Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON...

150
Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD ƏSƏD BƏY Vətənsiz insanlar Bakı - <<Nurlan>> - 2005 Nəşrin məsul redaktoru:

Transcript of Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON...

Page 1: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

Qafqazın Strateji Tədqiqatlar İnstitutu

SERİYA

QAFQAZIN KLASSİKLƏRİ

MƏHƏMMƏD ƏSƏD BƏY

Vətənsiz insanlar

Bakı - <<Nurlan>> - 2005 Nəşrin məsul redaktoru:

Page 2: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

Eldar İsmayılov

Almancadan çevirəni:

Çərkəz Qurbanlı

Redaktorları:

Fərman Əhmədov

Gülənbər Pirnəzərova

Məhəmməd Əsəd Bəy. Ağ Rusiya

Orijinalda: Essad Bey «Das Weisse Rusşland» Tarixi-publisistik

roman,

Bakı, «Nurlan», 2005. - 184 səh.

ISBN 9952-420-07-1

Kitabda 1917-ci ildə Rusiyada bolşeviklərin gerçək-

ləşdirdiyi Oktyabr dövlət çevrilişi nəticəsində ölkədə gedən

vətəndaş müharibəsi və onun fəsadları, ağqvardiyaçıların

mübarizəsi, çeşidli adlar altında çeşidli proqramlarla yaranan

yeni dövlətlərin əcaiblikləri, ağqvardiyaçıların və Rusiya

ziyalılarının bolşevik taunundan xaricə qaçışı və rus

mühacirətinin bütün dünyada acınacaqlı taleyindən ürək yanğısı

ilə bəhs olunur.

4702000000 Qrifli nəşr

N - 098 - 2005

© Qafqazın Strateji

Tədqiqatlar İnstitutu, 2005

© «Nurlan», 2005

Page 3: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

3

ÖNSÖZ

Tarixi gerçəkliyin acı söyləmi

Məhəmməd Əsəd Bəyin 1932-ci ildə çapdan çıxmış «Ağ Rusiya»

tarixi-publisistik romanı bolşeviklərin Kerens- ki hökumətini devirib qurduqları

«Qırmızı Rusiyaya» qarşı yönəlmiş «Ağ Rusiyanı», ağların Rusiyasını yaratmaq

yolunda rus zabitlərinin, ziyalıların və tərəqqipərvər qüvvələrin, terror əvəzinə

demokratiyaya üstünlük verən geniş təbəqənin mücadiləsindən bəhs edən bir

əsərdir.

Müəllif «Ağ Rusiya» ideyaçılarının çoxşaxəliliyini, bolşevikləri çıxmaqla

burada Rusiyanın bütün təbəqələrinin, «keşmiş

demokratik-intellektual Rusiyanın son qalığı »mn iştirakını özünəxas cizgilərlə

açıb göstərməyə çalışır. Həmin çoxqatlı təbəqə içində önəmli yeri, təbii ki, çar

generalları tutur. Onlar demokratiyaya üstünlük verməsələr də, çar üsuli-idarəsinin

bərpasına çalışsalar da, bu üsuli-idarə- ni hər halda bolşevik hərkiliyindən üstün

tuturlar.

Əsərdə biz «Ağ Rusiya» ideyasının əsasən Qafqazda təşəkkül tapdığının

şahidi oluruq. Müəllifin fikrincə «Ağ Rusiya»nın atası «keçmi'ş imperiyanın xalq

içindən çıxmış yeganə generalı» Lavr Georgiyeviç Kornilov olmuş dur. Ağ

Rusiya ideyası, general Kornilovun step vilayətləri ilə daşıdığı bu ideya əslində

sərbəst fikrin ifadəsi sayılan və indi yalnız onun qılıncı ilə qorunan qədim liberal

ideya idi.

General Kornilovun kimliyi, onun milliyyəti və dövrəsi biz qafqazlılar üçün

xüsusi maraq kəsb edir, beləki «piyada qoşun generalı, günəşin qaraltdığı

buğdayı sifətli, düzünə daranmış qara saçlı, qıyqacı gözlü, iri, 'qabarıq

alnıaçıq sümüklü, seyrək sallaq bığlı, monqol təsiri bağışlayan al- çaqboy»

kazak general həmişə yerli çılğın Türküstan-süva- rilərinin fəxri qarovul

əhatəsində olur, Türküstanın təkin tayfasından olan atlılarla çölün dilində, fars

tağımı ilə farsca danışır və məscidlərdə namaz qılır.

General Kornilovla yanaşı «Ağ Rusiya» uğrunda çarpışan digər generalların

fəaliyyətinə də əsərdə geniş yer verilmişdir. Bunlar başlıca olaraq Krasnov,

Flimonov, Roma- novski, Alekseyev, Denikin, Kolçak, Vrangel, Boqayevski,

Skoropadski, Yudeniç, Savinkov, Mamontov,

Mayevski, Slaçeviç, Şurko, Kupetov, Millervə başqalarıdır.

Müəllif oktyabr çevrilişindən sonra keçmiş Rusiya ərazisində bir gecənin

içində yaranıb bir gecənin içində də yox olan «kabussayağı məzəli respublikalar

Page 4: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

4

»m, «miskin nazirli və diplomatlı şəhər və əyalət respublikalaram, oyuncaq

«müstəqil» dövlətlərin acı taleyindən söz açır, müstəqillik qazanmış dövləti

qoruyub saxlamağın onu qurmaqdan qat-qat ağır olduğunu böyük uzaqgörənliklə

söyləyir:

«Şimalda, Sibirdə, Qafqazda, Türküstanda, Krımda, bir sözlə hər yanda

qəflətən qəribə-qəribə hökumətlər yaranırdı, uğranda vuruşulan və altı çəkilən

ideyalar meydana gəlirdi, dürlü və çeşidli qəhrəmanlar, az qala qəhrəmana

çevrilmiş canilər fəaliyyət göstərirdi».

Yazıçı bu əsərində rus imperiyasında kazakların oynadığı rolu, onların adət

və ənənələrini, türk və müsəlman xalqları əleyhinə rus çarlarının onlardan necə

bacarıqla istifadə etdiyini, çarların kazaklarla qonşu olan dağlı xalqların

torpaqlarının onlara bağışlamasını xüsusi bir təpərlə qələmə alır, Ukraynanın ilk

müstəqil dövlət kimi fəaliyyətinə, onun məğlubolma səbəblərinə işıq salır. Bu

zaman o, Şurko, Mamontov, Pavel (Pavlo) Skoropadski, Petlyura kimi

şəxsiyyətlərin tarixdə oynadığı rolu real cizgilərlə təsvir edir.

Ağların məğlubiyyətinin səbəblərini müxtəlif tədqiqatçılar müxtəlif cür şərh

edir. Kimisi bunu qırmızılarda komandan dəyişikliyi ilə, kimisi qəfildən Moskvanı

dəstəkləməyə başlamış dönük ingilis siyasəti ilə, kimisi yanlış strateji məkanlaşma

ilə, kimisi də silah çatışmazlığı ilə izah edir. Əsəd Bəy isə bir tarixçi və siyasətçi

kimi bu səbəbi belə göstərir: «Növbəti səbəb isə, görünür, odur ki, Ağ Rusiya

bolşeviklərin aydın və asan başa düşülən proqramına yalnız onun inkarını

qarşı qoymuşdu, ortada təkcə ‘Bolşeviklərə qarşı! ’ şüarı vardı. Ağ Rusiya nə

monarxist, nə də demokrat, nə faşist, nə də sosialist düşüncəli idi, bəlkə də bu,

keçmiş Rusiyanın qeyri-müəyyən davamının, yaxud keçmiş Rusiyaya qayıdışın

ilk mərhələsi olub kəndlilərə dərin inamsızlıq təlqin edirdi».

Əsəd Bəy bolşevik Rusiyasını «achq içində qətl yuvası sayılan dəlixana»

adlandırır (Qəfildən, deyəsən, daha Rusiya da yox idi. Onun yerinə dəlixana

keçmişdi) və həmin dəlixanadan qaçışın labüdlüyünü göstərməklə 1917-ci ildən

1920-ci ilə qədər üç milyon rusun doğma vətəni tərk etdiyini yazır, bu qaçışın heç

də dəyişmiş həyat şərtlərinin, ağır maddi durumun olmadığını deyir. Beləki ölkəni

təkcə zabitlər, tacirlər, fabrikantlar və mülkədarlar deyil, həm də tələbələr, kasıb

müəllimlər və radikal anarxistlərdən tutmuş bolşevik yönlü olmayan hər cür

inqilabçılar tərk etmişdi.

Müəllifin fikrincə ruslar ölkədən maddi ehtiyac üzündən yox, bolşeviklərə

qarşı müxtəlif dünya görüşlərinin nümayəndələrini birləşdirən nifrətdən qaçıblar,

zira bolşevizm təhlükəsi bütün siyasi, hətta milli ziddiyyətlərə də müəyyən müddət

Page 5: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

5

körpü atmışdı.

Əsəd Bəy Fevral burjua inqilabını «yuxarıdan inqilab» adlandırır, zira

onun yolu, yazıçının fikrincə, «əvvəlcədən yazılıb-hazırlanmışdı: vətəndaş

azadlığı, liberal demokratiya, mütərəqqi islahatlar və Avropa dəyərlərinə

uyğunlaşma».

Bolşeviklərin alman casusları olmaları XX yüzilin sonlarında rəsmi

sənədlərlə açıqlandığı halda, Əsəd Bəy bu tarixi faktı «Ağ Rusiya» əsərində böyük

uzaqgörənliklə dünyaya faş etmişdi:

«Bolşevikləri dəli, yoxsa cani saymaqda tərəddüd edirdilər və axırda

onların alman casusları olmaları barədə yekdil fikrə gəlindi».

Bolşevizmi «dolaşıq planlara və dolaşıq məqsədlərə malik fanatizm»

adlandıran yazıçının onların ideya rəhbəri Lenin barədə söylədiyi fikir xüsusi

maraq doğurur:

«Əgər Lenin bir gün əmr etmiş olsaydı ki, hər bir rus insan əti yeməlidir,

buna heç kim təəccüblənməzdi».

Böyük sarkzmla müəllif rus çarlarının rus qoşunlarını İstanbulun

darvazaları önündə görmək kimi əbədi xülyasının 1920-ci ildə faciəli şəkildə

həyata keçdiyini göstərir:

«Rus əfsanəsinə görə rus knyazı Oleq min il öncə Bizansın qapıları

ağzında peyda olur. Şəhərin özünü tuta bilmir, əvəzində qalxanını qapılara

vurub peyğəmbərcəsinə söyləyir ki, onun xələfləri haçansa bir vaxt bu şəhərə

varid olacaqlar. Aradan min il ötdü və Oleqin sözləri yerinə yetdi. Ağ Rusiya

istanbula axdı, onların arasında da həmin qədim rus knyaz soyunun birbaşa

xələfləri». «İndi burda, rus qam ilə suvarılmış bu torpaqda çarların başçılığı

ilə əsrlər boyu İstanbulu təhdid edən rus ordusunun son qalığı yerləşmişdi».

Əsəd Bəy bu əsərində tarixi faktların şərhi ilə yanaşı özünün də yaşadığı

mühacir həyatının acı taleyini, vətəni tərk etmiş insanların qürbətdə keçirdiyi

məşəqqətləri qələmə alır, dünya üzünə səpələnmiş rusların yaşam çabalarını

gözümüz önündə canlandırır, mühacirlərin dolanmaq xatirinə hansı fırıldaqlara əl

atdığını inandırıcı boyalarla təsvir edir.

Çərkəz Qurbanlı

Page 6: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

6

ON MİLYONA QARŞI

DÖRD MİN

Rus baş qərargahının cavan kazak zabiti bir vaxt Türküstana gəlib şərq

dillərini öyrəndi, çin saqqalı buraxıb şərq karvan peşəkçisinin geyimində

Əfqanıstanın, Hindistanın və Şərqi Türküstanın dağlarını, meşələrini və steplə-

rini dolaşdı. Baş qərargaha lazım olan planları çəkdi, köçəri tonqallarının yanında

gecələdi, məscidlərdə namaz qıldı və onun qıyqacı gözləri çar ordusunun haçansa

Hindistana aşacağı hər təpəni, hər cığırı, hər dərəni həmişəlik beyninə həkk etdi.

Çarın ordusu isə Hindistanın darvazaları önündə görünmədi. Kəbir gədiyində

həmişəki kimi yenə də afriqidlər ^yaşayır və onu ingilislər qoruyurdu. Bunun

əvəzində dünya müharibəsi başladı və bu arada general rütbəsinə çatmış, günəş in

qarsıdıb-qaraltdığı kazakın qıyqacı gözləri çarın kazak alaylarının apardığı saysız

hücumların şahidi oldu.

Lavr Georgiyeviç Kornilov, piyada qoşun generalı, günəşin qaraltdığı

buğdayı sifətli, düzünə daranmış qara saçlı, qıyqacı gözlü, iri, qabarıq almacıq

sümüklü, seyrək sallaq bığlı, alçaqboy kişi yerli çılğın Türküstan süvarilərinin

fəxri qarovul əhatəsində bütün cəbhələrdə peyda olur, öz əsgəri borcunu nümunəvi

yerinə yetirir və Türküstanın təkin tayfasından olan atlılarla çölün dilində

danışırdı.

Sonra inqilab, qoşunun dağılması və vəkil Kerenskinin meteorsayağı şöhrəti

özünü yetirdi. Bir çox yanlış cəhdlərdən, məyusluqlardan sonra Kerenski ge'beral

Kornilovu on- milyonluq ordunun ali baş komandanı təyin etdi. Bu, sosialist

vəkilin köklü yanlışlığı oldu. Şərqli general hakimiyyətin yüyənini öz əlinə almaq

qərarına gəldi. Hakimiyyətə gedən yolda onun qabağını sosialistlər, Kerenski və

sovetlər kəsirdi. Hakimiyyət isə Kornilov üçün müharibənin davamı, intizam,

inqilabın sonu və hərbi nizamnamənin nəhəng imperiya üzərində yayılması demək

idi. Bunu həyata keçirmək üçün Kornilov yerli kazakların «vəhşi diviziyasını», bir

neçə yüz sayseçmə zabiti və müqəddəs Georqun cəngavərlərini öz ətrafına topladı.

Peterburqu tutmaq, sosialistləri qovub-çıxarmaq və qayda-qanunu 1 Afriqidlər -

afriqidlər sülaləsinin törəmələri. Bu sülalə eranın IV-VIII əsrlərində Xarəzmdə

erkən feodal mədəniyyətini yaratmışdır (bu və bundan sonrakı ayaq qeydləri

tərcüməçinindir).

bərpa etmək üçün Komilov bu dəstələrlə 1917-ci ilin tutqun iyul səhərinin birində

özünün Mogilyovdakı baş qərargahını tərk etdi.

Page 7: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

7

Ali baş komandanın rəsmi yaşam yolu Peterburqun içərilərində sona yetdi.

Qafqaz doğumlulara və müqəddəs Georqun cəngavərlərinə Kerenski gənc

inqilabın yenicə toplanmış hərbi qüvvələrini qarşı qoydu: matrosları, silahlı

fəhlələri və ziyalıları, eləcə də dar ayaq üçün, son yardımçı vasitə kimi, xalis

Qafqaz kökənli ruhani və knyazlardan ibarət bir nümayəndə heyəti ki, bu da təzəcə

qazanılmış azadlığı əldən verməyəcəklərini Kornilovun yerli qoşununun beyninə

yeritməliydi. Qafqazlı üləmaların dilətutma bacarığı, eləcə də «rus inqilabının

birləş miş qüvvələri» bu dəfə həddən artıq təsirli alındı. İnqilab qalib gəldi,

Kornilovun ömür yolu Peterburqun darvazaları önündə sona yetdi. Rus inqilabının

idil dövrü bununla bitdi!

Bu qələbə ilə Kerenski öz kəndirini kəsdi. Onun hərəkətə gətirdiyi bolşevik

qaliblər öz güclərini hiss etdilər.

On milyonun ali baş komandanı həbs edildi. Tezliklə matroslar, silahlı

fəhlələr, hətta üləma qafqazlıların nümayəndə heyəti də Kerenskidən üz

döndərdilər. Demokratik Rusiyanın baş, daxili işlər, hərbi və dənizçilik naziri

qadın tumanı geyib Peterburqdakı Qış Sarayından qaçdı. Hökumətin iqamətgahını

son olaraq məş hur qadınlar batalyonu, şalvarlı qadınlar müdafiə etdilər. General

Kornilov da qaçdı, hər halda qadın paltarında və silahlı qızların himayəsi altında

yox. Çılğın təkin atlıları gecə onu həbsdən azad etdilər. Can qorçularının himayəsi

altında o, alçaqboy Türküstan atlarının belində qətl və qarət yuvası, məğrur çar

şəhəri Peterburqdan, qan gölündə üzən Moskvadan və özlərinin sui-qəsd

guşələrini tərk edib Kremlin qalın divarları arxasında baş qərargahlarını qurmuş

bolşeviklərdən canını qurtardı.

O, cənuba, Don vilayətinə, doğma torpaqların kazak kəndlərinə qaçdı.

Keçmiş Rusiya başdan-başa hərc-mərclik içindəydi. İri şəhərlərdə, kəndlərdə,

sənaye mərkəzlərində bolşeviklər qərar tutmuşdular. Trotskinin təbirincə deyilsə,

general üçün onlar dördüncü ölçü vahidinin təzahürləri idi. Fabrik-zavod sahibləri,

yazıçılar, zabitlər, alimlər, köhnə Rusiyanın bütün say-seçmə insanları, bir sözlə,

bütün burjuaziya «Brest-Litovsk satqınlarının» ərazisini tərk etdi, gözəl villaları,

bankları, zavod və fabrikləri, alayları və universitetləri başlı-başına buraxıb qaçdı,

cənuba, azad kazaklarm vilayətinə, sakit Donun sahillərinə, rus kəndli-kazak

ənənələrinin eldoradosuna1_üz tutdu.

Burda, sakit Donun sahillərində, kazak kəndlərinin və

1 Eldorado, yaxud dorado - (lat. isp.: «qızıla tutulmuş, qızıllaşmış»), «əfsanəvi

ölkə, cənnət» anlamında işlənir.

Page 8: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

8

malikanələrinin arasında, davakar ölkənin kübar qəlbində «Ağ Rusiya» doğuldu.

Onun atası kazak generalı, keçmiş ali baş komandan Lavr Kornilov oldu: çılğın

təkinlərin dəstəsi ilə o, günlərin birində Donun sahillərində göründü. Amma sakit

Don, bir vaxtlar oldu ğu kimi, daha sakit çay deyildi. Doğrudur, kazaklar hələlik

yanlarında bolşeviklərin adının tutulmasını da istəmirdilər, doğrudur, Don

kazakları- nın paytaxtı Novoçerkasskda hələlik «əzəmətli Don qoşununun»

atamanı hökmranlıq edirdi. Fəqət kazak şəhərləri Rostov və Novoçerkasskda

çeşidli hərbçilərdən başqa, qaçqın saray xanımlarını, didərgin müəllim və

şagirdləri, işsizləşmiş generalları və əksər Peterburq qəzetlərinin redaktorlarını

görərdin. Bütün bunlar kazaklarm ürəyincə deyildi. Əvvəllər çarın, atamanın və

ailə başçısının hökmranlıq etdiyi kəndlərdə qəflətən gənclər peyda oldular ki,

onlar da sinələrindən orden-medal asılmış və çaşıb-qalmış atalarının yanında

şimaldan çağırılmamış gələn qonaqlara və yüksək rütbəli hərbçilərə inamsızlıq

göstərib onları aşkarca tənqidləyirdilər və şimaldakı müəmmalı sovetlərin bəlkə də

kazak azadlığının əsl müdafiəçisi olduğu barədə öz ümid və düşüncələrini

söyləməklə diqqət çəkirdilər. Xaotik şəkildə geriyə çəkilən onmilyonluq qiyamçı

qoşun bütün imperiya boyu eşələnirdi ki, bu qoşunu da vaxtilə çar özü toplamışdı

və o indi silahlarını, sorumlu intizamını və Problematik heyranlığını RSFSR-in

yeni hökumətinin sərəncamına tapşırmışdı. Don ətrafındakı azad zona getdikcə

daralırdı. Kazak kənd və şəhərlərində kazaklar oturmuşdular, qaçıb yanlarına

gəlmiş hərbçiləri lağa qoyurdular və heç barmaq- barmağa da vurmurdular. Bütün

alayların zabitləri küçələrdə veyllənir, bolşeviklərdən qorxur və kazaklara

müqəddəs Rusiyanın Allah tərəfindən göndərilmiş xilaskarı kimi baxırdılar.

General Kornilov özünün baş qərargahını Novoçer- kasskda, sonra da kazaklarm

ən böyük şəhəri Rostovda qurdu. Paramonovun dəbdəbəli

sarayına köçüb təkin qa- rovulçularını qapının ağzına qoydu və onun ideyalarını

bölüşən bir ovuc qaçqını ətrafına yığmağa başladı. «Ağ Rusiya» beləcə, 1917-ci

ilin sonunda fabrikant Paramonovun sarayında yarandı.

Kornilovun ətrafına çox az general yığışdı, amma onların hər birinin ölkədə

yetərincə tərəfdarı vardı. Könüllü, an- tibolşevik ordu yaratmaq üçün onların öz

alaylarının zabitlərinə yönəli odlu müraciətləri tezliklə Rusiyanın bütün guşələrinə

çatdı. Don hökuməti, çara sadiq qalmış general- getman Krasnov bu təşəbbüsü

bəyəndi. Don vilayətinin bütün şəhər və kəndlərində Kornilovun müraciətləri

yapışdırıldı. Didərgin zabitlərin hamısı Ağ Orduya daxil olmağa and içdirildi.

Həmçinin qəflətən öz alaylarını yaratmaq istəyən kazaklar peyda oldu. Zabitlər

orduda adi əsgər kimi qulluq etməli oldular, komandirləri isə Rusiyanın ən yaxşı

Page 9: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

9

generallarıydı: Romanovski, Alekseyev, Denikin.

Generallar nitq söyləyir, kazaklar azadlıq uğrunda ölməyə and içirdilər.

Ürəyi istəyən hər kəs qoşun düzəldə bilərdi. Qısa zaman içində Moskvanı tutmuq

üçün hamı sözü biryerə qoydu. Ağ İblis ləqəbli Qrekov adlı hansısa bir kazak

zabiti kənd nökərlərindən ətrafına əməllicə bir toplum yığdı ki, bunlar da həmin an

talana başladılar. Rusiyada ağ ideyaya hamıdan birinci tutulmuş general Korni-

lovun qıyqacı gözləri bu sağalmaz qat-qarışıqda işığa gəldi. Kornilovun və

generallarının təşviqatı aylarla çəkdi. Bu arada Don ətrafındakı çevrə getdikcə

daralırdı. Getdikcə kazaklar da etinasızlaşırdı və günlərin birində Ağ Rusiya ağ

əmələ çevrilməli olanda aydınlaşdı ki, çarın, ruhanilərin və generalların köhnə,

müqəddəs Rusiyası qiyamçıların onmilyonluq ordusuna qarşı yalnız dörd min kişi

çıxara bilir. Generalların müraciətləri, kazakların andları, keşişlərin duaları, çara

sadiqliyin yüzillər yaşı olan ənənəsi, intizam və borc - bütün bunların hamısı

onminlərlə didərgin zabitdən yalnız dörd minini toplaya bilmişdi. Nəhayət, general

öz qoşununu özünün baş qərargahında biryerə yığdı. Kor- nilov və onunla birlikdə

Ağ Rusiyanın qoşunu step və çöllərdən özünə yol açmaq üçün kazak şəhərini tərk

edəndə bolşeviklər artıq Rostova girmək üzrə idilər.

Page 10: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

10

BUZLU YÜRÜŞ

Dörd min qoşun steplə irəliləyirdi, onun düşməni isə on milyon idi, axınla

gələn kəndlilər, fəhlələr və bolşeviklər. Dördminlik qoşun döyüşü qəbul etdi.

Onlar kimsəsiz buzlu Don stepləri ilə yeriyirdi. Düşmən onları izləyirdi. Öndə,

çılğın təkinlərin əhatəsində Kornilov gedirdi, onun arxasında mundirlərin, dillərin

və irqlərin əlvan qat-qarışığı axıb gəlirdi. Stepin hansı küncündənsə dəstəyə Sibir

ka- zakının rəhbərliyi altında otuz çinli qoşulmuşdu. Onları Ağ Rusiyanın

ordusuna çəkib gətirənin nə olduğunu bilən yox idi, bolşeviklərdən qorxumu,

yoxsa talan umudumu. Birinci alayda rus bayrağı altında gümrah fars hərb

mahnıları oxuyan bir fars tağımı yeriyirdi. Onlarla ünsiyyəti general özü yaradırdı.

Lap öndə dillərini, həmçinin yalnız generalın başa düşdüyü əlvan mundirli

Türküstan süvariləri gedirdi. Gürcü knyazları, rus qvardiya zabitləri, rus tələbələri

dəstənin özəyini təş kil edirdi. Arxadan primitiv faytonlarda əyanlar gəlirdi: bir

neçə qadın, beş-üç jurnalist, öz dəstələrini axtaran incik düşmüş on-onbeş general

və xalqı təmsil edən yeganə kəndçi balası matros Batkin ki, o da keçilib- gedilən

kəndlərdə alovlu nitqlər söyləyir və Kornilov istisna olmaqla yüksək rütbəli bütün

hərbçilər ona dərindən nifrət edirdi. Lap axırda isə sanki kinayə obyekti olaraq

qadın batalyonunun müşayiətində, tökülüb-itən kəndli arabalarında bir neçə

qəmli-qüssəli mülki şəxs yorturdu.

Solğun, şiş man sifətli mülkilər qoşuna təkəbbürlə baxır, özləri isə qadın

leytenantların say-seçmə kinayələrinə məruz qalırdılar. Kornilov ordusunun mülki

barxanasının adının nə olduğunu yalnız çox azları bilirdi. Bilənlər ikrahla

gülürdülər, çünki xalis qeyri-əsgəri, yad-yabançı, solğun sifətlər Kuban

Respublikasını, hər yandan qovulmuş, münasib fəaliyyət axtarışı ilə orduya

qoşulmuş əsl hökuməti təmsil edirdilər. Qürrəli generallardan, qvardiya

zabitlərindən, çinlilərdən, farslardan və nazirlərdən ibarət ordu hər yanda

düşmənlə üzləşirdi. Qarşılarında qorxudolu dümdüz step uzanıb gedirdi. Bir gün

də, bir saat da basqısız ötüşmürdü. Hər günün payına düşən məsafə qət

olunmalıydı. Dördminlik qoşun isti paltarsız, yeməksiz, pay-piyada, hər gün

təhlükələrlə üzləşərək

buz və qarı yara-yara çöllə yürüyürdü. Onlar kəndlərdə qaş-qabaqlı

kəndlilər tərəfindən qarşılanırdı. Bilirdilər ki, hər kəndli bolşevikdir.

- Buraxın gedək, - hər kənddə Kornilov kəndlilərə belə deyirdi. - Sizə

dəyib-toxunmayacağıq.

Yalnız bir neçə kənd razılıq verirdi, əksəriyyəti müqavimət göstərirdi.

Page 11: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

11

Kornilovun ordusu əksərən zabitlərdən ibarət idi. Bu zabitlər bolşeviklərdən

lələdağlı idilər. Az qala hər biri uzun müddət çekada oturmuşdu, çoxlarının

arvad-uşağı güllələnmişdi. İndi onlar hayıflarını kəndlilərdən, step kəndlərinin

bolşeviklərindən alırdılar. Bolşeviklərin hansısa tağımı Ağ Ordunun əlinə

düşürdüsə, onu kənd meydanının ortasına aparırdılar. Zabitlər özlərini yetirir,

komandirə raport verir, əsirləri nizə ilə deşib öldürürdü, çünki güllə kasad idi və

ona qənaət olunmalıydı. Bu mərasimə heç də hamı buraxılmırdı, amma

bolşeviklərin ucbatından ev-eşiyini, arvad-uşağını itirdiklərini sübut edənlərə hər

şeyə icazə verilirdi, beləsi hər kəsi öldürə bilərdi, lap düşmən xoşagəlməz xarici

görkəmindən başqa digər bolşeviklik əlamətinə malik olmasa da. Yalnız ən ali

generalitet iştirak edəndə və əsrlər başlıca olaraq gənclərdən ibarət olanda digər

cəzalardan istifadə olunurdu. Əsirlərin şalvarları çıxarılırdı və kazaklardan biri ona

var gücü ilə əlli şallaq vururdu. İnsanı odünyaya göndərmək üçün çox vaxt elə bu

da bəs edirdi. Belə mərasimlər zamanı bu işlə məşğul olmayanlar başlı-başına

öldürmək və zəbt olunmuş kəndi talamaq üçün dolaşırdı. Axırda generallardan biri

irəli çıxıb nitq söyləyirdi və qoşun buzlu, qarlı, şaxtalı və kimsəsiz çöllərlə

addımlayırdı.

Amma stepdə vurnuxan insanların bu kiçik yığnağı heç də avantüristlərin,

talançıların və qatillərin bandası deyildi. Hər halda onları bolşeviklər belə qələmə

verirdilər. Qarlı stepdə vurnuxan zabitlərin dörd mini qəflətən uçuruma

yuvarlanmış və indi burda, Don və Kuban steplərində son müdafiəyə qalxmış

keçmiş demokratik-intellektual Rusiyanın son qalığı idi. Birbaşa bolşevistik

olmayan hər şey o vaxt Kornilova məxsus idi. Monqol təsiri bağışlayan alçaq- boy

general öz ordusu ilə rus ziyalısının ən gözəl xülyasını, «Məclisi-Müəssanı»

özündə təcəssüm etdirirdi.

Bura qoşulmuş çinlilər, farslar, nazirlər, quldur «Ağ İblis», xoşagəlimli,

pıçıltılı danışan qvardiya zabitləri - hamısı dəyərsiz müşayiət görüntüləri idi. Ağ

Rusiya ideyası, generalın step vilayətləri ilə daşıdığı bu ideya sərbəst fikrin ifadəsi

sayılan və indi yalnız Kornilovun qılıncı ilə qorunan qədim liberal ideya idi. Onun

adından kəndçilərə iliş- dirilən dəyənəklər də bu sərbəst fikir ifadəsinin

xidmətində dururdu.

General Kornilovun ordusuna qar şı bolşeviklərin birləşmiş qoşunu hərəkət

edirdi. Bu qoşun zabitsiz əsgərlərdən ibarət idi. Kornilovun ordusu da əsgərsiz

zabitlərdən təşkil olunmuşdu. Şanslar qeyri-bərabər idi. Təlim görmüş zabitlər

yığnağı hələ də cəhd edirdi ki, təlim görməmiş qırmızı əsgərlərin qarşısında duruş

gətirsin. Hər bir general və zabit əsl əsgər kimi vuruşurdu. Laba çayının sahilində

Page 12: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

12

ordu bir tamaşa ilə üzləşdi ki, Avropada yüzillərdən bəri belə şeyi az-az görmüş

olardılar. Qoşun büdrəməyə başlayanda ali baş komandan bütöv qərargahı və can

qorçuları ilə özü döyüşə atıldı. Bütün generallar onunla yanaşı ön xətdə

vuruşdular.

Ordu getdikcə irəliləyirdi, tezliklə o, Don steplərini tərk edib Kuban

vilayətinə çatdı. Buz bağlamış çayların üstü ilə özlərindən yüzqat artıq düşmənlə

əlbəyaxa döyüşdə özünə yol açdı. Onun əsl məqsədi Kubanın paytaxtı

Yekatirinadar idi. Qafqazın mavi zirvəsi tezliklə uzaqdan baş göstərdi. Buz və qar

əriməyə başladı və onlarla birlikdə Ağ Ordu da əriyib getdi. Qışın sonunda

generala itaət göstərən ordunun sayı güc-bəla iki min zabitdən ibarət idi, digərləri

ya həlak olmuşdu, ya da qaçıb aradan çıxmışdı. Ağ Rusiya ölüm yatağına düşənə

oxşayırdı. Kömək qəflətən, özü də gözlənilməyən səmtdən gəldi. O, bolşeviklərin

özündən gəldi. Aylarla davam edən səhra yürüşlərində bolşeviklər cənub

kəndlərində və çöllərində ağalıq etmişdilər, bu ağalıq altında müəmmalı sovetlərə

rəğbət bəsləyən kəndli balalarının sayı yetərincə azalmışdı. Orda-burda kəndli

üsyanları baş qaldırırdı və bolşeviklər tezliklə, generallardan ayrı şey götürməsələr

də, üsyanı yatırmaq bacarığını əxz etdiklərini büruzə verdilər.

Qafqazın ətəyində ağ ordu çərkəzlərin bir-birindən aralı kəndləri ilə üzləşdi.

Birinci kənd böyük çərkəz kəndi Na- şuxay oldu. Həmişəki kimi ordu nümayəndə

göndərdi ki, yerli sakinləri dilə tutub dinc keçib-getmək üçün yol istəsin.

Nümayəndə bir müddət kənddə qaldı və belə bir xəbərlə geri gayıtdı ki, heç kimi

tapmayıb. Aulda ins-cins yoxdu. Yalnız bir neçə saatdan sonra təpələrin dalından

tək-tük fiqurlar göründü. Onlar qoşuna yaxınlaşıb generalın hüzuruna yeridilər və

dedilər:

- Biz azad çərkəz xalqıyıq. Bolşeviklər istədiklərimizi verməyi vəd etdilər.

Biz də onlara inandıq. İndi evlərimiz dağılıb, qadınlarımız rüsvay edilib. Əvvəllər

üçyüz adamın yaşadığı kəndlərin camaatı indi güclə yüz nəfərdən ibarətdir. Bizə

başçılıq et, çünki bolşeviklərdən hayfımızı almaq istəyirik.

Kəndlər bir-birinin ardınca orduya qoşuldu. Molla cihada çağırdı,

Peyğəmbərin yaşıl bayrağı dalğalandı. Məscidin qarşısındakı meydanda Kornilov

yeni vəhşi diviziyanın paradını qəbul etdi. Sonra ordu yoluna düzəldi. Müəzzin

minarədən intiqam duaları oxudu. Kəndlilər Şərqi Qafqaz ordusunun sıralarını

doldurdu. Peyğəmbərin yaşıl bayrağı ilk dəfə olaraq çarın üçrəngli bayrağı ilə

yanaşı dayandı. Bunu bolşeviklər özləri yaratdılar.

Ordu irəliləməyində davam edirdi. Yenidən şaxtalar düşdü. Bolşeviklərin

hərbi qüvvələri yenidən üfüqdə göründü. Və Ağ Rusiya yenidən qırmızı ordu

Page 13: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

13

tərəfindən mühasirəyə alındı. Qoşun Yekatrinoslava yaxınlaşırdı, öz taleyini o

burda həll etməliydi. Qırmızıların hərbi qüvvələri Yekatrinoslavda cəmləşmişdi,

şəhəri dünya müharibəsindən miras qalmış ağır artilleriya müdafiə edirdi.

Çərkəzlərin, farsların, qvardiya zabitlərinin cır-cındır içində olan silahsız kiçik bir

dəstəsi şəhəri mühasirəyə almağa başladı.

Əli silah tutan hər kəsi Kornilov şəhərin ətrafına topladı. Hücuma özü

başçılıq etdi. Aylarla qar və buzdan keçən səhra yürüşü, özündən qat-qat artıq

qüvvəyə qarşı aparılan əfsanəvi döyüşlər Kornilovu milli qəhrəmana çevirmişdi.

Kəndlilər və kazaklar indi onun bayrağının altına axışırdı. Artıq şəhərin qıraq

rayonlarına hücum etməyə başlamışdılar. Bütün kazaklar, zabitlər və çərkəzlər

bilirdilər ki, igid Kornilovun başçılığı ilə şəhərin tutulması doğma Rusiyanın

azadlığı ola bilər. Şəhərin bütünlüklə ələ keçirilməsi bircə həmlə ilə baş

tutmalıydı. Kornilovun özü qabaqda hücuma keçmişdi. Bolşeviklər tərəfdə təlim

görmüş keçmiş matroslar, sovet ordusunun fəxrləri ağır topların arxasında

dayanırdı. Matrosların iti gözləri və çevik əlləri vardı. Onlar atəş açmağı

bacarırdılar. Üçüncü həmlədə Rusiyanın ali baş komandanı general Kornilov

düşmən artilleriyasının qurbanı oldu.

Generalın ölüm xəbəri gizlədildi. Onun cənazəsini tə- kinlər gecə yarıuçuq

bir kilsəyə gətirdilər. Qorxudan meyit rəngi almış hansısa bir keşiş dua oxudu.

Kiçik, qaranlıq kilsədə keçmiş Rusiyanın generalları və çılğın təkinlər

dayanmışdılar. Hamısı ağlayırdı. Bilirdilər ki, Kornilovla birlikdə milli qəhrəman,

keçmiş imperiyanın xalq içindən çıxmış yeganə generalı ölmüşdür. Xəbər

asta-asta ordunun içində yayılmağa başladı və öz təsirini göstərdi. Mühasirə

qaldırıldı. Ordu geriyə çəkildi, bolşeviklərin dəmir həlqəsi onları qapadı. Ali baş

komandanlığı bundan sonra general Deni- kin öz üzərinə götürdü. Sanki möcüzə

nəticəsində ona müyəssər oldu ki, əzilmiş ordu ilə qaçaraq bolşeviklərin sırasını

yarıb keçsin. Yaralıları götürmək mümkün olmadı, azuqə düşmənə qaldı.

Məğlub ordunu general Denikin sakit Dona, Novoçerkassk şəhərinə, azad

Don kazakları hökumətinin paytaxtına apardı. Məğlub olsalar da, onlar

şan-şöhrətlə evə döndülər. Buzlu səhra yürüşündən çoxları sağ çıxmadı. Amma

bugün də, dünyanın bütün ölkələrinə səpələnərək, onlar sinələrində Denikinin hər

bir yürüş iştirakçısına verdiyi tikanlı gümüş çələng gəzdirir.

Page 14: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

14

MUZDURLAR VƏ MÜĞƏNNİLƏR

Bolşeviklərin iftixarı sayılan inqilabçı matroslar, Ağ Rusiyanın fəxri olan

kazaklar rus imperiyasının məş hur süvariləri idilər. Avropada onlar haqqında

dəqiq təsəvvürə malik deyillər. Bircə onu bilirlər ki, çar qoşunu döyüşə girəndə

kazaklar öndə at çapır, vəhşi nərə ilə düşmənə hücum çəkir və çox vaxt qalib

çıxırdılar. Deməli, Avropada düşünürlər ki, kazaklar çar ordusunun mükəmməl

kavaleriyasını təşkil edir.

Kazaklar bir xalq kimi, eləcə də bu xalqın qəribə tarixi Avropaya yaddır. İri Don,

Kuban və Terek çaylarının sahillərində, cənubi Rusiyanın, Sibirin və Qafqazın

zəngin düzənliklərində varlı, qürurlu əhalisi olan kazak kəndləri yerləş ir. Əhalinin

tarixi qədimdir. İlk çarlar öz ağalığını Moskvadan bütün Rusiya üzərinə

genişləndirəndə yeni hakimiyyətə heç də hamı boyun əymədi. Bundan sonra

boyar- larin təhkimçilərinə çevrilmiş kəndlilər, yeni iqtidardan təhlükələr

gözləyən xırda zadəganlar, qaçaqlar, oğrular, qovulub-uzaqlaşdırılmış ruhanilər,

bir sözlə, bütün nadinc ünsürlər çarı yaxına buraxmaq, düzənli bir dövlətdə

yaşamaq istəmirdi. Yüzlərlə, minlərlə cəsur oğlanlar bir-birinin ardınca qaçıb o

vaxt çar tərəfindən zəbt olunmamış bütün cənubi rus steplərinin hamısına verilən

üzdəniraq «vəhşi çöl» adlı bu yerlərə gəldilər. Burda dəstələr düzəltdilər, özlərinə

getman seçib azad qaçaq və döyüşçü həyatı sürdülər. Talanmalı nə vardısa,

hamısını taladılar, qanunlara boyun əymədilər və mümkün olan ən güclü

insanların icmasına çevrildilər. Onlara «kagak» adı qoydular ki, bu da qonşuları

qırğızların dilindəAçöl quşu» deməkdir. Rusiya ka- zaklarla hər hansı başqa

bir"häkimiyyətin öz münasibətlərini aydınlaşdırmalı olduğu insanlarla vuruşduğu

kimi vuruşdu. Lakin bu çılğın anarxistlərə hakim kəsilmək heç kəsə müyəssər

olmadı. Kazak qoşunlarının və kazaklardan əsim-əsim əsən ərazilərin sayı

getdikcə çoxaldı. Aşağıda, cənubi Ukraynada, Dnepr çayının sahillərində kazaklar

son olaraq özlərinin «Запорожская Сечи» adlı qaçaqlar respublikasını qurdular

ki, buraya da çar tərəfindən təqib olunan hər kəs qəbul edildi. Həmin respublikanın

oturduğu qəsr Xortis adasında yerləşirdi. Qaçqının qəsrə gəlməsi bəs edirdi və

sadə bir ritual yerinə yetirildikdən sonra o, kazak icmasına qəbul olunurdu. Qəbul

mərasimi aşağıdakı sualların doğru cavabını tələb edirdi:

- Hardan gəlirsən?

Cavab gərək «Bilmirəm» olaydı.

- Allaha inanırsan?

- Hə.

Page 15: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

15

- Bəs Müqəddəs Üçlüyə?

- Ona da.

- Onda xaç çevir.

Qaçqın da xaç çevirirdi. Qəbul mərasimi bununla bitirdi. Yeni qəbul

olunmuş şəxsə bir stəkan vodka verib ona kazak adı qoyurdular. Bundan sonra o,

kazak respublikasının tamhüquqlu üzvü olurdu.

Bu qədim respublikanın təşkilatlanması düşünüldüyündən xeyli sadə idi.

Hər il bir getman, bir nəfər araqçəkən və bir neçə digər nümayəndə seçilirdi və hər

döyüş səfərindən sonra qarət hamının arasında bərabər bölünürdü ki, burada da

getmanın payı yenicə kazaklaşmış adamın payından artıq olmurdu.

Çarlar yalnız tədricən anladılar ki, Rusiyanın cənubundakı bu vəhş i içki

düşkünləri imperiyaya sərfəli ola bilər. Özgür kazakların yanına elçilər

göndərməyə başladılar və söz verdilər ki, kazaklar çarın sərhədlərini qorumaq

istəsələr, onların haqlarına hörmətlə yanaşılacaq. Kazaklar razılaşdılar, lakin

onsuz da çarı bundan sonra da talamalı olduqlarından müəyyən tələblər irəli

sürdülər. Elə alındı ki, çarlar ayrı-ayrı kazak ordularına köçərilərin yaşadığı iri

əraziləri bağışladılar, həmin əraziləri tutmağa onlara şərait yaratdılar və üstəlik

«ən yüksək rifah» və d etdilər. Dağ xalqlarının və tatarların yaşadığı bütün cənubi

Rusiya, Qafqaz və Sibirin bir hissəsi bu yolla kazak ərazilərinə çevrildilər. Bu

əyalətlərin xalqları çoxdandır tikan olub çarın gözünə batırdı. Onlar xristian

deyildilər, heç dinc də oturmurdular, nəticədə də onların torpaqlarını macəraçı ka-

zaklara verdilər. Kazaklar əllərinə tapşırılmış xalqların üzərinə başıalovlu,

əliqılınclı hücuma keçdilər, onları məhv edib torpaqlarını tutdular və burda

məskən saldılar. Donun, Kubanın və Terekin kazak orduları beləcə yarandı.

Çarlarla kazaklar arasındakı köhnə kin-küdurət getdikcə unuduldu.

Kazaklar düşmənə qalib gəldilər, sərhədləri qorudular və getdikcə yeni əyalətlər

zəbt etdilər. Çar özü də kazaklarına atalıq qayğısı göstərdi, onlara Rusiyada heç

kəsin sahib olmadığı hüquq və azadlıqlar verdi.

Bu azad ordunun həyat tərzi qəribə idi. Donun, Kubanın və Terekin

vadilərində onlar dövlət içində dövlət qurmuşdular. Cənub steplərinin nəhəng

ərazisi kazakların toxunulmaz mülkü idi, ayrı-ayrı kazakların yox, bütün ordunun.

Ordu alaylara bölünürdü və hər alayın, üstündə kəndləri olan öz torpağı vardı.

Həddi-buluğa çatmış hər bir kazak ordudan özünün torpaq payını, eləcə də onu

becərməyə lazım olan hər şeyi alırdı. Kazak dünyadan köçəndə onun torpağı

yenidən orduya qaytarılırdı. Kazaklar qapalı bir kasta idi ki, həmin kasta da onların

hüquqlarını qorumaq üçün əlindən gələni edirdi. Onlar əksərən öz aralarında ailə

Page 16: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

16

qururdular, özlərinə xas adətləri, vəzifə və şərəf barədə öz anlayışları vardı.

Məsələn, kazaklardan biri digərinə pul borc verirdisə, bunu gecə edirdi, xəlvət və

gizlin. Borc iltizamının nə olduğunu bilmirdilər, borclu sadəcə olaraq qara

taxtanın üstündə tabaşirlə aldığı borcun məbləğini bildirən ağ xaçlar çəkirdi. Pulu

vaxtında qaytarmayanda borc yiyəsi pulunu istəmirdi, yalnız onunla hədələyirdi

ki, xaçları pozacaq. Bu, borclu üçün mümkün olan ən böyük

rüsvayçılıq sayılırdı. Belə hədə kömək etməyəndə borc sahibi doğrudan da

xaçları pozurdu və şərəfsizdən pulunu almaqdan birdəfəlik imtina edirdi.

Əvəzində də kilsəyə gedib sözünə düz çıxmamış borclunu lənətləyən bir dua

oxutdururdu.

Çarın bağışladığı azadlıqlar və sərvətin müqabilində kazaklar öz

vəzifələrinin öhdəsindən sədaqətlə gəldilər. Onlar daimi qoşun yaratdılar və

əslində yalnız əkin zamanı evə buraxılan əsgərlər oldular. Kazak lap kiçik

yaşlarından çara qulluq etməliydi və onun xidməti təkcə qocalıq yaşında sona

yetirdi. Kazaklara yalnız kazaklar əmr verə bilərdi, başqa heç kəs, o handa da

əcnəbi ola. Buna görə də onlar uzun müddət öz getmanlarını özləri seçirdilər və

kazak qoşununun ali baş komandanını təkcə son vaxtlarda çar təyin edirdi. Qoşun

bölmələrinin və kəndlərin əmr verəni sayılan atamanlar isə hələ də özləri

tərəfindən seçilirdi, kazak torpaqlarının digər məmurları kimi.

Kazaklar əsrlər boyu beləcə yaşayıb çarların uğrunda vuruşurdular, öz

azadlıqlarını qoruyaraq bütövlükdə Rusiyanın ən mühafizəkar ünsürləri

sayılırdılar. Onların kazak qəlblərinin lap dərinliyində isə şimaldakı moskovit1

qardaşlarına qarşı irsi nifrət közərirdi, ürəklərinin alt qatında hiss edirdilər ki,

Moskva bundan sonra daha onların böyük qardaşı deyil, əksinə, kazakların

ağasıdır. Dünya müharibəsində onlar bir daha öz borclarını yerinə yetirib

cəbhələrdə qanlarına qəltan oldular. Amma inqilab özünü yetirəndə, çar istefa

verəndə və imperiya dağılanda stepin qədim ruhu baş qaldırdı. Çarsız Rusiya ilə

oturub-durmaq istəmədilər. Birdən Moskvanın bütün günahlarını yadlarına

saldılar, öz şəhərlərində qədim kazakların «ordu dairəsini» çağırıb bundan sonra

öz talelərini müstəqil həll etmək qərarına ' Alman dilində bir qayda olaraq isimdə n

məkan bildirən sifətlər üçün səciyyəvi olan sözdüzəltmə qəlibində n (Moskauer -

«moskvalı») imtina edərək Əsəd Bəyin bıı sözü orijinalda ikrahlı mənada

«moskowitisch» kimi işlətdiyini nəzərə alıb onu bu şəkildə saxlamağı lazım bildik.

gəldilər. Daha Rusiyanın adını eşitmək istəməyən Don və Kuban respublikaları

1917-ci ildə beləcə yarandı. Amma onlar intizamlı əsgər olduqlarına görə ən yaşlı

kazak generallarını özlərinə dövlət başçısı seçdilər, Donda general Krasnovu,

Page 17: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

17

Kubanda general Flimonovu.

Müstəqil dövran sürmə kazaklara xoş gəldi. Donda hətta düşünüb üzərində

bir vodka çəlləyi, çəlləyin də- üstündə lüt-üryan, lakin yaraqlı kazak süvarisinin

təsviri olan bir bayraq da tapdılar. Kuban kazakları bir addım da qabağa getdilər və

heyrətlənmiş fransızlara azad Kuban xalqının varlığından məlumat verməli olan

diplomatik nümayəndəliyi Parisə göndərdilər. Azadlığa çıxmış kazaklar

Rusiyanın, bolşeviklərin və ağqvardiyaçıların heç adlarının tutulmasını da

istəmədilər. Yalnız bolşeviklər kazak kəndlərini yolüstü tutanda və zəngin kazak

kəndliləri sovetlərlə şəxsi təmasa girəndə kazak parlamentində dönüş hiss

edilməyə başladı.

«Ən kinli xristian kazak orduları»nın ölkələri ağ savaşın mərkəzinə çevrildi.

Kazak qoşunlarını atamanlar yenidən meydana atdılar, kazak xalqının savaş

nəğmələri step- lərdə yenidən səsləndi. Kazakların əzab yolu bununla başladı,

bununla onların çöküşü də başladı. Şişkin yerli siyasətçilər tərəfindən məzhəkəli

şəkildə yönəldilərək, yaşlı generallar tərəfindən idarə olunaraq kazaklar vətəndaş

müharibəsinin döyüş cəbhələrində qanlarına bulandılar. Onlar Ağ Rusiyanın

iftixarına çevrildilər. Onların qəflətən peyda olmuş Şkuro, Mamontov və bir çox

başqaları kimi çılğın başçıları görünməmiş işlər gördülər. Özünün «qurd-

başlardan» ibarət kiçik bir bölməsi ilə Şkuro beş şəhər tutdu ki, burda da bütün

bolşevikləri asdı və Mamontovun Rusiyanın içərilərinə etdiyi qarət yürüşü

bütöv-bütöv alaylara zənqin sərvət gətirdi. Bu vətəndaş müharibəsi rəhm bilmirdi

və kazakların amansızlığı heç də onların igidliyindən az deyildi.

Uzun yalmanlı xırda atların belində onlar düzənliklərlə çapır, kəndləri

yandırıb külə döndərir, qırıb-talayırdılar, döyüşüb qanlarına qəltan olurdular.

Keçmiş müqəddəs Rusiyanı özlərinin düşündüyü kimi xilas etmək istəyirdilər.

Ancaq bu döyüşlərdə yorğun düşdülər. Rəqib getdikcə güclənirdi. Yalnız güc-bəla

müdafiəyə çəkilə bildilər, geridəqa- lanlar da indi vətəndaş müharibəsində

tükədildi.

Və qəflətən, yorğunluğun bu ali məqamında kazak xalqının arxasında yeni,

qüdrətli bir rəqib meydana atıldı. Yü- zillər öncə kazaklar tərəfindən Qafqaz

dağlarına sıxışdınl- mış dağ xalqları indi onlara qarşı qalxmışdı. İntiqam saatı

yetişmişdi! Çeçenlər, kabardinlər, inquşlar sel kimi dağdan üzüaşağı axdılar. Dağ

camaatının intiqamı dəhşətli oldu. Kazak kəndləri yerli-dibli talan edilib oda

qalandı, evlər yandırılıb külə döndərildi və kəndin salındığı yerdə tezliklə Qafqaz

kotanı ilə şum şırımları açıldı ki, kəndin vaxtilə oldu ğu yer heç vaxt yenidən

tapılmas ın. Çiçəklənən bir kəndi yerlə yeksan etmək üçün acıqlanmış

Page 18: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

18

kabardinlərə bircə gün bəs edirdi. Sonra üstəlik şimaldan bolşeviklər gəlib

qafqazlıların əməllərinin altından son xətti çəkdilər. Kazaklar igidliklə müdafiə

olundular. Həlledici döyüşə çatmazdan öncə onlar ən cəsur döyüşçülərin bir

qismini ölkənin içərilərinə çəkdilər. Bu yolla ən yaxşıların bir neçəsini ölümdən

xilas etdilər ki, özlərinin dediyi kimi, kazak kökü gələcək dövrlər üçün qorunub

saxlansın. Sonra hər şey alt- üst olanda, bolşeviklər və qafqazlılar onların torpağını

əsarətdə saxlayanda kazaklar öz hökumətləri, general və atamanları ilə birlikdə

qapalı şəkildə didərginliyə üz tutdular. Əvvəlcə yol İstanbula apardı. Sonra

Balkanlar üzərindən Avropaya, Asiyaya, Afrikaya. Avropa şəhərləri kazak

alaylarını qəbul etdi. Bu savaş xalqı xaricdə də alay və ordular şəklində

təşkilatlandı. Onbeş kazak alayı, daha doğrusu, onların cüzi qalıqları Parisin saya

hotellərində qərar tutdu; bunlar 1814-cü ildə özlərinin zəfərli çadırlarını Yelisey

Sarayında açmış həmin insanlardır. Dünyanın digər guşələrinə səpələnmiş kazak

orduları da Parisdən idarə olunur. Bütün kazak ordularının ali getmanı general

Boqayevski öz qərargahı ilə burada yaşayır. Demək olar, Avropanın bütün iri

şəhərlərində, Berlində, Praqada, Sofiyada və digərlərində çox vaxt bir-iki kişidən

ibarət kazak alayları yerləşir. Hansısa qəsəbə evində qərargah, «stanisa»

məskunlaşır. Orda «stanisa atamanı» yaşayır. Azad kazakların özləri bütün şəhərə

səpələnib taksi sürücüsü, süfrəçi və qəzet satıcısı kimi həyat sürür.

Ayda bir neçə kərə yığışırlar, ordu dairəsi yaradırlar və yaşlı kazaklar

böyüyən nəslə Donun və Kubanın sakit kəndlərindən, keçmiş kazak ordularının

şövkətindən, vətəndaş müharibəsində axıdılan qanlardan söhbət salırlar. Sonra

vətənin həsrətli kazak nəğmələrini oxuyur, qədim müharibə sənətindən söhbət

açır, atamanların əmrlərini alıb gündəlik həyatlarına dönürlər. Kazak gəmilərinin

Bosfor sahillərinə yan aldığı çağdan on il ötüb. Kazaklar ın dördbaşlı ordusu o

vaxtdan sakitcə xaricdə yaşayır, səylə çalışır, atamanların dediyinə əməl edir və

alçaqboy, uzun- yalman kazak atlarının belində yenidən bolşeviklərə və dağ

xalqlarına qarşı döyüşə atılacaqları günü gözləyir.

Kazakların dinc peşələri olmur. Gözəl kazak nəğmələrini və özlərinə xas

intizamlı, sözəkasad igidliklərini onlar özləri ilə xaricə də apardılar. Cəsur

döyüşçülərin sevildiyi Avropa ölkələrində, eləcə də Çində, Cənubi Amerikada və

əcnəbilər legionunda onlar əla hərbi dəstələr yaradır, yad qoşunların xidmətində

cəsurluqla döyüşür və yad iş üçün öz qanlarından keçirlər. Onlar bugün

muzdlulara çevrilmişlər, çörək və pul üçün döyüşürlər. Amma həmişə yad qulluğa

girəndə bunu bir məhdudiyyətlə edirlər ki, bütün kazak ordularının getmanı onları

sakit Donun steplərində döyüşə səsləyən günü xidmətləri başa çatır.

Fəqət dincliyin bərqərar olduğu, daha qan tökülmədiyi yerdə kazaklar

Page 19: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

19

dünyanı öz nəğmələri ilə fəth edir, yad və zərif nəğmələri ilə. SSRİ ərazilərində,

Donda, Terekdə, Kubanda daha kazak qalmayıb. Kazak xorları, kazak muzdurları

bu geniş dünyada fəaliyyət göstərir. Döyüşkən soylar vətəndə yer üzündən qazılıb

atılmışdır.

Page 20: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

20

ZATİ-NURLARI GETMAN,

MÜHASİB PETLYURA

VƏ ATAÇA MAXNO

Rusiyanın cənub-qərbində, əzəmətli Dnepr çayının sahillərində geniş,

zəngin bir düzənlik uzanıb-gedir. Bir vaxtlar nəhrin hər iki sahilindəki bu

düzənlikdə şimal cəngavərləri qərar tutub Bizansla ticarət aparır və qonşuları

özlərinə tabe etdirirdilər. Onlar şəhərlər salıb qalalar ucaltdılar, monastrlar

tikdirdilər və tezliklə öz təbəələrinin dilini qəbul etdilər. Sonra step xalqları gəldi,

şəhərləri dağıdıb cəngavərlərin qızlarını özləri ilə apardı. Step xalqlarının qovulub

çıxarılmasından sonra Dnepr sahillərində öz- gür kazaklar möhkəmləndilər. Əsrlər

boyunca bu ölkə bir çox hökmdarların əlinə keçdi, Polşa krallarının, tartar

xanlarının və kazak getmanlarının.

Ölkənin tən ortasında qədim, müqəddəs Kiyev şəhəri, monastrlar şəhəri,

getman saraylarının məskəni və mömin zəvvarların amacı Kiyev boy atıb

böyüyürdü. Axırda çar qoşunları gəldi, ölkəni və şəhəri zəbt edib getmanı qovdu,

ölkəni və xalqı Rusiyanın malı elan etdi. Ölkənin adı Ukrayna oldu və o, rus olmaq

istəmədi. Çar imperiyası, axır ki, dağılanda Ukrayna Rusiyadan ayrılan ilk

əyalətlərdən biri oldu. Parlament yaradıldı, tələm-tələsik təşkil olunmuş milli ordu

yerli bolşevikləri qovub-çıxartdı. Ukrayna bundan sonra çağdaş demokratiyanın

əsaslarına uyğunlaşmağa başladı.

Şimaldan, ikrahlı moskovit şəhərlərindən qaçqınlar axışıb gəldi,

ukraynalılar onları irqi baxımdan yad, şimali slavyan camaatı kimi qarşıladı. Bu

yadları ölkənin içərilərinə buraxdılar, amma heç demokratik prinsiplərə istinad

etmədilər, tərsinə, onlarla xeyli pis davrandılar. Demokratik Ukraynaya gəlmiş

qaçqınlar arasında yaşı keçmiş, abırlı bir qvardiya zabiti vardı, o, Pavel

Skoropadski adına qulaq verirdi, amma Kiyevə çatan kimi şimali Paveldən qulağa

yatımlı Ukrayna Pavlosu yaratdılar. Əslində buna haqqı vardı, çünki Ukraynanın

son getmanının son xələfi idi. Amma bu fakt yalnız indi ailə arxivinin

sakitliyindən siyasətin səsli-küylü səhnəsinə çıxdı.

Son getmanın son xələfi Ukrayna millətçiləri üçün göz üstündə yeri olan

qonaq idi. Pavlo Skoropadski general idi, bundan başqa da xarici

ölkələrin ali hərbi təbəqəsi ilə əla münasibətləri vardı. Münasibətləri hər şeydən

çox bolşevik müdaxiləsindən qorxan Ukrayna camaatı üçün böyük dəyər kəsb

edirdi. Yan peşəsi iri mülkədarlıq olan Skoropadski Kiyevdə yalnız çox qısa bir

müddətə fərd kimi yaşaya bildi. Ölkəyə yaxınlaşan bolşevik başqısı altında

Page 21: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

21

Ukrayna demokratları demokratiyadan imtina etmək və qədimlərdən püxtələşmiş

tarixi getman sistemini bərpa etmək qərarına gəldilər. Parlament buna etiraz

etmədi və bundan sonra Pavlo Skoropadski Ukraynanın avtokratik getmanı

seçildi. Nəticədə alman qoşunları Ukraynanın sərhədlərini bolşeviklərdən

qorumağa hazır olduqlarını bildirdilər. Bundan sonra Zati-Nurları getman özünü

arın-arxayın siyasətə həsr etməyə ba şladı. Onun proqramı çox sadə idi, bir cümlə

ilə ifadə etmək olardı: «Paytaxta dinclik, kən- distanda kəndlilərə qarşı cəza

ekspedisiyaları». Bu vəzifənin həyata keçirilməsi

«sercyukilərə», getman qvardiyasına tapşırıldı. Ukrayna hökmdarının həyatı

bundan sonra yenidən öz normal axar ina düşdü. O, Kiy evdəki sarayda əyləşir,

ölkəni idarə edir və səylə Ukrayna dilini öyrənirdi. Alman dəstələri sərhədləri

qoruyur, sercyukilər bu arada kəndliləri əzişdirirdi.

Fəqət getmanın da xoşbəxtliyi uzun sürmədi. Günlərin birində Ukrayna

kəndliləri getmanın proqramına qarşı eynən asan qavranılan başqa bir proqram

qoydular. Həmin proqramda deyilirdi: Yəhudilər, eləcə də ruslar və xliborob- lar

(iri mülkədarlar) məhv edilməlidir. Hər ukraynalı xristian kəndli dövlətdən 1000

sajın torpaq və vodka alır. Anlaşılmazlıq ucbatından bu proqramın adı sosialist

proqramı qoyuldu.

Yenicə yaranmış həmin hərəkatın başçıları mühasib Petlyura, yazıçı

Viniçenko və kürədən təzəcə çıxmış xeyli qaçaq-quldur oldu. Rəhbərliyin ətrafına

hərbi dəstə toplaşdı və həmin dəstə əlüstü Kiyevə yürüş etdi. Alman qoşunları

Ukrayna taxt-tacından çəkildi ona görə ki, getmanın əlvan geyimli qvardiyasından

başqa, hərbi qüvvələr kimi meydanda yalnız tələbələr, şagirdlər və didərgin

zabitlər qalmışdı. Bunlar şəhərin müdafiəsinə qalxıb primitiv müdafiə xəndəkləri

qazdılar. Həmin xəndəklərin o üzündəki kəndlilərin bu an bircə qayğısı vardı.

Bütün Ukraynada əsməcə içində ağ at axtarırdılar, çünki mühasib Petlyura yalnız

belə bir atın belində şəhərə girə bilərdi. Bu arada Sko- ropadski Kiyevdəki getman

sarayında qayğılı-qayğılı oturub sadiq gimnazistlərin cəbhə məlumatlarını oxuyur

və öz qaçışını hazırlayırdı.

Getmanın qaçışı barədə sonralar çox əfsanələr yarandı. Danışırlar ki, o özü

rahat bir tabuta girib, ikinci tabuta ailəsini, üçüncüsünə isə taxt-tacın xəzinəsini

yerləşdirib, tabutların üstündə «alman baş qərargahının həlak olmuş zabiti»

sözlərini yazdırıb və bu yolla bütün Kiyevin içindən keçərək uğurla vağzalda yükü

qatara yüklətdirib. Getmanın qaçışının həqiqətdə necə olmasını isə bilən yoxdur.

Bunu bilməli olan bir neçə yaxınları söyləyirlər ki, o həqiqətən sarğıya bürünmüş

Page 22: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

22

alman mayoru adı ilə sanitar qatarına gətirilib və bu yolla Berlinə çatdırılıb.

Onun taxt-tacını qoruyan gimnazistlər isə şəhərin girəcəyində həlak oldular.

Petlyura ağ atın belində şəhərə daxil oldu. Dəhşətli yəhudi poqromu başladı,

ardınca geniş çaplı bir talan və azad edilmiş Ukrayna xalqına manifest gəldi.

Direktoriya, Petlyura hökuməti özünə bu adı seçdi, bununla özünün həsrətli

fəaliyyətinə başladı.

Əvvəlcə hans isa bir dil quraşdırıb adını ukrayın dili qoydular. Bu dili

danışmaq istəməyənlərin boynu vurulurdu. Sonra külli miqdarda yeni pul çap

etdirib orduda payladılar. Xüsusi xidmətlər göstərmiş bir çox qaçaq-quldur yaxşı

mülki vəzifələr aldı. Rus lövhələri bütün Kiyevdə yasaqlandı. Bu

sərəncam rəssamlıq manufakturasının inkişafına

gözlənilməz bir təkan verdi. Mühasib Petlyura öz ağ atından qalibanə enib fəxrlə

saraya yollanmışdı. O yalnız özünün ixtira etdiyi dildə danışırdı. Qəzetlər,

məktəblər, poçt və qalan digər idarələrin hamısı eyni ilə bu dildən istifadə

etməliydilər. Yeni respublikanın qanunları yalnız uzun filoloji müzakirələrdən

sonra işıq üzü görə bilirdi, çünki nazirlər öz aralarında tam razılığa gələ bilmirdilər

ki, düzgün ukrayın dili əslində hansıdır. Hər ukraynalı xristian kəndlisinə dövlət

hesabına min sajın torpaq və vodkadan ibarət partiya proqramını hətta Petlyura da

həyata keçirə bilmədi. Rusların və yəhudilərin silinib atılması isə Ukrayna kəndlisi

üçün yeni hökumətə heç də qırılmaz sədaqəti təmin edən yetərsiz əvəz deyildi.

Bu arada şimaldan bolşeviklər, cənubdan isə general Denikinin könüllülər

ordusu irəliləyirdi. Ölkənin özündə isə əfsanəvi radikal proqramlara malik

macəradolu yeni-yeni quldur dəstələri baş qaldırırdı. Petlyura tezliklə Kiyevi tərk

edəsi oldu. Kiyev indi öz rəhbərliyini ondördüncü kərə dəyişməli oldu. Mal-qara

vaqonlarından ibarət dəbdəbəli bir qatarda direktoriya ölkəni dolaşdı. O, mütləq

hakimiyyətdə

qalmaq istəyirdi.

«Vaqonda direktoriya, vaqon altda territoriya», deyərək Petlyura bir ovuc

dinləyicisinə yeni-yeni manifestlər oxuyurdu. Həmin dövrdə ən azı on hökumət

Ukraynanın hər yerində eyni şeyi edirdi. Bu hökumətlərin qərarları getdikcə

radikallaşır və həmin qərarları özləri bildiyi kimi, özlərinə xeyir edən şəkildə

həyata keçirməyə çalışan bandalar getdikcə quldurlaşırdı ta o vaxta qədər ki,

günlərin birində ən radikal və ən quldur hökumətin yelkəninə yel əsdi.

Əzabkeş ölkə indi də onun payına düşdü. Bu hökumət bolşeviklərin

hökuməti deyildi, o özünü Maxnonun üsyankar ordusunun hökuməti adlandırırdı.

Page 23: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

23

Bu hökumət dünya tarixində hansısa ölkədəsə anarxist hökumətin tətbiqində ilk

baş tutmuş cəhd idi. Həmin hökumətin başçısı Ukrayna kəndlisi, Qulyay Pole

kəndinin sakini anarxist Nestor Max- no «Ataça» idi. Ondoqquz yaşı olanda

Maxno çeşidli anarxist əməllərinə görə çarın Odessadakı həbsxanasına düşmüşdü.

Sonra Sibirə aparılmış, axırda isə böyük Moskva həbsxanasında qərar tutmuşdu ki,

burda da ipə-sapa yatmaz xasiyyəti ucbatından çox vaxt zəncirə vurulmuşdu. Bu

quldur anarxist ömrünün on ilini çar dustaqxanalar ında keçirmiş, sonra isə İnqilab

özünü yetirmişdi. Birinci qatarla Maxno doğma kəndinə qayıtmış və burada özünü

cani-dildən anarxist təcrübəyə həsr etmişdi. Qulyay Pole kəndinin sakinləri onun

təliminə vurulmuşdu. İndiyə qədər eşitməmişdilər ki, hər şeyi, ürəyin istədiyi hər

şeyi etməyə icazə verən hökumət forması da ola bilərmiş. Qonşu kəndlərin

sakinləri də bu fikirdə idilər ki, Maxno onların umudlarının yeganə layiqli

təmsilçisidir. Tezliklə Maxno ordusunun özəyi hazır oldu. Maxno Rusiyanın bütün

anarxistlərinə çağırışda bulundu ki, burda da onlardan öz ideallarının həyata

keçirilməsi üçün onunla birlikdə döyüşə qatılmağı tələb etdi. Tezliklə hamısı

axışıb onun yanına gəldi, Moskvadan, Peterburqdan və Denikin ordusunun

yerləşdiyi ərazilərdən. Gəlirdilər, saçları upuzun, dinamit bombalarla və nəzəri

yazılarla zəngin yaraqlanaraq, gözəl döyüşlər, talanlar, basqınlar və sui-qəsdlərin

zəngin xatirələri ilə, ən nəhayət, Maxnonun başçılığı altında öz həyat

təcrübələrinin zirvəsinə qalxmaq umudu ilə.

Maxno Ukraynanın fetişinə çevrildi. O, istənilən iqtidara, bolşeviklərə,

ağqvardiyaçılara, Petlyuraya qarşı müharibəyə başladı. Onun məqsədi gücə

söykənməyən ilk dövləti yer üzündə qurmaq idi. Bu məqsədi gerçəkləş dirmək

üçün dövlət gücünü dəstəkləyən hər kəsi və talan olunmağa nəyisə qalmış

insanların hamısını öldürürdü. Tezliklə Ukraynanın yarısı onun əlinə keçdi, böyük

bir ərazi ki, burda da milyonlarla kəndli onun adına and içirdi.

Ancaq Maxno təkcə quldur yox, həm də nəzəriyyəçi olduğundan bir qəzet

buraxdı ki, burda da əhaliyə qonşuları ilə razılıqda öz arzularına uyğun olaraq azad

yaşamağı məsləhət görürdü. Onun ölkəsində vergi deyilən şey yox idi, aparatının

ehtiyacını ödəmək üçün yetərincə savaş qəniməti vardı və buraxdığı pulun üstündə

bu yazıları oxuyurdun: «Saxtalaşdırmalar və təqlidlər cəzalandırılmır». Qəzetləri

öz riqqətli dili ilə hamının xoşuna gəlirdi. Məsələn, valideynlərə yumşaq şəkildə

buyururdular: «Uşaqları məktəbə göndərmək məsləhət bilinir». Yaxud incəliklə

səslənirdi: «Yəhudiləri öldürməmək yaxşıdır». Anarxizmin əsas prinsiplərinə

uyğun olaraq heç nə əmr olunmurdu.

Page 24: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

24

Bütün bolşeviklər, bütün ağqvardiyaçılar, ümumiyyətlə anarxiyaya baş

əyməyən bütün Rusiya sakinləri üçün Maxno yağı düşmən idi. Sadiqlərdən ibarət

bir quldur dəstəsi ilə o, ölkəni dolaşır, insanları talayıb qətlə yetirir, sonra da

Qulyay Poleyə qayıdıb qəniməti gücə söykənməyən dövlətin tərəfdarları arasında

bölüşdürürdü. Ukraynada Maxno üç il ağalıq etdi, Tanrı qırmancı kimi çapıb taladı

və kəndlilər tərəfindən bütsəl və fanatikcəsinə sevildi.

- Biz anarxistlərik, hər şeyi edə bilərik, - deyib kəndlilər ürəkdən inanırdılar

ki, Ukraynanın uzun tarixində Maxno epoxasında olduğundan xoşbəxt günləri

olmayıb. Hərdən yengili hərbi yürüşlərdən sonra Maxno öz iqamətgahında

qonaqlıq düzəldərdi. Həmin qonaqlıqlarda evdə qalmış kəndlilər də anarxizmin

tezisləri üçün yüksək dərəcədə ruhlandırılırdı. Ataça Maxno vodkanı su kimi içir,

mahnı oxuyub rəqs edir, axırda əlini cibinə salıb çəkidə ağır qızıl parçaları çıxarır,

onu camaatın içinə atırdı. Hansısa yəhudini, güc dövlətinin hansısa tərəfdarını

tutub gətirir, yaxasından yapışıb asırdılar. Sonra şənlik davam edirdi.

Ağ Ordu Ataça Maxnonun boyuna biçilməmişdi. Əksinə, onun hərbi gücü

Ağ Ordunu dağıdan və onun məhvini hazırlayan Maxno dəstələri idi. Bolşeviklər

Ukraynaya soxulan kimi gücə söykənməyən ilk dövlətin sonu yetişdi. Qanlı

döyüşlərdən sonra Maxno əla qonaqlıqdan çıxıb bir dəstə bandit və

nəzəriyyəçilərlə iqamətgahmı tərk etdi, Rumıniyaya üz tutdu.

Burda tezliklə dərk etdi ki, yeni anarxist dövlətin qurulması üçün şərait heç də

əlverişli deyil. Onu sürgündə müşayiət edən dövlət xəzinəsi boşalmağa doğru

gedəndə xəzinəni yenidən doldurmaq üçün Maxno qədim, ənənəvi rus-anarxist

üsullarına əl atdı. Gözlədiyi uğuru qazana bilmədi. Bugün Maxno bütün rus

anarxistlərinin acığına adi bir dustaq kimi Polşa həbsxanalarından birində oturur.

Getman, Petlyura, Maxno - hamısı mühacirətə üz tutdu. Onların tərəfdarları,

əsgərlər, şairlər, maliyyə adamları da onlarla getdi. On Ukrayna hökumətinin onu

da çıxıb getdi. Və Ukraynada baş verənlər, qəhrəmanlığın məzhə- kəli, fəci

hərc-mərcliyi, aldatma, qaçaqmalçılıq və qətl bütün qalan Rusiyanın məişətinə

çevrildi. Şimalda, Sibirdə, Qafqazda, Türküstanda, Krımda, bir sözlə hər yanda

qəflətən qəribə-qəribə hökumətlər yaranırdı, uğrunda vuruşulan və altı çəkilən

ideyalar meydana gəlirdi, dürlü və çeşidli qəhrəmanlar, az qala qəhrəmana

çevrilmiş canilər fəaliyyət göstərirdi. Ukraynanın nümunəsi bütün ölkədə yayıldı.

Hər yerdə də hökumətlər və onların əshabələri son olaraq bolşeviklər selində

boğulub sahilə atıldılar. Onlar sərhəd ölkələrə üz tutdular və, həmişə dövlət

xəzinəsi olmasa da, gücə söykənməyən dövləti, getmançılığı, yaxud sosializmi ağ

Page 25: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

25

atların belində yenidən zəfərə çatdırmaq üçün sabah, ya da ən geci bir ildən sonra

öz ölkələrinə qayıtmaq umudunu hər halda özləri ilə götürdülər.

Mühacirət belə başladı.

Page 26: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

26

AĞ ƏMƏL

Ağ Rusiyanın canı general Denikinin Komilov ordusunun qalıqlarından

təşkil edilmiş könüllülər qoşunu idi. Ka- zakların əhvali-ruhiyyəsinin tərs tərəfə

dönüşündən sonra da qoşunun gücü günbəgün artırdı. General Kornilov havayı

yerə həlak olmamışdı. Qoşuna birdən-birə hər yandan axın başladı. Hərəkat özü

özünə ad qoyduğu kimi, ağ əməli dəstəkləmək üçün onlarla general tapıldı.

Rusiyanın hər küncündən gənclər gəlib qoşuna qatıldı. O, bir ovuc cəsur

macəraçıdan tədricən ciddi təşkilatlanmış çevik hərbi gücə çevrildi. Hətta doğma

kəndlərində bolşeviklərin eksperimentlərindən məyus olmuş kəndlilərin çoxu da

könüllülər qoşununun tərəfinə keçdi. Amma onların uğuru üçün həlledici an qalib

dövlətlərin belə bir bəyanatı oldu ki, Ağ Rusiyanı onlar silah, pul və canlı qüvvə

ilə dəstəkləyəcəklər. Cənubi rus şəhərləri bir-birinin ardınca bolşeviklərdən azad

edildi, ağ qoşun burjuaziyanın alqışları altında hər yana nüfuz etdi. Hər yerdə

məğrur «Vahid və bölünməz Rusiya uğrunda!» şüarı eşidilməyə başladı. Qoşunun

zəfər yürüşünü ingilis tankları müşayiət etdi, fransız konservləri, amerikan silahı

Ağ Rusiyanın qələbəsini yaxınlaşdırmağa xidmət etdi. Cəbhədə sinif

rəhbərlərinin başçılığı altında onbeş yaşlı şagirdlər, bütün fakültələrin tələbələri,

eləcə də kəndlilər və bolşevik yönlü olmayan inqilabçılar vuruşurdular. Ağ əməlin

məqsədi Moskvanın zəbti və qanunverici məclisin çağırılması idi. Bu ideyaya

müxtəlif yönlərin nümayəndələri birlikdə məftun ola bildilər.

Cəbhədə bir tərəfdə bolşeviklərin let və çin batalyonları, digər tərəfdə isə

ziyalı rus gəncliyi vuruşurdu. Cəbhənin arxasında isə yengilər bayram edilirdi.

Həmin o üç qarğa- şalı ildə olduğu kimi, Rusiyada heç vaxt bu qədər içilməmişdi,

bu qədər qaçaqmalçılıq edilməmişdi, bu qədər kələk gəlinməmişdi, heç vaxt bu

qədər nitq söylənməmişdi.

Könüllülər getdikcə şimala doğru irəliləyirdilər. Bir vaxtlar Kornilov

ordusunu sıxan həlqə indi bolşevikləri sıxırdı. Şimaldan general Yudeniç

Peterburqa doğru yürüyürdü, şərqdə, Sibirdə Kolçak qərar tutmuşdu, Polşadan

Boris Savinkov antibolşevik qoşunun başında irəliləyirdi. Çar qoşunlarının

qalıqları İran və Fransadan hərəkətə gəlmişdilər, Uzaq Şimalda, Arxangelskdə

ingilis qoşunu sahilə çıxmışdı. Bolşeviklərin sonu çatana oxşayırdı. Ağların tam

Page 27: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

27

qələbəsinə cəbhə arxasında daha heç kim şübhə etmirdi. İnqilabın gedişində

yaranmış kabussayağı məzəli respublikalar, miskin nazirli və diplomatlı şəhər və

əyalət respublikaları bir-birinin ardınca ağların əlinə keçirdi. İndi ortada prinsipcə

bircə sual vardı və bu, böyük maraq doğururdu: Generallardan kim z əng səsləri

altında Moskvaya girəcək? Bəzi şeylər bundan asılıydı, məsələn, qanunverici

məclis üzərində hökmranlıq və tarixdə ölməz sətir.

Ağlar getdikcə irəliləyirdi. Hətta Kubanda, ağ hökumətin beşiyində də

Denikin nisb ətən radikal nazirlərdən birini tezliklə asdırdı. General Mamontovun

kazakları Moskvanın qulağının dibindəydi. Oryol ağların əlinə keçdi. Bolşeviklər

özləri də tam inanmışdılar ki, son saatları çalınıb.

Sonra ən böyük qələbə gəldi: Baron Vrangel Sarisini, qırmızıların müdafiə

mərkəzini tutdu. Bolşeviklərin müqavimət gücünə daha inam qalmamışdı.

General Denikin bütün hərbi mütəxəssislərin dəhşətinə və burjuaziyanın alqışına

səbəb olan bir əmr verdi: «Moskva üzərinə!». General Yudeniç də eyni zamanda

Peterburq Qış Sarayına şam yeməyi üçün öz zabitlərinə təzəcə çapdan çıxmış

dəvətnamələr göndərdi.

İngiltərə kralı ağ qoşunun başçılarını ordenlə təltif edirdi. Keçmiş

mülkədarlar öz kəndlərinə dönürdü və kəndliləri döyüb-əzişdirirdi. Zavod və

fabrik sahibləri əllərindən alınmış müəssisələrinə qayıdırdı. Şəhərlərdə poqromlar

təşkil olunurdu. Böyük cəngavər May Mayevski Xarkovda özünün təntənəli qəbul

mərasimində tam sərxoş halda ortaya çıxıb boş şampan şüşələrini coşqun kütlənin

içinə fırladırdı. Mamontov alayının süvariləri qarət yürüşündən gətirdikləri

qənimətin kefini çəkirdilər. General Slaçeviç «dünyanın bütün tör-töküntülərini

asacağını» camaatın gözü qabağında bəyan edirdi. General Şurko isə bunun

əksinə olaraq həmin vədi hissə-hissə həyata keçirirdi. İçilirdi, rəqs edilirdi, pul

qazanılırdı. İngilis və fransızlar özlərinin müharibə azuqələrinin qalıq-quluğunu

onlara bəxş edir, əvəzində camaatın təşəkkürünü dərir və yaxın günlərdə azad

olacaq Rusiyanı maraq dairələrinə bölürdülər. Cəbhədə isə «yengili xristian

ordusu» yorulmadan döyüşürdü. Gənclər və yeniyetmələr cır-cındır içində və pas

atmış silahlarla səngərlərdə dayanmışdı. Onlar vuruşur və qalib gəlirdi və yalnız

bircə fikrə mübtəla olmuşdular: Moskvaya, Moskvaya!

Birdən-birə hər şey alt-üst oldu. Ağ ruslar elə bu günün özündə də öz

çöküşlərinin səbəbi barədə mübahisə aparırlar, həqiqəti isə dəqiq bilən yoxdur.

Qırmızılarda komandan dəyişikliyimi, qəfildən Moskvanı dəstəkləməyə başlamış

dönük ingilis siyasətimi? Yanlış strateji məkanlaşma- mı? Silah çatışmazlığımı?

Bütün bunların hamısı, çoküşü yetərincə izah etmədən, səbəb kimi göstərilir.

Page 28: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

28

Növbəti səbəb isə, görünür, odur ki, Ağ Rusiya bolşeviklərin aydın və asan başa

düşülən proqramına yalnız onun inkarını qarşı qoymuşdu, ortada təkcə

«Bolşeviklərə qarşı!» şüar ı vardı. Ağ Rusiya nə

monarxist, nə də demokrat, nə faşist, nə də

sosialist düşüncəli idi, bəlkə də bu, keçmiş Rusiyanın qey- ri-müəyyən davamının,

yaxud keçmiş Rusiyaya qayıdışın ilk mərhələsi olub kəndlilərə dərin inamsızlıq

təlqin edirdi.

Sanki belə oimalıymış kimi, günlərin birində dönüş özünü yetirdi. Uşaqlar,

zabitlər və kazaklar cəbhəni tərk etməyə başladılar. Sovet ərazilərinin mühasirəsi

getdikcə zəiflədi, orda-burda cəbhənin yırtıq-yamağı görünməyə başladı. Ağların

paytaxtlarında, generalların iqamətgahla- rında özlərini kar yerinə qoydular,

cəbhələrin qorxulu çöküşündən heç nə eşitmək istəmədilər. Ön cəbhədəki

vəziyyət nə qədər ümidsizləşirdisə, generallar bir o qədər ürəkdən qışqırırdılar:

«Moskvaya!». Generalların cəbhəsi, Rusiyanın hər yanından olan qaçqınlar,

məktəblər, universitetlər və qəzetlər günlərin birində Cənuba doğru üz tutdu. Bu

zaman nə generalların çağırışları, nə də ayrı-ayrı igidlərin şir cürəti kömək etdi.

Ağ Rusiya qaçmağa üz qoydu. Tezliklə Qara dənizin sahili göründü. Ali

baş komandan son ana qədər gülümsəyib iki həftə ərzində Moskvada olacağına

söz verdi. Sonra fəlakət özünü yetirdi. Ağ Rusiya dənizə sıxışdınldı. Bu,

qoşunların, dövlət idarələrinin və külli miqdarda qaçqınların axışıb biryerə

yığışdığı cənubi Rusiyanın iri liman şəhəri Novorossiyskdə baş verdi.

Bolşeviklərin hərbi qüvvələri şəhərə gözlənildiyindən də tez yaxınlaşdı. Ağ

Rusiya limana axışdı. Orda sınıq-salxaq gəmilər etibarsız matroslarla lövbərdə

dayanmışdı. Onminlərlə insan gəmilərə hücum çəkməyə başladı. Əsgərlər,

fərarilər, səfirlər, siyasətçilər, zabitlər, qadınlar, uşaqlar və hərbi dəstələr yer

uğranda döyüşürdü. Həmin şaxtalı gecədə çoxları göyərtə üzərindən suya tökülüb

öldü. Tək-tük atəş səsləri eşidilirdi, adamlar dişləri, dırnaqları ilə özlərinə yol

açırdılar, gəmilər bıçaq və tapança ilə zəbt edilirdi. Bu qarışıqlıqda qadınlar

uşaqlarını, kişilər ailələrini itirdilər. Gec gələnlər sahildə öz xilasları uğranda

vuruşurdu və adamlar soyuqqanlılıqla bir- birini qətlə yetirirdi. Fəhlələr sahildə

dayanıb qaçan burjuaziyanı hədəli baxışlarla süzürdü. Bu vaxt qırmızılar şəhərin

bir qırağından içəri doluşmağa başladı. Ağzına qədər adamla dolu onlarla gəmi

dənizə çıxdı və sağ-salamat İstanbula yetişdi. General Denikini və qərargahını

burda ingilis tankları alıb apardı.

Fəqət qaçan qoşunda bir daha möcüzə baş verdi. Krım yarımadasını

Rusiyanın qalan hissəsi ilə birləşdirən dar Perekop yolunda gənc bir generalın

Page 29: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

29

rəhbərliyi altında iki- yüz gənc zabitə qırmızıların onminlik qoşununun hücumunu

dəf etmək müyəssər oldu. Bununla kiçik bir torpaq parçası - Krım hələlik xilas

edildi. Ağ Rusiya tartarların mənzərəli şəhərlərində bir dəfə də ayaq tutdu.

Denikin istefa verməli oldu. Ali baş komandanlığı general Baron Vrangel öz

üzərinə götürdü. Kazak bölmələri Krıma qayıtdılar, lakin ortada Krım üzərindən

Rusiyanı geri almaq umudu yox idi. Belə olduqda «Qara Baron» özünün dəmir

gücünü işə saldı. Qəribə bir qərar verdi. O, kiçik Krım yarımadasında qapalı ağ

rus dövləti qurmaq istədi. Hətta bolşeviklərlə sülh bağlamağa hazır olub bu

məqsədlə ingilis araçılığını qəbul etməyə razılıq verdi. Qara Baron Krımda səkkiz

ay hökmranlıq etdi, qanunlar verdi, torpaq islahatı apardı, Ağ Rusiyanın

qalıqlarını qırmızılardan qorudu. Fransa barona yardım vəd etdi. Həmin yardım

göstərildi də. Amma polyakların sovet Rusiyası ilə sülh müqaviləsini bağladığı

günə qədər. Ağ Rusiyanı dəstəkləməklə bolşevik güclərini Polşadan

yayındırmağın bundan sonra heç bir mənası qalmamışdı. Fransanın yüzqatlı

səadət andı içdiyi köhnə müttəfiqi birdən-birə yanı üstə qoyuldu.

İndi yüzminlərlə bolşevik Perekopun kiçik torpaq zolağına üz tutdu. Sovet

Rusiyası ortaya bu şüarı atdı: «Qara baron və ağ banditlərin hamısı məhv

edilməli». Şahidlər söyləyirlər ki, tarixdə Perekopdakı döyüşdə n qanlı döyüş

görünməyib. Bir neçə yüz adamın bütöv bir orduya duruş gətirə bildiyi dar

keçiddə bütöv-bütöv bolşevik alayları həlak oldu. Perekopda cəsəd-cəsəd üstə

qalandı, lakin bu cəsəd təpələrinin üstünə qırmızıların yeni-yeni dəstələri

dırmaşırdı. Yalnız son ehtiyat dəstələri tükənəndə Vrangel geriçəkilmə əmri

verdi. Krım təslim oldu.

Həmin gün yarımadanı 136 rus gəmisi tərk etdi, onlar öz göyərtələrində

ordunun və burjuaziyanın qalığını aparırdı. Həmin gün xalqlar köçü baş verdi.

Gəmilər ağzınacan dolmuşdu, geridə bircə əsgər, bircə burjuy da qala bilməzdi.

Krımı son olaraq Ağ Ordunun ali baş komandanı general Vrangel tərk etdi, balaca

«Lukullus» yaxtasında.

İki gün sonra gəmilər Bosfora çatdı. Ağ Rusiya mühacir ətə üz tutdu.

Page 30: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

30

DƏLİXANADAN QAÇIŞ

1917-ci ildən 1920-ci ilə qədər üç milyon rus doğma vətəni tərk etdi. Tez-tez

soruşulur ki, bu xalq kütləsini ölkədən çıxmağa hansı səbəblər vadar edib. Bunlar

yalnız dəyişmiş həyat şərtləri, ağır maddi durum ola bilməz. Çünki ölkəni tərk

edənlər təkcə zabitlər, tacirlər, fabrikantlar və mülkədarlar deyildilər, onlar eləcə

də tələbələr, kasıb müəllimlər və radikal anarxistlərdən tutmuş bolşevik yönlü

olmayan hər cür inqilabçılar idi. Rus inqilabçılarına bəlkə də bəzi şeyləri irad

tutmaq olar, lakin onu irad tutmaq olmaz ki, onlar ölkədən haçansa maddi ehtiyac

üzündən qaçıblar.

Bu, hər şeydən öncə, bolşeviklərə qarşı Rusiyada müxtəlif dünya

görüşlərinin nümayəndələrini birləş dirən nifrət idi. Proqramları

bolşeviklərinkindən mahiyyətcə seçilməyən eserlər xalis monarxistlərlə əl-ələ

vermişdilər, liberal professorlar hökumətdə ən mühafizəkar generallarla yan- yana

otururdular. Bolş evizm təhlükəsi bütün siyasi, hətta milli ziddiyyətlərə də

müəyyən müddət körpü atmışdı.

Üç milyon ziyalı rusu bolş evizmə nifrət etməyə nə vadar edirdi? Məgər rus

inqilabı, onun bütün öntarixi Rusiyanın azad düşüncəli ziyalılarının işi deyildimi?

Bəzi yüksək rütbəli hərbçiləri çıxmaqla 1917-ci ildə kübar təbəqənin elə bir

nümayəndəsi tapılmazdı ki, azadlıq ideyalarını bəyənməsin. Fevral inqilabı

müəyyən mənada yuxarıdan inqilab idi. Onun hərəkətverici qüvvələri sırasına rus

zadəganlığı və yüksək dairələr daxil idi. Bu inqilabın yolu əvvəlcədən

yazılıb-hazırlanmışdı: vətəndaş azadlığı, liberal demokratiya, mütərəqqi islahatlar

və Avropa dəyərlərinə uyğunlaşma. Çar rejiminin son illəri ilə müqayisədə bu

proqram liberal burjuaziya və siyasi partiyaların əksəriyyəti üçün çox böyük və

radikal irəliləyiş idi. Həmin idealist proqramın xa

Page 31: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

31

tirinə zadəganlıq öz imtiyazlarından imtina etmək istəmişdi, burjuaziya

Sibirə sürülmüşdü, sosialistlər canlarından keçmişdilər.

İnqilaba hazırlıq yüz il çəkmişdi. Hərəkat son olaraq hətta taxta yaxın olan

ən imtiyazlı şəxslərə, böyük knyazlara da sirayət etmişdi. Ordu, tələbəlik,

ədəbiyyat, qadınlar hərəkatı və parlament qapalı inqilabi cəbhə yaratmışdı. İnqilab

özü ilə ən yaxşı zəmanələri gətirməliydi. Onun tacı qanunverici məclisin yığışması

olmalıydı ki, burda da bütün rus xalqının nümayəndələri fikirlərini açıq izhar etmə-

liydilər. Bu proqram Rusiyanın ən yaxşı və ən fəal mədəni- siyasi dairələrinin

canına və qanına elə işləmişdi ki, başqa inkişaf yolunu onlar təsəvvürlərinə də

gətirə bilmirdilər. Çar istismarının qəddar dünyasında yaşayırdılar və liberal

qanunvericilik məclisinin səhər şəfəqindən çox-çox uzaq idilər.

Çarizmi devirmək asan deyildi. Yüz illərin inqilabi cəhdləri bunu

bacarmamışdı. Fevral inqilabını böyük ciddi- cəhdlə həyata keçirmək üçün

dördillik müharibə və çar qvardiyasının aradan çıxması yetərli olmuş du. Amma

böyük əməl başa çatandan, çar devriləndən sonra o boyda mənəvi Rusiya üçün

qəflətən daha düşmən qalmamışdı. Bütün yollar açılmışdı. Fevral inqilabının

həmin ilk günlərində olduğu kimi Rusiyada hələ heç vaxt bu qədər kef-damaq, bu

qədər toy-bayram, bu qədər coşqu, bu qədər vətənpərvər inam olmamışdı.

Bu vaxt liberal Rusiyanın qarşısına gözlənilməz, naməlum, nüfuzsuz, güclü

bir rəqib - bolşevizm çıxdı. Bolşeviz- min dünyabaxışı fevral Rusiyası üçün

anlaşılmaz idi. Bu proqramda olan şeylərin hamısı, onun ibarələri, məqsədləri və

idealları fevral inqilabçıları üçün, Trotskinin təbirincə deyilsə, həqiqətən də

dördüncü eşalonun mübaliğəsiz tə- zahüri idi. Bolşevikləri dəli, yoxsa cani

saymaqda tərəddüd edirdilər və axırda onların alman casusları olmaları barədə

yekdil fikrə gəlindi. Rus inqilabının rəsmi, parlaq görüntüsü bu gözlənilməz

rəqibin təzahürü ilə acınacaqlı şəkildə tutqunlaşdı. Bolşevik çevrilişinin qorxusu

barədə heç kim düşünmürdü, heç kim bolşeviklərin qələbəsini mümkün saymırdı.

İctimai həyatı daha ciddi qəbul edən insanlar çevriliş artıq baş tutanda da ona

inanmaq istəmirdi.

Burda ilk öncə fevral inqilabının oktyabr inqilabına göstərdiyi cüzi

müqavimətin səbəbi də göstərilməlidir. O vaxt bunu sadəcə olaraq təbii sayırdılar

ki, həmin dəlilər bir neçə gündən, yaxud ən uzağı bir neçə

həftədən sonra öz-öz- lərinə süpürülüb atılacaqlar.

Fevral inqilabının müvəqqəti hökuməti çarizmin qanuni varisi idi. Keçmiş

və yeni Rusiya arasında heç bir uçurum yox idi. Ordu, ali məktəblər, nazirliklər,

Page 32: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

32

dövlət müqavilələri toxunulmaz qalırdı. Keçmiş Rusiyanın ənənəsi öz təsirini

fevral inqilabında saxladı. Bolşevizm isə, bunun əksinə, qədim rus imperiyasının,

dövlət mexanizminin və indiyə- qədərki dövlətin bütün atributlarının sonu demək

idi. Heç kəs bolşevik proqramına duruş gətirməyi bacarmadı. Əgər Lenin bir gün

əmr etmiş olsaydı ki, hər bir rus insan əti yeməlidir, buna heç kim

təəccüblənməzdi. Pulun, məhkəmənin, sərhədlərin və xüsusi mülkiyyətin aradan

qaldırılması ilə başlayan bolşeviklərdən, nə desən, gözləmək olardı. Çarizm, yəni

sağdan gələn diktatura çökmüşdü. Onun yerinə gözlənilmədən soldan gələn

diktatura - bolşevizm keçdi. Amma bu diktatura çar diktaturasına nisbətən daha

etibarsız və daha anlaşılmaz idi. O, dövləti, daha doğrusu, üstündə yeni Rusiyanın

tikilməli olduğu özülü məhv etdi. Bütün ənənələr, azad rus ziyalılarının bütün

ideyaları bundan sonra, deyəsən, ölümə məhkum edilmişdi. Qanunverici məclisin

yerinə dolaşıq planlara və dolaşıq məqsədlərə malik bir fanatizm ən qəddar güc

vasitələrindən yarınaraq hökmranlıq edirdi.

Bolşevizm bütün ziyalı Rusiyaya belə görünürdü. Qəfildən, deyəsən, daha

Rusiya da yox idi. Onun yerinə dəlixana keçmişdi. Bu dəlixana da tərk edilməliydi.

Yalnız qaçış kömək edə bilərdi. Ayn çıxış yolu yox idi! Keçmiş Rusiyanın bütün

partiyaları, təşkilatları və təbəqələri bu barədə yekdil fikirdəydilər. Hər halda belə

inamlı bir gözləntidə də yekdil fikirdəydilər ki, bu dəlixana yaxın gələcəkdə

dağılmalıdır.

İnsanlar ev-eşiklərini, vətənlərini, torpaq və mülklərini, həyat əsərlərini və

möhkəm özül üzərində qurulmuş varlıqlarını tərk etdilər. Generallar calvadar

paltarında, yəhudilər zabit geyimində, nazirlər fəhlə adı altında, iri mülkədarlar

baqqal kimi qaçdılar. Avropa sınır dövlətləri, Çin və Türkiyə tezliklə çeşidli

partiyalara, dinlərə və dillərə mənsub rusiyalılarla doldu. Onları çox vaxt

konsdüşərgələrə və həbsxanalara atdılar, amma buna baxmayaraq onlar xoşbəxt

idi. Çünki aclıq içində qətl yuvası sayılan dəlixanadan indicə qaçıb-qurtarmış

insanlar üçün burjuaziya ölkəsinin həbsxanası nağılvari bir ideala çevrilmişdi ki,

bura düşməyə, ona ümud bəsləməyə onlar boş-boşuna risq etməmişdilər.

Üç milyon rus öz vətənini tərk etdi. Üç milyon! Xalqın layiqli

nümayəndələri sayılan ziyalılar könüllü olaraq sür- günlüyü seçdi. Bu, mühacirət

deyildi, xalis xalqlar köçü idi. Xaricə insanlar öz işlərinə inamı, çökmüş dünyanın

ənənələrini, ideallarını və umudlarını özləri ilə götürdülər. Ağ rusların mühacirəti

müharibədən sonrakı Avropa tarixinin ən ləyaqətli fenomenlərindən biridir.

Avropa bunun yanından diqqətsiz ötə bilməzdi. Bu üç milyon insan vətənini təkcə

Page 33: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

33

ona görə tərk etmədi ki, orda yaşayış çətinləşmişdi. Həmin üç milyon əsrlər uzunu

çarizm rejimində qurulmuş, 1917-ci ildə Kerenski tərəfindən yeni ölçülərlə

aparılmalı olan və bu arada çökmüş bir dövlətin yuxarı təbəqəsi idi. Onlar, necə

deyərlər, hissə-hissə bütün dünyaya səpələnmiş qaçqın bir dövlətdir.

Növbəti fəsillər oçağdan bəri oniki ildir ki Avropada yaşayan həmin

dövlətin taleyinə, bu üç milyonun varlığına həsr edilir.

Page 34: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

34

SÜRGÜNDƏKİ ORDU

Çarın xülyası, fevral inqilabının xülyası bu idi: rus qoşunlarını İstanbulun

darvazaları önündə görmək. 1920-ci ildə bu arzu faciəli şəkildə həyata keçdi.

Bütün generalları və qərargahları ilə bütöv bir rus ordusu yüzlərlə gəmilərdə

Konstantin paytaxtının darvazaları önündə göründü. Öndə ali baş komandanın

yaxtası, ardınca savaş flotunun qalıqları, axırda da ordunun sonugörünməz gəlişi.

1920-ci ildə İstanbul müttəfiqlər tərəfindən tutulmuşdu. Rus ordusu

müttəfiqlər sırasında idi, deməli, müttəfiqlərə yardım göstərməliydilər. İstanbul

darvazalarının önündəki Rusiya təkcə çarın xülyası deyil, həm də İngiltərənin

qorxulu yuxularıydı. Müttəfiq İngiltərəni sakitləşdirmək üçün hətta rus ordusunun

cındır içində acından ölən əzilmiş qalıqları da hələlik yetərli idi. Müttəfiqlərin ilk

tədbiri rusların tezliklə zərərsizləş dirilməsi oldu. Onların silahları alındı, gəmiləri

müsadirə edildi, insanlar isə, təəssüf ki, müsadirə oluna bilmədi, onlar

mövcudluqlarını sağ-salamat davam etdirdilər, İstanbulun yaxınlığında

düşərgələnib baron Vrangelin komandanlığında qaldılar. Onlara vətənə silahsız

dönmək kimi xoş bir məsləhət görüb sovetlərdən əfv aramağa söz verdilər. Lakin

dönüş üçün bütün ordudan bircə nəfər də tapılmadı. Vrangelə ordunu buraxmağı

təklif etdilər; bunun ardınca Vrangel ordunun qalığına əsgər şərafətilə müraciət

etdi.

Vətənə dönüş bir daha müzakirə olunmadı, amma bütün ordu əsir alındı.

Könüllülər ordusu İstanbul yaxınlığındakı Qallipoliyə, kazaklar Lemnos adasına,

flotiliya isə Afrikadakı Bizertaya sürgün edildi. Bununla qoşun sürgün- lükdə gözəl

yerləşdirildi. Kazakların qərar tutduğu Lemnos adası qum örtüklü irirək bir

qayadır. Özgürlüksevər kazaklar üçün bu, vətəndəki sonsuz steplərin heç cür əvəzi

ola bilməzdi. Dünya müharibəsindəki fəal iştiraklarının mükafatı da saymaq

olmazdı sudakı bu daş parçasını.

Kazakların dəstələri gəlib-çatdı. Mühafizə zəncilər bölməsinə tapşırıldı,

fransız generalı böyük Fransanın öz fəqir müttəfiqlərinə gündə nə qədər çörək, nə

qədər ət və su verə biləcəyini bildirdi. Kazaklar generalın dediklərinə o qədər də

məhəl qoymadı, onların daha vacib qayğıları vardı. Yolda onlar gördülər ki, azad

Kuban ordusunun getmə m da daxil olmaqla bütün hökuməti Rusiyada

qoyub-gəliblər, yaxud onlar yolda yoxa çıxıb. Kazaklar getmansız özlərini iflic və

tənha hiss edirdilər. Qanuni ənənəyə görə azad ka- zak ordusu, hansı şəraitdə baş

verməsindən asılı olmayaraq, qanuni başçısını itirdikdə yeni bir getman

seçməliydi. Heyrətlənmiş fransız generalının və onun zənci yardımçı dəstələrinin

Page 35: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

35

gözləri önündə indi qəribə bir səhnə oyanmağa başladı.

Kazaklar çadırlarını qurmadılar, adaya heç nəzər də salmadılar, tərsinə, iri

bir çevrəyə toplaşıb mübahisə apardılar və həmin anda onlarla tərəflərə bölündülər.

Qədim adətə əsasən qumlu Lemnos adasında, vətəndə olduğu kimi, azad Kuban

kazaklarının yeni getmanının yüksək çılğınlıqla seçilməsi təklifinə başlandı.

Kazaklar yekdil fikrə gələ bilmədilər. Sosialist kazaklar radikal getman t əklif

edirdilər, digərləri də eyni canfəşanlıqla köhnə çaplı bir adam istəyirdi. Kazak

generalları qızğınlıqla çevrənin içinə girib ən nəfis kazak ləhcəsində seçki nitqləri

söyləyirdi. Fransız generalı isə tam şaşqınlıqla öz başçılarını özləri seçən bu

üzdəniraq əsgərlərin yad-yabanı əməlinə tamaşa edirdi. O, tam əminlik hasil etdi

ki, onun adasına məşhur kazakların nümunəvi əsgərlərini yox, səhvən bir yığın

büsbütün qırmızı bolşevik gətiriblər. Axırda bəlli olanda ki cır-cındır içindəki

savaş orduları cavan bir kişini getman seçmək istəyir, fransız, generallara seçkini

dayandırmağı təklif etdi. Amma əbəs yerə. Heyrətinə səbəb olsa da, fransız öyrəndi

ki, hətta ağqvardiyaçı generallar da seçkinin gedişini dəstəkləyirlər. İndi o qəflətən

başa düşdü ki, əcaib şimal ölkəsi Rusiyada bolşeviklər niyə qalib çıxıblar.

Bir neçə gündən sonra kazaklar sakitləşəndə qəflətən gördülər ki, fransızlar

onları hansı qeyri-qonaqpərvər mühitə salıb.

Ağ Ordunun əsasını təşkil edən könüllülər dəstəsinin Qallipoliyə gəlişi

çəkişməsiz və demokratik mərasimsiz baş verdi. Adi əsgərlər çox vaxt ali təhsilli

ziyalılar idi. Zabitlər arasında ən məşhur rus alimləri vardı. Dəstənin tərkibi

demokratiyaya təbii meyli anlaşıqlı edirdi, amma bununla belə, adanın komandiri

təyin edilmiş general Kupe- tov tərəfindən o, radikallıqla sıxışdırılır və güclü təzyiq

altında saxlanılırdı. General Kupetov Rusiyanın çara sadiq qalmış son zabiti idi,

yeganə hərbçi idi ki, fevral inqilabı günlərində Peterburq küçələrində üsyançılara

müqavimət göstərmişdi. Yaraqsızlaşdırıtmış qaçqın ordunun başçısı təyin olunan

kimi o, bu ümidsiz adada intizam və səliqə- sahmanın ruhunu gücləndirməyi və

onu qaydasında saxlamağı vacib saydı. Soyuqdan donan ac qaçqınlar hər gün ciddi

məşq etməliydilər. Qışlaq ahəngi çiçəklənirdi, hərbi nizamnamə yenidən dirçəlişini

yaşayır, dəmir təlim bayram edirdi. Sonu görünməyən xidmətlər tətbiq olundu.

Vətəndaş müharibəsində əvvəldən-axıradək iştirak etmiş insanlar indi pəndəm

hərbi salama görə hər cür danlağa dözməliydi. Düşərgə işləri elə təşkil olunmuşdu

ki, sanki söhbət bugün, ya da sabah ilk: şən-şux müharibəyə yollanacaq sülhsevər

ordudan gedir. Bu, adamların qəti ürəyincə deyildi. Amma general zarafat başa

düşmürdü. Narazılar cəzalandırılırdı, tam höcətlər isə ordudan xaric edilirdi.

Page 36: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

36

Bununla da onlar İstanbul küçələrində aclıq ölümünün ağuşuna atılırdı. Ordunun

itaətkar qalığı ilə təntənəli paradlar təşkil olunurdu. Beləliklə Qallipolidəki rejim

ayıq gözlər üçün heç də cənnətsəl deyildi, amma buna baxmayaraq həmin çağlar

mühacirlərin ən xoş xatirələri sırasındadır.

Qallipoli adı bugünün özündə də Ağ Ordunun keçmiş üzvləri tərəfindən həyəcanla

yad edilir.

Ölgün yarımada və kiçik türk şəhəri heç də ruslara yad deyildi. Bir vaxtlar

türklər burda əsir kazakların axırına çıxmışdılar. Sonralar müharibədə həlak olmuş

rus əsgərlərini burda basdırmışdılar. İndi burda, rus qanı ilə suvarılmış bu torpaqda

çarların başçılığı ilə əsrlər boyu İstanbulu təhdid edən rus ordusunun son qalığı

yerləşmişdi. Ciddi Kupet Paşa tezliklə türklərdə populyarlıq qazandı. Onlar

həmişə, ayn cür yox, bax belə, əsl bir general arzulamışdılar. Amma Kupetovun öz

ciddi hərbi alayı ilə nələrə nail olduğunu nə türklər, nə də müttəfiqlər görürdü. Bu,

qaş-qabaqlı Kupetova ürəkdən nifrət edən əksər mülki mühacirlərin də gözündən

qaçmışdı. Yad türk yarımadasında, düşmən xalqlarla və inamsız keçmiş

müttəfiqlərin əhatəsində Kupetov cır-cındır içində olan bir topa insandan döyüş

qabiliyyətli və həyatsevər yeni hərbi dəstə yaratdı. Bu dəstənin heç vaxt döyüşə

girməyəcəyini isə Kupetov, təbii ki, bilə bilməzdi.

Ruslar Qallipolidə bir il qaldı, addımladılar, məşq etdilər və müttəfiqlərdən

sədəqə aldılar. Vrangel qoşuna öz yaxtasından başçılıq edirdi, fransız generallarına

məktublar yazıb Ağ Rusiyanın mövcudluğu uğrunda mübarizə aparırdı. Antantanın

qələbəsinə həmişə önəmli yardım etmiş bu ordu indi müttəfiqlərə bütövlükdə

dözülməz bir yük kimi gəlirdi. Cındırlaşmış kütlələr acından ölür və ətrafda

vurnuxurdu, onlarla neyləmək lazım olduğunu isə heç kim bilmirdi. General

Vrangelə xahişlə müraciət etdilər ki, komandanlığını yerə qoysun. O belə də etdi.

Amma ordu bundan sonra da onun sözündən çıxmadı. Fransız zabitləri düşərgəyə

gəlib rusları vətənə qayıtmaqda dilə tutdular. Qoşun evə dönmək istəyirdi, ancaq

yalnız əldə silahla. Axırda hədə-qorxu gəldilər ki, qoşunu ərzaqdan məhrum

edəcəklər. Əvvəlcə bütün ordunu Cənubi Amerikanın bataqlıq əyalətlərində

işləmək üçün fəhlə kimi Braziliya hökumətinə satmağı düşündülər, amma tezliklə

başa düşdülər ki, rusları güclə aparmaq üçün silahlanmış bütöv bir ordu lazımdır.

Axır ki, çıxış yolunu general Vrangel tapdı. O, slavyan Balkan ölkələri

Bolqarıstan və Serbiyanın hökumətlərinə xahişlə müraciət etdi ki, rus ordusunun

qalıqlarını onlar götürüb saxlasınlar.

Serbiya və Bolqarıstan rus ordusunun köhnə borcluları idi. Çox-çox illər

Page 37: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

37

qabaq ruslar Balkan dağlarından aşıb gəlmiş, slavyanları türklərin istilasından azad

etmiş və oçağkı türk əyalətlərindən yeni müstəqil dövlətlər qurmuşdu.

Qardaş Serbiyanı qorumaq üçün Rusiya sonralar böyük müharib əni

başlamışdı. Bu müharibədən Serbiya son olaraq böyük və qüdrətli çıxdı, halbuki

nəhəng rus ordusunun qalıqları İstanbulun darvazaları önündə acınacaqlı şəkildə

aclıq keçirib məhv oldu.

Baron Vrangel keçmiş faktları sadalayanda artıb-çoxalmış tarixi haqq-hesabı

önə çəkmişdi. Buna münasibət bil- dirilməliydi, onu qəbul etmək lazım idi.

Müraciətin təsiri oldu. Serbiya və Bolqarıstan rus hərbi qüvvələrinin böyük

əksəriyyətini qəbul etməyə hazır olduğunu bildirdi. Köç aylarla çəkdi. Başa

çatanda isə rus hərbi dəstələri üçün bugünkü günə qədər davam edən qəribə,

kabusanə bir yaşayış başladı. Rəsmi olaraq daha rus ordusu yoxdur. General

Vrangel komandanlığını yerə qoydu. Qərargahın yerləşdiyi yaxtası havaya

sovruldu. Ordu əvəzinə bundan sonra bir neçə onmin rus fəhləsi qaldı ki, onlar da

Serbiya və Bolqarıstanda fəaliyyət göstərirdilər və yalnız fərdi şəkildə rus savaş

ittifaqının üzvlərini təşkil edirdilər. Fəhlələr tarlalarda, mədənlərdə və zavodlarda

çalışırlar. Bu məşğuliyyətə heç kim heç nə edə bilməz.

Amma bununla belə, «Rus ordusu» deyilən bir şey var. Alaylar, qərargahlar,

paradlar, hətta bu tipli digər qurumlardan köklü şəkildə seçilməyən zabit

məktəbləri var. Rütbələrin artırılması, vəzifələrə təyinatlar, əmrlər var. Generallar

və hamının qeydsiz-şərtsiz qulaq asdığı ali baş komandan var. Bu bənzərsiz ordu,

on ildir ki, mövcuddur və hər yaz öz komandirinin «Döyüşə qalx!» əmrini gözləyir.

Serbiya və Bolqarıstandakı ordunun hər üzvünün öz alayı var və o, boş

günlərini onun sıralarında keçirir. Əsgərlərdən biri qocalırsa, yaxud qulluğa

yararsızlaşırsa, onun yerinə rus hərbi məktəblərində müvafiq təlimlə əla hazırlıq

görmüş gənclərdən biri keçir. Zabitliyə hazırlanmış gəncələrə ali baş komandan

tərəfindən təntənəli şəkildə zabitlik sənədi təqdim edilir. İstəyən olsa, savad

sənətinin ali məktəbində, baş qərargahın akademiyasında oxuya bilər. Köhnə ruhun

qorunub saxlanılması qayğısına qəzet və yığıncaqlar, ciddi intizam və sərt cəzalar

qalır.

Hətta bir dəfə Parisdə, Zəfər Tağının önündə, naməlum əsgərin qəbri

başında rus hərbi dəstələrinin böyük bir paradını təşkil etmək mümkün olmuşdu.

Rəsmən yoxa çıxmış bir ordunun təmsilçiləri dəbdəbəli mundirlərlə qapalı

sıralarda Yelisey çölləri ilə addımladı. Səhərisi günü xarici işlər idarəsi Sovet

səfirliyinin kəskin etirazını dinləməli oldu.

Page 38: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

38

Ağ Ordunun mərkəzi Serbiya və Bolqarıstan olaraq qaldı. Fəqət Avropanın

elə bir paytaxtı yoxdur ki, bu ordunun üzvləri orda yerləşməmiş olsun. Ordunun

böyük bir hissəsi Parisdə oturur ki, burda da əksər zabitlər taksi sürücülərinə

çevrilmişdir. Onların da həyatı Balkanlarda işlənib hazırlanmış ciddi qaydalarla

keçir. Onlar ali baş komandanın mühafizəsini təşkil edir. İlk ali baş komandan

Vrangel öldü. Ən azı belə deyirlər ki, o, bolşeviklər tərəfindən zəhərləndi. İkinci ali

baş komandan Qallipolinin yiyəsi Kupetov idi. Bolşeviklər onu günün günorta çağı

Parisdən götürüb apardılar. Üçüncü ali baş komandan bundan sonra Qallipoli

zabitləri tərəfindən qorunan general Millerdir. Ali baş komandan öz qərargahı ilə

bütün mühacirlərin mərkəzi Parisdə yaşayır. Parisdən əmrlər Avropanın bütün

şəhərlərinə yayılır ki, burda da onlar yerlərdə qərar tutmuş generalların vasitəsilə

cənab zabitlərə çatdırılır. İldə bir neçə kərə general Miller öz ordusuna baxış

səfərləri təşkil edir. Parisə dönərkən qərargahına bildirir ki, ordu hər vaxt döyüş

yürüşünə hazırdır.

Ordunun Balkana yollanmas ından indi on il keçib. On ildən bəri zabitlər

şəhərlərdə, şaxtalarda, fabrik və zavodlarda, kənd təsərrüfatında çalışır, hərdənbir

ora-bura gedir, bəzən mundirlərini geyinib qərargaha baş çəkir və bolşevikləri

qovub-çıxarmaq, Ağ Rusiyanı nəhayət qələbəyə daşımaq üçün yenidən, əldə silah,

Rusiyanın step və kəndləri ilə at çapacaqları vaxtı səbirsizliklə gözləyirlər.

Page 39: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

39

İSTANBULDA

Yüzminlərlə rus çəyirtkə sürüsü kimi İstanbula doluşdu. Dünyanın heç bir

ordusu, heç bir polisi onları şəhərdən kənarda saxlaya bilməzdi. Gəldilər,

gəmilərini tərk edib yurd- yuva qurmağa başladılar. Demək olar, hamısı

cır-cındır içindəydi və az qala hər biri rus səfirliyinə düşmək iddiasını

qaldırmaqda özünü haqlı sayırdı. Bu abırlı səfirlik indi ən qəribə simalarla

ağzına qədər dolmuşdu. Nazirlər, parlamentarilər və generallar əzəmətli

zallarda gəzişir, bir-biriləri ilə məsləhətləşir və məsələdən hali olmayanların

beynini doldururdular ki, naməlum səbəblərdən sərgərdanlar konqresi rus

səfirliyini iclas yeri seçib. Yalnız tək-tük adamların ayağında nimdaş ayaqqabı,

yaxud əynində ya- maqsız şalvar vardı, çatışmayan şeyləri almaq üçünsə pulu

olan nadir hallarda tapılardı. Səfirlikdə o dövrün çobanından, gecə

qarovulçusundan və

qəzet satanından ibarət hökumət komitəsi yaradıldı. Ən aşağı vəzifələrdə

çalışmağı İstanbuldakı ruslar özlərinə sığışdırırdılar. Bununla həm özlərinə,

həm də başqalarına sübut edirdilər ki, vətəni yer- səl nemətlər ucbatından tərk

etməyiblər. Məşğuliyyət tapmaqda heç də hamının bəxti gətirmirdi. Gündüzlər

rusların çoxunu Qalata körpüsündə yarıçılpaq dilənən görərdin. Gecələr isə

onları məscidlərin həyətində donan tapardın. Ənlikli-kirşanlı rus qadınları

Perada^dayanar, yunan fahi- şəxanalarım və ucuz hotelləri doldurardılar.

Kimsəsiz uşaqlar küçələri çirkab içində və ac-yalavac dolaşardı. Amerikan

yardım komitəsi çox vaxt onları toplayıb qaçqınlar yurduna gətirərdi.

Bazarlarda ruslar paltar, kitab, sikkələr və hərdən də özlərini satardılar. Bəziləri

dünyadan təcrid olunmuş halda öz gəmilərində yaşayardı. Hərdən onlara çörək

və su gətirərdilər, hərdən də heç nə. Demək olar, hamısı aclıq keçirirdi, çoxusu

da yardım görmədən ölüb- gedirdi. Amma mühacirlərin başqa bir növü də

vardı. Mamon- tovla qarət yürüşlərində olmuş kazak zabitləri, hər çeşiddən

olan fırıldaqçılar, 2

şübhəli bankirlər və işgüzar banditlər vətəndaş

2 Pera - İstanbulda məhəllə. Başlıca olaraq küçə qadınlarının yığnaq yeri.

Page 40: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

40

müharibəsinin qarğaşalarmdan sonra İstanbulda tüğyan etməyə başladılar.

Onlarla gecə lokantaları açıldı, yüzlərlə qəribə qurumlar yaradıldı.

Mühacirlərin ixtiraçılıq istedadı önəmsiz olmadı. İstanbulun ingilis, fransız və

türk polisinin tezliklə işi başından aşdı. Yeni qazanc imkanları axtarışında,

məsələn, ləyaqətli mühacirlərdən biri tezliklə bütün şəhərdə kütləviləşən yeni

bir iidman növü tapdı: Tarakan cıdırı. Az-az şəhər tapılar ki, qara tarakanlar

İstanbuldakı kimi bu qədər geniş yayılmış olsun. İxtiraçı ruslar bu canlının

xüsusilə güclü olan nümunələrini toplayıb onları boş siqaret qutusunun içinə

qoyur, həmin qutunu şüşə ilə qapayıb cıdır düzəldirdilər. Tamaşaçılar axışıb

gəlir və baxmağa pul ödəyirdi. Yeni dəb hər yana yayılmışdı. Son- ralar tarakan

cıdırı texniki cəhətdən təkmilləşdirildi. Qutu içəri üzdən işıqlandırıldı, finişə

yem qoyuldu, ən yaxşı cıdır tarakanları mühacirlər tərəfindən yüksək dərəcədə

bəslənildi. Nəhayət, tamaşaçılar üçün totalizator qoyuldu. Bundan sonra

azarkeşlərin axını ölçüyə gəlməz dərəcədə artdı, amma təəssüflər olsun ki, bu

gərəkli kəşf sonralar polis tərəfindən yasaqlandı. Tarakanlar da, mühacirlər də

özlərinin primitiv yaşayış tərzinə qayıtmalı oldular.

Qazanc axtarışında ruslar ən eldənçıxan işlərdən yapışırdılar. Məsələn,

tanınmış generallardan biri öz ad-sanına və xidmətlərinə məhəl qoymayıb təntənəli

şəkildə yəhudiliyə keçdi, çünki düşünürdü ki, yəhudilərin həmişə pulu olur və tam

ciddiyyətilə güman edirdi ki, ona ömrünün qalan hissəsində qayğısız yaşayışı

təmin etmək üçün sünnət mərasimi yetərli olar. Canını qorumaq üçün o, kiçicik bir

şeyindən keçməli oldu. Saysız-hesabsız ruslar həm də islamı qəbul etdilər.

Çoxdandır rusların düşmənçiliyinə alışmış türklərə bu, önəmli bir təsir bağışladı.

Bundan sonra din dəyişənlərin ən kübarları baş vəzir və sultan tərəfindən qəbul

olundular. Onlardan biri, hətta şayiələrə inansaq, bir cüt azgeyilmiş şalvar aldı.

Aldanışlı işləri sahəsində ən parlaq başarım Misir kedi- vinin1

sarayını

amerikalıya satmış dahi bir fırıldaqçı əldə etmişdi. Günlərin birində bu mühacir

şərqli libasına bürünüb görkəmləri ləyaqət vəd edən bir neçə cənabın müşayiətində

amerikalıya baş çəkir və bildirir ki, Misirin kedividir. Bu ali gəliş barədə amerikalı

sınırsız sevincini izhar edəndən sonra kediv söyləyir ki, dəyişmiş durum

ucbatından o, Bosfordakı əzəmətli sarayını satmaq niyyətinə düşüb. Əsl iqtidar

sahibinin sarayını almaq imkanı amerikalını hədsiz dərəcədə sevindirir. O razılaşıb

ertəsi gün dostlarının müşayiətində kedivin sarayına baxmağı qərarlaşdırır.

Həmin günün axşamı mühacir bu dəfə də Avropa geyimində kedivin

Page 41: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

41

sarayında görünür. Özünü zəngin bir amerikalının şəxsi katibi kimi qələmə verir.

- Şefim, - deyir, - bu tarixi binaya baxmaq üçün icazə istəyir.

Təbii ki, xahişi yerinə yetirdilər. Qulluqçulara tapşırıq verildi ki, kübar

əcnəbini layiqincə qarşılasınlır. Amerikalı ertəsi gün kedivin yalançı adyutantının

müşayiəti ilə gəlib çıxdı, hər otağa göz gəzdirdi, hər kətili bir neçə dəfə fırladı və

çox razı qaldı. Saray doğrudan da yüksə k dəbdəbə ilə təchiz edilmişdi, qiymət isə

çox aşağı idi. Evi almağı kəsdirdi. Hüquqi mərasim qondarma bir naharda icra

edildi. Amerikalı pulunu ödədi, mühacir pulu aldı və yerli-dibli yoxa çıxdı. Bir

neçə gün sonra sarayın qarşısında çamadanlarla qalaqlanmış iri bir maşın dayandı.

Amerikalı maşından enib şaşqın saray qapıçısına şeyləri yuxarı daşımaq əmrini

verdi. Bundan sonra baş verən qalmaqal, təəssüf ’ Kediv - Misir vitse kralının

titulu.

ki, mühacirin olayına aid deyil və burada ətraflı təsvirə elə də ehtiyac duyulmur.

Aclıq, çarpışma və qarğaşalr fırıldaqlar - İstanbulda rusların həyatının

canı-qanı bunlar idi, bununla belə, aclıq və ehtiyaclara baxmayaraq, siyasət

unudulmamalıydı. İstanbul yaxınlığındakı adalarda, şəhəryanı qəsəbələrdə,

meyxanalarda və səfirlikdə hamının hamıya qarşı acınacaqlı kini hökm sürürdü.

Rusiyanın çöküşündə iştirakçı olmaqda hər kəs günahkar sayılırdı. İndi gərək

hər kəs buna cavabdeh ediləydi.

Kitablar, broşürlər, qəzetlər çap olundu və onlar ətrafa çirk atdılar. Köhnə ədavət

qızışdırıldı və çoxdan unudulmuş düşmənçilik yenidən qazılıb üzə çıxarıldı. Qəzet

və polemik kəlamın gücü tükəndiyi yerdə isə mühacirlərin tiyələri işə düşdü.

Gecələr bir-birilərinə basqın edib atəş açdılar. Heç bir polis idarəsi aşkar edə

bilmədi ki, burda, Bosfor sahillərində hansı aşkarlanmamış bədəməlçi özünün

gecikmiş qisasını tapıb. Hərdən-hərdən birini, yaxud digərini suçlandırırdılar ki, o,

filan-filan illərdə bolşevik baxışları söyləyib. Həmin an hamıya aydın olurdu: kişi

maskalanmış çekistdir. Gecələrin birində yenidən bir güllə səsi gəlirdi və Bosforun

dalğalan növbəti cəsədi yenidən sahilə atırdı. Vəhşiləşmiş yeniyetmələr səhərisi

danışırdılar ki, heç nəyə baxmayaraq Ağ Rusiya uğrunda mübarizəni onlar burda,

Türkiyədə də durmadan davam etdirəcəklər.

Mühacirlərin həyatını cəfəngiyat, nifrət və inamsızlıq doldururdu. Kitablar

çıxırdı ki, orda da Vrangelin muzdlu agent olması sübuta yetirilirdi. Başqa kitablar

çap olunurdu ki, onlarda da Vrangeldən savayı hamının bolşevik olduğu sübuta

yetirilirdi. Sonra gecənin birində Vrangelin kiçik yaxtası havaya sovrulanda

yenidən cahil suçlandırmalar və gümanlar başladı. Günahkar kim idi? İngilislərmi,

bolşeviklərimi, yoxsa general Vrangel özümü? Hüdud bilməyən qarşılıqlı nifrət

Page 42: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

42

sonda keçmiş rus səfirliyinin otaqlarına da yoluxdu ki, bunun da sayəsində

günlərin bir günü Ağ Ordunun baş qərargahının rəisi general Romanovski iclas

zamanı qətlə yetirildi. Sonra «satqınlar qatarı» başladı. Bütün generallar

birdən-birə özlərində sosialist meyilləri tapdılar və Rusiyaya dönməyə cəhd

etdilər. Başlanğıcı bir vaxtlar Rusiyanın bədnam bolşevik cəlladı olmuş general

Slaşçev qoydu. Cəmi bir neçə ay öncə Slaşçev Krımda qana susamış əmrlər

vermiş, gen-bol bir qəddarlıqla bolşevikləri tikə-tikə doğramış və qırmızı dünyanın

barışmaz düşməni kimi ad çıxarmışdı. General qəfildən kəşf etdi ki, bolşeviklər də

ruslardır və o, rus vətənpərvəri kimi özünü əslində bolşevik ordusunun sıralarında

görür. İstanbulda yaşadığı bostanı tərk edib Vrangelin əleyhinə bir broşür yazdı və

gəmi ilə Krıma yollandı. Bolşeviklər onu təntənəli qəbul etdi, şərəfinə parad

düzəldib Rusiya bolşeviklərinin ən böyük qatilini Moskvaya göndərdilər ki,

burada da o, baş qərargahın akademiyasının professoru oldu.

İstanbul az qala bir il rus siması ilə yaşadı. Qəzetlər, mağazalar, sakinlər,

banklar ruslaşmışdılar. Rus əfsanəsinə görə rus knyazı Oleq min il öncə Bizansın

qapıları ağzında peyda olur. Şəhərin özünü tuta bilmir, əvəzində qalxanını qapılara

vurub peyğəmbərcəsinə söyləyir ki, onun xələfləri haçansa bir vaxt bu şəhərə varid

olacaqlar. Aradan min il ötdü və Oleqin sözləri yerinə yetdi. Ağ Rusiya İstanbula

axdı, onların arasında da həmin qədim rus knyaz soyunun birbaşa xələfləri.

İstanbulda ruslar müttəfiqlərin himayəsi altında yaşayırdılar. Bu himayə isə əbədi

çəkə bilməzdi. Hardasa Anadolunun sarımtıl çöllərində günlərin birində rusların

taleyi həll olundu. Yunanlar Ankara ətrafında Kamal tərəfindən darmadağın edildi.

Türklər zəfərlə İstanbula daxil oldu. Fransızlar, ingilislər, yunanlar və ermənilər

dabanlarına tüpürüb şəhəri tərk etdi. Onlarla birlikdə ruslar da çıxıb-getdi, çünki

Kamal Paşanı o vaxt bolşevik sayırdılar.

Bundan sonra rus mühacirlərinin axını Avropaya üz tutdu. Mühacirlərin

yığın məntəqəsi Paris həm də Ağ Rusiyanın paytaxtına çevrildi. Eləcə də Berlin,

Praqa, Vyana və Balkan şəhərləri tezliklə aşkar rus siması qazandı. Rus

meyxanaları açıldı, banklar, qəzetlər və birliklər yaradıldı. Nazirlər, qadınlar,

fırıldaqçılar və zabitlər Avropanı doldurdular. Onların nimdaş, yaxud şux

görkəmlərinə məftun oldular, hamısını monarxist saydılar, meyxanalarına gedib

onlarla təmasdan qaçdılar. Yaşamları, əməlləri, plan və ümidləri isə bugünə qədər

avropalıya gizli qalmaqdadır.

Page 43: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

43

ÖLÜCANLAR

Təhkimçilik çağlarında Rusiyada Qoqol tərəfindən tərənnüm edilmiş qəribə

bir fırıldaqçı vardı. Bu fırıldaqçı ölkəni dolaşıb ölü təhkimliləri mülkədarlardan

alırdı. Təhkim- lilər ilin sonuna qədər rəsmi sənədlərdə diri sayılırdılar və

kitablarda qeyd olunurdular. Fırıldaqçı həmin ölücanları dövlətdə girov qoyurdu.

Bu sadə fırıldaq haçansa ölməz bir romanın mövzusu oldu. 1920-ci ildə isə o,

normal gerçəkliyə çevrildi.

Mühacirət təkcə nazirlərdən, zabitlərdən və qəzet redaktorlarından ibarət

deyildi. Rusiyanın bütün bankirləri və sənayeçiləri ölkədən eyni vaxtda çıxdılar.

Müəssisələrinin kağızlarını onlar özləri ilə xaricə gətirdilər, əllərində biraz nağd

pul vardı və bolşevizmin tezliklə yıxılacağına əminli bir inam içində yaşayırdılar.

Bu inamı həm də bütün xaricə təlqin etməyi bacarırdılar. Rus sənayesinin

bütünlüklə xaricə köçməsi həmin xarici qəribə fikirlərə salırdı. Mühacirlərin şəksiz

mülkiyyəti bolşeviklər tərəfindən müsadirə olunmuşdu, bunun nəticəsində də

mülkiyyət sahibləri bir gecənin içində müflisləşmişdilər. Eyni zamanda hamı küll

halında belə dönməz bir əminliyə malik idi ki, bolşeviklər ən geci bir ilə

devriləcəklər. Bu durumdan Avropa yararlanmaya bilməzdi. Rusiyanın neft, şəkər,

kömür və dəmir fabrikant- larinin hamısı Parisdə oturub and içirdi ki, təkcə onlar

Rusiyanı xilas edə və sənayeni yenidən çiçəkləndirə bilərlər, onlar həm də

gətirilmiş nağd sərmayənin abırlı dolanışığa nə qədər çatacağını düşünürdülər.

Avropa neft şirkətləri mülkiyyətsizləşdirilmiş neft sahibkarlarının bundan sonra da

ad-sanlarına uyğun yaşamlarını təmin etmək üçün ilk düşünənlər oldular. Məsələn,

Bakının neft bəylərinə daha onlara məxsus olmayan neft yataqlarını satmağı təklif

etdilər. Neft bəyləri bu barədə heç eşitmək də istəmədilər, bu, doğma sənayeyə

xəyanət idi. Avropalılar görəndə ki ruslar satmaq istəmirlər, bolşeviklərin

devrilməsinə inamları artdı, bu devrilməyə ümidləri az olsa da. Bununla da onların

təklif etdikləri qiymətlər artdı. Aylar ötdü və rusların cibindəki pullar getdikcə

azalmağa başladı ta o vaxta qədər ki, günlərin birində rus koloniyası öz

sensasiyasını yaratdı. Bakılı cənab Montaşev əlindən alınmış neft mədənlərini bir

milyard franka ingilislərə satdı. Bənd bununla sındı, indi bütün Avropada əslində

müsadirə olunmuş rus «ö- lücanlarının» alveri başladı. Orda-burda nəsə söhbət

Page 44: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

44

gəzirdi ki, indi Rusiyada çox ucuz alış-veriş etmək olar ki, bunun üçün də tezliklə

qəribə alıcı və satıcı peyda oldu.

İngilislər, fransızlar, italyanlar, ispanlar və almanlar birdən-birə rus

neftinin, dəmir və şəkərinin üstünə tökülüşdü- lər. Mühacirlər özləri tam əmin

olsalar da ki, bolşeviklər tezcə gəldikləri kimi tezcə də yox olacaqlar, onların

qoyduğu qiymət gözləniləndən o qədər də aşağı deyildi. Satmağa qalanda

həvəssiz satırdılar, amma hər şey satılırdı: evlər, su kəmərləri, malikanələr,

hətta qoyub-gəldikləri daş- qaş və qiymətli kağızlar. Bunların hamısı o niyyətlə

satılırdı ki, bolşeviklər Rusiyada əbədi məskun olmayacaqlar. Satanlardan

hansısa hərdənbir vicdan ağrısı keçirib bildirirdi ki, doğma sənayeni hərraca

qoymaq istəmir. Almaq acı olan əcnəbilər də bununla razılaşırdılar. Deməli,

mülkiyyətlərini saxlayırdılar, yalnız bolşeviklərin devrilməsindən sonra əldə

ediləcək məhsulu satırdılar və bu qəribə mallar üçün də kalan pul alırdılar.

Rusiyada nəyisə qalmış adamların hamısı özlərini göstərəndən sonra elələri də

tapıldı ki, lap əvvəlcədən heç nələri olmamışdı, ancaq bununla belə,

məmnuniyyətlə nəsə satmaq istəyirdilər. Tükürpədici müqavilələr

bağlanırdı. Avantürist

cənablardan biri Xəzər dənizindəki qumlu adalardan birini satdı ki, bu da nə

onun özünə, nə də bir başqasına məxsus idi və burada ən yaxşı halda yalnız

kərtənkələ tutmaq olardı. Bunun üçün o, bir neçə milyon aldı. Bir başqası isə

çoxdan tikilib istifadəyə verilmiş böyük bir neft kəmərinin tikinti planını satdı.

Üçüncüsü hətta Qafqazın qarlı dağlarından birini işə keçirib sırıya bildi.

Rusiya geniş idi, ordakı sahibkarlıq münasibətlərinin necə olmasını isə

Avropada heç kəs bilmirdi. İnsanların xərclənməmiş çoxlu pulu vardı ki, bu da

harasa qoyulmalıydı və onu hər ehtimala qarşı Rusiyanın ölü biznesinə

Page 45: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

4

45

yönəldirdilər.

Standart Oil, Royal Dutch, Anglo Persion, hətta Stin- nes də yaxşı

nümunə göstərib öndə gedirdilər, onlara təklif olunan hər şeyi alırdılar.

Rusların əldə etdikləri məbləğ satanın bacarığından asılı olaraq bir neçə minlə

milyonlar arasında oynayırdı. Satqı biznesi ətrafında tezliklə əfsanələr

uydurmağa başladılar. Danışırdılar ki, Böyük Knyaz Kiril Bessarabiyanı

yerli-dibli Rumıniyaya satıb, mühacirət etmiş gürcü hökuməti Gürcüstan

kilsələrinin hamısını Vatikana təklif edib. Sonra məlum olanda ki Böyük

Knyaz Aleksandr Krım Rivierası^üçün gerçəkdən də müştəri tapıb, daha heç

nəyi qeyri-adi saymadılar.

Rus iqtisadi sıçrayışı bir neçə ay çəkmişdi. Mühacirlərin bugünkü

varidatının hamısı, demək olar ki, mühacir ətin həmin o unudulmaz

günlərindən baş alıb gəlir. Yalnız xeyli sonralar, bolşeviklər hələ də

devrilməyəndə biznes sönməyə başladı. İngilis və fransız alıcıları nadir hala

çevrildilər və belələrini tezliklə yalnız bixəbər avstraliyalılarin və cənubi

amerikalıların arasında tapmaq olardı ki, onlar da getdikcə güclənən hansısa

sovet hökumətindən etibarlı bir şey eşitməmişdilər və kiçik bir məbləğə

Moskvada ev almağa hələ də hazır idilər. Bəzi yaxşı tacirlərə bu yolla evlərini,

mədənlərini və fabriklərini bir neçə dəfə satmaq müyəssər oldu.

Mühacir satqılarına ən böyük zərbəni isə bolşeviklər ağ ruslara qarşı əsl

rəqabət mübarizinə başlayarkən vurdular. Günlərin birində sovet hökumətinin

ticarət nümayəndələri Avropada səhnəyə çıxıb o obyektləri firmalara təklif

etdilər ki, onları həmin firmalar çoxdan öz ilkin sahiblərindən almışdılar.

Bolşeviklərin niyyətindən Avropada əvvəlcə bərk heyrətləndilər və utanıb

çəkinmədən oğurlanmış varidatı satmaq istəmək həyasızlığına mat qaldılar.

Sonra həyəcan tədricən səngidi və belə bir nəzəriyyə yarandı ki, nüfuzlu

firmalar keçmişin özündə də oğrulardan betər olan adam- yeyənlər və qul

alverçiləri ilə

Riviera - mülayim iqlimli dəniz sahilindəki qış kurortları, çimərgələr.

ticari əlaqələr qururdu. Tam gizlin şəkildə sovetlərin nümayəndələri ilə

Page 46: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

46

görüşməyə başladılar və çox çəkmədi ki, qanuni sahiblərdən alınanları itgi

dəftərinə yazıb qeyri-qanuni quldurlarla hüquqi sayıla biləcək səmimi

müqavilələr bağlamağa başladılar. Rus biznesi həmişə etibarlı olmuşdu, elə

indi də etibarlıydı!

Nəhayət, Avropa maliyyə dünyası yalnız bolşeviklərlə çoxdan danışıqlar

aparan Avropa hökumətlərinin nümunəsini təqlid etdi.

Rus mühacirəti lirik ifadələrlə, fəlsəfi məruzələrlə, qəzet məqalələri ilə və

bütün bunlar kömək etmək istəmədikdə öz çöküşünü hazırlayan və ölməkdə

olan çürük Avropaya işarələr vurmaqla öz etirazını bildirdi.

Page 47: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

47

DAXİLİ MÜBARİZƏ

Rus mühacirəti birtipli deyil. Çar imperiyasının bütün silkləri, təbəqələri və

xalqları burda təmsil olunmuşdur. Ukraynalılar və generallar vətəndən birlikdə

qaçdılar. Onların hamısı ilə biryerdə siyasi partiyalar da mühacirətə üz tutdu.

Rusiyada yalnız daha bircə partiya və bircə hökumət olduğundan xaric yeganə yer

idi ki, Rusiya haqqındakı çeşidli fikirlər maneəsiz cövlan edə bilirdi. Bu imkandan

mühacirətin ilk günündən yarındılar. Parisdə tezliklə mütəşəkkil mühacirlər

tapıldı.

Müxtəlif yöndən olan qırğızlar, osetinlər, çərkəzlər, uk- rayınlar, gürcülər,

yəhudilər və sairə - bu xalqların hamısı bir-birindən heç nə anlamır və yeri

gəldikdə bunu dilə də gətirirdi. Az qala hər xalq öz hökumətini xaricə daşımışdı.

Öncə Rusiyadan olan yaşlı, inqilabönü səfirlər və elçilər, sonra qanunvericilik

nümayəndəliyindən ibarət Rusiya hökuməti, Denikin zamanlarının Cənubi Rusiya

hökuməti, Vrangel çağlarının Krım hökuməti, Kolçak zəmanəsinin üç müxtəlif

Sibir hökuməti və nəhayət özünü hələ də bolşevi- könü Rusiyanın legitim

təmsilçisi sayan cənab Kerenski şəxsən özü xaricdə otururdu və onlar elə bugün də

otururlar. Xaricdə daha sonra Petlyuranın Ukrayna hökuməti və getman hökuməti

yerləş mişlər. Paris ətrafındakı cəngavər malikanələrinin birində Gürcüstan

hökuməti qərar tutmuşdur ki, Xalqlar Birliyi onu tanıdığından bugünün özündə də

hökumət sayılır. Bundan başqa, Parisdə Ermənistanın, Azərbaycanın, Kuban

kazaklarının hökumətlərinə, Uzaq Şərq Respublikasına və daha nələrə rast

gələrsən.

Laqeyd əcnəbi Ağ Rusiyanın harda olmasını ən yaxşı halda yalnız

müəyyənləşdirərdi. Təbii ki, bütün hökumətlər bir məsələdə yekdil fikirdəydilər

və indi də yekdil fikirdədirlər ki, bütöv Rusiyanın qanuni təmsilçisi yalnız

onlardır.

Page 48: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

48

Qalan məsələlərin hamısında onlar bir-birini mərhəmət bilmədən didişdirirdi.

Hökumətlərdən savayı hələ siyasi partiyalar da vardı ki, onlar da qapalı

şəkildə mühacirət etmişdilər və xaricdə aktiv fəaliyyətlə məşğul idilər. Berlin,

Praqa və Parisdə mühacir anarxistlərin mərkəzi, sosial-demokratların və

sosial-inqilabçıların mərkəzi aparatının

İqamətgahı yerləşirdi, Münxen və Belqradda çeşidli çalardan olan monarxist- lər

təmsil olunurdu, Sofiyada «güclü kişi» diktaturasının tərəfdarları yerləş irdi ki,

onlar da müvafiq «güclü kişi» axtarışında idilər, Stokholmda şpionlar, Londonda

isə köhnə Rusiyanın nümayəndələri qərar tutmuşdu. Amma şəhərlərdən heç

birində təkcə bir cərəyanın nümayəndələri yaşamırdı, bu da tez-tez faciəli

sonluqlarla bitirdi. Bir-birinə kir- mişdə nifrət edən hökumətlərdən fərqli olaraq

partiyalar bir-biri ilə qızırğalanmadan və kəskin mübarizə aparırdılar. Bundan

başqa özləri ilə gətirdikləri dövlət kassalarından dolanmaqda bir-birindən

seçilməyən onlar, yenə də hökumətlərdən fərqli olaraq, parçalanmağa kökləri

dərinliklərə yerimiş bir meyil göstərirdilər. Mütəmadi olaraq «Kəndli Rusiyası»,

«Gənc Rus İttifaqı» və buna bənzər çoxları kimi yeni-yeni partiyalar yaradılırdı.

Mühacirlər ilk vaxtlar Parisdə Mühacir Parlament kimi bir şey yaratmağa

çalışdılar. Cəhd ümumi əlbəyaxa dava ilə qurtardı ki, bundan sonra da hər partiya

öz yoluna davam etdi. Bu yollar onları həmişə yenidən qarşılaşdırırdı. Mühacirətin

siyasi tarixi qisaslarla, hər növdən olan əzişdirmələr və siyasi qalmaqallarla

doludur. Mühacirlər Rusiyadan bolşeviklərə nifrətdən başqa bir-birilərinə

barışmaz nifrət də gətirmişdilər. Bu nifrət indi tədricən bənddən çıxmağa

başlayırdı.

Həmin nifrətin ilk nişanəsi İstanbuldakı səfirlikdə general Romanovskinin

irəlidə adı çəkilən qətli olmuşdu. Bunun ardınca mühacirliyin uzun illəri tarixində

bir sıra terror aktları gəldi ki, onların da ən vaciblərinin təsvirinə burda ehtiyac

duyulur. Parisdə ən kübar mühacirlərdən biri, Rusiyanın ən tanınmış liberal

siyasətçisi, Fevral İnqilabının sabiq xarici işlər naziri professor Milyukov yaşayır.

Rusiyanın bütün monarxistləri Milyukovun simasında dövlətin çökü- şünün

başlıca 3 günahkarını görür. Onun adı ən iyrənc söyüşlərlə çəkilir. Özünü yaxşılar

sırasında görən hər bir mo- narxist Milyukova ən azı Lenin və Trotski qədər nifrət

etməyi özünə borc bilir. Amma mühacirət təkcə monarxist- lərdən ibarət deyil və

3

Eser - alman dilindəki Sozialrevolutionär mürəkkəb isminin baş hərflərlə ixtisarıdır. Əsəd Bəy həmin sözü mətndə tam şəkildə işlətdiyindən biz də onu «sosial-inqilabçı» kimi çevirməyi uyğun saydıq.

Page 49: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

49

Milyukovun saysız düşmənləri ilə yanaşı saysız dostları da var ki, bunlar da onun

hər çıxışına məftunluqla əl çalırlar. Dostlarının təntənəli sədaqət andlarını qəbul

etmək üçün Milyukov hərdə n mühacirləri yoluxur.

Günlərin birində, 1922-ci ildə o bu yolla Berlinə də gəldi. Böyük ruh

yüksəkliyi ilə qarşılandı. Partiya dostları onun məruzə edəcəyi barədə elan

verdilər. Məruzə üçün filarmoniyanın böyük zalı kirayə edildi. Məruzə axşamı

həmin zala biletlər son ədədinə qədər satıldı. Siyasətçilər, jurnalistlər və orta

miqyaslı mühacirlər maraq içində Milyukovun nitqini gözləyirdilər. Milyukov

ağır-ağır kürsüyə çıxdı, ağıllı və ürəkdən danışdı və yenidən ağır-ağır aşağı endi.

Alqış lar başladı. İlk sıralardan solğunsifət iki cavan oğlan qəflətən ayağa qalxıb

tapançalarını çıxartdılar və Milyukova dalbadal bir neçə atəş açdılar. Güllə

Milyukova dəymədi, dostlarından biri vaxtında onun ayağından yapışıb yerə yıxdı.

Cavan oğlanlardan biri Milyukova yaxından atəş açmaq üçün tələsik kürsüyə

cumdu. Ahıl bir kişi ona doğru atıldı, əlbəyaxa oldular, atəş açıldı və müdafiəçi al-

qan içində yerə sərildi. Hər iki sui-qəsdçi dövrəyə alındı, tərk-silah edilib polisə

təhvil verildi. Bunlar keçmiş zabitlər Bork və Taboritski idi. Onlar Milyukovdan

qisas almaq istədiklərini bildirdilər, çünki o haçansa guya çariçaya sataşıbmış.

Amma onların sui-qəsdlərinin qurbanı Rusiyanın ən kübar, ən alicənab və eləcə də

ən yaxşı siyasətçisi idi. Çarın keçmiş saray məmuru, sonradan inqilabçıya

çevrilmiş Nabokov da qətlə yetirildi.

Milyukova edilən sui-qəsd və Nabokovun qətli mühacirətin ilk iri terror

aktları idi. Tezliklə onların ardınca digərləri gəldi. Böyük Rusiya mühacirətinin

başlanğıcından Parisdə Şvartskopf adlı xırda yəhudi saatsazı yaşayırdı. Şvartskopf

bir vaxtlar Ukraynada məskən salmışdı. O, saat təmir edir, polislərdən qorxur,

daha çox betərli qazanırdı, nəinki yetərli. İndi bu xoşbəxt çağlar çoxdan arxada

qalmışdı. Oçağdan bəzi şeylər olmuşdu. Bazar daha da kasadlaşmışdı. Günlərin

birində təmir etməyə daha saat da tapılmadı. Ukraynada getman hökmranlıq

edirdi. Sonra getman birdən yoxa çıxdı və onun yerinə başda Petlyura olmaqla

direktoriya keçdi. Bütün Ukraynada birdən-birə Petlyuranın rəhbərliyi altında

yəhudi poqromları başladı. Kiçik ukrayın-qalisi kəndlərində qətllər və talanlar

oldu. Azğınlaşmış Petlyura dəstələri xırda şəhərlərə gəlir, bütün yəhudiləri biryerə

yığıb onların boğazlarını üzürdü. Yol və küçələr qarınları yırtılmış qadın cəsədləri

ilə dolu olurdu. Küçələrdə qan su yerinə axırdı. Petlyura zəfər sərməstliyində

üzürdü. XX yüzildə bozüzlü orta əsr Ukraynada beləcə təkrarlanırdı.

Bütün bunların hamısını saatsaz Şvartskopf öz gözləri ilə görüb yaşadı.

Parisə qaçdı, xırda bir dükaa açdı, amma vətənin qan içində boğulan kəndlərini

Page 50: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

50

unuda bilmədi. Günlərin birində o, dükanının yerləşdiyi küçə ilə gedirdi. Şux

geyinmiş, hələ də zəfər əhvali-ruhiyyəli görkəmə malik bir kişi ağır-ağır və

fikirli-fikirli ona doğru addımlayırdı. Bu, Petlyura idi. Ertəsi gün saatsaz silah

dükanına gedib bir revoiver aldı. Sonra Petlyuranı güdüb onu güllələdi, Parisin tən

ortasında, günün günorta ça ğı.

Petlyuranın qətli Paris sensasionuna çevrildi. Böyük bir məhkəmə quruldu

ki, burada da Fransanın ən yaxşı vəkilləri hər iki tərəfdən döyüş meydanına

çəkildi. Hər iki tərəfdən külli miqdarda şahid peyda oldu. Amma çalsaç bir karaim

andlılar qarşısında Ukrayna poqromlarını təsvir etdikdə məhkəmənin bitişi həil

olundu. Təkzibsiz qəsdli qətlə baxmayaraq andlılar Şvartskopfu birsəslə azadlığa

buraxdılar.

Gürcüstanın xarici işlər naziri Noax Ramişvilinin də Parisdə qətlə

yetirilməsi heç də az sensasiyalı olmadı. Ra- mişvili mühacirətin ən görkəmli

antibolşevik siyasətçilərindən biri, Stalinin şəxsi düşməni və gürcü idi. Buna görə

də onun qətlini bolşeviklərin ayağına yazmaqda bundan artıq dəlil olmazdı. Amma

belə güman üçün sübutlar tapıla bilmədi. Bjr axşam Ramişvili dostlarının

müşayiötində gürcülərin iclasına gedirdi. Qaranlıq tinlərin birində qəflətən bir

qaraltı göründü. Bir neçə revolver atəşi gecən.in sakitliyini pozdu. Ramişvili

yerindəcə öldü, müşayiətçilərindən biri ağır yaralandı. Qatil gürcü Çanukvadze

idi. O, ifadə verdi ki, Ramişvilini şəxsi səbəblərdən öldürüb. Guya o, başqa

partiyanın üzvü olduğuna görə Ramişvili onu adi fəhlə kimi çalışdığı zavodda

rüsvay edibmiş. Bu deyim heç inandırıcı səslənmirdi. Həmin mısmırıqlı gürcüdən

bundan artıq heç nə qoparmaq mümkün olmadı. Ona qəti hökm oxundu. Bu

qaranlıq afyoranın arxasında hansı əlin gizləndiyini bugün də bilən yoxdur.

Ramişvili, Petlyura və Milyukov mühacir terrorunun yalnız ən qabarıq

hallarıdır. Fəlakətə uğramışları bir-birinə qarşı qoyan düşmənçiliyin sayı-hesabı

yoxdur. Qarşılıqlı nifrət güclüdür.

Söz harda köməyə gəlmirsə və, təəssüf ki, çox vaxt gəlmir də, mühacir

yumruğa, yaxud bıçağa əl atır. Belə olaylara yalnız nadir hallarda özünü çatdıran

Avropa polisi bu münasibətlərdən çətin baş çıxarır. Mühacirlər susqun olurlar,

onların siyasəti şəffaf deyil və qarşılıqlı nifrətləri anlaşılmaz və müəmmalı şəkildə

təzahür tapır. Bugünün özündə də avropalı öyrənə bilmir ki, haçansa Rusiyanın

içərilərində edilmiş hansı bəd əməl və cinayət bir gün Şp- re, yaxud Sena çayında

qəfildən öz qisasını tapacaq.

Avropa və Asiyada mühacirsiz şəhər yoxdur. Hər yanda - enli küçələrdə,

dar, qaranlıq dalanlarda və tüstülü meyxana və yığıncaqlarda mühacirin biri

Page 51: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

51

digərinin pusqusunda dura, onu rüsvay edə, dava-qalmaqal salıb əzişdirə bilər.

Düşmənini məhv etmək üçün birisi, yeri gəldi-gəlmədi, silahına əl atır, lap bu o

səbəbdən olsa dä ki, həmin düşmən hardasa uzaq bir məmləkətdə on illər öncə

onun özündən fərqli fikirdə olmuşdur.

Page 52: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

52

MÜHACİR TALELƏRİ

Heç də bütün mühacirlər siyasətçi, alver hərisi avropalıların alış-veriş

qarşıdaşları, general və terrorçu deyil. Orta mühacirlərin əksəriyyəti xaricə sadəcə

ona görə getmişdi ki, yörələrindəki insanların hamısı belə edirdi. Xaricdə onlar

mühacir qəzetlərinə abunə olurdular, dostlar əhatəsində allahsız bolşevikləri

söyürdülər və öz vətəndaşlıq borclarını bununla yerinə yetirilmiş hesab edirdilər.

Sonralar, gətirilmiş pullar sona yetəndə onlar sürücü, süfrəçi, musiqiçi, ya da

qulluqçu oldular və bu zaman özlərini, az da olsa, siiksizləş miş, yaxud dönük

taleli adamlar saymadılar. Mühacirliyin snobizmi1 hətta onu da tələb edirdi ki, əsl

mühacir ən azı bir neçə ay süfrəçi ömrünü yaşamış olsun. Fəqət heç kəs uzun

müddət bu işdə qalmaq istəmirdi. Mühacirlərin yüksəlmə cəhdləri tarixlərinin ən

gözəl fəsillərini təşkil edir. Məsələn, bir nəfər keçmiş qvardiya zabiti vardı ki, hələ

də hərdən istifadə etdiyi vizit kartının köməyi ilə dünya şöhrətli banklardan birinin

qəbul otağına qədər irəliləyə bilmişdi. Mühacir burda söyləmişdi ki, əvvəllər

Peter- burqdakı iri banklardan birinin direktoru vəzifəsini tutub. Həqiqətdə isə bu

zabitlə bank arasındakı yeganə ilişgi zabitin həmin bankdakı hesab nömrəsi idi.

Lakin bankın direktoru qonağın sözlərinə inandı. İki gün dalbadal mühacir bankda

onun üçün anla şıqsız olan bir qalaq kağızın qarşısında oturdu ki, həmin

kağızlardan da «mütəxəssis» yalnız uzun, ağır zəhmətdən sonra baş tapa bildi.

- Ən çətini ilk günlər oldu, - mühacir danışırdı, - amma imzanı hara qoymalı

olduğumu öyrənəndə hər şey yoluna düşdü. İlk səhvlərini mühacir rus banklarının

fərqli sistemi ilə izah etdi. Sonra çoxmənalı öskürməyi, «birja» sözünü ədəblə

tələffüz etməyi və müştərilərə siqaret təklif etməyi öyrəndi. Bankdakı rəhbər

vəzifəsində o, kobud səhvə yol verənə qədər qaldı.

’ Snobizm - ingiliscə "snob" (özünü zəngin, kübar göstərən savadsız adam; özünü haqlı-haqsız başqalarından üstün tutan şəxs) sözündəndir.

Həmin qvardiya zabitinin bəxti gətirməmiş həmkarlarından biri yeni, qəribə,

ancaq gəlirli bir peşə tapdı. O, toyuq alıb Paris ətrafındakı kənd yolunun qırağında

bir parça torpağı icarəyə götürdü və toyuqları burda təlimləndirməyə başladı. İki

ay ərzində mühacir toyuqlarına elə dərs keçdi ki, maşın yaxınlaşan kimi onlar

Page 53: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

53

özbaşına təkərlərin altına uçurdular. Gündə ən azı beş toyuq maşın altında qalırdı,

hər dəfə də mühacir avtomobilin yanına sıçrayıb təltifli toyu ğun taleyinə acı göz

yaşları tökür və dəyən ziyanın müqabilində külli miqdarda pul alırdı. Bundan o

özü, ailəsi və üzvü olduğu partiya dolanırdı.

Ancaq «avtomobil toyuqları» tapıntısı heç də müstəsnalıq deyil. Mühacirlər

böyük intellektdən xəbər verən və ictimai cəhətdən yol verilənlər çərçivəsindən

çıxmayan ixtira və tapıntılarla zəngindir. Tarakan cıdırı, təlimlənmiş toyuqlar,

satlığa qoyulmuş Qafqaz dağları mühacirlərin söhbətlərində çeşidli variantlarda

təzahür edirdi. Amma mühacirlərin heç də hamısının ixtiralarda bəxti gətirmirdi.

Onların çox kiçik bir hissəsi öz uğuru ilə öyünə bilərdi. Əksəriyyəti isə bütün

dünyada dağınıq və kasıbçılıq içində yaşayır və bolşeviklərin devriləcəyi günü

gözləyir.

Vətənində mühacir nə qədər yüksək mövqe tuturdusa, onun taleyi Avropada

adətən bir o qədər faciəli olurdu. Saray adamları, çar səltənətinin nazir və

knyazları öz ölkələrinin xaricində çox vaxt pis yerləşə bilirdilər. Sürücü, siyasətçi,

yaxud fırıldaqçı olmaq üçün çox qocalmış bu adamlar mühacirliyin alt qatını,

bundan aşağıya düşə bilməyən təbəqəni təşkil edirdilər. Həmin təbəqə bütün

Avropada təmsil olunub və hər yerdə eyni, kabusanə şəraitdə yaşayır.

Berlin yaxınlığındakı Teqeldə hasara alınmış ərazidə qayğısız dövrlərdə

salınmış rus qəbiristanlığı var. Qəbiristanlığa kiçik bir kilsə birləşib, yanında da

baraklar, uçmaqda olan xırda evlər yerləşir ki, burda da, çox güman ki, əvvəllər

qarovulçular yaşayırmış və cəsədlər geyindirilib tabuta qoyulurmuş. Bu

baraklarda indi keçmiş Rusiyanın eli- ti, saray xanımları, professorlar, aristokratlar

yaşayır. Onların nə ilə dolandığını bilən yoxdur, güzəranları da həyat dedikləri

şeydən xeyli aşağı dəyərləndirilə bilər. Ağsaç insanlar kiçik baraklarda, şam

işığında əyləşib onları dövrələyən kilsə həyətinə baxır və qədim sarayın şövkəti,

Peterburq paradları və keçmiş çarın gözəl çağları barədə düşünürlər. Əslində

Rusiyada nələrin baş verdiyindən onların yalnız cüzi bir hissəsi xəbərdardır.

Günlərin birində qara camaatın onların evlərinə necə hücum çəkdiyini,

yaxınlarının çekada necə güllələndiyini və yaşlaşıb iş qabiliyyətini itirərək Teqel

qəbiristanlığında məskən salmaq üçün son- ralar özlərinin sərhədi pulsuz-parasız

necə keçdiklərini yaxşı xatırlayırlar. Budur, indi burda oturub fikirləşirlər ki,

çöküşlərinə səbəb nə olmuşdur: güllələnmiş çarmı, almanlarımı, sosialistlərmi,

yoxsa yəhudilərmi. Hərdən onlara şəhərdən pal-paltar, biraz da azuqə gətirirlər,

onda da bunlar ədəb-ərkanla minnətdarlıq bildirib özgürləşmiş Rusiyada hər şeyin

əvəzini layiqincə qaytaracaqlarına söz verirlər. Ertəsi gün qəbiristanlıqda gəzişib

Page 54: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

54

kilsəyə yollanır və Moskvadakı bu və ya digər parad münasibəti ilə çarın

dediklərini bir-birilərinə söyləyirlər. Sonra əksərən keçmiş dostlarının adı ilə bağlı

qəbir yazılarını oxuyub geri, baraklarına dönürlər. Dünyada az-az adam tapılar ki,

Teqel qəbiristanlığının sakinlərindən bədbəxt olsunlar. Bununla belə, həmin

qəzaya uğramışlar da yaşamaq istəyirlər. Yaşamağa isə çörəkdən başqa həm də

şadyanalıq lazımdır. Adamın canına-ciyərinə od salan bu insanlar da ildə bir-iki

dəfə bal təşkil edirlər. Bu da kabuslar balı olur. Barakların künc-bucaqlarından

onlar işıqlı, iri otağa axışırlar. Rusiyanın ən yaxşı adları burda toplaşır. Ciddi

mərasim və ən yaxşı adətlər hökm sürür. Ağbirçək qrafinyalar cındırlaşmış

knyazlarla menuet rəqsini oynayırlar. İnsanlar bir-birini «Zati- Nurunuz» və

«Əlahəzrət»!ə dindirir, keçmiş saraydakı kimi dərindən təzim edir və unudurlar ki,

özləri, olsa-olsa, köhnə çağın kabuslarıdır.

Bal dan yeri sökülənə qədər davam edir və baron filankəs qrafinya filankəsə

çarın Moskvada təntənəli yürüşü zamanı dinclik və qayda-qanunun qeydinə necə

qaldığından danışanda hamı gözləyir ki, qapı qəflətən açılacaq, Zati-Aliləri çar

cındırlaşmış knyazı qubernator təyin etmək və ağbirçək qrafinyaya saray xanımı

titulunu vermək üçün bütün əzəməti ilə, şirin-şirin gülümsəyərək zala daxil olacaq.

Ertəsi gün isə çar yenidən yoxa çıxır. Y enidən qəbiristanlıq hasarı boyunca

gəzişirlər və düşünürlər ki, bugünün özündə də Peterburqun Qış Sarayında böyük

qonaqlığa dəvət olunmaq üçün adama əslində çox şey gərək deyilmiş.

Avropanın iri şəhərlərinin küçələrində hansısa qüssəli işlərlə məşğul olan:

qəzet və siqaret satan, satışa kukla təklif edən və, inqilab olmasaydı, bu arada

hansı ordenlə təltif oluna biləcəklərini arada kirmişcə götür-qoy edən mühacirlərin

halı isə bir az yaxşıdır.

Tale mühacirlərin üzünə çox az-az gülür. Bununla belə, heyrətamiz,

bənzərsiz xoşbəxtlik anları da olur. Bu halda həmin anları bütün mühacirət

sevinclə qarşılayır. Məsələn, bir neçə il qabaq Parisdə Popova adlı gənc bir

mühacir yaşayırdı. Gözəl və kasıb idi, bankir qızı idi, rus meyxanalarının birində

süfrəçi vəzifəsində çalışırdı. Günlərin birində o, buğdayı dərili bir qonağa qəhvə

gətirərkən ayağı kətilə ilişib büdrədi, qəhvəni qonağın üstünə töküb onun qucağına

yıxıldı. Qonur dərili cənab sıçrayıb qalxdı, qəhvəni köstü- mündən silib qızdan

tam ciddiliyi ilə soruşdu ki, onun arvadı olmaq istərdimi. Qızın çaşıb-qalmasını

söyləmək çə tindir, o, «yox» dedi və qaçıb ordan uzaqla şdı. Ertəsi gün meyxanaya

üç kübar şərqli gəlib qızı başa saldılar ki, ağa- lari mahacara onları elçi göndərib.

Bundan sonra qız daha «yox» demədi, hansısa dini qəbul edib mahacaraya ərə

getdi və bugün onunla Hindistanın mərmər saraylarının birində yaşayır, fillərin,

Page 55: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

55

qulluqçuların və cənnət quşlarının arasında. Qadın hərdənbir meyxanaya açaqlar

göndərir. Qadının keçmiş işdaşları bu vaxt xeyli susqunlaşırlar.

Günlərin birində okean gəmisinin qazanxanasında Rusiyadan qaçmış gənc

qafqazlı qız isə özünə daha parlaq bir karyera düzəltdi. Gəmi yolüstü müxtəlif

limanlarda dayanır, nisbətən komfortla yol gedən sərnişinləri göyərtəyə götürürdü.

Sərnişinlərin içində digər sərnişinlərin xüsusi hörmət bəslədiyi yaşlı bir cənab

vardı. Cənab gəmidə gəzişir, maraqla qazanxanaya baxırdı və cır-cındır içindəki

qafqazlı qız qəflətən onun gözünə sataşdı. İki gündən sonra qıza öz soyadını təklif

etdi və qız bu soyadını yalnız o şərtlə götürməyi bildirdi ki, həmin soyadı daim

bolşevik düşmənlərinin sırasında olsun. Kişinin tam adı Henri De- terdinq idi.

Onun adı, təbii ki, bolşevik düşmənlərinin ön sırasında dayanır. Heç kim də bilmir

ki, həmin neft kralının bolşeviklərə qarşı mübarizəsi sonrakı ledi Deterdinqlə olan

həmin görüşə bağlıdır.

Rus qadınları mühacirətdə kişilərə nisbətən daha asan və daha yaxşı karyera

qurmuşlar. Amma kişilərin də parlaqlığına görə çox şey vəd etməyən karyeraları

var. Ən nadir karyeranı İrandakı keçmiş rus baş konsulunun Belucis- tandakı

çılğın tayfalardan birinə sığınmış və orda illaha çevrilmiş oğlu etdi. O, qədim

qəsrlərin birində yaşayır, ilahi şərafətdən feyziyab olub heç də təəssüflənmir ki,

qoca Rusiyaya arxa çevirmişdir.

Ekzotik ölkələrin hökumətləri qaçqın ruslarla zənginləşmişdir. Bir nəfər

qafqazlı Cənubi Amerikada baş qərargaha rəhbərlik edir, bir nəfər kazak

Əbdülkərimin ordusuna başçılıq edir, bir nəfər rus İranda nəqliyyat naziri olmuşdu

və, demək olar, Çin generalının hər biri mülki və hərbi işlər üçün rus mühacirindən

müşavir kimi istifadə edir. Fəqət bunların hamısı keçmiş Rusiyada da önəmli rol

oynamamış keçmişdən məhrum mühacirlərdir. Keçmiş imperiyanın rəhbərlərinin

axırı nə oldu? Rasputinin qatili Yusupo- vun, inqilabçı Kerenskinin, liberal

Milyukovun və kübar Dolqorukinin?

Yusupov Parisdə yaşayır. Qızıl qol saatı gəzdirən doq cinsindən bir iti,

həmin doqu və qızıl saatı saxlamağa şərait yaradan moda salonu var. Salon

solğunlaşmayan Ras- putin qatili tərəfindən şux geyindirilmələrini istəyən

amerikan qadınları ilə dolu olur.

Fevral inqilabının qəhrəmanı Kerenski də Parisdə yaşayır. Milyukov kimi o

da burda qəzet buraxır və and-aman edir ki, baş-ayaq durumların çulğaşığı onu

qadın tumanında qaçmağa məcbur etməsəydi, hər şey başqa cür alınardı.

Vətəndaş müharibəsinin qəhrəmanı Denikin də xaricdə yaşayır. Belçikada

qalın cildli memuarlar yazır və bir neçə Avropa ordenlərinin cəngavəri kimi

Page 56: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

56

kəsmət alır. O, çox güman ki, bu cür xoşbəxtliyin nəsib olduğu yeganə rus

generalıdır.

Knyaz Pavel Dolqorukiy bir neçə il xaricdə yaşadı ta o günə qədər ki, axırda

vətən həsrətinə dözə bilməyib Rusiyaya qayıtdı və bolşeviklər tərəfindən

güllələndi. Ukraynanın getmanı Pavlo Skoropadski Berlin ətrafındakı Vanzee- də

yaşayır. Burada o, iki reproduktorlu bir villa sahibidir ki, həmin reproduktorların

biri Kiyevə, digəri isə Xarkova səmtlənmişdir. Gündüzlər getman yazı masasının

arxasında əyləşib qəzet oxuyur. Sonra yenidən vətənin radio xəbərlərinə qulaq

asıb onları şərh edir. Plərdən özünün dünya üzünə səpələnmiş təəssübkeşlərini

qəbul edir və müəyyən aralarla manifestlər verir ki, həmin manifestlərdə də

tezliklə Ukrayna taxt-tacına qayıdacağını bəyan edir.

Mühacirlərin taleləri rəngbərəng, macəraları isə nağıl- varidir.

Generallar, knyazlar və kəndlilər, xaricə qaçanların hamısı mühacirliyin dəmir

qanunlarına tabedir ki, həmin qanunlar da hər kəsin həyatını tez-tez fəci sonluqla

bitən qəribə macəraya çevirir. Bu macəralardan bir neçəsinin təsvirinə ehtiyac

duyulur.

Page 57: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

57

ÇİN UĞRUNDA DÖYÜŞ

Mühacirlərin əsas axını Avropaya oldu. Bu axının bir qolu isə öz mənsəbini

Böyük Kurun ^o üzündə, «Aralıq Məmləkətində» Mapdı. Mühacirlər bütün şimali

Çin boyu səpələnib qismən Çin şəhərlərinin bütöv-bütöv rayonlarında

məskunlaşdılar və bəyaz insanı bütün Çin hökumətlərinin gözündən saldılar. Çinə

həmçinin bir neçə generalın rəhbərliyi ilə rus ordusunun qalıqları gəldi. Fəqət Çin

Qalli- poli deyildi, burda nə müttəfiqlər ordusu, nə də müttəfiqlərin özləri vardı.

Ruslar nə tərk-silah edildi, nə də qayğılarına qalan tapıldı. Onlar başlarının

çarəsini özləri qılmalıydı- lar və Rusiyadan əlisilahlı axışıb gəldiklərinə görə ən

doğma və sadə yola əl atdılar - Çin generallarının muzdurlarına çevrildilər. Çində

vətəndaş müharibəsi gedirdi. Özünü kommunist kimi göstərən bir general özünü

xristian sayan bir başqa generala qarşı vuruşurdu. Bu hal rusların ürəyincə oldu.

Qırmızı düşməni özünün Çin qiyafəsində təqib etmək üçün onlar isəvi generalın

tərəfində döyüşməyi qərara aldı. Kommunist generalların tərəfində sovet zabitləri

döyüş düyündən Çin vətəndaş müharibəsi haçansa Sibir və Şərqi Sibir steplərində

gedən döyüşlərdən heç nəyi ilə seçilmirdi. Zira vətəndaş müharibəsi zamanı

Rusiyada da hər iki tərəfdə Çin batalyonları vuruşurdu. İndi isə rus batalyonları

Çində döyüşürdü. Hərbi cəhətdən yüksək təlim görmüş dəstələrin axını sarı

generallar üçün göydəndüşmə idi. Çin milli dəstələri pula görə vuruşurdu və

imkan düşən kimi qaçıb aradan çıxırdı, rus muzdurları isə əqidə uğrun- da

döyüşürdülər və hətta pul almadıqda da qaçmırdılar. Haraya qaçmalıydılar ki?

Mübarizə tezliklə qorxunc forma kəsb etdi. Çin steplə- rində, nəhəng Çin

dəmiryolu şəbəkəsində ruslar bir-birinə hücüm etdilər, öldürdülər, qarət və

zorlamalarla məşğul oldular. Onlar Çin generallarına hərbi salam verib Çin

xəbərlərini çatdırır və gizlində təəssüflənirdilər ki, döyüş ərazisində Çin yəhudiləri

yoxdur. Rus ştabları tərəfindən əhatə olunmuş çapqınçı Çin generalları

avropalaşmadı, əksinə, ağ ruslar sarı çalar kəsb 4 5

etdilər. Döyüşlərdə Avropa

hərbi texnikası ilə çülğalaşaraq böyük xarüqələr yaradan Çin metodlarından

istifadə edildi.

Antikommunist çinlilər çətinliyə düşəndə isə özlərinin ağ müttəfiqlərini

kommunistlərə satmaqda bir an belə tərəddüd etmirdilər. Çin generalı öz dəstələri

Çin Səddi nəzərdə tutulur. 5 «Aralıq Məmləkəti» - alman mənbələrində Çinə verilmiş «Das Land der Mitte»

obrazlı söz birləşməsinin kalkasıdır. Bu ölkəyə həm də «Das Reich der Mitte» (Aralıq Səltənəti) deyilir.

Page 58: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

58

ilə açıq dəhliz alırdı və bixəbər rusları imkanca səssiz-küysüz tərk edirdi. Sonra

Çin kommunistləri gəlib bu yolla alınmış rusların, təbii ki, çinsayağı axırına

çıxırdı. Amma bu, sağ qalan ruslara qılınclarının xidmətini bundan sonra da Çin

generallarına təklif etməyə heç cür mane olmurdu. Rus kazak və zabitlərinin

cəsədləri Çinin yollarına örtük çəkmişdi. Eybəcər hala salınmış şəkildə

uzanmışdılar orda, kəsilib götürülmüş burun və qulaqlarla, çıxarılmış gözlərlə -

«Ağ əməlin» son qurbanları kimi.

Rus kazakları bugünün özündə də öz atamanlarının rəhbərliyi altında

Mancuriyada döyüşür. Bugün onların sifarişçiləri yaponlar və çinlilərdir.

Düşmənləri isə həmişəki kimi yenə də qırmızı Moskvadır, onları Don steplərindən

qovub çıxarmış Moskva.

Bu yapon və çinlilərə muzdurluq edənlərin ən fanatikləri də üsyankar

çinliləri əzməklə Rusiyanı bolşeviklərdən xilas edəcəklərinə ümidlərini kəsmişdi.

Onların xülyası, idealı və həsrəti tamam başqa şeydir.

Hardasa Mancuriyada, Böyük Kurun sınırlarında, yaxud monqol çöllərində

mühacirlər dövləti yaradılmalıydı. Ağ rusların səltənəti, qırmızı Rusiya ilə Asiya

arasında bufer dövləti. Bu dövlət hələ qurulmayıb, amma günlərin birində o burda

peyda olsaydı, Ağ Rusiya ayağı altında yenidən dayaq hiss edərdi. O zaman həmin

dövlətin şəhərlərində qızıl günbəzli kilsələr ucaldılardı, hər kilsənin qarşısında ağ

generallardan birinə heykəl qoyulardı, hər heykəlin qarşısında səliqə və sahmanı

qorumalı olan on polis dayanardı. «Yoldaş» sözünü dilinə gətirən kəs yerindəcə

güllələnərdi. Ümumişlək dil kimi kilsə slavyancası tətbiq olunardı, 'keçmiş polis

vaxtmisterləri universitetdə «küçədə kütləvi toplanışın dağıdılması» mövzusunda

mühazirələr oxuyardı. Bu dövlətdə vəzifələrə yalnız zabitlər təyin edilərdi. Çar

qartalı hər evin başı üstündə ucalardı, camaat bolşeviklərə nifrət bəsləməyə heç

vaxt ara verməzdi. Tam uzaq bir umud hələ də yaşayır: Günlərin birində böyük çar

knyazlarından biri yaradılmış səitənəti bütün dövlət kapellalarının və kilsə

xorlarının sədaları altında dünyanın ən müti xalqından qəbul etmək üçün peyda

olacaq. Və

Mancuriyada hələ də rus qanı tökülür. Uçuruma yuvarlanmış ağ ruslar yad

bayraqlar altında yad əməl üçün vuruşurlar. Bu zaman onlar yad ştabın qapıları

ağzında keşik çəkəndə, Çin dilində danışıb sarımtıl xalq üçün döyüşməli olanda

təsəllilərini bufer dövləti ideyasında, cəsur ağ generalda və uzaqlardakı böyük

knyazda tapırlar.

Zabitlərdən, kazaklardan və generallardan başqa, Çinə həmçinin sadə ruslar

da, Çinə qonşu əyalətlərdə məskunlaşmış burjuaziya da gəlmişdi. Onlar savaşa

Page 59: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

59

yararlı, hansı tərəfdənsə qorquya malik deyillər. Çinlilərin mərhəmətinin və

mərhəmətsizliyinin ağuşuna atılmışlar və çinlinin bəyaz yabançıya bəslədiyi

qədim nifrətin hamısı rusların kürəyində cəzasız-filansız oynaya bilər.

Onillərdən bəri bəyaz insan Uzaq Şərqdə yarıtanrı rolunu oynamışdı. O, hər

işdə ağıllı sayılırdı, heç bir çinlinin ona toxunmağa haqqı yox idi, Çin

qanunlarının, məhkəmələrinin və əmrlərinin onun üçün keçərliliyi yox idi. O,

sınır- dışı idi. Belə bir mövqe haçansa rusun da canına hopmuşdu. İndi birdən-birə

Qərbdən sarışın avropalılar gəldilər ki, onlar da heç kəs tərəfindən qorunmurdu,

ciblərində bir rubl belə yox idi və onlara qarşı hər Çin polisi qəflətən çox güclü

çıxmışdı. Əgər Çin polisi bu gücdən istifadə etməmiş olsaydı, bunun özü bir

möcüzə sayılardı.

Şimali Çin şəhərlərində ruslar acınacaqlı həyat sürürlər. Qəzetləri Çin

senzurasından keçir. Tramvaylarda, idarələrdə və polis məntəqələrində Çin

məmurları tərəfindən insafsızcasına döyülürlər. Tutulurlar və Çin həbsxanalarına

göndərilmələrini xüsusi mərhəmət nişanəsi kimi qəbul etməli olurlar.

Qandalda kamerada Çin oğru-qatili ilə bir yerdə otururlar və hər şeyi udmalı

olurlar. Əks təqdirdə qarşılarında Sovet Rusiyasına göndərilmək təhlükəsi dayanır

ki, burada da onları çekanın zirzəmiləri gözləyir. Bu isə onlara Çin

dustaqxanalarının bütün hücrələrindən və oğru-qatillərindən pis gəlir. Mühacirləri

Sovet Rusiyasına göndərmək hədəsi daimidir. Çinlilər və sovetlər Çin üçün

önəmli siyasi saqqa^_sayılan mühacirlər uğrunda barışmaz mübarizə aparırlar.

Mühacirlər üçün ölkədən çıxarılmağa qarşı yeganə tədbir Çin vətəndaşlığının

qəbul edilməsidir. Bu 6 səbəbdən də minlərlə rus Çində avropalının könüllü çinli

olmasını başa düşə bilməyən digər avropalıların hamısında heyrət oyadaraq Çin

pasportu və Çin adı ilə dolaşır.

Jurnalistlər, vəkillər və oxşar kateqoriyadan olan digərləri mühacir kimi öz

peşələrini Çində, təbii ki, davam etdirə bilmirlər. Çin münasibətlərindən baş

çıxarmağı da düz- əməlli bacarmırlar. Onlar Çinin insan okeanında yaşayır,

oxucusu olmayan qəzet və kitablar buraxır, dinləyicisi olmayan məruzələr təş kil

edir və boş vaxtlarında Çin şəhərlərinin küçələrində səfıllik edir.

Onların məşğuliyyəti dəhşətlidir. Çində ruslar var ki, Çin hamballarının

köməkçiləri, yəni ikinci sortdan olan hamballardır. Yük daşıyanlar, rikşa

6 Bu söz dilimizə rus dilindən alınmış «козырь» sözünün yerində işlənir. «Saqqa»

sözü «aşıq oyunu»ndan götürülərək canlı danışıq dilimizdə məna tutumuna görə bütün məqamlarda «kozır» sözünü əvəz etmək imkanına malikdir.

Page 60: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

60

hambalları, dilənçi və opium qaçaqmalçıları Çin mühacirlərinin ən aşağı peşə

dərəcələridir. Kim çox şey əldə etmək istəyirsə, Çin və yapon qullu ğuna girir,

mirzə, dilmanc, ya da xırda məmur olur. Savaş həvəskarları isə, əksinə, dəstələrdə

birləşir, sovet sərhədlərinə hücum çəkir və Ağ Rusiyanın son cəngavərləri kimi

yenə də şaşqın və ümidsiz halda sovetlərə qarşı mübarizə aparır.

Mühacirlərin sayı günü-gündən artır. Sərhəd üzərindən eşidilməmiş sayda

yeni qaçqınlar gəlir. Bütöv-bütöv rus kəndləri Çinə keçmişdir. Bolşeviklər onları

çox vaxt sərhədi keçənə qədər, hətta Çinin içərilərinə qədər izləyirlər. Belə

hallarda döyüşlər baş verir ki, çinlilər də burda qəti iştirak etmir. Çin torpağında ağ

və qırmızı ruslar qıyıqgöz generalların heyranlığına və bu cür hadisələrə nəzərən

ağ irqin şərəfini necə xilas etməyin yolunu daha bilməyən avropalıların heyrətinə

bir-birilərini didib-parçalayır.

Page 61: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

61

TEYMURLƏNGIN SON VARİSİ

Topal fateh öz əməlləri ilə dünyam lərzəyə salandan bu yana beş əsr

keçmişdir. Beşyüz ildir ki, Şərqin bazar və məsud saraylarında dünyanın böyük

fatehinin şöhrəti aşıqların dilindən düşmür. Onun əməlləri bugün əfsanəyə

çevrilmiş, solğunlaşmışdır. İnsan cəsədlərindən yapdırdığı qəsrlər dağılmış,

saraylarını isə səhra qumu yer üzündən silmişdir. Yalnız paytaxtı Səmərqənddə bu

qaşqabaqlı cahan hökmdarının zamanından son əzəmətli nişanə baş qaldırır. Bu,

məş hur Qur Əmirdir, Teymurləngin mavzoleyi. Dünyanın topal fatehi özündən

sonra iki şey qoyub getdi: Mavzoleyini və sülaləsini.

Hələ ölümündən xeyli qabaq Teymur nəhəng, bununla belə incə süsən

şəklində tikilmiş mavzoleyinin tikintisinə başladı. Türkislə7

örtülmüş günbəzin

dik pillələri Teymurun yersəl nəşini qoruyan yeraltı otağa aparır. Qəbrin sinə daşı

dünyanın ən böyük malaxiti sayılır. O, Səmərqəndə Çindən gətirilib və

eninə-uzununa görə təxminən bilyard boydadır. Otağın divarlarını incə yazılar

bəzəyir və Teymurləngin əməllərindən xəbər verir. «Burda yatan mənəm, topal

dünya fatehi, Buxaranı, Ərəbistanı, Hindistanı, İranı, Rusiyanı və Çini zəbt etdim,

bəşəriyyət qarşımda titim-titim titrəyir». Başqa bir yazıda isə deyilir: «Səhradakı

qum dənələrinin sayından çox adam öldürmüşəm, qoy Allah mənə rəhm eləsin».

Bu yazıları Teymurləng ölümündən qabaq özü tərtib edib. Amma sonuncu yazını

onun saleh xələfi divara həkk etdirmədi, bu ona çox asi göründü: «Həyatın bütün

nəşələrini daddım, ən böyük nəşə isə düşmənin gözündə göz yaşlarını görməkdir.

Bu, Allahın qüdrətindən də şirindir».

Dünya imperiyasının banisinin və güclü sülalənin bütün cah-cəlalı,

şan-şöhrəti və qüdrəti bu mavzoleydə təmsil olunub. O, Türküstan və Hindistanın

bütün hökmdarlarına, əmirzadə və despotlarına xatirə kimi qədim Səmərqənd

şəhərinin ortasında yerləş ir.

Teymurləngin sal eh oğlu da atasının yanında torpağa tapşırılıb. Atasının

şöhrəti kölgəsində onun həyatı sakit və gözəçarpmaz keçmişdi. Onun qəbir daşı da

sadə və gözə- çarpmazdır.

Mavzoleyin xırda pəncərələrindən Teymurun bayraqları asılıb: üstündə at

quyruğu olan ağac payalar. At quyruqlarında xoş ruhlar məskən salır. At quyruğu

7 Türkis - açıq yaşımtıl-mavi rəngli şəffaf daş-qaş.

Page 62: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

62

yeganə şey idi ki, Teymur zikr anlarında onun qarşısında diz çökürdü. Bugün

səhra küləyi həmin bayraqları dalğalandırır: at quyruqları qaş-qabaqlı hökmdarın

məzarı üstündə ağır-ağır yellənir.

Gözəl məzar abidəsindən başqa, topal döyüşçü özündən sonrakı dünyaya

digər canlı bir xatirə də qoyub-getmişdir: teymurlar sülaləsini, imperiya dağılanda

qərbdə, şərqdə, cənub və şimalda öz padşahlıq səltənətlərini quran, bir-birinin

qanına susayaraq torpaqlar ı bir-birinin ardınca yad iqtidarlara verən və gözəl

şəhər Səmərqəndi, şöhrət beşiyini həsrətlə xatırlayan saysız qıyıqgöz əmirza-

dələri.

Teymurilərin hökmranlıq etdiyi şəhərlər saysız-hesabsızdır, onların

apardıqları hərbi yürüşlərin və döyüşlərin də sayı bilinmir. Onların heç biri

önəmdə özünü ulu ataya tay tuta bilmədi, topal döyüşçü ilə onun qıyıqgöz

nəvə-nəticələri arasındakı fərq çox böyük idi. Bu nəcib soy səhra döyüşlərində

əriyib-getdi, əraziləri bir-birinin ardınca itirdi və son olaraq zəiflədi. Avropa

böyük ağ çarın simasında Türküstanın qapılarını döyəndə Teymurləngin

varislərinin vur- tut bircə məmləkəti qalmışdı ki, onun da əzəmətli adı anlamı ilə

heç cür uzlaşmırdı - Buxara Əmirliyi.

Buxara! Şərqin şairləri, dərvişləri və müğənniləri üçün bu ad ən şirin

melodiya idi. Bir vaxtlar Şərqin bütün ülə

Page 63: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

63

maları əmirin taxt-tacına, Buxaraya doğru axışırdı. Özünün qızıl taxtında

oturaraq əmir özünü onun mərkəzi saydığı dünyanın sədaqət andını qəbul edirdi.

İndi həmin çağlar çoxdan ötüb-getmişdi. Əmirin sarayının və səltənətinin başı

üstündə əsrlərdən bəri yad ağalığın miskin kölgəsi dalğalanırdı.

Ağ çar Türküstanı zəbt etdi, onun generallar ı hər gün əmirə ölkənin idarəsi

və rus təsirinin təmin olunması üçün müdrik məsləhətlər verirdi. Əmir bu

məsləhətləri key-key dinləyirdi, amma onları qeydsiz-şərtsiz yerinə yetirirdi, çara

dostluq münasibəti bəslədiyindən və digər ali diplomatik səbəblərdən ki, onlardan

da Teymurləngin son varisinin nüfuzuna xələl gətirmədən burda söz açmaq

mümkünsüz olardı. Bunun, yəni çarın arzularının qeydsiz-şərtsiz, key-key yerinə

yetirilməsinin müqabilində əmir rus üsuli-idarəsinin aşkar mərhəmətindən

yarınırdı. Onun bir çox haqları vardı, təbəələrini istəyincə edan etdirə, saraylar

tikdirə, borca girə və hərəmxana saxlaya bilərdi.

Onun sarayı zövqsüz bəzədilmiş yüz otaqdan ibarət idi ki, onların da bir

yarısına asiyasayağı, digər yarısına isə avropasayağı mebel düzülmüşdü.

Avropasayağı otaqlarda əmir elçiləri və ona borc verən maliyyəçiləri qəbul edirdi.

Asiyasayağı xanələrdə qızıl taxt qoyulmuşdu. Əlahəzrətin saysız arvadları da orda

yaşayırdı. Qadınlarıp adını yalnız çox az mütəxəssislər (onlara xacə də deyirlər)

bilirdi. Ümumilikdə onları sıra nömrəsi ilə çağırırdılar, məsələn, «əmirin yeddinci

eşqi», yaxud onuncu, ya da onsəkkizinci. Əmirin onaltıncı eşqi alman idi, burdan

da belə nəticə çıxırdı ki, Avropa öz yürüşünü Buxarada da bayram etmişdi.

Əmirin əzici hökumət orqanları yox idi və elə bu da onun nəhsi oldu. Ağ

çarın ulduzu rus steplərində sönəndə, rus müşaviri aradan çıxanda və saraydakı rus

ordenləri dəbdən düşəndə əmirin olan-qalanı yalnız Teymurləng zamanından ona

miras qalmış dövlət müdrikliyi oldu ki, bu da XX əsrdə hətta Buxarada da öz

qədimi formasında yetərli sayılmadı.

inqilabın ilk ayları əmir üçün əvvəlcə heç də əndişəli deyildi. Rus hərbi

dəstələri və müşavirləri əkilib aradan çıxmış olsalar da, əmir torpaqlarının böyük

bir hissəsi quldurlar tərəfindən zəbt edilsə də, quldurları ram etmək üçün qədim

dövlət üsulları hələlik yetərli idi. Hərəmxanasının xatunlarını əmir tələm-tələsik

quldurlara ərə verdi, həmin quldurlara əmirzadə titulu bağışladı və indən belə

həmin yeni aristokratiyanın gücünə bel bağlaya, qayğısız ömür sürməyə ümid edə

bilərdi.

Fəqət əfsuslarla bəlli oldu ki, quldurlar əmir üçün yeganə təhlükə deyillər.

Türküstanın sarı, qumlu səhralarında yeni Rusiyaya söykənən qırmızı Türküstan

yarandı. Müəmmalı şəkildə başları vaxtında üzülməmiş bir neçə bu- xaralı, əmiri

Page 64: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

64

ağqvardiyaçı bandit və qaniçən elan etdi. Bundan dərhal sonra rus qoşunları

Buxaranın sınırlarında peyda oldu.

Teymurləng soyunun Buxara üzərindəki ağalığı bununla sona çatdı.

Ağqvardiyaçı bandit Əfqanıstana qaçdı, tamam başsız, yalnız bir neçə əyanın

müşayiətində: orda Buxaranın «Ağ Rusiyası» gəlişdi. Əmir ağ rus generalı idi,

onun ətrafında tezliklə keçmiş zabitlər, ağqvardiyaçı buxa- ralılar, quldurlar və hər

çeşiddən olan avantüristlər toplaşdı. Ağ Rusiya Buxaraya «basmaçı hərəkatı»

adını gətirdi, amma hadisələrin gedişində Sibirdəki, Kubandakı, yaxud Dondakı

Ağ Rusiyadan heç nə ilə fərqlənmədi. Buxaradakı bu Ağ Ordunun müəyyən

müddətə rəhbəri haçansa türk qoşunlarına başçılıq etmiş Ənvər Paşa oldu. Döyüş

təcrübəsinə malik həmin sərkərdə basmaçı ordusuna hərbi dəyər gətirdi. Fəqət

basmaçılar da son olaraq bütün ağ ruslar kimi eyni sonluğu tapdı. Ənvər Paşa

həlak oldu, bolşeviklər qalib gəldi, yüz min buxaralı var-dövlətini götürüb

Əfqanıstanın eyni qumlu çöllərinə köç etmək üçün Buxaranın qumlu çöllərini tərk

etdi. Qaçqın əmirin ətrafında qaçqın bir xalq toplaşdı ki, o da bugün geriyə dönüb

onillik müha- cirliyə nəzər sala bilər.

Əfqanıstanın şimalında köhnə məscidləri, uçuq sarayları və viranə

xarabalıqları ilə uzaq keçmişdən xəbər verən qədim şərq şəhəri Herat əmirin

iqamətgahına çevrildi. Mehriban və səmimi Əmənulla qaçqın həmkarını qəbul

edib siyasi sığınacaqdan başqa ona əslində ingilis hökumətinin ödədiyi illik

kəsmət də verdi. Bununla da Teymur- ləng varisinin maddi rifahı yoluna qoyuldu.

Saray dövlətinin və dolanışığın digər sevinclərinin qeydinə əmirlə birlikdə

köçüb-gəlmiş təbəələr qalırdı. Buxara cənubunun sakinləri əmirə itaət göstərməyə

vərdiş etmiş köçərilərdən ibarətdir. Böyük qırmızı qələbələrin sədası onların

səhralarında yayılanda bu insanlar öz ağalarının ardınca getməyi qərara aldı və

Əfqanıstana köç etdi, lakin onlar buraya əfqan hökmdarın təbəələri kimi yox, öz

əmirlərinin nökərləri kimi gəldi. Bu yolla Əfqanıstanda dövlət içində dövlət

yarandı. Əfqanıstan üçün bu qeyri-adi bir şey olmadı, çünki bütün ölkə dövlət

içində dövlətlərdən ibarətdir.

Əmirin dəbdəbəli çadırı bugün Heratda, səhranın tam ortasında qurulub.

Çadırın ətrafında Buxaranın saray əyanlarının, kübarlarının, qaçaqların və hər

çeşiddən olan digər mühacirlərin nəhəng düşərgəsi baş alıb gedir. Burada əmirin

özündən başqa, onun «böyük igid» titulu verdiyi və indi mühacir dəstələrinə

başçılıq edən Xivəli Canait Xan kəsərli söz sahibidir. Öz köçəriləri ilə o, Buxara

kommunistlərinin düşərgəsinə hücum çəkir, talayıb qətllər edir, pul, qoyun sürüsü

və qızları ələ keçirib uğurlu yürüşdən sonra hökmdarın sarayına dönür ki, burada

Page 65: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

65

da əldə edilmiş var-dövlət sadiq mühacirlər arasında bərabər bölünür. Az qala hər

gün Buxaraya bir basqın yapılır. Əmir çalışır ki, unudulmasın: onun döyüşçüləri

ölkəni viranə qoyur, müraciətlər göndərir, əllərinə düşən hər şeyi

götürüb-aparmağı əmr edir. Sovetlər də onlardan geri qalmır. Buxaranın yarısı

bugün xarabalıq içindədir. Buxara Ağ Rusiyasının savaşı səngimək bilmir və,

Heratda deyildiyi kimi, Teymur- ləngin xələfi yenidən Buxaranın qızıl taxtına

çıxana qədər heç səngiməyəcək də.

Rusiyadakı xırda savaş hər halda əmirin surlu fəaliyyətinin yalnız bir hissəsi

deməkdir. Öz sarayı, saysız əmirza- dələri, aristokratlar və generallar tərəfindən

əhatə olunaraq əmir Buxara mühacirlərinin siyasətini yeridir, şərq dövlətlərinə,

İran şahına, Əfqanıstan padşahına elçiliklər göndərir, onlara qızıl dağlar vəd edir

və Türküstanın özü kimi qovqun bəylərinin hamısı ilə gizli danışıqlar aparır.

Həmin gizli görüşlər artıq böyük bir hadisəyə gətirib-çıxartdı: Xivənin

keçmiş xanı, eləcə də özbəklərin keçmiş əmirzadəsi öz keçmiş ərazilərini

Buxaranın keçmiş əmirinə güzəştə getdilər və bununla əmirin mərhəməti

sayəsində ömürlük kəsmətçi oldular. Torpaqları haçansa qırmızı iqtidardan

təmizlənərsə, əmir Avropa boyda əraziyə malik olacaq. Yeni torpaqları ələ

keçirəndən sonra o, keçmiş təbəələrinə müraciətlə aşağıdakı məzmunda bir

manifest buraxdı: «Həzrəti Mən - əzəmətli Seyid Bahadır oğlu və böyük qüdrət

sahibi, İsıkkul və Balxa ş arasındakı bütün torpaqların hökmdarı - bununla

hamının nəzərinə çatdırırlar ki, sadiqlərimiz sevinsinlər və düşmənlərimizin

orduları lərzəyə gəlsin: Biz müharibə elan edirik. Torpaqlarımızı tutmuş allahsız

düşmənlər gərək darmadağın edilsin. Biz sadiqlərimizə, Xivəli möhtərəm Canait

Xana və özbəklərin əmirzadəsi şanlı igid İbrahim Bəyə qoşunlarımızı düşmən-

lərimizə qarşı' yeritməyi, onları məhv edib torpaqlarımızı azad etməyi əmr

etmişik. Sonra bu torpaqları biz atalarımızın üsuli-idarəsi ilə xalqlarımızın rifahı

naminə yenidən idarə edərik. Biz özümüz isə indi iqamətgahımız olan Herat

şəhərindən bütün ölkə və şəhərlərin hökmdarlarından sıcaq dualarla haqq işimizə

yardım diləyirik».

Göründüyü kimi, acıqlı hədələr və əzəmətli titullar Şərqdə hələ də sevilir.

Amma əmir bir şeyi bilmək üçün yetərincə ağıllıdır ki, dünyanın taleyi bugün

özbəklərin şanlı əmirzadəsi ilə danışıqlar və Buxara göllərindəki müharibə yolu ilə

həll edilmir. Bunları dərk edərək əmir indi öz mərhəmət gözlərini Avropaya

tuşlamışdı. Busayaq umudlar onu aşkarca aldatmamışdı. Zira lap yaxın keçmişdə

Əlahəzrətləri manifest verib bildirmişdi ki, imansızlar iki sinfə bölünür, onun

iddialarını dəstəkləyənlərə və onlara qarşı düşmən mövqeyində duranlara.

Page 66: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

66

Birincilərə onun təbəələrinin hər biri mərhəmət, ikincilərə isə nifrət bəsləməlidir.

Əmir Avropada sensasion məhkəmə prosesini.n qəhrəmanına çevrilmə k

təkəbbürünü də əldən qaçırmadı. Qarət edilmiş varidatına və qətlə yetirilmiş

əmirzadələrə görə sovet hökumətinə təzminat iddiası qaldırdı. Qarət edilmiş

var-dövlətin dəyəri həddən artıq yüksək və qətlə yetirilmiş əmirzadələrin həyatını

geri qaytarmaq mümkün olmadığından qalib gələcəyi təqdirdə əmir sovetlərin tam

olaraq çöküşünü gözləyirdi.

İllər müharibə və məhkəmə prosesi udulmadan ötüb- keçdi. Onda əmir

keçmişinə baxmayaraq sovetlərlə birbaşa danışıqlar aparmaq qərarına gəldi. Onun

sadiq xarici işlər naziri Kəbula gedib ordakı sovet məmurları ilə gizlin danışıqlara

başlamaq tapşırığını aldı.

Nazir yola düşdü, səfirin hüzuruna yetişib bunları söylədi: əmir Sovet

Rusiyası ilə müharibədən imtina etməyə hazırdır. O, həmçinin təbəələrinə

Buxaraya qayıtmaq barədə əmr vermək istəyir, amma bunun müqabilində tələb

edir ki, sovetlər ona iddia etdiyi torpaqların əvəzinə Buxaranın dörddə-, yaxud ən

azı səkkizdəbirini qaytarsınlar: Hətta bu torpaq zolağında elüzəri hökmranlıq

etməyə və sovetlərin bütün əmrlərinə qol qoymağa da razıdır. Çünki o, vətən və

taxt-tacın həsrətini çəkir. Bundan başqa, sovetlər razılıq verəcəkləri təqdirdə ona

illik kəsmət ödəməlidirlər. Sovetlərin elçisi təklifləri teleqrafla Moskvaya ötürdü

və keçmiş Buxara zəlisi ilə heç bir əlaqəyə girməmək əmrini aldı. Elçi bu cavabı

əmirin nazirinə çatdıranda bu tayı dərindən köks ötürüb soruşdu:

- Deməli, hökumətiniz bizim əmiri qulağına almaq istəmir?

- İstəmir, - elçinin rəsmi cavabı səsləndi.

Bundan sonra həmin gözəl legitimist bir daha köks ötürüb incə, ancaq

işgüzar eyhamlarla sovet hökuməti ona, xarici işlər nazirinə öz mülklərini

qaytaracağı təqdirdə əmiri zəhərləmək təklifini irəli sürdü. Çünki o da vətən üçün

darıxırdı.

Elçi bu özəl təklifi də teleqrafla Moskvaya çatdırdı, amma yenidən mənfi

cavab aldı. Əgər xarici işlər naziri öz əmirini zəhərləyirsə, sovet hökumətinin buna

etirazı yoxdur, amma özünün Buxara mülklərini heç vəchlə geri istəməsin.

Bundan sonra əmir sağ-salamat qaldı. Sovetlər isə Buxara mühacirətinə

bundan sonra da xüsusi diqqət yetirməyi qət etdi. Tezliklə Heratdakı mühacirlər

arasındakı ən bacarıqlı qızışdırıcı çuğullar işə düşdü. Sovet dövlətinə bununla

xüsusi kölgə də düşmədən müxənnət qətllər, zəhərləmələr, yanğın və şərq saray

üsuli-idarəsinin bənzər olayları əmirin sarayında çiçəklənməyə başladı. Qədim

sarayın böyük ənənələrini tam unutqanlığa tapşırmamaq, vətən həsrətini boğmaq

Page 67: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

67

və guya hələ də əzəmətli ağ çar tərəfindən dəstəklənərək padşah şəhəri Buxarada

Teymurləng taxtında oturduğu xəyallarına dalmaq üçün nələr baş vermir, nələr

olmurdu. Bu ənənələri davam etdirmək üçün əmir də ciddi-cəhd edirdi. Onun

yaxın və uzaq ətrafına yönəlməsə də, bu cəhdlər üçün kifayət sayda sovet

məmurları onun sərəncamında idi.

Əmirin qərargahı ilə Buxara sovet respublikası hökumətinin arasındakı

ilişgilər başqa işlərdə də daim nizam- düzəndə saxlanılırdı. Buxaranın sovet

nazirləri öz legitim duyğularını qanuni teymurinin taxt-tacında tapmaq üçün

hərdən öz vəzifələrini tərk edirdilər. Digər tərəfdən tez-tez elə də olurdu ki, vətən

həsrətinə dözməyən yaşlı əyanlar öz qanuni başçılarına arxa çevirir və Buxarada

sovet naziri, yaxud çeka agenti olmaq üçün ora üz tuturdular.

Deməli, əmir sarayında mühacirlərin həyatını məzəli edən sensasionlardan

kasadlıq çəkmirlər. Gah basmaçı alayı qaçırılmış qızlarla gəlir, gah da

gözlənilmədən kimsə zəhərlənir, qaçqın sovet məmurlarından biri sarayda

vəzifəyə götürülür, ya da qaçıb sovetlər tərəfə keçmiş əyan rəsmi şəkildə sadiqlər

siyahısından silinir. Doğma Buxaranın saray həyatı bu yolla davam edir və

böyüməkdə olan Ağ Rusiya-Buxara gəncliyi Buxaranın keçmiş günlərinin ən

yaxşı ənənələri ruhunda beləcə tərbiyə alır.

Qüdrətli Seyid Əbdül Bahadırın qüdrətli oğlu, Buxaranın və İsıkkul və

Balxaş arasındakı bütün torpaqların hökmdarı əlahəzrət əmir qədim dövlət

paytaxtı Heratı dövrəyə alan əlvan əmir düşərgəsinin tən ortasında, qızılı sapla

süslənmiş çadırda ipək yastıqlar üstündə bardaş qurub oturur.

O, saxsı fincanlarda köçərilərin hazırladığı kumıs içir, qıyqacı gözləri ilə

uzaqlara baxıb xəyallara dalır və bağlar şəhəri Səmərqənd, Qur-Əmirin daş süsəni,

soy atasının qəbri, topal savaşçının sülaləsinin şövkəti və tənəzzülü barədə

düşünür. Sonra çimirlənir, Buxaranın bəy və zadəganları Teymurləng soyunun

sürgünlükdə yaşamağa məcbur olmu ş son hökmdarının çadırının girişini qoruyur.

Page 68: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

68

ÇARIN SON NİŞANƏSİ

1918-ci ilin qışında Sibirdə, Yekaterinburg şəhərində, mühəndis İpatyevin

villasında Çar İkinci Nikolay, çariça, vəliəhd və çarın üç qızı qətlə yetirildi. Ölüm

hökmü Moskvadan gəldi. Cəsədlər gecə şəhərdən çıxarılıb üstünə benzin töküldü

və yandırıldı. Yalnız sonuncu çarın başı, hər halda bəziləri belə məlumat verirlər,

bədənindən üzülüb Moskvaya gətirildi. Burda o, Kremlin zirzəmilərində Leninin

və bütün sovet hökumətinin gözü qabağında yandırılmış olmalıdır.

Çar ailəsinin sönməsindən bir neçə gün sonra Yekaterinburg ağ qoşunlar

tərəfindən tutuldu. Həmin an təcrübəli yuristlərdən ibarət bir komissiya yaradıldı

ki, o da çarın qətlinin bütün incəliklərini, İpatyev villasının otaqlarını, qətl

zirzəmisini və yandırılma yerini dəqiq təhqiq etdi. Komissiyanın işinin nəticələri,

eləcə də çarın qətlinin təfərrüatı rus və əcnəbi publikasiyalarla bugün tam

xırdalıqlarına qədər məlumdur. Üç çar qatilinin taleyi də bəllidir. Onların birincisi,

Voykov, sonralar Varşavada sovetlərin nümayəndəsi oldu və Moskvaya qayıtmaq

istəyəndə ondoqquz yaşlı rus mühaciri Koverda tərəfindən vağzalda güllələnib

öldürüldü. İkinci qatil Belbrodov Almaniyadakı dəlixanaların birində oturur.

Və üçüncüsü, üz-gözündən quldurluq yağan erməni, vətəninə qayıdıb. O bugün

sadə əkinçidir ki, bu da hər halda çar qatilinin qeyri-adi taleyi sayıla bilər.

Əksinə, öldürülənlərin cəsədlərinin necə olması, onların ümumiyyətlə

torpağa tapşırılması və harada tapşırılması məlum deyil. Bu aydınsızlıq

ucbatından qocaman rus ruhaniləri çar üçün ölü duası oxumaqdan imtina etdilər.

Hətta Balkanlardakı kilsələrin birində lap bu yaxınlarda çarın canına dualar

oxundu ki, bu da, hər hansı baxımdan olur- olsun, eşidilməmiş bir blasfemidir1.

Deməli, artıq on ildir ki, çar ailəsinin yersəl qalıqlarının yeri müəyyən

edilməmişdir. Yalnız son aylar bu məsələyə gözlənilməz bir aydınlıq gətirdi.

Ağqvardiyaçılar savaşında Fransa hökumətinin nümayəndəsi kimi fəaliyyət

göstərmiş fransız generalı Janin döyüşlərdə iştirak etmiş ağqvardiyaçı dairələr

üçün böyük sensasiona çevrilmiş memuarlarını çap etdirdi.

Page 69: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

69

Həmin general Janin bunları söyləyir: Təhqiqat komissiyasının işləri başa

çatandan dərhal sonra ağqvardiyaçı qoşunların Sibirdən çəkilməsi başladı.

Anarxiya və cəbhənin pozulması ona gətirib çıxartdı ki, rəhbər generallar da çar

nəşinin taleyini tamam unutdular, hətta bəlkə bu işdə müstəqil addım atmağa da

ürək etmədilər. Çar ailəsinin yersəl qalıqları yeşiyə yerləşdirilərək

Yekaterinburqda saxlanılırdı. Yalnız qırmızıların gəlişindən az öncə bu relikviya

bir-iki qvardiya zabitinin yadına düş dü. Təbii ki, geriyə çəkilmənin qaynar

məqamında bu işə yarayan layiqli transport barədə düşünməyə hal qalmamışdı.

Zabitlər sadəcə olaraq arxaya çəkilmə zamanı onu özləri ilə aparmağa çalışdılar.

Özlərinin sağ qalaraq Sibirin qarlı çöllərini keçə bilmələri şübhəli olduğundan

yeşiyi vətəndaş müharibəsinin alovları içindən çıxa biləcək kiməsə etibar etmək

qərarına gəldilər. Bu etibarlı kəs Sibirdəki baş qərargahda çalışan və qırmızıların

yaxınlaşması ilə bağlı xüsusi qatarda Vladivostoka yola düşən yapon

nümayəndəsi oldu.

Beləliklə dünyanın altıdabirinin hökmdarının sümükləri yapon zabitinin

himayəsində Rusiyanın ən ucqar nöqtəsinə, Vladivostoka gətirildi. Hər halda

yaponlar özləri ilə necə qorxulu bir yük apardıqlarını heç ağıllarına da gətirmir!

Blasfemi - (yun: blasphmie), «müqəddəsliyin nəqarəti», «asilik», «küfr»

anlayışlarının hamısını biryerdə ehtiva edən söz olduğundan onun tərcümədə

saxlanmasını lazım bildik.

Vladivostokda yeşiyi müharibədən sağ-salamat çıxmış bir neçə zabit apardı.

İndi yenidən ortaya bir sual çıxdı ki, burda, Vladivostokda yeşiyi neyləsinlər.

Qırmızıların hərbi dəstələri maneəsiz irəliləyirdi, Vladivostokda da anarxiya

başlamışdı. Uzaq Şərqin ağlar hökuməti bir-iki cır-cındır qvardiya zabitinin işləri

ilə məşğul olmaqdansa, daha vacib şeylərlə əlləşməliydi. Bu dar məqamda o vaxt

Vladivostokda olan ingilis filotilyas ina müraciət etməyi qərara aldılar.

İngiltərənin qəribə mövqeyi bugün də müəmmalı qalır ki, niyə İngiltərə kralının

xalası oğlunun yersəl qalıqlarını inqilabın alovundan gizlətməyi kral filotilyasının

admi- ralı qəti rədd etdi. Admiral quru sözlərlə bildirdi ki, yandırılmış cəsədlərlə

girlənməkdənsə onun daha vacib işləri var və çarın taleyinə xeyli biganədir. Bu

çarın onun kralının xalası oğlu olduğunu və xüsusi ilə müttəfiqlərə olan

sədaqətinin özünü məhv etdiyini və eyni zamanda müttəfiqlərin qələbə çalmasına

imkan yaratdığını - bütün bunların hamısını, deyəsən, admiral yerli-dibli

unutmuşdu. Beləliklə, bütün rusların hökmdarının nəşi imperiyanın sərhəddində

Page 70: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

70

qalmışdı, hamı tərəfindən unudularaq, yalnız bir neçə ac-yala- vac, xəstə,

acınacaqlı hala düşmüş gücsüz insanlar tərəfindən qorunaraq. Rusların Avropanın

ikinci böyüyünün nümayəndəsinə, fransız generalı Janinə müraciət etməkdən

başqa ayrı çarələri qalmadı. General xəbər tutanda ki onun ingilis rəqibi çar

ailəsinin qalıqlarını Avropaya aparmaqdan imtina edib, məsələ onun xeyrinə həll

olundu. İngilis imtinası özü-özlüyündə Fransa Respublikasının yüksək ədəbini və

doğal minnətdarlığını aşkar sənədləşdirmək üçün ələ nadir düşən fürsət idi.

General rus zabitinin əlini sıxdı, yeşiyi gəmiyə alıb Fransaya yola düşdü. Ruslar

bununla öz vəzifələrini bitmiş saydılar. İndi nəş müttəfiqlərin etibarlı əllərindəydi!

Yalnız yer-yurduna, vətəninə çatanda general gördü ki, qorxunc uzaq şərq yükü ilə

neyləmək lazım olduğunu əslində heç o özü də dəqiq bilmir. General vəzifə borcu

kimi hadisəni bütünlüklə fransız hökumətinə bildirdi. Ancaq belə bir cavab aldı ki,

yükü o, fərdi şəxs kimi götürüb və fransız Respublikası bu işə baş qoşmaq istəmir.

Fransanın edə biləcəyi yeganə şey o ola bilər ki, ali müttəfiqlərin nəşini müəyyən

müddətə xarici işlər nazirliyinin zirzəmisinə qəbul etməyə razılıq verir. Fəqət bu

yer generala son çar ailəsinin nəşi üçün layiqli uyuma məkanı təsiri bağışlamadı.

General məcbur olub böyük knyaz Nikolay Nikolayevi- çə müraciət etdi. Bu, çarın

əmisi, cahan savaşında ali baş komandan və əksər mühacirlərin pərəstişgahı idi.

General öz xahişini ona çatdıranda kişi quruyub-qaldı. Amma, Allah xatirinə, bu

kömürləşmiş cəsəd qalıqlarını o harda sax- layaydı, bu qorxunc yeşiyi nə edəydi?

- Məni rahat buraxın, bu bədbəxtlər barədə heç nə eşitmək istəmirəm,

- deyə qışqırıb otaqdan bayıra atıldı.

Fəqət çarın cəsədinin torpağa tapşırılması hansı yollasa həll edilməli olduğundan

Rusiyanın böyük knyazlarının ailə məşvərəti çağırıldı. Çarın qohumları kimi təkcə

onlar qərar verə bilərdi. Böyük knyazlar yığışdılar və razılığa gələ bilmədilər.

Yeşiyin içindəki dəhşət hamını qorxudurdu, hamı iflic kimiydi, heç kəs müəyyən

təkliflə çıxış etmək istəmirdi.

Yalnız o qərara alındı ki, cəsəd təkcə Romanov sülaləsinin yox, bütün rus

xalqınındır. Sonra dağılışdılar. Nəticəsi də o oldu ki, hicr etmiş nəş in sahibi

bundan sonra da həmin general oldu. Çarın qalıqları hələ bir neçə il də fransız

generalının ailə zirzəmisində saxlanılası oldu. Heç kəs nəşlə maraqlanana

oxşamırdı, nə bir mühacir, nə bir müttəfiq. Nəhayət günlərin birində rus

diplomatik korpusunun başçısı, xaricdə ən yüksək çinə malik inqilabaqədərki

məmur Qirs generalın yanına gəldi. İnqilabönü Rusiyanın təmsilçisi kimi o, yeşiyə

Page 71: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

71

iddiaçı oldu. Axır ki, general qanuni sahibi qarşısında görməyindən feyziyab,

qüssəli malından və onun içindəki dəhşətdən isə azad oldu.

Qirs yeşiyi iri bir maşında aparıb getdi. O vaxtdan onun izi itib. Hara

aparıldığını, harda saxlandığını bilən yoxdur, hətta yeşiyin içindəkinin torpağa

tapşırılıb-tapşırılmadığını da heç kəs bilmir. Qirs hər hansı bir məlumatdan

inadkarcasına boyun qaçırır. Bu barədə ondan nəsə soruşmaq istəyənlərin heç

birini qəbul etmir, tam guşənişin yaşayır və heç kimlə görüşmək, heç kimlə

danışmaq istəmir. Bir dəfə böyük knyaz Kiril nəşi ona verməsini xahiş etdi. Qirs

böyük knyazın elçisini qəbul edib yalnız bunları yazdı ki, çarın qalıqlarının

saxlanılması barədə kiməsə məlumat vermək məqamının yetişmədiyini münasib

sayır. Mətbuat səfirlə Kiril arasındakı qalmaqaldan xəbər tutdu və indi də Paris

jurnalistləri çarın sümüklərinin axtarışına girişdilər. Mətbuat polemikası baş alıb

getdi. Mənəviyyatı və vəzifə sadiqliyini düşünülmüş şəkildə pozduğuna görə Qirsi

ittiham etdilər. Nəhayət, o öz sirrinin pərdəsini, qismən də olsa, qaldırmaq

məcburiyyətində qaldı. Jurnalistləri qəbul edib quru və qısaca dedi:

- Çar ailəsinin qalıqlarını müvafiq yerdə saxlayıram. O, rus xalqına məxsusdur.

Mən yalnız rus xalqına ətraflı məlumat verəcəm. Qəbir sadiq və sirrsaxlayan

adamlar tərəfindən qorunur. Qəbrin başı üstündə qətlə yetirilənlərin ruhlarının

qurtuluşu üçün həmişə dualar oxunur. Bugün sizə bundan artıq heç nə deyə

bilmərəm.

Mühacirlər, mətbuat və ictimaiyyət bu lakonik cavabla qane olmaq

məcburiyyətində qaldı. Həmin qapalı qocadan bundan artıq heç nə qoparmaq

mümkün olmadı. Belə qısa bəyanatın haralara gedib-çıxdığını bugünün özündə də

hələ heç kəs bilmir.

Çarlar Rusiyada əsrlər boyu hökmranlıq etmişlər. Yaşamışlar, ölmüşlər və

cəsədləri Moskva və Peterburqun böyük katedrallarında təntənə ilə torpağa

tapşırılmışdır. Son çarın kömürləşmiş qalıqları bugünə qədər də son dinclik

məkanını tapa bilməmişdir. Onun yolu Sibirdən keçərək Uzaq Şərq və okean

üzərində Fransaya, Ağ Rusiyanın mərkəzinə düşdü. Orda ahıl bir insan tərəfindən

qorxa- qorxa qorunaraq, zabit və keşişlər tərəfindən hifz edilərək nəhəng rus

imperiyasının hökmdarı, Rusiyanın padşahı, Polşanın kralı, Finlandiyanın, Tverin,

Rostovun, Novqorodun, Sibirin, Həştərxan və Kazanın böyük knyazı, Böyük və

Kiçik Rusiyanın, eləcə də Belorusiyanın hökmdarı Əlahəzrət İkinci Nikolayın

qalıqları indi uyumaqdadır.

Page 72: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

72

ANASTASIYA

Eləki İvan Qroznı, Böyük Pyotr, yaxud əzəmətli Yekate- rina çağlarında

rusların halı xarablaşırdı, eləki əkin az məhsul verirdi, eləki ölkəni müharibə,

epidemiya, ya da aclıq bürüyürdü, həmişə bunu deyirdilər ki, hər şeyi yoluna

qoyacaq əsl padşah gəlməlidir. Nəsillərdən-nəsillərə rus kəndlisi belə bir inamla

yaşayıb ki, taxtda yalançı çar oturub, gerçəyi isə hardasa gizlində yaşayır və

Rusiyanı xoşbəxtliyə çıxaracağı çağı gözləyir. Hansısa çar öləndə, yaxud

öldürüləndə, deyərdilər ki, o heç də ölməyib, sadəcə düşməninin əlindən qaçıb

sadiq adamlarının yanında gizlənir və Rusiyanın canını qeyri-qanuni çardan

qurtarmaq üçün geri qayıdacağı günü gözləyir. Yalançı Dimitri, kazak Puqaçov və

onlarla digər avantüristlər bu inamdan lazımınca yarınmışlar. Xalq axıb onlara

doğru getmiş, onlara sitayiş etmiş, onlar üçün vuruşmuş və hətta bir dəfə Dimit-

rini qanuni çar kimi Kreml darvazalarından keçirib Rusiyanın taxt-tacına

oturtmuşdu.

İvan Qroznı, Böyük Pyotr və əzəmətli Yekaterina çağlarından Rusiyada bəzi

şeylər dəyişib. Dəyişməz qalan yalnız rus xalqıdır, xüsusilə onun günlərin birində

xalqını ətrafına yığmaq üçün hardasa gizlənmiş gerçək hökmdara inamı dəyişməz

qalıb. Bugün çarın özü və ailəsi həyatda yoxdur, nəşi gizli yerlərdə yad adamlar

tərəfindən hifz olunur. Amma bugünün özünə qədər Rusiyadakı kəndlilər və

xaricdəki mühacirlər hələ də böyük möcüzəyə, çarın, oğlunun və qızlarının

qayıdacağına inanır.

Vətəndaş müharibəsində bu inamdan çoxları istifadə etdi. Şübhəli

gədələr kəndlərdə peyda olub bildirdilər ki, çar, ya da vəliəhddirlər, sonra bir

müddət başqalarının he-

sabına yeyib-içir, bir-iki mistik kəlamı işə keçirir, ciblərinə kəndlilərin pul

basmasına imkan verir və nəhayət, günlərin birində izsiz-tozsuz yoxa çıxırdılar.

Kəndliləri inandırmaq üçün ki qarşılarında dayanan çardır, çox şey tələb

olunmurdu. Məsələn, vəliəhdliyə kəndli namizədlərdən biri soy sübutu kimi

sinəsindəki qoturu göstərib deyirdi ki, bu, irsi çar xalıdır. Kəndliləri ətrafına

toplamaq üçün bu, yetərli olurdu. Gerçək çara inam mühacirətdə də ölməmişdir.

Elə bugün də yaşlı əyanlar var ki, çarın ölümünə inanmaq istəmirlər və çarın

qocalmış anası çariça Mariya ömrünün son gününə qədər çarın ruhunun

Page 73: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

73

qorunması naminə, bir dəfə də olsun, dua etməmişdi.

Amma yalançı çarlar mühacirətdə üzə çıxmırdılar. Mühacirlərin əksəriyyəti

üçün tam aydındır ki, çar dünyasını dəyişmişdir. Bununla belə, bir neçə il öncə

bütün mühacirət belə bir şayiə ilə hərəkətə gətirildi, parçalandı və həyə-

canlandırıldı ki, çar qızı Anastasiya ölümün pəncəsindən qurtarıb xaricdə üzə

çıxmışdır. Şayiə Berlindən yayıldı. Orda bir intiharçı qadın mühafizə kanalından

çıxarılıb xəstəxanaya gətirilmişdi. Qızdırmalı sayıqlamalarda qız çarın qızı, böyük

knyaginya Anastasiya olduğunu deyirdi. Bir neçə qəzet qızı himayəyə götürdü,

təhqiqatlar başlandı. Anastasiya əhvalatı bir gecənin içində əvvəlcə Berlin, sonra

da dünya sensasionuna çevrildi. Xəstə Anastasiya Berlinin qərbindəki

klinikalardan birinə yerləşdirildi. Saysız- hesabsız mühacirlər, jurnalistlər və

Rusiyanın və Hessenin (Anastasiyanın anası Hessen prinsesi idi) hakim soyları

xəstənin sirrini əsaslandırmaq üçün indi bu tənha evi ziyarət edirdi. Xəstə qızdan

nəsə qoparmaq asan deyildi. Amma bircə şey dəqiq idi ki, Anastasiya ruhi xəstə

idi. Yalnız hərdən, ayıq anlarında ona yönəlmiş saysız suallara ağıllı cavablar

verirdi. Zaman keçdikcə onun tarixçəsindən xəbər tutdular ki, bunun yalan və

doğruluğu barədə mühacirlər bugün də mübahisə edirlər.

Çar ailəsini qətlə yetirəndə guya onu ağır yaralayıblar- mış. Rəhimli bir

kəndli sonda onu cəsədlər qalığının içindən xilas edibmiş. Onu sağaldıblarmış,

amma bundan ona başında dərin bir çapıq nişanə qalıbmış. Sonralar o, Sibirdə

Çaykovski adlı bir kəndliyə ərə gedibmiş və saysız macəralardan sonra

Rumıniyaya qaçıbmış. Ağır xəstəliklə pulsuz-parasız, işsiz-gücsüz, aldığı yaranın

nəticələrindən əzab çəkərək nəhayət, Berlinə gəlibmiş. Axırda ümidsizlik onu

mühafizə kanalına atıbmış.

Bundan sonra Anastasiya üçün fantastik bir dolanışıq başladı. İnsanlar

gəlib-gedir, özlərini onun əmi- və dayıza- dələri, əmi və dayıları, yaxud

oyundaşları kimi təqdim edirdilər, ona ülyahəzrət deyə müraciət edib hər tərəfdən

israrla, eləcə də inamsızlıqla məftunluq göstərirdilər. İnsanlar vardı və var ki,

Anastasiyanı lap körpəlikdən tanıyırdılar və onun gerçəkçi olduğuna and içirdilər.

Dünyada tanınmış həkimlərdən biri, bir nəfər doğma əmi və bir çox qvardiya

zabiti saysız sübutlar gətirirdilər ki, Anastasiya doğrudan da çar qızıdır. Ən qəribə

insanların gözü qabağında xəstə qadın ən əcaib suallara cavab verməli olurdu.

Söyləməli olurdu ki, 1914-cü ilin hansı bir günündəsə nə iş görüb, çarın hansı

xalları olub, çar sarayının mebelinin görünüşü necəymiş və sairə. Xəstənin verdiyi

Page 74: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

74

cavablar çox vaxt ən kiçik incəliklərinə qədər həqiqətə uyğun gəlirdi.

Rus qanunlarına görə qadınlar tachüquqlu olmadıqlarına və ümumiyyətlə

çarın xaricdə daha sərmayəsi qalmadığına görə Anastasiyada hansısa maddi

marağın varlığını güman etmək olmazdı. Buna baxmayaraq onun heyrançı- lari ilə

yanaşı barışmaz düşmənləri də vardı. Romanov sülaləsinin bir neçə üzvü, onların

arasında da Anastasiyaya baxmaq üçün şəxsən Berlinə gəlmiş knyaz Yusupov

bildirdilər ki, hardansa peyda olmuş bu xanım Çaykovskinin kimlər tərəfmdənsə

çar ailəsinin Ü2vü sayılmasını qəti başa düşə bilmirlər. Nəhayət Anastasiya

Lichtenberq hersoqunun malikanəsinə gətirildi ki, həmin hersoq da ömrünün

sonuna kimi qadının əsl çar qızı olmasına tam əmin idi. Anastasiya ətrafında az

qala bir halə yarandı. Onu müdafiə etmək üçün kitab və broşürlər yazıldı. Ona

inanmayan hər kəs bolşevizmdə suçlandırıldı. Sonra meydan ifşalara verildi.

Nadinc jurnalistlərdən biri qəflətən bildirdi ki, qadın, Fransiska Şanskovski adlı

alman-polyak fəhləsidir. Yaxın keçmişdə Anastasiyanı çar övladı kimi qəbul

etmiş qəzetlər indi aşağıdakı başlıqla uzun-uzadı məqalələr yazdılar: «Anastasiya

necə ifşa olundu;».

Onun pərəstişkarı hersoq öldü və tərəfdarları tədricən dağılışdı. Günlərin

birində Anastasiya yoxa çıxdı. İctimaiyyət ona daha maraq göstərmirdi. Yalnız

təsadüfən öyrəndilər ki, Amerikaya köçüb. Bir neçə il orda polad kralı Lidin

xanımı böyük knyaginya Kseniyanm qonağı kimi yaşadı. Sonra Kseniya da ona

inamını itirəndə təkbaşına Amerikada vurnuxdu və nəhayət ordan qovuldu. İndi

Almaniyada yaşayır, hələ də ona inanan bir neçə nəfər burda ona siyasi sığınacaq

düzəldiblər. Tüstülü mühacir meyxanalarında bugünün özündə də ruslar tapılır ki,

başlarını tutub məyusluqla soruşurlar:

- Necə, birdən o, əsl Anastasiya olmuş olsaydı?

Paris və Berlin, yalançı çar övladlarını xəlq etmək üçün bunlar yararlı yerlər

deyil. Burda keçmiş Rusiyadakı münasibətlərdən yaxşı baş tapan və buna görə də

hər bir iddiaçını ifşa edə bilən yetərincə insanlar var. Biraz uzaq ölkələrdə isə,

məsələn, nağıllar diyarı Şərqdə həmişə qəribə əfsanələr yaranır. Çar övladları

peyda olur, onda da sensasiyalı teleqramlar Avropaya uçur. Mühacirlərdə umudlar

baş qaldırır, həyəcanlandıran şayiələr yaranır və təkzib edilir ta o vaxta qədər ki,

bütün bunların hamısı əriyib ümidsiz bir cəfəngiyyata çevrilir.

Hə min mühacir əhvalatlarından biri gərək burda elə verilsin ki, elə bil ciddi

rus qəzetlərindən biri yazır.

Page 75: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

75

Rusların xaricə gəlib-çıxdığı yollardan biri İran və Mesopotamiya üzərindən

keçir. Mühacirlərin axını hələ bugü- nə kimi səngiməyib. İran və Mesopotamiya

sərhəd qoruyucularının tez-tez imkanı olur ki, əməlli məbləğin müqabilində rus

mühacirlərinə sərhədi keçməyə icazə versinlər. 1931-ci ilin yayında

iyirmibeşyaşlı kişinin müşayiətində xeyli miqdarda rus İrandan atla

Mesopotamiya sərhədini keçdi. Qaçqınlar Bağdada gəlib mehmanxanada

yerləşdilər və çox qapalı yaşadılar.

Günlərin birində Bağdaddakı ingilis komendantının yanına ruslardan biri

gəlib onu tam gizlin şəkildə inandırdı ki, İrandan birlikdə gəldikləri cavan oğlan

çarın oğlu çareviç Alekseydir. Dediyinə görə çareviç nağılvari şəkildə xilas olub

və rus taxt-tacına olan iddiasını indi həyata keçirmək istəyir. Bu məlumatdan

sonra ingilis generalı həkimlər komissiyasına çareviçi müayinə etmək tapşırığını

verdi. Həkimlər onlara əmr olunanı yerinə yetirdilər və pasientdə çareviçin

gəncliyində iztirab çəkdiyi qan xəstəliyinin nişanələrini tapdılar. İngilis generalı

bundan sonra möhkəm əminlik hasil etdi ki, indən belə əsl çar oğlunun işi ilə

məşğul olmalıdır. Çareviç ingilis hərbçilərinin himayəsində Qüdsə, rus ortodoks

kilsəsi patriarxının yanına göndərildi.

Onun orda görünməsi böyük həyəcan doğurdu. Siyasi təbiətli

ağırlaşmalardan ehtiyat etdilər. Axırda patriarx Qüdsün çara sadiq ruslarını

toplayıb soruşdu ki, rus taxt- tacının qanuni varisi ilə neyləsin. Çaşıb-qalmış

mühacirlər

uzun götür-qoydan sonra bildirdilər ki, böyük knyaz Kirilin xeyrinə çareviç

taxt-tacdan imtina etsin. Çareviçi çağırdılar və o hardasa xoş guşənişinlikdə rahat

ömür sürmək üçün ata-babalarının taxt-tacından imtina etməyə razılıq verdi.

İmtinanı qanuniləş dirmək üçün böyük knyaz Kiril şəxsən Qüdsə çağırıldı. Knyaz

gəldi, çar oğluna bir milyon dollar verdi; bunun da müqabilində oğlan knyaz

Kirilin xeyrinə rus taxt-tacından həmişəlik i-mtina etdi.

Bu əhvalatda gerçək olan nədir? Bircə söz də. Gerçək olan yalnız odur ki,

böyük knyaz doğrudan da 1931-ci ilin yayında Qüdsə istirahətə getmişdi.

Mühacirlər isə bu cür şayiələrə inanır, yaranmasına özlərinin yardımçılıq etdiyi

əfsanələr üçün darıxırlar və yuxusuz gecələrdə belə bir ümidlə yaşayırlar ki,

onları, çara sadiq mühacirləri bəladan qurtarmaq üçün gerçək çar haçansa

gəlib-çıxacaq.

Mühacirlər hər yanda, Afrika səhralarında, Çin steplə- rində, Avropanın iri

Page 76: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

76

şəhərlərinin küçələrində, Cənubi Amerikanın muzdlu ordularında çalışırlar,

onların qəlbində də qəddar İvanın, böyük Pyotrun, şövkətli Yekaterinanın

çağlarında olduğu kimi qəfildən gəlib öz xalqına ədalət, zənginlik və xoşbəxtlik

gətirəcək gerçək və ədalətli çar haqqındakı qədim və unudulmaz əfsanə yaşayır.

Page 77: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

77

Page 78: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

78

BARON FON DER LAUNİS

PADŞAH OLMAQ İSTƏYİR

Mühacirət haçansa xilaskar kimi gələcək adil hökmdara, onun patriarxal

inamına davamlı xidmət üçün münasib ab-hava deyil. Burda da çox məzəli

hərəkətlər, fantastik iddialar və kabusanə tələblər ortaya çıxır ki, bunlar da, istər

lağa qoyulsun, istərsə də ciddi qəbul edilsin, hər ehtimala qarşı mühacirliyin

davamlı tərkib hissəsidir.

Bu növdən olan səciyyəvi əhvalatlardan birinin qəhrəmanı bir nəfər baltik

baronudur ki, onun da macərası gərək burda təsvir edilsin. Çar hələ laxlamamış

taxt-tacında oturduğu o unudulmaz çağlarda baron fon der Launis Əlahəzrətin

sadiq və etibarlı təbəələrindən biri idi. Adi leytenantın sadə vəzifələrini şərəflə

yerinə yetirdiyi kübar alayda o hələ keçmişlərdən bəri istənilən rus alayında hər

bir baltikliyə nəsib olmuş adi izzətdən həzz alırdı. Bu izzət səbəbsiz deyildi.

Baltiklilər çar rus ordusunun digər zabitlərinə nisbətən az içirdilər, bundan başqa

onlar az borc edirdi və bununla yanaşı vəzifə borclarının yerinə yetirilməsində

daha dəqiq idilər.

Baron fon der Launis tipik baltikli idi, nə az, nə çox. Onun miyanə simasında və

nizamnaməyə uyğun qüsursuz davranış formalarında ən azı gələcək istefaya qədər

çar- rus generalı olacağından artığını güman etməyə heç nə əsas vermirdi. Hər

halda o da öz peşədaşlarının az sevilən adi keyfiyyətlərinə malik idi. Gecələrini

zabit kazinosunun ya şıl masası arxasında keçirməyi xoşlayırdı və ürəyəya- tımlı

sısıltı ilə pajını ^elə dostları kimi buyururdu. Hər halda onun tamam qeyri-adi

olmayan bir şakəri də vardı. Sol masa qonşusu knyaz Baqration və sağ masa

qonşusu knyaz Volkovski aristokrat kökənlikləri barədə mübahisəyə giri- şəndə

(bu da alay bayramlarının hər birində baş verirdi) baron bic-bic gülümsəyərək bir

qayda olaraq mübahisəyə müdaxilə edirdi.

- Cənablar,- deyirdi,- etiraf edim ki, Baqration soyu Süleyman

peyğəmbərdən, Volkovski soyu isə Rurekdən^ törəyib, ancaq xahiş edirəm,

mübahisəni kəsin, yoxsa mən də genealogiyaya müraciət edib hər 8 9

ikinizi

möhkəmcə mat qoyaram.

Bu sözlər söhbətə canlanma gətirirdi. Və zabitlər kazi- nosunda

əhvali-ruhiyyə yüksək olanda baron zabit pencəyinin düymələrini bağlamağı,

8 Paj (yun.) - mundirli xidmətçi oğlan.

9 Rurek - IX əsrdə Əfsanəvi Vareqer knyazı, rurikilər sülaləsinin banisi (1598-ci

ilə qədər).

Page 79: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

79

kürsüyə əyləşib rahatlanmağı və öz soyunun tarixinə nəzər salmağı xoşlayırdı.

Fon der Launis soyu baltik soyudur. Baronun ata-baba- s ı baltik torpaqlarını

zəbt etmiş və orda qəsrlər salmışdı, uluları talançı cəngavərlər olmuşdu, digərləri

isə zəraken- lərlə^ döyüşdə sərvətə və günahlarının bağışlanmasına yetmək üçün

xaç yürüşçüləri kimi müqəddəs torpağa getmişdi. Qüdsə aparan yolda bugün bizi

maraqlandırmayan səbəblərdən Venesiyada azıb-qalmış və bacarıqlı venesi- an

qadınları tərəfindən Bizansa addadılmış səlib yürüşçüləri dəstəsində Launisdən bir

baron da vardı. Bu cəngavərlərin taleyi məlumdur. Onlar Bizans kralını qovub

onun paytaxtını talan etdilər və Şərqin məşhur latın imperiyasını qurdular. Böyük

Konstantinin şövkətli şəhərində cəngavərlər çox tez yumşaldılar. Dəbdəbəli

libaslara, saray mərasimlərinə və yerli gözəllərin ağuşuna aludə oldular. Oçağkı

baron fon der Launis də müstəsnalıq təşkil etmədi. Müqəddəs xaçın xilası yolunda

qılıncını zərakenlər torpağında paslanmağa qoymayacağına içdiyi andını o da

unutdu, yunan əyanlarının saraylarında və nadir irqli və nadir mənşəli qadınların

yanında o da eyş-işrət tapdı. Davamlı ruhi nurlanma xatirinə özləri ilə bərabər

Konstantinopola sürüklədikləri miyanə bir keşiş, baronla Bizans sarayının nəcib

törəməsinin nigahını kəsdi ki, bununla da insan hökmü ilə Launis baronlarının

şərq qolunun pöhrələn- məsi qeydinə qalınmış oldu.

Tale isə hər halda tamam başqa cür gətirdi. Tutqun günlərin birində kral

mühacirətdən geri döndü, latınları qan gölündə çimizdirdi ki, bunun nəticəsində də

cəngavərlərin böyük bir hissəsi həlak oldu, bir neçəsi isə əlüstü qaçış yolunda

özlərini və yenicə əldə etdikləri var-dövləti xilas etdilər. Uğurla aradan çıxanların

içərisində Launis baronu da vardı.

11 Zərakenlər - antik yazıçıların şimal-qərb ərəb tayfalarından birinə verdiyi ad,

Bizans və xristian müəlliflərin isə ümumiyyətlə ərəblərə qoyduğu ad. ’ Raritet (lat.) - nadir tapılan şey, dəyərli əşya, kolleksiya parçası.

Bir müddət sonra o özünün baltik qəsrində arvadının qolları arasında

gözlərini əbədi yumdu. Öz uşaqlarına gözəl bir ad, bir neçə Bizans bəzək əşyaları,

əlyazmalar və digər şərq raritetləri1 qoyub getdi ki, onlar da xələfləri yüksək

dərəcədə məftun etdi və ailə tərəfindən şərəflə qorunub saxlanıldı.

Gəzinti düşkünü səlibçi ulularının hər dəfə söylənəndə dəyişikliyə uğrayan

bu əhvalatını sonuncu övlad, çar ordusunun leytenant ı Baron fon der Launis

dost-tanışlarının dinləmək həvəsi olanda hərisliklə və tez-tez danışardı.

Bunu o, dünya müharibəsindən öncəki keçmiş gözəl çağlarda edirdi və xaç

Page 80: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

80

yürüşləri, taxtdan salmalar və ma- cəraçı çevirilişlər barədə o qədər də

düşünmədən həyatından həzz alırdı. Dünya müharibəsi başladı və qurtardı.

Xalqlar öz simalarını dəyişdi. Qarşısı alınmadan görünməmiş çevrilişlər

hazırlandı. İnqilabın alovları içində baron da sələfləri kimi özünün vassal

vəzifəsini yerinə yetirdi, bu işdə bacardığı qədər əlləşib-vuruşdu və müqavimət

mənasız olanda sürüşüb aradan çıxdı. İnqilab onu əlvan libasından məhrum etdi və

ona kəlləsindən, düz sağ qulağının üstündən bir yara vurdu ki, bunun da

nəticəsində incə sümüyünün bir parçası xalis qızıl təbəqə ilə əvəz ediləsi oldu.

Qısası və kəsəsi, Baron inqilabdan daha az xətərlə qurtardı, nəinki onun uluları

Bizansdan. Riqada o, yarasından və həmin dövrün məyusluğundan nəfəsini dərdi,

eyni zamanda da xəbər tutdu ki, yer üzündəki var-dövlətindən Bizans

relikviyasından başqa, demək olar, heç nə qalmayıb. Ona yalnız fon der Launis

soyundan böyük xaç yürüşçüsünün əməllərinin son xatirəsi kimi Bizansdan

gətirilmiş bir qutu zir-zibil qalmışdı ki, onu da babası bir vaxt dağıntıdan xilas edə

bilmişdi. Baron indi özünün Riqadakı kiçik mühacir mənzilində oturub qarışıq

düşüncələr içində qutunu gözdən keçirirdi. Hal-hazırda o, xidmətdə olmadığına və

şəxsi alış-verişləri onu az məşğul etdiyinə görə boş vaxtını ulularının çətin

qavranılan əlyazmalarının oxunmasına həsr etməyi qərara aldı. Xeyirxah bir

filoloq qədim yazıların tərcüməsini baro- na təşkil etdi. Amma o, tərcüməni

gözdən keçirəndən sonra məğrur varis əlüstü özünü zəhləsi getdiyi Latviya

məhkəməsinə salıb əlyazmanın rəsmi və təsdiqlənmiş tərcüməsini tələb etdi.

Sənədləri təzəcə əlinə almışdı ki, baron qonşuluqdakı kağız dükanında vizit

kartları sifariş verdi ki, onların da mətni dükan sahibini heç də xırda olmayan bir

heyrətə saldı. Həmin mətn bu cür səslənirdi: «Baron fon der Launis. Krımın kralı.

Qotların fürstü. Teodora şəhərinin hersoqu». Taleyüklü həmin gün vizit kartları

çap olunub pulu ödəniləndə və götürüləndə indiyəqədərki padşah leytenantının

xalis padşahlıq yolu başladı.

Bu qəfil dəyişkənliyin günahkarı, bəzi dili acı adamların dediyi kimi, heç də

baronun başından aldığı yara deyildi, əksinə, yalnız və yalnız ulu babasına məxsus

Bizans mənşəli əlyazmanın sözbəsöz tərcüməsi idi. Bu sənəddən əslində tam

aydın olurdu ki, bir vaxt saleh xaç yürüşçüsü Baron fon der Launislə latın

kilsəsinin bütün rituallarına uyğun olaraq kəbin kəsdirmiş Bizans gözəli qot

hersoqlarının son varisi olub. Həmin qot hersoqları da öz növbəsində Krımın

legitim hökmdarları olublarmış. On min il öncə qotlar Krım yarımadasını

tutmuşdular. Yeni ağalar bu gözəl məmləkəti bacarıqla idarə edirdilər, fəqət

tədricən şərq dəbdəbəsinə uydular və nəhayət hersoqlara çevrildilər. Həmin

hersoqlar, daha çox da onların son törəmələri, o vaxt Bizans kralının sarayına

Page 81: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

81

toplaşdılar. Burda da Baron fon der Launis Krım taxt-tacına iddianın son

daşıyıcısını özünün barbar şimal ağuşuna alıb şimaldakı sarayına gətirdi.

Cəsur cəngavərin və krım-qot-bizans prinsessinin övladı öz nəslinin

dərkindən indi ləngimədən lazımi nəticə çıxartdı.

Doğrudur, Krımın son padşahının ölümündən az qala min il ötmüşdü.

Legitimlik prinsipi isə, məlumdur ki, zamana bağlı olmur. Burda min il əslində bir

gün sayılır. Həmin min il ərzində Krım tartar xanları və rus çarları tərəfindən idarə

olunsa da, bunlar baronun, fon der Launisin qanuni haqlarını zorla ələ keçirmiş

uzurpatorlar olmuşdular. Həmin gerçəkliyi dərk edərək baron bundan sonra da,

minillik fasilənin ardından Krım camaatını özünün idarəçilik bacarıqları ilə

xoşbəxt etməyi müqəddəs vəzifəsi saydı.

Dürüst bir insan kimi o, niyyətlərini gizlətmədi. Əksinə: Riqa şəhərinin

mətbuatı bir neçə gündən sonra belə sevindirici bir məlumatı xalqa çatdırmaq

haqqı qazandı ki, Baron fon der Launis adlı birisi Krım taxt-tacına olan hüququnu

işə keçirəcək. «Baron fon der Launis adlı birisi» sözləri gələcək padşaha yaman

toxundu. Riqa mətbuatına o, açıq bir məktub göndərdi ki, həmin məktuba da onun

frakda çəkilmiş şəkli və yeni Krım padşahlığının gerbinin eskizi əlavə olunmuşdu.

Məktubda o, mətbuatın münasibəti ucbatından Latviya Respublikasına hansı fəci

nəticələr üz verə biləcəyini açıqlayırdı. Bundan sonra yuxarıdan bir işarə ilə

kinayəli eyhamlara ara verildi. Hətta bir neçə qəzet cənab baronun fraklı şəklini və

gerbini çap etdi.

Bütün bunların hamısı 1929-cu ildə baş verdi. Bundan azca sonra Baron fon

der Launisi bütün orden və medalları ilə bəzədilmiş frakda xarici səfirliklərin

binalarına girən gördülər ki, bunun da sayəsində fon der Launis adının kursu

yüksəldi. Aradan bir neçə gün keçəndən sonra baron şəhərin ən yaxşı

hotellərindən birinə köçüb özünə kansel- yariya yaradanda və bolşevik şallağı

altında inildəyən təbəələrini «qırmızı insanabənzərlərə» qarşı mübarizəyə

səsləyən bir manifest verəndə jurnalistlərin ən şəkkakları da Krım padşahı,

qotların knyazı kəlmələrini gələcəkdə dırnaqsız çap etməyi qərara aldılar.

Bu cür tanınmadan dərhal sonra Əlahəzrətləri doğma vətənin mısmırıqlı

sahillərini tərk etdi. Rahat bir qatar onu şəhərlərə apardı ki, bu şəhərlərdə də əsl

təbəələri və onun planlarına göstərilən xalis maraqları gözləmək olardı. Ba- ronun

öz padşahlıq ömrünün son aylarını harda keçirməsi bəlli deyil. Amma, deyəsən,

cəhdləri uğurla sonuclanmışdı, çünki günlərin birində o, Berlində üzə çıxanda

adlı-sanlı iddiaçıya layiq olan hər şeyi vardı: çap olunmuş manifestier, siyasi

proqram, təəssübkeşlər, mətbuat xidmətinin başçısı və hətta pul. Onun yüksəlişi

barədə indiyə qədər heç nə eşitməmiş Berlində o, Kurfürstendammda yaşayan

Page 82: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

82

harın bir rus rəssamının evinə düşdü.

- Berlinə uzun müddətə gəlmisən? - Bixəbər rəssam soruşdu.

- Bu, alman hökuməti ilə danışıqlarımdan asılıdır, - Baron fon der

Launis təkəbbürlə cavab verdi.

Rəssam heyrətlə onu süzdü.

- Sən məgər amerikan fabrikinin nümayəndəsisən? - Rəssam

soruşdu, çünki onun fikrincə yalnız amerikalılar və nazirlər hökumətlərlə

danışıqlar apara bilərdilər.

- Xeyir, Krımın padşahıyam, - cavab belə oldu. Rəssamın rəngi qaçdı.

Əvvəlcə düşündü ki, dostunun

köhnə baş yarası indi özünü aşkarca büruzə verib. Amma manifesti, gerbi və bir

çox digər gözəl şeyləri görəndə dostunu emalatxanasına aparıb Krım padşahının

portretini çəkdi ki, bunu da sonralar bəzi Berlin qəzetlərində görmək mümkün

oldu.

Manifest, mənzil və portret təsirsiz qalmadı. Yeni padşahın zühr etməsi

şayiəsi tədricən bütün Berlinə yayıldı. Rəssamın mənzili mətbuat fotoqrafları və

müxbirlərlə dolub-boşaldı. Əlahəzrətləri mərifət göstərirdi, ancaq həm də məsafə

saxlayırdı ki, bu da həmin an yaxşı təsir bağışladı. Qəzetlər məqamı əldən

vermədilər. Radikal çalarlı oxunaqlı qəzetlərdən biri hətta tələskən qərarlardan

çəkinməyi tövsiyə etdi, çünki legitimlik Krımda (qəzet bunu dəqiq bilirdi)

hal-hazırda xəlqi deyildi. Bununla yanaşı, qəzet informasiyanın tərəfsizliyi

səbəbindən Krım yarımadasının milli geyimində padşahın şəklini çap etdi.

Başqa bir qəzet - o, mülayim milli meyilli idi - padşahın şəklini çap etməsə

də, öncələdi ki, soylu Baron fon der Launisin taxta çıxması alman qanının şərq

monarxiyasının torpağını məhsuldar şəkildə yaxşılaşdırdığı ilk hadisə deyil. Eyni

zamanda Krımda alman maraqlarının adı çəkildi. Alman koloniyaları haqqında da

bir məqalə dərc olundu. Son olaraq kommunist qəzetlərindən birinin məqaləsinə

də toxunmaq lazım gəlir ki, həmin məqalə də padşahın fransız hökumətinin və

ingilis kapitalistlərinin agenti olduğunu önə çəkirdi. Bu və bir sıra digər

məqalələrin təsiri ağır çə kili oldu. Həmin təsirin nəticəsində padşah xarici işlər

nazirliyinə baş çəkdi. Bircə onu bilirlər ki, xarici işlər idarəsindən geri dönən

Əlahəzrətləri key-key söyləyib ki, hökumət hazırkı rəhbərliyi ilə xarici siyasətdə

ağır taktiki səhvlərə yol verir və o, yəni padşah, Krımdakı indiyə qədər müsbət

yanaşdığı alman koloniyaları məsələsini bundan sonra təftişə çəkmək

məcburiyyətində qalmışdır. Padşah həm də dişinin arasından bir Krım söyüşü

çıxartdı ki, onun da mənası Krım dil biliklərinin çatışmazlığı ucbatından adi

xronist tərəfindən verilə bilməz.

Page 83: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

83

Fon der Launis yalnız az bir vaxta Berlində qaldı. Onun nəsə xoşuna

gəlmədi. Ümumi əhvali-ruhiyyə, deyəsən, onun planlarına cavab vermirdi.

Mərifətli kişi kimi o getməzdən öncə yenə də mətbuat konfransı düzəldib bildirdi

ki, Berlinə gəlişinin hərtərəfli məyusluğuna baxmayaraq Berlin mətbuatının onu

qəbul edib başa düşməsi onun üçün həmişə unudulmaz qalacaq. Axırda o, ümidvar

olduğunu bildirdi ki, burda iştirak edən cənabları özünün Krımdakı

koronasiyasında salamlamağa sevinərdi. Cənablar dərindən və bic-bic təzim

etdilər. Əlahəzrətləri tezliklə Berlini cənub istiqamətində tərk etdi.

Amma bar onun padşah ömrü bununla heç də tamamlanmadı. Əksinə,

padşahlıq taxt-tacına namizədlik iddiasında bulunan mühacir Launis bugün

ad-sanına uyğun olan hər şeyə malikdir: pula, təəssübkeşə, ləyaqətə. Bütün

bunların hardan gəlməsi gizlidir, amma qəzetlər

Krımdakı çaxnaşmalardan zaman-zaman məlumatlar verəndə həmin məlumatlar

padşah sarayında xüsusi maraqla oxunur. Bu zaman Əlahəzrətləri bir siqaret

yandırır və iltifatla söyləyir:

- İşimiz bəhrə verməyə başlayır.

Ötən zaman ərzində onun ətrafına toplaşmış bir neçə krımdoğumlular belə

halda bir qayda olaraq sevinclə gülümsəyirlər. Onlar tam əmindirlər ki, bu

mərtəbəyə qədər gəlib çıxdığına görə Almaniyanın axşam qəzetləri tərəfindən

barəsində xəbərlər yayılan baron gerçəkdən də günlərin birində qot knyazlarının,

Genuya tacirlərinin və tartar xanlarının torpağına padşah libasında daxil olacaq.

Son zamanlar eşidildi ki, Krımın padşah həzrətləri arvadından boşanır.

Güman etmək olar ki, bəlkə də Əlahəzrət bundan sonra xalis amerikan olmayan

bir qadınla evlənəcək. Belə olarsa, padşahın iddiası, yəqin ki, daha çox şans

qazanmış olacaq.

Page 84: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

84

KNYAZ DOBIŞA DA

PADŞAH OLMAQ İSTƏYİR

Baron fon der Launis köklü monarxiyanın çöküşün- dən sonra özü öz

başına tac qoymaq istəyən yeganə insan deyildi. Knyaz Dob ışa da eyni niyyətə

düşmüşdü, hər halda Krım padşahından fərqli şəkildə.

Hırvatıstanın taxt-tac iddiaçısının ad-sanını qazanana qədər knyaz

Dobışanın həyatı digər orta mühacirlərinkin- dən köklü şəkildə fərqlənmirdi.

Rusiyadan böyük qaçışdan öncə onun da dolanışığı Baron fon der Launisin və

digər rus zabitlərinin həyatına bənzəmişdi. Knyaz qəşəng bir mundir gəzdirmiş,

çarın xarici və daxili düşmənləri üzərindəki qələbənin xülyası ilə yaşamış və heç

vaxt düşünməmişdi ki, günlərin birində tale ona mühacirin dilənçi həyatını nəsib

edəcək. Sonra qəflətən çarın həm daxili, həm də xarici düşmənləri qalib gələndə

Dobışa üçün indiyə qədər nizamlı, qayğısız, silkinə yaraşan bəslənmiş həyatın

mayası olmuş hər şey batıb-getdi.

İnqilab başlayanda knyaz artıq gənc knyagina Kanta- kuzenlə ailə qurmuşdu və

məş hur şəkil qalereyasına malik bir sarayda ya şayırdı. Çar yıxılandan sonra

naməlum, bədnam insanlar hakimiyyətə yiyələndilər ki, onlarla da nə knyaz, nə də

knyaginya oturub-durmaq istədi. Sonra sükan arxasına daha şübhəli tör-töküntü

keçdi ki, o da dumanlı iqtidarı utanıb-çəkinmədən cəhənnəmə vasil etdi və indi də

öz növbəsində Dobışa adlı knyaz barədə heç eşitmək belə istəmir. Knyaz Dobışa

qaçmalı oldu. Sarayını, şəkil qalereyasını və mundirini düşmənə qoyub-getdi.

Knyaz cənubi Rusiyada Allah, çar və vətən uğrunda mübarizəsini davam etdirdi,

orda bir daha qələbə məstliyinə daldı və sonuncu kərə məğlub oldu. Keçmiş

rus-çar qvardiyasının qa- Iıqları ilə birlikdə arvadının müşayiəti ilə Allah

tərəfindən unudulmuş Rusiyanı tərk etdi və mərhəmətli müttəfiqlərin buxar

gəmisinə mindi. Eyni şeyi bütün zabitlər, Rusiyanın bütün ağ qvardiya

dəstələrinin qalıqları da etdi.

Gözəl günlərin birində, müttəfiqlərin mərhəməti birdən-birə tükəndi.

Nəhayət, bir gün knyaz Dobışa buxar gəmisini tərk etməli oldu. Cibində bir neçə

qəpik-quruş o, arvadım götürüb bütün mühacirlərin tarixi və ənənəvi paytaxtı

Parisə köçdü. Parisdə knyaz bütün çar-rus mühacirlərinin ömrünü yaşadı: kilsəyə

gedib qətlə yetirilmiş çarın ruhunun qurtuluşu üçün dua etdi, mühacir qəzetlərini

oxudu və mühacir meyxanalarına baş çəkdi. Digər mühacirlərdən heç nə ilə

seçilmədi. Sonra günlərin birində başqaları kimi o da gördü ki, mühacirətə

Page 85: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

85

gətirdiyi qəpik-quruşu tükənmişdir. Gözəl Paris birdən-birə qonaqsevərliyini itirib

boz üz göstərdi. Nəhayət onun mühacir həyatı ümidsizliyin zirvəsinə yetişəndə

knyaz Dobışa mühacirətdəki rus zabitlərinin ən pis yolunu tutmağı, daha doğrusu,

Paris taksiçisi olmağı qərara aldı. Taksiçilik peşəsi knyaz Dobışanın daxil oldu ğu

dairələrdə o vaxt ad-sana tam uyğun bir iş sayılırdı. Zira taksiçilik özlüyündə bir

dəlil idi ki, həmin peşənin icraçısı heç də bolşevik, yaxud ziyalı fikirlərə

düşməmişdir və bununla da gələcək Rusiyada yenidən əlvan mundir geymək üçün

yetərincə legetimləşmiş görünür.

Deməli, knyaz taksiçi oldu. Səhər tezdən knyaginya onun çantasına

bir-iki yaxma qoyurdu, o da qaraja yollanır və işi qurtardıqdan sonra, yalnız

axşamdan xeyli keçmiş evə dönürdü. Bu arada knyaginya otağı yığışdırıb xörək

hazırlayırdı. Şam yeməyindən sonra knyaz ailəsi dincəlirdi. Knyaz mühacir

qəzetindən knyaginyaya bolşeviklərin dəhşətli əməllərindən oxuyurdu. Qalan

digər mühacirlər və Parisin knyaz-rus taksi sürücüləri də eynən belə yaşayırdılar.

Günlərin birində knyaz Dobışanın həyatında heç gözlənilmədən heyrətamiz bir

dəyişiklik baş verdi. Adi günlər kimi o həmin gün də evə döndü, knyaginya ilə

nahar edib qəzeti açdı. Birdən qışqırıb ayağa qalxdı və qəzeti yerə saldı. Hətta

bunu o da bolşeviklərdən gözləməzdi. Qəzet iri hərflərlə qırmızıların yeni bəd

əməllərindən xəbər verirdi.

«Bolşeviklərin saysız-hesabsız cinayətlərinə», - qəzet yazırdı, - «bir

yenisi də indi əlavə olunur. Təşviqat və Üçüncü İnternasional üçün pul əldə etmək

məqsədilə onlar Rusiyanın dövlət və şəxsi şəkil qalereyalarında qorunub saxlanan

xəzinəni xaricdə satmaq qərarına gəliblər. Bunların arasında aşağıdakı əsərlər

var...»

Sonra satışa təqdim olunan şəkillərin və onların surətlərinin siyahısı

gəlirdi. Knyaz Dobişanın acığına onların arasında bir vaxt Dobışanın knyaz

sarayının şəkil qalereyasını bəzəmiş sənət əsərləri də vardı. İndi bu xəzinənin

hamısı Berlində Lepkenin auksionuna qoyulmalıydı. Və satışdan əldə edilən

böyük məbləğ bolşeviklərin əlinə keç- məliydi! Bu arada isə həmin əşyaların

qanuni sahibi Parisdə taksiçi oyununu oynamağa məcbur qalmışdı. Lap ağ

eləmişdilər!

Hirsindən boğula-boğula əyləşib qəzetin redaksiyasına oğruları köklü

şəkildə damğalayan bir məktub yazdı. Məktubu, təbii ki, qəzet elə ertəsi gün iri

başlıqla ilk səhifədə çap etdi.

Bununla Dobışanın həyatında yeni bir dövr başladı. Məktubun ardınca

Page 86: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

86

mühacir qəzeti onunla ətraflı bir müsahibə verdi. Bundan sonra tanışları ona

müəyyən ehtiramla yanaşdılar. Mühacir mətbuatın hamısı tezliklə «Dobışa

Əhvalatı» adı ilə xüsusi rubrika açdı. İşdaşlarının hamısı ona kommunistləri

nüfuzlu Avropa məhkəməsinə verməyi məsləhət gördü. Bu yol Dobışaya

umudsuz görünmədi. Hər halda o, şəkillərin qanuni sahibi olaraq qalırdı. Onun

ehtimalı nca oğurluğa sivil bir ölkədə dözməzdilər.

Mühacirlər cəmiyyətindən canı yanan adamlar ona təcili şəkildə

Almaniyaya getməyi məsləhət gördülər. Nəhayət knyaz Dob ışa taksiçilik

vəzifəsinin tərkini qıldı, çətinliklə də olsa, pul toplayıb möhkəm bir əminliklə

Berlinə yollandı ki, alman məhkəməsi varidatını ona qaytaracaq. Belə olduqda

işindən əl çəkər, şəxsi taksilər alardı. Şəxsi taksi, bu hər bir mühacir taksiçinin

həsrətli arzusu idi. Dobışa Berlində vəkil tutub sovet hökumətini və Lep- ke

hərracını məhkəməyə verdi. Bununla da knyazın oğurlanmış şəkillərinin əhvalatı

maraqlı hüquqi bir məsələyə, və bu azmış kimi, qəzetlər bu işə yaxından

girişdiyindən beynəlxalq qalmaqala çevrildi. Berlin, Paris, London, eləcə də

amerikan qəzetləri hər gün «Dobışa Əhvalatı»ndan məlumatlar yayırdılar.

Taxıntılı karikaturalar çəkildi, həyəcanlandırıcı alt yazıları ilə foto şəkillər dərc

olundu və Sovet Rusiyasının başına hər cür yersəl və göysəl cəzalar yağdırıldı. Bu,

Lepkenin hərracının tam ortasında məhkəmə məmuru peyda olub birdəfəlik

sərəncam əsasında Dobışamn şəkillərinin hamısını müsadirə edən gün öz zirvə

nöqtəsinə çatan yüzfaizli bir qalmaqal oldu.

Knyaz indi Berlində oturub məhkəmə prosesi ilə məşğul olur və sovetlər

üzərindəki gözəl qələbəsinin xəyalları ilə yaşayırdı. Məhkəmə baş tutdu və yeni

bir qalmaqalla qurtardı: sovetlərə bəraət qazandırdı. Knyazın iddiası rədd edildi və

o, məhkəmə xərclərini ödəməsi barədə ona hökm çıxarıldı. Həmin macəra

bununla sona yetdi. Mühacirət qəzetləri daha bir neçə acıqlı məqalə çap etdi.

Amma Lepke indi Dobışadan

oğurlanmış şəkilləri maneəsiz-filan- sız satdı və sovetlər bu və digər

hərraclardan Üçüncü İnternasionalın təbliği üçün yeni vəsaitlər əldə etdilər.

Bu şəxsi məsələdə də qalib çıxmaq, görünür, Dobışa- nın alnına

yazılmayıbmış. Qəm-qüssə içində o, Parisə döndü. Yenidən Paris droşkalarının

birinin sükanı arxasına keçdi və cüzi qazancından nəhəng məhkəmə xərclərini

ödəmək üçün var gücü ilə çalışdı.

İndi birdən-birə elə bir iş oldu ki, ona nə Dobışanın özü, nə də bir başqası

hazır idi. Yalnız nağıllarda yaşanan, ya da mühacirətdəki knyaz mühacir

Page 87: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

87

sürücünün başına gələn bir möcüzə baş verdi. Həmin möcüzə aşağıdakı kimi

cərəyan etdi:

Məhkəmə prosesində Dobışa mətbuatda məşhur bir ad oldu. «Dobışa

Əhvalatı» beynəlxalq aləmdə hamını maraqlandıran hadisəyə çevrildi və hətta

etinasız adamlarda da öz haqları uğrunda Lepke ilə mübarizə aparan və işi uduzan

hansısa rus knyazı barədə dolaşıq bir təsəvvür yarandı.

Knyazın adı bu minvalla uzaq ölkələrin birində, Hırva- tıstanda yerli

millətçilərin gözündən yayınmadı. Və həmin millətçilər çox da çətinlik çəkmədən

müəyyənləşdirdilər ki, Dobışa Kostramanes adı qədim tarixi sənədlərlə bağlıdır.

Təkzibolunmaz tarixi qaynaqlardan məlum olurdu ki, knyaz Dobışa

Kostromanesin uluları bir vaxtlar Hırvatıstannın qanuni, irsi və əzəmətli

padşahları olmuşlar. Hırvatıstan bu arada Habsburqların itaətində olmuşdu və indi

serblərin hökmranlığı altındaydı, amma bu nəsə deyirdimi? Legitimliyin əsas

prinsipləri bir neçə yüz illə, ötüb-keçən zaman olayları ilə dağıla bilməzdi! Knyaz

Dobışanın uluları haçansa padşah olmuşdularsa, deməli, knyaz Dobışa Hırvatıstan

taxt-tacına Peterburq sarayının şəkillərinə iddia etdiyi həmin haqqa malik idi. Lap

Lepke qiyməti on dəfə qaldırsa belə!

Knyazın yenicə başlanan dönüşünün təfərrüatları tam məlum deyil,

amma belə baş vermiş olmalıdır: Boşaldılmış şəkil qalereyasının sahibi knyaz

Dob ışa günlərin birində öz droşkası ilə Parisin küçələrini dolaşanda kübar bir

əcnəbi onu saxlatdırır. Bir müddət Parisin içi ilə sürdürür, onunla söhbət edir və

qəfildən ona Hırvatıstanın taxt-tacını təklif edir. Gözlənildiyi kimi, Dobışa bu

təklifdən çaşıb-qalır.

- Siz Hırvatıstanın keçmiş padşahlarının törəməsi deyilsiz? -

Kübar əcnəbi bu sualı vermiş olardı. Həmin faktı Dobışa Parisin küçə

nəqliyyatının burulğanında çoxdan unutmuş olsa da, dana bilmədi. Yad cənab hər

halda belə bir faktı israrla knyazın yaddaşına qaytarmağı bacardı ki, bunun da

ardınca Dobışa Berlinli vəkilə olan borclarını ödədi, miskin sürücülük güzəranına

son qoydu və təklif olunan hırvat taxt-tacını məmnuniyyətlə qəbul etməyə hazır

oldu.

Qaçqın kimi yaşamağı o özünə rəva bilirdisə, onda knyaz mühacirdənsə

padşah mühacir olmaq daha yaxşıy- dı. Taxt-tac iddiaçısı kimi Parisdə uzun

zaman sürücülük etməyəcəyinə həmin dəyərli cənab incə bir eyham vurmuşdu.

Olaylarla zəngin həmin günün axşamı knyaz evə gələndə, görünür, arvadı

ilə müəyyən mənada qeyri-adi bir söhb ət apar ıb.

Page 88: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

88

- Bugün səhər evdən sürücü kimi çıxdım, indi isə padşah kimi qayıdıram,

- deyib ki, bunun da müqabilində knyaginya talenin ağır zərbələrinə ərinin ağlının

çaşması ilə cavab verdiyini güman edib.

Amma tezliklə vəziyyətə aydınlıq gəldi və qızlıq soyadı Kantakuzen olan

knyaginya knyaz Dob ışa ilə kəbinə girdiyi günə şükr oxudu.

Hadisələrin sonrakı inkişafı ömrünü müh&cirətdə keçirməyə məcbur olmuş

padşaha yaraşan sabitləşmiş qayda ilə keçdi. Birdən-birə hansısa hırvatlar peyda

olub Hır- vatıstanın irsi padşahının mənafelərinin qorunması üçün bir komitə

yaratdılar. Mətbəələr yeni padşahın bir qalaq müraciətini, manifest və yazılarını

çap etdi. Hırvat tacını qəbul edəndən dərhal sonra o, peşəsini buraxdı və bir saraya

köçdü ki, bu da onun Peterburq sarayından xeyli miskin, fəqət çar-rus mənşəli

bütün taksi sürücülərinin ev-eşiklərinin üst-üstə hamısından yaxşı idi.

"Kostromanes Komitəsi" keçmiş və gələcək padşahların ətrafında yaranmış bütün

komitələrin adi işini görürdü. Dobışanm indi kefi kökdür. Knyaz pulsuz dolana

bilər, tac iddiaçısı isə heç vaxt. Bu, lütləşmiş mühacirdən başqa heç kəsin dərk

etmədiyi fərqdir.

Nəqədərki Dobışanm padşah libasındakı şəkilləri ilə kitablar buraxılır,

nəqədərki onun çağırışlarını sərhəddən o üzə keçirirlər, Dobışa da korluq

çəkməyəcək. Əlahəzrət Hırvatıstan padşahı taleyindən razı qalmalıdır.

Hərdən onun nəzərləri indiyəqədərki Paris həyatına dönür. O, kasıb

dostlarını da unutmur! Çətin yerli taparsan ki, yenicə kürədən çıxmış

padşahı təzə sənətinə görə qınasın. Əksinə, bir iddiaçı artırsa, ümid də

artır! Zira Dobışa padşah olan kimi, bəzi Paris taksi sürücüləri zabit kimi

məmnuniyyətlə onun padşah qvardiyasına üzv olacaq.

Page 89: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

89

FRANSANI XİLAS ETMİŞ KİŞİ

Hamını tanıyan, hər kəslə maraqlı ünsiyyət quran, hər şeylə maraqlanan,

amma öz işlərinin üstünə həmişə zülmət pərdəsi örtən, təsnifata gəlməyən qarasaç

cənab on ildir ki, mühacirliyin aparıcı yollarında, Kürfürstendammda, Bois de

Bouloqnedə, Piccadilli Streetdə dolaşır. Ona da istənilən mühacir ürək qızdırır.

Onun xarici görkəminə, jest- lərinə, iddia və danışıq tərzinə yaxşı bələddirlər.

Cənab özü öz dürüstlüyünə və abrına tam əmindir. Amma bu əminliyi heç də

bütün mühacirlər həmin tutumda bölüşənə oxşamırlar. Bir çox ölkələrin

polislərinin də bu cənab haqqında öz şəxsi baxışı var ki, həmin baxışı da onlar

hərdənbir ölkədən qovma əmrləri formasında ifadə edirlər. Cənab öz

insandaşlarının bu mövqeyini qəti başa düşə bilmir. Onun baxışına görə heç vaxt

pis iş tutmayıb, nə edibsə, hamısını yalnız bəşəriyyətin xeyrinə edib, həmin

bəşəriyyət isə öz surçusuna hətta onun layiq oldu ğu hörməti belə, göstərmək

istəmir. Cənabın hansı əməlin sahibi olması, deyildiyi kimi, bəlli deyil. Amma

onun üzdə olan geniş maraqları var, çoxlu səyahət edir, həddən artıq məşğuldur və

Avropanın hər mühacir qəhvəxanasını xırdalıqlarına qədər tanıyır. Cənab sabiq

general deyil, heç siyasətçi də deyil - keçmiş Rusiyada onun nə bankı, nə də

malikanələri olub. Kitab yazmayıb, heç vaxt səhnədə çıxış etməyib, heç bir feodal

titula və ordenə sahib olduğunu söyləmir. Sadəcə olaraq cənab S.-dir, yəhudi və

mühacir. Buna baxmayaraq adı hər bir mühacirə tanışdır və rus qarğaşasının

tarixində bu ad çəkilməmiş qalmayacaq.

İnqilabönü çağlarda həmin cənab S. əslində müqəddəs iblis Rasputinin ən

qüdrətli şəxsi katibi olmuşdu. Cənab S.-in bu vəzifəyə necə gəlib-çıxması bəlli

deyil. O özü hərdən içindən gələn bir həyəcanla danışır ki, Rasputin əlini necə

onun epileptik oğlunun üstünə qoyub və illərlə xəstə yatan oğlu bundan dərhal

sonra necə ayağa durub və birjaya yollanıb. Fəqət bu uğurlu müalicə cənab S.-in

Rasputinin yanında tutduğu vəzifə üçün yetərli izahat deyildi.

Cənab S. külliqadir idi, hətta Rasputinin özü maddiy- yətlə məşğul

olmurdu. Elə buna görə də şəxsi katibi ona əvəzsiz idi. Kimsə dövlətdən kredit

almaq istəyirdisə, dumanlı bir təsisat niyyətinə, orden eşqinə düşmüşdüsə, yaxud

qarşısına daha nəsə qoymuşdusa, bu cür xırda, yersəl işlərdən ötrü şəxsən

Rasputinə üz tutmaq, təbii ki, tam yanlış idi. Bu cür xahişçiləri Rasputin mütləq

bayıra atardı. Amma belə işlər üçün cənab S.-ə dostcasına müraciət edərdinsə, o,

yəqin ki, yox deməzdi. Əksinə, hər bir qonağı seçmə nəzakətlə qəbul edər,

Page 90: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

90

anlaşıqlı şəkildə onun üzünə gülümsəyər, onunla tam dostcasına bir neçə kəlmə

kəsər və əlindən gələn hər şeyi tam sərbəstliklə edəcəyinə söz verərdi. Bu, təbii ki,

az deyildi, zira bundan dərhal sonra mürəkkəb dövlət mexanizmləri hərəkətə

gələrdi, ordenlər paylanardı, xahişlər yerinə yetirilər, ödəmələrə razılıq verilərdi,

sadiq təbəənin dövlətdən nəsə almağı heç ağlına gətirmədiyi şeylərin hamısını

dövlət birdən-birə paylayardı. Cənab S. həqiqətən də qüdrətli adam idi.

Aradan illər ötdü. Cənab S.-in ş öhrəti ölçüsüzlüyə qədər yüksəldi. Onun

önodası daim xahişçilərlə dolub-boşalırdı. Böyük knyaz Dmitri və knyaz

Yusupov müqəddəs iblisi qətlə yetirənə və bununla da cənab S.-in karyerasına son

qoyulana qədər beləcə davam etdi.

İnqilab özünü yetirəndə cənab S.-in itiriləsi hökmü qalmamışdı. O,

cənuba yollandı, orda kazinolar yaratdı və mühacirlərin axınına qoşulub nəhayət,

Avropaya yetişdi. Onun heç də pis getməyən Avropa əməlləri bu yerdə yaxından

işıqlandırıla bilməz. Hər halda elə bugünün özündə də cənab S. əməlləri

baxımından rus mühacirətində ən məşhur varlıqlardan biridir. Başqalarından tam

fərqli olaraq o, şöhrətli çağlarından əhvalatlar danışmağı bacarır ki, həmin

əhvalatlar da həmişə doğru olmur və dinləyicilər tərəfindən heç də həmişə ciddi

qarşılanmır; amma həmin hadisələri bugün onun dəmir təkəbbürlə təqdim etməsi

çox vaxt yeni dinləyiciləri özümə cəlb edir ki, onlar da zaman- zaman öz

təbəssümlərini tam boğa bilmirlər.

Cənab S. keçmişdə necə önəmli bir insan olduğunu adi hal kimi təsvir

edir.

- Bilirsiz, - deyirdi, - mən saray həyatına qaynayıb- qarışan adam

deyiləm. Yəhudinin sarayda nə azarı!? Amma mən haçansa iki, yaxud üç gün qış

sarayında olmayanda ertəsi gün məni yuxudan çarın teiefondakı səsi durğu- zardı.

«Əzizim», çar deyərdi, «acığın tutub? Səni gör nə qədərdir görmürük!». «Havalar

o qədər pis keçir ki, Əlahəzrət», cavab verirdim. «Amma, əzizim, boşla getsin,

arabanı arxanca göndərirəm. Çay süfrəsinə gəl. Özün bilirsən ki, arvad-uşaq sənin

xətrini necə istəyir». Əlbəttə saraya getməli olurdum, hər necə olsa da, çar dəvət

edirdi axı. Amma yaxşıydı ki, hərdən saraya gedirdim. Bir gün orda böyük bir

qulluq göstərə bildim. Gəlib görürəm ki, çarımız Hollandiyanın kralı (ya da

İsveçin kralı, yaxud da Portuqaliyanın kralı, harda necə gəldi) ilə qumar oynayır.

Hollandiya kralı kələk gəlir və yanlış oynayır. Mən bunu o saatca gördüm. Çar isə,

Page 91: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

91

təbii ki, görmürdü. Masanın arxasına oturub Albaniya kralının kəf gəlməsinə

tamaşa edirəm. Çar milyonu milyon dalınca uduzur, tezliklə o, bütün var-yoxunu

uduzdu. Az qala yüz milyona yaxın idi. Birdən çar Rumıniyanın kralına deyir:

«Əziz qardaş, gəl pula oynamayaq, yaxşısı budur, şəhərlərə oynayaq. Mən Tula

şəhərini qoyuram». Əcnəbi kələkbaz, təbii ki, razılaşır və çar şəhərləri bir-birinin

ardınca uduzur. Baxıram və öz-özümə düşünürəm, belə getsə, o, bütün

Rusiyamızı uduzacaq. Bu fikrə dözə bilmədim. Yerimdən qalxıb Ruritaniya

kralının saxta kartlarını dartıb qolundan çıxartdım. Təbii ki, bütün oyun yararsız

sayıldı. Kralı böyük rüsvayçılıqla saraydan bayıra atdılar. Çar isə mənə dedi:

«Əzizim, sən məni xilas etdin, ürəyindən keçəni istə, arzunu yerinə yetirəcəm».

«Yox, Əlahəzrət», dedim, «heç nə istəmirəm, mən yalnız təbəəlik borcumu yerinə

yetirdim». Bu vaxt biz bir-birimizi qucaqladıq və xoşbəxtlikdən ağladıq. Bu

hekayətdən sonra cənab S. adəti üzrə iri bir cib yaylığı çıxarıb var gücü ilə

gözlərini ovur. İnamcıl çar və onun hiyləgər tərəfdaşları barəsindəki əhvalata

bəlkə də o özü inanır. Dinləyicilərdən isə, təbii ki, heç kəs ona inanmır, çünki

cənab S., yəqin ki, ömründə heç vaxt qış sarayının darvazasına ayaq qoymayıb.

Aydındır ki, çarın köhnə dostu kimi cənab S. mətin bolşevik düşmənidir, bunun da

nəticəsi odur ki, mühacir dairələrində onun digər zəif cəhətlərinə göz yummağa

çalışırlar.

Zəif cəhətlər isə az deyil. Deyilənə görə saysız oyun evlərinin sahibidir,

bundan başqa hər cür icazəsiz işlərlə məşğul olur və ən əcaib idarələrlə qəribə

fırıldaqlara girir. Təbii ki, belə hallarda o hər vaxt sezdirir ki, əvvəllər, keçmiş

Rusiyada onun kimi adlı-sanlı kübar bir adama bu cür hücumlar tam imkan

xaricində olardı. Bu yerdə onun ağzından çıxan sözlərə hər halda inanardılar.

Cənab S.-in 1929-cu ildə Parisdə dövlət idarələrinin biri ilə çox kəskin

münaqişəsi yarandı. Həmin münaqişədən danışmamaq olmaz. Günlərin birində

Parisdə qəlp çervon əskinasları peyda oldu. Paris polisi elə o saat qəlp- çilərin

axtarışına girişdi, lakin onları ələ keçirə bilmədi. Bunun əvəzində qəlp pulu

dövriyyəyə buraxanları tapmaq onlara müyəssər oldu. Öyrənəndə ki həmin

adamların arasında cənab S. birinci yerdə durur, bu, insanları xeyli heyrətləndirdi.

Page 92: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

92

Onu tutub məhkəməyə verdilər. Təbii ki, o da bütün suçlamaları təkzib

etdi. Amma külli sayda faktlar ortaya qoyulanda qəlp çervonları dövriyyəyə

çıxardığını etiraf etdi, ancaq onu da bildirdi ki, bunu yalnız və yalnız

vətənpərvərliyi ucbatından edib. Bununla o, sovet hökumətini zəiflətmək və

onun çöküşünü yaxınlaşdırmaq istəyib. Bu cür arqumentlərin mürəkkəbliyinə

baxmayaraq cənab S. tələb etdi ki, məhkəmə ona məhdudiyyətsiz inam göstərsin.

Məhkəmə bunu etməyə meyilli idi, amma yenə də belə bir qətnaməni verməkdən

başqa ayrı çarəsi qalmadı ki, cənab S. vətənpərvərlik hərəkəti ilə heç də xırda

olmayan qazanc əldə etmişdir. Bu görünməmiş qətnamə müttəhimə baha başa

gələrdi. O, məhkəməni cızığına qaytarmağı qərara aldı. Vüqarla ayağa durub

özünü düzəltdi, hakimlərini yenilməz bir təkəbbürlə süzüb sözə başladı:

- Cənablar, qarşınızda Fransanı xilas etmiş kişi dayanır!

Soruşulanda ki bu necə və haçan olub, cənab S. ona ürəyini boşaltmaq

imkanının verilməsini xahiş etdi.

İcazə verildi, bundan sonra o, titrək səslə belə söylədi:

- Bu, 1915-ci ildə, dünya müharibəsinin tən ortasında, hamımız

cəbhələrdə qan axıdanda olub. Mən Rasputi- nin şəxsi katibi idim və bir gün tam

məxfi şəkildə xəbər tutdum ki, rus hökuməti Almaniya ilə separat sülh

müqaviləsi bağlamağa hazırlaşır. Rasputin də buna qarşı çıxmaq istəmirdi.

Gecə-gündüz o müqəddəs insanın beynini doldurdum ki, bu sülhün əleyhinə

çıxsın. Bilirdim ki, bu işdə başımla oynayıram. Ancaq Fransaya olan qızğın

sevgim məni qəhrəmancasına hərəkət etməyə sövq edirdi. Nəhayət, Rasputini

inandırmaq mənə müyəssər oldu. Rasputin çarın hüzuruna gedib onu inandırdı.

Sülh müqaviləsi bundan sonra imzalanmadı, alman qoşunları rus cəbhəsində

qaldı və Fransa xilas oldu. Bu nitq iştirakçılara, xüsusilə də cənab S.-in özünə

böyük təsir bağışladı. Sənab S. həyəcandan ağlayıb içini çəkdi və çox təəcübləndi

ki, həmin şeyi hakimlər etmirlər.

O yenə də düz tutmuşdu. Milli taktika səbəbindən, eləcə də milli

rüsvayçılıqdan gen gəzmək üçün Fransanın xilaskarı cənab S. Fransa

məhkəməsində bəraət qazandı. Bunun da nəticəsində tarix indi söyləyə bilməz ki,

Page 93: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

93

Fransa öz xilaskarlarından birini zindana atmışdır.

O vaxtdan bəri cənab S. mühacirliyin baş küçələri ilə daha vüqarla

gəzişir, mühacir meyxanalarında qəhvə içir və vaxtilə əlində olan hökmdən və

həmin hökmü bəşəriyyətin rifahına yönəltdiyindən bəhs edən hekayətlər danışır.

Bu zaman əlbəttə bir şeyi əlavə etməyi unudur ki, özünü bu bəşəriyyətə həddən

çox qatır.

Page 94: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

94

MÜHACİRLİYİN GÜN-GÜZƏRANI

Bəlkə də bura qədər deyilənlərdən güman edildiyi kimi, mühacirlik təkcə

macəraçılardan, qəzaya uğramışlar- dan və çeşidli generallardan ibarət deyil.

Əksinə, indiyə qədər təsvir olunan tiplər gerçəkliyin cüzi bir parçasıdır.

Orta mühacir taxt-tac eşqinə düşmür, çarın çay qonaqlığından danışmır.

Orta mühacir işləyir. Zabitlər, mülkədarlar və ziyalılar bugün zavod fəhlələri və

manufaktura- çı, süfrəçi, müsiqiçi və sürücüdürlər. Onlar idarələrdə, gəmilərdə,

müəssisə və tarlalarda qan-tər tökürlər. Hər il hansısa bir peşənin qulpundan

yapışırlar. Lakin bu məşğuliyyət onlarda heç bir iz qoymur. Həmin məşğuliyyət

yaşa- m önəmi daşıyan zahiri bir örtükdür ki, zabit, mülkədar və ziyalı onun

altında daxilən öz ömrünü sürdürür.

Amma bununla belə, mühacirlikdə nəsə çox qəribə bir şey baş verir.

Vaxtilə proletar diktaturasından qaçmış təsadüf proletarları xaricdəki zavod və

fabriklərdə, malikanələrdə az qala sinfi proletar duyğuları qazanmışlar. Mühacir

tez-tez, özü də geninə-boluna kapitalisti söyür, kommunist vəhşətlərinin hamısını

onun başına yağmasını arzulayır və bəyan edir ki, kapitalizm öz məhvini tamamilə

və büsbütün qazanmışdır. Yetərincə söyəndən sonra isə bir xeyli susur, badəsini

boşaldıb düşünür ki, o özü də əslində anadangəlmə kapitalist və sinfi düşməndir,

sonra eynilə geninə-boluna sovet Rusiyasını söyməyə başlayır, nəticəsi də bu olur

ki, dinləyicilərdə kapitalizmlə kommunizmin yalnız mühacirin həyatını ağıya

döndərmək üçün yaranmış mahiyyətcə iki oxşar əcaib olduğu təəssüratı yaranır.

Kommunizm və kapitalizmdən başqa mühacir, onun fikrincə, həm də çöküşündə

günahkar olan ayrı-ayrı insanlara nifrət edir. Qissəli gecələrini və tükənmək

bilməyən axşamlarını mühacir düşüncələrə dalıb kiçik meyxanalarda keçirir, hər

şeydə yalnız və yalnız günahı olan kişiləri beynində dolandırıb düşünür. Hərdən

çarın özü günahkar olur, hərdən Ke- renski, hərdən də almanlar. Düşüncə adətən

belə müdrik əminliklə bitir ki, insan hər şeyi əvvəlcədən bilmiş olsaydı, bəlkə də

bəzi işlər başqa cür alınardı. Bunu dərk etmək mühaciri həddən ziyada

rahatlaşdırır.

Mühacirlər çox vaxt ciddi şəkildə qapalı yaşayırlar, Avropanın yerli

Page 95: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

95

əhalisinə qaynayıb-qarışmırlar və əprimiş kiçik burjua Avropasına nifrət edirlər.

Onların hamısı tam əmindir ki, Rusiya dünyanın ən gözəl ölkəsidir. Bəlkə də

doğrudur; hər halda bunu daş qayaya rast gələndə söyləyirlər ki, Rusiya təkcə

dünyanın böyük ölkəsi deyil, o həm də ən böyük və ən vacib inqilabı edib.

Sonralar yadlarına düşəndə ki rus inqilabı ilə lovğalanmağa əslində şəxsən onların

çox az haqları var, o saat talelərinə boyun əyib qəmli-qəmli susurlar.

Uzun illərin acınacaqlı həyatı mühacirdə güclü özü- nəvurğunluq ehtiyacı

yaradır. Xaricdə işləri nə qədər pis gedirsə, xatirələrinə inansaq, Rusiyada kefləri

bir o qədər kök olub. Bu halda onlar hər yetənə söyləyirlər ki, bir vaxtlar necə

füsunkar xanımları olub, yaxud çar haçansa onların üzünə necə lütfkarlıqla

gülümsəyib. Bəlkə də xanımlar onların öz arvadları, indi qocalıb əldən düşmüş

həyat yoldaşları olub və çar dedikləri bəlkə də yeni ildə çaypuluna möhtac olan

sadə polis gözətçisi imiş. Bunları bugün daha heç kəs yoxlamaq imkanında deyil.

Mühacirin özünü aldadan ağıllı fantaziyası geriyə doğru hüdud tanımır. Məsələn,

gürcü knyazı tam ciddiliklə danışırdı ki, evdə onun bir təpə cılxa qızılı olub və

onun bu qızıl təpəsi ilə bağlı inancını bölüşmək istəməyən hər kəsə bolşevik

damğası vururdu. Başqa bir mühacir qəmli-qəmli söyləyirdi ki, inqilabın

başlamasından bir gün qabaq məhkəmə prosesini udub və həmin məhkəmədə

Sibirin yarısı onun payına düşüb. Üçüncüsü, qorxaq, sadə bir kişi bolşevizmin

gəlişindən başlıca olaraq ona görə şikayətlənir ki, bu gəlişlə minib ayın yanına

qalxdığı uçağı əlindən çıxıb. Birinci hal şərq fantaziyası, ikinci hal özünü aldatma,

üçüncüsü mərhəmət bilməyən dəlilikdir. Bununla belə, bir-birini yaxşı tanıyan

mühacirlər bu xırdalıqlara yanımçıl və anlaşıqlı baxır və quru-quru deyirlər:

- Hər halda kişi keçmişdə bank kassiri olub, xətrinə dəymək olmaz, qoy

özünün qızıl təpəsinə inanmağında qals ın.

İnqilabın fantastik olayları mühaciri gerçəkliyə ehtiramdan məhrum edib.

Əgər çarı yıxmaq mümkün olubsa, əgər bolşeviklər 15 ildən bəri Rusiyanı idarə

edə bilirlərsə, onda bu dünyada aşkarca hər şey mümkündür.

Mühacir, güzəranını buna uyğun qurur. O həmişə hər şeyə hazırdır. Bu

cür macəralı əməlin hər biri tam yəqinliklə mühacir axınını nəzərdə tutur. Hansısa

miyanə mühacir vəkil balina ovçusu olmaq üçün qəflətən şimala yollandı. Bir

başqası Afrikaya köçür, zənci tayfasının başçısı olur, öz təbəələri haqqında

Page 96: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

96

tanışlarına heyranedici məktublar yazır və yerlərindən tərpənməyənlərin

hamısının ona paxıllığı tutur.

Mühacirlər yalnız bircə macəraya ürək eləmirlər. Geri, Rusiyaya

qayıtmırlar. Bunun öz səbəbi var. Ayrılıqda hər bir mühacir sovet hökumətinin

ölüm siyahısındadır. Çeka hər kəsi güdür. SSRİ-nin əfsanəvi divarlarının

arxasında onu ölüm və işgəncə gözləyir.

Avropanın özündə də mühacir, bolşeviklərdən qorxu içində yaşayır. Heç

vaxt bilmək olmur, gözəl ağqvardiyaçı baxışa malik olan mehriban otaq yoldaşın

bəlkə həqiqətdə çekanın agentidir. Bəlkə kafedəki o göyçək qız mühacirin qəhvə

fincanına zəhər atmağa çalışır. Bəlkə hansısa araba onu, mühacir filankəsi tapıb

altına almaq tapşırığı ilə şəhəri dolaşır. İnsanı nəzərə çarpmadan o dünyaya

göndərən müxtəlif üsullar mühacirin əsməcəli beynindən çıxmır, o həmişə

yeni-yeni variantlar və yollar uydurur, onlardan qorxub əsməcə keçirir.

Bunun məzəli yeri yalnız ondan ibarətdir ki, mühacirlər, bolşeviklərdən

heç də az qorxmurlar. Xaricdəki hər bir bolşevik belə bir əminlik içində yaşayır ki,

kapitalist polisi tərəfindən himayə olunan bir neçə ağ bandit yaxınlıqdakı tində

dayanıb onu sonsuz işgəncələrlə öldürməyə can atır. Bolşevik görəndə ki

qəhvəxanada, teatrda, yaxud qatarda iki mühacir onun yanında oturdu, rəngi-ruhu

avazımış halda qaçıb ordan uzaqlaşır. Təbii ki, sovet hökuməti mühacirlə

kommunistin səmimi görüşündə az maraqlıdır. Ona görə də xaricdəki hər bir

bolşevikin beynini doldurur: mühacirət sərxoşlar, ağıverənlər, qatil və çuğullar

dəstəsidir. Bu, bolşeviklərin qorxusunu anlaqlı edir.

Amma mühacirin də qorxusunu anlamaq olar. Birincisi, doğrudan da elə

hallar məlumdur ki, adlı-sanlı mühacirlər bolşeviklər tərəfindən ya oğurlanıblar,

ya da öldürülüblər. İkincisi, istənilən mühacir özünün sovet hökuməti üçün ən

böyük təhlükə sayılan əlahiddə şəxsiyyət olmasına tam əmindir, bərk-bərk inanır

ki, daima bolşeviklərin nəzarəti altındadır və buna uyğun olaraq özünü ehtiyatlı və

inanmaz aparır. Hər yanda şpion görür, hər kəsi satqınlıqda suçlayır və özünün

qorxu duyğusunu bəsləyib-yetişdirir. Bolşevizmə nifrət, hər kəs üçün təhlükə

olmaq duyğusu qəmli mühacir güzəranının yeganə fəal vəzifəsidir.

Page 97: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

97

Mühacirin boş vaxtı olursa, o başlıca olaraq Rusiyanın xilası planları

üzərində işləyir. Az qala hər mühacirin bunun üçün öz resepti var. Bu reseptlərin

bəziləri həmişəlik onun ciddi qorunan sirri olaraq qalır, bəziləri barədə dostlara

məlumat verilir, bəziləri hətta çap da olunur. Mühacirlərin bu xilas reseptləri bir

qayda olaraq keçmiş yaşam çevrəsinin baxışlarına uyğun gəlir. Məsələn, çar oxra-

nasının1 rəhbəri olmuş general bir proyekt irəli sürmüşdü ki, onun əsasında da

gələcək Rusiya yalnız polis tərəfindən idarə olunmalıydı. Ən azı hər on rusdan biri

polis ol- ’ Müəllif bu sözü rcali olaraq «oxrana» şəklində işlədir, buna görə də biz

onu orijinaldaki kimi saxlamağı məqsədəuyğun saydıq.

malı və digər rusların həyatını yönləndirməliydi. Ölkənin birinci polisi çar özü

olmalıydı. Küçədə üç nəfərdən artıq adam biryerdə gəzişməməliydi. Yabançı

kəlmələr yasaq edilirdi. Polisin nəzarəti altında çarın himni hər səhər, hər axşam

oxunmalıydı və hər bir vətəndaşa kilsə açağı (otk- rıtka) verilməliydi ki, burda da

onun kilsəyə gedişinin sayı qeyd olunmalıydı. Həmin açağı o hər həftə polisə

göstər- məliydi. Əgər bu proyekt kəm-kəsirsiz yerinə yetirilərdisə, biçarə general

Rusiyanın çiçəklənməsi məsuliyyətini tam boynuna götürməyə razırlıq verərdi.

İlhamı gələndə həmin general arada rus polisinə odalar da qoşurdu. Ürəyin

istədiyi qədər bənzər proyektlər var və mühacirlərin əksəriyyəti tərəfindən onlar

sürəkli çılğınlıqla qarşılamır. Nə «şpion», nə «bandit», nə də «qatil» (bolşeviklər

onları belə qələmə verirlər) olan miyanə mühacirin gündəlik həyatı on ildir ki,

həmişə eyni yeknəsəq avazla ötüşür. Mühacir çox vaxt hansısa bir müəssisədə

işləyir ki, burda digər mühacirlər də məşğul olurlar. Öz çevrələri ilə əlaqəni

itirməmək, çoxluq halında çıxış etmək üçün mühacirlər şurası fəaliyyət göstərir.

Mühacir fasilələrdə öz qəzetini oxuyur və bir daha kəsdirir ki, bolşeviklər əkilib

gedəcəklər. Çox vaxt iş yoldaşları da eyni fikirdə olurlar. İşdən sonra mühacir

evinə yollanır və arvadından öyrənir ki, qonşusu general filankəs bolşeviksayağı

öskürüb. Bundan gəzəblənib o biri qonşusugilə gedir, gileylənir və xəbər tutur ki,

«Rus Kəndliləri Partiyası (sədri qraf filankəs, katibi knyaz bəhmən- kəs) dünən

«Rus Oyanış Çağırışı» partiyası ilə (sədri qraf filankəs, katibi bəhmənkəs)

bir-birilərini qanlarına qəltan ediblər. Hələlik bəlli olmayıb ki, bu dava şəxsi,

yoxsa siyasi səbəbdən törəyib. Mühacir dərhal öz mülahizəsini irəli sürür ki,

davanın günahkarı mütləq sovet ticarət nümayəndəliyi olacaq və sonra ümidlə və

hərisliklə mühacirlər yığıncağına baş vurur.

Page 98: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

98

İri şəhərlərdə bu cür yığıncaqlar hər gün olur və «Çö- küşümüzün səbəbləri»nə,

yaxud «XII yüzilin kilsə nəğmələri»nə həsr edilir. Mühacir görkəmli natiqin

sözlərini inamsız-inamsız dinləyir, nədən söhbət getdiyini nadir hallarda başa

düşür, fəqət yığıncağı yüksək

əhvali-ruhiyyədə tərk edir. Zira bu mühacirlər yığıncağı hazırda dünyanın yeganə

yeridir ki, orda ona camaat içində «Zati-Aliləri» deyə müraciət edirlər. Bu cür

yığıncaqlar tez-tez dava-qal- maqalla qurtarır, yığıncaq qurtaran kimi mühacir

ailəsini götürüb kafelərdən birinə gedir, orda süfrəçi qadınların hamısının əlini

öpür, arxa mətbəxdəki xanım baronessanın kef-əhvalını soruşur, qiyməti iyirmi

pfenniyi aşmamaq şərtilə qəhvə sifariş verir. Polis saatına qədər kafedə əyləşir,

çalışır özünü elə aparsın ki, sanki heç nə olmayıbmış. Rus kapellasının

nəğmələrinə qulaq asır, bu nəğmələrdən birini zümzümə edir, surlanır və talenin

ona nəsib etdiyi miskin mühacir səadətindən həzz alır. Keçmiş günləri düşünür,

gələcək haqqında xəyallara dalır və indiliyi unudur. Həyatdan çox şey tələb etmir,

çünki mühacirlik illəri onun üçün, olsa-olsa, yaxşı keçmiş zamanlardan yaxşı

gələcək zəmanəyə keçid mərhələsidir. İllər ötəcək, bəlkə də elə sabah qəribə

durumlar haqqındakı məzəli xatirələrdən başqa ortada heç nə qalmayacaq və bu

durumların üstünə onun özü də çox tezliklə ürəkdən güləcək.

On ildir ki, mühacir bu «sabahı» gözləyir. İşləyir, pro- letarlaşır, söyür və

məyuslaşır, tezcə də gücsüzlüyün və vəzifə borcunun sezilməyən kiçik

igidliklərini göstərir və bərk-bərk inanır ki, indi mövcud olanların hamısının yoxa

çıxacağı və azalmaz güc və gənclik enerjisi ilə mühacirətdən dəyişməz, köhnə

Rusiyaya dönəcəyi gün haçansa gələcə k.

Page 99: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

99

DÖVLƏT İÇİNDƏ DÖVLƏT

Mühacirlik qapalı dövlətçilikdir. Dünyaya səpələnərək yaşayan yüz

minlərlə mühacir bütün ərazi birliklərinin o üzündə bir dövlət yaradır.

Özünün yazılmamış konstitusiyası ilə bu mühacir dövləti dövlətçiliyin

bütün adi hüquqi məfhumlarını lağa qoyur. Müntəxəbat kitablarında oxuyuruq:

«Dövlət - xalq kütləsinin məkanca hüdudlanan ərazidə ali hökmə sahib iqtidarın

fəaliyyət göstərdiyi hüquqi qurumudur». Mühacirətin ərazisi, ali iqtidarı yoxdur,

hökmranlıq etmir və vahid hüquq çərçivəsində yaşamır. Bununla belə, o, dövlətdir

və bu yöndə müəyyən əlamətlərə malikdir. Hər mühacirin pasportu, Xalqlar

İttifaqı tərəfindən verilmiş üzdəniraq «Nansen pasportu» var. Həmin pasport

mühacirləri zahirən birləşdirir. Mühacirətin Balkanlarda yaşayan və döyüşə hazır

olan ordusu var. Avropanın, demək olar, hər iri şəhə rində mühacir qəzetləri çıxır,

deməli, mühacirətin öz mətbuatı da var. Eləcə də o, bir çox məktəb və

universitetlərə malikdir. Məktəb müəllimləri, universitet professorları

Almaniyada, Çexoslovakiyada, Serbiyada, Bolqarıstanda, Fransada və Çində

əyləşib öz şagird və tələbələrinə, sanki heç nə olmamış kimi, keçmiş rus

pedaqogikasının bütün qayda-qanunları ilə dərs deyirlər.

Nəzəri yanaşılsa, Avropada doğula, məktəb və universitetlərdə oxuya,

mühacirliyin sıralarını bircə kərə tərk etmədən və bircə Avropa dilini başa

düşmədən də, orduda qulluq edə, qəzet redaktoru və ya siyasətçi ola bilərsən.

Xalqlar Birliyi və keçmiş rus səfirliklərinin qalıqları indi mühacir

diplomatiyasının funksiyalarını yerinə yetirir. Beləliklə, özünün sonsuz

qəlpələnməsinə baxmayaraq mühacirət ayrı-ayrı dövlətlərlə danışıqlar aparıb

müqavilələr bağlamaq imkanındadır.

Page 100: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

100

Bugün mühacirət Avropada, Şimal qütbündə və Saxa- rada eyni mühacir

dilində (bir növ rus-avropa dillərinin qarışığı) danışan, eyni düşüncə tərzinə malik

olan və hər yanda eyni partiyalara qəlpələnmiş az qala xüsusi bir xalqdır.

Mühacirləri bir-birinə bağlayan üyə yalnız və yalnız inkarçılıqdır. Onların hamısı

bolşevizmi inkar edir. Digər şeylərdə birdil deyillər. Fəqət bu «mühacirlər

dövlətinin» üzvlərinin qisməti olmuş dünya baxışını və dünya mənzərəsini on

ildən bəri qoruyub saxlamaq üçün həmin inkarlıq yetərincə bəs edir.

Mühacirlər üçün dünya bir-birindən fərqli iki kəskin hissəyə ayrılır:

bilənlərə və bilməzlərə. Bilənlər «bolşevik dəlixanasından» qaçış da iştirak

edənlərin hamisidir. Onlar eyni kastaya mənsubdurlar. Həyatın bütün

məsələlərində onlara böyük anla şıqlıq göstərilir. Mühacir bəzi şeyləri özünə rəva

bilər və mühacir çevrələrində onu o qədər də asanlıqla tənbeh etməyəcəklər,

əksinə, demək olar, həmişə eyni sözlərlə ona bəraət qazandıracaqlar: «Nə istəyir-

siz, o ki mühacirdir!».

Mühacirin indiki peşəsi və həyat şəraiti heç bir rol oynamır, onun qınağı

üçün həlledici amil keçmiş Rusiyada tutduğu mövqedir. Buna uyğun olaraq da

mühacirət mənsəb fərqi tanımır. Əgər keçmiş Rusiyada eyni kastaya mənsub

olublarsa, sürücülər, süfrəçilər, kinoaktyorlar və bankirlər axşam tam sərbəstliklə

bir məclisə yığışırlar. Bu vaxt Avropanın tozunu silkinib-atırlar və yenidən filan

alayının filankəs zabiti, Peterburq mülkünün sahibi, yaxud cənublu fabrikantlar

olurlar. Bir-biriləri ilə ümumi dildə danışırlar və bir-birinin yanında özlərini daha

yaxşı hiss edirlər, nəinki illərdən bəri onları eyni peşənin birləşdirdiyi iş

yoldaşlarının arasında.

«Bilənlərə» mühacir böyük meyil göstərir və tam inanır ki, bolşeviklərin

onun üstündə apardığı eksperimentlərdən sonra görəcəyi işlərin hamısında qalan

bütün bəşəriyyətə nisbətən o, həddən artıq yumşaq qınanmalıdır.

Bolşevizmin həqiqətdə nə olduğunu nə bilən, nə də başa düşmək istəyən

bəşəriyyət qalığına mühacir dəhşətli dərəcədə nifrət edir. Bu bəşəriyyətlə onunku

Page 101: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

101

tutmur. Həmin bəşəriyyət qalığının Rusiya barədə ortaya qoyduğu kitab, məqalə

və məlumatlar onun ürəyini bulandırır. Bolşevizmin əslində nə olduğunu ən

bixəbər avropalılara izah etməkdən mühacirət cana doyub. O, bir vaxt odünyada

olmuş və bundan bixəbər imansız ölümlülərə indi odünyanın budünyada təsəvvür

olunandan tamam başqa cür olduğunu başa sala bilməyən insana bənzəyir. Rusiya

haqqında ona uşaqsayağı görünən nitqləri dinləməli olanda mühacir qəmli-qəmli

baş qırpır. Amma istərdi ki, ayağa sıçrasın, kitab və qəzetləri cırıq-c ırıq etsin,

onları yazan özündənrazı avropalının başını partladıb özünü dəlixanaya çatdırsın,

çünki o, bolşevizmlə qaş-göz oynadan dünyanı qavraya bilmir.

Fəqət bəşəriyyət təkçə mühacirlərdən və qeyri-müha- cirlərdən ibarət

deyil. Həm də bolşeviklər var, özü də kifayət qədər. Təkcə

Rusiyada yox, həm də bütün Avropada. Mühacirə görə isə təkcə onun özü və dar

ayaqda «bilməzlər» homo sapiens kateqoriyasına aiddir, bolşeviklər onun üçün

məhv edilib kökü kəsilməli olan təsnifəgəlməz canlıdır. Mühacir eşidəndə ki

hansısa bolşevik qocalıq üzündən ölüb, bunu o özünün bəxtsizliyi sayır, çünki bu

adam vaxtsız ölümü ilə dar ağacından qurtulub. Mühacirlər bütün işlərdə fərqli

fikirdədirlər və fərqli fikirlərdə ola bilərlər, fəqət onları həmişə bir şey birləşdirir:

Bolşeviklər üzərində qələbə çalarlarsa, onlara neyləyəcəklərini bir-birilərinə izah

etməyə ehtiyac duymurlar.

Hansısa bolşeviki görən kimi normal miyanə mühacirin bütün əzaları

titrəməyə başlayır və kommunist nitqinə qulaq asmalı olanda alnında tər

puçurlanır. Qırmızı dünyaya nifrət mühacirin həyat ünsürüdür, onunla ayaq üstdə

durur, onunla yıxılır. Ancaq bu cür fantastik qəlibləşən nifrət yalnız şəxsi və

iqtisadi məqamlardan irəli gələ bilməz. Bu nifrətdə daha nəsə gizlənir. Bu,

köhnəni dağıdan yeni tipli dünya qarşısında qorxu hissi keçirən uzun əsrli

mədəniyyətin instinktiv nifrətidir. Yalnız öz sinfini, öz varidatını deyil, həm də öz

mədəniyyətini, anadangəlmə qədim dünya düzənini satan avropalının ola

bilməsini heç bir mühacirin qavramamasının səbəbi də elə budur.

Page 102: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

102

Rus mühacirlərinin dövləti SSRİ-yə qarşı arasıkəsilməz mübarizə aparır.

Həmin mübarizə bugün öz ifadəsini döyüş, yaxud güc-terror əməllərindən daha

çox (baxmayaraq ki, bunlar da yox deyil), mühacirin ilk öncə fərdi özüm-

lülüyünü unutmamaq, daha sonra Rusiya və qalan dünya üçün bolşevizmin qəddar

gülünclüyündən qurtuluş yolunu aramaq çabasında tapır. Çünki mühacirə bir şey

mütləq şəkildə bəllidir: Yer üzündəki bütün bədbəxliklərdə bolşeviklər

günahkardır. İşsizlik, aclıq, müharibə, hətta zəlzələlər də mühacir üçün yalnız

bolşeviklərin murdar çaxnaşdırma əməlinin nəticələridir. Ona görə də

bir-birilərindən möhkəm yapışırlar, yığıncaqlar təşkil edirlər, qəzetlər buraxırlar,

partiyalar yaradırlar, birlikləri dirçəldirlər, özlərini və başqalarını bolşevizm

təhlükəsinə qarşı həmişə diqqətli ol- dururlar.

Buna uyğun olaraq hər mühacir bir cür təşkilatlanır. Mühacirin siyasi

həyatı ittifaq və birliklərdə keçir. Həmin birliklərin sayı-hesabı yoxdur, generallar,

mehmanxana qapıçıları, zadəganlar, mülkədarlar, yəhudilər, qırğızlar - hamısı

xüsusi birliklərdə təşkilatlanıb və bolşevizmə qarşı fərdi və kütləvi mübarizə

aparır. Mühacirət paytaxtlarında hər axşam yığıncaqlar keçir. Çox vaxt onlar

erkən səhərə qədər davam edir. Orda edilən sonsuz nitqlərdən bəzi avropalı

gerçəkdən də Rusiya haqqında daha çox məlumat alardı, nəinki öz qəzetinin

gündəlik Rusiya xəbərlərindən. Hər halda avropalı mühacir güzəranının bu ilahi

ibadətinə asanlıqla yol tapmır. Mühacir dövləti insanın çox çətin tərk edə bildiyi

və daha çətin yol tapdığı qapalı cəmiyyətdir. Tale üzünə gülürsə, yaxud sülalənə

görə ya oranın üzvü olursan, ya da orda sənin axtarmağa bir şeyin qalmır. Rus

mühacirlərini planetimizin digər sakinlərindən dil, mənşə, keçmişlik və düşüncə

tərzi ayırır.

Mühacirin öz içinə qapanmış həyatı Avropa ictimaiyyətinin üz qatı

altında keçir. İştirak etməyənlər üçün belə həyat heç yoxdur. İştirakçı üçün isə

mühacirət Nuh gəmisidir ki, burda allahın xoş bəndəsi kimi pis-yaxşı oturub bəşəri

daşqının senməsini gözləyirsən. On ildir ki, bu gəmi Avropa adlı dünya dənizində

üzür. Deməli, gəminin içindəkilər bir-birinin canını boğazına yığıbsa,

heyrətlənməli deyil. Əgər keçmiş aslanla keçmiş siçovul illər uzunu eyni -

Page 103: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

103

mühacir kafesinə gedirsə, bir gün siçovul aslan’ın burnunu dişləyəcək, bu, ayrı cür

də qurtara bilməzdi. Və mühacirətin Nuh gəmisi keçmiş Rusiyanın ən əcaib

canlılarına sığınacaq olduğundan, tülkülər, canavarlar, ada dovşanları və

siçovullar birgə yaşayışa məhkum olduqlarından mühacirli- yin tarixi hər cür

dava-qalmaqalla doludur. Aslan birdən görəndə ki siçovul adi siçovuldur, həmin

siçovul pərtləşir və tısbağanın qulağına pıçıldayır ki, aslan əslində fırıldaqçıdır. Bu

halda mühacirlər məhkəməsi (mühacirətin özünün rəsmi məhkəməsi var ki,

buraya da hər kəs müraciət edə bilər) həmin dolaşıq qalmaqal olayını çözməli olur.

Fəqət mühacirət haqqında fikir söyləyəndə bircə şeyi unutmaq olmaz:

Xaricə rus ziyalısının qaymağı, keçmiş Rusiyanın əsl beyni axışıb. Rusiyada

qalanlar isə yalnız bədəndir. Əgər baş bədəndən zorla ayrılmamış olsaydı, bəlkə

də sovetlərin bəzi yanlış addımları atılmazdı. Rusiyanın başı, beyni, ən yaxşı

həkimləri, mühəndis və alimləri bugün mühacir ətdə məhv olur. T ərk edilmiş ölkə

ən yaxşı rus ziyalı gücündən məhrum olaraq ehtiyac içində qovru- lur. Başla bədən

arasında bolşeviklər çekanın dəmir barısını ucaltmışlar. Rusiyanın didərgin

düşmüş yüz minlərlə ziyalısı on ildir ki Avropada dolaşır. Onun mənəvi və siyasi

önəmi bugün çox azdır. Hazırda Avropanın işlərinə əksərən bələd olan bu yüz

minlərin Rusiyanın yapılanmasında görünməmiş dəyər kəsb edəcəyini deyirsənsə,

fanatik an- tibolşevik olmağa dəyməz. İtirilmiş vətən üçün bu önəmi mühacirlər,

onlara qarşı nələrə deyilsə də, hər halda itməyə qoymurlar. Burda, çox güman ki,

mühacirətin gələcəyə müəyyən bir ümidi də qalmaqdadır. Bəlkə bir gün rus

torpağı onları yenidən xatırlayıb harayladı.

Page 104: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

104

SƏFİR HASARDAN AŞIR

Hasardan aşmaq ümumilikdə səfir peşəsi deyil. Onlar daha çox diplomatik

danışıqlar aparır və maneələri aşmağı həyət-bacaya dırmaşanların və

idmançıların öhdəsinə buraxırlar, deməli, sadəcə hasardan aşmalı olmurlar.

Amma elə də olur ki, gerçək səfir hasardan aşır və bununla zəmanəmizin

tarixində ən böyük diplomatik qalmaqala səbəb olur.

Bu hadisə 1928-ci ildə Parisdə, Rue Grenelledə, rus səfirliyinin yerləşdiyi

qədimi binada baş verdi. SSRİ səfirinin birinci müavini kimi o vaxt Parisdə

bolşevik Besedovs- ki çalışırdı. Besedovski bu yüksək vəzifəyə təyin olunanda

artıq uzun və sərbəst diplomat yolunu keçmişdi.

Bu yol inqilabın ilk günlərində Ukraynada Besedovs- kinin kommunist və

inqilabçı olmasına baxmayaraq sərbəst fransızca danışmağı ortaya çıxanda

başlamışdı. Fransızca danışan insanlara o vaxt bolşeviklərin sırasında nadir

hallarda rast gəlinirdi və məhz qonşu dövlətlərlə münasibət qurmaq fikrində

olduqlarına görə yoldaş Besedovski- nin heyrətamiz dil bilgisindən istifadə etmək

qərarına gəldilər, əvvəlcə onu Ukrayna Sovet Respublikasının Vyana və

Varşavada işlər müdiri təyin etdilər. Bu vəzifədə özünü etibarlı göstərdiyindən

onu SSRİ diplomatiyasına qəbul etdilər və o, Varşava və Tokioda Sovet İttifaqının

xarici əlaqələr üzrə müşaviri işlədi, sonra Cənubi Amerikada nümayəndə təyin

edildi və axırda səfirin birinci müavini kimi Parisə gəldi. Parisdə Besedovski

müxtəlif dövlətlərlə müxtəlif məqamlarda diplomatik danışıqlar apardı, aşkar,

yararlı işlər gördü və böyüyünün mərhəmətini qazandı. Amma bir gün yoldaş

Besedovski gördü ki, dünya inqilabı və proletar işi barədə onun baxışları

böyüyünün baxışlarından fərqlənməyə başlayır. Vəzifəyə sadiq məmur və

Page 105: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

105

inqilabçı kimi o, vicdan ağrılarını Moskvadakı rəhbərinin nəzərinə çatdırdı. Bu

məlumat ciddi təpinməyə, farağat oturmaq və susmaq əmrinin verilməsinə səbəb

oldu.

Besedovski nə bunu etmək, nə də başqa bir iş görmək istədi, şübhələri

barədə həmkarları ilə söhbətlər apardı, hökumətin tədbirlərini tənqid etdi və axırda

gördü ki, onun inanmadığı bu hökumət özü də ona inamsızlıq göstərir.

Səfirliyin otaqlarında, çöldə-bayırda, gəzintilərdə, diplomatik qəbullarda

və işdə yüksək sovet diplomatı Besedovski QPU agentləri tərəfindən nəzarətə

alındı. Masalarının çəkməcələri ələk-vələk edildi, poçtu yoxlanıldı. Səfirlikdə

gəribə bir oyun başladı. Səfir müavini iş otağına həmişə tapançası əlində gəlirdi.

Qapının dalında, yaxud dəhlizdə şübhəli səs eşidən kimi yerindən sıçrayıb ayağa

qalxır, bayıra qaçıb havaya atəş açırdı. İşdə arxasınca onun hər hərəkətini izləyən

pusqu gəzdiyini hiss edirdi. Bu təkrarsız diplomatik vəziyyət onunla qurtardı ki,

Besedovs- kiyə məzuniyyət götürüb həmin məzuniyyəti SSRİ-də keçirməyi təklif

etdilər.

Besedovski təklifi rədd etdi ki, bundan dərhal sonra da diplomatik

gizlənpaç oyunu gəlişməkdə davam etdi. Bu zaman sovet səfiri Dovqalevski

gözləniləndən uzun müddətə səfərə çıxdı. Qanun və adətə görə onun olmadığı

müddətdə Besedovski avtomatik olaraq öz yerlisinin vəzifəsini tutmalı oldu, yəni

Sovet Rusiyasının Parisdəki işlər müdiri vəzifəsinə keçdi. Diplomatik korpus və

hökumətə bu barədə məlumat verildi və Besedovski yeni vəzifəni qəbul etdi.

Amma bir neçə gün sonra ayn şey baş verdi: Soyuq, küləkli gecə idi. Küçələrdə

göz-gözü görmürdü. Pal-paltarı cırıq-cırıq, üz-gözü isə cırmaq-cırmaq olmuş bir

kişi qəflətən küçə boyu qaçıb var gücü ilə polis bölməsinin qapısını döyəclədi.

Qapı açıldı, kişi içəri cumdu və bərk həyəcan içində qışqırdı:

- Yardım edin, mən Sovet Rusiyasının Parisdəki diplomatik

nümayəndəsiyəm, məni və ailəmi öldürmək işləyirlər, Bizi xilas edin!

Əvvəllcə kişini dəli hesab elədilər, amma o özünü səfir müavini

Besedovski kimi təsdiqləyəndə polis acı bir pərtliyə düçar oldu. Sovet səfirliyi

Page 106: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

106

eksterritorialdır, müəyyən mənada bir parça sovet torpağıdır. Ölkə polisinin ora

girməyə ixtiyarı yoxdur. Orda yalnız səfirin, yaxud onun rəsmi nümayəndəsinin

hökmü keçir. Səfirin yerli polisin yardımına sığınması diplomatiya tarixində

indiyə qədər görünməmişdi. Bu məsələyə aydınlıq gətirmək üçün polis gecənin

ortasında xarici işlər nazirliyinə zəng vurub cavab aldı ki, səfir özü, təbii ki, hər

vaxt eksterritoriallığı qaldıra bilər.

Bundan dərhal sonra polis Besedovskini götürüb səfirliyə yollandı, onun

ailəsini və şeylərini alıb gətirdi. Bundan sonra Besedovski Paris

mehmanxanalarından birinə köçdü.

Ertəsi gün bir dəstə jurnalist qaçqın səfirdən gecə qaçışının təfərrüatını

öyrənmək üçün mehmanxananı mühasirəyə aldı. Həmin təfərrüat aşağıdakı kimi

olmuşdu:

Qaçış günündə Moskvadan QPU-nun xüsusi nümayəndəsi yoldaş Royzenman

səfirliyə gəlir. Yoldaş Royzen- man Besedovskiyə onunla bərabər təcili Moskvaya

getməyi əmr edir ki, orda siyasi büro qarşısında öz əməllərinin hesabatını versin.

Besedovski imtina edir, buna cavab olaraq rəsmən kuryer vəzifəsini tutan

Royzenman səfirin birinci müavinini həbs edir, bütün giriş və çıxışları bağlatdırır

və yumşaq tərzdə söyləyir ki, o, yoldaşın dirisini olmasa da, ölüsünü Moskvaya

aparacaq.

Gecə Besedovski xəlvətcə səfirlikdən bağa keçir, iri yeşikləri gözdən

keçirir ki, onlardan da birinə bəlkə lap bu tezliklə onun cəsədi diplomat bağlaması

kimi qoyulacaqdı; səfir ad-sanına baxmayaraq bağın ətrafındakı hündür hasara

dırmaşır və küçəyə tullanır. Bu işdən sonra da SSRİ səfirinin müavini olaraq

qaldığına görə ailəsini xilas etmək üçün yad polislə öz səfirliyinə daxil olmaq kimi

təkrarsız bir duruma düşür.

Besedovski hadisəni Paris jurnalistlərinə danışdı, onlar bunu oxucularına

ötürdülər. Bu cəsarətli hoppanışa, kuryerin səfiri həbs edə bildiyi səfirliyə

güldülər. Sovet hökuməti rüsvay olub özünü gücsüz saydı. Hansısa bir tarazlıq

yaratmaq üçün bundan dərhal sonra Moskvada Besedovski əleyhinə böyük bir

Page 107: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

107

məhkəmə prosesi başladı. Onu gümüş qaşıq və qızıl dollar oğurlamaqda

suçlandırıb təntənəli şəkildə qiyabi ölümə məhkum etdilər.

Besedovski də öz tərəfindən sovet hökumətinə borclu qalmaq istəmədi və

sovet diplomatiyasını özünəxas təsvir edərək qalın cildli memuarlar çap etdirdi.

Bugün Besedovski dönməz antibolşevik mühacir, hansısa bir partiyanın

banisi və antibolşevik mübariz bir jurnalın nasiridir. Amma Sovet Rusiyası məş

hur Leks Besedovs- kinin sayəsində daha bir qanunla zənginləşdi ki, bu qanuna

əsasən də Rusiyaya könüllü dönməkdən imtina edən hər bir sovet məmuru

avtomatik ölümə məhkum edilir. Besedovski ilə rus mühacirətinin tarixində yeni

bir fəsil başlayır. O özünün yalnız inqilabönü Rusiyanın nümayəndələrindən

ibarət olmasına son qoyur. Besedovskinin nümunəsi çoxlarını ruhlandırdı. Səfir

özü hasardan aşırsa, adi məmur niyə ondan geri qalsın. Xaricdəki bir çox sovet

diplomatı, ticarət nümayəndəliklərinin üzvləri və digər məmurlar qısa bir zamanda

vəzifələrindən əl çəkib mühacirət dünyasının axınına qoşuldu. Köhnə

kommunistlər, sovet zabitləri, məmurlar və diplomatlar, hətta keçmiş çekistlər də,

hərə özü bildiyi kimi, o məşhur divar aşmasını təkrarladılar. Tezliklə onlar

redaksiyalara doluşdular, mühacirlərin qəhvəxanalarını doldurub soruşdular ki,

eşitdiklərinə görə hər mühacirin başına qızıl səpən kapitalizmin gizli iqamətgahı

harda yerləş ir. Fəqət mühacirlər həmin gizli kapitalist güclərinin ünvanını vermək

imkanında olmadıqlarına görə mühacirlərin bu iki təbəqəsi arasında tezliklə

boğuşmalar yarandı ki, bu da sovet diplomatiyasının daxilindəki ayrın- tılardan az

fərqlənirdi. Özü özünü tanımaq üçün mühacirət tezliklə ciddi ayrılmaya əl atmalı

oldu.

Bugün xaricdə rus mühacirətinin üç növü mövcuddur. Birinci mühacirət

hər növdən olan sosialistlərdən, daha doğrusu, çarın hökmranlığı zamanı qaçmağa

məcbur olmuşlar, fevral inqilabından sonra geri dönənlər, axırda oktyabr

çevrilişindən sonra qovulub yenidən xaricə, Parisin qəhvəxanalarına pənah

gətirənlər.

İkinci mühacirət əsl Ağ Rusiyanın köçüdür. O, ordunun qalıqlarından və

qaçan orduya qoşulmuş yüz minlərlə burjuaziya nümayəndələrindən ibarətdir.

Page 108: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

108

Üçüncü mühacirəti bolşeviklərlə uzun illik əməkdaşlıqdan sonra öz

vəzifələrindən imtina edib xaricdə qalan sovet məmurları təşkil edir. Bu

mühacirətin hər üçü bir-birindən tam aralı yaşayır və bir-birinə dərindən nifrət

edir. Birinci mühacirət ikincini günahlandırır ki, inqilabı satmışlar. İkinci

mühacirət birincini suçlandırır, çünki inqilabı onlar çəkib gətirmişlər və üçüncü

mühacirət birincilərin hər ikisinə nifrət edir ona görə ki, birincisi, onlar yaşar

Rusiya ilə əlaqəni itirmişlər, ikincisi, bunlar Rusiyada acından öləndə bu biriləri

xaricdə yaşayıblar və, üçüncüsü, kapitalist gizli güvvələrinin ünvanlarını vermək

istəmirlər.

Üçüncü mühacirət, yəni əslində sovet mühacirəti say etibarilə çox da

böyük deyil. Onlar xaricdə daldanacaq tapmış ən uzağı bir neçə min sovet rusudur.

Amma onlar ikinci mühacirətdən fərqli olaraq sovet dövlətini iri bir dəlixana

gözündə görən alabağır olmuş burjuaziya deyil, əksinə, hər cür bolşevik suları ilə

yuyulmuş siyasətçilərdir ki, bugünkü Rusiya ilə eyni dildə danışır və hətta xaricdə

də öz ideyaları uğrunda fəal mübarizəni yerə qoymurlar. Berlin və Parisdə həmin

üçüncü mühacirət qismən Besedovskinin rəhbərliyi altında birliklərdə

təşkilatlanmışdır. Fəqət köhnə dostluqlar və birgə inqilabi təcrübələr onları

bugünkü sovet dövlətinin rəhbərləri ilə bağlayır.

Çekada, siyasi büroda, orduda adamlar var ki, üçüncü mühacir ət

vətəndaş müharibəsində onlarla çiyin-çiyinə bugünkü ikinci mühacirətə qarşı

döyüşmüş, onlarla birlikdə aclığa qalib gəlib sosialist vətənini qurmuşlar. İndi

onlar qalın bir divarla bir-birilərindən ayrılmışlar. Lakin bu divarı aşaraq sirli

məlumatlar və məktublar gəlir. Sovet Rusiyası ilə əlaqə pozulmur.

«HeBpocBpam'beHeq»lərin (sovet mühacirlərinin)1

səs-sorağı çox vaxt

partiyanın ən ucqar guşələrinə də gedib-çıxır. Ona görə də hökumət digər iki

mühacirətə nisbətən bu üçüncü mühacirətə qarşı daha kəskin və daha əzmlə

mübarizə aparır. Növbəti fəsil bu mübarizənin bir parçasına həsr olunur.

' Bu rus sözünü müəllif orijinalda latın qrafikası ilə verir. Onun tam aydınlığını

yaratmaq məqsədilə biz həmin sözü kiril qrafıkində saxlamağı məsləhət bildik

Page 109: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

109

ERMƏNİ AQABEKOVUN

AVANTÜRASI

Şpionaj və qəsdlərin beynəlxalq aləmində bugün az adam tapılar ki,

erməni Aqabekova bənzər avantüraları və eyni fırıldaqları etmiş olsun. Vaxt vardı

ki, dünyanın bütün mətbu orqanları öz sütunlarını böyük sovet-rus çuğulunun sirli

simasını əks etdirən qəribə afyoralar barədə xəbərlərlə mütəmadi doldururdu. Bu

çuğulun kimliyini heç kəs bilmirdi. Onun naməlum şəxsiyyəti barədə zəngin

bəzək verilmiş saysız əfsanələr dolaşırdı.

Danışırlar ki, bu sirr dağarcığı inqilabdan sonra sovetlərin qulluğuna

keçmiş və daxili tələbatından özünü şpionluğa həsr etmiş erməni kökənli çar

generalı olub. Daha sonra deyirlər ki, sovetlərin etibarını o, nişanlısı rus

zadəganını çeka- nın əlinə verməklə qazanıb. Haqqında heç nə bilmədiklərinə

görə və onun fəaliyyət sahəsi Şərq olduğu üçün axırda adını «sovet-rus polkovniki

Lavrens» qoydular.

Bu sirli insan haqqındakı gerçəklik uydurmaçı avropalı jurnalistlərin

təsvir etməyə çalışdığından xeyli fərqlidir. Bu adamın həqiqi soyadı Arutyunov idi

və bolşevik kimi Aqabekov soyadını daşıyırdı. Fəqət xaricdə və işdə o qədər

soyadından istifadə edirdi ki, sonralar onlardan özü də baş tapa bilmirdi.

Erməniliyinə erməni idi, ancaq ömründə çar Rusiyasının nə generalı, nə də

məmuru olmuşdu.

İnqilabın əvvəlində hələ gənc ikən kommunist partiyasının sıralarına

soxulmuş və günlərin birində partiya onu çekaya qulluğa götürmüşdü.

Aqabekovun gizli afyoralar sahəsindəki bacarığını hiss edən partiya rəhbərliyi

yanılmamışdı. Cavan erməni sürətlə parlaq bir karyera qurmuşdu. Həmin

karyeranın ilk mərhələsində nişanlısını, antikommunist düşüncəli gənc bir rus

qızını çekaya təslim etmiş və çeka zirzəmisində divara söykətdirib

güllələtdirmişdi. Bu ona çekanın həmişəlik və hüdudsuz etibarını qazandırmışdı.

Əyalətdəki müəyyən qəhrəmanlıqlarından sonra o, Moskvada QPU-nun

ali məktəbinə daxil oldu. Erməni olduğu üçün orda şərq fakültəsinə götürüldü və

Page 110: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

110

çeka bilgilərinin tam kursunu bitirdi.

Şərq dillərini, şpionluq texnikasını və iş zamanı ortaya çıxa biləcək hər

məqam üçün yardımçı vasitələr kimi çekanın saysız əməllərini öyrəndi.

Şpionlu ğun təlim görmüş doktoru kimi ilk əcnəbi vəzifəyə, özü də

çekanın Buxaradakı təmsilçisi vəzifəsinə irəli çəkildi. Burda o, tarixi önəm

daşıyan bir bacarıq ortaya qoydu. Şərqin böyük milli qəhrəmanı Ənvər Paşanın

çöldəki sığınacaq yerini iyləyib tapdı və işi elə düzüb-qoş du ki, Ənvər Paşa

burada öz ölümünü tapası oldu. Ənvər Paşa özü də yeni dövrün ən usta

qəsdçilərindən olduğuna görə Aqabekovun bu işi onun ən böyük uğuru sayıldı.

Ənvərin aradan götürülməsi Aqabekovun karyerasının başlanğıcı oldu.

Bunun ardınca Moskvadakı üsuli-ida- rənin ürəyinə sərin su çiləyən saysız

əmmalar gəldi. Şərqin çöl və steplərində, dağılmış şəhərlərin uçqunlarında, yerli

hökmdarların saraylarında və yabançı dövlətlərin səfirliklərində, sirli erməninin

kölgəsinin göründüyü hər yerdə çeşidli qəsdlər, başqınlar, qanlı üsyanlar baş

verirdi, diplomatik sənədlər yoxa çıxırdı, mərkəzi qərargahların gizlin dolabları

sil-süpür edilirdi, qalanların plan və xəritələrinin üzü köçürülürdü, sovet

düşmənləri sirli əl tərəfindən aradan götürülərək yoxa çıxırdı. Bundan sonra hər

dəfə Moskvaya maraqlı hesabatlar göndərilirdi.

Çekanın rəhbərliyi özünün Şərqdəki nümayəndəsindən razı qala bilərdi. Bir-birinin ardınca vəzifədə irəli çəkilmək, bir-birinin ardınca gələn mükafatlar Aqabekovun işinə verilən qiymət idi. Nəhayət o, Şərqdə çekanın verə biləcəyi ən məsuliyyətli vəzifəyə irəli çəkildi, çekanın bütün Şərq üzrə rəhbəri kimi iqamətgahı İstanbulda yerləşən səlahiyyətli nümayəndə təyin edildi. İstanbulda bu ütük çuğulun başına çox qəribə bir iş gəldi. Özü danışır ki, həmin vaxt kollektivləşmənin sürəti barədə ağzından onun özünü də dəhşətə gətirəcək bir söz qaçırıb, çekada inqilabi sayıqlığını itirməyə başlayıb. Fəqət heç ağlabatan deyil ki, bu cür mülahizələr Aqabekov çaplı bir adama təsir edə bilmiş olsun.

Bu qəribə olayın canı odur ki, Şərqin ən ütük çuğulu onaltı yaşlı bir ingilis

qızına dəlicəsinə vurulub. Qızı o, dayəsinin müşayiətində İstanbul kafelərinin

birinin balkonunda görəndə onu sevgi ildırımı vurub. Böyük çuğulluq karyerası,

Şərqin bolşevikləş dirilməsi və saysız-hesabsız fantastik avantüralar onun üçün

Page 111: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

111

bircə anın içində yoxa çıxıb.

Sovetlər hər şeyi əvvəlcədən görüb-hesaba ala bilərlər. insanı min dəfə

sınaqdan keçirə bilərlər, fəqət onaltı yaşlı ingilis qızının məsum baxışlarına qarşı

bütün Sovet İttifaqı gücsüz çıxdı. Aqabekov qovşurula-qovşurula götür- qoy

etməyə başladı və qət etdi ki, Volqaboyu kəndlilərinin kollektivləşdirilməsini

müşahidə edə bilmək üçün onu İstanbuldan buraxmayacaqlar. Bunu özü üçün

yetərincə aydınlaşdırdıqdan sonra yeniyetmə qızla tanışlığın yolunu aradı və Şərq

şəhərlərini, çöl və steplərini ram etmiş bu adama nəcib ingilis məsumunu

alovlandırmaq da müyəssər oldu. Sovetlərə normal qulluq Aqabekov kimisini ilgi-

ləndirməzdi, deməli o, çamadanlarını yığışdırıb yeniyetmə ingilis qızı ilə birlikdə

Qızıl Buynuzu tərk etdi. Özünün dəyişkənlik məkanında Aqabekovun yoxa

çıxması ilə sovetlərin iflic vəziyyətinə düşmüş şpionaj şəbəkəsini və məyus dayəni

qoyub getdi.

Aqabekovun mühacirlik yolu belə başladı. Parisə çatan kimi özünü nifrət

püşkürən mühasirlərin, xəbəracı jurnalistlərin və inamsız polislərin əhatəsində

gördü. Deyildiyi kimi, kollektivləşmənin formasına etirazdan başqa, ayağında bir

şey olmadığına görə o, qorxmağa və kimdənsə pəsinməyə ehtiyac duymurdu. Hər

şeyi açıb-tökdü, sovetlərə dəhşətli bir zərbə endirdi; Şərqdəki sovet agentlərinin

ad və ünvanlarını birər-birər söylədi, sovet siyasətinin Şərq planları barədə

açıqlamalar verdi. Bununla o, tikintisində özünün də köklü xidmətləri olmuş, uzun

illərdən bəri əzabla ucaldılmış bir binanı alt-üst etdi.

Uzunillik şpionaj fəaliyyətinin təcrübələri ilə yaraqlanaraq özünün Paris

mühacirətində Aqabekov özünü sovetlərin qisasından xeyli arxayın hiss edə

bilərdi. Fəqət bir şeyi unudurdu ki, onun qorxmalı olduğu sovetlərin qisası yeganə

qisas deyil. Arxa planda cin atına minmiş ingilis dayəsi və qızın əsib-coşan

ata-anası vardı. Sovetlərin qisasından o, son məqama qədər qaça bilərdi, amma

ingilislərinkindən yox. Özünün Parisdəki çəhrayı bal ayında Aqabekovun yanına

qaş-qabaqlı bir polis gəlib bildirdi ki, azyaşlı qızı qaçırdığına görə o, abır-həyalı

Parisdən çıxarılacaq.

Sovet hökumətinin başına torba tikən Aqabekov bu yerdə təslim oldu.

Page 112: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

112

Belçikaya getdi, ancaq bəlasının səbəbi olan körpə ingilis qızını da özü ilə apardı.

Aradan xeyli vaxt keçdi. Axırda hirsli ata-anaya qızlarının bolşevik ban- diti ilə

kəbin kəsməsinə razılıq verməkdən başqa ayn əlacları qalmadı.

Aqabekov tədricən əsl mühacir oldu. Sovetlərin əleyhinə kitablar yazdı,

özü kimilərinin bəziləri ilə dava-qalmaqala girişdi, Belçikada yaşadı və «ikinci

mühacirət» ona xüsusi olaraq çekist keçmişinə görə daha çox nifrət etdi, nəinki

digər sovet məmurlarına.

Aqabekovun açıqlamalarından cana gəlmiş sovetlər hələlik susmuşdu və

Aqabekov artıq güman edirdi ki, keçmiş yoldaşları hər hansı qisasdan əl

çəkmişlər. Amma yanılmışdı. Sovetlər tam məxfi şəkildə öz əks-zərbəsini

hazırlayırdı və yalnız ustad çuğulun zəngin təcrübəsi sayəsində Aqabekov

boğazını kəndirdən qurtara bildi. Günlərin birində

Aqabekova Parisdə oturan kübar bir ingilis baş çəkdi. İngilis ona bildirdi ki, bir

nəfər rus mühacirinin tapşırığı ilə hərəkət edir və çox mürəkkəb bir məsələdə Aqa-

bekovun yardımına ehtiyacı var. Söhbət Parisdə oturaqlaş- mış gürcü Filiadan

gedir. Onun arvadı böyük ehtiyac içində Sovet Rusiyasında, Odessada yaşayır, əri

də Parisdə acından ölür. Müharibədən qabaq İsveçrədə qadının adına yüz milyon

frank qoyulub. Həmin pulu kişiyə vermirlər və arvadı da sovet hökuməti

buraxmır. Aqabekov gərək qadını Rusiyadan çıxarmağa kömək etsin və bunun

üçün ona kalan məbləğ boyun olunur.

Fəqir bir qadının yuz milyonuna inanmaq üçün Aqabekov xeyli ütük

adam idi. Amma təcrübəsi ona deyirdi ki, gözlədiyi yerdən gələn təhlükəni

qarşılamaq daha asandır, nəinki naməlum yöndən gözlənilən hədəni. Buna görə də

razılaşdı və tədbirin həyata keçirildiyi Rumıniyaya yola düşdü. Sonralar dünyanın

bütün polis idarələri bu işlə məşğul olsa da, Rumıniyadakı növbəti günlər və

həftələr tam qaranlığa bürünmüşdü. Gözəl qadınlar, bir neçə şübhəli balkanlar, bir

ədəd yunan buxar gəmisi, bir nəfər ingilis və bir nəfər fransız bu işə qoşulmuşdu.

Macəra Konstansada baş verdi. Yunan buxar gəmisi Aqabekovu və ona

yardımçı olmaq istəyən adamları Odessaya aparmalıydı. Çox da çətinlik

çəkmədən Aqabekov gəminin QPU-ya mənsub olduğunu öyrənə bilmişdi. Yola

Page 113: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

113

çıxmağı qəsdən gecikdirir, həmişə yeni-yeni bəhanələr tapırdı ta o vaxta qədər ki,

onu müşahidə etməli olanlar İstanbula qısa və əsaslı bir teleqram vurdular:

«Öküzü yükləmək mümkün olmadığına görə burda boğazlayacağıq». Amma

Aqabekov boğazlanmadı, çünki o, öküz deyildi. O, teleqramı tutdu, polisə

məlumat verdi və işin sonunu gözlədi. Hadisələr çox gözlətmədi. Kastansa

limanında QPU gəmisinin matrosları Aqabekovu tutub qandalladılar. Onun hər

addımını izləyən polis onu son anda güc-bəla ilə azad edə bildi. Bundan sonra

Aqabekov qaldığı mehmanxanaya gedib qəhvə sifariş verdi. Qəhvə yenicə masaya

gətirilmişdi ki, girəcəkdən tapançalı bir əl qalxdı. Polis bu əli də qamarladı. Bu

qədər həyəcandan özünə gəlmək üçün gecə küçəyə gəzməyə çıxanda elə küçənin

ilk tinində üç nəfər xəncərini sivirib onun üstünə cumdu. Polis bu üç adamı da

zərərsizləşdirəndən sonra, deyəsən, QPU-nun son ehtiyatı tükəndi.

Aqabekov indi arın-arxayın mehmanxanaya gedib həyəcanlanmış

jurnalistləri qəbul edə bilərdi. Həmin olayla bağlı bütün dünyaya yayılmış

xəbərlər kriminal gərginliyinə görə heç nədən geri qalmırdı. Həmin xəbərlərdə

Konstan- sa QPU-nun fəaliyyət mərkəzinə çevrilmiş, Aqabekov isə yenidən

keçmiş, hörmətli çar generalı olmuşdu və Parisdə Filia adlı bir nəfər dünyadan

bixəbər gürcü mühaciri peyda olub qayğılı-qayğılı soruşdu ki, indi onun

Odessadakı arvadının halı necə olacaq. Onun dediklərinə görə İsveçrədə

milyonları olan qadın, təəccüblü də olsa, gerçəkdən də varmış və mühacir

həqiqətən də yaxşı niyyətlə bir neçə QPU agentinə arvadını Rusiyadan gətirməyi

tapşırıbmış. Agentlərin də dahiyanə şəkildə ağlına gəlib ki, İsveçrə milyonları ilə

yanaşı, satqın Aqabekovun da axırına çıxsınlar.

Etdiyi qəhrəmanlıqlardan sonra Aqabekov öz ingilis zövcəsinin yanına

qayıtdı. Onun adı yenidən Avropa qəzetlərinin ilk səhifələrinə çıxdı. Fəqət

Aqabekov şöhrət düşkünü deyil. O, ictimaiyyət tərəfindən tanınmağın həsrətini

çəkmir. Onu belə bir düşüncə tam qane edir ki, bugün o, Avropada QPU-ya qarşı

qılınc oynadan ən yenilməz adamdır.

Hardasa, hansı polis tərəfindənsə şübhəli bir şəxs tutulursa, QPU

işlərinin eksperti kimi Aqabekov orda peyda olur. Dustağı onun hüzuruna

gətirirlər. Aqabekov onunla bir neçə kəlmə kəsir, sonra polisə bildirir ki,

Page 114: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

114

saxlanılmış şəxs QPU-da hansı vəzifəni tutur, əsl adı necədir və hal-

hazırda ona hansı vəzifəni yerinə yetirmək tapşırılıb. Onun hökmü tez və səhvsiz

olur və o, QPU işinin ustasından mühacirətin antibolşevik əməlinin ustası olmaq

yolundadır. Aqabekov QPU-nun bugün dinc avropalı olan yeganə agenti deyil.

Vaxtilə QPU-nun Moskvadakı ali məktəbində öyrəndikləri bicliklərin hamısı ilə

indi sovetlərə qarşı mübarizə aparan keçmiş dost və əməkdaşların bir dəstəsi onun

ətrafına yığışıb. Keçmiş əməkdaşlarını çeka da unutmur. O da onlara qarşı

mübarizə aparır, bacardığı yerdən onların izindən əl çəkmir. Avropa həyatının

zahirən sakit üst qatının altında görünməyən qəddar bir mübarizə gedir. Bu

mübarizə öz qurbanlarını tələb edir. Uzunillər qəsdçisinin bütün biclik və

təcrübəsi burda tətbiq olunur. Çeka öz azğın övladlarına qarşı əlindən gəldiyi

qədər mübarizə aparır. Amma Aqabekov bunu daha yaxşı bacarır.

Page 115: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

115

ALMANLARIN QAÇQINLIĞI

Təxminən yüz il qabaq Vüttemburqdan olan işgüzar svablar Qiyamət

Günündən öncə Müqəddəs Torpağı və Qüdsü, dünyanın göbəyini görmək üçün

vətənlərini tərk etməyi qərara aldılar. Mömin kəndlilərin Bibliya şərhinə görə

Qiyamət Günü yaxınlaşmışdı. Peyğəmbərləri Barbara Şpa- nın rəhbərliyi altında

Həmdlənmiş Torpağa yol almaq üçün imanlı kəndlilər dəstə-dəstə biryerə

yığışdılar.

Tezliklə onlar arvad-uşaqları ilə birlikdə və azuqələrini götürüb

arabalarda doğma yurdu tərk etdilər. Etdikləri uzun səfərdə yolları onları kimsəsiz

rus stepləri ilə çəkib apardı ta o vaxta qədər ki, günlərin birində gözləri önündə

Qafqazın uzaqdan yaşıllaşan dağ massivləri göründü. Qafqaz torpağı kəndlilərin

xoşuna gəldi, deyəsən, Qiyamət Günü gecikənə oxşayırdı. Şvablar ın çox az bir

qismi əzablı yolu davam etdirdi. Qalanlar Qafqazda məskunlaşdı. Orda, tam

sivilləşməmiş kabardinlərin, çərkəzlərin və ləzgilərin əhatəsində öz kəndlərini,

Helenendorfu, Marienfeldeni, Rozenhaymı və başqalarını saldılar.

O vaxtdan aradan yüz il keçmişdir. Bu zaman kəsiyini müharibə, quldur

basqınları, insanlara və təbii qüvvələrə qarşı davamlı mübarizə doldurur.

Almanlar Qafqazda ayaq tutdular və bütün hədələrə duruş gətirdilər. Dünya

müharibəsi başlayanda Qafqaz qəsəbələrində təqribən 25 min alman yaşayırdı.

Şvab kəndləri çılğın xalqların qonşuluğunda və sadə təbiətin qoynunda çiçəklənib

boy atırdı.

Barbara Şpan kəndliləri Rusiyaya aparan yeganə peyğəmbər deyildi.

Əsrlərdən bəri alman kəndliləri məhz Şvabendən Rusiyaya köç edir. Nəsillərdən

nəsillərə onlar bütöv-bütöv əyalətləri məskunlaşdırdılar, öz kəndlərini saldılar və

bərəkətli rus torpağında rifah və xoşbəxtlik qazandılar. Sibirdə, Volqa boyunda və

Qafqazda alman kəndlilərinin sayı yüzminlərlə hesablanırdı. Şvab kəndləri

Rusiyanın ən zəngin kəndləri sayılırdı. Küçələr boyunca çoxqatlı evlər ucalırdı.

Qırmızı kərpiçdən tikilmiş yaraşıqlı kilsələr qəsəbənin mərkəzini təşkil edirdi.

Alman müəllimləri alman məktəblərində dərs deyir, alman keşişləri Allah kəla-

mına itaətin qayğısına qalırdılar. Bu kəndlərə gələndə unudurdun ki, Rusiyadasan

Page 116: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

116

və Almaniyada oldu ğunu güman edirdin.

Rusiyanın çeşidli xalqları ilə yüzillik qonşuluğa baxmayaraq almanlar

onlardan heç nə, ümumiyyətlə heç şey götürməmişlər. Necə var eləcə də

qalmışlar: öz torpaqlarını becərən, mal-qarasını bəsləyən və üzümünü yetişdirən

məsum şvablar. Hətta qonşuların dilini də onlar nadir hallarda öyrənirdilər, öz

aralarında çox vaxt doğma dialektlə- rində danışırdılar. Hətta alman ədəbi dilinə

də yad bir şey kimi müqavimət göstərirdilər. Gətirdikləri ilk alman müəllimlərini

onların dilinə görə lağa qoyurdular.

Qənaətcil və aza qane olan həyat tərzləri ilə şvablar tezliklə önəmli

var-dövlətə yetişdilər. Villalarına daha kəndli evi demək olmazdı, əksinə onlar

Rusiyaya səpələnmiş və içəridən tam avropasayağı bəzədilmiş əsl alman şəhər

villaları idi.

Hətta öz libaslarında da alman kolonistləri digər ruslardan köklü şəkildə

seçilirdi. Bəzi əyalətlərdə, məsələn, Kabardiniyada lap son zamanlara qədər

qədim alman kəndli geyimini saxlayır və rus libasının dəbə minməsinə yol

vermirdilər. Onillər boyunca almanlar Rus Asiyasında öz ölkələri naminə

mübarizə aparmalı oldular. Qafqazın çılğın köçəriləri alman kolonistlərinə qarşı

müntəzəm basqınlar edirdilər, ancaq almanlar müdafiə olunmağı yaxşı bacarır və

özlərini təsdiq edirdilər. Şimali Qafqaz qəsəbələrində onlar keçmiş zamanlarda

mühasirəyə düşmüşlər kimi yaşayırdılar. Həyət-bacaları palisad çəpərləri ilə qoru-

nurdu. Tələ və qurd çalalarının nizamla qurulmuş sistemi gecə oğrularından

mühafizə edirdi. Həmin almanlarla rus hökuməti arasındakı rəftar həmişə xoş idi.

Bu ondan ibarət idi ki, almanlar vergilərini vaxtlı-vaxtında ödəyirdilər və heç vaxt

siyasətə qoşulmurdular. Bunun müqabilində hökumət onlara dəyib-dolaşmırdı.

Vətəndaş müharibəsi də alman kolonistlərinin münasibətində heç nəyi

dəyişdirmədi. Onların qəlbini nə qırmızılar, nə də ağlar fəth edə bildi. Üzərilərinə

düşən vergini, indiyə qədər olduğu kimi, hansı hökumət olur-olsun, ödədilər və

döyüşən tərəflərdən birinin hərbi dəstəsi kəndləri hədələyən yaxınlığa yetişəndə

silahlanmış gəncləri öz torpaqlarının sınırlarına göndərdilər. Vətəndaş

müharibəsindən almanlar qismən sağ-salamat çıxdı. Ağ Rusiyaya qoşulmadılar,

mühacirliyə üz tutmadılar, vergiləri ödəyib ümid etdilər ki, hökumət onlara

toxunmayacaq.

Page 117: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

117

Yanıldılar. SSRİ hökuməti öz xalqlarını xoşbəxt etmək qərarına gəldi. Bu

da köklü silkənti olmadan baş tuta bilməzdi. Əvvəlcə almanlara muxtariyyət

verildi. Volqa boyunda Alman Sovet Respublikası quruldu. Almanca təşviqat

vərəqələri çap olundu. Kəndin icma başçısının adı dəyişdirilib «xalq komissarı»

oldu. Amma bununla alman kolonistlərinin həyatında heç nə dəyişmədi.

Böyük dəyişiklik yalnız 1929-cu ildə, sovet hökuməti kəndlilərin

kollektivləş dirilməsi şüarını ortaya atanda baş verdi. Almanlar hər şeyə

dözərdilər, lakin kilsələri bağlananda, torpaqları müsadirə ediləndə və

mal-qaraları kolxozlara veriləndə şvabların anadangəlmə səbrinə son qoyuldu.

Onlar dinclik tapmaq və güzəran sahibi olmaq üçün bir vaxt bu ölkəyə

gəlmişdilər. Ölkəni varlandırmışdılar, başlarını aşağı salıb sadə həyat sürürdülər

və öz dinc xasiyyətlərində pisliyi ağıllarına da gətirmirdilər. İndi vətəndaş

müharibəsi və inqilab sovuşandan sonra qəfildən onlar da rus aqrar

eksperimentinin dəhşətlərini öz üzərilərində hiss etməli oldular. Bu eksperimentə

dözməyə halları qalmamışdı.

Mal-qaraları və torpaqları əllərindən alınanda kəndlilər Volqa boyunda,

Sibirdə bütün kənd və koloniyalarda baş qaldırdılar. Onlar özlərinin seçkin

vətənlərinə qarşı döyüşə, əldə silah, öz mal-mülklərini qorumaq üçün baş

qaldırmadılar. Sadəcə olaraq yüzillər öncə kasıblıq içində ayaq basdıqları torpağı

yenə kasıblıq içində tərk etmək istədilər.

Barbara Şpan dövründəki qədim zamanlarda olduğu kimi, yenidən Sibirin

qarlı çöllərinə və mərkəzi Rusiyanın steplərinə düşdülər. Ölkədən çıxmaq üçün

hökumətdən icazə istədilər. Günlərin birində qırx min lüt-üryan, ac-yala- vac,

xəstə alman kəndlisi Moskvanın darvazaları önündə dayandı. Tərk etdikləri

ölkədən gileylənmədilər, sərhəd üzərindən Almaniyaya yol açılmasından başqa

heç nə istəmədilər. Uzun-uzadı danışıqlar aparıldı. Dünya ictimaiyyətinin iştirakı

ilə sovetlər, axır ki, kəndliləri buraxmağa qərar verdi. Polşa üzərindən kəndlilər

Almaniyaya, atalarının vətəninə döndülər. Onları Kildə, baraklarda yerləşdirdilər.

Hüquqi baxımdan bu kəndlilər ruslar idi və mühacir sayılırdılar. Bir vaxtlar

zəngin mülkədarlar olmuş bu insanlar Kil baraklarında pulsuz-parasız və

malsız-mülksüz qərar tutdular. Qəmli-qüssəli

durumlarını onlar dilə gətirmədilər. Əksinə, deyirdilər ki, fəhlə və kəndli

Page 118: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

118

respublikasından canlarını xalis kəndli kimi qurtardıqlarına sevinirlər.

Sonra onlar alman hökumətinin köməyi ilə Kanadaya göndərildilər ki,

burda da, yüzillər öncə Rusiyada oldu ğu kimi, özlərinə yeni bir güzəran qurmalı

oldular.

Təbii ki, həmin kəndlilər Ağ Rusiyaya daxil deyildilər. Onları rus

mühacirləri ilə yalnız birgə vətən birləş dirirdi. Kəndlinin öz torpaq parçasına

necə bərk bağlandığını və yad zəmində yeni bir həyat başlamaq üçün

həyət-bacasını könüllü tərk etməyə onu nəyin vadar etdiyini bilməyən yoxdur.

Kəndli birdən-birə Rusiyada qala bilmirsə, onda ziyalıların qaçışı çox asanlıqla

başa düşülməlidir.

Alman kolonistlərinin acınacaqlı taleyi qırx min kəndlinin köçü ilə

bitmədi. Birinci böyük köçlə heç də kənlilərin hamısı ölkəni tərk edə bilmədi.

Sərhəd yerdəqalanların üzünə bağlandı. O vaxtdan bəri kəndlilər kimsəsizləşən

kəndlərdən kiçik dəstələr şəklində gizlicə sovet ölkəsinin sərhədlərinə qaçırlar.

Xaricə qaçış çox az adama müyəssər olur. Qaçqınların əsas kütləsi Şərqə, çin-rus

sərhədinə gedir. Yorulub əldən düşərək və acınacaqlı halda həmin kəndlilər

sərhəd şəhəri Xarbinə gəlirlər. Yerli almanlar tərəfindən qurulmuş yardım

təşkilatları orda onları qəbul edir. Çinlilər həmin alman kəndliləri ilə rus

qaçqınları kimi rəftar edir. Çin məmurlarına rüşvət vermək imkanında olmayan

hər kəsi Sovet Rusiyasına qaytarılma, yaxud Çin həbsxanası ilə hədələyirlər. Son

qəpiyini çinlilərə verəni isə xəstəlik və aclıq gözləyir. Alman dövlətinə və Xalqlar

Alyansına həmin qaçqınlar üçün yeni, daimi siyasi sığınacaq tapmaq böyük

zəhmət bahasına müyəssər oldu. Onlar bugün güc-bəla Paraqvayda yerləşdirilir

ki, burda da onlara torpaq və iş imkanları boyun olurlar.

Rusiyadan qaçan bu almanlar ın sayı gündən-günə artır. Mancuriya

şəhərləri vaxtında çin çaxnaşmasının ağuşuna atılmış minlərlə qaçqına öz

qoynunda yer verir. Kim- səsizləşmiş kəndlər dağılır, tarlalar məhv olur,

yabanılaşır və almanların əsirlərlə yaşı olan becərmə işinin hamısı rus torpağında

birdəfəlik məhv olmaq təhlükəsini yaşayır.

Page 119: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

119

POLIS MƏKTƏBİ

Mühacirlər dövlətinin baş qərargahı Parisdə, Passy məhəlləsində, Ycole

Militaire, Tour Mobour və Motte Piquetdə yerləşir. Tour Mobour bulvarındakı

kiçik hotelləri və Passydəki ürəkaçan mənzilləri on ildən çoxdur mühacirlər

məskunlaşdırmışlar. Mühacirlər izah olunmayan səbəblərdən müəyyən hotellərə

üstünlük verirlər ki, sonralar da onlar tez bir zamanda səciyyəvi rus siması kəsb

edir. Belə bir evin sahibi də illər keçdikcə mühacirlərin təsiri altına düşür.

Qonaqlarından hər birinin hans ı partiyanın üzvü olduğunu, onların hər birinə

necə müraciət etmək lazım gəldiyini və hər kəsə neçə günlüyünə, neçə

həftəliyinə və neçə aylığına borc verə biləcəyini dəqiq bilir.

On ildir ki, mühacirlər özlərinin seçdikləri baş qərargahda yaşayırlar və keçmişin

təcrübəsindən gələcəyə yetişməyə çalışırlar. Hər mühacir özünü bu gələcəyə

hazırlamağa cəhd edir. Birisi düşünür ki, vətənə həkim lazım olacaq və tibb

elmini öyrənir, digəri fikirləşir ki, Rusiyanın ilk öncə tacirlərə ehtiyacı var və

ticarət elmi ilə, birja ilə maraqlanır, üçüncüsündə belə bir əminlik yaranır ki, ölkə

za- bitsiz yaşaya bilməz, ona görə də bir neçə mühacir generalın savaşdan ötrü

burnunun ucu göynəyən gənclik üçün təşkil etdiyi fərdi hərbi kurslara gedir.

Dönməz antibolşevik və Paris mühaciri cənab Feliç- kin də özünü vətənin

gələcəyi üçün nəsə etməyə borclu saydı. Feliçkinin keçmişi müəmmasız və xoş

xatirələrlə dolu idi.

Dolaşıq Paris yuxularında o tez-tez özünü keçmiş rus cah-cəlalının

əhatəsində əmr verən, ucadan bağıran və bütün xalqın minnətdarlığını qəbul edən

görürdü. Bağırmaq, əmrlər vermək və əlçatan formada minnətdarlığı qəbul etmək

əvvəllər Feliçkin peşəsinin tərkib hissələri idi. Həyatının başlıca amalı və yaşam

xoşbəxtliyi bunda təcəssüm tapırdı.

Keçmişin gözəl günlərində cənab Feliçkin Riqa şəhərinin polis idarəsinin

başçısı, böyük təsir gücünə malik önəmli şəxsiyyət olmuşdu. Bugünün özündə

belə, keçmiş xoşbəxtlik yox olub gedəndən sonra da cənab Feliçkin özünü

medallarla bəzədilmiş əlvan polis mundirində şəhərin küçələri ilə gəzən görür. On,

yaxud yalnız üç nəfər tində dayanardısa, Feliçkinin onları dağıtmağa ixtiyarı vardı.

Page 120: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

120

Hər hansı bir sifət ona xoş gəlməzdisə, ürəyi istədiyi qədər yumruğunu bu sifətə

çırpmağa ixtiyarı çatırdı. Feliçkin dincəlmək istəyirdisə, ilkindi mürgüsü başa

çatana qədər pəncərəsinin qabağındakı küçə hərəkətini bağlatdıra bilərdi. Qısası,

Feliçkin iri kişilərdən biri olmuşdu və Parisdə bəzi ürək açan xatirələrə qapıla

bilərdi.

Amma o belə şeylər eləmirdi. Daha çox vətəninin gələcəyini düşünürdü və

belə möhkəm, yenilməz bir əminlik hasil etmişdi ki, həmin gələcə k polisə aid

olacaq. Nəqə- dərki Rusiyada hər küçənin tinində qızarttaq sifətli, sallaq bığlı, döşü

medallı polis dayanırdı, ölkədə dinclik və intizam hökm sürürdü. Mədəniyyət, elm

və iqtisadiyyat çiçəklənirdi və bolş eviklərin hamısı xaricdə, yaxud da dustaqxa-

nalarda ya şayırdılar. Və polislər küçə tinlərindən yığışan kimi çeşidli şeylər boy

atmağa ara verdi, dinclik və intizam yoxa çıxdı və cənab Feliçkin də tezliklə Paris

hotellərindən birinə köçmək üçün mundirini tələm-tələsik soyunmağa məcbur

oldu.

Bu zahiri faktların hər ikisinin daxili əlaqəsi Feliçkin üçün gün kimi aydın

idi. Yuxusuz Paris gecələrində o, bircə sualın əlində həlak olmuşdu ki, həmin sual

da dağ kimi onun çiynindən basırdı: bolşeviklər çökəndə və küçə tinlərində

dayanmağa adam tapılmayanda nə olacaq? Keçmiş igid polis yox olub, kəndin,

şəhərin, ölkənin polis himayəsinə necə götürülməsindən isə gəncliyin xəbəri

yoxdur. Rusiya polissiz yenidən tam cılız vəziyyətə düşəcək ki, buna da bəziləri

bolşevizm adını qoyurlar. Bu fikir Feliçkinə rahatlıq vermirdi.

Sonradan lazımi anda tətbiq etsinlər deyə, o, əsl idarəçilik haqqındakı

biliklərini digərlərinə ötürməkdə özünü borclu sayırdı.

Bir gün rus mühacir koloniyası xəbər tutanda ki, şəhərin saysız qurumları və təlim kursları sırasına başqa bir məktəb də qoşulub, xeyli heyrətləndilər. Bu, gələcək Rusiyada «Polis vaxtmisterləri hazırlayan» məktəb idi. Məktəbin direktoru, təbii ki, Feliçkin idi. Məlum oldu ki, Feliçkin gələcək Rusiyanın dərdinə qalan və bu dərdin əlacını işlək polis gəncliyində görən yeganə adam deyil. Tezliklə şagirdlər tapıldı, anketlər dolduruldu. Feliçkin bir otaq kirayə- ləyib məktəbini açdı. O özünü xoşbəxt sayırdı, çünki özünə yeni həyati vəzifə tapmışdı. Şagirdləri də xoşbəxt idi, zira Feliçkinin təlimi onların mühacir qəlbində əks-səda tapmışdı.

- Cənablar, - Feliçkin sözə başladı, - polis müqəddəs anlayışdır.

Vaxtmister peşəsi tamamilə ruh qayğıçısının peşəsinə bənzəyir. Dövlətin də ruhu

var və polis özünü bu ruhun yolunda fəda edir.

Page 121: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

121

Nələrin yasaq edildiyi və edilməli olduğu və Rusiyanın hans ı yasağın

yoxluğu ucbatından məhvə getməsi barədə uzun mübahisələr başladı.

- Düşüncələri polisə tam aydın olmayanların hamısını həbs etmək

lazımdır. - Feliçkin deyir və sifəti alışıb-yanmağa başlayır. - Vaxtında aparılan

həbslərlə artıq bəziləri çoxdan doğru yola qaytarılmışlar və bu, çoxlarına tərbiyəvi

təsir göstərə bilmişdir. Hərdən şəxsi mənzillərə polis gedişləri etməyi və hər şeyin

qaydada olmasına əminlik qazanmaq üçün həmişə təhlükəli düşüncələrin yarana

bildiyi şəhər içini və tənha otaqları nəzarət altda saxlamağı qayda halına gətirmək

lazımdır. İlk öncə də incəsənətin, elmin və sənayenin inkişafına maneə törədə

biləcək axmaq fikirləri başında gəzdirən hər kəsə aman olmamalıdır.

Cənab Feliçkinin müdrik kəlamları belə və yaxud buna bənzər səslənir ki,

onları da kişinin coşqulu şagirdləri ciddi-cəhdlə öz dəftərlərinə yazırlar. Bu məktəb

bir o qədər bəla törətmir. Cənab Feliçkin özünə peşə, şagirdləri gələcəyə ümid yə

mühacir qəzetləri felyeton üçün mövzu tapıblar. SSRİ-nin qüdrətli iqtidarı bu

barədə ayrı fikirdədir. Feliçkinin fəaliyyəti ilə o, ciddi narahatçılıq keçirir.

Bolşevik qəzetlərində qayğılı məqalələr peyda olur ki, həmin məqalələrdə də cənab

Feliçkinin Sovet hökumətinə qarşı yönəlmiş təhlükəsi göstərilir. Yazılır ki, onun

şagirdlərinin sayı minlərlə ölçülür, onun İngiltərədə, Almaniyada, Belçikada,

Yuqoslaviyada, Şimali və Cənubi Amerikada, hətta Avstraliyada təmsilçiləri,

şagird və təəssübkeşləri var və ağ banditlərin böyük bir ordusu Feliçkinin

rəhbərliyi ilə istənilən vaxt

Rusiyaya yürüş etməyə, burda yenidən əmin- amanlıq və qayda-qanun yaratmağa

hazırdır.

SSRİ-nin narahatçılığı ona gətirib-çıxartdı ki, mülki işlərlə bağlılığı

olmayan çox etibarlı bir adama məktəbə daxil olub ordakı vəziyyətə göz qoymaq

tapşırığı verildi. Həmin adam kursların iştirakçısı olub hər şeyə göz qoydu və

sovetlərə çatdırdı ki, onların qorxusunun əsası var. Cənab Feliçkin sovetlər üçün

həqiqətən də görünməmiş bir təhlükədir.

Bundan dərhal sonra bolşeviklərin düşərgəsində həyəcan təbili çalındı ki,

bunun nəticəsində də Feliçkin çox önəmli siyasi fiqur səviyyəsinə qaldırıldı və

bugün də həmin rolu ifa etməkdədir.

Gələcək polis vaxtmisterinin məktəbi öz növündə yeganə deyildir.

Mühacirət Rusiyanın gələcəyi üzərində həmin gələcəyi imkanca tez

yaxınlaşdırmaq üçün baş çatla- dib tədbirlər tökən qrotesk şəxsiyyətlərlə doludur.

Page 122: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

122

Polislər, zabitlər, şair və siyasətçilər mühacirətdə beləcə kütləvi şəkildə meydana

gəlirlər. Onların hamısı özlərinin yüksək önəmə malik olduğuna tam əmindir və

onlar öz vaciblikiiyi- nin duyğusunda sonradan hər küçənin tinində Feliçkinin

libasında bir polisi dikəltmək üçün günlərin birində Rusiyada peyda olub hər şeyi

alt-üst edəcək döyüşə hazır legion- larin iyini hər yanda alan dönməz bolşevik

alarmçıları tərəfindən gücləndirilirlər.

Page 123: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

123

IKI ŞƏRQLI CƏNAB

Cənab Feliçkinin legionları, təbii ki, sovet rus xəbərçilərinin kabusanə

fantaziyasıdır. Amma bununla belə, mühacirət heç də tam önəmsiz, tam gücsüz

deyil. Burda ciddi qəbul olunmalı çoxlu qüvvələr var, düşməni hərdən-hərdən bərk

narahat etmək üçün onun yet ərincə gücü və təsiri var. Bolşevizmə qarşı fəal və

təsirli mübarizəni davam etdirən insanlar sayca çox deyil. Onların adı bu işdən

yalnız az miqdar agahlara bəllidir. Onların tutduğu işlərdən, uğurları və

uğursuzluqlarından təkcə özləri, onlara etiqad göstərən az qism sadiqlər və bir neçə

bolşevik xəbərdardır. Həmin işlər bu yerdə açılmasa yaxşıdır, amma, əksinə,

antibolşe- vizmin bəzi bəd əməlləri təsvirə ehtiyac duyur ki, mühacirətin böyük

əksəriyyəti də yaxasını bundan aşkarca qırağa çəkir.

Vətəndaş müharibəsi çağlarında Uzaq Şərqdə, Sibir tayqasında və rus-çin

sınırında iki ad məşhurlaşdı. Həmin adların sahibləri general Qayda və ataman

Semyonov səlib yürüşlərində, yaxud otuzillik müharibədə hər cür şərafətə yetişmiş

avantüristlərdən idi.

General Qayda Ağ Rusiyaya təsadüfən düşüb. O, çexdir və keçmiş

Avstriyada, Katarroda doğulmuş dur. Gəncliyində Qayda inqilabçı olmuş du,

sonralar çay taciri kimi həddən artıq varlandı. Cahan savaşının ilk günlərində

Avstriyanı tərk edib monteneqroluların yanına qaçdı, axırda Rusiyaya gəlib çex

əsirlərindən ibarət hərbi dəstələrin başçısı oldu.

İnqilabdan sonra yüzmin çex legionerinin başında Ağ Rusiyaya qoşulanda

və bolşevizmə qarşı Asiyaya yürüş edəndə onun yüksəlişi, şöhrəti və parlaq yaşam

yolu başladı. Yüzmin çex bu arada general rütbəsinə yüksəlmiş Qaydanın

rəhbərliyi altında Rusiya boyunca yürüş etdi.

Onlar insanları qarət edib qətlə yetirdilər, özlərini antibol- şevik kimi

tanıdıb onlara dəxli olmayan bir işin xidmətində muzdurlara çevrildilər. Rusiya

boyunca qanlı səhra yürüşləri ziyanlı olmadı. Vətənə sağ-salamat dönənlər özləri

ilə zəngin rus qəniməti gətirdi.

Page 124: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

124

Çexlərin əsrlərdən təri nifrət bəslədiyi yalnız bir həqiqi irsi düşməni

vardı. Bunlar macarlar idi. Onlarla Rusiya çöllərində üz-üzə gəldilər. Keçmiş

Avstriya zamanlarında həmin xalqların bir-birinə nifrəti polisin gücü ilə çərçivədə

saxlanılırdı. Rusiyada, Sibir və Türküstanda bu nifrət bu- xovsuz tüğyan edə bildi.

Bolşeviklərin tərəfində Macarıstanın az qala bütün əsirləri ağ rusların tərəfində isə

çexlər vuruşurdu. Rus torpağı çex-macar milli nifrətinin əsas qanlı döyüş

meydanına çevrildi. Burda çex və macar hərbi mahnıları səsləndi, alaylar bir-birinə

hücuma keçib qanlı döyüşdə bir-birini məhv etdi, insanlıqdan çıxmış çexlər ac-

yalavac, susuzluqdan korluq çəkərək rəhmsiz səhra günəşinin alışmadıqları

qaynarlığında vurnuxurdular. Özləri kimi zülüm çəkən ac, susuz macar bölüyünə

rast gələndə öz əzabdaşları ilə birləşib Türküstanın yaxıcı zonasından çıxış yolu

aramırdılar. Əksinə, döyüşə girişirdilər. Qorxuya düşmüş köçərilər bu zaman şər

qarışana qədər çex və macar döyüş hayqırtıları ilə müşayiət olunan savaş

şaqqıltıları eşidirdi. Səhər açılanda döyüşçülərin əksəriyyətinin cəsədi döyüş

meydanında qalırdı. Köçərilər həlak olanların silahlarını götürüb vətəndən uzaq

səhrada səfeh döyüşə atılmağa məcbur olmuş avropalıların əcaib ağılsızlığına

heyrətlənirdilər. Öz legionerlərinin başında Qayda sayı bilinməyən amansızlıqlar

edirdi, təkcə bolşeviklərə yox, yolunun üstündə duran hər kəsə.

Rusiyanın şərqində onun adı gənc kazak atamanı Semyonovun adı ilə

həmişə birgə çəkilir. Ağ Rusiya çökəndə onların hər ikisi sürülərini dağdan

aşırmışdı. Ağ Rusiya Şərqdə, Monqolustan və Sibirdə qanına qəltan olanda onların

hər ikisinin hesabında axıtdıqları qan seli vardı, onlar talanlar, qətllər etmiş,

çoxlarını qılıncdan keçirib yurdları oda tutmuşdular, son onilliklərdə az adamlara

belə şey müyəssər olmuşdu. Qayda öz iegionları ilə vətənə döndü və çex

generalştabının başçısı oldu. Çex olmayan Semyo- nov bu cür parlaq karyera qura

bilmədi. Bolşeviklərin qəti qələbəsindən azca qabaq o, ağrus pul karvanına hücum

çəkib iki milyon dollar çırpışdırdı və təminatlı burjuy kimi qalan ömrünü sakitlik

içində sürmək üçün Yaponiyaya ad- dadı. Hər ikisinin yolu beləcə ayrıldı. Dünya,

deyəsən, barış yuxusuna getmişdi, macəra həvəsi sönmüşdü. Qayda və Semyonov

hələlik çex generalştabı başçısının nizamlı həyat tərzi ilə və yapon fərdi

təqaüdçüsünün cansıxıcı yaşantısı ilə qane olmalı oldular. Amma dinc yaşayış heç

birinə nəsib deyilmiş.

Sinəsi ordenlə dolu, şöhrətli-şanlı generalın və azadlıq mübarizinin parlaq

Page 125: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

125

ömür yolu çex baş qərargahı rəisinin öz ölkəsinin hərbi sirlərini çəkidə ağır gələn

bir məbləğə xarici dövlətlərdən birinə satması barədə çex prokurorunun hökm ç

ıxardığı qaşqabaqlı bir gündə sona yetdi. Bu, hərb tarixində tayı-bərabəri olmayan

bir işdir. Bundan sonra Qayda bütün nüfuzunu itirdi və uzun illərə zindana atıldı.

Çexoslovakiya Sibir deyildi və uzaqşərq metodlarını qavraya bilmirdi.

Ancaq generalın işdaşı ataman Semyonovun da bəxti gətirmədi. Doğrudur

o, hərbi sirləri satmadı, onu rahat buraxmalarından başqa ürəyindən heç nə

keçmədi. Amma yapon rəsmi dairələri bunu da ona rəva bilmədi. Günlərin birində

onlar Semyonovun ağılsızlıq edib yapon banklarından birinə qoyduğu iki milyon

dolları müsadirə etdilər və belə bir tələb irəli sürdülər ki, Semyonov zəhmət çəkib

həmin pula iddiasını əsaslandırsın. Rus ağqvardiyaçı pul karvanına gecə basqını

pula yetərincə hüquqi iddia olmadığına görə Semyonov təəssüflə kəsdirdi ki, o da

Qayda kimi öz yaşam yolunu təzədən başlamalı olacaq.

Beləliklə o, yapon qulluğunda işə girdi, Uzaq Şərqdə rus koloniyalarını

gəzdi və Mancuriyada yapon-çin müharibəsinin başladığı böyük gün özünü

yetirənə qədər qaranlıq işlərlə məşğul oldu. İndi yenidən Semyonovun surlu

çağları başladı. O, ətrafına hərbi qüvvələr toplayıb tərəfdaşlar yaratdı, köhnə

pərəstişkarlarını yanına çağırıb yapon ban- kındakı mübahisəli dollar əhvalatını

aşkarca büsbütün unutdu.

Məşhur atamanın əməlləri indi yaponların tam ürəyincə oldu. Onun

fəaliyyətinə imkan yaratdılar və hərdən gizlin, açıq görünməyən şəkildə çoxları

tərəfindən arzulanan mühacir dövlətin qurulması barədə ona eyhamlar vurdular.

Bu gələcək dövlətinin hazırlığı üçün Semyonov ilk öncə böyük bir partiya yaratdı,

həmin mühacir dövlətində hakimiyyəti ələ almalı olan rus faşistlərinin partiyasını.

Partiyaya böyük axın başladı. Keçmiş generallar, işsiz zabitlər, üstəlik mühacirətin

hər cür uzaqşərq tör-töküntüsü bu partiyaya axışdı.

Partiyanın proqramı sadə idi, ancaq çox şeyləri vəd edirdi. «Yer üzündən

silmək» sözləri ilə başlayıb onunla da bitirdi.

Həmin partiyanın fikrincə aşağıdakı ünsürlərin əvvəlcə

Page 126: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

126

qeyri-mütəşəkkil, sonra isə mütəşəkkil silinməsi başla- malıydı: kommunistlər,

yəhudilər, sosialistlər, ziyalılar, alimlər, ədiblər, proletarlar və artistlər. Bu

ünsürlərin silinib atılması başa çatacağı təqdirdə partiyanın fikrincə müqəddəs

Rusiyanın yenidən dirçəlişi və qurulmas ı yolunda daha heç nə qala bilməzdi.

Yəhudilərin, ədiblərin, artistlərin və digərlərinin taleyinə yaponlar xeyli

biganəydilər. Amma Mancuriyadakı duruma biganə qala bilmirdilər. Məhz buna

görə də partiya gəlişmək, özünü fa şist adlandırmaq və üzvlər toplamaq imkanı

qazandı. Tezliklə partiyanın şüarı da tapıldı. Çox sadə səslənirdi: «Qətlə yetirilmiş

bir nəfər allahsız satanist-kom- munist Külliqadir dərgahına qoyulmuş şamdır».

Partiyanın bircə şeyi çatmırdı: dünyada tanınan ada malik avtoritar rəhbər. Həmin

rəhbər Çexoslovakiya dustaqxanasındakı hücrənin sakini general Qaydanın

simasında tapıldı. Partiya üzvləri Qaydanın adını ürəkdən gələn bir həyəcanla

çəkirdilər. Qaydanın sibir-monqol steplərində cərəyan etmiş keçmişi bir qarant idi

ki, o bu vəzifəyə yaraşan əsl insan ola bilər. Amma təəssüf ki, bu böyük insan

hazırda zindanda otururdu. Fəqət bu fakt onu heç də təəssübkeşlərin gözündə

əskiltmirdi. Zira onu kim mühakimə etmişdi? Yarı sosialist, yarı ziyalı mənfur bir

respublika. Bu hökm onun xeyrindən başqa bir şey deyildi. Qayda bəyanat

vermişdi ki, həmin proyekti rəğbətlə qarşılayar, bunun müqabilində də şərqli

igidlər onun həbsxana ünvanına minnətdarlıq və təzimat teleqramı göndərmişdilər.

Qaydanın Mancuriyada mühacir dövlətin başçısı vəzifəsinə gətirilməsi

məsələsinin sonradan necə təşəkkül tapması hələ ki zamanın qoynuna qısılıb. Bu

arada ataman Semyonov bəyan edib ki, həsrəti ilə alışıb-yandıqları müharibə

başlayacağı təqdirdə Sibirin yarısını tutacaq və proqramında yer üzündən silinməsi

nəzərdə tutulmayan insan kateqoriyalarının hamısını Baykal gölünün o üzünə

qovacaq. Amma bu böyük zaman hələ ki yetişməyib. General Qayda hələ də qıfıl

və zirzə dalında oturur. Yeni partiyanın üzvləri isə əmindirlər ki, Sibiri azad etmək

üçün böyük igid tezliklə həbsdən azad olacaq.

O zamana qədər imzalar toplanır, çağırışlar səslənir və məzəli jurnallar

çap edilir. Əcaib şayiələr yayılır və tək- zib olunur. Kojmin adlı bir rus generalı

Qaydanın vəzifəsini hələlik öz üzərinə götürdü və tərəfdaşlarına bildirdi ki, açıq

döyüşə girmək üçün hardansa göndərilmiş yüz milyon dolların gəlib-çatmasını

gözləyir.

Page 127: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

127

Bu arada mühacirlər bütün dünyadan Uzaq Şərqə axışır, çin çaylarının

sahillərində otururlar, qanlı-qadalı 1919-cu ili ağlagəlməz ölçüdə təkrarlamaq

üçün böyük general Qaydanın gəlişini tam həsrətlə gözləyirlər.

Page 128: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

128

SSRI-YƏ QARŞI MÜBARİZƏ

İstənilən siyasi mühacirətin mahiyyəti mübarizədir, öz vətəninin hökumətinə

qarşı ağlagələn formada aparmalı olduğu mübarizə. Rus mühacirəti də bolşevizmə

qarşı mübarizədə iflicləşmir. Bu mübarizənin ənənəvi metodu məqalələr,

məruzələr, ifşalar və söyüşlər tələb edir. Ancaq bütün mühacirlər məqalə yaza, nitq

söyləyə bilmir. Bu və ya digərləri çağırışlara əməl etməli, düşmənə qarşı açıq

mübarizəyə atılmalıdır. Bolşevizmə qarşı həyatları bahasına mübarizə aparan

işgüzar gənc mühacirlərin sayı əslində o qədər də az deyil. Açıq mübarizə

tərəfdarları iki cəbhəyə bölünür. Onların hər ikisi terror tərəfdarıdır, hər ikisi

sovetlərə qarşı əldə silah mübarizə aparmaq niyyətindədir. Fərq yalnız ərazinin

seçimində, qanlı döyüşlər meydanının harda olmas ındadır. Bugün az qala

tamamilə itməkdə olan birinci xətt bolşevizmə qarşı, harda imkan düşdü, o

cümlədən də Avropada, mübarizə aparırdı. İkinci xətt isə, bunun əksinə olaraq,

bolşevizmlə terror haqq-hesabının meydanını yalnız Rusiyada görmək istəyir.

Birinci istiqamətin əməlləri bəllidir. Onların nümayəndələri sovet səfiri Vo-

rovskini İsveçrədə və səfir Voykovu Varşavada qətlə yetirdi, onlar

Avropada Sovet hökumətinin

nümayəndələrinə qarşı ali dərəcədə romantik bir ov təşkil etdilər. Bu, zamanında

ona gətirib çıxartdı ki, tezliklə görkəmli kommunistlərdən heç biri Avropaya

gəlməyə ürək eləmədi. Həmin ağ terrorizm cərəyanının beyni məşhur Boris

Savinkov idi. Kerenski hakimiyyətində rus hərbi naziri olmuş, Rusiyanın ən

adlı-sanlı keçmiş terrorçusu. Bolşeviklər tərəfindən xaricə qovulmuş Savinkov

terrorçu döyüş briqadası yaratdı. Qaranlıq qaynaqlardan pul və tapşırıqlar aldı ki,

onları yerinə yetirmək də onun üçün aşkarca şərəf işi idi.

Savinkovun avantüralı həyatında heç də hər şey aydınlaşmayıb. Ancaq

onun Berlində, Paris və Varşavada sovet məmurlarının ovuna çıxdığı zaman kəsiyi

bəlkə də sirli həyatının ən bulanlıq dövrüdür.

1922-ci ildə Savinkov Berlində peyda oldu. Bu dəfə o, - nə az, nə çox - Sovet İttifaqının xarici işlər komissarı Çiçerini qətlə yetirmək istəyirdi. Yalnız təsadüf nəticəsində bu maraqlı ovun təfərrüatı bəlli oldu. Berlinin Şarloten- burq vağzalının yanındakı kiçik hotellərin birində Savinkov öz terror təşkilatının üzvləri ilə görüşdü. Qarşıdan gələn sui-qəsd bütün incəliklərinə qədər müzakirə olundu. Öyrənəndə ki Çiçerinin arabası hər gün Momzenştrase ilə gedir, həmin küçədə rahat bir mənzil kirayə etdilər ki, həmin mənzilə köçsünlər və Çiçerin yola düşən

Page 129: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

129

gün onu qətlə yetirsinlər. Kayzerhof hotelində və digər restoranlarda - sovet nümayəndə heyətinin göründüyü hər yerdə - Savinkovun bir agenti onların arxasına düşürdü. Hətta xəstəxanada, nümayəndə heyətinin üzvlərindən birinin yatdığı doktor Şlezinqerin klinikasında da Savinkov öz agentini yerləşdirə bilmişdi. O, nümayəndə heyətinin düşdüyü hotelin işçiləri, maşınların sürücüləri, şəfqət bacıları və həkimlərlə dostlaşıb ona nail olmuş du ki, son olaraq nümayəndə heyətinin atmaq istədiyi hər addımdan xırdalıqlarına qədər xəbər tuturdu. Nəhayət sui-qəsd günü gəlib çatdı. Bu, sovet nümayəndə heyətinin Berlini tərk etməli olduğu gün idi. Savinkovdan başqa, adlarının burda çəkilməsi məsləhət bilinməyən qəsdçilər Potsdam vağzalında kiçik bir restoranda toplaşdılar. Üstlərində tapança, xəncər və hər ehtimala qarşı zəhər vardı. Polis kardonuna, ən güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq onlar vağzalın perronuna qalxa bildilər. Sovet nümayəndə heyətinin qatarı hazır dayanmışdı. Tezliklə yük gətirən xidmətçilər və kiçik vəzifəli məmurlar gəldilər. Terrorçular ciblərindəki tapançalara əl atdılar. Çiçerin indicə gəlməliydi! Dəqiqələr bir-birinin ardınca ötüb-keçdi. Amma Çiçerin gəlmədi. Qatar ağır-ağır hərəkətə gəldi. Sui-qəsd baş tutmadı: Savinkov tapşınqçı- nın gözündə rüsvay oldu. Çiçerin son anda işi ilə əlaqədar ləngiməli olmuşdu və qatara sonrakı stansiyaların birində öz arabasında yetişdi. Xaricdə bolşeviklərə qarşı neçə sui- qəsd cəhdinin olmasını gələcək tarix yazarları müəyyənləşdirə biləcək. Sovet qaynaqlarına görə bu rəqəm yüzlər- cədir, mühacirlər isə bildirirlər ki, həmin sui-qəsd cəhdlərinin çoxu bolşeviklərin kəllə uydurmasıdır. Günlərin birində həmin sui-qəsdlər kəsildi. Hətta ən fanatik antibolşeviklər gördülər ki, bir daha əldə tapança bolşeviklərin ovuna çıxmaq üçün hər hansı Avropa məmləkətinin qonaqpərvərliyindən sui-istifadə etməyə haqları yoxdur.

Çox cüzi miqdar mühacirin və peşəkar terrorçuların SSRİ daxilində

bolşevizmə qarşı törətdiyi mübarizə daha da intensivləşdi, daha da kəskinləşdi və

daha da qəddar- laşdı. Bu mübarizə qəhrəmanlıq mübarizəsidir. Özünü bu

mübarizəyə həsr edən, İttifaqın sınırlarını aşan mühacirin bir daha geri dönmə

şansı çox azdır. Qarşısına qoyulan tapşırığı yerinə yetirib-yetirməməsindən asılı

olmayaraq onun sonu həmişə eyni olur, demək olar, hər dəfə ayıq-sayıq QPU-nun

əlinə keçir. Bu mübarizənin təfərrüatı, ona rəhbərlik edən təşkilat və SSRİ

sərhədlərindən o üzdə törədilən əməllərdən burda heç eyhamla da danış maq

mümkün deyil.

Bu və ya digər bolşevikə edilən sui-qəsdlə yanaşı terrorçular, xüsusilə

antisovet təbliğat ədəbiyyatının qaçaqmalçılığı və yayılması ilə məşğul olurlar.

Burda da tədbirlərin sayı azalmaq üzrədir. Rus burjuaziyasının passiv qalıqları

üzərində bolşeviklərin intiqamı o qədər qorxuncdur ki, mübarizə təşkilatı

sui-qəsdlərin cavabdehliyini hələlik öz üzərinə götürə bilməzdi. Rusiya daxilində

son sui-qəsd 1923-cü ildə baş tutdu. Sui-qəsdçilərin başında rus polkovniki E.

dayanırdı. Polkovnik bir neçə döyüşdaşı ilə Rusiyaya yola düşüb orda köhnə

çekanın binasını havaya sovurmaq üçün tapşırıq alanda Parisdə yaşayırdı.

Page 130: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

130

Polkovnikin yolu Finlandiyadan keçirdi. Gənc bir qadının və bir neçə zabitin

müşayiətində o özünü Rusiyaya çatdırdı və partlayıcı qurğunu çekanın binasına

qoydu. Binanın bir hissəsi havaya sovruldu. Polkovnik E. həbs olunub güllələndi.

Yoldaşları açıq döyüşdə həlak oldular. Polkovnik E. olayı bolşevizmi terror

vasitəsi ilə yıxmaq yolunda Ağ Rusiyanın son cəhdi oldu.

Sovet Rusiyasının qoyduğu bütün maneələrə baxmayaraq mühacirət indi

Rusiyada eşidilməyə çalışır. Onun təşviqat ədəbiyyatı həmişəki kimi gizli yollarla

Rusiyaya gətirilir. Demək olar, bütün partiyalar müəyyən qism cəsur, hər şeyə

hazır olan agentlərə malikdir ki, onlar da sınırları keçib Rusiya daxilindəki

tərəfdaşları ilə əlaqəyə girirlər, çap olunmuş yazılar paylayırlar və onların

həyatının gec- tez çekanın ölüm zirzəmilərində sona yetməsinə qərar

vermiş olurlar. Vətəndaş

müharibəsində hər şeyləri ni itirmiş, indi də canlarını qurban verən əksər gənclər

Finlandiya, Polşa, Rumıniya, Persiya və Çin, bir sözlə, Rusiyanın bütün sərhədləri

üzərindən Sovet İttifaqına axışırlar.

Belə halda onları Rusiyaya göndərmiş siyasi partiyalar hərdən qəzetlərinin

birinci səhifəsində həlak olanların yas haşiyəsinə alınmış adlarını çap edir. Bu

zaman qısa baş sağlıqlarında deyilir ki, mühacir filan filankəs yeni Rusiya uğrunda

döyüşdə həlak olmuşdur. Təfərrüatlar yazılmır, fəqət hamı bilir ki, cəsur gəncin

ömrünü çekanın hans isa qaranlıq zirzəmisində bir atəş sona yetirmişdir. Onda

partiya bir neçə bağlama təşviqat materialı ilə təchiz olunaraq oyunu təzədən

başlamaq istəyən yeni adamlar axtarır.

İllər ötüb-gedir, hələ də sərhədi aşıb nazik papiros kağızında çap olunmuş

yazıları gəyən gecələrdə kəndlilərin, əsgər və fəhlələrin ovcuna basan və kim

tərəfmdənsə qəflətən yaxalanıb polisə təhvil verilən təzə insanlar tapılır. Bunun

ardınca əksər hallarda çekada uzun bir istintaq, ciddi rejimli həbs və dostlarını

satmaqla öz həyatını satın almaq kimi adi bir təklif gəlir. Son isə həmişə eyni olur.

Ölüm zirzəmisinə qısa bir yol, atəş və əhəmiyyətsiz bir mühacir qəzetində qara

haşiyəyə alınmış yas elanı. On ildən artıq bir zamandan bəri mühacirət sonu

görünməyən bu mübarizəni aparır. Ağ Rusiyanın ayrı-ayrı cəsur qəhrəmanları hələ

də çekanın ölüm zirzəmilərində qanlarına qəltan olurlar.

Page 131: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

131

GURCU QƏLPPULÇULARI

Kiçik mühacir kafelərində, axşamın uzun-uzadı gə- yənliyində, öləziyən

işıqların alatoranlığında qəribə fikirlər dolaşır. Mühacirlər başlarını aşağı salıb

əlləri cibində dövrə vurub otururlar. Xəyala dalırlar. İri şəhərlərin nəm asfalt

küçələrinə baxırlar. Şəhərin səs-küyü yağışın döyəclədiyi pəncərə şüşələrindən

içəri soxulur. Onlar çölə yağan yağış da daşlaşmış sərçələr kimi tərpənmədən

əyləşirlər. Yalnız gözlərində həyat nişanələri var, həmin gözlər tez-tez tərpənib

qəmli-qəmli yağışa və küçələrin asfaltına baxır.

Mühacir xatirələrə dalır. Gözləri önündə Qafqazın yaşıl sıra dağları,

Peterburqun sarayları, Moskvanın qızıl qübbələri - yox olmuş bütün imperiya

canlanır. O, bolşeviklərin lavinasayağı axınını, yıxılmış evləri, alovlanan kəndləri

və son olaraq özünün faciəli mühacir taleyini görür. Dünya paytaxtlarında sonu

görünməyən vurnuxmalarını, axşamlarını keçirdiyi nisgilli meyxanaları, bulaşdığı

toz- torpağı, qalmaqalları və mühacirətin gündəlik məişətini gözləri önündə

canlandırır. Və mühacir tam avtomatik olaraq plan tökməyə, intiqam hissi ilə

alışıb-yanmağa və bədbəxt Rusiya xatirinə üstünə yağdırılmalı olan cəzalan

başında dolandırmağa başlayır. Sonra onun beynində macə- ralı fikirlər və

proyektlər yetişir. Onun qəti əminliyinə görə həyata keçəcəyi təqdirdə ağ əməlin

təntənəsi olacaq dolaşıq mənzərələr yaranır.

Misal üçün, Avropada Karumidze adlı bir gürcü mühaciri yaşayırdı.

Karumidze əvvəllər siyasətçi olmuşdu. Gürcü torpağı hələ müstəqil olanda o,

mühafizəkarlar partiyasının üzvü idi. Parlamentdə əyləşib nitqlər söyləyirdi, öz

seçki dairəsini gəzib-dolaşırdı və gec-tez nazir olasıydı. Böyük inqilabdan əvvəl

Karumidze qəsdçi olmuşdu. Cavan gürcüləri ətrafına toplayıb onları və özünü

döyüşə hazırlayır və ölkənin azadlığı barədə düşünürdü.

Mühacirətdə Karumidzenin hans isa siyasi fəaliyyət imkanı yox

idi. Nə parlament, nə də üzvü ola biləcəyi bir hökumət vardı. Buna görə də o

yenidən qəsdçi, öz xalqının rifahı uğrunda gizli döyüşçü oldu. Avropadan min

kilometrlərlə aralı məsafədə yerləşən uzaq Gürcüstanda qəsd törətmək asan

deyildi. Ölkədən aralı düşmüsən, orda nələrin baş verməsindən xəbərin yoxdur və

Page 132: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

132

bilmirsən ki, bu işə qoşulma imkanı harda mövcuddur. Buna baxmayaraq öz

ölkələrində qanlı üsyanları törətmək, bolşeviklərə qarşı mütəmadi partizan

müharibəsi aparmaq və sovetləri uzun müddət təhdid altında saxlamaq gürcü

qəsdçilərinə müyəssər oldu. Gürcüstanın iki milyon əhalisi var, Rusiyanın isə

yüzəlli milyon. Qeyri-bərabər mübarizənin taleyini də elə bu həll etdi. Üsyanlar

qəddarlıqla yatırıldı, inqilabçılar divara söykədilib güllələndi. Gürcü tədbirinin

tərkini qılmalı oldular. Amma heç bir gürcü mühaciri, ən azı da keçmiş qəsdçi

Karumidze mübarizəni dayandırmağı nə bacardı, nə də istədi. Karumidze yeni

mübarizə metodları haqqında düşündü. Axı orta əsrlərdə yaşamırdın, iyirminci

yüzilin Avropasında yaşayırdın. Qəsdlər, üsyanlar zəmanəsi çoxdan keçmişdi.

İqtisadiyyat idarə edirdi. Kim hans isa hökuməti yıxmaq istəyirdisə,

çalışmalıydı ki, onun iqtisadiyyatını dizə gətirsin. Aydın idi ki, Gürcüstanı

Gürcüstandan azad etmək olmazdı. Kim Gürcüstanı azad etmək istəyirdisə, o eyni

zamanda həm də bolşevizmi yıxmalıydı və kim bunu gerçəkləşdirmək istəyirdisə,

onun güc tətbiq etməyə ehtiyacı yox idi, əksinə, sovet iqtisadiyyatını kökündən

laxlatmalıydı. Özünün qəmli mühacir gecələrində gürcü Karumidze

gözəgörünməz, fəqət öldürücü zərbə vurmağın doğru yolunu tapdı. İstənilən

ölkənin iqtisadiyyatı - Karumidze bu nəticəyə gəldi - onun valyutasına söykənir.

Onun valyutasını kim çökdürürsə, iqtisadiyyatını da çökdürmüş olur.

Beləliklə Karumidze qədim bir üsula əl atmağı qərara aldı, elə bir üsula ki,

özündən əvvəlki qəsdçilər ondan yarınmışdılar, qədim fönisiriyalılardan1 tutmuş

Leninə və Vin- dişqresə qədər. O, qəlp sovet pullarını çap etməyi kəsdirdi. Sovet

pulları çoxalardısa, maliyyə laxlayardı, bunun da nəticəsində Rusiya bolşevizmi

yıxılar və gürcülər yeni bir inqilabla öz ölkələrini ruslardan azad edərdilər. Bu elə

fantastik bir ideya idi ki, bir çox şeylərlə yanaşı, bu qədər pulun dövriyyəyə

buraxılmasının mümkünsüzlüyündə uğursuzluğa düçar ola bilərdi, baş tutduğu

təqdirdə isə nəhəng imperiyanın iqtisadiyyatını təhlükəyə salmış olardı. Belə

fikirlər yalnız dolaşıq mühacir gecələrində, qüssəli mühacir mənzillərində,

mühacir yaşamının bozumtul günlərində baş verə bilər.

Karumidze öz hökmünü verib qurtardıqdan sonra bu işə yarayan

müttəfiqlərini aramağa başladı. Böyük pul vəsaiti olmadan təkbaşına o, təbii ki,

Page 133: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

133

özünün cəsur planını həyata keçirə bilməzdi. Amma heç yerdə tanınmayan fəqir

bir gürcüyə sovet pullarını saxtalaşdırmaqda gəlirə umudu olmadan kim ideya

xatirinə əl tutardı?

Ciddi qəbul edilən mühacir dairələr biraz qəribə görünən mübarizə

metoduna cürət etmədikləri halda, peşəkar pul qəlpçiləri buna yalnız gülərdilər.

Ortada təkcə Karu- midzeyə bənzər sovet dövlətinin yıxılmasında maddi və

mənəvi arzularla alışıb-yanan maraqlılar qalırdı ki, onların da bu planı həyata

keçirmək üçün yetərincə vəsait və cəsarətləri vardı. Karumidze və katibi

Zadateraşvili münasib adamlara yorulmadan diqqət yetirməyə başladılar. Bəxtləri

gətirdi. Tezliklə qüdrətli yardımçılar tapıldı. Qəlp pul buraxmaq üçün əsl pul işə

salındı. Axtarılıb mütəxəssislər də tapıldı. Dövləti dizə çökdürən saxta pulların

istehsalına indi başlamaq olardı.

Bu böyük qəsdin mərkəzi Almaniya seçildi. Sovet Rusiyası ilə canlı

ticarət üzündən pulları Almaniyada dövriyyəyə daha tez buraxmaq olardı. Sovet

İttifaqının qonşu dövləti Almaniyadan gedişatın nəticələrini də müşahidə etmək

mümkün idi. Bu, 1929-cu ildə baş verdi. İlk əskinaslar artıq çap olunub dövriyyəyə

buraxılmışdı. Sovet dövlətinin çöküşü yolunda, deyəsən, heç bir maneə

qalmamışdı. Özünün dahiyanə hesablamalarında Karumidze bircə şeyi nəzərdən

qaçırmışdı: alman polisinin ayıq-sayıqlığını. Günlərin birində qəflətən

emalatxananın üstü açıldı. Karumidze, Zadateraşvili və alman texnikləri tutulub

adi, birmənalı qeyri-siyasi qəlppulçular kimi məhkəməyə verildilər. Karumidze

çox şeylərə vərdişli idi və çox şeyə də dözməyi bacarırdı. Tutuqlu cəzalarını, ölüm

hökmlərini və ola biləcək daha nələri isə soyuqqanlılıqla qarşılamışdı. Amma bircə

şeyi qəbul etməmələrinə dözmürdü: əməlin- dəki siyasi motivləri tanımamalarını.

Qazanc hərisi avara bir pul qəlpçisi kimi mühakimə ediləcəyi onun inqilabi qəlbini

həddən ziyadə narahat edirdi. Və ona inam göstərmədiklərinə, inqilabi

düşüncələrini qəbul etmədiklərinə görə bunları sübuta yetirmək istədi və

məhkəmədə hər şeyi açıb-tökməyə başladı. Adamın başının tükünü qabardan

şeylər üzə çıxdı. Karumidze söylədi ki, onun fəaliyyətinə lazım olan pulu, digər

vəsait və yardımları ona - nə az, nə çox - dünyanın ən böyük neft şirkəti Şellin

prezidenti ser Henri Deterlinq vermişdir. Deterlinqin qəlp pula baş qoşması

inandıncıdırmı? Karumidze bu suala borclu qalmadı. Sovet hökumətinin dağılması

Page 134: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

134

ilə Deterlinq gürcülərin döv- lətləşdirilmiş neft mədənlərini ələ keçirmək

istəyirmiş. Hər halda bu ittihama cavab olaraq bildirdilər ki, Gürcüstan gözəl və

zəngin ölkə olsa da, ərazisində, bircə damla belə, neft yoxdur. Buna görə də

Gürcüstanın azad olması ilə neft kralı dəyərsiz neft yataqlarına yetişə bilməzdi.

Neftə Gürcüstanın Qafqaz qonşusu Azərbaycan malik idi. Güman etmək olardı ki,

Deterlinq kimi bir adama belə bir dəlil bəlli olmaya bilməzdi. Fəqət Karumidzenin

əlaltılarının sayı heç də Deterlin- qə istinadla sona yetmədi. O biraz da irəli

gedərək qəflətən bildirdi ki, qəlppulçuluqda onun ikinci böyük yardımçısı

Brest-Litovsk cəbhəsinin məşhur alman generalı Hofmann olmuşdur.

Bolşeviklərin çöküşündən o heç də maddi səmərə güdməmişdir, sadəcə olaraq

mənəvi səbəblərdən burda xeyli maraqlı olmuşdur.

Karumidzenin bu iddiaları məhkəmə prosesinə xüsusi bir önəm verdi.

Dünya sənayesinin başçısı və dünya müharibəsinin ən görkəmli generallarından

biri boş vaxtlarında saxta pul kəsməklə məşğul olurmuş. Karumidzenin

ittihamlarına Deterlinq kəskin etirazını bildirdi. Bu əcaib siyasətçi ilə onun heç

vaxt heç bir əlaqəsi olmayıb. Və bu arada dünyasını dəyişmiş general Hofmannın

ailəsi bəyan etdi ki, general əslində fəal antibolşevik olmuş olsa da, saxta pul

buraxılması ilə heç cür məşğul olmamışdır. Bu bəyanatlara baxmayaraq

Karumidzeyə müyəssər oldu məhkəməni inandırsın ki, onun bütün fəaliyyəti

maddi yox, yalnız siyasi niyyət güdmüşdür. Birinci mərhələdə ona və

köməkçilərinə amnistiya elan olundu. İkinci mərhələ öz hökmünü verənə qədər o,

Almaniyanı tərk etdi. Mühacir dünyasını gərginlikdə saxlayan və sovetlərə

mühacirlərin hər yanda hamı üçün təhlükəli olduğunu söyləmək imkanı yaratmış

gürcü afyorası bununla sona yetdi. Həqiqətdə isə bu plan keçmiş günlərin

canlandığı və pozğun təsəvvürlərdə əcaib fikirlərin ərsəyə gəldiyi qəmli mühacir

gecələrindən qaynaqlanır. Həmin gecələrdə mühacir öz xalqının gələcəyini qurur

və qəti düşünmür ki, bu hərdən arxasınca cinayət əməllərini və həddən artıq

xoşagəlməz qalmaqalları çəkib gətirir. Karumidze də cinayət əməlinin özünün

bütün əzəb- daşlarının başına hansı ikrahlı oyunlar açacağını görmədən taleyinin

qurbanı oldu.

’ Fönisiriyalı - Suriyanın tarixi sahil ərazisi Fönisiriyada yaşamış insanlar.

Page 135: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

135

MÜHACİR QADIN

Özünün adi ab-havasından qopmuş mühacir xaricdə peşəsini, eləcə də bu peşə

ilə, həyatı və ətrafı ilə bağlı nə varsa, hamısını itirir. Onu əzən yad havanı udur.

Yeni mühitlə çox çətin və ləng dil tapır. İstər vəkil olsun, istərsə zabit, vətəndə o öz

önəminə və əvəzsizliyinə tam əmin idi. Qürbətdə isə bunlardan heç birinə layiq

bilinmir. Nə hərbi dəstələrə başçılıq etməyə, nə də məhkəmələrdə çıxışa haqqı

çatır, özünü tam artıq, diqqətdən kənar və dünya tərəfindən unudulmuş sayır.

Mühacir qadın isə tamam başqadır. Vətəndə o, ülya- həzrət, nazir xanımı,

mülkədar arvadı idi, heç vaxt əlini ağdan-qaraya vurmazdı, baxmayaraq ki Parisə

gedib ənlik- kirşanından qalmazdı. Ülyahəzrət, fabrikant, yaxud bankir arvadı

olmaqla ümidlərinin məzarı başında büzüşüb oturaraq qadın özünün həyat

tərzindən heç nəyi əsirgəmirdi. İndi ömründə birinci dəfə amansız həyatla üz-üzə

dayanmışdı. Bu ona başlanğıcda xeyli ləzzət vermişdi. Zira bolşeviklərin yaxın

vaxtlarda çökəcəyi tam aydın olduğundan qısa zaman kəsiyindən yararlanmaq ona

çox cazibəli görünmüşdü. Bu zaman kəsiyindən yarınaraq özünə, ərinə və bütün

dünyaya sübut etmək istəyirdi ki, ömrü boyu onu heç də əbəs yerə naz-nemət

içində saxlamayıblar, ərkələ- məyiblər, tərsinə, haçansa gerçək ehtiyac duyularsa,

kişisinə tay olub onun yanını kəsdirə bilər. Mühacir qadın qorxmadan, əyilmədən,

vüqarla işə girişir. Kişisi sınan yerdə o özünü meydana atır. Rus qadınının təbii

fədakarlığı, tükənməz işgüzarlığı, şübhəsiz ki, mühacirət tarixinin ən gözəl insani

bölümlərinə aid idi. Mühacir qadın xaricdə hər şeydən öncə bir-birinə qəti

bənzəməyən iki peşəni seçirdi: o, moda salonlarında və xidmət sahəsində çalışırdı.

Bunun hər ikisi ona yurdundan gəlirdi, moda salonu gözəl zövq, xidmət sahəsi isə

mətbəxin incəliklərinə bələdlik tələb edirdi. Əyləşən kişilərin Rusiyanın taleyi və

gələcəyi barədə mübahisələr apardığı mühacir meyxanalarında süfrələri cəldlik və

bacarıqla peşəkar süfrəçiləri arxada qoyan rus zadəgan xanımları bəzəyirlər.

Yuxarı dairələrdən olan mühacirlərdən biri meyxanaya daxil olduqda sıra ilə

xidmətçi qadınların əlini öpür. Əgər bunu etmirsə, deməli, o, yüksək rus

dairələrinin üzvü deyil. O heç vaxt özünə rəva bilməz ki, Əlahəzrətin, süfrəçi

xanımın bəlkə də indi başqa bir meyxanada oturub onun öz arvadı tərəfindən

qulluq göstərilən ərinin əhvalını soruşsun. Meyxanaya təsadüfən düşmüş qeyri-

mühacir qulluq göstərən qadının əlini öpə bilməz. O, rus insanlığının ali dairəsinə

daxil deyil, o rahatca çaypulu da verə bilər, və, təbii ki, bundan imtina da etməzlər.

Ona ədəblə xidmət, eyni ədəblə də etinasızlıq göstərilir. Vaxtilə xanımın

ötüb-gedən arabasının tozuna bulaşmağı özünə şərəf sayan bir insandan indi

Page 136: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

136

çaypulu götürməsi süfrəçi qadını, deyəsən, o qədər də pərt etmir.

Tanışlar üçün o hələ də qrafinya, yaxud nazir xanımı olaraq qalmaqdadır və

əlindən çaypulu aldığı kişi mühacir qadının indi yaşadığı mebelli c ılız otağına heç

vaxt, heç vədə ayaq qoya bilməzdi. İndi onun üçün salonu əvəz edən otaqçanın bir

küncünə qoyulmuş nimdaş qonaq divanının üstündə yalnız o adamlar otura bilər

ki, onlar zəmanənin gözəl çağlarında onun salonuna buraxılmaq haqqı

qazanmışdılar.

Mühacir qadın bu yöndən dönməz və mühafizəkardır. Qadın min dəfə

süfrəçi ola bilər, bununla o, iztirabdaşları- nın gözündə yalnız dəyər qazanır.

Amma, Allah eləməmiş, hansısa adi bir avropalını evinə almış olsa, bütün tanışlar

ondan üz döndərməyə başlayar. Düşünərlər ki, o, soyunu unudur, soyadının

şərəfinə ləkə salır və ciddi şəkildə fikirləşməli olarlar ki, belə bir qadını gələcək

Rusiyaya ümumiyyətlə buraxmağa dəyərmi. Gələcək Rusiya düşüncəsi mühacir

qadını istiqamətləndirib ona təsəlli verən yeganə şeydir. Amma bu arada illər öz

işini görməkdədir və bu illər mühacir qadının ən gözəl illəridir. Onun fədakarlığı,

işləmə qabiliyyəti qadının şəxsiyyətini yetərincə təsdiq edib. O, fədakarlığının

haçansa qiymətləndiriləcəyi zamanın həsrətini çəkir.

O, ərini, uşaqlarını saxlayır, ərinin ildən ilə necə ölgünləş diyinə, necə

ümidsizləşdiyinə və necə dözümsüz- ləşdiyinə baxmaq məcburiyyətində qalır.

Mühacir yığıncaqlarına gedir və gümanı gəldiyi hər kəsdən həsrətlə soruşur ki,

Rusiyaya dönməyin vaxtı çatmayıbmı. Mühacir qadın siyasətdən az baş çıxarır.

Yalnız orasını bilir ki, əvvəllər kefi kök idi. Sonra bolşeviklər - Allah bilir, hardan

- gələndə hər şey pisləşdi. Ürəkdən inanır ki, bolşeviklər bir gün yenə yox olub

gedəcəklər və hər şey yenidən yaxşı olacaq.

Süfrəçi peşəsindən başqa, mühacir qadın özünü moda salonunda işə və

modaya aid çeşidli məqalələrə həsr edir. Bunun üçün gərək yaxşı zövqün və

qadınlarla rəftar etmək bacarığın olsun. Yaxşı zövq onda anadangəlmədir və kübar

müştərilərlə davranışı isə, özü də əvvəllər kübar müştərilər sırasına daxil

olduğundan, öyrənmək o qədər də çətin deyil.

Rus qadınları bütün Avropada öz moda salonlarını qurdular. Hətta kifayət

qədər əla yerli moda salonu olan Parisin özündə böyük knyaginya İrinanın açdığı

İrfe Evi təzliklə şəhərin aparıcı moda təsərrüfatına çevrildi. Heç İsveç vəliəhdinin

arvadı böyük knyaginya Mariya da Avropanın bütün hakim dairələri ilə qohumluq

Page 137: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

137

əlaqələrinə baxmayaraq Nyu-Yorkda moda salonu açmaqdan çəkinmədi.

Artıq mühacirətin ilk illərində moda biznesi rus qadınının şakəri oldu.

İşləmək istəyən hər bir rus qadını bacarığına və pul ehtiyatına görə dəbdəbəli

axşam, yaxud sadə gündəlik paltarların eskizlərini hazırlamağa başladı və tezliklə

öz peşəsinin ustasına çevrildi.

Bu peşə ürəkaçandır və süfrəçilikdən xeyli yüngüldür. Rus qadını burda

çox tezliklə baş tapa bildi. O, avropalı və amerikalı müştərilərə elə bacarıqla qulluq

göstərirdi ki, sanki bütün ömrü boyu yad qadınlara gözəl şeylər tikməkdən başqa,

ayrı bir iş görməmişdi. Mühacir qadın çox vaxt öz ərindən kargüzar və ya əl

buyruqçusu kimi istifadə edirdi. Bolşevikləri söymək imkanından məhrum

edilmirdisə, mühacir kişi bu işi ilə razılaşırdı. Çünki bu halda mühacir ailəsinin

improvizə edilmiş taleyinin yolunu heç nə kəsmirdi.

Süfrəçilik və modaçılıq mühacir qadının geniş yayılmış, fəqət yeganə

peşəsi deyil. Çoxlu gəzilər və dünya boyu qaçqınlıq sayəsində mühacir qadın

özünün doğal dil bacarığını tamamilə təkmilləşdirmişdir. O, Avropa dillərində və

Asiyanın bir və ya bir neçə dilində danışır. Rus dili ilə yanaşı alman, fransız,

ingilis, ispan, bunlardan ba şqa həm də çin, yaxud ərəb dilində danışan mühacir

qadın heç də nadirlik deyil. İxracat firmalarının bürolarında həmin qadınlar

arasında hətta Malayziya və yapon dillərini başa düşənlər də tapılır.

Ümumi götürdükdə bəlkə də elə bir peşə yoxdur ki, mühacir qadın orda

təmsil olunmamış olsun. O, fotoqraflıq edir, teatr dekorasiyaları qurur, yarış

avtomobilləri sürür və mavi səmada böyük ustalıqla «Perzil Perzil olaraq qalır»

cümləsini yazır.

Bunların hamısını o, taleyindən gileylənmədən edir, tam inamla ki, onun

siyasiləşmiş əri qadına silkinə uyğun yaşam tərzini və buna lazım olan hər şeyi

yenidən bəxş etmək üçün günlərin birində bolşevizmi devirəcək. Həmin gün

gələndə mühacir qadın moda salonunu, meyxananı və bürosunu tərk edib doğma

mənzilinə qayıdacaq və razılıqla bildirəcək: «Biz rus qadınları bədbəxtliklərdən

qorxmuruq».

Page 138: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

138

ÇAR AİLƏSİ

Avropada rus inqilabına həsr olunmuş elə bir film, elə bir roman, elə bir

pyes tapmazsan ki, orda vaxtilə cah-cə- lal içində yaşamış, hal-hazırda isə gecə

meyxanalarının birində qapıçı işləyən böyük knyaz baş rolda çıxış etməsin. Rus

gerçəkliyindən bixəbər avropalıda belə təsəvvür yaranır ki, rus mühacirlərinin

əksəriyyətini hal-hazırda müha- cirliyin buz kimi soyuq sobasının arxasında öz

qəmli yaşamlarını sürdürən böyük knyazlar təşkil edir.

Böyük knyaz nə olan şeydir? Amerikan film istehsalçılarının fikrincə

böyük knyaz anlayışı keçmiş Rusiyada kazakların müşayiəti ilə xizəkdə kəndləri

gəzən, kəndli qızlarına təcavüz edən, vodka sümürən, indi də Avropaya qaçıb

birbaşa və çəkinmədən Parisin gecə meyxanalarının birində qapıçı işləyən cüssəli

və zəngin bir rusu təcəssüm etdirir.

Böyük knyazı bolşeviklər biraz başqa cür, amma eyni boyalarla təsvir

edirlər. Nüfuzlu kommunistlərin fikrincə böyük knyaz hələ körpə çağlarında ana

südü əvəzinə fəhlə qanı əmmiş və bu yolla böyümüş qana süsayan monster- dir.

Böyük knyaz gəncliyində kəndli qızlarına təcavüz edib (bolşeviklərlə film

istehsalçılarının fikri bu yerdə üst-üstə düşür), müharibədə o, düşmən qabağından

qaçan qorxağın biri olub; bolşeviklərin fikrincə böyük knyaz mühacirətdə qapıçılıq

eləmir. Əksinə, yenə özünün təmtəraqlı həyatını sürdürür, həmişəki kimi

sərxoşluğunu edir, sovet hökumətinə qarşı təxribatlar hazırlayır.

Əslində böyük knyaz nədir? Böyük knyaz çar ailəsinin üzvüdür, daha

doğrusu, çarın qohumudur. Parisin bütün gecə meyxanalarını qapıçı ilə təmin

etmək üçün çarın o qədər qohumu ola bilməzdi. Rusiyada çar ailəsinin üzvləri

digər körpələr kimi ana südü əmirlər, fəhlə qanı yox. Alman prinsləri, yaxud

Avstriya ershersoqları kimi onlar da məktəbə gedib sonradan zabit olmuşlar ki,

hərbi yaşam yolunun pillələrini asta-asta qalxa bilsinlər. İnqilabdan sonra onlar

digər qeyri-proletar rusların taleyini yaşadılar. Sonlarını çekada tapdılar, yaxud

sürgünlüyə üz tutdular ki, burda da onların qəmli mühacir həyatları başladı.

Bugün xaricdə - Avropa və Amerikada - Romanov soyundan 18 kişi

yaşayır. Təbii ki, onların heç biri gecə meyxanasında qapıçı və buna bənzər bir işdə

Page 139: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

139

işləmir. Əslində onların Avropa kapitalizminin hesabına zəngin yaşamı da xalis

uydurmadır. Dünyaya səpələnmiş böyük knyazların güzəranı digər rus

mühacirlərinkindən biraz yaxşıdır, amma indiki varlıqları keçmiş Rusiyada

sürdükləri həyatla müqayisə edilsə, təbii ki, həddən artıq pis və acınacaqlıdır.

Qovqun böyük knyazlar arasında ən çox tanınmışı və geniş önəm

qazanmışı lap bu yaxınlara qədər məş hur böyük knyaz, cahan sava şında keçmiş

rus ali baş komandanı Nikolay Nikolayeviç olmuşdu. Azman boya, atletik gücə

malik böyük knyaz keçmiş davakar Rusiyanın ideal təcəssümü idi. Deyirlər ki, çar

özü də onun gurultulu səsindən lərzəyə gəlirmiş. Nikolay Nikolayeviç digər böyük

knyazlardan seçilərək qəddar, cəsur və istedadlı idi, bununla belə, qəribə də olsa,

mistikliyə meyil edirdi.

- Düşünürsüz ki, çar insandır? - Bir dəfə o, baş nazir Vittedən

soruşmuşdu.

- Düşünürəm ki, - Vitte cavab vermişdi, - çar Allahın bizə bəxş

etdiyi hökmdardır, amma bütün əlamətləri ilə həm də insandır.

- Yox, - böyük knyaz etiraz etmişdi, - çar nə insandır,

nə də Allah, hər ikisinin arasında olan orta bir şey.

Güclü və ağıllı böyük knyaz rus tacının dayağı idi. Məlumdur ki, çarın

konstitusiya qərarını o təkid etmişdi. Dünya müharibəsində Nikolay Nikolayeviç

görünməmiş şücaətlər göstərmişdi. Saray intriqalarının qurbanı olaraq o, Qafqazın

valisi təyin edildi, burda özünü ipə-sapa yatmaz çılğın xalqların idarəçiliyinə həsr

etdi. Böyük knyaz Qafqazda həddən artıq sevildi, ona həddən artıq ehtiram

göstərildi, başlıca olaraq da təbəələrinin pərəstiş etdiyi qeyri-adi boyuna görə. Bir

neçə pərəstişkar qafqazlı, onların arasında da Tiflisin valisi inqilabdan az öncə ona

Rusiyanın tacını təklif etdilər. O da insanla Allahın arasında orta bir şeyi

devirməkdən imtina etdi, oturub inqilabı gözlədi və istefa verdi.

Vətəndaş müharibəsi zamanı o, cənubda öz qınına çəkilib yaşadı və sonra

digər mühacirlər kimi Fransaya gəldi ki, burda da ixtiyar ina bir saray verildi.

Xaricdə Nikolay Nikolayeviç yenidən rus siyasətinin görkəmli simalarından biri

oldu. Az qala Rusiyanın qaçqın zabitlərinin hamısı onun ətrafına yığışdı; onun

sarayında sərəncamlar verilir, planlar qurulurdu. O vaxt, 1923-24-cü illərdə Ağ

Page 140: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

140

Rusiya bolşevizrni devirmiş olsaydı, şübhəsiz ki, böyük knyaz Nikolay

Nikolayeviç çar kimi Moskvaya daxil olacaqdı. Ağ Rusiya qalib gəlmədi, illər

bir-birinin ardınca ötüb-keçdi, böyük knyaz qocalıb əldən düşdü. Sonda o hər şeyi

öz üzünə bağladı, daha heç kəsi qəbul etmədi, monteneqrolu xanımı ilə yenidən

mistikaya və spiritizmə qapıldı. Onun hansı ruhları çağırmasını, onlardan hansı

həqiqətləri öyrənməyə cəhd etməsini heç kim bilmədi. Günlərin birində, növbəti

spiritistik oturumundan azca sonra Nikolay Nikolayeviç dünyasını dəyişdi. Onun

dəfni mühacirətin ən möhtəşəm mərasiminə çevrildi. Amma ölümü həm də onun

özündə təcəllə tapmış həmin millətçi hərəkatın sonu oldu ki, burda da keçmiş

Rusiyanın az qala bütün zabitləri toplaşmışdı.

Digər böyük knyaz, Rasputin qatili gənc Dmirti də xaricdə yaşayır.

Bilənlər söyləyir ki, haçansa çarın böyük qızı ilə ailə qurmaq və rus tacına sahib

olmaq onun qisməti imiş. Rasputinin qətli böyük knyaz Dmitrinin

parlaq yaşam yoluna qəflətən son qoydu. Rusiyanın böyük knyazları Dmitrinin

əfvi barədə ərizə ilə müraciət edəndə çar ərizəyə belə bir dərkənar qoymuşdu:

«Mənim məmləkətimdə heç kim qətlə yol verə bilməz». Böyük knyaz Dmitri İrana

sürgün olundu. Bu sürgünlük ona mərhəmət yolunu açdı. Bolşeviklərin

qələbəsindən sonra o heç bir maneə olmadan xaricə gedə bildi və sağ-salamat

Parisə çatdı. Rusiya tacına layiq görülmüş knyaz mühacirliyin bütün iztirablarını

yaşamalı oldu. Pulu yox idi, işləməyi də Rusiyanın bu ən

gözəl kişisi, təbii ki, qəti bacarmırdı.

Qəmli-qəmli Parisi dolaşırdı, həris baxışlar onu müşayiət edirdi. Bir vaxtlar payına

düşmüş yersəl nemətlərdən yalnız bircə şeyi qalmışdı, qadınları məftun edən

həddən artıq göyçək sifəti. Buna Rasputin qatilinin romantik parıltısı da əlavə

olunurdu. Ötüb-keçən bir neçə qüssəli mühacir ilindən sonra mühacirət xəbər tutdu

ki, Dmitri gənc, gözəl və çox varlı bir amerikalı qadınla ailə qurub öz taleyini

tapmışdır.

Böyük knyazların qismən Avropada boya-başa çatmış gənc nəsli tam

ayıq-sayıq yetişmişdir. Cavan böyük knyazlar mülki peşələrdə çalışırlar. İngiltərə

və Amerikada onlar banklarda və iri idarələrdə oturur, məktublar diktə edib

müqavilələrin üzünü köçürür və hərdən özlərinin keçmiş önə- mini, Romanovların

imperator soyunu və babalarının haçansa ağalıq etdiyi səhralı, nəhrli ölkəni yada

Page 141: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

141

salırlar.

Yalnız keçmiş Rusiyanı xoşbəxtlik içində yaşamış yaşlı nəsil yeni

münasibətlərdən baş tapa bilmir, köhnə xatirələrlə ovunur, özünü çar ailəsi kimi

hiss edir və mühacir- liyin gün-güzəranında böyük qəmli rolunu oynayır.

Fransanın şimalında, Normandiyada okeanın sahilində Briacque kəndi

yerləşir. Varlı amerikalıların üstünlük verdiyi bu kənddə çar Aleksandrın məşəli

böyük knyaz Kiril Vladimiroviç öz ailəsi ilə sadə və guşənişin bir həyat sürür. Son

çarın əmisi oğlu böyük knyaz Kiril bugün Romanov nəslinin ən yaşlısıdır. O,

Rusiya tacına rəsmi iddiaçıdır. Qanuna və qədim legitim ehkama əsasən heç bir

şübhə yoxdur ki, Rusiya tacına təkcə o, iddia qaldıra bilər. Buna görə də

mühacirlərin böyük əksəriyyəti üçün o, böyük knyaz Kiril yox, Rusiyanın çarı

Əlahəzrət Birinci Kirildir.

Okeanın sahilindəki balaca villada həyat yeknəsəq və cansıxıcıdır. Böyük

knyaz öz sadiqlərinə az-az hallarda görsənir. Yalnız fövqəladə hallarda o,

mühacirlərin paytaxtı Parisə yollanır ki, burda da sonradan onun şərəfinə qəbullar

və paradlar təşkil olunur. Bu halda böyük knyazlar bahalı arabalarda Y elisey

Çölünə axışır, gənc mühacirlərdən ibarət bölük marşla öz çarının önündən

keçib-gedir və çara sədaqətlərini bildirmək üçün keçmiş əyanlar iri hotellərin

birinə toplaşırlar.

Amma belə şeylər az-az olur. Briacquedər böyük knyazın inandığı

legitimistlər onu gecəli-gündüzlü qoruyur. Şiv. oğlanlar onun qapısı ağzında keşik

çəkir. Pəhləvan cüssəli bir oğlan böyük knyazın oğlu ondördyaşlı Çareviçin hər

addımını izləyir.

Briacque villasında bir kanselyariya yerləşir. Ordan dünyanın mühacirlər

yaşayan hər bir guşəsinə çar fərmanları, sərəncamları və təşəkkürləri göndərilir.

Dünyanın bütün iri şəhərlərində kanselyariyanın təmsilçiləri əyləş irlər. Ordan

bura, burdan ora məktub və teleqramlar axışır. Çar öz kanselyariyasından

mühacirətin monarxist hərəkatına tam başçılıq edir. Bu kiçik idarəyə dünyanın hər

yerindən mühacirətin saysız məktubları, bəyanatları və sədaqət andları axışıb gəlir.

Page 142: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

142

Mühacirlər hər şeylərini itirmişlər: evlərini, mülklərini, ad-sanlarını və çarlarını.

Okean sahilindəki bu balaca kanselyariya onların əlində qalan yeganə şeydir, indi

o hər şeyi əvəz etməlidir: sarayı, nazirləri və hökuməti.

Hərdən çarın və ya çareviçin ad günündə Briacque- nin yolu addımlarını

villaya sürüyən görkəmli fiqurlarla dolur. Bəzən bunlar yaşlı, tökülüb-itən

varlıqlar, çarlarını təbrik etmək, imperator havasını

ciyərlərinə çəkmək, saray tə- zimatlarını yerinə yetirmək və bunların hamısının

yaşar olduğu zamana, çarın xırda bir villada yox, Kremlin qalın divarları arasında

hökmranlıq etdiyi, orden və rütbələr payladığı, mərhəmətlə gülümsədiyi və bütün

təbəələrinin sadiqliyinə əmin olduğu çağlara qayıtmaq üçün aylar uzunu

boğazlarından kəsib yolpulu düzəltmiş keçmiş əyanlar və zabitlər olur.

Böyük knyaz Kiril mühacirəti qəbul edir, mərhəmətlə onların üzünə

gülümsəyir, əsl çar, əsl hökmdar kimi. Sonra mühacirlər işlədikləri fabrik və

bürolara qayıdırlar və bilirlər, nəqədərki okeanın sahilindəki sadə villa gənc və

cüssəli yerliləri tərəfindən qorunub mühafizə olunur, heç şey itməmişdir. Hər

halda danışırlar ki, böyük knyaz yenidən Qoburqa dönəcək.

Page 143: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

143

AĞ RUSİYANIN GƏLƏCƏYİ

Rus inqilabı rus ziyalısını rus xalqının həyatından qoparıb ayırandan bu yana

onbeş il keçmişdir. Qüdrətli ölkənin haçansa var olan beyni mühacirətdə qurumaq

təhlükəsini yaşayana oxşayır. Alimlər biliklərini itirir, zabitlər aldıqları təhsili

unudur, siyasətçilər öz prinsiplərinə dönük çıxırlar. Onların hamısı ağır-ağır,

amma qarşısı alınmadan yaddaşsız gündəlik məişətə yuvarlanırlar ki, həmin

məişətin qanunları da çılpaq həyat ehtiyaclarını təmin etmək və parlaq ruhları

kütləşdirib yorğunlaşdır- maqdan ibarətdir. Amma bununla belə, onlar nəzərə

çarp- madan, hətta özlərinin xəbəri olmadan vacib bir funksiyanı yerinə yetirirlər:

düşünürlər. Sərbəst şəkildə, bağımsız, heç bir siyasi iqtidardan çəkinmədən

Rusiya haqqında bəzən bəlkə də cəfəngiyyat sayılan, əslində isə ağıllı baxışlarını

izhar edirlər.

150 milyonluq bir xalq bütün məsələlərdə eyni fikirdə ola bilməz. SSRİ-də

sərbəst fikir mübadiləsi qadağan olundu ğundan xaricdə o, var gücü ilə boy

verməli oldu. Mühacirətin siyasi dağınıqlığı son olaraq Sovet Rusiyasın- dakı

birpartiyalı sistemin nəticəsi deyil. Rusiyanın hər üç mühacirətindən olan qruplar

özlərində xalqın ən müxtəlif təbəqələrinin azad fikrinin çeşidli çalarlarla ifadəsini

təcəssüm etdirir və oçağkı nüfuzsuzluqlarının nəticəsi olaraq çox vaxt məzhəkə və

gülünc təsiri bağışlayır. Rusiyada sərbəst seçim ixtiyarı olsaydı, hər mühacir

partiya, yəqin ki, xeyli miqdar pərəstişkarı öz arxasınca aparardı. Amma onlar öz

məsləkdaşlarından aralı düşdüklərinə görə mühacirətdə əməlsiz və, zahirən

götürüldükdə, tam şüursuz bir ömür sürməli olurlar.

Fəqət mühacirlərin bu aşkarca mənasız, cılız-gülünc əməli əslində nə mənasızdır,

nə də gülünc. Bolşeviklər çox yaxşı bilirlər ki, Rusiyaya qarşı mühacirlərin

tənqidini niyə tam ciddiliyi ilə izləyirlər. Sovet hökumətinin bəzi tədbirləri, heç

şübhəsiz ki, mühacirlərin tənqidinin nəticəsidir.

İllər ötür. Mühacirlərin başçıları, keçmiş rus dövlətinin rəhbərləri qocalıb

sıradan çıxırlar. Onların yerini arxadan gələn mühacirlər, sürgün olunmuşların

ikinci nəsli tutur. Bəs gec-tez önəmli' rollardan birini oynamağa məhkum olunmuş

Page 144: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

144

bu yeni nəslin durumu necədir? Bu gənclik, nə qədər qəribə səslənsə də, öz

hörmətli ata-babalarına’baxanda Sovet İttifaqının gəncliyinə daha yaxındır.

Bu nəslin uşaqlığı vətəndaş müharibəsinə və rus köç- künlüyünün qaynar

çağlarına düşüb. Bu gənclik bir neçə dildə danışır və Şanxayda da özünü

Berlindəki kimi öz evində hiss edir. O, ölməkdə olan kapitalizmə ürəkdən nifrət

edir, legitim çar və sovetlər tərəfindən birgə idarə olunan imperiyanın təəssübünü

çəkir. Həmin gənclik ürəyinin dərinliyində bu azman ölkə ilə, bütün dünyanı

lərzəyə gətirən və bütün dünyanın nifrət etdiyi, bununla belə, onun üçün yer

kürəsinin ən füsunkar, ən gözəl və ən böyük imperiyası olan rus vətəni ilə fəxr

edir. Təbii ki, böyüməkdə olan mühacir nəsli kommunistsayağı düşünmür, lakin

uzaq Sovet Rusiyası öz qüdrətini göstərəndə, rəqiblərindən birinə qulaqburması

verəndə, yaxud dünyanın ən güclü elektrik stansiyasını tikəndə, ya da iri kapitalist

dövlətlərinə həyasızcasına kələk gələndə ürəkdən və ucadan şənlənir.

Qurub-yaradan, qorxub-çəkinmədən irəliyə gedən bu nəhəng ölkə həmin

gəncliyin həqiqi vətənidir. Ata yurdunun inkişafında o özünün iştirakını arzulayır

və sevimli vətənə hansı yollasa xidmət etməyin xülyası ilə yaşayır. Əslinə qalsa,

Rusiyanı əhatə edən Avropanı o, tam qəbul etmir. Bu məqamda kommunist

gəncliyi də eyni düşünür.

Gənc kommunist də özünün sovetlər ölkəsindən tam qürur duyur və Avropanın

inqilabi proletariatını geriqalmış və əhəmiyyətsiz sayıb ona nifrət edir.

Mühacir gəncliyin bir üstünlüyü var, o neçə-neçə dəryaların suyunda

yuyulmuşdur, neçə-neçə ölkə və qitələrə bələddir və saysız nümunələr əsasında,

ən ecazkar həyat məktəblərində hökm etməyin və sözə baxmağın incəliklərini

öyrənməyə yetərincə vaxtı olmuşdur. Mühacir gəncliyin dilə gətirdiyinin çoxunu

sovet gəncliyi hiss edir və mühacirlərin artan nəslinin öyrənmək istədiyi şeylərin

çoxunu gənc kommunist öz canında yaşamışdır. Gənc kommunistlə gənc

mühacirin asanlıqla dil tapması xeyli təəccüblüdür. Atalarının çoxdan unutduğu

dili. Bu dil nə kommunist dilidir, nə də ağqvardiyaçı dili, bu, birdən-birə

böyüklüyünü dərk etmiş gənc millətçi Avroasiyanın dilidir. Mühacir gəncliyin

Page 145: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

145

şüarı belədir: onların fikrincə həddən artıq beynəlmiləl olmuş kommunist

partiyasını çıxmaqla indiki sovet konstitusiyasını və Sovet hökumətinin bütün

əsas prinsiplərini qoruyub-saxlamaq. Sovetləri qəbul etmək bolşevik və

qeyri-bolşevik rus gəncliyi arasında, kommunistlərlə mühacirlər arasında ilk

körpüdür.

Özünün qəzetləri, məktəbləri, cəmiyyətləri, teatr və məhkəmələri ilə

mühacirət əbədi yaşaya bilməz. Nəqədər- ki onu dövrələyən xalqlar tərəfindən

əridilməyib, o ya ölüb sıradan çıxır, ya da yaxın gələcəkdə yenidən rus

insanlığının sırasına qoşulmalıdır.

Ümumi təsadüfi mühacirətin bir hissəsini təşkil edən xalis siyasi mühacirət

bunun əleyhinə çıxacaq, çünki o, vətəndən mütəmadi olaraq yeni axınlar qəbul

edir. Həmin siyasi mühacirəti Rusiya həmişə yaratmışdır. İvan Qorxun- cun

dövründən bu yana Rusiyanı tərk etməli olan mühacirət axını ara vermək bilmir.

Hökumətdən narazı qalan insanlar müxtəlif səbəblərdən və bütün istiqamətlərə

Rusiyanı tərk edirdilər. Əvvəllər belə olub, həmin axının haçansa soğulacağına

bugün də heç bir ümid yoxdur.

Siyasi mühacirət ənənəvidir, rus həyatının daimi təzahürüdür. Fəqət öncədən

görmək olar ki, onları bolşevik- siz Rusiyaya qaytaran gün tezliklə gəlməsə,

bugünkü mühacir kütlə yad xalqların içində əriyib yox olacaq.

Mühacirətlə bolşevizm arasında barışıq hər halda istisna olunur. Qarşılıqlı

nifrət çox dərinləşib, qarşılıqlı inamsızlıq dərinlərə kök atıb. Fəqət bolşevizmə

əqlən nifrət edən, rus olan hər şeyin hissən təəssübünü çəkən mühacir gənclik bu

yerdə dönüşə başlamağı bacarır. Flər iki düşərgə arasındakı nifrət dəryasına

baxmayaraq hər iki tərəfin rus gəncliyi bir-birini başa düşdüyü ortaq bir məkan

tapmışdır. Bu məkan qeyri-rusa az bəlli olan «Gəncrus İttifaqı», keçmiş

ağqvardiyaçıları və gənc kommunistləri üzvlüyündə birləş dirən bir təşkilatdır.

Yaşlı mühacir nəslin heyrətinə səbəb olsa da, onun gəncliyi günlərin birində

bolşevizmin dilini danışmağa, so- vetrus terminlərini işlətməyə və öz qəzetlərində

Page 146: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

146

öncül briqadaları və gənc kommunistləri salamlamağa başladı. Yaşlılar dəhşətə

gəldilər. Gənclik, deyəsən, kommunizmə yuvarlanırdı. Və birdən qırmızı

divarların o üzündən sovet gəncliyinin çağırışı səsləndi. Bolşeviklər və mühacirlər

birinci dəfə bir-birilərini başa düşmüşdülər. «Gəncrus İttifaqı», getdikcə önəm

qazanan və çoxları tərəfindən kommunizmin qanuni varisi sayılan

nasionalbolşevizm ittifaqı beləcə yarandı.

Rusiyada fəaliyyət göstərən təşkilatın üzvləri olan mühacirlər və gənc

kommunistlər bir məsələdə birləşirlər: millətçilikdə və inqilabın mübahisəsiz

gətirdiyi mütərəqqi dəyişikliklərin hamısının tanınmasında.

Bu yerdə, şübhəsiz ki, indiki rejimin özünü təsdiq edib-etməməsindən asılı

olmayaraq, gələcək Rusiyanın proqramı yaranır. Bu proqram başlayan kimi,

həyata keçirilən kimi mühacirət də, daha çox da onun Avropada boya-başa çatmış

gəncliyi, kommunistlərin uşaqları ilə əl-ələ verib ölkənin qurulmasını

tamamlamaq üçün vətənə dönə biləcək.

Həmin gün gələnə qədər Ağ Rusiya xaricdə mövcud olacaq. Onu heç nə

yıxa bilməz. Həmin günə qədər general və professorlar, süfrəçilər və taksi

sürücüləri, yazıçı və mülkədarlar, ötən onbeş ildən bəri olduğu kimi, öz qəzetlərini

buraxacaq, ümumi yığıncaqlarda bolşevizmi ifşa edəcək, məzəli çevriliş planları

hazırlayacaq və hərdən QPU- nun zirzəmilərində heyranedici igidliklə öz

ölümlərini tapacaqlar.

Ağ Rusiya hələ ki yaşayır, o, çökmüş bir dünyanın ənənələrini,

baxışlarını, adət və vərdişlərini xaricə gətirmişdir. Mühacirətdə həmin dünya

kabusanə-qrotesk varlığını sürdürür. Bu varlıq tədricən bir farsa, arxasında bir-

vaxtkı böyüklüyünün cizgilərini yalnız güclə tanıdığın qəlp Rusiyaya çevriləcək.

Fəqət bütün ölkələrə əkilmiş bu kiçik Rusiyanın içində insanlar yaşayır ki, onlara

fəci böyüklüklərindən başqa, hər şeyi irad tutmaq olar. Taleləri onları

kübarlaşdırıb, tarixdə tayı-bərabəri olmayan taleləri. Həmin talenin xatirinə

hisli-paslı meyxanaları, məzəli qəsdləri, əcaib əməlləri və fanatik planları onlara

bağışlamaq olar ki, bütün bunlara da onları təkrarsız vəziyyətləri sürükləyir və

Page 147: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

147

bütün bunlara görə avropalı onları qınamağa meyil göstərir. Mühacirət

dövrümüzün canlı bir parçasıdır, bundan əlavə o, dünya tarixi çapında olan bir

faciədir və Ağ Rusiya ilə qarşılaşan avropalı düşünməlidir ki, mühacirlər sonu

qaranlıq olan bir dramın səssiz qəhrəmanlarıdır.

Page 148: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

148

KİTABIN İÇİNDƏKİLƏR

ÖNSÖZ. Tarixi gerçəkliyin acı söyləmi ............................................... 3

On milyona qarşı dörd min .................................................................. 6

Buzlu yürüş .......................................................................................... 10

Muzdurlar və müğənnilər ..................................................................... 14

Zati-Nuriarı getman, mühasib Petlyura

və Ataça Maxno ................................................................................... 20

Ağ əməl ................................................................................................ 26

Dəlixanadan qaçış ................................................................................ 30

Sürgündəki ordu ................................................................................... 34

İstanbulda ............................................................................................. 39

Ölücanlar .............................................................................................. 43

Daxili mübarizə .................................................................................... 47

Mühacir taleləri .................................................................................... 52

Çin uğrunda döyüş ............................................................................... 57

Teymurləngin son varisi ....................................................................... 61

Çarın son nişanəsi ................................................................................ 68

Anastasiya ............................................................................................ 72

Baron fon der Launis padşah olmaq istəyir .......................................... 78

Knyaz Dobışa da padşah olmaq istəyir ................................................ 84

Fransanı xilas etmiş kişi ....................................................................... 89

Mühacirliyin gün-güzəranı ................................................................... 94

Dövlət içində dövlət ............................................................................. 99

Səfir hasardan aşır ................................................................................ 104

Erməni Aqabekovun avantürası ........................................................... 109

Page 149: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

149

Almanların qaçqınlığı ............................................................................. 115

Polis məktəbi ........................................................................................... 119

İki şərqli cənab ........................................................................................ 123

SSRİ-yə qarşı mübarizə .......................................................................... 127

Gürcü qəlppulçuları ................................................................................ 131

Mühacir qadın ......................................................................................... 135

Çar ailəsi ................................................................................................. 138

Ağ Rusiyanın gələcəyi ............................................................................ 143

Page 150: Qafqazın Strateji Tədqiqatlar İnstitututranslit.az/ELEKTRON KITABXANA/AZDILINETERCUMELER...Qafqazın Strateji Tədqiqatlar İnstitutu SERİYA QAFQAZIN KLASSİKLƏRİ MƏHƏMMƏD

Direktor: prof. N.B.Məmmədli

150

Üz qabığının rəssamı: Ülviyə Quliyeva Bilgisayar

tərtibçisi: Səlminaz Qurbanlı Korrektorlar: Xatirə

Sadıqova

Kompüter dizaynı: Vaqif Nadirov Yığılmağa

verilmiş 03.10.2005.

Çapa imzalanmış 21.12.2005.

Şərti çap vərəqi 11,5. Sifariş№ 745.

Kağız formatı 60x84 1/16. Tiraj 500.

Kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində səhifələnib və çap olunmuşdur.

E-mail: [email protected]

Tel: 497-16-32: 850-311-41-89