İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm...

300
1

Transcript of İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm...

Page 1: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

1

Page 2: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

2

İNKİŞAF –

MƏQSƏDİMİZDİR

QIRXINCI KİTAB

—————

FEVRAL 2010 - MART 2010

AZƏRNƏŞR

BAKI - 2017

Page 3: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

3

ÇIXIŞLAR * NİTQLƏR

BƏYANATLAR * MÜSAHİBƏLƏR

MƏKTUBLAR * MƏRUZƏLƏR

MÜRACİƏTLƏR

AZƏRNƏŞR

BAKI – 2017

Page 4: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

4

BBK 32

Ə 56

Buraxılışına məsul

akademik

RAMİZ MEHDİYEV

ƏLİYEV İLHAM

Ə 56 İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2017, 408 səh.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

oxuculara təqdim olunan «İnkişaf - məqsədimizdir» çoxcildliyinin bu

cildində dövlət başçısının Estoniya Respublikasına rəsmi səfəri

zamanı bu ölkənin dövlət və hökumət başçıları ilə ölkələrimiz

arasında çoxşaxəli əlaqələrin inkişafına dair danışıqlarından, enerji və

qeyri-neft sektoruna aid bağlanan müqavilələrdən bəhs olunur.

Azərbaycan prezidenti bütün görüş və danışıqlarında Ermənistanın

işğalçılıq siyasətini önə çəkmiş, Dağlıq Qarabağ probleminin

beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək olmağa

çağırmışdır.

Dövlət başçısının bölgələrə səfəri, regionların sosial-iqtisadi

inkişaf proqramının həyata keçirilməsi, kənd təsərrüfatının inkişafına

həsr olunmuş nitqləri və ictimaiyyətin nümayəndələri, həmçinin

ölkəmizə gəlmiş bir sıra beynəlxalq təşkilatların üzvləri, mədəniyyət

və din xadimləri ilə görüşlərinə dair materiallar da bu cilddə dərc

olunmuşdur.

İSBN 978-9952-8100-7-3

32-ББК 2016651(07)М

0801000000Я

© Azərnəşr, 2017

Page 5: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

5

PAKİSTAN İSLAM RESPUBLİKASININ

PREZİDENTİ

ZATİ-ALİLƏRİ CƏNAB ASİF ƏLİ ZƏRDARİYƏ

Hörmətli cənab Prezident!

Lakki Marvat şəhərində törədilmiş terror aktı nəticəsində

çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldıq.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun

bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı

mübarizəni hər cür dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə

və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara

və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 yanvar 2010-cu il

Page 6: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

6

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN

İCMASINA

Hörmətli həmvətənlər!

İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı

münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən

təbrik edir, hamınıza ən səmimi arzularımı yetirirəm.

Səmavi dinlər Azərbaycanda yüz illər boyu sülh və anlaşma

şəraitində, dinc yanaşı fəaliyyət göstərərək cəmiyyətimizdə əmin-

amanlığın, dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında

misilsiz rol oynamışdır. Mütərəqqi tarixi-mədəni ənənələr üzərində

bərqərar olan müasir Azərbaycan cəmiyyətində xalqlar və dinlər

arasında qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühiti,

mövcud milli mənəvi həmrəylik, haqlı olaraq, ölkəmizi dünyada

tolerantlıq örnəyi kimi tanıtmışdır.

Bu gün xristian inanclı vətəndaşlarımız, o cümlədən çoxsaylı

pravoslav icması cəmiyyətimizin ayrılmaz hissəsidir və

ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Əmin

olduğumu bildirirəm ki, Azərbaycanın tərəqqisi və daha da

çiçəklənməsi naminə vətəndaşlıq borcunuzu bundan sonra da

layiqincə yerinə yetirəcəksiniz.

Əziz həmvətənlər!

Yeniliyin, əmin-amanlığın, mərhəmət və şəfqət duyğularının

rəmzi olan Milad bayramı hər il Azərbaycanda böyük təntənə

ilə qeyd edilir. Bu əziz gün münasibətilə bir daha hər birinizə

bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik və firavanlıq

arzulayıram.

Bayramınız mübarək olsun!

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 yanvar 2010-cu il

Page 7: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

7

HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

XANIM PRATİBHA PATİLƏ

Hörmətli xanım Prezident!

Hindistanın milli bayramı – Respublika günü

münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı

adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan–Hindistan münasibətləri

xalqlarımızın mənafelərinə uyğun olaraq daim qarşılıqlı

anlaşma, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost

Hindistan xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 yanvar 2010-cu il

Page 8: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

8

ŞRİ-LANKA DEMOKRATİK SOSİALİST

RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ

CƏNAB MAHİNDA RACAPAKSAYA

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə

Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və

Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq

və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun

olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost

xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 yanvar 2010-cu il

Page 9: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

9

AVSTRALİYA İTTİFAQININ GENERAL-

QUBERNATORU

ZATİ-ALİLƏRİ

XANIM KVENTİN BRYUSA

Hörmətli xanım General–Qubernator!

Milli bayramınız – Avstraliya günü münasibətilə Sizə və

xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq

duyuram.

Əminəm ki, Azərbaycan ilə Avstraliya arasında dostluq və

əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin

genişlənməsi daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya

xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 yanvar 2010-cu il

Page 10: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

10

XORVATİYA RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB İVO YOSİPOVİÇƏ

Hörmətli cənab Prezident!

Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə

seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Xorvatiya dövlətlərarası

münasibətləri, ölkələrimiz arasında təşəkkül tapmış dostluq və

əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq

bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının

rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 yanvar 2010-cu il

Page 11: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

11

DÖVLƏT BAYRAĞI MEYDANINDA İNŞAAT

İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ

Bakı

13 yanvar 2009-cuil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 13-də Dövlət bayrağı meydanına gələrək, burada

həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına Dövlət bayrağı meydanında görülən

işlər barədə ətraflı məlumat verildi.

Xatırladaq ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın

17-də Bakıda Dövlət bayrağı meydanının yaradılması barədə

Sərəncam imzalamışdır. 2009-cu il noyabrın 17-də isə

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət

Bayrağı Gününün təsis edilməsi barədə Sərəncam imza-

lamışdır. Həmin Sərəncama əsasən hər il noyabrın 9-u res-

publikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır.

2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində – Hərbi

Dəniz Qüvvələrinin Bazası yaxınlığında Dövlət bayrağı

meydanının təməli qoyulmuşdur. Tikinti işlərinin gedişi ilə

müntəzəm maraqlanan dövlətimizin başçısı bir neçə dəfə Dövlət

bayrağı meydanında olmuş, inşaat işlərinin yüksək səviyyədə

aparılması ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Xüsusi

layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli

mütəxəssislər həyata keçirirlər.

Prezident İlham Əliyevə inşaat işlərinin hazırkı vəziyyəti və

burada görüləcək növbəti tədbirlər barədə geniş məlumat

verildi. Qeyd olundu ki, 20 min kvadratmetr ərazisi olacaq

meydanda bütün lazımi infrastrukturun yaradılması isti-

qamətində işlər davam etdirilir. Dayağının hündürlüyü 162 metr

Page 12: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

12

olan Dövlət bayrağının uzunluğu 70 metr, eni 35 metr, çəkisi

350 kiloqram olacaqdır.

Prezident İlham Əliyev inşaat işləri ilə bağlı növbəti dəfə

tapşırıq və tövsiyələrini verdi.

Page 13: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

13

DƏNİZKƏNARI MİLLİ PARKDAKI YAXT-

KLUBDA APARILAN YENİDƏNQURMA İŞLƏRİ

İLƏ TANIŞLIQ

Bakı

14 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 14-də Dənizkənarı Milli parkdakı Yaxt-klubda

aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Prezident İlham Əliyev Yaxt-kluba gəldi. Dövlətimizin

başçısına burada aparılan yenidənqurma işləri haqqında ətraflı

məlumat verildi. Bildirildi ki, Yaxt-klub Dənizkənarı Milli

parkın ümumi ansamblına uyğun tikilmiş yaraşıqlı binalardan

biridir. Bu binanın layihəsi orijinallığı ilə seçilir.

Prezident İlham Əliyev binanın yenidən qurulması layihəsi

ilə tanış oldu. Dövlətimizin başçısına təmir işlərinin gedişi və

istifadə olunan tikinti materialları barədə məlumat verildi. Qeyd

olundu ki, bu materiallar ən müasir standartlara cavab verir və

binanın dizaynını daha da zənginləşdirəcəkdir. Hazırda

yenidənqurma tədbirlərinə əsasən Yaxt-klubun ərazisi də

genişləndirilir.

Aparılan yenidənqurma tədbirlərindən sonra Yaxt-klub daha

yaraşıqlı görkəm alacaq və burada yüksək səviyyəli qonaqların

qəbulu, habelə müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli

şərait olacaqdır. Bu obyektdə aparılan əsaslı yenidənqurma

işləri bütövlükdə ölkədə idmanın, o cümlədən yelkənli qayıq

idmanının inkişafına göstərilən dövlət qayğısının bariz

nümunəsidir.

Page 14: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

14

Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə

böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf

davam etmiş, bütün sosial və infrastruktur layihələri ardıcıl

olaraq həyata keçirilmişdir. İşlərin gedişi göstərir ki, Yaxt-

klubda 2009-cu ildə başlanmış əsaslı yenidənqurma işləri də

uğurla başa çatacaqdır. Dövlətimizin başçısı yenidənqurma

işləri ilə tanışlıqdan sonra tapşırıq və tövsiyələrini verdi.

Page 15: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

15

HAİTİ RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB RENE PREVALA

Hörmətli cənab Prezident!

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı

insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə

sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın

adamlarına, bütün Haiti xalqına şəxsən öz adımdan və

Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,

yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 yanvar 2010-cu il

Page 16: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

16

BAKI BUXTASINDA TİKİLƏN QURU YÜK

LİMAN MƏNTƏQƏSİNDƏ İNŞAAT İŞLƏRİNİN

GEDİŞİ İLƏ TANIŞLIQ

Bakı

14 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 14-də Bakı buxtasında tikilən quru yük liman

məntəqəsində inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Prezident İlham Əliyev Bakı buxtasına gəldi. Dövlətimizin

başçısına quru yük liman məntəqəsində həyata keçirilən inşaat

işləri barədə ətraflı məlumat verildi. Burada tikintiyə 2008-ci

ilin may ayında başlanmışdır. Layihəyə Prezident İlham

Əliyevin sərəncamlarına müvafiq olaraq dövlət büdcəsindən

vəsait ayrılmışdır. Həmin məntəqədən yalnız quru yüklər

daşınacaqdır. Bu obyektin tikintisindən başlıca məqsəd

ekologiyanı sağlamlaşdırmaqdan, sənaye müəssisələrini

paytaxtın mərkəzindən kənara köçürməkdən və

respublikamızdan yük daşımalarının həcmini artırmaqdan

ibarətdir.

Prezident İlham Əliyevə bildirildi ki, indiyə qədər liman

məntəqəsində quru yüklərin boşaldılması üçün 6 körpünün

inşası başa çatdırılmışdır. Təmirə dayanacaq gəmilərin yuyulub

təmizlənməsi üçün 4 körpü də artıq hazır vəziyyətdədir. Liman

məntəqəsində yüklərin yığılması üçün çoxsaylı anbarların

tikintisi də yekunlaşdırılmışdır. Məntəqəyə çəkilən dəmir yolu

da işlək vəziyyətdədir. «Paris Kommunası» adına gəmitəmiri

zavodunun bir hissəsinin köçürülməsi üçün 4 gəminin yan ala

biləcəyi 250 metr uzunluğunda körpünün tikintisi isə davam

Page 17: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

17

edir. Liman məntəqəsində inzibati binanın tikintisi başa çatmaq

üzrədir, burada tamamlama işləri aparılır.

Liman məntəqəsində aparılan inşaat işlərinin gedişi ilə tanış

olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Page 18: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

18

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

GÖRKƏMLİ NEFTÇİ-ALİM XOŞBƏXT

YUSİFZADƏNİN 80 İLLİK YUBİLEY

MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

Bakı

15 yanvar 2009-cu il

Yanvarın 14-də «Buta» sarayında görkəmli neftçi-alim,

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya,

geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti,

geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt

Yusifzadənin 80 illik yubileyi münasibətilə mərasim

keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban

Əliyeva mərasimdə iştirak etmişlər.

Azərbaycan Prezidentinin «Xoşbəxt Yusifzadənin 80 illik

yubileyinin keçirilməsi haqqında» 2009-cu il 28 dekabr tarixli

Sərəncamına əsasən təşkil edilmiş mərasimə toplaşanlar

dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev mərasimdə çıxışı:

– Əziz Xoşbəxt müəllim!

Bu gün sizin yubileyinizdir. Bu gözəl yubiley münasibətilə

sizi ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı

arzulayıram. Arzu edirəm ki, siz həmişə olduğu kimi cavan,

gümrah, nikbin olasınız və biz ölkəmizin gələcək inkişafı üçün

birlikdə çox işlər görə bilək.

Siz böyük insansınız, böyük alimsiniz. Sizin yubileyiniz

Azərbaycanda geniş qeyd olunur. Bilirsiniz ki, yubileyinizin

ölkə miqyasında keçirilməsi üçün mən bir müddət bundan əvvəl

müvafiq Sərəncam imzalamışam. Bu onu göstərir ki,

Page 19: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

19

Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymət-

ləndirir. Siz həqiqətən də buna layiqsiniz. Siz uzun illər Azər-

baycanın neft-qaz potensialının inkişafı üçün çalışırsınız,

işləyirsiniz. Fəal işləyirsiniz və ən önəmlisi ondan ibarətdir ki,

bu fəaliyyətin ölkəmiz üçün çox gözəl və çox vacib nəticələri

vardır.

Sizin bilavasitə rəhbərliyiniz və iştirakınız sayəsində

Azərbaycanda 20 neft-qaz yatağı kəşf edilmişdir. Onların içində

bu gün Azərbaycanın neft-qaz potensialını böyük dərəcədə

müəyyən edən «Azəri», «Çıraq», «Günəşli», «Kəpəz», «Bahar»

yataqları vardır. Bütün bu yataqlar Azərbaycanı bu gün dünya

neft aləmində təmsil edir.

Bütün bu yataqların kəşfi və işlənilməsi, onların bugünkü

mövcudluğu Azərbaycanın nəinki iqtisadi, eyni zamanda, siyasi

imkanlarını böyük dərəcədə genişləndiribdir. Bu gün

Azərbaycanı «Azəri», «Çıraq», «Günəşli» yataqlarsız təsəvvür

etmək mümkün deyildir. Əgər bu yataqlar sizin tərəfinizdən

vaxtında kəşf edilməsəydi, bu gün bizim neft-qaz imkanlarımız

çox məhdud ola və bunun nəticəsində ölkəmiz müstəqillik

dövründə böyük çətinliklərlə üzləşə bilərdi. Uzun illər ərzində

sizin tərəfinizdən və sizin rəhbərliyinizlə kəşf edilmiş

yataqlarımız bundan sonra da Azərbaycanın gələcək inkişafını

təmin edəcəkdir. Bu, imkan verəcək ki, biz bundan sonra da

neft amilindən səmərəli şəkildə istifadə edərək ölkəmizi

hərtərəfli inkişaf etdirək. Ölkəmizin qeyri-neft sektorunun

inkişafı üçün daha da böyük işlər görək. Ölkəmizi daha da

gözəlləşdirək, abadlaşdıraq.

Siz, eyni zamanda, böyük alimsiniz, Azərbaycan Milli

Elmlər Akademiyasının həqiqi üzvüsünüz, çoxsaylı elmi

əsərlərin müəllifisiniz. O əsərlərin ki, onların, sözün əsl

mənasında, praktiki nəticələrini də biz görürük, Azərbaycan

vətəndaşları görür. «Əsrin müqaviləsi»nin imzalanmasında sizin

böyük rolunuz olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi

ilə həyata keçirilən Azərbaycanın neft strategiyasının icrasında

həmişə fəal olmusunuz.

Page 20: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

20

Məhz bu siyasət bugünkü Azərbaycanın inkişafını təmin

edir. Məhz 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə

Azərbaycan özü üçün yeni imkanlar açdı. Azərbaycan özünü

tanıtdı, ilk dəfə olaraq Xəzər dənizini xarici sərmayədarlar üçün

açdı. Bunun nəticəsində bu gün bizim hasilat və ixrac

imkanlarımız o səviyyədədir ki, bəlkə bu barədə heç təsəvvür

etmək də mümkün deyildir. Bu gün Azərbaycan 50 milyon ton

neft hasil edir, təxminən 25 milyard kubmetr qaz hasil edir.

Neftçilər bunu çox yaxşı bilirlər ki, bu nə deməkdir.

Azərbaycanın tarixində öz imkanlarımızı, neft-qaz yataqlarımızı

biz heç vaxt belə böyük həcmdə işlədə bilmirdik. Bu gün bu

imkanlar vardır və başlıca səbəbi ondan ibarətdir ki, bunun

arxasında 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə

başlanan neft strategiyası, onun məntiqi nəticəsi – «Əsrin

müqaviləsi»nin imzalanması və ondan əvvəl sizin iştirakınızla

bu yataqların kəşfi və hasilat üçün hazırlanması məsələləri

dayanır.

«Əsrin müqaviləsi»ndən sonra «Şahdəniz» yatağı üzrə

kontrakt imzalanmışdır. Bu kontrakt da böyük çətinliklərlə

imzalanmışdır, biz bunu yaxşı xatırlayırıq. Azərbaycanın geniş

ictimaiyyəti bəlkə də bundan xəbərsizdir, ancaq çox ciddi

müqavimət göstərilirdi. Əfsuslar olsun ki, nəinki xaricdən, eyni

zamanda, ölkə daxilindən və o vaxt Azərbaycanın rəhbərliyində

təmsil olunan bəzi insanlar «Şahdəniz» yatağının işlənilməsinə

çox ciddi şəkildə əngəllər törətməyə çalışırdılar. Siz bir peşəkar

neftçi, geoloq, alim, mütəxəssis kimi öz sözünüzü qətiyyətlə

demisiniz. Mən bunu çox yaxşı xatırlayıram, ulu öndər Heydər

Əliyevin yanında keçirilmiş iclasda Azərbaycan Dövlət Neft

Şirkətinin bütün rəhbərləri öz sözünü demişlər. Ancaq sizin

sözünüz səslənən o başqa fikirlərdən bəlkə də daha da vacib idi.

Çünki siz dünya şöhrətli alimsiniz və ulu öndər Heydər Əliyev

sizin sözünüzə çox inanırdı. Mən də sizin sözünüzə həmişə

inanmışam və onu da xatırlayıram ki, müəyyən müddət bundan

əvvəl bəzi xarici şirkətlərin təkliflərinə də siz öz iradlarınızı

bildirmisiniz. Sübut etməyə çalışmısınız ki, qazılacaq quyular

Page 21: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

21

üçün onların seçdiyi yer məqbul deyildir. Əfsuslar olsun ki,

həyat bunu göstərdi. Sizə qulaq asmadılar və qazdıqları quyular

boşa çıxdı. Ancaq həmin yataqlar bu gün yenə xarici şirkətlər

tərəfindən işlənilir, bir neçə ildən sonra da işlənəcəkdir. Bu

yataqlara maraq vardır. Ona görə ki, biz hamımız bilirik, həmin

yataqlarda həm neft, həm də qaz vardır.

Mən sizin haqqınızda çox danışa bilərəm və bir daha qeyd

etmək istəyirəm ki, sizin fəaliyyətiniz və Azərbaycana

verdiyiniz töhfələr xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Bu gün bizim neft-qaz imkanlarımız iqtisadi inkişafımız üçün

başlıca şərtdir və bunun başında Azərbaycan neftçiləri durur.

Azərbaycan neftçiləri öz əməyi hesabına Vətənə xidmət

göstərirlər. Neftçilər bütün zamanlarda Azərbaycanda böyük

hörmətə malik olmuşlar, bu gün də bu davam edir.

Bu gün bir daha onu qeyd etmək istəyirəm ki, Azərbaycan

dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Eyni

zamanda, bizi şəxsi münasibətlər də bağlayır. Səmimi

münasibətlər. On beş ildən çoxdur bizim münasibətlərimiz

davam edir. Təkcə ona görə yox ki, vaxtilə ikimizin bir qəbul

otağımız var idi və tez-tez o qəbul otağında görüşürdük. Həm

də ona görə ki, mən Dövlət Neft Şirkətində işləməyə başlayanda

sizinlə daim təmasda idim. Daim biz fikir mübadiləsi aparırdıq.

Mənim üçün o sahə yeni idi. Sizdən çox şey öyrəndim və eyni

zamanda, bizim aramızda o vaxtdan yaranan bu səmimi

münasibətlər bu gün də davam edir. Bu, bizə də və əminəm ki,

Azərbaycan dövlətinə də lazımdır.

Mən bu əziz gündə sizi bir daha ürəkdən təbrik etmək

istəyirəm. Qeyd etmək istəyirəm ki, siz Azərbaycan dövlətinin

ali mükafatları ilə təltif edilmisiniz. Ulu öndər Heydər Əliyev

tərəfindən «İstiqlal» ordeni ilə təltif edilmisiniz. Beş il bundan

əvvəl siz «Şöhrət» ordeni və bu yaxınlarda «Şərəf» ordeni ilə

təltif edilmisiniz. Mən istərdim ki, bu yüksək mükafatı bu gün

özüm sizə təqdim edim və sizə gələcək fəaliyyətinizdə yeni

uğurlar və cansağlığı arzulayım.

Page 22: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

22

* * *

Prezident İlham Əliyev Azərbaycanda neft sənayesinin və

elminin inkişafında böyük xidmətlərinə görə Xoşbəxt

Yusifzadəyə «Şərəf» ordenini təqdim etdi.

Azərbaycanın dövlət mükafatları laureatı, respublikanın

əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi Xoşbəxt Yusifzadə

təşəkkür edərək dedi:

– Mən sizin hamınıza minnətdaram. Hamınız məni sayıb

gəlmisiniz, yubiley mərasimində iştirak edirsiniz. Mən hamınıza

minnətdaram. Hamınıza təşəkkürümü bildirirəm.

Mən bu gün ulu öndər Heydər Əliyevin ruhu qarşısında baş

əyirəm. Mən həyatda nə əldə etmişəmsə, nəyə nail olmuşamsa,

Heydər Əliyevin diqqət və qayğısı sayəsində nail olmuşam. O,

məni 1970-ci ildə Dəniz Birliyində müavin təyin edib. Ondan

sonra həyatım boyu onun rəhbərliyi altında işləmişəm. Ayrı-ayrı

mərasimlərdə mənim haqqımda xoş sözlər deməyi, işimi

qiymətləndirməyi, hərdən mənimlə zarafat da etməyi, doğrudan

da məndə həmişə ruh yüksəkliyi yaradıb, məni canla-başla

işləməyə ruhlandırıbdır.

Cənab Heydər Əliyevin haqqımda dediyi sözləri təkrar

etmək istəmirəm. Ancaq bir-iki məqamı yada salmaq istərdim:

70 yaşım olanda mənə zəng etdi. Onun birinci cümləsi belə

oldu: «Xoşbəxt, sən də qocaldın». Ondan sonra 6-7 dəqiqə

ərzində mənə elə xoş sözlər dedi ki, indiyədək xatırlayıram, nə

qədər ömrüm var yadımdan çıxmayacaqdır. Mən ulu öndər

haqqında həmişə çox gözəl, çox yaxşı fikirlərdə olmuşam. Onun

respublikamız üçün, neft sənayemiz üçün gördüyü işlər

əvəzsizdir. Cənab Prezident İlham Əliyevin bir yaxşı sözü var,

hansı rayona gedirsə, tikintiləri, müasir kompleksləri göstərib

deyir: Bunları özünüz görürsünüz, daha mən sizə nə danışım.

Cənab Heydər Əliyev də o qədər gözəl işlər görüb ki, onların

hamısının nəticəsini biz indi görürük. İndi bizim respublika

keçmiş sovet respublikaları arasında ən qabaqcıl ölkələrdən

biridir.

Page 23: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

23

Mənim ikinci xoşbəxtliyim onda oldu ki, cənab İlham

Əliyev Prezident seçildi. Cənab İlham Əliyev ulu öndər Heydər

Əliyevin siyasətini, gördüyü işləri davam etdirməklə bərabər,

eyni zamanda, onun mənə olan münasibətini də davam etdirdi.

İndiyəcən də davam etdirir. Amma bir balaca fərq ondadır ki,

cənab Heydər Əliyev həmişə ali vəzifədə olub, rəhbər olub.

Ancaq cənab İlham Əliyev ilə həmkar olmuşuq, bir yerdə

işləmişik, 9 il qonşu olmuşuq. Qonşu da deyirəm, bağ qonşusu

yox, işdə qonşu olmuşuq. Ona görə də həmişə

məsləhətləşmişik, bir-birimizə kömək etmişik. Cənab İlham

Əliyev bizim şirkətə təzə gələndə, bilirsiniz, xarici işlər üzrə

vitse-prezident təyin olunmuşdu. Biz elə hesab etdik ki, o,

ancaq xarici işlərlə məşğul olacaq, daha ayrı işlərlə - neftlə,

qazla bir o qədər də məşğul olmayacaqdır. Bir-iki ay keçdi,

gördük ki, cənab İlham Əliyev neftdən, qazdan təklif verir.

Doğrusu, yarım il keçəndən sonra bizdə elə təsəvvür yarandı ki,

cənab İlham Əliyev şirkətdə yarım il deyil, 15-20 ildir işləyir.

Qısa vaxtda neft-qaz işinin incəliklərinə elə yiyələndi ki, sanki,

çoxdanın neftçisi idi, elə bil uzun illərdir bizimlə bir yerdə

işləyir. Bizimlə bir yerdə 9 il işləməyin, neft sənayesinin bütün

problemlərini dərindən bilməyin nəticəsidir ki, indi də neft

məsələsi ilə bağlı ortaya bir problem çıxan kimi dərhal həll

olunur.

Cənab İlham Əliyevin şirkətimizdə ən böyük xidmətlərindən

biri də «Əsrin müqaviləsi»nin imzalanması ilə bağlıdır. İndi

hamımız deyirik ki, qol çəkildi, imzalandı. Bu heç də asan başa

gəlmədi. Ay yarım oturduq orada, o nə günlər idi, bir Allah

bilir. Bunu mən hər yerdə deyirəm, indi də təkrar edəcəyəm: elə

olurdu ki, bir də gördün qarşı tərəf küsdü getdi. Elə də olurdu

ki, biz küsüb gedirdik. O müqaviləni biz çox çətinliklə,

əziyyətlə başa gətirdik. Bu işdə cənab İlham Əliyevin böyük

rolu oldu. Doğrudan da, çox əziyyətli idi. Cənab İlham Əliyev

diplomatiya institutunu bitirmişdi, ona görə bu işlərdə bizə çox

kömək etdi, «Əsrin müqaviləsi»nin hazırlanmasını uğurla başa

çatdırdıq.

Page 24: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

24

Ölkəmizin inkişafında «Əsrin müqaviləsi»nin çox böyük

rolu oldu. Ən başlıcası bütün dövlətlər, bütün şirkətlər inandılar

ki, Azərbaycan sabit ölkədir, burada işləmək olar və gəldilər,

başladılar bizimlə bir yerdə işləməyə. Heç təsadüfi deyildir ki,

bu müqavilədən sonra 27 müqaviləyə imza atıldı. Buna «Əsrin

müqaviləsi» yol açdı.

Mən indi İlham müəllim barəsində çox danışa bilərəm.

Ancaq bizimlə bir yerdə işləməyindən, bizə, neft sənayesinə

köməyindən iki misalı diqqətə çatdıracağam. Birinci dəfə

Prezident seçiləndən sonra biz «Neft daşları»na getdik. «Neft

daşları»nın 55 illiyini qeyd etdik. İkinci dəfə 60 illiyini qeyd

etdik. 60 illikdə cənab İlham Əliyev bütün günü neftçilərin

arasında oldu, elə bil, necə deyərlər, öz həmkarları arasında idi.

Bu, hamımızı, bütün neftçiləri çox sevindirdi. Sonra «Əsrin

müqaviləsi»nin 15 illiyi – o da çox təntənəli keçdi. Bunlar

hamısı cənab İlham Əliyevin neftçilərə olan hörmətidir,

neftçilərin əməyinə verdiyi yüksək qiymətdir.

İndi mən nə deyə bilərəm? Onu deyə bilərəm ki, nə qədər

imkanım var, işləyəcəyəm, yaşayacağam. Amma bir şey var: 5

ili mən mütləq sağ qalmalıyam, işləməliyəm. Çünki bunu

Prezident mənə «Neft daşları»nda tapşırıb. Mən nə karəyəm ki,

Prezidentin tapşırığını yerinə yetirməyim. Ondan sonra

baxaram, görüm nə olacaq? Hələlik, o tapşırığı gərək yerinə

yetirim.

İndi burada hörmətli Mehriban xanım əyləşib. Mehriban

xanım da respublikamız üçün çox işlər görür, hamınız bilirsiniz,

indi mən onları təkrar etmək istəmirəm. Amma o da bizimlə

Hyustonda külüng vuranlardan biri olub. Bir ay yarım bizimlə

orada qalıb. Biz hamımız bir yerdə çörək yeyirdik, söhbət

edirdik. Hətta çörək yeyəndə də işdən danışardıq. O, öz

məsləhətləri ilə bizə kömək edirdi, öz sözlərini deyirdi. Ən

vacibi o idi ki, bizi səhər bir bacı kimi yola salırdı. Sanki biz

davaya gedirdik. Hər səhər bizi yola salır, bizə uğurlar arzu

edirdi. Sizə də cansağlığı arzu edirəm. Uşaqlara, nəvələrə,

Page 25: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

25

hamınıza xoşbəxtlik arzu edirəm. Siz də bizim millətin

fəxrisiniz. Biz hamımız Sizə baxıb fəxr edirik.

Ona görə mən bilmirəm öz təşəkkürümü necə çatdırım.

Bütün dünyaya səs yayılıb ki, Xoşbəxtin 80 illiyi keçirilir. Çox

sağ olun ki, mənim üçün belə tədbir, belə məclis təşkil

etmisiniz. Heç bilmirəm nə deyim, heç deməyə də sözüm

qalmayıb. Bircə onu bilirəm ki, həyatımda üç şeyi həmişə əsas

tutmuşam.

Birinci, xoşbəxtliyim onda olub ki, işlədiyim adamların

hamısı yaxşı insanlar olublar. İstəyir «Neft daşları»nda, istəyir

birliklərdə insanlar ilə münasibətim həmişə yaxşı olub.

Rəhbərlərin – cənab Heydər Əliyevin, cənab İlham Əliyevin də

mənə münasibəti həmişə yaxşı olub. Bu, əlbəttə, mənim 80 yaş

yaşamağıma, iş görməyimə böyük kömək olub.

İkinci, Bakıxanovun 103 nəsihəti vardır. Onun biri belədir:

«Heç vaxt öz halından şikayət etmə. Minlərlə insan var ki, sənin

vəziyyətində olsalar özlərini xoşbəxt hesab edərlər». Bunun

mənası odur ki, yuxarı çox baxma, aşağı da bax hərdən.

Üçüncüsü də zəhmətdir. Leninin bir sözü var: «Oxumaq,

oxumaq, yenə də oxumaq!» Mən də deyirəm ki, işləmək,

işləmək, yenə işləmək! İnsan gərək can yandırsın, işləsin. Deyir,

balığı at dəryaya, balıq bilməsə də xalıq bilər. Bu fikir həmişə

mənim başımdadır ki, əgər sən əziyyət çəkirsənsə, mütləq onun

nəticəsi olacaqdır. Məktəb vaxtı, institutda oxuyurdum,

oxuyurdum, oxuyurdum, görürdüm sabah imtahan olacaq

hamısı yadımdan çıxıb. Sonra özüm özümə deyirdim: Ola

bilməz, bu qədər əziyyət çəkmişəm, bunların hamısı mənim

yadımdan çıxsın. Elə bileti götürən kimi, hamısı gəlib dolurdu

başıma. Ona görə əgər əziyyət çəkirsənsə, zəhmət çəkirsənsə

həmişə nəticəsini görəcəksən.

Bir daha çox sağ olun deyirəm, cənab Prezident. Sizin

hamınıza, ailənizə, Sizə öz minnətdarlığımı bildirirəm. Amma

onu da qeyd etmək istəyirəm ki, burada əsasən, neftçilər

əyləşiblər. Sizin mənə bu diqqətiniz, məni mükafatlan-

dırmağınız, elə hesab edirəm ki, bax bütün bizimlə birlikdə

Page 26: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

26

burada əyləşən neftçilərə aiddir. Sizin mənə hörmətinizi,

qayğınızı bütün neftçilərə aid edirəm. Ona görə bir daha Sizə

minnətdarlığımı bildirirəm. Hamınıza uzun ömür, cansağlığı,

bütün burada əyləşənlərə xoşbəxtlik arzu edirəm. O gün olsun

ki, sizin də 80, 90, 100 yaşınız olsun. Sağ olun!

* * *

Sonra görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin 80 illik

həyat yoluna həsr olunmuş film nümayiş etdirildi.

Mərasim konsert proqramı ilə başa çatdı.

Page 27: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

27

ABŞ PREZİDENTİNİN AVRASİYA ENERJİ

MƏSƏLƏLƏRİ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ

RİÇARD MORNİNQSTARIN BAŞÇILIQ ETDİYİ

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

Bakı

15 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 15-də ABŞ Prezidentinin Avrasiya enerji məsələləri

üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi

nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika və regio-

nal əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.

Page 28: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

28

RESPUBLİKA MEHMANXANASINDA APARILAN

ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA

İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞLIQ

Bakı

15 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 15-də Respublika mehmanxanasında həyata keçirilən

əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva

Respublika mehmanxanasına gəldilər.

Dövlətimizin başçısına məlumat verildi ki, yenidənqurma

işlərini yerli mütəxəssislərdən ibarət inşaat briqadası həyata

keçirir. İnşaat işlərinə 140-a yaxın fəhlə və mütəxəssis cəlb

olunub. Təmir və yenidənqurma işləri ən müasir standartlara

uyğun şəkildə aparılır. Qeyd olundu ki, mehmanxanada

müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da nəzərdə

tutulub. Qonaqlara yüksək səviyyəli iaşə xidməti göstərmək

üçün restoran və kafelər fəaliyyət göstərəcəkdir. Təmir və

yenidənqurma işlərinin may ayında başa çatdırılması nəzərdə

tutulur.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı

müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Page 29: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

29

PREZİDENT İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ

NAZİRLƏR KABİNETİNİN 2009-CU İLİN SOSİAL-

İQTİSADİ İNKİŞAFININ YEKUNLARINA HƏSR

OLUNMUŞ İCLASI

Bakı

18 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

sədrliyi ilə yanvarın 18-də Nazirlər Kabinetinin 2009-cu ilin

sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası

keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

GİRİŞ NİTQİ

– Nazirlər Kabinetinin bugünkü iclası 2009-cu ilin sosial-

iqtisadi inkişafının yekunlarına həsr edilmişdir. 2009-cu il

dünyada maliyyə böhranı ili kimi tarixdə qalacaq və demək olar

ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət

çəkmişlər. Baxmayaraq ki, Azərbaycan dünya iqtisadiyyatına

Назирляр Кабинетинин 2009-ъу илин сосиал-игтисади

инкищафынын йекунларына щяср олунмуш исласында Малиййя

назири Самирн Шярифов, Мяркязи Банкын идаря щейятинин

сядри Елман Рцстямов, Рабитя вя информасийа тенолоэийалары

назири Яли Аббасов вя Дювлят Сосиал Мцдафия Фондунун

сядри Сялим Мцслцмов чыхыш етдиляр.

Page 30: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

30

çox uğurla inteqrasiya edir və bütün beynəlxalq maliyyə

qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri

yüksək qiymətləndirirlər, yenə də demək istəyirəm ki, buna

baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatının bir parçası

kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir.

Qeyd etdiyim kimi, biz dünya iqtisadi proseslərinə getdikcə

daha da sürətlə qoşuluruq. Azərbaycanda aparılan ciddi sosial-

iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan

yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə

2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi

maraqlarımızı qoruya bildik, insanların rifah halının

pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan

əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran

bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi.

Ölkəmiz 2009-cu ildə də sürətlə inkişaf etməyə davam edirdi,

bu dinamika saxlanılırdı.

2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqya-

sında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani

şəkildə göstərmək üçün, sadəcə iqtisadi və sosial göstəri-

cilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda

ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu

tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğur-

larımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış

addımlar dayanır.

Demək olar ki, bizim bölgədə və postsovet məkanında və

geniş mənada qitədə ölkələrin tam əksəriyyəti böyük

çətinliklərlə üzləşmişlər. O ölkələrdə iqtisadi inkişaf böyük

dərəcədə aşağı düşmüşdür. Bəzi ölkələr demək olar ki, faciə

astanasındadırlar. Ancaq bizdə vəziyyət tam başqadır və 9,3 faiz

artan iqtisadiyyatımız, bir daha demək istəyirəm ki, 2009-cu

ildə və ondan əvvəlki illərdə görülən işlərin nəticəsidir.

Sənaye istehsalı 2009-cu ildə 8,6 faiz artmışdır. Bu onu gös-

tərir ki, sənayemiz də artıb. Azərbaycanda son illər ərzində

sürətlə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir.

Kənd təsərrüfatı 3,5 faiz artmışdır. Bu da çox önəmli

Page 31: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

31

göstəricidir. Çünki əgər sənayenin inkişafında, artırılmasında

müəyyən dərəcədə neft amili də vardır. Kənd təsərrüfatının

inkişafı sırf onu göstərir ki, Azərbaycanın qeyri-neft sektoru, o

cümlədən ölkəmizdə həm iqtisadi və eyni zamanda, sosial

məsələlərin həlli üçün vacib olan aqrar sahənin sürətlə artması

görülən işlərimizin nəticəsidir.

2008-ci ilin də Azərbaycan üçün çox uğurlu olmasına

baxmayaraq, 2008-ci ildə bizi narahat edən əsas məsələ

inflyasiyanın yüksək həddə çatması idi. Yaxşı xatırlayırıq ki,

2008-ci ildə inflyasiya təxminən 21 faiz təşkil etmişdi. Onun da

əlbəttə ki, obyektiv səbəbləri var idi. Çünki beş il ərzində sürətli

artım istər-istəməz istehlak qiymətlərinin artmasına təsir

göstərmişdi. Eyni zamanda, dünyada neftin qiyməti kəskin

şəkildə artmışdı. Bu da birbaşa inflyasiyanın artımına xidmət

göstərirdi.

Bu il isə inflyasiyanın səviyyəsi 1,5 faizdir. Bu onu göstərir

ki, 2009-cu ildə biz makroiqtisadi sabitliyi saxlaya bildik.

İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret

addımlar atdıq. İstehlak qiymətlərinə nəzarət böyük dərəcədə

gücləndirilmişdir. Bütün bu amillər bugünkü vəziyyəti

şərtləndirir. Beləliklə, hər bir ölkənin iqtisadi və sosial

inkişafını müəyyən edən göstəricilər bu gün Azərbaycanda çox

gözəldir, ürəkaçandır.

2009-cu ildə Azərbaycana investisiya qoyuluşu davam

etmişdir. İl ərzində 9,2 milyard dollar investisiya qoyulmuşdur

ki, bunların da 7,3 milyardı daxili sərmayələrdir. Bu da çox

gözəl göstəricidir. Çünki bilirik ki, dünyada həm banklarda

yaranmış ciddi vəziyyət, eyni zamanda, maliyyə resurslarının

azaldılması istər-istəməz investisiya qoyuluşunun davamına

müsbət təsir göstərə bilməzdi. Ancaq biz bütün imkanları

səfərbər edib, həm dövlət, həm yerli şirkətlər, özəl sektorun

xətti ilə, eyni zamanda, xarici şirkətlərin Azərbaycana marağını

nəzərə alaraq, biz Azərbaycanda böyük həcmdə investisiya

qoyuluşunu təşkil edə bildik. Burada da ölkəmizdə aparılan

ümumi siyasət öz xüsusiyyətlərini göstərir.

Page 32: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

32

Həm dövlət tərəfindən qoyulan əsaslı investisiyalar, eyni

zamanda, yerli şirkətlərin böyüməsi və onların imkanlarının

artırılması, onlar üçün gözəl şəraitin yaradılması, dövlət

tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsait, kreditlər,

subsidiyalar, başqa güzəştlər, ölkəmizdə güclü infrastruktur

layihələrinin icrası, hər yerdə yollar, elektrik stansiyaları, sosial

obyektlərin yaradılması, digər tərəfdən xarici investorlar üçün

də yaxşı şəraitin yaradılması amilləri bax bu vəziyyətə gətirib

çıxarıbdır. Mən əminəm ki, Azərbaycan gələcək illərdə də həm

daxili, həm xarici investorlar üçün cəlbedici ölkə kimi öz

marağını saxlayacaq və biz növbəti illərdə, keçən il – 2009-cu

ildə başlanmış layihələrin və yeni layihələrin icrası nəticəsində

daha da böyük dərəcədə investisiya qoyuluşunu görəcəyik.

2009-cu ildə Azərbaycanda bir neçə nəhəng layihənin təməli

qoyuldu, yaxud da ki, o layihələrin müəyyən hissəsi icra edildi.

Xarici investorlar tərəfindən maliyyələşdirilən yeni böyük

sement zavodunun təməl daşı qoyuldu. Ora qoyulacaq

investisiyaların məbləği təxminən 400 milyon dollar

səviyyəsindədir. Azərbaycan dövləti tərəfindən ekoloji

vəziyyətin yaxşılaşdırılmasına böyük dərəcədə xidmət edəcək

yeni məişət tullantıları emalı zavodunun təməli qoyuldu. Ora

qoyulacaq investisiyalar təxminən 400 milyon dollar

səviyyəsindədir. “Sumqayıt texnopark”ın müəyyən hissəsi artıq

istifadəyə verildi və orada nəhəng tikinti-quraşdırma işləri

aparılır. Sumqayıtın həqiqətən müasir sənaye şəhərinə

çevrilməsi üçün bu texnoparkın çox böyük əhəmiyyəti vardır.

Oraya, ümumiyyətlə, qoyulacaq investisiyaların həcmini indi

hesablamaq çətindir. Amma nəzərə alsaq ki, orada ən azı 10

nəhəng zavod qurulacaq, yəqin investisiyaların həcmi 100

milyon dollarla ölçüləcəkdir. Mən təkcə 3 layihəni qeyd etdim.

Bu layihələrin hər biri ölkə üçün çox böyük əhəmiyyətə

malikdir. Bu onu göstərir ki, həm dövlət, həm xarici, həm yerli

sahibkarların xətti ilə Azərbaycana qoyulan sərmayələrin həcmi

artır. Biz gələcəkdə də bu siyasəti davam etdirəcəyik. Əminəm

Page 33: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

33

ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün bunun çox

böyük və əhəmiyyətli nəticələri olacaqdır.

2009-cu ildə valyuta ehtiyatlarımız artdı. Deyə bilərəm ki,

bu da çox gözəl göstəricidir. Çünki ağır maliyyə böhranı ilində

valyuta ehtiyatlarının artırılması hər bir yerdə müşahidə

olunmur. Bizim indi valyuta ehtiyatlarımız 20,4 milyard dollar

təşkil edir. Bu, böyük məbləğdir. Bu bizə imkan verir ki,

gələcəkdə də özümüzü çox rahat hiss edək. Bizim heç kimin

yardımına ehtiyacımız yoxdur, öz hesabımıza yaşayırıq. Nəzərə

alsaq ki, görülən tədbirlər nəticəsində 2010-cu ildə daha da

böyük işlər aparılacaq, əminəm, 2010-cu ilin yekunlarına görə

valyuta ehtiyatlarımız daha da artacaqdır.

Bu, bizə imkan verir ki, makroiqtisadi sabitliyi qoruyaq,

ölkədə gedən bütün sosial proqramları, bütün infrastruktur

layihələrini vaxtında icra edək. 2010-cu ildə həyata keçiriləcək

investisiya layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət

göstərməlidir. Biz tezliklə investisiya proqramını təsdiq

etməliyik. Vaxt itirmədən maliyyə vəsaiti ayrılmalıdır ki, 2010-

cu ildə də sürətli inkişafımızı davam etdirək.

Keçən il regionların sosial-iqtisadi inkişafı prosesi uğurla

davam etmişdir. Ümumiyyətlə, keçən il 74 min yeni iş yeri

açılmışdır. Bu da onu göstərir ki, bu proses davam edir. Bax-

mayaraq ki, biz işsizliklə bağlı əsas məsələləri demək olar həll

etmişik. Bu gün xarici vətəndaşlar var ki, Azərbaycana işləməyə

gəlmək üçün müraciət edirlər. Azərbaycana xaricdən gələn

miqrantların sayı artır və bu məsələyə də biz ciddi nəzarət

etməliyik. Elə etməliyik ki, xaricdən Azərbaycana işləməyə

gələn vətəndaşlar qanunlarımıza hörmətlə yanaşsınlar. Əminəm

ki, Azərbaycana xoş niyyətlə gələn insanların, turistlərin yəqin

ki, işçi qüvvəsinin sayı artacaqdır. Çünki Azərbaycanda indi

böyük tikinti-quraşdırma işləri nəzərdə tutulur. Ancaq bütün bu

işlər, yenə deyirəm ki, Azərbaycan qanunlarına hörmət əsasında

görülməlidir.

İş yerləri ilə bağlı, qeyd etdiyim kimi, demək olar ki, əsas

məsələlər öz həllini tapdı. Halbuki hələ ki, işsizlik vardır və biz

Page 34: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

34

işsizliklə bundan sonra da mübarizə aparacağıq. Amma bu

böyük sosial bəlanın əsas hissəsi həll olundu. Bunu göstərən

həm son 6 il ərzində yaradılmış 840 min iş yeri, eyni zamanda,

Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayının

azaldılmasıdır. Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının

təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu

gün bu göstərici 11 faizdir. Əgər 2008-ci ilin yekunları ilə

müqayisə etsək, görərik ki, keçən il ərzində yoxsulluq 13,2

faizdən 11 faizə düşmüşdür. Bu da çox gözəl göstəricidir. Bu

onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa

qarşı çox ciddi mübarizə aparılıb. Bu mübarizənin praktik

nəticələri vardır və Azərbaycan vətəndaşları gündən-günə daha

da yaxşı yaşamağa başlayırlar.

Demək olar ki, Azərbaycanın iqtisadi göstəriciləri bundan

ibarətdir. Sosial proqramların həlli həmişə olduğu kimi, böyük

əhəmiyyət kəsb edir. Mən qeyd edə bilərəm ki, burada da bütün

sosial proqramlar vaxtında icra edildi, ünvanlı sosial yardım

proqramı davam etdi. 2009-cu ildə Azərbaycanda 64 məktəb

tikilmişdir. 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir.

Beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir. Bu onu

göstərir ki, hətta maliyyə imkanlarımız bir az azalanda da biz

sosial infrastrukturun inkişafı üçün lazımi tədbirləri görürük,

maliyyə vəsaiti ayırırıq və beləliklə, Azərbaycanda bütün sosial

məsələlər öz həllini tapır. Böyük infrastruktur layihələrinin

icrası davam edir. Bütün istiqamətlərdə həm magistral, həm də

şəhərlərarası yollar çəkilir.

2009-cu ildə Azərbaycanda 840 meqavatlıq yeni enerji

gücləri yaradılmışdır. «Sumqayıt», «Şahdağ» böyük elektrik

stansiyaları tikilib istifadəyə verilmişdir. Biz əvvəlki illərdə

tikilmiş stansiyalarda yenidənqurma işləri nəticəsində əlavə

güclərin yaradılmasına nail ola bildik. Beləliklə, biz özümüzün

enerji tələbatını tam şəkildə təmin edirik. Bu, artıq uzun

müddətdir ki, belədir və ixrac üçün də gözəl imkanlar vardır.

Biz bu imkanlardan istifadə edirik. Xarici ölkələrə

Azərbaycanın elektrik enerjisinin ixracı artır. Gələcək illərdə

Page 35: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

35

görüləcək tədbirlər nəticəsində biz bu işləri daha da böyük

həcmdə görəcəyik. Biz 2010-cu ildə isə görülən işlər

nəticəsində ən azı əlavə 400 meqavat elektrik enerjisinin

istifadəyə verilməsini gözləyirik. Beləliklə, Azərbaycan nəinki

neft-qaz ixracı ilə öz imkanlarını genişləndirəcək, eyni

zamanda, elektrik enerjisini xaricə böyük həcmdə satmaqla

məşğul olacaqdır. İndi bütün infrastruktur yaradılır.

Qazlaşdırma prosesi uğurla davam etdi. Biz bu sahədə daha

da böyük işlər görə bilərik və görürük. Bilirsiniz ki, bu

yaxınlarda əhalinin qazdan istifadəyə görə yaranan bütün

borcları silindi, bağışlandı və beləliklə, biz insanları böyük

əziyyətdən xilas etdik. Çünki o borcların yığılması prosesi artıq

uzun illər idi ki, davam edirdi. Bəzi hallarda bu, təbii narazılığa

səbəb olurdu. Bəzi hallarda insanların maliyyə imkanları o

borcu ödəməyə imkan vermirdi. Biz bütün bunları başa

düşməliyik. Azərbaycan xalqı ildən-ilə yaxşı yaşayır. Ancaq

hələ ki, çətin vəziyyətdə yaşayanlar da vardır. Biz onlara daim

qayğı göstərməliyik, onların problemlərini həll etməliyik. Bu

məqsədlə ünvanlı sosial yardım proqramı icra edilir. Bu

məqsədlə digər başqa yardımlar edilir. Qazdan istifadəyə görə

olan borclar silindi. Halbuki bu, Azərbaycan büdcəsi üçün o

qədər də asan məsələ deyildi. Təxminən 400 milyon dollar

həcmində – 330 milyon manat məbləğində vəsait silindi. Ümid

edirəm və əminliyimi bildirmək istəyirəm ki, bundan sonra

əhali qaz pulunu və ümumiyyətlə, bütün kommunal xərcləri

vaxtında ödəyəcəkdir. Borclar yaranmamalıdır. Çünki yığılan

vəsait büdcənin təmininə yönəldilir. Nə qədər çox vəsait yığılsa,

bizim imkanlarımız o qədər də çox artacaq, pensiyalar, maaşlar

o qədər də çox artırılacaq və bütün başqa işlər də görüləcəkdir.

Yəni, demək istəyirəm ki, sosial məsələlərin həlli həmişə

olduğu kimi, bizim üçün prioritet məsələlər olmuşdur.

Baxmayaraq ki, böhranlı ildir, yaxud da ki, neftin qiyməti aşağı

düşüb, yuxarı qalxıb. Bütün bunlar əlbəttə ki, Azərbaycanın

iqtisadiyyatına təsirsiz ötüşmür. Ancaq sosial məsələlər həmişə

prioritet olaraq qalır və qalacaqdır. Gələcək illərdə də bu sahədə

Page 36: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

36

bir dənə də yubanma, yaxud da ki, geriləmə olmamalıdır və

olmayacaqdır.

2009-cu ildə xarici siyasət sahəsində çox vacib addımlar

atılmışdır. Azərbaycanın xarici əlaqələri daha da güclən-

dirilmişdir. Mənim çoxsaylı xarici səfərlərim, xarici dövlət və

hökumət başçılarının Azərbaycana səfərləri Azərbaycanın

dünya miqyasında tanınmasında və mövqeyimizin güclən-

məsində böyük rol oynamışdır. Dostlarımızın, strateji

tərəfdaşlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən

ölkələrin sayı artır. Biz də bundan çox razıyıq və həmişə olduğu

kimi, bütün ölkələrlə əlaqələrimizi qarşılıqlı hörmət, bir-

birimizin işlərinə qarışmamaq, qarşılıqlı etimad və qarşılıqlı

maraqlar əsasında qururuq. Əminəm ki, gələcəkdə bu meyillər

daha da gücləndiriləcək, xarici əlaqələrimiz daha da çoxşaxəli

və möhkəm olacaqdır.

Xarici siyasətimizin əsas məsələsi – Ermənistan–Azər-

baycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində 2009-cu ildə

praktiki nəticələr əldə edilməsə də, hesab edirəm ki, müəyyən

irəliləyiş olmuşdur. Artıq məsələnin hansı yolla həll olunması

daha da dəqiqləşdi. Keçən ilin sonunda Afinada ATƏT-in xarici

işlər nazirlərinin səviyyəsində keçirilən iclasda məsələ ilə bağlı

qəbul edilmiş sənəd münaqişənin hansı yollarla həll olunmasını

açıq–aydın göstərir. Orada göstərilir ki, bu məsələ ölkələrin

ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki,

önəmli məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Ermənistan bu

sənədə qoşuldu, buna qol çəkdi və beləliklə, məsələnin ərazi

bütövlüyü çərçivəsində həll olunmasını etiraf etdi. O ki qaldı,

xalqların öz müqəddəratını təyinetmə məsələlərinə, bu məsələ

ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bütün

beynəlxalq sənədlər məhz bu yanaşmanı müdafiə edir, o

cümlədən 1975-ci ildə Helsinkidə qəbul edilmiş, bu gün üçün

də əsas olan sənəd məsələnin məhz bu yolla həll olunmasını

göstərir.

Xalqların öz müqəddəratını təyinetmə məsələləri ölkələrin

ərazi bütövlüyünü pozmamalıdır və bu məsələ yalnız ölkələrin

Page 37: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

37

ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu düstur Dağlıq

Qarabağ məsələsinin həlli üçün hesab edirəm ki, həlledici ola

bilər. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll

olunacaqdır. Bütün işğal edilmiş torpaqlardan Ermənistanın

işğalçı qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız – məcburi

köçkünlər ora qayıtmalıdırlar. Təhlükəsizlik tədbirləri

görülməlidir. Gələcəkdə Dağlıq Qarabağın Azərbaycan və

erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan

dövləti tərkibində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan

ibarətdir. Qeyd etdiyim kimi, Afinada ATƏT-in xarici işlər

nazirlərinin səviyyəsində keçirilən görüşdə qəbul edilmiş sənəd

məhz bu yanaşmanı təsdiq edir. Ondan əvvəl – 2008-ci ildə

Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin

birgə imzaladıqları bəyanatda da məhz bu yanaşma göstərilir.

Məsələ beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş

qətnamələr və qərarlar əsasında həll olunmalıdır. Bu hansı

qərarlar və qətnamələrdir – bunu siyasətdən bir az başı çıxan

adam dərhal deyə bilər. İlk növbədə BMT Təhlükəsizlik

Şurasının 4 qətnaməsi – hansılar ki, Ermənistan silahlı qüv-

vələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını

tələb edir. ATƏT-in sənədləri, digər beynəlxalq təşkilatların

qəbul etdiyi sənədlər ki, Azərbaycanın ərazi bütövlüyünü təsdiq

edir.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır

və heç vaxt müzakirə mövzusu olmayıbdır. Ərazi bütövlüyü bu

məsələ ilə məşğul olan Minsk qrupunun bütün üzvləri

tərəfindən tanınıb, bu barədə dəfələrlə bəyanatlar verilmişdir.

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi

bütövlüyü bərpa olunmalıdır.

Bizim məsələ ilə bağlı prinsipial mövqeyimiz bundan

ibarətdir. Biz çalışacağıq ki, bundan sonra da bu mövqeyimizi

möhkəmləndirək, gücləndirək. Siyasi və hüquqi cəhətdən

əlbəttə ki, bu məsələ açıq-aydındır. Yəni heç kimdə şübhə

doğurmur. Biz öz mövqeyimizi, eyni zamanda, iqtisadiy-

Page 38: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

38

yatımızın, ordu potensialımızın möhkəmlənməsi ilə daha da

gücləndirməliyik.

Bu sahədə də çox vacib işlər görülüb. 2009-cu ildə Müdafiə

Sənayesi Nazirliyinin xətti ilə çox böyük işlər görülübdür və biz

özümüzü daha da böyük həcmdə hərbi texnika, silah–sursatla

təmin edirik. Bununla bərabər, xaricdən 2009-cu ildə çoxsaylı

hərbi yönümlü texnika, silah-sursat alınmışdır. Bizim ümumi

hərbi xərclərimiz 2 milyard dollara bərabərdir. Biz bu məsələ ilə

bağlı səylərimizi daha da gücləndirməliyik. Bu məsələlərlə

gündəlik məşğul olmalıyıq.

Azərbaycanın hərbi və ordu potensialının gücləndirilməsi,

hesab edirəm ki, danışıqlar prosesində ən vacib rollardan birini

oynayır. Mən hesab edirəm ki, son müddət ərzində danışıqlarda

müşahidə olunan dinamika, yəni müsbətə doğru dinamika, o

cümlədən Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının

gücləndirilməsinin nəticəsidir.

Beləliklə, hesab edirəm ki, 2009-cu ilin yekunları çox uğurlu

olmuşdur. 2009-cu ildə biz qarşıya qoyduğumuz bütün

məsələlərə nail olduq. İndi 2010-cu il başlayır. Biz 2010-cu ili

də uğurla başa vurmalıyıq. Bu il də çox önəmli il olacaqdır.

Bütün proqramlar, layihələr, nəzərdə tutulmuş bütün məsələlər

öz həlini tapmalıdır və əminəm ki, tapacaqdır. Beləliklə,

ölkəmiz bundan sonra da uğurla inkişaf etməyə davam

edəcəkdir.

İclasda geniş müzakirələrdən sonra Prezident İlham Əliyev

yekun nitq söylədi.

YEKUN NİTQ

– 2009-cu ilin yekunları bir daha onu göstərir ki,

Azərbaycan keçən il uğurla inkişaf etməyə davam etmişdir.

Bizim seçdiyimiz yol düzgün yoldur. Biz öz resurslarımıza

arxalanırıq və bütün işləri Azərbaycanın milli maraqlarının

qorunması istiqamətində aparırıq. Bu, bizim üçün başlıca

amildir. Ölkəni daha da gücləndirmək, müasirləşdirmək, ölkə

Page 39: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

39

qarşısında duran bütün problemləri həll etmək üçün bizim bütün

imkanlarımız vardır. Bir daha demək istəyirəm ki, həm

düşünülmüş siyasət, həm də möhkəm iradə vardır.

Bir daha qeyd etmək istəyirəm, mən bunu əvvəllər də

demişəm, bu gün də qeyd edildi ki, 2009-cu il bütün ölkələr

üçün sınaq ili olmuşdur. Əvvəllər uğurlarımıza pis gözlə baxan,

yaxud da ki, paxıllıq edən, istər xaricdə, istər daxildə

uğurlarımızı qəbul etmək istəməyən dairələr uğurlarımızı daha

çox neft amili ilə bağlayırdılar. Halbuki neft amili də

Azərbaycan xalqının zəhməti və ulu öndər Heydər Əliyevin

fədakarlığı hesabına mövcud olmuşdur. Neftin dərin laylarda

olması hələ neft strategiyasının icrası demək deyildir. Biz

ümumiyyətlə ən ağır, ən çətin illərdə xarici investorları cəlb

etmək, bütün çətinliklərə baxmayaraq, böyük iradə,

uzagörənlik, cəsarət göstərməklə Azərbaycana bu sərmayələri

cəlb etmək, «Əsrin müqaviləsi»ni imzalamaq, onun icrasını

təmin etmək sayəsində bu gün neft amilindən danışırıq. Yəni,

Azərbaycanın müasir və neft-qaz ixrac edən güclü ölkəyə

çevrilməsi işində Heydər Əliyevin mizilsiz xidmətləri

olmuşdur. Ona görə də hətta neft amili hesabına olsa da, bu,

bizim iqtidarımızın əməyidir, zəhmətidir və nailiyyətidir.

Ancaq bununla bərabər, yenə də deyirəm ki, bizə müəyyən

iradlar tutmaq istəyənlər, yaxud da, uğurlarımızı sadələşdirmək

istəyən qüvvələr iqtisadi inkişafı neft amili ilə bağlayırdılar. Sirr

deyil ki, əlbəttə, bu amilin öz rolu vardır və bu, davam

edəcəkdir. Çünki Azərbaycanda son illər ərzində həm neft, həm

qaz hasilatı böyük dərəcədə artmışdır.

Ancaq 2009-cu il o il olmuşdur ki, bütün bəd niyyətlə ifadə

edilən sözləri alt-üst etdi. Ölkəmiz, iqtisadiyyatımız böhranlı

ildə də uğurla inkişaf etməyə davam etdi. İndi hər şey müqayisə

ilə ölçülür. Mən indi başqa ölkələrlə Azərbaycanı müqayisə

etmək istəmirəm, ancaq statistika vardır, göstəricilər vardır.

MDB məkanında ən sürətlə inkişaf edən ölkə Azərbaycandır.

Bütün bölgədə iqtisadi tənəzzül, sənaye istehsalının tənəzzülü

hökm sürür, Azərbaycanda isə artım vardır. Dünya İqtisadi

Page 40: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

40

Forumu – dünyanın mötəbər beynəlxalq təşkilatı Azərbaycanı

rəqabət qabiliyyətliliyinə görə 51-ci yerə layiq gördü və bu,

MDB məkanında birinci yerdir. Yəni, iqtisadiyyatımız bütün

MDB məkanında ən rəqabət qabiliyyətlidir, ən çoxşaxəlidir, ən

müasirdir, ən güclüdür. Bu, reallıqdır. Biz bu reallıqlarla haqlı

olaraq fəxr edirik.

2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı

ölkə kimi tanıdı və təqdim etdi. Yəni, budur uğurlarımızın

təməlində duran məsələlər – güclü siyasət, siyasi iradə, siyasi və

iqtisadi islahatlar, düşünülmüş strategiya və taktika. Sirr deyil

ki, bu yolda son illər ərzində müxtəlif məqamlarda işimizə

qarışmaq, bizə məsləhət, tövsiyə vermək istəyən, əvvəlki illərdə

lap göstəriş vermək istəyən tərəflərin sayı az deyildi. Ancaq biz

bildiyimizi etdik. Onu etdik ki, Azərbaycanı bu günə gətirib

çıxardıq. Əgər o vaxt bizə sərf etməyən məsləhətlərə qulaq

assaydıq, bəlkə də bu gün başqa ölkələr kimi çətin anları yaşaya

bilərdik - həm iqtisadi sahədə, həm siyasi islahatlar sahəsində.

Biz ölkəmizin hərtərəfli inkişafında Azərbaycan xalqının

maraqlarını təmin etdik, ölkəmizi gücləndirdik və bu gün bunun

hesabına Azərbaycan ilə hesablaşırlar. Azərbaycanın

maraqlarını heç kim inkar edə bilməz. Əgər Azərbaycanın

maraqları müvəqqəti olaraq kiminsə fikrində kənara qoyulursa,

dərhal hamı görür ki, Azərbaycanın maraqlarını təmin etmədən

bölgədə nə iqtisadi, nə siyasi, nə heç bir başqa layihə və

təşəbbüs icra oluna bilməz. Biz özümüzü təsdiq etdik, özümüzü

göstərdik, ilk növbədə, ölkə qarşısında duran bütün vəzifələri

icra etdik. 2009-cu il bu baxımdan tarixdə sınaq ili kimi qalacaq

və Azərbaycan bu sınaqdan şərəflə çıxdı. Bu gün burada

səslənən bütün iqtisadi və sosial göstəricilər onu bir daha

göstərir.

Mən bir müddət bundan əvvəl demişdim ki, Azərbaycan

iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Bu həqiqətən

də belədir. Biz artıq keçid dövrünün iqtisadiyyatı deyilik. Bunu

şərtləndirən müxtəlif amillər vardır və bu gün bu barədə burada

danışıldı. Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik.

Page 41: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

41

Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil,

dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə

inteqrasiya edən iqtisadiyyatdır. Beynəlxalq kredit

agentliklərinin böhranlı ildə verdikləri açıqlamalar, verdikləri

qiymətlər onu göstərir ki, kredit reytinqlərimiz də artır.

Biz neft-qaz, enerji sahəsində uğurlu investisiya siyasətimizi

aparmaqla bütün başqa sahələrə də investisiyaların cəlb

olunmasına nail olduq. Bu gün mən bu rəqəmləri səsləndirdim,

keçən il 9 milyard dollardan çox investisiya qoyulmuşdur. Bu il,

hesab edirəm ki, investisiya qoyuluşu davam etdiriləcəkdir. Bu

gün Azərbaycan ilə iş görmək, investisiya qoymaq, yaxud da ki,

podratçı kimi işləmək istəyən şirkətlərin sayı artır. Bizim

tərəfdaşlarımız dünyanın aparıcı şirkətləridir. Bütün bu amillər

ölkəmizin bundan sonra da uzunmüddətli dayanıqlı inkişafını

təmin edəcək, Azərbaycanın bütün sahələrinin inkişafını təmin

edəcək, enerji amilindən asılılığımızı azaldacaqdır. Artıq biz

bunu görürük və ölkəmiz, əlbəttə ki, bundan sonra da sürətlə

inkişaf edəcəkdir.

Biz 2010-cu ildə, diqqətimizi əlbəttə ki, həmişə olduğu kimi,

makroiqtisadi sabitliyə yönəltməliyik. Hesab edirəm ki, bu

sabitlik 2010-cu ildə qorunub saxlanılacaqdır. Çünki bu ilin

göstəriciləri və bundan əvvəlki illərdə görülən tədbirlər bunu

göstərir. Həm böyük valyuta ehtiyatlarımız, həm güclü bank

sektorumuz və istehlak qiymətlərinə güclü nəzarət bütün bu

amilləri təmin edəcəkdir.

Biz daxili bazarımızı daha da ciddi qorumalıyıq. Bunun

müxtəlif yolları vardır. Əlbəttə ki, ən əsası idxalı əvəzləyən

məhsulların istehsalını artırmaqdır. Bu məqsədlə həm Dövlət

İnvestisiya Şirkətinin, eyni zamanda, Sahibkarlığa Kömək Milli

Fondunun xətti ilə ayrılan kredit məbləğləri öz rolunu oynayır.

Keçən il sahibkarlığa güzəştli şərtlərlə 130 milyon manat vəsait

verilmişdir. Dövlət İnvestisiya Şirkəti isə xarici şirkətlərlə

bərabər ölkəmiz üçün bir sıra önəmli layihənin icrasına

başlamışdır. Yəni, bütün bu kredit resursları daxili bazarın

qorunmasına, ilk növbədə daxili istehsalı artırmağa, digər

Page 42: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

42

tərəfdən, Azərbaycanda istehsal olunan malların istehlakçılara

məqbul qiymətlərlə çatdırılmasına da xidmət göstərir. Əlbəttə

ki, bizim mallarla rəqabət aparmaq gücündə olan xarici malların

gətirilməsinə yenidən baxmalıyıq. 2009-cu ildə demək olar ki,

bütün ölkələr, hətta ən inkişaf etmiş ölkələr bu meyilləri büruzə

vermişlər. Çünki hər bir ölkə çalışmalıdır ki, öz istehsalçılarını

və istehlakçılarını müdafiə etsin ki, qiymətlər qalxmasın. Ona

görə də daxili bazarın qorunması işində daha da ciddi addımlar

atılmalıdır.

İnflyasiyaya nəzarət ediləcəkdir. Mən əminəm ki, inflyasiya

birrəqəmli olacaqdır. Beləliklə, insanların yaşayış səviyyəsi

daha da yaxşılaşacaq və belə də olmalıdır.

2010-cu ildə bütün sosial proqramlar icra olunmalıdır, həm

məktəb, xəstəxana, idman komplekslərinin, həm də mədəniyyət

obyektlərinin tikintisi nəzərdə tutulmalıdır. Bunu etmək üçün

tezliklə Dövlət İnvestisiya Proqramı qəbul edilməlidir. Biz

burada yubanmaya yol verməməliyik ki, tezliklə maliyyə vəsaiti

ayrılsın və biz vaxt itirməyək. Bütün digər sosial proqramlar –

əhalini və aztəminatlı təbəqəni müdafiə etmək üçün proqramlar

da icra olunmalıdır.

Azərbaycanda demoqrafik vəziyyət də çox yaxşıdır, çox

gözəldir. Bu yaxınlarda ölkəmiz üçün çox vacib və tarixi hadisə

baş vermişdir – doqquz milyonuncu vətəndaş dünyaya

gəlmişdir. Bu, böyük nailiyyətdir, böyük göstəricidir.

Ümumiyyətlə, keçən il Azərbaycanda 152 min uşaq dünyaya

gəlmişdir. Əvvəlki illərlə müqayisədə bu, böyük artımdır. Biz

dinamikadan görürük ki, ildən-ilə Azərbaycanda doğulan

uşaqların sayı artır. Bu, əlbəttə ki, ölkə əhalisinin sayını artırır,

bizi gücləndirir və eyni zamanda, Azərbaycanda görülən işlərin

nəticəsidir. Vəziyyət yaxşılaşır, insanlar daha da yaxşı

yaşamağa başlayırlar. Beləliklə, demoqrafik artım bunun

bilavasitə göstəricisidir. Mən çox şadam ki, Azərbaycanda

demoqrafiya məsələləri ilə bağlı heç bir problem yoxdur. Biz

bilirik ki, bəzi ölkələrdə bu problemlər böyük dərəcədə

Page 43: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

43

ciddiləşir. Problemlər ciddiləşdikcə gələcəkdə çox böyük

problemlərə gətirib çıxaracaqdır.

Ancaq Azərbaycanda bu problem yoxdur. Bizim əhali artır

və yaxşı templərlə artır. Biz çalışırıq və çalışmalıyıq ki, bu

artım davam etsin, sürətlənsin. Mən əminəm ki, gələcəkdə

Azərbaycanda iqtisadi və sosial vəziyyət daha da yaxşılaşdıqca

əhalinin sayı da sürətlə artacaqdır. Bu fürsətdən istifadə edib

həm doqquz milyonuncu uşağın valideynlərinə öz təbriklərimi

göndərirəm, eyni zamanda, bütün Azərbaycan xalqını, doğrudan

da, bu böyük və tarixi hadisə münasibətilə təbrik edirəm. Allah

eləsin ki, biz 10 milyonuncu vətəndaşın da dünyaya gəlməsini

bərabər qeyd edək.

2010-cu ildə bütün infrastruktur layihələrinin icrası davam

etməlidir. Əlbəttə ki, bu, investisiya proqramında öz əksini

tapacaqdır. Həm bu ilə qədər görülən işlər davam etdirilməli,

həm də yeni layihələr icra edilməlidir. Avtomobil yollarının

tikintisi davam etməlidir. Bakı-Gürcüstan sərhədi İpək yolunun

tikintisi bu il başa çatmalıdır. Eyni zamanda, bizi İranla

birləşdirən, İran sərhədinə gedən yolda işlər davam etməlidir,

daha da sürətlə davam etməlidir. Bu yol da çox böyük

əhəmiyyət daşıyır. Bakı–Rusiya sərhədi yolunun böyük hissəsi

artıq istifadəyə verilib, çox keyfiyyətli beton örtüklü yoldur. Bu il

yolun Rusiya sərhədinə qədər də tikintisi başa çatmalıdır.

Beləliklə, biz bu il bu üç əsas magistralın böyük hissəsini tikib

istifadəyə verəcəyik. Bütün başqa yollar – həm şəhərdaxili, həm də

şəhərlərarası yollar, kənd yolları təmir və bərpa olunmalıdır. Yeni

yollar salınmalıdır. Bu məsələlərə nail olmaq üçün investisiya

proqramında kifayət qədər vəsait nəzərdə tutulmalıdır.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyala-

rının inkişafı üçün çox gözəl imkanlar vardır. Bu sahə bizim

üçün nisbətən yeni sahədir. Haradasa 5-6 il bundan əvvəl

Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

yaradılmışdır. Biz qısa müddət ərzində bu sahədə böyük

uğurlara nail ola bildik. Mən yenə də dünyanın aparıcı

beynəlxalq qurumunun hesablamalarına istinad etmək

Page 44: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

44

istəyirəm. Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-

kommunikasiya texnologiyalarının inkişafı sahəsində çox

yüksək qiymətləndirir və biz MDB məkanında ən qabaqcıl

yerlərdəyik, bəlkə də birinciyik. Azərbaycanda kosmik

sənayenin yaradılması son illər ərzində görülən əməli işlərin

məntiqi nəticəsidir. Yəni, biz daim qabağa baxmalıyıq, irəliyə

baxmalıyıq. Əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik.

Bu gün əldə edilmiş nailiyyət sabah daha da böyük addımın

atılması üçün əsas olmalıdır. Xüsusilə dünyada sürətlə inkişaf

edən informasiya texnologiyaları sahəsində biz hər zaman bir

addım öndə olmalıyıq, rəqibləri də, zamanı da qabaqlamalıyıq.

Məhz bu yanaşma bizə imkan verdi ki, biz qısa müddət ərzində

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları

sahəsində demək olar, inqilab yarada bildik. Bu sahə dünyada

çox sürətlə inkişaf edir. Biz bütün aparıcı beynəlxalq şirkətlərlə

bu sahədə səmərəli əməkdaşlıq edirik. Bu sahənin çox böyük

gələcəyi vardır. Bu, həm iqtisadi cəhətdən, həm bütün başqa

cəhətlərdən çox vacib, önəmli sahədir.

Bu il biz Ələtdə yeni dəniz limanının təməl daşını

qoymalıyıq. Artıq Bakıda yeni liman tikilir. Bu yaxınlarda mən

o tikinti ilə tanış oldum. Hesab edirəm ki, bir neçə aydan sonra

biz o limanı istifadəyə verəcəyik. Beləliklə, şəhərin mərkəzində

yerləşən dəniz limanı oradan köçürüləcək və insanların

istirahəti üçün çox gözəl yeni yerlər istifadəyə veriləcəkdir. Ələt

limanı isə bu bölgədə ən böyük liman olmalıdır. Bu, gələcəyə

yönəldilən bir addımdır. Hesab edirəm ki, bu il biz tikintiyə

başlamalıyıq.

Bu il biz yeni elektrik stansiyalarının tikintisinə başlamalı və

tikintinin davam etməsini təmin etməliyik. Mən giriş sözümdə

bu barədə fikirlərimi söylədim. Füzulidə Su Elektrik

Stansiyasının tikintisi sürətləndirilməlidir. «Taxtakörpü» Su

Elektrik Stansiyasında tikinti gedir, o da sürətləndirilməlidir.

Naxçıvanda Biləvçay üzərində Su Elektrik Stansiyasının

tikintisi yəqin ki, bu il başa çatacaqdır. «Cənub» Elektrik

Stansiyasında tikinti davam edir və orada maliyyə mənbələri

Page 45: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

45

artıq müəyyən edilibdir. Bu ən böyük elektrik stansiyasının

gücü, haradasa 800 meqavata yaxın olacaqdır. Əlbəttə ki, bu il

bu stansiyanın istifadəyə verilməsi mümkün deyildir. Yəqin ki,

2011-ci ildə «Cənub» Elektrik Stansiyası da işə düşməlidir.

Bununla bərabər, bu il hesab edirəm ki, ilin əvvəlindən bərpa

olunan enerji növlərini təmin edən stansiyalar yaradılmalıdır.

Su, günəş, külək. Bu məqsədlər üçün investisiya proqramında

vəsait nəzərdə tutulmalıdır və yubanmadan biz bu məsələlərlə

məşğul olmalıyıq. Bilirsiniz ki, bərpa olunan və alternativ enerji

mənbələrinin yaradılması Azərbaycanda prioritet istiqamət kimi

qiymətləndirilir. Biz əvvəlki illərdə öz enerji təhlükəsizliyimizi

təmin etdik. Növbəti illərdə bərpa olunan enerji mənbələrini

yaratmalıyıq, həm itkilər azalacaq, eyni zamanda, ixrac

potensialımız daha da artacaqdır.

Ölkəmizdə qazlaşdırma prosesi daha da sürətlə və müasir

standartlara əsasən getməlidir. Biz köhnə, sıradan çıxmış qaz

xətlərini dəyişməliyik. Bu məsələni həll etmək üçün Dövlət

Neft Şirkətinə müvafiq göstərişlər verilib, işlər gedir. Yeni

kəndlər, qəsəbələr, əvvəllər qaz almayan qəsəbələr qazlaşdırılır.

Bu proses davam etməlidir. Azərbaycanda, ümumiyyətlə,

qazlaşdırma, haradasa 85 faiz təşkil edir. Ancaq unutmamalıyıq

ki, bunun müəyyən hissəsinə – bu rəqəmə biz böyük şəhərlər

hesabına çatmışıq. 85 faiz o demək deyil ki, hər bir rayonun 85

faizi qazlaşdırılıb. Bakının, böyük şəhərlərin demək olar ki,

bütün yerləri qazlaşdırılıb. Amma rayonlarda elə deyil.

Rayonlarda, rayon mərkəzləri və rayon mərkəzlərinə yaxın

kəndlər qazlaşdırılıb, qalan kəndlərdə qaz yoxdur. İlk növbədə,

biz bu məsələləri həll etməliyik.

Hesab edirəm ki, Azərbaycanda qazlaşdırma daha da

artmalıdır, ən azı 90 faiz təşkil etməlidir və ən önəmlisi, itkilər

kəskin şəkildə aşağı düşməlidir. Çünki bu itkilər bizə böyük

problemlər yaradır. İtkilərin azaldılması üçün ciddi inzibati

tədbirlər görülməlidir. Çünki bu itkilərin bəziləri obyektiv

səbəblər üzündən baş vermir, eyni zamanda, köhnə xətlər

dəyişdirilməlidir. Biz qaz təchizatı sahəsində ən müasir sistem

Page 46: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

46

yaratmalıyıq. Eyni zamanda, biz bütün başqa kommunal

xərclərin uçotu, hesablanması və əhali tərəfindən ödənişin

asanlaşdırılması məsələlərinə də ciddi baxmalıyıq və buraya

yeni bir yanaşma yaradılmalıdır.

Bu il ölkəmiz üçün çox vacib olan layihə – Oğuz–Qəbələ–

Bakı su kəmərinin tikintisi başa çatmalıdır. Artıq işlərin böyük

hissəsi görülüb. Qalan hissənin görülməsi üçün Dövlət Neft

Fondunda vəsait nəzərdə tutulub. Hesab edirəm ki, bu il bu xətt

mütləq istifadəyə verilməlidir və Bakıya çox təmiz içməli suyun

gətirilib çıxarılması prosesi başa çatacaqdır. Bu da hesab edirəm

ki, Azərbaycanda son illər ərzində görülən işlərin içində ən

vaciblərindən biridir. Bu, böyük infrastruktur layihəsidir. Biz su

kəmərini öz gücümüzə, neftdən əldə edilən gəlirlər hesabına

çəkdiririk. Bu, ümumiyyətlə, ölkəmizin inkişafını,

prioritetlərini, sosial məsələlərin nə qədər vacib olduğunu

göstərir. Baxmayaraq ki, bu kəmərin tikintisi həm texniki, həm

də maliyyə cəhətdən çox mürəkkəb bir prosesdir. Bu tikintiyə

böyük vəsait sərf olunub. Amma biz bunu etməliyik. Elə

etməliyik ki, bütün vətəndaşlar təmiz içməli su ilə təmin

olunsunlar.

Bu il biz Bakıda yeni, müasir gəmiqayırma zavodunun

tikintisinə başlamalıyıq. Bu məsələ ilə bağlı artıq bir müddətdir

ki, danışıqlar aparılır. Hələ 2-3 il bundan əvvəl mən göstəriş

vermişdim ki, Bakıda mütləq müasir gəmiqayırma zavodu

yaradılmalıdır, çünki bizim buna böyük ehtiyacımız vardır.

Həm Dövlət Neft Şirkətinin, həm Xəzər Dəniz Gəmiçiliyinin

donanmasını biz müasirləşdirməliyik. Eyni zamanda, bizim

Hərbi Dəniz Qüvvələrimizi, Sərhəd Qoşunlarının tələbatını

ödəməliyik. Yeni gəmiqayırma zavodu bütün növ gəmiləri

tikməyə qadir olmalıdır. Artıq son danışıqlar tamamlanıb, bütün

razılaşmalar əldə olunub, vəsait təşkil edilib. Biz yubanmadan

bu il gəmiqayırma zavodunun təməl daşını qoymalıyıq. Hesab

edirəm ki, bunu iki ilə tikmək mümkün olacaqdır. Ondan sonra

həm özümüzü təmin edəcəyik, həm də Xəzər hövzəsində nadir

bir infrastruktur müəssisəsini yaradacağıq. Gələcəkdə Azərbay-

Page 47: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

47

cana bunun həm iqtisadi, həm də siyasi mənfəəti çox böyük

olacaqdır.

Bu il Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi davam

edəcəkdir. Azərbaycan Dövlət Neft Fondunda bu məsələlərin

həlli üçün vəsait nəzərdə tutulub. Hesab edirəm ki, kifayət

qədər vəsait nəzərdə tutulub. Əgər görsək ki, tikinti daha da

sürətlə gedir və əlavə vəsaitə ehtiyac olarsa, o zaman biz

operativ qaydada ayrılan məbləği artıra da bilərik. Elə etməliyik

ki, həm bizim üçün, həm qonşularımız, həm də ümumiyyətlə

dünya üçün vacib olan bu layihə yubanmadan davam etsin.

Düzdür, tikinti zamanı gözlənilmədən yeni məqamlar

ortalığa çıxdı – texniki məsələlər, ondan sonra relyef məsələləri.

Bərpası nəzərdə tutulan hissədə demək olar ki, dəmir yolları

qalmayıb ki, onlar bərpa olunsun. Biz əvvəllər hesab edirdik ki,

bir hissəsi tikiləcək, bir hissəsi bərpa olunacaqdır. Amma orada,

yerlərdə müşahidə aparılan zaman gördük ki, bərpa olunan

yerlər ümumiyyətlə yoxdur, yataqlar da sürüşüb gedib. Ona

görə faktiki olaraq bu yol yenidən çəkilir və bilirsiniz ki, bu

xərclərin böyük hissəsini Azərbaycan öz üzərinə götürübdür.

Bir halda ki, biz bu layihəni başlamışıq və böyük təntənə ilə

başlamışıq, yubanmaya yol verməməliyik. Çalışmalıyıq ki, bu

layihənin icrasını vaxtında təmin edək.

2009-cu ildə kənd təsərrüfatının inkişafında önəmli addımlar

atılmışdır. 2010-cu ildə bütün bu müsbət meyillər davam

etməlidir. Həm kreditlər, həm «Aqrolizinq»in xətti ilə alınan

texnikalar, gübrələr. Sahibkarlığa Kömək Milli Fondunun xətti

ilə soyuducu anbarların, eyni zamanda, taxıl anbarlarının

tikintisi Azərbaycanda çox geniş vüsət almışdır. Yəni, bu iki

istiqamət 2009-cu ildə çox sürətlə inkişaf etdi. Bu il də bu,

davam etməlidir. Bununla bərabər, kənd təsərrüfatının inkişafını

təmin edən başqa sahələrə də biz əlbəttə ki, diqqətimizi

əsirgəməməliyik. Bu həm iqtisadi, həm də sosial baxımdan çox

vacib olan sahədir və eyni zamanda, emal müəssisələrinin

yaradılmasına xidmət göstərəcəkdir. Azərbaycanda artıq bir

neçə yerdə müasir emal müəssisələri yaradılıbdır, bəziləri indi

Page 48: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

48

tikilir. Mən tikinti zamanı tanış olmuşam və hesab edirəm ki,

növbəti bir neçə il ərzində biz Azərbaycanda istehsal olunan

kənd təsərrüfatı məhsullarının böyük hissəsini özümüzdə emal

edəcəyik və hazır məhsul kimi ixrac edəcəyik. Biz ixrac

yollarımızı daha da genişləndirməliyik. Əlbəttə ki, ənənəvi

bazarlar vardır və biz o bazarlarda daha da geniş təmsil

olunmalıyıq. Ancaq biz yeni bazarları da axtarmalıyıq. Nəzərə

alsaq ki, heç axtarmağa da dəyməz, bu bazarlar bizim

ətrafımızdadır. Elə məhsullar buraxılmalıdır ki, Azərbaycanın

kənd təsərrüfatı məhsulları Avropa İttifaqı bazarlarına rahatlıqla

çıxa bilsinlər. Bunun üçün əlbəttə ki, müəssisələr müəyyən

standartlara uyğun olmalıdır. Azərbaycanda son illər ərzində

yaradılan emal müəssisələri bu standartlara cavab verir.

Bu il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması

üçün səylərimiz davam etməlidir. Yeni qəsəbələr salınmalıdır

və eyni zamanda, yataqxanalarda yaşayan köçkünləri biz oradan

köçürməliyik. Bakıda artıq belə gözəl təcrübə vardır. Keçən il

bir neçə evin açılışını qeyd etdik. Bakıda soydaşlarımız üçün

hündürmərtəbəli evlər tikilir və bu proses davam etməlidir.

Yataqxanaların siyahısı çıxarılıbdır. Düzdür, orada məskunlaşan

köçkünlərin sayı çoxdur. Bu, çox böyük maliyyə vəsaiti tələb

edəcəkdir. Ancaq biz bunu etməliyik. Elə etməliyik ki, bu il

ərzində artıq yataqxanaların bir neçəsi köçürülsün. Bunu etmək

üçün əlbəttə ki, Bakıda yeni evlər tikilməlidir. Torpaq

sahələrinin ayrılması üçün mən artıq müvafiq göstərişlər

verdim. Həm şəhər icra hakimiyyətinə, həm Dövlət Əmlak

Məsələləri Komitəsinə. Qaşqınkomla bərabər siz bütün bu işləri

müzakirə edib, tezliklə o yerləri müəyyən etməlisiniz. Yəqin ki,

o yerlər artıq tikilmiş evlərin yanında olmalıdır ki, orada

köçkünlər yığcam şəkildə yaşasınlar. Orada, eyni zamanda,

məktəblər də, tibb məntəqələri də vardır. Həm Bakıda, həm də

ki, rayonlarda, xüsusilə işğaldan azad edilmiş bölgələrdə -

Ağdam rayonu ərazisində, Füzuli rayonu ərazisində, Yevlaxda,

müxtəlif yerlərdə yeni qəsəbələrin salınması davam etməlidir.

Page 49: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

49

Ordu quruculuğu sahəsində bütün işlər uğurla davam edir.

2010-cu ildə, hesab edirəm ki, biz müdafiə sənayesinin xətti ilə

yaradılan yeni zavodların açılışında iştirak etməliyik. Bu proses

gedir və lazımi vəsait ayrılır. Müdafiə Sənayesi Nazirliyi qısa

müddət ərzində Azərbaycanda yeni sənaye sahəsinin

yaradılmasında çox mühüm rol oynamışdır. Həyat göstərir ki, o

vaxt Azərbaycanda müdafiə sənayesi yaradılması barədə bizim

tərəfimizdən qəbul edilmiş qərar çox düzgün qərar idi. Bəziləri

buna şübhə ilə yanaşırdılar. Çünki Azərbaycan böyük ölkə

deyildir. Əslində böyük ölkələrdə güclü müdafiə sənayesi

yaradılır. Bəli, biz böyük ölkə deyilik, halbuki artıq

Azərbaycanda 9 milyonuncu vətəndaş da doğulub. Ancaq biz

müharibə şəraitində yaşayırıq. Belə olan halda biz hər yerdə

olduğu kimi, bu sahədə də daxili resurslara istinad etməliyik.

Necə ki, biz siyasətdə, diplomatiyada, iqtisadiyyatda daxili

resurslar hesabına yaşayırıq və fəaliyyət göstəririk, bu sahədə

də maksimum dərəcədə daxili imkanlardan istifadə edib güclü

müdafiə sənayesini yaratmalıyıq. Artıq bunu yaratmışıq.

Azərbaycan məhsulları müxtəlif beynəlxalq sərgilərdə nümayiş

etdirilir. Artıq biz ixrac imkanlarımızı da genişləndiririk. Biz

müdafiə sənayesini yaradanda əlbəttə ki, ilk növbədə öz daxili

tələbatımızın ödənilməsini nəzərdə tuturduq. Bu gün də bu

prioritetdir, ordunun və bütün hərbi qüvvələrin ehtiyacları ilk

növbədə ödənilməlidir. Ancaq əgər ixrac üçün əlavə imkanlar

olarsa, əlbəttə ki, bu, ancaq alqışlanacaqdır. Bu, həm iş

yerləridir, həm yeni sənaye obyektləridir, həm də ki, əsas

məsələmizi – Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin həlli üçün bizə çox lazım və vacib olan sahədir.

Ümumiyyətlə, Azərbaycanın hərbi döyüş potensialı artır.

Orduda və bütün hərbi qüvvələrdə gedən proseslər mövqeyimizi

gücləndirir. Həm döyüş qabiliyyəti, həm də vətənpərvərlik ruhu

yüksək səviyyədədir. Əlbəttə ki, texnika, silah-sursat, bütün

lazımi məsələlər 2010-cu ildə də yubanmadan həll olunmalıdır.

2010-cu il Azərbaycanda «Ekologiya ili» elan edilmişdir. Bu

da təsadüfi deyildir. Çünki bu sahəyə çox böyük əhəmiyyət

Page 50: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

50

verilməlidir. Bu, insanların sağlamlığına birbaşa təsir edən

məsələlərdir. Azərbaycanda ümumiyyətlə, ekoloji vəziyyət çox

yaxşıdır. Bizim təbii şəraitimiz, gözəl təbii imkanlarımız vardır.

Təmiz hava, təmiz bulaq suları, təmiz çaylar, bulaqlar. Ancaq

sirr deyil ki, Abşeron yarımadasında ekoloji vəziyyətin

yaxşılaşdırılmasına böyük ehtiyac vardır. Çünki uzun illər,

əsrlər ərzində neft-qaz sənayesinin inkişafı nəticəsində

Abşeronun böyük əraziləri həm neftlə, həm də neft tullantıları

ilə çirklənmişdir. Yəni, biz böyük təmizlik işləri aparmalıyıq.

Bu böyük vəsait tələb edir, ancaq biz bunu etməliyik.

Artıq görülən işlər göz qabağındadır. Biz qısa müddət

ərzində deyə bilərəm ki, hər sahədə dönüş yarada bildik: həm

dövlət siyasətində, həm ictimai fikirdə. İndi bax, mən görürəm

ki, təşəbbüslərimiz əhali tərəfindən necə də gözəl qarşılanır.

Artıq əhali, insanlar bu təşəbbüslərə qoşulurlar, iməciliklər

keçirilir, kütləvi qaydada ağaclar əkilir. Yəni, bu, bir xalq

hərəkatı formasını almışdır. Belə də olmalıdır. Çünki bu, bizim

ümummilli işimizdir. Bu işi lazımi səviyyədə görmək üçün,

əlbəttə ki, müxtəlif istiqamətlər üzrə fəaliyyət planı vardır. Biz

yəqin ki, bu məsələni xüsusi müzakirə edəcəyik. Deyə bilərəm

ki, ekologiya məsələlərinin, ətraf mühitin təmizlənməsi

məsələlərinin həlli nəinki bu il, bundan sonrakı illərdə də

prioritet məsələ kimi qalacaqdır.

Məişət tullantıları zavodunun istifadəyə verilməsi

nəticəsində biz böyük dərəcədə irəliləyişə nail olacağıq. Artıq

bu gün Balaxanı zibilxanasından o tüstülər gəlmir. Orada həm

çeşidlənmə, həm də təmizlənmə işləri aparılıb. Artıq biz, necə

deyərlər, bu xoşagəlməz vəziyyətin qarşısını qısa müddət

ərzində və çox böyük səmərə ilə aldıq.

Bakıda və Abşeron yarımadasında milyonlarla yeni ağac

əkiləcəkdir. Mən çox şadam ki, bölgələr də bu təşəbbüsə

qoşulublar. Baxmayaraq ki, bölgələrimizin böyük əksəriyyə-

tində meşə təsərrüfatı, gözəl dağlar, meşələr vardır, orada da

təşəbbüsə qoşulurlar. Yəni, bu, ümumiyyətlə, həm insanları

birləşdirən, həm də ki, təbiəti qoruyan addımlardır.

Page 51: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

51

Sutəmizləyici qurğuların quraşdırılması davam etməlidir.

Kür–Araz çayları boyu və başqa çaylar üzərində bu proses

dayanmamalıdır. Bunun üçün də lazımi vəsait ayrılacaqdır.

Keçən ilin sonunda mən Hövsan aerasiya stansiyasının

açılışında iştirak etdim. Bu da çox böyük və ölkəmiz üçün çox

vacib olan layihədir. Artıq kanalizasiya sularının böyük hissəsi

təmizlənmiş qaydada Xəzər dənizinə axıdılır. Həm dənizin

ekologiyasını qoruyuruq, eyni zamanda, Azərbaycanda çox

vacib olan su-kanalizasiya problemlərinin həlli üçün bu işləri

görürük.

Yəni 2010-cu ildə görüləcək işlər çoxdur və mən əgər hər bir

məsələ haqqında danışsam bir neçə saat vaxt lazımdır. Mən bu

gün sadəcə olaraq əsas istiqamətləri qeyd etdim. Bütün

nazirliklər, dövlət komitələri, dövlət şirkətləri öz vəzifələrini

bilirlər. Artıq 2009-cu ilin yekunları və ondan əvvəlki illərdə

görülən işlər onu göstərir ki, Azərbaycanda çox güclü iqtidar

komandası formalaşıbdır. Hər bir məmur öz işini bilir, öz vəzifə

borcunu icra etməyə çalışır. Əlbəttə, biz həmişə olduğu kimi,

daha da tələbkar olmalıyıq. Tələb etməliyik ki, qəbul edilmiş

qərarlar hər bir yerdə düzgün icra olunsun, vaxtında icra

olunsun, qanun pozuntularına yol verilməsin. Ölkə qarşısında

duran bütün vəzifələri həll etmək üçün Azərbaycanda hər şey

vardır – həm siyasi iradə, düşünülmüş siyasət, səfərbərlik, eyni

zamanda, xalqla iqtidar arasında birlik və bizim

təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi. Əgər bu

olmasa idi, heç bir məsələni həll etmək mümkün olmazdı. 2010-

cu ildə, bu gün də burada qeyd edildi, bu böhranlı meyillər hələ

də davam edə bilər. Biz arxayınlaşmamalıyıq, işlərimizi çox

ciddi qurmalıyıq. Amma mən əminəm ki, əgər biz 2009-cu ili

bu gözəl nəticələrlə başa vurmuşuqsa, 2010-cu ildə də

istədiyimizə nail olacağıq.

Bu işlərdə sizə və bütün Azərbaycan xalqına uğurlar arzu-

layıram. Sağ olun.

Page 52: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

52

Page 53: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

53

Page 54: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

54

BAKININ «20 YANVAR» DAİRƏSİNDƏ

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ UCALDILMIŞ

ABİDƏ KOMPLEKSİNİN AÇILIŞI MƏRASİMİ

Bakı

20 yanvar 2009-cu il

Yanvarın 20-də Prezident İlham Əliyev Bakının Yasamal

rayonundakı «20 Yanvar» dairəsində, Həsən bəy Zərdabi və

Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar

şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin

açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı abidənin üzərindən örtüyü götürdü.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva

abidənin önünə gül dəstələri qoydular.

Məlumat verildi ki, metronun «20 Yanvar» stansiyasının

üzərindəki dairədə xatirə kompleksinin inşasına ötən ilin

oktyabrında başlanılmışdır. Memorial kompleksin ümumi

sahəsi 1500 kvadratmetrdir. Kompleksin divarı Afrika və

Ukraynadan gətirilmiş qranit plitə ilə üzlənmişdir. Abidənin

ətrafındakı meydana da qranit plitə döşənmişdir. Layihəyə

əsasən, abidənin arxa hissəsindəki park abadlaşdırılmış,

kompleksin qarşısında müasir işıqlandırma sistemi quraş-

dırılmışdır. Xatirə kompleksinin mərkəzində hündürlüyü

postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılmışdır.

Kompleksin memarı Ədalət Məmmədov, abidənin

heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.

Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş

147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər

Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi «1990-cı il

yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri,

eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil

olmuşdur» sözləri qızılı hərflərlə həkk olunmuşdur. Postament

Page 55: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

55

üzərində isə «20 Yanvar şəhidlərinin əziz xatirəsinə» sözləri

yazılmışdır.

Dövlətimizin başçısı açılış mərasiminə toplaşmış Yasamal

rayonu ictimaiyyətinin nümayəndələri və 20 Yanvar

şəhidlərinin ailə üzvləri ilə görüşüb söhbət etdi.

İ l h a m Ə l i y e v: – O dəhşətli gündən 20 il keçir. İyirmi il

ərzində şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində

yaşayır. Məhz hər il yanvarın 20-də Şəhidlər xiyabanına insan

axını bunu aydın göstərir. İyirmi il ərzində Azərbaycan xalqı əziz

şəhidlərimizin ruhu qarşısında baş əyir.

Bu qanlı faciə, deyə bilərəm ki, Sovet İttifaqı zamanında

dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi. O

vaxtadək sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər

qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak

oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet

İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli

rəhbərliyi idi. Ancaq dərd orasındadır ki, faciə günündən keçən

3-4 il ərzində Azərbaycanda heç kim, heç bir vəzifəli şəxs, heç

bir dövlət qurumu bu faciəyə siyasi qiymət verməmişdi.

Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayı-

dandan sonra onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul

etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi.

Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev

faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı

daimi nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O

vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o

vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları demək

olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb

edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də

xalqla bərabər, birlikdə idi.

20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda,

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz

iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan

demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Sovet

İttifaqının dağılmasından sonra biz çox ağır və çətin vəziyyətdə

Page 56: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

56

idik, həm iqtisadi cəhətdən, eyni zamanda, Ermənistanın

Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımız işğal altına

düşmüşdü. Buna baxmayaraq, biz bütün çətin sınaqlardan çıxa

bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir.

Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil,

azad ölkə kimi uğurla inkişaf edir.

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt

silinməyəcəkdir. Şəhidlərimizin əziz ruhu daim yaşayacaq,

onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi

yaşayacaqdır. Mən o dəhşətli gündə yaxınlarını itirmiş bütün

insanlara bir daha başsağlığı verirəm. Şəhidlərimizin ruhu əbədi

yaşayacaq və yaşamalıdır.

Y u s i f B ü n y a d z a d ə: – Möhtərəm Prezident, mən

şəhid ailələri adından Sizə çox dərin minnətdarlığımızı

bildirirəm. Bu abidə faciənin iyirmi illiyi ərəfəsində şəhid

ailələrinə ən yaxşı töhfədir. Biz bilirik ki, bu monumental

əsərin, bu kompozisiyanın ideyasını detallarına qədər Siz

özünüz işləyib veribsiniz. Onda olan o ağır siqlət hamımızı

sıxır, hamımızı aşağı çökməyə məcbur edir. Ancaq, eyni

zamanda, biz qürur hissi keçiririk. Eyni zamanda, Sizə bir daha

təşəkkür edirik.

İ l h a m Ə l i y e v: – Həyat göstərir ki, bu faciəni heç kim

unutmur, Azərbaycan xalqı unutmur. Baxmayaraq ki, üstündən 20

il vaxt keçib. Baxmayaraq ki, bu illər ərzində yeni nəsil yetişir,

uşaqlar, yeniyetmələr, hansılar ki, o günləri görməyiblər, yəni o

vaxt yaşamayıblar. Amma onlar da bu ağır günlərdə bizim kimi,

sizin kimi, öz doğmalarını itirən adamlar kimi eyni hissləri

keçirirlər. Onlar da daim tariximizin bu həm faciəvi, həm

qəhrəmanlıq səhifəsini qəlblərində yaşatmalıdırlar. Allah sizə

cansağlığı, uzun ömür versin.

Şəhid ailələri bir daha dövlətimizin başçısına minnətdarlıq

etdilər.

Page 57: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

57

BAKIDA RESPUBLİKA KLİNİK UROLOJİ

XƏSTƏXANASININ ƏSASLI TƏMİRDƏN SONRA

AÇILIŞI MƏRASİMİ

Bakı

21 yanvar 2009-cu il

Yanvarın 21-də Bakıda Respublika klinik uroloji

xəstəxanasının əsaslı təmirdən sonra açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban

Əliyeva mərasimdə iştirak etmişlər.

Mehriban xanıma gül dəstəsi təqdim edildi.

Respublika klinik uroloji xəstəxanası keçmiş Sovet

İttifaqında ilk ixtisaslaşmış uroloji klinikalardan biri olmaqla,

1966-cı ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə

yaradılmışdır. Xəstəxanada 1969-cu ildə hemodializ və süni

böyrək laboratoriyası açılmış, 1971-ci ildə Cənubi Qafqazda və

Yaxın Şərqdə ilk dəfə uğurlu böyrəkköçürmə əməliyyatı

aparılmışdır.

Praktik fəaliyyətlə yanaşı, bu xəstəxananın respublikada

urologiya və nefrologiya elminin inkişafında böyük rolu

olmuşdur. Təsadüfi deyil ki, 1972-ci ildə uroloqların I

Ümumittifaq Qurultayı məhz Bakıda, Respublika klinik uroloji

xəstəxanasında keçirilmişdir. O zaman qurultay nümayəndələri

ümummilli lider Heydər Əliyev tərəfindən yüksək səviyyədə

qəbul edilmişdir.

Ümumiyyətlə, bu klinikada 1983-cü ilədək 30 böyrək-

köçürmə əməliyyatı aparılmışdır. Lakin maddi-texniki bazanın

və donor orqan təchizatının zəifləməsi nəticəsində klinikanın

böyrəkköçürmə sahəsində fəaliyyəti dayandırılmışdır.

Prezident İlham Əliyevin 2007-ci ilin sentyabrında klini-

kanın əsaslı təmir və təchizatı, onun nəzdində böyrəkköçürmə

mərkəzinin yaradılması haqqında imzaladığı Sərəncama uyğun

olaraq Prezidentin Ehtiyat Fondundan, habelə dövlət əsaslı

Page 58: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

58

vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait hesabına

xəstəxanada yenidənqurma işləri aparılmışdır. Nəticədə klinika

ən müasir standartlara cavab verən tibb ocağına çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban

Əliyeva xəstəxana ilə tanış oldular.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki,

xəstəxananın hər üç korpusu əsaslı təmir olunmuşdur. Ümumi

sahəsi 6,7 min kvadratmetr olan xəstəxanada 167 otaq, o

cümlədən 47 palata, 7 otaqdan ibarət iki əməliyyat bloku,

mətbəx və s. əsaslı təmir edilmiş, yeni qazanxana tikilmiş, tibb

ocağını fasiləsiz elektrik enerjisi ilə təmin edən generator,

mərkəzləşdirilmiş havalandırma sistemi qurulmuşdur. 120

çarpayılıq klinikada uroloji və nefroloji xəstələrə yüksək

səviyyədə tibbi yardım göstərmək imkanı olan qəbul, xroniki

böyrək çatışmazlığı, uşaq uroloji, hemodializ, böyrəkköçürmə,

reanimasiya və anesteziologiya, şüa diaqnostikası şöbələri,

immunoloji laboratoriya vardır.

* * *

Xəstəxananın fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev

səhiyyə ocağının tibb heyəti ilə görüşdü, onları təbrik edərək

dedi:

– Ürəkdən təbrik edirəm. Bu gün uroloji xəstəxana əsaslı

təmirdən sonra açılmışdır. Çox şadam ki, bütün təmir-quraş-

dırma işləri yüksək səviyyədə aparılmışdır.

Yəqin ki, siz bilirsiniz, iki il bundan əvvəl görkəmli alim,

akademik Mirməmməd Cavadzadə mənə bu xəstəxananın təmiri

ilə bağlı müraciət etmişdi. O müraciəti Mirməmməd müəllim

mən onu «İstiqlal» ordeni ilə təltif etdiyim zaman etmişdir.

Azərbaycanın dövlət büdcəsində bu məsələlər üçün vəsait

nəzərdə tutulmamasına baxmayaraq, mən qərar qəbul etdim ki,

Prezidentin Ehtiyat Fondundan ilkin vəsait ayrılsın və biz təmir

işlərini aparaq. Birinci fikir belə idi ki, ancaq bir mərtəbə təmir

olunsun və burada müasir böyrəkköçürmə mərkəzi yaradılsın.

Page 59: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

59

Ancaq sonra qərara gəldik ki, ümumiyyətlə bütün xəstəxana

təmir edilsin, faktik olaraq yenidən qurulsun. Həm təmir işləri

görülüb, həm də müasir avadanlıq quraşdırılıb. Yəni, bu gün bu

xəstəxana ən yüksək standartlara cavab verir və burada ən

gözəl, müasir avadanlıq quraşdırılıb.

Mən çox şadam ki, bu gün biz bu xəstəxananın elə bil yeni

həyatını birlikdə qeyd edirik. Mən hesab edirəm ki, bu

xəstəxanaya Mirməmməd Cavadzadənin adının verilməsi

düzgün olardı. Çünki bu xəstəxananın yaradılmasının

təşəbbüskarı məhz o olmuşdur və 40 ildən çox müddət ərzində

xəstəxanaya rəhbərlik etmişdir. Bu münasibətlə bütün lazımi

qərarlar verilməlidir və Mirməmməd müəllimin adı

əbədiləşdirilməlidir.

Ümumiyyətlə, Azərbaycanda son illər ərzində səhiyyə

sahəsində çox uğurlu işlər görülür. Yeni xəstəxanaların açılışı

çox geniş vüsət almışdır, həm Bakıda, həm ölkəmizin müxtəlif

rayonlarında. Bölgələrdə 10 müalicə-diaqnostika mərkəzi

tikilib, 6-sı tikilməkdədir. Demək olar ki, bütün rayonlarda

mərkəzi xəstəxanalar, uşaq xəstəxanaları təmir edilir, yeniləri

tikilir. Bakıda çox böyük elmi-tədqiqat institutlarının əsaslı

təmir işləri başa çatır və bəziləri – Oftalmologiya, Onkologiya,

Talassemiya mərkəzləri artıq istismara verilibdir. Bu gün uroloji

xəstəxananın açılışını qeyd edirik. Dövlət Tibb Universitetinin

iki korpusu – terapevtik və cərrahiyyə korpusları. Orada da işlər

gedir. Hərbi hospital, Daxili İşlər Nazirliyinin hospitalı,

Gömrük Komitəsinin hospitalı – bütün bunlar Azərbaycanın

səhiyyə sisteminin müasirləşməsinə xidmət göstərir.

Çox vacibdir ki, bu gözəl şəraitdə insanlara yüksək tibbi

xidmət göstərilsin. İndi bunu etmək üçün bütün imkanlar vardır.

Gözəl şərait, ən müasir avadanlıq. Əsas odur ki, bu tibb

müəssisələrində çalışan həkimlər və bütün işçilər insanlara,

xəstələrə ən yüksək tibbi xidmət göstərsinlər. Əminəm ki, belə

də olacaqdır. Bu xəstəxanalarda işləmək üçün bütün şərait,

xəstələrin müalicəsi, diaqnostika üçün bütün imkanlar vardır.

Beləliklə, biz Azərbaycanda müasir səhiyyə sisteminin

Page 60: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

60

yaradılması işində növbəti vacib addımı atırıq. Əminəm ki,

gələcək illərdə bizim bütün planlarımız həyata keçiriləcəkdir.

Təkcə keçən il, - böhranlı il olmasına baxmayaraq, -

Azərbaycanda 59 yeni səhiyyə müəssisəsi yaradılıb, yaxud da

ki, əsaslı təmir edilibdir. Bu il də bu proses davam edəcəkdir.

Biz elə etməliyik ki, həm Bakıda, həm bütün bölgələrdə hər bir

vətəndaş yüksək tibbi xidmət almaq üçün imkanlara malik

olsun.

Mən sizi bu gözəl xəstəxananın yenidən fəaliyyətə başlaması

münasibətilə bir daha təbrik edirəm. Sizə işlərinizdə uğurlar

arzulayıram.

* * *

Xəstəxananın kollektivi adından Prezident İlham Əliyevə

minnətdarlıq edən tibb bacısı Vəzifə Quliyeva dedi:

– Hörmətli Prezident və hörmətli Mehriban xanım!

Bugünkü sevinci bizə bəxş etdiyiniz üçün klinikanın

rəhbərliyi və kollektivi adından çox dərin təşəkkürümüzü

bildiririk. Biz tibb işçisi olaraq Sizə və ailənizə uzun ömür,

cansağlığı arzu edirik.

Çox sağ olun!

Page 61: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

61

ATƏT-in MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİNİ

VƏ ATƏT-İN HAZIRKI SƏDRİNİN XÜSUSİ

NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ

Bakı

21 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 21-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert

Bratkeni (ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu

(Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji

Kaspşiki qəbul etmişdir.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların

hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi

aparılmışdır.

Page 62: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

62

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

TÜRKİYƏNİN TƏHSİL NAZİRİ XANIM NİMET

ÇUBUKÇUNUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ

HEYƏTİ İLƏ GÖRÜŞÜ

Bakı

21 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 21-də Türkiyənin təhsil naziri xanım Nimet Çubuk-

çunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında

əlaqələrin müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində

uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev

Türkiyənin təhsil naziri xanım Nimet Çubukçunun ölkəmizə bu

səfərinin təhsil sahəsində əlaqələrimizin inkişaf etdirilməsi

baxımından faydalı olacağına ümidvar olduğunu bildirdi.

Xanım Nimet Çubukçu təhsil naziri kimi ölkəmizə ilk

səfərindən məmnunluğunu vurğuladı. Ölkəmizə hər səfəri

zamanı Bakıda böyük inkişafın və dəyişikliklərin baş verdiyinin

şahidi olduğunu deyən Türkiyənin təhsil naziri bütün bunların

məhz Prezident İlham Əliyevin rəhbərliyi sayəsində həyata

keçirildiyini qeyd etdi. Xanım Nimet Çubukçu ölkələrimiz

arasında təhsil sahəsində əlaqələri daha da genişləndirməyin

zəruriliyini bildirdi və bunun üçün böyük potensialın olduğunu

vurğuladı.

Page 63: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

63

XALQ QƏHRƏMANI KOROĞLUYA

UCALDILACAQ ABİDƏNİN HAZIRLIQ İŞLƏRİ

İLƏ TANIŞLIQ

Bakı

21 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və

xanımı Mehriban Əliyeva Bakının Nəsimi rayonunda Azadlıq

və Vaqif prospektlərinin kəsişdiyi ərazidə yerləşən parkda xalq

qəhrəmanı Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə

tanış olmuşlar.

Xalqımızın milli mənəvi dəyərlərinin daşıyıcısına çevrilmiş

böyük tarixi şəxsiyyətlərin və qəhrəmanların xatirələrinin

əbədiləşdirilməsi gənc nəslin azərbaycançılıq məfkurəsinə

sədaqət ruhunda tərbiyə olunması baxımından müstəsna önəm

daşıyır. Bunun əhəmiyyətini nəzərə alaraq, Azərbaycan

Prezidenti İlham Əliyev 2009-cu il dekabrın 3-də Bakı

şəhərində xalq qəhrəmanı Koroğluya abidə ucaldılması ilə bağlı

Sərəncam imzalamışdır. Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın

Nəsimi rayonunda Azadlıq və Vaqif prospektlərinin kəsişdiyi

ərazidə yerləşən parkda abidə üçün yer müəyyənləşdirmişdir.

Prezident İlham Əliyev və xanımı əvvəlcə abidənin

hazırlanacağı emalatxanaya gedərək işlərin gedişi ilə

maraqlandılar.

Abidənin müəllifi heykəltəraş Tokay Məmmədov

dövlətimizin başçısına və xanımına iki variantda hazırlanmış

abidənin maketi əsasında məlumat verdi. Bildirildi ki, xalq

qəhrəmanı Koroğlunun abidəsi igidlik və qəhrəmanlıq

elementləri ilə yanaşı, özündə Vətənə və xalqa sədaqət

hisslərini birləşdirəcəkdir. Gənc nəslin vətənpərvərlik ruhunda

Page 64: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

64

tərbiyəsində abidənin müstəsna əhəmiyyətinin olacağı

vurğulandı.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva

abidənin ucaldılacağı parka gəldilər. Burada həyata keçiriləcək

işlər barədə də dövlətimizin başçısına və xanımına məlumat

verildi.

Ərazi ilə tanış olan Prezident İlham Əliyev görüləcək işlərlə

bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Page 65: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

65

bp ŞİRKƏTİNİN İCRAÇI VİTSE-PREZİDENTİ

ENDİ İNQLİSİ İLƏ GÖRÜŞ

Bakı

22 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 22-də bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlisi

qəbul etmişdir.

bp şirkətinin icraçı vitse-prezidenti Endi İnqlis ilk dəfə 15 il

bundan əvvəl Bakıya gəldiyini və ötən dövr ərzində çox böyük

inkişafın şahidi olduğunu vurğuladı. «Əsrin müqaviləsi»nin

imzalanmasından artıq 15 il ötdüyünü bildirən qonaq bu

müddətdə ölkəmizdə qarşıya qoyulan bütün məqsədlərə nail

olunduğunu və böyük uğurlar qazanıldığını dedi. Endi İnqlis bp

şirkətinin ölkəmizlə əməkdaşlığının gələcəkdə daha da

genişlənəcəyinə əminliyini bildirdi.

Ötən il «Əsrin müqaviləsi»nin 15 illiyi münasibətilə

mərasimlər keçirildiyini qeyd edən dövlətimizin başçısı əldə

olunan bütün bu nailiyyətlərin əsasında uğurlu enerji siyasətinin

dayandığını dedi. Prezident İlham Əliyev bildirdi ki, əgər 15 il

əvvəl başlanan enerji siyasəti həyata keçirilməsəydi,

iqtisadiyyatımızın şaxələndirilməsi və sosial proqramların

həyata keçirilməsi mümkün olmazdı. bp şirkəti ilə əməkdaşlığa

toxunan dövlətimizin başçısı energetika sahəsində uğurlu

əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar

olduğunu bildirdi.

Page 66: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

66

HUMANİTAR ƏMƏKDAŞLIQ ÜZRƏ BİRİNCİ

AZƏRBAYCAN–RUSİYA FORUMUNUN

İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ

Bakı

23 yanvar 2009-cu il

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan–

Rusiya Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini

qəbul etmişdir.

İ l h a m Ə l i y e v: – Əziz dostlar!

Sizi görməyə çox şadam. Azərbaycanda sizi ürəkdən

salamlamaq istəyirəm. Bu gün Humanitar Əməkdaşlıq üzrə

Rusiya–Azərbaycan Forumu işə başlamışdır. Mən bu təşəbbüsü

tamamilə dəstəkləyirəm. Eşitdiyimə görə, sizin proqramınızın

birinci hissəsi çox uğurlu olmuşdur. Ümid edirəm ki,

Azərbaycanda olduğunuz bütün günlər sizin üçün həm faydalı,

həm də xoş və yaddaqalan olacaqdır.

Щуманитар ямякдашлыг цзря бириъи Азярбайъан–Русийа

форумунда Русийанын Мядяниййят назири Александр Авдейев,

Русийа Президентинин бейнялхалг мядяни ямякдашлыг цзря

хцсуси нцмайяндяси Михаил Швидков, Русийа Дювлят

Думасынын бейнялхалг мясяляляр цзря комитяси сядринин

биринъи мцавини Леонид Слутски, ССРИ Халг артисти Иосиф

Ковзон, Русийа Щуманитар Университетинин ректору Йефим

Пиванов вя Русийа Федерасийасы Фдерасийа Шурасынын

игтисади сийасят, сащибкарлыг вя мцлкиййят мясяляляри цзря

комитяси сядринин мцавини Андрей Хазин чыхыш етдиляр.

Page 67: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

67

Mən burada çoxdan münasibətim olan xeyli tanışlarımı,

dostlarımı, nisbətən yaxın vaxtlarda tanış olduğum adamları

gördüm. Bəzilərini isə bu gün ilk dəfədir ki, görürəm. Hesab

edirəm ki, bu cür format – sizin nümayəndə heyətinin tərkibində

həm köhnə tanışlarımızın, həm də Azərbaycanı yaxın vaxtlarda

tanımağa başlamış insanların olması, əlbəttə böyük əhəmiyyət

kəsb edir. Çünki bu, ölkəmizin həyatı ilə, burada mövcud olan

problemlər və nailiyyətlərlə daha yaxşı tanış olmağa imkan

verəcəkdir. Bu cür ünsiyyət forması bütövlükdə çox müsbətdir,

çünki ölkələrimiz arasında münasibətlər çox dinamik və

səmərəli inkişaf edir. Təbii ki, ölkələrimizin ictimaiyyətinin də,

– siz isə Rusiya cəmiyyətinin bütün sahələrini təmsil edirsiniz –

Rusiya ilə Azərbaycan arasında cərəyan edən müsbət proseslərə

fəal qoşulmasını istərdik.

Sizin nümayəndə heyətinin tərkibində icra və qanunverici

hakimiyyətlərin nümayəndələri, mətbuatın və vətəndaş

cəmiyyətinin nümayəndələri vardır. Buna görə də güman

edirəm ki, hamı üçün maraqlı olacaqdır.

Humanitar əməkdaşlıq sahəsində bizim fəal qarşılıqlı

əlaqələrimiz vardır. Yəqin ki, bugünkü çıxışlarda, şəxsi söh-

bətlərdə və sabahkı proqramda bu istiqamətdə görülmüş işlərin

hamısı ətraflı şərh olunacaqdır. Əlbəttə, bu çox vacibdir. Bunu

bilmək və bu cür müsbət təcrübə bazasında əməkdaşlığı daha da

inkişaf etdirmək lazımdır. Lakin mənim fikrimcə, ən əsası odur

ki, bu Forum ölkələrimiz arasında münasibətlərin gələcək

inkişafına, çoxşaxəli münasibətlərin inkişafına güclü təkan

verməlidir. Ona görə ki, əməkdaşlığın potensialı çox yüksəkdir,

əldə edilmiş nəticələr bizi qane edir. Lakin heç şübhəsiz,

əməkdaşlığı genişləndirməli olduğumuz sahələr də çoxdur –

iqtisadi sahə, qarşılıqlı siyasi əlaqələr məsələsi, vətəndaş

cəmiyyəti və mətbuat səviyyəsində, yəni ictimai fikri

formalaşdıran və dövlətin siyasi xəttini müəyyən dərəcədə təyin

edən strukturlar səviyyəsində əlaqələr bu qəbildəndir.

Ölkələrimiz arasında çox sıx münasibətlər vardır, biz

qonşuyuq, dostuq. İqtisadi münasibətlərin statistikasına nəzər

Page 68: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

68

salsaq görərik ki, keçənilki böhran ili istisna olmaqla həm əmtəə

dövriyyəsinin həcminə, həm də onun keyfiyyətinə və

strukturuna görə daim artım müşahidə olunmuşdur. Əvvəlki

illərdə müzakirə prosesində olan əsas məsələlər praktiki olaraq

həll edilmişdir. Biz qarşılıqlı anlaşmanı genişləndiririk.

Zənnimcə, humanitar sahədə qazandığımız nailiyyətlərlə tanış

olmağa imkanınız olacaqdır. Biz MDB məkanında bütün

humanitar proseslərdə də fəal iştirak edirik.

Bu il hamımız İkinci Dünya müharibəsində Qələbənin 65

illiyini qeyd edəcəyik. Bu faktın qiymətləndirilməsində Rusiya

ilə Azərbaycan arasında tam qarşılıqlı anlaşma mövcuddur.

Rusiyada olduğu kimi, biz də veteranlara böyük qayğı ilə

yanaşırıq və hesab edirəm ki, İkinci Dünya müharibəsinin

tarixinin təftiş və təhrif edilməməsi üçün hamı səy

göstərməlidir. Bugünkü nəslin bir qismi müharibənin bütün

çətinliklərini öz üzərində hiss etmişdir, bir qismi bu barədə öz

valideynlərinin söhbətlərinə əsasən məlumata malikdir. Lakin

elə etmək lazımdır ki, 20 ildən və 50 ildən sonra bizim ortaq

qəhrəmanlıq tariximizi təftiş etməyə hətta cüzi imkan olmasın.

Humanitar sahədə bizi birləşdirən istiqamətlər çoxdur.

Əlbəttə ki, biz əlaqələrimizi bu müsbət təcrübə əsasında

genişləndirməyə çalışmalıyıq. Hesab edirəm ki, ölkələrimiz

arasında qarşılıqlı siyasi fəaliyyətin, iqtisadi kooperasiyanın və

müxtəlif sahələrdə əməkdaşlığın səviyyəsi ictimai şüurda tam

əks olunur. Əlbəttə, burada səmərəli iş üçün geniş məkan

mövcuddur. Çünki düzgün nəticə çıxarmaq üçün vəziyyətə

bələd olmaq lazımdır. Vəziyyətə bələd olmaq üçün insanlar

ünsiyyət saxlamalı, bir-birinin yanına gedib-gəlmək və daim

ünsiyyətdə olmalıdırlar. Yadımdadır, bir neçə il bundan əvvəl

biz Azərbaycanda Rusiya ili və Rusiyada Azərbaycan ili

keçirirdik. Bu tədbirlər çərçivəsində daim əlaqə saxlayırdıq,

nümayəndə heyəti mübadiləsi aparırdıq və əlbəttə, bütün bunlar

münasibətlərimizə çox böyük dinamizm gətirmişdir. Hesab

edirəm ki, sizin nümayəndə heyəti və bu Forumun keçirilməsi

Page 69: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

69

ölkələrimizin nümayəndələri arasında qarşılıqlı münasibətlərin

daha da genişlənməsinə şərait yaradacaqdır.

Artıq qeyd etdiyim kimi, sizin nümayəndə heyətində Rusiya

cəmiyyətinin bütün təbəqələri təmsil olunmuşdur. Bu insanlar

həm sizin ölkənin inkişafını, həm də ictimai rəyi çox cəhətdən

müəyyən edir. Əlbəttə, buna görə də biz istərdik ki, siz

Azərbaycanda olduğunuz günlərdə Azərbaycanla tanış olasınız,

ölkəmizin inkişafını bir daha, bəziləriniz isə ilk dəfə görəsiniz.

Ölkəmiz dinamik inkişaf edir. Son vaxtlar sosial-iqtisadi

inkişafın bir sıra problemləri həll edilmişdir. Hətta böhran ilində

də biz yaxşı artım sürəti nümayiş etdirmişik. Ölkədə vətəndaş

həmrəyliyi, siyasi sabitlik, hər bir vətəndaş üçün sərbəstlik

mövcuddur. Azərbaycanın inkişafı haqqında bu gün yəqin ki,

müxtəlif məlumatlar səslənmişdir. Lakin ən yaxşı göstərici

əlbəttə sizin şəxsi təəssüratınız olacaqdır. Ümid edirəm ki, sizin

təkcə iclaslarda iştirak etmək deyil, sadəcə şəhərdə gəzmək,

Azərbaycanın həyatı ilə tanış olmaq, ölkəmizin həyat tərzini

hiss etmək üçün də imkanınız olacaqdır.

Mən bu cür, deyərdim ki, nadir bir tədbirin keçirilməsi

təşəbbüsünü irəli sürənlərin hamısına ürəkdən təşəkkür etmək

istəyirəm. Çünki mən indiyə qədər istər formasına, istər

tərkibinə, istərsə də proqramına və başlıcası, öz ruhuna görə

buna oxşar bir tədbir xatırlamıram. Biz hamımız bu tədbiri

dəstəkləyirik. Lakin təbii ki, hər bir yenilik təşəbbüs qrupunun

sayəsində həyata keçirilir. İndiki halda bu təşəbbüs qrupuna

Azərbaycanın böyük dostları, ölkəmizi sevən və qəlblərində

Azərbaycana olan bu münasibətin onların dostluq etdiyi,

sevdiyi, özlərinə həmməslək saydığı adamlara da sirayət

etməsini istəyən insanlar daxildir. Buna görə də mən bütün

təşəbbüsçülərə, təşkilatçılara və əlbəttə, qonaqlara təşəkkür

etmək istəyirəm. Mən bilirəm ki, siz hamınız çox məşhur və

məşğul adamlarsınız. Hamınızın işi çoxdur və yəqin ki, bir neçə

günlüyə bu işlərdən uzaqlaşmaq heç də həmişə asan olmur.

Vaxt tapıb ölkəmizə gəldiyinizə görə sizə təşəkkür etmək

Page 70: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

70

istəyirəm. Biz bunu yüksək qiymətləndiririk. Ümid edirəm ki,

siz buna təəssüflənməyəcəksiniz.

Mən öz şərhlərimi çox mühüm sözlərlə tamamlamaq

istərdim. Sabah biz böyük dostumuz Mixail Solomonoviç

Qusmanın yubileyini qeyd edəcəyik. Onun bütün həyatı Rusiya

ilə Azərbaycan arasında münasibətlərin, dostlar arasında

münasibətlərin, Vətəninə, yaxınlarına, dostlarına münasibətin

parlaq nümunəsidir. Onu Moskva ilə Bakı arasında bölmək çox

çətindir. Zənnimcə, bu, heç lazım da deyildir. O, hətta fiziki

mənada burada olmadığı vaxtda belə permanent şəkildə burada

mövcuddur. Mən sizin qarşınızda onu bu gözəl yubiley

münasibətilə ürəkdən təbrik etmək istərdim.

Dövlətimizin başçısı İTAR-TASS agentliyinin baş

direktorunun birinci müavini Mixail Qusmanın ölkələrimiz və

xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da

möhkəmlənməsinə töhfələrini yüksək qiymətləndirərək ona

cansağlığı, gələcək fəaliyyətində uğurlar diləmiş və ən xoş

arzularını bildirmişdir.

Prezident İlham Əliyev demişdir: Mən bu gün sizin

xidmətlərinizi sizə «Dostluq» ordeni təqdim etməklə qeyd

etmək istəyirəm. Siz bu ordenlə dövlətlərimiz arasında

münasibətlərin inkişafına verdiyiniz böyük töhfəyə görə təltif

olunursunuz. Bu, Azərbaycan dövlətinin sizə verdiyi ilk

mükafat deyildir. Beş il bundan əvvəl siz «Şöhrət» ordeni ilə

təltif edilmişdiniz. «Dostluq» ordeni nisbətən təzədir. Bu orden

rəsmi dövlət təltifi kimi nisbətən yaxın vaxtlarda qəbul

edilmişdir və bu ordenlə təltif olunan insanların sayı o qədər də

çox deyildir.

Prezident İlham Əliyev İTAR-TASS-ın Baş direktorunun

birinci müavini Mixail Qusmana «Dostluq» ordeni təqdim etdi.

Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirən

Mixail QUSMAN dedi:

– Bu, mənim üçün son dərəcə dəyərli və əzizdir. Bu

mükafata görə çox təşəkkür edirəm. Həqiqətən hisslərim aşıb-

daşır. Mübaliğəsiz deyirəm, iş elə gətirmişdir ki, ağlım

Page 71: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

71

kəsəndən mənim bütün həyatım, – belə ki, mən artıq təxminən

30 ildir Moskvada yaşayıram – qəlbimin səsi ilə, peşəmlə

əlaqədar Rusiya ilə Azərbaycan arasında münasibətlərin

inkişafına öz töhfəmi verməyə çalışıram. Bəlkə də

dövlətlərarası münasibətlərin inkişafına çox cüzi töhfə

vermişəm. İnformasiya əməkdaşlığının inkişafında, yəqin ki,

mənim də kiçicik əməyim vardır. Lakin bir şeylə həqiqətən fəxr

edə bilərəm ki, onlarca bakılı həmyerlim Moskvada özünə

onlarca yeni dost tapmışdır. Onlarca Moskva ailəsində mənim

bakılı dostlarımı, həmyerlilərimi əziz dost kimi qarşılayırlar.

Əgər bir neçə yüz azərbaycanlı və rus ailəsinin yaxından

dostlaşmasına kömək edə bilmişəmsə, bu baxımdan hesab

edirəm ki, mən bu ordenə layiqəm. Çox təşəkkür edirəm.

Page 72: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

72

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

RUSİYA FEDERASİYASI PREZİDENTİ

ADMİNİSTRASİYASININ RƏHBƏRİ SERGEY

NARIŞKİNİ İLƏ GÖRÜŞÜ

Bakı

23 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 23-də Rusiya Federasiyası Prezidenti Administra-

siyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif

sahələrdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyi

vurğulandı.

Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azər-

baycan–Rusiya Forumunun əhəmiyyətinin qeyd olunduğu

görüşdə bu cür tədbirlərin Azərbaycan ilə Rusiya arasında

əməkdaşlığın daha da dərinləşməsi işinə xidmət etdiyi bildirildi.

Qeyd edildi ki, ölkələrimiz arasında humanitar sahədə əlaqələr

möhkəm əsaslara söykənir və əlaqələrimiz beynəlxalq sahədə

humanitar əməkdaşlıq üçün yaxşı nümunədir.

Azərbaycan Prezidentinin Humanitar Əməkdaşlıq üzrə

Birinci Azərbaycan–Rusiya Forumunun iştirakçıları ilə səmərəli

və məhsuldar görüşünün əhəmiyyəti vurğulandı. Görüşdə

forumun növbəti ildən mütəmadi olaraq keçirilməsinin və

formatının genişləndirilməsinin məqsədəuyğun olduğu

bildirildi.

Page 73: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

73

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

RUSİYA FEDERASİYASINA İŞGÜZAR SƏFƏRƏ

YOLA DÜŞMÜŞDÜR

Bakı

25 yanvar 2009-cu il

Yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar

səfərə yola düşmüşdür.

Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq

hava limanında Baş nazir Artur Rasizadə, Prezident Admi-

nistrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra

Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

Page 74: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

74

SOÇİ ŞƏHƏRİNİN «ADLER» BEYNƏLXALQ

HAVA LİMANINDA QARŞILANMA

Soçi

25 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 25-də Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar

səfərə gəlmişdir.

Azərbaycan dövlətinin başçısını Soçinin «Adler» Beynəlxalq

hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət

nümayəndələri qarşıladılar.

Page 75: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

75

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

VƏ ERMƏNİSTAN PREZİDENTİ

SERJ SARKİSYANIN GÖRÜŞÜ

Soçi

25 yanvar 2009-cu il

Yanvarın 25-də Soçinin «Adler» Beynəlxalq hava

limanında Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj

Sarkisyanın görüşü olmuşdur.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın, ATƏT-in

Minsk qrupunun həmsədrləri Robert Bratkenin (ABŞ), Bernar

Fasyenin (Fransa), Yuri Merzlyakovun (Rusiya), habelə

təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji

Kaspşikin iştirak etdikləri görüşdə Ermənistan–Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı

danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir

mübadiləsi aparılmışdır.

Page 76: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

76

SOÇİDƏ AZƏRBAYCAN, RUSİYA VƏ

ERMƏNİSTAN PREZİDENTLƏRİNİN BİRGƏ

GÖRÜŞÜ

Soçi

25 yanvar 2009-cu il

Yanvarın 25-də Soçidə işgüzar səfərdə olan Azərbaycan

Prezidenti İlham Əliyev «Grand Polyana» mehmanxanasının

«Qəbullar evi»nə gəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevi «Qəbullar evi»nin

önündə Rusiya Prezidenti Dmitri Medvedev qarşıladı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliye-

vin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və

Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə

görüşü oldu.

Daha sonra görüş Azərbaycanın xarici işlər naziri Elmar

Məmmədyarovun, Rusiyanın xarici işlər naziri Sergey Lav-

rovun və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın

iştirakı ilə davam etdi.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ müna-

qişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olundu.

Page 77: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

77

AZƏRBAYCAN, RUSİYA VƏ ERMƏNİSTAN

PREZİDENTLƏRİ SOÇİDƏ DAĞ XİZƏKSÜRMƏ

MƏRKƏZİNDƏ OLMUŞLAR

Bakı

26 yanvar 2009-cu il

Yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin,

Rusiya Prezidenti Dmitri Medvedevin və Ermənistan Prezidenti

Serj Sarkisyanın Soçidə keçirilmiş üçtərəfli görüşündən sonra

dövlət başçıları dağ xizəksürmə mərkəzində olmuşlar.

Mərkəzə gələn sakinlər Azərbaycan Prezidenti İlham

Əliyevdən və Rusiya Prezidenti Dmitri Medvedevdən birgə

şəkil çəkdirməyi xahiş etmişlər. Prezidentlər İlham Əliyev və

Dmitri Medvedev sakinlərlə şəkil çəkdirdilər.

Sonra dövlət başçıları İlham Əliyev və Dmitri Medvedev

mərkəzdə xizək sürmüşlər.

Page 78: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

78

SƏFƏR BAŞA ÇATDI

Bakı

25 yanvar 2009-cu il

Yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin

Rusiya Federasiyasına işgüzar səfəri başa çatmışdır.

Azərbaycan dövlətinin başçısını Soçinin «Adler» Beynəlxalq

hava limanında Rusiyanın yüksək vəzifəli dövlət və hökumət

nümayəndələri yola saldılar.

* * *

Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıtmışdır.

Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq

hava limanında Baş nazir Artur Rasizadə, Prezident Admi-

nistrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra

Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Page 79: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

79

AVROPA ŞURASI PARLAMENT

ASSAMBLEYASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB MÖVLUD ÇAVUŞOĞLUYA

Hörmətli cənab Prezident!

Avropa Şurası Parlament Assambleyasının Prezidenti

vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik

edirəm.

Biz Azərbaycan ilə Avropa Şurası arasındakı münasibətlərə

və sıx əməkdaşlığa böyük əhəmiyyət verir, ümumavropa

proseslərində bu mötəbər təşkilatın daim artan rolunu yüksək

qiymətləndirir, Avropa Şurasının bütün strukturları ilə

əlaqələrimizi genişləndirməyə çalışırıq.

Əminəm ki, insan hüquqları və azadlıqlarının təmin edil-

məsi, demokratik dəyərlərin təntənəsi, regionumuzda sülhün və

sabitliyin bərqərar olması naminə konstruktiv əməkdaşlığımızın

səmərəsini daha da artırmaq yolunda birgə səylərimizi bundan

sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar diləyir, ən xoş

arzularımı yetirirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 yanvar 2010-cu il

Page 80: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

80

EFİOPİYA FEDERATİV DEMOKRATİK

RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB GİRMA VOLDE-GİORGİSƏ

Hörmətli cənab Prezident!

«Ethiopian Airlines» şirkətinə məxsus sərnişin təyya-

rəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı

xəbərini kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın

adanlarına dərin hüznlə başsağlığı verirəm.

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 yanvar 2010-cu il

Page 81: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

81

LİVAN RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB MİŞEL SÜLEYMANA

Hörmətli cənab Prezident!

Beyrut şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya

uğraması və çoxlu sayda həmvətəninizin həlak olması xəbəri

məni son dərəcə kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə,

bütün Livan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı

adından dərin hüznlə başsağlığı verirəm.

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 yanvar 2010-cu il

Page 82: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

82

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

İSVEÇRƏYƏ İŞGÜZAR SƏFƏRƏ YOLA

DÜŞMÜŞDÜR

Bakı

27 yanvar 2009-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi

Forumunda iştirak etmək üçün yanvarın 27-də İsveçrəyə işgüzar

səfərə yola düşmüşdür.

Dövlətimizin başçısını Heydər Əliyev adına Beynəlxalq

hava limanında Baş nazir Artur Rasizadə, Prezident

Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri

İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

Page 83: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

83

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

İSVEÇRƏYƏ İŞGÜZAR SƏFƏRƏ GƏLMİŞDİR

Sürix

27 yanvar 2009-cu il

Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda

iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.

Prezident İlham Əliyev Sürixdən Davos şəhərinə yola düşdü.

Page 84: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

84

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

VƏ SLOVENİYA PREZİDENTİ DANİLO TÜRKÜN

GÖRÜŞÜ

Davos

27 yanvar 2009-cu il

Yanvarın 27-də Davosda Azərbaycan Prezidenti İlham

Əliyevin və Sloveniya Prezidenti Danilo Türkün görüşü

olmuşdur.

Görüşdə əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf

etdiyi qeyd olundu.

Azərbaycana səfərinin təəssüratlarını məmnunluqla

xatırladan Danilo Türk qeyd etdi ki, həmin səfər zamanı

keçirilmiş səmərəli görüşlər müxtəlif sahələr üzrə əməkdaşlıq

üçün yaxşı əsaslar yaratmışdır. Hazırda Sloveniya tərəfi həmin

səfər zamanı əldə edilmiş razılaşmalar üzərində fəal işləyir.

Sloveniya Azərbaycan ilə əlaqələrin daha geniş sahələri əhatə

etməsində maraqlıdır.

Sloveniya Prezidenti Azərbaycanda gedən iqtisadi inkişaf

prosesləri, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində

vəziyyətlə maraqlandı.

Prezident İlham Əliyev əlaqələrimizin uğurla inkişaf etdiyini

bildirdi.

Dövlətimizin başçısı Ermənistan–Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan

danışıqlar prosesinə toxundu.

Danilo Türk Azərbaycan Prezidentini Sloveniyaya səfərə

dəvət etdi.

Page 85: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

85

bp ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU

İLƏ GÖRÜŞ

Davos

27 yanvar 2009-cu il

Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev Davosda bp şirkətinin baş icraçı direktoru Toni

Heyvord ilə görüşmüşdür.

Söhbət zamanı bp şirkəti ilə Azərbaycan arasında

əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyi bildirildi,

əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə

olundu.

Görüşdə Azərbaycan ilə bp arasında əlaqələrin

perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Page 86: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

86

RWE ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU

İLƏ GÖRÜŞ

Davos

27 yanvar 2009-cu il

Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev Davosda RWE şirkətinin baş icraçı direktoru

Yurgen Qrosman ilə görüşmüşdür.

Azərbaycan Respublikasının Dövlət Neft Şitkəti ilə RWE

şirkəti arasında uğurlu əməkdaşlığın həyata keçirildiyinin

vurğulandığı görüşdə əlaqələrin gələcəkdə daha da

genişlənəcəyinə əminlik ifadə olundu.

Görüşdə əməkdaşlığın perspektivləri və Nabukko layihəsi

ətrafında fikir mübadiləsi aparıldı.

Yurgen Qrosman Almaniya hökumətinin Nabukko

layihəsinə dəstəyini vurğulayaraq, bu sahədə əməkdaşlığın

uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Page 87: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

87

«CHEVRON» KORPORASİYASININ VİTSE-

PREZİDENTİ

CEY PRİOR İLƏ GÖRÜŞÜ

Davos

27 yanvar 2009-cu il

Yanvarın 27-də Azərbaycan Prezidenti İlham Əliyev

Davosda «Chevron» korporasiyasının vitse-prezidenti Cey Prior

ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə

«Chevron» korporasiyası arasında ikitərəfli əməkdaşlığın

yüksək səviyyədə olduğu bildirildi, enerji məsələləri ilə bağlı

geniş fikir mübadiləsi aparıldı.

Page 88: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

88

«EDİSSON» ŞİRKƏTİNİN BAŞ İCRAÇI

DİREKTORU İLƏ GÖRÜŞ

Davos

27 yanvar 2009-cu il

Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev Davosda «Edisson» şirkətinin baş icraçı direktoru

Umberto Kuadrino ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə,

xüsusən də enerji sahəsində yaxşı əməkdaşlığın olduğu

vurğulandı.

Umberto Kuadrino «Edisson» şirkətinin bu əməkdaşlıq

çərçivəsində yeni bir layihənin – İtaliya hökumətinin də dəstək-

lədiyi Türkiyə–Yunanıstan–İtaliya qaz boru kəmərinin həyata

keçirilməsində maraq göstərdiyini bildirdi və bunun üçün yaxşı

perspektivlərin olduğunu dedi.

Azərbaycan tərəfinin həmin layihəni dəstəklədiyini qeyd

edən Prezident İlham Əliyev bildirdi ki, bu, enerji daşıyıcı-

larının nəqlinin şaxələndirilməsi baxımından mühüm layihədir.

Page 89: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

89

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

«BLOOMBERG» AGENTLİYİNƏ MÜSAHİBƏSİ

Bakı

27 yanvar 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

yanvarın 27-də Davosda «Bloomberg» informasiya agentliyinə

müsahibə vermişdir.

Həmin müsahibəni oxuculara təqdim edirik.

– Azərbaycan olduqca böyük neft hasilatçısıdır. Neftin

qiyməti barədə nə düşünürsünüz? – Hesab edirəm ki, hazırda qiymət ədalətlidir. Bu qiymət

hasilatçıların və istehlakçıların tələbatlarına cavab verir və eyni

zamanda, şirkətlərə sərmayə qoymaq imkanı yaradır. Çünki

hazırkı səviyyədən aşağı olan qiymət şirkətlərə yeni işlənmə,

kəşfiyyat və hasilat işlərinə sərmayə yatırmaqda çətinlik

yaradır. Zənnimcə, bu qiymət tarazlıdır.

– Hazırda qiymətlər qalxmaqda davam edir, lap yüz

dolları ötsün, məgər Siz bundan məmnun

olmayacaqsınızmı? – Neftin qiymətinin kəskin şəkildə qalxması büdcəmizə

əlavə vəsaitlər verdi. Lakin, eyni zamanda, bu, ölkəmizdə

olduqca yüksək inflyasiya yaratdı və istehlak qiymətləri də

qalxdı. Ölkənin tarazlı şəkildə inkişafını təmin etmək və əha-

linin sosial vəziyyətini daha da möhkəmləndirmək məqsədi ilə

əlavə imkanlar əldə etmək üçün hesab edirəm ki, qiymət

təxminən 90 və ya 100 dollar səviyyəsində olmalıdır. 70 dollar

da yaxşı qiymətdir.

– Bilirik ki, təbii qaz Azərbaycanın gələcək inkişafı üçün

çox önəmli amildir. «Qazprom» Azərbaycan qazını almaq

Page 90: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

90

təklifi ilə çıxış etmişdir. Onlar bu gün nə qədər həcmdə qazı

almağı təklif ediblər və ölkəniz hazırda istismar olunan

boru kəmərləri şəbəkəsi ilə nə qədər qazı ixrac etmək

imkanındadır? – Biz qazımızı müxtəlif istiqamətlərdə ixrac etməkdəyik. Bu,

bizim üçün çox vacibdir, çünki biz qazın nəqli sahəsində

maksimal şaxələndirməyə nail olmuşuq. Bildiyiniz kimi,

şaxələndirmə nəinki istehlakçılar, o cümlədən hasilatçılar üçün

də çox vacibdir. Beləliklə, biz qazı qonşu ölkələrə ixrac edirik

və əlbəttə, hər hansı ölkə üçün yeni bazara çıxış şübhəsiz ki,

çox vacibdir. Bizim «Qazprom»la sazişdə ixracın yuxarı həddi

nəzərdə tutulmayıb. Biz belə razılığa gəldik ki, hansı həcmdə

qaz təklif etsək, «Qazprom» bir o qədər də alacaqdır.

– Yəni istənilən qədər? – Bəli.

– Ümumiyyətlə, sizdə olan mövcud boru kəmərləri

şəbəkəsi ilə nə qədər qaz ixrac edə bilərsiniz? Yəni, nə qədər

qazınız olarsa, bir o qədər?.. – Bu məsələdə ən mühüm amil hasilatın həcmidir. Bu gün

biz bu həcmi elə bir səviyyədə saxlayırıq ki, ixrac etmək im-

kanımız olsun. Əgər bizim yeni ixrac imkanlarımız və bazarlar

olarsa, əlbəttə ki, hasilatın artırılmasına böyük sərmayələr

qoyacağıq. Biz qazı satmaq imkanımız olmadan hasilatı

artırmaq üçün on milyardlarla dollar sərmayə qoya bilmərik.

– Rusiya da elə bunu edir. Rusiya tərəfi təklif edə

biləcəyiniz qədər həcmi almağa hazır olduğunu

bildirmişdir. Bu, əlavə sərmayələrin qoyulmasına imkan

yaratmırmı, yəni sizin üçün bir növ «kart blanş» deyilmi? – Bizim böyük ehtiyatlarımız vardır. Təbii qaz ehtiyat-

larımızın təsdiqlənmiş həcmi 2 trilyon kubmetrdir. Bu həcm 5

trilyon kubmetr də ola bilər. Beləliklə, bizim özümüzü və eləcə

də, dünyanın müxtəlif yerlərində tərəfdaşlarımızı ən azı yüz il

qazla təchiz edə bilərik. Beləliklə, bununla bağlı bütün lazımi

işlər görülməlidir. Bizim «Qazprom»la münasibətlərə gəldikdə,

Page 91: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

91

burada üstünlük ondan ibarətdir ki, aramızda heç bir tranzit ölkə

yoxdur. Biz sadəcə həmsərhədik, infrastrukturumuz da vardır.

– Sizdən ən böyük qaz yatağı haqqında soruşmaq

istərdim. Söhbət «Şahdəniz»dən gedir. Hazırda

Azərbaycandan uzanan boru kəmərlərinin mövcud şəbəkəsi

bu ən böyük qaz yatağının işlənilməsinin

məhdudlaşdırılması və ya yubadılmasına səbəb ola bilərmi? – Bu gün buna səbəb kimi təkcə mövcud infrastrukturun

nəqletmə qabiliyyəti deyil, tranzitlə və qazımızın qiyməti ilə

bağlı məsələləri də göstərmək olar. «Şahdəniz» yatağı dünyada

ən böyük yataqlardan biridir. Bu yataq 1,2 trilyon kubmetr qaz

ehtiyatına malikdir. Biz infrastrukturu genişləndirə bilərik və

bunun üçün ya yeni qaz boru kəmərinin çəkilməsini, ya da

mövcud boru kəməri şəbəkəsini genişləndirməyi planlaşdırırıq.

Buna görə, bu gün mövcud boru kəmərləri şəbəkəsi məsələsi

əsas maneə kimi qəbul edilməməlidir. Tranzit məsələsini həll

etdikdən, ədalətli qiymətə nail olduqdan sonra Azərbaycan və

onun tərəfdaşları olan xarici şirkətlər yeni infrastrukturun

qurulması üçün milyardlarla dollar sərmayə qoyacaqlar.

– Siz tranzit və qiymət məsələlərinə toxundunuz. Siz bu

amilləri Nabukko layihəsi üzrə razılaşma üçün və ya bu

layihənin real bir layihəyə çevrilməsi üçün zəruri şərtlər

kimi göstərirsinizmi? – Əslində, Nabukko layihəsi «Cənub dəhlizi»nin əsas

elementlərindən biridir. Bu layihə qazımızı Qərb bazarlarına

çıxarmaq imkanı verə bilər. Buraya, Nabukko, TGİ (Türkiyə–

Yunanıstan–İtaliya) və TAP (Transadriatik boru kəməri)

layihələri daxildir.

– Yəni, Gürcüstan və Türkiyə vasitəsilə Qərbi Avropa

ölkələrinə çıxış?.. – Bəli. Buna görə tranzit məsələləri həll olunmadan

infrastrukturun genişləndirilməsi haqqında danışmaq tezdir.

– Nabukko haqqında danışdıq. Siz bunu «Cənub dəhlizi»

adlandırdınız, lakin mahiyyətcə bunlar eynidir. «Cənub

dəhlizi» Azərbaycanda hasil olunan enerjidaşıyıcıların

Page 92: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

92

Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına nəqlini

nəzərdə tutur. Sizin fikrinizcə, bu, həqiqətən baş

tutacaqmı? Bu haqda müəyyən müddətdə söhbətlər gedir. – Bunu demək çətindir. Çünki sizin də qeyd etdiyiniz kimi,

bu haqda artıq uzun müddətdir ki, kifayət qədər söhbətlər gedir.

Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Birincisi, 2009-

cu ilin may ayında siyasi bəyannamə imzalanıb. Azərbaycan da

bu siyasi bəyannaməyə qoşulmuşdur. Bundan əlavə, Nabukko

üzvləri arasında bu layihənin hansı formada irəliyə aparılması

ilə bağlı razılaşma əldə edilmişdir. Bu layihəni irəli aparmaq

üçün bir sıra elementlər mövcud olmalıdır. Birincisi, bunu

etmək üçün güclü siyasi iradə olmalıdır. İkincisi, maliyyə

vəsaiti olmalıdır. Öncə qeyd etdiyim kimi, tranzit məsələlərinin

həll olunmaması ən əsas maneədir. Eyni zamanda, qazımız üçün

bazar qiyməti razılaşdırılmalıdır.

– Siz qeyd etdiniz ki, əsas maneə qazın qiyməti və tranzit

məsələsidir. Aydındır ki, Azərbaycan üçün tranzitlə

əlaqədar ən böyük məsələ Türkiyə ilə bağlıdır. Türkiyəyə

qazın satışı ilə bağlı razılaşma üzərində müəyyən müddətdir

ki, iş gedir. Bu prosesi ləngidən nədir? – Biz qazı Türkiyəyə ixrac edirik. «Şahdəniz» yatağının

birinci fazasından ixrac edirik. Bu baxımdan, heç bir

problemimiz yoxdur. Yeganə problem ondan ibarətdir ki, bu

gün mövcud olan qiymət bazar qiymətinə uyğun deyildir və

iqtisadi baxımdan bizim üçün sərfəli deyildir. Türkiyəli

həmkarlarımız da qiymətin ədalətli olmadığını deyirlər.

Beləliklə, qiymətlərə yenidən baxılmalıdır.

– Siz, Azərbaycanın Prezidenti kimi enerji müharibələri,

alternativ enerji təchizatı marşrutları konsepsiyasından

yaxşı xəbərdarsınız. Bununla bağlı Azərbaycanın siyasi

mövqeyi necədir? Yəni, tutaq ki, Rusiya sizə deyir, bəli,

bütün qazınızı verin, mən alıram. Bu, bizneslə bağlı

məsələdir? Nəzəri baxımdan, əgər onlar sizin bütün qazınızı

alsalar, onda sual yaranır – boru xətləri nəyə gərəkdir? Siz

siyasi baxımdan Qərbi Avropa istehlakçısı üçün alternativ

Page 93: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

93

enerji təchizatı marşrutuna həqiqətən sadiqsinizmi, yoxsa,

bu, Azərbaycanın milli maraqlarına cavab vermir? – Bizə gəldikdə, bu, yüz faiz kommersiya xarakterli

məsələdir. Mən sizə əvvəlki təcrübəmizdən söyləyə bilərəm ki,

biz neft marşrutlarımızı şaxələndirəndə də, bu, kommersiya

məsələsi idi, yəni bizə neftimizi Aralıq dənizinə çıxarmaq üçün

əsas boru kəməri lazım idi. Bakı–Tbilisi–Ceyhan bu cür baş

tutdu. Eyni zamanda, bizim iki digər boru kəmərimiz də vardır.

Onlardan biri neftimizi Rusiyanın, digəri isə Gürcüstanın Qara

dənizdəki sahillərinə çıxarır. Eyni vəziyyət qaz sahəsinə də

aiddir. Bu, sırf kommersiya məsələsi olmalıdır. Nabukko

layihəsinin problemlərindən biri ondan ibarətdir ki, məsələ

həddindən artıq siyasiləşdirilir. Biz diqqətimizi kommersiya

məsələlərinə cəmləşdirməliyik. Onlar cəlbedici, əsaslandırılmış

və ədalətli olmalıdır. Hasilatçılar, istehlakçılar və tranzit ölkələr

arasında maraqlar tarazlığı qorunmalıdır.

– Hər halda, bu gün Azərbaycanın çalışdığı qiymət məsə-

ləsi ən mühüm məsələdir? – Bu, mühüm məsələlərdən biridir. Digər mühüm məsələ

şaxələndirmədir. Biz yalnız bir marşrutdan asılılığa yol verə

bilmərik.

– Sonuncu sual. Ermənistan ilə Azərbaycan arasında nə

vaxt sülh olacaq? – Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın beynəl-

xalq birlik tərəfindən tanınmış ərazilərindən çıxardığı andan

etibarən sülh bərqərar oluna bilər.

– Çox sağ olun.

Page 94: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

94

«THE WALL STREET JOURNAL»A MÜSAHİBƏ

Davos

27 yanvar 2009-cu il

Yanvarın 27-də İsveçrədə işgüzar səfərdə olan Azər-

baycan Respublikasının Prezidenti İlham Əliyev Davosda «The

Wall Street Journal»ın müxbirlərinə müsahibə vermişdir.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu

məsələ ilə bağlı fəaliyyəti, regional məsələlər, Azərbaycanda

enerji sahəsində görülən işlər, Avropanın enerji

təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu və digər

mövzularda suallara cavab verdi.

Page 95: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

95

PREZİDENT İLHAM ƏLİYEV «QLOBAL ENERJİ

MƏNZƏRƏSİ» MÖVZUSUNDA İCLASDA

İŞTİRAK ETMİŞDİR

Davos

28 yanvar 2009-cu il

İsveçrənin kurort şəhərində açılmış 40-cı Dünya İqtisadi

Forumunun illik toplantısı işini davam etdirir. Forumda müasir

dövrün siyasi-iqtisadi problemlərin, qlobal inkişafın doğurduğu

əsas çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə

yardım məsələləri müzakirə olunur. Toplantıda 100-dək

ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və

hökumət başçıları, tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar,

ekspertlər, beynəlxalq təşkilatların, KİV-lərin rəhbərləri iştirak

edirlər.

Builki toplantı «Dünyanın vəziyyətini yaxşılaşdır: yenidən

düşün, yenidən planlaşdır və yenidən qur» devizi altında keçirilir.

Dünyanın vəziyyətinin yaxşılaşdırılması, mövcud problemlərin

həlli qlobal əməkdaşlığın həyata keçirilməsini tələb edir. Bu isə öz

növbəsində hökumət, biznes, media, elm, din, incəsənət, vətəndaş

cəmiyyəti daxil olmaqla, bütün sahələrin təmsilçilərinin sıx

əməkdaşlıq etmələri zərurətini yaradır. Bu məqsədlə Dünya

İqtisadi Forumunun illik toplantısı qarşıdan gələn dörd on illik

üçün qlobal gündəliyin formalaşdırılması məqsədi ilə ictimai

həyatın bütün sahələrindən olan rəhbərləri öz işinə cəlb etmişdir.

Yanvarın 28-də Forumun «Qlobal enerji mənzərəsi»

mövzusunda iclası keçirilmişdir.

Böyük əhəmiyyətə malik bu iclasda Azərbaycan Prezidenti

İlham Əliyev iştirak etmişdir.

Page 96: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

96

Forumun əsas tədbirlərindən olan «Qlobal enerji mənzərəsi»

mövzusunda iclası Kembric Enerji Tədqiqatları Asso-

siasiyasının sədri Daniel Yergin açaraq Prezident İlham Əliyevə

və digər qonaqlara minnətdarlıq etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etmiş,

ölkəmizdə energetika sahəsində görülən işlərdən danışmışdır.

Dövlətimizin başçısı ölkəmizin qlobal enerji təhlükə-

sizliyində oynadığı roldan söhbət açaraq demişdir ki, Azərbay-

can aparılmış düzgün siyasət nəticəsində və tərəfdaşların birgə

səyi ilə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirmişdir.

Hazırda Azərbaycanın enerji daşıyıcıları müxtəlif istiqamətlərə

nəql olunur. Bunun üçün boru kəmərləri infrastrukturu

yaradılmışdır.

Prezident İlham Əliyev Azərbaycanın dünya qaz bazarında

rolunun artdığını vurğulayaraq demişdir ki, ölkəmizin ehtiyatları

təsdiq olunmuş qaz yataqları kifayət qədər çoxdur. Hazırda

Azərbaycan qazı qonşu ölkələrə ixrac olunur. Halbuki bu ölkələrin

bəzilərində Azərbaycandakından daha çox qaz hasil edilir. Biz qaz

ixracını şaxələndirməyə davam edəcəyik.

Dövlətimizin iqtisadi inkişafı haqqında danışan Prezident

İlham Əliyev demişdir ki, son 6 ildə Azərbaycan dünyada ən

sürətlə inkişaf edən ölkələrdən biridir. Həyata keçirilmiş

islahatlar nəticəsində iqtisadiyyatın bazar prinsipləri əsasında

inkişafı təmin edilmişdir. Hazırda ölkənin ümumi daxili

məhsulunda özəl sektorun payı 85 faiz təşkil edir. Böhrana

baxmayaraq, 2009-cu ildə də Azərbaycan inkişafını davam

etdirmişdir. Ötən il Azərbaycanda ümumi daxili məhsul 9,3

faiz, sənaye istehsalı isə 8,6 faiz artmışdır. Bundan başqa,

Azərbaycanın milli valyutası dəyərdən düşməmişdir.

İclasda bp şirkətinin baş icraçı direktoru Toni Heyvord,

«Saudi Aramko» şirkətinin prezidenti Xalid Al-Falih, «Royal

Dutch Shell» şirkətinin idarə heyətinin sədri Peter Vozer, «The

Dow Chemical» şirkətinin idarə heyətinin sədri Endrü Liveris,

«Total» şirkətinin direktorlar şurasının sədri Tyerri Desmartes

mövzu ilə bağlı fikirlərini bildirmişlər.

Page 97: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

97

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

VƏ LATVİYA PREZİDENTİ VALDİS ZATLERSİN

GÖRÜŞÜ

Davos

28 yanvar 2009-cu il

Yanvarın 28-də İsveçrədə işgüzar səfərdə olan

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və

Latviya Respublikasının Prezidenti Valdis Zatlersin Davosda

görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif

sahələrdə uğurla inkişafı qeyd olundu.

Azərbaycana səfərinin çox uğurla keçdiyini qeyd edən

Prezident Valdis Zatlers dedi ki, Bakıda keçirilmiş görüşlər

səmərəli nəticələr vermişdir. Latviya Prezidenti ölkələrimizin

iqtisadi sahədə əlaqələrinin genişlənməsi üçün yaxşı imkanların

olduğunu bildirdi.

Dövlətimizin başçısı Latviya Prezidentinin Azərbaycana

səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini

vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan və Latviya şirkətləri

arasında əməkdaşlığın daha da genişlənməsini dəstəklədiyini

bildirdi.

Görüşdə regional əməkdaşlıq, ikitərəfli münasibətlər,

beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Page 98: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

98

«NEFT VƏ QAZ GEOSİYASƏTİ:

YENİ SƏRHƏDLƏR» MÖVZUSUNDA SAMMİT

Davos

28 yanvar 2009-cu il

Yanvarın 28-də Davosda nahar əsnasında «Neft və qaz

geosiyasəti: yeni sərhədlər» mövzusunda sammit keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak

etmişdir.

Page 99: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

99

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

VƏ İSVEÇRƏ PREZİDENTİ DORİS LOYHARDIN

GÖRÜŞÜ

Davos

28 yanvar 2009-cu il

Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham

Əliyevin və İsveçrə Prezidenti xanım Doris Loyhardın görüşü

olmuşdur.

Xanım Doris Loyhard Azərbaycan Prezidenti İlham

Əliyevin İsveçrəyə rəsmi səfərini xatırlatdı və qeyd etdi ki, bu,

çox uğurlu bir səfər olmuşdur.

İsveçrə Prezidenti ölkələrimiz arasında iqtisadi sahədə, eləcə

də energetika sahəsində əlaqələrin inkişafı üçün yaxşı

potensialın olduğunu bildirdi.

Prezident İlham Əliyev İsveçrə ilə əlaqələrimizin müxtəlif

sahələrdə, həmçinin iqtisadi sahədə uğurla inkişaf etdiyini dedi.

Dövlətimizin başçısı İsveçrə şirkətlərinin Azərbaycanda

fəaliyyət göstərdiyini vurğulayaraq gələcəkdə bu sahədə

əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini bildirdi.

Görüşdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, energetika

sahələrində ikitərəfli əlaqələr, Nabukko layihəsi çərçivəsində

əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında fikir

mübadiləsi aparıldı.

Page 100: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

100

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

VƏ POLŞA PREZİDENTİ LEX KAÇİNSKİNİN

GÖRÜŞÜ

Davos

28 yanvar 2009-cu il

Yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyev

Davosda Polşa Prezidenti Lex Kaçinski ilə görüşmüşdür.

Görüşdə bildirildi ki, Azərbaycan ilə Polşa arasında

münasibətlər müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və

digər sahələrdə uğurla inkişaf edir.

Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə

toxunulan görüşdə bu səfərlərin və belə görüşlərin əlaqə-

lərimizin daha da genişlənməsi baxımından əhəmiyyətli olduğu

vurğulandı.

Görüşdə ikitərəfli münasibətlər və digər məsələlər ətrafında

fikir mübadiləsi aparıldı.

Page 101: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

101

PREZİDENT İLHAM ƏLİYEVİN

ŞAHZADƏ ENDRYU İLƏ GÖRÜŞÜ

Davos

28 yanvar 2009-cu il

Yanvarın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Da-

vosda Böyük Britaniyanın York hersoqu, şahzadə Endryu ilə

görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi

əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu. Bu sahədə

əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

Page 102: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

102

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

VƏ İORDANİYA KRALI II ABDULLAHIN

GÖRÜŞÜ

Davos

28 yanvar 2009-cu il

Yanvarın 28-də Davosda Azərbaycan Prezidenti İlham

Əliyevin İordaniya Kralı II Abdullah ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə İordaniya arasında əlaqələrin

müxtəlif sahələrdə uğurla inkişafı etdiyi qeyd olundu, yüksək

səviyyəli səfərlərin əməkdaşlığın möhkəmlənməsində xüsusi

rolu olduğu vurğulandı.

Bildirildi ki, Azərbaycan ilə İordaniya arasında əlaqələrin

müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensial vardır. Əminlik

ifadə olundu ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək

və inkişaf edəcəkdir.

Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər

ətrafında fikir mübadiləsi aparıldı.

Page 103: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

103

PREZİDENT İLHAM ƏLİYEV DÜNYA İQTİSADİ

FORUMUNUN «QLOBAL ENERJİ MƏNZƏRƏSİ»

MÖVZUSUNDA İCLASINDA

Bakı

29 yanvar 2009-cu il

Yanvarın 28-də İsveçrənin Davos şəhərində 40-cı Dünya

İqtisadi Forumunun «Qlobal enerji mənzərəsi» mövzusunda

iclası keçirilmişdir.

Böyük əhəmiyyətə malik olan bu iclasda Azərbaycan

Prezidenti İlham Əliyev iştirak etmişdir. Forumun əsas

tədbirlərindən biri olan «Qlobal enerji mənzərəsi» mövzusunda

iclası Kembric Enerji Tədqiqatları Assosiasiyasının sədri Daniel

Yergin açaraq Prezident İlham Əliyevə və digər qonaqlara

minnətdarlıq etdi.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi,

ölkəmizdə energetika sahəsində görülən işlərdən və iqtisadi

inkişaf proseslərindən danışdı.

A p a r ı c ı: İlk sualımı Prezident Əliyevə ünvanlamaq

istərdim. Qlobal enerji sistemini nəzərdən keçirdikdə enerji

təhlükəsizliyi Azərbaycan üçün nə deməkdir?

İ l h a m Ə l i y e v: İlk növbədə onu demək istərdim ki,

enerji təhlükəsizliyi baxımından bizim üçün ən əsas məsələ

təchizat marşrutlarının şaxələndirilməsidir. Biz buna nail ola

bilmişik. Bu gün bizim təbii ehtiyatlarımızı müxtəlif istiqa-

mətlərə nəql edən şaxələndirilmiş boru kəmərləri sistemimiz

vardır. Eyni zamanda, enerji sahəsində davamlı və uzunmüd-

dətli əməkdaşlığın həyata keçirilməsi üçün istehsalçı, tranzit və

istehlakçı ölkələr arasında maraqlar balansının olması da

vacibdir. Əgər maraqlar balansı pozularsa, bu, müəyyən

Page 104: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

104

problemlər yarada bilər. Bizdən ötrü digər vacib məsələ isə təbii

ehtiyatlarımız, xüsusilə də qaz üçün ədalətli bazar qiyməti və

müqavilələri imzalayan bütün tərəflərin tam sadiqliyidir. Hesab

edirəm ki, enerji təhlükəsizliyi baxımından bu elementlər

bütövlükdə istehlakçı və istehsalçılar üçün daha böyük etimad

yarada bilər.

A p a r ı c ı: Cənab Prezident, Azərbaycanın müstəqillik

dövrünün ilk on ilində daha çox diqqət neft sahəsinə ayrılırdı.

İndi isə diqqət təbii qaza artır. Növbəti 5-10 il ərzində qlobal

qaz bazarında Azərbaycanın rolu nədən ibarət ola bilər və bu

bazara çıxışı əngəlləyən hansı maneələr vardır?

İ l h a m Ə l i y e v: Düşünürəm ki, qlobal qaz bazarında

Azərbaycanın rolu mütləq artacaqdır. Çünki, nəhəng qaz

ehtiyatlarının aşkar olunması Azərbaycanın əsas qaz ixracat-

çılarından birinə çevrilməsinə imkan yaradacaqdır. Bildiyiniz

kimi, hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş

minimal qaz ehtiyatları 2 trilyon kubmetrdən artıqdır. Bu,

bundan sonrakı on illər ərzində həm bizim, həm də ixracat

həcmi üçün kifayətdir. Hazırda isə ən mühüm məsələ təbii

qazımız üçün etibarlı və üzunmüddətli bazarın təmin

edilməsidir.

Qeyd etdim ki, artıq şaxələndirilmiş qaz təchizatı sistemimiz

vardır. Lakin həmin sistem yalnız bugünkü hasilat həcmini nəql

edə bilər. Biz qaz hasılatını iki, üç dəfə, bəlkə də daha çox

artırmağı planlaşdırırıq. Onun üçün bizim daha böyük həcmli

boru kəmərləri infrastrukturumuz olmalıdır. Əlbəttə, böyük

sərmayələri yeni işlənilmə və boru kəmərləri infrastrukturuna

yatırmaq üçün biz aydın şəkildə bilməliyik ki, istehlakçılarımız

kimlərdir. Həmin ölkələrdə bazarın tənzimlənməsi necə

qurulub. Həmin bazarlar bizim üçün etibarlı və

uzunmüddətlidir, ya yox. Beləliklə, əminəm ki, bütün bu

məsələlər öz həllini tapandan sonra Azərbaycan neft sahəsində

olduğu kimi, qaz potensialından da uğurla istifadə edəcəkdir.

A p a r ı c ı: Yəqin ki, alıcılardan söhbət gedir.

Page 105: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

105

İ l h a m Ə l i y e v: Bəli, alıcılarımız vardır. Ətrafımızda da

alıcılar vardır. Azərbaycan hazırda qonşu ölkələrə qaz ixrac

edir. Baxmayaraq ki, bu ölkələrdən bəziləri bizdən daha çox qaz

hasil edir. Lakin məqsədimiz şaxələndirməni davam etdirmək,

yeni bazarlar tapmaqdır, xüsusilə də Avropada. Biz bilirik ki,

Avropadan olan alıcılar da şaxələndirmə, yeni qaz təchizatı

mənbələri axtarışındadırlar. Hələlik isə Xəzər dənizinin qazı,

xüsusilə də Azərbaycanın mavi yanacağı Avropa üçün yeganə

qaz mənbəyi ola bilər.

* * *

İclasda bp şirkətinin baş icraçı direktoru Toni Heyvord,

«Saudi Aramko» şirkətinin prezidenti Xalid Al-Falih, «Royal

Dutch Shell» şirkətinin idarə heyətinin sədri Peter Vozer, «The

Dow Chemical» şirkətinin idarə heyətinin sədri Endrü Liveris,

«Total» şirkətinin direktorlar şurasının sədri Tyerri Desmartes

mövzu ilə bağlı fikirlərini bildirdilər. Onlar şirkətlərin qlobal

maliyyə böhranından xilas olması üçün daha mühüm addımların

atılmasının, bu istiqamətdə səmərəli tədbirlərin görülməsinin

vacibliyini diqqətə çatdırdılar.

A p a r ı c ı: Cənab Prezident, biz böhranın şirkətlərə

təsirindən danışdıq. Gəlirlərin artdığı və ya azaldığı bir dövrdə

Siz ölkə Prezidenti kimi sabitliyi və inflyasiyanı necə qoruyub

saxlaya bilirsiniz və çətinlikləri necə dəf edirsiniz?

İ l h a m Ə l i y e v: Onu deyə bilərəm ki, son bir neçə il

ərzində ölkəmizdə apardığımız islahatlar bizə dayanıqlı və

şaxələndirilmiş iqtisadiyyat yaratmağa imkan verdi. İyirmi il

bundan öncə Azərbaycan Sovet İttifaqının bir hissəsi idi. O

zaman iqtisadiyyatımızın bazar iqtisadiyyatı seqmenti sıfıra

bərabər idi. Bu gün ümumi daxili məhsulumuzun (ÜDM) 85

faizi özəl sektorun payına düşür. Biz neft və qazdan əldə

etdiyimiz gəlirləri qeyri-enerji sektoruna, ilk növbədə isə sənaye

istehsalına yönəltdik. Beləliklə bu gün böhranla və neftin

qiymətinin dəyişməsi ilə bağlı yaranan bütün çətinlikləri

minimum itkilərlə dəf etməyə nail olmuşuq.

Page 106: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

106

Mən 2009-cu ildə Azərbaycanda iqtisadi inkişafı aydın

şəkildə əks etdirən bəzi rəqəmləri söyləyə bilərəm. ÜDM-in

artımı 9,3 faiz, sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya

dərəcəsi isə yalnız 1,5 faiz olmuşdur. 2009-cu ildə neftin

qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq,

müstəqil neft fondumuz daha çox vəsait toplaya bilmişdir. Bu

rəqəmlər aydın şəkildə göstərir ki, iqtisadiyyatımız hadisələrin

gözlənilməz inkişafına tab gətirə bilir. Təbii ki, biz də iqtisadi

böhrandan əziyyət çəkmişik. Lakin biz bütün ehtiyatlarımızı

səfərbər etməyə nail olmuşuq.

Onu da deyə bilərəm ki, 2009-cu ilin ən mühüm element-

lərindən biri də odur ki, regionumuzdakı digər ölkələrdən fərqli

olaraq milli valyutamız dəyərini itirmədi, sabit qaldı. Bu isə

insanların sosial müdafiəsi üçün böyük bir dəstək idi. Neftin

bugünkü qiymətləri isə şirkətlər, istehlakçılar və ölkələr üçün

münasibdir. Bu cür qiymətlər bizə daha çox sərmayə yatırmağa,

daha çox neft və qaz hasil etməyə imkan verir, eyni zamanda,

bu, istehlakçılar üçün də məqbuldur. Artıq maraqlar balansı

müşahidə olunmaqdadır.

Ümid edirəm ki, biz 2010-cu ildə nəzərdə tutduğumuz bütün

əsas layihələri həyata keçirəcəyik. Qeyd etmək istəyirəm ki,

2009-cu ildə Azərbaycandakı sərmayələrin ümumi məbləği 10

milyard dollara yaxın olub. Bu, iqtisadiyyatımız üçün kifayət

qədər böyük məbləğdir. Hesab edirəm ki, neftin tarazlaşdırılmış

qiyməti bizə gələcəkdə inkişafı davam etdirməyə imkan

verəcəkdir. Yeri gəlmişkən, son altı il ərzində Azərbaycan

iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub.

Altı il ərzində iqtisadiyyatımızın ümumi artımı 300 faiz təşkil

edib. Beləliklə, indiyədək nail olduqlarımız, topladığımız vəsait

və neft sahəsində əldə edilmiş gəlirlərin qeyri-neft sektoruna

yönəldilməsi istiqamətində gördüyümüz işlər bizə uğurlu

inkişafı davam etdirməyə imkan verəcəkdir. FEVRAL

Page 107: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

107

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

VƏ ALMANİYA KANSLERİ ANGELA MERKEL

NAHAR ETMİŞLƏR

Berlin

4 fevral 2010-cu il

Fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası

kanslerinin iqamətgahında kansler xanım Angela Merkel və

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nahar

etmişlər.

Page 108: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

108

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

BERLİNDƏN MÜNXENƏ YOLA DÜŞMÜŞDÜR

Münxen

4 fevral 2010-cu il

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Res-

publikasının Prezidenti İlham Əliyev fevralın 4-də 46-cı

Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün

Berlindən Münxenə yola düşdü.

Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dal-

ğalandığı Berlin şəhərinin «Tegel» hava limanında Azərbaycan

Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı İlham Əliyevi Almaniyanın yüksək

vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla yola saldılar.

* * *

Həmin gün axşam Prezident İlham Əliyev Münxen şəhərinə

gəldi.

Page 109: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

109

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

İLHAM ƏLİYEVİN ALMANİYAYA İŞGÜZAR

SƏFƏRİ

BERLİN HAVA LİMANINDA QARŞILANMA

Berlin

4 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin

dəvəti ilə fevralın 4-də Almaniyaya işgüzar səfərə gəlmişdir.

Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının

dalğalandığı Berlin şəhərinin «Tegel» hava limanında Azər-

baycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı İlham Əliyevi Almaniyanın yüksək

vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşıladılar.

Page 110: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

110

MƏTBUATA BİRGƏ BƏYANAT

Berlin

4 fevral 2010-cu il

Fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası

kanslerinin iqamətgahında Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev və kansler xanım Angela Merkel

mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Angela Merkel Azərbaycan Prezidentini Almaniyada

yenidən salamlamaqdan məmnun olduğunu bildirmişdir.

Kansler ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviy-

yədə olduğunu bildirərək, bu sahədə əməkdaşlığı geniş-

ləndirmək üçün mövcud olan böyük potensialdan istifadə

etməyin zəruriliyini vurğulamışdır.

Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək ver-

məyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel

bildirmişdir ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün

vacib tərəfdaşdır.

Səfərə dəvətə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti

İlham Əliyev Almaniyaya üç il əvvəlki səfərindən ötən müddətdə

ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini demişdir.

Dövlətimizin başçısı bildirmişdir ki, siyasi əlaqələrimiz yüksək

səviyyədədir, iqtisadi sahədə əməkdaşlığımız genişlənir.

Azərbaycanda 100-ə yaxın Almaniya şirkətinin fəaliyyət

göstərdiyini diqqətə çatdıran Prezident İlham Əliyev demişdir

ki, hazırda müasirləşmə dövrünü yaşayan ölkəmizdə alman

texnologiyalarına tələbat vardır. Azərbaycan isə Avropanın

enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə

hazırdır.

Page 111: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

111

Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan Avropa

İttifaqının «Şərq tərəfdaşlığı» Proqramına qoşulmuşdur və bu,

ölkəmizdə müxtəlif sahələrdə islahatlar aparmağa imkan

verəcəkdir.

Page 112: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

112

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

ALMAN–AZƏRBAYCAN FORUMUNUN

ÜZVLƏRİ İLƏ GÖRÜŞÜ

Münxen

5 fevral 2010-cu il

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Res-

publikasının Prezidenti İlham Əliyev fevralın 5-də Münxendə

Alman–Azərbaycan Forumunun üzvləri ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni

əlaqələrin inkişafı istiqamətində Forumun keçirdiyi tədbirlərin

əhəmiyyəti vurğulandı.

Qeyd olundu ki, Alman–Azərbaycan Forumu ölkələrimiz

arasında müxtəlif sahələrə dair yeni layihələr həyata keçirmək

niyyətindədir və Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı

fikirləri böyük maraq doğurur.

Page 113: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

113

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ ƏHMƏD

DAVUDOĞLU İLƏ GÖRÜŞÜ

Münxen

5 fevral 2010-cu il

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Res-

publikasının Prezidenti İlham Əliyev fevralın 5-də Münxendə

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə

görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında siyasi əlaqələrin

yüksək səviyyədə olduğu bildirildi. Ermənistan–Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsi, regional və digər məsələlər ilə

bağlı fikir mübadiləsi aparıldı.

Page 114: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

114

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

ALMANİYAYA İŞGÜZAR SƏFƏRİ

MƏTBUAT ÜÇÜN BİRGƏ BƏYANAT

Bakı

5 fevral 2010-cu il

Fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası

Kanslerinin iqamətgahında Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev və Kansler xanım Angela Merkel birgə

mətbuat konfransı keçirmişlər.

Dövlətimizin başçısını Federal Kansler qarşılamışdır.

Prezident İlham Əliyev və Kansler Angela Merkel mətbuat

üçün birgə bəyanatla çıxış etmişlər.

Kansler Angela Merkelin bəyanatı

– Hörmətli xanımlar və cənablar!

Mən çox şadam ki, Azərbaycan Respublikasının Prezidenti

hörmətli cənab İlham Əliyevi bu gün Berlində qarşılamaq

imkanına malikəm.

Cənab Prezident, biz Sizinlə sonuncu dəfə təxminən üç il

bundan əvvəl – 2007-ci ilin fevral ayında Berlində görüş-

müşdük. O vaxtdan təxminən üç il keçibdir. Qeyd etmək

istərdim ki, bizim iqtisadi münasibətlərimiz çox gözəl səviy-

yədədir. Əməkdaşlığımız sıxdır. Amma əməkdaşlığımızı

genişləndirmək üçün potensialımız mövcuddur. Biz bundan

istifadə etməliyik.

Zənnimcə, elə sahələr vardır ki, biz Almaniya hökuməti

olaraq Azərbaycan hökumətinə həmin sahələrdə öz dəstəyimizi

göstərə bilərik. Biz Almaniya hökuməti olaraq sizə iqtisadiyyat,

Page 115: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

115

o cümlədən infrastruktur sahələrində əməkdaşlığımızı təklif

edirik. Biz Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlığa çox

böyük maraq göstəririk.

Mənə belə gəlir ki, biz əməkdaşlığımızı «qələbə-qələbə»

formulunda qura bilərik. Mən bunu deyəndə nəzərdə tuturam ki,

hər iki tərəf bu əməkdaşlıqdan faydalana bilər. Biz Almaniya

hökuməti olaraq texniki yeniliklərimizi təklif edirik və

Azərbaycan neft-qaz ölkəsi kimi bizim üçün əlbəttə ki, çox

vacib tərəfdaşlardan biridir. Neft-qaz sahəsindən danışanda,

əlbəttə ki, Nabukko layihəsini qeyd etməmək mümkün deyildir.

Biz bu gün görüşümüz çərçivəsində iqtisadi layihələr, həmçinin

Nabukko layihəsi haqqında danışacağıq. Amma yalnız bu

layihələr haqqında deyil, eyni zamanda, Azərbaycanın

demokratik inkişafı, hüquqi dövlətçiliyi haqqında söhbət

aparacağıq.

Cənab Prezident, Sizə bir daha ürəkdən «Xoş gəlmisiniz!»

deyirəm.

Prezident İlham Əliyevin bəyanatı

– Çox sağ olun, xanım Kansler.

İlk növbədə, məni Almaniyaya dəvət etdiyinizə görə Sizə

minnətdarlığımı bildirmək istəyirəm.

Siz qeyd etdiniz ki, üç il bundan əvvəl biz Sizinlə burada –

Berlində görüşmüşdük. O görüşdən sonra bu günə qədər

Almaniya ilə Azərbaycan arasında mövcud olan münasibətlər

çox sürətlə inkişaf etmişdir. Siyasi əlaqələr çox yüksək

səviyyədədir. İqtisadi sahədə qarşılıqlı maraq böyüyür və bu

gün 100-ə yaxın alman şirkəti Azərbaycanda uğurla fəaliyyət

göstərir. Biz çox istəyirik ki, iqtisadi sahədə əməkdaşlıq daha da

dərinləşsin. Çünki bunu etmək üçün çox gözəl imkanlar vardır.

Azərbaycan bu gün müasirləşmə dövrünü yaşayır. Əlbəttə ki,

ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün bizə qabaqcıl

texnologiya lazımdır. Onlar da əlbəttə ki, Almaniyada çox

yüksək səviyyədədir.

Page 116: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

116

Azərbaycan isə, öz növbəsində Avropanın enerji təhlü-

kəsizliyi məsələlərinin uğurla həll edilməsi üçün töhfəsini

verməyə hazırdır. Siz bu gün Nabukko layihəsi haqqında

fikirlərinizi söylədiniz. Biz bu layihəni dəstəkləyirik. Qeyd

etmək istəyirəm ki, Nabukko layihəsinin müzakirəsi bu gün

daha da intensiv xarakter daşıyır. Hesab edirəm ki, bu, çox

müsbət amildir. Azərbaycanda əvvəlki illərdə yaradılan

nəqliyyat infrastrukturu, xüsusilə qaz kəmərləri Nabukko və

«Cənub dəhlizi»nin digər layihələrinin həyata keçirilməsi üçün

gözəl zəmin yaradır.

Bu yaxınlarda Azərbaycan Avropa İttifaqının «Şərq

tərəfdaşlığı» Proqramına qoşulub. Bu proqramın icrası nəti-

cəsində ölkəmizdə siyasi, iqtisadi islahatlar, demokratikləşmə

prosesləri daha da sürətlə gedəcəkdir.

Beləliklə, ikitərəfli münasibətlərin məzmunu çox dəyərlidir

və gündəlik çox genişdir. Əminəm ki, bugünkü görüşdən sonra

münasibətlərimiz daha da sürətlə inkişaf etməyə davam

edəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

– Hörmətli xanımlar və cənablar!

Mən əvvəlcə konfrans təşkilatçılarına dəvətə görə min-

nətdarlığımı bildirmək istərdim. Burada olmaq və bugünkü

tədbirdə iştirak etmək böyük şərəfdir.

Hazırda qlobal təhlükəsizlikdə enerji təhlükəsizliyi məsə-

lələrinin əhəmiyyəti daha da artır. Tarixən neft hasil edən ölkə

kimi Azərbaycan regionumuzda enerji təhlükəsizliyinin təmin

edilməsində öz rolunu oynayır.

Qeyd etmək istəyirəm ki, Azərbaycan dünyada ilk dəfə neft

hasil etmiş məkandır. Buna görə, biz neft hasilatı sahəsində

zəngin tarixə malikik. Uzun illər və onilliklər ərzində

Azərbaycan neftindən dünya tələbatlarını təmin etməkdə

istifadə olunmuşdur.

Page 117: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

117

Lakin 1990-cı illərin əvvəlində ölkəmiz müstəqilliyini bərpa

etdikdən sonra, neft ehtiyatlarımızın əksər hissəsi tükənmişdi.

Bizə çirklənmiş ərazilər miras qalmışdı. Neft hasilatının sürətlə

azalması ölkə üçün bir çox problemlər yaratdı. Biz neft işinin

yeni inkişaf mərhələsini yaratmalı idik. Lakin bunu necə etməli

idik? Sovet İttifaqı dağıldıqda yenicə yaranmış bütün ölkələr bir

çox iqtisadi və siyasi problemlərdən əziyyət çəkdilər. Buna

görə, qürurumuzu bərpa etmək üçün bizim yeganə yolumuz

beynəlxalq neft şirkətlərinin Xəzərin Azərbaycan sektoruna

dəvət edilməsindən ibarət idi. Beynəlxalq neft şirkətləri ilə

əməkdaşlığımız bu cür başladı.

1994-cü ildə dünyada ən böyük yataqlardan biri – «Azəri-

Çıraq» yatağı kəşfiyyat işləri üçün hazır idi. Elə həmin ildə,

«Əsrin müqaviləsi» imzalandı və o, Azərbaycana, neft və qaz

ehtiyatlarımıza bir çox milyardlıq sərmayələr üçün qapını açdı.

Həmin vaxtdan etibarən, biz uğurlu enerji strategiyamızı

davam etdirməyə müvəffəq olduq. Hökumət ilə sərmayə-

darlarımız arasında çox yaxşı və dost münasibətləri qurduq.

Münbit sərmayə mühitini yaratdıq və neft irsimizi bərpa etməyə

nail olduq.

Bu gün ölkə əsas enerji mənbələri ilə tam şəkildə təmin

olunub. Neft hasilatımızın həcmi bir neçə dəfə artıb və indi biz

artıq hər gün bir milyon barrel neftdən söhbət aparırıq. Hasilata

və infrastruktura qoyduğumuz sərmayələr bizə enerji təchizatı

mənbələrini şaxələndirmək imkanını yaratdı.

Biz Azərbaycan neftini Qara və Aralıq dənizlərinə nəql edən

üç boru kəməri çəkdik. Ümid edirik ki, hasilatın bugünkü həcmi

gələcək onilliklər ərzində də davam edəcəkdir. Bu, bizə xeyli

maliyyə vəsaitlərini toplamağa və neftdən əldə edilən gəlirləri

iqtisadiyyatımızın qeyri-neft sektoruna – təhsil, sosial və

səhiyyə sektorlarına, eləcə də infrastruktura yönəltmək imkanını

yaratdı. Məhz buna görə, iqtisadi böhran və neft qiymətlərinin

kəskin azalması ilə səciyyələnən 2009-cu ildə də Azərbaycan

iqtisadiyyatı uğurlu inkişafını davam etdirdi və həmin ildə

iqtisadiyyatımız 9 faizdən çox artmışdır.

Page 118: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

118

Şaxələndirmə bizim üçün prioritetlərdən biri idi. Çünki biz

yalnız bir təchizat marşrutundan asılı ola bilməzdik. Hazırda biz

üç neft təchizatı marşrutuna malikik və bu, regionda tamamilə

yeni vəziyyət yaratdı. Çünki dünyada ilk dəfə olaraq Xəzər

dənizi, əgər belə demək olarsa, xarici şirkətlər üçün açıq elan

edildi. İlk dəfə olaraq, Xəzərdə hasil edilən neft boru kəmərləri

ilə beynəlxalq bazarlara çıxarılmağa başlandı. Bu gün həmin

boru kəmərləri Xəzərin şərq sahillərində yerləşən digər

təchizatçılar tərəfindən də istifadə edilir.

Beləliklə, ölkəmizdə görülən işlər tamamilə yeni vəziyyət

yaratmışdır. Bu gün biz təbii qazın nəqli üçün «Cənub dəhlizi»,

Nabukko və digər layihələr haqqında danışırıq. Lakin aydındır

ki, son illər ərzində Azərbaycanda qurulmuş infrastruktur

olmadan bütün bu müzakirələr əsassız olardı.

Biz qapıları açdıq və çox münbit sərmayə mühiti yaratdıq.

Hazırda sərmayədarlar ilə hökumət arasında çox böyük etimad

olan bir vəziyyətdəyik. Qeyd etmək istədiyim digər mühüm

elementlərdən biri isə ondan ibarətdir ki, bütün neft

müqavilələri ölkəmizdə parlament tərəfindən ratifikasiya olunur

və qanuna çevrilir ki, heç kəs heç bir sözü dəyişə bilməsin. Bu,

sərmayədarlar arasında əlavə etimad yaradır. Onlar tamamilə

əmindirlər ki, hökumət hətta əgər şərtləri yenidən razılaşdırmaq

və güclü mövqeyindən irəli gələrək, əlavə üstünlükləri əldə

etmək istəsə belə, bunu etmək hüququna malik deyildir.

Enerji şaxələndirilməsi sahəsində görülən işlər bu gün

sonrakı inkişaf üçün yaxşı imkanlar yaradır. 2007-ci ildən əvvəl

Azərbaycan təbii qaz idxal edirdi. Lakin bizim işlənilməsinə

başladığımız böyük qaz yataqlarımız vardır. Hazırda isə,

Azərbaycan nəinki öz daxili tələbatını təmin edir, o cümlədən

qazı müxtəlif istiqamətlərdə ixrac edir. Ölkəmizdə qaz

hasilatının həcmi artır. Ümid edirik ki, bu il qaz hasilatının

həcmi 30 milyard kubmetrə yaxın olacaqdır. Daxili tələbatın

həcmi isə, hasil olunacaq həcmin təxminən üçdə birinə

bərabərdir.

Page 119: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

119

Bu, o deməkdir ki, bizdə ixrac üçün böyük həcmdə təbii

qazımız olacaqdır. Bilirik ki, Avropanın bizim təbii qaza

ehtiyacı vardır. Avropa tərəfdaşlarımızla enerji təhlükəsizliyi və

enerji şaxələndirilməsi məsələləri üzərində çalışırıq.

Əvvəlcə qeyd etdiyim kimi, neft və qaz üçün bizim artıq

gözəl infrastrukturumuz vardır. Biz hasilatın artırılması üçün

gələcəkdə istifadə oluna biləcək dəhliz yaratmışıq. Çünki

hesablamalara görə, Azərbaycanda minimal qaz ehtiyatları 2

trilyon kubmetrdir. Lakin bu, 5 trilyon kubmetr də təşkil edə

bilər. Bu, nəinki bizim və regional istehlakçılar üçün, o

cümlədən Avropa istehlakçıları üçün ən azı yüz ilə kifayətdir.

Biz bu məsələlər üzərində işləyirik və Azərbaycan hər zaman

konstruktiv olub. Biz bütün şaxələndirmə təşəbbüslərini

dəstəkləmişik.

Bu gün biz təchizat marşrutlarımızı tam şaxələndirmişik.

Bizim istənilən istiqamətə gedən üç neft və dörd qaz boru

kəmərlərimiz vardır. Hər bir istiqamətə gedən boru kəməri

genişləndirilə bilər. Biz sadəcə, istehlakçılar, tranzit ölkələr və

hasilatçılar arasında sazişlərə aid bütün zəruri məsələlərin

həllini və əlavə olaraq, 20 milyard kubmetr qazı hasil etmək

məqsədi ilə məbləği təxminən 20 milyard dollar olacaq

sərmayələrin yeni mərhələsinin başlanmasını gözləyirik.

Əlbəttə ki, bu, istehlakçılarımızın istifadəsinə veriləcəkdir.

Hesab edirəm ki, daxil olmağa çalışdığımız yeni mərhələyə nail

olmaq üçün biz bir sıra mühüm məsələləri həll etməliyik.

Birincisi, hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasında

maraqlar tarazlığı olmalıdır. Əgər tarazlıq təmin olunmasa, bu

layihələri irəliyə doğru aparmaq çətin olacaqdır.

İkinci mühüm məsələ böyük maliyyə paketinin olmasıdır.

Hər hansı əlavə boru kəməri layihəsi üçün çox böyük mayələr

qoyulmalıdır. Azərbaycan öz tərəfdaşları, xarici neft şirkətləri

ilə milyardlarla dolları təbii qazımızın hasilatına yatırmağa

hazırdır. Lakin onu Avropa bazarlarına çıxarmaq üçün boru

kəməri infrastrukturuna böyük sərmayələr qoyulmalıdır. Biz

texniki yardımı təmin edə bilərik. Təcrübəmizdən, texniki

Page 120: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

120

təcrübəmizdən və tranzit ölkələrlə tranzit sazişlərin

razılaşdırılması təcrübəmizdən istifadə oluna bilər. Eyni

zamanda, ehtiyatlarımız üçün ədalətli bazar qiyməti olmalıdır.

Bugünkü vəziyyət bizi qane edir. Çünki hazırda ölkəmizin

bütün əsas maliyyə problemlərinin həllinə nail olmuşuq. Enerji

təchizatı sahəsində tam şaxələndirməyə malikik. Biz

iqtisadiyyatı şaxələndirə bildik. Qeyd etdiyim kimi, 2009-cu

ildə iqtisadi artım 9 faizdən çox olmuşdur. Sənaye artımı 8,6

faiz, inflyasiya dərəcəsi isə 1,5 faiz olmuşdur.

Azərbaycan iqtisadi və siyasi islahatları davam etdirir.

Dünya Bankı 2008-ci ildə Azərbaycanı dünyada birinci islahatçı

ölkə elan etmişdir. Liberal iqtisadiyyat, bazar iqtisadiyyatı və

siyasi islahatlar birlikdə ölkəmizdə çox yaxşı mühit yaratmışdır.

Biz xeyli maliyyə vəsaitlərini toplaya bildik. 2009-cu ildə neftin

qiymətlərinin aşağı düşməsinə baxmayaraq, maliyyə

vəsaitlərimiz artmışdır. Bu gün onların həcmi 20 milyard

dollardan artıqdır. Bu, doqquz milyon əhalisi olan ölkə üçün

kifayətdir. Gələn onilliklər ərzində neft hasilatı göstəricisinin

gündə ən azı 1 milyon barrel səviyyəsində olacağını nəzərə

alsaq, bu, o deməkdir ki, gələcəkdə bizim hər hansı maliyyə

yardımına ehtiyacımız olmayacaqdır.

Nəzərdə tutduğumuz bütün layihələrin həyata keçirilməsi

üçün qarşılaşdığımız həlli vacib olan əsas problemlərdən biri

əlbəttə ki, regionda sülhün bərqərar olmasıdır. Uzun illər

ərzində Azərbaycan əraziləri Ermənistanın işğalı altında qalır.

Bu işğal demək olar ki, iyirmi ildir davam edir. Bu işğal və

etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı

hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Biz

Ermənistan–Azərbaycan münaqişəsinin həll yolunu mümkün

qədər tez tapmaq və Azərbaycanın bütün dünya, Birləşmiş

Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyünün

bərpasını istəyirik. Beynəlxalq təşkilatların bütün qərarlarında

Azərbaycanın ərazi bütövlüyünə tam dəstək verilir.

Bu məsələ regional sabitliyə və inkişafa böyük təhlükə

yaradır. Əlbəttə ki, o, tammiqyaslı regional əməkdaşlığa ma-

Page 121: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

121

neədir və bütün planlarımıza xələl gətirə bilər. Biz tərəfdaş-

larımızla apardığımız əməkdaşlığa tam sadiqik. Biz bütün enerji

layihələrinə kommersiya nöqteyi-nəzərindən yanaşırıq. Bu

layihələrdə mühüm kommersiya elementi olmalıdır. Eyni

zamanda, şaxələndirməyə nail olmaq lazımdır. Çünki yalnız bir

təchizat mənbəyindən asılılıq bizim üçün gələcəkdə problemlər

yarada bilər.

Hesab edirəm ki, enerji təhlükəsizliyinə dünyada, xüsusən də

bu konfransda yetirilən diqqət həmin məsələlərin nə dərəcədə

vacib olduğunu göstərir. Bu məsələlərə böyük sadiqlik, güclü

siyasi iradə ilə və regional problemləri tam şəkildə anlayaraq

yanaşmaq lazımdır. Çünki bizim regionda, Qafqazda və Xəzər

regionunda siyasi inkişaf və iqtisadi əməkdaşlıq məsələləri bir-

biri ilə sıx bağlıdır.

Çox sağ olun.

* * *

Sonra dövlətimizin başçısı iştirakçıların suallarına cavab

verdi.

S u a l: Sualım Prezident Əliyevədir. Xəzər regionunun

inkişafında və onun dünyaya açılmasında Azərbaycanın rolunu

etiraf edirəm. Mən Sizin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı

söylədiyiniz sözləri yüksək qiymətləndirirəm. Lakin sual onunla

bağlıdır ki, Azərbaycan daxildə enerji təhlükəsizliyinin

şaxələndirilməsi üçün hansı işləri görür? Sizin çox zəngin neft

və qaz ehtiyatlarınız vardır. Azərbaycan külək enerjisi, bərpa

olunan enerji mənbələri, hətta nüvə enerjisi sahəsində nə edir?

Sağ olun.

C a v a b: Əvvəlcə qeyd etdiyim kimi, enerji strategiyamız

nisbətən yaxınlarda başladı, çünki biz müstəqillik baxımından

gənc ölkəyik. Buna görə, bizim üçün ən üstün prioritet enerji

təhlükəsizliyimizin təmin edilməsi idi. Birincisi, biz neft

hasilatını artırmalı, sonra isə xaricdən idxal edilən qazdan

asılılığı azaltmalı idik.

Page 122: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

122

Buna nail olundu. Bundan dərhal sonra bu gün biz özümüzü

tam təmin etdiyimiz, neft və qazımızın müxtəlif istiqamətlərdə

ixracına başladığımız bir vaxtda yeni prioritetimiz bərpa olunan

enerji mənbələridir. Əfsuslar olsun ki, biz su ehtiyatlarına görə

zəngin deyilik. Lakin bununla belə, biz Azərbaycanda su

elektrik enerjisinin inkişafı üzrə böyük plan tərtib etdik. Biz

ucuz başa gələn enerjini əldə etmək məqsədi ilə hər çayda kiçik

elektrik stansiyası tikməyi planlaşdırırıq. Eyni zamanda, bu

yaxınlarda Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi

yaradılmışdır və əsas prioritet günəş və külək enerjisi olacaqdır.

Bizdə günəşli və küləkli günlər çoxdur və bu cür iqlim

üstünlüklərindən niyə də istifadə etməyək. Bəzən külək çox

darıxdırıcıdır, lakin fikrimcə, bu baxımdan biz üstünlük

qazanmışıq. Biz enerji balansımızda bərpa olunan enerji

mənbələrindən ibarət böyük seqment yaratmaq məqsədi ilə

dövlət və özəl sektor tərəfindən böyük sərmayələr qoymağı

planlaşdırırıq. Bu, bizə neft və qazımıza gələcək nəsillər və

ixrac üçün qənaət etməyə, neftdən əldə etdiyimiz vəsaitləri

bərpa olunan mənbələrə yönəltməyə imkan yaradacaqdır.

Planlarımız belədir və hesab edirəm ki, bu planların həyata

keçirilməsinə nail olacağıq.

S u a l: Cənab Prezident, Siz Nabukkonun çəkilməsini

yubadan bəzi məsələləri Davosda qeyd etdiniz. Nabukko Sizin

üçün hələ də prioritetdirmi?

C a v a b: Bir qədər əvvəl qeyd etdiyim kimi, biz böyük qaz

ehtiyatları aşkar etmişik və artıq mükəmməl nəqletmə

infrastrukturu yaratmışıq. Biz hazırda qazı dörd ölkəyə nəql

edirik: Türkiyə, Gürcüstan, İran və Rusiya. Həmin istiqa-

mətlərdən hər birində nəqletmə həcmini artırmaq məqsədi ilə

bizim imkanlarımız və əgər lazım gələrsə, maliyyə ehti-

yatlarımız vardır. Hazırda biz daxildə istifadə edəcəyimiz və

sata biləcəyimiz qədər qaz hasil edirik.

Əlbəttə, istənilən digər ölkədə olduğu kimi, şaxələndirmə

bizim üçün də çox vacibdir. Buna görə də, gündəliyimizin

birinci mərhələsində biz təchizatın tam şaxələndirilməsinə nail

Page 123: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

123

olmuşuq. Lakin hazırda biz hasilatı, ola bilsin, 40 milyard

kubmetr və ya ondan da yüksək səviyyəyə artırmaq məqsədi ilə

qaz yataqlarımıza 20 milyard dollara yaxın böyük sərmayələrin

qoyulması ərəfəsindəyik. Buna nail olmaq üçün bizə bazarlar

lazımdır. Bizə qazımızı qəbul edəcək və ədalətli satılacaq

bazarlar lazımdır. Eyni zamanda, biz əmin olmalıyıq ki, bu

əməkdaşlıq uzunmüddətli olacaqdır. Çünki qaz biznesi neft

biznesindən fərqlənir.

Sərmayə qoymazdan əvvəl siz istehlakçılarınızın kim oldu-

ğunu, tranzit haqlarını, qazınıza qoyulan qiyməti, bazarın sizin

üçün etibarlı olub-olmamasını və boru kəmərinin digər

hissəsində olan tərəfdaşlarınızın nə dərəcədə ciddi və sadiq

olduğunu öncədən bilməlisiniz. Başqa sözlə desək, bütün bu

məsələlər həll olunmadan daha çox qaz hasil etmək üçün bu

qədər böyük maliyyə sərmayələri paketini hazırlamaq bizim

üçün çətin olardı.

Siz mənim Davosda Nabukko layihəsi ilə bağlı suala

verdiyim şərhlərə istinad etdiniz. Biz «Cənub dəhlizi»nin bir

hissəsi olan bu və digər layihələri qəti şəkildə dəstəkləyirik.

Ötən ilin mayında Azərbaycan Nabukkonu dəstəkləyən siyasi

bəyannaməyə qoşuldu. Biz bu variantı ciddi şəkildə nəzərdən

keçirməyə hazırıq.

Lakin bunu etmək üçün biz bütün səyləri gücləndirməliyik.

Biz nə vaxt maliyyə vəsaitlərinin ayrılacağını, kimin

maliyyələşdirəcəyini, bu layihənin həyata keçirilməsinə aid

cədvəli və əgər belə demək olarsa, kəmərin digər hissəsində

olan tərəfdaşlarımızın bu layihədə nə dərəcədə ciddi olduğunu

bilməliyik. Çünki hamımız bilirik ki, hazırda tikilən və ya

nəzərdən keçirilən bir çox layihələr vardır. Onlar aşağıdakı

kimidir: «Mavi axın», «Cənub axını», «Şimal axını» və

Nabukko. Nabukko layihəsində iştirak edən ölkələr, eyni

zamanda, «Cənub axını» və «Şimal axını» layihələrində də

iştirak edirlər. Buna görə, həm hasilatçı və həm də sərmayələrin

əsas ağırlığını öz üzərinə götürəcək bir ölkə kimi bizim üçün

Nabukko cədvəlini, boru kəmərinə nə vaxt sərmayələrin

Page 124: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

124

qoyulacağını, vəsaitin haradan gələcəyini bilmək çox vacibdir.

Bu məsələlər həll olunan kimi, əlbəttə ki, biz sərmayə qoymağa

çox şad olarıq. Çünki bizim yataqlarımız mövcuddur və onlar

bizim üçün yüz il və ondan artıq müddətə də kifayətdir. Biz

qazımızı ehtiyac duyulan bazarlara çıxarmalıyıq.

S u a l: Cənab Prezident, Azərbaycanın etibarlı qaz və neft

təchizatçısı kimi qalmasını istəyiriksə, Dağlıq Qarabağ

münaqişəsinin həll olunmasının zəruriliyini bizə bir daha haqlı

olaraq xatırlatdınız. Dağlıq Qarabağ məsələsinin birdəfəlik həlli

üçün Sizin strategiyanızı bilmək istərdim. Daha dəqiq olaraq,

bilmək istərdim, Türkiyə–Ermənistan yaxınlaşması bu

strategiyaya hansı şəkildə uyğun gəlir? Ermənistan bu məsələdə

irəliləyişə nail olarsa və sərhədin hər iki tərəfində qarşılıqlı

ticarət və mümkün iqtisadi tərəqqi məqsədi ilə sərhədlər

açılarsa, bu, faydalı olardımı? Bu, Sizin Dağlıq Qarabağ

strategiyanızın bir hissəsi ola bilərmi? Sizin fikrinizcə, bu,

faydalı ola bilərmi?

C a v a b: Öncə qeyd etdiyim kimi, demək olar ki, artıq 20

ildir torpaqlarımız işğal altındadır. Azərbaycana qarşı həyata

keçirilən təcavüz və etnik təmizləmə siyasəti humanitar faciə ilə

nəticələndi. Ölkəmizdə bir milyon insan qaçqın və məcburi

köçkün vəziyyətində yaşayır. Nəinki Dağlıq Qarabağ, o

cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati

sərhədlərinin ətrafında yerləşən yeddi rayon da işğal altındadır.

Bütün infrastruktur dağıdılıb, bütün insanlar qovulub, hər bir

şey yerlə-yeksan olunub. Bu işğal təxminən iyirmi ildir ki,

davam edir. Dünyada ən yüksək beynəlxalq qurum – Birləşmiş

Millətlər Təşkilatının Təhlükəsizlik Şurası işğalçı erməni

qüvvələrinin Azərbaycanın zəbt edilmiş ərazilərdən dərhal və

qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməmi qəbul

edib. Lakin onlar yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və

digər beynəlxalq təşkilatların qərarları Azərbaycanın ərazi

bütövlüyünü qəti şəkildə dəstəkləyir.

Münaqişə ölkələrin ərazi bütövlüyü və xalqların özünü

idarəetmə prinsipləri əsasında həll olunmalıdır. Bu prinsiplər

Page 125: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

125

bir-biri ilə ziddiyyət təşkil etmir. Xalqların özünü idarəetmə

prinsipi ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həyata

keçirilə bilər. Biz dünyada, xüsusən də Avropada mövcud olan

muxtariyyatların yaxşı nümunələrini bilirik. Biz bu münaqişəni

mümkün qədər tez həll etmək istəyirik. Çünki bizim xalq bu

münaqişədən əziyyət çəkir və torpaqlarımız işğal altında

qalmaqda davam edir. Buna görə, Azərbaycan danışıqlar

prosesinin surətləndirilməsinə qəti şəkildə sadiqdir. Ümid edirik

ki, erməni tərəfi də məsələnin tezliklə həlli üçün öz səylərini

göstərəcəkdir. Biz bu münaqişənin dondurulmuş vəziyyətdə

qalmasına, həll prosesinin yubadılmasına və yaxud sonu

olmayan danışıqlarda iştirakımıza imkan verə bilmərik. Bu gün

müzakirə etdiyimiz məsələlər qərar və həll üçün ciddi əsas ola

bilər. Hesab edirəm ki, biz məsələnin qeyd etdiyim prinsiplər

əsasında həllini mümkün qədər tez tapmalıyıq.

Biz iki suveren ölkə arasındakı münasibətlərə heç vaxt

müdaxilə etmirik və etməyi də planlaşdırmırıq. Türkiyə və

Ermənistan iki suveren ölkədir və həmin iki ölkə arasındakı

münasibətlər yalnız onlar tərəfindən nəzərdən keçirilməlidir.

Bilirik ki, beynəlxalq səviyyədə diqqət yetirilir və şərhlər verilir

ki, bu məsələlər tezliklə və ya mümkün qədər tez həll

olunmalıdır. Hesab edirəm ki, gəlin Ermənistan ilə Türkiyəyə

öz aralarında razılaşmaq imkanı verək və bu prosesə müdaxilə

etməyək. Bu, bizim mövqeyimizdir.

Eyni zamanda, aydındır ki, Ermənistan–Azərbaycan

münaqişəsi həll edilmədən regionda tammiqyaslı regional

əməkdaşlığa nail oluna bilməz. Çünki bu, regionda əsas

problemdir və regional sabitliyə əsas təhlükədir. Əgər biz

Ermənistan ilə Türkiyə arasında sərhədin bağlandığı 1993-cü ilə

qayıtsaq, görərik ki, sərhəd Azərbaycan rayonlarından birinin,

yəni Kəlbəcərin işğalı səbəbindən bağlanmışdır. Türk

dostlarımız həmin addımı bu səbəbdən atmışdılar. Bu addımın

səbəbi hələ də göz qabağındadır, o aradan qaldırılmayıb. Dağlıq

Qarabağın inzibati sərhədlərindən kənarda yerləşən Kəlbəcər və

Azərbaycanın digər altı rayonu hələ də işğal altındadır.

Page 126: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

126

Bir daha qeyd etmək istəyirəm, biz türk dostlarımızın

beynəlxalq və regional əməkdaşlığın qurulmasında göstərdiyi

səylərinə tam etimad göstəririk. Əgər Türkiyə–Ermənistan

yaxınlaşması və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin həlli kimi iki proses paralel şəkildə bir paket

kimi həll olunarsa, biz regionda tezliklə sülhə nail ola bilərik.

* * *

Müzakirələrdə Almaniyanın RWE şirkətinin baş icraçı

direktoru Yurgen Qrosman, Fransanın AREVA şirkətinin baş

icraçı direktoru xanım Ann Laverjon, ABŞ dövlət katibinin

birinci müavini Ceyms Steynberq, Rusiya Dövlət Duması

sədrinin müavini Valeri Yazev mövzu ilə bağlı fikirlərini

bildirdilər.

Page 127: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

127

PREZİDENT İLHAM ƏLİYEV MÜNXEN

TƏHLÜKƏSİZLİK KONFRANSININ

«TƏBİİ SƏRVƏTLƏRİN TƏHLÜKƏSİZLİYİ VƏ

DƏYİŞƏN QLOBAL GÜC» MÖVZUSUNDA

MÜZAKİRƏLƏRİNDƏ İŞTİRAK ETMİŞDİR

Münxen

5 fevral 2010-cu il

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti

İlham Əliyev fevralın 5-də Münxen Təhlükəsizlik Konfransının

«Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc»

mövzusunda müzakirələrində iştirak etmişdir. Azərbaycanın

birinci xanımı Mehriban Əliyeva tədbirin iştirakçıları arasında

olmuşdur.

Münxen Təhlükəsizlik Konfransı son onilliklər ərzində

dünyanın ən əsas təhlükəsizlik siyasəti tədbirinə çevrilmişdir.

Hər il dünyanın aparıcı siyasi xadimlərinin iştirak etdiyi bu

konfransda intensiv olaraq indiki və gələcək təhlükəsizlik

problemləri müzakirə olunur.

Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət

nümayəndələrinin, deputatların, mütəxəssislərin, KİV təmsil-

çilərinin iştirak etdiyi bu nüfuzlu konfransın əsas tədbirlərindən

biri olan «Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc»

mövzusunda müzakirələri açan moderator Freydrix Merz

Azərbaycan Prezidenti İlham Əliyevə və digər qonaqlara

minnətdarlıq bildirdi.

Prezident İlham Əliyev konfransda çıxış etdi.

Page 128: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

128

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

ABŞ DÖVLƏT KATİBİNİN BİRİNCİ MÜAVİNİ

CEYMS STEYNBERQ İLƏ GÖRÜŞÜ

Münxen

5 fevral 2010-cu il

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respub-

likasının Prezidenti İlham Əliyev fevralın 5-də Münxendə ABŞ

dövlət katibinin birinci müavini Ceyms Steynberq ilə

görüşmüşdür.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsinin nizamlanması, ikitərəfli münasibətlər və regional

məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Page 129: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

129

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

İRANIN XARİCİ İŞLƏR NAZİRİ MƏNUÇEHR

MOTTƏKİ İLƏ GÖRÜŞÜ

Münxen

6 fevral 2010-cu il

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Res-

publikasının Prezidenti İlham Əliyev fevralın 6-da Münxendə

İran İslam Respublikasının xarici işlər naziri Mənuçehr Mottəki

ilə görüşmüşdür.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ müna-

qişəsi, regional və digər məsələlər müzakirə edildi.

Page 130: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

130

SƏFƏR BAŞA ÇATDI

Bakı

6 fevral 2010-cu il

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatmışdır.

Münxenin beynəlxalq hava limanından dövlətimizin baş-

çısını Almaniyanın yüksək vəzifəli dövlət və hökumət nüma-

yəndələri yola saldılar.

* * *

Həmin gün Prezident İlham Əliyev Vətənə qayıtmışdır.

Heydər Əliyev adına Beynəlxalq hava limanında döv-

lətimizin başçısını Baş nazir Artur Rasizadə, Prezident Admi-

nistrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra

Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Page 131: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

131

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

İLHAM ƏLİYEVİN «EURONEWS»

TELEKANALINA MÜSAHİBƏSİNİN GENİŞ

VERSİYASININ ŞƏRHİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

«Euronews» telekanalına müsahibə vermişdir. Azərbaycan

Televiziyasının (AzTV) «Həftə» proqramı fevralın 7-də həmin

müsahibənin geniş versiyasının şərhini yayımlamışdır.

Prezident İlham Əliyev «Euronews» kanalına verdiyi

müsahibədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə

bağlı prosesə aydınlıq gətirmişdir. Prezident münaqişənin sülh

yolu ilə həll edilməsinə böyük ümidlər olduğunu demişdir.

Prezident sülh danışıqlarının iki mühüm şərtdən asılı

olduğunu bildirərək demişdir ki, bunlar:

– Ermənistanın beynəlxalq normaları əsas götürməsi;

– Ermənistan qoşunlarının Azərbaycanın beynəlxalq

səviyyədə tanınmış ərazilərindən çıxarılmasıdır.

İ l h a m Ə l i y e v: Bu münaqişənin həlli ilə bağlı ümid-

lərimiz vardır. Çünki siz qeyd etdiyiniz kimi, uzun illər ərzində

davam edən proses münaqişənin sülh yolu ilə həllinə

aparmalıdır. Artıq iyirmi ilə yaxındır ki, torpaqlarımız işğal

altındadır. Ermənistan beynəlxalq hüququn təməl prinsiplərini

pozmuşdur. Bildiyiniz kimi, BMT-nin Təhlükəsizlik Şurası

erməni qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-

şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin

əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilməyib. Hazırda,

danışıqlar yekun mərhələdədir. Çünki danışıqların bütün dövrü

ərzində müxtəlif variantların hamısı nəzərdən keçirilmiş və

qəbul edilməmişdir. İndi isə, biz, necə deyərlər, nizamlanma

üçün əsas ola biləcək Madrid prinsiplərini müzakirə edirik.

Lakin əlbəttə ki, bu, Azərbaycanın beynəlxalq səviyyədə

Page 132: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

132

tanınmış ərazilərindən Ermənistanın öz qoşunlarını çıxararaq,

beynəlxalq hüquq normalarına riayət etmək istəyindən asılı

olacaqdır. Bundan sonra isə, sülh bərqərar oluna bilər. Gec və

ya tez bu münaqişə bitməlidir. Vətəndaşlarımız öz doğma

yurdlarına qayıtmalıdırlar. Lakin biz buna gec yox, daha tez nail

olmaq istəyirik, çünki insanlarımız artıq uzun illərdir ki, bunu

gözləyir.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Prezident vasitəçi-

lərin təkliflərinin əsaslandığı əsas prinsipin Azərbaycanın ərazi

bütövlüyü olduğunu demiş və başqa prinsiplər haqqında da

danışmışdır. Bunlar:

– ərazi bütövlüyü;

– güc tətbiq etməmək;

– Xalqların öz müqəddəratını təyin etməsidir. Prezident ərazi bütövlüyü ilə müqəddəratı təyinin bir-birinə

zidd olmadığını demişdir.

İ l h a m Ə l i y e v: Mən 2010-cu ildə dünyanın aparıcı

ölkələrinin təmsil olunduğu ATƏT-in Minsk qrupunun həm-

sədrlərinin münaqişəni həll etmək istiqamətində fəaliyyətlərinə

nikbin baxıram. Bu, nikbinliyə əsas verir. Eyni zamanda, qeyd

etdiyim kimi, hazırda nəzərdən keçirdiyimiz təkliflər

beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanır. Onlar

ölkələrin ərazi bütövlüyü, güc tətbiq etməmək və xalqların

özünü idarə etmə prinsiplərinə əsaslanır. Bu prinsiplər bir-biri

ilə ziddiyyət təşkil etmir. Çünki özünü idarə etmə prinsipi

ölkənin ərazi bütövlüyü çərçivəsində təmin edilə bilər. Bu

baxımdan biz nikbinik. Lakin bu nikbinliyi real nəticələrə

çevirmək üçün Ermənistan tərəfi realizm və konstruktivlik

nümayiş etdirməli, uzun illər Azərbaycan torpaqlarını qeyri-

qanuni işğal etmiş qoşunlarını ərazilərimizdən çıxarmalıdır.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Prezident İlham

Əliyev aparıcının Ermənistanın işğal olunmuş torpaqları qay-

tarmağa hazır olması haqda sualını cavablandırmayıb.

S u a l – « E u r o n e w s »: Bəzi məlumatlar var ki, Ermə-

nistan işğal olunmuş torpaqları qaytarmağa hazırlaşır. Görünür,

Page 133: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

133

Siz və prezident Sarkisyan ümumilikdə bu məsələdə razılığa

gəlmisiniz. Siz bunu təsdiqləyə bilərsinizmi?

İ l h a m Ə l i y e v: Danışıqlarımızın prinsiplərindən biri

də ondan ibarətdir ki, hər bir şey razılaşdırılmayana qədər, heç

nə razılaşdırılmamış hesab olunacaqdır. Buna görə, hesab

edirəm ki, danışıqlar prosesi başa çatmamış, bəzi razılaşdırılmış

hesab edilə bilən elementləri açıqlamaq tez olardı.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Ancaq bununla belə

Prezident vasitəçilərin nizamlama üçün etdikləri təkliflərin əsas

prinsiplərini açıqlayıb:

– Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir;

– Ermənistan qoşunları işğal olunmuş ərazilərdən, o

cümlədən Dağlıq Qarabağın hüdudlarından kənarda olan

ərazilərdən çıxarılır;

– azərbaycanlı məcburi köçkünlər həmin torpaqlara

qayıdır;

– Dağlıq Qarabağın hər iki icması üçün sülhə zəmanət

verilir;

– bütün kommunikasiyalar açılır.

İ l h a m Ə l i y e v: Deyə bilərəm ki, vasitəçilərin verdiyi

təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpası, Dağlıq

Qarabağın inzibati hüdudlarından kənarda olan bütün işğal

edilmiş torpaqlardan Ermənistan qoşunlarının çıxarılması,

azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması,

bütün kommunikasiyaların açılması, Dağlıq Qarabağın hər iki

icması – erməni və Azərbaycan icmaları üçün sülh zəmanəti

prinsipinə əsaslanır.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Bu prinsiplər ha-

zırda masa üzərində olan təkliflərin əsasını təşkil edir. Prezident

nizamlamanın ən mühüm məqamlarından olan dəhliz

məsələsinə də aydınlıq gətirib və Azərbaycanın mövqeyini ifadə

edib.

İ l h a m Ə l i y e v: Biz bütün kommunikasiyaların açılma-

sının tərəfdarıyıq. Təkcə Dağlıq Qarabağı Ermənistanla

birləşdirən dəhlizin deyil, eləcə də Azərbaycanı ölkəmizin

Page 134: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

134

ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirəcək dəhlizin də

açılmasının tərəfdarıyıq. Burada, həmçinin iki ölkə arasında

olan sərhədlərin digər yerlərində də kommunikasiyaların

açılması nəzərdə tutulur. Dağlıq Qarabağ ilə Ermənistan

arasında dəhlizə gəldikdə, əgər siz xəritəyə nəzər yetirsəniz

görərsiniz ki, Dağlıq Qarabağın Ermənistanla heç bir sərhədi və

ya quru əlaqəsi yoxdur. Buna görə, sülh razılaşmasının bir

hissəsi kimi, dinc şəraitdə dəhlizin təmin edilməsi Azərbaycanın

getdiyi böyük güzəştlərdən biridir. Lakin biz hesab edirik ki,

gələcəkdə bu dəhliz təkcə bu gün Dağlıq Qarabağda və ya

Ermənistanda yaşayan insanlar tərəfindən deyil, eləcə də

hamımız tərəfindən istifadə oluna bilər. Biz bu əlaqəni

Ermənistan və Azərbaycanın müxtəlif bölgələri arasında birbaşa

keçid kimi də istifadə edə bilərik. Əgər nə vaxtsa sülh

razılaşmasına gəlsək, əminəm ki, biz tezliklə təmasları qura

bilərik, bütün kommunikasiyaları açarıq və regionda sülh

bərqərar oluna bilər. Lakin buna nail olmaq üçün əsas şərt

Ermənistan qoşunlarının işğal olunmuş torpaqlarımızdan

çıxmasıdır.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Bununla da Laçın

dəhlizinin məntiqi davamı kimi dəhlizin Naxçıvana qədər

uzanması və dəhlizin hamının maraqlarına xidmət etməsi fikri

gündəlikdədir. Dağlıq Qarabağın yekun statusuna gəldikdə isə

Prezident iki mühüm məsələyə toxunub və Azərbaycanın

prinsipial mövqeyini səsləndirib:

– birincisi, Dağlıq Qarabağ müstəqil ola bilməz;

– və ikincisi, Dağlıq Qarabağın Azərbaycandan ayrılma-

sına aparıb çıxara biləcək mexanizm və prosedurlar

yaradıla bilməz.

Bu ikinci məqam indi ən mühüm prinsip kimi müzakirə

edilməkdədir. Ona görə ki, birinci məqam, yəni hazırda Dağlıq

Qarabağın Azərbaycandan ayrılmasının artıq mümkünsüz

olduğunu hamı birmənalı olaraq anlayıb. Əsas məsələ

Ermənistanın Qarabağın gələcək üçün perspektivlərinin hüquqi

əsaslarının yaradılmasından gedir.

Page 135: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

135

İ l h a m Ə l i y e v: Erməni xalqının öz müqəddəratını

təyin etmə məsələsinə gəldikdə, deyə bilərəm ki, ermənilər öz

müqəddəratını artıq təyin ediblər. Onlar Ermənistan dövlətinə

malikdirlər. Təxminən iki yüz il bundan əvvəl regionun

müxtəlif yerlərindən ermənilərin Dağlıq Qarabağa köçürülməsi

faktı o demək deyil ki, onlar Azərbaycanın tarixi ərazilərində

ikinci erməni dövlətini yarada bilər. Əgər biz bu məntiqlə

getsək, belə çıxır ki, dünyada 10 və ya ondan da artıq erməni

dövləti yarana bilər. Çünki ermənilər dünyanın müxtəlif

yerlərində yaşayırlar. Buna görə, ikinci erməni dövlətinin

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış tarixi ərazilərində

yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycan Dağlıq

Qarabağın müstəqilliyinə və ya onun Azərbaycanın tərkibindən

çıxmasına apara biləcək hər hansı mexanizm və ya prosedurla

heç vaxt razılaşmayacaqdır. Bu, müzakirə mövzusu deyildir.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Göründüyü kimi

Prezident status məsələsində müstəqilliyin müzakirə mövzusu

kimi ortaya çıxacağını belə istisna edir və Avropadakı

muxtariyyət variantlarına, yəni vahid dövlətlərin tərkibində

muxtariyyət variantlarına üstünlük verməyin mümkünlüyünü

deyib. Siyasi və mədəni azadlıqların ən yaxşı nümunələri

Avropa təcrübəsi sayılırsa, Azərbaycan da Avropa təcrübəsini

təklif edir.

İ l h a m Ə l i y e v: Fikrimcə, torpaqlarımızın azad

edilməsindən sonra kommunikasiyaların açılması və təmasların

qurulması ermənilər ilə azərbaycanlılar arasında daha çox

anlaşmaya aparacaqdır. Biz qonşuyuq. Barışıq baş verərsə, onda

hər şey normallaşar. Avropada yaxşı muxtariyyət təcrübəsini

görürük. Vahid dövlətlərin tərkibində muxtariyyət variantları

vardır. Hesab edirəm ki, bu, münasib həll yolu olmalıdır.

İ b r a h i m M ə m m ə d o v (AzTV): İşğal olunmuş

ərazilərin hərbi yolla azad edilməsi perspektivi haqda aparıcının

sualına cavabında isə Prezident İlham Əliyev bu məsələyə

daxili və beynəlxalq hüquqi aspektdən yanaşıb. Belə ki,

Azərbaycanın öz ərazisini azad etməsi Azərbaycanın daxili

Page 136: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

136

işidir və beynəlxalq münaqişə kimi sayıla bilməz. Ona görə ki,

əgər hərbi yol məcburiyyəti ortaya çıxarsa Azərbaycan məhz öz

ərazilərində azadetmə əməliyyatı keçirəcəkdir. Azərbaycanın öz

daxilində qayda-qanunu, konstitusion normaları bərpa etməsi

haqda hüququ ona Azərbaycanın Konstitusiyası ilə yanaşı, həm

də BMT-nin nizamnaməsi verir. Bununla da Prezident İlham

Əliyev Azərbaycanın öz ərazilərini işğaldan azad etməyin

mümkün hərb yolu ilə bağlı hüquqi aspektləri istər daxili,

istərsə də beynəlxalq hüquq aspektindən ifadə edib.

Eyni zamanda, Prezident vurğulayıb ki, Azərbaycan

münaqişənin sülh yolu ilə həllinə çalışır. Amma, eyni zamanda,

dözümün də bir hüdudu vardır.

İ l h a m Ə l i y e v: Heç kəs bu regionda müharibə istəmir.

Danışıqlar prosesində olmağımız və konstruktiv yanaşmamız, o

cümlədən danışıqlar prosesinin yekun mərhələsində Minsk

qrupu həmsədrlərinin apardığı fəaliyyətə dəstək verməyimiz

faktı niyyətlərimizi nümayiş etdirir. Eyni zamanda, qeyd

etdiyim kimi, müharibə hələ bitməyib. Bu gün, biz münaqişənin

sülh yolu ilə həlli barədə danışıqları çox eşidirik. Artıq qeyd

etdiyim kimi, biz bunun tərəfdarıyıq. Lakin, eyni zamanda,

yaddan çıxarmalı deyilik ki, Ermənistan ərazilərimizi güc yolu

ilə işğal edib. Azərbaycanın isə, dünyanın istənilən ölkəsi kimi,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq,

özünü müdafiə etmək üçün bütün vasitələrdən qanuni istifadə

etmək hüququ vardır. Bu, özünü müdafiə etmək, öz torpaqlarını

işğaldan azad etmək hüququdur.

Bizim hər hansı digər ölkəyə heç bir ərazi iddiamız yoxdur.

Lakin Azərbaycanın işğal olunmuş əraziləri və Dağlıq

Qarabağın özü bizim beynəlxalq səviyyədə tanınmış

torpaqlarımızdır. Əgər orada hər hansı hadisə baş verərsə, bu,

beynəlxalq münaqişə kimi deyil, Azərbaycanın daxili işi hesab

edilməlidir.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Prezident sürətlə

silahlanma ilə bağlı suala aydınlıq gətirərkən Ermənistan ilə

Page 137: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

137

Azərbaycan arasında bütün sahələrdə tarazlığın Azərbaycanın

xeyrinə pozulduğunu deyib.

İ l h a m Ə l i y e v: Biz ölkəmizi müasirləşdiririk. Söhbət

təkcə hərbi xərclərdən getmir. Biz təhsil, səhiyyə, infrastruktur

sahələrinə də xeyli vəsait ayırırıq. Son beş il ərzində

Azərbaycan öz dövlət xərclərini 12 dəfədən çox artırmışdır.

Hərbi xərclər isə, bütün digər sahələrdə olan xərclərə müvafiq

olaraq artır. Əgər siz bizim ümumi daxili məhsul daxilində

hərbi xərclərin faiz nisbətinə baxsanız, görərsiniz ki, onlar

Ermənistanla müqayisədə daha azdır. Buna görə, Azərbaycanın

guya silahlanma yarışına rəvac verməsi barədə səslənən

ittihamlar həqiqətə uyğun deyildir. Bu gün iqtisadiyyatımız

Ermənistan iqtisadiyyatından təxminən on dəfə böyükdür. Buna

görə, bizim istədiyimiz qədər vəsait xərcləməyə imkanımız

vardır. Ermənistanın isə, yalnız digər ölkələrdən nə qədər

yardım almaq imkanı varsa, bir o qədər vəsait xərcləmək imkanı

vardır. Bu, reallıqdır. Bu gün Ermənistan ilə Azərbaycan

arasında güc tarazlığı artıq mövcud deyildir.

S u a l – « E u r o n e w s »: Hərbi nöqteyi-nəzərdənmi?

İ l h a m Ə l i y e v: Bu, istənilən sahədə belədir. Əgər

iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən on dəfə

artıqdırsa və büdcə xərclərimiz təxminən səkkiz dəfə çoxdursa,

təbii ki, ordumuz da daha güclüdür və hərbi məqsədlərimiz və

müdafiə infrastrukturu üçün çəkilən xərclərimizin həcmi də

böyükdür. Bu, təbiidir. Bir daha demək istəyirəm, bu, o demək

deyil ki, biz vəsaitləri yalnız hərbi məqsədlər üçün xərcləyirik.

Biz bütün digər sahələrə də vəsaitlər ayırırıq.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Türkiyə ilə Ermə-

nistan münasibətlərinin qurulmasına gəldikdə isə Prezident bu

prosesin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə

paralelliyinin daha çox səmərə verə biləcəyini, artıq verməyə

başladığını və məhz bu prosesin paralelliyi əsasında danışıqların

yekun mərhələyə qədəm qoyduğunu deyib.

İ l h a m Ə l i y e v: Biz bütün region ölkələri arasında

müsbət münasibətlərin olmasının tərəfdarıyıq, çünki bu,

Page 138: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

138

regionda daha yaxşı mühit və ab-hava yarada bilər. Lakin,

əvvəlcə qeyd etdiyim kimi, biz yaddan çıxarmalı deyilik ki,

regionda ən böyük problem Azərbaycan torpaqlarının

Ermənistan tərəfindən işğalıdır. Buna görə, fikrimizcə,

Türkiyənin Prezidenti və Baş naziri, eləcə də digər rəsmilərin

verdiyi bəyanatlardan irəli gələrək, bu ölkənin məsələ ilə bağlı

mövqeyi çox aydındır.

Bu proseslər paralel şəkildə həll olunmalıdır. Onlar bir-birini

tamamlamalıdır. Bu proseslər paralel şəkildə getməli və eyni

vaxtda həll olunmalıdır. Bu halda regionda hərtərəfli sülh

bərqərar ola bilər. Əgər bu paralelliyə əməl olunmasa, bu,

gözlənilməz nəticələr verə bilər. Bir halda ki, bu sualı verdiniz,

bir şərhi də əlavə edim. Hesab edirəm ki, dünyada heç bir ölkə

iki suveren ölkə arasındakı münasibətlərə müdaxilə etməli

deyildir. Biz heç vaxt bu prosesə müdaxilə etməmişik,

baxmayaraq ki, məsələ ilə bağlı öz mövqeyimiz vardır. Bu,

məlum olan mövqedir və biz bunu gizlətmirik. Lakin,

zənnimcə, əgər bu proseslərə kənardan müdaxilə edilməsə və ya

təzyiq göstərməyə cəhdlər edilməsə, daha yaxşı olar. İki ölkə

arasında olan münasibətlər elə iki ölkə arasında olan

münasibətlər kimi də qalmalıdır. Nə etmək, necə etmək və nə

vaxt etmək qərarını Türkiyə ilə Ermənistan özləri verməlidirlər.

S u a l – « E u r o n e w s »: Lakin Sizin Xarici İşlər

Nazirliyi bu yaxınlarda bildirmişdir ki, mən sitat gətirirəm,

«Ermənistan ilə Türkiyə arasında sərhədlərin açılması regionda

gərginliyə səbəb ola bilər və Azərbaycanın maraqlarına ziddir».

Siz bu mövqedə durursunuzmu?

İ l h a m Ə l i y e v: Bəli, çünki aydındır ki, əgər Dağlıq

Qarabağ məsələsinin həllində hər hansı gözəçarpan, praktiki

irəliləyişdən asılı olmayaraq, bu baş verərsə, yalnız Dağlıq

Qarabağla bağlı sülh prosesində durğunluğun yaranmasına

gətirib çıxaracaqdır. Fikrimizcə, beynəlxalq hüquq normalarına

riayət edərək, Ermənistanı öz qoşunlarını çıxarmağa vadar

etməyin əsas yollarından biri onun təcrid edilməsidir.

Ermənistanın nə Azərbaycan, nə Türkiyə ilə açıq sərhədləri

Page 139: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

139

vardır. Eyni zamanda, Ermənistanda böyük iqtisadi problemlər

yaşanır. Ötən il onların iqtisadiyyatı təxminən iyirmi faiz

azalmışdır. Sərhədlərin açılması bu ölkənin iqtisadiyyatına

təkan verəcəkdir. Biz narahatıq ki, əgər bu, Dağlıq Qarabağ

probleminin həllində hər hansı irəliləyişdən asılı olmayaraq, baş

verərsə, həmin sahədə sülh perspektivləri çox zəif olacaqdır.

Sonra nə olacaq? Əgər biz görsək ki, sülh perspektivləri

tükənib, onda hansı variantlar qalacaq? Oturub, növbəti on beş

ili gözləməliyik və ya öz ərazi bütövlüyümüzü bərpa etmək

üçün imkanlarımızdan istifadə etməliyik. Buna görə də, barışıq

prosesinə kənardan kömək etməyə çalışan və hətta nə Türkiyə,

nə də ki, Ermənistanla ümumi sərhədə malik olmayan ölkələrdə

ola bilsin regionun tarixi və bu gün baş verən hadisələr

haqqında kifayət qədər məlumat yoxdur. Yaxşı olardı ki, bu

hadisənin mümkün ola biləcək mənfi nəticələri

qiymətləndirilsin. Bizim fikrimizcə, bu, regionda əlavə

çətinliklər yaradacaqdır. Buna görə, hesab edirəm ki, indi bəlkə

də nadir fürsət yaranıb: bir tərəfdən, Türkiyə–Ermənistan

prosesi gedir, digər tərəfdən isə, biz Ermənistan ilə Azərbaycan

arasında danışıqların yekun mərhələsinə çatmışıq. Bu iki

prosesin gücünü birləşdirmək lazımdır ki, regionun heç bir

ölkəsi özünü təklənmiş və onun milli maraqlarına məhəl

qoyulmadığını hiss etməsin.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Prezident aparıcının

yekun mərhələ haqda sualını da cavablandırıb. Söhbət vaxt

baxımından deyil, müzakirə edilən təkliflərin mahiyyəti

etibarilə yekun mərhələdən gedir.

İ l h a m Ə l i y e v: Yekun mərhələ dedikdə, mən vaxt

çərçivəsini deyil, mahiyyəti nəzərdə tuturam, çünki on altı il

ərzində və hətta ondan da çox müddət ərzində bir çox variantlar

müzakirə edilib. Bir çox variantlar irəli sürülüb və qəbul

edilməyib. Bəzən, Ermənistanda baş vermiş faciəli terror aktları

bizi həll yolunu tapmaq imkanından məhrum etdi. 1999-cu ildə

Ermənistanın bəzi liderlərinə qarşı terror aktları törədildi və bu

hadisə danışıqlar prosesinin dondurulmasına gətirib çıxardı.

Page 140: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

140

Yekun mərhələ haqqında danışdıqda, mən məhz onu nəzərdə

tuturam. Yəni, bütün variantlar artıq qiymətləndirilib.

Əgər sülh prosesinin indiki mərhələsi uğursuz olarsa, onda

biz heç nə haqqında danışa bilməyəcəyik. Bu, müzakirə

etdiyimiz məsələlər baxımından sonuncu şansdır. Minsk

qrupunun həmsədrləri tərəfindən təqdim olunan və tərəflərin

hazırda müzakirə etdiyi həll variantı yeganə mümkün həll

yoludur. Əgər bu, bir nəticə verməsə, onda belə çıxır ki,

danışıqlar uğursuzluğa uğrayacaqdır. Yekun mərhələ dedikdə

məhz bunlar nəzərdə tutulur. Mən yekun mərhələni vaxt

çərçivəsi baxımından da görmək istərdim. Hesab edirəm ki,

2010-cu il həlledici il ola bilər və Azərbaycan məsələni sülh

yolu ilə həll etməkdə öz səylərini artırmağa hazırdır.

İ b r a h i m M ə m m ə d o v (AzTV): «Euronews» tele-

kanalının aparıcısı Prezident İlham Əliyevin enerji sahəsindəki

siyasətini Qərb yönümlü və mürəkkəb mühitdə aparılan siyasət

kimi xarakterizə edərək belə mühitdə işləməyin yolları haqda

soruşub. Prezident enerji siyasətinin iqtisadi əsaslarla

qurulduğunu və bunun siyasiləşdirilmədiyini əsas prinsiplər

kimi qeyd edib.

İ l h a m Ə l i y e v: Bizim enerji strategiyamız kimisə kə-

narda qoymaq prinsipinə əsaslanmır. Ölkəmizin açıq dənizlərə

və dünyanın neft bazarlarına birbaşa çıxışı yoxdur. Buna görə,

bizə boru kəmərləri lazım idi. Boru kəmərlərinin çəkilməsi üçün

tranzit ölkələrə ehtiyac duyurduq. Biz neft təchizatı yollarını

şaxələndirmək istəyirdik. Əslində, biz on beş il öncə bu işlərə

neft hasilatı ilə başladıq və buna nail olduq. Hazırda neftimizi

müxtəlif istiqamətdə nəql edən üç boru kəmərimiz vardır.

Onlardan ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Biz

heç bir tranzit ölkədən asılı deyilik. Bu, ən mühüm məsələdir.

Tranzit ölkələrdən asılılıq heç də təchizatçı ölkələrdən

asılılıqdan az əhəmiyyətli məsələ deyildir. Eyni üsulu biz qaz

yataqlarının işlənilməsi layihələrində də tətbiq etdik. Hazırda

fəaliyyət göstərən boru kəmərləri qazımızı dörd ölkəyə çatdırır.

Biz qazı Türkiyə, Gürcüstan, Rusiya və İrana nəql edirik.

Page 141: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

141

Beləliklə, neft və qaz təchizatı tam şəkildə şaxələndirilib. Biz

yalnız bir marşrutdan asılı deyilik.

Hazırda hasilat və ixrac həcmi bizi qane edir. Əlbəttə ki, biz

gələcəkdə hasilatın həcmini artırmağı planlaşdırırıq. Bilirik ki,

Avropada alternativ qaz mənbələrinə artan tələbat vardır.

Hazırda Avropada müzakirə olunan və Nabukko, TGI, TAP

kimi bir neçə layihələri və digərlərini əhatə edən «Cənub

dəhlizi» adlandırılan layihə burada son dövrdə əldə etdiyimiz

nailiyyətlərə əsaslanır.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Nəhayət, Prezident

«Cənub dəhlizi»nin yalnız Azərbaycanın imkanlarına

əsaslandığını, Azərbaycanın məlum olan qaz ehtiyatlarının 2

trilyon, potensialının 5 trilyon kubmetrə yaxın olduğunu deyib.

Bununla da dolayısı ilə Avropanın Azərbaycana ehtiyacının

miqyasını və müddətini diqqətə çatdırıb.

İ l h a m Ə l i y e v: «Cənub dəhlizi» bizim səylərimizə

əsaslanır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməyə

hazırıq.

Qazın təchizatı ilə bağlı uzunmüddətli sazişlərin bağlanıl-

ması məqsədi ilə müxtəlif ölkələrlə danışıqlar aparırıq. Bütün

variantlar mümkündür. Əlbəttə, hasilatçı kimi biz ədalətli

qiymətdə, ədalətli tranzit haqlarında maraqlıyıq ki, təbii

sərvətlərimizdən maksimum iqtisadi faydanı götürə bilək.

Ehtiyatlara gəldikdə, Azərbaycanda təsdiq olunmuş təbii qaz

ehtiyatlarının minimal həcmi 2 trilyon kubmetrdir. Amma

hesablamalara görə bu rəqəm hətta 5 trilyon kubmetr ola bilər.

Bu həcm əsas istehlakçıları ən azı yüz il qazla təchiz etmək

üçün kifayətdir.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Prezident İlham

Əliyev enerji resursları uğrunda mübarizə və rəqabət aparan

tərəflərlə münasibətləri siyasiləşdirmədən sırf iqtisadi-kom-

mersiya prinsipləri əsasında əməkdaşlığa, heç kimdən asılı

olmamaq strategiyasına üstünlük verməyin enerji siyasətini

uğurla yürütməyə imkan verdiyini deyib.

Page 142: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

142

İ l h a m Ə l i y e v: Bilirsiniz, digər ölkələr arasında olan

münasibətlər barədə şərh vermək istəməzdim. Öncə qeyd

etdiyim kimi, enerji siyasətimiz lap əvvəlcədən siyasiləş-

dirilməmişdir. Bu həqiqətdir ki, beynəlxalq mətbuatda bu

məsələ xüsusilə indi lazım olduğundan bir qədər artıq

siyasiləşdirilir. Eyni zamanda, aydındır ki, enerjidən, xüsusilə

böyük enerji resurslarına və bu resursları nəql etmək üçün artıq

lazım olandan daha çox infrastruktur imkanına sahib olan və

daşınma, tranzit və digər məsələlərdə Asiya və Avropa arasında

körpü rolunu oynaya biləcək ən yaxşı mümkün mövqelərdən

birində olan ölkədən söhbət gedəndə siyasi məsləhətləşmələr,

müzakirələr və bəzən də rəqabət qaçılmazdır. Buna görə də, biz

regionda daha çox əməkdaşlıq görmək istəyirik və ölkəmizin

təbii ehtiyatlarımızdan faydalanmaq istəyənlər arasında rəqabət

meydanına çevrilməsini istəmirik. Biz istəyirik ki, təbii ehtiyat-

larımızdan ilk növbədə xalqımız bəhrələnsin. Daha sonra, enerji

strategiyamızı elə qurmaq istəyirik ki, biz heç bir marşrutdan,

heç bir qonşudan və heç bir istehlakçıdan asılı olmayaq. Eyni

zamanda, bu resurslardan istifadə edərək, daha çox etimad və

əməkdaşlıq yaratmaq istəyirik. Hesab edirəm ki, regionda

marağı olan tərəflər arasında daha çox əməkdaşlıq olmalıdır.

Azərbaycan əməli addımları ilə öz maraqlarını tam müdafiə

etməyin, hətta bəzən başqalarının bunun əleyhinə olmasına

baxmayaraq, boru kəmərlərini istədiyimiz istiqamətdə çəkməyin

və eyni zamanda, bütün qonşularla və dostlarla yaxşı əlaqələr

saxlamağın mümkün olduğunu sübut etmişdir.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Prezident İlham

Əliyev aparıcının Azərbaycanda demokratiyanın perspektivləri

ilə bağlı sualını cavablandırarkən bu istiqamətdə müüm bir

məsələyə – Azərbaycanda real vəziyyətə və bəzi beynəlxalq

KİV-lərin və insan haqları ilə məşğul olduqlarını elan etmiş

QHT-lərin təqdimatlarına ayrlıqda baxmağı və təhlil etməyi

məsləhət görüb. Ona görə ki, real vəziyyətlə adı çəkilən

qurumların məlumatları bir-birindən fərqlənir. Bu fərqlənmənin

siyasi səbəbləri vardır.

Page 143: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

143

Prezident demokratiya şüarı ilə Azərbaycana siyasi məq-

sədlərlə təzyiq etməyin səmərsiz olduğunu bəyan etmişdir:

«Azərbaycanın əhəmiyyəti artdıqca dünyanın müxtəlif

yerlərindən Azərbaycana təsiretmə cəhdləri də artır. Ancaq

sizə deyə bilərəm ki, əgər biz müstəqil siyasətimizi müstə-

qilliyimizin ağır illərində qoruya bildiksə, bu gün istənilən

tərəfin dırnaqarası demokratiya amilindən istifadə edərək,

Azərbaycanın mövqeyini zəiflətmək və heç vaxt razı olma-

yacağımız məsələlərə bizi razı salmaq məqsədi daşıyan hər

hansı cəhdlərinə müqavimət göstərmək bizim üçün daha

asandır». İ l h a m Ə l i y e v: Biz müstəqil siyasət həyata keçiririk.

Ola bilsin ki, bu, kiminsə xoşuna gəlmir. Burada, Azərbaycanda

Azərbaycan xalqının istədiyini edirik. Biz başqa ölkələrin yox,

öz ölkəmizin milli maraqlarını qoruyuruq. Buna görə də, bəzən

beynəlxalq mətbuatda və bəzi dırnaqarası beynəlxalq insan

hüquqları qruplarının hesabatlarında biz çox əsassız və qərəzli

tənqidlərə məruz qalırıq. Həmin insan hüquqları qrupları öz

hesabatlarında bizim qonşuluqda vətəndaş hüquqları və

demokratiya ilə bağlı baş verən böyük pozuntuları görmürlər.

Sanki heç nə baş vermir. Ancaq Azərbaycanda kiçik bir hadisə

baş verən kimi bu, şişirdilir və dərhal biz tənqid olunuruq.

Biz bunu ölkəmizə təsir göstərmək siyasəti kimi qəbul

edirik. Başa düşürük ki, Azərbaycanın əhəmiyyəti artdıqca

dünyanın müxtəlif yerlərindən Azərbaycana təsiretmə cəhdləri

də artır. Ancaq sizə deyə bilərəm ki, əgər biz müstəqil

siyasətimizi müstəqilliyimizin ağır illərində qoruya bildiksə, bu

gün istənilən tərəfin dırnaqarası demokratiya amilindən istifadə

edərək, Azərbaycanın mövqeyini zəiflətmək və heç vaxt razı

olmayacağımız məsələlərə bizi razı salmaq məqsədi daşıyan hər

hansı cəhdlərinə müqavimət göstərmək bizim üçün daha

asandır. Biz Azərbaycan xalqının iradəsinə əsaslanan

demokratik, suveren, müstəqil dövlət qururuq və kimin nə

deməsindən asılı olmayaraq bu siyasəti davam etdirəcəyik.

Page 144: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

144

İ b r a h i m M ə m m ə d o v (AzTV): Prezident müxa-

lifətin zəif olmasını ölkədəki sosial-iqtisadi vəziyyətlə izah

edib. Belə ki, sosial rifahın yüksəlməsi müxalif fikrin daşıyı-

cılarını, elektoratını azaldaraq Prezidentin mövqeyini

gücləndirib.

İ l h a m Ə l i y e v: Əgər Azərbaycanda müxalifət zəif-

dirsə, bu, bizim günahımız deyildir. Mən sizə deyə bilərəm nə

üçün müxalifət indi bu cür ağır vəziyyətdədir. Çünki son beş il

ərzində Azərbaycanın iqtisadiyyatı 2,6 dəfə artmışdır. Son beş il

ərzində biz demək olar ki, işsizliyin böyük hissəsini aradan

qaldırmışıq. Biz 840 min yeni iş yeri yaratmışıq. Büdcə xərcləri

12 dəfə artmış, yoxsulluq səviyyəsi 49 faizdən 11 faizə

düşmüşdür. Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır.

2009-cu ildə – böhran ilində iqtisadiyyatımız 9,3 faiz, sənaye

isə 8,6 faiz artmış, inflyasiya 1,5 faiz təşkil etmiş, xarici valyuta

ehtiyatları 20,4 milyard dollar olmuşdur. Əgər siz mənə

dünyada 2009-cu ildə bu nəticələri əldə etmiş hər hansı başqa

bir ölkə göstərə bilsəniz, sizə minnətdar olaram. Budur

nəticələr.

Belə bir şəraitdə müxalifət nə təqdim edə bilər? Sadəcə

tənqid edə bilərlər. Onlar bunu hər gün edirlər və biz buna etiraz

etmirik. Əgər qəzetlərə baxsanız görəcəksiniz, hər gün tənqidi

məqalələr, hücumlar olur – bu, demokratiyadır. Lakin xalq

kiminsə söylədiyi sözlərə yox, real işlərə qiymət verir. Yeri

gəlmişkən, qeyd edim ki, bu gün müxalifətdə olanlar 1990-cı

illərin əvvəllərində Azərbaycanda rəhbərlikdə olan və ölkədə

xaos və anarxiya yaradan, ölkəni vətəndaş müharibəsinə

sürükləyən insanlardır. Xalq bunu unutmamışdır.

İ b r a h i m M ə m m ə d o v (AzTV): Prezident

Azərbaycanda 1993-cü il hadisələri və Heydər Əliyevin

hakimiyyətə necə gəlməsi haqda da danışıb.

İ l h a m Ə l i y e v: İyirmi il bundan əvvəl sovet ordusu

vəhşilik göstərərək, şəhərimizi işğal etdi, yüzlərlə günahsız

insanı qətlə yetirdi və yaraladı. Bundan bir gün sonra, həmin

dövrdə fəal siyasətçi yox, təqaüdçü olan Heydər Əliyev bizim

Page 145: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

145

Moskvadakı daimi nümayəndəliyimizə gedərək, ictimaiyyət

qarşısında açıq şəkildə kommunist-sovet rəhbərliyini bu vəhşi

hərəkətlərinə görə pislədi. Həmin dövrdə, Sovet İttifaqının

süqutuna hələ iki il qalırdı və bu çox cəsarətli bir addım idi.

Bundan sonra o, açıq şəkildə Kommunist Partiyasının

üzvlüyündən çıxmasını bəyan etdi və bu da asan bir addım

deyildi. Bundan dərhal sonra sovet hökuməti ona qarşı

hücumlara başladı, onu Moskvada həbs etmək istədi. O, buraya

– Bakıya qayıtmalı oldu. Ancaq burada, Azərbaycanın həmin

dövrdəki kommunist rəhbərliyi də onu həbs etmək istəyirdi.

Beləliklə, o, doğma şəhəri olan Naxçıvana getdi. Bundan sonra

heç kim ona toxuna bilmədi, çünki xalq onu dəstəkləyirdi və

qoruyurdu.

Heydər Əliyev Bakıda vətəndaş müharibəsi başlayanda

Azərbaycanın Prezidenti seçilmişdir. Həmin dövrdəki, belə

demək mümkünsə, prezident və bütün hökumət ölkədən

qaçmışdı. Çünki hərbi birləşmələr hakimiyyəti ələ keçirmək

üçün Bakıya gəlirdilər. Həmin dövrdə o vaxtkı Azərbaycan

Prezidenti ondan dövlətçiliyi qorumağa kömək etmək üçün

Naxçıvandan Bakıya gəlməsini xahiş edirdi. Bax, bu şəraitdə o,

Bakıya gəldi.

Onun və ya mənim tərəfimdən atılmış heç bir addım heç

vaxt kiminsə dəstəyini qazanmaq məqsədi daşımamışdır. Bizim

etdiyimiz budur – xalqın iradəsinə əsaslanan suveren

Azərbaycan dövlətini qurmaq.

Page 146: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

146

SERBİYA RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB BORİS TADİÇƏ

Hörmətli cənab Prezident!

Milli bayramınız – Dövlətçilik günü münasibətilə Sizi və

bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Serbiya arasındakı dostluq və

əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun

olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost

Serbiya xalqına sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 fevral 2010-cu il

Page 147: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

147

LİTVA RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

XANIM DALYA QRİBAUSKAYTEYƏ

Hörmətli xanım Prezident!

Ölkənizin milli bayramı – Litva dövlətinin bərpası günü

münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz

adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan–Litva münasibətləri son illərdə dinamik inkişaf

yolu keçərək istər ikitərəfli qaydada, istərsə də beynəlxalq

qurumlar və layihələr çərçivəsində səmərəli əməkdaşlığımız

üçün möhkəm zəmin yaratmışdır.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq

dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin

möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə birgə

işimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da

səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə

uğurlar, dost Litva xalqına əmin-amanlıq və firavanlıq

arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 fevral 2010-cu il

Page 148: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

148

PREZİDENT İLHAM ƏLİYEV XALQ ARTİSTİ

ƏLİBABA MƏMMƏDOVA «İSTİQLAL»

ORDENİNİ TƏQDİM ETMİŞDİR

Bakı

8 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 8-də Xalq Artisti Əlibaba Məmmədova milli muğam

sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və

anadan olmasının 80 illliyi münasibətilə təltif olunduğu

«İstiqlal» ordenini təqdim etmişdir.

Prezident İlham Əliyev muğam ustadına müraciətlə dedi:

– Mən sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik

edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram.

Siz uzun illərdir ki, öz sənətinizlə Azərbaycanın milli

musiqisini təbliğ edirsiniz, ifaçılıq ustalığınızla Azərbaycan

xalqını sevindirirsiniz. Azərbaycanın sərvəti olan muğam

sənətini uzun illər ərzində qoruyursunuz, inkişaf etdirirsiniz,

gənc nəsli bu gözəl sənətə cəlb edirsiniz. Bütün bu işlər

Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan dövləti sizin fəaliyyətinizi müxtəlif dövrlərdə

yüksək qiymətləndiribdir. Bildiyiniz kimi, mən də bu gözəl

yubileyiniz münasibətilə sizi Azərbaycan dövlətinin yüksək

mükafatı olan «İstiqlal» ordeni ilə təltif etmişəm. İstəyirəm ki,

bu gün özüm bu ordeni sizə təqdim edim.

* * *

Prezident İlham Əliyev «İstiqlal» ordenini Əlibaba

Məmmədova təqdim etdi.

Page 149: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

149

Page 150: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

150

* * *

Xalq artisti Əlibaba Məmmədov dövlətimizin başçısına

təşəkkür edərək dedi:

– Əzizimiz və çox hörmətli cənab Prezidentimiz!

Mən səmimi qəlbdən Sizə öz təşəkkürümü bildirirəm ki,

məni dövlətimizin ən yüksək mükafatı olan «İstiqlal» ordeni ilə

təltif etmisiniz. Bu təkcə mənə yox, bizim milli sərvətimiz olan

muğamlarımıza hörmətdir. Bu, bizim muğam ifaçılarımıza, eyni

zamanda, xalqımıza böyük hörmətdir. Buna görə çox sağ olun.

İnandırıram Sizi, üç gündür ki, mən telefonlara cavab

verməkdən yorulmuşam, hətta başqa ölkələrdən – Almaniyadan,

İrandan, mənə zəng vururlar. Eyni zamanda, bölgələrimizdən

zəng vurur, məni təbrik edir, Sizə isə «Sağ ol» deyirlər. Deyirlər

ki, sağ olsun cənab Prezidentimiz, Allah ona uzun ömür,

cansağlığı versin. Bu, böyük mükafatdır, bilirsiniz. Qaldı ki,

mənə, vallah «Sağ olun» deməkdən başqa söz tapa bilmirəm.

Bu, xalqımıza hörmətdir. Çox böyük işdir ki, bu yaşımda, bu

yubileyimdə məni sevindirdiniz. Allah-taala Sizi qorusun,

xalqımızın üstündən əskik etməsin. Allah-taala Sizi xalqımız

üçün qorusun, bizim üçün qorusun. Çox sağ olun.

İ l h a m Ə l i y e v: Çox sağ olun, Əlibaba müəllim. Bir

daha sizi təbrik edirəm. Doğrudan da muğam sənəti Azərbaycan

xalqının qəlbində yaşayır. Mən çox sevinirəm ki, gənc nəsil bu

gözəl sənətə qoşulub. Muğam müsabiqələrinin keçirilməsi

özlüyündə bunun gözəl göstəricisidir. Yəni, muğam

müsabiqələri artıq Azərbaycan həyatının ayrılmaz bir hissəsinə

çevrilibdir. Bütün insanlar bu müsabiqələri gözləyirlər və buna

çox maraqla münasibət bəsləyirlər. Əlbəttə ki, sizin kimi

görkəmli ifaçılar, muğam sənətinin ustadları gənc nəslin bu

gözəl sənətə cəlb edilməsində mühüm rol oynayırlar.

Azərbaycan xalqı, Azərbaycan mədəniyyəti yaşadıqca, bu sənət

də yaşayacaqdır.

Mən bütün işlərinizi çox yüksək qiymətləndirərək sizə bir

daha təbriklərimi bildirirəm. Sizə uzun ömür, cansağlığı

Page 151: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

151

arzulayıram. Arzu edirəm ki, siz uzun illər bundan sonra öz

tamaşaçılarınızı sevindirəsiniz və Azərbaycanın milli musi-

qisinin həm Azərbaycanda, həm dünyada təbliğ edilməsində

səylərinizi göstərəsiniz.

X a n ə n d ə Ə l i b a b a M ə m m ə d o v: Çox sağ olun.

Mən də minnətdaram.

Page 152: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

152

YUNANISTAN RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB KAROLOS PAPULYASA

Hörmətli cənab Prezident!

Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə yenidən

seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan–Yunanıstan dövlətlərarası müna-

sibətlərinin inkişafı, dostluq əlaqələrimizin genişləndirilməsi,

istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və

layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə

davam etdirilməsi üçün bundan sonra da birgə səylər

göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan

xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 fevral 2010-cu il

Page 153: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

153

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

İSRAİLİN XARİCİ İŞLƏR NAZİRİ AVİQDOR

LİBERMANIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ

HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Bakı

9 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 9-da İsrailin xarici işlər naziri Aviqdor Libermanın

başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə ikitərəfli münasibətlər, o cümlədən iqtisadi sahədə

əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılmışdır.

Page 154: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

154

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB MAHMUD ƏHMƏDİNEJADA

Hörmətli cənab Prezident!

Milli bayramınız – İslam inqilabı günü münasibətilə Sizi

və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı

adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə İran arasındakı münasibətlər dərin tarixi

köklərə əsaslanan dostluq və mehriban qonşuluq ənənələrinə

malikdir. Əminəm ki, belə möhkəm təməllər üzərində qurulmuş

dövlətlərarası münasibətlərimizin, qarşılıqlı maraq doğuran

əməkdaşlığımızın inkişafı üçün birgə səylərimizi bundan sonra

da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə

uğurlar, dost İran xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 fevral 2010-cu il

Page 155: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

155

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

AŞPA-NIN MONİTORİNQ KOMİTƏSİNİN

AZƏRBAYCAN ÜZRƏ HƏMMƏRUZƏÇİLƏRİNİ

QƏBUL ETMİŞDİR

Bakı

10 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 10-da AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan

üzrə həmməruzəçiləri Andres Herkeli və Debona Qrexi qəbul

etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əmək-

daşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir

mübadiləsi aparıldı.

Page 156: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

156

BRUNEY DARÜSSALAMIN SULTANI

ƏLAHƏZRƏT HACI HƏSSƏNAL BOLKİAHA

Əlahəzrət!

Bruney Darüssalamın milli bayramı – Milli gün münasibətilə

Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı

adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Bruney Darüssalam arasındakı

münasibətlərin inkişafı bundan sonra da xalqlarımız arasındakı

dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,

Bruney Darüssalamın dost xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 fevral 2010-cu il

Page 157: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

157

ESTONİYA RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB TOOMAS HENDRİK İLVESƏ

Hörmətli cənab Prezident!

Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü

münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan

xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan–Estoniya münasibətləri müvəffəqiyyətlə

inkişaf etməkdədir. Ümidvaram ki, dövlətlərarası

münasibətlərimizin və dostluq əlaqələrimizin möhkəmlən-

dirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın

genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da ardıcıl

şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya

xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 fevral 2010-cu il

Page 158: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

158

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

KANADANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN

OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ

SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL

ETMİŞDİR

Bakı

10 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 10-da Kanadanın ölkəmizdə yeni təyin olunmuş

fövqəladə və səlahiyyətli səfiri Mark Beylinin etimadnaməsini

qəbul etmişdir.

Mark Beyli fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət

etdi.

Mark Beyli Kanadanın general-qubernatoru xanım Mişel

Janın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan ilə Kanada arasında

ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın

olduğunu vurğuladı. Ölkələrimizin bir-birinin imkanları ilə

yaxından tanış olmaları üçün müxtəlif səviyyəli qarşılıqlı

səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı İlham Əliyev

bildirdi ki, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün

geniş imkanlar vardır. Azərbaycanın indiki inkişaf mərhələsində

həyata keçirilən müxtəlif layihələrdə Kanadadan olan şirkətlərin

də uğurla iştirak edə biləcəyini vurğulayan dövlətimizin başçısı

səfir Mark Beylinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə

bu istiqamətdə əlaqələrimizin genişlənəcəyinə əminliyini

bildirdi.

Page 159: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

159

Kanadanın respublikamızda yeni təyin olunmuş fövqəladə

və səlahiyyətli səfiri Mark Beyli ölkəsi ilə Azərbaycan arasında

əlaqələrin daha da inkişaf etdirilməsi işində bütün səylərini

əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Kanadanın general-qubernatoru xanım

Mişel Janın salamlarına görə minnətdarlığını bildirdi, onun da

salamlarını general-qubernatora çatdırmağı xahiş etdi.

Page 160: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

160

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

SERBİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN

OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ

SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL

ETMİŞDİR

Bakı

10 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 10-da Serbiya Respublikasının ölkəmizdə yeni təyin

olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Curgusun

etimadnaməsini qəbul etmişdir.

Vladimir Curgus fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət

etdi.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif

istiqamətlərdə dinamik inkişafından məmnunluq ifadə edildi,

Azərbaycanın Serbiyada səfirliyinin açılması barədə qərarının

önəmi vurğulandı və əlaqələrimizin bundan sonra da

genişlənəcəyinə əminlik bildirildi.

Page 161: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

161

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

MALİ RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ

TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ

SƏLAHİYYƏTLİ SƏFİRİNİN ETİMADNAMƏSİNİ

QƏBUL ETMİŞDİR

Bakı

10 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 10-da Mali Respublikasının ölkəmizdə yeni təyin

olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalinin

etimadnaməsini qəbul etmişdir.

Brahima Kulibali fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi,

iqtisadi və digər sahələrdə inkişaf edəcəyinə əminliyini bildirdi

və diplomata ölkəmizdəki səfirlik fəaliyyətində uğurlar

arzuladı.

Səfir Brahima Kulibali qeyd etdi ki, onun ölkəmizdəki

diplomatik fəaliyyətinin əsas məramı iki ölkə arasında mövcud

münasibətlərin inkişaf etdirilməsindən ibarət olacaqdır. Səfir bu

istiqamətdə bütün səylərini əsirgəməyəcəyini dedi.

Page 162: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

162

QAMBİYA RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB YƏHYA CAMMEHƏ

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə

Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qambiya arasında təşəkkül

tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın

mənafeləri naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qambiya

xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 fevral 2010-cu il

Page 163: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

163

KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT

ŞEYX SABAH ƏL-ƏHMƏD ƏL-CABİR ƏS-

SABAHA

Əlahəzrət!

Ölkənizin milli bayramı – Milli gün münasibətilə Sizə və

Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və

Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən

məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan–Küveyt dövlətlərarası münasi-

bətlərinin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə

də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın

müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə

səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,

dost Küveyt xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 fevral 2010-cu il

Page 164: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

164

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

GƏNCƏ ŞƏHƏRİNƏ SƏFƏRİ

ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT

Gəncə

11 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 11-də qədim Gəncə şəhərinə səfərə gəlmişdir.

Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri

çərçivəsində Gəncə şəhərində də kompleks tədbirlər görülür.

Ölkəmizin böyük sənaye və iqtisadi mərkəzlərindən olan

Gəncədə son illərdə aparılan quruculuq işləri şəhərin, bu

bölgənin həyatına inkişaf, tərəqqi və müasirlik gətirmişdir.

Bunun nəticəsidir ki, 2009-cu ildə Gəncədə ümumi daxili

məhsul istehsalı 245 milyon manata yaxın olmuşdur. Şəhərdə

1970-i daimi olmaqla 2 min 230 yeni iş yeri açılmışdır.

Ümumilikdə, son 6 ildə 17 min 470 iş yeri açılmışdır. 2009-cu

ildə şəhər polis idarəsi üçün yeni inzibati bina, daxili qoşunların

zabitləri üçün 5 mərtəbəli yaşayış binası istifadəyə verilmiş,

şəkər və tikinti materialları istehsalı sahəsi, taxta emalı

müəssisəsi yaradılmışdır. Dahi Nizami Gəncəvinin şəhərin

mərkəzində ucaldılan abidəsinin ətrafı müasir və milli memarlıq

üslubunda yenidən qurulmuşdur. Şəhərdə genişmiqyaslı

abadlıq-quruculuq işləri aparılmış, 100 mindən çox ağac

əkilmişdir. İki min ildən çox yaşı olan qədim Gəncə aparılan

kompleks tədbirlər hesabına indi qədimliklə müasirliyin

qovuşduğu bir məkana çevrilmişdir.

Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər

Əliyev meydanına gəldi, ulu öndərin abidəsini ziyarət edərək,

gül dəstəsi qoydu.

Page 165: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

165

GƏNCƏDƏ «RAMADA PLAZA»

MEHMANXANASI İSTİFADƏYƏ

VERİLMİŞDİR

Gəncə

11 fevral 2010-cu il

Prezident İlham Əliyev fevralın 11-də Gəncədə «Ramada

Plaza» mehmanxanasının açılış mərasimində iştirak etmişdir.

Gəncə şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin

başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi,

milli geyimli uşaqlar dövlətimizin başçısına gül dəstəsi və

mehmanxananın rəmzi açarını təqdim etdilər.

Prezident İlham Əliyev mehmanxanada yaradılmış şəraitlə

tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, son illər isti-

fadəyə verilən müasir mehmanxana kompleksləri böyük

əhəmiyyət kəsb edir. Bu cür komplekslərin sayının çoxalması

Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı,

həm də ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır.

Gəncədə inşa edilən «Ramada Plaza» mehmanxanası da bu

qəbildən olan mühüm layihələrdəndir. Mehmanxananın qədim

İpək Yolunun əsas hissələrindən olan Bakı–Tbilisi şosesinin

üstündə yerləşməsi onun əhəmiyyətini daha da artırır.

Mehmanxana kompleksi həm də şəhərin ümumi ansamblına

əlavə gözəllik verir.

Təməli 2005-ci ilin mayında qoyulmuş beşulduzlu meh-

manxanada qonaqların rahat istirahəti üçün hər cür şərait

yaradılmışdır.

Page 166: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

166

Bildirildi ki, ən müasir standartlara uyğun olan meh-

manxanada 100 nəfərlik fitnes klub, masaj otaqları, türk

hamamı, sauna, üzgüçülük hovuzu, tennis, bilyard otaqları,

futbol meydançası vardır.

Dövlətimizin başçısı milli mətbəximizin ləziz yeməklərinin

təklif olunduğu 60 nəfərlik «Çinar» restoranına baxdı. Bundan

başqa, mehmanxanada 200 nəfərlik «Xəmsə» restoranı,

«Vitamin» bar da fəaliyyət göstərir. Burada dünyada qəbul

edilən ən son standart sayılan «Opera otel» işlətmələri proqramı

vardır.

Prezident İlham Əliyev müasir akustika sistemi ilə təchiz

edilmiş konfrans zallarını gəzdi. Bildirildi ki, 220 nəfərlik

«Kəpəz» konfrans zalında müasir informasiya-kommunikasiya

texnologiyalarının son nailiyyətlərindən geniş istifadə

olunmuşdur.

Dövlətimizin başçısı kompleksdə yaradılan iki prezident

nömrəsindəki şəraitlə də tanış oldu. «Nizami» və «Cavadxan»

adlandırılan nömrələrdə kabinet, üç yataq otağı vardır.

Mehmanxananın 12-ci mərtəbəsində bar yerləşir, 11-ci

mərtəbədə isə prezident nömrələri üçün ayrıca yemək otağı

fəaliyyət göstərəcəkdir. Kompleksdə lüks, yarımlüks və standart

olmaqla 181 nömrə vardır. Fərdi havalandırma sistemi ilə təchiz

edilmiş otaqlarda peyk antenləri avadanlığı, internet xidməti və

telefonlar quraşdırılmışdır. Mehmanxanada eyni vaxtda 280-

320 nəfər qala bilər. Burada, həmçinin əlil qonaqların istirahəti

üçün xüsusi otaqlar ayrılmışdır. VİP nömrələrə xidmət edən

ayrıca restoran da vardır.

Prezident İlham Əliyev «Ay işığı» gecə klubu ilə də tanış

oldu. Burada diskoteka, karaoke, bar fəaliyyət göstərəcəkdir.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin

ümumi ərazisi 23 min 300 kvadratmetrdir. Ərazidə yaşıllaş-

dırma və abadlıq işləri görülmüşdür. Burada ikimərtəbəli 6

kottec, uşaq parkı vardır. Kompleksin ərazisində açıq hovuz

yaradılmış, 280 nəfərlik yay kafesi fəaliyyət göstərir.

Page 167: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

167

Qeyd olundu ki, hazırda mehmanxanada 180 nəfər çalışır.

Gələcəkdə işçilərin sayının 200 nəfərə qədər artırılması nəzərdə

tutulmuşdur.

Azərbaycan Prezidenti mehmanxana kompleksində görülən

işləri yüksək qiymətləndirdi.

Page 168: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

168

GƏNCƏ ŞƏHƏR İCTİMAİYYƏTİNİN

NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Gəncə

11 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 11-də Gəncədə «Ramada Plaza» mehmanxanasının

açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə

görüşmüşdür.

Prezident İlham Əliyev gəncəliləri təbrik edərək dedi:

– Sizi bu gözəl, yeni mehmanxananın açılışı münasibətilə

ürəkdən təbrik edirəm. Çox gözəl mehmanxanadır, bütün dünya

standartlarına cavab verir. Gəncədə beşulduzlu müasir

mehmanxananın yaradılmasına böyük ehtiyac var idi. Mən

xatırlayıram, keçən dəfə Gəncədə olanda gəlib burada tikinti ilə

tanış oldum. Mənə söz verdilər ki, tikinti qısa müddət ərzində

başa çatacaqdır.

Bu gün sizinlə bərabər bu gözəl mehmanxananın açılışında

iştirak edirik. Həqiqətən də çox gözəl, müasir xidmət ocağıdır.

Deyə bilərəm ki, dünyanın ən inkişaf etmiş ölkələrində mövcud

olan mehmanxanalardan geri qalmır. Bütün şərait var, çox gözəl

zövqlə tikilib. Dincəlmək üçün də hər bir imkan vardır. Nəzərə

alsaq ki, Gəncə sürətlə inkişaf edir, şəhərə gələnlərin sayı artır,

belə gözəl mehmanxananın yaradılması çox mühüm bir

hadisədir. Həm şəhərə yaraşıq, gözəllik verir, həm də ki, bu,

yüksək xidmət mərkəzinə çevriləcəkdir. Bu gün Azərbaycanın

müxtəlif yerlərində yeni mehmanxanalar tikilir, təbii ki, ilk

növbədə Bakıda. Ancaq çox vacibdir ki, bu proses bütün

bölgələrdə sürətlə getsin. Bir sözlə, bu gözəl hadisə

münasibətilə bütün gəncəliləri təbrik edirəm. Arzu edirəm ki,

Page 169: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

169

bundan sonra da Gəncə şəhərinin gözəlləşdirilməsi üçün yeni

obyektlər tikilsin.

Gəncədə inkişaf sürətlə gedir. Bütün işlər yüksək səviyyədə

aparılır. Həm xidmət sahəsində, həm sənaye potensialının

inkişafında praktiki işlər aparılır, şəhər gözəlləşir, abadlaşır.

Əminəm ki, 2010-cu ildə qarşıda duran bütün vəzifələr icra

olunacaq və Gəncənin sürətli inkişafı gələcəkdə də təmin

ediləcəkdir. Əlbəttə ki, biz şəhərin sənaye potensialının

inkişafına böyük diqqət göstəririk və göstərəcəyik. Şəhərdə yeni

böyük sənaye müəssisələri yaradılmalıdır, ilk növbədə

alüminium zavodu, ondan sonra böyük metallurgiya kompleksi.

Bir müddət bundan əvvəl bu iki böyük sənaye müəssisəsinin

təməl daşı qoyulmuşdur. Ancaq müəyyən maliyyə çətinliklərinə

görə onların tikintisi bir az yubanmışdır. Hesab edirəm ki,

2010-cu ildə işlər daha sürətlə getməlidir.

Şəhərin infrastrukturunun inkişafı üçün bütün lazımi

tədbirlər görülür. Bu il Bakı-Gəncə magistral avtomobil yolu

istifadəyə veriləcəkdir. Bu da çox böyük bir hadisədir. Əlbəttə

ki, Gəncədə belə gözəl, müasir mehmanxanaların tikilməsi onu

göstərir ki, investorlar da şəhərin gələcəyinə inamla yanaşırlar.

Əgər belə olmasaydı, investorlar heç vaxt böyük vəsait

qoymazdılar. Şəhərin gələcəyinə, Azərbaycanın gələcəyinə

investorlarda çox böyük inam vardır. Əlbəttə ki, bu inamın da

böyük əsası vardır. Çünki ölkəmiz inkişaf edir. Hətta bütün

dünya üçün ən çətin olan 2009-cu ildə də Azərbaycan

iqtisadiyyatı uğurla inkişaf etmişdir. Dünya miqyasında iqtisadi

inkişaf templərinə görə Azərbaycan birinci yerdədir. Çox

sevindirici hal ondan ibarətdir ki, bu ilin birinci ayının

yekunlarına görə də Azərbaycan iqtisadiyyatı 9 faizdən çox

artıbdır. Bu onu göstərir ki, uğurlarımız əsaslıdır. Bunun

möhkəm əsası vardır və dünyada bir neçə ölkəyə böyük

problemlər gətirən böhran Azərbaycan iqtisadiyyatına ciddi

təsir etməyib.

Biz özümüzü düşünülmüş siyasətlə, iqtisadi islahatlarla

qoruya bildik. Ölkəmizin hərtərəfli inkişafının nəticəsində bu

Page 170: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

170

gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır.

Regionların inkişafı davam edir. Mən sabah bölgələrdə

olacağam. Yeni müəssisələrin istifadəyə verilməsi ilə bağlı

tədbirlər keçiriləcəkdir. İstərdim ki, bütün Azərbaycan

vətəndaşlarına 2010-cu ildə yeni uğurlar arzulayım.

Bu gün mənim Gəncəyə səfərim nəzərdə tutulmurdu. Ancaq

mənə məlumat verildi ki, mehmanxana hazırdır. Xahiş olunur

ki, mən mehmanxananın açılışında iştirak edim. Ona görə mən

gəldim sizin yanınıza, bu mehmanxananın açılışında sizinlə

bərabər iştirak edirəm. Bir daha sizi bu gözəl hadisə

münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Gəncənin tarixində

belə gözəl hadisələrin sayı çox olsun.

Gəncə ictimaiyyəti adından çıxış edən Telman Məlikov

dövlətimizin başçısına təşəkkür edərək dedi:

– Möhtərəm cənab Prezident, biz gəncəlilər Sizi ürəkdən

təbrik edirik. Sizə böyük hörmət və ehtiramımızı bildiririk. Siz

şəhərimizə – qədim Nizami yurduna xoş gəlmisiniz.

Ulu öndər Heydər Əliyev Gəncə şəhərinə, gəncəlilərə hər

zaman böyük qayğı və diqqət göstərmişdir. Cənab Prezident, bu

gün bu siyasət Sizin tərəfinizdən yüksək səviyyədə həyata

keçirilir. Son altı ildə Gəncə şəhərinə 10 səfəriniz buna bariz

nümunədir. Bu on səfər böyük bir tarixdir. Sizin hər dəfə şəhərə

gəlişiniz bütün gəncəlilər üçün bir bayramdır. Sizin səfərləriniz

böyük dəyərlərə malikdir. Sizin səfəriniz, Sizin gəlişiniz bizi

çox sevindirir və hədsiz qürur duyuruq.

Sizin xüsusi diqqətiniz, qayğınız nəticəsində şəhərimiz öz

tarixi simasını saxlamaqla gündən-günə müasirləşir, gözəlləşir

və sürətlə inkişaf edir. Qeyd etmək istəyirəm ki, bu inkişaf

geniş spektrə malik olmaqla məhz dialektik inkişafdır. Bütün bu

işlərə görə, cənab Prezident, Siz tarixə qurucu, yaradıcı, yaradan

bir Prezident kimi daxil olacaqsınız.

Bu gün açılışına toplaşdığımız müasir, gözəl mehmanxana

artıq şəhərimizin yeni səviyyəyə daxil olmasından xəbər verir.

Biz gəncəlilər bütün bunlara görə Sizə hədsiz minnətdarıq. Eyni

zamanda, qeyd etmək istəyirəm ki, cənab Prezident,

Page 171: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

171

şəhərimizdə Sizin siyasətinizə böyük məhəbbət, böyük sədaqət

vardır. Biz ziyalılar, bütövlükdə xalqımız Sizinlə fəxr edir. Biz

ziyalılar hər zaman Sizinləyik. Bir daha Nizami yurduna xoş

gəlmisiniz.

İ l h a m Ə l i y e v: Sağ olun. Bir daha bu hadisə mü-

nasibətilə sizi təbrik edirəm. Mən Gəncənin gələcək inkişafı ilə

bağlı bu yaxınlarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına

göstərişlər verdim. Gəncənin inkişafı üçün əlavə vəsaitin

ayrılması nəzərdə tutulur ki, şəhər daha da gözəlləşsin, öz tarixi

simasını saxlamaqla müasirləşsin və şəhərdə yaşamaq, istirahət

etmək üçün bütün şərait daha da yaxşı olsun. Bu məqsədlə əlavə

tədbirlər planı hazırlanır və yəqin ki, yaxın zamanlarda bütün

gəncəlilər bunu görəcəklər.

Bu gözəl mehmanxananın açılışı rəmzi xarakter daşıyır. Onu

göstərir ki, hətta nəinki Bakıda, başqa şəhərlərdə də belə gözəl,

beşulduzlu, dünya səviyyəli mehmanxanalar tikilir.

Azərbaycanın inkişafı bundan sonra daha da sürətlə getməlidir.

Bir daha bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Sizə

cansağlığı və uğurlar arzu edirəm.

Page 172: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

172

GÖYÇAY RAYON İCTİMAİYYƏTİNİN

NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Göyçay

12 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 12-də Göyçayda Heydər Əliyev Mərkəzinin açılışından

sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham Əliyev göyçaylıları təbrik edərək dedi:

– Gözəl mərkəzin açılışı münasibətilə sizi ürəkdən təbrik

edirəm. Heydər Əliyev Mərkəzinin binası doğrudan da çox

gözəldir, çox möhtəşəm memarlıq abidəsidir. Göyçaya əlavə

yaraşıq verən gözəl, yeni bir memarlıq nümunəsidir. Həm xarici

görünüşü gözəldir, həm də ki, daxili tərtibatı yüksək

səviyyədədir. Bu binada müxtəlif tədbirlər keçirmək mümkün

olacaqdır. Həm rəsmi tədbirləri keçirmək, eyni zamanda,

müxtəlif sahələr üzrə dərnəklər təşkil etmək nəzərdə tutulubdur.

Mən istəyirəm ki, bu mərkəzin fəaliyyəti uğurlu olsun və

Göyçay ictimaiyyəti bu gözəl imkanlardan səmərəli şəkildə

istifadə etsin.

Əlbəttə ki, mərkəzin bir hissəsi ulu öndərin həyat və

fəaliyyətinə həsr edilibdir. Burada göstərilən şəkillər, ekspo-

natlar demək olar ki, müasir Azərbaycanın tarixini əks etdirir.

Çünki bugünkü Azərbaycanın uğurlu inkişafının təməli məhz

1970-ci illərin əvvəllərində qoyulubdur. O vaxta qədər

Azərbaycan Sovet İttifaqı tərkibində demək olar ki, ən geridə

qalmış bir respublika idi. Azərbaycanı tanımırdılar.

Azərbaycanda demək olar ki, sənaye potensialı yox idi.

Respublikanın perspektivləri də o qədər aydın deyildi. 1970-ci

illərdən başlayaraq Heydər Əliyevin zəhməti hesabına

Page 173: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

173

Azərbaycan dirçəldi, inkişaf etdi. Demək olar ki, qısa müddət

ərzində, yəni 13-14 il ərzində Azərbaycan o vaxt Sovet

İttifaqının tərkibində ən inkişaf etmiş respublikaya çevrildi. O

vaxt cəmi iki respublika özünü təmin edə bilirdi. Onlardan biri

də Azərbaycan idi. Yəni, bu onu göstərir ki, ulu öndərin bütün

dövrlərdəki fəaliyyəti xalqa xidmət etməkdən ibarət olmuşdur.

Əfsuslar olsun ki, xalqımız üçün ən çətin anlarda, Sovet

İttifaqının dağılması ərəfəsində ölkəyə rəhbərlik etmiş insanlar

öz vəzifə borclarını lazımi səviyyədə yerinə yetirə bilmədilər.

Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Demək olar ki,

bütün iqtisadiyyat dağılmışdı, sənaye potensialı məhv edilmişdi,

ölkədə hərc-mərclik, xaos, anarxiya, vətəndaş müharibəsi.

Bütün o hadisələri biz yaxşı xatırlayırıq. Yenə də Azərbaycan

xalqı öz rəhbərinə üz tutdu, Heydər Əliyevi hakimiyyətə dəvət

etdi və 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycan bütün çətin

sınaqlardan uğurla çıxa bilmişdir. Həm vətəndaş müharibəsi

dayandı, həm iqtisadi tənəzzülün qarşısı alındı, həm də inkişaf

yoluna qədəm qoyduq. On il ərzində demək olar ki, ölkəmiz öz

siyasi və iqtisadi potensialının gücləndirilməsi nəticəsində

dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkəyə

çevrildi.

2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti davam

etdirilir. Bu, bizim uğurlarımızın əsas şərtidir, əsas amilidir.

Son 6 il ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir.

Ancaq bu yol əlbəttə ki, bu vaxta qədər qoyulmuş möhkəm

təməl əsasında öz yerini tapmışdır. Bu gün Azərbaycan dünya

miqyasında sürətlə inkişaf edən ölkədir, öz problemlərini özü

həll etməyə qadir olan ölkədir. Biz heç bir xarici yardıma

möhtac deyilik.

Baxmayaraq ki, bu gün dünyanın hətta aparıcı ölkələri

beynəlxalq maliyyə yardımı olmadan öz iqtisadi inkişafını

təmin edə bilmirlər. Nəinki MDB məkanında, hətta Avropada

elə ölkələr var ki, onlar dərin böhran içindədirlər. Bu böhran

hamımız üçün bir sınaq olmuşdur. Azərbaycan öz hesabına, öz

xalqının zəhməti ilə, aparılan düşünülmüş siyasətlə, islahatlarla

Page 174: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

174

bu sınaqdan şərəflə çıxdı. 2009-cu il gözəl bir göstərici ili

olmuşdur. Kim nəyə qadirdir, kim öz hesabına yaşaya bilər, kim

uğurla inkişaf edə bilər, kim ancaq xaricdən gələn yardımlar

hesabına öz imkanlarını təmin edə bilər. Biz o nadir

ölkələrdənik ki, öz hesabımıza yaşayırıq və yaxşı da yaşayırıq.

2009-cu ildə nəzərdə tutulmuş bütün layihələr icra edildi -

həm sosial, həm iqtisadi, həm sənaye layihələri. Məktəblər,

xəstəxanalar tikildi, yollar çəkildi, elektrik stansiyaları

istifadəyə verildi. 2009-cu ildə Azərbaycan vətəndaşları demək

olar ki, bu böhranın acı nəticələrini görmədilər. Əminəm ki, heç

vaxt görməyəcəklər. Ölkəmiz üçün ağır illər arxada qaldı.

Bizim qarşımızda bütün yollar açıqdır. Biz ancaq və ancaq

irəliyə getməliyik. Ancaq ölkəmizi daha da gücləndirməliyik və

bunu da edirik. 2009-cu ildə dünya miqyasında ən sürətlə

inkişaf edən ölkə Azərbaycan olmuşdur və bu, artıq reallıqdır.

Bunu biz nə enerji resurslarının hesabına etmişik, nə də ki,

xarici yardımlar hesabına. Hamımız bilirik ki, 2009-cu ildə

neftin qiyməti kəskin şəkildə aşağı düşdü. İqtisadiyyatımızın

böyük hissəsi enerji resurslarının üzərində qurulubdur. Ancaq

buna baxmayaraq, biz başqa imkanları səfərbər etdik, bütün

resursları cəmləşdirə bildik və bu vaxta qədər aparılan islahatlar

öz bəhrəsini verdi. Regionların inkişafı davam etdi, bütün

layihələrin icrası davam etdirildi.

2009-cu ildə iqtisadiyyatımız, ən yüksək templərlə artıbdır.

2010-cu ilin birinci ayının yekunları da çox ümidvericidir. Yenə

də Azərbaycan dünya miqyasında birinci sıradadır. Bizim

iqtisadiyyatımız bu ilin birinci ayında 9 faizdən çox artıbdır. Bu

iqtisadi rəqəmlər əlbəttə ki, bizi çox sevindirir. Bu, hər bir

ölkənin inkişafını təmin edən və göstərən vacib rəqəmlərdir.

Amma məni daha çox sevindirən odur ki, bu inkişafı biz

gündəlik həyatda görürük. Yoxsulluğun azaldılması sahəsində

böyük yol keçmişik. Artıq Azərbaycanda yoxsulluq şəraitində

yaşayanların sayı, haradasa 11 faizdir. Bu, dünyanın inkişaf

etmiş ölkələri üçün də məqbul bir rəqəmdir. Biz çalışmalıyıq ki,

yoxsulluğu maksimum dərəcədə aşağı salaq, işsizliyi aradan

Page 175: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

175

qaldıraq, bütün vətəndaşlar işlə təmin olunsunlar. Hər bir

insanın normal yaşaması üçün şərait yaradılmalıdır. Bu

məqsədlə bütün layihələr plan üzrə gedir. Regionların sosial-

iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsi uğurla icra

edilir. Əminəm ki, biz 2013-cü ilə qədər bu proqramın uğurlu

icrasına nail olacağıq.

Bütün bölgələrdə abadlıq, quruculuq işləri aparılır, gözəl

binalar tikilir. Biz Azərbaycanın son illərdəki uğurlarını Göyçay

rayonunun timsalında da bariz şəkildə görə bilərik. Göyçayın

iqtisadi potensialı 2003-2008-ci illərdə 3 dəfədən çox artıbdır.

Yəni bu da özlüyündə gözəl göstəricidir. Bu onu göstərir ki,

rayonda işlər yaxşı gedir, yaxşı nəticələr göz qabağındadır. Bu

gün Göyçayın gələcək inkişafı üçün lazımi tədbirlərin

görülməsi davam edir. Bu gün biz Göyçayda yeni Olimpiya

Kompleksinin açılışını qeyd edəcəyik. Ondan əlavə rayonun su

təchizatını təmin etmək üçün artıq konkret tədbirlər görülübdür

və görüləcəkdir. Göyçayı təmiz içməli su ilə təmin etmək üçün,

kanalizasiya sisteminin yaradılması üçün bütün lazımi tədbirlər

görülür. Göyçayda bu gün kiçik su elektrik stansiyasının təməl

daşı qoyulacaqdır. Bu da ölkəmiz üçün çox vacib sahədir.

Çünki bərpa olunan enerji növlərinin Azərbaycanda

genişləndirilməsi artıq prioritet məsələ kimi Prezident

tərəfindən qoyulub və mən çox istəyirəm ki, qısa müddət

ərzində bütün mümkün olan yerlərdə, çaylarda kiçik su elektrik

stansiyaları qurulsun. Biz həm yeni enerji mənbələrini işə

salacağıq, eyni zamanda, böyük iqtisadi qənaət əldə edəcəyik.

Göyçay rayonunun çox böyük potensialı vardır. Kənd

təsərrüfatının, digər sahələrin, emal sahələrinin inkişafı üçün

lazımi tədbirlər görülür. Mən ümid edirəm ki, Göyçay həmişə

olduğu kimi, növbəti illərdə də Azərbaycanda iqtisadi inkişaf

sahəsində ön sıralarda olacaqdır. Bütün bu işləri görmək üçün

əlbəttə ki, rayon ictimaiyyəti səfərbər olunmalıdır. Bu

səfərbərlik vardır və mən ümid edirəm ki, Göyçayın uğurlu

inkişafı növbəti illərdə davam edəcəkdir. Bu işlərdə sizə yeni

uğurlar arzulayıram. Arzu edirəm ki, rayonda bütün işlər yüksək

Page 176: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

176

səviyyədə aparılsın. Bir daha gözəl, möhtəşəm, əzəmətli Heydər

Əliyev Mərkəzinin açılışı münasibətilə sizi təbrik edirəm.

* * *

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən

Aqil Məmmədov Göyçayda aparılan yenidənqurma və abadlıq

işlərinə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək

dedi:

– Çinarlı, narlı Göyçayımıza xoş gəlmisiniz, möhtərəm

cənab Prezident. Biz bu gün Azərbaycan dövlətinin memarı və

qurucusu, ulu öndərimiz Heydər Əliyevin xatirəsinə

göyçaylıların dərin məhəbbətlə, hörmətlə ucaltdıqları möhtəşəm

mərkəzin açılışında iştirak edirik. Siz Heydər Əliyev

ideyalarının davamçısısınız. Heydər Əliyev ideyalarını inkişaf

etdirən, davam etdirən, ölkəmizi iqtisadi qüdrətə çatdıran bir

insansınız. Sizin bu gün bizimlə birlikdə olmağınız, sevincimizə

şərik olmağınız bizi sevindirir, daha da ruhlandırır. Minnətdarıq

ki, Siz bu gün bizimləsiniz. Bütün göyçaylılar bundan qürur

hissi duyur.

Hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyev

özünün müdrik siyasəti, qətiyyəti sayəsində Azərbaycanın

bugünkü inkişafının təməl daşını, bünövrəsini qoyub.

Azərbaycanın bugünkü rifahının əsası məhz ulu öndərimiz

tərəfindən qoyulmuşdur. Siz isə onu inkişaf etdirirsiniz, daha

yüksəklərə qaldırırsınız. Sizə ürəkdən minnətdarıq.

Möhtərəm cənab Prezident, biz inanırıq ki, bu gün açılan bu

mərkəz tez bir zamanda bütün göyçaylıların mənəvi və mötəbər

inanc yerinə, əsl məbədgaha çevriləcəkdir. Biz gənclərimizi

burada ulu öndərimizin zəngin həyat və fəaliyyətinin timsalında

tərbiyə edəcəyik, onlara Vətənə, xalqa Heydər Əliyev kimi

xidmət etməyi öyrədəcəyik. Bizim bu mərkəzin ekspozisiyası,

orada yaradılacaq dərnəklər, zəngin kitabxana, keçiriləcək

silsilə tədbirlər yeni-yeni nəsil yetişdirəcəkdir. O nəsil Sizin

etibarlı köməkçiləriniz olacaqdır, cənab Prezident.

Page 177: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

177

Bu gün Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafın əsas

təməlini, bünövrəsini Heydər Əliyev qoyubdur. Amma onu

daha da inkişaf etdirən, irəli aparan Sizsiniz. Buna görə Sizə

minnətdarıq.

Möhtərəm Prezident, Sizin televiziyada çıxışınız, «Avropa

xəbərləri» televiziyasındakı çıxışınız hər bir azərbaycanlının, o

cümlədən göyçaylıların ürəyincə oldu. Siz orada çox yaxşı

dediniz ki, Azərbaycan inkişaf edir. Hər bir azərbaycanlı bu gün

daha yaxşı yaşayır. Keçənilki böhran dövrünə baxmayaraq,

Azərbaycan iqtisadiyyatı durmadan artır. Valyuta ehtiyatlarımız

artır. Müxalifət ancaq tənqidlə məşğuldur. Biz isə buna etiraz

etmirik. Cənab Prezident, elə biz də bunu görürük, elə biz də

etiraz etmirik.

Möhtərəm Prezident, bu gün bütün Azərbaycanda olduğu

kimi, Göyçayda da inkişaf göz qabağındadır. Bu gün

göyçaylıların üzü gülür, işsizlik sürətlə azalır. Bu gün xalqın

rifah halı yüksəlir. Bax elə bu gün Siz Göyçayda Olimpiya-

İdman Kompleksini, içməli su şəbəkəsini istifadəyə verəcək-

siniz, onların açılışında iştirak edəcəksiniz. Bu gün elektrik

stansiyasının bünövrəsinin qoyulmasında iştirak edəcəksiniz.

Elə bax bu günlərdə Sizin göstərişinizə əsasən rayonumuza ən

müasir avadanlıqla təchiz olunmuş iki yeni təcili yardım maşını

verilmişdir. Bu, Sizin bizə olan qayğınızın, hörmətinizin, bütün

Azərbaycan xalqına olan məhəbbətinizin, hörmətinizin bariz

nümunəsidir. Bütün bunlara görə Sizə minnətdarıq.

Bu mötəbər, möhtəşəm mərkəzin açılışında biz Azərbaycan

mədəniyyətinin, elminin, Azərbaycan təhsilinin inkişafında

misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun, Fondun

prezidenti, millət vəkili, möhtərəm Mehriban xanımın yorulmaz

əməyini xüsusi qeyd edirik. Biz xahiş edirik ki, göyçaylılar

adından bizim hörmət və ehtiramımızı Mehriban xanıma

çatdırasınız.

Hörmətli cənab Prezident, bu gün Sizin fəaliyyətiniz, bu gün

ölkəmizdə gedən bütün quruculuq işləri bizdə ümid yaradır ki,

Azərbaycan öz inkişaf templərinə görə hələ uzun illər dünyanın

Page 178: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

178

ən qabaqcıl ölkələri sırasında olacaqdır. Sizin adınıza Göyçayda

çox abidələr ucaltmaq olar, amma onun ən möhtəşəmini,

hörmətli Prezident, Siz artıq bu gün göyçaylıların qəlbində

ucaltmısınız. Sizə minnətdarıq.

Tanrı özünün sevimli bəndələrini həmişə pənahında saxlayır.

Tanrı Sizi qorusun. Çox sağ olun, Sizə minnətdarıq.

* * *

Sonra Göyçay ictimaiyyətinin nümayəndələri Prezident

İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər.

Page 179: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

179

PREZİDENT İLHAM ƏLİYEV GÖYÇAY

ŞƏHƏRİNİN SU TƏCHİZATI VƏ KANALİZASİYA

SİSTEMİNİN YENİDƏN QURULMASI LAYİHƏSİ

İLƏ TANIŞ OLMUŞDUR

Göyçay

12 fevral 2010-cu il

Prezident İlham Əliyev fevralın 12-də Göyçay şəhərinin

su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması

layihəsi ilə tanış olmuşdur.

Dövlətimizin başçısını inşaatçılar hərarətlə qarşıladılar.

Bildirildi ki, Göyçay şəhərinin su təchizatı probleminin həlli

Asiya İnkişaf Bankının «Azərbaycan Respublikasında kiçik

şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi»nə daxil

edilmişdir. Layihənin həyata keçirilməsi nəticəsində şəhər

əhalisi keyfiyyətli içməli su ilə təmin ediləcək, bütün ərazi

kanalizasiya şəbəkəsi ilə əhatə olunacaqdır.

Prezident İlham Əliyev Göyçay şəhərinin su təchizatı və

kanalizasiya sisteminin yenidən qurulması layihəsinə, həmçinin

su təchizatı sisteminin mənbəyinə və baş sxeminə baxdı.

«Azərsu» ASC-nin prezidenti Nizaməddin Rzayev

dövlətimizin başçısına məlumat verdi ki, Potu kəndinin

ərazisində 7 artezian quyusu qazılacaqdır. Çıxarılan içməli su

bu ərazidə inşa edilən anbarlara yığılaraq, nasos stansiyasından

şəhər ərazisindən keçən iki xətlə yüksəkliklərdə tikilən və hər

birinin 2 min ton tutumu olan anbarlara vurulacaqdır. Sonra

içməli su xlorlanaraq, öz axarı ilə şəhərin bütün ərazisinə

paylanacaqdır.

Layihəyə əsasən şəhər kanalizasiya şəbəkəsi də əsaslı

surətdə yenidən qurulacaqdır. Kanalizasiya şəbəkəsi olmayan

Page 180: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

180

ərazilərə yeni xətlər çəkiləcəkdir. Çirkab sularını təmizləmək

üçün isə Şəhadət kəndinin ərazisində qurğu inşa ediləcəkdir.

Bu günə qədər 3 artezian quyusu qazılmış, 4 min metr

daşıyıcı su kəməri çəkilmiş, iki su anbarı, istehsalat bazası,

inzibati bina, nasos stansiyası, xlorlayıcı qurğu inşa edilmişdir.

Prezident İlham Əliyev artezian quyulardan çıxarılaraq

şəhərin şimal hissəsindəki yüksəkliklərdə yerləşən anbara

vurulacaq içməli su kəmərini işə saldı.

Page 181: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

181

DÖVLƏTİMİZİN BAŞÇISI GÖYÇAY OLİMPİYA–

İDMAN KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK

ETMİŞDİR

Göyçay

12 fevral 2010-cu il

Prezident İlham Əliyev Göyçay Olimpiya–İdman

Kompleksinin açılışında iştirak etmişdir.

Azərbaycanda idman hərəkatının geniş vüsət aldığı bir

vaxtda bölgələrdə Olimpiya-İdman komplekslərinin inşası

xüsusi əhəmiyyət daşıyır. Son illər Göyçayda da inşa olunan

infrastruktur obyektləri sırasında Olimpiya–İdman Kompleksi

vardır. Burada müxtəlif idman növləri ilə məşğul olmaq üçün hər

cür şərait yaradılmışdır. Kompleksdə ən yüksək səviyyəli

yarışlar keçirmək mümkündür. Burada stolüstü tennis və bilyard

zalları, habelə konfrans zalı yerləşir. Üzgüçülük hovuzunun

inzibati binası da müasir standartlara cavab verir. Hovuzun

uzunluğu 25, eni isə 15 metrdir. Burada sauna və digər yardımçı

otaqlar da vardır. İkinci mərtəbədə isə istirahət otağı, həkim və

məşqçi otaqları yaradılmışdır. Kompleksdə tennis kortları, mini

futbol, voleybol və digər idman növləri üzrə meydançalar inşa

edilmiş, futbol stadionu qurulmuşdur. İdmançıların istirahəti

üçün ən müasir standartlara cavab verən 55 nəfərlik ikimərtəbəli

mehmanxana və iki kottec tikilmişdir.

Göyçaylı idmançılar dövlətimizin başçısını hərarətlə

qarşıladılar.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi,

idmançıları təbrik edərək dedi:

– Təbrik edirəm. Yaxşı, səmərəli istifadə edin. Kompleksdə

idmançılar üçün yaxşı şərait yaratmışıq. Gərək idmançılar da öz

Page 182: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

182

gücünü göstərsinlər. Belə gözəl şəraitdə, gərək, gözəl nəticələr

olsun. Siz, gərək bunu təmin edəsiniz.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleksin

inşasına 2006-cı ildə başlanılmışdır. Foyedə respublikamızda

idmanın inkişafı sahəsində ulu öndər Heydər Əliyevin və

Prezident İlham Əliyevin həyata keçirdikləri genişmiqyaslı

tədbirlərdən bəhs edən fotoguşə yaradılmışdır.

Prezident İlham Əliyev müasir avadanlıqla təchiz edilmiş

trenajor zallarında, 635 tamaşaçı yeri olan böyük zalda

yaradılmış şəraitlə tanış oldu.

Dövlətimizin başçısı idmançıların nümunəvi çıxışlarına

baxdı.

Prezident İlham Əliyev daha sonra kompleksin ərazisi ilə

tanış oldu. Ətrafda geniş abadlıq və yaşıllaşdırma işləri

görülmüşdür.

Dövlətimizin başçısına üzgüçülük hovuzu barədə də mə-

lumat verildi. Burada üzgüçülük yarışlarının gedişini 252

tamaşaçı izləyə biləcəkdir.

Azərbaycan Prezidenti kompleksdə görülən işləri yüksək

qiymətləndirdi.

Page 183: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

183

«GÖYÇAY-1» SU ELEKTRİK STANSİYASININ

TƏMƏLİ QOYULMUŞDUR

Göyçay

12 fevral 2010-cu il

Prezident İlham Əliyev fevralın 12-də «Göyçay-1» Su

Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak

etmişdir.

Son illər ölkəmizin enerjiyə olan tələbatının tam şəkildə

ödənilməsi istiqamətində atılan mühüm addımlardan biri də

bölgələrdə, rayon və kəndlərdə yeni elektrik stansiyalarının

tikilməsidir. Bu baxımdan rayon və kəndlərdə inşa olunan kiçik

su elektrik stansiyaları mühüm əhəmiyyət kəsb edir. Bu

stansiyalardan biri də Göyçay rayonunun Bığır kəndinin

ərazisindən keçən Yuxarı Şirvan kanalı üzərində tikiləcək

müasir tipli su elektrik stansiyasıdır.

Prezident İlham Əliyev Bığır kəndindəki «Göyçay-1» Su

Elektrik Stansiyasının tikiləcəyi əraziyə gəldi.

İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

«Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev

məlumat verdi ki, inşa olunacaq «Göyçay-1» Su Elektrik

Stansiyasının ərazisi 4 hektardır. Üç meqavat/amper gücündə

olacaq stansiyada birmərtəbəli inzibati bina və üç turbindən

ibarət maşın zalı inşa ediləcəkdir. Hər turbinin gücü 1 MVA

yaxın olacaqdır.

Stansiyanın ərazisi abadlaşdırılmış, ətrafı hasarlanmış və

burada 2 minə yaxın ağac əkilmişdir. Ərazidə işıqlandırma

sistemi quraşdırılmışdır. Stansiyanın tikintisində 50 nəfərə

yaxın inşaatçı çalışacaqdır. Müəssisənin bu ilin sonlarınadək

istifadəyə verilməsi nəzərdə tutulur.

Page 184: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

184

Dövlətimizin başçısı stansiyanın prinsipial sxeminə və yaxın

gələcəkdə tikilməsi planlaşdırılan kiçik su elektrik

stansiyalarının yerləşmə xəritəsinə baxdı.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümumilikdə

ölkə ərazisində 7 zona üzrə 235 kiçik su elektrik stansiyasının

inşası nəzərdə tutulmuşdur. Bu da ölkədə elektrik enerjisi ilə

bağlı vəziyyətin daha da yaxşılaşdırılmasına imkan verəcəkdir.

Prezident İlham Əliyev gilizi özülə buraxdı, beton qarışığını

tökdü.

Bununla da dövlətimizin başçısının Göyçay rayonuna səfəri

başa çatdı.

Page 185: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

185

PREZİDENT İLHAM ƏLİYEVİN AĞDAŞ VƏ

GÖYÇAY RAYONLARINA SƏFƏRİ

AĞDAŞ ŞƏHƏRİNDƏ ULU ÖNDƏRİN ABİDƏSİNİ

ZİYARƏT

Ağdaş

12 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 12-də Ağdaş rayonuna gəlmişdir.

Ölkəmizin ümumi inkişaf dinamikasına uyğun olaraq son

illər Ağdaş rayonunun sosial-iqtisadi həyatında da mühüm

dəyişikliklər baş verir. Rayonda 2009-cu ildə ümumi məhsul

istehsalı əvvəlki ilə nisbətən 1,6 dəfə, sənaye məhsulunun

həcmi 4 dəfə artmışdır. Əsas kapitala yönəldilən investisiyaların

və tikinti işlərinin həcmi 2,6 dəfə çoxalmışdır. Ötən il Ucar–

Yevlax yolunun rayon ərazisindən keçən hissəsinin yenidən

qurulması yekunlaşmış, Prezident İlham Əliyevin tapşırığına

əsasən inşa edilən Olimpiya-İdman Kompleksinin tikintisi başa

çatmışdır. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə

Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbi istifadəyə

verilmiş, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması

layihəsinin birinci mərhələsi başa çatmış, mərkəzi avtomat

telefon stansiyasının (ATS-in) elektron ATS-lə (EATS) əvəz

edilməsində son tamamlanma işləri görülmüşdür.

2003-2009-cu illərdə rayonda 110/35/10 kilovoltluq «Ağ-

daş» elektrik yarımstansiyası tikilib istifadəyə verilmişdir.

«Şəmsabad» qaz-paylayıcı stansiyası yenidən qurularaq işə

salınmış və 23 kəndə təbii qaz verilmişdir. Son 7 ildə rayonda

1672 şagird yeri olan 6 məktəb binası və 800 şagird yeri olan 40

sinif otağı tikilmiş, 4 məktəb binası əsaslı təmir olunmuşdur.

Page 186: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

186

Rayonda əlillər və şəhid ailələri üçün 48 mənzilli yaşayış binası,

Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi üçün yeni

inzibati bina və 9 saylı Ərazi Vergilər İdarəsinin xidmət

terminalı tikilmişdir.

2003-2009-cu illərdə rayonda 4500-ü daimi olmaqla 12

mindən çox yeni iş yeri açılmışdır.

Dövlətimizin başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzindəki

Heydər Əliyev adına istirahət parkında ulu öndərin abidəsini

ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Page 187: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

187

PREZİDENT İLHAM ƏLİYEV AĞDAŞDA

HABİL ƏLİYEV ADINA MUSİQİ MƏKTƏBİ

İLƏ TANIŞ OLMUŞDUR

Ağdaş

12 fevral 2010-cu il

Fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Habil

Əliyev adına Ağdaş Şəhər Musiqi Məktəbində yaradılmış

şəraitlə tanış olmuşdur.

Tikintisinə 2008-ci ilin martında başlanmış 540 şagird yeri

olan musiqi məktəbinin binası ötən ilin iyununda istifadəyə

verilmişdir. Ağdaş şəhərinin mərkəzində yerləşən məktəbdə 36

sinif otağı, 200 yerlik konsert zalı və muzey vardır.

Lazımi inventar və avadanlıqla təmin olunmuş məktəbin

ətrafı abadlaşdırılmış və yaşıllıq zolaqları salınmışdır. Məktəbin

ayrıca havalandırma sistemləri və transformator stansiyası

vardır.

Məktəbin birinci mərtəbəsində Xalq artisti, kamança ustadı

Habil Əliyevə həsr olunmuş muzey yaradılmışdır.

Xalq artisti Habil Əliyev dövlətimizin başçısını məktəbdə

salamlayaraq dedi:

– Möhtərəm cənab Prezident! Sizi burada görməyimə çox

şadam! Mən uşaqlara danışıram, deyirəm ki, oxuduğum məktəb

iki köhnə uçuq evdən ibarət idi. Dərs dediyim kənddə isə

bayırda qarın-yağışın altında dayanırdıq, əlim də tutmurdu.

Ancaq bu məktəbi görəndən sonra istəyirəm təzədən oxuyam.

İ l h a m Ə l i y e v: Bu məktəb doğrudan da çox gözəldir,

həm xarici görünüşü, indi mən baxacağam, həm də eşitdiyimə

Page 188: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

188

görə daxili çox gözəl tərtib olunub. Bu məktəb sizin adınızı

daşıyır.

H a b i l Ə l i y e v: Allah Sizi qorusun! Hamısı Sizin

verdiyiniz böyük qiymətdir. Mən layiq olmasam da bu qiyməti

vermisiniz.

İ l h a m Ə l i y e v: Siz buna layiqsiniz və mən çox şadam

ki, Ağdaşda belə gözəl məktəb tikilib. Mənə deyirlər ki, burada

musiqi məktəbinin böyük ənənələri vardır. Hələ 30-cu illərdə

məktəb qurulmuşdur. Amma bu məktəbin bu gün, yeni dövrdə,

yeni müasir səviyyədə yaradılması böyük hadisədir.

H a b i l Ə l i y e v: Bu məktəbdən heç harada yoxdur.

İ l h a m Ə l i y e v: Biz gərək öz milli musiqimizi təbliğ

edək, həm dünyada, həm Azərbaycanda. Xüsusilə uşaqlar, gənc

nəsil bu işlərə qoşulmalıdır.

H a b i l Ə l i y e v: Siz nə lazımdırsa, hamısını edirsiniz. O

gün olsun ki, biz də edək.

İ l h a m Ə l i y e v: Siz çox etmisiniz. İndi gərək biz edək

ki, həm Sizin fəaliyyətinizi layiqincə qiymətləndirək, həm də

Azərbaycanı bax bu cür hərtərəfli inkişaf etdirək. Əlbəttə ki,

ölkəmizin inkişafı üçün sənaye potensialı, iqtisadi inkişaf və

başqa məsələlər çox vacibdir. Amma mədəniyyət sahəsində

görülən işlər – onlar xalqımızı yaşadacaqdır.

Biz 20 ilə yaxındır ki, müstəqil ölkəyik. Əgər öz musiqimizi,

öz ədəbiyyatımızı, dilimizi saxlamasaydıq, biz müstəqil ölkə

kimi necə yaşaya bilərdik. Azərbaycan bunun hesabına müstəqil

ölkə kimi yaşayır. Azərbaycan xalqı bunun hesabına inkişaf

edir. Ona görə biz mütləq öz milli musiqimizi, ədəbiyyatımızı,

mədəniyyətimizi qorumalıyıq. Hansı yollarla?! Bax bu cür.

Həm məktəblərin tikintisi, həm mədəniyyət xadimlərinə dövlət

tərəfindən göstərilən qayğı, həm də ki, mədəniyyət sahəsində

dövlət siyasətinin düzgün şəkildə aparılması yolu ilə. Bax bu

məsələlər kompleks şəkildə bugünkü Azərbaycanın, necə

deyərlər, müasir simasını əks etdirir.

H a b i l Ə l i y e v: Möhtərəm Prezident, həmin Ağdaşdır.

Təsəvvürünüzə gətirin ki, bu məktəb burada niyə belə gözəl

Page 189: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

189

çıxdı? Niyə belə gözəl məktəb yarandı? Çünki ölkəmizi,

xalqımızı idarə edənlər xalqımızın öz balalarıdır. Allah Sizi

əksik eləməsin. Vallah, indiyə qədər çoxlarının dilini

bilməmişik, ölkəmizi idarə ediblər. Nə onlar bizim dilimizi

bilib, nə biz onların dilini. İndi xalqı da, ölkəni də xalqın öz

balaları idarə edirlər. Onunçün belə məktəbimiz olacaqdır.

Gələcəkdə lap bundan da artığı olacaqdır. Hamısına inanıram.

Allah Sizi qorusun! Allah Sizi əksik eləməsin!

İ l h a m Ə l i y e v: Sağ olun. Ağdaşda nəinki bu gözəl

məktəb tikilib, başqa tədbirlər də, başqa gözəl işlər də görülür.

Bu gün iştirak edəcəyim mərasimdə yeni, böyük xəstəxananın

təməl daşı qoyulacaqdır. Bu da bizim xalqımızın sağlamlığının

təminatıdır. Ən gözəl, ən müasir avadanlıq, gözəl xəstəxana.

Doğrudan, bütün şərait olacaqdır. Bundan başqa, Asiya İnkişaf

Bankı ilə bərabər, Ağdaşın su-kanalizasiya problemləri həll

olunmağa başlayıbdır. Bu da böyük layihədir. Böyük vəsait

tələb edən layihədir. O da sudur. O da, yəni insanların

sağlamlığıdır. Demək olar ki, bütün bölgələrdə belə işlər gedir

və ölkəmiz ona görə dünya miqyasında ən sürətlə inkişaf edən

ölkədir.

* * *

Prezident İlham Əliyev məktəbdəki Habil Əliyev muzeyinə

baxdı. Burada görkəmli sənətkarın büstü qoyulmuşdur.

Muzeyin ən qiymətli eksponatları arasında Habil Əliyevin

vaxtilə ulu öndər Heydər Əliyevlə, Prezident İlham Əliyevlə,

həmçinin Heydər Əliyev Fondunun kamanşa ustadına və

bütövlükdə musiqi mədəniyyətimizə göstərdiyi qayğını əks

etdirən şəkillər vardır. Burada Fondun muzeyə bağışladığı

hədiyyələr, rəmzi kamança maketi, disklər, Habil Əliyev

haqqında kitab, «Muğam ensiklopediyası», «Ustad xanəndələr»,

«Qarabağ xanəndələri», «Muğam dəstgahları» və «Gənc

xanəndələr» albomları vardır. Muzeydə, həmçinin xalq

artistinin çoxsaylı təltifləri və digər maraqlı eksponatlar da

saxlanılır.

Page 190: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

190

Prezident İlham Əliyev məktəbdə təlim prosesi ilə tanış

oldu, konsert salonunda məktəbin ansamblının ifasında dahi

Üzeyir Hacıbəylinin «Koroğlu» operasından bir parçanı dinlədi.

Page 191: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

191

PREZİDENT İLHAM ƏLİYEV AĞDAŞ

ŞƏHƏRİNDƏ YENİ SU XƏTTİNİN AÇILIŞINDA

İŞTİRAK ETMİŞDİR

Ağdaş

12 fevral 2010-cu il

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də

Ağdaş şəhərinə yeni su xəttinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, regionların

sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş

şəhərinin su təchizatı probleminin həlli məsələsi Asiya İnkişaf

Bankının «Azərbaycan Respublikasında kiçik şəhərlərdə su

təchizatı və kanalizasiya layihəsi»nə daxil edilmişdir.

Prezident İlham Əliyev Ağdaş şəhərində suqəbuledici

qurğular kompleksi, suyığıcı və təzyiqli su xətləri, şəhərin su

təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əks

etdirən stendlərlə tanış oldu.

«Azərsu» SC-nin prezidenti Nizaməddin Rzayev məlumat

verdi ki, Ağdaş şəhərinin su təchizatı və kanalizasiya

sistemlərinin yenidən qurulması üçün texniki-iqtisadi əsaslan-

dırma işləri aparılmışdır. Qəbul edilmiş texniki-iqtisadi

əsaslandırmaya əsasən Qolqəti kəndinin ərazisində 5 artezian

quyusu qazılaraq, içməli su burada inşa ediləcək anbarlara

vurulacaqdır. Anbarlarda xlorlanmış suyu nasos stansiyası iki

xətlə şəhərə nəql edəcəkdir. Eyni zamanda, layihəyə əsasən

şəhərin su və kanalizasiya sistemləri yenidən qurulacaqdır.

Qaradağlı kəndi ərazisində çirkab sularını təmizləyən qurğu

inşa ediləcəkdir. Texniki-iqtisadi əsaslandırmaya görə bu iş

üçün xərclərin 75 faizini Asiya İnkişaf Bankı, qalan 25 faizini

isə Azərbaycan hökuməti kredit şəklində ödəyəcəkdir. Əhalini

Page 192: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

192

yüksək keyfiyyətli içməli su ilə təmin edəcək layihənin 24 ay

ərzində reallaşdırılması nəzərdə tutulur.

Qeyd olundu ki, bu günə qədər layihə çərçivəsində ərazidə

hər birinin məhsuldarlığı saatda 70 kubmetr olan 3 artezian

quyusu qazılmışdır. Quyulardan çıxan suyun əhaliyə

çatdırılması üçün suqəbuledici qurğu, nasos stansiyası, 2 min

kubmetr tutumu olan su anbarı və xlorlaşdırma binası inşa

edilmiş, 2600 metr magistral boru kəməri çəkilmiş, suyun

keyfiyyətinə nəzarət etmək üçün laboratoriya yaradılmış,

həmçinin su-kanal idarəsinin inzibati binasının və istehsal

bazasının tikintisi başa çatdırılmış, qurğuları elektrik enerjisi ilə

qidalandıran yeni xətlər çəkilmişdir. Suyun şəhərin mövcud

paylayıcı şəbəkəsinə ötürülməsi məqsədi ilə 6 kilometr

uzunluğunda iki xətt çəkilmişdir.

Layihənin birinci mərhələsinin başa çatdırılması nəticəsində

35 min adam içməli su ilə təmin ediləcəkdir.

Prezident İlham Əliyev yeni su xəttinin açılışını bildirən

düyməni basdı.

Akademik Bəkir Nəbiyev diqqət və qayğıya görə ağdaş-

lıların minnətdarlığını dövlətimizin başçısına çatdıraraq dedi:

– Möhtərəm cənab Prezident, Siz bu gün Ağdaşın tarixində

ən əlamətdar bir hadisəyə başlanğıc verdiniz. Bizim bu Ağdaşın

girəcəyi Qəbələdən gələndə Türyançayın ağzında bir Dəhnə

kəndi vardır, ondan başlayır. «Dəhnə» qədim Azərbaycan

dilində subölünən yer deməkdir. Ağdaşa gələn su elə oradan da

bölünər.

Bu gün, bu anda Sizin iştirakınız, Sizin rəhbərliyiniz ilə

Ağdaşın su bölgüsü xətti tamam yeniləşdi, dəyişdi, mənbə gəldi

bura. Rəmzi olaraq üstünə barmağınızı qoyduğunuz bu

düymənin vasitəsilə Ağdaş elə bil ki, yenidən canlandı. Ona

təravətli, təzə su gəldi. Bu münasibətlə köhnə bir ağdaşlı kimi

mən Sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox

təşəkkür edirəm.

İ l h a m Ə l i y e v: Çox sağ olun, Bəkir müəllim. Mən də

sizi təbrik edirəm. Bütün ağdaşlıları təbrik edirəm ki, bu gün

Page 193: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

193

doğrudan da Ağdaşın həyatında tarixi bir hadisə baş verir. Yeni

su mənbələrinin müəyyən edilməsi və şəhərə çəkilməsi artıq

reallıqdır. Su həyatdır. Susuz nə insan yaşaya, nə müəssisə

işləyə bilər. Əsas odur ki, insanlarımız təmiz içməli suya malik

olsunlar. Bu məqsədlə ölkə üzrə böyük işlər görülür və müxtəlif

layihələr icra olunur. Misal üçün, Kür-Araz çayları boyunca

yaşayan insanların su ilə təmin edilməsi istiqamətində ayrıca

layihələr icra edilir. Orada təmizləyici qurğular tikilir ki, çay

suları təmizlənsin və insanlara keyfiyyətli su verilsin. Artıq

haradasa 200 mindən çox vətəndaş bu layihənin həyata

keçirilməsi nəticəsində təmiz su ilə təmin edilib. Layihə tam

başa çatandan sonra haradasa 800 minə qədər Azərbaycan

vətəndaşı, bu vaxta qədər çay sularından istifadə edən insanlar

təmiz suya malik olacaqlar.

Digər layihələr isə, Ağdaşda icra edilən bu layihələr kimi,

artezian quyularının qazılması və yeni müasir sistemin

quraşdırılması, su və kanalizasiya sistemlərinin yenidən

qurulması məqsədi daşıyır. Bu, artıq reallıqdır. Birinci mərhələ

artıq bu gün reallaşıb, ikinci mərhələnin icrası nəticəsində bütün

kanalizasiya sistemi də yenidən qurulacaq və beləliklə, Ağdaşın

su, kanalizasiya problemləri birdəfəlik həll olunacaqdır. Bu,

həm də sağlamlıq deməkdir. Təmiz ekoloji normalara tam riayət

olunacaq və insanlar əlbəttə ki, bundan faydalanacaqdır.

B ə k i r N ə b i y e v: Möhtərəm Prezident, ağdaşlıların bir

arzusu vardır. Mən onu da Sizə çatdırım. Sizi bu qarın altında

çox saxlamarıq, inşallah. İş belə gətirib ki, 1945-ci ildə Böyük

Vətən müharibəsinin 65 illiyinə hazırlaşdığımız Qələbə barədə

xəbəri ağdaşlılara o zaman 15 yaşında radio diktoru işləyərkən

mən çatdırmışam. Ağdaşlılar arzu edirlər ki, özümüzdən asılı

olmayaraq cəlb edildiyimiz bu müharibədə də biz inşallah Sizin

Baş Komandanlığınız ilə qalib gələk. Mən inanıram ki, Siz bu

münaqişəni sülh yolu ilə həll edəcəksiniz. Bizim hamımızda bu

inam vardır. Amma əgər olmadı belə, oldu elə, bu məsələ,

müharibə yolu ilə həll olunsa ağdaşlılar arzu edirlər ki, Sizin

Page 194: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

194

Qələbə paradını keçirməyinizin də xəbərini onlara burada mən

çatdırım.

Page 195: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

195

UKRAYNA REGİONLAR PARTİYASININ LİDERİ

CƏNAB VİKTOR YANUKOVİÇƏ

Hörmətli Viktor Fyodoroviç!

Ukrayna Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi

ürəkdən təbrik edirəm.

Azərbaycan və Ukrayna tarixən sıx dostluq, qarşılıqlı dəstək

və etimad telləri ilə bağlıdır. Əminəm ki, bu xeyirxah ənənələrə

əsaslanan dövlətlərarası münasibətlərimiz, strateji

tərəfdaşlığımız, çoxşaxəli və konstruktiv əməkdaşlığımız

xalqlarımızın mənafeyi, regionda sülh və sabitlik naminə

bundan sonra da dinamik inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Viktor Fyodoroviç, Sizə möhkəm cansağlığı,

səadət və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 12 fevral 2010-cu il

Page 196: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

196

AĞDAŞDA OLİMPİYA-İDMAN KOMPLEKSİ

İSTİFADƏYƏ VERİLMİŞDİR

Ağdaş

12 fevral 2010-cu il

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də

Ağdaş Olimpiya-İdman Kompleksinin açılışında iştirak

etmişdir.

Ağdaş rayon ictimaiyyətinin nümayəndələri və idmançılar

dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və

kompleks ilə yaxından tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizdə sayca

25-ci olan bu Olimpiya-İdman Kompleksinin inşasına 2006-cı

ildə başlanmışdır.

Ümumi ərazisi 5,5 hektar olan Olimpiya-İdman Kompleksi

əsas bina, üzgüçülük hovuzu, mini futbol stadionu, voleybol və

basketbol meydançaları, tennis kortu, hər biri 8 nəfərlik 3

kottecdən və digər yardımçı binalardan ibarətdir. Örtülü idman

meydançası olan əsas bina ikimərtəbəlidir. Binanın daxilindəki

1020 tamaşaçı yeri olan idman meydançasının sahəsi 2484

kvadratmetrdir. Bu meydançada voleybol, basketbol, həndbol,

güləş, boks yarışları keçiriləcəkdir. Bundan əlavə, binanın

daxilində 4 məşq, bilyard, stolüstü tennis zalları, soyunub-

geyinmə, həkim otaqları, bufet, duş və sair xidmət obyektləri

vardır.

Prezident İlham Əliyev idmançıların çıxışlarını izlədi.

Sonra dövlətimizin başçısı üzgüçülük hovuzuna baxdı.

Page 197: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

197

Üzgüçülük hovuzu yerləşən bina da ikimərtəbəlidir. Burada

192 tamaşaçı yeri olan tribuna, iki məşq zalı, soyunub-geyinmə,

həkim otaqları, bufet, duş və sair xidmət otaqları vardır.

Mini futbol meydançasının tərkibinə 226 nəfər tamaşaçı yeri

olan tribuna, soyunub-geyinmə, həkim və hakim, duş və sair

xidmət otaqları daxildir.

Prezident İlham Əliyev kompleksin ərazisini gəzdi.

Məlumat verildi ki, kompleks üçün artezian quyusu qa-

zılmış, su nasosu quraşdırılmış və iki su anbarı, qazanxana

tikilmiş, fərdi transformator quraşdırılmışdır. Havalandırma

sistemləri ilə təchiz edilmiş kompleksə daxil olan bütün

tikililərin fasadına alkapon üzlük çəkilmişdir. Kompleksin

həyəti abadlaşdırılmış, yaşıllıq salınmış və gül kolları əkil-

mişdir.

Azərbaycan Prezidenti kompleksdə görülən işləri yüksək

qiymətləndirdi.

Page 198: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

198

AĞDAŞDA MƏRKƏZİ RAYON

XƏSTƏXANASININ YENİ BİNASININ

TƏMƏLİ QOYULMUŞDUR

Ağdaş

12 fevral 2010-cu il

Prezident İlham Əliyev fevralın 12-də Ağdaşda Mərkəzi

Rayon Xəstəxanasının yeni binasının təməlqoyma mərasimində

iştirak etmişdir.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına

məlumat vermişdir ki, ölkəmizdə səhiyyə sektorunda aparılan

islahatlar çərçivəsində inşa olunacaq 100 çarpayılıq yeni

mərkəzi rayon xəstəxanası üçün Ağdaş şəhərinin girişində 5,3

hektar torpaq sahəsi ayrılmışdır. Tikintinin ümumi sahəsi 22

min 500 kvadratmetrdir. Xəstəxana kompleksi 6 korpusdan

ibarət olacaqdır. İki ilə istifadəyə verilməsi nəzərdə tutulan

binanın ətrafında abadlıq işləri aparılacaq və yaşıllıq zolaqları

salınacaqdır. Eyni zamanda, layihədə ayrıca nasosxana,

qazanxana, generator, transformator, mühafizə üçün binalar və

su anbarının tikilməsi nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev gilizi özülə buraxdı, beton qarışığı

tökdü.

Dövlətimizin başçısının adından xəstəxanaya iki təcili tibbi

yardım maşını hədiyyə edildi.

Səhiyyə işçilərini təbrik edən Prezident İlham Əliyev onlara

uğurlar arzuladı.

Page 199: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

199

PREZİDENT İLHAM ƏLİYEV AĞDAŞDA

REGİONAL ELEKTRİK YARIMSTANSİYASININ

TƏMƏLQOYMA MƏRASİMİNDƏ İŞTİRAK

ETMİŞDİR

Ağdaş

12 fevral 2010-cu il

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də

Ağdaşda regional elektrik yarımstansiyasının təməlqoyma

mərasimində iştirak etmişdir.

Mərasim iştirakçıları və inşaatçılar dövlətimizin başçısını

hərarətlə qarşıladılar.

«Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat

verdi ki, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mingəçevir–

Abşeron enerji təminatının yenidən qurulması layihəsi

çərçivəsində Ağdaş rayonunun Kükəl kəndi ərazisində 220/110 kv-

luq 2x125 MVA gücündə regional elektrik yarımstansiyasının

tikintisi nəzərdə tutulmuşdur. Yarımstansiyanın tikintisi üçün 15

hektar torpaq sahəsi ayrılmışdır. Tikinti-quraşdırma işlərinin 15 ay

ərzində başa çatması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində

125 MVA-lıq iki transformator yarımstansiyası qurulacaq,

Mingəçevir-Abşeron xətti üzrə 251 kilometr uzunluğunda elektrik

xətti dəyişdiriləcəkdir.

Tikinti işlərinə yanvarın əvvəlində başlanılmışdır. Ərazi

abadlaşdırılmış, ətrafı hasarlanmış, 3 minə yaxın ağac əkilmiş,

işıqlandırma xətti çəkilmiş, obyektə gedən yola asfalt

döşənmişdir.

Prezident İlham Əliyev gilizi özülə buraxdı və beton qarışığının

tökülməsi üçün düyməni basdı, inşaatçılara uğurlar arzuladı.

Bununla da dövlətimizin başçısının Ağdaş rayonuna səfəri

başa çatdı.

Page 200: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

200

GÖYÇAY RAYONUNDA ULU ÖNDƏR HEYDƏR

ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT

Göyçay

12 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 12-də Göyçay rayonuna gəlmişdir.

Son illər respublikamızda aparılan uğurlu sosial-iqtisadi

islahatlar nəticəsində Göyçay rayonunun da siması tamamilə

dəyişmişdir. Respublikamızın inkişafında mühüm rol oynayan

Göyçay rayonu Azərbaycanın sosial-iqtisadi tərəqqisinə layiqli

töhfələr verir. Təsadüfi deyildir ki, 2009-cu ildə burada 138,7

milyon manatlıq ümumi məhsul istehsal edilmişdir. Bu, əvvəlki

illə müqayisədə 11,8 faiz çoxdur. Ötən il rayonda mövcud olan

güclü sənaye potensialından daha səmərəli istifadə edilmiş,

əhalinin güzəranı yaxşılaşdırılmışdır. Son beş ildə Göyçayda 6

min 745 yeni iş yeri açılmışdır.

Rayonda aparılan genişmiqyaslı yenidənqurma və abadlıq

işlərində Heydər Əliyev Fondu yaxından iştirak edir.

Göyçayda aqrar sektorun inkişafına da xüsusi diqqət

yetirilir. Keçən il 49 min 877 ton meyvə tədarük edilmişdir.

Rayonun enerji təminatının etibarlılığını artırmaq məqsədi ilə

xüsusi tədbirlər görülmüşdür. Şəhər əhalisinin təbii qazla

təminatının yaxşılaşdırılması üçün yeni qaz xətti çəkilmişdir.

Cari ildə «Azərbaycan Respublikası regionlarının 2009-

2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda

Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası davam

etdiriləcəkdir. «Ekologiya ili» çərçivəsində hər yerdə

yaşıllaşdırma kampaniyası həyata keçirilir. Göyçayda cari ildə

50 min ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Page 201: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

201

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin

Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi,

önünə gül dəstəsi qoydu.

Page 202: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

202

AĞDAŞ RAYON İCTİMAİYYƏTİNİN

NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Ağdaş

12 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 12-də Ağdaşda Olimpiya-İdman Kompleksinin

açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə

görüşmüşdür.

Prezident İlham Əliyev ağdaşlıları təbrik edərək dedi:

– Mən sizin hamınızı ürəkdən təbrik edirəm. Ağdaşda gözəl,

yeni, müasir Olimpiya Kompleksinin açılışı böyük hadisədir.

Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Arzu

edirəm ki, cavanlar, gənclər, idmançılar bu gözəl şəraitdən

səmərəli istifadə etsinlər və Azərbaycanın idman şöhrətini

yüksəklərə qaldırsınlar.

Haradasa beş il əvvəl təməl daşını bərabər qoyduğumuz bu

gözəl Olimpiya mərkəzi yaradılıb. Düzdür, bir az çox vaxt

çəkdi. Çünki burada texniki məsələlər bir qədər çətin idi. Ona

görə də xüsusi tədbirlər görüldü. Xüsusi texniki məsələlər öz

həllini tapmalı idi.

Mən xatırlayıram, beş il bundan əvvəl Ağdaşda olarkən

mənə müraciət edildi ki, Ağdaşda yeni Olimpiya Kompleksinin

tikintisinə böyük ehtiyac vardır. Xüsusilə nəzərə alsaq ki, Ağdaş

Azərbaycanın idman şöhrətinin ucaldılması üçün gözəl

idmançılar yetişdirir. Xüsusilə Xəzər İsayev kimi dünya

çempionu. Bu gün o, Milli Olimpiya Komitəsinin vitse-

prezidenti kimi çox gözəl işlər görür. O vaxt qərara gəldik ki,

mütləq Ağdaşda belə gözəl Olimpiya mərkəzi yaradılsın, təkcə

idmançılar üçün deyil, eyni zamanda, rayon sakinləri üçün də

Page 203: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

203

yararlı olsun. Bu gün gözəl mərkəzin açılışında biz yenidən

görüşürük. Mən bu hadisə münasibətilə sizi təbrik edirəm.

Ümumiyyətlə, Azərbaycanda idman sahəsində görülən işlər

yüksək səviyyədədir. Azərbaycan idman ölkəsi kimi artıq öz

adını idman tarixinə sala bilibdir. Həm beynəlxalq yarışlarda,

Olimpiya oyunlarında, dünya çempionatlarında

idmançılarımızın uğurları bizi sevindirir. İdmanın kütləviliyini

təmin etmək üçün mütləq belə gözəl imkanlar olmalıdır. Bu gün

Azərbaycanın müxtəlif bölgələrində idmanla məşğul olmaq

üçün yaxşı şərait vardır. İdman sağlamlıq, sağlam həyat tərzi

deməkdir. İdman, eyni zamanda, gənclərin vətənpərvərlik

ruhunda tərbiyə edilməsində çox mühüm vasitədir, mühüm

amildir. Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar,

bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər. Bunu

etmək üçün bütün tədbirlər görülür. Bax, bu gözəl Olimpiya

mərkəzi, ondan sonra Ağdaşda bir müddət bundan əvvəl

istifadəyə verilmiş musiqi məktəbinin fəaliyyəti ilə bu gün tanış

oldum. Orada gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə

olunacaqlar, milli musiqi mədəniyyətimizi dərindən

öyrənəcəklər, ölməz musiqi əsərlərimizi yaşadacaqlar.

Ağdaşın hərtərəfli inkişafı üçün başqa tədbirlər də görülür.

Bu gün Ağdaşın su təchizatını təmin etmək üçün birinci

mərhələnin açılışını qeyd etdik. Ağdaşa artıq təmiz içməli

suyun verilməsi təşkil ediləcəkdir. İkinci mərhələnin başa

çatması nəticəsində su-kanalizasiya sistemi tamamilə yenidən

qurulacaqdır. Bu da hər bir insan üçün çox vacib məsələdir. Bu

gün, eyni zamanda, Ağdaşda tikiləcək yeni müasir, böyük

xəstəxananın təməl daşı qoyulacaqdır. Bu da rayonun tələbatını

təmin etmək üçün çox vacib məsələdir. Yeni yarımstansiya

istifadəyə veriləcəkdir. Yəni ki, bax bu gün rayonda nəzərdə

tutulmuş tədbirlər əslində bütün sahələri əhatə edir – təhsil,

idman, səhiyyə, su və elektrik enerjisi təchizatı. Bax,

Azərbaycan bu cür inkişaf edir.

Növbəti illərdə bizim bütün planlarımız, gələcək planlarımız

da icra olunacaqdır. Çünki bunu deməyə əsas odur ki, bu günə

Page 204: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

204

qədər bütün görülən işlər planlı şəkildə aparılır, proqram üzrə

aparılır. Regionların sosial-iqtisadi inkişafı proqramı 2004-

2008-ci illərdə tam başa çatıb. Biz yeni proqramın icrası

üzərində işləyirik. Regionların gələcək inkişafının təminatı –

həm maliyyə, həm texniki təminatı tam təşkil edilibdir.

İnfrastruktur layihələri, sosial obyektlər, məktəblər,

xəstəxanalar. Hər bir bölgə üçün xüsusi, konkret plan vardır və

biz bu plan əsasında irəliyə gedirik.

Son illər ərzində Azərbaycan dünya miqyasında ən sürətlə

inkişaf edən ölkə olubdur. Hətta 2009-cu ildə, baxmayaraq ki,

böhran bizə də təsir edib, yenə də Azərbaycan dünya miqyasında

birinci ölkə olubdur. Dünya miqyasında birinci olmaq çox çətin

məsələdir. İqtisadi inkişaf sahəsində dünya miqyasında birinci

olmaq, əlbəttə ki, asan məsələ deyildir. Bunun səbəbi bizim

apardığımız siyasətdir. Bunun səbəbi islahatlar, düşünülmüş

siyasət, vaxtında atılmış addımlar və ölkəmizin hərtərəfli

inkişafıdır. Əgər bu olmasaydı, əgər biz ancaq iqtisadiyyatımızın

bir sektoruna üstünlük verib başqa sahələri kənarda qoysaydıq, bu

gün inkişafdan söhbət gedə bilməzdi. Bax bu reallıqları bizim üçün

məhz hərtərəfli inkişaf, regionların inkişafı, iqtisadiyyatın

şaxələndirilməsi məsələləri yaradır.

Mənə bu yaxınlarda verilən məlumata görə, hətta 2010-cu

ildə də Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə artır və bu

da bizi əlbəttə ki, sevindirir. Biz bu inkişafı nəinki statistik

göstəricilərdə, gündəlik həyatda görürük. Görülən işlər bunun

bariz nümunəsidir. Mən çox şadam ki, Ağdaşda işlər yaxşı

gedir, gözəl obyektlər istifadəyə verilir. Əminəm ki, növbəti

illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının

ikinci mərhələsinin icrası nəticəsində əsas məsələlər, sosial-

iqtisadi məsələlər öz həllini tapacaqdır. Bu proqramın 2013-cü

ildə başa çatması nəzərdə tutulur. Əminəm ki, o vaxta qədər

bütün əsas məsələlər öz həllini tapacaqdır.

Biz sizinlə bundan sonra da görüşəcəyik. Əminəm ki,

Ağdaşda gözəl açılışlar hələ çox olacaqdır. Mən sizi bu gözəl

Page 205: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

205

hadisələr münasibətilə bir daha təbrik edirəm və sizə yeni

uğurlar arzulayıram.

Ağdaş ictimaiyyəti adından çıxış edən Şəhla Hacibalayeva

ölkənin bütün regionlarına olduğu kimi, bu rayona da göstərdiyi

diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək

dedi:

– Ağdaşımıza xoş gəlmisiniz, möhtərəm cənab Prezident.

Siz gəlişinizlə bu soyuq, şaxtalı qış günündə hər birimizin

qəlbinə bir hərarət, bir istilik bəxş etdiniz.

Möhtərəm cənab Prezident, bu gün təntənəli açılışına

yığışdığımız möhtəşəm Olimpiya-İdman Kompleksi sizin

ağdaşlılara bəxş etdiyiniz növbəti hədiyyədir. Bu idman komp-

leksində uşaqlarımızın daha sağlam böyüməsi üçün mühüm işlər

görüləcəkdir. Elə bu gün Ağdaşımızda Sizin xeyir-duanızla təməli

qoyulan 100 çarpayılıq möhtəşəm xəstəxana ağdaşlılara çox böyük

töhfədir. Sağlam insanlar yetişməlidir, xəstəxanalar tikilir.

Gələcəyimiz üçün savadlı balalarımız böyüməlidir, yeni-yeni

məktəblər öz qapılarını övladlarımızın üzünə açır. İnsanlarımızın

normal yaşamaları üçün hər bir şərait yaradılmalıdır, içməli su

xətləri çəkilir, yollar salınır, qaz, enerji – insanların gündəlik tələbatı

üçün lazım olan hər bir şərait yaradılır. Bütün bunlara görə Sizə

ürəkdən təşəkkür edirik.

Möhtərəm cənab Prezident, bu gün Sizinlə çiyin-çiyinə

fəaliyyət göstərən Mehriban xanımın adı bir şəfqət, bir

xeyirxahlıq rəmzi kimi səslənir. Onun təşəbbüsü ilə tikilən

məktəb binalarında oxuyan övladlarımızın təhsilində və gələcək

uğurlarında Mehriban xanımın öz rolu, öz dəsti-xətti vardır.

Möhtərəm cənab Prezident, bax elə fəaliyyət göstərdiyim

texniki-təbiət-humanitar təmayüllü gimnaziyanın həyata ikinci

dəfə vəsiqə alması da məhz Mehriban xanımın adı ilə bağlıdır.

Onun təşəbbüsü ilə təmir edilmiş və internat şagirdlərinin

ixtiyarına verilmiş bu məktəb indi regionda analoqu olmayan

gimnaziyaya çevrilmişdir.

Möhtərəm cənab Prezident, bu yaxınlarda Heydər Əliyev Fondu

tərəfindən bizə hədiyyə edilən musiqi məktəbi özünün səviyyəsinə

Page 206: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

206

görə kiçik bir konservatoriyanı xatırladır. Ona həmyerlimiz, sevimli

kamança ustadı Habil Əliyevin adının verilməsi isə ağdaşlıların

böyük sevincinə, fərəhinə səbəb olmuşdur.

Möhtərəm cənab Prezidentimiz, Sizin bütün fəaliyyətiniz

nəticəsində hər bir problemimiz uğurla həll olunur. Bir çətin

problemimiz var, o da Dağlıq Qarabağ problemidir. Bu gün Siz

Qarabağımızın haqq səsini bütün dünyaya yayırsınız. Bu yolda

göstərdiyiniz cəsarət, qətiyyət, məğrurluq, səbir, təmkin hər

birimizin qəlbini fərəh hissi ilə doldurur və səbirsizliklə

gözlədiyimiz o böyük Qələbənin artıq yaxınlaşdığını göstərir.

Möhtərəm cənab Prezident, bu gün Siz ulu öndərimiz

tərəfindən bizə ərməğan qalmış müstəqil Azərbaycanımızı böyük

uğurla böyük inamla, cəsarətlə işıqlı sabahlara doğru aparırsınız.

Bu yolda biz daim sizinləyik, Sizə inanır, Sizə güvənir və bu

yolda böyük uğurlar əldə etməyinizi arzulayırıq.

Möhtərəm cənab Prezident, qəlbimdə bir sözüm də vardır.

Sizin Ağdaşa ilk səfərinizdən sonra şəhərimizdə çoxlu sayda

abidələr ucaldı. Mən bütün çıxışım boyu bu abidələr haqqında

söhbət açdım. Ancaq o abidələrin ən möhtəşəmi, ən gözəli

haqda heç bir söz demədim. O, Sizin ağdaşlıların qəlbində

ucaltdığınız abidədir. Zaman keçəcək, Sizin bu tarixi

səfərinizdən sonra Ağdaşımız daha da inkişaf edəcək, daha da

gözəlləşəcəkdir. Onun simasını daha əzəmətli abidələr

bəzəyəcəkdir. Ancaq o abidələrin heç biri Sizin qəlbimizdə

ucaltdığınız abidəyə çata bilməyəcəkdir.

Möhtərəm cənab Prezident, Sizə, Mehriban xanıma,

ailənizin bütün üzvlərinə Allahdan möhkəm cansağlığı, uzun

ömür, xoşbəxtlik, səadət, işlərinizdə isə uğurlar, uğurlar yenə də

uğurlar arzu edirəm. Tanrı Sizi qorusun!

* * *

Sonda ictimaiyyətin nümayəndələri dövlətimizin başçısı ilə

xatirə şəkli çəkdirdilər.

Page 207: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

207

GÖYÇAY ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV

MƏRKƏZİ AÇILMIŞDIR

Göyçay

12 fevral 2010-cu il

Fevralın 12-də Prezident İlham Əliyev Göyçay şəhərində

Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı mərkəzin yerləşdiyi əraziyə baxdı.

Burada yaşıllıqlar salınmış, dekorativ kollar və ağaclar əkilmiş,

fəvvarələr quraşdırılmışdır. Heydər Əliyev Mərkəzinin

qarşısında isə uzunluğu 40 metr, hündürlüyü 6 metr olan şəlalə-

fəvvarə kompleksi yaradılmışdır. Belə bir kompleks

respublikamızda hələlik yeganədir. Şəlalənin divarlarında

yandırılmış keramik üzlükdə boya ilə dövlət atributları, rayonun

müxtəlif mənzərələri, artıq ənənəyə çevrilmiş Nar bayramının

təsvirləri və Göyçayda son 5 ildə inşa olunan tikililərin şəkilləri

əks olunmuşdur. Şəlalənin ətrafında istirahət üçün hər cür şərait

yaradılmışdır.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, mərkəzlə

tanış oldu.

Məlumat verildi ki, klassik memarlıq üslubunda tikilən və

ümumi sahəsi şəlalə kompleksi ilə birlikdə 1,5 hektar olan

Heydər Əliyev Mərkəzinin inşasına 2009-cu ildə başlanılmışdır.

Birinci mərtəbədə ümummilli liderin həyat və fəaliyyətini, ulu

öndərin 1978-ci ildə Göyçaya səfəri zamanı rayon ictimaiyyəti

ilə keçirdiyi görüşləri əks etdirən fotoguşə yaradılmışdır.

Burada quraşdırılmış monitorlar vasitəsilə ümummilli liderin

siyasi fəaliyyətindən bəhs edən videogörüntülər nümayiş

olunur. Mərkəzdə xalqımızın xilaskar oğlunun dünyanın bir sıra

ölkələrində ucaldılan abidələrini əks etdirən fotoguşə də

yaradılmışdır. Burada 3 virtual sinif, 24 nəfərlik konfrans zalı,

kompyuterlərlə təchiz olunan xarici dil dərnəyi, elektron

Page 208: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

208

idarəetmə mərkəzi və ən müasir xidməti otaqlar fəaliyyət

göstərir.

Binanın ikinci mərtəbəsində şagirdlərin Azərbaycanın

ədəbiyyatını və zəngin tarixini dərindən mənimsəmələrinə

kömək məqsədi ilə xüsusi dərnəklər təşkil edilmişdir. Burada

elektron idarəetmə otağı, kitabxana, multimedia otağı, elektron

kitabxana vardır. Mərkəzdə rəsm və şahmat dərnəkləri də

fəaliyyət göstərəcəkdir. 310 yerlik böyük iclas zalı respublika

və rayon əhəmiyyətli mötəbər tədbirlərin keçirilməsi üçün

nəzərdə tutulmuşdur. Zalda quraşdırılmış ən müasir avadanlıq

vasitəsilə sinxron tərcümə və izahlı beynəlxalq konfransların

keçirilməsi mümkündür.

Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək

sözlərini yazdı, burada görülmüş işləri yüksək qiymətləndirdi.

Page 209: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

209

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

ATƏT-İN FƏALİYYƏTDƏ OLAN SƏDRİ KANAT

SAUDABAYEVİN BAŞÇILIQ ETDİYİ

NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Bakı

15 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 15-də Qazaxıstanın dövlət katibi-xarici işlər naziri,

ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin başçılıq

etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Əvvəlcə dövlətimizin başçısının Qazaxıstanın dövlət katibi-

xarici işlər naziri Kanat Saudabayev ilə görüşü oldu.

Qazaxıstanın ATƏT-ə sədrliyini əlamətdar hadisə kimi

dəyərləndirən Prezident İlham Əliyev bu münasibətlə təb-

riklərini çatdırdı. Dövlətimizin başçısı Qazaxıstanın ATƏT-ə

sədrlik edəcəyi 2010-cu ildə müsbət istiqamətdə ciddi dəyi-

şikliklər olacağına əminliyini bildirdi.

Kanat Saudabayev Qazaxıstanın ATƏT-ə sədr seçilməsində

Azərbaycanın göstərdiyi dəstəyə görə dövlətimizin başçısına

minnətdarlığını bildirdi. O, Bakıda keçirdiyi görüşlər barədə

Prezident İlham Əliyevə məlumat verdi.

Sonra görüş geniş tərkibdə davam etdirildi.

ATƏT-ə rəhbərliyin mühüm missiya olduğunu vurğulayan

Prezident İlham Əliyev Qazaxıstanın sədrliyi dövründə ATƏT-

in Avropada təhlükəsizliyin möhkəmlənməsi işində əsaslı və

müsbət irəliləyişlərə nail olunacağına əminliyini bildirdi.

Dövlətimizin başçısı Qazaxıstanın ATƏT-ə sədrlik edən ölkə

kimi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

nizama salınması işində fəal surətdə iştirak edəcəyinə inandığını

Page 210: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

210

bildirərək, 2010-cu ildə münaqişənin həll olunması işində ciddi

irəliləyişlərə nail olunacağına ümid bəslədiyini dedi. Prezident

İlham Əliyev qeyd etdi ki, bu münaqişənin həlli və Qafqazda

sülhün bərqərar olunması üçün möhkəm siyasi iradənin

göstərilməsi və mühüm qərarların qəbul edilməsi vacibdir.

Dövlətimizin başçısı ATƏT-in fəaliyyətdə olan sədrinin

ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.

Kanat Saudabayev Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

həllinin əsas prioritet məsələlərdən biri olacağını dedi. O,

ölkəsinin sədrliyi dövründə bu mürəkkəb problemin həlli ilə

bağlı münaqişənin nizamlanmasında iştirak edən bütün

tərəflərin proseslərdə səylərinin sürətləndirilməsi işinə təkan

vermək niyyətində olduqlarını bildirdi.

Page 211: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

211

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

SLOVAKİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN

OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ

SƏFİRİ YOZEF MİQAŞIN ETİMADNAMƏSİNİ

QƏBUL ETMİŞDİR

Bakı

15 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 15-də Slovakiyanın ölkəmizdə yeni təyin olunmuş

fövqəladə və səlahiyyətli səfiri Yozef Miqaşın etimadnaməsini

qəbul etmişdir.

Yozef Miqaş fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət

etdi.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin müxtəlif

sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu bildirildi,

siyasi və iqtisadi münasibətlərimizin daha da genişlənməsi üçün

qarşılıqlı imkanların öyrənilməsinin zəruriliyi vurğulandı,

ikitərəfli əməkdaşlığın daha da möhkəmlənəcəyinə inam ifadə

olundu.

Page 212: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

212

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

QIRĞIZISTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN

OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ

SƏFİRİ RAİMKUL ATTAKUROVUN

ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Bakı

15 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 15-də Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş

fövqəladə və səlahiyyətli səfiri Raimkul Attakurovun etimad-

naməsini qəbul etmişdir.

Raimkul Attakurov fəxri qarovul dəstəsinin qarşısından

keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət

etdi.

Ölkələrimiz arasında əlaqələrin hazırda uğurla inkişaf

etdiyini vurğulayan dövlətimizin başçısı səfirin Azərbaycandakı

diplomatik fəaliyyəti dövründə də münasibətlərimizin

möhkəmlənəcəyinə, əməkdaşlığımızın daha da intensiv xarakter

daşıyacağına ümidvar olduğunu bildirdi.

Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Raimkul

Attakurov Qırğızıstan Prezidenti Kurbanbek Bakiyevin salamlarını

dövlətimizin başçısına çatdırdı. Diplomat ölkələrimiz arasında

əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da

möhkəmlənməsinin zəruriliyini vurğuladı.

Dövlətimizin başçısı Prezident Kurbanbek Bakiyevin

salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını

Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Page 213: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

213

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

İSPANİYANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN

OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ

SƏFİRİ XUAN KLOS İ MATEONUN

ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Bakı

15 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 15-də İspaniyanın ölkəmizdə yeni təyin olunmuş

fövqəladə və səlahiyyətli səfiri Xuan Klos i Mateonun

etimadnaməsini qəbul etmişdir.

Xuan Klos i Mateo fəxri qarovul dəstəsinin qarşısından

keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət

etdi.

Söhbət zamanı Azərbaycan ilə İspaniya arasında əlaqələrin

daha da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu

vurğulandı, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə

bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Page 214: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

214

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

İSRAİLİN KEÇMİŞ BAŞ NAZİRİ EXUD OLMERTİ

QƏBUL ETMİŞDİR

Bakı

15 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 15-də Qazaxıstana gedərkən yolüstü Bakıda dayanan

İsrailin keçmiş Baş naziri Exud Olmerti qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə İsrail arasında münasibətlərə dair

fikir mübadiləsi aparılmışdır.

Page 215: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

215

BELÇİKANIN KRALI ƏLAHƏZRƏT II ALBERTƏ

Əlahəzrət!

Brüssel şəhəri yaxınlığında baş vermiş ağır dəmir yolu

qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca

kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın

adamlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan

xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və

xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 fevral 2010-cu il

Page 216: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

216

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

DƏNİZKƏNARI MİLLİ PARKDA İNŞA EDİLƏN

BAKI BİZNES MƏRKƏZİNDƏ TİKİNTİ

İŞLƏRİNİN GEDİŞİ İLƏ TANIŞ OLMUŞDUR

Bakı

17 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 17-də Dənizkənarı Milli Parkda inşa edilən Bakı Biznes

Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Bakı Biznes Mərkəzi sahibkarlar arasında işgüzar əlaqələrin

daha da genişləndirilməsinə, beynəlxalq tədbirlərin, biznes

forumların yüksək səviyyədə təşkilinə, yerli istehsal və

xidmətlərin təbliğinə yeni imkanlar yaradacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev inşaat işlərinin gedişi

ilə tanış olmaq üçün obyektə gəldi. Dövlətimizin başçısına

görülən işlər barədə məlumat verildi. Bildirildi ki, ümumi sahəsi

4664 kvadratmetr olan üçmərtəbəli binanın 2025 kvadratmetrlik

birinci mərtəbəsində sərgi salonu yerləşəcəkdir. Burada,

həmçinin iştirakçıların sayı 300 nəfərədək olan müxtəlif

tədbirlər, konfranslar təşkil ediləcəkdir. Salonda İtaliyadan

gətirilmiş ən müasir texnika – tərcümə avadanlığı,

səsgücləndirici qurğular, monitor və proyektorlar

quraşdırılacaqdır.

Prezidentə məlumat verildi ki, sahəsi 1721 kvadratmetr olan

binanın ikinci mərtəbəsində isə on iki, iyirmi beş və əlli nəfərlik

üç görüş və konfrans zalları yerləşəcəkdir. İkinci mərtəbədə,

həmçinin 250 yerlik restoran da fəaliyyət göstərəcəkdir. Burada

da müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait

yaradılacaqdır. Sahəsi 918 kvadratmetr olan üçüncü mərtəbədə

Page 217: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

217

8 ofis və görüş otaqları vardır. Binanın bütün mərtəbələrində ən

müasir mebellər və avadanlıq quraşdırılacaq, dünya

standartlarına cavab verən liftlər və eskalatorlar işləyəcəkdir.

Bakı Biznes Mərkəzi ən müasir tələblərə cavab verən

havalandırma sistemi və yanğınsöndürmə avadanlığı ilə təchiz

olunmuşdur. Mərkəzin ərazisində Dənizkənarı Milli Parka

xüsusi yaraşıq verən fəvvarə də quraşdırılmışdır.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı

tikintinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı

müvafiq tapşırıqlarını verdi.

Page 218: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

218

BOLQARISTAN RESPUBLİKASININ

PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB GEORGİ

PIRVANOVA

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün

xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi

təbriklərimizi yetirirəm.

Bu gün Azərbaycan–Bolqarıstan münasibətləri hərtərəfli

inkişaf yolundadır. Ümidvaram ki, dostluq əlaqələrimizin daim

möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə,

Avropa İttifaqının həyata keçirdiyi proqram və layihələr

çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam

etdirilməsi istiqamətində bundan sonra da ardıcıl səylər

göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, səadət,

işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına sülh və tərəqqi

arzulayıram.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 fevral 2010-cu il

Page 219: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

219

QANA RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB CON EVANS ATTA MİLLSƏ

Hörmətli cənab Prezident!

Qana Respublikasının milli bayramı – Müstəqillik günü

münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik

edirəm.

Ümidvaram ki, Azərbaycan–Qana münasibətlərinin inkişafı

daim xalqlarımız arasında dostluq və əməkdaşlığın

möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və

firavanlıq diləyirəm.

Hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 18 fevral 2010-cu il

Page 220: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

220

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

POLŞANIN MİLLİ TƏHLÜKƏSİZLİK

BÜROSUNUN RƏHBƏRİ ALEKSANDR

ŞÇIQLONUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ

HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Bakı

18 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 18-də Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri

Aleksandr Şçıqlonun başçılıq etdiyi nümayəndə heyətini qəbul

etmişdir.

Aleksandr Şçıqlo Polşa Prezidenti Lex Kaçinskinin

salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Görüşdə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbərinin

ölkəmizə səfərinin Azərbaycan ilə Polşa arasında uğurla inkişaf

edən ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi ilə

bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığı

vurğulandı, dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin və

həmçinin ölkələrimiz arasında mövcud dostluq əlaqələrinin

regional əməkdaşlıq baxımından önəmi qeyd edildi.

Dövlətimizin başçısı Polşa Prezidenti Lex Kaçinskinin

salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını

Polşa dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Page 221: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

221

2010-CU İL AZƏRBAYCAN TARİXİNƏ EKOLOJİ

VƏZİYYƏTİN YAXŞILAŞDIRILMASI

SAHƏSİNDƏ DÖNÜŞ İLİ KİMİ YAZILACAQDIR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

YANINDA EKOLOJİ PROBLEMLƏRƏ HƏSR

OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Bakı

18 fevral 2010-cu il

Fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş

müşavirə keçirilmişdir. Dövlətimizin başçısı müşavirəni giriş

nitqi ilə açmışdır.

PREZİDENT İLHAM ƏLİYEVİN GİRİŞ NİTQİ

– Bu il Azərbaycanda «Ekologiya ili» elan edilib. Biz

bütün il ərzində və ondan sonrakı illərdə ekoloji məsələlərin

həllinə böyük diqqət göstərməliyik. Artıq uzun illərdir ki,

Azərbaycanda bu istiqamətdə işlər görülür. Bir müddət bundan

əvvəl geniş ekoloji proqram qəbul edilmişdir. Proqram

çoxşaxəlidir, çox müfəssəl proqramdır. Proqramda həllini

gözləyən, vacib olan bütün məsələlər öz əksini tapıb, eyni

zamanda, konkret icra mexanizmləri də müəyyən edilibdir.

Maliyyə resursları haqqında orada kifayət qədər istiqamətlər

vardır. Bir sözlə, biz ekoloji vəziyyətin sağlamlaşdırılması

istiqamətində daha da ciddi addımlar atmalıyıq.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı son illər ərzində

dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Bunu həm

iqtisadi göstəricilər əyani şəkildə sübut edir, eyni zamanda,

Page 222: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

222

Azərbaycanda görülən işlər göz qabağındadır. Bizim iqtisa-

diyyat 6 il ərzində təxminən 3 dəfə artıbdır. Bu, dünyada

analoqu olmayan inkişafdır. Hətta bütün dünya üçün ağır olan

2009-cu ildə bizim iqtisadiyyatımız 9,3 faiz artıb. Ümumi daxili

məhsulun artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı

dayanıqlıdır, çoxşaxəlidir və uğurludur.

Bütün bu işlərin təməlində apardığımız islahatlar, ölkəmizin

hərtərəfli inkişafı, regionların sosial-iqtisadi inkişafının icrası

ilə bağlı görülən tədbirlər, regional proqramın birinci

mərhələsinin uğurla başa çatdırılması və Azərbaycanda gözəl

investisiya iqliminin yaradılması dayanır. Bu gün Azərbaycanda

investisiyalar həm xaricdən daxil edilir, həm də ancaq son bir

neçə il ərzində daxili investisiyalar xarici investisiyaları

üstələyir. Bu onu göstərir ki, artıq Azərbaycan dövləti və

Azərbaycan şirkətləri öz ölkəsinə böyük sərmayə qoyulması

istiqamətində önəmli addımlar atırlar.

Azərbaycanda investisiya iqlimi gələcəkdə də müsbət

olacaqdır. 2009-cu ildə həm beynəlxalq maliyyə qurumları, həm

kommersiya bankları, yəni dünyada fəaliyyət göstərən

kommersiya bankları müəyyən dərəcədə maliyyə sıxıntıları

içində idilər. Buna baxmayaraq, Azərbaycana ayrılan kreditlər,

onların məbləği artır. Xarici şirkətlər hətta 2009-cu ildə

Azərbaycan iqtisadiyyatına böyük sərmayənin qoyulması

istiqamətində vacib addımlar atmışlar. 2009-cu ildə ölkə

iqtisadiyyatının şaxələndirilməsi üçün çox vacib sənaye

obyektlərinin açılışında iştirak etmişik, eyni zamanda, çox vacib

müəssisələrin təməl daşı qoyulmuşdur.

Görülən bütün bu işlər, yenə də deyirəm ki, çox konseptual

xarakter daşıyır. Biz çox ciddi proqram üzərində işləyirik.

Proqram çoxşaxəlidir. Proqramın əsas vəzifəsi Azərbaycan

iqtisadiyyatını gücləndirmək, şaxələndirmək, Azərbaycanın

bütün problemlərini həll etmək, insanların sosial problemlərinin

həlli üçün vacib addımlar atmaq və beləliklə, ölkəmizin

müstəqilliyini, iqtisadi azadlığını, iqtisadi müstəqilliyini

gücləndirməkdir. Azərbaycanda sahibkarlığın inkişafı üçün çox

Page 223: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

223

gözəl şəraitin yaradılması, əlbəttə, həmişə olduğu kimi, prioritet

məsələlərdən biridir.

Əlbəttə ki, son illərdə ölkə qarşısında duran əsas vəzifələr

diqqət mərkəzindədir. Çünki biz çalışırdıq və çalışırıq ki,

ölkəmiz uğurla inkişaf etsin. İlk növbədə ölkə üçün ən vacib

problemlərin həllinə diqqət göstərilmişdir. İnfrastruktur

layihələri, iqtisadi islahatlar, investisiyalar, sosial məsələlərin

həlli. Energetika sektorunda böyük sərmayələr qoyulubdur.

Həm neft-qaz istehsalı bir neçə dəfə artıbdır, eyni zamanda,

Azərbaycan öz ixrac imkanlarını böyük dərəcədə genişləndirə

bilibdir. Bizim neft-qaz sahəsindəki uğurlar bütün dünya

tərəfindən tanınır. Azərbaycan özünü etibarlı tərəfdaş kimi artıq

dünyada təsdiq edibdir. Bu gün çoxşaxəli ixrac marşrutlarımız

imkan verir ki, təkcə bir marşrutdan asılı olmayaq. Beləliklə,

həm iqtisadi, həm siyasi imkanlarımız daha da genişlənir.

Elektrik enerjisinin istehsalı üçün əlavə güclərin yaradılması

istiqamətində də çox vacib, konkret addımlar atılmışdır. Bu gün

Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir.

Bununla bərabər, ərzaq təhlükəsizliyinin təmin edilməsi işində

vacib addımlar atılmışdır, böyük investisiyalar qoyulmuşdur.

Bu gün biz özümüzü əsas ərzaq məhsulları ilə demək olar ki,

təmin edirik. Çalışmalıyıq ki, yerli istehsalı daha da artıraq və

kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı bütün məsələləri

həll edək, yeni bazarlar əldə edək. Beləliklə, kənd təsərrüfatının

inkişafını da gələcəkdə təmin etmək üçün lazımi tədbirlər

görüləcəkdir.

Mən bütün bu məsələləri ona görə deyirəm ki, ölkə

qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini

tapmalı idi, onların böyük əksəriyyəti öz həllini tapıbdır.

Gələcək illərdə, xüsusilə regionların və ümumiyyətlə, ölkəmizin

sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin

uğurla başa çatdırılması üçün 2013-cü ilə qədər bütün əsas

məsələlər öz həllini tapmalıdır.

Ekologiya məsələlərinə gəldikdə, sirr deyil ki, əsrlər boyu

bizim regionda bu məsələlərə ciddi diqqət verilmirdi. Ekoloji

Page 224: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

224

tarazlığın bərpa edilməsi, ekoloji tədbirlərin görülməsi, ətraf

mühitin qorunması sanki beşinci, onuncu dərəcəli məsələ kimi

gündəlikdə dayanırdı. Yəni, hətta ekologiya sözü, əvvəlki

illərdə o qədər də çox işlədilmirdi. Beləliklə, Abşeron

yarımadasının torpaqlarının müəyyən hissəsi çirklənibdir. Neft

tullantıları ilə çirklənmiş gölməçələr bu gün də bizi narahat edir.

Məişət tullantılarının utilizasiyası məsələləri ilə demək olar ki,

ciddi məşğul olmamışıq. Azərbaycanda içməli su problemi

həmişə, bütün dövrlərdə ən ciddi, ən böyük problemlərdən biri

idi. Bu gün də bu problem deyə bilərəm ki, həllini gözləyən

əsas problemlərdən biridir. Yəni ki, bütövlükdə ekologiya

məsələlərinə bir az ögey münasibət bəslənilirdi. Deyə bilərəm

ki, bütün sovet məkanında, postsovet məkanında, Sovet İttifaqı

zamanında daha çox planın icrası məsələləri nəzərdə tutulurdu.

Ancaq ekoloji tədbirlər ya yarımçıq görülürdü, ya görülmürdü.

Sovet İttifaqına xas olan bütün bu ümumi meyillərə

baxmayaraq, Azərbaycanda ekoloji məsələlərin həlli işinə 1970-

80-ci illərdə böyük diqqət göstərilirdi. Bu gün Bakının ətrafında

gördüyümüz ağaclar, meşəliklər, yaşıllıq zolaqları ulu öndər

Heydər Əliyevin təşəbbüsü, onun şəxsi iştirakı ilə salınmışdır.

O illərdə Bakının kanalizasiya probleminin həlli istiqamətində

vacib addımlar atılmışdır. Yəni, bütün bu məsələlər o vaxt

imkan daxilində görülürdü. Ancaq əlbəttə ki, Azərbaycan

müstəqil dövlət deyildi və bu sahədə müstəqil siyasət apara

bilmirdi.

Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir.

Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət

göstərilir. Ona görə ki, bu gün Azərbaycan qarşısında həllini

gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin

yaxşılaşdırılmasıdır. Qeyd etdiyim kimi, bu istiqamətdə vacib

addımlar atılıbdır, konkret proqram qəbul edilibdir. Bu gün isə

mən hesab edirəm ki, biz əlavə tədbirlər haqqında danışmalıyıq.

Təsadüfi deyil ki, mənim təşəbbüsümlə 2010-cu il

Azərbaycanda «Ekologiya ili» elan edilmişdir. Artıq bütün

cəmiyyətdə bu təşəbbüs müsbət qarşılanır və görülən tədbirlər

Page 225: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

225

əhali tərəfindən, ictimaiyyət tərəfindən dəstəklənir, ağacəkmə

kampaniyası və digər vacib məsələlər xalqın iştirakı ilə həyata

keçirilir.

Mən hesab edirəm ki, ekologiya tədbirlərinin görülməsi

ancaq 2010-cu illə məhdudlaşmamalıdır. Biz bundan sonrakı

illərdə bu məsələlərə ciddi diqqət göstərməliyik. Həllini

gözləyən əsas məsələlər aydındır. Bu gün biz bu barədə

danışacağıq. Ətraf mühitin qorunması, əhalinin içməli su ilə

təmin edilməsi – bu istiqamətdə də kompleks tədbirlər görülür.

Hansısa bir istiqamətdən söhbət getmir. Burada həm də Oğuz–

Qəbələ–Bakı su kəmərinin tikintisi nəzərdə tutulur. Ümid

edirəm ki, bu il bu su kəməri – Bakıya hava-su kimi lazım olan

bu kəmər istifadəyə veriləcək və beləliklə, Bakı əhalisi təmiz

içməli su ilə təmin ediləcəkdir. Samur–Abşeron kanalının

tikintisi, – bu da çox böyük vəsait tələb edən layihədir, – uğurla

davam edir. Artıq 122 kənddə kiçik təmizləyici modul qurğular

quraşdırılıbdır və 220 mindən çox vətəndaş – əvvəllər çay

sularından, bulanıq sulardan istifadə edən vətəndaşlar bu gün

təmiz içməli su ilə təmin edilir. Hazırda 60-dan yuxarı kənddə

işlər gedir və hesab edirəm ki, bu il, ümumiyyətlə, bu proqram

çərçivəsində 350 mindən çox vətəndaş təmiz içməli su ilə təmin

ediləcəkdir. Bu proqram bundan sonrakı illərdə davam

etdirilməlidir.

İçməli su ilə bərabər, əlbəttə ki, biz həm Bakının, həm

ölkəmizin bütün şəhər və rayonlarının kanalizasiya məsələlərini

həll etməliyik. Keçən ilin sonunda biz Bakıda Hövsan aerasiya

stansiyasının açılışında iştirak etmişik. Bu, çox vacib layihədir.

Bu, demək olar ki, Bakının kanalizasiya problemlərinin böyük

hissəsini həll edir. Ancaq tam həll etmir. Əlavə tədbirlər planı

vardır. Biz bu il və gələn illərdə bu məsələlərə böyük diqqət

göstərməliyik ki, Bakının bütün kanalizasiya sistemi yeniləşsin,

müasirləşsin, ən yüksək standartlara cavab versin. Beləliklə,

şəhərimiz üçün bütün dövrlərdə çox ciddi olan bu problem öz

həllini tapacaqdır.

Page 226: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

226

Bu gün Azərbaycanda yaşıllaşdırma istiqamətində vacib

addımlar atılır, ağacəkmə kampaniyası uğurla davam edir. Qeyd

etdiyim kimi, Azərbaycan vətəndaşları bu gözəl təşəbbüsə çox

fəal şəkildə qoşulmuşlar. Qarşıya vəzifə qoyulmuşdu ki, qısa

müddət ərzində Bakıda və Abşeron yarımadasında ən azı 3

milyon ağac əkilsin, bütün suvarma işləri təmin edilsin və bu

istiqamətdə vacib addımlar atılır. Biz artıq nəticələri görürük.

Bakının müxtəlif yerlərində artıq bu çox gözəl mənzərə göz

qabağındadır. Əvvəlki illərdə antisanitariya mənbəyi olan

aeroport yarmarkası köçürüldü və o boşalan ərazidə böyük meşə

zolaqları yaradılır. Yəni, bu istiqamətdə işlər görülür və biz bu

gün bu barədə eşidəcəyik.

Havanın çirklənməsi məsələlərinə böyük diqqət göstəril-

məlidir. Mən bir müddət bundan əvvəl müvafiq göstərişlər

vermişəm ki, biz Azərbaycanda bu istiqamətdə bütün məsələləri

Avropa standartlarına uyğunlaşdırmalıyıq. Mənə verilən

məlumata görə, havanın çirklənməsinin 70 faizi avtonəqliyyatın

payına düşür. Hesab edirəm ki, nəzərdə tutulmuş tədbirlərin

icrası nəticəsində biz bu sahədə də Avropa standartlarına

çatacağıq.

Əlbəttə ki, bu, asan proses deyildir. Çox böyük tədbirlərin

görülməsi nəzərdə tutulur. Ancaq biz bunu etməliyik.

Bir sözlə, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində

çox işlər görülməlidir. Əsas məsələ ondan ibarətdir ki,

Azərbaycan dövlətinin bu işlərin görülməsi üçün ciddi və güclü

iradəsi vardır. Konkret fəaliyyət proqramı tərtib edilibdir. Bu

gün biz bir daha bütün bu məsələləri təhlil edib, əlavə

tədbirlərin görülməsi haqqında qərarlar verəcəyik ki, 2010-cu

ildə və ondan sonrakı illərdə bu istiqamətdə ən ciddi addımlar

atılsın.

Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər

nəticəsində bir neçə ildən sonra görəcəyik ki, Azərbaycan

vətəndaşlarının sağlamlığı daha da möhkəmlənib. Çünki insan

sağlamlığına ən ciddi zərbə vuran amil ekoloji vəziyyətin lazımi

səviyyədə olmamasıdır. Hava, su, ətraf mühit – bütün bu amillər

Page 227: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

227

insanın sağlamlığına ən böyük təsir edən amillərdir. Əgər biz bu

istiqamətdə işlərimizi ən qabaqcıl Avropa ölkələrinin

standartlarına uyğunlaşdırsaq, görəcəyik ki, müəyyən

müddətdən sonra həm insanların sağlamlığı, həm onların fiziki

qabiliyyəti, həm ümumiyyətlə, Azərbaycanda yaşamaq üçün ən

lazımi şərait yaradılmışdır. Bu istiqamətdə görülmüş işlər

sayəsində xalqımız daha da yaxşı yaşayacaq, sağlam olacaq və

Azərbaycan hərtərəfli inkişafını bundan sonra daha da uğurla

irəliyə aparacaqdır.

İndi isə söz verilir ekologiya və təbii sərvətlər naziri Hüseyn

Bağırova.

* * *

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağirov

müşavirədə çıxış edərək dedi:

– Zati-aliləri cənab Prezident!

Sizin, ölkəmizin iqtisadi, sosial, mədəni və digər sahələrin

inkişafına, yeni iş yerlərinin yaradılmasına, eləcə də ətraf

mühitin sağlamlaşdırılması, xalqımızın rifahının yaxşılaş-

dırılması naminə təbii sərvətlərdən istifadə məsələlərinə

göstərdiyiniz iradə, qətiyyət gündəlik diqqət və qayğının, həyata

keçirilən ardıcıl tədbirlərin nəticəsində qazanılmış uğurlar

əhalinin ekoloji şüurunda da müsbət dəyişikliklərə gətirib

çıxarmış, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş

tədbirlər ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaratmışdır.

Hüseynqulu Bağırov dövlətimizin başçısı tərəfindən 2010-cu

ilin «Ekologiya ili» elan olunmasının həm ölkəmizdə, həm də

onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılandığını

bildirdi. Nazir «Ekologiya ili» və Prezident İlham Əliyev

tərəfindən təsdiq olunmuş ətraf mühit sahəsində strateji

proqramların icrası vəziyyəti barədə dövlətimizin başçısına

məlumat verərək dedi:

– Hörmətli cənab Prezident, tərəfinizdən təsdiq edilmiş ətraf

mühit sahəsində strateji proqramlar müvəffəqiyyətlə icra

olunur. «Azərbaycan Respublikasında ekoloji vəziyyətin

Page 228: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

228

yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks

Tədbirlər Planı» mövcud problemlərin həllinə, xüsusilə Bakı

şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması

istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu istiqamətdə

iri layihələr uğurla həyata keçirilmiş və hazırda davam etdirilir.

Ətraf mühitə təsirlər iqtisadiyyatın müxtəlif sahələri ilə bağlıdır

və bir sıra dövlət qurumları ekoloji problemlərin həlli

istiqamətində tədbirlər görürlər. İqtisadi İnkişaf Nazirliyi,

«Azərsu» Səhmdar Cəmiyyəti, Dövlət Neft Şirkəti və digər

təşkilatlar tərəfindən tullantıların və çirkab suların idarə

olunmasının təskmilləşdirilməsi, neftlə çirklənmiş ərazilərin,

Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması və sair

istiqamətlərdə layihələr həyata keçirilir.

Möhtərəm Prezident, icazə verin bütün bunlarla bərabər,

nazirlik tərəfindən ətraf mühitin sağlamlaşdırılması istiqamə-

tində Sizin tapşırığınız əsasında görülmüş və hazırda həyata

keçirilən işlər barədə qısa məlumat verim. Təşəbbüsünüzlə

həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə edən və

səmərəli nəticələr verən Əhalinin ekoloji cəhətdən təmiz su ilə

təminatının yaxşılaşdırılması proqramı” üzrə fəaliyyət davam

etdirilir. Sizin də bildirdiyiniz kimi, artıq 12 rayonun 122-dən

çox kəndində yekunlaşdırılmış işlər nəticəsində 224 min əhali

Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli

su ilə təmin olunmuşdur. Bunun üçün həm də 1300-ə qədər

bulaqbölüşdürücü məntəqə, 600 kilometrdən çox su xətti inşa

edilmişdir.

Tapşırığınızla reallaşdırılan Xəzər dənizinin çirklənmədən

qorunması ilə bağlı digər uğurlu proqram çərçivəsində Abşeron

yarımadasında modul tipli çirkab su təmizləyici qurğulardan

ibarət 16 stansiya qurularaq «Xəzər dənizinin ekoloji mühitinin

mühafizəsi sistemi» yaradılmışdır. «Azərsu» SC-nin

sərəncamında olan iri təmizləyici qurğularla bərabər, bu

sistemin fəaliyyəti nəticəsində Pirallahıdan Novxanıyadək 86

kilometr məsafədə sahilboyu ərazilərdən gün ərzində təkcə bu

stansiyaların gücü ilə 6 min kubmetrdən çox çirkab suyun

Page 229: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

229

təmizlənmədən dənizə axıdılmasının qarşısı alınmış, həmin

ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm

nailiyyətlər əldə olunmuşdur.

Lakin istər yaşayış məntəqələrində, istərsə də Xəzər

akvatoriyasında quraşdırılaraq müvafiq bələdiyyələrin

istifadəsinə verilmiş modul təmizləyici qurğuların istismarı ilə

bağlı əlavə tədbirlər labüddür. Abşeron yarımadasının təhlükəli

tullantılardan təmizlənməsi sahəsində də işlər uğurla aparılır.

Bakı və Sumqayıt şəhərlərindən müxtəlif tərkibli təhlükəli

istehsalat tullantıları təhlükəli tullantıların idarə olunması üzrə

Milli Mərkəzə daşınaraq basdırılır. O cümlədən Sumqayıtda

ətraf mühitin ciddi çirklənməsinə səbəb olan 287 min ton civə

tərkibli toksiki tullantıların bir neçə il ərzində təhlükəli

tullantılar poliqonuna daşınaraq zərərsizləşdirilməsi prosesi

2009-cu ildə başa çatdırılmışdır.

Bu işlərin səmərəliliyini artırmaq məqsədi ilə poliqonun

infrastrukturu inkişaf etdirilmiş, qaz, su və elektriklə tam təmin

edilmişdir. Bu da təhlükəli tullantıları emal yolu ilə

zərərsizləşdirmək imkanı yaratmışdır. Hazırda poliqonda 250

min kubmetr tutumunda yeni hücrənin inşası tamamlanır.

Regionların yüksək sürətli inkişafı respublikanın digər

bölgələrində də təhlükəli tullantıların idarə olunması problemini

aktuallaşdırmışdır. Bu baxımdan Gəncədə və yaxın rayonlarda

formalaşan təhlükəli tullantıların zərərsizləşdirilməsi üçün ilk

regional təhlükəli tullantılar poliqonunun yaradılması

məqsədəuyğun hesab edilir.

Hörmətli cənab Prezident, meşələrin mühafizəsi, bərpası,

yeni meşəliklərin salınması sahəsindəki göstəricilər durmadan

artır. Təkcə son üç ildə 32 min 211 hektar ərazidə meşəbərpa

tədbirləri aparılmışdır. Sevindirici haldır ki, son 15 ildə meşə ilə

örtülü sahələr 989 min hektardan 1 milyon 21 min hektara

qaldırılmışdır ki, bu da respublikada meşə ilə örtülü ərazilərin

11,4 faizdən 11,8 faizə qədər artması deməkdir. Bu göstəricilər

beynəlxalq peykdən müşahidə təşkilatlarının təhlillərində də

təsdiqini tapmışdır.

Page 230: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

230

Sizin tapşırığınıza əsasən paytaxtda və respublikamızın

bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. 2008-ci

ilin əvvəlindən başlayaraq Bakı-Qazax magistral avtomobil

yolunun Atbulaq yaşayış məntəqəsindən Hacıqabul rayon

mərkəzinədək olan 28 kilometrlik hissəsində 172 min ağac və

kol əkilmişdir. Ərazidə ümumi tutumu 35 min kubmetr olan su

anbarı yaradılmış, müasir damcılı suvarma sistemi ilk dəfə

yaşıllaşdırma proqramlarında istifadə edilmişdir. Həyata

keçirilən aqrotexniki tədbirlər nəticəsində ərazidə 90 faizdən

yuxarı bitişə nail olunmuşdur.

Oxşar nəticələr digər yaşıllaşdırma işləri aparılan sahələrdə

də əldə edilmişdir. Zığ-Heydər Əliyev adına Beynəlxalq hava

limanı yolunun ətrafında 144 hektar ərazidə 140 mindən çox

ting əkilmişdir. Günəşli yamacında 52 hektar ərazidə 69 min

üzüm tingləri və ümumi yaşıllığı yaradaraq landşaftı

nəcibləşdirən başqa bitkilər əkilmişdir. Əzizbəyov dairəsi –

Heydər Əliyev adına Beynəlxalq hava limanı yolu ətrafında

landşaftın bərpa edilməsi üçün 109 min kubmetr torpaq işləri

aparılmış, 56 hektar sahədə 61,6 min ağac və kol əkilmiş, 63,5

min kvadratmetr sahəyə yaşıl çəmən salınmışdır.

Yaşıllaşdırılmış ərazilərin suvarılması üçün əlavə olaraq

2009-cu ilin sonunda 13 artezian quyusu qazılmış və su tutumu

10 min kubmetrdən çox olan su anbarı inşa edilmiş, uzunluğu

88 kilometr olan suvarma şəbəkəsi yaradılmışdır.

Bundan əlavə, Abşeron yarımadasında 3 milyon ağac

əkilməsi ilə bağlı tapşırığınızın icrası ilə əlaqədar

yaşıllaşdırılacaq ərazilər seçilmiş, həmin ərazilərdə, keçmiş

Binə ticarət mərkəzinin ərazisi də daxil olmaqla, nazirliyin

daxili imkanları hesabına 472 min kubmetr torpaq işləri

görülmüş, hamarlanmış əraziyə 6 min 400 kubmetr münbit

torpaq, 2 min 160 kubmetr üzvi gübrə daşınmış, 9 artezian

quyusu qazılmış, 10,5 kilometr uzunluğunda suvarma sistemi

yaradılmışdır. Son iki ayda təkcə Bakı, Sumqayıt şəhərlərinin

ərazilərində və yarımadanın digər sahələrində 204 mini

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən olmaqla, Bakı

Page 231: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

231

və Sumqayıt İcra Hakimiyyəti orqanlarının iştirakı ilə cəmi 573

min ağac və kol əkilmişdir. 2009-cu ilin dekabrında Sizin

iştirakınızla keçirilmiş iməcilikdən sonrakı dövrdə respublikada

ümumilikdə 2 milyondan çox ağac əkilmişdir. Ümumiyyətlə

isə, son payız mövsümündə – sentyabr ayından bəri respublika

ərazisində cəmi 3 milyon 12 min ağac və kol əkilmişdir ki,

bunlardan da 668,96 mini müvafiq icra hakimiyyəti orqanlarının

iştirakı ilə həyata keçirilmişdir.

Bioloji müxtəlifliyin qorunub saxlanılması nazirliyin

fəaliyyətində əsas istiqamətlərdən biri olaraq qalır. Aparılmış

tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət əraziləri

inkişaf etdirilmiş, onların sahəsi 2003-cü ildən etibarən 478 min

hektardan 876 min hektaradək artırılmışdır. Hazırda 8 milli

park, 11 qoruq və 24 yasaqlıqdan ibarət bu şəbəkə ölkənin

ərazisinin 10,1 faizini əhatə edir. Başlanğıcda isə bu, 5 faizdən

aşağı idi. Xüsusən, Cənubi Qafqazda sahəsi 115 min 895 hektar

olan ən böyük Şahdağ Milli Parkının yaradılması ilə bağlı

Sərəncamınız biomüxtəlifliyin qorunması işinə böyük töhfə

vermişdir.

Möhtərəm cənab Prezident, Sizin qabaqcıl dünya təcrübəsinə

və yeni texnologiyaların tətbiqinə diqqətiniz nəticəsində ölkədə

müasir ekoloji monitorinq sistemi yaradılmışdır. Ətraf mühit

komponentlərinin dəqiq analizi və qiymətləndirilməsi məqsədi

ilə respublikanın müxtəlif bölgələrində, o cümlədən ölkəyə

daxil olan transsərhəd çayların üzərində ən müasir cihazlarla

təmin olunmuş analitik tədqiqat laboratoriyaları təşkil

edilmişdir. Çoxfunksiyalı və avtomatik rejimdə işləyən müasir

cihazlar havada, suda və torpaqda 3 mindən artıq çirkləndiricini

təyin etməyə imkan verir. Nüvə texnologiyalarından istifadə

edən ölkələrlə sərhəd rayonlarda və Pirallahı adasında radiasiya

fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi

quraşdırılmışdır ki, həmin şəbəkədən artıq avtomatik rejimdə

məlumatlar həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

monitorinq xidmətinə, bilavasitə mərkəzinə, həm də Fövqəladə

Hallar Nazirliyinə ötürülür.

Page 232: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

232

Milli hidrometeorologiya xidmətinin müasir tələblərə uyğun

inkişafı üçün hidrometeoroloji müşahidə şəbəkəsi

modernləşdirilmış, proqnoz sistemi müasir telekommunikasiya

və informasiya texnologiyaları ilə təmin olunmuşdur. Əslində,

bu iş bundan sonra da davam etdirilməlidir. Çünki rayonlarda

olan stansiyalarımızda bütün sistemlər bərpa olunsa da, köhnə

avadanlıqdan hələ də istifadə edilir. Ancaq hazırda həmin

stansiyaların Finlandiya istehsalı olan və Azərbaycanda texniki

imkanları nəzərdən keçirilən avtomatik meteostansiyalarla

təchiz edilməsi prosesi gedir.

Meteoroloji şəraitin və buzlaqların dəqiq, təkmil müşahidəsi,

flora və faunanın dərindən öyrənilməsi məqsədi ilə Azərbaycan

Respublikasının yüksək dağlıq ərazilərində Kompleks

Hidrometeoroloji və Ekoloji Tədqiqat Elmi Mərkəzi

yaradılmışdır. Kompleks Elmi Mərkəzin bazasında və Şahdağın

zirvəsində 2 avtomat meteoroloji stansiya quraşdırılmış və

alternativ enerji hesabına onların fasiləsiz fəaliyyəti təmin

edilmişdir.

Möhtərəm cənab Prezident, tərəfinizdən 2010-cu ilin

«Ekologiya ili» elan edilməsi ilə bağlı cari ilin prioritet

istiqamətləri üzrə müvafiq layihələr hazırlanmışdır. Həyata

keçirdiyiniz uğurlu siyasətə söykənərək Abşeron yarımadasında

neft tullantıları və digər zərərli maddələrlə çirklənmiş

torpaqların və göllərin bərpası əsas prioritet istiqamət

seçilmişdir. Burada göllərin və ətrafının təmizlənməsi,

torpaqların rekultivasiyası hesabına ərazilərin reabilitasiyası

nəzərdə tutulmuşdur. Bununla bağlı hərtərəfli araşdırmalar

aparılmış, müvafiq layihə təklifləri hazırlanmışdır. Bu işlərin

ilkin olaraq Zığ gölünün ətrafında aparılması məqsədi ilə

hazırlanmış “Zığ gölünün və ətraf ərazilərin neft tullantılarından

təmizlənməsi və torpaqların reabilitasiyası” layihə-smeta

sənədləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılır.

Müvafiq qərar veriləcəyi təqdirdə növbəti mərhələdə bu işlər

Çuxurdərə, Bülbülə, Hacıhəsən, Qırmızıgöl, Masazır və digər

göllərin yerləşdiyi ərazilərdə aparıla bilər. Eyni zamanda, Neft

Page 233: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

233

Şirkətinin nümayəndələri layihədə iştirak edirlər. Şirkət

balansında olan neftlə çirklənmiş geniş ərazilərdə öz vəsaitləri

hesabına təmizləmə işlərini çox sürətlə aparır.

Digər prioritet – təşəbbüsünüzlə geniş vüsət almış

yaşıllaşdırma tədbirləridir. Bu tədbirlərin iki istiqamətdə həyata

keçirilməsi təklif olunur. Birinci istiqamət Abşeron

yarımadasında yaşıllaşdırma işləridir. Bu tədbirlərin Zığ gölü və

Heydər Əliyev adına Beynəlxalq hava limanı, Əzizbəyov-

Sabunçu dairələri, Bakı yamacı – 20-ci Sahəarası ərazilərdə və

digər yerlərdə həyata keçirilməsi üçün hazırlanmış layihə-smeta

sənədləri aidiyyəti dövlət orqanları ilə razılaşdırılmadadır. Eyni

zamanda, genişmiqyaslı yaşıllaşdırma tədbirlərinin kifayət

qədər suvarma suyu ilə təmin edilməsi üçün təmizlənmiş

tullantı sulardan təkrar istifadə məsələsi araşdırılmış, Hövsan,

Binə, Lökbatan, Səngəçal və Qobustan qəsəbələri ətrafında

təmizlənmiş tullantı sularının texniki bitkilərin suvarılmasına

yönəldilməsi üzrə ilkin layihə hazırlanmışdır. Misal üçün,

Hövsanda aerasiya stansiyası tamamilə yeniləşdirilərək Sizin

iştirakınızla istifadəyə verilmişdir. Çirkab suları burada

təmizləndikdən sonra Xəzər dənizinə axıdılır. Nəzərə alsaq ki,

dəniz suyunun şirinləşdirilməsinə nisbətən çirkli suların

təmizlənməsi 8-10 dəfə daha ucuz başa gəlir, bu suların əlavə

təmizlənərək o ərazidəki 3 min hektaradək sahənin

yaşıllaşdırılmasında istifadə olunması mümkündür. Bunun

nəticəsində həmin suların dənizə atılması ehtiyacı da kəskin

surətdə azalacaqdır.

İkinci istiqamət – avtomobil yolları boyu ətraf ərazilərin

yaşıllaşdırılması ilə bağlıdır ki, bu da Abşeron yarımadasından

kənara çıxır. Bu məqsədlə birinci mərhələdə Bakı–Ələt, Ələt–

Salyan və Ələt–Atbulaq istiqamətində həyata keçirilən işlərin

davam etdirilməsi nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, çıxışlarınızda səsləndirilmiş

digər prioritet istiqamət “Əhalinin ekoloji cəhətdən təmiz su ilə

təminatının yaxşılaşdırılması proqramı”nın davamlı icrasıdır.

Bu məqsədlə modul tipli sutəmizləyici qurğular quraşdırılmış

Page 234: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

234

122 kəndə əlavə, hazırda 18 rayonun 63 kəndində də həmin

istiqamətdə işlər gedir. Nəticədə daha 125 min insan təmiz

içməli su ilə təmin olunacaqdır. Eyni zamanda, daha 132

yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması

üçün hazırlanmış layihə-smeta sənədləri aidiyyəti dövlət

orqanları ilə razılaşdırılır. Burada iki məqama diqqət yetirmək

istəyirdim. Birincisi, Sizin tapşırığınıza əsasən, artıq bu

layihəyə təkcə Kür və Araz çaylarının, kanalların suyundan

istifadə edən yaşayış məntəqələri yox, həmçinin daha kiçik

çayların, çirklənmiş sulardan istifadə etmək ehtiyacında olan

başqa rayonların da kəndləri daxil edilmişdir.

İkinci məqam isə, ilk dəfədir ki, Abşeron yarımadasında Zirə

və Qala kəndlərində şoranlaşmış quyu sularını şirinləşdirəcək

pilot layihələrin həyata keçirilməsidir. Bu, həmin kəndlərin su

probleminin səhiyyə standartlarına cavab verən səviyyədə

həllini təmin edəcəkdir.

Növbəti prioritet istiqamət Xəzər dənizinin çirklənmədən

qorunmasıdır. Bu məsələdə məqsəd Sizin tapşırığınızla Abşeron

yarımadasının şimal sahilboyu ərazilərində qurulmuş modul

tipli çirkab sutəmizləyici qurğulardan ibarət “Xəzər dənizinin

ekoloji mühitinin mühafizə sistemi”nin cənub istiqamətində

davam etdirilməsidir. Hazırda deyə bilərəm ki, mövcud 6

stansiyanın fəaliyyəti diqqət mərkəzindədir və səmərəli işini

davam etdirir. Onun nəticəsidir ki, hazırda Mərdəkan-Şüvəlan

ərazisindəki bataqlıqlar istifadəyə yararlı vəziyyətə

gətirilmişdir. İş adamları, yerli icra hakimiyyətinin

nümayəndələri orada müvafiq işlər aparırlar.

Prioritet istiqamətlərdən biri də atmosfer havasının

mühafizəsidir. Siz bunu bugünkü müşavirədə də xüsusi qeyd

etdiniz. Burada əsas çirklənmə avtonəqliyyat vasitələri ilə

bağlıdır. Əgər sovet dövründə Azərbaycan Respublikası

atmosferə çirkləndiricilər və karbon birləşmələrini 70 milyon

ton çərçivəsində atırdısa, o dövrdən qalan iqtisadiyatın əsaslı

surətdə yenidən qurulması və bir neçə dəfə böyüməsi

nəticəsində bu dəqiqə atmosferə atdığımız karbon birləşmələri

Page 235: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

235

və çirkləndiricilərin həcmi 38 milyon tona enmişdir. Lakin əgər

70 milyon tonun içində nəqliyyatın payı 4,5 milyon ton idisə,

bu gün artıq 38 milyon tonun haradasa 14-15 milyon tonu təkcə

nəqliyyatın payına düşür. Problemin həlli istiqamətində

tapşırığınıza əsasən hazırlanmış və yaxın vaxtlarda qüvvəyə

minəcək avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan

zərərli maddələrə dair tələblərin Avropa standartlarına

uyğunlaşdırılması üzrə tədbirlər planında artıq bu il Avro-2

standartlarına keçid nəzərdə tutulmuşdur. Şəhərdən kənarda

yeni neft-qaz emalı kompleksinin tikilməsi nəticəsində

Azərbaycanda istehsal olunacaq yanacaq-sürtkü materialları

Avro-5 standartlarına cavab verəcəkdir ki, bu da artıq Avropada

olduğu kimi, Avro-3 və Avro-4 mərhələlərini adlayaraq

birdəfəlik Avro-5 standartlarına keçməyə imkan yaradacaqdır.

Eyni zamanda, atmosfer havasının monitorinqinin

təkmilləşdirilməsi məqsədi ilə Bakıda və digər iri şəhərlərdə

müasir avtomatlaşdırılmış monitorinq sisteminin qurulması

məqsədəmüvafiq olardı.

Sizin əsas prioritetlərdən biri kimi tövsiyə etdiyiniz daha bir

istiqamət tullantıların idarə olunması ilə bağlıdır.

Ölkənin yaşayış məntəqələrinin ərazilərindəki qanunsuz

zibilliklərin ləğv edilməsi və torpaqların reabilitasiyası məqsədi

ilə ilkin olaraq Şamaxı və Hacıqabulda ətraf mühitə minimum

təsir göstərən və istismarı daha ucuz başa gələn müasir regional

poliqonların tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və

aidiyyəti dövlət orqanları ilə razılaşdırılmışdır. Bu məqsədlə

ayrılmış torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı

problemlərin həlli nəticəsində həmin işlərə başlamaq mümkün

olacaqdır. Həmin ərazilərdə 6-8 rayon üçün bir poliqonun

yaradılması tullantıların uzaq məsafələrdən Bakıya gətirilərək

emal edilməsindən ucuz başa gələcəkdir. Belə poliqonların

yerlərdə inşa olunması yaxın 15-20 il üçün problemin həllinə

gətirib çıxaracaqdır. İndi müəyyən yaşayış məntəqələrinin

ətrafında təbiəti çirkləndirən amillər aradan qaldırılacaqdır.

Page 236: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

236

Bioloji müxtəlifliyin qorunub saxlanılması da

prioritetlərimiz sırasındadır. Daimi diqqət və qayğınız sayəsində

qısa müddət ərzində böyük inkişaf yolu keçmiş xüsusi mühafizə

olunan təbiət ərazilərində müasir infrastrukturun yaradılması

son dərəcə aktualdır. Bütün milli parklarda ən müasir ofislərin,

turistləri qəbul etmək üçün imkanların yaradılması artıq faktdır.

Bu sırada, Azərbaycanda ən böyük, Qafqazda ikinci olan

Şahdağ Milli Parkının zəruri infrastrukturunun yaradılması

gündəlikdə durur.

Möhtərəm cənab Prezident, Sizin ətraf mühitin mühafizəsinə

gündəlik diqqət və qayğınız, həmçinin rəhbərliyiniz altında

həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində

yaxın müddətdə ölkədə mövcud ekoloji problemlərin tam olaraq

aradan qaldırılmasına nail olunacaqdır.

Çıxışımı yekunlaşdıraraq Sizi bir daha əmin etmək istərdim

ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Sizin

əzm və iradə ilə həyata keçirdiyiniz müasir dövlət quruculuğu

istiqamətində fəaliyyətinizə bundan sonra da tam dəstək

olacaqdır və bu istiqamətdə Sizin bütün tapşırıqlarınızı

layiqincə yerinə yetirəcəkdir.

* * *

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov

ölkənin hər yerində olduğu kimi, paytaxtda da ekoloji mühitin

yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə

Prezident İlham Əliyevə məlumat verərək dedi:

– Zati-aliləri, hörmətli Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Ölkəmizin sosial-iqtisadi, mədəni və digər sahələrini əhatə

edən sürətli inkişafı müasir dünyanın mühüm problemlərindən

olan ekologiya probleminə də xüsusi diqqət artırmaq zərurətini

ortaya çıxarmışdır. Əlbəttə, məhz ekologiya problemlərinin

həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə

çevrilməsi, möhtərəm Prezident, Sizin Sərəncamınız ilə

Page 237: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

237

«Azərbaycan Respublikasında ekoloji vəziyyətin

yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks

tədbirlər planı»nın təsdiq edilməsi və bu Sərəncamın icrası ilə

əlaqədar olaraq ölkəmizin hər yerində olduğu kimi, Bakı

şəhərində də ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli

tədbirlər həyata keçirilməsinin özü artıq yüksək inkişafın,

dövlətin vətəndaşına qayğısının və Azərbaycanda beynəlxalq

standartların mövcudluğunun göstəricisidir.

Artıq heç kimə sirr deyil ki, bu gün dünyanın müxtəlif

şəhərlərində atmosfer çirklənməsinin çoxu məhz avtomobil

nəqliyyatının payına düşür. Hazırda Bakı şəhərində 549 min

511 avtomobil qeydiyyatdadır ki, bunların da çoxu, başqa sözlə,

80 faizi Avro-3 və Avro-4 standartlarına uyğun deyildir. Həmin

avtomobillərdən atmosferə normadan artıq zəhərli maddələr

ixrac olunur. Xaricdən Avrostandartlara uyğun olmayan

avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısının

alınması və 10-15 il əvvəl istehsal olunmuş köhnə, yararsız,

ekoloji standarta cavab verməyən, istismar müddətini başa

vurmuş avtonəqliyyat vasitələrinin tədricən istismardan

çıxarılması və eyni zamanda, yeni Avrostandarta uyğun

yanacağın istehsalının artırılması Bakı şəhərinin ekologiyasının

qorunmasına gətirib çıxara bilər.

Yüz ildən çox bir zamanı əhatə edən neft sənayesi və

ümumiyyətlə sənaye müəssisələrinin Bakı şəhərində xüsusilə

üstünlük təşkil etməsi, bu zaman kəsiyində keyfiyyətə yox,

kəmiyyətə üstünlük verilməsi və uzun illər ərzində lay sularının

idarə olunmaması səbəbindən neftlə çirklənmiş torpaqların, eyni

zamanda, süni göllərin və gölməçələrin əmələ gəlməsi, neft

emalı zamanı yaranan tullantıların ərazilərdə toplanması ekoloji

vəziyyətə mənfi təsir göstərən mühüm amillər sırasındadır.

Bakı şəhərinin ekoloji vəziyyətinə təsir edən bu amilin

aradan qaldırılması üçün, möhtərəm Prezident, Sizin

göstərişinizə əsasən neftlə çirklənmiş torpaqların təmizlənməsi,

sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni

dünya standartlarına uyğun sənaye müəssisələrinin yaradılması

Page 238: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

238

prosesi gedir ki, artıq bu da öz müsbət nəticəsini verməkdədir.

Eyni zamanda, bu gün fəaliyyət göstərən sənaye

müəssisələrində quraşdırılmış qaz-toz tutucu qurğuların

səmərəli fəaliyyəti nəticəsində Bakı şəhərində stasionar

mənbələrdən atmosferə atılan zərərli maddələrin miqdarının

xeyli dərəcədə azalması müşahidə edilir.

İstismar müddətini başa vurmuş, uzun illərdən bəri həllini

gözləyən və süni çirkab göllərinin yaranmasına, Xəzər dənizinin

çirklənməsinə səbəb olan məsələlərdən biri də kanalizasiya

problemidir. Ekologiyaya mənfi təsir göstərən bu problemin

həllində də vəziyyətin yaxşılaşdırılması istiqamətində,

möhtərəm Prezident, Sizin müvafiq Sərəncamınızla yerinə

yetirilən «Hövsan çirkab sularını təmizləmə qurğusu, 2 saylı

Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya xətlərinin

yenidən qurulması və genişləndirilməsi» layihəsi əsasında

2007-ci ilin aprel ayından etibarən tikinti-quraşdırma işlərinə

başlanılmış və gücü 160 min kubmetr olan yeni 3-cü texnoloji

xətt artıq istifadəyə verilmişdir. Bununla da mövcud stansiyanın

iş qabiliyyəti sutkada 480 min kubmetrdən 640 min kubmetrə

çatdırılmışdır.

Həmçinin bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması

məqsədi ilə, möhtərəm Prezident, Sizin tərəfinizdən 2007-ci il

iyunun 20-də imzalanmış «Xəzər dənizinin çirklənmədən

qorunması üzrə bəzi tədbirlər haqqında» Sərəncamın icrası ilə

əlaqədar xeyli iş görülmüş, beynəlxalq standartlara cavab verən

modul tipli lokal çirkab sutəmizləyici qurğular quraşdırılmışdır

ki, bu da ümumilikdə gün ərzində təxminən 4 min kubmetrdən

artıq çirkab suyun təmizlənməsinə şərait yaratmışdır.

Möhtərəm cənab Prezident!

Uzun illər ərzində Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi

təsir göstərən məişət tullantılarının utilizasiyası ilə əlaqədar

olaraq son vaxtlar böyük işlər görülməkdədir. Belə ki,

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust

tarixli «Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin

təkmilləşdirilməsi haqqında» Sərəncamı ilə «Təmiz şəhər» SC-

Page 239: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

239

nin yaradılması və Sabunçu rayonunun Balaxanı poliqonu

ərazisində tikilməkdə olan məişət tullantıları emalı zavodunun

istifadəyə verilməsi məişət tullantılarının şəhərin ekoloji

vəziyyətinə mənfi təsirinin aradan qaldırılmasında böyük rol

oynayacaqdır.

Azərbaycan Prezidentinin 2006-cı il 28 sentyabr tarixli

Sərəncamı ilə «Azərbaycan Respublikasında ekoloji vəziyyətin

yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks

tədbirlər planı»na və həmçinin möhtərəm Prezident, Sizin

sədrliyinizlə 2009-cu il aprelin 20-də keçirdiyiniz müşavirədə

xüsusilə Bakı şəhəri ərazisində yaşıllıqların və uzunömürlü

ağacların əkilməsi, təbiətin faunasının qorunması ilə əlaqədar

verdiyiniz tapşırığa uyğun olaraq Bakı Şəhər İcra

Hakimiyyətinin müvafiq qurumları tərəfindən paytaxtda ekoloji

vəziyyətin sağlamlaşdırılması üçün yaşıllaşdırmanın inkişafı ilə

bağlı müəyyən işlər görülmüşdür. Bakı Şəhər İcra

Hakimiyyətinin müvafiq qurumları tərəfindən şəhər ərazisində

200 mindən çox ağac, 500 mindən çox gül və bəzək kolu

əkilmiş, çoxlu çəmənliklər salınmış, bağ və park sahələri bərpa

edilmişdir. Eyni zamanda, Bakı şəhərinin rayon icra

hakimiyyətlərinin təqdim etdiyi arayışa əsasən bu illər ərzində

Bakı şəhəri rayonlarının ərazisində 1 milyon 90 min 300 ağac,

gül və bəzək kolları əkilmiş, 2010-cu il – «Ekologiya ili»

çərçivəsində isə təxminən 431 min ağac və gül kolunun

əkilməsi və çoxlu çəmənliklərin salınması nəzərdə tutulmuşdur.

Möhtərəm cənab Prezident!

2010-cu ili «Ekologiya ili» elan etməyinizlə ekoloji

vəziyyətin yaxşılaşdırılması işinə böyük önəm verməyinizi

nəzərə alaraq Sizi əmin edirik ki, bu müqəddəs işdə öz bacarıq

və təcrübəmizi əsirgəmədən doğma Bakımızın daha təmiz,

müasir ekoloji standartlara cavab verən dünyəvi şəhər olması

üçün əlimizdən gələni edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

* * *

Page 240: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

240

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev müşavirədə çıxış

edərək dedi:

– Möhtərəm cənab Prezident!

Zati-alinizin rəhbərliyi altında son illər Azərbaycanda

ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet

istiqamətlərindən birinə çevrilmişdir. Bu, nadir təbii şəraitə,

zəngin sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik

ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin

mühafizəsi məsələlərinə daim xüsusi diqqət və qayğı göstərmiş

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev

tərəfindən əsası qoyulmuş davamlı inkişaf və tərəqqi

strategiyasına sədaqətinizin bariz nümunəsidir.

Möhtərəm Prezident, Sizin tərəfinizdən 2010-cu ilin

«Ekologiya ili» elan edilməsi də Zati-alinizin 2006-cı il 28

sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan

Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair

2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı»na uyğun

olaraq ölkəmizdə görülmüş misilsiz işlərin məntiqi davamıdır.

Rövnəq Abdullayev qeyd etmişdir ki, həmin Proqramda

vaxtilə neft sənayesində yaranmış nöqsanların aradan

qaldırılması prioritet vəzifə kimi qarşıya qoyulub və neftçilər

ekoloji hərəkata ürəkdən qoşulublar. Dövlət Neft Şirkətinin

prezidenti neft–qaz əməliyyatları prosesində ətraf mühitə

texnogen təsiri azaltmaq məqsədi ilə həyata keçirilən

proqramlar barədə də məlumat verərək bildirdi:

– Bu proqramlarda cari çirklənmə mənbələrinin ləğvi, çirkli

torpaqların təmizlənməsi və yaşıllaşdırılması ilə yanaşı, yeni

tikilən və yenidən qurulan obyektlərdə ekoloji təhlükəsizliklə

bağlı beynəlxalq təcrübənin tətbiqinə üstünlük verilir.

2006-cı ildə Sizin Sərəncamınızla şirkətin tərkibində

Ekologiya İdarəsi təsis olunmuşdur. Şirkətin bütün əsas struktur

vahidlərində ekoloji məsələlərə nəzarət edən müvafiq şöbələr,

ekoloji layihələrin həyata keçirilməsində ixtisaslaşmış təcrübəli

xarici şirkətlərlə «EKOL Mühəndislik Xidmətləri» və

Page 241: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

241

«SOCAR-ASM» birgə müəssisələri yaradılmışdır. Bu tədbirlər

ekoloji layihələrin uğurla həyata keçirilməsi üçün imkanlarımızı

genişləndirmişdir.

Ətraf mühitin qorunması istiqamətində qarşıda duran

vəzifələri həyata keçirmək və ekologiya sahəsində idarəetmə

strukturunu təkmilləşdirmək məqsədi ilə «Dövlət Neft

Şirkətinin Ekoloji Siyasəti» təsdiq olunmuşdur. Bu siyasətin

əsas məqsədi yeni fəaliyyət sahələrində müvafiq vəziyyətin

qiymətləndirilməsi və ona mənfi təsirlərin minimuma

endirilməsini təmin etməkdir. Əsas ekoloji prinsipimiz «Sıfır

tullantı» prinsipidir. Bütün neft-qaz əməliyyatları zamanı bu

prinsipə əməl edilməsi ilə yanaşı, keçmişdən miras qalmış

ekoloji problemlərin, xüsusən yararsız hala salınmış torpaqların

bərpası da nəzərdə tutulmuşdur.

Şirkətin ekoloji tədbirləri, əsasən aşağıdakı fəaliyyət

sahələrini əhatə edir: lay sularının utilizasiyası, neftlə

çirklənmiş torpaqların təmizlənməsi, atmosferə atılmaların

azaldılması, istehsalat tullantılarının idarə olunması, enerjiyə

qənaət texnologiyalarının tətbiqi, Bakı buxtasının təmizlənməsi,

yaşıllaşdırma işləri, ekoloji təbliğat və maarifləndirmə

məsələləri.

Neft yataqlarının əksəriyyəti uzun illər istismar

olunduğundan quyularda sulaşma əmsalı 95 faizdən yuxarıdır.

Odur ki, böyük miqdarda lay sularının təkrar emalı çox

vacibdir. Bunun üçün istifadə olunan ən optimal üsul lay

sularının quyular vasitəsilə yenidən yerin altına vurulmasıdır.

Möhtərəm cənab Prezident, Siz neft və neft məhsulları ilə

çirklənmiş mədən torpaqlarının təmizlənməsi məsələsini şəxsən

nəzarətdə saxlayırsınız. Bu, bir tərəfdən məsuliyyətimizi artırır,

digər tərəfdən bizə xüsusi stimul verir. Hasilatın uzun müddət

bəsit texnika və texnologiyalarla aparılması, qazma, istismar və

təmir zamanı baş verən çoxsaylı qəzalar, açıq neft, qaz, su

fontanları nəticəsində mədən əraziləri həddən artıq çirklənməyə

məruz qalmışdır. Xüsusən Abşeron yarımadasının torpaqlarına

Page 242: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

242

daha çox ziyan vurulmuşdur. Burada 10 min hektara yaxın

torpaq sahəsi yararsız hala düşmüşdür.

Sizin tapşırığınıza əsasən, Dövlət Neft Şirkəti 2006-cı ildən

başlayaraq, bu torpaqların bərpası üzrə irimiqyaslı işlərin həyata

keçirilməsinə başlamışdır. Bu günədək Bibiheybət, Balaxanı,

Siyəzən, Kürovdağ, Qarabağlı və digər yataqlarda təxminən 300

hektara yaxın çirklənmiş torpaq sahəsi təmizlənmiş və

abadlaşdırılmışdır. Bibiheybətdə təmizlənmiş ərazidə 80 minə

yaxın ağac əkilmiş və orada Sizin Sərəncamınız əsasında Neft

Muzeyinin və təhsil kompleksinin tikintisinə hazırlaşırıq.

Bu il isə biz ümumilikdə, 400 hektara qədər mədən

ərazisində torpaqların təmizlənməsini nəzərdə tuturuq. Bu işlərə

başlamazdan əvvəl, həmin sahələrdə süni gölməçələr

qurudulmalı, çirkab suları axan kanallar qapalı beton

kollektorlara salınmalıdır. Bundan başqa, möhtərəm Prezidentin

tapşırığı ilə Böyükşor gölü ilə Heydər Əliyev adına Beynəlxalq

hava limanına gedən avtomobil magistralı arasındakı 50

hektarlıq ərazidə yerləşən köhnə nefttutucu anbarları ləğv

edilmiş, torpaq artıq təmizlənir və həmin ərazidə Bakı Olimpiya

stadionunun tikilməsi üçün ilkin hazırlıq işlərinə başlamışıq.

Cənab Prezident, Sizin artıq dillər əzbəri olmuş «Sağlam

ekoloji mühit, sağlam hava, təmiz su» çağırışınızı neftçilər

ekoloji layihələrdə konseptual əsas kimi rəhbər tuturlar.

Neftçilər torpaqların təmizlənməsi və yaşıllaşdırılması

proseslərinin bir-birini tamamladığını yaxşı dərk edirlər. Odur

ki, neftlə çirklənmədən təmizlənmiş bütün mədən torpaqlarında

ağaclar əkilir, yaşıllıqlar salınır. Şirkətimizdə ağacəkmə

kampaniyalarının, iməciliklərin keçirilməsi artıq xoş bir

ənənəyə çevrilmişdir. Ötən üç il ərzində neft mədənlərinin

təmizlənmiş ərazilərində 120 mindən çox ağac əkilmişdir və

onlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir.

«Ekologiya ili» elan olunmuş 2010-cu ildə isə 150 min ağac və

16 min gül tinginin əkilməsini nəzərdə tuturuq. Bununla da

neftçilər ölkəmizdə kütləvi miqyas almış, əsl ümummilli

Page 243: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

243

səciyyə kəsb edən, gündən-günə genişlənən yaşıllaşdırma

hərəkatında daha fəal iştirak edəcəklər.

Ötən il Qalada – Tağıyev adına Neft və Qazçıxarma

İdarəsinin mədən ərazisində neftlə çirklənmədən təmizlənmiş

10 hektarlıq sahədə Ekoloji parkın yaradılmasına başlamışıq.

Artıq parkda gərgin iş gedir. Məlumat üçün bildirim ki, Ekoloji

parkın tərkibində müasir tipli şitilxananın salınması, burada

bioseleksiya işlərinin aparılması və Abşeron yarımadasının

nadir, nəsli kəsilməkdə olan kol və ağac bitkilərinin

çoxaldılması nəzərdə tutulur. Becərilən ağac və kol bitkilərinin

rekultivasiya olunmuş mədən torpaqlarına uyğunlaşmış şəraitdə

yetişdirilməsi və neftlə çirklənmədən təmizlənmiş ərazilərdə

əkilməsi, möhtərəm Prezident, Sizin Bakı və şəhərətrafı

qəsəbələrdə 3 milyon ağac əkilməsi tapşırığınızın icrası

baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. Ekoparkda kiçik

bir tədris mərkəzinin yaradılması da nəzərdə tutulur. Burada

gənc nəslin ekoloji maarifləndirilməsi məqsədi ilə müxtəlif

proqramlar həyata keçiriləcəkdir. Parkın daha bir özəlliyi isə

bundan ibarətdir ki, orada enerji təchizatı tədricən alternativ

mənbələrdən – 20 kVt gücündə günəş batareyaları və ümumi

gücü 40 kVt olan 4 ədəd külək generatoru vasitəsilə əldə

ediləcəkdir.

Hazırda bütün dünyada iqlim dəyişiklikləri məsələsi bəşəri

bir problem olaraq fəal müzakirə edilir. Azərbaycan da bu

prosesdən kənarda qalmır. Məlumdur ki, ölkəmizdə atmosferə

atılan tullantıların başlıca mənbələrindən biri də neft-qaz

sənayesidir. Dövlət Neft Şirkəti bir neçə ildir ki, Kioto

protokolu üzrə Təmiz İnkişaf Mexanizmi çərçivəsində həyata

keçirilən layihələrə qoşulmuşdur və hər il öz müəssisələrində

atmosferə atılan zərərli qazların mənbələrini invertarlaşdırır.

2008-ci ildən etibarən şirkətimiz Dünya Bankının Qlobal qaz

yandırılmalarının azaldılması üzrə Əməkdaşlıq Təşkilatının fəal

tərəfdaşlarından biridir. 2006-2009-cu illər ərzində bu

istiqamətdə görülən tədbirlər nəticəsində şirkətimiz üzrə

atmosferə atılmaların miqdarı təxminən 860 min ton CO2

Page 244: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

244

ekvivalentində azaldılmışdır ki, bu da əlavə olaraq 420 milyon

kubmetr səmt qazının yığılıb sistemə verilməsi deməkdir. 2010-

cu ildə və qarşıdakı illərdə biz bu istiqamətdə fəaliyyətimizi

daha da genişləndirəcəyik. Belə ki, bu il “Günəşli” yatağında

sıxıcı kompressor stansiyalarının gücünün artırılması, yeni boru

kəmərlərinin çəkilməsi və başqa tədbirlər nəticəsində havaya

atılan aşağı təzyiqli qazın bütünlüklə yığılıb sistemə təhvil

verilməsi təmin olunacaqdır. Bu da havaya atılan 1 milyard

kubmetr qazın yığılması deməkdir. Eyni zamanda, Dövlət Neft

Şirkəti tərəfindən avtomobil nəqliyyatı vasitələrindən atmosferə

atılmalara nəzarət məqsədi ilə Bakı şəhərinin Səbail, Sabunçu

və Suraxanı rayonları ərazisində 3 ekoloji ölçmə məntəqəsi

yaradılmışdır.

Möhtərəm cənab Prezident, Bakı buxtasının təmizlənməsi

daim Sizin diqqət mərkəzində saxladığınız ən vacib

məsələlərdəndir. 2007-ci ildən başlayaraq, şirkətimizdə dənizin

dibinin və səthinin təmizlənməsi istiqamətində də bir çox işlər

görülmüşdür. Dəniz mədənlərində balansdan silinmiş, istismara

yararsız qurğuların və boru xətlərinin sökülməsi, batmış

gəmilərin kəsilərək çıxarılması, ərazilərin metal tullantılardan

təmizlənməsi işləri geniş vüsət almışdır. Hesablamalara görə

dənizin təkcə Azərbaycan sektorunda belə metal konstruksiyalar

500 min tondan artıqdır. Ötən müddət ərzində Xəzərin

Azərbaycan sektoru 32 min ton həcmində metal tullantıdan

təmizlənmişdir. Onu da qeyd etmək istərdim ki, quruda

aparılmış analoji tədbirlər nəticəsində daha 42 min ton metal

tullantı təhvil verilmişdir. 2010-cu ildə bu işlərin həcmini

artıraraq, dəniz və qurudakı mədən sahələrindən ümumilikdə 82

min ton metal, taxta və beton tullantılarının təmizlənməsini

planlaşdırırıq. Eyni zamanda, Bakı buxtası akvatoriyasına yeni,

xüsusi qurğularla təchiz olunmuş ekoloji təyinatlı gəmilər

gətiriləcəkdir. Bunlar suyun üzündən neftli təbəqələrin və digər

tullantıların yığılması üzrə ixtisaslaşdırılmış gəmilərdir.

Möhtərəm cənab Prezident, Sizin qeyd etdiyiniz kimi,

ekologiya elə bir sahədir ki, onunla davamlı olaraq məşğul

Page 245: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

245

olmaq, yaranan problemləri vaxtı-vaxtında aradan qaldırmaq

lazımdır. Bu baxımdan əmin ola bilərsiniz ki, Abşeron

yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması

istiqamətində görüləcək tədbirlər təkcə 2010-cu ili əhatə

etməyəcək, sonrakı illərdə də davam etdiriləcəkdir. Neftçilər

ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin sağlamlaşdırılması

ilə bağlı daim cəmiyyətimiz qarşısında böyük məsuliyyət

daşıdıqlarını yaxşı bilirlər. Çoxminli neftçilər ordusu həmişə

olduğu kimi, bundan sonra da qarşımızda qoyduğunuz bütün

vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə

çalışacaq, Vətənimizin daha da çiçəklənməsi naminə əllərindən

gələni əsirgəməyəcəkdir.

Diqqətinizə görə çox sağ olun.

Page 246: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

246

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

YEKUN NİTQİ

– Mən hesab edirəm ki, müşavirədə iştirak edən bütün

vəzifəli şəxslər öz sahələrində ekoloji tədbirlərin

gücləndirilməsi işində praktiki addımlar atacaqlar. Bu gün

məruzə edilən məsələlər öz həllini gözləyir. Əlbəttə ki, görülən

işlər haqqında bu gün danışıldı və bu da çox vacibdir. Çünki bu,

onu göstərir ki, Azərbaycanda bu istiqamətdə çox ciddi işlər

aparılır və çox ciddi yanaşma vardır. Ancaq görülən işlərlə

bərabər, biz diqqəti daha da çox həllini gözləyən işlərə

yönəltməliyik. Konkret addımların atılması nəticəsində,

əminəm ki, bu gün burada səslənən və səslənməyən digər vacib

məsələlər öz həllini tapacaqdır.

Hesab edirəm ki, ekoloji tarazlığın bərpası istiqamətində,

bütün istiqamətlərdə vacib addımların atılması nəzərdə tutulur.

Onların bəziləri artıq öz həllini tapıb və biz gələcəkdə bu

istiqamətlər üzrə daha da böyük işlər görəcəyik. Onu demək

istəyirəm ki, elə bir sahə yoxdur ki, o sahə konkret təkliflərlə

təmin edilməsin. Konkret icra mexanizmləri vardır və biz onları

daha da dəqiqləşdirməliyik.

Ağacların əkilməsi və yaşıllıqların yaradılması istiqamətində

əlavə tədbirlər görüləcəkdir. 2010-cu ildə həm büdcə vəsaiti

nəzərdə tutulub, eyni zamanda, digər mənbələrdən istifadə

edilməlidir. Mən giriş sözümdə qeyd etdim ki, ictimaiyyət geniş

mənada bu işlərə çox fəal qoşulmuşdur. Qarşıda qoyulan vəzifə

– Bakıda və Abşeronda üç milyon ağacın əkilməsi proqramı

əminəm ki, tezliklə öz həllini tapacaqdır. Mən çox şadam ki,

bütün ölkədə, bütün şəhər və rayonlarımızda bu işlər geniş vüsət

alıb və insanlar çox böyük fəallıq göstərirlər.

Bu gün burada qeyd edildi ki, kanalizasiya sularından təkrar

istifadə layihəsi işlənilməlidir. Yaxın Şərq ölkələrində və digər

ölkələrdə bu təcrübə vardır. Biz bütün imkanlardan daha da

Page 247: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

247

səmərəli şəkildə istifadə etməliyik. Biz damcılı suvarma

sisteminə keçməliyik. Çünki bizim işimiz ağacların əkilməsi ilə

bitmir. Əsas məsələ ağaclara qulluq etmək, onları vaxtlı-

vaxtında suvarmaq və onlara xidmət göstərməkdir. Mən

istəmirəm ki, bu ağacəkmə məsələləri ancaq ağacların əkilməsi

ilə məhdudlaşsın və ondan sonra ağacların gələcək taleyi

diqqətdən kənarda qalsın. Yox, bir halda ki, bu ağaclar əkilir,

ağaclara qulluq edilməlidir və bütün lazımi tədbirlər

görülməlidir.

Əhalini içməli su ilə təmin etmək üçün qeyd olunduğu kimi,

kompleks tədbirlər görülür. Oğuz–Qəbələ–Bakı su kəmərinin

tikintisi daha da sürətlə getməlidir. Qeyd etdiyim kimi, bu il

kəmər istifadəyə verilməlidir. Modul təmizləyici qurğular

nəinki Kür–Araz boyu yerləşən kəndlərdə, digər çaylar üzərində

yerləşən kəndlərdə də quraşdırılmalıdır. Bu proses gedir və biz

modul qurğuların quraşdırılması ilə böyük sosial məsələnin

həllini təşkil edəcəyik. Burada da əsas məsələ ondan ibarətdir

ki, bu qurğular istifadəyə veriləndən sonra onlara xidmət

göstərilsin. Bu iş hazırda bələdiyyələrə həvalə edilibdir. Mən

bütün bələdiyyələrdən tələb edirəm ki, bu işlərə ciddi

yanaşsınlar, bu qurğular diqqətsiz qalmasın və onların

istismarında bütün lazımi tədbirlər görülsün. Çünki əgər, bu

qurğulara lazımi xidmət göstərilməsə, onda bir müddətdən

sonra onlar sıradan çıxacaqdır.

Kanalizasiya sisteminin yeniləşməsi və yaradılması

istiqamətində vacib addımlar atılır. Hövsan aerasiya stansiyası

qeyd olunduğu kimi, istismara verilmişdir. Bakının kanalizasiya

sistemi tam şəkildə yenidən qurulmalıdır. Bununla bərabər, bu

işlər digər şəhər və rayonlarımızda getməlidir. Bu işlər böyük

bir proqram çərçivəsində aparılır. Azərbaycan bu istiqamətdə

beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir və biz artıq

ilkin layihələrin icrasını da görürük. Bu yaxınlarda Göyçay və

Ağdaş rayonlarında olarkan, orada həm içməli suyun

verilməsini qeyd etdik, eyni zamanda, rayonların, rayon

mərkəzlərinin içməli su və kanalizasiya sistemi ilə tam şəkildə

Page 248: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

248

təmin edilməsi haqqında mənə təqdimat göstərilmişdir. Yəni,

demək olar ki, bütün şəhər və rayonlarımız bu proqramla əhatə

olunur. Çalışmalıyıq ki, bu məsələlər tezliklə öz həllini tapsın.

Çünki bu gün qeyd etdiyim kimi, əsas ciddi problemimiz içməli

su və kanalizasiya problemidir. Əvvəlki illərdə elektrik enerjisi

və qazla təminat ən ciddi problemlər sayılırdı. Bu istiqamətdə

çox vacib addımlar atılıb. Demək olar ki, problemlərin əsas

hissəsi öz həllini tapıb. Bu gün içməli su, kanalizasiya

problemləri öz həllini gözləyən problemlərdən biridir.

Kanalizasiya sisteminin quraşdırılması Xəzər dənizinin

ekoloji vəziyyətinin sağlamlaşdırılmasına xidmət göstərəcəkdir.

Bu istiqamətdə vacib addımlar atılıb. Artıq iki ildir ki,

çimərliklərimiz vətəndaşlar üçün açıqdır. Əvvəlki illərdə

Səhiyyə Nazirliyi hər il bahar-yay mövsümlərində açıqlamalar

verirdi ki, o çimərlikdən istifadə edilməməlidir, bu çimərlikdə

ekoloji vəziyyət bərbaddır. Beləliklə, Bakının demək olar ki,

bütün çimərliklərindən insanlarımız istifadə edə bilmirdilər,

yaxud da ki, istifadə edirdilər, ancaq bunun ciddi mənfi

nəticələri ola bilərdi. Son iki il ərzində demək olar ki,

şəhərimizin əsas çimərliklərində ekoloji vəziyyət yaxşıdır,

suyun tərkibi yaxşıdır, təmizdir. Bu proses davam etdirilməlidir

ki, bu günə qədər kanalizasiya və təmizləmə sistemləri ilə təmin

edilməyən bölgələrdə də tezliklə bu sistemlər quraşdırılsın.

Bakı buxtasının təmizlənməsi bizim ümumi işimizdir. Bakı

buxtası Bakının gözəlliyidir, Bakının tarixidir. Biz bu gözəl

sərvəti qorumalıyıq. Əfsuslar olsun ki, hazırda Bakı buxtasında

suyun təmizliyi bizi heç cür qane edə bilməz. Ciddi tədbirlərin

görülməsi üçün mənim tərəfimdən müvafiq göstərişlər

verilmişdir. Ümid edirəm ki, yaxın zamanlarda kompleks

tədbirlərin görülməsi nəticəsində Bakı buxtasında suyun

təmizliyi lazımi səviyyədə olacaqdır. Bu çox ağır məsələdir. Bu

asan məsələ deyildir. Onilliklər, əsrlər boyu Bakı buxtası

çirkləndirilibdir. Nəinki kanalizasiya axınları Bakı buxtasının

ekoloji vəziyyətini ağırlaşdırırdı, eyni zamanda, neft-qaz

Page 249: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

249

əməliyyatları nəticəsində Bakı buxtası neft tullantıları ilə böyük

dərəcədə çirklənmişdir.

Ancaq lazımi tədbirlər görülərsə, biz bu məsələnin həllinə də

nail ola biləcəyik. Hesab edirəm ki, vacib olan məsələlərdən biri

Azərbaycanda heç vaxt sınaqdan keçməmişdir. Ancaq biz nə

vaxtsa buna başlamalıyıq və Xəzər suyunun şirinləşdirilməsi, bu

sudan suvarma üçün və gələcəkdə içməli su kimi istifadə

edilməsi üçün lazımi tədbirlər görülməlidir. Mən hesab edirəm

ki, 2010-cu ildə pilot layihəsi icra edilməlidir. Bu təcrübə başqa

ölkələrdə vardır. Yaxın Şərq ölkələrində bu təcrübədən geniş

şəkildə istifadə edilir. Biz bu gözəl təcrübəni tətbiq etməliyik.

Bizim böyük su mənbəyimiz vardır. Sirr deyil ki, bizi

qidalandıran çayların böyük əksəriyyəti ölkəmizdən kənarda

formalaşır və biz ekoloji təhlükəsizliyin, su təhlükəsizliyinin

təmin edilməsi üçün əlbəttə ki, Xəzər dənizinin suyundan

dediyim məqsədlər üçün də istifadə etməliyik. Mən əminəm ki,

pilot layihəsi uğurlu olacaqdır. Çünki burada yenə də deyirəm

ki, heç bir yenilik yoxdur, müxtəlif ölkələrdə bu təcrübədən

istifadə edilir. Düzdür, bu, bahalı bir layihədir. Ancaq insanların

sağlamlığı, ekoloji və su təhlükəsizliyinin təmin edilməsi üçün

biz, hesab edirəm ki, maliyyə problemlərinə baxmamalıyıq, biz

bunu təmin etməliyik. 2010-cu ildə, hesab edirəm ki, biz ilkin

layihəni görməliyik.

Meşələrin qorunması məsələləri çox böyük əhəmiyyət

daşıyır. Bu gün bu barədə deyilmədi, ancaq bu məsələyə də çox

ciddi diqqət göstərilməlidir. Meşələri qıranlar

cəzalandırılmalıdırlar, onlara qarşı ciddi tədbirlər görülməlidir.

Eyni zamanda, Azərbaycanda qazlaşdırılma prosesi daha da

sürətlə getməlidir. Bu gün Azərbaycanda qazlaşdırılma demək

olar ki, 85 faizdir. Ancaq bu 85 faiz o demək deyil ki, hər bir

yaşayış məntəqəsində əhalinin 85 faizi qazla təmin edilir. Bu 85

faizin böyük əksəriyyəti Bakı, Sumqayıt və böyük şəhərlər

hesabına formalaşır. Biz elə etməliyik ki, bütün rayonlarda,

əlbəttə ki, indi bütün rayon mərkəzlərinə qazın verilməsi təmin

edilir, rayon mərkəzlərinə yaxın olan kəndlərə də qaz xətləri

Page 250: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

250

çəkilməlidir. Biz çalışmalıyıq ki, Azərbaycanda qazlaşdırılmanı

ən azı 90 faizə qaldıraq. Beləliklə biz meşələrin qırılmasına da

sədd qoymuş olarıq.

Bakıda məişət tullantıları zavodunun tikintisi başlamışdır.

Bu böyük maliyyə vəsaiti tələb edən layihədir. Ancaq Bakının

ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün əvəzolunmaz rol

oynayacaq layihədir. Balaxanı poliqonunda işlər gedir, “Təmiz

şəhər” qurumu yaradılmışdır. Növbəti illərdə Balaxanı məişət

tullantıları zavodunun istismara verilməsi nəticəsində Bakının

havası böyük dərəcədə təmizlənəcəkdir. Biz artıq bunu görürük,

artıq əvvəlki illərdə olduğu kimi, o yerdən tüstü də gəlmir,

orada çeşidlənmə aparılır və bütün lazımi tədbirlər görülür ki,

biz bu məsələni birdəfəlik həll edək. Ondan sonra və onu da

deyə bilərəm ki, biz bununla paralel olaraq başqa şəhərlərdə də

məişət tullantılarının utilizasiyası məsələləri ilə ciddi məşğul

olmalıyıq.

Neftlə çirklənmiş ərazilərdə təmizlənmə işləri geniş xarakter

daşımalıdır. Bibiheybət buxtasının təmizlənməsi birinci mərhələ

idi. Çünki deyə bilərəm ki, ən acınacaqlı vəziyyət məhz orada

idi, şəhərin elə bil ki, mərkəzidir, şəhərə girişdir. Bu gün

göstərilən fotoşəkillər onu göstərir ki, hər şeyi etmək

mümkündür. Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə

görülən işlər başqa sahələrdə də tətbiq edilməlidir. Beləliklə, biz

Abşeron yarımadasını neftlə çirklənmiş yerlərdən,

gölməçələrdən təmizləyəcəyik.

Torpaqların və göllərin bərpası məsələləri də öz həllini

tapmalıdır. Abşeronda, Bakı ətrafında mövcud olan bəzi göllər

qurudulmalıdır. Ancaq, eyni zamanda, bəzi göllər

abadlaşdırılmalıdır, onların suyu təmizlənməlidir və biz

insanların istirahəti üçün bu gölləri yaxşı vəziyyətə

gətirməliyik. Böyükşor gölü, Zığ gölü, Bülbülə, Hacıhəsən,

Qırmızı göl, Masazır, Mirzələvi, Çuxurdərə, Zabrat, Qala, Puta,

Daşgil gölləri abadlaşdırılmalıdır. Bu göllərin abadlaşdırılması

üçün konkret təkliflər vardır. İndi biz gərək maliyyə mənbələri

müəyyən edək ki, bu işləri də aparaq. Beləliklə, biz bu gün

Page 251: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

251

Bakının ətrafında, yəni, çox bərbad mənzərə yaradan, müxtəlif

məişət tullantıları ilə, neft tullantıları ilə, digər zəhərli

maddələrlə çirklənmiş bu gölləri təmizləyəcəyik.

Atmosfer havasının mühafizəsi üçün ciddi tədbirlər görülür.

Verilən məlumata görə, 2000-2008-ci illər ərzində

avtomaşınların sayı 423 mindən 823 minə qədər artmışdır. Bu,

özlüyündə əlbəttə ki, havanın çirklənməsi üçün əsas amillərdən

biridir. Biz Avrostandartlara keçməliyik. Bu ildən bu

istiqamətdə göstəriş verilib. Biz «Avro-2» və ondan sonra

«Avro-3», «Avro-4», «Avro-5» səviyyəsinə çatmalıyıq. Biz bu

sahədə ölkədəki vəziyyəti tam şəkildə Avropa standartlarına

uyğunlaşdırmalıyıq.

Bərpa olunan enerji növlərinin yaradılması işində ciddi

addımlar atılır və bu istiqamətdə artıq ilkin layihələr müzakirə

olunur. Azərbaycanda su, günəş, külək enerji növlərinin

yaradılması işləri aparılmalıdır, müxtəlif xəritələr var, bütün su

mənbələrimiz artıq bəllidir. Bu yaxınlarda Göyçayda kiçik su

elektrik stansiyasının təməl daşı qoyulmuşdur və bu proses

uğurla davam etdiriləcəkdir. Beləliklə, biz Azərbaycanda

ekoloji cəhətdən təmiz enerji növlərinin yaradılmasına nail

olacağıq. Onu da deyə bilərəm ki, biz son illər ərzində

Azərbaycanda bu sahədə, enerji istehsalı sahəsində aparılan

islahatlar nəticəsində artıq mazutdan istifadə etmirik, mazut

yandırmırıq. Bizim bütün elektrik stansiyalarımız qazla işləyir

və bu, həm iqtisadi səmərəliliyi artırır, eyni zamanda, ekoloji

vəziyyəti daha da yaxşılaşdırır. Ancaq, əlbəttə, çalışmalıyıq ki,

bərpa olunan enerji növlərindən istifadə edərək, həm ucuz enerji

əldə edək, eyni zamanda, ekologiyamızı daha da yaxşı qoruyaq.

Əlavə tədbirlərin görülməsi üçün konkret təkliflər vardır. Bu

təkliflər bir daha təhlil edilməlidir. Bütün aidiyyəti qurumlar,

nazirliklər, dövlət qurumları bir daha bu məsələləri təhlil

etməlidir və əlavə tədbirlərin görülməsi üçün konkret plan

hazırlanmalıdır, onun maliyyə mənbələri müəyyən edilməlidir.

2010-cu ilin dövlət büdcəsində bu məqsədləri təmin etmək üçün

maliyyə resursları vardır. Əgər onlar kifayət etməsə, biz

Page 252: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

252

baxmalıyıq, hansı mənbələrdən bu məqsədlər üçün maliyyə

dəstəyini artıraq. Texniki imkanlar kifayət qədər vardır.

Azərbaycanda son illər ərzində böyük sayda müxtəlif texnikalar

alınmışdır. Əgər əlavə texnikaların alınması üçün ehtiyac

olarsa, biz bunu da həll etməliyik. Hər bir layihə üzrə konkret

müddət və icra mexanizmləri nəzərdə tutulmalıdır. Bizim bütün

proqramlarımız konkret xarakter daşıyır, bütün proqramlarımız

icra olunur. Bu vaxta qədər bütün istiqamətlərdə işlər konkret

proqramlar əsasında görülmüşdür. Bizim siyasətimiz şüar

naminə aparılmır. Biz konkret məsələni aşkar edirik, təhlil

edirik və o məsələnin həlli üçün konkret addımların görülməsi

nəzərdə tutulur və tutulmalıdır. Mən şübhə etmirəm ki, görülən

və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda Bakı və

Abşeron yarımadasında və ölkəmizin digər yerlərində ekoloji

vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq. Azərbaycan

vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar.

Mən artıq bu gün burada səslənən fikirlər və məruzələr

əsasında konkret təkliflər gözləyirəm ki, biz onları tezliklə

reallaşdıraq. Beləliklə, 2010-cu il Azərbaycan tarixində nəinki

«Ekologiya ili» kimi qalacaq və Azərbaycan tarixinə ekoloji

vəziyyətin yaxşılaşdırılması üçün dönüş ili kimi yazılacaqdır.

Sağ olun.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

ABŞ DÖVLƏT KATİBİNİN SİYASİ MƏSƏLƏLƏR

ÜZRƏ MÜAVİNİ UİLYAM BÖRNSİN BAŞÇILIQ

ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL

ETMİŞDİR

Bakı

19 fevral 2010-cu il

Page 253: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

253

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 19-da ABŞ dövlət katibinin siyasi məsələlər üzrə

müavini Uilyam Börnsin başçılıq etdiyi nümayəndə heyətini

qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında müxtəlif

sahələrdə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin

mövcud olduğunu vurğuladı və bu münasibətlərin gələcəkdə də

inkişaf edəcəyinə əminlik ifadə etdi. Prezident İlham Əliyev

Uilyam Börnsin ölkəmizə səfərinin Azərbaycan ilə ABŞ

arasında ikitərəfli münasibətlərin inkişafı və əlaqələrimizin

genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam

Börns ölkəsinin Azərbaycan ilə münasibətlərə çox böyük

əhəmiyyət verdiyini vurğuladı və ABŞ-ın bu münasibətləri daha

da möhkəmləndirmək əzmində olduğunu dedi.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsi, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq,

regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi

aparıldı.

MƏRAKEŞİN KRALI ƏLAHƏZRƏT VI

MƏHƏMMƏDƏ

Əlahəzrət!

Meknes şəhərində məscidin minarəsinin uçması nəticəsində

çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların

ailələrinə və yaxın adamlarına, bütün Mərakeş xalqına öz

adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı

verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

Page 254: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

254

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 fevral 2010-cu il

Page 255: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

255

PORTUQALİYA RESPUBLİKASININ

PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB ANİBAL KAVAKU SİLVAYA

Hörmətli cənab Prezident!

Madeyra adasında baş vermiş güclü daşqın nəticəsində

çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə

kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın

adamlarına, bütün Portuqaliya xalqına öz adımdan və

Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,

yaralananların və xəsarət alanların tezliklə sağalmasını

arzulayıram.

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 fevral 2010-cu il

Page 256: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

256

BAKININ LÖKBATAN QƏSƏBƏSİNDƏ

QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD

AİLƏLƏRİ ÜÇÜN TİKİLMİŞ YAŞAYIŞ BİNASI

İSTİFADƏYƏ VERİLMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV MƏRASİMDƏ

İŞTİRAK ETMİŞDİR

Lökbatan

23 fevral 2010-cu il

Fevralın 23-də Bakının Lökbatan qəsəbəsində Qarabağ

müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış

binasının açılışı, həmçinin müharibə əlillərinə minik

avtomobillərinin verilməsi mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

mərasimdə iştirak etmişdir.

Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə

qarşıladılar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov

dövlətimizin başçısına məlumat verdi ki, inşasına 2007-ci ildə

başlanmış yaşayış binasının ümumi sahəsi 11 min 740

kvadratmetrdir. Binada 81 mənzil vardır ki, onlardan da 72-si 2

otaqlı, 9-u 3 otaqlıdır. Burada əlillərin hərəkəti və rahat

yaşaması üçün hər cür şərait yaradılmışdır. Binanın fərdi

qazanxanası, nasosxanası, transformator məntəqəsi, su anbarı

vardır.

Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinə və

şəhid ailələrinə mənzillərin orderlərini təqdim etdi.

Dövlətimizin başçısı İkinci Dünya və Qarabağ

müharibələrinin əlillərinə minik avtomobillərinin açarlarını

verdi.

Page 257: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

257

Bildirildi ki, mərasimdə 100 nəfər müharibə əlili pulsuz

avtomobillə təmin ediləcəkdir.

Şəhid ailəsinin üzvü Nuridə Səfərova Prezident İlham

Əliyevə müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət

və qayğıya görə təşəkkürünü bildirərək dedi:

– O qədər sevinirəm, o qədər şadam ki. Bir mən yox, nə

qədər şəhid ailələri, Qarabağ müharibəsi əlilləri Sizdən razıdır.

Cənab Prezident, bu qədər savab iş yerə-göyə sığmaz. O qədər

sevinirik ki. Bu ulu öndərimizdən qalan xeyirxah ənənənin

növbəti dəfə təsdiqidir. 1999-2000-ci illərdən Qarabağ

müharibəsi əlillərini, şəhid ailələrini sevindirirsiniz.

Mənim həyat yoldaşım Cəbrayıl uğrunda gedən döyüşlərdə

şəhid olub. Oğlum da əsgərlikdədir. Mən bir əsgər anası kimi

Sizə söz verirəm, əmin edirəm ki, hansı əmri versəniz,

övladlarımla birlikdə hər vaxt əmrinizə hazırıq.

İ l h a m Ə l i y e v: – Gözəl, yaraşıqlı evdir. Burada yaxşı

yaşayacaqsınız.

N u r i d ə S ə f ə r o v a: – Allah Sizi millətimizə çox

görməsin, cənab Prezident. Allah razı olsun.

İ l h a m Ə l i y e v: – Əziz dostlar, mən sizi bu gözəl

hadisə münasibətilə ürəkdən təbrik edirəm. Şəhid ailələri və

Qarabağ müharibəsi əlilləri üçün bu gözəl evin, gözəl

mənzillərin istifadəyə verilməsini sizinlə bərabər qeyd edirik.

Siz buna layiqsiniz. Mən çox şadam ki, Azərbaycanda bu

proses, yəni ən ağır şəraitdə yaşayan insanların məişət

problemlərinin həlli sahəsində görülən bütün işlər uğurla davam

edir. Son on il ərzində bizim soydaşlarımız, təxminən 3500

mənzillə təmin edilmişlər. Bununla bərabər, avtomobillər də

verilir. Bu gün də bu gözəl mərasimdə maşınlar təqdim

ediləcəkdir. İndiyədək 2600 minik maşını təqdim edilmişdir və

bu proseslər bu gün də davam edir. Təkcə keçən il 700-dən çox

yeni mənzil verilmişdir. Bu gün istifadəyə verilmiş bu gözəl

bina deyə bilərəm ki, ən yüksək standartlara cavab verir. Gözəl

mənzillərdi, gözəl inşa olunub, gözəl şərait vardır. Əminəm ki,

siz bu gözəl evdə yaxşı, rahat yaşayacaqsınız. Çünki siz buna

Page 258: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

258

layiqsiniz. Siz Vətən uğrunda vuruşmusunuz, sağlamlığınızı

itirmisiniz, yaxınlarınızı itirmisiniz. Azərbaycan dövləti hər şey

etməlidir ki, sizin bütün məişət problemləriniz həllini tapsın.

Ümumiyyətlə, Azərbaycanda çox güclü sosial siyasət

aparılır. Bütün sosial məsələlər öz həllini tapmaqdadır. Ancaq

ilk növbədə, məcburi köçkünlərin, qaçqınların, şəhid ailələrinin,

müharibə veteranlarının, müharibə əlillərinin sosial məsələləri

öz həllini tapmalıdır. Bu istiqamətdə əməli işlər aparılır. Demək

olar ki, Azərbaycanda bütün bölgələrdə bütün çadır şəhərcikləri

ləğv edilibdir, qaçqınlar və məcburi köçkünlər yaxşı şəraitlə

təmin edilibdir. Müharibə veteranlarının, şəhid ailələrinin

problemləri həll olunur. Növbədə dayanan bütün vətəndaşlar

tədricən, yaxın zamanlarda belə gözəl evlərlə təmin ediləcəklər.

Evlərin keyfiyyəti də gündən-günə yaxşılaşır. Çünki indi bizim

həm texniki, həm də maliyyə imkanlarımız kifayət qədər

genişlənir.

Azərbaycan uğurlu inkişaf yolundadır. Azərbaycan o

ölkələrdəndir ki, öz iqtisadi potensialını böyük dərəcədə

gücləndirə bilmişdir. Müstəqillik dövründə Azərbaycan böyük

və uğurlu yol keçmişdir. 2009-cu il bütün cəhətlərdən çox

böyük sınaq ili idi, həm bizim üçün, həm bütün başqa ölkələr

üçün. Dünyada hökm sürən maliyyə böhranı hər bir ölkəyə təsir

etmişdir. Ancaq Azərbaycan bütün çətinliklərə baxmayaraq, bu

sınaqlardan şərəflə çıxdı, 2009-cu ili uğurla başa vurdu. 2009-

cu ildə lazım olan bütün tədbirlər öz həllini tapmışdır,

iqtisadiyyatımız təxminən 10 faiz artmışdır və bu inkişaf bu il

də davam edir. Ona görə mən tam əminəm ki, şəhid ailələrinin,

Qarabağ müharibəsi əlillərinin problemləri növbəti illərdə də

həll olunacaqdır. Bu istiqamətdə konkret proqramlar, planlar

vardır və biz öz işlərimizi cədvəl üzrə qururuq. O ki qaldı

ümumiyyətlə, Azərbaycanın gələcək inkişafına, əminəm ki, biz

2010-cu ildə də qarşıda qoyduğumuz bütün məsələlərə

çatacağıq, ölkəmizi daha da gücləndirəcəyik. Elə edəcəyik ki,

Azərbaycanın inkişafı dayanıqlı olsun, hərtərəfli olsun. Hər bir

vətəndaş bu gözəl şəraitdən istifadə edə bilsin.

Page 259: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

259

Biz müharibə şəraitində yaşayırıq. Ancaq bu da həqiqətdir

ki, torpaqlarımızı 1990-cı illərin əvvəllərində işğal edən

Ermənistan bu gün çox ağır vəziyyətdədir. Azərbaycanın

iqtisadiyyatı, təxminən 10 faiz artdı, Ermənistanda isə iqtisadi

tənəzzül müşahidə olunur. Ermənistandan fərqli olaraq biz öz

hesabımıza yaşayırıq, xaricdən alınan borclar, kreditlər hesabına

yaşamırıq. Onlardan fərqli olaraq biz, sözün əsl mənasında,

müstəqil siyasət aparırıq, heç bir başqa ölkədən asılı deyilik.

Biz həm ordu quruculuğunda, həm iqtisadi inkişaf məsələlərinin

həllində, həm də Azərbaycanın dünya miqyasında tanınmasında

böyük uğurlar əldə etmişik. Ölkəmiz uğurla inkişaf edir, sürətlə

inkişaf edir. 2009-cu ildə dünya miqyasında iqtisadi cəhətdən

ən sürətlə inkişaf edən ölkə Azərbaycan olmuşdur. Bütün bu

işlərin təməlində düşünülmüş siyasət, ölkəmizin hərtərəfli

inkişaf proqramının uğurla icrası və Azərbaycan vətəndaşlarının

bütün bu təşəbbüslərə həvəslə və maraqla qoşulması məsələləri

dayanır.

Ümid edirəm ki, bu gün nəzərdə tutduğumuz bütün planlar

2010-cu ildə yerinə yetiriləcəkdir. Ermənistan–Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır.

Beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini

tapmalıdır. Azərbaycan bu istiqamətdə öz siyasi və diplomatik

səylərini gücləndirir. Bu gün bütün dünya birliyi və xüsusilə bu

münaqişə ilə məşğul olan vasitəçilər məsələnin ərazi bütövlüyü

prinsipi əsasında həll olunmasını təklif edirlər. Əminəm ki, bu

yanaşma məsələnin tezliklə həll olunmasında bizə kömək

göstərəcəkdir. Çünki bütün beynəlxalq hüquq normaları bizim

tərəfimizdədir. Ermənistan Azərbaycan torpaqlarını qanunsuz

işğal edib və etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə

vətəndaşımız indi öz torpağında qaçqın, köçkün vəziyyətində

yaşayır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Hamı

yaxşı bilir ki, ermənilər o bölgələrə XIX əsrdə köçürülmüşlər.

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarixi

həqiqət və beynəlxalq hüquq normaları sübut edir. Heç vaxt

Azərbaycan torpağında ikinci erməni dövləti

Page 260: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

260

yaradılmayacaqdır. Heç vaxt Dağlıq Qarabağ müstəqil

olmayacaqdır. Bunu bütün dünya bilir. Ermənistan bu həqiqəti

nə qədər tez dərk etsə, məsələ öz həllini o qədər də tez tapar.

Məsələ öz həllini tapandan sonra bölgədə sülh tam şəkildə

bərqərar oluna bilər. Çünki Ermənistan–Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsi bölgənin ən böyük problemidir. Bu

problem həll olunmadan heç bir başqa problem öz həllini tapa

bilməz.

Mən əminəm ki, biz bütün səylərimizi gücləndirməklə, ordu

quruculuğu, siyasi fəaliyyətin möhkəmləndirilməsi

istiqamətində atılacaq növbəti addımlar hesabına, iqtisadi

inkişafın hesabına və cəmiyyətdə bütün vətəndaşların bu milli

ideya uğrunda birləşməsi sayəsində Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ məsələsi öz həllini tapacaq və ərazi

bütövlüyümüz bərpa olunacaqdır.

Sizi isə mən bir daha bu gözəl hadisə münasibətilə ürəkdən

təbrik edirəm. Arzu edirəm ki, siz bu gözəl evdə yaxşı

yaşayasınız, rahat yaşayasınız və sizin bütün arzularınız həyatda

öz əksini tapsın.

* * *

Sonra mərasim iştirakçıları dövlətimizin başçısı ilə xatirə

şəkli çəkdirdilər.

Daha sonra Prezident İlham Əliyev yeni binada yaradılmış

şəraitlə tanış oldu, tapşırıq və tövsiyələrini verdi.

Page 261: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

261

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ

XÜSUSİ NÜMAYƏNDƏSİ PİTER SEMNEBİNİN

BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ

QƏBUL ETMİŞDİR

Bakı

24 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 24-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi

nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə

heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri,

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

nizama salınması, enerji sahəsində əməkdaşlıq, regional və

digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Page 262: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

262

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ

ZATİ-ALİLƏRİ

CƏNAB ABDULLAH GÜLƏ

Hörmətli cənab Prezident!

Balıkəsir vilayətindəki şaxtada baş vermiş partlayış

nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca

kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak

olanların ailələrinə və yaxın adamlarına, bütün Türkiyə xalqına

öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə

başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa

diləyirəm.

Allah rəhmət eləsin!

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 fevral 2010-cu il

Page 263: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

263

PROFESSOR ƏLİ DOĞRAMACIYA

Türk dünyasının böyük oğlu, görkəmli ictimai xadim,

dünya şöhrətli alim və maarifçi, müdrik və xeyirxah insan İhsan

Doğramacının vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə

qarşılayaraq Sizə, ailənizə və yaxınlarınıza öz başsağlığımı

çatdırıram. Mənim və Mehriban xanımın başsağlığını ananız

Ayser xanıma yetirməyinizi xahiş edirəm.

İhsan Doğramacının Azərbaycanın ən ali mükafatları –

“İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif olunması

Azərbaycan tərəfindən onun həyatı boyu göstərdiyi misilsiz

xidmətlərinə hörmət və ehtiramın parlaq ifadəsi idi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə

onun uzun illər boyu davam edən dostluğu bizim hamımızın

yaddaşına əbədi həkk olunub. 2003-cü ildə Heydər Əliyevlə

vidalaşma mərasimində İhsan bəyin söylədiyi ürək sözlərini

mən heç vaxt unutmayacağam.

Azərbaycan xalqının səmimi dostu olan İhsan bəyin ölümü

ölkəmizin hər bir vətəndaşı tərəfindən ağır itki kimi qəbul edilir.

Onun işıqlı xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə

yaşayacaqdır.

Allah ona qəni-qəni rəhmət eləsin. Qəbri nurla dolsun.

Dərin hörmətlə,

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2010-cu il

Page 264: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

264

XOCALI FACİƏSİ ƏSRLƏR BOYU

AZƏRBAYCAN XALQINA QARŞI TÖRƏDİLMİŞ

SOYQIRIMI SİYASƏTİNİN ƏN QANLI

SƏHİFƏSİDİR

PREZİDENT İLHAM ƏLİYEV FACİƏ

QURBANLARININ XATİRƏSİNİ ANMA

MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

Bakı

26 fevral 2010-cu il

1992-ci il fevralın 25-dən 26-na keçən gecə

Azərbaycanın Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində

ən qanlı faciələrlə bir sırada duran Xocalı soyqırımından on

səkkiz il ötür.

Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə

erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində

yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan

366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin

köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etmişlər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi

növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106

qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilmiş, 487 nəfər

şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfərin

taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində

8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini

itirmişdir.

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni

millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına

qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin

davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla

öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi

Page 265: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

265

soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış,

hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi. Bu

əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə

görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti

ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən

məhz soyqırımı olduğunu təsdiq edir.

Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilmiş

bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini

almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza

qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı

haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun

soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl

fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsini

təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan

xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin

qanlı səhifəsi kimi qiymətləndirmişdir.

Bu qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri

vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki həmin

gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı

deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi.

Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu

dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə

obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün

heç bir iş görməmişdi.

Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi

ilə hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə ilk dəfə

hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26

fevralı Xocalı soyqırımı günü kimi qəbul etmişdir.

Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın

müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost

xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.

Bu günlərdə dünyanın bir çox ölkəsində Xocalı

qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir,

ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər,

Page 266: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

266

materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu

qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur,

televiziya və radio kanallarında verilişlər hazırlanır.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə

çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri

vardır. Fond Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar

xarici ölkələrdə xüsusi layihə həyata keçirir. Məqsəd Xocalı

soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni

vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar

qarşısında nümayiş etidirilməsidir. Heydər Əliyev Fondu

soyqırımı ilə bağlı 100-dək materialın xaricdə sərgisini təşkil

etmişdir. Fondun həyata keçirdiyi “Qarabağ həqiqətləri”

silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin

dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və

bukletlər də xaricdə yayımlanmışdır.

2009-cu ilin fevralında İslam Konfransı Təşkilatının Gənclər

Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi

Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış

“Xocalıya ədalət” kampaniyası ötən bir il ərzində uğurla davam

etmiş, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər

qoşulmuşdur.

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət

əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır.

BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı

qətnaməsi ilə qəbul edilən və 1961-ci ildən qüvvəyə minən

konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsvir

edilmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı

həmin konvensiyada təsbit edilən soyqırımı cinayətini təşkil

edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin

terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü

qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına,

BMT və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin

toxunulmazlığına hörmət edilməlidir. Ərazi bütövlüyünün və

suverenliyin pozulması yolverilməzdir. BMT Təhlükəsizlik

Şurası Azərbaycanın işğal olunan torpaqlarının qeyd-şərtsiz

Page 267: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

267

azad olunması haqqında 4 qətnamə qəbul etsə də, işğalçı

Ermənistan bunları hələ ki, yerinə yetirmir.

Xocalı soyqırımını törətməklə erməni millətçiləri

Azərbaycan xalqını qorxutmaq, vahimə yaratmaq, onun

mübarizə əzmini qırmaq, torpaqlarının işğalı faktı ilə barışmağa

məcbur etmək kimi məkrli məqsədlər güdmüşdür. Amma

hiyləgər və amansız düşmənin niyyətləri baş tutmadı, xalqımız

dövlətin suverenliyinin müdafiəsində yüksək qəhrəmanlıq

nümunəsi göstərdi.

Azərbaycan xalqı qəti əmindir ki, hazırda Cənubi Qafqazın

iqtisadi güc mərkəzinə çevrilmiş, dünyada mövqeyini daha da

möhkəmləndirmiş, hərbi qüdrətini təmin etmiş dövlətimiz

düşmən tapdağı altında olan torpaqlarını istənilən yolla azad

edəcək, şəhidlərimizin qanı yerdə, günahkarlar isə cəzasız

qalmayacaqdır.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının

18-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək

üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə

qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma

mərasimində iştirak etmişdir.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə

qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay

Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz

Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev

Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun

xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva

abidənin önünə gül dəstələri qoydular.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli

Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini

konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş

Xocalı sakinləri iştirak edirdilər.

Page 268: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

268

Anma mərasiminin iştirakçıları abidənin önünə tər

qızılgüllər, qərənfillər düzdülər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Page 269: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

269

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV

BMT-NİN REZİDENT ƏLAQƏLƏNDİRİCİSİ

BRUNO PUEZANI FƏALİYYƏT MÜDDƏTİNİN

BAŞA ÇATMASI MÜNASİBƏTİLƏ QƏBUL

ETMİŞDİR

Bakı

26 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 26-da BMT-nin rezident əlaqələndiricisi Bruno Puezanı

fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul etmişdir.

Dövlətimizin başçısı BMT-nin rezident əlaqələndiricisi

Bruno Puezanın ölkəmizdəki fəaliyyəti dövründə bir çox

mühüm tədbirlərin həyata keçirildiyini, Azərbaycan ilə BMT

arasında əməkdaşlığın uğurla davam etdiyini bildirdi. Prezident

İlham Əliyev son bir neçə ildə Azərbaycan hökumətinin

beynəlxalq təşkilatlar, o cümlədən BMT strukturları ilə birgə

nəzərdə tutulan mühüm layihələri həyata keçirdiyini vurğuladı.

Əməkdaşlığımızın genişləndirilməsinə göstərdiyi səyləri və

verdiyi töhfəni yüksək qiymətləndirən dövlətimizin başçısı

gələcək fəaliyyətində ona uğurlar arzuladı.

BMT-nin rezident əlaqələndiricisi Bruno Pueza qeyd etdi ki,

Azərbaycan Prezidentinin davamlı dəstəyi olmasa idi, əldə

edilən nailiyyətlərin heç biri olmazdı. Bruno Pueza ölkəmizdəki

fəaliyyəti müddətində göstərilən dəstəyə görə şəxsən Prezident

İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını

bildirdi. Ötən dövr ərzində Azərbaycanın tarixində çox mühüm

hadisələrin baş verdiyini vurğulayan qonaq bunların şahidi və

iştirakçısı olmasından şərəf duyduğunu dedi.

Page 270: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

270

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

QƏBƏLƏYƏ SƏFƏRİ

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN

ABİDƏSİNİ ZİYARƏT

Qəbələ

27 fevral 2010-cu il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

fevralın 27-də Qəbələ rayonuna gəlmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Qəbələ

rayonunda da hərtərəfli inkişafa təkan vermişdir. İstər rayon

mərkəzi, istərsə də kənd və qəsəbələr müasir görkəm alır. Son

illərdə Qəbələ rayonunun da iqtisadiyyatı sürətlə inkişaf edir.

Rayonda 2009-cu ildə ümumi məhsul buraxılışı 2003-cü illə

müqayisədə 2,1 dəfə, sənaye məhsulu istehsalı 21 dəfə, kənd

təsərrüfatı məhsulları isə 2 dəfə artmışdır. Həmin dövrdə əsas

kapitala yönəldilən investisiyaların məbləği 32 dəfə artaraq 23

milyon manatı keçmişdir. Rayonda istehsal edilən sənaye

məhsullarının 25 faizi xaricə ixrac olunur. 2003-2009-cu illərdə

rayondakı 451 müəssisədə 6483-ü daimi olmaqla, 8271 yeni iş

yeri yaradılmışdır. Qəbələ rayonunun zəngin turizm

potensialının reallaşdırılması üçün dövlətimizin başçısının

tapşırığına əsasən kompleks tədbirlər həyata keçirilir.

Ölkəmizin hər yerində olduğu kimi, Qəbələdə də təhsilin

müasirləşdirilməsi, məktəblərin maddi-texniki bazasının

gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.

Heydər Əliyev Fondunun təhsilin inkişafına göstərdiyi diqqət

və qayğı bu rayonda da hiss olunur. Fondun təşəbbüsü ilə

Qəbələnin Kiçik Əmili kəndində 280 şagird yeri olan orta

məktəb binası inşa edilmişdir. Müasir avadanlıq və əyani

vəsaitlə təmin edilmiş binada 11 sinif otağı, idman zalı,

Page 271: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

271

kompyuter otağı vardır. Rayonda təhsil sektorunun inkişafına

göstərilən diqqətin nəticəsində Yenikənd kənd orta məktəbi

üçün də təzə bina tikilmişdir. Hər cür şəraiti olan binada 20 sinif

otağı, 6 kabinet, kitabxana, kompyuter otağı, idman və akt

zalları vardır.

Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin

rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül

dəstəsi qoydu.

Page 272: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

272

PREZİDENT İLHAM ƏLİYEV QƏBƏLƏDƏ

«GİLAN» PİANO FABRİKİNİN AÇILIŞINDA

İŞTİRAK ETMİŞDİR

Qəbələ

27 fevral 2010-cu il

Fevraln 27-də Prezident İlham Əliyev Qəbələdə “Gilan”

piano fabrikinin açılışında iştirak etmişdir.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə

qarşıladı.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və

müəssisənin işi ilə yaxından tanış oldu.

Dövlətimizin başçısı müəssisədə istehsal olunan pianolara

baxdı. Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad

Bədəlbəyli müəssisənin ilk məhsulunu sınaqdan keçirdi.

Sonra dövlətimizin başçısı istehsal prosesini müşahidə etdi.

Məlumat verildi ki, ölkəmizdə sənayenin, xüsusilə qeyri-neft

sektorunun inkişafı diqqət mərkəzindədir. Bu baxımdan ənənəvi

istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri də

fəaliyyətə başlayır. Qəbələ rayonunda inşa edilən “Gilan” piano

fabriki də belə istehsal qurumlarından biridir.

Regionda analoqu olmayan və ən son beynəlxalq

standartlara cavab verən fabrik inzibati bina və istehsal

sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi

avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır.

Fabrikdə ildə 1200-1500 piano istehsal ediləcəkdir. Hazırda

burada 120 nəfər çalışır. Müəssisə tam gücü ilə işləməyə

başlayandan sonra işçilərin sayı 350-yə çatdırılacaqdır.

Fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və

yataqxanası vardır. Ərazidə əsaslı abadlıq işləri aparılmışdır.

Page 273: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

273

Prezident İlham Əliyevə müəssisədə istehsal olunmuş ilk

piano hədiyyə edildi.

Page 274: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

274

QƏBƏLƏDƏ MEYVƏ-TƏRƏVƏZ SAXLAMAQ

ÜÇÜN

SOYUDUCU ANBAR TİKİLMİŞDİR

Qəbələ

27 fevral 2010-cu il

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə meyvə-

tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbar ilə tanış

olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, tikintisi 2008-

2009-cu illərdə həyata keçirilmiş anbarın ümumi sahəsi 7800

kvadratmetrdir. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton

meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya

istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların

saxlanması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma

sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara

yığılan məhsulun xarab olmaması üçün xüsusi nəmləndirici

proses həyata keçirilir. Hazırda anbarda 50 nəfər işlə təmin

olunmuşdur.

Prezident İlham Əliyev müəssisədəki meyvəçeşidləmə

sexində də oldu. Diqqətə çatdırıldı ki, burada quraşdırılan

avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə

imkan verir.

Dövlətimizin başçısı sexi işə saldı.

Prezident İlham Əliyev “Gilan-Holdinq”in müxtəlif

müəssisələrində istehsal olunan məhsulların sərgisinə də baxdı.

Bildirildi ki, 8 növ konyak, 14 növ şərab, 84 növ şirə istehsal

edən bu müəssisələrin məhsulları ölkəmizdən kənarda da

kifayət qədər tanınır. Bundan başqa, “Gilan-Holdinq”in

zeytundan müxtəlif qida məhsulları hazırlayan, yeyinti

məhsulları istehsal edən və süd emalı müəssisələri də vardır. Bu

Page 275: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

275

müəssisələr hazırda MDB ölkələri də daxil olmaqla, 28 dövlətlə

ticarət əməliyyatları aparır.

Page 276: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

276

YENİ AVTOVAĞZAL BİNASI QƏBƏLƏYƏ

TURİST AXININI GÜCLƏNDİRƏCƏKDİR

Qəbələ

27 fevral 2010-cu il

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə yeni

avtovağzal binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və bina ilə

yaxından tanış oldu.

Məlumat verildi ki, son dövrlərdə Qəbələdə tikilən

infrastruktur obyektlərindən biri olan ikimərtəbəli yeni

avtovağzal binası 1,5 hektar ərazidə inşa edilmişdir. Zəruri

xidmət sahələri ilə təmin edilmiş binanın birinci mərtəbəsində

kassalar, gözləmə və tibb otaqları, digər bölmələr vardır. Müasir

üslubda inşa edilən obyektin ikinci mərtəbəsində isə inzibati

otaqlar yerləşir. Həyətdə geniş abadlıq işləri görülmüş, yaşıllıq

zolağı salınmış, ağaclar əkilmişdir.

Bildirildi ki, Qəbələdə nəqliyyat sahəsinin inkişafına ciddi

təsir göstərəcək yeni avtovağzaldan rayonun bütün kəndlərinə

marşrutlar işləyəcəkdir. Həmçinin ölkədaxili istiqamətlərdə də

yeni marşrutların açılması planlaşdırılır. Bundan əlavə, Türkiyə,

Rusiya və MDB-nin digər dövlətlərinə də avtobus reysləri

açılacaqdır. Bu, Qəbələ rayonuna turist axınının daha da

artmasını təmin edəcəkdir.

Dövlətimizin başçısı avtovağzalın həyətində yeni

avtobuslara baxdı, kollektivi təbrik etdi.

Page 277: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

277

PREZİDENT İLHAM ƏLİYEV QƏBƏLƏDƏ

MƏCBURİ

KÖÇKÜNLƏR ÜÇÜN SALINMIŞ MƏHƏLLƏDƏ

OLMUŞDUR

Qəbələ

27 fevral 2010-cu il

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələnin

Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllədə

olmuşdur.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin

İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi

ki, «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin

yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət

Proqramı»na Prezident İlham Əliyevin 2007-ci il 31 oktyabr

tarixli Sərəncamı ilə edilmiş Əlavələrə uyğun olaraq Qəbələ

rayonunun Zarağan bələdiyyəsi ərazisində məcburi köçkün

ailələri üçün məhəllə salınmışdır. Məhəllənin tikintisinə 2008-ci

ilin oktyabrında başlanmış və inşaat işləri cari ilin fevralında

yekunlaşdırılmışdır. Rayondakı «Qafqaz» turizm bazası və

«Lalə» sağlamlıq mərkəzində müvəqqəti məskunlaşan 155

məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və 4 hektar sahəni

əhatə edən məhəllədə beşmərtəbəli 2 yaşayış binası və 188

şagird yeri olan məktəb binası tikilmişdir. Beşmərtəbəli

binalardan biri 80, digəri isə 75 mənzillidir. Ümumi sahəsi 10

min 946 kvadratmetr olan yaşayış binalarında 30 birotaqlı, 70

ikiotaqlı və 55 üçotaqlı mənzil vardır. Məhəllənin su, elektrik

enerjisi və qaz təchizatı üçün müvafiq şəbəkələr yaradılmışdır.

Buraya uzunluğu 2 kilometrdən çox olan qaz xətti çəkilmiş,

həmçinin 4 artezian quyusu qazılmış, 1,4 kilometr uzunluğunda

su xətti istifadəyə verilmişdir. Məhəllədə kanalizasiya şəbəkəsi,

Page 278: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

278

istilik sistemi yaradılmış, əraziyə asfalt-beton örtük salınmış,

abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.

Prezident İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə tanış

oldu.

Page 279: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

279

QƏBƏLƏDƏ HEYDƏR ƏLİYEV FONDUNUN

DƏSTƏYİ İLƏ

İNŞA OLUNMUŞ UŞAQ BAĞÇASI AÇILMIŞDIR

Qəbələ

27 fevral 2010-cu il

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə uşaq

bağçasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və uşaq

bağçası ilə yaxından tanış oldu.

Bağçada ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və

qayğısını əks etdirən fotoguşə yaradılmışdır .

Məlumat verildi ki, gənc nəslin təhsili və sağlamlığının

qorunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet

istiqamətlərindən biridir. Fond ölkədə həyata keçirilən təhsil və

səhiyyə islahatlarında xüsusi fəallıq nümayiş etdirir. Heydər

Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu

sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun

qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı həllinə

yönəlmişdir. Heydər Əliyev Fondunun uşaqların sağlamlığının

qorunması istiqamətində gördüyü işlər cəmiyyətdə birmənalı

olaraq razılıqla qarşılanır. İndi məktəbəqədər hazırlıq

müəssisələrinin, uşaq bağçalarının müasir standartlar

səviyyəsində qurulması, onların maddi-texniki bazasının

gücləndirilməsi də Heydər Əliyev Fondunun diqqət

mərkəzindədir. Qəbələdə Fondun təşəbbüsü ilə inşa edilən uşaq

bağçası da bu qəbildəndir.

Ümumi sahəsi 942 kvadratmetr olan ikimərtəbəli uşaq

bağçası 70 yerlikdir. Bağçada balacaların təlim-tərbiyəsi və

istirahəti üçün hər cür şərait yaradılmışdır.

Page 280: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

280

Uşaq bağçasında yaradılan şəraitlə tanış olan Prezident

İlham Əliyevə məlumat verildi ki, burada xüsusi məşğələ

otaqları fəaliyyət göstərir. Uşaqların dünyagörüşünü

zənginləşdirmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə edilir.

Onların qidalanması da diqqət mərkəzində saxlanılır. Bina

istilik sistemi ilə təchiz edilmişdir.

Uşaqlar Vətənə həsr olunmuş şeirlər oxudular.

Page 281: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

281

PREZİDENT İLHAM ƏLİYEV QƏBƏLƏDƏ

«QAFQAZ–PARK» GƏNCLİK MƏRKƏZİNİN

AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Qəbələ

27 fevral 2010-cu il

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə

«Qafqaz–Park» Gənclik Mərkəzinin açılışında iştirak etmişdir.

Açılışı bildirən lenti kəsən dövlətimizin başçısı əvvəlcə 900

kvadratmetr sahəsi olan süni buz meydançası ilə tanış oldu.

Müasir standartlara uyğun qurulan bu meydança yerli əhalinin

və turistlərin marağına səbəb olmuşdur.

Parkın ərazisini gəzən Prezident İlham Əliyevə məlumat

verildi ki, ümumi sahəsi 16 hektar olan parkda müxtəlif iaşə

obyektləri, üzgüçülük hovuzları, süni göllər, kafelər, uşaq

əyləncə mərkəzləri inşa olunmuşdur. Ərazidə müxtəlif

dekorativ ağac, kol və güllərdən ibarət yaşıllıq salınmış, orijinal

fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Mərkəzdə 150 nəfər işlə təmin olunacaqdır.

Page 282: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

282

«QAFQAZ SAHİL» MEHMANXANA

KOMPLEKSİNİN TİKİNTİSİ

İLƏ TANIŞLIQ

Qəbələ

27 fevral 2010-cu il

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələyə səfəri

çərçivəsində “Qafqaz Sahil” mehmanxana kompleksinin

tikintisi ilə tanış olmuşdur.

Dövlətimizin başçısı mehmanxananın eskizlərinə baxdı.

Məlumat verildi ki, böyük turizm imkanlarına malik

Qəbələdə yeni obyektlərdən olan «Qafqaz Sahil» mehmanxana

kompleksi yeddimərtəbəli əsas binadan və 38 kottecdən

ibarətdir. Ümumi sahəsi 21 min 600 kvadratmetr olan binada

123 nömrə olacaqdır. Onlardan 100-ü standart, 18-i syutdur.

Nömrələrdən 5-i isə xüsusi qonaqlar üçün nəzərdə tutulmuşdur.

Kompleksdə 3 konfrans zalı, 2 restoran fəaliyyət göstərəcəkdir.

Bundan əlavə, açıq və qapalı hovuzlar da qonaqların ixtiyarına

veriləcəkdir.

Müasir standartlara uyğun tikilən kompleks bölgədə

turizmin inkişafına böyük töhfə verəcəkdir.

Dövlətimizin başçısı inşaat işləri ilə bağlı tövsiyələrini verdi.

Page 283: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

283

Page 284: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

284

PREZİDENT İLHAM ƏLİYEV «LAZA»

YARIMSTANSİYASININ AÇILIŞINDA İŞTİRAK

ETMİŞDİR

Qəbələ

27 fevral 2010-cu il

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdəki

“Laza” yarımstansiyasının açılışında iştirak etmişdir.

«Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev

dövlətimizin başçısına məlumat verdi ki, 110 kilovoltluq

«Laza» yarımstansiyası ölkənin energetika sisteminin paylayıcı

və ötürücü şəbəkəsinin yenidən qurulması, müasirləşdirilməsi

işləri çərçivəsində tikilmişdir. Sahəsi 1,5 hektar olan

yarımstansiyada inşaat işlərinə 2008-ci ilin dekabr ayında

başlanmışdır. Yarımstansiyanın layihəsi «Azərenerji»nin daxili

imkanları hesabına maliyyələşdirilmişdir. Ərazidə geniş

miqyasda abadlıq və yaşıllaşdırma işləri aparılmış,

transformatorlar üçün təmir meydançaları tikilmiş, daxili yollar

çəkilmişdir. Laza–Qəbələ yolundan yarımstansiyaya bir

kilometrə qədər asfalt yol salınmışdır.

Rayon üçün mühüm əhəmiyyət kəsb edən yarımstansiya

Qəbələ şəhərini, «Qafqaz» turizm kompleksini, Laza və Durca

kəndlərini, eləcə də bir sıra obyektləri elektrik enerjisi ilə təmin

edəcək, həmçinin enerjinin ötürülməsi və paylaşdırılması

sistemlərinin etibarlı və sabit işləməsinə imkan verəcəkdir.

Yarımstansiyanın qidalandırılması üçün «Qəbələ»

yarımstansiyasından hər birinin uzunluğu 6 kilometrdən çox

olan 110 kilovoltluq iki hava xətti çəkilmişdir.

Bildirildi ki, 12 çıxış xəttinə malik «Laza»

yarımstansiyasında hər birinin gücü 16 meqavoltamper olan iki

Page 285: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

285

transformator quraşdırılmışdır. Yarımstansiyada quraşdırılacaq

avadanlıq İsveçrənin ABB şirkətinə məxsusdur.

Prezident İlham Əliyev paylayıcı qovşaq bölməsində oldu,

dispetçer məntəqəsində yarımstansiyanı işə saldı.

Dövlətimizin başçısı yarımstansiyanın kollektivini təbrik

etdi, onlara uğurlar arzuladı.

Page 286: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

286

QƏBƏLƏDƏ «QAFQAZ RESORT»

MEHMANXANASININ YENİ KORPUSU

İSTİFADƏYƏ VERİLMİŞDİR

Qəbələ

27 fevral 2010-cu il

Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə «Qafqaz

Resort» mehmanxanasının yeni korpusunun açılışında iştirak

etmişdir.

Bildirildi ki, 6 mərtəbəli yeni korpus 60 otaqdan ibarətdir.

Onlardan 36-sı standart, 23-ü lüks nömrə, biri isə xüsusi

qonaqlar üçündür.

Binada restoran, kafe və bar fəaliyyət göstərir. Korpusda

internet xidməti təşkil edilmişdir.

Yeni korpusla yaxından tanış olan Prezident İlham Əliyev

yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

Page 287: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

287

QƏBƏLƏDƏ «FİTNES» SAĞLAMLIQ MƏRKƏZİ

İSTİFADƏYƏ VERİLMİŞDİR

Qəbələ

27 fevral 2010-cu il

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə «Fitnes»

sağlamlıq mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və mərkəz ilə

yaxından tanış oldu.

Məlumat verildi ki, 5 hektar ərazidə müasir üslubda inşa

edilmiş bu mərkəz istirahətlə yanaşı, turistlərin müayinə və

müalicəsinə də xidmət edir. Burada 700 yerlik amfiteatr,

kinozal, saunalar, SPA kabinetləri, hidromasaj otaqları, müalicə

vannaları fəaliyyət göstərir. Mərkəzdə, həmçinin 8 yolluq

boulinq zalı, reytbol, stolüstü oyun masaları və digər idman

qurğuları da quraşdırılmışdır. Uşaqlar üçün xüsusi üzgüçülük

hovuzları tikilmiş, uşaq klubu yaradılmışdır.

«Fitnes» sağlamlıq mərkəzində eyni vaxtda 300 qonağın

istirahət etməsi üçün imkan vardır. Onların xidmətində 80

nəfərlik heyət dayanacaqdır.

Prezident İlham Əliyev mərkəzin ayrı-ayrı bölmələrinə,

kinozala baxdı, açıq konsert salonunda rayonun uşaq və

yeniyetmələrdən ibarət xalq çalğı alətləri ansamblının ifasında

«Koroğlu» operasından “Cəngi”yə qulaq asdı.

Page 288: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

288

MƏCBURİ KÖÇKÜNLƏR VƏ QƏBƏLƏ RAYON

İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ

GÖRÜŞ

Qəbələ

27 fevral 2010-cu il

Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə məcburi

köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə

görüşmüşdür.

Prezident İlham Əliyev yeni mənzil alan məcburi köçkünləri

təbrik edərək dedi:

– Mən sizi ürəkdən salamlayıram və məcburi köçkünləri

yeni gözəl evlərin istifadəyə verilməsi münasibətilə təbrik

edirəm. Siz bu evlərdə rahat yaşayın, yaxşı yaşayın. Siz uzun

illərdir ki, turbazada, pioner düşərgəsində çətin, ağır vəziyyətdə

yaşayırsınız. Amma artıq bu gündən yaxşı, gözəl şəraitdə

yaşayacaqsınız. Bilirsiniz ki, Azərbaycan dövləti, Azərbaycan

hökuməti məcburi köçkünlərin yaşayış səviyyəsinin

yaxşılaşdırılması və onların məşğulluğunun artırılması üçün çox

böyük işlər görür. Dövlət Proqramı qəbul edilibdir və ilk

mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın

problemləri həll olundu. Artıq Azərbaycanda bir dənə də olsun

çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız

binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır.

Qəbələ rayonunda bu proses gedir və demək olar ki,

ölkəmizin müxtəlif yerlərində biz bu işlərə başlamışıq. Bakıda,

digər rayon mərkəzlərində məcburi köçkünlər üçün

çoxmərtəbəli evlər tikilir. Burada yaşayış şəraiti yaxşıdır və

əminəm ki, siz bu evlərdə rahat yaşayacaqsınız. Ancaq əsas

məsələ ondan ibarətdir ki, siz öz doğma torpaqlarınıza

qayıdasınız. Budur əsas məsələ. Görülən bu tədbirlər və ayrılan

Page 289: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

289

böyük vəsaitlər müvəqqəti xarakter daşıyır ki, biz məcburi

köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdıraq, sizin həyatınızı

yüngülləşdirək. Ancaq əsas məsələ öz həllini tapmalıdır.

Biz, bütün Azərbaycan xalqı dünən böyük faciənin

ildönümünü qeyd etdik. Azərbaycan xalqına qarşı ermənilər

tərəfindən törədilmiş Xocalı soyqırımı yaddaşımızdan heç vaxt

silinməyəcəkdir. İnsanlığa qarşı o qanlı cinayət artıq bütün

dünya tərəfindən tanınır və bizim səylərimiz, Azərbaycan

dövlətinin, ictimai təşkilatların, diaspor təşkilatlarının,

gənclərin, xaricdə yaşayan tələbələrin səyləri nəticəsində artıq

bütün dünya bunu bilir. Baxmayaraq ki, müharibənin ilk

illərində erməni təbliğatı bu məsələni ört-basdır etmək üçün

böyük səylər göstərmişdi və deyə bilərəm ki, müəyyən uğurlar

da əldə edə bilmişdi. Bizim təbliğat imkanlarımız çox məhdud

idi. Erməni diasporu və onların dünyadakı havadarları tarixi

həqiqəti təhrif etməklə, demək olar ki, Xocalı həqiqətlərini

gizlətmişdilər. Ancaq bu gün bütün dünya bilir və dünən

dünyanın müxtəlif yerlərində yüksək səviyyədə keçirilən

tədbirlər və o tədbirlərdə müxtəlif ölkələrin dövlət, hökumət və

ictimaiyyət nümayəndələrinin iştirakı onu göstərir ki, artıq biz

bu faciə ilə bağlı bütün həqiqətləri dünya birliyinə çatdıra

bilmişik.

Ancaq bu, hələ işin birinci mərhələsidir. Biz çalışmalıyıq ki,

Azərbaycan xalqına qarşı soyqırımında iştirak etmiş

cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunsunlar. Əminəm

ki, o gün gələcək və Azərbaycan xalqının qanına əli batmış

bütün cinayətkarlar, bütün quldurlar cəzalarını alacaqlar. O ki

qaldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin

həllinə, Azərbaycan öz səylərini davam etdirəcəkdir. Biz

çalışırıq və çalışmalıyıq, ölkəmizi hərtərəfli inkişaf etdirək,

gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla

qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq

müstəvidə buna nail ola bilmişik.

Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir.

Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq

Page 290: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

290

hüquq normaları əsasında həll olunmasını təsdiqləyir. Bunu

təsdiqləyən çoxsaylı beynəlxalq sənədlər vardır. Ancaq əfsuslar

olsun ki, bütün bu səylərə baxmayaraq, məsələ öz həllini

tapmır. Çünki qarşı tərəf – Ermənistan tərəfi məsələni uzatmaq

istəyir. Status-kvo vəziyyətini saxlamaq istəyir və yaranmış

vəziyyəti qanuniləşdirmək istəyir. Biz buna heç vaxt imkan verə

bilmərik. Öz siyasi və diplomatik səylərimizi istənilən

müstəvidə, istənilən formada davam etdirəcəyik. Həm

beynəlxalq təşkilatlarda, həm ikitərəfli münasibətlərdə bu

məsələ daim gündəlikdədir.

Məsələ ilə məşğul olan həmsədr ölkələrin rəhbərləri ilə də

mənim çoxsaylı görüşlərim olubdur. Bu görüşlər əsnasında

Azərbaycanın haqlı mövqeyi daim vurğulanıbdır. Yəni, artıq

bütün dünya bilir ki, Azərbaycan torpaqları işğal olunub, işğalçı

dövlət işğal edilmiş torpaqlardan çıxmaq istəmir və məsələni

uzatmaq istəyir. Biz isə buna heç cür imkan verə bilmərik. Biz

istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki,

müharibə yenidən başlasın. Ancaq eyni zamanda, özümüzü

gücləndiririk, ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk

və hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etmək

üçün hazır olmalıyıq. Bunu etmək üçün bir daha demək

istəyirəm ki, Azərbaycan güclü olmalıdır. Bugünkü dünyanın

müxtəlif yerlərində baş vermiş hadisələr onu göstərir ki, güc

amili həlledici rol oynayır.

Beynəlxalq hüquq normaları əlbəttə ki, böyük əhəmiyyət

daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki,

bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş

normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq qanun

normaları pozulursa, onda demək olar ki, dünya birliyinin

beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən

mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər

təşkilatı – BMT-nin Təhlükəsizlik Şurasının, bu da BMT-nin ən

vacib orqanıdır, – Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ

münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə,

onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar.

Page 291: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

291

BMT-nin Təhlükəsizlik Şurasının dünyanın aparıcı ölkələri

olan 5 daimi üzvü vardır. Onlardan üçü Minsk qrupunun

həmsədrləridir. Təhlükəsizlik Şurasının qətnamələri, eyni

zamanda, əlbəttə ki, bütün BMT üçün əsas olmalıdır. Ancaq bu

qətnamələrin qəbul edilməsində daimi üzvlər aparıcı rol

oynayır. Daimi üzvlər istənilən qərara veto qoya bilərlər, yəni

bu qərar onların qərarıdır. Nə üçün təxminən 20 il keçəndən

sonra bu qərarlar icra olunmur?! Nə üçün işğalçı dövlətə ciddi

xəbərdarlıq edilmir?! Nə üçün onlar təcrid olunmur?! Axı, onlar

bütün beynəlxalq normaları pozublar, müharibə cinayətləri

törədiblər. Xocalı soyqırımını törədiblər. Yüzlərlə günahsız

Azərbaycan vətəndaşı həlak olub, vəhşicəsinə öldürülüb. Amma

buna heç kim məsuliyyət daşımır. Müharibə cinayətkarları

dünyanı sərbəst gəzirlər, onlar üçün şərait yaradılır. Onlar

müxtəlif paytaxtlarda qəbul edilir. Onlar müharibə

cinayətkarlarıdır. Biz görürük ki, bəzi başqa yerlərdə müharibə

zamanı törədilmiş cinayətlərə görə quldurlar, cinayətkarlar

beynəlxalq məhkəmələrə cəlb olunur, onlar ədalət qarşısında

cavab verirlər.

Amma, erməni quldurlarının sanki bir immuniteti vardır. Bu,

ədalətsizlikdir, bu, ikili standartlardır. Bu vəziyyət dözülməzdir.

Biz bilirik ki, dünyada erməni lobbisinin imkanları, o

cümlədən maliyyə imkanları vardır. Onlar müxtəlif ölkələrdə

bəzi riyakar və rüşvətxor siyasətçiləri də ələ alıblar. Onlara pul

verməklə, müxtəlif imtiyazlar yaratmaqla və o insanlardan

istifadə edib öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Biz

isə istəyirik ki, məsələ ədalətli, beynəlxalq hüquq əsasında həll

olunsun. Bizim heç bir başqa ölkəyə ərazi iddiamız yoxdur.

Halbuki bugünkü Ermənistan əzəli Azərbaycan torpağında

yaradılmışdır. Buna baxmayaraq, bizim heç kimə qarşı ərazi

iddiamız yoxdur. Biz istəyirik ki, bizim torpaqlarımız, qanuni

torpaqlarımız, əzəli torpaqlarımız beynəlxalq birlik tərəfindən

Azərbaycan torpaqları kimi tanınan torpaqlarımız, qayıtsın.

Bizim vətəndaşlarımız, siz oraya qayıdasınız. Öz doğma

torpağınıza qayıdasınız. Bizim istəyimiz budur.

Page 292: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

292

Bir tərəfdən bizə deyilir ki, məsələ sülh yolu ilə həll

olunsun. Biz də bunun tərəfdarıyıq. Amma heç kim

unutmamalıdır ki, ermənilər o torpaqları sülh yolu ilə zəbt

etməyiblər. Bizim torpaqlarımız müharibə yolu ilə, başqa

ölkələrin dəstəyi ilə işğal olunubdur. Baxmayaraq ki, o

hadisələrdən artıq 20 ilə yaxın vaxt keçir, bunu heç kim

unutmamalıdır. Azərbaycan vətəndaşları, gənclər, gənc nəsil

bunu daim yadda saxlamalıdır. Yəni, ermənilər bunu zor gücü

ilə ediblərsə, bizə nə üçün daim tövsiyə edilir ki, sülh yolu ilə

həll olunsun. Mən bir daha demək istəyirəm ki, heç kim

müharibə istəmir. Kim istəyər ki, indi müharibə olsun. Ancaq

biz bu dözülməz vəziyyətlə nə qədər barışmalıyıq?! Nə qədər

dünya ictimaiyyəti və bu məsələ ilə məşğul olan tərəflər belə

təmkinli mövqedə olacaqlar?!

Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi

qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir.

Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz

çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq yarana bilər.

Bizim prinsipial mövqeyimiz bundan ibarətdir. Bu məsələ

Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır və

tapacaqdır. Sadəcə olaraq, biz istəyirik ki, bu, tezliklə olsun və

ermənilər öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxsın. Bunu

etmək üçün bir daha demək istəyirəm ki, biz güclü olmalıyıq.

Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da

haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz

bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı

istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət

olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin

timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və

nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz

bütün imkanlarımızı səfərbər etməliyik. İqtisadi inkişafımızı

daha da gücləndirməliyik. Baxmayaraq ki, bu gün Azərbaycan

dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ilin

yekunlarına görə dünya miqyasında bütün ölkələr arasında

iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə Azərbaycandır.

Page 293: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

293

Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik. Görülən

bütün işlər bu məqsədi güdür.

Hərbi quruculuq, ordu quruculuğu daha da sürətlə

getməlidir. Çox işlər görülüb, amma hələ də çox işlər

görülməlidir. Bu məqsədlə bizim bütün proqramlarımız icra

edilir. O cümlədən regional inkişaf proqramı və bütün

regionlarda gedən quruculuq işləri əlbəttə ki, ölkəmizi

gücləndirir. Bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir. Mən

şübhə etmirəm ki, Azərbaycan uğurlu inkişafını 2010-cu ildə də

davam etdirəcəkdir. Qarşıda duran bütün vəzifələr icra ediləcək

və ölkə qarşısında duran iqtisadi və sosial problemlər öz həllini

tezliklə tapacaqdır.

Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun

timsalında da çox əyani şəkildə görürük. Qəbələ sözün əsl

mənasında sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri

aparılır. Hər dəfə Qəbələdə olanda, yenilikləri görəndə çox

sevinirəm. Şəhər abadlaşır, müxtəlif tədbirlər görülür. Bu gün,

misal üçün, artıq bir neçə tədbirdə iştirak etmişəm. Qəbələdə ən

yüksək standartlara cavab verən piano fabriki istifadəyə

verilibdir. Bu, çox böyük bir hadisədir və onu göstərir ki,

Azərbaycanın inkişafına xarici və yerli investorlarda böyük

inam vardır. Bu gün avtovağzalın açılışında iştirak etdim.

Ondan sonra kənd təsərrüfatı ilə bağlı yeni yaradılmış

müəssisələrlə tanış oldum. Qəbələnin, bildiyiniz kimi, çox

böyük turizm potensialı vardır. Artıq bu potensialdan çox

səmərəli şəkildə istifadə olunur. Mən hər dəfə Qəbələdə olarkən

bu məsələni xüsusilə vurğulayıram ki, gözəl təbiəti, zəngin

tarixi və təbii imkanları Qəbələnin beynəlxalq turizm mərkəzinə

çevrilməsində çox mühüm rol oynamalıdır və bu gün bunu

görürük. Qəbələdə beşulduzlu otellər, otel kompleksləri,

sağlamlıq mərkəzləri, uşaq parkları yaradılır. Yəni turizm

infrastrukturunun inkişafı üçün çox böyük işlər görülür və

Qəbələ dünya miqyasında turizm mərkəzlərindən birinə

çevrilməlidir. Bunu etmək üçün bir daha demək istəyirəm ki,

həm təbii şərait, həm də ki, artıq infrastruktur vardır. Bakı–

Page 294: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

294

Qəbələ yolu – artıq onun bir hissəsi tikilib. Bakı–Şamaxı yolu

artıq bütün dünya standartlarına cavab verir. Ondan sonra

Şamaxı–İsmayıllı, İsmayıllı–Qəbələ, Qəbələ–Balakən yolu da

tikiləcəkdir. Beləliklə, turizmin inkişafı üçün vacib olan yol

infrastrukturu tamamilə yeniləşəcəkdir. Qəbələnin içməli su,

kanalizasiya problemləri öz həllini tapmaqdadır. Artıq böyük

layihə də icra olunmağa başlamışdır və Qəbələnin bütün içməli

su, kanalizasiya problemi iki il ərzində həllini tapmalıdır.

Elektrik enerjisi ilə təchizat yaxşılaşdırılacaqdır. Bu gün yeni

yarımstansiyanın açılışında iştirak edəcəyəm. Qazlaşdırma

prosesi sürətlə gedir, sosial obyektlər – uşaq bağçaları,

məktəblər tikilir. Yəni rayonun inkişafı üçün bütün lazımi

tədbirlər görülür. Bunun nəticəsidir ki, son altı il ərzində

Qəbələnin iqtisadiyyatı təxminən 4 dəfə artıb. Böyük bir

nailiyyətdir və göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, bu,

təkcə statistik rəqəmlərlə ölçülmür, eyni zamanda, burada gedən

abadlıq-quruculuq işlərini hər bir vətəndaş öz gözü ilə görə

bilər.

Mən görülən bütün bu işlərlə bağlı müsbət rəyimi bildirmək

istəyirəm. Qəbələlilərə yeni uğurlar arzulamaq istəyirəm və

bilin ki, Qəbələni müasir, gözəl turizm mərkəzinə çevirmək

üçün əlavə tədbirlər də hazırlanır və o da tezliklə reallaşacaqdır.

Sizi isə, əziz soydaşlarım, bu evlərin istifadəyə verilməsi

münasibətilə bir daha təbrik edirəm. Burada yeni bir ev də

tikiləcək, məktəb də artıq tikilməkdədir. Yəni, müvəqqəti olsa

da, burada yaşamaq üçün bütün şərait vardır. Mən əminəm ki,

gün gələcək və biz yeni gözəl evlərin tikintisini işğaldan azad

ediləcək torpaqlarda qeyd edəcəyik.

Yeni mənzil alanlar adından çıxış edən Şuşa rayonundan

məcburi köçkün Əhəd Həsənov dedi:

– Cənab Prezident, Qəbələ rayonunda məskunlaşmış 598

məcburi köçkün ailəsi adından Sizi salamlayırıq. Vaxtınızı

ayırıb biz köçkünlərlə bu gün görüş keçirdiyinizə görə Sizə

böyük minnətdarlığımızı bildiririk.

Page 295: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

295

Mən tarixi heç vaxt yaddaşımdan silinməyən ulu

öndərimizin belə bir müdrik kəlamını bu gün xatırlatmaq

istəyirəm. Hələ vaxtilə, 1993-cü ildə ulu öndərimiz demişdi:

«Vaxt gələcək Azərbaycan bütün dünyaya günəş kimi

doğacaqdır». Bəli, ulu öndərimiz tərəfindən deyilən deyim artıq

bu gün reallıqdır. Günəşli Azərbaycanımız dünyanın bütün

ölkələrinə nur saçır. Dünyanın qabaqcıl ölkələri bu gün

Azərbaycan dövləti, onun Prezidenti ilə hesablaşır. Sizin

dediyiniz kimi, Azərbaycan elə inkişaf etməlidir ki, gələcəkdə

dünyanın zəngin və qüdrətli dövlətinə çevrilsin. Bu gün inamla,

fəxrlə deyə bilərik ki, bəli, cənab Prezident, məhz, Sizin gərgin

əməyinizin, fəaliyyətinizin nəticəsində müstəqil

Azərbaycanımız beynəlxalq aləmdə qüdrətli bir dövlətə

çevrilmişdir. Azərbaycan xalqı tam inamla əmindir ki, onun

gələcəyi, onun dövlətçilik taleyi etibarlı əllərdədir.

Biz 18 ilə yaxındır ki, bu gözəl diyarda, Qəbələdə

məskunlaşmışıq. O gündən bu günə, – icazənizlə bir məqamdır,

mən bütün mehriban qəbələlilərə çatdırmaq istəyirəm, bugünkü

məqamdan istifadə edib deyirəm, – həmişə çətin günümüzdə

bizə dayaq olublar. Odur ki, bütün zəhmət adamlarına,

qəbələlilərə məcburi köçkünlər adından minnətdarlığımızı

bildiririk.

Qaldı ki, bu gözəl, yaraşıqlı, müasir tələblərə cavab verən

binaya, onu bu gün 152 ailəyə bağışlayırsınız. Bunun özü –

sözlə ifadə etmək çətindir – biz köçkünlərə dövlətimizin böyük

qayğısının təzahürüdür. Ancaq biz belə rahat otaqlarda

yaşamaqla, çox gözəl açıqladınız, cənab Prezidentimiz, əmin

olun ki, heç də bununla kifayətlənmək arzusunda deyilik. Bütün

məcburi köçkünlərin yeganə arzusu işğal altında olan

torpaqlarımıza qayıtmaqdır. Biz gecəli-gündüzlü qəlbimizi

yaralayan, bizi rahat buraxmayan ana torpağımıza qayıdacağıq.

Biz buna varlığımız kimi əminik. Ona görə ki, belə müdrik, ulu

öndərimizin sadiq siyasi davamçısı olan cənab Prezidentimiz

İlham Əliyev kimi liderimiz, şəxsiyyətimiz vardır.

Page 296: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

296

Bir daha xatırlatmaq istəyirəm ki, doğrudan da Ulu Tanrımız

bizim Azərbaycana böyük bir xoşbəxtlik də qismət edibdir.

Cənab Prezident Siz, həm də Azərbaycanımızın birinci xanımı,

YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım kimi bir

şəxsiyyətlə düşmənlərimizə qarşı birgə mübarizə aparırsınız.

Mehriban xanımı da ürəkdən alqışlayırıq. Təkcə Sizin ikinizlə

yekunlaşmır. Hamıya məlumdur ki, Sizin gənc övladınız Leyla

xanım Əliyeva, – bu günlərdə mətbuatda, televiziyada biz

gördük, buna fərəhlənirik, buna qəlbimiz coşur, – Xocalı

fəryadını bütün dünyaya yaydı. Bax, görülən işlərin hamısı son

nəticədə bunlarla ölçülməlidir.

Mən əminəm ki, doğma yurdumuz, – Kəlbəcərimiz,

Şuşamız, Ağdamımız, bütün işğal altında olan rayonlarımız

azad olunacaqdır. Biz çal-çağır dövrlərimizi o diyarda

yaşadacağıq. Mənim ən böyük arzum budur ki, tarixi abidələr

şəhəri olan, gözəl təbiətinə görə seçilən Kəlbəcərimiz,

Qarabağın zümrüd tacı olan doğma Şuşamız işğaldan azad

edilsin, üçrəngli bayrağımız Şuşada dalğalansın. Cənab

Prezident, arzumuz budur ki, o torpaqlarda yeni binaların,

abidələrin açılışında şəxsən Sizinlə və Sizin bütün ailə

üzvlərinizlə, respublikamızın qabaqcıl ziyalıları ilə birlikdə

iştirak edək. Ulu Tanrı Sizi qorusun. Allahdan arzum budur.

Sözümü yekunlaşdırmaq istəyirəm. Amma qəlbim doludur,

çünki hörmətli Prezidentimizin qarşısında çıxış etmək mənim

üçün, bütün məcburi köçkünlər, bütün vətəndaşlar üçün

şərəfdir. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil

Azərbaycan Respublikamızın qüdrətli dövlətə çevrilməsi işində,

torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda

mübarizədə ümummilli liderimiz Heydər Əliyev siyasi

kursunun layiqli və cəsarətli davamçısı cənab Prezident İlham

Əliyevə öz əməli fəaliyyətimizlə dayaq olmalıyıq.

Respublikamızda bu gün reallıq, durum bax belədir.

Dövlətimiz, Prezidentimiz xalqa, xalqımız isə dövlətimizə,

Prezidentimizə arxa və dayaqdır. Ulu Tanrı həmişə Sizə yar

olsun.

Page 297: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

297

Qəbələ sakini Şirin Şirinov dövlətimizin başçısına

müraciətlə dedi:

– Cənab Prezident, icazə verin mən də qəbələlilər adından

Sizi Azərbaycanın bu gözəl diyarında salamlayım və Sizə «Xoş

gəlmisiniz!» deyim. Sizin Qəbələyə hər gəlişiniz bizim üçün

böyük bayram olur, Qəbələnin inkişafında yeni mərhələ açılır.

Bizim gözəl Qəbələmiz gündən-günə inkişaf edir. 2008-ci ildəki

gəlişinizdən keçən bu az dövrdə Qəbələ tanınmaz dərəcədə

inkişaf edib. İndi burada istifadəyə verilən obyektlərin sayı da

durmadan artır. Bütün bunların hamısı Sizin bizə göstərdiyiniz

böyük diqqət və qayğının nəticəsidir. Mən qeyd etmək

istəyirəm ki, Sizin apardığınız düzgün siyasət nəticəsində bu

gün Azərbaycanımız regionda həyata keçirilən ən irimiqyaslı

layihələrin əsas təşkilatçısı və iştirakçısıdır. O cümlədən

respublikamızın rayonları da, bölgələri də durmadan inkişaf

edir. Qeyd etdiyiniz kimi, Qəbələ də inkişaf edən bu bölgələrin

içərisində öndə gedən rayonlardan biridir.

Ulu öndərimiz Qəbələnin ecazkar gözəlliyinə çox böyük

diqqət verirdi. Onu dünyanın ən yaxşı inkişaf etmiş turizm

diyarları ilə, İsveçrə ilə müqayisə edirdi və bizə tövsiyə edirdi

ki, bu gözəlliyi qoruyaq, zənginləşdirək, gələcəkdə Qəbələni

turizmdə yaxşı inkişaf etmiş istirahət guşələrindən birinə

çevirək. Ulu öndərimizin bu tövsiyəsi bu gün Sizin rəhbərliyiniz

altında çox böyük müvəffəqiyyətlə həyata keçirilir və biz buna

çox sevinirik.

Qəbələ kompleks şəkildə inkişaf edir. Sizin qeyd etdiyiniz

kimi, bugünkü Qəbələ yeni zavodlar, fabriklər, istehsal

obyektləri, istirahət mərkəzləri, yüz kilometrlərlə abad yolların

ümumi bir cəmidir. O cümlədən, bu gün Qəbələdə istehsal

olunan məhsulların xeyli hissəsi xarici bazarlarda satılır.

İstifadəyə verilən hər bir obyekt yeni iş yerləridir, əhalinin

sosial təminatının, onun maddi rifah halının yaxşılaşmasına

xidmət edir.

Cənab Prezident, mən qeyd etmək istəyirəm, bu gün çox

yaxşı, sevindirici haldır ki, dünyanı bürüyən işsizlik adlı

Page 298: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

298

problem Qəbələdə demək olar ki, həll edilmişdir. İndi ətraf

bölgələrdən də gəlib Qəbələdə işləyənlər vardır. Mən hətta

cəsarətlə Sizə deyə bilərəm ki, bu gün Qəbələdə xarici ölkə

vətəndaşları da fəaliyyət göstərirlər. 2008-ci ildə açılışında

iştirak etdiyiniz Müalicə-Diaqnostika Mərkəzi bu gün bizim

regionun ən yaxşı müalicə ocaqlarından biridir. Baxmayaraq ki,

az vaxdır – iki ildir, amma burada yüzlərlə xəstə şəfa tapıbdır.

Ən ağır cərrahiyyə əməliyyatları bizim bu müalicə ocağında

uğurla həyata keçirilir. Dializ alan onlarla xəstə respublika

paytaxtına getmədən, burada müalicə olunur. Bu gün bizim

xəstəxanaya bağışladığınız müasir avadanlıqla təchiz olunmuş

bu dörd təcili yardım maşını da qəbələlilərin xidmətinə verilir.

Bunun üçün, cənab Prezident, mən Sizə qəbələlilər adından

dərin minnətdarlığımı bildirirəm. Mən sevinc hissi ilə qeyd

etmək istəyirəm ki, şəxsən Sizin bizə göstərdiyiniz böyük

diqqət və qayğıya görə Qəbələni bu gün bütün dünya tanıyır. Bu

yaxın vaxtlarda Qəbələdə keçirilən beynəlxalq musiqi

festivalına dünyanın 16 ölkəsindən tanınmış musiqiçilər

gəlmişdilər. Bu tədbir xalqımızın milli mədəniyyətini bütün

dünyaya tanıdan çox möhtəşəm bir tədbir idi. Mən bu gün

fürsətdən istifadə edib, həmin tədbirin təşkilatçısı, bu tədbir

üçün çox böyük zəhmət çəkən, təhsilimizin, milli musiqi

mədəniyyətimizin hamisi, respublikamızın birinci xanımı, çox

hörmətli Mehriban xanım Əliyevaya da qəbələlilər adından

dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, biz Sizi çox sevirik. Sizin hər dəfə

Qəbələyə gəlişiniz bizi çox sevindirir. Bu gün Qəbələdə

böyükdən-kiçiyə qədər hamı fəxr edir ki, Siz bizim

qonağımızsınız. Qəbələyə tez-tez gəlin. Sizin hər gəlişiniz

bizim üçün sevinc və xoşbəxtlik gətirir. Biz qəbələlilər həmişə

dövlətimiz üçün, onun qayğısına qalan istəkli rəhbərlərimiz

üçün çox yaxın olmuşuq. Biz inanırıq ki, bu gün qeyd edildiyi

kimi, işğal olunmuş torpaqlarımız da Sizin rəhbərliyiniz altında,

apardığınız düzgün xarici siyasət nəticəsində azad olunacaq, ev-

Page 299: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

299

eşiyindən didərgin düşmüş bu gözəl, mehriban insanlar da öz

ata-baba yurdlarına qayıdacaqlar.

Biz çox sevinirik ki, bütün çətinliklərə cəsarətlə sinə gərən,

bu gün tərəqqi və inkişaf yolunda olan, Sizin dediyiniz kimi,

dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yerini tutan

Azərbaycan adlı müstəqil, gözəl bir dövlətin vətəndaşlarıyıq və

fəxr edirik ki, bizim Sizin kimi Prezidentimiz vardır. Cənab

Prezident, bir daha Sizi salamlayıram. Qəbələyə xoş gəlmisiniz.

Tanrı Sizi qorusun.

* * *

İ l h a m Ə l i y e v: Bir daha sizi ürəkdən təbrik edirəm və

arzu edirəm ki, həmişə gözəl tədbirlərdə görüşək.

Page 300: İNKİŞAFebooks.azlibnet.az/book/27nat211217.pdf · Dünyada 2009-cu ildən başlayaraq hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sürətli iqtisadi inkişaf davam

300

Texniki redaktor Zoya Nəcəfova

Yığım üzrə operator İlhamə

Kərimova

Kompyuter tərtibatı Məhəbbət

Orucov

Cildin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə olunmuşdur.

«Tayms» qarnitur. Formatı 84x1081/32. Ofset kağızı 1. Şərti çap vərəqi 25,5.

Uçot vərəqi 26,0 Tirajı 5000. Müqavilə qiyməti ilə.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Dövlət Nəşriyyatı. Bakı – Mehdi Hüseyn küç. 61, dalan 2, ev 3.

«Şərq-Qərb» mətbəəsi, Aşıq Ələsgər küçəsi 17.