MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə,...

125
2018- 2019 ASTNA.biz MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA İYULDAN İYULA

Transcript of MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə,...

Page 1: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

2018-2019

ASTNA.biz

MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA

Page 2: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 1

Hörmətli oxucu!

22 iyul 2018 -ci ildən 22 iyul 2019-cu ilə qədərki dövrdə mediada hökm

sürən şərait haqqındakı bu hesabatda jurnalistlər və KİV üzrə ekspertlərin

materialları toplanıb.

Onlar Azərbaycan mətbuatının müxtəlif sahə və məsələlərini – söz

azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın

iqtisadi vəziyyəti, jurnalistlərin təhlükəsizliyi və s. – əhatə edir. Ümid edirik

ki, bütün bunlar ötən il ərzində KİV-də mövcud olmuş vəziyyətə bütöv bir

baxışın formalaşması baxımından Sizin üçün faydalı olacaq!

Ən xoş arzularla, Məllif kollektivi.

Page 3: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 2

Mündəricat Online İnternet resursları qanuna zidd bloklanır .......................................................................................... 3

Saytların bloklanması hüquqi rəzillikdir ........................................................................................................ 7

Bloklamaq olar, amma... ............................................................................................................................. 12

Media məkanına baxış bloklanmadan çıxarılır ............................................................................................ 18

Seçkilər dövründə internet və sosial şəbəkələrdən istifadə ....................................................................... 21

Əsasların böhranı: iqtisadiyyat və informasiya ........................................................................................... 27

Jurnalistlərə qarşı ittihamlar əsaslıdırmı? ................................................................................................... 32

Mediaya dövlət dəstəyi siyasətinin iflası ..................................................................................................... 36

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə? ............................................................ 42

Jurnalistlərin müdafiəsi sistemi - beynəlxalq araşdırma ............................................................................. 47

Mətbuat Azadlığı İndeksi - Azərbaycan niyə 180 ölkə arasında 166-cıdır? ................................................. 50

Azərbaycanda dözümsüzlüyün bariz nümunələri ortaya çıxdı .................................................................... 55

Büdcə bilgilərinin açıqlığı - durum necədir? ................................................................................................ 60

Defamasiya məsələsi və prezidentin fərmanı ............................................................................................. 65

İqtidarın sosial şəbəkələrə yönələn yeni siyasəti ........................................................................................ 69

Açılmayan cinayət: 14 il sonra ..................................................................................................................... 73

Ölkənin sosial-siyasi həyatında ictimai rəyə kim nəzarət edir? ................................................................... 80

Mətbuat azadlığının olmayan ölkələrdə sosial şəbəkələrə meyl daha yüksəkdir ....................................... 85

“Gündən-günə inkişafın” birdən-birə sonu ................................................................................................. 90

Jurnalistləri qoruyan toz basmış inzibati qanunvericilik ............................................................................. 95

Media. Qeyri Azadlıqdan Azadlıqa .............................................................................................................. 99

Azərbaycan telekanalları: tamaşaçıları narazı salan nədir? ...................................................................... 104

Azərbaycanda media hüququ – son 12 ayın tablosu ................................................................................ 111

Dövlət KİV-in iqtisadi kollapsını təstiq edir ............................................................................................... 116

Page 4: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 3

Açıq mənbələrdən foto

Online İnternet resursları qanuna zidd bloklanır

2018 İyul 25

Ələsgər Məmmədli, vəkil, media hüquqları sahəsində ekspert

Son günlər online xəbər resurslarının bir-birinin ardınca qanunsuz

bloklanması prosesinin davam etdiyini müşahidə edirik. Niyə qanunsuz

deyirəm, çünki mövcud qanuna ilyarım öncə gətirilən müddəaları da nəzərə

almadan tam keyfi (özbaşına) davranış görürük. Özbaşına bloklanan

resursların sayı artıq 60-dan çoxdur.

Page 5: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 4

2017-ci ilin fevral ayının əvvəlində NRYT Nazirliyinə internet resurslarını

bloklama səlahiyyəti verən qanunvericilik dəyişikliyi media mühitinə

bomba kimi düşmüşdü. Bu dəyişikliklə İnternet mediasının bloklanması və

bağlanmasına hüquqi zəmin yaradıldı. "İnformasiya, informasiyalaşdırma və

informasiyanın mühafizəsi haqqında" qanuna yeni bir fəsil əlavə edildi. Bu

əlavələrin demək olar hamısı hüquqi münasibətlərdən kənara çıxan, legitim

mənafelərə cavab verməyən, media azadlığının üstünlüyü prinsipini aradan

qaldıran habelə Azərbaycan Respublikası Konstitusiyasının 47, 50 və 71-ci

maddələrini pozan müddəalardır.

Dəyişiklik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

məhkəmə qərarı olmadan medianın internet resursunu bağlamaq hüququ

verərək konvensional hüquq olan ifadə azadlığına məhkəməsiz senzura

qoyma səlahiyyəti verdi. Doğrudur bu səlahiyyət istisna səlahiyyət kimi

təxirəsalınmaz tədbirlər görmə ehtiyacı zamanı istifadə edilməli idi. Lakin

gedidə qalan 17 aylıq praktika göstərir ki, bu səlahiyyət istisna səlahiyyət

kimi yox, birbaşa əsas səlahiyyət kimi və yarımçıq tətbiq edilərək

fundamental hüquq olan ifadə azadlığını yox edir.

Normal bloklama prosedurasıqanunda necə nəzərdə tutulub?

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

Qanunun yeni əlavə edilən 13-3 cü maddəsində bu prosedura əhatəli təsvir

edilib.

Öncəlikli olaraq, NRYT Nazirliyi yayılması qadağan edilən informasiyanın

internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar

etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil

olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə

internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host

provayderə yazılı xəbərdarlıq etməlidir.

Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən

informasiya internet informasiya ehtiyatından götürülmədikdə NRYTN

həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet

informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət

etməlidir. Yəni normal prosedurada bloklama Nazirlik qərarı ilə deyil,

məhkəmə qərarı ilə olmalıdır. Yalnız istisna hal kimi təxirəsalınmaz tədbirə

müraciət oluna bilər.

Təxirəsalınmaz tədbir olaraq bloklama prosedurası qanunda necə

nəzərdə tutulub?

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

Qanunun yeni əlavə edilən 13-3.3 və 13-3.4-cü maddəsində məhz

Page 6: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 5

təxirəsalınmaz hallarda internet resursunun bloklanma prosedurası

göstərilib. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid

yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu

təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət NRYTN

qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.

İlk baxışdan son bloklama qərarlarının hamısının bu bəndə isnadən normal

prosedura tətbiq edilərək bloklandığı düşüncəsi yarana bilər. Lakin bu belə

deyil. Məhz Qanunun sonrakı 13-3.4-cü bəndində əsas məqam vurğulanıb.

NRYT Nazirliyi bloklama qərarını qəbul etdikdə eyni zamanda əziyyət

çəkib bir də məhkəməyə müraciət etməli və məhkəmədən blokladığı internet

informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qərar

çıxarmasını xahiş etməlidir. Qanun bu iki addımı eynizamanlı addım kimi

nəzərdə tutur. Yəni bloklama qərarı varsa məhkəməyə müraciət də

olmalıdır. Bizdə problem məhz burdadır. Bu qanun qüvvəyə minəndən bəri

sadəcə bir dəfə - qanunun qəbulundan dərhal sonra 27 mart 2017-ci ildə

NRYT Nazirliyi Səbayil məhkəməsinə müraciət

edərək, www.azadlıg.org, www.azadlıq.info, www.azerbaycansaatı.com, w

ww.turan.tv və www.meydan.tv saytlarına girişin qadağan olunmasını xahiş

etmiş, Məhkəmə isə yenə də Qanunun bir başqa müddəasının (Maddə 13-

3.5.) tələbini pozaraq, 5 gün ərzində yox, 15 gündən sonra əsassız qərarla

bloklamanı qüvvədə saxlamışdı.

"Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet

resurslarını Siyahısı" NRYT Nazirliyinin qulağardına vurduğu bir digər funksiyası Qanunun 13-

3.6. maddəsində göstərilib. Nazirlik əgər bir saytı bloklayıb və məhkəmə də

həmin resursa girişi öz qərarı ilə qadağan edibsə (Səbayil

məhkəməsinin www.azadlıg.org, www.azadlıq.info, www.azerbaycansaatı.c

om, www.turan.tv və www.meydan.tv saytlarına girişin qadağan olunması

qərarı kimi) bu zaman "Yayılması qadağan edilən informasiyanın

yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı"nı tərtib etməli və həmin

siyahını hər kəs üçün çatımlı tutmalıdır. Nədənsə Nazirlik son 17 ayda 60-

dan çox resursu bloklasa da nə məhkəməyə müraciət edib, nə də bu qanunda

tələb olunan siyahını və onun şərtlərini hazırlayıb, cəmiyyətə təqdim

etməyib. Beləliklə, mövcud qanunu kobud şəkildə pozaraq media azadlığına

və ifadə azadlığına qanunsuz, məhkəmə qərarı olmadan müdaxilə edib və bu

təcavüzü davam etdirir.

Nazirlik Qanunun 13-3.6-cı bəndindəki vəzifəsini icra etmədiyinə görə

Qanunun bir sonrakı bəndi də (13-3.7.) icra edilmir. Çünki, host provayder

və internet provayderlər məhz həmin Siyahıya daxil edilmiş internet

resursuna girişi qadağan edən filtir qoyub, resurs sahibinə rəsmi yazılı

məlumat göndərməlidir. Bu səbəbdəndir ki, praktikada bütün host provayder

Page 7: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 6

və internet provayderlər oğurluq bloklama əməliyyatı edib, susur və həqiqi

haqq sahibi olan resurs sahibinə məlumat verməkdən qaçır.

Beləliklə, hər gün online resursları məsuliyyətsizlikdə suçlayan, onları

qeyri-peşəkar adlandıran dövlət qurumlarının təmsilçiləri və nazirlik

əməkdaşları özləri hər gün mövcud qanunları pozmaqda və tam bir qeyri-

peşəkar kimi davranmaqda, cəmiyyətə neqativ nümunə olmaqdadırlar.

Üzücü olan isə bu özbaşınalığa nəzarət edən üst qurum və şəxslərin

olmaması, səlahiyyət sahibi olan qurumların və Ombudsmanın isə ağzına su

alıb susmasıdır.

* * *

Page 8: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 7

Ələsgər Məmmədli

Saytların bloklanması hüquqi rəzillikdir

2018 Avqust 10

Ələsgər Məmmədli, vəkil, media hüquqları sahəsində ekspert

Avgustun 8-də Nəqliyyat rabitə və yüksək texnologialar nazirliyinin ildırım

sürəti ilə məhkəməyə göndərdiyi şikayətlər həmin gün ərzində məhkəmə

tərəfinən qarşı tərəfə müdafiə haqqı verilmədən bloklandı və ölkə

ərazisindən çıxış qadağan edildi.

Baş verənlər əvvəlki bloklamalardan xeyli fərqlənir. Əvvəlki bloklamalarda

daha çox iddiaçı tərəf dövlət qurumları olduğu halda və iddialar dövlətin

təhlükəsizliyi bəhanəsinə söykəndiyi halda indiki müraciətlərdə dövlət yox,

onun korrupsiyada, səriştəsiz idarəetmədə suçlanan məmurları özlərini haqlı

tənqiddən qorumaq üçün NRYT Nazirliyini bir dəfəlik istifadə etdilər. Bu

zaman bəhanə dövlət təhlükəsizliyi yox, guya böhtana məruz qalma oldu.

Page 9: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 8

Məhz buna görə də baş verənlər ciddi qanun pozuntusudur. NRYTN sadəcə

böhtan iddiasını öz mülahizəsi ilə məhkəməyə daşıya bilməz. Çünki, böhtan

cinayət məcəlləsində şəxsə qarşı işlənən suçlardandır və onun müdafiəsi ilə

dövlət qurumu yox, konkret böhtana məruz qalan tərəf iiddia qaldırmalıdır.

Bu iddia da, digər iddialardan fərqli olaraq xüsusi ittiham qaydasında

olmalıdır. Böhtana məruz qaldığını iddia edən tərəf məhkəmədə böhtan

olmasını sübut etmək vəzifəsi də daşıyır. Yəni, böhtan Azərbaycan

qanunvericiliyinə görə cinayət əməli hesab edildiyinə görə məhkəmədə

bunu sübut etmək vəzifəsi böhtana uğradığını iddia edən tərəfdədir. Böhtan

yaymaqda şübhəli tərəf isə bu vəziyyətdə Azərbaycan Respublikası

Konstitusiyasının 63-cü maddəsinin müəyyən etdiyi təqsirsizlik

prizumpsiyasından faydalanaraq, xüsusi ittiham qaydasında baxılan işin

yekun qərarına qədər məsum hesab edilir. Yalnız, xüsusi ittiham qaydasında

baxılan iş bu sahədə xüsusi ekspertizalar keçirildikdən sonra yekun qərar

verə bilər. Çünki, diffamasiya iddiası media azadlığını, ifadə azadlığını

təhdid etdiyindən və media azadlığı Avropa İnsan Hüquqları

Konvensiyasınnı 10-cu maddəsi ilə qorunduğundan, yalnız demokratik

cəmiyyətdə son zərurət kimi maddənin sanksiyası tətbiq edilə bilər.

NRYTN-nə keçən il İnformasiya, İnformasiyalaşdırma və informasiyanın

mühafizəsi haqqında Qanuna edilən yeni əlavə ilə verilən səlahiyyəti yanlış

anlamaqda və yanlış tətbiq etməkdədir.

Nazirlik dövlətin təhlükəsizliyi məsələsində məhkəmə qərarı ilə bloklama

qoya bilsə də (bu tip iddialar dövlət ittihamçısının səlahiyyətindədir və

əslində burda da ciddi sui-istifadələr var. Lakin bu ayrı yazının mövzusudur)

böhtan iddiasında bunu ümumiyyətlə edə bilməz.

Böhtana görə məhkəmə iddiası dövlət ittihamçısı tərəfindən deyil, böhtana

məruz qaldığını iddia edən tərəfindən xüsusi ittiham qaydasında

məhkəməyə birbaşa edilməlidir.

Son bloklanan saytların bloklanmaya səbəb olduğu iddia edilən bütün

yazılarında mövzu diffamasiya olub. Məhkəmə prosesində bütün

mübahisələnən yazılarda diffamasiyanın mövcudluğu iddiası olub. Lakin

bunun sübutu üçün diffomasiyaya məruz qalan şəxslər olmayıb və onların

xüsusi ittiham qaydasında məhkəmə müraciəti olmayıb.

NRYT Nazirliyinin səlahiyyətləri arasında şəxsləri, o cümlədən vəzifəli

şəxsləri böhtandan müdafiə etməklə bağlı xüsusi ittiham qaydasında

məhkəməyə müraciət etmək yoxdur.

Yalnız diffamasiyaya məruz qaldığını iddia edən şəxs xüsusi ittiham

qaydasında məhkəmə iddiası qaldırdıqdan, məhkəmədə bu mübahisə

Page 10: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 9

məhkəmə başıxından keçdikdən və ekspertizadan keçdikdən sonra məhkəmə

qərar versə ki, yayılan məlumat böhtandır. Ondan sonra şəxs və ya onun

müraciəti ilə Ədliyyə Naziriyi məhkəmə qərarının icrası məqsədi ilə NRYT

nazirliyinə müraciət edib bloklama tələb edə bilər.

NRYT Nazirliyi İnformasiya, İnformasiyalaşdırma və informasiyanın

mühafizəsi haqqında Qanunda ona verilən səlahiyyəti dərk etmədən,

balıklama bu prosesə atlaması medianın funksiyasının mahiyyətini dərk

etməməkdən və hüquqi savadsızlıqdan doğur.

Heç olmasa bu sahədə beynəlxalq sənədlərə, Konstitusiyanın 47, 50, 71-ci

maddələrinə, İnsan hüquq və azadlıqlarının qorunmasına dair Konstitusiya

Qanununa, Avropa İnsan Hüquqları Konvensiyasının 10-ci maddəsinə,

Konvensiyanı ratifikasiya edən 2001-ci il tarixli müvafiq Qanuna,

Konstitusiyanın beynəlxalq aktların hüquqi qüvvəsini müəyyən edən 151-ci

maddəsinə, BMT-nin Mülki və Siyasi Hüquqlara dair Paktın 19-cu və onun

ratifikasiyasını həyata keçirən müvafiq Qanuna və nəhayət Avropa İnsan

Hüquqları Məhkəməsinin Yaşar Ağazadə, Rövşən Mahmudov Azərbaycana

qarşı 2007-ci il tarixli və Fətullayev Azərbaycana qarşı 2010-cu il tarixli

qərarlarına baxmalı idi.

Xəbər resurslarını bloklayaraq, onları Azərbaycanda cəmiyyət üçün

bağlamaq, media azadlığını tamamilə ortadan qaldırmaqdır.

Hətta həmin resurslarda böhtan olsa belə və hökumətin keçən ilki

İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında

Qanunun leqitim olmayan normalarına baxmayaraq, həmin normadan üstün

onlarla norma bu addımın atılmasını mümkünsüz edir.

Saytların böhtan bəhanəsi ilə bağlanması birbaşa mediya senzura tətbiq

etməkdir. Azərbaycan Konstitusiyasının 47, 50, 71 və 151-ci maddələrini

diqqətlə nəzərdən keçirdikdə ümumiyyətlə Nazirliyə bu səlahiyyətin

verilməsini nəzərdə tutan norma Konstitusiyaya və ölkənin tərəfdar çıxdığı

beynəlxalq sənədlərə açıq-aşkar ziddir və tətbiq edilə bilməz. Çünki,

Konstitusiya birbaşa qüvvədə olan ən üstün sənəddir. Onun 151-ci maddəsi

isə açıq şəkildə deyir ki ölkənin tərəfdar olduğu sənədlərdə olan müddəalar

qanunlarla ziddiyyət təşkil edirsə, beynəlxalq sənədlər daha üstündür. Yəni

İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında

Qanunu beynəlxalq sənədlərə, Konvensiyanın 10-cu maddəsinə açıq-aşkar

ziddir və tətbiq edilə bilməz.

Bir digər hüquqi əhəmiyyət daşıyan məsələ də böhtana məruz qalan

şəxslərin ortda olmasması, böhtana görə xüsusi ittiham qaydasında

məhkəmə iddiasının mövcud olmadığı halda bloklanan saytların rəhbərləri

Page 11: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 10

və redaktorları NRTY Nazirliyinin iddiası ilə böhtançı elan ediliblər və

məsələyə baxan hakimlər də ölkə Konstitusiyasını heçə sayaraq bu şəxsləri

faktiki cinayətkar (böhtan atan tərəf) elan edib və Konstitusiyanın 63-cü

maddəsinin tələbi olan təqsirsizlik prizupsiyası hüququnu pozublar.

Medianı böhtanda təqsirləndirmək üçün xüsusi ittiham qaydasında ayrıca

zərərçəkən tərəflərin iddiası olmalı idi. Onlar bui ddialarını məhkəmədə

sübut etməli, ondan sonra hakim bunu qəbul etməli idi. Bunun üçün də

Cinayət Məcəlləsinin 147-ci maddəsi tətbiq edilməli idi.

Cinayət Məcəlləsinin 147-ci maddəsi deyir ki, bir məlumatın böhtan olması

üçün üç şərt olmalıdır:

1. KİV-də yayılma,

2. yalan,

3 qəsd.

Məsələn arqument.az saytı susuz qaldıqları üçün icra başçısından şikayət

edən Lerik sakinlərinin səsini ölkə rəhbərliyinə çatdırmaq üçün vasitəçi olub

və onların şikayətlərinə yer verdikdən sonra peşə etikasına Sadiq qalaraq

icra hakimiyyətinin mövqeyini də həmin yazıda verib. Bu birbaşa media

funksiyasıdır. Medianı öz işini gördüyünə görə senzuraya məruz qoymaq,

bloklamaq birbaşa media azadlığına qəsddir. İcra başçısı ona böhtan

atıldığını düşünürdüsə gərək özü xüsusi ittiham qaydasında məhkəməyə

müraciət edib sübut edəydi.. Bunu etməyib, amma nazirlik səlahiyyəti

olmadığı halda böhtan olub-olmadığına dair məhkəmə qərarı olmadığı halda

böhtan olduğu qənaətinə gəlib və saytı blokladıb.

İnformasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında

Qanunun 13-2.3.9 maddəsi təhqir və ya böhtan xarakteri daşıyan, habelə

şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar-deyəndə bunu

qanunvericilikdəki anlayışlar çərçivəsində deyir. Nazirliyin bir məlumatı

böhtan hesab etməsi üçün həmin məlumat Cinayət Məcəlləsinin 147-ci

maddəsi çərçivəsindən keçməlidir. Bu qədər savadsızlıq olmaz ki, böhtan

anlayışını qanunda olduğu yerə baxmadan, icra başçısının iddiasıi ilə böhtan

varmış kimi qəbul edib məhkəməyə yollayasan. Qərar verən hakimin də

hüquq bilgisi ciddi şübhə doğurur. Heç olmasa nazirlik bimirsə hakim

bilməlidir ki, böhtan anlayışı Cinayət Məcəlləsində təsbit edilib və

məlumata böhtan demək üçün yalan, qəsd və KİV-də yayılma birlikdə sübut

edilmiş olmalıdır.

Yaxud Turan İA-nin analitik yazısını təkrar verən xural.com saytının

bloklanması da bunun kimi eyni hüquqi skandalla doludur. Analitik yazı

mülahizələr əsasında formalaşır. Avropa İnsan Hüquqları Məhkəməsi 10-cu

Page 12: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 11

maddə ilə bağlı qərarlarının çoxunda aydın şəkildə mülahizə ilə faktın

ayrılmalı olduğunu, faktlarda diffamasiyanın mövcudluğunu iddia edilə

biləcəyini, mülahizələrdə isə mülahizənin sübutunun mümkün olmadığı

qəbul edilib. Bloklanmaya qərar verən hakim nəyinki AİH Məhkəməsinin

yuridiksiyasını tətbiq etməyib, eyni zamanda KİV haqqında qanunun 62-ci

maddəsinin də tələbini kobud şəkildə gözardı edib və başqa mənbədə

yayaılan və təkzib olunmayan məlumatı yayan təərfin məsuliyyətdən

qanunla azad olduğunu bilməyiib.

Bir sözlə bu son bloklama olayı hüquqi rəzillikdən başqa bir şey deyil və

gələcəkdə Azərbaycan hüquq sisteminin absurdlarına dair dəsrsliklərdə

vazkeçilməz kazuslardan olacaq.

* * *

Page 13: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 12

Açıq mənbələrdən foto

Bloklamaq olar, amma...

2018 Avqust 13

Xalid Agaliyev, media hüquqçusu

2007-ci il iyulun 16-sı Avropa Məhkəməsinin ifadə azadlığı ilə bağlı

təcrübəsinin Azərbaycanda tətbiqi baxımından tarixi gün idi. Yasamal rayon

Məhkəməsinin hakimi həmin tarixdə Azadlıq qəzetinin redaktoru Qənimət

Zahidin həbsinin tələb olunduğu şikayəti rədd etdi. Qərarda Avropa

Məhkəməsi qərarlarına istinadən yazılırdı: "İfadə azadlığı yalnız

xeyirxahlıqla qəbul edilən məlumat və fikirləri deyil, eyni zamanda təhqir

edən, şoka salan, narahat edən məlumatları da əhatə edir". Bu qərarı əksər

beynəlxalq qurumlar elə həmin gün alqışladılar...

Page 14: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 13

Elə həmin qərarı verən hakim iki gün əvvəl bu dəfə Səbael rayon

Məhkəməsində ictimai müzakirələr çərçivəsində qələmə alınan 4-5 yazıya

görə, bir neçə saytın bloklanmasına qərar verdi. Bu yazıda həmin qərarlara

bir az yerli, bir az da Avropa Məhkəməsinin ifadə azadlığı standartlarının

işığında nəzər salırıq.

Mübahisə mövzusu olan yazılar

Hər şey ondan başqadı ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar

Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti 5 sayta xəbərdarlıq göndərdi.

NRYTN dedi ki, 8 saat ərzində filan yazıları saytdan çıxarın, yoxsa,

məhkəməyə verəcəyik. Saytların əksəriyyəti yazıları çıxarmadı. Ancaq

xural.com saytı mübahisələndirilən yazıları resursdan xaric etdi. Nazirlik isə

xəbərdarlıq etdiyi saytların hamısını məhkəməyə verdi, bloklanmasını istədi.

Məqalələrin yarıdan çoxu istinadla verilmişdi. Yəni, məqalənin əsil müəllifi

"A" mediasıdır. Həm də əsil müəllifi "A" mediası olan məqaləni onlarla

başqa medialar da yayıblar. Nazirlik isə "A" mediasını yox, məqaləni yayan

başqa resursları yox, məhz məqaləni yayanlardan olan "B" mediasını

məhkəməyə verdi.

Mübahisələndirilən yazıların hamisi ictimai məzmunda idi, toplumun həmin

mövzularda bilgiyə tələbatı vardı. Mövzuları bunlar idi: Gəncənin icra

hakimiyyəti başçısına sui-qəsd edilməsi, xəstəxanaların durumu, məmur

özbaşınalığı, prezidentin köməkçilərindən birinin fəaliyyəti...

Mübahisələndirilən yazıların səlövhəsini olduğu kimi, eləcə də bir qədər

fərqli məzmunda Google sistemində axtarışa verdikdə, tapılan, son 10 ili

əhatə edən materialların sayı ümumilikdə 100 mindən çoxdur. Bu vacib

nüansdır, çünki mövzunun ictimai əhəmiyyətli olduğunu, məqalələrin

ictimai müzakirələr kontekstində qələmə alındığını isbat edir. Bu,

mübahisələndirmə zamanı media üçün vacib silahdır. Çünki medianın

vəzifəsi elə bu mövzularda yazmaqqdır.

Nazirliyin xəbərdarlığı, məhkəməyə müraciəti

Nazirlik xəbərdarlıq, daha sonra məhkəməyə müraciət etdi.

Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin 5 sayta xəbərdarlıq

göndərməsi qanuni görünmür. Adı çəkilən xidmətin fəaliyyəti onun

əsasnaməsi ilə tənzimlənir. Əsasnamədə xidmətin fəaliyyət istiqamətləri,

vəzifələri, hüquqları əksini tapır. Xidmətin fəaliyyəti daha çox

kibertəhlükəsizliyin təmin olunmasına, mövcud və yarana biləcək elektron

təhlükələrin müəyyən edilməsinə yönəlikdir, texniki məzmunludur. Həmin

xidmətin əsasnaməsində onun mediaların bloklanması fəaliyyətində

iştirakından bəhs edilmir. Xidmət monitorinqlər apara bilər, ancaq cinayət

Page 15: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 14

hüququ ilə tənzimlənən böhtan və ya təhqir məzmunlu yazıları

müəyyənləşdirə bilməsi mümkün deyil.

Nazirliyin bloklama ilə bağlı məhkəməyə müraciət etməsi texniki baxımdan

yanlış deyil.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

qanun internet resursunda yayılması qadağan edilən informasiyaların

növlərini elan edib. Yayılması qadağan edilən informasiyaların həmin

siyahısında böhtan və təhqur məzmunlu informasiyalar da sadalanıb. Qanun

nazirliyin üzərinə qanunla qadağan olunan informasiyalar yayıldıqda, bunu

önləmək vəzifəsi qoyub. Önləmək proseduru qanunla qadağan olunan

informasiyanı yayana xəbərdarlıq etmək, xəbərdarlıq faydasız olduqda isə

bütövlükdə resursun blok edilməsi üçün məhkəməyə müraciət edilməsindən

ibarətdir. Bu baxımdan, nazirlik məhkəməyə müraciət etməklə qanunla

üzərinə qoyulan vəzifələri icra edib. Vəzifə qoyan qanunun problemli

olmasını isə hələ o qanun qəbul ediləndə, əksər ekspertlər dilə gətiriblər.

Eyni zamanda o da vurğulanmalıdır ki, müraciətin məzmununun yetərli

olub-olmaması da mübahisə edilə bilr.

Məhkəmənin bloklama tələbi ilə bağlı görüşü

Nazirliyin müraciətinə məhkəmə 2-3 saat içində baxdı, 5 saytın

bloklanmasına - ifadə azadlığına müdaxiləyə qərar verdi. Mübahisə olunan

yazıları çıxaran saytlar da vardı, çıxarmayan da. Ancaq məhkəmə onların

hamısına eyni rakursdan yanaşdı. Nazirliyin xəbərdarlığına əməl edəndi də,

əməl etməyəni də blokladı. Belə durumda hüquqdan danışmaq xeyli

lazımsız görünəsə də, hər halda faydasız olmaz.

İranda, Çində, Koreyada adi qarşılana bilər, amma Avropa məkanına daxil

olan bir ölkədə 5 saytın bir anda blok edilməsi ifadə azadlığı hüququ

baxımından olduqca ağır qərardır. Belə qərarlar onlarla milli və beynəlxalq

testdən keçirilməklə qəbul edilməlidir. Bu qərarlar verilərkən məhkəmələrin

əsas götürməli olduğu qanuni ölçülərə göz gəzdiririk.

Milli qanunlarımız

Ölkə Konstitusiyasının 47-ci və 50-ci maddələri, Kütləvi informasiya

vasitələri, İnformasiya əldə edilməsi haqqında qanunlar ifadə, media

azadlığına təminat verir, onun məsuliyyətini, məsuliyyətdən azad edilməsi

hallarını müəyyən edir.

Məsələn, "Kütləvi informasiya vasitələri haqqında" Qanun digər media

orqanlarında dərc olunmuş və təkzib olunmamış məqalələri yayan mediaları

məsuliyyətdən azad edir. Bu, saytların bloklanması işində qırmızı xətt kimi

Page 16: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 15

keçir, onu görməmək görməməkdən qat-qat çətindi. Qanun açıq mətnlə

deyir ki, "...həqiqətə uyğun olmayan məlumat ... digər kütləvi informasiya

vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa ... redaksiya, ... jurnalist

buna görə məsuliyyət daşımır".

Avropa Məhkəməsinin təcrübəsi

Azərbaycan həm də Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub,

həmin sənədin 10-cu maddəsi ifadə azadlığı hüququnu təminat altına alır.

Həmin maddəyə görə, ifadə azadlığı hüququna yalnız qanunla nəzərdə

tutulmuş hallarda, 10-cu maddədə göstərilmiş legitim məqsədlərə nail olmaq

üçün və demokratik cəmiyyətdə zəruri olduqda və nəzərdə tutulmuş tədbir

qarşıya qoyulmuş məqsədə mütənasib olduqda müdaxilə edilə bilər.

Müdaxilə qanuna, habelə hakimiyyət orqanlarının qəbul etdiyi, ümumi

tənzimləmə rolu oynayan hüquqi müəyyənlik prinsiplərinə cavab verən

qaydalar toplusuna uygun olmalıdır.

Avropa Konvensiyası ifadə azadlığına müdaxilənin legitim olmasını tələb

edir. Legitimlik deyəndə o başa düşülür ki, müdaxilə Avropa

Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində göstərilən əsaslardan

birinin qorunmasına yönəlir. Həmin əsaslar bunlardır: milli təhlükəsizlik,

ərazi bütövlüyü, ictimai asayiş maraqları, iğtişaşın və ya cinayətin qarşısını

almaq, sağlamlığın, mənəviyyatın mühafizəsi, şəxslərin nüfuz və

hüquqlarının müdafiəsi... Sadalan bu əsaslardan mütləq azı biri olmalıdır ki,

ifadə azadlığına müdaxilə mübahisə mövzusu olsun.

Qeyd edilənlər də yetmir, ifadə azadlığına müdaxilə o halda mümkün sayılır

ki, o, həm də demokratik cəmiyyətdə zəruri olur. Son bloklama qərarları

demokratik cəmiyyətdə zərurilik prinsipinə də zidd görünür. Yazıların

demək olar ki, hamısı ictimai müzakirə mövzusundadır. İcra

hakimiyyətlərinin fəaliyyətindəki nöqsanlar, yazıarda adları çəkilən ayrı-

ayrı məmurların vəzifələrinə uygunluğu kimi məsələlər daim ölkədə ictimai

müzakirə mövzusu olub. Mübahisə mövzusu olan yazılarla bağlı Google

sistemində axtarış verdikdə minlərlə yazı tapmaq mümkündür. Həm də

həmin yazılarda heç bir halda ağlabatan olaraq qadağan edilməli olan

məlumatlara rast gəlinmir. Bu yazıların bir qismi qiymətləndirici

mülahizələrdən, bir qismi isə faktlardan ibarətdir. Faktual əsası olan

mülahizələrin dorulugunu isbat etməyi tələb etmək olmaz. Faktların isbatı

isə elə yazıların özündədir - məsələn, vətəndaşların icra başçısının

fəaliyyətindən prezidentə göndərdiyi şikayət məktubu. Qeyd etdiyimiz bir

neçə cümlə belə bloklamanın təxirəsalınmaz sosial tələbatdan doğmadığını

göstərir. Bir neçə medianın bloklanması nazirliyin anlaşılmaz mətnli

müraciəti əsasında həyata keçirilib. Bu, məhdudiyyətin demokratik

cəmiyyətdə zəruriliyini əsaslandırmaq üçün yetmir. Loru dildə desək,

Page 17: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 16

təxirəsalınmaz sosial tələbat o zaman mövcud olardı ki, saytlar bloklanmasa

idi, dünya da olmasa, harasa dağılacaqdı.

Bloklamaq üçün əsaslardan 3-ü...

Bloklamanın demokratik cəmiyyətdə zərurilik testindən keçməsi üçün onun

3 tələbə cavab verməsi lazımdır.

Birincisi, müdaxilə təxirəsalınmaz sosial tələbatdan doğmalıdır. Sadə dildə

desək, ifadə azadlığının hər hansı məhsulunun yayılmasına o halda

məhdudiyyət qoyulmalıdır ki, onun yayılması ictimai maraqları təhlükəyə

soxmuş olsun. Başqa fərqli bir misal - kimsə cinayətdə şübhəlidir, onun

onun evində axtarış aparılması cinayətin açılması üçün zəruri sayıla bilər.

İkincisi, müdaxilənin mütənasibliyi çək-çevir edilməlidir. Burda söhbət

müdaxilənin üsulundan gedir. İfadə azadlığının hər hansı məhsuluna

müxtəlif müdaxilə üsulları tətbiq edilə bilər. Xəbərdarlıq, təkzib, yazının

yayından çıxarılması və s. Mütənasibliyin çək-çevir edilməsi zamanı daha

yüngül üsulların seçilməsinə üstünlük verilməlidir. Böhtana görə, ifadə

azadlığına müdaxilə edilə bilər. Ancaq burda müdaxilə üsulu kimi həbsin

seçilməsi və ya bir məqaləyə görə, bir saytın blok edilməsi birmənalı qeyri-

mütənasib müdaxilə sayılacaq. Bu həmdə ən son əl atıla biləcək vasitə ola

bilər.

5-6 yazıya görə, 5-6 resursun bütövlükdə blok edilməsi istənilən halda

qeyri-mütənsasib hesab ediləcək. Nazirliyin böhtan məzmunlu olduğunu

iddia etdiyi yazıların hamısı böhtan olsaydı, hətta başqa qanuni maraqlara da

ziyan vurmuş olsaydı belə, saytların bütünlüklə blok edilməsi mütənasiblik

testindən keçməyəcəkdi. Belə olan halda yalnız böhtan olduğu iddia olunan

linklərin blok edilməsindən söhbət gedə bilər. Bu zaman müdaxilənin

mütənasiblik testinə cavab verdiyini düşünmək olardı.

Üçüncüsü, ifadə azadlığına müdaxilə durumlarında ölkələrin

qiymətləndirmə sərbəstliyi var. Ancaq bu, o demək deyil ki, ölkələr ifadə

azadlığına istədiyi üsullarla müdaxilə edə bilər. Qiymətləndirmə sərbəstliyi

geniş və dar ola bilər. Əgər Avropa Şurası ölkələrinin əksəriyyəti böhtana

görə müdaxilə üsulu kimi həbs cəzasını ləğv edibsə, Azərbaycanın da daxil

olduğu məkanda ölkələrin əksəriyyəti bir məqaləyə görə bütün resursun

blok edilməsi təcrübəsini rədd edirsə, burda Azərbaycanın qiymətləndirmə

sərbəstliyi geniş yox, maksimum dar olacaq. Həm də qiymətləndirmə

sərbəstliyi daha çox ictimai əxlaq məzmunu üçün xasdır.

Page 18: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 17

Saytı yox, linki blok etməli!

Avropa Məhkəməsi bir neçə qərarında bloklama durumlarında örnək çıxış

yollarını göstərib. Çingiz və başqaları Türkiyəyə qarşı, Ahmet Yıldırım

Türkiyəyə qarşı qərarlarında məhkəmə vurğulayıb ki, saytların bütünlüklə

blok edilməsi mütənasib tədbir hesab edilə bilməz. Bu təcrübə Avropa

məkanında hakimdir. Bu baxımdan Azərbaycan məhkəmələrinin fərqli

qiymətləndirmə imkanları da yoxdur. Odur ki, son bloklama qərarları

Avropa Məhkəməsinin presedent hüququna da aşkar şəkildə ziddir.

Mübahisələndirilən bütün yazıların böhtan məzmununda olması ilə bağlı

demək olar ki, böhtan şəxslərə qarşı işlənə bilən cinayətdir. Böhtana yol

verilib-verilmədiyini böhtana məruz qaldığını iddia edən şəxsin özü

mübahisələndirə bilər. Son bloklamada baxmayaraq ki, qanun ona belə

vəzifələr həvalə edib, Rabitə Nazirliyinin birbaşa təşəbbüskar olması da

doğru deyildi. Əgər şəxslər böhtana məruz qalmalarını məhkəmədə

mübahisələndirib, bunu qərarla isbat etmiş olsaydılar, sonrakı mərhələdə

nazirliyin saytın və ya məzmunun blok edilməsi üçün məhkəməyə müraciət

etməsi dogru olardı. Ona görə hazırkı durumda məhkəmələrin nazirliyin

"blokla" tələbini təmin etməsi qanuni deyil.

...Bloklama ilə bağlı milli məhkəmələrin qərarlarının yanlışlıqlarından uzun-

uzadı bəhs etmək, arqumentlər sıralamaq olar. Ən dogrusu isə o olardı ki,

həmin qərarlardan yuxarı məhkəmələrə verilmiş şikayətlər lazımi qaydada

araşdırılsın, bir qismini yuxarıda sadaladığımız standartların işığında ifadə

azadlığına layiq olduğu dəyəri verən yeni qərarlar qəbul edilsin. Edilməsə,

nəticə ondan ibarət olacaq ki, hüquqçular bundan sonra bloklama ilə bağlı

Türkiyəyə qarşı yox, Azərbaycana qarşı çıxarılmış qərarları örnək

götürəcəklər.

* * *

Page 19: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 18

dreamstime.com

Media məkanına baxış bloklanmadan çıxarılır

2018 Avqust 14

Mehman Əliyev, jurnalist

Avqustun birinci ongünlüyü ifadə azadlığı sahəsində əhəmiyyətli hadisə ilə

əlamətdar oldu. Hökumət tənqidi nəşrlərin qarşısını almaq üçün "İnformasiya,

informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanundan

istifadə etməyə tələsdi.Bu öhdəliklər qanuna əsasən Nəqliyyat, Rabitə və

Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) üzərinə qoyulub və indiyədək

Page 20: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 19

qanun diffamasiyada ittiham olunan şəxslərə qarşı tətbiq edilməmişdi, belə ki,

bu, onun yursdiksiyasına aid deyil. Qanun interneti dövlət və cəmiyyət üçün

təhlükə daşıyan informasiyadan qorumaq məqsədi daşıyır.

Bu yaxınlara qədər və qismən bu gün tənqidi nəşrlərə görə profilaktik

söhbətləri hüquq-mühafizə orqanları və əsasən Baş Prokurorluq aparırdı və

aparmağa davam edir.

İyulun 3-də Gəncə meri Elmar Vəliyevə qarşı sui-qəsddən və bunun ardınca

baş verən hadisələrdən sonra jurnalistlərin prokurorluğa gətirilməsi intensiv

xarakter daşımağa başladı, bu, hakimiyyətin cəmiyyətin bu qeyri-adi

hadisələrə sevincli reaksiyasından narahatlığı ilə bağlı idi.

Hüquq-mühafizə orqanlarının bu əməlləri müstəqil ekspertlər tərəfindən

təhlil edilib və qanunsuz əməllər kimi təqdim edilib, bu da hakimiyyəti

nəzarət funksiyalarını NRYTN-yə keçirməyə vadar edib. "İnformasiya,

informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna

əsasən, NRYTN saytın üzərinə 8 saat ərzində dövlət və ictimai təhlükəsizlik

üçün təhdid təşkil edən informasiyanı saytdan çıxarmaq öhdəliyi qoymaq

hüququna malikdir. Daha sonra xəbər saytdan çıxarılmasa, Nazirlik onun

bloklanması haqqında məhkəməyə müraciət edə bilər, bir sıra saytlarla bağlı

da bu edilib.

Amma məhkəmə prosesləri göstərib ki, NRYTN, yumşaq desək, öz

səlahiyyətlərini aşaraq, məhkəməyə dövlət təhlükəsizliyinə təhdid haqqında

deyil, diffamasiya pozuntusu haqqında dəlillər təqdim edib ki, bu, onun

səlahiyyətlərinə və yuxarıda qeyd edilmiş qanunun çərçivəsinə daxil deyil.

Öz növbəsində, məhkəmə saytların bloklanması haqqında qanunsuz qərar

qəbul edib.

Maraqlıdır ki, ötən il, Prezident Administrasiyasından göstəriş olmasına

baxmayaraq, NRYTN diffamasiya pozuntusunda ittiham edilən saytları

bloklamayıb, bunu məsələnin onun səlahiyyətinə aid olmaması ilə izah edib.

Amma ən az 14 sayt nazirliyin rəsmi qərarı olmadan bloklanıb. Həmin vaxt

bloklanmış saytların redaktorları birbaşa Administrasiyadan təzyiq

olduğunu qeyd ediblər.

Maraqlıdır ki, bu dəfə nazirlik əvvəlcə saytları prezidentin köməkçisi Əli

Həsənovun ünvanına tənqidi məqalələrə görə onları bloklamaqla hədələyib,

onları saytdan çıxarmağı tələb edib. NRYTN yanında Elektron

Təhlükəsizlik Mərkəzi avqustun 6-na keçən gecə www.az24saat.org saytına

xəbərdarlıq məktubu göndərib. Məktub sayt rəhbərliyindən "Prezidentin

köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər" (3 avqust 2018-ci

ildə dərc edilib), "Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay

hədiyyə etdi" (10 avqust 2018), "İlham Əliyevə yanlış məlumat verən şəxs

Page 21: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 20

ƏLİ HƏSƏNOVDUR" (1 fevral 2018), "APA-nı kim, niyə bağladı" (3

avqust 2018) sərlövhəli məqalələri saytdan götürməyi tələb edib. Amma

media ekspertlərinin və mətbuatın tənqidi iradlarından sonra NRYTN

bloklanma üçün əsas kimi başqa mövzulardan və şəxslərdən nümunələr

göstərmək məcburiyyətində qalıb.

Bu, nazirliyin güclü təzyiqə məruz qaldığını və qanunsuz qərarlar qəbul

etmək məcburiyyətində qaldığını göstərir. Amma çətin ki, bunu

hakimiyyətin birgə qərarı və müəyyən bitkin siyasət adlandırmaq olsun. İlk

baxışda belə görünə bilərdi. Bunu Səbail rayon məhkəməsinin 8 avqust

tarixli bloklama haqqında qərarının bir neçə saat qüvvədə qalması və hətta

apellyasiya məhkəməsinin 9 avqust tarixli qərarı ilə bir sayta qarşı

bloklanmanın ləğv edilməsi faktı da sübut edir. Bundan sonra saytlara qarşı

bloklama hücumları dayanıb. Belə operativ qərar adətən yüksək səviyyədə

müdaxilə olduğu zaman qəbul edilir, keçmişdə olduğu kimi (2009-cu il

aprelin 8-də "Təzadlar" qəzetinin redaktoru Asif Mərzili böhtan ittihamı ilə

həbs edilib. Növbəti gün prezident Əliyevin müdaxiləsindən sonra

apellyasiya məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını ləğv edib).

Bu vəziyyət saytların bloklanması haqqında qərarın və nazirliyə təzyiqin

klerk səviyyəsində qəbul edildiyini göstərir. Bu qərarı qəbul edən şəxsin

dövlət başçısının əks mövqeyi ilə üzləşdiyini təxmin etmək olar ki, bu da

onun üçün ciddi problemlər yaradar.

Hələlik hakimiyyət-mətbuat münasibətlərinin konstruktiv və qanuni

istiqamətə yönəldilməsi üçün bundan sonra hansı tədbirlərin görüləcəyi

aydın deyil, amma baş verən fakt özü hakimiyyətin, ən azından müəyyən

qanadının media məkanına baxışlarına yenidən baxıldığını göstərir.

* * *

Page 22: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 21

Açıq mənbələrdən foto

Seçkilər dövründə internet və sosial şəbəkələrdən istifadə

2018 Dekabr 17

Ələsgər Məmmədli, vəkil, media hüquqları sahəsində ekspert

Ölkədə İnternet və sosial şəbəkələrin seçkilər öncəsi hazırlıq və seçki

prosesində fəaliyyətini tənzimləyən hüquqi tənzimləmə və aktlar

Azərbaycanda internet və sosial şəbəkələrin seçkilərin hazırlanması və

keçirilməsi zamanı spespik tənzimləməsini nəzərdə tutan hüquq norması

mövcud deyil. Bu prosesə qanunvericiliyin ümumi tənzimlənməsi içərisində

baxmaq zəruridir Ümumiyyətlə, Azərbaycanda seçki prosesi Seçki Məcələsi

ilə tənzimlənir.[1] Seçki məcəlləsində internet və sosial şəbəkələr ayrıca

tənzimlənməyib. İnternet anlayışı Məcəllədə bir neçə dəfə keçsə də, bu

Page 23: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 22

ifadənin keçməsinin səbbəbi internetin bir infrastruktur kimi nəzərdə

tutulmasıdır. Məcəllənin 28.6-cı maddəsində: "Azərbaycan Respublikası

Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanı və internet saytı

vardır"- deyərək, internet resursunun MSK-nın fəaliyyətində şəffaflığı

təmin etmək üçün bir vasitə olduğunu göstərir. Eyni yanaşma seçicilərin

siyahılarının tərtib edilməsini tənzimləyən 46.1-ci maddədə də yer alır və

bildirilir ki: "seçici siyahıları Mərkəzi Seçki Komissiyasının (dairə seçki

komissiyasının) müvafiqinternet saytında yerləşdirilir. Bənzər yanaşma

Seçki Məcəlləsinin 109-cu maddəsində imperativ norma kimi olmasa da,

nəzərdə tutulur: "Seçkilərin (referendumun) ilkin nəticələri dairə seçki

komissiyası səsvermənin nəticələrinə dair protokolları Mərkəzi Seçki

Komissiyasına təqdim edildikdən dərhal sonra Mərkəzi Seçki Komissiyası

tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən

cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki

Komissiyasıının internet səhifəsində yerləşdirilə bilər"- deməklə yenə

internetdən istifadə tövsiyə edilir.

Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin

araşdırılmasını nəzərdə tutan 112-1 maddədə də: "Ekspert rəyi verildikdən

dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq müvafiq

seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində

yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir."- deməklə interneti

komissiyanın fəaliyyətini cəmiyyətə çatdırmada vasitə kimi nəzərdə tutub.

Seçki Məcəlləsinin on üçüncü fəslində yer alan 77-88 ci maddələri birbaşa

medianın seçkilərdə, referendumda təviqat zamanı iştirakının sərhədlərini

müəyyən edir. Maddələrin adında kütləvi informasiya vasitələri ifadəsindən

istifadə edilsə də, mahiyyətində daha dəqiq ifadələr işlədilmiş, ictimai

yayım, televiziya və dövrü nəşrlər anlayışından istifadə edilmişdir.

Beləliklə, internet medianın adı xüsusi fərqləndirilərək çəkilməmişdir.

7 dekabr 1999-cu il tarixli "Kütləvi informasiya vasitələri" haqqında

Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi kütləvi informasiya

vasitələri anlayışını təsvir edərkən internet informasiya ehtiyatını da

kütləvi informasiya vasitəsi olaraq qəbul edib. Bununla da mediaya tanınan

bütün hüquqlar habelə medianın məsuliyyəti internet informasiya

resurslarının-veb səhifələrə və sosial şəbəkələrə də şamil edilir.[2] Lakin,

yuxarıda qeyd edilən Seçki Məcəlləsinin 77-88 ci maddələrinin adında

kütləvi informasiya vasitələri anlayışından istifadə edilməsinə baxmayaraq,

maddənin içərisində tənzimləmə daha dar çərçivə müəyyən edib, internet

media kənarda qalıb.

Seçki Məcəlləsinin 40.8-cı maddəsi bu baxımdan istisna kimi

qiymətləndirilməlidir. Seçki komissiyalarının fəaliyyətinin şəffaflığını

nəzərdə tutuan bu maddədə hər hansı ayrıseçkilik etmədən:"Seçki

Page 24: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 23

komissiyalarının iclaslarında, seçki sənədləri ilə və səslərin hesablanması

ilə əlaqədar işin gedişində kütləvi informasiya vasitələri nümayəndələrinin

iştirak etmək hüququ vardır"-de-məklə ənənəvi media jurnalistləri ilə

bərabər internet medianın təmsilçilərinin də informasiya almaq hüququ KİV

haqqında Qanunun 3-cü maddəsi aspektindən tanınmışdır. Eyni yanaşma

Seçki Məcəlləsinin 40.12-ci maddəsində də qorunmuş:"kütləvi informasiya

vasitələrinin nümayəndələri bütün seçki komissiyalarında seçki

hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin

(referendumun) yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri

və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında

protokolların tərtib olunmasını, habelə səslərin hesablanmasını və yenidən

hesablanmasını müşahidə edə biləcəkləri"- nəzərdə tutulmuşdur. Seçki

Məcəlləsinin 43-cü maddəsi də bu baxımdan internet medianın seçkilərdə

iştirakına müəyyən imkan verir: "43.1. Kütləvi informasiya vasitələrinin

nümayəndələri bütün seçki komissiyalarının iclaslarını işıqlandıra,

səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolları

və qərarları ilə tanış ola bilər, habelə müvafiq seçki komissiyasının

qərarının, protokolunun və onlara qoşulan digər sənədlərin surətlərinin bir

nüsxəsini haqq ödənilmədən çıxara və ya ala bilər, əlavə nüsxələri isə

Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə ala

bilərlər" və "43.2. Kütləvi informasiya vasitələri nümayəndələrinin tələbi ilə

seçki komissiyası qərarların, səsvermənin nəticələri və seçkilərin

yekunları haqqında protokolların surətləri seçki komissiyası tərəfindən

təsdiq olunmalıdır."

Seçkiqabağı təşviqatla bağlı tənzimləməni əhatə edən Seçki Məcəlləsinin

74-cü maddəsində seçkiqabağı təşviqatın kütləv informasiya vasitələri ilə

açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr,

çıxışlar, siyasi reklamlar, teleradio verilişləri, videofilimlər formasında və

qanunla qadağan edilməyən digər formalarda keçirilirdiyi göstərilir.

Beləliklə, KİV haqqında Qanunun 3-cü maddəsinin anologiyası ilə internet

və sosial şəbəkənin KİV olaraq qəbul edildiyini nəzərə alsaq, seçkiqabağı

təşviqatın bu resurslarda da aparılmasına hüquqi yollar açıqdır.

Seçkilərin hazırlanması və keçirilməsi zamanı ölkədə İnternet və sosial

şəbəkələrdən istifadə təcrübəsi

Ölkədə son Prezident və Milli Məclis seçkilərində habelə referendum

zamanı internet resursları seçkiqabağı təşviqat prosesində iştirak etmiş,

öncədən reklam qiymətlərini MSK-ya tədim edəərk namizədlərin

təşviqatlarına yer ayırmışdırlar. Məsələn, 2018-ci il 11 Apreldə Prezident

seçkiləri zamanı 19 agentlik və internet resursu MSK-ya öz reklam

qiymətlərini təqdim edərək, prosesdə iştirak etmişdir.[3] 2015-ci ilin

Page 25: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 24

Noyabrında Milli Məclis seçkilərində iştirak etməkdə maraqlı olan belə

resurs sayı 23 olmuşdur.[4] 26 sentyabr 2016-cı il referendumunda da bu

resursların müraciəti olmuş, lakin sayları daha az, cəmi 10 olmuşdur.[5]

11 aprel 2018-ci il Prezident seçkiləri zamanı aparıcı müxalifət partiyaları

seçkiləri baykot etdiklərinə görə seçkilərdə iştirak etməmiş və hər hansı

seçkiqabağı təşviqat prosesinə qoşulmamışdır. Lakin Partiyaların sosial

şəbəkələrdə səhifələri mövcuddur və təşviqat məqsədi ilə istifadə edilir.

Müsavat Partiyası[6] və AXCP[7] 2011-ci ildən, Respublikaçı Alternativ

Partiya[8] 2012-ci ildən, ÜMİD partiyası 2014-cü ildən facebook sosial

şəbəkəsində aktivdir və gündəlik informasiya yayımında səhifələrindən

istifadə edirlər. İqtidar partiyası Yeni Azərbaycan Partiyası[9] 2013-cü ildən

facebook sosial şəbəkəsindədir və rəsmi elan edilən üzvlərinin 8% həcmində

təqibçisi mövcuddur.

Seçkilərin keçirilməsinə məsul olan dövlət qurumu MSK nın iki

resursu[10] [11] fəaliyyət göstərir və seçkilərdə, referendum zamanı daha

çox istifadə edilir. Bu resurslar üərindən seçicilərin siyahısını, komissiyalara

dair məlumatları, protokolları, qanunvericilik aktlarını və səsvermə günü

online kameraları müşahidə etmək mümkündür.

İnternet və sosial şəbəkələr bu gün əhalinin seçki tərcihlərinə təsiri

Ölkədə media azadlığı böhran vəziyyətindədir. Ənənəvi media -

teleradiolar, qəzetlər və agentliklər əsasən hökumətin nəzarəti altında

olduğundan informasiyaları əsasən tərəfli və bəzən təbliğat xarakterlidir.

İnsanların tam, doğru və alternativ informasiyalara çıxışları yalnız məhdud

internet resursları və sosial şəbəkələr vasitəsi ilə qismən mümkündür. Bütün

ölkənin internet və sosial şəbəkələrə çıxışı eyni deyil. Sürətli internet trafiki

yalnız paytaxtda və rayon mərkəzlərində əlçatandır. Üstəlik sürətli internetin

aylıq istifadə qiyməti azgəlirli ailələr üçün çatımlı deyil. Bu səbəbdən, sosial

şəbəkələrin bütün ölkə ərazisində hər kəsin informasiya ehtiyacını

qarşıladığını söyləmək mübahisəlidir. Ölkədə hələ də rəsmi telekanallarda

və rəsmi mətbuatda sistemli şəkildə aparılan tərəfli təbliğat insanların siyasi

tərcihlərinin formalaşmasında dominantlıq edir.

Seçkilərin hazırlanması və keçirilməsi zamanı internet və sosial

şəbəkələrdən istifadəyə görə seçkilər və media ilə bağlı qanunvericiliyin

təkmilləşdirilməsi üçün zəruri addımlar

Seçkilərin hazırlığı və keçirilməsi zamanı internetin və sosial şəbəkələrin

daha aydın şəkildə hüquqlar əldə etməsi üçün Seçki Məcəlləsinin 77-88 -ci

maddələrində tənzimləmələr daha aydın və internet medianı da içinə alacaq

şəkildə olsa, praktik problemlərin ortaya çıxmasını önləyə bilər. Çünki,

qanunvericilikdə qadağan edilməyən hərəkətlər sərbəst olmasına

Page 26: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 25

baxmayaraq, praktikada seçki komissiyaları qanunvericilik aktlarında

konkret hüquqların olmadığını bəhanə edərək maneələr yarada bilir.

Ayrıca, ümumilikdə sosial şəbəkənin və internet medianın fəaliyyətinə mane

yaradan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi"

haqqında Azərbaycan Respublikası Qanununa 2017-ci ildə əlavə edilən III-I

ci fəslin[12]bütünlüklə qanunvericilikdən çıxarılması zəruridir. İnternet

informasiya ehtiyatının yaradılması və fəaliyyətinə dair qanunvericiliyə

gətirilən yeni normalar, habelə Nəqliyyat, rabitə yüksək texnologiyalar

nazirliyinə verilən məhkəmə qərarı olmadan bloklama səlahiyyəti

bütünlüklə internet informasiya ehtiyatlarının fəaliyyətini

məhdudlaşdırmağa yönəlib. Təsadüfi deyil ki, son il yarımda 60-dan çox

tənqidi fəaliyyəti ilə diqqət çəkən internet resursu bu səlahiyyətlərlə heç bir

obyektiv araşdırma apraılmadan Nazirlik tərəfindən bloklanıb[13] və

ölkədən onlara çıxış məddudlaşdırılıb. Bununla paralel məhkəmə qərarı ilə

də ölkədən girişinə qadağa qoyulan Azadlıq radiosu, Azadlıq qəzeti,

Meydan tv, Turan tv, Azərbaycan saatı kimi aparıcı informasiya

mənbələrinə giriş qadağandır.

Qanunvericilikdə bir digər problem Cinayət Məcəlləsinə əlavə edilən 148-1-

ci maddədir.[14] İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar,

profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə

adlanan bu maddəyə görə, İnternet informasiya ehtiyatında saxta istifadəçi

adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş

etdirməkləböhtan atma və ya təhqir etmə cinayət əməli hesab edilir

və maksimum bir ilədək müddətə azadlıqdan məhrum

etmə iləcəzalandırılır. Bu maddənin digər diffamasiya məsuliyyəti yaradan

ənənəvi böhtan və təhqirdən qoruyan maddələrdən fərqi ondadır ki, burda

cinayət iddiasını zərər çəkən xüsusi ittiham qaydasında yox, prokurorluq

başladır. Zərərçəkən iddia etməsə belə, rəsmi ittiham orqanı hər hansı

təhqiramiz hərəkət mövcuddur deyərək araşdırma başlada, sosial şəbəkə

aktivistlrini təqib edə, həbs edə bilər. Sosial şəbəkəyə əlavə cinayət

məsuliyyətinin gətirilməsi ifadə azadlığını təhdid edən, insanları tənqid

etməkdən də çəkindirən, qorxu və təzyiq yaradan yanaşmadır.

[1] http://www.e-qanun.az/code/17

[2] http://www.e-qanun.az/framework/30

[3] http://www.msk.gov.az/az/elections/prezident-seckileri/11-04-2018/966/

[4] http://www.msk.gov.az/az/elections/milli-meclise-seckiler/parlament-

01-11-15/806/

[5] http://www.msk.gov.az/az/referendum/903/

[6] https://www.facebook.com/pg/musavat/notes/?ref=page_internal

[7] https://www.facebook.com/axcp1995/

[8] https://www.facebook.com/pg/respublikaci/ads/?ref=page_internal

Page 28: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 27

Açıq mənbələrdən foto

Əsasların böhranı: iqtisadiyyat və informasiya

2019 Yanvar 30

Mehman Əliyev, jurnalist

Bəhanədən səbəbə doğru

2018-ci ilin sonlarında cəzaçəkmə müəssisəsində saxlanılan bloger Mehman

Hüseynova qarşı yeni cinayət işinin ortaya çıxardığı son siyasi hadisələr

hakimiyyət-cəmiyyət münasibətlərində ciddi tektonik dəyişiklikləri üzə

çıxardı. Bu təzahürün əsas fərqləndirici xüsusiyyəti İnternetin gücünün və

Page 29: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 28

təsirinin artmasının və rəsmi dövlət təbliğatının insanların fikirlərinə

informasiya təsirinin itirilməsinin nümayişi oldu.

Xüsusən, kütləviliyinə və vətəndaşların iştirakına və emosionallığına görə

son 14 ilin aksiyalarından xeyli fərqlənən müxalifətin 19 yanvar mitinqini

qeyd etmək olar. Hökumət əleyhinə sonuncu geniş miqyaslı aksiya 2005-ci

il noyabrın 26-da parlament seçkiləri zamanı qeydə alınmışdı.

Hazırki mitinq müxalifət tərəfindən çağırılsa da, onda əvvəllər siyasi

mübarizəyə cəlb edilməmiş insanlar da iştirak etdi. Bu, mövcud vəziyyətdən

narazı olan vətəndaşların birliyinin nümayişi idi. İnsanları müxalifətin

çağırışına hay verməyə vadar edən səbəbləri aşkar etmək məqsədilə mitinq

iştirakçılarının kütləvi şəkildə polisə çağırılması buna dəlalət edir.

Göründüyü qədər, məhz bu profilaktik söhbətlər müxtəlif səbəbli (işsizlik,

az qazanc, hüquq pozuntuları və s.), amma hakimiyyətə qarşı vahid etiraz

meylinin birləşdirdiyi etiraz əhval-ruhiyyəsinin mövcudluğunu üzə çıxardı.

Və bunun nəticəsi olaraq, hakimiyyət etiraz hərəkatının artan xətlə

inkişafından ehtiyatlanaraq, müxalifətin növbəti aksiyalarının keçirilməsinə

icazə verməmək məcburiyyətində qaldı. Baxmayaraq ki, müxalifətin növbəti

mitinqinin keçirilməsindən imtina haqqında rəsmi bəyanat onun kütləvi

tədbirdə vəziyyətə qanun çərçivəsində nəzarət etmək iqtidarında olmaması

ilə əlaqələndirilib.

Etiraz əhval-ruhiyyəsinin artmasının səbəbləri

Narazılığın artmasının əsas katalizatoru, şübhəsiz ki, hakimiyyətin vəd

etdiyi ağır vəziyyətdən tezliklə çıxış ümidlərini alt-üst edərək, əsassız olaraq

uzanan sosial-iqtisadi böhrandır. Açıq formada 2015-ci ilin martında

manatın devalvasiyası ilə başlayan böhran hələ də aradan qaldırılmayıb,

çünki onun aradan qaldırılması üçün operativ tədbirlər görülməyib. Yalnız

2018-ci ildə bəzi tərpənişlər başladı, amma onlar qeyri-ardıcıl xarakter

daşıyır və kompleks şəklində deyil. İlkin ehtiyac mallarının qiymətinin

artması (40% artım), idxaldan yüksək asılılıq şəraitində (məsələn, süd idxalı

2 dəfə, ət idxalı 4 dəfə və s. artıb) iki dəfə devalvasiyaya uğramış (2,16

dəfə) manatın alıcılıq qabiliyyətinin azalması ilə birlikdə iqtisadiyyatda

durğunluqla əlaqədar (ÜDM artımı neft sayəsində 1,4% təşkl edib) əhalinin,

demək olar ki, bütün təbəqələrinin həyat səviyyəsinin düşməsi (əhalinin orta

nominal əmək haqqı 542 dollardan 224 dollara düşüb) davam edib. Bu,

cəmiyyətin öz sosial-iqtisadi və siyasi hüquqları uğrunda mübarizədə

fəallaşması üçün əsas səbəb olub. Məhz məhkumluq və ümidsizlik etiraz

əhval-ruhiyyəsini əsaslandıran amilə çevrilir.

Page 30: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 29

İnformasiya ilə özünütəşkil

Azərbaycanda istifadəçisi 8 mln. olduğu deyilən internet, 3 mln. istifadəçisi

olan sosial şəbəkələr etirazçı elektoratın artmasının informasiya katalizatoru

olub. Proletariat inqilabının klassiki Vladimir Leninin qəzetin rolu haqqında

dediklərini bir qədər dəyişdirərək, belə demək olar: "İnternet təkcə kollektiv

təbliğatçı və kollektiv təşviqatçı deyil, həm də kollektiv təşkilatçıdır". TV və

mətbuatı geridə qoyan bu ən kütləvi informasiya meydanı hakimiyyətin

məhdud nəzarəti altında (baxmayaraq ki, hakimiyyət uğursuz şəkildə

internetə nəzarət etməyə çalışır) inkişaf edən yeganə interaktiv

kommunikativ vasitədir. İnformasiya şəbəkəsinin üç mühüm tərkib hissəsi:

1) nəzarət olunan və olunmayan müxtəlif informasiya axınları vətəndaşların

müxtəlif mənbələr əsasında az-çox obyektiv baxışlarını formalaşdırmasına

imkan verir. Kim, harada, nə vaxt və niyə suallarına cavab axtaran istənilən

mütəxəssis kimi. Dünya şəbəkəsi interaktiv informasiya mübadiləsi

aparmağa və bununla da, informasiya istifadəçilərinin, istehsalçılarının və

yayıcılarının birgə hərəkatına çevrilməyə imkan verir. 2) İnformasiya

məhsullarını istehsal etmək və internet təbliğatçılarının bir hissəsi olmaq

qabiliyyəti. Kütləvi əhval-ruhiyyə yaratmaq və yaymaq, tətbiq etmək

qabiliyyəti. Daxili etirazın məqsəd və istiqamətlərini işləyib hazırlamaq

qabiliyyəti. 3) Və nəhayət, kollektiv addımların məqsəd, vəzifə və

zərurətinin səlis şəkildə başa düşülməsi informasiya ictimaiyyəti

iştirakçılarını vitual dünyadan kənarda - meydanlarda, küçələrdə real

addımlara keçməyə vadar edir.

Bumeranq effekti

Azərbaycanın informasiya ictimaiyyətinin inkişafının gedişatına nəzər

salsaq, hakimiyyətin əvvəlcə çap mətbuatının, daha sonra kütləvi

informasiya vasitələrinin etik-hüquqi norma çərçivələrini necə metodik

şəkildə məhv etdiyini müşahidə etmək olar. Hakimiyyət inernetöncəsi

dövrdə birtərəfli qaydada öz düşmənlərinin nüfuzdan salma, qara piar, təhqir

yolu ilə məhvi qadağasını aradan qaldırıb. Bu təcrübə internetin inkişafı

dövründə də yayılıb, bu da onun əleyhdarlarının cavab addımlarını təşviq

edib. Dünya şəbəkəsi buna imkan yaradırdı. İllərlə mövcud olan prezidentin

və vəzifəcə bir pillə aşağı olan digər məmurların təhqir edilməsi qadağası

norma olmaqdan çıxdı, bu da onların toxunulmazlıq statusunun

devalvasiyasına səbəb oldu. Və bu qavrayış təkcə əhalini deyil, dövlət

maşınının özünü də əhatə edir, burada "böyük-kişik" iyerarxiyası prinispi ilə

qurulmuş sistemi dağılmağa başlayır. Dövlət başçısının imicinin

devalvasiyası avtomatik olaraq dövlətin, özü də avtoritar dövlətin

devalvasiyasına aparıb çıxarır. Son müşahidələr göstərir ki, etirazçı əhval-

ruhiyyə dövlət başçısının imicinin və dövlət sisteminin devalvasiyasına

Page 31: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 30

yönəlmiş informasiya hərəkatının inkişafına paralel olaraq artır. Dövlətin

təbliğat maşınının informasiya ictimaiyyətinə qarşı qoya biləcəyi çox az şey

var. Bu, hökumətyönlü informasiyaya etimadın birbaşa hakimiyyətə

etimadla bağlı olması ilə əlaqədardır, hakimiyyətə etimad isə göz önündə

tükənir.

Daxili komponent

Hakimiyyətdaxili mübarizə vəziyyəti ağırlaşdırır, son təmayüllərdən

göründüyü kimi, burada hakimiyyət prezidentin əlində cəmləşir və məmur

oliqarxiyası zəifləyir. Bu günə qədər Əliyevin ardıcıl təşəbbüsündən və

əhatəsindəki köhnə insanlarla mübarizəsinin uğurlarından danışmaq olardı,

amma prosesin informasiya və mitinq komponentləri klanların artan

müqavimətini göstərdi. İnformasiya mübarizəsinin iştirakçılarına hər iki

tərəfdən baxdıqda cəmiyyətin infromasiya cəhətdən pozulmasının və

prezidentin imicinin sarsılmasının katalizatorlarının əsasən klanlara məxsus

şəxslər, daha az səviyyədə isə klandan kənar fəaliyyət göstərən şəxslər

olduğunu görmək olar. İlk baxışda bu, müxtəlif baxışlar, mədəniyyətlər

arasında mübarizədir, amma reallıqda bu, ilk növbədə Birinci şəxsə və

ikinci növbədə məmur oliqarxlara qarşı etirazçı əhval-ruhiyyənin

fokuslanmasıdır.

Xarici amil

Beynəlxalq demokratik dairələrin Əliyev administrasiyasına güclü siyasi

təzyiqində özünü göstərən Mehman Hüseynovu güclü müdafiə sistemi

xarici qüvvələrin birləşdiyini nümayiş etdirdi. Rejimə həm Hüseynov və

digərləri ilə bağlı Qərb tərəfindən, həm də erməni əsilli Rusiya

vətəndaşlarının hüquqlarının müdafiəsi məsələsini informasiya məkanına

atan Rusiya tərəfindən təzyiq göstərilirdi. Bu duplet təzahürü rejimin

uzunmüddətli qeyri-müəyyənliyinin nəticəsi kimi də qiymətləndirmək olar.

Rejim əvvəlcə Avropa istiqamətində hərəkatın sürətini azaltdı və faktiki

olaraq, onu böhran həddinə çatdırdı, bu böhran özünü 2015-ci ildə başlamış

iqtisadi böhranla paralel olaraq büruzə verdi. Qərblə qarşıdurması şəraitində

Rusiyanın da hakimiyyətə təzyiqini rəsmi Bakı üçün Avropayönlü hərəkatın

sürətləndirilməsi zərurəti haqqında siqnal kimi qiymətləndirmək olar. Nə

qədər qəribə də səslənsə, Gürcüstan, Ukrayna, Ermənistanda dövlət

böhranları zamanı belə duplet təzahürlər artıq özünü göstərib və siyasi

dekorasiyaların dəyişməsinə və Avropayönlü inteqrasiyanın sürətlənməsinə

gətirib çıxarıb. Bizdə bu proses daha da uzandığı təqdirdə rejimə beynəlxalq

xarakterli növbəti xoşagəlməz vəziyyətlər yarana bilər.

Page 32: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 31

Beləliklə

Deyilənlərə yekun vursaq və

Azərbaycanda iqtisadi böhranın mövcud olduğunu, etirazçı informasiya

ictimaiyyətinin formalaşdığını, hakimiyyətin transformasiyasının uzandığını,

hakimiyyətdaxili mübarizənin etirazçı informasiya ictimaiyyətinə

söykəndiyini, xarici qüvvələrin gözləməkdən yorulduğunu və etirazçı

informasiya itcimaiyyətindən istifadə etməyə hazır olduğunu qeyd etsək,

belə bir nəticəyə gəlmək olar ki, bütün bu amillər bu gün inqilabi nəticələrə

aparıb çıxaran real siyasi proseslərin əsas komponentləridir.

* * *

Page 33: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 32

faktxeber.com

Jurnalistlərə qarşı ittihamlar əsaslıdırmı?

2019 Yanvar 31

Xalid Agaliyev, media hüquqçusu

Azərbaycanda iki tanınmış jurnalist həbs təhlükəsi ilə üz-üzədir. Söhbət

bastainfo.com saytının rəhbəri Mustafa Hacıbəyliyə və kriminal.az saytının

baş redaktoru Anar Məmmədova açılmış cinayət işindən gedir. Həmin cinayət

işi üzrə bir neçə həftə əvvəl başlamış məhkəmə prosesi hazırda Bakı Ağır

Cinayətlər Məhkəməsində davam edir. Məhkəmə ittihamları təsdiqləsə,

jurnalistlər 8 ilədək azadlıqdan məhrum edilə bilərlər.

***

İttihamların məzmunu

2018-ci ilin ortalarında Mingəçevirdəki elektrik stansiyalarından birində

qəza baş vermiş, nəticədə az qala bütün ölkə elektriksiz qalmışdı. 2018-ci

Page 34: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 33

ilin iyulunda isə Gəncə şəhərində şəhər İcra Hakimiyyəti başçısına və polis

əməkdaşına sui-qəsd törədilmişdi. Hər iki olay aylarla medianın müzakirə

etdiyi əsas mövzulardan oldu. Təkcə yerli media deyil, beynəlxalq media

quruluşları da bu mövzulara mütəmadi yer verdilər. Həmin olaylar zamanı

rəsmi açıqlamalarda ziddiyətlər vardı, bir qurumun verdiyi açıqlama bəzi

hallarda digər əlaqəli qurumun açıqlaması ilə uyuşmurdu.

Bəzi medialar böyük ictimai əks-səda doğuran həmin iki olayın fonunda

diqqəti əlaqəli başqa problemlərə də yönəltdilər. Məsələn, Gəncə olayları

zamanı şəhər adminstrasiyasının hadisəyə qədərki fəaliyyətinin məzmunu da

müzakirə predmetinə çevrildi. Eyni zamanda enerji sektoru

infrastrukturunun durumu Mingəçevirdəki qəzanın fonunda çək-çevir

edilməyə başlandı. Medianın belə yanaşması doğal idi, əslində bu, media

fəaliyyətinin təbiətidir.

bastainfo.com və kriminal.az saytları da qeyd edilən olayları işıqlandırıblar.

Ancaq söyləmək də olmaz ki, bu saytlar həmin olaylarla bağlı xüsusi bilgi

qaynağı rolunu daşıyıblar. Loru dildə desək, "hamı necə, biz də elə"

(kontrolda olmayan medialar cərgəsində) axarında çalışıblar. Məhz həmin

vaxtlarda yayılan yazıların bir qismi jurnalistlərə qarşı açılmış cinayət işinin

əsasını təşkil edir. Saytların rəhbərlərinə qarşı ittihamda 5 yazıdan söhbət

gedir. Həmin yazıların isə 4-ü bu saytların öz məhsulu deyil, jurnalistlər

məqalələri başqa medialardan götürüb, yayıblar. 1 yazını isə 2-3 il əvvəl

başqa bir neçə medianın yaydığı xəbərlərin yenidən işlənmiş icmalı saymaq

olar. Rəsmi ittihama görə, sözügedən məqalələr dövlət əleyhinə yönələn

açıq çağırış məzmunlu olub (məqalələrin məzmununa və "dövlət əleyhinə

yönələn açıq çağırış" ittihamına 2-ci yazıda toxunulacaq). Hər iki jurnalist

həmin məqalələrin müəllifliyinə görə, "dövlət əleyhinə yönələn açıq çağırış"

cinayətində, həmin məqalələri öz saytlarına daxil etdiklərinə görə isə "vəzifə

saxtakarlığı" və "vəzifə səlahiyyətlərini aşma" cinayətlərində ittiham

edilirlər.

Vəzifə cinayətləri və jurnalistlər

Bu yazıda sonuncu iki ittihamın - "vəzifə saxtakarlığı" və "vəzifə

səlahiyyətlərini aşma" ittihamlarının əsaslı olub-olmadığına toxunulur

("dövlət əleyhinə yönələn açıq çağırış" ittihamına növbəti yazıda

tpxunulacaq). Bunun üçün bu suala açıqlıq gətirmək kifayət edir - Bir

məqalənin (zənn edək ki, qanunsuz əməllərə çağırış məzmunlu) xəbər

saytına daxil edilməsi "vəzifə səlahiyyətlərini aşmaq" və "vəzifə

saxtakarlığı" cinayəti sayıla bilərmi? Bu suala cavab vermək üçün Cinayət

Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə

saxtakarlığı) maddələrini geniş anlamda şərh etməyə lüzum görünmür.

Çünki sualın cavabı elə həmin maddələrin mətnində göstərilib.

Page 35: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 34

Öncə hər iki cinayət əməlinin anlayışına diqqət yetirək. Cinayət

Məcəlləsinin vəzifə cinayətlərindən bəhs edən 33-cü fəslinin birinci - 308-ci

maddəsinin "qeyd" bölməsində "vəzifəli şəxs"lərin çərçivəsi göstərilib.

Onlar aşağıdakılardır:

hakimiyyət nümayəndələriyerli özünüidarə orqanlarını təmsil edən şəxslər,

zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət

qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri

və bələdiyyə qulluqçuları;

dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən

qaydada qeydə alınmış şəxslər;

dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik

hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının

rəhbərləri və işçiləri;

dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik

hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya

təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-

təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

Beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, yerli, xarici

və beynəlxalq arbitrlər, xarici və ya yerli andlı iclasçılar da bu sırada

sadalanır. Jurnalistlər bu sadalananlar sırasına daxil deyil.

Xəbər, məqalə hara, rəsmi sənəd hara?

Jurnalistlərin işində ortaya çıxan digər vacib sual xəbərin, məqalənin rəsmi

sənəd sayıla bilib-bilməyəcəyi ilə bağlıdır. Bu suala cavab tapmaq üçün

öncə "vəzifə saxtakarlığı" cinayətinin anlayışına yada salaq/ Əvvəldə də

qeyd etdiyimiz kimi vəzifə saxtakarlığı dedikdə, vəzifəli şəxs, eləcə də

vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı

qulluqçusunun rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə

yalan məlumatları daxil etməsi, həmin sənədlərə və ya informasiya

resurslarına onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi

başa düşülür.

Hər bir cinayətin predmeti olmalıdır. Vəzifə saxtakarlığının predmeti rəsmi

sənədlərdir. Söhbət hansı sənədlərdən gedir? Yaxud, nədir rəsmi sənəd?

Hüquqi əhəmiyyəti olan məlumatları və faktları təsdiq etmək üçün dövlət və

ya yerli özünüidarə orqanları, habelə dövlət və ya bələdiyyə orqanları

tərəfindən verilən yazılı aktlar rəsmi sənədlərdir. Rəsmi sənədlər bir qayda

olaraq özünəməxsus rekvizitlərə malik olur və müvafiq vəzifəli şəxs

Page 36: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 35

tərəfindən imzalanır. Məcəllədə aydın mətnlə yazılır ki, dövlət və ya

özünüidarəetmə orqanı olmayan qurumlar tərəfindən verilən rəsmi sənədlər

birmənalı olaraq, bu cinayətin predmeti ola bilməz.

Bizə həm də rəsmi sənədlərlə yanaşı, 313-cü maddədə qeyd edilən

"informasiya resursu" ifadəsinin anlayışını da aydınlaşdırmaq gərəkldir.

Nədir "informasiya resursu"?

Bu anlayış "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi

haqqında" qanunda izah edilib. Həmin qanun yazır ki, "informasiya

ehtiyatları dedikdə, informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə,

fondlarda, məlumat banklarında) olan sənədlər və sənəd massivləri, habelə

ayrıca mövcud olan sənədlər və onların massivləri başa düşülür.

Yuxarıda qeyd etdiklərimizdən çıxan aydın nəticələri qısaca aşağıdakı

kimi ifadə edə bilərik.

- M.Hacıbəyli və Anar Məmmədlinin ittiham edildiyi iki maddənin -

Cinayət Məcəlləsinin 309 və 313-cü maddələrində nəzərdə tutulan

cinayətlərin subyekti yalnız vəzifəli şəxslərdir (yaxud dövlət qulluqçusu,

yerli özünüidarə orqanı qulluqçusu). Ən azı M.Hacıbəyli və Anar

Məmmədlinin işində jurnalistlər vəzifəli şəxs deyillər, hesab edilə bilməzlər.

- Jurnalistlərin ittihamdakı kimi vəzifəli şəxs, yaxud dövlət qulluqçusu, yerli

özünüidarə orqanı qulluqçusu hesab edilməsi belə ittihamların əsaslılığına

yetmir. Çünki, M.Hacıbəyli və A.Məmmədovu qeyd edilən iki maddə ilə

ittiham etmək üçün həm də cinayətin predmeti olmalıdır. Yəni, jurnalistlərin

"rəsmi sənədlər"i "informasiya resursu"nda yayması lazımdır. Cinayət

Məcəlləsinin və "İnformasiya, informasiyalaşdırma və informasiyanın

mühafizəsi haqqında" qanunun işığında baxdığımızda isə nə jurnalist

məqaləsi "rəsmi sənəd"dir, nə də xəbər saytı "informasiya resursu"dur.

* * *

Page 37: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 36

Executive Director of the State Fund for Support of Mass Media Development Vugar Safarli

Mediaya dövlət dəstəyi siyasətinin iflası

2019 Fevral 06

Kamran Mahmudov, jurnalist

Fevralın 1-də Azərbaycan Respublikasının prezidenti yanında Kütləvi

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərin

maliyyələşdirilməsinə dair tələbləri dəyişdi. Tələblərə əsasən, son üç ildə

müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin

sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər

buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-

siyasi qəzetlər KİVDF tərəfindən maliyyələşdiriləcək.Tələblərə cavab

verməyən və dövlət tərəfindən maliyyələşdirilməyən qəzetlər isə bunlardır:

“Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”,

“Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”,

Page 38: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 37

“Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe”. Maliyyələşdirilməsi

davam etdiriləcək qəzetlər siyahısında isə "Səs”, "Yeni Azərbaycan”, "Yeni

Müsavat”, "İki Sahil”, "Kaspi”, "Kaspiy”, "525-ci qəzet”, "Bakı Xəbər” və

"Novoye Vremya”nın adları çəkilir. Bu qərardan sonra maliyyələşdirilməsi

dayandırılan qəzetlərin bir çoxu fəaliyyətlərini dayandıracaqlarını bildirdilər.

Hökumətin bu qəzetləri maliyyələşdirməkdə məqsədi hər kəsə bəllidir. Ən adi

vətəndaşın xırda bir şikayətini belə işıqlandırmağa cəsarəti çatmayan həmin

nəşrləri Azərbaycan oxucusu almırdı. Bir çoxu abunə vasitəsi ilə dövlət

qurumlarına satılırdı. Buna baxmayaraq, hökumət vətəndaşların vergisi

hesabına formalaşdırılan büdcədən KİVDF vasitəsi ilə onlara pul ayırırdı.

Həmin qəzetlərin maliyyələşdirilməsinin indi sonlandırılması ictimaiyyətdə

xeyli suallar və maraq doğurub. ASTNA bu suallara “Yeni Nəsil” Jurnalistlər

Birliyinin sədri Arif Əliyevdən cavab almağa çalışıb.

***

-Arif bəy, KİVDF 20-

yə yaxın qəzetin maliyyələşməsini ləğv etdi. Bundan sonra cəmi 10-

a yaxın qəzet KİVDFtərəfindən maliyyələşəcək. Niyə birdən KİVDF qər

ara gəlir ki, daha bu qəzetlərə ehtiyac yoxdur? Bu, hansısa yenitendensi

yanın başlanğıcıdır? Bu addımı necə qiymətləndirirsiniz?

-Buna "addım" yox, sağa-sola vurnuxmaq deyərdim.

Ölkədə idarəçilik sistemində dəyişikliklər həyata

keçirilməyə başlayıb. Hələlik onları islahat

adlandırmaq tezdir, amma çarx hərəkətə gəlib. Bəzi

yararsız qurumlar, fondlar artıq onun altında qalıb.

KİVDF "çarxın" qabağından qaçmağa çalışır. Ona

görə də tələsikdə məntiqsiz qərarlar qəbul edir.

Dekabrın 14-də Fondun Müşahidə Şurasında elan

edildi ki, "yeni dövrün tələblərindən irəli gələrək"

KİV-lərə maliyyə yardımı 6 ay deyil, 3 ay müddətinə

ayrılacaq. Sən bir "dövrün tələbinə" bax!!! Yanvarın

əvvəlində Fond 32 qəzetə bu "qışı keçirməyə" 612 min

500 manat pul ayırdı. Üçcə həftədən sonra isə məsələnin ilk baxışda

göründüyündən daha qəliz olduğunu anlayıb yenidən toplaşdı. Bəyan etdi

ki, sən demə, "dövrün tələbləri"nə tam uyğunlaşmaq üçün müddəti

qısaltmaq azmış, pul paylanan qəzetlərin sayını da ixtisara salmaq lazımmış!

Arada yarım milyondan çox vəsait getdi işinə.

Amma hətta hər məntiqsizlikdə də bir məntiq var. "Oksigen yastığı"na

birləşdirilmiş "xəstə"lərin sayının kəskin azaldılması qalanların sağalıb

ayağa durmasına kömək edə bilər. Yəni, 32 balaca qəzetə yalandan nəfəs

vermək əvəzinə 5-10 qəzeti bəsləyib onları cəmiyyətdə, bəlkə, daha geniş

dairədə söz sahibi olan KİV-lərə çevirmək mümkündür. Amma buna da

Page 39: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 38

ümid bəsləmək əbəsdir. Cünki Fondun bütün fəaliyyəti yanlış meyar

üzərində qurulub. Nədir başlıca meyar? İndiyədək tirajı 2500, yayımı 1000

nüsxə olan qəzetlərə yardım olunurdu, indi tirajı 5000, satış və abunəsi

2000-dən az olmayanlara pul düşəcək! Azərbaycanda qəzet satışı şəbəkəsi

darmadağın edilib, abunə sistemi isə tam saxtakarlıq üzərində qurulub:

abunə planı məmur kabinetində tutulur, sonra isə idarələrə hansı qəzetə nə

qədər yazılmaq barədə göstəriş verilir. Rəqəmlərdən başqa heç nə dəyişmir,

prinsiplər həmin prinsiplər olaraq qalır. Sadəcə, indi ictimai qazanın

ətrafında əlində çömçə 32 nəfər yox, 10 nəfər əyləşdiriləcək. Nə o 22

qəzetin acından ölməsini, nə bu 10 nəşrin indi daha yaxşı qidalanmasını

Azərbaycan jurnalistikası bütövlükdə hiss etməyəcək. Oxucuların da bu

prosesə maaşlarından məcburi pul tutulmasından başqa aidiyyatı olmayacaq.

"Bəlkə bu, yeni tendensiyanın başlanğıcıdır?" - soruşursunuz. Əminliklə

deyirəm ki, bu qərarı verənlərin beynəlxalq mətbuatda ciddi

tendensiyalardan xəbərləri yoxdur. KİVDF indiyədək olan uğursuzluqları və

"dəyişiklik" qərarını "Hazırda bütün dünyada... çap mediasının obyektiv

səbəblərdən problemlə üzləşməsi ilə", tiraj və gəlirlərin hər yerdə azalması

ilə əsaslandırır. Deyəsən, "qəzet böhranı" barədə xəbər bizim Müşahidə

Şurasına çox gec gəlib çatıb. Artiq 10 ilə yaxındır ki (elə təxminın KİVDF

yaranandan), dünyada əks proses gedir. Ümumdünya Qəzetlər

Assosiasiyasının hesabatına görə, təkcə 2010-2015-ci illərdə çap tirajları

21,6% artıb, hətta Böyük Britaniya, Fransa, Almaniya kimi yeni medianın

güclü inkişaf etdiyi ölkələrdə də 2016-cı ildən qəzet tirajlarının ildə azı 2-

3% artımı qeydə alınıb. Yox, dünya KİVDF gedən istiqamətdə getmir, orda

artıq köç geri qayıdır.

-İllərdir hökumət rəsmi, məmur-

oliqarxlar isə qeyri rəsmi olaraq mediaya pullar ayırır. Hətta jurnalistl

ərə hökuməttərəfindən ev verilir və bunu hökumət piar kimi istifadə edi

r. Amma onu da deyək ki, illərdir ekspertlər mediadadurumun bərbad

olduğu barədə həyəcan təbili çalır. Bəs onda bu mediaya ayrılan pullar

hara gedib? Hansı məqsədlər üçün istifadə olunub?

-Onu düz deyirsiniz: peşəkarlar dəfələrlə xəbərdarlıq ediblər ki, siz bu

qəzetləri "əldən yeməyə" öyrəşdirməklə onları və Azərbaycan mediasının

böyük, 140 illik ənənəyə malik qolunu ölümə məhkum edirsiniz. Ekspertlər

haray çəkiblər ki, "Kütləvi İnformasiya Vasitələrinə dəstək" kimi mühüm

ictimai məqsədə ayrılan büdcə vəsaitini pay-püş etməyin, ayrı-ayrı

redaktorlara "loyallığa görə haqq" olaraq ödəməyin, axırda onları uçuruma

gətirəcəksiniz. Hər dəfə bunu söyləyənlərə qarşı həmin qəzetlərin

redaktorlarını, "növbətçi" deputatları hücuma qaldırırdılar. Nə oldu? 10 ildə

hər birinə 1 - 1,5 milyon manat xərclənmiş qəzetlər bir günün içində necə

Page 40: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 39

çökdülər? Pul da getdi, şanlı tarixə malik neçə nəşr də. Bu idimi mediaya

dövlət qayğısının məqsədi? Budurmu günü-gündən çıçəklənən

mətbuatımızın inkişafının, gücünün göstəricisi? Yenə də deyirik: bu

gedişatla qalan qəzetləri eyni tale gözləyir. KİVDF-nin fəaliyyətində

nəyinsə dəyişəcəyinə azacıq işarə yoxdur. Sübut? Fondun Müşahidə

Şurasının son iclasının qərarları. 22 qəzeti "süddən kəsəndən" sonra Fond

heç nə olmamış kimi işinə davam edib. Qalan 10 qəzet üçün növbəti

kvartala eyni prinsiplər üzrə müsabiqə elanını təsdiqləyib və Fondun

yaradılmasının 10-cu ildönümü, habelə Novruz bayramı münasibəti ilə

köhnə qaydada fərdi jurnalist yazıları müsabiqəsinə start verib. Bir adam

bunları çağırıb soruşmur ki, yubileyini qeyd etməyə hazırlaşdığınız təşkilata

bu 10 ildə xalqın malından aşağı-yuxarı 50 milyon vəsait ayrılıb

(tikintilərdən başqa). Nə yaratmışınız, nə qoymuşunuz ortalığa? Deyəcəklər:

dövlətin vəsaitinə qəzetlərə yardım paylamışıq, fərdi müsabiqələr

keçirmişik, icra hakimiyyətləri ilə görüşlərdə olmuşuq, xaricə kollektiv

səfərlər etmişik, bayram şənlikləri qurmuşuq. Yenə də davam edirik.

-Maliyyəsi dayandırılan 20 qəzet içərisində "Şərq", "Ədalət",

"Bizim Yol" kimi cəmiyyət tərəfindən azdan-

çoxdantanınan qəzetlər var. Eyni zamanda maliyyəsi davam etdirilən q

əzetlər içərisində reytinqi çox aşağı olan qəzetlərigörmək mümkündür.

Həmçinin hakim partiyanın rəsmi orqanı olan "Yeni Azərbaycan"ı. Siz

cə, bu qəzetlərə maliyyə hansı kriteriyalara uyğun ayrılır? Və ya 700 mi

n üzvü olduğunu söyləyən hakim partiyanın rəsmi orqanına niyə vergiö

dəyiciləri hesabına formalaşan dövlət büdcəsindən vəsait ayrılmalıdır ki

?

-Çünki həyata keçirilən media siyasəti belədir. Nəzərə alın: rəsmən elan

olunan yox, gerçəklikdə həyata keçirilən siyasət. Sizin bu suallarınıza heç

guya o qərarı qəbul etmiş Müşahidə Şurasının üzvləri də cavab verə

bilməzlər. Axı siyahını onlar tərtib etməyiblər. Prezident Aparatından

Fondun işinə nəzarət edən qurumdan gələn siyahıdır, təsdiq ediblər. Sizin

indi səsləndirdiyiniz suallar da ora yönləndirilməlidir. Amma bir halda ki,

soruşursunuz, fikrimi deyim: bəzi ixtisaslaşmış, məsələn, uşaq nəşrlərindən

başqa heç kimə büdcədən pul paylanmamalıdır. Xüsusilə də partiya

qəzetlərinə. 60 yaşında xəstə müəllimin maaşından tutulan vergi ilə onun

ömründə üzünü görmədiyi və görmək istəmədiyi bir şəxsi qəzetin

qırmızıyanaq, iki maşında gəzən redaktoruna niyə maaş verilməlidir? Büdcə

vəsaiti dövlət və ictimai maraqlara xidmət edən inkişafa, media sahəsində

infrastruktur dəyişikliklərinə, yeni resursların yaradılmasına sərf

olunmalıdır.

Page 41: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 40

-Belə fikirlər var ki, maliyyəsi dayandırılan 20 qəzetdə çalışanlar

vaxtında bu vəziyyətə qarşı çıxıb azad rəqabət, reklam mühiti tələb

etsəydilər, bu gün bu duruma düşməzdilər. Həmin jurnalistlər dövlətin

medianı dəstəkləməsinə etiraz edib, medianın müstəqilliyinə

çalışsaydılar, indi bu vəziyyətə düşməzdilər. İndi həmin jurnalistlər

işsizdilər. Hökumətdən gələn maliyyə ilə işləməyə öyrəşmiş jurnalistlər

hökumət üçün təhdidə, başağrısına, problemə çevrilə bilməzlərmi?

Yoxsa, hökumət onları susdurmaq üçün hansısa başqa vasitələrə əl

atacaq?

-Qabaqdangəlmişlik etmək istəmirəm. Həm də verdiyimiz sual

maddiyyatdan çox mənəviyyatla bağlı olduğu üçün ona hərə özü cavab

verməlidir. Mənə elə gəlir, KİVDF-nin elan etdiyi şərtlərlə oynamağa razı

olanlar nəyə getdiklərini başa düşürdülər. Ona görə əksər redaktorlar

əvvəlcədən hazırlıqlarını görmüş olarlar. O ki qaldı adi jurnalist

həmkarlarıma, işini itirənlərin halına acıyıram, zərbənin ağırı çox vaxt

onlara dəyir.

- Azərbaycanda azad media həm də reklam bazarı olmadığına görə

sıradan çıxıb. Reklam bazarı olsaydı, bəlkə də bugün maliyyəsi

dayandırılan və dayandırılmayan qəzetlər də bağlanmağa məhkum

olmazdı. Azərbaycanda reklambazarı niyə yoxdur?

-Niyə ki? Azərbaycanda reklam bazarı var. Onun buğünkü potensial

ölçülərini təsəvvür etmək üçün 1996-1999-cu illərin reklam bumunu yada

salmaq kifayətdir. Amma indi bu bazar medianın özü kimi eybəcər hala

salınıb. Onu kiçik bir qrupun inhisarından, diktatından xilas etmək lazımdır.

İkinci mühüm şərt iqtisadi islahatlardır. Ölkədə sərbəst və ədalətli rəqabətin

inkişafına şərait yaratmaq, monopoliyanı aradan qaldırmaq, orta təbəqənin

formalaşmasına imkan vermək lazımdır. Dünyada reklamın təqribən 2/3

hissəsi orta və kiçik biznesin, xidmət sahələrinin payına düşür. Bizim

təxminən 8 il əvvəl apardığımız son tədqiqat göstərdi ki, Azərbaycanda

reklamın 90%-ni iri biznesin (bunun da 60%-ni üç nəhəngin - bank, mobil

rabitə və kompleks tikinti sektorlarının) reklamı təşkil edir. Bu, nə

deməkdir? Bu o deməkdir ki, orta təbəqə bizdə tamam nazilib, əhali əsasən

varlılara və kasıblara bölünür. Bəlkə, indi mənzərə bir az dəyişib, amma

düşünmürəm.

-KİVDF və Mətbuat Şurası kimi qurumlar nə işə baxır? Bu kimi

qurumlara ehtiyac varmı? Ümumiyyətlə, sizcə, medianı və

jurnalistikanı düşdüyü bu ağır durumdan çıxarmaq üçün nə etmək

lazımdır?

Page 42: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 41

-Mən sizə KİVDF-nin 10 illik fəaliyyətinin onun yaradılma məqsədlərinə

uyğun olmadığını nümayiş etdirən bir sənəddən danışacağam. Bu, mənim

apardığım araşdırmanın hesabatı deyil, prezidentin 2008-ci ildə imzaladığı,

KİVDF-nin də tez-tez istinad etdiyi "Azərbaycan Respublikasında kütləvi

informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" adlanan

rəsmi sənəddir. Orada yazılıb: "Maliyyə dəstəyi KİV-in maddi-texniki

bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi,

iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün

əhəmiyyətli problemlərin həllinə yönəlmiş proqramların, layihə və

tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət tərəfindən yardımlar

ayrılmasını nəzərdə tutur".

Müsabiqəsiz maliyyə dəstəyinə: bölgə KİV-nə, sosial, mədəni və uşaqlar

üçün xüsusi nəşrlərə ünvanlı yardımlar; subvensiyalar (rəsmi sənədlərin

nəşrinə görə ayırmalar); subsidiyalar (müəyyən məqsədlər üçün büdcədən

verilən vəsait); sosial reklamların mediada yerləşdirilməsi daxildir.

Müsabiqəli maliyyə dəstəyi isə KİV-in iqtisadi müstəqilliyinin

gücləndirilməsi üçün uzunmüddətli və güzəştli kreditlərin verilməsi;

məqsədli proqram və layihələrin həyata keçirilməsi ilə əlaqədar maliyyə

yardımının ayrılmasından ibarətdir.

KİVDF bu qədər vəzifənin içərisindən özünə birini - həm də ən

sonuncusunu seçib və yardım paylamaqla, mükafat verməklə məşğuldur.

İnfrastruktur, modernləşmə, iqtisadi müstəqillik, subvensiya, kredit, sosial

reklamlar kimi daha öncül məsələlər onun heç yadına da düşmür. Bu da

nəticəsi.

"Nə etmək lazımdır" sualınıza çatanda isə dayanacağam. Dəfələrlə təkliflər

səsləndirmişik. Onun formasını götürüb mahiyyətini dəyişiblər və

bütünlükdə ideyanı başqa məqsədlərə yönəldiblər. Bir vaxtlar mətbuatın ən

təkmil özünüidarə forması kimi Mətbuat Şurasını təklif etdim. İdeyanı

götürüb, inzibati resurslarla bizi kənarlaşdırıb, Şura sədrliyini

"əbədiləşdirib" onu ləğv olunmuş Mətbuat Nazirliyindən də pis quruma

çevirdilər. Elçin Şıxlı ilə Mehman Əliyev qabağa düşüb KİVDF yaratmaq

fikri ortaya atdılar, əsasnamə hazırladılar. Əsasnaməni alıb, özlərini

prosesdən kənarlaşdırıb, görün, nə yaratdılar. Belə olan halda, hər şey öz

axarı ilə məntiqi yekununa yaxınlaşsın.

* * *

Page 43: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 42

Açıq mənbələrdən foto

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

2019 Fevral 16

Xalid Agaliyev, media hüquqçusu

Bakı Ağır Cinayətlər Məhkəməsində bastainfo.com saytının rəhbəri Mustafa

Hacıbəyli və kriminal.az saytının baş redaktoru Anar Məmmədovun

məhkəməsi davam edir. Həbs təhlükəsi real olan jurnalistlər "hakimiyyətin

zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə

açıq çağırışlar etmə"də ittiham olunurlar. Jurnalistlərə qarşı həmçinin, bu

çağırışları öz saytlarına daxil etməklə vəzifə cinayətlərinə yol vermələri

ittihamı da irəli sürülüb (jurnalistlərin vəzifə cinayətlərində ittiham edilməsi

Page 44: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 43

birinci yazıda şərh edilib). Bu yazıda jurnalistlərə qarşı irəli sürülmüş

"hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla

dəyişdirilməsinə açıq çağırışlar etmə" ittihamına toxunulur.

Hər iki sayt rəhbərinə qarşı irəli sürülmüş ittihamların ən ağlabatan yozumu

budur ki, jurnalistlərin öz saytlarında yaydıqları bəzi məqalələr

"hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla

dəyişdirilməsi"nə açıq çağırış məzmunda olub. Həmin məqlələri oxuyan bir

neçə vətəndaş həyacan keçirib və ya şoka düşüb və bundan prokurorluğa

şikayətçi olublar.

Dövlət əleyhinə çağırışın əlamətləri

Jurnalistlərə qarşı başlıca ittiham maddəsi Cinayət Məcəlləsinin 281-2-ci

maddəsidir. Maddənin 1-ci hissəsində deyilir: Hakimiyyətin zorla ələ

keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının

konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün

parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu

materialları yayma - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə

cəzalandırılır.

Maddənnin 2-ci hissəsi eyni əməllərin təkrar və ya bir qrup şəxs tərəfindən

törədilməsi ilə bağlıdır. Jurnalistlərin ittiham edilyi Cinayət Məcəlləsinin

281-ci maddəsinin şərhinə göz gəzdirək.

Hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla

dəyişdirilməsinə çağırışlar hərəkətlə edilə biləcək əməldir. Hər iki sayt

rəhbəri məqalələri sayta daxil etməklə hərəkət etmiş sayılırlar. Ancaq

çağırışın cinayət əməli sayılması üçün onun açıq olması tələb olunur.

Çağırışın sayta daxil edilməsi onun açıq olması anlamına gəlmir, çünki

həmin maddənin sonunda "habelə bu cür məzmunlu materialları yayma"

ifadəsi işlədilir. Buna görə, demək olmaz ki, çağırış yayılıbsa, bu, elə onun

açıq çağırış olması deməkdir. Açıq şağırış o deməkdir ki, o, aydın olur, ilk

oxunuşda anlaşılır.

Hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla

dəyişdirilməsinə çağırış cinayəti birbaşa qəsdlə törədilə bilər. Yəni, şəxs öz

əməlinin ictimai təhlükəli olduğunu dərk edərsə, onun ictimai təhlükəli

nəticələrini qabaqcadan görərsə və üstəlik ictimai təhlükəli nəticələri arzu

edərsə, cinayətin birbaşa qəsdlə törədildiyini söyləmək olar. Haqqında

danışılan cinayətinin baş verdiyi qərarına gəlmək üçün sadalanan hər 3

əlamət mövcud olmalıdır. Əlamətin biri yoxdursa, birbaşa qəsd mövcud

deyil.

Page 45: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 44

Deyildiyi kimi, haqqında danışılan cinayətinin baş verməsi qənaətinə

gəlmək üçün həmin çağırışın birbaşa qəsdlə edilməsi şərtdir. Birbaşa qəsdin

baş verməsinin özünün şərti isə əməlin nəticələrinin arzulanmasıdır. Ona

görə də aydınlaşdırmaq lazımdır ki, mühakimə edilən jurnalistlər işin

hallarında olduğu kimi "oxuyucuların həyəcanlanmasını, şoka düşməsini"

arzulayıblarmı? Bu arzular həm də mütləq reallaşma gücündə olmalıdır.

bastainfo.com və kriminal.az saytları dar oxucu kütləsinə sahib saytlardır.

Ölkədə belə oxucu kütləsinə sahib olan 100-lərlə internet resursu fəaliyyət

göstərir.

Cinayətkar çağırış hesab edilən məqalələrin məzmunu

Jurnalistlərə qarşı tərtib edilmiş ittiham aktında saytlarda yayılmış bir neçə

məqalədən söhbət gedir. Həm də həmin məqalələrin bir neçəsi başqa

medialarındır, ittiham edilən jurnalistlər onları istinadla yayıblar. İttiham

aktında əsasən, aşağıdakı ifadələrin dövlət əleyhinə çağırış olduğu

vurğulanıb.

"Tanıyanlar bilir ki, 2011-ci ildən Gəncəyə başçı təyin edilən Elmar Vəliyev

şəhərin bütün dövlət qurumlarını özünə tabe etdirmək istəyib. Polis Daxili

işlər nazirinə, prokuror Baş prokurora tabe olduğu halda E.Vəliyev onları

özünə itaət etməyə məcbur edib. Məhz buna görə, Gəncənin keçmiş polis

rəisi Rasim Musayevlə başçı arasında ciddi qarşıdurma baş vermçişdi.

R.Musayev Gəncədə rəis olan zaman şəhid anasına görə, icra başçısı ilə

aralarında münaqişə baş vermişdi. Şayiələr yayılmışdı ki, rəsmi

tədbirlərdən birində evi sökülən şəhid anası E.Vəliyevə yanaşaraq, evi

söküldüyünə görə Qarabağda şəhid olan övladlarının balalarının keçədə

qaldığını irad tutmuşdu. İcra başçısı isə sərt şəkildə polsdən həmin qadının

tutulmasını əmr etmişdi. R.Musayev şəhid anasına mülayim münasibət

göstərmiş, bu, icra başçısını qəzəbləndirmiş, daha sonra iclaslardan birində

R.Musayevə kobud sözlər işlətmişdi. Hətta başçı ilə R.Musayev həmin vaxt

əlbəyaxa olmuşdular, bundan sonra R.Musayev Gəncəni tərk etmişdi...

Hətta söhbət dolaşırdı ki, R.Musayevin xidməti avtomobili Hacıkənddə

başçıya yaxın şəxslər tərəfindən gülləbaran edilib... ...Niyə hakimiyyət

E.Vəliyevin özbaşnalığını, kobudluğunu görmür, niyə onu cəzalandırmır?

Gəncəlilər hər zaman qürurlu və qorxmaz olublar. Odur ki, E.Vəliyevlə baş

verənlər tez ya gec olacaqdı. Əgər hakimiyyət bundan nəticə çxıarmırsa,

İsmayıllı və Quba hadisələri Gəncədə təkrarlana bilər..."

İstintaq qeyd edilən ifadələrin qələmə alınmasını və sayta daxil edilməsini

Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işinin açılmasına əsas sayıb.

Əslində necə, qeyd edilən ifadələr çağırış sayıla bilərmi?

Page 46: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 45

Çağırış, yoxsa, dəfələrlə tirajlanmış xəbərlər, mülahizələr?

Ümumiyyətlə, məqalələrdəki ifadələrin mühakimə edilən jurnalistlərin

əqlinin məhsulu olduğu qənaətinə gəlmək doğru görünmür. Bunun üçün ilk

növbədə həmin məqlələrdəki düşüncələrin ilkin müəllifinin mühakimə

edilən jurnalistlər olması şərtdir. Məqalələrin bir neçəsi ümumiyyətlə başqa

medialara aiddir. Digər tərəfdən vurğulanmalıdır ki, məqalələrdəki məzmun

yeni deyil, köhnəlmişdir.

Məqalələrin əsas məzmunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, onun

fəaliyyəti ilə bağlıdır. İnternetda belə məzmun minlərlədir. İnternetdə

axtarış verdikdə, həmin başçının fəaliyyətinin neqativ məzmunu ilə bağlı

yüzlərlə məqalə tapmaq olur. Həm də həmin məqalələrlə müqayisədə

ittiham aktının söykəndiyi yazılar kifayət qədər yumşaq məzmundadır. Əgər

hansısa qrup hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun

zorla dəyişdirilməsi cinayətinə meyllənərsə, bu məqalələr yəqin ki, onların

"ədəbiyyat siyahısına" düşməz.

Qeyd etdiklərimizdən çıxış edib söyləyə bilərik ki, mühakimə edilən

jurnalistlərin yaydıqları məqalələr bilavasitə onların müəllifliyinə aid deyil,

həm də dövlət əlayhinə açıq çağırış deyil. İttiham aktının söykəndiyi

məqalələrin harasında insanlar hakimiyyəti zorla dəyişdirməyə çağırılıb? Bir

polis rəisi ilə icra başçısının yola getməməsini, bir icra başçısından

narazılığın olduğunu xəbərləmək, hökuməti tədbir görməyə dəvət etmək

necə ola bilər ki, dövlət əleyhinə açıq çağırış kimi tövsif olunsun?

Məqalələrdən ittiham aktında seçilib qeyd edilmiş ifadələr olsa-olsa

hökumətə yönəlik xeyirxahlıqla ifadə edilmiş jurnalist mülahizələridir.

İfadələr zəruri resurslara malik konkret çevrəyə yönəlməyib

Çağırışın açıqlığını ifadə edən şərtlərdən biri də çağırışın ünvanlandığı

konkret çevrənin olub-olmamasıdır. Əgər çağırış cinayət törətmək

məqsədilə yayılıbsa, çağırış mütləq onu icra edə biləcək konkret kəsimə

ünvanlanmalıdır. Jurnalistlərin yaydığı məqalələrdə aydın görünən yeganə

çevrə var - hökumət. Məqalələrdə vurğulanır ki, Gəncə şəhərində

adminstrasiyadan narazılıq var, tədbir görmək lazımdır, yoxsa, əvvəlki

illərdə başqa rayonlarda baş vermiş ictimai təhlükə doğuran olaylar yaşana

bilər. Digər məqalələrin hədəfi bütün vətəndaşlara xəbərləmək, onlara

informasiya çatdırmaqdır. Bu isə media, jurnalistika fəaliyyətinin təməlidir.

Bu qeydlərin fonunda əminliklə demək olar ki, ittiham aktının söykəndiyi

məqalələrin yönəldiyi (cinayət anlamında) konkret çevrə mövcud olmayıb.

Çağırışın yönəldiyi konkret çevrə mövcud olmadığından, ittiham edilən

jurnalistlərin (çağırış müəlliflərinin) hansısa çevrəyə nüfuz etmək, onları

Page 47: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 46

yönləndirmək gücünün olub-olmaması məqamına toxunmağa gərək qalmır.

Halbuki, bu da vacib suallardandır.

Zənn edək ki, çağırış bəlli bir çevrəyə edilib. Bu zaman cavab aranası digər

sual həmin çevrənin çağırışı reallaşdırmaq imkanında olub-olmamasıdır.

Cinayət Məcəlləsinin 281-ci maddəsindəki əməlin törədilməsi üçün həm də

zəruri resursların mövcudluğu, çağırışın ünvanlandığı çevrənin həmin

imkanlara sahib olması da vazkeçilməz şərtdir. Mütləq nəzərə alınmalıdır ki,

hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla

dəyişdirilməsi gerçəkləşməsi əksər situasiyalarda mümkün görünən sıradan

bir xuliqanlıq əməli deyil. Azərbaycanin hüquq mühafizə qurumlarının

ölkədəki ictimai-siyasi, kriminal durumla bağlı hesabatlarını yadımıza salaq.

Siz rəsmi hesabatlarda nə zamansa ölkədəki sabit düzəni poza biləcək

kəsimlərin olması ilə bağlı məzmunla rastlaşmısınızmı? Rəsmi hesabatlarda

hər zaman vurğulanıb ki, ölkədə tam ictimai-siyasi sabitlik bərqərar olub.

Vətəndaşlar da əmin edilib ki, hüquq mühafizə qurumları sabitliyi tam təmin

edir. Rəsmi bilgilərə görə, Azərbaycanın yaxın keçmişində siyasi

hakimiyyətə müxalif olan qrupların ən kütləvi aksiyası 2-3 min vətəndaşınm

iştirakı ilə gerçəkləşib. Bu tədbirlər də yenə də rəsmi bəyanlarda

vurğulandığı kimi hər zaman sabitliklə müşayət olunub. Oturuşmuş belə bir

sabit ictimai-siyasi düzəndə necə ola bilər ki, bir neçə məqalə hakimiyyətin

zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi əməlinin

törədilməsinə zəmin yaratsın?

Bütün qeyd edilənləri ümumiləşdirərək söyləmək olar ki, mühakimə

olunan iki jurnalistin yaydığı məqalələrdə Cinayət Məcəlləsinin 281-ci

maddəsi üzrə açıq çağırışlar mövcud deyil. Jurnalistlərin bu işdə dövlət

əleyhinə açıq çağırışlar etmə və belə çağırışları yaymağa görə

məsuliyyətə cəlb olunması da ağlabatan deyil.

* * *

Page 48: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 47

Foto: kaninstudio, depositphotos.com

Jurnalistlərin müdafiəsi sistemi - beynəlxalq araşdırma

2019 Aprel 15

Mehman Əliyev, jurnalist

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezirin ofisi ötən həftə

Vyanada "Jurnalistlərə hücum: KİV azadlığına təhlükə" mövzusunda konfrans

təşkil edib. Mövzu seçimi təsadüfi deyildi. Dezirin sözlərinə görə, son 25 ildə

ATƏT məkənında həlak olanlar arasında 400 jurnalistin adı var. Daha sonra o

Page 49: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 48

qeyd edir ki, zorakılıq hadisələrinin 85%-ə yaxınının təqsirkarları məsuliyyətə

cəlb olunmayıb.

Faktiki olaraq, hakimiyyət-mətbuat münasibətləri məntiqinə baxsaq, əksər

hallarda hakimiyyətin cinayətlərin üstünün açılmasına maraq göstərmədiyini

və faktiki olaraq istintaqı məntiqi yekununa çatdırmadığını görürük.

Məsələn, bütün növ cinayətlərin 90%-dən çoxunun üstü açılan

Azərbaycanda jurnalistlərlə bağlı hadisələrdə bu göstərici ənənəvi olaraq bir

neçə faiz həddində olub ki, bu da jurnalistlərə qarşı zorakılıqda siyasi

qərəzliliyin və ya bu zorakılığın təşviqinin göstəricisidir.

Son dörd ayda ATƏT regionunda beş jurnalist: Danimarkada Kim Uolla,

Türkiyədə Orouba ve Halla Barakat, Maltada Dafna Karuana Qalitsiya,

Slovakiyada Yan Kutsyaka. Yalnız sonuncu jurnalistin qətlinin araşdırılması

bütün Slovakiyada son 30 ilin ən güclü kütləvi etirazlarından sonra

ümidverici nəticələrə gətirib çıxarıb. Amma, belə ictimai təzyiq altında belə,

bu işlə bağlı mətbuatda dərc edilən materialların araşdırılması göstərir ki, bu

ölkədə yüksək vəzifəli məmurlar Kutsyakın qətli ilə bağlı həqiqətin

müəyyən edilməsi, o cümlədən onun Slovakiya siyasətçilərinin İtaliya

mafiyası ilə əlaqələri haqqında araşdırmasının tədqiq edilməsi üçün xüsusi

səy göstərməyiblər.

Çox vaxt "hökumət-cinayət" əlaqəsi araşdıran jurnalistlər öldürülür.

Slovakiyada, Macarıstanda, Çexiyada, Maltada və Avropanın bir çox digər

ölkələrində bu əlaqə güclüdür və möhkəmlənməyə davam edir, 2018-ci ilin

payızında belə deyə Dezir qeyd edib ki, ATƏT üzvü olan dövlətlər söz

azadlığının müdafiəsi və jurnalistlərin təhlükəsizliyi üçün səylərini

fəallaşdırmalıdırlar.

Təcrübə göstərir ki, hakimiyyət jurnalistlərin həbsi və təqibi üçün

terrorizmin dəstəklənməsindən başlayaraq xuliqanlığa qədər ən müxtəlif

ittihamlardan istifadə edir.

Beynəlxalq hüquq müdafiə qurumlarının məlumatlarına görə, bu gün ATƏT

regionunda, əsasən keçid demokratiyası olan ölkələrdə 170-ə yaxın jurnalist

həbsdədir.

Hazırda jurnalistlərin müdafiəsi üzrə müxtəlif təşəbbüslər dəyərləndirilir.

Məsələn, Aİ jurnalistlərin qətllərinin araşdırılmasına nəzarət üzrə xüsusi

komissiyalar haqqında qanun hazırlayır. ATƏT-in KİV azadlığı üzrə

nümayəndəsi isə milli səviyyədə jurnalistlərin müdafiəsi üzrə rəsmi

şəxslərin, hüquq mühafizəçilərinin və jurnalist təşkilatlarının

nümayəndələrinin daxil olacağı bənzər komitələr yaratmağı təklif edir. Bu

komitəyə jurnalistlərə qarşı zorakılıq təhdidləri və zorakılıq faktları

Page 50: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 49

haqqında məlumatlar sıza bilərdi. Bu komitələrdə təmsil olunan tərəflərin

birgə səyləri bu cür təhdidləri minimuma endirməyə imkan verərdə, Dezir

belə hesab edir.

Bu cür təşəbbüslər, əlbəttə ki, jurnalistlərə qarşı cinayətlərin artmasının

qarşısını alardı, amma Azərbaycanda hakimiyyət belə qurumların

yaradılmasını təkzib edirdi.

Jurnalistlərə qarşı bütün cinayətlərin və onların qətllərinin icbari beynəlxalq

araşdırılması həm mühüm preventiv, həm də cəza vasitəsi olardı. Təcrübə

göstərir ki, jurnalistlərin qətllərinin araşdırılması, milli səviyyədə, icra

hakimiyyətinin nəzarəti altında olan milli hüquq-mühafizə orqanları

tərəfindən aparılırsa, çıxılmaz nöqtəyə gəlib çatır. "Monitor" jurnalının baş

redaktoru Elmar Hüseynovun qətli hadisəsi buna nümunə ola bilər. O, 2005-

ci ilin martında qətlə yetirilib. İlk mərhələdə FBR və Türkiyənin xüsusi

xidmətləri araşdırmaya qoşulmuşdu. Türkiyə istintaq qrupunun rəhbəri

sonradan bildirib ki, Azərbaycan hökumətinə qətlin icraçılarının və

sifarişçilərinin adları təqdim edilib. Amma xarici müstəntiqlər öz ölkələrinə

göndərildi və yerli istintaq çıxılmaz nöqtəyə gəlib çıxdı. Sonrakı jurnalist

araşdırmaları göstərib ki, iş saxta şəkildə təqib edilib.

Jurnalistlərin qətllərinin və ya qətli cəhdlərinin araşdırılması üzrə icbari

beynəlxalq araşdırma qrupu kimi beynəlxalq və yerli qanunvericilik

qərarının hazırlanması və qəbul edilməsi BMT səviyyəsində həyata

keçirilməli və ATƏT, AŞ, Aİ kimi regional təşkilatlar tərəfindən

dəstəklənməlidir. Əlbəttə, bu cür araşdırmaların əlaqələndirici qurumu

İnterpol və digər maraqlı qurumlar ola bilərdi.

Milli hökumətlərin və xidmətlərin KİV nümayəndələrinə qarşı cinayətlərin

icbari beynəlxalq araşdırılmasına heyran olmayacaqlar, amma belə bir

qərarın qəbulu jurnalistlərlə hesablaşmaq üçün killerlərin xidmətlərindən

istifadə etmək istəyənlər üçün qabaqlayıcı siqnal olar.

* * *

Page 51: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 50

Açıq mənbələrdən foto

Mətbuat Azadlığı İndeksi - Azərbaycan niyə 180 ölkə arasında 166-cıdır?

2019 May 02

Xalid Agaliyev, media hüquqçusu

Sərhədsiz Reportyorlar növbəti Dünya Mətbuat Azadlığı indeksini açıqlayıb.

Sənəddə 180 ölkədə mətbuat azadlığı araşdırılıb. Azərbaycan ötən illə

müqayisədə 4 pillə geriləyib, 166-cı pilləyə düşüb. Sənəd Azərbaycanda

həmişəki kimi birmənalı qarşılanmayıb. Hökumət təmsilçiləri, deputatlar

indeksi ədalətli saymadıqlarını bildiriblər. Milli Məclisin deputatlarında biri

hətta sual edib ki, “bizdən 165 pillə irəlidə olan ölkə hansıdır ki?...”. Görünən

Page 52: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 51

odur ki, “Azərbaycan niyə 180 ölkə arasında 166-cıdır” sualına bir neçə

kriteriyanın işığında nəzər salmaq gərəkldirir.

***

Həbsdəki jurnalistlər

Hökumətlər mətbuatın, jurnalistlərin azad fəaliyyət göstərməsi üçün

əlverişli mühiti təmin etməlidilər. Jurnalist öz fəaliyyətinə görə basqılara

məruz qalmamalı, risq altında olmamalıdır. Bu, həm yerli

qanunvericilikdən, həm də ölkəmizin üzərinə götürdüyü öhdəliklərdən

doğur.

Durum necədir? 15 ilə yaxın dövr ərzində Azərbaycanda elə il, ay olmayıb

ki, həbsxanada jurnalist olmasın. Bəzi hallarda Azərbaycan həbsdəki

jurnalistlərin sayına görə, ATƏT məkanına daxil olan ölkələr arasında

birinci olub.

2008-2010-cu illərdəki həmin durum ciddi şəkildə dəyişməmiş qalır.

Novruz bayramından əvvəl Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10-

dan artıq idi. Ən pisi də odur ki, onlar heç də böhtan, təhqir və ya peşə

fəaliyyəti ilə birbaşa əlaqəli ittihamlarla məhkum edilməmişdilər.

İttihamların əksəriyyətinin peşə fəaliyyəti ilə bağlı olmaması isə heç də

məsələni mətbuat, ifadə, jurnalist azadlığı müstəvisindən kənarlaşdırmır.

Çünki Azərbaycandakı oxşar işlərlə bağlı Avropa Məhkəməsinin qəbul

etdiyi qərarlar var. Həmin qərarların hamısında jurnalistlərə qarşı

ittihamların qurama olması, onları sıradan çıxarmağa xidmət etməsi

təsdiqlənib. Ona görə, ittiham nə olursa olsun, Azərbaycanda həbsdə olan

jurnalistin məhz peşə fəaliyyətindən dolayı cəzalandırılması baxışı

formalaşıb.

Azad fəaliyyət mühiti, jurnalistlərə basqılar

Jurnalistlərin sərbəst fəaliyyət göstərməsi, bilgi toplaması üçün həm də

güvənli mühit tələb olunur. Hökumət hər hansı ictimai toplantıdan bilgi

toplayan jurnalisti özünün təhlükəsizlik çətiri altına almalıdır.

Durum necədir?

2018-ci ilin sentyabrından bu yana olan dövrdə baş verənlərə nəzər yetirək.

Həmin zaman kəsiyində Bakıda yaşanan 10-a yaxın ictimai toplantının

(aksiya, yürüş vəs.) hər birində jurnalistlərə basqılar olub. Jurnalistlər deyir

ki, fərqləndirici geyimdə olsalar da olay yerinə buraxılmamaq, qaba rəftar

üzləşdikləri adı davranışa çevrilib.

Page 53: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 52

Qeyd edilən dövrdə peşə faəliyyətini yerinə yetirən jurnalistlər 10 dəfədən

artıq polisə aparılıblar. Müstəqil jurnalist və bloqerlər Ramin Deko, Sevinc

Vaqifqızı, Aysel Əhmədova, Nurlaq Qəhrəmanlı dəfələrlə belə rəftarla

üzləşiblər. Onlar saatlarla polisdə saxlanılıblar. Peşə fəaliyyətini yerinə

yetirərkən fiziki zorakılığa məruz qalan jurnalistlər də olub.

"Mətbuat Azadlığı İndeksi" ilə bağlı açıqlamasında bir deputat ironiya ilə

sual etmişdi ki, "bizdən 165 pillə irəlidə olan ölkə hansıdır ki?"... Həmin

ölkələrdən biri Finlandiyadır. O Finlandiyada ki, onların hökuməti bu

ölkədə mütəşəkkil cinayətkarlığı araşdıran iki jurnalistin daimi polis

qoruması altında yaşamasını təmin edib. Azərbaycanda araşdırmaçı

jurnalistlərin durumuna baxaq. Onların ən tanınmışlarından Xədicə İsmayıl

ömrünün bir hissəsini həbsxanada keçirməli olmuşdu. Ölkədən çıxışına

yasaq qoyulanlar, həbsdə olan araşdırmaçı jurnalistlər də var.

İnformasiya əldə etmək imkanları

Azərbaycan qanunvericiliyi jurnalistlərin informasiyalara çatımını təmin

etmək üçün xeyli imkanlar yaradır. Qanunvericilik ictimai məzmunlu

bilgiləri öz saytları vasitəsilə açıqlamağı informasiya sahiblərinin üzərinə

vəzifə olaraq qoyub. Hansı informasiyalar açıq olmalıdır, qanunvericilik

onları açıq şəkildə sadalayır.

Gerçək vəziyyət necədir?

İctimai informasiya sahibi olan qurumların saytları olduqca kasaddır. Bu

kateqoriya üzrə ən şəffaf saya biləcəyimiz qurum ondakı informasiyaların

heç 60 faizini açıq tutmur. Həm də bu kateqoriyada 50-60 faiz şəffaf olan

dövlət qurumlarının sayı əl barmaqlarının sayı qədər deyil. Digər

qurumların şəffaflığı 25-30 faiz civarındadır. Jurnalistlər üçün daha vacib

olan informasiyalar - maliyyə ilə bağlı bilgiləri isə tam şəkildə heş bir

qurum açıqlamır.

Deputatlardan birinin "bizdən 165 pillə irəlidə olan ölkə hansıdır ki?"

sualına informasiya açıqlığı kontekstində iki nümunə gətirək. "Mətbuat

Azadlığı İndeksi"ndə Türkiyə 157-ci pillədədir. Ancaq həmin ölkənin hər

hansı bələdiyyəsinin saytına daxil olmaqla, həmin quruma indiyədək daxil

olmuş informasiya sorğularını və cavablarını görmək olar. Rusiya indeksdə

149-cu pillədədir. Azərbaycan jurnalistlərinin məhkəmə proseslərindən bilgi

toplaması, çəkiliş aparması ciddi problemlidir, bunu iki gün əvvəl dolayısı

ilə Ali Məhkəmənin sədri də vurğulamışdı. Ancaq Rusiyanın bir çox

yerlərində açıq məhkəmə prosesləri internet üzərindən canlı yayımlanır...

Belə durumun, müqayisələrin fonunda mətbuatımızın, jurnalistlərimizin

azad fəaliyyət imkanlarından danışmaq çox çətindir.

Page 54: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 53

Media qanunları, onların işləməsi...

Qanunlar hər yerdə dəyişdirilir, yenilənir, çağdaş çağırışların tələblərinə

uyğunlaşdırılır. Qanunlar Azərbgaycanda da dəyişdirilir, ancaq bu

dəyişikliklərin hamısı məhdudlaşdırıcı məzmundadır. Son 10-15 ilin qanun

yaradıcılığı prosesinə baxdıqda, jurnalistləri öz haqlarından daha geniş

yararlanmağa həvəsləndirən qanun dəyişikliyi nəzərə çarpmır. Hamısı

məhdudlaşdırıcı məzmundadır. Hüquqi şəxslərin reyestri ilə bağlı bilgilər

qapalı elan olundu. Jurnalsitlərin əməliyyat-axtarış qurumlarından bilgi

toplamasına çətinliklər yaradıldı. Sərt bloklama düzənləməsi qəbul edildi.

Hərbi durumlarda bilgi toplanmasına senzuranın tətbiqi qaydası da

qanunvericiliyə gətərildi. Belə dəyişikliklrəin sayı onlarladır.

Bütün bunlara rəgmən jurnalistləri qoruyan qanunlar da var. Baxaq görək,

onlar necə işləyir, ümumiyyətlə işləyirmi?

"İnformasiya əldə edilməsi haqqında" qanun jurnalistlər üçün ən önəmli

vasitələrdən biridir. Bu qanun bilgi ala bilməyən jurnalistə ombudsman və

məhkəmə alətlərindən istifadə etməklə istədiyi bilgiyə "yetişmək" imkanı

verir.

Ombudsman Aparatının rəsmi bilgilərində informasiya mübahisələri ilə

bağlı ümumiyyətlə statistik data-lar yoxdur. İnformasiya əldə edilməsində

bu qurum demək olar ki, tam effektsizdir. Bu qurum indiyə kimi bir dəfə də

olsun, informasiya verməyənləri məhkəməyə verməyib.

Məhkəmələrin informasiya əldə etməklə bağlı mübahisələr üzrə sonuncu

müsbət qərarı təxminən 10 il əvvəl olub. Ancaq həmin qərarlar da icra

edilməyib. Son iki ildə yerli məhkəmələr Turan agentyliyinin informasiya

açıqlığı ilə bağlı şikaytələrinin heç birini təmin etməyiblər.

Azərbaycanın cinayət qanunvericiliyi jurnalistlərə qarşı zorakılığı cinayət

elan edir, ancaq indiyədək Cinayət Məcəlləsinin həmin maddəsi bir dəfə də

olsun tətbiq edilməyib. Azərbaycanın İnzibati Xətalar Məcəlləsi jurnalistlərə

informasiya verməkdən yayınan subyektlərin cərimə edilməsini nəzərdə

tutur. Ancaq bu mexanizm də indiyə kimi bir dəfə də olsun tətbiq

edilməyib...

Qeyd etdiklərim Azərbaycanda mətbuat azadlığının temperaturunu ölçmək

üçün faydalana biləcəyimiz kriteriyaların hamısı deyil. Mətbuatın maliyyə

qaynaqları kriteriyası var, sahiblik, özünü senzura və sair məsələlər də var.

Təəssüflər olsun ki, incələnən kriteriyalar üzrə gəlinən nəticələr Mətbuat

Azadlığı İndeksindəki yerimizi kölgə altına almır. Problemləri araşdırmaq,

ictimai müzakirələr açmaq, təklifləri dinləmək, istəmək və yaraları müalicə

etmək lazımdır.

Page 55: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 54

* * *

Page 56: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 55

Açıq mənbələrdən foto

Azərbaycanda dözümsüzlüyün bariz nümunələri ortaya çıxdı

2019 May 08

Kamran Mahmudov, jurnalist

ABŞ-da yaşayan və son illər İnternetdə təsis etdiyi “Osmanqızı” telekanalının

aparıcısı, jurnalist Sevinc Osmanqızı şəxsi həyatı ilə təhdid olunduğunu

bildirib. Jurnalist videomüraciətində bildirib ki, heç bir şantaja və təhdidlərə

boyun əyməyəcək və işini davam etdirəcək.Amnesty İnternational beynəlxalq

hüquq- müdafiə təşkilatı, beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatı

Azərbaycanın hakimiyyətyönlü KİV-lərində jurnalist Sevinc Osmanqızına qarşı

başlanmış böhtan kampaniyasını pisləyiblər.Azərbaycanda bir çox jurnalist

şəxsi həyatla bağlı təhdidlərlə üzləşib. Amma son illər bu təcrübədən o qədər

Page 57: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 56

də istifadə olunmurdu. İndi yenidən həmin təcrübədən istifadə olunması bir

çox suallar ortaya çıxarıb. Media məsələləri üzrə ekspert, hüquqşünas

Ələsgər Məmmədli mövzu ilə əlaqədar ASTNA-nın suallarını cavablandırıb.

***

-Ələsgər bəy, xaricdə yaşayan və fəaliyyət göstərən jurnalist Sevinc

Osmanqızı şəxsi həyatı ilə təhdid olunduğunu bildirir. Sizcə, bu təhdidi

edənlər nəyə nail olmaq istəyirlər?

-Ümumiyyətlə, Azərbaycanda son illər,

xüsusilə 2000-ci illərdən sonra kütləvi

şəkildə ifadə azadlığına

dözümsüzlüyün bariz fərqli nümunələri

ortaya çıxdı. Bunlardan biri də ifadə

azadlığı carçısı olanların, xüsusilə

hansısa korrupsiya faktlarını, hökuməti

narahat edən hansısa məsələləri ortaya

çıxaran şəxsləri şəxsi həyatı ilə bu və

ya digər formada təhdid etməkdir. Bunun nümunələri çox oldu. Bəzi şəxslər

buna görə təəssüf ki, mövqelərini dəyişib və yaxud fəaliyyətini dayandırıb,

susaraq buna reaksiya göstərib. Xüsusən kişilərə yönələn təhdidlərlə bunu

daha konkret gördük. Amma qadınlara yönələn təhdidlərdə bu o qədər də

effektiv olmadı. Indi təkrar bu məsələnin yenidən gündəmə gəlməsi göstərir

ki, hökumət və yaxud da hökumətdə bu düşüncədə olan insanlar, bu

düşüncəyə daha çox önəm verən şəxslər düşünürlər ki,istənilən qədər

effektiv olmasa da yenə də müəyyən qədər effektiv ola bilər və kimisə

durdura bilər, kimisə susdura bilər, kimlərinsə hansısa narahatlığı varsa, bu

çərçivədə onlar fəaliyyətini yenidən gözdən keçirib hökumətlə münasibətini

yenidən qura bilər. Hər halda buradakı məqsəd, bu təhdidin artması həmin

şəxsin bugünki fəaliyyəti ilə, bugünki mövqeyi ilə birbaşa bağlıdır. Həmin

jurnalist xanımı durdurmaq üçün, mövqeyindən çəkindirmək üçün cəhd

olunur.

-Sizin də dediyiniz kimi, Azərbaycanda jurnalistlərin şəxsi həyatı ilə

təhdid olunması təcrübəsi 2000-ci illərin əvvəllərindən başlayıb. Və bir

çox jurnalist buna məruz qalıb. Amma xeyli vaxtdır bu təcrübədən

istifadə olunmurdu. Indi yenidən bu təcrübənin meydana

gətirilməsində məqsəd nədir?

-Mən düşünmürəm ki, bu və ya digər formada şəxsi həyata müdaxilə

dayanmışdı, yenidən başladı. Müxtəlif platformalarda bu cəhdlər davamlı

olub. Bu cəhdlərin davamlı olmasının səbəbi həmin cəhdlərin bu və ya digər

formada kimlərəsə təsirini göstərməsidir. Yüz faiz nəticə əldə olunmasa da,

Page 58: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 57

hər halda hökumət əlli faizdən yuxarı nəticə əldə edib ki, təkrar bu məsələyə

gəlir. Ikinci bir məqam odur ki, hökumətdə bəzi qüvvələr təəssüf ki, siyasi

mədəniyyət və ya siyasi mübarizə mədəniyyəti göstərmək əvəzinə çox bəsit,

məişət səviyyəsində, etik çərçivələrə sığmayan metodologiyalara əl atır.

Dövlətin resurslarından istifadə edərək bunu edirlər. Xüsusilə, xüsusi

xidmət orqanlarının vasitələrinin köməyi olmadan hansısa şəxsin özəl

yazışmalarını əldə etmək, şəxsin telefon danışıqlarına müdaxilə etmək

mümkün deyil. Ayrıca, qanunu pozmadan da bunu etmək mümkün deyil. Bu

baxımdan düşünürəm ki, baş verən hadisə, sadəcə, bir şəxsin özəl həyatına

müdaxilə və onun fəaliyyətini çəkindirmək deyil, eyni zamanda bu, həm də

qanunsuz olaraq fərdi məlumatların toplanması və istifadəsidir, qanunsuz

olaraq şəxsi həyata müdaxilədir, qanunsuz olaraq şəxsin gizli telefon

danışıqlarını və məxfi yazışma sirrini pozmaqdır. Bunların hər biri

qanunvericiliyə görə məsuliyyət daşıyır. Xüsusilə, Azərbaycan Respublikası

Cinayət Məcəlləsinin 156 və 155-ci maddələrinin pozulmasıdır. 155-ci

maddə gizli yazışma sirrini qoruyur, 156-cı maddə isə şəxsi həyatı qoruyur.

Hər ikisi bunu cinayət əməli hesab edir. Bu cinayət əməli hökmən

qarşılığını görməzsə, xüsusilə, bu vəzifəli şəxslərin vəzifə səlahiyyətindən

sui-istifadə edərək bunu edib, mediaya ötürməsi, medianın da bunu

tirajlaması mahiyyət etibarı ilə burada üçlü-dördlü məsuliyyət yaradır.

Amma bunlar bu prosesdən ona görə geri çəkilmir ki, hüquq onu tətbiq

etməli olanlaraişləmir. Vətəndaşların hüquq və azadlıqlarını əmanət

etdikləri və onların hüququnu qorumalı olan, istər prokurorluq, istər digər

hüquq-mühafizə orqanları tərəfindən qorunmur. Həmin orqanlar tərəfindən

pozuntulara göz yumulur. Ona görə də bu proseslər belə ardıcıl olaraq

davam edir.

-Bir çoxları düşünür ki, hökumət yumşalma siyasəti həyata keçirir.

Onların düşüncələrinə görə, bu cür addımları atanlar hökumətin

yumşalma siyasətinə qarşı olanlardır. Bəziləri isə bu fikirlərlə

razılaşmır və deyirlər ki, hökumətin ritorikasında heç bir dəyişiklik

yoxdur. Siz necə düşünürsünüz? Doğrudanmı hökumətin illərdir

davam edən ritorikasında heç bir dəyişiklik yoxdur?

-Hökumətin yumşalma siyasəti və ya ümumiyyətlə, ritorikasının dəyişməsi

məsələsinə gəldikdə hadisələrə görə dəyişə bilər. Məsələn, hökumətin bəzi

sosialyönlü siyasətində dəyişiklik hiss olunur. Amma hökumətin siyasi

opponentlərə və ya jurnalistlərə qarşı, xüsusən də ifadə azadlığı çərçivəsində

fəaliyyət göstərənlərə qarşı ritorikasını 10 il öncə ilə müqayisə etsək, daha

sərtdir. 10 il öncə İnternetə müdaxilə yox idi, indi var. 10 il öncə şəxsi

həyata bu formada müdaxilə edilmirdi, amma indi edilir. 10 il əvvəl indi

olduğu kimi gizli telefon danışıqlarını və ya yazışmaların skrinlərini görə

bilməzdik, indi bunu görürük. Əgər ayıraraq desək ki, biri var siyasi

Page 59: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 58

platformada mübarizə və siyasi opponentlərlə münasibət, burada ritorika

nəinki yumşalıb, hətta sərtləşib. Sadəcə, bir siyasi ritorika siyasi müstəvidə

olan deyil, həm də ictimai müstəvidə, xüsusilə, media və jurnalistlərə qarşı

ritorikada bu var. Son illər diqqət etsək, məsələn, Əfqan Muxtarlının o

formada Gürcüstandan gətirilib, həbsə atılması olsun, Xədicə İsmayılın

şəxsi həyatı olsun, bu gün Sevinc Osmanqızının şəxsi həyatına olan

müdaxilələr olsun, bunların xüsusilə də hökumətin özünün lisenziya verdiyi

bir media orqanında tirajlanması onu göstərir ki, bu ritorika qətiyyən

yumşalmayıb, əksinə, bu ritorikaya yeganə geriyə dönüşü olmayan bir

ritorika deməyə əsas verir. Təəssüf ki, bu, çox yanlış düşüncədir. Bunun

geriyə dönüşü yox, ümumiyyətlə, uğura gedişi yoxdur və bu ümumiyyətlə,

məhv olmağa yönələn, məhv olmağa məhkum olan bir ritorikadır.

-Jurnalistlərin bu cür təhdidlərlə geri çəkilməsi təcrübəsi jurnalist

Xədicə İsmayılova şəxsi həyatı və intim görüntüləri ilə təhdid olunanda

bitdi. Xədicə ismayılova öz duruşu ilə bu tendensiyaya son qoydu və

fəaliyyətini davam etdirdi. Indidaha bir jurnalist xanım təhdidlərə

baxmayaraq, fəaliyyətini davam etdirəcəyini bildirir. Bir sözlə, artıq

bu, jurnalistləri qorxutmur. Bəs niyə bunu edənlər bu ritorikadan geri

çəkilmirlər?

-Hökumət birmənalı olaraq bu tip fəaliyyətlərdən heç bir nəticə əldə etmədi

demək doğru deyil.Bəli, Xədicə İsmayılovanın şəxsi həyatına olan müdaxilə

və ona qarşı olan bütün ittihamlara baxmayaraq, o fəaliyyətindən geri

çəkilmədi, korrupsiya araşdırmalarını davam etdirdi. Bu, istisnadır. Amma

belə istisnalar təəssüf ki, azdır. Hökumət daha çox belə istisnalar az olduğu

üçün zatən bu prosesi davam etdirir. Hökumətdə olan bəlli qüvvələr,

xüsusilə belə istisnaları çox da aydın, sistemli bir istisna, sistemli bir hadisə

kimi yox, həqiqətən istisna kimi görür. Əsas isə odur ki, bu tip dırnaqarası

faktlar, ümumiyyətlə şantaj metodologiyası bir formada görünür hökuməti

razı salır ki, o, bunları işləyir, davam edir. Və geriyə baxsaq, şəxslərin adını

açıqlamasam da, bu tipli hallara görə geri çəkilmələr çox olub. Zaman-

zaman olmayıb. Məsələn, vaxtilə "Azadlıq" qəzetinin baş redaktoru

Qənimət Zahidə qarşı belə hadisə olmuşdu. Amma o, geri çəkilmədi.

Başqaları, geri çəkilənlər oldu. Bu, hamının gözünün qarşısında baş verib.

Hər halda bu metodologiyanın hələ də tərk edilməməsinin səbəbi bəlli

istiqamətdə bu tip fəaliyyətlərdən tam olmasa da, müəyyən nəticələr əldə

olunmasıdır. Bu dırnaqarası nəticələr şəxsləri çəkindirir, qorxudur,

cəmiyyətdə gözdəndüşmə qorxusunu önə çəkir və onlar da bu çərçivədə

bəzən siyasi fəaliyyətdən imtina edirlər. Bəzən ictimai funksiyalarından,

araşdırmalarından imtina edirlər. Bunun nümunələri var. Ona görə mən

düşünürəm ki, Xədicə İsmayılova yaxşı mənada böyük bir fəaliyyət və

böyük bir cəsarət göstərərək fəaliyyətini davam etdirdi və bu tip şantajların

Page 60: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 59

onun fəaliyyətini heç bir formada dayandırmayacağını göstərdi. Amma bu

formatı seçən çox az insan var. Və bu formatda fəaliyyətini davam etdirən

çox az insan olduğundan hökumət hələ də şantajın bir metodologiya olaraq

işlədiyini düşünür.

-Sizcə, Azərbaycanda jurnalstlərin normal fəaliyyət göstərməsi üçün nə

etmək lazımdır?

-Ilk növbədə qanunun üstünlüyünü, hüququn aliliyini qorumaq lazımdır. İlk

növbədə hüquqi mühiti təmin etmək lazımdır. Ölkədə, dünyanın hər yerində

medianın, jurnalistlərin normal fəaliyyəti üçün hökumətin üzərinə düşən yük

normal mühiti təmin etməkdir, azadlıq mühitini qorumaqdır, hüquqların

üstünlüyü və qanunun aliliyi prinsipini qorumaqdır. Bunlar mövcud olarsa,

fəaliyyət davam edər. Azərbaycanda bu gün ən böyük problemlərdən biri

jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilədir. Qanunsuz müdaxilələrin

heç bir formada hüquq- mühafizə orqanları müstəvisində

mübahisələndirilməməsidir. Bu qanunsuz müdaxilələrin bir çoxu qanunun

özündə, legitim olmayan qanunlarda olan müdaxilələrdir. Məsələn,

bloklanma kimi, diffamasiya məsələləri və s. Və bütün bu aspektdən

baxanda hüquqi mühiti liberallaşdırmaq və demokratik dəyərlərin şərtlərini

uyğunlaşdırmaq lazımdır. Hüququn üstünlüyünü təmin etmək, jurnalistin və

medianın fəaliyyətinə müdaxilə etməmək onların normal fəaliyyət

göstərməsinə şərait yaradar.

* * *

Page 61: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 60

Açıq mənbələrdən foto

Büdcə bilgilərinin açıqlığı - durum necədir?

2019 May 16

Xalid Agaliyev, media hüquqçusu

(17 May Ümumdünya informasiya azadlığı günüdür)

Qanunverici bazanın durumu

2005-ci ildə Azərbaycan parlamentinin "İnformasiya əldə edilməsi

haqqında" qanunu qəbul etməsini əksər nüfuzlu beynəlxalq qurumlar

Page 62: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 61

alqışlamışdılar. Həmin illər hökumətlərin açıqlığı, şəffaflığı təşəbbüslərinin

populyarlaşdığı zamanlar idi. Azərbaycanda belə bir qanunun qəbulu

diqqətdən kənarda qala bilməzdi. Bu qanunun tarixçəsi həm də onunla

əlamətdar idi ki, onun layihəsini vətəndaş cəmiyyəti qurumları

hazırlamışdılar. Avropa Şurası hökumətin özünün hazırladığını yox, məhz

VC-nin təqdim etdiyi layihəni bəyənib, parlamentə tövsiyyə etmişdi.

Deputatlar cüzi dəyişikliklərlə elə həmin layihəni bəyənib, qəbul etmişdilər.

Bu qanun o dövrdə hətta ATƏT, AŞ məkanına daxil olan ölkələrdəki ən

yaxşı bilgi qanunlarından sayılırdı. Qanun bütün ictimai informasiyaların

onlayn açıqlanması, informasiya sahibi sayılan bütün qurumların sayt

yaratmaq qaydasını müəyyən edir, informasiya ombudsmanı təsisatının

yaradılmasını, məhkəmə təminatlarını nəzərdə tuturdu.

Qanunun işə düşdüyün söyləyə bilmərik, həm də ən pisi qanun qəbuldan

sonra çox ciddi dəyişikliklərə məruz qaldı. Ancaq qanunun tələblərindən

doğan bir sıra addımların atılmasını görməzdən gəlmək olmaz. Yuxarı

pillədə duran dövlət qurumlarının əksəriyyəti qanunvericiliyə uyğun olaraq,

internet saytlarını yaratdılar. Ancaq qanunda açıq elan edilən bütün

informasiyalar saytlara daxil edilmirdi, saytlar məzmunca xeyli kasad idi.

İnformasiya sahiblərinin açıqlamaqdan yayındığı informasiya növləri

arasında ilk pillədə isə büdcə, maliyyə bilgiləri dayanırdı. Bir neçə qurum -

Vergilər, Rabitə nazirlikləri, Dövlət Qulluğu Məsələləri üzrə Dövlət

Komissiyası istisna olmaqla (onlar da belə bilgiləri tam həcmdə

açıqlamırdılar), digər qurumlar büdcə bilgilərini gizli tuturdular. Bu yazıda

elə büdcə bilgilərinin şəffaflığı ilə bağlı qanunvericiliyin tələblərinə necə

əməl edilməsinə toxunulur.

"İnformasiya əldə edilməsi haqqında" qanun dövlət qurumlarının üzərinə

büdcə, onun xərclənməsi ilə bağlı bilgiləri proaktiv açıqlamaq vəzifəsi

qoyub. Öncə də qeyd etdiyimiz kimi qurumların əksəriyyəti bu vəzifənin

icrasına davamlı olaraq, barmaqarası yanaşıblar. Qanun qurumlara "özün

açıqla" desə də, belə bilgilər nəinki bu tələbə uyğun açıqlanıb, hətta büdcə

bilgilərinin istənildiyi informasiya soğruları da cavablandırılmayıb.

Məsələn, Media Hüququ İnstitutunun 2010-cu ildə 30, 2011-ci ildə 41,

2013-cü ildə 10 belə məzmunlu sorğusuna ya ümumiyyətlə cavab

verilməyib, ya da istənilən bilgilərin verilməsindən imtina olunub.

Büdcə bilgilərinin qapalı tutulmasına məhkəmələr də dəstək veriblər. Media

Hüququ İnstitutunun 2008-2014-cü illərdə apardığı 50-dən artıq məhkəmə

işinin heç birində məhkəmələr sorğular vasitəsilə istənilən büdcə bilgilərinin

açıqlanmasını təmin edə bilməyib.

Page 63: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 62

Son 5 ildə bu növ informasiyaların açıqlanmasında pozitiv yox, əksinə

neqativ tendensiya müşahidə edilib. 2018-ci ildə məhz büdcə, maliyyə

bilgilərinin açıqlanması qaydası ilə bağlı qanunvericiliyə dəyişikliklərin

edilməsi bu tendensiyanın dəyişəcəyinə ümidlər yaratdı.

Maliyyə bilgilərinin açıqlığı - yeni tənzimləmələr

Azərbaycan parlamenti 2018-ci ilin iyununda "İnformasiya əldə etmək

haqqında" qanunun 30-cu maddəsinə dəyişiklik etdi. Dəyişiklikdə yazılırdı

ki, informasiya sahiblərinin illik maliyyə fəaliyyəti, dövlət büdcəsindən

verilən vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan

məlumatların internetdə açıqlanması qaydasını Nazirlər Kabineti müəyyən

edəcək. Bu dəyişiklik 2005-ci ildən bəri qanuna edilmiş 26-cı dəyişiklik idi.

Dəyişikliyə qədər qanun qurumların üzərinə birbaşa vəzifə qoymuşdu ki,

həmin informasiyaları öz saytlarına daxil etsinlər.

Qanuna edilmiş bu dəyişiklikdən 4 ay sonra, noyabrda Nazirlər Kabineti

yeni qayda qəbul etdi - "Büdcə təşkilatlarının, dövlət adından yaradılan

publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin

(paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat

cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o

cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış

əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya

ehtiyatlarında açıqlanması" Qaydası.

Bu qayda dövlət, habelə büdcədən pay alan başqa qurumların illik maliyyə

fəaliyyəti haqqında bilgilərin onların saytlarında açıqlanmasının detallarına

aydınlıq gətirir. Qayda büdcə təşkilatlarına, dövlət adından yaradılan publik

hüquqi şəxslərə, büdcədənkənar dövlət fondlarına, səhmlərinin 30 faizi və

ya daha artığı dövlətə məxsus olan qurumlara şamil edilir.

Qaydanın aid edildiyi qurumlar illik maliyyə fəaliyyətləri, dövlət

büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə

aid olan informasiyaları öz internet saytlarına yerləşdirməlidirlər. Qurumlar

bunu hesabat dövrü başa çatdıqdan sonra, sonrakı ilin aprel ayının 30-dan

gec olmayaraq etməlidirlər.

Qurumlar qayda-qanuna necə əməl edirlər?

Aprelin 30-dan 2 həftədən çox vaxt ötüb. Bu qaydaya necə əməl edilməsini

araşdırmaq üçün yüksək pillədə duran qurumların saytlarına göz gəzdiririk.

Nəticələrə baxaq:

Sözügedən qaydanı qəbul etmiş Nazirlər Kabinetinin saytında ümumiyyətlə

"hesabatlar"bölməsi yoxdur. Saytda "sənədlər" bölməsi var, ancaq həmin

Page 64: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 63

bölmə 3 - qərarlar, sərəncamlar və məktublar bölməsindən ibarətdir. Qurum

maliyyə bilgilərini sayta daxil etməyib.

Monitorinq etdiyimiz növbəti sayt İnsan hüquqları üzrə müvəkkilin -

Ombudsmanın saytıdır. "İnformasiya əldə edilməsi haqqında" qanunun

icrasına nəzarəti məhz bu qurum həyata keçirir. Maliyyə bilgiləri sayta daxil

edilməyib. Saytda "İnformasiya əldə edilməsi haqqında" qanunun təmin

edilməsi adlanan bölmə var. Orda qanun və qanunla bağlı yaddaş

kitabçasından başqa heç nə yoxdur. "Sənədlər və nəşrlər" bölməsində isə

müvəkkilin yalnız 2018-ci ilıə üzrə fəaliyyət məruzəsi yerləşdirilib.

Monitorinq edilən digər 25 nazirliyin, dövlət komitəsinin, komissiyasının

saytlarından yalnız 2-i aprelin 30-dək maliyyə hesabatlarının açıqlanması

qaydasına əməl edib.

Bunlardan biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin

(NRYTN) saytıdır. Saytda "Hesabatlar" alt-bölməsi var. Ancaq həmin

bölməni tapmaq xeyli çətindir (azı 6-7 kliklə hesabatı əldə etmək

mümkündür). "Hesabatlar" alt-bölməsi "Media" bölməsinin daxilindədir.

NRYTN-nin Nazirlər Kabinetinin təsdiq etdiyi formaya uyğun maliyyə

hesabatı bu linkdədir -

http://mincom.gov.az/upload/files/fb94118506ebe8cd1a4627d9a2ca8f53.pdf

. Bu hesabat sayta son gündə, aprelin 30-da daxil edilib. Sənəd məzmunca

kasaddır, ora yalnız nazirliyə daxil olmuş və xərclənmiş vəsaitlərin ümumi

məbləği ifadə olunan rəqəmlər daxil edilib.

Aprelin 30-dək maliyyə hesabatlarını hamının əli çatacağı yerə qoymaq

tələbinə əməl edən digər qurum Hesabalama Palatasıdır. Palatanın bu

sənədə çatım üçün yaratdığı imkanı Azərbaycan təcrübəsində nümunəvi

hesab etmək olar. Cəmi 3-4 dəfə kliklməklə sənədə çatım mümkündür.

Maliyyə hesabatı qurumun 2018-ci üzrə fəaliyyəti haqqında hesabatın

daxilindədir. Bu, neqativ nüansdır. Çünki maliyyə bilgilərinin

açıqlanmasının xüsusi qaydaya tabe etdirilməsi həmin bilgilərin ayrılıqda

təqdim edilməsini zəruri edir. Hesabata keçid bu linkdədir -

http://sai.gov.az/upload/files/HESABAT%202018-FINAL.pdf.

30-a qədər qurumdan yalnız 2-nin maliyyə bilgilərini açıqlamaq qaydasına

əməl etməsi çox pis göstəricidir. Bəlkə də hansısa qurum maliyyə hesabatını

saytına daxil edib, ancaq hesabatın hansı rəfə (bölməyə) qoyulması çox

önəmlidir. Məntiqli axtarış zamanı 15-dən artıq klik etməklə hesabata çatım

mümkün olmursa, bu,artıq bilginin gizli tutulması kimi dəyərləndirilməlidir.

Bilgilərə çatım rahatlığı ilə bağlı beynəlxalq təcrübə nə deyir? Bilgilərə

çatım ən çoxu 5 kliklə mümkün olmalıdır. Bu, bilgilərə çatımın yüksək

Page 65: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 64

səviyyəsi sayılır. 5-10 klik orta rahatlıq sayılır. Bilgini əldə etmək üçün 15-

dək klik tələb olunursa, bu, çatımın ən aşağı səviyyəsi hesab edilir. Daha

artıq klik bilgilərin gizlədilməsi kimi qəbul olunur.

Nə etməli?

Öncə də vurğuladığımız kimi maliyyə bilgilərinin açıqlanması durumu yaxşı

deyil. Bəs, nə etməli?

"Informasiya əldə edilməsi haqqında" qanunda nəzərdə tutulan bilgilərin

qapalı tutulması inzibati məsuliyyət doğrurur. İnzibati Xətalar Məcəlləsi

buna görə, cərimə cəzası nəzərdə tutur. İnformasiya sahibi "İnformasiya

əldə etmək haqqında" qanunun tələblərini pozmağa görə, 100 manatdan

1500 manata qədər cərimə edilə bilər. Baxmayaraq ki, pozuntular göz

önündədir, illərdir bunlar baş verir, İnzibati Xətalar Məcəlləsinin bu

müddəası indiyə qədər bir dəfə də olsun tətbiq edilməyib. Açıqlıq

səviyyəsini artırmaq üçün bu mexanizmlər işə salınmalıdır.

Şəffaflığın artırılmasında "Informasiya əldə edilməsi haqqında" qanunun

icrasına nəzarət etməli olan qurumun - Ombudsman təsisatının rolu olduqca

böyükdür.

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)

haqqında" konstitusiya qanunu Ombudsmanın üzərinə vəzifə qoyub ki,

ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə

yetirilməsinə nəzarət etsin. Hazırkı durumda Oombudsman təsisatının

vəzfisəsidir ki, maliyyə hesablarının sayta daxil edilməsini qurumalardan

tələb etsin. Həm də bu çətin başa gələn məsələ də deyil. Çünki ictimai bilgi

sahibi olan bütün qurumlarda maliyyə hesabatı var. Onlar bu sənədə

hazırlayıb Maliyyə Nazirliyinə və Hesablama Palatasına onsuz da təqdim

ediblər. Qalır həmin sənədi öz saytlarına daxil edib, ictimaiyyətə

açıqlamaq...

* * *

Page 66: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 65

kahanelaw.com

Defamasiya məsələsi və prezidentin fərmanı

2019 May 17

Xalid Agaliyev, media hüquqçusu

Böhtan, təhqirə görə cəza məsələsi prezidentin fərmanının işğınıda

Azərbaycan prezidenti aprelin 3-də "Məhkəmə-hüquq sistemində

islahatların dərinləşdirilməsi haqqında" fərman imzaldı. Həmin fərmanla

Page 67: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 66

Ədliyyə Nazirliyinə tapşırılıb ki, cinayətlərin dekriminallaşdırılması ilə

bağlı üç ay müddətində təklif hazırlayıb, təqdim etsin.

Cinayətlərin dekriminallaşdırılması dedikdə, ilk yadımıza düşən böhtan və

təhqirə görə mülki məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycanda

illərdir davam edən müzakirələridir. Məsələ Azərbaycanın Avropa Şurasına

qəbul edildiyi günlərdən gündəmdədir. Böhtan və təhqirə görə, cinayət

məsuliyyətinin ləgvi mövzusu ilk növbədə AŞ qarşısındakı Azərbaycanın

götürdüyü öhdəliklərdən doğur. Avropa İnsan Haqları Məhkəməsi ifadə

azadlığı hüquqi ilə bağlı Azərbaycana qarşı bir neçə qərar da çıxarıb.

Böhtan və təhqirə görə, mülki məsuliyyətin müəyyən edilməsinin vacibliyi

bu qərarların məzmununda da ifadə edilir. Ən başlıcası, böhtan və təhqirə

görə cinayət məsuliyyətinin mövcud olması ifadə azadlığı hüququnun təmin

olunması baxımından problemlər doğurur. Bu, ifadə azadlığı hüququndan

geniş yararlananalar - jurnalistlər, müxalif görüşlü siyasi fəallar üçün

davamlı olaraq qorxuducu effekt yaradır. Dəyişiklik zərurəti ən çox elə bu

məqamdan doğur.

Gerçəklik budur ki, bu mövzunun müzakirəsi 20 ilə yaxın zaman alsa da,

məsələ hələ də çözülməmiş qalır.

Böhtan və təhqirə görə, cinayət məsuliyyətinin ləğvi məsələsi 2000-ci illərin

əvvəllərindən bu sahədə çalışan vətəndaş cəmiyyəti qurumlarının, əlaqəli

rəsmi qurumların diqqətində olub. İndiyə kimi vətəndaş cəmiyyəti qurumları

və digər subyektlər azı 4 dəfə böhtan və təhqirə görə, məsuliyyətin

dekriminallaşdırılması ilə bağlı müvafiq qanun layihəsi ilə çıxış ediblər.

Təkcə Media Hüququ İnstititu böhtan və təhqirə görə məsuliyyət məsələsini

ehtiva edən iki qanun layihəsi hazırlayıb. 2007-2014-cü il aralığında

hazırlanmış həmin layihələr deputatlara, parlamentə, əlaqəli qurumlara

təqdim edilib. Həmin təkliflərdən biri böhtan və təhqirə görə, cinayət

məsuliyyətinin ümumiyyətlə ləğv edilməsini, Cinayət Məcəlləsinin 147 və

148-ci maddələrinin məcəllədən çıxarılmasını nəzərdə tuturdu. Həmin təklif

paketinə həmçinin, "Defamasiya haqqında" qanun layihəsi də hazırlanıb

daxil edilmişdi. Həmin qanun layihəsi böhtan və təhqirə görə, məsuliyyət

müəyyən edən maddələrin məcəllədən çxıarılmasından sonra bu kontekstdə

mübahisələrin necə həll edilməli olması məsələlərini tənzimləyirdi.

Fərqli zamanlarda hazırlanmış digər təklif edilən qanun layihəsində isə

Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutan

maddələrinin məzmununun dəyişdirilməsi təklif edilirdi. Təklifdə bu

əməllərə görə, azadlıqdan məhrum etmə cəzasının ləğvi, maddələrin

sanksiya hissəsindəki digər cinayət cəzalarının saxlanılması istənilirdi.

Page 68: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 67

Media Hüququ İnstitutu qeyd edilən təkliflərdən əlavə digər vətəndaş

cəmiyyəti qurumları ilə birlikdə də 2 qanun layihəsinin hazırlanmasında

iştirak etmişdi. Həmin qanun layihəsi təkliflərinin məzmunu da eyni idi -

böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv olunması, bu kontekstdə

mübahisələrin mülki hüquqi müstəvidə tənzimlənməsi təklif olunurdu.

Böhtan və təhqirə görə, məsuliyyət məsələsini sonuncu dəfə Mətbuat Şurası

gündəmə gətirmişdi. Şura 2012-13-cü illərdə Avropa Şurası ilə birlikdə

qanun layihəsi təklifi hazırlamış, parlamentə təqdim etmişdi.

Bəhs etdiyimiz bütün qanun layihələri təklifləri ictimai müzakirələr

süzgəcindən keçmiş, müzakirələrdə bütün əlaqəli tərəflər, o cümlədən

hökumət rəsmiləri də təmsil olunmuşdu.

Təəssüflər olsun ki, yekunda hökumət bu təkliflərə pozitiv məzmunda cavab

vermədi. Dedi ki: "Azərbaycan cəmiyyəti hələ ki, qanunvericiliyə təklif

olunan bu dəyişikliklərə hazır deyil". Hökumətin qeyd edilən mövqeyi ifadə

etməsindən 5 ilə yaxın zaman keçib. Bu müddətdə mövzu demək olar ki,

təkrar müzakirəyə çıxarılmayıb.

Azərbaycan prezidenti bir neçə gün əvvəl "Məhkəmə-hüquq sistemində

islahatların dərinləşdirilməsi haqqında" fərman imzaladı. Həmin fərmanın 2-

ci hissəsi böhtan və təhqirə görə məsuliyyətin dekriminallaşdırılması

mövzusunu yenidən gündəmə gətirməyə və məsələyə birdəfəlik nöqtə

qoyulmasına imkanlar yaradır. Fərmanda yazılır ki, cinayətlərin

dekriminallaşdırılması üzrə tədbirlər davam etdirilməli, Ədliyyə Nazirliyi

müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində ölkə başçısına

təqdim etməlidir.

Böhtan və təhqirlə bağlı məsuliyyət məsələsinin islahat edilməsini həm

ictimai tələbat, həm də Avropa Şurası qarşısındakı öhdəliklər, Avropa

Məhkəməsinin uyğun presedent hüququ zəruri edir. Bu kontekstdə nələri

dəyişmək zəruridir?

Azərbaycanın Cinayət Məcəlləsi böhtan və təhqirlə əlaqəli 3 əməli

tənzimləyir. Məcəllənin 3 maddəsi bu mövzu ilə əlaqəlidir. Məcəllənin 147

və 148-ci (habelə 148.1-ci maddə) maddələri mediada (habelə internetdə)

böhtan və təhqirə görə, cinayət məsuliyyəti nəzərdə tutur. Bu maddələrə

görə, ən yüngül cəza 1000 manatdan 1500 manata qədər cərimədir. Ən ağır

cəza isə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır. Bundan əlavə,

Cinayət Məcəlləsinin 323-cü maddəsi Azərbaycan dövlətinin başçısına

yönəlik ləkələyici ifadələrin yayılması məsələsini düzənləyir. Həmin

maddədə ən yüngül cəza iki ilədək müddətə islah işləri, ən ağır cəza isə beş

ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Page 69: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 68

Azərbaycanın Cinayət Məcəlləsinin qeyd etdiyimiz maddələri davamlı

tətbiq edilən maddələr deyil. Böhtan və təhqirə görə məsuliyyət nəzərdə

tutan maddələr 2011-15-ci illərdə demək olar ki, tətbiq edilməmişdi. Ondan

sonrakı illərdə isə davamlı olaraq əsasən, onlayn media təmsilçilərinə qarşı

tətbiq edilməyə başlayıb. Ölkə başçısının ləkələyici ifadələrdən qorunmasını

nəzərdə tutan maddə isə demək olar ki, ümumiyyətlə tətbiq edilmir, "ölü

maddə"yə çevrilib.

Böhtan və təhqirdən, ölkə başçısının ləkələyici ifadələrdən cinayət

qanunvericiliyi vasitəsilə qorunması təcrübəsi Avropa Şurasına daxil olan

bəzi ölkələrin təcrübəsində də var. Avropa Şurasına daxil olan ölkələrin

ümumi təcrübəsi belədir ki, onlardan bir çoxu belə qanunlardan tamamilə

imtina ediblər. Bəzi ölkələrdə isə qanunlarda müvafiq maddələr hələ də

qalır. Ancaq həmin maddələr 10 illərdir ki, istifadə edilmir, "ölü maddələr"ə

çevrilib.

Bütün qeyd edilənlərin yekunu olaraq, Cinayət Məcəlləsinin barəsində

danışdığımız maddələrinin ləgv edilməsi, ən azı hər hansı formada islahat

edilməsi zəruridir. Yazının əvvəlində də vurğuladığımız kimi, bu, təkcə

Azərbaycanın öhdəlikləri ilə bağlı məsələ deyil. İfadə azadlığı hüququ çox

vacib hüquqdur, bu hüququn təmin olunmasına nail olmaq demokratik

cəmiyyət, ölkə quruculuğunun vazkeçilməz şərtidir. Bu hüquq təmin

edilmədikcə, başqa fundamental haqların təmin edilməsi də mümkünsüzdür.

Deməli, Cinayət Məcəlləsinin bəhs etdiyimiz maddələrinin islahat edilməsi

ən başlıcası, bizim özümüz üçün lazımdır.

* * *

Page 70: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 69

Açıq mənbələrdən foto

İqtidarın sosial şəbəkələrə yönələn yeni siyasəti

2019 May 20

Nəsimi Məmmədli, media ekspert

Cəmiyyətdə hakimiyyətə münasibətin formalaşmasında televiziyaların

həlledici rolu xeyli zəifləyib. Hakimiyyətin efirin gücündən maksimum

yararlanaraq sadə əhali arasında özü ilə bağlı formalaşdırdığı xüsusi obraz

tədricən dağılır. İndiyədək mövcud olan toxunulmaz, alternativsiz, əbədilik

obrazını artıq öncəki inzibati-siyasi metodlarla saxlamaq mümkün deyil.

Xüsusilə də sosial şəbəkələrin ictimai rəyə təsir imkanlarının genişlənməsi və

hakimiyyətin sosial şəbəkələrdə müxalifətə uduzması açıq müşahidə olunur.

Page 71: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 70

***

Sosial şəbəkələrin ictimai rəyə təsir imkanları hansı səviyyədədir?

Müşahidələr göstərir ki, artıq ölkədə ictimai rəyi əsasən ümumölkə

televiziyaları deyil, sosial şəbəkələr yaradır. Yetkin və fəal insanların

mütləq əksəriyyəti gündəlik xəbərləri, ciddi sosial-siyasi analizləri, ictimai-

siyasi diskussiyaları və müzakirələri sosial şəbəkələrdən izləyir. Uzun

müddətdir ölkədə mövcud olan informasiya blokadası tədricən dağılır.

Vətəndaşlar alternativ fikirlərə çıxış əldə ediblər, müqayisə aparmaq imkanı

yaranıb və özünüifadə müstəvisisindən yararlanmağa çalışır. Mobil

rabitənin, İnternet kommunikasiya texnologiyalarının sürətli inkişafı

getdikcə insanları məlumatlara əlçatan edib. İnsanlar arasında operativ

virtual əlaqə imkanlarının artması da cəmiyyətə müsbət impuls

verməkdədir. Cəmiyyətin bütün sahələrində ictimai fəallıq yüksəlir.

Eyni zamanda müxalifətin qanuni fəaliyyətinin bütün müstəvilərdə

qapadılması onları sosial şəbəkələrdə daha fəal olmağa vadar edib.

Müxalifətin sosial şəbəkələrdə fəaliyyəti sistemli qurulmasa da bütün virtual

müstəvilərdə hakimiyyəti üstələyir. Hətta Milli Şuranın 19 yanvar 2019-cu

il tarixli mitinqi ilə bağlı sosial şəbəkələr üzərindən apardığımız sorğu-

monitorinqlərdən məlum oldu ki, bu mitinqdə iştirak edən respondentlərin

təqribən 82%-i mitinq barədə məlumatı məhz sosial şəbəkələrdən alıb.

Hakimiyyətin sosial şəbəkələrə texniki əngəl yaratmaq imkanı varmı?

Texniki baxımdan sosial şəbəkələrin tamamilə qapadılması mümkün deyil.

İnternetin yayım məkanı mövcud olduğu müddətdə belə bir addımın heç bir

önləyici təsiri ola bilməz. Ölkədə İnternetin tamamilə qapadılması da

istisnadır.

İqtidar sosial şəbəkələrə nəzarət istiqamətində bir neçə dəfə cəhd göstərsə

də uğurlu nəticə ala bilməyib. Ölkədə bir çox müstəqil və müxalif saytlara

girişin bloklanması təcrübəsi yaxın dövrdə sınaqdan keçirildi. Ancaq bu

qərarların hökumətə siyasi və psixoloji əks təsirləri daha çox toxundu.

Çoxsaylı köməkçi proqramlar vasitəsi ilə ölkə daxilindən bütün saytlara

girişlər mümkün olduğuna görə bu qərarların ciddi əhəmiyyəti qalmadı.

Hüquq- mühafizə orqanlarının gücü ilə sosial şəbəkələrə nəzarətin həyata

keçirilməsi təcrübəsi isə daha böyük uğursuzluqla sonuclandı. Sosial şəbəkə

fəallarının həbsi birmənalı olaraq ifadə azadlığının boğulması kimi

qiymətləndirildi və beynəlxalq hesabatlarda ölkəyə qarşı əlavə təzyiqlərə

səbəb oldu. Eyni zamanda, ölkə daxilində müəyyən etik və qanuni çərçivəni

gözləyərək tənqid edən ictimai-siyasi fəalların yerini xaricdən yayımlanan

Page 72: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 71

yeni fəallar tutdu. Ölkə daxilində çox böyük sürətlə izləyicilər toplayan bu

yayınlar hökumət üçün daha ciddi problemə çevrildi. Hakimiyyət

gözləmədiyi halda bütün mənəvi çərçivələri aşan tənqid və təhqirlərlə

üzləşdi.

Hakimiyyət virtual müstəviyə necə nəzarət etməyə çalışır?

İnzibati metodlarla sosial şəbəkələrin önündə sədd yaratmaq mümkün

olmadığına görə hökumət yeni yanaşma sərgiləmək məcburiyyətində qalıb.

Əsasən iki istiqamətdə çalışmalar diqqəti çəkir.

Birincisi, çoxsaylı izləyiciləri olan müxalif və müstəqil virtual səhifələrə

kütləvi "troll" müdaxiləsi, digəri isə hakimiyyət nümayəndələrinin və onun

siyasətini dəstəkləyən şəxslərin sosial şəbəkələrdə fəal mövqe ifadə

etməsidir.

Müşahidələr göstərir ki, çox primitiv təşkil edilən "troll" fəaliyyəti tamamilə

hakimiyyətin əleyhinə işləyir. Virtual ictimai rəyin formalaşmasına təsiri

"yox" səviyyəsindədir. Əsasən müdafiə taktikası üzərində qurulan bu

yanaşma kənar izləyicilərdə hökumət tərəfdarlarını xeyli zəif və çarəsiz

göstərir. Həmçinin bu işə muzdlu və könüllü cəlb edilmiş şəxslərin

özlərində də hökumətin gələcək perspektivinə ciddi şübhələr oyadır.

Eyni zamanda mövzulara aid olmayan şablon şərhlərin, təhqirlərin,

qarayaxma və ələsalmaların mənfi yükünü dolayısı ilə hakimiyyətin öz

üzərinə yükləyirlər. Nədənsə bu "tərəfdarlar" bütün virtual müstəvilərdə

arqumentli açıq müzakirələrdən yayınırlar. Bəzən bir saatlıq canlı yayım

zamanı fərqli adlarla dəfələrlə eyni şərhləri yazmaqla sanki öz

"missiya"larını bitmiş sayırlar.

"Troll" fəaliyyətinin müxalifətə qarşı istifadə edilən nisbətən effektli hissəsi

əsasən canlı efirlərə zəng edərək birbaşa verilişlərə qoşulan hazırlıqlı

şəxslərdir. Kişilərdən və qadınlardan ibarət olan bu peşəkar qrupun işi daha

təsirlidir. Bu qrup mütəmadi canlı yayımlara zəng edir və fərqli regionların

ləhcələri ilə danışmaqla ölkədəki mövcud problemləri kəskin şəkildə

səsləndirirlər. Hökuməti çox sərt tənqid etməklə izləyicilərin etimadını

qazanmağa və diqqəti özlərinə cəlb etməyə çalışırlar. Həlledici anda mütləq

müxalifət barəsində elə ifadələr səsləndirirlər ki, sadə izləyicilərdə tərəddüd

və çaşqınlıq yaratmağa nail olurlar.

İkinci istiqamət üzrə yeni çalışmaları hələlik birmənalı qiymətləndirmək

çətindir. Hakimiyyət nümayəndələrinin və dəstəkçilərinin sosial şəbəkələrdə

canlı çıxışı, fəal mövqe ifadə etmək cəhdləri, müzakirələrə meyllənməsi

müsbət haldır. Öncəki inzibati basqılarla müqayisədə bu yanaşma xeyli

uğurlu sayıla bilər. Hökumət tərəfdarlarının yeni virtual yayım platformaları

Page 73: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 72

yaratması, sosial şəbəkələrdə sosial-siyasi diskussiyalara qoşulması müsbət

tendensiyadır.

Hakimiyyətin sosial şəbəkələrə fəal qoşulması nə ilə nəticələnə bilər?

Cəmiyyətdə ictimai rəyə təsir göstərən şəxsləri son illərədək əsasən ölkə

televiziyaları formalaşdırmışdı. Bu şəxslər istisnasız olaraq hakimiyyətin

siyasətinə dəstək məqsədi ilə efirlərdən çıxış edirdi.

Artıq ölkədə sosial şəbəkələrin təqdim etdiyi yeni çoxsaylı ictimai rəy

liderləri var. Bu şəxslərin əksəriyyəti məhz cəmiyyətin gerçək iradəsinin

ifadəçisidir. Hakimiyyət ölkədəki sosial problemləri həll etmədən, hüquq və

azadlıqların pozulması ilə bağlı neqativləri ortadan qaldırmadan, azad seçki

keçirmədən gerçək rəy liderlərinin dəstəyini alması çətin olacaq.

Eyni zamanda bu problemlər qaldıqca hökumət üzvlərinin və tərəfdarlarının

açıq müzakirələrə qoşulması da effektli ola bilməz. Sosial şəbəkələrin çox

sürətlə yaratdığı yeni sosial-siyasi mühit iqtidarın dəyişməsini zəruri edir.

Problemlərin səbəblərinə və həllinə yanaşmadan tutmuş, idarəetmə

sisteminədək köklü dəyişikliklər qaçılmazdır.

* * *

Page 74: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 73

Foto Turan

Açılmayan cinayət: 14 il sonra

2019 May 24

Kamran Mahmudov, jurnalist

Mayın 10-da Azərbaycan Mətbuat Şurası jurnalist Elmar Hüseynovun qətli ilə

bağlı məsələnin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə

cəlb edilməsi işinin sürətləndirilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə

(DTX) müraciət ünvanlayıb. Müraciətdə Elmar Hüseynovun 2005-ci il martın 2-

də törədilmiş qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq

doğurduğu vurğulanıb. Bildirilib ki, jurnalistin qətli hər bir ölkənin beynəlxalq

imicinə mənfi təsir göstərən hadisədir.“Bu mənada müəyyən siyasi

qüvvələrin günahkarların hələ də tapılıb cinayət məsuliyyətinə cəlb

edilməmələri səbəbilə manipulyasiyalara yol vermələri də narahatlıq

doğurmaqdadır.”DTX rəisi Mədət Quliyevə ünvanlanmış müraciətdə həmçinin

Page 75: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 74

ölkə jurnalistikası üçün böyük önəm daşıyan məsələyə həssas yanaşılacağına

inam ifadə olunub.

"Monitor" jurnalının təsisçisi və baş

redaktoru Elmar Hüseynovu 2005-ci il

martın 2-də yaşadığı mənzilin

kandarında odlu silahla qətlə yetirilib.

Hadisənin üstündən 14 il keçsə də hələ

də qətlin sifarişçiləri tapılmayıb, qətli

həyata keçirən şəxslər - Tahir Xubanov

və Teymuraz Əliyev elan edilsə də

onların Gürcüstandan Azərbaycana

gətirilməsi istiqamətində işlər

aparılmayıb.

Öz növbəsində Azərbaycan hakimiyyəti dəfələrlə şübhəli şəxslərin

Gürcüstandan ekstradisiyasının çətin olduğunu, buna görə istintaqın davam

etdirilməsinin mümkünsüz olduğunu deyir.

Bir sözlə, 14 ildir jurnalistin qətlinin üstü açılmayıb. Və bu 14 ildə daha 2

jurnalist - publisist Rafiq Tağı küçədə bıçaqlandıqdan sonra və

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Rasim Əliyev

küçədə döyüldükdən sonra xəstəxanada müəmmalı şəkildə həyatlarını

itiriblər.

Azərbaycanda peşə fəaliyyətlərinə görə jurnalistlər təqib, təzyiq, təhdid,

eləcə də həbsə məruz qalıblar. Hazırda siyasi məhbus siyahısında olan 5

jurnalist həbsdədir. Elmar Hüseynovun qatillərinin Azərbaycana gətirilməsi

məsələsində Gürcüstandan ekstradisiyanın çətin olduğunu söyləyən

Azərbaycan hakimiyyəti jurnalist Əfqan Muxtarlını Gürcüstandan

oğurlayaraq Bakıya gətirib və onu həbsə məhkum edib.

Amma bütün bunlarla bağlı Mətbuat Şurasından ciddi reaksiya olmayıb.

İndi 14 ildən sonra bu müraciətin edilməsi isə bir çox suallar yaradır.

Bütün bu suallara mərhum Elmar Hüseynovun keçmiş iş yoldaşı, jurnalist

Çingiz Sultansoy Turan agentliyinə cavablandırır.

-Çingiz bəy, nə baş verir? Sizcə, niyə 14 ildən sonra Mətbuat Şurası

Elmar Hüseynovun qatillərinin tapılması üçün Dövlət Təhlükəsizliyi

Xidmətinə müraciət edir?

-Səbəbini bilmirəm, ona görə konkret bir cavab verə bilmərəm. Amma MŞ-

nin müstəqil qurum olmadığını, hakimiyyətin tapşırıqları ilə işlədiyini,

Elmar Hüseynovun qətlinin dünyada məlum, üstü açılmayan bir cinayət işi

və bununla iqtidar üçün qara ləkə, həssas məsələ olduğunu nəzərə alsaq,

Page 76: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 75

demək olar ki, bu müraciət bu gün hakimiyyətə lazım olub. Hansısa görüntü

yaradılmasına hesablanıb. İcazə, daha doğrusu tapşırıq olmadan MŞ bu

müraciəti etməzdi, cəsarət edə bilməzdi.

-Sizcə, 14 ildən sonra belə bir müraciətin edilməsi nəyə hesablanıb? 14

ildir Mətbuat Şurası Elmar Hüseynovun qətli məsələsinə laqeyd

yanaşır. Hətta hər il jurnalistin anım mərasimlərində Mətbuat

Şurasının üzvlərini görə bilmirik?

-Mətbuat Şurasının Elmar Hüseynovun qətli məsələsinə laqeyd

yanaşmasının səbəbi bəllidir, dedim: hakimiyyətdən asılılıq, ona sərf

etməyən məsələləri malalamaq və ya üstündən susqunluqla keçmək.

Elmarın qətli bizi, onun həmkarlarını ağrıdır, açılmasını istəyirik, ədalət

diləyirik. Qatillərin tapılması, cəzalandırılması iqtidara sərf etsəydi, çoxdan

açılardı və ya ən azı istintaq konkret, ağlabatan bir şey deyərdi. Nəzərə alaq

ki, Avropa İnsan Haqları Məhkəməsi Elmarın xanımı Ruşaniyə

Hüseynovanın iddiası üzrə işi araşdırıb. Elmar Hüseynovun qətli ilə bağlı

AİHM istintaqa dair 2017-ci il 13 aprel tarixli hökmündə Azərbaycan

hakimiyyətini Elmar Hüseynovun yaşamaq hüququnu pozmaqda təqsirli

sayıb. Bu hökmdə deyilir ki, bütün hüquqi imkanları olmasına baxmayaraq,

Azərbaycan hökuməti istintaqı səmərəli aparmayıb, zəruri tədbirləri

görməyib, Gürcüstanla lazımınca əməkdaşlıq etməyib və hətta 2 Gürcüstan

vətəndaşının tutulması üçün cinayət işini Gürcüstana təqdim etməyib.

Deyilənlər o anlama gəlir ki, hakimiyyətimiz cinayət işinin açılmasında və

qatillərin cəzalandırılmasında maraqlı deyil. Yəni, daha nəsə demək

lazımdır?..

Bununla yanaşı, Elmar Hüseynovun qətlinin heç olmasa açılmayan bir

cinayət işi kimi dilə gətirilməsini müsbət hal sayıram.

-Belə fikirlər var ki, bu müraciət məqsədli şəkildə edilib. Belə ki,

deyilənlərə görə, yenidən jurnalistin qətlini gündəmə gətirməklə köhnə

nazirlərdən birini həbs edə bilərlər. Yəni, hansısa siyasi şou-qurulur.

Bu versiyalar ağlabatandırmı? Sizcə, bu müraciətin məqsədi nədir?

-Dedikləriniz nəinki ağlabatandır, yeni çirkli oyun, siyasi şou aparılması

ehtimalı kifayət qədər böyükdür. Cinayəti nazirin ayağına yazmaq barədə

konkret bir şey deyə bilmərəm, amma Seymur Həzi, Əfqan Muxtarlı kimi

jurnalistlərin, Mehman Hüseynov kimi jurnalist və bloqerin və bir çox

başqalarının həbslərinə və işgəncələrinə susan Mətbuat Şurasının nədənsə

birdən-birə vicdana gəlib danışmasını düşünmək böyük sadəlövhlük olardı.

MŞ hakimiyyətin adicə bir aləti olub, muzd müqabilində vəzifəsini icra edir.

Page 77: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 76

-Müraciətdə Elmar Hüseynovun 2005-ci il martın 2-də törədilmiş qətli

ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu

vurğulanıb. Çingiz bəy, bəs aparılan təhqiqatlar, bu işə cəlb olunmuş

xarici ölkələrin təhqiqatçılarının bu iş ilə bağlı gəldiyi nəticələr nə oldu?

Niyə onlar vaxtında üzə çıxarılmadı?

-MŞ-nin bu qəfil narahatlığı adamı lap kövrəldir. Biz isə nəticələri qısaca

sadalayaq, xatırlayaq. Qətldən dərhal sonra prezident İlham Əliyev cinayət

işini öz şəxsi nəzarətinə götürdü. DİN, Milli Təhlükəsizlik Nazirliyi və Baş

Prokurorluq işçilərindən ibarət yaradılan qrupun tərkibinə ABŞ Federal

Təhqiqat Bürosunun agenti və Türkiyədən bir neçə kriminalist daxil edildi.

Qrupun bəyanatında elə o vaxt deyildi ki, Tbilisidə yaşayan Tahir Xubanov

Elmarı izləmək, qətlində iştirak etmək üçün Bakıya gəlib, iş və ev

ünvanlarını öyrənib, izləyib. Bunlara görə T.Xubanov ölümündə

təqsirləndirilən şəxs kimi müəyyən edilib, habelə onunla Bakıya gələn

Teymuraz Əliyev və daha 3 nəfər. Bu adamlar qətl axşamının elə səhərisi

Bakıdan Tbilisiyə gediblər. Cinayət yerindən 150 metr aralı tapança və

toxunma papaq tapılması, üstündə də tük, tər izləri, yəni DNT olması da

məlumdur. (Bu bioloji materialla insanın DNT-ni asanlıqla müəyyən etmək

olar, yəni, məsələn, başqa dəlillərlə şübhəli bilinən adamın DNT-ni götürüb

cinayət yerində tapılan bu DNT ilə tutuşdurmaqla. Düz gəlsə həmin adamın

cinayət yerində olmasının sübutudur ən azı. Bioloji materialın ABŞ-a

gəndərilməsi barədə məlumat yayıldı). Teymuraz Əliyevin Bakıda yaşayan

və Teymuraza mobil telefon almağa kömək edən xalası oğlu həbs edildi və

məhkum olundu, Teymurazın özünün İnterpolda axtarışa verilməsi barədə

xəbər yayıldı. Amma sonra heç nə gəlmədi, sanki istintaq dayandı. Elə o

vaxt məlum oldu ki, İnterpolun saytında axtarışda olan şəxslərin siyahısında

Teymuraz Əliyevin və Tahir Xubanovun adları yoxdur. O sayta mən də

baxmışam bu yaxınlarda. Həqiqətən də Teymurazın adı yoxdur, halbuki,

tapılmayıbsa indiyəcən orada qalmalı - olmalı idi. Bu fakt göstərir ki, onu

İnterpolda axtarışa heç verməyiblər. Maraqlı faktdır, deyilmi? İstintaq elan

edir ki, qətl işində təqsirli bilinən şəxsi axtarışa vermişəm, amma verməyib

əslində. Deməli, həmin şəxsi axtarıb tapmaq istəmir. Bu istəməməyin,

hərəkətsizliyin səbəbi nə ola bilər? Qeyri-peşəkarlıq, səhlənkarlıq, yoxsa

yuxarıdan gələn əmr? Bu boyda qeyri-peşəkarlıq, səhlənkarlıq mümkündür?

Qətllə bağlı cinayət işinin prezident İ.Əliyevin nəzarətində olduğunu nəzərə

alsaq, çox şey aydın olur.

-Bu arada müxtəlif versiyalar var idi. Bəziləri bu məsələdə Akif

Çovdarovun, bəziləri Hacı Məmmədovun və digərlərinin adlarını

hallandırırdılar. Hətta jurnalistlərin bəziləri Gürcüstanda adları qətldə

hallandırılan Tahir Xubanov və Teymuraz Əliyevlə görüşmüşdülər. Siz

bu məsələ ilə bağlı bir çox prosesin içərisində olmusunuz. Sizdə olan

Page 78: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 77

məlumatlar və özünüzün analizləriniz nə deyir? Bu qətlin sifarişçiləri

və günahkarları kimlər idi?

-Hacı Məmmədovun versiyası... Məmmədovun bir çox məhkəmə

iclaslarında müxbir kimi iştirak etmişəm və bu qətli boynuna aldığını özüm

eşitmişəm. (Hacını müttəhimlər kürsüsündə ayrıca qəfəsdə elə

oturtmuşdular ki, onu görmək mümkün deyildi, ancaq səsi gəlirdi). Amma

sonradan Hacı Məmmədovun killerləri - məhkəmədə təqsirləndirilən şəxs

qismində iştirak edən çeçenlərin sorğusu zamanı məlum oldu ki, onların

Elmarın qətlinin detallarından xəbəri yoxdur. Ona görə bu versiyaya davam

eləmədilər. Ola bilər, hakimiyyət Elmar Hüseynovun qətli ilə bağlı cinayət

işini başa çatdırmaq, ona ləkə gətirən bu söz-söhbəti bağlamaq üçün işi,

sadəcə, Hacının boynuna qoymaq istəyib, o da müəyyən səbəblərdən razı

olub. Amma bu şou alınmadı.

MTN generalı Akif Çovdarovun versiyası... Çovdarovun bu qətlə bağlılığı

barədə Eynulla Fətullayevdən eşitmişəm, həbsdən çıxandan az sonra, yaxşı

vaxtlarımızda. Eynullanın sözlərindən belə çıxırdı ki, general Çovdarov bu

qətlin təşkilatçılarından biridir - guya Eynulla sorğu-suala tutanda özü (!)

bunu etiraf edib. Eynulla məlumatlı, hakimiyyətin bir çox pərdəarxası və

gizli mətləblərindən xəbərdar adamdır, bu öz yerində. Amma onun sözlərinə

inanmaq olarmı? Başqa bir şey bilmirəm, amma bu versiya ciddi

yoxlanılmalıdır ən azı. Yoxlanılmayıbsa, ortaya sual çıxır: nə səbəbə

yoxlanılmayıb?

-Teymuraz Əliyev ilə Tbilisidə görüş. 2006-nın noyabrında Eynulla

Fətullayev, rəhmətlik İbrahim Bayandurlu, Kənan Quluzadə və mən

Tbilisidə özünü Teymuraz kimi təqdim edən adamla görüşdük. Onu Eynulla

tapmışdı. (Necə tapmışdı, başqa məsələdir). İbrahim Bayandurlu ilə mən

kənardan onun şəklini çəkdik. Bakıya qayıdandan sonra sonra bizi Milli

Təhlükəsizlik Nazirliyində (indiki Dövlət Təhlükəsizliyi Xidməti) şahid

kimi dindirdilər, mən şəkilləri müstəntiqə təqdim elədim. Orada mənə

bildirdilər ki, özünü Teymuraz Əliyev kimi təqdim edən adam əslində

Teymuraz deyil, bizi aldadıb. Amma bu adamın niyə özünü Teymuraz

Əliyev kimi təqdim etməyi və nə səbəbə görüşə gəlib bizi "aldatmaq"

istəməsi ilə maraqlanmadılar, izinə düşmədilər. Görəsən, niyə? Axı ən azı

bu adam belə məsələdə yalan danışıbsa, səbəbini öyrənmək istintaqa çox

maraqlı olmalı idi. Deyilsə, səbəbi nə?

Az sonra görüşdüyümüz adamın həqiqətən də Teymuraz Əliyev olmağı

təsdiqləndi, bunu şəkli görəndən sonra vəkil İsaxan Aşurov mənə dedi. Bu

zaman aydın oldu ki, Milli Təhlükəsizlik Nazirliyi (indiki Dövlət

Təhlükəsizliyi Xidməti) Teymuraz Əliyevin tapıldığını etiraf etmək istəmir.

Çünki bu halda indiyəcən Teymuraz Əliyevi tapa bilməməsi barədə yalanı

Page 79: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 78

üzə çıxır. Onda ortaya bir ayrı yalan atdılar - rəsmi Tbilisi Teymuraz

Əliyevi və başqalarını Gürcüstan vətəndaşı olduğuna görə Azərbaycana

vermir. Sual olunur, Gürcüstan öz vətəndaşlarını niyə Azərbaycana

verməlidir ki? Yaxşı, Tbilisi Teymuraz Əliyevi vermir, olsun. Bəs siz niyə

gedib onu orada sorğu-suala tutmursunuz? Gürcüstan polisinin, Teymurazın

vəkilinin, hətta Gürcüstan ombudsmanının iştirakı ilə? Bu da çətin işdir?

Mümkünsüzdür? Əfqan Muxtarlını Tbilisidən oğurlayıb sərhəddən

keçirmək və Bakıya gətirmək mümkündür, amma Teymuraz Əliyevi, Tahir

Xubanovu və digərlərinin Tbilisidə DNT-ni götürüb cinayət yerində tapılan

bu DNT ilə tutuşdurmaq mümkün deyil, yəni? Və ya onları Tbilisidə vəkilin

iştirakı ilə dindirmək belə mümkün deyil? Bu sualları Mətbuat Şurası

üzvləri verə bilmir?

-14 ildir jurnalistin qətlinin üstü açılmır. 14 ildən sonra bu qətlin

üstünün açılacağını ümid etmək olarmı?

-Niyə olmur ki? Ukraynalı jurnalist Qeorqi Qonqadze 2000-ci ildə

öldürüldü, yandırılmış meyidi meşədə tapıldı, meyidin kəsilmiş başı

indiyəcən tapılmayıb. Onun ölümü barədə ayrı-ayrı faktlar mətbuatda

işıqlandırılsa da qətl uzun müddət örtülü qaldı. Yalnız 2005-ci ildə

Ukraynada prezident seçkiləri nəticəsində hakimiyyət dəyişəndən sonra,

yəni beş il sonra yeni seçilmiş prezident Yuşenko cinayətin üstünün

açılmasını bəyan etdi. Qətl vaxtı daxili işlər naziri olmuş Yuri Kravçenko

elə 2005-ci ildə istintaqa çağırıldı, amma gəlmədi, bağ evində ölü tapıldı,

rəsmi versiya ilə özü özünü öldürüb. Çox qəribədir ki, başına iki güllə

vurulub. Daha üç il də keçdi, cinayətdə iştirak edən üç yüksək rütbəli polis

zabiti həbs olunub 12 və 13 il həbs cəzası aldı. 8 il sonra. Daha beş il keçdi,

"qətl operasiyası"na rəhbərlik edən polis generalı Pukaç tutuldu və ömürlük

həbs cəzası aldı. Qətldən 13 il sonra! Dediyim odur ki, Qonqadzenin

qətlinin icraçıları da cəzasız qalmadı, hətta 13 il sonra layiq olduqları cəza

gəlib çıxdı.

Düzdür, qətlin ali sifarişçiləri indiyə qədər ifşa olunmayıb, izlər Ukraynanın

o vaxtkı prezidenti Leonid Kuçmaya və onun ətrafına gedib çıxır. Onlar

azadlıqdadır, amma cəzanın haçansa onları da tapacağına inanıram. Qisas

qiyamətə qalmaz..

- Əslində, son 14 ildə 3 jurnalist qətlə yetirilib. Bir neçə jurnalist həbs

olunub, şəxsi həyatı ilə təhdid olunub, hazırda da bu tendensiya davam

edir. Amma bu olaylarla bağlı bir- iki istisnanı çıxmaq şərti ilə Mətbuat

Şurasından reaksiya gəlməyib. Sizcə, necə olmalı idi? Və ya necə

olmalıdır?

Page 80: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 79

-Bəli, jurnalistlərə qarşı ən qəddar və iyrənc repressiyalar ən müxtəlif

formada olub və davam edir. Rafiq Tağının ölümünün üstü açılmadı,

cinayəti guya İran ayətullahının fitvasını yerinə yetirən naməlum islamçının

adına yazdılar. Burada da unutmayaq ki, bıçaqlanandan sonra da Rafiq Tağı

sağ idi, özünə gəlmişdi, amma xəstəxanada keçindi. Bakıdakı xəstəxanaya

kim nəzarət edir, İranın mürtəce ayətullahları və terroristləri, yoxsa

Azərbaycanın Səhiyyə Nazirliyi? Rasim Əliyevin döyülərək öldürülməsi ilə

bağlı məhkəmə və cəzalandırılanlar oldu, amma bu da hələ ədalət demək

deyil. Jurnalistlərə qarşı repressiyaların ən son nümunələrindən

Bakupress.az saytının təsisçi və baş redaktoru Şəfəq Ağacanın narkotik

alveri ilə bağlı tənqidi yazı verdiyinə görə narkotik alveri ittihamı ilə həbs

olunmasıdır, Anar Məmmədovun incidilməsidir. Amma ən əsası

"Osmanqızı" kanalının təsisçisi və aparıcısı Sevinc Osmanqızına qarşı

"Real" TV-də, "Yeni Müsavat" qəzetində və s. aparılan davamlı və iyrənc

qarayaxma kampaniyasıdır. "Real" TV-nin elədiyi susdurulmuş

televizyonlar və mətbuat fonunda tənqidi veriliş yayan teleaparıcı xanıma

qarşı açıq-aşkar aşağılama, təhqir və təhdiddir. "Real" TV-nin aparıcısı

Mirşahin Ağayev efirdə utanmadan, çəkinmədən yalan danışır, böhtan atır,

şantaj edir. Adam onun elədiklərinin əsl adını dilinə gətirməyə utanır, bu isə

televiziyada vicdan, etika, tərbiyə, əxlaq anlayışlarını qulaqardına vuraraq

açıq-aşkar edir. Mətbuat Şurası isə buna susur. Susursa bu böhtan, şantaj

kimi cinayətlərə və əxlaqsızlığa şərik çıxır. Gözləyək, bəlkə 14-15 il sonra

lazım gəlsə bunu da dilə gətirdi..

* * *

Page 81: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 80

Açıq mənbələrdən foto

Ölkənin sosial-siyasi həyatında ictimai rəyə kim nəzarət edir?

2019 İyun 17

Nəsimi Məmmədli, media ekspert

Qədim svilizasiyadan müasir dövrümüzə qədər cəmiyyət tarixinin bütün

mərhələlərində "ictimai rəy" fenomeninə rast gəlirik. Sosial-siyasi əlaqələr

sisteminin mövcud olduğu bütün dövrlərdə və məkanlarda bu fenomen

diqqət çəkir. Hətta tayfa və qəbilələrin feodal idarəçiliyindən demokratik

Page 82: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 81

respublikaların yaranmasınadək çox uzun bir zaman ərzində təkmilləşərək

cəmiyyət həyatında önəmli rol oynadığını da deyə bilərik.

"İctimai rəy" öz dövrünün ictimai, siyasi, mədəni səviyyəsini ifadə edən

kütləvi şüurun mövcud olması üsuludur. Müasir qloballaşan dünyada kütləvi

şüurun xarakteri sürətlə dəyişir. Ənənələrin, ideologiyaların, milli və dini

dünyagörüşün çərçivəsini aşır. Onun yaratdığı ictimai-siyasi təsirlər

cəmiyyətin informasiyalılığına, real sosial və məişət səviyyəsinə, habelə,

dünyagörüşünə uyğun dəyişir.

Ölkəmizdə ictimai rəyin real durumu necədir, onu kim və necə yaradır?

Ölkəmizdə mövcud ictimai rəy müvəqqəti və dəyişkəndir. Hazırda

cəmiyyətdə kortəbi və dağınıq ictimai rəy üstünlük təşkil edir. Sanki

cəmiyyət özü üçün hansısa gerçəyi axtarır. Ən həssas məsələlərə belə bəzən

çox laqeyd münasibət sərgiləyir.

Sosioloji analizlər aparsaq ölkəmizdə ictimai rəyin formalaşmasında sosial-

siyasi institutların rolu çox zəifdir. Bəzi sosial-siyasi institutların yaratdığı

ictimai rəy isə əsasən öz çevrəsində dövr edir. Geniş təsir dairəsinə çatım

imkanları zəifdir. Eyni zamanda hakimiyyət də ölkədə institutlaşmış qalıcı

ictimai rəyi özünə ciddi təhlükə görür və onun yaranmasında maraqlı deyil.

İstənilən cəmiyyətdə sosial-psixoloji əlaqələr sisteminin mahiyyətini

insanların fitrətindən gələn təbii təməl yanaşma təşkil edir. İnsanlarda

ədalətsizliyə, bərabərsizliyə, ləyaqətsizliyə qarşı təbii müqavimət hissi var.

Cəmiyyətdə belə halların mövcudluğuna insanlar uzun müddət biganə qala

bilmir. Aktiv etirazlar nəzərə çarpmasa da, narazılıqlar və qınaqlar kifayət

qədər çoxdur.

Demokratik ölkələrdə ictimai rəyi media, vətəndaş cəmiyyəti və sosial-

siyasi institutlar formalaşdırır. Cəmiyyətlərin səviyyəsinə və təlabatına

uyğun müsbət təsirlər yaradır. Bu amil cəmiyyətdə dayanıqlı sosial əlaqələr

sistemini formalaşdırır. Eyni zamanda cəmiyyəti içindən qoruyan kütləvi

gizli psixoloji zireh funksiyasındadır.

Qeyri-azad ölkələrdə isə ictimai rəyi yaratmaq funksiyanı hakim rejimin

əlində olan resurslar formalaşdırır. Cəmiyyət qapalı olduqda, bu resursların

yaratdığı ictimai rəy sosial münasibətlər sistemini asanlıqla tənzimləyir.

Ölkənin idarə edilməsində ciddi ictimai problemlər yaşanmır.

Hazırda ölkəmizdəki durum çox mürəkkəb və ziddiyyətlidir. Bir tərəfdən

ictimai rəyi ümumölkə televiziyaları, digər tərəfdən isə sosial şəbəkələr

formalaşdırır. Bu iki əsas mənbə arasında dərin təzad hökm sürür. Ölkə

televiziyaları hakimiyyətin total nəzarəti altındadır və yalnız onun

Page 83: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 82

maraqlarına xidmət göstərir. Bütün fəal vətəndaşlar televiziyalara

hakimiyyətin təbliğat ruporu kimi yanaşır və onun yaydığı informasiyaları

birtərəfli qəbul edir. Son illər ümumölkə televiziya yayımlarının peşəkar

monitorinqinin aparılmasında bəzi çətinliklər olsa da, digər üsullarla əldə

edilən dolğun qənaətə əsasən deyə bilərik ki, televiziyaların izləyici

auditoriyası xeyli seyrəlib.

Hakimiyyətin televiziyaların psixoloji gücündən səmərəli istifadə edə

bilmədiyi son günlər qabarıq üzə çıxmaqdadır. Həqiqətə və reallığa uyğun

olmayan bayağı təbliğat çoxmilyonlu fəal izləyiciləri televiziyalardan

uzaqlaşdırıb. Yaxın siyasi-hərbi tariximizdən bəhs edən rəsmi təbliğat

hakimiyyətin özünə zərər vurmaqdadır. Xüsusilə də o dövrün canlı

şahidlərinin mütləq əksəriyyəti həyatda olduğu halda belə təbliğat

cəmiyyətdə əks reaksiya doğurur. Ölkədə iqtisadi inkişaf, yüzminlərlə iş

yerlərinin açılması, hüquqlara təminatın olması barədə deyilənləri də

cəmiyyət öz həyatında hiss etmədikcə televiziyalara güvəni sarsılır.

İnsanların həqiqətə uyğun olmayan təbliğatın təsirində uzun müddət qalması

mümkün deyil. Xüsusilə də internet resursları ilə alternativ xəbər almaq

imkanlarının açılması bu prosesi sürətləndirib. Hakimiyyətin əlində

cəmləşdirdiyi televiziyaların ictimai rəyə təsirləri sürətlə azalır, sosial

şəbəkələrə yönəlik səriştəsiz siyasəti isə əks effekt verir. İnternet

resurslarına qarşı atılan primitiv addımlar iqtidarı daha da zəif göstərir.

Ümumölkə televiziyalarının ictimai rəyə təsirlərinin zəifləməsi ictimai

problem olmaqla yanaşı, ölkənin milli təhlükəsizliyinə də çox ciddi təhdid

yarada bilər. Fəal və yetkin əhalinin mütləq əksəriyyəti informasiyaları

xarici televiziyalardan və internet resurslarından əldə edir. Hətta ölkənin efir

məkanının təhlükəsizliyi də olduqca narahatlıq doğurur. Cənub-şərq

sərhədlərimizə yaxın ərazilərdə İranın, şimal sərhədlərimiz boyu Rusiyanın,

qərbdə isə Ermənistanın və Gürcüstanın televeziyaları və radioları çox

rahatlıqla efir məkanımıza daxil olur.

Digər ictimai rəy tribunası sosial şəbəkələrdir. Sosial şəbəkələrin sürətli

inkişafı cəmiyyətdə yeni sosial-psixoloji mühit yaradır. Bu müstəvinin

ortaya çıxardığı sosial-psixoloji amillərin dərin analizinə ehtiyac var. Sosial

şəbəkələr daha qalıcı və təbii rəy formalaşdırır. Bu müstəvidə xaotik

informasiya mühiti, müstəqil rəy liderləri və xarici təsirlər daha üstün təsirə

malikdirlər. Cəmiyyətin fəal kəsimi "2.0 web" texnologiyanın yartdığı

fürsətləri daha tez mənimsəyib və bu istiqamətdə uğurlu proses müşahidə

edilir.

Televiziyalardan fərqli olaraq sosial şəbəkələrdə dəqiq monitorinqlərin

aparılmasında heç bir əngəl yoxdur. "YouTube" və "Facebook" üzərindən

Page 84: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 83

yayımlanan bir neçə müstəqil və müxalif virtual səhifə və proqramların

monitorinqini aparan zamanı ortaya maraqlı mənzərə çıxdı. 100 mindən 360

minədək izləyiciləri olan "AzadliqRadiosu", "Kanal13AZ", "SANCAQ

production", "MeydanTV ", "Azad Söz", "Azerbaycan Saati", "Made in

Azerbaijan" və "OSMANQIZI TV" internet yayımlarının bəzi

proqramlarında izləyicilərin yuxarı sayı 3 milyona yaxınlaşır. Həftəlik orta

izlənmə reytinqi 30-50 min arası olsa da, ay və il ərzində bu izlənmə dəyişir

və hətta milyonlarla izləyiciyə çatır.

Diqqət çəkən məsələlərdən biri də, izlənən verilişlərə reaksiyalarla bağlıdır.

Belə ki, hər 100 "bəyən" tıklamasına qarşı 3-5 "bəyənməmə", nadir hallarda

isə 10-12 "bəyənməmə" tıklaması edilir. Hətta çağdaş virtual media

standartlarının çərçivəsini bəzi hallarda aşan müxalif blogerlərin səhifələri

və yayımları da xeyli fəal izləyicilər toplamaqdadır.

Hakimiyyətin siyasətini dəstəkləyən virtual səhifə və yayımların heç birinin

fəallığı yuxarıda qeyd etdiyimiz müstəqil və müxalif resurslarla müqayisə

oluna bilməz.

Həmçinin konkret maraqları və birgə fəaliyyəti olan sosial qruplar da

ictimai rəyin yaranmasında çox passivdirlər. Belə qrupların əksəriyyəti

hakimiyyətdən tam asılı vəziyyətdədir və ictimai rəyə təsir gücündə deyillər.

Müxtəlif sosial kateqoriyalara daxil olan müvəqqəti birliklər daha fəal və

müstəqil olsalar da, onlar da ictimai rəyə təsir edə bilmir. Hətta eyni vaxtda

metroda və avtobusda bir yerdə hərəkət edən, eyni küçədə və evlərdə

yaşayan, habelə, abituriyentlərin, tələbələrin və digər sosial kateqoriyalı

şəxslərin də ictimai rəy müzakirələrində iştirakı zəifdir.

Ölkədə ictimai rəyin sosial-siyasi həyata təsirləri cəmiyyətin real durumuna

mütənasibdir. Hakimiyyət ictimai rəyə nəzarət imkanlarını əsasən əlində

saxlayır. İctimai rəyi manipulyasiya etməklə onun sosial-siyasi təsirlərini

azaltmağa hələlik nail olur. Buna baxmayaraq alternativ resursların sosial-

siyasi həyata təsirləri sürətlə artır. Təfərrüatlarına toxunmadan deyə bilərik

ki, bir neçə çox önəmli istiqamətlərdə hakimiyyətin əleyhinə qalıcı mənfi

ictimai rəy formalaşmaqdadır.

Hazırda ictimai rəyin əsas sütununu müxtəlif sahələr üzrə rəy liderləri,

xaricdə yaşayan blogerlər, jurnalistlər və fəal şəxslər təşkil edir. Sosial

şəbəkələrdə ictimai fəallığı olan iqtisadçılar, hüquqşünaslar, təhsil, səhiyyə,

hərbi və digər sahələr üzrə mütəxəssis ekspertlər, habelə ictimai fikir

mühəndislərinin ictimai rəyin formalaşmasında müstəsna xidmətləri var.

Eyni zamanda sosial şəbəkələrin hər bir fəal istifadəçiləri də bu istiqamətdə

xüsusi rola sahibdirlər.

Page 85: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 84

* * *

Page 86: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 85

Açıq mənbələrdən foto

Mətbuat azadlığının olmayan ölkələrdə sosial şəbəkələrə meyl daha yüksəkdir

2019 İyun 28

Nəsimi Məmmədli, media ekspert

Media azadlığının olmadığı ölkələrdə sosial şəbəkələrdən yayılan

informasiyalara maraq daha çoxdur. Azad ölkələrdə insanlar obyektiv

məlumatları əsasən televiziyalardan alır. Alternativ və obyektiv fikir müstəvisi

kimi televiziya auditoriyası öz etibarlılığını qoruyub saxlayır. Ancaq qeyri

azad ölkələrdə televiziyalar tamamilə hakimiyyətin total nəzarəti altındadır.

Page 87: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 86

Ölkəmizdə mətbuat azadlığı ilə bağlı durum neqativdir. Bu barədə çoxsaylı

yerli və beynəlxalq hesabatlarda da qeyd edilib. Sərhədsiz Reportyorların

"Dünya Mətbuat Azadlığı" indeksinə görə Azərbaycan 180 ölkə arasında

166-cı pillədə qərarlaşıb.

Azad mətbuatın təminatı ola biləcək ədalətli məhkəmə sisteminin olmaması,

cərimələrin yüksəkliyi, diffamasiyaya görə cəzaların mövcudluğu

jurnalistləri çəkindirən əsas amillərdəndir. Eyni zamanda müstəqil maliyyə

qaynaqlarının yoxluğu, reklam bazarının məhdudluğu və monopoliyası da

mətbuat azdlığının qarşısında ciddi səddir. Habelə medianın ictimai nəzarət

funksiyasını yerinə yetirməsinə hüquqi əngəllərin olması və informasiyaya

çıxış imkanlarının məhdudluğu da xüsusi diqqət çəkir.

Son illər ənənəvi medianın yerini sürətlə elektron media tutur. Xüsusilə də

sosial şəbəkələr üzərindən yayımlanan media resursları ölkənin sosial-siyasi

həyatına daha çox təsir etməkdədir. Sosial şəbəkələrin, mobil rabitənin

sayəsində sürətlə populyarlaşan virtual resurslar media azadlığının önündəki

pərdəni tədricən qaldırır. Sosial şəbəkələr üzərindən aparılan monitorinqlərə

əsasən hazırda ölkə əhalisinin fəal kəsiminin virtual müzakirələrə maraq

göstərdiyi çox açıq görünür.

Sosial şəbəkələrə əhalinin marağının daha çox hansı istiqamətdə olması

əsasən cəmiyyətin sosial-psixoloji durumuna uyğundur. Ölkəmizə xüsusi

təsirlərini nəzərə alıb Türkiyə, Rusiya, Gürcüstan informasiya mühitində

sosial şəbəkələrin rolunu bəzi müqayisələrlə təqdim edək.

Öncə qeyd edək ki, Rusiyanın 146 milyon əhalisi olsa da, rusdilli

izləyicilərin auditoriyasının daha böyük olması ehtimalı var. Keçmiş sovet

məkanına daxil olan bütün ölkələrdə rus dilində yayımlar izlənə bilir.

Xüsusilə də Ukrayna, Belarusiya, Moldova, Ermənistan, Azərbaycan,

Qazaxıstan və başqa ölkələrdə yüksək izlənmə ehtimalı istisna deyil.

Rusiyada "YouTube" üzərindən ən çox izlənən televiziya kanalları

hansıdır?

Postsovet məkanında ilk dəfə "YouTube" sosial şəbəkəsi üzərindən

televiziya yayımı edən rusiyalı bloger Aleksey Navalnıdır. Rusiyada ən çox

abunəçisi olan onun "YouTube"da yayımlanan müxalif yönümlü sosial-

siyasi proqramlarıdır. Aleksey Navalnı (Алексей Навальный) adlı kanalın

2.783.391 abunəçisi, Navalnı LIVE (Навальный LIVE) kanalının isə

940.418 abunəçisi var.

Müvafiq olaraq "Aleksey Navalnı" kanalından yayımlanan müxalif

verilişlərə həftə ərzində baxış sayı təqribən 2.5-3 milyon arasında dəyişir.

Proqramları təqribən 230 min abunəçi (7 %) bəyəndiyi halda 4100

Page 88: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 87

abunəçinin (1.2%) bəyənmədiyi görünür. Həmçinin "Navalnı LIVE"

kanalının da həftə ərzində orta izlənməsi 800-900 min arası dəyişir. 54 min

(5%) abunəçi bəyəndiyi halda 1000 abunəçinin (1.8%) bəyənmədiyi

görünür.

Digər bir müxalif virtual televiziya kanalı Kseniya Sabçaka (Ксения

Собчак ) məxsusdur. Bu kanalın 811.533 abunəçisi (təqribən 0.9%) var və

proqramlara həftə ərzində orta baxış sayı təqribən 1.5 milyon təşkil edir.

Bəyənmə fərqi 30 minə qarşı 3-4 mindir.

Rusiyada izləyici sayı çox olan digər virtual resurslar da var. Lakin onlar

müxalif yönümlü deyillər. Məsələn, NTV (НТB) "YouTube"kanalının

5.765.452 abunəçisi olsa da izlənmə sayı çox aşağıdır. Həftə ərzində 80-100

min arası dəyişir.

Telekanal İSTV (Телеканал ICTV) "YouTube" kanalının isə 859.853

abunəçisi var. Bu kanal əsasən sənədli filmlər, xüsusi verilişlər, elanlar, şou

xarakterli proqramlar yayır. Təqribi baxış sayı həftə ərzində 100-150 min

arası dəyişir.

Təqribi hesablama aparsaq rusdilli izləyicilərin sayı 200 milyona yaxın olsa

da seçicilərin sayı 111 milyona yaxındır. Bu hesablama ilə ümumi

izləyicilərin 0.4-1.3 %-i, seçicilərin isə 0.8-2.5% virtual resursları izləyir.

Türkiyədə sosial şəbəkələrə maraq zəifdir!

Rusiya ilə yanaşı 82 milyon əhalisi olan Türkiyənin də ölkə xaricində

izləyici auditoriyası xeyli çoxdur. Otra Asiyanın, Azərbaycanın, İranın, bəzi

Ərəb və Balkan dövlətlərinin də türkdilli yayımlara baxmasında dil

problemi yoxdur. Ümumi götürsək Türkiyənin də izləyici auditoriyası ölkə

əhalisinin sayından xeyli artıqdır.

Türkiyədə ümumölkə televiziyaları obyektiv informasiya qaynağı olduğu

üçün əhalinin mütləq əksəriyyəti alternativ informasiyaları bu kanallardan

alır. Virtual müstəvidə çoxsaylı izləyiciləri olan müxalif yönümlü resurslar

yox səviyyəsindədir. Əsasən xüsusi müəllif proqramları və əyləncəli

verilişlərin yayıldığı "YouTube" kanalları var.

"YouTube" üzərindən 100 mindən çox izləyicisi olan "Beyaz

Show"(980.392), "Halktv"(394.538), "CNN TÜRK" (254.948), "Yılmaz

ÖZDİL Yazıları" (205.714), "FOX Haber" (204.444), "NTV" (149.680)

kanallarının müqayisəli təhlilini apardıq. Bu kanalların izləyici auditoriyası

abunəçi sayından da aşağıdır.

Page 89: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 88

Təqribi hesablama ilə türkdilli izləyicilər 100 milyondan çox olsa da

seçicilərin ümumi sayı 57.1 milyondur. Ümumiyyətlə sosial şəbəkələrdən

yayılan kanalların abunəciləri türkdilli izləyicilərin təqribən 0.1-0.9 %-ni,

seçicilərin isə 0.2-1.7% arasında dəyişir.

Gürcüstanda və Ermənistanda sosial şəbəkələrə meyl media azadlığının

səviyyəsinə mütənasibdir.

Gürcüstanda sosial şəbəkələrdə, xüsusilə də "YouTube" üzərindən müstəqil

televiziya yayımları demək olar ki yoxdur. Ən çox abunəçisi olan "İmedi"

(TV IMEDI) televiziya kanalının 138.929 abonəçisi, Rustavi-2 (RUSTAVI

2) televiziya kanalının isə 52.278 abonəçisi var. Həftəlik orta baxış sayı 9-

15 min civarında dəyişir.

Gürcüstanla müqayisədə Ermənistanda sosial şəbəkələr daha geniş yayılıb.

"Azadlıq radiosu" 348.267, "1in TV" Armenian News 167.826,

"a1plusnews" 131.245, "Factor tv" 109.215 abonəçisi var. Keçən ilin

məxməri inqilabı ərəfəsində və proses zamanı ölkədə sosial şəbəkələrə

maraq çox böyük olub. Hətta Azadlıq Radiosunun Ermənistan bürosunun

canlı yayımlarını 60-70 min insan eyni vaxtda izləyirdi. Ümumi izlənmə

sayı təqribən 700 mindən çox olub. Müqayisə üçün deyək ki əhalisinin sayı

3 milyon olan Ermənistan üçün bu çox böyük göstəricidir. Hazırda Azadlıq

Radiosunun yayımlarına ümumi baxış sayı təqribən 38-40 min arasında

dəyişir. Digər resurslarda isə bu göstərici daha aşağıdır. Paşinyan iqtidara

gəldikdən sonra media azadlığının səviyyəsinə uyğun şəkildə yerli

televiziyalara maraq sosial şəbəkələrə olan marağı xeyli üstələyib.

Azərbaycanda sosial şəbəkələrə maraq çox yüksəkdir!

Azərbaycan əhalisinin sayı 10 milyon, seçicilərin sayı isə 5.2 milyondur.

İnternet izləyicilərinin auditoriyası isə əsasən ölkədə və xaricdə yaşayan

azərbaycanlılarla məhdudlaşır. "YouTube" və "Facebook" üzərindən

yayımlanan bir neçə müstəqil və müxalif virtual səhifə və proqramların

monitorinqini aparan zaman ortaya maraqlı mənzərə çıxdı.

100 mindən çox izləyiciləri olan "AzadliqRadiosu" (361.417), "Kanal13AZ"

(343.679), "SANCAQ production"( 340.437), "MeydanTV" (293.005),

"Azad Söz" (138.837), "Azerbaycan Saati" (135.428), "Made in Azerbaijan"

(131.396) və "OSMANQIZI TV" (111.273) kanallarına abunə olan

izləyicilər ayrılıqda ümumi əhalinin təqribən 18.55%-ni, seçicilərin isə

35.68% təşkil edir.

Həftəlik orta izlənmə reytinqi 30-50 min arası olsa da, ay və il ərzində bu

izlənmə kəskin dəyişir və hətta milyonlarla izləyiciyə çatır. Bəzi

proqramlarda izləyicilərin yuxarı sayı hətta 2.5 milyona yaxınlaşır.

Page 90: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 89

Mitinqlərdən canlı reportajlara, ziddiyyətli və faciəli hadisələrə baxış sayı

əhalinin və seçicilərin sayına nisbətdə təqribən 30 və-50%-ə çatır. Diqqət

çəkən məsələlərdən biri də izlənən verilişlərə müsbət reaksiyalarla bağlıdır.

Belə ki, izləyicilərin 15-17 % yayımları bəyənir.

Azərbaycan üçün speisfik məsələlərdən biri də virtual müstəvidən media

standartlarının çərçivəsini aşan söyüş ritorikasıdır. Müxalif blogerlərin belə

səhifələri və yayımları da xeyli fəal izləyicilər toplamaqdadır. Hətta

hakimiyyətə ünvanlanan 18+ işarəsi ilə yayılan video çıxışları bəzi hallarda

2-3 milyon izləyib. Bu isə əhalinin 30%-i, seçicilərin isə 60%-i deməkdir.

Xatırladaq ki, hakimiyyətin siyasətini açıq və gizli dəstəkləyən virtual

yayımların heç birinin izlənmə fəallığı yuxarıda qeyd etdiyimiz resurslarla

müqayisə oluna bilməz. Səthi monitorinq belə Azərbaycanda mətbuat

azadlığının boğulmasına yönəlmiş çoxillik siyasətin informasiya məkanında

bir çox mənfi təmayüllər üçün geniş meydan yaratdığını gösərir.

Obyektivliyin, həqiqətin, balansın, plüralizmin olmamasını, keyfiyyətli

jurnalistikanın bu prinsiplərinin yalan, təhqir, dezinformasiya, aqressiya ilə

əvəz edilməsini onlara aid etmək olar.

* * *

Page 91: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 90

bizimyol.info

“Gündən-günə inkişafın” birdən-birə sonu

2019 İyul 02

Arif Əiyev, "Yeni Nəsil" Jurnalistlər Birliyi”nin rəhbəri

Page 92: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 91

Cəmi 10 il əvvəl “Bizim yol” qəzeti nəşrini dayandırmağa məcbur olsaydı, bu,

ölkədə etiraz dalğası doğurardı. Amma indi 2019-cu ildir və KİV-ə Dövlət

Dəstəyi Fondunun “Bizim yol” da daxil 22 qəzetin nəşrinin dayanmasına

səbəb ola biləcək qərarı heç kimi yerindən oynatmır. Nə baş verdi KİVDF-nin

“araya” girdiyi bu son on ildə? Millətmi dəyişdi, qəzetlərmi?

Ölkədə idarəçilik sistemində dəyişikliklər həyata keçirilməyə başlayıb.

Hələlik onları islahat adlandırmaq tezdir, amma çarx hərəkətə gəlib. Bəzi

yararsız qurumlar, fondlar artıq onun altında qalıb. KİVDF "çarxın"

qabağından qaçmağa çalışır. Ona görə tələsik məntiqsiz qərarlar qəbul edir.

Diqqət yetirin: dekabrın 14-də Fondun Müşahidə Şurasında elan edilir ki,

"yeni dövrün tələblərindən irəli gələrək" KİV-lərə maliyyə yardımı 6 ay

deyil, 3 ay müddətinə ayrılacaq. ("Dövrün tələbinə" bax!!!) Yanvarın

əvvəlində Fond 32 qəzetə hələlik bu "qışı keçirməyə" 612 min 500 manat

pul ayırır. Üçcə həftədən sonra isə məsələnin ilk baxışda göründüyündən

daha qəliz olduğunu anlayan Şura təzədən toplaşır. Bəyan edir ki, sən demə,

"dövrün tələb"lərinə tam uyğunlaşmaq üçün müddəti qısaltmaq kifayət

deyilmiş, pul paylanan qəzetlərin sayını da ixtisara salmaq lazımmış! Arada

yarım milyondan çox vəsait gedir öz işinə!

Amma hər məntiqsizlikdə də bir məntiq var. "Oksigen yastığı"na

birləşdirilmiş "xəstə"lərin sayının kəskin azaldılması qalanların sağalıb

ayağa durmasına kömək edə bilər. Yəni, 32 balaca qəzetə yalandan nəfəs

vermək əvəzinə 5-10 qəzeti bəsləyib onları cəmiyyətdə, bəlkə, daha geniş

dairədə söz sahibi olan KİV-lərə çevirmək mümkündür. Amma buna da

ümid bəsləmək əbəsdir. Cünki Fondun bütün fəaliyyəti yanlış meyar

üzərində qurulub. Nədir bu başlıca meyar? İndiyədək tirajı 2500, yayımı

1000 nüsxə olan qəzetlərə yardım paylanırdı, indi tirajı 5000, satış və

abunəsi 2000-dən az olmayanlara pul düşəcək! Azərbaycanda qəzet satışı

şəbəkəsi darmadağın edilib, abunə sistemi isə tam saxtakarlıq üzərində

qurulub: abunə planı məmür kabinetində tutulur, sonra idarələrə hansı

qəzetə nə qədər yazılmaq barədə göstəriş verilir. Rəqəmlərdən başqa heç nə

dəyişmir, prinsiplər həmin prinsiplər olaraq qalır. Sadəcə, indi ictimai

qazanın ətrafında əlində çömçə 32 nəfər yox, 10 nəfər əyləşdiriləcək. Nə o

22 qəzetin acından ölməsini, nə bu 10 nəşrin indi daha yaxşı qidalanmasını

Azərbaycan jurnalistikası bütövlükdə hiss etməyəcək. Oxucuların da bu

prosesə maaşlarından məcburi pul tutulmasından başqa aidiyyatı olmayacaq.

"Bəlkə bu, yeni tendensiyanın başlanğıcıdır?" - deyə sual edənlərin

gözlərində ümid qığılcımı görürəm. Əminliklə deyirəm ki, bu qərarı

verənlərin beynəlxalq mətbuatda ciddi tendensiyalardan xəbərləri yoxdur.

Page 93: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 92

KİVDF indiyədək olan uğursuzluqları və "dəyişiklik" qərarını "Hazırda

bütün dünyada... çap mediasının obyektiv səbəblərdən problemlə üzləşməsi

ilə", tiraj və gəlirlərin hər yerdə azalması ilə əsaslandırır. Deyəsən, "qəzet

böhranı" barədə xəbər bizim Müşahidə Şurasına çox gec çatıb. Artiq 10 ilə

yaxındır ki (elə təxminın KİVDF yaranandan), dünyada əks proses gedir.

Ümumdünya Qəzetlər Assosiasiyasının hesabatına görə, təkcə 2010-2015-ci

illərdə çap tirajları 21,6% artıb, hətta Böyük Britaniya, Fransa, Almaniya

kimi yeni medianın güclü inkişaf etdiyi ölkələrdə də 2016-cı ildən qəzet

tirajlarının ildə azı 2-3% artımı qeydə alınıb. Yox, dünya KİVDF gedən

istiqamətdə getmir, orda artıq köç geri qayıdır.

Peşəkarlar dəfələrlə xəbərdarlıq ediblər ki, ölkə qəzetlərini "əldən yeməyə"

öyrəşdirməklə, onları qəsdən ya bilməməzlikdən uçuruma doğru itələyirlər.

Ekspertlər haray çəkiblər ki, "Kütləvi informasiya vasitələrinə dəstək" kimi

mühüm ictimai məqsədə ayrılan büdcə vəsaitini pay-püş etməyin, ayrı-ayrı

redaktorlara "loyallığa görə haqq" kimi ödəməyin axırı iflasla nəticələnək.

Hər dəfə bunu söyləyənlərə qarşı həmin qəzetlərin redaktorlarını, "növbətçi"

deputatları hücuma qaldırıblar. Nə oldu? 10 ildə hər birinə 1-1,5 milyon

manat xərclənmiş qəzetlər bir günün içində necə çökdülər? Pul da getdi,

şanlı tarixə malik neçə nəşr də. Bu idimi mediaya dövlət qayğısının

məqsədi? Budurmu günü-gündən çıçəklənən mətbuatımızın inkişafının,

gücünün göstəricisi?

Təəssüf ki, yenə təkrarlamalı oluruq: bu gedişatla qalan qəzetləri eyni tale

gözləyir. KİVDF-nin fəaliyyətində nəyinsə dəyişəcəyinə azacıq işarə

yoxdur. Sübut? Elə Fondun Müşahidə Şurasının son iclasının qərarları. 22

qəzeti "süddən kəsəndən" sonra Fond, heç nə olmamış kimi, iclası davam

etdirib. Qalan 10 qəzet üçün növbəti kvartala eyni prinsiplər üzrə müsabiqə

elanını təsdiqləyib və Fondun yaradılmasının 10-cu ildönümü, habelə

Novruz bayramı münasibəti ilə eyni qaydada fərdi jurnalist yazıları

müsabiqəsinə start verib. Bir adam bunları çağırıb soruşmur ki, yubileyini

qeyd etməyə hazırlaşdığınız təşkilata bu 10 ildə xalqın malından aşağı-

yuxarı 50 milyon vəsait ayrılıb. Nə yaratmışınız, nə qoymuşunuz ortalığa?

Onu deyəcəklər ki, dövlətin vəsaitindən şəxsi və partiya qəzetlərinə pul

paylamışıq, fərdi müsabiqələr keçirmişik, icra hakimiyyətləri ilə görüşlərə

getmişik, xaricə kollektiv səfərlər etmişik, bayram şənlikləri qurmuşuq. Və

indi də növbəti bayramlara hazırlaşırıq!

Niyə KİVDF fəaliyyət prinsiplərini dəyişə bilmir, bir dəfə batdığı palçığa

inadla bir də girir? Çünki ölkədə həyata keçirilən media siyasəti onu bu yola

itələyir. Nəzərə alın: söhbət rəsmən elan olunan yox, gerçəklikdə həyata

keçirilən siyasətdən gedir. KİVDF-nin 10 illik fəaliyyətinin onun yaradılma

məqsədlərinə uyğun olmadığını nümayiş etdirən bir sənəd var. Bu, mənim

Page 94: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 93

hazırladığım hesabat deyil, prezidentin 2008-ci ildə imzaladığı, KİVDF-nin

də tez-tez istinad etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya

vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" adlanan rəsmi sənəddir.

Orada yazılıb: "Maliyyə dəstəyi KİV-nin maddi-texniki bazasının

möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, iqtisadi

müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyətli

problemlərin həllinə yönəlmiş proqramların, layihə və tədbirlərin

maliyyələşdirilməsi məqsədi ilə dövlət tərəfindən yardımlar ayrılmasını

nəzərdə tutur". Müsabiqəsiz maliyyə dəstəyinə: bölgə KİV-nə, sosial,

mədəni və uşaqlar üçün xüsusi nəşrlərə ünvanlı yardımlar; subvensiyalar

(rəsmi sənədlərin nəşrinə görə ayırmalar); subsidiyalar (müəyyən məqsədlər

üçün büdcədən verilən vəsait); sosial reklamların mediada yerləşdirilməsi

daxildir. Müsabiqəli maliyyə dəstəyi isə KİV-nin iqtisadi müstəqilliyinin

gücləndirilməsi üçün uzunmüddətli və güzəştli kreditlər verilməsi; məqsədli

proqram və layihələrin həyata keçirilməsi ilə əlaqədar maliyyə yardımı

ayrılmasından ibarətdir.

KİVDF bu qədər vəzifənin içərisindən özünə birini - həm də ən

sonuncusunu seçib və yardım paylamaqla, mükafat verməklə məşğuldur.

İnfrastruktur, modernləşmə, iqtisadi müstəqillik, subvensiya, kredit, sosial

reklamlar kimi daha öncül məsələlər onun heç yadına da düşmür. Bu da

nəticəsi.

Bəzi ixtisaslaşmış, məsələn, uşaq nəşrlərindən başqa, heç kimin qəzetinə

büdcə vəsaitindən siyahı üzrə pay ayrılmamalıdır! Bir, yaxud üç-beş nəfərin

tutduğu siyahı əsasında xalq malını bölüşdürmək kimi biabırçı və ədalətsiz

media təcrübəsinə son qoyulmalıdır. Axı 60 yaşında xəstə müəllimin

maaşından tutulan vergi ilə onun ömründə üzünü görmədiyi və görmək

istəmədiyi bir şəxsi qəzetin cavan, qırmızıyanaq, iki maşında gəzən

redaktoruna niyə "pensiya" verilməlidir? Büdcə vəsaiti dövlət və ictimai

maraqlara xidmət edən inkişafa, media sahəsində infrastruktur

dəyişikliklərinə, yeni resursların yaradılmasına sərf olunmalıdır.

Deyəsən, "bəs konkret nə etmək lazımdır" sualına çatmışıq. Amma bu yerdə

dayanmaq məcburiyyətindəyəm. Dəfələrlə təkliflər səsləndirmişik. Onun

formasını götürüb mahiyyətini dəyişiblər və bütünlükdə ideyanı başqa

məqsədlərə yönəldiblər. Bir vaxtlar mətbuatın ən təkmil özünüidarə forması

kimi Mətbuat Şurasını təklif etdik. İdeyanı götürüb, inzibati resurslarla bizi

kənarlaşdırıb, Şura sədrliyini "əbədiləşdirib" onu ləğv olunmuş Mətbuat

Nazirliyindən də pis quruma çevirdilər. Elçin Şıxlı ilə Mehman Əliyev

qabağa düşüb KİVDF yaratmaq fikri ortaya atdılar, əsasnamə hazırladılar.

Əsasnaməni alıb, özlərini prosesdən kənarlaşdırıb, görün, nə yaratdılar. İndi

Page 95: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 94

də bəzilərinin eyni həvəsə düşdüyünü duyuram. Yaxşısı budur, qoy hər şey

öz axarı ilə məntiqi yekununa yaxınlaşsın.

* * *

Page 96: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 95

Açıq mənbələrdən foto

Jurnalistləri qoruyan toz basmış inzibati qanunvericilik

2019 İyul 10

Xalid Agaliyev, media hüquqçusu

Jurnalistləri qoruyan toz basmış inzibati qanunvericilik

"Jurnalistin informasiya əldə etməsinə maneçilik yaradılmasına qarşı ən

yaxşı qanunlar bizdə də var. Jurnalistə zorakılıq olarsa, onu həbs gözləyir.

Page 97: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 96

Jurnalistin sorğusuna cavab verməyənləri isə inzibati cəza, cərimə gözləyir,

daha nə olsun?"...

Bu sözləri yaxın keçmişdə keçirilən beynəlxalq tədbir zamanı rəsmilərdən

biri söhbətimizdə dilə gətirmişdi. Onun dediyi məzmunda qanunların

mövcudluğunu inkar etməmiş, sadəcə, həmin qanunların işləmədiyini qeyd

etmişdim. Bu günlərdə jurnalistə bilgi verməməyə görə inzibati məsuliyyət

nəzərdə tutan qanunvericiliyi araşdırarkən, məlum oldu ki, həmin

qanunvericiliyin ümumiyyətlə, kağız üzərində belə icra mexanizmi işlənib

hazırlanmayıb. Bu yazıda bunun detallarına işıq tutmağa çalışacağıq.

Həm köhnə, həm də yeni məcəllə məsuliyyət nəzərdə tutur

Söhbət İnzibati Xətalar Məcəlləsinin jurnalist sorğularına cavab verməməyə,

informasiya əldə edilməsi haqqında qanunvericiliyin pozulmasına görə,

cərimə cəzası nəzərdə tutan maddələrindən gedir. Hazırda qüvvədə olan

İnzibati Xətalar Məcəlləsi yenidir, 2016-cı il martın 1-də qüvvəyə minib.

Ondan əvvəlki İnzibati Xətalar Məcəlləsi isə 2000-ci ildən qüvvədə idi. Yeni

məcəllədə olduğu kimi, artıq qüvvədən düşmüş məcəllə də jurnalist

sorğularına cavab verilməməsinə, informasiya əldə edilməsi haqqında

qanunvericiliyin pozulmasına görə, inzibati məsuliyyət - cərimə cəzası

nəzərdə tuturdu. Əslində, köhnə məcəllədəki müddəalar kiçik korrektələrlə

yeni məcəlləyə köçürülüb. Söhbət hansı maddələrdən gedir?

Jurnalistin işinə yarayan maddələr

Qüvvədən düşmüş məcəllənin 181-ci maddəsi "İnformasiya əldə etmək

haqqında qanunvericiliyin pozulması" ilə bağlı idi. 186-cı maddə isə

"Jurnalistlərin hüquqlarının pozulması" hallarını tənzimləyirdi. Həmin

maddələr jurnalist sorğularına cavab verməyənlərin, qanunvericiliyi

pozanların minimum 20, maksimum 90 manat cərimə edilməsini nəzərdə

tuturdu.

Yeni məcəllədə eyni məzmunlu maddələr saxlanılıb. Məcəllənin 382-ci

maddəsi "Jurnalistlərin hüquqlarının pozulması (sorğuya cavab verməmək)",

374-cü maddəsi isə "İnformasiya əldə etmək haqqında qanunvericiliyin

pozulması" ilə bağlı məsələləri tənzimləyir. Cərimələrin məbləği isə

köhnədəkindən ciddi fərqlidir. Jurnalist sorğusuna cavab verməməyə görə

200-500, informasiya əldə edilməsi qanunvericiliyinin pozulmasına görə isə

100 manatdan 1 500 manata qədər inzibati cərimə cəzası nəzərdə tutulur.

Zahirən hər şey elə rəsmilərin dediyi kimidir. Qanunlar jurnalistin bilgilərə

çatım rejimini qoruyur, bilgi sahiblərinin üzərinə bilgiləri açıqlamaq vəzifəsi

qoyur, bu vəzifəni icra etməyənlərin də yüksək məbləğdə cərimələnməsini

nəzərdə tutur. Zahirən belədir, mmahiyyət tamamilə fərqlidir. Əslində,

Page 98: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 97

xatrılatdığımız bu müddəaların işləmək mexanizmi mövcud deyil,

yaradılmayıb. Həm də bu, yalnız yeni məcəllə ilə bağlı deyil,

informasiyaların qapalı tutulmasına, jurnalist sorğularının

cavablandırılmamasına görə məsuliyyət müəyyən edən müddəaların tətbiqi

mexanizmi 2000-ci ildən bu yana yaradılmamış qalıb.

Maddələrin tətbiqi mexanimzləri yaradılmayıb

Detallarına toxunaq. 2000-ci ildə İnzibati Xətalar Məcəlləsi qüvvəyə

minəndə onun tətbiqi mexanizmləri "İXM-nin təsdiq edilməsi, qüvvəyə

minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun

tətbiq edilməsi barədə ölkə başçısının fərmanında əksini tapıb. Həmin

fərmanda maddələr üzrə səlahiyyətli qurumlar müəyyən edilib. Məsələn, yol

hərəkəti qaydaları ilə bağlı inzibati işlərə Daxili İşlər Nazirliyi, teleradio

qanunvericiliyinin pozulması ilə bağlı işlərə Milli Televiziya və Radio

Şurası baxır. Bir azda açıqlasaq yol hərəkəti qaydası pozulanda protokolu

DİN, teleradio qanunvericiliyi pozulduqda isə MTRŞ tərtib edir. Məcəllənin

tətbiqi mexanizmini nəzərdə tutan fərmanda jurnalistlərin yardımına yetişə

biləcək maddələrlə bağlı mexanizmin müəyyən edilməsi isə unudulub -

protokolu kim tərtil etməlidir, sualı açıq buraxılıb.

2016-cı il martın 1-dən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində də

durum eynidir. Maddələr var, icra mexanizmi mövcud deyil. Məcəllənin 43-

cü maddəsində yazılır ki, məhkəmələr jurnalistlərlə əlaqəli 374, 382-ci

(eləcə də digər) maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə

baxırlar. Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol

tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti

orqanı isə jurnalistlərin yardımçısı ola biləcək maddələrdəki inzibati xətalar

üzrə protokol tərtib etmək səlahiyyətini indiyə kimi heç kimə verməyib.

Öncə də xatırlatdığımız kimi yol hərəkəti ilə bağlı pozuntular üzrə səlahiyyət

DİN-ə, teleradio qanunvericiliyi ilə bağlı pozutulara görə səlahiyyət MTRŞ-

yə verilsə də, jurnalistlərlə əlaqəli 2 maddənin tətbiqi məsələləri yenə də

unudulub. "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında"

Azərbaycan prezidentinin 15 fevral 2016-cı il tarixli fərmanında jurnalsit

sorğularının cavablandırılmaması, informasiya əldə edilməsi haqqında

qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edən maddələrin adı

belə çəkilməyib...

Nə etməli?

İllərdir bu durum davam edir. Son onillikdə bu sferada baş verən yeganə

gözəgəlimli gəlişmə "İnformasiya əldə edilməsi haqqında" qanunun icrasına

nəzarət mexanizminin Ombudsmana həvalə edilməsi olub. Ancaq

Page 99: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 98

Ombudsman indiyə kimi jurnalistin işinə yarayan bu müddəaların işə

düşməsi üçün heç bir təşəbbüsl irəli sürməyib. Jurnalistlərlə bağlı

durumlarda söz söyləmək zərurəti hiss edən Mətbuat Şurası da bu məsələni

bir dəfə olsun, gündəmə gətirməyib. Hazırda gərəkli olan məcəllənin tətbiqi

ilə bağlı məsələləri tənzimləyən sənədə (Azərbaycan prezidentinin 15 fevral

2016-cı il tarixli fərmanı) müvafiq dəyişikliyin edilməsidir.

* * *

Page 100: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 99

Açıq mənbələrdən foto

Media. Qeyri Azadlıqdan Azadlıqa

2019 İyul 20

Kamran Mahmudov, jurnalist

22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Azərbaycanda Millli Mətbuat

Günü iyulun 22 -də, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri -

"Əkinçi"qəzetinin buraxıldığı gündə qeyd edilir. Bu il Azərbaycan Milli mətbuatının

yaranmasının 144-cü ilini qeyd edir. Azərbaycanın milli mətbuatının 144-cü ilində ölkədəki

medianın durumuna nəzər salaq. Rəsmi dairələr razılaşmasalar da beynəlxalq

hesabatlarda Azərbaycan media azadlığına görə sonuncu yerlərdə qərarlaşır. Məsələn,

Sərhədsiz Reportyorlar (RSF) Təşkilatı 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksinə görə

Azərbaycan 180 ölkə içində 166-cı yeri tutub. Beynəlxalq və yerli hüquq müdafiəçilərinin

fikrinə görə, hazırda Azərbaycanda siyasi məhbus həyatı yaşayan 7 jurnalist hələ də

həbsdədir. Bundan başqa məhkəmə qərarlarına əsasən bir neçə media qurumu rəsmən

ölkədə bloklanıb. Meydan Tv, AzadlıqRadiosu kimi media qurumlarına qarşı bir neçə il

Page 101: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 100

bundan əvvəl açılmış cinayət işləri hələ də qapadılmayıb. Bundan başqa ölkədə fəaliyyət

göstərən bir neçə yerli media qurumu da məhkəmə qərarı olmadan bloklanıb. Müstəqil

media qrumularının və jurnalistlərinin durumu hələ də ağır olaraq qalır. Amma rəsmi

dairələr Azərbaycanda medianın azad olduğunu bildirirlər. Bundan başqa ölkədə

medianın problemlərini həll etmək məqsədi ilə KİV-ə Dövlət Dəyi Fondu fəaliyyət göstərir.

Bundan başqa bu vaxta qədər 400-dən çoz jurnalisti hökumət evlə təmin edib.

Azərbaycanda medianın real vəziyyəti ilə bağlı müstəqil jurnalist Seymur Kazımov

ASTNA-ya danışıb.

* * *

- Seymur bəy, Azərbaycanda medianın durumunu necə

qiymətləndirirsiniz?

- Azərbaycanda medianın durumu

beynəlxalq təşkilatlatın hesabatlarında

göstərilən rəqəmlərdəki kimidir, yənin son

yerlərdə. Ümumiyyətlə, ölkədə medianın

durumuna bir neçə aspektdən baxmaq

lazımdır: ictimai-siyasi vəziyyətin

jurnalistlərə yaratdığı çətinliklər,

jurnalistlərin iqtisadi durumunun aşağı olması, onların sosial statuslarının

demək olar ki, olmaması və media tədrisindəki vəziyyət. Bunlar hansısa

standartlara cavab vermir. Belə olan halda medianın ümumi durumunu, o

cümlədən jurnalistlərin yaşayış və çalışma imkanlarını müsbət

qiymətləndirmək mümkün deyil.

-Rəsmi dairələr deyirlər ki, Azərbaycanda media azaddır. Sizcə,

müstəqil media qurumları ilə rəsmi dairələrin ölçü vahidlərində bu tərs

mütənasibliyi yaradan nələrdir?

-Təkcə Azərbaycanda deyil, hətta dünyanın ən inkişaf etmiş, ən demokratik

ölkələrində belə media mənsublarını sevmirlər. Sadəcə, həmin inkişaf etmiş

ölkələrdə demokratiyanın bütün ali dəyərləri bərqərar olduğu üçün jurnalistə

və onun peşəsinə hörmətlə yanaşırlar. Donald Tramp amerikalı jurnalistlərlə

tez-tez mübahisələr edir, onları "fake news" (saxta xəbər-tər.) adlandırır,

buna görə də yerli əhalinin, o cümlədən dünya ictimaiyyətinin tənqidinə

məruz qalır. Bayaq qeyd etdiyimiz kimi, demokratik ənənələrin bərqərar

olması və cəmiyyətin ictimai formada qınağı. Əfsuslar olsun ki, Azərbaycan

jurnalistlərinin belə lüksü yoxdur. Hökumətlər medianı onlara "ilişməyənə

qədər" sevirlər. Bunun əksi baş verdikdə, hansı hadisələrin olacağını

proqnozlaşdırmaq çətin deyil. Rəsmi dairələr elə də deməlidir, çünki söz

azadlığı əsas insan və vətəndaş hüquqlarından biridir, yəni bir dövlətin

dünya birliyi içərisindəki simasıdır. Amma onlar ya bilərəkdən, ya

bilməyərəkdən unudur ki, azad media yalnız onların istədiklərini deyən

Page 102: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 101

media deyil. Azad media bir qrupa, bir şəxsə xidmət edən media deyil, azad

media bütün qrupların maraqlarını, baxışlarını, düşüncələrini əks etdirən

mediadır.

-Eyni zamanda onu da deyək ki, rəsmi dairələr əsas olaraq bildirir ki,

Azərbaycanda internet azaddır. Kim nə istəyir yaza bilir. Istənilən şəxs

internetdə bloq yarada, sayt aça bilir. Hər kəs online tv yarada bilir.

Facebookda veriliş aça bilir. Və.s. Bunlar da göstəricidir axı. Sizcə

bütün bunlar medianın azadlığına təsir etmirmi?

-2017-ci ilin məlumatına görə, Azərbaycanda 7,8 milyon internet istifadəçisi

var ki, bu da əhalinin 70 faizdən artığını əhadə edir. Bloqçuluq və vətəndaş

jurnalistikası isə 2000-ci illərin əvvəllərindən yayılmağa başlayıb. Zaman

keçdikcə ənənəvi media internetin yeni trendlərinə- sosial mediaya

uduzmağa başladı, proses indi də davam edir. Amma məsələ burasındadır ki,

Azərbaycanda ənənəvi medianın sosial mediaya məğlubiyyəti yalnız texniki

xarakter daşımır. Bəzən, hər iki tərəfdə də ciddi qeyri-peşəkarlıq

elementlərini görürük. Ənənəvi medianın müstəqil olmaması, peşə

prinsipləri əsasında deyil, sifarişlə fəaliyyət göstərməsi, faktları, baş vermiş

real hadisələri gizlətməsi, yalnız "xoş xəbərləri" yayması sosial mediaya

uduzmasına səbəb olur. Sosial media bəzi qəzet və internet resurslarının, o

cümlədən də bütün televiziya kanallarının vermədiyi məlumatları bölüşür,

cəmiyyətdə rezonans yarada bilir. Belə olan halda klassik medianın sosial

mediaya uduzması təbiidir. Baxmayaraq ki, ənənəvi medianın sosial

şəbəkələrdə hesabları var, amma onlar da effektiv fəaliyyət

göstərmədiyindən diqqətdən kənarda qalırlar. Görünən budur ki, qəzet və

televiziyalar sosial media alətləri ilə rəqabət aparmadan onlara məğlub olur.

Təbii ki, hər kəsin internetdə sayt açması, TV yaratmasını yüksək

qiymətləndirə bilərik. Amma onların iş keyfiyyəti barədə eyni sözləri deyə

bilərkimi? Və yaxud internet media nümunələrinə heçmi təzyiq olunmur.

2017-ci ildən bugünədək saytların bloklanma hallarının şahidi olmuşuq.

Buna görə müvafiq qanunvericilikdə dəyişikliklər olub ki, saytların

bloklanması məhkəmə predmetinə çevrilsin. Bu, senzuarının qeyri-rəsmi

formasıdır, hərçənd, KİV haqqında Qanunun 7-ci maddəsi "Senzuranın

yolverilməzliyi" adlanır. Yəni, onlayn medianın çox olması "medianın

keyfiyyətli azadlığı" na təminat vermir.

- Yeri gəlmişkən Azərbaycanda KİV-ə Dəstək Fondu var. Bundan başqa

jurnalistlərə evlər, fəxri adlar, mükafatlar verilir. Onlardansa bir çox

hallarda bir şey tələb olunur. Dövlətçilik. Bu dövlətçilik deyiləndə nə

nəzərdə tutulur?

-Müsahibələrimin birində KİV DF haqqında danışarkən, "9 ildir fəaliyyət

göstərir, 9 dənə xeyir verməyib" demişdim. Bu il məlum təşkilatın

Page 103: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 102

yaradılmasının 10 illiyidir. Məlum sitatıma qayıdıram və əminliklə deyirəm

ki, "10 dənə xeyir verməyib". 2008-ci ildə yaradılan KİVDF-nin əsas

məqsədi söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya

vasitələrinin müstəqilliyini dəstəkləmək, jurnalistlərin sosial müdafiəsini

gücləndirmək olsa da, reallıqda Azərbaycan mətbuatını zəif duruma

düşürmək uğrunda yetərincə çalışdı. Fond son 9 ildə Azərbaycan mediasının

inkişafı uğrunda hansı addımları atıb? Nizamnaməsində deyildiyi kimi,

müstəqil mətbuat formalaşdıra bilibmi? KİVDF-nin 10 il ərzində mediaya

ayırdığı vəsaitlər nəinki inkişafa, əksinə, geriləməyə səbəb olub. Xüsusilə

tirajların 5-10 dəfə aşağı düşməsi, qəzet yayımı siyasətinin tam nəzarətə və

inhisara götürülərək demək olar ki, sıradan çıxarılması vətəndaşların çap

mediasına əlçatımlılığına mənfi mənada kəskin təsir edib. Həmçinin satışdan

qazanc əldə edə bilməyən media KİVDF-dən daha asılı vəziyyətə düşür və

həmin vəsait olmadan satışdan gələn gəlirlə fəaliyyətini davam etdirə

bilməyəcəyi qorxusuyla "yaşayır". O ki qaldı fəxri adlar, mükafatlar... bunlar

hamısı Sovet dövrünün ənənəsidir. Keçmiş İttifaq ölkələrinin əksəriyyəti

Sovetlərdən qurtulub, digərləri qurtulmaq uğrunda irəliləyir, Azərbaycan isə

keçmiş ənənələri bərpa edir. "Dövlətçilik" də elə o dövrün "mirası"dır.

Jurnalistin dövlətə bir xidməti ola bilər- vicdanla çalışmaq, yalandan uzaq

olmaq, plagiatla məşğul olmamaq, cəmiyyəti doğru-dürüst, balanslı

informasiya ilə təmin etmək, müzakirələr üçün forum rolunu oynamaq.

Yoxsa, bunun əksini etmək dövlətçiliyi xidmət deyil, başqa şeydir.

-Bir qədər də müstəqil medianın durumundan danışaq. Müstəqil media

və jurnalistlər çox az sayda qalıb. Amma bu gün müstəqil medianı təkcə

hakimiyyət yox, bəzən müxalif qüvvələr də təzyiqə məruz qoyurlar.

Onlara qarşı ittihamlarla çıxış edirlər. Bu niyə belədir ki? Belə çıxır ki,

müstəqil media Azərbaycanda getdikcə funksiyasını itirmək təhlükəsini

yaşayır?

-Belə məsələlərə normal yanaşmaq lazımdır. Jurnalistlər sevilən şəxslər

olmasa da, onlardan gözləntilər böyükdür. Odur ki, hər kəs jurnalistlərə

yaxın olmaq istəyir və hər kəs istəyir. Gözləntilər doğrulmayanda da,

günahkar jurnalist olur. Hər kəs öz həqiqətini görmək istəyir, amma çox az

adama mütləq həqiqət maraqlıdır. Amma jurnalist konkret qrupun deyil, hər

kəsin maraqlarını əks etdirməlidir. Bu və bu kimi hallar Azərbaycanda

müstəqil medianın yoxa çıxmasına, itməsinə səbəb ola bilməz. Jurnalistika

kollektiv əməkdir, amma bəzi davranış qaydaları var ki, jurnalistin fərdi

yanaşmasından asılıdır. Konkret fərdlər öz müstəqilliklərini itirə bilər.

Dəfələrlə bunun şahidi olmuşuq, amma müstəqilliyini qoruyub-saxlayan,

mübarizə aparan media qurumları və şəxslər də az deyil.

-Azərbaycanda normal, azad medianın olması üçün nə gərəklidir? Nələr

çatışmır?

Page 104: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 103

-Çox qısa cavab versək: şərait, imkanlar, sərbəst mühit. Bunlar yoxdur, ona

görə də, KİV DF-nin payladığı maddi yardımların da, evlərin də heç bir

əhəmiyyəti yoxdur. Jurnalistin sosial vəziyyətini yaxşılaşdırmaq üçün birinci

növbədə ölkədə media azadlığının durumunu qaydaya salmaq lazımdır.

* * *

Page 105: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 104

Açıq mənbələrdən foto

Azərbaycan telekanalları: tamaşaçıları narazı salan nədir?

2019 İyul 20

Qulu Məhərrəmli, media ekspert, professor

Ölkənin televiziya məkanının çağdaş durumu haqqında qeydlər

Bu gün mediada və sosial şəbəkələrdə ölkə telekanallarının qeyri-qənaətbəxş

vəziyyəti, verilişlərin müasir tələblər səviyyəsindən geri qalması,

Page 106: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 105

auditoriyanın tələb və maraqlarına cavab verməməsi, TV aparıcılarının

efirdə yol verdikləri yanlış davranışlar geniş müzakirə olunur. Yerli

televiziyaların xoşagəlməz durumu, auditoriyanın narazılığına səbəb olan

qeyri-peşəkar, qıcıqlandırıcı fəaliyyəti bəzən parlamentdə də ciddi

müzakirələrə və fikir ayrılıqlarına səbəb olan əsas mövzulardandır. Bəs

teleməkanımızda yaranmış və davam etməkdə olan belə mənfi tendensiyanın

səbəbi nədir?

* * *

Günümüzün bu vacib sualına cavab verməzdən əvvəl belə bir məqamı qeyd

edək ki, bütün dünyada internetin ciddi uğurlarına baxmayaraq TV bir

informasiya kanalı kimi hələ də öz üstünlüklərini saxlayır. Xüsusən Qərbin

inkişaf etmiş ölkələrində əhalinin 70 faizə yaxını əsas yenilikləri

teleekrandan alır. Televiziyanın eyni anda insanların həm şüuruna, həm də

hisslərinə təsir etməsinin üstünlükləri də burada öz rolunu oynayır.

Bu gün audiovizual epoxada yaşadığımızdan müasir insan üçün

informasiyanın özəyini məhz görüntü təşkil edir. Bu baxımdan TV həmin

görüntünü çatdırmağın əsas aləti funksiyasını yerinə yetirir. Digər tərəfdən,

həmin vizual informasiyanı istehsal edib yayanların da sayı artır. Məsələn,

son hesablamalara görə, hazırda dünyada 2,5 milyarddan çox adam rəqəmli

fotokamera ilə, 1 milyard nəfərdən çox aktiv mobil telefon istifadəçisi

(başqa sözlə, dünya əhalisinin yarısı) isə smartfonla görüntülər çəkib

internetə yükləyir, əyləncə, istirahət və iş məqsədilə bu görüntülərdən

istifadə edir. TV süjetlərinin də bu sıraya əlavə olunması virtual aləmdə

görüntü axınını xeyli sürətləndirir. İndi YouTube, Facebook, Instagram kimi

veb-saytlara gündə milyonlarla şəkil və video qoyulur. Təkcə İnstagramın

100 milyon aylıq aktiv istifadəçisi var, gündə buraya 40 milyon şəkil əlavə

olunur. 2018-ci ilin məlumatına görə, YouTube hər dəqiqə ümumi

davamiyyəti 81 saat olan videolar yüklənir.

Əslində belə fasiləsiz görüntü axını, texnoloji üstünlüklər, dünya ilə

səsləşmənin asanlaşması və hadisə bolluğu şəraitində Azərbaycan

telekanalları da öz auditoriyasını maraqlı layihələrlə cəlb etməli idi. Amma

görünür, burada sağlam məntiqin diktəsi təsirsiz olduğundan tamamilə əks

proseslər gedir. Yəni artıq danılmaz faktdır ki, hazırda Azərbaycanda

tamaşaçı auditoriyası 10-15 il əvvəllə müqayisədə sürətlə daralır, yerli

televiziya proqramlarına baxanların sayının kəskin şəkildə azalması

tendensiyası güclənir. Ölkə tamaşaçısı əsasən xarici telekanallara baxır

(TRT, ORT, RTV, CNN, BBC, Avronyus və s.), yerli TV-lərin ən reytinqli

verilişinin topladığı tamaşaçıların sayı çox azdır. Tamaşaçıların yerli

kanallardan üz döndərməsinin əsas səbəbləri aşağıdakılardır:

Page 107: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 106

tamaşaçı yerli kanallardan gərəkli bilgi ala bilmir;

informasiya proqramları daha çox təbliğat yöümlüdür;

TV-lər cəmiyyət həyatını dolğun ifadə edə bilmir;

ekran-efir demokratik və mədəni dəyərlərə maraq oyatmır;

maarifçi verilişlər azalıb və keyfiyyəti aşağı düşüb;

ədəbi-bədii proqramlar estetik dəyər səviyyəsi qazana bilmir;

verilişlərin əksəriyyəti həyatla bağlı olmadığından maraq oyatmır;

gəncləri qane edəcək müasir forma və məzmunlu verilişlər yox səviyyəsindədir;

ekranda ictimai müzakirlər yox dərəcəsindədir, olanlar da birtərəflidir və s.

Bu çatışmazlıqların əsas səbəbi teleradio kanallarının qeyrri-müstəqilliyi,

TV-lərin cəmiyyəti narahat edən problemləri ictimai müzakirəyə çıxarmaq

iqtidarında olmaması, tənqidi fikrə yer ayrılmaması, ictimai diskussiyaların

aparılmaması, məhdud mövzularla kifyətlənməsi, vacib məsələlərə diqqət

yetirməməsi, digər tərəfdən isə teleradio yayımı haqqında qanunlara məhəl

qoyulmaması, o cümlədən fikir plüralizminə yer verilməməsi və ekranda

peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır.

Ölkədə teleradio yayımının hüquqi əsaslarının yaradılmasına, teleradio və

ictimai yayım haqqında ayrıca qanunların qəbul edilməsinə, həmçinin yayım

sahəsində dövlət siyasətini tənzimləyən ayrıca qurumun (MTRŞ)

mövcudluğuna olmasına baxmayaraq ekrana çıxan verilişlər ciddi maraq

doğurmur. Xəbər və xəbərdəntörəmə proqramlar yeknəsəq və maraqsızdır,

daha çox təbliğat xarakteri daşıyır, ciddi siyasi və sosial-iqtisadi

informasiyalara yer verilmir. Ölkədəki mövcud problemlər və onların həlli

yolları barədə danışılmır. Telekanalların əksəriyyətinin informasiya

proqramlarında canlı bağlantılar, maraqlı müsahibələr, cəmiyyətdə geniş

maraq doğuran məsələlər barədə xüsusi reportajlar, araşdırma və təhlillər

verilmir. Ekranlara köhnə sovet təşviqat sisteminin ab-havası hakim kəsilib.

Telekanalların ədəbi-publisistik verilişlərində sözdən, mənadan çox süni

pafos, informasiya proqramlarında isə məlumatdan daha çox yalan və

şişirtmə, "yuxarılara" xoş gəlmək cəhdləri öndə olur.

Azərbaycan telekanalları ilə bağlı ən paradoksal cəhət budur ki, "Teleradio

yayımı haqqında" qanunda efir üçün hazırlanan verilişlərin məzmununa

ciddi tələblər verildiyi halda reallıqda bu tələblərə məhəl qoyulmur.

Məsələn, qanunda verililərin məzmunu ilə bağlı aşağıdakı tələblər (maddə

32) irəli sürülür:

Page 108: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 107

- maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməli, proqramların

tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər

eynitipli verilişlərlə yüklənməsinin qarşısı alınmalıdır;

- hər kəsin öz fikir və baxışlarını sərbəst şəkildə ifadə etmək hüququna şərait

yaradılmalıdır, bu şərtlə ki:

- informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-

dürüstlüyü prinsiplərinə əməl olunsun;

- proqramı hazırlayanlar qanun qarşısında birbaşa məsuliyyət daşısınlar;

- insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun

ləkələnməsinə yol verilməməli, şəxslərin Azərbaycan Respublikasının

Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə

yanaşılmalıdır;

- faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;

- terrorizm, zorakılıq, qəddarlıq, milli, dini və irqi ayrı-seçkilik təbliğ

olunmamalıdır;

- proqramlarda (verilişlərdə) dövlət dilindən istifadə təmin edilməlidir;

- teleradio yayımı sahəsində dövlət texniki standartlarına əməl olunmalıdır;

- milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilməlidir.

Təəssüflə qeyd etmək lazım gəlir ki, istənilən telekanalın yayım siyasətinin

düzgün qurulmasından tutmuş, adi bir verilişin məzmununa təsir edəcək

faktorları müəyyənləşdirən bu müddəaların, demək olar ki, heç birisinə, o

cümlədən "informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-

dürüstlüyü" prinsipinə əməl olunmur. Nəticədə ölkədə və dünyada gedən

prosesləri doğru-dürüst əks etdirməli olan xəbər proqramları mahiyyətcə

səmərəsiz təbliğat və piar məhsuluna çevrilir. Xəbərlərin coğrafiyası məhdud

görünür, rayonlardan verilən süjetlər çox vaxt əkin-biçin və kənd təsərrüfatı

məsələlərinə aid olur.

Təxminən 20 il əvvəl İsrail TV-sinin rəhbərinin AzTV-nin "Xəbərlər"inin

montaj otaqlarında taxıl biçini ilə bağlı süjetləri görərkən təbəssümlə "bu

materiallar kimin üçündür ki, taxıl zəmilərindən və pambıq tarlalarından

reportajlar kimin üçünsə maraqlıdırmı?" deyə soruşduğunu xatırlayıram.

Uzun illərdən sonra bizim telekanallar indiki xəbər proqramları ilə həmin

sualın hələ də aktual olduğunu təsdiqləyirlər. Bu proqramlarda eləcə də

xəbərdəntörəmə verilişlərdə çıxış edən kənd təsərrüfatı mütəxəssisləri və

"ekspertlər" hələ də qızğın məhsul yığımı, əmək fədakarlığı, yüksək gəlir

faizləri, ölkənin rifah göstəriciləri, yalnız özlərinə bəlli olan davamlı inkişaf

Page 109: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 108

və s. barədə ziddiyyətli məlumatlar verirlər. Məhz bu cür gərəksiz xəbər

süjetləri və şərhlərlə bizim telekanallar TV xəbər proqramı və ümumən

media üçün üçün vacib olan, hətta zəruriliyi qanunla təsbit edilmiş

"aktuallıq, gərəklilik, vaciblik, obyektivlik, maraqlılıq, faydalılıq,

relevantlıq, aidlik və s." kimi bütün dünya mediasının qəbul etdiyi xəbər

parametrlərini qulaqardına vururlar.

ANS-in mövcud olduğu dövrlərdə bəzi manipulyativ davranışlarına, xüsusən

son illərdə olayları interpritasiya etmək sahəsindəki zəngin "təcrübəsinə"

baxmayaraq, hər halda xəbər dəyərləri haqqında bir təsəvvür var idi və

telekanalı idarə edənlər mövcud azadlıqlar çərçivəsində bu dəyərləri

qorumağa çalışırdılar. Həmin telekanalın bağlanmasından müəyyən müddət

sonra ölkənin xəbər həyatında ciddi boşluq hiss olundu. Xəbər mühitini

canlandırmaq kimi nəcib məqsədlə 2018-ci ildə fəaliyyətə başlamış Real TV

və ARB-24 telekanalları bəzi səbəblərdən, o cümlədən plüralistik

yanaşmanın çatışmaması səbəbindən hələlik ciddi uğur və tamaşaçı etimadı

qazana bilməmişlər.

Digər telekanallarda da eyni vəziyyət hökm sürür. Lider TV və Spaсe TV

özlərinin yaradıb-formalaşdırdıqları xəbər çərçivələrindən çıxa bilmirlər.

Sonuncunun yeganə "uğuru" həm də heç nəyə baxmadan hind filmlərinin

davamlı nümayişi taktikası üzərində inadla təkid etməsindədir. ATV

əvvəlcədən mövcud olan xəbər standartlarını və ümumi səviyyəni

saxlamağa, efirdə təcrübəli aparıcılarının köməyi ilə xəbər ab-havasının

ənənəvi tempini qorumağa çalışsa da, ayrı-ayrı süjetlərin hazırlanmasında və

təqdimatında daimi qüsura çevrilmiş qeyri-peşəkarlıqları ört-basdır edə

bilmir..

Xəzər TV artıq neçə illər əvvəl teleməkana yeni və maraqlı xəbər ab-havası

gətirmiş telekanal deyildir. Əvvəlki səviyyə və iş üslubundan əsər-əlamət

saxlamayan bu telekanalda xəbərlərin ümumi səviyyəsi və reportyor işinin

keyfiyyəti xeyli aşağı düşüb. Son bir-iki ildir ki, Xəzər TV-nin adı daha çox

keyfiyyətsiz şoular və aparıcılarının qeyti-normativ davranışları ilə gündəmə

gəlir. Gündəlik efir vaxtının xeyli hissəsini həkim məsləhətlərinə, musiqiyə

və keyfiyyətsiz şou proqramlarına ayıran Xəzər TV-nin reklam bazarında

xüsusi üstünlüyə yiyələnməsi başqa söhbətin mövzusu olsa da, bir faktı

deyək ki, bu telekanal da daxil olmaqla özəl TV-lərin heç birisinin

maliyyələşmə mənbəyi açıq deyildir.

Bu gün Azərbaycan telekanallarının efir vaxtının çox hissəsinin aşağı

səviyyəli şou proqramlara ayırması tamaşaçı narazılığının əsas səbəblərindən

biridir. Ölkənin şou əhli birmənalı şəkildə toy biznesinə yönəlmiş bu

proqramlar vasitəsilə reklam olunaraq öz mikromühitlərini yarada biliblər.

Telekanallar üzərində davamlı müşahidələr və məsələnin biznesə bağlılığı

Page 110: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 109

təsdiq edir ki, bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalaraq belə

dərinləşməsi, həmçinin (alim, yazıçı, fikir adamlarının deyil) şou-biznes

əhlinin öndə olması qətiyyən təsadüfi deyil, əksinə düşünülmüş və sistem

xarakteri almış siyasətdir. Biznes maraqları fonunda dərinləşən bu siyasət

heç bir milli-mənəvi dəyər tanımır. Bu siyasət bizim bəzən yanlış olaraq

"bayağı və qeyri-ciddi" saydığımız adamları - müğənni, rəqqasə, tamada,

təlxək, yaltaq və s. zümrəni cəmiyyətə yeni dəyər kimi sırımaqda davam

edir. Buradakı təhlükə prosesin davamlı, həm də təsirli olmasındadır.

Yəqin ki, Yutubda dolaşan hansısa orta səviyyəli müğənni üçün özünü fəda

etməyə hazır olan kütlə haqqında süjetlərə baxanlar var. Belə süjetlərin

çoxalması onu deməyə əsas verir ki, şou-proqramlar tədricən qarşısına

qoyduğu məqsədə nail olmağa başlayıb. Həmin süjetlərdən belə qənaət hasil

olur ki, bizim "oxumamış və savadsız" hesab etdiyimiz ekrandakı şou

əhlinin arxasında kifayəq qədər böyük və həm də zövqsüz bir kütlə dayanır

(!?). Hətta bəziləri irəli gedərək "bu adamların arxasında xalqın özü dayanır"

ifadəsini işlədir. Deməli, bütövlükdə cəmiyyətdə deqradasiya prosesi

getməkdə, o cümlədən Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq

və istəkləri də ciddi deformasiyaya uğramaqdadır.

Əlbəttə, teleməkanda belə acınacaqlı mənzərənin yaranmasının bir səbəbi də

teleradio yayımına tənqidi reaksiyanın və təsirli ictimai nəzarətin

yoxluğudur. Mediada və ictimaiyyət arasında telekanalların ünvanına

söylənilən tənqidlər təsirsiz qalır, xüsusən büdcədən maliyyələşən TV-lərin

fəaliyyətinə effektli ictimai təsir olmur. Bütövlükdə yayım siyasətində

cəmiyyətin maraq və istəklərinin nəzərə alınmasına, həmşinin teleradioya

aid qanunlarda göstərilən dürüstlük, qərəzsizlik, balanslı olmaq, fikir

müxtəlifliyinə əməl etmək kimi önəmli yayım prinsipinə riayət edilməsinə

ictimai nəzarət gerçəkləşdirilmir. Geniş tamaşaçı kütləsini fəallaşdırmaq,

ölkə ictimaiyyətinin diqqətini teleradio yayımının problemlərinə yönəltmək,

yayım siyasətinə cəmiyyətin təsirini artırmaq, həmçinin televiziyaların

ictimaiyyət qarşısında hesabatlılığına nail olmaq üçün heç bir addım atılmır.

Məhz bu göstərilən səbəblər ucbatından Azərbaycan TV-lərində seyrçilərə

sonsuz sayğıya, ədalət və hüquqa, yaradıclıq ruhuna və peşəkarlığa söykənən

yaradıcı fəaliyyət normaya çevrilməmişdir. Buna görə də cəmiyyətin TV-yə

diqqətini artırmaq üçün mediada teletənqidin çoxalmasına çalışmaq, bu

mövzuda debatlar və tamaşaçı diskussiyaları təşkil etmək, tənqidi fikirləri

ümumiləşdirərək TV kanalları üçün davamlı tövsiyyələr hazırlamaq çox

vacibdir.

Azərbaycan teleməkanının çağdaş durumundan danışarkən son aylarda

dövlət büdcəsindən maliyyələşən AzTV və İctimai TV-də zəif də olsa gedən

müsbət prosesləri də qeyd etmək vacibdir. On ildən çox bir müddətdə öz

qüsurlu və qeyri-peşəkar idarəçiliyi ilə dövlət televiziyasını məngənədə

Page 111: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 110

saxlamış A.Alışanovun vəzifədən uzaqlaşdırılması ciddi tarixi və yaradıcılıq

ənənənəsi olan AzTV-də müəyyən canlanma yaratmışdır. Bəzi müsbət

addımların atılması, o cümlədən peşəkar işçilərin müəyyən qisminin yenidən

yaradıcılıq işlərinə cəlb olunması bu TV-də maraqlı telelayihələrin yer

alacağına ümidlər oyadır. Hazırda "Mədəniyyət" kanalında gedən bir çox

verilişlərin bədii-estetik səviyyəsinin yüksəlməsi müsbət tendensiya kimi

diqqəti cəlb edir.

Bu gün İTV-nin yeni rəhbəri B.Qasımovun telekanalın simasını

yeniləşdirmək üçün atdığı düşünülmüş addımlar daha ciddi və aydın

görünən meyllər barədə danışmağa əsas verir. Telekanal cəmiyyətə daha

geniş qucaq açmağa, süni qadağaları aradan götürərək tamaşaçılarla açıq

dialoq aparmağa, həssas mövzulara toxunmağa çalışır. Bu baxımdan yeni

format kimi düşünülmüş və müxtəlif problemlərin müzakirəsinə həsr

olunmuş "Pressinq" "Dikdaban", "Radius", "Sabaha saxlamayaq" kimi

verilişlərin rəğbətlə qarşılanması təbiidir. Hər halda bu verilişlərdə fərli bir

səviyyənin və yeni yanaşmanın dyuylması faktdır. Aktual mövzuları əhatə

edən gündəlik "Diqqət mərkəzi" verilişinin dövriliyinin artması və həftə

ərzində baş verən ən mühüm ictimai-siyasi olayları müzakirə edən "Diqqət

mərkəzi Yekun"un efirə çıxması ekranda ictimai müzakirələrə diqqət

yetirilməsinin əlaməti kimi təqdirəlayiqdir. Amma nəzərə almaq lazımdır ki,

bu növ verilişlərdə alternativ fikirlərə yer verilməsə ən yaxşı layihələrin də

perspektivi şübhə altında olacaq. Əslində bunu TV-ləri qapaq altında

saxlamaq istəyən məmurların bilməsi daha vacibdir, anlamaq lazımdır ki,

hər hansı problemin ekranda ağıllı bir şəkildə müzakirəsi insanların təkcə

həmin problemi yox, ölkənin və dünyanın problemlərini də dərk etməyə,

impulsiv hisslərlə deyil, ağılı və şüurla davranmağa kömək edir.

Bütün bunlar o deməkdir ki, cəmiyyəti ifadə edən yaxşı televiziya, ekranda

normal müzakirələr Azərbaycan tamaşaçısını kütlə adamına deyil, düşünən,

yaradan və özünü tanıyan fərdə - şəxsiyyətə çevrilməsində ciddi rol oynayır.

* * *

Page 112: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 111

thebreakingtimes.com

Azərbaycanda media hüququ – son 12 ayın tablosu

2019 İyul 20

Xalid Agaliyev, media hüquqçusu

Media qanunvericiliyi – dəyişikliklər, qanunların işləyişi

Son 12 ayda media ilə bağlı qanunvericilikdə ciddi dəyişikliklər nəzərə

çarpmayıb. Bu zaman kəsiyində "İnformasiya əldə etmək haqqında" qanuna,

eləcə də bu qanunla əlaqəli digər qanunvericilik aktlarına dəyişiklik nəzərə

çarpır.

Page 113: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 112

Ölkə parlamenti 2018-ci ilin yayında "İnformasiya əldə etmək haqqında"

qanunun 30-cu maddəsinə dəyişiklik etdi. Dəyişiklikdə yazılırdı ki,

informasiya sahiblərinin illik maliyyə fəaliyyəti, dövlət büdcəsindən verilən

vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan məlumatların

internetdə açıqlanması qaydasını Nazirlər Kabineti müəyyən edəcək.

Qanuna edilmiş bu dəyişiklikdən 4 ay sonra, noyabrda Nazirlər Kabineti

yeni qayda qəbul etdi. Bu qayda dövlət, habelə büdcədən pay alan başqa

qurumların illik maliyyə fəaliyyəti haqqında bilgilərin onların saytlarında

açıqlanmasının detallarına aydınlıq gətirir. Qaydanın aid edildiyi qurumlar

illik maliyyə fəaliyyətləri, dövlət büdcəsindən verilmiş vəsaitdən və ya

onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaları öz internet

saytlarına yerləşdirməlidirlər. Qurumlar bunu hesabat dövrü başa çatdıqdan

sonra, sonrakı ilin aprel ayının 30-dan gec olmayaraq etməlidirlər.

Nazirlər Kabinetinin qəbul etdiyi bu qaydanın tətbiq edildiyi ilk ildə onun

effektiv işlədiyini söyləmək olmur. İctimai informasiya sahibi olan qurumlar

maliyyə bilgilərini təxminən 3 ay əvvəl öz saytlarına daxil etməli idilər.

Dövlət qurumlarının bir qismi buna əməl edib. Onların içərisində Hesablama

Palatası seçilir - bu qurum demək olar ki, tələb olunan bilgilərin hamısını öz

saytı üzərindən yayıb. Maliyyə bilgilərinin bu qurumda olduğu səviyyədə

açıqlığı başqa qurumların heç birində yoxdur. Açıqlanan bilgilərin

əksəriyyəti ümumi məzmunludur, detalları ifadə etmir. Dövlət büdcəsindən

pay alan medialar, media ilə əlaqəli quruluşlar da belə bilgiləri ictimaiyyətə

açıqlamayıblar. İctimai Televiziya, AzTv, Azərtac maliyyə bilgilərini öz

saytına hələ də daxil etməyib.

Mediaya, jurnalistlərə yardım edən qanunların işləməsindəki problemlərin

aradan qaldırılması yubanmaqda davam edir. Jurnalsitlərin informasiya əldə

etməsinə təkan verən hüquqi mexanizmlər illərdir ki, işə düşmür ki, düşmür.

Söhbət İnzibati Xətalar Məcəlləsinin "Jurnalistlərin hüquqlarının pozulması

(sorğuya cavab verməmək)" və "İnformasiya əldə etmək haqqında

qanunvericiliyin pozulması" ilə bağlı məsələləri tənzimləyən maddələrindən

gedir. Məcəllə jurnalist sorğusuna cavab verməməyə görə 200-500,

informasiya əldə edilməsi qanunvericiliyinin pozulmasına görə isə 100

manatdan 1 500 manata qədər inzibati cərimə cəzası nəzərdə tutur.

Bu məcəllənin qüvvəyə minməsindən 3 ildən artıq vaxt keçsə də,

jurnalistlərin işinə yarayan bu müddəaların işləmək mexanizmi mövcud

deyil, yaradılmayıb. Maddələr var, icra mexanizmi mövcud deyil.

Məcəllənin 43-cü maddəsində yazılır ki, məhkəmələr jurnalistlərlə əlaqəli

374, 382-ci (eləcə də digər) maddələrdə nəzərdə tutulmuş inzibati xətalar

haqqında işlərə baxırlar. Məhkəmələrin baxdığı inzibati xətalar haqqında

işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra

Page 114: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 113

hakimiyyəti orqanı isə jurnalistlərin yardımçısı ola biləcək maddələrdəki

inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyətini indiyə kimi heç kimə

verməyib. Məsələn, yol hərəkəti ilə bağlı pozuntular üzrə səlahiyyət DİN-ə,

teleradio qanunvericiliyi ilə bağlı pozutulara görə səlahiyyət MTRŞ-yə

verilsə də, jurnalistlərlə əlaqəli 2 maddənin tətbiqi məsələləri unudulub.

Azərbaycanın cinayət qanunvericiliyi jurnalistin peşə fəaliyyətinə mane

olmağa görə məsuliyyət müəyyən edir. Cinayət Məcəlləsinin 163-cü

maddəsinə görə, belə əməllərə yol verənləri 500 manat cərimədən 1 il

azadlıqdan məhrumetməyə qədər cinayət cəzası gözləyir. Bu müddəanın

tətbiq edilməməsi təcrübəsi son 1 ildə də dəyişməyib. 2018-ci ilin

sentyabrından prokurorluq qurumlarına jurnalistin qanuni peşə fəaliyyətinə

mane olma olayı üzrə cinayət işi açılması üçün azı 20 müraciət olub.

Jurnalistlər Sevinc Vaqifqızı, Ramin Deko, Aytac Əhmədova, Türkan

Bəşirli, Təzəxan Mirələmli, Nurlan Qəhrəmanlı və digərləri peşə

fəaliyyətlərini yerinə yetirərkən zorakılığa məruz qalıblar. Onların

prokurorluğa müraciətləri üzrə bir dəfə də olsun cinayət işi açılmayıb.

Böhtan, təhqir, məhkəmə işləri, jurnalistlərə qarşı digər cinayət

təqibləri

Böhtan və təhqirə görə məsuliyyət məsələsi öncə də qeyd etdiyimiz kimi

hələ də Azərbaycanın cinayət qanunvericiliyi ilə düzənlənir. Hökumət son

12 ayda bu məsələ ilə bağlı mövqe ifadə etməyib. Daha əvvəllər cəmiyyətin

böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvinə hazır olmaması

mövqeyi ifadə olunmuşdu.

Bu sahəyə aidiyyatı olan gəlişmələrdən bəhs edərkən Azərbaycan

prezidentinin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində

islahatların dərinləşdirilməsi haqqında" fərmanı xatırlatmaq yerinə düşər.

Həmin fərmanla Ədliyyə Nazirliyinə tapşırılmüşdı ki, cinayətlərin

dekriminallaşdırılması ilə bağlı üç ay müddətində təklif hazırlayıb, təqdim

etsin. Həmin 3 aylıq müddət başa çatıb, böhtan və təhqirə görə məsuliyyətin

dekriminallaşdırılması məsəsləsi isə gündəmə gətirilməyib.

Son 12 ayda mediaya, jurnalistlərə qarşı böhtan, təhqirlə bağlı iddia və

xüsusi ittiham qaydasında şikayətlərdə xüsusi artıq nəzərə çarpmayıb. Ötən

ilin yayından bu yana jurnalsitlər 11 dəfə xüsusi ittiham qaydasında

məhkəməyə verilib. Həmin şikayətlər əsasında azadlıqdan məhrum etmə

cəzası verilməyib. Şikayətlərin əksəriyyəti baxılmamış saxlanılıb. Böhtan və

təhqirə görə, ümumilikdə 29 dəfə məhkəmlərə şikayət edilib.

Cinayət cəzası alan jurnalistlər

Page 115: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 114

Yerli məhkəmələr 3 jurnalistə - Bastainfo.com saytının baş redaktoru

Mustafa Hacıbəyliyə, criminal.az saytının baş redaktoru Anar Məmmədova,

teref.info saytının redaktoru Nuraəddin İsmayılova cinayət cəzasıl veriblər.

Hər 3 jurnalist 5 il 6 ay müddətinə çərti olaraq azadlıqdan məhrum ediliblər.

Cinayət cəzası alan jurnalistlər "hakimiyyətin zorla ələ keçirilməsinə və

konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etmə"də

ittiham olunublar. Jurnalistlərə qarşı bu çağırışları öz saytlarına daxil

etməklə vəzifə cinayətlərinə yol vermələri ittihamı da irəli sürülüb. Hər 3

jurnalistə qarşı irəli sürülmüş ittihamların yozumu budur ki, jurnalistlərin öz

saytlarında yaydıqları bəzi məqalələr "hakimiyyətin zorla ələ keçirilməsinə

və konstitusiya quruluşunun zorla dəyişdirilməsi"nə açıq çağırış

məzmununda olub. Həmin məqalələri oxuyan bir neçə vətəndaş həyəcan

keçirib və ya şoka düşüb və bundan prokurorluğa şikayətçi olublar.

Jurnalistlərin vəkillərinin bəyanatlarına görə, ittihamlar əsassız olub. Onların

ittiham edildikləri yazıların əksəriyyəti başqa medialardan götrürülmüş

yazılar olub. Yerli qanunvericilik belə yazıların yayılmasına görə

məsuliyyətdən azad edir. Həm də mübahisəli yazılar ictimai müzakirələr

kontekstində qələmə alınıb. Məhkəmələr 3 jurnalist barəsində hökm

verərkən bu amillərin heç birini nəzərə almayıblar.

İnformasiya əldə etmək hüququ - məhkəmə işləri

Son 12 ayda jurnalistlər azı 13 dəfə informasiya əldə etmək hüququnun

pozuntusu ilə bağlı məhkəməyə müraciət ediblər. Yerli məhkəmələr heç bir

halda onların xeyinə qərar verməyiblər. Bu məhkəmə işlərinin yarıdan

çoxunda iddiaçı Turan agentliyi olub. İnformasiya əldə edilməsi hüququnun

pozuntusunu mübahisələndirən digər şəxslər müstəqil jurnalistlər olublar.

Məhkəmə mübahisəsinə səbəb olan informasioya sorğularında "İnformasiya

əldə edilməsi haqqında" qanunla açıq elan edilən, saytlara daxil edilməli

olan informasiyalar istənilib. Sorğuların göndərildiyi icra hakimiyyəti

qurumları, açıq səhmdar cəmiyyətlər və məhkəmələr bu sorğularla istənilən

informasiyaları təqdim etməkdən imtina ediblər. 13 məhkəmə araşdırması

zamanı yalnız bir işdə cavabdeh istənilən informasiyanı sorğuçuya təqdim

edib. Digər işlərdə isə məhkəmələr jurnalistlərin əlehinə qərar veriblər.

Qərarların heç biri yerli qanunvericiliyə, özəlliklə "İnformasiya əldə

edilməsi haqqında" qanuna uyğun olmayıb. Həmin işlər üzrə milli məhkəmə

mübahisəsi davam edir.

Həbsdəki jurnalistlər

Bir il əvvəl Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10-dan çox idi.

Ötən 12 ayda onlardan 4-ü azadlığa buraxılıb. Onlardan videobloqqer

Page 116: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 115

Mehman Hüseynov böhtana görə həbs edilmişdi. Jurnalistlər Fikrət

Fərəməzoğlu, Nicat Əliyev və Rəşad Ramazanov da azadlığa buraxılanlar

arasındadır.

Hazırda həbsdə azı 7 jurnalist var. Onlara qarşı irəli sürlümüş və yerli

məhkəmələrin təsdiqlədiyi ittihamların heç biri onların peşə faəliyyətinə aid

deyil. Ancaq həm vəkilləri, həm də vətəndaş cəmiyyəti qurumları

jurnalsitlərin təqsirli bilindiyi ittihamların qurama olduğunu, məhz peşə

fəaliyyətlərinə görə, həbs edildiyini açıqlayıblar.

Hazırda Azadlıq qəzetinin şərhçisi Seymur Həzi, həmin qəzetin əməkdaşları

Elçin İsmayıllı, Ziya Əsədli, araşdırmaçı jurnalist Əfqan Muxtarlı, dini

mövzularda yazan jurnalist Araz Quliyev həbsdədir. S. Həzi 2014,

E.İsmayıllı, Z.Əsədli, Ə.Muxtarlı 2017, A.Quliyev isə 2012-ci ildən

həbsdədir.

Son aylarda Azərbaycanda daha 2 jurnalist həbs edilib. Həmin jurnalistlər

xeberman.com saytının rəhbəri Polad Aslanov və realliq.info saytının

rəhbəri İkram Rəhimovdur.

P.Aslanov iyunun 13-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən

saxlanılıb. DTX-nın açıqlamasına görə, baş redaktor dövlətə xəyanət cinayət

əməllərinə görə şübhəli şəxs qismində saxlanıb. Jurnalistə qarşı Cinayət

Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Cinayət

işinin materiallarına görə, jurnalist xarici ölkələrin sifarişi ilə Azərbaycanın

dövlət orqanlarının fəaliyyətini gözdən salan məqalələr dərc edib yayıb.

Jurnalist barəsində məhkəməyə qədər 4 aylıq həbs tədbiri seçilib. İttihamlar

təsdiq edilsə journalistə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum

etmə və ya ömürlük həbs cəzası verilə bilər. P.Aslanov vaxtaşırı DTX

haqqında tənqidi məqalələr yazıb. Onun müdafiəçiləri həbsin bu yazılardan

qaynaqlandığını açıqlayıblar.

Realliq.info saytının rəhbəri İkram Rəhimov isə Azərbaycan prezidentinin

istimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov barəsində tənqidi

yazıların, ona ünvanlanmış müraciətindən dərhal sonra həbs edilib. Həbs

edilməsindən dərhal sonra jurnalsitin rəhbəri olduğu saytlar ölkə daxilində

blok edilib. Onun müdafiəçiləri də jurnalistin həbsinin əsas səbəbinin tənqidi

yazılar olduğunu bildirirlər.

* * *

Page 117: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 116

Açıq mənbələrdən foto

Dövlət KİV-in iqtisadi kollapsını təstiq

edir

2019 İyul 18

Mehman Əliyev, jurnalist

Dövlət Statistika Komitəsi 2018-ci ilin KİV-lərə aid iqtisadi, demək olar ki, onların

mövcudluğu və inkişafının bünövrəsini təşkil edən əsas məlumatlarını dərc

edib.Azərbaycanda KİV-in əsas qanuni gəliri reklamdan daxil olur. Bu göstəricilər 2017-ci

Page 118: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 117

ilin göstəricilərindən bir qədər yaxşıdır, amma yenə də Azərbaycan KİV-lərinin dərin

böhranını göstərir.

2018-ci ildə Azərbaycan KİV-lərinin reklam gəlirləri 7 mln. 747,2 min

manat (4,03 mln. avro) təşkil edib. Bu, bir il əvvəl olduğundan 3 mln. 60

min manat (1,87 mln. avro) çoxdur.

2017-ci ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin reklam gəlirləri

4 mln. 684,8 min manat (2,3 mln. avro) təşkil edib. Bu, əvvəlki ilə nisbətən

6,2 mln. manat (3,1 mln. avro) azdır. 2016-cı ildə reklam gəlirləri 10,9 mln.

manat (5,4 mln. avro) təşkil edib.

Azərbaycanda kütləvi informasiya vasitələrinin 2018 və 2017-ci illərdə

reklam gəlirləri (min manat)

Televiziyanın gəlirləri 3,5 mln. manatdan (1,7 mln. avro) 6,9 mln. manata

(3,6 mln. avro) qədər artıb.

Radionun gəlirləri 701 min manatdan (350 min avro) 360,2 min manata

(187,2 min avro) qədər azalıb.

İnternet-medianın gəlirləri 352 min manatdan (176 min avro) 474,5 min

manata (247 min avro) qədər artıb.

Qəzetlərin və jurnalların gəlirləri 35,5 min manatdan (17,7 min avro) 1 min

manata (520 avro) qədər azalıb.

Page 119: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 118

Azərbaycanda mediareklam bazarının strukturu (%)

2018-ci ildə Azərbaycan KİV-lərinin hər birinin orta gəliri (min manat)

Orta hesabla KİV-lərin payına düşən gəlir:

Televiziya: 10 TV - hər birinə illik 690 min manat (360 min avro).

Radio: 10 kanal - hər birinə illik 36 min manat (18,7 min avro).

Page 120: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 119

Onlayn-media: 300 resurs - hər birinə illik 1581 manat (823 avro).

Qəzetlər və jurnallar: 30 nəşr - hər birinə illik 33 manat (17 avro).

KİV-in iqtisadi cəhətdən müvəffəqiyyətli və azad inkişafının, habelə azad

iqtisadiyyatın göstəricisi dünyada qəbul edilmiş mediareklam bazarının ölkə

ÜDM-inin strukturunda həcmi normasıdır ki, bu norma 1% təşkil etməlidir.

Media reklamının ÜDM-də payının misli görünməmiş şəkildə azalması

2018-ci ildə Azərbaycan ÜDM 79,8 mlrd. manat (41,5 mlrd. avro) təşkil

edib.

ÜDM-də media reklamının payı 0,008% təşkil edib.

Adambaşına reklamdan gəlir - 0,69 manat (0,35 avro).

İdeal olaraq yerli media reklamı bazarı ən az 400 mln. avro təşkil etməli idi,

amma demokratik ölkə quruluşu və açıq iqtisadiyyat olması şərtilə.

Ənənəvi KİV-lər auditoriyalarını və təsirlərini itiriblər

Reklam bazarının vəziyyəti ekspertlərin Azərbaycan mediasının auditoriya

sayında böyük itkilər verməsi haqqında rəyini təsdiq edir. Əsas informasiya

mənbəyi olan yerli televiziya ölkənin bütün teleauditoriyasının 20%-i

həcmində auditoriyaya malikdir. Auditoriyanın təxminən 67%-i türk

telekanallarını izləyir, qalan hissə Rusiyanın və kiçik seqment Qərb

ölkələrinin payına düşür.

Leqal və qeyri-leqal dotasiyalar

Demək olar ki, KİV-lər dövlətin dotasiyasındadır. Rəsmi olaraq 2018-ci ildə

33 qəzetə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi

İnformasiyaların İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən yardım kimi

2,21 mln. manat (1,15 mln. avro) ayrılıb.

Orta hesabla bir nəşrə ildə 67 min manat (34,8 min avro) düşüb.

Amma bu yardım forması uğursuz olub, belə ki, qəzetlər ümumiyyətlə

nüfuzlarını itirib. Onların gündəlik pərakəndə satışı onlarla, yüzlərlə və nadir

hallarda minlərlə nüsxə olur. 2019-cu ildən oxucu tələbatının tamamilə yox

olması ilə əlaqədar 17 çap KİV-nə yardımın dayandırılması haqqında qərar

da bunu təsdiq edir. Onlara "Şərq", "Ədalət", "Unikal", "Palitra", "Paralel",

"Azad Azərbaycan", "Həftə içi", "Bizim yol", "Olaylar", "Üç nöqtə", "Oxu

məni", "Hürriyyət", "Reytinq", "Hərbi and", "Türkistan", "İqtisadiyyat",

"Mövqe" qəzetləri aiddir.

Page 121: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 120

"Səs", "Yeni Azərbaycan", "İki sahil", "Yeni Müsavat", "Kaspi", "Kaspiy",

"525-ci qəzet", Bakı xəbər", "Yeni zaman"ın maliyyələşdirilməsi davam

edib.

Maliyyələşdirmə üçün meyar son üç ildə müntəzəm olaraq çap edilmə,

birdəfəlik tirajın ən az 5000 nüsxə olması, səhifə sayının ən az 16 (A3

formatında) olması, pərakəndə və abunəlik üzrə ümumilikdə gündəlik satışın

ən az 2000 nüsxə olmasıdır.

Belə bir sual ortaya çıxır, tiraj 5 mindən, satış da 2 mindən az deyilsə, tirajın

təxminən 60 faizi hara olur?

Yeganə pərakəndə satış məntəqəsi olan qəzet köşkləri arasında sorğu

göstərib ki, sözügedən qəzetlərin bir nömrəsi onlarla və nadir hallarda

yüzlərlə nüsxə satılır. Tirajın əsas hissəsi abunəlik əsasında müxtəlif

müəssisələrə paylanır, bu da yuxarıdan verilən göstərişlə məcburi abunəliyə

dəlalət edir. Bu qəzetlər əsasən KİV haqqında Qanunun və Jurnalistin Peşə-

Etika Qaydalarının müddəalarını pozmaqla fəaliyyət göstərir və bu səbəbdən

də cəmiyyətdə onlara tələbat yoxdur.

Belə olan halda sual yaranır: Bəs rəhbərlərinin bahalı maşınları, villaları,

mənzilləri və s. olan "KİV-lər nə ilə yaşayır?". Cavab birdir - hakimiyyət

tərəfindən qeyri-leqal maliyyələşmə ilə, çünki bütün bu media vasitələri

rejimin carçılarıdır.

Sərhəd arxasındakı vəziyyət

Demokratik dövlət quruluşunun KİV-in iqtisadi vəziyyətinə təsir etməsinin

əyani nümunəsi postsovet Baltika ölkələridir.

2018-ci ildə Estoniyada birbaşa poçt göndərişi ilə media-reklam bazarının

ümumi həcmi 104 mln. avrodan çox təşkil edib və 3,1% artıb. Reklamın

televiziyada payı 25%, internetdə 19%, qəzetlərdə və küçə reklamı 16%

təşkil edib. Klassik küçə reklamının həcmi azalıb, bu zaman rəqəmsal

tablolarda reklam bir il ərzində 40% artıb. Küçə reklamının artmasına həm

küçələrdə, həm də ticarət mərkəzlərində yeni videoekranların quraşdırılması

şərait yaradır, deyə Pribaltikada Kantar Emor-un rəhbəri Marqo Veskimyagi

bildirib.

2017-ci ildə jurnallarda reklam həcmi 16% azalıbsa, ötən il azalma 3,3%

təşkil edib. Qəzetlər, azalan tirajlara baxmayaraq, bazarda öz payını

saxlamağa müvəffəq olub - 2017-ci ildə onların payı cəmi 0,5%, ötən il isə

0,4% azalıb. "Məsələn, 2016-cı ildə göstəricilər bir il əvvəlki dövrlə

müqayisədə 6% azalıb", deyə Veskimyagi əlavə edib.

Page 122: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 121

Latviyada ötən il mediareklam bazarı Estoniyadan iki dəfə çox artıb və onun

həcmi 123 mln. avroya çatıb. Hər üç Baltika ölkəsini radioreklam və küçə

reklamı həcminin sürətlə artması birləşdirir. "Estoniyada adambaşına düşən

reklamın payı cənub qonşularından çoxdur", deyə Veskimyagi əlavə edib.

Litvada mediareklam bazarı 2017-ci illə müqayisədə 4,3% artıb və 116 mln.

avroya çatıb.

2018-ci ildə hər üç Baltika ölkəsində mediareklamın həcmi 343 mln. avro -

2017-ci ildə olduğundan 4,4% çox təşkil edib (bu, Azərbaycanda

olduğundan 76 dəfə çoxdur).

Kantar şirkətinin direktoru Oskars Rumpeters qeyd edib ki, 2018-ci ildə

Baltikada reklam həcminin artımını ən çox küçə reklamı təmin edib (+4,1

mln. avro). Ümumilikdə Baltikada jurnalların həcmi azalıb. Latviya bütün

KİV-lərdə reklam artışı qeydə alınan yeganə Baltika ölkəsidir.

Üç Baltika ölkəsinin əhalisinin ümumi sayı 7,5 mln. nəfər təşkil edib (bu,

Azərbaycanda olduğundan 2,5 mln. azdır). Adambaşına reklam bazarının

həcmi 40 avro təşkil edib (Azərbaycanda 0,35 avrosent, 100 dəfədən də çox

geridə qalır).

Baltika ölkələrinin ÜDM-i (mlrd. avro ilə)

Page 123: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 122

Mediareklamın ÜDM-də payı (%-lə)

Qazaxıstanda 2018-ci ildə ölkənin reklam bazarı 118 mln. dollar təşkil edib

və 2017-ci ilin analoji göstəricisi ilə müqayisədə 6% artıb. ÜDM-də payı

0,07% təşkil edib.

Qazaxıstan reklam bazarının strukturu (%):

Media bazarında televiziya 52%, desktop-internet 16%, radio 8%, çap

mətbuatı isə 6% təşkil edir.

Rusiyada reklam bazarı dinamik şəkildə inkişaf edib və həcm haqqında

təxminləri 2 mlrd. avro (439 mlrd. rubl) geridə qoyub. ÜDM-də reklamın

Page 124: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 123

payı 0,44% təşkil edib. Faktiki olaraq, Rusiya 2007-ci ildəki vəziyyəti bərpa

edib, bu da siyasi-iqtisadi blokada şəraitində böyük uğurdur. Reklamın artışı

azad biznes rəqabəti şəraitində daxili mal, xidmət istehsalı bazarının inkişafı

ilə şərtlənib, burada reklam alıcı tələbatı yaratmağın real mühərrikidir.

Reklam strukturu aşağıdakı şəkildə formalaşıb (mlrd. avro):

Dünya lideri və qızıl 1%-ə uyğunluq etalonu

ABŞ təkcə reklam həcminə görə deyil, onların ÜDM-in 1%-nə uyğunluğuna

görə də lider mövqeyini qoruyub saxlayır.

2018-ci ildə ABŞ-da mediareklam bazarı 19,5 mlrd. dollar (17,2 mlrd. avro)

təşkil edib. ÜDM-də onun payı 1% təşkil edib.

ABŞ

ÜDM 19,4 trln. dollar (17,2 trln. avro)

Reklam 190,5 mlrd. dollar (170,4 mlrd. avro)

2017-ci il üzrə ötən ilki mediareklam bazarı icmalında biz ənənvi olaraq

KİV böhranından çıxış tədbirləri təklif etmişdik.

Keçən ilki hesabatdan:

Təxirəsalınmaz tədbirlər

Page 125: MƏTBUAT GÜNÜ BİR İlDƏN SONRA – İYULDAN İYULA · azadlığı, informasiya əldə etmə, peşə-etik normaları, diffamasiya,medianın iqtisadi vəziyyəti, jurnalistlərin

ASTNA.biz 124

Sadalanan faktlar və təmayüllər təxirəsalınmaz tədbirlər görülməsini tələb

edir. Bu tədbirlər aşağıdakılardan ibarət olmalıdır:

1. KİV azadlığı üçün qanunvericilik bazasının yaradılması.

2. Müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-lərin inkişafı üçün iqtisadi

əsasların yaradılması.

3. Azad və operativ şəkildə informasiya əldə edilməsi üçün şərait

yaradılması.

4. Qanunvericiliyin dekriminallaşdırılmasının tətbiqi.

5. Hakimiyyət-KİV-Cəmiyyət açıq informasiya dialoqunun qurulması.

Bu hesabatda hər il təkrarlanan xəstəliyin müalicəsi reseptlərini təklif

etməyəcəyik, belə ki, bu, mənasızdır. Azərbaycan jurnalistikasının dağılması

tarixindən göründüyü kimi, hakimiyyət müəyyən siyasət çərçivəsində

hərəkət edir - KİV nə qədər yoxsuldursa, o qədər asılıdır. Bu, rejimin

strategiyasıdır. Amma bu strategiyanın öz müsbət cəhətləri var. Hakimiyyət

KİV-i zərərsizləşdirərək, özünün cəmiyyətə təsirini zərərsizləşdirib, ona

informasiya məkanında azad dünyanın qanunlarına və təmayüllərinə uyğun

yaşamaq imkanı verib. Buna görə biz vətəndaş kimi ona minnətdarıq, amma

jurnalist kimi yox.

* * *