MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS...

12
MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS QENDER MODELLƏRİ Özünə arzulamadığını başqalarına etmə, onda, nə dövlətdə, nə də ailədə sənə qarşı şmənçilik qalmaz. Konfutsi İnsanın qəlbi başdan ayağacan onun, digər insanlara insani münasibətlərdən ibarətdir. Bunun dəyəri bütövlükdə insanın can atdığı adamları, başqa insana göstərə biləcək, ifadə edə biləcək insani münasibətlərdən ibarətdir. S.L.Rubinşteyn Şəxsiyyət ictimai münasibətlərin subyekti və obyekti kimi Qender münaqişələrində şəxsiyyətin modelləri və davranış strategiyaları Şəxsiyyətin qender statusu Şəxsiyyət ictimai münasibətlərin subyekti və obyekti kimi Həyat təcrübəsi göstərir ki, insanlar nə qədər müxtəlif və bir-biri üçün anlaşılmaz olsalar da, onların diqqətində əgər yaxınlarının sevinci və bundan sevinmək bacarığı olsa, onlar bir yerdə olacaqdır. Buna görə hər bir insan öz münasibətlərində plastik və çevik olmağa səy göstərməli, hakim vəziyyətdən asılı vəziyyətə, ürəkaçıqlılıqdan çox avtonomluğa və s. asanlıqla keçməyi öyrənməlidir. Belə keçidlər nə qədər asan olsa, insanlar onlara nə qədər az fikir versələr, onda qarşılıqlı inciklik, qıcıqlanma, narazılıq və münaqişələr də bir o qədər az olar. Yaxın qohumlarını, dostlarını, kolleqalarını daha yaxşı anlamaq, onlarla olan münasibətlərə yenidən baxmaq, qarşılıqlı anlaşma şəraitində çətinliklərin konstruktiv dəf edilməsini öyrənmək istəyi insanların cəmiyyətdə bir-biri ilə əlaqələrinin əsas amilləridir. Söhbət tək bir insan haqqında getdikdə isə, adətən fərd (individ), şəxsiyyət və fərdiyyətdən gedir. Onlar mənaca eyni olsa da, sinonim kimi üst-üstə şmür, bərabər deyil. Onlar insan insan mahiyyətinin müxtəlif tərəflərini müəyyənləşdirir. Fərd canlı orqanizmdir, insan nəslinə mənsub olan bioloji varlıqdır, bu sifətdə onun dünyaya gəlməsi, onun fizioloji vəziyyəti və psixikası, sosial mühitə uyğunlaşma imkanları qeydiyyata alınır. Fərd varlıq subyekti, maddi istehsalın və istehlakın ictimai sisteminin elementi olmaqla yanaşı, fəaliyyət, həmçinin müəyyən tarixi hərəkatın gedişatı nəticəsində əmək və təsərrüfat üsullarıneın mənimsənilməsi və təkrar istehsalı prosesində formalaşır və inkişaf edir. Şəxsiyyət nisbətən həm bütün insanlara xas olan təbii xüsusiyyətlərin, həm də sosial amillərin təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin cəmini ifadə edir. Hər bir insan fərd kimi doğulur, amma özünün təbii, sosial və mənəvi varlığının nisbi sərbəstliyini və ziddiyyətini əyyən dərəcədə dəf edərək, ətraf dünyanı dərk etmək və dəyişdirmək bacarığını göstərərək şəxsiyyət olur. Fərddən fərqli olaraq şəxsiyyət tarixi inkişafın statisti deyil, əksinə, ictimai münasibətlərin və əlaqələrin fəal hərəkətə gətirdiyi subyekti və obyektidir. Fərdiyyət konkret şəxsiyyətin özünəməxsus və təkrarolunmaz xüsusiyyətlərinin aşkarlanması, bir fərdin digər fərdlərdən fərqlənməsinin ölçüsüdür. İnsan özünün zahiri xüsusiyyətləri, xasiyyətinin spesifikası, intellektual imkanlarının orijinallığına görə sanki tək bir nüsxədə olan varlıqdır. Məsələn, qeyd ediləndə ki, siyasi iqtisadın klassiki kimi adı dünya tarixinin salnaməsinə yazılmış, dəyərin əmək nəzəriyyəsinin və bir sıra başqa iqtisadi təlimlərin banisi Adam Smit öz dövründə geniş biliyə və yüksək əxlaqi nüfuza malik olan ən savadlı adamlardan biri olmuşdur, bu zaman insanın fərdi xüsusiyyətlərinə ayrıca diqqət cəlb olunur. Xarici və Azərbaycan psixoloqları subyekt məfhumu altında həyat təcrübəsini zənginləşdirərək öz talelərini özləri yaradan, yüksək dərəcədə aktiv fəaliyyət göstərən, qarşısına qoyduğu məqsədə çatmaq üçün inadla çalışan şəxsi, yaxud insan birliyini nəzərdə tuturlar. Öz fəaliyyətinin ən kiçik nəticələri ilə kifayətlənərək passiv olan, xarici hadisələrə bütövlükdə tabe olan insanlar ictimai əlaqələrin obyekti kimi çıxış edirlər.

Transcript of MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS...

Page 1: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS QENDER MODELLƏRİ

Özünə arzulamadığını başqalarına etmə, onda, nə dövlətdə, nə də ailədə sənə qarşı düşmənçilik qalmaz.

Konfutsi İnsanın qəlbi başdan ayağacan onun, digər insanlara insani münasibətlərdən ibarətdir. Bunun dəyəri bütövlükdə insanın can atdığı adamları, başqa insana göstərə biləcək, ifadə edə biləcək insani münasibətlərdən ibarətdir.

S.L.Rubinşteyn

• Şəxsiyyət ictimai münasibətlərin subyekti və obyekti kimi • Qender münaqişələrində şəxsiyyətin modelləri və davranış strategiyaları • Şəxsiyyətin qender statusu

Şəxsiyyət ictimai münasibətlərin subyekti və obyekti kimi Həyat təcrübəsi göstərir ki, insanlar nə qədər müxtəlif və bir-biri üçün anlaşılmaz olsalar da, onların

diqqətində əgər yaxınlarının sevinci və bundan sevinmək bacarığı olsa, onlar bir yerdə olacaqdır. Buna görə hər bir insan öz münasibətlərində plastik və çevik olmağa səy göstərməli, hakim vəziyyətdən asılı vəziyyətə, ürəkaçıqlılıqdan çox avtonomluğa və s. asanlıqla keçməyi öyrənməlidir. Belə keçidlər nə qədər asan olsa, insanlar onlara nə qədər az fikir versələr, onda qarşılıqlı inciklik, qıcıqlanma, narazılıq və münaqişələr də bir o qədər az olar.

Yaxın qohumlarını, dostlarını, kolleqalarını daha yaxşı anlamaq, onlarla olan münasibətlərə yenidən baxmaq, qarşılıqlı anlaşma şəraitində çətinliklərin konstruktiv dəf edilməsini öyrənmək istəyi insanların cəmiyyətdə bir-biri ilə əlaqələrinin əsas amilləridir.

Söhbət tək bir insan haqqında getdikdə isə, adətən fərd (individ), şəxsiyyət və fərdiyyətdən gedir. Onlar mənaca eyni olsa da, sinonim kimi üst-üstə düşmür, bərabər deyil. Onlar insan insan mahiyyətinin müxtəlif tərəflərini müəyyənləşdirir. Fərd canlı orqanizmdir, insan nəslinə mənsub olan bioloji varlıqdır, bu sifətdə onun dünyaya gəlməsi, onun fizioloji vəziyyəti və psixikası, sosial mühitə uyğunlaşma imkanları qeydiyyata alınır. Fərd varlıq subyekti, maddi istehsalın və istehlakın ictimai sisteminin elementi olmaqla yanaşı, fəaliyyət, həmçinin müəyyən tarixi hərəkatın gedişatı nəticəsində əmək və təsərrüfat üsullarıneın mənimsənilməsi və təkrar istehsalı prosesində formalaşır və inkişaf edir.

Şəxsiyyət nisbətən həm bütün insanlara xas olan təbii xüsusiyyətlərin, həm də sosial amillərin təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin cəmini ifadə edir. Hər bir insan fərd kimi doğulur, amma özünün təbii, sosial və mənəvi varlığının nisbi sərbəstliyini və ziddiyyətini müəyyən dərəcədə dəf edərək, ətraf dünyanı dərk etmək və dəyişdirmək bacarığını göstərərək şəxsiyyət olur. Fərddən fərqli olaraq şəxsiyyət tarixi inkişafın statisti deyil, əksinə, ictimai münasibətlərin və əlaqələrin fəal hərəkətə gətirdiyi subyekti və obyektidir.

Fərdiyyət konkret şəxsiyyətin özünəməxsus və təkrarolunmaz xüsusiyyətlərinin aşkarlanması, bir fərdin digər fərdlərdən fərqlənməsinin ölçüsüdür. İnsan özünün zahiri xüsusiyyətləri, xasiyyətinin spesifikası, intellektual imkanlarının orijinallığına görə sanki tək bir nüsxədə olan varlıqdır. Məsələn, qeyd ediləndə ki, siyasi iqtisadın klassiki kimi adı dünya tarixinin salnaməsinə yazılmış, dəyərin əmək nəzəriyyəsinin və bir sıra başqa iqtisadi təlimlərin banisi Adam Smit öz dövründə geniş biliyə və yüksək əxlaqi nüfuza malik olan ən savadlı adamlardan biri olmuşdur, bu zaman insanın fərdi xüsusiyyətlərinə ayrıca diqqət cəlb olunur.

Xarici və Azərbaycan psixoloqları subyekt məfhumu altında həyat təcrübəsini zənginləşdirərək öz talelərini özləri yaradan, yüksək dərəcədə aktiv fəaliyyət göstərən, qarşısına qoyduğu məqsədə çatmaq üçün inadla çalışan şəxsi, yaxud insan birliyini nəzərdə tuturlar. Öz fəaliyyətinin ən kiçik nəticələri ilə kifayətlənərək passiv olan, xarici hadisələrə bütövlükdə tabe olan insanlar ictimai əlaqələrin obyekti kimi çıxış edirlər.

Page 2: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

Hər bir ayrf-ayrılıqda götürülmüş insan şüurlu, aktiv fəaliyyəti, yəni əmək, yaradıcılıq qabiliyyəti, ətraf aləmi məqsədəuyğun şəkildə dəyişdirmək bacarığı olan sosial varlıqdır. İlk əvvəl məqsəd, üsul, nəticə və məqsədəmüvafiq prosesin özü də daxil olmaqla, insanın əməyə və digər fəaliyyət növlərinə olan qabiliyyəti vacibdir. Məhz işdə, yaradıcılıqda insan özünü həm büruzə verir və göstərir, həm də bir şəxsiyyət kimi formalaşır və inkişaf edir.

Hər bir insan dövlətin, millətin, sinfin və təbəqənin nümayəndəsidir və müvafiq olaraq vətəndaş, millətin nümayəndəsi, fəhlə, kəndli, yaxud ziyalı kimi çıxış edir. Sosial müəyyənliyə malik olaraq şəxs müvafiq birliklərin spesifik keyfiyyətlərinin daşıyıcısı kimi bu və ya digər ictimai münasibətlərə daxil olur.

İctimai münasibətlərdən kənar şəxsiyyət ola bilməz, necə ki, sosial-sinfi münasibətlərdən kənar siyasi şəxsiyyət də yoxdur.

Şəxsiyyət zaman daxilində yaşayır və özünü öz keçmişi və istənilən gələcəyi ilə müqayisə edərək qiymətləndirə bilir. Bir çox psixolqlar belə hesab edirlər ki, öz-özünə qiymət vermək üçün insanın ancaq özünün düşünülməsi azdır. Hər bir öz-özünə qiymət vermə həmin xüsusiyyətin insanda olmasına bir o qədər dəlalət etmir, nə qədər ki, onun hansısa bir elatonundan, qiymətləndirmədə hesablama nöqtəsindən kənara çıxmasının dərəcəsini göstərir. (1)

Şəxsiyyət çoxölçülü hadisədir. Jorj Sand yazırdı: «Elə saatlar olur ki, mən öz-özümdən qaçıram, özümü at, quş, ağacın başı, bulud, axar su, üfüq, çiçək, ötüb keçən qeyri-müəyyən forma və duyğular şəklində hiss edirəm… mənim varlığımın genişlənməsi üçün inkişaf mühitini nə təşkil edirsə, onda yaşayıram». (2) Alimlər tez-tez sual verirlər: «Özünüdərkin ilk mərhələsi haradan başlanır, özünün digərlərindən daha xeyirxah görülməsinə nail olmuş «Mən»in özü harada yaranır…?» Materialist nöqteyi-nəzərindən şəxsiyyətin inkişafında onun başqa insanlarla münasibətlərinin təyinedici rolu ilk dəfə Lüdviq Feyerbax tərəfindən dərk edilmişdir. O, yazırdı: «Ayrı-ayrılıqda götürülmüş hər bir insan nə əxlaqi, nə də düşünən bir varlıq kimi insan məğzinə malik olmur. İnsan məğzi ancaq ünsiyyətdə, insanın insanla birliyində, yalnız Mən və Sən arasında olan fərdlərin reallığına əsaslanan birlikdə mövcuddur». (3) Bu ideyalar marksizmin hakim «ideyalarından biri olmuşdur «…insan ilk əvvəl güzgüyə baxan kimi başqa insana baxır».(4)

Öz insan ləyaqətində və hüquqlarında azad və bərabər doğulan insanlar reallıqda bir-birinə oxşamırlar. İnsanların müxtəlifliyi faktını şərtsiz qəbul etdikdə belə nəticəyə gəlmək olar ki, heç bir qüsuru və zəif cəhəti olmayan və yalnız yaxşı cəhətlərə malik olan insan yoxdur. İnsanları anlamaq, münaqişələrə və onları yaradan səbəblərə şüurlu yanaşmaq üçün ünsiyyətdə və qarşılıqlı əlaqədə olduğun insan barədə tam məlumat əldə etmək lazımdır. Unutmaq olmaz ki, hər bir insanın rəftarı, onun hərəkətləri və əməlləri bu və ya digər həyat vəziyyətində şəxsiyyətin reaksiyasını müəyyənləşdirir.

Psixoloq-mütəxəssislər insanın əsas xüsusiyyətlərindən intellektual, iradi və emosional xüsusiyyətlərini qeyd edirlər. İntellektual xüsusiyyətlərə təfəkkür, insan biliklərinin cəmi, insanda həqiqət meyli kimi xassələr, həmçinin insanın görüşləri, prinsipləri və həyat mövqeyi daxildir. İradi xüsusiyyətlər ilk növbədə insanı hərəkətə sövq edən, onun bacarığını zahirə çıxaran, başqa insanların rəğbətini qazandıran motivlərlə bağlıdır. Emosional keyfiyyətlərə xeyirxahlıq, vəzifə borcu, ləyaqət, dostluq, məhəbbət və s. bu kimi mənəvi dəyələrlə bağlı ən müxtəlif əsəb gərginliyi, duyğu və hisslər aiddir.

Bütün emosiyalar birlikdə həyat qüvvələrinin aktuallaşmasından, şəxsiyyətin insanlara xeyir verməsindən, cəmiyyət və özü qarşısında öz hərəkətlərinə görə cavabdehliyindən səmərəli şəkildə xəbər verə bilir.

İnsanın ən vacib xüsusiyyətləri sırasında öz xüsusi sosial əhəmiyyətinə görə ədalət, məsuliyyət hissi və hüquq düşüncəsi seçilir. Şəxsiyyətin bütün bu xüsusiyyətləri şübhəsiz ki, münaqişələrin yaranmasında, onların sonrakı inkişafına və həllinə təsir göstərir.

Mütəxəssislər insanın daha bir xüsusiyyətini qeyd edirlər ki, bu da refleksiyadır, yəni hər bir insanın öz bilik və hərəkətlərinin təhlil etməsi, onların sərhədləri və mənası, başqaları tərəfindən qavranılması və qiymətləndirilməsi barədə düşünməsi.

İnsanın bir sıra genetik keyfiyyətləri xüsusi qeyd olunmalıdır. Əvvəla, münaqişəik və temperament – Hippokrat dövründən insan psixikasının dinamik xüsusiyyətlərini səciyyələndirən sabit keyfiyyətlərə görə onu sanqvinik, fleqmatik, xolerik və melanxoliklərə aid edilməsi arasında vasitəli qarşılıqlı əlaqə mövcuddur. Məlumdur ki, sanqvinik fəal və cəlddir, insanlarla asan dostlaşır, həyatsevər və

Page 3: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

fəaliyyətlidir, lakin yeknəsəq və usandırıcı işi sevmir. Fleqmatik davranışdan daha təmkinli və səbirlidir, özünü saxlaya bilir, lakin fəallığı bir qayda olaraq azdır. Xolerik tündxasiyyət və həddən artıq düzgünlüyü sevən olur, tez-tez yüksək işgüzarlıq nümayiş etdirir, amma onun fəallığı və enercisi gah həddən artıq çox olur, gah da müvəqqəti olaraq azalır. Melanoxolik həssas, emosional və xeyirxah olur, lakin çox vaxt qətiyyətsizlik və lənglik göstərir, yeni şəraitə çətin uyğunlaşır, uyğursuzluğa tab gətirə bilmir, tez ruhdan düşür.

Şəxsiyyətin fərdi xüsusiyyətinin, aydın ifadə edilmiş psixoloji xüsusiyyətlərinin onun münaqişəli olmasına təsir etməsi daha çox gözə çarpır.

İnsanın temperamenti şəxsiyyətlərarası münaqişələr zamanı onun hərəkətlərinə çox mühüm təsir göstərir. Məsələn, xoleriki münaqişədə cəlb etmək asandır, fleqmatiki isə əksinə, özündən çıxartmaq çətindir.

Münaqişəin yaranmasında və inkişafında şəxsiyyətin xasiyyətinin xüsusiyyətləri, başqa xarakteristikaları vacib rol oynayır. Şəxsiyyətin iki əsas psixoloji meylləri mövcuddur: eksraniversiya – intraversiya; emosional sabitlik… Xarici mühitdən həmişə stimulyasiya, «qidalanma»nı tələb edən insanlar ekstravert adlanır. Bu tip insanlar ünsiyyəti sevən, yeni-yeni təəssüratlara can atan, risqə meylli, dəyişiklikləri sevən olur. Həyat fəallığı üçün öz daxilindən stimul götürən, əsasən öz daxili aləmi ilə yaşayan insanlar intravert adlanır. Bu tip insanlar qapalıdır, intizamı sevir, az adamla dostluq edir, lakin dostluqda sadiq olurlar. Emosional cəhətdən dəyişkən insanlar daimi emosional gərgindliyi, şəxsi təhlükəyə, uğursuzluğa və səhvlərə qarşı həddindən artıq həssaslığı ilə səciyyələnirlər. Emosional cəhətdən sabit insanlara emosional tarazlıq xasdır, onlar başqalarının həyəcanını dərindən hiss etməyə qadir deyil. Xarakter xüsusiyyətini göstərilən tipologiyası Karl Yung (1875-1961-ci illər) tərəfindən «Psixoloji tiplər» (1921-ci il) kitabında verilmişdir. Adı çəkilən kitab bu günədək ən əsaslı kitablardan biri sayılır, ondan həm nəzəri, həm də praktiki psixologiyada geniş istifadə edilir. A.Adlerin fikrinə görə xaraktrerin formalaşması insan həyatının ilk beş il ərzində baş verir. Həmin dövrdə insan onda keyfiyyətsizlik kompleksini yaradan mənfi amillərin təsirini öz üzərində hiss edir. Sonralar həmin kompleks şəxsiyyətin davranışına, onun fəallığına, təfəkkür tərzinə və s. mühüm təsir göstərir.

Bu tipologiya inandırıcı surətdə göstərir ki, insanların xarakteri müxtəliıfdir (ən azı 16 tipli xarakter mövcuddur). Xarakter tiplərinin bir-birinə uyğun gəlməməsinə görə anlaşılmazlıqlar hər kəsin yalnız öz istəklərini heç bir güzəştlə yol vermədən müdafiə etdikdə başlanır.

İnsanlar öz xarakterlərinin xüsusiyyətlərini nə qədər yaxşı bilsələr, bir o qədər başqa insanlarla onların qarşılıqlı əlaqələri xeyirli ola bilər.

Erik Eriksonun (1902-1994-ci illr) nəzəriyyəsinin məğzi ondan ibarətdir ki, o, şəxsiyyətin psixososial inkişafında hər bir insan tərəfindən öz böhranının keçirilməsi ilə bağlı olan mərhələləri ideyasını irəli sürüb və əsaslandırıb. Lakin hər bir yaş dövründə böhran vəziyyətinin ya əlverişli, ya da əlverişsiz surətdə rəf edilməsi baş verir, şəxsiyyətin inkişaf səviyyəsi şəxsiyyətlərarası münaqişələrinin yaranmasına təsir göstərən daha bir vacib amildir. Şəxsiyyət özünün sosiallaşması, sosial təcrübənin fəal surətdə mənimsəməsi və təkrar istehsal etməsi prosesində inkişaf edir və təkmilləşir. İnsan öz hərəkətlərini hamı tərəfindən qəbul edilmiş normalara və ətrafdakıların davranış qaydalarına uyğun dəyişdirməyə məcburdur. Bunun üçün də o öz temperamenitinin və xasiyyətinin təzahürünü daim nəzarət altında saxlamalı olur.

Sosiallaşma anlayışı sosiologiya, psixologiya, politologiya və digər bu kimi tədris fənlərinin mərkəzi anlayışlarından biridir. Sosiallaşma anlayışının bu fənnlərin hər birində öz mənasını daşımasına baxmayaraq, ümumilikdə sosiallaşma altında bütün sosial proseslərin cəmi kimi başa düşülür. Bu proseslər siyasətində hər bir fərd sosial təcrübəni mənimsəyir, ünsiyyət və fəaliyyət nəticəsində onun, cəmiyyətin üzvü kimi fəaliyyət göstərməsinə imkan verən müəyyən norma və dəyərləri əldə edir.

Sosiallaşmanın çox nəzəriyyələri mövcuddur. Onların bir hissəsi oğlan və qızların sosiallaşdırmada fərqləndirilməsinə bir o qədər fikir vermir, digər hissəsi isə kişi və qadın eyniliyinin qazanılması prosesində fərqləri, nəzəri quruluşun mərkəzində saxlayır. Kişi və qadının sosiallaşmasına dair daha çox məşhurlaşmış nəzəriyyələrdən biri də, bioloji amillərə xüsusi diqqət yetirən Avstriya psixoloqu Z.Freydin nəzəriyyəsidir. Qender rolunun əsas psixoloji mexanizmi uşağın öz valideynləri ilə eyniləşdirilməsidir. Eyniləşdirmənin əldə edilməsinə digər yanaşmalara, Fransa psixoloqu Jan Piacenin sosialı öyrənmək nəzəriyyəsində rast gəlinir. Bu nəzəriyyədə tipləşdirmə mexanizminə xüsusi fikir verilir

Page 4: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

– valideynlərə fəal təsir göstərmək, öz cinsi barədə «düzgün» təsəvvürlərin formalaşması: adın seçilməsi, geyimdə və oyuncaqlarda, rəğbətləndirmə və cəzalandırmada fərqlər.

Son onilliklərdə əvvəlki nəzəriyyələrdə (N.Çadorou, S.Bem və başqaları) olan qüsurların aradan qaldırılmasına can atan yeni sosiallaşma nəzəriyyələri meydana gəlmişdir. Belə ki, Z.Freydin davamçısı olan, amerikalı psixoloq Nansi Çadorou psixoanaliz əsasında hal-hazırda nüfuz qazanmış bir nəzəriyyə yaratmışdır. O, sübut etmişdir ki, inkişafın genital mərhələsində (4-6 yaş) ən çox çətinlik və əziyyət çəkən qızlar yox, oğlanlar olur. Deyilənlər onunla əlaqədardır ki, əvvəlcə bütün uşaqlar özlərini anaları ilə eynəlişdirirlər (1 yaşdan 3 yaşadək), və ancaq sonra oğlan uşaqları bu eyniliyi dəyişdirməyə məcbur olurlar, bu da onların həddən atıq fəal, qərarsız, xəstəliklərə nail olma kimi problemlərə gətirib çıxarır.

Böyüməkdə olan nəsil üçün əxlaqi norma və dəyərlərin formalaşmasına üstün təsir göstərən qruplar və ya ayrı-ayrı şəxslər sosiallaşma institutları adlandırılır. Onlara aiddir: ailə, məktəb; məktəbdən kənar ictimai uşaq təşkilatları, yaşlılar, kütləvi informasiya vasitələri. Bu sosiallaşdırma institutlarının bir-birinə təsiri nəticəsində hər bir fərd müəyyən qender rolları və stereotipləri yığımını əldə edir. Lakin, bir çox müasir sosioloqların fikrinə görə, insanın sosiallaşması bununla başa çatmır və bütün ömrü boyu davam edir. Həyat təcrübəsini əldə etdikcə, kişilər və qadınlar maskulinlik və feminlik haqqında öz təsəvvürlərini əhəmiyətli dərəcədə dəyişə bilər və öz davranışlarını dəyişdirə bilərlər.

Qender münaqişələrində şəxsiyyətin modelləri və davranış strategiyaları

Gündəlik həyatda temperament, xarakter və refleksiyanın xüsusiyyətləri ən müxtəlif formalarda özlərini göstərə bilər, şəxsiyyətdaxili və şəxsiyyətlərarası münaqişələrə gətirib çıxara bilər.

İşgüzarlıq və peşəkarlıq fəaliyyəti şəraitində onlar əsasını təşkil edən insanın sosial statusu ilə sıx bağlı olan qender roldaxili münaqişəi təşkil edir.

Həyat insanları daima dilema qarşısında qoyur – instinkt ilə bağlı tələbatların dalınca getmək və ya sosial normalara riayət etmək, ümumi maraqları gözləmək və ya şəxsi xeyri güdmək. Seçim çətinliklərin və güzəştlərin zəruriliyi motivlərini və onların reallaşmasının böhranını yaradır, planların və umidlərin pozulmasına gətirib çıxarır. Şəxsiyyətdaxili, həmçinin şəxsiyyətlərarası münaqişələr ümumi cəhdlərin ahəngliyinə ciddi xələl gətirir, həyat ritmini və işgüzarlıq şəraitini pozur. (5)

Karen Horni (1885-1952-ci illər) şəxsiyyətin formalaşmasına ətraf sosial mühitin təsirini öyrənərkən, qeyd edirdi ki, şəxsiyyətdaxili münaqişəin yaranmasına və inkişafına əhəmiyyətli dərəcədə məhz bazar münasibətləri təsir göstərir. Onun müşahidələrinə görə bazar və ümumi rəqabət, şəxsiyyətin strukturunda rəqabət problemini ön plana çəkir. Hamının hamıya qarşı ümumi mübarizəsi şəraitində daim rəqabət, şəxsiyyətdə nəinki başqalarına qarşı, həm də özünə qarşı düşmənçilik hissini oyadır. (6)

Müasir qərb cəmiyyətini «xəstə cəmiyyət» hesab edən amerikalı psixoloq E.Fromm bazar münasibətlərinin şəxsiyyətdaxili münaqişəyə təsiri barədə məsələni əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Həmin cəmiyyətin əsas xəstəliyi onun bütün sahələrinə, sosial təbəqə və qruplar, birlik və ayrı-ayrı fərdlər arasındakı münasibətlərə nüfuz edən ümumi rəqabət və soyuqluqdur. Soyuqluq şəxsiyyətin daxili strukturuna zərbə vurur. İnsanın özündən, öz məğzindən soyuması baş verir. Şəxsiyyətin məğzi və varlığı arasında münaqişə yaranır. Bir tərəfdən, insan özünü kim hiss etməsi, onun bacarıqları və imkanları arasındakı, digər tərəfdən isə, bazarın ona verdiyi tələblər arasındakı uçurum daimi şəxsiyyətdaxili münaqişənin əsasını təşkil edir. (7)

Alimlər və mütəxəssislər münaqişənin şəxsiyyətə aid elementlərinə münaqişə vəziyyətin yaranmasına və inkişafına təsir göstərən hər hansı bir şəxsin psixofizioloji və davranış xüsusiyyətlərini daxil edirlər.

Konfiktin şəxsiyyətə aid elementləri arasında ilk növbədə aşağıdakılar qeyd edilməlidir: davranışın əsas psixoloji dominantları; xarakter xüsusiyyətləri və şəxsiyyət tipləri; ideal fərdi tipi yaradan şəxsiyyət məqsədləri; qeyri-adekvat qiymətləndirmə və mənimsəmə; davranış tərzi, əxlaqi dəyərlər. Xeyir və şər, ədalət və ədalətsizlik, həm kişi, həm də qadın hərəkətlərinin düzgün və yalançı olması haqqında insan təsəvvürlərini əks etdirən etik normalar insan münasibətlərinin daimi və əsas nizamlayıcı amillərindən biri olmuşdur.

Elmi ədəbiyyatda şəxsiyyətin münaqişə vəziyyətində davraışının üç əsas modeli verilir: konstruktiv, destruktiv və konformist.

Konstruktiv (məhsuldar) model: münaqişəni həll etməyə çalışır, münasib həllin tapılmasına yönəlir, təmkinlilik və soyuqqanlılıqla, rəqiblərə xeyirxah münasibətlə fərqlənir. Destruktiv (dağıdıcı)

Page 5: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

model: münaqişənin genişlənməsi və kəskinləşməsinə həmişə can atır, partnyoru alçalt-mağa çalışır, onun şəxsiyyətini neqativ-qiymətləndirir, davranış etikasını pozur və s. Konformist (uyğunlaşdırıcı) model: passivdir, güzəşt etməyə meyllidir, öz qiymətlərində, davranışında məntiqsizdir, rəqibin nöqteyi-nəzəri ilə tez razılaşır və s.

Davranışın konformist modelinin təhlükəliliyi ondadır ki, həmin model rəqibin aqressivliyinə səbəb olur, hərdən bir isə bu aqressivliyi təhrik edir. Lakin konformist modeli müsbət rol da oynaya bilər. Münaqişəni yaradan ziddiyyətlərin əhəmiyyəti az olduğu halda konformist davranışlı münaqişənin tez həll edilməsinə gətirib çıxarır. münaqişələrdə münaqişələrdə, davranış modellərini aşağıdakılara ayırırlar: qarşıdurma, boyunqaçırma, uyğunlaşma, kompromis, əməkdaşlıq, assertivlik. Qarşıdurma – inadlı, güzəştsiz, əməkdaşlığı rədd edərək öz maraqlarının müdafiə edilməsidir. Boyun qaçırma – münaqişədən qaçmaq üçün cəhd göstərmək, ona böyük əhəmiyyət verməməklə bağlıdır. Uyğunlaşma – qarşılıqlı əlaqələrin saxlanılması üçün subyektin öz mənafeyindən əl çəkməsinə hazır olmasını nəzərdə tutur. Kompromis qarşı duran tərəflər müvafiq həlli yolunu tapana qədər hər iki tərəfdən güzəştlərin olması deməkdir. Əməkdaşlıq – prob-lemin həlli üçün tərəflərin birgə cəhd göstərməsidir. Assertiv (ingilis sözü assert-təsdiq etmək, müdafiə etmək deməkdir) davranış – başqalarının hüquqlarını məhdudlaşdırmadan insanın öz maraqlarını müdafiə etmək və məqsədlərinə çatmaq bacarığını nəzərdə tutur.

Biheviorizm (inciliscə «behaviour» davranış deməkdir) – sosioloji psixoanalizin, müyşahidə edilən stimullar və onlara reaksiya vasitəsilə fərdlərin davranışını öyrənməyə imkan verən istiqamətlərindən biridir.

Fərdlərin psixikası səviyyəsində kişi və qadın davranışının ən gizli anomaliyaların öyrənmək üçün tez-tez Z.Freydin psixoanalizinə və E.Frommun «kollektiv şüursuz» konsepsiyasına müraciət edirlər. Belə ki, Freydə görə, insan təbiətcə münaqişəlidir. Doğulduğu gündən onun davranışını müəyyənləşdirən iki əks instinkt bir-biri ilə mübarizə edir. Belə ins-tinktlər eros (həyatı və özünüqoruma instinkti) və tanatosdur (ölüm, təzahür və dağıtma instinkti). İnsanın münaqişəli təbiəti Z.Freydin, şəxsiyyətin strukturu barədə görüşlərində daha dolğun və konkret təsvir edilib. Freydə əsasən, insanın daxili aləmi özündə üç istansiya cəmləşdirir. O (Id), Mən (Ego) və Super-Mən (Super-Ego).

Qender münaqişələrinin araşdırılması zamanı yaranan ziddiyyətlərin konstruktiv həllinə kömək edən davranış strategiyalarının müəyyənləşdirilməsi çox vacibdir. Elmi ədəbiyyatda şəxslərarası münaqişəli vəziyyətində əsasən üç başlıca davranış strategiyası göstərilir. Birinci strategiya davranışın güc strategiyalarına aiddir və partnyorun maraqlarını nəzərə almadan öz şəxsi maraqlarının əldə edilməsinə yönəlib. Bu strategiya hakim olma, mübarizə və rəqabət terminləri ilə təsvir olunur. İkinci strategiya münaqişədə qarşılıqlı təsirin əsasında münaqişədən uzaqlaşma cəhdi olan davranış formaları durur. Onlar, problemə əhəmiyyət verməmək, onun mövcudluğunu etiraf etməmək, problemin həll olunmasına qarşı çıxmaq xarakterli ola bilər. Münaqişədən uzaqlaşmanın bir növü də güzəştə getmək, öz mənafeyi və məqsədlərindən əl çəkməkdir. Üçüncü strategiya şəxslərarası münaqişələrin həlli üçün daha münasib yol kimi qiymətləndirilən danışıq strategiyasıdır. Danışıqların məğzi hər iki tərəfin mənafelərini az və ya çox dərəcədə təmin edən həllin tapılmasındadır.

Qender rolları çərçivəsində davranışın məzmunlu xarakteristikalarını şəxsiyyətlərarası münaqişələrdə davranış strategiyaları ilə müqayisə ediləndə görünür ki, ənənəvi rol davranışının qender stereotipləri var. Ənənəvi rolu reallaşdıran kişi davranışı üçün ikinci strategiya səciyyəvidir, halbuki danıışıq strategiyası daha səmərəlidir.

Şəxsiyyətin qender statusu «Sosiallaşdırma» anlayışı «status», «eynilik» və «fərqlənmə» kateqoriyaları ilə sıx bağlıdır.

Həqiqətdə bütün cəmiyyətlərdə insanların dövlətə, hakimiyyətə olan münasibətlərində müəyyən bərabərsizlik mövcuddur. Buna görə sosiallaşdırma prosesi son nəticə həmçinin bu və ya digər ictimai statusunu (lat. «status» – vəziyyət, hal deməkdir) əldə edilməsi prosesi olur.

Status – insanın müəyyən vəzifə və hüquqları tələb edən sosial sistemdəki mövqeyidir. Hər hansı konkret bir şəxsin bir neçə statusu ola bilər, lakin, adətən, ancaq onlardan biri, onun ictimai vəziyyətini ifadə edir. Məsələn, fəhlənin, fermerin, mühəndisin, bələdiyyə işçisinin, dövlət məmurunun statusu onların ictimai vəziyyətini bildirir. R.Linton tərəfindən təklif olunan status – rol konsepsiyası çərçivəsində «rol» və «status» anlayışları vasitəsilə cəmiyyətin müxtəlif sistemləri ilə fərdin əlaqələri

Page 6: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

açıqlanır. R.Lintonun fikrincə, status həmin sistemdə fərdin tutduğu yeridir. Rol anlayışını o, müəyyən statusla bağlı olan bütün mədəni davranış nümunələrinin cəminin təsvir olunması üçün istifadə edir. (8)

Status həm də mövcud birlikdə konkret şəxsin tutduğu yeri bildirir. Bundan fərqli olaraq, sosial rol – öz statusunu təsdiqləmək məqsədilə şəxsiyyət tərəfindən görülən hərəkətlər məcmusudur. Başqa sözlə, hər bir status – müəyyən rollar toplusudur.

Dünya ölkələrinin sosial təcrübəsi onu sübut edir ki, XX əsrin ikinci yarısından etibarən cinsi xüsusiyyətlər bir sıra məsələlər, o cümlədən peşə seçimi, təhsil, məşğulluq məsələlərinin həllində getdikcə daha az rol oynayır. Qadınlar üçün qapalı olan peşələr, fəaliyyət sahələrinin siyahısı getdikcə azalır.

Qender bərabərliyi insan inkişafının özəyidir. Dövlət tərəfindən müvafiq strategiya tələb olunur ki, qadınlar kişilərlə bərabər şəkildə öz hüquq və azadlıqlarını realizə edə bilsin, həyat fəaliyyətinin bütün sahələri, o cümlədən qərarların qəbul edliməsində iştirak etsin.

Hələ sovet dövründə qadınlara sosial qeyri-bərabərliyi (kişilərlə bərabər görülən işə daha az maaşın verilməsi, bir çox peşələrə qoyulan qadağa, işə götürüləndə məhdudiyyətlərin qoyulması və digər hüquq pozuntuları) çox vaxt güzəştlər sistemi, qadınların bioloji-fizioloji xüsusiyyətlərini nəzərə alan dövlət qayğısının ifadəsidir. Qeyd etmək lazımdır ki, yenidənqurmadan qabaq. «cinsin sosiologiyasının» empirik bazası hələ formalaşmamışdı, çünki ölkədə xüsusi sosial-demoqrafik qrup və siyasət subyekti olan qadınlara aid ayrıca sosioloji tədqiqatlar keçirilmirdi. İlk dəfə qadınların sosial statusuna aid sosioloji tədqiqat 1990-cı ildə keçirilmişdir. Həmin ildə Moskvada, keçmiş SSRİ-də ilk dəfə olaraq «Qender tədqiqatları: vəziyyət və perspektivlər» mövzusunda beynəlxalq seminar keçirildi.

Yenidənqurma mərhələsindən sonra qender sosiologiyasına maraq artdı. «Cinsin sosiologiyasından» fərqli olaraq, qender sosiologiyasında, cinsi qrupların bioloji, fizioloji və psixoloji fərqlərini nəzərə almaqla yanaşı, burada ön plana kişi və qadın sosial birliklərinin, onların davranışı və sosial statusunun xüsusiyyətləri çəkilir. Fərqlərin ən vacib səbəbi – əhalinin, (xüsusilə qadınların) həyat səviyyəsinin aşağı düşməsi, bütövlükdə ictimai və dövlət quruluşunda baş verən əsaslı dəyişikliklər, postsovet cəmiyyətində islahatların düşülünülməmiş şəkildə keçirilməsi ətrafında tədqiqatların aparılması olub.

Qender sosiologiyasının predmeti – cəmiyyətdə qadın və kişilərin sosial statusu, konkret (tarixi, siyasi, mənəvi) şəraitinin təsiri altında bu statusun inkişafıdır. Onun obyekti – sosial status və rol vəzifələri, psixoloji durum, davranış və şüurla bir-birindən fərqlənən iki böyük sosial-demoqrafik birliyini təşkil edən kişi və qadınlardır.

Keçmiş SSRİ-də qadınların sosial statusu haqqında məsələni ilk dəfə olaraq N.K.Zaxarova, A.İ.Posadskaya və N.M.Rimaşevskaya «Qadın məsələsini biz necə həll edirik» məqaləsində qaldırıblar. Burada «…əxlaqi, iqtisadi, demoqrafik hadisələr qadının cəmiyyətdə vəziyyətinin, onun sosial statusunun çalarları kimi qarşımızda durur», yəni ilk növbədə söhbət, qadınların sosial-iqtisadi və siyasi vəziyyətindən gedirdi; Qərb feminist nəzəriyyəsinin inkişafı üçün böyük rol oynamış «qadın təcrübəsinin mövcudluğunu sübut edən bir sıra göstəricilərdən gedir «yenidənqurma» adlanan dövrə təsadüf edərək, böyük sosial qrup olan qadınların ekzistensial vəziyyətini vurğulayırlar. Misal üçün, məqalədə göstərilir ki, işləyənlərin yarısını təşkil edən qadınlar, qadın əməyini daha çox təmsil edən sahələrdə «cəmlənib», burada isə əmək haqqı digərlərindən 25-30% aşağıdır. Qadınlar ağır fiziki əməklə məşğul olur: 4 mln. artıq qadının iş şəraiti, əməyin mühafizəsi qaydaları və normalarına uyğun gəlmir.

Avstriyalı alim Otto Veyningerin (1880-1903-ci illər), XX əsrin əvvəlində rus dilinə tərcümə edilən «Cins və xasiyyət» kitabı sərt diskussiyalara səbəb oldu. Bu kitabda, böyük diqqət, qadınların spesifik kişi xüsusiyyətlərinə qarşı qoyulan psixoloji xüsusiyyətlərinin təsvirinə yetirilir. (9)

XX əsrin əvvəllərində, qadının cəmiyyətdə statusu və rolu, onun psixoloji keyfiyyətləri, psixoloqlardan çox ictimai xadimlər, fiosoflar, təbii elm nümayəndələrini düşündürmüşdür. Məs., rus bioloqu İ.İ.Meçnikov (1845-1916-ci illər) yazırdı: «Mən hesab edirəm ki, … qadınların mütərəqqi inkişafı, onun, uşaqları dünyaya gətirmək, qidanlandırmaq və tərbiyə etmək qabiliyyətinə zidd aparılmalıdır…» Cins problemi, V.Solovyev, S.Bulqakov, N.Berdyayev və digər Rusiya filosoflarının əsərlərində qaldırılmışdır. Bütün bu əsərləri birləşdirən, kişi və qadınların psixoloji keyfiyyətlərinin qarşı-qarşıya qoyulması idi. Məs., S.Bulqakov hesab edirdi ki, psixoloji mənada kişi və qadınlar xeyli fərqlidir: kişilər – həmişə fəaliyyətdə olur, məntiqlə düşünür, təşəbbüskardır, qadın – daha çox instinktlərinə uyğun hərəkət edir, özünü, canını fəda bilir, sadəliyi əldə rəhbər tutur.

Page 7: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

Alim-psixoloqlar cins və cinslərarası münasibətləri problemindən canfəşanlıqla qaçmağa çalışsalar da, 60-70-ci illərdə bu problemlərə həsr olunmuş yazılar nəşr olunmağa başlanıb. İlk növbədə burada tanınmış Rusiya alimləri İ.S.Kon və B.Q.Ananyevin əsərlərini qeyd etmək lazımdır. İ.S.Konun «Cinsi fərqlər və sosial rolların fərqləndirilməsi» məqaləsi «Bioloji və sosiolojinın nisbəti» məcmuəsində çap olunmuşdur (1975-ci il). Burada kişi və qadınların sosial rolların qarşıdurması iki aspektdə təhlil olunur: differensial-psixoloji və sosial-normativ.

XX əsrin 90-cı illərində keçirilmiş tədqiqatlar, qadın və kişilərin davranışının səciyyəvi cəhətlərinə, onların şəxsiyyətinin xüsusiyyətlərinə həsr olunmuşdur. Müəyyən edilmişdir ki, ideal kişi haqqındakı təsəvvürlərə, şəxsiyyətin ənənəvi maskulin keyfiyyətləri, o cümlədən cəsarət, iradə möhkəmliyi, dözümlülük, özünəinam, qətiyyət və məsuliyyət daxildir. İdeal qadın obrazına isə həm feminin, həm də maskulin keyfiyyətləri daxildir (zəriflik, qayğıkeşlik, özünə əmin olmaq, fəallıq), yəni, mahiyyət ehtibarilə bu obraz androginlidir.

Cinsin psixologiyası üzrə keçirilən bütün tədqiqatlar, qender tədqiqatlarının müqəddəm şərti olaraq, qender psixologiyasının formalaşması üçün zəmin yaratmışdır. Qender psixologiyasında qeyd edilir ki, qadın və kişilərin psixologi-yasında qeyd edilir ki, psixi keyfiyyətləri, onların cinsi mənsubiyyətindən hər vaxt heç də asılı olmur. İbtidai icma cəmiyyətində qadın və kişi rolllarının inkişaf etmiş sistemi artıq mövcud idi, kişi və qadın cinsinin təsviri üçün mürəkkəb adət-ənənələr var idi. Lakin burada heç də hər bir şey göründüyü kimi sadə deyildi. Birincisi, kişi və qadın rolları əsaslı şəkildə müxtəlif birliklərdə bir-birindən fərqlənirdi. Bunun haqqında ilk dəfə olaraq Amerika antropolu Marqaret Mid «Cins və temperament» əsərində yazmışdır. Öz əsərində o, Yeni Qvineya ərazisində yaşayan bir neçə tayfada sırf kişi və sırf qadın keyfiyyətlərini izlədi. Nəticədə müəyyən edilmişdir ki, birinci tayfada (arapaşi) həm kişi, həm qadınlarda qadın rolları üstünlük təşkil edir və qadın xasiyyətinin cizgiləri yüksək qiymətləndirilirdi. İkinci tayfanın (mundu qomorı) həm kişilərə, həm qadınlara zabitəlik və təcavüzkarlıq xas idi. Üçüncü tayfanın nümayəndələri (tçambuli) arasında qender rolları vərdiş etdiyimiz şəkildə paylanılmamışdı: qadınlar balıq tutur, alver edirdilər, kişilər özlərini bəzəyir və bayram mərasimləri üzərində düşünürdülər. (10)

İkincisi, bu cəmiyyətlərdə adamlar var idi ki, onlar mövcud cins-rol bölgüsünə sığmırdılar. Məs., İ.S.Konun «Dan yeri söküləndə ay işığı» (1997-ci il), Şimali Amerika, Afrika, İndoneziya, Sibir və Uzaq Şimalın 113 tayfasında «orta» və yaxud «aralıq» cinslərin yayılması müşahidə edilir.

Qender psixologiyasında cinsi fərqlər probleminin təhlili zamanı, əsas diqqət kişi və qadınlarda mövqelər, rollar, statuslarda ağalıq-tabelilik münasibətlərinə yetirilir. Burada qeyri-bərabərlik, diskriminasiya və seksizm problemləri fəal şəkildə müzakirə olunur. Şəxsiyyətin sosial statusunu müəyyən edən amillər sırasında üstünlüyü sosiomədəni amillərə verirlər.

İnsan ömrü boyu statusları ardıcıl şəkildə dəyişdirə bilər, onların sayı 6-10 dəfə verilən imkanları ilə məhdudlaşır. Bu və ya digər cinsə aidiyyatı mövhumunun təsiri altında formalaşan insan statusunun tərəfi ömür boyu dəyişilməz olaraq qalır. Qender stratifikasiyası deyiləndə, insanın cinsi ilə əlaqədar olaraq, cəmiyyətdə status bölgüsü və sosial məkanda onların ümumi düzülüşü nəzərdə tutulur. Hal-hazırda qender problemlərinin tədqiqatçıları tez-tez belə bir qənaətə gəlirlər ki, qender stratifikasyasında bioloji yox, mədəni əsaslar daha mühüm əhəmiyyət kəsb edir. Nəticədə, məhz sosiallaşma prosesi qender problemlərinin həllinə təkan verməlidir.

Fərdin cinsi mənsubiyyəti, hətta bioloji anlamında, çox mürəkkəb, müxtəlif səviyyələrdən ibarət olan, fərdi inkişaf nəticəsində əmələ gələn bir sistemdir. Alimlər məhz ona görə təsdiqləyirlər ki, şəxsiyyətin qender statusu sırf bioloji cinslə əlaqədar olsa da, buraya, qadın və ya kişi olmaq nədir? sualın cavabı, onların öz cinsi haqqında təsəvvürlər də daxil olunur. Bu təsəvvürlər qender identikliyi adlanır.

Bioloji cins və qender identikliyi arasında qarşılıqlı, mürəkkəb asılılığın xüsusi gözəçarpan nümunəsi kimi, hormafroditlərin (insanda həm erkəklik, həm dəyişilik əlamətlərinin olması) tədqiqatının təsviridir. Amerikalı tədqiqatçı C.Maninin eksperimentləri göstərdi ki, insan orqanizmində hormonlar, xromosom və xarici morfoloji xüsusiyyətləri arasında uyğunluq pozulanda, fərdin inkişafı, ya ona tərbiyə xüsusiyyətləri vasitəsilə (cinsinə uyğun) təsir etməklə, ya da cinsi hormonların əsaslı təsiri prinsipinə uyğun gedə bilər.

BMT-nin «Qadınların dünyada vəziyyəti» sərlövhəli hesabatına uyğun, qadınlar ev işinin əsas payını yerinə yetirir, dünyada istehsal edilən qida məhsullarının yarısı onların payına düşür, lakin,

Page 8: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

demək olar ki, qadınlarda torpaq payı yoxdur, dünya işçi qüvvəsinin üçdə birini təşkil edən qadınlar maaşı az olan işlərdə çalışır, eyni miqdarda görülən işə görə kişilərin aldıqları maaşın dörtdə üçünü alırlar.

Azərbaycanda qadın statusu bir qədər yüksəlsə də, burada qeyriardıcıllığ da müşahidə edilir. Respublikamızda cinslərin bərabərliyi sahəsində qanunverici və normativ baza yaradılsa da, qender qeyri-bərabərliyi əslində hələ ki, mövcuddur. Qadınların imkanları genişlənsə də, seçim etmək işində onların imkanları hələ ki, məhduddur.

Beynəlxalq sənədlərdə qeyd edilir ki, qadınlara, insanların əsas hüquq və azadlıqlarının verilməsinə təminat yaradan hüquqi normaların inkişafı – zəruri addım olsa da, onların hüquqlarının aradan qaldırılması üçün hələ kifayət etmir. «Status səviyyəsində qender münaqişəsinin» texnologiyasını məhz yuxarıda qeyd edilən hallar ilə kifayət qədər əsaslandırmaq olar. Məhz belə hallarda adət-ənənə hüququ adlanan mövhum, çox vaxt qanunverici hüquqa zidd gəlir.

Respublika əhalisinin 8mln. 141,4 min adamdan 50,9%-ni qadınlar təşkil etməsinə (4mln. 207,2 min) baxmayaraq, ölkəmizdə kişilərin qadınlar üzərində hökmranlığı tarixinə nəzər salsaq, azərbaycanlı qadınların statusunun kişilərin statusundan nə qədər aşağı olduğunu təsəvvür etmək çətin deyil. Əmək qabiliyyətili yaşda 2mln. 459,2 min qadın və 2mln. 398,4 min kişi var. Qadınların orta ömür uzunluğunu 75, kişilərdə isə – 67 yaş təşkil edir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, qadın və kişilərin bərabər əmək hüququna malikdirlər. Əmək haqqında qanunlar məcəlləsində qadın əməyini tənzimləyən bölmə var. Qadınların hamiləliyinə ya da uşağı əmizdirdiyinə görə işə qəbul edilməməsi, bir də həmin səbəbə görə maaşın kəsilməsinə qadağa qoyulur (176, 177-ci maddələr). Gündəlik həyatda isə Azərbaycan qadınları tez-tez müəyyən çətinliklərlə rastlaşır. Məs., iqtisadi cəhətdən fəal əhali arasında rəsmi işsiz statusunu alan 50963 nəfərdən 23088 kişi, 27875 nəfər isə qadındır. Azərbaycanda «kişi işi» və «qadın işi» sayılan fəaliyyət növləri var. Məs., neft sənayesində kişilər 59%, qadınlar isə – 41%; nəqliyyatda uyğun olaraq 73% və 27%; komunikasiya sistemində 54% və 46%-dir. Səhiyyə və təhsil sistemlərində isə vəziyyət tam başqadır: səhiyyədə kişilər işçilərin 20%, qadınlar isə 80%-ni təşkil edir; müvafiq olaraq, təhsildə 33% və 66,9%-dir. (Azərbaycan Respublikasının Dövlət statistika komitəsinin 2004-cü ilin əvvəlinə olan məlumatından).

Menecementdə qadınların sayı 30%, ticarətdə – 43%, xidmət sahələrində – 42%, milli iqtisadiyyatın idarə edilməsində 1,5%-dən də aşağıdır. Mülkiyyət növləri üzrə cins bölgüsünü izləsək, (Ekonomic Trends – Azerbaijan Tacis – European Commission) görərik ki, 2002-ci ildə Azərbaycanda məşğul əhali 3mln. 726,5 min insanı təşkil edir, onlardan (ümumi əhalinin sayına nisbətən, faizlə) 32% dövlət sektorunda çalışırlar, işləyən qadınların faizi belədir: kooperativlərdə işləyən qadınlar yoxdur, özəl sahədə – 48%, müstəqil sahibkarlar – 19,5%-ni təşkil edir.

Kənd təsərrüfatında qadınlar peşəkar işçilər sırasında 10%-ni, rəhbər kadrlar sırasında isə cəmi 1,3%-ni təşkil edir, baxmayaraq ki, ağır kənd təsərrüfatı əməyinin 70-75% qadınların üzərinə düşür. (11)

Bütün yer üzündə qadınların kişilərlə bərabər statusa nail olmaq yolunda əsas əngəllərdən biri – təhsildir. Dünyada savadsız qadınlar kişilərdən çoxdur. Azərbaycanda 15 yaşdan yuxarı savadı olan əhalinin sayı 98,8%-dir (1999-cu il), o cümlədən kişilərdə bu rəqəm 99,5%, qadınlarda isə – 98,2%-ni təşkil edir. Gündüz oxuyanlar sırasında qadınlar 33,5%-ni təşkil edir.

Elm sahəsində, statistikaya uyğun, elmlər namizədləri və elmlər doktorları sırasında kişi və qadınlar aşağıdakı şəkildə təmsil olunub: e.n. kişilər 69,1%, qadınlar – 30,9%, e.d. kişilər 78%, qadınlar – 22%. Akademiklərdən 60 nəfəri kişi və cəmisi iki nəfəri – qadındır, müxbir üzvləri sırasında müvafiq olaraq – 113 və 10 nəfərdirlər.

Sual olunur ki, niyə Yer üzündə qadınların statusu kişilərin statusuna nisbətən daha aşağıdır? Niyə qadınların əlində hakimiyyət azdır? Alimlər bu sualın cavabını aşağıdakı şəkildə verirlər: əmək, cinsi əlamətinə görə bölündüyü üçün, səbəbini cinslər arasındakı fiziki fərqlərdə də axtarmaq lazımdır. Bir müddət qadınlar, öz analıq vəzifələrinə görə (uşaqları dünyaya gətirmək və böyütmək) kişilərdən asılı idilər. Qadın fiziki cəhətdən daha xırda və zəif olduğuna görə, kişilər onlara hökmranlıq mövqe-yindən müraciət edirdilər. S.Bem hesab edir ki, qadınlar, başını uşaqları yedizdirmək və tərbiyə etmək işinə o qədər qatdılar ki, öz hakimiyyətini yaratmaq və qanuniləşdirmək imkanını belə tapmadılar. Bütün dünyada qadınlar, ev təsərrüfatı və uşaqların məsuliyyətinin əsas payını öz üzərinə götürür, bu isə, öz növbəsində, onların siyasi və iqtisadi hakimiyyətdə olmaq imkanlarını məhdudlaşdırır. (14)

Page 9: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR

1. Münaqişəli qarşılıqlı fəaliyyətdə şəxsiyyətin davranışının əsas modellərini sadalayın. 2. Münaqişənin obyektiv və şəxsi ünsürləri nə ilə fərqlənirlər? 3. Şəxsiyyətin sosiallaşmasının əsas institutlarını sadalayın. Qender sosiallaşmasında onların hər biri

hansı rol oynayır? 4. Azərbaycanda şəxsiyyətin qender statusunu təyin edin.

İş üsulları – diskussiya, əldə edilmiş biliklərin ümumiləşdirilməsi; praktiki məşqələ «Münaqişədə mənim davranışım»

PRAKTİKİ MƏŞQƏLƏ

«Münaqişədə mənim davranışım»

(məşğələ test üzərində qurulub) Məşğələnin məqsədi: münaqişədə şəxsiyyətin davranışı əsas problemləri üzrə biliklərin

möhkəmləndirilməsi; şəxiyyətin özünüqiymətləndirməsi bacarıqlarının aşılanması, testin nəticələrini təhlil etmək bacarığının formalaşması, öz davranışının qaydaya salınması və təkmilləşməsi proqramının yaradılması.

Məşğələnin keçirilməsi qaydaları: Hazırlıq mərhələsi. Bir – iki həftə əvvəl tələbələr testləşmə metodu üzrə, şəxsiyyətin

özünüqiymətləndirməsini keçirmək məqsədi ilə tapşırıq aldılar. Onlara dərsin mövzusu və məqsədi çatdırılr. Ədəbiyyatın və əsas anlayışların («münaqişədə şəxsiyyətin, davranışın modeli», «münaqişədə davranışın strategiyası») öyrənilməsi tapşırılır.

Dərs vaxtı tələbələr testlrə cavab verir, müəllimlər nəticələri yoxlayır, davranışda lazımi düzəlişləri edirlər.

TEST

«Şmişek üsulu ilə insan xasiyyətinin qiymətləndirilməsi»

Təlimat: 97 suala «bəli» ya «xeyr» cavabı vermək olar. Bu işi sürətlə görmək lazımdır; onlara «pis»

və yaxud «yaxşı» cavab deməklə ləngiməyin.

1. Hal-əhvalınız adətən yüksək, yaxşı olur? 2. Təhqirə, haqsızlığa dözə bilirsinizmi? 3. Ağlamaqla aranız necədir? 4. Bir işi bitirəndə onun keyfiyətində şübhəniz yaranırmı, özünüzü bu zaman yoxlayırsınızmı? 5. Uşaq yaşlarında öz yaşıdlarınız kimi cəsarətli olmusunuzmu? 6. Gülən yerdə birdən qəmgin olursunuzmu? 7. Şənlik zamanı diqqət mərkəzində olursunuzmu? 8. Elə günlər olurmu ki, Siz həddindən artıq deyingən və əsəbiləşmiş olursunuz: belə anlarda hamı

sizdən qaçır? 9. Məktubu oxuyub dərhal cavab verirsiniz? 10. Siz ciddi adamsınız? 11. Belə olurmu ki, nəyəsə başınız möhkəm qarışsın və hər şey unudulsun? 12. Siz təşəbbüskar adamsınız? 13. Təhqiri, incikliyi tezmi unudursunuz? 14. Yumşaq ürəklisinizmi? 15. Məktubu poçt qutusuna salanda özünüzü yoxlayırsınız, yoxsa yox? 16. İşdə (təhsildə) birinci olmağa can atırsınızmı?

Page 10: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

17. Uşaq yaşlarında itlərdən və göy gurultusundan qorxurdunuzmu? 18. Bəzən biədəb zarafatlara gülürsünüzmü? 19. Sizi xırdaca adam sayan varmı? 20. Xarici mühit və şərait sizin əhval – ruhiyyənizə güclümü təsir göstərir? 21. Dost – tanış sizin xatirinizi çoxmu istəyir? 22. Daxili meyl, ani hiddətin təsiri altına tez – tez düşürsünüz? 23. Kefinizdə məyusluq həmişə olur? 24. Böyük sarsıtmanı, güclü ağlamanı keçirmisinizmi? 25. Bir yerdə çox oturmağa alışmısınızmı? 26. Sizə qarşı ədalətsizlik baş verirsə özünüzü müdafiə edirsinizmi? 27. Lovğalıqla aranız varmı? 28. Yeri gələndə quşu, heyvanı kəsə bilərsinizmi? 29. Süfrə, pərdə əyri qalanda buna dözməyib qaydaya salmağa tələsirsinizmi? 30. Uşaqlıqda tək qalmaqdan qorxmusunuzmu? 31. Kefiniz tez–tez heç bir səbəb olmadan pozulurmu? 32. Peşəkarlıqda birinci olan vaxtınız olubmu? 33. Tezmi hövsələdən çıxırsınız, hiddətlənirsiniz? 34. Şıltaqlıq, şənlənmə yadınıza düşürmü? 35. Xoşbəxtlik anları yaşamısınızmı? 36. Şən tamaşalarda aparıcı ola bilərsinizmi? 37. Yalan danışan vaxtınız olubmu? 38. İnsanlara sözün düzünü üzünə demisinizmi? 39. Qanı görəndə halınız pis olurmu? 40. İşinizə görə tək məsuliyyət daşımağa hazırsınızmı? 41. Ədalətsiz hərəkətlərə (başqalarına qarşı) qarşı çıxış edirsinizmi? 42. Boş qaranlıq otağa, zirzəmiyə girməkdən çəkinirsinizmi? 43. Dəqiq və uzun müddətdə görülən işi öz üzərinə götürə bilərsinizmi? 44. Siz ünsiyyəti sevirsinizmi? 45. Məktəbdə şer danışmağı xoşlamısınızmı? 46. Uşaqlıq illərində evdən qaçmısınızmı? 47. Avtonəqliyyatda qoca insanlara tezmi yerinizi verirsiniz? 48. Həyatın ağırlığı tez–tez yadınıza düşür? 49. Münaqişə zəminində kefiniz pozulub işə gəlməyən vaxtınız olubmu? 50. İşiniz gətirməyəndə zarafat etməyi bacarırsınızmı? 51. İnciyənlərlə birinci barışmağı bacarırsınızmı? 52. Heyvanları çoxmu istəyirsiniz? 53. Evdən çıxanda qazı, işığı bir də yoxlamaq üçün qayıdan vaxtınız olubmu? 54. Öz qohum–əqrəbalarınıza görə nigarançılıq keçirirsinizmi? 55. Hava kefinizi poza bilərmi? 56. Böyük auditoriyaya çıxış etməyə cürətiniz çatarmı? 57. Acığınız tutsa, adam döyə bilərsinizmi? 58. Şənlənməyi çoxmu sevirsiniz? 59. Düşündüyünüz kimi danışırsınız, yoxsa yox? 60. Ümidiniz boşa çıxanda ümüdsiz bir hala düşürsünüzmü? 61. Hər hansı bir işin təşkilinə başçılıq edə bilərsinizmi? 62. Qarşınıza çıxan əngəlləri fəth etmək əzmində olursunuzmu? 63. Zəhləniz gedən adamların işi düz gətirməyəndə buna sevinirsinizmi? 64. Kinoda göstərilən faciə sizi ağlada bilərmi? 65. Keçmişin, gələcəyin düşüncələri sizi yatmağa qoyurmu? 66. Məktəb illərində başqalarına kömək edib dəftəri köçürməyə vermisinizmi? 67. Qəbirstanlıqdan qaranlıqda tək keçə bilərsinizmi? 68. Artıq verilən pulu kassaya qaytara bilərsinizmi? 69. Evin səliqəsinə çoxmu diqqət yetirirsiniz?

Page 11: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

70. Axşam kefiniz yaxşı, səhər oyananda kefiniz pozulmuş olurmu? 71. Yeni şəraitə tezmi uyğynlaşırsınız? 72. Başgicəllənmələr sizdə tez–tez olur? 73. Tez–tez gülürsünüzmü? 74. Xoşunuz gəlməyən adama bunu bildirməməyi bacarırsınız? 75. Siz çevik və diribaşsınız? 76. Ədalətsizliyi görəndə çoxmu əziyyət çəkirsiniz? 77. Təbiəti dərindən sevirsinizmi? 78. Evdən çıxanda və ya yatanda evdəki suyu, işığı, qapıların qıfılını yoxlayırsınızmı? 79. Qorxu hissi olurmu sizdə? 80. İçki hal – əhvalınıza təsir göstərirmi? 81. Bədii özfəaliyyət dərnəyinin işində həvəslə iştirak edərsinizmi? 82. Bəzən evdən uzaq düşmək ürəyinizdən keçirmi? 83. Həyatı bədbincəsinə bəzən qiymətləndirirsinizmi? 84. Kefiniz birdən pozulub şən olmaqdan bikefliyə keçirmi? 85. Kampaniyanı ələ almağı, əyləndirməyi bacarırsınızmı? 86. Qəzəb, kin ürəyinizdə çoxmu yaşayır? 87. Başqa insanların dərdinə şərik olub uzun müddət onu çəkirsinizmi? 88. Öz ünvanınıza haqlı tənqidlə həmişəmi rastlaşırsınız? 89. Məktəb illərində bir – iki səhvə görə bütün səhifəni köçürməyə hazır idinizmi? 90. İnsanlara etibar edirdinizmi? 91. Qorxulu yuxuları tez–tez görürsünüz? 92. Bəzən qatarın altına atılmaq, yuxarı mərtəbədən özünü yerə atmaq kimi fikirlər ağlınıza gəlirmi? 93. Şən adamlar arasında kefiniz açılırmı? 94. İşin çətin tərəfləri sizi düşündürürmü? 95. İçki içərkən sonra sizdən gözlənilməz hərəkətlər çıxırmı? 96. Söhbət zamanı daha çox susursunuzmu? 97. Kimisə yamsılayanda özünüzü bəzən unutmağı bacarırsınızmı?

Vurğulanan növ Əmsal «Bəli» Sual nömrələri

«Xeyr» Cavab

nömrələri Hipertimli

(emosional, yüksək əhval-ruhiyyə, nikbin, təmasda olan, münaqişəyə meylli,)

3 1, 12, 25, 36, 50, 61, 75, 85

----

Tutqun (pessimist, unsiyyətdən qaçır, qapalıdır, münaqişələri təsadüfi hallarda başlayır)

3 10, 23, 48, 83, 96 34, 58, 73

Dövranları dairə üzrə dəyişən (əhval-ruhiyyənin tez-tez dəyişməsi, özünü qiymətlənmədə sabit olmayan, münaqişəyə meylli)

3 6, 20, 31, 44, 55, 70, 80, 93

----

Təsirlənən (qıcıqlanan, təmasda az olur, qara-qabaqdır, kollektivlə yola getmir, münaqişəyə meylli)

3 8, 22, 33, 46, 57, 72, 82, 95

----

Ləngiyən (ilişib qalan, ünsiyyətdə mülayim, öyüd-nəsihət verən, küsəyən, hər şeyə şübhə ilə baxan, münaqişəyə meylli)

2 2, 16, 26, 38, 41, 62, 76, 86, 90

13, 51

Pedant (xırdaçı, vicdanlı, səliqə-səhmanlı, işlərinə ciddi yanaşır, münaqişələrə az qatılır)

2 4, 15, 19, 29, 43, 53, 65, 69, 78, 89, 92

40

Page 12: MÖVZU. MÜNAQİŞƏLƏRDƏ ŞƏXSİYYƏTİN DAVRANIŞININ ƏSAS …education.gender-az.org/Files/4.16.5.az.pdf · təsiri altında təşəkkül tapmış daha geniş insan xüsusiyyətlərinin

Həyəcanlı (iztirablı, ünsiyyətdən qaçan, özünə əmin olmayan, özünütənqidli, münaqişə zamanı güzəştlərə gedir)

3 17, 30, 42, 54, 79, 91

5, 67

Duyğulu (təəssüratlanan, az adamla oturub duran, duyumlu, yaxşı icraçı olan, münaqişələrdə nadir hallarda iştirak edir)

3 3, 14, 52, 64, 77, 87 28, 39

Nümayişkaranə olan (ünsiyyəti yaradır, liderliyə meylli, özündən razı, ikiüzlü, münaqişə meylli)

2 7, 21, 24, 32, 45, 49, 71, 74, 81, 94, 97

56

Fərəhli (latınca exaltatio – fərəhli, coşqun vəziyyət; geniş ünsiyyət yaradan, söhbətçil, insanlara diqqətini əsirgəməyən, hər an əhval-ruhiyyəni dəyişən)

6 11, 35, 60, 84 ----

Verilən cavabların nömrələrinin sayı əmsala vurulur (vurğulanan növə müvafiq cavabların). Əgər əldə edilən cavab 18-dən artıqdırsa, onda həmin vurğulanan növ bu adamın xasiyyətinə uyğundur. Bütövlikdə cavab o zaman etibarlı sayıla bilər ki, «yalan» mövqeyində 5 baldan artıq yığılmasın.

ƏDƏBİYYAT 1. Кроник А.А. Межличное оценивание в малых группах. – Киев, 1982 2. Цит. по Грузенберг С.О. Гений и творчество. – Л., 1924 3. Антология мировой философии. В 4 т. – М., Т.3, 1971, 4. Маркс К., Энгельс Ф. Соч. Т. 23 5. Ворожейкин И.Е. и др. Конфликтология. – М., 2000 6. Хорни К. Невростическая личность нашего времени; Самоанализ. – М., 1993 7. Фромм Э. Психоанализ и этика – М., 1993 8. Андреева Г.М. и др. Зарубежная социальная психология XX столетия. Теоретические подходы. – М.,

2001 9. Вейнингер О. Пол и характер – М., 1997 10. Мид М. Культура и мир детства – М., 1988