Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki,...

88

Transcript of Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki,...

Page 1: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-
Page 2: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

2

Rüfət Soltan

Qovuşduq ki,

ayrılmayaq

Page 3: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

3

Редактор: Фярганя Акифгызы

Рцфят Солтан «Говушдуг ки, айрылмайаг»(роман)

Сумгайыт «Билик» няшриййаты, 2013, 224

сящифя.

“İstedadlı olmaq bir səhifə deyil, 300 səhifə

yazmaqdır. Hər hansı bir yazıçının yaza

bilməyəcəyi heç bir roman yoxdur, təcrübəsiz bir

yazıçı belə gözəl bir cümlə qura bilər. Bundan sonra

sadəcə qələmi götürüb səbrlə kağızı doldurmaq

qalır. Güclü olanlar heç bir zaman işi yarımçıq

buraxmazlar, masa arxasında oturur, tərləyərlər,

amma sona qədər gedərlər. Heç bir vəchlə işə

başlaya bilməyən tənbəllərlə istedadlı yazıçıları

ayıran budur”.

MD09257

207525000

© «Билик» няшриййаты, 2013

Page 4: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

4

Rüfət Elçin oğlu Soltanov (Rüfət Soltan)

1991-ci ildə Ağdam rayonunun Xıdırlı kəndin- də anadan olub. Qarabağ müharibəsində tor-

paqlarını itirdikdən sonra ailəsilə Bakıda məs- kunlaşmışlar. 2009-cu ildə Bakıda orta məktəbi

bitirdikdən sonra Sumqayıt Dövlət Universite-

tinə daxil olub və hal- hazırda dördüncü kursda təhsil alır. İxtisası “Coğrafiyaçı”dır. Jurnalist kimi fəaliyyət göstərir. Yaradıcılığa ikinci kurs-

da başlayan gənc yazar 2 ildən çoxdur ki, bədii

– publisistika ilə məşğuldur. Bir neçə qəzetlər- də məqalələri, köşə yazıları yayımlanıb. Bədii yaradıcılığa şeirlə başlasa da, (“Mənim həyatım”,

“Qarabağa gedirəm mən”, “Xəyalımda fırla-

Page 5: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

5

nıram”, “B.E.Ş”, “Yenə” və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri (“Heyf”, “Rənglənmiş barı”, “Dağı-

lan ittifaq”, “Qarşılıqsız sevgi”, “Bədii və elmi kitab”, “Xatirə məktubları”, “Qatilə məktublar”, “Redaksiya heyəti” və s.) qəzetlərdə, bədii jur-

nallarda yer alıb. “Qarabağa gedirəm” şeiri Karabakh.info e-jurnalında nümayiş olunub. Mediapost-az.com qəzetində bir neçə məqalə və

köşk yazıları yayımlanıb. “Ayan” və Vətəninfo.az internet qəzetində məqalələri dərc olunub. Hal-hazırda “Ümman press”qəzetində

xüsusi müxbir kimi fəaliyyət göstərir. Bununla bərabər tanınmış yazıçı-kultroloq Aydın Xan Əbilovun yaradıcısı və rəhbəri olduğu

Azərbaycanın ən böyük elektron kitabxanası “kitabxana.net” saytında “Qarşılıqsız sevgi”

adlı hekayələr toplusu yerləşdirilib. Bu yaxın- larda çap olunmağa verilmiş və içində bir neçə

yazarın hekayə və şeirlərinin yer aldığı “Ömür”

antologiyasında iki hekayəyə yer verilib. Özəl

WEBBLOG-da (“dostun.wordpress.com”) bir çox yazıları dərc olunub. “Qovuşduq ki, ayrılma-

yaq” romanı yazıçının nəşr olunmuş ilk kitabıdır.

Page 6: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

6

Ön söz

Azərbaycan istedadlar diyarıdır. Bu

zaman-zaman sübut olunmuşdur. Hazırda

Azərbaycanın gələcək inkişafını təmin

edəcək və bir-birindən öz dəsti-xətti ilə,

müxtəlif yaradıcılıq qabiliyyəti ilə seçilən,

müxtəlif maraq darəsinə malik olan iste-

dadlarımız vardır. Çox sevindirici haldır

ki, belələrini görəndə adamın ürəyi dağa

dönür. Onlar istedadlı və bacarıqlı olmala-

rına görə digərlərindən seçilirlər. Hətta da-

ha üstündürlər desək, yəqin ki, yanılmarıq.

Sizinlə yaxından tanış etmək istədiyim

gənc, istedadlı və qeyri-adi düşüncə tərzi

ilə digərlərindən fərqlənən yazıçımız Rüfət

Soltandır. Əsas məqsədimiz haqqında söh-

bət açacağımız gənc yazarı ruhlandırmaq,

onu tarixin yaddaşında yaşatmaq, ətrafda-

kıların ona qayğısını artırmağa nail olmaq-

dır. Axı əsl istedadlar təvazökar olurlar.

Qədim dünyada yaşamış yunan alim-

ləri, sonra isə rahib və hüquqçuları, habelə

şair, ədib və digər sənətkarları deyərlərmiş

Page 7: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

7

ki, bir ucu yazan qələmin digər ucu gərək

pozmağa yararlı olsun. Elə buna görə də,

onlar qələmin yazmayan ucuna pozan

maddə yapışdırar, sonra onu işlədərlərmiş.

Yunan yazarları bu vasitə ilə hazırladıq-

ları mətn üzərində dönə-dönə düşüncəli

əməliyyat aparar, onu məna tutumunu

saxlamaq şərtilə mümkün olan qısalıq həd-

dinə çatdırarlarmış. Dözüm, hövsələ, vaxt

və gərgin zehni fəaliyyət tələb edən belə

əzablı işi yunan sənət adamları dürüstlük

şərəfi, nüfuz ucalığı hesab edirlərmiş.

Rüfət Soltan cəmiyyətin məngənəsində

sıxılan, öz təmizliyi, ləyaqəti ilə yaşayan,

mübarizə aparan, zalımların təzyiqi ilə

müxtəlif zülmlərə düçar olan adamların

realist, canlı surətlərini ustalıqla yaradan

yazıçıdır. Onun qəhrəmanları çox zaman

igid, qəhrəman, temiz və ülvi sevgi ilə

dünyaya öz hiss və duyğularının gözü ilə

baxan insanlardır.

Rüfət Soltanı məhəbbət fonunda psixo-

loji süjetlər qurduğuna görə lirik-realist

Page 8: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

8

yazıçı adlandırsaq yanılmarıq. Onun “Qo-

vuşduq ki, ayrılmayaq” romanında lirik

düşüncələr elə təsvir olunmuşdur ki, bu

duyğuların təsiri altında oxucu özünü hə-

min qəhrəmanların yanında hiss edir,

onların ürək çırpıntıları oxucu qəlbini

riqqətə gətirir. Lakin yazıçı yalnız lirik

hissləri, duyğuları qələmə almaqla

kifayətlənmir, qəhrəmanını daha böyük

sınaqlardan, sarsıntılar içərisindən keçirir.

Yazıçı əsərlərində, öz zəmanəsinin və

cəmiyyətinin bütün təbəqələrini təsvir

etmiş, yaxud ona münasibətini bildirmiş-

dir. O, insanları bir-birilərinə qarşı ədalətli

olmağa çağırır. Əsərlərinin əksəriyyətində

gənc nəsli savadlı və bilikli olmağa və

gələcək nəsillərə də, ötürməyə çağırır.

Rüfət Soltan “Qovuşduq ki, ayrılma-

yaq” romanı iki hissəli etməklə, insanı

dərin düşünməyə çağırır. Birinci hissədə

bir-birini sevən uşaqlıq dostları, çox çətin-

liklə qovuşaraq təmiz, saf sevgiyə çatırlar.

Bundan sonrası isə oxucunu həyacanlan-

Page 9: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

9

dıran, səbirsiz edən süjetlərdir. Rauf vətən-

pərvərliyi, ailəsinə sonsuz məhəbbəti və o

cümlədən savadlı və istedadlı iş adamı

olması ilə gənc oxucularımızı ondan nü-

munə götürməyə səsləyir. Romanın ikinci

hissəsində isə qəlbi, o cümlədən ruhu qara

olan insanların gənc, xoşbəxt ailəyə təca-

vüz etməsi və Elnarənin qurban olması ilə

yadda qalır. Kədərli notlarla təsvir olunan

roman “bir ailə faciəsi” və “dost xəyanəti”

kimi oxucunu həyacanlandırır.

Rüfət Soltanın hekayələrinin əsas möv-

zusunu ailə-məişət məsələləri, uşaq tərbi-

yəsi, qadın hüquqsuzluğu, ailə faciə-

ləri kimi mühüm məsələlər təşkil edir.

Mən də bir jurnalist və romanın oxu-

cusu kimi gənc tələbə, müxbir, yazıçı Rüfət

Soltana işlərində müvəffəqiyyətlər arzula-

yıram. Ümid edirəm ki, “Qovuşduq ki,

ayrılmayaq” adlı romanı uğur qazanaraq,

yazıçıya bol-bol yaradıcılıq uğurları

gətirəcək. Amin!

Fərqanə Akifqızı

Page 10: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

10

I HİSSƏ

İllərin yaddaşı

Page 11: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

11

İllərin yaddaşı

ərdən zarafat olanda yoldaşlarım

mənə saman altından su yeridən

deyirdilər. Əslində bu mənə xoş

gəlirdi ki, hər hansı bir məsələdə bir

yeniliyə əl atım və maraq-

lananları təəccübləndirim.

Rauf adında bir gəncin hekayəsində illərin

yaddaşı bir sevginin təməlini qoymuşdu iki

gənc arasında.

Tədqiqatçılığı sevən Rauf, doğrudan da

müəyyən bir məsələnin üstünü açmağı və fana-

tizm ona güc gəldikcə maraqlananları nümayiş

etdirdiyi yeniliklə təəccübləndirməyi sevərdi.

O, bir yaşındaykən Qarabağ savaşında

torpaqlarını itirmiş, ailəsilə məcburi köçkün

kimi Bakıda məskunlaşmışdılar. Beş yaşında

olanda, qaldıqları yataqxanadan köçüb şəhərin

kənar qəsəbələrinin birində ev tikdirmiş, orada

yaşamağa başlamışdılar. Rauf orta məktəb

illərini çox maraqlı keçirir, orada göstərdiyi

məharətlərinə görə sinif yoldaşları arasında

seçilirdi. Sakit, gözə çarpan uşaq idi. Sakit

H

Page 12: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

12

olduğu qədər də soyuqqanlılığı təcəssüm etdi-

rən irsi xarakter sahibi idi. Bəzi dostları Raufu

saman altından su yeridən, bəziləri filosof,

bəziləri isə sadəcə talant deyə adlandırardılar.

Hələ bir dəfə coğrafiya müəllimi onu coşqun

platforma deyə adlandırmışdı.

Rauf böyüdükcə həyatın onun beynində

yaratdığı sualların daimi ardtığını hiss edirdi.

Uşaqikən bu sualların cavablarını valideyn-

lərində, böyüdükcə isə özündə axtarmağa ça-

lışırdı. Duyğusallığını gizlətsə də, sinif yol-

daşı və uşaqlıq dostu olan Elşən onun şeirlərini

hər zaman üzə çıxarmağa çalışırdı. Məktəbdə

oxuyanda bu təvazökar oğlanın bir neçə şeiri

məktəb qəzetində çıxmışdı. Elə yeri gelmişkən

duyğusal Raufu daha çox maraqlandıran sevgi

məfhumu olmuşdu həyatda. O, orta məktəbi

bitirdikdən sonra universitetə sənədlərini verir

və ora qəbul olur. İndi yeniyetməlik dövrünü

keçmiş, gənclik fəslinə addım atan bu gəncin

tədqiqatçılıq məharətini, necə deyərlər, “Ceyms

Bond” məharətini göstərməyin zamanı gəlmiş-

di. Ancaq bu dəfə onun bu axtarışı fanatizmdən

uzaq, yəni kimlərisə təəccübləndirmək, şöhrət-

pərəstlik naminə deyil, sırf onun özünü maraq-

landıran, özü üçün lazım olan bir məsələydi...

Page 13: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

13

Belə ki, həmin o yataqxana illərində vaxtı

ilə Qarabağda eyni kənddən olan qonşuları ilə

Bakıda yataqxanaya köçmüş, orada da qonşu

olmuşdular. Onu xatirələrə aparan isə həmin

yataqxanadakı illər olmuşdu. Daha dəqiq desək

o qonşuluqdakı qız...

Qızın adı Elnarə idi. O qızın çox dəcəl bir

uşaqlıq illəri Raufun yaddaş süzgəcindən keçir-

di. Rauf birinci kursda oxuduğu ilk vaxtlardan

o qızı axtarmağa başlamışdı. O, on üç illik

həyatı boyunca Elnarə haqqında, onun ailəsi

haqqında öz anasından öyrənirdi. İndi isə

onların on səkkiz yaşı var idi. Səriyyə xala

Elnarənin anasıydı. Elnarə bunca illər (on il)

Moskvada dayısının himayəsində qalmış, orada

orta təhsil almışdı. Sonra isə Bakıya gəlmiş ali

məktəbə burada daxil olmuşdu. Rauf onunla

görüşəndən üç-dörd ay öncəyədək Elnarənin

onunla eyni universitetə daxil olduğunu bilmir-

di. Rauf artıq universitetə qəbul olmuşdu. Yay

aylarının birində öz həyət evlərində tətil keçi-

rirdi. İmtahanlarının nəticələri bəlli olandan

sonra anası yaxınlarını, qohum-əqrabalarını

qonaq çağırmış, Raufun tələbə adını qazanması

münasibətilə məclis təşkil etmişdi. Səriyyə xala

da məclisə gəlmişdi. Qızı yaxınlarda Moskva-

Page 14: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

14

dan qayıtsa da, Elnarə rayonda digər qohum-

larıyla birlikdə idi. Rauf bir az heyfslənmişdi

ki, o qızı - uşaqlıq dostunu görə bilmədi. Rauf

Elnarəni görsə tanıyardı, çünki onun şəkillərini

qızın anası Səriyyə xanım bunlara qonaq

gələndə görmüşdü. Məclis çox gözəl keçdi.

Raufun anası onun yeganə oğlu ali məktəbə

qəbul oldu deyə təmtəraqlı qonaqlıq verməkdən

çəkinməmişdi. Bu məclisdən bir-iki ay keçdi və

hekayənin qızıl anlarının başlanğıcına vədə

çatdı....

Rauf artıq ilk tələbəlik ilinə qədəm qoydu.

Sentyabr. Və yüzlərcə, minlərcə tələbə ali

məktəbə axışırdılar. Raufda onlardan biri

olmuşdu. O Elnarənin də burada - onunla eyni

Universitetdə, ancaq başqa fakültədə oxudu-

ğunu bilirdi. Axı Səriyyə xanım onlara gələndə

demişdi ki, mənim də qızım Rauf balamın

qəbul olunduğu ali məktəbə daxil olub. Rauf

bir neçə gün dərsə gedib gəldikdən sonra qərar

verdi ki, Elnarəni onun oxuduğu fakültədə

axtarsın. Elnarə “Metrologiya” fakültəsində

oxuyurdu. Səriyyə xanım belə demişdi deyə,

Rauf hər dəfə Elnarə yadına düşəndə həmin

Page 15: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

15

sözləri təkrarlayırdı. Rauf Universitetin struk-

turasına bir az bələd olandan sonra, korpusları

gəzərək “Metrologiya” fakültəsini axtarmağa

başladı. Onun oxuduğu dönəmdə, birinci dərs

növbəsinə ancaq birinci kursları salmışdılar.

Buna görə də yuxarı kursun tələbələrindən

“Metrologiya” fakültəsinin yerləşdiyi yeri

soruşmaq imkanı olmurdu. O, məcburən ikinci

növbəni gözləməli oldu ki, yuxarı kurslardan

bunu öyrənsin. Dərsləri sona çatandan sonra

Rauf evinə getmədi və artıq bura gələn yuxarı

kurs tələbələrini görürdü. Onlardan birinə

yaxınlaşdı. Bir azdan hündürboy bir cavan

oğlanın önündə dayanmışdı. Qıyıq gözləri

vardı, qıvrım saçı tünd sarıya çalırdı, qarayanız

olsa da, yaraşıqlı qaməti göz oxşayırdı. Yaşda

Raufdan böyük olardı (təxminən 4-5 yaş).

- Salam, qardaş, - Rauf əlini uzatdı - sən

neçənci kursdasan?

- Salam, ikinci. Necə bəyəm?

- Burada “Metrologiya” fakültəsi hardadır?

- Gəl gedək, elə mənim oxuduğum fakul-

tənin yanındadır.

- Hə, bu yaxşı oldu. Gedək.

Beləcə, bu iki yoldaş universitetin korpu-

suna yollandılar, yol boyu söhbət edirdilər:

Page 16: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

16

- Deyəsən, yenisən.

- Hə.

- Fakültənin yerini tanımamağından bildim

ki, yenisən burada...

Bir az getdilər və həmin oğlan yenidən

dilləndi:

- Bilirsən əslində ikinci kursda da olsan

universitetdəki fakültələri tanımamağın təəccüb

doğurmazdı.

- Hə! Düz deyirsən, məktəbimiz çox böyük-

dür, on beş dəqiqədi hələ həyətin o başındakı

korpusa gedib çatmamışıq. Bunu deyib hər ikisi

də güldü.

Bir azdan onlar korpusun binasına çatmış-

dılar. Pilləkanlarla yuxarı qalxdıqdan sonra

fakültənin yerləşdiyi mərtəbəyə çatdılar.

Metrologiya fakültəsinin qapısına yaxınlaşanda

yuxarı kurs tələbəsi Nicat (Onlar artıq bir –

birilərinin adlarını da öyrənmişdilər.) Raufa

çönüb dedi:

- Bax ha! Birdən səhv salarsan.

- Nəyi? – deyərək Rauf qaşlarını büzdü.

- Bu universitetdə iki fakültə var: – biri

“Metrologiya”, digəri isə “Meteorologiya və

iqlimşünaslıq” (Buna bəzən sadəcə Meteo-

rologiya da deyirdilər). Yaxşı sağ ol. Mən

Page 17: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

17

dərsə getməliyəm. Nicat Raufun əlini sıxıb

onunla sağollaşdı.

Bu universitetin strukturası belə idi ki,

fakültənin səlahiyyətində olan kafedralar və

dərs otaqları həmin fakültə dekanlığının yer-

ləşdiyi mərtəbədə, onun ətrafında yerləşirdi.

Deməli, Rauf üçün əsas dekanlığı tapmaq

kifayət idi, onu da Nicatın köməyi ilə tapmışdı.

Bundan sonra Rauf artıq öz işini bilirdi.

Nicatdan ayrılandan sonra oradan ayrıldı və

geri qayıtdı. Həmin mərtəbədə, dəhlizin sonun-

da isə Nicat oxuduğu fakültə yerləşirdi.

Tələbəlik həyatının ilk dostunu qazandığını

hesab edən Rauf tənbəlik etməyib, pilləkandan

düşmədi və geri döndü. Dəhlizin sonuna qədər

gedib Nicatın oxuduğu fakültənin dekanlığının

qapısına yaxınlaşıb qapını üstündəki tabloda

yazılan fakültənin adını da öyrəndi. Sonra

binanı tərk edib evinə getdi. Raufu anası

Şamama xanım qarşıladı:

- Oğlum xoş gəlmisən.

- Salam ana, (Rauf yorğun halda birbaşa ye-

mək masasının önündə əyləşdi) yeməyə nə var?

Mülayim üzlü Şamama ana:

Page 18: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

18

- Allah verəndən oğlum. Amma sən əlini

yumamısan, get əl - üzünə su vur, yorğunsan,

biraz özünə gəl.

Rauf yorğun halda yerindən qalxdı və

mətbəxə keçdi. Əlini yuyanda o bir şeyi

fikirləşməli oldu:

- Bəlkə anamdan soruşum, Elnarə haqqın-

da?! Yox! Soruşsam bilirəm ki, məndən əl

çəkməyəcək ki: "yoxsa ondan xoşun gəlir?” Ən

yaxşısı elə soruşmamaqdır, onsuz da özüm onu

görəcəm nə vaxtsa. Üzünə bir çırtmaq su

şappıldadıb, əlini dəsmala atdı və əl -üzünü

quruladıqdan sonra süfrəyə əyləşdi. Şamama

xanım artıq süfrəni nemətlərlə bəzəmişdi. Rauf

əyləşib Bismillah elədi və yeməyə başladı.

- Hə!... – Şamama xanım bu “hə” kəlməsini

bir az uzatdı - oğlum, dərslərin necə keçdi bu

gün? - Ananın o sevincli və maraqlı üz çöhrəsi

parıldayırdı.

- Ana, sənə qurban olum qoy çörəyimi

yeyim sonra danışaram.

Raufun ağzında loxmalar oynayırdı. Şama-

ma xanım əli ilə oğlunun saçına sığal çəkib

dedi:

– Neyləyim axı. Bircə oğlum var, soruşma-

yım neyləyim… Yaxşı, sən çörəyini ye!

Page 19: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

19

Şamama xanım gülümsəyərək sözünə da-

vam gətirdi:

- Səriyyənin qızı var idi ha?!

- Elnarəni deyirsən? – Rauf başını qaldırdı

və gözlərini bərəldib anasına baxdı. Oğlunun

bu reaksiyasına ana bir az təəccübləndi:

- Hə, Elnarəni deyirəm. Dünən onun ad

günü imiş. Səriyyə xanım bu səhər bizə qonaq

gəlmişdi, qızının tort payından bizə gətirdi.

Yeməyini ye qurtar, sənə tortla qəşəng bir

pürrəngi çay verəcəm.

- Yaxşı, Ana.

Həftənin növbəti günü istirahət gününə düş-

düyündən Rauf bu günü şəhər kitabxanasına

getməyi qərara aldı. Kitabxanada tələbə - mü-

əllim kütləsi çox idi. Rauf universitetdən

verilən tapşırıqları kitablardan tapmışdı və oxu

zalına (geniş bir zal idi) daxil oldu. Bir masa

tapdı və əyləşdi. Bu tələbənin başı kitab

oxumağa o qədər qarışmışdı ki, ona yaxınlaşıb

yanında əyləşən xanıma belə baxmadı. Ancaq o

xanım bir az buna baxdı və çönüb işi ilə məşğul

olmağa başladı. Rauf yanındakı xanımın ona

baxdığını hiss etsə də, buna reaksiya vermədi.

Təxminən bir saat yarım keçmişdi. Rauf hələ

Page 20: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

20

də başını aşağı salıb kitab oxuyurdu. Bir azdan

həmin xanım yerindən qalxdı və çıxışa tərəf

istiqamət götürüb getdi. O, qalxıb masadan

uzaqlaşan anda, Rauf başını həmin xanıma

tərəf döndərmiş və bayaqdan onun yanında

əyləşmiş, hərdən çönüb ona baxan Elnarəni

tanımışdı. Amma artıq gec olmuşdu. Çox ani

və natamam şəkildə Elnarənin üzünü görən

Rauf o qızın Elnarə olduğuna tam əmin

olmamışdı. Çünki neçə ildir görmədiyi birini

üzdən tanımaq çox çətin idi. Nə isə...

Elnarədən yarım saat sonra Rauf da çıxıb

evinə getdi. Həftənin birinci günü idi. Rauf

səhər tezdən yuxudan ayılan kimi Elnarəni

düşünməyə başladı. Şamama xanım ona

şirinçay hazırladı, Rauf isə şirinçayı içə – içə

biraz düşüncələrə dalmışdı. O öz - özünə sual

verməyə başladı: – Axı mən niyə Elnarəni

axtarıram? Bunun ardınca çaydan bir qurtum

da alıb, öz – özünə danışmağa davam edir:–

Çünki o, mənim uşaqlıq dostum olub. Hə, hə,

elə buna görə. Ümid edirəm ki, o da məni görsə

tanıyacaq, bəlkə də sevinəcək.

Rauf evdən çıxır, məktəbə gəlib çatır. Belə

məqamlarda o, çox səbirsiz davranırdı. III dərsi

Page 21: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

21

gözləyə bilməzdi. Elə isə, iki dərsdən sonra

icazə alıb Metrologiya fakültəsinin yerləşdiyi

korpus binasına gəlib çatdı, ardınca binaya

daxil oldu. Fakültənin qapısına yaxınlaşıb

qapını döydü, icazə alıb içəri daxil oldu:

- Salam.

- Salam. Sizə kim lazımdır?

- Mənə bu fakültənin I kurs tələbəsi Elnarə

Məmmədova lazımdır. Bilmək istəyirəm o,

burada oxuyur?

Katibə siyirtmədən bir – birinə tikilmiş list

vərəqləri çıxardı.

- I kursdur?

- Hə, I kursdur.

Katibə listə baxsa da, Elnarə Məmmədova

adlı tələbəni tapmadı:

- Təəssüf edirəm cavan oğlan, bu fakültədə

Elnarə Məmmədova adında tələbə oxumur.

Katibə bir az düşündü – ola bilsin ki, siz o

tələbəni "Meteorologiya və iqlimşünaslıq"

fakültəsində tapa bilərsiniz.

Nicatın ona dediyi kimi, Rauf artıq

anlamışdı ki, fakültələri səhv salıb. Elə isə:

- Hə! Bəs Meteorologiya və iqlimşünaslıq

fakültəsi hansı binadadır?

Page 22: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

22

- Elə bu binadadır, sadəcə bir mərtəbə aşağı

düşməlisiniz?

Rauf katibəyə təşəkkürünü bildirib otaqdan

çıxdı. Sonra pilləkanlarla irəliləyib bir mərtəbə

aşağıya düşdü. Və orada “Meteorologiya və

iqlimşünaslıq” fakültəsinin dekanlığının qapı-

sına yaxınlaşıb qapını döydü və sonra azca

qapını araladı:

- Salam. Olar?

Növbəti katibə:

- Salam buyurun. Katibə mülayim və xoş

üzünü təbəssümə boyayaraq dedi:–Nəsə lazım-

dır?

- Bəli, mən Elnarə Məmmədova adlı bir

tələbənin bu fakültədə oxuyub oxumadığını

bilmək istəyirdim.

Katibə listə baxdı:

- Bəli burada belə bir tələbə var: Məmmə-

dova Elnarə Mahir qızı, birinci kursda oxuyur.

Atası da Qarabağ müharibəsində itkin düşüb,

elədirmi?

- Bəli, elədir ki var. Həmin tələbədir.

- Neyniyirsiniz o xanımı, tanışısınız?

- Demək olar ki, tanışıq. Bu cavabdan sonra

katibə təəccübələnsə də, heç bir şey demədi.

Page 23: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

23

- Sağ olun xanım, təşəkkür edirəm - Rauf

gülər üzünü xanıma göstərib bayıra çıxdı.

Sonra saatına baxıb gözlədi. Zəngin vurul-

masına 5 dəqiqə qalmışdı. Rauf dəhlizi o baş,

bu baş gəzirdi, ancaq Elnarənin hansı qapıdan

çıxacağını bilmirdi. Beş dəqiqə ötdü, zəng

vuruldu. Tələbələr toplum şəklində bütün

qapılardan bayıra çıxırdılar. Bir neçə saniyə

sonra dəhlizdə tələbə iztihamı yaranmışdı. Rauf

isə həyəcanla Elnarəni axtarmağa başladı. Artıq

üçüncü dərs qurtarmışdı, ona görə də tələbələr

axışıb evə gedirdilər. Rauf nə qədər diqqətli

olmağa çalışsa da, tələbələrin arasında Elnarəni

görə bilmədi. Bu qarmaqarışıqlıqda əlacsız

qalan Raufun ağlına bir şey düşdü. O tezliklə

məktəbi tərk edib, universitetin çıxış qapısına

tərəf qaçdı. Ancaq təəssüf ki, orada da istəyinə

nail ola bilmədi, kor-peşman evlərinə qayıtmalı

oldu. Elnarəni görə bilmədiyi üçün çox bikef

olmuşdu...

Universitetin yanından adəti üzrə iki

istiqamətdə avtobuslar çıxırdı. Bu avtobusların

biri Raufgilin yaşadığı qəsəbədən keçib, Elna-

rəgilin evinin yerləşdiyi küçəyə gedirdi. Ancaq

digər avtobus birbaşa qısa yolla Elnarəgilin

Page 24: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

24

yaşadığı əraziyə getdiyindən, bu iki gəncin

yolları həmişə ayrı olurdu. Bundan isə nə

Raufun, nə də Elnarənin xəbəri var idi. Eşq

təsadüfləri sevər (bəlkə də eşq deyil, eşqə

gedən yol təsadüfləri sevər…). Elnarə həmin

günü dərsdən çıxıb evə gedəndə ləngidiyindən

avtobusu da qaçırmışdı. Onun növbəti avtobusu

isə düz yarım saatdan sonra gələcəkdi. Bu gənc

qız evə gecikməsin deyə digər avtobusdan is-

tifadə etməli olmuşdu. O, dayanacaqda dayan-

mış bu avtobusa yaxınlaşdı. Dilxor vəziyyətdə

qaşlarını büzmüş Rauf isə həmin avtobusda bir

küncdə əyləşib, gözləri bayırı seyr etməkdə,

avtobusun tərpənməsini gözləyirdi. Avtobus

sərnişinlərlə dolmuşdu. Elnarə avtobusun pillə-

kanları ilə qalxanda, içəridə, bir az aralıda

Raufun əyləşib bayırı seyr elədiyini gördü.

Biixtiyar gözünü pəncərədən ayırıb avtobusun

qapısına baxan Rauf da Elnarəyə baxdı. İndi bu

gənc oğlanda həyəcan coşur, gözlərini Elnarəyə

zilləyərək yerində donub qalmışdı. Rauf həmin

an nə edəcəyini bilmirdi. Elnarənin avtobusda

ayaqüstə dayandığını görəndə, tez yerindən

qalxdı:

- Xanım, buyurun əyləşin.

Page 25: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

25

Raufun parıldayan gözlərini görən Elnarə

sanki, onu tanımırmış kimi təşəkkürünü bildi-

rib, əyləşdi. Avtobus yerindən tərpənmişdi. Yol

boyu Elnarənin başının üstündə dayanmış Rauf

hərdən başını aşağı endirib Elnarəyə baxırdı.

Rauf fikirləşməyə başlamışdı:

- Görəsən, indi mən nə etməliyəm, bəlkə

onunla gedim, o düşəndə ardınca mən də düşə-

rəm avtobusdan. Bununla belə Raufu bir şey də

narahat edirdi:

- Bəs görəsən, Elnarə doğrudan məni unu-

dub, yoxsa utanır üzümə baxmağa? Bəlkə də

tanıyır məni, amma bunu üzümə vurmaq

istəmir… Hə məni tanıyır, əgər mənim yadda-

şımda həmin illər qalıbsa, deməli bu qızın da

yadındadır. Bir az fikirləşdi və qərar verdi:

Mən Elnarə ilə birlikdə düşəcəm. Avtobus

təxminən iyirmi beş dəqiqədən sonra Raufun

qaldığı qəsəbəyə çatmışdı, lakin o düşmədi.

Həmin an Elnarə başını azca yuxarı qaldırıb,

Raufu süzdü. Rauf isə dərhal bunu hiss etdi:

- Görəsən, bu mənim qaldığım ünvanı da

tanıyır? Bəlkə də…

Bir azdan avtobus son dayanacağa çatdı,

sərnişinlər düşdülər, ardınca da bu iki nəfər.

Page 26: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

26

Artıq əsas məqam gəlib çatmışdı, Rauf bir şey

etməli idi. Avtobusdan düşəndən sonra bir neçə

metr addımladılar və Elnarənin arxasıyla gələn

Rauf axır ki, dilləndi:

– Xanım! Xanım! Elnarə yerində dayandı və

arxaya çönüb:

– Buyurun.

– Elnarə?!.......

Raufun bu xitabının, emosional ahəngdə

səslənməsi görünür Elnarəyə də təsir etmişdi.

– Bəli. Siz kimsiniz?

– Məni tanımadın?

- Yox - sakit tərzdə - siz məni hardan tanı-

yırsınız?

- Mənəm də Rauf, uşaqlıq dostun, qaçqın

yataqxanası.

Elnarə Raufu hələ kitabxanada ikən tanımış-

dı. Lakin nədənsə Raufu tanıdığını ona bildir-

məkdən çəkinirdi. Və qarşısındakı oğlan bu

sözləri deyəndən sonra Elnarə utancaq şəkildə

başını aşağı əyib susurdu.

- Bu neçə illər ərzində o dəcəl qız uşağı gör

necə dəyişib?! Rauf bunu dedikdən sonra

Elnarə axır ki, danışmağa başladı:

- Nə olub ki, o qıza.

Page 27: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

27

- Heç. (Rauf dodaqlarının arasında azca

gülümsədi) Qonşumuz Tərlan bibinin dəhliz-

dəki şfonerinin içərisinə pişiyi balaları ilə salıb

gözdən itən kim idi görəsən?

Bundan sonra o soyuq çöhrəli Elnarə dodaq-

larının arasında güldü. Rauf bunu görüb

həvəslə sözünə davam etdi:

- Hələ mən, evimizdəki çarpayının küncünə

kəllə vurmağımı demirəm?! (Rauf özünü artist

fasona salıb, üz - gözü ilə öz sözlərini təqib

edirdi.) Görəsən, məni itələyib başımı yaran

kim idi, onda?!

O sakit, utancaq Elnarənin gülüşü artıq açıq,

aydın hiss olunurdu.

- Bəs yataqxanadakı o qara pişiyə kolba-

saları yedizdirib, yazıq heyvanı xəstə salan kim

idi, hə?

Bunun ardınca hər ikisi dərindən qəh – qəhə

çəkib gülməyə başladılar. Bir qədər sonra araya

sükut çökmüşdü. Onlar dayanıb bir – birlərinin

gözlərinə baxırdılar. Gülən üzləri də ciddiləş-

mişdi artıq.

- Yaxşı mən gedim, hələlik. (Elnarə gülüm-

sündü və sağollaşdı.)

- Elnarə!

Page 28: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

28

- Hə. Elnarə yenidən çönüb Raufa baxdı.

Rauf nəsə demək istəyirdi, ancaq deyə bilmədi:

- Heç. (dərindən nəfəsini verdi.) Hələlik!

Həmin gün Raufun sevincinin həddi – hüdu-

du yox idi. Sanki bu fani dünya da onun

romantik hisslərinə təslim olmuşdu. Sevincək

halda evə tələsirdi. Gəlib evə çatanda anasının

o gözəl nurlu üzünü yenə gördü:

- Salam ana. Raufun sevinci o an büruzə

verirdi.

- Necəsən?

- Yaxşıyam oğlum. Nə olub, niyə bu qədər

sevincəksən, bir de, mən də bilim.

- Heç ana, elə - belə.

- Yox, elə - belə insan sevinmir. De görüm!

- Ana, bu gün Səriyyə xalanın qızını, Elna-

rəni gördüm.

- Nə yaxşı! Universitetdə?

- Hə.

- Lap yaxşı - Şamama xanım gülümsədi və

sonra qaşının birini qaldırıb şübhəli nəzərlərlə

oğluna baxdı:

– Bəs sən niyə sevinirsən, hə?! Rauf anasın-

dan utandı:

- Heç, uşaqlıq dostum idi də, gördüm,

sevindim… Ona görə. Başqa nə ola bilər ki?!

Page 29: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

29

- Yaxşı, de görüm nə danışırdınız?

- Düzü çox söhbət eləyə bilmədik, təsadüfən

yolda, avtobusda gedəndə rastlaşdıq, avtobus-

dan enəndən sonra bir az da ayaq üstə danışdıq,

sonra sağollaşıb evə gəldim. Ancaq deyə bilə-

rəm ki, Elnarə çox dəyişib. O balaca dəcəl

qızdan əsər belə qalmayıb ana.

Raufun üzü təbəssümə boyandı: - Amma

indi daha da gözəlləşib.

- Hə, lap yaxşı.

Şamama xanım oğluna yemək çəkdi və

ardınca divanın o başına keçib telefona yaxın-

laşdı.

– Yenə kimə zəng eləyirsən?

- Səriyyə xanımgilə. Raufun loxması ağzın-

da qaldı:

- Elnarə ilə görüşdüyümüzü demə ha!

- Niyə ki?

- Nə bilim e…, demə də...

- Yaxşı demərəm. Bundan sonra Şamama

xanım telefonu götürüb nömrəni yığdı:

- Alo, salam Səriyyə. Necəsən?

- Salam Şamama bacı, yaxşıyam, siz

necəsiniz?

- Belə də, ay Səriyyə, yaşayırıq hələ ki.

- Hə, şükür bu günümüzə.

Page 30: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

30

- Şükür, şükür.

- De görüm, Rauf balam neynəyir, dərsə

gedib, gəlirmi? Şamama xanım dəstəyi qula-

ğında saxlayaraq Raufa çönüb baxdı:

- Hə, gedib, gəlir. Bəs Elnarə qızımız

neyləyir?

- Elə o da hər gün dərsə gedir- gəlir. Qızım

deyir bu gün evə gələndə təsadüfən Raufu

görüb.

- Bilirəm, Rauf indicə mənə dedi. Balam

dərsdən sevincək gəlirdi, səbəbini soruşanda

dedi ki, Elnarə ilə rastlaşıb.

- Amma deyirəm, nə yaxşı bir – birilərini

tanıyıblar e…

- Rauf deyir ki, Elnarə dəyişib, deyir ki, o

dəcəl qızdan əsər - əlamət qalmayıb.

- Elədir Şamama bacı. Bizim qız Rusiyada

yaşayandan sonra dəyişib.

- Hər şey mühitdən asılıdır - Şamama xanım

gülərək - Eybi yoxdur, bir neçə ildən sonra

həmişəki dəcəl qız olar yenə. Buna Səriyyə

xanım da güldü:

- Demə day, işimiz var da bunlarla.

- Yadındadır hələ rəhmətlik qonşumuz Ta-

mara arvadın başına nə oyun açırdılar. Yazıq

qoca arvad bunların əlindən lap təngə gəlmişdi.

Page 31: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

31

- Əsas odur ki, böyüyüb bu günə çatıblar,

indi də ali məktəbdə oxuyurlar.

- Şükür Allaha ki, bu günü görə bildik –

danışıqları astadan gəlirdi - yaxşı ay Səriyyə

bacı. Elnarəyə de ki, Şamama xalası ona salam

deyir.

- Salam göndərən sağ olsun, deyərəm. Sən

də Rauf balama məndən salam söylə. Sağ olun.

Şamama xanım dəstəyi yerinə qoydu:

– Səriyyə xalan sənə salam deyir.

Rauf artıq çay içirdi:

- Sağ olsun.

- Bax görürsən, qoymurdun Elnarə ilə gö-

rüşdüyünü Səriyyə xanıma danışım. Səriyyə

xanım özü mənə dedi ki, Elnarə səninlə

rastlaşdığını danışıb anasına.

Rauf bir söz demədi. Sonra süfrədən qalxdı:

- Sağ ol ana, əlin - qolun ağrımasın. Mən

gedim bir az yatım, yorğunam.

- Yaxşı get yat!

Raufun adəti gün rejimi davam edirdi –

dərsdən gəlir, yatır, durub tapşırıqları yerinə

yetirir və axşam yeməyindən sonra yatıb

növbəti günün dərsinə gedir. Növbəti gün Rauf

üçün Elnarəylə görüşəcəyi əlamətdar gün idi.

Page 32: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

32

Dərsdən çıxıb, digər korpusa – Elnarənin yanı-

na getdi. Dərslərin bitməyini gözlədi, onlar

çıxıb yenə birlikdə avtobus dayanacağına yol

aldılar, orada isə xudahafizləşib fərqli avtobus-

lara mindilər. Raufla Elnarənin hər günü,

dərsdən çıxıb dayanacağa gedənə qədər maraqlı

və xoş keçirdi. Bu iki gənc artıq biri – birilərinə

öyrəşmişdilər. Hərdən telefonla danışırdılar,

istirahət günləri görüşürdülər. Bu iki gəncin

həyatında artıq yeni bir səhifə açılmışdı. Aşiq-

lərin bu eşq dastanından yalnız anaları xəbərdar

idilər. Çünki onlar qərara almışdılar ki,

analarının övladlarının bu yaxın dostluğundan

xəbəri olsun. Qohum - əqrabanın bilməyinə isə

hələ ki, ehtiyac yox idi.

İllər bir - birini əvəz etmişdi. Raufla Elnarə

artıq sonuncu IV kursda oxuyurdular. Rauf bir

gün Elnarəyə zəng edir ki, hər zamankı kimi

görüşsünlər, birlikdə dərsdən çıxıb evə getsin-

lər. Lakin Rauf nə qədər zəng etsə də, Elnarə

telefonu götürmürdü. Rauf Elnarənin oxuduğu

korpusa daxil olub, yuxarı mərtəbəyə qalxdı.

Pilləkanlarla yuxarı doğru addımlayarkən elə

oradaca Elnarəni gördü. Dərhal sevgilisinə

Page 33: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

33

yaxınlaşan Rauf onun üzündəki solğunluğu,

gözlərinin ağlamaqdan qızardığının şahidi oldu.

- Elnarə, nə olub, niyə bu haldasan?

Elnarə başını aşağı salıb susmuşdu. Raufun

həyəcanı daha da artırdı:

- Səninləyəm, nə olub deyirəm?

Rauf Elnarənin qollarından yapışıb onu

ehmalca silkələdi.

- Ay qız, səninləyəm.

Bunun ardınca Elnarə yenə bir söz demədi,

Raufu bərk qucaqladı və ağlamağa başladı.

- Yaxşı sakitləş, gəl düşək aşağı.

Onlar birlikdə tələbə kafesinə getdilər. Yer

tapıb əyləşdilər. Rauf bu dəfə də Elnarədən nə

baş verdiyini soruşdu:

- Yaxşı, indi necəsən? De görüm nə olub,

səni belə ağlamağa məcbur edən səbəb nədir?

- Rauf!

- Hə, eşidirəm.

- Mən səni sevirəm!

- Mən də səni... – Rauf dərin baxışlarla

gözlərini Elnarəyə zilləmişdi.

Bunlar bir neçə dəqiqəni sakit şəkildə çay

içməklə keçirdilər. Rauf artıq heç nə soruş-

murdu, bilirdi ki, Elnarə birazdan onunla

Page 34: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

34

danışacaq. Ona görə də, sakitcə ona gözünü

zilləyib baxırdı. Elnarənin gözündə bir az

həyəcan, qorxu var idi. Rauf bunu hiss etməyə

başlamışdı.

- Rauf, bilirsən nə olub?

Rauf sakit şəkildə dedi:

- Əslində bayaqdandır sənə baxdıqca niyə

ağladığını, bu hala düşdüyünü anlamışam.

(araya bir neçə saniyə də sükut çökdü.) Bəlkə

müharibə yaxınlaşır deyə belə edirsən?

Elnarə dərhal cavab verdi:

- Hə, ona görə - onlar biri-birilərinin əllərin-

dən tutdular – Mən səni itirmək istəmirəm

Rauf!

Elnarənin ağlamasına səbəb olan universitet

rəhbərliyinin təşkil etdiyi “Qarabağa az qalıb”

adlı seminar olmuşdu. Seminarın iş proqramı

bütünlüklə Qarabağa aid keçmiş tarixi sənədli

filmlər və cəbhədə mövcud olan hazırki

vəziyyətdən gənclərimizi xəbərdar edən carçı

formatlı qısa filmlər nümayiş etdirmək idi.

Rauf da bir gün öncə həmin seminarda iştirak

etmişdi. Ona görə də, doğru olaraq düşün-

müşdü ki, Elnarə onu itirəcəyindən qorxur.

Ölkədə müharibəyə hazırlıq gedirdi. Düşmənlə

Page 35: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

35

sərhəddə silsilə şəklində kiçik və ya böyük

atışmalar baş verirdi. Rauf isə bir - iki aydan

sonra universiteti qurtarıb əsgərliyə, bir başa

döyüş cəbhəsinə yollanacaqdı, daha doğrusu

oraya getmə ehtimalı yüksək idi. Çünki, ölkə

rəhbərliyindən bildirilmişdi ki, yeni yaranmış

müharibə şəraitində yeni əsgər gədənlər hamısı

düşmənlə üzbəüz cəbhə xəttinə köçürüləcək.

Elnarə bu səbəbdən qorxmuş, müharibə başla-

yandan bəri cəbhədə əsgərlərin şəhid olaraq

ölməsindən xəbərdar olandan sonra, seminarda

qala bilməyib, ağlayıb çıxmışdı oradan. O həm

cəbhədə şəhid olmuş əsgərlərə görə ağlamışdı,

həm də Raufu itirəcəyindən qorxduğu üçün göz

yaşlarını axıtmışdı.

Onlar kafeni tərk edib evlərinə doğru yol

aldılar. Rauf Elnarəni üzgün vəziyyətdə evlə-

rinə tək göndərə bilməzdi. Ona görə də onunla

birlikdə getdi.

Növbəti gün yağış yağırdı. Hətta leysan

olmuşdu. Deyəsən, bu leysan insanları hazır-

lıqsız yaxalamışdı. Universitetin binasında çox

az sayda tələbə və ya müəllim əlində çətirlə

gözə dəyirdi. Bu iki aşiqi də yağış naəlac

haqlamışdı. Yağışın suyu çiyinlərindən süzülüb

bir-birinə möhkəm bənd olunmuş yumulu əllə-

Page 36: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

36

rindən yerə damcılayırdı. Əl - ələ verib avtobus

dayanacağına doğru qaçdılar. Bu dəfə də Rauf

Elnarə ilə getdi. Yolda onunla danışmalı möv-

zuları var idi. Ümumiyyətlə bu sevgililər son

vaxtlar tez-tez, demək olar ki, hər gün avto-

busda da birlikdə gedirdilər. Avtobus yerindən

tərpənmişdi. Pəncərədə qaçan kiçik yağış dam-

laları bir azdan güclü su axınına çevrilmişdi.

Elnarə başını Raufun çiyninə söykəmişdi.

Avtobus yağmur damlalarına çırpılaraq gedirdi.

Rauf dilləndi:

- Sənə sözüm var. Elnarə başını Raufun çiy-

nindən qaldırıb ona sarı baxdı:

- Nə sözün var?

- O günkü sənin ağlamağın.

- Hə?!

- Deməyim odur ki, bu bir savaşdı, talehin

bir yazısıdır mənim üçün. Vətən uğrunda

döyüşməliyəm. Bunu sən də bilirsən.

- Sən nə demək istəyirsən?

- Mən onu demək istəyirəm ki, müharibədə

şəhid olmaq da var, gedib sağ qayıtmaq da. Sən

gərək bunların birini yox, ikisini də qəbul edə-

sən.

Bu sözlərinin ardından o, Elnarənin gözlə-

rinin parıldadığını gördü:

Page 37: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

37

-Ağlama, xahiş edirəm.

- Rauf, mən bunu qəbul edə bilmirəm məni

bağışla.

- Qəbul etməlisən! Məgər biz vətənpərvər

ailələrin uşaqları deyilik? Sənin də, mənim də

atam bizi və analarımızı savaşın ortasında xilas

ediblər, sonra geri dönüb vuruşublar və indi

onların ölü, ya diri olduğundan da xəbərimiz

yoxdur. – Rauf Elnarənin çiyninə tökülən nəm

saçına sığal çəkdi.

– Mən getməliyəm və sən də indidən özünü

buna öyrəşdirməlisən, Elnarə!

Elnarə dərindən içini çəkməyə başladı, sonra

özünü toplayıb dedi: - İndi ki, belədir, sənə bir

şey olduğunu xəbər alsam, əgər sənin şəhid

olduğunu öyrənsəm, mən daha yaşaya bilmə-

yəcəm!

- Belə demə günahdır. Bəlkə bir neçə ildən

sonra bu sözləri dediyinə də peşman olarsan.

Yadından çıxarma ki, biz hələ həyatı yeni dərk

etməyə başlayırıq. Bu gün dediklərimizi

sabahısı gün etməyə də bilərik.

- Bilirəm günahdır, Allah günahımızdan

keçsin – Elnarə bir az da sakitləşdi - Onda sən

qayıtmasan bax burda sənə söz verirəm ki,

Page 38: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

38

gedib mən də vuruşacam, ölənədək! Elnarənin

qətiyyətli cavabından sonra Rauf daha bir söz

demədi və uzun baxışlarını yola zillədi.

Bir neçə həftə keçdi. Raufun dostu Nicat

əsgərlikdən qayıtmışdı. Rauf bundan xəbər tu-

tandan sonra onlar kafelərin birində görüşdülər:

- Xoş gördük, əziz dostum, həmişə evində

eşiyində necəsən?

- Xoş gördük. Çox sağ ol, qardaşım. Sən

necəsən? De görüm dərslər qurtarıb?

- Hə, artıq bitirmişik.

(Təbii ki, Raufla Elnarənin arasında olan

münasibətdən onun dostları Nicatla Elşən

xəbərdar idi.)

- Elnarə necədir? Yəqin səndən ötrü

darıxacaq, hə? (Nicat bir az gülümsədi).

Nicat hərbi baxımdan ölkədə mövcud olan

hazırkı vəziyyətdən agah olmuşdu, özü də ki,

əyani. Belə ki, bir neçə gün öncə əsgərlikdən

qayıdan Nicat da, yeni yaranmış müharibə

dövrünün əsgəri olmuşdu. Hətta, o, əsgərlikdə

yaralandığını və bədənində qəlpə gəzdirdiyini

heç kimə, heç ailəsinə belə deməmişdi.

- Eh, Nicat. Qız pərişan olub, mənim hərbi

xidmətim müharibə vaxtına düşüb deyə (Rauf

Page 39: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

39

başını buladı),hələ deyir ki, əgər mənə bir şey

olsa o da gedib mənim kimi vuruşacaq.

- Mən əminəm ki, Elnarə bunu tək səni

sevdiyi üçün yox, həm də vətənpərvər bir qız

olduğu üçün deyib.

- Hə, elədi. Əslində bu məni üzmür.

- Nə mənada dedin bunu, başa düşmədim?

(Rauf olduqları kafedə ofisianta əli ilə işarə

edib çaylarını yenilənməsini istədi, ardınca

söhbətə davam elədi)

- Mən özüm də Vətənimi sevirəm, ona görə

də içimdə zərrə belə şübhə yoxdur ki, o məni

az istəyir və yaxud vətənpərvər deyil.

- Axı siz Qarabağlısınız! Nicatın bu sözün-

dən sonra Rauf dostunu şübhəli nəzəriylə bir az

sezdi və dedi:

- Nicat sən atışmada yara almamısan ki?

Səni bir az tanıdığım qədər bilirəm ki, bəzi

şeyləri gizlətmək adəti səndə var. Bayaqdandır

fikir verirəm hərdən əlinlə çiynini oxalayırsan.

- Nicat əvvəl bir qədər deməyə tərəddüd etsə

də, sonra danışmağa başladı:

- Hə, gözümün qabağında mina partlayıb.

- Doğrudan? - Rauf təəccüblü şəkildə soruş-

du – necə oldu?

Page 40: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

40

- Bizdə bir əsgərə məxsus silah minalı sahə-

yə düşmüşdü. Daha doğrusu öz əsgər yoldaşla-

rımız onun silahını gizlədib, pul almaq istəyir,

əvəzində isə silahını qaytaracaqdılar. Silahın

sahibinin adı Rövşən idi. O vicdansızlar Röv-

şəndən pul tələb edəndə Rövşənin onlarla mü-

bahisəsi düşdü, sonra alçaq əsgər yoldaşlarımız

silahı minalanmış sahəyə atdıqlarını söylədilər.

Mən də Rövşənlə minalanmış sahəyə çıxdım

ki, silahı gotürək. Mən minalanmış əraziyə gir-

mədim. Amma Rövşən addım atar–atmaz, (Ni-

cat bir qurtum çay içdi) sözünə titrək səslə

davam etdi – Rövşən minaya düşdü.

- Öldü?

- Yox, o, ayağının birini itirdi, mənsə qəlpə

yarası aldım.

- Çox pis oldum. İndi necəsən, Rövşən ne-

cədi?

- Bu hadisə çoxdandır olub, yaxşı olmağına

mən yaxşıyam, Rövşən də ki, həyatdan küsmüş

kimidir. Bir neçə ay əvvəl məzuniyyət alanda

onun yanına getmişdim. Yenə gedib ona baş

çəkəcəm.

- Maraqlıdır, bəs o kələkbaz əsgərlərin və-

ziyyəti necə oldu.

Page 41: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

41

- Onlar iki nəfər idilər, ikisinə də bir neçə il

həbs verdilər.

Rauf Nicatla görüşəndə digər dostu Elşəni

də çağırmışdı. Bir azdan o da gəlib çıxdı. Onlar

görüşüb əyləşdilər. (Rauf ofisiantdan bir stəkan

da gətirməsini əli ilə işarə etdi).

- Hə.., Nicat necəsən qardaş? Həmişə evin-

də, eşiyində!

- Şükür Allaha, yaxşıyam. Sən necəsən?

- Mən, belə də… Bu gün işdən çıxmışdım.

Rauf zəng elədi ki, sən gəlmisən, mən də tez

gəlib özümü çatdırdım bura. Səni gördüyümə

də çox sevindim.

- Çox sağ ol qardaş, elə mən də.

- Əsas odur ki sağ-salamat gedib – qayıtmı-

san. Bircə qalıb bu balacamız – (əliylə Raufu

işarə etdi)- bu da gedib sağ-salamat qayıtsın

inşallah. 3 dost gör nə planlar quracayıq, aləmə

toy tutacağıq e…

Elşənin bu nitqindən sonra 3 yoldaş qəhqəhə

çəkib güldülər. Rauf dilləndi:

- Elşən. Sağ-salamat deyəndə ki, bunu Nica-

ta aid etmək olmaz.

- Niyə ki? – Elşən təəccüblü baxışını gah

Raufa, gah da ki, Nicata yönəldirdi - Nicata nə-

sə olub?

Page 42: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

42

Nicat cavab verdi və aldığı qəlpə yarasını

Elşənə də danışdı.

- Çox üzüldüm. İndi özünü necə hiss edir-

sən?

- İndi yaxşıyam, heç nə olmamış kimiyəm.

- Hə lap yaxşı. Mən də əsgərlikdə olanda,

bölük komandirimizin kürəyində qəlpə oldu-

ğunu öyrənmişdim, hətta bizə o qəlpənin tari-

xini də danışmışdı.

- Deyirdi ki, Qarabağ savaşında alıb, o izi.

- Yaxşı Elşən məni də, özünü də boş ver get-

sin. Biz indi Raufu düşünməliyik.

Dostlar bir - biri ilə söhbət edir, Rauf isə

onları dinləyirdi:

- Düz deyirsən qardaş. Söhbətimiz mühari-

bədən gedirsə, Raufun başına gələ biləcəkləri

sən məndən daha yaxşı bilərsən.

- Hə doğru deyirsən. Mən yaxşı vaxta düş-

məmişəm.

Bu dəmdə Rauf dilləndi:

- Niyə mən? Burada nə var axı, gedəcəm

əsgərliyə ya şəhid olacam, ya da sağ – salamat

qayıdacam. İndi kişinin başına iş gələr də, ola

bilsin mən də bir-iki qəlpə yarası alıb qayı-

dacam.

Page 43: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

43

Nicat: - Hə alacaqsan, bəlkə də ömürlük

şikəst qalarsan.

Elşən gülərək: - Yaxşı uşağı qorxutma.

Rauf qaş – qabaq elədi:

- Siz bilirsiniz ki, mən belə şeylərdən qorx-

muram.

Elşən:

- Yaxşı, yaxşı. Zarafat eləyirik, sən də o saat

incimə.

- Elşən düz deyir, elə - belə səni sınayırdıq.

Biz ki səni necə biri olduğunu yaxşı bilirik.

(Nicat yanında əyləşmiş Elşənə dirsəkləndi)-

düz demirəm?

Elşən:

- Əlbəttə, sən bəlkə də bizdən də cəsursan,

həqiqi sözümdür.

Araya bir az sükut çökdü. Rauf sakitlik situ-

asiyasına son qoyaraq dilləndi:

- Yaxşı durun gedək bir az gəzə - gəzə söh-

bət eləyərik.

Bu üç dost kafedən ayrılıb getdilər.

…Aradan bir neçə gün keçmişdi. Rauf

evində əyləşib televizora baxırdı. Onun əsgər-

Page 44: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

44

liyə yollanmasına çox az vaxt qalmışdı. Günləri

sayırdı. Televizorda yerli kanalların demək olar

ki, hamısında hərbiyə aid sənədli filmlər,

verilişlər nümayiş olunurdu. Rauf isə bu veri-

lişləri izləyirdi. Həmin an Elnarə ona zəng etdi:

- Salam, necəsən?

- Salam, gülüm, yaxşıyam, sən necəsən?

- Belə də… Günlər azaldıqca narahatçılıq

daha da artır.

Rauf bikef hal aldı:

- Belə eləmə də... Sən belə danışanda mən

də pis oluram axı.

- Neyləyim daha, hər yerdə əsgərlikdən,

müharibədən danışırlar.

- Demək, sən də televizora baxırsan?

- Hə, Elnarə köksünü ötürdü - bir əlimdə

pult gözüm televizorda, bir əlimdə də telefon

səninlə danışıram.

- Yaxşı üzmə özünü, əgər sən belə etsən,

mənim bütün fikrim səndə qalacaq. Rauf Elna-

rənin səsindən onun ağladığını başa düşdü -

Ağlama, bax ağlasan bu dəqiqə telefonu sön-

dürəcəm.

- Yaxşı - Elnarə gözünün yaşını sildi. -

Şamama xala necədi?

Page 45: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

45

- Heç. Necə olacaq?! - dərindən nəfəs aldı -

Anam mənə qarşı əsəbidir, ancaq yenə də

heçnə deyə bilmir. Başa düşürsən də?

- Başa düşürəm. Bir tərəfdən getməyini istə-

mir, digər tərəfdən də getməli olduğunu bilir.

- Elədir ki, var. Əgər mən sakit dursam

anam əlindən gələni edər ki, məni saxlatdırsın

əsgərlikdən, xalamın həyat yoldaşının əli yuxa-

rılara çatır, istəsə bunu edər.(Rauf hələ də bikef

halda idi). Sən necəsən, neyləyirsən?

- Dediyim kimi sənin getməyini gözləmək-

dəyəm. Sənin üçün dua edirəm ki, sağ-salamat

qayıdasan.

- Sən ürəyini buz kimi tut, Allahın köməyi

ilə salamat qayıdacam.

- Yaxşı! Yaxşı!

- Bəs Səriyyə xala necədi?

- Anam da yaxşıdır, elə indicə sənə salam

deyirdi.

- Salam göndərən sağ olsun. Sən də məndən

salam söyləyərsən. Oldumu?

- Oldu!

- Yaxşı sağ ol, səni sevirəm!

- Mən də səni, sağ ol...

Raufun hərbi xidmət vaxtı gəlib çatmışdı.

Artıq hərbi komissarlığın çağırış müddəti baş-

Page 46: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

46

lamışdı, minlərlə gənc hərbi xidmətə yola dü-

şürdü. Rauf əvvəlcədən hansı bölgəyə düşdü-

yünü öyrənmişdi, ancaq Elnarəyə yalandan

bunu bilmədiyini söyləyirdi. Hərbi xidmətinin

ermənilərlə sərhəd bölgəsinə salındığını qıza

desə, bilirdi ki, Elnarə narahat olacaq. Nəinki

Elnarəyə, heç anası Şamama xanıma da

deməmişdi.

Vədə yetişdi, Rauf hərbi komissarlıqdan

cəbhəyə yollandı. Dostları, sevgilisi və anası ilə

Səriyyə xanım Raufu yola saldılar. Onun hansı

bölgəyə düşdüyünü də artıq öyrənmişdilər.

Raufun dostlarından başqa, digərilərinin gözləri

yaşarmışdı.

Birisi oğul həsrəti çəkəcək, birisi sevgilisi

üçün darıxacaq, Raufu özünə oğul təki gördüyü

Səriyyə xanım da həsrətin nə olduğunu bəlkə

bir az da çox başa düşəcək. Dostları Elşənlə

Nicat Raufa daha çox inanırdılar və ona daha

çox güvənirdilər.

Cəbhədə Rauf ilk günlərdən gərgin məşq-

lərin həm şahidi, həm də iştirakçısı olmuşdu.

Atışma səsləri elə ilk günlərdən əsgərlərə

Page 47: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

47

bələdçilik etsə də, Rauf bundan o qədər də

qorxmurdu, qorxmaması da normal idi. Ona

görə ki, o, şəhid övladıdır, ona görə ki, o, iki

əsgər dostudur və ona görə ki, əzmkarlıq,

mərdlik Raufa atasından qalan miras idi. Bütün

bunlar onun psixologiyasına təsir eləmişdi.

Bunu anası Şamama xanım deyirdi.

Rauf bütün məşqlərdə maraqla, həvəslə işti-

rak edir, artıq komandirin də gözünə girmişdi.

Əsgər yoldaşları da, onunla heç bir mübahisə

etməyi sevmirdi. Çünki, onun qısa bir vaxt

ərzində qazandığı rəğbəti buna imkan vermirdi.

Zaman ötdükcə Raufun narahatçılığı artmağa

başlayırdı. O, bir tərəfdən anasına görə narahat

olurdu. Ancaq bilirdi ki, qohum - əqrabası hə-

mişə onun yanında olacaq. Bu yaxınlarda eşit-

mişdi ki, xəstələnib. Telefonla danışmaq da

əvvəlki kimi asan deyildi. Onun olduğu şərait-

də bu çətin idi. Digər tərəfdən isə o, sevgili-

sinin vəziyyətindən xəbərsiz idi, ondan ötrü də

çox darıxmışdı. Rauf anasıgilə onun özü ilə

bağlı hər şeyin qaydasında olduğunu çatdır-

mağa çalışırdı. Bununla bərabər təkcə Vətən,

torpaq deyil, əslində Raufu daha çox narahat

edən baş verə biləcək atışma idi. Ona görə ki,

neçə-neçə əsgər burada canını qurban verəcək-

Page 48: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

48

di. Hərçənd ki, heç sonuncu da onu o qədər

narahat etmirdi.

Raufun hərbi xidmətə başlamasından artıq

bir neçə ay keçmişdi. Əsgər yoldaşları Təhmaz

və Rafiq ona qardaş münasibəti bəsləyirdilər.

Bu qarşılıqlı idi. Onları bir-birinə yaxınlaşdıran

hər üçünün də taleyinin demək olar ki, eyni

olması idi. Təbii ki, xasiyyətləri də, üst – üstə

düşürdü. Kazarmada bu üç dostun biri altdakı

çarpayıda, biri üstdəkində, digəri isə Raufun

yan tərəfindəki alt çarpayıda uzanmışdılar.

Əsgərlərin “adboy” vaxtı idi.

Rafiq: - Deməli belə! Uşaqlar başımıza gələ

biləcəkləri bilirsiniz də? (Onlar sakitcə danışır-

dılar.)

Rauf: - Niyə bilmirik ki, biz də sənin kimi

burdayıq neçə aydır. Bilirik ki, gecə bizi ya-

rımçıq yuxudan qaldırıb döyüşə aparacaqlar

(Rauf yorğun halda danışırdı, çönüb Təhmaza

baxdı, sonra Rafiqə) – Dostlarım, mən istəyi-

rəm ki, halallaşaq. Bu neçə ayda bir-birimizə

dayaq olmuşuq, dost olmuşuq. Bilmək olmaz

başımıza nə gələcək.

Təhmaz: - Rauf haqlıdır, mən də onu sizə

deyəcəkdim.

Rafiq: - Yaxşı, gəlin halallaşaq.

Page 49: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

49

Onlar yerlərindən qalxdılar və qucaqlaşaraq

bir-birlərindən halallıq aldılar. Dostlar söhbət-

lərində “bəlkə”lərlə danışsalar da, başlarına

gələcəklərin əminliyini bir-birlərindən gizlədir-

dilər.

Onlar halallaşıb çarpayılarına qayıtdılar,

sonra Rauf dilləndi: - Yaxşı, gəlin heç olmasa

yataq, yoxsa döyüşdə yuxu tutar bizi. Raufun

zarafatı dostlarının xoşuna gəldi.

Rafiq: Düz deyirsən, yoxsa yuxumuz gələr

və əbədiyyən yatarıq. Bir azdan araya sükut

çökmüşdü. Bütün əsgərlər yatmışdılar. Gecə

saat əqrəbləri üçü göstərirdi. Geniş kazarmada

şəlakət hökm sürürdü. Yatan əsgərlərə ana

gözüylə baxsaq sanki, körpə uşaqlar kimi

uyuyurdular.

Artıq saat əqrəbləri dördü göstərirdi. Birdən

güclü siqnal (trevoqa) səsi eşidildi. Qapıdan

komandir tələsik və səs – küylə içəri daxil

oldu. Əsgərlər tələm-tələsik qalxdılar, əyin -

başlarını geyinib hazır vəziyyət aldılar. Və

komandirin göstərişi ilə silah anbarına doğru

yüyürdülər. Bir neçə saniyədən sonra əsgərlər

silahlara büründülər. Az sonra isə cəbhədə

müxtəlif mövqelər tutulmuşdu. Hər kəs hazır

Page 50: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

50

vəziyyətdə komandirin əmrini gözləyirdi. Düş-

mən artıq qarşı tərəfə güllə yağdırmağa baş-

lamışdı. Bir azdan komandir də, əmrini verdi.

Bundan sonra iki tərəfli qızğın müharibə baş-

ladı. Əsgərlər öz mövqelərindən tərpənmirdilər.

Bu atışma adi atışmalara bənzəmirdi, bu atış-

mada hələ xeyli vaxtdan sonra düşmən tərəfi

susdurulacaqdı. Artıq yaralananlar, ölənlərin

sayı bir - birini mütənasib sürətdə təqib etməyə

başlamışdı. İtginlər də var idi. Çünki, bəzi

əsgərlər ya qarşı tərəfə cürət edib keçirdi, ya da

qarşı tərəf onları gizlin əsir götürürdü. Bəlkə də

gedib qayıtmağa nail olanlar da olurdu.

Raufla yoldaşlarının mövqeləri çox yaxın

idi. Onlar əvvəlcə bir – biriləri ilə təmas qura

bilsələr də, sonradan bu qarmaqarışıqlıq onları

tədricən ayırdı.

Səhərə qədər atışma davam edirdi. Bir neçə

saat atışmadan sonra düşmən tərəfi susdurul-

muş və cəbhə bölgəsində sakitlik bərqərar

olmuşdu. Ancaq ard - arda atışma olacağından,

yeni bir atışmanın başlamayacağından heç kəs

sığortalanmamışdı. Ona görə əsgərlər mövqelə-

rində dayanıb düşməni pusurdular. Komandir

əsgərlərinə çağırış edərək müntəzəm olaraq

Page 51: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

51

onları döyüşə ruhlandırırdı. Atışmadan sonra

yaralılar çox olmuşdu. Ölənlər də var idi.

Yaralılara yardım olunurdu, ölənlər və itkin

düşənlərin adları qeydə alınmışdı. Təhmaz ağır

yaralanmışdı. Onu digər yaralı əsgərlərlə birlik-

də qospitala göndərdilər. Təhmaz iki güllə

yarası almışdı, əməliyyat olunduqdan sonra

qospitalda yatırdı. Atışmadan bir neçə gün

keçmişdi. Komandir qospitaldakı yaralı əsgər-

ləri ziyarət etməyə gəlmişdi. Bu ağır şəraitdə

əsgərlərin ailələrinə nə ölənlər, nə yaralananlar,

nə də ki, itkin düşənlər barədə xəbər verilmə-

mişdi. Komandir burada yatan bütün əsgərləri

yaxşı tanıyırdı. Təhmazla görüşəndə isə, Təh-

mazın ona ilk sualı bu olmuşdu: - Dostlarım...

Dostlarım hanı? (Onun həyəcanı yarasını unut-

durmuşdu)

Komandir: Sakitləş! Hamısını deyəcəm sə-

nə. (Əsgərin başı üzərində ayaq üstə dayanan

komandir stulu çəkib onun yanında əyləşdi)

Çox təəssüf ki, Rafiqi itirmişik, (komandir Təh-

mazın əlini tutmuşdu) o, şəhid oldu, Vətəni

uğrunda şəhid oldu. Bizim tərəfdə vurublar,

ürəyindən bir güllə… Deyilənlərin ardından

Təhmazın gözündən yaş axmağa başladı. Göz-

ləri yaşlı, tavana zilləyib qalmışdı:

Page 52: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

52

- Bəs valideynləri bilir?

- Yox, hələ bilmirlər. Ümumiyyətlə burada –

cəbhədə olanlardan əsgərlərin valideynləri xə-

bərsizdirlər. Təhmaz gözünü tavandan ayırıb

cəld komandirə baxdı:

- Bəs Rauf?

- Raufun adı ölən əsgərlərin siyahısında

yoxdur, ancaq sağ olduğunu da bilmirik.

- Necə bəyəm? Onda itkin düşüb?

- Hə!

Təhmaz nə deyəcəyini bilmirdi, susdu və

sonra yenidən danışmağa başladı: Rauf tapı-

lacaq, özü də sağ – salamat. Mən buna əminəm,

o, yenə gözündən yaş axıtmağa başladı.

- Yaxşı, yaxşı kişisən, ağlama! Məgər sizin

üçün ən şərəflisi şəhid olmaq deyilmi?

- Cənab komandir, o, itkindir, ölməyib.

- Bilirəm itkin olduğunu. (Komandir titrək

nəfəsini sinəsinə çəkdi)–Demək istəyirəm ki,

oğlum, Rauf ya sağ tapılacaq, ya da şərəfli

yolun yolçusu olacaq.

Bir neçə saniyəlik araya sükut çökdü və

Təhmaz yenidən dilləndi:

- Bəs ailələrimiz bundan nə vaxt xəbər

tutacaqlar?

Page 53: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

53

- Bir-iki günə xəbər veriləcək onlara. (Əli ilə

Təhmazın əlini sıxıb) – sən darıxma, inşallah

Rauf da qayıdacaq, əgər əsir düşübsə, onu

mütləq geri almağa çalışacağıq. (Komandir

ayağa qalxdı.) O, əsgərlərilə çox səmimi idi,

onlarla quru, rəsmi rəftara deyil, tam səmimiy-

yətə yol verərdi. Bəzən bölük əsgərləri ona

sadəcə Ağabala dayı deyə müraciət edərdilər.

- Yaxşı mən gedim o biri əsgərlərlə də

görüşüm. Sən dincəl yaxşı olacaqsan.

- Sağ ol, Ağabala dayı. Allah razı olsun

sizdən (Əsgərlər üçün onu dayı deyə çağırmaq

düzgün olmasa da, mövcud şəraitdə komandir

buna etiraz etmirdi).

Cəbhə bölgəsində bir ara durğunluq yaran-

mışdı. Artıq yaralanmış əsgərlər də, yavaş–

yavaş evlərinə göndərilirdilər. Təhmaz demək

olar ki, tam sağollaşmışdı, ailəsi xəbər tutan

kimi özləri gəlib onu aparmışdılar. Həkim

ambulator müalicə üçün buna icazə vermişdi.

Dövlət kanalları düşmənlə sərhəddəki vəziy-

yətlə bağlı hər gün xəbər verirdilər. Raufun

yaxınlarının da onunla bağlı xəbəri eşitməsinin

Page 54: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

54

vaxtı gəlmişdi. Televiziya kanallarında ölən və

itkin düşmüş əsgərlər barədə xəbərlər yayıl-

mağa başladı. Kanallarda onların adlarının si-

yahısı nümayiş olunurdu. Bu an Raufun anası

Şamama xanım gözü yaşlı, həyəcanla divanda

əyləşib televizoru izləyirdi. Ən azından oğlu-

nun ölüm xəbərini eşitmək istəmirdi. “Çox

şükür, balamın adı ölən əsgərlərin siyahısında

deyil” – deyə sevinirdi. Bu xəbərin ardından

elə həmin gün Səriyyə xanım və onu qızı

Elnarə Şamama xanımgilə gəldilər. Bir az

sonra Elşənlə Nicat da burada idilər.

Səriyyə xanım: - Ürəyini üzmə ay bacı heç

olmasa itkin düşdüyünü bilirik. Allahdan ümi-

düni üzmə. Dünyanın işidir də. İnşallah sağ-

salamat Rauf balamız geri qayıdacaq bir gün.

Gözündə yaşlar dinməyən Şamama xanıma

Elnarə də qoşulmuşdu.

- İndiyənə kimi kim qayıdıb ki, ay bacı –

(Şamama xanım ağlayan səsini güclə içində

boğa-boğa danışırdı) - məgər oğlumun rəhmət-

lik atasıyla, Mahir qardaş da belə olmadılarmı?

Onlar da itkin düşmüşdü, üstündən 20 ilə yaxın

vaxt keçib hələ yoxdular. Nə diriləri, nə də

ölüləri var. (Mahir Elnarənin atası, Səriyyə

xanımın həyat yoldaşı idi.) İndi bircəcik oğlu-

Page 55: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

55

mun da başına bu hadisə gəldi. Bunu demiş,

Şamama xanım hönkür - hönkür ağlamağa

başladı.

- Ağlama xala,(Şamama xanımın ağlamağı

Elnarəyə də çox təsir etmişdi) sən yenə də

ümidini üzmə.

Bu anda söhbətə Elşən qoşuldu: -Elnarə

haqlıdır, siz ümidinizi üzməyin. Əgər oğlunuz

əsir düşübsə, bu onun üçün daha yaxşı ola

bilər.

Şamama xanım bir az sakitləşdi:

-Necə beyəm?

Düşmənin əsiri olduğu kimi, bizim də əsir-

lərimiz var. Ona görə də, gələcəkdə əsirlər də-

yişdiriləcək. Belə olan halda Raufu geri ala

bilərik. Bunun üçün ən azından düşmən əsgər-

lərinin bizdə olan cəsədləri də kifayət edər.

- Yaxşı biz necə bilək ki, Rauf əsirdir?

(Şamama xanım burnunu çəkdi)

- Mən əsgərlikdə leytenant olmuşam, tanı-

şım çoxdur orada. Elə burda da hərbi komis-

sarlıqda tanışlarım var, onlardan öyrənə bilə-

rəm.

Nicat əyləşdiyi stulda Elşənə sarı çönüb ona

diqqətlə baxdı: - Onu öyrənmək mümkündür

ki?

Page 56: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

56

- Nicat, əslində çətin olacaq öyrənmək, an-

caq dostum üçün mən bunu edəcəm.

Elşən üzünü yenidən Şamama xanıma tut-

du. Mən sizi Raufla bağlı xəbardar edəcəm. Siz

narahat olmayın.

Elşən məsələyə aydınlıq gətirdikdən sonra

Şamama xanım bir az sakitləşdi: - İnşallah

oğlum, İnşallah...

Bir müddət araya sükut çökmüşdü. Heç kəs

danışmırdı.

- Yaxşı ana, biz gedək. (Elşənlə Nicat ayağa

qalxdılar.) Elə mən indi Rauf haqqında xəbər

almağa gedirəm, siz ürəyinizi buz kimi sax-

layın, biz də sizin oğlunuz! Nə vaxt bir şey

lazım olsa biz həmişə hazırıq.

- Sağ ol bala, Allah razı olsun sizdən.

Dostlar bayıra çıxandan sonra qapının

ağzında Nicat növbəti dəfə Elşəndən soruşdu:

- Doğrudanmı öyrənə biləcəksən?

- Bilirsən Nicat, əslində əmin deyiləm.

- Yəni yalan dedin?

- Yox, o qədər də yalan demiş sayılmıram.

Mənim tanışım həqiqətən də çoxdur. Erməni

əsgərini öldürdüyümə görə əsgərlikdə bir az

şöhrətim və hörmətim var idi, sadəcə buna

görə. Bir neçə saniyədən sonra Elşən dedi:

Page 57: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

57

(Onlar gedə-gedə söhbət edirdilər) - Başa

düşmürəm, niyə belə təəccüblənirsən, sən ki,

əsgər olmusan!?... Ən azında sənin bu işə inan-

mamağın normal deyil.

- Yox, təəccüblənmirəm. Sadəcə olaraq,

Raufgildə dillənmədim, amma demək istəyirəm

ki, Raufla bağlı mənim də ümidim azdır.

- Daha sən ümidini kəs, mən ümidimi kə-

sim. Onda Raufu kim axtarsın hə? Nicatın

məsələyə laqeyd münasibəti Elşənə göründüyü

kimi təsir etmişdi, ancaq Elşən yenə də dostu

Raufa biganə hislərdən qaçırdı.

- Yaxşı. Nicat, mən çatdım evə. Gəl bizə

söhbətimizi davam eləyərik.

- Yox, mən getməliyəm, işdən çağırıblar.

Sən Raufla bağlı mənə xəbər verərsən, çalışa-

cam mən də bir şey öyrənim. (Nədənsə, Nicat

Elşənə yalan söylədi, onun həmin günü bir işi

yox idi.) Oldu, görüşərik.

Elşən bir az şübhəli nəzərlərlə Nicatı başdan

ayağa süzdü. Nicatın davranışı onun xoşuna

gəlməmişdi:

- Yaxşı, görüşərik.

Ardınca Elşən də evlərində çox qalmadı.

Elşənin anası Məhbarə xanım da, Raufu öz

Page 58: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

58

balası kimi çox istəyirdi. Oğlunun gəldiyini

görəndə, ondan soruşdu:

- Elşən, oğlum nə oldu, Raufdan bir xəbər

varmı?

- Yox ana, elə bildiyimiz kimi itkindir.

Amma, ola bilsin ki, əsirlikdədir, yəni sağdır.

Mən indi gedirəm məsələni aydınlaşdırmaq

üçün hərbi komissarlığa. (Elşən evdən çıxmağa

hazırlaşırdı).

- Elə mən də çıxıb Şamama xanımın yanına

gedirdim.

- Get! Səriyyə xala ilə qızı da ordadırlar.

- Oğlum! İnşalah yaxşı xəbərlərlə qayıdar-

san. (Deməyi ilə ana qapıdan çıxan oğluna

səsləndi).

Raufgilə Mehbarə xanımla Nicatın anası da

gəlmişdi. Bir tərəfdən əsgər anaları Raufun

anasına ürək–dirək verirdilər, digər tərəfdən

Elnarə Şamama xanımın yanında dayanıb,

hərdən o da bir-iki kəlmə deyirdi. Bütün

bunlarla bərabər Səriyyə xanımla Şamama

xanımın arasında olan gizli baxışlar da, qonaq-

ların gözündən yayınmırdı. Sanki, bir məsələ,

Page 59: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

59

əslində açıq – aydın bir məsələ onların yadına

düşmüşdü. Elnarə ilə Rauf məsələsi.... Amma

əslində indi bu məsələnin yeri deyildi. Xanım-

lar söhbət edirdilər. Artıq iki saatdan çox vaxt

keçmişdi.

Elşən komissarlıqdan qayıdıb evlərinə gəl-

mişdi. Bir az tələskən görünürdü. Dərhal əlini

cibinə saldı və telefonunu götürdü və ilk öncə

Nicata zəng etdi: Alo, Nicat! Hardasan?

- İşdən qayıdıram, yoldayam.

- Tez bir başa bizə gəl

- Yaxşı gəlirəm, nə olub? Niyə belə təlaş-

lısan?

- Sən gəl, deyəcəm.

- Oldu, gəlirəm.

Elşən telefonun söndürdü və cibinə qoymaq

istəyəndə, təzədən Nicatın nömrəsini yığdı:

- Nicat, sən bir başa gəl Şamama xalagilə. Mən

də ora gedirəm.

- Yaxşı gəlirəm ora.

Elşən Raufla bağlı yeni xəbər gətirmişdi. Və

istəyirdi ki, bunu birlikdə hamıya desin.

- Artıq bir neçə dəqiqədən sonra onlar Şa-

mama xanımın evində idilər. Şamama xanımın

bir-iki qohumu da artıq burada idi. Elşən yeni

xəbəri deməyə hazır idi. Hər kəs gözünü ona

Page 60: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

60

zilləmişdi. Elşən həyəcanla gözlərini ona zillə-

miş adamlara göz gəzdirib sözə başladı:

- Mən buradan çıxıb getdim bir başa dedi-

yim yerə, əvvəlcə tanış hərbçi yoldaşlarımı tapa

bilmədim. Sonra komandirimlə əlaqə saxlayıb

onun icazəsi ilə bir şey öyrənə bildim.

Şamama xanım səbirsiz davranırdı: - Hə, de

görüm nə öyrəndin?

- Şamama xala! Mənə dedilər ki, – Elşən

solğun mimikasını dəyişmədi – Mənə dedilər

ki, bir neçə əsgərimizlə birlikdə Rauf da sağdır

və düşmən əlində əsirdir. Bunu eşidcək salonda

hər kəsin üzünə təbəssüm gəldi. Buna baxma-

yaraq, Elşənlə Nicat o qədər də gülümsəyə

bilmirdilər.

- Əslində yaxşı xəbərdir bu, Nicat dilləndi: -

amma o ki, qaldı Raufun azadlığına...

- Raufun azad olma ehtimalı var. (Elşən

Nicatın sözünü kəsdi.) Şamama xala, sadəcə bu

bizdən bir az vaxt tələb edir, gözləməliyik.

Bizə səbr etmək qalır.

Həmin an Şamama xanımın Raufun dostla-

rına etdiyi minnətdarlığının həddi yox idi. O,

bircə həyat yoldaşının başına gələnlərin oğlu-

nun da başına gəlməsindən qorxurdu.

Page 61: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

61

Bir azdan qonaqlar getdilər. Şamama xanım

tək deyildi, onun qohumları onun yanında idi-

lər. Elşən Şamama xanıma həqiqəti desə də, o,

bir şeydən narahat idi, qorxurdu ki, əsirlikdə

Raufun başına min cür oyun açarlar, bəlkə də

sağ qoymazlar. O, Raufu uşaqlıq dostu, qardaşı

bilirdi.

Zamanın küləyi bir qədər əsmişdi...

Rauf və əsgər yoldaşları əsir düşəndən bir

neçə ay sonra onları sərhədə yaxın olan bir

posta gətirmişdilər. Deyəsən, iki tərəfli razılaş-

ma baş tutmuş və onları erməni əsirləri ilə

dəyişərək azad edəcəkdilər. Lakin Rauf və

digər əsirlər bundan xəbərsiz idilər. Onlar geniş

bir salonun qaranlıq otaqlarında saxlanırdılar.

Burada saxlanılan əsgərlərə erməni əsgərləri

zülm yaşadırdılar. Yoldaşlarına edilən zülmlər

Raufu da həmin an tezliklə haqlıyacaqdı, elə

isə belə bir psixoloji gərginliyin hökm sürdüyü

şəraitdə sıra ona çatana qədər nə isə fikirləş-

məyə çalışırdı. Ermənilər digər əsgərləri döyür,

onları öz dillərində təhqir edirdilər. Rauf isə bu

zülmün səsindən təşvişə düşmür, əksinə sakit

halda diqqətini bir nöqtəyə verib bir çıxış yolu

Page 62: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

62

axtarırdı. Onun olduğu yer xarabalıq, qaranlıq

bir otaq idi. İçərisi zibilxanaya oxşayırdı. Bu

gənc əsgərin əlləri kürəyində çarpaz şəkildə

bağlanmışdı. Otağın qapısı ilə üzbəüz divara

söykənmiş halda yerə çökmüşdü. Qapının bir

qədər böyük olan deşiyindən Raufun olduğu

qaranlıq otağa, onun düz sifətinə işıq düşürdü.

Çox yorğun idi. Bir az keçmişdi artıq qonşu

otaqdakı əsgərin döyüldüyünü eşidəndə sıranın

özünə çatdığını anladı. Rauf erməni əclaflarının

payını verəcəkdi. Çünki, o bunu özünə illər

öncə söz vermişdi. Bunun üçün ilk öncə tez bir

zamanda düşdüyü vəziyyətdən çıxış yolu tap-

maq lazım idi. Elə bu vaxt gözü zibillərin

arasında, barının küncündə dayanan boş araq

şüşəsinə sataşdı. Yerindən tərpənib sürünə -

sürünə butulkaya yaxınlaşdı. Ayağı ilə ona

zərbə endirərək sındırdı. İndi yerdə səpələnmiş

şüşə qırıntılarına baxırdı, onlardan birini götü-

rüb əlini bağlı saxlayan ipi kəsməyə başladı.

Artıq qonşu otaqdan çıxan erməni əsgərləri

sonuncu qapıya doğru addımlayırdılar. Onlar 3

nəfər idilər. Rauf dayanmadan ipi kəsməyə

çalışırdı. Bu zaman onun olduğu otağın qapısı

açıldı. Rauf hələ ipi kəsib qurtarmamışdı. İçəri

Page 63: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

63

daxil olan əsgərlər onun yaxasından tutub sürü-

yərək otaqdan çıxardılar. Rauf dərhal ipi

kəsməyə çalışdığı əlindəki şüşə qırığını kü-

rəyində, şalvarla qayışının arxasında gizlətdi.

Onu bayıra çıxarıb divara dayadılar, erməni

əsgərləri öz dillərində bir – birlərinə nəsə deyir-

dilər. Deyəsən, hansısa məsələdə qərarlaşa bil-

mirdilər. Nə isə... Əlinə düşmüş bu fürsətdən

istifadə edən Rauf şüşəni kürəyindən çıxarıb ipi

kəsməyə davam elədi. Çox az qalmışdı və

nəhayət ipi kəsdi. Bunu bildirməmək üçün

Rauf qollarını tərpətmədi və əllərini çarpaz

vəziyyətdə saxlamağa davam elədi. Erməni

əsgərinin biri silahını kürəyinə atıb Raufa doğ-

ru yaxınlaşdı. Raufun əllərinin bağlı olduğunu

düşünən erməni əsgəri onun yaxasından yapışıb

özünə doğru çəkmək istəyəndə Rauf qəfil

əllərini kürəyindən götürüb ayağının baldır

nahiyəsində gizlədiyi pıçağı çıxardı və ermə-

nini yerə yıxıb onun boğazına dirədi. Təlaşa

düşən digər erməni əsgərləri bir şey edə bilmir-

dilər. Rauf onların silahlarını yerə atmalarına

müvəffəq oldu. Belə olan halda boğazına pıçağı

dirədiyi əsgərin də silahını götürüb yanına

qoydu. O, silahı niyə kənarında özünə yaxın

Page 64: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

64

yerə qoyduğunu bilmirdi, Rauf çox həyəcanlı

idi. Bəlkə də o silahla orada olan digər erməni

əsgərlərini öldürmək fikrindən keçmişdi. An-

caq buna nail ola bilmirdi.

Həyəcanlı, həyəcanlı olduğu qədər də təhlü-

kəli an yaxalamışdı Raufu. Bir anlıq anası

Şamama xanım, sevgilisi, dostları yadına düş-

dü. Ancaq onları düşünməyin yersiz olduğunu

anlayan əsgər bıçağı əlində möhkəm saxla-

mışdı. Həyəcanlı görünsə də düşmənə olan

qəzəbi onu şux vəziyyətdə saxlayırdı.

Erməni əsgərləri silahlarını yerə atmışdılar.

Rauf rusca danışdı: Silahları bura itələyin –

Qəzəbli halda – Tez! – Rauf artıq həyəcanını

gizlətməyi bacarmırdı. Ürəyinin döyüntülərin

sürəti artmışdı. Görünür düşmənə olan qəzəbin

köməyi də itirdi. Yox əsla. Qəzəb sönməmişdi,

sadəcə Rauf əlinin altındakı əsgəri eyni vəziy-

yətdə çox saxlaya bilməyəcəyini bilirdi. Bunu

düşündükcə beynindən sürətlə sovuşan taktiki

düşüncələri tuta bilmirdi, ona görə də qorxu

hissi ona güc gəlirdi. Bu ölmək qorxusu deyil

idi, alçaqlara məğlub olmaq qorxusu idi. Rauf

onların əlində öləcəyini bilsə dərhal bıçağını öz

ürəyinə sancardı. Ancaq indi heç nə dəyiş-

Page 65: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

65

məyib, Rauf isə getdikcə daha çox həyəcan-

lanırdı. Gicgahından süzülən damcılar bunun

bariz nümunəsi olmuşdu.

Bunu hiss eləyən erməni əsgərləri də özlə-

rini sakit aparmağa çalışırdılar. Bu vəziyyət

Raufa psixoloji təsir edirdi.

- Sizə demirəm silahlar itəliyin əclaflar! Ra-

uf onları qorxutmaq üçün bıçağı ilə erməninin

boğazını azca cızdı. Əlinin altında bayaqdandır

zarıyan erməni əsgəri yoldaşlarından imdad

diləyirdi. Yoldaşının hədsiz zarımasına hövsə-

ləsiz davranan ermənilərdən biri gözlənilmədən

belində gizlədiyi tapancasını çıxarıb boğazına

bıçaq dirənmiş erməni yoldaşına bir neçə güllə

atdı.

Araya bir anlıq sükut çökmüşdü. Əsgər yol-

daşının bu hərəkətindən yerində donub qalmış

digər erməni öz dilində yoldaşına qışqıraraq

nəsə deyirdi.

İndi iki nəfər qalmış erməni əsgərlərini

həyəcan, qorxu bürümüşdü. Raufun əlinə bəlkə

də belə bir fürsət heç vaxt düşməyəcəkdi. Ölən

əsgərin silahını nəyə görə öncədən yanında

saxladığını anlamışdı. Üstündə uzanıb qalmış

leşi kənara itəliyib cəld hərəkətlə AKM silahını

Page 66: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

66

əlinə aldı və gözünü belə qırpmadan önündə

dayanmış ermənilərin bədənlərini deşik – deşik

etdi. Rauf nə etdiyinin fərqində deyildi. Bir

neçə saniyədən sonra özünü toplayıb avtomatı

kənara atıb öz bıçağını götürdü və həbsdə olan

əsir dostlarının yanına qaçdı. Raufdan əlavə bu-

rada 3 əsir əsgər də var idi. Tələsmək lazım idi.

Əslində düşmən əsgərləri bir an əvvəl bura-

ya gəlmədən Raufun qaçıb, oradan çıxmaq

imkanı vardı. Lakin o bunu etmədi. Yoldaş-

larının bir – bir otaqlardan çıxardıqdan sonra,

onların əlləri bağlanmış ipi kəsdi. Döyülmüş

əsgərlər halsız vəziyyətdə yerdə oturub qalmış-

dılar. Görünür, onları bərk döymüşdülər. Vaxt

çox az idi. Rauf bir an əvvəl özünü də, yol-

daşlarını da oradan çıxarmalı idi. Sərhədə - öz

postlarına qədər məsafə çox az idi, amma əsgər

yoldaşlarını orada qoyub gedə bilməzdi. Sanki

şeytan ona qaç canını qurtar deyə pıçıldayır,

onsuz da bunları apara bilməyəcəksən – deyə

onu fikrindən daşınmağa sövq edirdi. Rauf bir

anlıq anasını, dostlarını, onu gözləyən sevgilisi-

ni fikirləşdi. Həmən an oradan qaçıb getmək

istəyirdi, ancaq düşündü ki, axı bu yoldaşların

da yaxınları, gözləyənləri var, onların da həs-

Page 67: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

67

rətini çəkənlər var. Tez geri qayıdıb avtomatı

əlinə aldı və digər silahları da yerdən qalx-

maqda çətinlik çəkən əsgərlərə verdi. Artıq gec

olmuşdu, bu zaman qayıtmaq haqqında düşün-

mək yersiz idi.

Tezliklə erməni əsgərləri gələcəkdi. Əsgər-

lər güclə yerlərindən tərpəndilər və bayıra çıxış

qapısının içəri tərəfindən kənarında düzüldülər.

Döyülməkdən üz – gözləri qana boyanmış əs-

gərlərin hər üçü və Rauf əllərində silahla,

erməni əsgərlərinin gəlib içəri daxil olmasını

gözləyirdilər. Bu vaxt bayırdan atışma səsi

eşidildi. Rauf və dostları ilk öncə nə baş ver-

diyini anlamasalar da, bir neçə saniyədən sonra

vəziyyəti başa düşmüşdülər.

Əsgərlərimiz bura gəliblər – Rauf təəccüb

içində həyəcanla qışqırırdı – onlar buradadırlar,

qardaşlarım! – yaralı əsgərlərə baxdı. Yoldaş-

larının vəziyyətindən hali olan Rauf bu atış-

maya tamaşaçı kimi qala bilməzdi. Əlindəki

AKM-i yerə atdı və onun üçün daha yüngül

olsun deyə öldürdüyü erməninin yumulmuş

əlindəki tapancanı götürdü və ehtiyatla qapıdan

bayıra çıxdı. Atışma davam edirdi. Rauf artıq

bayırda ermənilərin arasında idi. Bu cəsarətinin

Page 68: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

68

ona nə verəcəyini belə düşünmədən bütün

fikrini hazırki, vəziyyətdə cəmləmişdi. O,

yavaş – yavaş, ehtiyatla hərəkət edirdi, daha

doğrusu yerlə sürünə - sürünə gəlib səngərə

çatmışdı. Lakin səngərin içinə düşə bilməzdi,

çünki, belə bir şəraitdə bütün erməni əsgərləri

səngərdə yer almışdı. Buna baxmayaraq o bura

düşməli idi, tək başına qəhrəmanlıq etmək

istəyir, hətta, ölməkdən belə qorxmurdu, bu

ərən. Bəlkə də Şəhidliyə ucalmaq şərəfi ondan

bütün bu qorxuları almışdı. Çox gözləmədən

səngərə düşdü. Düşməyi ilə bir neçə saniyə

sonra belində saxladığı bıçağı ilə bir erməninin

boğazını kəsdi. Bir tərəfdən həyəcan, digər

tərəfdən əzmkarlıq, qorxmazlıq onu pusurdu.

Atışma hələ davam edirdi. Rauf səssiz ad-

dımlarla səngərdəki “dod”a yaxınlaşdı. Orada

iki erməni əsgərini əks tərəfə atışma apararkən

görürdü. Bu zaman tapancasına əl atan Rauf

onlardan birini vurub yerə sərdi və “dod”da

dayanan digər əsgər cəld atılıb küncdə gizləndi.

Ölən erməni əsgərinin silahı “dod”un düz girə-

cəyində yerə düşmüşdü, gizlənmiş erməni isə

onu götürməyə ürək eləmirdi. Çünki, silah

açıqda idi və Rauf onu görürdü. Düşməninin

Page 69: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

69

silahsız olduğunu anlayan Rauf astaca ona –

“dod”a doğru addımladı. Oraya çatanda küncə

qısılmış erməninin qorxusundan ağladığının şa-

hidi olmuşdu. Onu həmin an öldürə bilərdi. Əli

erməni öldürməyə öyrəşmiş Rauf üçün bu adi

hal almışdı artıq, buna baxmayaraq onu vur-

mağa tələsmirdi. Erməni isə küncə qısılmış

ağlaya – ağlaya öz dilində Raufa nəsə deyirdi.

Dilini başa düşməsə də, onun nə istədiyi Raufa

bəlli idi. Onun zarıltısı Raufa təsir eləmişdi,

ona görə də atəş açmağı bir qədər ləngitdi. Bu

anda “dod”dan bir neçə metr kənarda, səngərdə

atəş səsi eşidildi. Zarıyan erməni bu səsdən

sonra susmuşdu. Əlindəki tapancanı erməniyə

tuşlayıb qalan Rauf çömbəlib səngərin o tayına

boylandı, bu zaman orada həmin yaralı yoldaş-

larını gördü. Qürur hissi Raufu necə cənginə

almışdısa yanında - yerdə oturuqlu vəziyyətdə

qalmış əsgəri də unutmuşdu və ona tuşlanan

silahını biixtiyar aşağı saldı və dönüb yoldaş-

larına tərəf yüyürdü. Yoldaşlarını qucaqlayıb

bağrına basmağa tələsən Rauf bir şeyi

unutmuşdu, bu onun “dod”da qoyub getdiyi

erməninin yanındakı silah idi. Bayaqdandır

küçük kimi zarıyan həmən erməni əsgəri silahı

Page 70: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

70

cəld götürdü və Raufa tuşlamağı ilə atəş açdı.

Güllə Raufun sağ qolunu sıyırdı və ardınca

onun yoldaşlarından biri əlindəki TŞK-dan atəş

açaraq erməni köpəyini gəbərtdi.

Onlar səngərdən yuxarı qalxanda Azərbay-

canlı əsgərlərin bunlara tərəf gəldiklərini gör-

dülər. Artıq təhlükə sovuşmuşdu. Onlar sərhəd-

di keçərək öz postlarına qayıtdılar. Geridə

qalan isə bir neçə erməni əsgərinin meyidləri

olmuşdu.

Görünür ermənilər özləri – özlərinin başına

oyun açmışdılar. Əvəzində onların əsir yoldaş-

ları qalmışdı, bir neçə əsgəri isə ölmüşdü.

Yəqin ki, bundan sonra erməni xalqı bu

atışmada həlak olmuş əsgərlərinə əsirlikdə olan

digər əsgərləri xilas edə bilmədiklərinə görə

rəhmət yox, lənət oxuyacaqlar.

Şamama xanım oğlun vəziyyətindən çox

nigaran idi, neçə aydır ki, yaxınları tərəfindən

ona verilən təskinliklərlə yaşayırdı. Nə vaxtsa

oğlunun qayıdacağına çox ümid edirdi. Belə də

olmuşdu, Rauf artıq azad idi. Amma bundan

hələ heç kimin xəbəri yox idi. Erməni postunda

Page 71: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

71

baş verən hadisədən bir neçə gün keçmişdi.

Elşənə Raufla bağlı xoş xəbəri isə onun

komandiri vermişdi. Elşənə şəxsən özü zəng

edən komandir ona Raufun azad olduğunu və

hazırda onun yanında dayanmış olduğunu

söylədi. Eşitdiyi xəbərdən bir anlıq yerində

donub qalmış Elşən komandirin telefonda bir

neçə dəfə çağırışından sonra dilləndi:

- Alo eşidirəm cənab komandir, siz dediniz

ki, Rauf ordadır? – təəccüblü halda – o, yanı-

nızdadır?

- Bəli oğlum! yanımdadır – komandir yanın-

da dayanan Raufa baxırdı – ancaq o, indi da-

nışmaq istəmir, deyir ki, bir başa üzünüzü

görmək arzusundadır.

- Oldu. Yaxşı. Mən bu bir azdan hərbi

komissarlıqda olaram – deyib komandirlə

sağollaşdı və Raufun dalınca getdi.

Elşənin sevincinin həddi - hüdudu yox idi.

Dostunu görəcəkdi, daha çox isə ona görə

sevinirdi ki, ən əsası bir əsgər övladının ana-

sına qovuşmasında vasitəçi olacaqdı. Onun

üçün bu həyatının ən önəmli anı idi bəlkə də.

Komissarlıq onların yaşadığı əraziyə yaxın idi.

Elşən evdən tələsik çıxıb getdi. O qədər tələsdi

ki, komandirlə danışığı bitirməyi ilə evdən çıx-

Page 72: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

72

mağı bir olmuşdu. Anası Mehbarə xanım oğlu-

nun bu təlaşını səbəbini belə soruşmağa macal

tapmadı.

Artıq yarım saatdan sonra Elşən komis-

sarlıqda idi. İlk oncə o, elə dəhlizdə komandiri

Ağabala müəllimlə görüşdü. (Ağabala müəllim

həm Elşənin, həm də Raufun komandiri ol-

muşdu).

Elşən həyəcanlı görünürdü:

- Cənab komandir Rauf hanı? O buradadır?

Komandir gülümsəyərək təmkinlə danışırdı

– indicə apardılar, sonuncu dəfə həkim müayi-

nəsindən keçməlidir.

- Nə yaxşı oldu, mən onun qayıdacağına və

bu xəbəri məhz sizdən eşidəcəyimə çox ina-

nırdım dayı. Komandir Ağabala müəllim ona

dayı deyilməsinə yenə də etiraz etmirdi.

- Ümidlərin sonu bəzən yaxşı qurtarır,

oğlum – o, əli ilə Elşənin çiyninə toxundu –

Sonuncu ölən ümidlərdir deyirlər.

Onlar Raufu gözləyərkən komandir Elşəni

ofisinə dəvət etdi. Bayaqdandır ayaq üstə

söhbət eləyən komandirlə onun keçmiş əsgəri

keçib içəridə əyləşsinlər. Komandir iki çay

gətizdirdi.

Page 73: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

73

- Bilirsənmi oğlum əslində Raufu erməni

əsgəri ilə dəyişməmişik, daha doğrusu buna

ehtiyac qalmadı.

- Necə yəni? Özləri qaytardılar?

- Sənin kimi ağıllı əsgərimdən bu sualı heç

gözləməzdim – komandir bir az ciddi, bir az

zarafatyana söylədi: – Ən azından sən, o ermə-

ni köpəklərinə çoxlarından daha yaxşı

bələdsən. Ermənidə vicdan nə gəzir ki, düşmən

əsgərini buraxsınlar.

Elşən təəccüblü sifət almışdı: – Amma Ağa-

bala dayı mənim təcrübəmə arxalansaq belə

olmayan halda gərək Raufu və digər əsirləri

düşmən postuna keçib döyüşməklə geri alaq.

- Bax indi səndən razı qaldım – komandir

gülümsəyirdi.

- Yəni atışma olub? Elşən təəccüblü vəziy-

yətini dəyişməmişdi. Əsgərlərimiz düşmənin

postuna geçiblər?

- Bəsdir, daha sual verdin.

Artıq çaylar da gəlmişdi. Komandir çaydan

bir qurtum aldı: “Mən fəxr edirəm ki, dövlə-

timizin, Vətənimizin həqiqi, qəhrəman əsgər-

ləri var, Rauf da onlardan biridir.” Komandir

danışarkən Elşən diqqətlə onu dinləyirdi. Lakin

Page 74: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

74

komandirin mətləbə gəlmədiyini görüb səbir-

sizliklə dilləndi:

- Xahiş edirəm, danışın görüm Rauf nə

igidlik göstərib?

- Təbii ki, dostunun göstərdiyi igidliyi.

(Komandir Elşənin özünü nəzərdə tuturdu).

- Yəni erməni əsgərini öldürüb?

- Tamamilə doğrudur oğlum, (komandir

çaydan bir qurtum daha aldı) özü də 3 erməni.

Bilirsən məndən olsa bir komandir kimi böyük

şərəf hissi ilə bu cəsarətli igidimizi, burada –

hərbidə saxlayardım, amma təəssüf ki, Raufun

özü istəmədiyi halda hərbidə qala bilməz. Həm

də ki, artıq o hərbi xidmətini bitirmiş sayılır.

- Siz narahat olmayın o, vətənpərvər biridir.

Növbəti dəfə çayının dadına Elşən baxdı:

“Bəlkə onun qərarı siz istədiyiniz kimi olacaq,

cənab komandir. Bilmək olmaz”. Elşən bir

neçə illik dostunu yaxşı tanıyırdı, ona gorə də

onun əvəzinə danışmaqdan çəkinmirdi.

- Olsun. Lap yaxşı olar.

- Yaxşı. Bəs Raufla onun yoldaşları necə

xilas oldular əsirlikdən, yəni hadisə necə baş

verdi? Deyirsiniz ki, onları atışma ilə xilas

etmişik.

Page 75: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

75

- Hə. Doğrudur, əslində bu hadisə bizim

yox, ermənilərin xeyrinə bitmiş olsaydı, yəni

itkiləri onların yerinə biz versəydik, mənə heç

vaxt icazə verməzdilər ki, bunu kiməsə

danışım.

- Başa düşürəm – Elşən başını yellədi.

- İndi ki, belə olmayıb elə isə mən indi sənə

hamısını danışacağam – Komandirin çayı

soyumuşdu. O, yenisini istədi və hadisəni

ətraflı şəkildə danışmağa başladı.....

Təxminən bir saat keçmişdi. Birdən koman-

dirin qapısı döyüldü və otağa adi vətəndaş

geyimli bir gənc daxil oldu. Elşən tez yerindən

dikəldi və ona sarı baxdı. Bu Rauf idi.

Sevincindən gözləri dolan Elşən dostunu

bağrına basdı. Birazdan bu iki dost koman-

dirləri ilə xüdahafizləşib gedirdilər. Onlar qapı-

dan çıxanda Komandiri arxadan Raufu səsləyib

ona: Rauf! Oğlum, sən fikirləş – dedi.

- Oldu cənab komandir– Rauf gülümsədi –

fikirləşərəm.

Rauf da, Elşən də komandirin nəyi nəzərdə

tutduğunu yaxşı bilirdilər. Rauf kimi əzmkar və

nümunəvi bir zabit Vətənə çox lazımdır.

Rauf anasını və sevgilisini görmək üçün

tələsirdi. Anasını görənədək, sevgilisini isə El-

Page 76: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

76

şənin dediklərinədək.... Onlar avtobusa min-

dilər. Rauf uşaqlıq xatirələrinin qaldığı bu

şəhərdən ötrü çox darıxmışdı. O, Qarabağ adlı

bir diyarda göz açsa da burada böyüyüb boya –

başa çatmışdı. Avtobusda gedəndə Rauf

pəncərədən bayırı seyr edirdi. Sonra yanında

əyləşmiş dostuna çönüb baxdı. Onu daldığı

xəyallardan ayırmaq istəməyən Elşən, Raufun

ona baxdığını görəndə danışmağa başladı:

- Səninlə fəxr edirəm – Elşən dostunun çiy-

nindən tutub onu möhkəm qucaqladı – Koman-

dirimiz mənə başına gələnləri danışdı.

- Önəmli deyil – Rauf təvazökar olmağa ça-

lışdı–biz (biz deyərkən özü və əsgər yoldaşla-

rını nəzərdə tuturdu) sadəcə sağ qalmaq üçün

vuruşurduq. Həm də ki, mən həm anama, həm

də itkin düşmüş atamın ruhuna söz vermişdim

ki, düşmənimdən intiqam alacam.

- Hə, bilirəm və səni çox yaxşı başa düşü-

rəm dostum. Raufun igidliyi və hünəri istənilən

adamı heyrətləndirərdi, o cümlədən Elşəni. Ona

görə də Elşən istər – istəməz özünün, Rauf

qədər olmasa da, vaxtı ikən göstərdiyi igidliyini

dostunun yadına salmaqda maraqlı idi.

Bir neçə dəqiqədən sonra avtobus dayana-

cağa çatmışdı. Dayanacaqdan Raufgilə piyada

Page 77: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

77

getmək olardı. Dostlar avtobusdan enib irəlilə-

dilər. Rauf çox həyəcanlı idi. İndi onlar evə

gəlib çatmışdılar. Qapının ağzında dayandılar.

Raufu həyəcanlı görən Elşən özü qapının zən-

gini basmaq istədi, ancaq tez özünü toplayan

Rauf onun əlini saxladı: Dayan! – Rauf dərin-

dən nəfəs alıb verdi – mən özüm – dedi və bar-

mağını zəng düyməsinə yaxınlaşdırdı və üzünü

dostuna sarı tutub - Çox həyəcanlıyam –dedi.

Əli ilə gicgahından axan tərini sildi və nəhayət

düyməyə toxundu.

Şamama xanım sanki oğlunun gəldiyini hiss

etmişdi və o, cəld qapıya yüyürdü. Lakin qapı-

nın gözlüyündən baxanda heç kəsi görmədi.

Görünür oğlu ona surpriz etmək istəyirdi. Yenə

də ümidini itirməyən ana qapını açanda oğlunu

yox, ona oğlu tək əziz olan Elşəni gördü.

- Xoş gəlmisən oğlum – Samama xanım

bikef olmuş kimi görünürdü – buyur keç içəri.

- Salam Şamama ana – Elşən içəri ayaq

basdı. Deyəsən məni gözləmirdin ana?

- Sənin qədəmin həmişə xoşdur oğlum. Bu-

yur keç əyləş.

Şamama xanım Elşəni evə buyurdu, ancaq

Rauf hələ içəri girməmiş, bayırda gözləyirdi.

Page 78: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

78

Elşən keçib stulda əyləşdi, Şamama xanım ona

bir stəkan çay gətirmək üçün mətbəxə keçdi.

Bir neçə saniyədən sonra əlində çayı gətirib

Elşənin önünə qoydu, sonra özü də keçib onun

qarşısında əyləşdi. Elşən bilirdi ki, həmişəki

kimi yenə Şamama xanım ondan oğlu Rauf

barədə soruşacaq. Bu dəfə Elşən özü birinci

sözə başladı: Şamama ana bu nədir? O əli ilə

önündəki çayı göstərdi: – Elə, bircə stəkan?

Şamama xanım gözlərini döyüb ona zillədi

və qayğıkeş və mülayim səslə dedi:

- Onu iç qurtar, birini də gətirim.

- Yox. Mən onu demirəm. Birdən bir Allah

bəndəsi qapını döyüb eləsə.. – Elşənin yanağı

açıldı – məsələn, Raufun özü.

- Nə?! - Şamama xanımın təəccübdən göz-

ləri bərəli qalmışdı - Demək ürəyimə düz

damıb hə?

- Elədir ki, var Şamama ana. Bu anda

qapının zəngi vuruldu. Şamama xanım cəld

yerindən qalxıb qapıya yüyürdü. Qapını açan

anda gözlərinə inana bilmədi: Oğlum!.. Balam!

- ananın gözləri parıldayırdı.

- Ana!

- Oğlum!....

Page 79: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

79

Bu səhnənin şahidi olan Elşən də köv-

rəlmişdi. Onun etdiyi bu yaxşılığına görə ana

da oğul da ona bir ömür minnətdar olmalı

idilər. Amma Elşən bunu heç ağlına da gətir-

mirdi. Çünki, o bununla özünə də böyük bir

yaxşılıq etmişdi. O da əsgər olmuşdu. Raufla

onun əsgərlik taleləri çox oxşar idi. Bu səhnəyə

kənardan baxmaq isə başqa bir duyğu bəxş

edirdi insana.

Onlar keçib əyləşdilər.

- Allah səndən razı olsun, oğlum – Şamama

xanım gözü yaşlı halda – sən ki, məni oğluma

qovuşdurdun, Allah səni ən xoşbəxt bəndə-

lərindən etsin.

- Bunu mən etməliydim Şamama ana –

Elşən alçaq səslə danışırdı – Yaxşı mən gedim.

Siz də ana – bala həsrətin evini yıxarasınız.

Sabah anamı da götürüb gələrəm sizə – dedi və

əyləşdiyi stuldan qalxdı.

Rauf Elşəni yola salmaq üçün onunla qapı-

ya doğru getdi. Xudahafizləşəndə Rauf dostuna

təşəkkürünü bildirdi: Çox sağ ol qardaşım,

sənin bu yaxşılığını heç vaxt unutmayacam.

Bunun cavabında Elşən dostunun hər iki əlini

sıxıb dedi: Yadındadır? Bir neçə il əvvəl sən də

mənim anama belə bir xoş xəbəri çatdırmışdın.

Page 80: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

80

Elşən gülümsədi: “İndi isə hesablaşdıq, elə

deyil?”

- Elədir.

- Sabaha qədər.

- Hələlik.

Rauf Elşəni yola saldı və qayıdıb anasının

yanında əyləşdi və anasına dediyi ilk cümlə bu

oldu:

- Ana! Atamın qisası və şəhidlərimizin qanı

yerdə qalmadı. Mən onlardan (erməni əsgər-

lərindən) 4-nü öldürdüm. – Anasının əllərindən

bərk tutmuşdu – indi şəhidlərimiz rahat yata

bilərlər.

- Oğlum, səninlə fəxr edirəm – Şamama

xanım əri Şövkət kişinin divarda asılmış şək-

linə baxdı – doğru deyirsən, ölüdürsə də diri-

dirsə də onun ruhu indi şad olmalıdır. Gözlə-

rindən axan yaşlar dinmirdi. Rauf anasının bu

halına dözə bilmirdi. Anasının gözündən axan

yaşlar sanki üstünə gələn sel kimi görsənirdi

ona.

Şamama xanımın sevinc və kədər göz

yaşları bir – birinə qarışmışdı.

- Yaxşı ana bəsdir ağladın, mən gəldim ki,

sənin gülən üzünü görüm. Sənsə ağlayırsan.

Page 81: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

81

- Neyləyim axı, canımın parası bircə oğlum

var, ona da bir şey olsaydı mən neynərdim.

- Yaxşı, mən çox acam. Mənə yemək ver.

- Acsan?! – Şamama xanım tələsik gözünün

yaşını sildi – bu dəqiqə, indi sənin üçün süfrəni

naz nemətlərlə dolduraram.

Rauf ancaq bu yolla anasının göz yaşlarını

saxlaya bilərdi. Çünki, istər sevinc göz yaşı

olsun, istər kədər göz yaşı fərqi yoxdur, belə

vəziyyətlər həmişə onun üçün dözülməz

olurdu.

Bir neçə dəqiqədən sonra Şamama xanım

süfrəni nemətlərlə bəzədi. Rauf anasının ye-

məklərindən ötrü çox darıxmışdı. Elə isə

qolunu çırmalıyıb başladı yeməyə. Rauf ikinci

dəfə ağzının dadını dəyişmişdi. Birincisi əsgər-

liyə gedəndən sonra olmuşdu. Yemək yedikcə

Şamama xanım oğlunun qarşısında əyləşib, ona

tamaşa eləyirdi. Ancaq onu danışdırmırdı,

bilirdi ki, o, yemək yeyərkən narahat olmaq

istəmir. Hərçənd Rauf bundan narahat olmazdı.

O, indi daha çox anasının səsini eşitmək

istəyirdi. Yeməkdən sonra Şamama xanım çay

hazırlamaq üçün mətbəxə keçdi.

- Anamın əliylə hazırlanmış yeməklərdən

gözəli dünyanın heç bir yerində yoxdur – Rauf

Page 82: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

82

yüksək səslə sözlərini mətbəxdə iş görən

anasına çatdırırdı.

Bir azdan çay da hazır oldu. Şamama xanım,

oğlu və özü üçün çay gətirib əyləşdi.

- Hə, körpə balam indi necəsən? Deyirsən

atışma olub, necə baş verdi?

- Ana uzun hekayədir, məni əsir götürmüş-

dülər, digər əsir yoldaşlarımı döyür, onlara

işgəncələr verirdilər. Amma sonda onların

dərsini verə bildik.

Rauf bir qurtum çay aldı: - Sən özünüzdən

danış, Elnarə necədir? Əsirlikdə olanda mənim

məktubumda onun haqqında olan suallarıma

cavab yazılmamışdı.

- Deyirsən dərsini verdiniz? Bəs necə öldür-

dün onları? – Şamama xanım oğlunun bu

sualından yayınmağa çalışırdı.

- Ana dedim axı uzun hekayədir, sonra

hamısını bir – bir sənə danışaram. İndi isə

mənə Elnarə haqqında danış? De görüm o,

neyləyir, nə iş görür?

Şamama xanım oğlunu üzmək istəmirdi, ən

azından indi.

- Hamısı yaxşıdırlar. Salamatçılıqdır. Daha

nə olsun ki, oğlum?

Page 83: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

83

- Elşən avtobusda gələndə mənə dedi ki,

nişanlanıb.

- Hə, oğlum başa düşürsən də.

- Mən başa düşürəm ana, ancaq, o, məni

gözləyə bilməzdimi? – Rauf qərəzli baxışlarını

anasından çəkmirdi.

- Yazıq qızı çox qınama, ona da təzyiqlər

olub.

- Məgər bilmirdiniz ki, əsirlikdəyəm, hələ

sağam?

- Rauf gözlərini anasından çəkdi və uzun

baxışlarla gözünü otağın küncünə zillədi:–

bunca illik sevginin hörməti budurmu?! Sonra

anasına baxdı: – Səninləyəm ana, budurmu?!

Şamama xanım susurdu. Oğluna bir az haqq

qazandırdığı üçün susmaq məcburiyyətində idi.

Rauf alçaq və yorğun səslə: - Kimdir o?

Üzgün halda başını aşağı dikmiş ana yeni-

dən oğlunu üzünə baxdı:

- Kimi deyirsən oğlum?

- Elnarə kiminlə nişanlanıb, tanıyıram o

insanı?

- Elşən deməyibmi?

- Yox deyirdi ki, bilmir.

Şamama xanım Elşənin niyə Raufa bunu

demədiyini çox yaxşı başa düşürdü.

Page 84: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

84

- Hə, sən onu tanıyırsan – Şamama xanım

titrək səslə - Sənin dostunla nişanlıdır.

- Nicatla?!

- Hə!

Rauf həmin an bu xəbərə qarşılıq necə

davranmalı olduğunu bilmirdi. Buna sevinmək

istəyirdi bəlkə, amma sevinə bilmirdi.

Bunun ardınca Rauf tez telefonu götürüb

Elşənə zəng elədi və onunla təcili görüşmək

istədiyini bildirdi və evdən çıxıb dostu ilə

görüşmək üçün getdi. O bu məsələdə Elşənin

çox şeyi bildiyinə əmin idi. Onlar eyni gündə

artıq ikinci dəfə görüşürdülər. Şəhərdə yerləşən

kafelərin birində oturdular. Rauf Elşəndən

bilmədiklərini öyrənəcəyinə ümid edirdi. Onlar

masa arxasında əyləşmişdilər.

- De görüm mən olmayanda nələr baş verib?

- Tələsmə! Danışacam.

Elşən sanki Raufun ona bu sualı verəcəyini

bilirdi. Ofisiant da artıq çayı gətirmişdi. Elşən

asta davaranışla çaydanı götürüb ikisinin də

stəkanını dodaq yeri səviyyəsinə qədər

doldurdu.

- Əvvəlcə bunu bilməyini istəyirəm ki, mən

də sənin kimi bu hadisədən sonra Nicata haqq

Page 85: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

85

qazandırmadım. (Elşən Raufun qarşısında

özünü günahkar kimi hiss edirdi.)

- Düzü mən hələ bu cür düşünmürəm.

- Səni başa düşürəm, səni bu dəqiqə bütün

olanlardan xəbərdar edərəm. (Elşən boğazını

yaşladı.) Sənə dediyim kimi Nicata haqq

qazandırmıram və mən də bundan xəbər

tutanda onunla mübahisə elədim. (Elşən başını

buladı.) Təəssüf ki, onun başqa planları varmış.

- Necə bəyəm? - Rauf qaşlarını büzdü.

- Sən bilirdin ki, sən əsirlikdə olanda Nicatın

və mənim ən ümdə vəzifələrimizdən biri Elna-

rəyə və onun yaxınlarına sənin qayıdacağını

inadırmaq idi.

- Hə, belə olan halda qız məni gözləyəcəkdi.

Məni də üzən budur.

- Bilirəm dostum - Elşən Raufun masanın

üstünə söykədiyi yumulmuş əlinə iki dəfə

toxundu – o, səni çox sevir, amma bir az da

qadınları başa düşmək lazımdır.

- Mən başa düşməyə çalışıram – Rauf kök-

sünü ötürdü – Yaxşı, bəs Nicat? Onun nə

planları var imiş?

- Nicatın isə çoxdandır Elnarədən xoşu

gəlirmiş və sənin olmamağın onun üçün fürsət

Page 86: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

86

olmuşdu. Elşən istehzalı görkəmini almış, dərin

nifrətlə: – O, vəfasız, alçaq isə bunu öz xeyrinə

istifadə etdi.

Rauf məsələni anlamağa çox yaxın idi.

Ancaq o susur, dostuna qulaq asırdı.

- Sənin əsir düşdüyün vaxtlarda Nicat öz

planlarını gizlincə həyata keçirirdi.

Rauf getdikcə hövsələdən çıxmağa başla-

yırdı. Elşən bunu onun üzündən hiss etməyə

başladı. Uşaqlıq dostuna çox yaxşı bələd idi.

- Mən onların nişan mərasimlərində iştirak

etmədim. Amma nişandan bir neçə gün sonra

Elnarə özü mənə zəng elədi. Dedi ki, onların

nişanında iştirak etmədiyimə görə çox pis olub.

Elnarə çox xahiş etdi ki, onu başa düşüm.

Sonra Səriyyə xala da, özü də məni qonaq

çağırdılar və mən getdim. Səriyyə xanımdan

hadisələrin niyə bu cür dövr elədiyini

soruşmaqdan çəkinmədim. Səriyyə xala etiraf

etdi ki, sənin kimi bir kürəkən hər anaya qismət

olmazdı. Ancaq sənin qayıdacağına ümidlərinin

demək olar ki, tükəndiyini söylədilər. Elnarə də

bunu təsdiqləyirdi.

- Bəs sən onlara mənim qayıdacağım barədə

heç bir şey deməmisən?

Page 87: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

87

- Çox demişəm sənin qayıdacağını. Çox

inadırıcı səbəblər gətirmişəm onlara. Amma

sonra məlum olub ki, bizim bu şərəfsiz dostu-

muz gizlincə, bəhanələrlə Səriyyə xanımgillə

görüşür, guya dostunun qayıtmayacağı barədə

məlumatı olduğunu söyləyir, bununla da sənin

əsirlikdən qayıdacağına inamlarını sıfıra endir-

mişdi. Sonra Nicat tədricən Elnarənin qohum -

əqrəbasının da gözünə girir, onlara özünü

sevdirməyi bacarır. Nicat indi Moskvada

dayısının yanındadır, - Elşən yenə istehza ilə

gülümsədi – guya toy üçün pul yığmağa gedib,

dələduzun biri dələduz!

Elşən Raufun çiyninə toxundu: - Rauf,

dostum! Sən gəl Elnarəni qınama.

- Necə yəni qınamayım?! Mən onu çox

sevirdim. O isə məni.... Yanılmışam.

- Yanılmamısan Rauf, o, indi də səni sevir.

Elşən dostunun gözlərinin içinə baxaraq

sakit və duyğusal tərzə danışırdı: Elnarə zəng

eləyib danışarkən bunu mənə demişdi. Sən

özünü toplamalısan. Biz ikimiz də çalışmalıyıq

ki, Nicatın çirkin məqsədini üzə çıxaraq.

- Sən hələ də məndən nəsə gizlədirsən?

Page 88: Qovuşduq ki, ayrılmayaq file5 nıram, B.E.Ş, Yen ə və s.) hal – hazırda demək olar ki, nəsrlə məşğuldur. Bir neçə he- kayələri Heyf, R ənglənmiş barı, Dağı-

88