq öyrənilməmişdir. Ətraf tə-

bii mühitin təbii sərvətlərin ərazi üzrə öyrənilməsində

elmi-tədqiqat müəssisələri, nazirliklər, təşkilatlar və s.

torpağın, su ehtiyatının, meşə və bitki örtüyünün, fayda-

lı qazıntıların, kurort, sanatoriya sərvətlərinin tədqiqa-

tında müəssisələrarası uzlaşmanın zəifliyi üzündən təbii

sərvətlərin imkanları haqqında məlumatlar çox halda də-

qiq olmur. Təbiidir ki, bunlar ətraf təbii mühitin opti-

mallaşdırılması problemlərinin həlli üçün möhkəm baza

ola bilməz. Təbii sərvətlərdən səmərəli istifadə edilməsi,

ətraf təbii mühitin mühafizəsinin düzgün təşkili, ekoloji

Page 158: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

158

mühitin saflığının təmin edilməsi təbiət üzərində vahid

rəhbərliyin təşkilini tələb edir. Çünki təbii sərvətlərdən

istifadə, xüsusən təbiətin əsas komponentlərinə, yer qa-

bığına, hidroqrafik şəbəkəyə, torpaq örtüyünə, heyvan

və bitki aləminə, meşələrə, bioloji aləmə, faydalı qazın-

tılara, eləcə də təbiətdə gedən texnogen dəyişikliklərə

biganəlik mövcuddur, bunlar qlobal məsələ kimi qal-

maqdadır. Müharibədən sonrakı illərdə inkişaf etmiş və

əhalisi sıx olan rayonlarda meliorasiya tədbirlərinin apa-

rılması, geniş sahələrdə bataqlıqların qurudulması, quru

çöllərə, səhralara su çəkilməsi, suvarma əkinçiliyinin,

otlaqların genişləndirilməsi məqsədilə meşələrin, kol-

luqların qırılması, faydalı qazıntıların çıxarılması nami-

nə yerin üst qatının qazılıb parçalanması halları geniş

yayılmışdır.

Təbii sərvətlərdən düzgün istifadə edilməməsi

ekoloji müvazinəti pozur, bitki və heyvanlar aləmi-nin inkişafını dəyişdirir. Əgər bərpa işləri aparılmazsa, bunlar bu və ya digər sahələrdə boşluqlar əmələ gətirə bilər. Yerin səthində əmələ gələn süni texnogen forma-lar geosistemdə mənfi dəyişikliklərlə yanaşı, xoşagəl-məz hadisələr yerin altında boşluqlar əmələ gələrək sonralar çökəkliklər, yarğanlar yaradır. Kömürün yer al-tından çıxarılması yeraltı qaz anbarları, metropolitenlər, yeraltı duz karxanaları eyni nəticələrə səbəb olur. Belə mənfi amilləri aradan qaldırmaq məqsədilə faydalı qazıntıların istismarı vaxtı ərazinin özünəməxsus təbii xüsusiyyəti, relyefi, bitki örtüyü, hidrogeoloji şəraiti nə-zərə alınmalıdır. İndiki dövrdə, xüsusilə böyük şəhərlə-rin ərazisində çoxlu xoşagəlməyən hadisələr baş verir.

Page 159: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

159

Məsələn, hündür binaların metal, dəmir-beton qurğula-rın ağırlığı nəticəsində torpaq sıxılır, çökür, bu və ya digər sahələrdə yarğanlar, sürüşmələr əmələ gəlir. Bakı şəhəri ətrafında və onun daxilində neft buruqları arasın-da, daş karxanaları yerində əmələ gələn gölməçələr, çökmələr buna misal ola bilər.

Böyük şəhərlərdəki nəhəng tikililər, geniş yer tu-tan süni göllər mikrorelyefin formasını dəyişdirir, süni çökəklər, qarışıqlar, dərələr əmələ gətirir. Bunların nə-ticəsində ayrı-ayrı rayonlarda qəribə hadisələr baş verir. Məsələn, Mexiko və Tokio şəhərləri ərazisində 7-9 sm-ə qədər çökmələr əmələ gəlmişdir. Müəyyən edilmişdir ki, bu şəhərlərdə nəhəng binaların ağırlığı sayəsində ye-rin qabığı ildə orta hesabla 20 sm çökür, Moskva, Sankt-Peterburq, Kiyev, Bakı və s. şəhərlərdə də yerin çökməsi müşahidə edilir.

Yeni tikintilərdən, xüsusilə çoxlu üzvi yanacaq iş-lədən elektrik stansiyalarından, zavodlardan, fabriklər-dən çıxan isti su, buxar, qaz, enerji və sair tullantıların təsiri altında torpaqda, havada, suyun səthində buxar-lanma şiddətlənir. Sənaye müəssisələrindən çıxan metal, sement tozları, kimyəvi maddələr hava axını vasitəsilə dağların ən uca zirvələrində, Antarktida, Arktika buzla-rında toplaşır. Tozlar, kimyəvi maddələr günəş enerjisini yaxşı udma qabiliyyətinə malik olduğundan süni istilik əmələ gətirir, qar və buzların əriməsini sürətləndirir.

Texnogen və ya süni relyef formalarının yaranması əlverişsiz amillərə səbəb olur. Belə sahələr indi ümu-miyyətlə ölkəmizin ərazisinin 1 %-ni tutur. Əgər müva-fiq tədbirlər görülməzsə, gələcəkdə bunların sərhədi ge-nişlənə bilər ki, bu da ekoloji mühitdə mənfi təsirləri

Page 160: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

160

qüvvətləndirər. Faydalı qazıntıların istismarında süxur-ların yerdəyişməsi, aşınması, sürüşməsi, çalaların, ye-raltı suların rejimini pozur. Belə şəraitdə yerin üst qa-tında çıxarılan çoxlu torpaqlar dərələrə, vadilərə yığılır və sonradan onlar tədricən çaylar, sellər vasitəsilə yuyu-lub başqa yerə aparılır.

İstehsal prosesində bərk maddələrin texnogen yer-dəyişməsini, bu və ya digər ərazinin təbii şəraitinə etdiyi təsiri qiymətləndirmək üçün onu demək kifayətdir ki, yerin təkində çıxarılan xammalın bir hissəsi su, külək və müxtəlif nəqliyyat vasitəsilə Yer kürəsinin ayrı-ayrı rayonlarına aparılır. Çoxlu mexaniki və enerji qüvvəsinə malik müasir istehsalın, əhali məskunlaşmasının yerin səthinə göndərdiyi mexaniki, fiziki təsirlər nə qədər nə-həng olsa, torpağın iri maşınlarla şumlanması, bitkilərin becərilməsi, xammalın emalı, iri süxurların xırdalan-dıqdan sonra yerdəyişməsi və s. ilə müqayisədə xeyli az yer tutur. Müəyyən edilmişdir ki, torpağın şumlanması, becərilməsi, müxtəlif məqsədlər üçün qazılması yolu ilə il ərzində 3x10

12 ton bərk maddə yerini dəyişdirir, bir

yerdən başqa yerə tökülür. Bu hal ildən-ilə gərginləşir, torpağın üst qatının məhsuldarlığını aşağı salır. Suvarma kanallarının, yolların, qaz, neft, su kəmərlərinin çəkil-məsi, şəhərlərin, kənd təsərrüfatının, meliorasiyanın in-kişafı, metropolitenlərin tikilməsi, faydalı qazıntı mə-dənlərinin istismarı, yeraltı anbarların yaradılması və bu kimi işlərin yerinə yetirilməsi nəticəsində yerin üst qa-tına təsir güclənir. Ayrı-ayrı dövlətlər, məsələn: Yaponi-ya, Niderland, Belçika və s. yuxarıda görülən işlərdən çıxarılan torpaqlar hesabına dəniz sahillərini qurudaraq yeni torpaq sahəsi əldə edirlər. Suvarma əkinçiliyi ra-

Page 161: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

161

yonlarında, məsələn, Xuanxe çayı (Çində) hövzəsində 1 ha becərilən sahədən hər il 36-37 t məhsuldar torpaq qatı itirilir. Ona görə də ətraf mühitdən istifadə tənzimlənir.

Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi tənzimləmə, onun iqtisadi əsasları əsasən aşağıdakı-larla ifadə olunur.

1. Təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləyən iqtisadi əsasları ekoloji təhlükə-sizlik, təbii ehtiyatlardan səmərəli istifadə, onların bər-pası və artırılması tədbirlərinin işlənib hazırlanmasına, planlaşdırılmasına və yerinə yetirilməsinə ətraf mühiti mühafizə edənlərin və təbiətdən istifadəçilərin maddi marağını artırmaqdır;

2. Ətraf mühitin mühafizəsinin fəaliyyət sahələri və iqtisadi əsasları:

2.1. Ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi;

2.2. Ətraf mühitdən istifadəyə görə ödəmələr; 2.3. Ətraf mühitin çirkləndirilməsinə görə ödəmə-

lər və cərimələr; 2.4. Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi

maraqlandırma; 2.5. Ətraf mühitin mühafizəsi fondlarının yaradıl-

ması, qrantlar; 2.6. Beynəlxalq qurumlardan ekoloji proqramları

həyata keçirmək məqsədilə ayrılan vəsaitlər; 3. Ətraf mühitin çirkləndirilməsinə görə müəssisə-

lərdən, təşkilatlardan və vətəndaşlardan alınan cərimələr bir qayda olaraq ətraf mühitin mühafizəsi sahəsində təd-birlərin maliyyələşdirilməsinə sərf edilir.

Page 162: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

162

2. İqtisadi inkişaf və ekoloji amillər

Ətraf mühitin qorunması həm kənd təsərrüfatı

sahələrinin inkişafı, həm də insanların yaşaması və

fəaliyyət göstərməsi baxımından olduqca vacibdir.

Çünki, insanların yaşaması üçün vacib olan ərzaq və

qeyri-ərzaq məhsullarının istehsalı, onların sağlam-

lığı bilavasitə ətraf mühitlə - torpaq, meşə örtüyü,

çaylar, dənizlər, dağlarla bağlıdır və bu amillər nə-

zərə alınmalıdır.

Elmi-texniki tərəqqinin sürətlənməsi, təbiətlə kənd

təsərrüfatı arasındakı qarşılıqlı əlaqəni dəyişdirməklə

kənd təsərrüfatı istehsalının ətraf mühitə təsirini güclən-

dirir. Bu özünü müxtəlif istiqamətdə büruzə verir. Bi-

rinci, torpaqlardan intensiv istifadə olunması bir tərəf-

dən torpaq əmələgəlmə prosesini pozur, onların kimyəvi

maddələrlə başqa tullantılarla çirklənməsinə, digər tərəf-

dən eroziyaya məruz qalmasına səbəb olur. Ikinci, meşə

örtüyündən, kolluqlardan, otlaq və biçənəklərdən səmə-

rəsiz istifadə olunması meşələrin sıradan çıxmasına, su

mənbələrinin korlanmasına və tədricən sıradan çıxması-

na səbəb olur. Üçüncü, faydalı qazıntıların çıxarılma-

sında köhnə, əvvəlki üsullardan istifadə olunması torpaq

örtüyünü, dağ massivlərini sıradan çıxarır, ətraf mühiti

zərərli maddələrlə çirkləndirir.

Azərbaycanda bazar iqtisadiyyatı şəraitində ekolo-

ji-iqtisadi formalaşdırma dövlətin ekoloji balanslaşdırıl-

mış islahatlar və makro səviyyədə uyğun iqtisadi mühi-

tin yaradılmasının köməyi ilə həyata keçirilə bilər. Sə-

mərəli ekoloji siyasəti həyata keçirmək üçün tətbiq

Page 163: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

163

edilən tədbirlərin səviyyəsi, miqyası, onların təsir hü-

dudlarının müəyyənləşdirilməsi çox mühümdür. Bu-

rada 2 qrup tədbirləri fərqləndirmək olar:

1) Makroiqtisadi tədbirlər;

2) Ekoloji istiqamət daşıyan tədbirlər.

Birinci qrupa ümumi iqtisadiyyat çərçivəsində və

ya milli iqtisadiyyatın sektorları səviyyəsində aparılan

tədbirlər daxildir. Bu tədbirlər arasında qarşısında aşkar

ekoloji məqsəd qoymayan iqtisadiyyatın quruluşunda

dəyişikliklər aparılması tələbi durur. Buna milli valyuta-

nın kursunun dəyişməsi, dövlət büdcəsi kəsirlərinin

azaldılması, maliyyə-kredit siyasəti¸ xarici ticarətin libe-

rallaşdırılması, xüsusi sektorun gücləndirilməsi, vergi

siyasətində islahatlar, xarici investorlar üçün şəraitin

yaxşılaşdırılması iqtisadiyyatın əsas sektorlarına subsi-

diya siyasətinə yenidən baxılması və s. kimi tədbirlər

aiddir. Bütün bu tədbirlər, mexanizmlər və islahatlar bu

və ya digər dərəcədə ekoloji vəziyyətə təsir edirlər.

İkinci qrupa dəqiq ekoloji meylə malik olan təd-

birlər: “ekoloji” verginin, ətraf mühitin çirkləndirilməsi-

nə görə müxtəlif növlü ödənişlər və cərimələrin tətbiq

edilməsi, təbiəti mühafizə standartı və normativlərin

qəbul edilməsi, region və ya sahələr üzrə ekoloji proq-

ramların qəbul edilməsi və s. aid edilir. Bu tədbirlərin

obyekti ətraf mühitin mühafizəsi və təbii sərvətlərin isti-

fadəsinin yaxşılaşdırılmasıdır.

Müasir iqtisadiyyatda qərarları qəbul edən şəxslər

tərəfindən iqtisadi inkişafı, iqtisadi artım və əhalinin ri-

fah halının artım sürətlərini müəyyənləşdirən makroiqti-

sadi tədbirlərin üstünlüyü əsas götürülür. Bu zaman hə-

Page 164: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

164

yata keçirilən makroiqtisadi tədbirlərin ekoloji nəticələri

ya nəzərə alınmır, yaxud da ona minimum əhəmiyyət

verilir.

Makroiqtisadi siyasət və onun ekoloji təsiri arasın-

da qarşılıqlı əlaqəni göstərmək üçün tədbirlərin təsiri

matrisinin qurulmasından istifadə edilə bilər. Makroiqti-

sadi tədbirlər üçün bu cür matrisin qurulması onların ət-

raf mühitə və ayrı-ayrı təbii sərvətlərə təsiri ilə əlaqəsini

izləməyə imkan verir.

3. Ətraf mühit və təbiətdən istifadənin

optimallaşdırılmasında vergi sisteminin rolu

İnsanla təbiət arasında qarşılıqlı münasibətlə-

rin yaradılmasında faydalı qazıntıların emalı vaxtı

texnoloji üsulların təkmilləşidirilməsi vacibdir. Təbii

mühitin optimallaşdırılmasında mütərəqqi texnoloji

üsullar başlıca olaraq bir sıra sahələri əhatə edir: a)

istehsalın təbiətə etdiyi təsirin optimallaşdırılması, zə-

rərli ünsürlərin aradan qaldırılması, suyun, havanın tə-

mizlənməsi, təbiəti çirkləndirən müəssisələrdə istehsal

və emal proseslərinin təkmilləşdirilməsi, təbii sərvətlə-

rin mənimsənilməsi və istifadəsi işlərinin planlaşdırıl-

masının yaxşılaşdırılması; b) müasir texniki və texnoloji

proseslər tətbiqi əsasında tullantısız və az tullantı verən

istehsalın, xammal və hazır məhsulun daşınmasının tək-

milləşdirilməsi bunların əsasını təşkil edir. Faydalı qa-

zıntıların kimyəvi üsulla çıxarılması, yerin altında daş

kömürün qazlaşdırılması, filizin qələviləşdirilməsi, duz-

ların əridilməsi, neft və qaz yataqlarının şaxta üsulu ilə

Page 165: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

165

istismarı indi böyük səmərə verir. Cəmiyyət qarşısında

duran mühüm problemlərdən biri də gələcəkdə yeni və

mütərəqqi enerji qurğularının tikilməsi ilə “təmiz” enerji

mənbələrindən, atom, günəş, külək enerjisindən, dəniz

və okean dalğalarının gücündən səmərəli istifadə edil-

məsidir. Müasir dövrdə üzvi yanacağın qıtlığı şəraitində

istilik enerjisinə nisbətən su enerjisindən istifadə edil-

məsinin çox böyük üstünlüyü vardır: SES-lər baha başa

gələn yanacaq işlətmir, atmosferə zərərli qazlar, his,

qurum buraxmır. SES-lərin fəaliyyətinin yaxşılaşdırıl-

masının mühüm yollarından biri də onların tikilməsi,

çoxlu kapital qoyuluşu şəraitində sudan səmərəli istifadə

edilməsi və su mənbələrini çirkləndirən zərərli təsirlərin

aradan qaldırılmasıdır. Mənfi cəhət ondan ibarətdir ki,

onlar su mənbələrinə isti su tökür ki, bunlar da suda

havanın, qazın dövranını pozaraq, faydalı faunanın inki-

şafını məhdudlaşdırır, suyun tərkibini pozur.

İstər elektrik stansiyalarında, istərsə də sənaye müəs-

sisələrində suyun qapalı dövran üsulu ilə işlədilməsi

yüksək iqtisadi və ekoloji səmərə verir. Bu yolla ölkə-

mizin iri sənaye müəssisələrində 1966-cı ildə 65 km3,

1970-ci ildə 98 km3, 1979-cu ildə 130-132 km

3, 1984-cü

ildə 155-160 km3 su işlədilmişdir ki, bu da həmin sahə-

lərdə sərf edilən təmiz suyun 65-70 %-nə qənaət etməyə

imkan verir. SES-dən fərqli olaraq İES-lər külli miqdar-

da üzvi yanacaq – təbii qaz, mazut, daş kömür, torf, ya-

nar şist, antrasit və s. işlədir. Bunların müxtəlif tərkibi

tullantıları ətraf mühiti çirkləndirir, kənd təsərrüfatı bit-

kilərinin məhsuldarlığını aşağı salır, əhalinin sağlamlığı-

na mənfi təsir edir. Belə zərərli halların qarşısını almaq

Page 166: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

166

məqsədilə mütərəqqi ekoloji texnikadan geniş istifadə

edilməsi, sənaye müəssisələrində, elektrik stansi-

yalarında tullantısız texnoloji üsulların tətbiqi, xamma-

lın kompleks emalı təşkil edilməlidir.

Müharibədən sonra ölkəmizin iri şəhərlərindən kə-

nara minlərlə sənaye müəssisələri köçürülmüşdür. Bu-

nun nəticəsində havaya, suya, torpağa buraxılan zərərli

tullantıların miqdarı xeyli azalmışdır. Həmin müddətdə

Bakı şəhərindən də bir sıra böyük sənaye müəssisələri, o

cümlədən: sement zavodu, tütün fabriki, çoxlu asfalt,

beton sexləri və s. kənara köçürülmüşdür. Lakin, hələ də

Bakı şəhəri daxilində neft, qaz emalı zavodları, üzvi ya-

nacaqla işləyən İES-lər, dəyirman və sair iri sənaye

müəssisələri havanı, suyu, torpağı korlayır, adamların

səhhətinə zərər yetirir.

Ətraf təbii mühiti çirkləndirən müəssisələrin tul-

lantıları qiymətli xammaldır. Məsələn, ölkədə olan se-

ment zavodlarının borularından çıxan tozlarının tutulub

emal edilməsi əlavə 10 min tonlarla sement verir. Vaxtı

ilə sovetlər dövründə təbiətin mühafizəsi haqqında bir

sıra tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində

son dövrlərdə istehsal tullantılarının miqdarı xeyli azal-

mış, ətraf mühitin mühafizəsində xeyli müvəffəqiyyətlər

əldə edilmişdir. İndi çox yerdə şəhər tullantılarını emal

edən çoxlu sənaye müəssisələri yaradılmışdır ki, bunlar

da hər il xeyli məhsul istehsalını təmin etmişdir. İstehsal

tullantılarından səmərəli istifadə edilməsinin mümkün

olan üsullarından biri də sənaye, məişət sularını təmizlə-

yib kənd təsərrüfatı bitkilərinin, ağacların, bağların, ot-

laqların suvarılmasında istifadə edilməsidir.

Page 167: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

167

Təbii sərvətlərdən istifadə edilməsində ətraf

mühitin mühafizəsinin optimallaşdırılmasına iqtisa-

di, texniki, texnoloji, sosioloji təbiəti mühafizə amil-

ləri səbəb olur. Lakin, istehsal texnologiyasının tək-

milləşdirilməsinə, ilkin və təkrar xammaldan komp-

leks, itkisiz istifadə edilməsinə yönəldilən tədbirlər

çoxlu kapital qoyuluşu və əmək sərfi tələb edir. Mə-

sələn, Selença çayı hövzəsində tikilən təmizləyici qur-

ğuların dəyəri, çirkab sularını Baykal gölünə axıdan

müəssisələrin dəyərinin 20-22%-ni təşkil edir. Bəzi

hallarda təmizləyici qurğuların dəyəri əsas istehsal

fondlarının 30-35 %-i qədər olur. Lakin, son iqtisadi

səmərə şəraitində bu müəssisələrin yaradılması zəru-

ridir. İndi iqtisadçıların, mühəndislərin, texnoloqların,

ekoloqların və müvafiq mütəxəssislərin mühüm vəzifə-

lərindən biri də torpağın, suyun, havanın, otlaqların,

əkin sahələrinin çirkləndirilməsindən təbii sərvətlərdən

istifadəsində sərfəli texnoloji üsulların tətbiqinə nail ol-

maqdan ibarətdir. Bunun üçün ilk növbədə təbii ehtiyat-

ların iqtisadi qiymətləndirilməsinin və onların istifadə-

sində optimal modellərini seçməyin böyük əhəmiyyəti

vardır. Ətraf təbii mühitin mühafizəsinin optimallaş-

dırılmasında xammalın istifadəsində, iqtisadi fayda-

lılığın yüksəldilməsində texnologiya, kimya, iqtisa-

diyyat və iqtisadi coğrafiya elmləri bir-birilə sıx

surətdə əlaqədardır. Təbii sərvətlərin qruplaşdırılma-

sında iqtisadi-coğrafi konsepsiya böyük əhəmiyyətə ma-

likdir. Bununla yanaşı canlı orqanizmlərdən bəhs edən

elmlərin qarşısında böyük problem durur. Təbiətdə olan

canlıların orqanizminə təsir edən müxtəlif texnogen də-

Page 168: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

168

yişiklikləri müəyyən etmək məqsədilə orqanizmin özü-

nün uyğunlaşma imkanları hələlik hərtərəfli öyrənilmə-

mişdir. İnsanlara təsir edən zərərli maddələrin kəmiyyət

və keyfiyyətinin sosial-iqtisadi, ekoloji cəhətdən qiy-

mətləndirilməsi kompleks tədbirlər sırasına daxildir. Bu

sahədə nəzərə çarpan çətinliklər ondan ibarətdir ki, ayrı-

ayrı ölkələrdə tullantıların ətraf mühitə təsiri müxtəlif

səpgidə olur. Belə şəraitdə istər dünya miqyasında, is-

tərsə də Respublikalarda ətraf mühitin çirklənməsinin

ekoloji, sosial-psixoloji nəticələri kifayət dərəcədə öyrə-

nilməmişdir.

Əhalinin urbanizasiyasının, istehsalın təmərküzləş-

dirilməsinin təbiətə etdiyi təsirin kəmiyyət və keyfiyyət

göstəricilərini iqtisadi səpgidə öyrənmək böyük əhəmiy-

yət kəsb edir. Konkret orqanizmə olan təsir dairəsini

araşdırmaq elmi əsaslar üzərində aparılmalıdır.

Ətraf təbii mühitin optimallaşdırılmasının elmi cə-

hətlərinə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, ya-

şından, təhsildən, peşəsindən asılı olmayaraq əhalidə,

cavanlarda təbiətə şüurlu, ehtiyatlı münasibət bəsləmək

və təbiəti qorumaq üçün onları vətənpərvərlik ruhunda

tərbiyə etmək lazımdır. İnsanın təbiətə münasibətinin

optimallaşdırılması təkcə mütəxəssislərin-texnoloqla-

rın, alimlərin deyil, bu mühüm işə cəmiyyət üzvləri-

nin hamısı cəlb edilməlidir. Lakin, təbiətə və texnikaya

qayğı və münasibətin düzgün tərbiyə edilməsi müəyyən

psixoloji maneələrlə əlaqədardır. Hər hansı ölkə, iqtisadi

rayon, respublika daxilində təbii sərvətlərin, ətraf təbii

mühitin mühafizəsinin elmi əsaslarını ali və orta ixtisas

təhsili məktəblərdə tədris etmək də məqsədəuyğundur.

Page 169: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

169

Bu sahədə kütləvi mətbuat vasitələrindən geniş istifadə

edilməlidir.

Təbii mühitin optimallaşdırılması inzibati, iqti-

sadi, hüquqi, texnoloji, ekoloji təsirlərin dəqiq uzlaş-

dırılmasını tələb edir. Belə olmasa, ən ciddi cəhətlər və

tədbirlər belə səmərəsiz qalar. Qeyd etmək lazımdır ki,

müxtəlif tabeçilik şəraitində təbiəti mühafizə həyata ke-

çirilən “idarə” səciyyəli tədbirlər, adətən, səmərəsiz

olur. Məsələn, suvarma kanallarının və su anbarlarının

tikilməsi energetika və nəqliyyat sahələrində sərfəli ol-

duğu halda, balıqçılıq təsərrüfatına böyük ziyanlar vu-

rur. Buna görə bunlar istehsal və ekoloji səpgidə müəy-

yən ziddiyyətlər əmələ gətirir.

Təbii ehtiyatlar daşınan və daşınmaz əmlakdan

(torpaq, su, meşələr, minerallar və s.) ibarətdir. Bu eh-

tiyatlar - əmlak bazarı, torpaq bazarı və s. iqtisadi müna-

sibətləri əhatə etməklə və s. ətraf mühitdən istifadənin

iqtisadiyyatının əsas obyektləridir. Burada əmlakın –

torpağın, faydalı qazıntıların (filiz, neft və s) qiymət-

ləndirilməsi və uçotu, qeydiyyatı sistemi yaradılır,

planlaşdırılması, vergiyə cəlb edilməsi tətbiq edilir.

Bu iqtisadi sahələr arasında iqtisadi əlaqələrin tənzim-

lənməsində mühüm rol oynayır. Təbii sərvətlərin uçotu

və qeydiyyatı investisiya qoyulması, icarə hüququ, borc,

istifadə, girov hüququ və digər münasibətləri tənzimlə-

məyə əsas verir. Burada yerli idarəetmə orqanlarının hü-

quqları təmin edilməlidir. Bu sərvətlər üçün qanunveri-

ciliyə uyğun onun istifadəsi və vergiyə cəlb edilməsi

dövlətin maraqlarını təmin etməlidir. Vergilərin tətbiqi

Page 170: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

170

həm də həmin torpaq, digər sərvətlərdən düzgün isti-

fadə edilməsi və qorunması məqsədi daşıyır. Ona gö-

rə də bu sərvətlər qiymətləndirilir. Qiymətləndirmə -

hesablanmış və ekspertiza olunmuş sərvətin dəyəri-

nin müəyyən edilməsidir. Bu qiymətləndirmə iqtisadi

münasibətlər, əqdlər bağlanması və vergi bazarının

müəyyən edilməsi üçün vacibdir.

Əmlakın vergiyə cəlb edilməsi təcrübəsi aşağı-

dakıları nəzərdə tutur:

1) vergi bazarı;

2) vergiyə cəlb olunan sərvətin tərkibi;

3) müxtəlif subsidiya və vergi güzəştlərinin tətbiqi;

4) vergi ödəyicilərinin tərkibi;

5) büdcəyə vergi daxil olmaları;

6) vergilərin alınma qaydaları.

Təbii sərvətlərin vergiyə cəlb edilməsi ölkələr üzrə

fərqlənir. Əsas prinsip - verginin bazar qiymətlərinə uy-

ğun dərəcələr müəyyən edilməklə həyata keçirilməsidir.

Bu əsas prinsipdir.

Vahid torpaq vergisinin tətbiqi çox az ölkədə tət-

biq edilir. Vergi ödəyiciləri əsasən mülkiyyətçilər və

icarəçilərə bölünür. Vergi bazasının müəyyən edilməsi

və əmlakın qiymətləndirilməsi yuxarı inzibati orqanlar

tərəfindən həyata keçirilir.

Vergilər “Azərbaycan Respublikası Vergilər Mə-

cəlləsi” ilə tənzimlənir. Vergilərin müəyyən edilməsi və

ödənilməsi qaydaları bu qanunla həyata keçirilir.

Torpağa, suya, meşə sərvətlərinə əsaslanan tədbir-

lərin həyata keçirilməsində ortaya çıxa bilən zərərli hal-

Page 171: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

171

lara qarşı ciddi tədbirlərin həyata keçirilməsi əsaslandı-

rılmış layihə sənədlərinə malik olmalıdır. Təbii sərvət-

lərdən istifadə edilməsinə ətraf mühitin optimallaşdırıl-

masına aid ümumi nəzəriyyənin işlənilməsi və həyata

tətbiqi müxtəlif elmlərin birgə səyi və vəzifəsidir. Bu

məsələnin həllində biologiya, meteorologiya, coğrafiya,

fizika, kibernetika kimi elmlər də böyük rol oynaya bi-

lər. Lakin, bu tədqiqatların mərkəzində müxtəlif elmlər-

lə yanaşı coğrafiya elmi durmalıdır, çünki bu elm təbiətə

daha yaxındır və həmin nəzəriyyəyə kompleks səciyyə

vermək imkanın malikdir. Kompleks yanaşma anlayışı-

nın məzmununu, ətraf mühitin mühafizəsi, təbii sərvətlə-

rin səmərəli istifadə edilməsi, eləcə də bütövlükdə bu

problemin optimallaşdırılması haqqında mövcud duru-

mu nəzərdən keçirək.

Ümumiyyətlə hər hansı obyektin tikintisinə, istifa-

dəyə verilməsinə, mühafizəsini başlamaq, bunların opti-

mal səviyyəsini təyin etmək üçün həmin obyektlər haq-

qında təbii-iqtisadi təsəvvürə malik olmaq lazımdır.

Təəssüf ki, elmi və kütləvi ədəbiyyatda bu haqda hələ

də mühüm çatışmazlıq mövcuddur. Bunun əsasını təbii

obyektlərin coğrafi cəhətdən kifayət qədər qiymətləndi-

rilməsi təşkil edir. Texniki tərəqqinin geniş inkişafına

daha doğrusu, cəmiyyətin təbiətə təsirinin gərgin vaxtı-

na qədər ədəbiyyatda çox işlənən “təbii mühit” sonralar

“ətraf təbii mühit” anlayışı ilə əvəz edilir. Bu anlayışın

ortaya çıxmasına əsas səbəb müasir əhali məskunlaşma-

sı və istehsal prosesində şəhərləri, xüsusilə sənaye mər-

kəzlərini əhatə edən mühitin çirklənməsi, bununla əla-

Page 172: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

172

qədar təbiətdən əldə edilən maddi nemətlərin kasadlaş-

ması olmuşdur. İndi ədəbiyyata “təbii mühit”, “təbiət”,

“ətraf təbii mühit”, “coğrafi mühit”, “ekologiya”, “bios-

fer” kimi terminlər də daxil edilir. “Təbiət” hər bir mə-

kan və zaman daxilində bütün dünyanı əhatə edən ümu-

mi anlayışdır. Təbii sərvətlərdən istifadə edilməsinin

optimallaşdırılmasının ərazi və sahələrarası aparılması

mühüm şərtdir. Ərazi-istehsal miqyası təbii mühitin op-

timallaşdırılmasının mühüm obyektidir. Belə halda təbii

sərvətlərin istifadəsinin səmərəli və optimal yollarını

müəyyən etmək ekoloji mühitin saflaşdırılmasında, iqti-

sadi inkişafın təşkilində vacib şərtdir. Əhali sivilizasiya-

sına, istehsalın təmərküzləşməsinə malik olan rayonlar-

da təbii landşaftların “mədəni landşaftlarla” əvəz edil-

məsi o vaxt səmərəli olar ki, təbiətlə insanlar arasındakı

qarşılıqlı vəhdət pozulmasın, insanlar təbiətə olan qay-

ğını heç də maddi və mənəvi tələbatdan geri qoymasın.

Təbiətin mühafizəsi tədbirləri coğrafi, ekoloji, sosioloji

tədqiqatlar şəraitində səmərəli ola bilər. Bu məqsədlə

geosistemik təbii “mexanizmlərinin” formalaşmasını,

onun fəaliyyət və inkişaf qanunauyğunluqlarını, insanın

geosistemə etdiyi təsirlərin texnogen dəyişikliklərə da-

vamlılığını öyrənmək lazımdır. Müxtəlif torpaq-iqlim

zonaları daxilində landşaftlar üzrə təbii şəraiti və sərvət-

ləri təhlil etməklə yanaşı, geosistemin yararlı ünsürlərini

qiymətləndirmək, geosistemdə baş verən antropogen də-

yişikləri, onların quruluşunu və proqnozunu şərh etmək,

təbii sərvətlərin istifadəsi və mühafizəsi üçün elmi su-

Page 173: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

173

rətdə əsaslandırılmış tövsiyələr hazırlamaq ətraf mühiti

mühafizə tədbirlərinin tərkib hissəsidir.

4. Ətraf mühit və təbiətdən istifadənin və ekoloji

ziyanın qiymətləndirilməsi

Ətraf mühitin qorunmasının, onun müxtəlif qarı-

şıqlarla çirklənməsinin qarşısının alınması və ziyanların

qiymətləndirilməsi üçün düzgün məlumat sisteminin

yaradılması böyük əhəmiyyət kəsb edir. Bu məlumatlar

vasitəsilə hansı regionda kimlər tərəfindən ətraf mühitə

dəyən zərərin qarşısı daha tez alınır, onun genişlənərək

böyük əraziləri tutmasına imkan verilmir. Təbiətdən

istifadə edilməsinin və ətraf mühitin mühafizəsinin idarə

olunması bəşər cəmiyyəti qarşısında duran başlıca vəzi-

fədir. Lakin, bu məsələnin qoyuluşu, həlli kompleks

qiymətləndirilmədikdə heç bir nəticə vermir. Hətta daha

kəskin ekoloji hadisələrin törəməsinə səbəb olur. “İnsan

– cəmiyyət – istehsal – təbiət” kimi mürəkkəb sxem

üzrə təsərrüfat, rayon, respublika və dünya miqyasında

həll olunmalıdır. Buradan belə bir nəticəyə gəlmək olar

ki, müasir təsərrüfatçılıq şəraitində təbii ehtiyatlardan

istifadə etdikdə, prosesə iqtisadi səmərəlilik baxımından

qiymət verməklə yanaşı, onun ekoloji cəhətdən müha-

fizəsi də nəzərə alınmalıdır. Son bir neçə onilliklər ər-

zində Azərbaycan dövləti təbiətin qorunması haqqında

bir sıra qanun və qərarlar qəbul etmişdir. Bu qanun və

qərarlarda iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının

daha da inkişaf etdirilməsi, əhalinin getdikcə artan mad-

di, mədəni və estetik tələblərinin təmin olunması, təbii

Page 174: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

174

sərvətlərdən (torpaq, faydalı qazıntılar, su, bitki və hey-

vanlar aləmindən, abidələrdən) planlı surətdə istifadə

olunması, ehtiyatların xüsusi qayğı ilə qorunması

vacibliyi göstərilmiş və tövsiyə olunmuşdur. Azərbay-

can Respublikası Nazirlər Kabineti tərəfindən 1980-ci

ildə “Respublikada təbiətin mühafizə olunmasına və tə-

bii ehtiyatlardan səmərəli istifadə edilməsinə nəzarəti

gücləndirmək haqqında” qərar qəbul edilmişdir. Həmin

qərarda Respublikada təbiəti mühafizə tədbirlərinin hə-

yata keçirilməsinə nəzarəti gücləndirmək, təbii mühitin

vəziyyətini yaxşılaşdırmaq, tullantıların təbii mühitə və

əhalinin sağlamlığına zərərli təsirini aradan qaldırmaq,

təbiəti mühafizə sahəsində olan tapşırıqların vaxtında və

keyfiyyətlə yerinə yetirilməsi üçün təşkilati-texniki təd-

birlər hazırlayıb həyata keçirmək nəzərdə tutulmuşdur.

Sənaye müəssisələri və qurğuları, digər kənd təsərrüfatı

obyektləri tikintisi və yenidən qurulması layihələrində

ekoloji tələblərə əməl edilməsi məsələlərinə də xüsusi

diqqət yetirilmişdir. Bununla yanaşı Respublika höku-

məti tərəfindən müxtəlif illərdə “Təbiəti mühafizə”

(27.10.1960), “Xəzər dənizinin çirklənmədən qorunması

üzrə əlavə tədbirlər haqqında” (16.10.1977), “Azər-

baycanda təbiətin mühafizəsini gücləndirmək və təbii

ehtiyatlardan istifadə edilməsini yaxşılaşdırmaq sahə-

sində əlavə tədbirlər haqqında” (1978), “Ölkədə vahid,

ixtisaslaşdırılmış aqrokimyəvi xidmətin yaxşılaşdırıl-

ması haqqında” (1979), “Atmosfer havasının mühafizəsi

haqqında” (1989), “Heyvanlar aləminin mühafizəsi və

ondan istifadə haqqında” (1980), “Qırmızı kitab haqqın-

da” (1983) qərarlar qəbul olunmuşdur. Bu qanun və qə-

Page 175: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

175

rarlar müəyyən dərəcədə ətraf mühitin qorunması, onun

zərərli tullantılarla çirklənməsinin qarşısının alınmasına

xidmət etmişdir. Son 30-35 il ərzində elmi-texniki

tərəqqinin inkişafı, onun istehsalata tətbiqinin güclən-

məsi, yeni sənaye müəssisələrinin yaradılması ətraf mü-

hitin zərərli qarışıqlarla çirklənməsinə səbəb olmuşdur.

Kosmosun fəthi, yeni silah növlərinin sınaqdan keçi-

rilməsi atmosferi, torpağı, suyu çirkləndirilmiş, müxtəlif

xəstəliklərin əmələ gəlməsinə şərait yaratmışdır. Ha-

vada qazların, bərk və maye halında müxtəlif mad-

dələrin, həmçinin radioaktiv elementlərin canlı orqa-

nizmlərin həyat şəraitinə mənfi təsir edə biləcək miq-

darda olmasına atmosfer çirklənməsi deyilir. Atmos-

ferin çirklənməsi əsasən insanların təsərrüfat fəaliyyəti

ilə əlaqədardır. Ona görə də hər bir çirklənmənin qiy-

mətləndirilməsi həyata keçirilir. Bu çirklənmələr nəticə-

sində müxtəlif istiqamətlərdə ziyanlar dəyir. Bu çirk-

lənmələr nəticəsində ekoloji ziyanlar aşağıdakı kimi

təsnifləşdirilir:

- Atmosfer çirkləndiriciləri. Təbii, istehsalat və

məişət prosesləri ilə əlaqədar çirkləndirmədən ziyan də-

yir. Bunlar aşağıdakı kimi qruplaşdırılır;

- Təbii mənşəli çirkləndiricilər – mineral maddə-

lər, qazlar, bitki və heyvan mənşəli çirklənmələr;

- Heyvan və mikrobioloji mənşəli birləşmələr

nəticəsində çirklənmələr;

- Yanacaqdan istifadə nəticəsində çıxan zərərli

qazlar və maddələr nəticəsində çirklənmələr;

- Sənaye və məişət tullantıları və onları zərərsiz-

ləşdirmək məqsədilə yandırılarkən atmosferə buraxılan

Page 176: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

176

tüstü və maddələr.

Atmosferin təbii çirklənməsinin səbəbi, təbii fəla-

kətlər (vulkan püskürmələri, zəlzələ, fırtınalar, meşə

yanğınları və s.) havanın dəyişməsi, termal və üzvi mad-

dələrin parçalanmasından alınan qazlar, okeandan hava-

ya daxil olan karbon qazı, xloridlər, habelə şoran ərazi-

lərdən sovrulan duzlardır. Ətraf mühitin çirklənməsi

başqa mənbələr hesabına baş verir. Çirklənmə mənbələ-

ri, onu yaradan amillər barədə məlumat, həmçinin bu sa-

hədə regional, dövlətlərarası əlaqələrin yaradılması bu

problemi yaradan amilləri vaxtında aradan qaldırmağa,

ətraf mühitə dəyən zərəri minimuma endirməyə imkan

verə bilər. Son vaxtlarda Fransanın Sakit okeanda nüvə

sınaqlarının keçirilməsi ətraf dövlətlərinin ciddi narazlı-

ğına səbəb olunmuşdur. Bu məlumat bütün dünya ölkə-

lərində böyük narazılıqla qarşılanmış və Fransa hökü-

mətinə təzyiqlər göstərilmişdir. Həmçinin ətraf mühitin,

atmosferin çirklənməsi ilə nəticələnə biləcək başqa

amillər barədə vaxtında verilən məlumatlar, onun ara-

dan qaldırılmasına xidmət edir.

Page 177: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

177

VII FƏSİL.

ƏTRAF MÜHİT VƏ TƏBİİ EHTİYATLARIN

QİYMƏTLƏNDİRİLMƏSİ FUNKSİYALARI VƏ

NÖVLƏRİ

1. Ətraf mühit və təbii ehtiyatların qiymətləndiril-

məsi növləri; 2. Ətraf mühit və təbii ehtiyatların qiymətləndi-

rilməsi funksiyaları; 3. Təbii ehtiyatların müxtəlif növlərinin qiymət-

ləndirilməsi üsulları; 4. Təbii kadastrlar; 5. Torpaq, meşə və su kadastrları.

1. Ətraf mühit və təbii ehtiyatların

qiymətləndirilməsi növləri

Ətraf mühitdən səmərəli istifadə, planlaşdırma,

ətraf mühitdən istifadənin idarə edilməsi, habelə

ekoloji-iqtisadi şəraitin öncə görümü (proqnozlaşdı-

rılması) təbii ehtiyat potensialının ekoloji-iqtisadi

qiymətləndirilməsini əhatə edir. Təbii mühit insanların həyat fəaliyyətinə təminat

verməklə aşağıdakı funksiyaları yerinə yetirir: 1) insanın təbii artımına təminat yaradır; 2) təbii ehtiyatlarla təmin edir; 3) tullantıları və çirklənməni assimilyasiya edir

(neytrallaşdırır); 4) bir çox xidmət sahələrinə təminat yaradır: rek-

reasiya-istirahət, müalicə mənbəyi, estetik və s.

Page 178: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

178

Göstərilənlərlə yanaşı heç bir iqtisadi sistem (nə bazar, nədə qiymətləndirmə) bu funksiyaların real qiy-mətini vermək qabiliyyətində deyildir. Keçmiş SSRİ-də uzun illər təbii sərvətlər pulsuz istifadə olunmuşdur, heç kimə də mənsub olmamışdır. Bu isə təbiətdən istifadədə israfçılığa səbəb olmuşdur. Göstərilənləri qiymətləndir-mək üçün real qiymətlər lazımdır. O cümlədən, təbii ri-fah komponentlərini də qiymətləndirmək lazım gəlir. Lakin, həmişə təbii ehtiyatların qiymətləndirilməsi müs-bət olmalıdır. Təcrübədə hər hansı bir rifahın “sıfır” qiy-məti də ola bilər, əgər onun fiziki itkisi cəmiyyət üçün həm bu gün, həm də gələcəkdə iqtisadi itki ilə müşayiət olunmursa.

Təbii amilin əhəmiyyətini, rolunu nəzərə alaraq və dərk edərək təbii ehtiyatların payını, iştirak dərəcəsini təsərrüfat fəaliyyətində əməyin nəticələrində formalaşan dəyər və qiymət göstəricilərini aşkar etmək, müəyyən-ləşdirmək, dəqiqləşdirmək, kəmiyyət amillərini təyin et-mək zəruridir. Təbiət ehtiyatların qiymətləndirilməsi hər hansı problemin həll edilməsində alternativ variantların seçilməsinə daha əsaslı imkan verə bilər. HES-lər ener-jinin ən ucuz yolla alınmasında ən əlverişli mənbə hesab edilir. Lakin, hesablamalardan məlum olur ki, geniş sa-hədə su altında qalmış məhsuldar torpaqların ekoloji-iq-tisadi itkisi (zərəri) hiss edilir və elektrik enerjisindən alınan səmərədən çoxdur.

Qiymətləndirilmiş təbii ehtiyatların milli sərvət-

lər sırasına salınması məqsədəuyğun sayılır. Bir çox

qiymətləndirmələrə görə milli sərvətlərin 40%-dən

çoxu müasir statistikada nəzərə alınmır. BMT və bəzi ölkələrə iqtisadi inkişafın əsas göstə-

Page 179: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

179

ricilərində “yaşıl” ölçmələr üçün cəhd göstərirlər. Xüsu-sən, yaşıl hesabların hazırlanmasına başlanmış və ya ekoloji-iqtisadi uçot sistemi tətbiq edilir. İnteqrallaşdı-rılmış iqtisadi və ekoloji göstəricilər sistemi təklif edilir:

- humanitar inkişaf indeksi (BMT), normal həyat üçün zəruri olan ömrün uzunluğunu, bilik səviyyəsini və təbii ehtiyatlara malik olmanın səviyyəsini nəzərə alır;

- sabit iqtisadi rifah indeksi (səmərəsiz təsərrüfat-çılığın ekoloji xarakterli xərclərini nəzərə alan kompleks göstərici).

Sabit iqtisadi maddi rifah indeksinin müəlliflərin-dən biri Q.Dali göstərir ki, ekoloji “həqiqətlər” qiymət-ləndirilməlidir. Real komponentləri makro və mikro sə-viyyədə iqtisadi göstəricilərin tərkib hissəsi kimi qiy-mətləndirmək lazımdır.

Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsi –

sərvətlərin təsərrüfat qiymətlərinin pulla ifadəsidir. Bu iki əsas funksiyanı yerinə yetirir:

- elmi (nəzəri), yəni “nəyə malikik, nəyimiz var-dır?” sualına cavab verir;

- həvəsləndirici (stimullaşdırıcı). Təbii ehtiyatlara düzgün qiymət verməklə bir çox

problemləri müvəffəqiyyətlə həll etmək olar, xüsusilə: - təbii ehtiyatların istifadəsinin variantlarının növ-

bəlilik dərəcəsini seçməklə; - təbii ehtiyatlardan səmərəsiz istifadədən dəyən

zərəri və təbiəti mühafizə xərclərinin effektini (səmərə-sini, xeyrini) qiymətləndirməklə;

- təbiətdən səmərəli istifadənin stimullaşdırılması üzrə tədbirlərin əməli rolunu qiymətləndirməklə;

- təbii ehtiyatlardan istifadəyə, ətraf mühiti çirklən-

Page 180: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

180

dirməyə görə ödəmənin məbləğinin, vergilərin qoyul-masının, icarə ödəmələrinin əsaslandırılması ilə.

2. Ətraf mühit və təbii ehtiyatların

qiymətləndirilməsi funksiyaları

Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi əksər

istehlakçılar üçün faydanın müəyyən edilməsidir, yəni tələbatı ödəmək üçün onlara təbiətin töhfəsidir. Hər bir istənilən iqtisadi qiymətləndirmənin ölçüsü əməkdir. Əmək təkrar istehsalı bərpaya, qoruyub saxlamağa, məh-suldarlığı artırmağa sərf olunmuş, ya da bu və ya digər ehtiyatın istifadəsindən qənaət edilmiş əməkdir.

Ümumi planda ətraf mühitdən istifadədə tətbiq

olunan iqtisadi qiymətləndirmədə təbii ehtiyatların

iqtisadi qiyməti pul vahidi ilə, balla, yaxud natural qiymətlərlə müəyyən edilir. Bunu monetar üsul da ad-landırırlar. Prinsip etibarı ilə, bütün təbii rifahları və xidmətləri dəqiq qiymətləndirmək olmaz. Elə nadir ob-yektlər var ki, qiymətsizdir. Təbiətdən istifadədə bir çox hallarda ənənəvi bazar yoxdur və müvafiq olaraq stan-dart tələb və təklif də yoxdur. Təbii ehtiyatlar nə qədər məhduddursa (azdırsa), onun qiyməti bir o qədər yuxarı olur. Lakin, bazar qiymətləri heç də həmişə təbii ehti-yatların qıtlığı (azlığı) haqqında işarə vermir. Belə hal-larda digər qiymətləndirmə üsullarından istifadə etmək lazım gəlir.

Təbii zənginliklərin iqtisadi qiymətini təyin etmək üçün ən vacibi “ödəməyə hazır olmaq” konsepsiyasıdır.

Page 181: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

181

Sxem 4.

“Ödəməyə hazır olmaq” konsepsiyasının modeli

Tarazlıq qiyməti ehtiyatın yalnız minimum qiymə-

tini göstərir. Müəyyən ekoloji rifahın dəyəri bazar qiy-məti və əlavə qiymətlər toplusu ilə təyin edilə bilər və tələb əyrisi altındakı sahə - AEQoO olar. İstehlakçının əlavə məbləğini işarə edir, göstərir ki, faktiki ödəməli olduğundan çox ödəməyə hazırdır. Ehtiyatın qiyməti ol-madığı halda istehlakçı artığının zonası tələb əyrisi al-tındakı sahə olacaqdır. “Pulsuz” ekoloji rifahın və xid-mətin itirildiyi halda firavanlıq iri itkilərə məruz qala-caqdır.

Təbiətin mühafizəsi və təbii ehtiyatlardan istifadə-nin yaxşılaşdırılmasının mühüm istiqamətlərindən biri təbii ehtiyatların və təbii xidmətlərin iqtisadi qiymətinin müəyyən edilməsidir. Ətraf mühit üç funksiyanı tə-

min edir: 1) təbii ehtiyatlarla təminat; 2) tullantı və çirkləndiricilərin assimilyasiyası; 3) insanların rekreasiya, estetik zövq və bu kimi

təbii xidmətlərlə təmin edilməsi. Bu üç funksiyaya təbii ətraf mühitin vahid baş

funksiyasının komponentləri kimi də baxıla bilər. Qeyd etmək lazımdır ki, nə mərkəzdən planlaşdırı-

lan iqtisadiyyat nə də, bazar iqtisadiyyatı təmiz ətraf mühitin, təbii ehtiyatların real əhəmiyyətini qiymətlən-

Page 182: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

182

dirmək, onların həqiqi qiymətini müəyyən etmək iqtida-rında olmamışlar.

Təbii ehtiyatların real qiymətləri bazar iqtisadiy-yatında səmərəli mexanizmlərdən biri ola bilər. Müəssi-sələrdə təbiətdən qeyri-səmərəli istifadə zamanı onların nəzərə alınmaması istehsal göstəricilərinin pisləşməsinə gətirib çıxarır ki, bu da özünü maliyyə nəticələrində göstərir.

Təbii ehtiyatların qiymətlərinin nəzərə alınması in-

kişaf alternativlərin iqtisadi səmərəliliyinin əsaslandırıl-

mış şəkildə müəyyən edilməsinə imkan verərdi. Qiy-

mətlərin tətbiq edilməsi əsaslı tikinti variantlarının seçi-

minə böyük təsir göstərə bilər. Məsələn, tikinti üçün kənd

təsərrüfatında istifadə edilə və məhsul verə biləcəyinin

nəzərə alınması, tikinti obyektinin maksimal yığcamlaş-

dırılması və ya səmərəsiz torpaq sahələrinin cəlb edilmə-

si hesabına bahalaşması və investisiya layihəsində dəyi-

şikliklər aparılması məqsədəuyğunluğunu aşkar edə bilər.

Təbii ehtiyatların real qiymətləndirilməsi iqtisadiy-

yatda ehtiyatlara qənaətlə istifadəyə mane olur. Təbii eh-

tiyatların itkilərinin, iqtisadiyyatın təbiət tutumluğunun

yüksəlməsinin əsas səbəblərindən biri də avadanlıqların

aşınmasının bütün yol verilən normaları aşmasıdır. Neft-

çıxarma sənayesindəki vəziyyət Azərbaycan iqtisadiy-

yatının texnogen inkişafı üçün səciyyəvidir. Təbii ehti-

yatların qiymətlərinin ölkənin milli sərvətinə daxil edil-

məsi məqsədəuyğundur. Bu vaxta qədər milli sərvətin

tərkibinə yalnız əsas fondların, maddi dövriyyə vəsaitlə-

rinin və əhalinin şəxsi əmlakının daxil edilməsi ekoloji

amilin lazımi səviyyədə qiymətləndirilməməsini sübut

Page 183: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

183

edir. Bununla belə, bu qiymət milli sərvətin əsas tərkib

hissəsi olaraq ölkənin təbii potensialını əks etdirir. Bu

potensial ictimai sərvətlə (yığılmış istehsal və qeyri-is-

tehsal fondları) yanaşı bir çox hallarda milli təsərrüfatın

perspektiv inkişafını müəyyən edir.

Praktiki tədbirlərin əsasını təşkil edən iqtisadi qiy-

mətləndirilmənin konsepsiyası, ətraf mühit və onun eh-

tiyatları tərəfindən göstərilən xidmətlərə görə ödəməyə

hazırlığından ibarətdir. İqtisadi qiymətlərin təyin edil-

məsində bir sıra yanaşmalar mövcuddur. Onlar aşa-

ğıdakılara əsaslanır:

- Rentaya;

- Xərclər yanaşmasına;

- Alternativ dəyərə;

- Ümumi iqtisadi qiymətlərə (dəyərə);

- Subyektiv qiymətləndirməyə və s.

Yuxarıda adları çəkilən rifahların iqtisadi qiymət-

ləndirilməsi metodlarını məqbul hesab etmək olar. On-

ların ümumi çatışmayan cəhəti qiymətlərin aşağı salın-

masıdır (uzlaşdırılmasıdır). Ona görə də, təbii ehtiyatla-

rın bazar qiymətləri real ictimai xərcləri və gələcəkdə

əldə ediləcək qiymətləri əks etdirmir. Ənənəvi bazar

yalnız təbii ehtiyatlarla təminatı qiymətləndirir. Tullan-

tıların və çirklənmənin assimiliyasiyası kimi funksiyalar

bazar sistemində öz əksini tapmır.

Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi əsa-

sən birbaşa hesablama metodları və yaxud dolayısı yolla

təyin edilirlər. Təbii rifahların və xidmətlərin iqtisadi

qiymətləndirilməsi onların bazar dəyəri ilə uyğun gəl-

məyə bilər. Lakin o, təbii obyektlərin icarəyə verilmə-

Page 184: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

184

sində, daşınmaz əmlaka vergilərin hesablanmasında və

s. mütləq nəzərə alınmalıdır.

Hazırda ekoloji rifah və xidmətlərin qiymətləndi-

rilməsi genişləndirmə üsulu, tam iqtisadi qiymət kon-

sepsiyasına əsaslanır. Tam iqtisadi qiymətləndirmənin

əsas istiqamətləri aşağıdakılardır:

1) istifadənin qiyməti (əhəmiyyəti);

2) istifadə ilə əlaqədar olmayan qiymət.

Öz növbəsində istifadə qiyməti həm birbaşa, həm

də dolayısı istifadədən ibarətdir. Ekoloji rifahlardan fak-

tiki və birbaşa istifadə qiyməti əldə olunan gəlirin kö-

məyi ilə ölçülə bilər. Dolayısı istifadənin qiyməti este-

tik, rekreasiya və s. tələbatların ödənilməsi sayəsində əl-

də edilən əlavə gəlir ilə ölçülür.

İstifadə ilə əlaqədar olmayan qiymət 3 elementdən

ibarətdir:

a) təxirə salınmış alternativ qiymət (gələcək istifa-

dənin verəcəyi fayda);

b) irs qiyməti (gələcək nəslin istifadə edəcəyi fay-

da);

c) həyat (mövcudolma, yaşayış) qiyməti (təmiz,

rəngarəng və məhsuldar ətraf təbii mühitin faktiki verdi-

yi fayda).

3. Təbii ehtiyatların müxtəlif növlərinin

qiymətləndirilməsi üsulları

Geniş tətbiq edilən qiymətləndirmə üsulları tə-

bii ehtiyatların renta və xərc (məxaric, sərfetmə)

üsullarıdır. Bu üsullar əsas etibarı ilə torpaqların, me-

şələrin və s. qiymətləndirilməsində tətbiq edilir.

Page 185: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

185

1) Renta üsulu vasitəsilə ehtiyatın qıtlığı (azlığı)

və əhəmiyyəti nəzərə alınır. Renta təbii ehtiyatların tək-

lif edilməsinin məhdudluğu və qeyri-elastikliyinin, ha-

belə mülkiyyət subyektlərinin təsərrüfat və sosial sahə-

lərə bölünməsinin mövcudluğu şəraitində ortaya çıxır.

Ehtiyatlara tələbat qiymətin fəal təyinedicisidir, eyni za-

manda dəyişən amildir. Təbii ehtiyatın qiyməti “kapital-

laşmış” renta düsturu ilə o şərtlə təyin edilir ki, resurs

qeyri-müəyyən müddətə istismar olunsun:

( ) ;

Burada, P – torpaq ehtiyatlarının qiyməti,

R – illik rentanın miqdarı,

r – ssuda faizidir.

Renta mütləq və differensial formalardan ibarətdir.

Mütləq renta mülkiyyətin ehtiyat üzərində monopoliyası

və onda həmişə mütləq formada mövcud olacaqdır.

Differensial renta təbii ehtiyatların müxtəlif key-

fiyyətlərində yaranır (məhsuldarlıqda, yerləşmədə, in-

tensivləşmədə və s.). Differensial renta I yüksək keyfiy-

yətli ehtiyatların məhdudiyyəti sayəsində yaranır və ona

görə də bununla yanaşı yararsız sahələr də istismar edi-

lir. Differensial renta əlavə xərclər (investisiya) qoyul-

maqla renta II yaranır. Renta II bərpa olunan ehtiyatla-

rın (meşə və s.) intensiv istifadəsi zamanı yaranır.

Yuxarıdakı qiymətləndirmə düsturu o vaxt tətbiq

edilə bilər ki, əgər ehtiyat bərpa olandır (torpaq, meşə

və s.) və illik renta dəyişməzdir. Renta zaman keçdikcə

dəyişə bilər. Lakin, R1-in dəqiq qiymətini bilməklə, bər-

pa olunan və bərpa olunmayan ehtiyat üçün aşağıdakı

düsturu tətbiq etmək olar:

Page 186: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

186

Əgər mənimsənilmiş təbii ehtiyatları, yəni hələ

renta gətirməyən ehtiyatları qiymətləndirmək lazımdır-

sa, o zaman istismardan əldə ediləcək gözlənilən gəlir-

dən (R1) və mənimsəmə xərclərindən (K1) danışmaq

mümkündür. Bu zaman ehtiyatın qiyməti aşağıdakı düs-

turla təyin edilir:

P = ∑

( )

Qiymətləndirmə müsbətdirsə, o zaman həmin ehti-

yatı təsərrüfat fəaliyyəti sferasına cəlb etmək məqsədə

uyğundur. Təbii sərvətin mənimsənilməsi üçün üsulların

çox olduğu halda, o zaman ən yaxşı qiymətə malik va-

riantı seçmək lazımdır.

Renta qiymətləndirilməsi müqayisəli məhsuldarlı-

ğı, eyni adlı ehtiyatların istifadəsinin səmərəliliyini əks

etdirir. Onlar aşağıdakı təsərrüfat vəzifələrinin (məsələ-

lərinin) həlli üçün tətbiq edilir:

- təsərrüfat şəraitinin yaradılması və təbii ehtiyatla-

rın differensial renta mülkiyyətçisinin xeyrinə ayrılması;

- layihənin ən yaxşı variantının əsaslandırılması;

- təbii ehtiyatlara görə bazar qiymətlərinin və ödə-

mələrin (ehtiyatların) əsaslandırılması.

Renta gəliri təmiz halda təbii ehtiyatların yalnız is-

tehsal amili kimi qiymətləndirilməsinə yönəldilir. Bura-

da sosial, estetik və s. keyfiyyətləri nəzərə alınmır;

Page 187: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

187

2) Ehtiyatların qiymətləndirilməsinin xərc (mə-

xaric) üsulu aydın və başa düşüləndir. Bu üsul təbii ri-

fah amillərinin tənəzzülü və ya itirilməsi zamanı bərpa

edilməsinin qiymətləndirilməsi üçün istifadə edilir. Eyni

zamanda kompensasiya edici potensial xərclər də nəzər-

də tutulur. Həmin xərclər itirilmiş və ya zədələnmiş eh-

tiyatlar, onların əvəzediciləri ilə əvəz olunmalıdır. Tor-

paqların qiymətləndirilməsinin xərc konsepsiyasını bə-

zən 1 hektar xam torpağın mənimsənilməsi üçün nəzər-

də tutulur. Eyni zamanda, xərc üsulunda su təsərrüfatı

sistemlərində suya görə ödəmələr də nəzərə alınır.

Təbii ehtiyatların istifadəsi ilə əlaqədar olan

xərclər 3 elementi özündə birləşdirir:

- Birbaşa xərclər-məhsulun hasilatı (çıxarılması),

istehsalı, yaxud toplanması ilə əlaqədar olurlar;

- Zahiri, ekoloji (dolayısı) xərclər;

- İstifadə xərcləri-tükənmə xərclərinin eynidir və

gələcəkdə məhsulun dəyərinin azalmasını nəzərdə tutur.

Hər üç element ilk növbədə tükənən ehtiyatların

istifadəsi zamanı özünü göstərir.

Bu metodun başlıca cəhəti aşağıdakılardan ibarət-

dir: ehtiyat keyfiyyətcə nə qədər yaxşıdırsa, onun qiy-

mətləndirilməsi bir o qədər asandır, belə ki, hazırlığa və

istifadəyə az xərc tələb olunur; bəzən bu xərclər üsulunu

qapayıcı xərclər üsulu adlandırırlar.

Qapayıcı xərclər ictimai bəraət qazanmış xərclərin

həddidir. Bu hədd həyati əvəzolunmaz təbii rifah ehti-

yatlarının alınması üçün eksponensial funksiya kimi ar-

tır. Bu isə təbii ehtiyatların iqtisadi qiymətinin artmasına

aparır. Yəni, bu xərclər ən çox qapayıcı xərclərdir. Tələ-

Page 188: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

188

bat artdıqca, həddi yol verilən (qapayıcı) xərclər artır.

Qapayıcı xərclər vasitəsilə rentanı təyin etmək olur. Bu-

nun üçün həddi xərclərdən fərdi xərcləri çıxmaq lazım-

dır. R1=(Cz-Cf) • q1. Rentanı daha dəqiq qiymətləndir-

mək üçün ehtiyatın məhsuldarlıq əmsalını, eyni zaman-

da gələcək xərclərin və nəticələrin də əmsalını bilmək

zəruridir.

Təbii sərvətlərin qiymətləndirilməsinin üsulları

çoxdur. İndi isə xaricdə işlənmiş və tez-tez tətbiq olu-

nan, son illər isə Rusiyada və MDB ölkələrində istifadə

edilən subyektiv (dolayısı) metodları nəzərdən keçirək.

Bütövlükdə:

1. Dolayısı (subyektiv) qiymətləndirmə üsulları

mahiyyət etibarı ilə təbii sərvətlərə tələbat əyrilərinin

qurulması sayəsində əldə edilir. Tələbatın funksiyalarına

birbaşa üstünlük vermək (seçmək) yolu ilə (şərti qiy-

mətləndirmə) sorğu vasitəsilə, həmçinin aşkar edilmiş

üstünlüklər üsulu ilə təyin etmək olur: a) nəqliyyat xərc-

ləri – gedonstik (həyatda zövq üçün yaranmış sərvətlə-

rə) qiymətlər üsulu. Dolayı üsullar sərvətlərin yalnız

təxmini qiymətini verir. Qiymətləndirmənin dəqiqliyini

bir sıra metodların eyni obyektə tətbiqi yolu ilə əldə et-

mək olar. Bəzən təsərrüfat sahəsində qərar qəbul etmək

üçün təqribi qiymətin olması da kifayətdir. Dolayı üsul-

lardan biri alternativ qiymət konsepsiyasıdır (əldən çıx-

mış fayda). O, müəyyən dərəcədə xərc (məxaric, sərf)

konsepsiyası ilə əlaqədardır. Alternativ qiymət nə qədər

az olarsa, rifahı qoruyub saxlamaq üçün iqtisadi itki də

bir o qədər az olacaqdır. Alternativ qiymət (dəyər) ehti-

yatı müxtəlif məqsədlər üçün istifadə edərkən əldə edi-

Page 189: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

189

lən faydadır. Təcrübədə ondan “qoruma (saxlama) dəyə-

rini” ölçmək üçün istifadə edirlər. Bu isə nəzərdə tutu-

lan resursun əvəzləyicisini axtarmaq üsuluna əsaslanır.

Məsələn, ABŞ-da HES-nın tikintisi Nell dərəsinin (kan-

yon) unikal təbiətini məhv edə bilərdi.

HES-dən alınan fayda təbii obyektin itirilməsinin

yerini verə bilməyəcək. Eyni misalları vaxtilə Azərbay-

canda tikiləsi Tovuz (Kirzan) və Xudafərin HES-in qiy-

mətləndirilməsi zamanı əldə edilən nəticələr göstərmiş-

dir. Alternativ qiymət üsulu istiqamətlənmiş dəyərin tə-

yin edilməsi yolu ilə əldə edilir. Ümumi iqtisadi qiy-

mətləndirmə üsulu isə istifadə dəyəri ilə istifadə etmə-

mək dəyərinin (qeyri-istehlak qiyməti) toplanmasına

əsaslanır. Ən asan yol rifahın istifadəsinin birbaşa qiy-

mətini təyin etməkdir, çünki o, hiss ediləndir və öz qiy-

mətinə malikdir. İstifadə qiymətinin ikinci hissəsini – do-

layısı qiyməti tapmaq xeyli çətindir. İstifadə etməmək

dəyərini təyin etmək isə daha çətindir, çünki söhbət təbii

rifahın gələcək istifadəsindən gedir. Nəzərə alınmayan

komponentlərin varlığı ümumi iqtisadi qiymətləndirmə-

nin əhəmiyyətini azaldır;

2. Dəyərin subyektiv qiymətləndirilməsi üsulu.

Bu normal bazarlar olmayanda istifadə edilir. Bu üsul ba-

zar qiymətlərini fərdiyyətlərlə aydınlaşdırmaq yolu ilə

ekoloji rifahlar toplusunun qiymətlərini təyin etməyə

əsaslanır. Bu metod eyni zamanda sorğu və ya üstünlük

vermə metodu adlanır. Həmin məqsədlə anket sorğusu da

keçirilir və qeyri-bazar əmtəələrinin (indiyədək pulsuz

olan) qiyməti sorğu yolu ilə təyin edilir. Metodun məqsə-

di–sorğu aparılanların nəğd pulla ödəmək hazırlığını öy-

Page 190: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

190

rənməkdir. Sorğu üsulu o vaxt səmərəli olur ki, sorğuya

cəlb edilmiş əhali seçilmiş məsələyə maraq göstərən

adamlardır, onlar qiymətləndirilən ehtiyatı almaq üçün

pul verməyə hazırdırlar.

Subyektiv qiymətləndirmə metodu elə qiymətə aid

edilir ki, o qiymət real bazar şəraitində satılacaq ekoloji

obyekt üçün verilə bilsin. Sonuncu qəbul olunmuş stav-

ka ödəməyə hazırlığın maksimum məbləğini təşkil edir.

“Ödəməyə (almağa) hazırlığın” orta qiymətini adamla-

rın sayına (xeyir götürən adamların) vurub rifahın (ehti-

yatın) qiymətini tapırlar;

3. Nəqliyyat-yol xərcləri metodu (səyahət xərc-

ləri)-əhalinin rekreasiya obyektinə gəlmək üçün nəqliy-

yat xərcləri obyektin qiymətinin əvəzləyicisi kimi qəbul

edilir, onun tezliyi isə alınmış “əmtəənin” miqdarını (sa-

yını) ifadə edəcəkdir. Yol xərclərində, gediş-gəlişin tezli-

yində olan dəyişmələr rekreasiya tələbatı əyrisinin qurul-

masında istifadə edilir. Daimi yaşayanların və gələnlərin

yol xərcləri nəzərə alınır. Bu metod istehlakçıların seçi-

mini (üstünlük vermələrini) aşkar edir. Bu metodla Keni-

yada park və qoruqların qiyməti müəyyən edilmişdir.

Bəzi hallarda ekoloji rifahların müəyyən edilmə-

sində xüsusi qiymətləndirilmədən istifadə edilir. Bu üsul

ilə rifahın (gedonistik) qiymətini əmlak (torpaq) qiyməti

vasitəsilə dolayısı yolla təyin edirlər. Metodun əsas şərti

alıcının alacağı malın (əmtəənin) ekoloji xüsusiyyətləri

barədə qayğı göstərmək və həmin böyük məbləği ödə-

mək hazırlığıdır. Obyektin ümumi qiymətləndirilməsin-

də ekoloji elementin təxmini payı aşkar edilir. Moskva-

da satın alınan və dəyişdirilən mənzillərin statistikasına

Page 191: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

191

əsasən müəyyən edilmişdir ki, ekoloji təmiz rayonlarda

mənzillərin qiyməti orta hesabla 12 % çox olur. Eyni

vəziyyəti Bakı şəhərindəki ekoloji təmiz rayonlar haq-

qında da demək olar. Bu metod çoxlu miqdarda infor-

masiya toplanmasını tələb edir;

4. Xərc üsulu. Bu üsula əsasən təbii ehtiyatların

qiymətləndirilməsi onların hasilatına, mənimsənilməsi-

nə yaxud istifadəsinə çəkilən xərcin həcmi ilə təyin edi-

lir. Keçmiş SSRİ-də sənaye müəssisələrinin götürdüklə-

ri suya görə ödəmələrin həcmi bu prinsipə əsaslanırdı.

Həmin üsulun çatışmayan cəhəti orasında idi ki, yüksək

keyfiyyətli ehtiyat, mənimsəmə üçün daha rahat ərazidə

yerləşərsə, az dəyərə malik qiymətləndirilir, halbuki

onun istehlak qiyməti “pis” sərvətə nisbətən daha yuxa-

rıdır. Bu üsul təbiətdən səmərəli istifadənin həvəsləndi-

rilməsində tətbiq edilə bilməz;

5. Yekun nəticə üsulu. Geniş yayılmış bu üsula

görə yalnız o təbii ehtiyatların iqtisadi qiyməti (dəyəri)

var ki, onlar gəlir gətirsin. Başqa sözlə sərvətin qiyməti

ilkin məhsulun pulla ifadəsi ilə təyin edilir. Çünki, təbii

ehtiyatların istismarı əsasən onun emalı sayəsində isteh-

lak olunur. Həmin qiymət eyni zamanda əldə edilmiş gə-

lirlə cari xərclərin fərqi kimi də təyin edilir.

Ətraf mühitdən səmərəli istifadə nöqteyi-nəzərdən

bu üsulun da xeyli nöqsanı vardır. Əvvələn, istənilən tə-

bii ehtiyat üçün ilkin məhsulun dəyərini təyin etmək ol-

mur. Məsələn, xam neft müəyyən əmtəə dəyərinə malik-

dir, halbuki sudan gəlirin ilkin məhsul kimi ayrılması

mürəkkəb problemdir. Əgər o, əmtəə (məsələn, mineral

su) deyilsə, yalnız içmək üçün yararlıdır. İkincisi, ehti-

Page 192: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

192

yatın istifadəsindən gəlir həm birbaşa, həm də dolayısı

ola bilər ki, onları adekvat qiymətləndirmək çox mürək-

kəbdir. Bu, xüsusən, rekreasiya (istirahət) məqsədi ilə

istifadə edilən təbii ehtiyatlara, iqlim amillərinə aid edi-

lə bilər. Üçüncüsü, bu üsulda vaxt amili nəzərə alınmır.

İstifadə edilməyən ehtiyatın bu üsulla qiyməti təyin

edilməyən ehtiyat ola bilər ki, hər hansı ərazini mənim-

səyəndə istifadə edilsin (hətta qıt olsun);

6. Xərc-resurs üsulu. Bu üsulda təbii ehtiyatın

qiyməti müəyyən edilərkən onun mənimsənilməsinə çə-

kilən xərc, istifadəsindən gələn gəlirlə birləşdirilir. Bu

üsulun üstünlüyü ondadır ki, bu üsulla alınan qiymət əv-

vəlkilərdən çox olacaqdır. Bu isə təbii ehtiyatların səmə-

rəli istifadəsində stimullaşdırmaya imkan yaradır. La-

kin, bunun da yuxarıdakı üsullara xas olan nöqsanları

vardır;

7. Renta üsulu. Əksər alimlər təbii ehtiyatların

qiymətləndirilməsində bu üsulu ən düzgün hesab edirlər.

Lakin, bu nəzəriyyənin izah olunması çox müxtəlifdir,

onun hesablanması üçün təklif edilən yollar da mürək-

kəbdir. Bir çox təbii ehtiyatlar üçün hələ heç işlənməmiş-

dir. Bu mürəkkəblik və qeyri-müəyyənlik qiymətlərin və

ödəmələrin renta qiymətləndirilməsini çətinləşdirir. Onun

müəyyən pozitiv momentləri aşağıdakılardır:

a) renta qiymətləndirilməsində ən yaxşı ehtiyatın

qiyməti də yüksək olur;

b) ehtiyatın mənimsənilməsinə çəkilən xərc orta

qiymətlə ölçülür, deməli, bu qiymətləndirmə daha ob-

yektivdir;

c) ehtiyat mülkiyyətçisi ilə ondan istifadə edən ara-

Page 193: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

193

sında (renta ödəmələri üçün) bölgü əsaslandırılmışdır;

ç) renta qiymətləndirməsi təbii ehtiyatın məhdudiy-

yət faktını nəzərə alır; 8. Bərpa (təkrar istehsal) üsulu. Bu üsul təzədir,

həm də ekoloji böhranla əlaqədardır. Onun mahiyyəti ondan ibarətdir ki, müəyyən ərazidə mühit yaradan (bər-pa olunan və olunmayan) təbii ehtiyatlar və ətraf mühi-tin vəziyyəti (təbii səviyyəyə yaxınlaşdırılan) bir vahid toplu kimi, standart kimi qəbul edilir. Belə halda hər hansı təbii ehtiyatın istifadəsi onun əvvəlki vəziyyətdə bərpasını təmin edir (kəmiyyət və keyfiyyətcə). Deməli, təbii ehtiyatın qiyməti hər hansı ərazidə onun bərpasına sərf olan xərclərin cəmi olacaqdır. Bu üsul təbii ehtiyat-ların potensial qıtlığına görə bir çox hallarda artıq qiy-mətə səbəb ola bilər. Lakin, nəzərə alsaq ki, əsas xam-mal regionlarında ekstensiv istismarın imkanları qurta-rıbdır, ətraf mühitin vəziyyəti isə fəlakətlidir, məhz bu üsul daha doğru hesab edilə bilər;

9. Monopoliya – idarə üsulu. Bu üsul xərc (mə-xaric) üsulunun növlərindən biridir. Üsulun mahiyyəti ondadır ki, təbii ehtiyatlardan istifadəyə görə ödəmələ-rin ölçüsü təbii ehtiyatları idarə edən təşkilatların maliy-yə təminatına uyğun gəlsin. Bu cür yanaşma çox sub-yektiv və süni görünür. Bu üsula görə təbii ehtiyatlardan istifadə üzrə ödəmə (rüsum) iki növə ayrılır:

1) istifadə hüququna görə ödəmə; 2) təbii ehtiyatların bərpasına və mühafizəsinə la-

zım olan ödəmə. İkinci növ ödəmənin qiymətini təyin edərkən 2 şərt

nəzərə alınmalıdır: 1. Bu ödəmələr özlərinə differensial rentanın müəyyən hissəsini birləşdirməlidir, belə ki, bər-

Page 194: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

194

paya çəkilən xərc yaxşı şəraitdə az, pis şərait üçün çox olacaqdır, 2. Xüsusiləşdirilmiş xidmətlərin xərcini təyin edərkən, həmin xərcin iqtisadi səmərəsini nəzərə almaq lazımdır.

4. Təbii kadastrlar

Kadastr – fransız sözü olub siyahı, reyestr de-

məkdir. Kadastr ölkənin, dövlətin iqtisadi ehtiyatları haqqında sistemləşmiş, vaxtaşırı, yaxud fasiləsiz mü-şahidələr əsasında tərtib edilmiş əsas məlumatlar toplusudur. Kadastra ehtiyat mənbələrinin və obyektlə-rinin yerləşməsi, onların həcmi, obyektlərin dəyəri və gəlirliliyindən ibarət keyfiyyət xassələri verilir.

Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsində kadastrının müəyyən edilməsi olduqca vacib elementdir. Kadastr sistemləşdirilmiş məlumatların toplusudur. Bu-raya, keyfiyyət və kəmiyyətcə təbiət obyektlərinin və hadisələrin siyahısı daxil edilir.

Kadastrlar təbii ehtiyatların növləri üzrə tərtib edilir: su, meşə, torpaq, faydalı qazıntı yataqları, xüsusi qo-runan ərazilər və s. Təəssüf ki, kadastrlar bütün ehtiyatlar və obyektlər üzrə tərtib edilməmişlər. Odur ki, onlar bütöv-lükdə ərazinin və bütöv ölkənin təbii-ehtiyat potensialını qiymətləndirməyə imkan vermirlər. Kadastr aparılan sahə-lər müvafiq qanunvericiliklə müəyyən edilir.

Ən çox tanınan torpaq kadastrıdır. Lakin su, meşə ka-dastrı, ayrı-ayrı sahə (və sənət növlərinin) kadastrı da möv-cuddur. Kadastrdakı məlumatlardan təbii sərvətlərdən isti-fadəyə görə vergilərin, ödəmələrin müəyyən edilməsində, icarə, girov, satış zamanı obyektlərin qiymətləndirilməsi üçün istifadə edilir.

Page 195: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

195

5. Torpaq, meşə və su kadastrları

Məlum olduğu kimi təbii ehtiyatların kadastrı on-

ların mövcudluğu və istifadəsi ilə əlaqədar iqtisadi mü-

nasibətlər qurulması üçün vacib şərtlərdən biridir. Bu-

nunla əlaqədar təbii ehtiyatlardan torpaq, su, meşə və di-

gər ehtiyatların kadastrları hazırlanır. Qeyd edildiyi ki-

mi, kadastr dedikdə, ölkənin iqtisadi ehtiyatları haq-

qında əsas məlumatların dövri və ya fasiləsiz müşa-

hidəsi əsasında sistemləşdirilmiş rəsmi tərtib edilmiş

məcmusu başa düşülür. Kadastrda obyektlərin dəyəri-

nin və gəlirliyinin qiymətləndirilməsini əks etdirən ehti-

yat mənbələrinin yerləşməsi, onların kəmiyyəti, keyfiy-

yət xarakteristikası haqqında məlumatlar toplanır. Meşə,

torpaq və su kadastrından daha geniş istifadə olunur.

Torpaq kadastrı – kənd və meşə sferasında tor-

paq haqqında dürüst məlumatların sistemləşmiş məcmu-

sudur. Torpaq kadastrında torpağın mülkiyyətçisinin adı

yazılır, torpaqların yerləşdiyi yerin ümumi sahəsi, konfi-

qurasiyası, yararlı torpaqların tərkibi, onların keyfiyyəti,

gəlirliyi, torpağın qiyməti əks olunur. Almaniyanın tor-

paq kadastrı sistemi ən təkmil hesab olunur. Bu sistem

üzrə uçot iki növ sənədə əsasən aparılır: 1) torpağın mü-

qayisəli iqtisadi qiymətləndirilməsinin aparıldığı daşın-

maz əmlak kadastrı; 2) torpaq üzərində mülkiyyət hüqu-

qunun nəzərə alındığı torpaq kitabı.

Qeyd edək ki, torpaq kadastrı obyektlərin qiy-

mətləndirilməsi və orta gəlirliyi haqqında məlumat-

ları əks etdirən məlumatlar toplusudur. Kadastr mə-

lumatları, əsasən adambaşına vergiyə cəlb olunan şəxs-

Page 196: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

196

lərin siyahısının hazırlanmasına xidmət edir.

“Dövlət torpaq kadastrı, torpaqların monito-

rinqi və yer quruluşu haqqında” Azərbaycan Respub-

likasının Qanununda deyilir ki, torpaq kadastrı – torpaq

istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət

və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətlən-

dirilməsi üzrə məlumatların məcmusudur.

Dövlət torpaq kadastrının düzgün və elmi əsaslarla

aparılması üçün torpaq kadastrının bütün tərkib hissələri-

nə aid olan işlərin düzgün icra edilməsi olduqca vacibdir.

Torpaq kadastrı aşağıdakı tərkib hissələrdən

ibarətdir:

1. torpağın qeydə alınması;

2. torpağın kəmiyyət və keyfiyyətcə uçota alınması;

3. torpaqların bonitirovkası (keyfiyyətcə qiymət-

ləndirilməsi);

4. torpağın iqtisadi cəhətdən qiymətləndirilməsi;

5. torpaq kadastr xəritələrinin tərtib edilməsi.

Torpaq sahələri üzərində hüquqların dövlət qey-

diyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir. O,

Azərbaycan Respublikasının sərhədləri daxilində möv-

cud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarə-

çilərinin torpaq üzərində hüquqlarının qorunması prinsi-

pini təmin edir. Torpaq sahələri üzərində hüquqların

dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq

sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahi-

di kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifa-

dəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüqu-

qunun obyekti, həm də təsərrüfat və digər fəaliyyət nö-

vünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır.

Page 197: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

197

Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hü-

quqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və

bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müda-

fiə olunmaq məqsədilə dövlət torpaq kadastrından və

dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir.

Torpaq sahələri üzərində hüquqların dövlət qey-

diyyatı, dövlət torpaq kadastrının tərkib hissəsi kimi tor-

paqların hüquqi baxımdan öyrənilməsini təmin edir.

Ona görə də ehtiyatların hüquqi və təbii-təsərrüfat baxı-

mından öyrənilməsi dövlət torpaq kadastrının əsas vəzi-

fələrindəndir.

Meşələrin dövlət kadastrı meşə fondunun qey-

diyyatı, onun ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cə-

hətdən qiymətləndirilməsidir.

Dövlət meşə kadastrı meşə təsərrüfatının idarə

edilməsində, onun təşkilində və meşə fondundan istifa-

də ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqla-

rının qeyri-meşə torpaqlarına keçirilməsində və (və ya)

meşə fondu torpaqlarının geri alınmasında, meşə fon-

dundan istifadə üçün ödəmələrin miqdarının müəyyən

edilməsində, meşə istifadəçilərinin və meşə təsərrüfatı

işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin qiymətlən-

dirilməsində istifadə olunur.

Dövlət meşə kadastrının aparılmasını müvafiq icra

hakimiyyəti orqanı həyata keçirir.

Dövlət meşə kadastrı göstəricilərinin siyahısı və

meşələrin iqtisadi qiymətləndirilməsinin metodikası mü-

vafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət meşə kadastrının aparılması qaydası Azər-

baycan Respublikasının müvafiq icra hakimiyyəti orqa-

Page 198: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

198

nı müəyyən edir.

Su kadastrı – vahid metodika üzrə tərtib olunan

su obyektləri, səthi və yeraltı sular haqqında hidroloji

məlumatların məcmusudur. Su kadastrı su resurslarının

qiymətləndirilməsi, su təchizatının xarakteristikası və

ayrı-ayrı ərazilərdə su resurslarından istifadə planlarının

tərtib edilməsi üçün nəzərdə tutulmuşdur.

Təcrübədə, su və torpaq kadastrı ilə yanaşı, vergi

və sənət kadastrlarından da istifadə edilir.

Page 199: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

199

VIII FƏSİL.

ƏTRAF MÜHİTƏ ÇİRKLƏNMƏDƏN DƏYƏN

SOSİAL-İQTİSADİ ZƏRƏRİN MÜƏYYƏN

OLUNMASI

1. Təbiətdən qeyri-səmərəli istifadə vaxtı ziyan

anlayışı;

2. Ətraf mühitin çirklənməsi ilə əlaqədar illik iqti-

sadi ziyanın təyin olunması;

3. Atmosfer havasının çirklənməsi ilə əlaqədar iq-

tisadi ziyanının təyin olunması;

4. Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi

ziyanının təyin olunması;

5. Torpaq ehtiyatlarının vəziyyətinin pozulması və

çirklənməsi ilə bağlı iqtisadi ziyanının təyin olunması.

1. Təbiətdən qeyri-səmərəli istifadə vaxtı ziyan

anlayışı

Bəşəriyyətin sosial-maddi mədəniyyətinin inkişa-

fında təbii ehtiyatların əhəmiyyəti böyükdür. Sənayenin,

kənd təsərrüfatının və digər sahələrin əsası təbii ehtiyat-

lar hesabına ödənilir. Bu ehtiyatlar böyük bir varlıq

olub, insanlar tərəfindən geniş istifadə edilir. Yenidən

bərpa oluna bilən bəzi ehtiyatları nəzərə almasaq (xörək

duzu və s.) əksər mineral sərvətlər tükənən, yenidən bər-

pa olunmayan təbii ehtiyatlardır və onların bərpası in-

sanlardan asılı deyildir. Ona görə də belə təbii ehtiyat-

lardan xalq təsərrüfatında və sənayedə qənaətlə, məqsə-

dəuyğun və itkisiz istifadə edilməli və onların istifadəsi

Page 200: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

200

ilə əlaqədar ətraf mühitə ediləcək mənfi təsir aradan qal-

dırılmalıdır.

Mineral xammal ehtiyatı kimi qiymətləndirilən tə-

bii sərvətlər əsasən üç qrupa bölünür: metallar, qeyri-

metallar və yanacaq-xammal qrupu, torpaq, su, meşələr

və bu qəbildən olan sair sərvətlər.

Metallarda öz növbəsində qara və əlvan metallara

bölünür. Ağır, yüngül və nadir metallar bu bölməyə aid

edilir. Qara metallar isə müasir sənayenin (metallurgiya

və kimya sənayesi, nəqliyyat, dəmiryol, elektrik stansi-

yaları və s.) əsasını təşkil edir. Əlvan və rəngli metallara

- mis, qurğuşun, kobalt, nikel, alüminium, volfram, mo-

libden və s. daxildir. Qeyri-metallar isə inşaat sənaye-

sində, kimya sənayesində, məişət əşyalarının düzəldil-

məsində, təbabətdə və s. tətbiq olunur. Məsələn, fosfat-

lar, kalium duzları və s. minerallar kağız və rezin səna-

yesində, habelə mineral gübrə istehsalında başlıca xam-

maldır. Yanacaq-xammal qrupuna aid olan neft, təbii

qaz, torf, daş kömür, yanar şistlər məişətimizin bütün

sahələrində istifadə olunur. Torpaq, su, meşə və bu qə-

bildən olan sair sərvətlər canlıların, xüsusən insanların

yaşaması, inkişafı üçün əvəzolunmaz vasitədir. İnsanla-

rın və başqa canlıların ərzaq məhsullarına, gündəlik tə-

ləbat mallarına ehtiyacları bu ehtiyatlar hesabına ödəni-

lir. Ona görə də bu sərvət - ehtiyatlarından səmərəli isti-

fadə olunmasına, onun zəhərli maddələrlə çirklənməsi-

nin və təbiətdən səmərəsiz istifadə vaxtı ziyanın qarşısı-

nın alınmasına böyük əhəmiyyət verilməlidir.

Ziyan dedikdə çirklənmə nəticəsində ətraf mü-

hitdə ehtiyatların kəmiyyət və keyfiyyətində baş ve-

Page 201: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

201

rən dəyişikliklər və bu dəyişikliklərin nəticələrinin

pulla qiymətləndirilməsi başa düşülür. Ekoloji zərər

hava və suda, sənaye tullantılarında, kənd təsərrüfatında

özünü göstərir. Təbiətə vurulan ziyan təbii göstəricilərin

pisləşməsi və onlara iqtisadi qiymət verilməsi ilə ifadə

olunur. Çox vaxt təbiətdən qeyri səmərəli istifadə nəti-

cəsində itkilər çəkilən xərclər və ekoloji məsariflərlə

müəyyən edilir. Əgər istehsalçı öz torpaqlarını səmərə-

siz istifadə edərək korlayarsa ona xərc çəkməli olur. Bu

vaxt o torpağın məhsuldarlığı azalır və zərər çəkir. Tə-

biətin mühafizəsi üçün iqtisadi tədbirlərdən biri ekoloji

itkinin azaldılmasıdır.

Təbiətin mühafizəsi iki hissədən ibarətdir – 1)

kompleks və 2) yerli. Kompleks mühafizədə tədbirlərin

mərkəzləşdirilməsi nəzərdə tutulur. Torpağın su və külək

eroziyasından qorunması üçün kompleks tədbirlər görül-

məlidir. Yerli mühafizə isə hər hansı bir arzuedilməz,

gözlənilməz və ya baş verə biləcək hadisənin qabaqcadan

qarşısını almaq məqsədini güdür. Kənd təsərrüfatında bit-

ki ziyanvericilərinə və xəstəliklərinə qarşı bioloji müba-

rizənin gücləndirilməsi üçün tədqiqat işləri genişləndiri-

lir. Havanın, torpağın, suyun, heyvan və bitki aləminin

mühafizəsi məqsədilə, təsərrüfatlarda zəhərli kimyəvi

maddələr və gübrələr tətbiq edilən zaman mövcud tövsi-

yələrə və qaydaların düzgün yerinə yetirilməsinə nəzarət

olunur. Sənaye tullantıları qismən bioloji konservasiya

üsulu ilə zərərsizləşdirilir. Bütün bu tədbirlərin həyata

keçirilməsi dövlətin kapital qoyuluşu hesabına aparılır.

Son illərdə yaradılmış Azərbaycan Ekologiya və Təbii

Sərvətlər Nazirliyi bu problemlərin həllində xüsusi rol

Page 202: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

202

oynayır. Bununla yanaşı təbiətin mühafizəsi məsələlərinə

Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya

və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Me-

liorasiya və Su Təsərrüfatı S.C., Azərbaycan Respublika-

sı Elmlər Akademiyası və s. nəzarət edir. Müxtəlif kanal-

larla kapital qoyuluşları hesabına yeni meşə zolaqları sa-

lınır, nadir bitki və heyvanların qorunması, artırılması iş-

ləri aparılır. Su hövzələri yaratmaqla balıqçılıq inkişaf et-

dirilir, torpaqların eroziyasının qarşısının alınması üçün

müxtəlif tədbirlər sistemi işlənib həyata keçirilir. Həmçi-

nin, dövlət şoran və şorakət torpaqların zərərli maddələr-

dən təmizlənməsi üçün böyük məbləğdə kapital qoyuluşu

tədbirləri aparır, torpaq və bitki örtüyünün bərpasına şə-

rait yaradır. Ətraf mühitin qorunması və onun sənaye tul-

lantılarından mühafizə olunması üçün təkrar məhsulun

(sənaye tullantısı) emalı müəssisələri yaradılır, yeni tex-

nika və texnologiya alınıb istehsalata tətbiq olunur. Bü-

tün bunlar ətraf mühitin çirklənməsinin qarşısının alın-

masına, onun bərpa olunmasına şərait yaradır.

Dünya miqyasında təbiətin ən nadir elementlərinin

(okeanların, dəniz və göllərin, çayların, meşələrin, başqa

mənbələrin) qorunması və ondan səmərəli istifadə olun-

ması üçün müqavilələr bağlanır. Hesablamalar göstərir

ki, təkcə 1970-ci ildə hasil olan neftin (2200 mln. ton)

10 min tonu okean və dənizlərə tökülmüşdür. Hər il də-

niz və xeyli həcmdə okean suları çirklənir. Təbiətin qo-

runmasının qlobal problemlərindən biri də atom və nüvə

silahlarının sınaqdan keçirilməsinin qarşısının alınması-

dır, bu sahəyə yönəldilən kapital qoyuluşlarının azaldıl-

masıdır. Göstərmək lazımdır ki, strateji silahların 60-

Page 203: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

203

70% azaldılması və bu vəsaitin inkişafda olan ölkələrin

iqtisadiyyatına yönəldilməsi onların dirçəlməsinə xid-

mət edə bilər. Həmin xərclərə sərf edilən vəsait, iqlimin

sağlamlaşdırılmasına və təbiətin mühafizəsinə sərf edil-

sə, təbiət gözəlləşər, insanların rifahı yaxşılaşır, aclıq və

bir çox xəstəliklərin qarşısını almaq problemi həll edi-

lər.

2. Ətraf mühitin çirklənməsi ilə əlaqədar illik

iqtisadi ziyanın təyin olunması

Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə ətraf mü-

hitin sanitar-gigiyenik vəziyyəti pisləşmişdir. Yer üzün-

də zərərli fəal qarışıqların təmərküzləşməsi sürətlə artır

və kənd təsərrüfatı sahələrinə güclü zərbə vurur.

Ətraf mühitin çirklənməsindən yaranan zərər

üç amilin təsiri ilə formalaşır:

- ətraf mühitin çirklənmə dərəcəsi ilə (təsir amili);

- çirklənmənin neqativlərini qəbul edən obyektlə-

rin sayı ilə (qəbul etmə amili);

- ekoloji zərəri ifadə edən iqtisadi göstərici norma-

ları ilə (norma amili).

Təsir amilinə ümumi halda ətraf mühitə atılan zərərli

maddələrin miqdarı, konsentrantı və zərərliliyi aiddir.

Qəbul etmə amilinə çirklənmə bölgəsinə düşərək

onun neqativ təsirlərini qəbul edən obyektlər aid olur:

yaşayış məhəllələri; bitki və heyvanat aləmi; sənayedə

əsas fondlar, nəqliyyat, rabitə və s.

Norma amillərinə isə elə iqtisadi göstəricilər aid

olunur ki, bu normativlər təbiətdə və ictimaiyyətdə də-

Page 204: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

204

yər qiymətlərinin dəyişməsinə xidmət edir.

Ekoloji zərərin iqtisadi qiymətləndirilməsi özün-

də üç mərhələni ifadə edir:

- çirklənmənin xarakterinin tədqiqi (yığılan-tulla-

nan çirkləndirici maddələrin həcmi, onların konsentrasi-

yası, zərərliliyi və s.);

- zərərin natural ölçüsünün təyini;

- zərərin iqtisadi ölçüsünün təyini.

İqtisadi zərərin əsası kimi natural zərər qəbul edilir.

Zərərin natural ölçüsünün müəyyən edilməsinin

nəzəriyyə və təcrübədə aşağıdakı 4 geniş yayılmış üsulu

mövcuddur:

1) çirklənməyə aid olmayan amillərin ləğv edilmə-

si üsulu;

2) təcrübənin nəticəsindən asılı olan üsul;

3) kombinasiya edilmiş (birləşdirilmiş) üsul;

4) birbaşa hesablama üsulu.

Çirklənməyə aid olmayan amillərin ləğv edil-

məsi üsulu nəzarət rayonunun (şərti olaraq) seçilməsinə

və onun xarakteristikasına əsaslanır. Belə ki, digər amil-

lər (çirkləndirici amillərdən başqa), nəzarət və çirklən-

miş rayonların qəbul etmə səviyyəsinə təsiri təqribi ola-

raq götürülür. Çirklənmiş və nəzarət rayonlarda qəbul

etmə göstəricilərinin səviyyə fərqi bu rayonlar üzrə çirk-

lənmə səviyyələrinin fərqi kimi izah olunur.

Təcrübənin nəticəsindən asılı olaraq empirik

üsul öyrənilən resipiyentin (zərər çəkənin) göstəriciləri-

nə təsir edən müxtəlif mühüm amillərin (ətraf mühitin

çirklənmə səviyyəsi daxil olmaqla) həqiqi qiymətlərinin

statistik təhlil olunmasına əsaslanır. Bu üsuldan istifadə

Page 205: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

205

olunması bəzi amillər nəzərə alınmaqla zərər çəkənin

vəziyyəti ilə çirklənmə səviyyəsi arasında empirik asılı-

lığın alınmasına imkan verir.

Kombinasiya edilmiş (birləşdirilmiş) üsul ləğv

etmə üsuluna əlavə kimi, natural zərərin, çirklənməyə

təsir edən amillərin təsirindən asılılığı zamanı, nəticələ-

rin araşdırılması zamanı istifadə oluna bilər.

Birincisi belə bölgü çox mühüm çirkləndirici amil-

lərin zərərə təsirini aşkar etməyə, ikincisi, antropogen

yüklərin ətraf mühitə təsirin perspektiv dəyişikliklərini

nəzərə almağa, müvafiq olaraq qəbuledicinin təsirlərlə

əlaqədar vəziyyətini öyrənməyə imkan verir.

Zərərin (itkilərin) birbaşa hesablanma üsulu

hər bir zərər görmüş sahənin çirklənməsinin bütün əla-

mətlərinin dəqiq və konkret olmaqla onların həm də iq-

tisadi qiymətləndirilməsini əhatə edir.

Ətraf mühitin çirklənməsindən yaranan zərərin iq-

tisadi qiymətləndirilməsi üsulları natural zərəri əvvəlcə-

dən qiymətləndirmədən aşağıdakı hesablama prinsipləri-

nə ayırmaq olar:

1) normalaşdırma üsulları;

2) analitik üsullar;

3) müqayisə etmə üsulları.

Normalaşdırma üsullar qrupu xalq təsərrüfatın-

da, yaxud onun ayrılıqda sahələrinin (zərər verənin)

çirklənmədən dəyən zərərin orta miqdarının elmi səviy-

yədə tədqiq edilməsi və müvafiq olaraq zərərin orta

qiymətinin iqtisadi qiymətləndirilməsinin qabaqcadan

öyrənilməsindən ibarətdir.

Alınmış orta göstəricilər normalar kimi təsdiq olu-

Page 206: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

206

nurlar. Bütövlükdə düzəliş əmsalları şəklində ödənilən

zərərin miqdarının təyin olunmasında əmək tutumlu nə-

ticələrin qiymətləndirilməsində istifadə olunurlar.

Analitik üsullar qrupu iqtisadi zərərlə çirklən-

mənin xarakteristikası arasında əlaqə analitik asılılığın

olması ilə əlaqədardır. Bu və ya hər hansı başqa yaxın-

laşmadan istifadə olunması zərərin təyin olunmasının

konkret məqsədindən asılıdır (o cümlədən hüquqi sub-

yektlərin qarşılıqlı əlaqələrinin vəziyyətindən).

Bazar iqtisadiyyatı ölkələrində ətraf mühitin çirk-

lənməsindən yaranan zərərin iqtisadi qiymətləndirilmə-

sində çox vaxt müqayisə üsulundan istifadə olunur. Bu

üsullar istehlakçının pul vəsaitinə əsaslanır və ona görə

də onlara ətraf mühiti çirkləndirməyə imkan verilmir.

Adətən bu halda aşağıdakı iki metodoloji yaxınlaşma

tətbiq olunur:

1) ətraf mühitin yaxşılaşdırılması üçün istehlakçı-

nın ödəməyə hazırlığının qiymətləndirilməsi (İÖH);

2) ətraf mühitin pisləşməsi ilə istehlakçının razı-

laşmasının hazırlığının qiymətləndirilməsi (İRH).

Ətraf mühitin çirklənmə səviyyəsinin yüksəlməsi

sənayecə inkişaf etmiş regionlarda əhali, kənd təsərrüfa-

tı bitkiləri və heyvanat aləmi, su və meşə təsərrüfatı

üçün ciddi təhlükə törədir. Heyvanın, suyun, torpağın

zəhərlənməsi müxtəlif (angina, bronxit, qrip, xərçəng,

mədə, ciyər və s.) xəstəliklərin əmələ gəlməsinə, onun

ildən ilə kəskin surətdə artmasına, bitki örtüyünün azal-

masına səbəb olmuşdur. Hazırda xərçənglə xəstələnmə

halları XX əsrin əvvəli ilə müqayisədə on dəfədən çox

artmışdır. Bu insanların təbii ehtiyatlardan səmərəsiz is-

Page 207: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

207

tifadə etmələri, ətraf mühitə daha çox müxtəlif tullantı-

lar, xüsusilə də tüstülü qazların atmaları hesabına baş

vermişdir. Coğrafiyaşünasların məlumatına görə insan-

lar yer kürəsi ərazisinin 60 %-dən çoxunu istismar edir-

lər. Çay axarının 20 %-dən, meşə ehtiyatlarının isə

70%-ə qədərindən istifadə olunur. İnşaat və mədən işləri

nəticəsində hər il 4000 km3 süxur və qrunt, yerin tərki-

bindən ildə 120 milyard tondan çox faydalı qazıntı (neft,

qaz, daş kömür və s.) çıxarılır və 7-8 mlrd. ton şərti ya-

nacaq vahidi yandırılır. Yeraltı sular intensiv surətdə is-

tifadə edilir, göllər qurudulur.

Bunlar isə yer səthinin qarşısıalınmaz çökmələrinə,

sürüşmələrə səbəb olur. İnsanın təsərrüfat fəaliyyəti sa-

yəsində su hövzələrinə milyard tonlarla sənaye-məişət

çirkab suyu axıdılır, ildə 800 mln. ton müxtəlif metallar

əridilir, tarlalara 300 mln. tondan çox mineral gübrə, 4-5

mln. tona qədər zəhərli maddə səpilir, hər il atmosferə 23

mlrd. tondan çox karbon qazı, 1 mlrd. tondan çox kimyə-

vi maddələr buraxılır. Hesablamalara görə 50-100 ildən

sonra çaylara axan bütün sular, artan sənaye əhəmiyyətli

balıqlar, habelə meşələr tam istifadə ediləcəkdir.

100-200 ildən sonra isə ətraf mühitə daxil olan

enerjinin miqdarı günəşdən gələn radiasiyanın miqdarına

bərabər olacaqdır. Energetikanın hazırki inkişafı nəticə-

sində havanın istiliyinin 3,50S artmasına və bununla da

buzlaqların əriməsi və okeanların səviyyəsinin qalxması

ehtimalı ola bilər. Hazırda dünya üzrə ildə enerji istehsalı

8 % artır ki, bu da ətraf mühitə mənfi təsir göstərir.

Ekoloji-iqtisadi zərər - çirkləndirmə nəticəsində

ətraf mühitdə, təbii ehtiyatların kəmiyyət və keyfiy-

Page 208: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

208

yətində baş verən mənfi dəyişikliklər, habelə bu dəyi-

şikliklərin nəticələrinin pulla qiymətləndirilməsi ba-

şa düşülür. Ekoloji zərər və onun nəticələri müxtəlif

növlərdə və sahələrdə çirkləndirilmiş hava və sudan isti-

fadə edən insanların səhhətinin pisləşməsi (ictimai zə-

rər), sənaye tullantıları ilə (çirkləndirilmiş torpaq sahə-

lərinin kənd təsərrüfatı məhsuldarlığının azalması və s.)

özünü göstərə bilər. Adətən, təbiətə vurulan zərər ölçü-

lən zaman əvvəlcə müəyyən dəyişikliklər (təbii göstəri-

cilərin pisləşməsi) aşkar edilir, sonra isə onlara iqtisadi

qiymət verilir.

Ekoloji-iqtisadi zərəri aşağıdakı düstur şəklində

göstərmək olar:

U= ΣiUt = ΣXtPt

Burada Ut – i amilinin dəyişməsi ilə meydana çı-

xan iqtisadi zərər;

Xt – i amilinin natural həcmi;

Pt – i amilinin pulla dəyəri.

Təbiətin mühafizəsi üçün iqtisadi tədbirlərin mü-

hüm məsələlərindən biri ekoloji itkinin minimuma endi-

rilməsidir. Hazırda ekoloji təsiri qiymətləndirməyə im-

kan verən bir sıra üsullar mövcuddur.

Onlar iki istiqamət üzrə daha ətraflı işlənib hazır-

lanmışdır:

1. əmtəə və xidmətlərə təsiri qiymətləndirmək

üçün mövcud (bazar) qiymətlərindən istifadə;

2. birbaşa xərclərin kəmiyyətindən istifadəyə əsas-

lanan qiymət.

Birinci üsulda göstərilən istiqamətlər üzrə ekoloji

Page 209: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

209

vəziyyət və ekoloji itkiləri əks etdirən natural göstərici-

ləri hesablamaq mümkündür. Bu istiqamətlərin əsas üs-

tünlüyü, əmtəə və xidmətlərə təsiri qiymətləndirmək üçün

bazar qiymətlərindən istifadənin mümkünlüyüdür.

Atmosferin qaz tərkibinin dəyişməsi, dünya okean-

larının çirklənməsi, energetika problemi, əhalinin ərzaq

məhsullarına, mineral maddələrə tələbatının ödənilməsi

və s. əsas problemlərdəndir.

Təbiətdə baş verən dəyişiklikləri, əmələ gələcək

problemləri nisbətən yumşaltmaq və tənzimləmək məq-

sədilə ondan istifadəni proqnozlaşdırmaq vacib şərtlər-

dəndir. Təbiətdən istifadəni əvvəlcədən proqnozlaşdır-

maq lazımdır. Çünki, bunu etməklə, təbii ehtiyatlardan

ardıcıllıqla, səmərəli istifadəyə şərait yaradar, ətraf mü-

hitə dəyən zərəri azalda bilərik. Həmçinin, bu yolla ha-

vanın, suyun, torpağın çirklənməsinin qarşısı nisbətən

alınar, ekoloji cəhətdən təmiz məhsul istehsalına şərait

yaranar.

Təbiəti mühafizənin proqnozlaşdırılması hazırda

və gələcək inkişafda təbii sərvətlərdən səmərəli və düz-

gün istifadəyə, ətraf mühitin zərərli maddələrlə çirklən-

məsinin qarşısını almağa şərait yaradan əsas amillərdən

hesab olunur.

Hazırda elmi-texniki tərəqqinin inkişafı, onun is-

tehsalata tətbiqi, yeni torpaq sahələrinin, meşə massivlə-

rinin, su hövzələrinin istehsal dövriyyəsinə cəlb olun-

ması ətraf mühitin fəal qarışıqlarla çirklənməsini sürət-

ləndirir. Son illərdə kənd təsərrüfatında gübrələrdən zə-

hərli kimyəvi maddələrdən səmərəli istifadə olunmama-

sı üzündən torpaq örtüyü müxtəlif dərəcədə eroziyaya

Page 210: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

210

uğramış, şorlaşmış, qrunt suları kimyəvi maddələr artı-

ğına məruz qalmışdır. Ona görə də hazırkı şəraitdə tə-

biətin zərərli maddələrlə çirklənməsinin qarşısının alın-

ması vacib olmaqla, proqnozlaşdırma yolu ilə müəyyən

tədbirlər sisteminin işlənməsi və tətbiqi mühüm əhəmiy-

yət kəsb edir. Təbiəti mühafizə tədbirlərinin proqnozlaş-

dırılması məsələləri öyrənilərkən bir sıra amillərə xüsusi

diqqət yetirilməlidir. Çirklənmə nəticəsində ziyan aşa-

ğıdakı səbəblərdən əmələ gəlir: torpaqdan istifadə me-

todlarının tətbiqi; gübrələrin istifadəsi və tətbiqi; bitki

xəstəliklərinə və ziyanvericilərinə qarşı işlədilən zəhərli

kimyəvi maddələrin tətbiqi; heyvandarlıqda təbiəti mü-

hafizəsi tədbirlərinin olmaması; sənaye müəssisələrinin

istehsal təyinatından asılı olaraq düzgün yerləşdirilmə-

məsi; bir çox sənaye müəssisələrində tullantısız texnolo-

giyanın tətbiq edilməməsi; istehsal tullantılarının təkrar

emal edilməməsi; faydalı qazıntılardan istifadənin proq-

nozlaşdırılmaması və s.

Bununla yanaşı, təbiətin mühafizəsi və sağlamlaş-

dırılmasını proqnozlaşdırmaq məqsədilə aşağıdakı təd-

birlərində həyata keçirilməsinə xüsusi əhəmiyyət veril-

məlidir: torpağın, su və külək eroziyasından qorunması

üçün aqrotexniki, hidrotexniki, aqromeşə-meliorasiya

tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi.

Kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə və

xəstəliklərinə qarşı bioloji mübarizənin gücləndirilməsi

üçün tədqiqat işlərinin genişləndirilməsi. Havanın, tor-

pağın, suyun, heyvan və bitki aləminin mühafizəsi məq-

sədilə zəhərləyici maddələrdən istifadə məqsədilə töv-

siyələrin işlənib hazırlanması və tətbiqi. Sənaye tullantı-

Page 211: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

211

larının bioloji konversasiya üsulu ilə zərərsizləşdirilmə-

si, hər bir regionda nadir bitki, heyvan növlərinin sax-

lanması üçün müvafiq tədbirlər sisteminin işlənilməsi,

maye yanacaqdan istifadənin yaxşılaşdırılması və onun

ətraf mühitə buraxdığı zərərli qazların minimuma endi-

rilməsi üçün tədbirlərin işlənilməsi. Bərk yanacaqdan is-

tifadənin səmərəli formalarının tədqiq olunması. Təbiəti

mühafizə tədbirlərinin proqnozlaşdırılması fəal qarışıq-

ların artmasının qarşısını alar, onun ətraf mühitə təsirini

zəiflədə bilər, ona görə də bazar iqtisadiyyatının hazırkı

mərhələsində təbii ehtiyatlardan istifadəyə, onun müha-

fizəsi məsələlərinə xüsusi əhəmiyyət verilməlidir.

3. Atmosfer havasının çirklənməsi ilə əlaqədar

iqtisadi ziyanın təyin olunması

Atmosferin yerüstü qatının müxtəlif qaz və aero-

zollarından ibarət atmosfer havası Yer üzərində olan bü-

tün canlıların varlığının ən vacib şərtdir. Onun təsir gü-

cü insan və bütün canlı aləmlə məhdudlaşmır. O, yerin

torpaq-bitki örtüyünə, hidrosferə, geoloji mühitə, elecə

də müxtəlif texnogen obyektlərə (binalara, qurğulara və

s.) güclü təsirə malikdir. Atmosferin çirklənməsi de-

dikdə, onun qaz balansını pozan müxtəlif fikizi və

kimyəvi maddə və birləşmələrin atılması başa düşü-

lür. Bu ətraf təbii və texnogen mühitə son dərəcə mənfi

təsir edir.

Atmosferi çirkləndirən bütün mənbələr iki his-

səyə bölünür: təbii və antropogen. Atmosferin təbii

çirklənməsi vulkan püskürməsi, tozlu qasırğalar və kos-

Page 212: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

212

mik tozun ona düşməsi nəticəsində baş verir. Bu halda

əsas rol Yerin vulkanik və fulid fəallığa məxsus olması-

dır. İri vulkan püskürmələri zamanı atmosferə (aşağı

qatlarla bərabər üst qatlara da) böyük həcmdə qaz və kül

atılır. Hava axınları isə onları böyük məsafədə yayırlar

və onun təsiri bəzi vaxtlar bir neçə il hiss olunur. Buna

misal olaraq bütün tarixdə ən güclü vulkan 1883-cü ildə

püskürən Krakatau vulkanı olub. Bu vulkan o qədər

güclü olub ki, onun sahəsi 4800 km uzaqlıqda, Hind

okeanında eşidilib. Vulkanik külün xırda və bərk hissə-

cikləri təxminən 20 km hündürlüyə 75 milyon kub metr

məsafəyə atılıb. Bu kül sonrakı aylarda bütün yer kürə-

sini, əsas etibarı ilə orta en dairəsi qurşağını əhatə edib.

Bu cür fəlakətli püskürmələr indi də baş verir. XX əsrin

90-cı illərin əvvəlində Filippində Pinatubo və Çilidə

Xodson Vulkanın püskürməsi buna misal ola bilər. Sa-

xara səhrasının üzərində yaranan toz buludları, sonra

şərqi və şimali şərqi küləklərlə bütün Qərbi Afrikaya

yayılıb. Atmosferin antropogen çirklənmə mənbələri da-

ha çoxdur. Onun vurduğu zərər daha güclü olur. At-

mosfer çirkənməsinin əsas mənbələrinə aşagıdakılar

aiddir. İstilik energetikası, metallurgiya, kimyəvi və

neft–kimyəvi, sellüloz-kağız sənayəsi, inşaat sənayəsi,

avtomobil nəqliyyatı və s. İnsan fəaliyyətinin nəticəsin-

də çirkləndirici maddələr atmosferə əsas iki şəkildə

aerozol və qaz halında olan müxtəlif maddələr olur.

Aerozol çirklənmə bu, atmosferin iri və xırda hissəli

dispersiya halında olan bərk və maye maddələrlə çirk-

lənməsidir.

Page 213: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

213

Cədvəl 9.

Stasionar mənbələrdən ölkənin atmosfer havasına atılan

çirkləndirici maddələr (min ton)

İllər

Atmosfer

havasına

atılan

çirkləndirici

maddələr-

Cəmi

O cümlədən:

Bərk

maddələr

Qazaoxşar

və maye

maddələr

Onlardan:

Kükürd

Anhidridi

(SO2)

Karbon

oksidi

(CO)

Azot

oksid-

ləri

(NO2)

2005 557,9 28,2 529,7 13,8 26,1 25,8

2006 344,2 23,7 320,5 12,4 16,0 29,3

2007 385,9 28,4 357,5 9,2 25,3 23,1

2008 295,0 31,3 263,7 8,0 37,4 33,6

2009 300,0 19,8 280,2 4,3 27,6 24,2

2010 214,8 19,3 195,5 2,2 27,2 19,8

2011 224,0 18,0 206,1 2,7 33,5 21,3

2012 226,5 9,9 216,6 3,3 34,9 23,7

Atmosfer havasının çirklənməsinin qiymətlən-

dirilməsi tədqiqat ərazisində hava hövzəsinin çirklən-

məsinin hərtərəfli hesablanmasına (qeydiyyatına) əsas-

lanır; bu, birbaşa (bilavasitə) dolayı yolla və indika-

tor meyarları ilə səciyyələnir.

Birbaşa (bilavasitə) meyarına geohidrokimyəvi,

geodinamiki, tibbi sanitariya və ehtiyat meyarları daxildir.

Geohidrokimyəvi meyar qrupu geosferin kimyə-

vi, mexaniki, radionuklid çirklənməsini, tibbi-sanitar

meyarı ilə bakterioloji çirklənmənin qiymətləndirilməsi-

nə imkan verir. Geodinamik meyar qrupu geosfer sahə-

sinin təbii və antropogen geoloji proseslərlə pozulması-

nın (zədələnməsinin) qiymətləndirilməsi ilə əlaqədardır,

ehtiyat meyarı isə biotanın, o cümlədən insan cəmiyyəti-

Page 214: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

214

nin normal yaşaması üçün lazımi sərvətlərin qiymətlən-

dirilməsi ilə əlaqəlidir.

Dolayı meyarlarla qiymətləndirmə geosferin (tə-

bii mühitin komponentlərinin) müasir vəziyyətini həm-

hüdud (yanaşı) mühitin (atmosfer və torpaq, atmosfer və

bitki örtüyü və s.) qiymətləndirilməsi meyarı vasitəsilə

qiymətləndirməyə kömək göstərir.

İndikator (indiqasiya) meyarı ilə qiymətləndirmə

bir qayda olaraq bu və ya digər geosferin ümumi vəziy-

yətini göstərir.

Qiymətləndirmənin birbaşa (bilavasitə) meyarı.

Hava hövzəsinin çirklənmə vəziyyətinin əsas meyarı in-

sanın sağlamlığına mənfi təsir göstərən zərərli maddələ-

rin Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş yol ve-

rilən konsentrasiyanın ölçüsü hesab edilir.

İl ərzində Yerin atmosferinə daxil olan antropogen

mənşəli aerozolun ümumi miqdarı 60 milyon ton qiy-

mətləndirilir. ABŞ, xarici Avropa, Rusiya turşulu ya-

ğıntıların əsas yayılma regionlarıdır. Lakin son zaman-

lar onlara Yaponiya, Çin, Braziliya, Hindistan və bəzi

başqa ölkələrin sənaye rayonlarında da rast gəlinir. Sta-

tistikaya əsasən, sulfat dioksidinin konsentrasiya səviy-

yəsinə görə ilk onluğa aşağıdakı şəhərlər daxildir: Teh-

ran, Rio-De-Janeyro, İstanbul, Moskva, Pekin, Katovit-

se, Tyantszin, Mexiko, Qahirə və Seul. Azot oksidinin

konsentrasiya səviyyəsinə görə ilk onluğa isə aşağıdakı

şəhərlər daxildir: Livan, Mexiko, Sofiya, Pekin, Kordo-

va, San-Paulu, Santyaqo, Katomitse, Nyu-York və Lon-

don. Turşulu yağıntıların yayılması xarakterik coğrafi

hadisə ilə əlaqədardır. Onu adətən transsərhədlilik ad-

Page 215: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

215

landırırlar. Bu özünü onda göstərir ki, turşulu yağıntıla-

rın yaranma və yağma rayonları arasında məsafə yüzlər-

lə və minlərlə ola bilər. Belə ki, Skandinaviyanın cənub

hissəsində yağan turşulu yağışların əsas səbəbkarı Bö-

yük Britaniyanın, Belçikanın, Hollandiyanın, AFR-in

sənaye rayonlarıdır. Kanadanın Ontario və Kvaker böl-

gələrində bu cür yağışlar ABŞ-ın qonşu rayonlarından

gəlir. Atmosferin çirklənmədən və xüsusilə də zəhərlən-

mədən mühafizəsi ilə bağlı tədbirlər uzun müddətdir ki,

aparılır. Əvvəl turş sulu yağıntılarla mübarizə məqsədi

ilə İES-lərin tüstü bacalarını hündür tikməyə başladılar.

Lakin təcrübə göstərir ki, bu üsulla yalnız ətraf əraziləri

zərərli maddələrdən qorumaq mümkün olur. Məs: 100m

hündürlüyü olan baca tüstünün yayılma radiusunun 20

km-ə qədər artırır. Atmosfer havasının çirklənməsindən

dəyən iqtisadi ziyan aşağıdakı xərclərin cəmindən əmələ

gəlir: xəstələnmələrin artması nəticəsindəki xərclər, əsas

fondların təmirinin sayının artması, onların xidmətinin

azalması, kənd təsərrüfatı torpaqlarının məhsuldarlığı-

nın azalması, meşələrin məhsullarının azalması və s. Bu

yanaşma çoxlu miqdarda ilkin informasiya tələb edir və

iqtisadi ziyanı daha dəqiq təyin edir.

4. Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi

ziyanının təyin olunması

Akademik V.İ.Vernadski yazmışdır: ”Su planeti-

mizin tarixində xüsusi yer tutur, elə bir təbii cisim yox-

dur ki, əsas möhtəşəm problemlərə su qədər təsir göstə-

rə bilsin. ”Su-Yer üzərində canlı orqanizmlərin mövcud-

Page 216: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

216

luğunu təmin edən özünəməxsus mineraldır.

Akademik A.P.Karpiniski yazır: Su ən qiymətli fay-

dalı sərvətdir. Su nəinki mineral xammal və kənd təsərrü-

fatının inkişafı üçün vasitədir. O həm də mədəniyyətin hə-

qiqi göstəricisi, həyatsız yerə dirilik gətirən canlı qandır.

Su obyektlərinin çirklənməsinin qiymətləndiril-

məsi meyarı.

Səth suları. Təbii və antropogen mənşəli ekoloji

pozuntu zonalarının formalaşması müxtəlif göstəricilər-

lə (kimyəvi, bioloji və s.) müəyyən edilir.

Kifayət qədər uzun müddət ərzində (1 ildən az ol-

mayaraq) aparıcı göstəricilərin neqativ qiymətlərinin

stabil qalması sanitar-ekoloji uğursuzluq haqqında nəti-

cəyə gəlməyə əsas verir. Normadan kənara çıxma, bir

qayda olaraq bir neçə meyarla müşahidə edilir. Bu ba-

xımdan su mənbələrinin və içməli suyun patogen mik-

roorqanizmlərlə və parazit xəstəliklərin törədiciləri ilə,

həmçinin xüsusi toksiki (olduqca təhlükəli) maddələrlə

çirklənməsi müstəsnalıq təşkil edir, belə olduqda sani-

tar-ekoloji uğursuzluq haqqında bu meyar üzrə nəticə

çıxarmaq olar.

Fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zona-

sını ayırdıqda su obyektlərinin təhlükəli çirklənmə dərə-

cəsini ümumi qiymətləndirmək üçün KZP-10-dan (kim-

yəvi zəhərləmə parametri) istifadə olunur. Kimyəvi

maddələrlə çirklənmə, hər biri yol verilən konsentrasi-

yadan (YVK-dan) dəfələrlə çox olan bir neçə maddələr-

lə müşahidə edilən ərazilər üçün bu göstərici xüsusən va-

cibdir. Bu yalnız fövqəladə ekoloji vəziyyət və ekoloji fəla-

kət zonası aşkar edildikdə hesablanır.

Page 217: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

217

Hesablama YVK-nı maksimum keçən 10 birləşmə

üzrə aşağıdakı düsturla aparılır.

KZP=C1/YVK1+C2/YVK2+C3/YVK3...+C10/YVK10

Burada, C1, C2, C3....C10 – suda kimyəvi maddələrin

konsentrasiyası, (YVK – balıq təsərrüfatı üçün).

KZP – 10-nu təyin etdikdə imkan daxilində maksi-

mum göstərici miqdarında su analizi aparmaq təklif olunur.

Təhlil olunan zonaları ayırdıqda bakteriya bir sıra

(fito və zooplankton, həmçinin ixtiofauna) üzrə göstəri-

cilərdən istifadə olunur. Bununla yanaşı, suyun toksiki

dərəcəsini təyin etmək üçün inteqral göstərici – biotest-

ləşdirmədən istifadə edilir.

Zonanın müəyyən ərazisi üçün təklif olunan göstə-

ricilərin parametrləri kifayət qədər uzunmüddətli müşa-

hidələrin (3 ildən az olmayaraq) materialları ilə forma-

laşdırılır.

Yeraltı sular. Yeraltı suların texnogen çirklənməsi

miqyasını təyin etmək üçün V.M.Qoldberq təbii halda

yeraltı suyun keyfiyyəti (Ct), içməli su kimi istifadə edi-

lən yeraltı suda çirkləndirici maddələrin yol verilən

konsentrasiyasından (YVK-dan) istifadə olunmasını tək-

lif etmişdir. Yeraltı suların çirklənmə miqyasının səciy-

yələndirilməsində çirklənmə sahəsinin (F) ölçüsü də

mühüm əhəmiyyət daşıyır. Beləliklə, yeraltı suların

çirklənmə vəziyyəti iki göstərici ilə - yeraltı suların

keyfiyyəti (C) və çirklənmənin sahəsi (F) ilə ifadə olu-

nur. Bunun əsasında yeraltı suların vəziyyətində dörd

səviyyə (sinif) ayrılır:

Page 218: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

218

1. Nisbətən əlverişli (norma). Yeraltı suyun key-

fiyyəti, əsasən, Ct ilə müqayisə oluna bilər və ya onu bir

qədər keçə bilər, lakin YVK-nın çərçivəsindən çıxa bil-

məz, yəni Ct<C YVK; belə olduqda çirklənmə sahəsi ol-

mur və ya kiçik ölçüdə olur (F<0,5 km2);

2. Daima neqativ dəyişkənlik meyli müşahidə olu-

nur (risk sinfi). Yeraltı suyun keyfiyyəti fasiləsiz pislə-

şir. O, YVK-a çatır və ya onu keçir, lakin bəzi sahələrdə

YVK 3...5-dən artıq olmur (F=0,5....5 km2);

3. Böhranlı vəziyyət (böhran). Yeraltı suyun key-

fiyyəti geniş sahədə YVK-nı keçir (10 dəfəyə qədər),

yəni YVK<C/YVK; belə vəziyyətdə çirklənmə sahəsi-

nin ölçüsü 5-dən 10 km2 arasında dəyişir;

4. Fəlakətli vəziyyət (fəlakət). Yeraltı suların key-

fiyyəti çirklənmə zonasında 10YVK-dan artıqdır və pis-

ləşməyə doğru meyl göstərir.

Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti

haqqında yazmışdır: “Susuz təbiət də, həyat da ola bil-

məz. Su da çörək kimi hamıya, hər şeyə həmişə lazım-

dır”. Hidrosferin tərkibinə həmçinin atmosferdəki su,

torpaq suyu və canlı orqanizmlərdə olan sular daxildir.

Təbiətdə su 3 faza vəziyyətində mövcuddur: maye, bərk

(buz, qar), qaz - yəni buxar. Şirin sular Yer üzərində ol-

duqca qeyri-bərabər paylanmışdır. Belə ki, dünyanın

70% əhalisi yaşayan Avropa və Asiyada dünya çay sula-

rının yalnız 39%-i cəmləşir. Təbii çay suları mürəkkəb

maye olub adətən tərkibində çoxlu kimyəvi maddələr

olur. Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Res-

publikasının su ehtiyatları az olub həmin regionun 15%-

ni təşkil edir. Respublikamızın su ehtiyatları Gürcüstan-

Page 219: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

219

dan 7,7-8,3 dəfə, Ermənistandan isə 3 dəfə azdır. Son

yarım əsrə qədər müddətdə aparılan tədqiqatlar göstərdi

ki, Kür, Araz çayları və onların əsas qolları Respublika-

mızdan kənarda-Gürcüstan və Ermənistan ərazilərində

çirklənir. Belə ki, Ermənistanın 100%, Gürcüstan 30%

ərazisi, Türkiyənin 31 min, İranın 40 min və Azərbayca-

nın 37 min kv.km sahəsi Kür-Araz hövzəsinə aiddir.

Yəni Kür çayına 188 min. kv. km, Araza isə 103 min

kv.km ərazidən sənaye, kənd təsərrüfatı və məişət çirka-

bı, müxtəlif tullantılar atılır. Son zamanlar Kür-Araz

hövzələri ilə əlaqədar olmayan və birbaşa Xəzər dənizinə

tökülən çaylarda da (Böyük Qafqazın şimal-şərq hissəsi

və Lənkəran bölgəsindəki çaylarda) çirklənmə müşahidə

olunur. Quba-Xaçmaz bölgəsində yerləşən Qusarçay,

Qudyalçay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay. Lən-

kəran bölgəsində yerləşən Lənkəran çay, Viləşçay və b.

Çaylar yaşayış məntəqələri və sənaye müəssisələri tərə-

findən aramsız çirklənməyə məruz qalır.

Cədvəl 10.

Təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirini

xarakterizə edən əsas göstəricilər

2005 2009 2010 2011 2012

Təbii mənbələrdən gö-

türülən su, mln.m3 12050 11425 11566 11779 12484

Su istehlakı, mln.m3 8607 7639 7715 8012 8249

Təmizlənməmiş çirkab

suların sututarlara atıl-

ması, mln.m3 161 171 164 223 220

Atmosfer havasına atı-

lan çirkləndirici maddə-

lər - cəmi, min ton 1054,3 997,0 956,8 1003,1 1075,8

Page 220: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

220

O cümlədən:

Stasionar mənbələrdən 557,9 300,0 214,8 224,0 226,5

Avtomobil

nəqliyyatından 496,4 697,0 742,0 779,1 849,3

Yaranmış istehsal və is-

tehlak tullantıları, min

ton 2572 2284 2282 2790 3097

İstifadə edilmiş və zə-

rərsizləşdirilmiş isteh-

sal və istehlak tullantı-

ları, min ton 771 503 476 572 665

5. Torpaq ehtiyatlarının vəziyyətinin pozulmasının

və çirklənməsi ilə bağlı iqtisadi ziyanının təyin

olunması

Torpaq, su ehtiyatından istifadə prosesində tex-

noloji rejimlərə əməl edilməməsi, məsələyə birtərəfli

yanaşılması nəticəsində kənd təsərrüfatında həm nə-

zərdə tutulandan az məhsul istehsal edilir, həm də

ekoloji tarazlıq pozulur. Gübrələnmə, xəstəliklərə və

ziyanvericilərə qarşı işlədilən zəhərləyici kimyəvi vasi-

tələr bir tərəfdən məhsul istehsalının artırılmasına, onun

mühafizə olunmasına imkan yaradır, digər tərəfdən tor-

pağın, ətraf mühitin çirklənməsinə səbəb olur. Yaxud,

torpaqların meliorasiya məqsədilə Respublikada sərf

olunan milyard manatlarla vəsait bir çox regionlarda

ekoloji şərait nəzərə alınmadığına və işlər (tədbirlər)

aşağı keyfiyyətdə aparıldığına görə az fayda verir. Bəzi

hallarda isə meliorasiya nəticəsində torpaqlar şorlaşır və

bataqlıqlaşır.

Torpağın vəziyyətinin ekoloji qiymətləndirilməsi

meyarının seçilməsi onun yerləşmə spesifikası, genezisi,

Page 221: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

221

həmçinin istifadə xüsusiyyəti ilə təyin edilir.

Torpağın vəziyyəti qiymətləndirildikdə, ekoloji

uğursuzluq dərəcəsinin əsas göstəriciləri fiziki deqra-

dasiya, kimyəvi və bioloji çirklənmə meyarları hesab

olunur.

Ərazinin ekoloji vəziyyətinin meyarlarından biri

torpağın deqradasiyası (eroziya, deflyasiya, təkrar şor-

laşma, şorakətləşmə, bataqlaşma) nəticəsində istifadə-

dən çıxmış torpaq sahələri hesab edilir. Neqativ proses-

lər (açıq üsulla faydalı qazıntıların əldə olunması və ti-

kinti işləri; insan tərəfindən törədilən su eroziyası və

deflyasiya) torpaq horizontlarının dağılmasına səbəb

olur, bu proses də torpağın deqradasiyası meyarı vəzifə-

sini görür. Torpağın strukturunun dağılması və bərkimə

prosesinin inkişafı onun kipliyini artırır, bu da torpağın

deqradasiyası göstəricisinin mühüm meyarıdır.

Fitotoksiklik torpağın çirklənməsinin kompleks

göstəricisi sayılır – çirklənmiş torpağın xassələri toxu-

mun cücərməsini, ali bitkilərin böyümə və inkişafını

ləngidir (sıxışdırır). Buna test göstərici deyilir.

Torpaq mikroorqanizmlərinin həyat fəaliyyəti-

nin aşağı düşməsi bioloji deqradasiyanın əlaməti sa-

yılır. Torpaqda çirkləndirici maddələrin YVK-nın artma

təkrarı çox olarsa, onların mütəhərrik formalarına görə

qiymətləndirmək lazımdır.

Ekspert qiymətləndirməyə görə ekoloji fəlakət əra-

zisi üçün məhsuldarlığın azalması 75%-dən artıq, ekoloji

böhran ərazisi üçün isə 50.....75% qəbul olunması təklif

edilir (həmin ərazi və bitki üçün kompleks aqrotexniki və

Page 222: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

222

aqrokimyəvi tədbirlərin yerinə yetirilməsi şəraitində).

Keyfiyyətə görə normativ tələbata uyğun gəlmə-

yən məhsulun bir hissəsi (pestisidlərin qalıq miqdarı,

toksiki elementlər, mikrotoksinlər, nitratlar, nitritlər) öy-

rənilən ərazi üçün (torpaq, hava, səth və qrunt suları)

çirklənmə dərəcəsinin indiqatorunun əlavə göstəricisi

sayılır.

Torpağın vəziyyəti haqqında məlumat əsas göstəri-

cilər və çirkləndirici maddələrin tərkibi üzrə informasi-

yanı əks etdirən ətraflı tematik kartoqrafik materiallar

şəklində təqdim edilməlidir.

Cəmiyyət ilə ətraf mühit arasındakı qarşılıqlı mü-

nasibətlərdə optimal variant seçilməli, təbii sərvətlərdən

istifadə etməklə bərabər atmosferin, suyun, havanın, tor-

pağın və s. çirklənməsinin qarşısını alan kompleks təd-

birlər görülməlidir. Əgər əkin dövriyyəsinə əvvəllərdə

istifadəsi mümkün olmayan yeni torpaqlar cəlb edilirsə,

əvvəlcə həmin torpaqların yaxşılaşdırılması üçün elmi

cəhətdən əsaslandırılmış meliorasiya işləri aparılmalıdır

ki, ətraf mühitə ziyan dəyməsin, yeni meşələrin qırılma-

sına ehtiyac qalmasın, heyvanat aləmi dağılmasın, qrunt

sularının səviyyəsi qalxmasın və s.

Təbii sərvətlərdən səmərəli istifadə edilməsinə

mənfi təsir edən amillərdən biri də torpaqdan, sudan,

meşədən, mineral maddələrdən istifadə işində müəssisə-

lərin iqtisadi marağının olmaması və bu səbəbdən tə-

sərrüfat fəaliyyətində biganəliyə, məsuliyyətsizliyə yol

verilməsidir.

Page 223: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

223

IX FƏSİL.

TƏBİİ MÜHİTƏ ÇƏKİLƏN XƏRCLƏR VƏ ONUN

SƏMƏRƏLİLİYİNİ TƏYİN EDƏN ÜSULLAR

1. İqtisadi ziyanın təsnifatı;

2. Ekoloji təyinatlı ziyanların həcminin təyin olun-

ması;

3. Ətraf mühitin mühafizəsinə sərf olunan xərclər;

4. Ətraf mühitin mühafizəsi tədbirlərinə sərf olu-

nan xərclərin qrupları;

5. Təbiətin mühafizəsinə çəkilən xərclərin səmərə-

liliyini təyin edən üsullar.

1. İqtisadi ziyanın təsnifatı

Ətraf mühit ehtiyatlarından istifadə vaxtı iqti-

sadi ziyanlar müxtəlif formada və ölçüdə (həcmdə)

olur. Bu ziyanın təsnifatını aşağıdakı kimi göstər-

mək olar:

- ətraf mühitə çirklənmədən dəyən ziyan – bura-

ya faktiki və mümkün olan itkiləri aid etmək olar. Bu it-

kilər ekoloji, sosial və iqtisadi itkilərdən ibarətdir.

- atmosferin (havanın) çirklənməsindən dəyən zi-

yan;

- torpağın çirklənməsindən dəyən ziyan;

- su hövzəsinin çirklənməsindən dəyən ziyan.

Normalaşdırma və standartlaşdırma insan cəmiy-

yəti fəaliyyətinin nizamlanmasında mühüm vasitədir.

İnsanlar və ətraf mühit arasında qarşılıqlı əlaqənin qay-

daya salınmasında ənənəvi normalardan istifadə edilir.

Page 224: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

224

Müasir anlayışa əsasən ekoloji normalaşdırma (EN) el-

mi, hüquqi, inzibati və digər fəaliyyət sistemi olub, ətraf

mühitə edilən təsirin yolverilən normalarının müəyyən

edilməsinə yönəldilmişdir. Ekoloji normalaşdırmanın

səmərəliliyi aşağıdakı kimi təmin olunur:

- normativlərin müasir elm və texnikanın səviyyəsi-

nə ,beynəlxalq standartlara uyğun olması ilə;

- obyektivliyi ilə və qanunla tənzimlənməsinə görə,

belə ki, normativlərin hazırlanması və təsdiq olunması

dövlətin xüsusi orqanlarının tapşırığı ilə yerinə yetirilir;

- ekoloji normativlərin yerinə yetirilməsi bütün təsər-

rüfat başçıları və sahibkarlar üçün məcburi olub, təşkilat-

lar və vətəndaşlar ona tabe olmağa məsuliyyət daşıyır.

Ekoloji normalaşdırmanın əsasında aşağıdakı prin-

siplər durur:

- məqsəd, cəmiyyətin uzun müddətli marağın- xüsu-

si maraqdan, qlobal və regional nəticələrin lokal nəticə-

lərə nisbətən prioritet olması;

- qabaqlama normativlərinin hazırlanması, tədqiqat-

ları, planlaşdırılma, təsirdən əvvəl aparılmalıdır;

- hüdudluq - təsirin təhlükəli qiymətinin müəyyən

edilməsi, təhlükə həddini aşmaması üçün ekoloji təhlü-

kəsizlik nizamlanır.

2. Ekoloji təyinatlı ziyanların həcminin təyin

olunması

Təbiəti mühafizə tədbirlərinin səmərəsi – qarşısı

alınmış, dəf edilmiş ziyanın təyin edilməsi ziyanın

müəyyənləşdirilməsi üsuluna əsaslanır. Ətraf mühitin

Page 225: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

225

çirklənməsi nəticəsində dəymiş ziyan - faktik və ya

mümkün olan itkilərdir: 1) ekoloji, 2) sosial və 3) iq-

tisadi.

İki cür ziyan ayırırlar: bilavasitə və dolayısı zi-yan. Maddi dağıntılar, təbii mühitin tənəzzülü, dolayısı ziyan-əlilliyin artımı, xəstəliklər, insanların sağlamlığı-nın pisləşməsi, təsərrüfat sahələrində məhsuldarlığın aşağı düşməsi və s. Bilavasitə ziyanı qiymət və ya na-

tural hesablama ilə müəyyən etmək olur, dolayısı zi-

yanı isə hesablamaq (qiymətləndirmək) çətindir.

Hesablamaya yatan ziyanlar iqtisadi və sosial –

iqtisadi ziyanlardır. Birinci qrupa aiddirlər: - alınmamış məhsul; - bina və qurğuların xidmət müddətinin qısalması

(azalması); - tullantıların xammal kimi istifadəyə yararlı olması; - çirklənmənin nəticələrinin ləğvinə sərf olan xərclər; - bərpaya lazım olan xərclər; - çirklənmə nəticəsində xəstəliyə görə əmək məh-

suldarlığının azalması və s.

Sosial-iqtisadi ziyan aşağıdakı struktura malik-

dir: - xəstəliklərin artımı ilə əlaqədar səhiyyəyə və icti-

mai təminata çəkilən xərclər; - rekreasiya (istirahət) ehtiyatlarının saxlanması

üçün xərclər; - ekoloji səbəblərə görə əhalinin miqrasiyası (köç-

məsi, yerdəyişməsi) xərcləri; - istirahət üçün əlavə xərclər.

Dolayı ziyanların (ekoloji və sosial) miqdarı (kə-

Page 226: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

226

miyyətcə) qiymətləndirməyə yatmırlar, onları şərti

hesablanan ziyanlar adlandırırlar. Sosial ziyanlar aşağıdakılardır: - landşaftın korlanması sayəsində estetik ziyan; - ölüm hallarının çoxalması ilə yaranan patoloji zi-

yanlar;

- psixoloji ziyanlar.

Ekoloji ziyanlar unikal ekosistemlərin dağılma-

sı, növlərin məhv olması, yoxa çıxması, genetik itki-

lər və s. ilə əlaqədardır.

İqtisadi ziyan - ətraf mühitin çirklənməsi nəticə-

sində onun faydalılıq dərəcəsinin dəyişməsidir. Iqtisadi

ziyan aşağıdakı xərclər hesabına yaranır:

- cəmiyyətin ətraf mühitdə dəyişmələrlə bağlı onun

bərpası və ləğvi ilə əlaqədar çəkilən xərclər;

- ətraf mühiti əvvəlki vəziyyətinə gətirmək üçün

xərclər;

Ziyan bir anlıq, permanent (torpaqların eroziyası

və şoranlaşması zamanı), latent (vaxt keçdikdən sonra

baş verən, ləng hərəkət edən) və s. olur. Bundan başqa

iqtisadi ziyanı iki növə - potensial və hesablama yolu

ilə təyin olunan növlərə bölürlər.

Potensial ziyan – elə iqtisadi ziyandır ki, ləğvinə

indiki zamanda əlavə xərc tələb olunmur. Hesablama

ziyanı – ziyanın elə hissəsidir ki, müəyyən dövrdə üzə

çıxır və iqtisad elminin indiki səviyyəsinə uyğun olaraq

pul formasında ifadə edilməsi mümkündür. Həmin sahə-

yə dair məlumatımız artdıqca hesablama ziyanı poten-

sial ziyana çevriləcək, potensial isə - artıq dəymiş ziyan

kimi özünü göstərəcəkdir. Qiymətləndirməyə görə po-

Page 227: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

227

tensial iqtisadi ziyan 70-80 %, hesablama ziyanı isə fak-

tiki ziyanın 60-65 %-ni təşkil edir.

Adətən ziyanın aşağıdakı strukturunu qeyd

edirlər:

1) əhalinin sağlamlığına;

2) kommunal və məişət təsərrüfatına;

3) kənd və meşə təsərrüfatına;

4) nəqliyyata, sənayeyə;

5) digər sahələrə dəyən ziyanlar. Hər bir lokal zi-

yan ayrılıqda təyin edilir, sonra isə toplanır.

Ziyanın bu cür təyinatı lokal (yerli) ziyanların top-

lanması metodu adlanır, yaxud da birbaşa hesablanır.

Bu halda hesabatların əsasını aşağıdakı ardıcıllıq təşkil

edir:

1. maddələrin çirklənmə mənbəyindən atılmasının

(axıdılmasının) təyini;

2. qarışıqların qatılığının atmosferdə (su hövzəsin-

də) müəyyən edilməsi;

3. natural ziyanın təyini;

4. iqtisadi ziyanın təyini.

Atmosferin (havanın) çirklənməsindən dəyən

iqtisadi ziyan aşağıdakı xərclərin cəmindən əmələ gəlir:

xəstələnmələrin artması nəticəsindəki xərclər, əsas fond-

ların təmirinin sayının artması, onların xidmət müddəti-

nin azalması, kənd təsərrüfatı torpaqlarının məhsuldarlı-

ğının azalması, meşələrin məhsullarının azalması və s.

Bu yanaşma çoxlu miqdarda ilkin informasiya tələb edir

və iqtisadi ziyanı daha dəqiq təyin edir. Təcrübədə, adə-

tən iqtisadi ziyanın yuvarlaqlaşdırılmış qiymətləndiril-

məsi üsulundan istifadə edirlər. Bu təxmini qiymətlən-

Page 228: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

228

dirmə olsa da, daha ümumi məsələləri həll etmək üçün

əsas ola bilər.

Atmosferə dəymiş ziyanı təyin etmək üçün aşağı-

dakı düsturdan istifadə edilir:

YA = γ • σ • φ • M

Burada, γ – çirklənmənin hər şərti tonuna görə

ödəmədir (xüsusi ziyandır), man. Şərti ton, manatla ifa-

də olunur. Bu qiymətdə inflyasiya nəzərə alınır. Hesab-

lamada baza göstəricisi aşağıdakı kimi ifadə edilir. Mə-

sələn, 1 ton SO2=1 şərti ton.

σ – ölçüsüz kəmiyyət, ərazinin növündən asılı ola-

raq, atmosferin çirklənməsinin nisbi təhlükəsini səciyyə-

ləndirir.

φ – ölçüsüz kəmiyyət, qarışıqların atmosferdə sə-

pələnməsinin xarakterindən asılıdır. Əgər qaz təmizlə-

yən avadanlıq yoxdursa, yaxud təmizləmə dərəcəsi

70%-dən azdırsa, onda φ=3, təmizləmə 70-90 % olarsa,

φ=2,5, 90 %-dən çox olarsa, φ=2 götürülür. Qaz xassəli

çirklənmə və aerozollar üçün φ=1 götürülür.

M – çirkləndirici maddələrin gətirilmiş kütləsi

(şərti ton/il), aşağıdakı düstur ilə təyin edilir: n

M= Σ MiAi i=0

Burada, Mi – i çirkləndirici maddənin ümumi küt-

ləsi,

Ai – (i maddəsinin) nisbi aqressivlik göstəricisidir.

Bu göstərici həddi yol verilən qatılıq (HYVQ) nəzərə

Page 229: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

229

alınmaqla təyin edilir (1/HYVQ). Su hövzələrinin çirklənməsindən dəyən ziyanın

yuvarlaqlaşdırılmış qiymətləndirmə metodu aşağıdakı düsturla ifadə edilir:

YB = γ • σk • M

Burada,γ – xüsusi ziyan (şərti ton axıntıya görə-man.)

σk– müxtəlif su təsərrüfatı sahələri üçün sabit gös-

tərici (konstanta), xüsusi cədvəldən götürülür.

Ziyan hesablama yolu ilə təyin edilir, həm də məh-

sul hasilatına dəyən xüsusi ziyanın hesablanması ilə də

təyin edilə bilər.

Təxmini metodla hesablamalar göstərir ki, cəmiy-

yətə dəyən ziyan hava hövzəsinin çirklənməsindən 60%,

su hövzəsinin çirklənməsindən 30 % və bərk tullantılar-

la çirklənmədən 10 % təşkil edir. İnkişaf etmiş xarici öl-

kələrdə təbiətdən səmərəsiz istifadəyə görə dəymiş iqti-

sadi ziyan ümumi daxili məhsulun 4-8 % - ni təşkil edir.

Rusiya üzrə ümumi ziyanın qiyməti 15-17% təşkil edir

(1990). Azərbaycanda bu rəqəm daha yüksəkdir.

3. Ətraf mühitin mühafizəsinə sərf olunan xərclər

Təbiəti mühafizə və yeni təbii ehtiyatların xərcləri

müqabilində böyük nəticələr əldə etmək olar. Yaxud da

təbii sərvətlərin istehsalına çəkilən xərcləri azaltmaqla

müsbət nəticələrə nail olmaq olar. Əvvəllər təbiətdən is-

tifadənin səmərəliliyi aşağı idi. Rusiyada kağız məhsulu

və karton istehsalı müasir texnologiyalar tələb etdiyin-

dən 5-6 dəfə çox meşə qırmaq lazım gəlirdi. Məhsul va-

Page 230: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

230

hidinə Rusiyada Yaponiya və AFR-ə nisbətən 3 dəfə

çox, ABŞ-a nisbətən isə 2 dəfə çox enerji sərf olunurdu.

Başqa sözlə desək istehsalat həddindən artıq təbii ehti-

yatlar tutumuna malik idi. Sərt iqlim şəraitinə görə Ru-

siyada xərclər çox olsa da, lakin həmin xərcləri xeyli

azaltmaq olar.

Təbiətdən istifadənin iqtisadi səmərəsinin qiymət-

ləndirilməsi zəruridir. Buraya aşağıdakılar aiddir:

- artıq əldə edilmiş nəticələri qiymətləndirmək;

- təbiətdən istifadənin daha məqsədəuyğun varian-

tını seçmək;

- optimal ekoloji-iqtisadi effektlərə nail olmaq

üçün zəruri olan xərcləri həll etmək.

İqtisadiyyatda həmişə sərvət azlığından ən yaxşı

variant seçmək üçün imkanlar müəyyən edilməlidir. Bu-

nun üçün xüsusi meyarlar, ölçü vahidləri olmalıdır. La-

yihəni o vaxt həyata keçirmək lazımdır ki, o səmərəli ol-

sun. Bunun üçün ekoloji rifahları (ehtiyatları) qiymət-

ləndirmək lazımdır. Əslində, bu çox mürəkkəbdir, bəzən

isə mümkün deyildir. Məsələn, baxımlı, gözəl landşaftı

məhv edib, onun yerində nə isə tikmək təkcə yerli əhali-

yə, yerli dövlətə yox, bütün bəşəriyyətə qarşı ziyandır.

İqtisadiyyatda seçim mexanizmi kimi xərclərin və

faydaların (nəticələrin), yaxud səmərənin müqayisə edil-

məsi ortaya çıxır. Bu yanaşma “xərclər və faydalar”

analizi adını almışdır.

Normal iqtisadi səmərə potensial faydanın (V)

xərclər üzərində (S) üstünlüyüdür:

V – S ≥ 0

Page 231: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

231

Təcrübədə investisiya layihələri uzun illər həyata

keçirilir, ona görə də nəinki bugünki, həm də gələcək

xərcləri və faydaları, habelə zahiri səmərəni müqayisə

etməklə (diskontlaşdırma ilə) gələcək dəyərləri bugünkü

vəziyyətlə müqayisə etmək lazım gəlir:

( )

Ekoloji faydanı (E) nəzərə alsaq, onda

( )

Burada, NPV –xalis cari dəyər (diskontlaşdırma);

B – potensial iqtisadi fayda;

C – potensial xərclər;

E – ekoloji faydanı əks etdirən ekoloji elementi

göstərir.

Əgər təmiz cari dəyər (qiymət - NYP) sıfırdan bö-

yükdürsə, onda layihə səmərəli hesab edilir. Lakin, nə-

zərə almaq lazımdır ki, həyatda (əməli işdə) gələcək po-

tensial gəliri bu günlə müqayisə etsək, qiymətləndirmə-

də (diskontlaşdırma), ekoloji layihə təhrif olunar. Məsə-

lən, meşə 80-100 il ərzində yetişir, diskontlaşdırma əm-

salı (r) yaxud səmərəliliyin normativ əmsalı adətən 8-

12% arasında götürülür.

Bu gün vəsait xərcləyib 1 m3 oduncağı 100 ildən

sonra almaq məqsədə müvafiq deyildir. Göstərilən me-

Page 232: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

232

todun tətbiqinin nəticələri uzunmüddətli təbiəti mühafi-

zə layihələri üçün əlverişli deyildir.

Belə yanaşma təbii ehtiyatların bugünkü qiymətini

aşağı salır. Gələcək nəsillərin və təbiətin mənafeləri la-

zımi müdafiə olunmur. Bundan başqa keçmiş dəyərin

indiki qiymətlərlə ölçülməsi (diskontun yüksək norma-

sı) ehtiyatların tükənməsinə yönəldilir. Yəni bərpa olu-

nan və bərpa olunmayan təbii ehtiyatların işlənməsi həm

həvəsləndirilir, həm də tezləşdirilir.

Beləliklə, müasir iqtisadi planlaşdırmada tətbiq

edilən yanaşma təbii ehtiyatların tükənməsinə səbəb

olur. Adətən gələcək faydanın ölçülərinin azalması baş

verir. İndiki iqtisadi fəaliyyət nəsillərin ehtiyatlara olan

tələbatını gələcək nəsillərin hesabına ödəyir.

İnvestisiyaların səmərəliliyinin təyini və ətraf mü-

hiti mühafizədə səmərəli variant seçmək üçün mümkün

olan yanaşmalardan (üsullardan) biri “gətirilmiş xərc-

lər” üsuludur. Bu metodda elə variant tapmaq lazımdır

ki, qarşıya qoyulmuş məqsədə çatmaq üçün xərcləri

azaltmaq mümkün olsun. Başqa sözlə, yalnız məqsəd və

ona tələb olunan xərc lazımdır. Ekoloji və sosial faydanı

layihənin realizə edilməsi üçün konkret qərar qəbul

edərkən 2 mərhələdə hərəkət etmək lazımdır. Birincidə

müəssisə üçün ekoloji normativləri pozan bütün variant-

lar rədd edilir. İkinci mərhələdə ekoloji nöqteyi-nəzər-

dən qəbul edilə bilən ən az gətirilmiş xərcli variant qə-

bul edilir.

C + rK min...

Page 233: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

233

Burada, C-cari istismar xərcləridir;

r – diskontir əmsalıdır;

K - əsaslı vəsaitdir.

Təsvir edilən metod müqayisəli iqtisadi səmərəli-

lik zamanı istifadə edilir.

Gətirmə və diskontir metodlarının ən əsas fərqlən-

dirici cəhəti xərclərin özünü doğrultma müddətidir.

Ümumi səmərəlilik – nəticələrin ehtiyatlara çə-

kilən xərclərinə nisbətidir. Müvəqqəti nümunəvi meto-

dikaya görə nəticə qarşısı alınmış ziyanın və xərclərin

müqayisəsidir. Belə halda əlavə səmərələr (məs. sosial)

nəzərə alınmır. Bu səmərələr dolayısı səmərə adlanır.

Bazar şəraitində kommersiya səmərəsini təyin et-

mək zəruridir. Ekoloji tədbirlərin təmiz illik kommersi-

ya səmərəsi iki xərcin fərqli kimi müəyyən edilir: çirk-

ləndirməyə görə ödəmələrin qənaətinin cəmi (Qпл) və

mühiti mühafizə tədbirlərinə çəkilən ümumi xərclər ara-

sındakı fərq (Z).

Belə halda, Qком=Qпл – Z..

Aydındır ki, burada diskontir tətbiq etmək lazım

gələcəkdir, yəni problem gəlib özünü doğrultma müddə-

tinə dirənəcəkdir. Çirklənmiş təbii ehtiyatların təmizlən-

məsi tədbirlərinin həyata keçirilməsinə çəkilən xərclərin

effekti aşağıdakı kimi təyin edilir:

S = (C1-C2) Q...

Burada, C1, C2 – təmizləmənin təbiəti mühafizə

Page 234: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

234

tədbirlərinin həyata keçirilməsindən əvvəl və sonrakı

(ehtiyat vahidinə düşən) maya dəyəridir, illik ölçüyə gə-

tirilmişdir. Q-əlavə təmizlənmiş ehtiyatların həcmidir. Təbiətdən səmərəli istifadə üzrə tədbirlərin səmə-

rəsi, tullantılardan istifadəni də nəzərə almaqla, aşağıda-kı kimi ifadə edilə bilər:

∑ ∑ ∑

∑S – toplum səmərə: məhsul artımı; təbii ehtiyat-ların qənaət səmərəsi; sosial səmərə; utilləşdirmə səmə-rəsi və s.

∑ Yn – qarşısı alınmış ziyanın cəmi (toplumu); ∑ Z – zəruri xərclərin cəmidir. Öz növbəsində, qarşısı alınmış (ləğv edilmiş) zi-

yan iki ziyanın fərqi kimi götürülür – tədbirlərə qədər zərərin miqdarı (Y1) və tədbirlərdən sonra – qalıq ziyan (Y2):

Yn=Y1-Y2

İqtisadi inkişafla təbiəti mühafizə fəaliyyəti arasın-

dakı kompromis axtarışı cəmiyyətin qarşısında duran əsas məsələlərdir. İqtisadçıların neoklassik məktəbi təs-diq edir ki, ətraf mühitin çirklənməsinin iqtisadi optimu-mu mövcuddur. Həmin optimuma görə təbiəti mühafizə xərclərinin həddi və ziyan arasındakı həddin nisbəti bə-rabərliyi ilə təyin edilir.

İqtisadi səmərə yalnız tədbirlər variantının əsaslan-dırılması və seçimində lazım deyildir. Eyni zamanda

Page 235: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

235

fəaliyyətdə olan təbiəti mühafizə obyektlərini də qiy-mətləndirmək zəruridir. Bundan ötrü, ilk növbədə, mü-hiti qorumaq xərclərinin (Sz) mütləq səmərəsini təyin et-mək lazımdır. Deyilənlər aşağıdakı riyazi model ilə ifa-də olunur:

∑∑

( )

Burada, Sz- tam iqtisadi səmərə (i növün, j – sər-

vətində), C – cari xərclər, K – kapital qoyuluşu, KH – kapital qoyuluşunun normativ əmsalı (adətən

0,12) yaxud diskontir əmsalıdır. Kapital qoyuluşunun normativ səmərəlilik əmsalı

özünü doğrultma (xərcləri ödəmə) müddəti ilə əlaqədar-dır. Xərclərin özünü ödəmə müddəti normativ səmərəli-lik əmsalı ilə tərs mütənasibdir (T=1/KH). S0=(S-С)/ К>EH olarsa, onda layihə səmərəlidir və xərclər özünü ödəyəcəkdir. Bəzən təbiəti mühafizə tədbirlərinin iqtisa-di səmərəsini təbiəti mühafizə ehtiyatının xidmət vaxtını nəzərə almaqla qiymətləndirmək zəruridir. Bu halda aşağıdakı düsturdan istifadə etmək olar:

Burada, Yn – dəf edilmiş ziyanın qiymətidir, C – obyektin smeta dəyəridir,

Page 236: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

236

T – obyektin (sərvətin) xidmət davamiyyətidir, Z – tədbirə (sərvətə) çəkilən orta illik cari xərcdir. Təbiətdən səmərəli istifadə üzrə tədbirlərin səmə-

rəliliyi göstəricilər sistemi ilə səciyyələnir. Onların ara-sında təbiəti mühafizə qurğularının fond verimi, təbiət tutumu (ziyan tutumu), istehsal edilən məhsulun tullan-tısı və s. əhatə olunur.

4. Ətraf mühitin mühafizəsi tədbirlərinə

sərf olunan xərclərin qrupları

Ətraf mühitin mühafizəsi tədbirlərinə çəkilən xərc-

lərin qrupuna aşağıdakılar aid edilir. Mövcud ehtiyatla-rın saxlanması xərcləri, ətraf mühitə zərərli maddələr atılmasının (axıdılmasının) qarşısının alınması, xərcləri, ekoloji ziyanın qarşısının alınmasına istiqamətləndirilən xərclər.

Ətraf mühitə vurulan ziyanın iqtisadi və sosial xərcləri.

Ətraf mühitə vurulan ziyanın iqtisadi və sosial

xərcləri üç böyük qrupa bölünür: 1) Sağlamlıq xərcləri. Ətraf mühitin çirklənməsi

xəstəliklər yaradar və vaxtından əvvəl ölümlə nəticələnə bilər. Çirklənmənin təsiri ilə insan sağlamlığına birbaşa və dolayı zərər ola bilər. Ona görə də sağlamlığa xidmət edən təbiəti mühafizə xərcləri hər il artırılır;

2) Məhsuldarlıq xərcləri. Ətraf mühitin tənəzzülü təbii ehtiyatların və fiziki kapitalın məhsuldarlığını azal-dır. Bu suyun, torpağın və s. təbii təmizlənməsini ön plana çəkməyə imkan vermir. Təbiəti mühafizəyə xərc-lərin azaldılması təbii proseslərin pozulmasını sürətlən-

Page 237: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

237

dirir. Çirklənmə insanlardan təmizliyin saxlanması, on-ların evlərinin və başqa tikililərin saxlanması üçün bö-yük xərclər tələb edə bilər;

3) Ətraf mühitin keyfiyyətinin itkisi və ya mühi-tin rahatlıq xərcləri. Açıq hava, toxunulmamış göl, ya-rarlı meşə, təmiz və sakit yerlər – həyat keyfiyyətini yaxşılaşdıran amillərdir. İnsanlar təhlükədə olan bioloji növləri, ekoloji sistemi qorumaq və ətraf mühitin rahat-lığından həzz almaq və ya gələcək nəsillərə belə imkan-ların yaradılması üçün bəzi xərclərdən və xidmətlərdən imtina etməyə hazırdırlar. Ətraf mühitin keyfiyyətini kəmiyyətcə təyin etmək daha çətindir, ancaq onun itkisi dayanıqlı inkişaf prinsipləri ilə xüsusi ziddiyyətə girir. Bununla bərabər müasir nəsil gələcək nəsillərin imkan-ları ilə güzəşt yaratmadan öz ehtiyaclarını təmin edə bil-mir.

Ətraf mühitdən istifadənin iqtisadi qiymətləndirmə sistemi ekoloji problemlərin həllində böyük rol oynayır. Bu sistem təsərrüfat obyektlərinin öz istehsal fəaliyyət-lərini ekoloji amillərin uçotu ilə modelləşdirməyə sövq edir. Ekoloji-iqtisadi modelləşdirmə ətraf mühitin çirk-ləndirilməsi ilə bağlı ödəniləcək məsrəflərin minimal-laşdırılması imkanı verir.

Ətraf mühitə atılan zərərli tullantıları üç yolla

azaltmaq mümkündür: 1. zərərli tullantılar üçün norma və standartların

müəyyən edilməsi; 2. müvəqqəti çirkləndirmə hüququnun lisenziya-

laşdırılması; 3. tullantılar üçün ödəniş sisteminin yaradılması.

Page 238: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

238

5. Təbiətin mühafizəsinə çəkilən xərclərin

səmərəliliyini təyin edən üsullar Təbii ehtiyatların mühafizəsinin səmərəliliyi xərc-

lərin istiqamətləri və həcmindən çox asılıdır. Ona görə də ətraf mühitin mühafizəsinə sərf olunan xərclərə nəza-rət edilməlidir. Elə ola bilir ki, yüksək səmərə əldə et-mək üçün çox xərc çəkilməsini tələb etsin. Hər bir halda potensial səmərə xərclərdən asılıdır. Xərclərin həcminin elə həddi olmalıdır ki, o təbii ehtiyatların mühafizəsi la-yihəsinin səmərəli olmasını təmin etsin. Xərclərin gəlir-lərlə müqayisəsi elə olmalıdır ki, vaxt amili nəzərə alın-maqla cəmi gəlir cəmi xərclərdən çox olsun. Hesabla-malar göstərsə ki, gələcəkdə əldə ediləcək gəlir xərcləri ödəmir, onda layihə səmərəsiz hesab edilir və onun hə-yata keçirilməsi məqsədəuyğun hesab edilmir.

Təbiətin mühafizəsi üçün layihələrin (investisi-

yaların) səmərəliliyinin müəyyən edilməsi üçün gəti-rilmiş xərclər üsullarından da istifadə edilə bilər. Bu üsulda səmərənin ekoloji-iqtisadi zərərin və s. müəyyən edilməsi məsələsi qoyulmur. Başlıcası - əvvəlcədən qar-şıya qoyulmuş məqsədə nail olmaq üçün, lazım olan xərcləri minimallaşdıran inkişaf variantını tapmaqdır. Daha doğrusu, yalnız məqsəd və ona nail olmaq üçün xərclər əhəmiyyət kəsb edir. Bu layihənin tətbiqindən iqtisadi səmərəni müəyyən etmək mümkün olmadığı (və ya çox mürəkkəb olduğu) hallarda tətbiq edilir. Gətiril-miş xərclər metodikasına uyğun olaraq bir neçə variant arasından aşağıdakı şərti ödəyən layihə seçilir:

X+rk min

Page 239: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

239

Burada, X – cari illik xərclər - man; k – kapital qoyuluşlu – man; r – diskontlaşdırma əmsalı. Göstərilənlərlə yanaşı, təbii ehtiyatların mühafizəsi

tədbirlərində atmosferin, suyun və torpağın çirklənməsi-nin qarşısının alınması üçün xərclər tələb edilir. Bu xərclər ekoloji sistemin tarazlığını təmin etməyə və çirklənməyə qarşı mübarizə aparılmasına yönəldilir. Tə-biəti mühafizə və çirklənmənin aradan qaldırılması həd-dən çox xərc aparır. Ona görə də çirklənmənin optimal səviyyəsi tapılır (vektor pulu ilə). Ətraf mühitin mühafi-zəsi və çirklənmə səviyyəsinin optimallığını təmin et-mək üçün: 1) tənzimləyici standartlar, 2) maliyyə sank-siyaları, 3) çirklənmənin məqbul (qənaətbəxş) normalar-dan istifadə edilir.

Ekoloji problemlərin qlobal xarakter daşıması bu problemlərin həlli üçün ətraf mühitin qorunması istiqa-mətində tədbirlər sisteminin (iqtisadi, texniki, elmi, hü-quqi, tərbiyəvi) həyata keçirilməsində geniş beynəlxalq əməkdaşlığı tələb edir. Ətraf mühitin qorunması üzrə əməkdaşlıq hələ 100 il əvvəl yaranmış və indi də sürətlə inkişaf etməkdədir. BMT bu məsələyə daim diqqət yeti-rir. 1962-ci ildə BMT-nın XVII Baş Məclisində “Ekolo-ji inkişaf və təbiətin mühafizəsi” adlı xüsusi qətnamə qəbul olundu. Bu qətnamədə qeyd edilir ki, təbiətin mü-hafizəsi BMT-yə üzv olan bütün dövlətlərin bilavasitə vəzifəsidir və təbii ehtiyatların qorunub saxlanılması üz-rə tədbirlər iqtisadi inkişafla birgə, eyni zamanda aparıl-malıdır.

1972-ci ildə Stokholmda BMT-nın ətraf mühit mə-

Page 240: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

240

sələsi üzrə konfrans keçirildi. Konfrans “Ətraf mühitin mühafizəsi” haqqında bəyanat qəbul etdi və 5 iyun Bey-nəlxalq ətraf mühitin mühafizəsi günü elan olundu. Su-yun kompleks istifadəsi və mühafizəsi, torpağın qoru-nub saxlanması, bərpası və münbitliyinin artırılması, meşələrin və heyvanat aləminin mühafizəsi BMT-nın ərzaq və kənd təsərrüfatı məsələləri üzrə təşkilatının diqqət mərkəzindədir. Bu təşkilat müntəzəm olaraq təbii resursların coğrafiyası, təbii resursların yerləşməsi, strukturu və onların uyğunluğunu, iqtisadi qiymətləndir-mə, mühafizə, təkrar istehsal, rasional istifadə problemi-ni, eləcədə resursla təmin olunma və resurs bazası və-ziyyətinin proqnozunu öyrənir.

Page 241: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

241

X FƏSİL.

ƏTRAF MÜHİTDƏN İSTİFADƏDƏ MALİYYƏ

XƏRCLƏRİNİN İSTİQAMƏTİ VƏ TƏYİNATI

1. Təbiəti mühafizə tədbirlərinə sərf olunan xərc-

lərin ümumi həcmi;

2. Kapital qoyuluşunun istiqamətləri və təyinatları;

3. İqtisadi ziyanların tərkib hissələri;

4. Ətraf mühitin pisləşməsi səbəbindən iqtisadi zi-

yanların təyin edilməsi metodikası;

5. Kapital qoyuluşunun elementləri.

1. Təbiəti mühafizə tədbirlərinə sərf olunan

xərclərin ümumi həcmi

Ətraf mühitdən səmərəli istifadə tədbirlərinin sə-

mərəliliyi ekoloji xərclərin uçotunun dəqiq aparılmasını

tələb edir. Təbiəti mühafizə xərcləri-insanların yaşayış

mühitinin keyfiyyətini saxlamaq üçün ictimai zəruri

xərclərdir. Təbiəti mühafizə xərclərinin tərkibində

aşağıdakı elementləri ayırmaq olar: 1) Ətraf mühitə zərərli maddələrin atılmasını (axı-

dılmasını) azaldan tədbirlərə çəkilən xərclər birbaşa olub

çoxsahəlidir: qurğuların tikintisi, texnologiyaların təkmil-

ləşdirilməsi, xammalın kompleks istifadəsi, tullantıların

duruldulması, neytrallaşdırılması, basdırılması və s.;

2) Təbii ehtiyatlar potensialını saxlamaq üçün

xərclər xüsusi qorunan təbiət ərazilərinin yaradılmasına,

bərpa olunan təbii ehtiyatların təkrar istehsalına və s.

sərf edilir;

Page 242: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

242

3) İctimai inkişaf xərcləri-insanların rekreasiya, es-

tetik və digər tələbatlarının təmin edilməsinə yönəldilir.

İqtisadi nöqteyi nəzərdən insanın ətraf mühitə təsir

fəaliyyəti aşağıdakı xərcləri tələb edir:

- ətraf mühitə təsirin qarşısının alınması xərclərini;

- iqtisadi ziyanlara sərf edilən xərcləri;

- bilavasitə ziyanın ləğvinə, neytrallaşdırılmasına

və kompensasiyasına yönəldilmiş xərcləri.

Göstərilən xərclər ən səmərəli ekoloji xərclər he-

sab olunur. Çünki onlar ziyanın qarşısının alınmasına

sərf edilir. Onlar əsasən mühafizə tədbirlərin yerinə ye-

tirilməsinə yönəldilir. Onlara yeni aztullantılı, mütərəq-

qi texnologiyaların yaradılması, ekoloji təhsil, təlim,

kadrlar hazırlığı, ƏMTQ, ekoloji ekspertiza (EE), ekolo-

ji infrastruktur obyektlərinin yaradılması, ekoloji sığorta

və s. daxildir.

Kompensasiya xərclərinin səviyyəsi isə aşağıda-

kılar ilə təyin edilə bilər:

- ətraf mühiti tam bərpa etmək üçün maksimal zə-

ruri xərclərin həcmi;

- minimal xərclər üzrə, xərclərin aşağı səviyyəsi,

daha az maliyyə xərcləri;

- prioritet sayılan sahələr üzrə həyata keçirilən

xərclər;

- maliyyə cəhətdən məqbul xərclər.

Təbiəti mühafizəyə vəsaitlərin maksimum və mi-

nimum xərclərə bölünməsi məqsədəuyğun deyildir.

Bəzən yeni texnologiyaların (kompleks, aztullantı-

lı) tətbiqi zamanı təbiəti mühafizə xərclərinin hesablan-

ması məsələsi ortaya çıxır. Burada təbiəti mühafizəyə

Page 243: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

243

çəkilən xərci hesablamaq çətin olur. Tullantıların istifa-

dəsi əlavə məhsul verir və ətraf mühitə mənfi yükü azal-

dır. Ona görə də istehsalat prosesini iki yerə bölüb, həm

istehsalata, həm də təbiəti mühafizəyə olan xərcləri tə-

yin etmək çətindir. Lakin belə bölgü vergi güzəştlərini

müəyyən edərkən lazım gəlir.

Mikroiqtisadi səviyyədə təbiəti mühafizə xərclə-

ri aşağıdakı qaydada bölünür:

1) ümumi, yaxud bütövlükdə təbiəti mühafizə təd-

birlərinin realizə edilməsinə çəkilən xərclər;

2) orta və ya xüsusi-1 ton tullantının (axıntının) tə-

mizlənməsinə çəkilən xərclər;

3) həddi (normativ) xərclər – hər bir əlavə tullantı-

nın (axıntının) 1 tonunu təmizləmək üçün əlavə xərclər.

Bundan başqa, təbiəti mühafizə xərcləri iki dərəcəyə

(növə) bölünür: cari və əsaslı xərclər.

2. Kapital qoyuluşunun istiqamətləri və təyinatları

Kapital (əsaslı) xərcləri ekoloji məqsədlər üçün

həyata keçilən, materiallaşdırılan (maddiləşdirilən)

xərclərdir. Bəzən kapital qoyuluşu təbiəti mühafizə

fondlarında əhəmiyyətli dərəcədə böyük ola bilər (bəzi

sahələr üzrə 30-40 %).

Ətraf mühiti mühafizə məqsədi daşıyan kapital

qoyuluşuna birdəfəlik xərclər aid edilir:

- təbiəti mühafizə obyektlərinin rekonstruksiyası

və yeni obyektlərin yaradılması;

- ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə is-

tehsalat texnologiyalarının modernləşdirilməsi;

Page 244: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

244

- istehsalat texnologiyasının, ətraf mühiti mühafizə

məqsədilə müəyyənləşdirilməsi. Cədvəl 11.

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan

səmərəli istifadə üçün əsas kapitala yönəldilmiş

vəsait (min manat)

2005 2009 2010 2011 2012 Cəmi

O cümlədən: 2912,3 105287,3 190007,2 239275,2 339872,1

Su ehtiyatları-

nın mühafizə-

sinə 1309,8 89169,3 134936,9 189693,4 324214,9

Atmosfer ha-

vasının müha-

fizəsinə 1503,9 2113,2 - - -

Torpaqların

mühafizəsinə 98,6 14004,8 55070,3 49581,8 15657,2

Kapital qoyuluşları əsasən su obyektlərinin, ha-

va hövzəsinin və torpaqların mühafizəsinə istiqamət-

ləndirilir. Adətən kapital qoyuluşlarının ən çox payı

(faizi) su obyektlərinin mühafizəsinə yönəldilir. Su ob-

yektlərinin mühafizəsi üçün əsas kapital qoyuluşları

tikinti üçün birdəfəlik aşağıdakı xərclərdən ibarət

olur:

- istehsalat və kommunal tullantı sularının təmiz-

lənməsi üçün stansiyalar, (təmizləyici qurğular), habelə

tullantı sularının ilkin təmizlənməsi (lokal təmizləyici

qurğular) və təmizlənmiş sulardan istifadə üçün yenidən

təmizləmə stansiyaları;

Page 245: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

245

- su mühafizə zonalarının kompleks tədbirlərlə əla-

qələndirilməsi (texnoloji, meşə meliorativ, aqrotexniki,

hidrotexniki, sanitar və s.);

- neftin, mazutun toplanması qurğuları;

- su obyektlərini çirkləndirən sənaye tullantılarını

zərərsizləşdirmək üçün poliqon və qurğuların tikilməsi;

- gəmilərin təsərrüfat sularının qəbul edilməsi üçün

sahil qurğularının tikilməsi, habelə zibillərin utilləşdiril-

məsi, anbarlaşdırılması və təmizlənməsi;

- şəhərlərin və yaşayış məntəqələrinin kanalizasiya

sistemlərinin tikintisi və s.

Hava hövzəsinin mühafizəsi üçün xərclər birdəfə-

lik aşağıdakı tikinti işlərinə yönəldilir:

- texnoloji xətlərdən, digər çirklənmə mənbələrin-

dən ayrılan maddə və qazların tutulma və zərərsizləşdi-

rilməsi üçün qurğuların tikintisi;

- nəzarət-tənzimləyici sahələrin tikintisi (əsasən,

toksik avtomobil qazların miqdarını müəyyən etmək

üçün);

- tüstü boruları, qaz buxarlarının, aspirasiya sis-

temlərinin tikintisi;

- sanitar-mühafizə zonalarının salınması (müəssilər

ətrafı, yol boyunca və s.).

Torpaqların mühafizəsinə yönəldilən əsaslı vəsait-

lərə daxildir:

- eroziyaya, selə, sürüşməyə qarşı hidrotexniki

qurğuların tikilməsi;

- dik yamacların terraslaşdırılması;

- qoruyucu meşə zolaqlarının, o cümlədən tarla qoru-

yucu və eroziyaya qarşı meşələrin salınması;

Page 246: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

246

- torpaqların bərpası (rekultivasiyası, reabilitasiyası);

- zibil emalı və zibil yandıran zavodların tikintisi.

Cari istismar xərclərinə daxildir: təbiəti mühafizə

istiqamətli əsas fondların saxlanması və qulluq edilməsi,

təbiəti mühafizə ilə əlaqədar xidmətlərin ödənilməsi, ca-

ri təbiəti mühafizə xərclərinin ümumi istehsal xərclərinə

görə payı 0,2-3 % arasında dəyişir.

3. İqtisadi ziyanların tərkib hissələri

Hər bir sahədə olduğu kimi, təbiətdən intensiv isti-

fadə olunmasıda, bu sahəyə yönəldilən vəsaitin daha tez

ödənilməsinə və yüksək səmərə verməsinə şərait yara-

dır. Ona görə də inkişaf etmiş ölkələrdə təbiəti mühafizə

tədbirlərinə, onun ehtiyatlarından intensiv istifadəyə xü-

susi diqqət yetirilir. Bu məqsədlə də, təbii ehtiyatların

inkişaf etdirilməsini elə aparmaq lazımdır ki, elmi-tex-

niki tərəqqinin göstəricilərindən tam istifadə edilsin, ye-

ni kapital qoyuluşunun səmərəliliyi özünü, yalnız təbii

ehtiyatlardan yüksək dərəcədə istifadə etməkdə deyil,

həmişə bu inkişafla əlaqədar, ətraf mühitin çirklənməsi-

nin qarşısının alınmasına tam və ya qismən nail olunma-

sında göstərsin.

Ölkənin xalq təsərrüfatına kapital qoyuluşunun gə-

ləcək səmərəliliyi böyük əhəmiyyət kəsb edir. Təbiətin

mühafizə tədbirlərindəki, kapital qoyuluşunun səmə-

rəliliyi, ümumi əldə ediləcək səmərəliliklə çəkilən

xərclər cəminin müqayisəsi ilə müəyyən edilir. Kapi-

tal qoyuluşunun həcmi-hidrometereoloji və iqlim şərai-

tindən, xalq təsərrüfatı müəssisələrinin cəmləşməsi və

Page 247: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

247

istehsal qüvvəsindən, urbanizasiya dərəcəsindən, inkişaf

etmiş nəqliyyatın miqdarından, təmizləmə sistemlərin-

dən, meşə və başqa bitkilər massivindən, regionun təbii

sərvətlərlə təmin olunma dərəcəsindən və s. asılıdır.

Kapital qoyuluşunun mənbəyini milli gəlir

(onun yığılmış hissəsi)amortizasiya ayırmaları təşkil

edir. Amma kapital qoyuluşunun əsas mənbəyini (80%

qədərini) milli gəlir təşkil edir. Milli gəlir miqdarının

həcmindən kapital qoyuluşunun həcmi birbaşa asılıdır.

Milli gəlir artımının müəyyən hissəsi (6-8%) təbii

sərvətlərin səmərəli istifadəsi (və təkrar istehsalı və ətraf

mühitin qorunması) hesabına xalq təsərrüfatında itkilə-

rin ləğvindən əldə edilir. Lakin, çoxlu miqdarda xırda

sahəli iqtisadi-təşkilati quruluşlar nəticəsində, təbiəti

mühafizə tədbirlərinin tətbiqinə qoyulmuş kapital qoyu-

luşundan əldə edilmiş iqtisadi səmərəliliyini müəyyən

etmək böyük çətinliklər yaradır. Ona görə də, planlaş-

dırma işlərinin proqramını tərtib etdikdə elə etmək la-

zımdır ki, kapital qoyuluşunu göstərən variantı nəinki

ayrı-ayrı sahələr üzrə səmərəli olsun, həm də bütün xalq

təsərrüfatının iqtisadi səmərəliliyini yüksəltsin. Kapital

qoyuluşunun iqtisadi səmərəliliyini hesablamaq üçün

aşağıdakı göstəricilərdən istifadə etmək məsləhət gö-

rülür; 1) bütövlükdə ümumdövlət sistemində ətraf mü-

hitin mühafizəsini; ayrı-ayrı rayonların təsərrüfatlarının

milli gəlirin illik artım həcminin bu artımı yaradan, tə-

biəti mühafizə tədbirlərinə qoyulan kapitalı; 2) sənayesi

inkişaf etmiş regionlarda rentabelliyin səviyyəsi. Re-

gionlarda rentabellik ayrı-ayrı sənaye sahələrinə, kənd

təsərrüfatına, nəqliyyata, tikintiyə qoyulmuş kapital qo-

Page 248: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

248

yuluşunun səmərəliliyi ilə hesablanır; 3) regionun ayrı-

ayrı müəssisələrində, tikintisində, kombinatlarında və

başqa ətraf mühiti çirkləndirici mənbələrdə təkrar məh-

sul ilə bərpa edilmiş sərvətlər arasında olan maya dəyəri

ilə regionun ətraf mühitini mühafizə tədbirlərinə qoyu-

lan kapitalın səviyyəsi arasındakı müxtəliflik münasi-

bətləri səviyyəsi v. s.

4. Ətraf mühitin pisləşməsi səbəbindən iqtisadi

ziyanların təyin edilməsi metodikası

Ətraf mühit fiziki, kimyəvi, iqlim, bioloji və digər

parametrləri ilə bioloji növlərin təkamülü baxımından

nisbətən mühafizəkardır. Onun dəyişmə sürəti insan ya-

ranana qədər canlı orqanizmlərin yeni mühitə uyğunlaş-

masına macal tapırdı. İnsan peyda olduqdan sonra isə

vəziyyət dəyişdi. İnsan təbiətə uyğunlaşmada daha çox

özü onu dəyişdirməyə başladı. Bununla belə, bu cür də-

yişdirmənin sürəti ilbəil artmaqda davam edir. İnsan

fəaliyyətinin təbiətdə müsbət nəticələri olsa da, mənfi

nəticələri daha çox aydın görünməyə başlayır. Bu neqa-

tiv nəticələr təbii ehtiyatların tükənməsi, təbii kompo-

nentlərin çirklənməsi (su, hava, torpaq) ozon təbəqəsi-

nin dağılması, iqlimin qlobal istiləşməsi və s. kimi for-

mada təzahür olunur. Təbiəti dəyişdirmək istiqamətində

insan fəaliyyəti onun üçün nisbətən yeni həyat şəraitinin

yaranmasına səbəb oldu: -insan tərəfindən süni yaradı-

lan və onun köməyi ilə saxlanılan süni su hövzələri, göl-

lər, əkin sahələri, meşə əkinləri və s. İnsan tərəfindən

yaradılan təbii həyatla analoqu olmayan süni dünya -

Page 249: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

249

şəhərlər, binalar, asfalt, beton, sintetika və s. meydana

gəldi. Bunun nəticəsində insanı əhatə edən təbii və süni

mühit o qədər tez dəyişməyə başladı ki, insan orqanizmi

bu dəyişmələrin çoxuna adaptasiya olunmağa belə ma-

cal tapa bilmir. Bu isə xəstələnmənin strukturunda də-

yişmənin yaranmasına və kütləvi şəkildə yeni xəstəliklə-

rin əmələ gəlməsinə səbəb oldu. Bu vəziyyətdən çıxmaq

üçün insan və təbiət arasında birgə təkamül yaratmaq,

yəni insan fəaliyyətinin ətraf mühiti dəyişdirmə sürəti

və miqyasını elə nizamlamaq lazımdır ki, insan və digər

canlı orqanizmlər məskunlaşdığı yerin dəyişməsinə uy-

ğunlaşmağa macal tapsın. XX əsrin 70-ci illərində

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə

müxtəlif ölkələrdə qarışıq kontinentlərdə insanın vəziy-

yəti 50-60% iqtisadi təmin olunma və həyat tərzindən,

18-20%-i ətraf mühitin vəziyyətindən, 20-30%-i isə tib-

bi xidmətin səviyyəsindən asılıdır.

Beləliklə, ətraf mühitin insana və əksinə insanın

ətraf mühitə təsiri onun pisləşməsinə səbəb olur. Bu pis-

ləşmə səbəbindən iqtisadi ziyanın həcmi dəyişir. Ətraf

mühitin pisləşməsi nəticəsində dəyən iqtisadi ziyanın

(itkinin) müəyyən edilməsi üsulları müxtəlif olmaqla,

onun təyin edilməsi metodikası da fərqlənir. Bu fərqlik

təbii sərvətlərin – torpaq, su, havanın keyfiyyətinə təsi-

rin forma və həcmi ilə ölçülür. Ziyanın (iqtisadi, sosial,

ekoloji) həcmi onun nəticələrinin miqyası və əhəmiyyəti

ilə müəyyən edilir. Ziyanın müəyyən edilməsinə əldə

edilən səmərənin (faydanın) xərclərə nisbəti ilə müqayi-

səsi düzgün hesab edilir.

Page 250: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

250

5. Kapital qoyuluşunun elementləri

MDB ölkələrində və eləcə də Rusiyada, o cümlə-

dən, Azərbaycanda cari xərclər kapital qoyuluşundan ən

azı 3 dəfə çox olub, hava hövzəsinə görə isə 5:1 nisbə-

tindədir. Əlbəttə, göstərilən vəziyyəti optimal hesab et-

mək olmaz. ABŞ-da bu nisbət 1:1-dir. Cari xərclərin

çox olması o deməkdir ki, əsaslı təbiəti mühafizə ava-

danlıqları uzun müddət istismar edilmir. Ekoloji xərclər

istehsalat xərclərinin tərkib hissəsidir və nəticədə məh-

sulun qiyməti vasitəsilə onların xərcini alıcı çəkir.

Layihənin qənaətbəxş olması kapital qoyuluşunun

(əsaslı vəsaitin) planlaşdırılması və maliyyələşdirilməsi

smetanın zəruri xərclərini özündə nə dərəcədə əks etdir-

məsindən asılıdır. Smetanın dəqiqliyi kompleks işlərin

əsaslı (mükəmməl) təyin edilməsindən və irəli sürülən

təkliflərin düzgünlüyündən çox asılıdır.

Smeta dəyərinin göstəriciləri layihə hesabatlarının

variantlarının qiymətləndirilməsində və onlardan ən məq-

sədəuyğun olanını seçməkdə istifadə edilir. Smeta əsa-

sında və təqvim planına müvafiq olaraq layihənin büd-

cəsi tərtib edilir. Lakin, smeta yalnız layihənin yekun

dəyərinin proqnozunu verir və ilkin hesablama yuvar-

laqlaşdırılmış normativlər üzrə TİƏ-nin hazırlanmasında

həyata keçirilir. Obyektin tikintisinin dəyərini müəyyən

edən əsas sənəd – yekun smetanın hesablanmasıdır. Bu

iş cari qiymətlər səviyyəsində tərtib edilir. Həmin sənəd

özündə aşağıdakıları cəmləşdirir:

1. tikinti sahəsinin hazırlanmasını;

2. tikintinin əsas obyektlərini;

Page 251: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

251

3. yardımçı istehsalat və xidmət əhəmiyyətli ob-

yektləri;

4. energetika təsərrüfatı obyektlərini;

5. nəqliyyat təsərrüfatı və rabitə obyektlərini;

6. su təchizatı, kanalizasiya, istilik və qaz təchizatı

qurğuları və xarici (bayır) şəbəkələrini;

7. ərazinin abadlaşdırılması və yaşıllaşdırılmasını;

8. müvəqqəti bina və qurğularını;

9. digər işlər və xərcləri;

10. tikilən müəssisənin müdiriyyətinin saxlanması

və müəllif nəzarətinin həyata keçirilməsi obyektlərini;

11. layihə və axtarış işlərini.

Yekun smeta hesablamalarının tərtibi lokal

(yerli) və obyekt smetalarına əsaslanır (istinad edir).

Burada həmçinin əlavə xərclər, həm də nəzərə alın-

mayan (əvvəlcədən görünməyən) işlərin vəsait ehti-

yatları da nəzərdə tutulur. Obyekt smetaları öz tərki-

bində lokal smetanın məlumatlarını birləşdirir və onun

əsasında obyekt üçün müqavilə qiymətləri formalaşdırı-

lır. Bu halda obyekt smetasının rolunu lokal smeta oy-

nayır. Obyekt smeta hesablamalarında (smetada) sətir-

bəsətir və həm də yekunda vahid qiymətlər (dəyərlər),

məsələn, 1 m3 həcm, 1 m

2 sahə, 1 m məsafə və s. təyin

edilir.

Obyekt və lokal smetalarında normativ əmək tutu-

mu və smeta əmək haqqı ayrılır. Lokal smetalarda ehti-

yat göstəricilərini ayırmaqla aşağıdakı sənədlər tərtib

edilir:

- işlərin əmək tutumunu (adam-saatla);

- fəhlələrin əsas əmək haqqını təyin etmək.

Page 252: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

252

Lokal smetalarda (hesablamalarda) smeta sənədlə-

rinin tərkibində işlərin dəyəri iki qiymət səviyyəsində

aydınlaşdırıla bilər:

- bazis səviyyəsi üçün – fəaliyyətdə olan smeta

normaları və qiymətləri ilə müəyyənləşdirilir (məs.

1990-cı və ya 1985-ci il üçün).

- cari (proqnoz) səviyyəsində - smeta tərtib edilən

dövr üçün formalaşmış qiymətlərlə, yaxud tikinti başla-

nan gündən başlayaraq, mövcud olan qiymətlərlə.

Tikinti, yenidənqurma, əsaslı təmir (bina və qurğu-

larda), müəssisələrin genişləndirilməsi və yenidən təşki-

linin smeta dəyərinin təyin edilməsinin əsasını smeta

normativləri (smeta normaları külliyyatı, qiymətlər və

qiymətləndirmələr normaları), habelə qaydalar və əsas-

namələr təşkil edir. Yuvarlaqlaşdırılmış smeta normala-

rına aiddir: faizlə ifadə olunan smeta normativləri (üstə-

gəlmə xərclər, smeta gəliri, əlavə xərclər), iriləşdirilmiş

smeta normativləri və göstəriciləri.

Tikintinin smeta dəyəri – bu kapital (əsaslı) qo-

yuluşunun ümumi cəmidir. Tikinti və quraşdırma işləri-

nin smeta dəyəri birbaşa xərclərdən (bilavasitə xərclər-

dən), əlavə məxariclərdən və smeta gəlirindən ibarətdir.

Birbaşa xərclərə aiddir: fəhlələrin əsas əmək haqları,

materialların, konstruksiyaların, detalların, yarımfabri-

katların dəyəri, maşın və mexanizmlərin istismar xərcləri.

Kompleks smeta qiymətlərini təyin etmək üçün

aşağıdakı metodlar tətbiq edilə bilər: bazis-kompen-

sasiya, ehtiyat, ehtiyat-indeks. Bundan başqa smetanı

“əvvəllər tikilmiş və ya layihələşdirilmiş obyekt-analoq-

ların qiymətləri haqqında məlumatlara əsasən” müəyyən

Page 253: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

253

etmək olar. Bazis-kompensasiya üsulu smeta normaları-

nın istifadəsinə əsaslanır. Bu halda qiymət iki mərhələdə

təyin edilir. Eyni zamanda texnoloji məqsədlərə elektrik

daşıyıcılarının sərfi, maşınların istismar vaxtı, fəhlələrin

əmək xərcləri də nəzərə alınır. Ehtiyatların sərfinin ye-

kun göstəricilərini hesablamaq üçün əvvəlcədən lokal

sərvətlərin siyahısını tərtib etmək məqsədəuyğundur. Bu

siyahıda obyektdə həyata keçirilən hər bir iş növü üzrə

ehtiyatların dəyərini həm bazis (orta smeta qiymətlərinə

əsasən, normativlər üzrə), həm də cari (proqnoz) qiy-

mətləri səviyyəsində təyin etmək məqsədəuyğundur.

Ehtiyat-indeks üsulu – bu ehtiyat üsulunun ehtiyatlara

verilmiş indeks sistemi (material, texniki, energetik, əmək,

avadanlıq, xidmətlər və s.) ilə birləşməsinə əsaslanır.

Layihə üzrə xərclərin planlaşdırılması maliyyə ehti-

yatlarına tələbatı ödəmək məqsədilə həyata keçirilməli-

dir. Bu isə layihənin büdcəsinin tərtib edilməsini tələb

edir (təqvim planına və layihənin strategiyasına əsasən).

Page 254: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

254

XI FƏSİL.

ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN İQTİSADİ

SƏMƏRƏLİLİYİ

1. Təbiəti mühafizə tədbirlərinin iqtisadi səmərə-

lilik anlayışı;

2. Təbiətdən istifadənin və ətraf mühitin səmərəli-

lik göstəriciləri;

3. Təbiəti mühafizə tədbirlərinin iqtisadi səmərəli-

liyinin təyini metodikası.

1. Təbiəti mühafizə tədbirlərinin iqtisadi

səmərəlilik anlayışı

Təbii sərvətlərin, ətraf təbii mühitin saflığına, in-

sanların sağlamlığının mühafizəsinə olan diqqət və qay-

ğının artırılmasına yönəldilmiş beynəlxalq tədbirlərin

əhəmiyyəti ildən-ilə artır. Bu ondan irəli gəlir ki, əvvəl-

lərdə məlum olmayan yeni-yeni kimya məhsulları və

müxtəlif tərkibli materiallar, maddələr, elementlər isteh-

sal olunur, onların təbii mühitə təsir dairəsi planetar

miqyasda genişlənir. Təbiətdən alınan, onun sərvətlərin-

dən istifadə edilən yeni məhsullar ictimaiyyətə xeyir gə-

tirir, xalq təsərrüfatının inkişafını sürətləndirir, əhalinin

bu və ya digər məhsullara olan tələbatını ödəyir. Bunun-

la belə, həmin məhsulların kütləvi surətdə istehsalı geniş

miqyasda materiyanın təbii balansını pozur, ətraf mühi-

tin mühafizəsində çətinlik törədən maddələrin miqdarını

artırır, ayrı-ayrı sənaye sahələrində, mərkəzlərində sağ-

lamlığı təhlükə altına alır.

Page 255: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

255

BMT-nin ətraf mühitin mühafizəsi proqramına

əsasən planetimizdə çoxlu miqdarda müxtəlif tərkibli

kimya sənaye məhsulları və maddələri istifadə edilir.

Hər il dünya bazarına 700 növ belə yeni məhsul daxil

olur. Bununla belə həmin məhsulların insanlara və ətraf

mühitə təsir dairəsinin dərəcəsi hələ də dəqiq öyrənil-

məmişdir. Onların kanseroji (xərçəng xəstəliyi törədən),

mutaji (insanın və başqa canlı orqanizmlərin təbii törə-

dici mexanizminin pozulması) və ya başqa bioloji inki-

şafa mənfi təsir dairəsinin dəqiqliyi lazımi qədər öyrə-

nilməyib. Buna görə təbiətdən, onun sərvətlərindən alı-

nan yeni-yeni məhsullara ekoloji baxımdan və təbabət

baxımından dəqiq nəzarət qoyulmalı, mövcud ehtiyat-

lardan səmərəli istifadə olunmalıdır.

Təbii ehtiyatları, ekoloji funksiyaları, ətraf mühiti,

həyata keçirilən tədbirlərin iqtisadi qiymətləndirilməsi

çətin və mürəkkəb prosesdir. Bəzən hətta bu qiymətlən-

dirmə mümkün deyildir. Bununla belə, təbii ehtiyatlar-

dan istifadə və müəyyən xərclərin səmərəsini hesab-

lamaq lazım gəlir. Ətraf mühitdən istifadədə xərclər

və nəticələrin müqayisəsi səmərələliyin hesablanma-

sının əsas üsulu hesab edilir. Bu üsul xərc-gəlirin təh-

lili adlanır. Mövcud ehtiyatlardan daha yaxşı istifadə

edilməsi iqtisadi səmərəliliyi müəyyən etməyə imkan

verir.

Qeyd etmək lazımdır ki, balıq ovu donanmasında

texniki silahlanmanın xeyli artmasına baxmayaraq dün-

ya okeanında balıq tutulmasının həcmi ilbəil azalmaq

üzrədir. Əgər 1970-ci ildə dünya okeanında 52,7 mln.

ton balıq tutulmuşsa, indi bunun həcmi xeyli azalmışdır.

Page 256: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

256

Heyvanlar aləminin, xüsusilə vəhşi heyvanların dünyada

sürətlə azalması indi böyük həyəcan doğurur. Son 2000

ildə dünyada təxminən 106 növ iri məməli heyvanın,

139 növ quş və başqa heyvanların nəsli kəsilmişdir.

Mütəxəssislər belə qərara gəlmişlər ki, indi min

növdən artıq onurğalıların məhv olması təhlükə altında-

dır. Vəhşi heyvanların və yabanı bitkilərin ticarəti üzrə

konvensiya katibliyin məlumatına əsasən, indi dünyada

hər il mühafizə altında saxlanılan Afrika fillərinin 700

tondan çox sümüyü satılır. Belə qanunsuz ticarət onsuz

da sayı kəskin sürətdə azalan fillərin sürətlə qırılmasına

səbəb olur. Bu qədər sümüyü əldə etmək üçün minlərlə

fil öldürülür. Bundan başqa hər il Afrikada, Braziliyada

2 min timsah dərisi aşılanıb satışa verilir. İndi nadir ta-

pılan quş və heyvanların qiyməti çox bahalaşmışdır.

Məsələn, danışan tutuquşunu çox baha, hətta 15 min

markaya satırlar. Cənubi Amerikada yaşayan atselatdan

hazırlanan manto (buna 10 dəri gedir) 75 min markaya

satılır ki, bu da "Mersedes" markalı minik avtomobilinin

qiymətinə bərabərdir.

Təbii sərvətlərdən səmərəli istifadə edilməsi, ətraf

təbii mühitin mühafizəsi son yüz ildə dünya ictimaiyyə-

tinin həmişə diqqət mərkəzində olmuşdur. Müharibədən

sonrakı dövrdə ictimai fikrin təsiri altında bir çox döv-

lətlər təsirli tədbirlər və qərarlar qəbul etmişlər. Qeyd

etmək lazımdır ki, hələ XX əsrin əvvəllərindən bəri tə-

biətin mühafizəsi xüsusi vacib məsələ kimi qarşıda du-

rur. 1910-cu ildə Qratsda (Avstriya) keçirilmiş VII Bey-

nəlxalq Zoologiya konqresi, 1913-cü ildə Bern şəhərin-

də Təbiətin Beynəlxalq mühafizəsi üzrə çağırılmış kon-

Page 257: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

257

fransı mühüm təcrübi əhəmiyyət daşıyan məsələlərdən

başqa, təbii sərvətlərin gələcək nəsil üçün saxlanılması-

na, onların mühafizəsinə dair bir sıra vacib vəzifələr irə-

li sürülmüşdür.

Əsrimizin 60 və 70-ci illərində təbiətin mühafizəsi

üzrə dünya ictimai fikir mübadiləsi daha geniş miqyas

alır. Dünya ölkələrinin əksəriyyətinin təklifinə və təkidi-

nə görə 1968-ci ildə YUNESKO təşkilatı xətti ilə Paris

şəhərində keçirilmiş "Biosferin və onun sərvətlərinin mü-

hafizəsi" üzrə beynəlxalq konfransı, Avropa iqtisadi ko-

missiyasının 1971-ci ildə Praqa şəhərində ətraf mühitin

mühafizəsinə həsr olunmuş konqresi və 1972-ci ildə

BMT-nin Stokholm şəhərində insanı əhatə edən mühitin

mühafizəsinə dair konfransı cəmiyyətin qarşısında təbiə-

tin mühafizəsi sahəsində mühüm vəzifələr qoymuşdur.

70-ci illərdə ətraf mühitin mühafizəsi, təbii sərvət-

lərdən istifadə edilməsi üzrə dövlətlərarası beynəlxalq

əlaqələr xeyli genişləndirilmişdir. Siyasi, iqtisadi, mədə-

ni, elmi-texniki əməkdaşlıq sahəsində dövlətlərarası əla-

qələr təkmilləşir və inkişaf edir. Dövlətlərin, müvafiq

beynəlxalq təşkilatların, siyasi, elm xadimlərinin, mütə-

xəssislərin köməyi ilə təbiət problemləri üzrə elmi cə-

hətdən əsaslı ölçülüb-biçilmiş tədbirlərin həyata keçiril-

məsi mühüm məsələ kimi qarşıda durur. Göstərilən

müddətdə dəniz və okeanların, atmosferin, bir çox ölkə-

lərdən keçən və ölkələrdaxili tranzit çayların mühafizə-

sinə dair ciddi qərarlar və təkliflər qəbul edilmişdir.

Heyvanlar aləminin, xüsusilə suda yaşayan məməli hey-

vanların, ağ ayıların, Arktika suitilərinin, bütün köçəri

heyvanların, onların yaşayış mühitinin mühafizəsinə

Page 258: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

258

dair müvafiq qərarlar qəbul edilir. Təbii mühitin müha-

fizəsinin təşkili problemində BMT-nin 1972-ci ildə in-

sanı əhatə edən mühitin mühafizəsi üzrə konfransı proq-

ramının fəaliyyətdə olmasının, BMT-nin Baş Məclisinin

bir sıra təkliflərinin, məsələn, Avropada təhlükəsizlik və

əməkdaşlıq aktı (1975-ci il) qərarlarının həyata keçiril-

məsinin böyük təsiri olmuşdur.

2. Təbiətdən istifadənin və ətraf mühitin səmərəlilik

göstəriciləri

Ətraf mühitdən istifadənin səmərəlilik göstəri-

cisi diskontlaşdırma (cari və gələcək məbləğlərin mü-

qayisəsi), ekoloji element və vaxt amili nəzərə alın-

maqla iqtisadi səmərə göstəricilərindən istifadə edilir.

Təbii ehtiyatların qiymətləndirilməsi zəruridir, la-

kin iqtisadi cəhətdən mürəkkəb prosesdir. Təbii resurs-

ların uyğun (real) qiymətlərinin layihələrdə nəzərə alın-

ması, onun səmərəlilik səviyyəsinə əhəmiyyətli dərəcə-

də təsir edir.

Diskontlaşdırma problemi və diskontlaşdırma əm-

salının kəmiyyətinin (diskont stavkasının) müəyyən edil-

məsi çoxlu mübahisələr doğurur. Aydındır ki, diskont

əmsalı yüksəkdirsə göstərilən xərc və zərərlər bir o qədər

az olacaqdır. Yüksək diskont stavkasının tətbiqi təbii sər-

vətlərdən çox tez bir zaman kəsiyində gəlir əldə etmək

üçün sürətli istismar edilməsinə zəmin yaradır. Bununla

iqtisadi qərar qəbul edilən zaman bugünkü rifah halının

maksimallaşdırılmasına üstünlük verilir. Uyğun olaraq,

gələcək gəlir və mümkün zərərlər minimallaşdırılır.

Page 259: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

259

Beynəlxalq təşkilatlar bir çox banklar tərəfindən

istifadə edilən müasir diskont stavkaları kifayət qədər

yüksəkdir və 8-12% təşkil edirlər. Ölkəmizdə XX əs-

rin 70-80-ci illərində rəsmi qəbul edilmiş “Kapital

qoyuluşlarının səmərəliliyinin müəyyən edilməsi me-

todikası”nda iqtisadiyyatın müxtəlif sahələri üçün

müxtəlif diskontlaşdırma əmsalları müəyyən edil-

mişdir. Məsələn, meşə layihələrində bu əmsal 0,03

müəyyən edilmişdi (əgər kapital qoyuluşunun ödəmə

müddəti 33 ildən az olardısa, layihə qəbul edilirdi). İqti-

sadiyyat üzrə tədbirlərin səmərəli olması üçün ciddi tə-

ləb qoyulurdu, kapital qoyuluşunun maksimal ödəmə

müddəti 8 ilə, diskontlaşdırma göstəricisi isə 0,12-yə

bərabər idi.

Bir sıra ölkələrdə dövlət – özəl sektor və orta dün-

ya göstəricilərinə nisbətən daha aşağı diskont stavkası

müəyyən edir. Məsələn, Böyük Britaniyada dövlət in-

vestisiyaları üçün tələb olunan gəlir norması 6%-ə bəra-

bərdir.

İqtisadi cəhətdən inkişaf etmiş regionlarda məsə-

lən, Şimali Amerikada, Qərbi Avropada, Yaponiyada,

keçmiş SSRİ-də ətraf təbii mühitin mühafizəsi daha çox

tədbirlər irəli sürürlər. Bu ölkələrin sərhədləri boyu eko-

loji mühitin saflığı uğrunda tranzit çayların çirklənməsi-

nə qarşı mübarizədə mühüm işlər görülmüşdür.

Avropa regional beynəlxalq təşkilatları dairəsində

məsələn, Avropa Şurası, İqtisadi Əməkdaşlıq, inkişaf və

başqa beynəlxalq təşkilatların fəaliyyəti sayəsində ətraf

təbii mühitin mühafizəsi, təbii sərvətlərdən, iqtisadi,

texniki imkanlardan səmərəli istifadə edilməsi barəsində

Page 260: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

260

bir sıra müqavilələr bağlanmış, qərarlar qəbul edilmiş-

dir. Avropanın bir sıra beynəlxalq təşkilatlarında ətraf

təbii mühitin mühafizəsinə dair xüsusi bölmələr yaradıl-

mışdır. Afrikada, Latın Amerikasında, Cənub-Şərqi Asi-

yada və Sakit okean hövzəsi ölkələrində təbii sərvətlərin

mühafizəsi üzrə beynəlxalq miqyasda mühüm işlər hə-

yata keçirilməkdədir.

Son 10-15 ildə beynəlxalq miqyasda təbiətin mü-

hafizəsinə dair tədbirlər üzrə əldə edilmiş mühüm nai-

liyyətlərdən biri BMT dairəsində bu sahədə dövlət-

lərarası işlərin uzlaşdırılması və maddi cəhətdən maraq-

landırılması olmuşdur. 1972-ci ildə BMT tərəfindən

Stokholm şəhərində insanı əhatə edən mühitin mühafi-

zəsi probleminə həsr edilmiş konfrans öz tarixi əhəmiy-

yətinə görə mühüm yer tutur. Bu konfransın yekunları

üzrə BMT-nin Baş Məclisinin XXVII sessiyasında

uzunmüddətli əhəmiyyətə malik olan nizamnamə qəbul

edilmişdir.

Göstərilən nizamnaməyə əsasən BMT-nin daxilin-

də ətraf təbii mühitin mühafizəsi ilə məşğul olan YU-

NEP adlı xüsusi təşkilat yaradılmışdır.

Stokholm konfransından başqa, əhali məskunlaşma-

sı (Buxarest, 1974-cü il), ərzaq problemi (Roma, 1974-cü

il), yaşayış məntəqəsi (Vankuver, 1976-cı il), su sərvətlə-

ri (Mindel Plata, 1977-ci il) problemlərinə həsr edilmiş

konfranslarının qərarları mühüm yer tutur. Göstərilən

konfransların mühüm əhəmiyyətlərindən biri də onun

beynəlxalq səpgidə həyatın ayrılmaz hüquqi hissəsinə

çevrilməsidir. Bununla yanaşı təbiəti mühafizə sahəsində

beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində bir sıra

Page 261: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

261

çətinliklər vardır. Bu çətinliklər təbii mühitin mühafizə-

sində ayrı-ayrı dövlətlərin mənafelərinin toqquşmasın-

dan, müxtəlif istehsal münasibətləri şəraitində təbii sər-

vətlərin plansız istifadə edilməsindən, bəzi ölkələrin mür-

təce siyasəti nəticəsində hərbi silahların və xərclərin il-

dən-ilə artırılmasından irəli gəlir.

Müasir dövrdə ekologiyanın və iqtisadiyyatın qar-

şılıqlı inkişafı vacib problemə çevrilmişdir. "Ekoinki-

şaf" adlanan bu konsepsiya bütün beynəlxalq müşavirə-

lərdə, konqreslərdə ictimaiyyətin diqqət mərkəzində

durmuşdur. YUNEP-in İdarəedici şurasının ikinci sessi-

yası (1974-cü il) qərara almışdır ki, "ekoinkişafın" kon-

sepsiyasını və metodologiyasını gələcəkdə də inkişaf et-

dirmək zəruridir.

Beynəlxalq konfranslar təbiətin mühafizə edilməsi

sahəsində dünyada əməkdaşlığın ənənəvi və ən səmərəli

formalarından biridir. Lakin, bu konfransların qərarları,

onun iştirakçılarının hüquqi cəhətdən fəaliyyəti məcburi

deyildir. Lakin, onlar təbiətin mühafizəsi üzrə siyasi,

beynəlxalq qaydaların icrasına yardım edirlər. Təbiətin

mühafizəsi sahəsində mühüm forma olan beynəlxalq

konfransların keçirilməsi əsasən XX əsrin əvvəllərindən

başlamışdır. İsveçrənin dəvəti ilə konfransda 17 dövlə-

tin nümayəndəsi iştirak edirdi. Bunlar: Avstriya, Alma-

niya, ABŞ, Argentina, Belçika, Böyük Britaniya, Dani-

marka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Macarıstan, Ni-

derland, Norveç, Portuqaliya, Rusiya, Fransa idi. Kon-

fransın əsas məqsədi təbiət sərvətlərinin istifadə edilmə-

si, təbiətin mühafizəsi sahəsində bütün məlumatların

toplanmasının və nəşr edilməsinin təşkilindən ibarət idi.

Page 262: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

262

Konfransda əsas mühazirə ilə İsveçrə alimi Pol Sarazin

çıxış etmişdir. O, ayrı-ayrı dövlətlər tərəfindən təbiətin

korlanması haqqında danışaraq, dənizlərdə, okeanlarda

yaşayan məməli heyvanların təkrar istehsalına şərait ya-

radılmasını qarşıda qoydu. Pol Sarazin dünyada təbiətin

mühafizəsi ideyasını, yəni beynəlxalq və milli ruhda ət-

raf mühitin saflığının təmin edilməsi haqqında qarşılıqlı

sistemlərin yerinə yetirilməsi məsələlərini irəli atdı.

Lakin, istismar siyasətinin genişləndirilməsi tərəf-

darı olan kapitalist dövlətləri Beri konfransının qərarla-

rını həyata keçirməyə mane olurdular. Məsələn, konf-

ransda Fransa nümayəndələrindən biri bilirdi ki, nadir

quşlar qorunarsa, onda quş lələyindən qadın papaqları

hazırlayan şirkətə zərər dəyər. Lakin, birinci dünya mü-

haribəsinin başlanması ilə əlaqədar olaraq konfransın

qərarlarının həyata keçirilməsi mümkün olmadı.

Məlumdur ki, müharibə başlıca olaraq hərbi məsə-

lələrin həyata keçirilməsini irəli sürürdü. Yalnız II Dün-

ya müharibəsi qurtarandan sonra, yəni təbiətə dəyən tə-

sirin zərərli cəhətlərinin daha kəskin nəzərə çarpması ilə

əlaqədar olaraq, beynəlxalq təşkilatlar təbiətin mühafi-

zəsi haqqında təsirli tədbirlər axtarmağa başladılar. Onu

demək kifayətdir ki, 60-cı illərin əvvəllərinə qədər təbii

sərvətlərin istifadəsinə, təbiətin mühafizəsinə dair dün-

yada 500-ə qədər konfrans keçirilmişdir.

1948-ci ildə təbiətin mühafizəsi və təbii sərvətlər

üzrə Beynəlxalq İttifaq təşkil edildi. 50-ci və 60-cı illər-

də BMT-nin ayrı-ayrı bölmələri beynəlxalq miqyasda

təbii sərvətlərin istifadə edilməsinə və təbiətin mühafi-

zəsinə daha ciddi diqqət yetirməyə başlamışdır. BMT-

Page 263: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

263

nin fəaliyyəti dövründə ilk dəfə 1962-ci ildə onun Baş

Məclisinin XVII sessiyasında təbiətin mühafizəsinə dair

geniş qətnamə qəbul edildi. Dövlətlər iqtisadi inkişaf və

təbiətin mühafizəsi ilə bağlı aşağıdakı şərtlərə tezliklə

əməl etməsinə ümidvar olduğunu bildirdi:

- təbii sərvətlərin istifadəsi prosesində onların tək-

rar istehsalının səmərəli bərpası və cəlb edilməsi;

- bu məqsədlərin yerinə yetirilməsində təbiətin və

təbii sərvətlərin mühafizəsi üzrə fəaliyyətdə olan ittifa-

qa, beynəlxalq təşkilatlara kömək edilməsi;

- flora və faunanın saxlanılmasında beynəlxalq

konfransların qüvvədə olan qərar və təkliflərinə əməl

edilməsi;

- bu sahədə məlumatlar mübadiləsinə alimlər və

mütəxəssislərlə sıx əməkdaşlığın və əlaqələrin aparılma-

sına müvafiq şərait yaradılması;

- torpağın, suyun, flora və faunanın səmərəsiz, tə-

sərrüfatsızlıqla istifadə edilməsini aradan qaldırmaq

məqsədilə gələcəkdə müvafiq qanunların qəbulu və hə-

yata keçirilməsi;

- təhsil müəssisələri, mətbuat, radio, televiziya və

s. məlumatların köməyi ilə təbiətin mühafizəsi sahəsin-

də insanlar arasında əməkdaşlığın genişləndirilməsi.

Beynəlxalq miqyasda milli kompaniyaların yaradılması;

- flora və faunanın zənginləşdirilməsinə, mühafizə-

sinə nail olmaq məqsədilə müvafiq departamentlərin bu

işə cəlb edilməsi.

BMT-nin XXII sessiyasının qərarına əsasən 1968-

ci ildə keçirilmiş Paris konfransı təbii sərvətlərdən isti-

fadə edilməsinin elmi əsaslarının işlənib, həyata keçiril-

Page 264: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

264

məsini tövsiyə etdi. Bu konfrans eyni zamanda biosfer

sərvətlərinin mühafizəsi problemlərinə dair ümumdünya

konfransının keçirilməsini zəruri hesab etdi.

BMT Baş Məclisi (dekabr, 1968-ci il) insanı əhatə

edən mühitin mühafizəsinə, təbii sərvətlərdən istifadə

edilməsinə dair konfransın 1972-ci ildə keçirilməsini

qərara aldı. Baş Məclisin qətnaməsinə görə konfransın

əsas məqsədi təbii sərvətlərdən istifadə edilməsini, ətraf

təbii mühitin mühafizəsini səmərəli təşkil etməkdən, bu

sahədə ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların mə-

suliyyətini artırmaqdan, bunlara nəzarət etmək üçün xü-

susi baş katibi təşkil etməkdən ibarət idi. Konfransın

təşkil etdiyi hazırlıq Komitəsinə Argentina, ABŞ, Brazi-

liya, Böyük Britaniya, Qana, Qvineya, Zambiya, İran,

İsveç, İtaliya, Yamayka, Yaponiya, Kanada, Kipr, Kos-

ta-Rika, Misir, Keçmiş SSRİ, Fransa və digər dövlətlə-

rinin nümayəndələri daxil edilmişdir.

Keçmiş SSRİ və Avropa dövlətləri istər öz ərazilə-

rində, istərsə də beynəlxalq miqyasda təbiətin mühafizə

edilməsinə həmişə yüksək səy göstərmişlər. Cəmiyyət

təbii sərvətlərin saxlanılmasına və mühafizəsi problem-

lərinə daha çox meyl göstərməyə başlamış, əhalinin bu

işdə fəal iştirakı təşviq olunmuşdur. Təbiətin mühafizəsi

məsələləri dünyanın bütün ölkələrində onların iqtisadi

inkişafının tərkib hissəsi olmaqla mühüm dövlət əhə-

miyyətli məsələ olmuşdur.

Yerin altında nüvə silahlarının sınaqdan keçirilmə-

sinin qadağan edilməsinə dair Moskva müqaviləsi

(1963-cü il) və bundan sonra nüvə silahının qadağan

edilməsinə dair müqavilənin qüvvəyə minməsi beynəl-

Page 265: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

265

xalq aləmdə siyasi və hərbi gərginliyin zəiflədilməsində

böyük əhəmiyyətə malik olmuşdur. Nüvə silahının kos-

mosda okeanların və dənizlərin dibində saxlanılmasının,

sınaqdan keçirilməsinin qadağan edilməsinə dair dövlət-

lərarası müqavilənin qəbul edilməsi bu sahədə ciddi ad-

dım olmuşdur. Beynəlxalq ticarət və elmi-texniki əmək-

daşlıq sahəsində də görkəmli nailiyyətlər əldə edilmiş,

xalqlar arasında inam və etibar xeyli artmışdır.

Beləliklə, təbii sərvətlərdən istifadənin səmərəlilik

göstəriciləri ətraf mühitə sərf olunan xərclərin azaldıl-

ması, daha optimal həcmin müəyyən edilməsi, yüksək

nəticələr əldə edilməsi ilə müəyyən olunur. Bununla əla-

qədar ekoloji mühitin qorunması, çirklənmələrin qarşısı-

nın alınması və bunlara vəsait qoyuluşu əsas rol oyna-

yır. Ölkələrin və beynəlxalq təşkilatların əməkdaşlığı,

birgə səyləri təbiətdən istifadənin səmərəliliyinin artırıl-

masına yönəldilmişdir. Bu göstəricilərin müəyyən edil-

məsi sonrakı paraqrafda şərh edilir.

3. Təbiəti mühafizə tədbirlərinin iqtisadi

səmərəliliyinin təyini metodikası

Səmərə və səmərəlilik anlayışlarını fərqləndir-

mək lazımdır. Aydındır ki, potensial səmərə sərf olu-

nan xərclərlə müqayisə edilməli, daha doğrusu, sə-

mərəlilik hesablanmalıdır. Yüksək səmərə əldə edil-

məsi çox xərc çəkilməsini tələb edə bilər ki, bu da layi-

həni iqtisadi cəhətdən səmərəsiz olması ilə nəticələnər.

Normal iqtisadi həll üçün ümumi qayda potensial gəli-

rin (G) xərclərdən (X) çox olmasıdır:

Page 266: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

266

G – X > O

Bu göstəricilər arasında fərq nə qədər çox olarsa,

deməli vəsaitlər (sərf olunan xərclər) iqtisadi cəhətdən

çox sərfəli istifadə edilmişdir.

Göstərilən düstur çox sadədir və məhdud vaxt kə-

siyində (məsələn, il ərzində) özünü doğruldur. Çoxillik

layihələrin seçilməsi isə çox mürəkkəbdir.

Bu zaman cari xərc və gəlirləri, gələcək xərc və

gəlirlərlə müqayisə etmək lazım gəlir. Beləliklə, cari

və gələcək pul məbləğlərini müqayisə etməyə imkan

verən diskontlaşdırma amilindən istifadə edilməsi

zəruriyyəti meydana çıxır. Diskontlaşdırma gələcək

məbləği cari vaxta gətirməyə imkan verir.

Misal olaraq, vaxt amilinin bankdakı əmanətə təsi-

rini göstərmək olar. Tutaq ki, il ərzində faiz stavkası

10%-dir. Onda banka qoyulan 10 min manat 5 ildən

sonra 16 min manata çevrilir. Bu sadə misaldan belə bir

mühüm nəticə çıxır: cari pullar gələcəkdəki eyni miq-

darda puldan bahalıdır. Misalda bu il banka qoyulan 10

min manat növbəti ildəki 10 min manatdan bahalıdır.

Yaxud, gələcəkdəki 16 min manat (5 ildən sonra) bu ilki

10 min manatdır.

Diskontlaşdırma gələcək dəyərləri cari dəyərlərə

çevirməyə imkan verir:

PV = Gt

(1+r)t

Burada, PV – cari dəyər;

Gt – t ilində gəlirin məbləği;

r – diskontlaşdırma əmsalı.

Page 267: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

267

Bu üsul vaxt kəsiyində xərc və gəlirin müqayisəsi-

nə də imkan verir. Bugünkü xərc və gəlirlər onların növ-

bəti illərdəki analoji miqdarından çoxdurlar. Vaxt amili

nəzərə alınmaqla, diskontlaşdırma nisbətləri aşağıdakı

şəkildə yazıla bilər: n

NPV = ∑ t - Xt

t=0 (1 + r)t

Bu nisbət zaman üzrə dəyişən xərclər və nəticələri

eyni ölçüyə gətirməyə imkan verir. İqtisadiyyatda bu

nisbət layihə və proqramların səmərəliliyinin ölçülməsi

üçün geniş yayılmışdır və xalis (gətirilmiş) cari dəyər

(NPV) adlanır. Xalis gətirilmiş dəyər göstəricisinin kə-

miyyəti sıfırdan yuxarı olduğu halda layihə səmərəli he-

sab edilir və onun tətbiqi məqsədəuyğun hesab olunur.

Gəlir və xərc arasındakı fərq mənfəət və ya layihənin

keçirilməsindən əldə edilən səmərə kimi müəyyən

edilir. Layihənin səmərəliliyi üçün gətirilmiş gəlirin

müsbət cəmi zəruridir.

Tutaq ki, hər hansı bir layihənin fəaliyyət müddəti

5 ildir. Bu hal üçün xərclər, gəlirlər və mənfəət aşağı-

dakı kimi olacaq. Cədvəl 12.

İllər 1 2 3 4 5

Xərclər 30 10 0 0 0

Gəlir 0 5 15 15 15

Mənfəət -30 -5 15 15 15

Aydındır ki, diskontlaşdırma amilini nəzərə almaya-

raq illər üzrə xərc və gəlirləri toplasaq, layihə səmərəlidir:

mənfəət 10-a (50-40) bərabərdir və sıfırdan yuxarıdır.

Page 268: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

268

Ancaq hesabat xalis dəyər düsturu əsasında aparı-

larsa, nəticə (-0,5) olacaqdır, bu isə layihənin səmərəsiz

olduğunu və onun həyata keçirilməsinin məqsədəuyğun

olmadığını göstərir. Gələcəkdə əldə ediləcək yüksək gə-

lir ilk illərdə qoyulan xərcləri ödəmir. Bu isə “gələcək”

pulların onların hazırkı ana gətirilməsi zamanı “cari”

pullardan az olduğuna əyani misaldır.

Təbiətdən səmərəli istifadə üzrə tədbirlərin səmə-

rəliliyi göstəricilər sistemi ilə səciyyələnir. Onlar nəticə-

lərlə (alınmış yaxud gözlənilən) və xərclərin (ehtiyatla-

rın) nisbətini əks etdirirlər. Onlar arasında təbiəti müha-

fizə qurğularının fond verimi, təbiət tutumu, istehsal

edilən məhsulun tullantısı və s. göstərmək olar. 1992-ci

ilin iyununda Rio-de Janeyroda BMT-nin ətraf mühit və

inkişaf üzrə keçirilən konfrans bizim nəsil üçün əlamət-

dar hadisə hesab olunur. Konfrans dövlət başçıları ilə

birlikdə dünyanın 179 hökumət nümayəndələrini, BMT

idarələrini, beynəlxalq təşkilatları bir yerə topladı.

Konfransın nəticəsində Rio-de Janeyroda beynəlxalq sa-

zişlər bağlandı. Onlardan aşağıdakı əsasları göstərmək

olar:

1. Ətraf mühit və inkişaf üzrə Deklarasiya, onun

27 prinsipi, dayanıqlı inkişafın təminatı işində ölkələrin

hüquq və vəzifələrini müəyyənləşdirir. Deklarasiyada

bildirilir ki, uzunmüddətli iqtisadi tərəqqinin yeganə yo-

lu, ətraf mühitin mühafizəsi ilə əlaqələndirməkdən iba-

rətdir;

2. İnkişafı sosial, iqdisadi və ekoloji baxımdan da-

yanıqlı etmək proqramı. Proqramda ətraf mühitdə dəyiş-

kənlik yaradan hərəkətedici amillər nəzərdə tutulur;

Page 269: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

269

3. Qüvvələrin əhali, istehlak və texnologiya oldu-

ğu izah edilir;

4. İqlim dəyişməsi haqqında BMT–nin konvensi-

yası. O istixana qazanının dünya iqlim sistemində təhlü-

kəli disbalansına səbəb olmayan səviyyədə stabilləşdir-

məyi nəzərdə tutur;

5. Bioloji müxtəliflik üzrə Konvensiya, dünya öl-

kələrindən biomüxtəlifliyi qoruyub saxlamaq üçün, təd-

birlərin görülməsi tələb olunur.

İqtisadi inkişafı təmin etmək və bütün həyat for-

malarını saxlamaq üçün bütün meşə tiplərinin, ekologi-

yanın idarə olunması, mühafizəsi və dayanıqlı inkişafı

prinsipləri haqqında bəyanat ətraf mühitdən istifadənin

səmərəliliyinə yönəldilib.

Bəşəriyyət təbii mühitə və sosial-iqtisadi inkişafa

təcrid edilmiş halda baxmamalıdır. Yüksək keyfiyyətli

təbii mühitə və dünyanın bütün xalqları üçün sağlam iq-

tisadiyyat kimi bu iki məqsədə nail olmaq olduqca va-

cibdir.

Page 270: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

270

XII FƏSİL.

ƏTRAF MÜHİTİN MÜHAFİZƏ

FƏALİYYƏTİNİN İDARƏ EDİLMƏSİ VƏ

EKOLOJİ SAHİBKARLIQ

1. Ətraf mühiti mühafizənin idarə edilməsi

alətləri;

2. Ətraf mühiti mühafizənin idarə edilməsi

növləri;

3. Ekoloji sahibkarlığın mahiyyəti;

4. Ekoloji sahibkarlığın formaları;

5. Ekoloji biznesin səmərəliliyi.

1. Ətraf mühiti mühafizənin idarə edilməsi alətləri

Sahibkarlıq fəaliyyətində, təbiətdən səmərəli is-

tifadəyə təsir iki yolla həyata keçirilir: inzibati me-

todlarla, birbaşa tənzimləmə və iqtisadi təsir yolu ilə. Ölkələr ekoloji siyasətdə ətraf mühitdən səmərəli istifa-

də sahəsində iqtisadi həvəsləndirməyə çalışırlar və buna

daha çox səy göstərməlidirlər. Ətraf mühitdən istifadə

fəaliyyətində iqtisadi həvəsləndirmə elə bir vasitədir ki,

iqtisadiyyatın gələcək inkişafının mənafeyi ilə ətraf mü-

hitin mühafizəsini birləşdirir.

Ətraf mühitdən səmərəli istifadənin həvəsləndirmə

sistemi bütün təsərrüfat subyektlərinin təbiəti mühafizə

tələblərinin yerinə yetirilməsində, təbii ehtiyatlardan is-

tifadənin norma və qaydalarına riayət edilməsində ma-

raqlarının artırılmasına yönəldilir. Təbiəti mühafizənin

həvəsləndirilməsi əsasən iki üsulla həyata keçirilir:

Page 271: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

271

məcburiyyət metodu (neqativ həvəsləndirmə, yaxud

inzibati yol) və mükafatlandırma yolu (pozitiv həvəs-

ləndirmə metodu).

Neqativ həvəsləndirmə özündə aşağıdakıları cəm-

ləşdirir:

1) ətraf mühitdən istifadəyə görə haqq;

2) zərərli maddələrin ətraf mühitə normativ və nor-

madan artıq atılması (axıdılmasına) görə ödəmələr;

3) bərk tullantıların yerləşdirilməsinə görə ödəmə-

lər;

4) ekoloji zərərli məhsula görə vergi;

5) ekoloji cəhətdən texnologiya ilə istehsal edilən

məhsula görə rüsum;

6) ekoloji hüquq pozmalarına (xətalara) görə cəri-

mələr, məhsulların ekoloji sertifikatlaşdırılması, aksiz-

lər, rüsumlar və s.

Pozitiv iqtisadi həvəsləndirmə təbiəti mühafizə

fəaliyyətinin güzəştli vergiqoyma, kredit ayırma, qiymət

siyasəti, "çirkləndirmə hüququ" bazarının tətbiqi, təbiəti

mühafizə obyektlərində sürətləndirilmiş amortizasiya

üsulu və s. ilə tənzimlənir.

Ətraf mühitdən səmərəli istifadənin həvəsləndi-

rilməsi aşağıdakı funksiyaları yerinə yetirir: müka-

fatlandırma, qadağanetmə və kompensasiya yolu ilə

əvəzini ödəmə. Mükafatlandırma funksiyası xərclərlə tə-

biəti mühafizə fəaliyyətinin müqayisəli qiymətləndiril-

məsi, qadağanedici təbiətdən istifadə subyektlərinin mə-

suliyyətinin artırılması, kompensasiya yolu isə - dəymiş

zərərin ödənməsini təmin edir.

Ətraf mühitdən səmərəli istifadənin mövcud iqtisa-

Page 272: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

272

di həvəsləndirmə sistemi hər bir ölkənin, o cümlədən,

Azərbaycanın "Ətraf mühitin mühafizəsi haqqında" və

digər təbiəti mühafizə yönümlü qanunları ilə öz hüquqi

qüvvəsinə minmişdir və aşağıdakıları özündə əks etdirir:

- təbiəti mühafizə üzrə tədbirlərin planlaşdırılması

və maliyyələşdirilməsi;

- ətraf mühitdən istifadəyə limitlərin qoyulması

(müəyyən edilməsi);

- ətraf mühitdən istifadəyə görə haqqın təyin edil-

məsi, ətraf mühiti çirkləndirməyə görə ödəmələrin təyini;

- aztullantılı və resursqoruyucu texnologiyaların

tətbiqi, təkrar xammaldan istifadə və s. görə vergi və

kreditlərdə güzəştlərin tətbiq edilməsi;

- ətraf mühitə və insanlara vurulmuş ziyanın əvəzi-

nin ödənilməsi;

- təbiəti mühafizə qurğularına sürətli amortizasiya-

nın tətbiq edilməsi;

- ekoloji təmiz məhsula görə mükafatlandırıcı qiy-

mət və əlavələrin tətbiq edilməsi.

Ümumiyyətlə, keçmiş SSRİ-də olduğu kimi, Rusi-

ya Federasiyasında və digər MDB ölkələrində təbiəti

mühafizə fəaliyyətinin iqtisadi həvəsləndirilməsi sahə-

sində həm birbaşa, həm də dolayısı iqtisadi həvəsləndir-

mə metodları tətbiq edilir. Eyni zamanda, həmin üsulla-

rın daha əməli fəaliyyət göstərməsi üçün qanunvericilik

və normativ bazalar təkmilləşdirilməlidir. Məsələn,

Azərbaycanda 1992-ci ildə qəbul edilmiş ətraf mühiti

çirkləndirməyə görə ödəmələr artıq köhnəlməkdədir, bir

sıra neqativ təsirlərə görə (elektromaqnit şüalanması,

səs-küy, yeraltı və yerüstü suların çirklənməsi, hava eh-

Page 273: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

273

tiyatlarından istifadə, itirilən ehtiyatın utilizə edilməsi,

toksik tullantıların yerləşdirilməsi və s.) hələ də, ölkənin

20 illik müstəqilliyinə baxmayaraq, əməli addım atılma-

mışdır. Xəzər dənizində neft və qaz hasilatı üzrə 20 kont-

rakt bağlanmasına baxmayaraq, hələ də Xəzər üzrə eko-

loji standartlar hazırlanmamışdır. Balıqları mühafizə sa-

həsi demək olar ki, hələ öz həllini tapmamışdır.

2. Ətraf mühiti mühafizənin idarə edilməsi növləri

İdarəetmə idarəçilik sisteminin strukturları ara-

sında qarşılıqlı əlaqələrin təşkili üzrə məqsədyönlü

fəaliyyətdir, qarşıda qoyulmuş nəticələrə, məqsədlə-

rə gətirən bir prosesdir. İdarəetmə qarşıya qoyulmuş

məqsəd və vəzifələrə müvafiq olaraq kortəbii və şüurlu

ola bilər. Ətraf mühitdən istifadənin idarə edilməsi ətraf

mühitdə baş verən proseslərin axınını dəyişməyə məc-

bur edən və cəmiyyətin xeyrinə istiqamətləndirən əməli

hərəkətlər sistemi kimi qəbul edilmişdir.

Ətraf mühitdən istifadənin idarə edilməsi təbiət is-

tifadəçilərinin fəaliyyəti vasitəsilə və ətraf mühit ob-

yektlərinin bilavasitə idarə edilməsi ilə həyata keçirilə

bilər. Ətraf mühitdən istifadənin idarə edilməsi cəmiy-

yətin təbii ehtiyatlara və ətraf mühitin keyfiyyətinə tələ-

batı ödəmək üçün həyata keçirilir. Özüdə bu ekoloji-iq-

tisadi qanunauyğunluqların, gələcəkdə sabit inkişafın tə-

min olunmasının dərk edilməsi və istifadəsi əsasında hə-

yata keçirilməlidir. Ətraf mühitdən istifadənin dövlət

idarəetməsi səlahiyyətli dövlət orqanlarının təbiətdən

səmərəli istifadə və təbiəti mühafizə üzrə təşkilati (təş-

Page 274: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

274

kiledici) əməli fəaliyyəti deməkdir. Ətraf mühitdən isti-

fadənin idarə edilməsinin subyektləri dövlət orqanlarıdır

və ya müvafiq səlahiyyətlərə malik olan idarə və təşki-

latlardır. Onlar büdcədən maliyyələşir və zəruri dərəcə-

də hakimiyyət səlahiyyətlərinə malikdirlər. Ətraf mühit-

dən istifadənin idarəetmə obyekti-təbiətdən istifadə sfe-

rasındakı insanların fəaliyyətidir və hüquqi tənzimləmə

əsasında idarə edilir. Dövlət idarəetməsinin formaları

idarəetmə aktlarından (normativ, direktiv, fərdi), inzi-

bati sazişlərdən (razılaşmalardan) və maddi-texniki fəa-

liyyətlərdən ibarətdir.

Ətraf mühitdən istifadə sferasında dövlət ida-

rəetməsi özündə üç növ fəaliyyət idarəetməsini bir-

ləşdirir: sosial-iqtisadi, inzibati-siyasi, sosial-mədəni.

Bu sahədə təbiəti bərpa işləri hələ zəif həyata keçirilir,

yaxud bəzi sahələrdə heç həyata keçirilmir. Ətraf mühit-

dən istifadənin idarə edilməsi əsasən inzibati (məcburi),

iqtisadi, ideoloji və tərbiyəvi üsullarla bu və ya digər

məsələlərin həlli vasitəsilə həyata keçirilməlidir.

İdarəetmə metodları daimi, bilavasitə və operativ

olaraq bütün məsələləri həll etməyə və idarəetmənin

məqsədlərinə nail olmağa imkan yaradır. Ətraf mühit-

dən istifadənin idarə edilməsində aşağıdakı təcrübələr

vardır: qadağa, müvəqqəti dayandırma, məhrumetmə

(istifadə hüququnun dayandırılması), razılaşdırma və

icazə (lisenziya verilməsi, təbiətdən kompleks istifadə

müqaviləsi və s.).

Ətraf mühitdən istifadə sferasında dövlət idarəetmə-

si qanunvericilikdə təsbit edilmiş ümumi prinsiplər əsasın-

da həyata keçirilir. Onlara aiddir: qanunilik, ərazi və sahə

Page 275: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

275

idarəetməsinin birləşməsi. Qanunvericiliklə təbiəti müha-

fizənin spesifik prinsipləri müəyyən edilir: komplekslik,

ümumilik, planauyğunluq, elmi-texniki tərəqqinin imkan-

larından istifadə və beynəlxalq əməkdaşlıq.

Ətraf mühitdən istifadənin idarə edilməsinin son

məqsədi–ətraf mühitin keyfiyyətinin optimal vəziyyəti-

nə nail olmaq, təbii ehtiyatların səmərəli istifadə edilmə-

sidir. Lakin buna birdəfəyə nail olmaq olmaz, ona görə

də aralıq məqsədlər müəyyən edilir – hər bir mərhələdə

konkret ətraf mühiti mühafizə tədbirləri göstərilir.

Ətraf mühitdən istifadənin idarə edilməsi, döv-

lət orqanları sisteminin qarşılıqlı əlaqələri şəraitində

subordinasiya elementlərindən ibarət vahid bir or-

qanizmdir. Dövlət idarəetmə orqanlarının ekoloji sfera-

da vəzifələri üç toplayıcıdan ibarətdir:

1) idarəetmə-təşkiletmə, ümumi rəhbərlik, operativ

sərəncamçılıq, normativ aktların nəşri və vaxtaşırı onla-

rın təkmilləşdirilməsi;

2) planlaşdırma, proqnozlaşdırma və əlaqələndirmə;

3) uçot, nəzarət və yoxlama.

Rusiya Federasiyasında əksər nazirliklər və idarə-

lər (departamentlər) bilavasitə ətraf mühitdən istifadə

edənlərdir, lakin dövlət yoxlaması və nəzarəti üzrə xü-

susi funksiya yerinə yetirmirlər. Dövlət idarəetmə or-

qanlarının funksiyaları məzmun, vəzifə və səlahiyyətin-

dən asılı olaraq bu və ya digər idarəetmə orqanları üçün

müəyyən edilir. Dövlət idarəetmə orqanları obyektlər

üzrə onların səlahiyyətlərinə müqabil təsnif edilə bilər-

lər. Bu məqsədlə ümumi və xüsusi səlahiyyətə malik or-

qanlar yaradılır. Ətraf mühitdən istifadə edilməsində

Page 276: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

276

müvafiq idarələr aşağıdakı ümumi səlahiyyətlərə malik-

dir: ölkə prezidentinin xüsusi nümayəndəliyi və bələdiy-

yə orqanları. Xüsusi səlahiyyətə elə orqanlar aiddir ki,

əsasnamələrinə müvafiq olaraq, onlara təbiəti mühafizə,

ekoloji funksiyalar həvalə edilmişdir. Öz xüsusi səlahiy-

yətlərinə və funksiyalarına görə belə orqanlar iki növə

ayrılırlar: əlaqələndirici, kompleks məsələlər həll edən

orqanlar və sahə orqanları.

Əlaqələndirici orqanlar təbiəti mühafizə sahəsində

ya bütün məsələləri, ya da məsələlər blokunu, bütün tə-

bii ehtiyatlara dair bir və ya bir neçə vəzifəni yerinə ye-

tirirlər. Sahə orqanları öz diqqətlərini ayrı-ayrı təbiət ob-

yektlərinə yönəldirlər.

Koordinasiya fəaliyyətini təbiəti mühafizə sahəsin-

də əvvəllər Dövlət Təbiəti Mühafizə Komitəsi yerinə

yetirdi və onlar aşağıdakılardan ibarət idi: əlaqələndiri-

ci, tənzimləyici, nəzarətedici, icazəverici, informasiya

xidmətlərini, qoruqları, ekoloji maarifləndirməni idarə

edən və beynəlxalq əlaqələri koordinasiya edən. Sahələr

üzrə xüsusi səlahiyyətə malik strukturlar fəaliyyət göstə-

rirdi: RF-nın torpaq komitəsi, su təsərrüfatı komitəsi,

geologiya və Yerin təkindən istifadə komitəsi.

2000-ci ildən Rusiyada ətraf mühitdən istifadədə

dövlət idarəetməsində dəyişikliklər baş verdi. Hazırda

Rusiya Su Təsərrüfatı Komitəsinin, Rusiya Meşə Komi-

təsinin, Rusiya Yerin Təkindən İstifadə Komitəsinin və

Rusiya Ekologiya Komitəsinin funksiyalarını Rusiya

Təbii Ehtiyatlar Nazirliyinin müvafiq struktur bölmələri

(departamentləri) tərəfindən yerinə yetirilir.

Həmin vəziyyət 2001-ci ilin may ayının 23-dən

Page 277: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

277

Azərbaycanda da yaranmışdır. Dövlət başçısının fərma-

nına əsasən Dövlət Ekologiya, Dövlət Geologiya, Döv-

lət Hidrometeorologiya komitələri, Azərmeşə Birliyi və

Azərbalıq şirkəti ləğv edilmiş, əvəzində Azərbaycan

Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ya-

radılmışdır. Belə islahatın həyata keçirilməsi məqsədə

müvafiqdir. Demək olar ki, nazirlik tamamilə struktur-

laşdırılmışdır. Ən başlıcası, nazirliyin ayrı-ayrı struktur-

ları ümumi fəaliyyət üçün işgüzar əlaqələr yaradır.

Müəyyən çatışmazlıqlar da mövcuddur. Onları tədriclə

aradan qaldırmaq mümkündür. Qeyd etmək lazımdır ki,

nazirliyin istər baş və istərsə də yerli strukturlarının fəa-

liyyətində Respublika və yerli təşkilatların məsuliyyəti

xeyli artırılmalıdır.

Təbiəti mühafizə sahəsində qəbul edilmiş bir çox

qanunlar və normativ sənədlərdə uzlaşmalar hələ yox-

dur: vergiqoyma və digər sahələrdə təbiəti mühafizə tə-

ləblərinə riayət edilmir, təbiətdən istifadə edənlərə qarşı

bazar təsirinin strukturu hazırlanmamışdır, mənzil-kom-

munal təsərrüfatı üzrə baş verən bütün neqativ element-

lər, sənaye və məişət sularının qarışıq axıdılması, təmiz-

ləyici qurğuların tikintisinin bir çox halda özbaşına bu-

raxılması, şəhər kanalizasiya xətlərinin qeyri-kafiliyi və

s. ekoloji və iqtisadi həvəsləndirmənin qarşısında bir

sədd kimi durmaqdadır.

Bir çox ölkələrin təcrübəsində ehtiyatlara görə ge-

niş istifadə olunan ödəmələr sistemi təsiredici amil ol-

masına baxmayaraq, Azərbaycanda özünəməxsus yer

tutmamışdır. Dolayısı tənzimləyicilər sistemi, demək

olar ki, yoxdur. Dolayısı metodlar təbiət istifadəçilərinin

Page 278: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

278

əmlak mənafelərinə toxunur və təbiəti mühafizə tədbir-

lərinin faydalı olmasını zərurətə çevirir.

Rusiyada fəaliyyətdə olan qaydalara əsasən müəs-

sisələr əgər təbiəti mühafizəyə ayrılmış vəsaiti mənim-

səyirlərsə, ona müqabil ödəmələrin məbləğində düzəliş

aparılır. Bu düzəlişlərin təşəbbüskarı təbiətdən istifadə

edən olmalıdır. Qiymətqoyma “Təbiəti mühafizə tədbir-

lərinin siyahısına” müvafiq aparılır. Bundan başqa,

müəssisə əgər əhaliyə sosial və mədəni sferalarda xid-

mət göstərirsə, ödəmələrin ölçülərinin azalmasına ümid

bəsləyə bilər, yaxud ondan tamam azad ola bilər.

Bütövlükdə, ətraf mühitdən səmərəli istifadənin

hər bir vasitəsi (instrumenti) yaranmış vəziyyətdən asılı

olaraq müxtəlif dərəcədə səmərə verə bilər.

3. Ekoloji sahibkarlığın mahiyyəti

Bazar iqtisadiyyatında sahibkarlıq aparıcı mövqe-

yə malikdir. Sahibkarlıq yalnız ictimaiyyətin yeniləş-

məsində əsas həlledici rol oynamamalıdır o, həm də

ekoloji problemlərin həllinə kömək etməlidir. Sahibkar-

lıq bu insan fəallığının və fəaliyyətinin potensialı hesab

edilir. Sahibkarlıq üçün ən vacib cəhət qərar qəbuletmə

azadlığı və əldə ediləcək nəticələrə görə tam iqtisadi

məsuliyyət daşımasıdır. Sahibkarlıq üçün istehsalın təş-

kili çox səciyyəvidir və xidmətlərin göstərilməsində öz

qorxu və riskinə arxalanmaqdır. Burada təşkilatı və ida-

rəetmə sənətinə sahib olmaq zəruridir. Sahibkarlıqda

müvəffəqiyyət o subyektə mənsub olur ki o şəxs cəmiy-

yətin tələblərinə daha tez reaksiya verir. Belə bir vəzifə-

Page 279: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

279

nin öhdəsindən kiçik və orta biznes müəssisələri daha

yaxşı gələ bilir. Lakin müəssisə, fəaliyyət miqyasını və

ölçüsünü hər bir konkret hal üçün sahibkar nəticələri mü-

qayisəli ekoloji-sosial-iqtisadi qiymətləndirdikdən və

prioritetlərin, məhdudiyyətlərin və meyarların səmərəsini

müəyyən etdikdən sonra hərəkət etməlidir. Onu da nəzərə

almaq lazımdır ki, cəmiyyət onun tələblərini qane etmə-

yən biznesi, özü də gəliri olmayan biznesi qəbul etmir.

Ekologiya sahəsində Azərbaycanda, MDB və baş-

qa xarici ölkələrin təcrübəsini öyrənmək vacibdir. Eko-

biznesin əsas prinsipləri 1990-cı ildə Beynəlxalq ticarət

palatası tərəfindən “Sabit inkişaf naminə sahibkarlıq

fəaliyyəti xartiyasında” hazırlanmış sənəddə öz əksini

tapmışdır. Ətraf mühitin mühafizəsi biznes sahəsində

hər bir fəaliyyətin ən yüksək üstün vəzifələrindən biri

olmalıdır. Xartiyada 16 prinsip irəli sürülmüşdür. Məq-

səd ondan ibarətdir ki, nə qədər mümkündürsə ən çox

müəssisə öz üzərinə təbiəti mühafizə sahəsində daha

yüksək öhdəliklər götürsünlər. Onlardan ən vacibləri

aşağıdakılardır:

- müəssisə üçün üstün olan ekoloji təhlükəsizlik;

- inteqrasiya etmiş menecment;

- təkmilləşmə prosesi;

- heyətin təhsilinin artırılması və ətraf mühitin mü-

hafizəsində kütləvilik;

- ilkin qiymətləndirmələr;

- məhsullar və xidmət;

- istehlakçılara məsləhətlər və s.

İqtisadiyyatın təbiətə qarşı məsul münasibətinin

həyata keçirilməsini aşağıdakı tələblər vasitəsilə realizə

Page 280: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

280

etmək nəzərdə tutulur:

1) biosferin qorunması;

2) təbii ehtiyatların qorunub saxlanmasını dəstək-

ləmək;

3) tükənən ehtiyatları xüsusi mühafizə etmək;

4) enerjinin qənaətlə işlənməsi;

5) riskin azaldılması;

6) təhlükəsiz məhsul və xidmət;

7) ətraf mühitin bərpası;

8) ictimaiyyətə informasiya verilməsi;

9) rəhbərliyin öhdəlikləri;

10) auditlər və məruzələr;

4. Ekoloji sahibkarlığın formaları

Ekoloji sahibkarlığın formaları müxtəlif ola bi-

lər. Onun növləri əsas və əlavə sahibkarlıqdan iba-

rətdir:

Əsas sahibkarlıq, ekoloji tələblər və məhdudiyyət-

lərlə əlaqədar olaraq özündə aşağıdakıları birləşdirir;

- ekotexnika, avadanlıq, cihaz və qurğular istehsalı;

- yeni və tullantılı texnoloqların, yeni maddələrin

(məhsul, xammal və s.) işlənməsi (hazırlanması).

Əlavə (tamamlayıcı) ekoloji sahibkarlıq qeyri-eko-

loji istehsalat sahələrini də əlaqələndirir:

- ehtiyatların xassə və keyfiyyətlərinin təkrar-ardı-

cıl istifadəsini;

- tullantıların utilizasiyasını;

- faydalı qazıntıların çıxarılmasına kömək edən

tədbirləri.

Page 281: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

281

Yuxarıda adları çəkilən formalardan başqa ayrıca

olaraq ekotəmiz məhsul istehsalı sferasını da sahibkarlı-

ğa aid etmək lazımdır.

Ekoloji sahibkarlığa əmlak mənsubiyyəti nöqteyi-

nəzərdən də yanaşmaq olar; bu mülkiyyətə əsaslanır.

Ekoloji sahibkarlıq fəaliyyət dairəsinə görə fərqlə-

nir: Onlar aşağıdakılardan ibarətdir; istehsalat, kom-

mersiya (mübadilə sahəsində fəaliyyət), maliyyə (kredit-

lər, aksiyalar və s.), vasitəçilik (ekomarketinq, ekoinfor-

masiya, məsləhət xidmətləri). Eyni zamanda ekoloji sı-

ğorta, lizinq və s. xüsusi ayırmaq olar. Sahibkarlıq for-

maları fəaliyyət dairəsində həm də birləşmiş (qarışıq)

halda ola bilər.

Ekoloji sahibkarlıq keçmiş SSRİ-də 1989-cu ildən

fəaliyyətə başlamışdır. Buna təkanverici səbəb-təzəcə

başlanmış “yaşıllar” hərəkatı idi. 1991-ci ildə 17 mindən

çox sahibkarlıq subyekti qeydə alınmışdı. SSRİ dağıl-

dıqdan sonra onların sayı, xüsusən keçmiş Respublika-

larda xeyli azaldı, lakin qalanlar əsas vəzifə kimi məh-

sul satışında xidmət göstərməyə üstünlük verdilər.

5. Ekoloji biznesin səmərəliliyi

Ekoloji sahibkarlıq biznesdə öz yerini tutmaqda-

dır. O həm iri, həm orta və həm də kiçik bizneslə təmsil

olunur. Bütövlükdə, ekoloji sahibkarlıq cəmiyyətin is-

tehsalat imkanlarının sahəsini genişləndirməli və möv-

cud olan ehtiyatların tamamilə istifadəsinə kömək gös-

tərməlidir. Ekoloji sahibkarlığın səmərəliliyini müx-

təlif səviyyələrdə təyin etmək olar:

Page 282: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

282

- cəmiyyət səviyyəsində məşğulluq (həm artma,

həm də azalma ola bilər);

- region səviyyəsində-təkrar xammalın (tullantıla-

rın) istifadəsi və s.;

- firmalar səviyyəsində - əlavə gəlirin alınması.

Ekoloji sahibkarlığın səmərəliliyi – bu səmərələ-

rin (ekoloji, sosial, iqtisadi) və onlara nail olmaq üçün

zəruri xərclərin müqayisə edilməsidir. Sahibkarlığın sə-

mərəsi yüksək nəticələr əldə etməyə imkan verən ekolo-

ji xidmətlərin təşkili ilə bağlı ola bilər.

İstehsalın ekolojiləşdirilməsi, bir qayda olaraq,

yüksək nəticələr verir. Bu əsasən tullantılardan da istifa-

dədə özünü göstərir. Xalq istehlak mallarının istehsalı

artır, tullantıların yerləşdirilməsinə görə ödəmələr aza-

lır, ətraf mühitə ziyanın qarşısı alınır, ucuz xammaldan

istifadə edilir, müəssisələr əlavə gəlir əldə edir. Eyni za-

manda ilkin xammalın hasilatı üçün xərclər azalır. Bü-

tövlükdə, tullantılardan istifadənin ümumi səmərəsi

müəssisənin və əhali istehlakının səmərəsindən, habelə

istehsalatda və sahələrdə, sosial-ekoloji sferada yaranan

səmərədən ibarət olur.

Tullantılardan istifadənin səmərəsinin meyarı ənə-

nəvi xammal əvəzinə əldə edilmiş xalq təsərrüfatı nəti-

cəsi olur, yəni:

C< Cm + CH + E olur.

Burada, C- tullantılardan məhsulun alınmasına sərf

edilən ümumi xərclərdir;

Cm – yatağının mənimsənməsinə yönəldilən, yəni

Page 283: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

283

əlavə xammal almaq üçün çəkilən xərclərdir;

CH – yeni yatağın xammalının hasilatı və işlənmə-

sinə (emalına) çəkilən xərclərdir;

E – təbiəti mühafizə sferasına çəkilən xərclərdir.

Həmin xərclər özündə aşağıdakıları birləşdirir:

E = Y+ Cx

Burada, Y – iqtisadi ziyanın qarşısının alınması

xərcləri,

Cx – yeni yatağın açılması və istismarı zamanı tə-

biəti mühafizəyə çəkilən xərclərdir.

Bəzi xarici ölkələrdə yaşıl biznesin iş təcrübəsi

göstərir ki, bir çox firmalar ətraf mühitin çirklənməsi-

nin azaldılması hesabına yüksək gəlir əldə edirlər. Kom-

paniyalar ətraf mühitin çirklənməsini azaltmaq (tullantı-

ların utilizasiyası) üzrə müxtəlif layihələr hazırlayırlar.

Ətraf mühitin qorunması kapital qoyuluşunun etibarlı

mənbəyinə çevrilir. Ekobiznesin müsbət təcrübəsi mət-

buatda geniş işıqlandırılır. Ekoloji biznes firmanın eko-

loji imicini artırır, biliklərin yayılmasına kömək edir və

ekoloji təfəkkürün formalaşmasına təsir göstərir.

Page 284: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

284

XIII FƏSİL.

TƏBİƏTİ MÜHAFİZƏ FƏALİYYƏTİNİN İDARƏ

EDİLMƏSİNİN MALİYYƏ MƏNBƏLƏRİ

1. Təbiəti mühafizə fəaliyyətinin maddi stimullaş-

dırılması;

2. Təbii ehtiyatlardan istifadənin ödənişliliyi, ətraf

mühitin mühafizəsinin maliyyələşdirilməsi mənbələri;

3. Təbii ehtiyatlardan istifadəyə görə ödəniş;

a) torpaqdan istifadəyə görə ödəniş;

b) su obyektlərindən istifadəyə görə ödəniş və s.

4. Ətraf təbii mühiti çirkləndirməyə görə ödəmələr

və əsas prinsiplər.

a) ətraf mühiti çirkləndirməyə görə ödəmələr;

b) çirklənməyə görə ödəmə prinsipləri.

1. Təbiəti mühafizə fəaliyyətinin maddi

stimullaşdırılması

Təbiəti mühafizə fəaliyyətində ən əməli əhəmiyyət

kəsb edən həvəsləndirici (stimullaşdırıcı) amil dövlətin

vergi siyasəti olmalıdır. Bu siyasət həm pozitiv, həm də

neqativ həvəsləndirməni özündə əks etdirir. Bu qanun-

vericilikdə həm güzəştli vergilərdə və vergi ödəməkdən

azadetmədə, habelə ekoloji təhlükəli məhsul üçün xüsu-

si vergilərin tətbiqində öz əksini tapır.

Təbiəti mühafizə üzrə bəzi büdcə təşkilat və idarə-

lərinin əmlakı vergidən azad edilir (dövlət qoruqları, tə-

bii parklar, botanika bağları). Bundan başqa, ümumi

əmlakın təbiəti mühafizə məqsədləri üçün istismar edi-

Page 285: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

285

lən hissəsi də vergidən azad edilir.

Bir çox ölkələrdə verginin stavkası azaldılır, yeni

“vergi tətilləri” təşkil edilir. Məsələn, Yaponiyada plast-

mas və üzvi tullantıları emal edən istehsalçılar birinci üç

il 50% vergidən azad edilirlər. Təmizləyici qurğular isə

ilk 5 il ərzində tamamilə vergidən azad edilirlər.

Vergilər qoyularkən güzəştlərin tətbiqi kimi təbiəti

mühafizə avadanlığının sürətləndirici amortizasiya me-

todu geniş istifadə olunur. Bu metod təmizləyici qurğu-

ların təzələnməsində kapital yığımına köməklik göstərir.

Kanadada təmizləyici qurğulara 2 illik amortizasiya

müddəti müəyyən edilmişdir. Fransada təmizləyici qur-

ğuların amortizasiyasının 50%-nə bir il ayrılmışdır. İta-

liyada isə 3 ilə 45% amortizasiya nəzərdə tutulur. Bö-

yük Britaniya, ABŞ və AFR-də amortizasiya müddəti 5

ildir.

Bazar iqtisadiyyatı dövründə təbiəti mühafizə və

təbii ehtiyatlardan səmərəli istifadə sahəsində qiymətlər

həvəsləndirici rol oynayır. Qiymətlərə təbiətdən istifa-

dəyə görə ödəmələr təsir göstərirlər. Ekoloji təmiz məh-

sul istehsal edən müəssisələrə (qiymət vasitələri kimi)

kompensasiyalar, kreditlər, “əlavələr” tətbiq edilir. Eyni

sözləri tullantılardan məhsul alan müəssisələr haqqında

demək olar. Ekoloji təmiz məhsul istehsal edən müəssi-

sələr əmtəə (mal) dövriyyəsini sürətləndirir və böyük

gəlir əldə edə etməyə səbəb olur. Ekoloji cəhətdən zə-

rərli məhsulun qiyməti aşağı salınır, xüsusi vergi tətbiq

edilir.

Təbiəti istismar edən müəssisələrin məhsuluna

qiymətlər qoyularkən təbii amillər nəzərə alınmalıdır,

Page 286: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

286

onlar üçün baza “qapayıcı” xərclər olmalıdır. Bununla

yanaşı renta gəlirini maksimum götürmək lazımdır. Qiy-

mətlərin təyinatında sabit dünya təmayülü ondan ibarət-

dir ki, təbii ehtiyatların durmadan nisbi bahalaşması,

renta münasibətləri sisteminin tətbiq edilməsinin təkmil-

ləşməsidir. Təbii ehtiyatların qiymətləndirilməsində gə-

ləcək nəsillərin də marağı nəzərə alınmalıdır.

Bütövlükdə, təbiətdən səmərəli istifadənin hər bir

vasitəsi, yaranmış vəziyyətdən asılı olaraq müxtəlif də-

rəcədə səmərə verə bilər.

2. Təbii ehtiyatlardan istifadənin ödənişliliyi.

Ətraf mühitin mühafizəsinin maliyyələşdirilməsi

mənbələri

Ətraf mühitdən istifadədə ödəmələr təbii ehtiyatlar

üzərindəki mülkiyyətin iqtisadi realizə formasıdır. Bü-

tövlükdə, ödəmələr təbii ehtiyatlardan istifadəyə (ehti-

yata-sərvətə görə ödəmələri) və ətraf təbii mühiti çirk-

ləndirməyə görə (emissiya ödəmələri) tətbiq edilir. Ətraf mühitdən istifadədə haqq ödəmək, iqtisadi

mexanizmin bir elementi kimi, bir sıra funksiyaları yeri-

nə yetirir:

- təbii ehtiyatlardan istifadədə qənaətə həvəs yaradır;

- ətraf mühitə atılan zərərli maddələrin miqdarının

azalmasına təsir göstərir, yaxud da qarşısını tamam alır;

təbii ehtiyatlardan istifadədə təsərrüfatçılığın so-

sial-iqtisadi şəraitini yaxşılaşdırır;

- təbii ehtiyatlar yığımının artırılmasını stimullaş-

dırır;

Page 287: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

287

- ətraf mühitdən səmərəli istifadə üçün pul vəsaiti-

nin toplanmasına şərait yaradır və təbiəti mühafizə təd-

birlərinin maliyyələşdirilməsi mənbəyi yaradır.

Təbii ehtiyatlardan istifadəyə görə ödəmələrin

formalaşması aşağıdakılardan ibarətdir:

1) ödəmənin növü;

2) ayrı-ayrı ödəmələrin ölçüsünün təyini üsulları;

3) ödəmələrin təyin edilməsi, alınması və istifadəsi.

Ehtiyatlardan istifadəyə görə ödəmələr aşağıdakı

prinsiplərə əsaslanır:

- yaxşı (əla) ehtiyat üçün ödəmənin qiyməti yüksək

olmalıdır;

- ödəmənin qiyməti lazımi səviyyədə olmalıdır ki,

resurs tutumunu azalda bilsin, ya da bu ehtiyatı (sərvəti)

əvəz etməyə imkan yaratsın;

- ödəmənin ölçüsü bazarın rəqabətini (məzənnəsi-

ni, tələb və təklifi) nəzərə almalıdır;

- istifadə olunmayan təbii ehtiyatların potensial

qiyməti olmalıdır, hesablamalarda nəzərə alınmalıdır və

zaman keçdikcə düzəlişlər edilməlidir;

- ödəmələrin ağırlığının (yükünün) istifadəçilərin

üzərinə düşməsinin qarşısının alınması təmin edilməlidir.

3. Təbii ehtiyatlardan istifadəyə görə ödəniş Təbii ehtiyatlara görə ödəmələrin təyin edilməsi-

nin konkret prinsipləri ola bilər. Xərclər üsulu, nəticə (renta) üsulu və yenidən bərpa. Xərclər üsulu sənaye müəssisələrinin su götürməyə görə ödəmələrini təyin edərkən istifadə edilir. Bu zaman hasilat, mənimsəmə və

Page 288: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

288

istifadəyə çəkilən xərclər nəzərə alınmalıdır. Yüksək keyfiyyətli ehtiyatın istehsal prosesinə cəlb edilməsi az xərc tələb edir, onun dəyəri az olur. Lakin istehlak qiy-məti yüksək olur. Bu ətraf mühitdən səmərəli istifadəni stimullaşdırmır.

Nəticə (yekun) üsulunda əsasən yalnız gəlir gətirən sərvətlərə qiymət verilir. Lakin, zaman keçdikcə, qiy-mətə malik olmayan resurs (sərvət), qiymətli sərvətə çevrilə bilər və deməli, həmin sərvət potensial qiymətə malik ola bilər.

Bir sıra ehtiyatlar dinamikliyinə görə, ödəmə təyin etmək məsələsində mürəkkəbdir. Məsələn, bioehtiyatlar və su bir çox halda əhali yaşayan ərazinin yerləşməsi və inzibati-ərazi bölgüləri ilə uyğunlaşmır.

Ümumiyyətlə, təbii ehtiyatlara görə ödəmələr özündə aşağıdakıları əks etdirir:

1) təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə; 2) təbii ehtiyatların mühafizəsi və artırılması üçün

ödəmə. Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə,

mülkiyyətin realizasiya forması kimi mütləq, həm də di-ferensial rentanın alınması deməkdir. Bir halda ki, nəti-cələr müəssisənin fəaliyyətindən asılı deyil, deməli on-lar alınmalıdır. Ödəmələrin mütləq qiyməti ya müsabiqə yolu ilə müəyyən edilə bilər, ya da bank faizinin səviy-yəsi ilə bağlana bilər.

Təbii ehtiyatların artırılması və mühafizəsinə gö-rə ödəmə cəlb edilmiş təbii ehtiyatların bərpasına çəki-lən xərclərdir.

Təbii ehtiyatlardan istifadəyə görə ödəmələrin növləri aşağıdakılardan ibarətdir:

Page 289: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

289

- yerin təkindəki ehtiyatların istifadəyə görə ödə-mələr;

- mineral-xammal bazasının artırılmasına görə öd-

mələr;

- meşə gəliri (meşədən istifadəyə görə);

- sənaye müəssisələrinin su götürməsinə görə ödə-

mələr;

- torpaqdan istifadəyə görə torpaq vergisi;

- heyvanların ovlanmasına (icazəyə) görə ödəmə;

- təbiətdən istifadəyə görə lisenziya verilməsinə

görə ödəniş.

Yerin təkindən istifadə edilərkən aşağıdakı ödəmə

növləri həyata keçirilir:

- müsabiqədə iştiraka görə yığım və lisenziya al-

mağa görə rüsum;

- mineral-xammal bazanın bərpası üçün tutulma.

Yerin təkindən istifadəyə görə bəzən aşağıdakı

ödəmələr də vardır:

- faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı-

na görə ödəmələr;

- faydalı qazıntıların hasilatına görə ödəmələr;

- yerin təkindən başqa məqsədlər üçün istifadəyə

görə ödəmələr.

Ödəmələrin formaları birdəfəlik və hasilatdan son-

ra müntəzəm olur. Bu ödəmələrin son (yekun) ölçüləri

Yerin təkindən istifadə üçün lisenziya ilə tənzimlənir.

Mineral-xammal bazasının artırılması üçün ödəmələr

satılmış məhsulun qiymətindən pay (faiz) kimi tutulur.

Yerin təki üçün ödəmələr müxtəlif ölkələrdə müxtəlif

səviyyəli olmaqla büdcələrə daxil olur. Yer təkinin isti-

Page 290: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

290

fadəsinin növündən asılı olaraq vəsaitin mərkəzləşdiril-

məsi və ya büdcələr arasında paylanması müvafiq qay-

dalarla müəyyən edilir. Rusiyada geniş yayılmış faydalı

qazıntılara (qum, gil, çınqıl, çaqıl, qumca, gilcə və s.)

görə 100 % yeraltı ödəmə (Yerin təkindən istifadə hüqu-

quna görə ödəmə) yerli büdcələrə daxil olur. Geniş ya-

yılmayan faydalı qazıntıların hasilatı zamanı ödəmələrin

paylanması aşağıdakı kimi olur – yerli büdcəyə - 50 %,

regional (vilayət) büdcəyə - 25%, federal büdcəyə - 25%.

Azərbaycanda hələlik bütün ödəmələr mərkəzi büdcəyə

daxil edilir.

Meşədən istifadəyə görə ödəmələr sistemi:

- meşə gəliri;

- icarə haqqı.

Oduncağın birdəfəlik köküstü satışında tələb və

təklif nəzərə alına və müvafiq olaraq müsabiqə aparıla

bilər.

a) Torpaqdan istifadəyə görə ödəniş;

Torpağa görə ödəmələrin forması aşağıdakı kimidir:

- torpaq vergisi;

- icarə haqqı;

- torpağın normativ qiyməti.

Torpaq vergisi kənd təsərrüfatı, şəhər, şəhərətrafı,

meşə torpaqları, faydalı qazıntılar olan torpaqlar və di-

gər kateqoriyalı torpaqlar üçün müəyyən edilmişdir.

Torpaq vergisinə torpaq mülkiyyətçiləri, torpaq sahiblə-

ri və torpaqdan istifadə edənlər məruz qalırlar. Torpaq

vergisinin ölçüləri sabit ödəmələr halında torpaq sahəsi

vahidinə onun keyfiyyəti və məqsədi nəzərə alınmaqla

təyin edilir və bir il ərzində fəaliyyət göstərir. Qeyri-kənd

Page 291: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

291

təsərrüfatı torpaqları üçün vergi təyin edərkən torpaq ver-

gisinin normativindən əlavə şəhərlərin statusu, kurort zo-

nası və s. nəzərə alınır. İcarə haqqı sahənin iqtisadi qiy-

mətlərinə əsasən, bərpa üçün xərclərə görə təyin edilir,

ölçüləri (miqdarı, qiyməti) isə tərəflərin qarşılıqlı razılığı-

na əsasən müqavilədə göstərilir.

Torpağın normativ qiyməti – müəyyən keyfiyyətə

və coğrafi yerləşmə mövqeyinə malik sahənin hesablama

dövrü üçün potensial özünüdoğrultmaya (xərclərini çı-

xarma) əsasən dəyərini səciyyələndirən göstəricidir. Tor-

pağın normativ qiyməti torpağı mülkiyyətə verərkən tor-

paq münasibətlərinin iqtisadi tənzimlənməsində istifadə

edilir. Torpaq irsən keçəndə, bağışlananda, girov qo-

yulanda deyilən yanaşma tətbiq edilir. Bu qiymət torpaq

vergisində torpaq sahəsinin vahidinə hasil kimi qəbul

edilməlidir. Rayonun və ya şəhərin inzibati rəhbərliyi

onun qiymətini 25 %-dən çox olmayaraq həm artıra, həm

də azalda bilər.

Torpaq vergisinin (müxtəlif səviyyədə) büdcəyə

daxil olması kənd təsərrüfatı sahələri və şəhər torpaqları

üçün müxtəlifdir. Rusiyada federal büdcəyə daxil olan

verginin miqdarı federasiya subyektindən asılı olaraq,

təbii-coğrafi amilləri nəzərə almaqla müxtəlif olur.

Azərbaycanda torpaqların normativ qiymətləri kadastr

qiymətləridir və coğrafi yerləşmədən və şəhərlərin mə-

həllələrinin əhəmiyyətindən asılı olaraq (ekoloji, iqtisa-

di, inzibati və s.) müvafiq əmsala vurulur.

b) Su obyektlərindən istifadəyə görə ödəniş və s. Suya görə ödəmə keçmiş Sovet İttifaqında, o cüm-

lədən Azərbaycanda, 1982-ci ildən xərc metodu əsasın-

Page 292: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

292

da tətbiq edilirdi. Hazırda suya görə ödəmələr həm səth suları, həm də yeraltı sular üçün alınır. Azərbaycanda suya görə ödəmələr 1990-cı ilin qiymətləri ilə 1992-ci ildən tətbiq edilir. Manatın qiymətdən düşməsi ilə əlaqə-dar həmin məzənnələr 1995-ci ildə 10 dəfə artırılmışdır. Lakin, artıq o vaxtdan sonra bu qiymətlər də özünü doğ-rultmur. Xüsusən, yeraltı suların qiymətləri çox aşağı müəyyən edilmişdir. Ona görə də içmək üçün tam yarar-lı şirin yeraltı suların 80-90 %-i pulsuz (yalnız xidmət haqqı alınır) istifadə edilir. Kür çayının suyu iki böyük su kəməri vasitəsilə Bakı şəhərinə verilir. Hazırda Azər-baycanda qazılmış 150000-dən çox şirin su verən quyu-ların illik istismar ehtiyatı rəsmi olaraq 5,0 mlrd. kub m. təşkil edir. Bu ehtiyat əslində 7,0-7,5 mlrd. kub m.-dir. Eyni zamanda, yeraltı sular üzrə mineral-xammal baza-sını artırmaq üçün ayırmalar həyata keçirilir və su ob-yektlərinə çirkli maddələrin axıdılmasına görə ödəmələr tutulur.

Ehtiyatlardan istifadəyə görə ödəmələr Rusiyada federal, regional və yerli büdcələrə daxil edilir. Ödəmə-lərin büdcələr arasında paylanma nisbəti ehtiyatların nö-vündən asılıdır.

Rusiyada təbiətdən istifadə vaxtı büdcəyə daxil olan gəlirlər:

- royaltı payı və sudan istifadəyə görə ödəmələr; - mineral-xammal bazasının artırılması üçün ayır-

maların (yığımların) payı; - torpaq vergisindən və kənd təsərrüfatı torpaqları-

nın icarəyə verilməsindən alınan gəlirlər; - şəhər və digər yaşayış məntəqələri torpaqlarının

icarəyə verilməsindən alınan vəsaitin müəyyən qismi;

Page 293: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

293

- ətraf mühiti çirkləndirməyə görə ödəmələrin payı (Rusiyada bu rəqəm 10 %, Azərbaycanda isə 100 % təş-kil edir).

Adətən, ətraf mühit və təbiətdən istifadə vaxtı döv-

lət büdcəsinə gəlirlərin məbləği ekoloji məqsədlərə yö-

nəldilən xərclərdən çoxdur. Məsələn, Rusiyada bu rə-

qəm 1995-ci ildə gəlir üçün 1,98%, xərclər isə 1,03%,

1996-cı ildə isə müvafiq olaraq 3,2% və 0,75% olmuş-

dur. Azərbaycanda isə bu rəqəm daha aşağıdır.

Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə-

lər iki hissədən ibarətdir:

1) normativlər daxilində istifadə hüququna görə;

2) normadan artıq istifadəyə görə.

Birinci hissə faktiki olaraq məhsul alıcılarının (is-

tehlakçıların) üzərinə düşür. Əgər bu ehtiyatlar daha sə-

mərəli istifadə edilərsə, istehsalçılar bu hissədə əlavə

gəlir əldə edə bilərlər. Ödəmələrin ikinci hissəsi isteh-

salçının gəliri hesabına örtülməlidir, çünki həmin məb-

ləğ buraxılan məhsulun maya dəyərinə salınmır.

Təbii ehtiyatların bərpasına (artırılmasına) və mü-

hafizəsinə görə ödəmələr məhsulun maya dəyərinə əlavə

edilir və xüsusi fondların mənbəyi olur. Rusiyada ilkin

mərhələdə nəzərdə tutulan üç fonddan (meşə, su və Ye-

rin təki) yalnız Yerin təki üzrə fond qalmışdır.

Bütövlükdə, qeyd etmək lazımdır ki, təbii ehtiyat-

lara görə ödəmələrin qiyməti (ölçüsü) xeyli aşağıdır.

Onların vaxtında indeksləşdirilməsi həyata keçirilməli,

dünya təcrübəsində ehtiyatlara qiymətqoyma meylləri

nəzərə alınmalıdır. Məsələn, cəriməyə görə ödəmə Rusi-

yada 5 % təşkil edir, ixracata gedən meşə materialı üçün

Page 294: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

294

bu rəqəm 40 %-dir. Gələcəkdə müxtəlif təbii ehtiyatlar-

dan istifadəyə görə ödəmələri onların tam iqtisadi qiy-

mətinə müvafiq olan səviyyəyə qədər mərhələlərlə hə-

yata keçirmək lazım gəlir. Belə halda ola bilsin ki, renta

iqtisadiyyatı ideyasını həyata keçirmək mümkün olsun.

Dövlət büdcəsinin gəlir hissəsi əsasən rentanın tam

həcmdə tutulması hesabına da formalaşa bilər.

4. Ətraf təbii mühiti çirkləndirməyə görə ödəmələr

və əsas prinsiplər

a) Ətraf mühiti çirkləndirməyə görə ödəmələr:

Ətraf mühiti çirkləndirməyə görə ödəmələr ekoloji

pozuntulara görə günahkarın maddi məsuliyyətinin artı-

rılması prinsipinə söykənir və zahiri səmərəyə görə bu

məsələ eyni zamanda milli və beynəlmiləl mahiyyət

kəsb edir. Bu ödəmələr məhsul istehsalını ümumi xərc-

lərin və ictimai xərclərin real qiymətinə yaxınlaşmasını

təmin edə bilər. Ətraf mühiti çirkləndirməyə görə ödə-

mələrin təyin edilmə tarixinin bir sıra mərhələləri vardır.

Birinci mərhələ, 1990-cı ildə 38 inzibati, siyasi bölgü ilə

(respublika muxtar vilayət), diyar, vilayət və s. iştirakı

ilə təcrübə həyata keçirildi. O vaxt çirklənməyə görə iki

metodik yanaşma təklif edildi:

1) zərər əsasında;

2) təbiəti mühafizə tədbirlərinə lazım olan zəruri

xərclərin məbləği qədər.

Yəni ödəmələr əvvəldən müəyyən edilmiş ekoloji

normativlərə nail olmaq üçün kifayət etməli idi. Ekspe-

riment göstərdi ki, təbiətdən istifadənin iqtisadi mexa-

Page 295: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

295

nizminin zəruri hüquqi əsası yaradılmalıdır. Deyilənlər

təbiəti mühafizə sahəsində qazanılmış müəyyən müsbət

nəticələrin ümumiləşməsinə şərait yaratdı. Eyni zaman-

da bir çox neqativ hallar da aşkar edildi. Xüsusən, aydın

oldu ki, əksər müəssisələr təbiəti mühafizə qanunlarına

riayət etməyə hazır deyillər. Bununla yanaşı, ətraf mühi-

tə dair dövlət statistikasında qeyri-təkmillik mövcud ol-

duğu aşkar edildi.

İkinci mərhələ 9 yanvar 1991-ci ildən başlayır. O

zaman Rusiyada, sonralar isə digər Respublikalarda hər

il üçün ətraf mühiti çirkləndirməyə görə ödəmə norma-

tivləri müəyyən olunmuşdur. Analoji normativlər Azər-

baycanda Respublika Nazirlər Kabinetinin 2 mart 1992-

ci il qərarı ilə təsdiq edildi. İki növ normativ müəyyən

edildi: həddi yol verilə bilən tullantıları (axıntıları) yer-

ləşdirməyə görə və həmin həddi aşmağa görə.

Ətraf mühitin çirkləndirilməsinə və təbii ehti-

yatlardan istifadəyə görə ödənişlər mövcud qanunve-

riciliyə görə aşağıdakılardan ibarətdir:

- ətraf mühitin çirkləndirilməsinə, istehsalat və

məişət tullantılarının yerləşdirilməsinə, habelə təbii re-

sursların istifadəyə görə ödənişlər qanunvericiliklə

müəyyən edilmiş qaydada və məbləğdə təbiətdən istifa-

dəçi olan müəssisələrdən, təşkilatlardan və vətəndaşlar-

dan alınır;

- ətraf mühitin müəyyən edilmiş limitlərdən artıq

çirkləndirilməsinə görə cərimələr qanunvericilikdə

müəyyən edilən qaydada və məbləğdə alınar.

b) Çiklənməyə görə ödəmə prinsipləri:

Ekoloji ziyana görə ödəmələr bazar tarazlığının

Page 296: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

296

reallıqlarına uyğun gəlir. Azərbaycan Respublikası Ver-

gi Məcəlləsinə uyğun olaraq vergi-dövlətin və bələdiy-

yələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi

ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin öz-

gəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli

büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən

məcburi, fərdi, əvəzsiz ödənişdir. Doğrudan da nəzəriy-

yədə hər şey məntiqli və sadə görünür. Ətraf mühiti

çirkləndirən müəssisələr təsərrüfat fəaliyyətlərini yaxşı-

laşdırmağa cəhd edərək bu üsulla çirklənmənin qarşısını

alaraq ödəmələrdən azad olunurlar. Ödəmənin miqdarı

müəssisənin ətraf mühitə vurduğu ziyanın illik həcminin

hesablanmış pulla ifadəsinə bərabərdir.

Çirkləndirməyə görə ödənilən haqq səlahiyyəti

dövlət orqanı tərəfindən həyata keçirilir. Çirklənməyə

görə alınan ödənişlər, büdcədənkənar ekoloji fondların

maliyyələşdirilməsinə yönəldilir. Azərbaycan Respub-

likasının vergi sistemində təbii sərvətlərdən istifadəyə,

ətraf mühitin çirklənməsinə görə müəssisələr vəsaitləri-

nin 10 faizini dövlət büdcəsinə köçürməlidirlər. Təəs-

süfki, həmin ödəmələr təbiəti mühafizə fəaliyyətinin

maliyyə əsası kimi qəbul olunan ekoloji fondların möh-

kəmləndirilməsinə əhəmiyyətli təsir göstərmir.

Müəssisənin ekoloji səmərəliliyi marağı olan daxi-

li və xarici tərəflər üçün daha mühüm əhəmiyyət kəsb

edir. Bununla belə ekoloji qanunvericiliyin tətbiqi təcrü-

bəsi göstərir ki, məhsul istehsalçıları öz müəssisələrində

istehsal proseslərinə və buraxdıqları məhsula ekoloji nə-

zarətin təmin olunması tədbirlərini könüllü həyata keçir-

mək istəmirlər. Çünki, ekoloji normalara riayət olunma-

Page 297: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

297

sı tənzimləyici qurğuların tikilməsi və ekoloji təmiz

məhsulların yeni texnologiya ilə buraxılması əlavə xərc-

lərlə müşayiət olunur.

Müəssisənin rəhbərləri tərəfindən ətraf mühitin

mühafizəsi zəruriliyinin dərk olunma amili çox zaman

müəssisənin kommersiya marağından həmişə üstün sa-

yılmır. Odur ki, bir çox ölkələrdə, o cümlədən Azərbay-

canda, müəssisələr ekoloji təhlükəsizlik normalarına ria-

yət olunmanı təmin etmək üçün ekoloji qanunvericiliyə

riayət etməyən istehsalçılara dövlət orqanları cərimə sis-

temləri tətbiq edirlər. Həmin ödəmələr isə su mənbələri-

nə və atmosferə zərərli maddələrin buraxılma normaları-

nı pozan müəssisələrə cəza tədbiri kimi əhəmiyyətsizdir.

Belə ki, təbiəti çirkləndirən müəssisələr üçün göstərilən

ödəmələr mövcud təmizləyici qurğuların modernləşdi-

rilməsi və ya yenilərinin tikilməsi ilə bağlı çəkiləcək

xərclərlə müqayisədə çox kiçikdir.

Bu sahədə baza normativ sənəd Azərbaycan Res-

publikası Nazirlər Kabinetinin “Təbii ehtiyatlara görə

ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atıl-

masına ödəmələrin tətbiqi və həmin ödənişlərdən gələn

vəsaitdən istifadə haqqında” qərarla təbiətə çirkləndirici

maddələrin axıdılması, tullanması və yerləşdirilməsinə

görə ödəmə normaları (hər il indeksasiya edilir) və onla-

rın tətbiqi qaydaları müəyyən olunur.

Çirkləndirməyə görə ödəmə metodikası aşağı-

dakı prinsiplər əsasında müəyyən edilir:

- təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi-

nin stimullaşdırılması;

- tullantının (axıntının) hər inqrediyenti üçün ödəmə;

Page 298: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

298

- vahid sahələrarası yanaşma;

- regional xüsusiyyətlərin nəzərə alınması (ekoloji

vəziyyət və ekoloji əhəmiyyət əmsallarının tətbiqi);

- ödəmə tutulmasının sadəliyi və rahatlığı.

Ödəmələr aşağıdakılara görə tutulur:

- stasionar (daimi) və səyyar mənbələrdən atmos-

fer havasına zərərli maddələrin atılmasına görə;

- zərərli maddələrin su obyektlərinə axıdılmasına

görə;

- bərk tullantıların yerləşdirilməsinə görə.

Həddi yol verilə bilən atılmalar və axıntılar müva-

fiq normativlər çərçivəsində tutulan ödəmələr buraxılan

məhsulun maya dəyərinə əlavə edilməlidir, toplanan pul

vəsaiti isə təbiətin bərpasına yönəldilməlidir. Təbiəti

mühafizə obyektlərinin yaradılmasına və onların istis-

marına yönəldilən cari xərclər də məhsulun maya dəyə-

rinə əlavə edilməlidir.

Ətraf mühiti çirkləndirməyə görə ödəmələrin

cəminə aşağıdakılar təsir göstərir:

1) çirkləndirici maddələrin atılmasının (axıdılma-

sının, yerləşdirilməsinin) ümumi kütləsi (çəkisi, həcmi);

2) çirkləndirici maddələrin aqressivlik (toksiklik)

üzrə strukturu;

3) normativ və limitlərə riayət edilməsi;

4) ehtiyat qoruyucu texnologiyadan istifadənin də-

rəcəsi (səviyyəsi);

5) həyata keçirilən təbiəti mühafizə tədbirlərinin

müddəti və həcmi;

6) fəaliyyət göstərən təbiəti mühafizə avadanlığı-

nın səmərəsi.

Page 299: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

299

Üçüncü mərhələ, artıq SSRİ-nin dağılmasından,

iqtisadi əlaqələrin qırılmasından və MDB ölkələrində

inflyasiyadan sonra başladı və ödəmələrin həcmi artırıl-

dı. Məsələn, Belarusiyada 350 dəfə, Rusiya və Ukrayna-

da 250-320 dəfə, Azərbaycanda 10 dəfə artırıldı. Sonra-

lar 1997-ci ildə bu artım 470 dəfə təklif edildi, lakin

ödəmələrin minimum əmək haqqı ilə ölçülməsi müəy-

yən çətinliklər yaratdığından məsələ təxirə salındı.

Ödəmə (Ö) aşağıdakı düsturla müəyyən edilir:

Burada, mi – zərərli maddənin atılması, ton.

B1 – ödəmə norması (regional əmsallarla birlikdə).

k – pulun dəyərdən düşməsinin (inflyasiya) in-

deksləşdirmə əmsalı.

Azərbaycanda Nazirlər Kabinetinin təsdiq etdiyi

ödəmə normativləri (mart 1992-ci il) atmosferə atılan

maddələr üçün nəzərdə tutulmuşdur. Suya atılan maddə-

lər üçün Azərbaycan Respublikası təbiəti mühafizə üzrə

müvafiq səlahiyyətli icra hakimiyyəti orqanları tərəfin-

dən təsdiq edilmişdir.

Səyyar mənbələrdən (avtomobillərdən) ətraf mü-

hitə atılan çirkləndirici maddələr işlədilən yanacağın

həcminə əsasən hesablanır. Bərk tullantıların yerləşdiril-

məsinə görə ödəmələr müəyyən edilmiş limitdən, tullan-

tıların toksiklik dərəcəsindən, miqdarından və yığılma

yerindən asılıdır. Tullantıların yerləşdirilməsinin baza

Page 300: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

300

normativləri tullantının vahid kütləsinin IV sinif toksik-

lik göstəricisinə və ödəmənin indeksasiya əmsalına hasi-

li kimi təyin edilir.

Təhlillər göstərir ki, zaman keçdikcə ətraf mühiti

çirkləndirməyə görə ödəmələr həvəsləndirmə üzrə və tə-

biəti mühafizəyə vəsait toplamaq sahəsində öz əsas

funksiyasını tamamilə yerinə yetirə bilmir. Belə ki, on-

lar indeksasiya aparılmadığından rəmzi xarakter alır.

Məsələn, 1995-ci ildə artım əmsalı Rusiyada 17, Azər-

baycanda 10 idi. 2001-ci ilin yanvarından bu əmsal 94

müəyyən edilmişdir, Azərbaycanda isə 2005-ci ilə kimi

manatın indeksasiyası aparılmadığından həmin əmsal

dəyişməmişdir. Halbuki, manatın qiymətdən düşməsi

davam edirdi. Bundan başqa ətraf mühitin çirklənməsi

haqqında məlumatlar hər zaman dürüst olmur, belə ki,

Azərbaycanda hələ də dəqiq ölçmə işləri həyata keçiril-

mir. Müəssisələrə çirklənmənin səviyyəsini azaltmaq

sərfəlidir. Lakin bunun üçün hələlik imkan yoxdur. Mo-

nitorinq də hələlik kifayət qədər geniş tətbiq edilmir.

Odur ki, əsasən seçmə ölçmələrdən, laboratoriya sınaq-

larından və xüsusi hesablama metodlarından (ilk növ-

bədə balans metodu) istifadə edilir. Tullantıların (axıntı-

ların) həcminin müəssisələr tərəfindən gizlədilməsi hal-

ları aşkar edilərsə, bunlar limitdən artıq hesab edilir və

belə halda artırıcı əmsaldan istifadə edilməsi lazım gəlir.

Əgər limit təyin edilməyibsə, onlar limitdən artıq hesab

edilir.

Hələ indiyə qədər neft və qazçıxarma sahəsində

atmosferə atılan karbohidrogenlərin və digər tullantıla-

rın miqdarı dəqiq təyin edilməmişdir. Neft tutumlarının

Page 301: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

301

səthindən nə qədər buxarlanma baş verdiyi müəyyən

edilməmişdir. Vaxtı ilə normativ itkilərin ətraf mühitə

atılmasını gizlədirdilər, halbuki, bu rəqəm 7-9% təşkil

edirdi. Eyni sözləri su obyektlərinə axıdılan çirkab sula-

rı haqqında da demək olar. Hazırda Azərbaycandakı 80-

dən çox şəhər və rayon mərkəzindən bütün kommunal-

məişət tullantı suları tamamilə təmizlənmir. Əslində, bu

axıntılar qəza hallarında ətraf mühitə axıdılan çirkab su-

larına bərabər tutulmalı və günahkarlara qarşı yüksəldici

əmsal (5-10 dəfə) tətbiq edilməlidir. Halbuki, qəza vaxtı

yaylım axıntılar (atılmalar) zamanı, ətraf mühitə, təsər-

rüfat obyektlərinə böyük zərər dəyir. Belə hallarda, mə-

sələn, Rusiyada iqtisadi sanksiyalar 25 dəfə artırılır.

Azərbaycanda isə həmin rəqəm 10-a bərabərdir.

Page 302: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

302

XIV FƏSİL.

ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN İQTİSADİ

TƏNZİMLƏMƏ SİSTEMLƏRİ

1. Ətraf mühit və təbii ehtiyatların mühafizəsi

fondlarının formalaşması mənbələri;

2. Dövlət ətraf mühiti mühafizə fondu;

3. Regional ətraf mühiti mühafizə fondları;

4. Müəssisələrin ətraf mühiti mühafizə fondları;

5. Təbiəti mühafizə fəaliyyətinin stimullaşdırılma-

sının iqtisadi sistemləri;

6. Vergi ödəmələrinin ekoloji meyarları;

7. Ətraf mühitin mühafizəsi sahəsində bank sis-

temləri.

1. Ətraf mühit və təbii ehtiyatların mühafizəsi

fondlarının formalaşması mənbələri

Ətraf mühitdən istifadənin ödənişli (pullu) sis-

temi ekoloji tədbirlərin maliyyələşdirilməsinin əsas

mənbəyidir. Təbii ehtiyatların istifadəyə, ətraf mühiti

çirkləndirməyə, tullantıların yerləşdirilməsinə görə ödə-

mələr sistemi, habelə onların tutulması və istifadəsi təbii

ehtiyatlar üzərində mülkiyyət münasibətləri ilə müəyyən

edilir.

Ətraf mühitdən səmərəli istifadə tədbirlərinin

əsas maliyyə mənbələri aşağıdakılardır:

- müəssisələrin şəxsi vəsaitləri;

- müxtəlif səviyyəli büdcələr;

- büdcədənkənar məqsədli fondlar - ehtiyatlar üzrə,

Page 303: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

303

ekoloji, sığorta fondları, habelə özəlləşdirmə prosesində

yaradılmış ekoloji fondlar;

- bank kreditləri, sponsor vəsaitləri, beynəlxalq

təşkilatların maliyyə köməyi;

- ianələr və s.

Məlumdur ki, müstəqilliyin ilk dövründə təbiəti

mühafizə tədbirlərinin büdcələrdən maliyyələşdirilməsi

mürəkkəb məsələlərdən birinə çevrilmişdi. Ekoloji məq-

sədlər üçün mərkəzi büdcədən demək olar ki, vəsait ay-

rılmır, şəxsi vəsaitlərin isə həcmi çox cüzi idi (0,2-

0,3%). SSRİ dövründə də, təbiəti mühafizəyə yönəldilən

vəsaitin həcmi milli gəlirin həddən çox az faizini təşkil

edirdi. Məsələn, bu rəqəm bütün ittifaq üzrə 0,8-1,2 %,

Pribaltika Respublikaları üzrə 1,5-1,7 %, Gürcüstan və

Ermənistan üzrə 0,7-1,0 %, Azərbaycan üzrə isə 0,3-

0,5% təşkil edirdi. Müqayisə üçün qeyd etmək lazımdır

ki, təbiəti mühafizə tədbirlərinə hər il ümumi daxili

məhsulun 2-3 %-i qədər vəsait lazımdır. Buna baxmaya-

raq, müəssisələr bu məqsədlə ayrılan vəsaitlərdən səmə-

rəli istifadə etmirlər. Təsadüfi deyil ki, yalnız büdcədən

maliyyələşdirilməli olan kommunal-məişət tullantıları

sularının təmizləyici qurğularının tikintisi 1994-cü ildə

dayandırılmışdır. Gəncədə (gücü 150 min.kub m/gün),

Şirvanda (45-50 min kub m), Sumqayıtda (290 min kub

m), Mingəçevirdə (140 min kub m), Masallıda (10 min

kub m), Ağdamda (10 min kub m) və s. 80-cı illərdən ti-

kilən təmizləyici qurğuların da tikintisi dayandırılmış-

dır. Bakıda 1972-ci ildən tikilən, layihə gücü 940 min

kub m olan təmizləyici qurğunun yalnız birinci növbəsi

(600 min kub m gücündə) 1990-cı ildə təhvil verilmiş-

Page 304: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

304

dir. Əksər şəhərlərdə, o cümlədən Bakıda kanalizasiya

xətlərinin tam olmaması üzündən fəaliyyət göstərən 20-

dən çox təmizləyici qurğu səmərəsiz işləyirlər. Həm də

onlar artıq amortizasiya müddətlərini çoxdan keçmişlər.

2. Dövlət ətraf mühiti mühafizə fondu

Ətraf mühitin mühafizə fondu MDB ölkələrinin

öncül dövləti olan Rusiya Federasiyasında 1994-1995-ci

illərdə ekoloji məqsədlər üçün ümumi daxili məhsulun

0,15 %-i qədər, 1996-1997-ci illərdə 0,1%, 1998-ci ildə

isə yalnız 0,07 % vəsait ayrılmışdı. Halbuki, sərvətlər və

çirklənməyə görə ödəmələrin miqdarı büdcə gəlirinin

5%-dən çoxunu təşkil edir. Rusiyada neft çıxarılması

hüququna görə verginin 40 %-i federal büdcəyə, 30 %-i

regional və 30 %-i yerli büdcəyə daxil olur. Lakin, hə-

min vəsaitlərdən istifadə barədə qanunvericilikdə heç nə

deyilmir. Mineral-xammal bazasının bərpası üçün müəs-

sisələrdən realizə edilən xammalın 2-10 %-ə qədər ödə-

mə tutulur. Həmin vəsait əslində yeni faydalı qazıntı ya-

taqlarının axtarış və kəşfiyyatına, habelə torpaqların re-

kultivasiyasına xərclənməlidir. Lakin, həmin məbləğ

başqa məqsədlərə sərf edilir. Azərbaycanda da bu sahə-

də problemlər vardır. Büdcəyə daxilolmalar kifayət qə-

dər olsada büdcədən ekoloji məqsədlər üçün tam səmə-

rəli istifadə edilmir. Elə hal olmuşdur ki, mərkəzi maliy-

yə orqanları təbiətdən səmərəli istifadə olunması məqsə-

dilə toplanmış və büdcədən kənar ekoloji fonda cəmlən-

miş, dövlət büdcəsinə heç bir aidiyyəti olmayan vəsait

1995-ci ildən dövlət büdcəsinə qatılır.

Page 305: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

305

Bununla da büdcədən kənar ekoloji fondlar haq-

qında qüvvədə olan qanun və qaydalar pozulur, həmin

vəsait isə digər məqsədlərə yönəldilir.

Ekoloji tədbirlərin həyata keçirilməsi isə xarici və

beynəlxalq təşkilatların və bankların ümidinə və ixtiya-

rına buraxılmışdır. Həmin mənbələrdən ayrılan maliyyə

vəsaitlərinin isə ümumi məbləğinin 50%-i təzədən ma-

liyyələşdirici təşkilatın və ya hər hansı sponsorun özünə

qayıdır.

Ətraf mühitin mühafizəsi üzrə fondlara aşağı-

dakılar daxildir:

- Ətraf mühitin mühafizəsi üzrə fondlar ətraf mühi-

tin mühafizəsində təxirəsalınmaz tədbirlərin, ona vuru-

lan zərərin aradan qaldırılmasının və kompensasiya ve-

rilməsinin, ətraf mühitin mühafizəsi sahəsində başqa

tədbirlərin maliyyələşdirilməsi üçün yaradılır;

- Ətraf mühitin mühafizəsi sahəsində qanunverici-

liklə müəyyən edilmiş qaydada dövlət və ictimai fondla-

rın yaradılmasına yönəldilir;

- Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu tə-

biətdən istifadəyə görə ödəmələr, ətraf mühitin mühafi-

zəsi haqqında qanunvericiliyin pozulmasına görə alınan

cərimələr, qanunvericilikdə müəyyən edilmiş qaydada

müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin və qey-

ri-qanuni əldə edilən məhsulların satışından daxil olan

vəsaitlər, könüllü ianələr, habelə Azərbaycan Respubli-

kasının qanunvericiliyinə zidd olmayan başqa daxilol-

malar hesabına təşkil edilir.

Azərbaycanda 1989-cu ildə büdcədənkənar xüsusi

təbiəti mühafizə fondu yaradılmış və onun formalaşması

Page 306: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

306

və istifadəsi haqqında qaydalar Respublika Nazirlər Ka-

bineti tərəfindən təsdiq edilmişdir.

Həmin fond əsasən, ətraf mühiti çirkləndirməyə və

tullantıların yerləşdirilməsinə görə ödəmələr və cərimə,

iddialardan gələn vəsait hesabına formalaşır.

Rusiyada analoji büdcədənkənar ekoloji fondların

10%-i federal büdcəyə, qalan 90%-i isə büdcədənkənar

fondlar sisteminə köçürülür və aşağıdakı kimi bölünür:

60%-i yerli büdcələrə (rayon, şəhər), 30%-i federasiya

subyektləri səviyyəsində paylanır. Bu fond vəsaitləri

məqsədyönlü olaraq təbiəti mühafizə obyektlərinin tikin-

tisinə, ekoloji təmiz texnologiyaların tətbiqinə, ekoloji

təhsilin inkişafına, elmi tədqiqat işlərinə xərclənməlidir.

3. Regional ətraf mühiti mühafizə fondları.

Hazırda bir çox ölkələrdə, aparıcı maliyyə mənbə-

yi kimi ekoloji fondlar fəaliyyət göstərir. Fondlar inves-

tisiyaların təbiəti mühafizəyə yönəldilməsinə kömək

göstərsə də, sonralar onların səmərəsi azaldı. Çünki nə-

zərdə tutulan ödəmələrin məbləği ilə faktiki daxil olan

vəsaitlərin arasında böyük fərq yarandı. Ödəmələrin

toplanması Rusiyada 50-60%, Azərbaycanda isə 10-

30% arasında dəyişir. Ödəmələrin indeksləşdirilməsi isə

Azərbaycanda 1992-ci ildən bəri, 22 il ərzində bir dəfə

də aparılmamışdır.

Ekoloji siyasətin həyata keçirilməsində ən əsas va-

sitələrdən biri dövlətlərarası, dövlət və regional ekoloji

proqramların hazrlanması və realizə edilməsidir. Proq-

ramların maliyyələşdirilməsi Azərbaycanda 1980-cı il-

Page 307: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

307

lərdə əsasən dövlət büdcəsindən, ittifaq və Respublika

tabeliyində olan nazirliklərin vəsaitləri hesabına yerinə

yetirildi. 90-cı illərdə ekoloji fondların yaranması ilə

proqramlar həmin fondlar hesabına həyata keçirilməli

idi. Lakin SSRİ-nin dağılması bu məsələni xeyli arxaya

atdı. 1995-ci ildən Dünya Bankının köməkliyi ilə işləni-

lən və 1997-ci ildə hazır olan “Milli fəaliyyət planı” isə

həm bankın, həm də donor ölkələrin və beynəlxalq

fondların vəsaiti ilə, üstün tədbirlər üçün, tender vasitə-

silə maliyyələşdirildi. 1992-ci ildə Rusiyada 150-dən

çox ekoloji təmayüllü proqram hazırlanırdı. Onlar əsa-

sən federal ekoloji fond vəsaiti hesabına yerinə yetiril-

məli idi. Lakin federasiya subyektləri 10%-lik paylarını

keçirmədiklərindən həmin proqramlar maliyyələşdiril-

mədi. Hətta müəyyən edilmişdir ki, ekoloji fondların və-

saitinin xərclənməsində xeyli pozuntular vardır. Vəsait-

lər başqa məqsədlərə xərclənir. Azərbaycanda da ekoloji

qeyri-büdcə fondunun hesabına bəzi mühafizə tədbiri

yerinə yetirilmişdir. Düzdür, həmin fonddan Bakı şəhər

icra hakimiyyətinə 90-cı illərdə yaşıllıqların bərpası

üçün müvafiq miqdarda vəsait keçirilmişdir. Lakin hə-

min vəsaitlərin xərclənməsi barədə Ekologiya və Təbii

Sərvətlər Nazirliyi heç bir hesabat təqdim edilməmişdir.

Bakı şəhər kommunal təsərrüfat idarəsinə isə həmin

fonda daxil olacaq vəsaitdən maliyyə köməyi göstəril-

mişdir. Lakin həmin fonddan ümumi maliyyə qaydaları-

na müvafiq təbiəti mühafizə tədbiri yerinə yetirilməmiş-

dir. Bunun əsas səbəblərindən biri də odur ki, həmin

fondun qanunla nəzərdə tutulmuş idarə heyəti olmamış,

hər hansı bir tədbirlər planı hazırlanmamışdır.

Page 308: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

308

Yuxarıdakılardan əlavə, texnika, texnologiyanın

qeyri-təkmilliyi, qəzaların ehtimalı çox olduğundan, ha-

belə təbii iqlim şəraitinin xüsusiyyətlərindən asılı ola-

raq, yeni xüsusi bir fondun-ekoloji təhlükəsizlik fondu-

nun, yaxud sığorta fondunun təşkil edilməsi zərurəti

meydana çıxır. Bununla əlaqədar olaraq Azərbaycanda

yerli fondlardan istifadə etməklə (5%-dən az olmamaq

şərtilə) xüsusi fond yaradıla bilər.

4. Müəssisələrin ətraf mühiti mühafizə fondları

Ekoloji özəlləşdirmə fondu özəlləşdirilən obyekt-

lərdə təbiəti mühafizə amillərinin nəzərə alınması və

ekoloji ekspertiza aparılması sayəsində yaradılır. Həmin

fondun formalaşma mənbələri aşağıdakılardır:

- müəssisənin yeni sahibinin ona əvəzsiz verilən

təbiəti mühafizə obyektlərinin qiyməti;

- müəssisə balansında olan təbiəti mühafizə ob-

yektləri üzrə amortizasiya ayırmaları;

- məqsədli faizsiz kreditlərin vəsaitləri;

- təbiəti mühafizə ehtiyaclarına nəzərdə tutulan

məqsədli maliyyə vəsaitləri. Ekoloji fondlara daxil olan vəsaitlərin daha da sə-

mərəli formalarının axtarışı bir vaxtlar bir sıra regionlar-da ekoloji bankların (ekobanklar) yaranmasına səbəb ol-du. Belə banklar Saratovda, Bakıda, Permdə və başqa şəhərlərdə fəaliyyət göstərirdi. Bütövlükdə, ödəmələrin və xüsusi fondların vəsaitlərinin istifadəsinin təhlili gös-tərir ki, təbiəti mühafizə tədbirlərinin maliyyələşdirmə məbləği, ümumiyyətlə, ekoloji vəziyyəti sabitləşdirmək

Page 309: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

309

üçün kifayət deyildir. Əksər hallarda, tətbiq edilən ödə-mələr rəmzi xarakter daşıyır və heç də öz vəzifələrini yerinə yetirmirdi. Bir sıra ölkələrdə ekoloji fondlardan təbiəti mühafizə istiqamətli obyektlərin tikintisinə təx-minən 25% vəsait xərclənirdi.

Rusiyada, eləcə də Azərbaycanın xalq təsərrüfatın-da gəlirin 90%-i təbii-ehtiyatın sahələri hesabına əldə edilirdi. Bu gəlirin həmin səviyyədə qalması və artması üçün onun müəyyən hissəsi təbii ehtiyatların bərpasına, artırılmasına və təbiəti mühafizəyə yönəldilməlidir. Ha-zırda təbiəti mühafizə fəaliyyətinin maliyyələşdirilmə-sində müəyyən işlər görülsə də onu qənaətbəxş hesab et-mək olmaz. Belə ki, həmin maliyyələşdirmənin həcmi ümumi daxili məhsulun 1%-dən azdır. Ancaq ətraf mü-hitə dəyən zərərin həcmi, məsələn, Rusiyada ümumi da-xili məhsulun 8%-ni, Azərbaycanda isə 10-15%-ni təş-kil edir. Bütün dünyada təbiəti mühafizə xərcləri iri kompaniyalar və firmalar tərəfindən artırılsa da, dövlət-lərin payı bu maliyyələşdirmədə yüksək olmalıdır və bir çox ölkələrdə yüksəkdir (35-90%).

5. Təbiəti mühafizə fəaliyyətinin

stimullaşdırılmasının iqtisadi sistemləri

Təbiəti mühafizə sahəsində stimullaşdırmanın mexanizmlərini 2 qrupa bölmək olar:

- bütün təsərrüfat sahələrini əhatə edən mexanizm-lər – makro səviyyə;

- xüsusi mexanizmlər – bilavasitə ətraf mühitin mü-hafizəsi ilə bağlı olan iqtisadi mexanizmlər.

Təbiətdən istifadənin iqtisadi mexanizmləri 3 qrupa ayrılır:

Page 310: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

310

1. Kompensasiya mexanizmləri – bu mexanizm-

lər iqtisadi inkişaf üçün ən ümumi məhdudiyyət həddi

qoyur. Bu üsullar demək olar ki, iqtisadi inkişafa mane

olmur. İqtisadi mexanizmlərin bu qrupu əsasən neqativ

ekoloji nəticələrin aradan qaldırılmasına yönəlir və onu

yaradan səbəblər əslində araşdırılmır. Ətraf mühitdən is-

tifadənin bu qrupu iqtisadiyyatın inkişafının texnogen ti-

pinə aiddir;

2. Ekoloji balanslaşdırılmış və təbiəti mühafizə

fəaliyyətinin inkişafını stimullaşdıran mexanizmlər.

Bu mexanizmlərin əsasını bazar münasibətləri təşkil

edir. Onlar təbii ehtiyatların mühafizəsinə yeni texnolo-

giyanın tətbiqi vasitəsilə şərait yaradır. Nəzəri cəhətdən

bu qrup zəif davamlı inkişaf üçün səciyyəvidir;

3. Sərt mexanizmlər. Bu mexanizmlər həm inzi-

bati, həm də bazar mexanizmlərini əhatə edir. Bunlara

aiddir: sərt vergi – kredit mexanizmləri, təbii ehtiyatla-

rın istifadəsini genişləndirən üsullar- cərimə siyasəti.

Reallıqda bu cür mexanizmlər ayrıca demək olar ki, ol-

mur. Çox vaxt bunları birləşdirmək lazımdır. Bu isə

konkret ərazi və texnologiyadan asılıdır.

Qəbul edilmiş bir çox qanunlar və normativ sə-

nədlərdə hələ uzlaşmalar yoxdur, vergiqoyma və digər

sahələrdə təbiəti mühafizə tələblərinə riayət edilmir, ət-

raf mühitdən istifadə edənlərə qarşı bazar təsirinin

strukturu hazırlanmamışdır, mənzil-kommunal təsərrü-

fatı üzrə baş verən bütün neqativ elementlər, sənaye və

məişət sularının qarışıq axıdılması təmizləyici qurğula-

rın tikintisinin bir çox halda özbaşına buraxılması, şə-

hər kanalizasiya xətlərinin qeyri kafiliyi və s. ekoloji və

Page 311: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

311

iqtisadi həvəsləndirmənin qarşısında bir sədd kimi dur-

maqdadır. Bir çox ölkələrdə praktikada ən geniş istifadə

olunan ehtiyatlara görə ödəmələr sistemi, əsas təsiredici

amil olmasına baxmayaraq, Azərbaycanda özünə məx-

sus yer tutmamışdır. Dolayısı təmizləyicilər sistemi, de-

mək olar ki, yoxdur. Dolayısı metodlar təbiət istifadəçi-

lərinin əmlak mənafelərinə toxunur və bu təbiəti müha-

fizə tədbirlərinin faydalı olmasını onların yadına salır.

Təbiəti mühafizə fəaliyyətində əməli əhəmiyyət kəsb

edən həvəsləndirici amil dövlətin vergi siyasəti olmalı-

dır. Bu siyasət həm pozitiv həm də neqativ həvəsləndir-

məni özündə əks etdirə bilər. Bu qanunvericilikdə həm

güzəştli vergilərdə və vergi ödəməkdən azadetmədə, ha-

belə ekoloji təhlükəli məhsul üçün xüsusi vergilərin tət-

biqində öz əksini tapır. Rusiya Federasiyasında, əgər

müəssisə təbiəti mühafizə tədbirlərinə öz gəlirindən və-

sait ayırırsa, buna görə gəlirin vergiyə məruz qalan

məbləği 30% azaldılar.

Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun

vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir:

- elmi tədqiqat işlərinə, ehtiyat qənaətedici və eko-

loji təmiz texnologiyalarının tətbiqinə;

- təbiətdən istifadəçilər tərəfindən həyata keçirilən

təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən

qurulmasının maliyyələşdirilməsinə;

- ətraf mühitin çirklənməsi nəticəsində dəymiş zi-

yanın bərpası sahəsində həyata keçirilən tədbirlərə;

- çirklənmə və başqa mənfi təsirlər nəticəsində və-

təndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərə-

rin bərpasına görə onlara müəyyən edilmiş kompensasi-

Page 312: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

312

yanın verilməsinə;

- ətraf mühitin pozulmuş ekoloji tarazlığının bər-

pasına, proqram, layihələrin, normativ-metodiki sənəd-

lərin işlənməsinə və həyata keçirilməsinə;

- ekoloji tərbiyə və təhsilə;

- xüsusi mühafizə olunan təbiət ərazilərinin müha-

fizəsinə;

- nadir və nəsli kəsilməkdə olan fauna və flora

növlərinin mühafizəsinə və bərpasına;

- ətraf mühitin mühafizəsi sahəsində dövlət orqan-

larının maddi-texniki bazasının yaradılmasına və inkişa-

fına;

- ətraf mühitin dövlət monitorinqinin təşkili və ke-

çirilməsinə;

- ətraf mühitin mühafizəsi sahəsində çalışan mütə-

xəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi

stimullaşdırılmasına.

6. Vergi ödəmələrinin ekoloji meyarları

Ətraf mühitin çirkləndirilməsi həddinin təmin edil-məsi və nizamlanmasının geniş istifadə edilən və səmə-rəli üsullarından biri də vergilər hesab edilir. Ekoloji

(çox hallarda onları “yaşıl” adlandırırlar) vergilər ən

azı iki məsələni həll etməlidir: Birinci elə etmək lazımdır ki, məhsulun dəyəri

xərclərin kəmiyyətinə, o cümlədən təbii ehtiyatların də-yəri və ətraf mühitə vurulan ziyanın kəmiyyətinə uyğun olsun;

İkinci, ekoloji ziyanın, bütün cəmiyyət tərəfindən

Page 313: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

313

deyil, ziyan vuranın özü tərəfindən ödənilməsinə nail ol-maq lazımdır.

Bir sıra hallarda ümumiyyətlə vergi qoymamaq mümkündür. Məsələn, ekoloji fondlar vergilərdən azad olunurlar. Bu siyasəti müxtəlif tullantıların ikinci dəfə emal olunmasından müəssisənin götürdüyü gəlirlər, tə-biətin mühafizəsinə təşkilatların və əhalinin könüllü ödəmələri, xarici və Azərbaycan qrantları üçün də həya-ta keçirmək məqsədə uyğundur.

Ekologiyaya yönəldilmiş vergi sistemində 4 as-

pekti ayırmaq olar: sahə, texnologiya, region və məhsul üzrə. İqtisadiyatın dayanıqlı inkişafı, onun eko-loji təhlükəsizliyi səviyyəsinin artması baxımından, ver-gi sistemi təbiət-məhsul zəncirinin başlanğıcında duran təbiəti-istismar sahə və sektorlara vergilərin artırılması-nı nəzərdə tutmalıdır. Bu halda vergilər ekoloji cəhətdən təhlükəli və resurs tutumu fəaliyyətləri sıxışdıran və ya-xud bu fəaliyyəti ekoloji balanslaşdırılmış hala yönəldi-ci rolunu oynaya bilərlər.

Öz növbəsində, təbiət-məhsul zəncirinin axırına ya-xın yerləşən emaledici və xidmət sahələrinə onların inki-şafını həvəsləndirən aşağı səviyyədə vergilər qoyulmalı-dır. Bu cür vergi sistemi ətraf mühitdən istifadənin iqtisa-di mexanizmlərinin həvəsləndirici və sərt tiplərinə xasdır.

Bütövlükdə, vergi sisteminin təkmilləşdirilməsi dedikdə vergilərin təbii-ehtiyat payının əhəmiyyətli də-rəcədə yüksəldilməsi istiqamətini ayrıca qeyd etmək olar. Müasir vergi sistemləri dünyada və o cümlədən Azərbaycanda əsasən, əhalidən, gəlirdən əlavə dəyərdən və s. vergilərin tutulmasından ibarətdir. Ətraf mühitdən istifadəyə görə vergilər ən yaxşı halda büdcənin gəlir

Page 314: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

314

hissəsinin bir neçə faizini təşkil edir. Bununla təbiətin istismar edilməsi ilə bağlı fəaliyyət həvəsləndirilir. Ver-gilərin ümumi məbləğinin saxlanması şərtilə, onun qu-ruluşunda ətraf mühitdən istifadə ilə əlaqədar, hər şey-dən əvvəl təbii ehtiyatlardan istifadə hüququ üçün (“ya-şıl vergilər”) vergilərin xüsusi çəkisinin artırılması yolu ilə nisbətin dəyişdirilməsi məqsədə uyğun olardı. Bu isə öz növbəsində müəssisələrin ətraf mühitə təsir səviy-yəsini nəzərə almağa, ekoloji təhlükənin və iqtisadiyya-tın resurs tutumunun aşağı salınmasına maraq yaratma-ğa imkan verər.

Xarici amillərin təsiri nəticəsində əmələ gələn yan-lışlıq şəxsi xərclərlə ictimai xərclərin düz gəlməməsin-dən baş verir. İngilis alimi A.Pigou (1920) sübut edirdi ki, vergi tutulması yolu ilə (və ya dotasiyaların müsbət xarici effektləri olduğu təqdirdə) şəxsi və ictimai xərclə-rin fərqi miqdarında allokasiya səmərəliliyi bərpa edilə bilər. Əvvəlki qiymətin və verginin cəmi ictimai xərclə-rə uyğun gəlir, vəsaitlərin səmərəli istifadəsi üçün zəmin bərpa olunur. Belə vergi növü Pigou vergisi adlanır. Bu verginin tutulması ona gətirir ki, ekoloji qanun pozanlar öz şəxsi maraqlarından çıxış edərək ətraf mühitin çirk-ləndirməsinin səviyyəsini azaldırlar ki, ekoloji ziyanın qarşısının alınması xərcləri vergi normasından aşağı ol-sun. Bu halda qanun pozanlar hansı iqtisadi metodun yararlı olduğunu özləri seçirlər. Əgər vergi tarifi, ətraf mühitin qorunmasına çəkilən əlavə xərclər, ətraf mühi-tin qorunmasından qənaət olunan xərclərə bərabər olan qayda ilə seçilərsə, onda ətraf mühitin qorunmasının ic-timai optimal ölçüsünə nail olunur. Nail olunmuş allo-kasiya birinci göstərilmiş mənasında səmərəli olur

Page 315: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

315

(məhsulun texnologiya və son istehlakçı ilə əlaqəsi). Bu sadə nəticə əhəmiyyətli məna kəsb edir. O gös-

tərir ki, heç olmazsa nəzəriyyədə bazar mexanizminin durğunluğunu vergi tutulmasından əmələ gələn xarici səmərələrin hesabına aşmaq olar. Buna baxmayaraq bu təklifin praktiki tətbiqində xeyli problemlər yaranır. Vergi sisteminin optimal formalaşması üçün ətraf mühi-tin müxtəlif növ və müxtəlif ölçüdə çirklənməsi nəticə-sində əmələ gələn ziyan və bu ziyanın qarşısının alınma-sının bütün xərclərini bilmək lazımdır. Belə halda isteh-salat texnologiyaları və ekoloji ziyanın qarşısının alın-ması, ətraf mühitin keyfiyyətinin cəmiyyət üzvləri ara-sında qiymətləndirilməsi, həmçinin təsərrüfat fəaliyyəti-nin texniki və təbii əlaqələri, zərərli maddələrin atılması və ətraf mühitin çirklənməsi haqqında məlumatı tapmaq və təhlil etmək lazımdır. (bazar iqtisadiyyatının planlı təsərrüfatdan üstünlüyü ondadır ki, ona bazar iqtisadiy-yatı yaxşı işlədiyi müddətdə bölgü haqqında qərar qəbul edilməsi məlumatı lazım deyil). Alınan nəticələri ekolo-ji siyasətin alətlərinin təkmilləşdirilməsində istifadə et-mək lazımdır.

Ətraf mühitin çirklənməsində olan xərclər ekoloji vergi modelinin yenidən qurulmasını göstərir. Onların praktikada tətbiq olunması bir sıra məsələlərin həlli ilə bağlıdır:

- birincisi, bütün zərərli maddələrin tullantılarının nəzarət sisteminin qurulması tələb olunur. Bəzi hesaba alınmayan çirkləndiricilər verginin azalmasına gətirib çıxarır;

- ikincisi, vergi hesablamaları üçün normativ meto-dik bazaların hazırlanması tələb olunur;

Page 316: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

316

- üçüncüsü, vergi tarifi elə olmalıdır ki, müəssisə üçün tullantıları azaltmaq vəsait ödəməkdən daha sərfəli olsun. Buna yalnız vergi tarifinin çirklənmə səviyyəsi-nin azaldılmasına çəkilən xərclərdən artıq olduğu halda nail olmaq olar.

Bunu hər müəssisə üçün etmək lazımdır, çünki on-ların nail olduqları tullantı səviyyələri və onların azal-masına olan xüsusi xərcləri müxtəlifdir. Bundan başqa hər bir müəssisə üçün və hər növ çirklənmə üçün mün-təzəm və mərhələli vergi tarifinin yenidən baxılması sis-temi nəzərə alınmalıdır. Bu müəyyən qanunauyğunluğa tabe olan çirkləndiricilərin və çirklənmənin dinamik xərclərinin spesifik azalması ilə bağlı olub, tullantıların yüksək dərəcədə aradan qaldırılmasında nail olunmuş xərclərin artması ilə səciyyələndirilir.

Ekoloji vergilər həm ekoloji balanslaşdırılmış is-tehsalın və fəaliyyət növlərinin inkişafı üçün, həm də tə-biət tutumlu fəaliyyətin qarşısını almaq üçün stimullaş-dırıcı rolu yerinə yetirə bilər. Burada dövlət vergi vasi-təsilə qiymətə təsir etməklə ilkin başlanğıca təkan verir, bütün qalanlarını isə ideyaya görə, bazar mexanizmləri həll etməlidir. Yəni istehsalçının və istehlakçının davra-nışı, məhsul, onun ekolojilik dərəcəsindən asılı olaraq tələblərə və təkliflərə təsir etməlidir.

1. Ümumi halda istehsalçılar üçün vergi güzəştləri təbiət qoruyucu tədbirlərin aparılması və fəaliyyət növ-lərinin ekolojiliyi səviyyələri nəzərə alınmaqla müəyyən edilməlidir. Təbiət qoruyucu fəaliyyət səmərəli həyata keçirildikdə mənfəətdən vergi tutulmalarını azaltmaq məqsədəuyğundur. Buna misal olaraq, təbiəti mühafizə məqsədilə müəssisəyə qoyulan investisiyanın miqdarı

Page 317: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

317

qədər mənfəətdən verginin tutulmasını ixtisar etmək olar. Bəzi hallarda vergilər tutulmaya da bilərlər. Məsə-lən, ekoloji fondların vergidən azad olması. Bu cür siya-səti habelə müəssisələrin müxtəlif növ təkrar xammal eh-tiyatları və tullantıların utiləşdirilməsindən alınan gəlirlər üçün və təbiəti mühafizə məqsədlərinə görə verilmiş Res-publika və xarici qrantlar üçün aparmaq lazımdır;

2. Ekologiyaya yönəldilmiş vergilər sistemində dörd: sahə, texnoloji, ərazi və məhsul-istiqamətlərini ayırmaq olar. Öz növbəsində “təbiət-məhsul” xəttinin sonunun yaxınlığında olan emaledici, xidmətedici və infrastruktur sahələrinin inkişafını stimullaşdırmaq üçün onlardan azaldılmış vergilər tutulmalıdır. Azaldılmış vergilər ehtiyat qoruyucu və aztullantılı texnologiyalara tətbiq edilməlidir. Texnogen və təbiəttutumlu istehsallar və texnologiyalara yüksəldilmiş vergilər qoyulmalıdır. Vergi güzəştləri təbiəti mühafizə edən və ekoloji ava-danlıqlar, materiallar istehsal edən və ekoloji xidmətlər göstərən (təbiəti mühafizə obyektləri tikən və rekonst-ruksiya edən) dövlət və özəl təşkilatlar və müəssisələrə şamil edilməlidir;

3. Bütün vergi sisteminin təkmilləşdirilməsi haq-qında söhbət gedərkən, vergidə təbii ehtiyatların payının əhəmiyyətli artırılması istiqamətini ayırmaq lazımdır. Bu hər şeydən əvvəl təbii resursların istifadə edilməsi hüququna görə ödəmələrə və ekoloji vergilərə aid edil-məlidir. Bu ətraf mühitə təsirlərin daha adekvat qiymət-ləndirilməsi, iqtisadiyyatın təbiət tutumluğunun azaldıl-ması üçün stimul yaradır.

Bu vergilər və ödəmə alətləri istehsalçıların həvəs-ləndirmə vasitələri ilə istehsalın səmərəliliyinə təsir

Page 318: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

318

edən və cəmiyyətin mənafeyini qoruyan düzgün ekoloji balanslaşdırılmış davranışın yaranması üçün vacibdir. Azərbaycan Respublikasının Qanunlarına müvafiq ola-raq təbiəti mühafizə fəaliyyətinin iqtisadi mexanizmi

aşağıdakı alətlər sistemini özündə birləşdirir: - vergi sistemi; - subsidiyalar və güzəştli vergilər; - təbiəti mühafizə təyinatlı fondların surətli amorti-

zasiyası; - çirkləndirməyə görə hüquqların verilməsi (lisen-

ziyalaşdırma); - “girovqoyma-qaytarma” prinsiplərinin istifadə

edilməsi; - cərimələr; - çirkləndirməyə və tullantıların yerləşdirilməsinə

görə ödəmələr. Dünya ölkələrində bu istiqamətlərin çoxunun tətbi-

qi artıq özünün ekoloji səmərəliliyini göstərmişdir.

7. Ətraf mühitin mühafizəsi sahəsində bank sistemləri

Ekoloji bankların formalaşması və inkişafı aşa-ğıdakılara istiqamətləndirilmişdir:

- ekologiya və ekoloji bizneslə əlaqədar sahibkarlı-ğın inkişafına;

- ekologiya üzrə sahə və kompleks proqramların işlənməsi və investisiyalar yönəldilməsinə;

- qanunvericilik daxilində ekoloji problemlərin kreditləşdirilməsinə, pul vəsaitlərinin mərkəzləşdirilmə-sinə, istifadəsinə;

Page 319: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

319

- hüquqi və fiziki şəxslərin ekologiya və ətraf mü-hitin mühafizəsi ilə əlaqədar pul əməliyyatlarının aparıl-masına;

- ekoloji sığortanın inkişafı və dəstəklənməsinə və s. Banklar vasitəsilə ekoloji problemlərin kredit-

ləşməsinə vəsait ayrılır: 1. ekoloji təhlükəsiz texnologiyaların işlənməsi və

tətbiqinə; 2. tullantısız məhsullar istehsalı və emalı üçün; 3. xammalın təkrar emalı və istifadəsi üçün; 4. ekoloji problemlərin həlli məqsədilə birgə müəs-

sisələrin yaradılması üçün və s. Almaniyada ekoloji banklar fəaliyyət göstərir. Al-

manların çox hissəsi bu banka əmanətlərini qoyurlar. (150 min müştərisi var) Bank ekoloji məsələləri (müəs-sisələri) kreditləşdirir. Ukraynada 1993-cü ildə “Nadra” Bankı ətraf mühitin mühafizəsi və ekoloji proqramları maliyyələşdirmək üçün yaradılmışdır. Bankın köməyi ilə “Yaşıl ofis” ekoloji proqramı hazırlanmış və maliy-yələşdirilmişdir. Bu proqram çərçivəsində informasiya kompaniyası aparılmış və ətraf mühitin, ehtiyatlardan səmərəli istifadə edilməsi həyata keçirilir.

İqlim dəyişikliyi ilə əlaqədar problemlərlə Beynəl-xalq Bank 2010-cu ildən öz strategiyasında əsas diqqəti buna yönəltmişdir. 2011-ci ildə Dünya Bankı ətraf mü-hitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə-yə dair 37 layihə təsdiq edib. Bu layihələrə 1,7 milyon dollar həcmində vəsait ayırmışdır. Meksikada atmosferə zəhərli atqıların azaldılması üçün layihəyə 401 milyon dollar vəsait ayrılmışdır.

Ətraf mühitin mühafizəsi ilə əlaqədar Dünya Ban-

Page 320: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

320

kı yeni ekoloji strategiya hazırlamaqla dünyada meşə, dəniz və yer səthində bioloji müxtəlifliyin saxlanılması üçün maliyyə dəstəyi göstərir. Ətraf mühitin Beynəlxalq Mühafizə İttifaqı, Dünya Bankı, Qlobal Ekoloji Fond “Görünənləri qoruyun” təşəbbüsü ətraf mühit və ekolo-giyanın qorunmasına istiqamətləndirilib. Ekosistemin mühafizəsində 1,5 min təşkilat iştirak edir.

İqlim dəyişikliyi ilə əlaqədar tədbirlərə dair 30 ekoloji strateji sənəd 2010-cu ildə Dünya Bankının diq-qət yetirdiyi rəsmi materialdır. İqlim dəyişikliyi ilə əla-qədar, atmosferə tullantıların azaldılması, su hövzələri və torpağın çirkləndirilməsi məsələlərinə diqqət artırılır. Latın Amerikası və Karib körfəzində ətraf mühitin mü-hafizəsi ilə bağlı tədbirlər 180 layihə üçün 2009 və 2010-cu illərdə 7,7 mld dollar məbləğində vəsait ayrıl-mışdır. İqlim dəyişiklikləri problemləri ilə əlaqədar 45 ölkədə atmosferin mühafizəsi üçün investisiya fondu ya-radılmış və 2010-cu ildə Əməkdaşlığın inkişafı üçün 100 milyon dollar həcmində vəsait müəyyən edilmişdir.

Ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin saxlanılması və ekologiyanın qorunması üçün Dünya Bankının iştirakı ilə 20 ildə Ekologiyanın Qloballaşma Fondu tərəfindən 700-dən çox layihənin dəstəklənməsi-nə 4,5 milyard manat vəsait yönəldilmişdir.

Page 321: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

321

XV FƏSİL.

ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN

İQTİSADİYYATINDA EKOLOJİ SIĞORTA

SİSTEMİ, MENECMENT, İNFORMASİYA VƏ

TƏHSİL, BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

1. Ətraf mühitdən истифадянин игтисадиййатында сы-ьортанын тяйини, нювляри вя обйектляри;

2. Ətraf mühitdən истифадянин игтисадиййатында менеъмент;

3. Ятраф мцщитин мцщафизяси сащясиндя информа-сийа вя информатика;

4. Ятраф мцщитин мцщафизяси сащясиндя мядяний-йят вя тящсил;

5. Ekoloji problemlərin həllində beynəlxalq əmək-

daşlıq.

1. Ətraf mühitdən истифадянин игтисадиййатында

сыьортанын тяйини, нювляри вя обйектляри

Ekoloji fəlakətlərin sayı ildən-ilə artır və müva-

fiq olaraq iqtisadi ziyanın həcmi də artmaqdadır. Fə-

lakətlərin nəticələrinin ləğv edilməsi hiss ediləcək də-

rəcədə maliyyə vəsaiti tələb edir. Yüksək risk şəraitin-

də həmin ziyanın azaldılması üçün zəmanət lazımdır.

Bu zaman əsas rolu ekoloji sığorta oynamalıdır. Ekoloji

sığorta hüquqi şəxslərin, vətəndaşların gərgin ekoloji

vəziyyəti şəraitində yarıtmaz nəticələrin aradan qaldırıl-

masında əmlak mənafelərini qorumaq və seçmə tədbir-

lərin həyata keçirilməsini təmin etməlidir. Gözlənilməz

Page 322: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

322

çirklənmə hallarının payı ümumi halların 30%-dən çoxu-

nu təşkil edir.

Ekoloji sığorta sığortalamanın elə bir xüsusi kate-

qoriyasıdır (növüdür) ki, sığorta edən təşkilat sığorta

olunan obyektə çirklənmə nəticəsində gözlənilmədən

dəyən ziyanın əvəzini qismən və tamamilə ödəyir. Eko-

loji sığorta bütün tərəflərin maraqlarını özündə əks

etdirir. Onlar aşağıdakılardır:

- sığorta edənlərin fəaliyyəti vasitəsilə bütün əhali-

nin maraqlarını təmsil edən dövlətin fəaliyyəti;

- üçüncü şəxs adlandırılan tərəflərin (fiziki və hüqu-

qi) maraqlarının gözlənilməz qəzadan zərər çəkmələri;

- müəssisələrin özlərinin (sığorta olunanların) yəni,

təbiət istifadəçiləri, onların tərəfindən və günahları uc-

batından çirklənmə baş verməsi.

Bu prosesdə əhalinin və dövlətin maraqlarını sığor-

ta edən-sığorta təşkilatı lisenziya əsasında təmsil edir.

Ekoloji sığorta üçüncü tərəfin zərərini ödəmək

üçün məcburi sığorta olunan (çirkləndirən) tərəfin mara-

ğını ödəmək üçün könüllü həyata keçirilir.

Ekoloji sığortanın məqsədi qəza qəsdən olmayan

çirkləndirmənin kompensasiya edilməsinə zəmanət tə-

minatı verir və əlavə maliyyə mənbəyi kimi vəsaitin

toplanmasına şərait yaradır. Beləliklə, ödənişli ətraf mü-

hitdən istifadə sistemi ilə ekoloji sığorta arasında hansı-

sa qarşılıqlı əlaqə mövcud olur.

Ekoloji sığorta “Ətraf mühitin mühafizəsi haq-

qında” Azərbaycan Respublikasının müvafiq qanu-

nunda təsbit edilmişdir. 2002-ci ildə “Məcburi sığorta

haqqında qanun” qəbul edilmişdir. Rusiyada könüllü sı-

Page 323: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

323

ğorta haqqında hələ 1992-ci ildə nümunəvi əsasnamə

təsdiq edilmiş, qaydalar hazırlanmış və 1994-cü ildə bir

sıra regionlarda eksperiment aparılmışdır.

Ekoloji sığortanın başlıca mahiyyəti ondan ibarət-

dir ki, əsas prinsipə daxildir; üçüncü şəxslərin ziyanının

maksimum qarşısının alınması; sığorta olunanın iqtisadi

marağının, şəxsi ehtiyatların qorunub saxlanmasının ki-

mi təmin edilməsi və gələcəkdə fəaliyyət göstərməsinə;

sığorta edənin sığorta kompensasiyasını minimuma en-

dirilməsi, yaranmış maliyyə ehtiyatlarını təbiəti mühafi-

zə tədbirlərinə yönəltmək prinsipinə riayət olunması.

Sığorta kompaniyası sığortanın könüllü növü üzrə,

qəfildən, qeyri-qəsd və gözlənilmədən çirklənmə nəti-

cəsində üçüncü şəxslərə dəyəcək ziyandan mülki (əm-

lak) mühafizənin sığortasını təmin edir. Sığortanın ob-

yekti mülki məsuliyyətin riskidir. Həmin risk fiziki

və hüquqi şəxslər tərəfindən mülki qanunvericilik nor-

malarına müvafiq olaraq sığorta olunana elan edilən

əmlak iddiasıdır.

Ekoloji sığorta sisteminin əsas göstəriciləri aşa-

ğıdakılardır:

- sığorta riski;

- sığorta məbləği;

- sığorta haqqı;

- sığorta tarifləri. Ekoloji risk sığorta hadisəsinin və ya itkisinin baş-

vermə ehtimalı ilə əlaqədardır. Sığorta riski qəzalar haq-qında məlumatlar kütləsi əsasında ehtimal nəzəriyyəsi vasitəsilə müəyyən edilir. Sığorta hadisəsi qəzalar nəti-cəsində ətraf mühitə (atmosferə) qəfil, qəsdən olmayan

Page 324: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

324

zərərli atılmaları, yer səthinin çirklənməsi, su obyektlə-rinə çirkabın axıdılması sayəsində baş verən neqativ haldır. Sığorta hadisələrinin və zərərli maddələrin siya-hısı hər bir konkret hal üçün sığorta müqaviləsi bağla-nanda göstərilir. Sığorta ödəmələri tarif məzənnələrinə əsasən sığorta olunan tərəfdən müəssisənin illik dövriy-yəsinin ölçülərinə müvafiq olaraq faizlə ödənilir.

Sığorta hadisəsi özündə aşağıdakıları cəmləşdi-rir:

- əmlakın zədələnməsi və ya məhv olması nəticə-sində ziyanın kompensə (ödəniş) edilməsini;

- ətraf mühitdə həyatın pisləşməsi ilə əlaqədar zi-yanları;

- çirklənmiş ərazinin təmizlənməsinə və onun ya-ralı hala salınmasına çəkilən xərcləri;

- sığorta hadisəsi nəticəsində zərər dəymiş şəxslərin həyatını və əmlakını xilas etmək üçün zəruri xərcləri;

- ilkin araşdırmalar, məhkəmə prosesinin aparılma-sı ilə əlaqədar xərcləri və s.

Ekoloji sığorta üçün müəyyən edilən sığorta qiy-məti müəssisənin illik dövriyyə ölçüsü kimi qəbul edilir. Sığorta ödəmələri illik dövriyyəni tarif stavkasına vur-maqla hesablanır. Tarif stavkaları təsərrüfat (sənaye) sa-həsində asılı olaraq diferensiyalaşdırılır. Onlar həm də sahə daxilində istehsalat prosesindəki riskin dərəcəsin-dən və preventiv tədbirlərin yerinə yetirilməsindən asılı olaraq diferensiyalaşdırılır.

Tarifin qiyməti aşağıdakı struktura malikdir: - sığorta əvəzini ödəmək üçün ehtiyat fonduna

ayırmalar; - sığorta hadisələrinin qarşısını almaq üçün maliy-

Page 325: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

325

yə fonduna ayırmalar; - sığorta olunanın xərclərinin əvəzini ödəmələr; - sığorta olunanın normativ gəliri.

Sığorta kompaniyası zərərçəkənlərə aşağıdakı növlərdə sığorta əvəzi ödəyir:

- əmlakın zədələnməsi və məhvinə görə dəymiş zi-yanın kompensasiyasını;

- həyat şəraitinin və ətraf mühitin pisləşməsi ilə əlaqədar zərərin (ziyanın) ödənilməsini;

- çirklənmiş ərazinin təmizlənmə xərclərini; - zərər çəkmiş insanların həyatını və əmlakını xilas et-

mək üçün çəkilən xərcləri; - məhkəmə prosesinin aparılması ilə əlaqədar xərcləri. Sığorta kompensasiyasının ödənilməsi sığorta təş-

kilatının ilkin kapitalla təyin edilən gücündən sığorta edilənlərin sayından, müvafiq ödəmələrin cəmindən və s.-dən birbaşa asılıdır.

Sığorta heç vaxt çirklənmənin bütün növlərini əha-tə etmir və yalnız əvvəldən gözlənilməyən və təsadüfi çirklənmələrdən dəymiş riskin ziyanı sığorta edilir. Bəzi kompaniyalar təklif edirlər ki, ətraf mühitin pisləşməsi də sığorta edilsin. Sığorta edilənlər hesab edir ki, çirk-lənmə ilə əlaqədar bütün hadisələrin 80%-i sığorta edilə bilər.

Sığorta müqaviləsi aşağıdakı əsas bölmələri özündə əks etdirir:

- müəssisənin adı, ünvanı, ekoloji riskin xarakteri; - illik dövriyyənin (pulla ifadəsində) həcmi; - müəssisənin istehsalat fəaliyyəti haqqında məlumat; - istehsalat prosesinin xarakteri, xammalın, mate-

rialların və istehsal edilən məhsulun növləri haqqında

Page 326: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

326

məlumat; - ətraf təbii mühit haqqında məlumat (əhalinin sa-

yı, sıxlığı, istifadə edilən sahələrin xarakteri, torpaq, ye-rüstü və yeraltı sular);

- əsas atılmalar (axıntılar) və tullantılar, ətraf mü-hitin vəziyyətinə nəzarət metodları;

- atılmaların (axıntıların) risk dərəcəsi, onların ləğ-vi üzrə tədbirlər və s.

Müqavilələr adətən bir ilə bağlanır və müəssisənin arzusu ilə uzadıla bilər. Fasiləsiz olaraq 2 və daha çox ilə müqavilə bağlanarkən güzəştli (10-30%) imtiyazlar nəzərdə tutulur.

Ekoloji məsuliyyətin sığorta prosesi sığorta kom-paniyasının iştirakı olmadan da, sənaye kompaniyaları-nın qarşılıqlı sığortalanma yolu ilə də həyata keçirilə bi-lər. Onlar birləşmiş fondlar yarada bilər, yaxud şəxsi (məxsusi) ehtiyat fondları formalaşdıra bilər.

Bütövlükdə ekoloji sığorta ekoloji menecment üçün çox cazibədardır və özündə iqtisadi-ekoloji maraq-ları birləşdirir. Onun geniş tətbiq edilməsinə aşağıdakı-lar mane olur:

1) tamamlanmış normativ-hüquqi bazanın olma-ması;

2) müəssisələrin ağır iqtisadi vəziyyəti, sığorta haqlarının ödənilməməsi;

3) ekoloji risklərə görə yüksək tarif stavkalarının olması, avadanlıqların köhnəlməsi üzündən sığorta hadi-sələrinin ehtimalının böyük olması.

Page 327: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

327

2. Ətraf mühitdən истифадянин игтисадиййатында менеъмент

Son zamanlar təbiəti mühafizə problemlərinin həl-

lində menecmentdən istifadəyə maraq xeyli artmışdır.

Belə fəaliyyətin əməli olaraq həyata keçirilməsi müəssi-

sədə işin təşkilindən asılıdır. Firmanın fəaliyyətində, ət-

raf mühitdən səmərəli istifadə məsələsi nəzərə alınmış

olsa, müəyyən şərtlər daxilində fayda vermiş olar. Eyni

zamanda tələb olunur ki, ekoloji menecment prosesinin

formalaşması ekoloji mədəniyyətlə ilk növbədə ekoloji-

iqtisadi təfəkkürlə müşayiət olunsun.

Sahibkarların ekoloji fəaliyyəti onların inteqrasiya

məqsədlərinə nail olmaq bacarığından və imkanlarından

asılıdır. Deyilənlər içərisində ekoloji bilik və firmanın-

təsərrüfatın elmi təşkili əsas yer tutur. Deyilənlərin hə-

yata keçirilməsi firmanın uzunmüddətli inkişaf strategi-

yasını hazırlamaq əsasında mümkündür. Amma burada

da problemlər ortaya çıxır. Xərclər necə olacaq, ekoloji

mənafelər kollektiv tərəfindən necə qəbul ediləcək və

s.? Əgər müəssisə ekoloji istiqamətə meyl göstərmək

istəmirsə, onda ekomenecmentin tətbiqi öz mənasını

itirmiş olacaqdır.

Ekomenecmentin növü müəssisənin bu işə mara-

ğından asılı olaraq müəyyən edilə bilər. Ekoloji məqsəd-

lər firma əməkdaşlarının müəyyən qrupunun şəxsi mara-

ğını ifadə edə bilər, burada əsas məqsəd yaşıl imici tə-

min etmək olacaqdır. Burada eyni zamanda xərcləri

azaltmaq, risklərin təsirini zəiflətmək və s. məsələlərin

həlli də öz yerini tutmalıdır. Ətraf mühitin mühafizə sa-

Page 328: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

328

həsində fəal siyasət yeritməyin daxili stimulu həm iqti-

sadi, həm də qeyri-iqtisadi ola bilər. Məqsədlərdən asılı

olaraq ekoloji menecment fəal və qeyri fəal, yəni müda-

fiə mövqeli növlərə bölünür. Aktiv mövqe hücum xa-

rakterli olmaqla ekomenecmentin fəaliyyəti aydın məq-

sədlə qurulur, müxtəlif funksiyaları əhatə edir və bazara

istiqamətli olur. Eyni zamanda müəyyən dərəcədə yara-

dıcı olur. Əksinə, qeyri-fəal ekomenecment ancaq qa-

nunvericiliyin tələblərinə təmayüllü olur, təbiəti mühafi-

zə ilə məcburiyyət qarşısında məşğul olur.

Ekoloji menecmentin bir sıra anlayışları (təyi-

natları) vardır:

- konkret bazar şəraitində müəssisə və təşkilatın tə-

biəti mühafizə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə

idarəetmə sənətinə sahib olmaq sistemi;

- gəlir almaq və ekoloji təhlükəsiz inkişafı təmin

etmək məqsədilə təbiəti mühafizə tədbirlərinin təhlili,

planlaşdırılması və onlara nəzarətin həyata keçirilməsi;

- idarəetmə vasitələri sistemi - bir çox adamların

təbiəti mühafizə sahəsində əlaqələndirilmiş fəaliyyətlə-

rinin təşkili.

Ekomenecment menecment sisteminin tərkib his-

səsidir və tamamilə müəyyən edilmiş obyektə (kadr, is-

tehsalat, maliyyə) yönəlmişdir. Burada məqsədli ob-

yektlər müəssisənin təsərrüfat fəaliyyətinin ətraf mühitə

göstərdiyi səmərələrdir: ətraf mühitə dəyən ziyanın ləğ-

vi, enerji qorumaq və s. Ekoloji strategiya özü də rəqa-

bətli üstünlüklərə nail olmağa yönəldilmişdir, bu isə

müəssisənin uzunmüddətli fəaliyyətini təmin edir.

Bazar iqtisadiyyatı şəraitində menecment rəqabət

Page 329: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

329

üzərində qurulur və rəqabətdə uduşa yönəldilmişdir.

Odur ki, onun baş vəzifəsi menecmentin əsas “qızıl”

qaydalarına yiyələnməkdir: 1) həyata keçiriləcək vəzifələrin imkanını, növbə-

liyini, ardıcıllığını təyin etmək bacarığı;

2) firmanın gələcəyini, onların həllindən asılı olan

ən vacib “taleyüklü” məsələləri başqalarına tapşırmamaq;

3) tabeliyində olanlara və özünə qarşı tələbkar ol-

maq, məsuliyyətsizliyə yol verməmək;

4) gecikdirmə - ölümə bərabər olan hallarda tez və

qətiyyətlə hərəkət etmək;

5) öz sahəsində yaxşı informasiyaya malik olmaq;

6) ikinci dərəcəli şeylərlə məşğul olmamaq;

7) mümkün olan və reallıq çərçivəsində hərəkət et-

mək;

8) qaçılmaz hallarda uduzmağı bacarmaq;

9) öz idarəedici hərəkətlərində ədalətli, ardıcıl və

möhkəm olmaq;

10) işdə məmnunluq tapmaq, elə idarəetmə fəaliy-

yəti ilə məşğul olmaq lazımdır ki, yalnız razılıq (məm-

nunluq) gətirsin.

Menecmentin ən əsas vəzifəsi – bu qaydaları

bilmək, onları başa düşmək və tətbiq etməyi bacar-

maqdır.

İstənilən qərarın qəbul edilməsinin əsasında infor-

masiya durur: monitorinq, normativlər, texnologiyalar

haqqında məlumat, marketinq informasiyası və s. Sadə-

cə olaraq informasiya yox, zəruri informasiya lazımdır.

İnformasiyanın bir baza kimi xüsusiyyəti odur ki, o tez

köhnəlir. Eyni zamanda təcrübənin (vərdişin) qiyməti

Page 330: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

330

artır. Ekomenecment ani olaraq formalaşmır. Müəyyən

vaxt lazımdır ki, şərait yetişsin və innovasiyalar üçün

zəmin yaransın.

Müasir menecmentdə 4 vəzifə ayrılır: planlaş-dırma, təşkiletmə, motivasiya və nəzarət. Ali menec-mentin əsas vəzifəsi ekoloji məqsədləri strateji planlaş-dırmaya daxil etməkdir. Planlaşdırmada zəruri investisi-yalar əsaslandırılır, xüsusi marketinq strategiyası nəzər-də tutulur. Planlaşdırmanın əsas elementi biznes-plan-dır. Biznes-planın strukturunda təbiəti mühafizə və ehti-yata - sərvətə qənaət fəaliyyətində aşağıdakı bölmələr (məsələlər) nəzərdə tutulur:

1. ekoloji-iqtisadi sistemin imkanları; 2. ehtiyatların növləri (ilkin və təkrar), ekoloji po-

tensial, baza ekoloji məhdudiyyətlərin olması; 3. məhsul satışı bazarı (tullantılardan alınmış, xid-

mətlər məhsulu və s.); 4. məhsul və xidmət satışı bazarında təbiəti müha-

fizə və ehtiyata qənaət fəaliyyətinin həyata keçirilməsi üzrə rəqabət;

5. marketinq planı; 6. təbiəti mühafizə və ehtiyata qənaətetmə fəaliy-

yət planı; 7. istehsalat və infrastruktur obyektlərinin koope-

rasiyası üzrə təşkilati plan (ekoloji-iqtisadi səmərəni ar-tırmaq üçün);

8. təbiəti mühafizə və sərvətə qənaətetmə fəaliyyə-tinin hüquqi təminatı;

9. subyekt və obyektlərin mümkün olan ekoloji fə-lakətlərdən sığorta edilməsi üçün riskin sosial-iqtisadi

Page 331: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

331

qiymətləndirilməsi; 10. maliyyə planı; 11. təbiəti mühafizə obyektlərinin, onların rekon-

struksiyasının əsaslı tikinti və maliyyələşdirmə strategi-yası planı.

Ekomenecmentin əsas elementlərindən biri ekoloji

marketinqdir. Marketinqin mərkəzində istehlakçı durur,

onun tələblərinə uyğunlaşmaq lazımdır. Ekomarketinqin

əsası ondan ibarətdir ki, onun bütün fazalarında məhsu-

lun ekolojiliyi (istehsalatdan tutmuş son utiləşdirməyə

qədər) durur. Deyilənlər satış zamanı ən əsas əhəmiyyət

kəsb etməlidir. Ekoloji marketinq əsasən səmərəliləşdir-

mə konsepsiyasına istinad edir. Həmin konsepsiyaya

əsasən materialların və enerjinin az dövr etməsi isteh-

lakçıya çox fayda gətirir. İstehsalçı haqqında informasi-

yaya malik olub və marketinq strategiyasını müəyyən

etməklə firmada və sahibkarlıqda uğur qazanmaq üçün

marketinq vasitələri toplumundan səmərəli istifadə et-

məlidir.

Ali menecmentin ekoloji strateji məqsədlərinin

realizə edilməsi təbiəti mühafizə prosesinə orta və ope-

rativ menecmentin cəlbini nəzərdə tutur. Öz xüsusi (şəx-

si) bölməsinin yaradılmasının zərurəti meydana gəlir ki,

bu bölmə ekoloji məsələlərə məsul olmaqla, müəyyən

sərvətə sahib olmalı və səlahiyyətə malik olmalıdır. Orta

menecmentin səlahiyyətlərinə ekoloji məqsədlərin pay-

lanması (ayrıca əməliyyat proqramları üzrə) aiddir.

Məhz bu zaman ekoloji menecment sisteminin təzələn-

məsi, artırılması və modifikasiya edilməsi üzrə yeni ide-

yaların yaranması mümkündür. Menecmentin inteqrasi-

Page 332: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

332

ya sistemi bütün əməliyyat menecmentini, müəssisənin

fəaliyyət sistemini, məsuliyyətlərin səviyyəsini və məh-

dudlaşdırılmasını əhatə edir.

Ekoloji menecment ekoloji imic yaratmaq hesabı-

na, nəinki rəqabət üstünlüklərini təmin edir, eyni za-

manda firmanın mikroiqliminə müsbət təsir göstərir: iş-

çilərin əməyə həvəsi artır, onlar işlərindən məmnun qa-

lırlar. Ekoloji imic əsasında firma hiss edilməyən kapital

əldə edir ki, bu da dövlət hakimiyyəti rəhbərliyi ilə əmə-

li əlaqələrin yaradılmasını asanlaşdırır, həm də ekotəşki-

latların etimadını qazanır, müştərilər və sakinlərin mü-

qabilində hörməti artır. Belə müəssisə, eyni zamanda

cəlbedici iş yerinə çevrilir.

Ekomenecmentin müsbət tərəflərini qeyd etməklə,

nəzərə almaq lazımdır ki, onun nöqsanları da az deyil-

dir. Ekoloji-iqtisadi səmərə yüksək investisiya və isteh-

salat xərcləri ilə əlaqədardır. Prosesdə bazar və innova-

siya riskləri yarana bilər.

Ekoməhsullara tələbatın səviyyəsi, axıra qədər iş-

lənməmişdir, təbiəti qoruyan texnologiyalar və s. istinad

edilməsi tələbatdan geri qalır. Məhz ona görə də idarəet-

mədə həmin məsələlər diqqət mərkəzində olmalıdır.

3. Ятраф мцщитин мцщафизяси сащясиндя информасийа вя информатика

Ətraf mühitin mühafizəsi sahəsində informasi-

yaya ətraf mühitin vəziyyəti, onun çirklənməsinə, sağ-lamlaşdırılmasına və mühafizəsinə dair tədbirlərin ma-liyyələşdirilməsi, təbii ehtiyatların vəziyyəti, bərpası və

Page 333: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

333

istifadəsi, ətraf mühitə təsirlər, ətraf mühitin keyfiyyəti-nin normalaşdırılması, təsərrüfat və başqa fəaliyyətlərə ekoloji tələblər aiddir.

Vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizə-si sahəsində qəsdən yanlış informasiyanın verilməsinə, informasiyanın vaxtında verilməməsinə, hətta gizlədil-məsinə yol verilir. Bu isə yolverilməzdir.

Ətraf mühitin mühafizəsi sahəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən statistik informasiyanın obyektivliyi və onun beynəlxalq statistika ilə müqayisə-liliyi əsasında dövlət statistikası aparılır.

Ətraf mühitin mühafizəsi sahəsində dövlət statisti-ka hesabatı göstəricilərinin minimal tərkibi və dövlət statistikasının aparılması qaydaları qanunvericiliklə və digər normativ hüquqi aktlarla müəyyən edilir.

Hazırda yaradılmaqda və təkmilləşdirilməkdə olan

ekoloji informasiya sistemi aşağıdakı müxtəlif səviy-yəli məsələlərin həllinə imkan yaradır.

1. Aşağı səviyyə (obyekt): - təbii mühit komponentlərinə faktiki təsirin yol

verilən təsirlə və fon göstəriciləri (ümumi göstəricilər) ilə tutuşdurulması;

- cari hesablamaların aparılması (tullantıların səpə-lənməsi, suların qarışdırılması və s. barədə), statistik he-sabat formalarının hazırlanması.

2. Orta səviyyə (müəssisə, təsərrüfat subyektləri): - təbii mühit komponentlərinin çirkləndirilməsinin

yol verilən həddi aşması barədə məlumatların təhlili, müəssisənin bütün obyektlərinin təsir zonalarında təbii mühit komponentlərinin deqradasiyasının qiymətləndi-rilməsi;

Page 334: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

334

- təbii mühit komponentlərinin çirkləndirilməsinə

və təbiətdən istifadəyə görə ödəniş səviyyəsinin qiymət-

ləndirilməsi;

- ekoloji şəraitin yaxşılaşdırılması üçün təsir səviy-

yəsinin azaldılması üzrə işlərin zəruriliyinin və istiqa-

mətləndirilməsinin müəyyən edilməsi;

- ətraf mühitin mühafizəsi və təbiətdən istifadə təd-

birlərinin planlaşdırılması;

- hesabat sənədləri, ödənişlərin hesablanması.

3. Yüksək səviyyə (elmin, yeni texnikanın və

ekologiyanın idarə olunması, neft-qaz sənayesi, eko-

loji-analitik mərkəzi):

- informasiyanın toplanması, işlənməsi, saxlanıl-

ması;

- ekoloji vəziyyətin inkişaf dinamikası və meylləri-

nin aşkar edilməsi, vəziyyətin bu və ya digər dəyişikli-

yinin qarşılıqlı əlaqələrinin və mümkün səbəblərinin öy-

rənilməsi;

- ARDNŞ-nin rəhbərliyinin qərarların qəbul edil-

məsi üçün tələb olunan dürüst operativ ekoloji məlumat-

larla təmini;

- ətraf mühitdən səmərəli istifadə olunması, təbiəti

mühafizə tədbirlərinin işlənib hazırlanması və həyata

keçirilməsi, ekoloji vəziyyətin operativ idarə olunması

(işlərin maliyyələşdirilməsi, kreditlərin verilməsi, texni-

ki dəstək) üzrə elmi baxımdan əsaslandırılmış qərarların

qəbul edilməsi üçün təkliflərin hazırlanması.

İlkin informasiya kimi, istehsalın ekoloji monito-

rinqi nəticəsində, stasionar postlardan, səyyar ekoloji la-

boratoriyalardan, distansion (məsafəli) və aerokosmik

Page 335: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

335

müşahidə metodlarından, eləcə də müəssisələrin fond

materiallarından, ekoloji audit materiallarından və digər

informasiyalardan istifadə etməklə əldə olunan məlu-

matlardan istifadə olunması nəzərdə tutulur. Bütün zəru-

ri informasiya bloklara ayrılır: ərazinin təbii mühitin

müasir vəziyyəti barədə məlumatların daxil olduğu təbii

xüsusiyyətləri və antropogen təsir xüsusiyyətləri. Ərazi-

nin təbii xüsusiyyətlərinə aşağıdakılar daxildir: fiziki-

coğrafi məlumatlar, meteoroloji-iqlim, morfoloji, hidro-

loji şəraitlər, geoloji məlumatlar, torpaqlar, bitki və hey-

vanat aləmi haqqında məlumatlar. İnformasiyanın ötü-

rülməsinin telefon, rabitə sistemindən, elektron poçtun-

dan, internet şəbəkələrindən və s.-dən istifadə etməklə

həyata keçirilməsi nəzərdə tutulur.

Analitik-informasiya sisteminin yaradılması ətraf

mühit və təbii ehtiyatlar barədə obyektiv, etibarlı və mü-

qayisə oluna bilən məlumatlara əsaslanan aktual ekoloji

informasiyanın əldə olunması prosesini sürətləndirmək

imkanı verəcəkdir. Ayrıca obyektlər, müəssisələr və

analitik-informasiya mərkəzi arasında layihə çərçivəsin-

də informasiya baxımından qarşılıqlı əlaqənin dərinləş-

dirilməsindən asılı olaraq, hər sənaye obyektində ekoloji

vəziyyətin kəskinliyini nəzərə almaqla ekoloji tədbirlə-

rin uzunmüddətli və cari planlaşdırılması gələcəkdə in-

kişaf etdiriləcəkdir.

Page 336: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

336

4. Ятраф мцщитин мцщафизяси сащясиндя мядяниййят вя тящсил

Ekologiya və təbiətin mühafizəsinə dair normativ-

hüquqi aktlarda mühafizə sahəsində təhsil və mədəniy-

yət məsələlərinə xüsusi yer verilir. “Ətraf mühitin mü-

hafizəsi haqqında” Azərbaycan Respublikası Qanu-

nunda (8 iyun 1999-cu il) maddə 59-da bu məsələyə

diqqət yetirilir. Qanuna görə cəmiyyətdə ekoloji bilik-

lərin və mütəxəssis kadrların peşə hazırlığını yük-

səltmək məqsədilə məktəbə qədər, məktəb, orta ixti-

sas və ali təhsilin bütün mərhələlərində mütəxəssislə-

rin hazırlanması və ixtisaslarının artırılmasını əhatə

edən ekoloji tərbiyənin və təhsilin ardıcıllığı və fasi-

ləsizliyi təmin edilməlidir. Bundan başqa dövlət orqan-

ları və ictimai birliklər kütləvi informasiya vasitələri ilə

qanunvericiliyə zidd olmayan təbliğat işləri aparılmalı-

dır. Tədris müəssisələrində onların profilindən və mül-

kiyyət formasından asılı olmayaraq ekologiyanın əsasla-

rı tədris edilməli, tədris proqramları və dərsliklər hazır-

lanmalıdır.

Ekoloji təhsil dedikdə - ətraf mühitin mühafizəsi,

təbii ehtiyatlardan istifadə üzrə normaların, xüsusi bilik-

lərin, təcrübənin tədrisi və öyrədilməsi prosesi başa dü-

şülür. Bu vaxt ətraf mühitə, ekologiyaya, insan və təbiət

arasında qarşılıqlı əlaqələrə dair məlumatlar, ekoloji

mədəniyyətin formalaşmasına yönəldilmiş biliklərin ya-

yılması, ekoloji təhlükəsizliyə dair bilik və təcrübənin

öyrədilməsi nəzərdə tutulur.

Mövcud qanunvericiliyə görə təhsil və tərbiyə

Page 337: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

337

sahəsində aşağıdakılar nəzərdə tutulur:

- cəmiyyətdə ekoloji birliklərin və mütəxəssis

kadrların peşə hazırlığını yüksəltmək məqsədi ilə

məktəbəqədər, məktəb, orta ixtisas və ali təhsilin bütün

mərhələlərində mütəxəssislərin hazırlanması və ixtisas-

larının artırılmasını əhatə edən ekoloji tərbiyənin və təh-

silin ardıcıllığı və fasiləsizliyi təmin edilməlidir;

- əhali arasında ekoloji biliklərin yayılması məqsə-

di ilə dövlət orqanları və ictimai birliklər tərəfindən

kütləvi informasiya vasitələri ilə qanunvericiliyə zidd

olmayan təbliğat işləri aparılmalıdır; - tədris müəssisələrində, onların profilindən və

mülkiyyət formasından asılı olmayaraq ekologiyanın əsaslarının tədrisi nəzərdə tutulmalıdır. Bu məqsədlə qa-nunun tələblərinə uyğun tədris proqramları tərtib edilir və dərsliklər hazırlanır;

- ətraf mühitə zərərli təsir göstərən fəaliyyətlə bağ-lı olan vəzifəli şəxslər məcburi qaydada lazımi ekoloji hazırlığa və ətraf mühitin mühafizəsi sahəsində qanun-vericiliyin əsaslarına dair biliklərə malik olmalıdır.

Ekoloji təhsil və maarifləndirmə sahəsində idarəet-məni həyata keçirən dövlət hakimiyyəti və yerli özü-nüidarəetmə orqanlarına, təhsil müəssisələrinə əhalinin maarifləndirilməsi ilə məşğul olan, həmçinin digər aidiyyəti hüquqi və fiziki şəxslərə şamil edilir.

Əhalinin ekoloji təhsili və maarifləndirilməsi sa-

həsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakı-

lardır: - ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kə-

sə bərabər şəraitin yaradılması;

Page 338: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

338

- orta təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi;

- ekoloji təhsil və maarifləndirmə prosesinin fasilə-sizliyi;

- ekoloji təhsil və maarifləndirmə sahəsində aşkar-lığın təmin olunması;

- ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət siyasətinin həyata keçirilməsində əhalinin və qeyri-hö-kumət təşkilatlarının iştirakına şərait yaradılması.

Ekoloji təhsil və maarifləndirmə sahəsində döv-

lət hakimiyyəti orqanlarının hüquqları və vəzifələri aşağıdakılardır:

- ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət

siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və

onların həyata keçirilməsi;

- ekoloji təhsil və maarifləndirmə sisteminin təşkil

edilməsi;

- ekoloji təhsil və maarifləndirmə sisteminin infor-

masiya və elmi-metodik təminatı;

- sahə qanunvericiliyinin digər normativ hüquqi

aktlara uyğunluğunun təmin edilməsi;

- təhsil və ekoloji təhsil proqramlarının uyğunluğu-

nu təmin etmək üçün dövlət ekspertizasının aparılması;

- ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət

və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət

təşkilatlarının, müvafiq hüquqi və fiziki şəxslərin fəaliy-

yətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi;

- ekoloji təhsil və maarifləndirmə sahəsində dövlət

ekoloji proqramların hazırlanması, təsdiqi və həyata ke-

çirilməsi;

Page 339: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

339

- ekoloji təhsil və maarifləndirmə sistemi üçün mü-

təxəssis-ekoloqların, elmi, pedaqoji və digər kadrların

hazırlanması və ixtisaslarının artırılması;

- ekoloji təhsil sahəsində beynəlxalq müqavilələrin

və proqramların, dövlətlərarası sazişlərin hazırlanması

və yerinə yetirilməsi və s.

Ekoloji mədəniyyət hamıda olmalıdır.

“Mədəniyyət” sözü latın sözü olub torpağın becə-

rilməsi, onun mədəniləşdirilməsi, yəni təbii obyektdə tə-

bii sərvətlərdən yox, insanın təsiri altında yaranmış də-

yişikliklər başa düşülür. Bu məfhumun bu ilkin məzmu-

nunda dil anlayışı – mədəniyyətin, insanın, onun fəaliy-

yətinin və təbiətin birliyinin təzahürüdür.

Mədəniyyət onu təşkil edən komponentlərin toplu-

su, cəmi olmayıb, insanın əsaslı ehtiyaclarına zəruri olan

sistemdir. Bu müəyyən xalqa xas olan sosial durumdur.

Hər bir xalq onun bütün tarixi boyu formalaşdırıl-

mış və nəsildən nəsilə ötürülən müəyyən qrup dəyərlərə

malik olur. Belə dəyərlərə adət - ənənə, etiqad, mənə-

viyyat, dini mənsubiyyət, dil və s. aiddir. Mədəniyyət

sözü insanın həyat fəaliyyətində vacib rol oynayan qiy-

mətli dəyərdir. Onu dünyagörüşünü, xarakterini, niyyət-

lərini və onun hərəkətinin istiqamətini təyin edir.

Hətta texnika ilə müqayisədə də mədəniyyət bəşə-

riyyətin daha dinamik komponenti olmuşdur.

Ekologiya elmi XIX əsrin ortalarında bioloji elm-

lərin əsasında meydana gəlmiş və tezliklə müstəqil bio-

loji elm kimi formalaşaraq, orqanizmlərin, populyasiya-

ların və birliklərin mövcudluğundan bəhs edən elm kimi

özünü göstərmişdir. Mədəniyyətdə olduğu kimi ekologi-

Page 340: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

340

yada da qlobal əhəmiyyət kəsb edən təbii proseslərə yol

açdı və eyni zamanda o bilavasitə bu proseslərdə insanı

gözləyən xoşa gəlməz və insana bədbəxtlik gətirən ha-

disələrlə bağlı olmuşdur.

Ekoloji mədəniyyətin formalaşması – uzun müd-

dətli tarixi yol keçmiş prosesdir.

Ümumi mədəniyyətin struktur elementi kimi, eko-

loji mədəniyyət müxtəlif xalqlar arasında insanın müəy-

yən təbii landşaftlarla qarşılıqlı əlaqəsində ona adaptasi-

ya olunmaqla yaranmışdır.

Xalqın ekoloji mədəniyyəti həqiqətən də onun ənə-

nəvi mədəniyyəti deməkdir. Ekoloji mədəniyyəti Yer

üzərində yaşayan insanların fəaliyyət dərəcəsi hüdudla-

rında başa düşmək lazımdır. Təhsil və tərbiyə - mədə-

niyyətə yiyələnmək, o cümlədən, ekoloji mədəniyyətə

yiyələnməklə, bir nəsildən o biri nəslə ötürülür.

İnsanı özü-özünü idarə etmək və özlərinin təbiətə

xüsusi münasibəti nöqteyi-nəzərdən qəbul etsək, onda

ekoloji mədəniyyəti bütün insani mədəniyyətlərin ən vaci-

bi və ayrılmaz tərkib hissəsi kimi başa düşmək lazımdır.

Təbiət insanların mənəvi həyatlarına böyük təsir

göstərir. İnsanların mənəvi saflaşması, mükəmməlləş-

məsi və onun qanunauyğun formalaşmasında əmək

maddi əsas hesab olunur. Bununla da ümumi mədəni

həyatımız formalaşır. Deyilənlər ekoloji mədəniyyətin

ayrılmaz hissəsidir.

Təbiət gənc nəslin yetişməsi və təcrübəsi işində çox

mühüm olmaqla insanda bir çox xüsusiyyətlərin: meh-

ribanlıq, humanizm, gözəlliyi görüb başa düşmək, seyr

etmək qabiliyyəti, təbiət qanunlarını öyrənməyə maraq,

Page 341: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

341

əməksevərlik, öz doğma torpaqlarına məhəbbət aşılamaq

və inkişaf etdirmək kimi xüsusiyyət aşılayır.

Təbiət-şəxsiyyətin mənəvi formalaşması üçün, ru-

hi pozuntuların bərpa olunması üçün mənbədir. Mənzə-

rəli çay və göllər, dəniz sahilləri, dağ əraziləri, gözəl şə-

lalələr, qeyzerlər, qaynar bulaqlar, fiordlar, karst mağa-

raları və şaxtaları, relikt meşələr, rəngarəng bitki və

heyvanat aləmi olan az dəyişilmiş təbii komplekslər,

unikal landşaftlar və başqa bir çox obyektlər mərhəmətli

insanları onlara yardım etməyə, qorumağa, himayə et-

məyə ruhlandırır. Bu əməl, istək ekoloji mədəniyyətdir.

Mədəniyyət və incəsənət insanlığın keyfiyyət

göstəricilərinə aiddir.

Keçmişdə Səudiyyə Ərəbistanının müqəddəs şəhər-

lərində olan Mədinə şəhərində, yəni Məhəmməd Peyğəm-

bərin (s.ə) yaşadığı və dünyasını dəyişdiyi yerdə, pey-

ğəmbərin sağlığı dövründə və sonrakı mərhələlərdə orada

yaşayan insanların həyat tərzinin formasına mədəniyyət

deyilmişdir. Çünki peyğəmbərin dövründə orada yaşayan

insanların peyğəmbərə layiq danışıq və həyat tərzinə,

davranışına ətraf insanlara bir nümunə kimi qiymətlən-

dirərək bu həyat tərzini mədəniyyət adlandırmışlar.

Müasir cəmiyyətin həyat tərzinə ekoloji tələblər

əlavə olunmuşdur. Bunu nəzərə alaraq demək olar ki,

insanların özünə, bir-birinə və ətraf mühitə qayğıkeş

münasibətinə mədəniyyət deyilir. Bunlardan ən çətini hər kəsin özünə qayğıkeş mü-

nasibətidir. Bunu bacaran unsan heç bir səhv etməz, yə-

ni özünü dərk edirlər. Əsl mədəni insan gec qocalır, sağ-

lam və xeyirxah olur.

Page 342: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

342

Mədəniyyət hər kəsin nümunəvi daxili aləmidirsə,

incəsənət mədəniyyətin təzahür formalarıdır. Mədəniy-

yət formaca fərdi xarakter daşıdığı kimi incəsənət fərdi

və kollektiv xarakter daşıyır.

Mədəniyyət - insanın keyfiyyət göstəricisidir. Bi-

rində çox, başqalarında az ola bilər. Yalnız heyvanlar-

dan və ruhi xəstələrdən heç bir mədəniyyət gözləmək

olmaz. Mədəniyyət insanların həyat fəaliyyətini milli

səviyyədə sadə təcrübəsi kimi deyil, çoxölçülü, qlobal

proseslərlə əlaqədar hadisə kimi qarşımızda durur.

İnsanın mədəniyyəti maddi dövlətlə, geyim və

kosmetika ilə tutduğu vəzifəsi və ad-sanla ölçülmür. Ha-

mı özünü mədəni bilir. Ona görə ki, mədəniyyət qarşı-

sında konkret ölçü vahidi tətbiq edilmir. Güman olunur

ki, özünə, başqa insanlara və ətraf mühitin canlı-cansız

komponentlərinə qayğıkeş münasibət göstərə bilən kəs-

lər mədəni insanlardır. Bu tələblərdən ən çətini özünə

qayğıkeş olmaqla eyni vaxtda, eqoistlikdən kənarda qal-

malıdır.

Orta məktəbi bitirənə qədər (yaşlı, uşaq bağçası,

ibtidai və orta məktəb) özümüzə qarşı etdiyimiz səhvlə-

rə özümüz məsuliyyət daşıyırıq.

Gənclərin çoxunda özünə qayğı mədəniyyətinin

zəif olmasını desək, çox da səhv fikir olmaz. Mədəniy-

yət – irsi proqramla gəlir, şəxsi həyatda isə sosial şərait-

dən asılı olaraq güclənə bilər, zəifləyə də bilər.

Mədəniyyət – bəşəriyyətin iki böyük tədbirini

özündə əks etdirir, inkişaf etdirir: dini tədbirlər və elmi-

dünyəvi tədbirlər. Elm ilə dini bir-birinə əks qoymaq

səhvdir. Onların hər ikisinin bir məqsədi var: insanları

Page 343: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

343

heyvan xislətlərindən uzaqlaşdırıb, hər kəsdə insanı si-

fətləri (mənəviyyatı) gücləndirmək. Bir çox dinlər (is-

lam, buddizm, sintoizm və s.) təbiətə, ətraf mühitə, can-

lılara münasibətdə maksimum humanistlik nümayiş et-

dirmiş və təbiətlə insanların arasında vəhdət olduğunu

göstərmişlər.

Ekoloji mədəniyyətin ölçüsü kimi ekoloji etika çı-

xış edir. Ekoloji etikaya əxlaq münasibətləri sferasında

“insan-insan”, “insan-cəmiyyət” ənənəvi münasibətləri

ilə yanaşı “insan-təbiət” münasibətlərinin bir sıra cəhət-

ləri daxil edilmişdir.

Ekoloji etikaya məxsus olan əsas xassələr içərisin-

də aparıcı xüsusiyyəti gələcək nəsillərin yaşayacağı təbii

mühitə olan qayğı təşkil edir. Ekoloji etikanı onun ənə-

nəvi istiqamətlərindən fərqləndirən onun özünü gələcə-

yə çevirməklə, indinin qayğısına qalmasıdır.

Ekoloji mədəniyyətin formalaşmasında əsas vasi-

tələrdən biri məqsədyönlü ekoloji təhsil olmalıdır.

5. Ekoloji problemlərin həllində beynəlxalq

əməkdaşlıq

Ətraf mühitin qorunması sahəsində beynəlxalq

əməkdaşlığın 30 ildən çox tarixi vardır. XX əsrin 70-ci

illərinin əvvəllərində artıq aydın idi ki, cəmiyyət və tə-

biət arasında problemlər meydana çıxmışdır və bu prob-

lemlər planetin biosferasında baş verən dəyişikliklər nə-

ticəsində bəşəriyyəti qlobal təhlükə qarşısında qoyurlar.

Ona görə də insanın yaşadığı mühitin qorunması bey-

nəlmiləl xarakter daşıyır.

Ətraf mühitin problemlərinə beynəlxalq birli-

Page 344: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

344

yin diqqəti Stokholm konfransının keçirildiyi (1972-

ci il) vaxtdan başlamışdır. Konfransın qərarlarına uy-

ğun olaraq bu sahədə dünya miqyasında beynəlxalq

əməkdaşlıq üçün BMT-də müstəqil orqan yaradıldı. Bu

orqan ətraf mühit üzrə BMT Proqramı + YNEP (United

Nations Environment Programme) adlanır və daimi

əsaslarla Nayrobidə (Keniya) fəaliyyət göstərir.

Ətraf mühitin mühafizəsi kompleks problem ol-

duğundan YNEP-in fəaliyyəti əlavə olaraq, onun ayrı-

ayrı aspektləri ilə BMT-nin himayəsi altında muxtariy-

yət statusu olan aşağıdakı ixtisaslaşdırılmış təşkilatlar

məşğul olurlar:

YUNESKO (United Nations Education Scientific

an Cultural Organization) – “insan və biosfera” proqra-

mı üzrə işləri yerinə yetirir, insan və mühit arasında qar-

şılıqlı əlaqə və inkişafın ictimai-iqtisadi amillərinin təd-

qiqini həyata keçirir.

FAO (Food and Agricultural Cultural Organiza-

tion of the United Nations) – kənd təsərrüfatı məhsulla-

rının istehsalı və emalının yaxşılaşdırılması, aqrosferaya

investisiya qoyuluşuna yardım, torpaq və su resursların-

dan sərfəli istifadə, bərpa oluna bilən enerji mənbələri-

nin mənimsənilməsi kömək məqsədlərinə xidmət edir.

BHO (World Neath Organization – Ümumdünya

sağlamlığın mühafizəsi) – qarşısına təhlükəsiz su və qi-

da da daxil olmaqla ekoloji təhlükəsizliyin təmin edil-

məsinə kömək məqsədini qoymuşdur.

UAEA (İnternational Atomic ENERGÜ AGEN-

CÜ-MAQATE) – radioaktiv maddələrin daşınması və

tullantıların utiləşdirilməsi də daxil olmaqla, radiasiyadan

Page 345: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

345

müdafiə və təhlükəsizlik normalarını işləyib hazırlayır.

Qlobal ekoloji problemlərin həll edilməsində

QEF-Qlobal Ekologiya Fondu (The Global Environ-

ment Facility) getdikcə daha mühüm rol oynamağa baş-

layır. XX əsrin 90-cı illərinin əvvəllərində yaradılmış bu

fond əsasən inkişaf etməkdə olan ölkələrdə qlobal xa-

rakter daşıyan ekoloji problemlərin həllinə kömək üçün

yaradılmışdır. QEF-in fəaliyyətində üç beynəlxalq quru-

luş: BMT-nin İnkişaf Proqramı (The United Nations

Development Programme), ətraf mühit üzrə BMT proq-

ramı (YNEP) və Beynəlxalq Bank (World Bank) iştirak

edirlər. Maliyyələşdirmə üçün birinci növbəli istiqamət-

lər kimi: iqlimin qlobal istiləşməsi, beynəlxalq suların

çirklənməsi, biomüxtəlifliyin azalması və ozon qatının

azalması problemləri ayrılmışdır.

Yuxarıda qeyd edilən təşkilatlar hökumətlərarası

razılaşmalar əsasında yaradılmışdır, müstəqildirlər və

geniş beynəlxalq səlahiyyətlərə malikdirlər. Bu təşkilat-

lardan başqa ətraf mühitin mühafizəsinin ayrı-ayrı as-

pektləri üzrə digər təşkilatlar da məşğul olurlar.

Regionlarda ekoloji problemlər dünyanın müxtəlif

yerlərində ictimai-iqtisadi vəziyyəti öyrənən komissiya-

ların fəaliyyətlərində öz əksini tapırlar. Bu cür komissi-

yalar Asiya və Sakit okean regionlarında (ECKATO),

Latın Amerikasında (EKLAK), Avropada (Economic

Commission for Europe) fəaliyyət göstərirlər və onların

nəzdində ekoloji siyasət üzrə Komitələr mövcuddurlar. Yuxarıda göstərilən bütün orqan və təşkilatlar çox-

saylı hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərirlər. Axırıncıya “Təbiət və

Page 346: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

346

təbii sərvətlərin qorunması üzrə “Beynəlxalq İttifaq”, “Heyvanların müdafiəsi üzrə Beynəlxalq Federasiya” və digərlərini aid etmək olar.

Qlobal ekologiya problemlərinin müzakirəyə qo-yulması və onların həlli istiqamətlərinin işlənib hazır-lanmasında təbii mühitin mühafizəsi üzrə keçirilən bey-nəlxalq konfransların rolu böyükdür. Bu fəaliyyətin baş-lanğıc nöqtəsini Stokholm konfransı (1972-ci il) qoy-muşdur ki, onun açılış günü – 5 iyun, sonralar Ümum-dünya ətraf mühit günü elan edilmişdir. Bundan sonra hər 5 ildən bir bu cür konfrans keçirilir.

BMT-nin Rio-De-Janeyroda 1992-ci ildə keçirilən konfransında qeyd olunmuşdur ki, hər bir ölkə yeni tex-niki kəşflər, yeni texnologiya, məmulatlar, fəaliyyət növləri və s. icad edirlər ki, onlar da müəyyən tələblər sisteminə cavab verməlidir və bu tələblər içərisində eko-loji təhlükəsizlik birinci yerdə durmalıdır. Bu sahədə beynəlxalq cəhdlər o vaxt səmərə verə bilər ki, o bütün ölkələrin hər birinin atdığı addımlara əsaslandırılsın.

Konfransın işinə yekun vurarkən onun Baş Katibi Moris Stronq bu hadisənin misli görünməmiş miqyas və əhəmiyyətindən danışmış və qeyd etmişdir ki, biz ha-mımız yalnız birlikdə sağlam mühiti saxlaya bilərik, əks halda heç kim sağ qalmayacaqdır. Konfransın qəbul et-diyi “Torpaq Xartiyası” Deklarasiyası ekoloji təhlükə-sizliyi təmin etmək üçün problemlərin miqyası və mü-rəkkəbliyinin olduğu kimi başa düşülməsini, ekoloji proqramların hüquqi, maliyyə, texniki təminatının zəru-riliyini, resurslara qənaət edən və az tullantılı texnologi-yalara əsasən iqtisadiyyatın istehsal-sahə quruluşunun təkmilləşdirilməsini, biosfera (təbiət) – qoruq fonduna

Page 347: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

347

əsaslanan xüsusi qorunan biosfer fondunun yaradılması və s. zəruriliyini qeyd etmişdir.

Təbii mühitin mühafizəsi sahəsində regional xa-rakterli konfransların da böyü rolu vardır. 1995-ci ildə uyğun nazirlər səviyyəsində keçirilən Ümumavropa konfransında “Avropa üçün ekoloji proqram” qəbul edilmişdir.

Son illərdə beynəlxalq əməkdaşlığın konvensiya, çox, yaxud ikitərəfli müqavilələr, razılaşmalar, proq-ramlar kimi formaları geniş yayılmışdır. Bu formalardan hər hansı birinin qüvvəyə minməsi ölkələrin təbiəti mü-hafizə fəaliyyətinin bu və ya digər aspektləri üzrə öz üzərlərinə müəyyən öhdəliklər qəbul etdiklərini təsdiq edir.

Təbiətin mühafizəsi sahəsində beynəlxalq əməkdaş-lığın ən mühüm aspektlərindən biri milli hökumətlərə eko-loji-iqtisadi proqramlarını həyata keçirmək üçün bir sıra beynəlxalq təşkilatların maliyyə köməyi göstərməsi im-kanlarıdır. Bu kömək bir qayda olaraq borc və ya kredit şəklində verilir. Bu cür kömək göstərən ixtisaslaşmış təş-kilatlar sırasında Yenidənqurma və İnkişaf Beynəlxalq Bankı (international Bank for Reconstruction and Deve-lopment, World Bank) Beynəlxalq Valyuta Fondu (İnter-national Monetary Fund), Kənd Təsərrüfatının İnkişafı Beynəlxalq Fondu (İnternational Fund for Agricultural Development), YNEP fondu və digərlərini göstərmək olar.

Page 348: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

348

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR

1. Azərbaycan XXI əsrin astanasında. Elmi-prakti-

ki konfransın materialları. Bakı-1998. 2. Azərbaycan Respublikasının ekoloji qanunverici-

liyi. (normativ-hüquqi aktlar toplusu). I cild. Bakı, 2006, s.760

3. Ataşov B.X. Ərzaq təhlükəsizliyinin aktual problemləri. Bakı.2005.s.336.

4. Atakişiyev M.C. Təbiətdən istifadənin iqtisadiy-yatı. Dərslik. Bakı.Təfəkkür.2004, s.220

5. Bayramov K.B. Təbiətdən istifadənin iqtisadi və ekoloji problemləri.ADPU.Bakı.2012, s.120

6. Böyük İqtisadi Ensiklopediya. Bakı. “Şərq-Qərb” nəşriyyatı.2012. I,II,III,IV,V cildlər.

7. Balayev R.Ə., Urbanizasiya: şəhər iqtisadiyyatı və ərzaq problemi. Bakı.2007, s.295.

8. Əliyev F., Bədəlov A., Hüseynov E., Əliyev F. Ekologiya. Dərslik. Bakı. 2012, s.828

9. Əliyev T.N. Ekoloji menecment. Bakı.2006, s.453

10. Göyçaylı Ş.V., İsmayılov T.Ə. Təbiətdən istifa-dənin iqtisadi və ekoloji əsasları (dərslik). Bakı. 2006, s.176

11. Hüseynov A.G. Azərbaycanda ekoloji təhlükə-sizliyin təşkilati-iqtisadi mexanizmlərinin təkmilləşdiril-məsi yolları. Bakı.2010, s.274

12. Xəlilov T.A. Ekologiya və ətraf mühiti müha-fizənin əsasları. Bakı.2009, s. 232

13. İbrahimov İ.H. Məhsuldar qüvvələrin yerləşdi-rilməsi. Dərs vəsaiti. BBU nəşriyyatı, Bakı-2014, s.212.

Page 349: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

349

14. Quliyev T.Ə. Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadiyyatı. Bakı-2006, s.260

15. Qurbanzadə A.A. Ekologiya: sosial-iqtisadi əsasları. Bakı.2010, s.159

16. Məmmədov Z.S. “Təbiətdən istifadənin iqtisa-diyyatı”, Dərs vəsaiti, ADNA nəşriyyatı, Bakı.2010, s.229

17. Məmmədov Q.Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı, 1998, s.280

18. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya, ət-raf mühit və insan. Bakı, 2006. S.608

19. Məmmədov Q.Ş., Xəlilov M.Y, Məmmədova S.Z. Aqroekologiya. Bakı, 2010, s.552

20. Арбузов В.В., Грузин Д.П., Симакин В.И.

Экономика природопользования и природаохраны.

Учебное пособие – Пенза: Пензенский государст-

венный университет. 2004. с.251.

21. Голуб А.А., Струкова Е.Б. Экономика при-

родапользования: Учеб. пособие для вузов. М.: Ас-

пект-Пресс, 1995. с.188.

22. Нестеров П.М., Нестеров А.П. Экономика

природопользования и рынок. Учебник для вузов.

М.: Закон и право, ЮНИТИ, 1997. с.413.

Page 350: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

350

M Ü N D Ə R İ C A T

GİRİŞ .................................................................... 3

I FƏSİL. “ƏTRAF MÜHİTİN İQTİSADİYYA-

TI” FƏNNİNİN PREDMETİ MƏQ-

SƏD VƏ VƏZİFƏLƏRİ.......................

5

1. Ətraf mühitin iqtisadiyyatı barədə

anlayış ....................................................

5

2. “Ətraf mühitin iqtisadiyyatı” nın pred-

meti, metodu və vəzifələri.......................

11

3. Ətraf mühitdən istifadənin iqtisadiyyatı

kursunun əhəmiyyəti...............................

18

4. Ətraf mühitin iqtisadiyyatının tədqiqi

problemləri..................................

22

II FƏSİL. İQTİSADİ İNKİŞAFIN EKOLO-

GİYALAŞDIRILMASININ ƏSAS

İSTİQAMƏTLƏRİ VƏ DAYA-

NIQLI İNKİŞAF..............................

29

1. Ətraf mühitdən istifadə barədə ümumi

məsələlər............................................

29

2. İqtisadiyyatda davamlı (dayanıqlı) in-

kişaf ....................................................

31

3. Ekoloji-iqtisadi sistem. İqtisadi inki-

şafın ekologiyalaşması.................

43

4. Təbiətdən istifadə və təbiəti mühafizə

.......................................................

51

5. Təbii mühitə dəyən ziyan................... 56

6. Təbii mühit üzərində monitorinq, eks-

pertiza, onun vəziyyətinin proqnoz və

modelləşdirilməsi məsələləri...............

59

Page 351: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

351

III FƏSİL.

TƏBİİ PROSESLƏRİN POZUL-

MASININ CANLI ALƏMİN SAĞ-

LAMLIĞINA MƏNFİ TƏSİRİ.......

65

1. Ətraf mühitin mühafizəsi................... 65

2. Ətraf mühitin planlaşdırılması və

idarə olunması....................................

70

3. Ətraf mühitə təsirin qiymətləndirilmə-

sində indikatorlar, nöqsanlar və risk-

lər........................................................

74

4. Təbii proseslərin pozulmasının canlı

aləmin sağlamlığına mənfi

təsiri.....................................................

80

5. Ətraf mühitin mühafizəsinin iqtisadi

qiymətləndirilməsi..............................

90

IV FƏSİL. SU, TORPAQ VƏ MEŞƏ EHTİ-

YATLARI, MİNERAL VƏ BİO-

LOJİ EHTİYATLAR VƏ ONLA-

RIN MÜHAFİZƏSİ YOLLARI......

98

1. Təbii ehtiyatların təsnifatı .................. 98

2. Mineral sərvətlərin istifadəsi və mü-

hafizəsi ...............................................

104

3. Su ehtiyatları ...................................... 108

4. Torpaq ehtiyatları................................ 114

5. Meşə ehtiyatları................................... 119

6. Bioloji ehtiyatlar və onların mühafi-

zəsi .....................................................

121

V FƏSİL. TƏBİƏTLƏ CƏMİYYƏTİN QAR-

ŞILIQLI ƏLAQƏSİ VƏ ONUN

TƏNZİMLƏNMƏSİ............................

124

1. Təbii ehtiyatların iqtisadi dəyəri........ 124

Page 352: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

352

2. İqtisadi problemlərin həllində ekoloji

problemlərlə əlaqənin nəzərə alınması

135

3. Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqə-

ləri və onun tənzimlənməsi................

139

4. Ətraf mühit və təbiətdən istifadənin

müasir vəziyyəti ilə əlaqədar qarşıda

duran məsələlərin həlli ......................

143

5. Əhalinin ərzaqla təminatı problemləri 145

VI FƏSİL. İQTİSADİ İNKİŞAF VƏ EKOLO-

Jİ AMİLLƏR....................................

157

1. Ətraf mühit və təbiətdən səmərəli

istifadənin iqtisadi inkişafa təsiri ......

157

2. İqtisadi inkişaf və ekoloji amillər...... 162

3. Ətraf mühit və təbiətdən istifadənin

optimallaşdırılmasında vergi siste-

minin rolu...........................................

164

4. Ətraf mühit və təbiətdən istifadənin

və ekoloji ziyanın qiymətləndirilməsi

173

VII FƏSİL. ƏTRAF MÜHİT VƏ TƏBİİ

EHTİYATLARIN QİYMƏTLƏN-

DİRİLMƏSİ FUNKSİYALARI VƏ

NÖVLƏRİ..............................................

177

1. Ətraf mühit və təbii ehtiyatların

qiymətləndirilməsi növləri ................

177

2. Ətraf mühit və təbii ehtiyatların

qiymətləndirilməsi funksiya-

ları.....................................................

180

3. Təbii ehtiyatların müxtəlif növlərinin

qiymətləndirilməsi üsulları................

184

4. Təbii kadastrlar.................................. 194

Page 353: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

353

5. Torpaq, meşə və su kadastrları........... 195

VIII FƏSİL. ƏTRAF MÜHİTƏ ÇİRKLƏNMƏ-

DƏN DƏYƏN SOSİAL-İQTİSADİ

ZƏRƏRİN MÜƏYYƏN OLUNMASI..

199

1. Təbiətdən qeyri-səmərəli istifadə vaxtı

ziyan anlayışı....................................

199

2. Ətraf mühitin çirklənməsi ilə əlaqə-

dar illik iqtisadi ziyanın təyin

olunması.............................................

203

3. Atmosfer havasının çirklənməsi ilə

əlaqədar iqtisadi ziyanının təyin

olunması.............................................

211

4. Su hövzələrinin çirklənməsi ilə

əlaqədar iqtisadi ziyanının təyin

olunması.............................................

215

5. Torpaq ehtiyatlarının vəziyyətinin po-

zulması və çirklənməsi ilə bağlı iqti-

sadi ziyanının təyin olunması..............

220

IX FƏSİL. TƏBİİ MÜHİTƏ ÇƏKİLƏN XƏRC-

LƏR VƏ ONUN SƏMƏRƏLİLİYİNİ

TƏYİN EDƏN ÜSULLAR.....................

223

1. İqtisadi ziyanın təsnifatı..................... 223

2. Ekoloji təyinatlı ziyanların həcminin

təyin olunması....................................

224

3. Ətraf mühitin mühafizəsinə sərf olu-

nan xərclər..........................................

229

4. Ətraf mühitin mühafizəsi tədbirlərinə

sərf olunan xərclərin qrupları.............

236

5. Təbiətin mühafizəsinə çəkilən xərclə-

rin səmərəliliyini təyin edən üsullar.....

238

Page 354: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

354

X FƏSİL. ƏTRAF MÜHİTDƏN İSTİFADƏDƏ

MALİYYƏ XƏRCLƏRİNİN İSTİ-

QAMƏTİ VƏ TƏYİNATI....................

241

1. Təbiəti mühafizə tədbirlərinə sərf olu-

nan xərclərin ümumi həcmi................

241

2. Kapital qoyuluşunun istiqamətləri və

təyinatları...........................................

243

3. İqtisadi ziyanların tərkib hissələri...... 246

4. Ətraf mühitin pisləşməsi səbəbindən

iqtisadi ziyanların təyin edilməsi me-

todikası...............................................

248

5. Kapital qoyuluşunun elementləri 250

XI FƏSİL. ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN

İQTİSADİ SƏMƏRƏLİLİYİ...............

254

1. Təbiəti mühafizə tədbirlərinin iqtisa-

di səmərəlilik anlayışı.........................

254

2. Təbiətdən istifadənin və ətraf mühitin

səmərəlilik göstəriciləri........................

258

3. Təbiəti mühafizə tədbirlərinin iqtisadi

səmərəliliyinin təyini metodikası.....

265

XII FƏSİL. ƏTRAF MÜHİTİN MÜHAFİZƏ

FƏALİYYƏTİNİN İDARƏ EDİLMƏSİ

VƏ EKOLOJİ SAHİBKARLIQ.....

270

1. Ətraf mühiti mühafizənin idarə

edilməsinin alətləri.............................

270

2. Ətraf mühiti mühafizənin idarə

edilməsinin növləri.............................

273

3. Ekoloji sahibkarlığın mahiyyəti......... 278

4. Ekoloji sahibkarlığın formaları.......... 280

5. Ekoloji biznesin səmərəliliyi.............. 281

Page 355: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

355

XIII FƏSİL. TƏBİƏTI MÜHAFİZƏ FƏALİYYƏ-

TİNİN İDARƏ EDİLMƏSİNİN MA-

LİYYƏ MƏNBƏLƏRİ..........................

284

1. Təbiəti mühafizə fəaliyyətinin maddi

stimullaşdırılması................................

284

2. Təbii ehtiyatlardan istifadənin ödəniş-

liliyi.Ətraf mühitin mühafizəsinin

maliyyələşdirilməsi mənbələri............

286

3. Təbii ehtiyatlardan istifadəyə görə

ödəniş..................................................

287

a) torpaqdan istifadəyə görə ödəniş..... 290

b) su obyektlərindən istifadəyə görə

ödəniş və s. ..........................................

291

4. Ətraf təbii mühiti çirkləndirməyə görə

ödəmələr və əsas prinsiplər.................

294

a) ətraf mühiti çirklənməyə görə

ödəmələr..............................................

294

b) çirklənməyə görə ödəmə prinsipləri 295

XIV

FƏSİL.

ƏTRAF MÜHİTDƏN İSTİFADƏNİN

İQTİSADİ TƏNZİMLƏMƏ SİSTEM-

LƏRİ.......................................................

302

1. Ətraf mühit və təbii ehtiyatların

mühafizəsi fondlarının formalaşması

mənbələri............................................

302

2. Dövlət ətraf mühiti mühafizə fondu... 304

3. Regional ətraf mühiti mühafizə fond-

ları.......................................................

306

4. Müəssisələrin ətraf mühiti mühafizə

fondları..............................................

308

Page 356: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

356

5. Təbiəti mühafizə fəaliyyətinin stimul-

laşdırılmasının iqtisadi sistemləri.......

309

6. Vergi ödəmələrinin ekoloji meyarla-

rı..........................................................

312

7. Ətraf mühitin mühafizəsi sahəsində

bank sistemləri....................................

318

XV FƏSİL. ƏTRAF MÜHİTDƏN ИСТИФАДЯНИН

ИГТИСАДИЙЙАТЫНДА EKOLOJİ СЫ-ЬОРТА СИСТЕМИ, MENECMENT,

İNFORMASİYA VƏ TƏHSİL, BEY-

NƏLXALQ ƏMƏKDAŞLIQ...............

321

1. Ətraf mühitdən истифадянин игтисадий-йатында сыьортанын тяйини, нювляри вя обйектляри........................................

321

2. Ətraf mühitdən истифадянин игтиса-диййатында менеъмент....................

327

3. Əтраф мцщитин мцщафизяси сащясиндя информасийа вя информатика............

332

4. Ятраф мцщитин мцщафизяси сащясиндя мядяниййят вя тящсил.......................

336

5. Ekoloji problemlərin həllində bey-nəlxalq əməkdaşlıq........................

343

ƏDƏBİYYAT............................................................... 348

MÜNDƏRİCAT........................................................... 350

Page 357: İslam İbrahimov ƏTRAF MÜHİTİN İQTİSADİYYATI (dərs vəsaiti)lib.bbu.edu.az/files/book/12.pdf · 2018-01-22 · məsələləri ətrafında ümumi nəzəri, metodoloji və

357

İBRAHİMOV İSLAM HACI OĞLU iqtisad elmləri doktoru, professor

Əməkdar Kənd Təsərrüfatı İşçisi

“ƏTRAF MÜHİTİN İQTİSADİYYATI”

Redaktor: Ə.İ.Əliyev

Texniki redaktor: Ə.N.Bağırov

Kompüter tərtibatçısı: N.A.Ağakişiyeva

Kompüter operatoru: N.İ.Ağazadə

Bakı Biznes Universiteti nəşriyyatı”

Bakı, H.Zərdabi küç. 88a

E-mail: [email protected]

Yığılmağa verilmişdir: 17.01.2015

Çapa imzalanıb: 25.02.2015

Kağız formatı: 60/90 1/16

Həcmi: 22,5 ç.v.

Tiraj: 500