Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda ...xalqqazeti.com/pdf/xalq 13 mart...

8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 57 (29322) 14 mart 2020-ci il, şənbə A.H.Naxçıvanlının 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusi- yasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai- siyasi həyatında fəal iştirakına görə Aqiyə Həbib qızı Naxçıvanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 13 mart 2020-ci il Dövlətimizin başçısı altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində sözügedən dövrdə əldə edilən yuxa- rıda sadalanan göstəriciləri diqqətə çatdıraraq deyib: “ Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni, istəsək, xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun. Bu illər ərzində iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır. Biz kosmik dövlətə çevrilmişik, üç peykimiz var. Dünya Astronavtika Konqresi 2022-ci ildə Bakıda keçiriləcək və bu haqqı biz gərgin mübarizədə qazanmışıq. Bu müsabiqədə 4 şəhər iştirak edirdi– Dehli, Rio-de-Janeyro, Sinqapur və Bakı. Biz bunu qazandıq. Nəyə görə? Çünki orada da bizə hörmət edirlər”. Ölkə Prezidenti belə uğurların enerji sektorunda da əldə edildiyini, xalq, dövlət və qitə üçün mühüm önəm daşıyan layihələrin gerçəkləşdirildiyini, neft-qaz kəmərlərinin çəkildiyini, ha- zırda isə Cənub Qaz Dəhlizinin başa çatmaq üzrə olduğunu, açıq dənizə çı- xışı olmayan Azərbaycanın nəqliyyat mərkəzinə çevrildiyini vurğulayıb. Yeri gəlmişkən, son 16 il ərzində inkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanları, körpülər, tunellər və yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması ilə bağlı mühüm işlər görülüb. Tranzit potensialının reallaşdırılma- sı istiqamətində də irimiqyaslı layihələr həyata keçirilib, o cümlədən, Avropa- Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənib, Bakı–Tbi- lisi–Qars dəmir yolu istismara verilib, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib. Prezident İlham Əliyevin tapşırı- ğına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salı- nan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti danılmazdır. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbai- jan” brendinin dünya üzrə tanınmasın- da müstəsna xidmət göstərəcək. Bu zonanın regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusi- ya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır. Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımaları- nın səmərəli təşkilinə etibarlı şərait yaradıb, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub. Ötən 16 il ərzində sosial-iqtisadi layihələrin reallaşmasında mühüm rol oynayan dövlət büdcəsinin maliyyə təminatının möhkəmləndirilməsinə xüsusi önəm verilib, büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, dövlətin borc strategiyası, vergi-gömrük inzi- batçılığının təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ standartla- rın tətbiqi, fiskal intizamın artırılması və digər tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, həmin müddətdə dövlət büdcəsinin gəlirləri 20 dəfə artıb. Dövlət büdcəsinin maliyyə təminatının möhkəmləndirilməsinə, şübhəsiz ki, son illərdə qeyri-neft sek- torunun inkişafının diqqət mərkəzində saxlanılması, qeyri-neft ixracının gücləndirilməsi istiqamətində islahatla- rın dərinləşdirilməsi də böyük önəm da- şıyıb. Buna görə də ötən il ölkəmizdən 19,6 milyard dollarlıq ixrac həyata keçirilib. Nəticədə ticarət dövriyyəsində 6 milyard dollar müsbət saldo yaranıb. Xüsusən də aparılan uğurlu islahatlar sayəsində nəinki 2019-cu il, ondan əvvəlki illər də qeyri-neft ixracı üçün uğurlu olub. Belə ki, 2017-ci ildə qeyri- neft ixracı 24 faiz, 2018-ci ildə 10 faiz, keçən il isə 14 faiz artıb. 2019-cu il qeyri-neft ixracı 2 milyard dollara yaxınlaşıb. Bu isə strateji yol xəritələrinin 2025-ci ildə qeyri-neft ixracını adambaşına 450 dollara çatdırmaq hədəfinə nail olmaq istiqamətində ciddi irəliləyişlərdən xəbər verir. Yəni qeyri-neft ixracı- nın artması istiqamətində görülən kompleks tədbirlər, xüsusən də ticarət nümayəndəliklərinin yaradıl- ması, ticarət və şərab evlərinin, ixrac missiyalarının təşkili, “Azexport.az” portalının, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti bu artımda xüsusi rol oynayır. Son illər ixracın əmtəə strukturun- da da müsbət dəyişiklər baş verməsi büdcə daxilolmalarına müsbət təsir göstərib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə “SOCAR Polymer”, “SOCAR Karbamid” zavodlarının açılması, yeni elektrik stansiyalarının tikilməsinin, pambıqçılığın, tütünçülü- yün inkişafının dəstəklənməsi özünü real ixracın artmasında büruzə verib. Təkcə bir faktı qeyd edək ki, pam- bıqçılığın inkişafına verilən dəstək nəticəsində 2019-cu ildə pambıq lifinin ixracının dəyəri 54 faiz artaraq 124 milyon dollar təşkil edib. Hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqti- sadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sıra- sında son illər infrastruktur layihələrinin həyata keçirilməsi mühüm önəm daşıyır. Son 16 il ərzində respublikamız- da artıq şaxələndirilən iqtisadi sistem qurulub. Bu sahədə ciddi nailiyyətlər qazanılıb. Neft sənayesi ardıcıl inkişaf edib, müasir texnologiyalarla təchiz olunan onlarca yeni sənaye müəssisəsi işə salınıb. “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında sənayenin inkişafı üzrə Dövlət Proqra- mı” əsasında ölkədə çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texno- loji parklar yaradılıb, mövcud istehsal obyektləri genişləndirilib. İnnovasiyalı istehsal iqtisadiyyatda, o cümlədən aq- rar sahədə aparıcı istiqamətə çevrilib. İxrac üçün sənaye məhsulları istehsalı yüksək sürətlə artıb. Aqrar sektorda məhsul isteh- salçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan verib. Pambıq- çılıq, taxılçılıq, ipəkçilik, üzümçülük, çayçılıq, tərəvəzçilik, çəltikçilik və arıçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri dirçəldilib. Meyvə bağlarının sahəsi xeyli genişləndirilib. Aqroparklar ölkənin landşaftını tanınmaz dərəcədə dəyişib, xarici dövlətlərin Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatı xeyli artıb. Dövlət başçısının son 16 il ərzində Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regional proqramların icrasını sürətləndirməklə bərabər, rayonların hərtərəfli inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə güclü təkan verib. Prezident İlham Əliyev həmin proqramların icra olunduğu dövr ərzində 2 minə yaxın infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə ta- nış olub, sahibkarlarla görüşlər keçirib, qaldırılan məsələlərlə maraqlanıb və problemlərin həlli məqsədilə müvafiq strukturlara konkret tapşırıqlar verib. Prezident İlham Əliyevin regionla- rın sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində hazırda respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yara- dılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifahının daha da yax- şılaşdırılmasına yönələn bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan amili – Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial- iqtisadi sahədə aparılan əsaslı islahat- lar da Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır. Burada Azərbaycan Prezidenti- nin respublikamızın Qərb bölgəsinə səfərindən diqqətçəkən bir məqamı vurğulamaq yerinə düşərdi. Belə ki, son illər Azərbaycanda dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atılıb. Prezidentin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi –“ASAN xidmət” şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yana- şı, bütün dünyada yeni və nadir bir idarəetmə modeli kimi qəbul olunub. Yuxarıda qeyd edilənlərdən belə bir qənaət hasil olur ki, son 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atılıb. Bunun nəticəsində respublikamızın beynəlxalq imici daha da yüksəlib, qlobalmiqyaslı uğurlar qazanılıb, həyatın bütün sahələrində dinamik inkişaf davam edib. “Xalq qəzeti” Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda iqtisadi sahədə əldə edilmiş uğurların dünyada analoqu yoxdur Son 16 ildə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, strateji əhəmiyyətə malik layihələrin reallaşdırılması respublikada iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb. Bütün bunlar, eyni zamanda, yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsinə, valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərib. Bu, statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, iqtisadiyyat 3,4 dəfə, xarici ticarət 6,4 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 4,8 faizə düşüb. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara çatıb. Valyuta ehtiyatları 52 milyard dollar həddinə yüksəlib. Müslüm Maqomayevin qızı: Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz təşəkkürümü bildirirəm Marina Maqomayeva qeyd edib ki, bu sərəncamla Prezident İlham Əliyev bir çox həmvətənimizin arzusunu reallaş- dırıb. Atam ömrünün son günlərinədək Azərbaycanın həqiqi oğlu olub və vətənini mahnılarında tərənnüm edib: “Azərbaycan musiqisi, mədəniyyəti onun yaradıcılığı- nın ayrılmaz hissəsi olub. Harada çıxış etməsindən asılı olmayaraq, onun çıxış- larında hər zaman Azərbaycan mövzusu səslənirdi. Onun qızı və bir azərbaycanlı olaraq, mən onun yaradıcılığının zirvəsi olan “Odlar yurdu” və “Vesenniy kray – Azerbaydjan” mahnılarını xüsusi qeyd etmək istərdim. Fikrimcə, bu əsərlər Vətənə məhəbbətin himnidir”. Marina Maqomayeva vurğulayıb ki, ata- sının xatirəsinin əbədiləşdirilməsinə görə, Azərbaycan hökumətinə minnətdardır: “Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görmüş və görməkdə davam edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla Azərbaycan hökumətinə sonsuz təşəkkürümü bildirmək istəyirəm. Müslüm Maqomayevə doğma şəhərdə heykəl ucal- dılması qərarı bu nəcib missiyanın məntiqi davamıdır”. “Xalq qəzeti” Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumat yayıb Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olun- duğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sek- tora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolya- siya tədbirlərini diqqətə çatdırır: • ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir; • ölkə üzrə kinoteatrların, muzey və teatr- ların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır; (ardı 2-ci səhifədə) Məşhur azərbaycanlı opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin qızı, ailəsi ilə ABŞ-da yaşayan Marina Maqomayeva atasının xatirəsinin əbədiləşdirilməsinə görə Azərbaycan hökumətinə sonsuz təşəkkürlərini bildirib.

Transcript of Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda ...xalqqazeti.com/pdf/xalq 13 mart...

Page 1: Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda ...xalqqazeti.com/pdf/xalq 13 mart OPT.pdf · Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu,

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 57 (29322) 14 mart 2020-ci il, şənbə

A.H.Naxçıvanlının 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Aqiyə Həbib qızı Naxçıvanlı 2-ci dərəcəli

“Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

PrezidentiBakı şəhəri, 13 mart 2020-ci ilDövlətimizin başçısı altıncı

çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində sözügedən dövrdə əldə edilən yuxa-rıda sadalanan göstəriciləri diqqətə çatdıraraq deyib: “ Xarici borc ümumi daxili məhsulun 17 faizinə bərabərdir. Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu, 100 faizdən çoxdur. Amma ondan daha önəmli məsələ odur ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Yəni, istəsək, xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun.

Bu illər ərzində iqtisadi sahədə bu uğurlar əldə edilib, sosial sahədə maaşlar, pensiyalar on dəfədən çox artıb. Məcburi köçkünlərin, şəhid ailələrinin problemləri öz həllini tapır. Biz kosmik dövlətə çevrilmişik, üç peykimiz var. Dünya Astronavtika Konqresi 2022-ci ildə Bakıda keçiriləcək və bu haqqı biz gərgin mübarizədə qazanmışıq. Bu müsabiqədə 4 şəhər iştirak edirdi– Dehli, Rio-de-Janeyro, Sinqapur və Bakı. Biz bunu qazandıq. Nəyə görə? Çünki orada da bizə hörmət edirlər”.

Ölkə Prezidenti belə uğurların enerji sektorunda da əldə edildiyini, xalq, dövlət və qitə üçün mühüm önəm daşıyan layihələrin gerçəkləşdirildiyini, neft-qaz kəmərlərinin çəkildiyini, ha-zırda isə Cənub Qaz Dəhlizinin başa çatmaq üzrə olduğunu, açıq dənizə çı-xışı olmayan Azərbaycanın nəqliyyat mərkəzinə çevrildiyini vurğulayıb.

Yeri gəlmişkən, son 16 il ərzində

inkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanları, körpülər, tunellər və yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması ilə bağlı mühüm işlər görülüb.

Tranzit potensialının reallaşdırılma-sı istiqamətində də irimiqyaslı layihələr həyata keçirilib, o cümlədən, Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənib, Bakı–Tbi-lisi–Qars dəmir yolu istismara verilib, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib.

Prezident İlham Əliyevin tapşırı-ğına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salı-nan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti danılmazdır. Azad Ticarət Zonası beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, “Made in Azerbai-jan” brendinin dünya üzrə tanınmasın-da müstəsna xidmət göstərəcək. Bu zonanın regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Rusi-ya və Türkiyənin bir hissəsinin daxil olduğu və 130 milyon insanı əhatə edən bir bazara xidmət göstərməsi planlaşdırılır.

Tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm

də ötən dövrdə digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımaları-nın səmərəli təşkilinə etibarlı şərait yaradıb, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub.

Ötən 16 il ərzində sosial-iqtisadi layihələrin reallaşmasında mühüm rol oynayan dövlət büdcəsinin maliyyə təminatının möhkəmləndirilməsinə xüsusi önəm verilib, büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, dövlətin borc strategiyası, vergi-gömrük inzi-batçılığının təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ standartla-rın tətbiqi, fiskal intizamın artırılması və digər tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, həmin müddətdə dövlət büdcəsinin gəlirləri 20 dəfə artıb.

Dövlət büdcəsinin maliyyə təminatının möhkəmləndirilməsinə, şübhəsiz ki, son illərdə qeyri-neft sek-torunun inkişafının diqqət mərkəzində saxlanılması, qeyri-neft ixracının gücləndirilməsi istiqamətində islahatla-rın dərinləşdirilməsi də böyük önəm da-şıyıb. Buna görə də ötən il ölkəmizdən 19,6 milyard dollarlıq ixrac həyata keçirilib. Nəticədə ticarət dövriyyəsində 6 milyard dollar müsbət saldo yaranıb.

Xüsusən də aparılan uğurlu islahatlar sayəsində nəinki 2019-cu il, ondan əvvəlki illər də qeyri-neft ixracı üçün uğurlu olub. Belə ki, 2017-ci ildə qeyri-neft ixracı 24 faiz, 2018-ci ildə 10 faiz, keçən il isə 14 faiz artıb.

2019-cu il qeyri-neft ixracı 2 milyard dollara yaxınlaşıb. Bu isə strateji yol xəritələrinin 2025-ci ildə qeyri-neft ixracını adambaşına 450 dollara çatdırmaq hədəfinə nail olmaq istiqamətində ciddi irəliləyişlərdən xəbər verir. Yəni qeyri-neft ixracı-nın artması istiqamətində görülən kompleks tədbirlər, xüsusən də ticarət nümayəndəliklərinin yaradıl-ması, ticarət və şərab evlərinin, ixrac missiyalarının təşkili, “Azexport.az” portalının, “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti bu artımda xüsusi rol oynayır.

Son illər ixracın əmtəə strukturun-da da müsbət dəyişiklər baş verməsi büdcə daxilolmalarına müsbət təsir göstərib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə “SOCAR Polymer”, “SOCAR Karbamid” zavodlarının açılması, yeni elektrik stansiyalarının tikilməsinin, pambıqçılığın, tütünçülü-yün inkişafının dəstəklənməsi özünü real ixracın artmasında büruzə verib. Təkcə bir faktı qeyd edək ki, pam-bıqçılığın inkişafına verilən dəstək nəticəsində 2019-cu ildə pambıq lifinin ixracının dəyəri 54 faiz artaraq 124 milyon dollar təşkil edib.

Hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqti-sadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sıra-sında son illər infrastruktur layihələrinin həyata keçirilməsi mühüm önəm daşıyır.

Son 16 il ərzində respublikamız-da artıq şaxələndirilən iqtisadi sistem qurulub. Bu sahədə ciddi nailiyyətlər qazanılıb. Neft sənayesi ardıcıl inkişaf edib, müasir texnologiyalarla təchiz olunan onlarca yeni sənaye müəssisəsi işə salınıb. “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında

sənayenin inkişafı üzrə Dövlət Proqra-mı” əsasında ölkədə çoxsaylı sənaye parkları və sənaye məhəllələri, texno-loji parklar yaradılıb, mövcud istehsal obyektləri genişləndirilib. İnnovasiyalı istehsal iqtisadiyyatda, o cümlədən aq-rar sahədə aparıcı istiqamətə çevrilib. İxrac üçün sənaye məhsulları istehsalı yüksək sürətlə artıb.

Aqrar sektorda məhsul isteh-salçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan verib. Pambıq-çılıq, taxılçılıq, ipəkçilik, üzümçülük, çayçılıq, tərəvəzçilik, çəltikçilik və arıçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələri dirçəldilib. Meyvə bağlarının sahəsi xeyli genişləndirilib. Aqroparklar ölkənin landşaftını tanınmaz dərəcədə dəyişib, xarici dövlətlərin Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbatı xeyli artıb.

Dövlət başçısının son 16 il ərzində Azərbaycanın bölgələrinə mütəmadi səfərləri regional proqramların icrasını sürətləndirməklə bərabər, rayonların hərtərəfli inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərə güclü təkan verib. Prezident İlham Əliyev həmin proqramların icra olunduğu dövr ərzində 2 minə yaxın infrastruktur obyektinin açılış və təməlqoyma

mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə ta-nış olub, sahibkarlarla görüşlər keçirib, qaldırılan məsələlərlə maraqlanıb və problemlərin həlli məqsədilə müvafiq strukturlara konkret tapşırıqlar verib.

Prezident İlham Əliyevin regionla-rın sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində hazırda respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yara-dılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifahının daha da yax-şılaşdırılmasına yönələn bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan amili – Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahat-lar da Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.

Burada Azərbaycan Prezidenti-nin respublikamızın Qərb bölgəsinə səfərindən diqqətçəkən bir məqamı vurğulamaq yerinə düşərdi. Belə ki, son illər Azərbaycanda dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atılıb. Prezidentin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi –“ASAN xidmət” şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yana-şı, bütün dünyada yeni və nadir bir idarəetmə modeli kimi qəbul olunub.

Yuxarıda qeyd edilənlərdən belə bir qənaət hasil olur ki, son 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və hədəflərə doğru yeni, inamlı addımlar atılıb. Bunun nəticəsində respublikamızın beynəlxalq imici daha da yüksəlib, qlobalmiqyaslı uğurlar qazanılıb, həyatın bütün sahələrində dinamik inkişaf davam edib.

“Xalq qəzeti”

Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda iqtisadi sahədə

əldə edilmiş uğurların dünyada analoqu yoxdurSon 16 ildə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar,

strateji əhəmiyyətə malik layihələrin reallaşdırılması respublikada iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb. Bütün bunlar, eyni zamanda, yüksək dayanıqlı iqtisadi artımın təmin edilməsinə, valyuta ehtiyatlarının artmasına müsbət təsir göstərib. Bu, statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, iqtisadiyyat 3,4 dəfə, xarici ticarət 6,4 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 4,8 faizə düşüb. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara çatıb. Valyuta ehtiyatları 52 milyard dollar həddinə yüksəlib.

Müslüm Maqomayevin qızı: Atamın xatirəsinin əbədiləşdirilməsi üçün

çox işlər görən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban

Əliyevaya sonsuz təşəkkürümü bildirirəm

Marina Maqomayeva qeyd edib ki, bu sərəncamla Prezident İlham Əliyev bir çox həmvətənimizin arzusunu reallaş-dırıb. Atam ömrünün son günlərinədək Azərbaycanın həqiqi oğlu olub və vətənini mahnılarında tərənnüm edib: “Azərbaycan musiqisi, mədəniyyəti onun yaradıcılığı-nın ayrılmaz hissəsi olub. Harada çıxış

etməsindən asılı olmayaraq, onun çıxış-larında hər zaman Azərbaycan mövzusu səslənirdi. Onun qızı və bir azərbaycanlı olaraq, mən onun yaradıcılığının zirvəsi olan “Odlar yurdu” və “Vesenniy kray – Azerbaydjan” mahnılarını xüsusi qeyd etmək istərdim. Fikrimcə, bu əsərlər Vətənə məhəbbətin himnidir”.

Marina Maqomayeva vurğulayıb ki, ata-sının xatirəsinin əbədiləşdirilməsinə görə, Azərbaycan hökumətinə minnətdardır: “Atamın xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görmüş və görməkdə davam edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla Azərbaycan hökumətinə sonsuz təşəkkürümü bildirmək istəyirəm. Müslüm Maqomayevə doğma şəhərdə heykəl ucal-dılması qərarı bu nəcib missiyanın məntiqi davamıdır”.

“Xalq qəzeti”

Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart saat 00:00-dan etibarən

ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya

tədbirləri barədə məlumat yayıb � Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında

sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olun-duğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sek-tora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolya-siya tədbirlərini diqqətə çatdırır:

• ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə

salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;

• ölkə üzrə kinoteatrların, muzey və teatr-ların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;

(ardı 2-ci səhifədə)

Məşhur azərbaycanlı opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin qızı, ailəsi ilə ABŞ-da yaşayan Marina Maqomayeva atasının xatirəsinin əbədiləşdirilməsinə görə Azərbaycan hökumətinə sonsuz təşəkkürlərini bildirib.

Page 2: Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda ...xalqqazeti.com/pdf/xalq 13 mart OPT.pdf · Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu,

14 mart 2020-ci il, şənbə2

Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart saat

00:00-dan etibarən ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya

tədbirləri barədə məlumat yayıb

(əvvəli 1-ci səhifədə)• ölkə ərazisində bütün toy məclislərinin

keçirilməsi qadağan edilir; (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olu-nan toy mərasimləri istisna olmaqla)

• dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;

• restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunma-sı mütləqdir;

• restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;

• saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti da-yandırılır;

• ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qay-dalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;

• aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır;

• ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir;

• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir;

• dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respubli-kası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər;

• dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaq-la ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq

edilməlidir;• özəl tibb müəssisələri Səhiyyə Nazir-

liyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hal-lar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir;

• qeyd olunan müddətdə dövlət struk-turlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və ic-lasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır;

Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır.

Eyni zamanda, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informa-siya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.

Vətəndaşlarımızdan və kütləvi infor-masiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.

Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər de-yil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.

Azərbaycan Respublikası Nazirlər Ka-bineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.

AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir

Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısı

Sıra №-si Ərazi vahidləri Abşeron rayonu1. Qobu qəsəbəsində yeni massiv

Xızı rayonu1. Qızılqazma kəndində yeni massiv2. Yarımca kəndində yeni massiv

Siyəzən rayonu

1. Qalaaltı kəndi2. Məşrif kəndi

Şabran rayonu1. Ceyranlı kəndi2. Əmirxanlı kəndi3. Qazbabalı kəndi4. Vələsli kəndi

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli

Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) İcraiyyə Şurasının 2020-ci il 29-30 yanvar tarixində Əbu-Dabi şəhərində keçirilmiş 40-cı sessiyasında təşkilatın adının dəyişdirilərək İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICES-CO) olması ilə əlaqədar qərara alıram:

1. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiya-sının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədriAzərbaycan Respublikasının Mədəniyyət

naziri

Komissiyanın üzvləriAzərbaycan Respublikasının Xarici İşlər

nazirinin müaviniAzərbaycan Respublikası Təhsil nazirinin

müaviniAzərbaycan Respublikası Gənclər və

İdman nazirinin müaviniAzərbaycan Respublikası Ekologiya və

Təbii Sərvətlər nazirinin müaviniAzərbaycan Respublikası Nəqliyyat,

Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dini Qurum-larla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Dövlət İnformasiya Agentliyi-nin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

ICESCO İcraiyyə Şurasının üzvü, Milli Komissiyanın Baş katibi.

2. “İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 1685 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 94) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 13 mart 2020-ci il

M.Ə.Məmmədovun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri

vəzifəsindən azad edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Məmməd Əhməd oğlu Məmmədov Azərbaycan Respubli-kası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2020-ci il

Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında yaşayış

məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (inves-tisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 10,92 milyon (on milyon doqquz yüz iyirmi min) manatı Azərbaycan Res-publikasının Dövlət Neft Şirkətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirli-yi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 mart 2020-ci il

Operativ qərargah: Həyata keçirilən tədbirlər

çərçivəsində ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq

� Sosial şəbəkələrdə və “WhatsApp” ani mesajlaşma əlavələri vasitəsilə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejiminə ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır.

Nazirlər Kabineti yanında operativ qərargahdan AZƏRTAC-a verilən məlumata görə, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılma-sının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ərzaq mağazaları, mar-ket və supermarketlərin iş rejimində

dəyişiklik olmayacaq.Yayılan iddia şayiə xarakterlidir

və cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi daşıyır. Hazırda aidiyyəti orqanlar tərəfindən bu tipli şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır.

Nazirlər Kabineti yanında operativ qərargahın müşavirəsi keçirilib

� Martın 13-də Nazirlər Kabineti yanında operativ qərargahın müşavirəsi keçirilib.

Operativ qərargahdan AZƏRTAC-a bildiriblər ki, iclasda COVID-19 virusu pan-demiyasının ölkəmizdə yayılmasının qarşı-sının alınması məqsədilə müzakirələr apa-rılıb. Nazirlər Kabinetinin müşavirəsində təcili, təxirəsalınmaz və icrası məcburi olan

bir sıra qərarlar qəbul edilib. Qəbul olun-muş qərarlar əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. COVID-19 viru-sunun daha geniş yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz profi-laktik tədbirlər davam etdirilir.

Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirir.

Cenevrədə Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi imzalanıb

� Martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi” imzalanıb.

Sözügedən donor sa-zişi dünyada koronavirus epidemiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Azərbaycan Respublikası Hökumətinin ÜST-ə könüllü maliyyə yardımının ayrılması barədə 2020-ci il 6 mart tarixli qərarına əsasən imzalanıb.

Azərbaycan Respubli-kasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusu tərəfindən imzalanmış donor sazişi Azərbaycan Respublika-sı Hökuməti tərəfindən ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fon-

duna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutur.

Sənədin imzalan-ma mərasimi zamanı ÜST-ün baş direktoru Azərbaycan Hökuməti tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmiz tərəfindən səhiyyə sektoruna, xüsusilə ha-zırda COVID-19 virusu ilə mübarizəyə yönəlmiş diqqət və qayğının, həyata keçirilən bütün lazımi ehtiyat tədbirlərinin ÜST tərəfindən diqqətlə izlənildiyini və yüksək qiymətləndirildiyini bildirib. ÜST-ün baş direk-toru Azərbaycan tərəfindən COVID-19 virusu ilə mübarizə üçün ayrılmış kö-nüllü maliyyə töhfəsinin qlo-bal həmrəyliyin nümunəvi

nümayişi olduğunu diqqətə çatdıraraq, ÜST adından Azərbaycan Hökumətinə verilmiş bu qərara görə dərin minnətdarlığını ifadə edib. ÜST-ün baş direktoru qeyd edib ki, 2018-ci ilin iyul ayında rəhbərlik etdi-yi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və keçirilmiş bir sıra digər görüşlər ölkəmizin ÜST ilə əməkdaşlığının yüksək səviyyədə olmasının təzahürüdür.

Cavab olaraq, daimi nümayəndə V.Sadıqov Azərbaycan tərəfindən ÜST ilə əməkdaşlığa yüksək önəm verildiyini vurğulayaraq, Azərbaycan Hökumətinin müraciəti əsasında ÜST ekspert qrupunun ölkəmizə hazırda davam edən səfərinə görə minnətdarlığını ifadə edib.

Görüş əsnasında V.Sadıqov Azərbaycanda səhiyyə sahəsində və COVID-19 virusu ilə mübarizədə görülən işlər və həyata keçirilən tədbirlər barədə qarşı tərəfi

məlumatlandırıb. Daimi nümayəndə Azərbaycan Respublikası tərəfindən ÜST-ün qlobal miqyas-da COVID-19 virusuna qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini bildirərək, COVID-19 virusu ilə bağlı ÜST-ün tövsiyələrinin Azərbaycan tərəfindən nəzərə alındığını və tətbiq edildiyini nəzərə çatdırıb.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdi-yi əsas beynəlxalq qurum-dur. Azərbaycan Respubli-kasının ÜST ilə əməkdaşlığı təşkilatın baş qərargahı və Kopenhagen şəhərindəki ÜST-ün Avropa üzrə Regi-onal Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-ün ölkəmizdə ofisi mövcuddur.

Elgün NİFTƏLİ, AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Operativ qərargah: İran və İtaliyadan qayıdan

dörd azərbaycanlıda koronavirusa yoluxma

faktı qeydə alınıb � İran və İtaliyadan qayıdan dörd nəfər

Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanın-da operativ qərargahdan verilən məlumata görə, həmin şəxslər xüsu-si rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normal-dır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bundan əvvəl xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respub-

likası vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Koronavirus infeksiyası aşkar-lanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

“Xalq qəzeti”

Page 3: Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda ...xalqqazeti.com/pdf/xalq 13 mart OPT.pdf · Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu,

14 mart 2020-ci il, şənbə 3

Ölkəmiz hər cür iqtisadi təlatümlərə hazırdır

Dünya bazarlarında neftin kəskin ucuz-laşması birinci hal deyil. Xatırlayırsınızsa, 2014-cü ildən başlanan maliyyə-iqtisadi böh-ran fonunda belə, Azərbaycan iqtisadiyyatı kəskin böhranla üzləşmədi. Nəzərdə tutulan infrastruktur layihələrinin icrası dayandırılma-dı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul edilən proqramlar reallaşdı-rıldı.

Qeyri-neft sektorunun inkişafı məqəsədilə həyata keçirilən tədbirlər bir neçə ildir ki, öz bəhrəsini verir. Kənd təsərrüfatı məhsullarının inkişafında mühüm nəticələrin əldə olunması, dünya bazarla-rında daha çox alıcısı olan, ölkəyə valyu-ta gətirən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əkin sahələrinin genişləndirilməsi, pambıqçılığın, çayçılığın, tütünçülüyün, baramaçılığın, fındıqçılığın və digər sahələrin inkişfına xüsusi diqqət yetirilməsi həm ölkənin valyuta ehtiyatını möhkəmləndirmiş, həm yeni iş yerləri yarat-mış, həm də əhalinin həyat tərzini xeyli yax-şılaşdırmışdır. Bütün bunların fonunda xam neftin birjalarda ucuzlaşması ciddi təhlükə yarada biməz. Çünki bu gün Azərbaycan tamamilə neftdən asılı ölkə deyil.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı-nın təmin edilməsi istiqamətində yeni dövlət proqramlarının qəbul edilməsi neftin ucuzlaş-masını, demək olar ki, unutdurub.

Hazırda respublikamızın strateji valyuta ehtiyatları 52 milyard dollar həcmindədir. Xarici dövlər borcumuz dünyada ən aşağı göstərici səviyyəsindədir. Büdcə xərclərinin səmərəliliyi artırılır və optimallaşdırılır, iqtisa-diyyatın şaxələndirilməsi sürətləndirilir.

Xam neftin ucuzlaşmasına baxmaya-raq, sosial layihələrin icrası davam etdirilir. Bu günə qədər heç bir sosial layihə təxirə salınmayıb. Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmiz belə böhranlara hazırdır. Ona görə də vəziyyətdən sui-istifadə edib əhali arasında vahimə yaratmaq istəyənlərin xəbis niyyətləri bu dəfə də baş tutmayacaq.

Sədaqət VƏLİYEVA , Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri

Azərbaycan hökumətinin preventiv tədbirləri təqdirəlayiqdir

Məlumdur ki, “OPEC+” ölkələri arasında isteh-sal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiyməti kəskin aşağı düşüb. Azərbaycan Respublikası

Nazirlər Kabinetinin operativ iclasında dünya bazarında xam neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsiri geniş müzakirə olunub. Ölkə hökuməti neqa-tiv iqtisadi təsirlərin neytrallaşdılması üçün preventiv tədbirlər planı müəyyən edib. Bu proses Azərbaycan ictimaiyyətinin ən müxtəlif təbəqələri tərəfindən diqqətlə izlənilir. QHT fəalı, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Habil Niftalı bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Mən ixtisasca bir iqtisadçı olaraq, dünyada və ölkəmizdə baş verən maliyyə proseslərini diqqətlə izləyirəm. Hesab edirəm ki, Azərbaycan hökuməti qlobal səviyyədə yaranmış, istər-istəməz bütün ölkələrə müəyyən təsir göstərən bu problemin öhdəsindən uğurla gələcək.

Əvvəla qeyd etmək lazımdır ki, hazırda ölkəmizin strateji valyuta ehtiyatla-rı 52 milyard ABŞ dolları həcmindədir. Bu, kifayət qədər yüksək rəqəmdir. Baş-qa bir müsbət hal isə budur ki, 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhran fonunda belə Azərbaycan

iqtisadiyyatının dayanıqlı inkişafı təmin olundu və son illərdə bu dayanıqlıq daha da möhkəmlənib. Bütün bunlar ona dəlalət edir ki, ölkə iqti-sadiyyatı iqtisadi təlatümlərə hazırdır. Təqdirəlayiq haldır ki, Azərbaycanda büdcə xərclərinin səmərəliliyi

artırılır və optimallaşdırılır. İqtisadiyyatın şaxələndirilməsi sürətləndirilir ki, bu da çox müsbət tendensiyadır.

Bir məqamı da vurğu-lamaq istərdim. Ölkəmizin maliyyə bazarında ya-ranmış vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaq-la mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlər görülür. Azərbaycan hökumətinin, müvafiq qu-rumların bu istiqamətdəki fəaliyyətini tamamilə dəstəkləyirəm.

Təəssüf ki, bəzi radikal qüvvələr ölkədə güclü inflya-siyanın, hətta hiperinflyasiya-nın qaçılmaz olduğu barədə əsassız şayiələr yayırlar. Onlar bərk yanılırlar. Çünki ölkədə istehlak bazarına ciddi nəzarət təşkil olunub. İn-flyasiya hədəflənən səviyyədə saxlanılır. Bir sözlə, əminəm ki, Azərbaycan hökumətinin preventiv tədbirləri səmərəsiz qalmayacaq.

Söhbəti qələmə aldı: M. HACIXANLI,

“Xalq qəzeti”

Həyata keçirilən ardıcıl iqtisadi islahat-ların nəticələri bu gün deməyə əsas verir ki, hazırda dünyada özünü göstərən mənfi iqtisadi meyillərə baxmayaraq, iqtisadiy-yatımız bundan sonra da inkişafını davam etdirəcək, ölkəmizin maliyyə imkanları genişlənəcəkdir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan iqtisadiyyatı kifayət qədər yüksək maliyyə immunitetinə və təhlükəsizlik “yastığı”na malikdir.

Ölkə iqtisadiyyatının hazırkı maliyyə dayanıqlılığı narahatlığa əsas olmadığını göstərir. Belə ki, bu gün strateji valyuta eh-tiyatlarının həcmi ümumi daxili məhsulun 100 faizini ötür, xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsinin həcmindən 5 dəfə,

nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da respublikada valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının əsas şərtlərindən biridir. Düzdür, qlobal bazarda neftin qiymətinin aşağı düşməsi Azərbaycanın da gəlirlərinin azalmasına təsirini göstərəcək. Amma cari il üçün təsdiq olunan dövlət büdcəsinə nəzər salsaq, görərik ki, büdcə gəlirlərinin əsas mənbəyi vergi daxilolmaları, Dövlət Neft Şirkətinin və neft hasilatının pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişləridir. Dövlət Neft Şirkətinin gəlirlərinin böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Buna görə də neftin qiymətinin aşağı düşməsi, fikrimcə, ölkə iqtisadiyyatına elə də ciddi mənfi təsirlə müşahidə edilməyəcək.

Neft hasilatının pay bölgüsü sazişləri

çərçivəsində fəaliyyət göstərən şirkətlərin vergi ödənişlərinə gəlincə isə, əlbəttə ki, neftin qiyməti endiyinə görə, müvafiq olaraq onların vergi ödənişləri azala bilər. Lakin burada da vəziyyət kifayət qədər normaldır. Çünki bu gəlirlərin azalması dövlət büdcəsində proqnozlaşdırılan gəlirlərin 1-1,3 faizi səviyyəsindədir.

Bu gün iqtisadi dayanıqlılığın qoru-nub saxlanılması üçün hökumət bir sıra mühüm tədbirlər həyata keçirir. Ölkədə iqtisadi artım dinamikasının qorunması məqsədilə kiçik və orta sahibkarlığın stimullaşdırılması üçün təkliflər hazırlanır.

Valyuta bazarında tarazlığın və mana-tın sabitliyinin qorunması istiqamətində müvafiq strukturlarla birlikdə Mərkəzi Bank çevik proqram reallaşdırır. Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, nağd pul sferasına nəzarət daha da gücləndirilir, istehlak bazarında qiymətlərin əsassız qaldırılması və süni şəkildə qıtlığın yara-dılması cəhdlərinin qarşısı qətiyyətlə alınır. Haqsız rəqabətə qarşı mübarizə tədbirləri və vergi intizamı gücləndirilir. Bütün bunlar indiki qlobal böhrandan da Azərbaycanın ciddi itkilərsiz çıxacağını deməyə əsas verir.

Mirəli ALOSMANOV, Azərbaycan Dövlət Neft və Sənaye

Universitetinin professoru

Ölkə iqtisadiyyatının inkişaf səviyyəsi narahatlığa əsas olmadığını göstərir

Politoloq qeyd edib ki, dünyada koronavirus səbəbindən xam neftin və əlvan metalların ən böyük istehlakçı-sı olan Çində istehsal prosesi kəskin surətdə aşağı düşdüyündən dünya bazarında xammala olan tələbat xeyli azalıb. Tələbin bu şəkildə azalması öz növbəsində, xammal qiymətlərini və ən əsası bizim üçün də vacib olan neftin dəyərini aşağı saldı. OPEK-in son top-lantısından sonra bəlli oldu ki, ən böyük istehsalçı olan Səudiyyə Ərəbistanı və Rusiya öz aralarında neft hasilatını azaltmaq və bu yolla qiyməti qaldırmaq barədə razılığa gələ bilmədilər.

T. Rzayev bildirib ki, hazırda Səudiyyə Ərəbistanı dünya neft birjasını silkələyəcək iki qərara imza atıb. Birin-

cisi, gündəlik neft hasilatını 2.6 milyon barrel artırıb. Bu rəqəm Azərbaycanın gündəlik hasilatından 4 dəfə çoxdur. İkincisi isə müştərilərə çox böyük güzəştlər təklif etməyə başlayıb. Asiya-da 6, Amerikada 7, Avropada 8 dollar güzəşt tətbiq elədi. Nəticədə Avropa bazarına çıxan yeni “Arab Light” markalı neft Brent markalı neftdən 10,30 dollar ucuz satılır.

Bilirsiniz ki, bizim “AzeriLight” nef-timiz, adətən, Brentdən bir azca baha satılır. Brent neftinin 34-36 dollara sa-tıldığı halda, 11 dollara qədər endirim, şübhəsiz ki, alıcıların bahalı rus neftinə üz tutmasını azaldacaq. Bunun ardın-ca BƏƏ-də gündəlik hasilatı 3 milyon barreldən 4 milyona, əgər alınsa, 5

milyon barelə qaldıracağını açıqladı. Rusiya da geri addım atmağı qəbul etməyərək hasilatı artıracağını bəyan etdi. Yəni yaxın vaxtlarda başqa bir razılaşma əldə olunmasa, neft qiymətlərini uzunmüddətli bir yüksəliş gözləmir. Əlbəttə ki, bu, bizim həm Neft Fondumuzun, həm də dövlət büdcəsi gəlirlərinin azalmasına gətirib çıxara bilər: “Bu baxımdan bildirmək istəyirəm ki, Azərbaycan hökuməti neqativ iqtisadi təsirlərin

neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlər planına malikdir. Yadınızda-dırsa, 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhran fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin olundu və son illərdə bir qədər də möhkəmləndi. Fikrimcə, ölkə iqtisa-diyyatı hər cür xoşagəlməz təlatümlərə hazırdır. Hazırda Azərbaycan dövləti büdcə xərclərinin səmərəliliyini artır-maqda və optimallaşdırmaqda davam edir. İqtisadiyyatın şaxələndirilməsi sürətləndirilir. Zənnimcə, dünyadakı qlo-bal iqtisadi dəyişikliklər Azərbaycanda sosial layihələrin icrasına mane ola bilməyəcək və dövlətimiz çətin situasi-yalara qarşı “B” planını işə salacaq”.

Anar TURAN, “Xalq qəzeti”

Qlobal enerji bazarında vəziyyətin Azərbaycan iqtisadiyyatına

təsiri diqqətdə saxlanılır

Xatırladaq ki, hazırda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında yaradılan operativ qərargah vətəndaşların sağlamlığının qorunması istiqamətində səmərəli tədbirlər həyata keçirir, Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparır.

Qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirlərinin azaldılması da qeyd edildiyi kimi, qarşıda mühüm vəzifə kimi qoyulub. Bunun üçün, ilk növbədə, val-yuta bazarında tələb-təklifin tənzimlənməsi, manatın sabit-liyinin qorunması, inflyasiya-nın nəzarətdə saxlanılması və bazarlarda spekulyasiyalara yol verilməməsinə diqqət daha da artırılıb. Bunun-la bağlı reallaşdırılan bəzi tədbirlərə nəzər salaq. Martın 12-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib. Qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən, banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilib. Hərracda tələb 220,8 milyon ABŞ dolları təşkil edib ki, bu da qrafik üzrə martın 10-da keçirilən valyuta hərracında formalaşan tələbdən 102,4 milyon ABŞ dolları və ya 32 faiz az olub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində forma-laşıb.

Yaranmış mövcud vəziyyətdə inflyasiyanın əsas səbəblərindən biri məzənnə olduğu üçün bu məsələ ilə əlaqədar hazırda qabaqlayıcı tədbirlər görülür. AMB-nin sədri Elman Rüstəmovun mətbuata verdiyi məlumata görə, koronavirusun yayıl-ması ilə müəyyən təchizat problemləri müvəqqəti ortaya çıxa və bəzi fırıldaqçılar bun-

dan istifadə edə bilərlər. Ona görə də hökumət bu məsələni nəzarətdə saxlayır. Ölkənin təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Eyni zamanda, bu vəziyyətdən sui-istifadə edənlərə, süni qiymət artımı-na yol verənlərə və valyuta fırıldaqçılarına qarşı çox ciddi tədbirlər görülməsi nəzərdə tutulur.

AMB-nin sədri, həmçinin qeyd edib: “Azərbaycanda iqtisadi inkişaf sürətlənir,

maliyyə, makroiqtisadi sabitlik hökm sürür. Neftin qiymətinin düşməsi ölkənin nə ticarət, nə tədiyyə balan-sında əhəmiyyətli problem yaratmaq iqtidarında deyil. Bu, bazar iştirakçılarının, ilk növbədə, əllərində nağd manat olan əhalinin reaksiya-sıdır. Yəni bu, gözlənti reak-siyasıdır. Hökumətin, Mərkəzi Bankın əsas gördüyü iş bu gözləntiləri müsbət gözləntiyə çevirməkdir ki, bunun üçün bütün tədbirlərdən istifadə edirik”.

E. Rüstəmov məlumatında respublikada nağd valyuta ehtiyatlarının yaradıldığını, bankların bütün tələblərinin hərracda tam şəkildə ödənildiyini, hazırda banklar-da əhalinin ala biləcəyi qədər

xarici valyuta olduğunu da vurğulayıb.

Burada bir məqamı da xatırlatmaq yerinə düşərdi. Belə ki, Azərbaycanda ma-natın sabitliyinin qorunması qarşıya mühüm vəzifə kimi qoyulub. Hökumət tərəfindən dövlət büdcəsinin icrası-nın tam həyata keçirilməsi, xərclərin optimallaşdırıl-ması və səmərəli istifadəsi istiqamətində tapşırıqlar müəyyənləşdirilib. Xüsusilə, sosial proqramların tam icrası

nəzarətə götürülüb. Ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələrin tam icrası nəzərdə tutulub.

Qlobal enerji bazarında qiymətlərin kəskin aşağı düşməsi və koronavirusun təsirindən yaranan qlobal böhranın ölkə iqtisadiyyatına minimum təsir göstərəcəyi əminliyi, həm də bu ilin ötən iki ayı ərzində sosial-iqtisadi sahələrdə əldə edilən yüksək göstəricilərdən qaynaqlanır. Belə ki, cari ilin yanvar–fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb. İnflyasiya 2,8 faiz təşkil edib. Qeyri-neft sənayesində

istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb. Həmçinin əhalinin pul gəlirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib.

Bu gün Azərbaycan iqtisadiyyatı istənilən xarici şoka qarşı güclü müqavimətə malikdir. Şübhəsiz ki, strateji valyu-ta ehtiyatlarının həcminin dinamik artması, hazırda isə həmin ehtiyatların ümumi daxili məhsulun 100 faizini ötməsi, eyni zamanda, xarici dövlət borcunun həcmini altı dəfə üstələməsi bunu deməyə əsas verir.

Ekspertlərin fikrincə, Azərbaycanda valyuta ehtiyatlarının həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni, strateji val-yuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsinin həcmindən 5

dəfə, nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının əsas şərtidir.

Bu gün büdcənin forma-laşmasında Dövlət Neft Fon-dundan olan transfert mühüm rol oynayır. Bu transfertin də dövlət büdcəsinə daxil olması təmin edilir. Yəni hazırkı dövlət büdcəsi qısamüddətli xarici şoklardan sığortalanıb və hər hansı ciddi təsirlər müşahidə edilməyəcək. Onu da qeyd etmək lazımdır ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq, xərclərin op-timallaşdırılması ilə bağlı da işlər davam etdirilir. Həmçinin koronavirus epidemiyası ilə bağlı dünyada və ölkəmizdə

müəyyən beynəlxalq tədbirlərin, bəzi ezamiyyələrin təxirə salınması gözlənilir. Bu qənaətlərdən də səmərəli istifadə olunacaq. Dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var.

Ekspertlərin qənaətinə görə, Azərbaycan dövlət büdcəsinin strukturu elədir ki, neft qiymətlərinin enməsi bilavasitə cari ilin büdcəsinə o qədər də təsir göstərmir. Bu onunla bağlıdır ki, dövlət büdcəsində neft sahəsindən gəlirlər əsasən iki istiqamət üzrə formalaşır. Bunlardan biri hasilatın pay bölgüsü sazişlərində fəaliyyət göstərən şirkətlər tərəfindən, digəri isə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilərdir. Dövlət Neft Şirkətinin əldə etdiyi gəlirlər və müvafiq olaraq ödədiyi vergilər əsasən daxili bazarda onun satdığı məhsullar hesabına formala-şır.

Hazırda daxili bazarda da qiymətlər sabitdir, yəni burada hər hansı enişlər gözlənilmir. Tam əminlik var ki, Dövlət Neft Şirkəti proqnozlaşdırı-lan gəlirləri əldə edəcək və müvafiq olaraq payına düşən vergi öhdəliklərini də yerinə yetirəcək.

Digər tərəfdən cari ilin ilk iki ayında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən proq-nozlar da artıqlaması ilə icra olunub. Dövlət Vergi Xidməti tərəfindən 180 milyon manat vergi, Dövlət Gömrük Komitəsi tərəfindən isə 74 milyon manat artıq rüsum təmin edilib. İkisi bir yerdə 254 milyon manat edir. Bura-da da artıq ödənişlər hesabı-na ölkədə müəyyən “yastıq” yaranıb.

“Xalq qəzeti”

Dünya enerji bazarında qiymətlərin kəskin aşağı düşməsi və koronavirusun təsirindən yaranan qlobal böhranın ölkəmizə olan təsirlərini azaltmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökuməti əsas

siyasət istiqamətlərini müəyyənləşdirib. Nazirlər Kabineti tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması barədə biz-nes dairələrinə və əhaliyə müvafiq məlumatlar verilib. Hökumət ilin əvvəlindən dünyada koronavirusun yayılmasının qlobal iqtisadiyya-ta, eləcə də neft bazarlarına mənfi təsirlərinin olmasını diqqətə çat-dırmaqla yanaşı, respublikada zərərin minimuma endirilməsi üçün uyğun tədbirlərin gerçəkləşdirildiyini, ölkə iqtisadiyyatının dayanıqlı vəziyyətdə inkişaf etdiyini, Azərbaycanda yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı”nın mövcudluğunu diqqətə çatdırıb.

Son illər dünya bazarında xam neftin qiymətinin ucuzlaşmasından sui-istifadə edən bir qrup araqarışdıran və ölkəmizin inkişafını gözü götürməyən ünsürlər, guya vəziyyətin getdikcə ağırlaşacağı, əhalinin güzəranının pisləşəcəyi, bazarlarda kəskin bahalaşma yaranacağı barədə şayiələr yaymağa, insanlarda təşviş yaratmağa çalışırlar. Ancaq unudurlar ki, son illər respublikamız-da qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiy-yatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatı hər cür iqtisadi təlatümlərə hazırdır.

“Yaxın vaxtlarda başqa bir razılaşma əldə olun-mazsa, neft qiymətlərini uzunmüddətli yüksəliş gözləmir. Dünyada qlobal iqtisadi dəyişikliklər Azərbaycanda sosial layihələrin icrasına mane ola bilməyəcək və dövlətimiz çətin situasiya yaranarsa, “B” planını işə salacaq”. Bu fikirləri Avropa Yayım-lar Birliyinin (EBU) Hüquq və Siyasət Komitəsinin və Hindistan Kənd Təsərrüfatı İxrac Şurasının üzvü, politoloq Turab Rzayev bildirib.

Hələ bu ilin əvvəlindən etibarən iqtisadçı-lar, politoloqlar tərəfindən dünyada koro-navirusun qlobal iqtisadiyyata, eləcə də

neft bazarlarına mənfi təsir göstərəcəyi barədə mülahizlər səsləndirilir, proqnozlar verilirdi. Ötən müddətdə həmin fikirlərin bir qismi öz təsdiqini tapdı. Lakin ölkəmizin iqtisadiyyatında hər hansı bir tənəzzülün, böhranın əlamətləri nəzərə çarpmır. Tam əminliklə deyə bilərəm ki, son 16 il ərzində düşünülən strategiya əsasında inkişaf edən iqtisa-

diyyatımızda zəifləmə, dayanıqlılığın itirilməsi mümkün deyil.

İqtisadi dayanıqlılığın qorunub saxlanılması prioritet vəzifədir

Page 4: Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda ...xalqqazeti.com/pdf/xalq 13 mart OPT.pdf · Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu,

14 mart 2020-ci il, şənbə4Bütün sahələrdə aparılan

islahatların, qanunverici orqan kimi Milli Məclisi də əhatə etməsi gözlənilən idi. Bu məqsədlə fev-ralın 9-da şəffaf, azad və ədalətli seçkilərin keçirilməsi, yeni tərkibin formalaşdırılması zərurətdən irəli gəldi. Bu, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndirilməsi baxımından atılmış addım idi. Dünya təcrübəsi də göstərir ki, siyasi sistemi, qanunverici hakimiyyəti təkmilləşdirmədən digər istiqamətlərdə mütərəqqi dəyişiklikləri reallaşdırmaq mümkün deyil. Siyasi sistem dəyişikliklərlə daim ayaqlaşma-lıdır, əks halda, digər sahələrdə inkişafa, yeniliyə nail olmaq mürəkkəbləşə bilər. Bu baxım-dan, Milli Məclisdə yeni seçkilərin keçirilməsi vaxtında verilmiş bir qərar idi.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, ölkədə həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident Administrasi-yasında, Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaq-dadır.

Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilər ölkəmizdə demokratiyanın dərinləşməsi yolunda növbəti uğurlu addım oldu və yenidən formalaşan parlament Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlara daha geniş miqyasda öz dəstəyini göstərəcək. Ekspertlər də əminliklə bildirirlər ki, siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan müstəqil Azərbaycanın parlamentinin yeni tərkibi də ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli isla-hatlara, onların dərinləşməsinə öz töhfəsini verəcək.

Bütün bunlar martın 10-da keçirilmiş Milli Məclisin ilk icla-sında Prezident İlham Əliyevin

nitqində öz əksini əhatəli şəkildə tapdı. “İslahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis

islahatlara yeni təkan verəcəkdir”. Dövlətimizin başçısı bu sözləri al-tıncı çağırış Azərbaycan Respub-likası Milli Məclisinin ilk iclasında söylədiyi nitqində deyib. Ölkə başçısı bildirdi ki, deputatların qarşısında böyük vəzifələr durur. Bu, ilk növbədə, özünü qanunveri-cilik sahəsində büruzə verir. Çünki parlamentin əsas işi qanunvericilik fəaliyyəti ilə məşğul olmaqdır.

Dövlət başçısı tövsiyə etdi ki, kəmiyyətdən çox keyfiyyətə fikir verilməlidir. Bildirdi ki, mövcud qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək la-zımdır: “İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qa-nunlar qəbul edirik, eyni zaman-da, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab

edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa poz-

murlar? Əgər belə hallar aşkarla-narsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir. Ona görə hesab edirəm ki, bütövlükdə, – əlbəttə, bu, vaxt aparacaq, amma hər halda, bunu etmək lazımdır, – biz qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq”.

Prezident qeyd etdi ki, həyat yerində durmur, yeni çağırış-lar, yeni problemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr baş verir ki, bütün dünya çaş-baş qalır. Ona görə də yeni qəbul ediləcək qanunların əsas mahiyyəti isla-hatları dərinləşdirməkdən ibarət olmalıdır. Dövlət başçısı siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün qanunveri-cilik təşəbbüslərinin zərurliyini də diqqətə çatdırdı. Bildirdi ki, iqtisadi islahatların dərinləşdirilməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Eyni zamanda, milli-mənənəvi dəyərlərimizin

qorunması ilə bağlı qanunvericilik bazasının da zənginləşdirilməsi prioritet vəzifə kimi qarşıya qoyul-du.

Yeni formalaşan parlament

qarşısında qoyulan vəzifələrdən biri də sosial siyasət, həmçinin Azərbaycan gəncliyinin daha da inkişafı ilə bağlı qanunların qəbul edilməsi oldu. Dövlət başçı-sı Azərbaycanın sosial dövlət olduğunu diqqətə çatdırdı və bu istiqamətdə atılan bütün addım-ların da bunu təsdiqlədiyini dedi. Təkcə keçən il ölkə başçısının təşəbbüsü ilə reallaşan sosialyö-nümlü paketin 4,2 milyon insanı əhatə etdiyi diqqətə çatdırıldı. Mi-nimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, böyük iqtisadi mənbə tələb etməsinə baxmayaraq, reallaşdırıldı. Ölkə Prezidenti qeyd etdi ki, respublikamızda şəffaflıqla bağlı gedən və kölgə iqtisadiyya-tına qarşı olan proseslər iqtisadi imkanlarımızı daha da gücləndirir, vergi bazasını genişləndirir. Ona görə qanunvericilikdə bütün bu məsələlər diqqət mərkəzində olmalıdır.

Azərbaycan əhalisinin mütləq əksəriyyətinin gənclər və ölkədə demoqrafik mənzərənin çox müsbət olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev gənclərin

asudə vaxtlarının səmərəli təşkilini, onların könüllülər hərəkatı çərçivəsində fəal işə cəlb edilməsini və vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmasını tövsiyə etdi. Qeyd etdi ki, gənclər mil-li ruhda tərbiyə almalı, xarici təsir altına düşməməli, xüsusilə indiki internet dövründə. Çünki hazırkı şəraitdə istənilən yalan tezliklə yayılır və sonra həqiqət kimi təqdim olunur: “Bizim gənc nəslimiz vətənpərvərdir, Vətənə bağlıdır, milli köklərə bağlıdır, elə də olmalıdır. Bizim gənclər, mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, milli ruhda tərbiyə almalıdırlar. Eyni zamanda, gənclərin mənəvi və fiziki hazır-lığı üçün əlavə tədbirlər həyata keçirilməlidir. Hesab edirəm ki, Milli Məclis və onun müvafiq komitələri bu işlə məşğul olub konkret təkliflər irəli sürəcəklər”.

Ölkə Prezidenti beynəlxalq təşkilatlarla da işləməyin zəruriliyini diqqətə çatdırdı. Son illər ərzində ölkəmizin müxtəlif təzyiqlərlə, piar kampaniyaları ilə üzləşdiyini vurğu-

layan dövlət başçısı bütün bunların bizi yolumuzdan, mövqeyimizdən döndərə bilmədiyini söylədi. Dedi ki, ölkəmizin, xalqımızın əmin-amanlığı, təhlükəsizlik, sabitlik, xal-qımızın rifahı, müstəqil siyasətimiz bizim üçün hər şeydən üstündür: “Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, bəzi təşkilatların üzvüyük, o təşkilatlara könüllü şəkildə daxil olmuşuq, könüllü şəkildə də çıxa bilərik – əgər nə vaxtsa bu təşkilatlarda bizi nəsə qane etməsə, yaxud da bizə qarşı olan qərəzli münasibət o həddə çatsın ki, artıq bizim hövsələmiz tükənsin. Ona görə hesab edirəm ki, bütün siyasi qurumların nümayəndələri bu sahədə də çox diqqətli olmalıdırlar”.

Sonuncu parlament seçkiləri bir daha göstərdi ki, bu gün Azərbaycanda hazırkı iqtidar tərəfindən aparılan siyasi kur-sa alternativ yoxdur. Bunun əsas səbəbləri son illər ərzində

ölkəmizdə müşahidə olunan inkişaf, beynəlxalq aləmdə qazanılan uğurlar, Azərbaycanın nüfuzlu təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrilməsi, insanların həyat tərzinin getdikcə yaxşılaşması və digər amillərdir. Bütün bunlar ölkə vətəndaşlarının gələcəyə olan inamını daha da artırmışdır. Artıq 27 ilə yaxın-dır ki, xalqımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Dünyanı qarşıdurmalar, müharibələr, qaçqınların axını, dövlət çevrilişləri, vətəndaş qar-şıdurması, böhranlar bürüsə də, Azərbaycanda tam sabitlikdir.

Ölkə başçısı Azərbaycanın öz hərbi potensialını gücləndirməsindən də söhbət açdı. 2016–2018-ci illərdəki hərbi qələbələrimizi xatırlatdı və dedi ki, bu, hər bir Azərbaycan vətəndaşını fərəhləndirdi, or-dumuzun gücünü göstərdi. Təsadüfi deyil ki, bizim ordumuz dünyanın 50 ən güclü ordu-su sırasındadır. Bütün bunlar beynəlxalq aləmdəki mövqeyi-mizin möhkəmləndirilməsinə də öz təsirini göstərir. Dövlət baş-çısının vurğuladığı kimi, hazırda bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Qo-şulmama Hərəkatına üzv olmu-şuq, aradan yeddi il keçmədi ki, ölkəmiz həmin nüfuzlu təşkilata sədr seçildi, özü də 120 ölkənin dəstəyi ilə. Prezident əminliklə bildirdi ki, ikinci belə bir ölkə tapılmaz ki, BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qo-şulmama Hərəkatına yekdil səslə sədrlik etsin.

Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminliklə bildirdi ki, biz bundan sonra da biz müstəqillik və inkişaf yolu ilə gedəcəyik və həmin yolda Azərbaycan parlamenti də fəal olacaq.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Yeni parlament ölkədə islahatların dinamikasına təkan verəcəkdir

Dünyada baş verən proseslər, meydana çıxan yeni çağırışlar, müasir yanaşmalar , sürətli inkişaf yeni idarəçilik sisteminə keçid zərurəti yaradıb. Bütün bunların fonunda ölkəmizin dünya miqyasın-dakı mövqeyini qoruyub saxlamaq, beynəlxalq aləmə inteqrasiya-sını sürətləndirmək, inkişaf tempini daha da artırmaq naminə zəruri addımların atılması həyatın tələbidir. Prezident İlham Əliyevin respub-likaya rəhbərlik etməyə başladığı vaxtdan indiyədək həyata keçir-diyi milli maraqlara söykənən, düşünülmüş daxili və xarici siyasət ölkəmizin dünya miqyasındakı reytinqini daha da yüksəldib. Son illər həyata keçirilən genişmiqyaslı islahatlar dövlət idarəçiliyində əsaslı dönüş yaratmaqla bərabər, əhalinin həyat tərzinin yaxşılaşdırılmasın-da da mühüm rol oynayıb. Dövlət başçısının qeyd etdiyi kimi, islahat-lar bundan sonra da davam etdiriləcək.

İlin əvvəlindən pensiyaların 16,6 faiz artırılması vətəndaşlarımızı məmnun etdi. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz artıq bu günümüzün real-lıqları sırasındadır. Ötən ilin sonunda parla-mentin buraxılması, ölkənin hərtərəfli inkişa-fında əhəmiyyətli rol oynayan qanunlarımızın zamanın tələbinə uyğun təkmilləşməsi zəruriliyi dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqaməti oldu. Fevralın 9-da keçirilən demok-ratik, şəffaf və azad parlament seçkiləri arxada qalıb. Bu seçkidə xalqımız sərbəst şəkildə, heç bir təsirə və təzyiqə məruz qalmadan istədiyi namizədə, onun problemlərini Milli Məclisdə səsləndirə biləcək şəxslərə səs verdi.

Martın 10-da Prezident İlham Əliyev altın-cı çağırış Milli Məclisin ilk iclasındakı nitqində parlamentin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Qeyd edildi ki, altıncı çağırış Milli Məclisə seçkilər bir daha Azərbaycanın demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə bərqərar olmasın-da maraqlı olduğunu ortaya qoydu. Parla-ment seçkilərində 20-yə yaxın siyasi partiya iştirak etdiyinə görə, Milli Məclis çoxpartiyalı parlament kimi formalaşdı. Siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrinin rəhbərliyində təmsil olundular.

Mən yeni parlamentdə qadınlarımızın yüksək vəzifələrə irəli çəkilməsindən qürur duyuram. Milli Məclisin ilk iclasında seçilən sədrin və iki komitə sədrinin qadın olması-nı alqışlayıram. Milli Məclisin Sədri Sahibə Qafarovanın, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüsey-novanın öz öhdələrinə düşən işə bacarıq və fəaliyyətləri ilə cavab verəcəklərinə inanıram. Hər üç xanımı təbrik edirəm.

Sədarətin yenilənməsi uğurlu işlərin başlanğıcından xəbər verir. İnanıram ki, dövlət başçısının parlamenti yeniləmək istəyi uğurla nəticələnəcək. Dünyanın diqqətini ölkəmizə yönəldən uğurlarımız bundan sonra da davamlı olacaq, Azərbaycan yeniliklərə imza atan ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək. Yeni fəaliyyətə başlayan parlament bütün sahələrin inki-şafına xidmət edən yeni, təkmil qanunların qəbulu ilə ölkəmizin davamlı inkişafına öz dəstəyini verəcək. Tək Milli Məclisdə deyil, bütün sahələrdə dövlət başçısının qarşıya qoyduğu məqsədlərə çatmaq və tələblərinə əməl etmək üçün, şübhəsiz, hər kəs vicdanla çalışacaq, dövlətçilik və milli ənənələrimizə fəaliyyətləri ilə layiqli cavab verəcəklər.

Arzu BAĞIROVA, “Regional Hüquqi və

İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

Tələb belədir: Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır

Dövlət başçısı öz nitqində bildirdi ki, fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Təsadüfi deyildir ki, Azərbaycan əhalisi seçkinin ay-rı-ayrı mərhələlərində, xüsusən təbliğat-təşviqat və səsvermə dövründə fəallıq göstərdi.

Altıncı çağırış Milli Məclis Azərbaycan tarixinə çoxparti-yalı məclis kimi düşür. Prezi-dent İlham Əliyev qeyd etdi ki, bu, çox müsbət əlamətdir: “Hesab edirəm ki, siyasi siste-min təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Deyə bilərəm ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda, Prezident Admi-nistrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə

edilir. Bütövlükdə, ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahat-lar dövründə siyasi islahatlar mütləq aparılmalıdır”.

Azərbaycan lideri deputat-lara öz tövsiyələrini verməyi də unutmadı. Prezidentin fikrincə, yeni parlamentin üzvləri seçildikləri dairələrdə fəal və seçicilərlə daim təmasda olma-lıdırlar. O, xüsusilə qeyd etdi

ki, əvvəlki dövrlərdə bəzi de-putatlar seçicilərdən bir qədər, yaxud tamamilə uzaqlaşmışdı, öz dairələrinə baş çəkmir, problemlərlə maraqlanmır, yal-nız şəxsi problemləri ilə məşğul olur, qohumlarını vəzifələrə yerləşdirir, torpaq sahələri əldə edir, biznesə dəstək göstərir və sair kimi işlərə meyil göstərirdilər. İndi belə hallara son qoyulmalıdır. Prezident

İlham Əliyev öz tələblərini irəli sürdü: “Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımı-zın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar, görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları nəticəsində vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların ar-

xasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız. Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarma-lısınız, mərkəzi icra orqanları-nın diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək”.

Bütövlükdə, parlamentin yeni tərkibinə qarşı tələblərin yüksək olacağını gözləyirik. Hesab edirik ki, deputatlar dövlət başçısının qarşıya qoyduğu tələblərə tam cavab verməli, xalqın problemlərinin həllinə vicdanla yanaşmalıdır-lar. Elə bunlar parlamentin isla-hatçı olmasını şərtləndirəcək.

İbrahim İLYASLI, Sumqayıt Şəhər Poeziya

Klubunun direktoru

Azərbaycan Prezidenti İl-ham Əliyevin təşəbbüsü ilə ölkədə aparılan genişmiq-

yaslı islahatların növbəti mərhələsi də öz bəhrəsini verdi. Ötən il Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması təşəbbüsü ilə dövlət başçısının həyata keçirdiyi isla-hatlara dəstək məqsədi daşıyırdı.

Prezident Milli Məclisdə müzakirəyə çıxarılan parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı sərəncam imzaladı və fevra-lın 9-da keçirilmiş parlament seçkiləri Azərbaycanın demokratiya tarixinə yeni bir səhifə yazdı. Bu tarix, eyni zamanda, yeni parlamentin formalaşma-sının başlanğıcı oldu. Zamanın tələbinə uyğun təkmilləşmənin qanunverici qurumda da öz əksini tapması günümü-zün əsas tələbinə çevrildi. Martın 10-da Milli Məclisin ilk iclası keçirildi. Qeyd

edək ki, yeni parlamentdən həm dövlət başçımız, həm də vətəndaşlar islahatlara töhfə verəcək sanballı işlər gözləyir. Prezident İlham Əliyev parlamentin ilk iclasında çıxış edərkən, beşinci çağırış Milli Məclisin deputatlarının səmərəli fəaliyyətlərinə yüksək dəyər verərək bildirdi ki, yeni parlamentin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əmindir.

Altıncı çağırış Milli Məclisə seçkilər bir daha Azərbaycanın demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə bərqərar olmasında maraqlı ol-duğunu ortaya qoydu. Seçkilərdə Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini əldə etdi. Amma Pre-zident İlham Əliyev qeyd etdi ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiya-ların nümayəndələri Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunmalıdırlar. Yeni sədarət və komitə sədrləri seçilərkən məhz bu prinsipə əməl olundu.

Yeni fəaliyyətə başlayan parla-ment bütün sahələrin inkişafına xidmət edən qanunların qəbulu ilə ölkəmizin davamlı inkişafına öz dəstəyini verəcək. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz artıq bu günümüzün reallıqları sırasındadır. Bu gün ölkəmiz böyük sürətlə inkişaf edir və vətəndaşların rifahı yaxşılaşır. Hansı sahədən danışsaq, böyük inki-şafın, tərəqqinin şahidi olarıq. Ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayan qanunlarımızın təkmilləşməsi dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətidir. Ona görə də yeniləşmənin, təkmilləşmənin ümumilikdə qanunverici hakimiyyəti əhatə etməsi təqdirediləndir. Əminik ki, dünyanın diqqətini ölkəmizə yönəldən uğurlarımız bundan sonra da davamlı olacaq, Azərbaycan yeniliklərə imza atan ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək.

Yazgül ABDIYEVA, “Sağlamlığın Qorunması”

İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru

M artın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. İclasda Azərbaycan Prezidenti İlham Əliyev

altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdıraraq bildirdi ki, parlamentin yeni tərkibdə uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əmindir.

Yeni parlamentdən yalnız uğurlar gözləyirikÖtən il ciddi sosial layihələrin həyata keçirilməsi, əhalinin

bütün təbəqələrini əhatə edən proqramların reallaşdırıl-ması və 4,2 milyon vətəndaşı əhatə edən paketin icrası xalq tərəfindən yüksək dəyərləndirildi. İslahatlara meyillilik əmsalına görə Azərbaycan dünyada ilk onluqdadır. Təkcə ötən ildə və cari ilin arxada qalan dövründə atılan addımlara, imzalanan fərman və sərəncamlara diqqət yetirmək kifayətdir ki, bu gün ölkəmizdə hansı sahəyə baxsaq, yalnız böyük inkişafın, tərəqqinin şahidi olursan.

Qanunların təkmilləşməsi dövlət siyasətinin prioritet istiqamətidir

Onun sözlərinə görə, növbədənkənar parlament seçkilərinin təyin olunması ölkəmizdə aparılan çoxşaxəli və sistemli islahatların məntiqi davamı idi:

– Prezident İlham Əliyevin apardı-ğı sosial-iqtisadi və mədəni islahatlara dəstək olaraq parlamentin buraxılması və yenidən Milli Məclisə seçkilər keçirilməsi cəmiyyətdə həm maraqla qarşılandı, həm də alqışlandı. Çünki yeniləşən dünyada Azərbaycanın inkişaf dinamikasına uyğun, innoviativ tələblərə açıq olan parlamentin yenidən formalaşmasına zərurət yaran-mışdı. Bir sözlə, parlament ənənələrinin təməl prinsiplərinin möhkəmlənməsinə ehtiyac var idi. Parlamentin yeni tərkibinə nəzər yetirsək, bu tələblərin tezliklə həll ediləcəyinə inam böyükdür.

Q. Hacıyev bildirib ki, ali qanunve-ricilik orqanının rəhbərliyində, spiker və onun müavinlərinin, o cümlədən, komitə sədrlərinin seçilməsində həm

bitərəf, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunublar. Bu, əvvəlki parlamentdən fərqlənən çox mühüm faktordur. Bu, həm də Azərbaycanda siyasi sistemin möhkəmlənməsinə, siyasi münasibətlərin, əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcək.

Prezident İlham Əliyev Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışında da deputatlara olduqca vacib tövsiyələrini verdi. O, parlamenti Azərbaycanın inkişa-fında, vətəndaş-dövlət münasibətlərinin qurulmasına töhfə verən ən vacib struk-turlardan biri kimi yorulmaz fəalliyyətə çağırdı. İnstitutumuzun kollektivi də sevinc içərisindədir. Direktorumuz, Azərbaycanın dəyərli ziyalılarından olan professor Musa Qasımlı parlamentə seçilməyindən savayı, həm də komitə sədrinin müavini vəzifəsinə seçildi. Bundan əlavə, dəyərli ziyalıları-mızdan Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Fəzail İbrahimli də sədrin müavini seçildi. Hər iki ziyalımıza Milli Məclisdə yüksək etimad göstərilməsi tək onların deyil, bizim də, bütün tarixçilərin də uğuru kimi qiymətləndirilməlidir.

Anar TURAN, “Xalq qəzeti”

Milli Məclisdə demokrati-yanın təməl anlayışlarından hesab olunan çoxpartiyalılığın əsas götürülməsi təqdirəlayiq haldır. Bu fikirləri AMEA Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bildirib.

Yeni parlamentdə çoxpartiyalılığın əsas götürülməsi təqdirəlayiqdir

Page 5: Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda ...xalqqazeti.com/pdf/xalq 13 mart OPT.pdf · Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu,

Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin

seçilməsi haqqındaAzərbaycan Respublikası

Milli Məclisinin QərarıAzərbaycan Respublikasının Milli

Məclisi qərara alır:Azərbaycan Respublikası Milli

Məclisinin aşağıdakı deputatları Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri seçilsinlər:

Arpadarai Nigar Cavid qızı, Cəfərova Tamam Şaməmməd qızı,Əliyev Rauf Asif oğlu,Kərimzadə Pərvin Orxan qızı,Mahmudov Rəşad Məmmədqulu oğlu,

Məmmədov Ramin Ələmşah oğlu, Mikayılova Sevil Əlirazı qızı,Nurullayeva Könül Oruc qızı,Vəliyeva Sədaqət Süleyman qızı.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri seçilsinlər:

Abbas Aqil Məhəmməd oğlu,Ağayeva Ülviyyə Cavanşir qızı,Aslanov Novruzəli Davud oğlu,Cəfərov Nizami Qulu oğlu,Ələkbərov Əziz Yusif oğlu,

Feyziyev Cavanşir Əyyub oğlu,Həmzəyeva Ülviyyə Tapdıq qızı,Rüstəmxanlı Sabir Xudu oğlu,Zabelin Mixail Yuryeviç.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsi

üzvlərinin seçilməsi haqqındaAzərbaycan Respublikası

Milli Məclisinin QərarıAzərbaycan Respublikasının Milli

Məclisi qərara alır:Azərbaycan Respublikası Milli

Məclisinin aşağıdakı deputatları Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri seçilsinlər:

Aslanov Novruzəli Davud oğlu,Badamov Azər Camal oğlu,Cəfərov Müşfiq Cəfər oğlu,Hacıyev Emin Məcid oğlu,Hüseynov Aydın Nəsir oğlu,

İbrahimov Eldar Rza oğlu, Məmmədov İqbal Nəriman oğlu,Paşazadə Cavanşir Hümmət oğlu,Səlimov Eldəniz Adil oğlu.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Təbii ehtiyatlar, energeti-ka və ekologiya komitəsinin üzvləri seçilsinlər:

Həmzəyev Naqif Ələşrəf oğlu,Həsənova Afət Əbil qızı,Məhəməliyev Nəsib Məhəmməd

oğlu,Məmmədov Anar İlyaz oğlu,

Məmmədov Məşhur Şahbaz oğlu,Salahzadə Əliabbas Qalib oğlu,Yıldırım Fatma Vidadi qızı,Yusifov İltizam Balayusif oğlu,Zabelin Mixail Yuryeviç.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini

qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri seçilsinlər:

Badamov Azər Camal oğlu, Fətəliyeva Sevinc Həbib qızı,Həsənov Malik Əvəz oğlu,

İsgəndərov Anar Camal oğlu, Məmmədov Ceyhun Valeh oğlu, Paşazadə Cavanşir Hümmət oğlu.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər

və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri seçilsinlər:

Alıyev Sahib Eyvaz oğlu,Arpadarai Nigar Cavid qızı,Bayramov Kamran Fərhad oğlu,Feyziyev Cavanşir Əyyub oğlu,Gəncəliyev Tural Babaşah oğlu,Həsən Ramil Sahib oğlu,Kərimli Azər Şəmşid oğlu,

Məhəməliyev Nəsib Məhəmməd oğlu,

Məmmədov Ramin Ələmşah oğlu,Mikayılova Sevil Əlirazı qızı, Mollazadə Asim Nazim oğlu,Musabəyov Rasim Nəsrəddin oğlu,Nəsirov Elman Xudam oğlu,Rüstəmxanlı Sabir Xudu oğlu.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və

korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Müdafiə, təhlükəsizlik və kor-rupsiya ilə mübarizə komitəsinin üzvləri seçilsinlər:

Abbas Aqil Məhəmməd oğlu,Ağazadə Əminə Həmid qızı,Cəfərov Kamal Xaqani oğlu,Elşad Mirbəşir oğlu,Əsədov Oqtay Sabir oğlu,Həsənov Nurlan Urfan oğlu,

Qədirli Erkin Toğrul oğlu,Məmmədov Elman Camal oğlu,Mirzəzadə Aydın Böyükkişi oğlu, Nağıyev Arzu Nəsib oğlu,Sadıqov Bəxtiyar Yusif oğlu,Səfərov Nizami Abdulla oğlu.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsi

üzvlərinin seçilməsi haqqındaAzərbaycan Respublikası

Milli Məclisinin QərarıAzərbaycan Respublikasının Milli

Məclisi qərara alır:Azərbaycan Respublikası Mil-

li Məclisinin aşağıdakı deputatları Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri seçilsinlər:

Bayramov Kamran Fərhad oğlu,Cəfərov Nizami Qulu oğlu, Əfəndiyev Məzahir Cavid oğlu,Hacıyev Emin Məcid oğlu,Heydərov Fəttah Səməd oğlu,Həsənov Malik Əvəz oğlu,

Xasayeva Səbinə Səməd qızı,Məmmədov Aqil Sadiq oğlu,Möhbalıyev Səttar Suliddin oğlu,Osmanov Cavid Həmid oğlu,Rzayev Tahir Musa oğlu,Salahzadə Əliabbas Qalib oğlu.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsi

üzvlərinin seçilməsi haqqındaAzərbaycan Respublikası

Milli Məclisinin QərarıAzərbaycan Respublikasının Milli

Məclisi qərara alır:Azərbaycan Respublikası Milli

Məclisinin aşağıdakı deputatları Milli Məclisin Səhiyyə komitəsinin üzvləri seçilsinlər:

Əliyeva Kamilə Əliağa qızı,İbrahimqızı Məlahət İbrahim qızı,Qafarov Kamaləddin Nəsrəddin

oğlu,Quliyev Ülvi Zahid oğlu,

Məmmədli Müşfiq Fazil oğlu,Məmmədov İlham Kazım oğlu,Məmmədov Soltan Teymur oğlu,Rafailov Anatoliy Xaimoviç,Vəliyeva Sədaqət Süleyman qızı.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsi üzvlərinin

seçilməsi haqqındaAzərbaycan Respublikası

Milli Məclisinin QərarıAzərbaycan Respublikasının Milli

Məclisi qərara alır:Azərbaycan Respublikası Mil-

li Məclisinin aşağıdakı deputatları Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri seçilsinlər:

Bayramov Vüqar İbad oğlu,Ələkbərov Əziz Yusif oğlu,Əliyev Rauf Asif oğlu, Əliyeva Jalə Fazil qızı,Hüseynova Sevinc Əmirəhməd qızı,Məmmədov Aqil Sadiq oğlu,

Məmmədov İlham Kazım oğlu,Məmmədov Soltan Teymur oğlu, Möhbalıyev Səttar Suliddin oğlu,Nağıyev Arzu Nəsib oğlu, Səmədzadə Ziyad Əliabbas oğlu.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsi

üzvlərinin seçilməsi haqqındaAzərbaycan Respublikası

Milli Məclisinin QərarıAzərbaycan Respublikasının Milli

Məclisi qərara alır:Azərbaycan Respublikası Milli

Məclisinin aşağıdakı deputatları Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri seçilsinlər:

Ağayeva Ülviyyə Cavanşir qızı,Cəfərova Tamam Şaməmməd

qızı,Əliyev Etibar Qasım oğlu, Əliyeva Kamilə Əliağa qızı,Həbibbəyli İsa Əkbər oğlu,Həsənova Afət Əbil qızı,Hüseynov Rafael Baba oğlu,

İsgəndərov Anar Camal oğlu, Kərimzadə Pərvin Orxan qızı,Quliyev Eldar Allahyar oğlu,Məmmədli Müşfiq Fazil oğlu,Məmmədov Ceyhun Valeh oğlu, Naxçıvanlı Aqiyə Həbib qızı,Seyidzadə Şahin Kamil oğlu,Yıldırım Fatma Vidadi qızı.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsi

üzvlərinin seçilməsi haqqındaAzərbaycan Respublikası

Milli Məclisinin QərarıAzərbaycan Respublikasının Milli

Məclisi qərara alır:Azərbaycan Respublikası Milli

Məclisinin aşağıdakı deputatları Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri seçilsinlər:

Abbaszadə Mahir Tapdıq oğlu,Allahverdiyev Elnur Marat oğlu,Cəfərov Müşfiq Cəfər oğlu,Əhmədova Jalə Fərhad qızı,Əliyev Etibar Qasım oğlu, Həsən Ramil Sahib oğlu, Hüseynova Sevinc Əmirəhməd qızı,

İskəndərov Vüqar Yapon oğlu, Quliyev Cəbi Hüseyn oğlu, Quliyev Ülvi Zahid oğlu,Nurullayeva Könül Oruc qızı, Osmanov Cavid Həmid oğlu, Seyidzadə Şahin Kamil oğlu,Səlimov Eldəniz Adil oğlu.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu

komitəsi üzvlərinin seçilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları Milli Məclisin Hüquq siyasəti və dövlət quru-culuğu komitəsinin üzvləri seçilsinlər:

Ağamalı Fəzail Rəhim oğlu,Ağazadə Əminə Həmid qızı,Cəfərov Kamal Xaqani oğlu,Hacıyev Sabir Kamal oğlu,Həsənov Nurlan Urfan oğlu,İskəndərov Vüqar Yapon oğlu,Kərimli Tahir Zayıdağa oğlu,Qədirli Erkin Toğrul oğlu,

Quliyev Azay Əjdər oğlu,Quliyev Cəbi Hüseyn oğlu,Məhərrəmov Bəhruz Abdurrəhman

oğlu,Musayev Elşən Məmmədhənifə

oğlu,Musayev Madər Əliəsgər oğlu,Səfərov Nizami Abdulla oğlu.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi

üzvlərinin seçilməsi haqqındaAzərbaycan Respublikası

Milli Məclisinin QərarıAzərbaycan Respublikasının Milli

Məclisi qərara alır:Azərbaycan Respublikası Milli

Məclisinin aşağıdakı deputatları Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri seçilsinlər:

Elşad Mirbəşir oğlu,Əhmədova Jalə Fərhad qızı,Gəncəliyev Tural Babaşah oğlu,Həmzəyev Naqif Ələşrəf oğlu,

Məhərrəmov Bəhruz Abdurrəhman oğlu,Məmmədov Hikmət Baba oğlu,Mustafa Fazil Qəzənfər oğlu,Nəsirov Elman Xudam oğlu,Nurullayev Razi Qulaməli oğlu.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri Bakı şəhəri, 13 mart 2020-ci il

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin

seçilməsi haqqındaAzərbaycan Respublikası

Milli Məclisinin QərarıAzərbaycan Respublikasının Milli

Məclisi qərara alır:Azərbaycan Respublikası Milli

Məclisinin aşağıdakı deputatları Milli Məclisin İqtisadi siyasət, sənaye və sa-hibkarlıq komitəsinin üzvləri seçilsinlər:

Abbaszadə Mahir Tapdıq oğlu,Allahverdiyev Elnur Marat oğlu,Bayramov Vüqar İbad oğlu,Əfəndiyev Məzahir Cavid oğlu,Əhmədov Vahid Qazməmməd oğlu,Hüseynov Aydın Nəsir oğlu,İsmayılov İmamverdi İbiş oğlu,

Quliyev Rüfət Atakişi oğlu,Məmmədov Anar İlyaz oğlu,Məmmədov İqbal Nəriman oğlu,Məmmədov Məşhur Şahbaz oğlu,Səmədzadə Ziyad Əliabbas oğlu, Vəliyev Ağalar İsrəfil oğlu.

S.QAFAROVA, Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Bakı şəhəri, 13 mart 2020-ci il

14 mart 2020-ci il, şənbə 5

Page 6: Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda ...xalqqazeti.com/pdf/xalq 13 mart OPT.pdf · Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu,

Məlum olduğu kimi, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri

fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını

təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il yanvarın 19-da “Əmanətlərin tam sığortalan-ması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin

qanuna görə, Əmanətlərin Sığortalanması Fondu-nun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığorta-lanıb. Daha sonra, 2019-cu il fevralın 19-da qanuna edilmiş dəyişikliklər əsasında həmin müddət 1 il (2020-ci il martın 4-dək) uzadılıb.

Məsələ müzakirə olun-duqdan sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

“Xalq qəzeti”

İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, aparılmış yoxlamalar zamanı

• “Buta Farm” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 30A və Nəsimi rayonu, S.Vurğun küçəsi, 112 ünvan-larında yerləşən apteklərində,

• “Zeytun Pharmaceuticals” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, 69, Yasamal rayonu, H.Zərdabi pros-pekti, 89 və N.Hikmət küçəsi, 26/27 ünvanla-rında yerləşən apteklərində,

• “Vita Aptekləri” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, 18A ünva-nındakı aptekində,

• “İntermed Plyus” MMC-yə məxsus Sumqayıt şəhəri, məhəllə 40 ünvanındakı aptekdə,

• “Dokta” MMC-nin Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 78B ünvanında, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 62 və Şəki şəhəri, M.Rəsulzadə küçəsində

yerləşən apteklərində dərman vasitələrinin satışında qiymət intizamına əməl olunmadı-ğı aşkar edilmış, müvafiq protokollar tərtib edilərək, toplanmış sənədlər məhkəmə orqanlarına göndərilmişdir.

İqtisadiyyat Nazirliyi yanında Antiin-hisar Siyasəti və İstehlakçıların Hüquq-larının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin, habelə tibbi spirt və maskaların satışı zamanı qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı yoxlamaları davam etdirir.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün

müvəqqəti bağlanması barədə qərar qəbul edilib � Martın 13-də Azərbaycan Respublikasının Baş Naziri

Əli Əsədov ilə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması

məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün

müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gür-cüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək.

Azərbaycanda əmanətlərin tam sığortalanma-sı müddəti daha 9 ay müddətinə uzadıldı. Milli Məclisin martın 13-də keçirilən plenar

iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliyə əsasən, qanunun III maddəsində “4 (dörd) il” sözləri 4 il 9 ay sözləri ilə əvəz edilir.

Əmanətlərin tam sığortalanması 9 ay müddətinə uzadıldı

Dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması

məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxla-malar davam etdirilir.

Nəzarət tədbirləri davam etdirilir

Milli Məclisin 2020-ci il yaz sessiyasının iclası keçirilib

� Martın 13-də altıncı çağırış Milli Məclisin növbəti iclası keçirilib.

İclası açan sədr Sahibə Qafarova parlament seçkilərinin nəticəsi olaraq ölkəmizin altıncı çağırış Milli Məclisinin uğurla formalaşdığını bildirib. İclasda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da iştirak edib və deputatlara vəsiqələrini təqdim edib.

Sonra çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 9-da ölkəmizdə keçirilən Milli Məclisə seçkilərdə mandat qazanan deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, rəhbərlik etdiyi qurumun seçki qanun-vericiliyinin tələblərinə uyğun olaraq vəzifəsini uğurla həyata keçirdiyini diqqətə çatdırıb. Komissiya sədri seçkilərdə beynəlxalq seçki standartla-rına uyğun tələb və normaların tam ola-raq yerinə yetirilməsini ölkə rəhbərliyinin siyasi iradəsinin bariz nümunəsi kimi dəyərləndirib. O, buna görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, altıncı çağırış Milli Məclisin Azərbaycan xalqına layiqincə xidmət edəcəyinə əmin olduğunu söyləyib.

Daha sonra Məzahir Pənahov Milli Məclisin Sədri Sahibə Qafarovaya, Sədrin birinci müavini Əli Hüseynliyə, müavinlər Adil Əliyev və Fəzail İbrahimliyə, həmçinin digər deputatlara

vəsiqələrini təqdim edib.Vəsiqələrin təqdimatından sonra

gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. İclasın gündəliyinə 18 məsələ daxil edilib.

Milli Məclis sədrinin birinci müa-vini, Hüquq siyasəti və dövlət quru-culuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunların-da edilən dəyişiklər barədə məlumat verərək bildirib ki, bu sənədlərdəki dəyişikliklər ötən ilin iyulunda birinci oxunuşda qəbul olunub. Sənədlərdəki birinci dəyişiklik “Azərbaycan Respubli-kasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununun müvafiq maddələrinin “Nor-mativ hüquqi aktlar haqqında” qanuna, ikinci dəyişiklik isə “Normativ hüquqi aktlar haqqında” qanunun Milli Məclisin Daxili Nizamnaməsinə uyğunlaşdırıl-ması xarakteri daşıyır. Sənədlər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəlikdəki digər məsələ - “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Tahir Mirkişili verib. Bildirib ki, qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də onun qüvvədəolma müddəti başa çatıb. Qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin daha 9 ay, yəni, bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Sonra iclasda “Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” sənəd müzakirəyə çıxarılıb. Deputatlar Musa Qasımlı, Zahid Oruc, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Fəzail Ağamalı, Elman Məmmədov, Nəsib Məhəməliyev, Erkin Qədirli, Qənirə Paşayeva, Sahib Alıyev və Məlahət İbrahimqızı müxtəlif təkliflərlə çıxış ediblər.

Çıxışlardan sonra Milli Məclisin 2020-ci il yaz sessiyasının Qanunverici-lik İşləri Planı təsdiqlənib.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəlikdə qalan digər məsələlər təşkilati xarakterlidir. Milli Məclisin komitələrinin tərkibinin formalaşdırılması ilə bağlı məsələlərin müzakirəsindən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.

Bununla da Milli Məclisin martın 13-də keçirilən iclası öz işini başa çatdırıb.

AZƏRTAC

Moskvada MDB İqtisadi Şurasının 85-ci iclası keçirilib � Moskvada Müstəqil

Dövlətlər Birliyinin (MDB) Iqtisadi Şurasının 85-ci iclası keçirilib.

Azərbaycanı iclasda Baş Nazirin birinci müavini Yaqub Eyyubov və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil ediblər.

İclasın gündəliyinə MDB-yə üzv dövlətlərin iqtisadi əməkdaşlıq sahələrini əhatə edən məsələlər daxil edilib.

İclası İqtisadi Şuranın sədri, Özbəkistan Respublikasının Baş Nazirinin müavini – İqtisadiyyat və Sənaye naziri Cəmşid Kuçkarov aparıb.

Tərəflər iclasda Özbəkistanın 2030-cu ilədək olan dövrdə MDB-nin iqtisadi inkişaf Strategiyası layihəsinə MDB Hökumət Başçıları Şurasının növbəti iclasında baxıl-ması təşəbbüsünü dəstəkləyiblər.

Şura üzvləri 2030-cu ilədək olan dövrdə nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri layihəsini bəyənib, həmçinin 2020-2023-cü illər üçün razı-laşdırılmış sosial və demoqrafiya siyasəti Konsepsiyasının icrası üzrə Tədbirlər Planını qəbul ediblər.

Dövlət Başçıları Şurasının 28 sentyabr 2018-ci il tarixli qərarı ilə 2021-ci il MDB-də Memarlıq və Şəhərsalma İli elan edilib. İclas iştirakçıları tərəfindən qəbul edilən Tədbirlər Planına müvafiq olaraq, 2021-ci

il ərzində memarlıq və şəhərsalma möv-zusunda forum və müsabiqələr, sərgilər, tematik elmi-praktik konfranslar, dəyirmi masalar və seminarlar keçirilməsi nəzərdə tutulur.

MDB-nin iştirakçı dövlətlərinin bitkilərin karantini sahəsində kadrların təkmilləşdirilməsi və yenidənhazırlanması üzrə baza təşkilatı haqqında Əsasnaməyə dəyişikliklər bəyənilib. Bundan əlavə, MDB İqtisadi Şurasının üzvlərinə müxtəlif informasiya-analitik və sorğu materialları təqdim edilib.

MDB İqtisadi Şurasının növbəti, 86-cı iclası iyunun 19-da Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində milli pavilyonlardan birində təşkil olunacaq.

MDB İqtisadi Şurasının iclası başa çatdıqdan sonra nümayəndə heyətləri “MDB+dünya” Beynəlxalq İqtisadi Forumu-nun işində iştirak ediblər.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

ÜST missiyası Azərbaycanın koronavirusa cavab tədbirlərini genişləndirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirib

� Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu (COVID-19) pandemiya olaraq xarakterizə edib. Bu, bütün ölkələrə əhalisini və dünyanı qorumaq üçün fəaliyyətə keçməyə çağırışdır və qlobal həmrəyliyə nail olmaq çox vacibdir.

Bunu ÜST-ün koronavirus pandemiyasına qarşı Azərbaycan hökumətinə hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün ölkəmizə səfərə gəlmiş missiyanın yekun-larına dair mətbuat konfransında nümayəndə heyətinin rəhbəri Karo-lina Braun deyib. O, pandemiya ilə əlaqədar çətinliklər və onların həlli yolları üzərində Bakıda olduqları müddət ərzində intensiv iş apardıq-larını və bu işdə onlara göstərilən dəstəyə görə Azərbaycanın rəsmi qurumlarına minnətdarlığını bildi-rib. “Azərbaycanın koronavirusa cavab tədbirlərini genişləndirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk”,- deyə missiya rəhbəri bildirib.

Onun sözlərinə görə, martın 9-dan 13-dək davam edən 5 gün-lük səfər çərçivəsində ekspertlər Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təmsilçiləri ilə respublika və regional səviyyəli xəstəxanalara, həmçinin Qida Təhlükəsizliyi Agentli-yinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə və sərhəd keçid məntəqələrinə baş çəkib, ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlərlə tanış olublar. ÜST-ün

ekspert qrupu aşağıdakı sahələri inkişaf etdirmək üçün səhiyyə orqan-ları ilə əməkdaşlıq edib: nəzarət və laboratoriya müayinəsi; risk kommu-nikasiyası; infeksiyanın qarşısının alınması və nəzarət; xəstələrə qulluq; zəruri dərmanlarla əlçatımlılıq, eləcə də ictimai yerlərdə lazımi məsafənin qorunması tədbirləri daxil olmaqla səhiyyə sisteminə təsirin azaldılması.

Karolina Braun ÜST-ün koro-navirusa görə ekspress testlərinin hazırlanması üçün işlər aparılmasını diqqətə çatdırıb: “Ola bilsin ki, bu bir müddət sonra mümkün olsun. Hazırkı şəraitdə isə ÜST-nin testləri ilə müayinələr xüsusi laborator şəraitində aparılır. Bu virus yeni olduğundan bir çox ölkələr ona qarşı test hazırlaya bilmirlər. Buna görə də ölkələr testləri Ümumdünya Səhiyyə Təşkilatından alırlar”.

Həmçinin Azərbaycan hökumətinin qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19 virusunun dünyada yayılması riskinin qarşısının alınma-sı istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardı-mının verilməsi barədə qərar qəbul

etdiyi və bu qərar ÜST tərəfindən təqdir edildiyi bildirilib.

ÜST-ün ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı öz növbəsində bildirib ki, Azərbaycanda yaya qədər virusun yayılması göstəricisinin azalmasını indidən demək çətindir: “Yay ayla-rında virusun yayılması hallarının səngiməsi ilə bağlı demək istəyirəm ki, hazırda Çində yoluxma faizi azalır. Lakin orada yeni faktların aşkarlan-maması üçün qabaqlayıcı tədbirlər bu gün də davam etdirilir”.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, bu günə qədər

Azərbaycanda 19 koronavirusa yolux-ma faktı qeydə alınıb. Onun sözlərinə görə, xəstələrin 3-ü artıq sağalıb.

Qeyd edək ki, Azərbaycan Respublikası və ÜST arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikası ÜST-ün qlobal miqyasda COVID-19 virusu-na qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-ün COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

AZƏRTAC

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 88 Bakı şəhəri, 12 mart 2020-ci il

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqın-da” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublika-sı Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Preziden-tinin 2000-ci il 30 avqust tarixli 393

nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublika-sı Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.12-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, id-man və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Aidiyyəti dövlət orqanlarına (qurumlarına) tapşırılsın ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Meyar-lara cavab verən müəssisə, idarə və təşkilatların siyahısını hər il üzrə rəsmi internet səhifələrində yerləşdirsinlər.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 89 Bakı şəhəri, 12 mart 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Na-zirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2011, № 1, maddə 58; 2012, № 1, maddə 34, № 10, maddə 1007; 2014, № 10, maddə 1329; 2015, № 12, maddə 1562; 2016, № 7, maddə 1351, № 10, maddə 1717; 2017, № 4, maddə 612, № 12 (II kitab), maddələr 2519, 2535; 2018, № 5, maddə 1144, № 11, maddə 2429) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin:“4.9. Ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Res-

publikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.”;1.2. 4.10-4.12-ci bəndlər ləğv edilsin.2. Bu Qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

14 mart 2020-ci il, şənbə6

Page 7: Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda ...xalqqazeti.com/pdf/xalq 13 mart OPT.pdf · Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu,

ÜST: Azərbaycan ərazisini koronavirusun yayılmasından etibarlı şəkildə qorumağı bacarır

Koronavirusun yayılması ilə bağ-lı Azərbaycandakı vəziyyəti hələ ki, sabit qiymətləndirmək olar. Yayılmanın qarşısını almaq üçün dövlət səviyyəsində lazımi tədbirlər görülür, Nazirlər Kabinetinin yanında operativ qərargah fəaliyyət göstərir. Eyni zamanda, ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu, təşkilat tərəfindən təqdir olunur. ÜST-in təsdiq etdiyi kimi, “Azərbaycan infeksiyanın geniş yayıldığı İranla həmsərhəd olsa da, öz ərazisini virusun yayılmasından etibarlı şəkildə qorumağı bacarır”.

Bundan əlavə, Azərbaycan koronavi-rusun yayılmasının qarşısını almaq üçün ÜST-in ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biridir. Bu dəstlər viru-sun aşkarlanması və qarşısının alınma-sında mühüm rol oynayır. Azərbaycan hökuməti qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verir və ÜST-in strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib ki, təmsil etdiyi təşkilat koronavirusla mübarizədə Azərbaycan hökumətinə köməyini əsirgəmir. Onun sözlərinə görə, bu məqsədilə ÜST-ün Kopenha-gen və Cenevrə ofislərindən ekspertlər Azərbaycanda olublar və onlarla birgə Səhiyyə Nazirliyində TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və AQTA ilə görüş keçirilib. Görüşdə Azərbaycandakı ümumi vəziyyət müzakirə edilib. Ekspertlər martın 13-dək Azərbaycanda olub, müxtəlif

yerlərə gedərək, laboratoriyalara və xəstəxanalara baş çəkiblər. “Nəticədə Azərbaycan hökumətinin koronavirusla bağlı mübarizəyə dair 3-6 aylıq strateji planının hazırlamasına kömək edəcəyik. Ekspertlər getdikdən sonra hökumət tərəfindən ÜST-ün başqa mütəxəssisləri də dəvət oluna bilər".

Amma dünyada virusla bağlı vəziyyət ağır olaraq qalmaqdadır. Çində koro-navirusa yoluxanların sayı artıq 80 min 813 nəfərə çatıb, onlardan 3 176 nəfəri dünyasını dəyişib, 64 111-i sağalıb və xəstəxanalardan evə buraxılıb. Son sutka ərzində Çində cəmi səkkiz yeni yoluxma faktı qeydə alınıb, yeddi nəfər dünyasını dəyişib. Pandemiyanın ocağı sayılan Hubey əyalətində sutka ərzində beş yoluxma faktı qeydə alınıb. Yoluxanların hamısı Uhan şəhər sakinləridir, 1255 nəfər xəstəxanalardan evə buraxılıb ki, bunlardan 1103-ü Uhan əhalisidir.

ABŞ Prezidenti Donald Tramp isə COVID-19 koronavirusu ilə daha effektiv mübarizə aparmaq üçün Böyük Britani-yadan başqa bütün Avropa ölkələrindən Birləşmiş Ştatlara girişi qadağan edib. Məhdudiyyətlər martın 13-dən qüvvəyə minib. Bu, Avropa İttifaqı ölkələrində narazılığa səbəb olub.

Həkimlər isə virusun əlamətləri və ona qarşı mübarizə ilə bağlı hər gün yeni təkliflərlə çıxış edirlər. Məsələn, dünən yayılan məlumata görə, Çin koronavirusunun erkən əlaməti heç də qızdırma deyil. Virusun mərkəzi olan Uhan şəhər xəstəxanasının həkimləri daxil olan xəstələrin vəziyyətini araşdıraraq, koronavirusun ilk və diqqətə alınmayan əlamətlərinin tamam

başqa olduğunu müəyyən ediblər. Onların fikrincə, virusa yoluxmanın adi qripə bənzər simptomları özünü xəstəliyin orta mərhələsində, hətta atipik pnevmoniyanın başlanğıcında göstərə bilər. Koronavirusun ilk əlaməti isə ürəkbulanma, qarında ağrı, ishal, ağciyər nahiyəsində sıxılma, ürək döyüntüsünün artması şəklində özünü göstərir.

Həkimlər bir çox xəstələrin xəstəxanaya hətta yüksək temperatursuz gətirildiyini bildiriblər. Ona görə də qız-dırma yoxdursa, koronavirus yoxdur deyə düşünmək yanlışdır. Koronavirusun dəqiq diaqnozu mütləq bəzi test və analizlər nəticəsində təsdiq olunur.

Artıq İsrail alimlərinin yeni tip koronavirusa qarşı peyvənd hazırladıq-ları barədə də məlumatlar yayılır. Bu ölkədə nəşr olunan “Haaretz” qəzeti yazıb ki, hazırda İsrailin Ness Ziona şəhərindəki Bioloji Tədqiqatlar İnstitutu-nun tədqiqatçıları COVID-2019-a qarşı peyvənd hazırlamaq üçün çalışırlar. İsrail Səhiyyə Nazirliyinin adlarının açıqlan-masını istəməyən rəsmiləri deyiblər ki, mütəxəssislər virusun bioloji mexaniz-mini anlamaqda “əhəmiyyətli irəliləyiş” əldə ediblər və bir neçə gün ərzində viru-sa qarşı peyvəndin adını açıqlayacaqlar. Qeyd edək ki, İsraildə yeni tip koronavi-rusa yoluxanların sayı 97 nəfərə çatıb.

Rusiyalı həkimlər isə virusdan qorunmağın yolları barədə yeni-yeni məlumatlar verməkdədirlər. Onların

fikrincə, lateks əlcəklər koronavirus infeksiyasından qorunmaq üçün ən təsirli üsullardan biridir. Birinci Moskva Dövlət Tibb Universitetinin (MGMU) direktoru İrina Makayeva deyib: “Bildiyimiz kimi, infeksiya yoluxmuş bir cismə toxun-duqdan sonra baş verir. İnsan əlləri ilə üzünə toxunur, burnunu qaşıyır, yaxud gözlərini ovuşdurur. Bununla da virus yoluxması baş verir. Lateks əlcəklər isə virusa yoluxmuş şəxsin çılpaq əllərlə toxuna biləcəyi cisimlərdən (məsələn, qapı tutacaqları) yayınması üçün küçədə və ictimai yerlərdə istifadə üçün ən gözəl vasitədir”.

Xatırladaq ki, bir müddət əvvəl Çin həkimləri belə bir açıqlama vermişdilər ki, koronavirus hətta 4,5 metr məsafədən belə yoluxa bilir, eyni zamanda, ən azı yarım saat əvvəl xəstə bir insanın olduğu otaqda da virusa yoluxma riski yüksəkdir. Alimlər həm də koronavirusdan ölümlə bağlı əsas risk faktorlarının yaş və xroniki xəstəliklər olduğunu müəyyən ediblər. Statistikaya görə, koronavirus-dan ölənlərin orta yaş həddi 69-dur və xəstələrin yarısında xroniki xəstəliklər olub. Virusa yoluxanların əksəriyyəti yüksək təzyiq və diabetdən əziyyət çəkənlərdir. Tədqiqatçılar dəfələrlə qeyd ediblər ki, virus zəifləmiş orqanizmdə daha sürətlə yayıla bilir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Koronavirus təhlükəsi hələ də dünyanı təhdid etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı yaydığı son statistik məlumatlara görə, son günlərdə təsdiqlənmiş yoluxma hallarının sayı artıb. Dünya üzrə yoluxma sayı, ümumilikdə, 127 ölkə üzrə 134 768 nəfərdir. Son yoluxma sayı 102 nəfərdir. Onların içərisində 8-i yeni olmaqla 4983 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 70 387 şəxsin sağaldığı qeydə alınıb. Sta-tistikaya əsasən, onlardan 1300 nəfər yeni sağalanlardır. ÜST risk qiymətləndirməsini həm Çində, həm regional səviyyədə, həm də qlobal səviyyədə çox yüksək olaraq dəyərləndirib.

ÜST koronavirusun yayılmasının qarşısını almaq üçün Azərbaycanda

görülən tədbirləri təqdir edir

Missiyanın məlumatında bildirilir ki, Azərbaycan COVID-19 infeksiyasının geniş yayıldığı İranla həmsərhəd olsa da, öz ərazisini virusun yayılmasından etibarlı qorumağı bacarır.

Məlumatda Azərbaycanın ÜST-ün yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biri olduğu da bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyətinin Azərbaycana martın 9-dan 13-dək davam edən 5 günlük səfəri çərçivəsində ekspertlər Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təmsilçiləri ilə respublika və re-gional səviyyəli xəstəxanalara, həmçinin Qida Təhlükəsizliyi

Agentliyinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə və sərhəd keçid məntəqələrinə baş çəkib, ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşı-sının alınması üzrə profilaktik tədbirlərlə tanış olublar.

Məlumatda, həmçinin Azərbaycan hökumətinin qonşu ölkələrlə əlaqəli şəkildə COVID-19 virusunun dünyada yayılması riskinin qarşısının

alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul etdiyi də bildirilir və bu qərar ÜST tərəfindən təqdir edilir.

Azərbaycan Respublikası və ÜST arasında uzunmüddətli

səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikası ÜST-ün qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-ün COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

ICESCO: AZƏRTAC koronavirusla mübarizəyə dair təşkilatın məlumatını operativ yayan beş agentlikdən biridir � İslam Dünyası Təhsil, Elm

və Mədəniyyət Təşkilatı (ICESCO) koronavirusla mübarizə üzrə təşkilatın fəaliyyətini operativ işıqlandıran beş informasiya agentliyindən birinin də AZƏRTAC olduğunu bəyan edib.

ICESCO-nun Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adha-nom Hebreyesusun tövsiyələrini dəstəkləyən bəyanatında deyilir ki, təşkilatın COVID-19 virusuna qarşı vaksin üçün pul mükafatı təsis etməsi xəbərini Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Çinin Sinxua, Türkiyənin Anadolu, Səudiyyə Ərəbistanının SPA, Birləşmiş Ərəb Əmirliklərinin WAM agentlikləri operativ şəkildə və bir neçə dildə yayıblar.

Təşkilatın bəyanatında ÜST-ün məktəblərdə və universitetlərdə tədris prosesinin dayan-

dırılması təşəbbüsü dəstəklənir. Qeyd olu-nur ki, koronavirusa qarşı vaksin tapılması istiqamətində alimlərin tədqiqatına hərtərəfli dəstək göstərilməlidir.

Oqtay BAYRAMOV, AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Teledərslərin yayımı davam edir � Təhsil Nazirliyi

teledərslərin yayımı ilə əlaqədar şagirdlərə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, “Mədəniyyət” və “ARB Günəş” kanalla-rında “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı davam etdirilir.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən start verilən teledərslər həftənin 5 günü saat 10:00-dan 16:00-dək “Mədəniyyət” kanalında, saat 14:00-dan “ARB Günəş” kanalında yayımlanır.

Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur: “ Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər. 11, 12 və 13 mart tarixlərində artıq yayımlanmış dərslərin

videolarına müvafiq link vasitəsilə (https://www.youtube.com/playlist?list=PLmurSRyhshyjqi21ah3rK20osuCC7D2f2), eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) baxa bilərsiniz”.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

Beləliklə, “Azərbaycan Hava Yol-ları” aviaşirkəti və aşağıbüdcəli “Buta Airways” aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud gələcəkdə ləğv olunacaq) istiqamətləri üzrə istənilən tarif üzrə əldə olunmuş biletlərin qaytarılmasına və ya dəyişdirilməsinə icazə verilir. Sərnişinlər cəriməsiz şəkildə biletin geri qaytarılmasını rəsmiləşdirə və həmin aviabiletin tam dəyərini geri ala, istiqaməti və uçuş tarixini dəyişdirə bilərlər.

Həmçinin sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlərin sərnişinin 31 mart 2020-ci il tarixinədək müraciətinə əsasən aşağıdakı şərtlərə əməl olunaraq dəyişdirilməsinə icazə verilir:

- yeni aviabiletlərin uçuş tarixi 31 dekabr 2020-ci il tarixindən gec

olmamalıdır; - biletin dəyişdirilməsi zamanı

tarifin maksimal etibarlılıq müddəti tətbiq olunur;

- hər aviabilet bronlaşdırma sistemində başqa tarixə eyni xidmət sinfi mövcud olduğu halda cəmi bir dəfə cərimə tətbiq olunmadan dəyişdirilə bilər;

- eyni bronlaşdırma sinfi mövcud olmadıqda siniflər arasındakı tarif fərqi sərnişin tərəfindən ödənilməlidir.

Bundan əlavə, Azərbaycanın milli aviadaşıyıcısı cari ilin may ayının sonunadək bəzi tariflərin brendlərində aviabiletlərin geri qaytarılması və dəyişdirilməsi qaydalarına dəyişikliklər edir. Belə ki, 14 mart tarixindən 31 may tarixinədək əldə olunan aviabiletlər üçün aşağıdakı tariflərdə yenidən təxsisetmə və biletlərin geri qaytarılması ilə bağlı cərimələr üzrə bütün məhdudiyyətlər götürülür:

“AZAL” aviaşirkətinin “Economy Flex” tarifi və “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin “SUPER” tarifi.

Bu halda, sərnişinlər aşağıdakı hüquqlara malikdirlər:

- əldə olunmuş aviabiletin geri qay-tarılmasını rəsmiləşdirmək və həmin aviabiletin tam dəyərini geri almaq – uçuşdan həm əvvəl, həm də sonra;

- uçuş vaxtını ilkin yoladüşmə və təyinat məntəqələrinin və xidmət sinfinin saxlanılması ilə yenidən təxsisetməyə görə cərimə tutulmadan daha münasib vaxta keçirilməsini uçuşdan həm əvvəl, həm də sonra rəsmiləşdirmək.

Hazırkı qaydalar “AZAL” və “Buta Airways” aviaşirkətlərinin “Eco-nomy Flex” və “SUPER” tariflərinin

brendlərinin tətbiq olunduğu bütün istiqamətlərinə şamil olunur.

Aviaşirkətin rəsmi saytında onlayn rejimdə alınan aviabiletin geri qay-tarılması üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması: https://help.azal.az/hc/az/requests/new vasitəsilə əlaqə saxlamaq olar.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etmək lazımdır. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarılacaqdır.

“Xalq qəzeti”

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 27 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respub-likasının Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində

və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasno-selsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Gö-yarx, Ağdam rayonunun Acarlı, Füzuli rayo-nunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında qurumun ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri barədə məlumat yerləşdirilib. AZƏRTAC xəbər verir ki, məlumatda ölkəmizin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, eləcə də ÜST ilə əməkdaşlığı təqdir olunur.

Ali Məhkəmənin sədri Şəmkirdə vətəndaşları qəbul edib

� Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri daim diqqətdə saxlanılır. Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ali Məhkəmənin sədri bölgələrdə mütəmadi səyyar qəbullar keçirir.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 13-də məhkəmənin sədri Ramiz Rzayev Şəmkir Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb, digər qaldırılan məsələlər üzrə Ali Məhkəmə Aparatının qəbulda işti-

rak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxıl-ması ilə bağlı ölkə Prezidenti tərəfindən yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Şəmkir Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub.

Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin sədri və Şəmkir Rayon Məhkəməsi hakimlərinin iştirakı ilə müşavirə keçirilib.

Ali Məhkəmənin sədri ölkə Prezidentinin məhkəmə-hüquq

islahatlarının dərinləşdirilməsinə dair 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərdən bəhs edib, vahid məhkəmə təcrübəsinin formalaş-dırılması, sahibkarlıq fəaliyyətinə dair mübahisələr üzrə ayrıca ixti-saslaşmış məhkəmələrin yaradıl-ması ilə bağlı mühüm qanunların qəbul olunduğunu vurğulayıb.

Yeni regional inzibati və kommersiya məhkəmələrinin bu ilin əvvəlindən fəaliyyətə başla-ması nəzərə alınaraq dövlətimizin başçısının 2019-cu il 30 dekabr tarixli sərəncamları ilə artıq həmin məhkəmələrə hakimlərin təyinatının aparıldığı qeyd olu-nub, qarşıda duran vəzifələrə, o cümlədən qanunvericilikdəki yeniliklərin dürüst və vaxtında icrasının təmin olunmasına dair aidiyyəti tövsiyə və tapşırıqlar verilib.

Eyni zamanda, etik davranış qaydalarına dönmədən əməl olun-masının, sui-istifadə hallarının və qeyri-prosessual münasibətlərin yolverilməzliyinin ən ümdə vəzifə olduğu bildirilib.

Azərbaycanın milli aviadaşıyıcısı bütün istiqamətlər üzrə biletləri qaytarmağa və dəyişməyə hazırdır

Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı dünyada-kı vəziyyətlə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul edib.

İdman qurğularının fəaliyyəti müvəqqəti dayandırılır � Koronavirus infeksiyasının insanlar

arasında yayılmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, vaxtında qabaqlayıcı tədbirlər görmək məqsədilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman komplekslərinin, digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır.

Gənclər və İdman Nazir-liyinin saytının məlumatına

görə, bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan

cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa çempionatı və Formula 1 Azərbaycan Qran-Prisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.

14 mart 2020-ci il, şənbə 7

Page 8: Prezident İlham ƏLİYEV: Son 16 il ərzində Azərbaycanda ...xalqqazeti.com/pdf/xalq 13 mart OPT.pdf · Bu, çox aşağı göstəricidir. İnkişaf etmiş bəzi ölkələrdə bu,

14 mart 2020-ci il, şənbə8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

5983

866

40 qəpik

Fransa

Təhsil müəssisələri bağlanırMartın 16-dan

etibarən Fransada bütün məktəblər, bağçalar və ali təhsil müəssisələri bağlanacaq. Bu barədə Fransa prezidenti Emma-nuel Makron xalqa müraciətində bildirib. Prezident bunu koronavirusun yayıl-masının qarşısını almaq məqsədilə həyata keçirdiklərini bildirib.

E.Makron hazırda epidemiyanın ilkin mərhələsi olduğu-nu, yeni virusun Avropanın hər yerində sürətlə yayılmaqda davam etdiyini bildirib. Ölkə başçısı fransızları səyahətləri məhdudlaşdırmağa, yaşı 70-dən yuxarı olan insanları evdən çölə çıxmamağa çağırıb.

Xəbəri BBC yayıb.

ABŞ

“Apple” mağazalarını bərpa edir “Apple” şirkəti

Çində bağladığı mağazalarını açmağa başla-yıb. Koronavirus səbəbi ilə 42 ma-ğazasını bağlayan şirkət bu problemi aradan qaldırdıq-

larını bildirib:“Koronavirus təhlükəsinə görə Çində fəaliyyət göstərən

42 mağazamızı bağlamışdıq. Amma virus təhlükəsi artıq azalmağa doğru gedir. Bunun üçün də mağazaları açma-ğa qərar verdik”, - deyə şirkətin məlumatında bildirilib.

Xəbəri TASS yayıb.

Ən pis göstərici1987-ci ildən

bu yana ABŞ-da ticarət birjaları-nın indeksində ən pis göstərici qeydə alınıb. Belə ki, ticarət birjalarının indeksi 9%-dən çox azalıb.

Ən böyük geriləmə “Dow Jones Industrial Average” indeksində qeydə alınıb. Bu indeks 9,99 faiz geriləyib. Yüksək texno-logiyalar şirkətinin indeksi olan NASDAQ 7,85 faiz azalıb. “S&P 500”ün indeksi 4,54 faizə qədər geriləyib.

Bildirilir ki, fond birjaları indekslərinin belə kəskin düşməsinə səbəb ABŞ Prezidenti Donald Trampın AB-dən ABŞ-a səfərlərin dayandırılması barədə qərarı olub.

Xəbəri RİA “Novosti” yayıb.

Çin

Virusun bitəcəyi tarix açıqlanıbÇinli mütəxəssislər

koronavirus pande-miyasının bitəcəyi tarixi açıqlayıblar. Mütəxəssislərin sözlərinə əsasən, xəstəliyin dünyada yayılması iyun ayında bitə bilər.

“Son günlərdə virusa yoluxanların sayı kəskin azalma-ğa başlayıb. Ötən gün ərzində xəstəliyə 15 nəfər yolu-xub”, - deyə mütəxəssislər vurğulayıblar. Onlar həmçinin Uhanda xəstəliyin azaldığını bildiriblər.

Xəbəri CNN yayıb.

İsveçrə

UEFA-nın qərarıUEFA Çem-

pionlar Liqası və Avropa Liqasının oyunlarını dayan-dırıb.

Bu barədə qu-rumun rəsmi saytı məlumat yayıb. Xəbərdə, dünya-da geniş yayılan koronavirus pandemiyasına görə ÇL və AL-in növbəti həftə üçün nəzərdə tutulan görüşlərinin ləğv olunduğu bildirilib.

Qeyd edilir ki, Çempionlar Liqasının və Avropa Liqası-nın 1/4 final mərhələsinin püşkatma mərasimləri də ləğv olunub.

Xəbəri “uefa.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Martın 14-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən mülayim cənub küləyi əsəcək. Gecə 6-9, gündüz 12-16 , Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa,

Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-6, gündüz 7-11 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir

güclənəcək. Gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 6-10, gündüz 14-18, dağlarda gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.

Hulusi AKAR: İdliblə bağlı danışıqlarda əksər məsələlər üzrə razılaşma əldə olunub

H.Akar vurğulayıb ki, Türkiyə Suriyanın şimal-qərbində hərbi mövcud-luğunu qoruyub saxlayır. İdlibdə türk hərbçilərinin öz mövqelərini tərk etməsi müzakirə möv-zusu deyil və hərbçilər dislokasiya yerlərini dəyişməyəcəklər.

Ankara dəfələrlə bəyan edib ki, Əsəd rejiminin silahlı qüvvələri ərazidə atəşkəsi yenidən pozmağa cəhd etsələr, Türkiyə hərbçiləri dərhal cavab tədbirləri görəcəklər.

H.Akar sonra deyib: “Nümayəndə heyətləri ara-sında təfərrüatlar Ankarada müzakirə olunur. Ümid edirik ki, atəşkəs qorunub saxla-nılacaq. Türkiyə hərbçiləri hadisələrin hər cür gedişa-tına hazırdırlar. Biz “Bahar qalxanı” hərbi əməliyyatını hər an bərpa edə bilərik.

İdlib üzrə razılaşmalar həm Türkiyə, həm də Suriya xalq-larının maraqlarına uyğun-dur. Bu il martın 15-dən isə Türkiyə və Rusiya hərbçiləri İdlibdə birgə patrul xidmətinə başlayacaqlar”.

Xatırladaq ki, bu il martın 5-də Moskvada Türkiyə və

Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vla-dimir Putin arasında baş tutan danışıqlarda Suriyanın şimal-qərbində atəşkəs ilə bağlı mühüm razılaşma əldə olunub.

Yeri gəlmişkən, dünən İdlibdəki son durum ilə

bağlı Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. Liderlər bir daha İdlibdə atəşkəs reji-minin qorunmasının vacib olduğunu bildiriblər.

M.HACIXANLI, “Xalq qəzeti”

� Beynəlxalq Olimpiya Komitəsinin (BOK) məlumatına görə, martın 12-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb.

Məlumata görə, məşəl Olimpiya Oyunlarının vətəni olan Yunanıstanın Hera məbədində günəş şüala-rının parabolik güzgülərlə istiqamətləndirilməsi vasitəsilə alovlandırılıb. Olimpiya məşəlini ənənəvi olaraq qədim yunan ilahəsi geyimində olan qadın alov-landırıb. Yunanıstanda bir həftə davam edəcək estafetin sonunda – martın 19-da Afi-nanın “Panatinaikos” stadi-onunda keçiriləcək təntənəli mərasimdə məşəl “Tokio-2020”nin təşkilatçılarına

təhvil verəcək.Olimpiadanın vətəni olan

Yunanıstanda alovlandırıla-caq məşəli, ümumilikdə, 10 min nəfər daşıyacaq. Estafet martın 26-da Fukusimadan davam edəcək və 121 gün ərzində Yaponiyanın 47 pre-fekturasını gəzəcək.

Xatırladaq ki, “To-kio-2020” Yay Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Yaponiya və ABŞ liderləri arasında telefon danışığı olub

Mənbə qeyd edir ki, təqribən 50 dəqiqə davam edən telefon danışığında liderlər yeni koronaviru-sun yayılmasına qarşı mübarizəni gücləndirmək istiqamətində əməkdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər. Ş.Abe və Donald Tramp, həmçinin “Tokio 2020” Olimpiya və Pa-ralimpiya Oyunlarının təşkili üçün birgə çalışmaq barədə də razılığa gəliblər.

Yaponiya lideri bildirib ki, hökumət virusun yayıl-masının qarşısını almaq üçün bundan sonra da qətiyyətlə hərəkət edəcək. Ş.Abe həmçinin qeyd edib ki, Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə irimiqyaslı tədbirləri təxirə salıb və sərhəd nəzarətini gücləndirib.

ABŞ-ın virusun yayılması-nın qarşısını almaq üçün var

gücünü sərf etdiyini deyən D.Tramp öz növbəsində bundan sonra da Birləşmiş Ştatların bu istiqamətdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün lazımi addımların atacağını qeyd edib. Eyni zamanda, liderlər müzakirə zamanı virusun səhmlərin qiymətinin düşməsi də daxil olmaqla iqtisadiyyata təsiri, bunun-la bağlı görüləcək maliyyə tədbirləri barədə danışıblar.

Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına gəlincə, Ş.Abe qeyd edib ki, Yaponiya tərəfi yarışların cədvələ uyğun

olaraq keçirilməsi üçün bütün lazımi addımları atır. D.Tramp Yaponiyanın bu istiqamətdə şəffaf fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, Ş.Abe ilə telefon danışığından əvvəl D.Tramp öz “Twit-ter” səhifəsində Tokioda keçiriləcək oyunların bir il sonra təşkilinin mümkünlüyü barədə yazıb. Lakin Yaponi-ya hökumətindəki mənbələr telefon danışığı zamanı bu məsələyə toxunulmadığını bildirirlər.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

“Yevlax Nəqliyyat” ASC səhmdarlarının nəzərinə!

2 may 2020-ci il saat 11.00-da Yevlax rayonunun Aran qəsəbəsində Yevlax Nəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:1. ASC-nin 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı.2. Yaranmış maddi çətinliklərlə əlaqədar olaraq ASC-nin təşkilati-

hüquqi formasının dəyişdirilməsi, yaxud ləğv edilməsi barədə.Yığıncaqda müzakirə ediləcək məsələlərə aid materiallarla ASC-nin

inzibati binasında iş günləri saat 9.00-dan 18.00-dək ASC sədrinə müraciətdən sonra tanış olmaq mümkündür.

Səhmdarların nəzərinə çatdırılır ki, ASC 2018-ci il yanvarın 22-dən etibarən fəaliyyətini dayandırmış və bu barədə Vergilər Nazirliyinin 11 saylı ərazi Vergilər Departamentində rəsmi qeydiyyata alınmışdır.

İdarə heyəti

Quba Rayon İcra Hakimiyyəti

222990 (sair xərclər) maddəsi üzrə məktəblilərin nəqliyyat vasitəsilə daşınması üçün

kotirovka sorğusu elan edirSənədlər 17 mart 2020-ci il saat 10.00-dək qəbul

olunur.Əlaqə telefonu - 33-5-62.15.Ünvan - Quba şəhəri, H.Əliyev prospekti.

Azərbaycan Dillər Universitetinin rektorluğu, professor-müəllim heyəti və Həmkarlar İttifaqı Komitəsi german dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının professoru

SABİR MUSTAFAYEVİN

vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSIN

Ankarada Türkiyə və Rusiya hərbçilərinin nümayəndə heyətləri arasında Suriyanın İdlib vilayətində atəşkəsə nəzarət edilməsi

ilə bağlı danışıqlar artıq beşinci gündür ki, davam edir. “Anadolu” agentliyi Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara istinadən yazır ki, danışıqlar-da əksər məsələlər üzrə razılaşma əldə olunub.

Martın 13-də Yaponiya və ABŞ liderləri arasında telefon danışığı olub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

XXXII Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidro-meteorologiya Departamentinin verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasındaAnomal isti hava şəraitindən sonra martın 16-sı

gündüzdən 17-si gündüzədək şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 18-23, arabir 25-30 m/s, martın 16-da axşa-ma doğru yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, martın 16-sı axşam və 19-dək fasilələrlə yağın-tılı olacağı gözlənilir. Havanın temperaturu bu dövr ərzində 5-8 dərəcə enərək 7-10 dərəcə isti olacaq.

Martın 14-də isə nisbətən yüksək temperatur fonunda Ba-kıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s olacağı gözlənilir.

Azərbaycanın rayonlarındaMartın 14-dən əsasən şimal və qərb rayonlarından başla-

yaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 16-dan isə bir qədər də kəskinləşəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s, martın 16-dan 17-si gündüzədək ayrı-ayrı yerlərdə ara-bir 30-35 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehti-malı var.

Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Neftdən nə xəbər?!Dünya bazarında “qara qızıl”ın qiyməti artmağa

başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 3,91 faiz artaraq bir bareli 35,14 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 3,5 faiz arta-raq bir bareli 31, 45, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 3,3 faiz artaraq bir bareli 37,20 dollar olub.

Qeyd edək ki, martın 5-6-da Vyanada keçirilən OPEC+ dövlətlərinin iclasında hasilatı azaltmaq barədə Rusiya ilə Səudiyyə Ərəbistanı arasında narazılıq yarandı. Bundan sonra isə Səudiyyə Ərəbistanı, İraq və Küveyt neft hasilatını artırıb, neftin qiymətini isə aşağı saldılar. Bundan sonra isə dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşməyə başladı.

Hazırda ekspertlər dünya bazarında neftin qiymətinin stabilləşməsi üçün yollar axtarırlar.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

ABŞ məhkəməsi “WikiLeaks”in informatorunu azadlığa buraxıb

� ABŞ məhkəməsi “WikiLeaks”in informatoru Çelsi Menninqi azadlığa buraxıb. Qeyd edək ki, Çelsi Menninq 2019-cu ildən istintaq təcridxanasında saxlanılırdı.

“The Guardian”ın məlumatına görə, ABŞ ordu-sunun sabiq analitiki Çelsi Menninq ABŞ kəşfiyyatının

məxfi materiallarını “WikiLeaks”in rəhbəri Culian Assanja ötürürmüş.

Çelsi Menninq 2013-cü

ildə buna görə 35 il həbs cəzası almışdı. Lakin 2017-ci ildə sabiq ABŞ Prezidenti Barak Obama onu əfv etdi.

Virciniya Dairə Məhkəməsi bildirib ki, Çelsi Menninq artıq heç kimə lazım deyil. Çelsi Menninq isə ona ünvanlanan bütün ittihamları

rədd edib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”