Nizami MURADOÜrəyin nə yaman kövrəkləyibdir. B səfər üstəyəm yolum uzundu, Mən yola...

126

Transcript of Nizami MURADOÜrəyin nə yaman kövrəkləyibdir. B səfər üstəyəm yolum uzundu, Mən yola...

Seçilmiş əsərləri

1

Nizami MURADOĞLU

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Elm və təhsil” Bakı - 2015

Nizami Muradoğlu

2

Redaktor: Nadir Məmmədli

filologiya elmləri doktoru, professor Nizami Muradoğlu Seçilmiş əsərləri. Bakı, “Elm və təhsil”, 2015, 248 səh.

2015098

4602000000

N грифли няшр

© «Elm və təhsil», 2015

Seçilmiş əsərləri

3

YOLDA

RƏSULİ-ALLAH EŞQİNƏ Uca Xoşlu dağın zirvəsində mən, Allahım, tək Sənə xitab edirəm. “Ol” deyə yaratdın torpağı, daşı. Bir kimsə bilməyir neçədir yaşı, Yerləri, göyləri xəlq eyləyibsən, Ucasan yerlərdən, göylərdən də Sən. Könlümün sultanı, ey Böyük Tanrı, Səndən bir özgəsi yoxdu, yalandı. Sən salam göndərdin Həzrəti Nuha, Ölümdən qurtula, tufandan çıxa. O soydan doğulan bu ulu Türkün Tək sənə alqışdır qəlbində yükü. Bəs nədir qəlbimi sıxan intizar, İnsanın içində bir gumanmı var? Dayanar,düşünər baxıb dünyaya, Üz tutar Günəşə, ulduza, Aya. Təsəlli axtarar röyası ilə, Dəryada bir balıq sevdası ilə. Yalandan ucaldar saray, xaniman, İtaət eyləməz, gətirməz iman. Ya Rəbbim, bunları sən ki görürsən, Aşikar olandan nə gözləyirsən? Sağalmaz dərdlərə eylə bir əlac, Naümid kəslərə ümid yolu aç.

Nizami Muradoğlu

4

Qoru alçaqların hikkələrindən, Təməlsiz varlının sikkələrindən. Nadan tənəsindən, el qınağından, Keçirmə namərdin doğanağından. Ya Rəbbim, sən bizə düzünü göstər, Göstər gerçəyini, özünü göstər. İldırım sürətli bir andan keçən, Vaxtı dayandırıb zamandan keçən Bəzən də, Allahım, bu hissimlə mən, Özüm də bilmirəm nə istəyirəm? Bir inam qalmamış, düzü, sabaha, İstəyə nə hacət dünyadan daha? Bəs nədir insanı yoldan çıxaran? Cinayət, xəyanət artır durmadan. Çıxıb əndazədən harın adamlar, Axirət gününü xatırlamırlar. Qanunu yazanlar pozurlar onu, Dəyişib qurd ilə tülkünün donu. Dəyişib yerini həqiqət-yalan, Yoxdu düzü sevən, doğru axtaran. Bəlkə başqa cürdür qaranın rəngi? Dünyanın gərdişi, səsin ahəngi? Əlindən alınır mərdlərin payı, Günbəgün çoxalır namərdin sayı. Allahım, barı sən, doğrunu göstər Endir taxt-tacından oğrunu, göstər. Varsa o dünyada dəyənək, mizan, Onu bu dünyada, yəqin, qurarsan. Ya Rəbbim, sən bizə düzünü göstər, Rənglərin rəngini, özünü göstər. Dağları,daşları yenidən yarat, Namərdi, nacinsi quyulara at.

Seçilmiş əsərləri

5

Haqlının haqqını haqlıya qaytar, Haqsızın önündə ağlamasınlar. Zülmə düçar elə zülm edənləri, Qaytar cızığına bərk gedənləri. Sənin əlindədir çarəmiz ancaq, Yapışsan əlindən Turan qalxacaq. Qorxusuz –hürküsüz yaşayaq bir az, Qorxuyla böyüyən mərd kişi olmaz. Səni and verirəm, mürşidi-aləm, Rəsulun Məhəmməd eşqinə bu dəm, Şeytanı, İblisi bir kənara at, Riyasız, bakirə bir dünya yarat. Dünyada nə varsa, xəlq eyləyibsən, Xaliqsən hər şeyi xəlq eyləyənsən. Qalıb Qapabağım darda, çətində, Hələ də qan axır məmləkətimdə. Sən çarə etməsən bu vurhayurda, Kimlər sahiblənər bu gözəl yurda?! Alma əlimizdən cənnət-məkanı, Qurtar bəlalardan Azərbaycanı.

Nizami Muradoğlu

6

QIYMA

İlahi, bir az da möhlət ver mənə, Ala gözlərimin yaşına qıyma. Ucala bilmədim əngin göylərə, Barı torpağıma, daşıma qıyma. Qəm ilə munişdir mənim həsrətim, Vətənli, vətənsiz bir ömür çətin. İkiyə bölünmüş bu məmləkətin, Üçünə, dördünə, beşinə qıyma. Nə vaxtdır qılıncım ovxardan düşüb, Yanır Odlar yurdu - od hardan düşüb?! Bu vağam çiçəklər bahardan düşüb, Son bahar gəlməmiş qışıma qıyma. Nə Araz boyunca gəzim dərdli mən, Nə görüm Şuşanı qəm sərhəddi mən. İtirdim ölçünü, işi, həddi mən, Dərd çəkmək işimdi, işimə qıyma. İlahi, bir az da ümid ver mənə, Əllərim yetməyir ünüm qetənə. Qara başım qurban dedim Vətənə, Bu baş vətənindir, başıma qıyma.

28.02.05

Seçilmiş əsərləri

7

EYLƏ

Yolumuz dumandı, çəndi görünmur, Əvvəli sonu yox, təndi, görünmür. Allahım, cığırı, səmti görünmür, Sən bizə bir təzə yol icad eylə. Gedirik arxadan illər boylanır, Çiçəklər boylanır, güllər boylanır. Eldən ayrı düşən ellər boylanır, Sən bizi yenidən el icad eylə. Hələ ki, yesirik selin önündə, Tufanın önündə, yelin önündə. Yüz fitnə-fəsadın, felin önündə, Dayanıb durmağa fel icad eylə. Ot basıb, kol tutub, yolumuz itib, Yurd gedib, oba yox, elimiz itib. Daha yalvarmaqdan dilimiz itib, Dinib danışmağa dil icad eylə. Gedib torpağımız, enib başımız, Axır gildir-gildir gözdən yaşımız. Ya dağlar qoy olsun məzar daşımız, Ya bizi təzədən el icad eylə.

Nizami Muradoğlu

8

KİŞİ Min ildir yol gəlir bir at belində, Dürat yedəyində Qırat belində. Dölünü dəyişən cır at belində, Şəhərdə heykələ çevrilən kişi. Görmədi dağların əzəmətini, İtirdi sazını, söz qüdrətini. Saxlaya bilmədi şücaətini, Şəhərdə heykələ çevrilən kişi. Başında dəbilqə papağa döndü. Dağları axtardı sol-sağa döndü. Gördü mənzil dardı yumağa döndü, Şəhərdə heykələ çevrilən kişi.

15.04.2012.

Seçilmiş əsərləri

9

EYLƏR

Eşqi var, ruhu var dağda daşın da, Yeri var dostun da, yar-yoldaşın da. Xəyanət olmasın ocaq başında, Xəyanət olanda yar yardan eylər. Sinənin gülləri nara dönübdü, Saçların ağarıb qara dönübdü. Dönük üzün indi yara dönübdü? Qaysağın qoparıb yaradan eylər. Gözünə tor salar eşqin sisləri, Ağladar, mələdər çıxmaz səsləri. Qeys kimi zəkalı nakam kəsləri, Məcnuna döndərib yar nadan eylər. Olmadıq nənələr, dədələr kimi, Ağlama o məsum vədələr kimi. Axirət dünyası hədələr kimi – Əvfi də, məhvi də yaradan eylər.

09.09.2007

Nizami Muradoğlu

10

GETMİR

Bir yol başlamışam yarıda qalıb, Dalanlar qarışıb, yol yola getmir. Zamanın sözünü zəmanə alıb, Zamanlar qarışıb – vaxt ola getmir. Təması acıdır şirin səslərin, Daddınsa gərəkdir siləsən tərin. Amalı qol-boyun olan kəslərin – Xəyalı ayrıdır qol-qola getmir. Cütün düzənində həyat qanunu, İlahi mükəmməl yaradıb bunu. Hələ ki, tapılmır sonluğun sonu, Min tərəf olsa da, sağ sola getmir. Qəribə gərdişdi, qəribə işdi. Çölümdə bahardı, içimdə qışdı. Bu dünya bir atdı, yorğa yerişli, Dörd nala çapsan da dörd nala getmir – Din, məzhəb qarışıb imansız qalıb, Əl başda, göz yaşda amansız qalıb. Nədəndir qəlbimi duman-sis alıb İstəyir yer ala, göy ala getmir. Çökübsən diz üstə, Allah bəndəsi, Allahdan üzr istə, Allah bəndəsi. Yüz yalvar, yüz istə, Allah bəndəsi, Kəklik koldan uçdu, ta kola getmir.

Seçilmiş əsərləri

11

QALIR

Yüzdən yarım əsr, ömrün, bilmirəm, Sonuna nə qədər, nə müddət qalıb. İşığa boylandım bütün ömrünü Gördüm hər tərəfdə bir zülmət qalır. Keçdi uşaqlığım dərədə, düzdə, Nənədir yadımda qalan o qız da. Bir əlim baharda, biri payızda Qəlbimdə tək şirin xatirat qalır. Damağımda gəncliyimin bal dadı, Hərdən olur lap adamı aldadır. Baxırsan ki, oğul-uşaq yoldadır Hələ keçilməmiş yol-sərhəd qalır. Nədəndir, Allahım, dünya düz deyil, Çoxunda gül üz var, gülərüz deyil. Namərdlər mərdləri üzbəüz deyil Arxadan vururlar, xəyanət qalır.

Nizami Muradoğlu

12

ŞİKAYƏT

Dinlə məni, İlahi, Sənə şikayətim var. Qartalların yerində Oturubdu qarğalar. Kim qırıbdı ilqarı, Kim pozubdu bu andı, Tülkü var baş qoparır Qurdun adı bədnamdı.

Seçilmiş əsərləri

13

AD GÜNÜM

59 il öncə, Elə bu gecə, 43 yaşında, Anam sancı çəkib. Məni doğunca. Muştuluq istəyib Qarı nənələr, Qızlar, gəlinlər. O vaxtlar pul-para Yox idi belə. Şirni də, konfet də Yox idi belə. Çərəz verərdilər Muştuluqlara, Olsaydı əgər. Mənim mərd atam, Çörəkli atam Çörək paylayıbdı Çərəz yerinə. Deyiblər, ay Murad Gözlərin aydın. Kaş sənin oğlun da Çörəkli olsun. Qapımız həmişə Çörəkli olub. Əvvəl atam ayrıldı məndən 43 il əvvəl Qapımız bağlanmadı. 43 il yaşadı Mənimlə anam, 98-də ayrıldı məndən.

Nizami Muradoğlu

14

Qapımız bağlanmadı. On ildir köçmüşük Yurd yerimizdən. Qapılar, bacalar Bağlı qalıbdır. Yeyib tükədibdi Qurd içimizdən, Aça da bilmirik Zağlı qalıbdır.

Seçilmiş əsərləri

15

ANALAR YANAR AĞLAR

SƏN AĞLAYANDA

Mənalı yaşamaq qızıl quş qədər, Mən yola çıxanda ağlama, ana! Ağlada bilməyir məni qəm, kədər, Ancaq ağlayıram sən ağlayanda. Demə bu dərd mənim qəddimi əyib, Bunu qəlbin demir, deyən dilmidir? Atam da dünyadan boşa köçməyib, Yurdunda mən varam, bəs deyilmidir? Yanağın qaralıb gizlətmə məndən, Gözlərin körpə tək nəm bələyibdir. Ana, ürəyinin qurbanı olum, Ürəyin nə yaman kövrəkləyibdir. B səfər üstəyəm yolum uzundu, Mən yola çıxanda ağlama, ana! Ağlada bilməyir məni qəm, kədər, Ancaq ağlayıram sən ağlayanda.

1971

Nizami Muradoğlu

16

ANAM ZİKR ELƏYİR Balam gör nə yaman sınıxıb deyə, Elə gecə-gündüz fikr eləyərdin. Sən mənim adıma təsbeh çevirib, Bəlkə, milyon dəfə zikr eləyərdin: “Allahım, namərdin xəyanətindən, Oğlumu şeytanın şərindən qoru. Zalımın zülmündən, bəd əməlindən, Nacinsin pisindən, felindən qoru”. Dolanıb başıma hər səhər, axşam, Üzərrik yandırıb dualayardın. Allaha yalvarıb cini, şeytanı, Bizim qapımızdan qovalayardın. Boş yerin qalıbdı indi bu evdə, Baxışın mənzilin hər tərəfində. Sən bizi tərk edib, getdiyin gündən, Ana, üzü gülmür nəvələrin də. Üzümü söykədim məzar daşına, Gördüm göz yaşımla məni yuyursan. Mən necə ayrılım bu daş məzardan? Axı, o daş altda sən uyuyursan.

04.02.2004

Seçilmiş əsərləri

17

ANA

Doqquz ay bətnində gəzdirdin məni, Sən məni özündən ayırmadın ki... Sonra qucağında, kürəklərində, Yapışıb əlimdən gəzdirin məni. Sən məni özündən ayırmadın ki... Yolum düşdü şəhərlərə, Dönənmədin o yerlərə. Qəlbində, fikrində gəzdirdin məni, Sən məni özündən ayırmadın ki... Öpdün dodaqlarında qaldım. Gözündən nur axdı, Yanaqlarında qaldım. Saçlarımı oxşadın Əllərində qaldım. Su verdin çiçəklərə, Elə bildin sən mənə süd verirsən, Çiçəklərində gördün məni, Çiçəklərində, güllərində qaldım. Sən məni özündən ayırmadın ki... Sənsiz yaşayıram, gör neçə ildi, Sən mənsiz yaşaya bilməzdin ana. Əksimi gözlərində apardın bu dünyadan, Sən məni özündən ayırmadın ki...

06. 03. 2007

Nizami Muradoğlu

18

ANAM OYANMIR Üzümü söykəyib məzar daşına, Səni çağırıram ana, ay ana. Qucmusan torpağı öz balan kimi, Mən sənin qəbrini qucaqlamışam. Məni həsrətinlə baş-başa qoydun. Qəlbimin başına daş bağlamışam. Bilmirəm, sən məndən, bəlkə də, doydun, Mən səndən, mən səndən heç doymamışam. Boylan məzarından bir an da olsa, Dərisi qabarlı əlini çıxart. Sığalla başımı, ehtiyacım var, Sənin sığalından ipəyi yoxdur. Bir az nəsihət ver, bir az da danla, Sənin danlağından şirini yoxdur. Ən şirin nağıldı nəsihətlərin, Ən şirin nəğmədir danlaqların da. Dünyada hər şeydən əzizdi, bəlkə, Kəsilib atılmış dırnaqların da. Ətrafdan boylanır kənd uşaqları. Dur, çıx məzarından ana, ay ana, Dost-düşmən yanında xınc etmə məni. Buludlar qoşulub göz yaşlarıma Ağlayır, qalmışam göz yaşı altda. Sən, axı, dağlardan ucasan, ana, Necə uyuyursan baş daşı altda? Ağsaçlı bir kişi, bir uşaq kimi, Hönkürür gözünün yaşı dayanmır. Qayalar oyanır, daşlar oyanır, Niyə, çağırıram anam oyanmır?! Üzümü söykəyib məzar daşına, Səni çağırıram ana, ay ana!.. Sən ana Vətəni qucaqlamısan, Mən sənin qəbrini qucaqlamışam.

Seçilmiş əsərləri

19

QIZLARIMA

Mən sənə “can” demək öyrətdim qızım, Can deyib sevəsən torpağı, daşı. Bir evin gəlini olsan da belə, Çalış ki, olasan elin qardaşı. Mən sənə “can” demək öyrətdim, qızım, Can ilə başlayır Allahın adı. Vətənin adının sonluğu candır, “Can” deyib Allahı göydə sevirik, “Can” deyib torpağa şəhid veririk. “Can” deyib canımdan can verdim sənə, Ruhumdan, qanımdan qan verdim sənə, Qəlbimin odundan od verdim sənə, Bir çıraq yandırıb nur eyləyəsən. Zülməti dağıdıb zamandan keçən, Bir az da işığın gur eyləyəsən. Canından can verib oğullar doğur, Bu vətən doğulan oğullarındır.

10. 12. 2007

Nizami Muradoğlu

20

GEDƏN GEDİB, GETMƏYƏNLƏR GEDƏCƏK

GEDƏRƏM Türkün yeri göydədi, Ruhu, sirri göydədi. Allaha çox yaxındı, Sələfləri göydədi. Açılıb göyün çətiri, Çıxıb qaçmaqdan ötürü. Yer üzü zindan kimidir, Göylər uçmaqdan ötürü. Baxmaram işin yüzünə, Düşərəm yolun düzünə. Mən göy üçün doğulmuşam, Gedərəm göyün üzünə.

2009

Seçilmiş əsərləri

21

BAXA-BAXA Səsim gedər göy üzünə, Gözüm qalar baxa-baxa. İstərəm özüm də gedəm, İzim qalar baxa-baxa. İp gəlib beldən düşürsə, Söz ki var dildən düşürsə, Əllərim əldən düşürsə, Dözüm qalar baxa-baxa. Ulduzları dər, gözlərim, Yollarıma sər, gözlərim. Döz də bir təhər, gözlərim, Dözənlər qalar sabaha, Baxa-baxa.

2014.

Nizami Muradoğlu

22

GEDİRƏM Vəd vermişəm, söz demişəm, Tutub sözümdən gedirəm. Bir kimsədən küsməmişəm, Küsüb özümdən gedirəm. Sıxır məni otaq, masa. Hökm eləmir qanun, yasa. Riyasından qızarmırsa, Öpüb üzümdən gedirəm. Yolu birdir, düşün-daşın, Unut adın bəd yoldaşın. Yoxa dəyməz möhür, maşın, Düşüb gözümdən gedirəm. Zaman məni sərt eləyir, Hərdən-hərdən pərt eləyir. El birini dərd eləyir, Keçib yüzümdən gedirəm. Olanmıram çoxu təki, Dayazbaşı qarnı çəkir. Amal saxta, iş möhtəkir- Belə çözümdən gedirəm. Könlüm viran bağ kimidi, Dərdlərim var dağ kimidi. Yer üzü tuzağ kimidi, Mən yer üzündən gedirəm.

01.11.2009

Seçilmiş əsərləri

23

QAYIDIB GEDƏRƏM

Qayıdıb gedərəm bir axşam çağı, Dünyanın dərdindən uzaq yerlərə. Günəşin dağlara dırmaşan çağı, Süsənə, nərgizə tuzaq yerlərə. Qayıdıb gedərəm qalmaq çətindir, Bu yaşda şəhərli olmaq çətindi. Yalçın qayalara sədaqətimdi, Gedərəm tər-təmiz düz- dağ yerlərə. Başından ağ yaylıq heç əksilməyən, Nəfəs toxunmayan, ayaq dəyməyən, Qırçınlı tumanı düzə əylənən, Kələfi qarışmış yumaq yerlərə. Get-gəldən usanıb, lənglikdən bezib, Gedərəm şəhərdə, təklikdən bezib. Olurmu turacdan, kəklikdən bezib, Bir ovçu yol ala uzaq yerlərə? Qayıdıb gedərəm şəhər darıxar, Sahildə boş qalan bir yer darıxar. Ürəyim hər axşam - səhər darıxar. Darıxar getməyə sıcaq yerlərə. Orda bir bulaq var məni gözləyir, Orda bir çıraq var məni gözləyir, Bir doğma ocaq var məni gözləyir, Gedərəm, o isti ocaq yerlərə.

Nizami Muradoğlu

24

QAPILAR

Üzünə bağlana bilər də bir gün, Üzünə taybatay açıq qapılar. Nə sənin halını soruşan olar, Nə sənin dərdindən ölən tapılar. Yolun yarısında qalarsan belə, Sağ-solu bilməyən uşaqlar kimi. Dönərsən uzaqdan gələn qəribə, Yurdunda sərgərdan qonaqlar kimi. Mənsəbin, şöhrətin dadına çatmaz, Kürsüdən, zirvədən, uzaq dayan, dur. Heç bir ad el qoyan adına çatmaz, Adına qoşulan adı dayandır. Əsər acı rüzgar, amansız tufan, Bu çərxi-fələyin dönməyi də var. Zirvəyə qalxmağa çox da tələsmə, Zirvənin dərəyə enməyi də var. Saray da, zindan da oxşayır bir az, Bu soyuq divarlar ruhuna yaddır. Mərd adam işidir ucada durmaq, Təmiz ad, təmiz iş mərdə dayaqdır. Üzünə açıqdır Tanrı qapısı Hamının, kim ordan keçə bilirsə. Günahkar, günahsız adamlar keçir, Gərək üzün ola keçə biləsən.

Seçilmiş əsərləri

25

Üzünə bağlana bilər də bir gün, Üzünə taybatay açıq qapılar. Nə sənin halını soruşan olar, Nə sənin dərdinə çarə tapılar.

08.12.2003.

Nizami Muradoğlu

26

DÖYÜLÜR QAPILAR GECƏ YARISI

Qapımmı döyülür gecə yarısı? Cırır qulağımı bu lal sükutlar. Bu qara gecənin barmağı yoxdur, Girir gözlərimə, yoxsa, buludlar?! Tutur ətəyimdən məndən xəbərsiz, Günahlar,yalanlar, suçlar bəlkə də? Qapımı doyürlər gecə yarısı, Döyür qapıları "üçlər" bəlkə də? Kimdir qapım döyən gecə yarısı? Rahatlıq tapmadım duyğularımda. Cansız qollarımda qandal ağrısı, Tikanlı məftillər uyğularımda. Allah qonağına açıqdır qapım, Allah qonağını belə gözləməz. Fikrimə min cürə gümanlar gəlir, Heç qonaq səsinə oxşamır bu səs. Qapılar döyülür, qapım döyülür, Bu şeytan işini bir kimsə bilməz. "Üçlərin" sözüylə güllənənlər, Minlərin sözüylə geriyə dönməz.

Seçilmiş əsərləri

27

...İşə bax, vaxt keçir, zaman dəyişir, "Düşmən" damğasıyla tutulanlara, "Günahsız" adıyla heykəl qoyurlar. Düşünən varmıdır bu daş heykəllər, Bir sınıq ürəyi güldürə bilməz, Bir gedən kişini qaytara bilməz. Bir ölən ümidi dirildə bilməz. Xəyallar içində Cavid əfəndi, Üzündə lal sükut Mikayıl Müşfiq. Dənizdən boylanır Məhəmməd Hadi- İmzası imzasız qalan bir kişi. Qapılar döyülür, qapım döyülür. İşıqdır qapımı döyən bu səhər. Yenə dalğalanır sahildə dəniz, Köhnə işindədir bu qoca şəhər...

Nizami Muradoğlu

28

GEDƏR Tanrım, bir dinclik ver, mənim qəlbimə, Qəlbimdə ağrılar baş alıb gedər. Gələr leysan kimi, çıxar şeh kimi, Ala gözlərimi yaş alıb gedər. Ömrümə köç atdı dumanın, çənin, Üstümə bir saya salmadın mənim. Bir işin qulpundan tutmaz əllərim, Həyəti-bacanı iş alıb gedər. Sevincin bir damla, qəmin bir xurcun, Yanar damla-damla ümid-sonuncu. Dünyaya gələndə üç idi borcum, Nədən dünya məndən beş alıb gedər? Muradoğlu başdan keçib haçandı, Can vətən mülküdü, seyri-məkandı. Eşqi, məhəbbəti Azərbaycandı, Payına bir parça daş alıb gedər.

2002-2012

Seçilmiş əsərləri

29

GEDİRSƏN

Gəl igidim, gözlərindən öpüm mən, Üzü dönməz sərt yollara gedirsən. Anan, bacın yollarına gül səpir, Yol ayrılır, dörd yollara gedirsən. Hər yoluna səpilənlər gül deyil. Hər güllü yer gülüzarlıq, bil, deyil. Yollar vardır burda döyüş, öl deyir, Səpilibdi dərd yollara, gedirsən. Ölüm mərddir, şəhidlik bir zirvədir. Həyatımız qan-qadadı, hərbədir. Nicatımız döyüşlədi, hərblədir, Hərbi öyrən, hərb yollara gedirsən. Bir yol da var alçaqların yoludur, Şərəfsizin, yaltaqların yoludur. Rast oldunsa qorxaqların yoludur, Dön geriyə, səhv yollara gedirsən. Silah aldın meydanlara gir, döyüş. Meydanında ol bir aslan, şir, döyüş. Döyüş varsa, ta gözləmə, dur döyüş, Uğur olsun, mərd yollara gedirsən.

23.09.2006

Nizami Muradoğlu

30

MƏSƏLİN TÜRKCƏSİ

Hər işıqlı sabahın, Gecə təhlükəsi var. Hər doğulan günahın, Kini var, hikkəsi var. Gözü nurdan eyləyir, Bir tərif də söyləyir. Əlinə güllər verir, İşin tarixçəsi var... Qarışıbsa sağ-solun, Burda bitibdir yolun. Ariflər, agah olun; Məsəlin türkcəsi var.

Seçilmiş əsərləri

31

GEDƏR

Ömrümün yazına bənzəyir bu yaz, Mənim ömür yazım bir də açılmaz. Mənim tale yazım bir də yazılmaz, Gedər geriyə-geriyə. Bir ömür beləcə nəğməsiz qalar, Bir çiçək açılar, bir çiçək solar. Ömrümün sonuna cığır yol salar, Gedər yeriyə-yeriyə. Göz yaşlarım doğar həsrət, intizar, Bir səhər gülümsər, bir gecə ağlar. Yollarımı kəsər şaxta, boran, qar, Gedər əriyə-əriyə.

Nizami Muradoğlu

32

GEDİRƏM

Arsı dağı, qucağında Keçdi ömür, çağ gedirəm. Gəldim sənə dərdim açım, Çək sinəmə dağ, gedirəm. Ətəklərin cığır, dolay, Yollar tutub dəstə, halay. Bu dövran da keçmir qolay, Solub bağça-bağ, gedirəm. Buza döndü isti aşım, Natarazdır addımbaşı. Tikən naşı, sökən naşı, Əyilibdi tağ gedirəm. Səhər çağı gül üstə şeh, Saçlarımda çırpınır meh. Əl eyləyir qövsi-quzeh, Qal salamat, sağ, gedirəm.

Avqust 2010

Seçilmiş əsərləri

33

GƏLİRƏM

Zalım fələk, nə dartırsan əlimdən Dartmasan da üzü sənə gəlirəm. Nə zamandı dağlarımı qar alıb, Çiskin basıb, duman, çənə gəlirəm. Sancı deşir, dərd sinəmi doğrayır, Bir canım var min yerindən ağrıyır. Qarı dünya günlərimi qarğıyır, Hər anımı yenə-yenə gəlirəm.

2012

Nizami Muradoğlu

34

BU DÜNYA

QÜRBƏT DÜNYADI

BƏSİMDİ Ş. Əlizamanlıya

Dünyadan elə bir umacağım yox, Mənə salam verir çiçək, bəsimdi. Heç kimin qapısın döyə bilmirəm, Döyür pəncərəmi külək, bəsimdi. Böyüdüm torpağın, daşın içində, Oturdum əllicə yaşın içində. Vətəndə bu qədər işin içində - Mən sevdim Vətəni – sevmək bəsimdi. Qoynuna girməyə dənizim hazır, Qumlu sahilində izimi yazır. Başımda didərgin fikirlər gəzir, Onu yazam gərək, gərək bəsimdi. Beləcə dərd çəkdi Məmməd Araz da, Bir az da oxşarlıq var sözümüzdə. Sağ olsun qardaş da, oğul da, qız da, Onları şad görüm, görmək bəsimdi.

Seçilmiş əsərləri

35

Şil görüm, nəfsinə qul olanları, Məramı, məqsədi pul olanları, Alçaltdı ətəkdə dolananları, Çox şükür, yetirir çörək, bəsimdi. Gecə daşıyıram dağı arana, Sabah da aranı qoyur virana, Yaralı köksündə ey torpaq – Ana, Doğuldum ölərəm, ölmək bəsimdi. Şair də sözünü yetirir sona, Kimsəyə qalmamış, qalarmı ona? Bir rəhmət diləyib Muradoğluna, Bir “sağ ol” deyilsə, demək, bəsimdi.

Nizami Muradoğlu

36

MƏN QƏRİB ADAMAM

Ə. Əliyevə

Mən qərib adamam öz vətənimdə, Taleyim Tanrının hökmündən keçir. Min yol açılsa da üzümə birdən, Bir yol var ruhumdan, içimdən keçir. Bir yol var dırmanır üzü yuxarı, Yazda xəzanı var, qışda baharı. Kəsir ömrümüzdən keçən yolları, Edir parça-parça tikəmdən keçir. Dirənər bir qara daşa əyilməz, Torpağa əyilər, başa əyilməz. Alovda bərkiyən tişə əyilməz, Tişə ürəyimin içindən keçir. Mən qərib adamam bu yer üzündə, Qara gecəsində, ağ gündüzündə. Əyri əyrisində, düz də düzündə, Doğru da, yalan da seçimdən keçir. Zirvələr bəxş olub zirvəsizlərə, Bir ucu söykənir kirvəsizlərə. Yol açıb iz salıb, zirvə, sizlərə, Bir daş da çalmalı fikrimdən keçir. Mən qərib adamam, a yad adamlar, A dönük sifətlər, boyat adamlar. Qoymadıq dünyada bəd ad, adamlar, Yaxşı ad soyumdan, kökümdən keçir.

Seçilmiş əsərləri

37

DÜNYANIN

Haqlını haqdan eyləyir, Şərləyib addan eyləyir. Ocağı oddan eyləyir, Kefdi işləri dünyanın. Çoxlarına dərd veribdi, Dolayların sərt veribdi. Quzu verib, qurd veribdi, Dəfdi işləri dünyanın. Kiminə quyruq tikəsi, Yeyilir çıxmır da səsi. Kiminə ömür nəşəsi, Nəfdi işləri dünyanın. Ac aslanlar xırıldayır, Kor pişiklər mırıldayır. Boş boğazlar guruldayır, Səhfdi işləri dünyanın. Doğrunu yalan yerinə, Ağladır nalan yerinə. Şiş çıxsın filan yerinə, Tərsdi işləri dünyanın.

Nizami Muradoğlu

38

OLA BİLMƏZ

Daş gərək adamın evində ola, Qonşunun kərpici daş ola bilməz. Çəltikdən alınar bütün düyülər, Hər düyü süfrədə aş ola bilməz. Ustası vəsməni qaş kimi çəkər, Nə yazıq o vəsmə qaş ola bilməz. Yalandan sızlayar sirdaşlıq eylər, Namərdin gözündə yaş ola bilməz. Allahım, namərdin məkrindən qoru, Başçıdır, baş kəsər, baş ola bilməz. Fikrimə gələnlər qəlbimdən gələr, Qəlbimdən gələnlər çaş ola bilməz. Muradoğlu sirdaşıdır daşların, Daş kimi daş olar, faş ola bilməz.

05.0302012

Seçilmiş əsərləri

39

NƏ QALDI

Bir ömür yaşadım zilləti çoxdu, Bəhrəsi vardısa zəhməti çoxdu. Tərifdən, şöhrətdən töhməti çoxdu, Çıxaq o çoxları görək nə qaldı? Bir ömür yaşadım gündüzü gecə, Bağında gülləri, çiçəyi qönçə. Önümdən qabağı görmədim öncə Arxaya boylanaq, görək nə qaldı?

16. 03. 2007

Nizami Muradoğlu

40

MƏNI

Burax gedim bu evdən, Sıxır divarlar məni. Hardasa bir sevgi var, Səslər, haraylar məni. Yurd axtardım, tapmadım, Gözünün qarasında. Məni dustaq etmisən, Dörd divar arasında. Səndən sevgi istədim, Baxışların yad oldu. Nə ürəyim açıldı, Nə könlüm dilşad oldu. Qaçıram dərd əlindən, Sıxır xəyallar məni. Dərdə şərik olanlar, Axtarar tapar məni.

11. 07 . 2007

Seçilmiş əsərləri

41

BİR DƏ

Dünya nə dəyişib, nə dəyişiləcək, Küləklər beləcə əsəcək yenə. Doğulan körpələr açacaq gül tək, Ölənlər torpağa dönəcək yenə. Bu bulud həməndi, bu yağış həmən, Bu yağış min il də yağacaq hələ. Bu dağlar həməndi, bu günəş həmən, Bu günəş min il də doğacaq hələ. Ömrün belə keçən gününə gülmə, Kəsmə yollarımı hər addım başı. Uda bilmədiyin oyuna girmə, Məni aparacaq tale yoldaşım. Bu yağış bəxtinə yağarmı bir də? İnanma, bu yağış sədəqə deyil. Dilənçi əlinə atıla bir də, Bu günəş bəxtinə doğarmı bir də? İnanma, bu günəş hədiyyə deyil, Tale bazarında satıla bir də.

Nizami Muradoğlu

42

ÖMRƏ MÖHLƏTDİ DÜNYA

Hüseyn Cavid, Nazim Hikmət Doğan dünya Hər üzünə sürtülən badoş üzlü, Duyğuları kor olan şüşə gözlü, adamlar da doğdu. Həyatı sevənləri Yaşayınca yaşamağa qoymadı. Namərdlərə meydan verdi, Yaxşıları aldı getdi, Ac gözləri doymadı. Dağlarını keçmək çətin, Sularından içmək çətin, Dərdlərini çəkmək çətin. Dağ dağı var, dağılmaz. Göz yaşından selləri var, savılmaz. Dərdləri var, ovunmaz. Ovunmaz dərdli dünya, Ömrə möhlətdi dünya...

Seçilmiş əsərləri

43

YETİM EVLƏRİ

İndi bu şəhərdə yetim evləri – İzi də, tozu da yoxdu bir vaxtlar. Anasız bir uşaq doğulmasa da, Anasız böyüyür burda uşaqlar. Mən on beş yaşında yetim qalmışam Atadan. Atayam ürəyim sızlar. Bilirəm, nə çəkir yetim evində, Atalı, analı yetim olanlar. Yetim uşaqların ad günü qəmli, Doğulan gününə sevinən olmaz. Təbriklər çox olar, içində bircə, O doğma, o isti nəfəs tapılmaz. O isti nəfəsə ehtiyacı var, Yetim uşaqların dünyada bəlkə? Bu yetim uşaqlar yetimliyiylə, Gülürlər, gülürlər bu ada bəlkə? Ana döşlərindən əmziyə qədər, Yol gedən o əzgin, o şux körpələr. Ürəkdir ayrılıb öz bədənindən, Gözündən ayrılan işıq körpələr.

Nizami Muradoğlu

44

Bir anın duyğusu, qüvvəsi nəymiş? Bir anın hökmünə qurban gələnlər. Baş açmaz dünyanın kələklərindən, Bu sirli dünyaya heyran gələnlər. Doğan da anadır, atan da ana, Gərəksiz yük kimi qoynundan atır. Artır bu şəhərdə yetim evləri, Yetim evlərində uşaqlar artır.

Seçilmiş əsərləri

45

KÜSÜRSƏN

Dağlarının başı uca, Düzlərində çiçək, yonca. Xəzərində üz doyunca, Bu dünyanın Sən nəyindən küsürsən? İşıq verib, göz veribdi, Ürək verib, söz veribdi Hər əzanı düz veribdi. Bu dünyanın – Sən nəyindən küsürsən? Saç ağarır qar gətirir, Ağacların bar gətirir. Daş-torpağın var gətirir. Bu dünyanın – Sən nəyindən küsürsən? Yaşa əlli, yaşa yüz il, Nə kimsəyə əyil, əzil. Yoldaşlıqda mərdi gəzir. Bu dünyanın – Sən nəyindən küsürsən? Küsürsənsə bəxtindən küs, O düşdüyün təxtindən küs. Gedənmədin xəttindən küs – Bu dünyanın Sən nəyindən küsürsən?

İyul 2010

Nizami Muradoğlu

46

QƏRİB OĞLAN

Qürbət məmləkətdə dərd çəkən oğlan, Bir gecə tapmışdı dərddaşlarını. Xəzər həsrətiylə göz yaşı tökdü, Ağ dəniz yumadı göz yaşlarını. Vətəndən danışdı, vətəndən dedi, Şeirlər, söhbətlər uzandı getdi. Bütövlük qismət də ola bilərdi, O da yad əllərdə yubandı getdi. Dərdimiz Arazdı, Şuşa da oldu, Baş kəsən bıçaq da, şüşə də oldu. Canımız div kimi şüşədə oldu, Cırtdanın əliylə talandı getdi. Haqsıza çevrildim məmləkətimdə, Sözüm üzdə oldu, sevgim dərində. Müqəssir sayıldım hərəkətimdə Könlüm də sevgim tək talandı getdi.

Seçilmiş əsərləri

47

GƏRƏK

Dünya söz ilə ovunmaz, Sevgi göz ilə ovunmaz. Dərd var “süz” ilə ovunmaz, Araz içəsən gərək. Torpaqlarım yad əlində, İnləyər fəryad əlindən. Külüng də Fərhad əlində, Candan keçəsən gərək. Bu dünyanın üzü daşdı, Bir gözü şad, bir yaşdı. Gələnə, gedənə yoldaşdı, Birini seçəsən gərək.

2015

Nizami Muradoğlu

48

BU DÜNYAYA MƏN DƏ BELƏ GƏLMİŞƏM

Hər gözələ deyiləsi sözüm var, Gözəl gözdə, gözəl üzdə gözüm var. Sən naz eylə məndə naza dözüm var, Bu dünyaya mən də belə gəlmişəm. Çəmənlərin çiçəyini üzməyə, Şerim ilə sinələrə düzməyə. Sevgi ilə ürəklərdə gəzməyə- Bu dünyaya mən də belə gəlmişəm. Min ləkəni çevirməkçün bir ağa, Bir canım var verrəm onu sadağa. Yıxılanın əllərindən tutmağa, Bu dünyaya mən də belə gəlmişəm. Salamımı almasan da kəsmərəm, Bir sevgim var ürəyimdə bəslərəm. Düşməni də dost olmağa səslərəm,- Bu dünyaya mən də belə gəlmişəm. Bir gül olub min könüldə bitərəm. Nisgilinlə gözlərimi didərəm. Bir gün dönüb ağ dumana gedərəm,- Bu dünyaya mən də belə gəlmişəm. Divanında haqsız olan haqlı mən, Axtarıram haqq içində haqqı mən. Kim tapdı ki, tapammadım haqqı mən?! Bu dünyaya mən də belə gəlmişəm...

18.03.03

Seçilmiş əsərləri

49

DÜNYA BELƏ DÜNYADI

Məmməd Araza Alimindən nadanı çox, naşı çox. Çiçəyindən kəsəyi çox,daşı çox. Aydı, Gündü, hər nədisə yaşı çox, Küsmə ustad, dünya belə dünyadı. Hərdən söylən, hərdən hirslən, qız ara. Üz qaldımı həyasından qızara? Dərd anlayan məsum oğlan, qız ara, Küsmə ustad, dünya belə dünyadı. Sən gördüyün ədəb-ərkan dəyişib, Dostlar vardı düşmən olub küsüşüb. Bazarında it də qiymətdən düşüb, Küsmə ustad, dünya belə dünyadı. İndi daha brend küçüklər gəlir, Bərbəzəkli, rəngli cütlüklər gəlir. Sözü ötkəm, əli ütüklər gəlir, Küsmə ustad, dünya belə dünyadı. At demişkən at nəyinə gərəkdir. Arat eylə, şumu çəkdir, yer əkdir. Bostanların hibrid göyərdəcəkdir, Küsmə ustad, dünya belə dünyadı. Toxum itib, ya mayası ayrı cür, İnsan Haqqa olub asi, ayrı cür. Toyu toydur, hələ yası ayrı cür, Küsmə ustad, dünya belə dünyadı.

Nizami Muradoğlu

50

Ağ divləri cırtdanlara uduzdu, Heç bilinmir kim suçludu, suçsuzdu. Dəhnəsində əjdahalar susuzdu, Küsmə ustad, dünya belə dünyadı. Köhnə sazdır, köhnə hava çaldığı, Bir verəndə beş də olur aldığı. Məmməd deyil təkcə yola saldığı, Küsmə ustad, dünya belə dünyadı.

22.04.2013

Seçilmiş əsərləri

51

DÜNYANIN GÖZ YAŞI AXMAZ

Ağac ölə bilərmiş, Dağlar ölə bilərmiş, Dəniz ölə bilərmiş, Dünyanın göz yaşı axmaz. Ağaca ağac ağlar – yarpaqlarıyla. Dağlara dağlar ağlar - bulaqlarıyla. Dənizə çaylar ağlar. Dünyanın göz yaşı axmaz. İnsana insan əziz, Dağa dağ, Ağaca yarpaq, Dənizə dəniz. Dünya ölə bilər ağaclarıyla, Dünya ölə bilər dağlarıyla Dünya ölə bilər ümmanlarıyla Dünya ölə bilər insanlarıyla Dünya ölsə kim ağlar?

Nizami Muradoğlu

52

MIN İLDİ BOZARIB ÜZÜ DAĞLARIN

DAĞLARIN

Tala yamaclarda otlar saraldı, Yanmadı ocağı, közü dağların. Səs-küylü yaylaqlar viranə qaldı, Niyə döndü bizdən üzü dağların? Ayrılıq dərd olub çıxıbdır dizə, Göz yaşı mirasdır Arazdan bizə. O taydan, bu taydan durub üz-üzə, Ağlayır dərdimə gözü dağların. Mərdliyim, qeyrətim kökdə, soydadı, Mərd kəsməz yıxdığın, qədim qaydadı. Qəlbimdə dağım var, dünya boydadı, Heç olmaz pərsəngi yüzü dağların. Uğrunda döyüşə bilməsən əgər, Haqqından inciyər, xətrinə dəyər. Baş ola bilməyən başına döyər, Ölər qucağında özü dağların.

Seçilmiş əsərləri

53

Daşlarda kəkliyin xınası qaldı, Laçında Soltan bəy sədası qaldı, Arxada bir şüşə qalası qaldı, Sınsa itə bilər izi dağların.

Qoyub yurd yerlərin köçəsi olduq,

Düşmən güc eylədi qaçası olduq. Gör neçə birliyin parçası olduq, Ruhu bağışlarmı bizi dağların?!.

16 noyabr 2008.

Nizami Muradoğlu

54

SALAM DAĞLAR

Mən kəndə gəlmişəm, a körpə salam, Körpə əllərinlə qarşıla məni. Bir az istəyirəm sizinlə qalam, Bir az xatirələr yaşada məni. Qoy açıq görünsün düz də, dərə də, Duman, asta sürün, yolu bağlama. Mən ki, sağ-salamat qayıtdım bir də, Niyə ağlayırsan, Ana, ağlama. Məndən nahaq yerə siz çəkinməyin, Mənim sevənlərim elim, a qızlar. Bir cüt göz yaşını qənimət bilin, Gəlin gözünüzü silim, a qızlar. Dağların həsrəti yaman böyükdü, Ondan bir nişanə dedi bulaqlar. Gedəndən ayrılıq qəlbimə yükdü, Sizinçün gəlmişəm, salam, a dağlar.

Seçilmiş əsərləri

55

AY DAĞLAR

Zirvəsində şimşək oynar, Qoynun duman, çən, ay dağlar. Sizin kimi dərd çəkirəm, Yaralıyam mən, ay dağlar. Köksün düşmən səngəridir, Kəsən onun xəncəridir. Qəm ömrümü gənc əridir, Ağrımazmı can, ay dağlar? Düşmən tutub dörd yanımı, Odlara yaxıb canımı, Viran qoyub bostanımı, Ölüb sultan, xan, ay dağlar Olsa da qoruq – qadağa, Oğullar çıxır qabağa. Vətənə olsun sadağa, Sizə qurban can, ay dağlar.

2010

Nizami Muradoğlu

56

DAĞLARIN

Yenə zirvələrə düşdü duman, çən, Yenə daşa döndü üzü dağların, Yenə daşdan çıxır Allah göndərən, Qəhri bizimkidi, ruzi dağların. Çaqqallar oynayır yaylaqlarında, Ceyranlar ürküşür çaylaqlarında. Allah da bəs demir yağan qarında, Nə doymur yağdıqca gözü dağların. Üstündə xəzinə, altında yatır, Mininə çatmırsa, birinə çatır. Tökür dırnağını kəhər at, qatır, Bulunmur cığırı, izi dağların. Yenə düzlər qalır, bərbad, virana, Qayalar bir yana, daşlar bir yana. Soyuğu, şaxtası qəsd edir cana, Sıxır ürəyini dizi dağların.

2014

Seçilmiş əsərləri

57

YURD YERİNƏ GEDƏN DURNA

DURNALAR

Göydə uçan beş durnalar, Bir-birindən xoş durnalar. Yurd yerində qalanım yox, Sahibi ölmüş, durnalar. Göydə uçan boz durnalar Sinəsi bəyaz durnalar. O yurdlara gedənim yox, Barı gedin siz, durnalar. Göydə uçan ağ durnalar. Qarşınızda dağ, durnalar, O dağlara gedən gəlməz, Gedin, gəlin sağ, durnalar.

Nizami Muradoğlu

58

GÖRÜM Aramızda qıl körpüsü, Ay körpüsü, il körpüsü. Anlaşılmaz dil körpüsü, Keçə bilsən, keç görüm?! Məzhəb itib, din qarışıb, Vədə keçib gün qarışıb. Bu işlərə cin qarışıb, Seçə bilsən, seç görüm?! Könlüm evi dərdağıl, Başda qoymur, dərd ağıl. Çəkimizdən dərd ağır, Çəkə bilsən, çək görüm. Söz var dərdə əlacdı, Qara toxdu, ağ acdı. Ömür də bir ağacdı, Əkə bilsən, ək görüm. Mərd əyibdi qəddini, Düşmən aşıb həddini. Qarabağ-Çin səddini, Keçə bilsən, keç görüm.

Seçilmiş əsərləri

59

GÜNƏŞ MƏNİM TALEYİMDƏN O YANA

Yağış yağdı ümidlərim islandı, Həvəs gəlməz, isti gəlməz bu cana. Pəncərəmdə günəş doğmaz haçandı, Günəş mənim taleyimdən o yana. Saçlarıma duman gəlir, qış gəlir, Heç bilmirəm nələr mənə xoş gəlir. Bu gəlişlər, bu gedişlər boş gəlir, Gecə olur aləm yatır sükutda, Bir hıçqırıq, bir fəryaddı sükut da. Gecə keçir yatammıram, ay ana, Günəş mənim taleyimdən o yana. Qorxa-qorxa gözlərimi yummuşam, Gözlərimin həsrəti var ton kimi. Qızım durub gözlərimi öpəydi, Yarı yalan, yarı doğru Vətənmi? Ya torpaqdı elə-belə qucmuşam? Ya ölüyəm, ya diriyəm biləydim. Ya ömürdü yetişibdi sonuna, Günəş mənim taleyimdən o yana. Günəş mənim taleyimdə doğmadı, Yarı ögəy - Vətən - yarı doğmadı. Fikirlər var fıkirlərə doqmadı, Fikrimdə var olanları deyəmməm. Tale mənə ömür verdi yarımçıq, Ürək verdi, çörək verdi yarımçıq, Yarı şirin, yarı acı yeyəmməm.

Nizami Muradoğlu

60

Kişi gərək bu meydanda dayana, Acı yeyə, şirin dada inana. İnanan çox, inanmayan inanmaz, Günəş, tale bir-birindən aralı. Bu taleyə, bu doğuşa nə deyim, Günəş doğmaz, ulduz doğmaz, ay doğmaz, Günəş mənim taleyimdən o yana. Günəş mənim taleyimdə kor kimi, Dolub dərdli gözlərimə qor kimi. Araz boyu dərələrdi gor kimi, Sinəm körpü qoyula kaş o yana, Günəş mənim taleyimdə oyana!

Seçilmiş əsərləri

61

NƏ GÜNAH Hərdən vuruluruq sərxoş gözlərə, Yapma kipriklərə, rəngli üzlərə. Dönük də çıxırıq əhdi düzlərə, Kiprikdə nə günah, qaşda nə günah. Ömür var uyumaz qu səsində də, Yad notlar əl çalır nəğməsində də. Sevən ürək sevər əllisində də, Ömürdə nə günah, yaşda nə günah. Baxıram vətəni bölünənlərə, Əlində qılınc var, dilində nərə. Sözüm var Arazdan deyinənlərə - Torpaqda nə günah, daşda nə günah. Nağıl öyrənirik hikmət yerinə, Tayfa tanıyırıq millət yerinə. Sığıncaq gəzəndə qeyrət yerinə, Papaqda nə günah, başda nə günah.

Nizami Muradoğlu

62

AĞ DURNA

Uç gəl dağlar başına, Dağlar bizdən yaşına. Sən sev, mən də sevəyim Qurban bilal qaşına. Ağ durnam, bala durnam, Gözləri lalə durnam. Axır məni eylədin Eşqə mübtəla durnam. Zülfün pərişanlığı Çəkilən şanədəndir. Mənim pərişanlığım Sən vuran tənədəndir. Gəl belə etmə, durnam. Bir yana getmə, durnam. Bir deyək, bir oxuyaq, Təklikdə ötmə, durnam.

Seçilmiş əsərləri

63

BİLMİRƏM Qəlbimin odundan yaxdım bir ocaq Ya məni isidər, ya yandıracaq. Həyat mənim ilə oynar oyuncaq Oynayar, nə olar sonu, bilmirəm. Qapılar bağlandı sim-simə döndü, Kələflər qarışdı tilsimə döndü. Nə qədər rəml atdım özümə döndü, Nə zaman açılar, onu bilmirəm.

Nizami Muradoğlu

64

DURNAM Qatarından yaşına, Gələ dağlar başına. Mən sevəm, durnam sevə, Kimsənin nə işinə? Durnam, ucadır boyun, Qürbətdən gəlir soyun. Təşnələr sudan doymaz, Mən yardan necə doyum? Ağ durnam, ala durnam, Gözləri lala durnam. Səni görəndən, könlüm, Eşqə mübtəla, durnam. Dilim susar lal olar, Ürəyim xal-xal olar. Gözlərimiz danışar, Aləm xəbərdar olar.

Noyabr 2011-mart 2012

Seçilmiş əsərləri

65

SƏN DƏ BƏŞƏR OĞLUSAN DAYAN BİR DÜŞÜN

Sən kimsən? Mən kiməm? Soranı yoxmu? Bu fani dünyaya niyə gəlmişik? Bu dəli dünyanın yüyəni yoxmu, Onun gərdişində min yol ölmüşük, Min yol dirilmişik, Biz – biz olunca! Adımız, şanımız, dinimiz əldən gedib, Qanımız, canımız, günümüz əldən gedib! Ey insan övladı, dayan, bir düşün, Ömrümüz üç yüz il, beş yüz il, min il – Deyil! Ya əlli, ya altmış, ya yetmiş ildir. Onun da hamısı rəvan deyildir. On beşi uşaqlıq,

Nizami Muradoğlu

66

Kallıq ilidir. On beşi süqutdur – Karlıq ilidir. Çəkin, bəd əməldən, yamanlıq yanma, Uçur xanimanlar, uçur saraylar. Göylərə dirəşir ahlar, haraylar. Atma! Atma! Sən güllə atma! Allahın rəsulu, Musadır, İsadır, Məhəmmədisə; Bəs niyə döyüşür Ərəfat, Şaron? Bəs niyə ağlayır Haykanuş, Nisə?.. Keşiş də, molla da qana-qan deyir. Əfsus, Min yol əfsus, Çox zaman deyir. Ey insan övladı, Bir dayan düşün, Sən kimsən? Mən kiməm? Biz kimik axı? Biz ki ulu saydıq Böyük Allahı, Allahın altında yoxmudur işin?...

Seçilmiş əsərləri

67

NAĞIL ALMASI Biri vardı, biri yoxdu dünyada, Dünyanın işlərindən, Şahın gedişlərindən, Uğurundan gurlayıb, Yalanını goplayıb. Zəhəri şəkər kimi, Həsrətin çəkər kimi Şirin-şirin yedirən, Qara xəbərləri də, Gülə-gülə dedirən, Bir televizor vardı, Evdə yuxarı başda, Oturub danışardı. ...Uymuşam sehrinə bu sirli səsin, Yol tutub zülmətdən işığa doğru, Gedirəm içimdə ümid həvəsi, İllərdir qarşıma çıxmır uğuru. Amma inanıram Məlik Məmmədin, Ağ qoçu ağ günə aparar bizi. Şeytanın əlindən, cinin əlindən, Divlərin əlindən qoparar bizi. Hələ Simurq quşu yetəcək dada, Qarşıda nağılın şirin alması. Hələ ola bilər yetim Əhmədin, Qeydinə qalan da oldu dünyada.

Nizami Muradoğlu

68

Beləcə xəyallar qoynunda məstik, Qandıran olmayıb, qandıranı yox. Min ildir divlərin canı şüşədə, Sındıran olmayıb, sındıranı yox. Yenə də yüz qərar, yüz nağıl çıxır, Ay gəlir, gün keçir, illər ötüşür. Göylərdən illərdir bombalar düşür, Göydə üç alma var – düşmür ki, düşmür.

SİZ KİMSİNİZ

Ey ruhu göylərdə uçan ölü canlar, Ölüsü dirisindən də şərafətli olanlar! Ey kürreyi-ərzə sığmayan ərənlər, Fəqət bir qarış torpağın altda uyuyanlar! Siz kimsiniz? Ey səssizcə durub baxan nəfsi-bütünlər, Ey daş heykələ dönmüş daşlı düyünlər! Yer-göy dayanıb səbri-qərar ilə sizi dinlər. Siz kimsiniz?

30.04.2007

Seçilmiş əsərləri

69

XOŞBƏXTLİYİN QAFİYƏSİ

Xoşbəxtliyin qafiyəsi bəxtdi, qızım, Kimin üçün qurulmuş bir təxtdi, qızım. Kimin üçün hələ gəzir çərxi, qızım! Sən harda görürsən özünü, bilməm, Sən mənim gözümdə çiçək kimisən. Əl vursam dağılar ipək saçların, Sən özün napnazik ipək kimisən. Xoşbəxtlik içində itən bənövşə, Sən hələ bilmirsən xoşbəxtlik nədir. Kiminin taleyi gözündən düşər, Kiminin taleyi gözlərindədir. Oxu, ürəyindən keçən nəğməni, Oxu, ürəyində dustaq qalmasın. Bir zaman içində xoşbəxtlik tapıb, Bir zaman itirsən saxlama yasın. Bəlkə xoşbətliyin qafiyəsi var, Bəlkə də heç yoxdur, necə biləsən, Zamanın xoşbəxtlik nəfəsliyi dar, O incə boğazdan keçə biləsən, Bəlkə də keçmisən, axı, nə bilim? Ürəyin özündən aralı düşüb. Sənin gözlərində bir sərhəd-film, Titrlər pozulmuş, qaralı düşüb. Bir az küləklərə qoşula bilsən. Bir az duman olsan, bir az çən olsan, Bəlkə də xoşbəxlik tapa bilərsən, Bir az özün olsan, bir az sən olsan.

16.03.2011

Nizami Muradoğlu

70

GÖZLƏYİRƏM

Quş çırpınar dəndən ötrü, Duman gələr çəndən ötrü, Qurbanlığam səndən ötrü, O duanı gözləyirəm. Tanrı mənə ulduz verdi, Oğul verdi, cüt qız verdi. Dərdlərimi yalqız verdi, Mən loğmanı gözləyirəm. Bəxt mənə yaman eylədi, Canımı candan eylədi. Haqdan, divandan eylədi, Yol-ərkanı gözləyirəm. Bu taledi, neyləməli, Karvanını əyləməli. O yan, bu yan eyləməli, Vaxt-zamanı gözləyirəm. Bu dünyanın gərdişidir, İgid olmaq mərd işidir. Həyat başdan əndişədir, Var tufanı, gözləyirəm. Var tufanı, cuşa gələr, Yaxşı-yaman başa gələr. Xeyir və şər qoşa gələr, Rəbb yazanı gözləyirəm.

21.08.2003.

Seçilmiş əsərləri

71

MÜŞTƏRI GÖZLƏYIR Müştəri gözləyir ölü yuyan da, qəbir qazan da, dua oxuyan da, namaz qılan da. Müştəri gözləyir yolda duran da, meyvə satan da. Müştəri gözləyir ağ xalatlı qız, Xəyanət edibdi içdiyi anda. Müştəri gözləyir hamı beləcə, Hər kəsin qəlbində qaranlıq gecə. BOYUNDURUQ

Boyun olan yerdə boyunduruq var, Bir buyuruq var. Buyuruq vardısa, Qul da var, qulluq da var. Boynu kimi istəyi, Arzusu qırıq da var. Boyunduruq boyundan, İnsan boynundan asılır. Heyvan boyunundan kəsilir. Boynu qıldan nazikdi, Qulluğu olanların...

06.03. 2007

Nizami Muradoğlu

72

MƏN UTANIRAM Namərdin, nakəsin önündə bəzən, Uca kişilərin əyilməyindən, Axşam bazarında xanım qızların Gözləri kor edən gözəlliyindən Mən utanıram. Qarşıma uzanır dilənçi əllər, Üzümü döndərib yana gedirəm. “Görmədim” söyləmək çətindi bir az, Qəsd edib vicdana, cana gedirəm, Mən utanıram. İttiham edirəm bütün dünyanı, İttiham edirəm günəşi, ayı. Utanmır, bozarmır, heç qızarmayır, Günahkar özünü günahsız sayır, Mən utanıram.

06.03. 2007

Seçilmiş əsərləri

73

VƏLİQULUNUN ÖLÜMÜ

Xəbər yayıldı bir gün Vəliqulu da öldü. Evinin içində Əlində tütün. Üçcə gün xəstə yatdı, Nə xəstəxanaya getdi, Nə hərbi qospitala. Nə iynə vurdurdu, Nə dərman atdı. Qonşular saldı yola, Son mənzilə. Hamı kədərliydi, Hamı qəmgindi. Ağlayan ağladı, Dinməyən dindi. Min rəhmət dedilər. Ehsanından yedilər. Dedilər:-Ölümü gözəldi, Xoşbəxtdi onun. Ölümünə sevinən Olmadı Vəliqulunun.

Nizami Muradoğlu

74

KİŞİ ƏLLƏRİ Namərd həmləsindən qorunmaq üçün, Qalxana dönübdü kişi əlləri. Bir qadın yaylığı açılıbdısa, Yanına enibdi kişi əlləri. Dadıb bu dünyanın min əzabını, Şaxtada donubdu, odda yanıbdı. Dünyanın gərdişi bir yüyən kimi, Kişi əllərində cilovlanıbdı. Nifrəti yığılıb barmaqlarına, Oxdan iti olub qəzəblənəndə. Bir gözəl önündə mum tək əriyib, Öpülüb, sevilib, əzizlənəndə. Kişi əllərindən sevinc doğular, Kişi əllərindən rahatlıq yağar. Qadınlar, qadınlar... Onu bilin ki, Kişi əllərinə sığınmaq olar.

Seçilmiş əsərləri

75

İBLİS Sonu nə olacaq, necə olacaq? Balaca sərçənin yamandır halı. Qarışqa tapdanır ayaqlar altda, İblis də havanı iyləyir ancaq. Zirehli çanaqda rahat, qorxusuz, İstisi, soyuğu eyninə gəlmir. Canında icətmək - şeytan azarı – Bir yaxşı əməl də beyninə gəlmir. Havanı iyləyir necə olacaq, Kim kimin üstündə didişəcəkdir. Kor fələk tor qurub yolların üstə, Kim isə, nə isə ilişəcəkdir. Yenə toyuqları tülkü aldadır, Çaqqal da dovşana atıb qarmağı. Əqrəblər, ilanlar ayağa qalxıb, Yenə də işləyir iblis barmağı. Yenə yazığı var, zalımı vardır, Üz-üzə dayanıb didir bir-birin. Soruşan tapılmır, nə olub axı? Uyub hiyləsinə siz iblislərin, Qırdınız, çapdınız bir-birinizi. Uduzan kim oldu, udan kim oldu? Həmişə, həmişə aldatdı sizi,

Nizami Muradoğlu

76

İblis vəkil oldu, İblis də hakim oldu! Havanı iyləyir necə olacaq? Canında hiylə var, əməlində şər. Görəsən nə qədər əzab çəkəcək, İblis caynağında zavallı bəşər?!

Seçilmiş əsərləri

77

ÖLÜRƏM ÖZGƏLƏR ARASINDA MƏN Fikri düşüncəsi ümumiləşən, Düşüb adamların sırasına mən. Özüm də ruhumda özgələşirəm, Ölürəm özgələr arasında mən. Nə deyə bilərəm bu yad əllərə? Ağrısı, acısı canımdan keçir. Qıçların oxşamır mənimkilərə, Haqlının, haqsızın yanından keçir. Dayanmır, soruşam, görəm, nə işdir, Bu haqlı haqsızın günahı nədir? Bilir ki, bu dünya elə qəmişdi, Qəmiş qoyanlar da bir bəhanədir. Bu nədir, İlahi, bağlanıb dilim, Gözlərim haqlıya, haqsıza baxır. Barı çağırmır ki, köməyə gəlin, Adamlar! Adamlar özgədir axı. Bax mənim gözümə, gözümdə qəhər, Bağışla o mənim gözlərim deyil. Başqa cür görmək də öyrədibdilər, Çox şeyi görsə də görmür, elə bil. Bu necə könüldü qoyub adını? Könlümdən keçəni duya bilmirəm.

Nizami Muradoğlu

78

Qışın şaxtasını, yayın odunu, Nəyə dəyişmişəm, nəyə? Bilmirəm! Neyləyim, ürəyim sözümə baxmır, Nəğməsi bilinməz, sözü bilinməz. Bu ürək, deyəsən, özgəninkidir, Hansı ocaqdandır közü, bilinməz. Fikri, düşüncəsi ümumiləşən, Düşüb də çoxların sırasına mən. Gözüm görə-görə özgələşirəm, Ölürəm özgələr arasında mən.

Seçilmiş əsərləri

79

ŞEYTAN AZARI İndi siyasətdə dava-mərəkə, Siyasət meydanı kolxoz bazarı. Kiminin gözündə qorxu, təhlükə, Kiminin canında şeytan azarı. Haqq sözün meydanı daralır hər gün, Yalanı doğruya büküb deyirlər. Heç kim ruzusuna qane olmayır, Yetimin payını içib-yeyirlər. Şeytanlar, iblislər mələk kimidir, Mələklər şeytana oxşayır yaman. Tor atır dənizə hər yoldan ötən, Görən nə tutacaq bu qovhaqovdan. Təbiət acizdir, ovçular zalım, Balıqlar qorxudan sahilə gəlmir. Kim nəyi görübsə qarmalayıbdı, İnsaf da, mürvət də heç dilə gəlmir. Bəndələr çıxıbdı haqqın yolundan, Yollar kələf kimi qarışıq düşüb. Minlərin bəxtinə zülmət, qaranlıq, Beşinin bəxtinə gur işıq düşüb.

Nizami Muradoğlu

80

Hər kəsin qisməti özünə çatsa, Deyərəm nə var ki, paydan pay deyil. Allahın dərgahı açıqdır, ancaq, Yoxsulun qəlbi tək taybatay deyil. Mələk paltarına şeytanlar girib, Şeytanın tükünü daşıyır hərə. Min ildir mələklər mirzəlik edir, Biri də bənzəmir Mirzə Səfərə. İbnələr hər sözə dəndənə qoyur, Kasaddır doğrunun, düzün bazarı. Nə əngi yorulur, nə gözü doyur, Çıx insan canından şeytan azarı.

Seçilmiş əsərləri

81

HAMI GÜNAHKARDI Hamı günahkardı dünyada, Heç günahsız olan yoxdu. Hamı günahdan çıxıbdı, Günah ilə qalan yoxdu. Vəkilindən hakiminə, Müəllimdən həkiminə. Günahkardı. Qanunları, yasaqları Yazan günahkardı, Pozan günahkar. Nə eləsən yasaqdı, Elə hamı dustaqdı. Biri evində dustaqdı, Biri işində dustaqdı, Biri eşqində dustaqdı, Birinin azadlığı, Özünə göz dağıdır. Biri dustaqların dustağıdır. Hamı günahkardı dünyada…

Nizami Muradoğlu

82

EŞQ BİR SİRDİR

***

Gözlərim səni bəklər, Hasil ola diləklər. Xəyalımdan getməyir O saçlar, o hörüklər. İllər dolandı getdi, Üzüldü, candı getdi. Sevdalı könlüm sənin Odunda yandı getdi. 27.08.2010

Seçilmiş əsərləri

83

GETMƏRƏM DAHA

Nə aylı gecədir, nə ulduzlu göy, Könlümdə bir yol var üzü sabaha. Əlvida, əlvida, ötən günlərim, Bu sevda yolunu getmətəm daha. Hər bahar açılan ağ çiçəklərin, Uçan ləçəkləri başıma qonmaz. Xəlvət görüşləri kəpənəklərin, Qəlbimdə gizli bir atəş doğurmaz. Gəlməz gözlərimə itən işıqlar, Açılmaz qarşımda bükülən qollar. Qayıtmaz ömrümə getdiyim yollar, Bu sevda yolunu getmərəm daha. Əlvida ömrümün payız heykəli, Şaxtada bərkimiş o buz heykəli. Gələr də, yıxar da bir yaz heykəli, Bu sevda yolunu getmərəm daha. Bir ömür yol getdim yarı olmadı, Mən ona can dedim canım olmadı. Bu sevda yolunu mən necə gedim? Sevdiyim o afət xanım olmadı. Bu sevda yolunu getmərəm daha. Ardınca boylansam gözlərim ağlar. Qopar ahu-naləm sözlərim ağlar. Bu sevda yolunu mən necə gedim? İzini öpdükcə izlərim ağlar. Bu sevda yolunu getmərəm daha.

Nizami Muradoğlu

84

ÖMÜR YOLDAŞIMA

Sevgi göz yaşlarımızın içində, Göz yaşımız gözlərimizin, Ümidimiz Tanrının ətəyində, Əlimiz ürəyimizin ağrılarında. Ağrılı-acılı günlərimiz Tanrıdan göndərilmiş. Təsəllimiz – üç çiçək, Ömrümüzdən dərilmiş. Saçımız saçlarında, Gözümüz gözlərində, Bir az sənin, Bir az mənim Və bizdən sonrakı ömrümüz.

18.05.1989

Seçilmiş əsərləri

85

ACI ÖMÜR NƏĞMƏSİ

İsti otaq, Öskürür uşaq, Nə qadınım yatır, nə mən, Bayırda şaxta-cəllad, Ay işığı qəm, Çılpaq ağaclarda Yatmır yaralı quşlar, Gecə yerimir-yerimir. Qaçqınların göz yaşından, Uca dağ yollarında Qarlar ərimir-ərimir. Ərimir ürəyində buz, Namərd adamların. Acı ömür nəğməsi, İsti göz yaşlarıdır. Yalın budaqlarda Oxuyur yaralı quşlar, Ömür dolaylarında – Didərgin uşaqlar...

Nizami Muradoğlu

86

GÖZƏL NURİYƏ

Səsində dağ çayı coşub çağlayar, Ardınca bir çocuq qaçar, ağlayar. Xoşlu dağı tər çiçəklər saxlayar, Səni səslər o yurda, çiçəkliyə, Gözəl Nuriyə! Başında məhəbbət tacı görünər, Şükufə xanıma bacı görünər. Cavadxan eşqindən uca görünər. Kim heyran qalmadı bu gözəlliyə, Gözəl Nuriyə! Sənan görsə dindən dönər, eşq dilər. Qara sevda çəkər qara günlülər. Sənə bənzər ya pərilər, hurilər, Ya oxşarsan sən pəriyə, huriyə, Gözəl Nuriyə! Bir atəşə milyon könül nişana. Bu nə səsdi sən salıbsan cahana. Bir türkü də mən söylərəm, a sona, Həmsəs ola sən oxuyan şərqiyə, Gözəl Nuriyə!

26.05.2011

Seçilmiş əsərləri

87

AY İŞIĞINDA Məni inandıra bilməzsən daha, Yüz dəfə sızlayıb təəssüf desən. Nə mən o oğlanam kölgən olmağa, Nə də sən sevdiyim o qız deyilsən. Qəlbini soyutma göz yaşlarıyla, İstisi canına rahatlıq verər. İndi sən o qızın baxışlarıyla Baxsan da, yandırmaz, yanıqlıq verər. Əllərin soyuqdur, soyuq qar kimi, O vaxtın istisi, odu qalmayıb. Öpüb oxşasan da ağ saçlarımı, Bir ürkək baxışın dadı qalmayıb. Özünü aldatma təəssüf ilə, Bəlkə də, səninçin bu, təsəllidir. Çoxdan yollarımız ayrılıb bizim, Əvvəli bəllidir, sonu bəllidir. Məhəbbət tapmadın qovuşduğunda, Qızıl da, gümüş də gözündən düşüb. Təəssüf söyləmə Ay işığında, Təəssüf pərdəsi üzündən düşüb. Mənim də yorulub ruhum bu gecə. Ruhunu oxşayıb döz deyənmədim. Mən sənə əlvida deməzdən əvvəl, Son dəfə yolunu gözləyənmədim.

Nizami Muradoğlu

88

Əlvida, gedirəm bu sən, bu gecə, Bu da ay işığı-şahidimizdir. Necə ki, gəlmişdin, qayıt eləcə, Sən də ay işığı bizi çimizdir.

Yanvar 2011.

GÖZƏLİM Yenə bahar gəldi ellərimizə, Çiçəklər içində çiçək gözəlim. Bir çiçək dəstəsi göndərdim sizə, Üstündə bir duyğu-ürək, gözəlim. Heyranam Tanrının qurduğu işə. Dodaqlar lalədir, gözlər bənövşə. Nola qismətimiz bir yerə düşə, Eşqin badəsini içək, gözəlim. Qönçədir, pöhrədir yaz sevilənlər, Çiçəklər açınca tez sevilənlər. Vallah, xoşbəxt olur, qız, sevilənlər, Gəl, biz də sevilək, sevək, gözəlim. Gəzər Muradoğlu Leyli dağında, Şeh düşüb, iz salıb gül yanağında. Məkan eyləyəsən can otağında, Olasan ömrünə bəzək, gözəlim.

02.03.2012

Seçilmiş əsərləri

89

GÖZLƏRİN İstidə, şaxtada, bilməm, nədəndir, Nədəndir yandırıb yaxır gözlərin? Lalə tək allanır ağ yanaqların, Hərdən altdan-altdan baxır gözlərin. Ürəyim çırpınır şüşə qəfəsdə, Onu sındırmağa durmusan qəsdə. İnciyib küsürsən heç nəyin üstə, Bir eşqin evini yıxır gözlərin. Hərdən tikan bitir gül dodağında, Sanki çalağan var alma bağında. Öləydim, qalaydım, yar, qucağında, Görəydim nurunu sıxır gözlərin? Camalın Tanrıdan yaranıb kamil, Kəsdin bağrım başın, eylədin dil-dil. Olaydı bir səbəb, bir şərt, bir amil, Məni də sevəydi, axır gözlərin.

28.01.2010

Nizami Muradoğlu

90

GET Gözlərində gözüm var, Hər müşkülə çözüm var. Nə qədər zülm eyləsən də, Məndə dərdə dözüm var. Doğruma inanmadın, Yalanlarınla yaşa. Mən karvanda yolçuyam, Qalanlarınla yaşa. Bu həyat sənin olsun, Bu büsat sənin olsun. Sevdasız keçən ömür, Kainat sənin olsun. Dönüb arxaya baxma, Gedirsən, get, qayıtma. Xatirələr qalacaq, Bir də, bir də o xəta. Arxadan ağlasan da, Titrəsə o səs, nida. Ayrılığın sonu yox, Get, yaxşı yol, əlvida.

06.09.2010

Seçilmiş əsərləri

91

DAĞLAR QIZI

Tel ayırıb tağ etmə, Qəlbimi dağ-dağ etmə. Öldür də, çıldağ etmə, Gəl, mənə, dağlar qızı. Sev məni dağlar qızı. Dodağın gül qönçəsi, Gül ətirli nəfəsin. Səni kimsə sevməsin, Sev məni, dağlar qızı, Gəl mənə, dağlar qızı. Üzündə xalların var, Nə qərib halların var. Gedilməz yolların var, Gəl mənə, dağlar qızı. Sev məni, dağlar qızı. Səni sordum lalədən, Su üstündə halədən, Qəlbimdəki nalədən, Gəl mənə, dağlar qızı. Sev məni, dağlar qızı. Sular dağda dayanmaz, Köz olmasa od yanmaz. Baban yatıb oyanmaz, Gəl mənə, dağlar qızı, Sev məni, dağlar qızı.

2012

Nizami Muradoğlu

92

ALA GÖZLÜM

Gözləri ala gözlüm, Bir ceyran bala gözlüm Nə qəbahət eyləmişəm, Getdi xəyalə gözlüm. Bağçadan bir çişək dər, Qoy zərfə yara göndər. Dedim, insafın olsun, Demədim ki, üz döndər. Zülf üzündə yan olur, Zülf içində dan olur. Hərdən bax, hərdən baxma, Canım canımdan olur. Nə dedim küsdü gözlər, Qəlbimi üzdü gözlər. Yanağında iz salıb, Mirvari düzdü gözlər.

12.01.2013

Seçilmiş əsərləri

93

SEVƏYDİN GƏRƏK

Sən məni sevəydin, Sevəydin gərək. Sən mənim xoşuma gəldiyin kimi Mən sənin xoşuna gələydim gərək. Sən məni sevsəydin, Nə olardı, nə? Ürəklər susmazdı bu nəvazişdən. Dünya dağılmazdı bu titrəyişdən. Peşiman olmazdın tutduğun işdən. Onsuz da birini sən sevməliydin. Kaş məni sevəydin, Sevəydin gərək. Qəlbimdə nə qədər gözəl arzular, Ən ülvi duyğular, şirin xəyallar həsrətindədir. Kaş məni sevəydin, sevəydin gərək. Qızılgüllər, ləçəklər, Budaqdan dərilməmiş, Yanağı öpülməmiş, Ağ, çəhrayı çiçəklər. Sən məni sevəydin, Sevəydin gərək...

Nizami Muradoğlu

94

SƏNƏ OXŞAYIR

Əllərimin içində Əllərin titrəyirsən.. Quş kimi çırpınırsan, Uçmaqmı istəyirsən? Qəlbində döyüntülər Döyünür qəlbim kimi. Ya qanınmı qaynayır, Coşubdu təbim kimi? Sən necə də gözəlsən İlk bahar səhərində. Bu gün sənə oxşayır, Ruhu çiçəklərin də. Şeh düşübdü yanağa, Mirvariyə bənzəyir. Güllər dodaq-dodağa, Sənimi əzizləyir? Açıbdı yasəmənlər Gözəl ətirlər yayır. Qara xallı lalələr, Günəş şəfəqlərilə Qalxaraq parıldayır, Bu gün sənə oxşayır. Günəş sənin nurundan Nur alıbdı elə bil, Göylər gözəlliyindən, Nurlanıbdı elə bil, Bu gün sənə oxşayır. Sən necə də gözəlsən Dənizin sahilində.

Seçilmiş əsərləri

95

Dənizin göz yaşları Sənin ayaqlarını Öpərək qucaqlayır. Leylinin həsrəti ilə, Məcnun ağlayan kimi Dənizmidir ağlayır? Sonra alıb qoynuna Ləpələr saçlarını Sığallayır, oxşayır. Gülüm, sanki dəniz də Bu gün sənə oxşayır.

Nizami Muradoğlu

96

HƏSRƏT

Gözlərimdə həsrət, dodağımda ah, Şəklinə baxıram düşüncələrlə, Şəkillə yaşamaq çətindi, vallah. Çətindi yaşamaq xatirələrlə. Didir ürəyimi qüssə, kədər, qəm, Dünyada var ikən, yanımda yoxsan. Heyif ki, mən səni görməyəcəyəm, Heyif ki, sən məni unudacaqsan. Həsrət saçlarımda bitirir ağ dən, Elə gizli-gizli alovlanıram. Oxşamaq istərəm şəklini hərdən, Ancaq şəklindən də mən utanıram. Cırmaq istəyirəm əksini hərdən, Məni addım-addım izləyir kölgən. Deyirəm unudum bu dünyanı mən, Deyirəm unudam səni də bəlkə... Qatardı, biz idik, bir axşam çağı, Sən getdin ayrılıq arada qaldı. Sənin ağ yaylığın yellənməsiylə, Mənim ümidlərim qatarda qaldı. Səni əllərimdən apardı qatar, Ayrıldıq, inciyib biz küsüşmədik. Ayrıldıq bir ömür xatirələrlə. Yollar haçalandı biz görüşmədik.

Seçilmiş əsərləri

97

O qatar geriyə qayıtdı, bəlkə... Səni qaytarmadı geriyə ancaq. Susdu xəyallarım ürəyimdəcə, Qurulmadı mağar, yanmadı ocaq. Qoşa ulduz idik, sönmüşük indi, Ümid parça-parça, arzular qırıq. Ayrı qatarlara minmişik indi, Gedib bir nöqtədə qovuşanmırıq. Didir ürəyimi qüssə, kədər, qəm, Dünyada var ikən, yanımda yoxsan. Heyif ki, mən səni görməyəcəyəm, Heyif ki, sən məni unudacaqsan.

Nizami Muradoğlu

98

SEVDİM Dodaqda gülüşün, yanaqda xalın, Billurdu buxağın, aydı camalın. Başına dolanım, qadanı alım. Bilirsən mən sənin nəyini sevdim? Boynunu, qaşını, gözünü sevdim. Yerişin, duruşun, sözün ədəbli, Uymadın bəzəyə, geymədin dəbli. Sən məni sevmisən bir şair təbli, Bilirsən mən sənin nəyini sevdim? Soyunu, əslini, sözünü sevdim. Üç övlad böyüdən gözəl anasan, Üç nəvə doğuldu, indi nənəsən. Necə mehribansan yenə mənə sən, Bilirsən mən sənin nəyini sevdim? Mən sənin özünü, özünü sevdim.

mart 2009

Seçilmiş əsərləri

99

PAYIZ RƏNGLƏRİ Payız qapıları döydü yenə də, Bəs niyə ürəyim sıxıldı birdən. O payız tapındıq sevinc içində, Bu payız ayrıldıq bir - birimizdən. Həsrət yollarının yolçusu olduq, Çaylar adlayırıq, dağlar aşırıq. Gün keçir, ay ötür yaxınlaşmırıq, Ay ötür, il olur, uzaqlaşırıq. Deyirsən payızda yarpaqlar kimi Biz də ayrılırıq budağmızdan. Hələ ömrümüzə payız gəlməmiş, Bir payız başlayır qayğısızlıqdan. Deyirsən heç vədə qınama məni, Qoy kinin, qəzəbin payıza dəysin. Gülüm, soyuyubsa ürəklərimiz, Təbiət neyləsin, payız neyləsin. Payız rəngi çöküb çiçəyə, gülə, Payız rəngi alıb ürəklərimiz. O payız sevişdik məhəbbət ilə, Bu payız ayrıldıq həsrət ilə biz.

Nizami Muradoğlu

100

AXTARMA MƏNİ

Axtarma sən məni, axtarma daha, Qoy məni öldürsün sənin həsrətin. Sən ola bilməzsən sən bundan sonra, Qaytara bilməzsən məhəbbətimi. Soruşma kimsədən, soruşma yetər, Ölən bir sevginin saxlama yasın. Sən ki, dönük çıxdm, unut bir yolluq, Məhəbbət olurmu unudulmasın? Qayıtmaq çətindir o günə bir də, Yaşanmış günləri yaşamaq çətin. On il ayrı düşdü xatirələr də, On il ayrılıqla barışmaq çətin. On il həsrət çəkdin desən yalandır, On il göz ağlasa nuru da qalmaz. Ürəyin yanıbsa on il - inandır, On il ürək yansa qoru da qalmaz. Sənin öz aləmin, mənim öz talem, Talelər qovuşmur ayrı düşəndə. Bir də taleyinə çıxa bilmərəm, Sənə məhəbbətim ölər içimdə.

Seçilmiş əsərləri

101

Qayıda bilmərəm, çağırma yetər, Bu yolu qayıtmaq gülünc deyilmi? Ölən məhəbbətə üz tutmaq bir də, Kişinin başına qalxınc deyilmi? Ömrün payızında qayıtma daha, Payızda gülləri açmaz niyyətin. Sən ola bilməzsən sən bundan sonra, Məni də özümə qaytarmaq çətin.

Nizami Muradoğlu

102

YAĞIŞ NƏĞMƏSİ

Yağ, yağış, ağ yağış. Bahar yağışı, bar yağışı, a nübar yağış. Həsrətindən torpağın Sinəsi qübar, yağış. Bir bayram axşamında, O qızdan ayrılanda, ağlayan yağış. Yağ. Yapışsın ayaqlarıma, palçıq, torpaq. Taksi də tapa bilməyim. Qoy islansın Təzə şalvarım, təzə pencəyim. Dəldikcə ayaq səslərim Gecənin qulağını, Qulağıma əks-səda qaytar. Tappıltı ilə döy, Yolların ortasını, qırağını, Mənə nəğmə oxu, Yağış nəğməsi. İstəsə o qız da, arxamca baxıb, Dinləsin bu nəğməni, bu səsi. Yağ, yağış, ağ yağış. Ay gözləri, nəm yağış, Mənə həmdəm, yağış...

Seçilmiş əsərləri

103

ÜRƏYİNDƏ GƏZ MƏNİ

Gözlərində bu axşam, Bulud olub yağmışam. Gəzmə dağı-dərəni, Ürəyində gəz məni. Bir az duman, bir az çən, Bir az mənəm, bir az sən. Bir az sevgi istəsən, Ürəyində gəz məni. Həsrət çəkər telin də, Uzalı əllərində. "Yox" deyən dillərində, Ürəyində gəz məni. Ayrıcların yönündə, Xəyalların önündə. Lal haraylar ünündə, Ürəyində gəz məni.

Nizami Muradoğlu

104

SƏNSİZ Gecələr həsrətimin, Nöqtəsi qoyulmayır. Gündüzlər ümidimə, Bəs niyə son olmayır. Sənsiz keçir günlərim, Sənsiz ötür aylarım. Mən səni harda gəzim, Səni harda arayım... Xəzan oldu baharım, Bu dərdimi biləsən. Səni aparan yollar, Qaytararmı görəsən?..

Seçilmiş əsərləri

105

İTMİŞ SEVGİ NƏĞMƏSİ

İki məhəllənin uşağı idik. Yaxınlaşan axşamın ayrılıq vədəsində, O yolun, bu yolun kəsişmə nöqtəsində. Biz "Qaldı" oynayardıq, Vurardın - "məndə qaldı", Vurardım - "səndə qaldı". Sonra da böyüdük elə beləcə. Kim isə sevgimizi Oğurladı bir gecə... Dünən səni görəndə, Yanındakı adamı O oğruya oxşatdım. Daldan ona daş atdım. Özüm günahkar ikən, Onun təqsiri nəydi? Günahım daşa döndü, Gəlib özümə dəydi. İndi başa düşürəm, Nə yaman səhv etmişəm. Lap tarana getmişəm, Vurmuşam “səndə qalıb” Qaçmışam “səndə qalıb” Elə bunun üzündən, Bir uşaqlıq sevginin

Nizami Muradoğlu

106

qıfılı məndə qalıb, Açarı səndə qalıb. İndi isə işə bax, Adın özgə dilində, Saçın özgə əlində, Həsrətin məndə qalıb...

Seçilmiş əsərləri

107

QORXU

Qorxuram zəmanə ayıra bizi, Üzümü görməyə göz həsrət qalıb. Sınağa çəkirlər taleyimizi Taleyim eşqimə xəcalət qalıb. Könlüm intizarda qurbanınam gəl, Gəl, mənim dilbərim, nazlı sonam gəl. İllərdir yolunu gözləyirəm mən Sən Tanrı payısan, heyranınam gəl. Sən bahar səhəri açan ilk çiçək, Mən səni sevirəm, canda canım tək. Yaradan qorusun səni sevgilim, Sənə toxunmasın qar, boran, külək.

26.08.2010

Nizami Muradoğlu

108

QADINIM Sevgi göz yaşlarımızın içində, Göz yaşları gözlərimizin. Ümidimiz tanrının ətəyində, Əlimiz ürəyimizin ağrılarında. Ağrılı-acılı günlərimiz, Tanrıdan göndərilmiş. Təsəllimiz üç çiçək – Ömür bağçamızdan dərilmiş, Saçımız saçlarında, Gözümüz gözlərində. Bir az sənin, Bir az mənim. Və bizdən sonrakı ömrümüz. Qadınım, Yoluma çıxdın Ömrümün ortasında. Bilirəm, mənimlə, Sonuna varacaqsan.

Seçilmiş əsərləri

109

EŞQ BİR SİRDİR Xoşlu dağın laləsi Süzülüb piyaləsi. Mən içdim, dərdə düşdüm Yarda qaldı çarəsi. Sərin rüzgarlar əsdi, Əsdi, amanın kəsdi. Eşq bir sirdir açmaq olmaz, Sən bil, mən bilim, bəsdi. Dağ mənim, düzlər sənin, Badamı gözlər sənin. Mənim sevdalı könlüm Ölüncə gözlər səni. Xoşlu dağın düzlərin Otlayır quzuları. Oğlanlar əsgər gedib Həsrət çəkir qızları. 2010

Nizami Muradoğlu

110

ÇİÇƏK Çiçəklərin içində Sən nadir bir çiçəksən Milyon çiçəklik olsa Yenə görünəcəksən. Sənin yanaqlarında Al lalənin rəngimi? O gül dodaqlarında Bir şərqi ahəngimi? Gözlərin dağ çayı tək Bir çağlayan bulaqdır. Bir sevgi nəğməsi var Bir gün oxuyacaqdır. Əllərində qəlbinin İstisi var, odu var. Məni Məcnun eyləyən Səndə leyli dadı var. Günəş kimi nurun var, Görünürsən uzaqdan. Vücudun əfsanəmi, Yoxsa yaranmış haqdan? Bu mənəm gözləyirəm, Evinizin önündə. Oxu, mənimçün gözəl, Belə sevdalı gündə. Məni səni axtarıram Çiçəklərin içində. Sən məni gözləyirsən, Mən boyda, mən biçimdə. 2011

Seçilmiş əsərləri

111

GÖZƏL

Sən elə bir gözəlsən İşvən nazından böyük. Dərdin özündən ağır, Hicran özündən böyük. Gah könlümü alırsan, Gah sıxırsan qəlbimi. Bilirəm düşəcəyəm, Budaqda tənha qalan Sonuncu yarpaq kimi. Salıb ayaq altına, Tapdalayıb keçərsən. Bir içimlik su kimi Bəh-bəh ilə içərsən. Gözlərimdən bir bulud Selləmə yağış gedər. Sən yaza tələsirsən, Məndən qara qış gedər.

Nizami Muradoğlu

112

QORXURAM Sənə zəng etməyə, düzü, qorxuram, Qorxuram alışıb, yanam da bir gün. Eşitsən şəhərdən çıxıb gedən var, Düşün ki, o gedən mənəm də bir gun. Mən getdim, sən mənim yanımca getdin, Dumana dönmədin, çənə dönmədin. Elə bil ruhumda, canımda getdin Bu istək, bu sevgi niyə sönmədi? Buluddan göz yaşı, leysan istədim, Səpim yollarına sən gəlməyəsən. Könlümün qapısın döydün hər gecə, Dedin ki, gəlmişəm, dincəlməyəsən. Qorxuram, sevməkdən səni, qorxuram, Çıxarım ürəkdən səni, qorxuram. Qapa sifətinə, telefonu açma, Sevib itirməkdən səni qorxuram.

09.01.2001

Seçilmiş əsərləri

113

BİLSƏYDİN ƏGƏR

Sən məni sevsəydin, nə olardı nə? Dünya dağılmazdı bu zəlzələdən. Sən məni sevəsən, sevəsən gərək, Onsuz da birini istəməlisən. Kaş məni sevəydin, bilsəydin əgər, Qəlbimdə nə qədər gözəl arzular. Ən ülvi duyğular, şirin xəyallar, Səni səsləyir. Kaş məni sevəydin, bilsəydin əgər, Mənim ömür bağımda saçaqlı yasəmənlər, Budaqda dərilməmiş, yanağı öpülməmiş Ağ, çəhrayı çiçəklər, qızıl güllər, lalələr səni gözləyir.

Nizami Muradoğlu

114

SƏN DEYİLSƏN

Sən o sən deyilsən, qayıtma daha. Yüz dəfə barışıb üzr istəyən, Yüz dəfə yenidən küsən deyilsən, Qayıtma daha. Mənim sevdiyim sən qaldı arxada, Məni də odlara saldı arxada. Küsməyi, acısı baldı arxada. İndi şəkərlə, bal ilə gəlsən, gələn deyilsən. Sən o sən deyilsən, qayıtma daha.

03.10.2012

Seçilmiş əsərləri

115

SƏN ALLAHIN LÜTFÜSƏN

Sən bir çiçək dərmisən, Könüllər bağçasından, Dünya təravətlənib. Mələkmi, pərimisən? Səni yaradan zaman, Tanrım səxavətlənib. Bütün gözəllikləri Sənə bəxş eyləyibdi. Elə bil ki, bir rəssam Ömrü boyu bir tablo, Bir rəsm işləyibdi. İri, qara gözlərin Dünyanı nurlandırır. Məni odsuz yandırır. Üzündən şəfəqlənir, Bu dünyanın gündüzü. Bir vaxt yuxularımda Axtarırdım o üzü. Amma indi hər gecə, Sən də mənimlə birgə, Ulduzlara gedirsən. Aləmi seyr edirsən. Dünya intizarındadır. Ey göylərdən gələn qız, Sənin dodaqlarından Qopmayırsa səs-səda, Sənsiz nəyimə gərək Aləm cənnət olsa da. Bir çiçək var əlində, Tax köksünün üstünə,

Nizami Muradoğlu

116

Sinəndə nişan olsun. Bu cahan bağçasında Güllər həsrətdir sənə. Qədəminə yıxılıb, Mini can verən zaman, Sən güllərin qoynunda, Gül tək nazlanmalısan. Səni necə vəsf edim, Sən güllərdən incəsən. Ruhumca, qəlbimcəsən. Tanrı nə verməyibdi sənə?- Dünyanı məhvərindən Çıxaracaq cazibə, Bir egazkar haqq səsi, Sən Allahın lütfüsən, Gözəllik ilahəsi!

Seçilmiş əsərləri

117

QOŞMALAR

GEDİR Ana vətən, sinən çarpaz yaradır, Dərd püskürür, qəm axıdır, qan gedir. Nə müddətdir torpaqların paradır, Həsrətində zaman keçir, gün gedir. Başa dəyir ya kəsəyin, ya daşın. Ayrı düşən el-obalar yadlaşır. Quş səkməyən sərhədləri yad aşır, Tora düşmür, hədəf olmur, gen gedir. Dar günümdə görəmmədim, dostları, Atdı çölə mərd qeyrəti, dost arı. Zalım fələk, fırladıqca dəstarı, Yarma çıxmır, un görünmür, dən gedir. Muradoğlu işıqlı bir gün gələ. Yorğun könlüm aman tapa, dincələ. Heç bilmədim ömür keçib əngələ, Saç ağarır, diş tökülür, can gedir.

Nizami Muradoğlu

118

TƏZƏLƏNDI İlahi qüdrətdən səf-səf düzüldü, Kipriklər üstündə zər təzələndi. Bir kəlmə söz dedim, gözlər süzüldü, Pörtdü yanağında tər təzələndi. Canımdan od çıxdı, başımdan duman, Daha danışmağa vermədi aman. O getdi, mən qaldım naçar, bədgüman, Cismimdə hər dərdi-sər təzələndi. Bir də görüş anı qaldı sabaha, Əl açıb yalvardım Uca Allaha. Məni bu gecəlik öldürmə daha, Bəlkə çərx dəyişdi, pər təzələndi? Sabah da dayanıb durdum uzaqdan, Elə bil mələkdi gəlirdi haqdan, Bir incə təbəssüm uçdu dodaqdan, Sandım günəş, səma, yer təzələndi.

Seçilmiş əsərləri

119

OLMAZ Dağların başında duman oynayır, Duman belə olmaz, çən belə olmaz. Fələk oyun qurub yaman oynayır, Oyun belə olmaz, fən belə olmaz. Gecənin içində saçım ağarmış, Ömrümə yağış da, qar da yağarmış. Saçımın rəngindən qar da ağarmış, Bəyaz belə olmaz, dən belə olmaz. Qamətim əyildi, qəddim yarıdı, Kimlər cəfa çəkdi, kimlər yarıdı. İnsaf da, mürvət də dinlə yarıdı, İnsaf belə olmaz, din belə olmaz. Şayə də, böhtan da baş aldı getdi, Qarğa da, quzğun leş aldı getdi. Araçı qarı da beş aldı getdi, Dedi: - şeytan belə, cin belə olmaz.

30.06. 2004

Nizami Muradoğlu

120

YAŞAYIR Qayıtdım bir ömür həsrətin ilə, İçimdə bir nisgil, güman yaşayır. Zəngimə cavab ver, duyum səsini, Duyum ki, sevdiyim insan yaşayır. Qürbət diyarların şaxtası, qarı, Qəlbimdə sevgimi soyudanmadı. Köksümə yığardın isti qumları, Nə yaxşı o sahil, ümman yaşayır. Yadında öpərdik o daş qayanı? Bizim dərdimizə sirdaş qayanı. Yolumuz üstünə o daş qoyanı, Zaman aparsa da, hicran yaşayır. İndi o sahildə təkəm, tənhayam, Ruhumda nigaran bir can yaşayır. Zəngimə cavab ver, duyum səsini, Duyum ki, sevdiyim insan yaşayır.

Seçilmiş əsərləri

121

Dostum, səni bir imtahan eyləyim, Bu dünyanın rəngi, işi, kökü nə? Əzəldən yazılıb həyat qanunu- Biri gəliş, iki gediş, üçü nə? Haqqa gedər sonda haqdan gələnlər, O dünyanı, bu dünyanı bilənlər. Ruhumuzda gəzir bizim ölənlər, Mizan nədir, pozan nədir, çəki nə? Gül bəsləyib dərənməyib gülünü, Nədən tikan parçalayıb əlini? Nədir belə əyib onun belini, Çəkisi yox, dəyəri yox, yükü nə? Sağın solla, solun sağla işi var, Səbəb nədir otuz iki dişi var? Qışda yanar, istisində üşüyər, Qoşa zərdi, cütü nədir, təki nə?

10.05.2008

Nizami Muradoğlu

122

SARI GÜL Bağçamızda süslənmişdi rəngbərəng, Yarı qönçə, yarı çiçək, yarı gül. Dəstə tutdum sənə təqdim eyləyim, Bəyənmədin güllərimi Sarıgül. Bir söz dedin şan-şan oldu ürəyim, Bu dünyada təkcə səndin diləyim. Sənsiz qalan nakam eşqi neyləyim, Gəl eyləmə sən bu zülmü, barı, gül. Mən gedərəm sənin qəmin azalmaz, Yuxuların çaşar düzə yozulmaz. Bu taledi bir də doğmaz, yazılmaz, Ayrılırıq, ağla, gülüm, sarı gül. Bu şəhərə bir də yolun düşərmi? Ağlamaqdan didələrin şişərmi? Həsrətindən mən ölürəm, bu şərmi? Sağ canımı eyləmisən yarı, gül!

Seçilmiş əsərləri

123

BƏLLİDİ Səhər-axşam gözləyirəm yolunu, Nə getməyin, nə gəlməyin bəllidi. Gülüstanın dərənmədik gülünü, Nə ağlarsan, nə gülməyin bəllidi. Sənlə olmaq sənsizlikdən çətindi, İnsafa gəl, aşiqini bir dindir. Eşq Allahın, eşq aləmi sənindir, Sevərsənsə, sevilməyin bəllidi. Qara daşdır eşq atəşi sönüncə, Muradoğlu əl yetəndir, sən uca. Gözlərinə qurbanlığa gəlincə, Qəbul etsən, a mələyim, bəllidi.

11.11.2010

Nizami Muradoğlu

124

BİZDƏN QALA Sən on dörd yaşında bir qız olasan, On səkkiz yaşında mən də bir oğlan. Alıb bu yerlərdən aparam səni, Bir axar çay ola, bir yaşıl orman. Səhər şəfəqləri yuya üzünü, Sinəndən süzülə şehin düzümü. Sənin qucağında yuxuya gedəm, Sənin şərqin ilə açam gözümü. Bir ömür boyunca ikimiz olaq, Ağız şəkər ola, bal ola dodaq. Bizdən bu dünyada yadigar qala- Bir ağac, iki daş, bir sönmüş ocaq.

24.03.2011

Seçilmiş əsərləri

125

GETMƏ Əlini əlimdən üzüb gedirsən, Nə dedim, incidin, küsüb gedirsən, Gözümün yaşına baxıb da getmə. Əmanət canımı sıxıb da getmə. Sən bir dağ döşündə çiçək kimisən, Sinəmdə çırpınan ürək kimisən. Ürəyimi sıxıb, sıxıb da getmə. Gözümün yaşına baxıb da getmə. Getmə, belə getmə, bu gedişinlə, Ürəyim üşüyər, sevgim üşüyər. Getsən aramıza ayrılıq düşər, Qəlbimi odlara yaxıb da getmə, Gözümün yaşına baxıb da getmə.

Nizami Muradoğlu

126

OLSUN İlahi, mən səndən aman istərəm, Güllərim qönçədir, sar uzaq olsun. Bu dünyadan almamışam kamımı, Əcəl gen dayansın, dar uzaq olsun. Tərs şeylər görməyə alışır gözüm, Turş alça çıxmamış yetişir üzüm. Rəvamı süfrəyə almalar düzüm, Heyva yaddan çıxsın, nar uzaq olsun? Dağıma bənzəyir dağların təni, Dağıyla, oduyla sevdim vətəni. Köksündə laləsi, üzündə çəni – Olurmu zirvədən qar uzaq olsun?! Göylər ulduz-ulduz parıldaşınca, Yerdə üzü gülür qara daşın da. Sevgi ürəyimdə, dərd göz yaşımda Demədim, ta məndən yar uzaq olsun?

25.09. 2006

Seçilmiş əsərləri

127

İNDİ Sən məni sevmədin, bəlanı sevdin, Aldandın şöhrətə yalanı sevdin. Gözünə parıltı salanı sevdin, Gözünü yandırır göz yaşın indi. Beləcə sızlarsan bir ömür boyu, Kimə nə deyəsən bir ömür boyu. Kimi gözləyəsən bir ömür boyu? Hicrandı bu yolda yoldaşın indi. Uçmaq istəyirdin uça bilmədin, Qismətin bəd gəldi qaça bilmədin. Elə daş götürdün çəkə bilmədin, Ağrıdır çiynini öz daşın indi.

Nizami Muradoğlu

128

ARASINDA Oğul bala, bu oyuna girişmə, Yanarsan xeyirlə şər arasında. Əzəl başdan bölünənlər bölünüb, Haqq qalıb qurdunan şir arasında. Mərəkədir, baş vurası kol deyil, Karvan gedir, sən gedəsi yol deyil. Hər vurulan zərbə deyil, qol deyil Bu oyun fil ilə nər arasında. Barış yoxdu, qurulubdu savaşlar, Ya əyilir, ya vurulur dik başlar. Böləmməyib dünya malın qardaşlar, Qəhr olub bər-bəzək, zər arasında. Günümüzün ən şirini – ən acı, Əlacsızlar əlaclıya əl açır. Daha bizim dərdimizin əlacı, Asılıb göy ilə yer arasında.

24.02.04.

Seçilmiş əsərləri

129

QALIB Əllini aşırdın, yüzə əlli il, Fələk aman versə, möhlətin qalıb. Qartal caynağında gözünün odu, Fələyin əlində qismətin qalıb. Gedib saçlarının qapqara rəngi, Hər ilin bir çiçək - ömür çələngi. Qoluna vurulub ipəkdən zəncir, Dünyaya, zamana minnətin qalıb. Muradoğlu, sözdən yapış, dara çək. Gələn gedər, gedən qalmaz Dara tək. Geniş dünya, qanlı meydan, dar ətək, Karvan gedib, amma söhbətin qalıb.

Nizami Muradoğlu

130

İNCİMƏ

Vaxtsız qar da yağar baharın üstə, Baharın çiçəyi, gülü, incimə. Qara tikan bitər yolların üstə, Baxtın gətirmirsə, gülüm, incimə. Baxtın gətirmirsə taleyə qarğı, Bir qəm simfonyası naləyə qarğı. Bağrı qara xallı laləyə qarğı, Bağrımın başında zülüm, incimə. Zirvəni təpədən kəmdi görəndə, Yarmanı düyüdən təmli görəndə. Önündə gözləri nəmli görəndə, Odsuz da yanıram, gülüm, incimə. Cəsarət hiyləyə boyun əyəndə, Yetkinlər dururkən kallar dəyəndə. Uca kürsülərdən yalan deyəndə, Dinməyə bilmirəm, dilim, incimə. Namərdi mərd ilə tay eyləyən var, Gözəl ömürləri zay eyləyən var. Yası toy, toyları vay eyləyən var – Şahmat taxtasıdır, əlim, incimə. Birə beş, əlliyə yüz deyənlərin, Namərdi bu elə "göz" deyənlərin. Əyriyə həmişə düz deyənlərin – Yapış yaxasından, ölüm, incimə.

Seçilmiş əsərləri

131

VAR OLSUN

Qolların sərhəddim, köksün mahalım, Başına dolanım, qadanı alım. Saxla ədaların, öldüm, a zalım, Sarı yaralarım, əlin var olsun. Zamanı gəlməsə kal qora dəyməz, Bir yerdə bəslənər nar-nara dəyməz. Məlhəm eyləməsən, yar, yara dəyməz, Eylə məlhəmini dilin var olsun. Yaxası açılıb tər çiçəklərin, Sevdası güşt tutub kəpənəklərin. Yasəmən ətirli, havası sərin, Baxçanda çiçəyin, gülün var olsun. Könlümü quş kimi çalıb aparma, Uşaq tək yanına salıb aparma. Özümü özümdən alıb aparma, Bizim evə köçən gəlin var olsun.

Nizami Muradoğlu

132

APARMAZ Dostum, qucaqlama dünya varını, Varlılar gedəndə varı aparmaz. Beş arşın kəfəndi qisməti olsa, "Göylər" kara yetməz, "sarı" aparmaz. Bu dünya fırlanar, fırlanar çarxlar, Azlar çoxaldıqca azalar çoxlar. Zurnaçı yanında züy tutar saxlar, Məclisə kamanı, tarı aparmaz. Zər atan zər atar şeşi aparar, Yüzləri toplayar beşi aparar. Quzğun bağa girsə leşi aparar, Almanı, heyvanı, narı aparmaz. Toyuğu güdməkdir tülkünün işi, Mərd adı daşıya bilməz hər kişi. Bəllidir hamının günü, keçmişi, Çəksə də sədd-divar, barı aparmaz. Dostum, kədərlənib qapılma qəmə, Zilə qaldıran da endirər bəmə. Namərd Allahına tulazlar qəmə, Hamı aparsa da Tanrı aparmaz.

2002

Seçilmiş əsərləri

133

ÜRƏK Səndəmi xəyanət yolunu seçdin? Bir törəmə göbələyə uyubsan? Sağ yanımda qızıl güldən aralı, Sol yanımda şər mələyə uyubsan? Mən seçmişəm səsin, sözün incəsin, Qəlbim ondan bir həzz alıb, dincəlsin. Guppuldayır kəsə bilmirəm səsin, Dəmir döyən dəyənəyə uyubsan? Eşq aləmin, məhəbbəti unudub, İlk baharı, təbiəti unudub. Bu Vətəni, bu həsrəti unudub, Mərəz adlı boş nəsnəyə uyubsan. Gəl bu yaşda vəfasızlıq eyləmə, Yoldaş olduq, yarı yolda əyləmə. Canı məndən, məni candan eyləmə, Aman, ürək, gör bir nəyə uyubsan?

Avqust 2010.

Nizami Muradoğlu

134

GÖZƏLİM Yenə bahar gəlib ellərimizə, Çiçəklər içində çiçək gözəlim. Bir çiçək dəstəsi göndərdim sizə, Üstündə bir sevən ürək, gözəlim. Heyranam Tanrının qurduğu işə, Dodaqlar lalədir, gözlər bənövşə. Nola qismətimiz bir yerə düşə, Eşqin badəsini içək, gözəlim! Qönçədir, pöhrədir yaz sevilənlər, Çiçəklər açınca tez sevilənlər. Vallah xoşbəxt olur, qız, sevilənlər, Gəl biz də sevilək, sevək, gözəlim! Gəzər Muradoğlu yar sorağında Şeh düşüb, iz salıb, gül yanağında. Bir məkan edəsən can otağında Olasan ömrünə bəzək, gözəlim. 02.03.2012

Seçilmiş əsərləri

135

BİR-BİR Bağçamızda qızılgüllər qönçədir. Bəslədim dərəsən onları bir-bir. Gül əndamın qızılgüldən incədir Yellərin əsdirdi donları bir-bir. Ay insafsız bu sevdanın üzündən Məcnun oldum qaldım leyla düzündə. Vəfasından cəfası çox gözün də, Dərdə saldı neçə canları bir-bir. Ömür keçdi gənclik getdi əlimdən, O vədələr düşmür heç vaxt dilimdən. Bəs sən necə heç qorxmursan ölümdən? Barı gəl yaxına sonları bir-bir.

18.02.2004

Nizami Muradoğlu

136

EYLƏYİBSƏN

Sərvboylum, şəvə saçlı gözəlim, Məndən nəzərini yan eyləyibsən Dərdlərə salıbsan yazıq canımı Saraldıb lap yarım-can eyləyibsən. Huş başdan gedibdi, iş əllərimdən, Bu məcnun dünyada eşq əllərimdən. Yapışıb buraxmır beş əllərimdən Gecəni ayaqda dan eyləyibsən. Muradoğlu kimə desin dərdini, Özün seç mərdini, ya namərdini. Binəva bağından bir gül dərdimi? Salıbsan vay-şivən qan eyləyibsən.

21.11.2010.

Seçilmiş əsərləri

137

GECƏLƏR Tökülüb daş kəsək yolumun üstə, Bir dəfə qonmadın qolumun üstə. Görəsən gələrmi ölümün üstə, Gündüz də gəlməsə, gələ gecələr. Düşüb uzaqlara səadətindən, Ayrıldı eşqindən, məhəbbətindən. Gündüzlər qovrulub yar həsrətindən, Gözünün yaşını silə gecələr. Ağlayar, sızlayar ömür boyunca, Xəyal aləmində gəzər doyunca. Şehli çəmənində gülləri qonça, Səhərlər açıla sola gecələr.

Nizami Muradoğlu

138

BILINMƏZ Nə qədər ömür var, o qədər qəm var, Nə qədər tale var, taleyi-kəm var. Nə qədər gözlər var, gözləri nəm var, Ağlayar gözünün yaşı bilinməz. Bu dünya belədir başdan, binadan, Təkləri cütləyir Böyük Yaradan. Bir ustad yanında min ağlı nadan, Alimdi, aqildi, naşı bilinməz. Muradoğlu, kim ki görmür sağ-solun, O danıb imanın, itirib yolun. Gözünü yumanlar açıbdır qolun, Kimin kimə dəyər daşı bilinməz.

Seçilmiş əsərləri

139

GÖRDÜM Gül-çiçək eşqiylə yandı ürəyim, Tikanı, kol-kosu önümdə gördüm. Yol açmaq istədim ucalıqlara, Ucanı alçağın yanında gördüm. Mərdlərin çiynində namərdin yükü, Zahiri gözəldi, çirkindi içi. Aslanın taxtında piylənir tülkü, Aslanı toyuğun hinində gördüm. Oyunçu meydandan çıxıb qırağa, Bazarı fırladır südəmər çağa. Alimi məcburdu başın satmağa, Cahili aqilin yerində gördüm. Yer alıb kürsüdə əqli nadanlar, Hərdən də efirdən milləti danlar. Söz deyə bilməyir söz yaradanlar, Sözsüzü sözsüz də dinəndə gördüm. Bilən bilir beşdi, heçdi bu işlər, Ya barmağın kəsər, ya dilin dişlər. Fələk oynar, əlindədi gedişlər, Şahı da mat olan günündə gördüm.

Nizami Muradoğlu

140

BAŞINA DÖNDÜYÜM Yolum düşdü sizə gedən dağlardan, Xatirələr qalıb ötən çağlardan. Bir gül dərdim əkdiyiniz tağlardan, Nə tez soldu gül, başına döndüyüm. Lalə kimi ürəyimdə xalmısan? Bu könlümü eşq oduna salmısanş Nə müddətdir məndən uzaq qalmısan. Hərdən bizə gəl, başına döndüyüm. Bal dodaqlım, göy gözləri bənövşə. Yanaqların nar kimidir- gülöyşə. Can almağı eyləmisən iş, peşə, Al canımı, al, başına döndüyüm. Muradoğlu, ulu türkdür kök-soyum. Yer yağışdan doydu?- Səndən mən doyum?! İstəyirsən, yar, yolunda baş qoyum, Söylə mənə öl, başına döndüyüm.

Seçilmiş əsərləri

141

YA ŞƏHİD OL , YA QAZİ

ŞƏHİDLİYİN MÜBARƏK

Üç rəngli bayrağınla, Hücümlara keçmisən. Düşməni enmək üçün, Şəhidliyi seçmisən. Qorxmadın düşmənindən, Qorxmadın ölümündən. Surətin xəyalımdan, Adın düşməz dilimdən. Ağlar sənə bu gözlər, Ağlar bu ürək, oğul. Şəhidliyin mübarək, Toyun mübarək, oğul.

Nizami Muradoğlu

142

MƏRD GÖYƏRSİN

Nə yesək də, nə nə içsək də İçimizdə dərd göyərir. Nədən bizdən doğulanlar Dili gödək, pərt göyərir? Bu torpağı neçə dəfə, Neçə yerə bölmək olar? Şəhidliyə zirvə kimi, Ucalmağı bacarmasan, Qismətində ayaq altda, Qorxaq kimi ölmək olar. Ağzı ovxar qılıncımız Qından çıxıb, qınsız qalıb, Qurd ağızlı, aslan dişli Oğul bala ayağa dur! Qaldır Əli qılıncını Düşməninlə üz-üzə dur! Vuran ərdi. Köksü çarpaz torpaqların Hər qarışı bir nəmərdi, Ərməğandı vətən bizə. Qorumağı bacarmasaq Dərddi, qəmdi, qandı bizə, Nədən bizim içimizdə Dərd göyərsin? Şəhidliyi zirvə seçin İçinizdən ərən çıxsın Mərd göyərsin.

06.05.2005

Seçilmiş əsərləri

143

SİZİ ÇAĞIRIRAM Sizi çağırıram, Şəhid ruhları. Sizi çağırıram, ey mərd ərənlər! Sinəsin gülləyə sipər eyləyib Ruhunu yenidən, döyüşə göndərənlər! Sizi çağırıram adsız igidlər! Güllələr daraqda, Qılınclar qında, El-oba ayaqda sizi gözləyir. Sizi çağırıram, Minikli, miniksiz, atsız igidlər, Şərqilər dodaqda, Şeirlər varaqda, Gül dəstəli qızlar Dayanıb bir qıraqda Sizi gözləyir. Sizi çağırıram ey qəhrəmanlar! Üzü Atilladan bu günə qədər Meydan sulayanlar, at oynadanlar, Siz oğuz elinin cəngavərləri, Odlar ölkəsinin qızılbaş əsgərləri,

Nizami Muradoğlu

144

İraqda Kərkük var sizi gözləyir, Dərbənddə bir Türk var sizi gozləyir, Təbrizdə bölük var sizi gözləyir, Qarabağ kədərli bir elat, köç var sizi gozləyir. Gəlin, yurdumuzun igid mərdləri, Atın çiyninizdən ağır dərdləri.

Seçilmiş əsərləri

145

AZADLIQ EŞQİNƏ

Sərhəddir deyilən illərdən bəri, Yıxdıq dirəkləri, kəsdik simləri. Müjdəyə çağırdıq qardaş elləri, Azadlıq eşqinə, birlik eşqinə. Başımız üstündə üç rəngli bayraq, Arazın üstündə dalğalanır bax. Gəlin, qardaşlarım, şərqi oxuyaq, Azadlıq eşqinə, birlik eşqinə. Arazın suyunda yuyunaq bir az, Qəmli göz yaşların soyunaq bir az. İgid oğullarla öyünək bir az, Azadlıq eşqinə, birlik eşqinə. Şükürlər olsun ki, arzuya çatdıq, Hicranın üstündən bir addım atdıq. 31 dekabr – tarix yaratdıq, Azadlıq eşqinə, birlik eşqinə.

31.12. 1989.

Nizami Muradoğlu

146

ANA TORPAQ Ana torpaq, ana torpaq, Oyan bir gəl cana torpaq. Gözlərimdə işıq oldun, Ürəyimdə qan, a torpaq. Ana torpaq, qara torpaq, Köksü qubar, yara torpaq. Tər axıtdım damla-damla, Yetir dövlət, vara torpaq. Ana torpaq, sarı torpaq, Əkinçinin yarı torpaq. Biçinçinin zəhmətini, Heç eləmə, barı torpaq. Ana torpaq, lələm torpaq, Köksü çiçək, lalə torpaq. Sinən üstə boy atmışam, Sinən üstə öləm, torpaq.

Seçilmiş əsərləri

147

DAŞ Yer də yerindən ayrılıb, Göy də bu yerdən ayrılıb. Nə göydən, yerdən ayrılıb, Başımıza yağan daşlar. Qoydu bizi gözüyaşlı, Ömrümüzdən yarğan açdı. Şeytana atılan daşdı, Başımıza yağan daşlar.

Nizami Muradoğlu

148

BİLMİR Qərib eldən ayrıdı, Şana teldən ayrıdı. Bülbül güldən ayrıdı, Qəfəsdən səkə bilmir. Gün ömrə sarmaşıbdı, Qəmi başdan aşıbdı. Dərd mənimlə yaşıddı, Ürəyim çəkə bilmir. İşlər dönüb tərsinə, Yada düşmür tər sinə. Adamların nəfsinə Düşübdü ləkə, bilmir. Bir-birinə dayaqdır, Nə başdır, nə ayaqdır. Keçi çoxdan oyaqdır, Yatıbdı təkə bilmir. 12.02.2004

Seçilmiş əsərləri

149

AĞAC Budaqları kəsilib, Qanadları kəsilib, Tək kötüyün qalsa da, Boşca yerin qalsa da, Ağac olduğun bilinir, Kölgə saldığın bilinir. Sən pənah ağacıydın, Çoxunun ümid yeri. Səni kəsən adamlar Kəsdilər ümidləri. Başı kəsilən ağac, Yaşkən kəsilən ağac, Sənə balta vuranlar, Məni güllələdilər. Əyilməyən başıma Bəyaz qar ələdilər. Ürəyim qan püskürür, Göz yaşıma qarışıb, Torpağına tökülür, Sənin qadanı ala. Bəlkə sənin kökündə Yaşıl fidan göyərdi. Dərdlini dərdli bilər Oxşardı mənim dərdim. 12.12. 04

Nizami Muradoğlu

150

QURDUN ADI Dinlə məni, ilahi, Sənə şikayətim var. Qartalların yerində Oturubdu qarğalar. Kim qırıbdı ilqarı, Kİm pozubdu bu andı. Tülkü var baş qoparır, Qurdun adı bədnamdı. 2009

Seçilmiş əsərləri

151

TƏKƏ QAYA Araz dizindən aşağı qan gedər, Duman üzündən aşağı yan gedər. Axıb gözündən aşağı can gedər, Göz yaşını tök, Qaya, Təkə Qaya, Təkəl Qaya, Tək Qaya! Təkə Qaya - qayaların yekəsi, Təkə Qaya - bu dağların təkəsi. Ərən varmı bu ləşkəri çəkəsi? Düş qabağa bu dağları çək, Qaya! Təkə Qaya, Təkəl Qaya, Tək Qaya! Qoynun igid cəngavərlər səngəri, Adın-sanın məğrurluğun simgəli. Hərdən olur zirvəyə də çən gəlir, Təkə Qaya, Təkəl Qaya, Tək Qaya! Dolayların min illərin yaşıdı, Bu daş elin daşıdı, Bu daş Vətən daşıdı. Yüz illərdi çiynimizə Qəm yüklədik, dərd daşıdıq. Biz dərd ilə həmyaşıdıq. Biz ki əkiz qardaşıdıq- Araz boyu ayırdılar, Qan-yaş ilə doyurdular.

Nizami Muradoğlu

152

Dinənləri döyürdülər, Dinməyəni söyürdülər. Zamanıdır döyənləri, Söyənləri Divanına çək, Qaya! Daşlarını başlarına tök, Qaya! Biz döyüşdə böyümüşük, Polad kimi bərk, Qaya. Təkə Qaya, Təkəl Qaya, Tək Qaya!

05.03.2012

Seçilmiş əsərləri

153

ƏSGƏR OĞLAN Yaşıl paltarlı oğlan, Beli qatarlı oğlan. Çiynində aynalısı, Qoynu baharlı oğlan. Alqışı var xudadan, Bilməz onu hər nadan. Bir gün də məsud eylər, Qovuşdurur yaradan. Duman dağa çarşafmı, Çəkdiyin dərdmi, ahmı? Bir gözəli sevmisən, Məgər sevmək günahmı? 10.01.2013

Nizami Muradoğlu

154

BÖYÜKDÜ Ürəyimdə vətən dərdi, Mən gül əkdim, ötən dərdi. Necə daşıyım bu dərdi? Dərdim özümdən böyükdü. Vədə yetir, yaşım yarı, Saray tikdim daşı yarı. Çatdırmadım işi yarı, Arzum özümdən böyükdü. Çiçək gördüm bağı sevdim, Lalə gördün dağı sevdim. Bir gül yanağı sevdim, Sevgim özümdən böyükdü. 22. 12. 2006

Seçilmiş əsərləri

155

MƏN QƏMİ SEVƏRƏM, QƏM MƏNİ SEVƏR

KƏDƏR

Budağı sınmış ağac, Əkilməmiş torpaq, Dağılmış dam, Saralmış yarpaq. Kədər- Bizim göz yaşımız. Doğulmuşuq, doğulubdur, Ölüncə yol yoldaşımız. Hər gün neçə arzunun qanadları qırılır. Neçə könül evində, Məhəbbət sarayları, Tikilməmiş sökülür. Ürəyimizdə dərd əkilir, qəm əkilir, Gül yerinə, sevda yerinə. Bir mələksima yerinə, Gül üzlü şeyda yerinə. Dodaqlarımızda nəğmə, Ağı kimi, Üzümüzdə ay işığı Sanki bir kabus.

Nizami Muradoğlu

156

Gözlərimizin dərinliyindən, Kədər can atır işıqlığa. Kim bizi Saldı bu yanlışlığa! Qapın bağlansın, kədər, Qapımızı döyən pis...

Seçilmiş əsərləri

157

DƏVƏ ÖMRÜ

Ərəbistanda dəvələri gözü bağlı işlədirlər, dəvə bütün günü bir çevrə boyunca fırlanıb, çərxi fırladır. Yazıq dəvə elə bilir ki, uzun yol gedir. Bir çevrə boyunca bir ömür boyu, Bir dəvə fırlanır gözləri bağlı. Axırı bilinmir bu uzun yolun. Onun ölümüdür son dayanacağı. Bu son o birinin başlanğıc yolu, Qoşular fırlanar çevrə dəyişməz. Taleyin özüylə qumar oyunu, Uduzan ayrılar dövrə dəyişməz. Bu bədbəxt dəvənin əməyi ucuz, Otunu, suyunu verərlər ancaq. O ömrü boyunca sahibə dövlət, Özünə əcəli qazandıracaq. Düşündüm dünya da dəvə kimidir, Bir çevrə boyunca fırlanıb gedir. Çatacaq əcəli bir gün nə vaxtsa, Bəlkə də o, bizə son vida edir.

Nizami Muradoğlu

158

BİLMİRƏM Qəlbimin odundan yaxdım bir ocaq, Ya məni isidər, ya yandıracaq. Həyat mənim ilə oynar oyuncaq, Oynayar, nə olar sonu, bilmirəm. Qapılar bağlandı sim-simə döndü, Kələflər qarışdı tilsimə döndü. Nə qədər rəml atdım özümə döndü, Nə zaman açılar önü, bilmirəm.

21.01.2009

Seçilmiş əsərləri

159

SON BAHAR AÇILAN ÇİÇƏK KİMİYƏM Son bahar açılan çiçəklər kimi, Xəzana düşmüşəm, qışa düşmüşəm Ümid bağlamışdım zalım dostlara, Heyif, aldanmışam işə düşmüşəm. Ömür dağlarını duman, çən alır, Yaş gəlir ömrümə, gün əldən gedir. Başımda oynayır qara sevdalar, Sevdanı tuturam, din əldən gedir. Vədəsiz açılan, vədəsiz solan, Son bahar bəhərsiz çiçəklər kimi, Baş alıb dünyadan hara gedirik, Gedirik hərcayı küləklər kimi? Qərib bir bayatı, bir hayqırtı var, Naqafil bir səs var içimdə, ağlar. Əlvida, əlvida əski dostlarım, Yollara tökülən sarı yarpaqlar. Son bahar açılan çiçəklər kimi, Yağar saçlarıma qar dənər-dənər. Qamış səbətlərə yığıb dərdini, Nədəndir Allahım mənə göndərər? Ümid bağlamışdım zalım dostlara, Dostlarım zamanın nökəri imiş. Mən hardan biləydim dünya vəfasız, Sədaqət, məhəbbət keçəri imiş.

Nizami Muradoğlu

160

Fəqət, dayanmışam üzü küləyə, Yerimdən, yurdumdan qopara bilmir. Əsir qara külək, qara başımdan, Bir çiçək, bir tük də apara bilmir. Son bahar açılmış çiçək kimiyəm, İlıq bir nəfəsə ehtiyacım var. Mən ümid quluyam, sevda acıyam, Sevdalı bir səsə ehtiyacım var. Son bahar, ağ çiçək, ağ kəpənəklər, Yağar saçlarıma qar da bilinməz. Dünya bir qəmxana - mən də içində, Qəmim var, dərdim var, var da bilinməz.

Seçilmiş əsərləri

161

GƏLMƏZ Sevgili dost küsüb məndən, Səsi-sorağı gəlməz. Könlüm evi pərişandır, Niyə qonağı gəlməz. Qaşı hilal ay kimiydi, Göydən gələn pay kimiydi. Təbim coşqun çay kimiydi, İndi bulağı gəlməz. Min çiçəkli bağım vardı, Şən günlərim, çağım vardı. Başımda yığnağım vardı, İndi ortağım gəlməz. Yarəb, mənə dərdləri ver, Pozulmayan şərtləri ver. Dərdə həmdərdləri ver, Daha novrağım gəlməz? 10.09. 2003

Nizami Muradoğlu

162

ÇALMA, HABİL

Araz bizim göz yaşımız, Axıb gedər qurumaz. Çalma, Habil, belə yanıqlı çalma! İçimizdə bir istək var, Şəhid olub çürüməz, Çalma, Habil, belə yanıqlı çalma! Gözəl Qumral bir yaşında, Mavi gözlü, üz bəyaz. Sən çaldığın havalara oynamaz, Çalma, Habil, belə yanıqlı çalma! Ürək ağlar, kaman ağlar, ney ağlar, Dərd göyərər, dərdli ağlar, hey ağlar. Biz ağladıq, ağlamasın uşaqlar, Çalma, Habil, belə yanıqlı çalma! Ələngəzdən kəmkiyə qol arası, Arsı dağı Savalanın parası. Sən çaldıqca sızıldayır yarası, Çalma, Habil, belə yanıqlı çalma! Çalırsansa, son döyüşə zəngi çal, Bayrağımız yarı qara, yarı al. Araz boyu, məftillərdə cəngi çal, Çalma, Habil, belə yanıqlı çalma!

Seçilmiş əsərləri

163

BİRDƏN-BİRDƏN

Şöhrət görünməz zirvə - Çıxılır pillə-pillə, Yıxılır birdən-birdən... Ömür yarımçıq bina – Tikilir ayla-illə, Sökülür birdən-birdən. Həyat şirin mey kimi – Çəkilir damla-damla, İçilir birdən-birdən. Kişisən döz bu dərdə - Sevinci ilmə-ilmə, Qəm gəlir birdən-birdən.

Nizami Muradoğlu

164

ÇƏTİN İŞ

Bəxtim yatıb, tale kəm, Gözlərimdə süzür qəm. Bir alova düşmüşəm, Nə yanır, nə yandırır. Üz bağlayır üz kimi, Bir ədalı qız kimi. Oxşarı var buz kimi, Nə donur, nə dondurur. Səma gördüm, quş oldum, Qanadı sınmış oldum. Bir nadana tuş oldum, Nə qanır, nə qandırır.

Seçilmiş əsərləri

165

MƏLUMDU ARDI

Nə vaxt ki Saçımız qaraydı, Üzümüz ağdı, Canımız sağdı. Yoxdu dərdi-sərimiz, Açmışdı güllərimiz. Elə ki, saç ağardı, üz qızardı, üzümüzə bozardı, Güllərimizi dərdi, apardı. Məlumdu ardı…

18.10.2009

Nizami Muradoğlu

166

SƏBR EDƏN ALLAHIN DOSTUDUR

ALIMLƏR

Ad-sanı sığışmaz dodağa, dilə, Şöhrəti özündən uca olanlar. Hər gün görüşürəm alimlər ilə, Sən demə, adicə adammış onlar. Gündəlik qayğılı, işli, əməlli, Həsrətdən yananı, qovrulanı var. Qayadan özülü fikir təməlli, Qum kimi dağılıb ovulanı var. Uşaq tək sadəlövh, təmiz xəyallı, Alimlər, alimlər... elmlə sərxoş. Cəmiyyət içində nüfuz sahibi, Bazarda, dükanda cibləri bomboş. Alimlər ordusu hər bir nəsildən, Başda kim dayanar, ayaqda kim var? Keçdikcə zamanın zəlzələsindən, Təməli olanlar ayaqda durar. Mehri-məhəbbəti kitab olanlar. Gecələr yuxusuz bitab olanlar. Eşqi sürgün olan, yatab olanlar, Sən demə, adicə adammış onlar.

Seçilmiş əsərləri

167

Özünü unudar, özündən keçər, Nazilər xəlbirin gözündən keçər. Bir gün də bu dünya üzündən köçər, Sən demə, adicə adammış onlar. Kiminin qisməti astanasında, Qapının ardında özü olarmış. Uyuyub xəyallar vasvasasında, Dönmüş taleyinin üzü olarmış. Deyirlər alimdi üzə düşübdü, Hər kəsi bəyənməz, sən işə bir bax. Beləcə ömrünü yelə veribdi, Dənsiz dəyirmana, gərdişə bir bax. Günləri küləyə sovurar belə, Sovurar, sən demə, heç dəni yoxmuş. Bir də görərsən ki, qocalıb gedib, Bir qayğı çəkəni, sevəni yoxmuş. Ad-sanı sığışmaz dodağa, dilə, Şöhrəti özündən uca olanlar. Hər gün görüşürəm alimlər ilə, Sən demə, adicə adammış onlar.

Nizami Muradoğlu

168

KƏNARLAŞDIRILMIŞLAR

Ehtiyat hissədir mexanizmdə, Kənara qoyulmuş bəzi adamlar. Tanrıdan yazılmış şərqiləri var, Yatanda oxuyar, duranda banlar. Ya dincə qoyulmuş torpaq kimidir, Bəlkə də nə vaxtsa əkiləcəkdir. Ağacda tək qalan yarpaq kimidir, Sonda çırpılaraq töküləcəkdir. Sərgərdan ruh kimi ya milli parkda, Dolaşar gün boyu səsləri gəlməz. Çağırar bossları, bossları gəlməz, Zəng edər “dostlara”, dostları gəlməz. Dost və Boss- Belə də... Şirincə sözdür. Səslənir qulağa qafiyə gəlir. Bosslarmı, dostlarmı qapıya gəlir. Qapımı döyülür? Qapı döyülmür. Pəncərə döyülür qapı yerinə. Beşinci mərtəbə, eyvansız bina- Pəncərə döyülür, Bu necə işdir? İlahi, səs gəlir... Bu ki, gülüşdür. Cinlərmi, şeytanlar, ya əcinnələr? İnsana bənzəyir bu axşam yaman.

Seçilmiş əsərləri

169

Bunlar o bosslarmı, ya dostlarmıdır? Nə fərqi? Boss ola, ya da dost ola?! Şeytan libasına bürünübdüsə, Ardınca kölgə tək sürünübdüsə, Keçi qiymətinə satıbsa səni, Unut o “dostları”, Unut dünəni. Kənara qoyulmuş, ya çıxdaş olmuş, Bir azca fərqi var, əslinə baxsan. Fərq nə qədərdir? Özünü yorma. Belə də qayda var; Sıfıra vurma. Əsli sıfır olan vuruqların bil, Hasili sıfırdır, başqa cür deyil.

2002

Nizami Muradoğlu

170

GƏLİR

Yenə gözlərimin qaçıb yuxusu Nə geri qayıdır, nə səhər gəlir. Dostların vəfasız çıxdı çoxusu- Deməyə dilim də bir təhər gəlir. Torpaq udulduqca tikələriylə, Xanlar səfil oldu bikələriylə. Keçdikcə yadlaşan küçələriylə Elə bil üstümə bu şəhər gəlir. Özgəyə dost oldum, özümə düşmən. Mey dolu piyaləm düşdü əlimdən. Oxşaya bilmirəm heykəllərə mən, Ya hıçqırıq boğur, ya qəhər gəlir. Dəyişir aralıq, üstlər beləcə, Dəyişir heykəllər, büstlər beləcə. Tanışlar beləcə, dostlar beləcə. Arxamca bir kabus sərasər gəlir. Ağ divə dönürsə iti haranın, Çarəsi ölümdür dərin yaranın. Dəyişir xisləti ağla qaranın, Ağ südün içində ağ zəhər gəlir. Qoynunda qərq etdim ümidlərimi, Bu arzu yığımı, ümid dərimi. Keçib min illərin sərhədlərini Kişnəyə-kişnəyə bir kəhər gəlir.

Seçilmiş əsərləri

171

Yüyənsiz bir kəhər, sahibsiz bir at. Dağılmış məmləkət, dayanmış həyat. Deyirlər muraddır, muraddırsa at- Bəs niyə hicranı hər səfər gəlir? Ağ atın belinə qalx, qəhrəmanım. Bu yurdlar sənindi, bax, qəhrəmanım. Düşməni yandırıb yax, qəhrəmanım, Dost-düşmən görsün ki, cəngavər gəlir. Nə vaxtdır bu səsin həsrətindəyəm, Günəşə uzanan yol gözləyirəm. Duysun bütün dünya, eşitsin aləm, Dağ-daş da dillənsin zəfərlər gəlir. Yanvar 2012

Nizami Muradoğlu

172

YAZ GÖRÜM

Atın belindən düşübsən, Elin dilindən düşübsən, Gülün telindən düşübsən, Dözə bilsən, döz, görüm. Döz ölüncə, ölüm haqdı, Bir gün özü gələcəkdi. Alnına yazılan baxtı- Poza bilsən, poz, görüm. Poz təzədən yazmaq üçün, Müşkülləri çözmək üçün. Düşmənləri əzmək üçün- Əzə bilsən, əz, görüm. Əz haqqını tapdayanı, Haqda iman tapmayanı. Haqda tanı haqq tapanı- Yaza bilsən, yaz, görüm.

18.10.2009-04.03.2012

Seçilmiş əsərləri

173

AĞLAMA

Tikanlar içində gül tapan qadın, Niyə ağlayırsan gecə yarısı? O gülü dərincə barmaqlarının, Töküldü gözləri, getdi dərisi. İsti yatağında üşüyüb əsib, İncilər düzdükcə göz yaşlarından, Bu acı həyatın şirini üstə, Keçirsən varından, etibarından. Soyunub əynindən günahlarını, Məsum uşaq kimi təzələnirsən. Qonşular bilmiyir, görmüyür kimsə Bir özün duyursan özgələnirsən. Hıçqıra-hıçqıra ağlayan qadın, Bu həyat ağrısı gözündən çıxır. Divara nə var ki, daşa nə var ki, O sənin canından, özündən çıxır. Bu gecə yarısı ağlayan qadın, Bir ömür qədərdi bu gecə bəlkə. Amanı bu imiş taleyin, baxtın, Belə olmalıymış, beləcə bəlkə?!

Nizami Muradoğlu

174

MƏLƏK

Göydən gələn mələkmisən, Şeh giləli çiçəkmisən Yuxumusan, gerçəkmisən, Mən hardayam, harda mələk! Anın gözəl, amanın dar, Qış gecəsi yağsa da qar. Səndə elə bir atəş var – Əriyər buz, qar da mələk! Mən yer oğlu qəlbi dərdli, Bu nə sevda, nə möhnətdi? Gözü yaşlı, xəcalətli, Qoyma məni darda, mələk! Mən yer oğlu başı daşlı, Üzü gülər, gözü yaşlı, Nə qardaşdı, nə yoldaşdı, Köksündədir xar da, mələk! Mən yer oğlu yaranışdan, Oxşar aldım dağdan, daşdan, Qırma məni bir baxışdan, Kül eləmə narda, mələk! Çəkər nalə, ovdan ağlar, Dağ vurduqca, dağban ağlar. Bağ yananda bağban ağlar Bağı vursa sar da, mələk!

Seçilmiş əsərləri

175

NƏVƏM Sənin gəlişinlə çox şey dəyişdi, Babalıq bəxş etdin mənə, şah nəvəm. Ardınca nəvələr doğulacaqdır, Onların içində padişah nəvəm. Üz-gözün nurludur güldən-çiçəkdən, Saçların zərifdir tüldən, ipəkdən. Nə dərdim var idi çıxdı ürəkdən, Qalmadı bir damcı kədər, ah, nəvəm. Bu böyük ailədə indi, bu zaman, Sənsən hökm verən, yazdıran fərman. Öndədir hamının qayğılarından, Dadına yetişmək ol agah, nəvəm.

03.05.2008

Nizami Muradoğlu

176

QOCALDIM

Daşı qoyanmadım daşın üstünə, Vaxt keçdi, yaş gəldi yaşın üstünə. Göz olmaq istədim qaşın üstünə, Gözümün nuru da itdi, qocaldım. Yaradan yaradıb gözü yerində, Dodağı, dişləri, üzü yerində. Mən deyə bilmədim sözü yerində, Çaş oldu sözlərim bitdi, qocaldım. Dəyər dəyərsizdir yeri gələndə, Ağlayan gülürsə, ağlar gülən də. Başıma çiçək səp, istər gül əndər, Soldu ilk baharım, ötdü, qocaldım. İçimdə bir sevda vardı, müntəzir O mənə şah idi, mən ona vəzir. İndi xəyal olub arxamca gəzir, Sevgi də, vüsal da bitdi, qocaldım. Boynuma atılır yavru nəvələr, İstəyir oxşayıb məni sevələr. Ürəyim kövrələr, dərdim hov elər, Bu da bir qismətdi, yetdi, qocaldım. Nə böyük xoşbəxtlik - can baba olmaq, Körpə balaların qeydinə qalmaq. Daha bundan sonra demərəm heç vaxt, Heyif cavanlığım, getdi, qocaldım.

06.03.2009

Seçilmiş əsərləri

177

TƏK Kəmaləddin Qədimə

Təklik sənə yaraşır, Tanrım, etmə təki tək. Şair Qədim neyləsin? Çəkə bilmir yükü tək. Cüt yaranıb nə varsa, Xoşbəxtdi sona varsa, Bülbül var, sona varsa, Heç eyləməz heçi tək. Hamı zirvəyə baxar, Zirvəyə pillə qalxar. Pilləkən bütöv olar, Pilləkan da səki tək. Mənziliniz dardısa, Nəvələr də vardısa. Çətin yatar hardasa, Bir balıncda iki tək.

Nizami Muradoğlu

178

BİR PAYIZ GÜNÜNDƏ Bir payız günündə yağmur altında, Saçlarım dağınıq, halım pərişan. Dayan əsən külək, hələ nə var ki, Bir ömür borcunu yaşamamışam. Bu yağmur altında gözləri mavi Qızım dörd yaşına varamayıbdı. Boyu balacadır boyuma çatmaz. Hələ saçlarımı daramayıbdır. Bu payız günündə yağmur altında Soyuq baxışlarından ürəyim yanar. Bu necə payızdı ömrümə gəldi, Bu necə yağmurdu başıma yağar. İlahi, möhlət ver, dili dualı, Pəncərə önündə gözləyənim var. Hərdən düşünürəm payız günləri Sərgərdan ruh kimi uça biləydim. Güneydən quzeyə Turan yurdunun Ağlayan göyünü quca biləydim. Bu payız günündə yağmur altında Çiçəklər açsa da bahar ki olmaz. Hər iki sahildən nigaran kimi Yenə dərdli-dərdli çırpınar Araz.

Seçilmiş əsərləri

179

Hərdən düşünürəm Atilla babam, Dünyada bir tufan qoparasıydı. Mənim Qorqud atam əlimdən tutub Bir bahar gününə aparasıydı. Daha yaxın olum Günəşə, oda... Bir həsrət beləcə qaldı dünyada. Min nəslin dərdini daşıyıram mən, Bir payız günündə üşüyürəm mən.

1991.

Nizami Muradoğlu

180

BAŞA GƏLƏN İŞLƏR

Arzular imkanla tərs mütənasib, Zər tək istəyəndə qoşa gəlməyir. Kötüklər üstündə şivlər kəsilib, Başa gələn işlər yaşa gəlməyir. Gözümü yumuram günəş işığı, Gözümü açıram bomboş qaranlıq. Gedirəm qəlbimdə ümid işığı, Gedirəm irəli əllərim ilə. Arxadan səs gəlir "dayan bir anlıq", Geriyə dönməyə çatmır taqətim. Bu bəlkə yuxudur, ya həqiqətin, Şübhəylə qarışıq düşüb kələfı. Sarıb qıçlarımı bir ilan əfı, Bəlkə də çalacaq ömür-gün yarı. Yarıda duracaq ömür qatarı, Bilmirəm, qəlbimdə ülvi arzular. Uyaraq gedirəm, ürəyim getmir, Uzaq üfuqlərdə günəş işığı. Uzalı əllərim günəşə yetmir, Qızıl piyalədə dirilik suyu. Ya zəhər olsa da içməyə nə var, Fərqinə varmadan gözü yumulu. İçirəm, Axırı nə olar olar.

27 may 1987

Seçilmiş əsərləri

181

YADLAŞAN ADAMLARA YAZILAN ŞER İndi mənim kara gəlməz əllərim, Ayaqlarım yol uzunu ləngiyər. Ürəyim sıxılar yadlar içində, Nəfəsim yad baxışlardan təngiyər. Tərpənməyə heyim qalmaz, Yeriməyə yerim qalmaz, Bu dünyada vardan yoxdan, Nəyim qalar, nəyim qalmaz? - Telefonum. Baxar üzümə maddım-maddım, Gələr üstümə addım-addım. Barmaqlarım nömrələrdə, Əlim dəstəkdə ləngiyər. Hansı dosta zəng eləyim? Könlüm bu istəkdə ləngiyər. Dost hanı? Hər sözümə can-can deyən dostlarım, Gündə yüz yol zəng eyləyən dostlarım. Dönüb-dönüb indi niyə yad oldu? Öz-özümə yad olmadım həyatda, Mən heç kimə yad olmadım həyatda. Yad olmadım - bu da mənə dərd oldu, Gör sinəmi indi nələr yandırır. Bir vaxt məni sevən dostlar, Mənə yanan pərvanələr yandırır. Bu yanğıdan, bu oddan, Hara qaçım, ilahi. İnsandan qaçmaq çətin, İnsan verdiyi dərdi, İnsana açmaq çətin.

Nizami Muradoğlu

182

Hanı mənim şirin-şəkər sözlərim? Hanı mənim quş ovlayan gözlərim? Bir sirdaşa, dərdbilənə tuş olmur. Niyə mənim xəyallarla yaşayan, Qəlbim dönüb uçub-uçub quş olmur? Hanı mənim kara gələn əllərim? O əllərin, bu əllərin sahibi, Elə mənəm, dəyişməyib heç nəyim. Dəyişibdi çöllərim, dəyişibdi dostlarım, Dəyişməyib? Heç nə, heç nə dəyişmir. Dəyişən də bəlkə mənəm, bilmirəm, Bu dünyayla hədər yerə savaşan, Əyişən də, bəlkə mənəm, bilmirəm.

Seçilmiş əsərləri

183

ƏZRAYIL RÜŞVƏT ALMIR

Bir kişinin yatağında Ömrünün son çağıydı. Ömrünün son çağında Yığılmışdı başına Qohumları, dostları. Həkim gətirmişdilər, Dərman gətirmişdilər, Gəlmişdilər Və aciz qalmışdılar Ölümün qarşısında. Ölüm qorxudurdu onları. Ölümə gücləri çatmırdı həkimlərin. Həkimlərin acığına Dayanmışdı Əzrayıl vədəni gözləyirdi. Gözlədikcə ona Təkliflər olunurdu. Öz işindəydi Əzrayıl. Ölümü Satın almaq istəyənlərə Gözucu da baxmırdı. Yaxşı ki, baxmırdı, Baxsaydı əgər, Uyub namərdlərin rüşvətlərinə Başqaları ölərdi Başqaların yerinə.

Nizami Muradoğlu

184

NƏ ETMƏK?

Səhər işin azarı, Arvadın həftəlik bazarı. Qonşunun maşını, Aparır adamın başını. Lotereya da alırsan Düşə-düşməyə. Axşam uşaqların bezarı, Günortadan qalan bozbaş bişə-bişməyə. Nə isə... İstəyirsən bir az, Unudasan dünyanı. Dünyanın işlərindən Danışır televizor. Ya da bayağı gülüşlə Güldürməyə çalışır insanları Bu cılız aktyorlar. Cin vurur adamın kəlləsinə Nə deyəsən beləsinə - Atasan televizoru pəncərədən aşağı. Bu vurhavurda soxulur içəri Şeytanın bir ayağı Bir səs də gəlir candan Lənət sənə kor şeytan!

27.04.1987

Seçilmiş əsərləri

185

SƏNƏ YOL GƏLİRƏM Yolumda dağ olsa, duman olsa da, Qarşımda ox olsa, kaman olsa da. Əhvalım qarışıb yaman olsa da, Sənə yol gəlirəm, ölüm pərisi! Dünyadan beş əlli yapışan da var, Ölümün dalınca danışan da var. Namərdlər içində tanışın da var, Sənə yol gəlirəm, ölüm pərisi! Qəlbimə dağ vurdun, qəlbim yaradır, Bu vətən torpağı para-paradır. Mənə yol ver, görüm yolum haradır? Sənə yol gəlirəm, ölüm pərisi! Yaraları sağalmayan dərdlərim, Əsir olub şəhərlərim, kəndlərim. Bağlanıbdı bərələrim, bəndlərim, Sənə yol gəlirəm, ölüm pərisi! Sənə yol gəlirəm, yolum uzundu, Ardımca boylanan oğlum, qızımdı. Köksündən qan axan vətən bizimdi, Mən sənsiz ölürəm, ölüm pərisi! Hələ igidlərim uzaq yoldadır, Hələ sərkərdələr zindanlardadır. Yaşıl ormanlarım hələ dardadır, Açılmaz güllərin, ölüm pərisi!

Nizami Muradoğlu

186

Sənə üz tutmuşam, ey kabus ölüm, Şərəfsiz yaşamam - binamus ölüm. Namussuz insana namussuz ölüm, Sənə yol gəlirəm, ölüm pərisi! Qılınc ver öldürüb - ölməyə gedim, Düşmənin bağrını dəlməyə gedim. Gəlmişəm əli boş mən niyə gedim, Sənə yol gəlirəm, ölüm pərisi! Aç, aç, qucağını ölüm pərisi! Şəhidlərin nə ölüsü, dirisi. Vətən darda, yoxdu bunun gerisi, Sənə yol gəlirəm, ölüm pərisi!

Seçilmiş əsərləri

187

BULUDDAN AŞAĞI YAĞIŞ ALTINDA

Buluddan aşağı yağış altında, Saçlarım dağınıq, halım pərişan. Dayan, əsən külək, hələ nə var ki, Bir ömür borcunu yaşamamışam. Buluddan aşağı yağış altında, Qızım dörd yaşında. Boyu balacadır boyuma çatmaz, Hələ saçlarımı daramayıbdır. İlahi, ömür ver, o günü görüm, Yoxsa deyərlər ki, yarımayıbdır. Buluddan aşağı yağış altında, Soyuq baxışlardan ürəyim yanar. İlahi, möhlət ver, dili dualı, Pəncərə önündə gözləyənim var. Buluddan aşağı yağış altında, Sərgərdən ruh kimi uçaydım barı. Güneydən-Qüzeyə yurdun yuvanın, Ağlayan göyünü qucaydım barı. Buluddan aşağı yağış altında, Çiçəklər açılıb gəlibsə də yaz, Hər iki sahildən nigaran kimi, Yenə dərdli-dərdli çırpınır Araz, İlahi, ömür ver, yaşayım bir az...

Nizami Muradoğlu

188

BİR AZ

Dağın belindən düşübsən, Elin dilindən düşübsən, Gülün telindən düşübsən, Dözə bilsən, döz bir az. Döz ölüncə, ölüm haqdı. Bir gün özü gələcəkdi. Alnına yazılan baxtı Poza bilsən, poz bir az. Poz təzədən yazmaq üçün, Mətləbini közmək üçün. Düşmənini əzmək üçün, Əzə bilsən, əz bir az.

2010

Seçilmiş əsərləri

189

TÜRK YURDLARI

KIPRIZ ŞƏRƏF QALASI

Ak dənizin qoynunda Kıprız quzu balası. Gavurların önündə Şərəf, qeyrət qalası Başından əsdi yellər, Nələr gördü bu ellər, İllərlə ayrı düşdük, Ayrılmadı könüllər. Ak dənizi qucalım, Dağlarına ucalım. Gəl, gəl Kıprız gözəli, Qoy hicrandan bac alım. Hər daşında məhəbbət, Yaratmışdır təbiət. Gəldik, gördük, sevindik, Ecevitə min rəhmət.

2011

Nizami Muradoğlu

190

TƏBRİZ GÖZƏLİ Əylisdən yol gedir Təbrizə sarı, Ardınca boylanır Kəmki dağları. Darvaza önünə çıxaydın barı, Şirnili, səbzəli Təbriz gözəli, Ay meyli-məzəli Təbriz gözəli. Arazı adlayıb keçib də gəldim, Eşqin badəsini içib də gəldim. Yuxuda görmüşdüm seçib də gəldim, Qaşları vəsməli Təbriz gözəli, Gözləri sürməli Təbriz gözəli. Bir doğmalıq vardı ləhcələrində, Güllər qoşa açıb bəhçələrində. Taleyim çırpınır sənin əlində, İşvəli-qəmzəli Təbriz gözəli, Bəxtimin əzəli Təbriz gözəli. Naxçıvandı mənim yurdum, mahalım, Səni alıb öz yurduma aparım. Çaşmasın xəyalın, əqlin, kamalın, Eylə güzəşt vəsli, Təbriz gözəli, Gəldi sevgi fəsli, Təbriz gözəli.

10.08.2011

Seçilmiş əsərləri

191

BAKI LÖVHƏLƏRİ Buruqlar düzümü durna qatarı, Binalar tökülüb yaz buludundan. Küləklər oynayar hallı-halaylı, Elə bil ayrılıb öz ümidindən. Bir cənub nəsimi səssiz-səmirsiz, Əl atar qızların örpəklərinə. Qəfəsə salınmış şir kimi dəniz, Çırpınar Bakının ətəklərinə. Dünyanın gülünü, çiçəklərini, Təbiət gətirib bu yerə yığıb. Binalar ağappaq, yollar tərtəmiz, Küçələr elə bil yağışdan çıxıb. Qız qala dayanar qız vüqarıyla, Burda daş heykəllər xəyala dalar. Metrolar boylanıb qapılarıyla, Gah insan qarşılar, gah yola salar. Dəniz qasırğası, dəli küləyi, Qəzəbli kamanı, ağlar neyidir. Bakı bir şairdir, sevən ürəyi, Yanar atəşlərin mavzoleyidir.

Nizami Muradoğlu

192

NAXÇIVANIM

Hər daşının üzü doğma, Yolu doğma, izi doğma. Bu şəhərin özü doğma- Naxçıvanım. Unutmaram o illəri, Çiçəklərdi sevgiləri. Arzularımın şəhəri- Naxçıvanım. Seyrangahı-Böyük bağı, Xatirədir hər bucağı. Keçdi ömrün gənclik çağı- Naxçıvanım. Qarşılayar anam kimi, Bir nazənin sonam kimi. Sehrlidir dünyam kimi- Naxçıvanım.

Dekabr 2011.

Seçilmiş əsərləri

193

ORDUBAD İnci tək bəzəkdir ana Vətənə, Dağların qoynunda güldü Ordubad. Hər daşı min tarix göyləyər sənə Danışan kitabdı, dildi Ordubad. Zərdüşt atəş verib, od verib ona, Şərəf qalası tək ad verib ona. Dübəndi suyundan dad verib ona Şəkərdi, şərbətdi, baldı Ordubad. Günəşdən ayrılan nurdu, işıqdı, O taya, bu taya o yaraşıqdı. Təbrizdə oxuyan ustad aşıqdı, Bir saz havası da çaldı – «Ordubad». Düşmənin önündə qaladı, səddi, Şöhrəti aşıbdı sərhəddi, həddi. Qızları ismətli, ərləri mərddi, Belə yaddaşlarda qaldı Ordubad. Soyuqdan başlayıb Göy-gölə sarı, Halay tutub yallı gedir dağları. Əndəmic, Nüs-nüsün meyvə bağları- Gövhərdi, yaqutdu, ləldi Ordubad. Bir yanı Əylisdi, bir yanı Kotam, Əjnövür bir dağdır, təpədir Salam. Vənəndə, Dırnısa heyrandır adam Dəstədən Xoşluya yoldu Ordubad.

Nizami Muradoğlu

194

Düylündən Urmusa yolu yoxuşdu, Şəfa bulağının suları xoşdu. Burda şair təbim qaynadı coşdu, Bir anlıq xəyala daldı, Ordubad. Azadan uzanır Nürgütə qədər, Gilançay üstündə yurdlar mötəbər. Qırx iki kəndi var, qırx iki gözəl, Gözəllər üzündə xaldı Ordubad. Yuyunur Arazın ləpələrində, Kəmkinin, Arsının ətəklərində. Peyğəmbər nəfəsi bəbəklərində, Nuhun vətənidi, eldi Ordubad.

2010-2011

Seçilmiş əsərləri

195

ƏYLISIN

Sağda təkə qaya, solu Arsdağı, Qaladı, səngərdi yanı Əylisin. Mən onu heç vədə tərk etmədim ki, Canımda yaşayır canı Əylisin. Buz kimi suları dişi göynədər, Yolları tər tökər, işi göynədər. Torpağa dərd əksən, çiçək göyərdər, Çiçək rəngindədir qanı Əylisin. Küçələr döşəmə, barısı-divar, Məscidi, körpüsü, minarəsi var. Mərkəzdən boylanır min yaşlı çinar, Uludur şöhrəti, şanı Əylisin. Vəraqut, Nühgədih dayanıb başdan, Şərbətdir suları süzülür daşdan. Qız-gəlin oyadar sübhü obaşdan, Şərqidən sökülər danı Əylisin. Topda, Qanlıdaşda tökülüb qanlar. Xanlar məhləsində yaşayıb xanlar. Gəlibdi paşalar, gedib sultanlar, Yaşayır şöhrəti-şanı Əylisin. Yol açılıb, ümüd İrana qalıb, Çox evlər boşalıb virana qalıb. Qarğışı dövrana, zamana qalıb. Hanı igidləri, hanı Əylisin?

Nizami Muradoğlu

196

Şəninə min tərif deyib ozanlar, Çoxalıb ayağın altın qazanlar. Bəs harda qalıbdır tarix yazanlar, Gözləyir yazanı canım Əylisim. Düşmən söhbət açır xanlar bağından. Göz dikib istəyir pay torpağından. Namərd tənəsindən, el qınağından, Barı özün qoru, Tanrım, Əylisi.

DIRNISIN Əlini göynədər buz bulaqları, Layla tək çağlayar çayı Dırnısın. Qoynunda gülşəni, alma bağları, Yoxdu bu cahanda tayı Dırnısın. Qızları ismətli, oğulları mərd, Dağları sıldırım, dolayları sərt. Gavura, namərdə eyləməz güzəşt, Dosta var ərməğan payı Dırnısın. Bir yanı Kələki, bir yanı Əylis, Böyüdük, boy atdıq qucağında biz. Hamıya mehriban, hamıya əziz, Sanki bir cənnətdir yayı Dırnısın.

14.08.2010

Seçilmiş əsərləri

197

ALANYA Yamyaşıldır Alanyanın dağları, Əl eləyir ağacların dalları. Qucaq açır nar, portağal bağları, Həp çağırır, arkadaşlar, salam, hey. Müqəddəsdir Alanyanın torpağı. Burda yanır Ələddinin çırağı, Oğuz yurdu, türkmənlərin oylağı, Min illəri aşıb gələn qalam, hey. Bu yerləri ana Vətən bilmişəm, Mən onunla ağlamışam, gülmüşəm. Dağlar aşıb bu yerlərə gəlmişəm, Ötənləri bir də yada salam, hey… Qəlbimdədir məhəbbəti dağ kimi, Eşqi ilə titrər bir yarpaq kimi. Bir yurd varmı bu gözəl torpaq kimi, Ak dənizi layla çala - balam, hey.

2013

Nizami Muradoğlu

198

TURAN DÜNYASI Bilmirəm nədəndir, bu necə sirdir Düşmən caynağında yurdlar əsirdir. Biz ki tanrımıza olmadıq asi, Bəs niyə dərd çəkir Turan dünyası? Bu eldə doğulub qoş Koroğlular, Nuru paşası var, Səttar xanı var. Hər qarış torpağı qeyrət qalası, Bu vətən sənindir ey türk balası. Salam sizə olsun, igid ərənlər, Köksünü gülləyə sipər verənlər. Adınız şərəfdir elə, obaya Salam Atatürkə, Heydər babaya. Salam Koroğluya, Oğuz xanlara, Salam Osmanlara, Qazan xanlara. Dədəmiz Qorqudu, ulu Manası Salama dayansın Turan dünyası. Kişnəsin qıratlar, ulasın qurdlar Birləşsin, bir olsun bütün bu yurdlar. Cahana yayılsın səsi-sədası Qaldır bayrağını Turan dünyası.

26.09.2010

Seçilmiş əsərləri

199

BU MILLƏT

Ətəyində armud, badam, dağdağan, Səhər-səhər açılanda dağda dan. Nərəsindən qaya ürkən, dağ doğan İgidlərin qüvvətidir bu qüvvət. Beşiyində Nigarının dərdi var, Layla çalar, dərd ağlayar dər-divar. Bu vətəndə Qarabağın dərdi ar, Namus, şərəf söhbətidir bu söhbət. Atillası əldə əmud, ya süngü, Qılıncı var- Şah İsmayıl qılıncı. Nədən oldu bu dünyanın gülüngü?!- Məkr, hiylə illətidir bu illət. Xanlar gəda havasına oynamış, Bir çiyinlik nəmər almış, doymamış. Alçaq niyyət, gödən qazan, boy qamış- Zillətlərin zillətidir bu zillət. Bu gen dünya Koroğluya dardısa, Mübarizlər-ölümsüzlər vardısa. Üstümüzə yağan yağış, qardısa, Zərrə nurun xiffətidir bu xiffət. Dur ayağa, Vətən oğlu, bərk dayan, Ya sən yandır, ya oduna bərkdə yan.

Nizami Muradoğlu

200

Baxılırmı papağa yan, börkə yan?- Babaların qeyrətidir bu qeyrət. Getdiyimiz bu yol Haqqın yoludur, Nankor olan məxluqlar var unudur. Azərbaycan türk yurdudur, uludur, Qoca Türkün millətidir bu millət.

KIPRISIN

Göy zəmilər ətəyinə baş qoyar, Bir qız ötər yol üstünə daş qoyar, Könül gəzmə özgə məkan, başqa yar, Vüqarımdı göy dağları Kıprısın. Bağçaları min cür nemət yetirən, Nə sevdadır məni bura gətirən: Bir anadır, bir gözəldir, bir Vətən, Bir də yaşıl yaylaqları Kıprısın. Bayrağında sırğalanır ay, ulduz, Sahilində yırğalanır Ak dəniz. Burda məskən eyləyibdir Alp Oğuz, Əbədidir ocaqları Kıprısın.

Seçilmiş əsərləri

201

TARAZ

Böyük Qazaxıstan, kiçik bir şəhər, Hər daşı, kərpici uluyam deyir. Bu yurdun qaragöz qızları əsmər, Hər igid mən ərən oğluyam deyir. Bu şəhər yeraltı şəhər üstədir, İgid var min ildir səfər üstədir. Səngərli, qalalı zəfər üstədir, Tarazam-ləl ilə doluyam deyir.

“Tarixi-Rəşidi” yazan bir adam, Hikməti, məntiqi eyləmiş tamam. Dulati, ruhuna rəhmət, ehtiram, Elmin qapısıyam, yoluyam deyir. Ərənlər yurdudur bu doğma yurdlar, Altında kəhər var, önündə qurd var. Bu yerdə hökm etmiş qızıl ordular, Turanın ən böyük qoluyam deyir.

Nizami Muradoğlu

202

XATİRƏLƏR İŞIĞINDA

KİNOÇU MƏMMƏD KİŞİ

Kinoçu Məmməd kişi, Dur bir afişa yazdır. On altı yaşınadək Uşaqlar buraxılmır, Birini Xan Çinarın Gövdəsinə gətir vur. Birini də ver mənə, Məscidin divarına. Aparım yapışdırım. Gecəni sübhə qədər, Bütün uşaqlar kimi, Yuxumu qarışdırım. ...Kinoçu Məmməd kişi, O çayın sahilində O körpünün önündə, Qapınızın yanında, O taxta oturacaqda, O daş səkilər üstə, Hamının yeri vardı. İki haça dəmirdən Bir pərdə asılardı, Tər-təmiz bir yer idi. Nə genişdi, nə dardı. Orda kino olardı. Kinonun özündə də Ayrı bir kino vardı.

Seçilmiş əsərləri

203

Kinoçu Məmməd kişi. İndi saçım kallaşıb, Uşaqlığım mənimlə, Əl verib sağollaşıb. Yaşım qəddimi əyir, O vaxt sizin qapıda, Bir kinoya baxmışam Otuz ildir o kino, Daha göstərilməyir, Kinoçu Məmməd kişi. Zaman o zaman deyil İndi kinolar var ki, Baxmaq qadağan deyil. ...Kinoçu Məmməd kişi, Dur bir afişa yazdır Hind kinosu ilk dəfə, Azərbaycan dilində Uzadılmış seansla. Bir musiqi səsləndir Jurnal da göstər hələ Qoy qayıtsın uşaqlar – Qızlar çiçək yığmaqdan, Oğlanlar dağdan, bağdan, Ya futbol oynamaqdan, Ya quzu otarmaqdan, Ya mənim yaşıdlarım Qayıdıb kəndə gəlsin, Ağ saçları görəndə, Əl atıb saçlarına Birçəklərin yolsunlar, Dönüb uşaq olsunlar. Hamımız eyni yaşda, Hamımız eyni gündə. Tutub uşaqlığımın əlindən O kinoya gəlim mən.

15.05.2003

Nizami Muradoğlu

204

HƏKİM

Akademik Rəhim Rəhimova

Gəldi Ordubaddan qoca bir kişi, Üz tutdu bir sizə, bir də Allaha. Siz ona baxdınız, dava yazmamış, Dedi sağ ol, həkim, sağaldım daha. Hər sözün, söhbətin məlhəmə döndü, Gülüşün, baxışın can dərmanıdır. Dedilər tanıyın Rəhim həkimi, Bu dövrün, zamanın o, loğmanıdır. Hamının dərdinə çarə eylədin, Gedən dərdi-bəla, ahu-zar oldu. Sən həkim adını elə ucaltdın, Adın, həkimliyin səcdəgah oldu. Bağına nahaq daş atanlar da var, Namərdi ayağa endirdin, həkim. Elmlə şöhrətə çatanlar da var, Sən elmi şöhrətə mindirdin, həkim.

26.08.2003

Seçilmiş əsərləri

205

XANIM NƏNƏNİN CƏVİZ AĞACI

Qocaman Əylisdə bir bağ yerində, Bir ağac yaşayır sinəsi çat-çat. Bir ana nisgilli boylanar ordan, Qolları uzalı, dilində fəryad. Elə bil, bir atəş düşüb bu yerə, Torpaq susayıbdır, daşlar yanıbdır. Cəviz ağacları uçub göylərə, Xanımın cəvizi tənhalanıbdır. Bir vaxt daş atardıq ağacda bara, Ümidsiz gəlməzdi bir daşımız da. Bir cəviz ağacı yaşayar orda, Bir nənə canlanar yaddaşımızda. Göylərdən boylanır ruhu nənənin, Onun əl ağacı, cəviz ağacı. Qoltuğu altında boxçası dolu, Ərlik qızlarına cehiz ağacı. Ucadan boylanar, ucadan baxar, Ucadan yıxılmaq eyninə gəlməz. Əli səxavətli, dili dualı. Bir yaman fikir də beyninə gəlməz. Yüz ildir daş atır hər yoldan ötən, Bu barlı ağacın barı tükənmir.

Nizami Muradoğlu

206

Ruhu bizimlədir Xanım nənənin, Qayğısı, ilqarı, varı tükənmir. Rəhmət sənə, Xanım nənə, Əkdiyin, Qeyrətindir. İzzətindir, Yaşayır...

LALƏZAR

Ürəyin vurursa, gözün görürsə, Qəddin düzəlsə, Günlərin birində Ərə də gedərsən Qəm eləmə, Laləzar!

Seçilmiş əsərləri

207

GET

Gözlərində gözüm var, Ürəyində sözüm var. Dinləmirsən, get, gülüm, Məndə dərdə dözüm var. Doğruma inanmadın Yalanlarınla yaşa. Mən karvanda yolçuyam, Qalanlarınla yaşa. Bu həyat sənin olsun, O büsat sənin olsun. Sevdasız keçən ömür, Kainat sənin olsun. Arxadan ağlasan da, Titrəsə o səs, nida. Ayrılığın sonu yox, Get, yaxşı yol, əlvida. Dönüb arxaya baxma, Gedirsən, get, qayıtma. Yatmış xatirələri, Bir də, bir də ayıltma.

06.09.2010

Nizami Muradoğlu

208

YENİ İL

Keçdi ilin son günü Yeni bir il də gəldi. Ürəklərdə arzular, Nəğmələr dildə gəldi. Qoy ərisin yağan qar, Çıxsın nərgiz, bənövşə. Qəm-qüssə uzaq olsun, Bayram olsun həmişə. Qoy bürüsün çölləri Al yanaqlı lalələr. Köpüklənsin dağ çayı, Gurlasın şəlalələr. Gülsün Günəşin üzü, Açılsın könül-ürək. Qarşılayaq Novruzu- Bayramınız mübarək!

04.03.2012

Seçilmiş əsərləri

209

GÖZLƏYƏ-GÖZLƏYƏ

KİTABLAR HAQQINDA

Qalın-qalın kitablar, Buraxılır son vaxtlar. İçində dürlü sözlər, Ağ günlərə ümidlər Oxuyanı yox. Paltar kimi, Dəbə düşüb deyəsən, Əvvəli rəflərin üst gözü, Sonu yox... İCLAS Zalda Müxtəlif rəngə düşən Hərdən Cizgiləri dəyişən Biganə üzlər. Kürsüdə doğulub Kürsüdə ölən sözlər.

Nizami Muradoğlu

210

HANI

Sinəndə Beyrək ürəyi,

Damarında oğuz qanı. Əlində Babək qılıncı, Meydan Koroğlu meydanı – Hanı, İgidin hanı?..

GÖZLƏYƏ-GÖZLƏYƏ Kor dedilər, deyənmədik, Döyənləri döyənmədik. Söyənləri söyənmədik, İsmət gözləyə-gözləyə. Üzümüzü sərt edirik, Yaxşıları dərd edirik. Alçaqları mərd edirik, Nisbət gözləyə-gözləyə. Ruzi namərd ocağında, Xəyanətlər bucağında. Öldük yadlar qucağmda, Qismət gözləyə-gözləyə.

Seçilmiş əsərləri

211

ÖLÜMÜN GÖZLƏYƏN ADAM

Daşın ağırlığı çiyinlərində, Yaşın ağırlığı çiyinlərində, Oturub ölümün gözləyən adam. Oğulu-uşağı yox, Başının yığnağı yox, Əti var, dırnağı yox, Ölümün gözləyən adamın. Qollarının qüvvəsi yox, Çiynindən yükü atmağa, Qıçlarının qüvvəsi yox, Qarşı yolları yortmağa. Saçlarında qış gecələr, Gələr-gedər boş gecələr. Yata bilməz heç gecələr, Ölümün gözləyən adam. Xəyalına nələr gələr, Uzaq, yaxın illər gələr. Bir nazənin dilbər gələr, Ölümün gözləyən adamın. Bu qarı sona deyil, Qarıyıb ana deyil. Üzü o yana düşüb, Üzü bu yana deyil.

Nizami Muradoğlu

212

Qarını yoldaş elə, Dərdinə dərddaş elə, Qarıdan dilbər olmaz, Özünə sirdaş elə, Ölümün gözləyən adam! Ölüm saçına qıymaz, Çiynində yükünə qıymaz. Yolları uzaqlaşan, gözünə qıymaz. Bu qarıda can hanı? Onun dizinə qıymaz. Çıx get burdan, ay adam! Əcəli izləməzlər, Yolların dizləməzlər. Gələndə özü gələr, Ölümü gözləməzlər. 9 sentyabr 1987

Seçilmiş əsərləri

213

QARAGÜL QUZULARA DEYİLMİŞ ELEGİYA

Qaragül quzuları doğulan kimi kəsib, dərisindən yaxalıq və papaq tikirlər.

Doğulan günündə kəsilən quzu, Şehli çəmənindən göy yaylaqların, Gülündən, otundan xəbərin varmı? Sərin bulaqların zümzüməsindən, Günəşin odundan xəbərin varmı? Zalım adamların amanı olmaz, Acı həqiqətin gümanı olmaz. Ölümün yaxşısı, yamanı olmaz, Hamısı yamandı, yamandı quzum. Anan mələr qalar, bilməzsən, quzum, Bircə yol dünyada gülməzsən, quzum. Bircə gün yaşasan ölməzsən, quzum, Amandı, amandı, amandı quzum.

Gülləri qara quzum, Qəlbimdə yara quzum. Bircə yol "mə" çağırdın – Bir dəli nərə quzum.

Nizami Muradoğlu

214

Gül quzum, nə istədin? Nə gördün, nə istədin? Dünyanın vəfasından, Bircə yol "mə" istədin. "Mə" nədi? - Mələmədi, Səsin də dələmədi. Bir anlıq ömür sürdün, O da ki, sələmədi.

İTLƏR

Sahibsiz itlər görürəm bir sürü, Çirkabın içində, hisin içində. Can çəkir həyatda sürünmək üçün, Sümsünür zibilin, pisin içində. Sahibli itlər görürəm at kimi, Lərzəyə gətirir görən canları. Qızıldan xaltası, yanında nökər, Gəzir bağçaları, xiyabanları.

Seçilmiş əsərləri

215

YARALI GÜRZƏ Qıvrılıb torpağın üstündə gürzə, Min lənət yağdırır kürreyi-ərzə Gözünə dağ gəlir kəsəklər, daşlar, Daraşıb canına cin qarışqalar. Sarı caynağıyla sarıb ilanı, Yeyir, ətindən yeyir. İçir, qanından içir. Sorurlar canında nə qədər can var, Düşüb bu ilanın dərdli canına, Bu necə yanğıdır, salıb amana. Çəkir qüvvəsini alır özündən, Acı yaş axıdır ilan gözündən. Sürünür ardınca dərdli quyruğu, Dişinin dibində zəhər tuluğu. Elə bil dişində zəhəri yoxdu, Ya da bu zəhərdən xəbəri yoxdu. Fili də öldürə bilərdi bir vaxt, İndi qarışqaya yem olub ancaq. Bir dəli yanğı da canını sıxır, Gürzə qəzəblənir özündən çıxır. İlan öz-özünə gülmək istəyir, İlan öz-özünə ölmək istəyir. Güləmmir! Öləmmir! Yazıq bu hala! Bu halı gör kimi, nəyi güldürür? Burda bir ilan var hay salıb çölə, Yaralıdır, qarışqalar öldürür.

Nizami Muradoğlu

216

ÖLÜM FABRİKLƏRİ

Ölüm fabrikləri tikdi faşistlər, Tüstü çıxmaq üçün baca qoydular. Kəsib qılçaları, kəsib qolları, Od kimi qızarmış saca qoydular. Yandı diri-diri, yandı baş-bədən, Kimsənin vicdanı gəlmədi dilə. Ölüm fabrikləri kəşf eyləyərkən, Mükafat aldılar "alimlər" hələ. Cəlladlar məst olub xumarlananda, Qışqıra-qışqıra yandı insanlar. Min arzu, min ümid külə dönəndə, "Hayl Hitler" deyib gülürdü onlar. O acı günləri görməsəm də mən, İndi eşitdikcə ürək sızlayır. Ayrıla bilmirəm düşüncələrdən, Qəlbimdə, canımda qanım buzlayır. Gəzir göy üzündə qara buludlar, Yanmış insanların tüstüsü bəlkə. O oddan-alovdan bizi qoruyur, Yanmış ürəklərin istisi bəlkə? İnsanlar, insanlar, mehriban olun, Bu, yerdən, bu, göydən gələn bir səsdir. Səadət evləri yaradın, qurun, Ölüm fabrikləri tikməyin, bəsdir...

Seçilmiş əsərləri

217

ÖLÜM, YA HƏYAT, YA NƏ?

V.Şekspirə Ölüm, ya olum?.. Əsrlər, qərinələr, Xaraba saraylar, Daşlar, daş heykəllər Gələrək dilə, Min ildir verilir, Bu sual belə. Yaşamaq çox çətindir, Ölmək ondan da çətin. Qanlı dənizlər axır, Qoynunda məmləkətin. Saman çöpündən tutur Dənizdə boğulanlar. Allahı çağırır, Qovanlar, qovulanlar, Özünü haqlı sayır, Ölən də, öldürən də. Qəm içində ağlayır, Gülən də, güldürən də. Qılınc çəkib səngərlərdə Yalan-doğru çarpışır. Əsrin sınaq meydanında, Ölüm-həyat yarışır, Kim qalib gələcək: Ölüm, ya həyat. Həyat əzablarıyla gözəl..

Nizami Muradoğlu

218

Gülərkən ağlamaq, Ağlarkən gülmək. Yaşamaq - Şirinli, acılı bir röya.

Ya ölmək – Allah verdiyi ömrü, Yaşamadan intihar etmək. Fəqət, İnsanların yaratdığı, Qanunlardan azad olmaq. Ya nə?.. Sual budur, bu! Min ildir sorulur, Cavab tapılmır.

Seçilmiş əsərləri

219

DÖRDLÜKLƏR

*** Nə qaynar təbi var, çağlaya-coşa, Nə sızqa bulaqdı səhəngi dolsun. Çörəyi dizinin üstə olanın, Süfrəsi oldu ki, kişi də olsun?

***

Bu dünyanın çox işi var tərsinə, Başa çıxarıbdı yaramazları. Alimlər metroyla gedir dərsinə, Lüks maşınlarda küçə qızları…

*** Bir vaxt Təbriz deyil nalə çəkərdin İndi Şuşa deyib ağlayan könül. Hər təzə yaranı sarımaq üçün Köhnə qapıları bağlayan könül.

*** Mən aşiqin yarısan Gözümün ilk yarısan. Payız olsun, qış olsun Könlümün baharısan.

*** Hayqırsan səsinə səs verən olmaz, Çağırsan pambıqla qulağın tutar. Üstəlik gözün də yumar görməsin, Ölsən məclisində başda oturar.

Nizami Muradoğlu

220

*** Əl atdım dünyanın əlindən tutam Gördüm sapma-sapan daş gəlib gedir Qanunlar beləcə yazılıb demək, Gələn də, gedən də boş gəlib gedir.

*** Çox təpə görmüşəm dağlar önündə, Boy atır, dirçəlir dağ ola bilmir. Yaradan qaranı qara yaradıb, Min boya yaxsan da ağ ola bilmir.

*** Bir ibrət dərsidir düşünsən əgər, Əli boş gələnlər, əli boş gedər. İnsanın nəsibi bu fani həyat, Bir anlıq səadət min ilə dəyər.

*** Sizin bağın üzümü, Bizə düşər düzümü. Mən eşqin dəryasında İtirmişəm özümü.

*** Hərdən darıxanda zəng elə mənə, Qoymaram qəlbini sıxa daş-divar. Günəş qaralmayıb göyün üzündə, Hələ sevinməyə min bəhanə var.

*** Dağı gördüm paradır, Ürəyində yaradır. Bir üzü şəfəqlənir, Bir üzü qapqaradır.

Seçilmiş əsərləri

221

*** «Ol» sözündən yaranıbdı olanlar, Olan olub, olmayanlar olacaq. Babalardan əmanətdi qalanlar, Bizdən qalan bir nəsildi, bir ocaq.

*** Bu qallı dünyadı qalmaqal salıb. Yaşaya bilmək də bir kişilikdir El-oba dərdini çiyninə alıb Daşıya bilmək də bir kişilikdir.

*** Əsir qayaları yazığım gəlir Düşmənin başına düşə bilmədi. Özü əsir düşdü əsir qayalar Yetişə bir kara-işə bilmədi.

*** Dərdli könül, dərdi başından eylə, Bəxt sənin üzünə ya gülər indi. Nə müddətdir yollarına baxıram, Yar səri-kuyimə ya gələr indi.

*** Dağlar sənin, duman sənin, çən də sənin, Dəniz sənin, sahil sənin, mən də sənin. Xəyalların uzaqlarda, səmalarda, Mən gəzirəm ürəyimdə, təndə səni.

*** Bulud gələr yağış olar, nəm olar, Lala, nərgiz bir çəməndə çəm olar. Ya ayrılıb gedəcək bir dəfəlik, Ya yar olar, dərdimə həmdəm olar.

Nizami Muradoğlu

222

*** Vətəni əldən gedən Ay saxlamaz, il saxlamaz. Bu, vətən yarasıdır, Bu yara qaysaqlamaz.

*** Dünya karvansaradır, biz karvanda yolçuyuq, Ya ölüyük, ya diriyik, ya heç nəyik, ya buyuq. Hardan gəldik hara varaq, bilinməzmi yollarımız? Dünya bizim çiynimizdə, qoynumuzda qollarımız…

*** Nə qədər xain var içimizdədir, Nə qədər düşmən var qapımızdadır. Nə qədər xəncər var bizi doğrayır, Nə qədər balta var sapı bizdədir.

*** Məndədir dünyanın sevinci,qəmi, Onları səninlə bölə bilsəydim. Sən mənim xoşuma gəldiyin kimi, Mən sənin xoşuna gələ bilsəydim…

Seçilmiş əsərləri

223

P O E M A

HAQQA YOL GEDIRƏM

Haqqa yol gedirəm, yolum uzaqdı, Qarşımda Arazdı, arxamda dağdı. İkiyə bölünən ana torpaqdı, Bizmi günahkarıq, ya sənmi Vətən? Haqqa yol gedirəm, yolum gen düşür, Təbrizdən, Kərkükdən, Göyçədən düşür. Gedə bilmədiyim Vətəndən düşür, Gedə bilmədiyim Vətənmi, Vətən! Haqqa yol gedirəm, yolum tufandı, Xəzər göz yaşımdı, Arazım qandı. Deyirlər dövran da ayrı dövrandı, Deyənlər yanılır, ya mənmi, Vətən? Haqqa yol gedirəm, yolum uzundu, Qürbətdə dərd çəkən oğlun, qızındı. O taylı, bu taylı ellər bizimdi, Birləşə bilmirik nədəndi, Vətən? Yolum keçib gedir Ərk qalasından, Düşmənə göz dağı görk qalasından. Yapış ətəyindən bərk, qalasından, Satıldı,atıldı, tükəndi Vətən.

Nizami Muradoğlu

224

Bir yanda yansa da gur işıqları, Bir yanda zülmətdi qaranlıqları. Əksilməz dumanı, əriməz qarı, Dağların köksündə kökləndi Vətən. Haqq yolu yurd yolu, millət yoludu, Qorxağın, namərdin zillət yoludu. Millətlə uludu, xalqla uludu, İnsanla ellənən məskəndi Vətən. Haqqa yol gedirəm qolumda kəmənd, Yolumun üstündə qos-qoca Dərbənd, Dəmir qapıları bağlanıb bənd-bənd, Açılmır tilsimdən, simdənmi Vətən? Haqqa yol gedirəm, sonsuzdu yolum, Ey haqqın sahibi, qurbanın olum. Min dəfə boşalım, min dəfə dolum, Bir dəfə tükənib bitənmi Vətən? Bir az dəniz olar, bir az dağ olar, Ya quru bir səhra, boz torpaq olar. Harda insan olsa,orda bağ olar, Gülşəndi, çiçəkdi, çəməndi Vətən. Nə qədər ucsuzdu, bucaqsızdı o, Açdım qollarımı qucaqsızdı o. Tüstülü, ocaqlı, ocaqsızdı o, Xəyalım çatanmı, yetənmi Vətən! Haqqa yol gedirəm, haqq hayandadır? Yoruldun, tükəndin, bir dayan da, dur. Haqq məndə, mən haqqda, haqq hayandadır? Keçir çalın-çarpaz təndənmi, Vətən!

Seçilmiş əsərləri

225

Yaramın üstündən yara çəkiblər, Alnıma ləkəni qara çəkiblər. Min dəfə asıblar, dara çəkiblər- Ölməyən ruhummu, bədənmi, Vətən! “Şuşanın dağları abı dumanlı, Qırmızı köynəkli,yaşıl tumanlı. Dərdindən ölməyə çoxdu gümanlı”, O qaşdan, o gözdən,teldənmi, Vətən?! Araz sahilində ulu Naxçıvan, Can ayrı düşübdü, sanki, canından. Başından qovğası getmədi bir an, Sənə arxalandı,güvəndi, Vətən! Yolumun üstündə gözəl Borçalı, Dağları dumanlı, sinəsi xalı. Başına açdılar min qeyli-qalı, Eldən ayrı düşdü təkləndi Vətən! Haqqa yol gedirəm, yolum duman, çən. Zəngəzur mahalım, Qarabağ-Vətən. Döyüş təbilləri vurulmur nədən?- Cəngi çaldırmağa vədənmi, Vətən! Bir səfər üstəyəm yolum haqq yolu, Sən haqqın ağası, mən haqqın qulu. Qaytar öz haqqımı qurbanın olum, Neçə yol haqq üstə çeynəndi Vətən! Haqq yolu cihaddan, al qandan keçir, Yolçusu ya haqdan, ya candan keçir. Alçağı anadan, torpaqdan keçir, Ucası döyüşən, öləndi, Vətən!

Nizami Muradoğlu

226

Nə istəyim ölər,nə ruhum ölər, Milyon il keçsə də, yenə göyərər. Yenə bizim olar o dağlar, göylər, Olur ki, keçilə səndənmi, Vətən! Üç rəngli bayrağı qaldırıb göyə, Uğrunda can qoyub, baş əritməyə, Qurğuşun yeməyə, daş əritməyə, Sinəmiz hazırdı, möhkəmdi, Vətən! AZƏRBAYCAN Ey Araz boyunca bölünən, Vətən, Bölünə-bölünə kiçilən, Vətən. Sənin bölünməyin mənim günahım, Özümün-özümə xəyanətimdir. Tökülən göz yaşım, çəkilən ahım, Sənin kiçilməyin qəbahətimdir. Mən sənli, mən sənsiz ölürəm, Vətən! Bir taya həsrətəm şirin pay kimi. Bir tayda dərd çəkdim ögeylər kimi, Yadların ayağı altına atdın, Məndən uzaq oldun bu göylər kimi. Bakının qoynuna sığınan Vətən, Yadları bəslədin yağınan Vətən! Yadlar bu diyarda sahibə döndü – Sahiblər qəribə, bu halın nədir? Bir milyon didərgin çöldə, çadırda. Kəndlərin, yurdların əsirlikdədir, Çalıb oynayırsan, cəlalın nədir?

Seçilmiş əsərləri

227

Vətənin adını daşıyan Vətən, Bir az ruhumuzda yaşayan Vətən. Bir az içimizdə yaşayan Vətən, Ramilin əlində balta oynayır, Səndən uzaqlarda, önündə zindan. Əcnəbi başında xalta oynayır, Bakının, Təbrizin düz ortasında. Bölünə-bölünə kiçilən Vətən, Oğurlanan, itən Vətən. Özgələrin atlasında bitən Vətən! Ey iki paytaxtlı Vətənim mənim, İkili olmağın qəmimdi mənim, İkili olmağın dərdimdi mənim.

*** Çırpınır ürəyim, sızlayır yaram, Qarşında suçluyam, mən günahkaram. Yurdum deyib gecə-gündüz ağlaram, Qürbətə çevrilmiş Vətənim, Vətən! Torpağı libasım, kəfənim Vətən. Zəncansız, Göyçəsiz yetim qalmışam, Təbrizsiz qanadı qırıq bir quşam. Düşman topağında əzilir Şuşam. Kaş tapdaq olaydı bu tənim,Vətən, Torpağı libasım, kəfənim Vətən. Düşmən yol eyləyib, Laçından gedir, Gözümə qaranlıq saçımdan gedir. Araz od püskürür, içimdən gedir, Qəlbimə yoxdu su səpənim, Vətən! Torpağı libasım, kəfənim Vətənim!

Nizami Muradoğlu

228

Başçılar danışır, güllələr susur, ATƏT meydan açıb, bu ellər susur, Kimlərin hökmüylə gör nələr susur, Lal olub bülbül tək ötənim, Vətən! Torpağı libasım, kəfənim Vətən! Yolunda can qoyan şəhidlərdilər, Dərdindən danışan şahidlərdilər. Ömür budağından şahı dərdilər, Bu ölüm mənimdi, bu mənim, Vətən, Torpağı libasım, kəfənim Vətən! Kim əldə qılıncı varsa da gəlsin, Bu yurdun eşqinə yarsa da gəlsin. Şərəf heykəlidir gorsa da gəlsin, Qurtulsun bu dardan Vətənim, Vətən, Şərəfım, şöhrətim, qeyrətim Vətən.

*** Dağlarının başı duman, Çəndi bu günlər, bu günlər Halı küsgün, işi yaman Qəmdi bu günlər, bu günlər. Əsdi külək, qopdu tufan, Fitnəsindən aman-aman. Torpağın da göz yaşından, Nəmdi bu günlər, bu günlər. Qərənfilin şəhid qanı, Düşmənini tanı, tanı. «Böyük qardaş», dostlar hanı? Gendi bu günlər, bu günlər.

Seçilmiş əsərləri

229

Azadlığın adı şirin, Bəlkə özü, dadı şirin Bizə acı, yada şirin Qəmdi bu günlər, bu günlər. Düşdük qəza-qədərə biz. Getdiq nahaq hədərə biz. Sevincimiz, kədərimiz Təndi bu günlər, bu günlər. Uyub hər cür yalanlara, İnanmışıq ilanlara. Şəhid olub ölənlərə, Qəmdi bu günlər, bu günlər. Ey dünyaya gələnimiz! Mərd olubdu gedənimiz. Bu dünyada qalanımız Ərdi bu günlər, bu günlər.

QARABAĞ ŞİKƏSTƏSİ

Qarabağda qalam var, Ölüb orda qalan var. “Yaddan çıxmaz Qarabağ”. Yalan var, ha, yalan var. Mən aşiq kimi gözlər, Tar çalan kimi gözlər. Vətən düşmən əlində, Bəs millət kimi gözlər?

Nizami Muradoğlu

230

Qarabağda talan var, Gözü yolda qalan var. Nə onu yada salan, Nə də geri alan var. Əzizinəm, Qarabağ! Qara bağça, qara bağ. Bakı cənnətə dönüb, Yaddan çıxıb Qarabağ.

QARĞALAR

Dağılıb yurdumun xanimanları, Ürəyim bu dərdi yük eyləyibdi. Adamsız yurdlarda quşlar da qalmır, Qarğalar şəhərə köç eyləyibdi. Adamtək dərdi var qarğaların da, Uca ağaclarda yuvası qalıb. Yalçın qayalarda, göy biçənəkdə, Düşmən caynağında balası qalıb. Darıxıb doğmaca adamlar üçün, Adamın iyinə gəlib qarğalar. Bu böyük şəhərdə təkdir, tənhadır, Bu böyük şəhərdə qərib qarğalar. Adamtək dərdi var qarğaların da, Elindən, yurdundan didərgin düşüb. Allahın quşunun qismətinə bax, Bəxtinə ya həbs, ya sürgün düşüb.

Seçilmiş əsərləri

231

Bu toylu şəhərdə o yaslı yurdun, Həsrətin çəkənlər pərən-pərəndir. Orda qan ağlayır daşlar, qayalar, Burda deyib-gülür hamı, nədəndir?! Qarğalar bu işə məətəl qalıb, Qarğalar bu sirri anlaya bilmir. Yurdundan didərgin nəğməkar kimi, Qarğalar ekrandan banlaya bilmir. Ağlayır, sızlayır doğma dilində, Özünə köçü ar bilən qarğalar. Rəhmət sizə olsun, min rəhmət olsun, Həsrətdən çatlayıb ölən qarğalar, Qarğalar, qarğalar, qərib qarğalar...

QALMAYIB

Uca Tanrım, yenə sənə üz tutub, Yalvarmaqdan özgə güman qalmayıb. Qarı düşmən elimizdə oturub, Yurd dağılıb, bir xaniman qalmayıb. Bilən yoxdu, dərdli başım nə çəkir? Torpaqları kim becərir, kim əkir? Qərbdən gəlir, şərqdən gəlir möhtəkir, Süfrəmizdə yağlı-yavan qalmayıb. Nə müddətdir gözlərimiz yoldadır. Şirin xəyal, şirin arzu bal dadır. Yadlar gəlir, vədə verir aldadır. İnsaf da yox, dini-iman qalmayıb.

Nizami Muradoğlu

232

İnciməsin əcnəbilər sözümdən, Düşüb artıq o birliklər gözümdən. Ey Ulu Türk, utan özün özündən, Tapınmağa başqa inam qalmayıb?! Tanrım, bizə göndər döyüş həvəsi, Cuşə gəlsin Cavidanın nəvəsi. Ötsə zaman, keçsə min il, min əsr, Deyilməsin olub viran, qalmayıb. Göndər Atillanı, Həzrət Əlini, Göndər Koroğlunu, 7777 dəlini, Qopar tufanını, əsdir yelini, Düşmən bilsin ona aman qalmayıb. Dünya bilsin, Böyük Turan yaşayır, İki ürək olub bir can yaşayır. Ata yurdum Azərbaycan yaşayır, Bu torpaqda ahu-fəğan qalmayıb.

QORU

Ey ulu Turk, yerindəmi dağların? Çiçək açir, bar verirmi bağların? Unudulmaz ötən gözəl çağların , Əmanətdi sənə bu Vətən, qoru! Allah sənə guc veribdi, sən, qoru! Məhmətçiyin zirvələri aşırmı? Düşmən onun qarşısında çaşırmı? Qardaşların harayına qoşurmu? Yandı elim, şəhərlərim, gəl qoru!

Seçilmiş əsərləri

233

Zülmət olub səhərlərim, gəl qoru! Ey ulu Türk! Ərənlərin hardadı? Qarabağım, nazlı Şuşam dardadı. Nə müddətdir gözlərimiz yoldadı. Qurtar bizi bu həsrətdən sən, qoru! Əmanətdi sənə bu Vətən , qoru! Bağlanıbsa igidlərin qolları, Kəsilibsə fatehlərin yolları, Yada salıb sultanları, xanları, Gir döyüşə, gostər şücaət, qoru! Səndə var mətanət, var qeyrət, qoru! Ey ulu türk,düşmən gəzir girəvə, Pusu qurub hər daşda,hər dərədə. Heydər babam, Kamal atam nerədə? Kəndinə gəl, ayağa dur, sən qoru. Sınmasın bu vüqar, qürur,sən qoru.

ƏLBABA QAYASI

Əlbaba qayası, genişdir sinən, Sənin qucağında hamıya yer var. Hələ ölməmişəm, hələ sağam mən, Mənə gözlərinin içində yer ver!

Nizami Muradoğlu

234

Zirvədən bir baxım çərxi-fələyə, Sözündə rəqs edən bu insanlara. Kişilik, comərdlik satılır nəyə, Bu ucalıq hara, insanlar hara? Bu cılız adamlar nə iddialıdır? Bu yerə, bu göyə, bu ərzə sığmır. Canında virus var, ya vəbalıdır, Bir ada, ünvana, mərəzə sığmır. Əlbaba qayası, qoynun dərindi, Aparsan namərdi, nacinsi apar. Şeytan xislətinə bürünənləri, Apar iblis apar, ins-cinsi apar. Apar arabacı, ciciləri sən, Apar zəhərləri, acıları sən. Mərəzli adamlar çoxdu dünyada, Mərəzi, qərəzi apar dünyadan.

VƏTƏNİM Laylasında cəngi, muğam çalınan, Sinəsində göy Xəzəri çağlayan, Bir sevda var, məni sənə bağlayan, İlk eşqimsən, qismətimsən sən mənim, Vətənimsən, Vətənimsən, Vətənim! Zəfəriylə ulduzlara ucalan, Hünəriylə yerdən, göydən bac alan. Tarixindən ilham alan, güc alan, Vüqarımsan, qüdrətimsən sən mənim, Vətənimsən, Vətənimsən, Vətənim!

Seçilmiş əsərləri

235

Dədə Qorqud, Atilladır dayağın, Zirvələrdə dalğalanır bayrağın. Hər qarışı bir cənnətdir torpağın, Tükənməyən sərvətimsən sən mənim, Vətənimsən, Vətənimsən, Vətənim! Azərbaycan - ana yurdum, məskənim. Araz boyu o tay, bu tay vətənim, Nisgilimsən, həsrətimsən sən mənim, Şərəfimsən, şöhrətimsən sən mənim, Vətənimsən, Vətənimsən, Vətənim. DOĞRUYA DOĞRU Yolları qarlar alıb, göylər dumandı, Başında qara yellər əsir, amandı. Kişnəmir kəhərlərin neçə zamandı, Yalqız qurdlar çağırır Turana doğru. Turana doğru, qardaş, Turana doğru. Gavur tapdağında kəndlər, qalalar, Soyundan nigaran ulu babalar. Elatdan ayrı düşmüş ellər, obalar, Qərib yurdlar çağırır, Vatana doğru. Vatana doğru, qardaş, Vatana doğru. Təriqət qarışıb, məzhəb itibdi, Çiçəklər solubdu, kollar bitibdi. Rəsulullah deyərək üzün tutubdu, İndi yadlar çağırır Qurana doğru, Qurana doğru, qardaş, Qurana doğru.

Nizami Muradoğlu

236

MƏN BIR TÜRKƏM

Mən bir türkəm, fəxr edirəm bu adla, İnsan gəzər cüt ayaqla, Qartal qoşa qanadla Uçar gedər ənginlərə, Mən də bu gün göylərə yüksəlmişəm. Bir qanadım Azərbaycan, Bir qanadım Türkiyəm. Bir yanımda Təbriz, Bakı, Bir yanımda Anadolu. Könlüm dolu, İçim dolu, Əlim dolu. Ulularım göstərdiyi, Öndərlərim açan yolu- Mən gedirəm addım-addım, Bir kimsənin pis günündə Xoş günümü axtarmadım. Siz kimsiniz?- Sarı iblis-şeytanların Yan cibində gizlənənlər! İş verənlər! Yalan adlı dəyirmanda Türkə böhtan üyüdənlər. Çaqqal kimi bir sürüyə düzülənlər. Siz kimsiniz? Yal yeyənlər, Hələ azmış haqqınızda deyilənlər.

Seçilmiş əsərləri

237

Mən bir türkəm, Sələflərim uludur. Atilladır, Mətədir, Dədə Qorqud, Koroğludur. Getdiyim yol Haqq yoludur, Ərənlərin yoludur! SALAMAT QALIN Ehey, əsir ağac, yazın qalmayıb, Sınıb qol-budağın, nazın qalmayıb. Daha bu hicrana dözüm qalmayıb, Allaha əmanət, Əmanət qalın, Salamat qalın! Ehey, əsir dağlar, əsir qayalar. Düşmən caynağında yesir qayalar. Hələ acı rüzgar əsir, qayalar, Allaha əmanət, Əmanət qalın, Salamat qalın! Ehey, köç eyləyən ellər, obalar, Qırılan dirəklər, sınan yabalar. Torpağın altında ərən babalar, Allaha əmanət, əmanət qalın, Salamat qalın!

Nizami Muradoğlu

238

Gülçöhrə nənənin beli bükülüb, Qönçəsi dərilib, gülü tökülüb. Daha söz danışmır dili çəkilib. Gözləri deyir ki, Allaha əmanət, Əmanət qalın. Salamat qalın. Ocaqlar dağılıb yurd yerimizdə, Tülkülər piylənir qurd yerimizdə. Boy atıb göyərib dərd yerimizdə, Bu dərdə dözənlər, Allaha əmanət, Əmanət qalın. Salamat qalın. Güllərə şeh düşüb qoxusu qaçıb, Qohum-qardaş itib çoxusu qaçıb. İllərdir gözümün yuxusu qaçıb , Ay solğun çiçəklər, itgin qohumlar, Allaha əmanət, Əmanət qalın. Salamat qalın, Ehey, əsir yurdum, əsir yaylağım, Düşünmə, pozuldu, bitdi noyrağın, Olur ki, yenidən başlanır çağın, Hələ ki, Allaha əmanət qalın, Salamat qalın!

Seçilmiş əsərləri

239

Şuşadan, Laçından keçmək olarmı? Bu zəhər badəsi- içmək olarmı? Yurdsuz da dünyadan köçmək olarmı? Dünyada qalanlar, əmanət qalın, İntiqam gününə salamat qalın! Salamat qalın!!!

ŞƏHİDLƏR XİYABANI

Yağır güllə yağış, Yağır od yağış. Nə göydən hədiyyə, Nə haqdan bağış. Ölümdən qaçmağa bir yer qalmamış. Zirehli tırtıllar Düzülü gəlir. Ölümə gedənlərin Üstünə gəlir. Adamları biçə-biçə, Küçələrdən keçə-keçə, Hər dalanda, hər bucaqda Qan tökə-tökə, Soldat gəlir, Faşist gəlir, Nasist gəlir! Qanlı yanvar gecəsində, Bakını hər küçəsində Ölüm-həyat başbaşadır, Faciəvi tamaşadır. Bu səhnənin Rejissoru Qorbaçovdu, Dirijoru Yazovdu.

Nizami Muradoğlu

240

Səhnə deyil, Əvvəlcədən hazırlanmış, Qan-qadadı Bakının hər küçəsində, Qanlı yanvar gecəsində. Sarı göygöz şeytanların, Əllərində odlu silah, Qırıb keçir insanları, Qırıb keçir, aman, Allah! Yerdə yatan o yaralı Nə danışır, nə səsi var. Bircə quru nəfəsi var. Üstündən tank sürüb keçir, Kəlləsinə bir güllə də vurub keçir. Soldat deyil, cəlladdı bu, Bir milləti aldatdı, Öz-özünü alçaltdı bu! Danış, danış dərdlərini, Qanlı yanvar gecəsi, Danış, danış, yer kürəsi! Soyuq yanvar gecəsində Tanka sinə gərənlərdən. Danış, danış, əliyalın Şəhidliyi zirvə seçən Ərənlərdən! Azadlığı şərbət kimi İçənlərdən! Üç rəngli bayraq uğruna, Canlarından keçənlərdən! Əsin yellər, Şahə qalxın, Göy Xəzərin dalğaları!

Seçilmiş əsərləri

241

Salamlayın şəhidləri, Alqışlayın siz onları! Güvəncimiz, and yerimiz Ana Vətən, Müqəddəs yurd, O Şəhidlər Xiyabanı, O Şəhidlər Xiyabanı!

CAN VƏTƏN Qeyrətini çəkənlərin çox olub, Koroğlular, Mübarizlər doğulub. Ərənlərin qanı ilə yoğrulub, Bayraq sənin, qan mənimdir, qan, Vətən! Düşmənlərin gözlərinə batan biz, Bu torpaqda biz Vətənik, Vətən biz. Şəhid olub qucağında yatan biz, Torpaq sənin, can mənimdir, can, Vətən! Haqqa gedən, Haqdan gələn yol incə, Uca tanrım bizə rəva görüncə. Bu diyardı, bu ölkədi ölüncə, İlk beşiyim, son məzarım, son Vətən, Can Vətən!

2002-.2015

Nizami Muradoğlu

242

Kitabın içindəkilər Yolda Rəsuli-Allah eşqinə .............................................................. 3 Qıyma ................................................................................... 6 Eylə ...................................................................................... 7 Kişi ....................................................................................... 8 Eylər ..................................................................................... 9 Getmir .................................................................................. 10 Qalır ..................................................................................... 11 Şikayət ................................................................................. 12 Ad günüm ............................................................................. 13 Analar yanar ağlar Sən ağlayanda ...................................................................... 15 Anam zikr eləyir ................................................................... 16 Ana ...................................................................................... 17 Anam oyanmır ...................................................................... 18 Qızlarıma .............................................................................. 19 Gedən gedib, getməyənlər gedəcək Gedərəm ............................................................................... 20 Baxa-baxa ............................................................................. 21 Gedirəm ................................................................................ 22 Qayıdıb gedərəm .................................................................. 23 Qapılar .................................................................................. 24 Döyülür qapılar gecə yarısı .................................................. 26 Gedər .................................................................................... 28 Gedirsən ............................................................................... 29 Məsəlin türkcəsi ................................................................... 30 Gedər .................................................................................... 31 Gedirəm ................................................................................ 32 Gəlirəm ................................................................................. 33

Seçilmiş əsərləri

243

Bu dünya qürbət dünyadı Bəsimdi ................................................................................ 34 Mən qərib adamam ............................................................... 36 Dünyanın .............................................................................. 37 Ola bilməz ............................................................................ 38 Nə qaldı ................................................................................ 39 Məni ..................................................................................... 40 Bir də .................................................................................... 41 Ömrə möhlətdi dünya ........................................................... 42 Yetim evləri .......................................................................... 43 Küsürsən ............................................................................... 45 Qərib oğlan ........................................................................... 46 Gərək .................................................................................... 47 Mən də belə gəlmişəm ......................................................... 48 Dünya belə dünyadı ............................................................. 49 Dünyanın göz yaşı axmaz .................................................... 50 Min ildi bozarıb üzü dağların Dağların ................................................................................ 52 Salam, dağlar ........................................................................ 54 Ay dağlar .............................................................................. 55 Dağların ............................................................................... 56 Yurd yerinə gedən durna Durnalar ............................................................................... 57 Görüm .................................................................................. 58 Günəş mənim taleyimdən o yana ......................................... 59 Nə günah .............................................................................. 61 Ağ durna ............................................................................... 62 Bilmirəm .............................................................................. 63 Durnam ................................................................................. 64 Sən də bəşər oğlusan Dayan bir düşün ................................................................... 65 Nağıl alması ......................................................................... 67 Siz kimsiniz .......................................................................... 68 Xoşbəxtliyin qafiyəsi ........................................................... 69

Nizami Muradoğlu

244

Gözləyirəm ........................................................................... 70 Müştəri gözləyir ................................................................... 71 Boyunduruq .......................................................................... 71 Mən utanıram ....................................................................... 72 Vəliqulunun ölümü .............................................................. 73 Kişi əlləri ............................................................................. 74 İblis ....................................................................................... 75 Ölürəm özgələr arasında mən .............................................. 77 Şeytan azarı .......................................................................... 79 Hamı günahkardı .................................................................. 81 Eşq bir sirdir Gözlərim səni bəklər ............................................................ 82 Getmərəm daha .................................................................... 83 Ömür yoldaşıma ................................................................... 84 Acı ömür nəğməsi ................................................................ 85 Gözəl Nuriyə ........................................................................ 86 Ay işığında ........................................................................... 87 Gözəlim ................................................................................ 88 Gözlərin ................................................................................ 89 Get ........................................................................................ 90 Dağlar qızı ............................................................................ 91 Ala gözlüm ........................................................................... 92 Sevəydin gərək ..................................................................... 93 Sənə oxşayır ......................................................................... 94 Həsrət ................................................................................... 96 Sevdim ................................................................................. 98 Payız rəngləri ....................................................................... 99 Axtarma məni ....................................................................... 100 Yağış nəğməsi ...................................................................... 102 Ürəyində gəz məni ............................................................... 103 Sənsiz ................................................................................... 104 İtmiş sevgi nəğməsi .............................................................. 105 Qorxu ................................................................................... 107 Qadınım ................................................................................ 108

Seçilmiş əsərləri

245

Eşq bir sirdir ......................................................................... 109 Çiçək .................................................................................... 110 Gözəl .................................................................................... 111 Qorxuram ............................................................................. 112 Bilsəydin əgər ...................................................................... 113 Sən deyilsən ......................................................................... 114 Sən Allahın lütfüsən ............................................................. 115 Qoşmalar Gedir ..................................................................................... 117 Təzələndi .............................................................................. 118 Olmaz ................................................................................... 119 Yaşayır ................................................................................. 120 Nə ......................................................................................... 121 Sarı gül ................................................................................. 122 Bəllidi ................................................................................... 123 Bizdən qala ........................................................................... 124 Getmə ................................................................................... 125 Olsun ................................................................................... 126 İndi ....................................................................................... 127 Arasında ............................................................................... 128 Qalıb ..................................................................................... 129 İncimə ................................................................................... 130 Var olsun .............................................................................. 131 Aparmaz ............................................................................... 132 Ürək ..................................................................................... 133 Gözəlim ................................................................................ 134 Bir-bir ................................................................................... 135 Eyləyibsən ............................................................................ 136 Gecələr ................................................................................. 137 Bilinməz .............................................................................. 138 Gördüm ................................................................................ 139 Başına döndüyüm ................................................................. 140 Ya şəhid, ya qazi ol Şəhidliyin mübarək .............................................................. 141

Nizami Muradoğlu

246

Mərd göyərsin ...................................................................... 142 Sizi çağırıram ....................................................................... 143 Azadlıq eşqinə ...................................................................... 145 Ana torpaq ............................................................................ 146 Daş ....................................................................................... 147 Bilmir ................................................................................... 148 Ağac ..................................................................................... 149 Qurdun adı ............................................................................ 150 Təkə qaya ............................................................................ 151 Əsgər oğlan ......................................................................... 153 Böyükdü ............................................................................... 154 Mən qəmi sevərəm, qəm məni sevər Kədər .................................................................................... 155 Dəvə ömrü ............................................................................ 157 Bilmirəm .............................................................................. 158 Son bahar açılan çiçək .......................................................... 159 Gəlməz ................................................................................. 161 Çalma, Habil ........................................................................ 162 Birdən-birdən ....................................................................... 163 Çətin iş ................................................................................. 164 Məlumdu ardı ....................................................................... 165 Səbir edən Allahın dostudur Alimlər ................................................................................. 166 Kənarlaşdırılmışlar ............................................................... 168 Gəlir ..................................................................................... 170 Yaz görüm ............................................................................ 172 Ağlama ................................................................................. 173 Mələk ................................................................................... 174 Nəvəm .................................................................................. 175 Qocaldım .............................................................................. 176 Tək ....................................................................................... 177 Bir payız günündə ................................................................ 178 Başa gələn işlər .................................................................... 180 Yadlaşan adamlara ............................................................... 181

Seçilmiş əsərləri

247

Əzrayıl rüşvət almır ............................................................. 183 Nə etmək .............................................................................. 184 Sənə yol gəlirəm ................................................................... 185 Buluddan aşağı ..................................................................... 187 Bir az .................................................................................... 188 Türk yurdları Kıprız şərəf qalası ................................................................ 189 Təbriz gözəli ........................................................................ 190 Bakı lövhələri ....................................................................... 191 Naxçıvanım ......................................................................... 192 Ordubad ................................................................................ 193 Əylisin .................................................................................. 195 Dırnısın ................................................................................. 196 Alanya .................................................................................. 197 Turan dünyası ....................................................................... 198 Bu millət ............................................................................... 199 Kıprısın ................................................................................. 200 Taraz ..................................................................................... 201 Xatirələr işığında Kinoçu Məmməd kişi ........................................................... 202 Həkim ................................................................................... 204 Xanım nənənin Ceviz ağacı ................................................. 205 Laləzar .................................................................................. 206 Get ........................................................................................ 207 Yeni il ................................................................................... 208 Gözləyə-gözləyə Kitablar haqqında ................................................................. 209 İclas ...................................................................................... 209 Hanı ...................................................................................... 210 Gözləyə - gözləyə ................................................................. 210 Ölümün gözləyən adam ....................................................... 211 Qaragül quzuları ................................................................... 213 İtlər ....................................................................................... 214 Yaralı gürzə .......................................................................... 215

Nizami Muradoğlu

248

Ölüm fabrikləri ..................................................................... 216 Ölüm ya həyat ...................................................................... 217 Dördlüklər ........................................................................... 219 Poema Haqqa yol gedirəm ............................................................... 223

«Åëì âÿ Òÿùñèë» няшриййатынын äèðåêòîðó: ïðîôåññîð Íàäèð ÌßÌÌßÄËÈ

Êîìïöòåð äèçàéíåðè: Zahid Məmmədov Səhifələdi: Rövşanə Nizamiqizi Korrektor: Məleykə Məmmədova Texniki redaktor: Qumral Mirzəyeva

×àïà èìçàëàíìûø 12.03.2015

Øÿðòè ÷àï âÿðÿãè 15,5. Ñèôàðèø ¹ 138 Êàüûç ôîðìàòû 60õ84 1/16. Òèðàæ 500

Êèòàá «Åëì âÿ Òÿùñèë» íÿøðèééàò-ïîëèãðàôèéà ìöÿññèñÿñèíäÿ ñÿùèôÿëÿíèá ÷àï îëóíìóøäóð.

E-mail: [email protected] Òåë: 497-16-32; 050-311-41-89

Öíâàí: Áàêû, È÷ÿðèøÿùÿð, 3-úö Ìàãîìàéåâ äþíýÿñè 8/4.